ab is. [fars.] klas.\n1. Su. • Abi-bəqa – bax. abi-həyat. Abi-heyvan(i) – bax. abihəyat. Əzib ləli qatıb abi-heyvana; Qənd ilə yoğurub dil-dodaq çəkib. Q.Zakir. Abihəyat – həyat suyu, dirilik suyu (əfsanələrə görə, guya zülmətdə bir çeşmənin suyu olub, onu içənlər heç ölməzlərmiş). Külli Qarabağın abi-həyatı; Nərmü nazik bayatıdır, bayatı. M.V.Vidadi. Ölümümdür mənim ol ruhi-rəvansız bu gecə; Gər içəm badeyigülgün yerinə abi-həyat. S.Ə.Şirvani. Abihəyatın bir belə zahid ki, vəsf edər; Ləliləbin yanında bir əfsanədir mənə. Ə.Vahid. Abi-kövsər – 1) dini əfsanələrə görə, guya cənnətdə olan Kövsər çayının dadlı suyu. Dürlü bulaq abi-kövsər suyudur; İçəndə dad verir dəhanə, dağlar! Aşıq Xəyyam. Pəs onlar [mollalar] nə vaxtadək cənnət, abikövsər vədəsi ilə bədbəxt islam camaatının qanını soracaqlar? C.Məmmədquluzadə; 2) danışıqda və ədəbiyyatda çox vaxt şərab həmin suya bənzədilir. [Süleyman bəy:] Bəh-bəh, nə gözəl sudur! Xalis abikövsərdir! Ə.Haqverdiyev. [Mirzə Turab:] Sağ ol, Səfər ağa! Bu lap abi-kövsərdi. B.Talıblı. Abi-leysan – bax. abi-niysan. Abi-niysan – bahar yağışı, çox güclü yağış. Əmr olundu, abi-niysan; Cansızlara bəxş edə can; Yenə tazələndi dövran; Nə gözəl ruzigar oldu. Q.Zakir. Abi-niysan kimi məc. – niysan yağışı kimi, sel kimi, çox güclü. Biçarə çiyninə qoyub başını; Abi-niysan kimi tökür yaşını. Q.Zakir. Hacının qədim nökəri Kərbəlayı Qulaməli iranlı qapının ağzında ayaq üstündə gözlərinin yaşını abiniysan kimi ağ saqqalından axıdırdı. Ə.Haqverdiyev. Abi-zəmzəm (Zəmzəm – Məkkədə olan və suyu müsəlmanlar tərəfindən müqəddəs sayılan quyunun adıdır) – klassik poeziyada şərab mənasında işlənmişdir. Abi-zindəgani – bax. abi-həyat.\n2. məc. Göz yaşı. Bu səmavi gözü yağdırmada ab. M.Hadi. aba I. is. [ər.] köhn. Müsəlman ruhanilərinin və mömin adamların üstdən geydikləri qolsuz və ya gödəkqollu, yaxası açıq uzun kişi paltarı (əslində ərəb milli paltarıdır). Kişi çıxardı ki, ağaya yüzlüklər bəxş edərdi; atlar, inəklər vəd edərdilər; ipək abalar, xəz cübbələr verilərdi. Çəmənzəminli. Çox vədə olurdu ki, həftənin iki ötər, üçüncü günü Molla Rəcəbi küçə ilə qayət qəmgin və ayaqları abasının ətəyinə dolaşa-dolaşa gedən görərsən... B.Talıblı. Molla nazik, ağ abasını çiyinlərində oynadaraq: – Buna heç şəkk-şübhə ola bilməz, – dedi. S.Rəhimov.\n\nII. is. məh.\n1. Ata.\n2. Böyük bacı (hörmət üçün böyük qadına da deyilir).\n\nIII. is. [ər. “əb” söz. cəmi] Atalar, atababa. • Abavü əcdad – ata-babalar, əcdad, nəsil, babalar. Mərhum Mirzə Cəmal öz tarixində Pənah Əli xanın abavü əcdadı şənində belə yazır.. F.Köçərli. abad sif. [fars.]\n1. Müntəzəm və çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan; şen. Abad şəhər. Abad kənd. – Söylədiyimiz dövrdə İçərişəhər abad deyildi. H.Sarabski. Abad, gözəl şəhərimiz sülhün böyük dastanıdır. N.Rəfibəyli. // Ümumiyyətlə, yaxşı, müntəzəm, səliqəli, mədəni, yaxud yaxşı təchiz və təmin olunmuş, yaxşı vəziyyətdə olan. • Abad edilmək – bax. abadlaşdırılmaq. Abad etmək (eləmək) – bax. abadlaşdırmaq. Zəhmət qoymaq, kəndlərimizi abad etmək, yaşayışımızı yaxşılaşdırmaq öz əlimizdədir. T.Ş.Simurq. [Şair:] Biz bu dünyaya xarabalıqları abad etməyə gəlmişik. Ə.Məmmədxanlı. Abad olmaq – bax. abadlaşmaq. Bunlar hərə öz məhəlləsinin abad olmağına cidd-cəhd etmişlər. N.Nərimanov. Tənimdə qalmayıb bir xali yer qəmzən xədəngindən; Olur abad hər mülkün ki, adil olsa sultanı. Q.Zakir. Abad olsun! Evin abad olsun! – təşəkkür, razılıq, məmnuniyyət, təqdir bildirən ifadədir. Etdi bir cam ilə təmir dili-viranı; Meyfüruşun görəyim xanəsi abad olsun! S.Ə.Şirvani. [Qoca:] Çörək verdin, yedim, evin abad olsun! Ə.Haqverdiyev.\n2. məc. klas. Şən, şad. Dağıldı qüssədən abad gördüyün könlüm. Heyran xanım. ...abad [fars.] Xüsusi isimlərə qoşularaq şəhər, kənd, yer adları düzəldilir; məs.: Cəlilabad, Sabirabad və s. abadan bax abad. Abadan kənd tüstüsündən bəlli olur. (Ata. sözü). • Evin abadan – bax. ev. abadanlanmaq bax abadanlaşmaq. abadanlaşdırılma “Abadanlaşdırılmaq”dan f.is. abadanlaşdırılmaq bax. abadlaşdırılmaq. abadanlaşdırma “Abadanlaşdırmaq”dan f.is. abadanlaşdırmaq bax. abadlaşdırmaq. abadanlaşma “Abadanlaşmaq”dan f.is. abadanlaşmaq bax. abadlaşmaq. abadanlıq is.\n1. bax. abadlıq. Hərə bir əl qoysa abadanlığa; Kəndimiz böyüyüb bir şəhər olar. S.Vurğun. [Kəndlilər] bir yerdə işləsinlər; .. hökumət bu işə kömək də edir, pul da buraxır, maşın da verir, abadanlıq üçün lazımi şeylər də buraxır. T.Ş.Simurq.\n2. Kənd, şəhər, yaşayış yeri, məskən. [Molla İbrahimxəlil:] Məgər mən öz ixtiyarımla belə abadanlıqdan xaric, xəlvət guşəyə özümü çəkmişəm? M.F.Axundzadə. • Abadanlıq salmaq – məskən salmaq, yurd salmaq. Bakının Məhəmmədli kəndindən köçərilər gəlib, bu məhəllənin cənub tərəfində abadanlıq salmışlar. H.Sarabski.\n3. Bax avadanlıq 1-ci mənada. [Gülcahan:] Plov nədi, zad nədi?.. Sən də, qardaşım, abadanlıqdan danışırsan. N.Vəzirov. Ancaq mənə verilən üç otağın nə bir stolkürsüsü vardı ki, üstündə oturub yazı yazasan, nə də bir qeyri abadanlıq vardı. C.Məmmədquluzadə. abadlaşdırılma “Abadlaşdırılmaq”dan f.is. abadlaşdırılmaq məch. Abad edilmək, yaşayış üçün lazım olan hər cür şəraitlə təmin edilmək, yaxşı və mədəni hala salınmaq. Dehlinin ətrafında çoxlu yeni evlər tikilmiş, şəhər xeyli abadlaşdırılmışdır. M.İbrahimov. abadlaşdırma “Abadlaşdırmaq”dan f.is. abadlaşdırmaq “Abadlaşmaq”dan icb. abadlaşma “Abadlaşmaq”dan f.is. abadlaşmaq f. Abad olmaq, yaxşılaşmaq, yaşayış üçün lazım olan hər cür şəraitlə təmin olunmaq. Kəndlərimiz abadlaşır. abadlıq is.\n1. Hər hansı bir yerdə əhalinin yaşayışına lazım olan şərait və vəsait. Şəhərin abadlığına çox diqqət yetirilir. – Bakıda gedən quruculuq və abadlıq işlərinin sürət və vüsətini rayon mərkəzlərinə köçürməliyik. Ə.Vəliyev.\n2. Abad yer, yaşayış yeri, yaşayış üçün yararlı yer; şenlik. Ölkəmizin hər yeri abadlıqdır. – İnsan abadlıq, bayquş xarabalıq sevər. (Ata. sözü). [Bədəl:] Az keçər, qardaşlar, Pərviz xan xaraba qoyduğu yerlərdə abadlıq görərsiniz. Ə.Haqverdiyev.\n3. məc. klas. Ruh rahatlığı, dərdsizlik, qayğısızlıq mənasında. Hiç rəng ilə mənə abadlıq mümkün deyil. Füzuli. abajur is. [fr.] Gözü işıqdan qorumaq üçün lampaya keçirilən örtük, qalpaq. İpək abajur. Şüşə abajur. Süd rəngli abajur. abajurlu sif. Abajuru olan, üstü abajurla örtülü. Abajurlu lampa. – [Qadın] sonra qolumdan tutub çəhrayı abajurlu elektrik çırağının altında durmuş ağ örtüklü stola tərəf çəkdi. İ.Əfəndiyev. abak is. [yun.]\n1. arxit.\n1. Sütun başlığının dördbucaqlı şəklində olan yuxarı hissəsi.\n2. Qədim yunanların və romalıların hesab lövhəsi. abalı is. köhn. Aba geymiş, əynində aba olan. abasbəyi is. Çox şirin, şirəli, ətirli yay armudu növü. Armud növləri Azərbaycanda qədim zamanlardan bəri becərilir və halhazırda bir sıra .. nararmudu, abasbəyi, daşarmudu kimi yerli qiymətli armud sortları geniş becərilir. H.Qədirov. abası (=abbası) is. [xüs. is.-dən]\n1. Dördşahılıq (iyimiqəpiklik) metal pul. Cibimdə bir abbası pulum var. – [Hacı Qara:] Bu kasad bazarda mənim bir şahım yoxdur, abbasını haradan alıram? M.F.Axundzadə.\n2. tar. İranda Şah Abbas dövrünə aid sikkə (gümüş pul). abbası (=abası) is. [xüs. is.-dən]\n1. Dördşahılıq (iyimiqəpiklik) metal pul. Cibimdə bir abbası pulum var. – [Hacı Qara:] Bu kasad bazarda mənim bir şahım yoxdur, abbasını haradan alıram? M.F.Axundzadə.\n2. tar. İranda Şah Abbas dövrünə aid sikkə (gümüş pul). abasılıq (=abbasılıq) is. dan.\n1. bax. ab(b)ası. Ab(b)asılığı xırdalamaq.\n2. İyirmi qəpik dəyərində olan, iyirmiqəpiklik. İki abbasılıq marka aldım. – [Bayraməli bəy:] Axır sənin dədən də həmişə, bilirəm, kənddə səkkiz abbasılıq çay içir, sən niyə içməyəsən? N.Vəzirov. abbasılıq (=abasılıq) is. dan.\n1. bax. ab(b)ası. Ab(b)asılığı xırdalamaq.\n2. İyirmi qəpik dəyərində olan, iyirmiqəpiklik. İki abbasılıq marka aldım. – [Bayraməli bəy:] Axır sənin dədən də həmişə, bilirəm, kənddə səkkiz abbasılıq çay içir, sən niyə içməyəsən? N.Vəzirov. abbasilər is. tar. Bağdad xəlifələri sülaləsi (750-1258). Harunərrəşiddən sonra abbasilərin istiqlaliyyət bünövrəsinə rəxnə düşdü. A.Bakıxanov. abco is. [fars.] Arpa suyu, pivə. [Mübaşir Məmməd:] Sən öl, gecəni xoş keçirmək üçün abcodan yaxı şey yoxdur. M.İbrahimov. abdal [ər.]\n1. is. Sərsəri, avara, dərbədər. Gözəllərin olar xümsü zəkatı; Nə aşiqə, nə abdala yetişməz. Aşıq Ələsgər. Yetişdim bir kəndə eylədim sual; Qapı-qapı gedib olmuşam abdal. Miskinli Məhəmməd. // Söyüş mənasında. [Oğuz:] Baxınıb durma, haydı kisəni al! Gəl işim var səninlə, gəl, abdal! H.Cavid. // köhn. Dərviş, qələndər. Sufiyəm, əmma nə bu abdaldən; Haq sevən insanəm, a şirvanlılar! M.Ə.Sabir.\n2. is. köhn. Dərviş, qələndər. abdallaşmaq f. Abdal olmaq, sərsəri olmaq. abdallıq is. Axmaqlıq, sərsərilik, səfillik. abdar sif. [fars.]\n1. Sulu, şirəli, təravətli, lətafətli. Özündən oldu meyə bəzmdən kənar olmaq; Qələtdi bəhs ləbi-ləli-abdarınla. Q.Zakir. Nazənin qız .. yanaqları kimi qızarmış bir qızılgül dərib, şirmayı əli ilə abdar ləblərinə yaxınlaşdıraraq .. hovuz üstünə atılıb, qurulan kürsünün üstündə oturdu. C.Cabbarlı.\n2. məc. Mənalı, təsirli, gözəl ifadəli. Abdar kəlam. Abdar söz. – Pəh-pəh, doğrudan da, zalım oğlunun necə abdar qələmi var. C.Məmmədquluzadə.\n3. məc. Möhkəm və iti. Çox məni incitmə, tiği-abidarımdan saqın! Füzuli. Hinində daldalanma çox, həyətdə də dolanma çox; Yiyəndəki bıçağa bax, o tiği-abdarı gör! M.Ə.Sabir. abdarlıq is. Mənalılıq, parlaqlıq, gözəllik, təravət. Kəlamın abdarlığı. abdəst bax. dəstəmaz. • Abdəst almaq – dəstəmaz, namazdan qabaq əl-üzü yuma. Abdəst almadan namaz qılmaq olmaz. – Qalın Oğuz bəgləri arı sudan abdəst aldılar. “Dədə Qorqud”. abdəstxana [fars.] köhn. bax ayaqyolu. abduq is. Su qatılmış qatıq; atılama, ayran. aberrasiya is. [lat.] fiziol.\n1. Həqiqətdən yayınma.\n2. məc. Göz aldanması. abgərdən is. [fars.] Misdən, alüminiumdan və s.-dən qayrılmış uzunsaplı çömçə. abgüşt is. [fars.] köhn. Bozbaş, piti. Məşədi getdi, abgüştü öz əlində buğlanabuğlana gətirdi.. C.Məmmədquluzadə. Arvad abgüşt bişirmişdi. Gətirib qoydu kişinin qabağına. Ə.Haqverdiyev. ab-hava (=abü hava) is. [fars. ab və ər. həva] Bir yerin, ölkənin iqlimi, təbiət (su, hava, isti-soyuqluq) cəhətdən vəziyyəti. Firontək iddiayə düşsəm nə əcəb; Çox zövqlidir abü həvası Misrin. S.Ə.Şirvani. [Şeyx Sənan:] İştə Qafqaz! Səfalı bir məva; Allah, Allah, nədir bu abü həva! H.Cavid. abü hava (=ab-hava) is. [fars. ab və ər. həva] Bir yerin, ölkənin iqlimi, təbiət (su, hava, isti-soyuqluq) cəhətdən vəziyyəti. Firontək iddiayə düşsəm nə əcəb; Çox zövqlidir abü həvası Misrin. S.Ə.Şirvani. [Şeyx Sənan:] İştə Qafqaz! Səfalı bir məva; Allah, Allah, nədir bu abü həva! H.Cavid. ab-havalı sif. Yaxşı iqlimi olan, səfalı. Təbiətcə zəngin, ab-havalı və sakit bir yerə getmək qərarına gələn Şamil də Araz ilə Günəşin olduğu həmin kəndə gəlib çıxdı. A.Şaiq. abxaz is. Abxaziyanın əsas əhalisini təşkil edən xalqın adı və bu xalqa mənsub adam. Abxaz xalqı. Abxaz dili. abxor is. [fars.] köhn. Su içmək üçün qab, parç. abı sif. Açıq-göy, mavi rəngli. Abı çit. Abı kağız. – Güləbətin köynək, abı nimtənə; Yaxasında qızıl düymə gərəkdir. M.P.Vaqif. Anladım ki, Gülbənd mənim abı mahud çuxama, çal papağıma işarə edir. S.S.Axundov. abır is. [fars.]\n1. Həya, heysiyyət, şərəf, hörmət, qədir-qiymət. [Zibeydə:] Axır mənim də özümə görə adım, abrım var! M.F.Axundzadə. [Gövhər:] İndiyədək abır, ismət saxladıb məni.. N.Vəzirov. [Birisi:] Məgər mən öz abrımdan keçib camaat malına xəyanət edərdim? Ə.Haqverdiyev.\n2. məc. dan. Üst-baş, geyim, qiyafət, zahiri görünüş mənasında. [Qurban:] Ə, bu nə paltardır, balam, heç bir utanıb qızarırsan? Bu abırla elə toya-vaya gedirsən. S.Rəhimov.\n3. məc. Bədənin məhrəm (örtülü, ayıb) yeri. ‣ Abır gözləmək – hörmət saxlamaq, ədəb gözləmək; utanmaq, həya etmək. Abır qoymamaq – 1) bax. abrını almaq; 2) xarab etmək, bərbad etmək, puç etmək. Abırdan düşmək – rüsvay olmaq, biabır olmaq, heysiyyətdən düşmək, şərəfini itirmək, ləyaqətini itirmək. Abırdan salmaq – hörmətsizlik etmək, biabır etmək, rüsvay etmək, bərk danlamaq. Abra düşmək – lazımi şəklə, qaydaya düşmək, ləyaqətli şəklə düşmək. Abra salmaq – səliqəyə salmaq, qaydaya salmaq. [Əlyarov:] Heç olmasa gərək küçələri layiqincə bəzəyib abra salaq. M.Hüseyn. Abrı getmək (tökülmək) – biabır olmaq, rüsvay olmaq, hörmətdən düşmək. [Yetər:] Ağa, belə söhbətdən mənim abrım töküldü. N.Vəzirov. Abrını almaq – bərk danlamaq, biabır etmək. [Qarabirçəyə] elə gəlirdi ki, hər bir kəs Əbişin etdiyi cinayətə qarşı hiddətlənib onu yaxalayacaq, onun abrını alacaq.. S.Rəhimov. Abrını aparmaq – bax. abrını almaq. Abrını atmaq – özünü arsızlığa vurmaq, heç bir şeydən utanmamaq, abırsızlıq etmək. Abrını ətəyinə bükmək – bərk danlamaq, məzəmmət etmək, abrını almaq. Abrını götürmək (tökmək) – bax. abrını almaq. Abrını vermək – bax. abrını almaq. abır-həya is. bax. abır 1-ci mənada. • Abır-həyadan salmaq – biabır etmək, rüsvay etmək. [Babacan:] ..Yazıq Kamalı abır-həyadan salıb. Ə.Əbülhəsən. abırlama “Abırlamaq”dan f.is.; danlaq. abırlamaq f. dan. Bərk danlamaq, abır vermək, töhmət etmək, məzəmmət etmək. abırlanmaq f. dan.\n1. Bərk danlanmaq, töhmətlənmək, məzəmmətlənmək.\n2. Layiqli bir şəkil almaq, düzəlmək, lazımi şəklə düşmək. abırlı sif.\n1. Həyalı, ismətli, utancaq, namuslu. Abırlı qız. – Abırlı abrından qorxar, abırsız nədən qorxar? (Ata. sözü).\n2. məc. Etibarlı, hörmətli, nüfuzlu, ciddi. Heyif ki, onun parlaq dövründə abırlı bir vəzir görmədik. M.F.Axundzadə. [Müdir:] Bax, mən görürəm ki, sən bir abırlı qoca kişisən, daha gəlib-getməkdən yoruldun. Ə.Məmmədxanlı.\n3. məc. dan. Yaxşı, münasib, səliqəli. Abırlı geyim-kecim. Abırlı paltar. abırsız sif. Həyasız, utanmaz, ədəbsiz. Abırsız adam. // İs. mənasında. Abırsızdan abrını saxla! (Ata. sözü). abırsızlıq is. Həyasızlıq, utanmazlıq, ədəbsizlik. [Tükəzbanı] həyasızlıqda, abırsızlıqda ittiham edənlərin də sayı yavaşyavaş azalırdı. B.Talıblı. abid is. [ər.] din. İbadətlə məşğul olan adam, vaxtını ibadətlə keçirən adam. Hiç abid anmadı ləlin ki, gözdən qan töküb; Səcdədən durduqca təğyiri-müsəlla etmədi. Füzuli. Məscidləri ver zahidə, qoy xanəgahı abidə; Gəl sən, Nəbati, məskən et meyxanəni, meyxanəni. Nəbati. [Oruc:] ..Bir abid peyda olub, bunun ismi-şərifi Şeyx Nəsrulladır. C.Məmmədquluzadə. abidanə zərf [ər. abid və fars. ...anə] Abid kimi, özünü abidə oxşadaraq. abidə is. [ər.]\n1. Tarixi əhəmiyyəti olan bir hadisəyə və ya tarixi bir şəxsə xatirə olaraq qoyulan nişangah, heykəl və s. İndi Nizaminin qəbri üstündə 17 metr hündürlüyündə bir abidə yüksəlməkdədir.\n2. Qədim dövrlərə aid mədəniyyət əsəri. Arxeoloji abidələr. Xalq yaradıcılığı abidələri. Yazılı abidələr. Qız qalası Azərbaycan maddi mədəniyyətinin ən qiymətli abidələrindəndir. – Bu meşəlik, qocaman ağaclar, qədim qalalar abidələrlə dolu idi. S.Rəhimov.\n3. məc. Yadigar. Onu özüm çəkmişəm, haman şəkil mənim son sevgilimin unudulmaz abidəsidir. M.S.Ordubadi. abidləşmə “Abidləşmək”dən f.is. abidləşmək f. din. Abid olmaq, daima ibadətlə məşğul olmaq, zahidləşmək, zahid həyatı keçirmək. abidlik is. din. İbadətlə məşğul olma, zahidlik. abiogenez is. Canlıların cansız təbiətdən öz-özünə qəflətən törəməsi haqqında qədim, yanlış nəzəriyyə. abisin is. tib. Ürək qapaqlarının qüsuru zamanı işlədilən dərman preparatı. abissal sif. [yun.] Okeanın 2000 metrdən dərin hissəsi. Abissal çöküntülər. abituriyent is. [lat.] Ali və ya orta ixtisas məktəbinə daxil olmaq istəyən şəxs. abqora is. [fars.] Qora suyu, kal üzümün şirəsi. abnos (=abnus) is. [fars.] Qara rəngli çox bərk oduncaqlı ağac. Bir əlində abnus ağacından qara rəngli əsa olan bir müsafir pilləkənin başında göründü. P.Makulu. abnus (=abnos) is. [fars.] Qara rəngli çox bərk oduncaqlı ağac. Bir əlində abnus ağacından qara rəngli əsa olan bir müsafir pilləkənin başında göründü. P.Makulu. abolisionizm is. [lat.] ABŞ-da XVIII-XIX əsrlərdə zənciləri köləlikdən azad etmək hərəkatı. abordaj is. [fr.] Yelkənli və avarlı gəmi donanması dövründə döyüş üsulu. Abordaj çoxdan əhəmiyyətini itirib. aborigen is. [lat.]\n1. Yerli, yerli mənşəli. Aborigen və hibrid üzüm sortu.\n2. Ölkənin ilk yerli sakinlərinə verilən ad. Avstraliya aborigenləri. abort is. [lat.] tib. Hamiləliyin təbii və ya süni surətdə dayandırılması. abortiv is. [lat.]\n1. Hər hansı bir prosesin inkişafının dayanması.\n2. tib. Xəstəliyin gedişini dayandıran və sürətli müalicə üçün istifadə olunan dərmanlar. Abortiv dərmanlar. abpaş is. [fars.] köhn. Ağzı süzgəcli alət; susəpən, suçiləyən. abraziya is. [lat.] Dalğaların sahilboyu süxurları ovması. Abraziyanın sürəti. abreviatura [ital.] dilç. Sözün baş hərflərini və ya hissələrini saxlamaqla düzəldilmiş mürəkkəb qısaltmalar. ABŞ (Amerika Birləşmiş Ştatları), Univermaq (Universal maqazin). abriz is. [fars.] köhn. Çirkli su tökülən yer, çirkab yeri. // Ayaqyolu. abru is. [fars.] bax. abır. [Mirzə Əsgər:] Saqqal deyəndə kişinin abrusudur və üzünün nurudur. N.Vəzirov. Yaman yoldaş səbəbinə insan min bəlaya düçar olar, abrusu əlindən gedər, xalq arasında bədnam olar. Ə.Haqverdiyev. absenteizm is. [lat.] Seçkilərdə iştirak etməkdən kütləvi imtina, boyun qaçırma. Absenteizmə yol verməmək. absys is. [lat.] İltihab nəticəsində yaranmış irin topası. Xronik abses tədricən inkişaf edir. absolyut is. [lat. absolutus – şərtsiz] fəls. bax. mütləq 3-cü mənada. absorbsiya is. [lat.] Mayenin qaz qarışığından hər hansı bir maddəni udması prosesi. Xüsusi absorbsiya qurğuları. abstinensiya is. [lat.]\n1. Spirtli içkilərdən çəkinmə.\n2. Fiziki və psixi hal. abstraksiya is. [lat. abstractio – ayırma, təcridetmə] fəls.\n1. bax. təcrid.\n2. İnsan təfəkkürünün abstraktlaşma fəaliyyəti nəticəsində hasil olan mücərrəd məfhum, yaxud ümumi nəzəri nəticə. Elmi abstraksiya. Abstraksiya obyektiv aləmi dərketmə prosesində zəruri pillədir. abstrakt sif. [lat. abstractio – mücərrədləşmə] Konkret varlıqla əlaqəsi olmayan; mücərrəd (konkret əksi). Abstrakt anlayış. Abstrakt mühakimə. abstraktlaşdırılma “Abstraktlaşdırılmaq”dan f.is. abstraktlaşdırılmaq məch. Mücərrədləşdirilmək, mücərrəd məfhumlar yaradılmaq; məntiqi olaraq konkret, ayrıayrı əşyadan ümumi məfhumlara və inkişaf qanunlarına keçilmək. abstraktlaşdırma “Abstraktlaşdırmaq”dan f.is. abstraktlaşdırmaq f. Mücərrədləşdirmək, mücərrəd məfhumlar yaratmaq; məntiqi olaraq konkret, ayrı-ayrı əşyadan ümumi məfhumlara və inkişaf qanunlarına keçmək; bir şeyi onun ikinci dərəcəli əlamətlərindən sərf-nəzər edərək tədqiq etmək. abstraktlaşma “Abstraktlaşmaq”dan f.is. abstraktlaşmaq bax. mücərrədləşmək. absurd is. [lat.] Boş və mənasız sözsöhbət, cəfəngiyat. abuliya is. [yun.] tib. İradəsizlik, patoloji iradə zəifliyi. abunə is. [əsli fr.] Abonement haqqını ödəməklə kütləvi informasiya vasitələrinə əvvəlcədən yazılma. Abunə şöbəsi. Abunə qəbulu. Abunə vərəqəsi. – Amma bircə şey qaldı ki, mən onu başa düşmürəm: bilmirəm abunə pullarını sevgili “Rəhbər” harada saxlamaq istəyir. C.Məmmədquluzadə. abunəçi is. Abunəsi olan adam, abunə yazılan adam. Qəzet və məcmuələrin abunəçiləri gündən-günə artır. Abunəçilərin siyahısı. abzas [alm.]\n1. Sətirbaşı. Abzasdan başlamaq. Abzasdan oxumaq. Müxtəlif abzasların yerli-yerində olmasına fikir verilməli.\n2. Mətnin bir sətirbaşından o biri sətirbaşına qədər olan hissəsi. Birinci abzası oxumaq. Redaktor məqalənin ikinci abzasını atdı. ac sif.\n1. Aclıq hiss edən, yeməyə ehtiyacı olan (tox ziddi). Ac pişik. Ac (z.) qalmaq. – Ac qurd balasını yeyər. (Ata. sözü). Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör! M.Ə.Sabir. • Ac qarın – 1) ac, heç şey yeməmiş; 2) məc. lüt, yoxsul, yurdsuz-yuvasız mənasında. Ac qoymaq – 1) yemək verməmək, yeməksiz-içməksiz qoymaq; 2) məc. gəlir mənbəyini kəsmək. Ac qurd məc. – son dərəcə ac, doymaq bilməyən, acgöz, qarınqulu. Ac saxlamaq – pis saxlamaq, lazımınca (doyunca) yemək verməmək. Acından öldürmək – tamamilə ac saxlamaq, heç yemək verməmək. Acından ölmək – 1) son dərəcə yoxsulluq çəkmək, çox aclıq çəkmək nəticəsində ölmək; 2) məc. fövqəladə aclıq hiss etmək, yemək istəmək. // İs. mənasında. Acları yedirtmək. // Aclıq ifadə edən. Ac gözləri ilə ona baxdı.\n2. məc. Son dərəcə yoxsul, kasıb, fağır, möhtac. Ac ölkə. Kəndlilərin çoxu ac idi.\n3. məc. Tamahkar, həris, gözüdoymaz.\n4. Quraqlıqdan susamış. Ac torpaq. ac-acına zərf Heç bir şey yemədən, tamamilə ac halda, boş qarına. Ac-acına yola çıxmaq. – Biçarə Məşədi Əsgər indi üç gün idi ki, gözüyaşlı, ac-acına balalarının əhvalına alışırdı. S.M.Qənizadə. acar is. Cənubi Qafqazda yaşayan xalqlardan birinin adı, həmin xalqa mənsub olan adam. Acar ədəbiyyatı. acdıran f.sif. İştahaçan, yaxşı yedirən. acdırma “Acdırmaq”dan f.is. acdırmaq icb. Acmasına səbəb olmaq, aclıq hissi oyatmaq. Yol adamı acdırır. acgödən sif. dan. Çoxyeyən, doymaq bilməyən. acgöz (=acgözlü) sif. Tamahkar, heç şeydən gözü doymayan. Acgöz adam. Acgöz pişik. – Acgöz mədənçilər quyu qazıldıqca yanlarını bərkitmədiklərindən çox zaman quyu uçur, qazmaçılar altında qalır(dı). A.Şaiq. // İs. mənasında. Acgözün qarnı doymaz. // Ehtiraslı, həris. acgözlü (=acgöz) sif. Tamahkar, heç şeydən gözü doymayan. Acgöz adam. Acgöz pişik. – Acgöz mədənçilər quyu qazıldıqca yanlarını bərkitmədiklərindən çox zaman quyu uçur, qazmaçılar altında qalır(dı). A.Şaiq. // İs. mənasında. Acgözün qarnı doymaz. // Ehtiraslı, həris. acgözlük is.\n1. Tamahkarlıq, gözüdoymazlıq, hərislik. Acgözlük etmək. – Əfruz bacı pərdə altında asdığı paltarların sayınıhesabını dolaşdırdığı halda, yenə də paltar əhvalatında həmin acgözlüyündə qalmışdı. S.Rəhimov.\n2. məc. Çox böyük maraq, ehtiras, həvəs. Acgözlüklə (z.) musiqiyə qulaq asmaq. acı sif.\n1. Dili-ağzı yandırıcı, kinə, xardal və s. dadında olan (şirin ziddi). Acı dərman. Acı badam. Acı dad. Acı istiot. Acı turp. Acı soğan. Acı çay (dişləmə çay, içinə qənd salınmamış çay).\n2. məc. Fəlakətli, məşəqqətli, əziyyətli, kədərlə dolu. Acı həyat. Acı tale. Acı günlər. // is. məc. (çox vaxt cəm şəklində). Fəlakət, əziyyət, məşəqqət, təzyiq. İndi Gülpəri, ona [İdrisə] çox məşəqqətli keçmiş uşaqlıq həyatının bütün acılarını unutdurdu. M.Hüseyn. • Acı çəkmək – müsibət çəkmək, fəlakət keçirmək.\n3. is. məc. Ağrı, azar, yorğunluq hissi. Can acısı. – Molla Bağırın fələqqəsinin çubuqlarının acısını, deyəsən, indi bu saat yenə ayaqlarımda hiss edirəm. C.Məmmədquluzadə. // Müvəffəqiyyətsizlik, uğursuzluq, fəlakət, peşmanlıq nəticəsində doğan acılıq hissi. [Ulduzun] duyduğu acını yuyub aparmaq üçün heç bir göz yaşı kifayət deyildi. Ə.Məmmədxanlı.\n4. məc. Xoşa gəlməyən, qəlbə toxunan, ağır, pis, qaba, kobud. Acı söz. Acı danışıq. Acı xatirələr. – Şol şəkər dildən rəvamıdır, şəha; Bən mühibbə sən acı söz söyləmək? Nəsimi. [Səfdərqulu:] Mümkün deyil ki, kişi səni görə, sənə acı söz deməyə. N.Vəzirov. Ayrım qızı .. naxır sahiblərinin acı töhmətini eşitməmək, həm də Kərim babaya acı dərs vermək qəsdi ilə yumrubaşlı iri çomağı götürüb özünü naxıra yetirmişdi. A.Şaiq. • Acı danışmaq – bax. acılamaq.\n5. məc. İbrətli, nəticəsi pis olan, təəssüf ediləcək. Keçən ilin acı təcrübəsindən hələ də lazımi nəticə çıxarmamışlar.\n6. Bəzi sözlərin qabağında, onların ifadə etdikləri şeyin təsirini, dərəcəsini, qüvvəsini şiddətləndirir. Şərbətli acı firqətin nuş edərəm şəkər kimi. Nəsimi. Əsəndə dövranın acı ruzgarı; Saralıb solursan bir gözəl kimi. S.Vurğun. Acı xəzri qurutmuş torpağını, daşını. R.Rza. Heybət əlini Şamonun əlindən üzərək, ata acı bir qamçı çəkdi. S.Rəhimov. Gəlin bayaq acı bir fəryad çəkib özündən getdi. Mir Cəlal. ‣ Acı göz yaşları – dərdin, kədərin şiddətini ifadə edir. Acı gülüş – dərin bir kədərlə birləşmiş gülüş, ağlarkən gülmə. Acısını almaq (çıxarmaq) – 1) heyfini almaq, intiqamını almaq; 2) acılığını azaltmaq (götürmək). acı-acı zərf 1) Nifrətlə, acıqla, ələ salarcasına, istehza ilə, başqasına toxunacaq, təhqir edəcək bir tərzdə. Acı-acı gülmək. Acı-acı danışmaq. Acı-acı baxmaq; 2) təəssüflə, qəlbi yana-yana, məyusluqla. Səfər .. qanına bulaşıb zarıldayan yaralıları və meyitləri seyr edir, nə isə acı-acı düşünürdü. Çəmənzəminli. O, insanlardakı vəfasızlığa acı-acı gülürdü. M.Hüseyn. Acı-acı gülərdin, indi şirin-şirin gül. S.Rüstəm. acıbaldırğan is. bot. Rütubətli yerlərdə bitən zəhərli ot bitkisi. acıbiyan is. bot. Çoxillik alkaloidli bitki. acıca sif.\n1. Bir qədər acı, azca acı, acıtəhər.\n2. Çox acı. acıçiçək is. bot. Dağlıq yerlərdə, otlaqlarda bitən zəhərli ot. acıdil (=acıdilli) sif. Danışarkən hamısını sancan, acı söz deyən. Acıdil adam. – Qoca bağban sərt təbiətli, acıdil, əsəbi və daima savaşan arıq bir kişi idi. M.Hüseyn. [O] qorxurdu ki, bu acıdil arvadda yeməyə bir loğma da çörək olmaya! Ə.Əbülhəsən. acıdilli (=acıdil) sif. Danışarkən hamısını sancan, acı söz deyən. Acıdil adam. – Qoca bağban sərt təbiətli, acıdil, əsəbi və daima savaşan arıq bir kişi idi. M.Hüseyn. [O] qorxurdu ki, bu acıdil arvadda yeməyə bir loğma da çörək olmaya! Ə.Əbülhəsən. acıdillik (=acıdillilik) mücər. Danışarkən hamını sancmaq, acılamaq, zəhərləmək xasiyyəti. acıdillilik (=acıdillik) mücər. Danışarkən hamını sancmaq, acılamaq, zəhərləmək xasiyyəti. acıxəmrə is. Xəmir mayası, acıtma. acıistiot bax. bibər. acıq is. Hirs, hiddət, qeyz, qəzəb. Acığın cana ziyanı var. (Ata. sözü). [Əziz bəy:] Bir güzgüyə bax, gör gözlərin acığından qan çanağına dönübdür. M.F.Axundzadə. İçərimdə zəhərli ilan kimi bir acıq və kin qıvrılırdı. M.İbrahimov. Cəmil .. güləndə acığından Tahirin əlləri titrəməyə başladı. M.Hüseyn. • Acığa düşmək – tərslik etmək, inad etmək. Nəsrəddin bu hadisələrdən acığa düşdü. M.S.Ordubadi. Acığa salmaq – öz hərəkəti, ya sözü ilə birisinin tərslik etməsinə, inad etməsinə səbəb olmaq. Acığı soyumaq (yatmaq) – hiddəti keçmək, qəzəbi keçmək, sakitləşmək. Qaraca qız anladı ki, ağıllı köpək onu bir tövr ölümdən qurtarmışdır. Ona görə də dərhal acığı yatdı və qara köpəyin başını sığallayıb onu əzizlədi. S.S.Axundov. Acığı tutmaq – hirslənmək, hiddətlənmək, qəzəblənmək. Uşaqlar içində düşər gülüşmək; Sənin də acığın tutar, ağlarsan. M.V.Vidadi. Bilmədim kimə acığım tutsun və kimin üstünə hirslənim. C.Məmmədquluzadə. Qaraca qız .. düşünürdü: – Mən Ağca xanıma nə etdim ki, anasının mənə acığı tutdu. S.S.Axundov. [Qulunun] bütün məzlum, zavallı görkəmi Surxayda təzadlı bir duyğu oyandırdı: bir yandan ona yazığı gələrdi, ürəyi yanardı, o biri yandan da acığı tutardı. M.İbrahimov. Acığı(na) gəlmək – xoşlamamaq, xoşlanmamaq, xoşuna gəlməmək. [Qənbərqulu:] ..Mən özüm əslində az danışan adamam, heç çox danışmağı sevmirəm və çox danışan adamlardan da acığım gəlir. B.Talıblı. Daha artıq böyüdükcə, onun [Azadın] bu xasiyyəti mənim acığıma gəlməyə başlayırdı. M.İbrahimov. Həbib fikirləşdikcə özündən acığı gəlirdi. Ə.Vəliyev. Acığını basmaq (yemək) – özünü saxlamaq, hiddətini yatırmaq. Acığını çıxarmaq – heyfini almaq, əvəzini çıxmaq. İndi Molla Kərim orucluğun və məhərrəmliyin də acığını çıxarmaq istəyirdi. B.Talıblı. Acığını tutdurmaq – hirsləndirmək, acıqlandırmaq. Yay girəndə Səmədin dəliliyi şiddətlənirdi. Görürdün, yol gedəndə gözləri çanağından çıxıb oynayır, .. acığını tutduranı döyməmiş olmurdu. Çəmənzəminli. Acıq almaq – intiqam almaq, əvəzini çıxarmaq, heyfini almaq. Acıq çəkmək – arzu edilməyən, xoşa getməyən səbəblər üzündən hirslənmək, acıqlanmaq, daxili iztirab çəkmək. Acıq çıxartmaq (çıxmaq) – bax. acıq almaq. Acıq eləmək – küsmək, inciyib getmək. Acıq vermək – birini acıqlandırmaq, birisinin acıq çəkməsinə səbəb olmaq. [Topçular:] – Boşa gedəcək, nə qədər atsanız boşa gedəcək! – deyə uzaqdanuzağa düşmənə acıq verirdilər. Ə.Əbülhəsən. – [Ağca xanım] pərdəni salmaq, sakitcə evə girməklə Zoyaya acıq vermək, “yandırmaq” istəyirdi. Mir Cəlal. acıqla zərf 1) Acıqlı bir surətdə, hiddətlə, hirslə. Acıqla cavab vermək. Acıqla danışmaq; 2) qəsdən, tərsinə olaraq. Acıqla etmək. O, acıqla belə elədi. acıqarpız is. bot. Gövdəsi yerlə sürünən çoxillik bitki (dərman bitkisi). [Acıqarpız] 3-5 qanadlı girdə yarpaqlara malikdir; sarı rəngli böyük çiçəkləri tək-tək yerləşmişdir. R.Əliyev. acıqdırmaq f.\n1. Ac qoymaq.\n2. İştaha gətirmək, iştaha gətirməsinə səbəb olmaq. Aclıq hissi doğurmaq. acıqıcı is. bot. Vəzəriyə, tərəyə oxşar yeməli bir bitki. ..Tellinin süfrəsi salınmışdı. Çörəklə bərabər vəzəri və acıqıcı da qoyulmuşdu. Çəmənzəminli. acıq-qıcıq is. dan. Birisini acıqlandırmaq, hiddətləndirmək. Acıq-qıcıq vermək. acıqlandırma “Acıqlandırmaq”dan f.is. acıqlandırmaq icb. Acığını tutdurmaq; öz hərəkəti, sözü və s. ilə birinin hirslənməsinə, acıqlanmasına səbəb olmaq. Dünən uşaqlar məni bərk acıqlandırmışdılar. Adamı bu qədər acıqlandırmazlar. acıqlanma “Acıqlanmaq”dan f.is. acıqlanmaq f.\n1. Acığı tutmaq, hirslənmək, hiddətlənmək, qızmaq. Hər şey üçün adam acıqlanmaz. Niyə belə acıqlanmısan? – Nəbi bərk acıqlanmışdı. Boz atın ağzını geri qaytarıb, naçalnikin qoşununa təpindi. “Qacaq Nəbi”. Nina mənim Sərdar Rəşidlə söhbətimi gördüyündən yenə də acıqlandı. M.S.Ordubadi. Tez-tez ayağı sürüşdüyündən isə [Qarakişi] daha da acıqlanırdı. Ə.Əbülhəsən.\n2. Birinin üstünə qışqırmaq, məzəmmət etmək, danlamaq. Atası oğluna acıqlandı. acıqlı sif.\n1. Hirsli, hiddətli, qəzəbli. Acıqlı adam. Acıqlı nəzər. Acıqlı söz. Acıqlı cavab. – Acıqlı başda ağıl olmaz. (Ata. sözü). // Zərf mənasında. Acıqlı baxmaq. Acıqlı cavab vermək. Acıqlı danışmaq. – Səlim bəzən kəskin və acıqlı, bəzən həyasız bir tonla cavab verirdi. M.İbrahimov. Ata-anası onun [Sitarənin] sözünü kəsib acıqlı deyirdilər: – Kəs səsini, bihəya! Namusumuzu yerə soxdun. Çəmənzəminli.\n2. məc. Şiddətli, coşqun, dəhşətli və s. mənalarda. Acıqlı dəniz. Acıqlı külək. acıqlı-acıqlı zərf Acıqlı halda, hirslihirsli. Mexanik acıqlı-acıqlı [fəhlələrə] baxaraq, həyət qapısından çıxıb .. getdi. H.Nəzərli. Qoca acıqlı-acıqlı ona [Surxaya] baxdı. M.İbrahimov. [Səadət xanım] üzüklü barmaqları ilə məni yanıyaraq acıqlı-acıqlı baxırdı. Mir Cəlal. acıqlılıq is. Acıqlı adamın halı, vəziyyəti, xassəsi, hirslilik. acıqmaq f.\n1. bax. acmaq.\n2. məh. Yoxsullaşmaq, kasıblaşmaq, əli aşağı düşmək. acıqovuq is. bot. Zəncirotu, qabsındıran (çoxillik ot). acıqovun is. bot. Çoxillik dərman bitkisi. Acıqovun düyünlü köklərə malikdir, bitkinin adətən yerüstü gövdəsi yoxdur, lakin yarpaqlar çılpaq və neştər şəklində, kənarı isə kəsik-kəsikdir. R.Əliyev acılama “Acılamaq”dan f.is. acılamaq f. Acı sözlər demək, zəhərləmək, sancmaq, birinə acı söz deyib qəlbini incitmək. [Zeynal:] – Sən istədiyin qədər bağır! – deyə qocanı acılayırdı. A.Şaiq. [Kor seyid] bəzi vaxt Məsməni nalayiq sözlər ilə acılarmış. S.Hüseyn. Sarxan dəstənin ortasında durmuşdu. Onu yenə də acılayırdılar. M.Hüseyn. acılanmaq məch. Acı sözlərlə pərt edilmək, qəlbi sındırılmaq, acı sözlər deyilmək. acılaşdırılma “Acılaşdırılmaq”dan f.is. acılaşdırılmaq məch. Acı edilmək, dadı acı bir hala gətirilmək. acılaşdırma “Acılaşdırmaq”dan f.is. acılaşdırmaq f. Acı eləmək, dadını acı hala gətirmək. İstiot xörəyi acılaşdırdı. Bibər ağzımı acılaşdırdı. acılaşma “Acılaşmaq”dan f.is. acılaşmaq f. Acı olmaq, dadı tündləşmək, dadı xarab olmaq. Yağın duzu az olduğuna görə acılaşıbdır. İstidən kərə çox tez acılaşır. acılatmaq bax. acılaşdırmaq. acılı sif. Zəhərli, ağılı. Qoca arvad kişi ilə acılı ilan kimi dik qalxdılar.. A.Divanbəyoğlu. acılıca is. bot. Bəzi növlərindən dərman hasil edilən çoxillik ot bitkisi. acılıq is.\n1. Acı şeyin halı; acı dadma. Ağız acılığı. Yağın bir az acılığı var. Ağzımda acılıq var.\n2. məc. (bəzən cəm şəklində işlənir). Uğursuzluq, fəlakət, məşəqqət və s. nəticəsində doğan acı hiss. [Təliə:] Bəlkə də şair məni bu günün acılıqlarını dadızdırmaq üçün ölümdən qurtardı. M.S.Ordubadi. Qadının üzünü bir acılıq bürüdü. Qaşları çatıldı. S.Hüseyn. [Koxa:] Axı acılıq bir il gedər, töhmət min il. S.Rəhimov.\n3. məc. Kəskinlik, kinayəlilik. Kəyan Mahmudun gözlərinə baxdığı vaxt ancaq onun sözlərindəki acılığı duydu. Ə.Əbülhəsən.\n4. məc. Pislik, kəskinlik, sərtlik. Zəmi yerini bürüyən havanın acılığı Alo kişinin zəhləsini tökürdü. S.Rəhimov. acılıqotu is. bot. Yarpaqsız, buğumlu, gövdəsi qol-budaqlı kiçik kol bitki. [Acılıotunun] gövdəsi düz, qismən odunlaşmış və boz rəngli budaqları vardır. R.Əliyev acıma I. “Acımaq1 ”dan f.is.\n\nII. “Acımaq2 ”dan f.is. acımaq I. f.\n1. Acı olmaq, acı dad vermək, acılaşmaq, tündləşmək.\n2. Turşumaq, qıcqırmaq, yetişmək. Xəmir acımışdır.\n3. dan. Acıqlanmaq, hirslənmək. ..Qəssab Şamil ilə barışıb öpüşsə də, sabah, ya biri gün bir yavan ət üstə yenə acıyıb küsəcəkdir. C.Məmmədquluzadə.\n\nII. f.\n1. Yazığı gəlmək, ürəyi yanmaq, rəhmi gəlmək; mərhəmətə gəlmək. Mən yazıq qızın vəziyyətinə həddindən artıq acıdım. M.S.Ordubadi. Səməd ustaya acıdı və səyini qiymətləndirərək maaşını .. artırdı. M.İbrahimov.\n2. Təəssüf etmək, heyifsilənmək. İtirdiyim vaxta acıyıram. Səninlə görüşə bilmədiyimə acıyıram. – Bəzən Qədirin nitqinə ehtiyac qalmazdı. O dilxor olar, əməyinə acıyardı. Mir Cəlal. acımış f.sif. Turşumuş, qıcqırmış, yetişmiş. Acımış xəmir. acımsov (=acımtıl=acımtraq) bax. acıtəhər. acımtıl (=acımsov=acımtraq) bax. acıtəhər. acımtraq (=acımsov=acımtıl) bax. acıtəhər. acımtıllıq (=acımtraqlıq) is. Acımtraq şeyin halı, az acılıq. acımtraqlıq (=acımtıllıq) is. Acımtraq şeyin halı, az acılıq. acınacaq (=acınacaqlı) sif. Acımalı, rəhm edilməli, mərhəmətə layiq; kədər doğuran; bədbəxt, miskin. Acınacaq vəziyyət. Acınacaq bir mənzərə. Acınacaqlı vəziyyət. Acınacaqlı həyat. – Acınacaqlı bir hala salınmış heyvanların döşünü-başını ovuşduraovuşdura birtəhər təkrar döyüşə cəlb etmək istərdilər. H.Sarabski. acınacaqlı (=acınacaq) sif. Acımalı, rəhm edilməli, mərhəmətə layiq; kədər doğuran; bədbəxt, miskin. Acınacaq vəziyyət. Acınacaq bir mənzərə. Acınacaqlı vəziyyət. Acınacaqlı həyat. – Acınacaqlı bir hala salınmış heyvanların döşünü-başını ovuşduraovuşdura birtəhər təkrar döyüşə cəlb etmək istərdilər. H.Sarabski. acındırıcı bax. acınacaq(lı). acındırmaq f. Təəssüf doğurmaq, şəfqət doğurmaq. acınmaq bax. acımaq1 3-cü mənada. Əsədin .. öz günahını yenə də düşünməməyinə [müəllim] acınıb dodaqlarını çeynəyərək şəhadət barmağını ona tərəf silkələyib hədələdi. B.Talıblı. acışdırıcı sif. Göynədici, gicişdirici. Mərmi və mina ilə dağım-dağım olan yerin bağrından barıt iyi verən boğaz və göz acışdırıcı tüstülər qalxırdı. Ə.Əbülhəsən. acışdırma “Acışdırmaq”dan f.is. acışdırmaq f.\n1. Ağrıyan bir yeri, yaranı qaşımaqla, dərman qoymaqla qıcıqlandırmaq. Yaranı acışdırmaq. – Adamların burnunu və boğazını acışdıran kəsif çürüntü iyi ətrafı bürümüşdü. P.Makulu. // Göynətmək, ağrıtmaq.\n2. Acığını tutdurmaq, acıqlandırmaq, hirsləndirmək. acışma “Acışmaq”dan f.is. acışmaq f. Göynəmək, ağrımaq, gicişmək, qıcıqlanmaq. İsmayılzadə dodaqları arasındakı papirosun tüstüsündən acışan gözünü qıyıb, o biri gözü ilə altdan yuxarı Fikrətə baxırdı. M.Hüseyn. Professor bu dəfə də dəsmalı ilə acışan gözlərini sildi. S.Rəhimov. acıtəhər sif. Bir az acı, bir qədər acı, acı dadan. acıtma is. Xəmir mayası, acıxəmrə. Xəmirə acıtma qatmaq. acıtmaq I. f.\n1. Acı etmək, acılaşdırmaq. Çox saxlamaqdan yağı acıtmışlar.\n2. Turşutmaq, qıcqırtmaq. Xəmiri acıtmaq.\n\nII. f. İncitmək, acığını tutdurmaq. Sözüm onu acıtdı. – Acıtdı məni acı sözün, tünd nigahın. Füzuli. Yalnız Mahmudu acıdan bu idi ki, .. arvadı üzünün dörddən biri və yaxud yarısını göstərməyi əvəzinə, çarşabı lap çiyninə atıb başını tamamilə açmışdı. B.Talıblı. [Qaçayın] qaşqabağı, sallaq dodağı, çatılan qaşı, qırışıq alnı müəllimi lap acıtdı. Ə.Vəliyev. acıtmalı sif. Acıtma vurulmuş, acıtma qatılmış, acıtması olan. Acıtmalı xəmir. acıtmalıq sif. Acıtma üçün olan, acıtmaya yarar. Acıtmalıq xəmir. acıyonca is. bot. Çəmənlərdə, meşə kənarlarında bitən çoxillik bitki. acıyovşan is. bot. Meşə kənarlarında otlu yamaclarda bitən dərman bitkisi. aciz sif. [ər.]\n1. Əlindən iş gəlməyən, bacarıqsız, zəif. Aciz uşaq. Aciz adam. O çox aciz adamdır. – Bizim söhbətimizə gəldikdə, tələbə Əbdülhəsənzadə Xəlil, necə ki axırda məlum oldu, heç də aciz deyilmiş. C.Məmmədquluzadə. // Nə edəcəyini bilməyən, çaşıb qalmış. Mən bu işdə acizəm. – [Hacı Kərim:] Mən ki zərgərəm, yövmiyyə xərcimdən ötrü acizəm. M.F.Axundzadə. • Aciz etmək – iqtidarsız etmək, bacarmaz hala gətirmək, son dərəcə zəif salmaq. Xəstəlik onu lap aciz edib. Aciz qalmaq, aciz olmaq – bir iş görmək iqtidarından məhrum olmaq, bacarmamaq. Olsun aləmlərə hökmün nafiz; Qalsın əmrində təbiət aciz. A.Səhhət. Murovlar, pristavlar, naçalniklər, hətta qubernatorun özü onun [Əbdülkərimin] əlində aciz qalıb, öhdəsindən gələ bilmirdilər. Ə.Haqverdiyev. [Yusif:] Bu zorbalıqda ayı mənim qamçımın qorxusundan hər cür oyun çıxarır, amma bu balacalıqda qızın əlində aciz qalmışam. S.S.Axundov. Çox zaman qəşəng söz deməyi bacaran adamlar çətin hallarda qəhrəmanlıq göstərməkdən aciz olurlar. M.Hüseyn.\n2. Cəsarətsiz, qətiyyətsiz, qorxaq. Aciz adam. // İs. mənasında. [Heydər bəy:] Əlbəttə, acizləri həmişə tuturlar. Malını alıb tənbih edirlər. M.F.Axundzadə. // Yazıq, fağır, məzlum, əlsiz-ayaqsız. [Fəxrəddin:] İlan insanları ehtiyatsızlığa sövq etmək üçün özünü aciz göstərir. M.S.Ordubadi. acizanə zərf [ər. aciz və fars. ...anə]\n1. Acizcəsinə, aciz bir halda.\n2. Nəzakət bildirən köhnəlmiş ifadə – həqiranə. Acizanə boyun əyərək. Acizanə xahiş etmək. – [Güləsərin] ..baxışlarında acizanə yalvarışla bahəm dərin bir məzəmmət, dil anlamaz, mərhəmətsiz bir adama qarşı coşan kin qarışıq giley-güzar var idi. İ.Şıxlı. acizləşdirmə “Acizləşdirmək”dən f.is. acizləşdirmək f. Acizləşməsinə səbəb olmaq, aciz etmək. acizləşmə “Acizləşmək”dən f.is. acizləşmək f. Getdikcə aciz olmaq, bacarığını, iqtidarını itirmək, daha əlindən iş gəlməmək. Xəstələnəndən sonra lap acizləşmişdir. acizlik is. Bacarıqsızlıq, iqtidarsızlıq, zəiflik, cəsarətsizlik, qətiyyətsizlik. İşdə acizlik. Onun bütün müvəffəqiyyətsizliyi acizliyindən doğur. – [Nizami:] Ümidsiz olmaq acizlikdir, insan yer üzünə səadət üçün gəlir. M.Hüseyn. • Acizlik göstərmək (etmək) – qorxmaq, cəsarət etməmək. [Cahandar ağa] arvadının qarşısında acizlik edəcəyini duyduğundan, yönünü çevirdi və getmək istədi. İ.Şıxlı. acqarına zərf bax. ac-acına. Acqarına papiros çəkmək zərərdir. – Acqarına bir nəfər nəğmə oxurmu məgər? A.Səhhət. aclıq is.\n1. Yeməyə ehtiyac hissi. Səhərdən aclıq hiss edirəm. // Uzun müddət doyunca yeməmə. Aclıqdan tələf olmaq. – [Şahbaz bəy:] Adam aclığından, susuzluğundan oğurluğa, quldurluğa qurşanar. M.F.Axundzadə. Uşaqlar da aclıqdan çıxıb, evdə çörək pulu olduğuna şadlanırlardı. S.M.Qənizadə. • Aclıq çəkmək – uzun müddət doyunca yeməmək, qarnı tox olmamaq. [Dərviş] o qədər arıq və cansız idi ki, qabırğalarını bir-bir saymaq olardı və əlbəttə ki, çox aclıq çəkmiş bir adam bu hala düşə bilərdi. Ə.Məmmədxanlı.\n2. Məhsulsuzluq və ya başqa bir ictimai fəlakət nəticəsində əmələ gələn qıtlıq, qəhətlik, ərzaq yoxluğu. Aclıq ili. – Başqa yerdən də taxıl gəlmədiyi üçün aclıq ölkəni ağzına almışdı. Çəmənzəminli. • Aclıq düşmək – məhsulsuzluq və ya başqa bir ictimai fəlakət nəticəsində məhsul qıtlığı.\n3. məc. Ümumiyyətlə, qıtlıq, hər hansı istehlak şeylərinin azlığı, çatışmaması, tapılmaması. Əmtəə aclığı.\n4. məh. Təzə taxıldan birinci dəfə üyüdülən un, döyülən xırman. ‣ Aclıq elan etmək – özünə və ya başqalarına edilən haqsızlığa etiraz əlaməti olaraq şəxs(lər)in yeməkdən imtina etməsi. Sərhəng sual etdi: – Onun aclıq elan etdiyi neçə gün olar? M.İbrahimov. acma “Acmaq”dan f.is. acmaq f. Aclıq hiss etmək, yemək istəmək. Bu bulağın suyunu içən kimi adam acır. ac-susuz zərf Heç bir şey yemədən, acqarına, tamamilə ac halda. [Hacı Murad:] Ac-susuz altı saatdır o tacirin, bu tacirin dükanının qabağını kəsdirib borc yığıram. S.S.Axundov. Neçə gün meşədə ac-susuz qalan Xanməmməd təsadüfən tapılır və yarımcan halda qalaya gətirilir. Çəmənzəminli. ac-yalavac is. və sif. Ac, heç bir şeyi olmayan, yoxsul, dilənçi, səfil. [Azyaşlı uşaqlar] ac-yalavac, dilənçi günündə yaşayır, gecə-gündüz insan qüvvəsindən xaric işləyirdilər. H.Sarabski. • Ac-yalavac qoymaq – hər şeydən məhrum etmək, varyoxunu əlindən almaq, müflis etmək, dilənçi halına salmaq. [Ramazan:] Mən yazığın da var-yoxunu cürbəcür hiylə ilə əlimdən [Səfər] aldı, məni ac-yalavac qoyub, bu günə saldı. B.Talıblı. ...açan Bəzi sözlərə qoşularaq mürəkkəb sifət düzəldilir; məs.: könülaçan, ürəkaçan, gözaçan, iştahaçan. açar is.\n1. Qıfılı açmaq və ya bağlamaq aləti. Qapı açarı. Stolun açarı. Şkaf açarı. – Sən də açılmamış bir dəfinəsən; Açarı qeyb olan bir xəzinəsən. M.Müşfiq. // Məc. mənada. Beş dənizin açarı indi əlimizdədir. Ə.Cəmil.\n2. Canlı dildə bəzən “qıfıl” mənasında da işlənir. Açarın dili sınıbdır. Qapının açarını aç.\n3. Çilingərlikdə işlədilən müxtəlif ölçülü alətlər. // Elektrik cərəyanını açıb bağlamaq üçün alət. Elektrik açarı. // Saat və s. mexanizmləri qurmaq üçün alət.\n4. xüs. Şifrlə yazılmış bir mətni oxumaq üçün xüsusi şəkildə düzəldilmiş hərflər sistemi. Şifrin açarını tapmaq. // məc. Çeşidli problem və məsələlərin həlli yolu. Məsələnin açarını tapmaq. – Bilik xəzinəsinə kitabdır qızıl açar. M.Seyidzadə.\n5. filol. Çətin bir mətni yaxşı başa düşmək, üçün sadə şəkildə şərh edilmiş yazı. Nizami əsərlərinin açarı. Firuzabadi qamusunun açarı.\n6. mus. Not sətirlərinin əvvəlində notların mənasını müəyyən edən işarə. Skripka açarı. ‣ Açar salmaq – 1) oğurluq məqsədi ilə özgənin qapısını açmaq; 2) məc. birinin qəlbini, ürək sirrini bilmək üçün onu sınamaq; yoxlamaq. açarçı is.\n1. Açar qayıran, qıfıl, açar ustası, çilingər.\n2. Mədənlərdə və s.-də mexanizmləri bağlayan fəhlə. [Ramazan:] İndi elə vaxt deyil ki, buruq ustası olmaq üçün otuz-qırx il külüng çalasan, .. bu gün şagirdsən, sabah açarçı olacaqsan. M.Hüseyn. [Həmid] indi açarçı vəzifəsində işləyirdi. Ə.Məmmədxanlı.\n3. Həbsxana qapılarının açarlarını saxlayan, onları açıb bağlayan xidmətçi. açarçılıq is. Açarçı sənəti, işi. açarlı sif.\n1. Açarı olan. Açarlı saat. Açarlı qıfıl.\n2. Canlı dildə bəzən “qıfıllı, qıfılla bağlı” mənasında işlənir. Qapı açarlıdır. açdırma “Açdırmaq”dan f.is. açdırmaq icb. Açmağa məcbur etmək. Alınan məktubu anası güc ilə Rüxsarəyə açdırdı. S.Rəhimov. açıq sif.\n1. Qapalı olmayan, örtülü olmayan. Açıq pəncərə. Açıq qutu. Açıq kitab. – Səhər Sona yuxudan ayılıb medalyonu açıq (z.) gördü. N.Nərimanov. // Qıfılsız, bağlı olmayan. Açıq şkaf. Açıq qapı.\n2. Örtüksüz, üstü örtülü olmayan, damı olmayan. Açıq səhnə. Açıq avtomobil. Açıq kinoteatr. Açıq balkon. • Açıq havada – qapalı bina xaricində. Yığıncaqdan sonra artistlər açıq havada konsert verdilər. S.Rüstəm.\n3. Heç bir tərəfdən məhdud olmayan, geniş, vüsətli. Açıq səhra. Açıq dəniz. Açıq tarla. – Qayıq dəniz buruqlarının böyründən şütüyərək açıq dənizə çıxdı. M.Hüseyn. // Hasarı, hüdudu olmayan. Açıq həyət. Açıq meydan.\n4. Sərbəst, maneəsiz, heç bir şeylə məhdud olmayan. Açıq yol. Açıq satış. Açıq müzayidə. // Zərf mənasında. [Humay] ta çocuqluqdan bəzən açıq və sərbəst olaraq böyümüşdür. H.Cavid.\n5. Buludsuz, aydın, təmiz, tutqun olmayan. Açıq hava. – [Keşikçilər] açıq səmanın fonunda xırdaca qarışqalara bənzəyirdilər. İ.Şıxlı.\n6. is. Açıqlıq, boşluq, meydan. Şəhərin ortasındakı açıqda bağ salınmışdır. – Qalın qara meşənin ortasındakı açığı; Buludlu göydən işıqlandırır Ayın işığı. A.Səhhət.\n7. Rəngi tünd, tutqun olmayan, zəif. Açıq çay. Açıq məhlul. Açıq paltar. Açıq rəng. Açıq ton.\n8. Sahibsiz, boş, heç kəs tərəfindən tutulmamış (vəzifə, yer). İdarəmizdə üç açıq yer var. • Açıq qalmaq – boş qalmaq, tutulmamaq.\n9. Müdafiəsiz, hücuma məruz qala bilən. Cəbhənin açıq yerlərinə qüvvə göndərmək. // Müdafiə edilməyən, möhkəmləndirilməyən, istehkamsız, qeyri-hərbi. Açıq liman. Açıq şəhər.\n10. Çılpaq, üryan, örtüsüz. Açıq baş. Açıq döş. Açıq qol. – Qüdrətin qulağının dibindən tutmuş açıq boynuna qədər qırmızı bir zolaq uzanır. M.İbrahimov.\n11. Hamı üçün sərbəst olan, gizli olmayan. Açıq iclas. – Sən amansız olmalısan, – deyə Əlyarov əlinin hərəkəti ilə sözünün təsirini gücləndirmək istədi, – onların hamısını açıq məhkəmə eləmək lazımdır. M.Hüseyn.\n12. Səmimiyyət ifadə edən, səmimi. Açıq adam. Açıq söhbət. Açıq ürək. // Zərf mənasında. Heç bir şeyi gizlətmədən, heç bir şeydən çəkinmədən. [Fərhad:] Siz mənimlə açıq danışın; mən də sizin kimi bir adamam; nə qədər açıq danışsanız, bir elə mən sizdən razı olaram. Ə.Haqverdiyev. [Gəldiyev] Verdiyevin söhbətə ayrı rəng verdiyini görüb açıq danışa bilmədi. Mir Cəlal. • Açıq adam – gülərüzlü, safqəlbli. Açıq olmaq – səmimi olmaq, fikrini gizlətməmək. Açıq ürəklə – səmimiyyətlə, sədaqətlə. [Dilaranın anası] buna görə də qızını yola salarkən, açıq ürəklə Həsəni evə gətirməyi ona tapşırırdı. M.İbrahimov. Arası açıq olmaq – yaxın olmaq, aralarında rəsmi münasibət olmamaq. Onunla aramız açıqdır. – Saday onu yaxşı tanısa da, araları bir o qədər açıq deyildir. M.Hüseyn.\n13. Aşkar, bəlli, aydın, heç bir şeylə gizlədilə bilməyən; şübhəsiz. Açıq düşmənçilik. Açıq ədavət. Açıq mübarizə. Açıq yalan.\n14. məc. Aydın anlaşılan, məntiqli. Açıq fikir. Açıq ifadə. Açıq sübut. – [Sabirin] yazdığı şeirlərin çoxu açıq və sadə ana dilində olub məişətimizin eynini göstərməyə görə əzbər öyrənilirdi. F.Köçərli. // Qabaqcıl, mütərəqqi. Tələbələrdən Qurban Mərəndi adlı birisi öz açıq fikirləri və cəsarətli hərəkətləri ilə Firidunun diqqətini cəlb etmişdi. M.İbrahimov. ‣ Açıq əl məc. – səxavət, comərdlik. Açıq gözlə baxmaq (etmək, getmək və b.k.) – məqsədi, vəzifəni başa düşərək, aydın anlayaraq; şüurlu surətdə. [Zaman:] O da istəməzmi ki, açıq gözü ilə dünya işığına baxsın? Ə.Haqverdiyev. Açıq qapı – qonaqpərəstlik, mehmannəvazlıq, müsafirpərəstlik mənasında. Hacı Kamyabın qapısı hər gələn üçün açıq idi. Ə.Haqverdiyev. Açıq qapı günü – ali məktəbə, işə girmək istəyənlərin məktəb və sənaye müəssisəsi ilə tanış olmaları üçün ayrılan gün. Açıq məktub – 1) poçt kartoçkası; 2) birisinə xitabən qəzet və ya məcmuədə dərc edilən məktub və s. Açıq seçki – açıq səsvermə üsulu ilə keçirilən seçki. Açıq səsvermə – gizli olmayıb, adətən əl qaldırmaqla səsvermə üsulu. Açıq sifət – qəmgin olmayan, şad mənasında. Açıq tamaşa – hər kəsin gələ biləcəyi tamaşa; biletsiz, müftə tamaşa. Açıq yara – hələ sağalmamış yara. açıq... Mürəkkəb rəng adlarının qabağına gətirilərək, onların tünd, qəliz olmadığını, açığa çaldığını göstərir; məs.: açıq-abı, açıqbənövşəyi, açıq-qırmızı, açıq-sarı, açıqçəhrayı, açıq-yaşıl və s. açıq-açığına zərf Açıq bir surətdə, gizlətmədən, qorxmadan, çəkinmədən. Lakin Əhməd pəncərələrə tərəf nə üçün baxdığını açıq-açığına Cəmiləyə deyə bilmirdi. S.Rəhimov. açıq-aşkar bax. açıq-aydın. Ölümsüzdür açıq-aşkar açılan güllə; Qara həsəd gizli-gizli yeyir ürəyi. B.Vahabzadə. açıq-aydın zərf və sif. bax. açıq (1213-cü mənalarda). Açıq-aydın məsələ. Fikrini açıq-aydın söyləmək. Açıq-aydın danışmaq. – Dostumuzun açıq-aydın baxışlarından; Mavi suya nur tökülür, mənalar yağır. S.Vurğun. açıqca 1. zərf Açıq-aydın bir surətdə, gizlətmədən, qorxmadan, çəkinmədən. Fikrini açıqca söyləmək. Məqsədini açıqca anlatmaq. Səhvlərini açıqca boynuna almaq. – Əsgər və Əlyar Rüxsarə haqqında, öz aralarında açıq söhbət etdikləri və açıqca danışdıqları halda, Xudakərəm özünü o yerə qoymurdu. S.Rəhimov.\n2. sif. Bir az açıq, açıqtəhər. açıqcasına bax. açıqca. açıqdan zərf Aydın surətdə, aşkar surətdə, gizlətmədən. Açıqdan ədavət bəsləmək. Fikrini açıqdan söyləmək. açıqdan-açığa bax. açıq-açığına. Eyiblərini açıqdan-açığa söyləmək. Açıqdanaçığa düşmənçilik etmək. Açıqdan-açığa yalan danışır. – [Məsmə] kimsəyə əl açmayacağını, kimsədən bir şey dilənməyəcəyini açıqdan-açığa kor seyidə bildirir. S.Hüseyn. Tökür hicrində açıqdan-açığa göz yaşını. S.Rüstəm. açıqfikirli sif. Azad düşünən, düzgün düşünən, sağlam fikirli; dünyagörüşü mütərəqqi olan. Doktorun oğlu darülfünun son kursunda oxuyurdu. O, zəkalı, açıqfikirli və cəsarətli bir adam idi. M.İbrahimov. Mirzə Hüseyn də .. açıqfikirli adamlardandı. S.Rəhman. açıqfikirlilik is. Açıqfikirli adamın xassəsi, sağlam fikirlilik, düzgün düşünən, görüşdə qabaqcıllıq, tərəqqipərvərlik. açıqgəzən sif. Çadrasız, çadra örtməyən. [Bəşir] ..dediyini yenə də deyir: mən oxumuş, açıqgəzən azərbaycanlı qızı alacağam. S.S.Axundov. açıqgöz (=açıqgözlü) sif. Ayıq, sağlam düşünən, hər şeyi olduğu kimi görən, gözüaçıq. Açıqgözlü adam. açıqgözlü (=açıqgöz) sif. Ayıq, sağlam düşünən, hər şeyi olduğu kimi görən, gözüaçıq. Açıqgözlü adam. açıqgözlülük is. Sağlam düşünmə, hər şeyə açıq gözlə baxma xassəsi; gözüaçıqlıq, ayıqlıq. açıqlıq is.\n1. Açıq yer, düzəngah, açıq sahə, meydan. Açıqlıqda çadır qurmaq. Uşaqlar açıqlıqda top-top oynayırlar. – [Maro] meşədə xeyli dolandıqdan sonra, meşənin dərinliyində alaçıq böyüklüyündə açıqlıq tapdı. S.Rəhimov. // Tikintisiz yer, açıq yer, boş yer. Məktəbin dalı açıqlıqdır. Açıqlıqda binalar tikilmişdir. – [Toğrul] açıqlıqdan keçdi, kömür kimi qara və müzlim görünən qamışlığa girdi. H.Nəzərli.\n2. İki şey arasındakı boşluq, aralıq, məsafə. Yol ilə arx arasındakı açıqlıqda ağaclar əkilmişdir. Kisələri açıqlığa qoy. – Fasilə etibarı ilə bunların arasındakı açıqlıq bir o qədər deyildi. S.Hüseyn.\n3. Aydınlıq, təmizlik, buludsuzluq. Havanın açıqlığı. Göy üzünün açıqlığı.\n4. Açıq, örtüsüz, qapalı olmayan şeyin halı.\n5. məc. Səmimilik, ürəyiaçıqlıq, qəlbini gizlətməmə. [Mahmud] təbiətinə xas bir açıqlıq və rayihə ilə bizi heyran etmişdi. M.İbrahimov. [Rüxsarə] indi tənhadır, indi artıq Rüxsarə ilə tam açıqlığı ilə danışa bilərdi. S.Rəhimov. ‣ Açıqlığa çıxmaq məc. – sıxıntıdan, əziyyətdən qurtarmaq, dərddən, qəmdən xilas olmaq, xoş günə çıxmaq. açıqraq sif. köhn. Daha açıq. // Bir qədər açıq, azacıq açıq. açıqrəngli bax. açıq 7-ci mənada. Açıqrəngli paltar. Açıqrəngli boya. Açıqrəngli mürəkkəb. Açıqrəngli çit. açıq-saçıq sif. və zərf\n1. Pərişan, nizamsız, dağınıq.\n2. Açıq, ədəb xaricində, hər şeyi olduğu kimi, öz adı ilə. Açıq-saçıq danışmaq. açıqürəkli sif. Səmimi, öz fikrini ürəyində gizlətməyən, ürəyiaçıq. Açıqürəkli adam. açıqürəklilik mücər. Açıqürəkli adamın xassəsi; səmimiyyət, ürəyiaçıqlıq. açılacaq is.\n1. Ev qapısının içəriyə tərəf açılan yeri.\n2. Düyümün və ya bağlı bir şeyin açılma yeri.\n3. məc. Bir məsələnin, müəmmanın həlli, açarı. açılan is. məh. Atəş açan silah, odlu silah (tüfəng, tapança). [Heydər] də neçə gündür ki yoxdur, xəbər gəzir ki, o, açılan axtarır. S.Rəhimov. ...açılan Saylara qoşularaq, tüfəng, tapança növlərini bildirir; məs.: beşaçılan, onaçılan. açılış is. Açılmaq işi, açılma vaxtı; başlanış. İclasın açılışı. Sərginin açılışı. açılışma “Açılışmaq”dan f.is. açılışmaq f.\n1. qarş. Bir-birinə yaxın olmaq, məhrəmləşmək, bir-birinə isinişmək, yaxınlaşmaq. [Əhməd:] Birdən Gülnazı bərk-bərk qucaqlayıb öpdüm, bu əhvalat bizim açılışmağımıza səbəb oldu. T.Ş.Simurq.\n2. Daha utanmamaq, sıxılmamaq, özünü sərbəst hiss etmək; tədricən mühitə, ətrafdakılara, şəraitə alışmaq. Usta Ağabala əvvəl bir utandı, sonra isə yavaş-yavaş açılışdı. Çəmənzəminli. Qarnı doymuş və rəngi özünə gəlmiş uşaqlar həyətdə oynayır, getdikcə şadlanıb açılışırdılar. M.İbrahimov.\n3. Həyasızlaşmaq, daha çəkinməmək, sırtıqlaşmaq, əl-qol açmaq.\n4. İnkişaf etmək, kamilləşmək, zehni açılmaq, irəliləmək. Uşaq məktəbə gedəndən xeyli açılışıbdır. açılma “Açılmaq”dan f.is. açılmaq f.\n1. Qapağı, örtüsü və s. götürülmək, düşmək, açıq hala gəlmək. Qutu açıldı. Qazanın qapağı açıldı. Damın üstü açıldı. Şüşənin ağzı açıldı. Qıfıl açıldı.\n2. Aradakı maneə götürülmək, yaxud yox olmaq. Qarlar əridi, dağ kəndlərinə yol açıldı. // Tayları, layları açıq hala gəlmək. Küləkdən pəncərələr açıldı. – Dalanda ayaq səsi eşidildi, dərhal evin qapısı zərblə açıldı. Mir Cəlal.\n3. Qatlanmış, bükülmüş, düyünlənmiş, bağlanmış şeyin qatları, bükükləri, qırışıqları düzəltmək, düyünü, bağı açıq hala gəlmək. Çətirin düyməsini basan kimi açıldı. Bağlama yerə düşüb açıldı. Örpəyi açılıb başından düşdü. Gəminin yelkənləri açıldı. Belindən qayış açıldı. Boğazından qalstuk açılıb düşdü. Lent açıldı. Ayaqqabıların qaytanı açıldı.\n4. Qoşqudan azad edilmək (olmaq). Atlar arabadan açıldı. Öküzlər kotandan açılıb otlayırlar.\n5. Aralanmaq, seyrəklənmək, arada məsafə əmələ gəlmək. Səflər açıldı.\n6. Aralanmaq (qapalı, yumulu şey). Gözləri açılmaq. Ağzı açılmaq. – Ah, o gözlər ki, nigahilə dilü didələrim; Açılırdı, daha bir də məni şad etməyəcək. A.Səhhət.\n7. Başlanmaq. İşə başlamaq. İclas saat üçdə açıldı. Məruzədən sonra müzakirə açıldı. İdarələr yayda saat 8-də açılır. Məktəblərin açılmasına lap az qalmışdır.\n8. Təsis olunmaq, əsası qoyulmaq; tətbiqə, işləməyə başlamaq. Son illər ölkəmizdə çox sayda yeni məktəblər açılmışdır. Yeni dəmiryol xətti açıldı.\n9. Yaranmaq, əmələ gəlmək, mümkün olmaq. Yeni mədən yataqlarının tapılması nəticəsində bu yerlərin inkişafı üçün böyük imkanlar açılmışdır. Azərbaycan incəsənəti qarşısında böyük perspektivlər açılmışdır.\n10. İfşa edilmək, meydana çıxarılmaq. Cinayətin üstü açıldı. – [Divanbəyi:] Quldurların izi açılıbdır. Mən onları tutmağa çarə taparam... M.F.Axundzadə. // Aydın olmaq, aşkar olmaq, bəlli olmaq, məlum olmaq. [Bayram:] Yox, çuğulluq peşəsini üstümə götürmərəm, iş özü özbaşına açılar. M.F.Axundzadə. [Piri baba:] Siz, Həcər xanım, tez gedin, burada olmağınız açılmasın. S.S.Axundov. // Üzə çıxmaq, büruzə vermək, görünmək (xəstəlik və s.).\n11. Tədqiqat, araşdırma və s. nəticəsində kəşf olunmaq, müəyyən edilmək. Maqnit hadisələrinin mahiyyəti ancaq XIX əsrin əvvəllərində açıla bilmişdir.\n12. Çiçəklənmək, yarpaqlanmaq; görünmək, zahir olmaq. Yaz gəldi, güllər açıldı. – Gül ilə həmzəban olubdu bülbül; Açılıb bənövşə, yasəmən, sünbül. Q.Zakir. Açılmış güllər, göy, sarı zanbaqlar; Bir cənnətdir bu gülşən hər tərəfli. A.Səhhət. Seyrəltmədən və kultivasiyadan sonra .. pambıq daha yaxşı boy atmağa başladı və bitkilərdə altıncı yarpaq açıldı.\n13. Deşilmək, dəlinmək, qazılmaq. Divardan pəncərə açılmışdır. Dağların altından uzun tunel açılmışdır.\n14. Baxmaq, çıxmaq. Künc otağa yalnız bir qapı açılırdı. S.Rəhimov. Cənuba baxan uzun, göy eyvana iki otaq açılırdı. Mir Cəlal. Evciyəzlərin qərbə açılan pəncərələrində şüşələr od tutub sarı bir alovla yanırdı. Ə.Məmmədxanlı.\n15. Qopmaq, sökülmək. Köynəyin bütün tikişləri açılmışdır.\n16. Genişləndirilmək, vüsətləndirilmək, böyüdülmək, genəldilmək, uzadılmaq (sahə). Otağın arası açılsa, genişlik olar. Paltosunun dalı açıldıqdan sonra genəlmişdir.\n17. Cilalanmaq, pardaqlanmaq, təmizlənmək, sürtülüb ağardılmaq; parıldamaq, işıldamaq. Mis qablar qumla sürtüldükdə açılar. Şüşə silindikdən sonra açıldı. Dəri pardaqlanıb açıldı.\n18. Ortalığa atılmaq, irəli sürülmək, başlanmaq. Söhbət açıldı. Bəhs açıldı. İndi ki söz açıldı, söyləməliyəm.\n19. Buluddan azad olmaq, aydınlaşmaq, ayazımaq. Yağış kəsilən kimi hava açıldı. Göyün üzü açıldı. – Bir-iki dəqiqə davam edən yağışdan sonra göy açılmağa başladı. Çəmənzəminli. Hava açıldıqda ata oğlunun əlindən tutub geniş düzənliyə çıxırdı. S.Rəhimov. Günəş qırpınanda açıldı hava; Dayandı ordular, durdu üz-üzə. S.Vurğun.\n20. İşıqlaşmaq, işıqlanmaq, işıqlanmağa başlamaq. Səhər açılmaq. Dan yeri açılmaq. – Ey bəxtimin sitarəsi, bu sübh açılmasın; Mahi-rüxün yetər bu gecə karivanə şəm? S.Ə.Şirvani. Payızın sübhü yeni açılmışdı. S.M.Qənizadə.\n21. Atılmaq, partlamaq. Atılan bombaların heç biri açılmadı. Güllə açılmaq. – Açıldıqda atəş edərdim güman; Ki, göydən yerə od yağır nagəhan. M.Ə.Sabir. Güllə açıldıqda köpək yerə sərildi. S.S.Axundov. Güllə açılanda Əhməd gördü ki, daha bura qaçmaq yeri deyil; təslim olmağı qət etdi. B.Talıblı.\n22. Boşalmaq, boş qalmaq, boş yer əmələ gəlmək. Yer açılan kimi səni oraya düzəldərik.\n23. Sağalmamaq, qovuşmamaq, bitişməmək, üstü açılmaq (yara haqqında).\n24. Görünməyə başlamaq, zahir olmaq. Gözlərim önündə gözəl bir mənzərə açıldı. Qarşımızda müharibənin dəhşətli bir səhnəsi açılmışdı. – Yavaş-yavaş dumduru göy qabığının və geniş üfüqlərin əzəmətli mənzərəsi açılırdı. M.İbrahimov. Fərruxun nəzərində tamam başqa bir aləm açıldı. Mir Cəlal.\n25. məc. Birdən-birə hirslənərək qışqırmaq, bərk danlamaq, acıqlanmaq (bəzən “üstünə, üstümə” sözü ilə). O, birdən üstümə açıldı.\n26. Başlamaq, çatmaq, yetişmək. Yaz açılanda havalar qızmağa başlar. – Gül götürdü pərdə yüzündən, açıldı novbahar; Rövnəqi gəldi və nuri-bağü bustanın yenə. Nəsimi. Gəlsin bahar fəsli, açılsın yazlar; Göylərə tökülsün ağ quşlar, qazlar. Qurbani.\n27. Baş vermək, üz vermək. Amma təhlükə özgə tərəfdən açıldı. M.F.Axundzadə.\n28. Axmağa başlamaq. Borudan su açılmaq. Yaradan qan açılmaq.\n29. Hazırlanmaq, salınmaq, düzəldilmək. Yemək otağında təntənəli şam süfrəsi açıldığını gördüm. M.S.Ordubadi. Sübhanverdizadə birtəhər .. dəhlizə girdi, süfrə açıldı, əvvəlcə toyuq qızartması, sonra rəngli çay verildi. S.Rəhimov.\n30. dan. Rədd olmaq, əl çəkmək, getmək. Nayıbov Lətifin üstünə qışqırdı: – Açıl başımdan! Mir Cəlal.\n31. məc. Həll edilmək. Ömür ipək kələf deyil, açılmayan düyünləri var. R.Rza.\n32. məc. Könlü xoş olmaq, məmnun olmaq, üzü gülmək, fərəhlənmək, sevinmək, şad olmaq. Fərəhdən qönçənin gülgün yanağı güldü, açıldı. Nəsimi. [Xavər] uzun iztirablardan .. sonra Kərim xanın qayıtması ilə açılmağa başlamışdı. M.İbrahimov.\n33. Bir sıra sözlərin yanına gətirilərək, müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs.: könlü açılmaq, dili açılmaq, ürəyi açılmaq, aynası açılmaq, kefi açılmaq. açılmaz sif. Açıla bilməyən. açım is. Açılma zamanı, açılma müddəti (pambığın və s. bitkilərin). açış is. Açma işi, açma tərzi. açma “Açmaq”dan f.is. açmaq f.\n1. Qapalı bir şeyin qapağını və s.-ni qaldırmaq, götürmək, çıxartmaq. Qazanın ağzını açmaq. Qutunu açmaq. Sandığın qapağını açmaq. // Örtülü bir şeyin örtüyünü qaldırmaq, götürmək, çılpaq etmək. Döşünü açmaq. Başını açmaq. – Niqabın üzdən aç, ey gül, kim olsun dilguşa məclis. S.Ə.Şirvani.\n2. Açıq hala gətirmək, qapının, pəncərənin taylarını aralamaq. Qapını açmaq. Pəncərəni açmaq. Pərdəni açmaq. Yol açmaq. // məc. Aradakı maneəni qaldırmaq. Süngülər açmayan yolu açdın; Qələmindən cavahirat saçdın. A.Səhhət. Şəhərin işıqları gecənin qaranlıq pərdəsini yırtır və sanki narın-narın tökülən yağışa yol açırdı. M.İbrahimov.\n3. Qatlanmış, bükülmüş, sarınmış, yığılmış, bürünmüş, düyünlənmiş şeyin qatlarını, büküyünü, qırışığını və s.-ni açmaq. Bayrağı açmaq. Boğçanı açmaq. Çətiri açmaq. Düyünü açmaq. Gəminin yelkənlərini açmaq. Palazı açmaq.\n4. İp və s. ilə bağlı olan şeyi bağdan azad etmək. Ayaqqabının qaytanını açmaq. Belini açmaq. Qayışı açmaq. Lenti açmaq. Tayları açmaq. – [Məstəli şah:] Xurcunu yerə qoy, ağzının bağını aç, .. taxta parçaları(nı) çıxart! M.F.Axundzadə.\n5. Qoşqudan azad etmək. Atları açmaq. Arabanı açmaq. Öküzləri kotandan açmaq.\n6. Qıfıl, kilid və s. ilə bağlanmış şeyi açıq hala gətirmək. Sandığı açmaq. Qıfılı açmaq. – [Oruc:] Bu saatda qayıdarıq, fikir eləmə, sandıqları aç! M.F.Axundzadə. Muzdur çamadanı qabağına alıb, açar yerini mismar ilə qurdalamağa başlayıb, axırda açdı. S.M.Qənizadə.\n7. Örtülü, qapalı şeyi aralamaq. Ağzını açmaq. Gözlərini açmaq. Kitabı açmaq. – Ləbini açsa o gül məhfilə şəkkər tökülür. S.Ə.Şirvani. Aç gözün, gözlərinin qurbanı; Bir tamaşa elə, gör dünyanı. A.Səhhət.\n8. Axışı dayandırılmış şeyin axıb getməsinə imkan vermək, yol vermək, buraxmaq. Qazı açmaq. Suyu açmaq.\n9. Başlamaq, işə salmaq. İclası açmaq. Mübahisə açmaq. – Yenə bir neçə yerdən pulemyot atəşi açıb təkrar hücuma qalxışdılar. M.Hüseyn. Bir enlikürək, boy-buxunlu oğlan iclası açdı, danışdı. Mir Cəlal. O vaxt olub-keçəni gətirib bir-bir yada; Mən söhbət açacağam əsgərlikdən, davadan. Ə.Cəmil.\n10. Əsasını qoymaq, təsis etmək, təşkil etmək. Məktəb açmaq. Klub açmaq. Yeni dəmiryol xətti açmaq. // Düzəltmək. Hər biri min gunə iş icad edir; Məclis açıb, nitqlər irad edir. M.Ə.Sabir.\n11. Yaratmaq, vermək, vücuda gətirmək. Fəaliyyət üçün geniş meydan açmaq. Yeni tapılan neft yataqları bu yerlərin inkişafı üçün geniş imkanlar açır.\n12. İnanıb söyləmək, bildirmək, xəbər vermək, açıqcasına demək. Həqiqəti açmaq. Öz qəlbini açmaq. – ..Lakin Mirzə Süleyman bəy ürəyini açmayırdı. B.Talıblı. Ancaq [Habil] Bəxti ilə yol yoldaşı olmaq, düyələrin əhvalatını da açmaq, .. onun azarını üzünə demək istəyirdi. S.Rəhimov. Yox... sənin səsində bir titrəyiş var; Gəl məndən gizlətmə, aç, söylə aşkar. S.Vurğun. // Gizli bir şeyi başqalarına bildirmək, faş etmək, demək, açıb söyləmək. Sirri açmaq. – [Teymur ağa:] Vallah, hər kəs mənim bura gəlməyimi açmış olsa, bu xəncəri dəstəsinədək ürəyindən çaxacağam. M.F.Axundzadə. Sirri-dəhəni-yarı könül, axtar özün tap; Söz yox ki, açıb şəxsə müəmmanı deməzlər. S.Ə.Şirvani. [Südabənin] danışıq və rəftarında bir səmimiyyət duyan Firidun kasıb bir tələbə olduğunu açıb ona söylədi. M.İbrahimov.\n13. Üstünü açmaq, ifşa etmək, aşkara çıxarmaq, meydana çıxarmaq, araşdırıb tapmaq. Cinayəti açmaq. – [Ağa Mərdan:] Hacı Rəcəbəli əldə olmasa bu işi aşırmaq olmaz. Yoxsa işin üstünü açar... M.F.Axundzadə.\n14. Çiçəklənmək, güllənmək, yarpaqlanmaq. Ağaclar gül açmışdı. Çöllərdə lalələr açmışdır. – [Südabənin anası:] Yəqin indi oralarda badam güllənir, hə?.. Bir azdan sonra ərik də, alma da gül açar. M.İbrahimov.\n15. məc. dan. Xoşuna getmək, ürəyinə yatmaq, işinə yaramaq, sevindirmək. Nə də ki, o durna gözlərin sənin; Artıq güldürməyir, açmayır məni. S.Vurğun. Xüsusən təyyarə meydançası haqqındakı məlumat məni açdı. M.Hüseyn.\n16. Deşmək, dəlmək, qazımaq (bir yeri, bir şeyi və s.). Dəlik açmaq. Qapı açmaq. Yerin altından yol açmaq. Tunel açmaq. Lağım açmaq. Divardan pəncərə açmaq.\n17. Genişlətmək, vüsətləndirmək; uzatmaq, böyütmək, genəltmək. Otağın arasını açmaq. Paltarın ətəyini açmaq. Paltonun dalını bir qədər açmaq lazımdır.\n18. Cilalandırmaq, pardaqlamaq, sürtüb ağartmaq, parıldatmaq, işıldatmaq, təmizləmək. Bıçaqları qumla sürtüb açmaq. Pəncərələrin şüşəsini silib açmaq.\n19. Həll etmək, yoluna salmaq, tədbir görmək. Vidadi! Darıxma, bizdə məsəl var; Bir yandan bağlayan, bir yandan açar. S.Vurğun. [Molla Qafar:] Bilirsən, həmşirə, – dedi, – bu bədəməl şəriətə sığmır, heç bilmirəm ki, bu müşkülatı nə gunə açım? S.Rəhimov.\n20. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ürək açmaq, könül açmaq, ağız açmaq, göz açmaq, fal açmaq. ‣ Açıb ağartmaq – bax. ağartmaq 5-ci mənada. Ülfət oğlunun bir qız ilə gəzdiyini bilirdisə də, açıb ağartmırdı. Mir Cəlal. açun is. qəd. Dünya, aləm, kainat. Yenə ölgün sükuta batdı açun; Qantəmir indi büsbütün məcnun. C.Cabbarlı. ad is.\n1. Doğulduğu zaman adama verilən şəxsi isim. Ad və soyad. Ad qoymaq. Adın nədir? Adını söyləmək. – Sən öləsən, Xanmirzə bəyin adını verən kimi, qoçaqlar o saat qalxdılar. N.Vəzirov. // Ləqəb, təxəllüs.\n2. Şöhrət. [Elmar:] Siz qızları ad maraqlandırır. İ.Əfəndiyev. // Bir adam haqqında əmələ gəlmiş ümumi rəy. Yaxşı ad. Pis ad. – Yaxşı igid yaman etməz adını; Yaman ad etməkdən ölüm yaxşıdı. Xəstə Qasım.\n3. Bir şeyin şifahi işarəsi. Kitabın adı. Bitkinin adı. – Lətifə oxuduğu kitabların adını çəkir, bəzilərinin qısa məzmununu danışırdı. M.Hüseyn. Ülfət “toy” adı eşidib əvvəl tutuldu. Mir Cəlal.\n4. Hər hansı bir iş sahəsində ixtisası və ya xidməti vəziyyəti müəyyən edən rəsmi rütbə, ünvan. Fəxri ad. Baş elmi işçi adı almaq. Nobel mükafatı laureatı fəxri adı. Şahmat üzrə dünya çempionu adı.\n5. məc. Əsas, bəhanə, səbəb mənasında. ..İndi sənin mənə badalaq qurmağının heç adı yoxdur. Ə.Haqverdiyev. ‣ Ad almaq – bax. ad qazanmaq (çıxarmaq). Sən də igidlər kimi iş gör, ad al! M.Ə.Sabir. Ad batırmaq – nüfuzdan düşmək, etibardan düşmək, hörmətdən düşmək (salmaq). Ad eləmək (etmək) – 1) bax. ad qazanmaq (çıxarmaq). Seyyidibəxti qəranı gər məlalımdır desən; Ey adın qurbanı, mən aləmdə bir ad eylərəm. S.Ə.Şirvani; 2) adaxlamaq, nişanlamaq. Vay o gündən ki, məni ad elədiz; Elə bildiz də ki, dilşad elədiz. M.Ə.Sabir. Qardaşlar bu iki uşağı bir-birinə körpə vaxtlarından ad etmişdilər. S.S.Axundov. Ad qazanmaq (çıxarmaq) – şöhrət qazanmaq, məşhur olmaq. Yaxşılıqda ad qazanmaq. Pislikdə ad çıxarmaq. O, fizika sahəsində böyük ad qazanmışdır. – Otuz il qoymuşdu can balıqçı gəmisində; Ad qazanmışdı Qurban balıqçı gəmisində. S.Rüstəm. Ad qazanmış – şöhrət tapmış, tanınmış, məşhur. Zərgər Hacı Məhəmməd öz sənətində ad qazanmış bir adam idi. H.Sarabski. Ad qoymaq – 1) yaxşı işləri ilə adını əbədiləşdirmək, şöhrət qazanmaq (bu mənada “ad qoyub getmək” şəklində də işlənir). Yetişdi sahilə köhnə tərlanım; Tarixdə ad qoyan o qəhrəmanım. S.Vurğun; 2) böhtan atmaq, ləkələmək, biabır etmək, bədnam etmək. Ad olmaq – nişanlanmaq, adaxlanmaq. Nazlı dilbər özgələrə ad olsa; İşim-gücüm nalə olsa, dad olsa; Dəli könlüm dost kuyindən yad olsa; Kəsilərmi bu qafqafa, görəsən? Q.Zakir. [Şahbaz bəy:] Özün bilirsən ki, [Nəcibə] sənə ad olubdur. S.S.Axundov. Ad tutmaq (çəkmək) – söhbət zamanı yeri gəlmişkən birinin adını çəkmək, haqqında danışmaq. // Yada salmaq, xatırlamaq. Şəhərdə nə çoxdu yurdsuz-yuvasız uşaq, üzünə baxan kimdi? Adını tutan, yaxına qoyan kimdi? Mir Cəlal. Ad vermək – 1) çuğullamaq, şeytanlamaq, xəbərçilik etmək; 2) qiymətləndirmək. Buna nə ad vermək olar? Adı anılmaq (söylənmək) – xatırlanmaq. Adı batmaq – şöhrətdən, nüfuzdan düşmək, rüsvay olmaq, biabır olmaq. Atalar oğul istər ki, adı batmasın. Adı çəkilmək – 1) bax. adı anılmaq. Yuxu, həsrətlə adı çəkilən şeylərdən biridir. Mir Cəlal; 2) namizədliyi qoyulmaq. Adı çıxmaq – şöhrət qazanmaq, məşhur olmaq (bəzən mənfi mənada işlənir). [Laçının] kənd uşaqları arasında adı çıxmışdı. M.Hüseyn. Adı dillərdə dastan olmaq (söylənmək) – məşhur olmaq, şöhrət qazanmaq. Fənalıq, eyilik bil nə deməkdir; Yarın adın dastan olur dillərdə. H.Cavid. [Erkək Tükəzban] ümumi mahalda özünə bir şöhrət qazanıb, adı dillərdə söylənməkdə idi. B.Talıblı. Adı qalmaq – özündən sonra yaxşı bir iş, əsər qoyub getməklə adı əbədiləşmək. Adı qara gəlmək – ölmək, yası tutulmaq. Adı pis çıxmaq – pis ad çıxarmaq, pislikdə adı söylənmək. Adı var, özü yox – yalnız sözdə olub həqiqətdə mövcud olmayan şey haqqında. Adı yanmaq – bax. adı batmaq. Adın batsın! – nifrin, qarğış məqamında işlənən ifadə. Zülmkar ismi ilə aləmə oldun məşhur; Yeri, ey çərx, adın batsın, əcəb ad etdin. S.Ə.Şirvani. Adına dəyməz – adına, mövqeyinə yaraşmaz. Yaman ad – 1) pis ad, şərəfsizlik, bədnamlıq; 2) bəzən böyük ad, şöhrət mənasında işlənir. ada is. coğr. Hər tərəfi su ilə əhatə olunmuş quru; cəzirə. Pirallahı adası. Kuril adaları. Yarımadalar və adalar Avropanın bütün sahəsinin üçdə bir hissəsini tutur. // Təşbih, bənzətmə mənasında. Ürəyim dəryadır, könlüm bir ada; Dərdim oldu günügündən ziyada. Aşıq Kərəm. Təpələrin döşlərində qurulmuş alaçıqlar bu yaşıllıq dənizi içərisində bir adanı xatırladır.. Ə.Sadiq. adab is. [ər. “ədəb” söz. cəmi] köhn. Əxlaq qaydaları, ədəb qaydaları, cəmiyyətdə ünsiyyət qaydaları. Bilmək adabdır sənə vacib; Rəsmü adabə olgilən talib. S.Ə.Şirvani. [Mister Tomas] ..müsəlman ölkələrinin həyat və məişətini, adab və ənənələrini .. uzun mütaliə və müşahidələr nəticəsində öyrənə bilmişdi. M.İbrahimov. // Dəb, üsul, qayda. [Mirzə:] Burada lazım olan adabı yazmışam. Ə.Haqverdiyev. Aralığa İran adabı üzrə çay deyil, balaca zərli qrafinlərdə konyak və şirniyyat gətirdilər. M.İbrahimov. adacıq kiç. Kiçik ada, kiçik cəzirə. adadovşanı is. zool. Əhli şəraitdə saxlanıb artırılan dovşan növü. Adadovşanı çox tez törəyib artan heyvandır. adax is. Ad, nişan, deyik. Adax günü. adaxlama “Adaxlamaq”dan f.is. adaxlamaq f. Nişanlamaq, ad etmək. Haman ili məni səkkiz yaşlı bir qızla adaxladılar. M.İbrahimov. adaxlandırma bax. adaxlanma. adaxlandırmaq bax. adaxlanmaq. adaxlanma “Adaxlanmaq”dan f.is. adaxlanmaq f. Nişanlanmaq, nişan taxılmaq. Sevmək, adaxlanmaq, toy günləri, gəlin köçləri şirin bir xəyal kimi Məşuqənin gözləri qabağında açılıb vərəqlənir. S.Rəhimov. Bir tərəfdən oynaq qəlbi əsgərlik eşqində idi, o biri tərəfdən də iki ildir adaxlandığı Durna onun [Xasayın] yadından çıxmır.. Ə.Vəliyev. adaxlı is. və sif. Nişanlı, deyikli; nişanlanmış, adaxlanmış. [Şəhrəbanı xanım:] Allaha şükür, atan sağ, anan sağ. Gözəl-göyçək adaxlın gözünün qabağında. M.F.Axundzadə. Adaxlı gözlərini tərif edəndə, Səlimnaz arvadın təbi coşdu.. M.Hüseyn. adaxlıbazlıq is. dan.\n1. Köhnə məişətdə: oğlanın gizli olaraq adaxlısı ilə görüşməsi. Padşahın oğlu bir-iki dəfə adaxlıbazlığa gəldisə, qız elə dediyini dedi: – Əlimə su tökməsən, on il də yaşasan, səmtsorağıma qoymaram. (Nağıl). [Məşədi İbad:] Mən istədim ki, adaxlıbazlığa gecə gəlim, halbuki gündüz də bu hasardan aşmaq çətindir. Ü.Hacıbəyov. Azərbaycanda evlənmək adətlərində belə bir dəb var idi ki, adaxlı oğlan axşamlar qızı görmək üçün adaxlıbazlığa gedərdi. H.Sarabski.\n2. Qadınlarla xəlvəti görüşmə; müaşiqə. adaxlılıq is. Adaxlı olma. adbjio is. [ital.] mus.\n1. Ağır tempdə çalmaq lazım gəldiyini göstərən musiqi termini.\n2. Ağır tempdə ifa edilən, adətən lirik xarakterli musiqi pyesi, yaxud bir musiqi əsərinin bu tempdə ifa edilən hissəsi. adaq I. is. məh. Uşağın ilk addımı, ilk yerişi. • Adaq durmaq – ayaq üstə durmaq (uşaq haqqında). Adaq yerimək – təzəcə yeriməyə başlamaq. adaq-adaq zərf dan. Yavaş-yavaş, addımaddım.\n\nII. bax adax. • Adaq eləmək – bax adaxlamaq. adaqlamaq bax. adaxlanma. adaqlanmaq bax. adaxlanmaq. adaqlı bax. adaxlı. Ol sərvin ayağı bağlı oldu; Azadə ikən, adaqlı oldu. Füzuli. adam is. [ər.]\n1. Heyvandan fərqli olaraq danışmaq və düşünmək, ictimai əmək prosesində alət qayırmaq və ondan istifadə etmək qabiliyyətinə malik olan canlı məxluq; insan, bəşər. Sağlam adam. Bilikli adam. – Suyun lal axanı, adamın yerə baxanı. (Ata. sözü). Nə gözəl adamsan, ey qaşları yay; Heç növcavan gələ bilməz sənə tay. M.P.Vaqif. // Hər hansı bir ictimai mühiti təşkil edən fərdlərdən hər biri (çox vaxt cəm şəklində işlənir). Adamların mənəvi-siyasi birliyi. Bizim kəndin adamları. Sadə adamlar.\n2. məc. dan. Əxlaqlı, insaniyyətli, qanacaqlı insan. [İskəndər:] Amma bu dılğırların heç birindən eşitmədim ki, desin: – Bala, adam ol. C.Məmmədquluzadə.\n3. Bəzən əvəzlik yerində işlənir. Adamı təhqir etmək olmaz. Adam heç bir vaxt özünü ləkələndirməməlidir. Adam gəlmişdi, sizi xəbər alırdı. Adama heç yazığın gəlmir. – [Usta Ramazan:] Adamın üzündə gərək həya olsun, söz deyiləndə utansın. M.Hüseyn. [Nəriman:] Ağacların başını axtardıq, zirzəmilərə adam saldıq. Mir Cəlal. // Qeyri-müəyyən şəxs. Adamlar deyirlər ki, bu yay çox isti olacaq. – Vağzalın platformasında bir neçə nəfər adam görünürdü. S.M.Qənizadə.\n4. dan. Kişi, ər, ya arvad, yaxud bir-biri ilə gəzən oğlan, ya qız. [Soltan bəy:] Kimsən, nəçisən, kimin adamısan? Ü.Hacıbəyov.\n5. məc. İşçi, fəhlə, kadr mənasında. İşi başa çatdırmaq üçün üç adam lazımdır. Adam yoxdur, iş getmir. – Katib sanki tikintidə bu cür yaxşı adamların yetişməsindən qəlbində doğan sevinci saxlaya bilməyərək əlavə etdi.. Ə.Sadıq.\n6. Köməkçi. Bu halda qışqırıq qopur. Murov və naçalnik adamları ilə alaçığı çevirirlər. M.F.Axundzadə. ..Sərdar Rəşidin adamları Ərdəbil tərəflərini soyub talayırdılar. M.S.Ordubadi. // məc. dan. Arxa, havadar, tərəfdar, kömək, himayəçi, qohumqardaş. Mənim orada adamım yoxdur. – [Qulluqçular] İzzətin adamı gəlmədiyini görüb onu ötürərdilər. Mir Cəlal.\n7. məc. vulq. Oynaş, aşna. ‣ Adam eləmək – tərbiyə vermək, yetişdirmək, ortalığa çıxarmaq. Adam görmək – bir işi düzəltmək üçün vasitəçi tapmaq, lazımi şəxsləri görüb xahiş etmək, sözləşmək. Adam kimi – əxlaq və tərbiyə üzrə, adamcasına, insancasına. [Həsən:] Mən Həzrətquluya adam kimi söz deyirəm, deyir, cığcığa əsginas vermişəm. Ə.Haqverdiyev. Adam olmaq – 1) ağıllı və tərbiyəli olmaq, düzəlmək, ağıllanmaq. Dadaşovun üzündən nur yağırdı, elə bil bircə anın içində dəyişib tamam başqa adam olmuşdu. İ.Məlikzadə; 2) bir peşə, iş sahibi olmaq, ortaya çıxmaq. [Əli bəy:] A kişi, heç kəsin sözünə qulaq asma. İstəyirsənsə oğlun adam olsun, şkolaya qoy. S.S.Axundov. [Həbib bəy Ərəblinskiyə:] Yaxşı oxu, adam ol, bizim də üzümüz ağ olsun, ananın da. S.Rəhman. Adam saymaq – birisi ilə hesablaşmaq, hörmət etmək. Adam yerinə qoymamaq, adam yerində tutmamaq – saymamaq, hesablaşmamaq, hörmət etməmək. Aralıq adamı – 1) vasitəçi, aradüzəldən; 2) xəbərçi, xəbər aparıb-gətirən. adam-adamyana bax. adamyana. adamağıllı sif. Lazımi şəkildə, əməllibaşlı, yararlı. adamaldadan sif. və is. Yalançı, adamları aldatmaqla məşğul olan. adamaoxşamaz sif. Çirkin, biçimsiz, eybəcər, bədləkər. // Söyüş, təhqir mənasında. Ay adamaoxşamaz, bir üzünə baxsana; Bomboz olub saqqalın, rəngü həna yaxsana. M.Ə.Sabir. adamaoxşamazlıq is. Çirkinlik, eybəcərlik, biçimsizlik, bədləkərlik. adamayovuşan sif. Adamlarla ünsiyyət bağlayan, xoşxasiyyət, istiqanlı, mehriban. adamayovuşmaz sif. Adamdan qaçan, cəmiyyətdən qaçan, ürkək; qaraqabaq, qanısoyuq, mızı. adamayovuşmazlıq is. Adamdan qaçmaq, cəmiyyətdən qaçmaq xasiyyəti; qaraqabaqlıq, qanısoyuqluq, mızılıq. adambaşı (=adambaşına) zərf Hər bir adama, hər bir nəfərə, yaxud hər bir nəfərdən. Adambaşı 5 manat yığdıq. Adambaşı(na) neçə düşür? adambaşına (=adambaşı) zərf Hər bir adama, hər bir nəfərə, yaxud hər bir nəfərdən. Adambaşı 5 manat yığdıq. Adambaşı(na) neçə düşür? adamboyu sif. Adam hündürlüyündə olan. Adamboyu qar yağmışdı. Küçələrdə adamboyu ağaclar əkilmişdir. adamcasına zərf İnsana yaraşan bir surətdə, insancasına, insan kimi, humanistcəsinə. Adamcasına hərəkət etmək. Adamcasına rəftar etmək. adamcığaz oxş. Yazıq adam, fağır adam; zavallı, mərhəmətə layiq insan (bəzən kinayə və istehza ilə “məhdud düşüncəli, səthi adam” mənasında işlənir). Adamcığaz az qala maşının altında qalmışdı. adamcıl sif. Adamyeyən, insan qanına həris olan. // Vəhşi, yırtıcı. adamcıllıq is. Vəhşilik, yırtıcılıq. adamdanqaçan sif. Adamlara uyuşmayan, adamlarla ünsiyyət bağlamayan, ürkək. adamlı sif. dan. Yaxın adamı, böyüyü olan; köməyi, arxası, himayəçisi, qohuməqrəbası olan. adamlıq is.\n1. İnsanlıq, tərbiyəlilik; ünsiyyət, adamlarla yola getmə. Onun heç bir adamlığı yoxdur. – [Nəcəf:] Bu da bizim adamlığımız!.. İ.Əfəndiyev.\n2. Doğruluq, alicənablıq, insanpərvərlik, xeyirxahlıq, yaxşılıq. ...adamlıq Adətən saylara qoşularaq, şeyin neçə nəfərə, şəxsə aid olduğunu göstərir; məs.: biradamlıq nömrə, ikiadamlıq loja, beşadamlıq yer. – [Səadət xanım:] [Səriyyə], hər gün biradamlıq nahar hazırlayacaqsan.. M.İbrahimov. adamoynadan is. və sif. dan. Adamı araya qoyan, adam ələ salan, adama lağ edən, lağa qoyan. adamsatan is. Xain; xəbərçi. adamsevməz sif. və is. Adamları sevməyən, adamlardan xoşu gəlməyən, adamlardan qaçan, mərdümgiriz. adamsevməzlik is. Adamsevməz adamın xasiyyəti. adamsız sif. Kimsəsiz, yalnız; adamı, köməkçisi olmayan; arxasız, himayəsiz. O adamsızdır, heç kəsi yoxdur. adamsızlıq is. Kimsəsizlik, yalnızlıq, köməksizlik, arxasızlıq, himayəsizlik. adamsit [xüs. is.-dən] kim. Burun və boğazın selikli qişasına təsir edən zəhərləyici maddə. adamyana dan.\n1. zərf bax. adamcasına. Pəs, biz deyirik ki, yumruq, sillə ortalıqdan çıxsın, uşaq ilə adamyana rəftar olsun ki, özü yaxşını yamandan dərk edib, bəd əmələ mürtəkib olmasın. “Əkinçi”.\n2. sif. Gözəl, yaxşı, abırlı, layiqli, əməllibaşlı. adamyeyən sif. İnsan əti yeyən, vəhşi, yamyam. Əbəs-əbəs neçin qaçırsan məndən; Mən ki, zalım, adamyeyən deyiləm. M.P.Vaqif. Adam da, div də, adamyeyən vəhşi heyvan da; Sənətin yüksəlişiylə mədəniyyətin zirvəsində; Əxlaqın süqutu ilə vəhşiliyin dibindədir. Şəhriyar. adaptasiya [lat. adapto – uyğunlaşdırıram] Orqanizmin quruluş və funksiyasının şəraitə uyğunlaşması. adapter [əsli lat.] Qrammofon (patefon) valının səsini reproduktor vasitəsilə vermək üçün elektromaqnitli cihaz. adaş is. Adları eyni olan adamlar. O mənimlə adaşdır. Adaşlar gəldilər. – Dodaqlarında kövrək təbəssüm, gözlərində maraq. – Tez sağal! – dedi, – adaş! R.Rza. adaşlıq is. İki və ya bir neçə adamın eyni adda olması. adat is. [ər. “adət” söz. cəmi] bax. adət. Məstəli Şirvani hər iki səyahətində dünyanın yarısını gəştü güzar edib, altmışdan ziyadə müxtəlif ayin və adat üzrə yaşayan .. miləl və əqvam ilə tanış olubdur. F.Köçərli. adbaad zərf Hər kəsi, yaxud hər şeyi öz adı ilə, bir-bir adlarını deyərək. Adbaad çağırmaq. Adbaad yazmaq. – Mən sizi adbaad murova nişan verib istəmişəm.. M.F.Axundzadə. Mirkərim ağa bu işlərin cəmisini adbaad yazıb.. C.Məmmədquluzadə. [Musa] damdan-divardan boylanan çantalı uşaqları bəzən adbaad çağırıb içəri salardı. Mir Cəlal. adda-budda 1. zərf Oradan-buradan, rabitəsiz. Adda-budda danışmaq. – Əziz xan əlini saldı cibinə, bir qayıtdı qonaqlara səmt, bir çöndü Məmmədhüseynə tərəf və başladı adda-budda danışmağa. C.Məmmədquluzadə. // Dağınıq, nizamsız, qarışıq, pərakəndə, tərtibsiz. Qara damlar adda-budda salınmışdı, dal tərəflərində təzək qalaqlanmışdı. Çəmənzəminli. ..Toz basmış tikan, yolğun kolları, adda-budda göyərən çöl qarpızları .. hamısı deyəsən dünənkilərdir. Mir Cəlal.\n2. sif. Başqalarının torpaqlarının içərisinə girmiş; dağınıq. Adda-budda əkin. adda-buddalıq is.\n1. Nizamsızlıq, tərtibsizlik, rabitəsizlik, dağınıqlıq, qarışıqlıq.\n2. Bir təsərrüfata məxsus torpaq sahələrinin özgə təsərrüfatın torpaqları içərisində dağınıq halda olması. Adda-buddalıq yalnız kənd təsərrüfatı ictimailəşdikdən sonra tamamilə ortadan çıxdı. addama 1. “Addamaq”dan f.is.\n2. is. məh. Çaydan, arxdan keçmək üçün düzəldilmiş keçid. addamaq f. Üstündən keçmək, üzərindən atılıb keçmək, aşıb keçmək, aşmaq. Çəpəri addamaq. Arxın o tayına addamaq. – [Şahvələd] o vaxt gəlib çatdı ki, gördü Qərib Kürü addayıb, kor-peşman geri qayıtdı Tiflisə. “Aşıq Qərib”. [Gəldiyev] fındıqlı deyilən balaca dərəni addayıb, meşəyə çıxmaq istədi. Mir Cəlal. // Bir yerdən o biri yerə keçmək. ..Kərim bəy Nərimanı özü oxutmuş, hər sinif addadıqca, bir mükafat ilə həvəsləndirmiş(di).. Mir Cəlal. // məc. Ötmək, keçmək, aşmaq. – Şeyx Şəbanın yaşı altmışdan addamışdı. Ə.Haqverdiyev. addım is.\n1. Yeriyərkən ayağın qaldırılıb irəli atılmasından ibarət hərəkət; qədəm. Ağır addım. İri addım. Addım səsi eşitmək. Addımını yavaşıtmaq. Addımını sürətləndirmək.\n2. Bir addım arasındakı məsafə qədər uzunluq ölçüsü. Həyətin uzunu 20 addımdır. Məktəblə evin arası 200 addım olar. – Üç addım o tərəfdə kiçik bir qız fəryad edir. Ə.Məmmədxanlı. • Bir neçə addımda – çox yaxında, lap yaxında. [Əmir İnanc:] Sizin fəaliyyətsizliyiniz nəticəsində Gəncənin bir neçə addımlığında xəlifənin qasidini tutub soyundururlar. M.S.Ordubadi.\n3. məc. Hərəkət, iş, təşəbbüs. Təhlükəli addım atmaq. Fikirləşmədən addım atmaq.\n4. “Sürətli”, “qəti” və s. sözlərlə bərabər bir şeyin irəliləməsini, inkişafını göstərmək üçün işlənir. ‣ Addım açmaq (götürmək) – yeyin getməyə başlamaq, getdikcə addımını artırmaq, yerişini sürətləndirmək. Addım atmaq – 1) bax. addımlamaq 1 və 3-cü mənalarda; 2) məc. təşəbbüs etmək. Addımına haram qatmaq – yerişini bir qədər sürətləndirmək. Div addımları ilə irəliləmək – bax. div. Hər addımda, hər addım başında – bax. addımbaşı. İlk addım atmaq – bir işdə təşəbbüsçü olmaq, birinci çıxış etmək. İlk addım(lar) – hər hansı işin, fəaliyyətin ilk dövrü. Elə ilk addımda atın gözü qorxsaydı, bircə dəfə dirənib dursaydı, sonra fələk özü gələydi yenə ürgəni irəli qova bilməzdi.. Ə.Məmmədxanlı. addım-addım zərf Ağır-ağır, yavaşyavaş. Addım-addım yerimək. Addımaddım irəliləmək. – Gələn adam idi. Sinəsinə, addım-addım ehtiyatla yeriyirdi. Mir Cəlal. Mən bu gözəl diyarı dolaşıb addımaddım; Min budaqdan-budağa özümü quştək atdım. Ə.Cəmil. addımbaaddım zərf Addımlarla, addım atdıqca, addım-addım izləyərək (başqasını). addımbaşı zərf Hər addımda, hər yerdə, tez-tez, arası kəsilmədən. Nəğməyə söz verək, ötək ucadan; Şirin bülbül kimi hər addımbaşı. M.Rahim. ..Usta ona [Davuda] müstəqil iş tapşırır, addımbaşı yoxlayırdı. Mir Cəlal. Divanxana qapısında belə şeylərə addımbaşı rast gəlmək olardı. P.Makulu. addımlama “Addımlamaq”dan f.is. addımlamaq f.\n1. Müntəzəm addımlarla yerimək, irəliləmək, irəli addım atmaq. [Firidun] tez özünü düzəldib irəli addımladı. M.İbrahimov. Gülnaz irəlidəki dəstədən xeyli geri qaldıqlarını elə bil yalnız indicə anlayıb sürətlə addımladı. M.Hüseyn.\n2. Addımla ölçmək, addım saymaq.\n3. məc. Ötmək, keçmək, ötüb-keçmək. Günlər addımlayır, gedir irəli.. S.Vurğun. addımlatmaq “Addımlamaq”dan icb. addımlı sif. Yeriyərkən iri addım atan, addımı iri olan. addımlıq is.\n1. Bir addım məsafə.\n2. Adətən saylara qoşularaq məsafənin neçə addım olduğunu göstərir. Həyət qapısından girən kimi sola burulmaq və beş addımlıqdakı dar pilləkənlərdən enmək lazım gəldi. M.İbrahimov. addımölçən is. xüs. Piyada gedilən məsafəni ölçmək üçün cihaz. addison [xüs. is.-dən] Böyrəküstü vəzilərin qabıq qatı funksiyasının xronik çatışmazlığı xəstəliyi. Addison xəstəliyinin əlamətləri. adekvat sif. [lat.] Eyni, uyğun, mütabiq. Adekvat cisim və hadisələr. adenoma is. [yun.] tib. Bədənin müxtəlif üzvlərində əmələ gələn xoşxassəli şiş. Adenoma vaxtında cərrahi yolla müalicə edilməlidir. adə nida, dan. Haylama, çağırma, çağırış nidası (adətən oğlanlara deyilir). [Hacı Həsən:] Adə, Heydər! Durma, tez evə xəbər elə ki, otaqlara fərş salsınlar, qonaq gələcək. C.Məmmədquluzadə. Bəsdir, bu qədər başlama fəryadə, əkinçi; Qoyma özünü tülkülüyə, adə, əkinçi! M.Ə.Sabir. Rəhim bəy acıqlı-acıqlı soruşdu: – Adə, olmaz ki, çörəyimizi yeyəndən sonra gəlsin? M.Hüseyn. adəm [ər.] bax. adam. Səcdə qıl yarə könül, baxma o zahid sözünə; Adəm ol, mətləbi qan, eyləmə şeytan ilə bəhs. S.Ə.Şirvani. ‣ Adəm alması anat. – qığırdağın çıxıq yeri; xirtdək. ..Adəm alması deyilən xirtdək sümüyündən heç bir əsər-əlamət görünməzdi. Ə.Əbülhəsən. Adəm oğlu – bəşər, insan, adam. Sənə kimdir adəm oğlu deyən? Allah! Allah! Allah! Bu sifətdə kim görübdür bəşəri cahan içində. Nəsimi. Adəm övladı – insanlar, bəşəriyyət, insanlıq. ..O vaxtdan şeytan adəm övladının qəlbində qalıb, onu hər bir pislik tərəfinə çəkir. Ə.Haqverdiyev. Adəmdən xatəmə – dünyanın əmələ gəlməsindən bu günə kimi, heç bir vaxt. [Molla:] Adəmdən xatəmə görünməyib ki, bir nəfər rəiyyət oğlu bir xanzadənin üzünə ağ olsun. P.Makulu. adət is. [ər.]\n1. Hər hansı bir xalqın həyatında qədimdən bəri qəbul edilmiş və kök salmış ənənə, rəsm. Rayonlarda xurafat və köhnə adət təsirlərindən qurtulmayan işçiləri biabır edirdilər.. Mir Cəlal. // Qayda, dəb. Başına döndüyüm, ay qəşəng pəri. Adətdir dərərlər yaz bənövşəni. Qurbani. Adətdi ki, pərvanə edər narə məhəbbət. S.Ə.Şirvani. Axır, adət bu cürdür ki, kattanı camaat seçər. C.Məmmədquluzadə.\n2. Bir adam üçün adi hal almış qayda, üsul, hərəkət tərzi, təmayül; vərdiş. Bahadır şam yandırıb, öz adətinə görə başladı qəzet oxumağa. N.Nərimanov. Səba xanım adəti üzrə, vəzifəsində çətinlik hiss edən adamlar kimi, boynunu çiyninə qoyaraq: – Əlacım nədir? – dedi. M.S.Ordubadi. // Xasiyyət mənasında. Səgrəqib sözünə etibar etmək; Bilməzəm, xublarda bu nə adətdi. Q.Zakir. Hərçənd xublarda bu adətdi naz olur; Sən tək və leyk naz qılan yar az olur. S.Ə.Şirvani. • Adət etmək – bir şeyi çox təkrar edərək ona alışmaq, vərdiş etmək, öyrəşmək. Gecikməyi adət etmisən ha! Səhər tezdən durmağı adət etmək. – Bəsti sürətlə və düzgün işləməyi adət etmişdi. Ə.Sadıq. adəta bax. adətən. Bu nə müdhiş hava, susuzluqdan; Adəta qıvrılıb yanar insan. H.Cavid. adətən zərf [ər.] Adət üzrə, həmişə olduğu kimi, bir qayda olaraq, daim, həmişə. Adətən az danışmağı sevən usta Ramazan şagirdinin üzünə baxmadan, bütün ürəyini boşaltmağa fürsət tapmış kimi yenə başladı.. M.Hüseyn. adətkər [ər. adət və fars. ...kar] bax. adətkərdə. adətkərdə sif. [ər. adət və fars. ...kərdə] Adət etmiş, vərdiş etmiş, alışmış, öyrəşmiş. [Fərhad:] Lələ, qəlyandan, çubuqdan, papirosdan bir şeyə adətkərdəsinizmi? Ə.Haqverdiyev. • Adətkərdə olmaq – alışmaq, vərdiş etmək, adət etmək, öyrəşmək, adəti olmaq. Bir-biri ilə dalaşıb boşanmağa məhz adətkərdə olmuşlar. C.Məmmədquluzadə. Bu adamlara həmişə hörmət etməyə adətkərdə olmuş Balacayev onların sözünü sındırmırdı. S.Rəhimov. adətkərdəlik is.Adət etmə,vərdişlik. adheziya is. [lat.] İki müxtəlif cinsli bərk və ya maye cismin bir-birinə yapışması. adı əd. dan. Qətiyyən, əsla, heç, yerlidibli. Bu işdən adı xəbərim yoxdur. Bundan sonra adı sizə ayaq basmayacağam. adıbədnam dan. bax. bədnam. adıbədnamlıq dan. bax. bədnamlıq. adıbilinməz sif. Adı bəlli olmayan, öz adını gizli saxlayan, adı məlum olmayan. Bu adıbilinməz adam öz ərizəsinə görə, yoxsa budka ləğv edildiyinə görə tutduğu vəzifəsindən azad edilibdir? “Kirpi”. adıgey is. Şimali Qafqazda xalq adı. Adıgeylərin xalq poeziyası. adıgeycə sif. və zərf Adıgey dilində. adna (=adına) is. Cümə axşamı, həftənin dördüncü günü. Adna günü. Adına axşamları. – Burada oğlan anası qudasına cavab verəcək ki, biz adına günü toy başlayırıq. R.Əfəndiyev. adına (=adna) is. Cümə axşamı, həftənin dördüncü günü. Adna günü. Adına axşamları. – Burada oğlan anası qudasına cavab verəcək ki, biz adına günü toy başlayırıq. R.Əfəndiyev. adınalıq is. məh. Ölən adam üçün cümə axşamı günləri verilən ehsan. adıvayqanlı is. dan. Haqsız olaraq hər bir pis iş isnad edilən adam. adi sif. [ər.]\n1. Adət halına keçmiş, gündəlik, hər vaxtkı. Adi hal. Adi işlər. Adi qayda. // Həmişəki. Ən çətin zamanlarda Əsgər kişi öz kitabxanasını adi səliqəsi ilə saxlamışdı. Mir Cəlal. Günəş qalın buludları yırtıb hər tərəfə işıq saçanda, artıq motor adi yeknəsəq səsi ilə fırlanırdı. M.Hüseyn.\n2. Sadə, başqalarından fərqlənməyən. Adi şey. Adi adam. Adi geyim. – İndi respublikamızda vaxtı ilə adi fəhlə olmuş yüzlərlə alim və mütəxəssislər, ixtiraçılar vardır. İ.Əfəndiyev. adil sif. [ər.] Ədalətli, düz iş görən. Tənimdə qalmayıb bir xali yer qəmzən xədəngindən; Olur abad hər mülkün ki, adil olsa sultanı. Q.Zakir. Qurban otuz səkkiz, ya qırx yaşında bir ağıllı, doğru və adil bir adam idi.. İ.Musabəyov. adilanə zərf [ər. adil və fars. ...anə] Adilcəsinə, ədalət üzrə, ədalətlə, insafla. adiləşdirilmə “Adiləşdirilmək”dən f.is. adiləşdirilmək məch.\n1. Adi hala salınmaq.\n2. Bəsitləşdirilmək, sadələşdirilmək; bayağılaşdırılmaq. adiləşdirmə “Adiləşdirmək”dən f.is. adiləşdirmək f.\n1. Adi hala salmaq.\n2. Bəsitləşdirmək, sadələşdirmək; bayağılaşdırmaq. Mövzunu adiləşdirmək. adiləşmə “Adiləşmək”dən f.is. adiləşmək f.\n1. Adi şəklə düşmək, həmişəki kimi olmaq.\n2. Bəsitləşmək, sadələşmək; bayağılaşmaq. adilik is.\n1. Adi şeyin halı. Qız etiraz etdi: – Söhbətlərimizdə adilik yoxdur. M.S.Ordubadi.\n2. Bəsitlik, sadəlik, bayağılıq. adillik is. Ədalətlilik, ədalət. adinə [fars.] bax. adına. adqoydu (=adqoyma) is. Uşağa ad verilməsi münasibətilə düzəldilmiş ziyafət. Adqoydu günü. Adqoyma bayramı (bir adamın adqoyma günü münasibəti ilə edilən bayram). adqoyma (=adqoydu) is. Uşağa ad verilməsi münasibətilə düzəldilmiş ziyafət. Adqoydu günü. Adqoyma bayramı (bir adamın adqoyma günü münasibəti ilə edilən bayram). adlama “Adlamaq”dan f.is. adlamaq bax. addamaq. Nalqıran dağları adlayıb aşarkən; Məni də alınız, uçayım dağlara; Könlümdə nə varsa açayım dağlara. M.Müşfiq. Qız kəndə gedən cığıra adlayaraq dağa qalxdı. Ə.Sadıq. [Qəhrəmani] vağzalın böyük binasından keçib relslərin üstündən adlayaraq, depoya tərəf getdi. M.İbrahimov. adlandırılma “Adlandırılmaq”dan f.is. adlandırılmaq “Adlandırmaq”dan məch. Görülmüş iş əla bir iş adlandırıla bilməz. adlandırma “Adlandırmaq”dan f.is. adlandırmaq f.\n1. Ad qoymaq, ad vermək, ləqəb qoymaq. Bütün el onu şair atası adlandırırdı. Yoldaşları onu qorxaq adlandırdılar.\n2. Adını çəkmək, adını dilinə gətirmək. Naməlsəm məhəlləsində böyükləri öz adları ilə adlandırmaq eyibli bir şey hesab olunurdu. N.Nərimanov.\n3. Səciyyələndirmək, qiymətləndirmək. Bu hərəkəti heç bir vaxt yaxşı bir hərəkət adlandırmaq olmaz. Bu işi necə adlandıraq? – [Qəhrəman:] Sükut deyirəm, səhv etməyiniz. Onu ancaq o vaxt sakitlik adlandırmaq olardı. H.Nəzərli. adlanma “Adlanmaq”dan f.is. adlanmaq f. Müəyyən ad daşımaq, müəyyən adı olmaq. Hər şey öz adı ilə adlanmalıdır. adlanmac (=adlanmanc) is. məh.\n1. Dar dərə, çay və yarğanlar üzərindən atılan kiçik körpü.\n2. Çəpər yolu, çəpərin üstündən keçən yol. adlanmanc (=adlanmac) is. məh.\n1. Dar dərə, çay və yarğanlar üzərindən atılan kiçik körpü.\n2. Çəpər yolu, çəpərin üstündən keçən yol. adlı sif.\n1. Müəyyən adı olan, ...adında. Birdən tələbələrdən Merac adlısı bərkdən qışqırdı. Ə.Vəliyev. Komandir, Əliyev adlı bir azərbaycanlı kapitan idi. Mir Cəlal.\n2. Məşhur, adlı-sanlı, adı çıxmış, tanınmış. Ölkəmizin adlı alimləri. – Bundan əvvəl bu gözəl ölkədə canlar var idi; Yaxşı-yaxşı qocalar, adlı cavanlar var idi. M.Ə.Sabir. [Mirzə:] Buradan neçə nəfər adlı xanəndələr çıxıbdır. Ə.Haqverdiyev. ..Bayandır xan misilsiz bir bayram şənliyi qurmuş, sağında, solunda .. adlı cəngavərlər, hünərli ərlər durmuşdular. M.Rzaquluzadə. adlıq adlıq hal qram. – kim, nə sualına cavab olan hal. adlı-sanlı sif.\n1. Hər hansı bir sahədə öz fəaliyyəti ilə ad qazanmış, tanınmış, şöhrət tapmış. Ölkəmizin adlı-sanlı adamları. Adlı-sanlı buruq ustaları. – Böyük qızını adlı-sanlı bir mühəndis görən Nərgiz xanım kiçik qızı Ulduzu da həkim görmək arzusunda idi. Ə.Məmmədxanlı. [Elçin:] Sən gənc bir vətəndaşsan, bu gün-sabah isə adlısanlı bir usta olacaqsan. Z.Xəlil. Yurdun hər bucağından adlı-sanlı pəhləvanlar .. axışıb gəlmişdi. M.Rzaquluzadə.\n2. köhn. Keçmiş zamanda zadəgan, varlı və imtiyazlı təbəqələrə mənsub olan. Adlısanlı nəsil. – [Süleyman:] Ancaq bir iş var ki, qohum olanda gərək elə olasan ki, sənə yaraşan ola, özü də varlı ola, adlı-sanlı ola. Ü.Hacıbəyov. admiral is. [ər. əmirülbəhr – “dəniz əmiri” sözündən] Bütün dövlətlərdə qəbul edilmiş hərbi dəniz donanmasında yüksək rütbə. Admiral Naximovun vaxtından bu sahillərə düşmən gəmisi yan ala bilməmişdi. M.Hüseyn. Çək lövbəri, sür gəmini, dənizə yol al; Keşik çəkək sərhədlərdə, yoldaş admiral! Ə.Cəmil. admirallıq is.\n1. Admiral rütbəsi.\n2. köhn. Hərbi donanmanı idarə edən ali orqan. adres [fr.]\n1. Bir şəxsə, ya idarəyə göndərilən məktub və s.-nin üstündə həmin şəxsin yaşadığı, yaxud idarənin olduğu yeri və adını göstərən yazı; ünvan.\n2. Bir şəxsin yaşadığı və ya bir idarənin olduğu yer; ünvan. Ancaq yaxşı düşün, yaxşı fikirləş! Adresim də budur... bizə gəl sabah. M.Müşfiq.\n3. Yubiley münasibəti ilə, yaxud başqa bir münasibətlə bir şəxsə, ya idarəyə kollektiv və s. tərəfindən təqdim edilən təbriknamə, müraciətnamə. adresat [fr.] Adına məktub, teleqram və s. göndərilən şəxs. ad-san is. Nüfuz, şöhrət, etibar, hörmət, şan, yaxşı ad. Ol keçən dəmləri hanı Zakirin; İtkin olub adı-sanı Zakirin. Q.Zakir. Əsrin caynağında yumaqdı ad-san; Gecə pəncərəmə dırmaşan pişik! M.Araz. [Hacı Kazım:] Ə, sənin mahalda adın var, sanın var, balam, bu nə işdir? S.Rəhimov. • Ad-san qazanmaq (çıxarmaq) – yaxşılıqda şöhrət qazanmaq, məşhur olmaq, ad qazanmaq. [Namaz:] Əvvələn, malınız, pulunuz artar, ikinci ad-san çıxardarsınız. M.F.Axundzadə. adsız sif.\n1. Adı olmayan. Adsız ada. Adsız yerlər. // Adı məlum olmayan. Deyir yana-yana adsız bir cisim: Günəş haqqımızı tapdayır bizim! M.Araz.\n2. Şöhrəti, adı-sanı olmayan, tanınmayan. İgid cavanlar bəxtini burada sınar, adsızlar burada ad qazanardı. M.Rzaquluzadə.\n3. İmzasız. Adsız məktub. ‣ Adsız barmaq – əldə orta barmaq ilə çeçələ barmaq arasındakı barmaq. adsızlıq “Adsız”dan mücər. adsız-sansız sif. Adı-sanı olmayan, tanınmayan, heç bir cəhətdən məşhur olmayan, adi. Adsız-sansız adam. – Amma indi ikinci dəfə onu xəcil edən bu adam o vaxtkı adsız-sansız odunçu oğlu deyildi, xalqın sevimlisi idi və yüzlərlə havadarı vardı. Ə.Məmmədxanlı. advokat is. [lat.] hüq. Məhkəmədə bir tərəfə xidmət göstərən hüquqşünas. bax. vəkil 2-ci mənada. Sat var-yoxunu, advokata ver neçə xələt; Puç ol hələ-həlbət. M.Ə.Sabir. Çox yazmaq yazıçı peşəsidir, çox kitab oxumaq bikar advokatların və dərin həkimlərin sənətidir. C.Məmmədquluzadə. Advokat Əlabbas bəy kabinəsində əyləşib çay içirdi. Ə.Haqverdiyev. advokatlıq bax. vəkillik. Rusiyada övrətlərə izn var idi ki, teleqrafxanalarda və dəmiryollarda qulluq etsinlər. İndi onlara ixtiyar verilib ki, vəkillik, yəni advokatlıq etsinlər. “Əkinçi”. adybl is. [əsli rus.] Yun və ya iplikdən toxunma birqat yorğan. Nəriman gah adyal üstünə atılmış sədəfli tara, gah bu saat ayrılmalı olduğu babasına baxır.. Mir Cəlal. [Kəyan] oturduğu yerdən adyal döşənmiş tirədə uzanıb, şinelin altında yatan Mədədin çiynini silkələdi. Ə.Əbülhəsən. adyutant is. [əsli lat.] hərb. Hərbi hissə komandirinin tapşırığını icra edən, yaxud qərargah işlərini icra edən hərbi qulluqçu. Qara, Çernışevin adyutantına da yer göstərdi. Ə.Əbülhəsən. adyutantlıq is. Adyutant vəzifəsi və işi. aero... [yun.] Mürəkkəb sözlərin əvvəlində həmin sözlərin havaya, havada uçuşa, aviasiyaya aid olduğunu bildirir; məs.: aerologiya, aeroplan, aerostat. aerodinamik sif. Aerodinamikaya aid olan, xas olan. Aerodinamik tədqiqat. Cisimlər havada hərəkət etdikdə aerodinamik qüvvə əmələ gəlir. aerodinamika [yun.] Havanın və digər qazların hərəkətindən, habelə qazların, onların içində olan cisimlərə təsirindən bəhs edən elm. aerodrom [yun.] Təyyarələrin və ya başqa uçucu aparatların havaya qalxması, enməsi və durması, habelə onların uçuşunu təmin etmək üçün müvafiq tikililəri olan meydança. aerofotoqrafiya [yun.] Təyyarədən bir yerin fotoşəklini çəkmə. Aerofotoqrafiya hava kəşfiyyatında xüsusilə əhəmiyyətli rol oynayır. aeroxizək is. [yun. aero və xizək] Propeller vasitəsilə hərəkət edən xizək. aeroklub [yun. aero və ing. klub] Təyyarəçilik ilə maraqlanan və ya məşğul olan şəxslərin ictimai təşkilatı (klubu). Aeroklub təyyarəçilik mədəniyyətinin gözəl idarələrindən biridir. – Əli aerokluba yola düşər, Gülnaz Alya ilə teatra gedərdi. S.Rəhimov. aerologiya [rus.] Havanın üst təbəqələrinin fiziki, kimyəvi və başqa xassələrini tədqiq edən elm. aeronavt [rus.] Uçucu aparatlarda havaya uçan adam. aeronavtika [yun.] Uçucu aparatlarda havada hərəkət etmə nəzəriyyə və praktikası. aeroplan [fr.] bax. təyyarə. Qəzəl olmasaydı guya İranda; İndi biz uçardıq aeroplanda. Şəhriyar. aeroport [yun. aero və lat. port] Nəqliyyat təyyarələrinin müntəzəm uçuşlarını təmin etmək üçün lazım olan tikinti və avadanlıqla təchiz edilmiş böyük aerodrom. Bakı aeroportu. aerosəpin is. [yun. aero və səpin] k.t. Alçaqdan uçan təyyarələr vasitəsilə səpin. aerostat [rus.] Balonun içində olan qazın qaldırıcı qüvvəsi sayəsində havaya qalxan havadan yüngül uçucu aparat; hava balonu. Noyabrın 28-də Parij şəhərində bir neçə elm sahibi aerostat, yəni şar ilə havaya qalxıblar ki, elm imtahanı etsinlər, amma aerostat cırıldığına 230 metr hündürlükdən yerə yıxılıblar və 8 adamdan 5-i bərk yaralanıb. “Əkinçi”. afaq is. [ər. “üfüq” söz. cəmi] şair.\n1. Üfüqlər. Məhtab bir şəb idi, hava mişkbar idi; Afaqə nur axardı, səma ləməzar idi. M.Hadi. Hökmfərmadır onda sümtü sükut; Sarmış afaqını dumanlı bulud. A.Səhhət.\n2. məc. Aləm, dünya, ölkələr mənasında. Afaqə düşdü ğülğülə hüsnündən, ey qəmər. Nəsimi. Rüsvayi-zəmanə oldu məndən; Afaqə fəsanə oldu məndən. Füzuli. [Şeyx Hadi:] Tutsa afaqı şöleyi-hikmət; Onu duymaz dumanlı gözlər, əvət. H.Cavid. afat is. [ər. “afət” söz. cəmi] bax. afət 1-ci mənada. [Nəsib:] Mat-məəttəl qalmışam ki, bu nə bəladı, nəzərdi, gözdü, afatdı .. nədi, bilmirəm! Mir Cəlal. • Afat vurmaq – təbii fəlakətə uğramaq, dolu vurmaq və s. Afat aparsın səni, afat aparmış – qarğış. afərin nida [fars.] Tərif, təhsin ifadə edir; əhsən, mərhəba. Afərin sənə, oğlum! Afərin sizə, yaxşı işlədiniz! – Afərin hüsnünə ey fitneyi-dövran, bəri gəl. Nəsimi. [Abbas:] Afərin, bacım Zeynəb, indi otur, bunları dəstə tutaq.. S.S.Axundov. Öz yaşından böyük iş görənlərin; Bir afərin söylə hünərlərinə. Ə.Cavad. İkinci pərdə düşdükdən sonra camaatdan, yoldaşlarım və teatrda iştirak edənlər başıma yığılıb: – Afərin! Afərin! – deyə məni təbrik etdilər. H.Sarabski. // Bəzən kinayə və istehza yolu ilə deyilir. Afərin sənin hünərinə. Afərin sənə, bizi yaxşı aldatdın! – Afərinlər, doğru yollu verdiyin peymanlara; Əhdini ifa üçün sadir olan fərmanlara... M.Ə.Sabir. afət is. [ər.]\n1. Bəla, fəlakət, bədbəxtlik, müsibət, ziyan, zərər. [Şah:] Pədərsuxtə, kəvakibin afətindən məni qorxudarsan və əlacını gizlərsən? M.F.Axundzadə. Uşaqlarınıza heç bir cəhətdən afət yetməyəcək. C.Məmmədquluzadə. // məc. Adam haqqında. Biri N. qəzasının afət və bəlası sabiq prokuror İvanov idi. Ə.Haqverdiyev. // Məc. mənada. Arizuyi-vəsli-canan canə afətdir, könül! Füzuli.\n2. məc. şair. Son dərəcə gözəl qız, qadın, dilbər haqqında. Harda qalmış görəsən, ol dəli, məcnun feyzi; Dur yügür, gəl, dediyin afəti-dövran gəldi. Nəbati. Bu afəti birinci görüşdə sevməmək qabil deyildi. M.S.Ordubadi. Gülzar altı-yeddi ay bundan əvvəl deyər, gülər, çalar, oynar şux bir afət idi. C.Cabbarlı.\n3. məc. Çox zirək, çox cəld; od-alov. O, uşaq deyil, afətdir! afətzədə sif. [ər. afət və fars. ...zədə] Bəlaya, müsibətə uğramış, fəlakətə düçar olmuş. affayı zərf [fars.] dan. Havayı, nahaq, boşuna, əbəs. affekt [lat. affectus – ruhi həyəcan] İnsanın əhvaldan və ehtirasdan fərqli olaraq güclü, coşqun baş verən və nisbətən qısamüddətli olan emosional həyəcanı, qəzəbi, dəhşəti və s. Affektin aradan qaldırılması xeyli dərəcədə iradə gücü tələb edir. affrikat is. [lat.] dilç. İki samitin qovuşmasından yaranan yeni samit; məs.: rusca ü (t + s) və ç (t+ş). afişa [fr.] Tamaşa, konsert haqqında (divarlara vurulan) elan. Rüstəm gülüb dedi ki, buna afişa deyərlər, tamaşadan iki-üç gün qabaq yazıb divara yapışdırırlar ki, camaat oxuyub bilsin. H.Sarabski. Hüseyn bu afişanın qarşısında donub qaldı. S.Rəhman. afiyət is. [ər.] köhn. Cansağlığı, sağlamlıq, səhhət. Ol bəzm idi afiyət bahari; Mən bülbüli-zari-biqərari. Füzuli. • Afiyət olsun! köhn. – cansağlığı, sağlamlıq arzusu bildirən ifadə (adətən şərbət, su içənlərə, yaxud asqıranlara deyilir). aforizm is. [yun.] Dərin mənalı fikri ifadə edən sabit söz birləşməsi və ya cümlə; hikmətli söz. Nizaminin aforizmləri. Sədinin aforizmləri. Aforizmdə fikrin bitkinliyi və formanın səlisliyi əsas şərtdir. aforizmli sif. Aforizmlərlə dolu olan. Nizaminin aforizmli şeirləri. afrikalı sif. Afrikada yaşayan, Afrika əhli. aftab is. [fars.] şair. Günəş. Cam içrə mey ki, dairə salmış hübab ona; Ayinədir ki, əks salır afitab ona. Füzuli. Novbahari-hüsnü etdikcə tərəqqi ol məhin; Şərm edib hər gün uzaqlardan dolanır afitab. S.Ə.Şirvani. aftaba [fars.] bax. aftafa. Görürsən ki, elə hey çay başıaşağı o tərəfdə-bu tərəfdə əllərində aftaba və başlarında əmmamə ağalar düzülüb çömbəliblər. C.Məmmədquluzadə. Usta Ramazan aftabanı götürüb, bağçadan çıxdı. M.Hüseyn. aftafa is. Lüləyi və qulpu olan su qabı; lüləyin. Səriyyə tas və aftafanı gətirib mübaşir Məmmədin .. əllərinə su tökdü. M.İbrahimov. aftafa-ləyən is. Aftafa ilə ləyəndən ibarət yuyunma ləvazimatı. Yenə aftafaləyən gəldi, isti su və sabunla əllər və ağızlar yuyulub silindi. Çəmənzəminli. agah [fars.] Xəbərdar. İnanma gər desə rəmmal sirri-qeybə agahəm; Dəhanın sirrinə yüz kərrə iczin etiraf eylər. S.Ə.Şirvani. • Agah etmək – xəbərdar etmək, bildirmək. Olmuya qorxursunuz ki, əyilib camaatın qulağına bir neçə söz pıçıldayam, bir neçə mətləblərdən agah edəm. C.Məmmədquluzadə. Zamanı eşikağası işdən agah etdi, biçarə xanın ayağına yıxıldı və gözlərinin yaşını tökdü. Çəmənzəminli. Agah qılmaq – bax. agah etmək. Dedim: cana, məni agah qıl sirri-dəhanından; Dedi: məzur tut, elmi-müəmma aşikar olmaz. Q.Zakir. Agah olmaq – xəbərdar olmaq, bilmək. Şeir zövqündən olmayan agah; Əhli-nəzmi məzəmmət eyləməsin. Füzuli. Əziz başın üçün oxu yazdığım; Agah ol halımdan gahbəgah mənim! Qurbani. Ta olmaya kimsə ondan agah; Bu şeri oxurdu əksər ol mah. Məsihi. agahlıq is. Xəbərdarlıq. agynt [lat.]\n1. Bir idarə və ya müəssisənin tapşırığı və ya vəkaləti ilə iş görən adam, müvəkkil. Ticarət agenti. Maliyyə şöbəsi agenti. Abunə toplayan agent.\n2. Casus. Çar xəfiyyəsi agentləri. Düşmən agenti. – ..Çar agentinə və bir casusa yaraşan sifətləri bunun məsum və səmimi çöhrəsinə yaxa bilmirdim. M.S.Ordubadi. Agentlər qayığı Qaraşəhər körpüsündə gözləyirmişlər. A.Şaiq. agentlik is.\n1. Mərkəzi bir idarə və ya müəssisənin yerlərdə olan şöbəsi, nümayəndəliyi, müvəkkilliyi. Dövlət bankı agentliyi. Sığorta idarəsi agentliyi.\n2. Qəzetlər üçün məlumat toplamaqla məşğul olan idarə. Teleqraf agentliyi (öz müxbirləri vasitəsilə qəzetlərə teleqraf xəbərləri verən idarə). agentura [lat.]\n1. Bir müəssisə, idarə və ya təşkilatın agentləri.\n2. Xarici hökumətlərin casus və diversantları. // Casuslar; casusluq. agəh klas. bax. agah. ağ I.\n1. sif. Qar, süd, tabaşir rəngli (qara əksi). Ağ saç. Ağ köpük. – Sona gülümsünüb, ağ əlləri ilə Bahadırın əlindən tutub çəkdi. N.Nərimanov.\n2. sif. Təmiz, yazılmamış. Ağ kağız. Ağ dəftər.\n3. is. Gözün buynuz təbəqəsində əmələ gələn ağımtıl ləkə (xəstəlik). Gözünə ağ gəlmək.\n4. sif. və is. Gümüş, yaxud ağ metaldan kəsilmiş (pul). Ağ pul. – Bir cibimdə əsginasım, bir cibimdə ağ manat; Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat. M.Ə.Sabir.\n5. sif. məc. tar. Sovet hökuməti əleyhinə mübarizə etmiş, əksinqilabçı, ağqvardiyaçı mənasında. Ağ qvardiya. Ağ zabit. Ağ qoşunlar. // İs. mənasında cəm şəklində: AĞLAR – ağqvardiyaçılar, əksinqilabçılar.\n6. İs. mənasında cəm şəklində: AĞLAR – qaralardan fərqli olaraq, açıq rəngli damalar, ya şahmat fiqurları.\n7. İs. mənasında cəm şəklində: AĞLAR – ağ irqə mənsub olanlar, avropalılar.\n8. sif. məc. dan. İfrat, mübaliğəli, açıqdanaçığa mənasında. Ağ yalan. Ağ böhtan. – [Əhməd:] Axırda bircə dəfə dedim ki, qardaş, bu ağ yalanı nə üçün deyirsən? Ə.Haqverdiyev. Yalandır! Ağ yalan! Qara bir hiylədir. R.Rza. ‣ Ağ düşmək – ağ ləkələr düşmək, ağarmağa başlamaq, çallaşmağa başlamaq (saç, saqqal). Gündə yüz gəz düşə aşüftəlik əhval içinə; Qorxum oldur ki, sabah ağ düşə saqqal içinə. M.P.Vaqif. Ağ eləmək – həddini aşmaq, ifrata varmaq. [Zaman:] Lap bir belə ağ eləmək olmaz ki! Ə.Haqverdiyev. [Heybət:] Canım, bu Xəlil daha lap ağ elədi ki... Bəlkə acığından eləyir?.. M.Hüseyn. Ağ gecə(lər) – şimalda işıq gecələr. [İlyas] qələmi barmaqları arasında bərk sıxaraq, sərin şimal axşamının, başlanmaqda olan ağ gecənin alatoran işığında yazırdı. Mir Cəlal. Ağ gün məc. – xoşbəxtlik, səadət. Ağ gün ağardar, qara gün qaraldar. (Ata. sözü). Xalın qaradı, zülf qara, gözlərin qara; Bir ağ gün görərmi olan mübtəla sana? S.Ə.Şirvani. Ağ gün ağlamaq – xoşbəxtlik axtarmaq, səadət arzulamaq. [Fərhad:] Mənim xeyirxahlarım mənə gəlin gətiriblər, mənə ağ gün ağlayıblar. Ə.Haqverdiyev. Ata oğluna bir ağ gün ağlamaq istəyirdi. S.Rəhimov. Ağ günə çıxmaq – xoşbəxt olmaq, xoşbəxt həyat keçirmək, ehtiyacdan qurtarmaq. [Ağabəyim qızına:] Sən elə bilirsən, ərə gedən ağ günə çıxar?.. Çəmənzəminli. Ağ kömür – su-elektrik stansiyalarında elektrik enerjisinə çevrilən çay sularının hərəkət qüvvəsi. Ağa ağ, qaraya qara demək – düzünü demək, həqiqəti olduğu kimi demək. [Rüstəm:] O kişi ağa ağ, qaraya qara deyən idi. S.Rəhimov. Ağı qaradan seçməmək – yaxşını yamandan ayıra bilməmək. Mehri-rüxsarını dil mahisəmadan seçməz; Etibarı yox onun ağı qaradan seçməz. S.Ə.Şirvani. Ağına-bozuna baxmamaq – yaxşı-yamanına baxmamaq, ayırd etməmək, heç bir şeyi nəzərə almamaq, heç bir şeylə hesablaşmamaq; necə gəldi, ucdantutma. Budu xahişləri kim, baxmayıb ağı-bozuna; Eyləyim həcv tamam bəyü gədavü xani. Q.Zakir. Bu səbəbdən [Bülənd] dərhal ağına-bozuna baxmayaraq, .. nimdər üstündə oturub yastığa söykəndi. Ə.Əbülhəsən.\n\nII. is.\n1. Ağ rəngli bez və s. parça. Köynəklik ağ. Mələfəlik ağ. Ağdan tikilmiş köynək. Bir top ağ. – Gün əyiləndə Ağcagilin darvazasından üzünə nimdaş bir ağ çəkilmiş uşaq tabutu çıxardılar. Mir Cəlal.\n2. dan. Kəfən.\n\nIII. is. Tor. Dağ maralı kimi sərsəm gəzən yar; Axır rast gələrsən sən ağa qarşı. Aşıq Fətəli.\n\nIV. [ər.]: ağ olmaq, üzünə ağ olmaq – itaət etməmək, söz qaytarmaq, tabe olmamaq. [Gülsənəm:] Atamı da, xanın üzünə ağ olduğuna görə üç gün bundan qabaq boğazından asdılar. Ə.Haqverdiyev. Tövbə... Ey mollanümalar, sizə ağ olmağıma; Çox təəssüf edirəm sizdən uzaq olmağıma. C.Cabbarlı. Böyüyə ağ olanın gözünə ağ düşər, – deyə Quliyev də atalar sözü ilə cavab verdi. Ə.Sadıq. ağa is. köhn.\n1. Hakim, istismarçı siniflərə mənsub adam; mülkədar, bəy, zadəgan. [Kəndli:] Biz ata-babadan ağa qulluğunda oturmağa adət etməmişik. Ə.Haqverdiyev.\n2. Keçmişdə seyidlərə, ruhanilərə verilən ləqəb. // Keçmişdə ziyalılara müraciət edərkən söylənilirdi; cənab. // Keçmişdə mənsəb sahiblərinə, yaxud yaşlı və hörmətli adamlara verilən ləqəb (bəzi adamların adlarının əvvəlinə, ya axırına əlavə olunardı). Novruz Bahadırı qəmgin görüb dedi: – Ağa, nə üçün fikir edirsən? Yoxsa qaçaqlardan qorxursan? N.Nərimanov. [İskəndər:] Doğru deyir ağa, onlar heç vaxt özlərini bu ağzıbirə salmazlar. N.Vəzirov. [Nəcəf bəy:] Ağa İmamverdi, hirsini bas, mən ona qulaqburması verərəm. Ə.Haqverdiyev. // dan. Keçmişdə uşaqlar atalarına deyərdilər.\n3. Sahib, sahibkar, yiyə, hakim. Bu yerlərin ağası zəhmətkeşlərdir. – İnsan bütün varlığın ağasıdır, hakimidir. M.İbrahimov.\n4. sif. Hakim, üstün. Portuqaliyalılar Anqolanı işğal etdikləri ilk gündən .. ağa dil və məhkum dil siyasətini dar ağacı və qılınclarla həyata keçirməyə başladılar. R.Rza. ağabacı is. dan. məh. Böyük qardaş, dayı və başqa qohumların arvadlarına hörmət üçün verilən ad. ağac is.\n1. Budaqları və bərk gövdəsi olan çoxillik bitki. Armud ağacı. Qoz ağacı. Ağac əkmək. Qollu-budaqlı ağac. – Ağac bar gətirdikcə başını aşağı dikər. (Ata. sözü). // Oduncaq.\n2. Ağacdan hazırlanan tir, dirək, taxta, şalban və s. Tikinti üçün xeyli ağac gətirilmişdir. Ağac ehtiyatı.\n3. Ələ götürülən əsa. Əfsus, qocaldım, ağacım düşdü əlimdən; Səd heyf cavanlıq. M.Ə.Sabir. ..Ay-vay eləyə-eləyə və öskürəöskürə rəngi qaçmış bir kişi əlindəki ağaca söykənə-söykənə girir içəri. C.Məmmədquluzadə. // Dəyənək, çomaq. Ağacla vurmaq. • Əl ağacı – yeriyərkən dirənmək üçün əldə tutulan ağac; əsa.\n4. köhn. Təxminən 6-7 kilometrə bərabər uzunluq ölçüsü. ..Kənd ilə pələngin arası təxminən bir ağac olardı. A.Şaiq. ‣ Ağaca dönmək – 1) bərkimək, qurumaq, sərtləşmək; 2) hərəkətsiz hala gəlmək, hissizləşmək, hissini itirmək. Ağacağaca qoymaq (gəlmək) – dalaşmaq, dava eləmək. Ata oğul ilə, qardaş qardaş ilə köçmək üstündə ağac-ağaca qoyar və çəkişərdi. S.Rəhimov. Uruq ağacı – bax. uruq. ağacan is. köhn. Ataya, yaxud böyüyə hörmət və nəvazişlə müraciət. Odur ki, Qurban həmişə fürsət tapanda deyirdi ki, ağacan, qurban olum, belə işləri eləmə. İ.Musabəyov. ağacatma is. köhn.\n1. Əl ağacı kimi bir ağacla oynanılan oyun adı.\n2. Keçmişdə qoyun satdıqda, seçmə olmasın deyə, sürünün içinə ağac atıb, onun bir hissəsini ayırma. ağacayaq is. köhn. məh.\n1. Ayaqlarına qarmaqlı ağaclar taxıb gəzən oyunbaz.\n2. Qılçası olmadığı üçün ağacdan qayrılmış süni ayaqla gəzən adam; axsaq.\n3. məc. Uzundraz adam.\n4. zool. Su kənarında yaşayan uzunayaq bir quş. ağacdeşən (=ağacdələn) is. zool. Ağac koğuşlarındakı cücülərlə qidalanan uzun, sərt dimdikli quş. O namərddir, qorxur hələ; Cəsədinə yaxın gələ; Baltasızdı ağacdələn... Palıd, səni kim yıxdı? M.Araz. ağacdələn (=ağacdeşən) is. zool. Ağac koğuşlarındakı cücülərlə qidalanan uzun, sərt dimdikli quş. O namərddir, qorxur hələ; Cəsədinə yaxın gələ; Baltasızdı ağacdələn... Palıd, səni kim yıxdı? M.Araz. ağacdoğrayan sif. Kəsilmiş ağacları doğramaqla onlardan taxta-şalban hazırlayan. Ağacdoğrayan zavod. ağackəpənəyi is. zool. Ağaclara ziyan vuran kəpənəyə oxşar cücü. ağacqurbağası is. zool. Həyatının çoxunu ağacda keçirən yaşıl rəngli kiçik qurbağa. ağacqurdu is. zool. Ağacların içərisində yaşayan zərərverici (cücü). ağaclamaq f. Ağacla vurmaq. ağaclaşma I. “Ağaclaşmaq1 ”dan f.is.\n\nII. “Ağaclaşmaq2 ”dan f.is. ağaclaşmaq I. qarş. Bir-birini ağacla vurmaq, ağacla vuruşmaq.\n\nII. f. Ağac kimi bərkimək, sərtləşmək. [Bitkinin] toxumları yetişəndə qozaları ağaclaşır və ya giləmeyvə şəklini alaraq ətlənir. H.Qədirov. ağaclı sif.\n1. Ağacı olan, ağacı çox olan. Ağaclı yer. Ağaclı dərə.\n2. Əlində ağac olan. Ağaclı adam. Əli ağaclı. ağaclıq is.\n1. Çoxlu ağac bitmiş yer, meşəlik yer. ..Buradan dönüb baxanda ağaclıqlar içində qərq olan kənddən heç bir şey görmürsən. Mir Cəlal. Darısqal bir daxma var; Qabağı ağaclıqdır. M.Seyidzadə.\n2. Sif. mənasında. Ağacları çox olan. Ağaclıq yerlərdə yağış çox yağar.\n3. Saylarla bərabər – bax. ağac 4-cü mənada. Mənim adətimdir, bir yerdə dustaqxana adı gələndə, gərək iki ağaclıqdan qaçam, yox olam. C.Məmmədquluzadə. Ərəb əmiri Əbü-Müslim Dağıstan tayfalarına buyurdu ki, Xəzər tacirlərini şəhərin bir ağaclığında saxlayıb alver etdikdən sonra geri qaytarsınlar. A.Bakıxanov.\n4. is. məh. İri güllü, tikanlı bir ot adı. ağacmişarlayan sif. Mişarla ağac kəsən, yaxud ağacdan taxta kəsən. Ağacmişarlayan zavod. ağacovan is. zool. Ağac oduncağını və qabığını ovub deşən, sürfəsi olan böcək. ağac-uğac top. dan. Ağaclar, bir şeyin ağaclardan ibarət olan qismi. Ancaq yağlı dillər tökən Sarımsaq oğlunu neçə gün sonra görməyən Qaçaq Nəbi ağ çadırı söküb, ağac-uğacına qədər pöhrəlikdə gizləmişdi. S.Rəhimov. ağacvari sif. Ağacaoxşar, ağac kimi. ağadadaş is. dan. məh. Kiçik qardaşların böyük qardaşa, yaxud keçmişdə gəlinlərin böyük qayınlarına hörmət üçün verdikləri ad. ağadayı is. dan. məh. Böyük dayıya hörmət üçün verilən ad. ağaəmi is. dan. Böyük əmiyə hörmət üçün verilən ad. ağalanma “Ağalanmaq”dan f.is. ağalanmaq f.\n1. Qeyri-qanuni yolla sahib olmaq, yiyələnmək, əlinə keçirmək, zəbt etmək.\n2. dan. Özünü ağa kimi göstərmək, lovğalanmaq. Ona bax, nə ağalanır. ağalıq is.\n1. Hakimiyyət, hökmranlıq. // Böyüklük, başçılıq. • Ağalıq etmək – hakimiyyət sürmək, hökmranlıq etmək. Hər əli silah tutan aləmə ağalıq etmək istəyirdi. Mir Cəlal. // Üstünlük, nüfuz.\n2. köhn. Ağaya (bəyə, mülkədara) məxsus mülk, ev, su, meşə, heyvan və s. [Ayrım qızı:] İkimiz də cavan idik .. bu çoban idi, mən də ağalığın inəklərini sağar, yağ-pendirini tutardım. A.Şaiq. Piri kişinin daxması ağalığın böyük meyvə bağının içində idi. S.S.Axundov. ağanənə is. dan. Ailənin ağbirçəyinə, hörmətli qadına verilən ad. ağappaq sif. Tamamilə ağ, lap ağ. Ağappaq qar kimi. Ağappaq süd kimi. Ağappaq köynək. Ağappaq süfrə. – Ağappaq yollardan elə bil bu an; Ağ mərcan taxıbdır dağlar boynuna. B.Vahabzadə. Bacadan burulaburula qalxır; təzə qar kimi ağappaq tüstü. R.Rza.// Zərf mənasında. Artıq Ay ağappaq ağarıb sönməkdə idi. S.Rəhman. Əfruz bacı ağappaq ağarmışdı. S.Rəhimov. ağaran f.sif.\n1. Uzaqdan görünən, parlayan (ağ şey haqqında). [Cahandar ağa] Şahnigarın ağaran paltarından başqa heç nə görmürdü. İ.Şıxlı.\n2. Rəngi tez solan. Ağaran parça. ağarantı is. Süddən hazırlanan məhsullar (qatıq, qaymaq, pendir və s.). Buranın .. ağarantı satan bazarları başqa şəhərlərə görə qayət zəngin idi. M.S.Ordubadi. Bax, odur, tövlədəki sarı düyəni də .. hökumətimiz verib. Sabah, birisi gün uşaqların ağarantısı da çıxacaqdır. Mir Cəlal. Dayandıqları ağarantı hazırlanan .. dəhliz kimi bir yerdi. Ə.Əbülhəsən. ağardıcı sif. və is.\n1. Ağartmaqla məşğul olan.\n2. Ağartmağa yarayan. Ağardıcı məhlul. ağardılma “Ağardılmaq”dan f.is. ağardılmaq məch.\n1. Ağ rəngə boyadılmaq, ağ rəng çəkilmək, sürtülmək. Bayram üçün evlərin divarları ağardıldı.\n2. Üzü köçürülmək, təmiz yazılmaq. Protokolların üzü ağardılmışdır. ağardılmış f.sif.\n1. Üzünə ağ rəng (əhəng) çəkilmiş, ağ rəngə boyadılmış. Divarları ağardılmış otağın küncləri xırda döşəmələrlə döşənərdi. H.Sarabski.\n2. Soldurulmuş.\n3. Sürtülüb təmizlənmiş, sürtülüb parıldadılmış. // Qalaylanmış. Ağardılmış qazança. ağarışmaq f.\n1. Ağarmaq, görünmək (çoxlu ağ şey haqqında); ağarmağa başlamaq. Dəmir yolundan o yana .. qamışlıqlar arasında balaca gölməçələr ağarışırdı. M.Hüseyn. Üfüq yavaş-yavaş ağarışırdı; Tarlada üç dəstə qız yarışırdı. S.Vurğun.\n2. bax. ağarmaq 7-ci mənada. ağarma “Ağarmaq”dan f.is. ağarmaq f.\n1. Ağ olmaq, ağ rəng almaq. Divarlar əhənglənəndən sonra yaxşı ağardı. Kətan yuyulduqca ağarar.\n2. Qarla örtülmək, qar basmaq. Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. M.İbrahimov. Ağarıbdır düzlər, çöllər; Buz bağlayıb çaylar, göllər. M.Seyidzadə.\n3. Görünmək, öz ağlığı ilə nəzərə çarpmaq (ağ şey haqqında). Dağların başı ağarır. Uzaqdan bir şey ağarır. – Sadə izlər belə yox daşlarda; Ağ dumanlar ağarır qaşlarda. S.Vurğun.\n4. Yuyulub təmizlənmək, silinib təmizlənmək, parıldamaq, rəngi açılmaq. Çəngəlbıçaqlar sürtüldükdən sonra ağardı.\n5. Saç və saqqala dən düşmək; çallaşmaq. Başı ağarmaq. Saqqalı ağarmaq. – Ağardı muyi-sər, qəddin xəm oldu, taqətin getdi; Sənə layiq deyil, Seyyid, belə məşuqəbaz olmaq. S.Ə.Şirvani.\n6. Rəngi getmək, solmaq, bozarmaq. Parça yuyulan kimi ağardı. Gündən paltarım ağardı.\n7. Açılmağa başlamaq; dan yeri sökülmək, işıqlanmaq. Gözü üfüqə sataşanda səmanın ağardığını hiss etdi. Mir Cəlal. Şərq üfüqləri ağarmağa başlayırdı. M.İbrahimov.\n8. İrinləyib yetişmək (yara, çiban).\n9. Yetişib vaxtı ötmək. ..Gömgöy olan bir taxıl, görürsən bir gün çallayıb, bir gün ağarır, vağanıyır, bir azdan tökülür, çürüyür. S.Rəhimov.\n10. məc. Üzünün rəngi qaçmaq (qorxudan). Sərdar Rəşidin üzü qızarır və yenə də ağarırdı. M.S.Ordubadi. ağarmış f.sif.\n1. Ağ olmuş, tamamilə çallaşmış. Ağarmış baş, saqqal. – Gəldiyev nəzərini kişinin ağarmış saçlarına salmışdı. Mir Cəlal.\n2. Bozarmış, solmuş, rəngi dönmüş, rəngi çevrilmiş. Ağarmış parça. ağartdırma “Ağartdırmaq”dan f.is. ağartdırmaq “Ağartmaq”dan icb. Divarları ağartdırmaq. – [Evin qadınları] mis qab-qacağı qalayçıya göndərib ağartdırar, saxsı qab-qacağı quyu üstə töküb .. pak edərdilər. H.Sarabski. ağartı is.\n1. bax. ağarantı. [Səfər:] Bu indiki inəyi Ağdamdan gətirmişəm. Kənddə böyümüş adamıq, ağartısız dolanmaq olmur. Çəmənzəminli. [Almurad:] Qaldı ağartı məsələsi, o barədə Qızxanımın yaxasından yapış, bu, arvad işidir. İ.Əfəndiyev.\n2. Uzaqdan görünən ağ şey. Uzaqdan gözümə bir ağartı görünür.\n3. köhn. Kirşan. Bir əldə ağartı, birində daraq; Daranır üstündə muyu çeşmənin. (Qoşma). ağartma 1. “Ağartmaq”dan f.is.\n2. məh. Çəltiyi dingdə döyüb qabıqdan çıxartdıqdan sonra hasil olan düyü.\n3. Üzü təmiz köçürülmüş yazı. ‣ Göz ağartması vermək – bax. göz. ağartmaq f.\n1. Ağ rəngə boyamaq, ağ rəng çəkmək. Divarları ağartmaq. Tavanı ağartmaq. Kətan tufliləri ağartmaq. // Ağ şeyə sürtüb batırmaq. Üst-başını divara sürtüb ağartmaq.\n2. Soldurmaq, rəngini qaçırtmaq. Günün altında çox gəzib paltarını ağartmaq.\n3. Sürtüb təmizləmək, silib təmizləmək, pasını açmaq, sürtüb parıldatmaq. // Qalaylamaq. Qazanı ağartmaq. // Təmizləyib düzəltmək, qaydaya salmaq. [Safo] həmişə Alo ilə birlikdə .. taxıl əkir, balaca xırmanı ağardır, soyuq aylar düşmədən .. dolanıb kəsb etməyə başlayırdı. S.Rəhimov.\n4. Üzünü köçürmək, təmiz yazmaq. Verdiyev məruzəsinin üzünü on bir dəfə ağartdı, yenə ürəyi qızmadı. Mir Cəlal.\n5. məc. Aşkar etmək, açıb demək, üstünü açmaq, ifşa etmək, üzə vurmaq (bəzən “açıbağartmaq” şəklində işlənir). [Məmmədvəli:] ..Yola düşdüm, gördüm sovqatımın çoxu gedibdir, bilmədim motalı kim apardı, yağ necə oldu, qaymağı kim yedi.. Heç açıb-ağarda da bilmədim. N.Vəzirov. Biri səbəbsiz ağlar; Biri bərk yıxılanda üzə vurmaz, ağartmaz. R.Rza. [Tapdıq] qaşlarını çatıb fikirləşdi: “Yaxşı, vursam, deyəcəklər “Aha, oğru sənsən ki?” Yox, açıb-ağartmaq lazım deyil..” Mir Cəlal.\n6. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və ifadələr düzəldilir; məs.: baş ağartmaq, dişlərini ağartmaq, göz(ünü) ağartmaq, üzünü ağartmaq. ağayana sif. və zərf\n1. Ağa kimi, saymazcasına, amiranə. ..Hacının ağayana səsi daha da ucadan eşidildi: – Hazırla qızı, cümə günü gələcəyəm. Mir Cəlal.\n2. məc. Ağa kimi, çox yaxşı. Bu məvacibə Xəlil nəinki ağayana dolanırdı, hətta bir-iki yüz manatadək də pul cəm edib, Ağahüseynə tapşırığa vermişdi. Ə.Haqverdiyev.\n3. köhn. Alicənab. Ağayana hərəkət. ağaz [fars.]: ağaz etmək köhn. – başlamaq. Nə taledir bu kim, aləmdə ağaz etmədim bir iş. Füzuli. Gündə bir şəbədə ağaz etdin; Çox olan lütfü bizə az etdin. S.Ə.Şirvani. ağbağır bax. ağciyər. ağbalıq is. zool. Nərə balığı sinfindən olan çox iri balıq. Azərbaycan balıqçıları Xəzər sularından qızılbalıq, ağbalıq, nərə, çəki, xəşəm və suf balıqları kimi qiymətli balıqlar tuturlar. ağbaş 1. sif. Başı ağ, başı (saçları) ağarmış. Ağbaş kişi. Ağbaş arvad. – Qoca, gödək və ağbaş professor dərs deyirdi. Mir Cəlal.\n2. is. köhn. Başı əmmaməli, molla, axund. Hökmdir hakimə, ta hökm edə fərraş arasında; Bölələr yağ-balı fərraş ilə ağbaş arasında. Şəhriyar. [Tahirzadə:] Nə etməli, meydanı bu ağbaşlara tərk edib getməlimi, bu meydana yol tapmalımı? Mir Cəlal. ağbaşlı bax ağbaş 1-ci mənada. [Səttar:] Eybi yox, biz də o ağbaşların qabağına başqa ağbaşlıları çıxararıq.. P.Makulu. ağbəxt sif. dan. Xoşbəxt, bəxtli, xoşbəxtliyə çıxmış. Gülpəri satılı su ilə doldurub, Məşədi Püstə bacının başına tökərdi. Məşədi Püstə bacı sözü təzələyərdi: – Ağbəxt olasan! Allah sənə bir halal süd əmmiş yetirsin. H.Sarabski. ağbəniz sif.\n1. Üzü ağ, sifəti ağ. Ağbəniz uşaq. Ağbəniz qız. – Ağbəniz .. oğlan uşağı çəpiş kimi səkidən atılıb qapıya tərəf gəldi. Mir Cəlal.\n2. Arıq, zəif, solğun sifətli. ağbirçək 1. sif. Saçı ağarmış yaşlı, qoca, hörmətli (qadın haqqında). [Fatma xanım:] Məni bu ağbirçək vaxtımda oğru eyləyir. N.Vəzirov. Bir az sonra Vaqifin evində olan ağbirçək qadın .. çıxdı. Çəmənzəminli. Gözündə kainat başqadır bütün; Gənclikdən zövq alır ağbirçək qarı. S.Vurğun.\n2. is. məc. Dünyagörmüş, təcrübəli qadın, yaşlı qadın. Tükəzbanın bu cür hərəkətlərinə görə kəndin ağsaqqalları onun ərini və atasını çox töhmət edirdilər və ağbirçəklər də onu öz aralarına qoymazdılar. B.Talıblı. [Şərəbanı:] Sabahları, deməli ki, əl qaldırıb içimizdən bir ağbirçəyi seçib iş başına qoysaq, qoyarıq. Mir Cəlal. // Evin, ailənin ən yaşlı və hörmətli qadını. Ancaq Məryəmin ata-anası oğlan tərəfindən, bir ağsaqqalın və ya bir ağbirçəyin iştirak etməsini tələb edirlərdi. B.Talıblı. Evin ağbirçəyi Nubar .. tündməzac, dargöz və deyingən bir qarı idi. S.Rəhimov. ağbirçəkli bax. ağbirçək 1-ci mənada. Nəzər yetir yurdumuza, min büsat var, cəlal var; Toy paltarı geyinmişdir ağbirçəkli qarılar. S.Vurğun. Şəhər tutmur izdihamı; Küçələrə çıxıb hamı: Cavan oğlan, kiçik uşaq; Ağbirçəkli qoca ana. Z.Xəlil. ağbirçəklik is. dan. Böyüklük, başçılıq (qadın haqqında). Səba yorğan-döşəyə düşdüyündən, Qaraxanın arvadı evin ağbirçəkliyini öz əlinə aldı. S.Rəhimov. ağca is.\n1. köhn. Pul. Kürə və Misgincə tayfasından on dörd min batman buğda və qırx min dirhəm ağca .. alınıb anbarlara və xəzinəyə yetişirdi. “Dərbəndnamə”. Bizim də bolluca ağcamız olar; Qapımız, bağımız, bağçamız olar. S.Vurğun. Simuzər dilədim, ağca vermədi. O.Sarıvəlli.\n2. Bəzi balıqların üzərindəki parlaq sədəf kimi pərəklər; pulcuq. Qumun üzərinə sərilmiş balıqlar, öz ağcalarını parıldadaparıldada .. çapalayırdı. S.Rəhimov. ağcaqanad is. Bəzi növləri qızdırma (malyariya) xəstəliyi törədən milçəyəoxşar sancan cücü; ditdili, hünü, mığmığa. Ağcaqanadla mübarizə. – İsti adamı taqətdən salır, ağcaqanadlar yaşamağa və işləməyə imkan vermirdi. Ə.Sadıq. ağcaqayın is. bot. Möhkəm oduncaqlı, qollu-budaqlı meşə ağacı. Bir az irəlidə qoşa bitmiş bir cüt ağcaqayın ağacı iki ağ sütun kimi göyə ucalmışdır.. Ə.Məmmədxanlı. ağcaqayınlıq is. Çoxlu ağcaqayın ağacı bitən yer, ağcaqayın meşəsi. ağcaqovaq is. bot. Yaşıllaşdırma və tikinti işlərində işlədilən ağac növü. ağcalı sif.\n1. köhn. Pullu, dövlətli, zəngin.\n2. Üzərində ağca olan, pullu. Ağcalı balıq. ağcalıq is. İnsanda və heyvanda piqmentsizlik nəticəsində saçın, tükün, dərinin qeyri-normal ağarması; albinizm. ağcamatan bax. ağmatan. ağcamaya bax. ağmaya. ağcasız sif. Üzərində ağca (pul) olmayan. Ağcasız balıq. ağcavaz (=ağcavaza) sif. məh. Arıq, rəngi solmuş, xəstə, zəif. ağcavaza (=ağcavaz) sif. məh. Arıq, rəngi solmuş, xəstə, zəif. ağciyər sif. Qorxaq, cəsarətsiz, ürəksiz, aciz. Ağciyər adam. – [Məhərrəm:] Sən nə ağciyər adamsan, Fərhad, qoy bir tamaşa edək, görək Səadət xanımın ruhi-rəvanı necə oğlandır. N.Vəzirov. ağciyərlik is. Qorxaqlıq, cəsarətsizlik, ürəksizlik, acizlik. [Kəyan:] Zərər yoxdur, Qulam, ağciyərlikdən ağsaç olmaq yaxşıdır! Ə.Əbülhəsən. ağdaş is.\n1. Tabaşir.\n2. Tikintidə istifadə edilən daş növü. Sonralar .. bir ağdaş yonana şagird oldum; daş yona-yona şikəstə oxuyardım. H.Sarabski. ağdərili sif. və is. Dərisinin rəngi ağ olan (adam). ağdiş is. zool. Məməlilərin cücüyeyənlər dəstəsinə mənsub, ev siçanından kiçik heyvan. ağgöz sif. dan.\n1. Qorxaq, cəsarətsiz, ağciyər.\n2. məc. Şiddətli, qarlı, gecə-gündüz qar yağan. Qabaqdan da ağgöz qış gəlirdi. S.Rəhimov. ağgözlük is. dan. Qorxaqlıq, cəsarətsizlik, ağciyərlik. ağgün (=ağgünlü) sif. dan. Xoşbəxt. • Ağgünlü olmaq – xoşbəxt olmaq. [Kiçikbəyim Məmməd bəyə dedi:] Ağgünlü olmuş, məni bu yaşımda gör gətirib haralara çıxarırsan. Çəmənzəminli. ağgünlü (=ağgün) sif. dan. Xoşbəxt. • Ağgünlü olmaq – xoşbəxt olmaq. [Kiçikbəyim Məmməd bəyə dedi:] Ağgünlü olmuş, məni bu yaşımda gör gətirib haralara çıxarırsan. Çəmənzəminli. ağı I. is.\n1. Zəhər. Aşiqə vəfalı bir həmdəm gərək; Həmdəmsiz bal yesə, ona ağıdır. M.P.Vaqif. Məni bir məst qıl, saqi, aman ey gözlərin yağı; Şərabın yox, gətir ağı, qulağın niyə kar olmuş? Nəbati. Məcnun kimi gəzdim səhranı, dağı; Fələk şərbətimi eylədi ağı. Aşıq Kərəm. • Ağıya düşmək – zəhərli bir şey yeyib zəhərlənmək. Ağıya salmaq – heyvanı zəhərli ot olan yerdə otarmaq; insana və ya heyvana zəhərli şey yedirmək, ya içdirmək.\n2. məc. Çox acı şey haqqında; zəqqum. Ağzım o qədər acıdır ki, elə bil ağı yemişəm. ‣ İlana ağı verən – bax. ilan.\n\nII. is. Köhnə məişətdə: arvadların ölü üstündə, yasda avazla söylədikləri yanıqlı sözlər. İçəridən ağı səsi gəlirdi. Çəmənzəminli. • Ağı demək (oxumaq, çəkmək, tutmaq) – 1) ölünün üstündə ağız açıb ağlamaq. Qoca arvadlar ağlaşma qurub, ağı oxumaq istədilər. M.Hüseyn. Zavallı ana! Hələ cəmdəkləri soyumayan balaları üstünə döşənib ağı çəkir. Ə.Əbülhəsən; 2) məc. fəğan etmək, fəryad etmək. Elə bil ağaclar dillənib ağlaşdı, bülbül də öz fəğanı ilə onlara ağı tutdu. S.Rəhimov. ağıçı is. Köhnə məişətdə: ağlaşma zamanı ağı söyləyən, ölünü oxşayıb ağlayan qadın. [Şirin:] Nurcahan, .. əvvəl ki sən ağıçı idin, balam, sonra bu mərsiyəxanlıq nə idi? N.Vəzirov. Ağıçının gözəl səsi və nisgilli ağısı adamı mütəəssir edirdi. Çəmənzəminli. // Ağıya aid olan (bax. ağı2 ). Ədəbiyyat iki qisimdir. Bir qismi ağızda söylənən nəql, hekayətlərdən, cürbəcür milli nəğmələrdən, aşıq sözlərindən, məsəllərdən, tapmacalardan, yanıltmaclardan, ağıçı sözlərindən, bayatılardan ibarətdir. F.Köçərli. ağıl I. is. [ər.]\n1. İnsanda düşünmə və dərketmə qabiliyyəti; zəka. // Şüur, idrak. Bu növcavan gülüzlü, xoşsifətli olub, ağıl və kamalı üzündən məlum edirdi. N.Nərimanov. Ağıl deyir, qalmayacaq yer üzündə qandan əsər; Hər könülə ilham kimi gələcəkdir gözəl səhər. S.Vurğun.\n2. Hafizə, zehin, xatir, yad, yaddaş, fikir. Ağlımda heç bir şey qalmadı. Ağlıma indi gəldi. Səninlə oxumağım heç ağlıma gəlmir. – Hər kəs ağlına hər nə çatır, əmələ gətirir. M.F.Axundzadə. ‣ Ağıl dəryası – çox ağıllı, çox bilikli, dərin məlumatlı (bəzən zarafat və istehza ilə deyilir). Ağıl dişi – bax. diş. Ağıl eləmək – baş işlətmək, fikirləşmək, düşünmək, mülahizə etmək, fikirləşib bir yol tapmaq. Ağıllı ağıl eyləyincə, dəli vurdu Kürü keçdi. (Ata. sözü). Ağıl öyrənmək – başqasından bilik və təcrübə əxz etmək, ibrət götürmək, ibrət dərsi almaq. Ağıl öyrətmək – yol göstərmək, iş öyrətmək, nəsihət vermək. Hər iş adama bir ağıl öyrədir. (Ata. sözü). Ağıl vermək – başına ağıl qoymaq, öyüd vermək, yol göstərmək, pis yoldan uzaqlaşdırmaq. Ağıl-ağıla vermək – bir yerdə oturub düşünmək, fikirləşmək, məsləhətləşmək. Ağıldan kasıb (kəm, naqis) – axmaq, gic, ağlı az, zehni cəhətdən az inkişaf etmiş. Eh, ay əmioğlu, sən də məndən beşbetər ağıldan kasıbsan, ha! M.Hüseyn. Ağla batmaq (yatmaq) – inana bilmək, mümkün hesab etmək, inanmaq. Anasının sözləri Dilarənin ağlına batdı. M.İbrahimov. Doktorun sözü ağlıma batdı. Mir Cəlal. [Bəşir:] Məsləhətin bəd deyil, ağlıma yatır, anam da məni rahat qoymur. S.S.Axundov. Ağla çatmaq – anlaya bilmək, düşünə bilmək, dərk edə bilmək. Ağla sığmaq – inanıla bilmək, mümkün olmaq. Ağlı azmaq – 1) dəli olmaq, ağlını çaşdırmaq, ağlını itirmək; 2) sözünü, hərəkətini, işini bilməmək, başdan çıxmaq. Ağlı (başından) oynamaq – dəli kimi olmaq, ağlı çaşmaq. Ağlı ala qayada – huşu başında olmayan, huşu dağınıq, fikri ayrı yerlərdə olan adam haqqında. Ağlı başına gəlmək – 1) özünə gəlmək, ayılmaq; 2) məc. ağıllanmaq, pis işdən, avaralıqdan əl çəkib doğru yola düşmək, düzəlmək. Ağlı başında – ağıllı, dərrakəli, düşüncəli, öz işini, xeyrini-zərərini bilən adam haqqında. Ağlı başında olmaq – öz işi və hərəkətlərində ayıq və dərrakəli olmaq, öz xeyir və zərərini bilmək. Ağlı başından çıxmaq – 1) bax. ağlı başından getmək – 3-cü mənada; 2) məc. bərk hirslənmək, acığı tutmaq. ..Bir gün eşitdik ki, kəndin yaxınlığında pələng üç inək parçalamışdır, ağlım başımdan çıxdı. A.Şaiq. Ağlı başından getmək – 1) ağlını itirmək, ağlını çaşdırmaq, dəli olmaq, sərsəmləmək; 2) məc. azmaq, doğru yoldan çıxıb pis yola düşmək; 3) məc. məftun olmaq, vurulmaq, valeh olmaq. Ağlı çaşmaq – çaşıb qalmaq, nə edəcəyini bilməmək. [Hacı Həsən:] Ay arvad, sən Allah, tez ol, durma! Bilmirəm [Şeyx şəhərin ölülərini] dirildəcək, ya diriltməyəcək. O bağlıdır ağanın iltifatına. Mənim özümün də ağlım çaşıb; Heç bilmirəm nə cür dirildəcək? C.Məmmədquluzadə. Ağlı getmək – bax. ağlı başından getmək 3-cü mənada. Ağlı kəsmək – 1) ağlına batmaq, inanmaq, güman etmək, etiraf etmək; mümkün bilmək. Tükəz xalanın ağlı kəsdi, hər nə fənd olursa olsun kişini qurtarmaq lazımdı. S.Rəhimov; 2) anlamaq, başa düşmək. [Tapdıq] xüsusilə üç yaşı tamam olandan və yavaş-yavaş da olsa ağlı kəsəndən sonra daha tələbkar oldu. Ə.Vəliyev. Cumanın dediyinə və özünün də ağlı kəsdiyinə görə bu çox gərəkli məlumat idi. Ə.Əbülhəsən. Ağlı kəsməmək – 1) başa düşməmək, dərk edə bilməmək. Uşaqdır, ağlı kəsmir; 2) mümkün hesab etməmək, güman etməmək. [Hacı Həsən:] ..Axır ağlım kəsmir ki, gözümüz ilə gördüyümüz işlərin hamısı yalana çıxsın. C.Məmmədquluzadə. Ağlı uçmaq – bax. ağlı getmək. Ağlı(nı) baş(ın)a yığmaq – ağıllanmaq, ağıllı olmaq, öz hərəkətini ölçüb-biçmək, fikirləşmək, düşünmək. Ağlı(nı) uduzmaq – 1) hiyləyə aldanmaq, uymaq, gözü bağlanmaq; 2) yanılmaq, səhv etmək. Ağlına çatmaq – dərk etmək, anlamaq, başa düşə bilmək, xəyalına gətirmək. ..[Hərəmlərin] ağıllarına çatmırdı ki, Şah Abbas qəflətən bir Abbas Məhəmməd oğlu ola. M.F.Axundzadə. Ağlına gətirmək – yadına salmaq, fikrinə gətirmək, təsəvvürünə gətirmək. ..Heç ağlınıza gətirirsinizmi ki, cümə günü dükanlar bağlı olsa, cavan dükan şagirdləri .. nəyə məşğul olacaqlar? C.Məmmədquluzadə. [Səriyyə xala] gələcək qarşısında böyük bir vahimə duysa da, bir gün uşaqlarının bir tikə çörək üçün .. ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. M.İbrahimov. Ağlını aparmaq – başdan çıxarmaq, heyran etmək, məftun etmək, valeh etmək. Ağlını başına cəm etmək – bax. ağlını başına yığmaq. Ağlını başından çıxarmaq – 1) azdırmaq, pis yola çəkmək; 2) məc. məftun etmək, valeh etmək. Ağlını itirmək – 1) dəli olmaq; 2) bax. ağlı başından çıxmaq.\n\nII. is. İçərisində mal-qara və qoyun saxlamaq üçün ətrafı tikan və ya ağac ilə hasarlanmış üstüaçıq yer. Qoyunlar sağılıb qurtardıqdan sonra, ağılın ağzını açarkən, ana-bala mələşə-mələşə qaçaraq bir-birinə qarışırdı. A.Şaiq. Böyük ağıla doldurulmuş quzular uzaqdan gələn sürünü görüb mələşirdi. İ.Əfəndiyev. ağılama “Ağılamaq”dan f.is. ağılamaq f. Ağı vermək, zəhərləmək. ağılanma “Ağılanmaq”dan f.is. ağılanmaq f.\n1. Zəhərlənmək.\n2. vulq. Yemək. ağılçatmaz sif. Anlaşılmaz, başadüşülməz, dərkedilməz, həlledilməz. Ağılçatmaz məsələ. ağılı sif. Zəhərli. ağılkəsən sif. İnanıla bilən, mümkün ola bilən, həqiqətə uyğun olan, ağlabatan. Ağılkəsən iş. ağıllandırılmaq məch. Pis yoldan saqındırılmaq, doğru yola sövq edilmək, islah edilmək. ağıllandırma “Ağıllandırmaq”dan f.is. ağıllandırmaq f. Pis yoldan saqındırmaq, doğru yola sövq etmək, düzəltmək, islah etmək. ağıllanma “Ağıllanmaq”dan f.is. ağıllanmaq f. Ağıllı olmaq, ağlını başına yığmaq, düzəlmək, ciddiləşmək, pis işlərdən əl çəkmək. Yaşa dolduqca ağıllaşır. – [Mirpaşa:] Mahmud .. ağıllanmaq əvəzinə məktəbi buraxıb qaçıb kəndə. Z.Xəlil. Yəqin Həpir ağıllanıb, .. uşaqlıq xasiyyətlərini yerə qoyub, kamil adam olub. Mir Cəlal. // Peşman olmaq (pis əməldən), düz yola düşmək, pis yoldan qayıtmaq. Başı daşa dəydi, ağıllandı. O, hələ də ağıllanmamışdır. ağıllı sif.\n1. Dərrakəli, düşüncəli, şüurlu. Ağıllı adam. – Yusifin arvadı Avropa elmlərindən dadmış bir ağıllı arvad idi. N.Nərimanov. Tərlan ağıllı oğlunun hər kəlməsindən xoşlanırdı. M.Hüseyn // məc. Tədbirli, öz işini bilən. [Mirpaşa:] Ağıllı .. bir bağban görsə ki, .. böyük bir ağacın kiçicik bir budağı quruyub, gərək onu o saat kəssin. Z.Xəlil.\n2. Ağla əsaslanan, ağlabatan. Ağıllı söz. Ağıllı fikir. İclasda çox ağıllı təklif irəli sürdülər. Ağıllı (z.) hərəkət etmək.\n3. məc. Tərbiyəli, qanacaqlı. Ağıllı qız. Ağıllı uşaq. ağıllı-başlı sif.\n1. Yaxşı, layiqli, lazımi şəkildə, qaydalı, sanballı, əməlli. [Əsgər bəy:] Heydər bəy, bu niyyətdən düş, mənə bir on beş gün möhlət ver, mən sənə toy xərci hazır edim, ağıllı-başlı toy elə! M.F.Axundzadə. [Hacı Həsən:] Sənin dərdin az qalıb məni çürütsün. Xalqın da uşaqları dərs oxuyublar. Odur, hamısı ağıllı-başlı adam olublar, .. amma sən gecə-gündüz kefli. C.Məmmədquluzadə. Gəncdir, qoy getsin girsin darülfünuna, bəlkə orada işlər, məlumatını artırar, ağıllı-başlı bir adam olub çıxar. Qantəmir. // Zərf mənasında. [Cahan:] Sən bir ağıllı-başlı mənə nağıl et görüm, necə qız alarsan. Ü.Hacıbəyov. Rüstəm kişi Qaraşa ağıllı-başlı toy qurmaq fikrində idi. M.İbrahimov.\n2. Çoxlu, xeyli, qiymətli. [Tarverdi:] Amma böyük sandıqdır, yəqin ki, bunun içində ağıllı-başlı mal var. M.F.Axundzadə. ağıllı-kamallı dan. bax. ağıllı 1 və 3-cü mənalarda. [Erkək Tükəzban] batinən ağıllı-kamallı bir türk qadınıdır.. B.Talıblı. ağıllılıq is.\n1. Düşüncəlilik, idraklılıq, zəkalılıq, şüurluluq. // məc. Tədbirlilik.\n2. Ağıl üzərində əsaslanma, ağlabatanlıq. Təklifin ağıllılığı. ağılsız sif.\n1. Ağıllı olmayan, düşüncəsiz, şüursuz; axmaq, gic. Ağılsız adam. // məc. Tədbirsiz, öz işini, öz xeyrini bilməyən, ehtiyatsız.\n2. Ağla əsaslanmayan, ağla müğayir olan, ağla zidd olan. Ağılsız iş. Ağılsız hərəkət. Ağılsız (z.) hərəkət etmək. ağılsızlaşmaq f. Getdikcə ağlı azalmaq; səfehləşmək, gicləşmək. ağılsızlıq is.\n1. Ağıl yoxluğu, şüursuzluq, düşüncəsizlik; giclik, axmaqlıq.\n2. Tədbirsizlik, öz işini, öz xeyrini bilməmə; ağılsız hərəkət, iş. Ağılsızlıq etmək. Belə bir hərəkət ağılsızlıq olardı. ağılumulmaz sif. Son dərəcə qəzəblənərək, özünü bilməmək dərəcəsinə gəlmiş. Vaqif bu təşəbbüsə qarşı bir söz belə deyə bilmədi, çünki İbrahim xan qəzəblənmişdi, ağılumulmaz (z.) bir halda idi. Çəmənzəminli. ağılyana zərf dan.\n1. Ağıl ilə, ağıl üzrə, ağıllı. // Ağlabatan, ağılkəsən.\n2. Təqribən, təxminən, ehtimal üzrə. ağımsov bax. ağımtıl. Ağımsov tüstü onun [Cahandar ağanın] enli dodaqlarının üstünə enmiş qalın bığlarının arasına doldu. İ.Şıxlı. ağımtıl sif. Ağ rəngə çalan, ağa çalar, azacıq ağ. İldırım çaxdıqca hörümçək toru kimi bütün meşəni, ağacların yarpaqlarını, budaqlarını sarmış bu tor ağımtıl bir şəfəqlə parıldayırdı. Ə.Məmmədxanlı. ağımtıllıq is. Ağ rəngə çalarlıq, açıqağlıq, ağımtıl şeyin halı. ağır sif.\n1. Böyük çəkisi, vəzni olan (yüngül ziddi). Ağır yük. Ağır daş. Ağır çamadan. – Ağır sandıq seçmə parçalarla dolu idi. Mir Cəlal. Küçələr izdihamla çalxanır; Yükü ağır bir gəminin ləngəri kimi. R.Rza. // Sanballı.\n2. Güclü, şiddətli, təsirli. Ağır yumruq. Ağır zərbə.\n3. Çox çətin, böyük zəhmət, böyük səy tələb edən; çox zəhmətli; güc, zor. Ağır doğum. Ağır iş. Ağır məsələ. Ağır tələb. Ağır vəzifə. – Gəmi muzdurçuluğu filvaqe çox ağır sənətdir. S.M.Qənizadə. // məc. Əziyyətli, məşəqqətli, əzablı, məhrumiyyətlə dolu, kədərlə dolu. Ağır dövr. Ağır həyat. Ağır illər. – Bir səs gəlir ellərdən; Şirin-şirin dillərdən; Tanrı, balamı saxla; Ağır aylar, illərdən. (Layla). [Yolçu:] Biz qismətimizə düşən ağır yolu keçməsək, gələcək nəsillərimiz də o işığa tez gəlib qovuşmaz. Ə.Məmmədxanlı.\n4. məc. Bərk, dərin. Ağır yuxu. – Dideyibəxtim oyanmaz, nə ağır uyğuludur. Füzuli. Pah atonnan, nə ağır (z.) yatdı bu oğlan, ölübə! M.Ə.Sabir.\n5. məc. Dözülməz, təhəmmül edilməz. Ağır itki. Ağır xəbər.\n6. məc. Sərt, çox ciddi, şiddətli, amansız. Ağır cəza. Ağır töhmət. // məc. Çox ciddi nəticələr verə bilən, yaxud böyük cəzaya səbəb ola bilən; çox böyük. Ağır günah. Ağır cinayət. Ağır ittiham. Ağır məsuliyyət. – Bu dəhşət, öhdəmə düşən tarixi bir məsuliyyətin nə dərəcədə ağır (z.) olması fikrindən doğurdu. M.S.Ordubadi. Tahirin gəlib çıxdığı bu son nəticə nə qədər ağır (z.) olsa da, o bunu etiraf etməyə məcbur idi. M.Hüseyn. // məc. Nəticəsi təhlükəli, qorxulu, çox ciddi. Ağır yara. Ağır xəstə. Ağır xəstəlik. – [Partizanlar] üç nəfər ağır yaralılarını da özləri ilə sürüyərək, Kür nəhrinin .. qamışlıq sahillərinə çəkilmişdilər. H.Nəzərli.\n7. Gərgin, çətin, narahatedici, darıxdırıcı, sərbəst olmayan. Hacı nəfəsini ağır (z.) alaraq tər basmış, dili ağzından bir qarış çıxmış: – Ay qardaşlar, dayanın, – deyə sürətlə gəlir. Ə.Haqverdiyev.\n8. Yavaş, sürətsiz; yavaş-yavaş hərəkət edən, ağırtərpənən. Ağır (z.) tərpənmək. – [A.Şaiq] ağır addımlarla tribunaya qalxdı. S.S.Axundov. İçəri girdim. Ağır addımlarla balkona çıxdım. M.S.Ordubadi. // Yavaş ifa edilən (çalınan). Ağır hava. Havanı ağır (z.) çalmaq. – Eşitdiyimiz musiqi səslərinin bəziləri ağır və güclü (səqil), bəziləri isə nisbətən yüngül və zəif (xəfif) olur. Ə.Bədəlbəyli. Aşıqlar ağır hava çalırlar. Qadın ahəstə oynayır. Ə.Haqverdiyev.\n9. məc. Ağırlıq təsiri bağışlayan (öz böyüklüyü, çoxluğu, sıxlığı, tutqunluğu, alçaqlığı, rənginin qəlizliyi, sürətinin yavaşlığı və s. ilə). Ağır buludlar. Ağır boyalar (rəssamlıqda). Ağır akkordlar (musiqidə). – Gördü bir anda bir ağır dəstə; Sanki minmiş adamlar üst-üstə. M.Ə.Sabir. Bəzən bu səfərdə ağır dumanlar; Gəlib quldur kimi kəsir yolunu. S.Vurğun. // məc. Çoxluq, böyüklük mənasında. Dağlarda gəzən mənəm; Əhdim var, bəzənmənəm; Ağır elin qızıyam; Qürbətdə gəzəmmənəm. (Bayatı). Kimsə qınamasın mən təkü tənha; Necə durum ağır el qabağında. Q.Zakir. Çox obadan, ağır eldən keçibdi; Coşqun dərya, daşqın seldən keçibdi. Aşıq Ələsgər.\n10. məc. Yüngüllükdən, səlislikdən məhrum, başa düşülməsi çətin olan. Ağır üslub. Ağır ifadə. Ağır cümlə.\n11. Qəliz, kəsafətli, pis iylənən, nəfəsi çətinləşdirən, darıxdırıcı, dözülməz. Ağır qoxu. Ağır hava. – Kərim bəy qapını açanda ağır və boğucu, isti hava onu vurdu. Mir Cəlal.\n12. Çətin həzm edilən. Ağır xörək.\n13. Xoşagetməz, pis, yolagetməz, qılıqsız; deyingən. Ağır xasiyyət.\n14. məc. Təmkinli, vüqarlı, ciddi, heysiyyətini gözləyən. Ağır adam. – Ağır (z.) otur, batman gəl. (Məsəl). • Ağır olmaq – ciddi olmaq, təmkinli olmaq.\n15. Toxunan, qəlbi incidən, ürək sındıran, xatirə dəyən, xoşagetməz, acı. Ağır söz. – Onun evində nə yeməkdən, nə geyinməkdən korluq çəkəcəkdi. Ağır söz eşitməyəcək, ağır iş görməyəcəkdi. Mir Cəlal.\n16. məc. dan. Hamilə, ikicanlı, boğaz.\n17. Kök, yoğun, ətli-canlı. Ağır bədən. Ağır gövdə. Ağır cəmdək.\n18. məc. Çox baha, bahalı, qiymətli. Çəkidə yüngül, dəyərdə ağır. – Təbrizə Rusiyadan ticarət malı gətirilməyəcəkdir. Gətirilsə də çox ağır qiymətə duracaqdır. M.S.Ordubadi. [Kərim bəy] qızlarının hər ikisini gənc ikən ərə vermiş, ağır cehiz ilə köçürmüşdü. Mir Cəlal.\n19. məc. Cansıxıcı, faciəli, ələmli, kədərləndirici. Ağır hiss. Ağır duyğu. Ağır fikir. Ağır mənzərə. Ağır təəssürat.\n20. hərb. Çox güclü təchizatı, döyüş üçün güclü vasitələri olan. Ağır toplar. Ağır bombardman təyyarələri. Ağır tanklar. – Toplar, ağır toplar verməyir aman; Qırılmış şüşələr çarparalardan. M.Rahim.\n21. xüs. Bir sıra fiziki-kimyəvi, mineraloji terminlərin tərkibinə daxil olur. Ağır metallar (mis, qurğuşun, sink, qalay və s.). Ağır su (adi sudan daha çox molekulyar çəkisi olan su). Ağır yağlar (daş kömür qatranının emalından hasil edilən maddə). Ağır yanacaq (öz izafi çəkisinə görə suya yaxın olan duru yanacaq; məs.: ağ neft və s.). ‣ Ağır eşitmək – bir az karlığı olmaq. Ağır əl – 1) bərk ağrıdan, bərk zərbə vuran; 2) məc. şükümsüz, uğursuz. Ağır gəlmək – toxunmaq, könlünə dəymək, qəlbi qırılmaq. [Vaqif:] Ancaq Məlikməmməd xanı zindana saldırmağımız Fətəliyə, görünür, ağır gəlib. Çəmənzəminli. Ağca qarıya ərinin bu saymazlığı elə ağır gəldi ki, o, dözməyib yerindən qalxdı. Ə.Əbülhəsən. Ağır oturmaq – 1) baha oturmaq, baha başa gəlmək. Bu paltar mənə ağır oturdu; 2) pis nəticələnmək. Bu söhbət ona çox ağır oturdu; 3) özünü ciddi aparmaq. Ağır tərpənmək – ətalət göstərmək, gecikmək, yubanmaq, tələsməmək, vaxtı əldən vermək. ağır-ağır zərf Yavaş-yavaş, tədriclə, asta-asta, tələsmədən. Ağır addımlarla. Ağırağır yerimək. Ağır-ağır işləmək. – Qara zənci acığından nəfəs alır ağır-ağır. S.Vurğun. Ağ buludlar ağır-ağır hərəkət edib, cənuba doğru sürünürdü. M.Hüseyn. Hərdənbir tülək bulud ağır-ağır sürünüb gedir, elə bil nəhəng bir quş qırıq qanadını çəkə-çəkə ovçudan can qurtarmaq istəyir. R.Rza. ağırayaq sif. dan.\n1. Mövhumata inananların fikrincə, guya gəlməsi uğursuzluğa səbəb olan, ayağı düşməyən. Ağırayaq adam.\n2. Hamilə. ağırbaşlı sif. dan. Çox ciddi, ağır, təmkinli, vüqarlı. Ağırbaşlı adam. ağırxasiyyət (=ağırxasiyyətli) sif. bax. ağır 13 və 14-cü mənalarda. [Firidun] ..heç on beş il bundan qabaqkı dəcəl uşağa oxşamır, ağırxasiyyət və ağıllıdır. M.İbrahimov. ağırxasiyyətli (=ağırxasiyyət) sif. bax. ağır 13 və 14-cü mənalarda. [Firidun] ..heç on beş il bundan qabaqkı dəcəl uşağa oxşamır, ağırxasiyyət və ağıllıdır. M.İbrahimov. ağırlama “Ağırlamaq”dan f.is. ağırlamaq f. dan. Əzizləmək, hörmət etmək, ehtiram göstərmək, qiymətləndirmək; ucaltmaq, saymaq, qonaq eləmək. Bir içim su ilə ağırlamadın mehmanın. Füzuli. ağırlaşdırılma “Ağırlaşdırılmaq”dan f.is. ağırlaşdırılmaq “Ağırlaşdırmaq”dan məch. ağırlaşdırma “Ağırlaşdırmaq”dan f.is. ağırlaşdırmaq f.\n1. Daha ağır etmək, vəznini, çəkisini artırmaq. Yükü ağırlaşdırmaq.\n2. Yavaşıtmaq, sürətini azaltmaq, ləngitmək. İşin gedişini ağırlaşdırmaq. Sürəti ağırlaşdırmaq.\n3. məc. Daha da çətinləşdirmək, daha da zorlaşdırmaq, mürəkkəbləşdirmək. İşi ağırlaşdırmaq. Vəzifəni ağırlaşdırmaq. // Oxunmasını, başa düşülməsini daha da çətinləşdirmək. Üslubu ağırlaşdırmaq. Uzun cümlələr ifadəni daha da ağırlaşdırmışdır. // Daha da pisləşdirmək, xarablaşdırmaq, gərginləşdirmək. Vəziyyəti ağırlaşdırmaq. – [Toğrul bəy] qardaşı Davudun Arslan xatun adlı qızını Qaim Biəmrullaha verib, özü isə Qaim Biəmrullahın qızı Seyidə ilə evlənməklə başqa ölkələrlə birlikdə Azərbaycanın siyasi və ictimai vəziyyətini ağırlaşdırdı. M.S.Ordubadi.\n4. Daha da gücləndirmək, şiddətləndirmək, ciddiləşdirmək, artırmaq, daha da təsirli etmək. Düşmənin səhvi onun tələfatını daha da ağırlaşdırdı. Cəzasını ağırlaşdırmaq. – Uca səslə ağı deyən gəlinlər Səlminazın kədərini daha da ağırlaşdırdılar. M.Hüseyn.\n5. Kəsifləşdirmək, qəlizləşdirmək, tənəffüsü çətinləşdirmək, dözülməz bir hala salmaq. Otağın havasını ağırlaşdırmaq. Tozanaq havanı daha da ağırlaşdırdı.\n6. Həzmi çətinləşdirmək, zorlaşdırmaq. Mədəni ağırlaşdırmaq.\n7. məc. Korlamaq, xarab etmək, iyləndirməyə başlamaq. ağırlaşma “Ağırlaşmaq”dan f.is. ağırlaşmaq f.\n1. Daha ağır olmaq; yükü, çəkisi çoxalmaq. [Sadıq kişi] soyuqda oturduqca, özünə gəldikcə vücudu ağırlaşır, kürəkləri sancır. Mir Cəlal.\n2. Daha çətin olmaq; çətinləşmək, gərginləşmək, mürəkkəbləşmək. İşi ağırlaşmaq. Vəzifəsi ağırlaşmaq. Vəziyyəti ağırlaşmışdır. – Obalar arana köçəndən sonra Gülyazın həyatı daha da ağırlaşdı. M.Hüseyn. // məc. Daha əziyyətli, daha məşəqqətli, daha əzablı olmaq, daha da pisləşmək, daha da dözülməz olmaq. Yaşayış gündən-günə ağırlaşırdı.\n3. Pisləşmək, şiddətlənmək, bərkimək, artmaq, qorxulu bir vəziyyət almaq. Xasayın qızdırması artır, halı get-gedə ağırlaşırdı. Ə.Vəliyev.\n4. Kəsifləşmək, dözülməz bir hala gəlmək, pisləşmək. Otağın havası ağırlaşmışdır.\n5. məc. Qoxumağa, pis iy verməyə, xarab olmağa başlamaq, pozulmaq. Ət istidən ağırlaşdı.\n6. məc. Tənbəlləşmək, atilləşmək; özündə bir ağırlıq hiss etmək, hərəkət edə bilməmək. Yeyəndən sonra adam ağırlaşır.\n7. dan. Kökəlmək, ətlənmək, yoğunlaşmaq, tosqunlaşmaq. Vücudu gündən-günə ağırlaşır.\n8. məc. dan. Hamilə olmaq, ikicanlı olmaq.\n9. məc. Daha ciddi olmaq, təmkinli olmaq. Yaşa dolduqca ağırlaşmaq.\n10. məc. Zəifləşmək, eşitmə qabiliyyəti azalmaq. Qulağı ağırlaşmaq. ağırlıq is.\n1. Ağır şeyin halı (yüngüllük ziddi). Yükün ağırlığı. Daşın ağırlığı.\n2. Ağır şey, yük. Ağırlıq qaldırmaq. Ağırlıq qaldıran idmançı. – Qəssab bilmədi ki, bu xalqın nədən; Özü ağırlıqda qəm yükü vardır… B.Vahabzadə.\n3. “Ağır”dan mücər. Cəzanın ağırlığı. Cinayətin ağırlığı. Həyatın ağırlığı. İtkinin ağırlığı. Vəziyyətin ağırlığı. Yaranın ağırlığı. Zərbənin ağırlığı.\n4. məc. Dərd, qəm, ələm, iztirab. [Nina və Mahrunun] bir-birini qucaqlamasından o qədər xoş bir təsir aldım ki, bir anlıq bütün ağırlıqları unutdum. M.S.Ordubadi. [Balaş:] Gülüşcan, mən böyük ağırlıq içindəyəm, hər günüm bir cəhənnəm əzabıdır. C.Cabbarlı. Ürəkdə həvəs cuş edəndə gözdən axan yaşla ürəkdəki ağırlıq rəf olunur. S.M.Qənizadə.\n5. Vüqar, təmkin, ciddilik. [Südabənin] tərpənişində bir ağırlıq, bütün vücudunda bir müvazinət gözə çarpırdı. M.İbrahimov.\n6. Ağırlıq hissi, təzyiq hissi. Başımda bir ağırlıq hiss edirəm. – Vahid, mənə çoxdan bu can ağırlıq edirdi; Ey kaş, onu da yarə verib, yüngül olaydım. Ə.Vahid.\n7. məc. Qayğı, əziyyət, zəhmət. Ağırlıq üstünə düşdü. ‣ Ağırlıq mərkəzi – bir şeyin məğzi, mahiyyəti, əsli, ən əsas cəhəti. Ağırlıq satmaq – naz eləmək, özünü ağır göstərməyə çalışmaq, təşəxxüs satmaq. Dindirərsən dinməz, ağırlıq satar. M.P.Vaqif. ağırsanballı bax. ağır 14-cü mənada. ağırsəngin sif. [ağır və fars. səngin] Ağırtəbiətli, ciddi, təmkinli. ağırsımaq məh. bax. ağırlaşmaq 6-cı mənada. ağırtaxtalı sif. dan. Təşəxxüslü, ağır, azdanışan, özünü ciddi göstərməyə çalışan. Mehdiqulu ağırtaxtalı bir oğlandı, hələmhələm canına isti keçməzdi. Mir Cəlal. ağırtəbiət (=ağırtəbiətli) bax. ağır 14-cü mənada. Ağırtəbiətli adam. – Nurəddin .. anasından sonra birdən-birə dəyişir, .. ağırtəbiətli bir uşaq olur. S.S.Axundov. ağırtəbiətli (=ağırtəbiət) bax. ağır 14-cü mənada. Ağırtəbiətli adam. – Nurəddin .. anasından sonra birdən-birə dəyişir, .. ağırtəbiətli bir uşaq olur. S.S.Axundov. ağırtərpənən sif. Ağır hərəkət edən və ya çox ağır-ağır iş görən, tələsməyən, atil. Ağırtərpənən adam. ağırtərpənişli bax. ağırtərpənən. ağıryana sif. dan.\n1. Münasib, yaraşan, ləyaqətli. Ağıryana paltar.\n2. Ağır, ciddi. Ağıryana adam. ağıryüklü sif. Ağır yüklənmiş, ağır yüklər daşıyan. Ağıryüklü qatar. – Ağıryüklü fayton .. bir döngədə aşıb, oxu və çarxı sındı. S.S.Axundov. ağır-yüngül is. Ev şeyləri, müxəlləfat, şey-şüy (bəzən qiymətli şeylər, qızılgümüş mənasında da işlənir). Lotular qalxıb hərə öz yorğan-döşəyini və evdə olan, ağırdan-yüngüldən nə varsa yığışdırandan sonra, İsfahan deyib, birbaş getməkdə olsunlar. “Aşıq Qərib”. ‣ Ağır-yüngül eləmək (etmək) – 1) yoxlamaq, ölçüb-biçmək, fikirləşmək, düşünmək, götür-qoy eləmək; 2) şeylərin ağırını qoyub, yüngülünü götürmək. Burasını demək lazımdır ki, Hacı Tağı Veysə verdiyi otağı ağır-yüngül edib, orada o vaxtlar çox az olan bir çarpayıdan, .. bir divar güzgüsündən başqa heç nə qoymamışdı. Ə.Əbülhəsən. ağırzəhmli sif. dan. Qorxunc, dəhşətli, çox acıqlı, üz-gözündən acıq tökülən, heybətli, çox zəhmli. ağız I. is.\n1. İnsan və heyvanların üzlərinin alt tərəfində, alt və üst çənələri arasında yerləşən, yeyib-içməyə və səs çıxarmağa məxsus üzv. Ağzını yaxalamaq. Ağzı ilə nəfəs almaq. Ağzı acı dadmaq. Dişsiz ağız. Ağız boşluğu. • Ağız suyu – insan və heyvanın ağız boşluğunda xüsusi vəzilərin ifraz etdiyi maye.\n2. Qabların və s. şeylərin açıq tərəfi. Qazanın ağzı. – [Piri kişi:] Qızım, çıx ağaca və bu sallanan arıları torbanın içinə salıb ağzını büz. S.S.Axundov. Limon yeşiyi pəncərəyə qoyulmuşdu, hələ ağzı mıxlanmamışdı. Mir Cəlal. // Quyunun, vulkanın və s.-nin açıq tərəfi. Bütün fəhlələr köməkləşib, qapağı quyunun ağzına basa bildilər. M.Hüseyn.\n3. Odlu silahların lüləsinin ön tərəfindəki deşik, güllə çıxan tərəfi. Tüfəngin ağzı. Topların ağzı düşmən istehkamına çevrildi.\n4. Kəsici alətlərin iti tərəfi; bəzi alət və ləvazimatın iş görən tərəfi. Bıçağın ağzı. Baltanın ağzı. – [Süleyman bəy:] Niyə vermirəm? Buyur, ancaq gözlə [xəncərin] ağzı daşa dəyməsin. Ə.Haqverdiyev. • Ağzını qaytarmaq – kəsərin ağzını bərk bir şeyə vuraraq kütləşdirmək.\n5. Bir yerin giriləcək və ya keçiləcək tərəfi: girəcək, qapı. ..İtlər hürə-hürə mağaranın ağzını aldılar, ancaq cürət edib içəri girə bilmədilər. S.S.Axundov. Bu zaman bir quş alaçığın ağzından ildırım kimi şığıyıb yükün altına soxuldu. A.Şaiq. Bu anda kabinetin qapısı ağzında Tahirlə Cəmil göründü. M.Hüseyn. // Bir yerin və ya şeyin bilavasitə qabağı, önü, yaxınlığı. Öküz arabası qapımızın ağzında durur, arabaçı Salman kişi də şeyləri üsulluca arabaya yerləşdirirdi. A.Şaiq. Qapı ağzında cavan və əyri bitmiş bir söyüd ağacı var idi. Mir Cəlal.\n6. Bir şeyin bilavasitə kənarı, yanı, qırağı. Yolun ağzı.\n7. Çayın dənizə tökülən yeri.\n8. Qabaq, yaxınlıq, ərəfə mənasında (çox vaxt ismə qoşularaq, yiyəlik birləşməsi şəklində işlənir). [Hacı Qara:] Bəs sövdə eləməyəcəksiniz? Bayram ağzıdır, yalavaşlıq istəməzsinizmi? M.F.Axundzadə. [Qurban:] Bayram ağzı yenə göndərəcəyəm, özüm də yazın axır ayında gələcəyəm. A.Şaiq. Yazağzı əkilən göyərtilər də baxımsızlıqdan qurumuşdu. S.Rəhimov.\n9. Saylarla – dəfə, yol. Papirosunu yandırıb bir ağız sorandan sonra başını yuxarı qaldırdı. Mir Cəlal. // Yenə saylarla oxumaq haqqında. Mənzərə çox xoşuma gəldi. Bir gün iki ağız şikəstə oxudum. H.Sarabski. ‣ Ağız açmaq – 1) müraciət etmək, xahiş etmək (bir iş üçün); yalvarmaq. [Məşədi Məmməd] yaxşı bilirdi ki, Səməd əbəs yerə bir adama ağız açmaz. B.Talıblı. [Mina xala] düz üç gün hər yeri gəzmiş, qonum-qonşuya ağız açmış, hətta şəhərə gedənlərə yalvarmışdı.. İ.Şıxlı; 2) ölüyə ağlamaq, ölünü oxşayıb ağlamaq, ağı demək. Ağız bir eləmək – sözü bir etmək, sözləşmək. Ağız burmaq – 1) narazılıq izhar etmək, küsmək; 2) imtina etmək. Ağız büzmək – bax. ağzını büz(üşdür)mək. [İmran] bir-iki dəfə arxasınca ağız büzüb gileylənənlər olduğunu da görmüşdü. İ.Şıxlı. Ağız deyəni qulaq eşitməmək – çox səs-küy, qarışıqlıq haqqında. Hərənin boş başından boş və axmaq bir mühakimə çıxardı. Ağız deyəni qulaq eşitməzdi. H.Sarabski. Ağız sözü – etibarsız, inanılmayan, ağızdan eşidilən xəbər, söz. Bəzi əskidən əski olan əqrəbasından; İstəməyir eşitsin hər ağız sözü, məncə. M.Müşfiq. Ağız-ağıza vermək – 1) bir yerdə oxumaq, bağırışmaq. Meşənin tamam bülbülləri tarların səsinə cəm olmuşdu. Tar çalındıqca onlar da ağız-ağıza verib oxuşurdular. Ə.Haqverdiyev. Bazarda bəzzazın tərəkəməyə min and ilə şey satmağı, hambalların birçəkləmə davası, baqqalların ağız-ağıza verib qatığa müştəri axtarmaqları – heç biri onun [Səmədin] zahir və batinində səbəbi-təğyir ola bilmirdi. Çəmənzəminli. Qurbağalar ağızağıza verib vaqqıldaşırdı. Mir Cəlal; 2) baş qoşmaq, mübahisə etmək (bu mənada bəzən “ağız-ağıza verib danışmaq” şəklində işlənir). [Mirzə Turab:] ..Mən belə mollalarla ağız-ağıza verib danışmaq istəməyirəm. B.Talıblı. Məcid Tarverdi ilə ağız-ağıza vermək istəməyib məsələni udub ötüşdürdü. S.Rəhimov. Ağızdan bilmək – əzbər bilmək. Ağızdan boş – 1) sözünün kəsəri, qüvvəti olmayan, sözü keçməyən, zabitəsiz; 2) söz saxlamayan, sirr saxlaya bilməyən. Ağızdan çıxmaq – deyilmək, söylənilmək. Ağızdan çıxmamış cavabı məlum; Ölçülübiçili sualınız yox... M.Araz. Ağızdan diri (iti) – dilavər, dilli, dilli-dilavər. Ağızdan gələni (çıxanı) demək – söymək, söyüb biabır etmək. Ağızdan olmaq – çox danışmaqdan, deməkdən yorulmaq, ağzı yorulmaq. Ağızdan-ağıza keçmək (söylənmək, deyilmək, dolaşmaq) – yayılmaq, birbirinə keçmək. Bu qisim ağızdan-ağıza söylənən .. ədəbiyyat hər bir [xalqın] hal və şəninə və övzai-məişətinə müxtəs olub, onun dünya üzrə nə növ yaşamasına şəhadət verir. F.Köçərli. Nadir Bakıya varid olduqda alay komissarı təyin olunmuşdu və həmin bu xəbər də ağızdan-ağıza keçib .. gəlib kəndə çatmışdı. B.Talıblı. Qəmərin gözəlliyi ağızdanağıza dolaşdı, sorğu-suallar başlandı. Çəmənzəminli. Ağızlara düşmək – dillərə düşmək, dillərdə sözü söylənmək (mənfi mənada). Başqasının ağzı ilə oturubdurmaq – öz fikri olmamaq, başqasının sözü ilə hərəkət etmək. Ağzı açılmaq – 1) danlamağa başlamaq; // söyməyə başlamaq; 2) kütləvi halda gəlməyə, axışıb gəlməyə, yeriməyə başlamaq. Sürünün ağzı açıldı. Qoşunun ağzı açıldı. – Get-gedə qaçqınların ağzı açılmağa başladı, camaat əkini buraxıb, canlarını qurtarmaq üçün dağ yuxarı qaçırdı. Çəmənzəminli. Zəvvarların ağzı açıldı: qoyun qurbanı gətirən kim, pul gətirən kim, yağlı çörək gətirən, qoğal gətirən, fəsəli gətirən, pirə halva nəzir deyən və başqa nəzir gətirən kim... Ə.Haqverdiyev. Ağzı aparmaq – ağzına gələni danışmaq, həddhüdudunu aşmaq, danışığını bilməmək, nalayiq danışmaq. Ağzı ayrıla (açıla) qalmaq – heyrətdə qalmaq, çox təəccüb etmək. Ceyran pis vəziyyətdə idi. Onun yanşaq ağzı açıla qalmışdı. Mir Cəlal. Belə bir dəfn mərasimini görən adamların ağızları açıla qalmışdı. P.Makulu. Ağzı bir yerə yığmaq – razılaşdırmaq, birləşdirmək, həmrəy etmək. [Cahan:] ..Gərək kənd arvadlarının ağızlarını bir yerə yığasınız. Ə.Haqverdiyev. Ağzı deyil! – bacarmaz, cürət edə bilməz, hünəri deyil. [Teymur ağa:] Onun ağzı deyil mənim mirzəmi qovdura. M.F.Axundzadə. Ağzı dəymək – tovlamaq, aldatmaq, dilə tutmaq. [Ağamərdan:] Bəli, indi məlum oldu ki, o, haramzadənin, o bidinin ağzı sizə dəyibdir. M.F.Axundzadə. Ağzı günə buraxmaq – başlı-başına buraxmaq. Daha mirzə yazıq nə qayıracaq idi? O qaça bilməz, dəftərxananı ağzı günə buraxıb bir yana gedə bilməz. S.Rəhimov. Ağzı günə qalmaq – yiyəsiz qalmaq, sahibsiz qalmaq, başlıbaşına qalmaq, boş qalmaq, istifadəsiz qalmaq. Ağzı ilə quş tutmaq – çox cəld, çox zirək, hər şeyi çox tez başa düşən adam haqqında deyilir. Ağzı köpüklənmək məc. – hiddətlənmək, coşmaq, qəzəblənmək, hirslənmək. Şişman adam coşdu, daşdı, ağzı köpüklənərək: – Bu sözün sənə neçəyə mal olacağını bilmirsən, – dedi. A.Şaiq. Hikmət İsfahani o qədər acıqlanmışdı ki, daha nə dediyini, nə danışdığını bilmirdi, ağzı köpüklənir, dodaqları titrəyirdi. M.İbrahimov. Ağzı nədi(r) – “nə ixtiyarı var, nə cürətlə” mənasında işlənən təhdid ifadəsidir. [Kosaoğlu:] Uşağın ağzı nədir atasını sevməsin, ə! Mənim yanımda cınqırlarını çəkmirlər! İ.Şıxlı. Ağzı soyumaq – ölmək. Ağzı sulanmaq – tamaha düşmək, həsrətində olduğu şeyi görüb tamahsılanmaq. Başqası pul sanayanda onun ağzı sulanır; Başlayır hürməyə, nəfsi, təməi qurcalanır. M.Ə.Sabir. Ağzı süd qoxumaq – bax. ağzından süd iyi gəlmək. Ağzın süd qoxuyur, körpəsən hələ; Mən xalqın dərdini bilən şairəm. S.Rüstəm. Ağzı sürüşmək – çaşmaq, səhv etmək. Ağzı yanmaq – təşəbbüsü pis nəticələnmək, xeyir görməmək, zərər çəkmək, peşman olmaq. Ağzına ağız (dil) vermək – sözünü qüvvətləndirmək, təhrik etmək, coşdurmaq. A kişi, buna baş qoşma, ağzına ağız verib özündən çıxartma. S.Rəhimov. Ağzına almaq – 1) söyləməyi layiq bilmək, demək, danışmaq. [Nuruoğlu:] Belə sözləri ağzına alıb danışma. M.Hüseyn; 2) qavramaq, əhatə etmək, qaplamaq. Alov hər yeri ağzına almışdı. Gecə elə işıq idi ki, iynə saplamaq olardı. Çəmənzəminli. Ağzına baxmaq – öz fikri olmayıb başqasının iradəsinə tabe olmaq. Ağzına çullu dovşan yerləşmir (sığmır) – həddindən artıq lovğa, təşəxxüslü, özünü öyən, gopçu adam haqqında. Ağzına gələni demək – bərk danlamaq, töhmətləndirmək, biabır etmək, söyüb danlamaq, söymək. Molla bacı .. həyətə çıxdı və üzünü qonşuya tutub ağzına gələni dedi. Çəmənzəminli. Ağzına götürmək – qışqırmaq, bağırmaq mənasında. Salmanovanın səsi dəhlizi ağzına götürdü. Ə.Əbülhəsən. Ağzına qurd düşmək – heç kəs tərəfindən dindirilməmək, danışdırılmamaq, sayılmamaq. Ağzına su almaq (götürmək) – susmaq, dinməmək, danışmamaq, susub durmaq, söhbətdə, danışıqda iştirak etməmək, sükut etmək. Qoy desin, a Mürsəl kişi, niyə ağzına su alıb dillənmirsən? M.Hüseyn. Qaranlıq çökəndə uca çinar ağacları dilə gələr, küçələr isə ağzına su alardı. Mir Cəlal. Ağzında dili yox – məzlum, həlim, yazıq, aciz adam haqqında. Ağzından çıxmaq – istəmədən, qeyriixtiyari bir söz demək, söyləmək. Ağzından düşməmək – daim təkrar etmək, dilindən düşməmək, dilinin əzbəri olmaq. [Kərim baba] nəşəsin pozmaz, tütək çalar, sümsü qayırar, hələ mahnısı ağzından heç düşməzdi. A.Şaiq. Ağzından qaçırmaq – istəmədən və özü bilmədən demək, söyləmək, açmaq. Ağzından qan qoxusu (iyi) gəlir – xata törətmək istəyən, dava axtaran, xatakar adam haqqında. Ağzından süd iyi gəlmək – çox gənc və təcrübəsiz adam haqqında. [Ağabəyim:] Eh, qızım, – dedi, – bilmirəm səni necə başa salım, .. sənin ağzından hələ süd iyi gəlir. Çəmənzəminli. Ağzından vurmaq – qabaqcadan rədd etmək, qaytarmaq, sözünü ağzında kəsmək, danışmağa qoymamaq, ruhdan salmaq. Ağzını açdırmaq – söylətmək, deyinməsinə, ləyaqətsiz, pis sözlər söyləməsinə səbəb olmaq (adətən pis adam haqqında). [Kor kişi:] Axmağın qızı, axmaq, .. ağzımı açdırma. S.Hüseyn. Ağzını açıb gözünü yummaq – ağzına gələni danışmaq. Ağzını açmaq – danışmağa başlamaq. Sonra oğlu ağzını açıb atasının məzəmmətinin qabağında söylədi.. Ə.Haqverdiyev. [Həpir:] Xalqın yeddi arxa yadları ağzını açanda tərif tökür; mənim doğma atam ayağımdan çəkir. Mir Cəlal. Ağzını Allah yoluna açmaq – 1) dilənmək, dilənçilik etmək; 2) ağzına gələni danışmaq. Ağzını ara(la)maq – birisinin ürəyini, fikrini, rəyini, sirrini, məqsədini bilməyə təşəbbüs etmək. Sərdar Rəşid bununla mənim ağzımı aramaq istəyirdi.. M.S.Ordubadi. Ağzını bağlamaq – susdurmaq, danışmağa qoymamaq. [Qənbərqulu:] Ağa, başına dönüm, bu necə ola bilər? Birdən-birə elin ağzını bağlamaq olmaz ki.. B.Talıblı. Ağzını bədə açmaq – pis danışmaq, pis niyyətlə danışmaq, yaxşılığa danışmamaq. Ağzını büz(üşdür)mək məc. – narazılıq ifadə etmək, bəyənməmək, məmnuniyyətsizliyini üzünün ifadəsi ilə anlatmaq. Ağzını dağıtmaq – artıq-əskik danışmaq, ağzına gələni danışmaq, danışığını bilməmək. Ağzını əymək – 1) təqlidini çıxarmaq, yamsılamaq. Kosanın qılçaları bir-birinə dolaşa-dolaşa dönüb çıxdı. Sübhanverdizadə onun arxasınca ağzını əyəəyə söyləndi. S.Rəhimov; 2) bax. ağzını büz(üşdür)mək. Ağzını əzmək – döymək. Ağzını göyə açmaq – veyillənmək, avaraavara gəzmək, heç bir işlə məşğul olmamaq. Ağzını xeyrə açmaq – yaxşı söz danışmaq, xeyirli söz danışmaq, uğur diləmək. Ağzını ovmaq – döymək, cəzalandırmaq. Ağzını qaytarmaq məc. – lazımi cavab vermək, rədd və qəti etiraz etmək. Səmayə bu çıxışı ilə Möhlətovun ağzını elə qaytardı ki, daha sədrin deməyə sözü qalmadı. Mir Cəlal. Ağzını saxlamaq – danışmamaq, cavab verməmək, söz qaytarmamaq, pis söz söyləməkdən çəkinmək. Ağzını sulandırmaq – bax. ağzının suyunu axıtmaq. “Toxam” – desə də, bu iy onun [Əlyarovun] iştahasını qıdıqlayır, yavaş-yavaş ağzını sulandırırdı. M.Hüseyn. Ağzını sürümək – müəyyən fikir söyləməkdən çəkinmək. Ağzını təmiz saxlamaq – pis söz söyləməkdən çəkinmək, danışarkən ehtiyatlı olmaq, ədəbli danışmaq, tərbiyəli olmaq. Ağzını tutmaq – sükuta, dinməməyə məcbur etmək, danışmağa qoymamaq, susdurmaq. [Safo:] Selin qabağını almaq çətin olduğu kimi, elin ağzını da tutmaq mümkün deyildir. S.Rəhimov. Ağzını yoxlamaq – bax. ağzını ara(la)maq. [Əhməd:] Sabah özün elçi get, qızın anasının ağzını yoxla, gör nə deyirlər. A.Şaiq. Ağzını yormaq – faydasız və boş yerə söylənib durmaq. Ağzını yummaq – qorxutmaqla, hədələməklə, yaxud pul verməklə və ya başqa bir vasitə ilə susdurmaq, sükuta, danışmamağa məcbur etmək. Ağzının sözünü bilmək – danışarkən pis sözlər işlətməkdən çəkinmək, danışığını bilmək. [Xanpərvər bəyim:] İtil buradan, vələdüzina! Sən heç ağzının sözünü bilmirsən! N.Vəzirov. Ağzının suyunu axıtmaq – tamaha salmaq, bərk tamahsılandırmaq, həsrətdə qoymaq. Qönçənin gözəlliyi həm bəyin, həm də bəy balalarının ağızlarının suyunu axıdırdı. S.Rəhimov. [Salatın ürəyində:] Qoy ağzının suyu axsın, qoy qardaşımın dalınca sürünsün, boyuna qurban olduğumun boyuna vurulsun, – deyə xəyalından keçirdi. İ.Şıxlı. Bir ağızdan – hamı birlikdə, hamı bir yerdə, hamı birdən, xorla. Bir ağızdan oxumaq. – Atabəy qəsrinin ətrafına yığılan minlərcə Toğrul tərəfdarları bir ağızdan “Yaşasın mələkə!” – deyə qışqırırdılar. M.S.Ordubadi. Canı ağzına gəlmək – bax. can. Gözlərini ağzına dikmək – bax. göz. Sözü ağzında qalmaq – fikrini deyib qurtarmağa macal tapmamaq, sözü yarımçıq qalmaq. Onlara [Səriyyə və uşaqlarına] fikir verən yox idi. Sözləri ağızlarında qalırdı. M.İbrahimov. Sözü ağzından tökülmək – səhih, aydın danışa bilməmək, sözü çeynəyə-çeynəyə danışmaq. ağız-ağız bax. ağızbaağız 2-ci mənada. Şöhrətini ağız-ağız, oymaq-oymaq eşitdik biz. S.Vurğun.\n\nII. bax. ağuz. ağızaalınmaz sif. Çox biədəb, ədəbsiz, nalayiq. Ağızaalınmaz söz. ağızabaxan sif. dan. Öz fikri olmayıb, başqalarının sözü ilə hərəkət edən. ağızbaağız zərf\n1. Tamam, lap dolu, ləbələb, ağzına qədər. Qab ağızbaağız doludur. Qazanı ağızbaağız doldurmaq. Teatrın zalı ağızbaağız camaatla doludur. – Gecə isə çənlər ağızbaağız neftlə dolardı. H.Sarabski.\n2. Ağızdan-ağıza, bir ağızdan o birisinə keçərək. Xəbər ağızbaağız dolandı. ağız-burun is. dan. Surət, sifət. // Zahiri görünüş, görkəm. [Pası:] Ucqardakı ağzıburnu hisli kaha kimindir? S.Rəhimov. ‣ Ağız-burun bəhəm eləmək – təşəxxüslənmək, özünü çəkmək, həddini aşmaq, başa çıxmaq, qudurmaq. [Salamov:] ..Sən [Ağamov] indi belə ağız-burun bəhəm eləmisən ki, .. mənim quyularımı hasara alırsan? C.Cabbarlı. [Cahil:] Adə! Belə ağız-burun bəhəm eləmisən ki, mənim sözümün qabağına söz deyirsən? H.Sarabski. Ağız-burun əymək – narazı olduğunu bildirmək, küsmək, deyinmək. Ağzı-burnu düşmüş – yararsız, sınıq, yaraşıqsız, eybəcər. ağız-burunlu sif. dan. Görkəmli, zahiri görkəmi yaxşı, abırlı. ağızcıq is.\n1. “Ağız”dan kiç.\n2. bot. Çiçəyin dişiciyinin üst tərəfdən ayrılmış hissəsi. [Miçurin] axtalanmış çiçəyin qalpağını açıb onun dişiciklərinin ağızcıqlarına tozcuqları səpdi və yenə də qalpağı bağladı. M.Axundov. ağızdan zərf\n1. Şifahi olaraq, yazı ilə deyil, dil ilə, dilcavabı. Ağızdan söyləmək.\n2. Əzbər, əzbərdən. Şeri ağızdan bilmək. ağızdandolma sif. köhn. Keçmişdə lüləsi ağzından doldurulan tüfəng və s. Ağızdandolma tüfəng. – Adamın diqqətini, hər şeydən əvvəl, həyətin baş tərəfindəki ağızdandolma yoğun lüləli bir top cəlb edirdi. P.Makulu. ağızdolusu zərf\n1. Özünün doğru, haqlı olduğuna inanaraq, təşəxxüslə, lovğalovğa. Ağızdolusu demək. – [Qurban Mərəndinin] Marağanın meyvə bağlarından, quru əriyinin məziyyətlərindən ağızdolusu danışaraq, üç ildə bir dəfə də oraya gedə bilmədiyini söylədikdə, Firidun təəccüblənmişdi. M.İbrahimov.\n2. Cəsarətlə, həvəslə, fəxrlə. Cənubi Azərbaycan yazıçılarının çox sağlam və qüvvətli bir kollektivi vardır.. Biz onların yaradıcılığından ağızdolusu danışmalıyıq. M.Rahim. ağızlamaq f. dan.\n1. Ağzı ilə qoparmaq, ağzı ilə dartmaq, ağzını toxundurmaq.\n2. məc. Töhmətləndirmək, acıqlanmaq, üstünə qışqırmaq; nəsihət vermək. ağızlaşma “Ağızlaşmaq”dan f.is. ağızlaşmaq qarş.\n1. Bir-biri ilə sözləşmək, söz-sözə gəlmək; dillə dalaşmaq, söyüşmək. Qoca .. Dağbaşevlə ağızlaşdığını və heç kəsi vecinə almadığını bir daha nəzərindən keçirirdi. S.Rəhimov. Mən ömrümdə söyüşməmişəm. Birisi ilə ağızlaşmamışam. Mir Cəlal.\n2. Dilləşmək, məsləhətləşmək, sözü bir yerə qoymaq. ağızlı sif.\n1. Ağzı olan (bax. ağız1 2-ci mənada). Ağızlı şüşə. Ağızlı qab.\n2. Kəsici tərəfi olan (alət və s. haqqında). Bir odlu vulkandan yadigarmıdır; O xəncər ağızlı daş çalpaları? S.Vurğun.\n3. məc. dan. Dilli, dilavər, dilli-dilavər, yaxşı danışmaq qabiliyyəti olan. // məc. dan. Qoçaq, diribaş, sözükeçən. Ağızlı adam. – Hacı Kazım məhəllədə ağızlı və sözüötən adam idi. H.Sarabski. ağızlıq is.\n1. Duru şeyləri bir qabdan başqa ağzı dar qaba tökmək üçün yuxarısı enli, aşağısı dar cihaz; qıf.\n2. Qab və s.-nin ağzına qoyulan qapaq, tıxac və s.\n3. Atın və başqa heyvanların ağzına vurulan saman torbası. // Qapan itlərin, yaxud başqa heyvanların üzünə keçirilən tor və s. [Balaqların] başına çubuqdan, yaxud paslanmayan metaldan səbət kimi toxunmuş ağızlıq keçirmək lazımdır. Ağabəyli.\n4. At yüyəninin ağıza keçirilən dəmir hissəsi.\n5. Telefon dəstəyinin ağıza tutulan tərəfi.\n6. Nəfəslə çalınan musiqi alətinin ağıza salınan hissəsi. // Müştük.\n7. bax. ağızotu. ağızotluq is. köhn. Çaxmaqlı tüfəngin və ağızdan doldurulan topun ağızotu tökülən yeri. ağızotu is. köhn. Keçmişdə çaxmaqlı tüfəngi və ağızdan doldurulan topu atmaq üçün onların ağızotluğuna tökülən barıt. ağızsız sif.\n1. Ağzı olmayan (bax. ağız1 2 və 5-ci mənalarda).\n2. Küt, kəsərsiz (silah və s.).\n3. məc. dan. Dilsiz-ağızsız, sözü keçməyən, sözü kəsərsiz; aciz, məzlum, fağır, cəsarətsiz. O, çox ağızsız adamdır. Adam bu qədər ağızsız olmaz. ağızsızlıq is. dan. Ağzında kəsər olmama, sözü keçməmə, dilsizlik; acizlik məzlumluq, fağırlıq, cəsarətsizlik. ağızsürütməsi bax. ağızucu. Tütünçüoğlu bu haqda danışmağa könlü yoxmuş kimi ağızsürütməsi dedi.. M.S.Ordubadi. Həmzə ağızsürütməsi bir neçə şey dedi. Ə.Əbülhəsən. ağızucu zərf Könülsüz, etinasız, başdansovma. Kişi bir az fikirləşdi, sonra ağızucu cavab verdi. S.Rəhimov. Xanpəri qardaşı oğlunun suallarına ağızucu cavab verib onu başdan eləməyə çalışdı. Ə.Vəliyev. ağkirpik is. bot. Xalq arasında heyvanlar üçün dərman kimi işlədilən bir ot. ağköynək (=ağköynəkli) is. Köhnə məişətdə: aşura günü əyninə ağ köynək geyərək, baş yaran mövhumatçı. ..Qurban kəsmək, imam təziyəsi və qışqırıqlı və cəlallı məhərrəm təziyəsi və ağköynək büsatı olardı. C.Məmmədquluzadə. Ağköynəklər zikrdən təkrar coşdular, parlaq qılınclar və xəncərlər göydə oynadı, hönkürtü meydanı və şaxtalı havanı dəhşətlə titrətdi. Çəmənzəminli. ağköynəkli (=ağköynək) is. Köhnə məişətdə: aşura günü əyninə ağ köynək geyərək, baş yaran mövhumatçı. ..Qurban kəsmək, imam təziyəsi və qışqırıqlı və cəlallı məhərrəm təziyəsi və ağköynək büsatı olardı. C.Məmmədquluzadə. Ağköynəklər zikrdən təkrar coşdular, parlaq qılınclar və xəncərlər göydə oynadı, hönkürtü meydanı və şaxtalı havanı dəhşətlə titrətdi. Çəmənzəminli. ağqanadlı sif. Qanadları ağ olan. Məktəb damına qonub bu ağqanadlı quşlar; Güldü ağızdolusu qəhrəmanlarla birgə. S.Rüstəm. ağqızıl bax. platin. ağqoyunlular cəm, tar. XV əsrdə Cənubi Azərbaycanda və ona qonşu olan bəzi ölkələrdə hakimiyyət sürmüş oğuztürkmən qəbilələrindən biri. ağqvardiyaçı is. tar. Ağ qvardiya (bax. qvardiya) sıralarında olub, sovet hökuməti əleyhinə mübarizə etmiş adam. [Dəmirov:] Görünür ki, haranın ağqvardiyaçısı isə gəlib, burada gizlənibdir. S.Rəhimov. // Sif. mənasında. Ağqvardiyaçı zabit. ağlabatan sif. Ağıl qəbul edə bilən, inanıla bilən, mümkün ola bilən; məqsədəuyğun. Ağlabatan söz. Ağlabatan təklif. – [Hikmət İsfahani:] ..Sənin sözün ağlabatan sözdür. M.İbrahimov. Gəldiyev ağlabatan söz danışırdı. Mir Cəlal. ağlabatmaz sif. Ağıl qəbul etməyən, ağla sığmayan, məntiqə uymayan, məntiqsiz. ağlabatmazlıq is. Ağıl qəbul etməmə, ağla sığmamazlıq, inanıla bilməməzlik, məntiqə uymamazlıq, məntiqsizlik. ağladıcı sif.\n1. Ağladan, gözyaşardıcı. Ağladıcı qaz. Ağladıcı bomba.\n2. Təsirli, yanıqlı, acınacaqlı, təəssüflü. Ağladıcı səs. Ağladıcı sözlər. Ağladıcı hadisə. Ağladıcı vəziyyət. ağlagəlməz sif. İmkansız, təsəvvür edilməsi mümkün olmayan, həqiqətə uyğun olmayan; fövqəladə; çox böyük, çox güclü. Ağlagəlməz hadisə. Ağlagəlməz hiylə. Ağlagəlməz fikir. – [İmran:] İnsanın həyatında çox qəribə, ağlagəlməz hallar olur. İ.Şıxlı. ağlağan sif. və is.\n1. Çox ağlayan, həmişə ağlayan, tez-tez ağlayan. Ağlağan uşaq. – Çoxlarının bezdiyi və uzaq qaçdığı .. ağlağan uşaqları Nazimə sanki əfsun ilə ələ alır, sakit edir(di).. Mir Cəlal.\n2. məc. Həmişə halından şikayət və narazılıq edən, həmişə öz həqiqi vəziyyətini pis göstərməyə, varını gizlətməyə çalışan. [Qəhrəman:] Olmaya mən heç belə ağlağan olmamışam. S.Rəhimov. ağlağanlıq is.\n1. Tez-tez, daim ağlamaq xasiyyəti.\n2. məc. Həmişə halından şikayət və narazılıq etmək xasiyyəti, həmişə öz həqiqi vəziyyətini pis göstərməyə çalışmaq xasiyyəti. ağlama 1. “Ağlamaq”dan f.is.\n2. məc. Fəryad. Nəriltisi, ağlaması onun bənzər tufana; Göz yaşının qətrələri sıçrar o yan-bu yana. A.Səhhət. ağlamaq f. 1 Şiddətli ağrı, ruhi sarsıntı və ya başqa bir ağır təəssürat nəticəsində göz yaşı axıtmaq. Sevincdən ağlamaq. Sancıdan ağlamaq. Uşaq ağlayır. – Gözüm yaşı qəmimdən ağlamaqdan döndü dəryaya; Məni axır həlak eylər bu çeşmi-xunfəşan sənsiz. S.Ə.Şirvani. Firidun onun [Şəmsiyyənin] ağladığını və ya güldüyünü təyin edə bilmirdi. M.İbrahimov. Ağca ağlaya-ağlaya (z.) onun [ərinin] dalınca gələrək, yuxusunu nağıl edib dedi.. Ə.Əbülhəsən. • Acı-acı ağlamaq – yanıqlı-yanıqlı ağlamaq.\n2. məc. Yas tutmaq, matəm saxlamaq. [Mirzə Fətəli:] Ağlayın el üçün, ağlayın millət üçün, qoyun gözləriniz kor olsun! Ə.Haqverdiyev.\n3. məc. Həyatından, yaşayışından, vəziyyətindən şikayətlənmək.\n4. məc. Yalvarmaq, yalvara-yalvara istəmək. • Ağlayıb-sızlamaq (sıtqamaq) – ağlayıb yalvarmaq, yalvarıb-yaxarmaq, ürəkdən ağlayıb yalvarmaq.\n5. Bir sıra sözlərə qoşularaq müxtəlif ifadələr düzəldilir; məs.: gününə ağlamaq, qan ağlamaq. ağlamalı sif. Pis, faciəli, çox ağır, acınacaqlı. [Cahan:] A balam, ağlamalı günlər keçdi, indi isə sevinməli, xoşlanmalı günlərimiz gəlibdir. Ə.Haqverdiyev. ağlamsıma (=ağlamsınma) “Ağlamsı(n)maq”dan f.is. ağlamsınma (=ağlamsıma) “Ağlamsı(n)maq”dan f.is. ağlamsımaq (=ağlamsınmaq) f. Ağlayan kimi olmaq, gözləri yaşla dolmaq, doluxsunmaq. Kiçikbəyim ağlamsınaraq başmağı onun [Məmməd bəyin] əlindən alıb, hasarın üstündə oturdu. Çəmənzəminli. // Yalandan ağlamaq, özünü ağlayan kimi göstərmək. Mən Mahrunun gözlərinə diqqətlə baxırdım, onun gözləri ağlamsıyırmış kimi idi. M.S.Ordubadi. Səlimnaz arvad ağlamsınan bir tərzdə köksünü ötürdü. M.Hüseyn. ağlamsınmaq (=ağlamsımaq) f. Ağlayan kimi olmaq, gözləri yaşla dolmaq, doluxsunmaq. Kiçikbəyim ağlamsınaraq başmağı onun [Məmməd bəyin] əlindən alıb, hasarın üstündə oturdu. Çəmənzəminli. // Yalandan ağlamaq, özünü ağlayan kimi göstərmək. Mən Mahrunun gözlərinə diqqətlə baxırdım, onun gözləri ağlamsıyırmış kimi idi. M.S.Ordubadi. Səlimnaz arvad ağlamsınan bir tərzdə köksünü ötürdü. M.Hüseyn. ağlar sif. Ağlayan, gözüyaşlı, gözü yaşla dolu. Kişi ağlar gözilə qıldı fəğan; Söylədi oğlu: – Ağlama, babacan! M.Ə.Sabir. Seyid ağlar gözü ilə başladı: – Mən Kirmanşahda ikən gecə röyada cəddimi gördüm. Ə.Haqverdiyev. Ağlar gözümdə qanə dönər əşki-həsrətim. H.Cavid. // məc. Qüssəli, ələmli, kədərli, fəlakətli, müsibətli. ‣ Ağlar günə düşmək – bax. ağlar (günə) qalmaq. Ağlar (günə) qalmaq – yiyəsiz qalmaq, xaraba qalmaq, bədbəxt olmaq, müsibətə düşmək. Ağlar (günə) qoymaq – bədbəxt etmək, dərdə salmaq, müsibətə salmaq. Nə sövdadır yenə düşüb başına; Oğul, gedib, ağlar qoyma sən bizi. “Aşıq Qərib”. ağlarcasına zərf Özünü ağlayan kimi göstərərək, ağlamsına-ağlamsına. ağlasığan (=ağlasığışan) sif. bax. ağlabatan. [Heydər bəy:] Ağlasığışan iş deyil. S.S.Axundov. Hikmət İsfahaniyə məhbəsdə rast gəlmək ağlasığan şey deyildisə də, həqiqət idi. M.İbrahimov. ağlasığışan (=ağlasığan) sif. bax. ağlabatan. [Heydər bəy:] Ağlasığışan iş deyil. S.S.Axundov. Hikmət İsfahaniyə məhbəsdə rast gəlmək ağlasığan şey deyildisə də, həqiqət idi. M.İbrahimov. ağlasığmaz bax. ağlabatmaz. İranı doldurmuş və arasıkəsilmədən axıb gəlməkdə olan alman casusları, İranın hakim dairələri və mürtəce təbəqələr Hitlerin qalib gələcəyini sadə bir həqiqət kimi irəli sürür, öz təbliğatlarında .. ağlasığmaz uydurmalara qədər hər şeydən istifadə edirdilər. M.İbrahimov. ağlasığmazlıq bax. ağlabatmazlıq. ağlaşma 1. “Ağlaşmaq”dan f.is.\n2. is. Yas, matəm. [Əbdürrəhman bəy:] Arvad, bilirsən nə var; mən sənə çox məsləhət görürəm durub gedəsən bir ağlaşmaya. N.Vəzirov. Köhnə məzarlıqda bir ağlaşma var; Qazılır ortada bir dərin məzar. M.Müşfiq. • Ağlaşma açmaq (qurmaq) – bir yerdə yığılıb ağlamaq. [Arvadlar] ağlaşma qurub ərlərinin ətəklərindən yapışıb davaya getməyə qoymurlar. S.S.Axundov. ağlaşmaq qarş. Birlikdə ağlamaq, ağız-ağıza verib ağlamaq, bir-birinə qoşulub ağlamaq. Bir kənddə camaat ağlaşaağlaşa (z.) yüzbaşının ayağına yıxılıb: – “Bəs toxumluğu aparırsınız, biz başıdaşlı nə əkək?” deyirdi. Çəmənzəminli. Anabala baş-başa verib ağlaşdılar. B.Talıblı. Az keçmədən, xarabalıq insan səsi ilə doldu. Uşaqların ağlaşmağı kəndin kimsəsiz sükutunu pozdu. Ə.Məmmədxanlı. // Ölünün üstündə ağı deyib bir yerdə ağlamaq. ağlatma “Ağlatmaq”dan f.is. ağlatmaq f.\n1. Ağlamağa məcbur etmək, birinin ağlamasına səbəb olmaq. Uşağı ağlatmaq. – [Laçın] iki-üç yaş özündən böyük oğlanları təklikdə döyüb ağlatmağı da bacarırdı. M.Hüseyn.\n2. məc. Çox təsir etmək, son dərəcə mütəəssir etmək. Ağlatmayır insanları; LeyliMəcnun dastanları. S.Vurğun. ağlayan f.sif. bax. ağlağan. Ağabala çox ağlayan uşaq idi. Ağlayanda da üzünü elə turşudardı ki, elə bil mərsiyə deyəcəkdi. Çəmənzəminli. ağlayıcı sif. Ağlayan. ağlayış is. Ağlama. Kişilərdə yersiz gülüşlər nə qədər çoxsa, qadın və qızlarda da yersiz ağlayış və qısqanışlar da həddindən artıqdır. M.S.Ordubadi. Bu ağlayış və inilti səslərindən çəkilən sədlər onları [yolçuları] saxlamağa qadir deyildir. Ə.Məmmədxanlı. ağlı ağlı-bozlu, ağlı-qaralı və s. – hər rəngli, bütün rənglərdə olan. Köç yolu ilə gedən ağlı-bozlu sürülərin sayı-hesabı yox idi. Ə.Vəliyev. Dizlərini yerə qoyub irtməklərini oynada-oynada, analarının döşünü dümsükləyə-dümsükləyə əmişən quzular ağlı-qaralı qumaşlar kimi göy otun üstünə səpələnmişdilər. R.Rza. [Dəmirov] göy üzündə dolanan ağlı-qaralı buludlara baxdı. S.Rəhimov. ağlıkəsməz sif. Hələ ağlı bir şey kəsməyən. Ağlıkəsməz uşaq. ağlıq is. Ağ şeyin halı, bir şeyin ağ rəngi. Qarın ağlığı. Dərinin ağlığı. – Əvvəl gözəllərdə gərəkdir çağlıq; Ondan sonra ola sadəlik, ağlıq. M.P.Vaqif. ‣ Üz ağlığı – düzlük, doğruluq, təmizlik, namus. ağmala is. məh.\n1. Divara çəkilən birinci mala (suvaq).\n2. Çəltik şumunda sürülən ilk mala. ağmatan sif. dan. Dərisi ağ, kök və göyçək (qız). ağmaya sif. dan. Ağ və kök (uşaq və ya qadın). Məcid kişi köynəyinin ətəyilə alnının tərini silə-silə dedi: – Bunun bir ağmaya vaxtı vardı ki... Dünya gözəli idi Minnət. İ.Məlikzadə. ağnağaz is. məh. Ehtiyacı ödəmək üçün üyüdülən azacıq dən. ‣ Ağnağaz üyütmək məc. – boş yerə danışmaq, boşboğazlıq etmək. Deyəsən, məsələmiz qurtarıbdır. İndi də keçmişik ağnağaz üyütməyə. Ə.Vəliyev. ağnaq is. məh.\n1. Heyvanın ağnadığı yer.\n2. Dağlarda torpağı sürüşmüş və ya su yuyub aparmış yer.\n3. Bir yerə yığılıb iylənən palçıqlı su, lehməli gölməçə, çuxur, oyuq. ağnama “Ağnamaq”dan f.is. ağnamaq f.\n1. Dalı üstə uzanıb ayaqlarını yuxarı qaldıraraq, o üz-bu üzə çevrilmək (bəzi heyvanlar haqqında). Eşşək ağnayır. // məc. dan. Yerə sərilərək üst-başını toza-torpağa sürtüb batırmaq. Uşaqlar tozun içində ağnayırlar. – Günah çamırında ağnayana bax; Onun da baxtına günəş doğulur. M.Araz. Comalaşıb qarışqatək qaynardıq; Yavaş-yavaş bağçalarda ağnardıq… Şəhriyar.\n2. məh. Uçmaq, yıxılmaq, dağılmaq, tökülmək. Birinin divarının kərpicləri ağnayıb tökülmüşdü biz durduğumuz yerə tərəf. C.Məmmədquluzadə. Elə bil Qədim dayının üstünə bir dağ ağnayıb töküldü. S.Rəhimov. ağnaşma “Ağnaşmaq”dan f.is. ağnaşmaq qarş. Bir yerdə ağnamaq, birgə ağnamaq. ağnatmaq f. Aşağı sürmək, endirmək. Qayadan sürüsün ağnadır çoban; Qoyunlar, quzular mələr yanbayan. M.S.Ordubadi. ağnavaz sif. Ağarmış, solğun. ..Bu işıqdan Lidyanın ağnavaz çöhrəsi daha da solğun görünürdü. Ə.Əbülhəsən. ağrı is.\n1. Duyğu sinirlərinin qıcıqlanması nəticəsində bədənin hər hansı bir yerində hiss edilən əziyyət, əzab; sancı, sızı; acı. Diş ağrısı. Baş ağrısı. – Birdən Sabir doğruldu, bədənində şiddətli bir ağrı hiss edərək üz-gözünü turşutdu. M.Hüseyn. Məsum kişinin .. başına bərk bir ağrı sıçradı, qaşları düyüldü.. Mir Cəlal.\n2. məc. Kədər, qəm, qüssə, dərd, ələm, iztirab hissi. Səni balam kimi bağrıma basdım; Sənin hər ağrına mən qulaq asdım. S.Vurğun.\n3. məc. İnciklik, narazılıq. ‣ Ağrı çəkmək – hamilə qadınlarda: doğmağa yaxın bərk sancı və əziyyət çəkmək. Torpağa ona görə “ana torpaq” deyirlər ki, o da ana kimi hamilə olur, ağrı çəkir, doğur, o da ana məhəbbətlidir, ana səxavətlidir, övladcanlıdır. İ.Məlikzadə. // Məc. mənada. Gecə boylu bir qadındır... ağrı çəkərək; Xoşüzlü bir uşaq kimi doğur səhəri. S.Vurğun. Xərabəlik anası ağrı çəkib, şər doğur; Xeyir oyanmır hələ, bu da bir inqilabdır. Şəhriyar. Ağrı tutmaq – 1) ağrı başlamaq; 2) hamilə qadınlarda və ya heyvanlarda: doğmağa yaxın bərk ağrı və sancı başlamaq. Ağrım ürəyinə – qarğış və nifrin bildirən ifadə. [Bədircahan:] Ağrım xanın ürəyinə, xan gələndə dünya qopmayacaqdır ki.. N.Vəzirov. Ağrın mənə gəlsin – bax. ağrın(ı) alım (ağrın ürəyimə). Ağrın(ı) alım (ağrın ürəyimə) – birinə mehribançılıqla xitab, müraciət və ya oxşayıb əzizləmə zamanı işlənən ifadədir. Ağrın alım, mənim bağrım çatdadı; Arzum bu dağdaşı qatıb qatdadı.. Şəhriyar. [Qızyetər:] Sizciyəz sağ olun, ay ağrın alım; Bircə Xanlarımdır dövlətim, malım. S.Vurğun. ağrı-acı is.\n1. Çox işləmək, yol getmək və s. nəticəsində bədəndə duyulan ağrı və ya yorğunluq hissi. Bədənimizin ağrıacısı çıxdı. – Taxtabənddə adam nə rahat yatırmış. Adam yuxudan ayılanda da heç yerində ağrı-acı duymurmuş. Ə.Əbülhəsən.\n2. Xəstəlik, naxoşluq. ağrı-acısız zərf Əziyyətsiz, əzabsız, asanlıqla. Nina İraida məsələsinin ağrı-acısız həll olunduğu üçün əlimi sıxıb təşəkkür etdi. M.S.Ordubadi. ağrıkəsən (=ağrıkəsici) sif. tib. Sakitləşdirən, ağrını azaldan. Ağrıkəsən dərmanlar. ağrıkəsici (=ağrıkəsən) sif. tib. Sakitləşdirən, ağrını azaldan. Ağrıkəsən dərmanlar. ağrılı sif. Ağrısı və acısı olan, ağrıyan. ağrıma “Ağrımaq”dan f.is. ağrımaq f.\n1. Bədənin bir yerində ağrı hiss etmək. Dişi ağrımaq. – [Gülüş:] Sevil, nə üçün belə solğunsan, yoxsa bir yerin ağrıyır? C.Cabbarlı.\n2. dan. Kefsizləmək, naxoşlamaq. Neçə gündür ki, ağrıyıram.\n3. məc. Kədərlənmək, ürəyi sınmaq, incimək. ‣ Ağrımaz başı(m) – sakitlik, qayğısızlıq; cəncəl işə qarışmama, özünə aid olmayan bir işə qarışmamaq mənasında. Azacıq aşım, ağrımaz başım. (Məsəl). [Molla Qasım:] Bu fikirdən daşının, ağrımaz başınızı bəlaya salmayın. S.S.Axundov. ağrısız sif. və zərf\n1. Ağrımayan, ağrısı olmayan, incitməyən; əziyyətsiz. Ağrısız əməliyyat. Dişi ağrısız çəkmək.\n2. məc. Zərərə və ya ağır nəticələrə səbəb olmayan. ağrısızlaşdırıcı sif. tib. Ağrıya qarşı hissizləşdirici. Ağrısızlaşdırıcı dərmanlar. ağrısızlaşdırılmaq məch. tib. Ağrıya qarşı hissizləşdirilmək, keyləşdirilmək. ağrısızlaşdırılmış f.sif. tib. Ağrıya qarşı hissizləşdirilmiş, keyləşdirilmiş. ağrısızlaşdırma “Ağrısızlaşdırmaq”dan f.is. ağrısızlaşdırmaq f. tib. Ağrıya qarşı hissizləşdirmək. Doğumu ağrısızlaşdırmaq. ağrısızlıq is.\n1. Ağrıya qarşı hissizlik, ağrı olmaması.\n2. məc. Əziyyətsizlik, zərərsizlik, asanlıq, zəhmətsizlik. ağrıtma “Ağrıtmaq”dan f.is. ağrıtmaq f.\n1. Əziyyət vermək, ağrı vermək, incitmək, ağrıya səbəb olmaq. Yara bərk ağrıdır. Çiban ağrıdır. – Çarpanaq yaralarının yeri .. ağrıtmırdı. Ə.Əbülhəsən.\n2. məc. Könlünü sındırmaq, ürəyini incitmək, toxunmaq. Bu duyğu Nərimanın ürəyini ağrıtdı. Mir Cəlal. ağrıyan f.sif. Əziyyət verən, incidən, narahat edən. Ağrıyan dişi çəkdirmək. ağsaç (=ağsaçlı) sif. Saçı ağarmış; qoca. Ağsaçlı qoca. ağsaçlı (=ağsaç) sif. Saçı ağarmış; qoca. Ağsaçlı qoca. ağsaqqal sif. və is.\n1. Saqqalı ağarmış, qoca. [Bayraməli:] Belə tərbiyət sahibləridirlər ki, ağsaqqal ataları gəlir otağa, .. heç biri yerindən tərpənmək istəmir. N.Vəzirov. Baqqal dükanı qarşısında toplanıb söhbət edən ağsaqqallar, məhəllə cavanları bir para sözlər danışırdılar. H.Nəzərli. // Ümumiyyətlə, qoca, yaşlı. “Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil, “Molla Nəsrəddin” mənim bir neçə əziz yoldaşlarımın məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam. C.Məmmədquluzadə. İndi bu qürbət şəhərdə ağsaqqal vaxtımda bir tikə çörəyin dalınca düşüb gəzirəm. Çəmənzəminli.\n2. məc. Bir ailənin, elin, cəmiyyətin ən yaxşı və hörmətli adamı, başçısı. İkinci məclis vaqe olur Danabaş kəndinin ağsaqqal və mötəbəri Hacı Namazalının həyətində. C.Məmmədquluzadə. Camaat bir neçə nəfər ağsaqqal intixab edib, məsləhət üçün haman bəyin yanına göndərdilər. Ə.Haqverdiyev. Qabaqda kəndin ağsaqqalları, qadın və qızları, dallarınca gənclər, uşaqlar qarşımıza çıxdılar. S.Rüstəm. ‣ Ağsaqqallar şurası (məclisi) – müxtəlif təşkilatlarda bəzi orqanların adı (məs.: nümayəndə rəhbərlərinin, fraksiya başçılarının şurası və s.). ağsaqqallıq is.\n1. Qocalıq.\n2. məc. dan. Başçılıq, böyüklük, rəhbərlik. Bir qədərdən isə o [Aslan], uşaqların rəğbətini qazanmaqla onların ağsaqqallığını öz əlinə götürə bildi. S.Rəhimov. • Ağsaqqallıq etmək – 1) başçılıq etmək, böyüklük etmək, rəhbərlik etmək, idarə etmək; Nurcabbar düz deyir, Dədə palıd bundan sonra hələ min il ömür sürəcək, bu meşəyə böyüklük, ağsaqqallıq eləyəcək. İ.Məlikzadə; 2) nəsihət etmək, öyüd vermək, yol göstərmək. ağsifət sif. Sifətinin rəngi ağ olan. ağsol is. məh. Kiçik çay balığı növlərindən birinin adı. ağsu is.\n1. Dağ və hündür təpələrdən axıb gələn qar və yağış suları.\n2. dan. Yüngül su, mədəyə xeyirli su. ağşın bax. ağbəniz. ağtikan is. bot. Dəvələrə yem olan tikanlı ot. ağtikanlıq is. Ağtikan bitən yer, ağtikan çox olan yer. ağtorpaq (=ağtorpaqlı) sif. Torpağı kirəcli, tərkibində kirəc olan. Ağtorpaq yer. ağtorpaqlı (=ağtorpaq) sif. Torpağı kirəcli, tərkibində kirəc olan. Ağtorpaq yer. ağtük (=ağtüklü) sif. Tükləri ağ olan. Ağtük(lü) it. Ağtük(lü) toyuq. – Ağtüklü Həştərxan pişiyi üsulluca qapını açıb kandarda dayanır. H.Sarabski. ağtüklü (=ağtük) sif. Tükləri ağ olan. Ağtük(lü) it. Ağtük(lü) toyuq. – Ağtüklü Həştərxan pişiyi üsulluca qapını açıb kandarda dayanır. H.Sarabski. ağu bax. ağı1 . Hicrin şərabı acıdır, müştaqə içirmə anı; Neçün ki, yar ol ağuyi içirməz, ey can, yarına. Nəsimi. Mən deməm ki, içmədim mey sənsiz, ey namehriban; İçdim, amma ləblərindən ayrı, bir ağu kimi. S.Ə.Şirvani. ağulama “Ağulamaq”dan f.is. ağulamaq bax. ağılamaq. ağulanma “Ağulanmaq”dan f.is. ağulanmaq bax. ağılanmaq. Ver şəfa ləbindən, yazığam mənə; Zəhri-fərağınla ağulanmışam. Q.Zakir. ağulu bax. ağılı. Bağrımın qanın ki gördün, ağulu aşımdır ol. Xətayi. Təlx göftarsız olmaz ləbi-yar, ey aşiq; Çox həvəs eyləmə ol şərbətə kim ağuludur. Füzuli. ağuş is. [fars.] Qucaq. [Tapdıq:] Bəs eylə isə gəl ağuşuma, qucaqlaşalım. C.Cabbarlı. Biz onun [vətənin] ağuşunda göz açmışıq, – o bizim hamımızın əziz anamızdır. Ə.Məmmədxanlı. // Məc. mənada. Madərləriniz etdi sizə mehrü məhəbbət; Ağuşi-şəfəqqətdə sizi bəslədi rahət. M.Ə.Sabir. • Ağuşuna almaq – 1) qucaqlamaq; 2) məc. qaplamaq, əhatə etmək. Silah səslərinin gurultusu, patıltısı, pulemyot atəşinin şaqqıltısı kəndi öz ağuşuna alıb əridirdi. M.Hüseyn. Ağuşuna çəkmək – bax. ağuşuna almaq 1-ci mənada. Hər gül öz yarını çəkib ağuşə; ..Yatma, yatma, ayıl, sən də gəl huşə. Nəbati. Ağuşə çəkib arizi-ziybanı şəbü ruz; Aləmdə o zülfün kimi bir bəxtəvər olmaz. S.Ə.Şirvani. Sakit dəniz dalğalanıb o vaxtda gəldi cuşə; Qucaqlayıb məhəbbətlə çəkdi onu ağuşə. A.Səhhət. ağuz is. Sağmal heyvanlar doğduqda məmələrindən çıxan ilk süd. [Səba] camışı oxşaya-oxşaya sərnic dolusu ağuz sağdı. S.Rəhimov. ağürək bax. ağciyər. ağüzlü sif. Üzünün dərisi ağ olan. Olya hündürboylu, uzunsaçlı, ağüzlü, xumargözlü və dolu bədənli bir qız idi. İ.Musabəyov. ağvalideyn [ər.] köhn. Ata-ana üzünə durma, qabarma; ata-ananın itaətindən çıxma. Biz övrətə heç bir söz demərik, halbuki ağvalideyn, yəni ata və ananın üzünə durmaq böyük günahlardan hesab olunur. “Mol. Nəsr.”. ağyağız sif. Üzü ağ, ağbəniz, ağsifət. Ağyağız uşaq. Ağyağız oğlan. ağyal sif.\n1. Ağ yallı, ağ yalı olan. Ağyal at.\n2. məc. dan. Ağsaç, ağbirçək. Ağyal mamaça .. üzərlik və qara şəvəni səkinin divarlarından asırdı. S.Rəhimov. ağyanız bax. ağyağız. ağyarpaq is. bot. Dəniz sahili qumlarında bitən çoxillik ot bitkisi. ağyarpaqlı sif. bot. Yarpaqlarının rəngi ağ olan. ağyol is. astr. Aydınlıq gecələrdə göy qübbəsində işıq zolağı kimi görünən ulduzlar yığını; Südyolu, Kəhkəşan. ağyonca is. bot. Çoxillik paxlalara aid yem bitkisi. ağzıaçıq sif. Maymaq, huşsuz, diqqətsiz. • Ağzıaçıq qalmaq – heyrət içində qalmaq, təəccüb etmək. ..Müəllim Əsədi qarşısına alıb yola düşdü və uşaqlar da ağzıaçıq qalıb, onlarla bərabər gedə bilməmələrinə təəssüf etdilər. B.Talıblı. ağzıaçıqlıq is. Maymaqlıq, huşsuzluq, diqqətsizlik. ağzıbir I. zərf dan. Sözübir, dilbir, müttəfiq.\n\nII. is. dan. Tək bir çıxacağı olan yer, darısqal yer, möhkəm yer, çıxılmaz yer. // Dam, həbsxana. Saldın axır öz əlinlə özünü ağzıbirə; Vec bitirməz sənə, dönmə dəxi daşa, dəmirə. M.Ə.Sabir. [İskəndər:] Doğru deyir, ağa, onlar heç vaxt özlərini bu ağzıbirə salmazlar. N.Vəzirov. Axırda özü kələyə düşdü. Tutub saldılar ağzıbirə. M.Hüseyn. ağzıbirlik is. dan. Söz birliyi, ittifaq, sözü bir olma. ağzıboş sif.\n1. Söz saxlaya bilməyən, sirr saxlaya bilməyən; sözünün üstündə durmayan, etibarsız, dəyanətsiz. // Zabitəsiz, zəif iradəli, qeyri-ciddi, sözü keçməyən. Ağzıboş adam.\n2. Naqqal, boşboğaz. ağzıboşluq is.\n1. Sözünün üstündə durmama, etibarsızlıq. // Zabitəsizlik, ciddiyyətsizlik, zəiflik, sözü keçməməzlik.\n2. Naqqallıq, boşboğazlıq. ağzıbütöv (=ağzıbütün) sif. Ciddi, sözünün üstündə duran, dayanıqlı, sirr saxlayan. Min, kefin istədiyi səmtə çap, bir az ağzıbütün ol, çünki burada iş var. S.Rəhimov. ağzıbütün (=ağzıbütöv) sif. Ciddi, sözünün üstündə duran, dayanıqlı, sirr saxlayan. Min, kefin istədiyi səmtə çap, bir az ağzıbütün ol, çünki burada iş var. S.Rəhimov. ağzıbütövlük (=ağzıbütünlük) is. Ciddilik, zabitəlilik, sözünün üstündə durma, sözü keçmə; sirr saxlama. ağzıbütünlük (=ağzıbütövlük) is. Ciddilik, zabitəlilik, sözünün üstündə durma, sözü keçmə; sirr saxlama. ağzıcırıq sif. dan.\n1. Ağzının bir tərəfi cırıq olan.\n2. bax. ağzıboş 1-ci mənada. ağzıdağınıq is. və sif. dan. Söz saxlamayan, sirr saxlamayan; xəbərçi. [Heydər bəy:] A kişi, bilmirəm hansı ağzıdağınıq naçalnikə məni nişan veribdir. M.F.Axundzadə. ağzıdağınıqlıq is. dan. Ağzıdağınıq adamın xasiyyəti. ağzıdualı sif. köhn. Daima dua oxumaqla, ibadətlə məşğul olan adam; dindar, mömin. Nitqi həqiqətli, sözü fal kişi; Ağzıdualı qoca baqqal kişi. M.Ə.Sabir. [Münəvvər] həmişə dəstəmazlı, ağzıdualı (z.), pak niyyətlə getsə də, nəticə vermirdi. Mir Cəlal. [Xeyransa:] A kişi, mən oğlanı görməmişəm, anası canlara dəyən bir adamdır. Məclislər yaraşığı, əlitəsbehli, ağzıdualı mömin atası var. H.Sarabski. ağzıəyri sif.\n1. Ağzının quruluşu əyri olan.\n2. məc. İncik, küskün, narazı. ağzıgen sif. Ağzı enli, enli ağızlı. Ağzıgen şüşə. ağzıgöyçək (=ağzıgövçək) is. dan. Ağzına gələni danışan adam, məsuliyyətsiz danışan adam; boşboğaz. [Məmməd:] Bir nəfər ağzıgöyçək gedib onlara xəbər aparsa ki, Məmməd meyxanada idi, onda mən yaxamı onların əlindən qurtara bilmərəm. M.S.Ordubadi. Kənardan baxan ağzıgöyçəklər Qüdrətin ailə münasibətindəki zahiri soyuqluğu onların [Qüdrət və Lalənin] birbirini sevmədiyində görürdülər. M.Hüseyn. ağzıgövçək (=ağzıgöyçək) is. dan. Ağzına gələni danışan adam, məsuliyyətsiz danışan adam; boşboğaz. [Məmməd:] Bir nəfər ağzıgöyçək gedib onlara xəbər aparsa ki, Məmməd meyxanada idi, onda mən yaxamı onların əlindən qurtara bilmərəm. M.S.Ordubadi. Kənardan baxan ağzıgöyçəklər Qüdrətin ailə münasibətindəki zahiri soyuqluğu onların [Qüdrət və Lalənin] birbirini sevmədiyində görürdülər. M.Hüseyn. ağzıgöyçəkli (=ağzıgövçəklik) is. dan. Boşboğazlıq, ağzıboşluq, ağzına gələni danışma. [Gövhərtacın anası:] Sənin haqqında arvadlar iki min söz danışıb ağzıgöyçəklik eləyəcəklər. Ə.Haqverdiyev. ağzıgövçəklik (=ağzıgöyçəkli) is. dan. Boşboğazlıq, ağzıboşluq, ağzına gələni danışma. [Gövhərtacın anası:] Sənin haqqında arvadlar iki min söz danışıb ağzıgöyçəklik eləyəcəklər. Ə.Haqverdiyev. ağzıheyvərə bax. ağzıpərtöv. ağzıhədəli bax. ağzıyelli. ağzıkəsərli sif. dan. Sözüötən, sözükeçən, nüfuzlu; sözündə möhkəm. ağzıköpüklü sif. dan. Qudurğan, azğın. Dağlarda qar əriyəndə və yaz yağışları başlayanda bu dayaz çay ağzıköpüklü bir əjdahaya dönürdü. Çəmənzəminli. ..Dağətəyi kəndi .. ağzıköpüklü ağalarına qarşı baş qaldırmamış deyildi. S.Rəhimov. ağzıqara is. və sif. Xalq arasında itə və xüsusilə canavara verilən ad. Ağzıqara canavar düşmənidir çobanın; Yanındakı boz köpək yoldaşıdır çobanın. A.Şaiq. Bir ağzıqara şiddətlə hürərək, sıçrayıb irəli yüyürdü. B.Talıblı. ağzıqəşəng bax. ağzıgöyçək. ..Bir para ağzıqəşənglər başlayıblar qəzetlərində yazmağa ki, gərək övrətlər oxusunlar, tərbiyə tapsınlar, .. cəmiyyət tərtib eləsinlər. C.Məmmədquluzadə. ağzımvay sif. dan. Aciz, ölüvay, cəsarətsiz, key. ağzımvaylıq is. dan. Acizlik, ölüvaylıq, cəsarətsizlik, keylik. ağzıodlu sif. dan. Çox hirsli, acıqlı, tünd danışan. Ağzıodlu (z.) danışmaq. ağzıpərtöv bax. ağzıyava. ağzıpərtövlük bax. ağzıyavalıq. ağzıpolad (=ağzıpoladlı) bax. ağzıkəsərli. ağzıpoladlı (=ağzıpolad) bax. ağzıkəsərli. ağzıpozuq bax. ağzıyava. ağzıpüstə sif. Ağzı çox kiçik və zərif. ağzısöyüşlü bax. ağzıyava. ..Bu müstəbid təbiətli adam eyni zamanda bir küçə qalmaqalçısı qədər ağzısöyüşlü, tərbiyəsiz .. idi. M.İbrahimov. ağzıyarı sif. Ağzına qədər dolmamış, yarımçıq. ağzıyarıq sif. Dodağının bir yeri yarıq olan. ağzıyastı is. məh. Hər iki tərəfi yastı olan külüng növü. ağzıyava sif. dan. Söyüşkən, hərzə danışan, ədəbsiz danışan, ağzına gələni danışan. ağzıyavalıq is. dan. Söyüşkənlik, ədəbsiz danışmaq xasiyyəti, ağzıpərtövlük. Axı bu ağzıyavalığın sənə nə faydası var ki, öz həmməzhəblərini xarici ölkələrdə bəla və qaxınc oxuna hədəf edirsən.. M.F.Axundzadə. ağzıyelli sif. dan. Yekə-yekə danışan; hərbə-zorba ilə, hədə-qorxu ilə danışan. Ağzıyelli adam. – Polis, jandarm və ağzıyelli mürtəcelərin zülmü xeyli azalmış, müxtəlif hizblər, ittihadiyyələr meydana çıxmışdı. M.İbrahimov. ağzıyırtıq sif. dan. Sirr saxlamayan, söz saxlamayan; boşboğaz, çərən-pərən danışan. ağzıyırtıqlıq is. Sirr saxlamamaq xasiyyəti; boşboğazlıq. ağzıyuxarı zərf Yuxarıya doğru, yuxarı tərəfə istiqamət alaraq; üzüyuxarı, başıyuxarı. [Fətəli xan] o döşdən tutmuş bu Şuşa dərələrini qoşunu ilə doldurmuşdu, .. ağzıyuxarı qalaya tərəf daraşmışdılar. Çəmənzəminli. ah 1. nida. Ağrı, həyəcan, həsrət və s. hissləri ifadə edir. Ah, başım ağrıyır. – Ah, zalım! Ah, kim, oldum yolunda can fəda. M.Ə.Sabir. Bir zaman, ah ki, bir tair idim azadə; Əcəba, kim məni saldı bu xərababadə? M.Hadi. [Səfər bəy:] Ah! Yaman yorulmuşam, səhər sübhdən gəzirəm, heç bir zad tapa bilmədim. B.Talıblı. // İs. mənasında. Fəryad, fəğan. Rəsulam, ahıma dağlar dayanmaz; Dərdim çoxdur mənim kimsələr bilməz. “Aşıq Qərib”. Bu ahdan sonra deyəsən onun [Məsum kişinin] sinəsi şumlanmış zəmi kimi boşaldı. Mir Cəlal. // Təəssüf, kədər, peşmanlıq, ümidsizlik, məyusluq ifadə edir. Ah, bilsəydim, heç gəlməzdim! Ah, onu bir daha görməyəcəyəm! – [Bahadır:] Ah, insanı bir-birindən ayıran “Uçurum dərələr!”. Mən sizi məhv etmək istərkən, siz məni məhv etdiniz. N.Nərimanov. [Sədəf:] Ah, bu beş il, indi o günlər mənə bir yuxu kimi gəlir. İ.Əfəndiyev. // Təəccüb, heyrət, sevinc, həmçinin gözlənilməz bir şey qarşısında doğan hissləri ifadə edir. Ah, nə gözəl mənzərədir! Ah, nə yaxşı gəldin! • Ah çəkmək – kədər, qüssə, təəssüf, həsrət, heyrət, həyəcan ifadəsi olaraq “ah” demək. Ala gözlüm, səndən ayrı düşəli; Ah çəkməkdən bağrım qana dönübdür. Aşıq Ələsgər. Qoca tarzən Cavadın arvadı müztərib halda tez-tez qapını açıb, küçəyə baxırdı və ah çəkərək otağa qayıdırdı. Ə.Haqverdiyev. Sona xala .. dərdini mənə söylədi. Axırda bir ah çəkərək dedi: – Kaş oğlum Bəşir sağ olaydı, bu azadə qadınları görəydi. S.S.Axundov. Ah etmək (eləmək) – həsrət çəkmək, təəssüflənmək, qəmlənmək, ah çəkmək. Əğyar əlindən ah edərəm hər nəfəs, vəli; Cövri həmişə aşiqi-miskinə yar edər. Nəsimi. Ah eylədigim sərvi xuramanın üçündür. Füzuli. Ah eylədigim nəşəyiqəlyanın üçündür. M.Ə.Sabir.\n2. is. Fəryad, fəğan. Çərxə çıxardı ahımı, canımı yandırdı qəmin. Nəsimi. Dağıdır hər ləhzə rəxti-eyşimi ahim yeli. Füzuli. Əflakə kəmənd atdım sənsiz; Hər ah ki, çəkdim aşiqanə. Heyran xanım. Yandırır atəşi-ahilə gülü gülzarı; Çəkməyin Seyyidi, yar olmasa, gülzarə tərəf. S.Ə.Şirvani. • Ahı göyə (göylərə) çıxmaq (ucalmaq) – fəryad etmək, son dərəcə kədərlənmək, qüssələnmək, qəmlənmək, inləmək. Gah göstərdi qədin, göylərə çıxdı ahım; Gah göstərdi gözün, eylədi bimar məni. S.Ə.Şirvani. Möhnət çəmənindən gül dərə-dərə; Ucalır şairin ahı göylərə. S.Vurğun.\n3. is. köhn. Bəddua, qarğış. Atanın duası əsər eylər, ananın ahı. (Ata. sözü). aha nida.\n1. Bir şeyi birdən-birə başa düşdükdə, bir şeyi axtararkən gözlənilmədən ona rast gəldikdə, yaxud da unudulan bir şey birdən yada düşdükdə deyilir. Aha, yadıma düşdü! Aha, yaxşı əlimə düşmüsən! Aha, sən də gəlmisən ki? Aha, o da buradadır! – [Qaraş:] ..Qorxuram, çata bilməyələr.. Aha, qoçaq Novruz, deyəsən, özünü yetirəcək. ..Deyəsən tutacaq. C.Məmmədquluzadə. Həmin medallı hamballardan birisi Məşədi Əsgəri görcək “Aha! Maşadi, cəhənnəm ol buradan” – deyə hayqırdı. S.M.Qənizadə. [Lalə:] Aha, .. demək, sizin belə də işiniz varmış! İ.Əfəndiyev.\n2. Təsdiq, razılıq bildirir: əlbəttə, yaxşı, hə, bəli, doğru. Aha, aha, elə lazımdır. ahal bax. ahıl. ahallaşma “Ahallaşmaq”dan f.is. ahallaşmaq bax. ahıllaşmaq. ah-aman bax. aman 6-cı mənada. Öz qəti hökmünü verəcək zaman; Dünya görməyəcək bir də ah-aman! Ə.Cəmil. ah-əfğan (=ahü əfğan) is. [fars.] bax. ah-nalə, ahü nalə. Ahü əfğanı bülbüllər; Dili-şeydadan öyrənmiş. Q.Zakir. ahü əfğan (=ah-əfğan) is. [fars.] bax. ah-nalə, ahü nalə. Ahü əfğanı bülbüllər; Dili-şeydadan öyrənmiş. Q.Zakir. ahən is. [fars.] klas. Dəmir. Peykanlarınla doldu tənim, afərin sənə; Bidad çəkməyə tənimi ahən eylədin. Füzuli. O qədər ki, peykan vurub cismimə; İtibdir bədənim ahən içində. Q.Zakir. ahəng is. [fars.]\n1. Səslər, rənglər və s. arasında uyğunluq, müvafiqət. Ahəngi pozmaq. Səslərin xoş ahəngi. Boyalarda ahəng yoxdur. – Səslərin ahəngi cırcıramanın oxumasına elə bənzəyirdi ki, sanki, doğrudan da, cırcırama o sözləri deyirdi. S.S.Axundov. // Məc. mənada. Sabunçudan şəhərə gələn qatar küçənin ahəngini birdən-birə dəyişdirdi. M.S.Ordubadi. ..Hər şey əbədi və pozulmaz bir ahənglə qəlbini oxşayır, hər şey füsunkar bir gözəlliklə ona [Firiduna] baxıb gülümsəyirdi. M.İbrahimov.\n2. məc. Gözəl səs, avaz. Bu səs Jenyanın qulağında başqa bir ahənglə cingildədi. M.S.Ordubadi. [Mirzə Valeh] bülbüllərin min bir nəğməsini dinləyir, .. axırda bir neçə beyt söyləyir, bu ahəngə qoşulurdu. S.Rəhimov. // Ton. Balacayev acıqlı bir ahəng ilə: – Bəs bu gün haranız ağrıyır? – deyə soruşdu. S.Rəhimov. Gəldiyev həmişə səsinə, hərəkətinə sirli bir ahəng verməyi sevərdi. Mir Cəlal.\n3. Nəğmə, mahnı, hava. Səhər bülbüllər əfğanı deyil bihudə gülşəndə; Füzuli, naleyidilsuzinə ahəng tutmuşlar. Füzuli. Oxu şiddətlə bir ahəngi-hicaz; Ucadan başla, oxu bir avaz. S.Ə.Şirvani. Bizi ahənglərin şad eylər; Qəlbi yatmışları irşad eylər. A.Səhhət. ‣ Ahəng qanunu dilç. – əsasən türk dillərində: sözlərdə, həmçinin kök və şəkilçilərdə qalın saitlərin qalınları, incələrin incələri izləyib, bir-birinə uyğunlaşması hadisəsi. ahəngdar sif. [fars.]\n1. Səsləri və ya rəngləri arasında uyğunluq (ahəng) olan; qulağa (gözə) xoş gələn, qulaqları (gözləri) oxşayan, gözəl səslənən; ahəngli, xoş, lətif. Ahəngdar səs. Ahəngdar şeir. Ahəngdar nəğmə. – Əncir ağacı altında inləyən sazın ahəngdar səsi ətrafı bürümüşdü. A.Şaiq. Sabahın bu ahəngdar musiqisini ordanburdan ucalan insan bağırtıları, at kişnəmələri, şeypur nidaları pozurdu. M.Rzaquluzadə.\n2. məc. Uyğun, müntəzəm, qaydalı, səlis. Canlı orqanizmin ayrı-ayrı üzvləri həmişə bir-biri ilə ahəngdar (z.) işləyir. – Harada isə, lap uzaqda tənha bir traktorun ahəngdar tırıltısı eşidilirdi. İ.Şıxlı. Bəsti çox ahəngdar bir surətdə işləyirdi. Ə.Sadıq. ahəngdarlıq is.\n1. Səslər və s. arasında uyğunluq. Musiqinin ahəngdarlığı. Nəğmənin ahəngdarlığı. Səslərin ahəngdarlığı. – Şerim sərbəstdir bir qədər; Birdən ahəngdarlıq sevən Xəzər; Məndən küsər. M.Araz.\n2. Uyğunluq, müntəzəmlik. Bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmaq hərəkətlərin ahəngdarlığına da olduqca gözəl təsir göstərir. ahəngləndirmə “Ahəngləndirmək”dən f.is. ahəngləndirmək f. Ahəngə salmaq, müəyyən ahəngə tabe etmək; səsləri və s.ni bir-birinə uyğunlaşdırmaq. ahəngləşdirmə “Ahəngləşdirmək”dən f.is. ahəngləşdirmək bax. ahəngləndirmək. ahəngli bax. ahəngdar. Gecə sakit və sirli görünürdü. O, sanki min ahəngli cazibədar bir musiqi ilə insanları oxşayır, .. ürəklərini yumşaldırdı. M.İbrahimov. ahənglilik bax. ahəngdarlıq. ahəngsiz sif. Səsləri və ya rəngləri arasında uyğunluq (ahəng) olmayan, qulağa (gözə) xoş gəlməyən. Ahəngsiz nəğmə, şeir, musiqi, rəsm. // Uyğunsuz. ahəngsizlik is. Səslər və ya rənglər arasında uyğunluq (ahəng) olmaması. Nəğmənin, şerin, musiqinin ahəngsizliyi. Rənglərin ahəngsizliyi. ahənrüba is. [fars.] bax. maqnit. Ahənrüba – yunanca miqnatis, rusca maqnit, bu bir cövhərdir ki, dəmiri cəlb edir. C.Məmmədquluzadə. Məlumdur ki, ahənrübani dəmirin yanına gətirəndə onu çəkir. H.Zərdabi. // məc. Cəzbedici qüvvə, cazibə. Onda sanki ahənrüba var idi. – Könül qərq oldu əşki-alə, lakin tazə can tapdı; Su içrə qalsa da xasiyyəti-ahənrüba getməz. S.Ə.Şirvani. Bu sözlər elə bil hamını ahənrüba kimi özünə çəkdi. S.Rəhman. ahəstə sif. və zərf [fars.] Asta, yavaş, ağır, üsullu. Dərənin hər iki tərəfindən bitmiş yüzillik palıd və fıstıq ağaclarının budaqları ahəstə əsən nəsimdən hərəkətlidir. M.F.Axundzadə. Ey dil, amandı, sirrini biganə bilməsin; Ahəstə zülfi-yardə yat, şanə bilməsin! M.Ə.Sabir. [İlyasov] bir az cəsarətsizlik hiss olunan ahəstə səslə əlavə etdi. Mir Cəlal. ahəstə-ahəstə zərf Yavaş-yavaş, ağırağır. Göyün ulduzları da guya bir-biri ilə məhəbbətdən dəm vururdular. Bədirlənmiş ay bunların arasında ahəstə-ahəstə məbhut gəzib, dünyaya tamaşa edirdi. Ə.Haqverdiyev. Günəş dağın dalından ahəstə-ahəstə çıxırdı. S.S.Axundov. ahəstəcə zərf Astaca, astalıqla, yavaşca, yavaş-yavaş, üsulluca. Çox soyuqdur çıxan ahəstəcə tək-tək nəfəsi; Bədənində donuşub laxtalanır qan, ölüb-ə! M.Ə.Sabir. [Məşədi Əsgər] ahəstəcə qapını açıb içəri girdi. S.M.Qənizadə. // Pəsdən, yavaşdan. Gülxar ahəstəcə mahnı oxuyurdu. Ə.Vəliyev. ah-fəğan (=ahü fəğan) bax. ah-nalə, ahü nalə 2-ci mənada. Könlüm quşu görəndə çü zülfün kəməndini; Ahü fəğanü nalədə biixtiyardır. Heyran xanım. Sınıbdır xatirim səndən, dəxi ahü fəğan etməz. S.Ə.Şirvani. Hər tərəfdən ucaldı ahü fəğan. H.Cavid. ahü fəğan (=ah-fəğan) bax. ah-nalə, ahü nalə 2-ci mənada. Könlüm quşu görəndə çü zülfün kəməndini; Ahü fəğanü nalədə biixtiyardır. Heyran xanım. Sınıbdır xatirim səndən, dəxi ahü fəğan etməz. S.Ə.Şirvani. Hər tərəfdən ucaldı ahü fəğan. H.Cavid. ah-fəryad (=ahü fəryad) bax ahnalə, ahü nalə. [Paşa bəy:] ..Mənə heç olmasa bir yadigarın qalsa idi, bu qədər ah-fəryad eləməzdim. Ə.Vəliyev. ahü fəryad (=ah-fəryad) bax ahnalə, ahü nalə. [Paşa bəy:] ..Mənə heç olmasa bir yadigarın qalsa idi, bu qədər ah-fəryad eləməzdim. Ə.Vəliyev. ahıl sif. [fars.] Yaşa dolmuş, yaşlı, qocalmağa başlayan, qocalıq əlamətləri göstərməyə başlayan. Ahıl kişi. Ahıl arvad. – Neçə nəfər ahıl və cavan qadınlar arxalarında səhəngləri gəlib səhnədən keçmək istəyirlər. Ə.Haqverdiyev. [Hacı Fərəc:] Necə bilirsən, kərbəlayı, Zinyət xanım bir cavan oğlana getsə yaxşıdır, yoxsa bir ahıl, namaz qılan Allah bəndəsinə getsə? N.Vəzirov. // İs. mənasında. Eşitdim ahılların şirin zümzüməsini; Dinlədim lay-lay deyən anaların səsini. Ə.Cəmil. Yorulmuş gəncləri evdə çörək yeyib qayıdan ahıllar əvəz edirdilər. M.Hüseyn. ahıllanma “Ahıllanmaq”dan f.is. ahıllanmaq bax. ahıllaşmaq. ahıllaşma “Ahıllaşmaq”dan f.is. ahıllaşmaq f. Yavaş-yavaş yaşa dolmaq, qocalmağa başlamaq. ahıllıq is. Ahıl adamın halı. ah-nalə (=ahü nalə) is. Fəryad, ağlama, ah-vay, ağlayıb-zarıma. Hərbilər dərhal ah-nalə edən Musa kişinin üstünə atıldılar. Onu götürüb aparmaq istədilər. M.İbrahimov. O biri otaqda Səlimnaz arvadın ah-naləsi ucaldı. M.Hüseyn. • Ah-nalə etmək – fəryad etmək, ağlamaq, ağlayıb-zarımaq. ahü nalə (=ah-nalə) is. Fəryad, ağlama, ah-vay, ağlayıb-zarıma. Hərbilər dərhal ah-nalə edən Musa kişinin üstünə atıldılar. Onu götürüb aparmaq istədilər. M.İbrahimov. O biri otaqda Səlimnaz arvadın ah-naləsi ucaldı. M.Hüseyn. • Ah-nalə etmək – fəryad etmək, ağlamaq, ağlayıb-zarımaq. ahu is. [fars.]\n1. Ceyran. Ətirlərimizin əlası müşkdür ki, ahunun göbəyinin qanından ibarətdir. C.Məmmədquluzadə. Məstan bir qaçan ahuya dönüb, indi kəməndə gəlmir. S.Rəhimov.\n2. Şairanə təşbihlərdə: dilbər, gözəl. Aşiqidilxəstəni hərdəm sorar, ahu gəlir. Xətayi. Möcüz budur ki, ahuya ahu şikardır. Heyran xanım. • Gözləri ahu, gözü ahu – bax. ahugözlü. Ey badi-səba, qasidi-müşkinə rəvayih; Ol gözləri ahuyə qıl əhvalımı vazih. S.Ə.Şirvani. Ahu gözlər – iri və gözəl gözlər. Vaqif geyinib otaqdan çıxdı və yenə gözucu arvadını süzdü: qara, ahu gözlərdə odlu yaşlar parlayırdı. Çəmənzəminli. ‣ Ahuyi-xəta, ahuyi-xətən – əsil mənası “Çin ahusu” olub, klassik şeirdə gözələ, dilbərə işarədir. Bənzər ahuyi-xətayə rəvişin filcümlə; Yoxsa tərzi-nigəhi nərgisi-şəhla nə bilir? Q.Zakir. Çin əhlinə göstər gözəlim, çeşmlə zülfün; Fəxr etməsin ahuyi-xətən, müşki-tərim var. Ə.Vahid. ahubaxışlı şair. bax. ahugözlü. ah-uf bax. ah-vay. Arvad o qədər ahuf elədi ki, az qaldı bağrı çatlasın. Ə.Vəliyev. ahugözlü sif. şair. İri və gözəl gözləri olan (qadın, qız haqqında). Apardı ağlımı bir ahugözlü; Bir bənövşə boylu, bir laləüzlü. M.V.Vidadi. O ahugözlü, deyirlər, bu gün şikarə gedib; Alıbdı səbrü qərarımı aşikarə gedib. S.Ə.Şirvani. ahuyerişli sif. şair. Gözəl yerişli (klassik ədəbiyyatda gözəlin epitetlərindən biri). ah-vay (=ahü vay) is. Dərd, kədər, qüssə, qəm. Çox etdi mənçün ah-vayı; Gözündən axıtdı dürlü çayı. Xətayi. // Fəryad, fəğan. ..Getdikcə şəhərin hər tərəfini saran fəryad və ah-vay səslərini eşidirdik. M.S.Ordubadi. Mən az görməmişəm bu sarayları; Burda göyə çıxan ahü vayları. S.Vurğun. • Ah-vay etmək – kədərlənmək, dərdlənmək, dərd və qüssədən şikayətlənmək. // Fəryad etmək. Yeni məhbus uzun müddət ah-vay etmiş, .. düşdüyü yerdə yatıb qalmışdı. M.İbrahimov. ahü vay (=ah-vay) is. Dərd, kədər, qüssə, qəm. Çox etdi mənçün ah-vayı; Gözündən axıtdı dürlü çayı. Xətayi. // Fəryad, fəğan. ..Getdikcə şəhərin hər tərəfini saran fəryad və ah-vay səslərini eşidirdik. M.S.Ordubadi. Mən az görməmişəm bu sarayları; Burda göyə çıxan ahü vayları. S.Vurğun. • Ah-vay etmək – kədərlənmək, dərdlənmək, dərd və qüssədən şikayətlənmək. // Fəryad etmək. Yeni məhbus uzun müddət ah-vay etmiş, .. düşdüyü yerdə yatıb qalmışdı. M.İbrahimov. ah-vayçı sif. Ah-vay edən, şikayətlənən, daim inildəyən, sızlayan. Görünür, bu cür ah-vayçı nitqlər yığıncaqdakıların zəhləsini tökmüşdü. ah-zar (=ahü zar) is. Ah çəkmə, sızlama, zarıldama; fəryad, inilti. Ey yüzi gülşən, sana bu ah-zarım xoşmudur? Nəsimi. Nə vaxtadək ğəmi-hicrində ahü zar çəkim? X.Natəvan. Çəməndə bülbül oxur, ya fəğani-Seyyiddir? Gənə bu nəğmə onun ahü zarına bənzər. S.Ə.Şirvani. Nədir sənin dərdin, bu nə ahü zardır? Ü.Hacıbəyov. • Ah-zar etmək (eləmək) – ah çəkmək, sızlamaq, zarıldamaq, fəryad etmək, inildəmək. Günahsız dustaq ah-zar eləməyə başladı. M.F.Axundzadə. ahü zar (=ah-zar) is. Ah çəkmə, sızlama, zarıldama; fəryad, inilti. Ey yüzi gülşən, sana bu ah-zarım xoşmudur? Nəsimi. Nə vaxtadək ğəmi-hicrində ahü zar çəkim? X.Natəvan. Çəməndə bülbül oxur, ya fəğani-Seyyiddir? Gənə bu nəğmə onun ahü zarına bənzər. S.Ə.Şirvani. Nədir sənin dərdin, bu nə ahü zardır? Ü.Hacıbəyov. • Ah-zar etmək (eləmək) – ah çəkmək, sızlamaq, zarıldamaq, fəryad etmək, inildəmək. Günahsız dustaq ah-zar eləməyə başladı. M.F.Axundzadə. ax nida.\n1. Təəccüb, təəssüf, arzu, həsrət və başqa hissləri bildirir (bəzən təkrar şəklində işlənir). Ax, az qala yadımdan çıxmışdı. Ax, nə gözəldir! – Ax, necə kef çəkməli əyyam idi! M.Ə.Sabir. [Əvvəlinci azarlı:] Ax! Ax! Vallah, bilmirəm ki, bu nə dərddi ki, gəlib yapışıb yaxamdan. C.Məmmədquluzadə. [Sara:] Ax, fələk! Bu nə fəlakətdir məni saldın, mən ki ömrümdə bir kəsi incitməmişəm. C.Cabbarlı.\n2. Məzəmmət, töhmət, danlaq bildirir. [Ağa Mərdan:] Ax, məlun gör nə mərtəbədə qaim və xəsis adamdır. M.F.Axundzadə. [Əşrəf:] Ax, onun əlindən nələr çəkmədim? A.Şaiq. axan f.sif.\n1. bax. axar 1-ci mənada. [Salam] lal axan kəhriz suyundan ovuc dolusu içdi. Mir Cəlal.\n2. məc. Süzgün, xumar. Yuxusuz maraltək hərdən süzülüb; Axan gözlərinin sədəqəsi canım. Q.Zakir. ‣ Axan ulduz – fəzalardan çox iti sürətlə yerə düşən və bu zaman güclü işıq verən göy cismi. axar 1. sif. Daim axan (axmaz əksi). Axar su. Axar çay. Axar bulaq. – Sevgili bir çoban, on bir yaşında; Düdük çalır axar sular başında. H.Cavid. Yenə axar çaylar üstdə dəmir körpü qurulacaq. S.Vurğun. Səltənət axar su axtarırdı. Mir Cəlal.\n2. is. Cərəyan səmti, istiqaməti. Suyun axarı. Çayın axarı ilə getmək.\n3. məc. Səlis, rəvan, ahəngdar. Noldu söylədiyin axar qoşmalar; Andımı həsrətlə səni hər nigar?! S.Vurğun. axar-baxar is.\n1. Hər tərəfi açıq və xoş mənzərəli yer, göz işlədikcə görünən yer; mənzərə. Əlli beş evdən ibarət olan bu kəndin çox gözəl və qəşəng axar-baxarı vardı. Ə.Vəliyev.\n2. Suayırıcı; iki çay və ya su hövzəsini bölən xətt. axar-baxarlı sif. Hər tərəfi açıq və xoş mənzərəli. Alaçığımız obadan bir az uzaq, atamın bəyəndiyi axar-baxarlı gözəl bir yerdə quruldu. A.Şaiq. axarlı sif.\n1. xüs. Hərəkət zamanı havanın müqavimətinə daha az məruz qalmaq üçün müvafiq bir formada düzəldilmiş (avtomobil, təyyarə haqqında). Təyyarənin qanadı hava üçün xüsusilə axarlı (z.) qayrılmışdı.\n2. Bir tərəfdən axar yeri olan, durğun olmayan. Axarlı göl. axarlıq is.\n1. Qərarsızlıq, səbatsızlıq, tez-tez dəyişmə. İşçi qüvvəsinin axarlığı.\n2. məc. Səlislik, ahəngdarlıq, rəvanlıq. Şerin axarlığı. Musiqinin axarlığı. axça bax. ağça. axçasız bax. ağçasız. axdırmaq “Axmaq”dan icb. axı əd. Əvvəlki fikri əsaslandırmaq, yaxud bir şeyi sübut etmək, ifadəni gücləndirmək üçün söylənir, bəzən etiraz, narazılıq, məzəmmət, bəzən də xahiş, təkid bildirir. Niyə belə yubanırsan, axı işə gecikirsən. Axı bu bir həqiqətdir. Axı o təhlükədədir, ona tez kömək etmək lazımdır. – [Ağa Kərim xan:] Zalım oğlu, deyəsən, pulların yerini bilib, axı... N.Vəzirov. [Zeynəb:] Axı, qardaş, mən yorulmuşam. S.S.Axundov. [Verdiyev:] Beş kişinin biriyəm axı, niyə məni tay-tuş içində yerə vurursan! Mir Cəlal. [Xavər:] Əzizim, .. bax, bu balaca üçün özünü gözləməlisən, axı sənsiz onun axırı nə olar? M.İbrahimov. axıcı sif.\n1. Axmağa qabil olan; duru. Axıcı cisimlər.\n2. məc. Səlis, rəvan. Bütün əsər boyu istər yazıçının təsvirlərində, istərsə surətlərin danışığında axıcı, ahəngdar, gözəl Azərbaycan dilinin musiqisi qulağımıza dəyir. M.İbrahimov. Bütün müdərrislərimiz ondakı [Həsəndəki] səlis, axıcı natiqlik məharətinə qibtə edirdilər. İ.Əfəndiyev. axıcılıq bax. axarlıq. axıdılma “Axıdılmaq”dan f.is. axıdılmaq “Axıtmaq”dan məch. axım is. Axma, axıntı. axın is.\n1. Sürətlə axan su; sel; iti cərəyan, güclü axan su, selab. Yağışdan əmələ gələn axın yolları xarab etdi. // Cərəyan, suyun axıb getdiyi tərəf. Çayın axını ilə üzmək. – Sən ki son nəfəsinlə vətəni andın; Çayların axını dayandı bir an. S.Vurğun. // Axma. Lənkəran, Naxçıvan və Kür-Araz ovalıqlarından axan çaylar, onların axın şəraiti, dərələrinin xarakteri və s. birbirindən fərqlidir. M.Qaşqay.\n2. Məftildə elektrik cərəyanının hərəkəti.\n3. məc. Arası kəsilmədən hərəkət edən insan və s. kütləsi, izdiham. Canlı insan axını. Axının qabağını dayandırmaq. – Axının kənara atdığı Ayaz da fəryad qopardı. M.İbrahimov. Baxınız, qarşımı tutmuş bir axın; Güclüdən güclü, dənizdən daşqın. M.Müşfiq. • Axına qoşulmaq – əksəriyyətə tabe olmaq. Şahnisə xanım çıxılmaz bir vəziyyətdə qalıb, nə “hə”, nə “yox” deyir, istər-istəməz axına qoşularaq deyilənlərə tabe olurdu. Çəmənzəminli.\n4. məc. Gediş, cərəyan. ..Həyatın təbii axını onu [Səriyyəni] bir kor kimi istədiyi səmtə sürükləyirdi. M.İbrahimov.\n5. Hücum, basqın, həmlə. Düşmən qoşunlarının axını dayandırıldı. – Burada çox oynadı qılınclar, qınlar; Ordular, karvanlar, başsız axınlar. S.Vurğun.\n6. məc. Qərarsızlıq, tez-tez dəyişmə. Zavodda işçi qüvvəsi axını çox böyükdür. axın-axın zərf Sel kimi bir-birinin ardınca, arasıkəsilməz axın kimi; aramsız. Bakılılar hər axşam axın-axın dənizkənarı bulvara çıxırlar. – Ətəkli çöllərdən hey axın-axın; Qalxan dolaşalar qaqqıldaşaraq; ..Başımın üstündə dövrələr vurur. S.Vurğun. axınölçən is. xüs. Axının gücünü, istiqamətini və s. xüsusiyyətlərini müəyyən etmək üçün cihaz. Avtomatik dalğaölçən və axınölçən cihazları ekspedisiya üzvləri ixtira etmişlər. Qəzetlərdən. axıntı is.\n1. Bir tərəfə doğru hərəkət edən su, hava, yaxud elektrik kütləsi cərəyanı.\n2. Su ilə axıb bir yerə yığılan şeylər, suyun özü ilə gətirdiyi şeylər. axıntılı sif. Axar, axıntısı olan, suyun axar yeri olan. Axıntılı göl. Axıntılı hovuz. axır is.\n1. Son, nəhayət; bir şeyin son nöqtəsi, qurtaracağı. Yolun axırı. İşin axırı. Qışın axırı. İclasın axırı. Mahnının axırı. İlin axırına az qalır. Şəhərin axırında yaşayıram. – [Mirzə Fətəli:] Hər bir qaranlığın axırı işıqdır. Ə.Haqverdiyev. // sif. Axırıncı, sonuncu. Axır sözün nədir? – Bu il nə cür olursa məktəbə getməyi qərara almışdım. Yayın axır ayından anamın qulağını doldurmağa başladım. M.İbrahimov.\n2. Aqibət, nəticə, son. İşin axırı necə oldu? Bu uşağın axırı necə olacaq? – [Miraxur:] Heyif ki, sən də arvad felinə düşübsən. Gəl bu daşı ətəyindən tök! Axırı yoxdur. Çəmənzəminli. [Turac:] Kitabda yazılan sevgilərin axırı eyzən dava-şava olur. İ.Əfəndiyev.\n3. Axırda, nəticədə, nəhayət(də) (bəzən “axırı” şəklində işlənir). Geyinmisən yaşıl üstdən alı sən; Axır bizi eşq oduna salısan. (Qoşma). Öldürdün axır, məndəki can qalmadı əsla. M.P.Vaqif. Ey gül, sənə əvvəldə xiridar mən oldum; Axır nəzərində hamıdan xar mən oldum. S.Ə.Şirvani. Axırı biçarə ananız sizə deyirdi: – Bala, ağlama, xortdan gələr səni aparar! C.Məmmədquluzadə.\n4. məc. Ölüm, son nəfəs. Onun axırına az qalıb. – [Rus qızı:] Təəssüf ki, mən sənə qoşula bilməyəcəyəm. Hiss eləyirəm ki, axırımdır. C.Məmmədquluzadə.\n5. bax. axı. Bahari-zahirin axır nədir tamaşası; Həmişə dildə sənin solmayan baharın var. S.Ə.Şirvani. Axır nə səbəb söz deməyə qüdrətin olsun? M.Ə.Sabir. [Mirzə Məmmədəli:] A kişi, mən bilmirəm ədib nədi, axır ey! C.Məmmədquluzadə. [Kəndlilər:] Bəy, axır yağış yağmayır, nə etməli? Ə.Haqverdiyev. ‣ Axır çərşənbə – Novruz bayramı ərəfəsinə düşən sonuncu çərşənbə günü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər. M.İbrahimov. Axır ki – bax. axırı ki (“axırı”da). Axır qoymaq – son qoymaq, nəhayət vermək. [Şamo:] Bu vurhavura bir axır qoymaq olacaqmı? S.Rəhimov. Axır nəfəs – ölüm. Etdim axır nəfəsimdə ləbi-cananə təmə; Ölürəm, eybi nədir, gər eləsəm canə təmə. S.Ə.Şirvani. [Səlimnaz xanım:] Bu saat hazır olur; çaysız hara gedirsiniz! ..Saat üçəcən ac qalsan gündə, axır nəfəsin olar. N.Vəzirov. Axıra qalmaq – Bir şeyin sırasında sonuncu, ən axırdakı olmaq, ən axırda gəlmək. Axıra yetirmək (çatdırmaq) – qurtarmaq, tamamlamaq, başa çatdırmaq. Lağlağı .. sözümü kəsib, qoymadı vərəqi axıra yetirəm; mən sakit oldum və o özü başladı oxumağa. C.Məmmədquluzadə. Axıra yetmək (çatmaq) – qurtarmaq, tamamlanmaq, başa çatmaq. Axırı bir yana çıxmaq – bir nəticə vermək, bir şeylə nəticələnmək. [Nəcəf bəy:] Gedib orada işləsin, bəlkə axırı bir yana çıxa. Ə.Haqverdiyev. Axırı xeyir olmaq – nəticəsi yaxşı olmaq, xoşbəxtliyə, ağ günə çıxmaq. Axırı xeyir olsun! – birisinə uğurlar, yaxşılıq diləmək üçün deyilir. Axırı olmaq – 1) bitmək, qurtarmaq; 2) gələcəyi olmaq, nəticəsi olmaq, sonu olmaq; 3) əldən düşmək, üzülmək, yorulmaq. Axırına daş atmaq, axırına çıxmaq – 1) məhv etmək, yox etmək, puç etmək. Bu qədər fitnə və feil tamam sənin işin imiş, Allah qoysa, sənin axırına çıxaram! M.F.Axundzadə; 2) qurtarmaq, hamısını işlətmək, ya xərcləmək (boş yerə, səmərəsiz). Axırını eləmək – öldürmək, işini bitirmək. [Şirin:] Hələ dur! Dur, yoxsa axırını elərəm... N.Vəzirov. Yoxsa mənim axırımı eləməyə gəlibsən? Ə.Haqverdiyev. Dünyanın axırı – qiyamət. [Feyzi:] Yəqin dünyanın axırıdır! Ə.Haqverdiyev. axır-axırda bax. axırda 2-ci mənada. Köhnə ili yaxşı başa vurmuşdum, amma axıraxırda işlər korlandı. “Kirpi”. axırda zərf\n1. Hamıdan sonra, qurtaracaqda. Axırda duran kimdir?\n2. Nəticədə, ən nəhayətdə, bir şeyin nəticəsində, nəhayət. Axırda dilə gəlib cavab verdi. O, axırda özü avara qalacaqdır. Axırda bildiyi yadından çıxacaq. – Ey xuda, kim çəkər axırda gülabın o gülün; Dərdisər dəfinə aləmdə bu dərman gülüdür. S.Ə.Şirvani. Muzdur çamadanı qabağına alıb, açar yerini mismar ilə qurdalamağa başlayıb, axırda açdı. S.M.Qənizadə. Axırda hər yandan qarğa-quzğun kimi dövlətlilər tökülüb şeyxi yatırtdılar. M.İbrahimov. axır-əzəl zərf [ər.] Tez-gec, mütləq, nəhayətdə. Heç nə istəmərəm iki dünyada; Sənsən mənim axır-əzəl, sevdiyim. M.P.Vaqif. axırı bax. axırda 2-ci mənada. Axırı bir gün atası rəhmətlik hesabdar Gəldiyevi ayıltdı. Mir Cəlal. axır ki (=axırı ki) – gözlənilən bir hadisə baş verdikdə deyilir; nəhayət. Axırı ki, duman seyrəkləşdi. Elə bil, üfüqdən-üfüqə uzanan boz bir pərdəni yuxarı qaldırıb çadır kimi başımızın üstündən asdılar. R.Rza. axırı ki (=axır ki) – gözlənilən bir hadisə baş verdikdə deyilir; nəhayət. Axırı ki, duman seyrəkləşdi. Elə bil, üfüqdən-üfüqə uzanan boz bir pərdəni yuxarı qaldırıb çadır kimi başımızın üstündən asdılar. R.Rza. axırıncı sif.\n1. Bir şeyin sırasında sonuncu, ən axırdakı; ən axırda olan (gələn). Axırıncı tamaşa. Axırıncı dərs. Küçədə axırıncı bina. Axırıncı qurtum. Axırıncı dəfə. Axırıncı iclas. Axırıncı aşırım. Həftənin axırıncı günü. – ..Günün axırıncı şəfəqi uca ağacların başını qızıl rəngində etmişdi və nazik yel yavaş-yavaş əsib yarpaqları tərpədirdi. N.Nərimanov. Axırıncı sözləri eşidəndən sonra Mahmud .. arxayın ola biləcəyini yəqin etdi. Ə.Əbülhəsən. // İs. mənasında. Axırıncı kimdir? Axırıncı mənəm. Axırıncı da getdi.\n2. Ailədə hamıdan kiçiyi. Ailədə axırıncı uşaq. Axırıncı oğul. Axırıncı övlad.\n3. Qəti, son, qurtaracaq. Axırıncı qiymət. Mən hələ axırıncı sözümü söyləməmişəm. Bu mənim axırıncı qərarımdır.\n4. Ən yeni, ən təzə, yenicə meydana çıxmış, son. Axırıncı moda. Texnikanın axırıncı nailiyyəti. Elmin axırıncı sözü.\n5. Ən pis, ən əhəmiyyətsiz. Axırıncı yerdə durmamaq üçün gecə-gündüz çalışmaq lazımdır. // Daha az əhəmiyyəti olan. Axırıncı rolları ifa etmək. axırsız sif.\n1. Sonsuz, nəhayətsiz; sonu, həddi olmayan.\n2. Son dərəcə uzun, sürəkli, bitməyən.\n3. Nəticəsiz, aqibətsiz. axırsızlıq is.\n1. Sonsuzluq, nəhayətsizlik; sonu, nəhayəti olmama.\n2. Nəticəsizlik, aqibətsizlik. axır-uxur sif. və is. dan. Son, axır. Münəvvər xanım süfrə açanda əri, sanki kiminləsə savaşmasının axır-uxurunu danışırdı. Mir Cəlal. // Son qalıq. axırzaman is. din. Dünyanın axırı, qiyamət. Axırzamandı, bir qulaq as, ərşi titrədir; Millətlərin haray-mədədi, əl-aman səsi. Şəhriyar. axış is. Axma, axma tərzi. Dağların yağışından; Rəngindən, axışından; Bu gediş ömürlükdür; Duymuşam baxışından. (Bayatı). Gümüş xəncərə bənzər dağ döşündən axan çay; O çayların axışı şerimə olarmı tay? S.Rüstəm. Kür sakit axıb gedir, axışı ürəyimdə; İzlər buraxıb gedir. M.Rahim. axışma “Axışmaq”dan f.is. axışmaq f.\n1. Axıb bir yerə yığılmaq, hər tərəfdən axıb gəlmək, axıb tökülmək; axmaq. Çöl suları axışıb dərəyə tökülür. – Qızdı günəş, əsdi isti yellər; Qarlar əridi, axışdı sellər. A.Şaiq.\n2. məc. Axın halına gəlmək, getmək, yayılmaq (bəzən “axışıb gəlmək” şəklində işlənir). Böyük xalq kütləsi meydana axışırdı. – Yurdun hər bucağından igidlər, pəhləvanlar, oxatanlar, .. məşhur ozanlar axışıb gəlmişdi. M.Rzaquluzadə. Axşama yaxın şairin xaraba kəndə gəldiyi xəbəri .. kənd əhalisi arasında yayılırkən, hamı axışıb kəndə doğru üz tutdu. Ə.Məmmədxanlı. Minlərcə gənclər kitab üçün axışıb gəlirlər. Mir Cəlal. // Pərakəndə halda hərəkət etmək, getmək. Buludlar parçalanıb cənuba doğru axışmağa başladı. Ə.Məmmədxanlı. axıtdırma “Axıtdırmaq”dan f.is. axıtdırmaq bax. axdırmaq. axıtma “Axıtmaq”dan f.is. axıtmaq f.\n1. Axmasına səbəb olmaq. Suyu axıtmaq. Südü axıtmaq. Qan axıtmaq (adam öldürmək, ya yaralamaq). – Göztək bulaqlardan, buztək suları; Axıdıb çaylara qatar o dağlar. H.K.Sanılı.\n2. Tökmək. Ey Füzuli, axıdıb seyli-sirişk ağlıyalı; Eşq əhlinə fəğan etməyi qanun etdin. Füzuli. Axıtdım alnımın inci tərini; Yanmadım ömrümün iki ilinə. S.Vurğun. • Göz yaşı, yaxud gözlərinin yaşını axıtmaq – ağlamaq. Lotular oturub bir qədər mərhumu yalanbaşdan yad edib, göz yaşı axıtdılar. “Aşıq Qərib”. Şahməmməd adı eşidəndə pişxidmətin rəngi saraldı. Gözlərinin yaşını axıdaraq səcdəyə düşdü. Çəmənzəminli.\n3. məc. Çoxlu miqdarda və ardı-arası kəsilmədən göndərmək, yollamaq. Hər beşdə, üçdə etdi, hər səmtə bir səyahət; Hər bir səyahətində, seltək axıtdı sərvət. M.Ə.Sabir. [Uluca:] Başlayır kinə, çökür şən-şövkət; Axıdır Ruma xəzinə, sərvət. A.Şaiq.\n4. Axar su ilə göndərmək. Çayla ağac axıtmaq.\n5. məc. Süzmək, baxmaq. [Qazı] bir qədər qabağa gəlib qoşa ovcunu tutub qabağa və gözlərini yuxarı axıdıb.. C.Məmmədquluzadə. axızdırılmaq məch. Azca-azca axıdılma, tökülmək. axızdırmaq f. Azca-azca axıtmaq, tökmək. axızmaq bax. axızdırmaq. axirət is. [ər.] Dini etiqadlara görə, öləndən sonra insanların düşəcəyi ikinci və əbədi dünya. Ey xoş ol sərməst kim könlündə şövqü sövqdən; Axirət əndişəsi, dünya xəyalı qalmadı. Füzuli. Axirət sözünü salma yadına; Dürüst deyil mütləq etiqadına.. M.V.Vidadi. Bizim həmməzhəbimiz olan elm və savad sahibləri indiyə qədər ancaq xalqın axirət mənafeyinə dair yazılar yazmışlar. M.F.Axundzadə. axirətlik is.\n1. Axirətə mənsub olan.\n2. Dinə sadiq qalmaqla və öz əməllərilə axirəti qazanmış adam. axirətsiz sif. din. Dinsiz, imansız, günahkar. [Şirin:] Paho, paho! Nurcahan qarı, axirətsiz, nə tez xam yerə şikarə çıxmısan? N.Vəzirov. axirüləmr ara söz [ər.] Axırda, nəticədə, işin axırında, ən nəhayət. Axirüləmr, məsələ anlaşıldı. C.Məmmədquluzadə. [Məşədi Əsgər] axirüləmr naümidliklə yenə öz evi tərəfə üz döndərib Qanlı təpə üstünə qayıtdı. S.M.Qənizadə. Axirüləmr Aslan naçar qalıb Sitarənin sözlərinə razı olmağa məcbur oldu. C.Cabbarlı. axma “Axmaq1 ”dan f.is. axmaq I. f.\n1. Bir istiqamətdə getmək, cərəyan etmək (mayelər və hava haqqında). Çay axır. Su axır. Damarlarda qan axır. – Ərir dağın, çölün qarı; Axır dərələrə sarı. A.Səhhət. [Tahir] pəncərədən içəri axan təmiz havada xumarlana-xumarlana yuxuya getdi. M.Hüseyn.\n2. Sızmaq, xarab olduğu üçün mayeni buraxmaq. Dam axır. Qab axır. Kran axır.\n3. Damcı-damcı tökülmək (axmaq). Qapında inləyim mən; Sözü de, dinləyim mən; Qoy axsın gözüm yaşı; Bir az sərinləyim mən. (Bayatı).\n4. məc. Gəlmək, tökülmək. Alovlar dağıdan xoş nəfəsindən; Hər əsgər qəlbinə min qüvvət axdı. S.Vurğun. [Mürsəl kişi] qəmli ürəyinə axan bir sevincin təsiri ilə gülümsündü. M.Hüseyn.\n5. məc. Qüvvətli kütlə və ya izdiham halında hərəkət etmək, irəliləmək, yerimək, getmək, gəlmək. Qoşunlar ardı-arası kəsilmədən axıb gedirdi. – Nəhayət, kəndlilərdən biri ayını tüfəng ilə vurub öldürüncə qələbəlik ayının yuvasına doğru axdı. A.Şaiq. Hamısı dönüb geriyə baxdı, bəziləri isə səs gələn tərəfə axıb getməyə başladı. M.S.Ordubadi. Bu təklifi qəbul edərək xalq saray meydanına tərəf axmağa başladı. S.S.Axundov.\n6. məc. Sakit, müntəzəm hərəkət etmək. Buludlar sakit-sakit göydə axır. // Səlislik, ahəngdarlıq mənasında. Musiqinin səsi axır.\n7. məc. Getmək, ötmək, keçmək (bəzən “axıb getmək” şəklində işlənir). Vaxt çox tez axıb gedir. Həyat öz qaydası ilə axıb gedir. Hər şey axır, hər şey dəyişir. – Bu vəfasız ömür, bu coşqun dərə; Gərək boş-boşuna axıb keçməsin. M.Müşfiq. Fikrində, hissində inqilab yarat; Anla ki, hər zaman axır bu həyat! S.Vurğun. // məc. Cərəyan etmək, başa gəlmək, keçmək. Həyat öz məcrası ilə axır.\n8. Suyun üzü ilə, cərəyanı ilə getmək; cərəyan aparmaq. Qayıqlar sahil yanından axıb keçdi.\n9. məc. Süzgün göz haqqında. Min yerdən “can!” deyildi; Hər axan süzgün gözə. Ə.Cavad. // Özündən gedən, can verən adamın gözləri haqqında.\n\nII. sif. Səfeh, ağılsız, gic. Axmaq adam. – Əlhəq, münəccimbaşı dəxi görünür ki, çox axmaq imiş. M.F.Axundzadə. // Mənasız, boş (söz, hərəkət, iş və s.). Axmaq hərəkət. Axmaq iş tutmaq. Axmaq fikir. – [Rüstəm bəy:] Həsənqulu bəy, Rza bəy, sizin üçün eyib olsun ki, bu cürə axmaq sözə inanıb, mənim qapıma gəlirsiniz. Ü.Hacıbəyov. [Tarverdi:] Mən özüm də istəməzdim onun axmaq sözlərini söyləyim. C.Cabbarlı. // Zərf mənasında. [Tubu:] Axmaq danışmıram, sözün gerçəyini mən deyirəm. Ə.Haqverdiyev. // Bəzən söyüş kimi işlənir. axmaq-axmaq zərf [Həmzə bəy:] Biri bir axmaq söz dedi, gərək bunlar da oturub ona axmaq-axmaq gülələr. Ə.Haqverdiyev. axmaqca (=axmaqcasına) zərf Axmaq kimi, ağılsızcasına. Axmaqcasına hərəkət etmək. Axmaqcasına inanmaq. Axmaqcasına tərslik etmək. axmaqcasına (=axmaqca) zərf Axmaq kimi, ağılsızcasına. Axmaqcasına hərəkət etmək. Axmaqcasına inanmaq. Axmaqcasına tərslik etmək. axmaqlama “Axmaqlamaq”dan f.is. axmaqlamaq f. Səfehləmək, ağlını itirmək, gicləşmək, xərifləmək. // Axmaq iş tutmaq, axmaqca hərəkət etmək, axmaqca sözlər danışmaq. [Soltan bəy:] Axmaqlama, axmaqlama! Gəl bəri, gedək o biri otağa, gör sənə nələr söyləyəcəyəm. Ü.Hacıbəyov. axmaqlaşmaq f. Getdikcə ağlı azalmaq, gicləşmək, xərifləmək, səfehləşmək. axmaqlıq is. Səfehlik, ağılsızlıq, giclik. Axmaqlığından başına bu işlər gəldi. – Bunlarda yeganə bir fikir, müstəqil bir əqidə axtarmaq, cahillik və axmaqlıqdır. M.S.Ordubadi. // Axmaq hərəkət, axmaq iş. • Axmaqlıq etmək – axmaq iş tutmaq, ağılsızlıq etmək, axmaq hərəkət etmək, anlamazlıq göstərmək. [Mərcan bəy:] Qabaqda axmaqlıq edib, kəbin pulunu beş min manat yazdırmışam. Ü.Hacıbəyov. axmaz 1. sif. Axmayan, durğun (su haqqında).\n2. is. Durğun su, çuxur yerlərdə yığılıb qalan su. Pambıq yerlərində tarlaları suvarmaq üçün axmazların suyundan da istifadə edilir. – Çayın çox girintili-çıxıntılı olması və allüvial çöküntülərin asanlıqla yuyulması nəticəsində bir sıra axmazlar və köhnə çay yataqları əmələ gəlmişdir. M.Qaşqay. Bir azdan artıq bataqlığın və axmazların əvəzinə yamyaşıl çöllər görünməyə başladı. S.Rəhman. axnaşmaq f. məh. Axışıb gəlmək, izdihamla gəlmək, axışmaq. Kişi və övrət, qoca və uşaq, hətta dördayaqlılar şəhərin kənarına axnaşıb getməkdədir. C.Məmmədquluzadə. axsaq 1. sif. Bir qıçı qısa və ya əlil olan; topal, çolaq. Axsaq adam. Axsaq at. – Köç dala qayıdanda axsaq keçi qabağa düşər. (Ata. sözü). İki axsaq tulanı da salırsan dalına, canım kəhər, gözüm kəhər, düşürsən biyabanın, düzün canına, nədi-nədi, bəy ova çıxıb. Ə.Haqverdiyev. Əbu İmran dərhal adamlarını yarıb bir az axsaq yerişilə irəli çıxdı.. Ə.Məmmədxanlı.\n2. is. Qoyunlarda çox, o biri heyvanlarda isə az təsadüf edilən yoluxma xəstəlik (ayaq xəstəliyi). axsaqlıq is. Topallıq, çolaqlıq. axsaqulaq is. məh. Yağ və sarımsaqlı qatıqdan hazırlanan bir yemək adı. axsama “Axsamaq”dan f.is. Bəxtiyarın .. belə ibadəti Hacı Kərimin işlərinin axsamasına səbəb olurdu. S.Hüseyn. axsamaq f.\n1. Bir ayağının qısalığı və ya xəstələnməsi nəticəsində bir tərəfini çəkəçəkə yerimək, taytamaq.\n2. məc. İrəliləməmək, yaxşı getməmək, ləng getmək, geridə qalmaq, işi yarıtmamaq. İşlər axsayır. O, bilik cəhətdən axsayır. – Elektrik enerjisi çatmır və bunun nəticəsində də bəzi sahələrdə iş axsayırdı. Ə.Sadıq. ‣ Hər iki ayaqdan axsamaq – işdə çoxlu nöqsan olmaq. axsar sif. Axsaq, axsayan. axsatma “Axsatmaq”dan f.is. axsatmaq f.\n1. Axsamağa səbəb olmaq, topal etmək.\n2. məc. Ləngitmək, işin yaxşı getməməsinə, geridə qalmasına səbəb olmaq. İşləri axsadan səbəbləri aradan qaldırmaq. İşləri axsadan nədir? – [Zeynal] özünün yaramaz hərəkətləri ilə ümumi şöbənin işlərini nə qədər axsatmış, bundan dolayı şöbə müdiri şəxsən bir-iki kərə töhmətə uğramışdır. S.Hüseyn. axşam is. Günəşin batmasından gecənin başlanmasına qədər olan vaxt, günbatan vaxt. Axşam növbəsi. Axşam məktəbi. Axşam İstanbula çatdıq. – Axşam vaxtları kəndin kənarında durub yaşıl çəmənlərə tamaşa eləyəndə görərsən ki, naxır üz qoyub kəndə gəlməyə. C.Məmmədquluzadə. Fələkzədə Məşədi Əsgər bu gün də uşaqlara baxmağa davam edə bilməyib, axşam vaxtı evdən çıxdı. S.M.Qənizadə. • Axşam düşmək (qovuşmaq, enmək) – hava qaralmaq, gün batmaq. Uşaqların dördü də axşam qovuşanda, cücələr ana toyuğa qısılan kimi, qıçından, tumanın ətəyindən tutaraq ona [analarına] qısılmışdı. M.İbrahimov. Sakit Azərbaycan kəndi üzərinə bir yaz axşamı enirdi. Ə.Məmmədxanlı. Axşam düşdü, evdə ağ çıraq yandı. S.Rəhimov. Axşam eləmək – axşama qədər keçinmək, axşama qədər qalmaq, axşamlamaq, günü keçirmək. Axşam yeməyi – axşam yeyilən xörək; şam. Axşam yeməyini yedikdən sonra, axşamlar hər məhəllənin qonşuları qum üstünə yığılıb, məşğuliyyət üçün növbənöv oyun oynardılar. H.Sarabski. Axşamın dar çağı – axşamüstü, günbatan zaman, qaş qaralan zaman. Axşamın(ız) xeyir! – axşamçağı bir-biri ilə görüşdükdə söylənilən təbrik sözü. Axşamsabah (səhər) – bütün gün, aramsız, daim, həmişə. Axşam-səhər – həmişə, daim. Günü axşam eləmək – yubanmaq, günü boş keçirmək (başa vurmaq). axşamçağı bax. axşamüstü. Axşamçağı tarın səsi, Qarabağın şikəstəsi; Hər kəsin bir həmdəmi var. M.Müşfiq. Bir gün axşamçağı usta Ağabala evə gələndə arvadına dedi: – Ə, bilirsən nə var? Çəmənzəminli. Axşamçağı idi ki, kənd əhalisi işlərini qurtarıb arvadlar və kişilər ayrı-ayrı küçə ağzında .. çöməlmiş oturmuşdular. B.Talıblı. axşamkı sif. Axşam vaxtı olmuş, axşam baş vermiş. Polad bu axşamkı görüşün, danışdıqları sözlərin təsiri altında nələr düşünmürdü. Ə.Vəliyev. axşamqabağı zərf Axşama yaxın, hava qaralmağa başlarkən. axşamlama “Axşamlamaq”dan f.is. axşamlamaq f.\n1. Yol gedərkən bir yerdə gecələyib qalmaq, axşamı orada keçirmək. Köçəri quş kimi hər yerə qoşar; Harda axşamlasa, orda da yaşar. S.Vurğun.\n2. Bütün gün, axşama qədər bir yerdə və ya bir işdə qalmaq.\n3. Axşam olmaq, gün batmaq, hava qaralmaq. ‣ Yaman yerdə axşamladıq! – gözlənilməz halda çətin vəziyyətə düşməyi bildirən ifadə. [Səriyyə xala:] Yaman yerdə axşamladıq, bala! M.İbrahimov. axşamlıq is.\n1. Axşama məxsus, axşam görüləcək iş və s. Axşamlıq heç bir işim qalmamışdır.\n2. “Bir” sözü ilə bərabər: bir axşamlıq – bir axşama (gecəyə) kifayət edəcək qədər. Lampada bir axşamlıq neft qalıb. Bir axşamlıq kömür ola, ya olmaya. Bir axşamlıq işim qalıbdır. axşamoldu is. mus. Azərbaycan xalq musiqisində axşamın düşməsini vəsf edən təsnif formalarından biri. axşamtərəfi bax. axşamüstü. axşamüstü zərf Axşam vaxtı, günbatana yaxın, hava qaranlıqlaşan vaxt. Axşamüstü gəzməyə çıxmaq. – O gün axşamüstü günəş üfüqə doğru əyilmiş, kölgələr uzanmağa başlamışdı. S.Hüseyn. Axşamüstü Bahadır kəndə hamıdan gec qayıtdı. S.Rəhman. Axşamüstü qoy uzaqdan; Havalansın xanın səsi; Qarabağın şikəstəsi. S.Vurğun. axta 1. sif. Erkəkliyi alınmış canlı. Axta öküz. Axta qoç. Axta xoruz. • Axta eləmək – bax. axtalamaq.\n2. sif. Tumu, çəyirdəyi çıxardılmış. Axta gilas. Axta gavalı. – Xalq batıbdır noğula, şəkərə, qəndə; Bizim evdə axta zoğal da yoxdur. M.P.Vaqif. // is. Tumu, çəyirdəyi çıxardılmış quru zoğal və s. Məcməyinin içində bir nimçə plov, onun üstündə bir toyuq, toyuğun içində yağla qovrulmuş kişmiş, axta olardı. H.Sarabski.\n3. is. məh. Yəhər qaltağının üstünə çəkilən gön. axtaçı is. At və başqa heyvanları axtalayan adam. axtaxana is. bot. məh. Çayıra bənzər bir ot. Axtaxana, dağda dana böyüdü; Mən böyük ollam haçana, bilmirəm. M.Ə.Sabir. axtalama “Axtalamaq”dan f.is. axtalamaq f.\n1. Axta eləmək; heyvanın, ya insanın erkəklik vəzilərini çıxartmaq; burmaq. Dananı axtalamaq. Qoçu axtalamaq. – [Müfid:] Həkimlər və cərrahlar çağırdı, onların hamısı dedilər ki, bu iş ancaq körpəlik zamanında mümkündür. Hazırda bunları axtalamaq yazıqları məhv etmək deməkdir. M.S.Ordubadi.\n2. Meyvənin tumunu (çəyirdəyini) çıxartmaq. Zoğal axtalamaq. – Birbəbir yadına sal cümlə unutduqlarını; Qış üçün axtalayıb yayda qurutduqlarını. M.Ə.Sabir.\n3. məh. Yəhərin qaltaq taxtasının üstünə gön çəkib tikmək. Qaltaq axtalamaq. axtalanma “Axtalanmaq”dan f.is. axtalanmaq məch. Axta edilmək, erkəklik vəziləri çıxardılmaq; burulmaq. axtalanmış f.sif.\n1. Axta edilmiş, erkəklik vəziləri çıxarılmış; burulmuş. Axtalanmış qoç. Axtalanmış xoruz. Axtalanmış heyvan tez kökəlir. – [Çapıq Əmrah:] Cəmiyyət də insan kimidir. Axtalanmış adamdan kişi çıxmadığı kimi, axtalanmış cəmiyyətdən də kamil cəmiyyət ola bilməz! İ.Şıxlı.\n2. Tumu (çəyirdəyi) çıxarılmış. Axtalanmış zoğal. Axtalanmış meyvə. – İxtiraçı alim armuddan tozcuqlar götürüb, üvəzin axtalanmış çiçəyinə köçürdükdə və ya əksinə etdikdə, mayalanma baş tutdu. M.Axundov. axtalatma “Axtalatmaq”dan f.is. axtalatmaq icb.\n1. Heyvanın və ya adamın erkəklik vəzilərini çıxartdırmaq; burdurmaq. Atı axtalatmaq.\n2. Meyvənin tumunu (çəyirdəyini) çıxartdırmaq. axtarılan f.sif. riyaz. Hesablama yolu ilə təyin edilməli olan. Axtarılan kəmiyyət. Axtarılan ədəd. axtarılma “Axtarılmaq”dan f.is. axtarılmaq “Axtarmaq”dan məch. Alman komandanlığının əmrinə görə, bütün evlər, zirzəmilər axtarılırdı. M.Hüseyn. axtarış is.\n1. Axtarma işi, kəşfiyyat. Neft axtarışı dəstəsi. // Bir şey, bir yol, bir çarə və s. arama. [Əli] sabit fikrə malik deyildi. Daima axtarış yolunda, tərəddüd içində yaşayırdı. Çəmənzəminli.\n2. Cinayəti sübut edəcək əşyayi-dəlil tapmaq məqsədi ilə hökumət orqanları tərəfindən icra edilən axtarma, yoxlama işi; təftiş əməliyyatı. Axtarış aparmaq. Başdanbaşa axtarış. – [Pristav dedi:] Mən sabah onun [Məhərrəmin] mənzilində axtarış yapıb şübhəli vəsiqələri taparam və sonra sürgün etmək qolaydır. H.Nəzərli. Yəqin bu evdə axtarış gedirdi. S.Rəhman. • Cinayət axtarış idarəsi – cinayət axtarıb tapmaqla məşğul olan polis şöbəsi. axtarışçı is. Bir şey axtaran, yeni üsul, yeni yol və s. axtaran. Yazıçı, şair, dramaturq, tənqidçi axtarışçı olmalıdır. S.Rəhimov. axtarışma “Axtarışmaq”dan f.is. axtarışmaq f. Hərtərəfli axtarmaq, aramaq, tapmağa çalışmaq. Necə eyb axtarışırlar, necə gör yoldan azırlar, nə görürlərsə yazırlar. M.Ə.Sabir. axtarma “Axtarmaq”dan f.is. axtarmaq f.\n1. Gizli, yaxud gizlədilmiş və ya itmiş bir şeyi tapmağa, üzə çıxarmağa çalışmaq, aramaq. Kitabı nə qədər axtardımsa, tapa bilmədim. Yerə düşmüş iynəni axtarmaq. – Axtaran tapar. (Ata. sözü). // Görməyə, tapmağa çalışmaq. Usta Ağabala qapını axtarınca divardakı şəkillərə də bir nəzər yetirdi. Çəmənzəminli. Hər kəs öz yerini axtarır, tapır və əyləşirdi. S.Rəhimov. // Aramaq, tapmağa çalışmaq. Məsmə, dərdlərini Tahirzadəyə danışmaq üçün vaxt, fürsət axtarırdı. Mir Cəlal.\n2. Əldə etməyə çalışmaq. İş axtarmaq. Özünə otaq axtarmaq. Öz haqqını axtarmaq. // Arzu etmək, bir şeyin olmasına, əmələ gəlməsinə, baş verməsinə çalışmaq. Dava-dalaş axtarmaq.\n3. Yoxlamaq, araşdırmaq, müayinə etmək, təftiş etmək. Ciblərini axtarmaq. Stolun yeşiklərini axtarmaq. – Ey müfəttiş! Yollanan kağızları axtarma çox. M.Ə.Sabir.\n4. Ummaq, gözləmək. Onda nə ədəb axtarırsan. Bizdə elə şeylər axtarma.\n5. məc. Həddindən artıq fikir vermək. Böyük işlərə fikir vermir, amma xırda şeyləri axtarır. axtartmaq icb. Bir başqası vasitəsilə axtarmaq. [Şölə xanım:] Xan səni axtardır ki, tutdursun, öldürsün. M.F.Axundzadə. ax-tüf is. Tüpürmə, bəlğəm gətirmə. ax-uf is. Heyifsilənmə, sızlama, inləmə; inilti. Səttarzadə Gəldiyevin ax-ufunu, vurnuxduğunu gördü. Mir Cəlal. Yalıncaq ax-ufla heybəsini açıb, oradan .. bir ipək köynək çıxardı. M.Rzaquluzadə. • Ax-uf eləmək – sızlamaq, inləmək. Göyçək bacı isə ax-uf eləməkdən qupquru qurumuşdu. Ə.Vəliyev. axund is. din.\n1. İslamda dini rütbə.\n2. Xüsusi təhsil görmüş din xadimi. Ey milləti cəhalətə vadar edən axund; Hər dürlü fəqrü əczə giriftar edən axund! M.Ə.Sabir. Xalıq bir dəstə pul çıxarıb axundun ovcuna basdı. S.Rəhimov. axundluq is. din. Axund sənəti, işi; mollalıq, ruhanilik. [Vaqif:] Qəşəng şey çoxdur, sənnən mənə yoxdur! Bu axundluqla keşişliyi boynumuza qoyub, dünyanı bizə haram eləyiblər. Çəmənzəminli. axur is.\n1. Heyvanlara yem tökmək üçün taxtadan, daşdan və s.-dən qayırılan divara yapışıq qab, qutu. [Əmioğlu:] Budaq baba, .. atı axura çək, rahat et, sonra uşaqlarınız ilə otağa buyurun, bizə qonaq olun. S.S.Axundov. Firidun söhbəti kəsib, yenə axurun üstündə oturdu. M.İbrahimov. Nadir axura arpa, saman töküb tövlənin o biri başında olan səkinin üstünə çıxdı. B.Talıblı.\n2. məh. İçində üzümü əzib, suyunu çıxarmaq üçün içərisi yonulub dərinləşdirilmiş tava daşı. Baba isə üzümləri dərib gətirər, daş axura töküb, şalvarını dizinədək çırmalayır .. və şirə yığırdı. H.Sarabski. ax-vay bax. ah-vay. aid əd. [ər.] Nisbəti və əlaqəsi olan, təəllüqü olan, məxsus. İdarəyə aid işlər. Dilçiliyə aid terminlər. Məsələ bizə aid deyil. Şəkil 13-cü səhifəyə aiddir. – [Nadir bəy:] Məncə, gözəllik zövqə aid bir şeydir. H.Cavid. • Aid olmaq – nisbəti və əlaqəsi olmaq, məxsus olmaq, dəxli olmaq. Bu məktub Bəhramın öz qəlbinə və taleyinə aid idi. Ə.Vəliyev. aidiyyət is. [ər.] Aid olma, nisbət və əlaqəsi olma, dəxli olma. Bunun sizə aidiyyəti varmı? • Aidiyyəti üzrə rəs. – haraya lazımsa, oraya, aid olduğu yerə. Ərizəniz aidiyyəti üzrə göndərildi. aidlik bax. aidiyyət. ailə is. [ər.]\n1. Ata-anadan, uşaqlardan, nəvələrdən və yaxın qohumlardan ibarət olub, bir yerdə yaşayan adamların hamısı; külfət. Ailə başçısı. Ailə saxlamaq. Ailə üzvü. Ailə tərbiyəsi. Ailə həyatı. Ailə vəziyyəti. – [Qətibə:] Ailəmizə üz verən böyük və bədbəxt faciələri sizə bildirməyə məcbur oldum. M.S.Ordubadi. Atılmış zəhmətə on dörd yaşında; Bir böyük ailə vardı başında. A.İldırım. Ailənin başqa üzvləri də sakit və altdan-altdan gah Şəmsiyyəyə, gah Səlimiyə baxır.. M.İbrahimov. // məc. Çox mehriban. Bir ailə kimi yaşamaq.\n2. zool. Bir erkəklə bir və ya bir neçə dişidən ibarət heyvan dəstəsi. Arı ailəsi. Qarışqa ailəsi.\n3. dilç. Mənşəcə bir olan dillər qrupu. Türk dilləri ailəsi. ailəbaz sif. və is. [ər. ailə və fars. ...baz] Ümumi mənafeyi deyil, birinci növbədə öz qohum və yaxınlarının mənafeyini güdən (adam). ailəbazlıq is. Ümumi mənafeyin ziddinə olaraq, ilk növbədə öz qohumlarının və yaxın adamlarının mənafeyini güdmə. ailəcanlı sif. Öz ailəsini çox sevən, onun qeydinə qalan, ailəsinə yaxşı baxan. Ailəcanlı kişi. – [Müəllim:] Qonşu, görürəm, siz doğrudan da əsil qayğıkeş, ailəcanlı bir yoldaşsınız. Mir Cəlal. Həmişə evcanlı, ailəcanlı; Kişilər xoş gəlir çox qadınlara... M.Araz. ailəçilik is. dan.\n1. Bax ailəpərəstlik.\n2. məc. Bir işin öz mənfəətinə, xəlvəti və öz yaxın adamlarının məhdud çərçivəsi içərisində aparılması, həll edilməsi; qohumbazlıq, dostbazlıq (mənfi mənada işlənir). İşdə ailəçiliyə yol verilməməlidir. Məsələni ailəçilik yolu ilə həll etmək olmaz. ailəli sif. Ailəsi olan, külfəti olan, arvad-uşağı olan; evli. Ailəli adam. ailəpərəst sif. [ər. ailə və fars. ...pərəst]\n1. bax. ailəcanlı.\n2. bax. ailəbaz. Ailəpərəst adam. ailəpərəstlik is.\n1. Ailəsinə məhəbbət, ailəsini sevmə.\n2. bax. ailəbazlıq. ailəsiz sif. Ailəsi, külfəti olmayan, arvad-uşağı olmayan, evli olmayan. Evsiz, ailəsiz məhəbbətmi var? S.Vurğun. ailəsizlik is. Ailəsi, külfəti, arvaduşağı olmama, ailəsiz adamın halı. ailəvi sif. [ər.] Ailəyə mənsub, ancaq ailəyə məxsus, ailəyə aid olan. Ailəvi məsələ. Ailəvi söhbət. Ailəvi qonaqlıq. – [Zübeydə xatun] xəlifə ərinin azğın eyşişrət məclislərində, əlbəttə ki, iştirak edə bilməzdi və .. o ərinin məhrəm, ailəvi məclislərindən də qaçınırdı. Ə.Məmmədxanlı. // Zərf mənasında. məc. Səs-küysüz, xəlvəti; başqaların, yad adamların iştirakı və xəbəri olmadan. Məsələni Əvəzlə birlikdə hay-küysüz, səssiz, ailəvi şəkildə həll etməyi qərara alandan sonra, ata düşünürdü. Ə.Vəliyev. ajbn [fr.] Polis, polis agenti. Nə zalım əmniyyədən, nə ajandan qorxdular. S.Rüstəm. Dustaq etmiş haqq deyən o insanı ajanlar. M.Rahim. Bir darvaza fənərini külək çırpır bayaqdan; Gəlir ajan atlarının nal səsləri uzaqdan. Ə.Cəmil. ajcr is.\n1. Deşikli hörgü.\n2. İncə krujevalı (şəbəkəli, torlu) parça. akademik I. [yun.]\n1. Elmlər Akademiyasının həqiqi üzvü.\n2. Müvafiq akademiyaya seçilmiş alimin, rəssamın, heykəltəraşın və b.-nın fəxri adı.\n\nII. sif.\n1. Akademiyaya aid olan. Akademik lüğət. Akademik kitabxana.\n2. Akademizm (2-ci mənada) ənənələrinə riayət etmə. ‣ Akademik il – tədris ili. Akademik saat – məktəbdə dərs, yaxud mühazirə üçün müəyyən edilmiş vaxt – 45-50 dəqiqə. Akademik teatr – yaradıcılıq cəhətdən nümunəvi sayılan teatr. akademiya [miladdan qabaq IV əsrdə Afina şəhəri yaxınlığındakı bağlarda qədim yunan filosofu Platon tərəfindən təşkil edilmiş məktəbin adından]\n1. Elm və sənətləri inkişaf etdirmək məqsədini daşıyan ali elmi müəssisə. Azərbaycan Milli Elmlər Akademiyası. Tibb Akademiyası.\n2. Bəzi xüsusi elm sahələrinə aid müxtəlif ali məktəblərin adı. İctimai Elmlər Akademiyası. Hərbi Tibb Akademiyası. akademizm [yun.]\n1. Elm və tədris məşğələlərində sırf nəzəri cəhətə həddindən artıq fikir verilməsi, onların praktikadan, həyatın tələblərindən ayrılması.\n2. Təsviri incəsənətdə: müəyyən klassik nümunələrə riayət etmək üçün ənənəvi qanunlar qoyan və incəsənətdə realizmə qarşı mübarizə aparan cərəyan. akasiya is. [yun.] bot. Paxlalılar fəsiləsindən ağac və ya kol cinsi. Ağ akasiya. Sarı akasiya. – Akasiya 5-6 m hündürlüyündə ağac olub xırda lələkli yarpaqları və sünbül şəklində yerləşmiş açıq-sarı rəngli və ətirli çiçəkləri vardır. R.Əliyev. Akasiya və yasəmən ağaclarının ətri küçələri doldurmuşdu. Ə.Sadıq. Camaat akasiya ağacının kölgəsində stullar qoyub səhər açılandan gecəyarısına qədər açıq havada çay içirdi. İ.Məlikzadə. akın is. [qazax.] Qazax və qırğızlarda xalq aşığı, ozan. akkord is. [ital.] mus. Bir-birindən çeşidli intervalda yerləşən, eyni zaman ərzində ən azı üç həmahəng səslənən tonun birləşməsi. Səbri bütün diqqətini toplayıb son akkordları vurdu. M.Hüseyn. akkordeon [fr.] Qarmona oxşaryan musiqi aləti. Nəfəsli musiqi alətləri əsas etibarı ilə üç qrupa ayrılır: klavişli musiqi alətləri (ərğənun, qarmon, fisqarmoniya, bayan, akkordeon və sairə)... Ə.Bədəlbəyli. akkordeonçu is. Akkordeon çalan çalğıçı. akkreditiv [fr.] İdarə və ya şəxsə vermək üçün kredit; müəssisənin digər bir müəssisəyə göstəriş sənədi. Akkreditiv ilə hər yerdə əmanət kassalarından pul almaq olar. akkumulyasiya [lat.] fiz. Elektrik enerjisinin toplanması. akkumulyator [lat.] fiz. Sonradan istifadə olunmaq məqsədi ilə elektrik enerjisi, yaxud istilik toplamaq üçün cihaz. Elektrik akkumulyatoru. – Neft qazı akkumulyatora daxil olub, orada kondensatdan və zirzibildən təmizlənir. Məmmədəliyev. akmeizm [yun.] 1912-1913-cü illərdə rus ədəbiyyatında meydana gəlmiş burjuazadəgan cərəyanı. akr is. [ing.] köhn. Gündə bir cüt öküzlə şumlanan sahə. 1 akr = 4046,86 kv.m. akrixin [lat.] tib. Kinəni əvəz edən malyariya dərmanı. akrobat [yun.]\n1. Sirkdə akrobatik nömrələr göstərən artist; canbaz.\n2. idm. Gimnastika ilə məşğul olan idmançı. akrobatik sif. Akrobatikaya aid. Akrobatik nömrə. akrobatika [yun.] Gimnastika və sirk sənətinin bir növü. akrobatlıq is. Akrobatın işi, sənəti, məharəti; canbazlıq. akropol [yun.] Qədim yunan şəhərlərinin adətən təpə üzərində yerləşən möhkəmləndirilmiş hissəsi. akselbant [alm.] Bəzi ordularda: müxtəlif ştab zabitləri və adyutantların geyim üstündən çiyinlərindən keçirdikləri bəzəkli qaytanlar. aksiom [yun.]\n1. riyaz. Sübutsuz qəbul edilən fikir. Həndəsədə olduğu kimi, maddi nöqtənin dinamikası elmini qurmaq üçün bir neçə aksiom qəbul olunur. Bu aksiomlar həndəsədəki aksiomlar kimi, uzun müddət aparılan müşahidə və təcrübələrdən alınmışdır.. Xəlilov.\n2. Ümumiyyətlə, dəlilə, sübuta ehtiyacı olmayan həqiqət. Hökumətin mədəniyyət, elm tərəfdarı olduğu artıq Nəcmi müəllim üçün bir aksiom idi. Ə.Əbülhəsən. aksioner [fr.] bax. səhmdar. aksiya I. [fr.] iq. Səhm (aksioner şirkətin üzvlərinə verilən qiymətli kağız). Aksiyaların birjada ucuzlaşdığını Aslan bəy öyrənmişdi. A.Şaiq.\n\nII. is. [lat.] Müəyyən iqtisadi və ya siyasi məqsədlə hərəkat. aksiz is. Verginin bir növü. Aksiz markası. akt is. [lat.]\n1. Şahidlərin iştirakı ilə, yaxud yoxlama nəticəsində müəyyən edilən bir faktı təsdiq edən sənəd, yazı, protokol və s. Akt tərtib etmək. Akta qol çəkmək. Notarial akt. – Qəhrəman görmüşdü ki, meşəbəyi Rüstəm üçün nə qədər akt bağlamışdı. S.Rəhimov.\n2. Dövləti və ya ictimai əhəmiyyəti olan fərman, qərar. Torpağın həmişəlik istifadə üçün kəndlilərə verilməsi haqqında dövlət aktı. aktiv I. [lat.]\n1. Partiya təşkilatının və ya başqa ictimai təşkilatın ən fəal hissəsi. Partiya aktivi. Həmkarlar ittifaqı aktivi.\n2. Sif. mənasında. Fəal. Bizim dərnəyin aktiv üzvü. // Güclü, təsirli. Aktiv müqavimət. ‣ Aktiv lüğət (söz) ehtiyatı dilç. – danışanın tamamilə başa düşdüyü və həmişə işlətdiyi sözlər. Aktiv seçki hüququ – seçmək hüququ.\n\nII. [lat.] mal. Mühasibatda: balansın, müəyyən tarixdə müəssisə, ya idarənin mövcud olan bütün qiymətli şeylərindən və ya borc tələblərindən ibarət olan hissəsi (passiv əksi). aktivləşdirilmə “Aktivləşdirilmək”dən f.is. aktivləşdirilmək məch. Fəallaşdırılmaq, fəaliyyəti artırılmaq (gücləndirilmək). aktivləşdirmə “Aktivləşdirmək”dən f.is. aktivləşdirmək f. Fəallaşdırmaq, fəaliyyətini artırmaq (gücləndirmək). aktivləşmə “Aktivləşmək”dən f.is. aktivləşmək f. Fəallaşmaq. [Məcid] belə bir mətbəx qadınının birdən-birə Səriyyə kimi aktivləşə biləcəyini bilmirdi. Mir Cəlal. aktivlik is. Fəallıq, fəaliyyət, çalışqanlıq. Aktivlik göstərmək. İntibah siyasi aktivliklə, ədəbiyyat və xalq sənətinə dönüşlə başlayır. aktrisa [fr.] Teatr tamaşalarında rol ifadə edən qadın artist. Mayın doqquzunda böyük dram teatrında tamaşa bitdikdən sonra aktyor və aktrisalar qabağımıza çıxıb, bizi teatrın qonaq odasına dəvət etdilər. C.Cabbarlı. aktual sif. [lat.] Hal-hazır üçün ən mühüm, ən vacib olan; yetişmiş, həllini tələb edən. Aktual məsələ. Aktual mövzu. aktuallıq is. Hal-hazır üçün mühümlük, vaciblik. Məsələnin aktuallığı. aktyor [fr.] Teatr tamaşalarında rolları ifa edən sənətkar; artist. Maskalar geymiş aktyorlar .. oyun çıxarıb adamları güldürürdülər. S.S.Axundov. [Həyat:] Sən temperamentli aktyorlar kimi lap özündən çıxdın ki! M.İbrahimov. Azərbaycan aktyorları burada arabir teatr tamaşaları verirdilər. M.Hüseyn. aktyorluq is. Aktyorun, artistin sənəti, peşəsi. Aktyorluq etmək. – Bu adamın [Vəlinin] çox böyük aktyorluq, rejissorluq, təşkilatçılıq istedadı vardı. S.Rəhimov. akulə is. [fars.] İri dənəli düyü növü. akustik sif. Akustikaya aid olan. Akustik cihazlar. Akustik titrəyiş. akustika [yun.]\n1. Fizikanın səs bəhsi.\n2. Binanın (məs.: teatr, kino salonunun və s.-nin) daxilində səsi əksetdirmə qabiliyyəti. // Bina içərisində musiqinin, nitqin və s. səsinin eşidilmə dərəcəsi. akuşka [rus.] dan. Pəncərə. [Fatma xanım:] Mən dedim ki, a qız, akuşkanın ağzından belə dur.. N.Vəzirov. [İskəndər] bir az fikir eləyəndən sonra, gedib yapışır Nazlının əlindən və gətirir akuşkanın qabağına. C.Məmmədquluzadə. akvarel is. [fr.] rəss.\n1. Su ilə qarışdırılmış rəng.\n2. Bu rənglərlə işlənmiş rəssamlıq əsəri. Rəssamın “Məcnun səhrada” adlı qara akvarelində, çöllərdə sərgərdan gəzən Məcnunun arıq bədənini yalnız iki heyvan – şir və ceyran əhatə etmişdir. “İncəsənət”. akvarelçi is. Sulu boya ilə şəkil çəkən rəssam. akvarium is. [lat.]\n1. Su heyvanlarını və bitkilərini saxlamaq və çoxaltmaq üçün şüşə qab.\n2. Tədqiqat və ya nümayiş etdirmək üçün su heyvanları və bitkiləri saxlanan müəssisə. aq [ər.] bax. ağ4 . aqava is. [yun.] bot. Qısa gövdəli bitki cinsi. aqibət is. [ər.] Son, axır, nəticə, nəhayət. [Piri baba:] Ay dəliqanlılar, aqibətinizi çox pis görürəm. S.S.Axundov. Xəyalən hər ikisi gələcəyi, başladıqları işin aqibətini düşünürdü. M.İbrahimov. // Ara söz mənasında. Ey Nəbati, nə qədər var isə ömrün, xətt yaz; Aqibət, bir gün olur kim, gəli bir karə bu xətt. Nəbati. // Zərf mənasında. Axırda, nəticədə. Dərdinə bulunmaz oldu dərman; “Məcnun” dedi, verdi aqibət can. Füzuli. Gövhəri-əşkin kimi düşdün nəzərdən aqibət; Noldu, ey miskin könül, bir söylə təqsirin sənin? S.Ə.Şirvani. Çəksə hər kim ki bir qədər zəhmət; Olar, əlbəttə, aqibət rahət. A.Səhhət. ‣ Aqibətin(iz) xeyir! (xeyir olsun!) – “sabahın (axşamın) xeyir!”ə cavab olaraq işlədilən ifadə. [Cavanşir:] Aqibətiniz xeyir! Haradan belə, övladlarım? M.Hüseyn. aqibətli sif. Müvəffəqiyyətlə nəticələnən, axırı yaxşı olan, uğurlu. aqibətsiz sif. Axırı pis olan, sonu müvəffəqiyyətsiz, nəticəsiz. Aqibətsiz iş. aqibətsizlik is. Heç bir şeylə nəticələnməmə; müvəffəqiyyətsizlik, nəticəsizlik. aqil sif. [ər.] Ağıllı, müdrik, tədbirli. Tutmazam zənciri-zülfü tərkin, ey naseh, məni; Xah bir aqil xəyal et, xah bir divanə tut. Füzuli. Yusif şah aqil adam idi. M.F.Axundzadə. İki aqil kəs eyləməz dəva; Eyləməz bir-birinə büğz əsla. S.Ə.Şirvani. // İs. mənasında. Yad eylə o bikəsi düşəndə; Divanəsini unutmaz aqil. Q.Zakir. Aqil gərək cəmi ləzzəti-dünyəviyyədən bəhrə aparsın. M.F.Axundzadə. Nə bilsin olmayan Məcnun ki, Leyli kimdir, ey aqil! Ə.Nəzmi. aqilanə sif. və zərf [ər. aqil və fars. ...anə] köhn. Ağıllı, ağıla müvafiq, ağıllı adama layiq. Aqilanə hərəkət. Aqilanə söz. – [Şah:] Çox aqilanə iş görür, həm öz canını qurtarır, həm camaatın canını. Ə.Haqverdiyev. aqnostik [yun.] fəls. Aqnostisizm tərəfdarı. aqnostisizm [yun.] fəls. Dünyanı dərk etməyin mümkün olmadığını, insan ağlının məhdud olub, duyğular xaricində heç bir şeyi dərk edə bilmədiyini iddia edən fəlsəfi nəzəriyyə. aqrar sif. [lat.]\n1. Torpağa aid olan. Aqrar məsələ. Aqrar islahatı.\n2. Kənd təsərrüfatının sənayedən yüksək olması ilə səciyyələnən. Aqrar ölkə. aqrari [lat.]\n1. İri torpaq sahibi, mülkədar.\n2. Cəm şəklində: AQRARİLƏR – xarici ölkələrdə iri zadəgan, qolçomaq, torpaq mülkiyyətini müdafiə edən bir sıra partiyaların üzvlərinə verilən ad. aqreqat I. [lat.] tex. Ümumi bir işi görmək üçün bir-birinə birləşdirilmiş bir neçə müxtəlif tipli maşından, qurğudan ibarət mürəkkəb maşın. Əlibala Bəşirlinin aqreqat və maşın hissələri ilə necə rəftar etdiyini görüncə Muradın sevincdən gözləri yaşardı. Ə.Vəliyev. Bu şəhərdə dizellərin, aqreqatların, zavod fitlərinin səs-küyü həmişə eşidilir. Mir Cəlal. // Bir maşının mürəkkəb hissəsi.\n\nII. is. [lat.] Maddənin üç halının – bərk, duru və qaz hallarının ümumi adı. aqreqatçı is. xüs. Aqreqatda işləyən, aqreqatı idarə edən fəhlə. aqro... [yun.] Mürəkkəb sözlərdə: sözün əkinçiliyə, torpağa aid olduğunu göstərən ixtisar, məs.: aqrotexnik, aqrominimum və s. aqrobiologiya [yun.] Əkinçiliyə, bitkiçiliyə və heyvandarlığa təsir edən ümumi bioloji qanunauyğunluqlar haqqında elm. Aqrobiologiya elmi. aqrobioloji sif. Aqrobiologiyaya aid olan. aqrokimya is. [yun. aqro və ər. kimya] Bitkilərin qidalanmasından, gübrələr tətbiqindən və bitkilərin kimyəvi yollarla qorunma üsullarından bəhs edən elm. aqrokimyəvi sif. Aqrokimyaya aid olan. aqroməntəqə is. [yun. aqro və ər. məntəqə] k.t. Aqronomluq məntəqəsi. Lətif Cəmilə deyirdi: – Məktəb yerini şumlayın, aqroməntəqəni təmizləyin, arxları təmizləyin. Mir Cəlal. aqrominimum [yun. aqro və lat. minimum] Kənd təsərrüfatı sahəsində ən zəruri tədbirlərin və biliklərin məcmusu. Aqrominimumun əsas məsələlərindən biri ziyanverici həşərat və alaq otları ilə mübarizədir. aqronom [yun.] Kənd təsərrüfatı (aqronomiya) mütəxəssisi. aqronomik sif. Aqronomiyaya aid olan. Aqronomik üsullar. Aqronomik tədbirlər. – Qorxmazın aqronomik qaydalarını Abbas kişi sadə sözlərlə izah edirdi. Ə.Vəliyev. aqronomiya [yun.] Kənd təsərrüfatı və əkinçilik haqqında elm. aqronomluq 1. is. Aqronom sənəti, aqronomun işi. Aqronomluq maraqlı işdir. – Kosaoğlu çox danışdı. Axırda təklif etdi ki, İmranı aqronomluqdan çıxartmaq lazımdır. İ.Şıxlı. Əmirxanı qayəsizlik yerdən qopardı; Aqronomluq sənətinə getmədi daha. S.Vurğun.\n2. sif. Aqronomiyaya aid olan. Aqronomluq məktəbi. Aqronomluq məntəqəsi. aqroşəhər is. [yun. aqro və fars. şəhr] Sovet dövründə kolxozçuların yaratdığı şəhər tipli qəsəbə. aqrotexnika [yun.] Kənd təsərrüfatı bitkilərini becərmə üsulları. Yüksək aqrotexnika bol məhsul götürmənin rəhnidir. – Aqrotexnika qaydalarına düzgün əməl edildikdə, qarğıdalı əkini sahəsinin hər hektarından 500-800 sentner yaşıl kütlə və xeyli çox dən götürmək mümkündür. aqrotexniki sif. Aqrotexnikaya aid olan. Məhsuldarlığı artırmaq üçün aqrotexniki biliyi artırmaq tələb olunur. – [Əsədov:] ..Allahın beş traktorunu ala bilmir, yeni üsuldan, aqrotexniki qaydada becərmədən danışır. İ.Şıxlı. al I.\n1. sif. Qırmızı. Al bayraq. Al qan. Al şəfəq. – Al yanaqların sanasan ki, qızılgül xərməni; Tər zənəxdaninə baxdıqca cünun eylər məni. M.P.Vaqif. Sənə al don yaraşır, niyə qarə geymisən sən; Məgər aşiqin ölübdür, sənə bu əza neçindir? S.Ə.Şirvani. Zümrüd göydə günəş yandı; Al şəfəqə yer boyandı. S.Vurğun. // is. Qırmızı paltar, al parça. Saqqalı ağ olanın qiymətidir bir qara pul; Gər girsən bəzənib gündə yaşıl, al içinə. M.P.Vaqif. Qərq olsun yaşıla, ala sərasər; Naz ilə sallana-sallana gəlsin! Q.Zakir. [Qəribin anası:] Gəlişin haradan, bazirganbaşı?; Sən alıb-satırsan alı, qumaşı. “Aşıq Qərib”. • Al geymək məc. – bəzənmək, qızarmaq. Al geyib qızarır yenə üfüqlər; Bir azdan gözünü açacaq səhər. S.Vurğun. Kəndimiz bəzənib süsən, sünbülə; Bağlar geyib al, başına döndüyüm. (Qoşma).\n2. Qızmar, yandırıcı. Gecələr ayazda, gündüzlər al gün altında gəmi muzdurunun zəhməti hər bir zəhmətdən fövqdür. S.M.Qənizadə.\n3. is. köhn. Qadınların üzlərinə, dodaqlarına sürtdükləri qırmızı boya, ənlik.\n\nII. is. köhn. Hiylə, məkr, yalan. Aldandılar, aldanmadıq dünyəvi məkrü alına. Nəsimi. Onun hər muyunda yüz min qal oldu; Qaşı fitnə, qəmzəsində al oldu. Qurbani. Canım aldın mey üçün, saqi, içirdin mənə qan; Dad əlindən ki, məni al ilə məğbun etdin. Füzuli. ‣ Al dil – hiylə, məkr, aldatma, yalan. [Səmayə] özü bir yaxşı ictimaiyyətçi qızdı; Heydərov onu al dillə aldadıb yoldan çıxartmışdır. Mir Cəlal. Al dilə tutmaq – aldatmaq, tovlamaq, hiylə işlətmək. [Ələmdar:] ..Bəy məni al dilə tutub bu dörd divarın arasına gətirib.. S.Rəhimov. Ala düşmək – şərə düşmək, kələyə düşmək, tora düşmək.\n\nIII. is. Xurafata inananların təsəvvüründə: qaranlıqda tək qaldıqda guya insanın gözünə görünən mövhum surət, xəyal; qulyabanı (bəzən “al anası” şəklində işlənir). Ata, ata, süpürgəsaqqal gəlir; Ərdo Məlik gəlir, odur al gəlir. A.Səhhət. Zahıya deyərdilər ki, yatma, yatsan, al anası gələr, ciyərini çıxarar. H.Sarabski. ala I.\n1. sif. Qarışıq rəngli, tükünün bir hissəsi ağ, o biri hissəsi başqa rəngdə olan. Ala at. Ala inək. Ala öküz. – Bu gün onlar xaldar yabıya və ala cöngəyə dərz çatıb daşıyırdılar. S.Rəhimov. // Ala-bula. İlan vuran ala çatıdan qorxar. (Ata. sözü) • Ala gözlər – şəhla gözlər, açıq-mavi gözlər. Xumar-xumar baxan ala gözlərin; Gərəkdir verəsən can qabağında. M.P.Vaqif. Of! Məni titrətdi sənin gözlərin; Göz yaşı görməsin ala gözlərin. S.Vurğun. [Məryəmin] də gözləri iridir, bunun da; onun da gözləri aladır. B.Talıblı.\n2. is. Taxıl zəmisi və ya şum suvarıldıqda, su basmayıb quru qalan yer, ləkə; alaca.\n\nII. is. dan. Qanın pozulması nəticəsində dəridə əmələ gələn ağ ləkə (dəri xəstəliyi). // Xal, ləkə. • Ala düşmək – xal düşmək, ağ ləkə düşmək.\n\nIII. is. məh.\n1. bax. alaq.\n2. Yeməli göyərti. ala... Bir sıra mürəkkəb sözlərin əvvəlində sözün ifadə etdiyi şeydə alalıq, rəngbərənglik, ala-bulalıq, ağ rəng ilə qarışıqlıq, yaxud yarımçılıq, qeyri-müəyyənlik, dağınıqlıq, adda-buddalıq, natamamlıq və s. bu kimi xassələr olduğunu bildirir. ala-babat sif. və zərf dan. Nə yaxşı, nə pis; orta, babat, birtəhər. Ala-babat palto. Çəpəri ala-babat düzəltmək. // Başdansovma. Ala-babat iş. – [Tapdıq] şəkilləri də ala-babat çəkib qurtardı. Ə.Vəliyev. ala-babatlıq is. Ala-babat şeyin halı. alabaxta is. zool. Meşə göyərçini. Qəhrəman naxırçı yoldaşları ilə birlikdə meşələrdən dələyən yuvasını çıxarır, evdə bir cüt alabaxta balası saxlayırdı. S.Rəhimov. alabalıq is. zool. bax. qızılxallı. alabançı məh. bax. alamançı. alabançılıq məh. bax. alamançılıq. alabaş is. İt adı. Bildi hardansa bunların sorağın; Alabaş kəsdi dəstənin qabağın. A.Səhhət. [Əlibəndənin] ..qəbrinin üstündə bir alabaş köpək bağlanmışdır ki, meyiti aparıb yandırmasınlar. H.Sarabski. alabaydaq is. məh. Camaat arasında pis cəhətdən məşhur olmuş, pis ad qazanmış, rüsvay olmuş adam. • Alabaydaq etmək – aləmə yaymaq, rüsvay etmək. ala-bəzək sif.\n1. Müxtəlif rənglərdən ibarət, rəngbərəng, ala-bula. Ala-bəzək parça. Ala-bəzək qutu. Ala-bəzək xalça. Ala-bəzək xoruz. – Bir dəfə bağda alabəzək bir qurdu yarpağa büküb gətirdim. S.S.Axundov. [Ceyran] xalasının da nəzərini ala-bəzək şəkillərə cəlb etmək istəyirmiş kimi bu vərəqləri çevirməyə tələsmədi. Ə.Əbülhəsən. • Ala-bəzək bənövşə – çiçəklərinin böyüklüyü və əlvanlığı ilə adi bənövşədən fərqlənən becərilən gül bitki.\n2. məc. Çox şit və bir-birini tutmayan rənglərdə olan. Ala-bəzək paltar. Ala-bəzək tuman. Ala-bəzək köynək. ala-bəzəklik is. Alabəzək şeyin halı, alabulalıq. alabəzgək bax. bəzgək. ala-bişmiş sif. Yarıbişmiş, ala-çiy, lazımınca bişməmiş. Ala-bişmiş ət. alabuğa is. zool. Qanadı pərdəli bir cücü. ala-bula sif. Rəngbərəng xallardan, zolaqlardan ibarət, cürbəcür rənglərə boyanmış, müxtəlif rəngli. Ala-bula pişik. Alabula tula. – Ağaclar ala-bula rəng alırdı. M.Hüseyn. Bu gün Kosa təmizlik işində irəliyə gedib dəsmalı ilə mürəkkəb qablarını, yoğun qırmızı karandaşları və ala-bula qələmləri təmizləyirdi. S.Rəhimov. • Alabula çalmaq – rəngləri düzgün olmamaq, müxtəlif rənglərdə görünmək. Gözləri alabula çalmaq – 1) şeylərin rənglərini seçə bilməmək; 2) məstlik və ya üzgünlük halında laqeyd surətdə o yan-bu yana baxmaq. ala-bulalıq is. Ala-bula şeyin halı, ala-bəzəklik. ala-bulanıq 1. sif. Yarıbulanıq, bir yeri bulanıq, bir yeri duru.\n2. zərf Ala-bula. Ala-bulanıq görmək. alaca I. bax. ala1 2-ci mənada.\n\nII. bax. ala-bula. [Dilbər:] ..Gündə 3-4 manat faytona verəndə özünü itirir, elə bil, mən də onun üçün çitalaca geyəcəkdim. C.Cabbarlı. alacaq is. Alınacaq borc, birinə çatacaq pul, tələb. Alacağı verəcəyindən çoxdur. – Üçdə alacağı yox, beşdə verəcəyi. (Məsəl). Hələlik Culfada müxtəsər bir alacağım var, onun üçün gedirəm. M.S.Ordubadi. alacaqanad is. zool. Oxuyan kiçik meşə quşu. alacaqlı is. və sif. Başqasından alacağı, tələbi olan. Alacaqlı ikən, verəcəkli olduq. (Məsəl). alacaq-verəcək is. Bir adamın, idarənin və s.-nin başqasından alacağı və ya başqasına borclu olduğu pul. alacalanma “Alacalanmaq”dan f.is. alacalanmaq f. Ala-bula rəng almaq, ala-bula olmaq, rəngarəng olmaq. • Gözü alacalanmaq – gözü pər-pər çalmaq, alabula görmək. Bu nədir? Yerdə də mahtabmı yanır; Yoxsa gözlərimmi alacalanır? S.Vurğun. Verdiyevin gözü alacalandı, dili söz tutmadı. Mir Cəlal. Bayram ayağa durub qapıya tərəf getmək istədi. Başı hərlənib gözləri alacalandı. M.Hüseyn. alacalı sif. dan. Rəngbərəng, ala-bula. alacalıq is. Ala-bulalıq. alacəhrə I. is. zool. Kolluqlarda yaşayan cücülərlə qidalanan sərçə fəsiləsindən bir quş. [Bibimgilin] bağında, gözümə ağac deşiyində qayrılmış bir alacəhrə yuvası sataşdı. S.S.Axundov.\n\nII. is. bot. Dağlıq yerlərdə bitən qabığı zolaq-zolaq ağac. ala-çalpov is.\n1. Yağış ilə bir yerdə yağan qar, küləkli qar; fırtına, çovğun (adətən mart ayında olur). Ala-çalpov qar yağırdı. Ə.Vəliyev.\n2. Qışın kiçik çillədən sonra gələn və martın ortalarına düşən hissəsi. ala-çarpaz bax. çarpaz. alaçı bax. alaqçı. alaçıq is. Çubuqdan qurulub üstü keçə ilə örtülən köçəri mənzili; çadır. [Bayram:] ..Gecə vaxtı qorxudan alaçığın çətinindən başımı dışarı çıxara bilmənəm. M.F.Axundzadə. Bizi keçədən qayrılmış bir alaçığa gətirdilər.. A.Şaiq. Bahar fəsli maldar kəndlilər buraya köçüb alaçıqlar qurarlar və .. mallarını otladarlar. S.S.Axundov. ala-çiy sif. Yarımçıq bişmiş, yarıçiy (ət və s.). Ala-çiy (z.) bişən əti adamlar tüstülü-tüstülü, alovlu-alovlu qapış-qupuş elədilər. S.Rəhimov. aladağ sif. dan. Yanıq bişirilmiş (çörək və s.). ala-dəymiş sif. Yarımkal, yarımdəymiş (meyvə). aladodaq sif. məh. Dodağının rəngi ağ, bədəninin rəngi isə başqa olan (at haqqında). alaf is. Heyvan yemi (ot, saman, küləş və s.). Atlara alaf vermək. Alaf tədarükü. Alaf anbarı. Heyvanları qış üçün alafla təmin etmək. – Murad öküzlərin yerinə, alafına baxıb qayıdanda günəş Çiçəkli kəndini tamam bürümüşdü. Ə.Vəliyev. alafa is. məh. Böyük, nazik baş örtüyü. Üfüqlərdə günəş güldüyü zaman; Üstünə bəzəkli yumşaq taftadan; Alafa çəkərdi, nazlardı səni. R.Rza. alafirəngi bax. alafranqa. alaflama “Alaflamaq”dan f.is. alaflamaq f. dan. Heyvana alaf vermək, yem vermək. alafranqb [fr.] Əsil mənası “fransız fasonunda” olub, ümumiyyətlə “avropasayağı, Avropa dəb və qaydasında” deməkdir. [Xədicənin] başında açıq rəngli ipək çadrası, onun altında alafranqa əlbisəsi nəzərdiqqəti cəlb edirdi. S.Hüseyn. alagöl is. Adda-budda göllər olan yer. alagöz (=alagözlü) sif. İri açıq-mavi gözlü. Alagöz oğlan. Alagöz qız. – Kirpiginin əsiriyəm şol alagözlü fitnənin. Nəsimi. Darvaza açıldı; içəri alagözlü, sarı, qısa saqqallı, geniş kürəkli .. bir adam girdi. Çəmənzəminli. Alagöz bir mələk gördüm, vuruldum. H.Cavid. alagözlü (=alagöz) sif. İri açıq-mavi gözlü. Alagöz oğlan. Alagöz qız. – Kirpiginin əsiriyəm şol alagözlü fitnənin. Nəsimi. Darvaza açıldı; içəri alagözlü, sarı, qısa saqqallı, geniş kürəkli .. bir adam girdi. Çəmənzəminli. Alagöz bir mələk gördüm, vuruldum. H.Cavid. alagüllük is. zool. Rəngi ala-bula uzunsov bir cücü. alağac is. dan.\n1. Sərhədlərdə basdırılan nişan ağacı.\n2. Məsafəni göstərmək üçün yol kənarlarında basdırılan ağac. alahı sif. [ər.] dan. Ayrı, başqa, digər, əlahiddə. [İçərişəhərli:] Hər dəfə ki, mənim köpəyim bir alahı köpəyi boğurdu, elə bilirdim ki, on buruğum birdən fantan verirdi. Ə.Haqverdiyev. alax-bulax sif. məh. Sözünün üstündə durmayan, fikrini tez-tez dəyişən. Alaxbulax adam. alakeş I. is. Alaq otlarını kəsmək üçün alət. Kəndli qadın əlində alakeş, kürək, toxa gəlirdi. Mir Cəlal.\n\nII. sif. məh. Qarnının altı ala olan heyvan. Alakeş inək. alakölgə is. Həm kölgə, həm işıq, həm kölgəli, həm işıq olan yer. alakülüng is. bot. Əkin yerlərində və çöllərdə bitən çiçəkli bitki. Alakülüng cinsi .. üzəri sadə və ya vəzili tüklərlə örtülü birillik və ya çoxillik bitkilərdəndir. M.Qədirov. alaq is. Tarlada, bostanda və s.-də bitən və becərilən bitkilərin inkişafına mane olan yabanı bitki. Alaq otları. Alaq basmaq. Alaq vurmaq. Alaq etmək. – Yasəmən ancaq alaq otlarının boynunu vururdu, kökü isə yenə torpaqda qalırdı. Ə.Vəliyev. Tez-gec o cığırı tamamilə alaq basacaqdır. Ə.Məmmədxanlı. Cərgə pambığından alaq vurulsun; Misir mahlıcından qalaq vurulsun. R.Rza. alaqanad is. zool. Ağaclıqlarda yaşayan ala-bəzək quş. alaqanqal is. bot. Ağ ləkəli yarpaqları olan tikanlı alaq otu. alaqapı is.\n1. Evlərin böyük küçə qapısı; darvaza.\n2. Tarixi bir hadisəni qeyd etmək üçün şəhərin və s.-nin girəcəyində tikilən qapı, tağ. Alaqapısında “Mingəçevir” yazılmış şəhərə girəndə Umud maşının pəncərəsindən döyükə-döyükə gah sağa, gah sola baxdı. İ.Məlikzadə. [Rejissor:] Onu deyirəm ki, teatrın dekor materiallarından alaqapı çıxmaz. M.Hüseyn. alaqaranlıq sif.\n1. Bir az qaranlıq, yarıişıq, yarıqaranlıq. Onu [Tanyanı] həbsxananın qalın divarları, alaqaranlıq koridorları sıxır, [o] qaçıb qurtulmağa çarələr düşünürdü. A.Şaiq. Qəza icraiyyə komitəsi dəftərxanasında ən dibdəki alaqaranlıq otağa girsəydiniz, bir neçə dolab və bir masa ilə bir kürsü görərdiniz. H.Nəzərli.\n2. Səhər çağı, sübh gün çıxmaq üzrə olanda, dan yeri sökülən vaxt. Hava alaqaranlıq ikən biz kəndə girdik. Kənd təzətəzə oyanırdı. S.Rəhimov. Cahandar ağa başa düşdü ki, pristav onu alaqaranlıqda boş-boşuna yanına çağırmır. İ.Şıxlı. [Qəhrəman] atası ilə birlikdə səhər ala-qaranlıqdan (z.) dükana gedər, axşam gün batandan sonra evə qayıdardı. M.İbrahimov. alaqarğa is. zool. Döşü boz rəngli qarğa. alaqarın sif. və zərf Yarıtox; nə ac, nə tox. ala-qarsaq sif. dan. Yaxşı bişməmiş (çörək, ət və s.). alaqçı is. Alaq vuran, alaq edən. Alaqçılar briqadası. Alaqçılar tezdən işə çıxdılar. alaqçılıq is. Alaqçının işi, alaq vurma işi. alaqçin is. Alaq vurmaq üçün alət. alaqdərən bax. alakeş1 . alaqlama “Alaqlamaq”dan f.is. alaqlamaq f. Alağını vurmaq, alağını təmizləmək. alaqlanma “Alaqlanmaq”dan f.is. alaqlanmaq məch. Alağı vurulmaq, alağı təmizlənmək. alaqlı sif. Alaq basmış, alaq qarışmış (ot və s.). Alaqlı əkin. Alaqlı ot. alaqlıq is. Alağı çox olan, alaq basmış yer. ala-qolay zərf Ala-babat, yüngülvari, azca. Bu ala öküzə bir tay tapsaydıq, .. işimiz bir ala-qolay babatlaşardı. S.Rəhimov. ala-qolaylıq is. Ala-babatlıq. ala-qora sif. Ala-dəymiş, ala-yetişmiş: lazımınca dəyməmiş, şirinləşməmiş. Ala-qora üzüm. – Üzümlər gülünü tökərtökməz, [onları] ala-qora vaxtında yoluşdurub aparırdılar. Mir Cəlal. alalanma “Alalanmaq”dan f.is. alalanmaq f.\n1. İri açılmaq (gözlər haqqında). Yenə can almağa xəyalınmı var? Məstana gözlərin alalanıbdır. M.P.Vaqif.\n2. Dən düşmək. Feyzullanın da saqqalı alalanıbdır. Q.Zakir. alalı sif. Alası olan, ala-bula xalları olan. alam is. [ər. “ələm” söz. cəmi] Qəm, kədər, iztirab. Qəm yemə, təxfif ver alamına; Az çəkər, heykəl yaparlar namına. A.Səhhət. Hər kəs öz alamına bir şivə ilə növhəsaz; Sevgili quşlar! Qılın dəsti-cəfadan etizaz. M.Hadi. alaman is. məh. köhn. Çapqın, soyğun, talan. alamançı is. məh. köhn. Quldur, qaçaq, yolkəsən, soyğunçu, talançı. alamançılıq is. məh. Quldurluq, qaçaqlıq, yolkəsmə, soyğunçuluq, talançılıq. alaməzhəb sif. dan. Əqidə və məsləkində sabit olmayan və ya müəyyən məsləki, əqidəsi, məfkurəsi olmayan. Alaməzhəb adam. alana is. İçərisi şəkərli qozla doldurulmuş meyvə qurusu (armud, qaysı, şaftalı). Məni boşlayıb, Məşədi Rəhim cəld qaçdı dükanın mətaından əvvəl bir neçə alana gətirdi. C.Məmmədquluzadə. ala-nəm sif. və zərf Bir qədər nəm, lazımınca qurumamış. Dəriləri yuyub qurutduqdan sonra, [onları] ala-nəm yığdıq, tay bir az da ağırlaşdı. H.Sarabski. alanı bax. alana. alanqu is. məh. Balaca alovlu ocaq, balaca tonqal. alapaça is. Paçasının arası ağ olan kəhər və ya kürən at. Bir atı var alapaça; Mənzil vermir, Qırat qaça. “Koroğlu”. alapars is. zool. Mışovul növündən olub, ağacda yuva tikib yaşayan bir heyvan. alapələng (=alapələngi) sif. Xallı, butalı, güllü, üzərində iri butalar olan çit, yaylıq, dəsmal və s. // Rəngləri bir-birinə uymayan, alabəzək. Bir də görürsən geyib alapələngi köynək. R.Rza. alapələngi (=alapələng) sif. Xallı, butalı, güllü, üzərində iri butalar olan çit, yaylıq, dəsmal və s. // Rəngləri bir-birinə uymayan, alabəzək. Bir də görürsən geyib alapələngi köynək. R.Rza. alapısraq is. Ot içində bitən göbələk. ala-pörtü bax. ala-çiy. ala-seyrək sif. və zərf Seyrək, dağınıq, orada-burada. Meşə kimi görünən mədənlərdə ala-seyrək işıqlar yanır. S.Rəhimov. Dəniz buruqları hələ tək-təkdir; Gecələr işıq da ala-seyrəkdir. S.Vurğun. ala-sütül sif.\n1. Lazımınca yetişməmiş, dəyməmiş; bir qədər kal. Buğdanı alasütül (z.) biçmək.\n2. bax. ala-bişmiş. alaş is. bax. ala1 1-ci mənada. alaşa is. Arıq at; yabı. [Qardaşı:] [Sadıq kişi], hazırlaş, alaşan haradadır? Uşaqlara de ki, tutub gətirsinlər. M.Hüseyn. alaşıq-dolaşıq sif. Aydın görünməyən, yaxşı seçilməyən. ala-tala sif. Tala-tala, adda-budda, orada-burada. Üfüqlərə yatmış ala-tala buludlar pul kimi qızarmış ocaq daşlarını xatırladırdı. M.İbrahimov. May ayı idi! Havalar bir az qızmışdısa da, ancaq hələ dərələrdə, dağların döşündə ala-tala qar qalmışdı. R.Rza. ala-toran bax. ala-qaranlıq. Sabahın ala-toranı yerə çökmüş, yasavulun pəncərəsinin qabağını pərdə kimi örtmüşdü. S.Rəhimov. Ala-torandan qalxıb hara gedəsən? – deyə [Əlyarov] gözlərini ovuşdurdu. M.Hüseyn. Bir az da yadırğadığı qələmi barmaqları arasında bərk sıxaraq, sərin şimal axşamının ala-toran işığında yazırdı. Mir Cəlal. ala-toranlıq bax. ala-qaranlıq. İshaq kişinin arvadı səhər tezdən ala-toranlıq qayğanaq bişirib gətirdi. M.Hüseyn. Saat yeddini vurur, göylər ala-toranlıq. M.Seyidzadə. alay is.\n1. Camaat, kütlə, böyük dəstə, izdiham, çoxlu miqdarda adam. Çinardan tökülən sarı yarpaqlar, yavaş-yavaş irəliləyən bir cənazə alayının ayaqları altında .. xışıltı ilə səslənirdi. H.Nəzərli. Zeynal matəm alayını təqib edənlərə məxsus məyus addımlarla sahil boyu ilə evə qayıdırdı. S.Hüseyn.\n2. Diviziya tərkibinə daxil olan müstəqil qoşun vahidi; polk. On altıncı Minqrel alayının bir rotası və yüz nəfər kazak Bakıya gətirilmişdir. M.S.Ordubadi. Topçular alayı gəlir arxadan; Fırlanır dolaşıq təkər səsləri. S.Vurğun. Diviziyanın alayları, hər alayın bölükləri kənd aralarında, meşəliklərdə, dağda-daşda yerləşmişdi. S.Rəhimov. alay-alay zərf Dəstə-dəstə, böyük dəstələr halında, izdihamla. Gəlin alay-alay! Gəlin nəsillər; Hamımız bir nəfəs, bir ürək kimi. S.Vurğun. Gəzərkən buludlar hey alay-alay; Arxadan boylanır sarı saçlı ay. R.Rza. Bizim əsgər sıraları; Keçirdilər alay-alay. N.Rəfibəyli. ala-yarım (=ala-yarımçıq) sif. və zərf Yarımçıq, natamam, ala-babat, qeyri-kamil. Qabı alayarımçıq doldurmaq. – Vanyuşa onları dinləyə-dinləyə Azərbaycan dilini alayarımçıq öyrənmişdi. A.Şaiq. Qaraca qız özünə gəlib, yol uzunu başına gələn əhvalatı ala-yarımçıq nağıl etdi. S.S.Axundov. // Başdansovma. Ala-yarımçıq iş. – Sübhanverdizadə üzünü kəsə-kəsə, dəryazla ot biçən kimi, tüklərini bir növ ala-yarımçıq biçib qurtardı. S.Rəhimov. ala-yarımçıq (=ala-yarım) sif. və zərf Yarımçıq, natamam, ala-babat, qeyri-kamil. Qabı alayarımçıq doldurmaq. – Vanyuşa onları dinləyə-dinləyə Azərbaycan dilini alayarımçıq öyrənmişdi. A.Şaiq. Qaraca qız özünə gəlib, yol uzunu başına gələn əhvalatı ala-yarımçıq nağıl etdi. S.S.Axundov. // Başdansovma. Ala-yarımçıq iş. – Sübhanverdizadə üzünü kəsə-kəsə, dəryazla ot biçən kimi, tüklərini bir növ ala-yarımçıq biçib qurtardı. S.Rəhimov. ala-yarımçıqlıq is. Natamamlıq, atüstülük, ala-yarımçıq görülmüş iş. ala-yarımçılıq bax. ala-yarım(çıq). [Cəmil:] Bu saat ala-yarımçılıq biliklə nə eləmək olar. M.Hüseyn. ala-yetişmiş bax. ala-dəymiş. alayonca is. Yarı yonca, yarı əkin. alazlamaq f. məh. Alışdırmaq, qızartmaq (kömürü). alazlanmaq f. məh. Alışmaq, qızarmaq, alışıb-yanmaq (kömür). albalı is. Tündqırmızı rəngli, tumlu, şirəli giləmeyvə; gilənar. Albalı mürəbbəsi. Albalı ağacı. – Albalı ağacı meyvəli bitkilərdən olub, ən çox Zaqafqaziyada və Orta Asiyada becərilir. R.Əliyev • Albalı rəngli – qıpqırmızı. Kiçikbəyim albalı rəngli dodaqlarını xoş bir əda ilə büzdü. Çəmənzəminli. albalılıq is. Albalı bağı; albalı ağacları əkilmiş yer. alban is.\n1. Albaniya Xalq Respublikasının əsas əhalisinin adı və bu xalqa mənsub adam; arnaud.\n2. tar. Azərbaycanın şimal hissəsində yaşamış qədim xalqın adı. ..Albanlar qırx min nəfərlə gözlənmədən Pompey ilə müharibəyə gəldilər. A.Bakıxanov. albanca sif. və zərf Alban dilində. albinizm [lat.] biol. Piqment azlığı nəticəsində dəri və saçların qeyri-normal ağlığı və gözlərin qırmızılığı. albinos [lat.] biol. Albinizmi olan adam, ya heyvan. albom [fr.]\n1. Şeir və s. yazmaq, şəkil çəkmək, marka yapışdırmaq və s. üçün təmiz səhifələri olan kitab, ya dəftər. Şəkil albomu. Şeir albomu. – Yenə də ruhumu kəsdi bu duyğu; Götür albomunu, mən deyim sən yaz! S.Vurğun.\n2. Ayrıca nəşr edilmiş şəkillər, cizgilər və s. kitabı. Memarlıq albomu. Xalça albomu. – Memarlıq Akademiyasının Memarlıq Muzeyi yubiley üçün albom hazırlayıb çapa vermişdir. albuxara is. Qurudulmuş Buxara gavalısı. [Şagird] yerdə əyləşib ət doğramağa, məğzibadam, badımcan, albuxara təmizləməyə məşğul idi. Ə.Haqverdiyev. alça is. Cır və peyvənd cinsləri olan çəyirdəkli turş və ya şirin yumru bir meyvə. Cır alça. Alça qurusu. Turş alça. Alça mürəbbəsi. – Alça çiçəyini töküb bir balaca böyüyən kimi, göy olmağına baxmayaraq duz ilə yeyərdik. S.S.Axundov. // Bu meyvənin ağacı. Vaxt olmuşdu ki, .. meşədə cır alça çiçək açmışdı, .. qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. İ.Məlikzadə. alçacıq bax. alçaqca. alçaq sif.\n1. Hündürlüyü, ucalığı az olan, yerdən, hər hansı bir səviyyədən azacıq hündür olan. Alçaq dağ. Alçaq ev. Alçaq boy. Alçaq divar. – Alçaq yerdə təpəcik özün dağ sanar. (Ata. sözü). Bura darısqal, alçaq, yarıqaranlıq bir otaq idi. Mir Cəlal. // Yer səthindən çox hündürdə olmayan, hündürlük məsafəsi az olan. Alçaq uçuş. Alçaq buludlardan yağış səpələndi.\n2. Bəstəboy, boyu gödək. Heç yadımdan çıxmır, konsul özü bir uca adamdır, amma mən alçaq adamam. C.Məmmədquluzadə.\n3. Yavaş, asta, aşağı. Alçaq səs. Alçaq ton.\n4. məc. Pis, xarab, keyfiyyətsiz. Alçaq mal. – Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şaldan, alçaq çitlərdən tökülübdür. M.F.Axundzadə.\n5. məc. Rəzil, şərəfsiz, namərd, çox pis. Birisi haqqında alçaq fikirdə olmaq. Alçaq fikirlər. Alçaq hərəkət. Alçaq adam. Müharibə qızışdıranların alçaq niyyətləri. – Bu cür alçaq və rəhmsiz adamlara bir dəqiqə olsa da həyat haramdır. M.S.Ordubadi. alçaqboy (=alçaqboylu) sif. Boyu alçaq, bəstəboy. Kərbəlayı Qulu alçaqboylu bir kişi idi. Onun qızarmış burnu nazik bığlarının ortasına dik uzanmışdı.. Çəmənzəminli. alçaqboylu (=alçaqboy) sif. Boyu alçaq, bəstəboy. Kərbəlayı Qulu alçaqboylu bir kişi idi. Onun qızarmış burnu nazik bığlarının ortasına dik uzanmışdı.. Çəmənzəminli. alçaqca sif. Bir az alçaq. Alçaqca divar. Alçaqca kişi. alçaqcasına zərf və sif. Xaincəsinə, rəzilcəsinə, şərəfsizcəsinə. Alçaqcasına hərəkət etmək. Alçaqcasına böhtan. alçaqdan zərf\n1. Aşağıdan, yer səthinə yaxın. Təyyarələr alçaqdan uçur. Volqa, Don çayından 44 metr alçaqdan axır.\n2. Pəstdən, yavaşdan. Alçaqdan oxumaq. alçaqlandırmaq bax. alçaltmaq. alçaqlanmaq bax. alçalmaq. alçaqlaşdırmaq f. Pisləşdirmək, alçaq etmək. Uşaqların tərbiyəsində çubuq və sillə vurmaq onların əxlaqını pozur və təbiətlərini alçaqlaşdırır. M.F.Axundzadə. alçaqlatmaq f. dan. Alçaq etmək, alçaq hala salmaq, yüksəkliyini azaltmaq, endirmək. alçaqlıq is.\n1. Alçaq şeyin halı. Damın alçaqlığı. Ağacın alçaqlığı. Divarın alçaqlığı.\n2. Boy qısalığı.\n3. məc. Pislik, xarablıq, keyfiyyətsizlik. Malın alçaqlığı. İş keyfiyyətinin alçaqlığı.\n4. məc. Rəzillik, şərəfsizlik, namərdlik; alçaq hərəkət. Düşmənin alçaqlığı. Alçaqlıq etmək. – Bu çöhrələrdə yaltaqlıq, riya .. və alçaqlığın hər cürə şəklini görmək mümkün idi. M.S.Ordubadi. Dilaraya elə gəlirdi ki, Səlim dünyada hər bir alçaqlıq edə bilər. M.İbrahimov. alçaqtəpəli sif. Alçaq təpələr olan. Alçaqtəpəli yer. alçaldılma “Alçaldılmaq”dan f.is. alçaldılmaq məch.\n1. Alçaq edilmək, gödəldilmək, boyu qısaldılmaq.\n2. məc. Təhqir edilmək, nüfuzdan salınmaq, hörmətdən salınmaq. [Şəmsiyyə:] .. Lakin alçaldılmış, təhqir olunmuş bir qadın qəlbində siz bütün ömrünüzü çürüdəcək zəhərdən başqa nə tapa bilərsiniz? M.İbrahimov.\n3. Vəzifəsi, rütbəsi aşağı salınmaq.\n4. Yavaşıdılmaq, astalaşdırılmaq, zəiflədilmək. Səsi alçaldılmaq. alçalıq is. Alça bağı, alça ağacları əkilmiş yer. alçalma “Alçalmaq”dan f.is. alçalmaq f.\n1. Aşağı düşmək, gödəlmək, boyu qısalmaq. Çayın kənarı seldən alçalmışdır. // Enmək, aşağı salınmaq. Əziz qonaq pilləkənlərdən qalxdıqca onun intizarında duran başlar da alçalırdı. M.S.Ordubadi.\n2. Azalmaq, zəifləmək, düşmək. Səsi alçalmaq. Motorun səsi gah alçalır, gah güclənir. Çayda suyun səviyyəsi alçalmışdır. – Burada, öz-özü ilə danışırmış kimi, qadının səsi alçaldı. Ə.Əbülhəsən.\n3. məc. Rütbədə, vəzifədə kiçilmək, hörmətdən, nüfuzdan düşmək.\n4. Özünü alçaltmaq, yaltaqlanmaq, izzətinəfsini itirmək. Alçala-alçala yüksələnlər; Yüksələ-yüksələ alçalanlar gördüm. B.Vahabzadə. alçaltma “Alçaltmaq”dan f.is. alçaltmaq f.\n1. Alçaq etmək, boyunu qısaltmaq, hündürlüyünü azaltmaq; gödəltmək. Hasarı alçaltmaq. Pəncərə yerini alçaltmaq. Stolun qıçlarını alçaltmaq. Damı alçaltmaq.\n2. məc. Birinin vəzifəsini, rütbəsini aşağı salmaq, daha aşağı vəzifəyə keçirmək. Vəzifəsini alçaltmaq. Qulluğunu alçaltmaq.\n3. məc. Hörmətdən salmaq, heysiyyətini, mənliyini təhqir etmək. Özünü alçaltmaq. – “Aydın”, “Oqtay Eloğlu” (pyesləri) .. insanı alçaldan, məğrur qəhrəmanları bir heç dərəcəsinə endirən, təmiz və pak məhəbbətləri pozub solduran mühitin çəngindən qurtarmaq yolunu göstərə bilərdi. M.İbrahimov. Əgər sən varsansa... Keçib özündən; Özünü bu qədər alçaltmaq nədir? B.Vahabzadə. Sən sözü alçaltdın özündən əvvəl; Alçaltdın bir ağız afərin üçün. M.Araz.\n4. Pisləşdirmək, xarablaşdırmaq, aşağı salmaq. Məhsulun keyfiyyətini alçaltmaq.\n5. Azaltmaq, aşağı salmaq, zəiflətmək. Səsini alçaltmaq. Tonu alçaltmaq. – Cavahir sanki qızının [Ağcanın] eşidəcəyindən ehtiyat edərək səsini alçaltdı. İ.Məlikzadə. alçı is. Aşıq-aşıq oyununda: aşığın bir üzü, toxan üzün arxa tərəfi. İkinci aşıq isə başqalarının əli ilə oynadılır, gah alçı durar, gah toxan. Belələrinə maça da deyilir. – Oynayanların birisi aşığın alçı durduğunu sübut etdikdə, o birisi aşığın alçı durmayıb, ancaq palazın qırışığına söykənib alçıya bənzədiyini söyləyir. Ə.Haqverdiyev. ‣ Aşığı (maçası) alçı durmaq – 1) aşığın, udmaq əlaməti olaraq yanı üstə durması. [Toyda] kimin qabağında maça alçı dursaydı, onu “xan” seçərdilər. H.Sarabski; 2) məc. Hər cəhətdən bəxti gətirmək, işi düz gətirmək. alçıdaşı is. İnşaatda işlənilən daş növü. aldadıcı sif.\n1. Tovlayan, yoldan çıxaran, başdan çıxaran, hiyləgər; yalan. Aldadıcı sözlər. Aldadıcı hərəkət.\n2. Asanlıqla aldada bilən, zahiri görünüşü ilə adamın etimadını qazana bilən; yalançı. Zahiri görünüş aldadıcıdır. Aldadıcı ümidlər. – Zahir aldadıcı olur, deyirlər. M.İbrahimov. aldadıcılıq is. Aldatma işi, yoldan çıxarma, başdan çıxarma; yalançılıq. [Qətibə Toğrula:] Xüsusən sizdə olan aldadıcılıq və dostlara yalan satmaq sizin taxt-tacınızın zavalını yaxınlaşdırmaqdadır. M.S.Ordubadi. aldadılma “Aldadılmaq”dan f.is. aldadılmaq məch. Tovlanmaq, yoldan çıxarılmaq, başdan çıxarılmaq. aldanış is. Aldanma. aldanma “Aldanmaq”dan f.is. aldanmaq f.\n1. Hiyləyə uymaq, yalan vədlərə uymaq, yalan sözü doğru saymaq, başdan çıxmaq. Aldanmaram ki, doğrudur ayinin, ey əmu; Kəssin məni həqiqi isə dinin, ey əmu! M.Ə.Sabir.\n2. Ümidi boşa çıxmaq, yanılmaq. Öz fikrimdə aldandım. aldatma “Aldatmaq”dan f.is. aldatmaq f.\n1. Qəsdən yayındırmaq, başını tovlamaq, yoldan çıxarmaq. Təcrübəsiz adamı aldatmaq asandır. – Aldada bilməmiş dünyanın varı; Bir məslək eşqiylə yaşayanları. S.Vurğun.\n2. Yalan danışmaq, əsli olmayan bir şeyi doğru bir şey kimi göstərmək. Xacə, aldatma bizləri sözünə! M.Ə.Sabir.\n3. Sözünün üstündə durmamaq, vədini yerinə yetirməmək, vədini pozmaq. Gəlməyə söz vermişdi, aldatdı, gəlmədi.\n4. Xəyanət etmək (ərinə, arvadına, yoldaşına). Ərini aldatmaq. Arvadını aldatmaq. Yoldaşını aldatmaq. – Məni də arif kimi bəxtim yaman aldatdı… Şəhriyar. aldəyişik is. dan.\n1. Bir şeyi verib, əvəzində başqa şey alma; mübadilə.\n2. Eyni cinsdən olan şeyləri dəyişik salma. aldı-qaçdı zərf dan.\n1. Kos oyunu, toptop oyununun bir növü.\n2. Başlı-başınalıq, hərki-hərkilik, hərcmərclik. aldırma “Aldırmaq”dan f.is. aldırmaq icb.\n1. Almağa məcbur etmək, almasına səbəb olmaq. Bu kitabı ona mən aldırmışam.\n2. Başqasının vasitəsilə almaq, almağa adam göndərmək. Gözəl bir şey aldırmışam. Bir adam olsaydı, bazardan göyərti aldırardıq.\n3. Çəkdirmək. Birinci səhifədə gənc Ninanın məktəbdə ikən aldırdığı fotoqrafını gözdən keçirdim. M.S.Ordubadi. [Səlim] təlim zamanı Kərimlə birlikdə aldırdığı qoşa şəkli də [paketə] qoydu. S.Rəhimov.\n4. Üzdən kəsdirmək, götürmək (qayçı və s. ilə). Hələ keçən iləcən üzünə ülgüc dəyməmiş Cəmil, indi saqqalını tərtəmiz qırxdırıb qara, nazik bığının üstünü azacıq aldırmışdı. M.Hüseyn. • Üz aldırmaq, qaş aldırmaq dan. – üzündəki (qaşındakı) artıq və narın tükləri çəkdirmək (qadınlarda). aldırmamaq f. Əhəmiyyət verməmək, fikir verməmək, qulaq asmamaq, vecinə almamaq, saymamaq. Nə qədər söylədimsə, aldırmadı. – Nəhayət, Əmir özünü aldırmadan dedi: – Şairin dili öz xalqının iradəsidir. M.S.Ordubadi. alebastr [yun.] Divara suvaq çəkmək üçün, yaxud heykəltəraşlıq işlərində və cərrahlıqda işlədilən ağ gips; kəc. alect is. Aleut və Komandor adalarının əsas əhalisinin adı və bu əhaliyə mənsub adam. al-əlvan sif. Rəngbərəng, ala-bəzək. Dağlar başı al-əlvan; Halım olubdur yaman; Gedirəm halal eylə; Gəlməyimə yox güman. (Bayatı). Gördüm ki, bir rəna çəmənlikdəyəm; Dörd yanımda var al-əlvan çiçəklər. A.Səhhət. aləm is. [ər.]\n1. Kainat, dünya, yer üzü. Qış günü qurtarmaqda idi, üfüqlərdən qatı bir qaranlıq aləmə yayılırdı. M.İbrahimov. // Məc. mənada. Ey Füzuli, aləmin gördüm qamu nemətlərin; Hiç nemət görmədim didari-dilbər tək ləziz. Füzuli. Təbii qanun hamı insanlar üçün bir gərəkdir ola, hamı insanlar bir nöqtəyə gərəkdir yürüş etsinlər. Bu nöqtə isə hürriyyət, məhəbbət aləmidir. N.Nərimanov. Aləmin seyrinə gəl, gör nə gözəl fitrəti var. S.Vurğun. // Dünya və onda olan bütün varlıq, mövcudat, insanlar; təbiət. Mühitin təsiri altında baş-beynimizdə ətrafdakı aləmin cisim və hadisələrinin surətləri əmələ gəlir. Hacıyev.\n2. Kainatın, təbiətin hər hansı bir sahəsi, qismi. Ulduzlar aləmi. Günəş aləmi. Heyvanlar aləmi. Canlı aləm öz quruluşu və keyfiyyəti ilə cansız təbiətdən fərqlənir. – Qoruğun bitkilər aləmi xüsusilə rəngarəngdir.\n3. məc. Məfhumlar, hisslər, təəssürat, təsəvvürlər, həyəcanlar mühiti. Xəyal aləmi. Röya aləmi. Başqa bir aləmdə yaşamaq. – Kölgəyə aldanaraq sevmə cəfa aləmini; Yüksəl ülviyyətə, seyr eylə səfa aləmini! A.Səhhət. Bir bayram sözü var, bir də ki, matəm; Nəşə bir aləmdir, qüssə bir aləm. S.Vurğun. Mən bunları xatırlayır, açıq ana ürəyinin qapalı aləmini düşünürdüm. Mir Cəlal. • Öz aləmində – 1) öz təsəvvüründə; 2) öz miqyasında, öz mühitində, öz dairəsində.\n4. Xalq, camaat, el, bütün adamlar, insanlar. İnsan özü-özünə elədiyini aləm yığılsa, eyləyə bilməz. (Ata. sözü). Dostum, aləm səninçün gər olur düşmən mana; Qəm degil, zira yetirsən dust ancaq sən mana. Füzuli. Vidadiyəm, aləm tanır dərdimdən. M.V.Vidadi. Seyyid, yetişib aləmə fəryadü fəğanın. S.Ə.Şirvani. Bu gün bir süngüdür əlimdə qələm; Mənim bayrağıma göz dikir aləm. S.Vurğun. Şerim, bu hikməti aləmə bildir; Xəyal ölənləri bəzən dirildir. M.Rahim. // Hər hansı əlamətlərinə görə birləşmiş insan cəmiyyəti, ictimai mühit. Orta əsr aləmi. Şərq aləmi. // İnsanların ictimai peşə, mədəniyyət, məişət və s. cəhətdən götürülən ayrıca bir qismi, təbəqəsi, sinfi, qrupu. Nərgiz xanımın kitabxanası isə həkimlər aləmində qibtə doğuran, çox zəngin kitabxana idi. Ə.Məmmədxanlı. // məc. İnsanların müəyyən fəaliyyət sahəsi. Sənət aləmi. – Sonra bir həkim çıxdı. Yaş dəsmal üsulunun elm aləmində bir inqilab olduğunu söylədi. Mir Cəlal. // məc. Mühit. [Nümayəndə:] Keçmişdə qab-qazan aləmindən savayı bir şey tanımayan qadınlar, indi iş başına keçib, böyük-böyük idarələri dolandırırlar. Ə.Haqverdiyev.\n5. məc. Çox maraqlı, cazibəli, diqqəti cəlb edən, zövq və nəşə verən, tamaşalı, özünə məxsus gözəlliyi olan şey haqqında deyilir və başqa keyfiyyət bildirir. Bizim Göygöl qəribə aləmdir! – Gözəl bir musiqi alətində çox bəyəndiyin bir havanı sevdiyin qızın çalmasından .. duyulan zövq və nəşə də bir ayrı aləmdir. M.S.Ordubadi. Gecə yarı dənizin bir özgə aləmi var. Ə.Cəmil.\n6. “Bir” sözü ilə bərabər: bir aləm, bir aləmcə – çoxlu, külli miqdarda, saysızhesabsız. Bir aləm şey. Bir aləm iş var. – Qayınana mırtıldanırdı: – Oğlum yazıq oldu! Bir aləmcə xərc tökdük. Mir Cəlal. • Gecənin bir aləmində – gecə hamı yuxuda olduğu bir vaxtda, gecə yarısı. [Əmniyyəbaşı:] Gecənin bir aləmində yavaşca yerimdən tərpəndim.. M.İbrahimov. aləmara (=aləmaray) sif. [ər. aləm və fars. ara] klas. Dünyanı bəzəyən, dünyanın bəzəyi olan, gözəl, parlaq. Şəmi-ruyin afitabi-aləmaradır sənin. Füzuli. aləmaray (=aləmara) sif. [ər. aləm və fars. ara] klas. Dünyanı bəzəyən, dünyanın bəzəyi olan, gözəl, parlaq. Şəmi-ruyin afitabi-aləmaradır sənin. Füzuli. aləm-aşkar sif. və zərf [ər. aləm və fars. aşkar] Apaydın, açıqdan-açığa, hamıya məlum olan; hamının gözü qabağında olan. Nə olur danmaqdan, daldalanmaqdan; Düşkününəm aləm-aşikar sənin. Q.Zakir. aləməfruz sif. [ər. aləm və fars. əfruz] klas. Dünyanı işıqlandıran; aləmi bəzəyən, gözəlləşdirən. Bir gün ki, baharialəməfruz; Vermişdi cahana feyzi-novruz. Füzuli. aləmgir sif. [ər. aləm və fars. gir] klas.\n1. Aləmə yayılan, dünyanı tutan (səs, şöhrət, şayiə və s.).\n2. Dünyanı tutan, istila edən; cahangir. aləmşümul sif. [ər] Bütün dünyaya şamil olan, bütün dünyaya aid olan, bütün dünya üçün əhəmiyyəti olan. Aləmşümul əhəmiyyəti olan hadisələr. Aləmşümul tarixi qələbələr. // Aləmə yayılmış. O məmləkətlərin heç birində Məhsəti xanım kimi aləmşümul şöhrətə malik olan bir qadın nəzərimə dəyməmişdir. M.S.Ordubadi. aləmtab sif. [ər. aləm və fars. tab] klas. Dünyanı işıqlandıran, cahanı parladan. Şeyx Sənan, o şəmsi-aləmtab; Oldu kafər, xaç asdı, içdi şərab. H.Cavid. alət is. [ər.]\n1. Bir iş görmək, yaxud şey qayırmaq üçün işlədilən texniki vasitə, karastı və s. İstehsal alətləri. Kənd təsərrüfatı alətləri. Dülgərlik alətləri. Əmək alətləri. – [Həyat:] Kolxozlardan təmir üçün gələn alətlər əl dəyilməmiş qalır. M.İbrahimov. // Cihaz. Çəki alətləri. Ölçü alətləri. – Ruzgarın piş-əz-vəqt dəyişilməsini bilməkdən ötrü bir alət ixtira ediblər ki, adına mizanülhava (barometr) deyirlər. H.Zərdabi.\n2. Musiqi səsləri çıxarmaq üçün xüsusi cihaz. Çalğı aləti. Simli musiqi alətləri.\n3. məc. Hər hansı bir məqsədi əldə etmək üçün vasitə. Əldə alət olmaq. Əlində alət etmək. – Məsciddə həsiri eləmə aləti-təzvir; Mərdanə qədəh tut, bu riyadən dəxi ar et. S.Ə.Şirvani. Müstəbidlər yaşamaqçün rahət; Şairi əldə ediblər alət. A.Səhhət. Əvvəlcə Hacı Səməd xanın çar konsulu əlində alət olduğunu ifşa etmək .. lazım idi. M.S.Ordubadi. alətçi is. xüs. Alət qayıran usta. alfa [yun.] Yunan əlifbasının birinci hərfinin adı (α). alğı is. Satın alma işi. alğı-satqı is. Alıb-satma işi, alver. alı is. Albuxara, qurudulmuş Buxara gavalısı. alıb-alacaq dan. bax. alacaq. alıb-aldatmaq dan. bax. aldatmaq 1 və 2-ci mənalarda. alıb-satma is. Alış-veriş, alğı-satqı. alıb-satmaq f. Alış-verişlə məşğul olmaq. Adamlar .. yenə də öz işlərinə, alıbsatmağa, bir-birini itələyib yol açmağa başladılar. M.İbrahimov. alıb-verəcək is. dan. Əlaqə, iş. ..Mən müsəlmanam və bir də Mustafa bəynən mənim nə alıb-verəcəyim var.. C.Məmmədquluzadə. alıcı I.\n1. is. Müştəri, mal alan, şey alan. Bu malın alıcısı yoxdur. Alıcılara mədəni xidmət. Alıcıların tələbatını nəzərdə tutmaq. – Satıcılar tərifləyir, alıcılar müştəri gözü ilə bir çox nöqsanlar tapır və pisləyirdilər. S.Rəhimov.\n2. sif. və is. Təhvil verilən məhsulu, malı və s.-ni qəbul edib, əvəzində pul və kağız (qəbz) verən. [Zərbəçi qadınlar] pambığın qurusunu alıcı məntəqəsinə təhvil verirdilər. Mir Cəlal.\n\nII. sif.\n1. Yırtıcı, ovçu (quşlar haqqında). Yolun ortasına bir nal qırığı düşmüşdü. Kiçikbəyim uzaqdan bunu gördü, çapa-çapa yaxınlaşdıqda, alıcı quş sürəti ilə enib, nalı qaldırdı. Çəmənzəminli. Onun baxışları alıcı tərlan baxışları kimi kəskindir. S.Vurğun.\n2. məc. İtigörən, cəld, sayıq. [Qayıqçı] arabir alıcı gözlərini sahilə dikib bir şey axtarırmış kimi baxırdı. A.Şaiq. Silahlı qardaşım, sərhəd boyunca; Alıcı gözlərin qızılquş olsun! S.Vurğun. alıcılıq is. iqt. Satınalma imkanı, qabiliyyəti. Əhalinin alıcılıq qabiliyyəti. Manatın alıcılıq qüvvəsi. alıq is. köhn. Öküz, kəl və başqa yük heyvanlarının belinə palan əvəzinə qoyulan çul, keçə və s. yumşaq şey. Sən ki alığa da möhtac olursan; Əbəs yerə neçin zəhmət elərsən. M.V.Vidadi. Sahibləri çulun, alığın soydu. Q.Zakir. ‣ Alığını aşırmaq – öhdəsindən gəlmək, devirmək. Bəyi .. yola salmışıq, lap bizim hökuməti quran günlər bəylərin alığını aşırdıq. S.Rəhimov. Çox belələrinin alığını aşırmışam. M.Hüseyn. alıq-alıq zərf dan. Heyran-heyran, mat-mat, təəccüblə. [Veys] birdən-birə kar olmuş kimi alıq-alıq tanımadığı adama baxdı. Ə.Əbülhəsən. alıqlama “Alıqlamaq”dan f.is. alıqlamaq f. Heyvanın belinə alıq qoymaq, çullamaq. alım is. köhn.\n1. Alacaq, tələb. Altıda alımı yox, beşdə verimi. (Məsəl).\n2. Bir götürüm, bir tutum. alım-satım dan. bax. alğı-satqı. Bəndalının zamanında alım-satım hər şeyin hakimi idi. Mir Cəlal. alın is.\n1. Üzün saç ilə qaş arasında olan ön hissəsi. Geniş alın. Dar alın. – Süleyman bəy əyləşir yerdə, papağını çıxarıb qoyur yanına və dəsmalı ilə alnının tərini silir. Ə.Haqverdiyev. [Gülbadam] ağ kisəyi köynəyinin enli qolları ilə uşağın alnındakı təri sildi. N.Nərimanov.\n2. məc. Bir şeyin ön tərəfi. Alnından vurmaq. ‣ Alın təri – zəhmət, əmək. Alın təri ilə qazanmaq – öz zəhməti ilə qazanmaq, öz əməyi ilə əldə etmək. Alın təri tökmək – çox zəhmət çəkmək, əmək sərf etmək. Alın yazısı din. – tale, qismət, qədər. Alnı pak – vicdanı təmiz, ləkəsiz, namuslu. Alnında yazılmaq din. – taleyi qabaqcadan müəyyən olmaq. alınlıq is. köhn. Keçmişdə qadınların alınlarına bağladıqları qızıl, gümüş və s. bəzək. alınma 1. “Alınmaq”dan f.is.\n2. is. Satın alınmış şey.\n3. sif. Başqa dillərdən alınmış. Dilin lüğət tərkibindəki alınma sözlər. alınmaq I. “Almaq”dan məch. Əmr alındı ki, hamı yola hazır olsun. Kitabxana üçün çoxlu kitab alınmışdır. Yeni məlumat alınmışdır. Mövzu xalq əfsanələrindən alınmışdır. Düşməndən çoxlu əsir alınmışdır. Daş kömürdən maye yanacaq alınır. Neftdən benzin alınır. Tədqiqatdan maraqlı nəticələr alınmışdır. – Nə üçün susdu natiqlər; Alındı həbsə sadiqlər? M.Ə.Sabir.\n\nII. f. məh. Söylənilən bir sözü öz hesabına götürüb tez pərt olmaq, incimək, sınmaq, mütəəssir olmaq. Alı kişi əhvalatı oğlanlarına xəbər verdi. Bu xəbərdən Nəbinin qardaşları çox alındı. “Qaçaq Nəbi”. Mahmudov xeyli inciyib alındı. S.Rəhimov. Əlyarovun zəhmli səsindən zərrə qədər də alınmayan traktorçu saymazyana cavab verdi. M.Hüseyn. alınmaz sif. Alınması, ələ keçirilməsi mümkün olmayan; yenilməz. Alınmaz qala. // Məc. mənada. Dağlarda laləm sənsən; Alınmaz qalam sənsən; Kimim yox, kimsənəm yox; Bir şirin balam sənsən. (Bayatı). Sənin ulduzlu alnında müzəffər, şanlı bir ordu; Bütün aləm qoşun çəksə, alınmazdır sözün yurdu! S.Vurğun. alınmazlıq is. Alınması, ələ keçirilməsi mümkün olmama; yenilməzlik. alış f.is. Almaq işi, alma, qəbul etmə, qəbul. alışdımyandım is. köhn. dan. Zərlə ipəkdən toxunmuş parlaq parça; xara. Səttar kişinin arvadı alışdımyandımdan özünə libas tikib. N.Vəzirov. Salon. Qabaq sırada əyləşib bir nazənin; Əynindəki paltarı alışdımyandımdandı. R.Rza. alışdırılma “Alışdırılmaq”dan f.is. alışdırılmaq I. məch. Yandırılmaq. Mağazanın içindəki lampalar alışdırıldıqdan sonra çəkilib hamı qapı içində dayandı. Ə.Əbülhəsən. // Alovlandırılmaq.\n\nII. məch.\n1. Öyrədilmək, öyrəndirilmək, vərdiş olmasına səbəb olmaq. // Dadandırılmaq.\n2. Əhliləşdirilmək, ələ öyrədilmək. alışdırma I. “Alışdırmaq1 ”dan f.is.\n\nII. “Alışdırmaq2 ”dan f.is. alışdırmaq I. f.\n1. Yandırmaq, yaxud yanan şeyi daha da qızışdırmaq, alovlandırmaq. Ocağı alışdırmaq. Tonqalı alışdırmaq. Külək yanğını daha da alışdırıb gücləndirdi. – [İlyas:] İşdən qayıtdımmı, beş dəqiqənin içində görürsən, pilətəni alışdırdım. Mir Cəlal.\n2. məc. dan. Bərk hirsləndirmək, acıqlandırmaq, hiddətləndirmək, qızışdırmaq.\n\nII. f.\n1. Öyrətmək, öyrəşdirmək, vərdiş etməsinə səbəb olmaq. Zəhmətə alışdırmaq. Özünü soyuğa alışdırmaq. Uşaqları kiçik yaşlarından başlayaraq sağlamlıq qaydalarına alışdırmaq lazımdır. – Mən Şümşad xanımın onu [Miss Hannanı] dua yazdırmaq və fal açdırmağa alışdırdığını bilirdim. M.S.Ordubadi. Güldü Bənna: – Bəli, – dedi, – gərək tələsək; Cəld olmağa alışdıraq hər bir naşını. Ə.Cəmil.\n2. Əhliləşdirmək, ələ öyrətmək, təlim etmək, isinişdirmək. [Ovçular qızılquş balalarını] iki-üç gün ac saxlar və yavaş-yavaş ət verib özlərinə alışdırdıqdan sonra, göz qapaqlarını açarlar. A.Şaiq.\n3. Canına salmaq. Səlim bəy Nəbinin başı üçün çoxlu maya verməyi öhdəsinə aldı. Hampaları alışdırdı kəndlərə. “Qaçaq Nəbi”. alışıb-verişmək f. dan. Öz aralarında kəsdirmək, qət etmək, qərara almaq, sözləşmək. [Anam:] Zəhmət çəkib qız böyütmüşük. Sənin nə haqqın var alışıb-verişəsən, ay ərkansız! Mir Cəlal. alışıq I. is. Ocağı alışdırmaq üçün gözünə, yaxud samovarın odluğuna qoyulan yonqu və s. A mollalar, niyə məni döyürsünüz? ..Olmaya qorxursunuz ki, məcmuənin vərəqələrini nökərlər samovar alışığı edə-edə və şəkillərini uşaqlar oynada-oynada axırda camaat gözünü açıb bəzi işlərdən xəbərdar ola. C.Məmmədquluzadə.\n\nII. sif. Alışmış, vərdiş olmuş, öyrəşmiş. alışqan I.\n1. sif. Tez alışan, tez yanan, tez alovlanan. Alışqan maddələr. Efir alışqan maddədir.\n2. is. dan. Kibrit. // Papiros yandırmaq üçün alət. Xəlil .. əlini cibinə salıb papiros çıxartdı. Tüfəng patronundan qayrılmış alışqanla yandırdı. M.Hüseyn.\n\nII. sif. Bir şeyə vərdiş etmiş; adətkərdə, vərdişli. alışqanlıq is. Tez alışan, tez yanan, tez alovlanan şeyin xassəsi. alışma I. “Alışmaq1 ”dan f.is.\n\nII. “Alışmaq2 ”dan f.is.\n\nIII. is. məh. Bir neçə adamın şərikli qoyun və ya mal kəsməsi. [Bəxti:] Ay balam, mənim öz ətim ola-ola, niyə qoca inəyə alışma olum. S.Rəhimov. alışmaq I. f. Odlanmaq, alovlanmaq, od tutub yanmaq. Ocaq alışdı. Benzin qabı birdən alışdı. Taya ildırımdan alışdı. // məc. mənada. Alışıb, şölə çəkib suz ilə yandım, gördüm; Hicrini atəşi-suzan dedilər, gerçək imiş. S.Ə.Şirvani. Canım üzülür əldəki qalxanına baxcaq; Qəlbim alışır beldəki patronunu görcək. M.Ə.Sabir. Arvad, ürəyim od tutub alışır, məni daha artıq yandırma. Ə.Haqverdiyev. • Alışıb yanmaq – 1) od tutub yanmaq, şiddətlə yanmaq, alovlanmaq. Küləş alışıb yandı. – Belə bir isti torpağa saldı; Alışıb yanmağa çöl az qaldı. A.Səhhət; // məc. mənada. [Ağca xanımın] gözü İzzətin yatağına sataşanda ürəyi alışıb yanırdı. Mir Cəlal; 2) alov rəngində parlamaq, alov kimi al-qırmızı rəngə çalıb parıldamaq. Qızlar bütün bəzəklərini taxmışlar, üst-başları rəngdən-rəngə girərək, alışıb yanır. S.Rüstəm; 3) məc. qızarmaq. Yanaqları çiçək kimi alışıb yanır.\n\nII. f.\n1. Öyrəşmək, vərdiş etmək, adət etmək. Soyuğa alışmaq. Papirosa alışmaq. Zəhmətə alışmaq. – Ata hər gün gedər işə, çalışar; Nə qədər zəhmət olsa da alışar. M.Ə.Sabir. [Əzim dayının] daima qapalı və incə dodaqları ancaq ən mühüm fikirlərini anlatmaq üçün açılmağa alışmışdı. A.Şaiq. [İsfəndiyar] əlini alnına dayadı və bir neçə saniyə dayanıb qaranlığa alışmaq istədi. M.Hüseyn. // məc. Ünsiyyət bağlamaq, isinişmək, öyrəşmək.\n2. Dadanmaq, öyrəşmək. Çaqqal toyuq damına alışıb, hər gecə bir toyuq aparır. İt qonşu həyətə alışıbdır.\n3. Əhliləşmək, ələ öyrənmək, isinişmək. Nə qədər əlləşdilərsə də, tülkünün balası evə alışmadı. alışmalıq sif. məh. Alışma üçün qoyulan, ayrılan (bax. alışma3 ). Alışmalıq qoyun. alış-veriş is.\n1. Alver, ticarət, alğısatqı. Alış-verişlə məşğul olmaq. – Hər bazar günü bu meydanda iyirmi-otuz min manatlıq alış-veriş olur. Ə.Haqverdiyev. [Hacı Saleh:] Alış-veriş belədir ki, beşinə sən borclu olursan, beşi də sənə. S.S.Axundov. Pəh, pəh, pəh!.. Afərin belə qazanca, afərin belə alış-verişə! C.Məmmədquluzadə.\n2. məc. İş. Mənim anam ölsün, tamam vilayətin alış-verişi mənimlədir. N.Vəzirov. alış-verişçi is. Alış-verişlə məşğul olan adam, alverçi. [Allahqulu:] Gəlib bir yerə çıxdıq; alış-verişçilər həndəvərimizi aldı. Çəmənzəminli. On beş il bundan əvvəl bu kəndə şəhərdən bir nəfər alış-verişçi gəldi. M.S.Ordubadi. ali sif. [ər.]\n1. Ən yüksək, ən baş, ən yuxarı. Ali məhkəmə. Ali baş komandan. Ali idarələr. Ali məktəb. Ali təhsil. – [Nizami:] Bunlar ancaq tərbiyə və istedadın nəticəsində incəsənətin bu qədər ali dərəcəsinə çıxa bilmişlər. M.S.Ordubadi. [Qasım:] İşə iki dəfə Ali məhkəmədə baxıblar. Yenə də əl çəkən deyiləm. S.Rəhman.\n2. Uca, hündür, yüksək. Hülaku xan paytaxtı Təbriz şəhərində ali bir imarət tikdirdi. A.Bakıxanov. Bakının ali imarətlərinə sərf edilən ağdaş Puta, Badamdar, Şağanbaz, Alaçıq deyilən yerlərdən gətirilir. H.Sarabski.\n3. Xüsusi terminologiyada: ən inkişaf etmiş, ən mükəmməl, ən mürəkkəb. Ali sinir fəaliyyəti. Ali orqanizmlər. – [Spirtin] orta nümayəndələri kəskin iyli, ali spirtlər isə iysizdir. Mövsümzadə. alicah is. [ər.] klas. Yüksək rütbəli, uca mənsəbli adam. alicənab sif. [ər.]\n1. Başqalarının xatirinə öz şəxsi mənafeyindən keçən; namuslu, səxavətli, nəcib, nəcabətli. Alicənab adam. Alicənab hərəkət. Alicənab xasiyyət. – [İbrahim xan] özünü alicənab (z.) göstərmək üçün, bu fürsətdən istifadə edərək, arvadların buraxılmasını tapşırdı. Çəmənzəminli.\n2. köhn. Keçmişdə böyük mənsəb və rütbə sahiblərinə verilən ünvan. [Cəfər:] Alicənab xan həzrətlərinin xidmətində and içirəm əzizlərimin canına ki, Moskvadakı uşağınızdan yana mən bir söz eşitməmişəm. C.Məmmədquluzadə. alicənablıq is. Nəciblik, nəcabət, mərdlik, safqəlblilik, səxavət; alicənab hərəkət. Alicənablıq göstərmək. – Nazimənin qarşısında minnətdarlıqla göz yaşları tökən ana, indi alicənablıqla (z.) oğlunu ilk dəfə ona təqdim edir.. Mir Cəlal. [Şeyda:] Ah, bu nəvazişə, bu alicənablığa qarşı sıxılmamaq qabil deyil. H.Cavid. aligövhər sif. [ər. ali və fars. gühər] klas. Yüksək nəsildən olan, əsilli, əsilnəsəbli, əsilzadə. alim [ər.]\n1. is. Hər hansı bir elm sahəsində mütəxəssis olan adam. Azərbaycan alimləri. Dünyada tanınmış alim. Alimin adını fikir tarixində ölməzləşdirən onun elə bir az da şairliyidir.\n2. sif. Elmli, bilikli, məlumatlı, çox oxumuş. Alim adam yüksək əxlaqi keyfiyyətləri ilə seçilən fəzilət sahibidir. ‣ Alimi-biəməl zar. – lazım olan bir şeyi başqalarına tövsiyə edib, özü buna əməl etməyən adam haqqında. [Səfər bəy:] A kişi, Mirzə Turab, sənə kişi kimi söz deyirəm, siz iki qardaşsınız, ikiniz də alimvücudsunuz, hərçənd sən alimi-biəməlsən, bunun mətləbə dəxli yoxdur. B.Talıblı. alimanə [ər. alim və fars. ...anə] bax. alimcəsinə. alimcəsinə zərf Alimə yaraşan bir tərzdə, bir alim kimi. aliment is. [lat.] hüq. Övlad və ya qohumluq əlaqəsinə görə verilməli olan məbləğ, dolanışıq haqqı, xərci (məs.: uşaqlarına, ata-anasına, arvadına və i.a.). Alimentlər haqqında qanun. Aliment vermək. – [Mindilli:] Qəmər burdadır! Yaxşı ki, məni görmədi. Papağımı da satsam, dörd ilin alimentini verib qurtara bilməyəcəyəm. S.Rəhman. aliməkan sif. [ər.] klas. bax aliməqam. aliməqam sif. [ər.] klas. Yüksək rütbəli, yüksək vəzifəli, yüksək mövqe tutmuş. alimənsəb sif. [ər.] klas. Yüksək mənsəb (vəzifə) sahibi olan. alimlik is.\n1. Hər hansı bir elm sahəsində böyük bilik, dərin məlumat. Onun alimliyinə şübhə yoxdur.\n2. Alimin peşəsi, sənəti. Onun peşəsi alimlikdir.\n3. Alimə, elmə məxsus; elmi. Alimlik dərəcəsi. Filologiya elmləri doktoru alimlik dərəcəsi. alimnüma is. [ər. alim və fars. nüma] isteh. Alim olmadığı halda özünü alim kimi göstərən, özünü alimə oxşadan adam, alim qiyafəsinə girən adam; yalançı alim. alimnümalıq is. köhn. Alim olmadığı halda özünü alim kimi göstərmə, özünü alimə bənzətmə, alim qiyafəsinə girmə; yalançı alimlik. alinəsəb sif. [ər.] klas. Yüksək rütbəli, yüksək mənsəb sahibi olan. alişan (=alişən) sif. [ər.] klas.\n1. Yüksək şan və şərəf sahibi olan. Çox alişan nazəninlər görmüşəm; Sənin kimi şahzadə tapılmaz. Q.Zakir. Könül istər ki, olsun dəhr sülhabad ünsiyyət; Məni sövq eləyən bu fikrə fikri-alişanımdır. M.Hadi.\n2. Çox zəngin, dəbdəbəli, təmtəraqlı, cəlallı, bəzəkli. [Şah:] ..Dəxi mənim imarətim və dövlətim yoxdur ki, sizi ziynət və zivərdə və alişan otaqlarda saxlayım. M.F.Axundzadə. alişən (=alişan) sif. [ər.] klas.\n1. Yüksək şan və şərəf sahibi olan. Çox alişan nazəninlər görmüşəm; Sənin kimi şahzadə tapılmaz. Q.Zakir. Könül istər ki, olsun dəhr sülhabad ünsiyyət; Məni sövq eləyən bu fikrə fikri-alişanımdır. M.Hadi.\n2. Çox zəngin, dəbdəbəli, təmtəraqlı, cəlallı, bəzəkli. [Şah:] ..Dəxi mənim imarətim və dövlətim yoxdur ki, sizi ziynət və zivərdə və alişan otaqlarda saxlayım. M.F.Axundzadə. alitəhsilli sif. Ali məktəb bitirmiş. Alitəhsilli mütəxəssis. Alitəhsilli müəllim. aliyə sif. [ər.] klas. Uca, yüksək. alizarin [fr. əsli ər.] tex. kim. Boyaq deyilən bitki kökündən alınan, yaxud süni (sintetik) surətdə hazırlanan boyaq maddəsi. Alizarin mürəkkəb. Alizarin boya. alkaluid [əsli ər.] kim. Tərkibində azot və güclü fizioloji təsiri olan qələvi xassəli üzvi maddə. Alkaloidlərin çoxu qiymətli dərman maddəsidir. alkoqol is. [ər. “əlkühl” sözündən]\n1. Spirt. Sərxoşedici içkilərin hamısında başlıca təsir edən maddə .. alkoqoldur. R.Əliyev.\n2. Araq, ümumiyyətlə spirtli içkilər. Alkoqol düşkünlüyü. alkoqolizm Həddindən artıq spirtli içkilər içmə; spirtli içkilərə aludə olma; içki düşkünlüyü; əyyaşlıq. Alkoqolizm ilə mübarizə. Alkoqolizmə mübtəla olma. Alkoqolizm psixi və fiziki pozğunluqlar törədir. alkoqollu sif. Tərkibində alkoqol (spirt) olan, spirtli. Alkoqollu içkilər. Alkoqollu içki orqanizm üçün ən güclü zəhərdir. – Alkoqollu içki orqanizmin hüceyrələrini yavaş-yavaş zəhərləyir, sinir sisteminə çox böyük zərər yetirir. R.Əliyev. alkoqolsuz sif. Tərkibində alkoqol (spirt) olmayan; spirtsiz. Alkoqolsuz içkilər. al-qırmızı sif. Tünd-qırmızı. alqış is.\n1. Birini təbrik üçün və ya bir şeyi bəyənmə ifadəsi olaraq əl çalma. Sürəkli alqışlar. Gurultulu alqışlar. Alqış səsləri. – Xanəndə zilə çəkdiyindən, hamının gözü onda idi. Birdən alqışlar qopdu. M.Hüseyn. Alqış səsləri zalı doldurdu. Ə.Vəliyev. // Nida mənasında. Əhsən, afərin, mərhəba. [Yanardağ:] Alqış odlar gəlininə! Elə isə, bir yerdə son ibadətə başlayaq.. C.Cabbarlı. Alqış deyir mənim doğma yurdum Azərbaycan da. R.Rza. Min nemət yetirir Vətən torpağı; Alqış mərd, qabarlı, qadir əllərə! Ə.Cəmil.\n2. folk. Şifahi ədəbiyyatda nəcib, xeyirxah diləyi ifadə edən və müəyyən mərasimlərlə bağlı arzuları bildirən söyləmə. alqışlama “Alqışlamaq”dan f.is. alqışlamaq f. Birini təbrik etmək üçün və ya bir şeyi bəyənmə ifadəsi olaraq əl çalmaq. Artisti alqışladılar. Natiqi çox alqışladılar. – Qızlar oynamaqlarını bitirdilər, hər tərəfdən onları alqışladılar. S.S.Axundov. // Təbrik etmək. Alqışla insanın pak əməlini; Uzat yer üzünə hünər əlini. S.Vurğun. Bir vüqar duyaraq onun səsində; Yer, göy alqışladı bu qəhrəmanı. M.Rahim. // Məc. mənada. Kiçik quşlar .. gözəlliklərə baxır, o lətafətə bürünmüş təbiəti dadlı nəğmələri ilə alqışlayırdılar. A.Şaiq. // Çox bəyənmək, tərifləmək, tam razılığını izhar etmək. İrəli sürülən yeni təklifi hamı alqışladı. Onun bu gözəl təşəbbüsünü alqışlamaq lazımdır. alqışlanma “Alqışlanmaq”dan f.is. alqışlanmaq məch. Əl çalınmaqla təbrik və təhsin olunmaq. Əslinə baxsan, [Gülnisə xala] oğlunun ilk müvəffəqiyyət və alqışlandığını gördükdən sonra, bircə şeyi başa düşmüşdü. Mir Cəlal. // Bəyənilmək. allaf is. [ər.] köhn. Taxıl, un, yaxud yem, ot və s. alverçisi. Allaf dükanı. allafbazar is. [ər. əllaf və fars. bazar] köhn. Keçmişdə: allaf dükanları olan bazar, ya küçə. allaflıq is. köhn. Allaf peşəsi. allah is. [ər.]\n1. Bütün kainatın yeganə yaradıcısı və idarə edəni; Yaradan, Tanrı, Rəbb. Lap qabaqlar Allahdan başqa heç kim yox imiş.. (Əsatir). Allahın qəzəbi tutur, Adəmlə Həvvanı cənnətdən qovur.. (Əfsanə). Qorqmazam bu dünyada heç kişidən; Canumun əmanəti Allahadur. Q.Bürhanəddin. O alma yanağı, büllur buxağı; Allah, bədnəzərdən səlamət eylə! M.P.Vaqif.\n2. Qədim (çoxallahlı) dinlərdə təbiət fövqündə təsəvvür edilən vücud. Qədim yunan allahları.\n3. məc. Hakim, ağa; heç kəsə tabe olmayan, azğınlıq edən, başlı-başınalıq edən adam haqqında. Bunlar [qoçular] Quba meydanının allahı idilər. H.Sarabski. Napoleon dedi: – Göy Allahındır; Fəqət yer üzünün allahı mənəm. S.Vurğun. ‣ Allah ağıl versin – ağılsız iş görən, hərəkət edən, yaxud söz danışan adam haqqında. Allah amandır – yalvarış, xahiş bildirir. [Axund:] Allah amandır! Mənim evimdə qan tökməyin; siz allahınız, mənə dəyməyiniz. B.Talıblı. Allah bağışlasın – üzr istəyən, yaxud günah bir iş görmüş adam üçün xeyir-dua. [Mirzə Heydər:] Allah bağışlasın, bu nə sözdür, hacı, buyurursunuz? Ə.Haqverdiyev. Allah bəla(sını) versin – danlaq, narazılıq ifadə edir. Allah bəndəsi – 1) bir adam, bir şəxs, bir nəfər. [Qulu:] Arvadın yox, oğlun yox, bir qızın var, o da bu gün-sabah çıxıb Allah bəndəsinin birinə gedər. S.S.Axundov; 2) fağır, sakit, yazıq. Başmaqçı usta Ağabala Veylabad şəhərində beş kişinin biri idi. Saleh, salim, mömin, Allah bəndəsi bir şəxs idi. Çəmənzəminli. Allah bilir – məlum deyil, heç kəs bilmir. [Babək:] Hələ nə qədər bu şəhərdə qalacayıq Allah bilir. Ə.Məmmədxanlı. Allah canını alsın! (cəzasını versin!) – məzəmmət, qarğış bildirir. Allah eləməsin – arzu edilməyən bir şey haqqında deyilir. [Sənəm:] Xeyr, Allah eləməsin mən sənə nəsihət eləyim. Dəxi acığın niyə tutur? Ə.Haqverdiyev. [Səba xanım:] Allah eləməsin mən o həyada qız olum... M.S.Ordubadi. Allah eləsin (ki) – arzu edilən bir şey haqqında deyilir. [Əşrəf bəy:] Allah eləsin, Allah eləsin, ay kişi. Eşitdim özün də bir cahil arvad almısan, doğrudurmu? N.Vəzirov. Allah eşqinə – yalvarış, xahiş, iltimas bildirir. [Solmaz:] Get, Allah eşqinə get! Mən heç bir zaman sənin olmayacağam. C.Cabbarlı. Allah evi din. – məscid. Allah xatirinə (eşqinə) – təkidli xahiş bildirir. Allah kömək eləsin! Allah köməyin(iz) olsun! – işləyən, yaxud ağır vəziyyətdə olan bir adama müvəffəqiyyət arzusu. Allah qoysa – xoş arzu ifadə edir. [Nabat xala:] Yaxşı yol, oğlum, sağ get, salamat gəl! Allah qoysa, qayıdıb toy tədarükünü görərsən. B.Talıblı. Allah qüvvət versin! – bax. Allah kömək eləsin! Allah köməyin(iz) olsun! [Məcid:] Allah qüvvət versin, ay Nadir, bu bəylərin əlindən canını yaxşı qurtardın. B.Talıblı. Allah mübarək eləsin! – toy, bayram və s. münasibəti ilə təbrik. ..Hamı savadsız olduqlarından imza yerinə baş barmaqlarını basaraq bir-birinə: “Allah mübarək eləsin, Allah mübarək eləsin” – deyə bayıra çıxırlar. B.Talıblı. Allah rəhmətinə getmək – ölmək. [Atası oğluna yazdı:] Anan Allah rəhmətinə getdikdən sonra, doğrusu ki, dolanacaq mənim üçün çox çətin olmuşdur. B.Talıblı. Allah saxlasın – 1) birinə cansağlığı və uzun ömür arzusu. Musa kişi məhəbbət və ümid dolu nəzərlərlə ona [Ayaza] baxıb: “Düşmən toxmağıdır, Allah saxlasın!” – deyirdi. M.İbrahimov; 2) köhn. qeyri müsəlmanlarla salamlaşma ifadəsi. Allah tərəfi – ədalətli, insaflı, vicdanlı, düz. [Qənbərqulu:] Özü də [babam] çox rəhmdil və Allah tərəfi adam idi. B.Talıblı. Allah vursun – narazılıq, şikayət, ikrah bildirir. Allaha bax! – xahiş, yalvarış. Dilbərim, bari sən əğyar sözünə guş eyləmə; Bu qədər zülm eyləmə, xof eylə, bir Allaha bax! Heyran xanım. Allaha şükür – yaxşı oldu ki, xoşbəxtlikdən. [Mirzə Heydər:] Hacı, bağışlayınız, sizin Allaha şükür bir parça yeməyə çörəyiniz var, övrətiniz var... Ə.Haqverdiyev. Allahı sevərsən... – xahiş, rica bildirir. Allahın tənbəli – çox tənbəl adam haqqında. Allahın verən günü – hər gün. Allahın verən günü elə belə sübut eləyir. N.Vəzirov. Allahüəkbər! – əslən dini təbir olub, canlı dildə narazılıq, hiddət, acıq bildirən nida kimi işlənir. Atamın anama acığı tutanda “Allahü-əkbər” deyirdi; anamın bizə acığı tutanda həmçinin “Allahü-əkbər” çığırırdı. C.Məmmədquluzadə. [Balaş:] Allahüəkbər! Dilbər, mən onu demədim, mən sözgəlişi deyirəm. C.Cabbarlı. [Səfər bəy:] Allahü-əkbər! Yenə də naqqallığına başladı. B.Talıblı. Allahü-əkbərin eşidilməyən yeri – çox uzaq, çox ucqar, çox tənha, əlçatmayan yer. Sən (siz) allah – yalvarış, xahiş, rica bildirir. [Tafta:] [Sevil] bu yaxın vaxtlar məni küçədə gördü, əllərini boynuma saldı, üzümdən öpdü, necə yalvarırdı ki, sən allah, uşağıma yaxşı bax. C.Cabbarlı. allahaxtaran bax. allahaxtarıcı. allahaxtarıcı is. tar. Allahaxtarıcılıq tərəfdarı. allahaxtarıcılıq is. tar. 1905-ci il inqilabından sonra rus liberal ziyalıları arasında yayılmış dini-fəlsəfi cərəyan. Allahaxtarıcılığın nümayəndələri. allaharayıcı bax. allahaxtarıcı. allaharayıcılıq bax. allahaxtarıcılıq. allahqurucu is. tar. Allahquruculuq tərəfdarı. Allahqurucuların məqsədi. allahquruculuq is. tar. 1905-ci il inqilabının məğlubiyyətindən sonra sosialdemokrat ziyalılar arasında yayılmış və yeni “sosialist” dini təbliğ etmiş dini-fəlsəfi, daha çox etik cərəyan. allahlıq is. məc. dan. Hökmranlıq, hakimlik, özbaşınalıq. [Safo:] Bu gödək adamlar da gündə üç dəfə allahlıq iddiasına düşürlər. S.Rəhimov. • Allahlıq etmək – hökmranlıq etmək, hökm sürmək, başlıbaşınalıq etmək. allahpayı is. Sədəqə. Dilənçi qoltuğundakı köhnə paltarı ki, ona allahpayı vermişdilər, Nurəddinə geyindirdi. S.S.Axundov. allahpərəst is. [ər. Allah və fars. pərəst] Allaha inanan, Allaha sitayiş edən; dindar. allahpərəstlik is. Allaha inanma, Allaha sitayiş etmə; dindarlıq. allahsız sif. və is.\n1. Allaha, dini etiqadlara inanmayan, dinsiz. Allahsızlar cəmiyyəti.\n2. məc. dan. İnsafsız, zalım, amansız (bəzən zarafat, bəzən də töhmət yerinə işlənir). Vermə ürəyi, əmanətindir! Allahsız ilə həyat çətindir! Şəhriyar. allahsızlıq is.\n1. Allaha, dini etiqadlara inanmama. Allahsızlıq cəmiyyəti mənən ölümə məhkum edir. – Bəşər oğlu, heç üzünü tutma göylərə; Allahları üşütmədi allahsızlığın.. M.Araz.\n2. məc. dan. İnsafsızlıq, zalımlıq. Allahsızlıq baş alıb gedirdi. allanma “Allanmaq”dan f.is. allanmaq f. Al rəngə boyanmaq, bəzənmək; al çiçək açmaq. // Qızarmaq, al rəng almaq. Ağ alma allanıbdı; Ağacdan sallanıbdı; Mən sənə nə dedim ki; Gül üzün xallanıbdı? (Bayatı). Bəzəklənir, düzəklənir, bağın fəzası rənglənir; Yaşıllanır, həm allanır, şükufələr çiçəklənir. A.Səhhət. Çəmənlərarası yamyaşıl budaqların ara-bərəsindən uzun saplaqlı armudlar saralır, yupyumru almalar qızarıb allanırdı. S.Rəhimov. allaşdırılma “Allaşdırılmaq”dan f.is. allaşdırılmaq məch. Al rəngə boyadılmaq, al hala salınmaq, qızardılmaq. allaşdırma “Allaşdırmaq”dan f.is. allaşdırmaq f. Al rəngə boyamaq, al etmək, qızartmaq. alleqorik sif. Alleqoriyalı, məcazi. Alleqorik hekayə. Alleqorik şeir. Alleqorik təsvirlər. – Alleqorik xasiyyət daşıyan bu heykəllər xalq rifahının əməkdə, elmdə olduğunu ifadə edir. M.İbrahimov. alleqoriya [yun.]\n1. Hər hansı bir mücərrəd məfhumun, fikrin, ideyanın konkret bədii surətdə əyani ifadəsi (ədəbiyyatda, heykəltəraşlıqda, rəssamlıqda). Orta əsr Şərq ədəbiyyatında alleqoriya mühüm yer tutmuşdur.\n2. Rəmz, kinayə, təşxis, məcaz. alleqro [ital.] mus.\n1. Tez, iti, cəld (musiqi əsərinin ifasının tempi haqqında).\n2. Bu tempdə ifa edilən musiqi əsəri və ya onun bir hissəsi. Əvvəllərdə yalnız iti sürətlə yazıldığına görə buna həm də sonata alleqrosu deyilir. Ə.Bədəlbəyli. allergiya is. [yun.]\n1. Orqanizmin bəzi şeylərə həssaslığı nəticəsində korlanması xəstəliyi. Allergiya xəstəliklərinin başvermə səbəbləri.\n2. məc. Müəyyən hadisə və ya şeydən xoşlanmamaq, narahat olmaq. allı sif. köhn. Al rəngli paltar geymiş. Tərifli gözəllər gəlhagəl oldu; Yaşıllı, zərbaflı, allı Sənəm, gəl! Xəstə Qasım. allı-əlvanlı sif. Al-əlvan. Açılın iyli güllərim, açılın! Allı-əlvanlı güllərim, açılın! A.Səhhət. Allı-əlvanlı (z.) bəzənmiş qızlar, gəlinlər əllərində həna, gözlərində sürmə, qaşlarında vəsmə, şad və xürrəm hər kəs özünə görə kosaya pay verərdilər. H.Sarabski. allı-güllü sif. Gözəl, qəşəng, bəzəkli, ala-bəzək, güllü-çiçəkli. Gələcəkdir babam mənim yanıma; Baxacaq allı-güllü bostanıma. A.Səhhət. Dostum, sirdaşımdır allıgüllü bahar. O.Sarıvəlli. allıq is. Al rəngli şeyin halı; qırmızılıq. Bu allıqda gül olmaz. – Geniş payız meşəsi bir allığa və rəngarəng sarılığa boyanırdı. S.Rəhimov. allı-şallı sif. məh. Al-əlvan. Pətəklərdən və bağçada qoyulan qırmızı rəngli yeşiklərdən arılar dəstə-dəstə çıxır, geniş, yaşıl meşələrdə, allı-şallı çəmənlərə axır, dərələrə yayılır, şəhd toplayır və qayıdırdılar. S.Rəhimov. alliterasiya is. [lat.] dilç.\n1. Avaz yaratmaq məqsədilə eyni səsin təkrar edilməsi (məs.: əldən qalan əlli il qalar.).\n2. Şeirdə bədii vasitələrdən biri. Alliterasiya Azərbaycan poeziyası və xalq ədəbiyyatında geniş yayılmışdır. allo [ing.] Telefonla danışarkən “qulaq asıram”, “qulaq asın” – mənasında işlənən nida. Allo, Bakımıdır? – deyir Talıstan; Yaşasın gələcək! Yaşasın insan! S.Vurğun. alma I. is. Müxtəlif çeşidləri və müxtəlif rənglərdə olan girdə, yaxud uzunsov meyvə. Alma öz ağacından uzağa düşməz. (Ata. sözü). • Alma kimi – qıpqırmızı. [Gəlinin] yanaqları alma kimi qızarmışdı. Çəmənzəminli.\n\nII. “Almaq”dan f.is. alma-armudluq is. Alma və armud bağı, alma və armud ağacları əkilmiş yer. Binanı əhatə edən bağ alma-armudluqdan, gilənarlıqdan ibarət idi. S.Rəhimov. almacıq is. Gözlərin altında, üst çənənin üstündəki çıxıq, yanaq sümüklərinin dik yeri. Almacıq sümükləri. – ..Salavat Movlayev qarayanız, enlisifət, almacıq sümükləri çıxıq, orta yaşlı kosa bir adam idi. Ə.Əbülhəsən. almaçı is. dan.\n1. Alma mütəxəssisi, alma tanıyan adam.\n2. köhn. Alma alverçisi. almagüvəsi is. zool. Alma ağaclarına ziyan verən bir cücü. Almagüvəsi ilə aqrotexniki, bioloji və kimyəvi üsullarla mübarizə aparılır. almaq f.\n1. Əlinə götürmək, əl ilə tutub götürmək, qaldırmaq. Əlinə ağac almaq. Qələmi əlinə aldı və yazdı. Tüfəngini alıb ova getdi. – Aqil böyüklərə məxsus bir ədəblə çəngəl-bıçaq almış, çörəyini-xörəyini qabağına çəkmişdi. Mir Cəlal. // Cəld qapmaq, tutmaq, ələ keçirmək; ovlamaq. Qızılquşlar ov kimi süzüb, qırqovulları göydə alıb, otluğa endilər. Çəmənzəminli.\n2. İcra üçün qəbul etmək. Tapşırıq almaq. Sifariş almaq. Komanda almaq. Siqnal almaq.\n3. Satın almaq. Bazardan ət almaq. Mağazadan palto aldım. – Bahadır mahud almaq fikri ilə bir mağazaya varid oldu. N.Nərimanov. Salam kişi [Aqilə] çoxlu dəftər, rəngli qələm alacağını vəd etdi. Mir Cəlal.\n4. Qaldırmaq, götürmək, çıxarmaq, açmaq. Sevdiyim alaydı üzündən niqab; Bir də baxıb o camalı görəydim. M.P.Vaqif.\n5. Əxz etmək, götürmək, istifadə etmək. Məlumatı ilk məxəzlərdən almışam. Müəllif mövzunu xalq həyatından almışdır.\n6. Göndərilən, verilən, təklif edilən, gözlənilən, istənilən bir şeyi qəbul etmək, götürmək, əldə etmək. Məktubu almaq. Maaş almaq. Yeni evdə mənzil almaq. Tibbi yardım almaq. Üzərinə vəzifə almaq. – [Qüdrət:] Gəmi vermirlər? Almaq lazımdır. Almağı bacarmaq lazımdır. M.Hüseyn.\n7. Rütbə, ad, dərəcə, vəzifə sahibi olmaq, qazanmaq. Professor adı almaq. Elmlər namizədi elmi dərəcəsi almaq.\n8. Özü ilə bərabər gətirmək, özü ilə aparmaq, yanınca gətirmək. [Rəşid:] Çox təvəqqe edirəm ki, Nina xanımı da alıb bizə təşrif gətirəsiniz. M.S.Ordubadi. Hər gün şamdan sonra atam məni yanına alıb, çərəkədən mənə dərs deməyə başladı. M.İbrahimov. // Aparmaq, götürmək, gətirmək. [Qızılquş] ovladığı quşu su kənarına alar, tüklərini yolar, cəmdəyini suda təmiz yaxaladıqdan sonra parçalayıb balalarının qabağına atar. A.Şaiq.\n9. Ələ keçirmək, fəth etmək, istila etmək, tutmaq, özünə tabe etmək. Şəhərlər almaq. Əsir almaq. Qalanı almaq.\n10. Zəbt etmək, əlinə keçirmək, tutmaq, ixtiyarına keçirmək. [Qubernator:] Budur, Əmiraslan bəy deyir: müsəlmanların yerlərini alırlar, heç hələ özündən xəbəri yoxdur. C.Cabbarlı.\n11. Evlənmək, özünə arvad etmək. [Vəzir:] Mən sənin baldızın Nisə xanıma təəşşüq yetirib onu almağa talib idim. M.F.Axundzadə. [Nəcəfqulu:] ..Mahmud, indi zamana xarab olub, qızı görməmiş heç kəs almaq istəməyir. B.Talıblı.\n12. Bürümək, qaplamaq, əhatə etmək, basmaq, sarmaq, örtmək. Dağların başını duman almışdır. – Çən alıb dağlar başın; Bağ başın, bağlar başın; Camalın bir aynadır; Hər görən bağlar başın. (Bayatı).\n13. Yemək, içmək, dadmaq. Kababdan bir-iki tikə aldım. Bir udum su aldım.\n14. İstehsal etmək, hasil etmək, hazırlamaq. Neftdən benzin alırlar. Daş kömürdən müxtəlif maddələr almaq olur. Tədqiqatdan maraqlı nəticələr almaq.\n15. Daxil etmək, iştiraka yol vermək. Aralarına almaq. Sahibsiz uşaqları uşaq evinə aldılar.\n16. Müəyyən bir şəklə düşmək, mahiyyət kəsb etmək. Mübahisə çox kəskin bir şəkil aldı. Yağış adi bir hal almışdır. Onların söhbəti başqa bir rəng aldı. – İndi siyasət dünyası tufanlı bir dərya halını almaqdadır. M.İbrahimov.\n17. Kəsmək, gödəltmək, qısaltmaq, kiçiltmək. Ağac uzundur, bir az boyundan almaq lazımdır. Paltonun ətəyindən bir az alsan, pis olmaz. Saçların yan-yörəsini almaq.\n18. Anlamaq, düşünmək, dərk etmək. Mən onun danışığından bir şey ala bilmədim. Zehnim bunu almır.\n19. Çıxartmaq, götürmək. Doqquz yaşı olanda anası onu [Azadı] oxuda bilməyib, məktəbdən aldı. M.İbrahimov.\n20. Məşğul etmək, maraqlandırmaq, diqqətini cəlb etmək, həyəcanlandırmaq. [Tağının] bacısını xan .. aparandan sonra, evdə qalmış balaca qardaşının qeydi onu alıbdır. Ə.Haqverdiyev. Qəribə bir xatirə məni aldı. M.İbrahimov.\n21. məc. dan. Təsir etmək, əsər etmək. Bu söz məni aldı.\n22. Çalışaraq əldə etmək, rabitə yaratmaq. Nə qədər zəng etdimsə, istədiyim nömrəni ala bilmədim. – Birdən [Dəmirov] ara verdi, zəng edib Qiyasəddinovu aldı. S.Rəhimov.\n23. Məhrum etmək. Aşıq ala gözlərin; Canım ala gözlərin; Qorxuram düşəm öləm; Yada qala gözlərin. (Bayatı). Alıbsan əlimdən din-imanımı; Müştaq eləyibsən ay üzəüzə. Aşıq Ələsgər.\n24. Sərf etməyə məcbur etmək, aparmaq. Bu iş iki gün vaxtımı aldı.\n25. məc. dan. Rüşvətxor olmaq, rüşvət qəbul etmək. [Səfər bəy:] Deyirlər ki, bizim hakim almayır. (Barmağı ilə rüşvətə işarə eləyir). B.Talıblı.\n26. Bir sıra isimlərdən sonra gətirilərək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: önünü almaq, söz almaq, intiqam almaq, qan almaq, könlünü almaq və s. almalıq I. is. Alma bağı, alma ağacları əkilən yer. Onlar gəlib almalığa çatdılar. Qırmızı ətirli almaları gördükdə, Qaraca qızın gözləri parladı. S.S.Axundov.\n\nII. is. Atların gözlərinin üst tərəfindəki çuxur yer, çökəklik. alman is. Almaniyanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Alman ədəbiyyatının qədim abidələri. Klassik alman fəlsəfəsi. almanax [ər. “əlmənah” sözündən] Müxtəlif yazıçıların əsərlərindən ibarət qeyri-dövri məcmuə. Ədəbiyyat almanaxı. – ..“İncəsənət” almanaxının üçüncü nömrəsi çapa hazırlanmışdır. (Qəzetlərdən). almanca zərf və sif. Alman dilində. Almanca danışmaq. Almanca dərslik. almanpərəst is. Almanlara, alman adət və mədəniyyətinə pərəstiş edən adam. almanpərəstlik is. Almanlara, alman mədəniyyət və adətlərinə pərəstiş etmə. almayanaq sif.\n1. Yanaqları qırmızı; alyanaq. Almayanaq qız.\n2. Almacıq sümükləri çıxıq. Almayanaq monqollar; Yel qanadlı atlarla aşdılar; Tibet çölünü. R.Rza. almaz is.\n1. Son dərəcə bərk, rəngsiz, şəffaf qiymətli daş (xüsusi şəkildə taraşlanmış almaz brilyant adlanır). Almaz kimi şəffaf. – [Hacı Murad:] Pəh, pəh, pəh, .. almazların şəfəqi gözlərimi qamaşdırır. S.S.Axundov. ..İncə almazlarla süslənmiş bir cib saatını götürüb çıxdım. M.S.Ordubadi.\n2. Həmin daşdan bir qırıq keçirilmiş şüşəkəsən alət. Şüşəsalanın almazı kütləşmişdir.\n3. Sif. mənasında. Həmin daşdan hazırlanmış və ya bu daşla bəzənmiş. Üzüyün almaz qaşı.\n4. Xüsusi təşbihlərdə – şəffaflıq, saflıq, parlaqlıq mənasında. Günəş ziyasında qılarkən nəzər; Almaz kimi parıldayır qətrələr. A.Səhhət. Hər sözü bir ulduz, bir şəffaf almaz; Mənalar dünyası qaranlıq deyil. S.Vurğun. Almaz kimi şeh düşür bağçalara, bağlara. M.Seyidzadə. almazı sif. Almaz kimi şəffaf; duru, təmiz. Ədalət gözlərindən almazı yaşlar tökərək başıaşağı dərəyə qaçırdı. Mir Cəlal. alnıaçıq sif. Vicdanı təmiz, utanılacaq işi olmayan, namuslu. İlk baharın sevincilə xumarlanan gözəl səhər; Min zəfərlə qarşılayır alnıaçıq ordumuzu. S.Vurğun. [Kərim bəy:] [Nəriman], o gün olsun ki, sağ-salamat, alnıaçıq (z.) qayıt gəl, baban sənə çox borcludur. Mir Cəlal. alov is. Yanan bir şeydən çıxan od. Tonqalın alovu uzaqdan görünür. Yanğının alovu hər tərəfi işıqlandırır. – Qığılcımdan alov törər. (Məsəl). Hər tərəfdən od yağırdı, alov və tüstü çıxırdı. M.İbrahimov. Alovdan səmayə çəkilir hasar; Hər addım başında bir təhlükə var. M.Rahim. // Məc. mənada. Müharibə alovu. Məhəbbət alovu. – [Mirzə:] Xeyr, bəy, ciyər yananda nəfəs əvəzinə alov çıxar. Ə.Haqverdiyev. Alovlar dağıdan xoş nəfəsindən; Hər əsgər qəlbinə min qüvvət axdı. S.Vurğun. Hamının üzündə nifrət alovu yanırdı. M.Hüseyn. alovgözlü sif. Gözlərindən alov saçan, qızğın, ehtiraslı. // Məc. mənada. Mən gurultu qoparmağı ilk öncə; Alovgözlü şimşəklərdən öyrəndim. M.Müşfiq. alovlandırılmaq məch.\n1. Yandırılmaq, alışdırılmaq, alov çıxarılmaq.\n2. məc. Qızışdırılmaq, şiddətləndirilmək, gücləndirilmək. alovlandırma “Alovlandırmaq”dan f.is. alovlandırmaq f.\n1. Yandırmaq, alışdırmaq, tutuşdurmaq, alov çıxartmaq. Tonqalı alovlandırmaq. Külək yanğını daha da alovlandırdı.\n2. məc. Daha da şiddətləndirmək, qızışdırmaq, gücləndirmək. Düşmənin vəhşiliyi ona qarşı olan kin və nifrəti daha da alovlandırdı. // Bərk hirsləndirmək, qəzəbləndirmək. alovlanma “Alovlanmaq”dan f.is. alovlanmaq f.\n1. Bərk yanmaq, alışmaq, tutuşmaq, alışıb-yanmaq. İldırım vurmuş taya dərhal alovlandı.\n2. məc. Qızarmaq, işıqlanmaq, parlamaq. Dan yeri alovlandı. – Yenə od tutdu, dan yeri yandı; Şölələndi, üfüq alovlandı. A.Səhhət. Bəzi naxışlar sanki alovlanıb yanır və parlaq tayların zolaqları ilə pəncərəyə doğru uçuşurdu. Çəmənzəminli.\n3. məc. Şiddətlənmək, qızışmaq, güclənmək. Müharibə alovlandı. – Əz düşməni, qır düşməni zamandır; Gözlərində alovlansın qəzəb, kin. S.Rüstəm. alovlatmaq bax. alovlandırmaq 1-ci mənada. alovlu sif.\n1. Şiddətlə yanan, parlayan, alov çıxan.\n2. məc. tənt. Hərarətli, atəşin, ehtiraslı, coşqun. Alovlu salamlar. Alovlu nitq. Alovlu sözlər. Alovlu baxışlar. // Hiddətdən qıpqırmızı olmuş. Bu halda [Toğrulun] alovlu gözləri Rəşid kişinin qan çanağına dönmüş gözlərinə sataşdı. H.Nəzərli. // məc. Yandırıcı, yaxıcı. Dağ başında ov budur; Çaxmaq budur, qov budur; Sevgi od deyil yana; Oddan da alovludur. (Bayatı). alovluluq is. Ehtiraslılıq, qızğınlıq, coşqunluq, hərarətlilik. alovsaçan sif. Odsaçan, od püskürən, atəşin, alovlu; hərarətli, qızğın. alp is. və s. qəd. Qədim türk ordusunda xüsusi zümrə təşkil edən adamların yalnız qılınc və qan bahasına qazanaraq aldıqları titul. Alp ərə qorxu vermək eyib olur. “Dədə Qorqud”. alpinist [xüs. is.-dən] Alpinizm ilə məşğul olan adam, dağ turisti. İlk alpinist klubları. alpinizm [Alp dağları adından] Dağ turizmi; uca dağların təpəsinə, buzlaqlara çıxmaqdan ibarət idman növü. Alpinizm tədbirlərinin təşkili. Beynəlxalq Alpinizm Assosiasiyası İttifaqı. Alpinizmdə xüsusi ləvazimatdan istifadə olunur. alt is.\n1. Bir şeyin aşağı hissəsi, üstünün əks tərəfi, səth üzərinə qoyulan tərəfi. Qənddanın altı. Dibçəyin altı. Qutunun altı. Çəlləyin altı qopdu. // Örtülü bir şeyin üst tərəfinin əksi, aşağısındakı yer. Damın altı. Talvarın altı. Ağacın altında kölgələnmək. – Çardaq altında sağılan heyvanların kəsikkəsik mələmələri .. eşidilirdi. Ə.Əbülhəsən. // Bir səthin üzərində şey duran hissəsi. Səkinə kərpicin altına baxdı, açar orada yox idi. Mir Cəlal. Altın görmədiyin qabdan su içmə. Məsəl.\n2. Evin alt mərtəbəsi. Evin üst mərtəbəsi yataqxana, altı isə mağazadır. İdarəmizin altı anbardır. Məktəbin altı emalatxanadır. // Sif. mənasında. Altda, alt tərəfdə olan. Alt mərtəbə. Şkafın alt gözü. – Alt otağın böyük qapısı cırıltı ilə açıldı. Mir Cəlal. Alt daşı ağır olar. (Ata. sözü).\n3. Bir şeyin səthindən aşağı tərəf. Altımız dərə idi, üstümüz qarlı təpələr. Suyun altına düşmək. Dağın alt tərəfindəki evləri sel basmışdı.\n4. Bir adamın, heyvanın durduğu, yatdığı, oturduğu yer. Altına döşək salmaq. – Hər səhər malların altını təmizləyib, su və yemlərini verdikdən sonra, mən həyətimizdəki peyinlikdə cələ qurardım. M.İbrahimov.\n5. Bilavasitə yaxınlıq mənasında işlənir. Volqoqrad altında işğalçı alman ordularına zərbələr vuran qəhrəman. – Artıq .. kənd altından maral sürüləri keçib dağlara qalxmır. Ə.Məmmədxanlı.\n6. Bir şeyin təsir dairəsini göstərir. Əsgərlərimiz düşmənin gülləsi altında irəliləyirdi. Top atəşi altına düşmək. Yağış altında yerimək. – Günün altında dayanmaq mümkün deyildi. M.İbrahimov.\n7. (Yalnız yönlük, yerlik və çıxışlıq hallarda). Bir şəxsin və ya şeyin düşdüyü və ya içərisində olduğu vəziyyəti, keyfiyyəti bildirir. Himayəsi altına almaq. Təsir altına düşmək. Müdafiə altında olmaq. Rəhbərlik altında işləmək. Təhlükə altında olmaq. Həkimin nəzarəti altında müalicə. – Mən .. həyatı unudub onun təsirləri altından çıxa bilmirdim.. M.S.Ordubadi.\n8. Sif. mənasında. Altdan geyilən. Alt köynək. Alt tuman. ‣ Alt başında – yanında. Alt dan – bax. dan. Alt-alt(da), üst-üst(də) – olduğu kimi; səliqəsiz, qarışıq bir halda. O, müdir olduğu su idarəsinin işini alt-altda, üstüstdə qoyub gəldi Rzaqulu kəndinə gedən yola. Altda qalmaq – məğlub olmaq, basılmaq. Altda qalan namərddir. (Ata. sözü). İndi ki quyruğun basdın ilanın; Canı çıxsın gərək altda qalanın. Q.Zakir. Altına almaq – basmaq, məğlub etmək, basıb üstünə çıxmaq. Tərlan, Məmmədağanın bir yanında bibisi oğlu Əyyubu basmarlayıb cücü kimi altına alıbdır. S.S.Axundov. Altından çıxmaq – öhdəsindən gəlmək; ödəmək, əvəzini vermək. Onlar bilmirdilər ki, bu qızıl pulun altından necə çıxsınlar. “Qaçaq Nəbi”. Altını çəkmək – peşman olmaq, tutduğu işin pis nəticəsini görmək. Soyuq havada paltosuz gəzdi, indi altını çəkir. – [Güləndam:] Qız uşağının beyni olmaz. ..Sonra bir iş olar, altını çəkə bilməzsən. N.Vəzirov. altağız is. zool. Çəki balıqlarının çayların dibində yaşayan bir növü. altdan zərf\n1. Aşağı tərəfdən, alt tərəfdən. Altdan tutub qaldırmaq.\n2. məc. Gizli, xəlvəti. [Gədə:] Mən onların altdan söydüyünü görmüşəm. S.Rəhimov. altdan-altdan zərf bax. altdan 2-ci mənada. [Nabat] əlaltı özünə paltar tikdirirdi və altdan-altdan geyinib asta-asta sallanırdı. S.Rəhimov. Ailənin başqa üzvləri də sakit və altdan-altdan gah Şəmsiyyəyə, gah Səlimiyə baxır(dılar).. M.İbrahimov. [Qara kişi] altdan-altdan qarısına baxırdı. Ə.Əbülhəsən. altdan-üstdən zərf Yalan, düzgün olmayaraq. [Xan qəti bir səslə:] Düzünü de görüm, necə oldu? – dedi, – bax, birini altdan-üstdən desən, başın cəllad əlindədir! Çəmənzəminli. altdan-yuxarı zərf Aşağıdan-yuxarı. Aqil altdan-yuxarı Həbibin üzünə baxdı. Ə.Vəliyev. alterasiya [lat.] mus. Musiqi kökündə əsas səsin yarım ton, yaxud bütöv ton zilləşdirilməsi (yüksəldilməsi) ya da, əksinə, bəmləşdirilməsi (aşağı salınması). Alterasiya işarələri. – ..Artırılmış sekunda, triton orta tonlarının alterasiya edilməsi yolu ilə üç bütöv ton ardıcıllığının pozulması nəticəsində əmələ gəlir. Ü.Hacıbəyov. alternativ is. [fr.]\n1. Bir-birini istisna edən imkanlardan hər biri.\n2. Bir-birini istisna edən imkanlardan birini seçmə. Alternativ öhdəlik. altı miqd. s. Beşdən sonra gələn ədəd –\n6. altı-altı zərf Hər birinə, yaxud hər dəfəsinə altı. Dəftərləri altı-altı ayırmaq. Əsgərlər altı-altı sıraya düzüldülər. altıaçıq 1. sif. Alt tərəfi açıq olan.\n2. is. məh. Talvar. altıaçılan is. dan. Çaxmağı ilə lüləsi arasında altı güllə tutan, hərlənən topu olan tapança. altıavarlı sif. Üç cüt avarı olan. Altıavarlı qayıq. altıaylıq sif.\n1. Altı ay, yarım il davam edən və ya davam etmiş. Altıaylıq hesabat. Altıaylıq bir dövr. Altıaylıq möhlət. Məsələnin altıaylıq bir tarixi var.\n2. Yaşı altı ay olan, yarımillik. Altıaylıq uşaq. Altıaylıq buzov.\n3. Altıaylıqda doğulmuş (uşaq). altıbarmaq sif. Əlində və ya ayağında altı barmaq olan. altıbaşlı sif. Altı təpəsi, ucu, başı olan. Altıbaşlı dağ. Altıbaşlı ağac. altıbucaq is. hənd. Altı bucağı olan cisim. altıbucaqlı sif. Altı bucağı olan. Altıbucaqlı cisim. altıcəhət sif. Altıtərəfli, altı tərəfi olan. altıcərgəli sif. Altı cərgə (sıra) şəklində olan, altı sıra şəklində düzülmüş, altı cərgədən ibarət olan. Altıcərgəli əkin. altıdüymə sif. dan. Ölçüsü altı düymə olan. Altıdüymə taxta. Altıdüymə mıx. altıgüllük is. məh. Yer altında yuva tikən göy rəngli bir quş. altıgünlük 1. sif. Altı gün sürən və ya sürmüş. Altıgünlük müddət. Altıgünlük səyahət.\n2. is. Altı gündən ibarət müddət. Aprelin birinci altıgünlüyü. Altıgünlüyün birinci günü. altıqatlı sif.\n1. Altı mərtəbəsi olan. Altıqatlı ev. Altıqatlı şkaf.\n2. Altı qatı, altı layı olan. Altıqatlı karton. Altıqatlı mədən yatağı. Altıqatlı faner. altılıq 1. sif. Ölçüsü (eni, hündürlüyü, qalınlığı) altı düymə (və s.) olan. Altılıq taxta. Altılıq mismar.\n2. is. Oyun kağızlarında altı xalı olan vərəq, yaxud altı nömrəli şey. Altılıq kart. altımanatlıq sif. Altı manata dəyən; qiyməti altı manat olan. Altımanatlıq parça. Altımanatlıq köynək. altımərtəbə (=altımərtəbəli) sif. Hündürlüyü altı mərtəbə olan, altıqatlı. Altımərtəbə(li) ev. – Nəhayət, trest altımərtəbəli yaşayış evinin üstündə durmuşdu. M.İbrahimov. altımərtəbəli (=altımərtəbə) sif. Hündürlüyü altı mərtəbə olan, altıqatlı. Altımərtəbə(li) ev. – Nəhayət, trest altımərtəbəli yaşayış evinin üstündə durmuşdu. M.İbrahimov. altıncı sıra s. Sıra ilə beşincidən sonra gələn ədəd. Altıncı sinif. Altıncı sıra. Həftənin altıncı günü (şənbə). – Nəriman ilk cərgədən altıncı adam idi. Qabaqda dayanmağından məmnun idi. Mir Cəlal. altısaatlıq sif. Altı saat sürmüş və ya sürən; altı saat vaxt tələb edən. Altısaatlıq iş günü. Altısaatlıq yol. altıtarlalı sif. k.t. Altı ildən bir dövr edən (əkin dəyişmə). Altıtarlalı təsərrüfat. Altıtarlalı əkin. altıüzlü sif. hənd. Altı üzü olan həndəsi cisim. altıyanlı bax. altıüzlü. altıyaşar sif. Altı yaşında olan. Altıyaşar uşaq. altıyaşlı sif. Yaşı altı olan. Altıyaşlı Ədalət də iş görür, kömək edirdi. Mir Cəlal. altlıq is.\n1. Bir şeyi saxlamaq üçün onun altına qoyulan şey, dayaq və s. Dibçək altlığı.\n2. Bünövrə, əsas, dayaq, bir şeyin aşağı hissəsi, altı. Heykəlin altlığı. Abidənin altlığı mərmərdəndir.\n3. Ayaqqabının altına vurulan dəri, rezin və s. Əvvəllər ayaqqabının altlığı əl ilə vurulurdu. altmış miqd. s. Altı onluq; əlli doqquzdan sonra gələn ədəd – 60. Əllisində əlif qəddin bükülər; Altmışında ön dişlərin tökülər.. “Koroğlu”. Altmış illik ömrüm oldu səndə bərbad, Ərdəbil. M.Ə.Sabir. altmışıncı sıra s. Sıra ilə əlli doqquzuncudan sonra gələn ədəd. Altmışıncı illər. Altmışıncı səhifə. Altmışıncı ildönümü. altmışlıq sif. Altmış yaşlı, altmış yaşında. Yamaqlı çarşabı altından altmışlıq bir qadın yaşıl damarları çıxmış gəmik əli ilə bir kağız parçasını uzadaraq: – Oğul, al bu kağızı oxu, gör kimə veriləcək? – dedi. A.Şaiq. blto [ital.] mus.\n1. Xor, yaxud vokal ansambllarında bəm qadın və ya uşaq səsləri ilə ifa olunan partiya. // Bu səslə oxuyan adam.\n2. Skripkaya oxşar, lakin ondan bir qədər böyük, 4 simli musiqi aləti. // Alçaqsəsli nəfəslə çalınan musiqi aləti. altruizm [fr.] Başqasının naminə, təmənnasız olaraq, öz mənafeyini qurban verməkdən ibarət əxlaqi prinsip. Altruizm prinsipinin mənşəyi Qədim Şərqin əxlaq haqqındakı təsəvvürləri ilə bağlıdır. altun is. Qızıl. Sənə gülşəndə nisar etmək üçün, hər nərgis; Götürübdür başa altun dolu bir sim təbəq. Füzuli. [Aydın:] Dünyada hakim bir qüvvət varsa, o da altun, yenə altundur. C.Cabbarlı. Payız günəşi ətrafındakı kolların seyrək yarpaqlarını altun təbəqələri kimi parlatmaqda idi. H.Nəzərli. alt-üst zərf Qarmaqarışıq, pozğun, nizamsız, bərbad bir halda. Gəldim bütün kağızlarımı alt-üst gördüm. • Altını üstünə çevirmək – bax. alt-üst etmək (eləmək) 1-ci mənada. Gecə yarısı [qorodovoylar] Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb, evin altını üstünə çevirdirlər. Ə.Haqverdiyev. Altını-üstünü ölçmək – dolaşmaq, gəzmək, çox gəzib gəlmək. Zurnaçılardan tutmuş traktor sürənə qədər hamı yolun altını-üstünü ölçürdü. M.Hüseyn. Alt-üst etmək (eləmək) – 1) dağıtmaq, qarışdırmaq, bərbad etmək, darmadağın etmək. Jandarmlar .. otağı alt-üst etməyə başladılar. M.S.Ordubadi. Nə buldular İskəndərlər, Çingizlər; Cahanı titrədib altüst etdilər. H.Cavid; 2) puça çıxarmaq, heçə çıxarmaq, pozmaq. Tubunun səsindəki mülayimlik Umudun bayaqkı şübhələrini bir andaca alt-üst elədi. İ.Məlikzadə. Alt-üst ilə – artıraraq, çevirərək, dəyişdirərək, başqa şəkildə. [Ağca xanım] corabçıdan eşitdiklərini bir az da alt-üst ilə Gəldiyevə danışır. Mir Cəlal. Alt-üst olmaq – 1) altıüstünə çevrilmək, dağılmaq, qarışmaq, bərbad olmaq, darmadağın olmaq; 2) puça çıxmaq, heçə çıxmaq, pozulmaq. Bütün arzularım alt-üst oldu. – Həyatdan bezmiş, bütün ümidləri alt-üst olmuş Gülyazın heç bir çıxış yolu qalmamışdı. M.Hüseyn. Ayağım yekə bir daşa toxundu, bütün fikirlərim alt-üst oldu. Ə.Vəliyev. alu [fars.] bax. alı. Dedi: “Meylin olurmu aluyə; Təmi meyxoş qızıl gavaluyə?” M.Ə.Sabir. aludə [fars.] Tutulmuş, mübtəla; vurulmuş, məftun. Biz ol aludeyi-dərdik ki, cami-mey dəvamızdır. S.Ə.Şirvani. • Aludə olmaq – 1) tutulmaq, mübtəla olmaq, qapılmaq, başı qızışmaq. Oğlan oyuna bir mərtəbədə aludə olmuşdu ki, gecə vaqiədə də oyundan sayaqlardı. Ə.Haqverdiyev. [Firidun] düşüncələrinə o qədər aludə olmuşdu ki, günorta yerində durmuş və hər şeyi yandıran günəşin istisini belə hiss etmirdi. M.İbrahimov; 2) vurulmaq, məftun olmaq. Aludeyiqəddü rüxü çeşmin ola aşiq; Sərvü səmənə, nərgisi-şəhlaya baxarmı? Q.Zakir. Nəriman uzaqdan-uzağa bu qıza elə aludə oldu ki, pəncərə günlər ilə örtülmədi. Mir Cəlal. aludəlik is.\n1. Bir şeyə aludə olmuş adamın halı; mübtəlalıq.\n2. Böyük həvəs, şövq. Firidun ədəbi əsərləri atəşin bir aludəliklə (z.) təhlil edərdi. M.İbrahimov. Mədəd .. böyük bir səylə və aludəliklə məktubun axırıncı cümlələrini yazırdı. Ə.Əbülhəsən. alunit [fr.] miner. Zəy daşı. Daşkəsən yaxınlığında olan Zəylik alunit yatağının çox böyük əhəmiyyəti vardır. M.Qaşqay. alümin [lat.] Alüminiumdan qayrılmış. Alümin qazan. Alümin qaşıq. – Yarır təyyarəmizin alümin qanadları; Hava dalğalarını, gərib sinə sərt yelə. S.Rüstəm. alüminium is. [lat.] kim. Çəkic altında asan döyülüb yayıla bilən gümüş rəngli yüngül metal. Alüminium ancaq birləşmələr şəklində tapılır. Kimyəvi elementlərdən isə alüminium, volfram, nikel, kobalt, qurğuşun və radioaktiv metalların yeni yataqlarının axtarışı xüsusi əhəmiyyət kəsb edir. M.Qaşqay. alüminiumlu sif. kim. Tərkibində alüminium olan. Alüminiumlu ərintilər. alver is. Alğı-satqı, ticarət. Xırda alver. Alverlə mübarizə. Alver etmək. alverçi is. Alış-verişlə, alverlə, mal alıb-satmaqla məşğul olan adam; alverçiliyi özünə peşə etmiş adam; ehtikarçı. Burası [Tehranda bir döngə] xırda alverçilərin və bazar alverçilərinin dolandığı yer idi. M.İbrahimov. alverçilik is. Alverlə məşğul olma, alver işi. Quluda alverçilik damarı vardı. A.Şaiq. alyanaq (=alyanaqlı) sif. Yanaqları qırmızı. Alyanaq uşaq. – Alagözlü, alyanaqlı qız utanaraq qumral saçlarını üzünə örtüb, ürkmüş maral kimi evə qayıdır. H.Sarabski. alyanaqlı (=alyanaq) sif. Yanaqları qırmızı. Alyanaq uşaq. – Alagözlü, alyanaqlı qız utanaraq qumral saçlarını üzünə örtüb, ürkmüş maral kimi evə qayıdır. H.Sarabski. al-yaşıl is. köhn. Al-yaşıl rəngli ipək parça. Əziziyəm bizə gəl; Al-yaşıl gey, bizə gəl. (Bayatı). [Heydər bəy:] Amma buranın xalqı belə firəng çitinə hərisdir ki, onu görəndə al-yaşılın üzünə baxmırlar. M.F.Axundzadə. am is. [ər. “əvam” söz. təki] Adi xalq kütləsi, adi camaat, adi adamlar (xas ziddi). Bəzm əhlinə növbət ilə ver cam; Həm xas riayət eylə, həm am! Füzuli. Bəsdir daha tənqid elədin xas ilə amı; Çox yazma, danışma, daha tul etmə kəlamı. C.Cabbarlı. amac is. [fars.] klas. Nişanə, hədəf, nişangah. Kim, İbni-Səlami etdi gərdun; Amaci-xədəngi-ahi-Məcnun. Füzuli. Amacisinəmi növgi-mujganın; Qoyub nişanəyə gözlər, nə gözlər! Nəbati. Mən demədimmi sənə, başda otur tac tək; Durma müqabil bəla tirinə amac tək. M.Ə.Sabir. amadə zərf [fars.] Hazır, hazırlanmış, müntəzir. Keçən şəb bir məkanda bir nigarisadə gördüm mən; Xədəngi-qəmzəsin can almağa amadə gördüm mən. S.Ə.Şirvani. Ovçu Pirim oğlu Camal xanın çıxmayacağını görüb, evi tamamilə oda tutmuşdu və əlində tüfəng amadə dayanmışdı. S.Rəhimov. • Amadə olmaq – hazır olmaq. Verdin keçən il borcuna yorğanını, neylim; Ol indi palaz satmağa amadə, əkinçi! M.Ə.Sabir. [Səlimi:] Mənim fikrim yavaş-yavaş kiçik bir dəstə hazırlamaqdır. Amadə olmaq lazımdır. M.İbrahimov. amadəlik is. Hazırlıq, hazır vəziyyət, müntəzirlik. Üç-dörd günün müddətində hamı müntəxib olunan kəslər göründü və hamısı şurişə meyil və amadəlik göstərirdilər. M.F.Axundzadə. amal is. [ər. “əməl” söz. cəmi] tənt. Qayə, məqsəd, arzu, ümid, dilək. Mən gedərsəm, var olsun amalım! Yaşasın şəhriyari-hürriyyət! M.Ə.Sabir. And içək ki, ölüm bizi Azərbaycanın səadəti yolundan, böyük amalımız yolundan döndərə bilməz! M.İbrahimov. amalqama [fr. əsli ərəbcədən] kim. Bəzi metalların civə ilə əmələ gətirdiyi ərinti, xəlitə. Amalqama maye yarımmaye və ya bərk halda ola bilər. aman is. [ər.]\n1. Əmin-amanlıq, əmniyyət, təhlükəsizlik, qorxusuzluq, dinclik.\n2. Möhlət, macal, imkan. • Aman vermək – macal vermək, imkan vermək, vaxt vermək, rahat buraxmaq. [Molla İbrahim Xəlil:] Gümüş xahiş edənlər bir mərtəbədə çoxdur ki, hətta mənə aman vermirlər ki, iksirin müddəti-təkmilini itmamə yetirəm. M.F.Axundzadə. Qazının qısıla-qısıla gəlməyinə ağa artıq etina etməyib, bir az da irəli gəlməyə aman verir və sonra dönüb bir təpik vurur. Çəmənzəminli.\n3. Rəhm, mərhəmət. Düşmənə aman yoxdur. – Ovçuda aman olur; Əlində kaman olur; Oxlama, yar, könlümü; Ox dəysə, yaman olur. (Bayatı). • Aman vermək – rəhm etmək, mərhəmət etmək, əfv etmək, bağışlamaq. Get, düşmənə aman vermə davada; Batır suda, vur quruda, havada! S.Vurğun.\n4. İmdad, yardım, kömək, nicat, mərhəmət diləyi. Aman istəmək. – Amana gələnin boynunu qılınc kəsməz. (Ata. sözü). Yandı bağrım, döndü qana; Bir namə yaz Divarqana; Daha səndən aman olmaz. Aşıq Abbas.\n5. Taqət, qüvvət, güc. Dad edib suzəni çəkdim əlindən; Qoymadı canımda aman ayrılıq. (Qoşma). • Amanı kəsilmək (qırılmaq) – üzülmək, əldən düşmək, yorulmaq, taqətdən düşmək. Amanını kəsmək – yormaq, üzmək, əldən salmaq, taqətdən salmaq. Soyuq əsgərin amanını kəsdi.\n6. nida. Can ağrısı, həyəcan, fəryad, iztirab, qorxu və s. hissləri ifadə edir. Aman, başım ağrıyır. Aman, sancıdan öldüm! Aman, qıçım sındı! – Gözlə zülfün bad vurar; Bad əlindən dad vurar; Dərddən aman deyənin; Boynunu cəllad vurar. (Bayatı). Ay sevdiyim, səndən qeyri kimim var; Gəl üstümə, aman, öldüm, dad, öldüm! M.V.Vidadi. Nələr gördün, aman, Vaqif! Nə qansızmış zaman, Vaqif! S.Vurğun. // Heyrət, təəccüb bildirir. Aman, bu sənsən! Aman, bu nədir?\n7. nida. Rica, xahiş, yalvarış bildirir (bəzən “amandı”, “amandır” şəklində işlənir). Gecə-gündüz fikrim-zikrim, əzbərim; Üzüldü taqətim, aman, bəri bax! M.P.Vaqif. Ey yığılan canlar, siz olun tanrı; Amandı, qoymayın yar oyanmasın. Q.Zakir. Məni yandırma, amandır; Ürəyim dopdolu qandır. M.Ə.Sabir. // Yenə həmin mənada bəzən “günüdür” sözü ilə bərabər işlənir. Aman günüdür, onu tək qoyma. Aman günüdür, tək getmə. Aman günüdür, özünü gözlə.\n8. nida. Narazılıq, şikayət, nifrət bildirir (çox vaxt “əlindən” sözü ilə birlikdə). Aman yaman yoldaş əlindən! – Vaqif deyir: sənin əlindən aman; Mən biçarə nə havalı sevmişəm. M.P.Vaqif. ‣ Aman evi – daldalanacaq yer, pənah gətiriləcək yer. (Qarabağ xanı Pənah xan bu fikirdə oldu ki), .. möhkəm bir bina və qala tikilsin. Bir hadisə üz verdiyi zaman ora məskən; tənglik və bolluq vaxtında isə aman evi olsun. A.Bakıxanov. And-aman eləmək – bax. and-aman. amanabənd bax. amanatabənd. amanatabənd zərf\n1. Bir şeyi etməyə hazır, bəhanə gözləyən, bir himə bənd, işarəyə bənd.\n2. Sınıq-salxaq, davamsız; uçulmaq, dağılmaq, yıxılmaq üzrə olan. amanı bax. amanatabənd. amansız sif. Rəhmsiz, mərhəmətsiz, rəhm bilməyən, mərhəmət bilməyən; barışmaz. Amansız zərbə. Amansız ölüm. Düşmənlərə qarşı amansız (z.) olmalı! – [Səriyyə] mübarizə etmək, amansız taleyi ilə üz-üzə durmaq iqtidarında deyildi. M.İbrahimov. Buradakı mülayim təbiətli sadə insanların qəlbi bu gün amansız bir kinlə döyünür. M.Hüseyn. [Şairin] qəlbində nə isə böyük, amansız və gözəl bir qüvvə baş qaldırdı. Ə.Məmmədxanlı. amansızca (=amansızcasına) zərf Amansız bir surətdə, rəhm etmədən, yazığı gəlmədən; çox sərt bir surətdə. Amansızcasına mübarizə etmək. Üsyançılara amansızcasına divan tutuldu. Amansızcasına cəza vermək. amansızcasına (=amansızca) zərf Amansız bir surətdə, rəhm etmədən, yazığı gəlmədən; çox sərt bir surətdə. Amansızcasına mübarizə etmək. Üsyançılara amansızcasına divan tutuldu. Amansızcasına cəza vermək. amansızlıq is. Rəhmsizlik, mərhəmətsizlik; barışmazlıq, sərtlik; şiddət. Mübarizənin amansızlığı. – Bütün bunlar, elə bil, düşmənlərin amansızlığını, inad və qətiyyətini daha da artırmışdı. Ə.Əbülhəsən. aman-zaman sif. dan. Tək, var-yox, yalnız, vahid. Aman-zaman bir oğlu var. amazonlar cəm [yun. xüs. is.-dən] mif. Qədim yunan əsatirində: Qara dəniz sahillərində yaşamış və qonşu ölkələrə basqınlar etmiş cəngavər qadınlar. Qafqaz amazonları barədə əfsanələr məlumdur. ambıl is. məh. Xışa qoşulmuş öküzlərin birinci cütü. Qulaməli kəlləri hayqırıb .. ambıl kəlinin yanı ilə addımladı. S.Rəhimov. ambır is. xüs. Dəmirçilərin, nalbəndlərin işlətdiyi iri kəlbətin. ambırağız is. xüs. Məftil kəsmək üçün kiçik kəlbətin. ambisiya is. [fr.] Lovğalıq, təkəbbür, təşəxxüs, iddia etmə. ambulatoriya is. [lat.] tib. Xəstəxanadan kənar müalicə müəssisəsi. Ambulatoriya binası. Ambulatoriya müalicəsi. amerikalı (=amerikan) is. Amerika Birləşmiş Ştatlarının əhalisinə mənsub olan şəxs. Drayzer sadə amerikalıların faciəli taleyini təsvir edirdi. amerikan (=amerikalı) is. Amerika Birləşmiş Ştatlarının əhalisinə mənsub olan şəxs. Drayzer sadə amerikalıların faciəli taleyini təsvir edirdi. amerikanizm [xüs. is.-dən]\n1. Amerika millətçiliyi.\n2. Amerika Birləşmiş Ştatlarında ingilis dili xüsusiyyəti. amfibiya [yun.]\n1. zool. Həm quruda, həm də suda yaşayan heyvan.\n2. bot. Həm quruda, həm də suda bitən bitki.\n3. Həm suda, həm də quruda enib qalxa bilən təyyarə, həmçinin suda və quruda hərəkət edən avtomobil, tank. amfiteatr [yun.]\n1. Qədim yunanlarda və romalılarda: ətrafında tamaşaçılar üçün yarımdairə şəklində pillə-pillə yüksələn yerlər olan tikili, tamaşagah. Amfiteatrın ortasında arena var idi.\n2. Müasir teatrlarda: parterlərin dalında və ya lojaların üstündə pillə-pillə yüksələn yarımdairə şəklində yerlər. // Amfiteatr kimi getdikcə yuxarı qalxan şey haqqında. Amfiteatr şəklində dənizdən təpələrə doğru yüksələn şəhər milyon işıqları ilə parlayırdı. Ə.Sadıq. amfora is. [lat.] Yağ və şərab saxlamaq üçün iki şaquli qulplu yumurta formalı qab. Amfora çox vaxt rəsmlərlə bəzədilirdi. amil I. is. [ər.] Bir prosesin, hadisənin hərəkətverici qüvvəsi, səbəbi. Hava, torpaq və su kimi təbii amillər insanın həyatında olduqca böyük rol oynayır. // Səbəb, vasitə. Qorxunun çoxluğu ehtiyatlı olmaq fikrini doğuran birinci amildir. M.S.Ordubadi. Polifonik metod musiqi əsərlərində canlı, parlaq obrazların yaradılması üçün çox qüdrətli bir amildir. Ə.Bədəlbəyli.\n\nII. is. [ər.] köhn. Tacir müvəkkili, ticarət agenti. İstanbulda, Bakıda, Tiflisdə, Batumda onun [Hacı Kamyabın] amilləri var idi. Ə.Haqverdiyev. Amillərə tüccardən artıq əsərin var; Fəthin, zəfərin var. M.Ə.Sabir. amillik is. köhn. Amil vəzifəsi və işi (bax. amil2 ). [Oğlu atasına:] Rəhman tacir, neçə vaxtdır, mənim dalımca gəzir, məni özünə amilliyə çağırır.. Ə.Haqverdiyev. amin [ər. əsli qədim yəh.] din. Qəbul olsun, arzun yerinə yetsin, olsun (adətən dua və sənaların axırında söylənir). Əziziyəm, bir amin; Bir dua de, bir amin; Bu gündən məhəbbətim; Artıb sənə birə min. (Bayatı). Camaat da qazıya baxıb səsləndi: – Amin! C.Məmmədquluzadə. • Amin deyən məc. – öz fikri olmayıb, başqasının dediyini təkrar edən, bəli-bəli deyən, başqasının sözü ilə durub-oturan adam. Amin demək məc. – öz fikri olmayıb, başqasının dediyini təkrar etmək, “bəli-bəli” demək. aminxan [ər. amin və fars. xan] din. Amin deyən, amin oxuyan. amir is. [ər.] Buyuran, əmr edən, hökm edən; başçı, böyük. Millətə çatdıqca qəm, əyyaş idik; Hakimə yar, amirə qardaş idik. M.Ə.Sabir. Yavər mətbəxdə xörək hazırlayır Şəhla xanım bir amir kimi ona göstəriş verirdi. S.Rəhimov. amiranə zərf və sif. [ər. amir və fars. ...anə] Əmr edərcəsinə, hökm edərcəsinə. Mən istərəm çıxarmağa könlümdən eşqini; Qılmaq itaət əmrimə, pək amiranədir. M.Hadi. Fəhlələr uşağın bu amiranə sözündən gülümsəyərək, bir-birinin üzünə baxdı(lar). A.Şaiq. Bəy ona amiranə ifadə ilə tapşırdı: – Yoldaşlar məclisi sənə həvalə edirlər. Mir Cəlal. amirlik “Amir”dən mücər. ..Mənim bir Şərq kişisi amirliyi ilə dediyim sözlər onu [qızı] təəccübləndirməyə bilməzdi. M.S.Ordubadi. amma bağl.\n1. Cümlələri, habelə cümlə üzvlərini (əsasən həmcins üzvləri) birləşdirərək qarşılıq bildirir. ..Amma şirin dilli, açıq qabaqlı; Könül aşinası, hayıf ki, yoxdur. M.P.Vaqif. Sən bir gözəlcə qönçəsən, amma yabanısan. A.Səhhət. [Ramazan:] Doğrudur, çox qocalmışam, amma cavanlardan geri qalmıram. M.Hüseyn.\n2. Nida mənasında. Təəccüb, mübaliğə, istehza, kinayə bildirir. Amma nə oxudu! Amma nə dedin! – Moldayı, gördün nə iqdam etdi? Amma millət a! Az zamanda nə sərəncam etdi! Amma millət a! M.Ə.Sabir. ammiak [yun.] kim. Azot ilə hidrogen birləşməsindən əmələ gələn kəskin qoxulu rəngsiz qaz. – Mədən gübrələri ammiak şorasından ibarətdir. ammonium [yun.] kim. Bir çox duzların tərkibində olan, sərbəst halda tapılmayan, tərkibi azot və hidrogendən ibarət olan atomlar qrupu (texnika və kənd təsərrüfatında işlədilir). Ammonium duzları. amnistiya [yun.] Ali dövlət orqanının qərarı ilə məhkəmə tərəfindən iş kəsilmiş şəxslərin cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tamamilə azad edilməsi. // Ali dövlət orqanlarının bu xüsusda verdiyi fərman. Amnistiya haqqında aktın şərtləri. amorf sif. [yun.] Formasız, şəkilsiz. Təbiətdə amorf maddələr kristallara nisbətən azdır. • Amorf dillər dilç. – sözlərin formal (şəkli) əlamətləri (məs.: sonluqları) olmayan və buna görə də müxtəlif qrammatik əlaqələri (hal, say, şəxs, zaman və s. münasibətləri) köməkçi sözlərlə, cümlədə sözlərin sırası ilə ifadə olunan dillər (məs.: Çin dili). “Xalis” amorf dillər yoxdur. amortizasiya [lat.]\n1. iqt. Avadanlığın işlənməsi nəticəsində dəyərinin getdikcə azalması.\n2. tex. Xüsusi mexanizmlərin köməyi ilə avtomobil, təyyarə və s.-də zərbə və təkan təsirinin azaldılması. amortizator [fr.] Avtomobil, təyyarə və s. maşın və cihazlarda zərbənin təsirini azaldan mexanizm. Yaylı amortizator. amper [xüs. is.-dən] fiz. Elektrik cərəyanı gücünün ölçü vahidi. Mütləq amper. ampermetr [xüs. is. amper və yun. metr] fiz. Elektrik cərəyanı şiddətini ölçmək üçün cihaz. Ampermetrin daxili müqaviməti. ampir [fr.] sənət. I Napoleonun imperatorluğu dövründə Fransada meydana gəlmiş bədii üslub (əsasən memarlıqda və tətbiqi incəsənətdə). Klassisizm zəminində yaranmış ampir üslubu. amplituda [lat.] fiz.\n1. Rəqs edən cismin tarazlıq vəziyyətindən uzaqlaşdığı nöqtələr arasındakı məsafə. Rəqs amplitudası.\n2. Barometrdə və ya termometrdə yüksəkliklər fərqi. amplua [fr.]\n1. Aktyorun xüsusiyyətinə görə ifa etdiyi müəyyən rollar dairəsi. Sənətdə Ərəblinskinin ampluası möhtəşəm qəhrəmanlar rolu idi. S.M.Qənizadə. [Ruhulla] ancaq Ərəblinski ilə tanış olandan sonra öz ampluasını tapa bildi. S.Rəhman.\n2. Ümumiyyətlə rol. Aktyorun dar amplua çərçivəsi. ampul is. [lat.] tib. İçində dərman maddələri saxlamaq üçün hər tərəfi qapalı şüşə borucuq. amyöb [yun.] zool. Təkhüceyrəlilərə mənsub olub, şirin suda yaşayan və daimi forması olmayan mikroskopik (adi gözlə görünməyən) ibtidai heyvan. İbtidai heyvanlar: infuzorlar, amyöblər və s. ən sadə quruluşa malik heyvanlardır. M.Axundov. an is. [ər.] Ən cüzi bir zaman, ləhzə, dəm, bir gözqırpımlıq müddət. • Bir an – bir saniyə, bir dəqiqə. Bir an onu gözündən qoymadı. – Bir an səni görməyəndə, yarım; Əfğanı yetirrəm asimanə. Heyran xanım. Gözünü uşaqdan, anadan bir an; Ayıra bilmirdi Növrəstə qarı. R.Rza. [Kamil və Murtuzov] bir an bərabər ixtiyara malik adamlar kimi çiyin-çiyinə dayanıb gülüşdülər.. S.Rəhimov. Bir anda, bir an içində – dərhal, o saat, göz yumub açınca. Bu xəbər bir anda ağalıq xidmətlərinə yayıldı. S.S.Axundov. Kəklik onun [qardaşının] əlindən ox kimi çıxdı və bir anda ormanın yarpaqları arasında qeyb oldu. A.Şaiq. Buğa bir anda hərlənib ona [Buğaca] sarı cumdu. M.Rzaquluzadə. Bir anlıq, bir anlığa – çox az bir zaman üçün, bir ləhzə, bir göz açıb yumunca. Adamlar bir anlığa təəccüblə bu qəribə səsə tərəf dönərək, yenə öz işlərinə .. başladılar. M.İbrahimov. Sonra açır qapını, budur iclas salonu; Xatirələr bir anlıq alıb aparır onu. R.Rza. Durdu bir anlığa o birdən-birə; Düşdü qar üstünə, yıxıldı yerə. M.Rahim. // Ümumiyyətlə, vaxt. Onun [vətənin] üzərində həyatımın qüssə və kədəri bilmədiyim anları keçmişdir. M.S.Ordubadi. Evlərindən ayrıldıqları andan onları [Səriyyəgili] dözülməz iztirablarla dolu bir həyat qucağına aldı. M.İbrahimov. [Mehrəli bəy:] Xeyr, mən bu ana kimi şərəflə yaşamışam. S.S.Axundov. Bu an, bu anda – bu zaman. Bu anda qoca usta başını dik qaldırıb, dəmir qüllənin zirvəsində durmuş fəhləni səslədi. M.Hüseyn. [Əziz] bu an bütün fikrini artezian quyusuna, onun suyuna cəlb etmişdi. Ə.Vəliyev. Elə bu anda onun [şairin] pəncərəsində nə isə bir şölə titrədi və söndü. Ə.Məmmədxanlı. Hər an, hər anda – hər zaman, həmişə, daim. Sabir, ey aləmi-xəlqə tərcüman; Ey hər anda kasə-kasə zəhr udan! A.Səhhət. Dünyanın dərdini, qəmini hər an; Mənə bir baxışla unutdurursan. S.Vurğun. ana is.\n1. Övladı olan qadın. Ana məhəbbəti. Mehriban ana. Bütün qədim şairlər analarının südü ilə yoğrulmuş dildə yazırdılar. – Anasına bax, qızını al. (Məsəl). [Zeynəb:] Eh, Dilrüba, sən özün də ana olacaqsan. M.S.Ordubadi. Gəlinin sözləri anasını da kövrəltdi. Çəmənzəminli. Dörd ay vardı, ananın gözləri yol çəkirdi. S.Rüstəm. // Məc. mənada. Zaman bizə bir anadır; Biz zamanın övladıyıq! S.Vurğun.\n2. Öz balalarına nisbətən heyvan, balası olan heyvan. Quzular analarını əmirlər. Pişiyin balası lap anasına oxşayır.\n3. Yaşlı qadına hörmətlə müraciət. Ana, bir az su verin.\n4. məc. Bir şeyin əsas qismi, mərkəzi, kökü mənasında. Ana çay. Ana zoğ. Ana dili. – Bütün ana və qol arxlar təmizlənib qaydaya salınmışdır. // məc. Bəsləyici, qidalandırıcı, tərbiyələndirici. Hündür dağlar sizin ilə öyünür; Anasınız çay, bulağa, buludlar. H.K.Sanılı.\n5. məc. Müxtəlif oyunlarda başçı. Uşaqlardan bir nəfər nüfuzlusu “ana” (oyun başçısı) olardı. H.Sarabski. ‣ Ana bətni – ana qarnı, uşaqlıq. Bəlkə də onların [Bab və Bəhanın] ana bətnindən alim doğulduğuna inananlar tapılırdı. M.S.Ordubadi. Ana Vətən, ana torpaq, ana yurd tənt. – Vətən. Onun sadə həyatını mən bilirəm; Bilir bizim ana torpaq, ana vətən. S.Vurğun. Mən deyirdim ki, bir gün varıb ana yurduna; Öpərsiniz anamın toz basan məzarını... A.İldırım. Ana dili – bir adamın doğma dili, körpəlikdən öz ataanasından öyrəndiyi dil. ..Ərəb və fars kəlmə və ibarələrinin şövq və həvəsində olub, ehtiyac olmadığı halda onları ana dilinə qatıb qarışdırmaq, bizim əqidəmizcə, böyük səhvdir. F.Köçərli. Füzuli bayraq etdi doğma ana dilini; O bu dildə ilk dəfə “Leyli-Məcnun” yaratdı. B.Vahabzadə. Ana xətti – əsas, mühüm cəhət. Lakin özlüyündə müstəqil olan bütün bu musiqi parçaları arasında müəyyən bir rabitənin varlığı və bununla da bütün nömrələrin bir ana xəttinə əsaslanması lazımdır. Ə.Bədəlbəyli. Ana südü kimi məc. – halal, qanuni. [Həsən:] Ay mirzə, Allahı sevərsən, kasıb adamam, mənim evimi yıxma, yediyin nahar da ana südü kimi halalın olsun. Ə.Haqverdiyev. Ana uşağı məc. – utancaq, dilsiz-ağızsız, fağır. Dördillik məktəb həyatında özünü ana uşağı kimi aparan Səlim birdən-birə dəyişdi. M.Hüseyn. Anadan olmaq – doğulmaq. Nurəddin .. anadan olandan öz şəhərlərindən başqa bir yer görməmişdi. S.S.Axundov. Anan ölsün! – təəssüf, kədər bildirir. [Əhməd:] ..Dərdlər dərmanı tapılmaz məgərinki bu kitabların içində... Anan ölsün kitab yazan!.. N.Vəzirov. Anası mələr qalmaq – ölmək. Anası ölmüş (ölsün) – 1) yazıq, fağır, biçarə, bədbəxt (təəssüf bildirir). [Məsmə:] Təzəlikdə heç xəbər-ətər yoxdur. Anası ölmüş [Bəndalı] düşdü qürbətə, yaman düşdü. Mir Cəlal. Səlbi təzədən dilləndi: – Anası ölmüşü harada qoyub gəldin? Ə.Vəliyev; 2) qoçaq, zirək (tərif yerində işlənir). Anasını ağlar (mələr) qoymaq – divan tutmaq, öldürmək, bədbəxt etmək, müsibətə uğratmaq. [Rəşid:] ..Yadında saxla, mənim tikəmə əl uzadanın anasını ağlar qoyaram. İ.Şıxlı. Anasını ağlatmaq – zülm etmək, divan tutmaq, bərk cəzalandırmaq, öldürmək. [İsmayıl bəy:] Sən məni şahid yaz, mən onun [Camal bəyin] anasını ağladım. N.Vəzirov. Güldü, sinəsini dağladıb haqqın; Güldü, anasını ağladıb haqqın. B.Vahabzadə. Anası vayına oturmaq – ölmək. Uşaqların anası dan. – evfemistik yol ilə ərin öz arvadının adını çəkməmək üçün işlətdiyi ifadə. [Kərəməli:] Eşitməyibsənmi ilan vuran yatar, ac yatmaz. Səndən də üzüm qara, uşaqların anası da yorğana bürünüb hıçqırırdı. İ.Şıxlı. ana-bacı is. dan. Ana və bacı kimi olanlar, bir-birinə çox yaxın olanlar; yaxın dostlar, rəfiqələr. ana-bala is. Ana ilə oğlu və ya qızı. Səməd getdi. Ana-bala baş-başa verib ağlaşdılar. B.Talıblı. Taxt üstündə anabala oturublar yanaşı. Ə.Cəmil. // Heyvanlar haqqında. Qoyunlar sağılıb qurtardıqdan sonra ağılın ağzını açarkən ana-bala mələşə-mələşə qaçaraq bir-birinə qarışırdı. A.Şaiq. ‣ Ana-bala eləmək – lazım olmadığı halda eyni şeydən bir neçə dənə almaq. Ana-bala kimi – çox mehriban, məhəbbətli. Ana-bala olmaq – ana ilə bala kimi mehriban olmaq, məhəbbətli olmaq. anac sif.\n1. Dəfələrlə bala doğub, yaxud bala yetişdirib qartlaşmış (heyvan haqqında). // İri, yekə, güclü, qüvvətli (heyvan haqqında). Anac qurbağa. Anac toyuq. – Amma kənddən çıxıb bostanlar arasındakı cığıra təzəcə ayaq basmışdıq ki, anac bir dovşanın ombasını yuxarı ata-ata qabağımıza düşüb qaçdığını görmüşdük. Ə.Məmmədxanlı.\n2. məc. dan. Bir işdə qocalıb təcrübə qazanmış. anacan is. Anaya nəvazişlə müraciət. [Rəsul:] Anacan, dayanmağa halım yoxdur, gərək mən gedəm. “Aşıq Qərib”. anacıq (=anacığaz) “Ana”dan oxş. anacığaz (=anacıq) “Ana”dan oxş. anaclanmaq f. dan. Böyümək, yekələşmək. // Qocalıb təcrübəliləşmək, ustalaşmaq. anaclıq is.\n1. Dəfələrlə bala doğub yetişdirmiş və qartlaşmış heyvanın halı.\n2. İrilik, yekəlik. anabir (=anadanbir) sif. Bir anadan olan, bir anadan doğulan. anadanbir (=anabir) sif. Bir anadan olan, bir anadan doğulan. anadandoğma bax. anadangəlmə. anadangəlmə sif.\n1. Lap doğulandan xas olan; xilqətində, yaradılışında olan; fitri. Anadangəlmə nöqsan. Anadangəlmə pəltək. Anadangəlmə lal. – [Mürşüd:] Adamda gərək qanacaq anadangəlmə olsun. S.Rəhman. [Əzizin] ..anadangəlmə sağ ayağı sol ayağından azacıq gödək idi. İ.Məlikzadə.\n2. məc. dan. Tamamilə lüt, çılpaq. • Anadangəlmə olmaq – lüt olmaq. anafora is. [yun.] Misraların əvvəlində eyni səsin və ya eyni sözün təkrarı. anaxronizm [yun.] Bədii əsərdə keçmişin təsvirində xronoloji dəqiqliyin bilmədən, yaxud bilərəkdən pozularaq başqa dövrün hadisə əlamətlərinin əsərə gətirilməsi. Orta əsrlər, İntibah dövrü və klassisizm incəsənəti və ədəbiyyatı üçün anaxronizm səciyyəvi haldır. anaxtar is. məh. Açar; sandıq açarı. anakonda is. [isp.] Yatağanlar fəsiləsindən ən böyük ilan. Anakondanın rəngi zeytunu-bozdur. analgin is. [yun.] əcz. Ağrıkəsici, qızdırmasalan və iltihaba qarşı dərman preparatı. Analginin ən yüksək dozası. analı sif. Anası olan. Analı uşaq. Analı quzu. – Analı quzu, xınalı quzu. (Məsəl). Analı evlərdə cənnət yaranar; Anasız evlərdə həsrət yaranar. Şəhriyar. analı-atalı sif. Anası və atası olan. Analı-atalı (z.) böyüsün. analı-balalı zərf Ana ilə bala bir yerdə, hamısı bir yerdə, bərabər. Analıbalalı bütün qoyunları siyahıya almaq. analıq is.\n1. Ananın öz uşaqları ilə olan əlaqə və münasibəti, ana vəzifəsi. Analıq hissi. Analıq borcu. Analıq etmək. Analıq insan sevincinin tükənməz mənbəyidir. – Cəmalə indi bilirdi ki, onun elmi işləri ilə yanaşı, bir analıq vəzifəsi də vardır. S.Rəhimov. Ceyran Səltənətin uşağına, analığına, sadəliyinə gülürdü. Mir Cəlal.\n2. Ögey ana, ana vəzifəsini görən qadın. [Sara:] Hərçənd biz bir günah iş görmürük, amma hər halda Gülnisə mənim analığımdır. C.Cabbarlı.\n3. sif. Anaya məxsus, anaya aid olan. Analıq hüququ. analitik sif. Analizə aid olan, analizə xas olan; analiz tətbiq edən. Analitik təhlil mərkəzi. Analitik üsul. • Analitik dillər dilç. – cümlələrdə sözlər arasındakı əlaqə sözlərin özlərinin formaları ilə deyil, köməkçi sözlər, sözlərin sıralanması və s. vasitəsi ilə ifadə olunan dillər (ingilis, roman dillərində və bəzi başqa dillərdə olduğu kimi). Analitik həndəsə riyaz. – həndəsənin həndəsi xətləri, səthlərin və cisimlərin xassələrini cəbr və təhlil üsulu ilə öyrənən bəhsi. analiz [yun.] Tədqiq olunan şeyin hansı tərkib hissələrindən ibarət olduğunu, yaxud onun tərkibinə nə miqdarda bu və ya digər maddənin daxil olduğunu müəyyən etmək üçün tətbiq edilən əməliyyat; təhlil. Analiz və sintez. Kimyəvi analiz. Mədə şirəsi analizi. – Qəbuldan sonra Firuzə kabineti intizama salırdı və laboratoriyada qan analizi üzərində çalışırdı. C.Cabbarlı. analogiya [yun.]\n1. Hadisələr, məfhumlar, şeylər arasında oxşarlıq, bənzərlik, uyğunluq.\n2. Məntiqdə: iki əşya və ya hadisənin hər hansı cəhətdən bir-birinə bənzərliyinə əsaslanaraq, onların digər cəhətlərdən də birbirlərinə bənzəmələri haqqında nəticə çıxarmaqdan ibarət mühakimə üsulu. Analogiya məfhumunu elmə Aristotel daxil etmişdir. ananas [isp.] Asiya, Afrika və Avropanın isti yerlərində yetişən iri, uzunsov, sərtqabıqlı, ətirli, şirəli meyvə verən ağac. Əsil ananasın yarpaqlarından iplik alınır. // Bu ağacın, iri yumurta şəklində olan ətirli, şirəli meyvəsi. anarxist Anarxizm tərəfdarı. anarxiya [yun.] Hərc-mərclik, hökumətsizlik, başlı-başınalıq, qarışıqlıq, pozğunluq. anarxizm [yun.]\n1. Hər cür dövlət hakimiyyətini və siyasi mübarizəni inkar edən və proletariatın inqilabi hakimiyyəti əleyhinə çıxan xırda burjua ictimai-siyasi cərəyanı. Anarxizmin əsas ideyası.\n2. məc. Hərc-mərclik, qarışıqlıq, başlıbaşınalıq. anarxo-sindikalist Anarxo-sindikalizm tərəfdarı. anarxo-sindikalizm Beynəlxalq həmkarlar ittifaqı hərəkatında ideoloji və siyasi cəhətdən anarxizm təsiri altında olan cərəyan. Anarxo-sindikalizmin mövqeləri zəiflədi. anasız sif. və is. Anası olmayan, ana tərəfdən yetim. Anasızın gördüyü iş danlaqsız bitməz. (Ata. sözü). [Fərhad:] Deyirlər ki, atasız adam yetim olmaz, anasız yetim olar. Ə.Haqverdiyev. anasızlıq is. Anasız adamın halı. anaşa is. dan. Xaşxaşdan hasil olan çox zəhərli narkotik maddə. anaşaçəkən bax anaşaçı 1-ci mənada. anaşaçı is. dan.\n1. Anaşa çəkən adam.\n2. Anaşa hazırlayan və ya satan adam. anatom is. [yun.] Anatomiya mütəxəssisi, anatomiya ilə məşğul olan alim. anatomik sif. Anatomiyaya aid olan. Anatomik atlas. Bədənin anatomik quruluşu. anatomiya is. [yun.] Canlı orqanizmin forma və quruluşundan bəhs edən elm. İnsan anatomiyası. Bitki anatomiyası. Anatomiya terminləri lüğəti. anayolu is. etnoqr. Köhnə məişətdə: ərə gedən qızın ər evindən anasına gətirdiyi hədiyyə, sovqat. anbaan zərf Getdikcə, tədriclə; dəqiqəbədəqiqə, arası kəsilmədən, fasiləsiz. Xəstənin qızdırması anbaan artır. – Boy artdıqca anbaan, divarlar qarış-qarış; Palçıqdan ətir qalxdı, a dostlar, gülab kimi. S.Rüstəm. anbar is. Taxıl, ərzaq, mal və s. saxlanmaq üçün xüsusi bina, tikili. Taxıl anbarı. Ərzaq anbarı. • Anbara vurmaq – 1) saxlamaq üçün anbara yığmaq; 2) məc. sonradan baha qiymətə satmaq üçün yığıb saxlamaq. Bir anbar – anbar dolusu, çoxlu. [Molla:] Görmürsən, bir anbar pul gətirmişəm. “M.N.lətif.”. anbarçı is.\n1. Anbara baxan və ya anbarda işləyən adam; anbardar.\n2. köhn. Keçmişdə anbarda külli miqdarda mal saxlayan iri tacir. anbarçılıq is. Anbarçı vəzifəsi, işi. anbardar bax. anbarçı. Nə hesabdar yazır, nə anbardar buraxır, nə də fəhlə taya yaxın gəlirdi. Mir Cəlal. anbardarlıq bax. anbarçılıq. anbargüvəsi is. zool. Taxıla düşən güvə, taxılbiti. anbarlamaq f. dan. Anbara yığmaq, anbara vurmaq, anbara yığıb saxlamaq. ancaq 1. bağl. Lakin, amma. Ancaq mən sevgilərin bu qədər aldadıcı .. olduğunu bilmirdim. M.S.Ordubadi. [Müdir:] Ancaq eşitdiyimə görə, sizin yoldaşınız Cəmili çox incidir. Mir Cəlal.\n2. Zərf mənasında. Çətinliklə, zorla, gücbəla ilə. Tamaşanın üçüncü pərdəsinə ancaq çata bildim. Bu işi axşama ancaq qurtarmaq olar. Bu yerə ancaq beş adam yerləşə bilər. O, axırıncı sözü ancaq söyləyə bildi. – Görünüşündən [Almurada] 50 yaş ancaq vermək olardı. İ.Əfəndiyev.\n3. Ədat kimi işlənir – məhz, sırf, yalnız, tək. Biz buraya ancaq iş üçün gəlmişik. Buna ancaq təəccüb etmək olar. Ancaq nağılla tərbiyə olunmuş beyin hər cür yeniliyə ürəkdən qol aça bilər. – Evin dolanacağı ancaq Cavadın qələminə bağlı idi. Ə.Haqverdiyev. [Şair:] Bunlar ancaq tərbiyə və istedadın nəticəsində incəsənətin bu qədər ali dərəcəsinə çıxa bilmişlər. M.S.Ordubadi. ancaq-ancaq zərf Azacıq, güclə, çətinliklə. Tozun və küləyin təsirindən fənərlərdə yanan lampaların işığı bulud dalğasında ulduz kimi ancaq-ancaq görünür(dü). S.M.Qənizadə. and is. Bir şey haqqında verilən təntənəli vəd, söz. // Sədaqətə riayət etmək haqqında rəsmi və təntənəli vəd. Əsgəri and. – Andına inanıram, xoruzun da quyruğu görünür. (Ata. sözü). Bu and ilə xəbər verir bizə cəbhədən; Bizim zəfər toplarının o qadir səsi. S.Vurğun. • And içdirmək – and içməyə, söz verməyə məcbur etmək. And içmək – 1) müqəddəs, yaxud böyük və əziz sayılan bir şəxsin və ya şeyin adını çəkməklə öz sözünə, vədinə, yaxud öhdəsinə aldığı vəzifəni layiqincə yerinə yetirəcəyinə inandırmaq. Mənim and içdiyim o məhəbbətin; Ruhunda müqəddəs bir pəri yaşar. S.Vurğun. Musa dayının nə üçün and içmədiyi [Firidunun] fikrində anlaşılmaz bir sirr olub qalmışdı. M.İbrahimov; 2) söz vermək. Camaatın vəziyyəti elə idi ki, guya hamı əlini bir işə vurmayacağına and içmişdi. Ə.Vəliyev. And vermək – müqəddəs, yaxud əziz sayılan bir şəxsin, ya şeyin adını çəkməklə xahiş etmək, yalvarmaq. And verib soruşdum bir-bir dedilər; Fəqir, səni şeyda qılan gəlməmiş. Q.Zakir. Əzizim binə gəlsin; Köç gəlsin, binə gəlsin; Sevdim tərsa qızını; And verin dinə gəlsin. (Bayatı). Andı(nı) pozmaq – verdiyi vədə yalançı çıxmaq, andı yerinə yetirməmək. Andından dönmək – bax. andı(nı) pozmaq. Qardaşım! Dönmərəm öz andımdan! S.Rüstəm. and-aman and-aman eləmək – bir şeyi inkar və ya təsdiq etmək üçün and içmək, dəlillər və sübutlar gətirib inandırmağa çalışmaq. Bir dəfə [Miraxur] arvadını öldürmək istəmiş, arvad and-aman eləyib, onu şübhədən daşındırmışdı. Çəmənzəminli. andçı is. köhn. Keçmişdə məhkəmədə və s.-də başqasının yerinə and içən inanılmış və nüfuzlu adam. anddaş is. Müəyyən əhd, şərt üçün andlaşıb bir-birinə təntənəli vəd verən adamların hər biri. andır is. dan. Əsil mənası “sahibsiz, yiyəsiz mal, ölən bir şəxsin qohumlarına irs qoyub getdiyi mal, şey” olub indi, adətən, canlı dildə söyüş, qarğış yerində (bəzən “andıra qalmış” şəklində işlənir) işlənir. Andıra qalmış nə yaman səslənir; Söz deməyə vermir aman, səslənir. M.Ə.Sabir. Vaqif heyifsilənərək: – Məni də ki bu andır azar tərpənməyə qoymur, – dedi. Çəmənzəminli. andırmaq f.\n1. Anlatmaq, başa salmaq, qandırmaq. Payız gəlib xəzandır; Xəzan pərgar pozandır; Ürəkdə bir dərdim var; El-obaya yaz, andır. (Bayatı). Yazdığın ta oxuyub andırsın; Mətləbin başqasına qandırsın. A.Səhhət. Naəhl olana mətləbi andırmaq olurmu? M.Ə.Sabir.\n2. Xatırlatmaq, yada salmaq, oxşar kimi görünmək. Toxunmadan sızıltılı çıxan həzin naləsi; Əldən düşmüş bir sınıq saz olduğunu andırır. A.Səhhət. [Kor kişinin] əlbisəsinin tərzi, biçimi, üzünün xətləri aciz və bacarıqsızlığını andırırdı. S.Hüseyn. Bir az əvvəl ildırımlı gecələri andıran o gözlər .. təlatümə gəlmiş bir dəniz kimi qaynadı. Ə.Məmmədxanlı. andız is. bot. Xalq təbabətində dərman kimi işlənilən bitki. Andız kökündən bəlğəmgətirici dərman hazırlanır. andızlıq is. Andız bitən yer. andlaşma “Andlaşmaq”dan f.is. andlaşmaq qarş. Bir-birinə ürək qızdırıb inanmaq və bel bağlamaq haqqında bir-birinə təntənəli söz vermək, əhdləşmək. andlı sif. And içərək üzərinə müəyyən vəzifə və s. götürmüş, and içmiş. Andlı iclasçılar institutu. anekdot [yun.] Gülməli və məzəli bir hadisə haqqında uydurma qısa hekayə; lətifə. Anekdot danışmaq. anən zərf [ər.] Birdən, gözlənmədən; bir anda, dərhal. Anən gəldi. angina [lat.] tib. Əsnəyin selikli qişasının və xüsusən badamcıqların iltihabı. Angina oynaq, böyrək və ürək xəstəliyinə səbəb ola bilər. anılma “Anılmaq”dan f.is. anılmaq məch. Yada salınmaq, xatırlanmaq, yad edilmək. Yazıçının xatirəsi anıldı. anış is. qəd. İstək, arzu, dilək. Gecəgündüz mənim anışım budur; Görüm Huri Pəhləvandan ayrılsın. (Qoşma). ani sif. Ən az, ən qısa bir zamanda olan; bir anda, göz yumub açınca olub keçən. Ani təsir. Ani sükut. Ani ölüm. – Bizim bu ani tanışlığımızın ömrü bir-iki saatlıq söhbətdən ibarət olacaqmı? M.S.Ordubadi. Nəriman bu baxışlarda da öz ürəyindən keçənləri duydu, lakin bu çox ani (z.) oldu. Mir Cəlal. Musa kişi susaraq ani bir fikrə getdi. M.İbrahimov. // Müvəqqəti, keçici, tez keçən. // Qəfil, gözlənilməz. Ani təərrüz. anilik is. Bir an içində olan şeyin xassəsi, halı. // Müvəqqətilik, keçicilik. // Qəfillik, gözlənilməzlik. animizm [lat.] İbtidai insanların hər bir şeyin ruhu olduğuna inanması, təbiət qüvvələrinə və hadisələrinə ruhi isnad verməsindən ibarət etiqadı (dini etiqadların ilk mənşəyi). Animizmin başlıca ideyası. anket [fr.] Qabaqcadan hazırlanmış suallara cavab almaq üçün sorğu vərəqəsi. Anket doldurmaq. – [Heybət:] Ərizəmi oxudular. Anketimi oxudular. Sonra da başladılar sual verməyə. M.Hüseyn. anklav is. [fr.] Hər tərəfdən eyni bir dövlətin ərazisi ilə sərhədlənən və dənizlə sərhədi olmayan yer, torpaq. Anklavın dəniz sahili olduqda ona yarım anklav deyilir. anqar [fr.] Təyyarələrin saxlanması və cari təmiri üçün xüsusi tikili. Anqarlar istifadəsinə görə daimi, müvəqqəti və yığılıbsökülən ola bilər. anqırışmaq qarş. Ağız-ağıza verib, hamısı birdən anqırmaq, bağırmaq; bağırışmaq. Daxmaları yerə yatmış dağınıq kənddə eşşəklər anqırışır, xoruzlar banlaşır.. S.Rəhimov. anqırma “Anqırmaq”dan f.is. anqırmaq f. Bərk bağırmaq, böyürmək. Eşşək anqıranda itin başı ağrıyar. (Ata. sözü). – Təlxəklər bütün kələklərini meydana qoydular: .. çaqqal kimi ulaşdılar, banladılar, anqırdılar, kişnədilər, .. xanın halına təfavüt eləmədi. Çəmənzəminli. anqırtı is. Eşşək səsi, eşşək bağırtısı. Uzaqdan anqırtı səsi gəlir. // Ümumiyyətlə, bərk səs, bağırtı. İki yüz il idi ki, yatmışdım Təbrizdə .. nə maşın çığırtısı, nə paroxod anqırtısı, nə fayton-araba tıqqıltısı (eşidirdim). C.Məmmədquluzadə. anqırtma “Anqırtmaq”dan f.is. anqırtmaq icb.\n1. Anqırmağa, qışqırmağa, bağırmağa məcbur etmək; bağırtmaq.\n2. məc. isteh. Ağlatmaq, böyürtmək. anqut is.\n1. zool. Uzunboğazlı, ördəyə oxşar, tutqun qırmızı rəngli caydaq quş. Anqut köçəri quşdur, lakin qışlayanları da olur.\n2. məc. dan. Uzun, iri gövdəli, iri sümüklü, yaxud arıqlıqdan sümükləri çıxmış adam haqqında. • Anquta dönmək, anqutu çıxmaq – arıqlıqdan anqut kimi boğazı uzanmaq. Arıqlayıb anquta dönmüşdür.\n3. məc. Həris, acgöz, çox iştahalı adam haqqında. • Anqut kimi udmaq – qabağına qoyulan yeməyi acgözlüklə, tələsik qamarlayıb yemək. anqutboğaz sif. dan. Çox arıq; boğazı incəlmiş, uzunboğaz (adam haqqında). anladılma “Anladılmaq”dan f.is. anladılmaq məch. Başa salınmaq, qandırılmaq, bildirilmək. anlaq is. Düşüncə, qanacaq, mərifət, dərrakə. [Ağa Qurban:] Bizim bu yekəpapaqlarda anlaq nə gəzir, gedirlər bazara, gəlirlər evlərinə, bir az zəhrimar yeyib yıxılıb yatırlar və elə bilirlər ki, həyat sürürlər. Ə.Haqverdiyev. anlaqlı sif. Düşüncəli, qanacaqlı, mərifətli, dərrakəli. Anlaqlı adam. Anlaqlı uşaq. anlaqlıq is. hüq. Şəxsin öz hərəkətlərini ölçüb-biçmək və ya özünü idarə etmək qabiliyyəti. Cinayət etmiş şəxsin anlaqlığı. anlaqsız sif. Düşüncəsiz, qanacaqsız, mərifətsiz, dərrakəsiz. [Nizami:] Qədim mədəniyyət tarixini unudan .. adamlara ya anlaqsız, yainki əcnəbi puluna satılan adamlar kimi baxırıq. M.S.Ordubadi. anlaqsızlıq is. Düşüncəsizlik, qanacaqsızlıq, mərifətsizlik, dərrakəsizlik. Anlaqsızlıq vəziyyəti. anlama “Anlamaq”dan f.is. anlamaq f.\n1. Başa düşmək, qanmaq, düşünmək, dərk etmək. Sözün mənasını anlamaq. Bu söhbətdən heç bir şey anlamadım. – Çox nüktə var, sən anlamasan, anlar aşiqin! M.Ə.Sabir. Sadədil muzdur indi anladı ki, uzunboylu, qarabığlı müsafir xozeyin deyilmiş, oğru imiş. S.M.Qənizadə.\n2. Duymaq, sezmək, hiss etmək, başa düşmək. Onlar bir-birini yaxşı anlayırlar. Ürəyindən keçəni dərhal anladım. – Qız artıq onu [Firidunu] özünə yaxın bir dost hesab edirdi. Bunu o, onun səmimi rəftarından anlayırdı. M.İbrahimov.\n3. Bir şey haqqında müəyyən fikri, baxışı olmaq. Bunu mən başqa cür anlayıram. Sizcə, bunu necə anlamaq lazımdır? Mənim anladığıma görə. anlamaz sif. Qanmaz, mərifətsiz, şüursuz, qanacaqsız; kobud. Anlamaz adam. // İs. mənasında. Əğyar ilən çıxıb seyrə dərməsin; Layiq olmaz anlamaza bənövşə. M.P.Vaqif. anlamazlıq is. Qanmazlıq, şüursuzluq, mərifətsizlik, qanacaqsızlıq, kobudluq. anlaşıqlı sif. Aydın, başa düşülən, hamının başa düşəcəyi şəkildə olan. Biz .. hamının qəlbinə yol açan, aydın, anlaşıqlı və sadə bir dildə yazılmış şeirlər yaratmalıyıq. S.Vurğun. ..Əruzla aydın və anlaşıqlı bir dildə yazmağı bacarmaq lazımdır. S.Rüstəm. anlaşılan ara söz. Yəqin ki, ehtimal ki, görünür ki. anlaşılma “Anlaşılmaq”dan f.is. anlaşılmaq məch. Başa düşülmək, dərk edilmək; məlum olmaq, aydın olmaq. Onun sözlərindən heç bir şey anlaşılmadı. Danışığından anlaşıldı ki, bu gün yola düşəcəkdir. – Azərbaycan xalq musiqisi nəinki yalnız azərbaycanlılar tərəfindən anlaşılıb sevilir; o, bir çox xalqların qəlbinə yol aça bilir. Ü.Hacıbəyov. Alçaq, yastı və torpaq evlərdən buranın kiçik bir kənd xarabası olduğu anlaşılırdı. Ə.Məmmədxanlı. anlaşılmaz sif. Başa düşülməyən və ya başa düşülməsi çətin olan, mənası aydın olmayan. Anlaşılmaz söz. Anlaşılmaz fikir. Kütlə üçün yazılan kitablarda qəliz və anlaşılmaz sözlər işlətməməli. – Gecə yarısı avam camaat məclislərə dolub, mollanın ərəbcə dediyi anlaşılmaz ibarələri dinlər, sonra hər kəs evinə qayıdardı. H.Sarabski. // İzah edilə bilməyən, səbəbi bilinməyən, qəribə, təəccüblü, müəmmalı. Anlaşılmaz hadisə. Anlaşılmaz hərəkət. – İndi [Züleyxa] daxilində anlaşılmaz bir narahatlıq, bir iztirab duyurdu. M.İbrahimov. Dərs otağına dərin və anlaşılmaz bir sükut çökmüşdü. M.Hüseyn. Nədən isə bu gecə qoca arxivçinin qəlbində sevinc ilə qarışıq anlaşılmaz bir hiss vardı. H.Nəzərli. anlaşılmazlıq is.\n1. Anlaşılmaz şeyin halı.\n2. Bir-birini anlamama, başa düşməmə, yaxud yanlış başa düşmə və bunun nəticəsində törəyən hal, keyfiyyət. [Qızıl Arslan:] Aralıqda mövcud olan bütün anlaşılmazlıq, hətta bir para ixtilaflar da himayəsizlik nəticəsində yaradılmışdır. M.S.Ordubadi. anlaşma “Anlaşmaq”dan f.is. Sülhü möhkəmləndirmək üçün bütün imkanlardan istifadə edilir, dövlətlər arasında səmimi anlaşmaya və xeyirxah münasibətlər yaranmasına çalışılır. anlaşmaq f. Bir-birini anlamaq, başa düşmək, bir-biri ilə razılaşmaq, sazişə gəlmək. Lakin Toğrul Qızıl Arslanla anlaşmaq əvəzinə Azərbaycanda nüfuza malik olan tək-tək adamlarla anlaşmaq və əlaqəyə girməyi düşündü. M.S.Ordubadi. Soltan Ağaməmməd şahla anlaşıb, ona Qarabağda Rusiyaya qarşı çıxmağını tövsiyə edirmiş. Çəmənzəminli. anlatma “Anlatmaq”dan f.is. anlatmaq f. Başa salmaq, qandırmaq, izah etmək. Mən ki bilməz idim nədir məhəbbət; Bu sirri sən mənə anlatmadınmı? M.Müşfiq. anlayan f.sif. Başa düşən, qanan, mərifətli, qanacaqlı, arif. İşarət eylərəm anlayan dosta; Dostunun qədrini bilən oynasın. M.P.Vaqif. Kişi dövlətinə pasiban gərək; İşarə anlayan, söz qanan gərək. Q.Zakir. // İs. mənasında. Sübh vaxtında tez durub banlar; Anlayanlar işarəsin anlar. S.Ə.Şirvani. anlayış is.\n1. Anlaşma, qanma, düşünmə, dərk etmə işi; idrak, ağıl, zəka, fərasət.\n2. Bir şey haqqında məntiqi cəhətdən formalaşmış ümumi fikir, təsəvvür; məfhum. Bir-birinə zidd olan anlayışlar. İctimai sinif anlayışı. anlayışlı sif. Düşüncəli, fərasətli, zehinli, tez başa düşən, tez qavrayan. anlı sif. qəd. Ağıllı, düşüncəli. Qan ilə oynamaz anlı kəslər; Kin ilə kükrəmədə varmı hünər? A.Şaiq. anma “Anmaq”dan f.is. Anma mərasimi. anmaq f. Yada salmaq, xatırlamaq, yad etmək, yada gətirmək. Nərgis gözünə nigah edərdi; Yarın gözün anıb ah edərdi. Füzuli. Keçən günləri ki, indi bu dəmlər; Dəli könül, əbəs anar, ağlarsan. M.P.Vaqif. Layiqli əməldi səhvi anmaq; Lakin əzabı olurmu danmaq? Şəhriyar. anod [yun.] fiz. Müsbət elektriklə yüklü elektrod. Anod şüaları. anofeles [yun.] Malyariya (qızdırma) törədən ağcaqanad. anonim [yun.]\n1. Əsərlərində, məktubunda adını gizlədən müəllif.\n2. Müəllifinin adı göstərilməyən əsər, məktub. • Anonim şirkət iqt. – səhmlərinin üstündə sahibinin familiyası yazılmayan səhmdarlar cəmiyyəti. anons [fr.] Gələcək qastrollar, tamaşalar, konsertlər və s. haqqında qabaqcadan yapışdırılan elan, afişa. anormal sif. [yun. a – inkar əd. və lat. normal] Qeyri-normal, qeyri-təbii, ümumi qaydaya uyğun olmayan, ümumi qaydadan kənar. Anormal hadisə. Anormal vəziyyət. – [Rza bəy] Həkimülmülk və Səlimini gözlədiyi zamanda da ruhən belə bir anormal vəziyyət içərisində idi. M.İbrahimov. anormallıq is. Qeyri-normallıq. anrı zərf və sif. dan.\n1. O yan, o tərəf, o yana, o tərəfə. Anrı gedirəm. – Anrı yanımda arvad səsi gəldi. Qulaq verdim, Ruqiyyə idi. A.Divanbəyoğlu.\n2. Xırım-xırda.\n3. Artıq-əskik, yersiz. ‣ Anrı-bəri çəkmək – süründürmək, o tərəf-bu tərəfə çəkmək, uzatmaq. Anrıbəri etmək – 1) yerbəyer etmək, yerləşdirmək; 2) baş qaçırmaq, süründürmək. ansambl [fr.]\n1. mus. Bir yerdə çıxış edən və bir bədii kollektiv təşkil edən çalğıçılar, oxuyanlar və oynayanlar dəstəsi. Sazçı qızlar ansamblı. Mahnı və rəqs ansamblı.\n2. Dram, yaxud musiqi pyesinin artistlər tərəfindən birgə ifası. // Bir neçə iştirakçının birgə ifası üçün yazılmış musiqi əsəri.\n3. məc. Bir bütöv şeyi təşkil edən hissələrin mütənasib, ahəngdar birliyi. Şəhərlərimiz getdikcə gözəlləşir və yeni-yeni memarlıq ansamblları yaradılır. “İncəsənət”. ansız sif. və zərf Birdən, gözlənilmədən, qəfildən. Ansız ölüm. Ansız hadisə. ansızın bax. ansız. Bu zaman ansızın qopan .. bir fırtınadan yer-göy sarsıldı. A.Şaiq. Ansızın çıxan bu ceyranı heç kəs ata bilmədi. Çəmənzəminli. Həmid gedəndən sonra ansızın dəhşətli bir xəzri başladı. Ə.Məmmədxanlı. ansızlıq is. Gözlənilməzlik, nagəhanilik; birdən-birə, qəfildən olma. anşlbq [alm.] Teatrda, kinoda, sirkdə və s.-də biletlərin satılıb qurtardığını bildirən elan. O teatr ki, bir zaman yanından keçərkən camaat az qala gözünü yumardı, indi ağzına qədər doludur, bəzən teatr, tamaşaya iki gün qalmış anşlaq asmalı olur. Ə.Haqverdiyev. antaqonist [yun.] Bir-biri ilə barışmaz düşmən olan. Antaqonist siniflər. Antaqonist və qeyri-antaqonist ziddiyyətlər. antaqonizm [yun.] Barışmaz ziddiyyət. Sinfi antaqonizm. Antaqonizm daha kəskin şəkil alırdı. antarktik sif. Antarktikaya aid olan; cənubi, qütbi. antarktika [yun.] coğr. Yer kürəsinin cənub qütbü sahəsi. Antarktikanın bitkisi zəif inkişaf etmişdir. antena [lat.] Radio qurğusunun elektromaqnit dalğalarını yaymaq (radio verilişində) və ya onları tutmaq (qəbul etdikdə) üçün məftillər sistemi. Antenanın işləmə nəzəriyyəsi və quraşdırılma metodları. anti... [yun.] Bir sıra xarici sözlərin (isim və sifətlərin) qabağında, onlara əkslik və zidlik mənası verən önlük, məs.: antizərrəcik, antitezis, antisistem. antibiotik sif. [yun.] biol. tib. Mikrobların artıb törəməsinin qarşısını alan, yaxud onları öldürən antibiotik maddələr. antibiotiklər cəm, biol. tib. Bəzi mikroorqanizmlərin ifraz etdiyi, bu və ya başqa mikrobların artıb törəməsinin qarşısını alan, yaxud onları öldürən kimyəvi maddələr. Antibiotiklər müasir təbabətdə geniş surətdə dərman kimi (penisillin, streptomisin və s.) işlədilir. antifaşist [yun. anti... və ital. faşist]\n1. Faşizmin düşməni, faşizmlə mübarizə iştirakçısı.\n2. sif. Faşizm əleyhinə yönəldilmiş, faşizmlə mübarizə aparan. Antifaşist təşkilatlar. Antifaşist hərəkatın üzvləri. antik sif. [lat.] Qədim. Qədim yunan və Roma ictimai quruluşuna, mədəniyyətinə, incəsənətinə aid olan. Antik koloniyaların dövlət quruluşu. Antik fəlsəfə. Antik ədəbiyyat. antinomiya [yun. antinomia] fəls. Mühakimənin gedişində bir-birinə zidd, lakin eyni dərəcədə əsaslandırılmış hökmün meydana gəlməsi. Semantik antinomiyalar. Antinomiya anlayışı antik dövrdə meydana gəlmişdir. antisemit [yun. anti... və xüs. semit] Yəhudi düşməni; yəhudiləri sevməyən, onlara nifrət və ədavət bəsləyən adam. antisemitizm [yun. anti... və xüs. semit] Yəhudilərə qarşı ədavət, düşmənçilik, nifrət. Antisemitizm səlib səfərləri zamanı geniş şəkil almışdı. antiseptik sif. [yun.] tib. kim. Mikrobların inkişafına mane olan. Antiseptik maddələr. Antiseptik vasitələr. – Təbabətdə mixək yağı .. diş xəstəliklərinin müalicəsində antiseptik dərman kimi işlədilir. Əliyev. antiseptika [yun.] tib.\n1. Mikrobları öldürən kimyəvi maddələr vasitəsilə yaraları mikroblardan qoruma və zərərsizləşdirmə üsulu.\n2. Bu məqsəd üçün işlədilən dərmanlar, preparatlar. antisovet sif. [yun. anti... və rus. sovet] Sovet hökuməti əleyhinə yönəldilmiş, ona düşmən olan. Antisovet şüarlar. antiteza [yun.]\n1. Təzad, zidlik, əkslik. // ədəb. Bir-birinə zidd məfhum və surətlərin qarşılaşdırılmasından ibarət stilistik üsul. Antitezadan əsərin sərlövhəsində də istifadə edilə bilər.\n2. bax. antitezis. antitezis [yun.] fəls. mənt. İnkişaf prosesində əsas müddəanın inkarı; tezisə qarşı qoyulan müddəa. Antitezis Hegel triadasının ünsürlərindən biridir. antologiya [yun.] ədəb. Müxtəlif yazıçıların əsərlərindən (əsasən, şeirlərindən) ibarət seçilmiş əsərlər məcmuəsi. Azərbaycan şeir antologiyası. anton anton alması [xüs. is.-dən] – payızda yetişən yaşıl-sarı rəngli, turşməzə alma növü. Miçurin 1893-cü ildə meyvələrinin hər biri altı yüz qram gələn anton almasının toxumlarını əkdi. M.Axundov. antonim [yun.] dilç. Başqa sözə qarşı əks məna daşıyan söz. Antonimlər fikrin oxucuya qabarıq çatmasına kömək edir. antrakt [fr.]\n1. Tamaşanın pərdələri, yaxud konsertin hissələri arasında fasilə, tənəffüs.\n2. Opera, balet və ya dram tamaşalarının ayrı-ayrı pərdələri arasında ifa edilən musiqi əsəri. antropologiya is. [yun.] İnsanın və insan irqinin mənsub fiziki təşəkkülü və təkəmmülü haqqında elm. Antropologiyanın tədqiqat metodu. antropoloji sif. Antropologiyaya aid olan. Antropoloji tədqiqat. Antropoloji prinsip. antropoloq [yun.] Antropologiya mütəxəssisi. antropomorfizm [yun. anthropos – insan, morphe – forma] İnsana xas olan xassə və xüsusiyyətlərin xarici təbiət qüvvələrinə köçürülməsi və bunların uydurma əfsanəvi varlıqlara aid edilməsi. Dində antropomorfizmin əhəmiyyətini Feyerbax daha dərin və dolğun göstərmişdir. aorta is. [yun.] anat. Ürəyin sağ mədəciyindən çıxan və bədənin (ciyərlərdən başqa) bütün üzvlərini arterial qanla təchiz edən ən böyük qan damarı; şah damar. Aortanın divarı. Aortanın qalxan hissəsi. apaçıq sif. və zərf Tamamilə açıq, tamamilə aydın. Apaçıq məsələ. Bütün əlamətlər bu yerlərdə neft yataqları olduğunu apaçıq göstərir. – Həsən kişinin həyəti, ağalıq damın üstündən apaçıq görünür. Ə.Haqverdiyev. Mağara o qədər kiçik idi ki, ayı potası apaçıq görünürdü. A.Şaiq. apağ sif. Tamamilə ağ, lap ağ, ağappaq. Apağ süfrə. Apağ sifət. aparat [lat.]\n1. tex. Alət, cihaz, qurğu. Radio aparatı. Aparatla əyirmə.\n2. İdarə və ya təsərrüfatın müəyyən sahəsində xidmət edən müəssisələrin məcmusu. Dövlət aparatı. // Bir idarənin və ya təşkilatın bütün işçiləri, ştatı.\n3. fiziol. Orqanizmin hər hansı fəaliyyətini təmin edən üzvlər. ‣ Elmi aparat – elmi işdə müəllifin istifadə etdiyi vəsait və materiallar (göstəricilər, biblioqrafiya, lüğətlər, şərhlər və s.). aparatçı is. xüs. Aparatda işləyən, aparatı idarə edən fəhlə. Aparatçılar briqadiri təcrübə sahəsində tökmə üsulu ilə hazırlanmış maşınların istilik rejimini yoxlayır. (Qəzetlərdən). aparıcı sif.\n1. Başda gedən, irəlidə gedən, qabaqda gedən. // Əsas, baş, ən mühüm. “Rast” ladının mayəsinə bütün pərdələr tabedir: alt kvarta, alt medianta, alt aparıcı ton, üst aparıcı ton, tersiya, üst kvarta, kvinta. Ü.Hacıbəyov. Burada [elm və təhsil yollarında] şəxsi hünər, səy və zəhmətin aparıcı olduğu da yəqin edilirdi. S.Rəhimov.\n2. tex. Mühərrik tərəfindən hərəkətə gətirilən və hərəkəti mexanizmin başqa hissələrinə keçirən. Aparıcı təkərlər. Aparıcı ox.\n3. Radio və televiziya verilişlərində mətnin müəllifə aid və ya izahedici sözlərini söyləyən adam. aparılma “Aparılmaq”dan f.is. Yüklərin vaxtında aparılmasını təmin etməli. aparılmaq “Aparmaq”dan (1, 2, 3, 8 və 12-ci mənalarda) məch. Sərnişinlərin hamısı yerlərinə aparıldı. Mübarizə aparılmaq. Təşviqat aparılmaq. – Raya özünün haraya və kimin evinə aparıldığını bilmirdi. M.S.Ordubadi. [Allahqulu:] Oğlumun haraya aparıldığını bilmirəm. Ə.Haqverdiyev. aparma “Aparmaq”dan f.is. aparmaq f.\n1. Bir şeyi əlinə götürərək, yaxud dalına yükləyərək bir yerdən başqa yerə köçürmək, gətirmək. Uşağı qucağında aparmaq. Yükü dalında aparmaq. Tayı çiynində aparmaq. – Həkimin nüsxəsini heç dərmanxanaya aparmadım. Mir Cəlal. // Daşımaq, nəql etmək. Avtobus minikləri apardı. Qatar çoxlu yük apardı. Qarışqa dən aparır. – Səhiyyəçilər yaralıları aparırdılar. Mir Cəlal.\n2. Birinin hərəkətini yönəltmək, yol göstərmək; özü ilə bərabər yeriməsinə kömək etmək, yaxud getməyə məcbur etmək, özü ilə bərabər gətirmək. Uşaqları teatra aparmaq. Qocanın qolundan tutub aparmaq.\n3. Özü ilə bərabər götürüb getmək. Kötüyü su apardı. – Gördü bir kəllə su üzündə əyan; Aparır çay aşağı seyli-rəvan. S.Ə.Şirvani. Ciğato çayı minlərlə .. malqara cəmdəklərini axıdıb Urmu gölünə aparırdı. M.S.Ordubadi.\n4. Oğurlamaq, çalmaq, qaçırmaq, çırpışdırmaq, alıb qaçmaq. Əzizim, nə xandılar; Nə sultan, nə xandılar; Apardılar yarımı; Tayfalıqca dandılar. (Bayatı). [Pristav:] Bu kasıb bədbəxtin öküzünü aparıbsan, binəvanı əli qoynunda qoyubsan. Ə.Haqverdiyev. [Dəyirmançı:] Varımı-yoxumu apardılar, bilirsən ki, əkinim yox, biçinim yox, şahada dolanıram, yeyənim də yeddi başdır. Çəmənzəminli.\n5. məc. Udmaq, qazanmaq, qalib gəlmək (oyunda, məhkəmədə və s.-də). İki oynayanın biri aparar. Məhkəmədə işi hansı tərəf apardı? – Kim oxusa, aparıbdır. Mir Cəlal. [Sərvinaz Firuzəyə:] Çəkişmirəm, aparsam da verməyəcəksən, cığalın birisən. İ.Əfəndiyev.\n6. məc. Yox etmək, silib təmizləmək, çıxarmaq. Ləkəni aparmaq. Paltarın ləkəsini benzinlə aparmaq olar.\n7. məc. Məhv etmək, yox etmək, puç etmək, xarab etmək, dağıtmaq. Bəndi sel apardı. Dolu bütün meyvələri apardı. Əkinləri don apardı.\n8. Sərf edilməsinə, işlənməsinə səbəb olmaq; əlindən almaq. Bu iş beş gün vaxtımı apardı. – [Kərim:] Bir quyunun qazılmasına gedən vaxtın yarıdan çoxunu başqa işlər aparır. M.İbrahimov.\n9. məc. Qoparmaq, yemək, kəsmək; sürtüb aparmaq, xarab etmək. Barmağının başını maşının çarxı apardı. Daş ülgücün ağzını aparıb.\n10. Həyata keçirmək, yeritmək, etmək. Mübarizə aparmaq. Müharibə aparmaq. Təbliğat aparmaq. – İş apar, baş gedərsə qoy getsin; Ad qalır, bəs deyilmi millət ilə. M.Ə.Sabir.\n11. İdarə etmək, başda durmaq, başçılıq etmək, rəhbərlik etmək. Əsgərləri yürüşə aparmaq. Məclis aparmaq bacarıq istəyir.\n12. məc. Bihuş etmək, məst etmək; yuxulatmaq, bayıltmaq. Musiqinin səsi məni apardı. – ..Oğlanı dərd apardı; Dərmanı qızda qaldı. (Mahnı).\n13. Aparıb çıxarmaq, gətirib çıxarmaq, yönəltmək. Bu yol haraya aparır? // məc. Sürükləmək, səbəb olmaq, gətirib çıxarmaq. Fəlakətə aparmaq.\n14. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: yuxu aparmaq, ləzzət aparmaq, fikir aparmaq, qan aparmaq.\n15. “Özünü” sözü ilə birlikdə – özünü idarə etmək, bir qaydada hərəkət etmək. Özünü yaxşı aparmamaq. Özünü rəsmi aparmaq. – ..Aslan özünü bu gün çox soyuqqanlı və səbirli aparırdı. M.İbrahimov. [Kərim] həmişə özünü bir ağsaqqal kimi aparır, elin işinə yarayır, onun körpüsünü tikir, dəyirmanını düzəldirdi. S.Rəhimov. apartmaq icb. Aparmağa məcbur etmək. apaşkar bax. apaydın. apaydın sif. Tamamilə aydın, tamamilə bəlli. Apaydın məsələ. Apaydın hava. – Qəhrəmanın üzündə ümidsizlik və tərəddüd əlamətləri apaydın görünməkdə idi. Ə.Vəliyev. apellyasiya is. [lat. appellatio – müraciət] hüq. Məhkəmənin qanuni qüvvəyə minməmiş qərarlarından yuxarı instansiyaya şikayət vermə qaydası. Apellyasiya məhkəməsi. Apellyasiya qaydasında qəbul olunan qərar. aplikasiya is. [lat.] Qurama, ornamentlərin yaradılması üsulu. aport [xüs. is.-dən] Alma ağacı növü və bu ağacın çox qalan turşməzə-şirin iri alması. Aport özünü yaxşı tozlamır. apostrof [yun.] dilç. Sözlərdə buraxılan səsi əvəz etmək üçün hərflərin arasında üstdə qoyulan vergül şəkilli işarə (’). Apostrof işarəsinin atılması. appendisit [lat.] tib. Kor bağırsağın artımının iltihabı. Appendisit tutmaları. aprel [lat.] Təqvim ilinin dördüncü ayı. Aprel ayının ilk günləri. aprior (=apriori) [lat.] fəls. Təcrübədən və təcrübənin nəticəsindən asılı olmayaraq. Aprior bilik. apriori (=aprior) [lat.] fəls. Təcrübədən və təcrübənin nəticəsindən asılı olmayaraq. Aprior bilik. aprobasiya is. [lat.]\n1. Bəyənmə, təsdiqetmə.\n2. Keyfiyyəti təyin etmə. Aprobasiya metodikası. aptek [əsli yun.] Həkimlərin resepti üzrə dərman hazırlayıb satan müəssisə; dərmanxana, əczaxana. Aptek ilk dəfə 754-cü ildə Bağdad şəhərində yaradılmışdır. – Aptekdən təzə dərman gətirmişdilər. C.Məmmədquluzadə. aptekçə kiç. İlk tibbi yardım göstərmək üçün lazım olan dərmanlar toplusu və içində bu cür dərmanlar olan qutu. Hər bir düşərgədə – çardaqda ilk yardım göstərmək üçün baytarlıq aptekçəsi olmalıdır. aptekçi is.\n1. Həkimin resepti ilə dərman hazırlayan aptek işçisi; əczaçı. ..Qız stol başında aptekçilər kimi dərmanlar əhatəsində oturmuşdur. Mir Cəlal.\n2. köhn. Aptek sahibi. Bir rus aptekçisinə izn verilib qiraətxana açsın. C.Məmmədquluzadə. aptekçilik is. Aptekçi sənəti, işi; əczaçılıq. ar is. [ər.]\n1. Həya, abır, utanma; namus, qeyrət, izzəti-nəfs, mənlik. Bu adamda heç ar deyən şey yoxdur. – Görür əğyar ilə yarini, ölməz; İlahi, Seyyidə bir ar gəlsin. S.Ə.Şirvani.\n2. Eyib, utanılacaq şey, nöqsan. Nə etmək, mən fəqirəm, yar sultan; Mənə yar olmasından arı vardır. Heyran xanım. Mən bu arı heç vaxt qeyrətimə sığışdıra bilmədiyim üçün, onun təklifini rədd etmədim. M.S.Ordubadi. Qafil yaşamaqdansa, gözəl kardır ölmək; Hərçənd ki, qəflətdə dəxi ardır ölmək. M.Ə.Sabir. • Ar bilmək – özü üçün əskiklik, eyib bilmək, izzətinəfsini gözləmək. Mən bu hərəkəti özümə ar bilirdim. – Könül, ol mahliqa söhbətimiz ar bilir; Ki, özün ülfəti-əğyarə səzavar bilir. S.Ə.Şirvani. Tahir qorxsa da, ustanın təklifindən boyun qaçırmağı özünə ar bildi. M.Hüseyn. Uşaq ufuldadısa da, üzündəki xoş ifadəni pozmağı özünə ar bildi. Mir Cəlal. Ar etmək – utanmaq, həya etmək, xəcalət çəkmək. Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar. (Ata. sözü). Söhbətimdən ar edib, ey gül, məni tərk etmə kim; Gül olur əfsürdə tərki-söhbəti-xar eyləgəc. Füzuli. Ar olmaq – eyib olmaq. Bir də baxmaq mənə ar oldu sənə; Başqa bir cəzbəli yar oldu sənə. M.Ə.Sabir. Arı yemək – həyasızlaşmaq, abır-həyasını itirmək, arsızlaşmaq, heç şeydən utanmamaq. Arı yeyib namusu dalına alıb. (Ata. sözü). Arına gəlmək – bax. ar etmək. [Sadıqov] Qoy nə edir etsin. Ancaq camaat içində arıma gəlir. İ.Əfəndiyev. ara is.\n1. İki nöqtə, iki şey arasındakı məsafə. Bakı ilə Gəncə arasında asfalt yol var. Məktəblə evimizin arası yüz addım olar. – Qulam Əsgərov düşmən ilə öz aralarındakı məsafəni bilirdi. Ə.Əbülhəsən.\n2. Boşluq, açıqlıq, boş yer, açıq yer, məsafə. Ara qoymaq. Qapını yaxşı ört, ara qalmasın. Pəncərənin arasından külək gəlir. Çəpərin arasından baxmaq. – Sona elə ki geyinib hazır oldu, qapının arasından baxdı. N.Nərimanov.\n3. İki hadisə, iş, əhvalat və s. arasındakı müddət, vaxt. Məktəbə girməyim ilə bitirməyimin arası 4 il çəkdi. // Fasilə. • Ara vermədən – dayanmadan, arası kəsilmədən, fasiləsiz. Ara vermədən danışmaq. – Dəniz ara vermədən buruğun polad sütunlarını döyəcləyirdi. M.İbrahimov. Burada Nuru oğlu sözünə ara vermədən şəhadət barmağı ilə qaranı göstərdi.. M.Hüseyn. Ara vermək – dayanmaq, kəsilmək, fasilə vermək, müvəqqəti olaraq arası kəsilmək. Yağış ara verdi. – Ancaq quduz xəzri dəqiqədəqiqə ara verib, damlar başında uluyurdu. S.M.Qənizadə. Bəyin divanı ara verəndə zurnaçılar başlayırdı. Mir Cəlal. Ara verməmək – kəsilməmək, dayanmamaq. Yağış ara vermir. Arası kəsilmək – bax. ara vermək. Selin arası kəsildi. Sürünün arası kəsildi. – Uzun illər kəsilməyir arası; Şamü səhər, leylü nahar ağlarsan. M.P.Vaqif. Dilarənin leytenant Əjdərdən aldığı məktubların arası kəsilmişdi. Ə.Məmmədxanlı.\n4. Hüdud, sərhəd; iki torpağı, mülkü və s.-ni bir-birindən ayıran xətt, mərz. İki bağın arasında çinar ağacları əkilmişdi. Həyətlərin arasında hasar çəkilibdir.\n5. İçəri, orta, ortalıq. Taxılın arasında lalələr bitmişdir. Yüzlərcə kitab arasından bircəsini seçdim. Alimlər arasında mübahisə. – ..Bu gün əhali arasında və ruznamələrdə ikinci kitab haqqında böyük danışıqlar başlanmışdı. M.İbrahimov. Günəş parçaparça ağarışan buludlar arasından süzüb çıxdıqca hava daha da istiləşir. M.Hüseyn.\n6. məc. Əlaqə, münasibət, rəftar. Yar məndən kəsməzdi belə aranı; Bu qoymayan kimdir, barı görəydim. M.P.Vaqif. Yəqin ki, bizlərdən olmuş bədgüman; Kəsildi yol, belə bağlandı ara. M.F.Axundzadə.\n7. İç, qat, büküm. Çörəyin arasına pendir qoymaq. Palazın arasını açmaq. Kitabın arasına nişan qoymaq. Qələm dəftərin arasındadır.\n8. Yer. halda: arada – 1) bax. ara yerdə. Arada bağrı parçalanan, yanan, tüstüsü göyə qalxan kababdır. Mir Cəlal; 2) işin arasında. Arada bir bizə dəy.\n9. Çıx. halında: aradan – bir işin, hadisənin üstündən. Aradan bir gün keçdi. Həmşərimi daha küçədə görmədim. C.Məmmədquluzadə. ‣ Ara açmaq – 1) qiymət kəsmək, satış şərtlərini müəyyən etmək; 2) aranı düzəltmək, münasibəti düzəltmək, yaxşılaşdırmaq. Ara dəymək – küsüşmək, əlaqə və dostluq pozulmaq. Əvvəlləri onunla aram dəymişdi, bir dəfə sözünə cavab qaytarmışdım. Ara düzəltmək – barışdırmaq, vasitəçilik etmək, arada əlaqə düzəltmək. Ara qarışdırmaq – araya fitnə salmaq, pozğunluq, qarışıqlıq salmaq. [Səməd Nadirə:] Ancaq beş-altı nəfər .. var, onlar aranı qarışdırırlar. B.Talıblı. Səmədin anası .. Gülpərini ara qarışdırmaqda, saman altından su yeritməkdə .. təqsirləndirirdi. M.Hüseyn. Ara qarışıb məzhəb itmək – bax. ara qarışmaq. Məsələ məlum olduqda, necə deyərlər, ara qarışıb məzhəb itərdi.. H.Sarabski. Ara qarışmaq – nizamsızlıq düşmək, qarışıqlıq düşmək, qayda-qanun pozulmaq, hərc-mərclik düşmək. Gah küsülü olub, gahı barışıb; Bir saat keçməmiş ara qarışıb; Tənəli-tənəli sözlər danışıb; Əlini dizinə çatdığın yetər. Q.Zakir. Ara qatmaq – bax. ara qarışdırmaq. Bir-iki nəfər aranı qatmaq üçün hökumətə donos verdilər.. H.Sarabski. Ara qırmaq – bax. ara vurmaq. Ara pozmaq – bax. ara vurmaq. Ara pozulmaq – bax. ara dəymək. Ara sayxaşmaq (sakitləşmək) – sakitlik düşmək, səs-küy kəsilmək. Məclis dağıldı, ara sayxaşdı. – Budur, daha ara sayxaşdı, toz-duman çəkilir. A.Səhhət. Ara sazlamaq – bax. ara düzəltmək. Ara soyumaq – əlaqə kəsilmək, dostluq pozulmaq. Ara söz, ara cümlə qram. – danışanın haqqında danışılan şeyə münasibətini ifadə etmək üçün cümlə içərisinə daxil edilən söz, ya cümlə, məs.: əlbəttə, ola bilsin, daha doğrusu, yəqin ki və i. a. Ara sözü (söhbəti) – şayiə, yalan xəbər, uydurma. Ara sözü ev yıxar. (Məsəl). Ara vurmaq (vuruşdurmaq, pozmaq) – yoldaşlar, dostlar və s. arasında nifaq, düşmənçilik salmaq, dalaşdırmaq, əlaqələrini pozmaq. Ara yerdə – arada, aralıqda, ortalıqda, nahaq yerə. Üzünü güzgüyə qeybətdə oxşadan qafil; Toxunsa üz-üzə, olmazmı ara yerdə xəcil. Füzuli. Ara yerdə başıma qopmuş qiyamətlər mənim. M.P.Vaqif. Ara yerdə qalmaq – yiyəsiz, sahibsiz, kimsəsiz, əlacsız qalmaq, hər şeydən əli çıxmaq. Arada gəzmək – araya fitnə salmaq məqsədi ilə xəbərçilik etmək və söz aparıb gətirmək, ara qarışdırmaq. Arada qalmaq – 1) aralıqda qalmaq, hər şeydən əli çıxmaq; 2) mütərəddid qalmaq, nə edəcəyini bilməmək. Aradan çıxarmaq – qurtarmaq, xilas etmək, çətin vəziyyətdən qurtarmaq. Lazım gəldiyi vaxt Tütünçüoğluna silahla da yardım göstərəcək və onu aradan qaldıracaq idi. M.S.Ordubadi. Aradan çıxmaq – canını qurtarmaq, çətin vəziyyətdən qurtarmaq, yaxa qurtarmaq, qaçmaq, qaçıb gizlənmək; // gözdən itmək, yox olmaq. Aradan qaldırmaq (götürmək) – yox etmək; ləğv etmək, ortadan qaldırmaq. Araları dəymək (sərinləşmək) – küsüşmək, əlaqələri pozulmaq. Aranı saz eləmək – dostlaşmaq, lap yaxınlaşmaq. Aranı vurmaq (kəsmək) – əlaqəni kəsmək, küsmək. Kəsibən bizimlə aranı nədən; Nə müddətdən bəri yox gedibgələn. Q.Zakir. Arası açılmaq – 1) yaxınlaşmaq, dostlaşmaq. O şəndir, Sübhanverdizadə ilə arası açılmağına çox sevinir. S.Rəhimov; 2) pozuluşmaq, arası dəymək. Cavad xanla İraklinin arası açıldığı üçün İrakli Cavad xanı götürüb yerinə Rəhim xanı keçirmək istəyirdi. Çəmənzəminli. Arası kəsilmədən – dayanmadan, durmadan, fasiləsiz, aramsız. Arası kök olmaq – bax. arası olmaq 2-ci mənada. Bundan sonra bir ayrısı başlayırdı: – Rəhmətlik xanın mənnən də arası çox kök idi. Zorxanada işləyəndə xan da bizimlə işləyirdi. Çəmənzəminli. Arası olmaq – 1) xoşlamaq, istəmək, sevmək, arzu etmək, həvəsi olmaq. Onun şirni ilə çox arası var; 2) əlaqəsi, dostluğu olmaq. Arası olmamaq – xoşlamamaq, sevməmək, zəhləsi getmək. Nədənsə, divar yazan uşaqlarnan mənim aram yoxdur. C.Məmmədquluzadə. Mənim onlarla qədimdən aram yoxdur. S.S.Axundov. [Əzim dayı] yalan, riyakarlıq nə olduğunu bilməz və belə adamlarla heç arası olmazdı. A.Şaiq. Arası saz olmaq – bax. arası olmaq. [Katib] daldaya gələndə isə, əziz dostu, arası saz olduğu əməli katibin dediklərini xatırlardı. Mir Cəlal. Araya almaq – dövrəyə almaq, ortalığa almaq, dövrələmək, ətrafını almaq. [Qorodovoylar] Məhərrəmi araya alaraq qapıdan çıxdılar. H.Nəzərli. Bu aralıq qadınlar da yetişib arabamızı araya aldılar. A.Şaiq. Araya atmaq – ortalığa atmaq, irəli sürmək, meydana atmaq. Araya düşmək – vasitəçilik etmək, vasitəçi olmaq. Saqi oldun, sən ki, düşdün araya; Dəxi bu məclisdən ayılan olmaz. Q.Zakir. Araya gəlmək – ortalığa gəlmək, ortaya qoyulmaq. Süfrə yığıldı, araya çay gəldi. “Aşıq Qərib”. Araya girmək – 1) bax. araya düşmək; 2) bir-biri ilə bəhs edən və ya küsüşən adamlar arasına girib, onları daha da qızışdırmaq. Araya qoymaq məc. – ələ salmaq, oynatmaq, masqaraya qoymaq, lağa qoymaq. Araya soxulmaq – müdaxilə etmək, qarışmaq. Araya söz salmaq – mübahisə qalxmasına səbəb olmaq, mübahisə törətmək. Bu ara, bu arada – bu zaman, bu anda, bu dəmdə. Möhnətimə çarə, dərdimə dərman; Edən yoxdu, bu arada, gedirəm. Q.Zakir. Lərzə düşdü bədənimə bu ara. M.Rahim. Öz aramızdır – məxfi, gizli, yalnız müsahiblər arasında qalmalı sirr, söhbət haqqında. [Allahqulu:] – Ay usta Kazım, – dedi, – öz aramızdır, bu xanlar elə il uzunu bir-biri ilə dava eləyirlər, kasıbkusub əldən gedir. Çəmənzəminli. araba is. İki və ya dördtəkərli nəqliyyat vasitəsi. Minik arabası. Yük arabası. Əl arabası (əl ilə sürülən araba). İkitəkərli araba. – Arabanı at aparmır, arpa aparır. (Məsəl). Arabanı mindik və yarım saata gəldik çıxdıq Naxçıvana. C.Məmmədquluzadə. İkitəkərli araba qoşulub qapıya çəkilmişdi. M.Hüseyn. ‣ Araba ilə dovşan tutmaq – 1) bir şeyi tədbirlə, hiylə və üsul ilə əldə etməyə çalışmaq; baş tutmayacaq bir işə girişmək; 2) çox ləng işləmək, bir işi çox ağır, yavaş görmək. Buxar arabası köhn. – parovoz. Saat on iki tamamda buxar arabası acıqlı əjdaha kimi Balaxanı tərəfdən gözlərini ağardaraq, nərə vurmağa başladı. S.M.Qənizadə. arababənd is. Araba qayıran usta. arabacıq kiç. Kiçik araba. // Uşaq arabası, oyuncaq araba. arabaçı is.\n1. Araba sürən adam, araba işlədən adam. Küçələrdə arabaçılar, suçular .. o yan-bu yana yeriməkdə idi. S.M.Qənizadə. [Hacı:] Arabaçı, dayan, babılarla yol getmək özü bir fitnə-fəsad işdir, saxla! Mir Cəlal.\n2. Araba qayıran, araba bağlayan usta. arabaçılıq is. Arabaçı sənəti, işi. Kişi Nurəddinlə bərabər arabaçılığa getmişdi. S.S.Axundov. ara-bərə is. dan.\n1. Aralıq, ara, orta. Köçün ara-bərəsində, tozun içində, qabağı öküz yüklü, arxası ağır şələli, boyunlarında uşaqları olanlar da qan-tər içində dartınıb .. gedirdilər. S.Rəhimov.\n2. Hüdud, sərhəd. arabir zərf Hərdənbir, gahdanbir, bəzən. Arabir yağış yağır. Arabir bizə gələrdi. – [Kərim baba tüfəngini] hər gün silər, təmizlər və arabir dərənin içinə enərək bir yeri nişan alardı. A.Şaiq. [Nadir] yəqin etmişdi ki, özü Zeynəbə baxdığı kimi, Zeynəb də arabir gözaltı ona baxır. B.Talıblı. araçı is. Ara düzəldən adam, dəllal. // Arada duran adam, vasitəçi. Mahmud .. öz ürəyini soyutmaq istəyirdi. Lakin araçılar buna mane oldular. P.Makulu. araçılıq is. Vasitəçilik, miyançılıq, ara düzəltmə; dəllallıq. • Araçılıq etmək – vasitəçilik etmək, ara düzəltmək. aradabir bax. arabir. aradüzəldən is. dan. Vasitəçi (yalnız mənfi mənada). arahəkimi is. Heç bir təhsili olmayan və qeyri-elmi üsullarla müalicə edən adam; türkəçarəçi. arakçeyevçilik is. [Rusiya çarı I Aleksandr dövründə nazir olmuş Arakçeyevin adından]\n1. XIX əsrin əvvəlində Rusiyada: qeyri-məhdud polis istibdadı, hərbi zümrənin başlı-başınalığı və xalq üzərində cəbr və zülm rejimi.\n2. məc. Bir ovuc adamın ictimai həyatın hər hansı bir sahəsində özbaşına və istədiyi kimi hökm sürdüyü bir vəziyyət. arakəsilməzlik is. Arasıkəsilməz şeyin halı, fasiləsizlik, davamlılıq, sürəklilik. arakəsmə is. Bir otağı, yeri, binanı iki yerə ayıran yüngül divar; aralığa çəkilən divar, taxta və s. Evin arakəsməsi taxtadandır. Arakəsməni suvarmaq. // Üzərinə parça çəkilmiş çərçivələrdən ibarət bükülən pərdə; şirma. [Ağabala] Reyhanın otağındakı arakəsmə üstündən əyilər(di). Mir Cəlal. ‣ Arakəsməyə salmaq – əhatə etmək, ətrafını almaq, bürümək, dövrələmək. [Odabaşı:] Cəhənnəm əhli İblisi arakəsməyə salıblar. Ə.Haqverdiyev. Uşaq qaçır, Hümmət kişi əl götürmür. Dərə-təpəni aşır, hay salır, qabaqdan adamlar gəlir, arakəsməyə salıb tuturlar. S.Rəhimov. araq is. [ər.]\n1. Meyvədən və s.-dən çəkilən spirtli içki. Tut arağı. Zoğal arağı. Araq çəkmək. – Ərəqlə badədir ol iki cövhər; Ki, yoxdur onlara dünyadə salis. S.Ə.Şirvani. [Kərəmov:] Bütün dünya qurulub araq şüşəsinin üstündə, bircə mən ora yerləşmirəm. S.Rəhman.\n2. Bəzi çiçək, gül və otların distilləsindən hasil edilən cövhər (çox vaxt xalq təbabətində dərman və ədviyyat kimi işlədilir). Bədmüşk arağı. Quluncan arağı. Nanə arağı. araqarışdıran sif. və is. Fitnə-fəsad salan. [Pyotr:] [Vano] bəlkə araqarışdıranlardandır, qəsdən göndərilib. S.Rəhman. araq-çaxır top. Spirtli içkilər. araqçəkən is.\n1. Araq çəkməklə məşğul olan adam.\n2. Araq çəkmək üçün cihaz, alət və s. araqçı is. dan.\n1. Araqçəkən, araq hazırlayıb satan adam.\n2. Çox araq içən, içkilərdən ən çox arağı sevən adam. araqçın is. [ər. ərəq və fars. çin] Qiymətli parçadan, çox vaxt tirmədən və s.dən tikilib, üstü güləbətin (zərli) və ya ipək sapla naxışlanmış baş geyimi, təsək. [Xortdan:] Restoran sahibi də başında araqçın, döşündə döşlük .. qazanlardan müştərilərin istədikləri xörəkləri çəkib verir. Ə.Haqverdiyev. [Molla Qafar] araqçını qaldırıb başına, sonra da gödək, boğazı naxışlı yun corablarını çıxarıb, ayaqlarına məs çəkdi. S.Rəhimov. araqçınlı sif. Başında araqçın olan, başına araqçın qoymuş. ..Başı araqçınlı, uzun arxalıqlı Vaqif nə isə sayır, həm də gözünün ucu ilə ona [Qızxanıma] baxırdı. Çəmənzəminli. Göy döşəkcə üstündə oturan ağ araqçınlı molla cəld ayağa qalxıb, əmmaməsini başına qoydu.. Mir Cəlal. araq-varaq araq-varaq eləmək – hərtərəfli axtarmaq, axtarılmayan yer qoymamaq. [Dostum] bütün hökumət dairələrini bir-birinə çaxnaşdırmış, bütün şəhəri araq-varaq eləmişdi. Qantəmir. Əlində zənbil bazardan qayıdan Xanım Balacayevə içəriyə girə-girə: – Ay qız, dünyanı araqvaraq eləmişəm, – dedi, – sən də soxulmusan bu stansiyaya, mırt vurursan? S.Rəhimov. aralama “Aralamaq”dan f.is. aralamaq f.\n1. Bitişik, yaxud yan-yana duran şeyləri kənara çəkib bir-birindən ayırmaq, ayrı qoymaq. Pəncərənin pərdəsini aralamaq. Kolları aralayıb yol açmaq.\n2. Açmaq. Kitabı aralayıb baxmaq. Ağzını aralayıb bir söz demir.\n3. Zorla başqa-başqa tərəflərə çəkmək, kənara çəkmək, aralaşdırmaq. Dalaşanları aralamaq. – Biz bir-birimizlə savaşardıq, .. yol adamları bizi gəlib aralardılar. C.Məmmədquluzadə. aralandırma “Aralandırmaq”dan f.is. aralandırmaq bax. aralamaq. aralanma “Aralanmaq”dan f.is. aralanmaq f.\n1. Bir-birindən ayrılmaq, uzaqlaşmaq. Atlılar aralanaraq hərə bir tərəfə getdi. – Aralanır buludlar, təravətlənir otlar. A.Səhhət. Sədrəddin bəydən aralanandan sonra, indi iki gün idi ki, muzdur Məşədi Əsgər öz arvad və uşağı ilə rahatlanırdı. S.M.Qənizadə. // Bir qədər kənara, yana çəkilib yol açmaq. Adamlar aralanıb Tükəzbana yol verdilər.. B.Talıblı. // Uzaqlaşmaq. Ayrı düşmüş vətənindən, elindən; Həmdərdindən aralanmış könlümü. M.V.Vidadi. Kənddən bir qədər aralananda, .. səhər havası ilə nəfəs alanda özünü dünyanın ən bəxtiyar adamı sayırsan. Mir Cəlal.\n2. bax. ayrılmaq 2-ci mənada. Xanpəri keçmiş xatirəsindən çətinliklə aralandı. Ə.Vəliyev.\n3. Çatlamaq, aralar əmələ gəlmək. Zəlzələdən evin divarları aralandı. // Qopmaq. Çəkmənin altı aralanmışdır.\n4. Bir az açılmaq, yarıaçıq hala gəlmək. Qadınların çarşabları aralandıqda onların nəzmiyyə libası geydikləri görünürdü. M.S.Ordubadi. Vahid Nayıbovun ev qapısı həmişəki sakitliyi ilə aralandı və örtüldü. Mir Cəlal.\n5. məch. Başqası tərəfindən ayrılmaq. Puldan bir qədər aralanıb topa ilə əlahiddə qoyulmuşdu. S.M.Qənizadə. aralaşdırılma “Aralaşdırılmaq”dan f.is. aralaşdırılmaq məch. Bir-birindən ayrılmaq, uzaqlaşdırılmaq, kənara çəkilmək. aralaşdırma “Aralaşdırmaq”dan f.is. aralaşdırmaq f. Dalaşanları birbirindən ayırmaq, uzaqlaşdırmaq, kənara çəkmək. Molla aralaşdırır, ona da bir-iki yumruq dəyir. S.S.Axundov. Qoca qarılar harayçılıq edib bunları [dalaşanları] aralaşdırardılar. H.Sarabski. aralaşma “Aralaşmaq”dan f.is. aralaşmaq f.\n1. Ayrılmaq, ayrı düşmək, aralı düşmək, uzaqlaşmaq, əlaqəni kəsmək.\n2. Seyrəkləşmək. aralatdırmaq icb. Üçüncü şəxs vasitəsi ilə aralatmaq. [Xan:] Mən onun başını bədənindən aralatdıraram, onda bilər ki, nökər bayatı deyib, xanı yuxudan oyatmaz. Çəmənzəminli. aralatmaq icb. Aralamağa məcbur etmək. aralı zərf\n1. Bir-birindən bir qədər uzaq, arada bir qədər məsafə qoyaraq. Xasay atlıların bir-birindən aralı getməsini məsləhət gördü. M.Hüseyn. Kəhər kövşənin ortasında, yoldan xeyli aralı uçuq bir xarabalığın səmtinə çatırdı. M.İbrahimov. // Uzaq. Aralı gəzmək. – Ay ariflər, gəlin sizə söyləyim; İstəkli dostumdan aralı düşdüm. Aşıq Kərəm. Lütf elə, Novruzu yetir Qəndaba; Yarı salma məndən aralı, dağlar! (Qoşma). Uzaqdasan... görməyirəm... bəlkə də bu an; Qar üstündə sürünürsən bizdən aralı. S.Vurğun.\n2. Bir az açıq, yarıqapalı, yarıörtülü. Qapını bir az aralı qoy, hava gəlsin. Pəncərə aralı qalmışdı. Sandığın qapağı aralı qalır, örtülmür.\n3. Seyrək. Ağacları aralı əkmək. aralıq is.\n1. İki şey arasındakı boşluq, boş yer; iki yerin arası; ortalıq, orta, ara. Aralıqda qalan şeyləri götürün. Aralıqda gəzib işə mane olma. // Bir neçə otaq və sairə arasındakı açıq yer. Samovarı aralıqda qoy. Kömür yeşiyi aralıqdadır. // sif. İki və ya bir neçə şeyin arasında, ortasında olan. Aralıq malı arada yeyilər. – Əhməd aralıq peçini yandırdı. Mir Cəlal.\n2. Dar dalan, dar küçə. Dalandar aralığı süpürdü. Bizim ev aralıqdadır. Qapı aralığa çıxır. // Sif. mənasında. Fayton aralıq küçələrdən keçib irəliləməyə başladı. S.Rəhman.\n3. “Bu” sözü ilə bərabər: bu aralıq – bu zaman, bu vaxt, bu əsnada, bu dəmdə. Bu aralıq göy guruldamağa başladı. – Bu aralıq quşların civiltiləri hər şeydən əvvəl eşidilir. M.S.Ordubadi. Bu aralıq birdənbirə toyuğumu xatırlayıb, cəld hinin ağzına yüyürdüm. A.Şaiq. // “Bir” sözü ilə bərabər: bir aralıq – az zaman, bir müddət, bir anlığa, müvəqqəti olaraq. Bir aralıq sakitlik düşdü. Bir aralıq səsini kəsdi.\n4. Yerl. halda: aralıqda – ortalıqda, ortada, arada. [Heydər bəy:] Ondan ötrü Səfər bəy məsləhət gördü ki, götürüm qaçım. Toy xərci aralıqda itsin. M.F.Axundzadə. ..Yarım saat çəkmədi, aralıqda beş-on köynək cırıldı və Hürzad tərəf döyülmüş, söyülmüş, geri çəkilib evdə qapandılar. Çəmənzəminli. [Səfər bəy:] Əgər siz başlasanız birbirinin ziddinə getməyə, aralıqda ziyan çəkən mən olaram. B.Talıblı. ‣ Aralıq adamı – 1) araçı, vasitəçi, aradüzəldən; 2) toyda, məclisdə qonaqlara xidmət edən adam; 3) avara, veyil. Aralığa almaq – bax. araya almaq (“ara”da). Salmanın bu hərəkətinə ciddi diqqət yetirən cavanlar onu aralığa aldılar. Ə.Vəliyev. Aralığa atmaq – bax. araya atmaq (“ara”da). Aralığa gəlmək – ortaya çıxmaq. ..Evlənmək məsələsinin nə qədər çətin olduğu yenə də aralığa gəldi. S.S.Axundov. Aralığa gətirmək – ortaya gətirmək, meydana atmaq. Bu inteligentlərin sözün gətirmə heç aralığa. M.Ə.Sabir. Aralığa söz qatmaq – kənar sözlərlə aldatmağa, fikri yayındırmağa çalışmaq. Aralığa tökmək – sirrin üstünü açmaq, ifşa etmək, açıb söyləmək. Aralıq qarışmaq – bax. ara qarışmaq (“ara”da). Aralıq get-gedə qarışırdı. Hər gün şəhərdən gələn bir-birinə zidd xəbərlər kənddə vəziyyəti dəyişirdi. Mir Cəlal. Aralıq sözü – bax. ara sözü (söhbəti) (“ara”da). Aralıq vurmaq – bax. ara vurmaq (“ara”da). Baxma firibinə hərzəguların; Aralıq vurmaqdı işi buların. Q.Zakir. Aralıqda qalmaq – bax. arada qalmaq (“ara”da). aram is. [fars.] Sakitlik, qərar, rahatlıq, dinclik, sükut; səbir, dözüm. Hənuz vəsldir, ey mah, yoxdur aramın; Nə növ bəs keçəcək mən fəqirə hicranın? S.Ə.Şirvani. Xudayar bəyin bu fikrə düşəndən bir dəqiqə aramı yoxdu. C.Məmmədquluzadə. [Sara Bəhrama:] Bir aydır sənsiz aramım yoxdur, dünya başıma dar olubdur. C.Cabbarlı. • Aram etmək (eləmək) – 1) sakit etmək, rahat etmək. Axund onu [Seyidi] bir növ aram edib evinə təklif etdi. Ə.Haqverdiyev; 2) sakit olmaq, rahat olmaq, dincəlmək. Sənsiz, ey can, könlüm aram eyləməz. Nəsimi. Aram olmaq – 1) sakit olmaq, rahat olmaq, qərar tapmaq; 2) səbir etmək. [Molla Qafar:] Kərbəlayı, bir aram ol. Bu saat məsələni qurtarmaq lazımdır. S.Rəhimov. Aram tutmaq (tapmaq) – sakit olmaq, rahat olmaq, qərar tapmaq, səbir etmək. Can neçün aram dutsun, həddən ötdü intizar. Xətayi. [Nuxalılar:] Ağa, sakit ol. Aram tut. Olacağa çarə yoxdur.. M.F.Axundzadə. aram-aram zərf Yavaş-yavaş, asta-asta, aramla. Aram-aram danışmaq. Aram-aram oxumaq. İşi aram-aram gör. – Tabut gedir... Bu ağrıdan ürəklər də qana dönür; Cənazənin arxasınca aram-aram el sürünür. B.Vahabzadə. aramla zərf Qaraca qız qalxıb aramla geyinməyə başladı. Sonra əl-üzünü yuyub, çay içməyə məşğul oldu. S.S.Axundov. “Mirzəyi” havasında bir vəzn ağır və aramla vurulur. Ə.Bədəlbəyli. arama “Aramaq”dan f.is. aramaq f. Axtarmaq. Sən mükafatını insanlığa xidmətdə ara; Əbədi zövqü, təsəllini həqiqətdə ara. A.Səhhət. Mühəndis yenə də öz dəftərçəsinin neft ilə yağlanmış vərəqlərini aramağa başladı. B.Talıblı. • Arayıb axtarmaq – maraqlanmaq, soruşub bilmək, xəbər tutmaq. Yar məgər yarını yadına salmaz; Arayıb axtarmaz, qəminə qalmaz? Q.Zakir. aramca zərf Aramla, aram surətdə, ağır-ağır, yavaş-yavaş, yavaşca. [Bülənd] aramca atın cilovunu çəkir, at da ehtiyatla rahat addımlayırdı. Ə.Əbülhəsən. aramgah is. [fars.] tənt.\n1. İstirahət yeri, dayanılan yer; məskən, mənzil. Bu, bəzmixasi-ünsdür, aramgahi qüdsdür. Nəbati.\n2. məc. Qəbir mənasında. Bura hündür, qübbəli divarları və qübbəsi başdan-başa kaşılarla örtülmüş bir otaqdır, bura böyük şairin aramgahıdır. Ə.Sadıq. aramlı sif.\n1. Səbirli, dözümlü.\n2. Ağır, yavaş. aramsız 1. sif. Aramı olmayan, qərar tapmayan, qərarsız, narahat; səbirsiz, dözümsüz. Həsən tramvay duracağında .. aramsız bir ürək çırpıntısı ilə Dilaranı gözləyirdi. M.İbrahimov.\n2. zərf Səbirsizliklə. Havva qonağı aramsız gözləyirdi. Mir Cəlal. Mustafa kişi isə sobaya aramsız odun atırdı. İ.Şıxlı.\n3. zərf Arası kəsilmədən, durmadan. Əhmədin tərəfindən isə göndərilən elçilər və minnətçilər aramsız gəlib-getməkdə idi. B.Talıblı. Mən gecələri yatmayıb dərsimi hazırlayır, hisli çırağın işığında aramsız çalışırdım. M.Hüseyn. aramsızlıq is. Qərarsızlıq, rahatsızlıq; səbirsizlik. aran is. Azərbaycanda: yaylaq yerlərə nisbətən alçaq və iqlimcə isti olan yerlər. Azərbaycanın əsas aran yerləri Muğan, Qarabağ, Şirvan və Mil düzləri hesab olunur. Yayda aran çox isti olur. – Əziziyəm bağ ilən; Bağça ilən, bağ ilən; Dedin aranda gözlə; Yolun saldın dağ ilən. (Bayatı). Arandan qaçıb gələn köç, yolları və şəhərin ətrafındakı dağ və təpələri doldurmuşdu. Çəmənzəminli. // Düzənlik (dağ müqabili). [Kərim bəy] təpənin ortasındakı taladan, həm arana seyr etməyə, həm də buradakı rəsədxanaya baxmağa gəlmişdi. Mir Cəlal. Fəcrin soyuq tonqalı buludlarda yananda; Mən də tonqal qalardım gah dağda, gah aranda. Ə.Cəmil. arançı is. məh. köhn.\n1. Yayda yaylağa köçməyib, öz təsərrüfatında qalıb işləyən kəndli. // Aran yerlərdə yaşayan adam. – Arançılar damların üstündə, talvarlarda özlərinə yer salmışdılar. Qazma daxmalarda oturmaq mümkün deyildi. İ.Şıxlı.\n2. Keçmişdə arandan dağa (yaylağa) şey daşıyan, mal gətirib satan və oradan ağarantı alıb aparan adam. arançılıq is. köhn. Arançının işi, peşəsi. aranjiman is. mus.\n1. Bəstələnmə, tərtib etmə.\n2. Uyğunlaşdırma. aranlı is. dan. Həmişə aranda yaşayan adam. aranlıq is. Aran yerlər. aranma “Aranmaq”dan f.is. aranmaq məch. Axtarılmaq. Orda hər şey alın təri və zəhmətdən yaranardı; Yaşamaqçın ən müqəddəs, təmiz yollar aranardı. M.Dilbazi. arasıkəsilməz sif. Arası kəsilməyən, bir an belə dayanmayan, sürəkli, fasiləsiz. Arasıkəsilməz həmlə. Arasıkəsilməz yağış. – Çöldə çaqqalların ulaşması və cırcıramanın arasıkəsilməz nəğməsindən başqa, heç bir şey çayxananın sükutunu pozmurdu. M.İbrahimov. ara-sıra zərf Arabir, bəzən, hərdənbir, bəzi vaxt, bəzi hallarda, vaxtdan-vaxta. Səhərlərə məxsus olan nəsimdən ara-sıra yarpaqlar qımıldanır.. Yarpaqlar arasına sığınmış quşcuğazlar səs-səsə verib ötüşürdü. A.Şaiq. Kənddə həmişəki kimi sakitlik aram idi. Ancaq ara-sıra kəndin kənarında biriki köpəyin hürməsi eşidilirdi. B.Talıblı. Ara-sıra bu işıq sütunu sanki dairəvi bir şüşəyə rast gələrək sınırdı. M.İbrahimov. araşdırıcı is. Axtarıcı, yoxlayıcı. // Tədqiqatçı. Araşdırıcı məsələyə sistemli yanaşmalıdır. araşdırılma “Araşdırılmaq”dan f.is. araşdırılmaq məch. Axtarılmaq, yoxlanılmaq. // Tədqiq edilmək. araşdırma 1. “Araşdırmaq”dan f.is.\n2. is. Tədqiqat. Elmi araşdırmalar. Azərbaycan şifahi xalq ədəbiyyatına dair son araşdırmalar. araşdırmaq f. Axtarmaq, yoxlamaq. [Xəfiyyələr] küçədə gedən arvadların bağlamalarını belə açıb araşdırırlar. M.S.Ordubadi. Kərim bəy əlini cibinə salıb araşdırdı. Mir Cəlal. // Tədqiq etmək, təhlil etmək. [Qəhrəman] uşaqda olan bu aləmi öz fikrində araşdıra-araşdıra (z.) yuxuya getdi. S.Rəhimov. araşqın bax. araqçın. Araşqını dəstə qoy; Endirib göz üstə qoy; Gətir bütün dərdləri; Dərdimin düz üstə qoy. (Bayatı). araşmaq f. məh. Axtarmaq, aramaq; soraqlaşmaq, xəbər almaq. Kimin kim eşq bağlar əl-ayağın, dəxi açılmaz; Bu müşkül mənini çox kimsədən Qövsi araşıbdır. Qövsi. arat is. k.t. Şumlanıb sulanmış, toxum səpilmiş yer. // Toxum səpmədən əvvəl şumun sulanması. Arat torpağın fiziki xassəsini yaxşılaşdırır. – Arat olunmuş torpaq yaxşı qurumayıb, havalar mane olur. M.Hüseyn. • Arat(a) qoymaq, arat eləmək – toxum səpmədən əvvəl şumu suvarmaq. Aratı çıxmaq – müəyyən dərəcədə quruyaraq, toxum səpilmək üçün münasib hala gəlmək (arat olunmuş yer). Aratı qaçmaq – çox qurumaq, lazımi dərəcəni keçmək (arat olunmuş şum). aratlama “Aratlamaq”dan f.is. aratlamaq f. məh. Arata qoymaq (bax. arat). aravuran (=aravuruşduran) bax. araqarışdıran. aravuruşduran (=aravuran) bax. araqarışdıran. arayatı zərf məh. Arada bir gecə yatmaqla (bir günlükdən uzaq olan yol haqqında). arayıcı sif. və is. Axtaran, arayan. arayış is.\n1. Arama, axtarma işi.\n2. Bir şey haqqında şifahi və ya yazılı məlumat. Arayış almaq. Arayış vermək. Arayış üçün müraciət etmək. Arayışa möhür vurdurmaq. Arayış kitabçası (məlumat kitabçası). – [Dəmirov] telefona yaxınlaşıb arayış bürosu vasitəsilə teatrın telefon nömrəsini öyrəndi. S. Rəhimov. arayiş is. [fars.] klas. Bəzək, zinət. Olub arayişi-baği-səadət cəhlpərvərlər; Neçin arif yaşar dünyada bədbəxtanə, bilməm ki? M.Hadi. arazbarı is. Azərbaycan musiqisində təbiət və insan gözəlliyini vəsf edən lirik xarakterli, gümrah və nikbin təsirli vokalinstrumental pyes. Aşıq Cəfər və balabançı .. məclisin ortasında dayanırlar və keçirlər arazbarı çalğısına. Ə.Haqverdiyev. arbitr [lat.] bax. münsif. arbitraj [fr.] Münsiflər məhkəməsi; idarələr, müəssisələr, təşkilatlar arasındakı mübahisəni həll edən idarənin adı. • Beynəlxalq Arbitraj – dövlətlər arasındakı mübahisəli məsələləri sülh yolu ilə həll etmək üçün beynəlxalq münsiflər məhkəməsi. arçan sif. bot. Ardıc (ağac). Arçan ağacı daşa dönmüş, fəqət torpaq olmamışdır. S.Vurğun. Buxarıda alışır; Quru arçan odunu. R.Rza. ard is.\n1. Arxa, dal. Yükü ardına almaq. • Ardına (ardınca) düşmək – dalınca düşmək, izləmək. Pul ardına düşmək. Ovçu tülkünün ardına düşdü. İş ardına düşmək.\n2. Bir şeyin arxa, dal tərəfi, gerisi, geri tərəfdə olan yer. Evin ardı. Dəyirmanın ardı bağçadır. – Günəş çəkilirkən dağlar ardına; Üfüqlər qarardı, sular qarardı. S.Vurğun.\n3. Başlanmış bir şeyin davamı, dalı, mabədi, sonu. Məqalənin ardı məcmuənin gələn nömrəsində dərc olunacaqdır. Söhbətin ardı sabaha qaldı. Hekayənin ardı uzun olacaq. • Ardı kəsilmək – arası kəsilmək, dalı kəsilmək, qurtarmaq, bitmək. Ardı (ardı-arası) kəsilməmək – bitməmək, qurtarmamaq, sonu-axırı görünməmək. Dağların ardı-arası kəsilmir, zəncir kimi bir-birinə hörülmüş, bir-birini qucaqlamış kimi durur. A.Şaiq. ‣ Ardı açılmaq – 1) paxırı açılmaq, təqsirinin, eybinin üstü açılmaq, ifşa olunmaq; 2) yorulmaq, taqətdən düşmək, üzülmək. Ardı atmaq – ayaq yoluna düşmək, qarın ağrısına düşmək, ayağı işləmək. Ardı burulmaq – bərk arıqlamaq, zəifləmək, yeriyərkən taqətsizlikdən ayaqları dolaşmaq. Ardı çıxmaq – 1) bərk arıqlamaq, zəifləmək, bərk yorulmaq; 2) lap qocalmaq, əldən düşmək, ölümü yaxınlaşmaq. ardıc is. bot. Sərv ağacı fəsiləsindən olub, çox zaman qayalıqlarda bitən iynəyarpaqlı, həmişəyaşıl kol, ya ağac. Ardıc növləri dekorativdir. ardıcıl 1. sif. Müəyyən bir fikri, məsləki təqib edərək, dönmədən onun ardınca gedən. Ardıcıl inqilabçılar. Ardıcıl materialistlər. Ardıcıl inqilabi xətt yeritmək. // İs. mənasında. Nəiminin ardıcılları.\n2. zərf Arası kəsilmədən, bir-birinin ardınca, müntəzəm surətdə. ..Oğlu Tapdığın həyatı ardıcıl surətdə gəlib onun [Ağcanın] gözü qabağından keçirdi. Ə.Əbülhəsən. Beləliklə, musiqi əsərlərindəki ağır və yüngül səslərin ardıcıl və müntəzəm surətdə təkrar edilməsi musiqinin bərabər ölçülü ayrı-ayrı taktlara (xanələrə) bölünməsini əmələ gətirir. Ə.Bədəlbəyli.\n3. sif. Məntiqli, məntiqə əsaslanan, qanunauyğun. Ardıcıl mühakimə. Ardıcıl nəticələr çıxarmaq. Ardıcıl materializm nəzəriyyəsi. ardıcıllıq is.\n1. Müəyyən bir fikri, məsləki dönmədən təqib etmə, axıra qədər onun ardınca getmə. Fikirdə ardıcıllıq.\n2. Bir-birinin ardınca gəlmə, arası kəsilmədən davam etmə. Hadisələrin ardıcıllığı. – Səhər gimnastikasında fiziki hərəkətlərin ardıcıllığı böyük əhəmiyyətə malikdir. Zərgərli.\n3. Məntiqlilik, məntiqə əsaslılıq, qanunauyğunluq. Mühakimənin ardıcıllığı. – Ədəbi, nəzəri tənqid ardıcıllıq, prinsipiallıq tələb edir. S.Rəhimov. ardınca zərf Dalınca, arxasınca, izincə; izləyərək, təqib edərək. Ardınca getmək. Bir-birinin ardınca gəlmək. Günlər, həftələr, aylar bir-birinin ardınca gəlib keçir. – Hər qandə şam olursə, ardıncə sübhdəmdir. Nəsimi. Xurşidi-mey ardınca səni hər gecə ta sübh; Ey mah, nə layiqdi ki, səyyarə desinlər. S.Ə.Şirvani. Əcnəbi müsafir Bakının məşəqqətli ruzgarına adət etmədiyindən tozun qorxusundan gözlərini yumub, Məşədi Əsgərin ardınca ahəstə-ahəstə gedirdi. S.M.Qənizadə. areal is. [lat.] Müxtəlif qəbildən olan şeylərin (dil, xalq, heyvan, bitki və s.) yayıldığı ərazi. Arealın müqayisəli öyrənilməsi. arena is. [lat.]\n1. Sirk səhnəsi. Müasir sirkdə arena manej adlanır.\n2. Fəaliyyət göstərilən yer.\n3. biol. Orqanizmin mövcud olduğu bütün yerlərin məcmusu. Həyat arenası. arəstə sif. [fars.] köhn. Bəzənmiş, bəzəkli, düzəlmiş. • Arəstə olmaq – bəzəkdüzəyi, yaxud nizam və qaydası hazır olmaq. [Xan:] ..Zalım uşaqlarının kefi kef deyil, bir əlamətdi; məclis arəstə, saqi hərəkətdə.. N.Vəzirov. arəstələşdirmək f. köhn. Bəzəyərək hazır etmək, düzəldib hazırlamaq. arfa [alm.] mus. Üzərinə simlər çəkilmiş böyük üçbucaq çərçivə şəkilli barmaqla (mizrabsız) çalınan musiqi aləti; cəng. [İnsanlar] kamanların altına çanaqlar qayırıb, kirişlərin də sayını artırmaq yolu ilə nəticədə arfa və arfaya bənzər cəng musiqi alətlərini ixtira edirlər. Ə.Bədəlbəyli. arfaçalan (=arfaçı) is. Arfa çalan çalğıçı. arfaçı (=arfaçalan) is. Arfa çalan çalğıçı. arğac is. toxuc. Xalçada, gəbədə və ümumiyyətlə toxunan şeylərdə eninə gedən ip (əriş müqabili). Arğac sapı sarıyan maşın quruldu. – Xoşqədəm diz üstə oturub, sağ əlinin baş və şəhadət barmağı ilə fərşin köhnəlmiş arğaclarını qurdalaya-qurdalaya davam etdi. Ə.Vəliyev. ‣ Arğac keçmək – birisinin işinə pər vurmaq, zərər vermək, yaxud onun düzəlməsinə mane olmaq üçün xəlvəti söz demək, əlaltından işləmək, qarışdırmaq. arğaclama “Arğaclamaq”dan f.is. arğaclamaq f. toxuc. Xananın arğacını keçirmək. arğaclanma “Arğaclanmaq”dan f.is. arğaclanmaq məch. toxuc. Xanaya arğac keçirilmək. arğaclıq is. toxuc. Arğac üçün yararlı. Arğaclıq ip. arğalı is. məh. Vəhşi qoç. arğaz sif. məh. Nə kök, nə arıq. Bu dərviş ucaboylu, arğaz, uzunsaçlı və saqqallıydı. A.Divanbəyoğlu. Bu danışığa qulaq asan hündürboylu arğaz kişi [Alo ilə Qəmərin] söhbətinə qarışdı. S.Rəhimov. arğın yorğun-arğın – bax. yorğunarğın. arx is. Tarlaya, bostana və s.-yə su axıtmaq üçün açılan yol. Arxlar axır çay olur. – Yolun iki yanı ilə axan balaca arxlar axşamdan donmuşdu. M.Hüseyn. ‣ Arxa bir də su gələr – “ümidini kəsmə” mənasında məsəl. Sirişki-çeşm töküb ağla yar üçün, Seyyid; Bu arxa su gəlib, ümmid var bir də gələ. S.Ə.Şirvani. arxa is.\n1. İnsanın, heyvanın dalı, kürəyi, beli. Arxasına yükləmək. Arxasını çevirmək. Arxası üstə yerə gəlmək. – Qız arxası üstə uzanıb kitab oxuyurdu. N.Nərimanov. Tutulanların ikisinin arxasında iri şələ vardı. Ə.Vəliyev. • Arxa çevirmək – dal çevirmək, üz döndərmək. Arxası yerə dəyməmək – basılmamaq, məğlub olmamaq. Arxası yerə gəlmək – basılmaq, məğlub olmaq. Arxasın(c)a düşmək – birinin dalınca düşmək, təqib etmək, izləmək. Mədəd naharını qurtarıb qapıdan çıxdı. Kosa onun arxasına düşdü. S.Rəhimov. Arxasını işə verməmək – heç bir işdən yapışmamaq, tənbəllik etmək, işdən boyun qaçırmaq. Arxasını yerə vermək (qoymaq) – basmaq, məğlub etmək. [Vəzir:] Mən cavab verdim ki, əgər mənə yaraşsaydı, ..güləşib onun arxasın yerə qoyardım. M.F.Axundzadə.\n2. Bir şeyin dal tərəfi, geri tərəfi. Məktəbin arxa tərəfi bağdır. – Pinəçi.. dalımca gəlin, – deyib dükanın arxasına keçdi. M.İbrahimov.\n3. Müharibə xəttinin dal tərəfində, gerisində olan yer (cəbhə müqabili). Arxada və cəbhədə. Arxada qalanlar cəbhəyə kömək edirdilər. – Qabaq düşmən idi, arxa isə hər gün davam edən bombalama nəticəsində dağıdılırdı. Mir Cəlal.\n4. məc. Kömək, havadar, dayaq, himayəçi. Koroğlunun qoç arxası; Gəldi, dəlilərim gəldi! “Koroğlu”. Balamsan sən, nəyimsən? Arxamsan, köməyimsən; Mən sənin əziz anan; Sən mənim diləyimsən. (Bayatı). [Ata:] Ay bala, niyə xiffət eləyirsən, özün bilirsən ki biz kasıbıq, qohum-əqrəbamız və möhkəm arxamız yox, bizə qızmı verərlər? Ə.Haqverdiyev. • Arxa durmaq – birinin dalında durmaq, havadarlıq etmək, müdafiə etmək. Arxa-arxaya vermək – köməkləşmək, bir-birinə kömək etmək, əlbir çalışmaq. Yeddi qardaş arxa-arxaya verib düşmənə qarşı dayandılar. Arxa vermək – arxalanmaq, güvənmək, istinad etmək. Padşahlar ancaq əcnəbilərə arxa verməklə yaşaya bilir. M.S.Ordubadi.\n5. Adətən “yeddi” sözü ilə bərabər məc. – nəsil, əcdad. Yeddi arxa qohum-əqrəba. – Firəngistanın Prudon adlı hükəması deyib: Mən fəxr edirəm ki, mənim yeddi arxa atababam rəiyyət olub. N.Vəzirov. [Həpir:] Xalqın yeddi arxa yadları ağzını açanda tərif tökür. Mir Cəlal. arxabaarxa zərf\n1. Dal-dala.\n2. məc. Bütün nəsillik. Su gəlsə arxa bəsdi; Dolansa çarxa bəsdi; Bir kərə üzün görsəm; Arxabaarxa bəsdi. (Bayatı). arxac is. məh. Qoyun, mal yatağı; ilin isti aylarında sürü və naxırların çöldə istirahət etdiyi yer. Arxac suvat yerindən 0,7-1 kilometr məsafədə seçilir. – Nəbinin qoyun sürüsü arxacın üst tərəfindəki yastanaya toplanmışdı. “Qaçaq Nəbi”. Mal-qara, qoyunquzu kənddən bir az aralı ferma ağıllarında və arxaclarında dincəlir. Ə.Vəliyev. arxaclamaq f. məh. Sürünü, qoyunu arxaca yığmaq. arxaclanmaq məch. Arxaca yığılmaq (sürü). arxadan zərf Daldan, dal tərəfdən. Arxadan gəlmək. Arxadan vurmaq. – Topçular alayı gəlir arxadan.. S.Vurğun. Gəzərkən buludlar hey alay-alay; Arxadan boylanar sarı saçlı ay. R.Rza. arxadaş is. Kömək, köməkçi. [Miss Hannaya] arxadaş və yoldaş lazımdır. M.S.Ordubadi. // Yoldaş, dost. Arxadaşlar! Sevinin, oldu rəva hacətimiz. M.Ə.Sabir. Bəzi tutmuş iki əlilə başın; Fikrə dalmış, unutmuş arxadaşın. A.Səhhət. Dostum, arxadaşım, yoldaşım, dinlə; Nə sayaq unudaq biz bu ağrını? S.Rüstəm. arxadaşlıq is. Dostluq, yoldaşlıq. Biriki gün mənim arxadaşlığımı qəbul etsəniz, qalınız, yenə də xidmətinizdə bulunaram, – dedim. M.S.Ordubadi. arxaik sif. dilç. Köhnəlmiş, qədim, köhnə. Arxaik sözlər. arxaizm is. [yun.] dilç.\n1. Köhnəlmiş, yaxud istifadədən çıxmış söz, ifadə, qrammatik forma. Arxaizmlər xalq dilində indi də işlənir.\n2. Qədim zamanların qalığı. arxalanma “Arxalanmaq”dan f. is. arxalanmaq f. Güvənmək, istinad etmək, bel bağlamaq. Geniş kütlələrin, bizə rəğbət bəsləyən və bizi hiss edən .. kütlələrin istiqbalına arxalana bilərik. M.S.Ordubadi. Bu böyük günlərə arxalanaraq; Göstər bu meydanda yeni bir hünər! S.Vurğun. [Nəriman:] Bu yaxşıdır, – dedi, – yoldaşın yoldaşa arxalanmağı döyüşdə şərtdir! Mir Cəlal. arxalı sif. Köməyi, himayəçisi, müdafiəçisi, tərəfdarı, qohum-əqrəbası olan. Atalar yaxşı deyib ki, “arxalı köpək qurd basar”. S.Rəhimov. arxalıq is. köhn. Yaxası düyməli, beli büzməli, ya büzməsiz üst paltar. [Tubu:] Bilmirəm, bu bir arxalıq nə olubdur ki, budur, beş gündür onu tikib qurtara bilmirsən. Ə.Haqverdiyev. Kişi arxalıq, çuxanı atıb, kostyum, qalstuk geymişdi, papağı çıxarıb fəs qoymuşdu. B.Talıblı. [Tahirzadə] sərin xəzri alnına toxunanda arxalığının yaxasını açıb, dərindən nəfəs aldı. Mir Cəlal. arxalıqlı sif. köhn. Əynində arxalıq olan, arxalıq geymiş. Arxalıqlı kişi. – Ağ çuxalı, ağ arxalıqlı, ikiüzlü Buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş kəmərli Mirzə Səfəri hamı tanıyırdı. Ə.Haqverdiyev. Sərbaz sazı bağrına basıb yanıqlı oxuyurdu. Ətrafına bir dəstə uzun arxalıqlı sərbaz yığılıb dərdli-dərdli qulaq asırdı. Çəmənzəminli. arxasınca zərf Bilavasitə dalınca, ardınca. Ayı Dursunu görüncə arxasınca düşür. Dursun qaçır, ayı qovur. A.Şaiq. Qoşun keçib getdi. Arxasınca da bir sürü uşaq və gözüyaşlı qadınlar toz qopararaq yüyürdü. Çəmənzəminli. Uşaqların marağı daha da artdı və onun [Əsədin] arxasınca gedib, yavaşca qapının çatlağından baxmağa başladılar. B.Talıblı. arxasız sif. Köməyi, arxası, havadarı, himayəçisi olmayan; köməksiz. Arxalıya arxa olma – yamaq sayarlar; Arxasıza arxa ol – dayaq sayarlar. (Ata. sözü). Zöhhakı məhv edən Gavə yoxsul, arxasız bir dəmirçi idi. H.Cavid. Bu gün Hüseyn artıq arxasız və kimsəsiz bir yetimdir. S.Rəhman. arxasızlıq is. Arxasız adamın vəziyyəti. arxayın zərf\n1. Xatircəm, rahat, sakit, dinc, qayğısız. Arxayın oturmaq. Arxayın oturub işləmək. Arxayın gedə bilərsən. – • Arxayın olmaq – xatircəm olmaq, əmin olmaq, nigarançılıqdan qurtarmaq. Mahmud arxayın ola biləcəyini yəqin etdi. Ə.Əbülhəsən. Arxayın etmək (salmaq) – xatircəm etmək, əmin etmək, nigarançılıqdan qurtarmaq, qəlbən rahat etmək. Vaqif Kazımın ehtiyatkarlığına heyrət edərək, ürəkdən güldü, sonra onu arxayın edib yola saldı. Çəmənzəminli. Ayna. Ayazı bir daha arxayın etdi. Ə.Məmmədxanlı.\n2. Asudə, rahat. Bu gün işim yoxdur, arxayınam.\n3. Bir şeyə tamamilə inanmış, əmin olmuş, şübhə etməyən, əmin. Mən bunun belə olacağına tamamilə arxayın idim. İşin öhdəsindən gələ biləcəyinə arxayın deyiləm. arxayınca bax arxayın 1 və 2-ci mənalarda. Otuz-qırx addımlıqda iki atlı arxayınca söhbət edərək gəlirdi. Çəmənzəminli. arxayınçılıq is. dan.\n1. İşlərin yaxşı gedəcəyinə əsassız olaraq inanmaq nəticəsində hasilə gələn xatircəmlik, əminlik. Arxayınçılığa tezliklə son qoyulmalıdır. – [Yolçular] öz xorultuları ilə çayçının ürəyindəki arxayınçılığı daha da möhkəmləndirdilər. M.İbrahimov.\n2. bax. arxayınlıq. arxayınlama “Arxayınlamaq”dan f.is. arxayınlamaq bax. arxayınlaşmaq. arxayınlaşdırma “Arxayınlaşdırmaq”dan f.is. arxayınlaşdırmaq bax. arxayınlatmaq. Bizi arxayınlaşdırmasınlar. arxayınlaşma “Arxayınlaşmaq”dan f.is. arxayınlaşmaq f.\n1. Əldə edilən müvəffəqiyyətlərdən sonra rahat olmaq, daha fəaliyyət göstərməmək. Əldə edilmiş müvəffəqiyyətlərlə arxayınlaşmaq olmaz. Arxayınlaşmaq üçün heç bir əsas yoxdur.\n2. Arxayın olmaq, xatircəm olmaq, əmin olmaq. [Rayon işçiləri] öz qəzet və məcmuə paylarını almaq və arxayınlaşmaq istəyirdilər. S.Rəhimov. Məmməd arxayınlaşmaq üçün qapıda durub onun dalınca baxdı. M.İbrahimov.\n3. İşdən azad olmaq, işini görüb qurtararaq asudə olmaq. İşimi qurtardım, arxayınlaşdım. arxayınlatmaq f. Arxayın etmək, arxayın salmaq, xatircəm etmək, əmin etmək, rahat etmək. arxayınlıq is. Sakitlik, dinclik, salamatlıq, xatircəmlik, əmin-amanlıq, rahatlıq, asudəlik. Lakin arxayınlıq şəraitində nə qədər alışıb ehtiyat qazanmış olsa belə, ən xırda şey .. əsgəri narahat edir. Ə.Əbülhəsən. • Arxayınlığa çıxmaq – rahat olmaq, nigarançılıqdan qurtarmaq, rahat həyata başlamaq. İndi əməlli-başlı arxayınlığa çıxıbdır. arxayınlıqla zərf Arxayın bir halda, rahat bir halda, tələsmədən. Əyyub yorğun halda işdən qayıdaraq əl-üzünü yuyur, soyunur və arxayınlıqla krovata uzananda Pakizə xalanın çiçəyi çatlayır. Mir Cəlal. arxeoqraf [yun.] Arxeoqrafiya mütəxəssisi, arxeoqrafiya ilə məşğul olan adam. arxeoqrafiya [yun.] filol. Qədim yazı abidələrini toplamaq, tədqiq, şərh və nəşr etməklə məşğul olan elm sahəsi. Arxeoqrafiya sahəsində ilk işlər. arxeologiya [yun.] Qazıntı yolu ilə tapılan maddi mədəniyyət abidələrinə əsasən qədim xalqların yaşayış və mədəniyyətini tədqiq edən elm. Azıx mağarasının tədqiqi Azərbaycan arxeologiyasının mühüm hadisələrindəndir. arxeoloji sif. Arxeologiyaya aid olan. Arxeoloji qazıntı. Arxeoloji tədqiqat. Arxeoloji ekspedisiya. Arxeoloji tapıntılar. – Şagirdlər [Teymurdan] arxeoloji qazıntılar .. haqqında çox maraqlı və yeni şeylər eşidərdilər. Ə.Sadıq. arxeoloq [yun.] Arxeologiya mütəxəssisi, arxeologiya ilə məşğul olan adam. arxipelaq [ital.] Bir-birinə yaxın adalar qrupu. Abşeron arxipelaqı. Bakı arxipelaqı. arxitektor [yun.] bax. memar. arxitektura [yun.]\n1. Bax memarlıq.\n2. Hər hansı bir binanın üslubu, bədii xüsusiyyətləri. Azərbaycan arxitekturası. arxiv [lat.]\n1. Qədim sənədlərin və yazılı abidələrin saxlandığı müəssisə. Arxiv sənədləri. Arxiv binası. Arxiv idarəsi. // Bir idarənin köhnə kağızları, kitabları, sənədləri saxlanılan şöbəsi. • Arxivə vermək – 1) işə xitam vermək; 2) məc. unutmaq, köhnəlmiş hesab etmək.\n2. Bir idarə və ya şəxsin fəaliyyətinə aid olan yazılar (məktublar, kağızlar, əlyazmaları və s.). Cəlil Məmmədquluzadənin arxivi. arxivçi is.\n1. Arxivdə işləyən, arxivə baxan işçi. Cəfər əmi 1901-ci ildən qəza naçalniki divanxanasının arxivçisi olub(dur). H.Nəzərli.\n2. Arxiv işi mütəxəssisi, arxivdə elmi iş aparan mütəxəssis. arxivşünas is. [lat. arxiv və fars. ...şünas] Arxiv işləri mütəxəssisi. arxivşünaslıq is. Arxiv işinin metodologiya və üsullarını tədqiq etməklə məşğul olan elm. arxiyepiskop [yun.] din. Baş yepiskop (keşiş). arxqazan sif. Arx qazmaq üçün olan. Arxqazan maşın. arxlama “Arxlamaq”dan f.is. arxlamaq f. k.t. Şitil və s. əkmək üçün kiçik arxlar, dayaz çuxurlar qazmaq. Aprelin axırına kimi qızlar sahələri arxlayaraq bütün şitilləri basdırdılar. arı I. is.\n1. Zərqanadlılar fəsiləsindən olub bal hasil edən cücü. Arı beçəsi (cavan arı). Arı pətəyi, səbəti, təknəsi (arıları saxlamaq üçün xüsusi qutu). Arı şanı (arıların təknədə mumdan hördükləri göz-göz yuvacıqlar). Arı vızıltısı. Bal arısı.\n2. Bəzən bütün arı pətəyi, arı dəstəsi mənasında işlənir; pətəkxana. Yayda arıları yaylağa köçürürlər. Arı qəhrin çəkməyən balın qədrini bilməz. (Ata. sözü). ‣ Arı yuvası – çox qələbəlik haqqında. Arı yuvasına çöp soxmaq – birisini hirsləndirmək, acıqlandırmaq; hiddətə, narazılığa, etiraza səbəb olmaq.\n\nII. sif. köhn. Təmiz, saf, xalis, duru, parlaq, pak. Qazan bəg .. arı sudan abdəst aldı. “Dədə Qorqud”. Aydan arı, sudan duru. (Məsəl). arıçı is. Arı saxlayan, arıçılıqla məşğul olan adam. Qəhrəman arıçının əməyini təqdir edir, balaca Sabirə arıların yaşayış qaydalarından nağıl edirdi. S.Rəhimov. arıçılıq is. Bal hasil etmək üçün arı saxlama, arı yetişdirmə. Arıçılıqla məşğul olmaq. Arıçılıq kənd təsərrüfatının çox gəlirli sahələrindən biridir. Arıçılıq hələ eramızdan əvvəl məlum idi. arıdılma “Arıdılmaq”dan f.is. arıdılmaq məch. Təmizlənmək, yaxşısı pisindən, irisi xırdasından ayrılmaq, dənlənmək. Hərə bir iş görürdü; bir yanda xəmir yoğrulur, bir yanda yumurta çalınır, ..bu biri tərəfdə sabah xörəyi üçün düyü arıdılırdı. T.Ş.Simurq. arıxana is. Arı pətəkləri yerləşən yer, arıçılıq təsərrüfatı. Arıxanada arı pətəkləri şahmat üsulu ilə düzülür. – Qəhrəman balaca Sabiri arıxanadan uzaqlaşdırırdı. S.Rəhimov. arıq sif. Cılız, sısqa, zəif, cansız, ətsizyağsız (kök ziddi). Arıq adam. Arıq quzu. – Uzunboylu, arıq sifətli, açıq, mavi gözləri ilə sakit-sakit baxan bu qoca usta, tövrünü pozmadan, yavaş-yavaş yerindən qalxdı. M.Hüseyn. arıqca sif. Çox arıq. Arıqca bir uşaq. // Bir qədər arıq, arıqtəhər. İdarə başçısı orta yaşlı, qarayağız, arıqca bir adam idi. Mir Cəlal. arıqlama “Arıqlamaq”dan f.is. arıqlamaq f. Zəifləmək, ətini tökmək, cansızlaşmaq. Xəstəlikdən sonra arıqlamaq. İstidən arıqlamaq. arıqlaşma “Arıqlaşmaq”dan f.is. arıqlaşmaq f. Yavaş-yavaş, getdikcə arıqlamaq, sısqalaşmaq, zəifləşmək, cansızlaşmaq, əti-yağı tökülmək. arıqlatma “Arıqlatmaq”dan f.is. arıqlatmaq f. Birinin arıqlamasına, cansızlaşmasına, ətini tökməsinə səbəb olmaq. İsti məni arıqlatdı. Atı çox sürməkdən arıqlatmaq. arıqlıq is. Arıq adamın, ya heyvanın halı; sısqalıq, cılızlıq, zəiflik, ətsizlik, cansızlıq (köklük ziddi). Uşağın arıqlığı. Atın arıqlığına baxma, çox güclüdür. arıq-uruq bax. arıq. arıquşu is. zool. Yaşımtıl rəngli, sərçədən bir az böyük meşə quşu. arınmaq f.\n1. bax. arıdılmaq.\n2. qəd. Yuyunmaq, təmizlənmək, saflanmaq. arınmış f.sif. Arıdılmış, təmizlənmiş. [Sənəm xala] sol əli ilə arınmış çiyid kisəsinə söykənərək, mənə tərəf əyilir. Mir Cəlal. arıot (=arıotu) is. İriyarpaqlı, ətirli ot (alaq otu). Arıotu, limonotu və ya bədrəng .. Azərbaycanın meşəli yerlərində bitir. Tərkibində limon iyi verən yağ vardır. Qasımov. arıotu (=arıot) is. İriyarpaqlı, ətirli ot (alaq otu). Arıotu, limonotu və ya bədrəng .. Azərbaycanın meşəli yerlərində bitir. Tərkibində limon iyi verən yağ vardır. Qasımov. arıtdırma “Arıtdırmaq”dan f.is. arıtdırmaq icb. Təmizlətmək, safçürüyünü ayırtmaq. arıtlama “Arıtlamaq”dan f.is. arıtlamaq f. Təmizləmək, yaxşısını pisindən, irisini xırdasından ayırmaq; dənləmək. Buğda arıtlamaq. Düyü arıtlamaq. – [Tubu:] Bir az düyü arıtla, atana bir dövrə sulu yayma bişir. Ə.Haqverdiyev. Arvad baxıb-baxıb ayağa durdu, düyü çıxarıb arıtladı.. S.Rəhimov. ‣ Döşünü (sinəsini, boğazını) arıtlamaq – bax. boğazını arıtlamaq (“boğaz”da). Gəldiyev təkrar sinəsini arıtladı. Mir Cəlal. arıtlanma “Arıtlanmaq”dan f.is. arıtlanmaq məch. Təmizlənmək, yaxşısı pisindən, irisi xırdasından ayrılmaq, dənlənmək. arıtmaq f.\n1. köhn. Yumaq, yuyub təmizləmək. // Təmizləmək, saflaşdırmaq. Bu arxı kim arıdıb; Su belə duru gəlir? Sarı Aşıq.\n2. bax. arıtlamaq. ari əd. [fars.] məh. Bəli, hə, həri. Dedi: – Ari, o iki mərdi-dilir; Yuxumu yaxşı etdilər təbir. S.Ə.Şirvani. bri sif. [ər.] köhn. Çılpaq, boş; məhrum. Mürüvvətdən xali, insafdan ari; Yaradıbdır neçün bunları tari. M.F.Axundzadə. O soyuqlar ki, ruzi-fitrətdən; Ari idi bütün nəzafətdən. M.Ə.Sabir. Səfillər kimi əşcar oldu ari. M.Hadi. Hər vəsilə ilə təlaş edirlər ki, onu [mömini] axirət evinə hər bir günahdan ari və üzü ağ göndərsinlər. C.Məmmədquluzadə. arif sif. [ər.] Bilən, qanan, başa düşən, anlaqlı, mərifətli. Arif adam. – Dünyada bir şey var ki, hər bir arif adam ondan gərək xəbərdar olsun. C.Məmmədquluzadə. Üstü unlu olan hər arif qoca; Öz ürək sözünü deyər doyunca. S.Vurğun. // İs. mənasında. Harda olsa, dövləti-didarın olsun cilvəgər; Arifə məqsəd nə məscid, nə kəlisadır qərəz. S.Ə.Şirvani. Arif çalışır ki, millət azad olsun; Zahid çığırır ki, məscid abad olsun. M.Ə.Sabir. Ey ariflər, nəzər salın təbiətin qurğusuna! S.Vurğun. // Xəbərdar, yaxşı tanış, aşna, vaqif. Yüzbaşı da ki, məsələsinə arifdi. Ə.Haqverdiyev. arifanə zərf və sif. [ər. arif və fars. ...anə] Arifcəsinə, arif kimi, arif adama, qanacaqlı və mərifətli adama yaraşan bir surətdə. Arifanə danışmaq. Arifanə məsləhət. – Verdikcə cahaniyanə nəzhət; Yad et məni arifanə yad et. A.Səhhət. Görəndə aşiqi min naz ilə işarə edir; Ümumi cəzb eləyən arifanə gözləri var. Ə.Vahid. arifcəsinə bax. arifanə. arifləşmək f. Arif olmaq, kamallı olmaq, mərifətli olmaq, ağıllılaşmaq. ariflik is. Anlaqlılıq, mərifətlilik, vaqiflik; anlama, bilmə. arifmometr [yun.] Mexaniki surətdə hesab əməliyyatı icra edən hesablayıcı maşın. arilər cəm [əsli sanskr.]\n1. Elmi ədəbiyyatlarda: xalqların Hind və İran qrupuna verilən ümumi ad; ari irqinə mənsub qövmlər. İranın müasir adı “Arilər ölkəsi” deməkdir.\n2. Daha geniş və qeyri-elmi mənada Hind-Avropa dillərində danışan xalqlar. ariozo [ital.] mus. Həcmi etibarı ilə ariyadan kiçik, musiqi quruluşu cəhətdən nisbətən sərbəst tərzdə bəstələnmiş musiqi əsəri. F.Əmirovun “Sevil” operasında Gülüşün ariozosu. – Lakin məhz operaya xas olan ayrı-ayrı formalara daha çox müraciət edilir; ariya, ariozo, kavatina.. və i.a. Ə.Bədəlbəyli. aristokrat [yun.] Əsilzadə, kübar; aristokratiya zümrəsinə mənsub adam. Vaqiə aristokrat həyatından götürülmüş bir əyyaşın əhvali-ruhiyyəsini kəskin boyalarla təsvir edirdi. A.Şaiq. [Firidun] küçələri dolduran səliqə ilə geyinmiş aristokratlara, tacirlərə, .. əl açan dilənçilərə, yoxsullara baxar və düşünərdi. M.İbrahimov. aristokratiya [yun.]\n1. Hakim sinfin yüksək təbəqəsi; zadəganlar, əyanlar.\n2. tar. Əyanlar hakimiyyəti forması – qədim Yunanıstanda zadəganların dövlət hakimiyyəti formalarından biri. Aristokratiya anlayışının meydana gəlməsi Platon və Aristotellə bağlıdır.\n3. məc. Hər hansı bir sinif və ya ictimai qrupun imtiyazlı yuxarı təbəqəsi. aristokratlıq is. Kübarlıq, zadəganlıq, əsilzadəlik. aritmiya [yun.] tib. Ürək fəaliyyətinin normal ritminin pozulması. Bəzi aritmiyalar qan dövranının pozulmasına, başgicəllənməyə səbəb olur. ariya [ital.] mus.\n1. Opera, kantata və ya oratoriya əsərlərinin, orkestrin müşayiəti ilə bir müğənni tərəfindən ifa edilən parçası. Klassik ariya nümunələri.\n2. Melodik cəhətdən xoş insan avazını andıran instrumental pyes. ariyət is. [ər.] köhn. Burovuz şey, müvəqqəti olaraq alınmış şey. ariyətən zərf [ər.] köhn. Müvəqqəti olaraq. Mövlana ərz eylədi ki: – Amma gərək xəlqdən bir kimsənə bu tədbiri bilməyə və zənn etməyə ki, qibleyi-aləm ariyətən təxtü tacdan əl çəkir. M.F.Axundzadə. ariz [ər.] köhn.\n1. Zühur edən, ortaya çıxan, baş verən. Arizi-qəmlər əlindən ürəgim şişmiş idi; Zənn edirdim edəcəkdir ona çarə cigərim. M.Ə.Sabir. • Ariz olmaq – 1) ortaya çıxmaq, qarşıya çıxmaq, baş vermək. İndi burada bir sual ariz ola bilər. C.Məmmədquluzadə. Nə Səlimədə dul qalmış qadınlara məxsus yas, nə də Yəməndə yetim və himayəsiz qalmış çocuqlara ariz olan məlal yox idi. H.Nəzərli; 2) demək, xahiş etmək, ərz etmək. Şeyləri dallarına yükləyən hamballar gəlib bizə ariz oldular ki, biz düşək qabağa və bunlara yol göstərək. C.Məmmədquluzadə.\n2. Ərizəçi, şikayətçi. Müşküldür arizə divandan mədəd. Q.Zakir. Hərə öz tələbatını ortalığa qoyub, hökumətə ariz olmuşdu. C.Məmmədquluzadə.\n3. klas. Yanaq, üz (çox zaman tərkibdə işlənir). Can cilvələnir qaməti-mövzunu görəndə; Dil tazələnir arizi-dilcunu görəndə. Q.Zakir. Elə bil qövsi-qüzəhdir çəkilib çərx üzrə; Gör nə rəngin yaraşır arizi-gülnarə bu xətt. Nəbati. Qanadın altına qoyma başını; Tökmə gül arizinə göz yaşını. A.Səhhət. Meydənmi qızarmış onun arizi-ali; Ziynət verən ol baği-baharə nə dedin bəs? Ə.Vahid. arizə is. [ər.] köhn.\n1. Maneə, çətinlik, əngəl. // Hadisə, qəza.\n2. Ariz olan hal, sonradan əmələ gəlmiş hal, nöqsan və s. arizəli sif. köhn. Maneəli, əngəlli, keçilməsi çətin olan. Bu mövqe.. [düşmənin] müşahidə və atəş sahəsindən kənarda arizəli, qalın ağaclıq bir yer idi. Ə.Əbülhəsən. arktik sif. coğr. Arktikaya aid olan; şimali, qütbi. Arktik uçuş. Arktik iqlim. Arktik soyuqlar. Arktik ekspedisiya. arktika [yun.] coğr. Yer kürəsinin şimal qütb sahəsi. Sakit okeanın isti sularının Arktikaya təsiri nisbətən zəifdir. arqo [fr.] dilç. Yalnız bir məhdud və peşəkar qrupun və s.-nin işlətdiyi və başqalarının başa düşmədiyi şərti ifadə və sözlər. Arqo xalq danışıq dili və jarqondan fərqlənir. arqotizm [fr.] dilç. Ədəbi dilə hər hansı bir arqodan keçmiş söz və ya ifadə (bax. arqo). arlanma “Arlanmaq”dan f.is. Arsız nədən arlanar?! (Məsəl). arlanmaq f. Utanmaq, həya etmək, xəcalət çəkmək. arlı sif. Həyalı, utancaq. arlı-abırlı bax. arlı. armağan is. Hədiyyə, bəxşiş, pay, sovqat, töhfə. Əzəl başdan Bəsrə, Bağdad eliniz; Bəylər üçün armağandır teliniz. M.V.Vidadi. Qoydu əzizləyib isti qoynuna; Eşqin armağanı ad verək buna. M.Rahim. Şerimlə cəbhəyə gedəcək canım; Ucuz tutulmasın bu armağanım. O.Sarıvəlli. armatur [lat.]\n1. Hər hansı bir aparat, maşın, qurğu və s. üçün lazım olan mexanizmlərin və alətlərin məcmusu. Buxar qazanının armaturu. Qoruyucu armatur.\n2. Elektrik işığı çəkmək və s. üçün lazım olan avadanlığın hamısı.\n3. İnşaatda işlədilən metal ləvazimat (dəmir bəndlər, sürgü, cəftə və s.). // Dəmirbeton konstruksiyalarda betonu gücləndirmək üçün işlədilən polad mil, metal tor, karkas, şveller və s.-dən ibarətdir. Blokların dənizdə möhkəm oturması üçün onların ayaqlarının içindən dəniz dibində quyular qazılır və oraya armatur buraxılaraq sementlənir. Quliyev. armaturçu is. xüs. Armatur qayıran, quran və ya armatura xidmət edən fəhlə. armud is. Alt tərəfi yumru, saplaq tərəfi isə getdikcə incələşən şirin meyvə və bu meyvənin ağacı. Armud ağacı. Armud mürəbbəsi. Armudun yaxşısını meşədə ayı yeyər. (Ata. sözü). armudboğaz sif. Boğazı uzun və arıq. [Mirab:] Ağalığın yeri qovrulacaq, armudboğaz Qədim suya sirab olacaq! S.Rəhimov. armudgülü is. bot. Çoxillik bir ot. armudluq is. Armud bağı, armud ağacları əkilmiş yer. Armudluğa gedərkən birdən qara köpək cəvərəni yerə atıb, ildırım kimi götürüldü. S.S.Axundov. armudu sif. Armuda oxşar, armud şəklində. Armudu stəkan. Armudu çiçək. – Məşuqə güllü armudu stəkana xeyli baxdı, onu saxsı cürdəkdən su ilə doldurdu və eyvana çıxıb pilləkən aşağı həyətə düşdü. S.Rəhimov. Kasıb evlərdə isə .. fincanlar əvəzinə adi xırda armudu stəkan qoyardılar. H.Sarabski. arnaud bax. alban 1-ci mənada. aro (=aroy) is. məh. Paltar yuyulduqdan sonra qalan kirli su; çirkab. aroy (=aro) is. məh. Paltar yuyulduqdan sonra qalan kirli su; çirkab. arpa is.\n1. Adətən, yazlıq taxıl bitkisi. Arpa əkini. Ağ arpa. Arpa vələmirdən daha qidalıdır və daha yaxşı həzm olunur. – Arpanı sütül, buğdanı ötür. (Məsəl). Arpa verilməyən at qamçı gücünə yeriməz. (Ata. sözü).\n2. Qızıldan, ya gümüşdən qayrılan, formaca arpa dəninə bənzəyən, lakin həcmcə ondan böyük olan zərgərlik məmulatı. ‣ Arpaya düşmək – həddən artıq arpa yeməkdən xəstələnmək (at haqqında). Arpası artıq (çox) düşmək məc. – qudurmaq, həddini aşmaq, harınlaşmaq. [Kürd Musa:] Ay Eldar! Doğrudan da bəylər ki var; Bir azca arpası çox düşən zaman; Yabı cinsi kimi şıllaq atırlar. S.Vurğun. arpacıq is. Nişan almaq üçün tüfəng, tapança və pulemyot lüləsinin uc tərəfindəki çıxıntı, qabarcıq, buruncuq. Tüfəngin arpacığı. – [Lidiya] avtomatla güllə səpələyəsəpələyə irəliləyir, getdikcə arpacığın qabağını tuturdu. Ə.Əbülhəsən. arpalama “Arpalamaq”dan f.is. arpalamaq f. Heyvana arpa vermək. Axşamüstü Niyaz tövləyə girir, atların çulunu açır, tumarlayır, yenə də suya aparıb gətirir, arpalayırdı. Ə.Vəliyev. arpalanma “Arpalanmaq”dan f.is. arpalanmaq məch. Arpa verilmək, arpa ilə yemlənmək. arpalı sif. köhn. Arpası olan (bax. arpa 2ci mənada). Arpalı boyunbağı. Arpalı başlıq. arpalıq 1. sif. Arpaya aid və mənsub olan.\n2. is. Atların azı dişlərindəki çökəklik, çuxur. arpa-saman is. Arpa və samandan ibarət heyvan (at, eşşək) yemi. [Tükəzban təlimatçıya:] Bir yaxşı donluq da vermirsiniz ki, ata verdiyim arpa-samanın pulu çıxsın, barı.. B.Talıblı. arpasuyu is. dan. Pivə. arsen [lat.] kim. Asan əzilən, kövrək, boz, ya sarı rəngli qeyri-metal; kimyəvi element. Arsenin bütün birləşmələri çox zəhərli maddələrdir. arsenitlər cəm (kim.). Arsenit turşusu duzları. arsız sif. Arı, həyası olmayan; həyasız, utanmaz, sırtıq, üzlü. Arsız adam. – Arsıza bir sillə kar eləməz. (Məsəl). Arsız aşıq elsiz niyə yaşadı; Ölsün Ələsgərtək qulların, dağlar! Aşıq Ələsgər. Bizi ən çox heyrətə salan Səttarxanın evinin dağılmasına tamaşa üçün toplanan arsızların (is.) söhbəti idi. M.S.Ordubadi. arsız-arsız bax arsızca(sına). Arsız-arsız danışmaq. Arsız-arsız gülmək. – [Səlim:] Hələ arsız-arsız fit də çalırsan. C.Cabbarlı. Əli bayaq Hüseynin qırdığı ipi əlində oynadaraq, arsız-arsız hırıldayır. S.Rəhman. arsız-abırsız bax. arsız. arsızca (=arsızcasına) zərf və sif. Həyasızcasına, utanmazcasına. Arsızcasına danışmaq. Arsızcasına hərəkət. arsızcasına (=arsızca) zərf və sif. Həyasızcasına, utanmazcasına. Arsızcasına danışmaq. Arsızcasına hərəkət. arsızlamaq (=arsızlanmaq) f. Həyasızlaşmaq, abırsızlaşmaq, izzəti-nəfsini itirmək. arsızlanmaq (=arsızlamaq) f. Həyasızlaşmaq, abırsızlaşmaq, izzəti-nəfsini itirmək. arsızlaşma “Arsızlaşmaq”dan f.is. arsızlaşmaq f. Daha da həyasızlaşmaq, arsız olmaq; sırtıqlaşmaq, izzəti-nəfsini itirmək. arsızlıq is. Həyasızlıq, utanmazlıq, sırtıqlıq, abırsızlıq. Yaxınlaşan faytonçu isə hər şeyi arsızlıqla yola verməyə çalışır, bəzən ağlamsınır, lakin yenə də cəsarətlənib banditləri lağa qoyurdu. M.Hüseyn. • Arsızlığa qurşanmaq, özünü arsızlığa qoymaq – heç şeydən (kəsdən) utanmamaq, çəkinməmək, ədəb dairəsindən çıxmaq. arslan bax. aslan. • Arslan ürəkli – cəsur, igid, heç şeydən qorxmayan. arş nida. Yerimək, hərəkət etmək üçün komanda əmri. Arş, irəli! Arş, unut qəmləri! Qaçma bəlalar qabağından geri. A.Səhhət. arşın is. Metrik ölçü sistemi qəbul olunanadək işlədilən uzunluq ölçüsü (0,71 metrə bərabərdir). [Əsgər bəy:] Təbrizdə arşını bir abbasıya alınan çit burada altı şahıya satılır. M.F.Axundzadə. Mağaza sahibi iki arşın ölçüb kəsdi, sonra kağıza qoyub Bahadıra verdi. N.Nərimanov. // Bu uzunluqda olan ölçü aləti. ‣ Elə bil arşın udub – qeyri-təbii şəkildə özünü şax tutan adam haqqında. Öz arşını ilə ölçmək – bir şeyi öz şəxsi nöqteyi-nəzərindən, birtərəfli qiymətləndirmək. [Dilşad:] Sən hamını öz arşınınla ölçmə. İ.Əfəndiyev. arşınçı bax. arşınmalçı. arşınlama “Arşınlamaq”dan f.is. arşınlamaq f. köhn.\n1. Arşın ilə ölçmək.\n2. məc. dan. Veyllənmək, dolaşmaq, boşboşuna gəzmək. [Qadir:] Əlin şalvar cibində küçələri arşınlayırsan. Ə.Əbülhəsən. arşınlanmaq məch. Arşın ilə ölçülmək. arşınlıq sif. Bir arşın uzunluğunda, enində, ya dərinliyində olan. Arşınlıq quyu. // Rəqəmlərlə. [Veys:] Çiynimdə mən dörd arşınlıq girdini .. meşədən gətirəndə belə yorulmazdım. Ə.Əbülhəsən. arşınmalçı is. köhn. Dalında boğçada arşınmalı gəzdirib satan adam. [Qızlar xoru:] Arşınmalçı, mal göstər; Bir-bir yerə sal göstər. Ü.Hacıbəyov. arşınmalçılıq is. Arşınmalı satma işi, bəzzazlıq. [Gülçöhrə:] Amma, məncə, arşınmalçılıq pis iş deyil ki, o da tacir kimi bir şeydir. Ü.Hacıbəyov. arşınmalı is. Toxunma mallar: çit, mahud, bez və s.; parça. arşınölçən is. köhn. dan. Arşınmalçı, bəzzaz, arşınmalı satan tacir. [Əziz bəy:] Nə karədir ki, bir arşınölçən mənim adaxlıma göz dikə! M.F.Axundzadə. artan f.sif. Getdikcə çoxalan, böyüyən; getdikcə güclənən, şiddətlənən. Küləyin artan sürəti. artel [rus.] Müəyyən şərtlərlə birlikdə işləmək üçün düzəldilən təsərrüfat birliyi; birləşmə, şirkət. Balıqçılıq arteli. – Əminə xalanın işlədiyi corab arteli fəhlələrinin yığıncağı uzun çəkdi. M.Hüseyn. • Kənd təsərrüfatı arteli – kəndlilərin ümumiləşdirilmiş əməyi və əsas istehsal vasitələri ilə birgə təsərrüfat işləri aparmaq üçün düzələn sosialist tipli kollektiv təsərrüfat forması; kolxoz. Kənd təsərrüfat arteli nizamnaməsi kolxoz həyatının əsas qanunu idi. artelçi is. Artel üzvü. arterial sif. anat. Arteriyaya aid olan, arteriya ilə əlaqədar olan. Arterial qan. arterioskleroz [yun.] tib. Arteriya divarlarının qalınlaşıb bərkləşməsindən ibarət xəstəlik; arteriya sklerozu. Arterioskleroz, əsasən, yaşlı adamlarda müşahidə olunur. arteriya [yun.] anat. Qanı ürəkdən bədənin müxtəlif üzvlərinə aparan damar. Arteriya sistemi. artezian quyusu [fr.] Suyu təbii təzyiq altında özbaşına çıxan dərin quyu. Artezian sularının basqısı. – Bu su artezian quyuları vasitəsilə yerin altından çıxır və bir tərəfdən daim axıb getdiyindən hey təzələnir. M.İbrahimov. artıcaq zərf köhn. Bir qədər artıq, bir qədər çox, azacıq çox; daha artıq, artıq. [Ağa Mərdan:] Məni Hacı Qafurun arvadı yaraşıqlı görsə, əlbəttə, artıcaq sayar. M.F.Axundzadə. Amma xalq nə qədər artıcaq elm öyrənə, ol qədər təqsirkar azalar. “Əkinçi”. // Çox, son dərəcə. Füzuli öz ana dilini artıcaq sevib də ona rövnəq verməyi baş vəzifələrdən birisi hesab edirmiş. F.Köçərli. artıq zərf və sif.\n1. Çox, çoxlu, xeyli, olduqca, çoxlu miqdarda. [Fəxrəddin:] Mən dünyada hər şeydən artıq yaltaq adamlardan iyrənirəm. M.S.Ordubadi. // Daha çox, ziyadə. Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur. Füzuli. Zeynəb daha artıq bir həssaslıq və qayğı göstərirdi. M.İbrahimov. Bu səxavətli qonaqların hamısından artıq nədənsə Təbarəkin sovqatlarına fikir verilirdi. Mir Cəlal.\n2. Üstün, irəli, yaxın, qiymətli, yüksək. Sən mənə hamıdan artıqsan. O kimdən artıqdır? • Artıq tutmaq – üstün tutmaq, irəli tutmaq, daha yaxşı hesab etmək. Mən inanmıram ki, bizim əsrin şairləri bahar fəslini, məsələn, qış fəslindən artıq tutalar. C.Məmmədquluzadə. [Həsən] ..zurna çalmağı da özünə sevimli bir sənət intixab edib onu hər şeydən artıq tuturdu. B.Talıblı.\n3. Lazım olduğundan çox, gərəksiz, lüzumsuz. Artıq yük. Artıq aş ya qarın ağrıdar, ya baş. (Ata. sözü). [Pəricahan:] Bu qız buradan gedəsidir, artıq söz lazım deyil. S.S.Axundov. Qəhrəman, doğrudan da, evdə artıq bəzək-düzək olmağının əleyhinə idi. S.Rəhimov. • Artıq bilmək – lüzumsuz hesab etmək, lazım bilməmək. [Gəldiyev] əlüstü həll olunan məsələni plana yazmağı artıq bilirdi. Mir Cəlal. Artıq danışmaq – lüzumsuz sözlər danışmaq. // Üstəlik. Atalar yaxşı deyiblər, çörəyi ver çörəkçiyə, birini də artıq. M.İbrahimov. 4.İs.mənasında.Bütün ehtiyac təmin olunduqdan sonra artıq qalan şey, qalıq. Artıqları toplayıb bir yerə qoymalı. Süfrənin artığı.\n5. əd. Bir işin başlamış olduğunu, yaxud olub bitdiyini bildirir. Bulud artıq başımızın üstünü almışdı. – [Gülpəri və İdris] kəndə yetişəndə artıq gecə idi. M.Hüseyn. Adamlar artıq ayaq üstə yeməyə və içməyə başlamışdılar. M.İbrahimov.\n6. əd. Daha, bundan əlavə. Artıq mənim səndən heç bir tələbim yoxdur. – Əlimdəki işləri yoluna qoya bilsəydim, artıq burada durmazdım. H.Cavid. // Bundan belə. Artıq mənim yarım deyil xəyalı; Heç bir qaşa bənzətmərəm hilalı. Ə.Cavad. artıq-artıq zərf Həddən artıq, lüzumundan artıq. // Lüzumsuz, yersiz. Artıq-artıq danışmaq. Artıq-artıq sözlər söyləmək. artıq-əskik 1. sif. və zərf Artıq, lüzumsuz, yersiz, münasibətsiz. [Səlimnaz xanım:] Mən bu cavan canımdan xeyir görməyim, balam, əgər mən ona artıq-əskik söz demişəmsə. N.Vəzirov. [Əli:] Kişi, artıqəskik danışma! Heyvanları çölə çıxart. M.İbrahimov.\n2. is. Çatışmayan, yaxud lüzumundan artıq olan, gərəksiz şey. [Usta Ağabalanın] elə saqqalı da pərişan halda görünürdü, lazım idi ki, artıq-əskiyini düzəltdirsin. Çəmənzəminli. artıqlamaq f. dan. Bir şeyin və ya xörəyin başından bir qədər yeyib, artığını qoymaq. artıqlaşa zərf dan. Müəyyən edilmiş, nəzərdə tutulmuş miqdardan artıq; üstəlik, əlavə. Artıqlaşa üç manat verdim. artıqlığınca zərf dan. Həddən artıq, lüzumundan artıq, artıqlaması ilə. Artıqlığınca yemək. artıqlıq is.\n1. Çoxluq, bolluq. [Nadir] iztirabının artıqlığından bozarıb qızarırdı. B.Talıblı.\n2. Üstünlük, yüksəklik. Bunun artıqlığı nədədir? artıqraq zərf köhn. Hamıdan artıq, daha artıq. Gəl mənim tədbiri-bihudəmdə sən bir səy qıl; Kim olam bu dərdə artıqraq giriftar, ey həkim! Füzuli. Bu səbəblərin ümdəsi onlar(ın) bizdən artıqraq elm təhsil etməsidir. “Əkinçi”. [Hacı Kamyab:] Mənim ticarətim Hacı Mirzə Əhməd ağadan artıqraq mənfəət aparır. Ə.Haqverdiyev. artıqtamah sif. Çox tamahkar. artıqtamahlıq is. Tamahkarlıq, acgözlülük. Artıqtamahlıq etmək. – [Gülsənəm:] [Hümmətəli] artıqtamahlıq eləyib, vəssalam! M.Hüseyn. artım is.\n1. Sayca, həcmcə və s. artma; artan miqdar. Bəxti bir yanıqlı ah çəkdi: – Artımı çox azdır.. S.Rəhimov.\n2. Bişdikdən sonra çörəyin, düyünün və s.-nin çəkisinin artması, bərəkət. Un çox böyük artım verir. Bu düyünün heç artımı yoxdur. artımlı sif. Çox artım verən, çox artan, çox artıb törəyən; bərəkətli, məhsuldar. Artımlı düyü. artımsız sif. Artım verməyən, artmayan, artıb törəməyən; bərəkətsiz. artırılma “Artırılmaq”dan f.is. artırılmaq “Artırmaq”dan məch. Müqaviləyə yeni maddələr artırılmaq. Maşının sürəti artırılmaq. Vəzifəsi artırılmaq. Yükü artırılmaq. artırma I. “Artırmaq”dan f.is.\n\nII. is.\n1. Eyvan, balkon; əsas binaya yapışıq yüngül tikili. Artırmada balıq kababı bişirdilər... A.Şaiq. Nökər də artırma qapısını açıb .. qonağa yol göstərdi. Çəmənzəminli. Həyətin ön tərəfində ikimərtəbəli evin balaca artırmasında ağ örpəkli, qaragöz, qaraqaş bir qız görünürdü. Mir Cəlal.\n2. məh. Uşaq oyunlarından birinin adı; eşşəkbeli. artırmac bax. artırma2 . artırmaq f.\n1. Miqdarını, çəkisini çoxaltmaq; həcmini, sahəsini böyütmək. Məhsulu artırmaq. Malların sayını artırmaq. Əkin sahəsini artırmaq. Gəliri artırmaq. – Sən də artır öz əlinlə zəfərlərin sayını! S.Vurğun.\n2. Əlavə etmək, üstünə gəlmək. Beşin üstünə üç artırmaq. Çayın şirnisini artırmaq. Tezisə yeni maddələr artırmaq.\n3. Gücləndirmək, şiddətləndirmək. Maşın sürətini artırdı. Ağrını artırmaq. – Məni Seyyid təki çək guşeyi-meyxanələrə; Artırır qəm, dəxi məsciddə nəyim var mənim. S.Ə.Şirvani. [Novruzun] bayatıları Bahadırın dərdini daha da artırırdı. N.Nərimanov. Şəhərin bu dəhşətli mənzərəsi kəndin Firidunda oyatdığı kədər və qəzəbi daha da artırdı. M.İbrahimov.\n4. Yüksəltmək. Vəzifəsini artırmaq. Sayıqlığı artırmaq. Gənclərin ictimai həyatda rolunu artırmaq.\n5. məc. Böyütmək, şişirtmək, mübaliğə etmək. Artırma, olduğu kimi söylə!\n6. məc. Yaxşılaşdırmaq, təkmilləşdirmək, yüksəltmək. İxtisasını artırmaq. Biliyini artırmaq. artikl [lat.] qram. Bəzi dillərdə müəyyənliyi və qeyri-müəyyənliyi və bəzən cinsi bildirmək üçün isimlərdən əvvəl işlənən hissəcik. Bəzi dillərdə (məs.: ingilis dilində) artikl dəyişmir, bəzi dillərdə isə (məs.: alman dilində) artikl cins, hal və saylar üzrə dəyişir. artikul [lat.] Malın, məmulatın tipi. artikulyasiya [lat.] dilç. Müəyyən səsi tələffüz etmək üçün dodaqların, dilin, damarın, səs tellərinin gördüyü iş; məxrəc. artilleriya [fr.]\n1. Müxtəlif quruluşlu və ölçülü toplar. Artilleriya atəş gücünə görə yüngül, ağır, böyük güclü və çox böyük güclü növlərə bölünür.\n2. Topçu qoşunu.\n3. Topların quruluşu, xassəsi və hərbi əməliyyatda tətbiqi haqqında elm; topçuluq elmi. Artilleriya elminin əsas bölmələri. artist [fr.] İncəsənət əsərlərinin ifaçısı (aktyor, çalğıçı, müğənni və b.). Opera artisti. Sirk artisti. Balet artisti. Estrada artisti. – Opera və balet teatrının yaradıcı heyəti Sabirabad və Əli Bayramlı rayonlarına artist briqadası göndərmişdir. • Xalq artisti, əməkdar artist – dövlət tərəfindən incəsənət sahəsindəki görkəmli xidmətlərinə görə artistlərə verilən fəxri ad. artistlik is. Artistin sənəti, işi. Artistlik etmək. Artistliklə məşğul olmaq. Artistlik qabiliyyəti. • Artistlik etmək məc. – təlxəklik etmək, oyunbazlıq etmək, adamları güldürmək. Baş rolu ifa edən Qudurğana cənabları səhnədə etdiyi oyunbazlığı ilə özünün artistlikdən bilmərrə bixəbər bir bambılı olduğunu sübut etdi. Ə.Haqverdiyev. artma 1. “Artmaq”dan f.is.\n2. is. Artan şey, artım. artmaq f.\n1. Miqdarca, ölçücə və s.-də çoxalmaq; bol olmaq, üstə gəlmək. İnsan oxuduqca, biliyi artar. // Törəyib çoxalmaq.\n2. Şiddətlənmək, güclənmək. Getdikcə soyuq artır. Dənizdə tufan durmadan artır. – Yuxu gəlməz gözümə, artır azarım gecələr. M.P.Vaqif. Bahar fəsildə artar fəğanın, ey bülbül! S.Ə.Şirvani. Havanın artar istisi; Daha soyuqluq az olar. A.Səhhət.\n3. Yayılmaq, intişar tapmaq, möhkəmlənmək, güclənmək. Bütün dünyada demokratiya qüvvələri artır və möhkəmlənir.\n4. məc. Tərəqqi etmək, irəliləmək, yüksəlmək, böyümək, kamilləşmək, artıb böyümək. Yazıçı hər bir əsəri ilə artır. Gənclər quruluşumuzun bütün sahələrində artırlar. artrit [yun.] tib. Oynaqların iltihabı. Artritin əlamətləri. arva is. dan. İçinə şey qoyulan və ya tökülən qabların (qutu, kisə və s.) boş çəkisi, yeri; tara. Kisənin arvası bir kiloqramdır. Arvasını tutmaq (qabın boş çəkisini təyin etmək). arvad is. Qadın. Arvadlar otaqda çəpik çalıb süzürdülər. Çəmənzəminli. Qulu Allahyara cavab verdi: – Arvad xeylağı ilə nə işiniz var? Mir Cəlal. // Ərli qadın, əri olan, ya olmuş qadın. • Arvad almaq – evlənmək. arvadağız (=arvadağızlı) sif. dan. zar. Arvadından qorxan, arvadının sözü ilə oturub-duran; ağzıboş, aciz, cəsarətsiz (kişi haqqında). [Fatma xanım:] Səndə təqsir yoxdur, [təqsir] mənim arvadağızlı oğlumdadı. N.Vəzirov. arvadağızlı (=arvadağız) sif. dan. zar. Arvadından qorxan, arvadının sözü ilə oturub-duran; ağzıboş, aciz, cəsarətsiz (kişi haqqında). [Fatma xanım:] Səndə təqsir yoxdur, [təqsir] mənim arvadağızlı oğlumdadı. N.Vəzirov. arvadağızlıq (=arvadağızlılıq) is. dan. Ağzıboşluq, acizlik, cəsarətsizlik. arvadağızlılıq (=arvadağızlıq) is. dan. Ağzıboşluq, acizlik, cəsarətsizlik. arvadarası sif. dan. Arvadlar arasında olan; arvadlar arasında baş verən, yaxud arvadlara xas olan. Arvadarası söhbət. arvadbaz is. dan. Qadın düşkünü, arvadların dalınca düşən kişi. arvadbazlıq is. dan. Arvadbaz kişinin xasiyyəti, qadın düşkünlüyü. arvadlaşma “Arvadlaşmaq”dan f.is. arvadlaşmaq f. dan.\n1. Getdikcə gəncliyini itirib, yaşlı arvada oxşamaq, yaşlı arvad halını almaq.\n2. məc. Acizləşmək, cürət və cəsarətini itirmək, ağzının kəsərini itirmək. arvadlı sif.\n1. Evli; evi-arvadı olan. Arvadlı kişilər.\n2. Yanında arvadı olan, arvadı ilə bərabər. Kişili arvadlı altı adamdır. arvadlıq is. Qadınlıq. [Tükəz:] Bu tüfəng-tapançanın iyirmisin üstünə götürsən, mən bu arvadlığım ilə səndən qorxmaram! M.F.Axundzadə. [Həmzə:] Canım, .. gedib arvadlığınızı eləsəniz! Ə.Əbülhəsən. arvad-uşaq is. dan.\n1. Ailə, külfət. Mir Mustafa xanın özü dağlara qaçıb, arvad-uşağı isə əsir gedib. Çəmənzəminli.\n2. Qadınlar və uşaqlar (bir yerdə). [Hacı Qurban:] Köç qalıb arvad-uşaq əlində, mənsiz tərpənə bilməzlər, vaxt veriniz köçü yerinə yetirib, gəlim qulluğunuza. N.Vəzirov. [Tehran] beləcə yurdsuz-yuvasız arvaduşaqla doludur. M.İbrahimov. Bəlkə Həpir arvad-uşağı qorxuzmaq üçün qəzəblə gəlirdi. Mir Cəlal. arvadüzlü sif. dan. Arvada oxşayan. Arvadüzlü kişidən, kişiüzlü arvaddan əlhəzər. (Ata. sözü). arvana is. məh. İki hörgüclü dişi dəvə. Haça buğurlar, dizi qara nərlər, gözəl arvanalar .. qoyun sürülərinin dalınca gəlirdi. Ə.Vəliyev. arzu is. [fars.]\n1. Bir şeyin olmasını ürəkdən istəmə; istək, dilək, əməl, həsrət. Lakin nə göz yaşı, nə də xəyali arzularla azadlıq alınmır! M.İbrahimov. Mən də bir insanam, mən də canlıyam; Mənim də qəlbimin arzuları var! S.Vurğun. Bu məktubun hər sətrində ürək çırpınır; Böyük arzu, böyük əməl, dilək çırpınır.. R.Rza. • Arzu etmək – bir şeyin olmasını ürəkdən istəmək. Sağ-salamat gedib, qələbə ilə qayıtmanızı arzu edirəm. M.S.Ordubadi. • Arzusu ürəyində qalmaq – istədiyinə çatmamaq. Arzusu yerinə yetmək – istədiyi şeyə nail olmaq. Arzusuna çatmaq – istədiyinə nail olmaq. [Mehri xanım:] Gecə-gündüz elədiyim arzulara çatmışam; sənə toy eləmişəm. Ə.Haqverdiyev. [Kəndlilər] bu il öz arzularına çata biləcəklərinə şübhə etmirdilər. M.İbrahimov. Arzusunda olmaq – istəmək, bir şeyin həsrətində olmaq.\n2. Daxili ehtiyac, həvəs, meyil. Yemək arzusu. Mənim bu işə heç bir arzum yoxdur. arzu-kam is. bax. arzu 1-ci mənada. arzukeş sif. [fars.] Arzu çəkən, ürəkdən istəyən, arzulayan, bir şeyin həsrətində olan. arzulama “Arzulamaq”dan f.is. arzulamaq f. Arzu etmək, can və ürəkdən istəmək, bir şeyin həsrətində olmaq, diləmək. Vətəni arzulamaq. – Dildarə müştaq oldu can, anın camalın arzular. Nəsimi. Cəfər əminin arzuladığı möhkəm hökumət gəlib çıxdı. H.Nəzərli. Murad üçün ən təəccüblü bu idi ki, bəzi adamlar uşaqdan bezir, tənhalıq arzulayırdı.. Mir Cəlal. arzulanma “Arzulanmaq”dan f.is. arzulanmaq məch. Arzu edilmək, ürəkdən istənilmək, həsrəti çəkilmək. arzulu sif.\n1. İstənilən, arzu edilən, dinlənilən.\n2. Ürəyində arzusu, istəyi, diləyi olan, həsrətli. arzuman is. köhn. İstək, ürək arzusu, məqsəd, məram. Çənlibel oylağım, Qırat dayağım; At minmədən arzumanım qalmadı. “Koroğlu”. İndən belə ölsəm arzu çəkmərəm; Şükr Allaha, arzumana yetişdim. M.P.Vaqif. arzumənd is. [fars.] Ürəkdən istəyən, arzu edən. Lütf ilə zaman-zaman verib pənd; İslahıma olma arizumənd. Füzuli. // Bir şeyin həsrətində olan. Qönçə qılmaz şad, gül açmaz tutulmuş könlümü; Arizuməndi-rüxialü ləbi-xəndaninəm. Füzuli. arzusuz sif. Həvəssiz, könülsüz, istəksiz. asan sif. Zəhmət tələb etməyən, zəhmətsiz yerinə yetirilə bilən, zəhmətsiz əldə edilə bilən, zəhmətsiz rəf edilə bilən; yüngül (çətin ziddi). Asan məsələ. Asan iş. Asan sənət. Asan yol. – Rəsmdir rənc çəkən karını asan eylər. S.Ə.Şirvani. [Qətibə:] İndiyə qədər sənin ifa etdiyin vəzifələr bundan asan vəzifələr idimi? M.S.Ordubadi. İki oğul qurban vermək asan məsələ deyil. M.Hüseyn. asanca (=asancasına) zərf Asanlıqla, zəhmətsiz, çətinlik çəkmədən. Məsələni asanca həll etdim. Vəziyyətdən asanca çıxmaq. – Məşədi Əsgər öz-özünə xəyal etdi ki, həqiqətdə həmin qərib müsafirin çamadanını əlindən qapıb qaçmaq çox asanca işdir. S.M.Qənizadə. [Əhməd] atası tərəfindən gələn məktubları asanca oxuya bilirdi. S.S.Axundov. asancasına (=asanca) zərf Asanlıqla, zəhmətsiz, çətinlik çəkmədən. Məsələni asanca həll etdim. Vəziyyətdən asanca çıxmaq. – Məşədi Əsgər öz-özünə xəyal etdi ki, həqiqətdə həmin qərib müsafirin çamadanını əlindən qapıb qaçmaq çox asanca işdir. S.M.Qənizadə. [Əhməd] atası tərəfindən gələn məktubları asanca oxuya bilirdi. S.S.Axundov. asanlaşdırılma “Asanlaşdırılmaq”dan f.is. asanlaşdırılmaq məch. Asan edilmək, yüngülləşdirilmək, sadələşdirilmək. asanlaşdırma “Asanlaşdırmaq”dan f.is. asanlaşdırmaq f. Asan etmək, yüngülləşdirmək, sadələşdirmək. Gediş-gəlişi asanlaşdırmaq. Məsələnin həllini asanlaşdırmaq. asanlaşma “Asanlaşmaq”dan f.is. asanlaşmaq f. Getdikcə asan olmaq, daha asan olmaq; yüngülləşmək, sadələşmək. İşlər asanlaşdı. Neftdən benzin almaq işi xeyli asanlaşmışdır. asanlatmaq bax. asanlaşdırmaq. asanlıq is. Asan şeyin halı; yüngüllük (çətinlik ziddi). Məsələnin asanlığı. Təlim üsulunun asanlığı. asanlıqla zərf bax. asanca(sına). [Miss Hanna:] ..Məni çox asanlıqla doğru yoldan azdıra bildilər. M.S.Ordubadi. Ağır idman daşlarını [Gülşən] asanlıqla qaldırırdı.. Süleymanov. asar is. [ər. “əsər” söz. cəmi] köhn.\n1. Əlamət, əsər, nişanə. Ol Məşhədə Zeyd olub mücavir; Asari-sədaqət etdi zahir. Füzuli. Bir neçə ildən sonra Yusif Sərrac ki, həddi-büluğa yetişib asari-rüşd özündə mülahizə elədi, təhsili-elm üçün İsfahana getdi. M.F.Axundzadə.\n2. Əsərlər (kitablar və s.). Bizdən xahişmənd oldular ki, .. milli ədəbiyyatımıza dair bir kitab tərtib qılaq, tainki bizim Azərbaycan şüəra və üdəbamızın əşar və asari və özlərinin nam və nişanələri unudulub, əbnayivətənin xatirindən çıxmasın. F.Köçərli.\n3. Qalıq. ..Heyət üzvlərini gəzdirib, Midiya dövründən qalan köhnə asarı və hökumət binalarını göstərdilər. M.S.Ordubadi. • Asariətiqə köhn. – 1) qədim dövrlərə aid mədəniyyət əsərləri, arxeoloji abidələr. Gəncə şəhəri(nin) çox qədim və böyük şəhərlərdən birisi olduğuna onun ətrafındakı asari-ətiqə şəhadət verir. F.Köçərli; 2) məc. vaxtı, dövrü keçmiş şey, hazırkı dövr üçün çox qəribə görünən şey. Tərlan çoxdan görmədiyi bu rəsm-keçidə .. asari-ətiqəyə baxılan kimi baxır(dı). M.Hüseyn. asayiş is. [fars.] Əmin-amanlıq, dinclik, sakitlik, nizam və qayda. Asayişi bərpa etmək. Asayişi pozmaq. Asayişi qorumaq. – Elmlər sayəsində .. insan övladının xoşbəxtlik və asayişinə səbəb olan nəcib icadlar meydana gəlmişdi. M.F.Axundzadə. Şəhərdə asayiş və əmniyyəti pozmaq .. istəyənlər olduğu yerində cəzalanacaqdır. M.S.Ordubadi. // İstirahət. Rota bu gün vuruşurdu, sabah asayişdə olurdu, bir müddət sonra yenə cəbhəyə gedir, sonra yenə arxaya düşürdü. Mir Cəlal. // Rahatlıq. Könül asayişi, canın rahəti; Gülgəz zənəxdanda, tər zəğəndədir. M.P.Vaqif. Gözlərindən məni-bədbəxtə bir asayiş yox; Uddurur qan gecələr ol iki bimar mənə. Q.Zakir. asbest is. [yun.] miner. Odadavamlı maddələr, inşaat materialları və s. hazırlanmasında işlədilən lifli mineral. Uralda böyük asbest yataqları var. asdırılma “Asdırılmaq”dan f.is. asdırılmaq “Asdırmaq”dan məch. asdırma “Asdırmaq”dan f.is. asdırmaq “Asmaq”dan icb. aseptik sif. tib. Aseptika vasitəsilə mikroblardan təmizlənmiş. Aseptik sarğı. aseptika [yun.] tib. Yaranı mikroblardan qorumaq üçün ona toxunulacaq bütün şeyləri fiziki vasitələrlə (qaynatmaqla, isti hava verməklə və s.) zərərsizləşdirmə üsulu. Aseptika qaydaları. asfalt [yun.]\n1. Təbii və ya süni surətdə hasil edilən qara rəngli, bərk, qatranaoxşar kütlə (küçələrə döşəmək, lak və s. hazırlamaq üçün işlənir). Asfalt zavodu. Küçələrə asfalt döşəmək. – Asfaltın boğuq istisi adamın nəfəsini təngidirdi. M.Hüseyn.\n2. Sif. mənasında. Asfalt döşənmiş, asfaltlı. Dəmiryol stansiyasından gələn asfalt yol rayon mərkəzindən keçirdi. Ə.Vəliyev. Kombaynın işlədiyindən arxayın olan İkram sürətlə asfalt yola yetişməyə can atırdı. Ə.Əbülhəsən.\n3. Asfaltlanmış yol, küçə, meydança və s. Burada 8-9 yaşlı uşaqlar oynaşır, asfalt üstündə velosiped sürürlər. Mir Cəlal. asfalt-beton [yun. asfalt və fr. beton] Çınqıl, qum və asfalt qatışığından ibarət tikinti materialı. Asfalt-betonun tərkib hissələri. asfaltlama “Asfaltlamaq”dan f.is. Asfaltlama işləri. Asfaltlama planı. asfaltlamaq f. Asfalt çəkmək, asfaltla örtmək, asfalt döşəmək. Küçələri asfaltlamaq. Meydançanı asfaltlamaq. asfaltlanma “Asfaltlanmaq”dan f.is. asfaltlanmaq məch. Asfalt döşənmək, asfalt çəkilmək, asfaltla örtülmək. Yolların çoxu asfaltlanmışdır. Asfaltlanmalı yer az qalmışdır. asfaltlanmış f.sif. Asfaltla örtülmüş, asfalt döşənmiş. Asfaltlanmış küçə. Asfaltlanmış səki. asfaltlı sif.\n1. Üzərinə asfalt çəkilmiş, asfalt döşənmiş, asfaltla örtülü. Asfaltlı yollar. Asfaltlı küçələr. – “L-1” maşınları çay üstündə uçan qaranquş kimi asfaltlı küçələrlə süzüb gedirdi. Mir Cəlal. Beş dəqiqə belə keçməmiş asfaltlı yoldan təzəcə abı rəngə boyanmış “L-1” maşını göründü. M.Hüseyn.\n2. Tərkibində asfalt olan, asfalt qatılmış. Asfaltlı qatran. Asfaltlı qudron. asfaltsız sif. Asfalt salınmamış, asfalt döşənməmiş. Asfaltsız yol. asgülü is. bot. Rəngi ağ, ya sarı bir çiçək. asılı sif.\n1. Asılmış halda olan, asılmış vəziyyətdə duran. Asılı nərdivan. Asılı paltar. Asılı ip. – Qulam müəllim divardan asılı çantanı endirib açdı və içindəki şeyləri çıxarıb çarpayının bəri başına tökdü. S.Rəhimov.\n2. məc. Başqasının iradəsinə, hökmünə tabe vəziyyətdə olan; başqasının yardım və köməyinə ehtiyacı olan, işi başqasından keçən; müstəqil olmayan. Asılı dövlətlər (başqa böyük dövlətlərdən asılı olan kiçik dövlətlər). • Asılı olmaq – bir səbəbin nəticəsi olmaq, bir səbəblə əlaqədar olmaq, bir şeylə şərtlənmək. Malın qiyməti keyfiyyətindən asılıdır. Bu iş məndən asılı deyil. – Hər şey adamın özündən asılıdır. M.Hüseyn. asılılıq is.\n1. Birinin iradəsinə, hökmünə tabelik, birinin yardım və köməyinə möhtac olma; sərbəstliyin, müstəqilliyin olmaması. – Getdikcə Mirzə Valeh bir asılılıq, bir məhkumluq hiss edirdi. S.Rəhimov. Kürd Əhməd böyük .. vəzifə tutan şəxslərin iqtisadi mənafe cəhətdən xarici kapitaldan asılılığını göstərən məqaləni yazacaqdı. M.İbrahimov.\n2. Bir hadisənin başqa bir hadisəyə nəticə və ya səbəb kimi münasibəti. Bazar qiymətlərinin tələbdən asılılığı. asılqan I. is. Paltar və başqa şeylər asılan taxta və ya dəmir mebel. Səkinə qarı .. Züleyxanın yüngül boz .. paltosunu aldı və asılqana taxdı. M.İbrahimov. Fərhad şinelini çıxardıb asılqana keçirtdi. M.Hüseyn.\n\nII. is. Zəncirə bağlanmış qiymətli daş, qızıl və s. düzəldilmiş bəzək şeyləri. asılma I. “Asılmaq1 ”dan f.is.\n\nII. “Asılmaq2 ”dan f.is. asılmaq I.\n1. t-siz. Bir yerə ilişib, yaxud bir yerdən tutub sallanmaq. Budaqdan asılmaq. – ..Bir dəstə gül olaydım; Asılaydım yaxandan. (Bayatı).\n2. məch. Bir yerə ilişdirilərək, keçirilərək, bir yerə bənd edilərək asılı vəziyyətə salınmaq. Bayram günü hər tərəfdə bayraqlar asılır. Ət qənarədən asılmışdır. – Məşədi Əsgər o tərəfə baxıb gördü ki, bir böyük ev var, qapısının üstündə elektrik fənəri asılıbdır. S.M.Qənizadə. Dörd-beş mərtəbəli evlərin qabağından Vətən müharibəsi qəhrəmanlarının şəkilləri asılmışdı. M.Hüseyn.\n3. məch. Dar ağacına çəkilməklə edam edilmək. Boğazdan asılmaq. Asılmaq cəzası. – Rəhim bəy keçmiş günlərdən, qaçaq Əbdülkərimin “Sultanbud” təpəsinin üstündə asıldığından, “Qaraçuxa oğlunun” öldürülməsindən və bu gunə keyfiyyətlərindən nağıl edirdi. Ə.Haqverdiyev. [Əmiraslan] bir neçə müddət quldurluq edəndən sonra divan tərəfindən tutulub asıldı. S.S.Axundov. O gün məlun cinayətkar; Asılacaq boğazından. S.Vurğun.\n\nII. məch. Bişmək üçün od üstünə qoyulmaq (xörək, qazan. və s.). Xörək çoxdan asılıbdır. – Gəldiyev gələn kimi düyü islanar, qazan asılardı. Mir Cəlal. Bir gün qabaq, həyətdə böyük ocaqlar qurulub, böyük qazanlar asılardı. H.Sarabski. asılmış I. “Asılmaq1 ”dan f.sif. Qoca usta .. divardan asılmış telefonla kimə isə zəng etdi. M.Hüseyn. Divarda mıxdan asılmış balaca çıraq sarı işıqlar salır, uşaqların kölgəsini eybəcər şəkildə böyüdərək yanırdı. M.İbrahimov.\n\nII. f.sif. Bişmək üçün od üstünə qoyulmuş (xörək). asım-asım asım-asım olmaq dan. – dəyərək, yetişərək, səliqə ilə, gözəl bir surətdə asılmaq, sallanmaq. Yaz girəndə bu bağçanın çiçəkləri bir-birinə qarışır, payız düşəndə rəngbərəng meyvələr asım-asım olurdu. S.Rəhimov. asırqal is. bot. Qarğıdalı şaxına oxşar yarpaqları olan acı ot. Asırqalın bütün növləri zəhərlidir. asırqallıq is. Asırqal bitən yer. asi is. və sif. [ər.]\n1. Üsyançı, hökumət əleyhinə baş qaldıran, hökumətə ağ olan. ..Budaq, Rəhman, Qəhrəman və Səlma bir neçə asi ilə vuruşa-vuruşa səhnəyə daxil olurlar. A.Şaiq. • Asi olmaq – tabe olmamaq, əleyhinə baş qaldırmaq, üzə durmaq, itaət etməmək.\n2. din. Günahkar. asi-kifir sif. dan. Bu və ya digər səbəb üzündən hirslənmiş, acıqlanmış, narazı, bezikmiş, cana doymuş. • Asi-kifir etmək – hirsləndirmək, bezikdirmək, cana doydurmaq. Asi-kifir olmaq – bərk hirslənmək, bezikmək, cana doymaq. asiləndirmək f. Üzə qaldırmaq; hirsləndirmək, acıqlandırmaq. asiləşmə “Asiləşmək”dən f.is. asiləşmək f. Üzə qalxmaq; hirslənmək, qəzəblənmək. asilik is.\n1. İtaətsizlik, azğınlıq.\n2. Günahkarlıq. asiman is. [fars.] Göy, səma. Könül pərvaz etdi qalxdı havaya; Yer üzündən asimana yetişdim. M.P.Vaqif. Qatar-qatar olub qalxıb havaya; Nə çıxıbsız asimanə, durnalar! M.V.Vidadi. İnsan övladının asiman qədər; Ulduzu sayrışan bir lisanı var. S.Vurğun. • Asimana bülənd olmaq – göyə qalxmaq, ucalmaq. Mübarəkbad sədası xalqdan asimana bülənd oldu və bargahın imarətlərindən əksi-təkrar tapdı. M.F.Axundzadə. Səhranın günbatan tərəfindən gördüm bir şölə asimana bülənd olub, işığı hər yeri bürüyübdür. Ə.Haqverdiyev. Bir azdan kəndin kənarında çalğı səsləri asimana bülənd olur. S.Rüstəm. asimanxəraş sif. [fars.] Çox uca, çox hündür. Təzəpir məscidinin asimanxəraş minarələri başındakı aypara [və] çarlıq dövrünün sönmüş dəhşətlərini nişan verən kilsələr görünürdü. M.S.Ordubadi. asimani sif. [fars.]\n1. Açıq-mavi, göy rəngində.\n2. Göyə mənsub və aid olan.\n3. məc. şair. Təmiz, ləkəsiz, pak, müqəddəs mənasında. [Qətibə:] Çünki şair mənim qeyd etdiyim asimani və nümunəvi kişilərdəndir. M.S.Ordubadi. asiyalı is. Asiya əhli, Asiya qitəsində yaşayan adam. Avropanı viran qoyan da asiyalılar olmuş, Avropanı mədəniləşdirən də... – [Xəlifə Məmun] Orta Asiyalı məşhur şahmatçı Rəb-rəbi sarayına gətirdərək, teztez hüzurunda şahmat yarışları keçirərdi. Ə.Məmmədxanlı. Amerikaya beyin axır, .. işıq axır; Bu işığa .. asiyalı gendən baxır. B.Vahabzadə. askarid [yun.] zool. İnsan və ev heyvanlarının bağırsaqlarında parazitlik edən girdə qurd. İnsanın bəzi qurdları, məsələn, bizquyruqlar, askaridlər çox vaxt bağırsaqlardan özbaşına və ya ifrazat ilə çıxır. asketizm [yun. askeo – cəhd edirəm] Əxlaqi və yaxud dini ideala çatmaq məqsədi ilə Yer üzərindəki nemətlərdən son dərəcə imtina edilməsi ilə səciyyələnən davranış prinsipi və həyat tərzi. asqı is. Paltar və ya başqa şeylər asmağa məxsus alət. Bu paltarlı skeletin iti çiyin sümükləri asqı kimi ağ abanı saxlayır. Mir Cəlal. Başqa vaxt olsaydı, çoxdan ev adamından biri cumub, onun [Həmzənin] paltosunu, papağını alaraq asqıdan asmışdı. Ə.Əbülhəsən. asqırdıcı sif. Asqırdan, asqırıq doğuran. Asqırdıcı maddələr. Asqırdıcı qaz. asqırıq is. Burun sinirlərinin birdənbirə qıcıqlanması nəticəsində qeyri-iradi olaraq öskürməyə bənzər səs çıxarmaqla, burun və ağızdan selik püskürmə. asqırıqotu is. bot. Asqırtmaq xassəsinə malik olan bir bitki. Asqırıqotu çoxillik bitki olub, hündürlüyü 1,5 m-ə çatan düz və yoğun gövdəyə malikdir. R.Əliyev asqırma “Asqırmaq”dan f.is. Tənəffüs yollarına düşmüş toz asqırma və öskürməyə səbəb olur. – Öskürmələr, asqırmalar, boğaz arıtmalar bir-birinə qarışdı. M.S.Ordubadi. asqırmaq f. Burun sinirlərinin birdənbirə qıcıqlanması nəticəsində qeyri-iradi olaraq öskürməyə bənzər səs çıxarmaqla burun və ağızdan selik püskürmək; səbir gətirmək. Zökəm olanda adam çox asqırır. Qripli adam asqırarkən ağzını dəsmalla tutmalıdır. – Xəstəxanaya çatanacan o nə öskürdü, nə də asqırdı. Mir Cəlal. asqırtı bax. asqırıq. asqırtma “Asqırtmaq”dan f.is. asqırtmaq icb. Asqırmasına səbəb olmaq. Burunotu adamı bərk asqırdır. aslan is.\n1. Şir, arslan. Aslanın pələng və bəbirlə mələzləri də var.\n2. məc. Qoçaq, igid, qəhrəman mənasında. Aslan yatışından da bəllidir. – Bu dağlar qoynunda aslan yatmışdır; Burda Koroğlular at oynatmışdır. S.Vurğun. asma 1. “Asmaq”dan f.is.\n2. sif. Bir yerdən asılan, sallanan. Asma tərəzinin, əl tərəzisinin yanında və zəncirlərində hədsiz milçək qarasını görüb, Kəblə Novruzqulu özündən çıxırdı. H.Sarabski. Uzun çayxanada asma lampa yanırdı. S.Rəhimov. Asma otuzluq lampa iş otağına o qədər işıq salıb ki, elə bil gündüzdür. Ə.Vəliyev. • Asma körpü – sahil dayaqlarına bənd edilmiş zəncirlər, yaxud polad burazlar vasitəsilə sallanan körpü. Asma körpüləri düşmən yıxanda; Dalğalı çayları keçin ayaqla. S.Vurğun. Ayaq səsləri asma körpüləri titrədir. R.Rza.\n3. sif. Saxlamaq üçün dərilib asılan; asmalıq (meyvə). Asma üzüm.\n4. is. Paltar və s. asmaq üçün qarmaq və s.; paltarasan. [Mədəd] boz şinelini və gün bozartmış papağını çıxarıb koridordakı asmadan asdı. S.Rəhimov. asmaq I. f.\n1. Bir şeyi yuxarıdan bir yerə ilişdirib sallamaq, asılı hala salmaq. Lampanı asmaq. Divardan şəkil asmaq. – Gülnaz qaçıb, saxsı çırağı yandırdı və tövlənin iç tərəfindən qapının yanından asdı. M.İbrahimov. Gəldiyev sözünü bitirəndə cavab gözləməyib, telefonun dəstəyini asdı. Mir Cəlal.\n2. Dar ağacından asmaqla edam etmək, boğazdan asmaq, dara çəkmək.\n\nII. f. Xörək və s.-ni ocaq (od) üstünə qoymaq. [Telli:] Ay Pərzad xala! Yeri onları [uşaqları] da yığ gətir, bir yerdə yeyək, bozbaş asmışam. Çəmənzəminli. Ocağı qalayıb süd qazanlarını qoca kişi ilə ocağa asdıq. A.Divanbəyoğlu. [Salman] bir-biri ilə yanaşı iki qara daş qoyub, qazançanı onların üstündən asmışdı. M.Hüseyn. asmalıq 1. sif. Bandaq vurulmağa, asılıb saxlanmağa yarar. Asmalıq üzüm. Asmalıq armud.\n2. is. məh. Qaşıqları düzmək üçün ipdən və s.-dən toxunmuş tor, səbət. asori bax. aysor. aspekt [lat.] Əşya, hadisə və anlayışlara münasibət, nöqteyi-nəzər. Fəlsəfi aspekt. aspirant is. [lat.] Elmi-tədqiqat fəaliyyəti üçün hazırlaşan şəxs. aspirantlıq is. Aspirantın işi, vəzifəsi. Aspirantlıq dövrü. aspirantura [lat.]\n1. Ali məktəblərdə və ya elmi-tədqiqat idarələrində professormüəllim və elmi kadr hazırlama sistemi; aspirantın keçdiyi elmi hazırlıq. [Şeyda:] ..Bitkiçilik institutunda bağçılıq aspiranturasını başa vurmuşam. Ə.Məmmədxanlı.\n2. Ali məktəb və ya elmi idarənin aspirant hazırlayan şöbəsi. aspirin [lat.] əcz. Hərarəti azaldan və ya ağrıkəsən dərman. asral is. bot. bax. kəndirotu. asrallıq is. Asral bitən yer. assa dan. İti və coşqun rəqs ifa edilərkən söylənilən nida. assimilyasiya [lat.]\n1. dilç. Bir səsin yanındakı səsə bənzədilməsi, məs.: annamaq (anlamaq), atdar (atlar) və s.\n2. Bir xalqın başqa bir xalqın dilini, adətlərini və s.-ni qəbul etməsi nəticəsində onun içərisində əriyib getməsi. Zorakı assimilyasiya.\n3. biol. Canlı orqanizmin üzvi maddələri mənimsəmə prosesi. Assimilyasiya canlıların ən xarakter xassələrindəndir. assimilyator [lat.] Hakim millətin dilini, mədəniyyətini, adətlərini və s.-ni zorla məhkum xalqa qəbul etdirməklə, onun milli varlığını məhv etməyə çalışan. assimilyatorluq is. Hakim millətin öz dilini, mədəniyyətini, adətlərini və s.-ni zorla məhkum millətə qəbul etdirməyə, onun milli varlığını məhv etməyə çalışması. assistent [lat.]\n1. Mütəxəssis köməkçisi; ali məktəblərdə mühazirə oxuyarkən və ya laboratoriya və əməli məşğələlər keçərkən professora kömək edən şəxs. // Xəstəliyin gedişini müşahidə edən, əməliyyat zamanı cərraha kömək edən həkim köməkçisi. // Orta məktəbdə imtahan qəbul edən müəllimə köməklik edən şəxs.\n2. Ali məktəblərdə kiçik müəllim vəzifəsi və bu vəzifəni tutan şəxs. assistentlik is. Assistentin işi, vəzifəsi. Assistentlik etmək. assortiment [fr.] Bir malın müxtəlif növləri; çeşid. Aptekdə olan dərman assortimentinin demək olar ki, 40 faizini dərman bitkiləri təşkil edir. R.Əliyev assurilər cəm tar. Eramızdan əvvəl 3-cü minilliyin axırından VII əsrin axırına qədər Qərbi Asiyanın ən qədim dövlətlərindən biri olan Assuriyanın əhalisi. assurişünas is. Qədim Assuriya tarix və mədəniyyətini tədqiq edən alim. assurişünaslıq is. Qədim Assuriya tarix və mədəniyyətinə aid elmlərin məcmusu. [Konqresdə] misirşünaslıq, assurişünaslıq, ərəb ölkələrinin tarixi, hindşünaslıq bölmələri.. işə başlamışdır. (Qəzetlərdən). asta zərf Yavaş, yavaşca, aram ilə, üsullu, ağır. Asta qanad çalın, qafil telləri; Heyifdir, salarsız düzə, durnalar! M.P.Vaqif. Qaranlıq düşəndə qulağını çat; Asta get, nalının səsini alçalt! S.Vurğun. asta-asta zərf Ağır-ağır, yavaş-yavaş, tədriclə, tələsmədən. Asta-asta yerimək. Asta-asta danışmaq. – Burada İsa asta-asta başını buladı. Ə.Əbülhəsən. astabaasta bax. asta-asta. Su gələr asta gedər; Astabaasta gedər; İlqarsız qız yanından; Sağ olan xəstə gedər. (Bayatı). astaca bax. astadan. Qapını astaca döymək. – Furqon astaca cırıldayırdı. M.İbrahimov. astadan zərf Yavaşcadan, səsi çıxmadan, səs çıxarmadan. Astadan danışmaq. Astadan gülmək. – Qəhrəman astadan zümzümə etməyə başladı. Ə.Vəliyev. Cuma astadan soruşdu: – Gədə hanı?.. Ə.Əbülhəsən. astagəl sif. dan. Ağırtərpənən, yavaştərpənən. Astagəl adam. astaqaçan sif. Asta gedən, iti yeriməyən, ləngiyən. Astaqaçan namərddi. (Məsəl). astalaşdırma “Astalaşdırmaq”dan f.is. astalaşdırmaq f. Yavaşıtmaq, bir şeyin sürətini, şiddətini, hərəkətini azaltmaq (tədriclə). Addımlarını bir az astalaşdır. astalaşma “Astalaşmaq”dan f.is. astalaşmaq f. Ağırlaşmaq, yavaşımaq, aramlaşmaq. astalatmaq icb. dan. Yavaşıtmaq. astalıq is. Yavaşlıq, ağırlıq, aramlıq, üsulluluq. astalıqca zərf Üsulluca, yavaşcadan; əlaltından. astana I. is. Kandar, qapının ağzı, qapının çərçivəsinin alt hissəsi. Qız evdən çıxıb qaçan vaxtda ayağı ilişdi astanaya. C.Məmmədquluzadə. Molla özünü itirdi; başmağını astanada qoyub oğru pişik kimi sürüşdü. Mir Cəlal. Astanada tüstüləyir böyrü batıq samovar. S.Rüstəm. • Astananın ağzında durmaq məc. – lap yaxınlaşmaq, çatmaq. Fəhlələrdən biri dedi: – Astanamızın ağzında dağ kimi qış durub. “Kirpi”.\n\nII. is. Su hövzələrində sərt suxurlardan yaranmış çıxıntı. Abşeron astanası. astar is.\n1. Paltarın və ya başqa bir şeyin iç tərəfinə tikilən və ya çəkilən parça. Yorğan astarı. Paltar astarı. İpək astar. Astar çəkmək.\n2. Ümumiyyətlə, hər hansı bir şeyin iç, dal tərəfi; toxunma şeylərin tərs üzü. Xalçanın astar tərəfi cod olar.\n3. Divara, qapıya və s.-yə rəng çəkməzdən qabaq, altdan vurulan rəng və s. Astarın üstündən rəng yaxşı tutar. ‣ Astarı çıxmaq – tamamilə köhnəlmək, dağılmaq, astarı görünmək. Astarı üzündən baha (başa gəlmək) – əslində ucuz olan bir şeyin çox baha başa gəlməsi, qoyulan xərci ödəməməsi haqqında deyilir. astarlama “Astarlamaq”dan f.is. astarlamaq f. Astar çəkmək, astar keçirmək. Yorğanı astarlamaq. Döşəyi astarlamaq. astarlanma “Astarlanmaq”dan f.is. astarlanmaq məch. Astar çəkilmək, astar keçirilmək. astarlatma “Astarlatmaq”dan f.is. astarlatmaq icb. Astar çəkdirmək. astarlı sif. Astarı olan, astar çəkilmiş. Astarlı palto. Astarlı yorğan. astarlıq 1. sif. Astara yarar, astar üçün olan. Astarlıq bez. Astarlıq satin. Astarlıq parça.\n2. is. Astarlığa yarar parça. Mağazadan astarlıq aldım. İpək astarlıq. astarsız sif. Astarı olmayan, astar çəkilməmiş. Astarsız palto. – Maral astarsız kostyumunu götürdü. Ə.Əbülhəsən. Dəmirov astarsız pencəyini düymələdi. S.Rəhimov. astma [yun.] tib. Bəzi ürək və bronx xəstəlikləri nəticəsində əmələ gələn təngnəfəslik (xəstəlik). Ürək astması. Bronxial astma. astmalı sif. tib. Astma xəstəliyi olan. Astmalı xəstə. astrobiologiya is. [yun.] O biri planetlərdə (göy cisimlərində) həyat olubolmaması problemlərini öyrənən elm. astrobotanika is. [yun.] Astrobiologiyanın Günəş sistemi planetlərində fərz olunan bitkiləri tədqiq edən bölməsi. astrofizik [yun.] Astrofizika ilə məşğul olan alim. Bundan istifadə edərək, astrofiziklər bir çox ulduzların və göy cisimlərinin temperaturunu öyrənirlər. astrofizika [yun.] Astronomiyanın göy cisimlərinin fiziki hadisələrini və kimyəvi xassələrini öyrənən şöbəsi. Astrofizika göy cisimlərinin buraxdığı şüa enerjisini fiziki üsullarla tədqiq edir. astroqraf is. [yun.] bax. teleskop. Göy cisimlərinin fotoşəklini çəkmək üçün astronomik cihaz. Astroqrafın ikinci adı teleskopdur. astronaviqasiya is. [yun.] Göy cisimlərinin meridianda hündürlüyünü ölçməklə hərəkət edən obyektin yerini və hərəkət istiqamətini təyinetmə üsulu. Astronaviqasiya ölçü işləri. astronavt [yun.]\n1. Astronavtika mütəxəssisi.\n2. Uçucu aparatlarda uzaq fəzalara uçan şəxs, təyyarəçi. Raketin kabinəsində raket mühərrikinin dartı qüvvəsi çəkinin artmasına səbəb olur ki, astronavt da bunu hiss etməlidir. astronavtika [yun.] Uçucu aparatların fəzalarda uçması haqqında elm. astronom [yun.] Astronomiya ilə məşğul olan alim. astronomik sif. Astronomiyaya aid olan. Astronomik cihazlar. Astronomik müşahidələr. – Astronomiya elmi inkişaf etdikcə Günəş sisteminin, o cümlədən də Yerin əmələ gəlməsi haqqında müxtəlif astronomik fərziyyələr yaranmağa başladı. M.Qaşqay. astronomiya [yun.] Göy cisimlərini öyrənən elm. Astronomiya rəsədxanaları. Astronomiya ən qədim elmlərdəndir. astronomluq is. Astronomun işi, sənəti. astrospektroqraf is. [yun.] Göy cisimləri spektrlərinin fotoşəklini çəkmək üçün cihaz. Prizmalı kamera, yarıqlı və yarıqsız spektroqraflar astrospektroqrafın əsas növləridir. astroturf is. İdman meydançalarında süni ot. asudə sif. və zərf [fars.]\n1. Rahat, dinc, qayğısız, arxayın. Asudə həyat. Asudə yaşamaq. – Olduz hərəniz bir evin oğlanı, uşaqlar! Asudə gəzin indi bu dünyanı, uşaqlar. M.Ə.Sabir. Buna bax, gör necə yatmış burada asudə; Yazmayır, işləməyir, vaxtı itir bihudə. A.Səhhət. [Mirzağa] yalnız evlənməklə öz həyatını müəyyən bir şəklə sala bilər, onun sayəsində asudə, rahat bir həyat sürə bilərdi. S.Hüseyn. Asudə olmaq – rahat olmaq. ..Darülfünunda tətildir, zaçotlar gedir; iyunun iyirmisindən sonra tamam asudə olacağam. Ə.Haqverdiyev.\n2. Bikar, işi olmama. [Səttar bəy:] Bu gün bazar günüdür, bilirəm asudəsən. N.Vəzirov.\n3. Təhlükəsiz, azad, sərbəst, nəzarətsiz. Ayı özünü asudə görüb, bir müddət kolluqda gəzdi, sonra üzünü meşəyə tərəf tutub getdi. S.S.Axundov. asudəçilik dan. bax. asudəlik. asudələnmək bax. asudələşmək. asudələşmə “Asudələşmək”dən f.is. asudələşmək f. Asudə olmaq, rahatlanmaq, arxayınlaşmaq, azad olmaq. Şəhərin (havasının) qəlizliyindən, tozundan, zəhmətinin kəsrətindən bir qədər asudələşmək .. üçün kəndə rəvan oldum. Ə.Haqverdiyev. asudəlik is. Rahatlıq, dinclik, sakitlik, arxayınlıq, qayğısızlıq. Asudəliyə çıxmaq. – Asudəlik istərsən, dünyadan uzaqlaş sən; Keçmişlərə et tövbə, təqsirinə peşman ol. Heyran xanım. Əmisi Ağayar haqqında eşitdiklərini asudəliklə (z.) fikirləşməyə indi onun [İkramın] çox böyük ehtiyacı vardı. Ə.Əbülhəsən. aş I. is.\n1. Xörək, yemək, bişmiş. Aşın sıyıqlığı dənin azlığındandır. (Ata. sözü). Bəzi yerlərdə təsadüf olunur aşa, ətə. M.Ə.Sabir.\n2. Plov. Südlü aş. Çığırtmalı aş. Lobyalı aş. Qiyməli aş.\n3. Un, düyü, yarma və s.-dən bişirilən sıyıq xörək; horra. ‣ Aş bişirmək məc. – tələ qurmaq. Bütün bu hallar bu gün [Məşədi Kazım Ağanın] .. mənim üçün bir “aş bişirdiyini” göstərirdi. M.S.Ordubadi. [Müşavir:] Olsun, Osman, sənə bir aş bişirim ki, hər qaşığı bir dad versin. P.Makulu. Aşı bişmək məc. – işi bitmək, bədbəxtliyə düşmək. Aşına su qatmaq – işini korlamaq, işinə pər qatmaq, işi baş tutmağa qoymamaq, əngəl törətmək. Aşını-suyunu vermək – cəzalandırmaq, bərk danlamaq. Arvadlar bunu gördükdə yazıq soldatın aşını-suyunu verirlər. H.Sarabski. Az(acıq) aşın duzu deyil – çox hiyləgər, bic, araqarışdıran adam haqqında. Arvad azacıq aşın duzu deyil. Ə.Əbülhəsən. Əli aşından da olmaq, Vəli aşından da – əli hər şeydən çıxmaq, avara qalmaq. Harada aş, orada baş – heç bir zəhmət çəkmədən, hazıra gəlib çıxan adam haqqında.\n\nII. is. bax. aşı. aşafatma is. məh. Qövsi-qüzeh, göy qurşağı, qarınənə örkəni. aşağa (=aşağı)\n1. is. Bir şeyin dibinə, yerə ən yaxın olan hissəsinə tərəf, alt (yuxarı ziddi). Dirəyin aşağısı çürümüşdür. // Sif. mənasında. Aşağı mərtəbə. Dirəyin aşağı tərəfi. // is. Altlıq. Heykəlin aşağısı.\n2. zərf Yerə doğru, aşağıya doğru. Aşağı enmək. Aşağı baxmaq. Aşağı düşmək. Aşağı salmaq. Təyyarə aşağı endi. Şəkil çox aşağı asılmışdır.\n3. is. Evin, binanın alt mərtəbəsi. Bu binanın yuxarısı mənzil, aşağısı isə dükandır.\n4. sif. Orta səviyyəyə çatmayan, orta normadan az; kiçik, az, qeyri-kafi, zəif. Aşağı səviyyəli ixtisas. Aşağı hərarət.\n5. sif. Ucuz. Aşağı qiymətlər. • Aşağı salmaq – ucuzlaşdırmaq. Qiymətləri aşağı salmaq.\n6. sif. Alçaq, pis, nöqsanlı, yararsız, dəyərsiz, keyfiyyətsiz. Aşağı keyfiyyətli mal.\n7. sif. məc. Yoxsul, kasıb. Aşağı silk. Aşağı təbəqə. Aşağı siniflər. // Yalnız cəm şəklində: aşağılar məc. köhn. – aşağı siniflər, aşağı təbəqələr; kütlə. Aşağılar köhnə qayda ilə yaşamaq istəmirdilər.\n8. məc. sif. Vəzifəcə kiçik olan. Gəldiyev aşağı işçilərin sözünə fikir vermirdi. Mir Cəlal.\n9. Axır, son, qurtaracaq. Evimiz kəndin aşağısındadır. Mən şəhərin aşağısında yaşayıram. // Çayın axıb getdiyi tərəf. Çay aşağı getmək. ‣ Aşağı baş – evin, məclisin, otağın qapıya yaxın olan tərəfi. Aşağı başda oturtmaq. – Toyxananın qapısında məşəl yandırırdılar. İçəri girdikdə aşağı başdan, yainki yandan sazandalar üçün döşək salınardı. H.Sarabski. Aşağılı-yuxarılı – orta hesabla, orta qiymətlə. Aşağı salmaq – 1) devirmək, düşürmək. [Miraxur:] İndi ki Şah Abbas yoxdur, aya bizə nə manedir ki, bu məlun və bidini, ki deyirlər tənasüximəzhəbdir, təxtdən aşağı salaq.. M.F.Axundzadə; 2) məc. hörmətdən salmaq, nüfuzdan salmaq. [Ceyran] öz işi ilə yoldaşlarını aşağı salmaq niyyətində deyildi. S.Rəhimov. aşağıda zərf Aşağı tərəfdə, alt tərəfdə. Pəncərədən baxarkən aşağıda bir yığın adam gördüm. Aşağıda çəkməçi yaşayır. – [Firidun] şoferə aşağıda gözləməsini tapşırıb, ayağa durmuş yoldaşları ilə vidalaşdı. M.İbrahimov. aşağıdan zərf 1) aşağı tərəfdən, altdan. Aşağıdan yel vurur. Aşağıdan səs gəlir. Aşağıdan yuxarıya. Aşağıdan tut; 2) məc. kütlələr tərəfindən, kütlənin təşəbbüsü ilə. Təklif aşağıdan irəli sürülmüşdür; 3) məc. astadan, yavaşdan, alçaqdan, pəstdən. Aşağıdan oxumaq. aşağı (=aşağa)\n1. is. Bir şeyin dibinə, yerə ən yaxın olan hissəsinə tərəf, alt (yuxarı ziddi). Dirəyin aşağısı çürümüşdür. // Sif. mənasında. Aşağı mərtəbə. Dirəyin aşağı tərəfi. // is. Altlıq. Heykəlin aşağısı.\n2. zərf Yerə doğru, aşağıya doğru. Aşağı enmək. Aşağı baxmaq. Aşağı düşmək. Aşağı salmaq. Təyyarə aşağı endi. Şəkil çox aşağı asılmışdır.\n3. is. Evin, binanın alt mərtəbəsi. Bu binanın yuxarısı mənzil, aşağısı isə dükandır.\n4. sif. Orta səviyyəyə çatmayan, orta normadan az; kiçik, az, qeyri-kafi, zəif. Aşağı səviyyəli ixtisas. Aşağı hərarət.\n5. sif. Ucuz. Aşağı qiymətlər. • Aşağı salmaq – ucuzlaşdırmaq. Qiymətləri aşağı salmaq.\n6. sif. Alçaq, pis, nöqsanlı, yararsız, dəyərsiz, keyfiyyətsiz. Aşağı keyfiyyətli mal.\n7. sif. məc. Yoxsul, kasıb. Aşağı silk. Aşağı təbəqə. Aşağı siniflər. // Yalnız cəm şəklində: aşağılar məc. köhn. – aşağı siniflər, aşağı təbəqələr; kütlə. Aşağılar köhnə qayda ilə yaşamaq istəmirdilər.\n8. məc. sif. Vəzifəcə kiçik olan. Gəldiyev aşağı işçilərin sözünə fikir vermirdi. Mir Cəlal.\n9. Axır, son, qurtaracaq. Evimiz kəndin aşağısındadır. Mən şəhərin aşağısında yaşayıram. // Çayın axıb getdiyi tərəf. Çay aşağı getmək. ‣ Aşağı baş – evin, məclisin, otağın qapıya yaxın olan tərəfi. Aşağı başda oturtmaq. – Toyxananın qapısında məşəl yandırırdılar. İçəri girdikdə aşağı başdan, yainki yandan sazandalar üçün döşək salınardı. H.Sarabski. Aşağılı-yuxarılı – orta hesabla, orta qiymətlə. Aşağı salmaq – 1) devirmək, düşürmək. [Miraxur:] İndi ki Şah Abbas yoxdur, aya bizə nə manedir ki, bu məlun və bidini, ki deyirlər tənasüximəzhəbdir, təxtdən aşağı salaq.. M.F.Axundzadə; 2) məc. hörmətdən salmaq, nüfuzdan salmaq. [Ceyran] öz işi ilə yoldaşlarını aşağı salmaq niyyətində deyildi. S.Rəhimov. aşağıda zərf Aşağı tərəfdə, alt tərəfdə. Pəncərədən baxarkən aşağıda bir yığın adam gördüm. Aşağıda çəkməçi yaşayır. – [Firidun] şoferə aşağıda gözləməsini tapşırıb, ayağa durmuş yoldaşları ilə vidalaşdı. M.İbrahimov. aşağıdan zərf 1) aşağı tərəfdən, altdan. Aşağıdan yel vurur. Aşağıdan səs gəlir. Aşağıdan yuxarıya. Aşağıdan tut; 2) məc. kütlələr tərəfindən, kütlənin təşəbbüsü ilə. Təklif aşağıdan irəli sürülmüşdür; 3) məc. astadan, yavaşdan, alçaqdan, pəstdən. Aşağıdan oxumaq. aşağı-yuxarı zərf dan. Artıq-əskik, az-çox, təqribən. Aşağı-yuxarı danışmağına əhəmiyyət verən olmadı. aşağılatma “Aşağılatmaq”dan f.is. aşağılatmaq f.\n1. Aşağı salmaq, endirmək, azaltmaq, salmaq, düşürmək.\n2. məc. Alçaltmaq, kiçiltmək. Vəzifəsini aşağılatmaq. Gərək özünü aşağılatmayaydı. aşbaşı is. məh. Aşın (plovun) başına qoyulan xuruş (ət, toyuq, quş və s.). aşçı is. xüs. Dəri, gön aşılayan usta, dabbağ. aşdibi is. Qazanın dibində qalan qazmaq qırıntıları qarışıq aş qalığı. Aşdibi yeyənin toyunda qar yağar, – deyirlər. aşxana is. Yeməkxana. Məktəbin aşxanası. – Şofer dəftərxanaya yapışıq tikilmiş birmərtəbəli aşxananın pəncərəsindən başını çıxardıb cavab verdi. M.Hüseyn. aşxanaçı is. köhn. Aşxana saxlayan adam, aşxanaçılıqla məşğul olan adam, aşxana sahibi. aşxanaçılıq is. köhn. Aşxanaçının işi, peşəsi. aşı is.\n1. tib. Yoluxucu xəstəliyə qarşı qoruyucu maddə kimi tətbiq edilən maddə; peyvənd (yoluxucu xəstəliklərin zəiflədilmiş, yaxud öldürülmüş mikroblarından ibarət olan tibbi preparat). Çiçək aşısı. Difteritə qarşı aşı. Aşı maddəsi Aşı vurmaq.\n2. xüs. Dərini, gönü aşılayıb hazırlamaq üçün maddə. Aşıya qoymaq (gönü, dərini tükdən təmizləmək üçün xüsusi məhlulun içinə salmaq). – Evkaliptin yarpaqlarında 5-16 faiz, qabığında isə 7-dən 45 faizə qədər aşı maddələri vardır ki, bunlar gönlərin dabbağlanması üçün işlənir. İ.Axundzadə. aşıb-daşma “Aşıb-daşmaq”dan f.is. aşıb-daşmaq f. Həddindən artıq olmaq, son dərəcə çox olmaq, bol olmaq; tükənməmək. Arzular aşıb-daşır. Vətənimizin sərvətləri aşıb-daşır. – Küçəni dolduran insan dənizinin kin və qəzəbi get-gedə aşıb-daşırdı. M.Hüseyn. Məhəbbət dəmidir, bahardır bu gün; Qızılgülün aşıb-daşan çağıdır. N.Rəfibəyli. aşıq I. is. Xalq xanəndəsi; həm oxuyan, həm çalan, həm də söz qoşan el sənətkarı. Xalq aşığı. Aşıq havaları. – Aşığın sözü qurtaranda “neylim-neylim” deyər. (Məsəl). El aşıqları incə Azərbaycan dilində xalqımızın mərdliklərini tərənnüm edən ölməz dastanlar qoşurdular. İ.Əfəndiyev. Dindir, aşıq qardaş, dindir bir sazı; Onunla gülmüşdür ömrümün yazı. Z.Xəlil.\n\nII. is.\n1. anat. Diz qapaqlarından çıxan oynaq sümüyü. // Uşaqların aşıq-aşıq oyununda işlətdikləri həmin (adətən qoyunların diz qapağından çıxarılan) sümük. [Tükəz:] Uşaq aşıq yığan kimi bu qədər pulu yığıb nə edəcəksən? M.F.Axundzadə. Uşaq vaxtı küçədə aşıq oynayanda hərdənbir savaşırdıq. C.Məmmədquluzadə. Bozbaşı yedikdən sonra, evin uşağı kasalara göz gəzdirərək sümükdən aşıqları çıxardıb bir yerə yığardı. H.Sarabski.\n2. Tağalaq, qarqara, sap sarınan balaca taxta.\n3. Tüfəngin çaxmağı ilə ayağı arasındakı məsafə. ‣ Araz aşığından, Kür topuğundan – heç bir şeydən qorxusu, çəkinəcəyi olmayan, heç bir dərdi, fikri, qayğısı olmayan, kefi kök adam haqqında. [Əsgər bəy:] Əlbəttə, bizim Araz aşığımızdandır, Kür topuğumuzdan. M.F.Axundzadə. [Cənnətəli:] Mənə də Cənnətəli ağa deyərlər.. Mənim Araz aşığımdandır, Kür topuğumdan... N.Vəzirov. Aşığı (maçası) alçı durmaq – bəxti gətirmək, işi rast gəlmək. aşıq-aşıq is. Aşıqla oynanılan uşaq oyunu. Aşıq-aşıq oynamaq. aşıqboylu sif. Çox xırda boylu adam. Birdən bu aşıqboylu kişi ilişdi, çinar kimi yerə gəldi, sonra? Onda gərək ölümü qoyub, dirimi ağlayam. S.Rəhimov. aşıqhəngi 1. bax. aşıqsayağı.\n2. Aşıq kimi, aşıqların etdiyi kimi. [Muzdur] aşıqhəngi, evi o baş-bu baş hərlənirdi. Ə.Əbülhəsən. aşıqqoz is. köhn. Aşıq və qoz ilə oynanılan uşaq oyunu. aşıqlamaq f. məh. Aşiq etmək, bənd etmək, məftun etmək. [Camalın anası:] Xan sağ olsun, Cənnət qızın üstə atıb, qız da bizim bu uşağı .. aşıqlayıb. S.Rəhimov. aşıqlıq I. is. Aşıq sənəti, el xanəndəliyi, saz şairliyi. Aşıqlıq istedadı. – Bu meydana girib sərdən keçdinmi? Aşıqlıqda başqabaşqa hal olur. “Aşıq Qərib”. Çıxdım aşıqlığa, düşdüm ellərə; Aşıqlardan san almağa gəlmişəm. Aşıq Vəli.\n\nII. is. Dizin aşıq sümüyü gizləndiyi yeri. Qoyunun aşıqlığı sınıb, axsayır. aşıqsayağı 1. is. mus. Aşıq musiqisi səpkisində bəstələnmiş kiçik formalı musiqi pyesi. Üzeyir Hacıbəyovun aşıqsayağısı.\n2. sif. Aşıq paltarına oxşayan, aşıqlara məxsus olan. ..Əmiraslan babanı, öz aşıqsayağı libasını geyən görüb çox şad oldular. S. Rəhimov. aşılama “Aşılamaq”dan f.is. aşılamaq f.\n1. tib. Bir xəstəliyin qabağını almaq, ya başlanmış xəstəliyi sağaltmaq üçün bədənə aşı maddəsi yeritmək, aşı vurmaq, peyvənd etmək. Uşaqları çiçəyə qarşı aşılamaq. Mal-qaranı aşılamaq.\n2. k.t. Cır ağacı peyvənd etmək, qələm etmək, calamaq. // məc. Birləşdirmək, uyuşdurmaq, calamaq. İki gözdən tökülən yaş sanki iki qəlbdən göyərməyə başlamış duyğuları bir-birinə aşıladı. M.S.Ordubadi.\n3. xüs. Dərini, gönü aşıya qoymaq.\n4. məc. Bir adəti, xasiyyəti, fikri, əqidəni, üsulu və s.-ni müxtəlif vasitələrlə başqalarına mənimsətmək, keçirtmək, öyrətmək, tərbiyə etmək. Musiqi ona [Bəyimə] bəzən böyüklük, qüvvət və mətanət hissi aşılayırdı. Çəmənzəminli. İndi onun [Ulduzun] ürəyindəki sonsuz şəfqət hissi əllərinə, barmaqlarına elə bir .. qüvvə aşılayırdı ki, bu əllərin sarıdığı yaralar sanki daha tez şəfa tapırdı. Ə.Məmmədxanlı. aşılanma “Aşılanmaq”dan f.is. aşılanmaq məch.\n1. Bir xəstəliyin qarşısı alınmaq və ya başlanmış xəstəliyin sağaldılması üçün bədənə aşı vurulmaq, aşı maddəsi yeridilmək. Məktəbdə bütün uşaqlar çiçəyə qarşı aşılandılar. Mal-qara aşılandı. Qoyunlar aşılandıqdan sonra yaylağa sürüldü.\n2. Peyvənd edilmək, calanmaq (cır ağac). // məc. Uyuşmaq, birləşmək, calanmaq. ..Sanki bununla da bu iki gənc qadının qəlbi bir-birinə aşılandı. M.S.Ordubadi.\n3. xüs. Aşıya qoyulmaq. Bu gön aşılanmamışdır.\n4. məc. Kök salmaq, mənimsənmək. Yeni üsullar artıq aşılanmışdır. aşılanmış f.sif.\n1. Aşı vurulmuş, aşı maddəsi yeridilmiş.\n2. xüs. Aşıya qoyulmuş. Aşılanmış dəri.\n3. k.t. Peyvənd edilmiş, calanmış.\n4. məc. Beyninə yeridilmiş, öyrədilmiş, mənimsədilmiş. aşılayıcı sif.\n1. Aşılama işi ilə məşğul olan adam, peyvənd edən. Aşılayıcı kursları. Aşılayıcı laborantlar.\n2. Aşılayan, aşılamağa məxsus, aşı üçün olan. Aşılayıcı maddə. aşılmaz sif. Çox uca, üzərindən keçilməz. [Yasavul] özünü .. aşılmaz bir dağ, basılmaz bir qala sayır(dı).. S.Rəhimov. aşındırıcı sif. xüs. Aşındırma xassəsinə malik olan. Aşındırıcı maddələr. aşındırılma “Aşındırılmaq”dan f.is. aşındırılmaq məch. xüs. Kimyəvi üsulla və ya sürtülüb oyulmaq vasitəsilə çuxurladılmaq, naxış açılmaq. aşındırma “Aşındırmaq”dan f.is. aşındırmaq f. xüs.\n1. Kimyəvi üsulla və ya sürtüb oymaq vasitəsilə çuxurlatmaq, naxış açmaq.\n2. Bir şeyin üzərindəki yazını, naxışı və s.-ni silmək, yox etmək. aşınma “Aşınmaq”dan f.is. İsti və quraqlıq keçən yay fəsillərində asan aşınmaya uğrayan şistlər xırdalanır, qismən toz halına keçir. M.Qaşqay. Süxurların möhkəmliyi onların mineraloji tərkibindən, mineralların aşınması dərəcəsindən, kristallararası birləşmə qüvvəsindən və s.-dən asılıdır. Quliyev. aşınmaq f.\n1. Kimyəvi üsulla, yaxud sürtülüb oyulmaq nəticəsində çuxurlanmaq, naxış açılmaq.\n2. Çox sürtülməkdən oyulub çuxurlanmaq, yaxud külək və s. təsiri ilə üstündən çıxıntılar və s. silinib getmək, yox olmaq. ...aşırı 1) Bir sıra sözlərlə birləşdirilərək, bir şeyin o biri tayında, o yanında, o üzündə olan mənasında mürəkkəb sifət düzəldilir; məs.: dağaşırı, yolaşırı, dənizaşırı (ölkələr); 2) bəzi isimlərlə birləşdirilərək müəyyən vaxtda təkrar edən, müəyyən fasilə ilə olan, bir gün ötüb o biri gün icra edilən mənasında mürəkkəb sifət, ya zərf düzəldilir; məs.: vaxtaşırı (müəyyən vaxtlarda olan), dövraşırı (müəyyən dövrlərdə olan), günaşırı (bir gün olub, bir gün olmayan). Günaşırı dərman içmək. aşırılma “Aşırılmaq”dan f.is. aşırılmaq 1. “Aşırmaq”dan məch.\n2. t-siz. Minmək. Rüstəm atını hündür bir daşa çəkib, onun üstünə aşırıldı. S.Rəhimov.\n3. t-siz. Üzərindən atılıb düşmək, aşmaq. Atdan aşırılıb düşmək.\n4. t-siz. Çevrilmək. O, çarpayıda o tərəfdən bu tərəfə aşırıldı. aşırım is. Dağın beli, dağın aşıb keçmək üçün yararlı yeri. Aşırımları aşdı, keçirimləri keçdi, özünü Ruma yetirdi. “Koroğlu”. ..Yuxarı aşırıma doğru yönələrkən ovçuya elə gəldi ki, Maral gölünün gözü dolmuşdur. Ə.Məmmədxanlı. Bu dağın aşırımlarını .. Murad dəfələrlə Əzizə tərifləmişdi. Ə.Vəliyev. aşırma is.\n1. “Aşırmaq”dan f.is.\n2. Bir şeyin üstündən atılan, sallanan və ya bağlanan bağ.\n3. Şalvarı düşməyə qoymamaq üçün çiyindən keçirilib şalvara bənd edilən lentşəkilli qoşa bağ; şalvar asmalığı. Rezin aşırma. ‣ Aşırma atəş – müharibədə: mərmilərin qabaqda duran qoşunların başı üstündən və ya maneələr (meşə, təpə, kənd) üzərindən atmaqla düşmənin uzaq mövqelərini topa tutma. Aşırma qatar köhn. – sağ çiyin ilə sol qoltuq arasından keçirilən qatar, patrondaş. aşırmaq f.\n1. Qaldırıb qoymaq, yükləmək. Yükü atın belinə aşırmaq. Yeşiyi dalına aşırmaq.\n2. Üzərindən keçirmək, sallamaq. ..Müsyö Jordan firəngi libasında, qıçın qıçı üstə aşırıb, .. lülələnmiş tənbəki yarpağını yandırıb çəkir. M.F.Axundzadə. Həcər təkrar papağı başına qoydu, əlini aynalıya atdı, kəməri çiyninə aşırdı. S.Rəhimov.\n3. Üzərindən atmaq. Vahid üzərində ağırlaşan yorğanı cəld aşırıb dikəldi. Mir Cəlal. [Heydər] bu yükü aşırmaq və dərdini boşaltmaq istəyirdi. S.Rəhimov.\n4. Yıxmaq, döndərmək, çevirmək, devirmək, endirmək, düşürmək, salmaq. Arabaçı dərədə arabanı aşırdı. – Bir az keçmiş kolların arasından güllələr açıldı. Birinci güllə zənbərəkçini aşırıb dəvədən saldı. Çəmənzəminli. // Diyirlətmək. Eyvazın briqadasında işləyən bir dəstə iri bir daşı aşıra-aşıra (z.) dərənin qırağına gətirirdi. Ə.Vəliyev.\n5. Hündür bir yerin üstündən keçirmək. Səlim Kərim bəyi meşənin ən sıx yerindən keçirib, təpənin dal tərəfinə aşırdı. Mir Cəlal.\n6. Atlatmaq, keçirmək, yaxa qurtarmaq. Bu bəlanı da başımızdan aşırdıq.\n7. məc. dan. Öldürmək, vurub öldürmək; vurmaq, vurub yıxmaq. Ovçular dünən üç canavar aşırdılar. – Lidiya bir güllə ilə onu [düşməni] aşırdı. Ə.Əbülhəsən.\n8. məc. Bir şeyi acgözlüklə və cəld yemək. [Qonaqlar] sabah açılanda qalxıb, bir cüt .. toyuğun da çığırtmasını aşırdılar. S.Rəhimov.\n9. məc. dan. Birinin malını, pulunu və s.ni mənimsəmək, yemək, udmaq, dağıtmaq, xərcləyib puç etmək.\n10. məc. dan. Öhdəsindən gəlmək, həll etmək. [Ağamərdan:] Hacı Rəcəbəli əldə olmasa, bu işi aşırmaq olmaz. M.F.Axundzadə. ‣ Alığını aşırmaq – bax. alıq. Ayağını başından aşırmaq – bax. ayaq. aşırtmaq f. bax. aşırmaq 1, 3 və 5-ci mənalarda. aşısız sif. Aşı vurulmamış, aşılanmamış. Aşısız dəri. Aşısız gön. aşikar [fars.] klas. bax. aşkar. Bu aşikar bir mətləbdir; bəyana ehtiyacı yoxdur. C.Məmmədquluzadə. Birdən-birə göründü gözə bir xərabəzar; Görəsən nə qəmli mənzərələr aşikar idi. M.Hadi. Papaqların bəzisi uzun qovun çeşnisində idi. Bunların sahibinin molla və əyandan olmağı aşikar idi. Çəmənzəminli. aşiq is. [ər.] Birisinə məhəbbət bağlamış, vurulmuş, bənd olmuş adam; vurğun. Eyləməz xəlvət sərayi-sirri-vəhdət məhrəmi; Aşiqi məşuqdən, məşuqi aşiqdən cida. Füzuli. Bu müşəxxəsdi ki, eşq aşiqə qovğa gətirir. X.Natəvan. Hər aşiqin ki sən kimi bir gülyanağı var; Lalə kimi əyandı ki, könlündə dağı var. S.Ə.Şirvani. // Məftun, vurulmuş, aludə. Mən təbiətin bu gözəlliklərinə aşiqəm. O, öz sənətinin aşiqidir. – Kim ki insanı sevər, aşiqi-hürriyyət olur; Bəli, hürriyyət olan yerdə də insanlıq olur. M.Ə.Sabir. Mirzə Səfərin söhbətlərinə hamı aşiqdi. Gözəl danışardı. Ə.Haqverdiyev. Dağıtmış yuxumu yenə gözümdən; Əzəldən nəğmələr aşiqiyəm mən. S.Vurğun. • Aşiq olmaq – vurulmaq, məhəbbət bağlamaq; məftun olmaq. Yarın, bahar mövsümüdür, aşiq olmalı; Canan yolunda ölmək üçün şaiq olmalı. A.Səhhət. [Səadət:] Oğlum bir könüldən min könülə Gülnaza aşiq olub. M.İbrahimov. aşiqanə sif. [ər. aşiq və fars. ...anə] Eşqə, məhəbbətə, sevgiyə aid olan; eşq, məhəbbət, sevgi ifadə edən. Aşiqanə məktub. Aşiqanə roman. Aşiqanə lirika. Aşiqanə nəzər salmaq. – Mən aşiqəm, həmişə sözüm aşiqanədir. Füzuli. Yetişdim kamə, yazdım aşiqanə şeirlər, Seyyid. S.Ə.Şirvani. Fəryad elə bir dəm aşiqanə (z.); Söylə dili-zarü natəvanə. M.Ə.Sabir. Füzulinin özü həqiqi aşiq olduğu üçün kəlamı dəxi başdan-ayağa aşiqanədir. F.Köçərli. aşiqlik is. Aşiqin, birinə vurulmuş adamın halı; aşiq olma, eşqə mübtəla olma; vurulma, bənd olma. Məndə Məcnundan füzun aşiqlik istedadı var. Füzuli. Aşiqlik işinə xeyli pürfənəm; Fərhada, Məcnuna, Vamiqə tənəm. Q.Zakir. aşiq-məşuq [ər.] Bir-birinə bərk vurulma (vurulmuş). Aşiq-məşuq olmaq – bir-birinə bərk vurulmaq. [Bədircahan:] Züleyxa xanım sənə belə aşkarca aşiqməşuq olub dinməz-söyləməz. N.Vəzirov. aşina is. və sif. [fars.] klas.\n1. Məlumatlı, vaqif, tanış, xəbərdar, bələd. Aşina olmaq – tanış olmaq, bələd olmaq.\n2. Dost, yaxın yoldaş. Görən kim oldu bu gülşəndə aşinası gülün? X.Natəvan. Biganələrlə çünki olur aşina könül; Kaş olmayaydım ol güli-bixarə aşina. S.Ə.Şirvani. Gördüm əğyarın aşinaları var; Vətəni, qövmü əqrəbaları var. A.Səhhət. aşinalıq bax. aşnalıq. Vaxtında sən aşinalıq etdin; Döndün, belə bivəfalıq etdin. X.Natəvan. Əzəldən eylədin mənnən aşinalıq; İndi nədən oldu bu bivəfalıq? Aşıq Dilqəm. aşiyan is. [fars.] şair. Yuva, quş yuvası. Nə oldu bülbülə kim, qıldı gülüstan tərkin? Unutdu güllərini, etdi aşiyan tərkin. X.Natəvan. Orada indi başqa məhəbbət, başqa eşq aşiyan edəsidir. S.S.Axundov. De, hansı məclisdə sənsiz oturdum; Bir aşiyan tikib, bir yuva qurdum... S.Vurğun. aşiyanə [fars.] bax. aşiyan. Yəqin ki, şaxi-gül üstündə aşiyanə tikib; O qarə zülf camalında bir pərəstudur. S.Ə.Şirvani. Quşlar qayıdıb oxur təranə; Şaxlarda tikirlər aşiyanə. A.Şaiq. aşkar 1. sif. Açıq, aydın, göz qabağında olan, bəlli, məlum. Aşkar məsələ. Aşkar iş. • Aşkar etmək – meydana çıxarmaq, üzə çıxarmaq, bəlli etmək, göstərmək, üstünü açmaq, müəyyənləşdirmək. Vəziyyəti aşkar etmək lazımdır. Aşkar olmaq – meydana çıxmaq, bəlli olmaq, məlum olmaq, üzə çıxmaq, üstü açılmaq, aydın olmaq. Məsələ indi aşkar oldu. – Zənn edirəm ki, mətləb burada aşkar olur. C.Məmmədquluzadə. // zərf Açıq, aydın, gizlətmədən. [Hacı Həsən:] Biryolluq aşkar de ki, Nazlını da verəcəyəm Mir Bağır ağaya. C.Məmmədquluzadə. Yox, .. sənin səsində bir titrəyiş var; Gəl məndən gizləmə, aç söylə aşkar! S.Vurğun.\n2. is. Həqiqət. [Qurban:] Pəh, pəh, pəh, belə də dəsgah olarmı, başına dönüm .. bu yuxudur görəsən, a Qulu, yoxsa aşkardır. N.Vəzirov. [Nisə xala:] İlahi, bu yuxudur, nağıldır, aşkardır? Mir Cəlal. aşkara sif. və zərf Açıqdan açığa, açıq-aydın. [Divanbəyi:] Mənim mahalımın ortasında aşkara quldurluq quru nağıldır? M.F.Axundzadə. [Səlimnaz xanım:] Sən bu gün aşkara dava axtarırsan. N.Vəzirov. • Aşkara çıxarmaq – meydana çıxarmaq, üzə çıxarmaq, bəlli etmək, üstünü açmaq. Aşkara çıxmaq – meydana çıxmaq, üzə çıxmaq, bəlli olmaq, üstü açılmaq, bilinmək. aşkarca zərf (bəzən aşikarca şəklində də təsadüf edilir). bax. aşkara. Gəldiyev Muxtarı görəndə yanındakıları aşkarca qovdu. Mir Cəlal. aşkarlıq is. Aydınlıq, açıqlıq, göz qabağında olma, zahirdə olma, məlum olma. aşqal sif. məh. Arıq, döllüyə yaramayan (qoyun). aşqallanma “Aşqallanmaq”dan f.is. aşqallanmaq f. məh. Pozulmaq, xarab olmaq, cırlaşmaq, yararsız olmaq (qoyun). aşqar is. Müəyyən məqsədlə bir şeyə əlavə edilən, qatılan başqa maddə; bir şeyin tərkibinə daxil olan maddə, ünsür; xəlitə. Bu unda aşqar var. – Hamısı Allah bəndəsi .. akulə düyüsünə Tərtər düyüsündən aşqar vurmayan [adamlardır] Ə.Haqverdiyev. [Üzüm cecəsi] gil məhlulu üçün əlavə aşqar kimi yarayır. (Qəzetlərdən). aşqarlı sif. Aşqarı olan, tərkibinə başqa şey, başqa ünsür qatılmış olan. aşqarsız sif. Tərkibində başqa şey, başqa ünsür olmayan; heç bir şey qatılmamış; xalis, təmiz. Aşqarsız un. aşlama “Aşlamaq”dan f.is. aşlamaq bax. aşılamaq. aşlanma “Aşlanmaq”dan f.is. aşlanmaq bax. aşılanmaq. aşlı sif. Aşa qoyulmuş. Aşlı gön. Aşlı dəri. – Aşıq Abbas aşlı çarıqlarını yerə sürtəsürtə mərəkəni süzür, əyilib qalxır, bükülüb açılır, gülməli şeylər oxuyurdu. Mir Cəlal. aşlıq sif. Aş üçün, plov üçün yararlı. Aşlıq düyü. aşma “Aşmaq”dan f.is. aşmaq f.\n1. Bir şeyin üzərindən atılıb keçmək, hündür bir şeyin üstünə çıxıb o biri tərəfinə enmək, düşmək, hoppanmaq. Qapını daldan bağlayaraq, divardan aşıb getdik. M.S.Ordubadi. Dərəni aşdım. Meşənin içərisinə cənuba doğru uzanan daşlı-qayalı bir dağ ətəyi ilə gedirdim. A.Şaiq. Aşıb şiş dağları, boz səhraları; Gündə bir zəfərlə gedək irəli. S.Vurğun. Keçərək Mil düzündən, sıra dağları aşdım; Kürün sahillərilə bütün eli dolaşdım. Ə.Cəmil.\n2. Keçmək, düşmək, çıxmaq. [Sultan və Vəli] bir bağdan o birisinə aşırlar. Ə.Sadıq. // Ötmək, atlamaq, keçmək. Gecə ortasından aşmışdı və yayın isti xamuşluğunu pozan ancaq minarədən gələn minacat səsi idi. B.Talıblı.\n3. Çevrilmək, yıxılmaq. [Göyərçin] o tərəf bu tərəfə çox aşdı. Ancaq gözlərinə yuxu gəlmədi. S.Rəhimov. Ortalıqda yanı üstə aşmış bir neçə dolu butulka .. vardı. Ə.Əbülhəsən.\n4. məc. Təmin olunmaq, düzəlmək, əmələ gəlmək. İşi aşmaq. – Gopnan əməl aşmaz, işə qeyrət gərək olsun. M.Ə.Sabir. Güc və zor ilə heç bir iş aşmaz; İş əlində həlim olan çaşmaz. A.Səhhət. [Məhərrəm:] Bilirsinizmi, nə var? Belə danışıqdan iş aşmaz. N.Vəzirov. Adamlar işi aşan yerdən dördəlli yapışırlar. Mir Cəlal. aşna is.\n1. Dost, yaxın, tanış, tanış-biliş, yoldaş. Qəriblikdə yada düşər yanaram; Aşna, yoldaş, yar, müsahib, ellər, hey! M.V.Vidadi. [Şəhrəbanı xanım:] Srağagün aşnası zərdablı Qurban bəyə kağız yazdı ki, Şamaxı çəngilərinin vədəsini alsın, toya göndərsin. M.F.Axundzadə. Bir neçə il bundan əqdəm İrandan Tiflisə bir aşnam gəlmişdi. Ə.Haqverdiyev. // Bəzən müraciət yolu ilə deyilir. Aşna, mən buna razı deyiləm. Aşna, qorxdun ha! – [Tofiq:] ..Aşna, öz aramızdır, yaxşı ovçusan. M.İbrahimov. // Bəzən zarafat, istehza, kinayə ilə deyilir. Bəyin fikrinə gəldi ki, aşnam məni əkmək istəyir. Mir Cəlal. [Əhməd:] Özü də aşnamın bu saat işi, deyəsən, yaşdır. Ə.Əbülhəsən.\n2. köhn. Qeyri-rəsmi arvad, yaxud kişi; oynaş. [Hacının oğlu] arvadından savayı, bir rus qızı da aşnası var idi. Ə.Haqverdiyev. Cəld qapını açan bu xanım indi aşnasının gəlişindən narazı kimi olmuşdu. M.Hüseyn. aşnabaz sif. vulq. köhn. Arvadbaz, aşna saxlayan (bax. aşna 2-ci mənada). aşnabazlıq is. dan.\n1. Bir işə ümumi mənafe nöqteyi-nəzərindən deyil, dostluq, şəxsi münasibət nöqteyi-nəzərindən yanaşma, bir işdə öz dostlarına, yaxın adamlarına üstünlük vermə, tərəfgirlik etmə; dostbazlıq.\n2. zar. Sevişmə; qadınla-qızla xəlvəti görüşmə. [Kərbəlayı Nəbi:] Burada aşnabazlıq edirsən? S.S.Axundov.\n3. vulq. köhn. Aşna saxlama, qeyri-qanuni arvad saxlama; arvadbazlıq. aşna-dost top. Dostlar, bir-birinə yaxın adamlar, dost-aşna. [Cahan:] Kişi, yenə aşna-dostlarını başına yığmısan, xeyirdirmi? Ə.Haqverdiyev. [Qulu:] [Adam] bu dünyada yeyər, içər, aşna-dosta xərclər, kef elər. S.S.Axundov. İclas bitdi. Hər kəs öz aşna-dostu ilə danışa-danışa evlərinə getdi. B.Talıblı. aşnalaşma “Aşnalaşmaq”dan f.is. aşnalaşmaq f.\n1. Dostlaşmaq, yaxınlaşmaq. Axır vaxtlar onlar çox aşnalaşmışlar.\n2. Bir iş və s. ilə tanış olmaq, bələd olmaq, işə öyrəşib alışmaq. İşlə aşnalaşmaq. Vəziyyətlə aşnalaşmaq. aşnalıq is.\n1. Dostluq, yaxınlıq, tanışlıq. Aşnalıq etmək. Aşnalığı kəsmək. – [Səkinə xanım:] Çox-çox razıyam, Ağa Kərim ki aşnalığı unutmayıb, öz dostunun bacısını belə vaxtlarda yad edirsən! M.F.Axundzadə. [Kitabpaylayan:] Mən Mirzə Fətəlini yaxşı tanıyıram, özü ilə də qədimdən aşnalığım var. Ə.Haqverdiyev.\n2. Bir işlə tanışlıq, bələdlik, xəbərdarlıq. Aşnalığın olmayan işdən yapışma! aşpaz is. [fars.] Xörək bişirən, xörək hazırlayan usta. Aşpazdan küsən evinə ac gedər. (Ata. sözü). Noxudu bozbaşa salanda aşpazı qoyub axund ilə məsləhət eləyirik. C.Məmmədquluzadə. aşpazbaşı is. Baş aşpaz, aşpazların başçısı. aşpazxana is. [fars.] Mətbəx. Aşpazxanada yeyir, dulusxanada hürür. (Ata. sözü). Nökər cücələri və yumurtaları apardı aşpazxanaya və ulağı sürüb qatdı töyləyə. C.Məmmədquluzadə. [Ağa Kərim xan:] Eybi yoxdur, get aşpazxanaya, bir az su versinlər iç, başının ağrısı getsin. N.Vəzirov. aşpazlıq is. Aşpaz sənəti, işi. Aşpazlıq etmək. Aşpazlıq kursları. aşsüzən is. Aşın düyüsünü və s.-ni süzməyə məxsus deşik-deşik qab. Qəfəs olmadığı üçün alacəhrəni bir gün aşsüzən altında saxladıq. S.S.Axundov. aşura is. [ər.] din. Məhərrəm ayının 10-cu günü (İmam Hüseynin qətl olunduğu gün). Aşura günü tək bir səhər çağı; Yığdı ərradəyə övrət-uşağı. Q.Zakir. Təbriz xalqı aşuradan qırx gün keçənə qədər təziyə saxlardı. M.S.Ordubadi. Aşura günü [adamlar] nə istəsə və hansı dustağı istəsələr, vəlahəzrət onlara bağışlayır. P.Makulu. aşüftə sif. [fars.] klas.\n1. Əhvalı pozulmuş, pərişan, qarışıq. Şikəstə xatirü məhzun, sözü aşüftə, digərgun; Tutub nəqşi-rəhiMəcnun, gəzər vəhşi kimi səhra. Nəbati. Qurd dedi: çox-çox yanıram halına; Xatirim aşüftədir əhvalına. A.Səhhət. • Aşüftə olmaq – əhvalı pozulmaq, kefi pozulmaq, pərt olmaq, pərişan olmaq. Şagirdimin bu dərəcədə aşüftə olması məni də məlul etdi. S.M.Qənizadə.\n2. Məftun, dəlicəsinə vurulmuş, aşiq. // İs. mənasında. Həzər qıl, ey könül, ol zülfipürçinin xətasından; Asılmış neçə-neçə sən kimi aşüftələr ondan. Q.Zakir. aşüftəlik is.\n1. Əhvalı pozğunluq, pərişanlıq. Oldu, Vahid, xatirimdə cəmkən aşüftəlik; Müttəsil çəkməkdən ol zülfipərişan fikrini. Ə.Vahid.\n2. Məftunluq, dəlicəsinə vurğunluq, aşiqlik. aşüftəhal zərf klas. Əhvalı pozğun, pərişan. • Aşüftəhal etmək (eyləmək) – əhvalını pozmaq, məyus etmək, pərişan etmək. Məni bir zülfi-mişkinin qəmi aşüftəhal eylər. Q.Zakir. Aşüftəhal olmaq – əhvalı pozulmaq, məyus olmaq, pərişan olmaq. Aşüftəhal oldu bu axşam, düzü; Ürək pərisinin pərişan üzü. S.Vurğun. at I. is.\n1. Qoşulan və minilən ev heyvanı. Kəhər at nalı neylər?! Ağ buxaq xalı neylər.. (Bayatı). Ata minəndə özünü, atdan düşəndə atı unutma. (Ata. sözü). Uca atın üstündə oturub, kəndin alçaq divarlarından həyətin yarısını görürdüm. C.Məmmədquluzadə. • At çapmaq – at qovmaq, at sürməklə yarışmaq. [Heydər bəy:] Bu necə əsrdir, bu necə zəmanədir? Nə at çapmağın qiyməti var, nə tüfəng atmağın hörməti var. M.F.Axundzadə. [Sabir:] Bizim evin böyründəki düzdə çoxlu at çapırlar. S.Rəhimov. Cıdır atı – at yarışında iştirak etmək üçün saxlanılan at. Minik atı – ancaq minmək üçün saxlanılan at. Orta atı – arabada ortaya qoşulan at. Yan atı – arabada və s.-də həmişə yana qoşulan at. Yedək atı – ehtiyat üçün yanda aparılan at.\n2. Uşaqların at kimi mindikləri ağac və s. ‣ At başı salmaq – münasibətsiz və yersiz müdaxilə etmək. At gücü tex. – mühərrikin qüvvəsini ölçmək üçün ölçü vahidi (saniyədə 75 kiloqram-metrə bərabərdir). At oynatmaq – 1) at minib hünər göstərmək, at minməkdə məharət, igidlik göstərmək; 2) məc. meydanı boş görmək, meydan oxumaq. At zavodu – cins at yetişdirən müəssisə. Meydana at salmaq – söhbət zamanı ortalığa, mətləbə dəxli olmayan söz salmaq.\n\nII. is. Şahmatda filə bərabər fiqur. ata is.\n1. Övladı olan kişi; dədə. Doğma ata. Ögey ata. Bu uşaq lap atasına oxşayır. – Ata olmayan, ata qədrini bilməz. (Ata. sözü).\n2. məc. Bir nəzəriyyənin, məsələnin və s.-nin banisi; rəhbər, yolgöstərən. M.F.Axundzadə Azərbaycan dramaturgiyasının atasıdır. // məc. Himayəçi, tərbiyə verən, pərəstar, yetişdirib böyüdən. O, bizə ata olmuşdur.\n3. Yaşlı və hörmətli kişiyə xitab, müraciət. // “Atam” şəklində – xahiş, bəzən narazılıq ifadə edir. [Sitarə:] Atam, apar məni də Kəbənin ziyarətinə. C.Cabbarlı. [Adamlardan biri:] Atam, höcət nə üçün? Bu saat bir adam göndərək .. bu məsələni öyrənib gəlsin. H.Sarabski.\n4. Yalnız cəm şəklində: ATALAR – əcdad, ata-baba. Atalar belə deyiblər. Atalarımızın müqəddəs qəbrini namusla düşməndən qoruduq. Atalar nə əkiblər, oğullar onu biçiblər. ‣ Atalar sözü – ibrətamiz məzmunlu qısa kəlam, ifadə. Atalar sözündə xalqın dühası əks olunur. Atalar sözündə dərin hikmət var. Atası yanmaq dan. – çox əziyyət çəkmək, əldən düşmək, üzülmək, ağır, əziyyətli bir şeyə məruz qalmaq. Atasına od vurmaq – bax. atasını yandırmaq. Atasını dalına sarımaq – bax. atasını yandırmaq. Atasını yandırmaq dan. – 1) şiddətli cəzalandırmaq, divan tutmaq. [Mirzə Turab kəndlilərə:] Səfər bəyin nə haqqı var sizi bu qədər incidə. Mən onun atasını yandıraram. B.Talıblı. [Xəlil:] Qoy bir işlərim yoluna düşsün, mən onun atasını necə yandıraram, özüm bilərəm. M.Hüseyn; 2) məhv etmək, tamamilə bərbad hala salmaq. O, bağın atasını yandırıb. “Kirpi”. Uşaqların atası dan. – evfemizm yolu ilə arvadın öz ərinin adını çəkməmək üçün işlətdiyi ifadə. ata-ana is. Öz övladına münasibətdə kişi və qadın; valideyn. Ata-analar öz uşaqlarının tərbiyəsinə fikir verməlidirlər. – Atanıananı görməsəydim, özünə xan deyərdim. (Məsəl). Tahir .. həm Nərgizin özünün, həm də ata-anasının kefini, əhvalını soruşdu. M.Hüseyn. [Xeyransa:] A kişi, mən oğlanı görməmişəm, anası canlara dəyən bir adamdır. Məclislər yaraşığı .. [olan] atası var. Hələ ata-ananın övladı pis olmaz. H.Sarabski. ata-analı sif. Atası və anası olan. Ataanalı uşaq. Atanı-analı böyüsünlər. ata-anasız sif. Atası və anası olmayan; yetim. Ata-anasız uşaqlar. – [Hacı Murad:] Budur, on iki ildir ki, sən ata-anasız yetimi .. boya çatdırmışam. S.S.Axundov. ata-baba is. Əcdad, ulu baba, nəslin ilk baniləri. Ata-baba yurdu. Ata-baba qaydası. Onun ata-babası kəndli olmuşdur. – Ata-babadan bu məhəllələrə belə bir ad qoyulmuşdu... N.Nərimanov. [Cahan:] Sən gəl, ata-baba yolu ilə evlən. Ü.Hacıbəyov. Mirzağa Cəmiləni almaq üçün bir yol tapmayırdı. Cəmilənin Bakıda heç bir qohum və əqrəbası yox idi ki, ona elçi göndərib atababa qaydası ilə onu istəyə idi. S.Hüseyn. ‣ Ata-babadan qalma – qədim, çox köhnə, dövrü keçmiş, ibtidai. Ata-babadan qalma üsullar. ata-bala is. Ata ilə oğlu, ya qızı. [Hacı Murad:] İrəli gəl, əyləş. Bir az ata-bala dərdləşək. S.S.Axundov. Ata-bala .. parlaq şimal ulduzuna doğru yol aldılar. Mir Cəlal. • Atalı-balalı – ata ilə oğlu (oğulları), ya qızı (qızları) bir yerdə. Atalı-balalı bu evin tikilməsində, içərisinin sahmana salınmasında onlar [Mehman və Gülyanaq] nələr etməmişdilər. Ə.Vəliyev. atabir sif. Bir atadan törəmiş, ata tərəfdən doğma olan. Atabir qardaş. Onlar atabir, ana ayrı bacıdırlar. – Mənim tək bircə qardaşım var, .. atamın yadigarı, anamın yadigarı, atabir, anabir, doğma qardaş, ruhum və iki gözümün işığı. C.Məmmədquluzadə. atadanbir bax. atabir. atadanqalma sif. İrs olaraq atadan qalmış. Atadanqalma ev. – .. Hacı Məcid(in) Diyallı kəndindəki atadanqalma evi məhz iki-üç dənə balaca örtülüdən ibarətdir. C.Məmmədquluzadə. [Cavad:] Ay Mirzə! Başına dolanım, atadanqalma bir parça yerim var idi. İndi Səfər ağa gəlib yerimi tutub. B.Talıblı. atalı sif. Atası olan. Atalı uşaq. Atalı (z.) böyümək. atalı-analı 1. Bax ata-analı. “Gərdəkdə” gəlin üçün oturmağa bir kürsü qoyub, üstə atalı-analı iki-üç yaşar bir oğlan uşağı oturdarlar. R.Əfəndiyev.\n2. Atası və anası ilə bir yerdə, bərabər. atalıq is.\n1. Ata ilə övlad arasındakı qan qohumluğu. Atalığını müəyyən etmək. Atalığını danmaq.\n2. Ata üzərinə düşən vəzifə, borc. Atalıq vəzifəsi. – Etmişik ifa atalıq mehrini; Çəkmişik övladımızın fikrini. M.Ə.Sabir. [Hacı Murad:] Hərgah bu mümkün olmasa, atalıq ixtiyarımı əlimə alaram. S.S.Axundov.\n3. Ataya məxsus olan, ataya aid olan. Atalıq mülk.\n4. Ögey ata. Rusca əlifba savadını da atalığımdan öyrənmişdim. Ə.Haqverdiyev. Axşam atalığım evə gələndə nənəm macəranı ona nəql etdi. O, razı olub məni də özü ilə bərabər fəhləliyə apardı. H.Sarabski.\n5. Ata yerini tutan adam; himayəçi. • Atalıq etmək – ata kimi baxıb böyütmək, tərbiyələndirmək. [Almaz:] Aftil dayı elə adam deyil, o çox gözəl kişidir. O, mənə lap atalıq eləmişdir. C.Cabbarlı. Mursaqulunun atalıq edib böyütdüyü iki bacısı uşaqları var idi. S.Hüseyn. Bu gündən sonra Qurban Cəlilə yoldaşlıq yox, bəlkə də atalıq edirdi. İ.Musabəyov.\n6. köhn. məh. Keçmişdə qız köçərkən atasının oğlan evindən pul və ya qızıl şəklində aldığı başlıq. ataman is.\n1. tar. Rusiyada: kazak vilayətlərində və qədimdə kazak qoşunlarında hərbi inzibati vəzifələrin adı. Qoşun atamanı. Kazak atamanı.\n2. Rusiyada vətəndaş müharibəsi dövründə: ağqvardiyaçı dəstələrinin başçısı (Ukraynada, Donda və s.-də).\n3. köhn. dan. Quldur və ya oğru dəstəsi başçısı. // məc. Dəstə, yaxud bir qrupun başçısı. Sən [Fərman] “atamanın” .. əleyhinə çıxmaqda çox yaxşı iş görmüşsən.. Ə.Sadıq. atamanlıq is. dan. Başçılıq (mənfi mənada). Atamanlıq etmək. atasız sif. Atası olmayan, ata tərəfdən yetim olan. Atasız uşaq. – [Fərhad:] Deyirlər ki, atasız adam yetim olmaz, anasız yetim olar. Ə.Haqverdiyev. atasız-anasız sif. Yetim. [Piri kişi:] ..Balanı ölümdən xilas etmək üçün bu atasızanasız yetimi bəlaya salmısan. S.S.Axundov. at-at is. Uşaqların ağac üstə minərək oynadıqları oyun. At-at oynamaq. atavizm [lat.] biol. Çox uzaq əcdadında olmuş xassə və əlamətlərin nəsildə görünməsi. İnsanlarda .. ulu əcdadlarının çoxdan yox olmuş əlamətləri təkdənbir ayrıayrı fərdlərdə zahirə çıxır ki, əcdadın əlamətlərinə bu cür qayıtma hallarına atavizm deyilir. atayana zərf Ata kimi, ataya məxsus bir tərzdə. Sədr atayana bir səslə: – Oğul, adam bir böyük-kiçik bilər, sözünün yerini bilər, axı. M.İbrahimov. atbaz is. [at və fars. ...baz] Son dərəcə at sevən adam, at həvəskarı. [Berezovski:] Hərgah siz atbaz deyilsinizsə, ata həvəsiniz yoxdursa, o atı mənə satın. M.S.Ordubadi. Məlik Cümşüd də uşaqlığından yaman atbaz olduğundan, şirnikib getmişdi. (Nağıl). atbazlıq is. Həddindən artıq at sevmə, at həvəskarı olma. atcıl sif. dan. Atı, at saxlamağı həddindən artıq sevən. Bundan sonra ağsaqqal həkim atcıl əmisinin qocalan vaxtı atdan nə cürə yıxıldığını xatırlayıb, özünə bəraət qazandırmaq istədi. S.Rəhimov. atçapan is. Cıdır iştirakçısı; jokey. atçapdı (=atçapma) is. Cıdır. Milli at oyunları və atçapma yarışları. atçapma (=atçapdı) is. Cıdır. Milli at oyunları və atçapma yarışları. atçı is. Ata baxan, at saxlayan. // Yaxşı at minən adam; atbaz. atçılıq is. At saxlama, at yetişdirmə. Qədim skiflərin atçılıq təsərrüfatları olmuşdur. – Əhalinin bir qismi kənd təsərrüfatı – əkinçilik, bağçılıq, dəyirmançılıq, atçılıq və maldarlıqla məşğul olardı. H.Sarabski. atçibini bax. atmilçəyi. atdırılmaq “Atdırmaq”dan məch. atdırma “Atdırmaq”dan f.is. atdırmaq 1. “Atmaq”dan icb.f. Tonqala atdırmaq.\n2. f. Kəsmək, üzmək. [Koxa] xəncəri çıxarıb pişiyin boynunu atdırdı. S.Rəhimov.\n3. f. Maşın və s. vasitəsilə didib təmizləmək (yunu, pambığı). ateist [yun.] Ateizm tərəfdarı, allahsız. Ateist fikrin tarixi. Ateist görüşlərin rüşeymləri. Ateist baxış və əqidəsi. ateizm [yun.] Allahın varlığını, fövqəltəbii qüvvələri və dinləri elmi biliklərə əsasən inkar etmə; allahsızlıq. Ateizmin izləri. Ateizmin nəzəri əsası materialist fəlsəfədir. Ateizm tərbiyəsinin bir əsas vəzifəsi də dinin elmə zidd olduğunu sübuta yetirməyə çalışmaqdan ibarət idi. atelye [fr.] Rəssam, heykəltəraş, fotoqraf və s. emalatxanası. // Ümumiyyətlə emalatxana. Soyuducu cihazlar təmir olunan atelyelərin sayı artırılır. Yeni tikilən binanın birinci mərtəbəsində fərdi ayaqqabı atelyesi açılmışdır. • Moda atelyesi – dərzixana, dərzi emalatxanası. atəş is. [fars.]\n1. Od. Atəşin təqazası yandırmaqdır. O xasiyyət daim onda büruz edər. “Əkinçi”. Hər tərəfi atəş sarımış, alovların təşkil etdiyi atəşin dairə dəqiqəbədəqiqə daralmaqda idi. A.Şaiq. Ocağın alovu sönüb tamam olurdu. Qıraqlarındakı atəşləri kül yavaş-yavaş cavanlığı qocalıq bürüyən kimi bürüyürdü. A.Divanbəyoğlu. // Ocaq mənasında. Atəş kənarı qış gününün laləzarıdır. (Ata. sözü). // məc. Klassik ədəbiyyatda adətən izafət tərkiblərində işlənir. Atəşi-eşqindən dil kabab olmuş; Dolanır, çevrilir pərvanələnmiş. M.V.Vidadi. Görən saətdə zövqümdən yıxıldım məstü layəqəl; Dağıldı əql başımdan, alışdı atəşi-sevda. Nəbati.\n2. məc. İşıqsaçan şey, işıqsaçan nöqtə. Uzaqdan şəhərin saysız-hesabsız atəş nöqtələri görünürdü.\n3. məc. Qızğınlıq, coşqunluq, hərarət, ehtiras mənasında. Gözləri atəş saçır. – Nəriman, içində alovlanan bir atəş duydu. Mir Cəlal.\n4. Tüfəng və ya topdan atış. Hər atəşdə, hər hücumda düşmənlərə hər səfər; “Hədiyyələr” göndərirdik isti-isti güllələr! S.Rüstəm. Atəş halqasını keçib yönəldim; Dərhal məntəqənin üstünə gəldim. M.Rahim. Düşmən qurtara bilmir atəşindən başını. M.Seyidzadə. • Atəş açmaq – 1) tüfəng və s.-dən atmağa başlamaq. Bu halda müsəlləh atlı kazaklar və jandarmlar camaatın qarşısını alaraq atəş açdılar. S.S.Axundov. [Nikitin] avtomatdan arasıkəsilməz atəş açdı. M.İbrahimov; 2) bax. atəşə tutmaq 2-ci mənada. Dəmirov rayonun vəziyyətini ətraflı təhlil edərək, öz məruzəsində kəsirlərə qarşı atəş açmış(dı). S.Rəhimov. Atəşə tutmaq – 1) gülləyə basmaq, topa tutmaq. [Qəhrəman:] Mən burada dörd nəfər yoldaşım və bir pulemyot ilə həm körpünü, həm də meydanı yaxşıca atəşə tuta bilərdim. H.Nəzərli. Tuturlar onları qafil atəşə; Gizləyir dostları qalın bir meşə. M.Rahim; 2) şiddətli tənqid etmək (bu mənada, adətən, “tənqid atəşinə tutmaq” şəklində işlənir). Atəş xətti hərb. – atılan güllə və mərmilərin təsir dairəsi. İndi artıq Moskva atəş xəttindən uzaqdadır. M.Hüseyn. Yaylım atəşi – bax. yaylım. // Atəş açmaq üçün hərbi komanda: atəş! atəşbar sif. [fars.] şair. Od yağdıran, qızğın, hərarətli. Batdı əncüm, çıxdı gün, ya bir əsiri-eşqdir; Tökdü dürri-əşkü çəkdi ahiatəşbar sübh. Füzuli. Məktəbi-qəmdə bu dərs olmuş lisanım əzbəri; Tiri-atəşbari-qəmdən dağidar olmuş cahan. M.Hadi. atəşbaz is. [fars.]\n1. Yanar və partlayıcı maddələrdən bəzəkli, rəngbərəng işıqlar verən fişənglər və s. hazırlayan usta; fişəngçi, pirotexnik.\n2. Odla tamaşa göstərən adam. atəşbazlıq is.\n1. Yanar və partlayıcı maddələrdən bəzəkli, rəngbərəng işıqlar verən fişənglər və s. hazırlama işi; pirotexnika.\n2. Əlvan və bəzəkli işıqlar verən fişənglərlə keçirilən şənlik. Məmmədhəsən mirzə də böyük bir atəşbazlıq düzəltmişdi. M.S.Ordubadi. Balaca uşaqlar təzə paltar geyərdilər və məşhur olan oyunlardan “koskosa” oynardılar, cahıllar isə atəşbazlıq edərdilər. H.Sarabski. O təpələrdə elə bil atəşbazlıq nümayiş etdirilirdi. Ə.Əbülhəsən. atəşböcəyi is. zool. Üst qabığı fosforla örtülü olduğundan qaranlıqda işıq saçan böcək. atəşfəşan sif. [fars.] Atəş saçan, od püskürən; çox parlaq. Yaşıl çəmən üstü gün atəşfəşan; Parıldayır lacivərdi-asiman. A.Səhhət. atəşfəşanlıq bax. atəşbazlıq 2-ci mənada. Müsamirədə dövlət filarmoniyasının .. artistləri də iştirak edəcəkdilər. Axırda atəşfəşanlıq olacaqdı. – Qaynaq şamlarının gözqamaşdırıcı qığılcımları ətrafa sıçradıqca, bayram günləri düzələn atəşfəşanlığı xatırladırdı. Əlizadə. atəşgah is. [fars.]\n1. bax. atəşgədə. Tam bu sırada Solmaz atəşgah qapısında görünür.. C.Cabbarlı. Sonralar Suraxanı kəndində tikilmiş atəşgah indi də durur. M.Hüseyn.\n2. Odluq, od yandırılan yer. atəşgədə is. [fars.] Atəşpərəstlərin ibadətgahı, məbədi. Suraxanı atəşgədəsi. Atəşgədələrdə müxtəlif dini ayinlər icra edilir, qurbanlar kəsilirdi. – Hər şəhərdə və kənddə bir və ya bir neçə atəşgədə var idi. Ə.Haqverdiyev. atəşxana is. [fars.] Od yanan yer, ocaq, odluq. atəşin sif. [fars.] Odlu, od kimi isti. Qan-yaş töküb yanında gəzər atəşin kəbab; Məşuqə bənzər atəşü aşiq kəbab ona. Füzuli. // məc. Qızğın, hərarətli, ehtiraslı. Atəşin salam. – Natiq atəşin bir nitq söylədi. M.S.Ordubadi. Dinləyin yanğılı sədalərini; Eşidin atəşin nəvalərini. M.Ə.Sabir. Həsən bəy Zərdabi, dövrünün qabaqcıl adamı və Azərbaycan torpağının atəşin vətənpərvəri idi. M.İbrahimov. // Coşqun, dəliqanlı. Cünun səhrasının məcnunları vardır, vəli, Qövsi; Bu meydan bir sənintək atəşin cövlana layiqdir. Qövsi. atəşinlik is. Qızğınlıq, hərarətlilik, ehtiraslılıq. atəşkeş is. [fars.] Ocaqdan od çəkmək üçün dəmir alət. atəşkəs is. Müharibə aparan tərəflər arasında atəşin müvəqqəti dayandırılması. Atəşkəs rejiminin pozulması. atəşqurdu bax. atəşböcəyi. İsti tərəflərin dəryalarında çox kiçik, şəfəqli heyvanlar – atəşqurdları olur. H.Zərdabi. atəşləndirilmək məch. Odlandırılmaq, alovlandırılmaq, alışdırılmaq. atəşləndirmə “Atəşləndirmək”dən f.is. atəşləndirmək f. Odlandırmaq, alovlandırmaq, alışdırmaq. atəşli sif.\n1. Hərarətli, odlu, qızğın, alovlu. // məc. Çox təsirli.\n2. məc. Coşqun, ehtiraslı, dəliqanlı. [Şeyda:] [Gavə] atəşli bir qəlblə inqilab başladı, öylə xunxar məğrur bir hökmdarın [Zöhhakın] taxtını başına çevirdi. H.Cavid. Bu bəlkə onun [Nizaminin] atəşli fikirləri idi ki, gözlərində odlu qanad çalırdı. Ə.Məmmədxanlı. atəşlik is. Od yanan yer, od qoyulmağa məxsus yer; odluq, külxan. atəşlilik is.\n1. Odluluq, alovluluq, hərarətlilik.\n2. məc. Coşqunluq, qızğınlıq, dəliqanlılıq, ehtiraslılıq. atəşnak sif. [fars.]\n1. Odlu, atəşin, hərarətli, qızğın.\n2. məc. Çox təsirli. atəşparə is. [fars.] Od parçası, qığılcım, şərarə. atəşpərəst is. [fars.] İbtidai cəmiyyətdə: oda ibadət edən, odu ilahi qüvvə sayıb ona sitayiş edən adam. Atəşpərəstlərin öz kitablarından alınan tarixi xəbərlər oxucular üçün həm yeni və həm də maraqlı ola bilər. M.F.Axundzadə. atəşpərəstlik is. Oda sitayiş etmə, atəşpərəstlərin dini. Hələ tarixi miladidən çox-çox əvvəl, atəşpərəstlik meydana çıxdığı zaman bizim qədim babalarımız bir sıra atəşgahlar qurub, oda sitayiş edərlərmiş. M.Hüseyn. atəşrəng sif. [fars.] Od rəngli, od rəngində olan; qırmızı. Atəşrəng şərab. atəşzar is. [fars.] Odluq, od olan yer. atəşzəban sif. [fars.] Odlu danışan, ağzından od tökülən, son dərəcə təsirli söz və ya nitq söyləmək qabiliyyəti olan; sözükəsərli, yaxşı natiq. atəvəliyi is. bot. Çoxillik bir bitki. Atəvəliyi çoxillik bitki olub yerüstü gövdəsinin uzunluğu 1,5 m-ə çatır. Kökyanı yerüstü gövdəsinin aşağı hissələrindəki yarpaqları çox böyük olur. R.Əliyev atıb-tutmaq f.\n1. Bir şeyi əlləri ilə yuxarıya atmaq və yerə düşərkən tutmaq. Paltarlarımızı tamam çıxarıb adama bir fitə tutardıq və sonra on-on beş girvənkə gələn ağac milləri atıb-tutardıq, oynadardıq. Günümüz elə zorxanada keçərdi. Çəmənzəminli. // Sevgi və hörmət əlaməti olaraq, bir adamı əlləri üstündə yuxarı atmaq və tutmaq. Vahid Nəzirəni qolları arasına alıb oynadır, top kimi atıb-tuturdu. Mir Cəlal. // məc. Əzizləmək. [Dilbər:] Alik deyir: – Siz mənim olsaydınız, gecə-gündüz sizi atıbtutar, bir kukla kimi oynadardım. C.Cabbarlı.\n2. məc. dan. Ətraflı düşünmək, ölçüb-biçmək. Məsələni qabaqca atıb-tutmaq lazım idi. atıcı 1. sif. Yaxşı tüfəng atan, yaxşı nişan vuran; mahir nişançı. // tar. Nişançı. Fəhlələrdən təşkil edilmiş atıcı dəstələri birinci gün lazımi kömək göstərə bilmədilər.. A.Şaiq. // İs. mənasında. Cavanşir elinə mənsub sallağı bığlı, qolsuz kürklü atıcılar var idi. Çəmənzəminli. [Qoca:] Belə tuşqul atıcı mən görməmişəm, qarovullamağı da çox uzaq çəkmədi, amma yenə düz vurdu. A.Divanbəyoğlu.\n2. is. Yun və pambıq kimi şeyləri xüsusi alətlərlə didib yumşaldan usta, fəhlə; həllac. atıcılıq is.\n1. Yaxşı tüfəng atmaq, nişan vurmaq qabiliyyəti; mahir nişançılıq. Müasir atıcılıq idmanı. – Getdikcə Camalın ovçuluq və atıcılıq şöhrəti hər yana yayılırdı. S.Rəhimov.\n2. Yun atmaq, pambıq atmaq sənəti; həllaclıq. atıl-batıl is. bot. Cənub rayonlarında yayılmış quraqlıqsevən çoxillik bitki. atılma “Atılmaq”dan f.is. atılmaq 1. “Atmaq”dan məch.\n2. t-siz. Bir şeyin üstündən hoppanmaq, hoppanıb tullanmaq. Xəndəkdən atılıb keçmək. // Hündür yerdən aşağıya tullanmaq, tullanıb düşmək. Barıdan atılmaq. Barıdan atılmaq. Dənizə atılmaq. Pəncərədən atılmaq.\n3. t-siz. Cəld yönəlmək, yerimək, yüyürmək, cummaq; üz tutmaq; özünü atmaq. Hamı səs gələn tərəfə atıldı. – Atıl cəbhələrə aslanlar kimi... S.Vurğun. Ağabəyim şən addımlarla atılaraq otaqdan çıxdı. Çəmənzəminli. Məhbusi tez həyətdən küçəyə lampa işığına atıldı.. M.İbrahimov. // t-siz. Sıçramaq, hücum etmək. ‣ Atılıb-düşmək – 1) qalxıb düşmək, tərpənmək, enib-qalxmaq; 2) çalışıb-çapalamaq, əlləşmək, vurnuxmaq; çox oynamaq, hərəkət etmək. [Şahnisə xanım:] – Ay qara qız, – dedi, – deyəsən yorğunsan, bənizin qaçıb. Axşam sənə dedim ki, az oyna, az atıldüş. Çəmənzəminli; 3) etiraz etmək, narazılıq göstərmək, müqavimət göstərmək. Çox atılıb-düşmək. Nə atılıb-düşürsən? – [Gövhərtac:] Bir iki gün atılıb-düşüb yerində əyləşəcək. Ə.Haqverdiyev; 4) (bəzən “sevincindən”, “şadlığından” sözləri ilə) çox sevinmək, şadlanmaq, özündən çıxmaq. [Kərim baba] nişanladığını vurduqda, bütün arzularına qovuşmuş bəxtiyar bir uşaq kimi sevincindən atılıb-düşərdi. A.Şaiq. atım is.\n1. Atmaq işi.\n2. Yalnız bir, iki və s. sözü ilə: bir atım – bir dəfə atmağa, işlədilməyə, bir dəfəliyə kifayət edəcək miqdar. Bir atım çay. Bir atım barıt. atım-atım zərf Dağılmış, tökülmüş, səpələnmiş halda. [Leyla] pambıq kimi atım-atım edilmiş evdə, əli qoynunda oturub Qulamı gözlədi. Mir Cəlal. atış is. Tüfəng, tapança və s. atmaq işi və üsulu. Atış meydanı. atışma is.\n1. İki tərəfin, ya iki adamın qarşı-qarşıya durub bir-birinə güllə atması, atəş açması. Tətillər, atışmalar, üsyanlar, axırda isə işçilər hakimliyi, zəhmət ağalığı Məhərrəmin gözləri önündə canlandı. H.Nəzərli. // Vuruşma (odlu silahla). Bir atışma başlandı, Əsəd bəyə güllə dəydi, yaralandı, vəssəlam! C.Cabbarlı. Məscid qarşısında böyük bir atışma davam edirdi. S.Hüseyn. [Səlma:] Göydə mütləq qanlı atışma var; Yoxsa yenə çarpışırmı qaçaqlar? H.Cavid. Çox çəkmir ki, kənddə böyük atışma qopur. Ə.Vəliyev.\n2. məc. Sözləşmə, bir-birinə ağır sözlər demə; söyüşmə, dava-dalaş. atışmaq qarş.\n1. Qarşı-qarşıya durub, bir-birinə güllə atmaq. [Mahmud:] Bəy də beş-on nökərləri ilə bir daldaya girib camaatla atışır. Ə.Haqverdiyev. Adamlar həmişə qorxurdular ki, bu saat [qoçular] atışacaq və arada yoldan keçən təqsirsiz adamlara güllə dəyəcək. H.Sarabski. // Vuruşmaq (odlu silahla). Midhət .. nəinki yaxşı və məharətlə uçmağı, bəlkə düşmən təyyarələri ilə sərrast atışmağı da bacarır. Ə.Vəliyev.\n2. Atışda, nişançılıqda yarışmaq.\n3. məc. dan. Bir-birinə ağır sözlər demək, söyüşmək, dalaşmaq. Onlar bir-biri ilə bərk atışdılar. Qonşulardı – atışırlar. ati is. [ər.] köhn. şair.\n1. Gələcək. Onda guya gülümsəyir ati. C.Cabbarlı.\n2. Yer. halında: atidə – aşağıda, altda. Nuxa şairlərindən məşhur İsmayıl bəy “Nakam” təxəllüs Füzulinin atidə zikr olunan müsəddəsinə yazdığı bir nəzirə xeyli [gözəl və bəyənilən] kəlamlardan biridir. F.Köçərli. Cani-ədəbü elmə məkatib ki, bədəndir; Atidəki söz qönçeyi-gülzaridəhəndir. M.Hadi. atil sif. [ər.] Tənbəl, ətalətli, fəaliyyətsiz. Atil adam. – Xatirindən sil o mövhumatı; Ki, edibdir səni tənbəl, atil. A.Səhhət. atillik is. Fəaliyyətsizlik, hərəkətsizlik, işsizlik, təşəbbüssüzlük; boş durma, tənbəllik, ətalət. Atillik etmək. atqaytaran is. məh. İri tikanlı ot, qanqal. atqı is.\n1. Bir şeyin üzərindən atılan tir və s.\n2. Toxuculuqda: ərişin üstünə gələn və məkiklə atılan arğac ipi.\n3. Qadınlarda başa salınan şey, örpək və s.\n4. məh. Taxılın yeməyə yaramayan hissəsi; tullantı.\n5. məh. Şana, böyük yaba. atqulağı zərf məh. Qoşa, bir təndə, bərabər. Əkinlər bir təndə, atqulağI qalxmışdı. – Anamın dediyinə görə biz atqulağı yaşıdıq. Ə.Vəliyev. atqulancarı is. bot. Bozumtul iri qulancar. atlama is. Su qatılaraq duru hala salınmış qatıq; ayran. Yayın atlaması, qışın umacı. (Ata. sözü). atlamaq f.\n1. Aşmaq, aşıb keçmək, üstündən keçmək, keçmək. Arxı adlamamış özünü öymə. N.Vəzirov. [Şeyx Hadi:] ..Gəzdik az-çox Yəmən diyarində; Azacıq sonra atladıq Hində. H.Cavid.\n2. Buraxmaq, buraxıb keçmək. Kitabı oxuyarkən iki sətir atladı.\n3. Keçmək, ötmək, aşmaq. [Cahan:] ..Mənim yaşım qırx beşdən atlayıb. Ə.Haqverdiyev. Gecə atlayıb keçmişdi, sabah günəşi xeyli qalxmışdı. S.Rəhimov. atlanbac is. Uşaqların bellərini əyərək bir-birinin dalından atılmaqla oynadıqları oyun. atlandırma 1. “Atlandırmaq”dan f.is.\n2. is. etnoqr. Kənd toylarında gəlini bəy evinə aparmaq üçün ata mindirdikdə və atlılar ata mindikdə zurna ilə çalınan havanın adı. atlandırmaq f.\n1. Ata mindirmək.\n2. Atlı göndərmək. atlanış is. Atlanmaq işi, atlanmaq üsulu. atlanmaq I. f. Ata minmək. [Mehtər:] Mən bu dəqiqə gəlmişdim Heydərdən soruşam ki, cənabınız bu gün atlanacaqsınızmı? M.F.Axundzadə. Novruz cəld tüfəngini salır çiyninə, cilovu ağacın budağından çəkib, qaçır atlansın. C.Məmmədquluzadə. Sübh atlanıb, günortaya özümü Əhmədqalaya yetirdim. Ə.Haqverdiyev. Vaqif yenə Mirzə Əliməmmədlə atlanıb yola düşdü. Çəmənzəminli.\n\nII. f.\n1. Tullanmaq, sıçramaq, hoppanmaq. Arxdan atlanmaq. Xəndəkdən atlanmaq.–Sənə eləbir meymun havası çalım ki, sıçrayıb dik atlanasan. S.S.Axundov. // Bir şeyin üstündən atlanıb keçmək, aşmaq. Bir ay yarım növbahardan keçəndə; Köysündən atlanır sellərin, dağlar! Aşıq Ələsgər.\n2. Döyünmək, çırpınmaq. [Hacı Murad:] Gör ürəyim necə atlanır. S.S.Axundov. Dərs zamanı həmişə [Sabirin] ürəyi atlanırdı. S.Rəhimov. atlas [yun.]\n1. Müəyyən sistem üzrə toplanmış xəritələr toplusu. Coğrafiya atlası. Müasir atlasların banisi qədim yunan alimi Klavdi Ptolemey sayılır.\n2. Astronomik xəritə və cədvəllərdən, bədii şəkillərdən, texniki cizgilərdən, heyvan, bitki və s. şəkillərindən ibarət toplu. Bitki atlası. Heyvanlar atlası. Anatomiya atlası. Azərbaycan dilinin dialektoloji atlası. atlaz is. [ər.]\n1. Üzü hamar, parlaq ipək parça növü. Get atlazın yaxşısından; Yaşılından da al gətir! Aşıq Hüseyn. // Atlazdan tikilmiş. Mən aşıq gül əndama; Çıxıbdır gülən dama; Olam bir atlaz köynək; Yaraşam gül əndama. (Bayatı). ..Sürtükün bozarmış mahudu ilə şəvə kimi parlayan atlaz yaxalıq bir-birinə uymurdu. M.S.Ordubadi. Naznaz atlaz paltarını yığıb, neylon corablarda işıldayan qılçalarını qabağa verərək maşından çıxır. M.İbrahimov.\n2. Təşbihlərdə: atlaz kimi parlaq, hamar şey haqqında. Doğrudan da, usta Ağabalanın saqqalı gözəl saqqal idi: qara atlaz parçası kimi üzünün iki tərəfini tutub. Çəmənzəminli. Ortada gömgöy otlarla atlaz kimi döşənmiş geniş bir meydan vardı. M.Rzaquluzadə. atlet [yun.] idm. Atletika ilə məşğul olan idmançı. atletik sif. Atletikaya aid olan. Atletik məşq. Atletik yarış. atletika is. [yun.] idm. Qüvvət və çeviklik tələb edən gimnastik hərəkətlər. Yüngül atletika (qaçış, hoppanma). Ağır atletika (güləşmə, boks, ağırlıq qaldırma). Yüngül atletika yerimək, qaçmaq, tullanmaq və şey atmaq kimi hərəkətlərdən ibarət olub, idmanın ən çox yayılmış növlərindəndir. atletikaçı bax. atlet. Yarışlarda ölkəmizin ən güclü yüngül atletikaçıları iştirak edirdilər. atlı 1. sif. At minmiş, süvari. Atlı qoruqçu. Meşənin dalından bir neçə atlı əsgər göründü. – Rüxsarə başını qaldırıb atlı adama baxdı. S.Rəhimov. [Süleyman bəy:] A kişi, gəzməyin elə bir ləzzəti piyada getməkdir, atlı (z.) gəzmək ləzzət verməz. Ə.Haqverdiyev. // Atı olan. Atlı kəndlilər.\n2. is. Ata minmiş adam. Mənimlə onun arasında üç atlı vardı. S.Hüseyn. Kəblə İsrafil iki atlını evin dalında qoymuşdu ki, Bəndalı damı söküb .. qaçmasın. Mir Cəlal. Dərənin o biri tayında yoxuşun başında bir atlı dayanmışdı. Ə.Məmmədxanlı. atlıağac is. məh. Ağacla oynanılan uşaq oyunlarından birinin adı. atlıqarışqa is. Adi qarışqadan iri, ayaqları uzun, uzunsov və itigedən qarışqa növü. atma “Atmaq”dan f.is. və s. Atma nizə. Ən qədim insanların ilk atma silahı daş, ağac parçası və s. idi. atmaca is. Birinə sataşmaq məqsədi ilə, yaxud zarafatla deyilən kinayəli söz. [Mindilli:] Yusif, atmaca ilə danışma. S.Rəhman. Gülsənəmin atmacasından sonra heç kim dinmirdi. M.Hüseyn. Nərgizin atmacaları, Həbibin eyhamları səmərə vermədi. Ə.Vəliyev. // Sif. mənasında. [Kərbəlayı Rəcəb:] O zalım balası da həmişə mənim atmaca sözlərimi özgə cürə yozub. N.Vəzirov. [Hətəm:] Bu qızdan elə atmaca söz çıxır ki! Mir Cəlal. • Atmaca atmaq – kinayəli söz atmaq. Adamların içində danışıq genişləndi, mübahisə şəklində yerdən atmacalar atıldı. S.Rəhimov. atmacalama “Atmacalamaq”dan f.is. atmacalamaq f. Atmaca söyləmək, söz atmaq. Monarxistlərdən daha mürtəce bir professor olmaq necə? – deyə Səlim dözə bilməyib atmacaladı. M.Hüseyn. atmacalı sif. Atmaca mahiyyətində olan. Atmacalı söz. Atmacalı-atmacalı (z.) danışmaq. atmaq f.\n1. Bir şeyi əlindən buraxaraq yaxına, ya uzağa tullamaq, fırlatmaq. Yol daşını yol quşuna; Atma, qardaş, kərəm eylə. Xətayi. [Usta] ..əlindəki gül dəstəsini yemək masasının üstünə atdı. M.Hüseyn. Nisa kömür qabını yerə atıb gəldi. Mir Cəlal.\n2. Bir şeyi hündür yerdən aşağı tullamaq, salmaq. Lövbəri dənizə atmaq. Damın qarını atmaq. – Kim isə zəncirləri lom ilə yerə atır. M.İbrahimov.\n3. Salmaq. Həbsə atmaq. – Kərim xanı yenə .. bir qəbir təsiri bağışlayan kameraya atdılar. M.İbrahimov. • Özünü atmaq – atılmaq, tələsik girmək, keçmək, daxil olmaq. İvaşenkonun geri oturtduğu düşmən dəstəsindən balaca bir qrup özünü keçidə atdı. M.İbrahimov. Uşaq özünü atasının qucağına atdı. Mir Cəlal. Mən güclə özümü oyankı otağa atdım. S.Rəhman.\n4. Tərk etmək, buraxmaq, üz döndərmək. Ev-eşiyini atmaq. Arvad-uşağını atmaq. İşi atmaq. – Atdın vətəni neçin, qəribim? Arxandan əcəl məgər yetişdi? A.Səhhət. // məc. Əl çəkmək, tullamaq, tərk etmək. Papirosu atmaq. İçkini atmaq. – Səndən üzməmişəm bircə gün də əl; Demə: “Hüseyn məni atmış”, amandır! M.Rahim.\n5. Rədd etmək, əməl etməmək. Qardaşımın sözünü ata bilmədim. M.S.Ordubadi.\n6. Doldurulmuş tüfəngdən, tapançadan, topdan və s. silahdan atəş açmaq. Tüfəng atmaq. Top atmaq. Pulemyot atmaq.\n7. məc. dan. Vurmaq, öldürmək, yaralamaq (tüfəng, ya tapança ilə). Quş atmaq. – Nəbi hirslənib dedi: – ..bu saat burdan rədd olmasan, səni atacağam. “Qaçaq Nəbi”. Ansızın çıxan bu ceyranı heç kəs ata bilmədi. Çəmənzəminli.\n8. Örtmək, salmaq, sərmək. Üstünə yorğan atmaq.\n9. Səpmək. Toxum atmaq.\n10. Sökülmək. [Hətəm] əsəbilikdən yumruqları ilə ciblərini elə aşağı basdı ki, az qaldı paltarın tikişi atsın. Mir Cəlal.\n11. Döyünmək, vurmaq, tərpənmək. Ürəyi atmaq. Nəbzi atmaq.\n12. Çıxarmaq, buraxmaq, pozmaq. Məqalənin birinci abzasını atmaq.\n13. məc. Uzatmaq. Bəzən adama elə gəlir ki, əlini dağların təpəsinə atsan, ulduzları tuta biləcəksən. S.Rüstəm.\n14. məc. dan. İçmək.\n15. Bir sıra isimlərin yanına gətirilərək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: can atmaq (bax. can), kif atmaq (bax. kif), əl atmaq (bax. əl), addım atmaq (bax. addım), püşk atmaq (bax. püşk). atmilçəyi is. zool. Atların qanını sormaqla qidalanan milçək növü. atminən is. Yaxşı at sürən adam, minici. atmosfyr [yun.]\n1. Yer kürəsini və bəzi başqa planetləri, habelə Günəş və ulduzları bürüyən qazaoxşar təbəqə. Günəşin şəffaf hissəsinə onun atmosferi, atmosferdən alt qata isə fotosfer deyilir. – [Şahsuvarov:] Mənə hər dəqiqə atmosferi öyrənmək lazımdır.. İ.Əfəndiyev.\n2. Hava.\n3. fiz. tex. Qazaoxşar maddələrin təzyiqini ölçmək üçün ölçü vahidi. atom [yun.]\n1. Kimyəvi elementin nüvədən və elektrondan ibarət ən kiçik hissəsi. Atom enerjisi. Atom nüvəsinin radiusu təcrübədə ölçülə bilər. Atom kvant mexanikası qanunlarına tabe olan mikroskopik sistemdir. Atom bombası. Atom çəkisi.\n2. məc. Nəhayətsiz dərəcədə kiçik hissə, zərrə və ya kəmiyyət. [Qəhrəman:] Doktor! Mən ruhun ən incə nöqtələrini deyil, bəlkə atomlarını belə hesaba alıram. Ə.Vəliyev. atomçu is. və sif.\n1. Atom sahəsində çalışan alim, mütəxəssis. Atomçu alimlər atom silahının qadağan edilməsini tələb edirlər.\n2. Atom enerjisi və bombasından təcavüzkarlıq məqsədi ilə istifadə edilməsini tələb edən qatı imperialist. atomistik sif. Atomistikaya, atomizmə aid olan. Atomistik nəzəriyyə. atomistika [yun.] bax atomizm. Atomistikanın əsas inkişaf mərhələləri. atomizm [yun.] fəls. Materiyanın daim hərəkətdə olan əbədi, bölünməz və xırda zərrələrdən – atomlardan ibarət olduğunu iddia edən materialist nəzəriyyə (bu nəzəriyyə ilk dəfə eramızdan qabaq VI əsrdə qədim hind filosofları və eramızdan qabaq V əsrdə yunan filosofları tərəfindən inkişaf etdirilmişdir). Levkipp, Demokrit, Epikur və Lukresinin fəlsəfəsində atomizm ardıcıl təlim kimi formalaşmışdır. atribut [lat.]\n1. Fəlsəfədə: hadisənin ayrılmaz, daimi, zəruri əlaməti, xassəsi. Hərəkət materiyanın ayrılmaz atributudur. Bəziləri hətta təfəkkürü materiyanın atributu adlandırmışlar.\n2. Qrammatikada: təyin (cümlə üzvü). atributiv sif. qram. Atributa (2-ci mənada) aid, atribut mahiyyətində olan; təyini, təyin kimi işlənilən. atributivlik “Atributiv”dən mücər. atropin [yun.] Təbabətdə ağrıkəsən dərman və s. kimi işlənilən alkaloidlərdən biri. Atropinin sulfat duzu məhlulu. atsifət sif. dan. Sifəti çox yekə və uzun. Jandarmların yanında dayanmış qoca atsifət bir arvad .. bu qadınları axtarmağa başladı. S.Rəhman. atşabalıdı is. bot. Xarici görünüşcə şabalıd ağacına oxşayan bəzək bitkisi (ağac). Atşabalıdının vətəni Cənubi Avropadır. Ağacları kürəyəbənzər çətir əmələ gətirir, boyu 15 m-dən hündür olur. Uzun saplaqlı yarpaqları qarşı-qarşıya düzülür və xarici görünüşcə çox gözəldir. Axundzadə. attaşe [fr.] dipl. Bir ölkənin başqa ölkədəki diplomatik nümayəndəliyində müəyyən sahə üzrə mütəxəssis konsultant kimi çalışan diplomatik işçi. Hərbi attaşe. Mətbuat attaşesi. Ticarət attaşesi. attestasiya [lat.] İşçinin bilik və bacarığını yoxlayan komissiyadan keçməsi. İşçilərin attestasiyadan keçməsi tələb olunur. attestat [lat.]\n1. Orta məktəbi bitirmək və ya xidmət haqqında şəhadətnamə. Mənim 20 yaşında olan oğlum Rəşid bəy Axundov 2 il bundan qabaq Tiflis klassik gimnaziyasının tam kursunu bitirərək, elmləri öyrənməsinə dair lazımi attestat almışdır. M.F.Axundzadə.\n2. Ezamiyyə və ya başqa yerə keçirildiyi zaman maaş almaq üçün hərbi xidmətçiyə verilən şəhadətnamə. // Hərbi xidmətçinin aylıq maaşının bir hissəsini almaq üçün onun ailə üzvünə verilən vəsiqə, şəhadətnamə. attraksion [fr.] Sirkdə, ya estradada tamaşa proqramının tamaşaçıların nəzərini ən çox cəlb edən hissəsi. // Mədəniyyət və istirahət parkında əyləncə. atüstü sif. və zərf dan. Başdansovma, tələsik görülən, necə gəldi, qeyri-ciddi, keyfiyyətsiz. Atüstü iş. İşi atüstü görmək. // Çox tələsik, ötəri. Atüstü olsa da, qısa bir söhbət; Dönür unudulmaz bir xatirəyə. S.Vurğun. auditoriya [lat.]\n1. Mühazirə, məruzə dinləmək, iclas, məşğələ və s. keçirmək üçün zal, otaq və s. Tələbələr auditoriyaya doluşdular.\n2. Mühazirə, məruzə, nitq və sairə dinləyənlər. Özünə auditoriya tapmış pəltək natiqlər kimi fürsətdən geniş istifadəyə çalışır. Mir Cəlal. auksion [lat.] Müzayidə ilə satış; bir mülkün, malın və ya başqa bir şeyin açıq satışa qoyulması (belə satışda mal, mülk və ya şey, ona ən yuxarı qiymət verən adama çatır); hərrac. Auksionun keçirilməsi vaxtı və yeri əvvəlcədən bildirilir. – [Aydın:] Auksionla canlı bir qız satılır, əli, ayağı, hətta ürəyi də var. C.Cabbarlı. aul is. Dağıstanda, Mərkəzi Asiyada məskun məntəqə, kənd. avadanlıq is.\n1. Ev şeyləri, müxəlləfat, dir-dirrik. Evinə avadanlıq almaq.\n2. Bir iş üçün lazım olan təchizat və ləvazimat; maşınlar, alətlər, cihazlar, mexanizmlər, qurğular və s. Bəziləri hətta işdən kənar vaxtda elektrik stansiyası üçün müəyyən avadanlıq da qayırıblar. M.Hüseyn. Maşınqayırma sənayesi daha çox dərinliyi təmin edəcək mükəmməl qazıma avadanlığının istehsalını mənimsəməyə başlayır. Quliyev. avam sif. [ər.] Oxumamış, savadsız. Avam adam. – Naçalnik Qurbanəli bəyə cavab verdi ki, Kərbəlayı Qasım qanmır, avamdı. C.Məmmədquluzadə. [Tahir:] Usta, məni o qədər də avam hesab etmə. Mən zəmanəmizin qədrini yaxşı bilirəm. M.Hüseyn. // Sadədil, sadəlövh. O çox avam adamdır. // İs. mənasında. Geridə qalmış adam, savadsız adam. Avamları başa salmaq. avamcasına zərf Avam adam kimi, heç bir şeyi başa düşməyən adam kimi; cahilcəsinə. Məşədi Kazım ağa .. avamcasına güldü. M.S.Ordubadi. avamlıq is. Cahillik, cəhalət, savadsızlıq, mədəni gerilik, mədəniyyətsizlik. [Kor kişi] tamamilə əski həyatın bir yadigarı idi. Əlbisəsinin tərzi, biçimi avamlığını .. andırırdı. S.Hüseyn. // Sadəlik mənasında. [Səriyyə] sadəliyindən, avamlığından hələ də başına gələn müsibəti tamamilə dərk edə bilmirdi. M.İbrahimov. avamyana bax. avamcasına. avand is. Bir şeyin, xüsusən, toxunmuş şeyin üst tərəfi, sığallı tərəfi; üz. Bu parçanın astarı avandından yaxşıdır. // Sif. mənasında. Parçanın avand tərəfi. – Qiraətxananın ortasındakı uzun masanın üstü isə .. avandına (z.) bir-birinin üstünə tökülən qəzet, məcmuə və müxtəlif albomlarla dolu idi. Ə.Əbülhəsən. ‣ Avand olmaq, avanda düşmək – uğurlu olmaq, müvəffəqiyyətli olmaq. [Məstəlişah:] Məhzər oxuyuram, xanım, ki işimiz avand olsun. M.F.Axundzadə. [Bədəl:] İt itlə boğuşar, yolçunun işi avanda düşər. Ə.Haqverdiyev. İşin(iz) avand olsun! – müvəffəqiyyət arzusu bildirən ifadə. [Səriyyə:] Salam, bacılar, işiniz avand olsun! M.İbrahimov. avandlaşdırmaq f. Yaxşılaşdırmaq, düzəltmək, sahmanlaşdırmaq, sahmana salmaq. avandlaşma “Avandlaşmaq”dan f.is. avandlaşmaq f. Yaxşılaşmaq, düzəlmək, sahmanlaşmaq, sahmana düşmək, qaydaya düşmək. avanı sif. məh. Ehtiyatlı, tədbirli. Aslan bəy bir az avanı oğlandır, o, işini möhkəm aparıb, heç zad eyləyə bilməzsən. N.Vəzirov. avanqard [fr.] Ön dəstə, qabaqcıl dəstə; pişdar. // məc. Hər hansı bir ictimai qrupun, sinfin kütləni öz arxasınca aparan qabaqcıl hissəsi. avanqardlıq is. Qabaqcıllıq; rəhbərlik. İşçi sinfinin avanqardlıq rolu. avans is. [fr.] Əvvəlcədən ödəmə, beh. Avans almaq. Avans vermək.\n2. Müəyyən xərclər üçün qabaqcadan verilən pul. Ezamiyyətə getmək üçün idarədən avans almaq. Avans almaq hüququ. avantüra [fr.] Təsadüfi müvəffəqiyyət ümidi ilə edilən şübhəli təşəbbüs, həqiqi qüvvə və şəraiti nəzərə almadan görülən iş; xətərli təşəbbüs, macəra. ..Miss Hanna avantüranı sürətlə hiss edən, .. bərkə düşərsə özünü müdafiə etməyi bacaran bir qızdı. M.S.Ordubadi. avantüraçı is. Macəraçı, macəra axtaran, avantüra düzəldən, fırıldaqçı. avantüraçılıq is. Avantüraya meyil (bax. avantüra). avantürist [fr.] bax. avantüraçı. Rayon işçiləri çox Möhlətov kimi avantüristlərin maskasını yırtmışdır.. Mir Cəlal. [Şahsuvarov:] İnsan nə qədər avantürist olmalıdır ki, belə işlər tutsun. İ.Əfəndiyev. [Çar] hökuməti .. canilərin, qatillərin, julik və avantüristlərin, rüşvətxor və qaniçici parazitlərin yaramaz əməllərinə göz yumurdu. H.Sarabski. avantürizm [fr.] bax. avantüraçılıq. avar I. is. Qayığı sürmək üçün kürək, qayıqçı kürəyi. Avar çəkmək. – Şamil bütün qüvvəti ilə avar çəkərək, qayığı gölün o biri sahilinə doğru sürürdü. A.Şaiq. Bədən tərbiyəsi hərəkətləri ilə, xüsusən idmanın üzmək, qaçmaq, ayaq xizəyində gəzmək və avar çəkmək kimi növləri ilə uzun müddət məşğul olmaq tənəffüs işini çox yaxşılaşdırır. Babayev.\n\nII. is. məh. Keçmişdə kənd evlərinin damına döşənən qamışaoxşar ot; ümumiyyətlə, qaba quru ot.\n\nIII. is.\n1. Əsas kütləsi Dağıstanda yaşayan Qafqaz xalqlarından birinin adı və bu xalqa mənsub adam. Avar dili Qafqaz dillərinin Dağıstan qoluna daxildir.\n2. tar. Qədim türkdilli tayfalardan birinin adı. Macarıstan ərazisində avarlara aid xeyli abidə qalmışdır. avara I. [fars.]\n1. is. Heç bir işlə məşğul olmayaraq boş-boş gəzən adam, işsizgücsüz adam. Burası xırda alverçilərin və bazar avaralarının dolandığı yer idi. M.İbrahimov. // sif. İş bacarmayan, bir iş yiyəsi olmayan heç şeyə yaramayan. ..Qaraca qız da sərxoş və avara Yusifin hər bir əzabına dözür. S.S.Axundov.\n2. sif. Yersiz-yurdsuz, məskənsiz, sərsəri, sərgərdan. Quduzluğun yayılmasının qarşısını almaqdan ötrü quduz və avara itləri məhv edirlər. – Avara itin hörməti olmaz. (Ata. sözü). • Avara dolanmaq (gəzmək) – işsiz, boş-bikar gəzmək, veyllənmək, tənbəllik edib heç bir işlə məşğul olmamaq. Avara düşmək – vətənindən, yurdundan məhrum olmaq, sərgərdan qalmaq. [Müsyö Jordan:] Parij dağılıb, Tülyeri yıxılıb, Fransanın səltənəti pozulub, kral avara düşüb. M.F.Axundzadə. Avara etmək – bax. avara qoymaq (salmaq). Avara qalmaq – əli hər şeydən çıxmaq, yerindənyurdundan olmaq. Avara qoymaq (salmaq) – işdən-gücdən eləmək, məəttəl qoymaq, işindən ayırmaq; yerindən-yurdundan eləmək, evindən-eşiyindən ayırmaq, sərgərdan qoymaq. [Tükəz:] Kişiciyi tovlayıb aparıb, avara saldınız. M.F.Axundzadə. [Qonaqlar] kişini işdən avara edib çağırdılar, bəhslərini söylədilər. S.S.Axundov. Bu baxışlar Nadiri dəli edib çöllərə salır və bir neçə günlük işdən avara qoyurdu. B.Talıblı. Avara olmaq – bax. avara qalmaq. Avarasərgərdan düşmək – bax. avara düşmək. Avara-sərgərdan etmək – bax. avara etmək. [Mirzə:] Evi bərbad olmuş məni işimdən-gücümdən avara-sərgərdan eləyib gətirib buraya.. Ə.Haqverdiyev. avara-avara zərf Veyil-veyil, boşboşuna, heç bir işlə məşğul olmayaraq. Avara-avara veyllənmək.\n\nII. is. məh. Camış balası, ikiyaşar kəlçə. avaraçılıq bax. avaralıq. Avaraçılıqla gününü keçirmək. avaralanma “Avaralanmaq”dan f.is. avaralanmaq f. Avara-avara gəzmək, veyllənmək, xeyirli bir işlə məşğul olmamaq, vaxtını boş-boşuna keçirmək. avaralaşma “Avaralaşmaq”dan f.is. avaralaşmaq f. dan.\n1. Avara olmaq; tənbəlləşmək, intizamsızlaşmaq, heç bir işlə məşğul olmamaq.\n2. Xarab olmaq, korlanmaq, pisləşmək. avaralıq is.\n1. Heç bir işlə məşğul olmama, vaxtını boş-boş keçirmə; sərsərilik. Bu oğlan avaralığa öyrənib, heç bir işdən yapışmaq istəmir. • Avaralıq etmək – heç bir işlə məşğul olmamaq, veyl-veyl gəzmək.\n2. Özündən asılı olmayaraq işdən yapışa bilməmə, işdən ayrılma; məəttəlçilik. avarçəkən is. Qayıqda avar çəkməklə məşğul olan adam. Avarçəkənlərin yarışı başa çatdı. avarçı is. bax. avarçəkən. avarə [fars.] bax. avara1 . Mişki-Çin avarə olmuşdur vətəndən mən kimi. Füzuli. Ey səba, yarə de ki, avarə gördüm Vaqifi. M.P.Vaqif. Doğru deyən olsaydı, yalançı usanardı; Avarə qalanlar dəxi bir söz də qanardı. M.Ə.Sabir. avariya is. [ital.] Qəza, nəqliyyat vasitələrinin toqquşması nəticəsində əzilərək sıradan çıxması. Çətin işdə, avariya vaxtlarında bir də görərdin qapıda maşın səsləndi. Mir Cəlal. Avariyalar çox vaxt onların [gənclərin] diqqətsizliyi və təcrübəsizliyi üzündən olur. M.Hüseyn. • Avariya maşını – avariyaları düzəltmək üçün maşın. avarlama “Avarlamaq”dan f.is. avarlamaq f. Avar çəkmək. avarlı sif. Avarı olan, kürəyi olan, avarla hərəkətə gətirilən. Avarlı qayıq. avaz is. [fars.]\n1. Səs, səda. Avazın yaxşı gəlir, oxuduğun Quran olsa. (Ata. sözü). Həkim özü yaxşıca avaz ilə oxuyurdu. C.Məmmədquluzadə.\n2. Hava, ahəng. Aşıq Qərib sözün deyər avazla; Dindirəndə canım alar o, nazla. “Aşıq Qərib”. // Mahnı, nəğmə, xoş səs. Avazın gələndə can bihuş olur; Qurbanam o nazik sədayə, Zeynəb! M.P.Vaqif. Ucalır göylərə elin avazı; Gülür bəxtsizlərin ömrünün yazı. S.Rüstəm. Qopdu dodaqlarından ürək açan bir avaz. M.Müşfiq. • Avaz etmək – hava ilə oxumaq. Nazənin-nazənin edərsiz avaz; Ruhlar təzələnir, olur sərəfraz. M.P.Vaqif. avazat is. [fars. “avaz” söz. cəmi] mus. Orta əsr Yaxın Şərq musiqi dəstgahlarında son altı pərdənin ibtidasını təşkil edən havacat silsiləsi. Musiqi binasının möhkəm təməlini təşkil edən 12 sütun 12 əsas muğamı və 6 bürc isə 6 avazatı təmsil edirdi. Ü.Hacıbəyov. avazə is. [fars.] bax. avaz. Ta əzəldən var mənim guşimdə eşq avazəsi. Xətayi. Nalədəndir ney kimi avazeyi-eşqim bülənd. Füzuli. avazıma “Avazımaq”dan f.is. avazımaq f. Rəngi qaçmaq, rəngi solmaq. avazımış f.sif. Rəngi qaçmış, solmuş. Cəlalzadə Dəmirovun avazımış sifətinə baxdı. S.Rəhimov. avazlanma is. Tələffüz tərzi, səsin tonu, yüksəlib-enməsi; intonasiya. avazlaşma “Avazlaşmaq”dan f.is. avazlaşmaq qarş. Səs-səsə vermək, bir yerdə oxumaq. avazlı sif.Səsiolan;gözəlsəsli,xoş səsli. Naz eləyən nazlı dilbər; Qumru tək avazlı dilbər; Salla yana siyah zülfü. Miskin Əli. avazsız zərf Ahəngsiz, adi səslə, hava ilə olmayaraq. Qənbər başını salır aşağı və bir də avazsız həmin sözləri deyir. C.Məmmədquluzadə. avduğ bax. abduq. avesta is. Qədim, əfsanəvi peyğəmbər Zərdüştə isnad edilən müqəddəs kitablar külliyyatı. Avestanın yazıldığı dili bəzən Midiya dili adlandırırlar. Ərəb işğalları dövründə və sonralar Sasanilər dövrü Avestasının xeyli hissəsi məhv olmuşdu. avırtmac is. məh. Un ilə yağdan bişirilən bir xörək. avia... [lat.] Mürəkkəb sözlərin əvvəlində aviasiya mənasını ifadə edir, həmin sözlərin aviasiyaya aid olduğunu göstərir; məs.: aviabomba, aviabaza, aviatexnik və i.a. aviasiya [fr.] Hava nəqliyyatının hamısı, hava donanması. Mülki aviasiya. Hərbi aviasiya. Aviasiya bayramı. Aviasiya texnikasının inkişafı. aviasiyaçı is. Hava nəqliyyatı işçisi, hava donanması xidmətçisi. Aviasiyaçılar hərbi dənizçilərin təliminə həsr edilmiş montajlar və stendlər düzəldirlər. aviator [fr.] Hava donanmasında təyyarəçi. avitaminoz [xar.] tib. Qidada vitaminlərin olmaması və ya azlığı nəticəsində əmələ gələn xəstəlik; vitamin çatışmazlığı. Tibbi praktikada bəzən təkcə bir vitaminin deyil, bir çox vitaminlərin çatışmazlığına və bunların nəticəsində əmələ gələn mürəkkəb avitaminoz xəstəliyinə təsadüf edilir. Əliyev. avizə I. is. [fars.] köhn. Çilçıraq, qəndil. Tavandan asılan avizənin hər birisi dar ağacından asılan bir vücud kimi donub dururdu. M.S.Ordubadi.\n\nII. is. [fars.] köhn. Sırğa. avizəli sif. Qəndilli, çilçıraqlı, qəndil asılmış. [Əbülhəsən bəy:] Biz balkonla avizəli və böyük lampalarla işıqlanmış otaqların qabağından keçərək gedirdik. M.S.Ordubadi. avizo [ital.] mal. Qarşılıqlı bank hesablaşmalardakı dəyişikliklər haqqında göndərilən bildiriş vərəqəsi. avqust [lat.] Təqvim ilinin səkkizinci ayı. Avqust ayı Roma imperatoru Avqust şərəfinə adlandırılmışdır. avral [ing.]\n1. Gəmidə bütün komandanın iştirakı ilə görülən iş. Artıq avraldan çox nadir hallarda istifadə edilir.\n2. məc. Növbədənkənar və çox təcili bir işi və ya tapşırığı yerinə yetirmək üçün bütün işçilərin səfərbər edilməsi. Adamlar buraya avrala yox, daimi işə gəliblər. Ə.Sadıq. avralçılıq is. Ciddi bir işin çox tələsik, başdansovma, eyni zamanda patıltı-gurultu ilə görülməsi (yalnız mənfi mənada işlənir). İşdə avralçılıq və özbaşına axın məhsulun həm keyfiyyətinə, həm də kəmiyyətinə çox pis təsir edir. avropasentrizm is. Elmin, incəsənətin, fəlsəfənin, ədəbiyyatın və s. həqiqi sərvətlərin, zənginliklərin inkişafını yalnız Avropada görən konsepsiya. Avropasentrizmin mənbələri. Avropasentrizm ideyaları. Qabaqcıl mütəfəkkirlər avropasentrizmə mənfi yanaşma. avstraliyalı is. Avstraliya qitəsi əhalisinə mənsub adam. avstralopitek is. [lat.] Qazıntı zamanı tapılmış insanabənzər meymun (artıq nəsli kəsilmişdir). Avstralopiteklərin qalıqları. avstriyalı is. Avstriyanın əsas əhalisinə mənsub adam. avşar is. məh. Şəlalə, şır-şır, şırran. avşarlamaq f. məh. Südün hamısını sağmaq üçün heyvanın yelinini ovuşdurmaq, sıxmaq. avto [fr.] Avtomobil. Uzanmış şəhərin polad əlləri; Qatarlar, avtolar gəlir Muğana. S.Vurğun. Avto müfəttişi yoxdur ki, Ağabalanı tanımasın. Mir Cəlal. avto... [yun.] Mürəkkəb sözlərin birinci tərkib hissəsi olub, aşağıdakı mənaları ifadə edir: a) avtomobil sözünün ixtisarı, məs.: avtomaşın; b) avtomatik sözünün ixtisarı; özü işləyən, özü hərəkət edən, məs.: avtoxizək; c) özü, özünün, məs.: avtobioqrafiya. avtobioqrafik sif. Bir şəxsin öz həyatına, tərcümeyi-halına aid olan. Avtobioqrafik əsər. avtobioqrafiya [yun.] Bir şəxsin özü tərəfindən yazılmış tərcümeyi-halı. avtobus [alm.] Çoxyerli minik avtomobili. Avtobus saf havaları yara-yara meşələrə bürünmüş böyük dərələri dolandıraraq, bizi öz yerimizə gətirdi. M.Hüseyn. avtodükan is. [yun. avto və dükan] Avtomobildə düzəldilmiş səyyar dükan. Həftəbaşı Xınalığa gələn avtodükan yeniyeni mallar gətirir. R.Rza. avtogen [yun.]: avtogen qaynaq tex. – iki metal parçasını çox yüksək qaz hərarəti təsiri ilə əridib bir-birinə yapışdırma üsulu. avtogençi is. xüs. Metalları avtogen üsulu ilə işləyən fəhlə. avtoxizək is. [yun. avto və xizək] Qar üstündə hərəkət edən, qabaq təkərlərinin altında xizəkləri olan xüsusi quruluşlu avtomobil. avtoqələm is. [yun. avto və qələm] Mürəkkəbi avtomatik surətdə peroya axan qələm. avtoqraf [yun.]\n1. Bir müəllifin özü tərəfindən yazılmış əlyazması. Görkəmli şəxsiyyətlərin avtoqrafı mötəbər sənəd kimi saxlanılır.\n2. Bir şəxsin öz xətti ilə imzası, xatirə qeydi. Avtoqraf vermək.\n3. tex. Surətçıxaran cihaz növü. avtoqrafiya [yun.]\n1. Bir xəttin, rəsmin, cizginin eyni ilə çıxarılmış surəti.\n2. xüs. Litoqrafiyada çap olunacaq orijinalı hazırlama üsullarından biri. avtol [lat.] kim. tex. Avtomobillər, traktorlar və bir sıra başqa maşınlar üçün neftdən hazırlanan sürtkü yağı. avtomaşın [yun. avto və fr. maşın] Avtomobil. Yollarda və küçələrdə avtomaşınların səsi aramsız surətdə eşidilməkdədir. – İyulun birinci yarısında məclis iclas etdiyi zaman bir avtomaşın .. siqnal verməyə başlayır. M.İbrahimov. avtomat [yun.]\n1. sif. Daxilindəki mexanizm vasitəsilə öz-özünə hərəkət edən, öz-özünə işləyən; avtomatik. Avtomat tormoz. Avtomat telefon. Avtomat silah. – Məmmədrza avtomat tüfəngini dilləndirən kimi pulemyotlar susdu. Mir Cəlal. Toxuculuq kombinatında köhnəlmiş toxucu dəzgahlarının avtomat dəzgahlarla dəyişdirilməsi işi başa çatdırılmışdır.\n2. is. Avtomatik işləyən mexanizm, maşın və s. 1926-cı ildə mühəndis Skvorsovun qazma avtomatı tətbiq edilir. Avtomat o zaman qazılan quyuların əyilməsi ilə mübarizə üçün gözəl bir vasitə idi. Quliyev.\n3. is. Daxilindəki mexanizm vasitəsilə durmadan güllə atan tüfəng. Pulemyot və avtomat atəşləri isə şiddətindən qalmırdı. Mir Cəlal. Soldat nə isə qışqıraraq avtomatını qaldırdı, onun [Ulduzun] sinəsindən vurub geri itələdi. Ə.Məmmədxanlı. avtomatçı is.\n1. Avtomatla silahlanmış əsgər və s. Avtomatçı dəstəsi. – Nərimanı bir avtomatçının qabağına qatdılar. Mir Cəlal.\n2. xüs. Avtomat dəzgahında və s.-də işləyən fəhlə. avtomatik sif.\n1. Öz-özünə işləyən, işi insanın köməyi olmadan görən. Avtomatik silah. Avtomatik idarəetmə.\n2. məc. Qeyri-iradi, qeyri-şüuri. Avtomatik hərəkət.\n3. Zərf mənasında. Avtomatik surətdə. Tramvayın qapıları avtomatik açılıb-örtülür. avtomatika [yun.] İnsanı bilavasitə istehsal prosesində iştirakdan azad etmək üçün tətbiq edilən texniki vasitələrin və üsulların məcmusu. Elm kimi avtomatika avtomatik tənzimləmə nəzəriyyəsi əsasında yaranmışdır. avtomatiklik is. Hərəkətin qeyriiradiliyi, orqanizmin iradə və şüurun iştirakı olmadan hərəkət etməsi xassəsi. Tamamilə aydındır ki, heyvanlarda, hətta daha artıq inkişaf etmiş heyvanlarda belə yalnız hərəkətlərin avtomatikliyi mövcuddur. Hacıyev. avtomatizm [yun.] bax. avtomatiklik. avtomatlaşdırılma “Avtomatlaşdırılmaq”dan f.is. İdarəetmə işlərinin avtomatlaşdırılması. Fabrikdə bir sıra istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması nəzərdə tutulmuşdur. avtomatlaşdırılmaq məch. Avtomatlar tətbiq edilmək. Universal rentgen ekranlarının işləməsi avtomatlaşdırılmışdır. avtomatlaşdırılmış “Avtomatlaşdırılmaq”dan f.sif. Avtomatlaşdırılmış zavodda beton hazırlanacaq, hazır beton isə konveyerlərlə tikinti sahəsinə veriləcəkdir. avtomatlaşdırma “Avtomatlaşdırmaq”dan f.is. Tamaşaçılar filmlər nümayiş etdirilməzdən əvvəl, avtomatlaşdırma sahəsində çalışan mütəxəssislərin mühazirələrini dinləyirlər. (Qəzetlərdən). avtomatlaşdırmaq f.\n1. İstehsal prosesində avtomatlar tətbiq etmək. Bu proses .. istehsalatı mexanikləşdirmək və avtomatlaşdırmaq yolu ilə həyata keçirilir. (Qəzetlərdən).\n2. İnsanın hərəkətlərini şüurilikdən çıxarıb qeyri-şüuri hərəkətə çevirmək (konveyerdə işlədikdə və s.). avtomobil [lat.] Torpaq, asvalt və daş yollarda adam və yük daşıyan motorlu nəqliyyat vasitəsi. Yük avtomobili. Minik avtomobili. Avtomobil nəqliyyatı. Sükan avtomobilin hərəkətinə istiqamət verir. avtomobilçi is.\n1. Avtomobil işi mütəxəssisi.\n2. Avtomobil idmanı ilə məşğul olan adam. Avtomobilçilərin yarışı. avtomüfəttiş [yun. avto və ər. müfəttiş] Avtomobil nəqliyyatı hərəkətinə və işinə nəzarət edən şəxs. Avtomüfəttiş Tahirin qabağını kəsdi. M.Hüseyn. avtoportret [yun. avto və fr. portret] Rəssamın özü tərəfindən çəkilmiş şəkli. Avtoportretin ən mükəmməl nümunələrini Rembrandt yaratmışdır. avtoreferat [yun. avto və lat. refero] Bir elmi əsərin müəllifin özü tərəfindən yazılmış xülasəsi. Doktorluq dissertasiyasının avtoreferatı. avtoritet [alm.]\n1. Nüfuz, etibar, səlahiyyət. Avtoritet qazanmaq. Avtoritetdən düşmək.\n2. Nüfuzlu adam. Kimya sahəsində böyük avtoritet. – Qəbiristanda qulyabanı olmaz, xortdandır, – deyə başqa bir uşaq da söhbətə girişərək, bilən adamlar kimi böyük avtoritetlə (z.) izahat verdi. B.Talıblı. [Cahangiri] ancaq Atayev kimi böyük bir avtoritet öz yerində oturda bilərdi. İ.Əfəndiyev. avtoritetli sif. Nüfuzlu, səlahiyyətli, kütlə içərisində nüfuzu, etibarı, hörməti olan; sözükeçən. Avtoritetli müdir. avtoritetsiz sif. Nüfuzsuz, etibarsız, kütlə içərisində hörməti, etimadı olmayan. avtoritetsizlik is. Nüfuzsuzluq, etibarsızlıq, kütlə içərisində hörməti, etimadı olmama. avtosistyrn [yun. avto və lat. sistern] Mayeləri daşımaq üçün sisterni olan xüsusi qurğulu avtomobil. Neft məhsulları, süd, pivə, maye qaz, kimyəvi aktiv maddələr, sement və undaşıyan avtosistern var. avtovağzal is. Şəhərlərarası və şəhərətrafı avtobus marşrutları sərnişinlərinə xidmət göstərmək üçün şəhərlərdə yaradılan tikililər kompleksi. ay I. is.\n1. Yer kürəsinin peyki olub, onunla birlikdə Günəşin ətrafında fırlanan və gecələr inikas edən Günəş işığı ilə işıqlanan göy cismi. Ay işığı. Ayın batması. – ..Ay buludlar arasından siyrilib çıxdı. M.Hüseyn. // məc. Gözəlin camalına təşbih (bəzən ay üz, ay parçası, on dörd gecəlik ay və s. tərkiblərdə işlənir). Ay üzünü görmək istər sevdiyim; Söylə görüm bəs yaşınmaq nədəndir? Qurbani. Heyran görüncə ay camalın; Oldu genə eşqdə fəsanə. Heyran xanım. • Ay doğmaq – ay çıxmaq. Əzizim, aydın olsun; Ay doğsun, aydın olsun; İki həsrət qovuşdu; Gözlərin aydın olsun. (Bayatı). [Faytonçu:] İnşallah, gecə yarısı, ay doğanda yola düşərik. Ə.Haqverdiyev. Ay görünmək – hər ayın əvvəlində hilalın (ayparanın) ilk dəfə görünməsi. Ay qalxmaq (qəlbilənmək) – ucalmaq, yüksəlmək, üfüqdən uzaqlaşmaq (Ay). Ay qaranlığı – aysız gecə, Ay işığı olmayan gecə, qaranlıq gecə. Ay qaranlıqlamaq – axşamdan görünməyib gecədən bir qədər keçəndən sonra, ya səhərə yaxın görünmək (Ay). Ay parçası – 1) hilal, aypara; 2) məc. gözəlin epitetlərindən biri. Ay tutulmaq astr. – Yer kürəsinin Günəş ilə Ay arasına girməsi nəticəsində Ayın müvəqqəti olaraq qismən və ya tamamilə görünməməsi. Bəzən şəhərə belə bir səs düşərdi ki, gün və ya ay tutulmuşdur. H.Sarabski. Boz ay – qışın axırıncı ayı, mart ayı. Artıq Qarabağ düzənliyinin boz ayı başlamışdı. S.Rəhimov. Elqovan ay – yayın axırıncı ayı, yaylaqdan qayıtma vaxtı.\n2. İlin bölündüyü on iki hissədən hər biri. Yaz ayları. Bir ay bundam əvvəl. İlimiz on iki aydır. – Zakira, səbr elə ki, vəslə deyən afətdən; Ay ötər, il dolanar, vaxt olu, hicranə dəyər. Q.Zakir. [Ayrım qızı] Kərim babanı qızışdırmaq fikri ilə deyirdi: – Bu yaramazı görürsünüzmü? Aylarca (z.) üzünü görməzdim. A.Şaiq. Gün keçir, ay ötür, il yaman gedir. M.Rahim. • Aydaildə – hərdən, hərdənbir, gec-gec, nüdrətən. Ayda-ildə bir namaz, onu da şeytan qoymaz. (Ata. sözü). Araz başdan lil gələr; Dəstə-dəstə gül gələr; Neylərəm belə yarı; Ayda-ildə bir gələr. (Bayatı).\n\nII. nida.\n1. Çağırış, müraciət, haylama, haraylama nidası. Ay camaat! – Ay qalan uşaqlar, siz bizim dalımızda olun, qorxmayın! M.F.Axundzadə. [Kərbəlayı Fatma:] Ay hacı, bu nə xəbərdir? Deyirlər Kərbəlayı Fətulla dirilib gəlir? C.Məmmədquluzadə. Növbət gəlinə gəldi: – Ay uşaq, qaçın, gəlin gəlsin. Çəmənzəminli. // Bəzən təsiri şiddətləndirmək üçün “haray”, “dad” sözləri ilə birlikdə deyilir: [Nazir:] Ay haray, ay dad, a başına dönüm! Axır mənim təqsirim nədir! M.F.Axundzadə.\n2. Gözlənilməyən bir keyfiyyət, ya hadisə nəticəsində doğan hissi, qorxunu, diksinmə və s. hissləri ifadə edir. Ay, ilana bax! Ay, gələn odur! Ay, qorxdum ki! Ay, ürəyim qopdu! // Kədər, təəssüf, mərhəmət, şəfqət kimi hissləri ifadə edir. Ay yazıq! Ay biçarə! – Əxlaqi pozğun, adəti pis, pasibanı yox; Qəlbim yanar, ona deyərəm: “Ay yazıq çocuq!” A.Səhhət. // Birdən ağrı tutduqda deyilir. Ay başım! Ay öldüm! // Təəccüb, heyrət, heyranlıq ifadə edir. Ay, nə çoxdur! Ay, nə gözəldir! // Təsiri gücləndirmək üçün deyilir (bəzən təkrar edilməklə: ay, ay, ay). Ay, ay, ay! Nə gözəl səs gəlir! // Narazılıq, məmnunsuzluq və s. ifadə edən xitab bildirir. Boşla, ay molla dayı, sən də bizi çəkmə zora; Biz sənin hiylən ilə düşmərik əsla bu tora. M.Ə.Sabir. Ay Mirzə Səttar, axır niyə insaf ilə danışmayırsan? Ə.Haqverdiyev. [Zəhra:] Ay Kərim, çox öyünmə. Ayrım qızı dörd-beş kişiyə dov gəldi. A.Şaiq.\n3. “A” yerində nida olaraq işlənir (bax. A2 ). Ay uşaqlar, bir sakit olun! Ay yoldaş, səbr elə! Ay qız! Ay qoçaq!\n\nIII. is. astr. İlin on iki hissəsindən biri. 8-i 31, 4-ü 30, 1-i 28 (hər dörd ildən bir 29) gündən ibarətdir. aya I. əd. Sual və təəccüb ilə bərabər təmənna və ümid bildirir; görəsən. Aya bu işdən bir şey çıxacaq? Aya bir az tez gələ bilməzdin? – Hər xilqətə gərçi bir səbəb var; Aya səbəbi kim etdi izhar? Füzuli. [Nuxalılar:] Aya biz bu gün o cənabın ziyarətinə müşərrəf ola bilərikmi? M.F.Axundzadə. Hamı məəttəl qalıb, aya bu qədər yandüdüyünü haradan yığmaq mümkündür və aya görəsən qoşuna bu qədər yandüdüyü nə lazımdır? C.Məmmədquluzadə.\n\nII. is.\n1. Barmaqlar daxil olmadan əlin içi, açıq yeri.\n2. Yarpağın üzü. [Gülxətminin] yarpaqları dar xaçvaridir, aya və qın hissəsi də tüklərlə örtülüdür. H.Qədirov. ayağıağır bax. ağırayaq. ayağıpərdəli sif. zool. Suda üzmək üçün barmaqlarının arası bir-birinə dəri pərdə ilə bitişik olan. Ayağıpərdəli quşlar (qaz, ördək, anqut və s.). ayağısürüşkən sif. dan. Əxlaqı yüngül, pozğun (qadın haqqında). ayağıyüngül bax. ayağı yüngül (“ayaq1 ”də). ayağıyüngüllük is. Xoşqədəmlik. ayaq I. is.\n1. İnsan və heyvanın yeriməsinə xidmət edən bədən üzvü. Balaca ayaq. Qarın üstündə heyvan ayağının izi var. Ayaq barmaqları. – Təkərlərin səsi, atların ayaqlarının tappıltısı meşələrə səs salırdı. N.Nərimanov. Fərraşlar Məşədi Həsəni yıxıb ayağına on çubuq vurdular. Çəmənzəminli. // Qıç mənasında. Ayaq getdi, əl gətirdi, diş yedi; Baxmaqdan savayı gözə nə qaldı?! Aşıq Alı.\n2. dan. Yarım arşına yaxın məsafə ölçüsü. Üç ayaq aralığı var. Stolların arası beş ayaqdır.\n3. Sürət, addım mənasında. Yolda Məmməd bəy Səfərə dedi: – Səfər, qoşun ayağı ilə getsək, gec olacaq, Mustafa xan kəndləri çalıb-çapıb qaçacaq, gəl çaparaq gedək. Çəmənzəminli.\n4. Bir sıra şeylərin ayağa oxşayan, yerə dirənən hissəsi, dayağı, qıçı, dirəyi. Masanın ayağı. Taxtın ayaqları. Çarpayının bir ayağı sınmışdır. // Dik duran şeylərin yerə dirənən alt hissəsi. Nərdivanın ayağı. Sütunun ayağı. – Qədim dayı axşama kimi pilləkənin ayağında oturdu. S.Rəhimov.\n5. Çay, bulaq və s. axar suların aşağı hissəsi. Çay ayağı. Arxın ayağı gölə tökülür.\n6. Son, axır. Onun sözünün nə başı var, nə ayağı. – Pambıq, ərzaq və xuşgəbar karvanının başı, ayağı məlum olmayırdı. Ə.Haqverdiyev. // Bir yerin qurtaracağı, son nöqtəsi. Kəndin ayağından bir bulaq axır; Toz qalxızmış suya gələn mal-naxır. A.Səhhət. Sağ tərəfimizdə Azadlıq kəndinin meşəsinin ayağı gərək olsun. T.Ş.Simurq.\n7. dan. Dəfə, kərə. Bir ayaq. Maşın hər ayaqda üç ton yük aparır. Avtobus səhərdən beş ayaq gəlib-getmişdir. – ..Beş ayaq qayıtdıqları halda, yeddi dəfə xörəyi doldurub boşaldırdılar. Ə.Vəliyev. • Bu ayaq – indi, bu dəfə. [Koroğlu:] Aşıq Cünun, indi de görüm, haraları gəzdin? Nə gördün? Nə eşitdin? Bu ayaq haradan gəlirsən? “Koroğlu”.\n8. məc. dan. Dəyərsiz, alçaq, qiymətsiz, keyfiyyətsiz, keyfiyyətcə yaramaz. Ayaq mal.\n9. Tüfəng, tapança kimi silahların çaxmağı, tətiyi. Tüfəngi ayağa çəkmək. Tapançanın ayağı boşdur. Qoşalülənin ayağı işləmir. • Ayaqda qoymaq – tüfəng, ya tapançanın çaxmağını geri çəkərək atmaq üçün hazır saxlamaq.\n10. Adətən çıxışlıq halında: ayaqdan, ayağından dan. – hesabdan, ...hesabından. Qoyunu qoyun ayağından, keçini keçi ayağından. (Məsəl). [Məşədi:] Çitin arşınını bir şahıdan, .. ay-ulduzu iki abbasıdan, məxməri on şahıdan və qalan malı da bu ayaqdan qiymət edirlər. Ə.Haqverdiyev.\n11. Adətən yerlik halında: ayağında dan. – vaxtında, məqamında, çağında, zamanı olduğu halda, baş verdikdə. Dava ayağında yardıma gəlmək. ‣ Ayağa atılmaq – birdən qalxmaq. Özünü yuxuya verən Sərvinaz xanım ayağa atılıb, qapını möhkəm bağladı. S.Rəhimov. Ayağa bağlanmaq – əngəl olmaq, əl-qol açmağa mane olmaq. Ayağa çıxmaq – qurtarmaq, bitirmək, tamam etmək. Ayağa dolaşmaq – mane olmaq, əngəl olmaq. Ayağa döşənmək – çox yalvarmaq. Ayağa durmaq – bax ayağına qalxmaq (durmaq). Ayağa düşmək – 1) bax. ayağa döşənmək. Cananı görən ləhzədə can düşdü ayağa; Yalvardı gəda iczilə sultanını görcək. S.Ə.Şirvani; 2) ucuzlaşmaq. Malın qiyməti lap ayağa düşdü; 3) hörmətdən düşmək. Ayağa qaldırmaq məc. – 1) hərəkətə gətirmək, həyəcana gətirmək. Xalqı da ayağa qaldıran və [inqilab] ətrafına toplayan bugünkü qurbanlar olacaqdır. M.S.Ordubadi. Sarıl günəş rəngli bir al bayrağa; Səsinlə elləri qaldır ayağa. S.Vurğun; 2) sağaltmaq. İstisu vannaları bir həftədən sonra xəstəni ayağa qaldırdı; 3) bəsləyibböyütmək, tərbiyələndirmək, yetişdirmək, araya çıxartmaq, müstəqil hala gətirmək. Ayağa qalxmaq – 1) hərəkətə gəlmək, qiyam etmək, üsyan etmək. Asiya və Afrika xalqları ayağa qalxaraq öz istiqlaliyyətləri uğrunda mübarizə aparırdılar. – Vyetnam, Malay da qalxmış ayağa; Gülür azadlığın bayrağı Çində! Z.Xəlil; 2) xəstəlikdən sağalmaq, durmaq, yaxşı olmaq; 3) işləri qaydaya düşmək, düzəlmək, artıq müstəqil olmaq. İndi uşaqlar böyüyüb, hamısı ayağa qalxıbdır. Ayağa salmaq – qiymətdən salmaq, hörmətdən salmaq, etibardan salmaq, gözdən salmaq. Ayağa salıbdır Vaqifi qəmlər; Baş çəkəydi binəvayə, gələydi. M.P.Vaqif. Yüz feyzin olsa xəlqə əgər afitabtək; Dövran salar ayağa səni mahtabtək. S.Ə.Şirvani. [Məsum kişi:] Harda yazılıb ki, oğul atanı .. ayağa salsın. Mir Cəlal. Ayağa vermək – tərəfini vermək, alçaltmaq, hörmətdən salmaq. Ayağı açılmaq – 1) bir yerə gedibgəlməyə başlamaq; 2) ishala düşmək, qarnı işləmək. Ayağı ağır – bax. ağırayaq. Ayağı bağlı olmaq – qəbiz olmaq, qarnı işləməmək. Ayağı dolaşmaq – büdrəmək, gəzərkən çaşmaq. Ayağı düşmək – 1) guya birinin gəlməsi xoşbəxtliyə, müvəffəqiyyətə, işin baş tutmasına səbəb olmaq; ayağı xeyirli olmaq, xoşqədəm olmaq. Xala, məni təbrik et. Qızın ayağı mənə düşdü. A.Şaiq; 2) təsadüfən, yaxud keçərkən bir yerə gəlmək. Mənim qapıma ayağın düşər, səni it ilə çıxardaram. Ə.Haqverdiyev. Ayağı işləmək – bax. ayağı açılmaq 2-ci mənada. Ayağı kəsilmək – 1) bir yerə gəlibgetməmək, əlaqəsini kəsmək. Dövlət getdi, hörmət qalxdı aradan; Qapımızdan dost ayağı kəsildi. Aşıq Ələsgər; 2) ardı kəsilmək, daha gəlməmək. Ayağı sürüşmək məc. – səhv etmək, düz yoldan çıxmaq, yanılmaq. Ayağı uğurlu – bax. ayağı yüngül. Ayağı yanmaq məc. – vurulmaq, bənd olmaq. [Şəhrəbanı xanım:] Şahbaz bəy Qarabağda oturduğu yerdə, Parij qızlarına ayağı yanıb, Müsyö Jordana qoşulub getdi. M.F.Axundzadə. Ayağı yer almaq – yeri möhkəmlənmək, dili uzun olmaq, özünə güvənmək. [Çiçək xanım:] Mən səndən yavaş danışıram, yoxsa ayağın yer alır? N.Vəzirov. Ayağı yer tutan – gəzə bilən, yeriməyə iqtidarı olan. Nəhayət, qocaların məsləhəti ilə Xınalıqda qalmış bütün kolxozçular, ayağı yer tutan qocalar, arvadlar, uşaqlar mücü yığmaq üçün dağdərəyə dağılmışdılar. R.Rza. Ayağı yüngül – ayağı xeyirli, uğurlu, xoşqədəm. Ayağına aparmaq – hesab etmək, bir sırada tutmaq. [Əziz bəy:] Buyur, Səkinə xanımın özü ilə də küftgu edə bilərsən! Onu özgə qızlar ayağına aparma! M.F.Axundzadə. Ayağına çağırmaq – yanına gəlməsini əmr etmək. Ayağına düşmək (döşənmək) – birinin qabağında diz çökərək yalvarmaq. Əgər ayağına düşmək macalım olsaydı; Dəxi götürməz idim baş anın ayağından. Nəsimi. Seyyid, görəndə yarı düşürsən ayağına. S.Ə.Şirvani. Dolanıb başına sərvi-rəvanın; Döşən ayağına qaşı kəmanın. Q.Zakir. Ayağına getmək – minnət götürmək, xahiş etmək. Ayağına gəlmək – 1) təslim olmaq, razılığını bildirmək üçün birisinin hüzuruna gəlmək; 2) hörmət və ehtiram üçün birinin qulluğuna getmək. Ayağına qalxmaq (durmaq) – biri daxil olarkən hörmət üçün ayağa qalxmaq. Bütün ailə onun ayağına qalxdı, yuxarı başa keçirdilər. Mir Cəlal. Ayağına yazmaq – 1) birinin hesabına yazmaq; 2) birisinə isnad etmək. Ayağına yıxılmaq – bax ayağına düşmək (döşənmək). [Ələsgər ağanı] görcək, [Usta Ağabalanın] cəmi dərd yadından çıxdı. Onun ayağına yıxılıb sevindiyindən ağladı. Çəmənzəminli. Ayağında qalmaq – borcu qalmaq. Ayağından çəkmək – birini yıxmağa çalışmaq, ayağının altını qazımaq; birinin qeybətini etmək, ziddinə getmək. Mən rədd etdim, o pərt oldu, tez ayağımdan çəkdi. S.Rüstəm. [Həpir:] Taleyim belədir, xalqın yeddi arxa yadları ağzını açanda tərif tökür, .. mənim .. doğma atam ayağımdan çəkir. Mir Cəlal. Ayağını açmaq – işlətmək, ishala salmaq. Çiy süd uşağın ayağını açdı. Ayağını basmamaq – bax. ayaq basmamaq. Sevil gedəndən bəri [Gülüş] ayağını bu evə basmayıb. C.Cabbarlı. Ayağını başından aşırmaq – öldürmək. O, ilk atəşi ilə düşmən zabitinin ayağını başından aşırdı. Mir Cəlal. Ayağını çəkmək – 1) axsamaq; 2) tərk etmək, əlaqəni, gediş-gəlişi kəsmək, bir yerə daha gedib-gəlməmək. Ayağını kəsmək – 1) bir yerə daha gedib-gəlməmək, əlaqəni kəsmək. Seyyid, qayıt bu mərhələdən, kəs ayağını; Axır bu rahi-meykədənin bir məlalı yox. S.Ə.Şirvani. Pərzad bir müddət ayağını qızının evindən kəsdi. Mir Cəlal; 2) gedib-gəlməsinə icazə verməmək, əlaqəni kəsməyə məcbur etmək, səbəb olmaq. Doktor bir saniyə düşündükdən sonra: – Mən onun ayağını buradan kəsərəm, – dedi. A.Şaiq; 3) aradan qaldırmaq. [Xanqulu:] ..İndi şikayət yoxdur, koxa! Nədən ki, bu oğurluğun ayağını kəsibdir. S.Rəhimov. Ayağını qarmaq məc. – qorxutmaq, hədələmək, döymək. Ayağının altına dəmir (ərsin) at(ın)! – gəlməsi arzu edilən və çoxdan görünməyən bir adam bir yerə birinci dəfə, ya da çox uzun müddət keçdikdən sonra gəldikdə, yaxud bir adam gəlmədiyi bir yerə birinci dəfə gəldikdə deyilir. [Hacı Ağadadaş:] Əleykəssalam, həmişə sən gələsən, a balam, bunun ayağının altına bir dəmir atın! H.Sarabski. Ayağının altını qazımaq – birinə zərər vermək, pislik eləmək üçün onun əleyhinə xəlvəti iş görmək. [Babacan:] Bu gün çörəyimi yeyən adam sabah ayağımın altını qazır. Ə.Əbülhəsən. Ayağının altını öpmək – birinin qabağında alçalaraq yalvarmaq, özünü son dərəcə alçaltmaq. Ayaq açmaq – bir yerə tez-tez gəlmək. Ayaq almaq – tələsmək, tez-tez getmək, cəld yerimək, iti getmək, qaçmaq. Ayaq altına almaq – məğlub eləmək, tamamilə özünə tabe etmək. Ayaq altına düşmək – tapdalanmaq. Turac təki ayaq altına düşdüm; Hər yetən tapdalar, şəhrə yol oldum. Aşıq Cuma. Ayaq altına salmaq – hörmətdən, nüfuzdan, qiymətdən salmaq. Ayaq altında qalmaq – tapdalanmaq, təzyiq altında olmaq. Ayaq basmaq – bir yerə girmək, daxil olmaq, gəlmək. Pişxidmətlər əllərində məcməyi ilə ki içində xələti-şahanə qoyulmuşdu, dükana ayaq basdılar. M.F.Axundzadə. [Ülfət:] Görürsən, yad qızı hələ evə ayaq basmamış, gədənin saqqızını oğurlayıb. Mir Cəlal. Ayaq basmamaq – bir yerə daha gedibgəlməmək, əlaqəsini kəsmək, girməmək. [Hacı Kərim:] Sizə demişəm, mənim otağıma ayaq basmayın. A.Şaiq. Ayaq çalmaq – bax. ayaq döymək. Ayaq çəkmək – bax. ayaq kəsmək. Ayaq çək, Zakira, bəsdir, bəqasız dəhr bağından; Nə gördün dərdü möhnətdən savayı bir səmər ondan. Q.Zakir. Qüdrət heç vaxt evimizdən ayaq çəkmirdi. M.S.Ordubadi. Ayaq dirəmək – inad etmək, israr etmək, tərslik etmək, dediyindən əl çəkməmək. Ayaq döymək – bir şeyi əldə etmək üçün çox çalışmaq, gedib-gəlmək, əlləşmək, işləmək. Ramazan özü də belə bir ustanın yanında on beş il ayaq döymüş, yalnız inqilabdan iki ay sonra buruq ustası ola bilmişdi. M.Hüseyn. Ayaq götürmək – tez yerimək, iri addımlarla yerimək. Xalamın yalvarmağı yadıma düşəndə bir qədər ayaq götürdüm. C.Məmmədquluzadə. Ayaq izi – ləpir. Ayaq kəsilmək – gediş-gəliş dayanmaq, sakitlik düşmək. [Qüdrət] evinə çatanda hələ küçələrdən ayaq kəsilməmişdi. M.Hüseyn. Ayaq kəsmək – bax. ayağını kəsmək 1-ci mənada. Söhbəti-əhli-riyadan qət edib kəsdim ayaq. S.Ə.Şirvani. Ayaq qoymaq – bax. ayaq basmaq. Axır sən də bir hərəkət eylə, bir proqresə ayaq qoy. M.F.Axundzadə. Elə ki, ikinci aya ayaq qoydu, dinməz-söyləməz övrəti çağır yanına, dur bir dəfə də olsun alnından öp. C.Məmmədquluzadə. Ayaq olmaq – şərik olmaq, ortaq olmaq, bir işə qoşulmaq, bir işdə iştirak etmək. Sən də oyunda bizimlə ayaq ol. Ayaq saxlamaq – dayanmaq, durmaq. Kəndlilər ayaq saxladılar. Ə.Haqverdiyev. Yolçu çarəsiz qalıb ayaq saxladı. Ə.Məmmədxanlı. Ayaq sürmək – birinin üstünə hücum çəkib getmək. Üstümə ayaq sürüb gəldi. Ayaq sürümək – könülsüz yerimək, yubanmaq, geri qalmaq, gedərkən qəsdən dala qalmaq. Ayaq tutmaq – 1) təzətəzə yeriməyə başlamaq. [Tapdıq] təzə-təzə ayaq tutub yeriyəndə qalxıb .. özünü birdənbirə cəhrənin arxasında oturan anasının qucağına atardı. Ə.Əbülhəsən; 2) ayaqlaşmaq, bərabər olmaq. O, bu işdə mənimlə ayaq tuta bilməz; 3) vagirlik etmək (bax. vagirlik). Bəzən bir böyük qazmada .. Səlim meyxana deyər, o biriləri ayaq tutardılar. Ə.Əbülhəsən. Ayaq üstə dura bilməmək – 1) çox zəif, taqətsiz, əldən düşmüş adam, ya heyvan haqqında; 2) çox sərxoş adam haqqında. O qədər içib ki, ayaq üstə dura bilmir. Ayaq üstə qalmaq – oturmağa yer tapmamaq. Ayaq vurmaq – 1) həddindən artıq yerimək, gəzmək, bir şeyi əldə etmək üçün çox gəzmək; 2) nişanı düz vurmamaq, hədəfin alt yanına vurmaq. Tüfəng ayaq vurur. Ayaqda qalmaq – 1) bax. ayaq üstə qalmaq; 2) axıra qalmaq, geridə qalmaq. Ayaqda sürünmək – hamıdan geriyə qalmaq. Ayaqdan (ayağı) diri – bir işi tez gedib yerinə yetirən, iti gedən, cəld yeriyən adam haqqında. Ayaqdan düşmək (olmaq) – yeriməkdən yorulmaq, taqətdən düşmək, üzülmək. Düşər ayaqdan ol sərv qamətin, billah; Qiyaməti gətirər başıma əyan, getmə! X.Natəvan. Yardən xali görüb bəzmi ayaqdan düşdüm; Saqiya, tut əlimi bir dolu peymanə ilə. S.Ə.Şirvani. Ayaqdan salmaq – 1) çox gəzdirib yormaq, əldən salmaq. Uşağı lap ayaqdan saldın; 2) üzmək, iztirab vermək, cəfa və əziyyət vermək. Saldı məni ayaqdan qəm, ver piyalə, saqi; Yoxdur bir ondan özgə üftadələr dayaqi. Q.Zakir. Ayrılıq dərdi məni ayaqdan saldı, yarım. Heyran xanım. Saldı ayaqdan aşiqi, ey yar, firqətin; Gəl bir əyadətə əgər olsa fəraqətin. M.Ə.Möcüz; 3) bir yeri çox gəzmək. Şəhəri ayaqdan salmaq. Ayaqdan-dırnaqdan düşmək – bax. ayaqdan düşmək (olmaq). Ayaqları ardınca sürünmək – son dərəcə yorularaq zorla yerimək, yeriyə bilməmək. Bu gün o qədər gəzmişəm ki, ayaqlarım ardımca sürünür. Ayaqlarını uzatmaq məc. – ölmək. Bərk ayağa çəkmək – sıxışdırmaq, ciddi imtahana çəkmək. Bərk ayaqda – iş çətinə düşdükdə, vəziyyət çox çətin və ağır olduqda, təhlükə zamanı. Bərk ayaqda yoldaşı tərk etmək olmaz. – Hər iki xalqdan olan zəhmətkeş camaat dostluğu pozmur, kəsdikləri duz-çörəyi tapdalamır, bərk ayaqda da həmişə birlik yaradırdılar. Çəmənzəminli. Bir ayağı getmək, bir ayağı getməmək – tərəddüd etmək, nə edəcəyini bilməmək. [Uşaq] atasından cavab almadığından, bir ayağı gedər, bir ayağı getməzdi. H.Sarabski. Bir ayağı qəbirdə – bax. qəbir. Arvadı Nabat xalanı, qoca, bir ayağı burda, bir ayağı qəbirdə olduğu üçün, Əhməd onu varislər arasına daxil etməyirdi. B.Talıblı. Əl-ayağa düşmək – bax əl. Əl-ayağı soyumaq – bax. əl. Əl-ayaq çəkilmək – bax. əl. Əlini-ayağını çəkmək – bax. əl. İki ayağını bir başmağa dirəmək (soxmaq) – tərslik etmək, inadla tələb etmək, israr etmək, inadla istəmək, bərkə salmaq, darıxdırmaq. (Öz) ayağı ilə gəlmək – təsadüfən gəlmək, dəvətsiz, çağırılmadan, öz xoşu ilə gəlmək. Öz ayağı ilə tələyə düşmək – öz təqsiri üzündən özünü kələyə salmaq, öz işini çətinliyə salmaq, özünü çıxılmaz, çətin vəziyyətə salmaq. Üstünə ayaq almaq – bax. ayaqlanmaq 3-cü mənada. Biri gedib Ballıca yolunu kəsib, gəlib-gedənə sataşır, biri də qaçaqlıq eşqinə düşüb üstümüzə ayaq alıb... Çəmənzəminli. Bədirnisə Badam xalaya yavaşca deyirdi: – Dərnəyə yazıl getsin, bütün arvadlar gəlir.. Yazılmasan tay-tuş üstünə ayaq alar. Mir Cəlal. Dərə-təpə, it-qurd üstümüzə ayaq alacaq. S.Rəhimov. ayaq-ayaq zərf Bir ayaq-bir ayaq, addım-addım, yavaş-yavaş, ağır-ağır. Ayaqayaq nərdivana çıxarlar. (Ata. sözü).\n\nII. is. klas. Qədəh, piyalə. Meygərçi səfa verər damağə; Axdığı üçün düşər ayağə. Füzuli. Ta girib meyxanə içrə başıma çəkdim ayaq. S.Ə.Şirvani. ayaqaçdı (=ayaqaçma) is. etnoqr. Qızın toydan sonra atası evinə birinci dəfə gəlməsi adəti. Məşədi öz qızını və kürəkənini .. axşam çörəyinə ayaqaçmaya çağırmışdı. Ə.Haqverdiyev. ayaqaçma (=ayaqaçdı) is. etnoqr. Qızın toydan sonra atası evinə birinci dəfə gəlməsi adəti. Məşədi öz qızını və kürəkənini .. axşam çörəyinə ayaqaçmaya çağırmışdı. Ə.Haqverdiyev. ayaqaltı is.\n1. Ayaq altına salınan, yaxud ayaq silmək üçün qapının ağzında, girəcəyində salınan xalça, balaca palaz, həsir, əsgi və s. // Dar, uzun xalça. Ayaqaltı salınmış pilləkən.\n2. Daim tapdalanan, daim hamının basıb keçdiyi yer. Həyət lap ayaqaltı oldu.\n3. məc. Heç kəsin saymadığı, hesablaşmadığı, hörmət etmədiyi adam; iradəsiz, həqir, məzlum adam. • Ayaqaltı olmaq – öz iradəsizliyi, yaxud acizliyi üzündən hörmətdən düşmək, heç kəs tərəfindən sayılmamaq, hamının təhqirinə məruz qalmaq. ayaq-ayağa zərf\n1. Bir vaxtda, birdən, o biriləri ilə bir vaxtda ayağını qoyub götürərək; bərabər, birlikdə. Uşaqlar ayaqayağa yeriyirlər.\n2. məc. Öz hərəkət və görüşünü uzlaşdıraraq, uyğunlaşdıraraq. Zəmanə ilə ayaqayağa getmək. ayaqcıq is. 1.”Ayaq”dan kiç. Quşun ayaqcığı.\n2. bot. Çiçək və meyvənin saplaqcığı. ayaqçı I. is. məh.\n1. köhn. Qapı-qapı gəzib, mal satan adam; çərçi.\n2. Kağızpaylayan, kuryer.\n\nII. is. qəd. Keçmişdə: qədəh gəzdirən, şərab paylayan; saqi. Cam içirən ayaqçıya döndü Füzuli; Şairlərə bir içim mey sundu Füzuli. Ə.Cavad. ayaqdaşı bax. dabandaşı. Hamamçının qabağında .. xırda bankaların içində rüşul, ayaqdaşı, xına, yumurta və bu kimi şeylər olardı. H.Sarabski. ayaqduzağı is.\n1. Ayaq buxovu.\n2. məc. Əngəl, maneə. ayaqkirəsi is. köhn. dan. Getmək və gəzməklə əlaqədar olan bir iş üçün tələb olunan zəhmət haqqı. ayaqqabı is. Ayağa geyilən şey. Dəri ayaqqabı. Rezin ayaqqabı. Ayaqqabı mağazası. Ayaqqabı fabriki. ayaqqabıçı is. Çəkməçi, ayaqqabı tikən, ya yamayan usta. ayaqlama “Ayaqlamaq”dan f.is. ayaqlamaq f.\n1. Tapdalamaq, tapdalayıb əzmək, ayaqları altında əzmək, ayağı ilə məhv etmək, xarab etmək. Əkini ayaqlamaq. Güllüyü ayaqlamaq. Otu ayaqlamaq. // Məc. mənada. Avropanı ayaqlayıb gələn düşmən hələ bu cür inadlı müqavimətə rast gəlməmişdi. Ə.Əbülhəsən. // Ayaqla basmaq, sıxmaq, əzmək. Palçığı ayaqlamaq. Torpağı ayaqlamaq. // Ayaqla vurmaq, əzişdirmək, ayaqları altına salıb döymək. [Hacı Mədinə:] Səni bu küçədə yıxıb o qədər ayaqlaram ki, beynin torpağa qarışar. C.Məmmədquluzadə.\n2. Gəzmək, dolaşmaq. Bütün şəhəri ayaqladım.\n3. məc. Saymamaq, tapdalamaq, pozmaq. Mən deyirəm: “Qoy var olsun sinəmdəki el ürəyi; Mərd oğullar ayaqlamaz and içdiyi duz-çörəyi”. S.Vurğun. Əkbər istədi işi, aclığı və hətta canından əziz tutduğu sevgilisini belə ayaqlayıb keçsin.. Mir Cəlal.\n4. məc. Sıxmaq, təzyiq altına almaq, mənəvi əzab vermək. Fəsli-bahar gəldi, könül, künci-bağ tut; Möhnət səni ayaqladı, bir dəm ayaq tut. Q.Zakir. ayaqlandırma “Ayaqlandırmaq”dan f.is. ayaqlandırmaq f. Üzərinə qaldırmaq, təhrik etmək, cəsarətləndirmək. ayaqlanma “Ayaqlanmaq”dan f.is. ayaqlanmaq 1. məch. Tapdalanmaq, tapdalanıb əzilmək, ayaq altında əzilmək, məhv edilmək, xarab edilmək. // Ayaqla basılmaq, sıxılmaq; ayaqla vurulmaq, əzişdirilmək, ayaq altına salınıb döyülmək.\n2. t-siz. Ayağa qalxmaq, yerimək. Meşələrin içində, dağların arasında yerləşən balaca obalar sanki yerindən tərpənib ayaqlanmışdı. S.Rəhimov.\n3. t-li. məc. Birisinin üzərinə hücum etmək, qalxışmaq, təcavüzə başlamaq. Nə üçün onun üstünə belə ayaqlanırsan? – Mən dayanıb dursam bir az; Ayaqlanar qarı düşmən. S.Vurğun. ayaqlaşma “Ayaqlaşmaq”dan f.is. ayaqlaşmaq f.\n1. Biri ilə ayaq-ayağa gedə bilmək, bərabər getmək, birgə yerimək. Bizi müşayiət edən küçə adamları faytonla ayaqlaşıb bərabər gedə bilərdilər. M.S.Ordubadi. [Səlim] atı yavaş-yavaş sürdü ki, Abbas kişi ayaqlaşa bilsin. Mir Cəlal. Mən Eldarla ayaqlaşmaqda çətinlik çəkirdimsə də, utandığımdan dinməyib ardınca qaçırdım. İ.Əfəndiyev.\n2. məc. Özünü birinə çatdırmağa, oxşatmağa çalışmaq; yarışmaq. Uşaq anası və bacısı ilə ayaqlaşmağa çalışır, onlara əlavə yük olmaq istəmirdi. M.İbrahimov. Kənddə ruh, iradə və qoçaqlıqda bu cavanlarla ayaqlaşan və onlardan geri qalmayan igid qocalar da az deyildir. Ə.Sadıq.\n3. məc. Uyğunlaşmaq, günün tələbinə cavab vermək. Yazıçılar günün tələbi ilə ayaqlaşmalıdırlar. ayaqlatmaq icb. Tapdalatmaq, ayaq altında əzdirmək, xarab etdirmək. Əkini malqaraya ayaqlatmaq. ayaqlı sif.\n1. Ayağı olan (bax. ayaq1 4-cü mənada). Ayaqlı şkaf. Ayaqlı paltarasan.\n2. məc. Zirək, cəld, çevik, ayaqdan cəld. • Ayaqlı tərpənmək – cəld tərpənmək, tez hərəkət etmək. Qoca bənna səsləyirdi bir gənc fəhləni; Tez ol, oğul! Daş qurtardı, ayaqlı tərpən! Ə.Cəmil. ayaqlıq is.\n1. Dikinə duran və ya qoyulan şeylərin dayanacağı. Nərdivanın ayaqlığı. Heykəlin ayaqlığı. Sütunun ayaqlığı.\n2. Ayaqqabının üzü. Tuflinin ayaqlığı yırtılmışdır. Qaloşun ayaqlığı. Səndəlin ayaqlığı.\n3. məh. Pilləkən, nərdivan. ayaqseyri is. dan. Əylənmək və ya istirahət üçün yaxın yerlərə ayaqla səyahət. Ayaqseyrinə çıxmaq. ayaqsız sif. Ayağı olmayan, qıçsız. Ayaqsız adam. Ayaqsız taxt. – Oraq onun [quşun] hər iki ayağını biçmiş, o kiçik heyvan ayaqsız (z.) qalmışdı. A.Şaiq. ayaqüstü 1. zərf Tələsik, oturmadan, ötəri, ayaq üstündə. Ayaqüstü yemək. Ayaqüstü işləmək. Ayaqüstü xəstəyə baş çəkdim. – [Rüstəm kişi] ..işdən xəbərdar olmaq üçün .. ayaqüstü Kələntər lələşə baş çəkməyi qərara aldı. M.İbrahimov.\n2. is. Məclisdə, qonaqlıqda və s.-də ayaqüstülük edən adam. Məclisin ayaqüstüsü. ayaqüstülük is. Məclisdə, qonaqlıqda və s.-də qonaqlara xidmət etmə. Ayaqüstülük etmək. ayaqyalın sif.\n1. Yalınayaq, ayağı çılpaq, ayağında heç bir şey olmayan. Ayaqyalın uşaqlar qara düşüb, çil toyuğu basmarlayıb tutdular. S.Rəhimov. // Zərf mənasında. Ayaqyalın gəzmək. – Laçın .. [uşaqların] hər ikisinin dalınca baxdı, ayaqyalın olduqlarını gördü. M.Hüseyn. Sitarə ərini yuxuya verib otaqdan çıxdı və bir dəqiqə çəkmədi ki, küçədən ayaqyalın və başıaçıq qaçmağa üz qoydu. Çəmənzəminli. [Uşaq] ev sahibinin qabağından qalan tör-töküntünü yeyərdi. Qışın soyuğunda ayaqyalın su daşıyardı. H.Sarabski.\n2. sif. məc. Lüt, yoxsul, heç bir şeyi olmayan. • Ayaqyalın qalmaq – lüt qalmaq, hər şeyi əlindən çıxmaq, var-yoxu əlindən getmək. Ayaqyalın qoymaq – var-yoxunu əlindən almaq, lüt qoymaq. ayaqyeri is.\n1. Quyuya düşmək üçün divarlarında ayaq keçirməkdən ötrü açılan oyuq.\n2. Faytonda, karetdə və s.-də minmək üçün düzəldilmiş ayaq yeri. ayaqyolu is. Təbii ehtiyacları rəf etmək üçün yer; abdəstxana, rahatxana. ‣ Ayaqyoluna düşmək – ishala düşmək, qarnı işləmək. ayalama məh. bax. ayalqa. ayalqa məh. bax. ayama. ayama is. Bir adama el tərəfindən verilən ləqəb, ad. Sadıq bir az duruxub cavab verdi ki, “lağlağı” onun ayamasıdır. C.Məmmədquluzadə. ayar is. dan.\n1. Barama, pambıq və s. bu kimi xam mallardan əldə edilən xalis malın miqdarı.\n2. bax. əyyar. ayat is. [ər. “ayə” söz. cəmi] bax. ayə1 1-ci mənada. Ya ki, bir molla olub soymağa məxluqatı; Xahişi-nəfslə şərh eylər idi ayatı. A.Səhhət. ayaz is. Qışda buludsuz, aydın gecələrdə quru soyuq, şaxta; ümumiyyətlə, bərk soyuq. Qış yolunu yaz kəsdi; Qaranı bəyaz kəsdi; Gecə durdum qapıda; Əllərim ayaz kəsdi. (Bayatı). Gül rəngli havada toz, duman var; Dəhşətli soyuq, ayaz, boran var. A.Şaiq. Gecələr ayazda, gündüzlər al gün altında gəmi muzdurunun zəhməti hər bir zəhmətdən fövqdür. S.M.Qənizadə. ayazıma “Ayazımaq”dan f.is. ayazımaq f.\n1. Göy üzü açılmaq, buluddan, dumandan təmizlənmək, aydınlaşmaq. Bir az qabaq hava buludlu idi, indi ayazıyıbdır. – Payızın çiskinli, dumanlı günü ayazıyırdı. S.Rəhimov. Duman bir qədər ayazıdı, döyüşçülərə yol açdı. Ə.Vəliyev. Yağış bu saat kəsəcək, yuxarı ayazıyır. İ.Əfəndiyev.\n2. Gecə ayazında bərk üşümək, soyuqdan donmaq.\n3. məc. Ağır xəstəlikdən ayılmaq, bir az yaxşılaşmaq, xəstəliyi yüngülləşmək, rəngi özünə gəlmək, bənizi açılmaq. Xəstə dünənkinə nisbətən bir az ayazıyıbdır. // məc. Açılmaq. [Nəbinin] buludlu qaşqabağı birdən ayazıyıb açıldı. S.Rəhimov. // məc. Ayılmaq, özünə gəlmək. Zabitlə soldatlar hələ dünənki içkidən ayazımamış, həyatla vidalaşmalı oldular. M.Hüseyn. Bulanıq və dərin yuxulardan ayazıyıb, özümə gəldim. Mir Cəlal. ayazıtmaq f. Ayaza vermək, şaxtaya vermək, soyutmaq, dondurmaq. ayazlama “Ayazlamaq”dan f.is. ayazlamaq bax. ayazımaq 1 və 2-ci mənalarda. ayazlı sif. Şaxtalı, soyuq. Sən ayazlı gecələrdə ulduzların sirdaşısan; Boranların, çovğunların, dumanların qardaşısan. S.Vurğun. ayazlıq is.\n1. Buludsuz, aydın, eyni zamanda da soyuq gecə, ya gündüz.\n2. məh. At çulunun içinə astar kimi tikilən keçə. aybaay zərf Müntəzəm surətdə hər ay, aydan-aya. Aybaay hesabat vermək. Üzvlük haqqını aybaay toplamaq. Aybaay geri gedir. ay-balıq is. zool. Tropik dənizlərdə yaşayan girdəsifət balıq. Ay-balıq ən çox kürü tökən balıqdır. aybaşı is.\n1. Həddi-büluğa çatmış qızlarda, həmçinin qadınlarda vaxtaşırı (hər ay) uşaqlıqdan qan ifrazı; adət, heyz. Aybaşı orta beyindəki cinsiyyət mərkəzləri ilə tənzim olunur.\n2. Ürəkkeçmə. aybəniz sif. şair. Sifəti ağ, gözəl, göyçək. aydın sif.\n1. İşıqlı, aylı, mahtab. Aydın gecə. – Azər daha çox zövq alır aydın gecələrdən. H.Cavid. Aydın bir gecədir, ulduzlar həsrətlə yerə baxır. S.Rüstəm.\n2. İşıqlı, nurlu, işıqsaçan. // Parlaq.\n3. Buludsuz, açıq, təmiz. Aydın səma. Aydın hava. – Çiskinli və qaranlıq gecəni aydın bir səhər əvəz etdi. M.İbrahimov. • Aydın olmaq – aydınlaşmaq, açılmaq, buluddan, çəndən təmizlənmək. Yağış nə qədər gurultulu yağsa, o qədər sonra hava xoş və aydın olur. A.Divanbəyoğlu. Mən aşiq aydın olsun; Ay doğsun, aydın olsun.. (Bayatı). // məc. Təmiz, saf, ləkəsiz, sakit. Aydın baxışlar. Aydın gözlər. – Tahir Lətifənin aydın baxışlarındakı səmimiyyətə qətiyyən şübhə etmirdi. M.Hüseyn.\n4. Heç bir şübhə doğurmayan, aşkar, açıq, bəlli, məlum, şübhəsiz. Aydın məsələ. Fikrimiz aydındır.\n5. Yaxşı başa düşülən, seçilən, qavranılan, eşidilən, görünən. Aydın səs. Dağların aydın görünən zirvələri. – Aydın vəzndə olan musiqiyə xalq mahnıları, müxtəlif xalq rəqs havaları, habelə “təsnif”lər (vokal musiqisi) və “rəng”lər (çalğı musiqisi) daxildir. Ü.Hacıbəyov. Aydın məqsəd olmadan işə başlamaq yaramaz. Ə.Sadıq. • Aydın etmək – aydınlaşdırmaq, aşkar etmək, bəlli etmək, müəyyənləşdirmək. Məsələni aydın etmək lazımdır. Vəziyyəti aydın etmədən heç bir söz demək olmaz. Aydın olmaq – 1) aşkar olmaq, bəlli olmaq, meydana çıxmaq. Danışıqdan aydın oldu ki, [Nəbi kişi] Həcərin ağ boya ilə işlənmiş şəklini istəyir. S.Rəhimov. Bu mənzərəni görərkən hər şey aydın oldu. Ə.Məmmədxanlı; 2) görünmək, üzə çıxmaq. ‣ Aydın gün məc. – xoşbəxtlik, səadət, uğur. Aydın günə çıxmaq – uzun əzab və çətinlikdən sonra xoşbəxt olmaq. Gözün aydın (olsun)! – xoş bir münasibət və sevincli bir hadisə ilə əlaqədar olaraq söylənilən təbrik ifadəsidir. ..Yardan xəbər gəlibdi; Gözlərin aydın olsun. (Bayatı). aydınca (=aydıncasına) zərf Aydın surətdə, açıq-aydın, lap aydın. Səs aydınca eşidilir. – Uzaqda qurulmuş çadırlar da aydınca görünürdü. Çəmənzəminli. aydıncasına (=aydınca) zərf Aydın surətdə, açıq-aydın, lap aydın. Səs aydınca eşidilir. – Uzaqda qurulmuş çadırlar da aydınca görünürdü. Çəmənzəminli. aydınlanma “Aydınlanmaq”dan f.is. aydınlanmaq bax. aydınlaşmaq. aydınlaşdırılma “Aydınlaşdırılmaq”dan f.is. aydınlaşdırılmaq məch. Aydın edilmək, aşkar edilmək, müəyyən edilmək, izah edilmək. aydınlaşdırma “Aydınlaşdırmaq”dan f.is. aydınlaşdırmaq f. Aydın etmək, aşkar etmək, müəyyən etmək, bəlli etmək, açmaq, izah etmək. Məsələnin qaranlıq tərəfini aydınlaşdırmaq. Vəziyyəti aydınlaşdırmaq. – İzahat işləri fəhlələrə güclü təsir bağışlayır və məsələni aydınlaşdırırdı. M.S.Ordubadi. aydınlaşma “Aydınlaşmaq”dan f.is. aydınlaşmaq f.\n1. Aydınlıq olmaq, açılmaq, buluddan və s.-dən təmizlənmək. Göy üzü aydınlaşdı. Axşamdan hava buludlu idi, səhərə yaxın aydınlaşdı.\n2. Aşkar olmaq, aydın olmaq, bəlli olmaq, məlum olmaq, müəyyənləşmək. Məsələ aydınlaşdı. Vəziyyət aydınlaşdı. Fikir hələ tamamilə aydınlaşmamışdır.\n3. Yaxşı görünmək, aydın görünməyə başlamaq. Gün çıxdı, dağların başı aydınlaşdı. aydınlatma “Aydınlatmaq”dan f.is. aydınlatmaq f. İşıqlandırmaq, nurlandırmaq. // Məc. mənada. Qara simasını süni təbəssüm işığı ilə aydınlatmağa çalışdı. M.İbrahimov. aydınlıq is.\n1. Ay işığı, mahtab; açıq və işıq hava. // Sif. mənasında. Aydınlıq gecə. – Ülkər aydan ucadır; Nə aydınlıq gecədir; Mənim halım pis keçir; Sənin halın necədir? (Bayatı). Əvvəlinci məclis vaqe olur Heydər bəyin obasından kənar, bir böyük palıd ağacının dibində, aydınlıq gecədə. M.F.Axundzadə. Aydınlıq gecədə, gözəl bir çeşmənin kənarında cavanlar halə qurub əyləşib, növbə ilə oxuyub-çalanlara qulaq verirdilər. Ə.Haqverdiyev.\n2. İşıq, nur. Ey, gözüm aydınlığı, zülmətdən ənvar istəmə. Nəsimi.\n3. İşıqlı yer. Ovçular aydınlıqda oturub söhbət edirdilər.\n4. məc. Xoşbəxtlik mənasında. • Aydınlığa çıxasan! – “xoşbəxt olasan!”, “yaxşı gün görəsən!” mənasında təşəkkür, təbrik ifadəsi. Aydınlığa çıxmaq – xoşbəxtliyə çatmaq, rahat və məsud həyata çatmaq. Aydınlıq içində olmaq – xoşbəxt və rahat həyat keçirmək. [Xırda xanım:] Bala, aydınlıq içində ol, imanın kamil olsun. N.Vəzirov. aydırmaq f. məh. Anlatmaq, sezdirmək, başa salmaq, qandırmaq. ayə I. is. [ər.]\n1. din. Quran surələrinin müstəqil mənası olan cümlələrindən hər biri. Yasin surəsinin ayələri. – Ancaq böyüyüb savadımı artırandan sonra bildim ki, həmin ibarə Quran ayəsidir. C.Məmmədquluzadə.\n2. məc. dan. Hökm, ehkam, qanun, əmr mənasında. Onun dedikləri bizim üçün ayə deyil.\n\nII. dan. bax. aya. [Məşədi İbad:] Qonaqlar bu evdə olanda, mən o biri otaqda səhərdən bəri fikirdə idim ki, ayə mənim eybim nədir? Ü.Hacıbəyov. ayət bax. ayə1 . Yetmiş min ayətə dəlil olursan. Xətayi. ayətullah is. [ər.]\n1. Allahın nişanəsi.\n2. Din xadimlərinə verilən rütbə. ay-hay nida, dan. Kinayə, istehza, narazılıq və s. ifadə edir. Ay-hay, səndən də qorxacağıq! – [Surxay:] Ay-hay, elə biz mədəndə oyun çıxarırıq da.. S.Rəhman. Fəhlələrdən biri dedi: – Ay-hay, elə bilirsiniz pəncərə açıqdır? “Kirpi”. ayı is.\n1. Uzun tüklü, ağır gövdəli, hər şey yeyən iri yırtıcı heyvan. Boz ayı. Ağ ayı (ağtüklü, qütb ayısı). Qafqaz ayısı. – Meşənin dərinliklərində qaraqıllı ayılar hərlənir, sərt otlaqlarda canavarlar dolaşırdı. S.Rəhimov. • Ayı potası – ayı balası. Mağara o qədər kiçik idi ki, içindəki iki ayı potası apaçıq görünürdü. A.Şaiq.\n2. məc. dan. Qaba, kobud, yöndəmsiz, yontulmamış adam haqqında. ‣ Dağ ayısı – bax. ayı 2-ci mənada. ayıb is. [ər. eyb]\n1. Utanılacaq şey, utanmağa səbəb olan hal; ar, biabırçılıq. Ayıb iş. –Ayıbsöyləyəninaybınısöylərlər.(Ata. sözü). [Həpir:] Mənə ayıb olar ki, atam bu qoca vaxtında güzəran qeydi çəkə. Mir Cəlal.\n2. Qüsur, nöqsan, çatışmazlıq. Gərdənində, qamətində ayıb yox; Amma nə gözəldir pərişan zülfün! M.P.Vaqif. • Aybı açılmaq – ifşa olunmaq, qüsur və nöqsanlarının üstü açılmaq, biabır olmaq. Aybı çölə düşmək – sirr və nöqsanları camaata məlum olmaq, rüsvay olmaq. Aybı gəlmək – bax. aybına gəlmək. Aybı örtülmək – qüsur və nöqsanlarının üstü pərdələnmək, ayıbları gizlində qalmaq. Aybına gəlmək – özü üçün nöqsan və qəbahət saymaq, utanmaq, xəcalət çəkmək. Aybına kor olmaq – öz ayıb və nöqsanlarını anlayaraq peşman olmaq, utanmaq, xəcalət çəkmək. Aybını açmaq – nöqsan və qüsurunun üstünü açmaq, ifşa etmək. Aybını örtmək – qüsur və ayıblarının üstünü pərdələmək, gizlətmək, ört-basdır etmək. Aybını üzünə vurmaq – nöqsanını üzünə deyib utandırmaq. Ayıb saymaq – nöqsan hesab etmək, nöqsan bilmək, qüsur saymaq. Ayıb tutmaq – nöqsanlı hesab etmək, qüsur bilmək, nöqsanını, qüsurunu göstərmək. ayıbalası is. məh. Saman qarışdırılmış palçıqdan hazırlanan çiy kərpic. Çayın qurtaracağında ayıbalasından tikilmiş bir bina vardı. S.Rəhimov. [Əkbər] daha qapı-qapı düşüb “ayıbalası” kəsməyəcəkdi. Mir Cəlal. ayıbaldırğanı is. bot. Baldırğana oxşar yemlik yabanı bitki. Budaq müxtəlif qanqalları qırar, dəvədabanıları qoparar, ayıbaldırğanlarını doğrayar və silos maşınının yanına gətirərdi. Ə.Vəliyev. ayıblama “Ayıblamaq”dan f.is. ayıblamaq f. dan. Töhmət etmək, məzəmmətləmək, danlamaq, qınamaq. [Həsən:] Xalq məni ayıblasa da, mən öz hissəmi ayırıb satıram. A.Şaiq. ayıblanmaq məch. Töhmət olunmaq, məzəmmətlənmək, danlanmaq. ayıblı sif. Aybı olan, nöqsanlı, qüsurlu. Ayıblı bir söz danışan yoxdur. M.Hüseyn. // İs. mənasında. [Vaqif:] Elə dərd də orasındadır: “Öküzün inildəməkdən qarnı quruldar”. “Ayıblı aybını bilsəydi, heç dünyada ayıb olardımı?”. Çəmənzəminli. ayıbsız sif. Nöqsansız, qüsursuz. Ayıbsız gözəl olmaz. (Ata. sözü). ayıbsızlıq is. Nöqsansızlıq, qüsursuzluq. ayıdöşəyi is. bot. Meşə altında bitən alaq otu; qıjı. Ayıdöşəyi sürətlə, lakin çəpəki inkişaf edən kökümsov gövdəyə və külli miqdarda incə köklərə malik, çoxillik .. bitkilərdəndir. R.Əliyev ayıdüdüyü is. bot. Dağlıq yerlərdə bitən, gövdəsinin içi koğuş bir bitki. Ayıdüdüyündən uşaqlar partıldaq qayırırlar. ayıq sif. və zərf\n1. Bayğınlığı, məstliyi keçmiş, ağlı başında. İnsanlar(ın) elə bir vaxtı olur ki, ancaq sərxoş olduğu zaman özünü ayıq hiss edə bilir. M.S.Ordubadi.\n2. Yuxuda olmayan, oyanıq, sərvaxt. Hamı yatmışdı, tək mən ayıq idim.\n3. məc. Sayıq, gözüaçıq, ağlı başında, özünü aldatmayan, ehtiyatlı, sağlam fikirli. Ayıq adam. Ayıq olmaq. İşlərə ayıq baxmaq. – İclas bitdikdən sonra tək-tək yoldaşlarla söhbət edir və ayıq olmalarını tapşırırdım. M.S.Ordubadi. Həmişə ayıq olan Araz yaxınlıqda ayaq səsləri eşidib yerindən dik atıldı. A.Şaiq. • Ayıq salmaq – qəflətdə olanı ayıltmaq, ayılmasına səbəb olmaq. Puan Qay çinliləri ayıq salır, onlara edilən zülmü öz oyunları ilə nümayiş etdirir. S.S.Axundov. Dəstədən bir nəfər dilləndi: – Növbətçi görər, siqnal verib almanları ayıq salar. M.Hüseyn. [Firidun] itləri ayıq salacağından qorxaraq, nəfəsini belə çıxarmırdı. M.İbrahimov. ayıqlıq is. Ayıq adamın halı. Yarı huş və yarı ayıqlıq aləmində ona [Azadiyə] elə gəlirdi ki, qurtarmaq bilməyən bir çaydan keçməkdədir. M.İbrahimov. // Sayıqlıq. Bu ayıqlığın qabağında [Cuma] nə qayıra bilərdi. Ə.Əbülhəsən. ayıq-sayıq bax. ayıq 3-cü mənada. Ayıq-sayıq dayanmaq. ayıqulağı is. bot. Həmişəyaşıl yarımkol bitki. Ayıqulağı həmişəyaşıl halda olan yarımkol bitkidir, yerlə sürünən qol-budaqlı gövdəyə malikdir, .. çəhrayı rəngli gözəl, salxım çiçəkləri vardır. R.Əliyev. ayıqyatan f.sif. Bərk yatmayan, hər hansı səs və ya hərəkətdən yuxudan tez oyanan. Havva ayıqyatan adam idi. Mir Cəlal. ayılma “Ayılmaq”dan f.is. Həkim xəstənin ayılmasını gözlədi. M.Hüseyn. ayılmaq f.\n1. Yuxudan oyanmaq, yuxudan durmaq. Gün dağlara yayıldı; Hər bir yatan ayıldı. A.Səhhət. Xan səsə yuxudan ayıldı. Əvvəl qulaqlarına inanmayıb durdu, yatağının üstə oturdu. Çəmənzəminli.\n2. Bayğınlığı, sərxoşluğu keçmək, özünə gəlmək; huşa gəlmək, gözlərini açmaq. Sitarə xəyalatdan ayıldı. Yengələr ona gəlin otağında “təlim” verirdilər. Çəmənzəminli. [Salmanov] çaxır boçkası kimi doldurub qarnını, üç günə ayılmaz. S.Rəhman.\n3. məc. Gözü açılmaq, fəaliyyətə gəlmək, hərəkətə gəlmək, qəflət yuxusundan ayılmaq, canlanmaq. Hamı bu on ilin müddətində lazımınca ayılıbdır. Ə.Haqverdiyev. Çərxin əcəba seyri də min babət olurmuş; Millət ayılıb talibi-hürriyyət olurmuş! M.Ə.Sabir. ayıltma “Ayıltmaq”dan f.is. ayıltmaq f.\n1. Yuxudan oyatmaq, ayılmağa, gözlərini açmağa məcbur etmək. Telefonun zəngi bizi yuxudan ayıltdı. – Kərim bəy dərhal Güləndamı ayıltdı; qız özünü itirdi. Mir Cəlal. Səhər yuxusundan ayıldır məni; Sinəmə sığmayan böyük duyğular. S.Vurğun.\n2. Özündən getmiş və ya sərxoş adamı özünə gətirmək, huşa gətirmək. Sərxoşu ayıltmaq. Özündən getmiş qızı həkim ayıltdı.\n3. məc. Gözünü açmaq, başa salmaq, qəflət yuxusundan oyatmaq; bilmədiyi, xatırında olmadığı şeyi yadına salmaq. Axırı bir gün atası rəhmətlik hesabdar Gəldiyevi ayıltdı. Mir Cəlal. [Sonralar] xalqımızı ayıltmaq üçün ziyalıların çalışdığını dərk etməyə başladım.. H.Sarabski. // Ayıq salmaq, duyuq salmaq. Düşməni ayıltmaq olmaz, onlar da güclüdürlər. N.Vəzirov. ayın-oyun is. dan.\n1. Evin ehtiyacı üçün bazardan alınan gündəlik şeylər, xırda-xırda. [Şahmar bəy:] Mən gedirəm Hacı Osmanın yurduna, görüm nə var, nə yox, .. bir az da ayın-oyun gətirim. N.Vəzirov. // Ümumiyyətlə, xırım-xırda şey. Həmzənin çoxdan söndürülmüş mağazasında, deyəsən, yenə ora-buranı axtaran, ayın-oyun tapıb aparanlar vardı. Ə.Əbülhəsən. İbrahim hər gün çıxıb bazara, ayın-oyundan gətirib qarı ilə yeyirdi. (Nağıl).\n2. məc. Mənasız, boş söz; cəfəngiyat. Ayın-oyun danışmaq. ayın-şayın zərf dan. Arxayın, nigarançılıqdan uzaq, rahat, asudə. [Hacı Baxşəli:] Cəlilin toyunun tədarükündə idim ki, birdən ayın-şayın gəzdiyi yerdə, bax, boynunun burasından .. bir yara çıxdı. C.Məmmədquluzadə. ayıoynadan is. köhn.\n1. Keçmişdə ayı oynadıb pul yığmaqla məşğul olan adam.\n2. məc. Məsxərəçi, zarafatçı, oyunbaz. ayırd ayırd etmək (eləmək) –\n1. Yoxlayıb müəyyənləşdirmək. Məsələni ayırd etmək. – [Qoca keşikçi:] Mən davanızı ayırd edərəm, – dedi. M.Hüseyn. [Kərəmov:] Yaxşı, bu məsələlərin hamısını iclasda ayırd eləyərik. S.Rəhman.\n2. Ayırmaq, fərqləndirmək, seçmək, yaxşını pisdən, irini xırdadan və s. ayırmaq. Bizim bu günə qədər haqqı batildən seçməkdə və doğrunu əyridən ayırd etməkdə yanlışlığımız bu cəhətdəndir... M.F.Axundzadə.\n3. Dalaşanları, tutuşanları, mübahisə edənləri bir-birindən ayırmaq. Bəziləri didişir, böyük yoldaşları onlara acıqlanır, onları ayırd edirdi. S.Rəhimov. ayırıcı is. xüs. Bir şeyi növlərə, çeşidlərə ayıran, çeşidçi (fəhlə, maşın). ayırma “Ayırmaq”dan f.is. ayırmaq f.\n1. Bütöv halda olan şeyi parçalamaq, yaxud onun bir hissəsini götürmək, qoparmaq. Yumurtanın sarısını ağından ayırmaq. Sümüyü ətdən ayırmaq. Maddəni tərkib hissələrinə ayırmaq.\n2. Əlaqəsini kəsmək, rabitəsini kəsmək, bir-birindən uzaqlaşdırmaq, aralı salmaq. Tale onları bir-birindən ayırdı. Ailəsindən ayırmaq. Vətənindən ayırmaq. – Dağların dağı məni; Bağçası, bağı məni; Mən səndən ayrılmazdım; Ayırdı yağı məni. (Bayatı). Ayırdı məndən o məhruyi biməqam fələk. S.Ə.Şirvani. [Qədir] özünü kütlədən, yəni “qara camaatdan” ayırmaq üçün həmişə hamı deyənin ziddinə gedir. Mir Cəlal.\n3. Aralamaq, kənara çəkmək, bir-birindən uzaqlaşdırmaq. Dalaşanları ayırmaq. Buzovu anasından ayırmaq. Uşağı döşdən ayırmaq (böyüdüyü üçün uşağa daha süd verməmək, əmizdirməmək).\n4. Təcrid etmək, başqalarından ayırmaq, uzaqlaşdırmaq, başqaları ilə əlaqəsini kəsmək. Xəstələri sağlamlardan ayırmaq. Uşağı zərərli mühitdən ayırmaq.\n5. Yarmaq, şaqqalamaq, parçalamaq, kəsmək. Kötüyü balta ilə dörd yerə ayırmaq. Qoyunun cəmdəyini beş yerə ayırdılar.\n6. Bölmək, təqsim etmək. Şeyləri ikiyə ayırmaq. Hər kəsin payını ayırıb özünə verdi. Otağı pərdə ilə iki hissəyə ayırmaq.\n7. Seçmək, fərqləndirmək. Yaxşını pisdən ayırmaq. Safı çürükdən ayırmaq. Dənin irisini xırdasından ayırmaq.\n8. İstifadə üçün vermək, ixtiyarına vermək, təxsis etmək. Uşaq üçün otaqda bir guşə ayırmaq. Ləvazimat almaq üçün pul ayırmaq. Laboratoriya üçün avadanlıq ayırmaq. – Gəldiyev Ağca xanımın xəcalətindən çıxmaq üçün tələbələrə gələn güzəştli biletdən iki dənə ayırır, Ağca ilə getməli olurdu. Mir Cəlal.\n9. Nəzərə çarpdırmaq, fərqləndirmək. Mətnin əsas yerlərini qara hərflərlə ayırmaq. ayısoğanı is. bot. Çəmənlərdə bitən soğanaqlı bitki. ayışma “Ayışmaq”dan f.is. ayışmaq f. Gicişmək. Gözü ayışmaq. ayıtmaq f. qəd. Demək, söyləmək. Olma məlul, ayıtma kim, bəndü hasar içindəyəm. Nəsimi. Şah Xətayi aydır: – sirrini yayma. Xətayi. ayin is. [fars.]\n1. Qayda, qanun. Gəlmədi, saçı arasında yəqin itdi könül; Rəsmayindir, olur şami-qaranqudə bəla. Q.Zakir. // Dəb, adət, üsul.\n2. Dini mahiyyətdə olan mərasim; ibadət. Dini ayinlərin icrası. – Aldanmaram ki, doğrudur ayinin, ey əmu; Kəssin məni, həqiqi isə dinin, ey əmu! M.Ə.Sabir. // Məc. mənada. Səcdədir hər qanda bir büt görsəm ayinim mənim; Xah mömin, xah kafir tut, budur dinim mənim. Füzuli. ayinə is. [fars.] bax. ayna 1-ci mənada. Ol məhi-namehriban istər ki, zülfün darasın; Sən götür ayinə, ey gün, ey qəmər, sən şanə tut. S.Ə.Şirvani. Şairəm, əsrimin ayinəsiyəm; Məndə hər kəs görür öz qaşgözünü. M.Ə.Sabir. Ədəbiyyat [xalqın] ayineyi-həqiqətnümasıdır ki, onun maddi və mənəvi tərəqqisini və istiqbalı üçün nicat və səadət yollarını eyni ilə göstərir. F.Köçərli. ayinədar is. [fars.] Aynatutan (keçmiş zamanlarda bir böyük adam geyinərkən, onun qabağında güzgü tutan xidmətçi). ayqabaq (=ayqabaqlı) bax. aybəniz. Buludzülflü, ayqabaqlı gözəlin; Duruban başına dolanmaq gərək. M.P.Vaqif. ayqabaqlı (=ayqabaq) bax. aybəniz. Buludzülflü, ayqabaqlı gözəlin; Duruban başına dolanmaq gərək. M.P.Vaqif. ayqır is. Döllük erkək at. At zavodunda cins ayqırlar yetişdirilir. – Ayqır başını qaldırıb ilxıya gələn qatıra diqqətlə baxdı. S.Rəhimov. aylam is. məh. Dairə, dövrə, halqa. aylandırma “Aylandırmaq”dan f.is. aylandırmaq f. Dolandırmaq, fırlandırmaq; aylanmağa, fırlanmağa, hərlənməyə məcbur etmək. aylanma “Aylanmaq”dan f.is. aylanmaq f.\n1. Dolanmaq, fırlanmaq, hərlənmək.\n2. Gicəllənmək, dönmək. Başı aylanmaq. ‣ Dünya başına aylanmaq – çox mütəəssir olmaq, başa gələn bir hadisə üzündən dərin iztirab və ya ruhi sarsıntı keçirmək. [Rüstəm bəy:] Haradasan oğul, .. yaraların yadıma düşəndə, dünya başıma aylanır. N.Vəzirov. aylı sif. Ay işığı ilə işıqlanmış, mahtab. Aylı gecələr. – Göy üzü dumduru, aylı bir gecə. M.Rahim. aylıq 1. sif. Ayda bir dəfə olan, hər ay olan, bir ayda görülən, bir aya məxsus, ayda bir dəfə çıxan. Aylıq iş planı. Aylıq hesabat. Aylıq məcmuə.\n2. sif. Bir ay müddəti, bir ay davam edən, bir ay tələb edən, bir ayda hasil olan (əmələ gələn). Aylıq gəlir. Aylıq məzuniyyət. Aylıq məhsul. // Saylarla bərabər – bir, iki, üç ... aylıq. Biz qaçanların hamısının özünü və ailəsini bir aylıq məsariflə təmin etmişik. M.S.Ordubadi. [Fikrət:] Bəzən bir boran altı-yeddi aylıq əməyimizi bircə dəqiqənin içərisində puça çıxarır. M.Hüseyn.\n3. is. dan. Bir ayda alınan maaş, məvacib, zəhmət haqqı. Aylığımızı dünən almışıq. Aylığımız artmışdır. – Papaqçı dedi: – Bala, mənə şagird durarsanmı? Rəsul dedi: – Nə üçün durmaram. Aylığım neçə olacaq? “Aşıq Qərib”. Kərim baba inəkləri aylıq ilə güdərdi. A.Şaiq. [Bayram:] Mədəndə bundan dörd qat az alırdım, indi, şükür Allaha, aylığım pis deyil. M.Hüseyn.\n4. is. Hər hansı bir işi, ictimai kampaniyanı keçirmək üçün bir aylıq müddət. Şəhəri yaşıllaşdırma aylığı. – Cabbarlı 1929-cu ildə Zaqafqaziya xalqlarının mədəni birliyi aylığında iştirak etmişdi. M.Arif.\n5. Yaşı bir ay olan, 30 günlük. Aylıq uşaq. Aylıq quzu. aylıqçı sif. Ay hesabı ilə, aylıq muzd ilə işləyən. [Qarı:] Hələ mənim özümü burada aylıqçı qoyub ki, Tiflis şəhərinə yeni gələn qəriblərin xəbərini ona verim. “Aşıq Qərib”. aylıqçılıq is. Aylıqla işləmə. aylıqlı sif. Maaşlı, maaşla xidmət edən, işləyən. aylı-ulduzlu sif. Ay çıxmış, işıqlı və ulduzlu. Aylı-ulduzlu bir gecə idi. M.Hüseyn. ayna is. [fars.]\n1. Güzgü. Aynanın çatdığı calaq qəbul eləməz. (Ata. sözü). Əgər bilmək istəyirsiniz ki, kimin üzünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxınız camalınıza. C.Məmmədquluzadə. [Həkim:] Mən ayna ilə üzbəüz oturmuşdum. Qonşu otağın bir hissəsi bu aynada görünürdü. C.Cabbarlı. // məc. Bir şeyi özündə əks etdirən. Mətbuat həyatın aynasıdır. – Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun, .. o qəzetə baxan xalqı aynada görən kimi görsün. H.Zərdabi. Qarşımda iki lövhə, keçən günlər aynası. R.Rza.\n2. Pəncərə, pəncərə şüşəsi. Ayna salmaq. Aynadan küçəyə baxmaq. Pəncərənin aynaları qırılıbdır.\n3. məc. Saflıq, duruluq, parlaqlıq, şəffaflıq mənasında təşbih. Ayna kimi suyun üzü bərq vurar; Məxmər kimi otun üstü xovlanar. A.Səhhət. Tarixi binalar kimi bir çox; Evlər görürəm ayna sularda. M.Müşfiq. Çaylar axıb ayna kimi durulur; Görən deyir, nə göyçəkdir kəndimiz. Z.Xəlil. // Gözəllik, ağlıq mənasında təşbih. Çən alıb dağlar başın; Bağ başın, bağlar başın; Camalın bir aynadır; Hər görən bağlar başın. (Bayatı). Günəş kimi nur çiləyir; Hər tərəfə od ələyir; Könlümü məftun eləyir; Ayna üzü gözəllərin. Aşıq Pənah. ‣ Aynası açıq dan. – 1) özünü bir qədər yaxşı hiss edən xəstə haqqında; 2) xoşrəftar, mehriban, üzügülər adam haqqında. Aynası açılmaq – 1) ağır xəstəlikdən ayılmaq, əhvalı yaxşılaşmaq; 2) kefi açılmaq, ürəyi açılmaq. ..Onsuz gülməz üzüm, açılmaz aynam.. M.Müşfiq. aynabənd is. [fars.]\n1. Şüşəli balkon, pəncərələri çox böyük olan otaq, şüşəbənd. Pəncərəsi aynabəndə çıxan kiçik otaqda yorğan-döşək yığmaq üçün bir aynalı divar şkafı var. S.Rəhman. Batan günün şöləsilə yanar neçə aynabənd. Ə.Cəmil. Hüseynağa aynabəndə çıxan kimi gözləri divanın yanında durmuş Zeynəbə sataşdı. M.İbrahimov.\n2. Bitki yetişdirmək üçün şüşəbənd.\n3. Pəncərə, vitrin. Dəmirov pəncərədən açılmış mağazalara, geniş aynabəndlərə baxırdı. S.Rəhimov. aynabəndli sif. Aynabəndi olan, şüşəbəndli, hər tərəfi şüşəli, pəncərəli (bina, otaq və s.). Məhkəmə yuxarı məhəllənin tinində ikimərtəbə, uzun aynabəndli evdə idi. Mir Cəlal. [Tahir] ağ daşdan tikilmiş birmərtəbəli aynabəndli evin qabağında “Moskviç”i gördü. M.Hüseyn. İpək məxmər pərdələr aynabəndli pəncərələri bəzəyirdi. S.Rəhimov. aynacıq is. dan. Kiçik ayna, balaca güzgü. Burada üç çilçıraq, kiçik aynacıqların qabarıq ornamentləri, mozaika və s. nəzərdə tutulmuşdur. “İncəsənət”. aynaçı is.\n1. köhn. Şüşəsalan, aynasalan, aynasaz.\n2. köhn. Keçmişdə zadəgan ailələrində: xanım geyinərkən onun qabağında ayna tutan xidmətçi. bax. aynatutan. aynaçılıq is. Aynaçı sənəti. aynalama “Aynalamaq”dan f.is. aynalamaq f.\n1. Güzgüləmək, güzgü vurmaq, güzgü salmaq. Şifoneri aynalamaq. // Parıldatmaq, cilalandırmaq.\n2. Şüşə salmaq (pəncərəyə və s.-yə). Pəncərələri aynalamaq. Şkafı aynalamaq. aynalanma “Aynalanmaq”dan f.is. aynalanmaq məch.\n1. Güzgülənmək, güzgü vurulmaq (salınmaq).\n2. Şüşə salınmaq (pəncərəyə və s.-yə). aynalatma “Aynalatmaq”dan f.is. aynalatmaq f.\n1. köhn. Xəncərə və s. silahlara cila verdirmək, parıldatmaq.\n2. Şüşə saldırmaq (pəncərəyə və s.-yə). aynalı I. sif.\n1. Aynası, güzgüsü, ya şüşəsi olan. Aynalı şkaf. Aynalı otaqlar. Aynalı bufet. – Yorğun-arğın insanlar işdən sonra; Yığılmışdı divarları daş aynalı bir salona. S.Vurğun.\n2. Pəncərəli, pəncərəsi olan.\n\nII. is. köhn. Patronu üstdən qoyulan təklülə tüfəng (bəzən “aynalı tüfəng” şəklində işlədilir). Aynalını təmizləyib qurtaran Həcər, aynalı ilə oynamağa başladı. S.Rəhimov. Nəbi aynalı tüfəngini götürüb düşmən qabağına getmək istəyərkən qaraçılar qoymurlar. “Qaçaq Nəbi”. aynasaz is. [fars.] bax. aynaçı 1-ci mənada. aynatutan is. etnoqr. Köhnə məişətdə: gəlin gedərkən onun qabağında güzgü aparan şəxs. aynımaq f. dan.\n1. Sağalmağa başlamaq.\n2. Başı açılmaq, azad olmaq, yüngülləşmək (işdən). Başım heç işdən aynımır. aypara is.\n1. Ayın nazik qövs şəklində olan dövrü; hilal; yeni ay, bir-iki günlük ay. // Bu cür Ay şəkli. Yenə də Rüxsarə, üstündə qırmızı aypara olan həkim çantasını çiyninə salacaq, sökülən dağı, yıxılan meşələri dolanacaqdır. S.Rəhimov.\n2. köhn. Qızıl, ya gümüşdən qayrılan yarımdairə şəkilli qadın bəzəyi.\n3. bax. ay parçası 2-ci mənada (“ay1 ”da). Ayparatək üzə bax; Qələm qaşa, gözə bax; Deyirsən sevim səni; Anam deyən sözə bax! (Bayatı). Reyhan mavi göylərdən yerə enmiş bir ayparadır. M.Hüseyn. ‣ Qızıl Aypara Cəmiyyəti – bəzi Şərq xalqlarında Qırmızı Xaç Cəmiyyətinin vəzifəsini daşıyan könüllü təşkilatın adı (keçmişdə buna Hilal əhmər cəmiyyəti deyilərdi). Qızıl Aypara Cəmiyyəti üz verən fəlakətlə əlaqədar Yəmənə 50 ton buğda unu, 10 min metr ağ bez və 1500 ton sement göndərmişdir.(Qəzetlərdən). ayparalı sif. köhn. Üzərində aypara kimi bəzəyi olan, üzərində aypara olan. Ayparalı don. Ayparalı bayraq. Ayparalı başlıq. // Üzərində aypara şəkli olan, üzərində aypara çəkilmiş. Rüxsarə çiynindən asılmış ayparalı çantaya baxdı. S.Rəhimov. ayran is. Yağı alınıb su qarışdırılmış qatıq. Heç kəs öz ayranına turş deməz. (Ata. sözü). Masanın üzərində böyük bir mətərə buzlu ayran qoyulmuşdu. M.S.Ordubadi. Qızxanım parçı ağzına qədər ayranla doldurub Almurad ağaya verdi. İ.Əfəndiyev. [Göyçək] ayranı çürüdüb şor elədi. Ə.Vəliyev. ayranaşı is. məh. bax. ayrançilo. ayrançilov is. məh. Ayranda bişirilən aş. ayranlıq is. məh. İtlərə ayran tökmək üçün qazılan çuxur, çala. ayrı 1. zərf Xüsusi, tək, başqası ilə bağlı olmayaraq, müstəqil, özbaşına. O, ataanasından ayrı yaşayır. Ayrı gəzib dolanmaq. • Ayrı düşmək – aralı düşmək, uzaq düşmək, uzaqlaşmaq, əlaqəsini itirmək. Ailədən ayrı düşmək. – Vətəndən ayrı düşüb indi laməkan ölürəm. X.Natəvan. Alagözlü, səndən ayrı düşəli; Ah çəkməkdən bağrım qana dönübdür. Aşıq Ələsgər. Sənin vəziyyətin o qədər də çıxılmaz .. deyil, sən ancaq bir-iki gün öz ailəndən ayrı düşmüsən. M.S.Ordubadi. Ayrı salmaq – ayırmaq, uzaqlaşdırmaq, əlaqənin kəsilməsinə səbəb olmaq. Gəlin, çox yormayın sevgilinizi; Fələk ayrı saldı deyəsən bizi. S.Vurğun.\n2. sif. Başqa, əlahiddə, qeyri, digər. Ayrı bir iş. Ayrı məsələ. Ayrı adam. Onun paltarı ayrı parçadandır. – Gördü bir ayrı arı bu halı; Arılardan soruşdu əhvalı. S.Ə.Şirvani. Mən də: – Məlik Məmməd, Qırat nağıllarından ayrısını bilmirəm, – deyə bacım kifayətləndi. S.S.Axundov.\n3. Qoşma mənasında. Qərar etməz könül zülfündən ayrı. Nəsimi. Səndən ayrı bağrım kababə dönmüşdür. M.P.Vaqif. ayrı-ayrı zərf Hər biri ayrıca olaraq, başqa-başqa, bircə-bircə. Hər kəsi ayrı-ayrı başa salmalı. – Axşamçağı idi, kənd əhalisi işlərini qurtarıb, arvadlar və kişilər ayrı-ayrı küçə ağzında .. çömbəlmiş oturmuşdular. B.Talıblı. // Tək-tək, bəzi. Ayrı-ayrı tənqidi qeydlər. – Bağ-bağça öz yaşıl donunu çoxdan tökmüş, ayrı-ayrı ağaclarda beş-on saralmış yarpaqdan başqa bir şey qalmamışdı. M.İbrahimov. • Ayrı-ayrılıqda – təklikdə, birini təklikdə götürdükdə, özözlüyündə. ayrıc is. Bir neçə yolun ayrıldığı və ya bir yolun bir neçə tərəfə haçalandığı yer (adətən “yol” sözü ilə bərabər işlənir). Ayna və Sənəm qarı da yol ayrıcına çatdılar. Ə.Məmmədxanlı. Yorğun əsrlərin yol ayrıcında; Durmusan dağ kimi böyük sənətkar! R.Rza. ayrıca 1. zərf Ayrı olaraq, xüsusi olaraq, təklikdə. Ayrıca oturmaq. Ayrıca yaşamaq. Bu barədə ayrıca danışarıq.\n2. sif. Xüsusi, ayrı, tək. Ayrıca otaq. Ayrıca loja. Ayrıca yol. – Fatma Məsmənin uşaqları üçün ayrıca yağlı fətir kündəsi hazırlamışdı. Mir Cəlal. ayrıq (=ayrıqotu) is. bot. Çoxillik taxıllar fəsiləsinə mənsub ot. ayrıqotu (=ayrıq) is. bot. Çoxillik taxıllar fəsiləsinə mənsub ot. ayrılıq is.\n1. Başqalıq, müxtəliflik, birbirinə bənzəməzlik; fərq, uyğunsuzluq. Fikir ayrılığı. Üsul ayrılığı. Bunların arasında heç bir ayrılıq yoxdur.\n2. Yaxın adamlarından, sevgilisindən, dostundan uzaqda keçən həyat; hicran, fəraq, firqət. Ayrılığa dözməmək. – Əğyar aramıza saldı ayrılıq; Getdi canan yüz naz ilə, gəlmədi. Aşıq Dilqəm. Zimistan oldu, gənə gəldi bahar; Ayrılıq eylədi məni intizar. Aşıq Pəri. Mən ki doymamışdım heç vüsalından; Mənə zülm elədi yaman ayrılıq. N.Rəfibəyli. // Ayrılma. [Cəmil bəy:] Ayrılıq zamanı yaxınlaşınca birdən-birə gözlərim yaşardı. H.Cavid. ayrılıqda zərf\n1. Ayrı olaraq, ayrıca. Məktəblərdə oğlanlarla qızların ayrılıqda təhsil almaları göstərdi ki, bu təhsil sistemi özünü doğrultmur. “Az. qad.”\n2. Təklikdə, xüsusilikdə; xəlvəti. Bu sirri sənə ayrılıqda deyərəm. ayrılış is. Ayrılmaq işi, ayrılma. [Nina] son dəfə əlimi sıxdıqda, sanki barmaqları və damarları da bu ayrılışa etiraz edirdi. M.S.Ordubadi. ayrılışma “Ayrılışmaq”dan f.is. ayrılışmaq f. Bir-birindən ayrılmaq, əlaqəni qırmaq. Ortaqlar ayrılışdılar. – Dədəm məni gətirdi evə, üç il qalıb “kəbinim halal, canım azad” deyib seyiddən ayrılışdıq. Çəmənzəminli. ayrılma “Ayrılmaq”dan f.is. ayrılmaq f.\n1. Ayrı düşmək, aralı düşmək, uzaq düşmək, uzaqlaşmaq. Gülnaz bir neçə addım anasından ayrılıb, özünü qabaqda gedən üç nəfərə çatdırdı. M.İbrahimov. Ayna ilə Ayaz küçədə bir-birindən ayrıldılar. Ə.Məmmədxanlı. // Xudahafizləşmək, vidalaşmaq. Turxan bəydən ayrıldığımız gecə gözəl bir mahtab var idi. H.Cavid. // Daha görüşməmək, əlaqəni kəsmək. Səndən ayrılandan, ey gülbədənim; Həqq bilir, qalmışam sel arasında. Q.Zakir. Fəda olum sənə mən, səndən ayrıla bilməm. X.Natəvan. [Sitarə:] Mən səndən ayrılmaq istəmirəm, ayrıla bilmirəm, ancaq ayrılıram. C.Cabbarlı.\n2. Xəyalından çıxarmaq, fikrindən çıxarmaq, fikrən uzaqlaşmaq, tərk etmək. [Ağca xanım] qorxunc təsəvvürlərdən ayrılmaq üçün özünə güc verib gözlərini açdı. Mir Cəlal. Laçın meşəyə girəndə öz xatirələrindən ayrıldı. M.Hüseyn.\n3. Qopmaq, aralanmaq. Çaydanın qulpu ayrıldı. Ağacın budağı gövdəsindən ayrıldı.\n4. Çəkilmək, yerini tərk etmək. Dəstədən ayrılmaq. Atlı darvazadan ayrılıb yola düşdü. // Kənara çəkilmək, bir yerdən uzaqlaşmaq. Kərim babanın .. bir iti vardı. Gecəgündüz bizim qapımızdan ayrılmazdı. A.Şaiq.\n5. Bölünmək. Oyunçular iki yerə ayrıldılar. Çay iki qola ayrılmışdır.\n6. Bir yerdə ikən aralanıb müstəqil yaşamağa başlamaq. Qızlar ərə getdilər, oğlanlar isə ataları öləndən sonra ayrıldılar. Şəriklər ayrıldılar. – Öküz öldü, ortaq ayrıldı. (Ata. sözü).\n7. Aralarındakı ər-arvadlıq əlaqəsini ləğv etmək, bir-birini tərk etmək. Ərindən ayrılmaq. Arvadından ayrılmaq.\n8. Hər hansı bir xüsusiyyətinə, keyfiyyətinə və s.-yə görə başqalarından fərqlənmək, seçilmək. Qardaşlar bir-birindən çox ayrılırlar. O, yoldaşlarından heç ayrılmır. – Sözün heç ayrılmaz mənim sözümdən; Odlara yanmışam özüm-özümdən. M.P.Vaqif.\n9. Təxsis edilmək, ayrılıb saxlanmaq. İnşaat üçün külli miqdarda pul ayrılmışdır. Bu kitablar kimin üçün ayrılmışdır? ‣ Ayrıla qalmaq – aralanmaq, açıq qalmaq. Abbas .. gördü ki, gözləri yumuludur. Amma dodaqları ayrıla qalmışdı. S.S.Axundov. ayrılmaz sif.\n1. Heç vaxt bir-birindən ayrılmayan, çox yaxın, həmişə bir yerdə olan. Ayrılmaz dostlar. Ayrılmaz bacılar. Ayrılmaz yoldaşlar. – Dünəndən ayrılmaz, bu günə bağlı; Sabaha can atan təşnə bir insan! Şəhriyar. Bəlkə də bir simli iki sazıq biz; Sən qansan, mən ürək, ayrılmazıq biz. M.Araz.\n2. Heç bir vaxt bir-birindən ayrıla bilməyən, bir-birindən ayırmaq mümkün olmayan. Qarabağ əzəldən Azərbaycanın ayrılmaz parçası olmuşdur. – Sevgi gözəllikdə ayrılmaz ərşdir; Biri Aydır onun, biri Günəşdir. M.Müşfiq. ayrılmazlıq is. Ayrıla bilməyən şeyin xassəsi; bütövlük, bölünməzlik. byrım is. Azərbaycanın Gədəbəy, Daşkəsən, Tovuz, Qazax və b. rayonlarının dağlıq yerlərində yaşayan, ümumiyyətlə, tarixi Azərbaycanın Göycə, Çəmbərək, Dilican və İcevan kimi ərazilərində yaşamış azərbaycanlıların adı və onlara mənsub adam. Ayrım bəzəmələri. Ayrımların dilindən yazıya alınmış rəvayətlər. ayrnm bax ayrıc. Atı qabağa sürüb gördüm ki, küçə ayrımında, divarın kölgəsində dörd müsəlman oturub. C.Məmmədquluzadə. ayrı-seçki is. Tərəfgirlik, üzgörəlik; ədalətsizlik, bir tərəfin üstün tutulması, obyektiv münasibət göstərilməməsi. Ayrıseçki salmaq. – [Mahmud və Xolmoqorsev] hələ arxada ikən, qışladan şəhərə bərabər gedir, ayrı-seçki bilmədən restoranda yeyibiçir, .. yenə də qışlaya bərabər qayıdırdılar. Ə.Əbülhəsən. ayrı-seçkilik bax. ayrı-seçki. [Əşrəf] ..atasının iki qardaşın arasında ayrı-seçkilik saldığını xatırlayanda tutuldu. İ.Şıxlı. Xəlil ağlı kəsəndən bəri əmisigillə özləri arasında ayrı-seçkilik görməmişdi. İ.Məlikzadə. aysız sif. Qaranlıq, ay işığı olmayan. Aysız gecədir. Dağlar donmuş nəhəng qara dalğalar kimi dörd tərəfdən Xınalığın üfüqlərini hasarlayıblar. R.Rza. [Adilə:] – Nə aylı, nə aysız gecələrdə mənim anam məni gəzməyə buraxmır. Ə.Məmmədxanlı. aysor is. Əsas kütləsi İranda və Türkiyədə yaşayan və süryani dili ləhcələrindən birində danışan kiçik bir xalqın adı və bu xalqa mənsub adam. Aysorlar özlərini qədim assuriyalıların nəsilləri hesab edirlər. ay-ulduz is. köhn. Ay-ulduz şəklində qızıldan qadın bəzəyi; boyunbağı. Ay-ulduz şəbəkə üsulu ilə düzəldilir. ay-ulduzlu sif.\n1. Üzərində ay-ulduz şəkli təsvir olunmuş. Ay-ulduzlu bayraq.\n2. Döşündə, boynunda ay-ulduz şəklində bəzəyi olan; ay-ulduz taxılmış. Ay-ulduzlu sinəbənd. ayüzlü sif. şair. Gözəl, göyçək. az sif.\n1. Sayca çox olmayan, cüzi (çox ziddi). Az pul. Az miqdar. Az bilik. İclasa az adam gəlmişdi. // Çox sürməyən, sürəksiz, çox davam etməyən, tez qurtaran. Az ömür. Az vaxt. Az (z.) yaşamaq. Az (z.) sürmək. – Az yeyənin azarı da az olar. (Ata. sözü). // Kifayətsiz, ehtiyacı ödəməyən (adətən xəbər şəkilçisi ilə). Bu məbləğ azdır. Yaşına görə təcrübəsi azdır. Onun biliyi çox azdır. // “Bir” sözü ilə – azacıq, az miqdarda. Bir az su ver. Bir az gözlə. Bir az dincəl.\n2. Seyrək, nadir, arabir, gec-gec. Bakıda yağış az olur. Burada yaşıllıq çox azdır. Belə təsadüflər az düşər. Dostlar az görüşürlər.\n3. İs. mənasında. Azlıq, əqəliyyət. Az çoxa tabe olmalıdır.\n4. İs. mənasında. Az şey, az miqdar. Aza qane olmaq. – Azdan az deyiblər, çoxdan çox. (Ata. sözü). ‣ Az qala, az qaldı, az qalmışdı – demək olar ki, həmən-həmən. – Vallah, qəribə axmaqdırlar bu ingilis tayfaları ki, belə xətərli millət ilə az qalmışdı cəng başlayalar. M.F.Axundzadə. Məni az qaldı səyyadi-əcəl seyd eləsin, ey dil! Hanı ol ahuyi-rənayə səyyad olduğum günlər? S.Ə.Şirvani. Bəndalı qəlbində doğan təlatümdən az qaldı özünü itirə. Mir Cəlal. Usta Ağabalanın səsinə hamamçı dik atılıb az qaldı ocağın üstə qaynayan pitini töksün. Çəmənzəminli. Bir azdan – bir qədər sonra, azacıq sonra. Bir azdan gələrsən. Bir azdan hazır olar. – Qapı ağzında dayanmış Hacib dönüb getdi və bir azdan əlinə qılınc verilmiş ikinci cəllad içəri gəldi. Ə.Məmmədxanlı. Nə az, nə çox – məhz o qədər, düz, tam. Nə az, nə çox, düz bir ay yaylaqda qaldım. az-az zərf\n1. Yavaş-yavaş, tədriclə. Xəstə az-az sağalmağa başlamışdır. Uşaq az-az yeriyir. Yağış az-az yağır. İşlər az-az irəliləyir. // Azca-azca. [Cavadın] dişgöynədən sulardan az-az, tez-tez içdiyi dəqiqələr gözləri qabağında canlandı. Ə.Vəliyev.\n2. Nadir, gec-gec. [Eldar] kəndə az-az gəlməyə başlayır. S.Hüseyn. Bəy tayfasından belə adam az-az çıxır. S.Rəhimov. azacıq sif. və zərf Çox az, çox az miqdarda, cüzi. Mənə azacıq su verin. Azacıq vaxt qalmışdır. Azacıq yemək. – Azacıq aşım, ağrımaz başım. (Məsəl). Azacıq məvacibə qənaət edən muzdur öz boğazından qəpikqəpik kəsib, on ilin ərzində altı yüz manat pul cəm etmişdi. S.M.Qənizadə. Həcər qulaq verdi, bu an buludlar azacıq hərəkətə gəldi. S.Rəhimov. ‣ Azacıq aşın duzu deyil – bax. aş1 . azad I. sif. [fars.]\n1. Azadlıqdan istifadə edən, başqasından asılı olmayan, sərbəst. Azad xalq. Azad əmək. Azad həyat. Azad seçki hüququ.\n2. Maneəsiz, əngəlsiz, sərbəst, heç bir şeylə məhdud edilməyən. Azad ticarət. Azad satış. // zərf Rahat, əziyyətsiz. Azad nəfəs almaq.\n3. Boş (vaxt haqqında). Ulduz azad vaxtlarını daima öz kiçik otağında, həvəskarı olduğu rəssamlığa sərf edərdi. Ə.Məmmədxanlı.\n4. nida. Hərbi komanda. Mirbalayev “azad!” komandası verdi. M.Hüseyn. ‣ Azad edilmək – 1) xilas edilmək, qurtarılmaq, buraxılmaq. Həbsdən azad edilmək; 2) çıxarılmaq, xaric edilmək. İşdən azad edilmək. Vəzifəsindən azad edilmək; 3) tərxis edilmək, buraxılmaq. [Kusov] üç il bundan əvvəl Qafarın ordudan azad edilərkən birbaş Mingəçevirə gəldiyi günü xatırladı. Ə.Sadıq. Azad etmək – 1) xilas etmək, qurtarmaq. Nəbi Həcəri azad etdikdən sonra bir müddət İranda qalır. “Qaçaq Nəbi”; 2) azadlıq vermək, istiqlaliyyət vermək, azadlığını, istiqlaliyyətini özünə qaytarmaq; 3) buraxmaq, mürəxxəs etmək, getməsinə icazə vermək. Batalyon komissarı bugünkü söhbəti bununla qurtarıb: – “Sağ ol, Nəcəfov!” – deyib, döyüşçünün əlini möhkəm sıxmaqla onu azad etdi. Ə.Vəliyev; 4) tərxis etmək, buraxmaq. Əsgərlikdən azad etmək; 5) çıxarmaq, xaric etmək. İşdən azad etmək; 6) bir işi; vəzifəni, mükəlləfiyyəti və s.-ni yerinə yetirmək məcburiyyətindən xilas etmək. Bədənim zəif olduğundan, məni yay imtahanlarından azad etmişdilər. İ.Əfəndiyev. Azad olmaq – 1) azadlıq əldə etmək, müstəqil olmaq, sərbəst olmaq. Əsarətdən azad olmaq. – Arif çalışır ki, millət azad olun; Zahid çağırır ki, məscid abad olsun. M.Ə.Sabir; 2) boşalmaq. Yerlər azad oldu; 3) arzu etmədiyi bir vəzifədən, işdən və s.-dən canını qurtarmaq. Müdirlikdən azad olmaq; 4) xilas olmaq, qurtulmaq. Şəhərlər düşmən işğalından azad oldu; 5) məc. doğmaq. Bir ildə .. Zeynəb üçüncü uşaqdan azad oldu. M.İbrahimov; 6) işi, məşğələni qurtarmaq. A qardaşlar, axı bir deyin görüm, mənim nə vecimə ki, səhərlər saat altıda kontora gəlib, axşam saat onda azad olursunuz? C.Məmmədquluzadə.\n\nII. is. [fars.] bot. Cənubda bitən bərk oduncaqlı ağac növü. Azərbaycanda qarağac, dağdağan və azad ağacı cinslərindən olan yabanı şəkildə yayılmış və becərilən növün nümunələrinə təsadüf olunur. H.Qədirov. Zorxana oyunu adətlərinin birincisi zorxana mili idi. Bu alət şümşaddan, azaddan və yaxud da palıd ağacından qayrılardı. H.Sarabski. azadə bax. azad1 1-ci mənada. Aşiq azadə gərəkdir ki, dönər zindanə; Bərgigüldən ola gər bülbüli-şeydayə qəfəs. S.Ə.Şirvani. Sona xala ah çəkərək dedi: – Kaş oğlum Bəşir sağ olaydı, bu azadə qadınları görəydi. S.S.Axundov. // İs. mənasında. Azad adam. Mahiyyətini həqir sanma; Azadələri əsir sanma! M.Ə.Sabir. // Zərf mənasında. İstərdim o da mən kimi bir hörmətə çatsın; Azadə dolansın. M.Ə.Sabir. Az müddətdə bu qızı ağıl-kamalının səbəbinə müəllimləri nəhayətdə sevirdilər; 15 yaşında firəng və rus dilində azadə danışırdı. N.Nərimanov. Tovuz kimi azadə gəzirsən bu çəməndə. Ə.Vahid. azadəlik bax. azadlıq 1-ci mənada. Dünyada eşq dərdini huşyar olan bilir; Azadəlik səfasını bidar olan bilir. S.Ə.Şirvani. İstəyirəm gərçi mən azadəlik; Zənciri amma bacarıb açmaram. A.Səhhət. [Mirzə:] Qaranlıqda qalanların işıq arzusunda, əsarətdə, zindanda qalanların azadəlik arzusunda olmaları təbiidir. Ə.Haqverdiyev. azadfikirli sif. Azad düşünən, müstəqil düşünən. Doktor hələ çar zamanı Rusiyadan Təbrizə və oradan da Tehrana mühacirət etmiş azadfikirli həkim idi. M.İbrahimov. azadfikirlilik is. Azad düşünən, müstəqil düşünən adamın dünya görüşü, məsləki. İntibah dövründə görkəmli alimlər, filosoflar, yazıçılar azadfikirlilik mövqeyindən çıxış etmişlər. azadxah I. [fars.] bax. azadixah. Başqa bir azadxahı həbsxanada o qədər döydülər ki, oradaca öldü. P.Makulu.\n\nII. (=azadixah) sif. [fars.] köhn. Azadlıq istəyən, azadlıq yolunda mübarizə edən; hürriyyətçi. Mirzə Yusif xan keçən məktubunda müxtəsər olaraq yazmışdı ki, azadixah şahzadə Cəlaləddin Mirzə hal-hazırda xəstədir. M.F.Axundzadə. Şücaüddövlə məlunun əsrində Təbrizdə rus hökuməti [Siqəti-İslamı] qeyri bir neçə azadixah mücahidlər ilə bir yerdə dar ağacından asdırıb edam etdirdi. C.Məmmədquluzadə. Belə bir vəziyyətdə ölkənin azadixah və demokratik düşüncəli adamları oturub gözləyə bilməzdi. M.İbrahimov. azadxahlıq is. Azadlıq istəmə, hürriyyətpərvərlik. [Hücrə sahibi:] Bu, azadxahlıq naminə yaraşan iş deyil. P.Makulu. azadixah (=azadxah) sif. [fars.] köhn. Azadlıq istəyən, azadlıq yolunda mübarizə edən; hürriyyətçi. Mirzə Yusif xan keçən məktubunda müxtəsər olaraq yazmışdı ki, azadixah şahzadə Cəlaləddin Mirzə hal-hazırda xəstədir. M.F.Axundzadə. Şücaüddövlə məlunun əsrində Təbrizdə rus hökuməti [Siqəti-İslamı] qeyri bir neçə azadixah mücahidlər ilə bir yerdə dar ağacından asdırıb edam etdirdi. C.Məmmədquluzadə. Belə bir vəziyyətdə ölkənin azadixah və demokratik düşüncəli adamları oturub gözləyə bilməzdi. M.İbrahimov. azadiyyət [fars. azad və ər. ...iyyət] bax. azadlıq 1-ci mənada. Sənin torpağın xarabdır və əhlin nadandır və sivilizasionicahandan bixəbərdir və azadiyyətdən məhrumdur. M.F.Axundzadə. [Rzaqulu xan] kəndlilər içində azadiyyət sözləri danışdığı üçün başqa kənd sahibləri tərəfindən mənfur sayılırdı. M.S.Ordubadi. azadlıq is.\n1. Hər hansı bir sinfin, yaxud bütün cəmiyyətin və ya onun üzvlərinin ictimai-siyasi həyatına və fəaliyyətinə mane olan sıxıntı və məhrumiyyətlərin olmadığı hal; müstəqillik. Siyasi azadlıq. Demokratik azadlıq. Azadlıq həsrəti ilə yaşayanlar. – Nədir üzündəki o aydın səhər; Azadlıq, qurtuluş onda gülümsər. S.Vurğun. Azadlıq ağacı şəhid qanıyla suvarılmadıqca bar verməz. Xiyabani.\n2. Ümumiyyətlə, bir şeydə ya hərəkətdə heç bir məhdudiyyət və sıxıntının olmaması; sərbəstlik. Uşaqlara daha çox azadlıq vermək lazımdır. Hərəkət azadlığı. Ticarət azadlığı. İnsan fəaliyyətinin azadlığı. azadlıqsevən (=azadlıqsevər) sif. Azadlığı sevən, müstəqil olmağa çalışan; istiqlaliyyət uğrunda mübarizə edən, hürriyyətpərvər. Azadlıqsevən xalqlar. – ..Bu gün .. azadlıqsevən bütün xalqlar sülh uğrunda mübarizə aparır. Z.Xəlil. azadlıqsevər (=azadlıqsevən) sif. Azadlığı sevən, müstəqil olmağa çalışan; istiqlaliyyət uğrunda mübarizə edən, hürriyyətpərvər. Azadlıqsevən xalqlar. – ..Bu gün .. azadlıqsevən bütün xalqlar sülh uğrunda mübarizə aparır. Z.Xəlil. azadmayı (=azadmahı) is. Cavan qızıl balıq. azadmahı (=azadmayı) is. Cavan qızıl balıq. azadpərvər [fars.] bax. azadlıqsevən, azadlıqsevər. azadpərvərlik is. Azadlıq sevmə. [C.Cabbarlı] doğma xalqının mübarizə tarixini əfsanə və nağıllarını öyrənməyə, xalqın mənəvi qüdrətini, azadpərvərliyini öz əsərlərində əks etdirməyə çalışır. M.Arif. azaldılma “Azaldılmaq”dan f.is. azaldılmaq məch. Az hala salınmaq, az edilmək, əskildilmək. Xərclər xeyli azaldılmışdır. Vaxtı azaldılmaq. azalma “Azalmaq”dan f.is. azalmaq f. Miqdarca, sayca, həcmcə və s. əskilmək, zəifləmək, çəkilmək, məhdudlaşmaq. Çayın suyu azaldı. Təhlükə azaldı. Həcmi azalmaq. Çəkisi azalmaq. Sürəti azalmaq. Xərci azalmaq. – Yazırsan ki, iştaham azalıb, belə ki, sübh vaxtı bozbaş yeyəndə, axşam azanı deyiləndə kabab yeyirəm. C.Məmmədquluzadə. Sel get-gedə azalmaqda, şırıltı kəsilməkdə idi. Mir Cəlal. azaltma “Azaltmaq”dan f.is. azaltmaq f. Əskiltmək, az etmək, ixtisar etmək (miqdarca, sayca, həcmcə və s.). Həcmini azaltmaq. Çəkisini azaltmaq. Xərcləri azaltmaq. – [Cuma] lampanın işığını azalt, – dedi. Ə.Əbülhəsən. azan is. [ər.] Müsəlmanları namaza çağırmaq üçün azançının səhər, günorta və axşamüstü minarədən ucadan oxuduğu təkbir. Şəhəri bir qədər dolaşıb saat 12-də azan səsi eşitdim, bir qoca kişi .. azan oxuyurdu. Ə.Haqverdiyev. Məşədi Əhməd hər səhər tezdən evdən çıxar, bir də axşam azanı qayıdardı. S.Hüseyn. azançı is. din. Azan oxuyan, azanverən. [Xortdan:] Bəs necə olubdur ki, özünüz üçün bir xoşsövt azançı tapmayırsınız? Ə.Haqverdiyev. azançılıq is. din. Azançı sənəti. azanverən bax. azançı. azar is. [fars.]\n1. Xəstəlik, naxoşluq. [Ağakərim xan:] ..Mən heç ömrümdə azar çəkməmişəm, pamazı paltarım olur həmişə qalın.. N.Vəzirov. [Həkim:] ..Ciddi müalicə edilsə, ümid var ki, azar rəf olar. Ə.Haqverdiyev. • Azar gəzmək – yoluxma xəstəliyi düşmək, yayılmaq, sirayət etmək. Azar tutmaq – azarlamaq, xəstəlik tutmaq, xəstələnmək. Azara düşmək – xəstələnmək, naxoşlamaq. Azara salmaq – birisini xəstələndirmək, azara düşməsinə səbəb olmaq. Bir tərəfdən ticarət işlərinin getdikcə dolaşıb zərər gətirməsi, digər tərəfdən də evinin nizamsızlığı Hacı Nəsiri azara salıb mum kimi əridirdi. S.S.Axundov. Azardan qalxmaq – yenicə sağalmaq, xəstəlikdən durmaq. Uzun azar dan. – vərəm.\n2. Əziyyət, əzab. Neyləsin yarın cəfasın çəkməyən aşiq müdam; Çünki yar istər həmişə aşiqin azarını. Nəsimi. Bəs neyləsin indi bu dili-zar; Gör kimlər ilə çəkərdim azar. X.Natəvan. Gülzarda bülbülə tikəndir azar. S.Ə.Şirvani. • Azar vermək (etmək) – incitmək, əziyyət vermək, narahat etmək. Öz aşiqi-zarinə gül azar etməz. S.Ə.Şirvani. [Yoldaşları Fərmana deyirlər:] Qardaş, bir qız yolunda özünə bir belə əziyyət, azar verməyin igid sifəti deyil. Ə.Haqverdiyev. Azarını çəkmək – başqasının əvəzində əziyyət çəkmək, zərər çəkmək.\n3. məc. dan. Bəhanə, ürəyindən keçən arzu, məqsəd. Onun azarını mən yaxşı bilirəm. – Qədirin Musa kişiyə də, onun dəyirmanına da bərk azarı var idi. İ.Əfəndiyev. Ancaq [Habil] Bəxti ilə yol yoldaşı olmaq, .. dörd-beş düyəni haradan olsa da tapıb vermək və onun azarını üzünə demək istəyirdi. S.Rəhimov. // məc. Xasiyyət, təbiət, adət, təmayül. Dava eləmək onun azarıdır. – Tükəzban xalanın qızlığından bir azarı vardı ki, indiyəcən başından çıxmamışdı. B.Talıblı. ‣ Azarı qalxmaq (tutmaq) məc. – tərk etdiyi adətə təzədən başlamaq, təzədən pis işə başlamaq. azar-bezar is. dan. Hər cür azar, xəstəlik. Muzdur Məşədi Əsgər iyirmi səkkiz ilin ərzində su ilə od arasında bişib bərkidikdə əsla azar-bezar bilməzdi. S.M.Qənizadə. Belə yerdə daha azar-bezar da yaddan çıxar. Mir Cəlal. • Azar-bezar gəzmək – bax. azar gəzmək (“azar”da). azargəzdirən sif.\n1. Xəstəlik yayılmasına səbəb olan, xəstəlik mənbəyi olan, mikrobları yayan. Azargəzdirən milçəklər.\n2. sif. məh. Həmişə xəstə olan. azarxana is. [fars.] köhn. Xəstəxana. [Hacı Fərəc:] Zəhmət olmasa bir yerdə gedək, o bədbəxt oğlunu azarxanadan alıb, aparıb verək anasına, yazıqdır. N.Vəzirov. azarkeş is. və sif. [fars.] məh. İdman həvəskarı. Futbol azarkeşləri. – “Azarkeşlər” içində yenə bir həyəcan var. M.Rahim. Bəlkə də azarkeş oxucularım; Şəklimi axtarır, şəklimi gəzir. M.Araz. azarlama “Azarlamaq”dan f.is. azarlamaq f. Xəstələnmək, naxoşlamaq. Azarladım ölmədim, üzüldüm öldüm. (Ata. sözü). Xalam azarlamışdı. Hacı Mirzə Səttar həkimi gətirmişdilər ki, baxsın və müalicə eləsin. C.Məmmədquluzadə. azarlatma “Azarlatmaq”dan f.is. azarlatmaq f. Xəstələndirmək, xəstəliyə salmaq, azarlamasına səbəb olmaq. Uşağı soyuğa verib azarlatmaq. azarlı sif. və is. Xəstə, azara düşmüş. Azarlı uşaq. – Azarlı da öz yerində uzanmışdı və bir söz danışmırdı. C.Məmmədquluzadə. Azarlı qızdırmanın yüksək dərəcəsindən yatağın içində çapalayıb əziyyət çəkirdi. B.Talıblı. azarlıxana is. köhn. Xəstəxana. [Usta:] Məni götürüb apardılar azarlıxanaya. Bir-iki ay orada qaldım ki, yaxşı olum. Çəmənzəminli. azarlılıq is. Azarlı adamın vəziyyəti, halı. azarsız sif. Əziyyətsiz, əzabsız, zəhmətsiz, asan. Azarsız iş. Bu iş azarsız (z.) başa gəlməz. azay is. məh. Şikayət, deyinmə, gileylənmə; giley. azaylanmaq f. məh. Şikayətlənmək, deyinmək, gileylənmək. [Ağsaqqallardan biri:] ..Kərbəlayı, bizim də məqsədimizdə elə sənsən. Yoxsa Safo azaylansa da, bu qohumluqdan içi gülür. S.Rəhimov. azca sif. və zərf Azacıq, bir az. Azca pul. Azca gəzmək. Azca yatmaq. – Azca keçməmiş onun [Musanın] ayaq səsləri qaranlıq və sakit payız küçəsinin qoynunda itib getdi. M.İbrahimov. Bir azdan günəşlə üfüq arasında azca məsafə qaldı. S.Rəhman. Azca (is.), hara gedirsən? Çoxca yanına. (Ata. sözü). azca-azca zərf\n1. Hamısını birdən yox, az-az. Bu sudan azca-azca əlimə tök.\n2. Yavaş-yavaş. Uşaq azca-azca yeriyir. azcana dan. bax. azacıq. az-çox zərf Bir miqdar, bir qədər, hər bir miqdarda olursa olsun. Az-çox məlumatı olmaq. Az-çox iş görmək. – [Bəkir:] Bu yerlərə mən az-çox bələdəm. N.Vəzirov. [Haşım] axır vaxtlarda az-çox dülgərlik sənətini öyrənmiş və qazandığı paranın yarısını ata-anasına göndərirdi. B.Talıblı. azdan-çoxdan bax. az-çox. [Qasım kişi:] Axı mən də bir qoca kişiyəm, dünyada mən də azdan-çoxdan yaxşı ilə yamanı seçirəm. C.Məmmədquluzadə. [Ağa Kərim xan:] Cehizi yoxdur? Gənə azdan-çoxdan, bir şey. N.Vəzirov. Bəlkə gənclərdir, azdançoxdan mənim yazı-pozumdan oxuyublar, həvəslənirlər? – deyə düşündüm. S.Rəhimov. azdanışan sif. Danışmağı, söhbət etməyi sevməyən. Azdanışan adam. – Qumru çox azdanışan bir arvad idi. Ə.Əbülhəsən. azdırılma “Azdırılmaq”dan f.is. azdırılmaq məch.\n1. Yoldan çıxarılmaq, sapdırılmaq, yayındırılmaq.\n2. İtkin salınmaq, uzaqlaşdırılmaq, rədd edilmək.\n3. Korlanmaq, pis öyrədilmək, ərköyün öyrədilmək. azdırma “Azdırmaq”dan f.is. azdırmaq f.\n1. İtkin salmaq, evdən uzaqlaşdırmaq, rədd etmək. İti azdırmaq. Pişiyi azdırmaq.\n2. Düz yoldan çıxarmaq, yanlış istiqamətə yönəltmək, pis yola sövq etmək. Atalar doğru deyiblər ki, dövlət adamı azdırar. İ.Musabəyov. // məc. Qəsdən sapdırmaq, fikrini yayındırmaq, çaşdırmaq. Yenə bir para ata-analarına lənət olmuşlar başlayıblar millətimizi çaşdırmağa, azdırmağa. C.Məmmədquluzadə. [Tahir:] Mənim fikrimi azdırma, mən cəbhəni demirəm. Oranın öz qayda-qanunu var. M.Hüseyn.\n3. Başqa tərəfə, başqa istiqamətə çevirmək, yönəltmək. Əbəs göstərmə sən məscid təriqin Seyyidə, zahid; Onu azdırmaq olmaz bir dəxi meyxanə rahindən. S.Ə.Şirvani. Bəziləri paya kəsib hazırlayır, çayın içinə salınmış iri daşların dalına sancıb şəl basır, çayın ağzını əkinlərin üzərindən azdırırdılar. Ə.Vəliyev.\n4. məc. Arzu edilməyən bir şəxsdən yaxa qurtarmaq üçün onu cürbəcür vasitələrlə özündən uzaqlaşdırmaq. Hərifi azdır getsin, qulağımızı apardı.\n5. Korlamaq, pis öyrətmək, ərköyün öyrətmək, qudurtmaq. Uşağı azdırmışsınız, sözə də baxmır.\n6. Bir sıra isimlərə qoşularaq müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs.: ağlını azdırmaq, danışığını azdırmaq, iz azdırmaq. azdırtmaq icb. Başqası vasitəsilə azdırmaq. azər I. bax. azərbaycanlı. ‣ Azər övladı tənt. – azərbaycanlılar. Azər övladı vətənsiz yaşamaz; Tut əlimdən ki, mənəm arxa sənə. S.Rüstəm. Doğma qardaş kimi azər övladı; Misirdə özünü biganə sanmaz! Aşıq Hüseyn.\n\nII. is. [fars.] Oda xidmət göstərən mələk.\n\nIII. is. [fars.] İranda günəş təqvimində ilin 9-cu ayı (22 noyabr – 21 dekabr). azərbaycanca sif. və zərf Azərbaycan dilində. Azərbaycanca yazıb-oxumaq. Azərbaycanca qəzet. – [Nizami:] Sizə də, bizə də məlumdur ki, Şirvan sarayında yaşayanlar da, xaqanın özü də azərbaycanca danışa bilmirlər. M.S.Ordubadi. Yaralı azərbaycanca danışırdı. Ə.Vəliyev. azərbaycançılıq is. Azərbaycan xalqının vahid fikir ətrafında mənəvi birliyini nəzərdə tutan milli ideya. Azərbaycançılıq haqqında düşüncələr. Azərbaycançılıq amalı. azərbaycanlı is. Azərbaycan Respublikasının və Cənubi Azərbaycanın əsas əhalisini təşkil edən, türk dillərindən birində danışan xalq və bu xalqa mənsub adam. Dünya azərbaycanlıları. Cəmiyyət xarici ölkələrdə yaşayan azərbaycanlılarla mədəni əlaqə saxlayır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir. – ..Sonralar azərbaycanlılar da bu yolda çalışmağa başlayırlar. Çəmənzəminli. Atabəy Məhəmməd azərbaycanlıları, xüsusən aranlıları səfərbərliyə alaraq Təbrizlə Marağanı qurtarmaq üçün uzunmüddətli bir müharibə təşkil etmişdi. M.S.Ordubadi. // Sif. mənasında. Azərbaycanlı şair və ədiblər. Azərbaycanlı Nizami dünya ədəbiyyatının fəxri, bəzəyidir. azərbaycanşünaslıq is. Azərbaycanın tarixini, mədəniyyətini, dilini və s. öyrənməklə məşğul olan elmlərin məcmusu. Azərbaycanşünaslığın bir çox mühüm problemlərinin həlli birbaşa arxeoloji axtarışlarla bağlıdır. azəri is. Azərbaycanlı. Azərilər haqqında Yaqut Həməvinin rəyi şayani-diqqətdir.. Çəmənzəminli. Azəridir mənim adım; Füzulidir söz ustadım. S.Vurğun. // sif. Azərbaycana, azərbaycanlılara, yaxud Azərbaycan dilinə aid. Azəri mülkünü bütün gəz, dolan; Qalmasın görməmiş bir adam səni. H.K.Sanılı. azəricə bax. azərbaycanca. azgüclü sif. Qüvvəsi az olan, zəif. Neft mədənində çoxgüclü elektrik mühərrikləri azgüclü mühərriklərlə əvəz edilmişdir. azğın sif.\n1. Azmış, yolunu itirmiş. •Azğın düşmək – yolunu itirmək, yurdundan, məskənindən avara düşmək. // məc. Yoldan çıxmaq, pis yola düşmək.\n2. məc. Qudurmuş, vəhşi, yırtıcı, amansız, önüalınmaz, sərt, şiddətli. Azğın küləklərlə gəlib üz-üzə: Gah batdım dənizə, gah çıxdım üzə. H.Cavid. // İs. mənasında. Burada at çapdı keçən azğınlar. S.Vurğun. // Qudurğan, lovğa, təkəbbürlü.\n3. Pozğun, namussuz. [Qohumlar] ataananı namussuz adlandırdılar, qıza azğın dedilər. Mir Cəlal. azğınlaşma “Azğınlaşmaq”dan f.is. azğınlaşmaq f. Qudurmaq, yolundan çıxmaq, öz hərəkətlərində heç bir həddhüdud bilməmək; vəhşiləşmək. azğınlıq is. Vəhşilik, sərtlik, amansızlıq; qəzəb və hiddət, başlı-başınalıq. Düşmənin azğınlığı. Azğınlıq etmək. // Qudurğanlıq, lovğalıq, təkəbbürlük. azı I. : azı dişlər – ağzın hər iki tərəfində altda və üstdə olub, yeyilən şeyi çeynəməyə məxsus dişlər. Serjant sevindi və azı dişləri görünənədək ağzını ayırdı. P.Makulu.\n\nII. zərf Ən az, ən cüzi; minimum. Bu şeyi almaq üçün azı 5 manat lazımdır. – [Əhməd:] Ay kişilər, .. bu saat Səfər bəy ilə nökəri Qənbər at üstə gedirdilər; azı yarım verst onları güdmüşəm. B.Talıblı. azıdişi is. bax. azı1 . azıxantrop is. Azıx mağarasında (Azərbaycan Respublikasında) alt çənə sümüyünün bir hissəsi tapılmış ibtidai insana verilən ad. Azıxantrop ilk paleontropa keçid pilləsini təşkil edir. azıxmaq bax. azmaq 2-ci mənada. azıq (=azuğ) is. qəd. Azuqə. Yedi günlük azuğla çıqayın. “Dədə Qorqud”. azuğ (=azıq) is. qəd. Azuqə. Yedi günlük azuğla çıqayın. “Dədə Qorqud”. azışdırmaq f.\n1. bax. azdırmaq.\n2. Pozmaq, sağalmaq üzrə olan xəstəliyi və ya yaranı əlləşdirib təzələmək. azışmaq f.\n1. Yolunu azmaq, düz yoldan kənara çıxmaq. [Şəhrəbanı xanım:] Gülçöhrə .. Allahı sevirsən, ağlına zor vermə, sən lap azışıbsan, get işinə. M.F.Axundzadə.\n2. Təzələnmək (yara, xəstəlik). azıtmaq bax. azdırmaq 1-ci mənada. azim [ər.]: azim olmaq klas. – getmək, üz tutmaq. Culfa yolu ilə Təbrizdən keçib, Nəcəfüləşrəf şəhərinə azim olacaq. C.Məmmədquluzadə. azimut [ər. “əssimut” sözündən] astr. geod. Bir meridian müstəvisi ilə müşahidə edilən göy cismindən (yaxud müşahidə edilən şey içərisindən) keçən vertikal müstəvi arasında olub göy cisimlərinin vəziyyətini təyin edən bucaq. azişlənən sif. Çox işlənməyən, az tətbiq olunan, az yayılmış. Azişlənən mallar. Azişlənən söz. azqanlı sif. tib. Qanı az olan, solğun (adam). azqanlılıq is. tib. Çoxlu qan itirmək və ya qanda qırmızı cisimciklərin (hemoqlobin) azlığı nəticəsində əmələ gələn xəstəlik hal. azlıq is.\n1. Hər hansı bir qrupun (adamlar qrupunun) az hissəsi; sayca az olan hissə; əqəliyyət. Azlıqda qalmaq. Layihəyə ancaq azlıq səs vermədi. – [Uğur:] Bizdə azlıq çoxluğa tabedir. İ.Əfəndiyev.\n2. Miqdarca, sayca, müddətcə və s. kifayətsizlik, çatışmazlıq. Vəsait azlığı. Material azlığı. Vaxtın azlığı. İxtisaslı işçilərin azlığı. – Şəmsi yenə vaxtın azlığını xatırlayıb söhbətə yekun vurmağa çalışdı. M.Hüseyn. Bu isə yenə ona [Quliyevə] etimadın azlığını göstərirdi. Ə.Sadıq. • Azlıq etmək – çatışmamaq, kifayət etməmək, ehtiyacı ödəməmək, təmin etməmək. Haşım hərçənd öz vətəninə qayıtmaq istəyirdi, amma bir ilin muzd pulu ona azlıq edirdi. B.Talıblı. Taxıldöyən maşın, vəl azlıq eləyirdi. Mir Cəlal. azma “Azmaq”dan f.is. azmaq f.\n1. Yolu itirmək, istiqaməti itirmək. Meşədə azmaq. Atlılar yolu azdılar. – [Həkim:] Axı necə oldu ki, belə sağlam və qüvvətli adam olduğunuz halda, birdən azdınız və evinizin yerini itirdiniz? C.Cabbarlı. Kənardan baxana elə gəlirdi ki, bu maşın azıb, yoldan çıxmışdır. Mir Cəlal. İndi yay günü Mil düzün(də) .. azan yolçunun susuzluqdan qorxusu yoxdur. İ.Əfəndiyev.\n2. Doğru yoldan çıxmaq, yanılmaq, sapmaq. [Şəhrəbanı xanım:] Çox yaxşı, sən azıbsan; yolundan, izindən çıxıbsan, get! M.F.Axundzadə. Sən azma sədaqət yolunu, sevgili qardaş! C.Cabbarlı.\n3. məc. Coşmaq, qudurmaq, həddini aşmaq, şiddət göstərmək. Sən lap azmısan ha! – [Ağ zanbaq:] Gərçi uzundursa mənim yarpağım; Yoxdu yenə lovğalığım, azmağım. A.Səhhət. ‣ Ağlı azmaq – bax. ağıl1 . Əməli azmaq – bax. əməl. Hər yol(un)dan azan – hər bir adam, hər ötən, hər kəs, hər yetən. [Arvad:] Sən də hər yoldan azanı evə buraxırsan. S.Rəhimov. Kəkliyi azmaq – bax. kəklik. Nə iti(m) azıb – “nə işi(m) var, getməz, getmərəm” mənasında. [Şəhrəbanı xanım:] Firəngdə onun nə alıb-verəcəyi var, Parijdə onun nə iti azıbdır? M.F.Axundzadə. [Zeynəb xanım:] Mənim elə yerlərdə nə itim azıb? Mir Cəlal. azman sif. Çox böyük, çox iri, çox yekə, əzəmətli, heybətli. Azman tikinti. Azman binalar. Azman qayalar. – Saçı-saqqalı ağarmış qocaman buruq ustalarının belə azman yanğın gördükləri yadlarına gəlmir.. Ə.Məmmədxanlı. azmanlıq is. Çox irilik, çox böyüklük, əzəmət. az-maz zərf dan. Bir az, az miqdarda, cüzi; zəif. O, farsca az-maz bilir. Bu işdən az-maz başım çıxır. Az-maz yemək yedim. – [Seryoja:] Bu şeyləri az-maz mən də bilirəm. A.Şaiq. azmış f.sif.\n1. Yolunu itirmiş, istiqamətini itirmiş. [Durna] özünü azmış .. adamlar kimi ümidsiz və tək hiss etdi. İ.Əfəndiyev. Kosa zülmətdə azmış yolçular kimi hər tərəfə yol axtarır və tapa bilmirdi. S.Rəhimov. // məc. Doğru yoldan çıxmış, yanılmış, sapmış. Azmışlar üçün elmü ədəb nurisəhərdir. M.Hadi.\n2. məc. Coşmuş, qudurmuş, həddini aşmış; azğın. azot [yun.] kim. Havanın əsas tərkib hissəsini təşkil edən maddələrdən birisi – rəngsiz və qoxusuz qaz; kimyəvi element. Astara yaxınlığındakı mineral bulaqlardan da su ilə bərabər azot qazı çıxır. M.Qaşqay. azotlaşdırılma “Azotlaşdırılmaq”dan f.is. azotlaşdırılmaq məch. Azotla, azotlu maddələrlə zənginləşdirilmək. azotlaşdırma “Azotlaşdırmaq”dan f.is. azotlaşdırmaq f. xüs. Bir şeyin tərkibini azotlu maddələrlə zənginləşdirmək, bir şeydə azotlu maddələrin miqdarını artırmaq. Torpağı azotlaşdırmaq. azotlu sif. kim. Tərkibində azot olan. Azotlu birləşmələr. – Balaca daxmacaların birində azotlu və fosforlu gübrələr .. görünürdü. Ə.Vəliyev. azotsuz sif. kim. Tərkibində azot olmayan. Azotsuz maddələr. – Çörəyə azotsuz deməkdən murad o deyil ki, onun azotu yoxdur, onun azotu var və çoxdur da. Amma nişastası artıq olduğuna (görə) ona azotsuz .. deyilir. H.Zərdabi. aztapılan sif. Nadir, bol olmayan, az-az təsadüf edilən, əldə edilməsi çətin olan, satışda az olan. Aztapılan mallar. Aztapılan şey. aztutumlu sif. Az şey tutan, tutumu az olan, həcmcə kiçik. Aztutumlu qab. azuqə is. Qida ehtiyatı, ərzaq ehtiyatı. Azuqə ilə təmin etmək. – Kəndlilər taxıllarını biçib döymüş, ev üçün azuqə saxlayıb, yerdə qalanını satıb nəqd pul etmişlər.. S.S.Axundov. Səriyyə xala və Gülnaz .. evin içini səliqəyə salıb, qış azuqəsini yerbəyer etmiş, həyətə çıxmışdılar. M.İbrahimov. Bu halda Almaz qucağında qəzetə bükülü azuqə içəri girdi. Mir Cəlal. azuşaqlı sif. Uşaqları az olan. Azuşaqlı ana (ailə). Azuşaqlılardan (is.) alınan vergi. azürdə sif. [fars.] klas. İncimiş, əziyyət çəkmiş, əzab çəkmiş. • Azürdə etmək – incitmək, məyus etmək, kədərləndirmək. Bağışla cürmümü, ey şux, kim həyatımda; Çox etmişəm səni azürdə ahü zarım ilə. Q.Zakir. azyarpaq sif. bot. Yarpaqları az və ya seyrək olan. azyaşlı 1. sif. Yaşı az olan, kiçik. Azyaşlı uşaq. – Fəhləliyə gedən azyaşlı uşaqlara xozeyinləri heç bir zaman istirahət günü verməzdilər. H.Sarabski.\n2. is. Kiçik uşaq (oğlan, ya qız). Azyaşlılara məxsus oyuncaq. b azərbaycan əlifbasının ikinci hərfi. bax be. ba nida.\n1. Heyrət və təəccüb bildirir, yaxud birdən bir şey yada düşdükdə deyilir. Ba! Sən hara, bura hara! Ba! Bu haradan çıxdı? – [Ağa Kərim:] Ba! Bir adam fikrimə düşdü, əgər razı ola. M.F.Axundzadə. // Bəzən söylənilən bir şeyi dinləyənə təsdiq etdirmək üçün sual yerində işlənir – doğrudanmı? doğrumu? Bu gün ölməmiş ölümdən qurtardım. – Ba? – Nə xəbər var, Məşədi? – Sağlığın. – Az, çox da yenə? – Qəzet almış Hacı Əhməd də. – Ba! Oğlan, nə mənə? M.Ə.Sabir. ba, bə. Təkrardan ibarət olan mürəkkəb sözlərdə bitişdirici ünsür; məs.: adbaad, qapıbaqapı, qolbaqol, şəhərbəşəhər, kəndbəkənd və i.a. bab I. is. [ər.] köhn.\n1. Bir kitab mətninin bölündüyü hissələrindən hər biri (çox vaxt hər bab bir neçə fəslə bölünür). Gülüstanisəri-kuyin kitabın bab-bab, ey gül; Xəttireyhan ilə cədvəl çəkib, gülzarə yazmışlar. Füzuli.\n2. tənt. Qapı, girəcək; böyük qapı. Məktəb nə demək? Ümmətə bir babi-səadət. M.Hadi.\n3. Yerlik halında: ...babda (...babında) köhn. – ...barədə, ...xüsusunda, ...cəhətdən. Gəl Nəbatinin sidqi-kizbini; Sən bu babdə eylə imtahan. Nəbati. Vəzir, indi görərsən ki, sənin xanın da bu babda xüləfalardan və Sultan Mahmud Qəznəvidən əskik deyil. M.F.Axundzadə.\n\nII. is. [fars.] Tay, cur, bərabər. Məxmərin abı gərək; Yar yarın babı gərək. (Bayatı). ..Məndən əfzəldi qüvvədə qəssab; Qızını ver ona, odur sənə bab. S.Ə.Şirvani. Heç kəs bu toya bir söz deyə bilmədi, çünki hər iki cavan tamamilə bir-birinin babı idi. S.Rəhimov. // Uyğun, münasib, müvafiq, yaraşan. Hər işini bab elə, görən desin, ha belə. (Ata. sözü).\n\nIII. bax babi. [Seyidsədulla:] Siz bab və bəhailik aləmi barəsində uzun və uzadı mütaliə etməlisiniz. M.S.Ordubadi. baba is.\n1. Atanın, ya ananın atası; nəvəsi olan kişi.\n2. Bəzi yerlərdə ataya deyilir.\n3. Yaşlı və hörmətli kişi, yaxud yaşlı kişiyə hörmətlə müraciət. Durub cütçü baba öpdü alnımdan; Bildim ki, mehriban olurmuş insan. S.Vurğun. // Çox qoca kişi mənasında.\n4. Bəzən xitab yerində işlənir. Baba, məndən nə istəyirsən? – Uşaq mənimdir, baba! Dəxli nədir sizlərə? M.Ə.Sabir.\n5. Sadə, adi, fağır mənasında (adətən təvazö üçün peşə, sənət bildirən sözlərə qoşulur). [Yusif Sərrac:] Mən bir fağır sərrac babayam. Mən hara, taxtü tac hara?! M.F.Axundzadə. Cütçü babasan, buğdanı ver, darı yeyərsən; Su olmasa, qışda əridib qarı yeyərsən. M.Ə.Sabir. [Mirzə:] Mən yoxsul bir müəllim babayam. Ə.Haqverdiyev.\n6. Yalnız cəm şəklində: babalar – əcdad. [Alan padşahlarının] babalarından biri Abbasilər xilafətinin birinci əsrində Nəsara (xristian) dinini qəbul etdi. A.Bakıxanov. Seyrə vardıqda o heçlikləri mən; Deyirəm: torpağa dönmüş babalar.. S.Vurğun. • Ulu baba – nəslin banisi, ilk ağsaqqalı. babacan is. Babaya, yaxud qoca kişiyə mehribanlıqla müraciət. Babacan, bir az oturub dincinizi alın. // Ataya müraciət. Kişi ağlar gözilə qıldı fəğan; Söylədi oğlu: – Ağlama, babacan! M.Ə.Sabir. babadanqalma sif.\n1. İrs, miras. Babadanqalma ev.\n2. məc. Çox köhnə, qədim, vaxtı keçmiş. Babadanqalma üsullarla işləmək olmaz. babal bax vəbal. Dərin bir dəryadır şair xəyalı; Götürdüm boynuma şəri, babalı. R.Rza. babalıq is.\n1. Ögey baba.\n2. Babanın nəvələri üzərindəki haqqı. // Baba ilə nəvəsi arasındakı qan qohumluğu. babasil is. [ər.] tib. Düzbağırsağın aşağı hissəsindəki qan damarlarının şişməsi nəticəsində tez-tez qanayan düyünlərin əmələ gəlməsindən ibarət xəstəlik. Babasil, düzbağırsaq venalarında qan durğunluğundan irəli gəlir. babasilli sif. Babasil xəstəliyi olan. babat sif. və zərf Orta keyfiyyətli, miyanə, orta həddə yaxın, nə çox yaxşı, nə də çox pis. Babat şey. – [Cavad bəy:] Ruzgarım bir növ babat keçir, hacı. N.Vəzirov. [Pərinin] əlahiddə bir gözəlliyi də yox idi, amma beləcə babat idi. C.Məmmədquluzadə. Az zamanda babat bir kitabxana yarandı. Ə.Sadıq. babatca zərf bax babat. babatlaşdırılma “Babatlaşdırılmaq”dan f.is. babatlaşdırılmaq məch. Babat hala salınmaq, bir qədər yaxşılaşdırılmaq. babatlaşdırma “Babatlaşdırmaq”dan f.is. babatlaşdırmaq f. Bir qədər yaxşılaşdırmaq. babatlaşma “Babatlaşmaq”dan f.is. babatlaşmaq f.\n1. Babat olmaq, bir qədər yaxşılaşmaq, bir qədər düzəlmək. [Alo:] Bircə bu ala öküzə bir tay tapsaydıq, .. işimiz onda bir ala-qolay babatlaşardı. S.Rəhimov.\n2. Yaxşılaşmaq, sağalmaq, aynımaq. Xəstə iki gündür ki, babatlaşıbdır. babatlıq is. Babat şeyin halı. babay is. Uşaq dilində: qoca, saqqallı kişi (adətən balaca uşaqları qorxutmaq üçün söylənir). babayi-əmir is. [xüs. is.-dən] Çoxbilmiş, söz altında qalmayan adam. babəkilər cəm [xüs. is.-dən] tar. XI əsrdə Babəkin başçılığı ilə ərəb istilaçılarına qarşı mübarizə aparmış Babək tərəfdarları. babət I. [fars.] bax babat.\n\nII. [fars.] köhn.\n1. Təhər, hal, vəziyyət, keyfiyyət. Zülf bir yana düşər, gərdən bir yana; Özün bilməz, bir özgə babət olur. M.P.Vaqif.\n2. Adətən yerlik və çıxışlıq halında – ...cəhətdən, ...barədə. Bəlkə öz-özünə düşünə ki, bu iş hər babətdən pis işdir. C.Məmmədquluzadə. Həm bu babətdə də biz məzuruq; Çünki biz tərbiyəyə məmuruq. A.Səhhət. [Məşədi:] Azdır, qiymət babətdən çox az verdin, bəy! S.Rəhimov. babi (=babı) is. [xüs. is.-dən]\n1. XIX əsrin ortasında İranda “Bab” təxəllüslü Mirzə Əli Məhəmməd tərəfindən təsis edilmiş dini təriqətə mənsub olan adam. Dedilər ki, Təbrizdə çox babi var, amma heç kəs qorxusundan ləb tərpədə bilmir. M.F.Axundzadə. Burada ancaq babılar belə birçək qoyurlar. P.Makulu.\n2. məc. Dinsiz, imansız, kafir mənasında (keçmişdə mürtəce mövhumatçıların tərəqqipərvər ziyalılara təhqir üçün verdikləri ad). Məsələn, mənə deyirlər ki, filankəs babidir, yəni mürtəddir. C.Məmmədquluzadə. Bu isə, bəs o ləinin də işi qullabıdır; Dini, imanı danıb, yoldan azıbdır, babıdır. M.Ə.Sabir. [Mirzə Turab:] Əlləşdim, vuruşdum, çox zəhmət çəkdim, amma siz yenə cəhalətdən əl götürmədiniz, .. [mollalar] mənə babı dedilər. B.Talıblı. babı (=babi) is. [xüs. is.-dən]\n1. XIX əsrin ortasında İranda “Bab” təxəllüslü Mirzə Əli Məhəmməd tərəfindən təsis edilmiş dini təriqətə mənsub olan adam. Dedilər ki, Təbrizdə çox babi var, amma heç kəs qorxusundan ləb tərpədə bilmir. M.F.Axundzadə. Burada ancaq babılar belə birçək qoyurlar. P.Makulu.\n2. məc. Dinsiz, imansız, kafir mənasında (keçmişdə mürtəce mövhumatçıların tərəqqipərvər ziyalılara təhqir üçün verdikləri ad). Məsələn, mənə deyirlər ki, filankəs babidir, yəni mürtəddir. C.Məmmədquluzadə. Bu isə, bəs o ləinin də işi qullabıdır; Dini, imanı danıb, yoldan azıbdır, babıdır. M.Ə.Sabir. [Mirzə Turab:] Əlləşdim, vuruşdum, çox zəhmət çəkdim, amma siz yenə cəhalətdən əl götürmədiniz, .. [mollalar] mənə babı dedilər. B.Talıblı. babilik (=babılıq) is. [xüs. is.-dən]\n1. Babi məzhəbi; XIX əsrin ortalarında İranda “Bab” təxəllüslü Mirzə Əli Məhəmməd adlı bir şəxs tərəfindən təsis edilmiş dini təriqət. // Babi məzhəbinə mənsubiyyət.\n2. məc. Dinsizlik, kafirlik mənasında. babılıq (=babilik) is. [xüs. is.-dən]\n1. Babi məzhəbi; XIX əsrin ortalarında İranda “Bab” təxəllüslü Mirzə Əli Məhəmməd adlı bir şəxs tərəfindən təsis edilmiş dini təriqət. // Babi məzhəbinə mənsubiyyət.\n2. məc. Dinsizlik, kafirlik mənasında. babillilər cəm, tar. Qabaq Asiyada ən qədim (e.ə. V-I əsrlərdə) dövlətlərdən biri olan Babilistanın əhalisi. babizm bax babilik. bablaşma “Bablaşmaq”dan f.is. bablaşmaq f. Bab olmaq, tay olmaq, uyğunlaşmaq. bac is. [fars.] köhn.\n1. Keçmiş zamanlarda bir yerdən başqa bir yerə aparılan mal və sairədən alınan rüsum, vergi. Koroğlu karvanın qabağını kəsdi, bac verməklərini söylədi. “Koroğlu”. // Ümumiyyətlə, vergi. // Məc. mənada. klas. Ta ki ol ahu gözün mülki-Xütəndən bac alır. Xətayi. Səbzə gülə verdi müşk bacın; Gül səbzəyə mülkünün xəracın. Füzuli.\n2. tar. Qalibin məğlubdan aldığı təzminat, vergi. Gəl sənə söyləyim, bazirganbaşı; Gəlmişəm səndən bac alam, gedəm. “Koroğlu”.\n3. məc. İntiqam, qisas, əvəz çıxma. [Tərlan xanım:] Zəmanəyə bax! İşə bir bax. Gör kim kimdən bac alır! Mir Cəlal. baca is.\n1. Tüstü çıxmaq üçün ocağın üstündə kərpicdən hörülən və ya dəmirdən qayrılan içi boş boru. Evin bacası. Fabrik bacası. – Buruq-buruq bacalardan çıxır tüstü, ağ duman. A.Səhhət. Gecədən xeyli keçmiş bacadan gumbultu ilə bir şey içəri düşdü. S.S.Axundov. Küçələrə baxan bacaların görünüşü də mənə, yaxın səhərin qorxulu dastanını oxuyurdu. M.S.Ordubadi.\n2. İşıq və hava gəlmək üçün bəzən kənd evlərinin və anbarların damında pəncərə əvəzinə qoyulan dəlik. Tövlənin üst tərəfindəki iki baca qarın işığını, ayazın şaxtasını içəriyə buraxmır. S.Rəhimov.\n3. Su kəməri, lağım və s. bu kimi yeraltı qurğuları yoxlamaq üçün qoyulan örtülüb açılan dəlik, qapaq. • Baca açmaq – dəlik açmaq, deşmək. Top gülləsi evin divarında bir baca açdı. ‣ Bacadan düşmə – 1) təsadüfən, gözlənilmədən, müftə, zəhmətsiz ələ keçən şey haqqında; tapıntı; 2) gözlənilmədiyi halda, birdən və qəflətən gələn adam haqqında. baca-baca is. Köhnə məişətdə: Novruz bayramı axşamı qapı-qapı dolaşıb bayramlıq pay almaq adəti; qodu-qodu. bacaq is. Qıç. Heyvancıqlar .. bacaqlarını bükərək, quyruqlarını oynada-oynada analarının məmələrini əmirdilər. A.Şaiq. bacaqlı is. köhn. Keçmişdə Hollandiya və ya Avstriya qızıl pulu (qadınlar bunları ipə düzərək bəzək kimi boyunlarına taxardılar). Şəhrəbanı xanım sandıqçanın ağzını açır, yüz dənə təzə bacaqlı çıxardır. M.F.Axundzadə. Oğlan əlini cibinə salıb, qıza ya bir qızıl saat, ya sapoşka, ya bir bacaqlı, ya da ki üzük bağışlardı. H.Sarabski. // Ümumiyyətlə, qızıl pul. [Qasid] əmirdən şairə bir sandıq bacaqlı, bir məktub və bir gözüyaşlı əsir qız gətirmişdi. Ə.Məmmədxanlı. bacalı sif. Bacası, ya bacaları olan. Bacalı ev. bacalıq is. Damda baca üçün hazırlanmış yer. bacanaq is. Bacıların ərlərinin birbirinə qohumluq münasibəti. Nə olar ki, bacanaq bacanağın evinə getməsə, daha hara getmək olar? S.Rəhimov. [Babaxanın] dili güclə söz tutdu: – Yoldaş, o mənim bacanağımdır. Mir Cəlal. bacaran f.sif. Qabiliyyətli, başı çıxan, iş görə bilən, əlindən iş gələn, bir işin öhdəsindən gələn. Bacarana baş (can) qurban. (Ata. sözü). bacarıq is. Bilik, təcrübə, vərdiş nəticəsində əldə edilmiş işgörmə qabiliyyəti, təcrübə. Hər işdə bacarıq lazımdır. Onun heç bir bacarığı yoxdur. – İnsan öz səyi və bacarığı sayəsində istədiyi məqsədə nail ola bilər. S.S.Axundov. bacarıqlı sif. İstedadlı, qabiliyyətli, əlindən iş gələn, iş yaradan, təcrübəli. Bacarıqlı adam. Bacarıqlı usta. bacarıqlıq (=bacarıqlılıq) is. Bacarıqlı adamın xüsusiyyəti. Hüseynqulunun mahirliyini və bacarıqlığını görən başqa bir tacir, onu öz yanında faytonçu durmağa dəvət edir. H.Sarabski. bacarıqlılıq (=bacarıqlıq) is. Bacarıqlı adamın xüsusiyyəti. Hüseynqulunun mahirliyini və bacarıqlığını görən başqa bir tacir, onu öz yanında faytonçu durmağa dəvət edir. H.Sarabski. bacarıqsız sif. Bacarığı olmayan, əlindən iş gəlməyən, qabiliyyətsiz, təcrübəsiz, aciz. Bacarıqsız adam. bacarıqsızlıq is. Bacarığı olmama, əlindən iş gəlməmə, qabiliyyətsizlik, təcrübəsizlik, acizlik. ..[Kor kişinin] əlbisəsinin tərzi, biçimi – avamlığını; yerişi – gözsüzlüyünü; üzünün xətləri – aciz və bacarıqsızlığını andırırdı. S.Hüseyn. Sobadan düşən işıqda onun [Mahmudun] yoğun qara barmağı bacarıqsızlıqla (z.) iynəni sarı düymənin dibinə batırır(dı). Ə.Əbülhəsən. bacarma “Bacarmaq”dan f.is. bacarmaq f. Əlindən gəlmək, görə bilmək, bir işi görməyə qabiliyyəti, iqtidarı olmaq, öhdəsindən gələ bilmək, müvəffəq olmaq. İş görməyi bacarmırsan. Şahmat oynamağı bacarmıram. – Şəxs gərək elə bir iş tutsun ki, onu bacarıb yerinə yetirməyə qabiliyyəti olsun. C.Məmmədquluzadə. [Qüdrət:] Gəmi vermirlər? Almaq lazımdır. Almağı bacarmaq lazımdır. M.Hüseyn. bacarmaz sif. və is. Bacarmayan, əlindən iş gəlməyən, bir işə iqtidarı olmayan adam. Bacarmaza iş tapşırma. bacarmazlıq (=bacarmamazlıq) is. Bacarmama, əlindən iş gəlməmə; qabiliyyətsizlik. bacarmamazlıq (=bacarmazlıq) is. Bacarmama, əlindən iş gəlməmə; qabiliyyətsizlik. bacasız sif. Bacası olmayan. Firidunu bir həyətdə bacasız bir tövləyə salaraq, qapını bərk-bərk bağlamışdılar. M.İbrahimov. bacı is.\n1. Bir ata-anadan, yaxud bir atadan və ya bir anadan olan qızların birbirinə və ya qardaşlarına olan qohumluq münasibəti. Doğma bacılar. Əkiz bacılar.\n2. Tanış olmayan qadına, qıza ehtiramla müraciət. Ey atalar, analar, ey gəlinlər, bacılar; Az keçər bahar kimi ürəyiniz açılar. S.Rüstəm. // Hörmət üçün qadınların adlarına, yaxud ləqəbinə əlavə olunur. Bu gün dərs olmamışdı, molla bacı xəstə imiş. Odur ki, Ağabəyim səhərdən dayəsindən ayrılmamışdı. Çəmənzəminli. Tükəzban bir döşək gətirib, Məşədi Püstə bacının altına salır. H.Sarabski. bacıcıq (=bacıcığaz) “Bacı”dan oxş. Bacıcığazım xəstədir. bacıcığaz (=bacıcıq) “Bacı”dan oxş. Bacıcığazım xəstədir. bacı-qardaş is.\n1. Bacı ilə qardaş.\n2. Bir-birinə çox yaxın və dost olanlar, bacı və qardaş kimi mehriban olanlar.\n3. Bir-birinə çox bənzər olan iki şey; cüt, tay olan iki şey. bacıqızı is.\n1. Bacının qız övladı.\n2. Yaşlı kişinin qıza və yaxud cavan qadına nəvazişlə müraciəti. Bacıqızı, yol buradandır? bacılaşma “Bacılaşmaq”dan f.is. bacılaşmaq qarş. Bir-birinə bacı kimi yaxın olmaq, dostlaşmaq. bacılıq is.\n1. Ögey bacı. Qız onun bacılığıdır, bunu qızın özü söyləyir. Lakin bütün Təbriz qızı onun doğma bacısı hesab edir. M.S.Ordubadi. • Bacılıq etmək – 1) qayğısına qalmaq, yaxşılıq etmək; 2) doğma bacını əvəz etmək.\n2. Rəfiqə, yoldaş, dost (qız, qadın). [Sara:] Evdə tək otura bilmədiyimdən, axşamlar bacılığımgilə gedirəm. Mir Cəlal. // İki qız və ya iki qadın arasındakı bacıcasına münasibət, əlaqə, səmimiyyət. bacıoğlu is.\n1. Bacının oğlan övladı. [Dayısı Nadirə:] Bacıoğlu, görünür qulaqburması yadından çıxıb, ha? – deyə altı il əvvəl döyüldüyünü xatırlatdı. B.Talıblı.\n2. Yaşlı adamın uşağa və ya cavan oğlana, yaxud öz bacısı oğluna müraciəti. Bacıoğlu, sən kimlərdənsən? – Mən ölüm, bacıoğlu, mənim ürəyimi sıxma, dərsini yaxşı əzbərlə, yoxsa səndən küsərəm. C.Məmmədquluzadə. bac-xərac is. [fars.] bax bac 1 və 2-ci mənalarda. Xəlil paşa Koroğluya yeddi ilin bac-xəracını verdi. “Koroğlu”. Kişi bütün dünyadan bac-xərac alır. C.Cabbarlı. bad I. is. məh.\n1. Təndir və s. qurmaq üçün içinə keçi qılı qatılıb hazırlanan qatı palçıq.\n2. Qazma evlərin ortasında palçıqdan qayrılan ocaq yeri.\n\nII. is. [fars.] Yel, külək. Mən aşiq, bad apardı; Bad vurdu, bad apardı; Cəfasını mən çəkdim; Səfasın yad apardı. (Bayatı). Bənd edib hər səhər bad əsər, arizi-cananə dəyər; Toxunur sərvə gəhi, gah gülüstanə dəyər. M.V.Vidadi. Cadu qəmzələrin mənlən yağıdır; Bad əsir, zülfünü üzdən dağıdır. M.P.Vaqif. • Bad(i)-səba şair. – səba yeli, səhər əsən xəfif, sərin yel; meh. Nə yanar kimsə bana atəşi-dildən özgə; Nə açar kimsə qapım badi-səbadan qeyri. Füzuli. Ey badi-səba, məndən ol yarə salam eylə. M.V.Vidadi. Pərişanlıq zülfün öz qaydasıdır; Nə badi-səbadan, nə şanədəndir. M.P.Vaqif. Badi-səba mənim dərdi-dilimi; Ol büti-zibaya dedin, nə dedi? Q.Zakir. ‣ Bad(i)-fənaya getmək – bax bada getmək. [Hacı Fərəc:] Bunları bir-birinə qısqırram, hər ikisi birdən badi-fənaya gedər. N.Vəzirov. Nə qədər təqsirsiz adamlar bunun dilinin və qələminin səbəbinə badifənaya gediblər. Ə.Haqverdiyev. Bad(i)fənaya vermək – bax. bada vermək. [Əbdül:] Gülnisənin hiyləsi, Pərinin işvəsi, pulları, havası onun [Bəhramın] başını elə dumanlandırdı ki, yazıq qızcığazı badfənaya verdi. C.Cabbarlı. Bada getmək – heçə çıxmaq, puç olmaq, tələf olmaq, məhv olmaq, boşa çıxmaq, zay olmaq, hədər getmək. Vaqif sevdi bir iqrarsız bivəfa; Bada getdi tamam çəkdiyi cəfa. M.P.Vaqif. Xain olsaq əgər bu dünyada; İrzü namusumuz gedər bada! M.Ə.Sabir. Onların ömrü də tez gedər bada; Hər kəs əkdiyini biçər dünyada. S.Vurğun. Bada vermək – puç etmək, yox eləmək, məhv etmək, tələf etmək. Ey badə verən ömrünü, zünnarə yapışma. Nəsimi. Yandırıb hicran odu könlümü verdi badə, gör. Xətayi. [Göyərçin:] Canımı çöldən tapmamışam ki, ömrümü, günümü bada verim?! S.Rəhimov. Hərçi bada bad – nə olursa olsun, olan olacaq. badaq is.\n1. Bax badalaq.\n2. Sınmış ağacı bərkitmək üçün ona keçirilən enli dəmir halqa.\n3. Ev quşlarının ayaqlarına bağlanan bağ, ip, halqa.\n4. Yastıbaşlı, itiuclu dəmir və ya ağac mıx, mismar; gülmıx. badaqçeşni məh. bax badaqvari. badaqlama “Badaqlamaq”dan f.is. badaqlamaq f.\n1. Qıçları və ayaqları ilə bərk sıxmaq, tutmaq (atı, ağacı və s.).\n2. Badaqla bərkitmək (bax badaq 2 və 4-cü mənalarda).\n3. Əhliləşdirilmiş quşların ayağına badaq vurmaq, badaqla bağlamaq. badaqlanma “Badaqlanmaq”dan f.is. badaqlanmaq məch. Badaq vurulmaq, badaqla bərkidilmək. badaqlı sif. Badağı olan (bax badaq 2-ci mənada). badaqvari sif. məh. Mıxa oxşayan, mıx kimi, mismara oxşayan. badalaq is.\n1. Sərbəst güləşmə zamanı müqabil tərəfi yıxmaq üçün ayağını onun ayağına dolaşdırıb burma. • Badalaq vurmaq – birini yıxmaq üçün ayağını onun ayağına dolaşdırmaq. Mən yoldaşımdan qabaq çəməndə bir lalə görmüşəm.. Mən onu üzəndə dostum badalaq vurub məni üzüstə yıxır ki, laləni özü dərsin. M.Hüseyn.\n2. məc. Hiylə, kələk, fənd, fırıldaq mənasında. Bir badalaq lazımdır, özü də çox balaca, təpəsi üstə dəysin yerə. N.Vəzirov. • Badalaq qurmaq – hiylə qurmaq, kələk gəlmək, fırıldaq düzəltmək; ayağının altını qazımaq, ayağından çəkmək. [Aslan bəy:] Sən öləsən ağa Laçın bəy, sənin özünə də axırda bir badalaq qurmağım var. N.Vəzirov. [Namaz:] İndi sənin mənə badalaq qurmağının heç adı yoxdur. Ə.Haqverdiyev. Kərbəlayı Tapdıq bu dərdi sinirə bilmirdi, Durmuşa badalaq qurmağa çalışırdı. Mir Cəlal. badalaqlama “Badalaqlamaq”dan f. is. badalaqlamaq f.\n1. Badalaq vurmaq, badalaqla yıxmaq.\n2. məc. Hiylə qurmaq, kələk qurmaq, fırıldaq işlətmək, dolab gəlmək, aldatmaq. badalaqlanmaq məch. Badalaq vurulmaq. badalaqlaşmaq qarş.\n1. Bir-birinə badalaq vurmaq, bir-birini badalaqla yıxmağa çalışmaq.\n2. məc. Çəkişmək, bir-biri ilə yola getməmək. Bir-birinə badalaq vurmaq. badam is. [fars.] İsti ölkələrdə yetişən sərt qabıqlı, ləpə şəklində ləzzətli bir meyvə və bu meyvənin ağacı. Badam ağacı. Badam yağı. Acı badam (dadı acı olub, yağı texnika və əczaçılıqda işlənən badam). Daş badam (qabığı bərk badam). Kağızqabıqlı badam (qabığı nazik və ləpəsi kiçik badam). ‣ Üç badam bir qoz mus. – Azərbaycan xalq musiqisində bir çox mahnı, təsnif və oyun havalarına xas olan musiqi vəzninin adı. Azərbaycan rəqs musiqisi ölçülərindən ən çox intişar edəni: sazəndələr arasında “uç badam bir qoz” deyilən vəzn əsasında olan diringilərdir. Ə.Bədəlbəyli. badamağız sif. Ağzı çox kiçik və gözəl. badambacı is. dan. Gəlinlərə, qayınanalara və ya yaşlı qadınlara hörmət üçün verilən ad. badambura bax badamçörəyi. badambuta sif. və is. [fars.] Badam naxışlı, badamı gülləri olan (parça). Badambuta çit. Badambuta süfrə. – [Məmmədin] əynində kayanı dörd ətək donu, tirmə döşlüyü, ağ badambuta qurşağı, Xorasanı abası var idi. H.Sarabski. badamcan is. bot. Dağlarda bitən cır ərik. badamcıq is. anat. Boğazda və əsnəkdə olan və görünüşcə badama oxşayan vəzi. badamça is. Badam ağacına bənzər xırda və çiçəkli bir ağac; dəli badam. badamçörəyi is. İçinə şəkərlə qarışıq döyülmüş badam qoyulmuş xırda şirin çörək. badamgöz (=badamgözlü) sif. Gözlərinin quruluşu badama oxşayan. [Ərknaz] İran miniatürlərində rəsm edilən badamgözlü, qaraqaşlı, incəbel qızlara bənzəyirdi. M.Hüseyn. Badamgöz oğlum, yaxşı tanı yaponu. R.Rza. Allı-güllü geyinib bəzənmiş badamgözlü, şəkərsözlü qızlar, gəlinlər də yığışıb gəlmiş, .. gözəl bir məclis düzəlmişdi. M.Rzaquluzadə. badamgözlü (=badamgöz) sif. Gözlərinin quruluşu badama oxşayan. [Ərknaz] İran miniatürlərində rəsm edilən badamgözlü, qaraqaşlı, incəbel qızlara bənzəyirdi. M.Hüseyn. Badamgöz oğlum, yaxşı tanı yaponu. R.Rza. Allı-güllü geyinib bəzənmiş badamgözlü, şəkərsözlü qızlar, gəlinlər də yığışıb gəlmiş, .. gözəl bir məclis düzəlmişdi. M.Rzaquluzadə. badamı sif. Badamşəkilli, badama bənzər. Yanaqları lalə, gözləri badamı; Bağrımı qan etdi ləli-gülfamı. Nəbati. [Gəlin] çatma, uzun qaşları altında badamı gözlərini bircə an Xəlilə zilləyib, tez geri çəkdi. M.Hüseyn. badamıbuta bax badambuta. [Kişinin] ayağında gen lifəli qara mahud şalvar və qırmızı badamıbuta corab vardır. H.Sarabski. badamlı I. sif. Badamdan və ya badamla hazırlanan, içərisində badam olan. Badamlı konfet. Badamlı qoğal. – Eşidirəm ki, dadlıdadlı xuruşlar, badamlı paxlavalar çox yeməli imiş. “Mol. Nəsr.”.\n\nII. is. Müalicə üçün içməli su [Naxçıvanda Badamlı deyilən yerin adından]. badamlıq is. Badam bağı, badam ağacları əkilmiş yer. badamşəkilli bax badamı. [Zibeydə] brilyant düzülmüş badamşəkilli cıqqasını .. taxdı. M.S.Ordubadi. badamvari bax badamı. badar məh.\n1. is. Kiçicik əkin yeri.\n2. sif. Dağınıq, pozuq. badaş bax bardaş. badbadı bax bat-bat. badban is. [fars.] Ensiz nazik taxta çərçivəyə yapışdırılmış və uzun sapa bənd edilərək, havaya uçurulan kağız; çərpələng. Badban uçurmaq. – Barıt və qeyri bu kimi atılan əczaları şar və badban ilə havaya qaldırıb orada atanda havada olan qazlar qəlizləşib və yağış olub yerə düşür. H.Zərdabi. badə is. [fars.] şair.\n1. Şərab, çaxır. Badə düşkünü. – Qəmzən görünməyib gözə, qanlar içər müdam; Zahid kimi ki, badəni eldən nihan içər. Füzuli. Könül, meyxanə cənnət, badə kövsər, saqidir qılman; Gedib vaiz deyən nisyə sözə ümidvar olma. S.Ə.Şirvani. // Obrazlı təşbihlərdə. Ey dəhanı şəkkər, ləbləri badə; Gün cəmalın eşq əhlinə ayinə. M.V.Vidadi. Badənin ləli-ləbi dilbərə çün nisbəti var; Tökmərəm badəni mən sağərə bundan sonra. S.Ə.Şirvani.\n2. məc. Şərab piyaləsi mənasında. Koroğlu əlini uzadıb bir badə doldurdu. “Koroğlu”. Sərtib bir badə də konyak içdi. M.İbrahimov. Vaxtdır, badələri qaldırın, dostlar! İçək təzə ilin şərəfinə biz. S.Vurğun. badənuş sif. və is. [fars.] Şərab içən, içki içən; əyyaş. badəpərəst sif. və is. [fars.] İçki düşkünü, şərab düşkünü. badı is. məh. Saxsı nimçə, dövrə. badımcan is. Tünd-bənövşəyi rəngli tərəvəz bitkisi. Badımcan ləki. Badımcan dolması. badımcanburun sif. dan. Yekə, göyərmiş burnu olan. Uzunbığ və badımcanburun mirab xəşəl qarnını qabağa verib içini arıtladı. S.Rəhimov. badımcançiçəklilər cəm, bot. Birillik və çoxillik yarımkol və ya kolşəkilli bitkilər fəsiləsi. badımcanı sif. Badımcan rəngli, tündbənövşəyi. Badımcanı sətin. badımcanlıq is. Badımcan əkilmiş yer. badış is.\n1. Toyuqların ayağına nişan üçün tikilən əsgi, çit parçası. // Alıcı quşların baldırına keçirilən tumac qayış; cılğı.\n2. Sapdan toxunma halqa. badkeş is. [fars.] köhn.\n1. Xalq təbabətində müalicə məqsədi ilə işlədilən küpə, banka, stəkan və s.; həcəmət. • Badkeş qoymaq (eləmək, salmaq) – xəstə adamın qanını oynatmaq üçün bədəninin müxtəlif yerlərinə banka qoymaq.\n2. Dəmkeş, külbə. badminton is. idm. Raketka və lələkvari topla oynanılan, tennisə bənzəyən idman növü. badya is. İçinə süd sağmaq, yaxud maye tökmək üçün misdən, saxsıdan və s.-dən qayrılan altı gen böyük qab. [Pəri xanım:] A qız, o böyük badyanı gətir. M.F.Axundzadə. Kənd çocuqları əllərində badya, mis kasa dərəyə doğru qoşurdular. A.Şaiq. Səhənglər, vedrələr, qazanlar, badyalar doldu, boşaldı. M.Hüseyn. badyaça is. Balaca badya. [Qızqayıt] əlini ataraq, ocağın qırağındakı xəmirli badyaçanı qaldırıb, suyunu başına çəkdi. S.Rəhimov. badyan is. bot. Kolluqlarda, zibilli yerlərdə bitən zəhərli bitki. bafa is. məh. Dərz bağlamaq üçün biçinçinin biçib bağladığı sünbül toplusu. [Hüseyn:] Marquşa, bəs özgə vədə beş bafadan bağlayırdın? Ə.Vəliyev. Qırmızı yaylıqlı kəndli .. bağladığı bafanı alıb, Büləndin yanına gəldi. Ə.Əbülhəsən. bafta is. [fars.] Güləbətin, ipək saplardan toxunmuş qaytan. [Güləndam:] Məmmədəli, hələ bir de görüm, baftanı gətirmisənmi? N.Vəzirov. baftaçı is. Bafta ustası, bafta toxuyan usta. baftaçılıq sif. Baftaçının sənəti, işi. baftalama “Baftalamaq”dan f.is. baftalamaq f.\n1. Bafta ilə işləmək, bafta ilə bəzəmək, baftadan köbə tikmək. Donun ətəyini baftalamaq.\n2. məc. dan. Özündən toxumaq, uydurmaq. baftalı sif. Bafta ilə işlənmiş, bafta ilə bəzəkli, bafta tikilmiş, baftadan köbə tikilmiş. Ağcaxanım abı, pəncə-pəncə zərli donunu, döşü baftalı, qırmızı tafta köynəyini geyib, .. mətbəxdə plov bişirməkdədir. H.Sarabski. Güllü arvad sumağı şaldan gen-bol qırmızı tuman, .. yaxası və qolunun ağzı baftalı uzun arxalıq geymiş(di). Ə.Əbülhəsən. baftaşalvarlı sif. və is. köhn. Keçmişdə polis və hərbi işçilərə verilən ad. [Rəna:] Doğrudur ki, mənim atam, babam çox varlı idi; Hətta böyük qardaşım baftaşalvarlı idi. S.Rüstəm. bağ I. is.\n1. Meyvə ağacları əkilmiş sahə. Meyvə bağı. Alma bağı. Bağ salmaq.\n2. Müxtəlif ağaclar əkilmiş sahə. Şəhər bağı. • Heyvanat bağı – ictimai bağda və ya parkda elmi məqsədlər üçün düzəldilən heyvanxana. Nəbatat bağı – elmi məqsədlər üçün dünyanın bütün ölkələrinə və müxtəlif iqlimlərə məxsus bitkilər yetişdirilən bağ.\n3. məc. Güllük, çiçəklik, yaşıllıq yer. Mənim bağım, baharım, həm gülüm, həm bülbülüm sənsən. S.Ə.Şirvani. Bağı tutar ətridəhanım mənim; Eybi nədir, varsa tikanım mənim. A.Səhhət.\n4. məh. Yaylaq, şəhərdən kənarda bağbağat yer, istirahət yeri. Yayda ailəmiz bağa köçür. – Axırda həkim nənəmə dedi: – Bir az qanı azdır, göndər getsin bağa. H.Sarabski.\n\nII. is.\n1. Bağlamağa yarar hər şey, ip, kəndir, qaytan və s. Yükün bağlarını açmaq. Ayaqqabı bağı. – Musa kişi yaş ot bağlarından birini açıb, onların qabağına tökdü. M.İbrahimov. [Kəmtərov] gah damağındakı papirosu barmaqları arasına alıb sıxır, gah çəkməsinin sallanan bağına baxır, məna vermir, daha da yeyinləyir. Mir Cəlal. // Sarğı.\n2. Dəstə, kom, bağlı şey, bağlama. [Arabaçı] haradansa bir bağ yonca gətirdi, saldı atların qabağına. C.Məmmədquluzadə. Bir bağ vəlim tapammır biçarə yandıra; Möhtacdır özü və əyalı hərarətə. M.Möcüz.\n3. məc. Bağlayan, birləşdirən, əlaqələndirən şey; əlaqə, rabitə mənasında. Dostluq bağları. bağa I. bax tısbağa.\n\nII. is. məh. Atların buxovluğunda əmələ gələn xəstəlik (yara). bağacıq is. zool. Taxıl bitkilərinə zərər verən cücü. Taxıl bitkilərinin (xüsusən buğdanın) qorxulu zərərvericisi olan taxıl bağacıqlarına qarşı mübarizə üçün bioloji üsul geniş tətbiq edilir. bağalıq is. məh. Atın dırnaqlarının üst (tük qurtaran) tərəfi. bağam is. məh. Enli yarpaqları olan və yarpaqlarından dəri boyamaq üçün boya hazırlanan bir ağac. bağanaq is. Qıçların hövsələ sümüyünə bitişən yeri. bağancaq is. məh. Atın topuğu ilə dırnağı arasındakı hissə; buxovluq. bağancanaq is. məh. Heyvanların ayaqlarının yerə dəyməyən hissəsi. bağara is. məh.\n1. Bax tağalaq.\n2. Dayaz quyulardan dol ilə su, neft çəkmək üçün qurğu. Babası .. [Araza] öz cavanlığından, fəhləlik həyatından söz açıb deyirdi: – Səhərdən axşama qədər atı bağaraya qoşub, neft çəkərdim. A.Şaiq. Yaxşı yadımdadır o dol, bağara; Hərlənib neft çəkən gözü bağlı at. M.Rahim. bağat bax bağ-bağat. Qoy bağ olsun, bağat olsun qapımızın dörd yanı. S.Vurğun. bağayarpağı is. bot. Adətən arxların kənarında bitən enliyarpaqlı bir bitki olub, xalq təbabətində yaraları sağaltmaq üçün işlənir. Çoxillik bitki olan bağayarpağı uzun saplaqlı kökyanı yarpaqlara malikdir; yarpaqlarının forması dairəvi, kənarı isə bütövdür. Əliyev. bağ-bağat is. Bağlıq, ağaclıq, yaşıllıq. Seyidli və onu əhatə edən kəndlərin bağbağatı o dərəcədə boldur ki, göz ətrafda ot və ağacdan savayı bir şey görmür. S.S.Axundov. Daşlıca azı kənddən beş verst bağ-bağat yollarının ayrıcında bir yer idi. Mir Cəlal. Maştağa kəndinin .. bağı-bağatı başqa kəndlərə görə bir qədər abad idi. H.Sarabski. bağ-bağatlı sif. Bağ-bağatı, yaşıllığı olan, səfalı. Bağ-bağatlı yer. bağ-bağça is. Bağlıq və güllük yer. Cuma baxımsız qalmış bağ-bağçalara göz yetirirdi. Ə.Əbülhəsən. Boz dağları meşə örtdü, sahilləri gül; Bağ-bağçaya şeh çilədi nazəndə səhər. Ə.Cəmil. bağban is. [fars.]\n1. Bağa baxan, bağa qulluq edən adam; bağ yetişdirməklə, bağçılıqla məşğul olan adam; bağçı. Gördülər yüz yaşında bir bağban; İşləyir bağda səy ilə hər an. M.Ə.Sabir. Həyətimdə səfalı bir bağ salacağam mən; Yurdumda bir misilsiz bağban olacağam mən. M.Müşfiq.\n2. məc. Qayğı ilə bəsləyən, tərbiyələndirən, yetişdirən adam, tərbiyəçi mənasında. bağbanlıq is. Bağbanın peşəsi, işi, sənəti; bağçılıq. Bağbanlıq etmək. bağbaşı is. Köhnə məişətdə: oğlanın öz nişanlısına göndərdiyi bağ novbarı; sovqat. Pişxidmət məcməyidə alma, armud, nar və əzgil gətirib, qonaqların qabağına qoydu. Bunlar hamısı bağbaşı olaraq kəndlərdən göndərilmişdi. Çəmənzəminli. Habelə yay zamanı qız evi bağa köçsəydi, oğlan evi bağbaşı aparmalı idi. H.Sarabski. bağ-bərə is. Ev yanında bağ-bağça. Elə gəl, elə get bağ-bərəsindən; Bülbüllər ürküşüb, gül inciməsin. Aşıq Abbas. bağça is.\n1. Kiçik bağ, həyət bağı. Ay çıxıb bağçanı işıqlatmışdı. Ə.Məmmədxanlı. Şirin bağçada səndəl üstündə oturmuşdu. İ.Əfəndiyev.\n2. məc. Güllük, çiçəklik. Bu otağın pəncərələri .. qarşıdakı qızılgül bağçasına açılırdı. S.Rəhimov.\n3. Məktəb yaşına çatmamış uşaqlar üçün tərbiyə, əyləncə müəssisəsi (“uşaq bağçası” şəklində də işlənir). Uşağı bağçaya verdim. bağça-bağ is. Güllük, çiçəklik. Ürəksiz əkilən yerlər saralar; Şitillər boy atıb bağça-bağ olmaz. S.Vurğun. Qış ayazdan bitkiləri saxlayıb; Şeh salırsız bağça-bağa, buludlar! H.K.Sanılı. bağçacıq “Bağça”dan kiç. Suyun sahilində bir bağçacıq var. S.Vurğun. bağçalı sif. Bağçası olan; həyətində çiçəklik, güllük olan. Bağçalı ev. Bağçalı məktəb. bağçalıq bax bağça. Xanın evinin qabağı çiçəklik və böyük bağçalıqdı. M.S.Ordubadi. bağçapərəst bax bağpərəst. bağçı I. is.\n1. Bax bağban 1-ci mənada. Qonşu respublikalardan gəlmiş qonaqlar Qubanın bağçıları və məktəbliləri ilə səmimi görüşü heç zaman unutmayacaqlar.\n2. məh. İstirahət üçün yayda bağa (bax bağ1 4-cü mənada) köçən, bağda istirahət edən adam. Şəhərə yaxın olduğundan, bağçılar buranın [Maştağa kəndinin] bağlarına çox köçərdilər. H.Sarabski.\n\nII. is. məh. Biçinçilərin ardınca dərz bağlayan işçi. bağçılıq bax bağbanlıq. Kənd klubunda kəndlilər savad öyrənir, əkinçiliyə, bağçılığa, maldarlığa aid məlumat alırlar. S.Hüseyn. Sağ ol, baba, sən bağçılıq işini yaxşı bilirsən. M.Seyidzadə. bağçıvan is. köhn. Bağçaya baxan, bağça yetişdirən; bağban. bağçıvanlıq is. köhn. Bağçıvan işi, bağçıvan sənəti; bağbanlıq. // Bağ, çiçək, ağac və səbzəvat yetişdirmə. Maşallah, nə yaxşı qabilsən; Bağçıvanlıqda xeyli kamilsən. A.Səhhət. bağçiyələyi is. bot. Bostanda yetişdirilən iri çiyələk növü. bağdaş bax bardaş. bağdatı is. [xüs. is.-dən]\n1. Suvaqla suvanmış tavan, səqf. Otağın bağdatısı uçulmuşdur.\n2. Suvağı saxlamaq üçün arakəsmə divarlara və tavana vurulan ensiz taxtalar. bağır is.\n1. Qaraciyər.\n2. Ürək, qəlb mənasında. Ey Füzuli, ol sənəm əfğanıma rəhm eyləməz; Daşə bənzər bağrı, təsir eyləməz əfğan ona. Füzuli. Edən qan qönçə tək bağrım o ləli-abidar olmuş. Nəbati. Oxuduqca şirin-şirin diliniz; Bağrım olur şana-şana, durnalar. M.V.Vidadi. ‣ Bağrı çatlamaq – 1) davam gətirməyib ölmək, ürəyi partlamaq. Atı o qədər bərk sürdü ki, heyvanın az qala bağrı çatlamışdı. – [Tarverdi:] Əgər Pərzad məni bu halda görə bilsəydi, qorxudan bağrı çatlardı. M.F.Axundzadə. Bir çoxları qızın bağrı çatlamış olduğunu zənn edərək təəssüflənirdi. M.S.Ordubadi. [Əbdül:] İndi biçarə Saraya necə deyim ki, Bəhram gəlmir, bağrı çatlar. C.Cabbarlı; 2) bax. bağrı yarılmaq; 3) ürəyi bərk darıxmaq. Uşaq olmasaydı, qızın bağrı çatlardı. M.S.Ordubadi. [Vəli:] Yaxşı ki, bir yerdəyik, tək olsaydıq, adamın bağrı çatlardı. M.Hüseyn. Bağrı daşa dönmək – çox sərt olmaq, insafsız olmaq, rəhmsiz olmaq, sərtləşmək. Təğafül etməyin, Allahı sevər; Dönməsin bağrınız daşa, durnalar. Q.Zakir. Bağrı dəlinmək – bax bağrı qan olmaq (qana dönmək). Bəs olmadı, getdi yar əlindən; Həm bağrı dəlindi xar əlindən. Məsihi. Bağrı qan olmaq (qana dönmək) – son dərəcə müztərib və mütəəssir olmaq, kədərlənmək, qüssələnmək. Ala gözlüm, səndən ayrı düşəli; Ah çəkməkdən bağrım qana dönübdür. Aşıq Ələsgər. Bağrı yanmaq – 1) susamaq; 2) məc. həsrət çəkmək, hicran keçirmək. Bax bu qaşa, bax bu gözə; Yandı bağrım, döndü közə. Aşıq Ələsgər. Bağrı yarılmaq – 1) ölmək; 2) bərk qorxmaq, dəhşətə düşmək. Bağrım yarılır xəncəri-bürranını görcək. M.Ə.Sabir. [Məşədi Əsgərin] silisçidən bağrı yarılırdı. S.M.Qənizadə. [Gülnisə:] Danışanda adamın gözünün içinə bir tövr baxır ki, az qalır adamın bağrı yarılsın. Ə.Haqverdiyev. [Döyüldüyü üçün] uşaq molladan qaçar və molla adı gələndə bağrı yarılardı. H.Sarabski. Bağrına basmaq – məhəbbətlə, nəvazişlə qucaqlamaq. Tutuban bağrına basdın o səri-zülfü, könül; Belə fikr eylədin, ol müşk sənin canındır. S.Ə.Şirvani. Oturmuş ana, basmış bağrına; Nazlı körpəsin, lay-lay der ona. A.Səhhət. Xədicə rəngi qaçmış .. halda içəri girdi və uşaqlarını bağrına basıb .. ağladı. S.S.Axundov. Bağrını çatlatmaq – bax bağrını yarmaq. Bağrını dəlmək – son dərəcə kədərlənmək. Bağrını qana döndərmək (qan eləmək) – həddən artıq kədərləndirmək, iztirab vermək. Ləli-nabin həvəsi bağrımı qan eylədiyin; Ah kim, qanlı yaşım qılmadı izhar sana. Füzuli. Ələsgərəm, sana qurban; Gəl eyləmə bağrımı qan! Aşıq Ələsgər. Bağrını yarmaq – 1) öldürmək; 2) bərk qorxutmaq, dəhşətə salmaq. Bütün dağlar arasında İskəndər bəyin adı söylənirdi. İgidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yox idi. Ə.Haqverdiyev. Yuvasında eşələnən bir qırğı onların bağrını yarmışdı. Mir Cəlal. [Xəlil:] Ay balam, bir az özünə toxtaqlıq ver, uşaqların bağrını yarma. P.Makulu. bağır-badaş bax bağrıbadaş. bağırbeyin is. aşp. Quzunun qaraciyəri ilə beynindən və ya quyruğundan hazırlanan xörək. Hər adama bir məcməyi verildi və üstündə quzu soyutması, yanında da sarımsaqlı qatıq və bağırbeyin vardı. Çəmənzəminli. bağırdaq is. məh. Beşikdə uşağı bağlamaq üçün bağ; beşik bağı. bağırdaqlamaq f. məh. Beşikdə uşağı bağırdaqla bağlamaq. bağırdələn I. sif. Qorxudan, dəhşətə salan; dəhşətli, qorxunc.\n\nII. is. məh. Yulaf sünbülünə bənzər qılçıqlı ot. bağırış is. Bağırma işi və tərzi. // Nərə. bağırışma “Bağırışmaq”dan f.is. bağırışmaq qarş. Səs-səsə verib qışqırmaq, hamı birdən çığırmaq, çığırışmaq; səs-küy qoparmaq, qalmaqal salmaq, çığırbağır salmaq. Uşaqlar bağırışırlar. – Hamımız bağırışaraq, kəkliyin arxasınca xeyli baxdıq. A.Şaiq. bağırqan sif. Çox bağıran, qışqırıqçı. // Ağlağan. bağırma “Bağırmaq”dan f.is. bağırmaq f.\n1. Bərk qışqırmaq, çığırmaq. Mən əzilən bir sinfin hayqıran; Haq bağıran sədasından yarandım. M.Müşfiq. [Səriyyə xala] bağırmaq, ağlamaq istəyir, bacarmırdı. M.İbrahimov. Xaspolad bir də ucadan bağırdı. M.Hüseyn. • Bar-bar bağırmaq – şiddətlə, var gücü ilə çığırmaq. [Kərim baba:] – Bu şələni hara töküm? – deyə bar-bar bağırdı. A.Şaiq.\n2. Böyürmək, nərə çəkmək. Bir az daha irəliləmişdim ki, birdən-birə pələng yerindən sıçrayıb bağıra-bağıra (z.) üstümə gəldi. A.Şaiq.\n3. Ağlamaq, haray salmaq, fəryad etmək. Bağırmaqdan uşağın az qala ürəyi partlamışdı. bağırsaq is.\n1. anat. Həzm prosesində mühüm rol oynayan bədən üzvü, selikli, elastik borular şəklində olur. • Acı bağırsaq – bağırsaqların mədə ilə yoğun bağırsaq arasındakı hissəsi, nazik bağırsaq. Düz bağırsaq – bağırsaq kanalının dal hissəsi, qurtaracağı. Kor bağırsaq – yoğun bağırsağın soxulcanşəkilli çıxıntısı olan qurtaracaq hissəsi. Onikibarmaq bağırsaq – insanın nazik bağırsağının bir hissəsi. Yoğun (qalın) bağırsaq – acı bağırsaqdan sonra gələn yoğun hissə.\n2. İçərisindən su axıtmaq üçün rezin və ya brezent boru; şlanq. ‣ Bağırsaq, yaxud acı bağırsaq kimi (uzanmaq) – bir-birinin ardınca, arasıkəsilməz sıra ilə yerimək, gəlmək, keçmək; axırı, sonu olmayan, qurtarmaq bilməyən şey haqqında. Bağırsaqları qırılmaq (gülməkdən) – çox gülmək, gülməkdən qarnına sancı düşmək. Bizim pulemyotlar qaqqıldayanda sizinkilərin dovşan kimi qaçmaqlarını görsəydiniz, gülməkdən bağırsaqlarınız qırılardı. H.Nəzərli. Bağırsaqlarını yerə tökmək – öldürmək. bağırsaqboşluqlular cəm, zool. Mədəsi, yaxud mədə rolunu oynayan qarın boşluğu olan ibtidai heyvanlar. Müxtəlif meduzalar, poliplər və mərcanlar bağırsaqboşluqlular adlanır. bağırsaqlıq is. anat. Qarnın bağırsaqlar yerləşən hissəsi. // İnsanın və ya heyvanın bütün bağırsaqları. bağırsaqsız sif. Bağırsağı olmayan. Bağırsaqsız heyvanlar. bağırtı is. Çığırtı, nərə; bağırma səsi. Birdən Qaraca qızın qulağına ayının bağırtısı gəldi. S.S.Axundov. // Səs-küy, qışqırtı, fəryad. Bağırtı salmaq. Bağırtı qoparmaq. – [Əbülhəsən bəy:] Bir bağırtı eşitdim, bu Smirnovun bağırtısı idi. M.S.Ordubadi. Bayaqkı qışqırtı və bağırtıdan hürkmüş .. müdir nəfəs aldı. M.İbrahimov. bağırtma “Bağırtmaq”dan f.is. bağırtmaq icb.\n1. Çığırtmaq, qışqırtmaq; bağırmasına səbəb olmaq.\n2. Ağlatmaq. Uşağı bağırtmaq. bağıryaran bax bağırdələn1 . Çoban ona [düşmənə] qalxmağa fürsət verməyib, çomağı başına çırpdı və özü bağıryaran bir səslə qıy vurub, irəli şığıdı. M.Rzaquluzadə. bağıstan is. [fars.] Bağlıq, çoxlu bağ olan yer. bağışlama “Bağışlamaq”dan f.is. bağışlamaq f.\n1. Bir şeyi qarşılıqsız (əvəzsiz) olaraq başqasına vermək, hədiyyə etmək, peşkəş vermək. Atası öləndən sonra Niftalı ona torpaq da verdi, .. mal-qaradan pay ayırıb, bir at da bağışladı. İ.Şıxlı. // məc. Bəxş etmək, vermək. Elə bil, bağışladın mənə sevinc dolu bir aləmi. R.Rza.\n2. Alacağından könüllü olaraq vaz keçmək, əl çəkmək; özünə çatacaq şeyi daha istəməmək. Borclarını bağışlamaq.\n3. Günahından, təqsirindən keçmək, əfv etmək. Məncə yaraşmayır çoxuna bu ad; Məni bağışlasın sevgilim həyat. S.Vurğun. ..Mənim dediklərimdə səhv və yanlışlıqlar olsa, bağışlamanızı xahiş edirəm. Mir Cəlal.\n4. Əmr şəklində: bağışla, bağışlayın, bağışlayınız – 1) söylənməmiş bir sözə, yaxud namünasib bir işə görə üzr istəmək və ya söylənmiş bir fikri düzəltmək üçün deyilir. Bağışlayın, mən bilmədim ki, bu söz sizin xatirinizə dəyəcək. Sizi narahat etdiyim üçün məni bağışlayın. Səni çox gözləməyə məcbur etdim, bağışla. – Səni əhlivəfa bilmişdim, ey gül, bivəfasanmış; Bağışla, bilmişəm biganələrlə aşinasanmış. S.Ə.Şirvani. Mən əvvəldən bunu duymuşdum ki, siz, bağışlayınız, bir az düz adama oxşamırsınız. C.Məmmədquluzadə; 2) bir söz və ya hərəkətlə razı olmamağı və ya ona qarşı etirazı ifadə etmək üçün qətiyyən, heç, yox mənasında işlənir. Bağışla, elə şey yoxdur! Bağışlayın, mən buna heç vaxt razı ola bilmərəm.\n5. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: təsir bağışlamaq, ömrünü bağışlamaq. bağışlanmaz (=bağışlanılmaz) sif. Bağışlanıla bilməyən, bağışlanmağa layiq olmayan, əfvedilməz. Bağışlanılmaz nöqsan. Bağışlanılmaz günah. Bağışlanılmaz qüsur. bağışlanılmaz (=bağışlanmaz) sif. Bağışlanıla bilməyən, bağışlanmağa layiq olmayan, əfvedilməz. Bağışlanılmaz nöqsan. Bağışlanılmaz günah. Bağışlanılmaz qüsur. bağışlanmazlıq (=bağışlanılmazlıq) is. Bağışlanıla bilməmə, əfv edilməzlik. bağışlanılmazlıq (=bağışlanmazlıq) is. Bağışlanıla bilməmə, əfv edilməzlik. bağışlanma “Bağışlanmaq”dan f.is. bağışlanmaq məch.\n1. Qarşılıqsız (əvəzsiz) olaraq başqasına verilmək; hədiyyə edilmək, peşkəş edilmək.\n2. Əfv edilmək, cəzadan azad edilmək, təqsirindən keçilmək. Günahı bağışlanmaq. bağışlatdırma “Bağışlatdırmaq”dan f.is. bağışlatdırmaq bax bağışlatmaq. bağışlatma “Bağışlatmaq”dan f.is. bağışlatmaq icb. Bağışlanılmasına səbəb və ya vasitə olmaq. bağlama is.\n1. “Bağlamaq”dan f.is.\n2. İçi dolu və ağzı bağlı kisə; çuval və s. Nigarançılığım bir az da artdı, özümü itirdim. Bağlamanın kəndirini dartıb qırdım. Mir Cəlal. Nəhayət, [müəllimə] qazıdığı quyudan bir böyük bağlama çıxartdı. Ə.Məmmədxanlı. // Düyünçə, bağlanmış şey, boğça. İpək bağlamaya dayanıb oturan bu qadın, bizi görərkən ayağa qalxdı. M.S.Ordubadi. [Göyüşoğlu] əlində tutduğu xırdaca bağlamanı dalında gizlətmişdi. M.Hüseyn. Arvad tez bağlamanı götürüb açdı, nə idi? İki min manat pul. B.Talıblı. // Bir yerə, yaxud üst-üstə yığılıb sarınmış şey. Çamadanın dibində qaytanla sarıqlı bir bağlama kağız nəzərə gəldi. S.M.Qənizadə.\n3. Bir yerə göndərilmək üçün qablanıb bağlanmış şey. Uşaqlar gənc və mehriban müəllimlərini unutmamışlar. Məktəbdə .. ona məktub və bağlamalar göndərməyi qərara almışdılar. Mir Cəlal.\n4. Deyişmə zamanı aşıqların və keçmişdə şairlərin bir-birini bağlamaq (8-ci mənada) üçün söylədikləri müəmma, qıfılbənd, tapmaca və s. bağlamaq f.\n1. İp və başqa materiallar vasitəsilə şeyləri bir-birinə rəbt etmək. Atları axura bağlamaq. Qayığı körpüyə bağlamaq. Toyuğun ayaqlarını bağlamaq. // İp və s. ilə bir şeyi başqasına və ya bir neçə şeyi bir yerə rəbt etmək, tərtib etmək, düzəltmək. Gül dəstəsi bağlamaq. Şələ bağlamaq. Dərz bağlamaq. // Boğça etmək, boğça halına gətirmək. Paltarlarını bağlamaq. Şeylərini bağlamaq.\n2. Sarımaq, sarğı keçirmək, sarğı ilə sarımaq. Yaranı bağlamaq. Başına yaylıq bağlamaq. – [Rüstəm bəy:] Yara gərək bağlana, bağlanmasa olmaz. Bəlkə xətərli yaradır. N.Vəzirov. ..Ağarza kəmərini bağlayıb, onun dalınca tələsdi. Mir Cəlal.\n3. Taxmaq, asmaq, qurşanmaq. Belinə qurşaq bağlamaq. Xəncər bağlamaq. Tapança bağlamaq.\n4. Qapamaq, qıfıllamaq, kilidləmək. Qapıları bağlamaq. Dükanları bağlamaq. – [Növrəstə:] Necə eləyim, ana! Bir də görəcəksən, gəldi qapını bağladı. Ə.Haqverdiyev.\n5. Düymələmək, ilməkləmək, keçirmək. Paltonun yaxasını bağlamaq.\n6. Yapışdırmaq. Paketin ağzını bağlamaq.\n7. Kəsmək, qabağını almaq, mane olmaq. Yolu bağlamaq. Suyu bağlamaq. Qazı bağlamaq.\n8. məc. Məğlub etmək, üstün gəlmək (deyişmədə). Zərnişan onunla [aşıqla] deyişmişdi. “Sinədən” dediyi sözlərlə aşığı bağlamışdı. M.Arif.\n9. Qurmaq, düzəltmək, qayırmaq, quraşdırmaq, tikmək. Kərdi bağlamaq. Qundaq bağlamaq. Körpü bağlamaq.\n10. İsnad vermək, üzərinə atmaq, əlaqədar etmək. İşin axırını gətirib ona bağladılar. – Bu iftiranı ingilislər ədavət yolunda İran dövlətinə bağlayıb, qəzetlərində yazırlar. M.F.Axundzadə. Hər kəsə bağlayırıq hər cürə böhtan, olsun. M.Ə.Sabir.\n11. məc. Birləşdirmək, yaxınlaşdırmaq, əlaqələndirmək, rəbt etmək. Onları tale bir-birinə bağladı. Ə.Əbülhəsən. O öz həyatını mənim müəyyən olmayan həyatımla bağlamaqdan heç də qorxmayır. M.S.Ordubadi. Alovlu gəncliyin bitməz və isti ehtirasları onları bir-birinə bağlamışdı. Mir Cəlal.\n12. məc. Rəbt etmək, quraşdırmaq, bir araya gətirmək. Cümlələri bir-birinə bağlamaq. Bu adam iki sözü bir-birinə bağlaya bilmir.\n13. Bənd etmək, aşıq etmək. Necə ki, haman adam da sənin damarını tapdı, ruhunu oxşadı və özünə bağladı. M.S.Ordubadi.\n14. Yazmaq, tərtib etmək, qoşmaq, düzəltmək. Kitab bağlamaq. Akt bağlamaq. Dastan bağlamaq. – [Kərim baba:] Mən əgər yazıpozu bilsəydim, gənclikdə göstərdiyim igidlikləri bir-bir yazar, böyük bir kitab bağlardım. A.Şaiq.\n15. məc. Ləğv etmək, təsviyə etmək, yığışdırmaq, aradan qaldırmaq, rəsmən qadağan etmək.\n16. Bir şeyin gedişini dayandırmaq, nəhayət vermək. İclası bağlamaq. Konfransı bağlamaq. Sərgini bağlamaq.\n17. Üz tutmaq, örtülmək. Qaymaq bağlamaq. Köz bağlamaq (yara). Qabar bağlamaq. Piy bağlamaq. His bağlamaq. Qartmaq bağlamaq. Kif bağlamaq. – Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın başı əbədi duman içində itmişdi. M.İbrahimov. O zaman üzəri sıx bulud layları ilə örtülmüş göy, buz bağlamış bir göl kimi çatladı. Ə.Məmmədxanlı.\n18. Hasil etmək, zahir etmək, əmələ gətirmək. Toxum bağlamaq. Rişə bağlamaq. Qabıq bağlamaq. Daş bağlamaq.\n19. Təşkil etmək, düzəltmək. Sıra bağlamaq. Səf bağlamaq.\n20. Bir məsələ və ya təəhhüd haqqında birisi ilə rəsmi olaraq müəyyən qaydada razılaşmaq, şərtləşmək; qəbul etmək, imzalamaq. Sülh bağlamaq. Müqavilə bağlamaq. Şərt bağlamaq.\n21. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: bel bağlamaq, könül bağlamaq, ümid bağlamaq. bağlamça is. Kiçik bağlama. bağlanma “Bağlanmaq”dan f.is. bağlanmaq 1. “Bağlamaq”dan məch. Həyətin küncündə, çardağın altında bir çılpaq ağ at bağlanmışdı. C.Məmmədquluzadə. Bahadır atlar bağlanan yerə gedib gördü ki, Novruz xoruldayır. N.Nərimanov. // Bitmək, bitmiş olduğu elan edilmək. İclas bağlandı.\n2. qayıd. Qapanmaq, qıfıllanmaq, kilidlənmək. Qapı bağlandı. Evdə bağlanıb bayıra çıxmamaq.\n3. məc. Vurulmaq, aşiq olmaq, məftun olmaq, bənd olmaq. Füzuli zülfünə bağlandı, əmma öylə incəldi; Ki, guya zəf onu həm zülfünə bir tari-mu eylər. Füzuli. Nəriman qəlbi ilə nişanlısına nə qədər bərk bağlandığını düşündü. Mir Cəlal. bağlanmış “Bağlanmaq”dan f.sif. Bağlanmış qıfıl. Bağlanmış idarə. Bağlanmış yara. Sahilə bağlanmış qayıq. – Hər iki gözü möhkəm bağlanmış bu heybədə ya fəsəli, ya da qoz halvası olmalı idi. M.Hüseyn. bağlaşma is.\n1. “Bağlaşmaq”dan f.is.\n2. Müqavilənamə, şərtnamə. Bildiyimiz kimi, bir neçə MTS üçün zavod bağlaşma ilə kənd təsərrüfat alətləri təmir etmişdi. Ə.Əbülhəsən.\n3. Qabaqcadan bağlanan müqavilələrə əsasən kənd təsərrüfatı məhsulatı tədarük etmə üsulu. Kolxozlar bağlaşma planını yerinə yetirdilər.\n4. Qabaqcadan bağlanan müqavilə üzrə dövlət işinin hər hansı bir sahəsindən ötrü fəhlə və işçi toplama üsulu.\n5. Mərcləşmə, mərc gəlmə, mərc. bağlaşmaq qarş.\n1. Şərtləşmək, birbiri ilə şərt bağlamaq, müqavilə bağlamaq; şərt kəsmək. Bu sözləri Cəlildən eşidəndə, haman adam dedi ki, yaxşı, mən razıyam, sabah gəl filan notariusun kontoruna, orada bağlaşaq. İ.Musabəyov.\n2. Deyişmək, şeirləşmək, beytləşmək.\n3. Mərcləşmək. bağlatdırma “Bağlatdırmaq”dan f.is. bağlatdırmaq icb. İkinci şəxs vasitəsilə üçüncü şəxsə bağlatmaq. bağlatmaq icb. İkinci şəxs vasitəsilə bağlamaq. bağlayıcı is.\n1. Qrammatikada: cümlələri və ya cümlə üzvlərini bir-birinə bağlamaq üçün işlənilən köməkçi nitq hissəsi; məs.: və, ki, çünki, belə və s.\n2. İki şeyi bir-birinə birləşdirən, bağlayan, əlaqələndirən vasitə və s. bağlı sif.\n1. İp, zəncir və s. ilə bağlanmış, rəbt edilmiş, bənd edilmiş. – Bağlı aslana dovşanlar da hücum edər. (Ata. sözü). // Məc. mənada. [Həsənin] Dilaraya olan sevgisi həmişə bir əbədilik, daimilik hissi ilə bağlı idi. M.İbrahimov. // Sarınmış, sarğılı. Bağlı göz. Bağlı baş. Bağlı qıç.\n2. Qıfıllı, kilidli, qapalı, qapağı və ya qapısı örtülmüş. Bağlı qapı. Bağlı sandıq. Bağlı şkaf. – Bağlı qapıya xata dəyməz. (Ata. sözü).\n3. Bağı, qaytanı olan; qaytanlı. Bağlı tuman. Bağlı çəkmə.\n4. İşlənməz, keçilməz; hərəkətə yol verməyən, qabağına sədd çəkilmiş. Bağlı yol. Bağlı qapı.\n5. Bitmiş, qurtarmış. Sədr iclası bağlı elan etdi.\n6. Bax qapalı 5-ci mənada. Bağlı iclas. Bağlı məktəb.\n7. məc. Asılı, əlaqədar, əlaqəli. Məsələnin həlli böyük çətinliklə bağlıdır. Bu iş sənə bağlıdır. – [Səfərəli:] Xörəklərin yaxşı olması bağlıdır xərcə, xərc də bağlıdır nəqd pula. N.Vəzirov. Bahadırın atası qədim bəylərdən olub, dolanacağı ancaq mülklərinə bağlı idi. N.Nərimanov. [Mustafa xan:] Şəhərin zindəganlığı bağlıdır kəndlərə. Ə.Haqverdiyev.\n8. Bənd olmuş, vurulmuş; məftun. [Zalxa:] Bəlkə qız səni sevmir? Ürəyi özgəsinə bağlıdır? M.F.Axundzadə.\n9. is. Kağız, parça və s. içərisinə qoyulub bağlanmış şeylər; düyünçə, boğça. Qadın əlində böyük bir bağlı aparırdı. M.S.Ordubadi. Əl çamadanı boyda yüngülvari bağlını əlimə aldım. Mir Cəlal. bağlı-bağatlı sif. Bağları, yaşıllığı çox olan. Mərənd .. bağlı-bağatlı və çox dadlı meyvələri olan bir yerdir. M.İbrahimov. Gözəl təbiətli bağlı-bağatlı Lənkəran onları [artistləri] böyük hörmətlə qarşıladı. S.Rəhman. bağlı-bağçalı sif. Bağı, bağçası olan. 107 ¹-li ev bağlı-bağçalı bir hasarın lap dibində idi. Mir Cəlal. bağlılıq is.\n1. Bağlı şeyin halı.\n2. məc. Asılılıq, əlaqədarlıq, əlaqəlilik. bağpərəst is. [fars.] Bağ işlərini, meyvə ağacları becərməyi çox sevən adam. Ovurtdaq hesabdar kimi müqəssir durduğu yerdə, kim Əlisa kimi faydalı, bağpərəst, bağçapərəst, gülpərəst bir adamın adını beləbelə ləkəli şeylərdə çəkə bilər? S.Rəhimov. bağrıbadaş is. və sif. dan. Ürək dostu, çox yaxın, can bir qəlbdə. Məktəb ilə bu millətin bağrıbadaşdı, qoymayın! M.Ə.Sabir. [Hacı:] [Rəiyyət] gəlib yanında izinsiz əyləşəcək, guya min ildir səninlə bağrıbadaşdı. Ə.Haqverdiyev. • Bağrıbadaş olmaq – çox yaxın olmaq, ürək dostu olmaq, can bir qəlbdə olmaq. bağrıbadaşlıq is. dan. Çox yaxınlıq, dostluq, can bir qəlbdə olma. bağrıqara I. sif. Kədərli, məhzun, halı pərişan, müsibət üz vermiş.\n\nII. is. zool. Su kənarında yaşayan uzun qıçlı, döşüqara quş. Bağrıqaranın qızardı bağrı; Şahbaz ona varanda doğru. Xətayi. bah nida. bax ba. Bah, nə yekə canavardır! Bah, səni xoş gördük! Dünən az qala boğulmuşdum. – Bah! baha [fars.]\n1. is. Dəyər, qiymət. Çəkmənin bahası. Bahası on qəpiyə dəyməz. – [Vəli:] A kişi, olar ki, bir at bahası əlimizə düşə.. M.F.Axundzadə. Bu sandıqda yüz min dinar bahasında daş-qaş, cavahirat vardır. M.Hüseyn. // Əvəz, qarşılıq. [Mirzə:] Məgər mənim imanımın bahası belə rəftardır? Ə.Haqverdiyev.\n2. sif. Yüksək qiymətlə satılan, ya alınan (ucuz ziddi). Baha qiymət. Baha mal. – Bir aydan sonra o, bir gödək berdankanı çox baha qiymətə alıb, samanlıqda gizlətdi. S.Rəhimov.\n3. Yönl. halda: bahasına – bir şeyi əldə etmək üçün sərf edərək, qurban verərək. O öz biliyini inadlı əmək bahasına qazanmışdır. – [Azadın] baqi qalan son dəqiqələri, onun hər nəfəsi bir düşmən həyatı bahasına tamam olur. Ə.Məmmədxanlı. // Yolunda, uğrunda. Qədəh bahasına can vermək istərəm, amma; Nə çarə kim, iki aləm olur bəhayi-qədəh. S.Ə.Şirvani. ‣ Baha oturmaq – çox bahaya, böyük səy və zəhmətə mal olmaq, yaxud çox pis nəticələnmək, nəticəsi pis olmaq. [Əlyarov:] Yazıqsan, bala, cavanlığını nəzərə alıram, yoxsa bu səhvin sənə baha oturardı. M.Hüseyn. Od (qızıl) bahasına – çox baha, həddindən artıq baha qiymətə. bahacıl sif. Malını çox baha satan. [Xudayar bəy:] Yaxşı, yaxşı, mən çoxdan bilirdim ki, sən bahacılsan. C.Məmmədquluzadə. bahaçı bax bahacıl. bahaçılıq is. Bahaçı adamın xasiyyəti. Mircümə ilə başqa qaçaqların bir fərqi vardısa, o da Mircümənin bahaçılığı idi. P.Makulu. bahadır is. [fars.] tənt. Qoçaq, igid, qəhrəman. Bahadır deməzlər hərgiz sayana; Görüm lənət olsun yardan doyana. M.P.Vaqif. bahadırlıq is. Qoçaqlıq, igidlik, qəhrəmanlıq. Bahadırlıq göstərmək. bahalandırılmaq məch. Baha edilmək, qiyməti qaldırılmaq. bahalandırma “Bahalandırmaq”dan f.is. bahalandırmaq f. Qiymətini qaldırmaq, bahalaşdırmaq, yüksək qiymətə çıxarmaq. // Bahalığa, bir şeyin bahalanmasına səbəb olmaq, bahalıq salmaq. bahalanma “Bahalanmaq”dan f.is. bahalanmaq f. Qiyməti yüksəltmək, qiyməti baha olmaq; bahalaşmaq. bahalaşdırılmaq bax bahalandırılmaq. bahalaşdırma “Bahalaşdırmaq”dan f.is. bahalaşma “Bahalaşmaq”dan f.is. bahalaşmaq f. Daha da baha olmaq; bahalanmaq. bahalatma “Bahalatmaq”dan f.is. bahalatmaq bax bahalandırmaq. bahalı sif.\n1. Bax baha 2-ci mənada. Bahalı parça. – [Gövhərin] ağzı, içi bahalı daş-qaşla dolu bir mücrü kimi açıldı, sədəf kimi dümağ dişləri göründü. Ə.Vəliyev.\n2. məc. Nadir, çox az tapılan. Platin bahalı filizdir. bahalıq is. Hər şeyin qiyməti çox yüksək olduğu vəziyyət. Bahalıq düşmək. Bahalıq salmaq. – Bahalığın qabağını almaq üçün yeyinti şeylərini ucuz qiymətə satmaq lazımdır. M.S.Ordubadi. [Pirqulu:] ..Bu bahalıqda dolana bilmərik. Ac adam işləyə bilməz. C.Cabbarlı. bahar is. [fars.]\n1. İlin qış, yay arasında olan fəsli; yaz. Bahar ayları. Bahar yağışı. Havadan bahar qoxusu gəlir (yaz yaxınlaşır.) – Qurbani der: bahar olur, gəlir yaz; Göllərdə üzüşür ördək ilə qaz. Qurbani. ..Şairlər bahar fəslini hamıdan artıq dost tuturlar. C.Məmmədquluzadə. Arvadlarımız bahar girəndən sonra payızın axırınadək bağda, əkində gedib işləyirlər. Ə.Haqverdiyev. • İlk bahar şair. – yaz, yaxud baharın təravət saçan ilk çağı, ilk dövrü. Gül üzünün çiçək açmış gülləri; İlk baharın müjdəsidir aləmə. S.Vurğun. Son bahar şair. – payız. Məktəbin həyətində son bahar yaşıllığının üstünə gəbə, kilim də döşənmişdi. İ.Şıxlı. // Obrazlı təşbihlərdə. Bülbüliqəmzədəyəm, bağü baharım sənsən. Füzuli. Mənim bağım, baharım, həm gülüm, həm bülbülüm sənsən! Nə lazımdır mənə bağü baharü busitan sənsiz. S.Ə.Şirvani. Əyyamibaharü güldür, oğlum! Qoyma məni qəmdə, güldür, oğlum! M.Ə.Sabir. Yavrum, quzum, bahari-həyatın nə cür olar? A.Səhhət. O qartallı dağları sor, nə deyir: – Yüz min bahar gördüm, gəncəm, bax, yenə. A.Şaiq. Keçdi gəncliyimdən otuz beş bahar; Keçdiyim yollara baxdım bir daha. S.Vurğun.\n2. məc. şair. Gənclik; gəncliyin dadlı xəyal və arzularla dolu olan dövrünə işarədir. Ömrünün bahar çağında.\n3. məc. Yaz havasını xatırladan, yumşaq, ilıq, açıq, mülayim hava haqqında. Bayırda lap bahardır. baharı is. köhn. Keçmişdə: qısaqollu don, arxalıq. baharıstan is. [fars.] şair. bax bahar 2-ci mənada. Baharistani-ömrümdə tərənnümsaz olur bülbül; Həzari-naləkarəm, baği-aləm gülistanımdır. M.Hadi. bahariyyə is. [ər.] əd. Klassik Şərq ədəbiyyatında bahar mövsümünü vəsf və təsvir edən şeir. Xətayinin bahariyyəsi. baharotu is. bot. İlk baharda yetişən, çox xırda boylu bir bitki. bah-bah bax bəh-bəh. bahəm zərf [fars.] köhn. Bir yerdə, birgə, birlikdə, bərabər. Tut ağacının dibində .. samovarı qoydurdum və qonağımız ilə bahəm başladıq çay içməyə. C.Məmmədquluzadə. Aslan çox çalışqan olduğu üçün, hər gün öz ruzisini qazanıb, külfəti ilə bahəm bəxtiyar yaşayırdı. C.Cabbarlı. baho bax bah. [Vaqif:] Baho, xoş gördük, həmşəri! – deyə ona [Kazıma] pəncərənin içində yer göstərdi. Çəmənzəminli. baxan f.sif.\n1. Nəzarət edən, idarə edən. Dəftərxanaya baxan. Təchizat işlərinə baxan. // Xidmət edən, qulluq edən, baxıcı. Malqaraya baxan. Xəstəyə baxan.\n2. Qoşulduğu sözün göstərdiyi tərəfə açılan, həmin səmtə doğru yönəldilmiş, yaxud mövqe tutmuş. Şahnisə xanımın Dabtələb və Xəlfəli meşəsinə baxan bir otağı vardı. Çəmənzəminli. Sanki balkona baxan camların dalısında yüzlərcə adam durmuş(du). M.S.Ordubadi. Təki ayaq kəsməsin könül mülkündən ilham; Üzü günəşə baxan otağım mənə bəsdir. Ə.Cəmil. baxar is.\n1. Bax axar-baxar.\n2. Açıq yer, mənzərə. Yolun o tərəfi baxarında qara boz alaçıqlar və qübbəli ağ çadırlar qurulmuşdu. S.Rəhimov. baxarlı bax axar-baxarlı. baxçıvan köhn. bax bağban. baxdırma “Baxdırmaq”dan f.is. baxdırmaq icb.\n1. Baxmağa məcbur etmək, baxmağa icazə vermək; göstərmək.\n2. Müraciət etdirmək. Kitabın müqəddiməsinə baxdırmaq. baxəbər sif. [fars. ba... və ər. xəbər] köhn. Xəbərdar, xəbəri olan, məlumatı olan. Dünyagörmüş adamlar, məmləkət gərdişindən baxəbər şəxslər belə bir qayda qoymuşlar.. Çəmənzəminli. • Baxəbər olmaq – xəbərdar olmaq. Qıraq kəndlilərdən də camaat baxəbər olub, yavaş-yavaş gəlirdilər. C.Məmmədquluzadə. Olub ta ki, KavusKey baxəbər; Buyurdu, açıldı livayi-zəfər. M.Ə.Sabir. baxıcı is.\n1. Baxan, nəzarət edən, idarə edən. Yol baxıcısı. Həbsxana baxıcısı. – Cəlil ağa Avropaya gedəndə onun dövlətinin və işlərinin üstünə gərək ya bir baxıcı .. və ya bir icarədar olaydı. İ.Musabəyov. Haşım .. az bir zamanda fəhləlikdən çıxıb, Hacı Məhəmmədin cəmi işlərinə baxıcı oldu. B.Talıblı.\n2. Qulluq edən, xidmətçi. Xəstə baxıcısı.\n3. Tamaşaçı.\n4. dan. Falçı, falabaxan. baxıcılıq is.\n1. Baxmaq işi, nəzarətçilik, gözətçilik.\n2. Falçılıq, fala baxma. baxılış is. Baxmaq işi və tərzi. Bu gün yeni pyesin baxılışı olacaqdır. baxılma “Baxılmaq”dan f.is. baxılmaq məch.\n1. Tamaşa edilmək, gözdən keçirilmək, seyr edilmək. Yeni filmlərə baxılmaq.\n2. Mütaliə edilmək, göz gəzdirilmək, gözdən keçirilmək, ötəri oxunmaq. Qəzetlərin bugünkü nömrələrinə baxılmışdır.\n3. Gözdən keçirilmək, axtarılmaq, araşdırılmaq. Hər tərəfə baxılmışdır. // Yoxlanılmaq. Korrekturaya yaxşı baxılmamışdır.\n4. Fikir verilmək, əhəmiyyət verilmək, diqqət yetirilmək, nəzərə alınmaq, qulaq asılmaq. Məsləhətə baxılsaydı, belə olmazdı.\n5. Müzakirə edilmək, gözdən keçirilmək. Məhkəmədə işə baxılmaq.\n6. Qulluq edilmək, xidmət edilmək, qayğısı çəkilmək. Mal-qaraya yaxşı baxılmaq. baxım bax baxış 1 və 2-ci mənalarda. • Bir baxımda – baxan kimi. [Miçurin] bir baxımda bitkinin nəinki indiki vəziyyəti, hətta gələcəyi haqqında belə hökm edə bilərdi. M.F.Axundzadə. Bu baxımdan – bu nöqteyi-nəzərdən. Bu baxımdan onun fikri doğrudur. baxımlı sif.\n1. Yaxşı baxılmış, yaxşı qulluq edilib kökəldilmiş; kök (heyvan haqqında).\n2. Yaraşıqlı, gözəl (adam, ya heyvan haqqında). // Baxmalı, mənzərəli. Baxımlı yer. baxımsız sif.\n1. Evsiz, sahibsiz, başsız qalmış, küçədə qalmış, baxanı olmayan; nəzarətsiz. Baxımsız uşaq.\n2. Yaxşı baxılmamış, yaxşı qulluq edilməmiş; başlı-başına buraxılmış. Cuma baxımsız qalmış bağ-bağçalara göz yetirirdi. Ə.Əbülhəsən. baxımsızlıq is. Baxımsız şeyin halı; sahibsizlik, başsızlıq, nəzarətsizlik. Uşaq baxımsızlığı ilə mübarizə. Baxımsızlıq üzündən bitkilər yaxşı inkişaf etmir. – Yaz ağzı əkilən göyərtilər də baxımsızlıqdan qurumuşdu. S.Rəhimov. baxınma “Baxınmaq”dan f.is. baxınmaq qayıd. Ətrafına baxmaq, yanyörəsinə baxmaq. Qaranlıqda çox baxındım sağ-sola; Hər yana buruldum, ey dan ulduzu! C.Cabbarlı. Qadın əvvəlcədən belə bir işarə gözləyirmiş kimi, ətrafına baxındı. Mənə tərəf gəldi. Mir Cəlal. Eldar .. çaşqınçaşqın ətrafına baxındı. Ə.Məmmədxanlı. baxış is.\n1. Baxmaq tərzi, gözlərin ifadəsi; nəzər. Bu necə baxışdır? Acıqlı baxış. Xumar baxışlar. – Süzülmüş gözlərin sağü səlamət; Və lakin baxışı bimarə bənzər. Nəsimi. Ahu baxışı, qara gözü can alır əldən. S.Ə.Şirvani. Sizin istər baxışınız, yerişiniz, istər əlbəsəniz və qiyafəniz elə təsir bağışlayırdı ki, mühitin ruhunu təhlil etmiş, onun məfkurəsini mənimsəmişsiniz. S.Hüseyn. Duruşun mənalı, baxışın dərin; Mən bu dərinlikdə tapdım bəxtimi. M.Müşfiq. • Baxış atmaq – nəzər salmaq, baxmaq. Hambal son dəfə arvada şikayət, məhəbbət və dərd dolu bir baxış atdı. S.Rəhman. Baxış vermək – baxmaq, nəzər salmaq. Məryəm bu çağacan kimsəyə, heç bir oğlana və ya da kişiyə bir baxış verməmişdi. B.Talıblı. İlk baxışda – ilk təəssürata görə, ilk təsirə görə. // Göz, nəzər. Xalçaların butası; Qamaşdırır baxışı. M.Seyidzadə.\n2. məc. Görüş, fikir, mülahizə, nöqteyinəzər. İctimai-siyasi baxışlar. Meşşancasına baxış. – Bu baxışlar Nadiri dəli edib çöllərə salır və bir neçə günlük işdən avara qoyurdu. B.Talıblı.\n3. məc. İctimai yoxlama, təntənəli surətdə gözdən keçirmə, tanış olma. Bakı şəhərində tikiləcək binalar üçün hazırlanmış layihələrin ictimai baxışı və müzakirəsi təşkil edilmişdir. ...baxışlı şair. Adətən başqa sözə qoşularaq, tərkib halında mürəkkəb sifət kimi işlənilir; məs.: ceyranbaxışlı, ahubaxışlı və s. Ovçunu görəndə maralbaxışlı; Ay üzü birçəkli, xallı Sənəm, gəl. Xəstə Qasım. Xanın bütün diqqəti yuxarı başda əyləşmiş qartalburunlu, şahbazbaxışlı .. Ömər xanda idi. Çəmənzəminli. [Mehriban xanım] gah şıltaq bir qız, gah ceyranbaxışlı bir gəlin, sonra da indiki kimi küsəyən bir uşağabənzər qarı şəklində dayanıb durur. S.Rəhimov. baxışma “Baxışmaq”dan f.is. baxışmaq qarş. Bir-birinə baxmaq. Qaraca qız və Ağca xanım nəzərlərini birbirinə salıb, bir müddət diqqətlə baxışdılar. S.S.Axundov. [Sevənlər] bir-birini gördükdə susur, gözaltı baxışır, ah çəkir, təklikdə ağlayır, xəyala dalırdılar. M.İbrahimov. baxma “Baxmaq”dan f.is. baxmadan zərf Baxmayaraq, fikir vermədən, nəzər salmadan. Baxmadan ötüb keçmək. Geriyə baxmadan qaçdı. baxmaq f.\n1. Bir şeyi görmək üçün gözlərini ona dikmək, nəzərini bir şeyə dikmək, nəzər yetirmək. Şəklə baxmaq. Pəncərədən baxmaq. Diqqətlə baxmaq. Ətrafına baxmaq. Güzgüyə baxmaq. Haraya baxırsan? – Sultan bu sözlərdən sonra Bahadıra baxıb, onun bu barədə sözünü kəsdi. N.Nərimanov. • Qabağa (irəliyə) baxmaq – gələcəyi görmək, nəzərdə tutmaq.\n2. Tamaşa etmək, gözdən keçirmək, müşahidə etmək, seyr etmək. Kinoya baxmaq. Şəklə baxmaq. Bu mənzərəyə baxdıqca, insanın könlü açılır. – Yorğun Rüstəm daşa söykənir, üfüqə baxa-baxa (z.) yuxuya gedir. S.Rəhimov.\n3. Mütaliə etmək, ötəri oxuyaraq, ya göz gəzdirərək tanış olmaq, gözdən keçirmək; tanış olmaq. Kitaba baxmaq. Qəzetə baxmaq. // Öyrənmək, oxumaq, məşğul olmaq. Dərslərinə baxmaq. // Yoxlamaq, gözdən keçirib düzəltmək, təshih etmək. Əlyazmalarına baxmaq. Şagirdlərin dəftərlərinə baxmaq. Korrekturaya baxmaq.\n4. Göz gəzdirmək, axtarmaq, araşdırmaq. Yaxşı bax taparsan. Hər yerə baxdım, tapa bilmədim.\n5. Yoxlamaq, müayinə etmək. Nəbzinə baxmaq. Hərarətinə baxmaq. İsti-soyuqluğuna baxmaq.\n6. Birindən nümunə götürmək, ibrət götürmək, özünü ona oxşatmaq, fikir vermək. Yoldaşlarına bax, özünü düzəlt. Sən ona baxma, öz ağlınla iş gör!\n7. Fikir vermək, əhəmiyyət vermək, diqqət yetirmək, nəzərə almaq, qulaq asmaq, hesablaşmaq. Deyilənlərin heç birinə baxmadı. Edilən göstərişlərə baxsaydı, belə olmazdı. – Səcdə qıl yarə, könül, baxma o zahid sözünə. S.Ə.Şirvani. [Məhəmməd Ağa:] Ay kişi, özgənin sözünə nə üçün baxırsınız. N.Nərimanov. [Mirzə Fətəli:] Amma oğlum, nəvələrim də görsələr mənə hesabdır; camaatın avamlığına baxma. Ə.Haqverdiyev. Ağrın alım, sözə bax, evimizdə səndən savay gör; Heç varmı bir oyaq? Ə.Cəmil.\n8. Bir şey haqqında müəyyən rəyi, fikri, mülahizəsi olmaq; bir münasibət göstərmək, qiymətləndirmək, hesab etmək, saymaq. Sən bu məsələyə necə baxırsan? Bu işə sadə bir iş kimi baxmaq olmaz. Mən ona bir alim kimi baxıram. – Ona [Əsədə] sabah yoldaşları necə baxacaqlar, cürətli və doğruçu deyib, ehtiram edəcəklərmi? B.Talıblı.\n9. Müzakirə etmək, gözdən keçirmək. İclasda hansı məsələlərə baxacaqlar? Məhkəmə bu gün işə baxacaqdır.\n10. Ölçüb-biçmək, yoxlamaq, fikirləşmək, düşünmək, mülahizə etmək. Baxaram, vaxtım olsa, gələrəm. Baxarsan, xoşuna gəlsə, alarsan.\n11. Qulluq etmək, xidmət etmək, qayğısına qalmaq, təmin etmək. Xəstəyə baxmaq. Atlara baxmaq. // Nəzarət etmək, göz qoymaq, göz-qulaq olmaq; üstündə gözü olmaq, qarovul çəkmək. Uşaqlara baxmaq. Sürüyə baxmaq. // İdarə etmək, başçılıq etmək, müdirlik etmək. Bu işlərə kim baxır?\n12. Müalicə etmək, tibbi cəhətdən nəzarət etmək, müayinə etmək. Xəstəyə hansı həkim baxır?\n13. Müəyyən tərəfə yönəldilmək, çevrilmək, döndərilmək, açılmaq. Evin pəncərələri həyətə baxır. Topların ağzı dənizə baxır. Binanın ön tərəfi şimala baxır.\n14. dan. Asılı olmaq, bağlı olmaq, əlaqədar olmaq, tabe olmaq. Məsələnin həlli əksəriyyətə baxır. Bu iş sənə baxır. O baxır sənin fərasətinə. – Demək olar ki, kəndin bütün mədəni-maarif işləri ona baxır. “Kirpi”.\n15. Əmr şəklində: bax – təkid, hədə, xəbərdarlıq, qəti tapşırıq bildirir, yaxud diqqəti deyilən sözə cəlb etmək üçün işlənir. Bax, gecikmə, ha! Bax, ehtiyatlı ol! Bax, mənim fikrim budur. Bax, qoçaqlıq buna deyərlər. – Xan qəti bir səslə: – Düzünü de görüm, necə oldu? – dedi .. Bax, birini [Xanməmməd] altdan-üstdən desən, başın cəllad əlindədir. Çəmənzəminli. [Xavər:] Özünü gözlə, bundan sonra sən mənim üçün də olmasa, bax, bu balaca üçün özünü gözləməlisən. M.İbrahimov.\n16. Bir sıra isimlərə qoşularaq, mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: fala baxmaq, ağıza baxmaq, barmaqarası baxmaq, əyri baxmaq, yan baxmaq. baxmalı sif. Baxmağa, tamaşa etməyə dəyən, tamaşaya layiq olan, görməli, maraqlı. Baxmalı şəkil. Baxmalı şey. Baxmalı tamaşa. Baxmalı yerlər. baxmayaraq f. bağ. Əksinə olaraq,, ziddinə olaraq; nəzərə almayaraq. Bərk yağış yağdığına baxmayaraq, hava isti idi. Qocalığına baxmayaraq, çox qıvraqdır. – Nadirin israr etməsinə baxmayaraq, Məcid ona bir söz demədi.. B.Talıblı. baxşı is. Bir sıra türk xalqlarında (özbək, qazax, qırğız, uyğur, türkmən və qaraqalpaq) mahnılarını simli çalğı aləti dütarın müşayiəti ilə oxuyan şair-nəğməkar. baxta bax alabaxta. baxtalama “Baxtalamaq”dan f.is. baxtalamaq f.\n1. Qumarda uduzmaq. [Xortdan:] Sənin bankda nə qədər pulun var, hamısını baxtaladı. Ə.Haqverdiyev.\n2. məc. Ümumiyyətlə, uduzmaq, itirmək, əldən çıxarmaq. baxtalanma “Baxtalanmaq”dan f.is. baxtalanmaq məch. Uduzulmaq. baxtalatmaq icb. Baxtalamasına, uduzulmasına səbəb olmaq. baxya is. Xırda, sıx tikiş. • Baxya vurmaq (getmək) – bax. baxyalamaq. Baxya iynəsi – 1) incə və kiçik dərzi iynəsi; 2) cərrahlıqda işlənən xüsusi iynə, cərrah iynəsi. ‣ Baxya tutmaq – bir işdə, ya yerdə möhkəmlənmək, sabitləşmək, qərar tapmaq. Baxyanı üzə vurmaq – gizli bir şeyi aşkara çıxarmaq, işin üstünü açmaq. baxyalama “Baxyalamaq”dan f.is. baxyalamaq f.\n1. Bir şeyi xırda və ya görünməz tikişlə tikmək. Paltarın ətəyini baxyalamaq. – Qadın tikdiyi köynəyin döşünü baxyalayırdı. Ə.Əbülhəsən.\n2. Yaranın ağzını xüsusi iynə və sapla tikib bitişdirmək.\n3. dan. Gizlətmək.\n4. məc. dan. Uydurmaq, özündən toxumaq. baxyalanma “Baxyalanmaq”dan f.is. baxyalanmaq məch. Baxya vurulmaq. baxyalı sif. Xırda və möhkəm tikişli, sıx tikişli, baxyası olan. Baxyalı paltar. bainhəmə bağl. [fars.] köhn. Bununla bərabər, bununla belə. [Həkimbaşı] doğrudur, hacıya qızının mərəzinin nə olduğunu bilmədiyini söylədisə də, bainhəmə mərəzin nə olduğunu gözəlcəsinə anlamışdı. Ə.Haqverdiyev. bais is. [ər.] Səbəb. Gər İbni-Səlam idi bəhanə; Məcnun idi bais ol fəğanə. Füzuli. [Hacı Nuru:] Hər kəsin öz sənəti özünə iksirdir və xoş güzəranlığına baisdir. M.F.Axundzadə. • Bais olmaq – səbəb olmaq. Bais nə oldu, ey güli-rəna, ki görmürəm; Əvvəlki iltifatlarından əsər sənin? S.Ə.Şirvani. [Güldəstə:] Camaat arasında danışıq var ki, onun ölməyinə bais siz olmusunuz. N.Nərimanov. Atlar da, deyəsən, sahiblərinin iftixarına bais olduqlarını, duymuşdular. Mir Cəlal. // Səbəbkar, səbəb olan adam. [Arvad:] Bais, evin dağılsın!.. C.Məmmədquluzadə. Oxuyun, millətin nicatı olun; Ta əbəd baisi-həyatı olun! M.Ə.Sabir. [Səriyyə:] Bu işlərin də baisi Həmzə ilə anamdır. C.Cabbarlı. baiskar sif. [ər. bais və fars. ...kar] Bais olan, səbəb olan, səbəbkar. baiskarlıq is. Bais olma, səbəb olma, səbəbkarlıq. baislik bax baiskarlıq. bak I. [fr.] İçinə maye tökmək üçün ağzı örtülü böyük qab. Benzin bakı. Su bakı. – Bu dəfə Heybət .. başını aşağı saldı və qabı yerdən götürüb, baka neft tökdü. M.Hüseyn.\n\nII. is. [fars.] klas. Qorxu, xof. Sən mənimlə dust olsan, cövri-düşməndən nə bak? Xətayi. Dövran həvadisindən yox bakimiz, Füzuli; Darüləmanımızdır meyxanələr bucağı. Füzuli. Bu bir, iki, üç məsələdə yox o qədər bak; Olsun, bəcəhənnəm, necə rəftar olacaqdır. M.Ə.Sabir. • Bak e(y)ləmək – qorxmaq. İndi rüsvayi-cahan oldum, nədən bak eylərəm. M.Ə.Sabir. bakal [fr.] İri qədəh, içki piyaləsi. [Semyon:] Yenə də səslənir gümüş bakallar... S.Vurğun. // Qədəhə tökülmüş içki mənasında; badə. [Kassir:] Bu bakalı içək, yoldaş, necə ki, mən xahiş eləyirdim, .. içilsin. Mir Cəlal. bakalavr is. [lat.] Ali məktəblərdə təhsilin dördillik ilk mərhələsi. bakenbbrd is. [alm.] köhn. Buxaq qırxılmaqla üzdə saxlanan saqqal və yarımsaqqal. bakenbardlı sif. Bakenbard qoymuş (bax bakenbard). İçəriyə boz kolenkor döşlüklü, qaşqabaqlı, bakenbardlı, üzüqırxıq ağır bir lakey daxil oldu. Tolstoydan. bakirlik (=bakirəlik) is. Qızlıq, saflıq, təmizlik. bakirəlik (=bakirlik) is. Qızlıq, saflıq, təmizlik. bakir (=bakirə) sif. [ər.]\n1. Pozulmamış, toxunulmamış. Bakirə qız.\n2. məc. Saf, təmiz, korlanmamış, ləkəsiz. Bu incə rəqslərdə nə qədər gözəllik, nə qədər bakir hissin ifadəsi vardı. Çəmənzəminli. [Uşaqların] saf, bakir, həyat və gələcək dolu şən səsi dillərin ən böyük mahnısı, .. dünyanın ən dadlı musiqisidir. Mir Cəlal.\n3. məc. İnsan əli dəyməmiş, toxunulmamış. Bakir meşələr. – Birinci dəfə Nobel, adanın bakir torpağını ilk kəşfiyyat buruğu ilə zədələrkən çox məyus olmuşdu. Ə.Məmmədxanlı. bakirə (=bakir) sif. [ər.]\n1. Pozulmamış, toxunulmamış. Bakirə qız.\n2. məc. Saf, təmiz, korlanmamış, ləkəsiz. Bu incə rəqslərdə nə qədər gözəllik, nə qədər bakir hissin ifadəsi vardı. Çəmənzəminli. [Uşaqların] saf, bakir, həyat və gələcək dolu şən səsi dillərin ən böyük mahnısı, .. dünyanın ən dadlı musiqisidir. Mir Cəlal.\n3. məc. İnsan əli dəyməmiş, toxunulmamış. Bakir meşələr. – Birinci dəfə Nobel, adanın bakir torpağını ilk kəşfiyyat buruğu ilə zədələrkən çox məyus olmuşdu. Ə.Məmmədxanlı. bakteriologiya [yun.] Bakteriyalardan bəhs edən elm; mikrobiologiya. bakterioloji sif.\n1. Bakteriologiyaya aid olan. Bakterioloji institut. Bakterioloji tədqiqat. Bakterioloji analiz.\n2. Xəstəlik törədən bakteriyalar tətbiqinə aid olan. Bakterioloji silah. Bakterioloji müharibə. bakterioloq [yun.] Bakteriologiya mütəxəssisi. bakteriya [yun.] Xəstəlik törədən mikroskopik (adi gözlə görünməyən) birhüceyrəli orqanizm; mikrob. Xəstəliktörədici bakteriyalar. Vəba bakteriyası. baqaj [fr.] Nəqliyyat vasitəsilə daşınılan şəxsi yüklərin ümumi adı. Vağzalın baqaj şöbəsi. Baqaj kassası. – [Gülpəri] cəld nökəri Cəfəri göndərib, iki nəfər hambalı çağırtdı, yanındakı və baqajdakı şeyləri daşıyıb, ikinci klas salonunda yığdırdı. S.S.Axundov. // Sərnişindən ayrı olaraq göndərilən şey haqqında. [Məsum kişi] pal-paltarını bağlayıb, baqaja verdi. Mir Cəlal. baqajçı is. Dəmir yolunda və s.-də baqaj qəbul edən işçi. baqajlıq is. Minik maşınlarında, motosikletlərdə və s. nəqliyyat vasitələrində baqaj qoymaq üçün xüsusi yer. baqi sif. [ər.]\n1. Daimi, əbədi. • Baqi etmək – daimiləşdirmək, əbədiləşdirmək. Məcmuəmizin naqqaşı səni görən kimi gözəl surətini məcmuəmizə salıb, sənin ismü rəsmini baqi və yer üzündə məşhur olmağına ciddi-cəhd edərdi. C.Məmmədquluzadə. Baqi qalmaq – davam etmək, yaşamaq. // Xəbər şəkilçisi ilə: baqidir – qalmışdır, hələ də vardır, davam edir, yaşayır. Hələ baqidir yerində köhnə qaydalar, adətlər. R.Rza.\n2. Qalan, artıq. Pulun baqisi. – Gətir saqi, meyi-baqi, bu bəzmi eylə bir rövşən. Nəbati. [Azad] durmadan atəş açır, onun baqi qalan son dəqiqələri, onun nəfəsi düşmən həyatı bahasına tamam olur. Ə.Məmmədxanlı. baqqal is. [ər.] köhn. Keçmişdə ərzaq malları satan dükançı. Baqqal ölənin borcunu dirilərə yüklər. (Ata. sözü). Novruza bir həftə qalmış baqqal dükanlarının qabağını ayna, xalça və cürbəcür şəkillərlə bəzərdilər. H.Sarabski. [Kürd Əhməd:] Bu işdə kargər də, kəndçi də, ziyalı da, istəsəniz baqqal da bir cəbhədə olmalıdır. M.İbrahimov. baqqaliyyə is. [ər.]\n1. Baqqal dükanında satılan mallar: çay, qənd, un, düyü, quru meyvə və i.a.\n2. Bu cür şeylər satılan mağaza, dükan. baqqallıq is. köhn. Baqqal sənəti. Baqqallıq etmək. bal I. is.\n1. Arıların çiçək və meyvə şirəsindən hasil etdikləri qatı şirin maddə. Şan balı. – Bal tutan barmaq yalar. (Ata. sözü). [Piri kişi:] Ağca xanım, bu pətəyi sənin adına saxlayacağam, .. haçan könlün bal istədi, gələrsən, kəsib verərəm. S.S.Axundov. • Bal arısı – bal hasil edən arı. Hərdənbir bal arılarının .. vızıltısı eşidilirdi. Ə.Vəliyev. Ana balı – qoca arıların hasil etdikləri bal (beçə balına nisbətən rəngi tutqun olur). Beçə balı – cavan arıların hasil etdiyi bal. Qoca balı – bax ana balı. Şəhd balı – şandan çıxarılan mumsuz bal.\n2. məc. Çox şirin, çox dadlı, çox ləzzətli şey haqqında. Armud deyil, baldır. Bal kimi (çox şirin). ‣ Ağzından bal tökülmək – çox şirin sözlər danışan adam haqqında.\n\nII. is. [fars.] klas. Qanad. Klassik ədəbiyyatda çox vaxt “balü pər”, yaxud “pərü bal” şəklində işlənir – qol-qanad. Cida düşdüm o tuti ləhcədən, balü pərim sındı. S.Ə.Şirvani. [Cəfərqulu xan:] Atamızın qoşunu tərk olub, balü pəri qırılandan sonra bir yerdə Ədil şaha əsir olmuşuq. Ə.Haqverdiyev. Döyüşdükcə qoca qartal; Qüvvət alır balü pəri. S.Vurğun. O yazıq quşların balü pərini .. kəsmişdilər. M.Rahim. • Balü pər vermək klas. – qanadlandırmaq, ruhlandırmaq. Öz asar və əşarı ilə onlar [ədib və şairlər] millətin cisminə şəfa, ruhinə səfa, fikrinə cila, əqlinə və mənəvi və ruhani qüvvələrinə balü pər verib, uca məqamə qaldırırlar. F.Köçərli.\n\nIII. [fr.] Böyük rəqs gecəsi. Bir azdan sonra musiqi gurladı, zalın qapıları açıldı və bal başlandı. Puşkindən.\n\nIV. is. [ər.] köhn. Ürək, qəlb, könül.\n\nV. is. [ər.] köhn.\n1. Fikir, düşüncə.\n2. Yaddaş, hafizə.\n3. Xatirə.\n\nVI. is. [ər.] köhn. Böyük ağır çəkili su məməlisi; balina.\n\nVII. is. [fr.]\n1. Çeşidli təbiət hadisələrinin (küləyin, zəlzələnin və s.) gücünün ölçü vahidi.\n2. Təhsil müəssisələrində bilik, əxlaq, çalışma dərəcəsini bildirən qiymət və ya qəbul zamanı alınan qiymətlərin məcmusunu göstərən rəqəm. bala 1. is. Övlad, uşaq, oğul. Ana və bala. Balalara hədiyyə. – Bala baldan şirindir. (Ata. sözü). Biçarə Məşədi Əsgər indi üç gün idi ki, gözüyaşlı ac-acına balalarının əhvalına alışırdı. S.M.Qənizadə. [Ana:] Qulaq asın, mənim balalarım, ürəyimə damıb ki, mən bu yataqdan durmayacağam. M.İbrahimov. // Məc. mənada. [Baş leytenant:] Qafqaz balası, bu körpü cəbhənin mühüm keçidlərindəndir. Mir Cəlal.\n2. Kiçik, körpə heyvan, quş. Pişik balası. Tülkü balası. Qarğa balası. – Gah yetişmiş meyvələri dərib yeyərdik, gah quş yuvalarından bala düşürüb oynardıq. S.S.Axundov. • Bala vermə – heyvanların bala doğma qabiliyyəti. Bala salma – balanın vaxtından əvvəl doğulması, abort.\n3. Xitab yerində (çox vaxt “a balam”, “ay balam”, “balam” şəklində də işlənir). Papaqçı dedi: – Bala, mənə şəyird durarsanmı? Rəsul dedi: – Nə üçün durmaram. “Aşıq Qərib”. Ay balam, eybini qan; Bir həya eylə, utan! M.Ə.Sabir. [İsmayıl ağa:] Balam, nə olar bizləri də yada salasan! Üç gündür eşitmişəm buradasan, di gəl, tapa bilmirəm. Mir Cəlal. [Xeyransa:] A balam, deyirəm bir kişiyə məsləhət eləyim, sonra gedək. H.Sarabski.\n4. sif. Kiçik, balaca, xırda, körpə. Tamam ağ bədənin güldən əladır; Qamətindir sənubərdən, bala qız. M.P.Vaqif. Aristokratiya xanımları, yenə də gözəl bala dərvişin şəklini .. öpür. M.S.Ordubadi. Xan Sultan qoyunu gözləmək üçün bala çobanı dik qayanın başına qaldırmışdı. S.Rəhimov. bala-bala zərf dan. Yavaş-yavaş, az-az, ahəstə-ahəstə. balabacı is. dan. Qohum-əqrəba arasında hörmət üçün kiçiklər tərəfindən böyüklərə (qadınlara) müraciət (ad çəkməmək üçün işlənən söz). balaban is. Nəfəslə çalınan qamışdan, ağacdan qayrılan sadə çalğı aləti; düdük, tütək. Döyüldü təblü naqarə, çalındı ney, balaban. A.Səhhət. Anası dinməz-söyləməz bunun [Həsənin] başının altından götürüb gizlətdiyi balabanı yenə də özünə qaytardı. B.Talıblı. • Yastı balaban – balabanın zərif səsli növü. Orkestrin tərkibində: tar, kamança, saz (simli alətlər); yastı balaban, tütək (nəfəsli alətlər); nağara, qaval (zərb ilə çalınan alətlər) kimi Azərbaycan xalq çalğı alətləri vardır. Ə.Bədəlbəyli. ‣ Balabanda qandırmaq dan. – söz arasında incə işarələrlə başa salmaq. balabançalan (=balabançı) is. Balaban çalan, tütək çalan. Aşıq Cəfər əlində saz, balabançı ilə çuxalarını çıxarıb durdular ayağa. Ə.Haqverdiyev. Dəfçalan, zurnaçı, balabançı, mütrüb də manqalın başında oturardı. H.Sarabski. balabançı (=balabançalan) is. Balaban çalan, tütək çalan. Aşıq Cəfər əlində saz, balabançı ilə çuxalarını çıxarıb durdular ayağa. Ə.Haqverdiyev. Dəfçalan, zurnaçı, balabançı, mütrüb də manqalın başında oturardı. H.Sarabski. balabançılıq is. Balabançının işi, sənəti. balabibi is. məh.\n1. Kiçik bibiyə verilən ad.\n2. Gəlinlərə verilən ləqəb; gəlinciyəz. balaca sif.\n1. Həcmcə, boyca, ölçücə kiçik, xırda (böyük müqabili). Balaca barmaq. Balaca bina. Balaca otaq. Balaca qutu. Balaca adam. Balaca ağac. – Məcid indi torpaq payını almış və özünə balaca təsərrüfat düzəltmiş bir kəndli idi. B.Talıblı. Məhəccər boyu dairə şəklində balaca bostanın dövrəsini bürümüş gül-çiçək elə uzaqdan da qızarışırdı. M.Hüseyn. Qocanın balaca pəncərəsi qalın meşəyə tərəf açılırdı. S.Rəhimov. İndi bu balaca kəndciyəz Dilara üçün ... Bakı qədər əzizdir. Ə.Məmmədxanlı.\n2. Sayca, miqdarca az, azacıq, cüzi. Balaca dəstə. Balaca bir məbləğ ayırmaq.\n3. Azyaşlı, xırdaca, kiçik. Balaca qız hələ məktəbə getmir. – Balaca, yastıburun .. Zivər gəlib, Kərimin qucağında oturdu. M.İbrahimov. // İs. mənasında. Uşaq. Balacanı bazara göndər. Bəs balaca haradadır? Balacanı da özümlə aparacağam. Balacanın neçə yaşı var? // Balaca uşağa müraciət. Balaca, bir bəri bax!\n4. Əhəmiyyətsiz, cüzi, yüngülvari; bir qədər, bir az. Balaca dəyişiklik. Balaca rol. Balaca narazılıq. Mənə balaca soyuq dəyibdir. Aramızda balaca mübahisə oldu. Balaca bir iş üstə küsüşdülər. // Zərf mənasında. Balaca tərləmək. Balaca yeyib, içdik. Balaca gözlə.\n5. Bəzən bir sözü ilə: bir balaca – azacıq, bir az, bir qədər. Bir balaca gözlə. Sənə bir balaca sözüm var. Sizə bir balaca işim düşüb. balaca-balaca 1) zərf Yavaş-yavaş, xırdaxırda, ahəstə-ahəstə, az-az. Naxoşdum, indi balaca-balaca gəzirəm; 2) sif. kiçik-kiçik, xırda-xırda. Balaca-balaca uşaqlar. balacaboy sif. Boyu alçaq, xırda. Balacaboy oğlan. balacacıq is. Kiçicik. Xidmətçi arvad tələsik ona balacacıq, bükülü bir kağız uzatdı. Ə.Əbülhəsən. balacalandırma “Balacalandırmaq”dan f.is. balacalandırmaq bax balacalaşdırmaq. [Qara] özlüyündə belə deyirdi ki, .. yoxsa indiki zamanda at minmək desən heç raykom katibinə yaraşmır. Bəlkə də bu iş onu xırdalandırır və balacalandırır. S.Rəhimov. balacalanma “Balacalanmaq”dan f.is. balacalanmaq bax balacalaşmaq. balacalaşdırılma “Balacalaşdırılmaq”dan f.is. balacalaşdırılmaq məch. Həcmcə, boyca, ölçücə balaca edilmək, kiçikləşdirilmək. balacalaşdırma “Balacalaşdırmaq”dan f.is. balacalaşdırmaq f. Kiçikləşdirmək, kiçiltmək, balaca etmək, xırdalatmaq. Həcmini balacalaşdırmaq. // Daraltmaq. balacalaşma “Balacalaşmaq”dan f.is. balacalaşmaq f. Kiçilmək, xırdalanmaq, balaca olmaq. Həcmi balacalaşmaq. O, azardan sonra lap balacalaşıbdır. – Xəlil onun irəliyə çıxmış qarnını ilk dəfə görürmüş kimi, diqqətlə baxdı: – Başın hər gün balacalaşır, qarnın böyüyür, ə, – dedi. M.Hüseyn. // Gödəlmək, qısalmaq, yığılmaq. Köynək yuyulmaqdan balacalaşıbdır. Palto islanıb balacalaşıbdır. balacalatma “Balacalatmaq”dan f.is. balacalatmaq bax balacalaşdırmaq. balacalıq is.\n1. Həcmcə, boyca, miqdarca, sayca kiçiklik, xırdalıq, azlıq; balaca şeyin halı.\n2. Uşaqlıq, körpəlik. Balacalığında çox nadinc idi. Balacalığına baxma, çox zirəkdir. – Yusif Qaraca qızın tərsliyinə təəccüb edib, arvadına deyərdi: – Bu zorbalıqda ayı mənim qamçımın qorxusundan hər cür oyun çıxarır, amma bu balacalıqda qızın əlində aciz qalmışam. S.S.Axundov. balacanlı sif. Öz uşaqlarını həddən artıq sevən, uşaqcanlı. Mən bu qədər balacanlı adam görməmişəm, – deyə Gümüş gəlin öz-özünə danışırdı. S.Rəhimov. balacıq “Bala”dan oxş. Balacığım, harada idin? Əziz balacığım. baladadaş is. məh. Təzə gəlinin kiçik qaynına verdiyi ləqəb. baladəmir is. məh. Xam gönü aşılamağa məxsus alət. balaəmi is. məh. Uşaqların kiçik əmilərinə verdikləri ad. balağagirən is. köhn. Fitilinə od vurduqda yerdə yana-yana fırlanan kiçik fişəng. balaq I. is. Tumanın, şalvarın, dizliyin ayağa düşən tərəfi. Səhər-səhər yaz çağı; Köçür oba yaylağa; Gəlinlərin balağı; Batır lilə, batlağa. A.Səhhət. Həsənalı balağı dizindən azca aşağı bez tumanını buduna sıxaraq bərk-bərk qışqırırdı. M.İbrahimov.\n\nII. is. Camış balası, körpə kəlçə. ..Mürşüd camış balaqlarını suvarmaq üçün çaya aparmışdı. Ə.Vəliyev.\n\nIII. is. məh. Qamışabənzər, içi boş, buğumlu yemlik bitki. balaqbn [əsli fars. “balaxanə” sözündən] Keçmişdə kütləvi teatr tamaşaları üçün açıq havada taxtadan düzəldilən müvəqqəti yüngül tikili. // Burada göstərilən ibtidai tamaşa. Balaqan – səyyar küçə teatrına deyilir. Ə.Bədəlbəyli. balalama “Balalamaq”dan f.is. balalamaq f.\n1. Bala doğmaq. İnək balaladı.\n2. məc. Artmaq, çoxalmaq, törəyib artmaq. Milçəklər balalayıblar. balalbyka is. [rus.] Üçsimli rus çalğı aləti. Bu kəşf ayrı-ayrı xalqlarda, əvvəlləri sadə və getdikcə təkmilləşən saz, tar, tənbur, dombra, balalayka .. kimi müxtəlif növlü bir çox simli musiqi alətlərinin yaradılmasını təmin etdi. Ə.Bədəlbəyli. balalı sif. Yanında balası olan. Balalı inək. Balalı qoyun. Balalı camış. balalıq is. anat. Heyvanlarda rüşeymin inkişaf etdiyi daxili üzv. balbns [fr.]\n1. Mühasibatda: aktiv və passiv hesabların qalıqlarını göstərən və hər hansı bir təsərrüfat və ya müəssisənin müəyyən dövr ərzindəki maliyyə vəziyyətini əks etdirən ümumi cədvəl; gəlir və çıxarın müvazinəti. İllik balans. – [Mirzə Salman:] [Camal] bircə balansa qol çəksəydi. S.Rəhimov.\n2. iqtis. Mal idxalı ilə ixracı arasında nisbət. Aktiv balans (ixracın idxaldan artıq olması). Passiv balans (idxalın ixracdan artıq olması). bblapuş is. [fars.] köhn. Üstdən geyilən paltar. Yarım nə gözəl geyinib, əlvan bəzənibdir; Balapuşu yaşıl. M.P.Vaqif. balata (=balatı) is. məh. Maya, xəmrə, acıtma. balatı (=balata) is. məh. Maya, xəmrə, acıtma. balba is. məh. Cincilim, keşniş, qazayağı və bu kimi bitkilərdən hazırlanan yemək, sıyıq. balbas is. İri qoyun cinsi. balboranı bax balqabaq. balçı bax arıçı. Balçının var bal tası, odunçunun baltası. (Ata. sözü). baldır is. Qılçanın dal tərəfində diz ilə topuq arasındakı ətli hissə. Zabit badam şivini əlinə alıb, qızın çılpaq baldırına döyür, qışqırırdı. Mir Cəlal. baldırğan is. bot. İriyarpaqlı uzunboy zəhərli bir bitki. [Qəmər və Şamo] bir dəfə cır-cır bulağının kiçik şəlaləciyi altında baldırğandan dəyirman topu qayırıb işlətmiş(dilər). S.Rəhimov. baldırğanlıq is. Baldırğan bitən yer, baldırğan çox olan yer. baldırıaçıq sif. və zərf dan.\n1. Qıçları açıq, örtülməmiş, çılpaq; tumanı gödək. O da başıaçıq, baldırıaçıq yığıb 24 uşağı cərgə ilə düzüb təlim verir. C.Cabbarlı. [Qara kişi:] Bu baldırıaçıq gəzməyi nə vaxtdan çıxartmısınız? Ə.Əbülhəsən. // Lüt, səfil.\n2. məc. Utanmaz, həyasız. baldırlama “Baldırlamaq”dan f.is. baldırlamaq f. dan. Baldırından yapışmaq, baldırından tutmaq, baldırına keçirmək. İt onu qəfildən baldırladı. baldız is. Arvadın və ya ərin bacısı. [Teymur ağa:] Mən sənin baldızın Nisə xanıma təəşşüq yetirib, Allahın əmri ilə onu almağa talib idim. M.F.Axundzadə. Məsmənin həyatının üçüncü səhifəsi öz baldızının qəyyumluğundan çıxdığı tarixdən başlayır. S.Hüseyn. baldöyən is. bot. Şirin çiçəkləri olan şirəli bir ot. balerina is. [ital.] Balet aktrisası, rəqqasəsi. balyt is. [ital.]\n1. Musiqinin müşayiəti ilə icra edilən rəqs və mimik hərəkətlərdən ibarət müəyyən teatr tamaşası. Bu axşamkı baletə bilet aldıq. Balet məşqi. // Bu cür tamaşa üçün yazılmış musiqi əsəri. “Yeddi gözəl” baleti.\n2. Teatr rəqsi sənəti. Klassik balet. “Koroğlu” operasının baleti. baletmeyster [alm.]\n1. Balet rejissoru, baletə rəhbərlik edən adam. XIX əsrin birinci yarısında rus baleti məşhur baletmeyster Didlonun parlaq yaradıcılıq fəaliyyəti sayəsində çox böyük müvəffəqiyyətlər əldə etmişdi. Ə.Bədəlbəyli.\n2. Rəqs müəllimi. baləng is.\n1. Zirə otuna oxşayan qara toxumlu dağ otu.\n2. Portağala, limona bənzər, lakin onlardan böyük olan turş acı dadlı ətirli bir meyvə. balgülü is. bot. Şirin çiçəkləri olan sarmaşıq bitki. balıq I. is.\n1. Qəlsəmə ilə tənəffüs edən, temperaturu dəyişən, üzgəclə hərəkət edən su heyvanı. Siyənək balığı. Balıq əti. Balıq yağı. Balıq tutmaq. Balıq şorbası. Balıq toru. – Balığı haçan tutsan təzədir. (Ata. sözü). ‣ Dəryada balıq sövdası – gerçək olmayan danışıq, ortalıqda olmayan qeyrireal söhbətlər.\n\nII. is. məh. Oturaq kənd, qəsəbə; abad tikili qrupu. balıqbeli sif. məh. Ortası balıq beli kimi dik (ev üstü, yonulmuş ağac və s.). Alaqapıdan girdikdə, ortadan balıqbeli, geniş bir yol salınmışdır. S.Rəhman. balıqcıl is. zool. Leylək kimi uzun qıçlı, uzun dimdikli, kiçik balıqlarla qidalanan ala-bəzək quş. balıqçı is.\n1. Balıq ovlayan, balıq tutmaqla məşğul olan adam. Balıqçı qayığı. Balıqçı toru. – Balıqçılar qayıqla çıxıb yenə Xəzərə. M.Seyidzadə.\n2. Balıq satan. Balıqçı dükanı. balıqçılıq is. Balıq tutma sənəti, balıqçı sənəti; balıq tutmaqla məşğul olma. Balıqçılıqla məşğul olmaq. balıqəti is. anat. Baldırın dal səthində olan qalın əzələ kütləsi. balıqiçi is. aşp. Bişirilən balığın qarnına doldurulan qoz, soğan və kişmişdən ibarət iç. balıqqulağı is. Müxtəlif onurğasız heyvanların üz tərəfi, adətən buynuz təbəqədən, iç tərəfi isə sədəf təbəqədən ibarət olan örtü hissəsi, qabığı. Sahildə balıqqulağı topladıq. Balıqqulağından hazırlanmış bəzək şeyləri. – Sarayın darvazası qarşısında .. gözmuncuqları və balıqqulaqları ilə bəzənmiş boynu zınqırovlu dəvələr durmuşdu. Çəmənzəminli. // Tərkibi balıqqulaqlarından ibarət olan daş. Əlvan balıqqulağı gözəl tikinti malıdır. Mir Cəlal. [Hümmət] taxta parçalarından düzələn köhnə komanı sökərək, onun yerinə balıqqulağı daşlardan .. bir ev tikib düzəltmişdi. S.Rəhimov. balıqlı sif.\n1. İçərisində balıq olan. Balıqlı göl. Balıqlı çay. Balıqlı sular.\n2. Balıqdan hazırlanmış (yemək). balıqtutan bax balıqçı 1-ci mənada. balıqudan is. zool. bax qutan. balıqyetişdirmə is. zool. Vətəgə balıqlarının süni şəraitdə çoxaldılması. balınc bax balış. Bahadır başını balıncdan qaldırdı. N.Nərimanov. [Sadıq kişi] köynəkcək qalxdı, balıncı aparıb yavaşca Vahidin başı altına qoydu. Mir Cəlal. balıncüzü bax balışüzü. Vaqon xidmətçiləri sərnişinlərə işlənmiş əl-üz dəsmalı, döşəkağı, balıncüzü verdiklərindən, sərnişinlər arasında qiyamət qopmuşdu. “Kirpi”. balış is.\n1. Quş tükü və ya başqa yumşaq, mütəhərrik şeylər doldurulmuş yataq ləvazimatı, yastıq. Pəncərədən içəri girən ruzgar da onun balışı üzərində tökülən saçlarını dalğalandırır. M.S.Ordubadi. [Rüstəm:] Atam altına balaca döşəkcə salmış, bardaş quraraq arxasını balışa söykəmişdi. M.İbrahimov.\n2. məh. xüs. Çardaq taxtalarından hər biri. balışağı bax balışüzü. balışüzü is. Yastığa keçirilən üz. Kətan balışüzü. Balışüzü düyməsi. balina [fr.] Bədəncə balığa oxşar çox iri dəniz məməlisi; kit. Balina ovu. Balina sümüyü. Balina bütün məməli heyvanlar kimi istiqanlı heyvandır. balkar is. Şimali Qafqazda yaşayan türkdilli xalq və bu xalqa mənsub adam. balkarca sif. və zərf Balkar dilində. balkon [ital.]\n1. Evlərin, binaların qabaq tərəfində tikilən artırma, üstü açıq, ya örtülü məhəccərli meydança. Açıq balkon. Balkon pəncərələri. – Balkonda bir qarışa qədər qar vardı. S.Hüseyn. Qoca usta .. daş pilləkənlə qalxıb, şüşəbəndli balkona çatdı. M.Hüseyn. Ev sahibi balkonda stol qoyub, çay süfrəsi saldı. Mir Cəlal.\n2. Teatrda: üst yaruslarda olan yerlər. balkonlu sif. Balkonu, ya balkonları olan. Balkonlu ev. balqabağı sif. Balqabaq kimi, balqabaq şəklində. Balqabağı qarpız. balqabaq is.\n1. Uzunsov, ortası nazik şirin qabaq, boranı, kudu. Kənd arvadları qışın tədarükünü qurtarırdı, .. kimisi yaman günün köməyi olan kudu və balqabaqları gizlədirdi. M.İbrahimov. // məc. Balqabağa oxşayan şey haqqında. Bu halda gördüm, mənə tərəf bir kişi gəlir .. başı balqabaq... Ə.Haqverdiyev.\n2. məc. dan. Key, maymaq, ruhsuz, atil, bacarıqsız, iradəsiz, küt adam haqqında. [Əlyarov:] Xəlil nədir ki, o məni işdən çıxardır, bunlar da balqabaq kimi durub baxırlar. M.Hüseyn. ballada [fr.] ədəb.\n1. Əfsanə, nağıl, yaxud tarixi məzmunda yazılmış təhkiyə üslubunda mənzum əsər.\n2. mus. Əsasən rəvayət mahiyyətində olan oxunulan, ya çalınan musiqi əsəri növü. Keçmiş bir hadisəni kiçik bir hekayə şəklində nəql edən musiqi əsərlərinə “ballada” deyilir. Ə.Bədəlbəyli. ballast [ing.] Üzərində dəmiryol şpalları duran dəmiryol yatağının üzərinə döşənən çınqıl, qum və s. ballı sif.\n1. Bal qatılmış. Ballı konfet.\n2. məc. Bal kimi şirin. Bir alagözlünü sevibdi könül; Dəhani püstədir, dodağı ballı. Aşıq Bəndə. ballıbadı is. Bal qatılmış qoğal, şirin çörək. ballıca bax qırmızıbaldır. ballistik sif. Ballistikaya aid olan. Ballistik raket. ballistika [yun.]\n1. Nəzəri mexanikanın fəzaya atılmış ağır cismin hərəkət qanunlarını öyrənən şöbəsi.\n2. Mərminin, silahın lüləsi içərisində və bu lülədən çıxdıqdan sonrakı hərəkət qanunlarını tədqiq edən elm. bal-maskarad [fr.] İştirakçıları üzlərinə maska taxmış və fantastik paltarlar geymiş halda gəldikləri şənlik və rəqs məclisi. balneologiya [xar.] Təbabətin, mədən suları və palçıqların kimyəvi tərkibini, habelə bunların müalicə təsiri və üsullarını öyrənən elm. balneoloji sif. Balneologiyaya aid olan. Balneoloji kurort. balneoloq [xar.] Balneologiya mütəxəssisi. balon [fr.]\n1. Maye və qaz saxlamaq üçün dəmir və ya plastik materialdan hazırlanmış qab.\n2. İçərisinə hava doldurulmuş rezin şin.\n3. Aerostatın, içinə qaz doldurulan qovuğu. // İçərisinə doldurulmuş havadan yüngül qazın köməyi ilə havaya qalxıb, orada dura bilən şar, uçucu aparat. balsüzən is. xüs. Arı şanından balı çıxarmaq üçün cihaz. balta is. Odun doğramaq, ağac kəsmək və s. üçün işlədilən saplı, enli və itiağızlı dəmir alət. Balta ilə odun doğramaq. Odun baltası. Balta ilə kəsmək. – Balta ağac kəsməzdi, sapı ağac olmasaydı. (Ata. sözü). // tex. Neft quyularının qazılmasında işlədilən qazıcı alət. Vışkanın təpəsindən bucurqada sarınan kanatı (burazı) keçirmək üçün bir blok asılır və bunun vasitəsilə açıq və ya dəmir ştanqlara bağlanmış balta quyuya endirilib qaldırılırdı. Quliyev. Baltaları işləyir yerin dərin qatına. M.Seyidzadə. ‣ Balta görməmiş – əl dəyməmiş, əl vurulmamış, təbii halında qalmış. Balta görməmiş meşə. Balta ilə yonulmamış – kobud, qaba, tərbiyəsiz, qanmaz adam haqqında. Balta vurmaq məc. – bax baltalamaq 3-cü mənada. [İbrahim bəy:] Sən də, əlbəttə, gərək onu pisləyəsən, çünki balta vuranların birisi sizin cənabınız oldu. N.Vəzirov. Baltanı daşa vurmaq – işi baş tutmamaq, müvəffəqiyyətsizliyə uğramaq, işi nəhs gətirmək. Baltanı dibindən vurmaq – bir şeyə qarşı etiraz etmə, danışmağa, fikir söyləməyə yer qoymamaq, susdurmaq, qəti hərəkət etmək. [İttifaq üzvü:] A yoldaş təhkimçi, siz lap baltanı dibindən vurursunuz. Mir Cəlal. Baltası kəsməmək məc. – sözü keçməmək, nüfuzdan, etibardan düşmək. Buz baltası bax buz. baltabic is. məh. Çökə ağacının çiçəyi. baltaçı is.\n1. Ağac kəsən, odun doğrayan. Baltaçılar meşəyə getdilər.\n2. Balta qayıran usta. baltaçılıq is. Balta ilə ağac kəsmək və ya odun doğramaq sənəti. baltadimdik is. zool. Çox yoğun dimdiyi olan bir quş. baltadiş sif. dan. Yekə və bərk dişli. baltagörməz sif. Sıx, keçilməz. Baltagörməz meşə. baltakəsməz sif.\n1. Çox bərk, çox möhkəm, çox qalın.\n2. məc. Kobud, gönüqalın. baltaqıran is. məh. bax baldırğan. baltalama “Baltalamaq”dan f.is. baltalamaq f.\n1. Balta ilə çapmaq, kəsmək, yarmaq, doğramaq; balta ilə vurmaq. Onları karvan əhli baltaladı; .. Doğrayıb, yandırıb ocaq qaladı. A.Səhhət.\n2. məc. Yıxmaq, devirmək, dağıtmaq, məhv etmək, kökünü kəsmək, ortadan qaldırmaq; sarsıtmaq. Nadanlığa qarşı mübarizə! Cəhalət və mövhumatın kökünü baltalamaq, xalq kütlələrinin gözünü açmaq, .. azadlıq və səadətin yollarını ona göstərmək! Nərimanovun ilk əsəri olan “Nadanlıq”ın tarixi mənası budur. M.İbrahimov.\n3. məc. Birinin əleyhinə iş görmək, ziddinə danışmaq; birinə quyu qazımaq. ‣ Dibindən baltalamaq – bir sözü, ya danışığı dibindən, biryolluq kəsmək, danışmaq üçün yer qoymamaq. baltalanma “Baltalanmaq”dan f.is. baltalanmaq məch. Balta ilə kəsilmək (çapılmaq, yarılmaq, doğranmaq). baltalatma “Baltalatmaq”dan f.is. baltalatmaq icb. Balta ilə kəsdirmək, çapdırmaq, doğratmaq. baltalı sif. Əlində balta olan, balta ilə işləyən. Ağac yıxılanda əli baltalı da yeriyər, əli baltasız da. (Ata. sözü). balzam [yun.] Balzam ağacından hasil edilən və tərkibində efir yağları olan yarıduru ətirli qatran. balzamlama “Balzamlamaq”dan f.is. balzamlamaq f. Çürüməmək üçün (meyitə) xüsusi maddələr hopdurmaq; mumiyalamaq. balzamlanma “Balzamlanmaq”dan f.is. balzamlanmaq məch. Hopdurulmaq, mumiyalanmaq. bamazı bax pamazı. bambalaca sif. Lap balaca. Güllü bambalaca gen tumanda, qolu çirməkli olduğu halda, oğlu ilə qabaq-qarşı durub danışırdı. Ə.Əbülhəsən. bambaşqa sif. Tamamilə başqa, tamamilə ayrı. Bambaşqa məsələ. Bambaşqa iş. Gözlərimin önündə bambaşqa bir aləm açıldı. Onun xasiyyəti bambaşqadır. – [Nadir] .. Məryəmin artıq uzanmış saçlarını Zeynəbin saçları ilə müqayisə edəndə, yenə də – yox, .. o bambaşqadır [deyə düşündü]. B.Talıblı. bambılı sif. dan. Ləyaqətsiz, vecsiz, qeyri-ciddi, boş, yüngül, gülünc, avara, lüt. [Şeyx Nəsrulla:] Həmin bu mərəzin bərəkətindəndir ki, mən bu bambılı Əhmədin yanında olmuşam bir balaca uşaq... C.Məmmədquluzadə. [Əbdürrəhman bəy:] Mən niyə dəli oluram, dəli sənin kimi olur ki, belə bambılı dərviş başına ip salıb dəli kimi oynadır. N.Vəzirov. // is. Qeyri-ciddi, dəyərsiz, ləyaqətsiz adam, avara. A kişi, gənə bu bambılılar bilmirəm xalqdan nə istəyirlər? C.Məmmədquluzadə. Mahalın beş-on bambılısı yığılıb bir yerə, nədi-nədi biz Vinokurov kimi nəhəngi yıxacağıq. Ə.Haqverdiyev. bambuk [malay.] bot.\n1. İsti ölkələrdə bitən içi boş, çox bərk, yüngül, yoğun, qamışabənzər bitki (ağac). Bambuq meşəsi. – Aşağılarda kokos palmaları, banan və bambuk ağacları bir-birinə qarışaraq qolbudaq atmışdır. M.İbrahimov.\n2. Bu ağacdan qayrılmış. Bambuk koma. Bambuk mebel. baməzə sif. [fars.]\n1. Məzəli, dadlı.\n2. Zarafatçı, lətifəçi, məzəli. O çox baməzə qoca idi, zarafat etməyi və lətifə söyləməyi çox sevirdi. M.S.Ordubadi. Onun adı [Xəlil] idi, özü də baməzə oğlanlardan biri idi. “Kirpi”. bamiyə is. [fars.]\n1. bot. Meyvəsi konus şəklində olan və xörəyə işlədilən birillik lifli bitki.\n2. Bu bitkinin meyvəsi.\n3. Un, yağ, şəkər və s.-dən hazırlanan bamiyə şəklində şirni. ban I. is.\n1. Arabanın təkərlərindən yuxarı olan hissəsi, qutusu, gövdəsi. Araba banı. – Araba cırıldamaqdan, ban cırıldayır. (Ata. sözü). // Eyni mənada avtomobildə.\n2. Heyvanı qoşmaq üçün, arabanın qabağında olan ağac; yan dişlə.\n3. Evin damı ilə tavanı arasında olan hissə.\n4. Tüstü çıxmaq, təmiz hava gəlmək və işıq düşmək üçün keçmişdə kənd evlərinin damında açılan baca, dəlik.\n\nII. is. Xoruz səsi, xoruz banlaması. Səhər tezdən ban səsinə ayıldım. – Eşidilən bir səs varsa, o da xoruz banları və köpəklərin səsi idi. M.S.Ordubadi. [Xəlil:] Xoruzların üçüncü banınadək söhbət elədik. Ə.Haqverdiyev. Xoruz banı... Dan ulduzu... Şəfəqli ürək; Vüqar ilə mən anıram ötən gəncliyi. S.Vurğun.\n\nIII. is. [ər.]\n1. Misir söyüd ağacı.\n2. məc. Ucaboylu, qamətli; biçimli. banan [isp.] bot.\n1. Meyvə və ya lif üçün yetişdirilən, çox iri yarpaqları olan uca tropik ağac. Banan ağacı.\n2. Bu ağacın qalın və sarı qabıqlı uzunsov meyvəsi. banbal is. məh. İri barama. banda is. [ital.] Cinayətkarlar, qatillər güruhu, dəstəsi. Təbriz xalqına .. asayiş və əmniyyət gətirən dinc soldatlara hücum edən şərarətçilər bandalar kimi təsvir edilirdi. M.S.Ordubadi. [Dəmirov:] Zülmət dəstəsi [qolçomaq] qalıqlarından düzəlmiş olsa belə, xarici düşməndən ruh alan bir bandadır! S.Rəhimov. bandaj [fr.]\n1. Qarnın divarlarını normal vəziyyətdə saxlamaq üçün elastik kəmər, bağ. İdmanda zədələnmə hallarının qarşısını almaq üçün ən yaxşı qoruyucu vasitələr: sipərlərdən, maskalardan, bandajdan istifadə edilməsindən, oynaqların bintlənməsindən ibarətdir. Babayev.\n2. tex. Vaqon, yaxud parovoz təkərlərinin üzərində qoruyucu polad çənbər. Uşaqlar qatarın yanınca gedərək əllərindəki uzundəstəli çəkiclə çarxları vurur və səslərinə diqqətlə qulaq asırdılar; kəskin cingiltili səs çarxda bandajın olmadığını göstərir. (Qəzetlərdən). bandajçı is.\n1. Bandaj (1-ci mənada) qayıran usta.\n2. tex. Təkərlərə bandaj (2-ci mənada) keçirən usta. bandaq is. Saxlanmaq üçün saplağından dəstə ilə uzun ipə bağlanmış meyvələr və bu meyvələrin bağlandığı ip. Süfrədə bandaqlardan yenicə kəsilmiş, çöpü qurumuş Gəncə üzümü, .. üçbucaq salfetlər də vardı. Mir Cəlal. bandaqlama “Bandaqlamaq”dan f.is. bandaqlamaq f. Bandaq bağlamaq; qışa saxlamaq üçün meyvəni saplağından dəstə ilə uzun ipə bağlamaq. Qış üçün üzüm bandaqlamaq. bandaqlanma “Bandaqlanmaq”dan f.is. bandaqlanmaq məch. Bandaq bağlanmaq, qışa saxlanmaq üçün saplağından uzun ipə bağlanmaq. bandaqlanmış f.sif. Bandağa bağlanmış, qışa saxlanmaq üçün saplağından uzun ipə bağlanmış. Bandaqlanmış üzüm. bandaqlatma “Bandaqlatmaq”dan f.is. bandaqlatmaq icb. Bandaq bağlatmaq, bandaq vurdurmaq. Bu il çoxlu üzüm bandaqlatmışıq. bandaqlıq sif. Bandaq bağlamağa (qışa saxlamağa) yarar. Bandaqlıq üzüm. banderul is. [fr.]\n1. Poçt ilə göndərilən şeylərin büküldüyü enli kağız sarğı.\n2. Poçt ilə bu cür sarğıda göndərilən hər hansı bir şey.\n3. Aksiz və ya gömrük rüsumunun verildiyini bildirmək üçün malın üstünə yapışdırılan yarlıq. banderollama “Banderollamaq”dan f.is. banderollamaq f. Üzərinə banderol çəkmək (vurmaq). banderollanma “Banderollanmaq”dan f.is. banderollanmaq məch. Üzərinə banderol çəkilmək (vurulmaq). banderollu sif. Üzərinə banderol yapışdırılmış, üzərinə banderol çəkilmiş. Banderollu tütün. Banderollu qutu. Banderollu çay. banderolsuz sif. Banderolu olmayan, üzərinə banderol yapışdırılmamış. Banderolsuz tütün. bandit [ital.] Soyğunçu, quldur, qarətkar, talançı. Bandit dəstəsi. – Banditlər səksəkəli halda yerlərindən sıçraşdılar. M.Hüseyn. Cümə günü bütün banditlər öz dəstələri ilə ayı çınqılına toplandılar. Ə.Vəliyev. banditcəsinə zərf Bandit kimi, quldur kimi, quldurcasına. banditizm [ital.] Quldurluq, soyğunçuluq, zorakılıq, adam öldürmək, təxribatçılıq və s. məqsədi ilə silahlı quldur dəstələri yaratmaqdan, bu dəstələrdə və onların düzəltdiyi basqınlarda iştirak etməkdən ibarət cinayət işi. Banditizm ilə mübarizə. bandur (=bandura) [əsli yun.] Barmaqla çalınan çoxsimli, geniş qollu Ukrayna musiqi aləti. Bu kəşfiyyat ayrı-ayrı xalqlarda əvvəlləri sadə və getdikcə təkmilləşən qusli, bandura, mandalina .. kimi müxtəlif növlü bir çox simli alətlərin yaradılmasını təmin etdi. Ə.Bədəlbəyli. De, kimin yurdudur sünbüllü çöllər? Kimindir banduru söylədən ellər? S.Vurğun. bandura (=bandur) [əsli yun.] Barmaqla çalınan çoxsimli, geniş qollu Ukrayna musiqi aləti. Bu kəşfiyyat ayrı-ayrı xalqlarda əvvəlləri sadə və getdikcə təkmilləşən qusli, bandura, mandalina .. kimi müxtəlif növlü bir çox simli alətlərin yaradılmasını təmin etdi. Ə.Bədəlbəyli. De, kimin yurdudur sünbüllü çöllər? Kimindir banduru söylədən ellər? S.Vurğun. bandurçalan (=bandurçu) is. Bandur adlı musiqi aləti çalan çalğıçı. bandurçu (=bandurçalan) is. Bandur adlı musiqi aləti çalan çalğıçı. bani is. [ər.]\n1. Bir şeyin əsasını, bünövrəsini qoyan, təsis edən, bina edən, tikən, quran, yaradan. Üzeyir Hacıbəyov Azərbaycan opera sənətinin banisi olmuşdur.\n2. Təşəbbüsçü, səbəbkar. Bu ədavətdə bani hansı idi və müqəssir hansı idi? C.Məmmədquluzadə. Sabir ilə belə məktubu çox aldıq səndən; Hər nə yazdıqsa ona, bani sən oldun, qardaş! A.Səhhət. bank [fr.]\n1. Pul vəsaitini toplayan və təqsim edən kredit idarəsi. Dövlət bankı. Kommunal bank. Kənd təsərrüfatı bankı.\n2. Borc kapitalını bir araya toplayan xüsusi kredit idarəsi.\n3. dan. Qumarda: kağız paylayanın ortaya qoyduğu pul. • Banka getmək – bankda (ortada) olan bütün məbləğə oynamaq. banka I. is. [pol.]\n1. Silindrşəkilli şüşə və ya saxsı qab. Qəfəslərə yığılmış şüşə bankalardakı saçaqlı konfetləri .. siçanlar darmadağın etmiş(di). H.Sarabski. Bankanın ağzı açılanda ətir qoxusu evi başına götürdü. Ə.Haqverdiyev.\n2. Konservləşdirilmiş məmulat üçün dairəvi tənəkə qab (ət, balıq konservlərinin qabı).\n3. is. tib. Xəstələrin kürəyinə qoyulan armudşəkilli şüşə qab. Bankalardan sonra dalım bərk ağrıyır. – ..İndi sizə bir balaca da soyuqdəymənin qabağını almaq üçün banka qoymaq lazımdır. S.Rəhimov.\n\nII. is. [holl.] Qayıqda avarçəkənlər üçün qoyulmuş oturacaq. banket [fr.] İctimai, siyasi xadimlərin və s.-nin şərəfinə düzəldilən təntənəli qonaqlıq, ziyafət. bankə is. [holl.] Dənizin dayaz yerlərindən ibarət olan sahə. Xəzər dənizində Kür bankəsi. bankir [fr.] Kapitalist ölkələrində; bank sahibi və ya səhmdarı; kapitalist. banknot [ing.] mal. Dövlət bankı tərəfindən buraxılan və tədavüldə pul kimi işlənilən biletlər. // Emissiya bankları tərəfindən buraxılan kredit pulları. bankrot [fr.] Müflis, iflas etmiş. Şəhərdə bərk səs var ki, Hacı Saleh bankrotdu. S.S.Axundov. • Bankrot etmək (çıxarmaq) – iflasa uğratmaq, var-yoxdan çıxmasına səbəb olmaq. bankrotluq is. Müflislik. banlama “Banlamaq”dan f.is. banlamaq f.\n1. Oxumaq, ötmək (xoruz, beçə, qırqovul haqqında). Xoruz banlayır. – Bir qarının bir xoruzu var idi; Hər gün obaşdandan o banlar idi. A.Səhhət. Haradasa, xarabalıqda doğrudan da bir xoruz banlayırdı. Ə.Məmmədxanlı.\n2. məc. Qışqırmaq, bağırmaq. Bir də görürsən ki, olub heyvərə; Əlli uşaq banladı birdən-birə. M.Ə.Sabir. Odur ki, hürriyyətinisvan deyə, şəst ilə banladım. C.Cabbarlı. // dan. Birdən yerindən danışmaq, qışqırmaq. Nə banlayırsan oradan. banlaşma “Banlaşmaq”dan f.is. banlaşmaq qarş. Hamı birdən səssəsə verib banlamaq, ağız-ağıza verib qışqırmaq, hamı birdən bağırmaq. Xoruzlar banlaşdılar. Qırqovullar çöldə banlaşır. – Xoruzlar banlaşan zaman girdik kəndə. Ə.Haqverdiyev. Ətrafda xoruzlar banlaşır. Çəmənzəminli. Bütün həyətlərdə kəndin xoruzları banlaşırdı. Ə.Məmmədxanlı. bant [alm.] Bəzək kimi işlədilən ortadan qəşəng düyünlənmiş lent. Bant bağlamaq. Saçına bant bağlanmış qız. bantlı sif. Bant bağlamış (bağlanmış). Başı bantlı balaca qız hörükləri döşündən aşağı sallanmış anasının boynuna sarınmışdı. S.Rəhimov. banu is. [fars.] köhn. Xanım. Açıldı başın, indi qıl öz dərdivə çarə; Banu hərəm oldun. M.Ə.Sabir. [Qızıl Arslan] “Çahar dərviş” romanını yoxladığı zaman Rövşən “Banu” hekayəsini oxuyurdu. M.S.Ordubadi. baptist [yun.] Baptizm təriqətinə mənsub adam. baptizm [yun.] Xristian təriqətlərindən birinin adı. bar I. is. [fars.] Meyvə, məhsul. Bar almaq. Bar götürmək. Bar bağlamaq. Bar tutmaq. Bar vermək. – Ağac bar verdikcə başını aşağı dikər. (Ata. sözü). Bar verən ağacı kəsməzlər. (Ata. sözü). [Mirzə Fətəli:] İllər keçib, zəmanələr dolanıb, o şəxslərin əkdikləri toxumlar bar verib.. Ə.Haqverdiyev. Ağac bar gətirmək üçün əkilir. C.Cabbarlı. Bel götürüb su verdikcə torpağa; Hər ağacdan nemət alır, bar alır. S.Vurğun. // məc. Səmərə, xeyir, mənfəət, fayda. ..İndi bu dostluq cəbhə şəraitində də bar verməli idi. Ə.Əbülhəsən.\n\nII. is. [fars.] klas. Yük, ağırlıq. Bar daşımaq. // Məc. mənada. Kim dözər mənim tək belə firqətə; Rəncü məşəqqətə, barimöhnətə. M.P.Vaqif. Qəmü möhnət bu gün yoxdur cahanda çəkməyən, amma; Şikəstə Zakirin çərxi-fələk barın giran tutmuş. Q.Zakir.\n\nIII. is. məh.\n1. Kif, boyat çörək və xörəklərdə əmələ gələn ağ rəngli göbələkciklər.\n2. Ərp, pas, kir (xəstənin dil-dodağında).\n\nIV. [ing.] Ayaq üstə duraraq yemək yeyilən, ya içki içilən kiçik yeməkxana, qəlyanaltıxana. Pivə barı.\n\nV. is. [ing.] Qazıma maşının və mədən kombaynının işlək hissəsi.\n\nVI. is. [yun.]\n1. Səs təzyiqi vahidi.\n2. Atmosfer təzyiqi vahidi.\n\nVII. is. [fars.] köhn. Ocaq, od.\n\nVIII. is. Prob, əyar (qiymətli metallarda).\n\nIX. is. [fars.] köhn. Peyin, təzək.\n\nX. is. [fars.] köhn. Yüksək mənsəb sahibləri üçün düzəldilən rəsmi qəbul.\n\nXI. I. is. [ing.] Servantın müxtəlif içki şüşələri üçün ayrılmış xüsusi bölməsi. baraban [rus.]\n1. İki üzünə dəri çəkilmiş, içiboş, enli, silindrşəkilli, ağacla vurularaq çalınan çalğı aləti; təbil, nağara. Axşamüstü Tərlan yenə baraban səsi eşidib yola sarı baxdı.. M.Hüseyn.\n2. tex. Müxtəlif maşınlarda və mexanizmlərdə: içiboş silindr şəklində detal. barabançı is. Baraban çalan, nağara çalan. barak [fr.]\n1. Taxtadan tikilən müvəqqəti, yüngül yaşayış binası. Smirnov, qəsəbənin ən böyük fəhlə baraklarından birində ayaq üstündə durub, dostlarına Bakı komitəsinin müraciətini oxuyurdu. M.Hüseyn.\n2. Yoluxucu xəstələrə məxsus ayrıca xəstəxana binası. barama is.\n1. İpəkqurdu tırtılının nazik ipək liflərindən hörərək, içində oturduğu qapalı yuvacıq, qutu, qoza. Sona xala deyirdi: ..Biz indiyə kimi barama içində dustaq yatan ipək qurduna bənzəyirdik. S.S.Axundov. • Barama toxumu – ipəkqurdu kəpənəyinin yumurtası.\n2. məh. Dişin dibində əmələ gələn şiş. baramaçı is.\n1. Barama saxlamaq və becərməklə məşğul olan şəxs; kümçü.\n2. köhn. Barama alverçisi. baramaçılıq is. Barama becərmə sənəti; barama yetişdirməklə məşğul olma; kümçülük. Baramaçılıq təsərrüfatı. baramaqurdu is. İfraz etdiyi ipək tellərindən barama hörən qurd. baramalama “Baramalamaq”dan f.is. baramalamaq f.\n1. Barama sarımaq, qoza bağlamaq.\n2. məh. Diş ətində şiş əmələ gəlmək. baran is. [fars.] klas. Yağış, yağmur. Sanma barandır yağan matəmgəhi-ünsiyyətə; Halımız təsiri-bəxşi-qəm olub qüdsiyyətə. M.Hadi. barat is. [ər.]\n1. Bank və s. maliyyə müəssisəsi və ya poçt vasitəsilə göndərilən pul. Bütün məktublar və ya baratlar dərhal sahiblərinə paylanır. – [Səttar] baratı dəyişmək üçün yaxındakı sərraf dükanlarından birinə tərəf getdi. P.Makulu. • Barat etmək (çəkmək, göndərmək) – pulu bir adam və ya idarə vasitəsilə başqa yerə, yaxud başqa bir ölkəyə göndərmək. ..Birisi axşam yeməyi üçün tədarük görməyibdir, birisi poçt ilə gərək pul barat eləsin. Ə.Haqverdiyev. [Kazım:] Pulları haman yerə barat verəcəyəm. M.S.Ordubadi.\n2. Qəbz, vəsiqə, təhvil sənədi. barata is. məh. Yer səthini örtmüş palçıq layı. barbar [əsli yun.] Vəhşi, kobud. Faşist barbarları. barbarizm [yun.] bax barbarlıq. barbarlıq is. Vəhşilik, mədəniyyətsizlik, qabalıq. ..Avropa alim və filosofları fəryad edirlər ki, biz barbarlıq, vəhşilik və cəhalət aləmindən çıxaq.. M.F.Axundzadə. [Dilbər:] ..Rica edirəm, sözlərinizə diqqət edin, yüksək cəmiyyətdə belə rəftar barbarlıqdır. C.Cabbarlı. bardaq is. Su və ya başqa mayelər tökmək, yaxud içində piti bişirmək üçün saxsıdan, çinidən və s.-dən qayrılmış qulplu və ya qulpsuz darboğaz qab; səhəng, cürdək. Bir tərəfdə tayanın dibində su bardağı, çörək düyünçəsi, əyin paltarı və bir neçə boş çuval [durmuşdur]. C.Məmmədquluzadə. Gülnaz saxsı bardaqdakı qatıqdan mis kasaya töküb, ucu yeyilmiş taxta qaşıqla çalxalamağa başladı. M.İbrahimov. Adama belə gəlirdi ki, bu qız su ilə dolu bir bardağı başında aparsa, bardaq yırğalanmaz.. Ə.Sadıq. bardan is. İçərisinə pambıq, barama, yun və s. qoymaq üçün böyük kisə; xaral. Pambığı bardanlara doldurmaq. – Dərilib basılır xaşa bardana; Vaqona vurulur, gedir hər yana. Aşıq Şair Vəli. bardanlama “Bardanlamaq”dan f. is. bardanlamaq f. Bardana doldurmaq. bardanlanma “Bardanlanmaq”dan f.is. bardanlanmaq məch. Bardana doldurulmaq. bardanlıq sif. Bardana yarayan. bardaş :bardaş qurmaq, bardaş qurub oturmaq – dizlərini qatlayıb baldırlarını bir-birinə keçirərək oturmaq. Otaqda tək qalan xan bir neçə dəfə qalxıb oturdu, bardaş qurdu, rahat olmayıb dizi üstə əyləşdi. Çəmənzəminli. Şamil, Əhməd kişinin daxmasına girəndə bardaş qurub oturmuş ev yiyəsi onu gülər üzlə qarşıladı. M.Hüseyn. Bizdən sonra hamı bir-bir bardaş qurub oturdu. S.Rüstəm. barel is. [ing.] Maye, səpələnən və s. malların ölçü vahidi (təxminən 159 litr). barelyef [fr.] bax qabartma 3-cü mənada. barə I. [fars.] Adətən nisbət şəkilçiləri ilə işlənir – xüsusda, xüsusunda, haqqında. Bu barədə fikriniz nədir? Bu məsələ barəsində mən heç bir şey deyə bilmərəm. – Sultan bu sözlərdən sonra Bahadıra baxıb, onun bu barədə sözünü gözlədi. N.Nərimanov. Burada mənim söhbətim “Kimyagər” komediyası barəsindədir ki, bir gün o pyesi biz həvəskarlar, haman səhnədə mövqeyi-tamaşaya qoyurduq. C.Məmmədquluzadə. İkinci xahişim odur ki, baş aqronom Məcid Əlyarov barəsində yazdığım əmri təsdiq elə. M.Hüseyn. // Hər barədə, hər cəhətdən. Hər kəs onun [Mirzə Süleymanın] yerində olsaydı, elə atasından inciyərdi, çünki kişi çox zəhmət çəkmişdi və hər bir barədə öz işini düzəltmişdi. B.Talıblı.\n\nII. is. [fars.] köhn. Bənd, sədd, səngər.\n\nIII. is. [fars.] Dil və diş üzərində əmələ gələn ağ qat; ərp.\n\nIV. is. [fars.] köhn. Gözəl və yaraşıqlı sərnişin gəmisi. bargah (=bargəh) is. [fars.] tənt.\n1. Saray; padşaha məxsus imarət. Mübarəkbad sədası xalqdan asimanə bülənd oldu və bargahın imarətlərindən əksi təkrar tapdı. M.F.Axundzadə. [Altunbay:] Dediklərində doğruya bənzər bir şey görsəm, bu günəşə gülümsər bargahı bayquşlar yuvasına .. çevirəcəyəm. C.Cabbarlı. // Padşahın qəbul salonu. Tehranda Ağa Məhəmməd şah öz bargahında əyləşib səndəl üstündə. Ə.Haqverdiyev. // köhn. Böyük bir şəxsin hüzuru.\n2. Liman, gəmi dayanacağı. bargəh (=bargah) is. [fars.] tənt.\n1. Saray; padşaha məxsus imarət. Mübarəkbad sədası xalqdan asimanə bülənd oldu və bargahın imarətlərindən əksi təkrar tapdı. M.F.Axundzadə. [Altunbay:] Dediklərində doğruya bənzər bir şey görsəm, bu günəşə gülümsər bargahı bayquşlar yuvasına .. çevirəcəyəm. C.Cabbarlı. // Padşahın qəbul salonu. Tehranda Ağa Məhəmməd şah öz bargahında əyləşib səndəl üstündə. Ə.Haqverdiyev. // köhn. Böyük bir şəxsin hüzuru.\n2. Liman, gəmi dayanacağı. barxana is. [fars.] köhn. Ev şeyləri, ev ləvazimatı, müxəlləfat, avadanlıq, dirdirlik; başqa bir yerə aparılmaq üçün yığılıb bağlanmış şeylər, yük. Barxana açıldı karvansarayə; At, qatırı mehtər çəkdi tövləyə. Q.Zakir. Xüsusən rəiyyət qismi böyük sovqatla gəlir, öz barxanalarını boşaldır(dı). S.Rəhimov. Hər kəs öz barxanasını alıb, bir kənara çəkilir. Mir Cəlal. barı I. əd. [fars.] Heç olmasa. O ha billəm gəlməz görməyə məni; Barı gendən tamaşaya gələydi. M.P.Vaqif. [Qurban:] Barı bu kasıblığıma görə arvadım göyçək olaydı; yenə dərd yarı idi. Ə.Haqverdiyev. Barı gedərkən bizə dəyəydin! M.Rzaquluzadə.\n\nII. is. [fars.] Hasar, divar, sədd. Uca barı. Barıdan aşmaq. Barı çəkmək. Daş barı. – [Cahangir bəy:] Mən haman Cahangir deyiləmmi bir top bez atdım barıdan, səni dustaqxanadan çəkdim divar üstə?! N.Vəzirov. Muzdur platforma kənar-larındakı alçaq barılardan birisinə söykənib dayandı. S.M.Qənizadə. [Yaşar:] Kəndimizin qabağından çay axır. Onu barı içərisinə almaq və elektrik stansiyası üçün istifadə etmək lazımdır. C.Cabbarlı. barılama “Barılamaq”dan f.is. barılamaq f. Barı çəkmək, divar çəkmək, hasar çəkmək. barılatma “Barılatmaq”dan f.is. barılatmaq icb. Barı çəkdirmək, divar çəkdirmək, hasar çəkdirmək. barıncı is. bot. Paxlalılar fəsiləsindən olan alaq otlarından birinin adı. barındırmaq f. Doydurmaq, yedirtmək, bəsləmək, yemləmək; himayə etmək, qorumaq. barınqulu is. məh. Sarı rəngli ətirli bir çiçək. barınma “Barınmaq”dan f.is. barınmaq f. Himayə altına girmək, sığınmaq, himayə olunmaq, mühafizə olunmaq, qorunmaq, yedirilib-içirilmək, bəslənmək. Yaylağımda el barınar, gül bədənlər bəslənər; Obaların arxasında kəkliklərim səslənər. M.S.Ordubadi. [Məsmə:] Bu yandan da uşaq ac-susuz buralarda qalıb nə yeyəcək, nə barınacaq. Mir Cəlal. barış is. Barışma, uzlaşma, barışıq, sülh. barışdırıcı sif. və is. Barışdıran, iki düşmən arasında sülh və ya küsülülər arasında yenidən dostluq və səmimilik yaradan. barışdırma “Barışdırmaq”dan f.is. barışdırmaq f.\n1. Düşmənçilik edən tərəflər, yaxud bir-birindən küsənlər arasında sülh və sazişi, dostluq və səmimiyyəti yenidən bərpa etmək, aralarını düzəltmək. Düşmənləri barışdırmaq. Küsülüləri barışdırmaq. – Bu [üzük] qırıq könüllərinizi birləşdirir, küskün ruhlarınızı barışdırır. H.Cavid. Ancaq Rəhim bəy ilə Səlim bəy qaldılar ki, ər ilə arvadı barışdırıb getsinlər. S.S.Axundov.\n2. məc. Uyğunlaşdırmaq, müvafiqləşdirmək, uzlaşdırmaq. Ziddiyyətləri barışdırmaq. – Miçurin çalışırdı ki, bir-birini qəbul etmək istəməyən və ayrı-ayrı növlərə məxsus olan cinsi hüceyrələr arasındakı bu kəskin ziddiyyəti aradan qaldırsın, yəni onları bir-biri ilə barışdırsın. M.Axundov. barışıq is.\n1. Sülh, barış; uzlaşma, saziş. // Müharibə edən tərəflərin müharibəni dayandırmaq haqqında razılığı, sazişi. ..Şəki hökmdarı Hüseyn xan Müştaq oğlu Məmməd Həsən xanı Əbdülqədirin yanına göndərib, barışıq təklif etmişdi. Çəmənzəminli.\n2. Ölkənin dinc həyatı; sakitlik, əminamanlıq. barışıqçı is. Barışdırmaq üçün küsülülərin arasına girən adam, barışdırıcı. barışma “Barışmaq”dan f.is. barışmaq f.\n1. Aralarındakı mübahisəni kəsmək; incikliyi, ədavəti, düşmənçiliyi, küsülülüyü aradan qaldırmaq, əvvəlki dostluq və münasibəti bərpa etmək. Küsülülər barışdılar. – Buna görə də Kəyan hökmən Cuma ilə barışmaq, .. onu özünə müavin etmək istəyirdi. Ə.Əbülhəsən. // Müharibədən, mübarizədən, vuruşmadan əl çəkmək. Müharibə edən dövlətlər barışdılar.\n2. məc. Uzlaşmaq, yollaşmaq, razılaşmaq, sazişə gəlmək. Müttəfiqlər öz müvəffəqiyyətlərini bölüşdürmək üçün barışa bilmədilər. M.S.Ordubadi. Nifrətlə sevgi necə də uyğunlaşıb barışa bilər.. S.Rəhimov.\n3. məc. Dözmək, qatlaşmaq, təhəmmül etmək, saziş etmək, razı olmaq, müqavimət göstərməmək. Vəziyyətlə barışmaq. – Dəmirovun beləcə əsəbiləşdiyini, barışdığı məsələlər barəsində belə səs-küy etməsini də eşitmək və görmək olardı. S.Rəhimov. barışmaz sif.\n1. Heç bir sazişə, heç bir sülhə yol verməyən; kəskin, amansız. Barışmaz münasibət. – Yalnız kiçik bir yazıçı qrupu “Molla Nəsrəddin” jurnalı ətrafında toplaşaraq, Azərbaycan dilini osmanlılaşdıranlarla açıq və barışmaz mübarizə aparırdı. Ə.Haqverdiyev.\n2. Uzlaşdırıla bilməyən, birləşdirilə bilməyən, uyğunlaşdırıla bilməyən. barışmazlıq is.\n1. Heç bir sazişə, heç bir sülhə yol verməməzlik.\n2. məc. Qətilik, amansızlıq. Mübarizədə barışmazlıq. barıt is. Odlu silahlardan ötrü patron, mərmi hazırlamaq üçün partlayıcı maddə. Tüstüsüz barıt. Ağ barıt. Barıt tüstüsü. Barıt iyi. ‣ Barıt qoxusu gəlir məc. – müharibə gözlənilir. Barıt kimi açılmaq (partlamaq) – dərhal hirslənmək, özündən çıxmaq, qışqırmaq, bağırmaq. Hacı bu sözləri dedikdən sonra xeyli dinmədi, birdən barıt kimi partladı. M.S.Ordubadi. [Pirqulu:] Əşi, nə oldu sənə, yenə barıt kimi partladın? C.Cabbarlı. Aslan birdən barıt kimi açıldı. S.Rəhimov. Barıtı quru saxlamaq məc. – müharibəyə, müdafiəyə həmişə hazır olmaq. Biratımlıq barıtı varmış – hünəri, bacarığı çatmayan, tez coşub tez də soyuyan, yaxud hirsi, acığı tez soyuyan, tez yumşalan adam haqqında. Burnuna barıt iyi dəyməmiş – təcrübəsiz; müharibə, döyüş görməmiş adam haqqında. barıtçı is. köhn.\n1. Barıt qayıran, barıt ustası.\n2. Barıt satan adam. barıtxana is.\n1. Barıt emal olunan yer, barıt fabriki.\n2. Barıt saxlanılan yer, barıt anbarı. barıtı sif. Barıt rəngində olan. barıtqabı is. Barıt saxlamaq üçün qab (qutu, kisə və s.). barıtlamaq f. dan. Barıt tökmək, barıt doldurmaq. barıtlıq is.\n1. Barıt tökmək üçün qutu və s.; barıtqabı.\n2. Patronun, mərminin, pistonlu tüfəngin və s.-nin barıt tökülən yeri. bar-ilaha (=bari-ilaha) (=bari-ilahi) nida [ər.] köhn. Ay Allah, ilahi, ey tanrı mənasında xitab. Vaqifə rəhm eylə, bari-ilahi! Agah et dərdindən ol üzü mahi. M.P.Vaqif. Zindəganlıq mənə düşvardı bundan sonra; Bar-ilaha mənə gəlsin, o ki,, cananə gəlir. Q.Zakir. bari-ilaha (=bar-ilaha) (=bari-ilahi) nida [ər.] köhn. Ay Allah, ilahi, ey tanrı mənasında xitab. Vaqifə rəhm eylə, bari-ilahi! Agah et dərdindən ol üzü mahi. M.P.Vaqif. Zindəganlıq mənə düşvardı bundan sonra; Bar-ilaha mənə gəlsin, o ki,, cananə gəlir. Q.Zakir. bari-ilahi (=bar(i)-ilaha) nida [ər.] köhn. Ay Allah, ilahi, ey tanrı mənasında xitab. Vaqifə rəhm eylə, bari-ilahi! Agah et dərdindən ol üzü mahi. M.P.Vaqif. Zindəganlıq mənə düşvardı bundan sonra; Bar-ilaha mənə gəlsin, o ki,, cananə gəlir. Q.Zakir. bariqə is. [ər.] şair. tənt. Şimşək, ildırım parıltısı; parıltı, işıq. bariton [ital.] mus.\n1. Yüksəkliyinə görə tenor ilə bas arasında kişi səsi. // Sif. mənasında. Bariton səs.\n2. Bu cür səsi olan müğənni.\n3. Trubadan bir oktava aşağı səslənən, nəfəslə çalınan mis musiqi aləti. barit [yun.] Barium-sulfat; ağ boyalar və kimyəvi maddələr hazırlamaq üçün sənayedə və s.-də işlədilən açıqrəngli ağır şpat. barium [lat.] kim. Gümüşü-ağ, yaxud sarımtıl rəngli qələvi metal; kimyəvi element. bariz sif. [ər.] Aşkar, aydın, əyani, qabarıq, gözəçarpan. Bariz dəlillər. – Atanın bu xasiyyətləri qızı ilə qarşılaşdığı zaman daha bariz bir şəkildə meydana çıxır. M.Arif. barj [fr.] Yastıdibli, enli, adətən yedəkdə aparılan böyük yük gəmisi. Beş motorsuz barj motorlu gəmiyə çevriləcəkdir. (Qəzetlərdən). barkarola [ital.] Venetsiya qayıqçılarının mahnısı. // Çalınmaq, ya oxunmaq üçün bu mahnı üslubunda yazılmış musiqi əsəri. Çaykovskinin barkarolası. barkas [holl.] Liman daxilində işləyən kiçik buxar gəmisi, yaxud mühərrikli gəmi. Ən uşaqlıqdan möhnətə adət etmiş Məşədi Əsgər gəmiçilik işinə mahir olduqda, özü üçün bir barkas alıb işləməyə şüru etdi. S.M.Qənizadə. [Hüseyn] gözlərini qaranlığa zilləyərək baxdıqca kiçik bir barkas, dalğalar, yelkənlər və bunların arasında atasının mehriban siması gözləri qarşısında canlanırdı. S.Rəhman. barkeş sif. [fars.] köhn. Yükdaşıyan; yükçəkən; ağır şeyləri daşıyan, qaldıran (adətən klassik şeirdə dərdə, möhnətə, mənəvi əzablara dözən mənasında). Dərdü qəm barkeşiyəm, köhnə peşənkəm sənə nə? Aşıq Hüseyn. barlanma “Barlanmaq”dan f.is. barlanmaq f.\n1. Meyvə (bar) gətirmək, məhsul gətirmək.\n2. məh. Kiflənmək, bar bağlamaq (bax bar3 1-ci mənada).\n3. məh. Ərp bağlamaq. Dişləri barlanmışdır. barlı sif.\n1. Meyvəli, məhsullu, bargətirən, meyvəverən. Əlinlə qurduğun barlı bağçalar; Tufanlar qopsa da saralıb solmaz. S.Vurğun.\n2. Gəlirli, xeyirli, mənfəətli, səmərəli. barmaq is.\n1. İnsanın və bəzi heyvanların əl və ayaqlarının qurtaracağındakı beş mütəhərrik üzvdən hər biri. Baş barmaq. Şəhadət barmağı. Orta barmaq. Adsız barmaq. Çeçələ barmaq. Barmaqlarının ucunda (yavaşca, ayaqlarının altını yerə vurmadan). // Əlcəkdə barmaq keçirilən yer.\n2. Maşın və mexanizmlərin milə oxşar girdə hissəsi – detalı. // Ümumiyyətlə, barmağa oxşayan hər şey.\n3. Təkərlərin dəndənəsindən çənbərinə qədər uzanan çubuqların hər biri.\n4. Məhəccər, sürahi ağacı.\n5. Yaba və şananın hər bir dişi, ucu.\n6. Barmaq uzunluğunda, barmaq boyda. [Kərim baba] çubuğun ortasından iki barmaq qədər kəsib, üstünü götürdü. A.Şaiq. // Adətən “bir”, “bircə” sözləri ilə – azacıq, çox az, çox kiçik, çox xırda, bir tikə. Beləcə Mahmud bircə barmaq kağız tapmaq fikri ilə yan-yörəsinə baxa-baxa su başına çatdı. Ə.Əbülhəsən. // Qatı bir mayeyə batırıldıqda bir barmağın aldığı miqdar. Bir barmaq doşab. – [Qaymaqdan] bir barmaq yediyi üçün Nadiri döyürlər, söyürlər.. Mir Cəlal.\n7. Şeirdə: heca ölçüsü, misralardakı hecaların sayına əsaslanan ölçü.\n8. dan. Çalğıçının əsas musiqi melodiyasına uyğun olaraq əlavə etdiyi ahəng. // Simli musiqi alətində (tar, kamança, saz və s.) çalan müəyyən ifaçının işlətdiyi və yalnız ona xas olan xırda musiqi ibarələri. Müxtəlif növlü çalğı alətlərində birgə çalmağa başladıqda, hər çalğıçı öz musiqi alətinin xüsusiyyətlərindən asılı olaraq, həm də öz bacarığını daha qabarıq surətdə nümayiş etdirmək üçün çalınan musiqinin əsas melodiyası ilə həmahəng olan yeni “guşələr”, “xallar”, “barmaqlar” əlavə etməyə çalışmışdır. Ə.Bədəlbəyli. • Barmağı yatmamaq – çalmağı öyrənə bilməmək, çalğı alətində ahəngi tuta bilməmək. [Tələbə:] Getdim girdim tar dərnəyinə, tar çalmağa da barmağım yatmadı. Qantəmir.\n9. Tənək, nar və s. bu kimi kolların, yaxud çiçəklərin şitil çubuğu. ‣ Barmağı dişində – heyrət içində, matməəttəl. Barmağı olmaq – əli olmaq, xəbəri olmaq, bir işin gizli iştirakçısı olmaq (adətən mənfi mənada). Bu işdə yəqin onun da barmağı var. Barmağına dolamaq – ustalıqla aldatmaq, tovlamaq, ələ salmaq, oynatmaq, sarımaq. Barmağını dişləmək – nə isə bir şey yadına düşərək fikrə getmək; anlamaq, duymaq, başa düşmək. Nəriman barmağını dişlədi, əli ilə başına vurdu. Mir Cəlal. Mən barmağımı dişlədim, anamın qolundan tutub içəri apardım. İ.İbrahimov. Barmaq silkələmək – hədələmək, qorxutmaq. Barmaq uzatmaq – başqasının işinə qarışmaq. Barmaq yeri – bəhanə, girəvə. Barmaqla göstər(il)mək – məşhur olmaq, tanınmaq, adı çıxmaq (yaxşılıqda, ya pislikdə). Bütün kənddə Nazlını barmaqla göstərirdilər. M.İbrahimov. Barmaqla sayılmaq – çox az şey haqqında. Onunçun da indiyədək bizlərdə cürət eləyib ələ qələm alanlar barmaqla sayılıbdır. C.Məmmədquluzadə. Beş barmağı kimi tanımaq – çox yaxşı tanımaq, bilmək, bələd olmaq, təfərrüatına qədər bilmək. [Mahmud xan:] Mən adamlarımı beş barmağım kimi tanıyıram. M.S.Ordubadi. barmaq-barmaq, zərf Az-az, kiçik hissələrlə, hissə-hissə. Barmaq-barmaq oğurlayan, qarış-qarış oğurladar. (Məsəl). barmaqarası barmaqarası baxmaq – fikir verməmək, saymamaq, xor baxmaq, əhəmiyyət verməmək, laqeyd baxmaq. barmaqcıq “Barmaq”dan kiç. barmaqcıl is.\n1. Barmağa taxılan bəzək şeyləri (üzük).\n2. Bax barmaqçalıq. barmaqça bax barmaqçalıq. barmaqçalıq is.\n1. Bax barmaqlıq 3-cü mənada.\n2. Qaşsız üzük (keçmişdə baş barmağa taxardılar). barmaqhesabı dan.\n1. sif. Barmaqla sayılan, hesablanan. Barmaqhesabı hesablamaq. • Barmaqhesabı göstərmək – hesabda aldatmaq, kələk gəlmək.\n2. is. Heca vəzninin danışıqda işlənən adı. barmaqlama “Barmaqlamaq”dan f.is. barmaqlamaq f. Barmağını toxundurmaq, barmağını batırmaq; barmaqla götürüb yemək. Uşaqlar balı barmaqlayabarmaqlaya (z.) qurtardılar. barmaqlanmaq “Barmaqlamaq”dan məch. barmaqlı sif. Barmaqları olan. Barmaqlı əlcək. barmaqlıq is.\n1. Ağacdan, dəmirdən və ya məftildən qayırılmış tor, hörgü. Pəncərə barmaqlığı. Balkon barmaqlığı. Bağça barmaqlığı. – [Fərhad] cəld ayağa durub, dəmir barmaqlığa yanaşdı. M.Hüseyn. Dayadıq alnımızı dəmir barmaqlıqlara; Günəş gözlərimizlə baxdıq qaranlıqlara. S.Rüstəm.\n2. Üzük.\n3. Zədələnməmək, sürtülməmək üçün biçinçilərin və b.-nın barmaqlarına keçirdikləri dəri kisəcik və s. barmaqsız sif. Barmağı, yaxud barmaqları olmayan. Barmaqsız əl. barmaqvari sif. Barmağa oxşayan, barmağa bənzər. barokko [ital.] XVI-XVIII əsrlərdə Avropada yayılmış çox təmtəraqlı incəsənət (memarlıq) üslubu. baroqraf [yun.] Öz-özünə yazan barometr; hava təzyiqini avtomatik surətdə və arasıkəsilmədən qeyd edən cihaz. barometr [yun.] Hava təzyiqini ölçmək, onun dəyişəcəyini qabaqcadan bilmək və dəniz səthinə nisbətən yerin səviyyəsini müəyyən etmək üçün cihaz. Ruzgarın pişəzvəqt dəyişilməsini bilməkdən ötrü bir alət ixtira ediblər ki, adına mizanülhava (barometr) deyirlər. H.Zərdabi. Qüdrət yan divardan asılmış barometrə tez-tez baxırdı. M.Hüseyn. // məc. Bir şeyin meyarı, göstəricisi mənasında. barometrik sif.\n1. Barometr ilə ölçülən (müəyyən edilən). Barometrik təzyiq.\n2. Hava təzyiqinə aid və onunla əlaqədar olan. baron [fr.] Qərbi Avropada və bolşevik inqilabına qədər Rusiyada qrafdan aşağı zadəgan rütbəsi və bu rütbənin sahibi olan adam. Piqasov Rudinə müraciətlə sözə başladı: – İcazə verin, soruşum, cənab baronun göndərdiyi məqalənin məzmunu? Turgenevdən. [Əmiraslan ağa:] Mənim oğlum rusların knyaz, qraf, baron .. övladlarından artıq və əzizmidir? S.S.Axundov. baronessa [fr.] Baron arvadı, ya qızı. baronluq is. Baron rütbəsi. barrikada [fr.] Küçə vuruşmasında inqilabi kütlələrin müxtəlif iri şeylərdən (şalban, içi torpaqla dolu kisələr, daş, ağac və s.-dən) düzəltdikləri səngər; küçə səngəri. Barrikada vuruşmaları. Barrikada düzəltmək. – Barrikadaları qurur yan-yana; Deyir ki, olmaram təslim düşmana. M.Rahim. barsız sif.\n1. Meyvəsiz, məhsulsuz. Barsız ağaca daş atmazlar. (Ata. sözü).\n2. məc. Səmərəsiz, xeyirsiz, faydasız. barsızlıq is.\n1. Meyvəsizlik, məhsulsuzluq.\n2. məc. Səmərəsizlik, xeyirsizlik, faydasızlıq. barverici sif. Meyvə verən, bar verən, bəhər verən, məhsuldar. bas [ital.] mus.\n1. Ən bəm kişi səsi. // Belə səsi olan müğənni.\n2. Çoxsəsli musiqi əsərinin ən alçaq səslə ifa edilən hissəsi.\n3. Ən aşağı registrdə səslənən musiqi alətləri. // Musiqi alətinin aşağı səs çıxaran simləri, dilləri. basabas is. Basırıq, qələbəlik, tünlük; sıxıntıda bir-birini yana basma, sıxma, sıxcalama. Axşam saat on birdə Məşədi Kazım ağa gəldi, basabasda başmağının bir tayı ilə bərabər börkünü itirmişdi. M.S.Ordubadi. Vaqonlarda basabas idi. Mir Cəlal. // Qarışıqlıq, nizamsızlıq, pozğunluq, hay-küy. Basabas düşdü. Basabas eləmək. basarat dan. bax bəsirət. • Basaratı bağlanmaq – görə bilməmək, seçə bilməmək, duya bilməmək; qafil olmaq, həqiqəti görməmək. basbas is. məh. Yaş meyvələri, ya yağlı dənləri sıxıb, suyunu və ya yağını çıxaran alət; çənçərə. bas-boş is. xüs. Neft quyuları qazıldığı və ya təmir edildiyi zaman boru, ştanq və s.-ni quyuya endirib qaldırma prosesini bildirən söz, istilah. Yoxlayıcının quyuda işləməsi qazıma borularının bas-boş edilməsi ilə və içərisinə metal çubuğun tullanması ilə təmin olunur. Quliyev. [Kərim:] Bir quyunun qazılmasına gedən vaxtın yarıdan çoxunu bas-boş və başqa işlər aparır. M.İbrahimov. basdama (=basdalama) “Basda(la)maq”dan f.is. basdalama (=basdama) “Basda(la)maq”dan f.is. basdamaq (=basdalamaq) dan. bax basmaq 2-ci mənada. [Şofer] lakin Xəlildən cavab almayıb, onu basdalamaq istəyirmiş kimi, maşını düz onun üstünə sürdü. M.Hüseyn. basdalamaq (=basdamaq) dan. bax basmaq 2-ci mənada. [Şofer] lakin Xəlildən cavab almayıb, onu basdalamaq istəyirmiş kimi, maşını düz onun üstünə sürdü. M.Hüseyn. basdalanmaq bax basılmaq. basdı-keçdi is. dan. Zorbazorluq, hərkihərkilik, qanunsuzluq, başlı-başınalıq. basdı-kəsdi is. Yalandan özünü qoçaq, igid göstərmə; gop, gopçuluq. basdırıq is. dan.\n1. Bax basırıq.\n2. Dar gün üçün gizlədilmiş pul, şey və s. O deyir ki, gec-tez mülklərinin hamısını qaytaracaqlar, heç qaytarmasınlar. Basdırığım sağ olsun.. N.Vəzirov. basdırılma “Basdırılmaq”dan f.is. basdırılmaq “Basdırmaq”dan məch. basdırma I. is.\n1. “Basdırmaq”dan f.is.\n2. Soğan, istiot və duza qoyulmuş ət və bu ətdən hazırlanan xörək. // Ümumiyyətlə, qovrulub, ehtiyat üçün qışa saxlanılan ət.\n\nII. is. məh. Doqqazların yan tərəfində yerə basdırılan deşikli ağac. basdırmaq f.\n1. Əkmək, sancmaq. Ağac basdırmaq. Dirək basdırmaq. – [Fəxrəddin:] Çox pakizə .. sübh tezdən hamısını basdıraram. N.Vəzirov.\n2. Quyulamaq, torpağa gömmək. Ölü basdırmaq. – Biz onu [Azadı], öz vəsiyyətinə görə, uca bir yerdə basdırdıq. M.İbrahimov. [Nəsib kişi:] Yeddi uşaqdan üçünü basdırmışam. Mir Cəlal.\n3. Üstünü örtmək. [Sübhanverdizadə] yerə uzanıb yastığa söykəndi. Nemətullayev onun yan-yörəsini basdırdı. S.Rəhimov. // Məc. mənada. Cinayətin üstünü basdırmaq. // Torpağın altında gizlətmək. ..Veylabad şəhəri elə bil dəyişmişdi, hərə bir tərəfə qaçıb dağılmaqda idi .. Sərvətlilər qızıllarını basdırırdılar. Çəmənzəminli.\n4. Qatlayıb tikmək. Paltarın ətəyini basdırmaq.\n5. Dişi heyvanı erkək heyvanla cütləşdirmək.\n6. Cücə çıxartmaq üçün yumurtaları kürt toyuğun altına qoymaq.\n7. Otarmaq, tapdalatmaq, əzdirmək. Əkini mal-qaraya basdırmaq.\n8. köhn. Dərc etdirmək, çap etdirmək. İlk şerimi – məktəbimin qəzetində basdırdım. S.Rüstəm. basdırmış “Basdırmaq”dan f.sif. basdırtmaq icb. Üçüncü şəxs vasitəsilə basdırmaq. basəfa sif. [fars. ba... və ər. səfa] Səfalı, könülaçan. Amma bura da çox basəfa yerdir ha! Ə.Haqverdiyev. Yaylağa gələn adamların çoxu şəhərə, kəndə getmirdi. Basəfa yer seçib, buralarda .. düşürlər. Mir Cəlal. basəvad sif. [fars. ba... və ər. səvad] köhn. Savadlı, savadı olan, yazı-pozu bilən. Amma hər kəs bu dillərin heç birində basəvad deyil, yəqin ki, bilməyəcək nə deyirik. C.Məmmədquluzadə. basıcı sif. Basan, təzyiq edən, sıxıcı. Qanayan qolu və qıçı qaldırıb hündür vəziyyətdə saxlamaq və oraya basıcı sarğı qoymaq yolu ilə qanaxmasını dayandırmaq mümkün olur. Babayev. basıq sif.\n1. Yastı, çökük; basılmış, sıxılmış halda olan, batıq.\n2. Yük heyvanlarının belində əzilməkdən əmələ gələn yara. basıqlıq is. Basılmış, sıxılmış, yastılanmış, çökmüş şeyin halı; yastılıq, çöküklük, batıqlıq. basılış is.\n1. Basmaq işi.\n2. köhn. Çap, nəşr. Kitabın üçüncü basılışı. basılma “Basılmaq”dan f.is. basılmaq 1. “Basmaq”dan məch. Biz işdən çıxanda “Molla Nəsrəddin”in birinci nömrəsinin min ədədi basılıb tamam oldu. C.Məmmədquluzadə.\n2. t-siz. Məğlub olmaq. Düşmən basılandan sonra Giziroğlu başında atlısı geri qayıtdı. “Koroğlu”. Yarışda basılmamaq üçün hamımız cidd-cəhdlə işə girişməliyik. S.Rəhman.\n3. t-siz. Çuxura düşmək, çökmək. Uzun zaman əzələlər fəaliyyətsiz qaldıqda, insan bədəninin forması dəyişir və təndürüstlüyü pozulub, donqarlıq əmələ gəlir, qarın qabağa çıxır, döş basılır və s. Babayev. basılmaz sif.\n1. Basılması mümkün olmayan, basıla bilməyən, məğlub edilə bilməyən, məğlubedilməz. [Yasavul] özünü .. aşılmaz bir dağ, basılmaz bir qala sayır. S.Rəhimov.\n2. Rəfedilməz, rəf edilə bilməyən, ortadan qaldırıla bilməyən. Alyoşa basılmaz bir qüvvətlə Sübhanverdizadənin üstünə düşdü. S.Rəhimov. basılmazlıq is. Məğlubedilməzlik. basılmış f.sif.\n1. Üstdən sıxılmış, təzyiq altında qalmış.\n2. Məğlub edilmiş, məğlub olmuş. Basılmış ordu.\n3. Soxulmuş, qoyulmuş, tıxanmış, yerləşdirilmiş. Çamadana basılmış paltarlar.\n4. köhn. Çap edilmiş, nəşr edilmiş. Basılmış kitab. basım su basımı – gəminin öz çəkisi ağırlığında olaraq sıxışdırdığı suyun miqdarı. Gəminin su basımı 13 min tondur. (Qəzetlərdən). basırıq is. Sıxlıq, adam çoxluğu, tünlük, basabas, qələbəlik. Orada basırıq vardır. – Mədənin qapısı çox basırıq idi. M.S.Ordubadi. Basırıq və hay-küy içində bir uşaq naləsi eşidildi. M.İbrahimov. Ümumiyyətlə, hamam xəzinələrinin qapısı kiçik olduğundan burada daima basırıq olardı. H.Sarabski. // Sıxıntı, darısqallıq. O basırıqda iş görmək olmur. // Nizamsızlıq, törtöküntü. Bu basırıqda heç şey tapmaq olmaz. basil [lat.] mikrob. Çöpşəkilli bakteriya. basirə is. [ər.] Görmə qüvvəsi, görmə qabiliyyəti. // Göz. basketbul [ing.] idm. Topun, dirəkdən asılmış tora (səbətə) əl ilə salınmasından ibarət oyun. Basketbol üzrə yarış. Basketbol komandası. – Basketbol bir çox əzələ qruplarını inkişaf etdirir, zirəklik, təsirə qarşı tez cavab vermək, dürüst və çevik hərəkət etmək kimi sifətləri tərbiyə edir. Babayev. basketbolçu is. idm. Basketbol oynayan idmançı. basqı is. Basmaq işi, təzyiq. // Basan, ağırlıq edən şey. Mexaniki üsulla taxta hazırlayan elmi-tədqiqat institutu basqı üsulu ilə mebel hazırlamaq işini qaydaya salmışdır. (Qəzetlərdən). basqın is.\n1. Ansız hücum; qəfildən, gözlənmədən edilən hücum. [Sərirdə yaşayan] .. dağlılar çöllülərə nisbətən daha şücaətli olduqlarından, xəzərlər üzərinə basqın edərək, onları qarət edirdilər.\n2. Talan, çapovulçuluq. [Vəli:] ..Səfiqulu xan öz dəstəsi ilə gəlib, basqın eləyib bir çobanımızı yaralayıbdır. N.Vəzirov. [Cənubi] Azərbaycanın hər tərəfində basqınlar, yolkəsmələr, qarətlər başlandığından, çar konsulunun .. Qulusultanın ölüm səbəblərini aydın etməyə macalı qalmamışdı. M.S.Ordubadi. basqıncaq is. Uşaqların əylənmək üçün iki başında oturaraq, üzərində qalxıb düşdükləri tir; batman-tərəzi. basqınçı is. Soyğunçu, qarətkar, quldur, yolkəsən, çapovulçu. Basqınçıların təqibindən qaçıb bu dağlara sığınmış xınalıqlılar quraqlıq illərində sudan çox korluq çəkirlərmiş. R.Rza. basqınçılıq is. Soyğunçuluq, qarətkarlıq, quldurluq, çapovulçuluq; çapovul, yolkəsmə. Ərəbistan çöllərində bir zaman; Basqınçılıq, soyğunçuluq olardı. M.Rahim. basqıntı bax basqın. basma I.\n1. “Basmaq”dan f.is.\n2. sif. Üzərinə müxtəlif naxışlar, rəng və s. basılmış. Basma çit. Basma sətin. Basma kəlağayı. // is. Parça üzərində naxış. Qanovuz köynəyin atlaz çutqusu; Yaşıl basmaları nə gözəl imiş. Aşıq Abbas.\n3. sif. köhn. Çap edilmiş, mətbəə və ya basma üsulu ilə hazırlanmış; mətbu (əlyazma əksi). Basma kitab.\n4. sif. Basılmış, sıxılmış (şey). // is. Kərpic şəklində sıxılıb, qurudulmuş mal təzəyi.\n5. is. Yazı qurulayan kağız, suçəkən kağız. // Yazını qurutmaq üçün üzərinə hopdurucu kağız parçası keçirilmiş alət; pres.\n6. sif. Bir-birinin içinə keçirməklə bağlanan.\n7. is. məh. Buxarı və ya ocaq bacasının kənarı.\n8. is. məh. Kömür hazırlamaq üçün yığılmış odun qalağı.\n9. is. məh. Balaca çay və arxlardan keçmək üçün suya tökülən şax budaq; şax və çırpıdan qayrılan körpü.\n\nII. is. Saç boyamaq üçün rəng.\n\nIII. is. tar. Rusiyada monqol-tatar istilası dövründə: üzərində tatar xanının şəkli olan möhür. basmaçı I. is. Basma işi ilə məşğul olan adam, qəlib basan adam (bax basma1 2-ci mənada).\n\nII. is. və sif. [özb.] tar. Orta Asiyada basmaçılıqda iştirak etmiş adam (bax basmaçılıq). [Türkmənlər] .. bütün basmaçı hissələrini dağıtdılar. Ə.Sadiq. basmaçılıq is. [özb.] tar. 1917-26-cı illərdə Orta Asiyada sovet hakimiyyətinin devrilməsi uğrunda silahlı milli hərəkat. Basmaçılığın ideoloji əsası. basmadüymə is. Bir-birinin içinə keçən iki metal hissədən ibarət düymə. basmaxana is. [basma və fars. ...xanə]\n1. köhn. Çapxana, mətbəə. İran xalqı dünən basmaxana bina edib.. M.F.Axundzadə.\n2. Ağ toxunmuş parçaya naxış basılan yer (sex, şöbə). basmaq f.\n1. Üstdən sıxmaq, təzyiq etmək, ağırlıq vermək. Qar basıb, ağacın budağını yatırdı. – Nəriman .. bu adamın əllərini tutdu, dizi ilə boğazını basdı.. Mir Cəlal. // Sıxışdırmaq, itələmək. Seyid Əhməd Seyid Səmədi görən tək camaatı basa-basa (z.) ona tərəf yüyürdü. Ə.Haqverdiyev..\n2. Tapdalamaq, ayaqlamaq, basdalamaq. Qarları basa-basa (z), dağları aşa-aşa iki nəfər təhkimçi gəldi. Mir Cəlal..\n3. Altına alıb şikəst etmək, əzmək, ya öldürmək. Avtomobil adam basdı. Qatar inək basdı. At uşağı basıb. – Faytonçu atları saxlaya bilməyib, Nurəddini basdı. S.S.Axundov.\n4. Qalib gəlmək, məğlub etmək. Düşməni basmaq. // Ötmək, birinciliyi qazanmaq, üstün gəlmək. Uzun pəhləvan balacanı basdı. – Qara məni basınca, mən qaranı basım. (Ata. sözü). [Movlamverdi:] Bəli, bəli, işin həqiqəti budur ki, qara ləkə ağ ləkəni basmasın. C.Məmmədquluzadə.\n5. Soxmaq, tıxamaq, dürtmək, təpmək. Şeyləri çamadana basmaq. Pulu cibinə basmaq. – [Musa kişinin] yalnız ağzına dəsmal basdıqda səsi eşidilməz oldu. M.İbrahimov. Nəhayət, bütün fəhlələr köməkləşib, qapağı quyunun ağzına basa bildilər. M.Hüseyn.\n6. Qoymaq, keçirmək, geymək. Xan acığından şəbkülahını başına basıb, bir az vəhşi heyvanlartək nərildədi. Çəmənzəminli.\n7. Batırmaq, içinə salıb islatmaq. Gönü suya basmaq.\n8. Bürümək, qaplamaq, əhatə etmək, qabağını tutmaq, görünməz hala salmaq. Dağları çən basıbdır. Ətrafı tüstü basıb, göz gözü görmür. Göy üzünü bulud basıbdır. // Doldurmaq, yayılmaq. Ətrafı səs basmışdır. Onun şöhrəti aləmi basmışdır.\n9. Örtmək. Otağın fərşi çoxdan bəri süpürülməmişdi. Künc-bucağı, tavanı hörümçək toru basmışdı. M.S.Ordubadi. Üstünü şeh və qırov basmış körpə otlar günəşin işıqları altında parıldayırdı. M.İbrahimov. Ayna .. yonca basmış bir cığırla kəndə doğru yönəldi. Ə.Məmmədxanlı.\n10. Bir şeyin çoxluğunu, sıxlığını, geniş sahə tutduğunu, yayıldığını bildirir. Bağçanı kol-kos basıbdır. Pambığı alaq basıbdır. Sahili su basmışdır. Saqqal basmaq. Tər basmaq. – Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. M.İbrahimov. Xəlilin günəşdən yanmış buğdayı yanaqlarından, tük basmış sərt üzündən uzun müddət vuruşub yorulduğu dərhal sezilirdi. M.Hüseyn.\n11. məc. Boğmaq, cəbr etmək, zülm etmək, sıxışdırmaq. [Safo:] Onlar [varlılar] fağırları basan, camaat üstünə xoruzlanan, böyük görəndə arxası yerdə, kiçik görəndə ayaq üstə kəkələnəndirlər. S.Rəhimov.\n12. Ansızın hücum etmək, üstünü almaq, üzərinə atılmaq. Çar polisləri tətilçilərin evlərini basırdılar. – [Silahlı adamlar] qoşun gətirib, evi basmağa gəldilər. M.S.Ordubadi.\n13. Ağırlıq göstərmək, ağırlıqdan əyilmək. Tərəzinin bir gözü basır, düzəldin.\n14. Vurmaq, qoymaq. Möhür basmaq. Damğa basmaq. Naxış basmaq.\n15. Örtmək, qapamaq. Qapını basmaq. Pəncərəni bas, toz gəlməsin. – [Mirzə:] Dörd ətrafı işıq tutan zaman qapıları basıb, camaatı işıqdan məhrum etməyin. Ə.Haqverdiyev. [Məsum kişi] dərhal qapını basıb, mətbəxə qayıtdı. Mir Cəlal.\n16. məc. dan. Özünü tərifləmək, öymək, goplamaq (çox vaxt tərkiblərdə işlənir). Görün yenə nə özündən basır. Basıb bağlamaq. – Tərbiyəsiz uşaq kimi, boş-boşuna hırıldama; Baş-qulağın düzəlməyib, çox da basıb guruldama. M.Ə.Sabir.\n17. dan. k.t. Mayalandırmaq (heyvanlar haqqında).\n18. Tutmaq; aramsız, dalbadal atmaq, üzərinə yağdırmaq. Daşa basmaq. Gülləyə basmaq. – [Molla Abbas:] Axır mən haraya gedim? Uşaqlar məni daşa basır. C.Məmmədquluzadə.\n19. İtələmək, kənara çəkmək. Arabanı irəli bas. Stolu bir az dala bas. Kitabları yana bas ki, yer açılsın.\n20. Yırtmaq, dağıtmaq, parçalamaq, öldürmək. Canavar inək basıbdır. – İkindi çağı idi. Obada “Dursunu ayı basmış!” – deyə səs qopdu. A.Şaiq.\n21. Örtmək, keçmək, addamaq, aşmaq. Əşrəf üç yaşına basmış(dı). A.Şaiq.\n22. Bir sıra isimlərə qoşularaq, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: yuxu basmaq, vahimə basmaq, bağrına basmaq, ayaq basmaq və s. basmaqəlib sif. dan.\n1. Heç bir fikir işlənilmədən, kor-koranə təqliddən ibarət olan; şablon.\n2. Başdansovma, atüstü, tələsik görülmüş. basmalamaq bax basmarlamaq. basmanaxış is.Üzərinə rənglənmiş xüsusi qəliblərin basılması ilə parçada naxış alınmasından ibarət qədim xalq sənəti növü; naxışvurma üsulu. Basmanaxış üsulu ilə hazırlanmış Gəncə və Basqal kəlağayıları. basmarlama “Basmarlamaq”dan f.is. basmarlamaq f. Birdən qaba surətdə basıb tutmaq, qamarlamaq, süpürləmək, tutmaq, sıxcalamaq. Pişik siçanı basmarladı. – Onda gördük ki, Tərlan Məşədiağanın bir yanında bibisi oğlu Əyyubu basmarlayıb, cücə kimi altına alıbdır. S.S.Axundov. Ayaqyalın uşaqlar qara düşüb, çil toyuğu basmarlayıb tutdular. S.Rəhimov. basmarlanma “Basmarlanmaq”dan f.is. basmarlanmaq məch. Birdən qaba surətdə basılıb tutulmaq. baş is.\n1. İnsan bədəninin kəllə və sifətdən ibarət olan yuxarı hissəsi. İri baş. Onun başı ilə bədəni arasında tənasüb yoxdur. – Baş bədənin tacıdır, gözlər onun daş-qaşı. (Ata. sözü). // Heyvan bədəninin beyin olan yuxarı və ya ön hissəsi. Toğlular başlarını qaldırıb, Quluya baxdılar və yenə də mərzdəki xırda göy otu yeməyə başladılar. M.İbrahimov. • Başı axmaq (dolanmaq) – başı gicəllənmək, başı hərlənmək. Başı çatlamaq – başı bərk ağrımaq. Başına vurmaq məc. – beyinə təsir etmək. Spirt başına vurdu. Başını çevirmək – baxmamaq, görməmək üçün üzünü döndərmək. // Başın beyin və saç olan yuxarı hissəsi; kəllə, qafa. Başına vurmaq. Daz baş. Başında bir dənə ağ tük yoxdur. Başına papaq qoymaq. – Başımdan ağrı qopur, gözlərimə qaranlıq çökür. Mir Cəlal. Başını sığallamaq məc. – mehribanlıqla, nəvazişlə başına əl çəkmək.\n2. məc. Zehin, şüur. Başımda hər şey qarışdı. Belə bir şey heç başımda yox idi. Başıma yaxşı bir fikir gəldi. // məc. dan. Ağıl, zəka mənasında. Kişidə baş var.\n3. Bir şeyin ən yuxarı hissəsi, təpəsi, zirvəsi, üstü. Qüllənin başı. Ağacın başına çıxmaq. – Tərlan kimi gözlərini zillədi; Dağ başından evin səmtin bəllədi. A.Səhhət. Dağların başında bulud qaynaşmağına baxmayaraq, hava isti idi. Çəmənzəminli. Ağacların başını axtardıq, zirzəmilərə adam saldıq. Mir Cəlal.\n4. Bir şeyin qalın, çıxıq, yumru ucu, təpəsi. Vintin başı. Mıxın başı. // Yumru şəkildə olan hər şey. Bir baş soğan (kələm).\n5. Kənar, qıraq, yan. [Əbülhəsən bəy:] Nə isə şam süfrəsinin başına keçdim. M.S.Ordubadi. Yuxuda görürəm ki, sərin bir bulaq başındayam. M.Hüseyn. Əkbər kişi kəhriz başında oturub sərinləyirdi. Mir Cəlal.\n6. Bir şeyin başlandığı yer, başlanğıc. Çayın başı. Arxın başı. Kanalın başı. Yolun başı. Tarlanın başı. – [Cahangir:] ..Gedib suyun başını pambığa sarı çevirsinlər. Ə.Haqverdiyev. Birdən tingə başından qəfildən bir dəstə qız onun qarşısına çıxdı. Ə.Məmmədxanlı. // Müəyyən bir müddətin, hərəkət və ya hadisənin başlanğıcı, əvvəli, ibtidası. İlin başı. Ayın başı. Gələn ayın başında burada olaram. – [Hacı Kərim:] Gərəkdir ki, gələn həftənin başında pullar hazır ola, yola düşək. M.F.Axundzadə. Yaz başı dolu yağardı. Mir Cəlal.\n7. Uzunluğu olan bir şeyin son nöqtəsi, ucu, qurtaracağı, kənarı, son hissəsi. Xalçanın başı. Şalbanın başı çürümüşdür. Ağacın o biri başından tut. – Məhsəti xanımı istiqbal edən dəstələrin bir başı İsfahan kəndində, o biri başı isə .. Xanəgah kəndində dayanmışdı. M.S.Ordubadi.\n8. Bir şeyin ön tərəfi, qabaq tərəfi, qarşıda olan kənarı, yaxud əsas hissəsi. Gəminin başı. Taxtanın başı hansıdır?\n9. Yuxarı tərəf, hörmətli yer. Məclisin başı. • Başa keçirmək – məclisin yuxarısına keçirmək, birinci yerə keçirmək, ən hörmətli yerdə, başda oturtmaq, hörmətini qaldırmaq. Başa keçmək – məclisin yuxarısına keçmək, ən hörmətli yeri tutmaq, başda oturmaq. Aşağı baş – məclisin ikinci dərəcəli yeri,, tərəfi. Yuxarı baş – məclisin ən hörmətli yeri, tərəfi. Vaqiflə Mirzə Əliməmməd xalqa təzim edə-edə yuxarı başa keçib, göstərilən yerdə əyləşdilər. Çəmənzəminli. Bütün ailə onun [Nazilə xanımın] ayağına qalxdı, yu-xarı başa keçirdilər. Mir Cəlal.\n10. Heyvanları saymaq üçün hesab vahidi. Beş baş inək. On baş qoyun. Kolxozun yüz baş qaramalı var. – Əgər qatıra minə bilsəydi, düzü, anamın qəbri haqqı, ona [Bəxtiyə] dörd baş düyə verəcəkdim. S.Rəhimov.\n11. Ailə üzvü, nəfər, adam mənasında. Beş baş ailəm var. – [Qulam dayı:] Özümdən başqa altı başdır. M.Hüseyn. [Rəis:] Üç baş olana iki otaq! Beş başdan yuxarı üç otaq. Mir Cəlal.\n12. sif. Vəzifəcə böyük olan; başçı, rəhbər, birinci, böyük. Baş mühəndis. Baş mühasib. Baş katib. Baş dirijor. – Baş həkim xəstənin bu sözlərindən daha da həyəcanlandı. M.S.Ordubadi. Muradxan fermanın baş çobanı idi. İ.Əfəndiyev. • Baş olmaq – bir işdə birinci olmaq, başçı olmaq. Başda olmaq – 1) bax baş olmaq; 2) məc. əsas yeri tutmaq, birinci olmaq. Orucluq ayının özünə məxsus süfrəsi vardı. Firni, tərək, bal halvası .. və sairə. Bozbaşla plov da başda olardı. H.Sarabski.\n13. sif. Başqalarına nisbətən daha mühüm, ən əsas, ən böyük, başlıca. Şəhərin baş küçələri. Ölkənin baş şəhəri. Baş məsələ. İdarələr şəhərin baş binalarında yerləşmişdir. – Nümayişçilər şəhərin baş küçəsinə doğru ağır-ağır irəliləyirdi. A.Şaiq. // Ali, ən yüksək. Baş idarələr. Baş məclis. Baş Mətbuat Müdirliyi. Baş komandanlıq. – Əsgərin qəlbindən qopdu bu cavab; Dedi: “Kremldir bizim baş ştab”. S.Rüstəm.\n14. sif. dan. Əla, ən yüksək, ən yaxşı, ən seçmə. Baş mal. – Nənəqız oxumamış olsa da, bilirdi ki, təhsil işində beş ən baş qiymətdir. S.Rəhimov.\n15. Sözün əvvəlinə rəqəm gətirməklə işlənir – dəfə, kərə mənasında. [Öküzlər] bir baş da gedib qayıtdılar. S.Rəhimov. [Mirzə Hüseyn] çox əsəbi idi, otağı bir-iki baş dolanıb, sonra Əsgərə lap yaxın oturdu. S.Rəhman. // İki nöqtə arasında məsafə, yol. Hər iki başı piyada getdik. Biletin bir başı neçəyədir?\n16. dan. Əsas, kök, səbəb, səbəbkar. Bütün işlərin başı odur. – Əgərçi qaşlarındır fitnə başı: Hərami gözlərin əyyarə bənzər. Nəsimi. Arvadın işini Allah da bilməz. Genə işlərin başı sənsən. N.Vəzirov.\n17. köhn. Keçmişdə kəndlərdə işlənən şərti su ölçüsü vahidi. [Tubu:] ..Getdin ağadan üç günlüyə yarım baş su istədin, onu sənə pulsuz vermədi? Ə.Haqverdiyev. ‣ Baş açıb ağlamaq köhn. – qarğış etmək, nifrin etmək. Baş açmaq – 1) başa düşmək, anlamaq, düşünmək. Vallah, mən sənin sözlərindən baş açmıram. C.Məmmədquluzadə. Biz də .. bisavad adamıq, kitabdan nə baş açacaq idik. Ə.Haqverdiyev. ..Vəli yeni hadisələrdən baş açmırdı. Mir Cəlal; 2) sünbül açmaq, sünbüllənmək. Taxıllar baş açdı; 3) oxşamaq, ölü üstündə ağlamaq. Baş açmamaq – başa düşməmək, anlamamaq, qana bilməmək. Vallah, xeyir ola, baş açmıram, toydur, ehsandır, nədir? S.Rəhimov. Naçalnik bu işdən bir o qədər baş açmadı. M.Hüseyn. Baş ağartmaq məc. – bir işdə çox çalışıb təcrübə qazanmaq. Mən bu işdə baş ağartmışam. Baş ağrıtmaq – zəhmət vermək, əziyyət vermək, incitmək, vaxtını almaq, mane olmaq. [Cahan:] Boş yerə başını ağrıdıb, mənim də vaxtımı əlimdən alma!.. Ə.Haqverdiyev. Baş alıb getmək (qaçmaq) – bax baş almaq 2-ci mənada. Gecə-gündüz gözüm, könlüm; Qan-yaş tökər yar əlindən; Baş alıb gedim nə yana; Bu iki xunxar əlindən. Q.Zakir. Baş alıb gəlmək – axışıb gəlmək. Qoyunquzunun mələşməsi, atların kişnəməsi, uşaqların ağlaşması bir-birinə qarışmışdı. El baş alıb gəlirdi. Çəmənzəminli. Baş almaq – 1) uzun-uzadı danışmaq, uzunçuluq eləmək; 2) qarşısına gələn istiqamətə doğru getmək, baş götürüb getmək, qaçmaq. Ağa evdən baş alıb, dincəlmək üçün şəhərə yola düşdü. S.Rəhimov. Baş aparmaq – 1) üz tutmaq, yönəlmək, getmək, əl atmaq, məşğul olmaq. Baş aparıb hər biri bir sənətə! M.Ə.Sabir. O öz dəstəsi ilə bacardığı hər bir işə baş aparmaq imkanı verirdi. Ə.Əbülhəsən; 2) zəhlə tökmək, lovğalovğa danışmaq, artıq-əskik danışmaq, danışığını bilməmək. Az danış, başımı aparma, kişi, sən sərsərisən. M.P.Vaqif. Baş aparma, Fərhad, adam kimi danış. N.Vəzirov. [Mehtər] xülasə çox baş apardı. Ə.Haqverdiyev; 3) qaçmaq, tabe olmamaq, baş götürüb qaçmaq. Bu atın bir eybi var ki, baş aparıb gedir. – Baş aparan “atları” səyirdərək dördnala; Qaçışır, gülüşürlər hey şeypur çala-çala. Ə.Cəmil; 4) dəng etmək, beyninə təsir etmək, üzmək. Zurnanın səsi başımızı apardı. Baş atmaq – 1) sözünün dal-qabağını gözləməmək, yekə danışmaq, həddini keçmək; 2) nişanəni vurmamaq, onu yuxarısından vurmaq, düz vurmamaq (hədəfi). Tüfəng baş atır. Baş bağlamaq – 1) dən əmələ gəlmək (bitkilərdə). Günəbaxan hələ baş bağlamamışdır; 2) məc. bağlanmaq, məhəbbət yetirmək, uymaq. Oğlan qıza baş bağladı. Baş çapmaq – bax baş vurmaq 8-ci mənada. Baş çəkmək – hal soruşmaq, birinin halını bilmək üçün onun yanına getmək; dəymək, yoxlamaq, yoluxmaq. Xəstəyə baş çəkmək. – Bir baş çəkin dərdməndin halinə; Ərzə yazsın, qələm alsın əlinə. M.V.Vidadi. Rəsul durub ayağa əl-üzünü yuyub dedi: gedim bir qonaqlara baş çəkim. “Aşıq Qərib”. [Xan:] Ələkbərə yazmışam ki, arabanı sazlasın; hazır olan kimi .. kəndə baş çəkəcəyəm. C.Məmmədquluzadə. Baş çıxarmaq – 1) anlamaq, başa düşmək, qanmaq. Mən sənin işindən heç baş çıxara bilmirəm. – [Məhərrəm:] Məgər sənin işindən mən baş çıxardıram? N.Vəzirov; 2) bax baş açmaq 2-ci mənada. Baş çıxarmış şükufələr seyr edər; Yaşılına, o alına, sevdiyim. M.V.Vidadi. Baş dolandırmaq – 1) birtəhər keçinmək, yaşamaq, güzəran etmək; 2) ciddi bir iş ilə məşğul olmayaraq, vaxtını boş keçirmək, orada-burada yubanmaq. Gəl işini gör, baş dolandırma. Baş eləmək – yetişmək, ağarışmaq, irinləmək (çiban, yara haqqında). Baş endirmək – təzim etmək, baş əyib salam vermək. Xanı görcək yazıq baş endirdi; Gör onu xan nə gunə dindirdi. S.Ə.Şirvani. Tülkü görcək yavaş-yavaş gəldi; Endirib baş ədəblə çömbəldi. M.Ə.Sabir. Xidmətçi daxil olub baş endirdi. M.S.Ordubadi. Baş əymək – 1) ehtiram etmək, təzim etmək, salam vermək. [Şahmar bəy:] Səfdərqulu, atan otağa daxil olanda, ya ki küçədə rast gələndə lazım bilirsən ayağa durub baş əymək, yoxsa lazım bilmirsən? N.Vəzirov. ..Oturanlar hamısı baş əyib, dilucu salam verdilər. Mir Cəlal; 2) tabe olmaq, itaət etmək, alçalmaq. Arvadının mərdliyini görən kişi ömründə düşmənə baş əyməz. M.Hüseyn. Baş gəzdirmək – bax baş dolandırmaq. Baş girləmək – bax baş dolandırmaq. Baş göstərmək – zahir olmaq, meydana çıxmaq, görünmək. Baş götürüb qaçmaq (getmək) – bax baş alıb getmək. [Salman bəy:] Bu ev cin, şeytan ocağıdı(r), baş götürüb gedənin canı qurtarı(r). N.Vəzirov. [Şair] baş götürüb getdiyi uzaqlardan geri qayıtdı. Ə.Məmmədxanlı. Baş işlətmək – fikirləşmək. Baş kəsmək məc. – çox baha satmaq, insafsızlıq eləmək. Baş qaçırmaq – boyun qaçırmaq, boynuna götürməmək, yaxa qurtarmaq, bəhanə gətirmək. Vədəsindən baş qaçırmaq. İşdən baş qaçırmaq. – [Namaz:] Xeyr, qoy görüm, Vəli, ayıb deyil baş qaçırırsan? M.F.Axundzadə. Baş qaldırmaq – 1) üsyan etmək, qiyam etmək; qalxışmaq, hərəkətə gəlmək, dirçəlmək. [İngiltərə və çar hökuməti] hər nə cür olur olsun, İranda baş qaldıran inqilab hərəkatını boğmalı idilər. M.S.Ordubadi; // üzə durmaq, itaətsizlik göstərmək, tabe olmamaq; 2) bitmək, cücərmək, başları görünmək. Buludlar parçalanır, torpaq buğlanır, otlar baş qaldırır, quşlar civildəşməyə başlayırdı. M.İbrahimov; 3) oyanmaq, özünü hiss etdirmək. Ürəyində anlaşılmaz bir əndişə baş qaldırdı. M.İbrahimov. Baş qarışdırmaq – bax başını qarışdırmaq. Baş qarışmaq – iş çox olmaq, vaxt olmamaq. Burada yenə Mişa qayğıkeşlik göstərdi: – Çıxart çörək yeyək! – dedi,– sonra baş qarışar. Ə.Əbülhəsən. Baş qatmaq bax baş qoşmaq 2-ci mənada. Baş qaşımağa vaxtı olmamaq – işi həddindən artıq olmaq, qətiyyən boş vaxtı olmamaq. İşim çoxdur, baş qaşımağa vaxtım yoxdur. Baş qırxmaq (məc.) – fırıldaq işlətmək, aldatmaq, tovlayıb almaq. Dağılıb çöllərə açdı hərə bir növ kələk; Qırxdı xalqın başını hər biri misli-dəllək. S.Ə.Şirvani. Baş qoşmaq – 1) fikir vermək, əhəmiyyət vermək, maraqlanmaq. [Səlim] bir daha qocaya baş qoşmayıb, oxuduğu romanı vərəqlədi.. M.Hüseyn. A kişi, .. buna baş qoşma, ağzına ağız verib özündən çıxarma. S.Rəhimov; 2) məşğul olmaq, bir işə girişmək, özünü soxmaq, müdaxilə etmək, qarışmaq. Katib tənglənib çıxardı, baş qoşmazdı. Mir Cəlal; 3) sataşmaq, öcəşmək. Uşaqlar, qoy getsin, baş qoşmayın. Ona baş qoşma, görürsən ki, anlamır. Baş qoymaq – canını fəda etmək, canından keçmək. Vətən yolunda baş qoymaq. Baş məqalə – qəzetdə, jurnalda ən birinci yerdə çap olunan əsas redaksiya məqaləsi. Arsen qəzetin baş məqaləsində kəndə dair nə yazsaydı, Məşədibəylə bir yerdə müzakirə edərdi. M.Hüseyn. Baş salamatlığı – 1) bax başsağlığı; 2) dinclik, rahatlıq, salamatlıq, xətərsizlik. Baş sındırmaq – çətin bir məsələnin üzərində çox düşünmək, çox fikirləşib həll etməyə çalışmaq. Professor Belokurov beş ildir bunun üstündə baş sındırır, heç bir yana çıxa bilmir. C.Cabbarlı. Hər daşın oxunması üzərində baş sındırmalara nə ehtiyac vardı? Mir Cəlal. Baş soxmaq – girmək, soxulmaq. Baş tapmaq – anlamaq, qanmaq, başa düşmək, dərk etmək. Onun işindən baş tapmaq olmur. – [Süsən:] Hə, bağışlayınız, baş tapmadım. M.S.Ordubadi. Mirzə Kamal bəy başını qaşıyıb: – Mən baş tapmadım! – dedi. S.Rəhimov. Baş təpmək – bax baş soxmaq. [Əhməd:] Bir xaraba qalmayıb ki, mən ora baş təpməyəm. N.Vəzirov. Bir az fikirləşdim; gözlərimi dörd tərəfə gəzdirdim: dərədə yatmışdım, bircə lağımdan başqa baş təpəcək yer yox idi. Çəmənzəminli. Baş tutmaq – 1) əmələ gəlmək, hasil olmaq, nəticə vermək. [Ağa Mərdan:] Əgər bu iş mən deyən kimi baş tutsa, Təbrizdə mənim şöhrətim ərşi-fələkə çıxacaq! M.F.Axundzadə. Ancaq üç nəfər adam gəlmişdi. İclas baş tutmadı. Mir Cəlal. [Xəlil:] [Şahmar], görünür sövdən baş tutmayıb. Çox pərtsən, aşna. M.Hüseyn; 2) dən bağlamaq. Bu taxıl hələ baş tutmayıbdır; 3) taxılı xəlbirləyib zibilini təmizləmək. Taxılı baş tutub, anbara yığdılar; 4) bir şeyin oğurluq olduğunu meydana çıxarmaq, oğurluq malı tutmaq. Baş tutmamaq – əmələ gəlməmək, hasil olmamaq, müvəffəqiyyətsizliyə uğramaq, nəticə verməmək. Kələyin baş tutmamasından şad və xürrəm halda Mahmud bayıra çıxıb arvadının, çarşabı qoltuğuna vurub, yeznəsi ilə getməsini müşahidə edir. B.Talıblı. Baş üstə! – hazıram, yaxşı, razıyam mənasında işlənən ifadə. [Əhməd:] Baş üstə, Cahangir bəy, al bu pulları hər nədir.. N.Vəzirov. Dedim: – Baş üstə. Və həkim soruşsa ki, niyə mənim davamı içmədin, mən ona nə cavab verim? C.Məmmədquluzadə. [Tələbə:] Baş üstə, müəllim, sabah birgünlük xatiratımı yazıb gətirəcəyəm. Qantəmir. Baş vermək – 1) əmələ gəlmək, meydana gəlmək, vaqe olmaq, sadir olmaq, ortaya çıxmaq, olmaq. Hadisə baş verdi. – Baş verir səndən öylə bir hərəkət; Ki, bütün xalq edir həmən nifrət. H.Cavid. [Ağa Həsən:] Xanım, niyə məni bəndəliyə qəbul etmirsən, məndən nə xata baş veribdir? M.F.Axundzadə. [Konsul:] Son günlər bu cürə hadisələr çox tez-tez baş verir. M.S.Ordubadi; 2) başlamaq. Bulud zahir olunca, yağış baş verdi. Birdən külək baş verdi; 3) cücərmək, bitmək, başı görünmək. Əcəl macal verə, gün gəlib ötə; Baş verib bənövşə, yasəmən bitə. Aşıq İsmayıl. Lalələr kim baş verib xaki-məzarımdan çıxar; Firqətindən çəkdi kim, sinəmdə həsrət dağıdır. S.Ə.Şirvani. Baş vurmaq – 1) güllə atdıqda hədəfdən yuxarıya vurmaq. Tüfəng baş vurur; 2) mübaliğə etmək, yekəyekə danışmaq, lovğalanmaq; 3) bax baş çəkmək. [Pası] Cəbini yəhərli atının qucağına alaraq, kənddə evlərinə baş vurmağa gəlmişdi. S.Rəhimov. Nuruoğlu səhər tezdən işə gedərkən dəftərxanaya baş vurub, hesabdarı yanına çağırtdırdı. M.Hüseyn; 4) suya batıb çıxmaq, dalmaq. Üzgüçü baş vurub, sudan üzüyü çıxartdı. – Şöhrətimiz bu ellərə yayılsın; Ey baş vurub göldə çimən durnalar. S.Rüstəm. Gen qoynunda Xəzərin; Sulara baş vuraraq; Qayalar üzərində qağayılar uçur, bax!.. Ə.Cəmil; 5) yırğalanmaq (gəmi haqqında); 6) həmlə etmək, hücum etmək. Qəhrəman baş vurdu bir də; Üç düşmən tankını .. sovurdu göyə. R.Rza; 7) baş endirmək, təzim etmək. Molla Həmid baş vurub, çadırdan çıxır. M.F.Axundzadə. [Hacı Fərəc:] İndiyə kimi mənə məhəl qoymayan adamlar, məni görəndə ikiqat olub baş vuracaqlar. N.Vəzirov; 8) din. keçmişdə: Məhərrəm ayında aşura günü qatı mövhumatçıların baş çapmaq, baş yarmaq ayini. Baş yarmaq – 1) bax baş vurmaq 8-ci mənada; 2) zərər vermək, ziyan vermək. Artıq tamah baş yarar. (Ata. sözü). [Namaz:] Artıq tikə məgər baş yarar? M.F.Axundzadə. Baş yoldaşı – arvad, ər, həyat yoldaşı. Baş yoldaşı gör nədir ha! – deyə, bir qadın əsnə(di).. S.Rəhimov. Baş yormaq məc. – çox düşünmək, çox fikirləşmək. Bunun üçün baş yormağa dəyməz. Baş(dan) beyindən olmaq – dəng olmaq, çox eşitməkdən, səs-küydən qulaqları batmaq. Başa aparmaq – 1) bax. baş dolandırmaq 1-ci mənada. Həmişə nalə və əfğan ilə ruzgarlarını başa apararlar və bir kəs onların dadına yetişmir.. M.F.Axundzadə; 2) sürmək, keçirmək. Bir kənar guşəyə çəkilib, istirahət ilə ömür başa aparır. Ə.Haqverdiyev. Başa batmaq – ağıl kəsmək, inanıla bilmək, həqiqətə yaxın olmaq. Başa bəla gətirmək (açmaq, olmaq) – bədbəxtliyə, əziyyətə, narahatlığa, qayğıya səbəb olmaq; əngəl olmaq. Bu dünyada üç şey başa bəladı; Yaman övlad, yaman arvad, yaman at. Aşıq Ələsgər. [Yusif:] Mən bilirdim ki, ucuqdan çıxmış qız axırda bizim başımıza bəla gətirəcəkdir. S.S.Axundov. [Kazım:] Axund, bilirsən ki, dilə düşməkdən qorxuram. Bu zamanda dilə düşmək başa bəla açar. Çəmənzəminli. Başa bəla olmaq – zərərli, əziyyətli, dözülməz, yaxud arzuedilməz adam, şey haqqında. Başa çatdırmaq – axıra çatdırmaq, qurtarmaq, tamamlamaq. Başa çatmaq – axıra yetmək, nəhayətə varmaq, tamamlanmaq. Mühəndis Haqverdizadənin bütün hazırlıq işləri başa çatmışdı. S.Rəhimov; // həyata keçmək. Neftçilər çalışırlar; dörd ildə başa çatsın; Böyük beşillik plan. M.Seyidzadə. Başa çıxarmaq məc. – həddindən artıq üz verib, ərköyün böyüdüb qudurtmaq, ayaqlandırmaq. Sən bu uşağı lap başımıza çıxartdın. Başa çıxmaq – 1) ərköyünlükdən qudurmaq, həddini aşmaq, böyük-kiçik bilməmək, ayaqlanmaq. Sənə dinmədikcə lap başa çıxırsan; 2) işi axıra qədər görmək, tamamlamaq, qurtarmaq. Əlimdəki işi başa çıxdım. Kitabı oxuyub başa çıxdım; 3) birincilik qazanmaq, üstün gəlmək, qalib gəlmək. Ötüşdə başa çıxmayanın başı torpağa düşər. S.Rəhimov. Başa düşmək – anlamaq, düşünmək, qanmaq. Gərək əhli-Təbriz kimi sahibi-mərifət .. olmaq ki, bu mətalibi başa düşmək. M.F.Axundzadə. [Səfdərqulu:] Vallah, başa düşə bilmirəm, məndən nə istəyirsiniz? N.Vəzirov. Kərbəlayı Mirzəlinin sözünü əvvəl dəfə biz heç başa düşmədik. C.Məmmədquluzadə. Başa əngəl olmaq – bax. başa bəla olmaq. Başa gəlmək – 1) yetmək, tamam olmaq, əmələ gəlmək, hasil olmaq. Nahar hələ başa gəlmədi? – Köçaxır kəndi kövşənində Kür qırağına çəkilən bənd tikilib başa gəldi. Mir Cəlal; // həyata keçmək. Başa gəlir elədiyin niyyətlər; Gər sidq ilə doğru qeyrət eylərsən. M.V.Vidadi; 2) bax başına gəlmək. Başa gətirmək – qayırmaq, düzəltmək, hazırlamaq. [Usta Ağabalanın] neçə həftəyə başa gətirdiyi başmaqlar məsciddə əl-ələ gəzirdi. Çəmənzəminli. Başa qaxmaq – etdiyi yaxşılığı xatırladaraq, üzünə deyərək utandırmaq, üzünə vurmaq, başa çaxmaq, minnət qoymaq. Maro dodağını çeynəyə-çeynəyə: – Yastı-yastı danışıb, az başıma qax də! – dedi. S.Rəhimov. Başa mindirmək – bax başa çıxarmaq. Başa salmaq – anlatmaq, qandırmaq, izah etmək. Bəzi kəndlərdə kimin ləhinə, kimin əleyhinə, nəyə qarşı əl qaldırmağı başa salmaq özü böyük hünər idi. Mir Cəlal. Başa vermək – 1) axıra yetirmək, sona çatdırmaq; 2) yola aparmaq, yola vermək, rəftar etmək. Başa vurmaq – 1) axıra çatdırmaq, bitirmək, tamamlamaq, tamama yetirmək. Zeynal etiraz edib: – Oyunu başa vurmalısan! – deyə onu yerində oturtdu. A.Şaiq. Vurdu başa öz ömrünü min qəmdə Nizami; “Şerim qalacaq, söylədi, ölsəm də!” Nizami. S.Rüstəm; 2) axıra kimi gəzmək, bir yeri diqqətlə axtarıb araşdırmaq. [Qədim dayı] bazarı başa vurub, bir neçə fətir çörək aldı və qoltuğuna vurub, yolun ağzına düşdü. S.Rəhimov; 3) bax başa qaxmaq. Başa yetişmək (yetmək) – bax başa çatmaq. Yetişdi başa ömrüm, olmadı məqsudi-dil hasil. Q.Zakir. Başda dolandırmaq (gəzdirmək) – aldatmaq, yalan vədlərlə aldatmaq. [Birisi:] Ay muzdur, sən sənin Allahın, de görüm, bizi niyə başda gəzdirirsən? Ə.Əbülhəsən. Başdan aşmaq (daşmaq) – bol olmaq, həddindən artıq çox olmaq. Mağazalarda mal başdan aşır. Heç vaxtım yoxdur, iş başımda aşmışdır. Başdan atmaq – rədd etmək, qəbul etməmək, boyun qaçırmaq. Başdan çıxarmaq – aldatmaq, azdırmaq, tovlamaq, pis yola sövq etmək. Hansı müflislər sizi başdan çıxardıblar? C.Məmmədquluzadə. Başdan çıxmaq – çaşmaq, səhv etmək, aldanmaq, yanılmaq. Mən başdan çıxdım, nahaq yerə onun sözlərinə qulaq asdım! Başı ayazımaq – bax başı ayılmaq 1-ci mənada. [Vaqif:] Xülasə gecəgündüz bu xanların bir-biri ilə höcəşməsindən heç başımız ayazımır. Çəmənzəminli. Başdan eləmək (etmək) – rədd etmək, başdan ötürmək, özündən uzaqlaşdırmaq, canını qurtarmaq. Xanpəri qardaşı oğlunun suallarına ağızucu cavab verib, onu başdan etməyə çalışdı. Ə.Vəliyev. Fərzəlini başdan etmək üçün Kərbəlayı Hətəm xanla Hacı Səfiqulu kimi mötəbər adamların şahidliyini düzəltmək pis olmazdı. S.Rəhimov. Başdan getmək – aldanmaq, yanılmaq, səhv etmək. Başdan keçmək – candan keçmək, özünü fəda etmək. Başdan keçibən eşqdə cövlan gərək olsun; Meydani-məhəbbətdi bu, ey dil, ciyər istər. S.Ə.Şirvani. Başdan olmaq (mənfi mənada) – 1) tamam olmaq, qurtarmaq, bitmək; 2) rədd olmaq, əl götürmək, çıxıb getmək; 3) səs-küydən dəng olmaq, təngə gəlmək, darıxmaq. Bu hay-küy nədir, lap başdan olduq. Başdan rədd eləmək – bax başdan eləmək (etmək). [Səfər bəy:] Mirzə Turab, axund Molla Abuş buraya gəlir.. Ancaq sən Allah, tez başdan rədd elə getsin ki, nəşəmiz dağılmasın. B.Talıblı. Başdan sovurmaq – diqqətsizlik etmək, tələsmək, bir işi keyfiyyətsiz, tələsik görmək, başdansovma etmək. Baş-göz eləmək – evləndirmək. [Dursun:] Axı bizim əhdimiz vardı, biz sizi baş-göz eləmək istəyirdik. Ə.Əbülhəsən. Başı (bədəninə, çiyninə) ağırlıq etmək – hədə mənasında işlənən ifadədir. Başı açıq qalmaq məc. – himayəsiz, yiyəsiz, kimsəsiz qalmaq. Başı açılmaq – 1) bax başı ayılmaq 1-ci mənada. İşdən heç başım açılmır; 2) külli miqdarda axın ilə gəlməyə başlamaq. Sürünün başı açıldı. – Bir neçə dəqiqədən sonra dəstənin başı açıldı. M.S.Ordubadi; 3) başlanmaq. [Əbdürrəhman bəy:] Mətləbin başı açıldı, amma çox zülmnən. N.Vəzirov. Başı aşağı etmək – xəcalətli etmək, xəcalət çəkməsinə, utanmasına səbəb olmaq. Yalnız teatr sevgisi onları dost-düşmən yanında xar eyləyir, ataana yanında başı aşağı edirdi. S.Rəhman. Başı aşağı olmaq – xəcalətli olmaq, etdiyi bir iş üçün xəcalət çəkmək, utanmaq. [Pirverdi bəy:] Sizə məlumdur ki, mən on yeddi ildi ki, ixlas ilə qulluq eləyirəm. Və bir dəfə olmayıb ki, mən dövlət yanında başı aşağı olum. C.Məmmədquluzadə. Başı ayılmaq – 1) işdən asudə olmaq, rahat olmaq, xilas olmaq. İşdən heç başı ayılmayır. – [Püstə dedi:] Qoy qonşumuz(un) yasından başım ayılsın, mən bir qazan qaynadaram ki.. H.Sarabski; 2) sərxoşluğu keçmək, ayılmaq. Başı aynımaq – bax başı ayılmaq 1-ci mənada. Qoy bir başım aynısın. Başı bağlanmaq – satılması, işlənməsi, istifadə edilməsi məhkəmə və s. tərəfindən qadağan olunmaq. Başı batsın, başın batsın – qarğış. Sənin başın batsın! Kaş sən heç gəlib bunu görməyəydin, – deyə Mahmud əmi Əsədin üstə çığırıb və özü də qaçanlara qoşulub, kəndə sarı yönəldi. B.Talıblı. Başı bənd olmaq – 1) evlənmək, evli olmaq, ailə sahibi olmaq; 2) bax başı qarışmaq. Başı böyümək – bax başı şişmək. Qəm tünlük, mən yalqız, yüz yana çəkər; Zakirəm, böyüyüb başım, ağlaram. Q.Zakir. Başı çıxmaq – tanış olmaq, aşna olmaq, bələd olmaq, bilmək, başa düşmək, anlamaq. İnsan gərək qorxaq olmasın, insanda gərək cürət ola, belə-belə işlərdən başı çıxa. B.Talıblı. Başı çıxmamaq – bələd olmamaq, tanış olmamaq, bilməmək, başa düşməmək, bacarmamaq. Tükəzban xalanın siyasətdən çox da başı çıxmazdı. B.Talıblı. [Mədəd:] Haqq-hesabdan nə sənin başın çıxır, nə də mənim. İ.Əfəndiyev. Başı daşa dəymək – fəlakətə, uğursuzluğa rast gəlib peşman olmaq, acı təcrübə görmək. Başı daşa dəyməyincə, ağlı başına gəlməz. (Ata. sözü). Başı ətlənmək – varlanmaq, pullanmaq. Başı gərm olmaq – başı qızışmaq. Nə deyim, ay qardaş, başı gərm olsa, getdi gecə yarısına. Mir Cəlal. Başı gicişmək məc. – heç bir səbəb olmadan özü üçün xətərli iş tutmaq, əcəli çatmaq. Başı xarab olmaq – sarsaqlamaq, gicləşmək, xərifləmək, başına hava gəlmək, ağlını azdırmaq. [Mirzə Cavad:] Bala, sənin başın xarab olubdur. Ə.Haqverdiyev. Başı xoş olmaq – halı, əhvalı yaxşı olmaq. Başı ilə cavab vermək – bütün məsuliyyəti boynuna götürmək, zamin olmaq. Başı qarışmaq – bir şeylə məşğul olmaq. Bu gün mənim başım qarışıqdır. – Hacı Nəsirin başı yas yerinə gələn adamlara qarışdığından, oğlundan xəbərsiz idi. S.S.Axundov. Kişinin .. başı qarışar, uşaq isə onu gözləyər, mollaxanasının vaxtı keçərdi. H.Sarabski. Başı qızışmaq – 1) çox məşğul olmaq, bir işlə ciddi məşğul olmaq, hər şeyi unutmaq. Səhərdən axşama kimi işlə başı qızışmış, yemək belə yadına düşmür; 2) hirslənmək, əsəbiləşmək, özündən çıxmaq. Elə başı qızışmışdı ki, heç kəsi tanımırdı. Başı şişmək – işin çoxluğundan, dərddən, yaxud başqa bir səbəbdən nə edəcəyini bilməmək, başını itirmək. ..İndi yay fəslidir, indi belə-belə məqalələrin vaxtı deyil; istidən adamın başı şişir. C.Məmmədquluzadə. Başı ucalmaq, başı uca olmaq – yüksəlmək, böyümək, artmaq, hörmət, nüfuz qazanmaq (yaxşı bir iş görmək nəticəsində). Qəhrəman istəyirdi ki, .. Möhsün bəyin üzü ağ, alnı açıq, başı uca olsun. S.Rəhimov. Başı üstündə durmamaq – bərk kefli adam haqqında. Başı üstünü kəsmək – 1) yanından ayrılmamaq, yanını kəsdirib durmaq, qulluq etmək. Bütün günü həkim xəstənin başı üstünü kəsmişdi; 2) məc. qısnamaq, tələsdirmək, sıxışdırmaq. Başı yastığa enmək – naxoşlamaq, xəstələnmək. Başıma (başına) dəysin – çox pis, keyfiyyətsiz, dəyərsiz iş haqqında. Dedi ki, belə iş mənim başıma dəysin. “Kirpi” Başına yeritmək – bax beyninə yeritmək (salmaq) (“beyin”də). Başın(ız) sağ olsun! – təziyə və təsəlli ifadəsidir. Ana, başın sağ olsun, oğlun mənimlə gəlirdi, yolda onu həramilər soyub öldürdülər. “Aşıq Qərib”. Qorxuram tən edib deyələr sənə; Zakirin ölübdür, başın sağ olsun! Q.Zakir. Başın(ız) üçün! – and yerində işlənir. Başın(ız)a dolanım (dönüm, dönərəm) – 1) yalvarış, nəvazişlə xahiş bildirən ifadə. Dolanım başına, ey sərvqamət; Qonaq kafir olsa, lazımdır hörmət. Q.Zakir. A başına dönüm, sən mənim gözümə bir ağıllı adam gəlirsən. Ə.Haqverdiyev. Nina bacı, mən ölüm mənə bənd olma, belə başına dönərəm. M.S.Ordubadi. [Cavad:] Ay Mirzə! Başına dolanım, atadan, babadanqalma bir parça yerim vardı. ..İndi Səfər ağa gəlib yerimi tutub. B.Talıblı. Başına ağıl qoymaq – yaxşı məsləhət vermək, pis əməldən daşındırmaq. Başına almaq, aləmi başına almaq – bax başına götürmək. Bəs necə oldu ki, Cənnət xanım evdə ola-ola Verdiyevin küykələyi aləmi başına alır? Mir Cəlal. Başına and olsun! – bax başın(ız) üçün. Başına at təpmək – dəli olmaq, sarsaqlamaq, axmaqlamaq, axmaq danışmaq (ya iş görmək). Başına buraxmaq – başlı-başına buraxmaq, öz ixtiyarına qoymaq, sərbəst buraxmaq, baxmamaq, nəzarətsiz qoymaq, daha maraqlanmamaq. Başına cəm etmək – bax başına toplamaq. Qışın uzun gecələrində nənəm kürsüyə od töküb qızdırandan sonra, bizi başına cəm edib, qaravəlli və nağıl danışıb, hərdən bir mənim tərcümeyi-halımdan söhbət elərdi. H.Sarabski. Başına çarə qılmaq (görmək) – tədbir aramaq, çıxış yolu tapmaq. Dəli könül, gör başına bir çarə; Gözü sərxoş, zülfü ilan gəlmişəm. Q.Zakir. Başına çəkmək məc. – hamısını birdən içmək, tamamilə içmək, acgözlüklə içmək. Kişi parçı bir nəfəsə başına çəkdi. İ.Əfəndiyev. Başına daş düşmək – 1) gözü götürməmək, paxıllıq etmək, həsəd aparmaq. [Tükəzban:] Niyə əlinizi qaldırmırsınız? Bir dənə arvad adı gələndə başınıza daş düşür, qoymursuz seçilməyə. B.Talıblı; 2) fəlakətə uğramaq, bədbəxtlik üz vermək. Başına daş salmaq – boş yerə tələf etmək, puç etmək, itirmək, sərf etmək, korlamaq (pulu, malı və s.-ni). Kitabın başına daş saldın. Başına dolanmaq – həddindən artıq əzizləmək, nəvaziş etmək, qayğısını çəkmək. Ata və ana gecə və gündüz Nurəddinin başına dolanırdılar. S.S.Axundov. Başına düşmək – yadına düşmək, ürəyi istəmək, xatiri istəmək. Çoxdandır səni görməmişəm, başıma düşdün, gəldim səninlə bir az dərdləşək. H.Sarabski. Başına gəlmək – birinə hadisə üz vermək, bir hadisəni şəxsən görmək, təcrübə etmək, görüb keçirmək; məruz qalmaq, rast gəlmək. Gülpərinin qorxduğu başına gəldi. Belə ki, ağır yüklü fayton əyri-üyrü və eniş-yoxuş yollara çatdıqda, bir döngədə aşıb, oxu və çarxı sındı. S.S.Axundov. Başına girməmək – başa düşə bilməmək, anlaya bilməmək. Başına götürmək – 1) hər tərəfə dolmaq, yayılmaq. Bankanın ağzı açılanda ətir qoxusu evi başına götürdü. Ə.Haqverdiyev. Ayının bağırtısı meşəni başına götürmüşdü. S.S.Axundov; 2) bərkdən danışaraq başqalarına aman verməmək. Başına hava gəlmək – ağlı başından oynamaq, dəli olmaq. Əmir, Teymur oğlu Miranşahın başına hava gəldiyi üçün ona tapşırılan vilayətləri alıb, oğlu şahzadə Ömərə verdi. A.Bakıxanov. [Cavahir xanım:] Atam bu əhvalatı eşidən kimi başına hava gəlib. N.Vəzirov. Başına iş gəlmək – bəlaya uğramaq, müsibət üz vermək, qəza üz vermək, hadisə üz vermək, çətin və çıxılmaz bir vəziyyətə düşmək. Usta Ağabalanın başının yarısı təraş olmamışdı; birdən Kərbəlayı Qulu geri çəkilib dedi: – Usta, axı başıma bir iş gəlib. Çəmənzəminli. Başına iş gətirmək – əngələ salmaq, pislik eləmək, bəlaya, fəlakətə uğratmaq. [Səkinə xanım:] Gülsəba, heç bilirsən ki, mənim bu bihəya qardaşım arvadı başıma nə iş gətiribdir? M.F.Axundzadə. [Nəcəf bəy:] Süleyman! Axırı bu iş qalmışdı ki, mənim başıma gətirdin. Ə.Haqverdiyev. Başına it oyunu açmaq, başına itin suyunu tökmək – biabır etmək, təhqir edəcək dərəcədə danlamaq. Qumru .. söz verdi ki, gedib evində muzdurun başına itin suyunu töksün. Ə.Əbülhəsən. Başına kələk açmaq – ağır bir vəziyyətə salmaq. Başına kül (olsun)! – qarğış ifadəsidir. Başına qalmaq – 1) həddindən artıq olmaq, bol olmaq, satılmamaq, müştərisi olmamaq. Bazarda üzüm başına qalıbdır. – Yatar mühaciriislam ac, qar üstündə; Qalar pilov başına mətbəxində əyanın. M.Möcüz; 2) sahibsiz qalmaq, baxımsız qalmaq, nəzarətsiz qalmaq. Başına qəza gəlmək – bax başına iş gəlmək. Başına qiyamət qopmaq – müsibət üz vermək. Görməsəm başıma qopar qiyamət; Sərvi-qədin məddi-nəzərdir mənə. Q.Zakir. Başına mindirmək – bax başa çıxarmaq. [Əsgər:] ..Allah mənim atamı öldürsün ki, səni də mənim başıma mindirdi. N.Vəzirov. Başına oyun açmaq – bax başına kələk açmaq. Başına oyun gətirmək – bax başına iş gətirmək. Başına pislik gətirmək – namusuna təcavüz etmək, zorlamaq. Başına tənbəki oyunu açmaq – bax başına oyun açmaq. Başına toplamaq – başına yığmaq. Başına vurmaq məc. – 1) fikirləşmək, düşünmək, götür-qoy eləmək. Hey başıma vururam, ağlım bir şey kəsmir; 2) bax. başa qaxmaq. Başına yığılmaq – bir şeyin və ya bir adamın ətrafına toplaşmaq, yığılmaq. Çağırın Qeys ilə Fərhadı yığılsın başıma. S.Ə.Şirvani. Başına yığmaq – ətrafına toplamaq (yığmaq). Nuşirəvanın oğlu Nuşizad həbsxanadan çıxıb, başına çoxlu adam yığdı. A.Bakıxanov. Başında durmaq – rəhbərlik etmək, başçılıq etmək. Başında gəzdirmək – çox hörmət və təzim etmək. Başında qalmaq – yadında qalmaq, vərdiş eləmək, unutmamaq. Başında qoz sındırmaq – çox incitmək, birinin üzərində hökmranlıq etmək, ağalıq etmək, istədiyini etmək. Gənə onu istəyirsən ki, təzədən boynuyoğunlar gəlib bizim başımızda qoz sındırsınlar? M.Hüseyn. Başından atmaq – bax başdan atmaq. Başından basmaq – inkişaf etməyə, tərəqqi etməyə, irəli getməyə qoymamaq, sıxışdırmaq, əzmək. Başından böyük (yekə) danışmaq – danışığında həddini aşmaq, həddini bilməmək, yaxud öz yaşına, vəziyyətinə, biliyinə və s.-yə uyğun danışmamaq, yekə-yekə danışmaq. Başından çıxarmaq – 1) fikrindən çıxarmaq, yada düşülməmək, yadına salmamaq; 2) “öz” sözü ilə – uydurmaq, icad etmək. Bunu öz başından çıxarmısan, yoxsa bir yerdən eşitmisən? Başından çıxmamaq – daim düşündürmək, daim fikrində olmaq. Başından keçmək – 1) bax başına gəlmək. Başından çox şeylər keçib; 2) bax başını vermək. Başından rədd etmək – bax başdan eləmək (etmək). Bir az danışıqdan sonra atası Tükəzbanı ona [Abdal Əsədə] verib, başından rədd elədi. B.Talıblı. Başından tüstü çıxmaq – son dərəcə hirslənmək, hiddətlənmək. Kiçikxanımı görəndə, Nərimanın vücuduna od düşdü, başından tüstü çıxdı. Mir Cəlal. Başını ağartmaq – bax baş ağartmaq. Başını ağrıtmaq – bax baş ağrıtmaq. Əgər bu [Erkək Tükəzban] şəhərli arvadı olsa idi, mən heç fikir verməzdim və oxucuların başını ağrıtmazdım.. B.Talıblı. Başını aşağı dikmək – 1) başını sallamaq; 2) məc. rüsvay etmək, biabır etmək. Kişilər belə deyirdilər ki, “kim bilir Bakıda bu arvadın başına nə iş gətirəcəklər, əgər bir iş olsa, sahibsiz arvaddır, onsuz da mahal içində bizim başımızı aşağı dikib”... B.Talıblı. Başını bağlamaq – 1) qanun üzrə birinin malını, şeylərini və s.-ni siyahıya alıb, satılmasını, yaxud istifadəsini qadağan etmək; 2) bir şeyi almaq üçün beh vermək, sövdələşib qurtarmaq; 3) məc. evləndirmək. Başını batırmaq – tələf etmək, yox etmək, ortadan qaldırmaq. Məhəllədə hər kəs bir az zirəklik göstərsəydi və ya baş qaldırıb, söz qaytarsa idi, qoçular dərhal onun başını batırardı. H.Sarabski. Başını bənd etmək – 1) bax. başını qarışdırmaq; 2) məc. evləndirmək. Başını bir yerə yığmaq – 1) bir yerə toplamaq, yekunlaşdırmaq, ümumiləşdirmək. ..Bu söhbətlərin başını bir yerə yığıb tərtibə salsan, təxminən belə bir mənzərə əmələ gələr.. R.Rza; 2) evləndirmək. Başını bişirmək – dilə tutub razı etmək, yola gətirmək, aldatmaq, tovlamaq. Başını boşlamaq – öz ixtiyarına buraxmaq, sərbəst buraxmaq, əl çəkmək, bənd olmamaq, mane olmamaq. Başını böyütmək – təngə gətirmək, darıxdırmaq, usandırmaq, sıxıntı vermək, əziyyət vermək. Başını bulamaq – başını tərpətməklə narazı olduğunu, xoşlanmadığını bildirmək. Tərlanın bu cavabından razı qalmayaraq, başını bulayan dostu, onun qolundan tutub, stoluna tərəf çəkdi. M.Hüseyn. Eldar başını bulayaraq, Ayazı hədələdi. Ə.Məmmədxanlı. Başını buraxmaq – yüyənini, cilovunu boşaldaraq yerişini sürətləndirmək (atın). Məmməd bəyin atı cilov gəmirirdi, başını buraxmaq lazım idi. Çəmənzəminli. Mən irəlidən, Həsən arxadan atların başını buraxdıq. S.S.Axundov. Eldar .. atın başını buraxaraq, .. bir dəstə traktoristə yaxınlaşdı. Ə.Məmmədxanlı; 2) bax başına buraxmaq. Başını daşa döyür – yersiz, haqsız, əsassız danışan adam haqqında. Başını daşlamaq – bax başına daş salmaq. Başını dolandırmaq – bax başını qorumaq 2-ci mənada. Başını əkmək – tovlamaq, aldatmaq, tovlayıb uzaqlaşdırmaq. İndi qaldı İmranın bir cür başını əkib, İrana göndərmək. S.S.Axundov. Onun başın elə əkim ki, heç ruhu da inciməsin. Z.Xəlil. Başını girləmək – bax başını qorumaq 2-ci mənada. Qoysana .. daz başımızı girləyib saxlayaq. S.Rəhimov. Başını girləmək – vaxtını boşboş keçirmək. O, iş görən deyil, başını girləyir. Başını itirmək – ağlını itirmək, özünü itirmək, işinin əvvəlini, axırını bilməmək, çaşmaq. [İvan bəy:] Pristavlar başlarını itirmişlər, bundan artıq da nə istəyirsən, canım! N.Vəzirov. Ara qarışdı, eşikağası başını itirdi, artıq o, qonağı ilə maraqlanmırdı. Çəmənzəminli. Başını külləmək – bax başını piyləmək. Başını qarışdırmaq – 1) məşğul etmək, bir işlə vaxtını keçirmək. Uşağın başını qarışdır, bu saat gəlirəm; 2) birisini aldatmaq, fikrini yayındırmaq məqsədi ilə bir işlə məşğul etmək. Başını qarışdırıb tez əkildi. Başını qaşımağa vaxtı olmamaq – işdən göz aça bilməmək, işi son dərəcə çox olmaq. Başını qatmaq – bax başını qarışdırmaq. Bu nümayiş yazılanların başını qatmaq idi. M.S.Ordubadi. Başını qınına çəkmək – gizlənmək, özünü gizlətmək. Salonda oturanlardan bir çoxu tısbağa kimi başını qınına çəkib, qorxu ilə baxırdı. M.S.Ordubadi. Tısbağa başını qınına çəkən kimi, topal qıçını altına çəkib gizlətdi. Mir Cəlal. Başını qorumaq – 1) özünü qorumaq, özünü mühafizə etmək. Xəstəlikdən başını qoru; 2) birtəhər dolanmaq, keçinmək. Başını qoymaq – canını fəda etmək, canından keçmək. Ölənədək dönə bilməz yarından; Meydan günü başın qoyar can ilə. M.V.Vidadi. Sərikuyində qoyub başımı, bir uf demədim. X.Natəvan. Başını qurtarmaq – canını qurtarmaq, xilas olmaq. İki siçan qaçdı qurtardı başın; Seyl kimi cari edib göz yaşın. S.Ə.Şirvani. Başını piyləmək – aldatmaq, tovlamaq. Başını saxlamaq – bax başını qorumaq. O hələ də öz başını saxlaya bilmir. – Qürbət içrə fəhləliklə saxlar idi öz başın; Həm vətəndə dul anasın, yetim bacı, qardaşın. A.Səhhət. Başını sallamaq – xəcalət çəkmək, cavab verə bilməmək, gözlərini yerə dikmək. Başını sığallamaq məc. – asta-asta və sezdirmədən aldatmaq, tovlamaq, yuxulatmaq. Hərif onun başını sığallayıb əlindəkini aldı. Başını silkələmək – bax başını bulamaq. Başını tovlamaq – aldatmaq. Başını vermək – başından, canından keçmək, canını fəda etmək. Başını yarıb ətəyinə qoz tökmək – birinə pislik edib, sonradan cürbəcür üsullarla könlünü almağa çalışmaq. Başını yemək – 1) məhv etmək; müxtəlif yol və vasitələrlə ortadan qalxmasına, yaxud ölümünə səbəb olmaq; 2) bax başını batırmaq. Başını yerə qoymaq – ölmək. [Vaqif:] Sabah Kərim xan başını yerə qoydu, yenə ölkə qarışacaq, hər şəhərdə bir xan baş qaldıracaqdır. Çəmənzəminli. Başını yerə döymək məc. – ibadət etmək, səcdə etmək, namaz qılmaq. Yüz il başın yerə döysə, nə hasil zahidin bihudə ibadətindən. Q.Zakir. Başını yığmaq (saxlamaq) – cilovunu, yüyənini yığaraq, yerişini ağırlaşdırmaq (atın). Üçüncü döngəyə xeyli qalmış Həsən gəlib məni keçdi. Bunu gördükdə mən atın başını yığdım. S.S.Axundov. Başını yırğalamaq – bax başını bulamaq. Başını yola vermək – bax başını qorumaq 2-ci mənada. Bir baş yuxarı – hər hansı bir cəhətdən başqasından üstün. Bir başdan – ucdantutma, bir tərəfdən başlayaraq. Bir başdan bu kitabları qəfəsələrə yığ. Boya-başa yetirmək (çatdırmaq, çıxarmaq) – bax boy. Boyabaşa yetişmək (yetmək, çatmaq, çıxmaq) – bax boy. Bu başdan – əvvəlcədən, qabaqcadan. Mən heyrət içindəyəm, deyim sizə bu başdan. S.Rüstəm. Əvvəl başdan – birinci növbədə, ilk əvvəl, qabaqca, hər şeydən əvvəl. Əvvəl başdan deməliyəm ki... Əzəl başdan – lap əvvəldən, lap başdan, çoxdan, yaranandan. Əzəl başdan Bəsrə, Bağdad eliniz; Bəylər üçün ərməğandır teliniz. M.V.Vidadi. Əzəl başdan düşmənimdir üzü murdar qaranlıq; Hər torpağın öz eşqi var, hər millətin öz adı. S.Vurğun. Nə başını(zı) ağrıdım – xülasə, müxtəsər (ara söz kimi işlənir). Nə başınızı ağrıdım, tələbəmin yazısını düzəltdim, içində bəzi sözləri lap yerli-dibli atdım, gözəl bir “xatirat” çıxdı. Qantəmir. başabaş zərf\n1. Bərabər, qalıqsız, üstəliksiz, düz. Başabaş çıxdı. Başabaş dəyişmək.\n2. Tamamilə, bütünlüklə, tamam. O ağalar haqqını da verməyiblər başabaş. S.Rüstəm. başabatan dan. bax ağlabatan. [Mehman:] Hələ özü elə başabatan bir söz demir. S.Rəhimov. başabəla sif. kin. isteh. Pis, yaramaz, bacarıqsız. Başabəla təsərrüfatçı. Başabəla usta. başağrıdıcı sif. dan. Əziyyət verən, narahatlığa səbəb olan; cəncəl. başağrısı is. Əziyyət, narahatlıq. Başağrısı da olur, amma bu barədə bir neçə söz deməyi lazım görürəm. C.Məmmədquluzadə. • Başağrısı çəkmək – zəhmət çəkmək, əziyyət çəkmək. [Vidadi:] A Pənah, insan yəni axırda ölməyəcək? Bu beş gün dünyanın cahü cəlalı üçün bu qədər başağrısı çəkməyə dəyərmi? Çəmənzəminli. Başağrısı olmaq – artıq yük olmaq, əziyyətə, narahatlığa səbəb olmaq. Başağrısı vermək – narahat etmək, incitmək, təngə gətirmək, bıqdırmaq, usandırmaq. [Qənbərqulu:] Bir də çox danışmaq özü yaxşı sifət deyil, özgəyə gərək başağrısı verməyəsən. B.Talıblı. Sənə başağrısı verməyim deyə; Eşqimin kitabı qoy bağlı qalsın. S.Rüstəm. başaq is. Biçin zamanı yerə tökülən sünbül qırıntıları; sünbül. • Başaq etmək (yığmaq) – yerə tökülən sünbülləri yığmaq. [Kolxozçu:] Murad dayı, kolxoza başaq edəkmi? İ.Əfəndiyev. Başaq yığan oğlan hənirtiyə başını qaldırdı. Ə.Əbülhəsən. başaqçı is. Biçin zamanı tökülüb tarlalarda qalan sünbülləri toplayan adam. başaqçılıq is. Biçin zamanı yerə tökülən sünbülləri yığma işi. Safo keçi kimi dabanını şaqqıldada-şaqqıldada il uzunu bu obanın içində ayaqyalın gəzir, onunbunun küləşində başaqçılıq edir. S.Rəhimov. başaqlama “Başaqlamaq”dan f.is. başaqlamaq bax başaqlanmaq. başaqlanma “Başaqlanmaq”dan f.is. başaqlanmaq f. Başaq hasil etmək, sünbüllənmək, sünbül bağlamaq. Əkinlər bütün başaqlanıbdır. başaqlı sif. Sünbüllü, başağı olan (əkin haqqında). başaltı is.\n1. Yastıq, balış; baş altına qoyula bilən hər bir şey.\n2. Odun doğrayanda, ya yaranda onun altına qoyulan iri, yoğun bərk ağac parçası. baş-ayaq I. zərf\n1. Tamamilə, başdanayağa, büsbütün, başdan-ayağa qədər. Kafirə bax! Gör nə bədimandı bu! Dur qaçaq, oğlum, baş-ayaq qandı bu. M.Ə.Sabir.\n2. Tərs(əsinə), əksinə, başı ayağına və ayağı başına tərəf. Baş-ayaq yatmaq. Başayaq etmək. Baş-ayaq salmaq. – ..Ümumi yaşayış evindəki balaca otaqda səhər tezdən yuxudan qalxan cavanlar Cəmillə Tahiri bir çarpayıda baş-ayaq yatmış gördülər. M.Hüseyn. • Baş-ayaq danışmaq (vurmaq) – danışığının nə başı, nə ayağı olmaq, danışığında heç bir məntiq və rabitə olmamaq. [Şeyda:] A kişi, sən baş-ayaq nə üçün danışırsan. A.Şaiq. Görürəm sözlərim başayaq vurur; Bəzən quş yerinə dağ-daş uçurdur. S.Vurğun. Baş-ayaq vurursan, bəs deyil daha? Z.Xəlil. Baş-ayaq eləmək – tərsinə çevirmək, qarışdırmaq.\n\nII. is. aşp. Kəlləpaça. başayaqlılar cəm zool. Molyusk tipli dəniz heyvanları sinfi. Demək olar ki, qabıqsız olan yumşaqbədənlilər də vardır, lakin bunların başlarında böyük əlcəkli barmaqlar inkişaf etmişdir. Bunlara başayaqlılar deyilir. “Zoologiya”. baş-başa zərf Bir yerdə, yan-yana, bir-birinə sıxılaraq. • Baş-başa durmaq – bax baş-başa vermək 3 və 4-cü mənalarda. Baş-başa gəlmək – üz-üzə gəlmək, rastlaşmaq. Usta yarı yol getməmişdi, bir ayrı kişi ilə baş-başa verib toqquşdular və ikisi də üzlərini turşudub, sudan çıxdılar ki, bir-birini döysünlər. Çəmənzəminli. Başbaşa vermək – 1) bir-biri ilə gizli danışmaq, məhrəmanə danışmaq, sirləşmək; // məc. quşlar haqqında. Yoxsa danışırsız dilbər sözünü; Veribsiniz nə baş-başa, durnalar? Q.Zakir. Ötədəki iki quşcuğazın baş-başa verib də həsb-hal etməsi .. nə qədər şairanə. H.Cavid; 2) işlərini, dərdlərini bir yerdə müzakirə etmək, götür-qoy eləmək, məsləhətləşmək. Gecə sübhədək iki yoldaş başbaşa verib tədbir tökdülər. – [Kazım:] İllərdən bəri yan-yana yaşayan, adət və qaydaları bir, yalnız dinləri başqa olan bu iki ailə baş-başa verib, bir-birinin dərdinə ağlayırdı. Çəmənzəminli; // bir yerdə çalışmaq, əlbir olmaq, birgə hərəkət etmək. Baş-başa verməyincə daş yerdən çıxmaz. (Ata. sözü); 3) bir yerdə oturmaq, yan-yana oturmaq, bir yerə cəmlənmək. [Qənbərqulu:] [Əsgər] cibindən bir qəpik çıxarıb ət almazdı ki, aparıb evində uşaqları ilə baş-başa verib abgüştdən-zaddan bişirib yesin. B.Talıblı; 4) bir-birinə yaxın durmaq, yanaşı durmaq, yan-yana düzülmək, durmaq. Xəzər sahilində verə baş-başa; Qocaman çinarlar, yekə ağaclar. S.Rüstəm. Meşələr görmüşəm qoca palıdlı; Hündür vələsləri verib başbaşa. R.Rza; 5) bir yerə yığışmaq, büzüşmək, yazıq-yazıq bir-birinə sıxılıb durmaq. Uşaqlar baş-başa verib oturublar. Soyuqdan quşlar baş-başa verib bir daldalanacaqda durmuşdu. baş-beyin is. bax baş 1-ci mənada. ‣ Baş-beyin getmək – səs-küydən, danışıqdan və s.-dən dəng olmaq, qulaqları tutulmaq, əziyyət çəkmək, təngə gəlmək. [Sübhanverdizadə:] Gör kim harada oturub, kişinin kabineti də yoxdur. Az qalır baş-beyni getsin. S.Rəhimov. Baş-beyni aparmaq – dəng etmək, qulağını batırmaq (son dərəcə çox danışmaqdan, qışqırmaqdan, səsküydən). [Səfərqulu:] Baş-beynimizi aparma, bizim dərdimiz sənə qalmayıb. N.Vəzirov. başbilən sif. dan. Başçı, ağsaqqal. Başbilənsiz iş olmaz. (Ata. sözü). İş başbilənsiz olmaz; Sər süfrə sənsiz olmaz! M.Ə.Sabir. [Tahirzadə:] Bu camaatın bir başbiləni, bu ölkənin bir sahibi yoxdurmu, ilahi! Mir Cəlal. [Alxan:] Bu cavan qartalı özünüzə başbilən seçin. İ.Əfəndiyev. başcığaz “Baş”dan oxş. başcıq is. Kiçik baş. başcıl sif. Başçılıq edən, rəhbər, əsas. başçı is. Bir işin başında duran adam; rəhbər, sədr, rəis, böyük. Araz silahlı dəstə başçılarını təyin etdikdən sonra onlara müəyyən göstərişlər verib tüfəngləri payladı. A.Şaiq. başçılıq is. Rəhbərlik, böyüklük, rəislik, sədrlik, bir işin başında durma. • Başçılıq etmək – rəhbərlik etmək, bir işin başında durmaq. [Ulduz] çox vaxt bu oyunlarda zirəkliyi ilə dəstəyə başçılıq edirdi. Ə.Məmmədxanlı. başdan zərf Əvvəl(in)dən, ibtida(sın)dan; təzədən, yenidən. Başdan danışmaq. Başdan oxumaq. Başdan başlamaq. başdan-ayağa bax. başdan-başa. Başdan-ayağa külli-vücudum oda yandı. Nəsimi. [Nurcahan:] Mən başdan-ayağa sirr dağarcığıyam. N.Vəzirov. [Əli bəy:] A kişi, heç kəsin sözünə qulaq asma. İstəyirsənsə oğlun adam olsun, şkolaya qoy. O ki qaldı axund Molla İman, onun fikri başdan-ayağa yanlış və xatadır. S.S.Axundov. • Başdanayağa süzmək – bax başdan-başa süzmək (“başdan-başa”da). [Yəhya Kamal] həyəti başdan-ayağa süzdü. Mir Cəlal. başdan-başa zərf Bütünlüklə, tamamilə, hər yeri, hər tərəfi; bütöv, tamam, səlt. Ət deyil, başdan-başa yağdır. Onun dedikləri başdan-başa səhvdir. Şəhərə başdanbaşa asfalt döşənmişdir. Dəniz başdan-başa buzlarla örtülmüşdür. – Uşaqları tapıb, çiyələk, göbələk toplamağa, ya dərədə balıq tutmağa gedərdik. Bu dərə başdan-başa su qaynağı idi. A.Şaiq. Yaxşılıq insana bir sənət olsun; Dünya başdan-başa qoy cənnət olsun! S.Vurğun. O səhra ki başdan-başa tikandı, qumdu; Döndü sərin kölgə salan sərvliklərə. Ə.Cəmil. • Başdan-başa süzmək – hər tərəfini, hər yerini gözdən keçirmək, istehzalı və ya şübhəli nəzərlə başından-ayağına qədər baxmaq. Nəhayət, hacı gəldi. İçəri girincə əvvəlcə otağı bir quşbaxışı ilə başdan-başa süzdü. A.Şaiq. başdansovdu (=başdansovma) sif. Diqqətsiz, tələsik, könülsüz. Başdansovma iş. – Mehmanın başdansovdu sözündən, soyuq söhbətindən sonra gələn adamlar dağılışıb getdilər. S.Rəhimov. // Zərf mənasında. Başdansovma etmək. Başdansovma cavab vermək. başdansovma (=başdansovdu) sif. Diqqətsiz, tələsik, könülsüz. Başdansovma iş. – Mehmanın başdansovdu sözündən, soyuq söhbətindən sonra gələn adamlar dağılışıb getdilər. S.Rəhimov. // Zərf mənasında. Başdansovma etmək. Başdansovma cavab vermək. başdaşı is. Qəbrin üzərində baş tərəfdə sancılan daş və s.-dən nişangah. Əsgər çox qədimdən qalmış hörgülərə, qalın barılara, sarı mamırlı başdaşılarına, üstü ağır qayalarla örtülmüş qəbiristanlığa təsadüf edirdi. S.Rəhimov. başgicəldici (=başgicəllədici) sif. Adamın başını gicəldən, dolandıran hər şey. başgicəllədici (=başgicəldici) sif. Adamın başını gicəldən, dolandıran hər şey. başgicəlləndirən (=başgicəlləndirici) bax başgicəl(lə)dici. başgicəlləndirici (=başgicəlləndirən) bax başgicəl(lə)dici. başgicəllənmə is. Müvazinət hissinin itməsi, gözlərin qaralması və başın fırlanması şəklində təzahür edən yarımbayğınlıq halı. baş-göz bax baş 1-ci mənada. [Azad bəy:] Səfərqulu bəy həqiqəti bilib başgözünü əzdikdə, mən həkimin üstə yüyürməyəsiniz. S.S.Axundov. ‣ Baş-göz eləmək dan. – evləndirmək. başıaçıq zərf və sif. Başında heç bir şey olmadığı halda, papaqsız, başı örtüksüz. Başıaçıq gəzmək. – Səkkiz yaşında uşaq ikən kəndimizdə .. başıaçıq, ayaqyalın təbiətin mərhəmətli qucağında, məişətin ağır və zəhərli hallarından xəbərsiz yaşardım. S.S.Axundov. başıalovlu bax başılovlu. Nənəqız başıalovlu bazarı axtarıb qızlarını tapdı. S.Rəhimov. başıaşağa (=başıaşağı)\n1. zərf Başını aşağı dikmiş halda, başını aşağı salmış halda. Sərdar evlərinin qabağında bir daxmaya girib, səhərdən axşama kimi başıaşağı iynə vurmaqdadır. C.Məmmədquluzadə.\n2. zərf Tərsinə dönmüş, baş tərəfi aşağıya çevrilmiş. Stəkanı başıaşağı qoymaq. Başıaşağı durmaq.\n3. zərf Getdikcə aşağıya tərəf; mayili, eniş, yuxarıdan aşağı. Başıaşağı gedən yol. Dağdan başıaşağı enmək.\n4. zərf Çayda suyun axıb getdiyi tərəfə. Çayla başıaşağı üzdüm.\n5. sif. məc. Sakit, dinc, fağır, heç kəslə işi olmayan, ancaq öz işi ilə məşğul olan. Başıaşağı adam. – Səfər doğrudan da qızların xoşuna gələnlərdən deyildi. Fağır, başıaşağı bir oğlandı. Ə.Haqverdiyev. Evlənən kəsbkar, başıaşağı olmalı imiş. Çəmənzəminli. Pəri xanım Rüxsarəni başıaşağı, təmiz bir qız və dünya gözəli bir mələk kimi tanıyırdı. S.Rəhimov. başıaşağı (=başıaşağa)\n1. zərf Başını aşağı dikmiş halda, başını aşağı salmış halda. Sərdar evlərinin qabağında bir daxmaya girib, səhərdən axşama kimi başıaşağı iynə vurmaqdadır. C.Məmmədquluzadə.\n2. zərf Tərsinə dönmüş, baş tərəfi aşağıya çevrilmiş. Stəkanı başıaşağı qoymaq. Başıaşağı durmaq.\n3. zərf Getdikcə aşağıya tərəf; mayili, eniş, yuxarıdan aşağı. Başıaşağı gedən yol. Dağdan başıaşağı enmək.\n4. zərf Çayda suyun axıb getdiyi tərəfə. Çayla başıaşağı üzdüm.\n5. sif. məc. Sakit, dinc, fağır, heç kəslə işi olmayan, ancaq öz işi ilə məşğul olan. Başıaşağı adam. – Səfər doğrudan da qızların xoşuna gələnlərdən deyildi. Fağır, başıaşağı bir oğlandı. Ə.Haqverdiyev. Evlənən kəsbkar, başıaşağı olmalı imiş. Çəmənzəminli. Pəri xanım Rüxsarəni başıaşağı, təmiz bir qız və dünya gözəli bir mələk kimi tanıyırdı. S.Rəhimov. başıbağlı sif. dan.\n1. Ağzıbağlı, düyünlənmiş: örtülü, qapalı. Qəhrəman bu təzə düzələn dəftərxanaya girsə, yuxarıdan başıbağlı gələn kağızları açar, oxuyar, özü də o kişilərin elmlərini öyrənə bilər. S.Rəhimov.\n2. Beh verilmiş, satılmış, lakin hələlik aparılmamış (mal və s. haqqında).\n3. İstifadəsi, toxunulması rəsmi surətdə qadağan olunmuş. Başıbağlı mal. Başıbağlı mülk.\n4. məc. Evli, ailəli, arvadı olan. başıbatmış sif. və is. dan. Söyüş, qarğış yerində işlənən ifadədir. [Xırdaxanım:] Xeyir olmamış nə var, a başıbatmış! N.Vəzirov. [Cümşüd:] – Əlbəttə, xan! – dedi, – bilirsən ki, bu başıbatmış dörd məlik mənim atamla da düşmənçilik ediblər... Çəmənzəminli. Səhər iclas! Gecələr də qaçaq qabağına çıxmaq və bu başıbatmışlar bir aydır ki, yuxunu mənə haram eləyirlər. B.Talıblı. başıbəlalı sif. Çox müsibət çəkmiş, daim bəla və uğursuzluğa rast gələn, həmişə əziyyət və zəhmətdə olan; talesiz, bəxtsiz (bəzən istehza və ya tənə ilə deyilir). Nə soxulmusan araya, a başıbəlalı fələ? Nə xəyal ilə olubsan belə iddialı, fələ. M.Ə.Sabir. başıbərk sif. Sürülürkən başını saxlamaq çətin olan, yüyəni zorla idarə edilə bilən (at haqqında). Başıbərk at. başıboş sif.\n1. Axmaq, sarsaq, səfeh, gic.\n2. məh. Ərindən boşanmış; dul. başıbütöv (=başıbütün) sif. dan. Tamam, bütün, əl dəyməmiş, toxunulmamış. başıbütün (=başıbütöv) sif. dan. Tamam, bütün, əl dəyməmiş, toxunulmamış. başıdaşlı sif. və is. dan. Bədbəxt, başıbəlalı, biçarə, yazıq, məzlum (bəzən qarğış, məzəmmət yerində işlənir). Məgər gözlüyün ixtirası və onun işlədilməsi də başıdaşlı kafirlərin işi deyilmi? M.F.Axundzadə. Ay başıdaşlı kişi, dinmə, uşaqdır uşağım. M.Ə.Sabir. Bir kənddə camaat ağlaşaağlaşa yüzbaşının ayağına yıxılıb: “Bəs toxumluğu aparırsınız, biz başıdaşlı nə əkək?” – deyirdi. Çəmənzəminli. [Arvad:] Arabaçı başıdaşlı səhər gedə bilməzdi? H.Sarabski. başıdolu sif. dan.\n1. Ağıllı, dərrakəli. [Mustafa bəy:] Çünki, doğrudan da, başıdolu oğlansan. Ə.Haqverdiyev.\n2. məc. Məst, sərxoş, kefli. başıdümük sif. məh. Bir işlə (əsasən əyləncə ilə) başı qarışmış olan. başıətli sif. dan. zar. Pullu, varlı, dövlətli. başıküllü sif. dan. Bədbəxt, yazıq, məzlum, fağır. başıqapazlı sif. və is. dan. Daim əzilən, təhqir edilən, köməksiz, müdafiəsiz, yazıq, fağır, məzlum, bədbəxt, aciz adam haqqında. başıqarlı sif. Təpəsi qar ilə örtülü. Azərbaycanın bu gözəl guşəsində [Zaqatala qoruğunda] başıqarlı dağlara, qalın meşələrə, geniş çəmənlərə, qıjıltı ilə axan çaylara və şən quşlara baxdıqca, biz özümüzü əfsanəvi bir aləmdə hiss edirdik. başıqırxıq sif. Başı qırxılmış olan, başını qırxdırmış. Keçən ilin aprelində gödərək-tösmərək, üzütüklü, başıqırxıq bir kişi Yevlax vağzalında o tərəf-bu tərəfə qaçır, vaqonlara içi dolu konteynerlər yükləyirdi. “Kirpi”. başıqotazlı sif. Başında qotaz olan, başına qotaz bağlanmış. [Məşədi Məmməd] əlində başıqotazlı təsbehini çevirərək, baqqal Əbdülhəsənin dükanına gəldi. B.Talıblı. Qız üçün başıqotazlı gümüş kərənaylar, üstü yumru süngərə bənzər qara ayaqdaşı alınardı. H.Sarabski. başılovlu zərf Çox tələsik halda, təşviş və təlaş içində, həyəcan və iztirablı halda. Kişi yuxudan dik atıldı, başılovlu yazı stoluna sarı qaçdı. Mir Cəlal. başınağacı is. bot. Dağ-meşə rayonlarında bitən kol bitki. başınalıq bax başlı-başınalıq. Bəyəm dünya başınalıqdır? – deyə Safo ayağa qalxıb, kahanın başında o baş-bu başa gəzindi. S.Rəhimov. başıörtülü sif. Başı bir şeylə örtülü. başıpapaqlı is. dan. Kişi. Atlı əlindən yollardan keçmək olmur, kənddə-kəsəkdə başıpapaqlı qalmayıb, hamısını yığıblar. Çəmənzəminli. Tıntın Musanın nəvəsi ora gedə bilmədi. Atası ölmüş, evlərində başıpapaqlı bir özü qalmışdı. Qantəmir. Hüseyn indi bu evin yeganə başıpapaqlısıdır. S.Rəhman. başıpozuq sif. Heç bir nizam və intizama tabe olmayan, heç bir qaydaya riayət etməyən; nizamsız. Ətraf küçələr başıpozuq camaatla dolu idi. M.S.Ordubadi. // İs. mənasında. Başıpozuqlar kimi belə nizamsız və dağınıq halda yeriyərək, kəndə girmək onun [zabitin] fikrincə, yaxşı təsir bağışlamazdı. M.Hüseyn. başıpozuqluq is. Nizamsızlıq, başlıbaşınalıq; heç bir nizam və qaydaya tabe olmadığı hal, vəziyyət. [Bülənd:] Bu nədir, belə də başıpozuqluq olarmı? Ə.Əbülhəsən. başısoyuq sif. Tapşırılan işə, vəzifəsinə soyuq baxan; səhlənkar, diqqətsiz, qeydsiz. Başısoyuq adam. – [Xosrov:] ..Aldığını və eşitdiyini düşünməyəcək, çaşqın, başısoyuq adamlardan deyiləm. A.Şaiq. başısoyuqluq is. Öz işinə, vəzifəsinə soyuq baxma, səhlənkarlıq; diqqətsizlik, qeydsizlik. Başısoyuqluq etmək (göstərmək). Başısoyuqluğu nəticəsində işini vaxtında qurtara bilmədi. – [İmamyar:] Bu hələ özü də başısoyuqluqdur. C.Cabbarlı. Əhməd, işə başısoyuqluq göstərirsən... S.Rəhman. başıyekə sif. Yekə-yekə danışan, dikbaş, danqaz, qaba. başıyuxarı zərf Alçaqdan yüksəkliyə, aşağıdan yuxarıya doğru; bir yerin aşağı hissəsindən yuxarı, baş hissəsinə doğru. Dağa başıyuxarı çıxmaq. Başıyuxarı küçə ilə getmək. – Lado .. başıyuxarı Cəbrayılın evinə tərəf getməyə başladı. S.Rəhman. başkəsən sif.\n1. Cəllad, insan qatili, xunxar; vəhşi, yırtıcı, dələduz. [Salman:] Mən o evyıxanları, o başkəsənləri deyirəm ki, sərhədləri, ölkələri, okeanları aşıb, quzğun kimi tökülüblər Koreyaya. Mir Cəlal.\n2. məc. dan. İnsafsız, zalım, çox bahacıl adam haqqında. başqa 1. sif. Bu yox, digər, o biri, əvvəlkindən fərqli; qeyri, ayrı, sair, özgə. Başqa adam. Başqa iş. Başqa yer. Başqa aləm. Başqa cür. Başqa vaxt. Başqa sayaq. – Deyirlər özgə yerin əhli hüsni-zibadır; Bu şuxlərdə vəli başqa bir məlahət var. S.Ə.Şirvani. Qonşu həyətin qapısı başqa küçəyə açılırdı. Mir Cəlal.\n2. qoş. Qeyri, savay. Yusifin Səlimdən başqa bir oğul və iki qızı var idi. N.Nərimanov. Torpaq döşəmə üzərində bir həsir qırığından başqa heç nə yox idi. Ə.Məmmədxanlı. [Uğur:] Səndən yaxşılıqdan başqa heç nə eşitməmişəm. İ.Əfəndiyev.\n3. İs. mənasında. Yad, özgə, başqası. Başqaları buna nə deyər? Başqalarının yanında. Bunu mənə başqası dedi. – [Ramazan:] Adamın öz daxması başqalarının sarayından qiymətli görünür. M.Hüseyn. başqa-başqa sif. Bir-birinə bənzəməyən, oxşamayan, bir-birindən tamamilə fərqli; müxtəlif. Başqa-başqa fikirlər. Başqabaşqa zövqlər. Başqa-başqa məsələlər. Onlar başqa-başqa adamlardır. – [Qəhrəman:] Biz ki, başqa-başqa adamlar deyilik. S.Rəhimov. // Ayrı-ayrı. Biz başqa-başqa yerlərdə yaşayırıq. başqalaşdırma “Başqalaşdırmaq”dan f.is. başqalaşdırmaq f. Başqa şəklə (hala, vəziyyətə) salmaq, tamamilə dəyişdirmək. başqalaşma “Başqalaşmaq”dan f.is. başqalaşmaq f. Başqa vəziyyətə, şəklə, hala düşmək; başqa cür olmaq; tamamilə dəyişmək. İri, kələ-kötür ətəkləri qaratikan kolları ilə döşənmiş dağlar arasından yuxarı qalxdıqca təbiət və hava bütün başqalaşır. A.Şaiq. Bir də sevgilimi aldatmaq üçün; Dəyişib cildimi başqalaşmadım. S.Vurğun. Gəlin Həpirin evinə qədəm qoyan gündən başqalaşdı. Mir Cəlal. başqalaşmış f.sif. Başqa vəziyyətə, şəklə, hala düşmüş; başqa cür olmuş; dəyişmiş. Yenə Ulduzun dalğın və başqalaşmış səsi eşidilir. Ə.Məmmədxanlı. [Veys] Bakıdan tamamilə başqalaşmış halda qayıtdığını zənn edirdi. Ə.Əbülhəsən. başqalıq is. Başqa vəziyyətdə, başqa şəkildə olma; dəyişiklik. Hər şeydə bir başqalıq gördüm. – Bir gün bağda böyük hovuzun qarşısında oturmuşdum. Gəlib qalib qarşımdan keçirdiniz. Bu kərrə sizdə bir başqalıq vardı. S.Hüseyn. [Müəllim:] Son zamanlarda Xosrovun həyatı və əhvaliruhiyyəsində siz bir başqalıq hiss edirmisiniz? A.Şaiq. başqırd is. Başqırdıstan Respublikasında yaşayan türk dilli xalq və bu xalqa mənsub adam. başqırdca zərf Başqırd dilində. baş-qulaq is. dan. Sir-sifət, görünüş, təhər-töhür; şəkil, qiyafə. Baş-qulağın düzəlməyib, çox da basıb guruldama; Dinmə, danışma, yat, bala! Sən deyən olmayıb hələ! M.Ə.Sabir. ‣ Baş-qulaq aparmaq, baş-qulağı dəng etmək – bax baş-beyin aparmaq (“başbeyin”də). [Yolçu:] Bu naqqal haradan gəlib çıxdı, baş-qulağımızı apardı. M.İbrahimov. başlama “Başlamaq”dan f.is. başlamaq f.\n1. Bir işə girişmək, şüru etmək. İşə başlamaq. Müşavirəyə başlamaq. İnşaata başlamaq. Yeni zavod dünəndən işləməyə başlamışdır. – Elə ki, sabah oldu, Sona fars dilini oxumağa başladı. N.Nərimanov. Marallarım mövizə kitablarını rəfdən alıb, tozlarını təmizləyib başladılar əzbərləməyə. Ə.Haqverdiyev.\n2. Bir işin, halın, keyfiyyətin, hadisənin və s.-nin ilk əlamətlərini göstərmək. Qocalmağa başlamaq. Bacadan tüstü görünməyə başladı. Hava qaralmağa başladı. Yağış damcılamağa başladı. – Biçarə münəccimbaşının ərvahı uçub, başladı yarpaq kimi titrəməyə. M.F.Axundzadə. Atlı yaxınlaşdıqca onun qucağındakı heyvan da aydın görünməyə başladı. M.Hüseyn.\n3. Bir işin əsası qoyulmaq, əmələ gəlmək, meydana gəlmək. Mühərrirlik sənəti Azərbaycanda, demək olar ki, Mirzə Fətəli Axundzadə ilə, xüsusən “Əkinçi”ni yaradan Həsən bəy Zərdabi ilə başlamışdır. (Qəzetlərdən). başlanğıc is.\n1. Bir işin, hadisənin ilk anı, əvvəli, ibtidası. Bu hələ işin başlanğıcıdır. Dərs ilinin başlanğıcı. – Bu hadisə bütün nəzmiyyə təşkilatının tərk-silah etdirilməsi üçün bir başlanğıc idi. M.S.Ordubadi. Xanlar buraya .. yaradacağı əsərin başlanğıcı üçün yenə də yollar, cizgilər axtarmağa çıxmışdı. S.Rəhimov. Ancaq başlanğıc üçün bu heç də pis deyildi. Ə.Əbülhəsən. // Çıxış nöqtəsi. Hadisənin başlanğıcı.\n2. İlk əsas, ilk səbəb, ilk mənbə; ilkin.\n3. Bir şeyin müqəddiməsi, giriş hissəsi, birinci hissəsi. Kitabın başlanğıcı. Musiqinin başlanğıcı. Pyesin başlanğıcı. başlanılmaq məch. Şüru edilmək, girişilmək. Müzakirələrə hələ başlanılmayıbdır. İnşaata yaxın günlərdə başlanılacaqdır. başlanış is. Bir işin, hadisənin əvvəli, ibtidası, başı; başlanma, başlanğıc. Tamaşanın başlanışı saat 8-dədir. başlanma “Başlanmaq”dan f.is. başlanmaq f.\n1. Meydana çıxmaq, törəmək; törəməyə, ortaya çıxmağa, əmələ gəlməyə başlamaq. Mübahisə başlandı. Əkin işləri başlandı. Vuruşma top atəşi ilə başlandı. Danışıqlar saat 8-də başlandı.\n2. Bir şeyin çıxış nöqtəsini, başlanğıcını təşkil etmək. ..Unutma ki, Girdman torpağının sərhədi Kür çayının o tayından başlanır. M.Hüseyn. başlatmaq icb. Başlamağa, girişməyə məcbur etmək və ya tapşırmaq. başlı sif.\n1. Başı, təpəsi olan.\n2. məc. dan. Ağıllı, zehinli, çox bilikli. Dünən [Abbasın] evinə gələn kim imişsə, başlı adam imiş, “içərilərdən” gəlmişmiş. Mir Cəlal. başlı-başına zərf\n1. Nəzarətsiz, baxımsız, himayəsiz. Başlı-başına qoymaq (buraxmaq). Başlı-başına qalmaq. – [Sərdar Rəşid:] Mən heç vaxt səni başlı-başına qoyub getmək istəməzdim. M.S.Ordubadi.\n2. Öz bildiyi kimi, özbaşına, kefi istədiyi kimi, sərbəst. Başlı-başına işləmək. Başlıbaşına hərəkət etmək.\n3. Öz-özünə, özbaşına, başqasının köməyi olmadan. [Dəmirov:] Yoxsa başlı-başına belə bir bağ düzün ortasında əmələ gələ bilməz. S.Rəhimov.\n4. Boş, adamsız, sahibsiz. Başlı-başına qalmış ev (bağ). – ..Gurultu ilə keçən soldat oynağı olan küçələr indi başlı-başına idi. M.S.Ordubadi. başlı-başınalıq is. Özbaşınalıq, hərkihərkilik, qanunsuzluq, nizamsızlıq. Başlıbaşınalıq etmək. başlıca 1. sif. Ən əsas, ən mühüm, ən ümdə. Başlıca səbəb. Başlıca məsələ. Başlıca işlər irəlidədir.\n2. zərf Əsasən, ən ziyadə, ən çox, ən əvvəl. Onun başlıca məşğul olduğu iş – yazıçılıqdır. başlıq I. is.\n1. Yağışdan, soyuqdan, küləkdən qorunmaq üçün başa geyilən örtü. ..Əhməd yazıb atasından özü üçün bir başlıq və bacısı üçün bir əlcək istəmişdi. S.S.Axundov. Əynində boz şinel, başında başlıq; Nəysə pıçıldayır o, fəhlələrə. S.Vurğun. Başlıq örtmüş, uzunboğaz çəkmə geymiş Səriyyə içəri girəndə, Salam dik ayağa qalxdı. Mir Cəlal.\n2. Keçmişdə: qadınların qızıl və gümüşdən qayrılıb, baş örtüsü altından qoyduqları qızıl və gümüş bəzək; cütqabağı, gəlintacı.\n3. xüs. Sərlövhə, məqalənin adı; əsərin, ya qəzetin başda yazılan qısa adı. Məqalənin başlığı. // Qəzetdə bir neçə məqalə üçün verilən ümumi sərlövhə. Bütün respublika qəzetləri onun [Şamamanın] bu yeni vədini böyük başlıqlarla görkəmli yerlərdə çap edirdi. İ.Əfəndiyev.\n\nII. is. etnoqr. Köhnə məişətdə: ərə verilən qızın ata-anasına tədarük və cehiz düzəltmək üçün oğlan tərəfindən verilən mal, yolpulu. [Xacə:] Nə eybi var, razıyam, ancaq oğlun otuz kisə başlıq verməlidir.. “Aşıq Qərib”. Reyhan .. büsbütün məyus qayıtmışdı. Çünki qıza ağır başlıq istəmişdilər. A.Şaiq. başlıqaltı is. köhn. Qadınların başlıq altından örtdükləri kiçik baş örtüsü. başlıqlı sif. Başında başlıq olan, başlıq geymiş. Başı başlıqlı bir neçə adam da yenə maşının üstünə toplanmışdı. S.Rəhimov. // Başlıqla bitişik olan paltar (plaş). Ploskov vücudunu başlıqlı, brezent plaşda gizlətmişdi. Mir Cəlal. başlıqotu is. bot. Sarıçiçəkli çoxillik ot bitkisi. başmaq is.\n1. köhn. Üzüörtülü, daban tərəfi və pəncənin yarısı açıq, nallı kişi və qadın ayaqqabısı. [Sona:] Xalçanı götürüb gəlirdim, başmağımın tayı ayağımdan sürüşüb çıxdı. M.F.Axundzadə. [Şeyx Şəban] yağış yağanda sel gətirən köhnə başmaqları, çustları .. yığıb, qəlibə vurub, yamayıb ucuz qiymətlə .. satırdı. Ə.Haqverdiyev. [Kor kişinin] əyninə geydiyi ləzgi şalından büzməli çuxası, ayağındakı dikdaban başmağı köhnə bir adam olduğunu bildirirdi. S.Hüseyn. // Ümumiyyətlə, ayaqqabı. ..Mirzə Məmmədəli girir içəri, salam verib başmaqlarını çıxardır və keçib oturur öz yerində. C.Məmmədquluzadə. ..Xasay başmaqların taqqıltısından hiss etdi ki, Məsmə qarı qapıya tərəf gəlir. M.Hüseyn.\n2. xüs. Müxtəlif maşın və mexanizmlərdə: dayaq, qəlib, qoruyucu və s. vəzifəsini görən cürbəcür hissələrin adı. Başmaq qalınlığı 15-19 mm və uzunluğu 30-40 sm olan polad halqadan ibarətdir ki, bu da qoruyucu kəmərin aşağı ucuna bağlanır. Quliyev. ‣ Başmaqları da razı olmaq – ürəkdən, tamamilə razı olmaq. Məsmənin Hacı Seyid kişiyə getməsinə Pərzadın başmaqları da razı idi. Mir Cəlal. Başmaqlarını cütləmək, başmaqlarını cütləyib qabağına qoymaq məc. – qovmaq, rədd etmək, çıxıb getməsini tələb etmək. O oldu ki, Həsənovun başmaqlarını cütlədilər qabağına.. Mir Cəlal. İki ayağını bir başmağa dirəmək (qoymaq, soxmaq) – inad etmək, tərslik etmək, dediyindən inadla əl çəkməmək. Qədim dayı Tükəz xalanın öyüd-nəsihətinə baxmadı, o, iki ayağını bir başmağa qoydu və inad elədi. S.Rəhimov. başmaqçı is. Başmaq (ayaqqabı) tikən və ya satan adam; çəkməçi. Boyaqçıya, başmaqçıya, dərziyə; Havaxtadək olacağıq iki qat. Q.Zakir. başmaqçılıq is. Başmaqçı (çəkməçi) sənəti, peşəsi. Başmaqçılıq etmək. – Arşak onlara öz bacardığı saatsazlıq, başmaqçılıq, zərgərlik sənətlərini öyrədirdi. M.S.Ordubadi. başmaqlı sif. Başmaq geymiş, ayaqlarında başmaq olan. Arvad, kişi, oğlan, qız; Gön çarıqlı, başmaqlı; Gedir qoruq-qaytaqsız; Gəlin, qızlar yaşmaqlı. A.Səhhət. Ortaboylu,arıq, başmaqlı bir kişi məsciddən çıxıb gəldi. Mir Cəlal. başmaqseyri is. Hava almaq və dincəlmək üçün olduğu yerdən bir qədər kənara çıxıb gəzmə; gəzinti. Başmaqseyrinə çıxmaq. – Bikar olan vaxtı görürdün ki, [Usta Ağabala] özünə bir neçə yoldaş tapıb şəhərdən çölə “başmaqseyrinə” gedir.. Çəmənzəminli. Günlərin bir günündə Abbasqulu ağa axşam sərinliyində kəndin kənarına başmaqseyrinə çıxır. Ə.Sadıq. başsağlığı is. Yaxın adamı ölmüş bir şəxsə, ya ailəyə təsəlli vermə, səbir vermə; təziyə. • Başsağlığı vermək – yaxın adamı ölmüş şəxsə təsəlliverici sözlər demək. Bax, buradanca dönək konsulgilə, ona ayaqüstü başsağlığı verək. C.Məmmədquluzadə. [Kazım:] Bir də gördüm ki, məclisdə durub gedənlər yanıma gəlib mənə başsağlığı verirlər. Çəmənzəminli. başsındıran sif. dan. Çox çətin, mürəkkəb, həlledilməz. Başsındıran məsələ. başsız sif.\n1. Başı olmayan. Başsız bədən.\n2. məc. Ağılsız, gic, axmaq. // Çox huşsuz.\n3. Böyüksüz, sahibsiz, yiyəsiz, baxıcısız, nəzarətsiz, başçısı olmayan. Başsız təsərrüfat. Başsız uşaq. // Zərf mənasında. Başsız qalmaq. Başsız qoymaq. – Başsız qalıb ayaqları iftan olan çocuq! Ey dərbədər gəzib ürəyi qan olan çocuq! M.Ə.Sabir. Ayrım qızı Kərim babanın da getdiyini, naxırın başsız qaldığını bilmişdi. A.Şaiq.\n4. Azğın, önüalınmaz, qabağıalınmaz. [Elçin:] Başsız axan suları özümüzə tabe etsək də, hələlik göylərə gücümüz çatmır. Z.Xəlil. başsız-ayaqsız sif. Rabitəsiz, məntiqsiz. Başsız-ayaqsız sözlər. başsızlıq is.\n1. Ağılsızlıq, giclik, düşüncəsizlik.\n2. Sahibsizlik, yiyəsizlik, böyüksüzlük.\n3. Qarışıqlıq, nizamsızlıq, hərc-mərclik. // İtaətsizlik. baştaxtası is. Qəbrin baş tərəfində qoyulan ağac nişangah. bataq is.\n1. Lığ, lehmə, palçıq; lehməlik, palçıqlıq. Araba getmədi əsla qabağa; Deyəsən batmış idi bir batağa. A.Səhhət.\n2. məc. Durğunluq, hərəkətsizlik, ətalət, təşəbbüssüzlük mənasında. bataqlaşdırılma “Bataqlaşdırılmaq”dan f.is. bataqlaşdırılmaq məch. Bataqlıq hala salınmaq. bataqlaşdırma “Bataqlaşdırmaq”dan f.is. bataqlaşdırmaq f. Bataqlıq hala gətirmək, bataqlaşmasına səbəb olmaq. Çoxlu su buraxıb, küçəni bataqlaşdırmaq. bataqlaşma “Bataqlaşmaq”dan f.is. bataqlaşmaq f. Bataqlıq halına gəlmək, bataq olmaq. bataqlı sif. Palçıqlı, lehməli, zığlı. Bataqlı küçələr düzəlib, gecələr elektrik ilə işıqlanırdı. S.S.Axundov. bataqlıq is. Durğun su, lığ, lehmə, palçıq ilə örtülü yer; bataq çox olan yer. Küçənin ortası hər zaman bataqlıq və palçıq olurdu. S.Rəhman. [Nəbi kişi:] Bax, bura əlli hektardan artıq bir yerdir. İki il qabaq bataqlıqdan çıxarmışıq. S.Rəhimov. Kür qırağındakı geniş bataqlıq çoxdan qurudulmuşdu. M.Hüseyn. batalist [fr.] Hərbi mövzuda şəkillər çəkən rəssam. batalyon [fr.] Bir neçə rotadan (bölükdən) ibarət hərbi hissə. Batalyon komandiri. Tank batalyonu. – Komandanlığın əmrinə görə, bizim batalyon düşmənin məftil hasarını kəsməli və puç etməlidir. Ə.Vəliyev. batareya [fr.] Bir neçə top və minaatandan ibarət taktik vahid. Tapdıq söhbətə .. minasaçan batareyasını susdurmağa necə getdiyindən başladı. Ə.Əbülhəsən.\n2. Bu hissənin yerləşdiyi istehkam. Dəmirbeton özül üstündə qurulmuş batareya.\n3. fiz. Bir-birinə bənd edilmiş bir neçə akkumulyator, yaxud qalvanik element. Elektrik batareyası. Akkumulyator batareyası.\n4. Buxar ilə qızdırılan binaların içində qoyulan və içərisində isti su olan bir-birinə yapışıq borular sistemi. bat-bat is. bot. Bəngotu; pis qoxulu acı dadan ot bitki (xalq təbabətində işlədilir). Gödək saplaqlı yaşıl rəngli və yumurtayaoxşar zəhərli otların, məsələn, bat-batın çiçəyindən olan bal da zəhərli olur. H.Zərdabi. Bat-bat 0,5-1 m hündürlükdə yaşıl rəngli, şirəli, çılpaq və haça qol-budaqlı gövdəyə malik .. birillik bitkidir. Əliyev. batdaq bax bataq. Yağışlı bir gündü. Batdaq dizə çıxırdı. Mir Cəlal. batı is. məh. Günbatan tərəf, qərb. Batı küləyi. batıq sif.\n1. Çuxura düşmüş, dərinə düşmüş, çökmüş. Batıq ordlar. Batıq göz. – [Fərmanın] sinəsi batıq, sifəti saralıb, çiyinləri qalxıb. Ə.Haqverdiyev. [Rüstəm:] Qoy onun [Nübarın] o quyuya düşmüş batıq gözləri lap kəlləsinə çıxsın. S.Rəhimov.\n2. Zədələnmə və s. nəticəsində bir tərəfi batmış, çökmüş, çökəklik əmələ gəlmiş. Böyrü batıq vedrə. Yanı batıq cam. – Astanada tüstülənir böyrü batıq samovar. S.Rüstəm. // İs. mənasında. Bir qədər batmış, çökmüş, çuxura düşmüş yer. Vedrənin batığı. Ordun batığı.\n3. Boğuq, batmış. Batıq səs. – Qoy hələ Salman çəksin, – deyə Aslan yarımçıq və batıq bir səslə Qulam müəllimə cavab verdi. S.Rəhimov. [Ərbabın] batıq səsi eşidildi. Mir Cəlal.\n4. Bulaşıq, bulaşmış, çirkli, bir şeyə batmış. Batıq qab. Batıq boşqab. batıqlıq is.\n1. Batıq, çökük, batmış şeyin halı.\n2. Bulaşıq, bulaşmış şeyin halı. batırılma “Batırılmaq”dan f.is. batırılmaq “Batırmaq”dan məch. batırmaq f.\n1. Sancmaq, girdirmək, soxmaq, keçirmək, daxil etmək (ucu iti şeyi). İynə batırmaq. Sancaq batırmaq.\n2. Qərq etmək, suyun dibinə çökdürmək, cumdurmaq. Qayığı az qala çevirib batırmışdı.\n3. Məhv etmək, yox etmək, zay etmək, puç etmək, itirmək. Var-yoxunu batırmaq. – [Ərbab:] Qorxuram ki, mayanı batırasan. Mir Cəlal. // məc. Ölməsinə, qırılmasına, tələf olmasına səbəb olmaq. Bütün mal-qaranı batırdı. Düşmən bu döyüşdə bütün qalan qoşunlarını batırdı.\n4. Mayenin içərisinə soxmaq, islatmaq, yaş etmək, hopdurmaq. Çörəyi bala batırıb yemək.\n5. Bulamaq, bulaşdırmaq, ləkələmək, çirkləndirmək. Üst-başını batırmaq. Ayaqqabılarını palçığa batırmaq.\n6. Bir sıra isimlərə qoşularaq, mürəkkəb feil və ifadələr düzəldilir; məs.: ad batırmaq, başını batırmaq. batış is. Batma. [Vaqif:] Günəşin çıxışı ilə batışı gözəl olur, günorta yerində olanda ona heç baxan da olmur. Çəmənzəminli. batil sif. [ər.] köhn.\n1. Yalan, əsilsiz, doğru olmayan, həqiqətə uyğun olmayan. Batil fikir. // İs. mənasında. Madam ki, xalq elm səbəbi ilə haqq ilə batilə fərq verməyə qabil deyil, gündə bir şeyx .. çıxacaq, aləmə fitnə salacaq .. və bədbəxt edəcək. M.F.Axundzadə. Biz burada istər Bab, istərsə Bəhanın anadan alim doğulduqları iddiasının batil olduğunu təyin etdik. M.S.Ordubadi. • Batil eləmək (etmək) – puça çıxarmaq, heçə çıxarmaq, heç eləmək, batırmaq. Mən gözlərimə inana bilmirəm, bu imarət kimindir, burada tikilibdir? Bu mənim imarətimi batil elədi. (Nağıl). Hərdənbir zurnanın səsi ucalıb, özgə səslərin hamısını batil eləyirdi. C.Məmmədquluzadə.\n2. Dinə görə doğru olmayan, dinin tələblərini və göstərişlərini, hökmünü, şərtlərini pozan (iş, hərəkət və s.). Dayım namazda olanda çün danışa bilməzdi ki, namazım batil olmasın. C.Məmmədquluzadə. [Salmanov:] Sən nə danışırsan, ay oğul, məni günaha batırıb ibadətimi batilmi eləmək istəyirsən? M.Hüseyn. batin is. [ər.] Daxil, iç, iç üz (zahir ziddi). Zahida, gəl soyunaq bir kərə paltarımızı; Çıxaraq zahirə batindəki əfkarımızı. M.Ə.Sabir. Batinin əksidir fəqət zahir. H.Cavid. Zahirən çox sadəlövh görünən bu qızın batində bu qədər hiyləgər olduğuna Əlyarov heç vəchlə inana bilmirdi. M.Hüseyn. // Gizli. [Fərraşbaşı:] Bəli, batində o da Ağa Mərdanın şəriki imiş! M.F.Axundzadə. Bir qismi də batində dinsiz, amma zahirdə özlərini camaatın nəzərində dindar qələmə verən oxumuşlarımızdır. C.Məmmədquluzadə. batinən zərf [ər.] Daxilən, içdən, ürəkdən. Mən batinən çox məmnun qaldım və hətta haqqından savayı bir abbası da artıq verdim. C.Məmmədquluzadə. [Erkək Tükəzban] batinən ağıllı bir türk qadınıdır. B.Talıblı. batini sif. [ər.] Daxili, iç (zahiri ziddi). Bu adamın zahiri quruluşu kimi, batini həyatının da çox maraqlı olduğunu onun [Əzim dayının] hər sözündən, hər hərəkətindən anlamaq olurdu. A.Şaiq. // Mənəvi. batist [fr.] Nazik və bir qədər parlaq pambıq parça növü. batqı is.\n1. Zəlzələ nəticəsində yerdə və dağlarda əmələ gələn batıqlıq, çöküntü.\n2. Alverdə və s.-də itki, ziyan, zərər.\n3. Dənizdə və s.-də batmış gəmi və s. batqın sif.\n1. Batmış, çökmüş, çökək, çuxura düşmüş. Qubernator, adı çəkildiyindən batqın gözlərini bir çocuq sevinci ilə parıldadan Cəfər əmidən: – Siz necəsiniz? – [deyə soruşdu] H.Nəzərli. // Çuxur, dərin yer.\n2. Batıq, batmış (səs).\n3. məh. İtmiş, adı və nişanı qalmamış. Adı batqın. • Batqına düşmək – vaxtında gəlib çıxmamaq.\n4. məh. İflas etmiş, müflis. batqınlıq is. Çökək və batmış şeyin halı; çökəklik, batıqlıq. // Çuxurluq, dərinlik. batma “Batmaq”dan f.is. batmaq f.\n1. Şiş tərəfi ilə bir yerə sancılmaq, girmək, soxulmaq (ucu iti şeylər haqqında). Ayağıma mıx batdı. Barmağıma iynə batdı. – Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl. (Ata. sözü). // məc. Batan kimi, girən kimi hiss olunmaq; sancmaq. Gözümə elə bil bir şey batır. Qulağıma sanki bir şey batıb. – Müctəhidzadənin bu sözləri sanki iynə olub ürəyimə batdı. M.S.Ordubadi.\n2. Suyun dibinə dalmaq, cummaq, düşmək. Suya batıb çıxmaq. Dalğıc suya batıb gözdən itdi. Ağac sudan yüngül olduğu üçün batmır. Vedrə suyun dibinə batdı. // Qərq olmaq, suda boğulmaq. Barkas tufana düşdü və dərhal batdı. Balıqçıların hamısını qurtardılar, amma balıqları batdı. // Yapışan, özlü, qəliz, qatı bir şeyin içinə girib çıxmamaq. Araba getmədi əsla qabağa; Deyəsən batmış idi bir batağa. A.Səhhət. // məc. dan. Bir şeyin həddindən artıq çoxluğunu göstərir. İşin içində batmaq. Kağızların içində batmışam, çıxa bilmirəm. Borca batmaq.\n3. Örtülmək, bir şeyin altında, yaxud arasında qalıb görünməmək, görünməz hala gəlmək, itmək. Taxıl o qədər hündürdür ki, adam arasında batır. Xırda daxmalar meşənin içində batıb gedir. – Yaylaq deyib ellər dağa köçəndə; Gül-çiçəyə tamam batar o dağlar. H.K.Sanılı. Bütün kainat qar altında batmış kimi idi. Mir Cəlal. Dağüstü şəhəri qaranlıq içində batıb gedirdi. S.Rəhimov.\n4. Qürub etmək, gözdən itmək. Gün batdı. – [Dost] sənə cavab vermədən əvvəl səndən soruşur ki, günəş saat neçədə batır. M.F.Axundzadə. Axşamdır, gün batmış, şəfəq saralmış; Çölə zülmət çökmüş, hava qaralmış. A.Səhhət. Günəş artıq batmaq üzrə idi. S.Rəhman.\n5. Məhv olmaq, zay olmaq, puç olmaq, heçə çıxmaq, hədər getmək, yox olmaq. Bütün qoyduğum əmək batdı. Bütün günüm batdı. Onun bütün pulları batdı. // Əldən çıxmaq, itmək. [Zibeydə:] Ağa Həsənə getməsən, bilirsənmi ki, altmış min tümən batar? M.F.Axundzadə. [Nəcəf bəy:] Nə vaxt sənin məndə iki quruşun batıbdır ki, gənə batsın. Ə.Haqverdiyev. // İflas etmək, müflis olmaq, heç bir şeyi qalmamaq. // məc. Ölmək, qırılmaq, tələf olmaq, məhv olmaq. Bütün mal-qara batdı. – [Ocaqqulu:] Sən öl, Vəliyulla, ev yiyəsinə qalsa, adam acından batar. S.Rəhimov.\n6. Yox olmaq, yerlə bir olmaq, məhv olmaq. Zəlzələdən bütün şəhər batdı. – .. İnqilab günlərində qarışqa yuvası kimi qaynaşan küçələr indi zəlzələdən batmış kimi susub durmuşdur. M.S.Ordubadi.\n7. Çökmək, çuxura düşmək. Ordları batmaq. Gözləri batmaq. – Pinəçi [Səriyyə xalaya] ordları batmış, yarpaq kimi saralmış və arıqlamış Ayazı və Niyazı göstərdi. M.İbrahimov.\n8. Əsəri, izi, nişanəsi qalmamaq, yox olub getmək. Adı batmaq. İzi batmaq.\n9. Bulaşmaq, bulanmaq. Palçığa batmaq. Kağız mürəkkəbə batıbdır. – Üstüm-başım qana və qanlı torpağa batmışdı. M.S.Ordubadi. [Qəhrəman] alınan, bölünən və göndərilmək üçün bağlanan dərs kitablarının tozuna batır. S.Rəhimov. // Başdan-başa örtülmək, basmaq. Cütçü batıb qan-tərə, yer şumlayır; Şumladığı torpaqları tumlayır. M.Ə.Sabir.\n10. Tutulmaq. Səsi batmaq. Qulağı batmaq.\n11. məc. dan. Qalib gəlmək, üstün gəlmək, gücü çatmaq. Hətta nikolaylara batan olubsa da, fazillərin sözünü danışmağa bir kimsə cürət eləməyib. C.Məmmədquluzadə. • Bata bilməmək – qalib (üstün) gələ bilməmək, gücü çatmamaq. Xanın adamları həramilərə bata bilmədi. (Nağıl). Qoşun nə qədər hər tərəfdən hücum etdisə, dəlilərə bata bilmədi. “Koroğlu”. [Bədəl:] Bizə bu dağların arasında heç bir qüvvət bata bilməz. Ə.Haqverdiyev.\n12. məc. Təsir etmək. Bu uşaqlara heç bir söz batmır. – Neyləyəsən, xalqa sözün batmadı; Hiylələrin bir kəsi aldatmadı. M.Ə.Sabir.\n13. Bir sıra isimlərə qoşularaq, mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: ağlına batmaq, beyninə batmaq, günaha batmaq. ‣ Batıb çıxmaq – gah görünmək, gah yox olmaq. Axşam buludlar arasında batıb çıxan ayın işığında on altı atlı .. arana doğru enməyə başladı. Çəmənzəminli. Batıb qalmaq məc. – çıxa bilməmək, tamamilə ilişib qalmaq, çıxılmaz vəziyyətə düşmək. batman is. Azərbaycanın müxtəlif yerlərində müxtəlif ağırlıqda (əsasən 20 girvənkə ağırlığında) olan köhnə çəki ölçüsü. [Hacı Kərim:] Bir misqal ondan bir batman misə vurur, xalis gümüş olur. M.F.Axundzadə. Əhli-xibrə qoydular qan-tarə şahi çəkdilər; Əlli batman istixani gəldi, yüz batman əti. M.Möcüz. Qazanın hər biri sözsüz dörd-beş batman düyü çıxaran qazandı. M.S.Ordubadi. ‣ Ağır oturub, batman gəlmək – vüqarlı olmaq, ağır olmaq, ciddi olmaq. Ağır otur, batman gəl. (Ata. sözü). Özünü batman hesab eləmək – özü haqqında çox böyük fikirdə olmaq. [Ağa Kərim:] Rədd ol! Ədə Xalıq, .. gəl buna göstər ki, çetvərdir, özünü batman hesab eləməsin. S.Rəhimov. batmanlıq sif. Bir batman çəkisində olan; bir batman tutumunda olan; bir batman tutan. Batmanlıq yük. Batmanlıq qazan. – Üçüncü gün səhər açılan kimi, on batmanlıq daş atan mancanaqlar Siyahdəhən, Şal və Soniqan məntəqələrini döyməyə başladı. M.S.Ordubadi. [Şeyda:] Öz unumuzdandır; bir batmanlıq yerimiz var, onu hər il əkirik. A.Şaiq. batman-tərəzi is.\n1. Ağır şeyləri çəkməyə məxsus böyük tərəzi; qapan.\n2. Bax basqıncaq. batmış 1. “Batmaq”dan f.sif.\n2. is. Söyüş, qarğış, təhqir mənasında. [Sənəm:] Yəni batmış [Məşədi İbad] o qədər çirkindir ki, adam qorxa da bilər? Ü.Hacıbəyov. bavər [fars.]: bavər etmək (qılmaq) – inanmaq. Məcnun ilə Leylini bərabər; Gər kim deyir isə, qılma bavər. Füzuli. Gürcüstanda onun [qızın] nəqlinə bavər etməyib belə fərz edirdilər ki, guya o qaçıbdır və istəyirdilər ki, onu geri qaytarsınlar. M.F.Axundzadə. Evi yandı yalançının, – derlər; Ona bir kimsə etmədi bavər. M.Ə.Sabir. Ağanın xüsusi məvacibxor agentləri hər yeri dolanıb, belə xəbəri buraxırdılar və avam xalq da bu agentlərin sözlərinə bavər edirdilər. Ə.Haqverdiyev. bay I. sif. qəd. Dövlətli, zəngin, varlı, bəy; böyük. Bay ilə yoxsul bənəm, yolçu ilə yol bənəm. Nəsimi. Ey xublar içində tələti-hüsn ilə bay olan! Xətayi. Budu xahişləri kim, baxmayıb ağü bozuna; Eyləyim həcv bayü gədavü xanı. Q.Zakir. Sənsən mahal yaraşığı; Göz görməz sənsiz işığı; Müxtəsər ki, heç aşığı; Eyləməzsən bay, qara qız. Aşıq Ələsgər.\n\nII. nida. Təəccüb, heyrət, çaşqınlıq və s. hissləri bildirir. Bay! Sən hara, bura hara! Bay! Bu kimdir? Bay, haçan gəlmisən? – Bir az suyu [gölməçədə] araşdırmışdıq ki, Məmmədağa səsləndi: – Bay, balıq əlimə dəydi. – Hanı, hanı? – deyə mən də onun yanında axtarmağa başladım. S.S.Axundov. // Bəzən təkrar şəklində işlənir. bayağı sif.\n1. Ən adi, ən sadə, çox bəsit; çeynənmiş. Bayağı fikir.\n2. Qaba, şit, ləyaqətsiz. Bayağı zövq. Bayağı söz (ifadə). bayağılaşdırıcı is. Bir nəzəriyyəni, fikir və s.-ni təhrif olunacaq dərəcədə sadələşdirən, qabalaşdıran, bayağı şəkildə göstərən adam. Marksizmi bayağılaşdırıcılar. bayağılaşdırıcılıq is. Bayağılaşdırma işi. bayağılaşdırılma “Bayağılaşdırılmaq”dan f.is. bayağılaşdırılmaq məch. Təhrif olunacaq dərəcədə sadələşdirilmək, bəsitləşdirilmək, qabalaşdırılmaq; bayağı şəkildə göstərilmək. Müəllifin fikri bayağılaşdırılmışdır. bayağılaşdırılmış f.sif. Təhrif olunacaq dərəcədə sadələşdirilmiş, bəsitləşdirilmiş, qabalaşdırılmış; bayağı şəklə salınmış. Bayağılaşdırılmış nəzəriyyə. bayağılaşdırma ”Bayağılaşdırmaq”dan f.is. bayağılaşdırmaq f. Təhrif olunacaq dərəcədə sadələşdirmək, bəsitləşdirmək; bayağı şəkildə göstərmək. Nəzəriyyəni bayağılaşdırmaq. bayağılaşma “Bayağılaşmaq”dan f.is. bayağılaşmaq f. Təhrif olunacaq dərəcədə sadələşmək, bəsitləşmək; bayağı şəklə düşmək. bayağılıq is. Bayağı şeyin halı. Fikrin, ifadənin bayağılığı. bayaq zərf Bir az bundan əvvəl, qabaqca. [Qaraca qız:] Mən bayaq çəpərin arasından güllü bağçaya baxırdım, sən də kitab oxuyurdun. S.S.Axundov. Əsəd sıçrayıb bir daşın dalında gizlənərək, bayaq gördüyü yerə baxmağa başladı. B.Talıblı. [Musa kişi:] Mən bayaq fikir verirdim, sən uşaqlara baxanda tikə boğazından aşağı getmirdi. M.İbrahimov. bayaqdan zərf (bəzən “bəri” sözü ilə bərabər). Bir az əvvəldən; çoxdan. Bayaqdan dayanıb səni gözləyirəm. – Bir səs gəlir uzaqdan; Mən dinlərəm bayaqdan. A.Səhhət. Bayaqdan bəri gözlərini yumub mürgüləyərək qulaq asan .. Hikmət İsfahani əqrəb çalmış kimi dik atıldı. M.İbrahimov. Yağış ara verəndə atları mindik. Bayaqdan canavar ağzını açıb üstümüzə yüyürən itlər indi səf çəkib sakit dayanmışdılar. R.Rza. bayaqkı sif. Bir az əvvəlki, bir az əvvəl olmuş. [Şahnisə xanım:] Tanrının qüdrətinə şükür! Bayaqkı tufan, indiki gözəlliyə bax! Çəmənzəminli. İzi də qalmamışdır, bayaqkı yorğunluğun. R.Rza. Sükutu Əziz pozub, Gülsabahın bayaqkı eyhamlı suallarına cavab verməyə başladı. Ə.Vəliyev. bayan [rus.] Mürəkkəb quruluşlu böyük qarmona bənzər musiqi aləti. Bayan çalmaq. – Nəfəsli musiqi alətləri əsas etibarı ilə üç qrupa ayrılır: ..Klavişli musiqi alətləri (ərğənun, qarmon, fisqarmoniya, bayan, akkordeon və sairə). Ə.Bədəlbəyli. Əvvəl günlər Salovyova elə gəlirdi ki, .. kamançanın incə, lirik ahəngi bayanın gur səsini korlayır. Ə.Əbülhəsən. bayançalan (=bayançı) is. Bayan çalan çalğıçı. bayançı (=bayançalan) is. Bayan çalan çalğıçı. bayat sif.\n1. Köhnəlmiş, təzəliyini itirmiş; köhnə, quru, soyuq. Bayat çörək. Bayat xörək. Bayat aş. – Hərdən arvadın əlacı kəsilib, gedib Ələsgər ağagildə qulluq edirdi və axşamlar uşaqlara çörək qurusundan, bayat bişmişlərdən gətirirdi. Çəmənzəminli.\n2. məc. Dəbdən düşmüş. bayatı is.\n1. Azərbaycan xalq musiqisində həzin bir hava adı. Bayatı çəkmək (demək). – Külli Qarabağın abi-həyatı; Nərmü nazik bayatıdır, bayatı. M.V.Vidadi. [Novruzun] bayatıları Bahadırın dərdini daha da artırırdı. N.Nərimanov. ..Çoban da bayatı nəğməsini tütəyində ucaltdı. S.S.Axundov. Anasından ayrılandan sonra Əbdülkərim bir bayatı çağırmağa izin istədi. Ə.Haqverdiyev. • Bayatı-qacar, bayatıəcəm, bayatı-isfahan, bayatı-kürd, bayatışiraz və s. – klassik Azərbaycan musiqisində muğam adları. Ağayi Füzulüzzakir .. neçə dəfə bizim üçün öz segahları ilə, şurları ilə, xüsusən bayatı-qacarları ilə ləzzətiruhani veribdir. Ə.Haqverdiyev.\n2. Azərbaycan şifahi xalq ədəbiyyatında nəzm formalarından biri; çox zaman onun dörd misrasından 1, 2 və 4-cüsü həmqafiyə, 3-cü misrası isə sərbəst olur; məs.: Bu bağça bar olunca; Heyvalar nar olunca; Çatlayır dəli könlüm; Sən mənə yar olunca. bayatılamaq f. Bayatı söyləmək, bayatı çağırmaq. Əfruzun laylası qarlı pəncərəni dilləndirirdi. Mədəd qapıdan girərək: – Nə bayatılayırsan? – deyə soruşdu və kitablarını stolun üstünə qoydu. S.Rəhimov. bayatıma “Bayatımaq”dan f.is. bayatımaq f.\n1. Bayat olmaq, köhnəlmək, təzəliyini, təravətini itirmək (çörək, xörək və s. haqqında). Xörək bayatımışdır, yemək olmur.\n2. məc. dan. Qiymətdən düşmək, dəyərsizləşmək, əhəmiyyətini itirmək. bayatlaşma “Bayatlaşmaq”dan f.is. bayatlaşmaq f.\n1. Köhnəlmək, qalıb təravətini, təzəliyini itirmək. Xörək bayatlaşmışdır.\n2. məc.Dəbdən düşmək, daha işlənməmək. bayatlıq is. Bayaq şeyin halı. Çörəyin bayatlığı. bayaz is. [ər.]\n1. Bax bəyaz 1-ci mənada.\n2. köhn. Şeir, mərsiyə dəftərçəsi. Bayazımı açıb, Qarabağ səpgisində bir mərsiyə oxudum. O gecədən etibarən məndən əl çəkmədilər. H.Sarabski. bayda bax badya. ..Səhərlər çayın yanına yekə bayda dolusu qaynar süd gələndə “oğru inəyin” südü, deyib danışırlar. C.Məmmədquluzadə. baydırmaq f. məh. Özgədən alınan əmanəti sahibindən izinsiz olaraq başqasına vermək. bayğın sif. və zərf\n1. Özündən getmiş, qəşş etmiş, ürəyi keçmiş, bayılmış. Bayğın düşmək. Bayğın kimi yatmaq. – Səfər bu səsə əhəmiyyət vermədi, bayğın gözləri sayrışan ulduz arasında dolaşırdı. Çəmənzəminli.\n2. məc. Xumar, məstanə, süzgün. Bayğın baxışlar. – Qadınların bu hərəkəti, Almazın dalğın duruşu, bayğın baxışları, gizli göz yaşları Pakizəni heç açmırdı. A.Şaiq. bayğın-bayğın zərf Xumarlanmış halda, süzgün-süzgün, məstanə. [Gənc oğlan və qız] bu kölgəli gecəni bayğın-bayğın seyr edir və ürəklərinə yaxın olan şeylərdən danışırlar. M.S.Ordubadi. bayğınlıq is. Özündən getmiş, qəşş etmiş, ürəyi keçmiş adamın halı; özündən getmə, qəşş etmə, ürəyi keçmə. Ayna onu sarmış ani bir bayğınlıqdan ayılaraq, ağacdan ayrıldı. Ə.Məmmədxanlı. bayğırmaq f. Bağırmaq, qışqırmaq, hayqırmaq. [Şirəli] özünün son qüvvətini toplayaraq bayğırırdı. M.Hüseyn. bayıldıcı sif. Bihuşedici, məstedici, valehedici. O dalğın və müəmmalı gözlər gecənin sükutunu oxşayan müzəyyən və bayıldıcı bir ud zümzüməsini dinləyərək uyuyur. H.Cavid. bayılma “Bayılmaq”dan f.is. bayılmaq f. Özündən getmək, qəşş etmək, ürəyi keçmək. Bayılmaq dərəcəsinə gəlmək. – [Balaş:] Sağdır, sağdır, ürəyi döyünür, ancaq bayılmışdır. C.Cabbarlı. “Anamız öldü, aman!” – deyib, birdən bayıldım. S.Rüstəm. bayılmış f.sif. Özündən getmiş, qəşş etmiş. Burjuylar bayılmış qadınlarını faytona qoyub qaçmaq istəyirdilər. M.S.Ordubadi. bayıltmaq icb. Bayılmasına səbəb olmaq. [Əkbər] yerişi ilə nişanlayan, kirpiyi ilə oxşayan, baxışı ilə bayıldan .. xanımlar görməmişdi. Mir Cəlal. Sonra ikinci zərbə, üçüncü zərbə Hüseyni bayıltdı. S.Rəhman. bayır is.\n1. Binanın və s.-nin xarici; eşik, həyət, çöl, dişarı, kənar, açıq yer. Bayırda qar yağır. Bayırda hava necədir? İndicə bayırdan gəldi. Bayırdan musiqi səsi gəlir. Uşaqlar bayırda oynayırlar. – Şəhabəddin Xədicəni bayıra çağırıb, ərinin atlıarabalı dərəyə uçub ölməyini xəbər verdi. S.S.Axundov. Bayırda bərk xəzri əsirdi. M.İbrahimov. Onların hər ikisi pəncərədən bayıra baxdı. Ə.Sadıq. • Bayıra atmaq (basmaq) dan. – qovmaq, çıxarmaq. O katibi birdəfəlik bayıra atmaq lazımdır. S.Rəhimov.\n2. dan. Üz, zahir, xarici görünüş. İçərim özümü yandırır, bayırım özgəni. (Ata. sözü).\n3. Adətən “sayır-bayır” şəklində dan. – boş, hədərən-pədərən, rabitəsiz, mənasız. Sayır-bayır danışmaq. Gecə-gündüz sayırbayır danışırdım. bayır-baca (=bayır-bacaq) is. Çöl, bayır, ümumiyyətlə, hər hansı bir yer. Pəri xanım kəndli qızı idi, necə olmuş olsa da, gənə bayırbacaq görmüşdü. (Nağıl). [Cəfər əminin] əynindəki həmişəlik iş paltarından başqa bircə dəst bayır-bacaq paltarı var idi. H.Nəzərli. Bəlkə elə bayır-bacaqda Allahqulu kimilərin ağzına dil verən də Veysdi? Ə.Əbülhəsən. // Həyət, evin ətrafı. Qapıbacanı əhənglə ağartmaq, evlərin bayırbacağını süpürmək .. ümumi bir həvəs idi. H.Sarabski. bayır-bacaq (=bayır-baca) is. Çöl, bayır, ümumiyyətlə, hər hansı bir yer. Pəri xanım kəndli qızı idi, necə olmuş olsa da, gənə bayırbacaq görmüşdü. (Nağıl). [Cəfər əminin] əynindəki həmişəlik iş paltarından başqa bircə dəst bayır-bacaq paltarı var idi. H.Nəzərli. Bəlkə elə bayır-bacaqda Allahqulu kimilərin ağzına dil verən də Veysdi? Ə.Əbülhəsən. // Həyət, evin ətrafı. Qapıbacanı əhənglə ağartmaq, evlərin bayırbacağını süpürmək .. ümumi bir həvəs idi. H.Sarabski. bayırşəhər is. dan. Şəhərin bürcündən xaric, yaxud əsas çevrəsindən kənarda olan hissəsi. bayırşəhərli sif. və is. dan. Bayırşəhərdə yaşayan. [Bayırşəhərdə yaşayanlara] ayaqyalın bayırşəhərli deyərdilər. H.Sarabski. bbyka is. [rus.]\n1. Yundan və ya pambıqdan toxunan yumşaq xovlu parça.\n2. Bu parçadan tikilmiş. Bayka palto. bayqu is. Bayquş sözünün qədim forması. Bayqu gələr, məskən salar sənə, yar; Sən hurisən, sən pərisən mənə, yar. Aşıq Mehdi. Yığıldı bayqular, etdi viranə; Ömür oldu yaman yarı, sevgilim! Aşıq Rəcəb. Qeyr ilə yarım gedir, gərdən çəkib bir qu kimi; Qalmışam viranələr küncündə mən bayqu kimi. S.Ə.Şirvani. bayquş is.\n1. İri gözlü, girdə başlı, çirkin səsli, qarmaqburun, yırtıcı gecə quşu. Bayquş xərabəlik, qurd dumanlıq sevər. (Ata. sözü). Axşamtərəfi yağış havası, bayquş da ulayır. Ə.Haqverdiyev. Qəflətən bir qorxulu səs meşəni götürdü. Faytonçu dedi: – Qorxma, xanım, bayquşdur, ulayır. S.S.Axundov.\n2. Mənhusluq, uğursuzluq simvolu kimi. [Gülnaz] bayquş kimi həyətlərinə kədər və qüssə gətirmiş bu adamların yaxasından tutub, çölə atmaq .. istəyirdi. M.İbrahimov. Nə etmək ki, hökmdarlar bayquşu bülbüldən çox sevirlər. M.Hüseyn. • Bayquş yuvası məc. – xarabazarlıq, əhalisi tərk olmuş yer; mənhus yer, şükümsüz yer. Bir neçə ildən sonra [qoçuların] sayəsində Zabrat kəndi bayquş yuvasına döndü. H.Sarabski. [Maral:] Ah, [bu] bayquş yuvasından qurtula bilsəydim. H.Cavid.\n3. məc. Cəmiyyət sevməyən, insanlardan qaçıb təkcə yaşayan adam haqqında. O lap bayquşdur, adam arasında görünmür. Bayquş kimi həyat keçirmək. bayraq is. Uzun və nazik bir ağacın baş tərəfinə rəbt edilmiş və adətən üzərində dövlətin, yaxud hərbi və ya ictimai təşkilatın xüsusi əlaməti – nişanı çəkilmiş bir və ya müxtəlif rəngli qumaş parçası. Parlaman üstündə üçrəngli bayraq; Çarpırdı ruzgara dalğalanaraq. M.Müşfiq. O gün olsun bu göy bayraq Turan üstə açılsın. C.Cabbarlı. ‣ Ağ bayraq qaldırmaq – təslim olmağa hazır olduğunu bildirmək. ...bayrağı altında – bir şey naminə, bir şüar altında, bir məqsəd uğrunda, bir qayəni əldə rəhbər tutaraq. Mübarizə bayrağı qaldırmaq – mübarizəyə qalxmaq. ...bayrağını yüksək tutmaq – hər hansı bir ideyanı, vəzifəni namusla, layiqincə yerinə yetirmək. bayraqçı bax bayraqdar. bayraqdar is. Bayraq tutan, bayraq daşıyan adam. Bu qadınlar dəstəsinin başında duran bayraqdar, ucaboylu .. qoca bir qadın idi. S.S.Axundov. [Əjdər] bayraqdar olduğuna fərəhlənir və bu bayrağı ona tapşırdıqları üçün sevinirdi. S.Rəhman. bayraqdaşıyan bax bayraqdar. Bayraqdaşıyanlar .. bayrağı möhkəm tutmuşdular. M.S.Ordubadi. bayraqlı sif. Bayrağı olan, əlində bayraq olan. Bayraqlı əsgərlər. // İs. mənasında. Bayraqlılar qabaqda gedirlər. bayram is.\n1. Hər hansı bir tarixi və s. hadisə şərəfinə keçirilən şadlıq günü; təntənə. Bir May bayramı. Oktyabr bayramı. – [Qolçomaqlar] heç vaxt qəbul eləməzdi ki, qadınlar başıaçıq meydanlara çıxıb, bayram saxlasınlar. Ə.Haqverdiyev. • Bayram axşamı – hər hansı bir bayramdan əvvəlki gün. Bayramınız mübarək (olsun)! – bayram münasibəti ilə təbrik.\n2. Şadlıq, şənlik, xoşbəxtlik, səadət mənasında. Vəsli-yar ilə yetişdi hamı bayrama, könül! Yetmədin dövləti-dildar ilə sən kamə, könül! S.Ə.Şirvani.\n3. Kütləvi oyunlar, əyləncələr və s. keçirilən gün. İdman bayramı. Yaz bayramı. Uşaq bayramı. ‣ Qara bayram – bax qara1 . bayramqabağı sif. və zərf Bayrama yaxın, bayram ərəfəsində olan. Bayramqabağı ticarət. Bayramqabağı yarış. Bayramqabağı hazırlıq. bayramqurdu is. bax məryəmqurdu. bayramlaşma “Bayramlaşmaq”dan f.is. bayramlaşmaq qarş. Bayram münasibəti ilə bir-birini təbrik etmək, bir-biri ilə görüşmək. Xanməmməd gəldi, bayramlaşıb oturdu. Çəmənzəminli. Bayramlaşmağa gələnlər yerin azaldığını görüb, xudahafizləşib gedirdilər ki, başqa gələnlər üçün yer açılsın. H.Sarabski. bayramlıq 1. sif. Bayrama məxsus olan, bayram münasibəti ilə düzəldilmiş. Bayramlıq süfrə. Bayramlıq paltar.\n2. is. Bayram hədiyyəsi, bayram payı. [Hacı Osman:] Balalar, əziz balalar, mən sizə bayramlıq nə verim? N.Vəzirov. bayramsayağı zərf Bayramda olan kimi. Ülfət Yunis və Davud ilə birlikdə gerbi maşından çıxarıb, Akademiyaya bayramsayağı bəzənmiş binaya gətirəndə, eksponatlar qəbulu bitmişdi. Mir Cəlal. bayramyemişi is.\n1. Bayramlarda süfrəyə düzülən quru meyvələr və s. şirniyyat; xuşgəbar. [Novruz bayramında] dükanların qapısı üstündən bir zəng asardılar və bayramyemişi satıldıqca o zəngi vurardılar. H.Sarabski.\n2. məc. Bir-birini tutmayan müxtəlif şit rənglər. bayronizm [xüs. is.-dən] İngilis şairi Bayronun yaradıcılığı təsiri altında XIX əsrin əvvəllərində Qərbi Avropada meydana gəlmiş ədəbi cərəyan (bu cərəyanın xüsusiyyəti romantik fərdiyyətçilikdən, şair ilə cəmiyyət arasında təzaddan, ruh düşkünlüyündən ibarət idi). baytal bax baytar. [Nurcahan:] Başına dönüm, həkimbaşı, bu suyu bir baytal verib, mənim azarlıma dava adına... N.Vəzirov. baytar is. [ər.]\n1. Mal həkimi. Baytar həkim. Baytar vəzifəsi.\n2. məc. dan. zar. Təbabətdən xəbəri olmadığı halda, həkimlik iddiasında olan adam və ya öz peşəsini yaxşı bilməyən həkim haqqında; yalançı həkim. baytarlıq is.\n1. Mal həkiminin işi, sənəti.\n2. Ev heyvanları xəstəliklərinə və bu xəstəliklərin müalicə üsullarına aid olan. Baytarlıq elmi. Baytarlıq məntəqəsi. Baytarlıq fakültəsi. Baytarlıq elmləri doktoru. baz is. [fars.] Alıcı quş, tərlan, qızılquş; quş ovlamaq üçün ələ öyrədilmiş quş. Şikari aşikar eylər, görün bu baz şahbazı; Könüllər seydinə yarın gözü şahanə laçındır. Xətayi. ...baz [fars.] Bəzi isimlərin axırına gətirilərək bir şeyin həvəskarı, maraqlısı, hərisi məfhumunu ifadə edən şəkilçidir; məs.: quşbaz, sehrbaz, qumarbaz və s. baza [əsli yun.]\n1. Bünövrə, əsas, özül, bina. İqtisadi baza. – [Sumqayıtda] metallurgiyanın ilk bazası qoyulur. Mir Cəlal. // Bir şeyin həyata keçirilməsi, yaxud fəaliyyəti üçün lazım olan maddi-texniki şəraitin məcmusu. Texniki baza. Heyvandarlıq üçün yem bazası. Yüngül sənaye üçün xammal bazası yaratmaq. – Qarğıdalı eyni zamanda iki məsələni, yəni həm dən ehtiyatının artırılması, həm də mal-qara üçün möhkəm yem bazası yaradılması məsələlərini həll etməyə imkan verir. (Qəzetlərdən).\n2. Müəyyən bir işə, əməliyyata xidmət üçün hər cür ehtiyat, maddi vəsait, xüsusi təsisat və qurğularla təchiz olunmuş yer, istinad nöqtəsi. Təyyarə bazası. Hərbi-dəniz bazası. Turist bazası.\n3. Mal, məhsul, material və s. saxlamaq üçün yer, anbar. Neft bazası. Kömür bazası. Azərittifaqın meyvə-tərəvəz bazası. – Dairəittifaq sədri Nemətullayev əmtəə bazasında olduğundan bu səfərbərlikdən qalmışdı. S.Rəhimov. bazalt [lat.] geol. Mürəkkəb tərkibli tünd rəngli, xırda dən-dən, yaxud sıx şəkildə olan vulkanik süxur (şüşə sənayesində, inşaat və s. işlərində istifadə olunur). bazar I. is.\n1. Alış-veriş yeri. Bütün şəhər bazar, dükanları bağlayıb küçələrə çıxmışdı. M.S.Ordubadi. Bazarın başında yoğun və qırmızıbirçək bir baqqal – “buy, dəli Səmədə bax!” deyib, ona bir çürük badımcan səlbəsi atdı. Çəmənzəminli. Bazarın ayağında Quba meydanı adlanan yer vardı. S.Rəhman. • Bazar dəyəri – rəsmi idarələr tərəfindən deyil, bazarda müəyyən edilən qiymət. Bazara çıxarmaq – malı satışa qoymaq, alver meydanına çıxarmaq. At bazarı köhn. – keçmişdə şəhərlərdə və ya həftə bazarlarında at satılan yer, meydança. Quş bazarı – ilin müəyyən fəsillərində köçəri quşların toplandığı yer.\n2. Açıq yerdə, yaxud bina içərisində düzəldilən böyük mövsüm ticarəti. Kitab bazarı. Bayramqabağı bazar. – Hər həftə şənbə günləri Güllücə kəndində bazar olardı. Kimi mal almağa və kimi də mal satmağa gələrdi. S.S.Axundov.\n3. iqtis. Əmtəə dövriyyəsi sahəsi, zonası. Daxili bazar. Xarici bazar. Dünya bazarı.\n4. Alver, alış-veriş, alğı-satqı. Bu gün bazar yoxdur. – [Hacı Qara:] Allah kəssin belə bazarı! Belə alış-verişi! M.F.Axundzadə.\n5. məc. dan. Səs-küy, qalmaqal olan yer haqqında. Buranı lap bazara döndəribsiniz. • Bazar açmaq – səs-küy salmaq, qalmaqal salmaq.\n6. Keçmişdə quzuçu və buzovçuların həftədə bir dəfə bazar günləri məhsul şəklində aldıqları muzd.\n\nII. is. Həftənin şənbədən sonra gələn günü; yekşənbə. Bazar günü. Gələn bazar sizə gələcəyəm. • Bazar ertəsi – həftənin bazardan sonra gələn günü; düşənbə. bazarbaşı is. Keçmişdə bazara nəzarət edən şəxs. Sevər arvadın əri ilə qaynını bazarbaşı tutub saxlayıbdır. P.Makulu. bazarça is. Kiçik bazar. [Qoçular] gündüz günortaçağı küçə bazarçalarında atışar və istədikləri adamları öldürə də bilərdilər. H.Sarabski. bazarçı is. məh. Bazarda, meydançada alver edən adam. bazar-dükan top. Bazarlar və dükanlar. Məşədi Məmməd gündüzlər bazar-dükanı dolanıb, çayxanaları gəzərdi. B.Talıblı. bazarı sif. Bazarda satılmaq üçün hazırlanmış, adətən aşağı keyfiyyətli. Bazarı çəkmə. Bazarı palto. // Ümumiyyətlə, keyfiyyətsiz, səliqəsiz, davamsız, qaba, ucuz, çox sadə (mal haqqında). bazarlaşma “Bazarlaşmaq”dan f.is. bazarlaşmaq f.\n1. Alış-veriş zamanı qiymət üstündə danışaraq uzlaşmaq, sazişə gəlmək, qiymət kəsmək. // məc. Mübarizə etmək, razı olmamaq, inad edərək şərtlər irəli sürmək.\n2. Bazarlıq etmək. bazarlıq 1. is. Bazardan alınmış şeylər. • Bazarlıq etmək – 1) bazardan ev üçün lazımi şeylər almaq. [Nəbi ağa:] Özün buyurmuşdun ki, məni tez oyat, axşama qonaqlarım var, gərək bazarlıq edəm. S.S.Axundov. Firəngiz bazarlıq edir, xörək hazırlayır, ata və oğulun yolunu gözləyirdi. S.Rəhimov; 2) alver etmək. Hazırda sizinlə bazarlıq edəcək tacirlərdən deyilik. M.S.Ordubadi.\n2. is. etnoqr. Ərə gedən qız üçün paltar. Çox mübarək, çox mübarək, ölmədik, oğlumuzun toyunu gördük, – deyə Kəblə Xeyransa bazarlığı kişinin əlindən alıb sahmanlayır. H.Sarabski. Sabahı günü Əhməd kişi işdən qayıdandan sonra qızını evdə tapmadı. Tərs kimi bu gecə qıza bazarlıq gələcəkdi. Ə.Məmmədxanlı. • Bazarlıq etmək – toy üçün lazımi şeylər almaq.\n3. sif. Bazarda satmaq üçün hazırlanan. bazburud is. [əsli fars. bad burut] dan. Görkəm, boy-buxun, bədən quruluşu. [Qara xan:] Elə bazburudundan oxşayırsan; səni özümə ilxıçı edərəm. “Koroğlu”. Yəhyənin dili gödək olacaq, “Nə bilim, – deyəcək, – bazburuduna inandım”. Mir Cəlal. bazburudlu sif. dan. Boylu-buxunlu, qədd-qamətli. Xəlil paşa belə bazburudlu oğlanları görüb mat qaldı. “Koroğlu”. bazedov [xüs. is.-dən]: bazedov xəstəliyi tib. – qalxanvari vəzinin fəaliyyətinin pozulması nəticəsində törəyən xəstəlik. bazı I. is. məh.\n1. Xışın, cütün ulamadan kötüyə qədər olan hissəsi; qol.\n2. İki zəmi, tarla arasında mərz; dikdir.\n3. Halqa, dairə. Üzük bazısı.\n\nII. is. [fars.] dan. Oyun, kələk, hiylə, biclik. • Bazı gəlmək – kələk gəlmək, biclik işlətmək. [Şərəfnisə xanım:] Bəsdir, Allahı sevirsən, bu bazıları mənə az gəl!.. M.F.Axundzadə.\n\nIII. is. Çöl, quru düzənlik, səhra. ...bazlıq. Bəzi sözlərin sonuna gətirilərək, mürəkkəb isim düzəldilir; məs.: kələkbazlıq, hiyləbazlıq, oyunbazlıq və s. baziçə is. [fars.] Oyuncaq. Böylə-böylə sözlərin mən olmaram baziçəsi; Olsun, olsun, qoy çox olsun, böylə ləzzətli həyat! M.Ə.Sabir. Uşaqcıqlar kimi baziçələrə aldanaraq; Mütəsəlli olar, istər daha artıq yaşamaq. A.Səhhət. Əxtərlər, ey ziyaları titrək sitarələr; Baziçə eyləmiş sizi də pənceyiqədər? M.Hadi. bazirgan is. [fars.] köhn. Tacir. bazirganbaşı is. köhn. Tacirbaşı. bazis is. [yun.] Müəyyən cəmiyyətin üstqurumunun real əsasını təşkil edən ictimai istehsal münasibətlərinin məcmusu. Bazis və üstqurum. bazu is. [fars.] Qolun çiyindən dirsəyə qədər olan hissəsi; qol. Ol gümüş biləklər, şümşad bazular; Yada düşər, işim ahü zar olur. M.Vaqif. Nə çapırsan bu qədər dağları sən, ey Fərhad; Tələbi-vəsl məgər qüvvətibazu ilədir. S.Ə.Şirvani. Ağır atletika əzələləri, xüsusən, qol, bazu və gövdə əzələlərini olduqca inkişaf etdirir. Babayev. bazubənd is. [fars.]\n1. Qolbaq, bilərzik. Xədəmələr durar sağü solunda; Cavahir bazubənd iki qolunda. Nəbati. Bu halda şah, başında tac və əlində cavahirnişan toppuz, qolunda cavahir bazubəndlər .. taxta çıxıb oturdu. M.F.Axundzadə. Salıbsan gərdənə heykəl, həmail; Qızıl bazubəndlər qola yaraşar. Aşıq Ələsgər.\n2. Qədimdə döyüşçülərin qollarına geydikləri dəmir qolçaq.\n3. din. İçərisində nəzər duası, yaxud dua kitabçalarından bir nüsxə qoyulmuş, meşin və ya parça qovluq; qolbənd. bazuönü is. anat. Qolun dirsək oynağından biləyə qədər olan hissəsi. be “B” hərfinin və bu hərflə işarə olunan səssizin adı. // bax bey. beca bax bica becərilmə “Becərilmək”dən icb. becərilmək məch. Yetişdirilmək, bəslənib yetişdirilmək. becərmə “Becərmək”dən f.is. Becərmə işləri. – Xanpərinin də sahəsində becərmə gedir, pambıq seyrəlirdi. Ə.Vəliyev. becərmək f. Xidmət edərək, bəsləyərək yetişdirmək. Bağ becərmək. – [Heydər bəy:] Qulaq as, gör mənə nə cavab verdi: Heydər bəy, cüt ək, bağ becər, alış-veriş elə. M.F.Axundzadə. Salman kişi Daşlıca ağzında bostan becərərdi. Mir Cəlal. // Tərbiyələndirib böyütmək, yetişdirmək. [Pası:] Gül kimi uşaq becərmişəm, özünə dadandırıb qardaşın Gülo kimi külə döndərəsən? S.Rəhimov. becərtmə “Becərtmək”dən f.is. becərtmək “Becərmək”dən icb. becid zərf dan. Tez, yeyin, sürətli, cəld. Tez ol, becid gəl. beççə bax beçə. beçə is. [fars.]\n1. Bala.\n2. Çolpa, cavan xoruz. Siz sərv kimi sərkəş olub böylə boy atdız; İllik beçətək banlayaraq, xalqı oyatdız. M.Ə.Sabir. Dan atınca xoruz, beçələr banlar. A.Şaiq. Xalq ehtiyac içində əziyyət çəkdiyi zaman, Tərlan ağınabozuna baxmadan, beçədən, əmlikdən kəsdirib yeyirdi. M.Hüseyn.\n3. Cavan bal arısı. • Beçə vermək – bax beçələmək. [Piri kişi:] Yaxşı vaxtında gəlmişik, bu saat buranın arısı beçə verəcəkdir. S.S.Axundov. Arılar beçə verən zaman kənd adamı meşəni dolanar, bu arı pətəklərindən tapar, hər birisindən pudlarla bal götürərdi. S.Rəhimov. Beçə balı – cavan arının balı, təmiz ağ bal. Gülpərinin İdris üçün saxladığı beçə balı, motal pendiri və kərə yağı Əlyarovun çox xoşuna gəldi. M.Hüseyn. beçədan is. [fars.] Uşaqlıq, balalıq, ana qarnı. beçəxor is. [fars.] Qadınların uşaqlıqlarında əmələ gələn bir xəstəliyin xalq arasında adı. beçələmə f.is. Yeni əmələ gəlmiş ana arı və işçi arıların səbətdən çıxıb döl verməsi. beçələmək f.\n1. Beçə vermək, özündən yeni arı dəstəsi ayırmaq. Arılar yayda beçələmişdir.\n2. Zoğ atmaq, zoğlanmaq, yeni zoğ vermək. beh is. [ər.] Bütün təəhhüdün, ya sifarişin yerinə yetirilməsini təmin etmək üçün işi icra edən şəxsə qabaqca verilən pul. Beh almaq. Beh vermək. Behi qaytarmaq (sövdəni pozmaq, dəbbələmək). – Faytonçu Mürsələ, üç yoldaş hər birimiz, bir manat beh vermişdik ki, filan günü atları qoşub gəlsin, bizi aparsın. C.Məmmədquluzadə. Bu tacirlər evə müştəri gözü ilə baxdılar, Ağayevlə sövdələşdilər, beh verib, elə həmin gün köçdülər. S.Rəhman. behbazar is. dan. Sözübütövlük, etibar, sövdə, vədədə doğruluq. behbud is. Qalın tiyəli, qında gəzdirilən iri bıçaq (silah). behbudlama “Behbudlamaq”dan f.is. behbudlamaq f. Behbudla vurmaq, behbudla yaralamaq. behbudlanmaq məch. Behbudla vurulmaq, yaralanmaq. behbudlaşma “Behbudlaşmaq”dan f.is. behbudlaşmaq qarş. Bir-birini behbudla vurmaq, yaralamaq. behişt is. [fars.]\n1. Dini etiqadlara görə, bu dünyada savab iş görmüş adamların axirətdə səadət içərisində yaşayacaqları yer; cənnət. [Xortdan:] Pərvərdigara, belə müqəddəs kişi cəhənnəmə düşəndə bəs behiştə kim göndəriləcək? Ə.Haqverdiyev. 2.məc.Sondərəcəgözəl, mənzərəli, ürəkaçan yer haqqında. Dünya gözümdə behişt bağına döndü. M.F.Axundzadə. [Rüstəm:] Paris, nə Paris! Yer üzünün behişti desək, yenə xata eləməmişəm! Ə.Haqverdiyev. [Səfər bəy:] Pəh, pəh xudavəndi-aləm gör nə gözəl yerlər yaradıb, bura nəinki “el bulağı”, lap behiştin bir guşəsi demək olar... B.Talıblı. Bir bağım var, səfalı, yaraşıqlı və behişt kimi bir yerdir. M.İbrahimov. // Şairanə təşbihlərdə. Sən bir behiştsən, zəmzəm ziynətdir; Nə fərq elər əhvalıma, sevdiyim. M.V.Vidadi. Mənim bağü behiştim yardır, cənnətdə karım yox. S.Ə.Şirvani. behiştlik sif. və is. Dini nöqteyinəzərdən günahsız olduğu üçün behiştə layiq olan (ölən adama hörmət üçün deyilir). – Hacı, Allah atanı behiştlik eləsin. Ə.Haqverdiyev. behləmə “Behləmək”dən f.is. behləmək f. Beh vermək. behləşmə “Behləşmək”dən f.is. behləşmək qarş. Beh verib şərtləşmək, razılaşmaq, sazişə girmək, uzlaşmaq. Novruzqulu .. karvansaraya gedib, arabanı danışıb behləşərdi. H.Sarabski. behli sif. Beh alınmış, behi verilmiş; satılmış. behman dan. Adətən filan-behman şəklində işlənir (bax filan-behman). bekon is. [ing.] Hisə verilmiş və ya duzlanmış piysiz, cavan donuz əti. bel I. is.\n1. Bədənin ortası, qurşaq bağlanan yeri. İncə bel. Beli ağrımaq. Belinə qayış bağlamaq. Belə qədər suya girmək. – Bu süngünü onlar sağ tərəfdən bel qayışlarından asmışdılar. Ə.Əbülhəsən. Belində qəbzəli xəncər olan bir kişi içəri girdi. İ.Əfəndiyev.\n2. İnsanın və bəzi heyvanların qarnının arxa tərəfi, sağrı ilə çiyinlər arasındakı hissə; dal. Əyri bel. Beli bükülmüş. Yükü atın belinə qaldırmaq. – Elə, obaya səs düşür. İgidlər at belinə qalxır. M.İbrahimov. ..Kürən at belində ağırlıq hiss etməyib yolun çoxusunu oynaqlayır. S.Rəhimov. • Bel sümüyü anat. – onurğanın ayrıca sümüyü. Bel sütunu anat. – insanda və bəzi heyvanlarda: bel ortasındakı bir-birinin içinə keçmiş sümük və qığırdaqlardan ibarət onurğa sümüyü.\n3. məc. Hündür dağın iki təpəsi arasındakı əyrilmiş yer və alçaq keçid. Şehli kəndinin sağ tərəfində yalın beli ilə xırmanlar salınmışdı. S.Rəhimov. Baxsanız a, beli çökmüş yamaca; Sinəsində şən quzular bəslənir. A.Şaiq. Min Qazaxda köhlən ata; Göy yaylaqlar belinə qalx. S.Vurğun.\n4. məc. Dövrə, ətraf. Şəhərin belinə yarımqurşaq kimi dolanan minlərcə sahil işıqları yerə səpilmiş ulduzlar kimi sayrışırdı. M.Hüseyn. ‣ Bel bağlamaq – güvənmək, inanmaq, etibar etmək, arxalanmaq, arxayın olmaq, xatircəm olmaq. Sənin qapında Firəngiz həqir cariyədir; Günəş də xidmətə bel bağlamış dilü candan. Heyran xanım. [Bayram:] Zalxa hiyləgər arvaddır, ona bel bağlamaq olarmı? M.F.Axundzadə. Naçalniklərə, pristavlara, yasavullara bel bağlamaq olmaz. Ə.Haqverdiyev. Bağlamaq bel, ya güvənmək çox çətindir zahidə. C.Cabbarlı. Beli bükülmək – 1) qocalmaq; 2) ağır müsibət, bədbəxtlik, fəlakət üz vermək. Beli sınmaq (qırılmaq) məc. – bax beli bükülmək 2-ci mənada. [Xan:] Məmməd, belimiz sındı, – dedi, – görürsən, Ağası duz-çörəyimi itirib, necə namərdlik elədi. Çəmənzəminli. Belinə çöpdən dirək – görülmüş bir işə qarşı istehzalı münasibət bildirən ifadə. Çox əziyyət çəkirsən, belinə çöpdən dirək. Ə.Haqverdiyev. Belini bükmək məc. – ağır bir fəlakətə, bədbəxtliyə, müsibətə məruz qalaraq qocalmaq, ruhən və cismən sarsılmaq. Belini sındırmaq (qırmaq) məc. – çox ağır mənəvi zərbə vurmaq, son dərəcə sarsıtmaq, bədbəxt etmək.\n\nII. is. Sağ və ya sol yanında ayaqla basmaq üçün çıxıntısı olan uzun saplı qazma aləti. Dəmir bel. Bel ilə belləmək. – Ulduz həyətə girərkən [ana] hasarın yanında əlində bel yer qazırdı. Ə.Məmmədxanlı. Fəhlələr işə başladılar. Çoxu yeri bel ilə qazırdı. Ə.Sadıq. ‣ Əlinə bel vermək məc. – qızışdırmaq, təhrik etmək. Dəliyə yer ver, əlinə bel. (Ata. sözü). belağacı is. məh. Arabaya qalanmış otun üstündən atılan uzun ağac. belbağı is. Belə bağlanılan hər şey (qayış, toqqa, qurşaq, kəmərbənd və s.). ..Belində gümüş körpülü belbağı, qıçında Çin ipəyindən şalvar olan qonşu oğlu .. yoldaşları ilə söhbətə gedərdi. H.Sarabski. belbağlama is. etnoqr. Keçmişdə gəlin köçürüldüyü zaman oğlanın yaxın qohumlarından birinin dəsmal və s. ilə gəlinin belini bağlama adəti. Belbağlamanın icrasından sonra, Kiçikbəyimin bir qoluna İbrahim xan, o birisinə Vaqif girib, kallayının ortasına gətirdilər. Çəmənzəminli. belçikalı is. Belçika əhalisinə mənsub adam. beletaj [fr.]\n1. Teatrın tamaşa salonunda parterdən yuxarı birinci yarus. [Yeni teatr binasında tamaşaçı yerlərinin] bir hissəsi beletaj şəklində 24 lojada yerləşdirilmişdir. “İncəsənət”.\n2. Evin aşağıdan ikinci, adətən ən yaxşı mərtəbəsi. Onun mənzili beletajdadır. belə əvəz.\n1. Bu cür, bu təhər, bu kimi, bu sayaq. Mən belə adam görməmişəm. Belə işlərə yol vermək olmaz. – Fikirləşirəm, .. axırda yəqin edirəm ki, hələ gərək belə də olsun. M.Ə.Sabir. [Suraxanski:] Mən heç vaxt .. demərəm ki, məni tərif et. Belə təvəqqe ancaq mənə əskiklik gətirib, mənim şənimə toxunar. Ə.Haqverdiyev. // Bu qədər, bunca. Belə gec niyə gəldin? – Sən ki bu qaydada belə gözəlsən; Yoxdu gözəllikdə sənə tay, gözəl. Aşıq Abbas. [Kərbəlayı Rəcəb:] Hacı, dərdin alım, nöşün belə kəmhövsələ olmusan? N.Vəzirov.\n2. “Hətta” mənasında bağlayıcı kimi işlənir. Firidun sual belə vermədən xarabaya girdi. M.İbrahimov. Beş dəqiqə belə keçməmiş asfaltlı yolda təzəcə abı rəngə boyanmış .. maşın göründü. M.Hüseyn. Burada ağaclar belə sınmış, bağçalar qurumuş, .. heyvanlar belə sanki qaçıb bu kənddən uzaqlaşmışdılar. Ə.Məmmədxanlı.\n3. Bu boyda, bu yekəlikdə. Belə ağacın başına qalxmaq çətindir.\n4. dan. Bu tərəfə, bu yana, o tərəfə, o yana. Bir-birimizdən ayrıldıq, mən belə gəldim, o belə getdi.\n5. “Bundan”, “bu gündən” sözləri ilə bərabər: bundan sonra, bundan etibarən, başlayaraq. Bundan belə mən sizə gəlməyəcəyəm. – Nə yaraşır sana, divanə könül; Həmdəm olmaq yara bu gündən belə. Q.Zakir.\n6. Yalnız cəm şəklində: belələr(i) – bu cür adamlar. Belələrinə söz kar eləmir. M.Hüseyn.\n7. Qoşa şəkildə: belə-belə – bax belə 1-ci mənada. Bizə belə-belə adamlar lazım deyil. C.Məmmədquluzadə. Belə-belə fikirlər Rüstəm bəyi artıqlığınca məşğul edirdi. Çəmənzəminli. Sən belə-belə işlərə qarışmasan, yaxşıdır; özüm bilərəm. Ə.Əbülhəsən.\n8. “Ki” bağlayıcısı ilə: belə ki (əski forması “belə kim”) – nəticə bildirən qovuşuq cümlələri birləşdirən bağlayıcı yerində işlənir (“buna görə də” mənasında). Belə kim mən görürəm dilbərimin, qəmzəsini; Öldürür aşiqi-sərgəştəni mərdanə bu gün. Reyhan xanım. ‣ Belə ha – tərif, bəyənmə mənasında işlənən nida. Bir qarı fəxrlə dedi: – Belə ha!.. Deyəsən, bu gündən belə xəstəni xəstəxanaya çalğı ilə aparacaqlar. “Kirpi”. Elə belə – 1) nə yaxşı, nə pis, babat, miyanə, orta; 2) müəyyən məqsədsiz, qərəzsiz, bikarçılıqdan. Elə belə tində durmuşdum. – [Qaçay:] Elə belə demək istəyirsənsə, de. Z.Xəlil. Belədən-belə – bir tərəfdən o biri tərəfə, bu yandan o yana. Yük, minik çəkirsən belədən-belə; İşləmək olmaz, a canım, bir belə! A.Səhhət. Göydə əlvan buludlar keçir belədən-belə. R.Rza. beləcə zərf Bunun kimi, bu cür, bu təhər, belə, tamamilə bu cür, bu qayda ilə, bu tərzdə. [Rüxsarə] beləcə düşünür və yorulmadan çalışırdı. S.Rəhimov. Beləcə, bir qədər dalğınlıqla çölə baxdıqdan sonra, birdən qadın gözlərini döndərdi. Ə.Əbülhəsən. Gözəl bir çiçək arını necə cəlb edirsə, Şirinin gözəlliyi də surxayları beləcə cəlb edir. İ.Əfəndiyev. beləlikdə zərf dan.\n1. Belə olduqda, bu halda, əgər belə olsa. Beləlikdə mən sənə yoldaş deyiləm.\n2. Bu vəziyyətdə, bu halda, bu qaydada. İş beləlikdə qaldı. beləliklə ara s. (bəzən “də” ədatı ilə işlənir). Bu qayda ilə, bu cür, demək (nəticə olan ikinci cümlənin əvvəlində işlənir). Beləliklə, Rüxsarə təbdən-təbə düşürdü. S.Rəhimov. Beləliklə də, Cuma iki gün yaxşıca istirahət etdi. Ə.Əbülhəsən. belibağlı I. sif. Beli bağlı olan, beli qurşaq və s. ilə bağlanmış.\n\nII. is. zool. Qırğı böyüklükdə yırtıcı bir quş. belibasıq sif. dan. Belini yəhər vurmuş (minik heyvanı haqqında). belibükük sif. Beli bükülmüş, qocalmış. Doxsan yaşlı belibükük bir kişi. beliəyri sif.\n1. Beli əyilmiş.\n2. məc. Qoca, çox yaşlı adam mənasında. belletrist [fr.] Belletristika əsərləri müəllifi. belletristika [fr.] Nəsr şəklində yazılmış bədii ədəbiyyat – romanlar, povestlər, hekayələr. belləmə “Belləmək”dən f.is. belləmək f. Bel ilə qazımaq (torpağı). Payızda bağı belləmək xeyirlidir. bellənmə “Bellətmək”dən f.is. bellənmək məch. Bel ilə qazılmaq. bellətdirmək bax bellətmək. bellətmə “Belləmək”dən f.is. bellətmək icb. Bel ilə qazdırmaq (torpağı). bellik is. məh. Bir baş su, müəyyən ölçüdə axar su. belorus Belorusun (keçmiş Belorusiyanın) əsas əhalisini təşkil edən və dil cəhətdən şərqi slavyan xalqları qrupuna daxil olan xalq və bu xalqa mənsub adam. belorusca zərf Belorus dilində. Belorusca danışmaq. bemol [ital.] mus. Səsi yarım ton alçaltmaq üçün not işarəsi. benefis [fr.] köhn. Teatr işçisi, yaxud artist xeyrinə verilən tamaşa, ya konsert. // Artistin xidmətini, məharətini, əhəmiyyətini qeyd etmək üçün onun şərəfinə verilən tamaşa. benuar [fr.] Teatr zalında parter ilə bir səviyyədə olan loja. benzin [xar.] Əsasən neftdən və ya daş kömür kitrəsindən distillə yolu ilə, yaxud süni surətdə alınan rəngsiz, tezalışan uçucu maye. benzindaşıyan sif. və is. Benzin daşımaq üçün uyğunlaşdırılmış (avtomobil və s.). Benzindaşıyan maşın. benzintökən sif. və is. Maşınlara və s.-yə benzin tökməyə məxsus. Benzintökən cihaz. benzol [fr.] Daş kömür kitrəsindən, neftdən və s. distillə yolu ilə hasil edilən rəngsiz maddə (boya maddələri, partlayıcı maddələr, dərman və s. istehsalında işlədilən). berdanka [rus.] 1870-1891-ci illərdə rus ordusunda işlədilən birpatronlu tüfəng. Yasavul uzun qırmızı təpəli sarı papağını .. berdankasının başına keçirmişdi. S.Rəhimov. [Namaz:] Nə təhər olsa, bizə xeyli berdanka, aynalı tapmalısan. P.Makulu. beret [fr.] Günlüyü və kənarları olmayan yumşaq baş geyimi. berillium [yun.] kim. Gümüşü rəngli çox yüngül bərk metal; kimyəvi element. Nadir və az tapılan elementlərdən volfram, molibden, berillium .. və başqaları xüsusi yer tutur və onların yeni yataqlarının tapılması elm və texnikanı çox maraqlandırır. M.Qaşqay. berkut is. zool. Qartal cinsindən yırtıcı quş. bertole duzu [xüs. is.-dən] Kimya sənayesində və təbabətdə işlənən kristallik ağ poroşok (kalium-xloratın köhnə adı). bestseller is. [ing.] Çox yaxşı satılan, pula yaxşı gedən kitab. beş I. say. Dörddən sonra gələn ədəd –\n5. • Beş-altı, beş-on – az, cüzi, əhəmiyyətsiz miqdarda, bir neçə. Cibimdə beş-altı qəpik pulum var. İclasa beş-on adam gəlmişdi. – [Kərim baba] odun gətirməyə getsə, görərsən beş-on çırpını arxasına alır və dərhal “Ayrım qızı, Ayrım qızı! Bunu hara töküm?” – deyə bar-bar bağırırdı. A.Şaiq. [Çimnaz:] ..A kişi, cavan qızın olsun, gedib beş-altı arşın tumanlıq üçün ölsün! Ə.Əbülhəsən. Beşdə bir – tez-tez,, hər beş gündə bir dəfə. Beşdə bir bizə gəlir. Beşdəüçdə – bəzən, hərdənbir, arabir, gah-gah. Dəmiryol xəttində işləsə də, beşdə-üçdə ezamiyyət yolu ilə Bakıya gəlir, evinə baş çəkirdi. M.Hüseyn. Beş kişinin biri – bax kişi. Beş-beş zərf Hər dəfə beş dənə, hər adama beş dənə. Almaları beş-beş payla! Sıraya beş-beş düzülmək.\n\nII. is.məh.Quru,nazikvətezyanan odun. beşaçılan bax beşatılan. Əsgər ondan [dükançıdan] cəld qalxıb, abasının altından beşaçılan tüfəngini çıxardıb, patronlayıb dedi.. Ə.Haqverdiyev. Çiynində beşaçılan; Sol qolunda kəlağay; Gəldi Don kənarına. M.Rahim. beşatan bax beşatılan. Qoçular, quldurlar qatar taxardı... Beşatanın çata-çata çıxmışdı. Aşıq Ələsgər. beşatılan is. dan. Xəzinəsi beş patron tutan tüfəng. [Maro] evin küncündə qara tumac qoburda olan sarı qundaq beşatılanı çıxartdı. S.Rəhimov. beşaylıq sif.\n1. Beş ay üçün düzəldilmiş, beş aylıq müddət nəzərdə tutulmuş, yaxud beş ay ərzində olmuş. Beşaylıq məlumat. Beşaylıq kurs.\n2. Yaşı beş ay olan. Beşaylıq uşaq. beşbarmaq is.\n1. Barmaqlara taxılaraq, əl içində sıxılıb tutulan metal barmaqlıq şəklində silah.\n2. Şana, beşdişli yaba. beşbaşlı sif. Beş başı, beş ucu, beş tini, beş təpəsi olan. Beşbaşlı dağ. beşbetər sif. [beş və fars. bədtər] Daha pis, ən pis, çox pis. [Əlyarov:] Eh, ay əmioğlu, sən də məndən beşbetər ağıldan kasıbsan ha! M.Hüseyn. beşbir zərf Beş-beş. Adamlar dəstədəstə, üçbir, beşbir bağda gəzir, söhbət edirdilər. M.İbrahimov. beşbucaqlı 1. is. Beş bucağı olan həndəsi cisim, beşkünclü cisim.\n2. sif. Beş bucağı olan. Beşbucaqlı fiqur. beşcə sif. Ancaq beş, yalnız beş. Beşcə manat pul. Beşcə varaq kağız. // Bəzən təyin etdiyi sözə böyüdücülük mənası verir. Niyə bəyənmirsən, beşcə manat pul vermişəm. beşcərgəli sif.\n1. k.t. Beş sıra ilə əkilən. Beşcərgəli əkin.\n2. Beş sırası olan. Beşcərgəli qarmon. beşdaş is. Xırda daşlarla oynanan bir oyun adı. Beşdaş oynamaq. – Hərdənbir üçü bir yerdə oynadıqları da “beşdaş” oyunu olardı. T.Ş.Simurq. beşfaizli sif. Beş faiz gəlir verən. beşgirvənkəlik sif. köhn. Beş girvənkə ağırlığında olan çəki daşı. • Beşgirvənkəlik qıfıl – üst tərəfi çıxıb taxılan böyük asma qıfıl. beşgöz (=beşgözlü) sif. Beş gözü olan. Beşgöz(lü) körpü. Beşgözlü dükan. beşgözlü (=beşgöz) sif. Beş gözü olan. Beşgöz(lü) körpü. Beşgözlü dükan. beşguşə (=beşguşəli)\n1. Bax beşbucaqlı.\n2. Beş tili, beş tini olan. Beşguşəli fiqur. Beşguşəli ulduz. – Beşguşəli ulduz ilə öpüş, ay! H.K.Sanılı. beşguşəli (=beşguşə)\n1. Bax beşbucaqlı.\n2. Beş tili, beş tini olan. Beşguşəli fiqur. Beşguşəli ulduz. – Beşguşəli ulduz ilə öpüş, ay! H.K.Sanılı. beşgül sif. Beşbucaqlı, beşguşəli. beşgünlük sif.\n1. Beş gün sürən, beş gün davam edən, yaxud beş gün tələb edən. Beşgünlük möhlət. Beşgünlük yol. Beşgünlük iş. // Beş günə çatan, kifayət edən. Beşgünlük ehtiyat.\n2. məc. Az davam edən, az sürən; müvəqqəti, sürəksiz, davamsız. Beşgünlük ömür. Beşgünlük yoldaş. Beşgünlük dünya. beşxallı sif. Üzərində beş xalı olan. Beşxallı kart (qumar kağızı). beşik is.\n1. Körpə uşaqlara məxsus yırğalanan kiçik yatacaq. Bir körpə uşaq beşikdə yatmış; Rahət əl-ayaqların uzatmış. A.Səhhət. Salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk [Azərbaycan] dilində lay-lay deyirdi. C.Məmmədquluzadə. Yatır eyvanda körpə, qədim asma beşikdə. M.Rahim.\n2. məc. tənt. Bir şeyin törədiyi, meydana gəldiyi yer; mənbə, yurd, ocaq, Vətən mənasında. Şirvan vilayəti qədimdən şüəra və ürəfa beşiyi olmağını mərhum Hacı Seyyid Əzim dəxi öz tərcümeyi-halına dair yazdığı mənzumatında təsdiq (edir). F.Köçərli. Gözəl vətən! Mənan dərin; Beşiyisən gözəllərin! S.Vurğun. Burda beşiklərimiz üzərinə göydə süzən qartalların kölgəsi düşmüşdür. Ə.Məmmədxanlı. beşikkərtmə is. etnoqr. Köhnə məişətdə: uşaqların (oğlan və qızın) körpə zamanlarından bir-birinə adaxlı edilməsi adəti. beşillik 1. sif. Beş il sürən, beş il müddətli, beş il davam edən. Beşillik məktəb. Beşillik xidmət. // Beş il müddətinə tərtib edilmiş, beş ili nəzərdə tutan. Beşillik neftçıxarma planı.\n2. İs. mənasında. Birinci beşillik. Beşillik dörd ildə yerinə yetirildi. – Niyə mən istəyən olmasın? Niyə? Mənim beşilliyim dolmasın, niyə? M.Müşfiq.\n3. sif. Beş yaşında olan, beşyaşar. Beşillik at. Beşillik ağac.\n4. sif. Beş ildən qalma, beş il ömrü olan. Beşillik şərab. beşinci “Beş”dən sıra s. Beşinci sinif. Beşinci adam. Beşinci cərgə. beşkünc (=beşkünclü) bax beşguşə(li). beşkünclü (=beşkünc) bax beşguşə(li). beşqat (=beşqatlı) sif.\n1. Beşmərtəbə(li). Beşqat ev.\n2. Bir-biri üzərində beş lay olan. Beşqat xəmir. beşqatlı (=beşqat) sif.\n1. Beşmərtəbə(li). Beşqat ev.\n2. Bir-biri üzərində beş lay olan. Beşqat xəmir. beşqəpiklik sif. Beş qəpiyə dəyən, beş qəpik qiymətində olan. Beşqəpiklik marka. // is. Birşahılıq metal pul. beşqramlıq is. Beş qram ağırlığında olan. Beşqramlıq daş. beşləçəkli sif.\n1. bot. Beş ləçəyi, beş yarpağı olan (bitki).\n2. Beş parçadan ibarət olan. beşlik 1. is. Beş manatlıq pul. Rəsul qarının ovcuna bir qızıl beşlik basıb yola saldı. “Aşıq Qərib”. Aslan hər iki beşliyi götürüb bükdü və Qulam dayının eyvanına tərəf boylandı. S.Rəhimov.\n2. is. Kart oyununda beşxallı kağız.\n3. sif. Beş nömrəli. Beşlik lampa. Beşlik piltə. Beşlik taxta. – ..Beşlik hisli çırağı yandıraraq, qumar oynamağa oturardılar. S.Rəhman.\n4. sif. Beş vahiddən ibarət ölçü və ya şey. Beşlik kisə (beş kilo, ya beş pud tutan kisə). beşmanatlıq 1. is. Beş manat qiymətində olan kağız pul; beşlik. Beşmanatlığı xırdalamaq.\n2. sif. Beş manata dəyən, beş manat qiymətində olan. Beşmanatlıq ətir. beşmərtəbə (=beşmərtəbəli) sif. Beş mərtəbəsi olan; beşqat. Beşmərtəbə(li) ev. beşmərtəbəli (=beşmərtəbə) sif. Beş mərtəbəsi olan; beşqat. Beşmərtəbə(li) ev. beşminlik sif. Sayı beş min olan, beş min nəfərdən ibarət olan. Beşminlik qoşun. beşotaqlı sif. Beş otağı olan, beş otaqdan ibarət olan. Beşotaqlı mənzil. beşsinifli sif. Beş sinifdən ibarət olan. Beşsinifli məktəb. beştonluq sif. Beş ton yük və s. tutan. Beştonluq avtomobil. // Beş ton ağırlığında olan. Beştonluq yük. beşulduz (=beşulduzlu) sif. Üzərində beş ulduz şəkli olan. Beşulduzlu konyak, beşulduzlu hotel. beşulduzlu (=beşulduz) sif. Üzərində beş ulduz şəkli olan. Beşulduzlu konyak, beşulduzlu hotel. beşverstlik sif. köhn. Düyümü beş verst hesabı ilə hesablanmış. Beşverstlik xəritə. beşyarpaqlı sif. bot. Beş yarpağı olan, beş yarpaqdan ibarət olan. beşyaşar sif. Beş yaşı olan. Beşyaşar heyvan. beşyaşlı sif. Beş yaşı olan. Beşyaşlı uşaq. beşyerli sif. Beşadamlıq yeri olan. Beşyerli loja. Beşyerli avtomobil. beşyüzlük sif. Beş yüz manata dəyən, qiyməti beş yüz manat olan. byta Yunan əlifbasının ikinci hərfinin adı. ‣ Beta şüalar fiz. – radioaktiv maddələrin buraxdığı elektronlardan, ya pozitronlardan ibarət şüa növlərindən biri. betər sif. və zərf [fars.]\n1. Daha pis, daha yaman, daha bərbad, lap pis. Xəstənin halı dünənkindən betərdir. – Ümid ilə ömrüm oldu zaye; Halım betər etdi zəfi-tale. Füzuli. Ol zaman ki, bu mənzildən köç olur; İşin olur tamam betər, ağlarsan. M.V.Vidadi. Pis hərəkət etsəm, utannam özüm; Halım olar betər, yazım, yazmayım? M.Ə.Sabir.\n2. Daha çox, daha artıq, daha güclü, daha şiddətli. ..Bu sükut dekabr qaranlığından daha betər ürək sıxırdı. Ə.Əbülhəsən. betərləşmə “Betərləşmək”dən f.is. betərləşmək f. dan. Daha pis olmaq, daha da pisləşmək, daha da xarablaşmaq, daha bərbad olmaq, daha da pozğunlaşmaq. beton [fr.]\n1. Çınqıl, xırda çaydaşı, qum və sement məhlulu və s. qatışığından ibarət tikinti materialı. [Müəllim:] Buranın bəndi betondan deyil, sadəcə torpaqdan olacaqdır. Ə.Sadıq. Çaylar geyir donunu qranitdən, betondan. Ə. Cəmil.\n2. Sif. mənasında. Betondan qayrılmış. Beton özül. Beton divar. Beton döşəmə. betonçu is. xüs. Beton hazırlayan, beton işləri mütəxəssisi olan fəhlə. betonçuluq is. Betonçunun işi, sənəti, ixtisası; beton işləri. betonqarışdıran is. xüs. Beton hazırlayan maşın (cihaz). betonlama “Betonlamaq”dan f.is. betonlamaq f. Betona tutmaq, betonla bərkitmək, üzərinə beton döşəmək. betonlanma “Betonlanmaq”dan f.is. betonlanmaq məch. Betona tutulmaq, betonla bərkidilmək, beton döşənmək. Sahil betonlanmışdır. betonlanmış f.sif. Betonla bərkidilmiş. betonlatmaq “Betonlamaq”dan icb. betonlu sif. Betona tutulmuş, betonla bərkidilmiş, betonla örtülmüş. Betonlu sədd. Betonlu divar. bey is. [ər.] Ərəb əlifbasında (b) hərfinin adı. Bilmək nə gərək kim, bu əlifdir, bu da beydir. M.Ə.Sabir. beyət is. [ər.] köhn. Birinin hakimiyyətini qəbul edərək ona tabe və sadiq olma. Aşinalar ixtilatında sədaqət görmədim; Beyətü iqrarü imanü dəyanət görmədim. M.P.Vaqif. Beyət mərasimi gecə qaranlıq düşənə qədər davam etdi. M.S.Ordubadi. • Beyət etmək – tabe olmaq, hakimiyyətini qəbul etmək. [Cəfərqulu xan:] Mən Qacar nəslinin gözünün qabağında sənə əbədi beyət eləmək istəyirəm. Ə.Haqverdiyev. beyin is.\n1. anat. Mərkəzi sinir sisteminin ən mühüm üzvü, habelə bu üzvü təşkil edən və kəllə ilə bel sümüyü kanalını dolduran maddə. İnsan beyni. Qoyun beyni. Beyin xəstəliyi.\n2. məc. dan. Ağıl, şüur, fəhm, zəka, baş mənasında. Onun beyni yoxdur, danışığını bilmir. – Bir gün əvvəl küllüyün yanından keçərkən, Firudinin beynində oyanmış fikirlər yenidən baş qaldırdı. M.İbrahimov. ‣ Beyni yerindən oynamaq (laxlamaq) – dəli olmaq. Beynə batmaq (girmək) – mümkün hesab etmək, inanmaq. Bu dediklərin, deyəsən, mənim də beynimə batdı. – Yoldaş, doğrusu, onların sözləri mənim də beynimə batır. C.Məmmədquluzadə. Bu söz Həpəndovun beyninə batdı. Mir Cəlal. Beyni dağılmaq – səs-küydən dəng olmaq, başı ağrımaq. Beynindən çıxmamaq – daim fikrində olmaq, yadından çıxmamaq, daim düşündürmək. Kütlələri təşkil edib böyük bir dağ kimi hərəkətə gətirmək fikri Əlinin beynindən çıxmır. M.İbrahimov. Beyninə yeritmək (salmaq) – bir şeyi birinə tez-tez təkrar edərək inandırmaq, mənimsətmək, təlqin etmək. [Şərəfnisə xanım:] Müsyö Jordan beyninə salıbdır ki, Parijdə qızlar, gəlinlər məclisdə, yığıncaqda üzüaçıq oturub dururlar. M.F.Axundzadə. Usta bu fikri bir çox canlı misallarla uşaqların beyninə yeridirdi. Ə.Sadıq. Beynini aparmaq – çox danışmaqla, səs-küylə birini rahatsız etmək, yormaq, dəng etmək. Beynini doldurmaq – birinə bir şey və ya şəxs haqqında çoxlu deyib inandırmaq (yalnız mənfi mənada). [Səlim bəy] əvvəlcə pristavı evinə çağırıb onun puç beynini lazımi qədər doldurmuşdu. H.Nəzərli. Qan başına (beyninə) vurmaq, qan beyninə (sıçramaq) – bax qan. beyincik is. anat. Beynin, kəllənin dal hissəsində, böyük beynin alt tərəfində yerləşən hissəsi. beyinəzici sif. Başı ağrıdan, beyinə əziyyət verən, incidən; ağır, boğucu. Bir tərəfdən içinə dolmuş bu qədər adamın ağır nəfəsi, bir tərəfdən alaçıq keçələrinin beyinəzici havasından nəfəs almaq mümkün deyildi. A.Şaiq. beyinli sif.\n1. Beyini olan.\n2. məc. Ağıllı, zəkalı, dərrakəli, düşüncəli. beyinsiz sif.\n1. Beyini olmayan.\n2. məc. Ağılsız, axmaq, gic. Xalqın evini yıxdı, çıxıb bir neçə bədzat; Ax, ax, a beyinsiz! M.Ə.Sabir. beyinsizlik is.\n1. Beyini olmama.\n2. məc. Ağılsızlıq, axmaqlıq, giclik, anlamazlıq. beynəlxalq sif. [ər.]\n1. Xarici siyasətə, xalqlar, ölkələr arasındakı əlaqə və münasibətə aid olan. Beynəlxalq siyasət. Beynəlxalq vəziyyət. Beynəlxalq hüquq.\n2. Yalnız öz xalqına deyil, bir çox başqa xalqlara da şamil və aid olan; xalqlar arasında olan; xalqlararası. Zəhmətkeşlərin beynəlxalq həmrəyliyi. Beynəlxalq sülh mükafatı. Beynəlxalq təşkilatlar. Beynəlxalq yarışlar. Beynəlxalq qadınlar günü. beynəlmiləl is. [ər.] Sif. mənasında. Millətlər arasında olan, bütün xalqlar tərəfindən qəbul edilmiş; beynəlxalq. Sabira! Beynəlmiləl tədbiri-ülfət etməli! M.Ə.Sabir. // Yalnız bir millətə, bir xalqa deyil, bütün başqa millətlərə, xalqlara aid olan, hamı millətlərin istifadə etdiyi, yaşadığı. Beynəlmiləl şəhər. // Beynəlmiləlçilik ruhunda. [Mirzə Heydər:] Beynəlmiləl tərbiyənin bərpası üçün dünya inqilabı lazımdır... Ə.Haqverdiyev. beynəlmiləlçi is. və sif. Beynəlmiləlçilik tərəfdarı. beynəlmiləlçilik is. Beynəlmiləlçi olmaq; internasionalizm. Bolşevik beynəlmiləlçiliyi. beynəlmiləlləşdirilmə “Beynəlmiləlləşdirilmək”dən f.is. Bir ərazidən, çaydan və s.-dən bərabər surətdə istifadə etmək üçün müqavilə üzrə bütün dövlətlərə hüquq verilməsi. Dunay çayının beynəlmiləlləşdirilməsi. beynəlmiləlləşdirilmək məch. Beynəlxalq istifadə üçün azad elan edilmək. beynəlmiləlləşdirmə “Beynəlmiləlləşdirmək”dən f.is. beynəlmiləlləşdirmək f. Beynəlmiləl elan etmək, beynəlxalq istifadə üçün azad elan etmək. beyniboş sif. dan. Ağılsız, axmaq, sarsaq, gic. beysbol is. [ing.] Top oyunu. beyt I. is. [ər.] İki misradan ibarət olan şeir parçası. Şerin ikinci beyti. – Azca rəngi özünə gəlmiş Həkimülmülk beyti təkrar etdi. M.İbrahimov. Fəhlə yavaş-yavaş hecaladı, bir dəfə oxuyandan sonra ilk beyti əzbərlədi. M.Hüseyn.\n\nII. is. [ər.] köhn.\n1. Ev, məskən.\n2. din. Məkkə şəhərində ziyarətgah olan ev. [Qurban:] Beyt haqqı, a bəy, o yerdə qır nə qədər desən tapılır, bir az qazırsan torpaqdan neft iyi gəlir. N.Vəzirov. [Hacı:] Vallah, billah, and olsun getdiyim beytə ki, biz onların qabağında dayana bilməyəcəyik. P.Makulu. beytin sif. dan.\n1. Boş, qeyri-məskun (yer haqqında).\n2. Sərbəst, azad, işsiz, bikar. beytləşmə “Beytləşmək”dən f.is. beytləşmək f.\n1. Üz-üzə durub birbirinə əzbərdən şeir söyləməklə yarışmaq (beytləşmədə əsas şərt ikincinin söylədiyi şerin birinci hərfi, birincinin söylədiyi şerin axırıncı hərfinin eyni olmasıdır).\n2. məc. Deyişmək, mübahisə etmək. beytüllah is. [ər.] din.\n1. Kəbə.\n2. Məscid. // məc. Gözəlin sifətinə işarədir. Camalın beytüllah, qaşların mehrab; Kəbə örtüyüdür, müxtəsər, zülfün. (Qoşma). beytülmal is. [ər.] din. tar. İslamiyyətdə: xalqdan toplanılan vergi pullarının və müharibə zamanı məğlub edilən xalqlardan alınan qənimətlərin və s.-nin saxlandığı yer, ev; xəzinə. Xəzinə işlərinə müdaxilə etmək beytülmala qarşı bir xəyanətdir. M.S.Ordubadi. Baş tutdumu beytülmalınız, söylə, sən Allah? M.Ə.Sabir. beyzə is. [ər.] köhn.1. Yumurta.\n2. Dəbilqə. bez is. Pambıqdan toxunma kobud ağ parça. Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. M.F.Axundzadə. • Xam bez – şaxı sınmamış kobud bez, nişastaya salınmamış bez. // Bu parçadan tikilmiş. Bez köynək. – Mövlamqulu əlini uzadıb, onları bir-bir bez torbasına doldurdu. S.Rəhimov bezar sif. [fars.] Usanmış, bezmiş, çiyrinmiş, təngə gəlmiş; incik, narazı. Sevgilim, eşqü həvəsdən daha mən bezaram; İndi bir başqa dilarama pərəstişkaram. A.Səhhət. • Bezar olmaq – usanmaq, bezmək, çiyrinmək, təngə gəlmək. Canından bezar olan tanrıya qarğar. (Ata. sözü). Olmuşdu bəşərdən öylə bizar; Kim özgəsini sanırdı əğyar. Füzuli. Bu saat camaat dünya davasından bezar olmuşdur. Ə.Vəliyev. Bezar etmək – usandırmaq, təngə gətirmək, cana gətirmək, bezikdirmək, çiyrindirmək. Şəfqət bacısı yaxınlaşıb, hamını qışqırığı ilə bezar eyləyən bu əsgəri qaldırmaq istədi. Ə.Əbülhəsən. bezarlamaq f. Təngə gətirmək, bezar etmək, cana gətirmək, usandırmaq, təngişdirmək. bezarlanmaq f. Bezar olmaq, təngə gəlmək, cana gəlmək, usanmaq. bezdirmə “Bezdirmək”dən f.is. bezdirmək f. Təngə gətirmək, usandırmaq, cana doydurmaq, zəhlə tökmək. Şehli kəndinin dedi-qoduları, dağlarda gedən yersiz səngər atışmaları Şamonu son dərəcə bezdirmişdi. S.Rəhimov. bezgin sif. Bezikmiş, təngə gəlmiş, usanmış. • Bezgin olmaq – bezikmək, təngə gəlmək, usanmaq. bezginlik is. Bezgin olma, təngə gəlmə, usanma. Lakin “bezginlik nə üçün?” sualı ilə Qədir yenə öz qabağını kəsdi. Ə.Əbülhəsən. bezik sif. Bezmiş, təngə gəlmiş, cana doymuş, usanmış. bezikdirici sif. Təngə gətirici, usandırıcı, cana gətirici, zəhlətökən. Bezikdirici adam. bezikdirmə “Bezikdirmək”dən f.is. bezikdirmək bax bezdirmək. bezikmə “Bezikmək”dən f.is. bezikmək f. bax bezmək. Amma Məşədi Nəcəf .. kəndlilərin şikayətindən bezikib, inəyi əmim oğluna satmış imiş. C.Məmmədquluzadə. Əlyarov sual-cavabdan bezikmiş kimi ayağa durub, xalıların üstündən asılmış şəkillərə baxdı. M.Hüseyn. bezmə “Bezmək”dən f.is. bezmək f. Usanmaq, bezikmək, təngə gəlmək, cana gəlmək, bezar olmaq, bıqmaq. Canı tərk eylədim, bezdim cahandan; Səni bildim ki, can ilə cahansan. Nəsimi. Çoxlarının bezdiyi və uzaq qaçdığı inadlı, şıltaqçı və ağlağan uşaqları Nazimə .. ələ alır, sakit edir, yoluna qoyurdu. Mir Cəlal. bə əd. “Bəs” mənasında olub təəccüb bildirir, yaxud sualı gücləndirmək üçün işlənir. Bə, nə dedin? Bə, sən orada yox idinmi? – Bə, həkim soruşsa ki, niyə mənim davamı içmədin, mən ona nə cavab verim? C.Məmmədquluzadə. [Səlmə:] Bə nə, özbaşınadı? Uşqoldakıların geyinib-kecinməyini görmürsən. Mir Cəlal. bə bax ba. bəbr (=bəbir) is. [fars.] Məməli heyvanların yırtıcılar dəstəsinə mənsub pələngəoxşar heyvan. Vəhşi heyvanlardan Lənkəran sahəsində bəbir və respublikamızın meşələrində çoxlu ayı, tülkü və Sibir samuru vardır. M.Qaşqay. • Bəbri-bəyan məc. – çox qoçaq, çox igid adam haqqında. Mən dedim bəs Xançobanı cavandır; Bir igid oğlandır, bəbri-bəyandır. Nəbati. ..Belə qüvvətli, məhabətli, şücaətli cavan, şiri-jəyan bəbribəyan... M.Ə.Sabir. bəbir (=bəbr) is. [fars.] Məməli heyvanların yırtıcılar dəstəsinə mənsub pələngəoxşar heyvan. Vəhşi heyvanlardan Lənkəran sahəsində bəbir və respublikamızın meşələrində çoxlu ayı, tülkü və Sibir samuru vardır. M.Qaşqay. • Bəbri-bəyan məc. – çox qoçaq, çox igid adam haqqında. Mən dedim bəs Xançobanı cavandır; Bir igid oğlandır, bəbri-bəyandır. Nəbati. ..Belə qüvvətli, məhabətli, şücaətli cavan, şiri-jəyan bəbribəyan... M.Ə.Sabir. bəbə is.\n1. Körpə uşaq, çağa.\n2. Gəlincik, kukla. bəbək is.\n1. Göz giləsinin ortasındakı qara dairəcik. [Səba] güzgüdə göz bəbəklərinin hərəkətini bir neçə kərə imtahandan keçirdi. M.S.Ordubadi. [Abbasın] zəfəran kimi qırmızı xətlər görünən yanaqları yumrulandı, dərində gizlənən bəbəkləri parladı. Mir Cəlal.\n2. Bax bəbə 1-ci mənada. O gözəl sevməli, ol nurlu bəbək; Yuxusundan oyanar əsnəyərək. A.Səhhət.\n3. “Göz” sözü ilə bərabər şəfqət və nəvazişlə müraciət. Dedi: – Oğlum! Göz bəbəyim, sən ey ömür çiçəyim; Tarixlərin şahididir mənim bu ağ birçəyim. S.Vurğun. ‣ Bəbək kimi, bəbək tək, yaxud göz bəbəyi kimi (qorumaq, saxlamaq və i.a.) – qeydkeşliklə, diqqətlə, əziz bir şey kimi, var gücü ilə. Bəbək tək bəslədim daim gözümdə xali-hinduni. Nəsimi. [Təliə:] Gələcək səadətin xatirəsinə onu [vəliəhdi] öz gözümün bəbəyi kimi qoruyacağam. M.S.Ordubadi. bəbirlənmək f. Qabarmaq, kəkələnmək, cürətlənmək; hücum etməyə hazırlanmaq. bəd sif. [fars.]\n1. Pis, xarab, yaman. Bəd xasiyyət. Bəd iş. – Oğul bəd övlad olsa; Öldürər dərd atanı. (Bayatı). Şairəm, çünki vəzifəm budur əşar yazım; ..Gördüyüm nikü bədi eyləyim izhar, yazım. M.Ə.Sabir. Bu minval ilə günahkar muzdur özünün bəd əməlindən peşman olub, istiğfar edə-edə yerindən qalxdı. S.M.Qənizadə. [Bəşir:] Məsləhətin bəd deyil, ağlıma yatır. S.S.Axundov. • Bəd gəlmək, bəd gətirmək – pis gətirmək, nəhs gətirmək, baş tutmamaq; uğursuzluğa uğramaq. İşi bəd gətirmək. – [Romanov hökumətinin istibdadı] elə bərk idi ki, dünyanın çalxalanmağa hazırlanan belə bir əsrində yenə qəzetəyə icazə vermək üçün o qədər istixarə elədi ki, bu istixarə axırda bəd gəldi. C.Məmmədquluzadə. Bəd nəzər – mövhumata inananların təsəvvürüncə, guya baxdığı adama və şeyə gözündəki mövhumi qüvvə ilə xətər yetirən pis göz. [Rüstəm:] Anan da evdə səndən yana bəd nəzərdən qorxur. S.Rəhimov. Bəd olmaz – pis olmaz, eybi yoxdur, yaxşı olar, ziyan etməz. [Odabaşı:] [Hacının] da halını görmək bəd olmaz. Ə.Haqverdiyev. [Koxa:] Üstündən bir çay olsa, heç bəd olmaz. S.Rəhimov. Bədinə danışmaq – pisliyinə danışmaq, qeybət etmək. // Çirkin, yaraşıqsız, yöndəmsiz. Oranqutanq çox bəd görünüşlü heyvandır.\n2. Hirsli, sərt, qapağan, tutağan. Bu it çox bəd itdir. ‣ Bəd ayaqda – təhlükəli, xətərli vaxtda, qorxulu dəqiqədə, iş çətinə düşəndə. Baxdı, gördü Aslandır. Zənn eləmə itirdi; Bəd ayaqda tez özünü bu cəbhələr aslanı. M.Rahim. bəd... [fars.] Bəzi sözlərin əvvəlinə gətirildikdə mənfi mənada mürəkkəb sifət düzəldilir; məs.: bədrəng, bədsifət, bədheybət və s. bədahət is. [ər.]\n1. köhn. Aşkarlıq, aydınlıq, əyanilik; dəlilə, sübuta ehtiyacı olmama.\n2. Birdən-birə, fikirləşmədən söz söyləmə və bu cür söylənilən söz, şeir və s. bədahətən zərf [ər.] Birdən-birə, qabaqcadan düşünmədən, qabaqcadan hazırlaşmadan, fikirləşmədən. Bədahətən bir beyt söylədi. bədavaz sif. [fars.] Pis səsli, çirkin səsli. bədaye [ər.] İncəsənətə, bədiiyyata aid olan. Bədaye teatrı. bədbatin sif. [fars. bəd və ər. batin] Pisürəkli, qəlbi pis, pisniyyətli; paxıl, kinli. Bədbatin adam. – Var fəqət bəzi şeyxi-bədbatin; Zahiri-halı xoş, ürək xain. H.Cavid. bədbəxt sif. [fars. bəd və ər. bəxt] Talesiz, bəxtsiz, taleyi pis, uğursuz. Bədbəxt adam. Bədbəxt hadisə. – [Qətibə:] Ailəmizə üz verən böyük və bədbəxt faciəni sizə bildirməyə məcbur oldum. M.S.Ordubadi. // İs. mənasında. Gərçi bu bədbəxt özü elmə həvəskardır; Kəsbi-kəmal etməyə səyi dəxi vardır. M.Ə.Sabir. [Pristav:] Bu .. bədbəxtin öküzünü aparıbsan, binəvanı əli qoynunda qoymusan. Ə.Haqverdiyev. • Bədbəxt olmaq – bədbəxtliyə məruz qalmaq, yazıq olmaq. Bədbəxt etmək – bədbəxtliyinə səbəb olmaq. bədbəxtanə zərf [fars.] Bəxtsizcəsinə, talesizcəsinə, uğursuzcasına. Neçin arif yaşar dünyada bədbəxtanə, bilməm ki. M.Hadi. bədbəxtçilik dan. bax bədbəxtlik. bədbəxtlik is. Talesizlik, bəxtsizlik; fəlakət, müsibət, uğursuzluq. Bədbəxtlik üz vermək. – [Arşak:] ..İndi isə vaxtımı iyirmi nəfər yetimlə keçirib, gələcək bədbəxtliyi gözləyirəm. M.S.Ordubadi. bədbihesab sif. [fars. bəd, bi və ər. hesab] dan. Tamamilə haqsız, doğru olmayan. Yoldaşı verdi cavab: “Danışma bədbihesab”. A.Səhhət. bədbihesablıq is. Tamamilə haqsızlıq, ədalətsizlik, insafsızlıq. [İsmayıl bəy:] Doğrudan, mahalda bədbihesablıq o qədər artıbdır ki, əhalinin naləsi asimanə bülənd olubdur və bu bədbihesablığa bais bizim bəylərdir. N.Vəzirov. bədbin sif. [fars.] Həyatda hər şeyi pis görən, hər şeyə ümidsiz baxan, gələcəyə inanmayan. Bədbin adam. – Nədənsə indi hər şey və hər kiçik təsadüf məni bədbin fikirlərə sala bilirdi. M.S.Ordubadi. bədbinləşdirmə “Bədbinləşdirmək”dən f.is. bədbinləşdirmək f. Bədbin etmək, bədbin olmasına səbəb olmaq, həyatdan küsdürmək. bədbinləşmə “Bədbinləşmək”dən f.is. bədbinləşmək f. Bədbin olmaq, həyatdan küsmək. Günəş də bunu görüb ümidini kəsir, bədbinləşir, bəxtinə lənət oxuyurdu. Ə.Vəliyev. bədbinlik is. Bədbin adamın əhvaliruhiyyəsi; ümidsizlik, gələcəyə inamsızlıq, düşkün əhvali-ruhiyyə. bədbu (=bədbuy) sif. [fars.] Pisiyli, pisqoxulu. Zəqqum ağacının hər şaxəsində yetişmiş min cür meyvələri var ki, hamısı acı, bədbuy və şeytan başına oxşayırlar. Ə.Haqverdiyev. bədbuy (=bədbu) sif. [fars.] Pisiyli, pisqoxulu. Zəqqum ağacının hər şaxəsində yetişmiş min cür meyvələri var ki, hamısı acı, bədbuy və şeytan başına oxşayırlar. Ə.Haqverdiyev. bədcins sif. [fars. bəd və ər. cins] bax bədəs(i)l. Bədnəzər qonşudan, bədcins yoldaşdan; Qədir bilənlərin iti yaxşıdır. Aşıq Hüseyn. bədcinslik bax bədəsillik. bəddua is. [fars. bəd və ər. dua] din. Qarğış, nifrin, lənət.. [Şeyx Nəsrulla:] Cəhənnəm ol! Vallahi, elə bəddua elərəm ki, yer ilə yeksan olarsan! C.Məmmədquluzadə. [Ağa Məhəmməd xan:] ..Dul qalmış övrətlərin bədduası kimin üstünə töküləcək? Ə.Haqverdiyev. bədəbəd bədəbəd eləmək dan. – sözündən qaçmaq, əhdindən qaçmaq. bədəbəddə zərf dan. Pis ayaqda, bərk ayaqda, vəziyyət çətinə düşdükdə, çıxılmaz vəziyyətə düşdükdə, əlac kəsildikdə. bədəfkar is. və sif. [fars. bəd və ər. əfkar] Sui-qəsdçi, cinayətkar, cani. [Çopurov:] Kəlbalı naməlum bədəfkar tərəfindən qəflətən vurulmuşdur. S.Rəhimov. bədəfkarlıq is. Cinayətkarlıq, suiqəsdçilik, quldurluq, cinayət. Bu mahalda baş verən cinayət və bədəfkarlıqlarda məzkurların dəst(i) .. var... Mir Cəlal. bədəhval sif. [fars. bəd və ər. əhval] Əhvalı pis, halı pis, halı pozğun. bədəxlaq sif. [fars. bəd və ər. əxlaq]\n1. Əxlaqı pis, əxlaqı pozğun, əxlaqsız.\n2. Pis xasiyyətli, tünd xasiyyətli. bədəxlaqlıq is. Əxlaqı pislik. bədəl is. [ər.] köhn.\n1. Bir şeyin yerini tutan və ya tuta bilən, bir şeyi əvəz edə bilən şey. Can cövhərinə bədəldir övlad; Övlad qoyan qoyar həmin ad. Füzuli. // Qarşılıq, əvəz, bir şeyin yerinə verilən şey.\n2. Tay, bərabər, misl; nümunə, timsal. Öylə müstəsna gözəlsən kim, sənə yoxdur bədəl. Füzuli. bədəməl sif. və is. [fars. bəd və ər. əməl]\n1. Pis işlərlə məşğul olan, pis iş görən; əxlaqsız. Görəsən hansı bədəməllərin oduna yanırıq? C.Məmmədquluzadə.\n2. Şuluqçu, sırtıq, nadinc, pis. Bədəməl uşaq. bədən is. [ər.] İnsan və ya heyvanın vücudu; gövdə. Bədən üzvləri. İri bədən. Sağlam bədən. Ağ bədən. – [Gülpəri:] Yazığı o qədər döyübdür ki, bədənində sağ yer qalmayıb. Ə.Haqverdiyev. İndi ananın yarıçılpaq bədəni şaxta qarşısında müdafiəsiz qalmışdır. Ə.Məmmədxanlı. // Məc. mənada. Lazımdır mikrobları millətin bədənindən kənar eləmək! Yoxsa nə göz yaşı tökmək ilə azarlı şəfa tapar, nə dua yazmaq ilə. C.Məmmədquluzadə. ‣ Bədən tərbiyəsi – bədən mümarisələri, idman, gimnastika, yaşayışda düzgün rejim gözləmək vasitəsilə insan bədəninin hərtərəfli inkişaf etdirilməsi və möhkəmləndirilməsi. Bədən tərbiyəçisi – bədən tərbiyəsi (idman) ilə məşğul olan adam. bədəncə is. məh. Qısa qadın arxalığı. bədəncərə sif. dan. Zahiri görünüş, yaxud bədən quruluşu cəhətdən pis, eybəcər, yaraşıqsız, biçimsiz, iyrənc, bədləkər. bədəncərəlik mücər. dan. Eybəcərlik, yaraşıqsızlıq, biçimsizlik, çirkinlik, görkəmsizlik. bədəndam sif. [fars.] Bədən quruluşu düzgün olmayan, bədəninin hissələri arasında tənasüb olmayan; yöndəmsiz. bədənnüma sif. [ər. bədən və fars. nüma] Adətən bədənnüma ayna (güzgü) şəklində işlənir – başdan-ayağa bütün bədəni göstərən böyük güzgü. [Ağa Mərdan:] A kişi, mən sənin gözündə necə görükürəm? Qoy bir aynaya baxım. (Bədənnüma aynaya baxır). M.F.Axundzadə. [Nazimə] bədənnüma güzgü qabağında dayanıb başını darayanda, saçlarındakı ağ tükləri görəndə sinəsindən .. dərin bir ah qopurdu. Mir Cəlal. [Qərənfil] bədənnüma güzgünün qabağında durub, uzun qara saçlarını darayırdı. M.Hüseyn. // is. Bədənnüma ayna. Səhərdir .. gün düşür pəncərələrdən; Yanır büllur qablar, bədənnümalar. O.Sarıvəlli. bədəsl (=bədəsil) sif. və is. [fars. bəd və ər. əsl] köhn. Əsli pis, zatı pis, mayası pis; əsilsiz, nəcabətsiz (bəzən söyüş mənasında işlənir). Bədəsillər ciyərimi doğrayır; Əsil olan məlhəm qoyub bağlayır. Aşıq Molla Cümə. bədəsil (=bədəsl) sif. və is. [fars. bəd və ər. əsl] köhn. Əsli pis, zatı pis, mayası pis; əsilsiz, nəcabətsiz (bəzən söyüş mənasında işlənir). Bədəsillər ciyərimi doğrayır; Əsil olan məlhəm qoyub bağlayır. Aşıq Molla Cümə. bədəsillik is. Əsilsizlik, nanəciblik, nacinslik. bədəvi sif. [ər.] Köçəri, çöllü. Bədəvi ərəb. bədəvilik is. Köçərilik. bədfal is. [fars. bəd və ər. fal] Uğursuzluq, bədbəxtlik; fəlakət əlaməti. Qonaqlar da bu işi şahın gələcəyi üçün bədfal hesab edirdilər. P.Makulu. bədgu sif. və is. [fars.] Başqaları haqqında pis danışan, qeybət edən. Nəyçün sənə tənə edə bədgu; Namusuna layiq işmidir bu? Füzuli. Bir neçə an sükutdan sonra ona [Ərəblinskiyə] təsəlli vermək üçün bədgular haqqında söylənmiş bir rübai oxudum. S.M.Qənizadə. [Yasavul:] Yoxsa bədgu Mirzə Çopur bütün acığını bu raportda məndən alar. S.Rəhimov. // Söyüşçü, söyüş söyən (adam). bədguluq is. Başqası haqqında pis danışma, qeybət etmə xasiyyəti və işi. bədgüman sif. [fars.] Həqiqəti bilmədən, zənn və təxminə görə bir şey haqqında pis düşünən, pis fikirdə olan; şübhə edən. Bildi ki, rəqib bədgümandır. Füzuli. • Bədgüman etmək – şübhəyə salmaq, şübhələndirmək. Şami-vüsal xali gərək xanə qeyrdən; Şəmi keçirmə, saqın, edər bədgüman məni. Q.Zakir. Bədgüman olmaq – şübhələnmək, şübhə etmək, pis fikirdə olmaq. [Şahbaz bəy:] Şərəfnisə, doğrudan sən məndən belə bədgüman olubmuşsan! M.F.Axundzadə. [Qazı:] Əgər səndən bədgüman və naümid olsa idim, heç bu qədər danışığa durmaz idim sənnən. C.Məmmədquluzadə. Ümumən kübarlar zümrəsinə qarşı bədgüman olan .. Qəhrəmani belə bir qızı xoşlayırdı. M.İbrahimov. Özündən bədgüman – özü haqqında çox böyük fikirdə olan. bədgümanlıq is. Pis fikir, şübhə. Tərəhhüm qıl, tərəhhüm qıl, tərəhhüm; Başınçun eylə tərki-bədgümanlıq. Əmani. bədhaqq sif. [fars. bəd və ər. həqq] Aldığı borcunu qaytarmaq istəməyən, haqverməz. bədhaqlıq is. Haqverməzlik. [Ustalar] bir az əmtəələrini satdıqları tacirin bədhaqlığından danışdılar, sonra ticarətin dayandığından şikayətləndilər. Çəmənzəminli. bədhal sif. [fars. bəd və ər. hal] Halı pis, halı ağır, vəziyyəti ağır. Xəstə dünən bədhal idi. – Öylə bədhaləm ki, əhvalım görəndə şad olur; Hər kimin kim, dövr cövründən dili-naşadı var. Füzuli. bədhesab is. [fars. bəd və ər. hesab] Haqsız. Hesabiyə dağda olsa, əgilləm; Bədhesaba yaman kinligirəm mən. “Koroğlu”. bədheybət sif. [fars. bəd və ər. heybət] Qorxunc görünüşlü, pis təsir bağışlayan; dəhşətli. // Çirkin, eybəcər. Bu bədheybət adam [Şahməmməd] xanın gözünə sataşdıqda, sanki xanda ona qarşı bir ikrah hissi əmələ gəldi. Çəmənzəminli. bədheykəl sif. [fars. bəd və ər. heykəl] Pis görünüşlü, bədəni yöndəmsiz, biçimsiz. Bədheykəl adam. bədhərəkət sif. [fars. bəd və ər. hərəkət] Rəftarsız, bədxasiyyət, qılıqsız. bədxab sif. [fars.] Yuxusu pis. • Bədxab olmaq – yuxusu qaçmaq. [Əkbər:] ..Səndən ayrılandan sonra gedib bədxab olub sübhədək yata bilməmişəm. Ə.Haqverdiyev. Bədxab etmək – yuxusunu qaçırmaq, yatmağa qoymamaq, yuxudan ayıltmaq. [Qarovulçu:] Hələ olur ki, xor oxuyub, yeddi qapı qonşuları bədxab eləyir. Mir Cəlal. bədxah sif. [fars.] Başqasının pisliyini istəyən, heç kəsin yaxşılığını istəməyən; qərəzkar (xeyirxah ziddi). Bədxah adam. – Bəzən oxumuş rəfiqi-bədxah; Tədbirimi çaşdırıbmış, ey vah! M.Ə.Sabir. [Şah] zəng edənin mütləq bədxah adam olduğu fikri ilə dəstəyi götürüb nərə çəkdi. M.İbrahimov. // İs. mənasında. Bədxahım olsa cümlə cəhan, çəkməzəm məlal. Xətayi. Aralıqda bədxah olmasa əgər; Sevgi sevgisindən olmaz mükəddər. Q.Zakir. [Mirzə Fətəli:] O vədə öz babalarının əməllərindən xəcalət çəkib xeyirxahları ilə bədxahlarını əlbəttə tanıyacaqlar. Ə.Haqverdiyev. Müəllimdən aldığımı bədxahlara satmadım. Mir Cəlal. bədxahlıq is. Başqasının pisliyini, yamanlığını istəmə; qərəzkarlıq (xeyirxahlıq ziddi). bədxasiyyət sif. [fars. bəd və ər. xasiyyət] Pisxasiyyətli, pistəbiətli, xasiyyəti pis, yolagetməz, qılıqsız. Bədxasiyyət adam. – [Həkim:] Atların xasiyyətini gözüm elə alıbdır ki, heç bir bədxasiyyət at fikrimə gətirə bilməyirəm ki, onu iki-üç günün içində öyrədib, faytona qoşa bilməyim. C.Məmmədquluzadə. bədxərc sif. [fars. bəd və ər. xərc] Pulunu səmərəsiz, mənasız yerə sərf edən, xərcini bilməyən; israfçı. Bədxərc adam. – [Cəmil] arvadının niyə bu qədər tələbkar, bədxərc olduğuna dair suallar(a) .. cavab tapa bilmirdi. Ə.Vəliyev. bədxərclik is. Pulunu səmərəsiz və mənasız yerə sərf etmə; xərcini bilməmə; israfçılıq. bədxu [fars.] köhn. bax bədxasiyyət. Kimsə ol bədxuyə izhar edə bilməz halımı. Füzuli. Ol zalimi-bədxu, şuxü sitəmkar; Zakirin halından deyil xəbərdar. Q.Zakir. Nə qədər gər ola bu çərxi-cəfacudə bəla; Olmaz ol qədr ki, var ol buti-bədxudə bəla. S.Ə.Şirvani. bədiə is. [ər.] Misli-bərabəri görünməmiş şey, diqqəti cəlb edən yeni icad olunmuş şey, nadir gözəl şey. bədihə is. [ər.]\n1. Fikirləşmədən, qabaqcadan hazırlaşmadan söylənilən söz, şeir. // Hazırcavablıq.\n2. Aşıq və bədihəçilərin hazırlamadan döşdən dedikləri mənzum parçalar. bədihəçi is. və sif. Bədihə deyən (bax bədihə). bədihəgu is. [ər. bədihə və fars. gu] bax bədihəçi. bədihi sif. [ər.] köhn. Aşkar, bəlli, aydın. [Gülnisə:] Sonra Sara özü-özündən vərəmlənəcəyi bədihidir. C.Cabbarlı. bədii sif. [ər.]\n1. Estetik zövqə, incəsənət tələblərinə cavab verən; gözəl, qəşəng, incə, estetik. Romanın bədii məziyyətləri. Bədii zövq. Bədii yaradıcılıq üsulu. Bədii tərtibat. Rolu bədii surətdə ifa etmək. – [Qətibə:] Sevgi hisslərini bədii şəkildə vermək istəyən şairlər də yanılırlar. M.S.Ordubadi. Xalq mahnıları xalqın da qədim zamanlardan bu günə qədər olan tarixini bədii surətdə əks etdirir. Ə.Bədəlbəyli.\n2. Həyatı surətlər vasitəsilə təsvir edən. Bədii ədəbiyyat. Bədii əsər. – Sabirin qüvvətli istedadını görən qoca ustalar ona məsləhət gördülər ki, yenə vətənə qayıdıb bədii yaradıcılığa başlasın.. M.Hüseyn.\n3. İncəsənətə, incəsənət sahəsində fəaliyyətə aid olan. Teatrın bədii rəhbəri. – Klublarda kolxozçular bədii özfəaliyyət dərnəyinin verdiyi tamaşaya baxır və ya məruzəyə qulaq asırdılar. Ə.Sadıq. bədiilik is. Gözəllik, qəşənglik, incəlik, estetiklik. bədiman sif. [fars. bəd. və ər. iman] Kafir, imansız, məzhəbsiz. Kafirə bax, gör nə bədimandı bu! Dur qaçaq, oğlum, başayaq qandı bu! M.Ə.Sabir. bədir bax bədr. bədirlənmə “Bədirlənmək”dən f.is. bədirlənmək f.\n1. Dolğunlaşmaq, tam dairə şəklində, on dörd gecəlik şəklə düşmək (Ay haqqında). Ay bədirlənmişdir.\n2. məc. Ay kimi parlamaq, Ay kimi saf, təmiz, aydın olmaq (klassik ədəbiyyatda və xalq yaradıcılığında gözəlin surətinə işarədir). Çıxıb on dördündə bədirlənmisən; Səni görən gedər xəyala, gözəl! (Qoşma). bədirlənmiş f.sif. Tam dairə şəklinə düşmüş, dolğunlaşmış, on dörd gecəlik. Bədirlənmiş Ay qalxıb, göyün bir qatında durub, bu övzaya tamaşa edirdi. Ə.Haqverdiyev. Göydə parladıqca bədirlənmiş Ay; Gümüş zəncir kimi görünürdü çay. M.Seyidzadə. ‣ Bədirlənmiş ay kimi – on dörd gecəlik Ay kimi parlaq, təmiz, saf, ləkəsiz, aydın (bədii ədəbiyyatda gözəlin surəti buna təşbeh olunur). Göyçəyin üzü bədirlənmiş ay kimi şəfəqli idi. Ə.Vəliyev. [Sarıtelin] hisli çırağın zəif işığında ala-yarımçıq görünən qaramtıl saçları, uzun hörükləri, bədirlənmiş Ay kimi yanaqları var idi. M.Hüseyn. bədiyə is. dan. bax bədihə. bədiyəçi is. dan. bax bədihəçi. bədqədəm sif. [fars. bəd və ər. qədəm] Ağırayaqlı, ağırayaq, qədəmi şükümsüz, ayağı düşməyən, gəlməsi guya uğursuzluğa səbəb olan. bədqədəmlik is. Ağırayaqlılıq, qədəmi şükümsüzlük. bədqılıq sif. [fars.] Pisxasiyyət, adamlarla yola getməyən. Bədqılıq adam. bədqılıqlıq is. Bədqılıq adamın xasiyyəti, yola getməzlik. bədləkər sif. Çirkin, eybəcər, kifir, pinti, natəmiz, yaraşıqsız. bədləkərlik mücər. Çirkinlik, kifirlik, pintilik, eybəcərlik, natəmizlik, yaraşıqsızlıq. bədləmək f. dan. Bəxti gətirməmək, işi pis gətirmək, uğursuzluğa düçar olmaq. bədlik is. Pislik, yamanlıq; tərslik, nəhslik. [Novruzqulu] başmağını çıxarmaq üçün əyildikdə, işin bədliyindən bu biri ayağı da sürüşür. H.Sarabski. bədlöyün sif. [fars. bəd. və ər. lövn] Əsil mənası “bədrəng” olub, canlı dildə “pis, yaramaz, ləyaqətsiz” mənasında işlənir. Tapdıq dünyanın ən bədlöyün .. adamı .. şəklinə düşməyə razı olardı, əsir düşməyə yox! Ə.Əbülhəsən. bədməst sif. [fars.] köhn. Son dərəcə kefli, bərk kefli; sərxoşluqdan özünü itirib, nalayiq hərəkət edən. Bəli, doqquz ayın müddətində otuz doqquz nömrə məcmuə çıxartmışıq və bu otuz doqquz nömrənin içində yüz otuz doqquz çaxır içən piyan, yəni bədməst müsəlman şəkli çəkmişik... C.Məmmədquluzadə. bədməzac sif. [fars. bəd və ər. mizac] Pisxasiyyətli, ağırxasiyyətli, tündməzac, yolagetməz, qılıqsız, rəftarsız. Bədməzac adam. bədməzaclıq is. Yolagetməzlik, qılıqsızlıq, rəftarsızlıq, pisxasiyyətlik; hər şeydən əsəbiləşmə, hirslənmə xasiyyəti. Xan özü çox xoşxasiyyət nəzərə gəlirdi ki, rəiyyətlərlə bunun arasında heç bir saxtalıq, bədməzaclıq mən görmədim. C.Məmmədquluzadə. bədməzhəb sif. [fars. bəd və ər. məzhəb] Heç bir dinə, məzhəbə inanmayan; dinsiz. bədmüşk is. [fars.] bot. Müşk ağacı, söyüd fəsiləsindən dekorativ ağac. • Bədmüşk arağı – bu ağacın çiçəyindən çəkilib, xalq təbabətində işlənən cövhər. bədnal sif. [fars. bəd və ər. nəl] Özünü nallamağa qoymayan (at, qatır və s.). Bədnal at. bədnam sif. [fars.] Pislikdə adı çıxmış, adı ləkəli, pis ad qazanmış; rüsvayçı, biabırçı. Çaqqal var ki, gödən çıxardar, qurdun adı bədnamdır. (Ata. sözü). • Bədnam etmək (eləmək) – rüsvay etmək, biabır etmək. Çün Nəsiminin muradı sənsən, ey aramican! Xalq içində anı düşmənkamü bədnam eyləmə. Nəsimi. [Bayram:] İndi sən istəyirsənmi ki, mən özümü bədnam edib, çuğulçuluq adını üstümə götürüm? M.F.Axundzadə. Bədnam olmaq – biabır olmaq, rüsvay olmaq, adı pisliyə çıxmaq. [Xudayar bəy:] Mən bu yaşa gəlmişdim, indiyə kimi bu cür bədnam olmamışdım. C.Məmmədquluzadə. [Hacı Xəlil:] ..Yaman yoldaş səbəbinə insan min bəlaya düçar olar, abrusu əlindən gedər, xalq arasında bədnam olar. Ə.Haqverdiyev. bədnamçılıq dan. bax bədnamlıq. [Hamı:] Yox, belə iş ola bilməz; bu nə hərəkətdir, bu nə bədnamçılıqdır? Ü.Hacıbəyov. bədnamlıq is. Biabırçılıq, rüsvayçılıq. bədnəzər is. [fars. bəd və ər. nəzər] Guya gözündə başqasına xətər yetirə biləcək qüvvə olan adam. Al-yaşıl geyinib durma qarşıda; Yayın bədnəzərdən, göz dəyər sənə. Qurbani. Tüklərindir ipək kimi parlaq; Bədnəzərdən vücudun olsun iraq. M.Ə.Sabir. Pəh, pəh, pəh! Elə bizim gənc ədibimiz əskik idi, Allah bədnəzərdən saxlasın. C.Məmmədquluzadə. // Sif. mənasında. Bədnəzər adam. bədniyyət sif. [fars. bəd və ər. niyyət] Niyyəti, qəsdi, fikri, arzusu pis olan. Gözəlin bəzisi bədniyyət olur; Qədrbilməz olur, bihürmət olur. Q.Zakir. [Teymur ağa:] Mənim atamın mərhəmətləri ona haram olsun ki, mənim haqqımda bu tövr bədniyyət olubdur. M.F.Axundzadə. Kimisi də beləsini danlayırdı ki, bədniyyət olma, ay qız, haqq yolunda gedənə güllə batmaz!.. Mir Cəlal. bədöv (=bədöy) is. Sağlam, qaçağan və köhlən at. Mən aşıq Alı dayı; Söz deyər Alı dayı; Könlü bədöv istəyən; Vaxtında alı dayı. (Bayatı). Qoyun bədöylər kişnəsin; Misri qılınclar işləsin. “Koroğlu”. Bədöyün qocası olsa da arıq; Sürsən, mənzil kəsər, kəmhünər olmaz. “Aşıq Qərib”. bədöy (=bədöv) is. Sağlam, qaçağan və köhlən at. Mən aşıq Alı dayı; Söz deyər Alı dayı; Könlü bədöv istəyən; Vaxtında alı dayı. (Bayatı). Qoyun bədöylər kişnəsin; Misri qılınclar işləsin. “Koroğlu”. Bədöyün qocası olsa da arıq; Sürsən, mənzil kəsər, kəmhünər olmaz. “Aşıq Qərib”. bədr is. [ər.] On dörd gecəlik Ay, tam dairə şəklinə düşmüş Ay. // Şairanə təşbehlərdə. Gün-gündən edib kamalı hasil; Ol mahi-növ oldu bədri-kamil. Füzuli. Sanasan buluddur ənvər üzünü; Bədr Ayıtək almış qucağa zülfün.M.P.Vaqif. Xəcil etmiş üzü şəmsi-xavəri; Hilal edib qaşı bədri-ənvəri. Nəbati. bədrəftar sif. [fars.] Rəftarı pis, bədqılıq, rəftarsız, yola getməyən, kobud (rəftarda). Bədrəftar adam. bədrəftarlıq is. İnsanlarla keçinməmə, yola getməmə, rəftarsızlıq, bədqılıqlıq; kobudluq (rəftarda). bədrəğbət [fars. bəd və ər. rəğbət] Pis, rəğbətsiz, ikrah doğuran. Amma [Mirzə Süleyman bəy] adını dəyişmək istəyəndə rəhmətlik atasının bədrəğbət adı mane olurdu. B.Talıblı. bədrənc is. [fars.] bot. Ətirli efir yağına malik bitki. bədrəng sif. [fars.]\n1. Xoşa gəlməyən rəngdə olan, pisrəngli, çirkinrəngli.\n2. Çirkin, kifir. Cəfər kişi qarayanız, .. seyrək bığlı, olduqca bədrəng bir adam idi. Ə.Vəliyev. bədsifət is. [fars. bəd və ər. sifət]\n1. Görünüşü, sir-sifəti çirkin, bədləkər. Bədsifət bir şeytan kürəkləyib onu cəhənnəmə tullamaq istəyirdi... “Kirpi”.\n2. Sərt, qaşqabaqlı, üzügülməz. bədşəkil sif. [fars. bəd və ər. şəkl] Pis görkəmli, çirkin, biçimsiz. bədşüküm sif. Uğursuzluq gətirən. bədşükümlük is. Uğursuzluq, bədbəxtlik gətirmə. bədtər sif. [fars.] bax betər. [Heydər bəy:] Səni toysuz aparmaq mənə ölümdən bədtər görünür. M.F.Axundzadə. Rəqibi vəsldə yar ilə görmək xeyli bədtərdir. S.Ə.Şirvani. Tuf, belə dövrana ki, bədtər olur; Seyri-fələk, dövri-zaman ilbəil! M.Ə.Sabir. Operettanın özündən bədtər, artistlərin oynamağı idi. Ə.Haqverdiyev. bəduğur sif. və is. [fars.] Bəxti gətirməyən, uğursuz, şükümsüz. Bəduğur adam. – [Kəndlilərdən bəzisi] təki deyirdi, bu bəduğurların üzünü görməyim. Mir Cəlal. bədzat sif. və is. [fars. bəd və ər. zat] Zatı pis, nacins, yaramaz, alçaq; hiyləgər, fitnəkar (bəzən söyüş mənasında işlənilir). [Mollabaşı:] Çünki o məlunların əxbarı əksər ovqat nəticə bağışlayır, amma özləri yalançı və bədzatdırlar. M.F.Axundzadə. Ax! .. bu uşaqlar necə bədzatdılar! Lap deyəsən cin kimi bir zatdılar. M.Ə.Sabir. bədzatlıq is. Yaramazlıq, alçaqlıq, hiyləgərlik, fitnəkarlıq, nacinslik. bəhadir [fars.] bax bahadır. bəhadiranə zərf [fars.] İgidcəsinə, qəhrəmancasına, bahadırcasına. bəhai is. [xüs. is.-dən] Bəhailiyə mənsub olan adam. bəhailik is.\n1. XIX əsrin ortasında İranda əmələ gəlmiş kosmopolit bir məzhəb. (Babın şagirdlərindən biri olan Bəhaüllanın adından). [Seyid Əsədulla:] ..Siz bab və bəhailik aləmi barəsində uzun və uzadı mütaliə etməlisiniz. M.S.Ordubadi.\n2. Bu məzhəbə mənsubiyyət. bəhanə is. [fars.]\n1. Bir iş üçün əsas ola bilən keyfiyyət, səbəb, dəlil. Mübahisə üçün bəhanə axtarmaq. – Faş oldu nəsihətin cəhanə; Sən qoymadın ortada bəhanə. Füzuli. Fəxrəddin qapıya yanaşmaq üçün heç bir bəhanə əldə edə bilmirdi. M.S.Ordubadi. Əkbər kişinin sualı bəhanə oldu, Havva küyümü çiynindən yerə qoyub çöməldi, söhbətə başladı. Mir Cəlal.\n2. Saxta, yalan, əsassız üzr. Getməyə bəhanə axtarmaq. Bəhanə gətirmək. Bəhanəsinə qulaq asan olmadı. – [Şərəfnisə xanım:] Bu sözlər tamam fənn və feldir. Məni aldatmaq üçün bəhanədir. M.F.Axundzadə ..[Kazak briqadası] yüz cür bəhanələrlə bu vəzifənin ifasından boyun qaçırdı. M.S.Ordubadi. bəhanəçi is. Hər şeyə bəhanə tapan adam. Bəhanəçiyə bəhanə əskik deyil. (Ata. sözü). bəharistan is. [fars.] şair. Güllüçiçəkli, yaşıllıq yer. Dəbistan bir bəharistan, onun əzharı irfandır. M.Hadi. bəh-bəh nida. Tərif, bəyənmə, zövq, nəşə ifadə edir (bəzən istehza ilə deyilir). Bəh-bəh, nə gözəl havadır! Bəh-bəh, nə ətirli güldür! Bəh-bəh, nə yaxşı səsi var! – [Süleyman bəy:] Bəh-bəh, nə gözəl sudur! Ə.Haqverdiyev. bəhcət is. [ər.]\n1. Gözəllik.\n2. Şadlıq, sevinc, fərəh. Şairəm, təbim dəniz, şeiri-tərim dürdanədir; Bəhcətim, eyşim, sürurim, vəcdim əhraranədir. M.Ə.Sabir. Sürücünün şərqisində vətən səsi dinlənir; Gah ruhuma bəhcət verir, gah qəlbimə qəm gəlir. A.Səhhət. bəhər is. [fars.]\n1. Meyvə, məhsul, bar, bəhrə. Bu ağacın bəhəri azdır. Bu il bəhər hədsizdir.\n2. Xeyir, səmərə. bəhərhal zərf [fars. bəhər və ər. hal] köhn. Hər halda, hər necə olursa olsun, hər zaman, bütünlüklə, hər vaxt. [Vəzir:] Bəhərhal gərəkdir Şölə xanımı inandırmaq ki, Teymur ağa səndən güclü deyil... M.F.Axundzadə. Zənn edirəm az-az ittifaq düşsün və bəhərhal xeyli maraqlı və eşitməlidir... C.Məmmədquluzadə. [Pristav:] Bəhərhal siz tək möhtərəm şəxsə bu ləkəni üstünüzdən rədd etmək vacibdir. Ə.Haqverdiyev. bəhərli sif. Meyvə verən, məhsul verən, bar verən; meyvə gətirmiş. bəhərlilik is.\n1. Məhsulluluq.\n2. Xeyirlilik, səmərəlilik. bəhərsiz sif.\n1. Meyvəsiz, məhsulsuz, barsız; meyvə, məhsul verməyən, bar verməyən.\n2. Xeyirsiz, səmərəsiz. bəhərsizlik is.\n1. Bəhər, meyvə, bar verməzlik, məhsulsuzluq.\n2. Xeyirsizlik, səmərəsizlik. bəhr I. is. [ər.] Vəzn (şeirdə, musiqidə). [Məşədi:] [Şerin] üçüncü və beşinci bəndləri ayrı bəhrdədir. M.Hüseyn. Musiqidə səqil və xəfif səslərin vaxt etibarı ilə ardıcıl surətdə davam etməsinə metr (bəhr) deyilir. Ə.Bədəlbəyli.\n\nII. is. [ər.] köhn. Dəniz, dərya. BəhriXəzər (Xəzər dənizi). – Yaşım suyu oldu varəvarə; Bir bəhr ki, yox ona kənarə. Füzuli.\n\nIII. [fars.] bax. bəhər. Çəkmişik övladımızın fikrini; Ömrümüz olsa görərik bəhrini. M.Ə.Sabir. bəhrə I. is. [fars.] tar. Keçmiş zamanlarda mülkədarların kəndlilərdən aldıqları natural vergi (məhsul). Tiflisdə “sirk” oyunu həmişə qışda başlanır, ondan ötrü ki, müsəlman bəyləri və mülkədarları özgə vaxt kəndlərdə rəiyyətdən bəhrə yığmağa məşğul olurlar. C.Məmmədquluzadə.\n\nII. is.\n1. Bax bəhər. ..Heydərqulu bəhrəni tamam alıb, Hacı Qara Dinməzə satıbdır... N.Vəzirov. [Alı] bir az əvvəl bostandan ilk bəhrə alaraq, iki araba qovun, qarpız dərib hazırlamışdı. A.Şaiq. Ostapenko arını saxlamağı, bəsləməyi, bəhrə tutmağı bildiyi kimi, balın və mumun mənfəətini də sayardı. Mir Cəlal.\n2. Fayda, səmərə, nəticə. Xülasə, diplomatik danışıqlarımız bir bəhrə vermədi və biz, aydındır ki, ümidsizliyə qapıldıq. C.Cabbarlı. • Bəhrə aparmaq – fayda götürmək, səmərə götürmək, faydalanmaq. Pəs aqil gərək cəmi-ləzzəti-dünyəviyyədən bəhrə aparsın... M.F.Axundzadə. bəhrələnmə “Bəhrələnmək”dən f.is. bəhrələnmək f. Fayda götürmək, səmərə götürmək; faydalanmaq, istifadə etmək. bəhrəli bax bəhərli. bəhrəsiz bax bəhərsiz. bəhrəsizlik bax bəhərsizlik. bəhrəyab sif. [fars.] köhn. Bəhrə götürən, fayda götürən, fayda aparan. • Bəhrəyab olmaq köhn. – faydalanmaq, istifadə etmək. [Hacı Kərim:] Cənab şair, bərfərz ki, bizim hər birimizdə bir təqsir var ki, sənətindən bəhrəhab olmur, bəs sən niyə öz sənətindən xoşgüzəran deyilsən? M.F.Axundzadə. bəhri sif. [ər.] köhn. Dənizə, gəmiçiliyə və ya hərbi donanmaya aid olan. bəhri-təvil is. [ər.] əd.\n1. Əruz vəzninin bəhrlərindən biri.\n2. Müəyyən vəznlərdə, lakin qəlibsiz deyilən və sonları qafiyəli olan cümlələr şəklində nəsr forması. Sabirin bəhri-təvilləri. bəhriyyə [ər.] Dənizə məxsus, dənizə aid. • Qüvveyi-bəhriyyə köhn. – bir dövlətin hərbi-dəniz qüvvələri, hərbi gəmiləri və s. bəhriyyəli (=bəhriyyəçi) köhn. bax dənizçi. Bəhriyyəçilərdən ibarət olan dəniz piyada batalyonu qəti hücumla düşməni .. təpədən vurub çıxardı. Ə.Əbülhəsən. bəhriyyəçi (=bəhriyyəli) köhn. bax dənizçi. Bəhriyyəçilərdən ibarət olan dəniz piyada batalyonu qəti hücumla düşməni .. təpədən vurub çıxardı. Ə.Əbülhəsən. bəhriyyun top. [ər.] köhn.\n1. Dənizdə, gəmidə işləyənlər.\n2. Dəniz əsgərləri, hərbi-dəniz qüvvələri. bəhs is. [ər.]\n1. Bir şey haqqında ətraflı danışma, müzakirə etmə, fikir yeritmə. // Söhbət, danışıq. • Bəhs etmək – danışmaq, söhbət etmək, fikir yeritmək. Biz bir neçə Badkubə müəllimləri .. ictimai məişətdən bəhs edən aylıq bir jurnal nəşr etməyə şüru etdik... C.Məmmədquluzadə. Bəhs açmaq – söhbət açmaq, danışmağa başlamaq. Qaragözlü həkim xanım özü bir çocuq anası olmadığı halda, kitablardan bəhs açaraq “Analıq və çocuqluq” mövzusunda mühazirə oxuyurdu. S.Rəhimov.\n2. Mübahisə, söz güləşdirmə. • Bəhs düşmək – mübahisə düşmək. İçərkən ortalığa belə bəhs düşdü. S.S.Axundov. Bəhs etmək – 1) mübahisə etmək. O bəhs etməyi çox sevir. – Alma, palıd, şam ağacı hal ilə; Eylədilər bəhs bu minval ilə. M.Ə.Sabir; 2)çəkişmək,mərcləşmək; 3)yarışmaq, bəhsləşmək. Xətti-rüxsarın edər lütfdən reyhan ilə bəhs; Hüsni-surətdə cəmalın güli-xəndan ilə bəhs. Füzuli. Bəhsə düşmək – acığa düşmək, bəhsləşmək, yarışmaq. Bəhsə düşən raykom şoferi yolda vurub Qocaoğlunun şoferini keçmiş və Dəmirovu hamıdan qabaq rayona çatdırmaq istəmişdi. S.Rəhimov. Bəhsə gəlmək – bir-biri ilə yarışmaq. Oğlanlar, qızlar, gəlinlər; Bir-birilə bəhsə gəlir. Aşıq Əli. Bəhsə girişmək – 1) mübahisəyə başlamaq; 2) birinin acığına iş görməyə başlamaq, çəkişmək. Bir-birinin bəhsinə – 1) bir-biri ilə yarışaraq; 2) bir-birinin acığına. Xanımlar bir-birinin bəhsinə hey buyururdular. Mir Cəlal.\n3. Bir əsərin müəyyən məsələyə həsr olunmuş hissəsi, fəsli, bölməsi. Qrammatikanın feil bəhsi. Fizikanın işıq bəhsi. bəhsəbəhs 1. zərf Bir-biri ilə yarışaraq, bir-biri ilə bəhsləşərək; bir-birinin acığına. Bəhsəbəhs etmək.\n2. is. Yarış, yarışma. Burada sağlam yaradıcılıq yarışı, bu sözün yaxşı mənasında, bəhsəbəhs vardı. R.Rza. bəhsləşmə “Bəhsləşmək”dən f.is.; mübahisə. bəhsləşmək qarş.\n1. Bir-biri ilə mübahisəyə girişmək, mübahisə etmək.\n2. Yarışmaq, yarışa girişmək. Gəl bəhsləşək, görək hansımız bu işi tez qurtararıq. bəxil [ər.] bax paxıl. bəxillik bax paxıllıq. bəxş [fars.] Bağışlayan, verən, səbəb olan (adətən tərkib şəklində işlənir). • Bəxş etmək – bağışlamaq, vermək. Səni mənə bəxş elədi zamana; Yaxşı olan nəsib olmaz yamana. M.V.Vidadi. Bir insanın həyatını təmin etmək, ona yeni həyat bəxş etmək, bundan böyük nə ola bilər? A.Şaiq. Bir qədər də belə gəzindikdən sonra mayor Salavatın bəxş etdiyi qalın kürkünü geyib, Buxara papağını başına qoydu. Ə.Əbülhəsən. bəxşayiş [fars.] bax bəxşiş. İnsaniyyətin mizanı səxavətdir, bəxşayişdir. N.Vəzirov. [Molla:] Yox, əxəvi, bəxşayiş tümən-tümən, haqq-hesab dinar-dinar, – dedi. S.Rəhimov. bəxşiş is. [fars.] Bağışlanan şey, bağışlanmış şey; pay. Ağca xanım . . atasına yazdığı məktubun içində bir şahı iriliyində zərli bir kağız da qoymuşdu ki, bu da Qara köpəyə bəxşiş olsun. S.S.Axundov. [Mahmud:] Bəlkə mən özümü dərvişə oxşatdığım üçün bəxşiş verəcək? S.Rəhman. // Mükafat, hədiyyə. İşçilərin bir qismi təşəkkür, bir qismi bəxşiş aldı. bəxt is. [fars.]\n1. Tale, qismət. O zülf qarə qılıb bəxtimi məgər, Seyyid? Mənim əzəl də bu bəxti-qarəliyim var idi. S.Ə.Şirvani. Kişiyə hər şeydən qabaq bəxt lazımdır. Ə.Haqverdiyev. Mənim böyük düşmənim öz bəxtimdir. M.S.Ordubadi.\n2. Müvəffəqiyyət, uğur. Onun oyunda heç bəxti yoxdur.\n3. Nisbət şəkilçisi ilə, çıxışlıq halda: bəxtimdən, bəxtimizdən (ara söz) – bir hadisə, keyfiyyət və s. münasibəti ilə məmnunluq, razılıq ifadə edir (bəzən mənfi mənada işlənir). Bəxtimizdən hava açıldı. – Bəxtindən işıq sönməsi onun [Qulamın] işini daha asanlaşdırdı. Ə.Əbülhəsən. ‣ Bəxt ulduzu şair. – bəxt simvolu. Bir körpə tək oxşardı məni yaşlı gözəllər; Bəxt ulduzu parlaq və uzun saçlı gözəllər. S.Rüstəm. Bəxt əxtəri (sitarəsi) klas. – bax bəxt ulduzu. Əxtəri-bəxtim vəbalin gör ki, ol məhdən gələn; Mehrlərdir özgəyə, cövrü cəfalərdir mana. Füzuli. Ey bəxtimin sitarəsi, bu sübh açılmasın; Mahi-rüxün yetər bu gecə karivanə, şəm! S.Ə.Şirvani. Bəxti ayaq üstə durmaq – işi avand olmaq, istədiyinə çatmaq. Bəxti açılmaq – işi yaxşı gətirmək, işi düzəlmək, çətinlikdən, ağır və pis vəziyyətdən qurtarmaq. [Musa kişi:] Bəlkə bu il bəxtimiz açıldı, .. ərbabın su pulunu verdim, uşaqlara əyin-baş düzəldib, bir çərək torpaq ala bildim. M.İbrahimov. Bəxti dönmək – uğursuzluğa məruz qalmaq, işi bəd gətirmək, həyatında çətin və ağır dövr başlamaq. Bəxtim dönüb, evim yıxılıb, izzətim gedib; Seyyid, o mah yar olub əğyarə, ağlaram. S.Ə.Şirvani. Bəxti işləmək – bax bəxti gətirmək. Bəxti gətirmək – müvəffəq olmaq, işi düz gətirmək, taleyi gətirmək. [Puan Qay] bəxti gətirib 60-70 qəpikdən çox qazananda .. balıq da alıb şad evlərinə gələrdi. S.S.Axundov. Bəxti çönmək – bax bəxti dönmək. Bəxti çönüb, çünki zəmanə dönüb; Şadü xürrəm işi fəğanə dönüb. M.V.Vidadi. Bəxtinə çıxmaq – 1) yaxşı, ya pis bir şeyə təsadüf etmək, rast olmaq; 2) udmaq, aparmaq (oyunda). Xoş bəxtiniz olsun! – salamatlıq, xoşbəxtlik arzusunu bildirən ifadə. bəxtəbəxt sif. [fars.] Təsadüfi bəxt, müvəffəqiyyət ümidi ilə edilən, bəxti sınamaq üçün edilən. [Ələmdar:] “Bəxtəbəxt” – deyə, ayırdığı qızılın hər komasını bir dəsmalına yığıb bağladı. S.Rəhimov. bəxtəvər sif. [fars.] Xoşbəxt, bəxtli, taleli. ..[Narıngül] indi bəxtəvər həyatın meyvələrini dadmışdı. Ə.Vəliyev. • Bəxtəvər etmək – xoşbəxt etmək. [Bayram:] Heç dərd eləmə, Allah qoysa ölməsəm, tezliklə səni bəxtəvər elərəm. M.F.Axundzadə. // İs. mənasında. Xoşbəxt adam. – Getmə, getmə, görüm kimin yarısan? Hansı bəxtəvərin vəfadarısan? Qurbani. A bəxtəvərlər, ananız gəldimi? Qondu yuva üstünə dincəldimi? A.Səhhət. [Arvad:] Bəxtəvərə hamı kömək eləyir, .. amma heç kəs demir ki, ala, bu da sənə ayaqqabı. M.Hüseyn. ‣ Bəxtəvər başın(ız)! – bir işdə birinin bəxti gətirdikdə deyilir (bəzən istehza ilə deyilir). [Pəri:] Bəxtəvər başımıza, pişiyimiz oğlan doğub. N.Vəzirov. Bəxtəvər başına – xoşbəxtdir, xoşbəxtsən. Bəxtəvər başına o kimsənənin; Gözəllər yanında etibarı var. Q.Zakir. Şahnisə xanım qızının, qarayanız çöhrəsində dolaşan fərəh və nəşəni fəxr ilə seyr edərək: – Bəxtəvər başına! – deyə gülümsədi. Çəmənzəminli. bəxtəvərlik is. Xoşbəxtlik. // Çıx. halında: bəxtəvərlikdən – bikarçılıqdan, dərdsizlikdən. [Cavad:] Dərdim var, ay başına dönüm, sirrim var, mən bəxtəvərlikdən buraya gəlməmişəm. Mirzəyə ərizə yazdıracağam. B.Talıblı. bəxtiqara sif. (bəzən “bəxtiqarə” şəklində işlənir). Bütün ömrü boyu talesiz, qaragün, əziyyət və məşəqqətlə yaşayan; bədbəxt, talesiz. Bu qaragözlüləri bunca sevmişəm, Vahid! Nə yaxşı olmamışam bəxtiqarə, şükr olsun! Ə.Vahid. [Nadirin] qəlbi sındı, əhvalı pozuldu və özünün həmişə bəxtiqara (z.) qalacağını anladı. B.Talıblı. bəxtiyar sif. və zərf [fars.] Xoşbəxt, bəxtli. Bəxtiyar adam. Bəxtiyar olmaq. Bəxtiyar yaşamaq. – Avqustun axırında bu bəxtiyar ailə ilə əlvida edərək Bakıya qayıtdım. S.S.Axundov. Aslan çox çalışqan olduğu üçün hər gün öz ruzisini qazanıb külfəti ilə bərabər bəxtiyar yaşayırdı. C.Cabbarlı. Əsəd də müəlliminin yanında sözünün düz çıxdığından bəxtiyar bir uşaq kimi gülümsünüb durmuşdu. B.Talıblı. bəxtiyarlıq is. Xoşbəxtlik. Burnaşov Yekaterinanın .. Tiflisə qoşun göndərməkdə heç bir istila fikrində olmadığından, yalnız əhalinin asayiş və bəxtiyarlığını istədiyindən bəhs edib, əsil mətləbə keçdi. Çəmənzəminli. Bu müqəddəs təbiətin saf şeriyyəti; İnsanlığı dəvət edir bəxtiyarlığa! S.Vurğun. bəxtli sif. Taleli, xoşbəxt, bəxtəvər; bəxti gətirən, istədiyinə nail olan. Bəxtli adam. bəxtsiz sif. Talesiz, bəxti gətirməyən, uğursuz, bədbəxt. “Bəxtsiz cavan” (Ə.Haqverdiyevin pyesinin adı). bəxtsizlik mücər. Talesizlik, uğursuzluq, bəxti gətirməyən adamın halı. bəxur [ər.] bax buxur. BƏİSTİLAH... [fars. be və ər. istilah] köhn. Adətən tərkiblərdə işlənir. ...dilində, ...dilincə, ...dilində desək, ...demişkən, ...deyildiyi kimi. Bir para müsəlman müəllimlərinin canına bir cin müsəllət olub ki, yoldaşları öz aralarında hər nə deyir, .. haman cin gedib qorodovoya .. xəbər verər, yəni bəistilah(i)rus şpionluq edir. C.Məmmədquluzadə. bəkarət is. [ər.]\n1. Bakirəlik, qızlıq.\n2. məc. Təmizlik, saflıq. bəkçi sif. Qoruyucu, mühafizəçi, baxıcı, gözətçi, keşikçi. Ax, siz, a zəncir, a zəncirlərim! Siz də dəmir bəkçisiniz hər zaman. A.Səhhət. [Qorxmaz:] Qardaşlar, biz dustaq bəkçisini sarıyıb qaçacağıq. C.Cabbarlı. Baxın dövrənizə bizim bəkçilər! M.Rahim. bəkçilik is. Gözətçilik, keşikçilik. bəkləmə “Bəkləmək”dən f.is. bəkləmək f.\n1. Mühafizə etmək, qorumaq, keşiyini çəkmək. Bizə çün qədr bulunmaz, çıxalım dünyadan; Müştəri yox, necə bir bəkləyəlim bazarı. Füzuli. Naşı ovçu bərə bəklər, əylənər; Marallar sayrışır yollara doğru. Qurbani. Əhli-halın bəzminə huşyar olan layiq deyil; Bəkləyən meyxanə qapısın bu cənnət babidir. Qövsi.\n2. Gözləmək. ..Nabat xala yavaş-yavaş qazanıb, evin məxaricini təmin edir və iqtisadi ehtiyacı olmadığından oturub, özünə adlı-sanlı bir kürəkən bəkləyirdi. B.Talıblı. Hardasan, gözlərim həp səni bəklər; Bax, övladın necə giryandır, ana! S.Vurğun. [Bülənd] Sonadan bəklədiyini görmürdü. Ə.Əbülhəsən. bəkməz is. Bəzi şirin meyvələrin suyundan çəkilən şirə; doşab. Üzüm bəkməzi. Əncir bəkməzi. Tut bəkməzi. bəktaşi is. və sif. XV əsrdə İranda meydana çıxıb, sonralar Yaxın Şərqdə yayılmış müsəlman dini təriqətlərindən birinin adı (bu təriqətin müəssisi olan Hacı Bektaş Vəlinin adından). // məc. Qeydsiz, laübalı, xərabati adam. Surətdə gərçi bəktaşi çoxdur Nəsimitək; Mənidə adı hər həcərin kimya deyil. Nəsimi. bəktaşilik is. Bəktaşi təriqəti və bu təriqətə mənsubiyyət. bəqa is. [ər.] klas. Baqilik, əbədilik, həmişəlik, ölməzlik. Seyyid, elə bildim ki, bəqa suyunu içdim; Ol lalərüxün qətlimə fərmanını görcək. S.Ə.Şirvani. Füzulinin əşar və kəlamının bəqasına ikinci səbəb onların elm və təcrübə üzü ilə təbi-səlimdən doğub vüquə gəlmələridir. F.Köçərli. BƏQƏDRİ... [ər.] köhn. Aşağıdakı tərkiblərdə işlənir: bəqədri-qüvvə – qüvvə çatdıqca, güc çatdıqca, imkan daxilində. [Biz] hər bir şairin məsləkini, üslubi-kəlamını və öz əsr və zəmanasının təqazasınca nə növi əsərlər vücuda gətirdiyini .. bəqədri-qüvvə açıb göstərmişik. F.Köçərli. [Tahirzadə:] Suallarınıza bəqədri-qüvvə cavab verməyə hazıram. Mir Cəlal; bəqədri-imkan – imkan daxilində; bəqədri-lüzum – lazım olduqca, lazım gəldikcə, ehtiyac olduqca, lazımi surətdə. [Ağa Mərdan:] İndi durum gedim, məhkəmədə olan haşiyənişinləri püxtə və amadə edim ki, sabah mürafiə vaxtında bəqədrilüzum quyruq bulasınlar. M.F.Axundzadə; bəqədri-məqdur – imkan daxilində, vəziyyətdən asılı olaraq. Qalan artistlər hamısı bəqədri-məqdur rollarını keçirtdilər. Ə.Haqverdiyev. bəqərə I. is. [ər.] Quran surələrindən ikincisinin adı.\n\nII. is. Keçmişdə quyudan su və neft çəkmək üçün işlədilən təkərəoxşar fırlanan qurğu. [Atabala:] Səhərdən axşama qədər atı bəqərəyə qoşub neft çəkirdim. A.Şaiq. bəqiyyə is. [ər.] köhn.\n1. Artıq qalan şey, qalıq.\n2. Ard, geri, mabəd.\n3. Məhv olmuş şeyin qalmış hissəsi, qalıqları. Dağılmış köhnə bir binanın bəqiyyəsi. bəla is. [ər.]\n1. Uğursuzluq, bədbəxtlik, müsibət, fəlakət, afət. Ona bəla üz verdi. – Bu nə bəladır ki, .. dağlar və daşlar da quraqlıqdan od tutub yanır. C.Məmmədquluzadə. ..Kiçik bir xata böyük bəlalar törədər. M.İbrahimov. // Məc. mənada. [İrakli:] Ümidvaram ki, Gürcüstanın, İmeretiyanın və bizim sair qonşumuz xanların qoşunu ilə birləşib, bu gələn bəlanı tezlik ilə dəf edək.. Ə.Haqverdiyev. On nəfər polis ədibin qapısını açıb bəla kimi içəri soxuldu. Mir Cəlal.\n2. Qəm, qüssə, kədər, dərd, əzab, iztirab. Bəladan xali olmaz aləm içrə aşiqi-sadiq. S.Ə.Şirvani. • Bəla çəkdirmək – zülm etmək, əziyyət vermək, çox incitmək. Bəla çəkmək – müsibət və məşəqqət görmək, çox ağır hallar keçirmək. Bəlasını çəkmək – əziyyətinə dözmək, qatlaşmaq, əziyyətini çəkmək. Əzəldən canımı eşqin yolunda çün qoymuşam; Bəlasını çəkərəm, dönməzəm bəlasından. Nəsimi. Bəlaya düçar olmaq – fəlakətə məruz qalmaq. Bəlaya düşmək – əziyyətə, müsibətə məruz qalmaq, xataya düşmək, çətin vəziyyətə düşmək. Əgərçi zülfünə dami-bəla demiş aqil; Bu damə kim ki, gəlib düşmədi, bəlayə düşər. Nəsimi. Bəlaya salmaq – müsibətə salmaq, çətin vəziyyətə salmaq. Zəmanə zülfü rüxündən bəlayə saldı bəni; Həm ol zəman ki, seçildi qərası ağından. Nəsimi. Bəlayi-müsibətlə – çox çətinliklə, böyük çətinlik və əziyyətlə. Bir bəlayi-müsibətlə bunun [Fərəcovun] qrimini təmizləyib, şad-xürrəm hamı öz evinə getdi. H.H.Sarabski. Bəlayinagəhan – gözlənilməz bəla, afət (bəzən məcazi mənada işlənir). Bu prokuror ki, görürsünüz, bir vaxt N. qəzasının bəlayinagəhanı idi. Ə.Haqverdiyev. ‣ Başa bəla kəsilmək – daima incitmək, gözümçıxdıya salmaq, daim əngəl törətmək. ..[Varis] tələbələrin başına bəla kəsilmək, onları təhqir etməkdən zövq alırdı. A.Şaiq. Başına bəla açmaq – əngələ salmaq, çıxılmaz vəziyyətə salmaq, əngəl törətmək. Bir sərraci-birütbəni gətirib özümüzə padşah qayırdıq, başımıza bəla açdıq. M.F.Axundzadə. Katibin Sübhanverdizadəyə ötən günü hilli-mixəkli çay verməyi indi onun başına böyük bir bəla açmış oldu. S.Rəhimov. bəladidə sif. [ər. bəla və fars. didə] köhn. Bəla görmüş, bəla çəkmiş, başına bəla gəlmiş; çoxlu bəla və müsibət görməklə təcrübə və sınaqdan çıxmış (adam). Torpaq qarışıb daşlara, evlər mütəlaşi; Xaki-siyəh ətfali-bəladidə fəraqi. A.Səhhət. bəlağət is. [ər.] Fikrini gözəl, aydın, düzgün və inandırıcı sözlərlə ifadə etmək qabiliyyəti; natiqlik istedadı. Onun danışığında bir bəlağət var. – Oğlanın qəzəlpərəst atası .. barmağını mənə tərəf uzadıb başladı bəlağətlə (z.) oxumağa. C.Məmmədquluzadə. [Əmiraslan:] Siz də o fəsahət, bəlağət qapısı olan ağzınızı açıb camaatı bizim itaətimizə çağıracaqsınız. S.S.Axundov. [Rəhim xan:] Sənin ağıl, kamal, fəsahət və bəlağətin mənim nəzərimi cəlb etdi. C.Cabbarlı. // Gözəllik, bədiilik, aydınlıq (danışıqda). bəlağətli sif.\n1. Fikrini gözəl, düzgün, aydın və inandırıcı sözlərlə ifadə edə bilən, natiqlik istedadına malik olan.\n2. İnandırıcı, gözəl və aydın bir surətdə ifadə edilmiş (nitq, ifadə və s.). bəlakeş sif. [ər. bəla və fars. ...keş] bax bəladidə. Hər yan dedilər ki, ey bəlakeş! Gül çağıdır, olmagil müşəvvəş! Füzuli. bəlalı sif.\n1. Əziyyətli; əzablı; iztirab və məşəqqətlə dolu. Bəlalı iş. – Kərəm kimi nə bəlalı başın var; Alvaz dağı, heç əskilməz dumanın. Aşıq Kərəm. Canlandı gözlərində bəlalı ağır illər. M.Rahim.\n2. Müsibət və əziyyət çəkmiş, ağır günlər keçirmiş; uğursuz, bədbəxt. O şair mədh edir min bir gülzarı; Bəlalı aşiqi, sevdalı yarı. S.Vurğun. bələd [ər.]\n1. sif. Bir adam, iş və s. ilə yaxşı tanış olan: bilən, yetik. O bu yerlərə bələd adamdır. – [Gülbahar:] Dadaş, .. sən dediyin adamların heç birinə mən bələd deyiləm. C.Məmmədquluzadə. • Bələd olmaq – tanış olmaq, aşna olmaq, tanımaq, bilmək. [Bəkir:] Yola bələd olandan sonra elə bir ayağım burada olacaq. N.Vəzirov. [Zaman:] Amma indi özünüz arvadların xasiyyətlərinə bələdsiniz. Ə.Haqverdiyev. Maral çoxdan bələd olduğu cığırla suya endi. M.Hüseyn.\n2. is. bax bələdçi. Görünən yola nə bələd. (Ata. sözü). Aman lələ, yada düşdü vətənim; Bələd yoxdur göstərəydi yol mənə. Aşıq Kərəm. bələdçi is. Yol göstərən; bir yerin, şəhərin və s.-nin yolunu, ətrafını yaxşı tanıyan adam. [Əmiraslan ağa:] Bələdçi olmasa qoşun bir şey edə bilməz. S.S.Axundov. Səfəri bələdçi aparmışdılar. Səfər axşam Kürü o taya keçib, səhər tezdən qayıtdı, Şamxalın üç min ləzgi ilə irəlilədiyini xəbər gətirdi. Çəmənzəminli. bələdçilik is. Bələdçinin işi. • Bələdçilik etmək – qabağa düşüb yol göstərmək. [Qacar:] Yaxşı, qoşul bizə, bizimlə də get; Bu vəhşi dağlarda bələdçilik et! S.Vurğun. Səlim .. yağışa düşmüş bir şəhərliyə bələdçilik etdiyini danışdı. Mir Cəlal. bələdiyyə is. [ər.] Şəhər, rayon, kənd kimi yaşayış məntəqələrində abadlıq, təmizlik, kommunal və s. xidmətlərə baxan, üzvləri xalq tərəfindən seçilən idarə. Bələdiyyə rəisi. Bələdiyyə idarəsi. bələdiyyələşdirilmə “Bələdiyyələşdirilmək”dən f.is. bələdiyyələşdirilmək məch. Xarici şəxslərin əlindən alınıb, bələdiyyə və ya kənd idarəsi ixtiyarına verilmək. bələdiyyələşdirilmiş f.sif. Bələdiyyə və ya kənd özünüidarə təşkilatı ixtiyarına verilmiş (bax bələdiyyələşdirilmək). bələdiyyələşdirmə “Bələdiyyələşdirmək”dən f.is. bələdiyyələşdirmək f. Torpaq və mülkləri xüsusi şəxslərin əlindən alıb, bələdiyyə və ya kənd özünüidarə təşkilatı ixtiyarına vermək. bələdiyyət is. [ər.] Bələdlik, tanışlıq, bələd olma, yaxından tanış olma. Məlum oldu ki, qəvaidi-təcvidə külli bələdiyyəti var imiş. M.F.Axundzadə. [Mirzə:] Xidmətlərinə çata bilməmişəm, amma bələdiyyətim var, alim adamdır. Ə.Haqverdiyev. bələdləmə “Bələdləmək”dən f.is. bələdləmək f.\n1. Bir yeri, yolu və s.-ni öyrənmək, tanış olmaq, nişanlamaq, gözaltı eləmək. Partizanlar düşmənin mövqelərini qabaqcadan bələdlədilər. – Lotubaşı ertədən yolu bələdləyib xəzinənin yarılmasını axşama qoydu. “Aşıq Qərib”. [Gəldiyev] məhəccərin üstünə qalxmamış, düşmək üçün əl yeri, ayaq yeri bələdlədi. Mir Cəlal.\n2. Bələd etmək, tanış etmək, göstərmək. bələdlik is. Tanışlıq, aşnalıq; yetiklik. Bu işə bələdliyim yoxdur. – [Nəriman:] Döyüş işinə nəzəri cəhətdən o qədər bələdliyim yoxdur. Mir Cəlal. bələk is.\n1. Körpə uşağı bələməyə məxsus sarğı, qundaq. Dürdanə xanım dad təpdi ki, mənim qızım hələ körpədir; nə bilim, bələkdən təzə çıxıb. Ə.Əbülhəsən. [Şair] içəri girib, Afaqın başı yanındakı kiçik bələyə yaxınlaşdı. Ə.Məmmədxanlı.\n2. Çıx. halında: bələkdən – lap körpəlikdən, uşaqlıqdan. [Qarı:] Vallah, deyəsən ki, onun bu savaşdan ölən oğluna guya mən bələkdən nişanlıymışam. S.Rəhimov. bələkbağı is. Uşağın bələyini bağlamağa məxsus bağ; qundaqbağı. bələkləmə “Bələkləmək”dən f.is. bələkləmək f.\n1. Bələyə bürünmək.\n2. Bax bələmək. bələklənmək bax bələnmək1 . bələkli sif. Bələyə sarılmış, bələklənmiş, qundaqlanmış. [Salman] bələkli körpəni yavaşca hər iki əlinin üstünə götürdü. S.Rəhimov. Bələkli iki körpə baş-ayaq nənnidə yatırdı. M.İbrahimov. bələkün is. bot. Birillik ot bitki. Bələkün .. üzəri sıx tüklərlə örtülü bozumtul yaşıl rəngli birillik bitkidir. Qədirov. bələmə “Bələmək”dən f.is. bələmək f. Körpəni sarğı ilə sarımaq, bələyə bükmək, qundaqlamaq. Sona sevəsevə, oxşaya-oxşaya qızı Məryəmi bələyirdi. A.Şaiq. bələn is. məh. Dağ döşündə tala. Bələndən endim düzə; Su bağladım nərgizə. (Bayatı). ..Eyvaz Koroğluynan bərabər qoyunları hayladı, bələndən aşırdı. “Koroğlu”. bələnmə “Bələnmək”dən f.is. bələnmək I. məch. Bələyə bükülmək, sarğı ilə sarınmaq, qundaqlanmaq.\n\nII. bax bələşmək. Bal bələnib dillərinə, gül sancılıb tellərinə. Aşıq Əli. Qənd əzilib dilə, dişə, dəhanə; Qaymaq dodaqlara bal bələnibdir. Aşıq Ələsgər. bələşmək f. Bulaşmaq, bulanmaq. Canım qoydum yar yolunda sadağa; Bal bələşib dilə, dişə, dodağa. Aşıq Abdulla. bəlgə is. etnoqr.\n1. El arasında evlənən oğlan tərəfindən qız evinə göndərilən birinci nişan – üzük və örpək.\n2. məh. Əkin yerlərinin hüdudunu göstərən nişan, mərz.\n3. məc. Bəhanə, səbəb, dəlil, tutarğa. Əlində bəlgə etmək.\n4. məh. Vuruşma zamanı qorunmaq üçün qola sarınan sarğı. bəlgələmə “Bəlgələmək”dən f.is. bəlgələmək f. dan. köhn.\n1. Bəhanə və üzr gətirmək, əldə dəstavüz etmək.\n2. Köhnə məişətdə: nişan göndərmək, nişanlamaq.\n3. Hüdud qoymaq, əkin yerinin hüduduna nişan qoymaq. bəlgələnmək məch. köhn.\n1. Nişanlanmaq.\n2. Hüdud qoyulmaq, nişan qoyulmaq, mərz qoyulmaq (əkin yerinə). bəlğəm is. [ər.] Ciyərdən, yaxud nəfəs yollarından gələn qatı selikli, yaxud irinli ifrazat; hayqırıq. bəlğəmi sif. [ər.] Key, ağırtərpənən, hər şeyə laqeyd baxan; fleqmatik (xasiyyət). bəlğəmli sif.\n1. Bəlğəmlə dolu, içərisində bəlğəm olan. Bəlğəmli sinə. Bəlğəmli tüpürcək.\n2. Bəlğəmə bulaşmış, bəlğəmlənmiş. Bəlğəmli yaylıq. bəlğəmmizac sif. [ər.] Ağır, süst, soyuqqanlı. Bəlğəmmizac adam. bəlğəmotu is. bot. Dərman hazırlanan çoxillik bitki. [Bəlğəmotunun] üst kökləri kökümsü gövdə ilə tamamlanır. Yerüstü gövdələri isə yerin altında topa, dəstə şəklində xaricə çıxıb, adətən qol-budaq vermir. Əliyev. bəli əd.\n1. Verilən suala müsbət cavab və ya təsdiq üçün işlənilir; hə, elədir; (yox ziddi). [Şəhrəbanı xanım:] Bəli, baba dərviş çox razı oldum. M.F.Axundzadə. Salman düşündü və: – Nə faciədir o? – dedi. – Üsyan günlərinimi deyirsən? – Üsyan günlərini, bəli, üsyan günlərini. H.Nəzərli. [Piri baba:] Bəli, qızım, qarışqaların toyudur. S.S.Axundov. Bənna güldü, – bəli, – dedi, – gərək tələsək. Ə.Cəmil.\n2. Çağırışa nəzakətli cavab. Əhməd! – Bəli!\n3. Anlaşılmayan bir sözü təkrar etdirmək üçün sorğu yerində işlənir. – Bəli, nə dediniz, eşitmədim.\n4. Danışılanlara yekun vurmaq, ya fikirdə olan şeyləri xülasə etmək üçün söylənir. Bəli, atları gətirdilər və minib, Təbrizdən çıxıb, üz qoyduq Araz kənarına tərəf hərəkət etməyə. C.Məmmədquluzadə.\n5. Bəzən təəssüf, yaxud kinayə, narazılıq ifadə edir. Bəli, ömrümüzdən bir il də getdi! Bəli, əlli beşinci il də belə getdi! Bəli, bu da bu yandan çıxdı! bəlim is. Darı, çəltik, buğda və s. bitkilərin küləşi; həşəm. bəlirmə “Bəlirmək”dən f.is. bəlirmək f. Bəlli olmaq, zahir olmaq, görünmək. Qadının dodaqlarından acı bir təbəssüm bəlirdi. S.Hüseyn. bəlirtmək f. Bəlli etmək, zahir etmək, açıb göstərmək. bəlkə bağl.\n1. Ola bilər, ola bilsin, ehtimal, şayəd, ola ki, olsun ki. Bəlkə bu gün axşam yağış ara verdi. – [Fəxrəddin:] Bəlkə mən tez qayıtdım. Başqasını götürməyin. M.S.Ordubadi. Cuma düşündü ki, bəlkə .. Marala onun haqqında bəzi şübhəli şeylər demişlər. Ə.Əbülhəsən.\n2. İrəlidə söylənmiş fikrin əksini ifadə edir. Məsələ sən deyən kimi deyil, bəlkə mən deyən kimidir.\n3. Hətta, heç. Bu işi bir günə deyil, bəlkə iki günə görüb qurtarmaq olmaz.\n4. “Də” ədatı ilə: bəlkə də – tərəddüd, şübhə, qeyri-müəyyənlik ifadə edir. Bəlkə də, sən deyəndir. – [Atabəy:] Mələkə, səni bir başqası üçünmü saxlamışdır? Səba xanım utanaraq, yavaşcadan dedi: – Bəlkə də. M.S.Ordubadi. bəlləmə “Bəlləmək”dən f.is. bəlləmək f.\n1. Bəlli etmək, aydınlaşdırmaq, bilmək.\n2. Nişanlamaq, gözaltı etmək, bələdləmək. Tərlan kimi gözlərini zillədi; Dağ başından evin səmtin bəllədi. A.Səhhət. [Polkovnik] ona [təyyarəçiyə] – Bizim topların yerini bəlləmək lazımdır, – dedi, – belə hallarda yaxşı gizlənmək məsləhətdir. M.Hüseyn. Ertəsi gün səhər tezdən Tapdıq bəllədiyi kolluqda deyəsən bir qaraltı görən kimi oldu. Ə.Əbülhəsən.\n3. Nişanəyə almaq. İlyas otlar arasından baxıb, ağac başındakı “qarğaları” bəllədi, atəş açmağa icazə istədi. Mir Cəlal. bəllənmə “Bəllənmək”dən f.is. bəllənmək f. Görünmək, aşkar olmaq, aydın olmaq, bilinmək, tanınmaq. Rəmz anlayan, söz düşünən, dərd bilən; Aləmlərdə şöhrətlənir, bəllənir. Qurbani. Mərd igidlər yarasından bəllənər; Namərdləri qoy tər bassın, xar olsun! “Koroğlu”. bəllətmə “Bəllətmək”dən f.is. bəllətmək f. Bildirmək, açmaq, üzə çıxarmaq. [Nəriman] təkrar güllə atıb, yerini bəllətməkdən qorxdu. Yerə sıxılıb diqqət elədi. Mir Cəlal. bəlli sif. Aydın, aşkar, məlum, meydanda olan. Bəlli məsələ. // Xəbər şəkilçisi ilə: bəllidir – aydındır, məlumdur, aşkardır, görünür. Dudkeş kimi bir papaq başında; Ağ tükləri bəllidir qaşında. M.Ə.Sabir. Əzəldən böyükdür gözəl vətənin; Dünyaya bəllidir şöhrətin sənin. S.Vurğun. Mötəbər mənbələrin verdiyi məlumatdan bəllidir ki, 1735-ci ildə bugünkü Balaxanıda neft verən 52 quyu varmış... M.Hüseyn. • Bəlli edilmək – aydınlaşdırılmaq, aşkara çıxarılmaq. Bəlli etmək – aydın etmək, aşkar etmək, aydınlaşdırmaq, zahirə çıxarmaq, üzə çıxarmaq, meydana çıxarmaq. Bəlli olmaq – aydın olmaq, aşkar olmaq, zahirə çıxmaq, zahir olmaq, bilinmək, müəyyənləşmək, müəyyən olmaq. Şəhərdən gətirdiyim toyuğumun balaları böyümüş, tüklənmiş, xoruzu, fərəsi bəlli olmuşdu. A.Şaiq. [Mirzə Səməd:] Mənəm ana, qapını aç, – dedikdə qapını açmaq üçün anasının gəldiyi bəlli oldu. M.S.Ordubadi. // Tanış, tanış olan. Bu halda evin qapısı açıldı və pristavın bəlli səsi onun [Məhərrəmin] beynində müdhiş bir zərbə ilə çınladı. H.Nəzərli. bəlsəm is. [ər. əsli yun.] İsti ölkələrdə bitən və yarpaqlarından efir və qatran alınan qara ağac. // Bu ağacdan hasil edilən yağ, şirə (bax balzam). bəm is. mus. Musiqidə yoğun (aşağı) səs (zil müqabili). Azərbaycan musiqisində böyük tersiya temperasiya tersiyasına nisbətən qısa (bəm), kiçik tersiya isə temperasiya tersiyasına nisbətən geniş (zil)dir. Ü.Hacıbəyov. Melodiya, bir-biri ilə qarşılıqlı münasibətdə olan ayrı-ayrı səslərdən düzəlir. Bu səslər bir-birinə nisbətən zil (yüksək) və bəm (aşağı) olur. Ə.Bədəlbəyli. [S.Şuşinski] həm bəm səsdə (pəsdən), həm orta səsdə (miyanəxan) və həm də zildə (zilxan) məharətlə oxuyur. A.Gəray. bəmbəcə is. dan. Pəncə. Zor ilə şikarı əlimdən aldı; Özümə də bir bol bəmbəcə çaldı. Q.Zakir. bəmbəcələmək f. dan. Qamarlamaq, qamarlayıb almaq, pəncəsinə keçirmək. bəmbəyaz sif. Ağappaq. Qarlı, qartallı bir yığın dağlar; Ta uzaqlardan bəmbəyaz parlar. H.Cavid. Bəmbəyaz qar kimidir, bəlkə də qardan ağdır. S.Rüstəm. bəmləşdirmə mus. “Bəmləşdirmək”dən f.is. bəmləşdirmək f. mus. Alçaq səslə (bəmlə) çalmaq, səsini alçaltmaq. bən bax mən. bənd I. is. [fars.]\n1. anat. Skelet sümüklərinin oynaq yerləri; buğum, məfsəl. Barmaqların bəndləri. Bəndləri ağrımaq. Bəndləri qırılmaq. – [Qazan xan] başında, bədəninin bəndlərində bir ağırlıq və sızıltı duydu. M.Rzaquluzadə.\n2. Müxtəlif hissələrdən ibarət olan şeyin hissələrini bir-birinə rəbt edən, bağlayan, bərkidən bağ və s. Qamışın bəndləri. Borunun bəndləri aralandı. // Sınmış, aralanmış, qopmuş bir şeyi bərkitmək üçün ona keçirilən halqa, sarğı və s.\n3. Ümumiyyətlə, bağ, ip, düyün. Ol türfə qəzalın açdı bəndin; Şad eylədi canidərdməndin. Füzuli. Aç kiseyi-səxavətüvün bəndin, ey qəni. M.Möcüz. ..Sona hərdən onun [Ceyranın] bəndini açıb həyətə buraxırdı. Mir Cəlal. // Məc. mənada. Damizülfün bəndinə mürği-giriftarəm hənuz. Xətayi. • Bənd edilmək – bağlanmaq, rəbt edilmək, birləşdirilmək, keçirilmək, ilişdirilmək. Bənd etmək – bağlamaq, rəbt etmək, ilişdirmək. Milis nəfəri öz atını ağaca bənd etdi və asanlıqla üzüaşağı sallandı. S.Rəhimov.\n4. Ayrı-ayrı hissələrdən ibarət olan bir şerin bir parçası. Şerin birinci bəndi. – Kupletlər bir-birindən nəqarət vasitəsilə ayrılır, hər bənddən sonra təkrar edilən nəqarətin musiqisi və bəzən sözləri də dəyişdirilmədən olduğu kimi saxlanır. Ə.Bədəlbəyli.\n5. Qanun məcəlləsinin, yaxud hər hansı bir mətnin, sənədin və s.-nin rəqəm və ya hərflə ayrılan kiçik hissəsi, maddəsi. Qanunun 3-cü fəslinin “D” bəndi. Müqavilə üç bənddən ibarətdir. Qərarın üçüncü bəndində belə yazılmışdır. – Müştərilərə üzümüzü tutub, onlara etdiyimiz nəsihətlərin birinci bəndi budur. C.Məmmədquluzadə.\n6. Bir yeri seldən, daşqından qorumaq, yaxud suyun (arxın, kanalın) kənara axmasının qabağını almaq üçün çəkilən sədd. Bənd çəkmək. – Axırda o bənd ki, suyun qabağını kəsmişdi və suyu axmağa qoymurdu, rəxnə tapar və su mürur ilə bəndi uçurub aparar. H.Zərdabi. [Xanmurad:] Sementlədiyimiz bəndi su yuyub aparıb. İ.Əfəndiyev. Hər tərəfdə yeni dünya qurulur; Sərt sulara dəmir bəndlər vurulur. Z.Xəlil. ‣ Bənd almaq – gedib, ya qaçıb bir yerdə dayanmaq, durmaq, qərar tapmaq. Nə olardı Ağa Məhəmməd xan bu cəlalı görəydi. Yəqin qorxudan qaçaraq Tehranda bənd alardı. Ə.Haqverdiyev. Kişi mayallaq vurub, fırlanafırlana balkonun ayağında bənd aldı. S.Rəhimov. Bənd etmək (eləmək) – məftun etmək, cəlb etmək, aşiq etmək. Sərxoş oturanda əlində sazı; Bənd edir quşları göydə avazı. M.P.Vaqif. Bənd olma(yın)! – fikir vermə(yin), əhəmiyyət vermə(yin), işin(iz) olmasın, mane olma(yın). Nina bacı, mən ölüm mənə bənd olma, belə başına dönərəm. M.S.Ordubadi. Xəlil dayı: – Sən Allah, bənd olma, – dedi, – yaxşısı budur Firidundan danış. M.Hüseyn. Bənd olmaq – 1) bir işdən yapışmaq, bir işlə məşğul olmaq, bir işlə başı qarışmaq. [Məşədi Cəfər:] Məndən sonra bir bölük yetim-yesir qalacaq, onların əlləri gərək bir şeyə bənd olsun, ya yox? Ə.Haqverdiyev; 2) ilişmək, yapışmaq, bağlanmaq. Çox keçmədi, onu gördüm ki, bir əl mənim yaxama bənd oldu. Mir Cəlal; 3) ilişib qalmaq, dayanmaq, durmaq, qərar tutmaq. Əvvəl mən, sonra qonaqlar məclisin şirin yerində bənd olduq. C.Məmmədquluzadə; 4) bağlanmaq, rəbt olunmaq, mərbut olmaq. Məmləkətdə qoyulmuş qanunların hamısı zəncirin halqası kimi bir-birinə bənd olubdur. M.S.Ordubadi. Bəndə çəkmək – əl-qolunu bağlamaq, hərəkət etməsinə mane olmaq. Sevastopol, düşmənin böyük bir qüvvəsini burada bəndə çəkibdir. Ə.Əbülhəsən. Bəndə düşmək – yubanmaq, gecikmək, təxirə düşmək, ləngimək, ilişib qalmaq. Çox yağılar bəndə düşdü, qayıtmadı bir də geri. R.Rza. Bəndə salmaq – 1) girə keçirmək, ələ keçirmək; 2) dustaq etmək, həbsə salmaq. Bəndə saldın mənim kimi dustağı; Çox məni qoyubsan darda, gül Pəri. Aşıq Abbas. Bəndə vurmaq – 1) dustaq etmək, həbsə salmaq; qaçmasın deyə əllərini, ayaqlarını bağlamaq; 2) məəttəl etmək. – Axı, Nəbi kişi, binanı tikən sizsiniz, camaatı niyə bəndə vurursunuz? S.Rəhimov. Bəndinə çəkmək – əlinə keçirmək, cənginə keçirmək (salmaq). [Xırdaxanım:] Yoxsa o qızları oxutmuş ləçərlər, əgər bilsələr, oğlanı çəkəcəklər bəndlərinə. N.Vəzirov. bənd-bənd zərf 1) buğum-buğum, tikətikə. Nalədəndir ney kimi avazeyi-eşqim bülənd; Nalə tərkin qılmazam, ney tək kəsilsəm bənd-bənd. Füzuli. Öldürər bu dərd məni; Doğrayar bənd-bənd məni. (Bayatı); 2) maddələr üzrə, maddəbəmaddə. Nizamnaməni bənd-bənd oxumaq; 3) bəndlər üzrə. Bənd-bənd oxumaq. – Bütün gözlər şairin .. əsəbi tərpənən dodaqlarında, həqiqət deyən ağzında idi. O, bənd-bənd deyirdi. Mir Cəlal.\n\nII. [fars.] Vurğun, vurulmuş, aşiq. Oğlan qıza bənddir. • Bənd olmaq – aşiq olmaq, vurulmaq, bərk sevmək, məftun olmaq. Düşübdür xəyalım yarın ruyinə; Can quşu bənd olub zülfü muyinə. M.V.Vidadi. Bənd olmuşam şirin-şirin sözünə; Şəkər dodağında balı sevmişəm. M.P.Vaqif. Kimin zülfünə bənd oldunsa, Seyyid, bivəfa çıxdı. S.Ə.Şirvani. Aşığı bənd eylər zülfünün tağı; Ahu gözlüm, nə gəzirsən məzarı. Aşıq Kərəm. bənd-bərə is.\n1. Keçid, keçiləcək yer, keçilə biləcək yeganə yer. Hər tərəfdən düşmənin bənd-bərəsini bağladılar. – ..Qoşun atlandı, yolları, bənd-bərəni kəsdi. “Koroğlu”. Kəsib bəndi-bərəni; Düşmən qoşunlarını amansız zərbələrlə; Can evində haqlayır. R.Rza.\n2. Sərhəd, hüdud. [Mərdan:] İlbəil mənim ürəyimə yazılıb, kin kitabı bağlanmasa idi, inan ki, mən bənd-bərəni belə aşmazdım. Mir Cəlal. bəndə is. [fars.] köhn.\n1. Qul, kölə. Halım deyib muradıma yetsən əcəb dəgil; Bir bəndəyəm ki, dərgəhi-sultanə yetmişəm. Füzuli. [Səkinə xanım:] Xeyr, Ağa Həsən, sən mənim nə bəndəmsən, nə qulumsan. M.F.Axundzadə. Səadətin bulağı insan ürəyindədir; Bunu anlamayanlar bir kölə, bir bəndədir. R.Rza.\n2. Keçmişdə danışan şəxs hörmət və təvazö üçün özünə işarə olaraq, “mən” əvəzində belə deyərdi. ..Naxçıvanda teatr həvəskarları, bəndə də onların içində, teatr oynayırdıq. C.Məmmədquluzadə. [Dərviş:] Xanım, bəndəyə görə nə fərmayişiniz var? N.Vəzirov. [Mirzə:] Amma ağadan təvəqqem budur: əgər iltifatınız olsa, bəndəyə bir yabı əta eyləyəsiniz. Ə.Haqverdiyev.\n3. Adam, insan, məxluq mənasında. Oxucularım bağışlasınlar ki, bir neçə sətir zehni qaşıyan sözlər ilə mömin bəndələrin ovqatını xarab etdim. C.Məmmədquluzadə. Bizimtək günahkar bəndələrə nə qulanquşqun! Ə.Haqverdiyev. [İsmayıl:] Molla olsa da, çox nadürüst bəndədir. P.Makulu. • Allah bəndəsi – fağır adam, heç kəsə zərər verməyən, dinc, sakit adam, mömin adam. [Molla Fərzəli:] ..Xüsusən mənim kimi bir Allah bəndəsi ki, ömrümdə xah qürbətdə, xah öz vilayətimizdə əhli-xanəmdən bir dəfə də olsun kənar düşməmişəm. C.Məmmədquluzadə. [Xəlifə:] Bu məktubu alan kimi Allah bəndələrinin mallarını özlərinə qaytarmalısınız. M.S.Ordubadi. bəndəçilik bax. bəndəlik. [Hacı Kərim:] Vallahı razı olmaram, gərək şeyx cənablarının bəndəçiliyini özüm qəbul edəm. C.Məmmədquluzadə. bəndəlik is. köhn.\n1. Köləlik, qulluq.\n2. Qulluqçuluq, nökərlik, xidmətçilik. Buyur, ta bəndəlik edim baş ilən; Hər nə qulluğundur cana, xoş gəldin! M.P.Vaqif. [Ağa Həsən:] Xanım, niyə məni bəndəliyə qəbul etmirsən, məndən nə xəta baş veribdir? M.F.Axundzadə. Hökmdar bu gözəlliyə qarşı bəndəlik etməyə hazırdır. M.S.Ordubadi. bəndəm is.\n1. Meyvə saplağı.\n2. Dərz bağlamaq üçün otdan, küləşdən eşilən bağ. Bu dərzin bəndəmini aç, xırmana tök. – Ona görə onların taxılı yolpa olmuş, dərzləri bəndəmin arasına güc ilə yığılırdı. S.Rəhimov. [Arvadlar] bəndəmi açıb dağıdırdılar. Ə.Əbülhəsən. // Bir şeyin belinə bağlanan bağ, şərid. BƏNDƏMLƏMƏ“Bəndəmləmək”dənf.is. bəndəmləmək f. Bəndəmlə bağlamaq. bəndəmlənmə “Bəndəmlənmək”dən f.is. bəndəmlənmək məch. Bəndəmlə bağlanmaq. bəndəmli sif. Bəndəmi olan, bəndəmə bağlanmış. bəndəmlik sif. Bəndəmə yarar. bəndər is. [fars.]\n1. Keçid, yol. Qara Məlik hər tərəfdən məhəlləyə girən bəndərləri kəsdirdi. M.S.Ordubadi.\n2. Ticarət limanı. bəndərgah is. [fars.]\n1. Düşmənin, yaxud ovlanan heyvanın keçə biləcəyi yeganə yer, yol, keçid və s. Tutulub bəndərgah, kəsilib bərə; Tapmırıq çıxmağa yol, aman, aman! “Koroğlu”. Öz ehtiyatını görüb bəndərgahlarda əsgər qoyan komandir xəritəni çəmənin üstünə sərib, karandaşla cızıq çəkirdi. S.Rəhimov.\n2. Bax bəndər. bəndəzadə is. [fars.] köhn. Keçmişdə bir şəxs müsahibinə hörmət üçün, oğluna işarə olaraq “mənim oğlum” əvəzində belə deyərdi. [Xudaverdi:] Bu gün səhərdən bizim evin qabağından keçəndə bəndəzadənizə özünüz buyurmayıbsınız ki, atana de, bu gün bir cümə surəsi mənim atama oxusun?.. M.F.Axundzadə. bəndfərman [fars.] köhn. Əmrə, buyuruğa, fərmana hazır olan. Əsəd der: hökmündə bəndfərmanəm; Sənsən mənə sultan, Pəri, can Pəri! Aşıq Əsəd. bəndivan dan. Məəttəl, bənd. [Merac:] Gözəl, mən sənin bəndivanınam, geyin gedək. Ə.Vəliyev. • Bəndivan olmaq – 1) bənd olmaq, məəttəl olmaq; 2) məc. qonmaq. Can quşu xallarda bəndivan olur; Diriliyin zövqü ləb-dəhəndədir. M.P.Vaqif. bəndləmə “Bəndləmək”dən f.is. bəndləmək f.\n1. Başdansovma tikmək, kök atmaq, kökləmək. Vaxt çatmamışdı ki, [nənəm donumun] düymələrini qoysun, odur ki, donu əynimə geydirib, yaxasını sapla bəndlədi. H.Sarabski.\n2. Ala-babat, yarımçıq, yüngülcə bağlamaq; bənd etmək, ilişdirmək.\n3. dan. Başdan rədd etmək, birini aldadıb, bir şeyi ona ötürmək, sırımaq.\n4. dan. Dəyərli bir şeyi hiylə ilə ucuz qiymətə almaq, qoparmaq, əlinə keçirmək. [Məşədi:] Çünki verdiyim pulu da müamiləsi ilə alırdım, düşəndə bir at da bəndləyirdim. Ə.Haqverdiyev. bəndlənmə “Bəndlənmək”dən f.is. bəndlənmək məch.\n1. Başdansovma tikilmək, köklənmək.\n2. Bənd olub qalmaq, ilişib qalmaq. bəndli sif. Bağlı. Boynu bəndli camışlar tövlədə fısıldaşır və gövşək çalırdılar. S.Rəhimov. bənək sif. köhn.\n1. Üzdə, ya bədənin başqa yerində nöqtə şəklində kiçik xal, nişan.\n2. İt adı. bənəkli sif. Xallı. Xəstə Qasım bir qız sevib hənəkli; Ağ üzündə xallar, bənəkbənəkli. Xəstə Qasım. bənəvşə is. [fars.] bax bənövşə. Başına döndüyüm gülüzlü Pəri; Adətdir dərərlər yaz bənəvşəni. Qurbani. Apardı əqlimi bir ahu gözlü; Bir bənəvşə boylu, bir lalə üzlü. M.V.Vidadi. Yaşıl köynəyini geyinir meşə; Yaxama quş kimi qonur bənəvşə. S.Vurğun. bənəvşəlik bax bənövşəlik. Bənəvşəlikdə, yasəmənlikdəyəm; Könül açar yavaş əsən küləklər. A.Səhhət. bənəvşəyi [fars.] bax bənövşəyi. bəng is. [fars.]\n1. Toxumunda narkotik maddələr olan bitki; bəng otu.\n2. Həmin bitkinin toxumundan hazırlanan kefləndirici maddə; həşiş. [Yusif Sərrac:] Aya dəli olubsunuz, ya bəng atıbsınız ki, bu qəbil sözləri mənim üzümə deyirsiniz! M.F.Axundzadə. İçdim südü, çəkdim bəngi; Əcayib şiri-məst oldum. Nəbati. Zahid ki, deməz ad bizə napakdən özgə; Bizdən nə görüb bəng ilə tiryakdən özgə. S.Ə.Şirvani. bəngi is. [fars.] köhn. Bəng düşkünü, bəng çəkən, həşiş çəkən adam. Nə şərabiyəm, nə bəngi, nə xəyaliyəm, nə rəngi. Nəbati. Bəngilərin, bu bir sürü ərbabi-qəflətin; Halisəfalətilə gözüm giryəbar idi. M.Hadi. bəni [ər.] Övlad, oğullar. • Bəni-adəm – insan, adam. Mən bəni-adəm üçün görməmişəm səcdə ola. S.Ə.Şirvani. Bəni-insan – bax bəni-adəm. Bir tərəf qurd edibdi bağrımı qan; Bir tərəfdən də xud bəni-insan. S.Ə.Şirvani. Bəni-növi-bəşər – bax bəniadəm. Lakin çifayda bəni-növi-bəşər heç vəqtdə yaxşı günə dözməz. M.F.Axundzadə. // Bəzi qəbilə və xanədan adlarında işlənilir; məs.: bəni-İsrail (İsrail oğulları), bəniHaşim (Haşimilər). bəniz is. Üz, çöhrə, sifət. [Toğrulun] qara və böyükcə gözləri ildırımlar çaxır, geniş və qırmızı bənizindən qəzəb alovları qarsırdı. H.Nəzərli. // Üzün rəngi. Bənizi solmaq. Bənizi qaçmaq. Bənizi ağ. – Zəfərantək bənizimi döndərdi ol birəhm yar; Düşməni xəndan edib, dostini giryan eylədi. Nəsimi. Bu sözləri dodağının altında deyə-deyə, ata .. uşağın azarlı və bənizi qaçmış üzünə baxırdı. M.F.Axundzadə. İdrisin bənizi solğun idi. Ə.Məmmədxanlı. bənlik is. bax mənlik. bənna is. [ər.] Binanın daş, kərpic hissəsini tikən usta. Dodaqaltı segah deyən qoca bənnalar; Sal daşlardan təməl qoyur, divar hörürdü. Ə.Cəmil. İnşaatçıların çoxu mövsüm işçilərindən: torpaqqazanlar, bənnalar və dülgərlərdən ibarət idi. Ə.Sadıq. bənnalıq is. Bənnanın işi, sənəti, peşəsi. [Mahmud:] Mən əvvəllər elə bilirdim ki, bənnalıq .. adi bir fəhləlikdir. Z.Xəlil. bənnə dan. bax bənna. Əkbərin gözü bənnə şagirdliyində açıldı. Mir Cəlal. bənövşə is. Yazda bitən, əksərən açıqqırmızıya çalar abı rəngli, gözəl qoxulu kiçik çiçək. Bənövşə birillik bitkidir. Gözəl saplaqları üzərində yerləşmiş müxtəlif şəkilli yarpaqları vardır... Əliyev. Zorba və hündür ağacların kölgəsində yenicə baş qaldırmış bənövşələr .. boynunu əyərək mat-mat baxırdı. Ə.Vəliyev. bənövşəlik is. Bənövşə bitən yer, bənövşə əkilmiş yer. bənövşəyi sif. Bənövşə rəngli. Bənövşəyi parça. Bənövşəyi sap. – Onların [qızların] ağ, qırmızı və bənövşəyi kəlağayıları tovuz qanadı kimi havada çırpınır. İ.Əfəndiyev. bənövüş is. bax bənövşəyi. Gah bənövüş, gah qırmızı, gah da laləzar oluram. Aşıq Hüseyn. [Kəklik xalanın] .. başında ağ haşiyəli bənövüş kəlağayı var idi. İ.Əfəndiyev. bənzədilmə “Bənzədilmək”dən f.is. bənzədilmək məch.\n1. Oxşadılmaq, uyğunlaşdırılmaq.\n2. Təqlid edilmək.\n3. Səhvən başqasına oxşadılmaq. bənzəmə “Bənzəmək”dən f.is. bənzəmək f.\n1. Oxşamaq. Yanaq üzrə saçın tovuza bənzər. Nəsimi. Daşə bənzər bağrı, təsir eyləməz əfqan ona. Füzuli. Fələk rənginə bənzər bu bənövşə. X.Natəvan. İllərin yarpaq kimi bir-birinə bənzəyən müxtəlif günləri var. R.Rza.\n2. Tay olmaq, tənləşmək, bərabər olmaq, uyğunlaşmaq. Sən heç bir vaxt ona bənzəməzsən. bənzər 1. sif. Oxşar, oxşayan, bənzəyən, tay, uyğun. Bir-birinə bənzər. Əkizlər çox zaman bir-birinə bənzər olurlar. – Əlfazi Nəsimi bu gün ol möcüzədir kim; Bənzər ona bir lölöi-şəhvar ələ girməz. Nəsimi. Nə qədər qız yetirsə Gürcüstan; Sana bənzər mələk yetirməz, inan. H.Cavid.\n2. is. Misl, tay, bərabər, timsal. Nə biləsən nə arayır xəyalında bu qoca; Bənzəri var bu torpaqda kök salan bir ağaca. S.Rüstəm. Sənət dəryaya bənzər, onun min bir halı var... B.Vahabzadə. bənzərlik is. Oxşarlıq, uyğunluq. Bu iki şeyin arasında heç bənzərlik yoxdur. bənzətmə 1. “Bənzətmək”dən f.is. Bir-birinə bənzətmə.\n2. is. ədəb. Nəzirə surəti ilə bir əsərə təqlidən yazılmış əsər. Nizamiyə bənzətmə. Füzuliyə bənzətmə. Sabirə bənzətmə. // Təşbeh. bənzətmək f.\n1. Oxşatmaq. Bənzətməz anın yüzini ayə Nəsimi, sor nədən. Nəsimi. Əhli-təmkinəm, məni bənzətmə, ey gül, bülbülə. Füzuli.\n2. Yanılıb bir şeyi başqa bir şey zənn etmək, yanılıb oxşatmaq. Sizi müəlliminizə bənzətdim. bənzəyiş is. Bənzəmə, oxşama; bənzərlik, oxşarlıq. İki şeyin bir-birinə bənzəyişi. bərabər 1. sif. Başqası ilə tən, bir ölçüdə, bir boyda olan. Bərabər qiymətli. Bərabər qüvvəli. Bərabər kəmiyyətli. • Boyu bərabəri – özü boyda. [Mehri xanım:] Bala, axır mən anayam! Boyum bərabəri oğul yetirmişəm. Ə.Haqverdiyev. Bərabər etmək – 1) bax. bərabərləşdirmək; 2) bax. bərabər tutmaq (aşağıda, 4-cü mənada).\n2. sif. Başqası ilə bir hüquqda, bir vəziyyətdə olan. Bərabər hüquq. Deputat seçkiləri bərabərdir; hər bir vətəndaş bir səsə malikdir; bütün vətəndaşlar seçkilərdə bərabər əsaslar üzrə iştirak edirlər. – [Cahan:] İndi bizim hüququmuz kişilərlə bərabərdir. Ə.Haqverdiyev.\n3. Zərf mənasında. Bir yerdə, birlikdə, birgə, yanaşı, bahəm. Bərabər işləmək (çalışmaq). Bərabər oxumaq. – Nəbiqulu yeşiklə bərabər ağacdan uçub düşüb Qasımın otağının üstünə. Ə.Haqverdiyev. Bu qaranlıqla bərabər mavi boşluqlardan yerə xoş bir sərinlik də enirdi. M.İbrahimov. Burada meyvə ilə bərabər .. nisbətən ucuz qiymətə şərab da tapmaq olurdu. Ə.Əbülhəsən.\n4. İs. mənasında. Tay, bənzər, misl. Onun bərabəri yoxdur. – Qaşı ay, çeşmi şux, müjganları ox; Cümlə kəsdən artıq, bərabəri yox. M.P.Vaqif. Hikmətdə sənə heç kəs bərabər ola bilməz. M.F.Axundzadə. • Bərabər tutmaq – bir tutmaq, tay tutmaq, başqası ilə bir tutmaq, bərabərləşdirmək.\n5. İs. mənasında. Ön, qarşı, tuş, qabaq. [Şeyx Nəsrulla:] Bəlkə sizin də içinizdə belə münkirlər var? Əgər var, gəlsin bərabərimə. C.Məmmədquluzadə. Görcək anasın bərabərində; Yaş oynadı qəmli gözlərində. A.Səhhət.\n6. Xəbər mənasında. Birdir, eyni şeydir deməkdir. Neftçinin borandan qorxub geri çəkilməyi, əsgərin silahı atıb səngərdən qaçmasına bərabərdir. M.Hüseyn. bərabərcə zərf\n1. Bir bərabərdə, bir boyda, bir böyüklükdə, bir miqdarda, bir həcmdə, bir ölçüdə; tən yarı.\n2. Bir yerdə, bərabər, yan-yana. bərabərçilik is. Heç bir əsas olmadan əmək haqqını və s.-ni bərabərləşdirmək cəhdi. bərabərləmək bax. bərabərləşdirmək. bərabərləşdirilmə “Bərabərləşdirilmək”dən f.is. bərabərləşdirilmək məch. Bərabər hala salınmaq, bir ölçüyə, bir əndazəyə salınmaq, tənləşdirilmək, tarazlaşdırılmaq. Hüquqca bərabərləşdirilmək. Ölçüləri bərabərləşdirilmək. Səviyyəcə bərabərləşdirilmək. bərabərləşdirmə “Bərabərləşdirmək”dən f.is. bərabərləşdirmək f. Bərabər hala salmaq, bərabər etmək, bir ölçüyə, bir əndazəyə salmaq, tənləşdirmək, tarazlaşdırmaq. bərabərləşmə “Bərabərləşmək”dən f.is. bərabərləşmək f. Bərabər olmaq, tənləşmək, tarazlaşmaq; bir ölçüyə, bir əndazəyə gəlmək. // Ayaqlaşmaq. Sən onunla bərabərləşə bilməzsən. bərabərlik is.\n1. Cəmiyyətdə insanların bütün cəmiyyətin istehsal vasitələrinə bir cür münasibətdə və bərabər siyasi və vətəndaşlıq hüququna malik olmalarını təmin edən vəziyyəti. Kapitalizm quruluşunda heç bir həqiqi bərabərlik ola bilməz.\n2. Tənlik, tarazlıq, müvazinət. bərabərsizlik is.\n1. Cəmiyyət üzvlərinin hüquq və ictimai-siyasi cəhətdən bir hüquqda olmadığı vəziyyət. Ölkəmizdə kişilərlə qadınlar arasındakı hüquq bərabərsizliyi tamamilə aradan qaldırılmışdır.\n2. Müvazinətsizlik, uyğunsuzluq. bərabərtərəfli sif. riyaz. Tərəfləri bərabər olan. Bərabərtərəfli üçbucaq. bərabərüzlü sif. hənd. Üzləri bərabər olan. Bərabərüzlü üçbucaq. bərabəryanlı sif. riyaz. İki yanı bərabər olan. Bərabəryanlı üçbucaq. bəradər is. [fars.] Qardaş. Bəradərim Cəmil ilə məsləhəti bu yerə qoyduq ki, qabaqca o getsin. C.Məmmədquluzadə. // Dostcasına müraciət. [Nəcəf bəy:] Bəradərim Nəcəf! Kağız yazıb, Cavadnan göndərmişdin, gəldi vüsul oldu, oxuyub məzmunundan xəbərdar oldum. Ə.Haqverdiyev. bəradəranə sif. və zərf [fars.] Qardaşcasına, qardaş kimi. Bəradəranə münasibət. bəraət is. [ər.] hüq. Təmizə çıxma; günahsız, təqsirsiz olduğu meydana çıxma; müqəssirin günahsız olduğunu, cəzaya layiq olmadığını etiraf edən məhkəmə qərarı. Məhkəmə bəraət hökmünü çıxardı. • Bəraət qazanmaq – günahsız, təqsirsiz olduğu meydana çıxmaq; təmizə çıxmaq. Məhkəmədə bəraət qazanmaq. Bəraət qazandırmaq – təmizə çıxarmaq, haqq qazandırmaq, haqlı olduğunu etiraf etmək. [Firidun:] Sizin qəhrəman saydığınız bütün müqəssirlərə bəraət qazandırıram. M.İbrahimov. Qulam o adama bəraət qazandırmaq üçün tələsik qeyd etdi... Ə.Əbülhəsən. bəraətləndirmə “Bəraətləndirmək”dən f.is. bəraətləndirmək f. hüq. Bəraət qazandırmaq, bəraət vermək, təmizə çıxarmaq. bərat [ər.] bax barat. bəratəlqövl (=bəratülqövl) köhn. bax protokol. [Senzor:] Hökumətə çatan bəzi şayiatı təftiş və təhqiq edib, bu barədə bəratəlqövl yazaq. C.Məmmədquluzadə. [Pristav:] Mənə də əmr olunubdur ki, sizi [Məşədi Əkbəri] danışdırıb, bəratəlqövl yazıb, silistçiyə göndərim. Ə.Haqverdiyev. [Əbülhəsən bəy:] Mən rica edirəm ki, bütün dediklərimi bəratəlqövldə qeyd edəsiniz. M.S.Ordubadi. BƏRAY(İ).., qoş. [fars.] köhn. Ötrü, üçün. Bərayi-ehtiyat (ehtiyat üçün). – [Ocaqqulu:] Təbrizdənəm, – dedi. – Buraya bərayi-ziyarət gəldim, yenə vətənə qayıdacağam, əhliəyalım oradadır. Çəmənzəminli. bəratülqövl (=bəratəlqövl) köhn. bax protokol. [Senzor:] Hökumətə çatan bəzi şayiatı təftiş və təhqiq edib, bu barədə bəratəlqövl yazaq. C.Məmmədquluzadə. [Pristav:] Mənə də əmr olunubdur ki, sizi [Məşədi Əkbəri] danışdırıb, bəratəlqövl yazıb, silistçiyə göndərim. Ə.Haqverdiyev. [Əbülhəsən bəy:] Mən rica edirəm ki, bütün dediklərimi bəratəlqövldə qeyd edəsiniz. M.S.Ordubadi. BƏRAY(İ).., qoş. [fars.] köhn. Ötrü, üçün. Bərayi-ehtiyat (ehtiyat üçün). – [Ocaqqulu:] Təbrizdənəm, – dedi. – Buraya bərayi-ziyarət gəldim, yenə vətənə qayıdacağam, əhliəyalım oradadır. Çəmənzəminli. bərbad is. [fars.] Dağılmış, dağınıq, pozğun, pərişan, uçmuş, pozulmuş; çox pis, çox xarab, çox yaman. • Bərbad etmək (qoymaq) – dağıtmaq, pozmaq, viran etmək, xarab etmək; heçə çıxarmaq, puç etmək, alt-üst etmək. Bərbad olmaq – dağılmaq, viran olmaq, pozulmaq, xarab olmaq; heçə çıxmaq, puç olmaq, alt-üst olmaq. Bütün əməyim bərbad oldu. Evi bərbad olmuş – qarğış yerində işlənir. Sən girməyən evlər qoy olsun bərbad; Öldürsün əmiri qaşların, gəlin. (Qoşma). [Mirzə Qoşunəli:] Evi bərbad olmuş məni işimdən-gücümdən avara, sərgərdan eləyib. Ə.Haqverdiyev. bərbadlıq is.\n1. Pərişanlıq, xarabalıq, viranlıq.\n2. Pozğunluq, qatma-qarışıqlıq, intizamsızlıq. bərbər bax dəllək 1-ci mənada. Bərbər dükanı. bərbərxana bax dəlləkxana. bərbəriyyət is. [xüs. is.-dən] Barbarlıq, vəhşilik. Bir əlac eylə ki, bu bərbəriyyət zəmanəsinin əlifbasında erab hüruf ilə müttəsil yazılsın. M.F.Axundzadə. bərbərlər cəm.\n1. tar. Vaxtı ilə Afrikanın şimalında yaşamış, indi isə ərəblərlə qarışmış bir xalq.\n2. məc. Vəhşi (bax barbar). bərbərlik bax dəlləklik 1-ci mənada. bərbət is. [ər.] Uda oxşar qədim çalğı aləti. Əldə incə bərbət, rübab, cənglə dəf; Çalıb-oynayanlar oturdu səf-səf. Nizamidən. bərbəzək is. bax bəzək 1-ci mənada. [Əntiqə] kənddə də varlı qadınlar görmüşdü. Amma bu bərbəzəkdə görməmişdi. Mir Cəlal. bərdaşt is. [fars.] mus. Azərbaycan muğamlarının giriş hissəsini təşkil edən müqəddimə formalarından birinin adı. Rast bərdaştla başlayır. – Muğamın bütün pərdələri bərdaştda ifadə olunur. Bu hissəyə müqəddimə də deyilir. (Qəzetlərdən). bərdək is. məh. Bir yerə toplanmış dərzlər (adətən on dərz) qalağı. Yasavul .. sarı papağını kənardakı qara qundaqlı berdankasının başına keçirmiş, kürən atın böyründəki alçaq dərz bərdəyinə söykənmişdi. S.Rəhimov. bərdəvam sif. və zərf [fars. bər və ər. dəvam] köhn. Davamlı, davam etməkdə olan, sürəkli, uzunsürən. Bəlkə yenə bu hal ilə şad kam; Yüz illərcə qalacağam bərdəvam. A.Səhhət. bərə I. is.\n1. Ov gözlənilən yer, pusqu, marıq. Ovu bərədə vurmalı. (Ata. sözü). Aslantək bərəyə yataq; Düşmənlərə şeşpər ataq. “Koroğlu”. Kəmənd əldə, səyyad ov bərəsində; Ovçu da ağlayar, maral da ağlar. Aşıq Növrəs İman. Kişlək ovu tam bərəyə, birbaş ovçunun üzərinə gətirir. S.Rəhimov.\n2. Çıxacaq yer, yol, aralıq. Tutulub bəndərgah, kəsilib bərə; Tapmırıq çıxmağa yol, aman, aman! “Koroğlu”.\n\nII. is.\n1. Böyük çayların üstündə qurulan mütəhərrik körpü, yaxud üzərində şey daşımaq üçün yan-yana rəbt edilmiş şalbanlardan ibarət üzücü körpü; sal. Orada bir bərəyə rast gələcəksiniz. Traktorları bərəyə qoyub, o taya keçirdərsiniz. M.Hüseyn.\n2. Bənd (çayda, arxda). Qədim dayı .. bərədə hərlənir, ancaq mirab Zülqədərin və cuvarların gözündən bir tük belə yayındıra bilmirdi. S.Rəhimov.\n3. Sahildə gəmi dayanan yer; dənizin, çayın sahilə dayaz yeri.\n4. Bağ və bostanların arasında qoyulan cığır, ara, sərhəd, açıq yer, mərz. Bostanın bərəsini tikanla tutmaq. bərəçi is. Bərəni idarə edən şəxs, salçı. bərəçilik is. Bərəçinin işi, sənəti. bərəkallah [ər. “bərakəllah”] Əhsən, mərhəba və s. mənasında tərif, bəyənmə ifadə edir. Bərəkallah, oğlum! – Bərəkallah, qüvvətlicə alabaş; Filin üstə əcəb gedir bir baş. A.Səhhət. // Bəzən kinayə və ya istehza ilə deyilir. [Sona xanım:] Bərəkallah, mən də deyirəm bəs oğlan doğrudan pul tapıbdır. M.F.Axundzadə. bərəkət is. [ər.]\n1. Bolluq, məhsuldarlıq. [Əmioğlu:] Yoxsa həqiqətdə bizim südümüzün bərəkəti həmin qapıbir qonşularımızın pambığının bərəkətinə bağlıdır. C.Məmmədquluzadə. [Nizami:] Məmləkətimizin mövqecə əhəmiyyəti, düzlərimizin zənginlik və bərəkəti daima düşmənlərimizin iştahasını coşdurmuşdur. M.S.Ordubadi. • Bərəkət tapmaq, bərəkət artmaq – bollaşmaq, çoxalmaq; qiymətə minmək. Veylabadda hər bir şey danışılırdı, .. çoxlu ocaqlar (pirlər) zühur etmişdi, .. birdən-birə mollaların pulları bərəkət tapmışdı. Çəmənzəminli. Bərəkəti qaçmaq – azalmaq, tükənmək, qiymətdən düşmək.\n2. Səmərə, fayda, xeyir, artım. Bərəkət ondur, onu da düzlük. (Ata. sözü).\n3. Çıx. halında: bərəkətindən – üzündən, nəticəsində, sayəsində. [Şeyx Nəsrulla:] Həmin bu mərəzin bərəkətindəndir ki, mən bu bambılı Əhmədin yanında olmuşam bir balaca uşaq. C.Məmmədquluzadə.\n4. Nida mənasında. ..Qış fəsli nə qədər gözəl olsa da, yenə bahar fəslinə bərəkət! C.Məmmədquluzadə. bərəkətli sif.\n1. Bol, bollu, zəngin. Bayram günlərində düzələn böyük ziyafətlərin bərəkətli süfrəsini bu gülşəndə yetişən qərənfillər yaraşığa mindirirdi. M.Hüseyn. // Məhsuldar, bəhrəli, bol məhsullu; münbit. Bərəkətli torpaq. – [Salama] elə gəlirdi ki, bu yağış da onunla .. buraya, bu geniş düzlərin bərəkətli tarlalarına gəlmişdi. Mir Cəlal. Bu il rayonun, doğrudan da, bərəkətli illərindən biri idi. S.Rəhimov.\n2. dan. Qurtarmaq bilməyən, tükənməyən, qurtarmayan, artımlı. Bu dəfə aldığımız düyü çox bərəkətli çıxdı.\n3. məc. Şükümlü, uğurlu; rifahlı, məsud. bərəkətsiz sif. Bərəkəti olmayan, tez qurtaran, davamsız, artımsız. // Kafi miqdarda olduğu halda, xeyri görülməyən. Sanki havadan un ələnirdi. Ancaq bu bərəkətsiz un yeri ağartmırdı. Mir Cəlal. bərəkətsizlik is.\n1. Bərəkəti, artımı olmama; miqdarı kafi olduğu halda, xeyri görünməmə; azlıq, kifayətsizlik, artımsızlıq, çox tez qurtarma.\n2. məc. Uğursuzluq, şükümsüzlük, rifahsızlıq. bərəks zərf [fars. bər və ər. əks] Əksinə olaraq, əksinə, tərsinə, ziddinə, zidd. Bərəks danışmaq. – [Balaqardaş:] Hər kim mənə bərəks getdi, vay onun halına!.. N.Vəzirov. [Mehri xanım:] ..Sən niyə onun sözünə bərəks gedirsən. Ə.Haqverdiyev. Hacı Səməd, başqa müsəlman atalara bərəks olaraq, uşaqlarının dərslərinə, ədəb və tərbiyəsinə çox fikir verirdi. S.S.Axundov. bərələmə “Bərələmək”dən f.is. bərələmək f.\n1. Bostan və ya bağı sulamaq üçün bərə çəkmək, arx açmaq, suyu ləklərə calamaq.\n2. məc. Yaralamaq, döyməklə göyərtmək, qançır etmək. bərəlmək gözləri (gözü) bərəlmək – qorxudan, hiddətdən, acıqdan, heyrətdən, çaşqınlıqdan gözləri geniş açılmaq, genəlmək, böyümək. Valya yavaş-yavaş yerindən tərpəndi, gözləri bərəlmiş halda dərindən nəfəs aldı. S.Rəhimov. Rəhim bəyin gözləri bərəldi: – Adə, mənim peşkəşimi geri qaytarırsan? [dedi] M.Hüseyn. • Gözləri bərələ qalmaq – güclü işıqdan, yaxud təəccübdən gözləri geniş açılmaq. İşıqdan qamaşan gözlər bərələ qaldı. Mir Cəlal. [Şahın] piy basmış gözləri bir an içərisində ölü qoyun gözü kimi bərələ qaldı. P.Makulu. bərələnmə “Bərələnmək”dən f.is. bərələnmək f.\n1. məch. Bərə çəkilmək, arx açılmaq, suyu ləklərə calanmaq.\n2. məc. Yaralanmaq, yara açılmaq. Yenə mindi qəm səməndin yollandı; Heç bilmədim bərələnmiş könlümü. M.V.Vidadi. bərəltmə “Bərəltmək”dən f.is. bərəltmək gözlərini (gözünü) bərəltmək – 1) qorxudan, acıqdan, şiddətdən, təəccübdən, heyrətdən, çaşqınlıqdan gözlərini geniş açmaq, ağartmaq. Bənə hər qəzetçi bərəldir gözün; Yazır hey qəzetlərdə məktəb sözün. M.Ə.Sabir. Mustafa çığırır, həkim istəyir uşağa yavuqlaşa, uşaq gözlərini bərəldir və mıqqıldayıb istəyir qaça. C.Məmmədquluzadə. ..Nağıyev su qırağındakı otların arasına girən qurbağa kimi kiçik gözlərini həddindən artıq bərəldərək baxırdı. M.S.Ordubadi. Məryəm heyrətdən gözünü bərəldib, cavab üçün söz axtarırdı ki, Nadir ikinci bir sual verdi.. B.Talıblı; 2) məc. qorxutmaq, hədələmək; hiddətlənmək. Niyə bəs böylə bərəldirsən, o qare gözünü?! Yoxsa bu ayinədə əyri görürsən özünü? M.Ə.Sabir. bərəyəçi is. məh. Silahı hazır vəziyyətdə tutaraq, bərədə durub ovu gözləyən ovçu. Ümdə girəvələrdə və keçilməz bəndərgahlarda dayanmış bərəyəçilər öz nəfəslərini udmağa çalışır, az qala söykəndikləri gövdəli palıd ağaclarına bitişirdilər. S.Rəhimov. bərfərz ara s. [fars. bər və ər. fərz] köhn. Tutaq ki, ehtimala görə, fərz edək ki. [Hacı Kərim Zərgər:] Cənab şair, bərfərz ki, bizim hər birimizdə bir təqsir var ki, sənətindən bəhrəyab olmur. M.F.Axundzadə. Dedi: “Bərfərz, olsa hər yerdə; Toxuyursan böyük, kiçik pərdə”. M.Ə.Sabir. bərg is. [fars.] klas. Yarpaq. Gül bərginə bənzər sərasər bədən. M.P.Vaqif. Saçın tutanda üzarın belə xəyal edirəm; Çəməndə bərgi-gül üstə qara duman yeri var. Ə.Vahid. bərgəşt is.[fars.]klas.Qayıtma, dönmə. • Bərgəşt etmək – qayıtmaq, dönmək. Tazədən bərgəşt edib, bir də cavan olsaydım, ah! M.Ə.Sabir. bərhəm [fars.]: bərhəm etmək köhn. – pozmaq, dağıtmaq, bərbad etmək. Visaliyardan etdin büsatım bərhəm, ey gərdun! S.Ə.Şirvani; bərhəm olmaq köhn. – pozulmaq, dağılmaq, qarışmaq, bərbad olmaq. Bərhəm olur dərdlər, qəmlər, həmdəmlər; Birbirinə gündə dəyər, ağlaram. M.V.Vidadi. Bitmiş ramazan, bərhəm olur məclisi-ehsan; Nəqdin verərək, nisyə behişt aldı müsəlman. M.S.Ordubadi. bərhəva [fars. bər və ər. həva]: bərhəva etmək köhn. – puç etmək, tələf etmək, məhv etmək, havaya sovurmaq. Kiçiyinə dedim: – A tərlan bala; Düşmən sürüsünü eylə bərhəva. R.Rza. bərhəyat sif. [fars. bər və ər. həyat] Diri, yaşayan. • Bərhəyat olmaq – sağ olmaq, yaşamaq. Cahanda bərhəyat olduqca bitməz təbi-fəyyazım. M.Hadi. bəri 1. zərf Bu tərəfə, buraya, bu yana, yaxına. Bəri gəl. Bəri dur. – Dolanım başına, ey nazlı yarım, bəri bax! S.Ə.Şirvani. [İmamqulu] bir də süzüb, bəri gəldi. Çəmənzəminli. ..Komendant əli ilə cib dəftərçəsini göstərdi: – Onu da bəri ver! [dedi] M.Hüseyn. // Sif. mənasında. Qızıl əsgərlər körpünün bəri üzünə qaçmışdılar. Mir Cəlal.\n2. qoş. Bir şeyin (hadisənin və s.-nin) başlanma nöqtəsini və o andan başlayaraq davam etdiyini bildirir; ...etibarən. Üç gündən bəri. Üç ildən bəri görüşməmişik. – Musiqişünasların dediyinə görə, xəstəlikdən qalxandan bəri Həsən, öz sənətində irəliləyərək, daha da böyük məharət göstərməyə başlamışdı. B.Talıblı. Mənim də xəyalım dağları aşır; Qəlbimi şerimə verəndən bəri. O.Sarıvəlli. bərk sif.\n1. Mayelərdən və qazaoxşar cisimlərdən fərqli olaraq, öz şəkil və ölçüsünü mühafizə edən. Bərk cisimlər.\n2. Sərt, qatı (yumşaq ziddi). Bərk sümük. Bərk daş. Bərk qənd. Bərk ağac. Su donduqda maye halından bərk halına, qaynadıqda isə buxara çevrilir. // Məc. mənada. Tükəzbanın bərk üzünü görcək təvəqqe edənlər anladılar ki, bunların yalvarmalarından bir fayda çıxmayacaq. B.Talıblı.\n3. Bədəncə möhkəm, sağlam, davamlı, güclü, dözümlü. Bərk orqanizm. Canı bərk adam. – [Ocaqverdi:] ..Bizim canımız bərkdir. Ə.Haqverdiyev.\n4. Sürətli, tez, iti, cəld, yeyin. Maşın çox bərk gedir. – Buraya qədər iri, yeyin və bərk addımlarla yeriyərək, ətrafındakı hər şeyə etinasız olan ucaboy, zirək əsgər, atəşi azalmış maşın kimi yavaşıdı. Mir Cəlal.\n5. Səbatlı, möhkəm, dönməz, ciddi, dayanıqlı, etibarlı, sarsılmaz. Sözündə bərk (z.) durmaq. O, bərk iradə sahibidir. • Bərk durmaq – səbəb göstərmək, inad göstərmək; dönməmək.\n6. Çox güclü, çox böyük, çox şiddətli. Bərk şaxta. Bərk külək. Bərk zərbə. Bərk qar yağır. – Əgər bircə dəqiqə bərk külək əssə və ya bir təsadüf dolayısı ilə ayağı sürüşsə, fəhlə dənizə düşəcəkdir. M.Hüseyn. // Zərf mənasında. Çox, olduqca, hədsiz, həddindən artıq. Bərk acmışam. – [Xəlilin] .. qaşları daha da bərk çatıldı. M.Hüseyn. // Ümumiyyətlə, bir şeyin şiddətini, dərəcəsini bildirir. Bərk tapşırmaq. Bərk ağlamaq. Bərk qışqırmaq. Bərk xəstələnmək. Bərk öskürmək. Bərk yaralanmaq. Bərk qanamaq. Bərk atmaq. Bərk yanmaq. Bərk danlamaq. – Amma elə bərk yuxula ki, hətta get özündən. M.Ə.Sabir. Göy tez-tez gurlayır, ildırım şığıyır, hava bərk tutulur. Ə.Haqverdiyev. [Baxış oğlu Həsənin anası] .. balabanı da mücrünün dibində bərk gizlədib, oğlunun yerini deməyirdi. B.Talıblı.\n7. Tünd, qəliz. Bərk çaxır. Bərk tütün. Bərk araq.\n8. dan. Xəsis, simic. Bərk adam.\n9. İs. mənasında. Möhkəm yer, əlçatmaz yer. Bax, buralarda [düşmənlər] bərklərdə, girəvələrdə gizləniblər ki, qoşun gəlib oraya düşsün... S.Rəhimov. Əhməd özünü isti dağın başına, bərkə verdi. Ə.Vəliyev. ‣ Bərk ayağa çəkmək – bax ayaq. Bərk ayaqda – bax ayaq. Ana ürəyidir insana dayaq; Odur bərk ayaqda çatan köməyə. S.Rüstəm. Qız dedi: – Bərk ayaqda mümkün olar, dayanma. M.Seyidzadə. Bərkdən çıxmaq – bax. bərkdən-boşdan çıxmaq (“bərk-boş”da). Bərkə çəkmək (salmaq, qoşmaq, qısnamaq) – çətin vəziyyətə salmaq, israrla tələb etmək, sıxışdırmaq, imtahan etmək. [Cəbi:] Çox da bərkə çəkəndə deyir: – Vallah, gedib Dilbər xanıma deyərəm. N.Vəzirov. Ustalarım ciddi işləməyini görüb, mənə məhəbbət bəslərdilər. Atamın xatirinə mənə hörmət edib məni çox bərkə salmazdılar. H.Sarabski. Reyhanın cavabı Davudu bərkə qısnamışdı. Mir Cəlal. Ancaq Dəmirov qocanı bərkə qoşmaq istəmirdi. S.Rəhimov. Bərkə düşmək – çətin vəziyyətə düşmək, darda qalmaq. Hanna avantüranı sürətlə hiss edən, bərkə düşərsə, özünü müdafiə etməyi bacaran bir qız idi. M.S.Ordubadi. Bərkə qalsa – bax bərk ayaqda. [Ballı:] Bərkə qalsa lap rayona da gedərəm. Mir Cəlal. bərk-bərk zərf bax bərk 4 və 5-ci mənalarda. Bərk-bərk qaçmaq. Dediyindən bərk-bərk yapışmaq. – Mən özüm də əvvəl xam düşdüm və keçən il getdim Bakıya, beş manat verdim qəbz aldım və qəbzi bərk-bərk saxladım. C.Məmmədquluzadə. Axşamçağı soyuqdan paltonuma bərk-bərk bürünüb, bazardan keçdikdə, gördüm bir dükanın qabağında üç uşaq durub zarıldayır. Çəmənzəminli. Günəşin əlindən yapışıb bərk-bərk; Qoynuna uğurlu bir səhər gəlir. S.Rüstəm. bərk-boş is. dan. Həyatda qarşıya çıxan çətinliklər, müşkülat, çətin vəziyyət; imtahan, sınaq. [Cəbiş:] Ömrümdə çox-çox bərkboş görmüşəm, ancaq hələ .. belə nəgəhan şey görməmişəm. S.Rəhimov. ‣ Bərkdən-boşdan çıxmaq – təcrübəli olmaq, sınaqdan çıxmaq, imtahandan keçmək. Bərkdən-boşdan çıxmış adam. – [Qara kişi:] Elə ki, bir az bərkdən-boşdan çıxdı, .. asan olacaq! Ə.Əbülhəsən. Bərkdənboşdan çıxarmaq – sınaqdan çıxarmaq, sınaqdan, imtahandan keçirmək, imtahan etmək. Bərkə-boşa düşmək – çətin vəziyyətə düşmək. Bir var Nərimanı qucağından qırağa qoymayasan, .. bir də var bərkdənboşdan çıxarasan. Mir Cəlal. Bərkə-boşa salmaq – bax bərkdən-boşdan çıxarmaq. [Zahidi] bərkə-boşa salıb, imtahandan çıxarmaq üçün vasitə axtarıram. Mir Cəlal. bərkdən zərf Ucadan, səsini ucaldaraq. Bərkdən ağlamaq. – Onlar [Xınalıq camaatı] ədəbiyyatımızın yenilikləri ilə maraqlanır, sual verir, şeir dinlədikcə “yenə-yenə” deyə bərkdən qışqırırdılar. R.Rza. Birdən tələbələrdən Merac adlısı bərkdən qışqırdı. Ə.Vəliyev. bərkidici sif.\n1. Bərkləşdirici, sağlamlaşdırıcı. Havanın bərkidici təsiri onun temperaturundan, rütubətindən, küləyin sürətindən asılı olur.\n2. İs. mənasında, xüs. Bərkləşdirici, möhkəmləndirici, yapışdırıcı maddə. bərkidilmə “Bərkidilmək”dən f.is. bərkidilmək məch.\n1. Bərk hala gətirilmək.\n2. Bağlanmaq, qapadılmaq, qıfıllanmaq. Quyunun ağzı bərkidildi. bərkimə “Bərkimək”dən f.is. bərkimək f.\n1. Bərk hala gəlmək, sərtləşmək, qatılaşmaq, möhkəmləşmək. Sümüyü bərkimək. // Qurumaq. Palçıq bərkiyibdir.\n2. məc. Cismən və ruhən möhkəmləşmək, sağlamlaşmaq, qüvvətlənmək. Canı bərkimək. İdman nəticəsində orqanizm bərkiyir. Mübarizədə bərkimək. – Belə qorxulu fikirlər bir-bir Əsədin sinirlərini yerindən oynadıb, hələ bərkiməmiş bədənini dəhşətli bir titrəməyə salırdı. B.Talıblı. Qızlar getdikcə dəyişib qızarır, təmiz hava altında onlar boy atıb bərkiyirdilər. S.Rəhimov. [Cərgənin] ..əvvəl ehtiyatla atdığı addımları indi bərkiyib qətiləşirdi. Ə.Əbülhəsən.\n3. Artmaq, tezləşmək, cəldləşmək, yeyinləşmək. Avtomobilin sürəti bərkidi. Getdikcə addımlar bərkidi.\n4. məc. Mərhəmətsiz olmaq, sərtləşmək. Ürəyi bərkimək. Xasiyyəti bərkimək.\n5. Şiddətlənmək, artmaq, güclənmək. Külək bərkidi. Yağış bərkidi. Öskürəyi daha da bərkidi. ‣ Bərkiyib durmaq – inad etmək, qəti durmaq, dediyindən, tələbindən əl çəkməmək. bərkinmə “Bərkinmək”dən f.is. bərkinmək f.\n1. Bağlanmaq, örtünmək, qapanmaq, pərçinmək, kiplənmək. Qapıbaca bərkindi. Maşının hissələri yerbəyer bərkindi.\n2. Öz üstünü, yaxud üzünü bir şeylə örtmək, qapamaq, bərkitmək. bərkişdirmə “Bərkişdirmək”dən f.is. bərkişdirmək bax bərkitmək 2-ci mənada. Soyuq su ilə yuyunmaqla bədənini bərkişdirən adamlar bir sıra soyuqdəymə xəstəliklərinə çox az tutulur, daha davamlı və möhkəm olurlar. Zərgərli. bərkişmə “Bərkişmək”dən f.is. bərkişmək f.\n1. Bərk hala gəlmək, qəlizləşmək, kəsifləşmək, qatılaşmaq.\n2. Bax bərkimək 1, 2 və 5-ci mənalarda. Mübarizədə bərkişmək. – Çəkişməyən bərkişməz. (Məsəl). bərkişmiş “Bərkişmək”dən f.sif. İşdə, mübarizədə bərkişmiş adam. bərkitdirmə “Bərkitdirmək”dən f.is. bərkitmə “Bərkitmək”dən f.is. bərkitmək f.\n1. Bağlamaq, örtmək; qapamaq, qıfıllamaq. Qapını bərkitmək. Darvazanı bərkitmək. – [Sübhanverdizadə] əllərini stola dayayıb ayağa qalxdı, qapıları açıb baxdı və arxadan örtüb bərkitdi. S.Rəhimov. // Bir şeylə bağlayaraq, mıxlayaraq, calayaraq, yapışdıraraq, bənd edərək, ilişdirərək, keçirərək, buraraq möhkəmləndirmək. İlgəkləri bərkitmək. Vinti burub bərkitmək. Sınıq yeri iplə bağlayıb bərkitmək. Taxtaları mıxlayıb bərkitmək. Şəkilləri divara vurub bərkitmək. – Biri texnik motorların vintlərini bərkidir. S.Rüstəm. // Bağlamaq. Gündə bir pulsuzu qəssab əcəl darə çəkər; Bərkidər əl-ayağın, üstünə qəddarə çəkər. M.Möcüz.\n2. Möhkəmlətmək; möhkəm, alınmaz, keçilməz hala gətirmək. [Vaqif:] Xan, .. bu vəziyyətdə dolaşmamaq üçün vasitə çoxdur: hələlik Qalanı bərkitmək lazımdır. Çəmənzəminli. [Qızıl Arslan:] Buna görə də daxildəki düşmənlərlə mübarizəyə başlamadan əvvəl, sərhədləri bərkitmək lazımdır. M.S.Ordubadi.\n3. Cismən və ruhən möhkəmləndirmək, qüvvətləndirmək, sağlamlaşdırmaq. Günəş, hava, su bədənimizi bərkidən mühüm amillərdir. – [Kəyan] bununla da əsgərləri ilə birlikdə həm də öz əsəblərini bərkitmək istəmişdi. Ə.Əbülhəsən.\n4. İsrar etmək, inad göstərmək, sözünün üstündə durmaq. [Cəbi:] Yüz manat az pul deyil.. Bir az bərkitsən, bəlkə üç yüz də verər. N.Vəzirov.\n5. Sürətini artırmaq, yeyinlətmək.\n6. Şiddətlənmək, güclənmək, bərkimək. Çiskin bərkidirdi. Sol tərəfdə neçə qara keçəli alaçıq görünürdü. R.Rza. bərklik is.\n1. Bərk şeyin halı. Qəndin bərkliyi azdır. Çörəyin bərkliyi. Qabığın bərkliyi. – [Mahmud:] Mənim barmaqlarım kobudluqda, bərklikdə oymaqdan qalmaz. Ə.Əbülhəsən.\n2. Xəsislik, simiclik. bərklikölçən is. xüs. Bir cismin bərkliyini ölçmək üçün cihaz və s. bərq is. [ər.] Şimşək. // Bədii təsvirlərdə. Bərqü baran sanma kim gördükdə ahü əşkimi... Füzuli. // Parıltı. • Bərq etmək – bax bərq vurmaq. Rövşən etməz yüz min günəş bərq etsə; Bu möhnətdə qaralanmış könlümü. M.V.Vidadi. Bərq vermək – bax bərq vurmaq. Həkimbaşı pulları görəndə gözləri məşəldar pişiyin gözləri kimi bərq verdi. Ə.Haqverdiyev. Bərq vurmaq – parlamaq, par-par parıldamaq, işıqlanmaq, işıldamaq. ..Günün şüası dərədən tədriclə mütəsaid olan dumanın üstündə bərq vururdu. M.F.Axundzadə. Səssiz dərədə bərq vurar şır-şır axan su. A.Səhhət. Yüzlərcə şam işıqlarında bərq vuraraq, .. xalçaların üzərinə tökülən bu brilyantlar .. ulduzları andırırdı. M.S.Ordubadi. bərqərar [fars. bər və ər. qərar]\n1. köhn. Yerləşmiş, yerləşmə, qərar tapma, dayanma. ..Kərim xan adlı deyir ki: aləm dörd rüknün üstündə bərqərardır... M.F.Axundzadə.\n2. Əvvəlki halında qalma, sabit olma. [Bəhram:] ..Pəri ilə yavuqlaşım, sonra yenə əvvəlki halımda bərqəraram. C.Cabbarlı. [Anketov:] Filankəs öz vəzifəsində bərqərardır. Mir Cəlal.\n3. Sabit, davamlı, daimi. Qanun öz hökmündə bərqərardır. – Hər kəs elm oxur, bəxtiyar olur; Millət elm ilə bərqərar olur. M.Ə.Sabir. O bizimçün daimidir, bərqərar; Gah incidər könlümüzü, gah açar. A.Səhhət. • Bərqərar etmək – sabitləşdirmək, möhkəmləndirmək, bərpa etmək. Silahların ümumi azaldılması haqqında məclisin qəbul etdiyi qərar eyni zamanda sülhsevər xalqların möhkəm sülh və beynəlxalq təhlükəsizliyi bərqərar etmək əzminin ifadəsidir. (Qəzetlərdən). Bərqərar olmaq – 1) sabitləşmək, qüvvəyə minmək, həyata keçmək. ..Bir sözlə, saxtalıqlar üstdə bərqərar olan bir dünya yaratdılar. B.Vahabzadə; 2) bir yerdə qərar tutmaq, dayanmaq. Əntərzadə gəlib N. kəndində, şairlər demişkən, “bərqərar” oldu. Mir Cəlal. Hər dəfə irəli keçmək, istəyən adam bu qilü qalın qabağında tab gətirməyərək qayıdır və öz yerində bərqərar olurdu. S.Rəhimov. bərqəsd zərf [fars. bər və ər. qəsd] Qəsdən, bilə-bilə. Qarpızlarımız var ki, biri bir toğlu boyda. Kəsirsən qıpqırmızı. Elə bil içinə bərqəsd bal töküblər. Ə.Vəliyev. bərli-bəzəkli sif. Çox bəzəkli, səliqə ilə bəzənmiş. ..Ağzımı açmamış Gilə xala özünün bərli-bəzəkli qonaq otağına təklif etdi. Mir Cəlal. bərmurad sif. [fars. bər və ər. murad] klas. Muradına yetişmiş, arzusuna çatmış. • Bərmurad etmək – muradına çatdırmaq. Bu gün müştaqi-didarın olanı bərmurad etdin. M.P.Vaqif. bərni is. İçində piti bişirmək və s. üçün istifadə edilən saxsı qab. // Banka. Mürəbbə bərnisinin böyrü deşildi. Mir Cəlal. bərpa [fars.] Əvvəlki normal halına salma (dağılmış, yıxılmış, xarab olmuş, korlanmış, qırılmış, kəsilmiş şeyi); təzədən qurma (qurulma), təzədən düzəltmə (düzəldilmə), təzədən tikmə (tikilmə), təzələmə (təzələnmə); əvvəlki halına gəlmə (düşmə, gətirmə). Xalq təsərrüfatının bərpası. Müharibədə dağılmış şəhərlərin bərpası. • Bərpa etmək – 1) əvvəlki halına salmaq, təzədən qurmaq (düzəltmək). Müharibə nəticəsində dağılmış sənayeni bərpa etmək. – [Kərim bəy:] İstehkamçı – mühəndis deməkdir, yəni körpü tikəcək, yolları bərpa edəcək, səngər quracaqsınız. Mir Cəlal; 2) əvvəlki vəziyyətini (hüququnu və s.-ni) qaytarmaq. Vəzifəsini bərpa etmək. Hüququnu bərpa etmək; 3) qaldırmaq. Mindi bir at molla düşdü yola; Getdi ta məhşər eyləsin bərpa. S.Ə.Şirvani; 4) məc. Yaratmaq, düzəltmək. Şərqdən əsən nəsim güllərin, çiçəklərin və ağacların yarpaqlarının arasında aşiq və məşuqlar ürəklərini cuşa gətirən bir məqamat bərpa etmiş idi. Ə.Haqverdiyev. Bərpa olmaq – əmələ gəlmək, qalxmaq, törəmək, qopmaq. Hər birisinin başına şuriş və tüğyan xəyalı düşdü və tezliklə Qəzvində şurişi-əzim bərpa oldu. M.F.Axundzadə. Əgər desəm, qiyamət bərpa olmuşdu, inanın. Ə.Haqverdiyev. bərpaedici sif. xüs. Bərpa edən, əvvəlki hala (vəziyyətə, şəklə) salan. bərraq sif. [ər.] şair. Bərq vuran, parıldayan. ..Günəşin yüksəkdən görünən işıqları sakit, saf, bərraq bir dənizin dalğalarında çimərək bəşəriyyətin gözünü işıldadır. M.S.Ordubadi. bərrü biyaban (=bərr-biyaban) is. [ər. bərr və fars. biyaban] köhn. Səhra, ucubucağı olmayan bitkisiz, quru çöl. [Cahangir bəy:] Səadət, tək səndən ötrü xanimanımdan əlçəkib,bərr-biyabanadüşmüşəm. N.Vəzirov. Seyr edirəm bərr-biyabanları; Quli-biyaban görürəm, qorxmuram. M.Ə.Sabir. bərr-biyaban (=bərrü biyaban) is. [ər. bərr və fars. biyaban] köhn. Səhra, ucubucağı olmayan bitkisiz, quru çöl. [Cahangir bəy:] Səadət, tək səndən ötrü xanimanımdan əlçəkib,bərr-biyabanadüşmüşəm. N.Vəzirov. Seyr edirəm bərr-biyabanları; Quli-biyaban görürəm, qorxmuram. M.Ə.Sabir. bərşikəst [fars.] köhn.\n1. Sınıq çıxma; müflis, müflis olma. • Bərşikəst olmaq – sınıq çıxmaq, müflis olmaq.\n2. Sınıq çıxmış, müflis olmuş, müflis. bərtərəf [fars. bər və ər. tərəf]: bərtərəf edilmək – aradan qaldırılmaq; bərtərəf etmək – aradan qaldırmaq; bərtərəf olmaq – aradan qalxmaq. bərzəx is. [ər.]\n1. coğr. İki qitəni birbirinə, yaxud qitəni yarımada ilə birləşdirən dar torpaq zolağı.\n2. Dini əfsanələrə görə, guya ruhların qiyamətə qədər qərar tutacağı behiştlə cəhənnəm arasında yer. [Şeyx Nəsrulla:] O sənin öz ixtiyarındadır ki, öləndə düşəsən bərzəx aləminə .. və qatır yekəlikdə əqrəblər gəlib yapışalar bədəninə. C.Məmmədquluzadə. // məc. Əzab və işgəncə yeri. bəs I. əd. [fars.]\n1. Yetər, kafi, kifayət. İş apar, baş gedərsə, qoy getsin; Ad qalır bəs deyilmi millət ilə. M.Ə.Sabir. • Bəs demək – kifayətlənmək, gözü doymaq. Bəs ki köhn. – 1) olduqca çox. Əqlin aparıb bəs ki baxır gündə qaraya. M.Ə.Sabir; 2) o qədər ki. Bir-birinə bəs ki sancıldı tənimdə oxların; Mürği-ruhum qeydinə oldu mürəttib bir qəfəs. Füzuli. Bəs ki dil aşiqi-göftari-şəkərbarındır; İstəyir nitqini, düşnamı duadən seçməz. S.Ə.Şirvani. Bəs qədər – olduqca, çoxlu, lazımınca. Bəs qədər yedi. Bəs olmaq, bəs etmək (eləmək) – kifayət etmək, yetmək, çatmaq. Odun ehtiyatı çatacaqmı, şəkər bəs edəcəkmi? S.Rəhimov. Bu da deyəsən bəs eləmədi. Ə.Əbülhəsən. [Camal:] Gözümlə gördüklərim mənə bəs oldu. S.Rəhimov.\n2. Əmr şəklində: bəsdir, bəsdirin – yetər, kifayətdir, kifayət edər. Bəsdir mənə bu saqi ilə badeyi-gülgün. S.Ə.Şirvani. Şam ağacı bildi bu keyfiyyəti; Söylədi... Bəsdir, buraxın söhbəti! M.Ə.Sabir. Ey qələm! Bəsdir əritdin qəlbi-riqqətpərvəri. M.Hadi. [Çimnaz:] Bəsdirin qızlar, nə onu çiçəyə qərq edirsiniz. Ə.Məmmədxanlı.\n\nII. əd. Sualı, ya fikri gücləndirmək üçün işlənir. Bəs harada idin? Bəs bizə nə vaxt gələcəksən? Bəs sənin şeylərin hanı? Bəs bu gün nə edəcəksən? Bəs sabah? – Ey həqqi hər yerdə hazırdır deyən əgri nəzər; Bəs nə mənidən seçərsən Kəbədən bütxanəyi? Nəsimi. Rəngü ruyu, cismi, taqəti, canı; Külli varı gedən bəs ağlamazmı? M.V.Vidadi. Bəs əlli min manatlıq, ya iyirmi beş min manatlıq ev məgər göbələkdir ki, özü-özünə yerin altından pırtlayıb çıxsın? C.Məmmədquluzadə. [Nəcəf:] Bəs sən niyə belə əl-ayağa düşmüsən? İ.Əfəndiyev. bəsa zərf [fars.] köhn. Çox, çoxlu, kifayət qədər, bəs qədər. Ruhum Xizrtək ondan bəsa kəsbi-kəmal etdi. M.P.Vaqif. bəsarət bax bəsirət. • Bəsarəti bağlı olmaq (bağlanmaq) – qafil olmaq, həqiqəti görməmək,gözü bağlanmaq,başadüşməmək, gözü bağlı olmaq. [Qasım:] Adamın bəsarəti bağlananda bağlanır. Ə.Haqverdiyev. bəsi [fars.] köhn. Çox, çoxlu, xeyli. Canım gedəni, bəsi zamandır; Cismimdəki indi özgə candır. Füzuli. Sərü simayi-cananı çəkiblər bir-birindən xoş; O ki çeşmi-siyəh məstdir, bəsi şahanə yazmışlar. Q.Zakir. bəsirət is. [ər.] Bir şeyi dərindən və tez anlama qabiliyyəti, gələcəyi görmə qabiliyyəti. İkinci iddia bəsirət sahibləri yanında qətiyyən etibardan saqidir. M.F.Axundzadə. • Bəsirət gözü – idrak, anlaq, düşüncə. Leyk, hanı səndə bəsirət gözü; Ta görəsən vəchi-dilarasını? M.Ə.Sabir. [Qulamın] qorxaqlığından, bəsirət gözünün bağlılığı üzündən düşdüyü bu vəziyyəti qiymətləndirə bilməyən bu adam hələ də özünə gəlməmişdi. Ə.Əbülhəsən. bəsirətli sif. Bir şeyin əsil və həqiqətini dərindən və tez anlayan, qabağı görən; gözüaçıq, idraklı. Bəsirətli adam. bəsirətlilik is. Bəsirətli adamın xassəsi; gözüaçıqlıq, idraklılıq. bəsirətsiz sif. Bəsirəti olmayan, gələcəyi görməyən. bəsirətsizlik is. Bəsirəti olmama, gələcəyi görməmə. İnsanların bəsirətsizlik və mərifətsizliyinin nəticəsində hicrətdən ta bu günə qədər avamı aldadanlar .. fitnəfəsad törətmişlər. M.F.Axundzadə. bəsit sif. [ər.] Tərkibi bir ünsürdən ibarət olan; mürəkkəb olmayan, sadə (mürəkkəb əksi). Bəsit maddə. bəsitləndirmək bax bəsitləşdirmək. bəsitlənmək bax bəsitləşmək. bəsitləşdirilmə “Bəsitləşdirilmək”dən f.is. bəsitləşdirilmək məch. Bəsit hala salınmaq. bəsitləşdirmə “Bəsitləşdirmək”dən f.is. bəsitləşdirmək f. Bəsit şəklə salmaq, sadələşdirmək. bəsitləşmə “Bəsitləşmək”dən f.is. bəsitləşmək f. Daha bəsit (sadə) olmaq, sadələşmək. bəsitlik is. Bəsit şeyin halı; sadəlik. bəsləmə “Bəsləmək”dən f.is. bəsləmək f.\n1. Tərbiyə edib böyütmək, boya-başa çatdırmaq. Madərləriniz etdi sizə mehrü məhəbbət; Ağuşi-şəfəqqətdə sizi bəslədi rahət. M.Ə.Sabir. Anadır hər kişiyə öz vətəni; Bəsləyib sinəsi üstündə onu. A.Səhhət. // Yetişdirmək, becərmək. Körpə heyvanları bəsləmək. – İpək qurdlarını bəsləmək üçün respublikamızın alimləri iriyarpaqlı yaxşı ipək verən zərif tut ağacları yetişdirmişlər. M.Axundov.\n2. Qidalandırmaq, yedirmək, yediribiçirtmək, yedirib-kökəltmək. Ətlik qoyunları qidalı yemlərlə bəsləmək. – Cəm edəcək tarlasının hasilin; Bəsləyəcək ailəsin, həm elin. M.Ə.Sabir.\n3. məc. Qorumaq, saxlamaq. Bəbəktək bəslədim daim gözümdə xali-hinduni. Nəsimi.\n4. Duymaq, hiss etmək, ürəyində saxlamaq. Onların hamısına eyni hiss və münasibət bəslədiyim halda, bir dəstə gülü kimə verəydim? Mir Cəlal.\n5. “Etmək” sözünün sinonimi kimi bəzi isimlərə qoşularaq, mürəkkəb feil düzəldilir; məs.: ümid bəsləmək, etibar bəsləmək, nifrət bəsləmək. bəslənmə “Bəslənmək”dən f.is. bəslənmək 1. “Bəsləmək”dən məch. Bəslənmək istəyirəm bütün ürəklərdə mən arzu, diləklər kimi. B.Vahabzadə.\n2. t-siz. Qidalanmaq, qida almaq (yemək). Pişiklər ətlə, inəklər isə otla bəslənir. İnsan bədəninin hüceyrələri oksigen ilə bəslənir. bəsləyici sif.\n1. Tərbiyə edib böyüdən, boya-başa çatdıran, yetişdirən, becərən. // Mənəvi qida verən. Ana! Sənin tükənməz əməyin, oxşayıcı şəfqətin, bəsləyici məhəbbətin, qəlb ülviyyətin kimə məlum deyil! Mir Cəlal. // İs. mənasında. Uşağın bəsləyicisi anadır.\n2. Qidalandırıcı, qidalı, qida verən. Bəsləyici maddələr. bəsləyiş is. Bəsləmə işi, bəsləmə. bəst is. [fars.] tar. İranda hökumətin təqibindən və ya dini təqibdən qaçıb xarici səfarətxanalara və ya ziyarətxanalara pənah aparan şəxsin daldalandığı yer, sığnaq. Burada da, Təbrizdə olduğu kimi, bəst vardır. M.S.Ordubadi. Hacı Mirzə Əhməd ağanın evi “bəst” hesab olunurdu. Ə.Haqverdiyev. • Bəstə girmək – təqibdən qaçaraq, müqəddəs sayılan bir yerə, yaxud nüfuzlu bir adamın evinə pənah gətirmək, oraya sığınmaq. [Mirzə Əhməd:] Get, o bəstə girən oğlana xəbər ver ki, mən Hacı Kamyab ilə görüşüb onunla lazım olan söhbəti elədim. Ə.Haqverdiyev. Girərdi bəstə adam öldürən zaman qatil; Ona himayət edən şəxs əhlimənbər idi. M.Möcüz. [Molla:] Hərçənd ki, ağa bəstə girənləri qəbul eləmir, amma eybi yoxdur. P.Makulu. bəstə I. [fars.]\n1. köhn. Bağlı. Əqlü huşum mənim, fikrü xəyalım; Şux gözdə, qəmzədə bəstədir, ay qız! M.P.Vaqif.\n2. Musiqi kompozisiyası. Musiqinin bəstəsi. // məc. Nəğmə, hava, mahnı, musiqi. Seyr et bu varlığı, şeyda bülbülüm! Həyata müjdədir hər yeni bəstən! S.Vurğun.\n\nII. sif. Bir qədər alçaq. Mən Sonayam boyu bəstə; Dərdindən olmuşam xəstə. Aşıq Sona. Eldə bir qız sevmişəm; Alagöz, boyu bəstə. (Bayatı). O bəstə dilbərim sözdən küsməsin; Rəhmin, şəfahətin bizdən kəsməsin. (Qoşma). bəstəboy sif. Boyu bir qədər alçaq, qısa. Bəstəboy oğlan, qız. bəstəkar is. [fars.]\n1. Musiqi əsərləri yaradan şəxs, kompozitor. Azərbaycan musiqisində çoxsəslilik problemini düzgün həll etmək məsələsi hal-hazırda bəstəkar və musiqişünasları düşündürməkdədir. Ü.Hacıbəyov. Musiqi bəstəkarları da .. şeirləri “notaya” düzüb, musiqiyə salıblar. C.Məmmədquluzadə. Val sürətlə hərlənir. Gənc bir Azərbaycan bəstəkarı tərəfindən yazılmış xəfif melodiya .. talvardan uzaqlara qanad çalır. İ.Əfəndiyev.\n2. məc. Müğənni, tərənnümçü mənasında. bəstəkarlıq is. Musiqi əsərləri yazma sənəti, musiqi əsərləri müəllifliyi, bəstəkar sənəti; kompozitorluq. bəstələmə “Bəstələmək”dən f.is. bəstələmək f. Musiqi əsəri yazmaq, hava qoşmaq, havaları nota salmaq. “Şur” ladı üstündə melodiya bəstələrkən, müvafiq fəsildə “Rast” ladına dair göstərilmiş qaydalara riayət edilməlidir. Ü.Hacıbəyov. Musiqini ən qoca bir sənətkar bəstələmiş olsa, onu bir ixtiyar xanəndə oxusa belə, yenə də onda bir gənclik mövcuddur. M.S.Ordubadi. bəstələnmə “Bəstələnmək”dən f.is. bəstələnmək məch. Musiqisi yazılmaq, musiqi qoşulmaq, hava qoşulmaq; notaya salınmaq, musiqi ahənginə uydurulmaq. bəstələnmiş f.sif. Yazılmış, qoşulmuş, notaya salınmış, musiqi ahənginə uydurulmuş. bəstər is. [fars.] Yataq, yorğan-döşək. ..Bəstəri-möhnətdə xəstə olduğum; Deyən varmı biinsafa görəsən? Q.Zakir. Nə yatıbsan lihaf, bəstər içində; Bimar isə nədir bəs halın sənin? Aşıq Pəri. Gövhərtac .. iki gün salamat görünəndə, üç gün bəstərdə yatırdı. Ə.Haqverdiyev. bəstəri sif. [fars.] Yorğan-döşəyə düşmüş (xəstə haqqında). Gövhərtac da o gündən bəstəri naxoşdur. Ə.Haqverdiyev. bəsti is. Kiçik küp, küpə. Yağ salıb, bağlayıb cümlə göbək; Hər biri yağ ilə dolan bəsti tək. S.Ə.Şirvani. [Zeynəb:] Mən də bir bəsti şərab alıb, ora gedərəm. M.S.Ordubadi. bəşarət is. [ər.] Muştuluq, müjdə, xoş xəbər, gözaydınlığı. Xövfi-xətadə müztəribəm, var ümid, kim; Lütfən verə bəşarətiəfvü əta mana. Füzuli. bəşaşət is. [ər.] klas. Gülərüzlülük, üzüaçıqlıq; sevinc. Mövlana bəşaşət zahir edib dedi ki: – Dəxi qəm çəkməyin, şuriş dünən vaqe olubdur. M.F.Axundzadə. Məsum uşağın bu halətindən; Madər sevinər bəşaşətindən. A.Səhhət. bəşər is. [ər.] İnsan, adam. Bu sifətdə kim görübdür bəşəri cahan içində? Nəsimi. Olmuşdu bəşərdən öylə bizar; Kim, öz əksin sanırdı əğyar. Füzuli. Bu hüsn lətafətdə yəqindir bəşər olmaz. S.Ə.Şirvani. Biz belə bir qəhrəmanlıq görməmişik bəşərdə. S.Rüstəm. // Toplu mənada. Kamalın, hüsnün eşqilə bəşər cənnət yaratmışdır. S.Vurğun. Qütbün ilk körpüsü olan bu uçuş; Bəşərin ən qədim bir arzusudur. Ə.Cəmil. ‣ Növi-bəşər – insanlar. Məktəblə qılar növi-bəşər dəfi-bəlaya; Məktəblə çıxar zahirə əsrari-xəfaya... M.Hadi. bəşərə is. [ər.] klas. Bədəni örtən dərinin xarici təbəqəsi. // İnsanın xarici görünüşü, üzü. Elə ki, hamısı qayib oldu, Yusif şah xacə Mübarəki yanına çağırıb dedi ki: – Sənin bəşərəndən mən görürəm ki, sən gərək yaxşı adam olasan. M.F.Axundzadə. bəşəri sif. [ər.] İnsana, bütün insanlara aid olan; insana məxsus olan; insana xas olan; insani. Bəşəri hisslər. – Bu dövlət, quruluş, torpaq sənindir; Ən uca bəşəri diləyə hörmət. A.Şaiq. Çünki məhəbbət yalnız sevinc deyil, məhəbbət eyni zamanda yüksək bəşəri bir vəzifə idi. Ə.Məmmədxanlı. ..Onların [Bahadır və Sonanın] faciəsi hər şeydən əvvəl ictimai, bəşəri bir faciə kimi səslənir. M.Arif. bəşəriyyət is. [ər.] İnsanlıq, insanlar. Bütün tərəqqipərvər bəşəriyyət sülhün keşiyində durmuşdur. – Günəşin yüksəkdən görünən işıqları . . saf, bərraq bir dənizin dalğalarında çimərək, bəşəriyyətin gözünü işıqlandırır. M.S.Ordubadi. [Bəhram:] Qanun qarşısında bütün bəşəriyyət bərabər olmalıdır. C.Cabbarlı. İllərcə çalışmış bəşəriyyət; Varlıqdakı şimşəklə, küləklə. M.Müşfiq. bəşərta (=bəşərti) bağl. [fars. bə və ər. şərta] (bəzən “ki” ilə: bəşərti ki) köhn. Bu şərtlə, bu şərtlə ki. [Hacı Qara:] ..Mən yağ ilə də sövdə edərəm, bəşərti ki xalis inək yağı ola. M.F.Axundzadə. [Mirzə:] ..Amma bəşərti ki, toyunu da tez eyləyəsən ha! Ə.Haqverdiyev. [Hacı:] Şəriət sahibi deyir oxu, elm kəsb elə, bəşərti ha isməti, irzi, namusu mühafizət elə! Mir Cəlal. bəşərti (=bəşərta) bağl. [fars. bə və ər. şərta] (bəzən “ki” ilə: bəşərti ki) köhn. Bu şərtlə, bu şərtlə ki. [Hacı Qara:] ..Mən yağ ilə də sövdə edərəm, bəşərti ki xalis inək yağı ola. M.F.Axundzadə. [Mirzə:] ..Amma bəşərti ki, toyunu da tez eyləyəsən ha! Ə.Haqverdiyev. [Hacı:] Şəriət sahibi deyir oxu, elm kəsb elə, bəşərti ha isməti, irzi, namusu mühafizət elə! Mir Cəlal. bəşşaş sif. və zərf [ər.] klas. Gülərüzlü, fərəhli, şad. Bəşşaş oturub yanında madər; Hərdən beşiyin əl ilə yellər. A.Səhhət. bi... [fars.] İsimlərin əvvəlinə gətirildikdə inkar və yoxluq mənasında sifət düzəldən və -siz/-süz mənasını verən şəkilçidir; məs.: biədəb, biinsaf, bivəfa və s. bət-bəniz is. bax bəniz. Şiddətli ildırımdan Günəş bağırdı. O birilərində də bətbəniz qalmadı. A.Şaiq. Üçgünlük dəniz səfəri çoxu gəmiyə minməmiş əsgərdə bət-bəniz qoymamışdı. Ə.Əbülhəsən. [Pərzad:] Buna bax! Qızın bət-bənizi qalmayıb ha! Mir Cəlal. • Bət-bənizdən olmaq – bax bət-bənizi ağarmaq (qaçmaq, uçmaq). Yoldaşım bunların səsini eşitcək, bət-bənizdən olub özünü itirdi. Çəmənzəminli. Bət-bənizi ağarmaq (qaçmaq, uçmaq) – qorxudan və ya qəfildən verilən pis xəbərdən, xəstəlikdən və s. nəticəsində üzünün rəngi qaçmaq, ağarmaq. Humay .. bət-bənizi uçmuş və məhzun halda düşünür. H.Cavid. bətn is. [ər.] Qarın. Mənə elə gələrdi ki, [Azad] ana bətnindən lüt-ətcə bu soyuq dünyaya .. qədəm qoyduğu zaman belə səsini çıxarmamışdır. M.İbrahimov. bəy is.\n1. Tarixən Qafqazın müsəlman əhalisi arasında zadəgan təbəqəsinə mənsub olan, zəngin, irəli gələn şəxs. Alimdə əməl yox, bəydə ədalət. Q.Zakir. Bağın, əkinin xeyrini bəylər görəcəkmiş; Toxm əkməyə dehqanları neylərdin, ilahi?! M.Ə.Sabir. Mədənlərdə, fabrik və zavodlarda işləyən fəhlələr, bəyin zülmündən və aclıqdan qaçıb, iş axtarmağa gəlmiş kəndlilər, kasıblar “Çəmbərəkənddə” yaşayırdılar. S.Rəhman. // Bu zümrəyə mənsub adamların adına əlavə edilən ləqəb. Bəy dediyin nədir, bəyənmədiyin nə?! (Məsəl).\n2. tar. Başçı, rəis, hakim. Əşirət bəyi. – Bəylə bostan əkənin tağı çiynində bitər. (Ata. sözü).\n3. məc. Hökmran, hakim, ağa mənasında. Dərə xəlvət, tülkü bəy. (Ata. sözü).\n4. Ümumiyyətlə, oxumuş adamlara ehtiram əlaməti olaraq verilən ləqəb. Bacı, qabağa gəlin, sözünüzü müəllim Həbib bəyə deyin. S.Rəhman.\n5. etnoqr. Toyu edilən, evlənən oğlan. Toyun üçüncü gecəsinin sabahı bəyi hamama aparardılar. H.Sarabski. ‣ Ac bəy, quru bəy köhn. – iflas etmiş, var-yoxu əlindən çıxmış bəy, mülkədar; // yoxsul, lakin lovğa adam haqqında. bəyan is. [ər.]\n1. Anlatma, izah etmə, şərh etmə, aydın və açıq söyləmə; izah, şərh, ifadə. Həkimin bəyanına görə, taxıl çöplərini qırıb yerə tökən həmin bu qurd imiş. C.Məmmədquluzadə. Görmüşəm çox gözəl-gözəl şeylər; Söyləsəm gər, bəyanı tul çəkər. A.Səhhət. Bir aləmdir o, təsvirə, bəyana sığmaz; Şerin qurub yaratdığı cahana sığmaz. R.Rza. • Bəyan etmək (qılmaq) – söyləmək, bildirmək, izah etmək, anlatmaq. Eşqin mərəzinə bən də təbibəm; Bəyan elə bana əhvalın sənin. Aşıq Pəri. Sədrəddin bəy prokurorun hücrəsində bir saat çağı qalıb əhvalatı bəyan edirdi. S.M.Qənizadə. Cütçü dedi: – “Bircə mənə qıl bəyan; Sərçə veribdirmi sənə bir ziyan?” A.Səhhət. “Leyli-Məcnun” hekayəsinin səbəbi nəzmini bəyan qıldığı saqinamədə Füzuli deyir: bu “bir bəzmi-müsibəti-bəladır ki, onun əvvəli qəm, sonu bəladır”. F.Köçərli. Bəyanə gəlmək – dilə gəlmək, danışmağa başlamaq.\n2. ədəb. köhn. Poetikanın təşbeh istiarə, məcaz və kinayə kimi qisimlərindən bəhs edən hissəsi. bəyanat is. [ər.]\n1. Bir məsələ və s. haqqında hökumət və ya bir idarənin rəsmi məlumatı. Xarici İşlər Nazirliyinin bəyanatı. Bəyanat vermək.\n2. İfadə, izahat. [Mirzə Həsən:] Mirzə Məmmədəli, mən səndən xahiş edirəm, hövsələ eliyəsiniz və bəyanatınızı başa yetirəsiniz. C.Məmmədquluzadə. bəyannamə is.[ər.bəyan və fars.namə] Xalqa, xalqlara, camaata xitabən yazılı müraciət; müraciətnamə. Bəyannamə nəşr etmək. Ümumdünya Sülh Tərəfdarları konqresinin bəyannaməsi. bəyaz [ər.]\n1. sif. Ağ (rəng). Bəyaz gərdəninə siyah tel düzər; Sanasan sonamdır mənim sevdiyim. M.P.Vaqif. Gülüşür pənbə, al bəyaz güllər; Ötüşür hər tərəfdə bülbüllər. H.Cavid. [Kərim kişinin] boynu, boğazının altı və bütün siması bəyaz tüklərlə örtülmüşdü. M.İbrahimov. • Bəyaz gecə(lər) – bax ağ gecə(lər) (“ağ”da). Burda Çaykovski öz zəkasını; Verib sənətinə bəyaz gecələr; Yazdı romansını, simfoniyasını. M.Rahim. Biz artıq bəyaz gecələr davam edən şimal məntəqəsinə daxil olduq. Ə.Məmmədxanlı.\n2. Bax bayaz 2-ci mənada. Savadlı gənclərin bəyazı olardı, bu bəyazlara ana dilindəki şeirlərin nəfis parçaları köçürülər, əzbərlənərdi. Çəmənzəminli. bəyazlanma “Bəyazlanmaq”dan f.is. bəyazlanmaq f. Ağarmaq, ağ rəng almaq. Pərdə bəyazlandı, lampalar söndü, kino verilişi başlandı. Mir Cəlal. bəyazlıq is. Ağlıq. bəydadaş is. Zarafatla və ya ciddi müraciət. [Gəray ağa:] Bilirsən, bəydadaş, işlər necə həlləm-qəlləmdir? S.Rəhimov. Bir gün onun istədiyi mühazirəçini göndərdilər və kişinin özünə də xəbər verdilər ki: – Bəydadaş, gözün aydın, mühazirəçi gəlib, sərəncamınızı gözləyir. “Kirpi”. bəyəm dan. bax məgər. [Ana:] Qardaşın qızıl güllə qabağındadır. Mən bəyəm onlardan artığam? Mir Cəlal. [Şamamanın atası:] Bəyəm o vaxt biz səninlə bu talvarda oturub, belə arxayın söhbət edə bilərdik? İ.Əfəndiyev. bəyəndirmə “Bəyəndirmək”dən f.is. bəyəndirmək icb.\n1. Birinə bir şeyi, yaxud bir çox şeyləri göstərərək aralarından birini seçdirməyə, qəbul etdirməyə çalışmaq. Ona hər şeyi bəyəndirmək çox çətindir.\n2. Xoşuna gəlməsinə, bəyənməsinə çalışmaq, məziyyətlərini qəbul və təqdir etdirmək. ..Hər ikisi keçmiş igidliklərindən söyləyir, öyünməyə və hər biri özünü bəyəndirməyə çalışırdı. A.Şaiq. Onların hər ikisi özünü Mahruya bəyəndirmək üçün gündə bir neçə libas geyir və bir neçə qiyafətə girirdi. M.S.Ordubadi. bəyənilmə “Bəyənilmək”dən f.is. Nadirin bəyənilməsi Məstan bəyi razı saldı və marağını daha da artırdı. B.Talıblı. Çoxaldı get-gedə dostlar, tanışlar; O da bəyənildi, o da bəyəndi... S.Vurğun. bəyənilmək məch. Xoşa gəlib qəbul edilmək; seçilmək, üstün tutulmaq. bəyəniş is. Bəyənmə, bəyənib qəbul etmə, seçmə. bəyənmə “Bəyənmək”dən f.is. bəyənmək f.\n1. Zövqünə, ruhuna, təbiətinə uyğun gəldiyi üçün bir şeyi xoşlamaq; yaxşı bilib qəbul etmək, təqdir etmək; ürəyinə yatmaq. Bu parçanın rəngini bəyənmədim. Onun əsərini çox bəyəndilər. – [Molla Qasım] ...Güllücə kəndini bəyənib seçmişdi. S.S.Axundov. Bəyəndiyi qızlar [Məmmədbağıra] gəlməyirdi. S.Hüseyn. Xəlil onun sözlərini bəyənib güldü və qadına tərəf baxdı. M.Hüseyn.\n2. Məqbul, yaxşı, düzgün hesab etmək, tərifə layiq görmək, bir şey haqqında yaxşı fikirdə olmaq. Onun sözlərini hamı bəyəndi. İclas irəli sürülən təklifləri bəyəndi.\n3. Saymaq. O heç kəsi bəyənmir. ‣ Özünü bəyənən – başqasını saymayan, bəyənməyən; mütəkəbbir, lovğa, özü haqqında böyük fikirdə olan. bəyənməzlik is. Bəyənməmə, xoşlanmama, qəbul etməmə.//Saymazlıq,saymama. bəyim is. köhn. “Bəy” sözünün qadın forması; xanım (adətən bəzi mürəkkəb qadın adlarının ikinci hissəsini təşkil edir). bəyimbacı is. dan. Hörmət üçün qonşu və ya başqa qadınlara verilən ad. bəyimçörəyi is. aşp. Yumurta, yağ və süd qarışdırılmış buğda unundan bişirilən qoğal. [Bağbaşıdan] əlavə oğlan evində şəkərbura, şəkərçörəyi, bəyimçörəyi .. hazırlayıb, .. qız evinə göndərərdilər. H.Sarabski. bəyirişmə “Bəyirişmək”dən f.is. bəyirişmək qarş. Ağız-ağıza verib bəyirmək. bəyirmə “Bəyirmək”dən f.is. bəyirmək f. Səs təqlidini bildirən söz; daha çox kiçik buynuzlu və balaca heyvanların səslənmələri. Dana anasının dalınca bəyirirdi. – Gedə, nə belə payız buzovu kimi bəyirirsən? M.S.Ordubadi. bəyirti is. Bəyirən heyvanın səsi. bəyirtmə “Bəyirtmək”dən f.is. bəyirtmək icb. Bəyirməyə məcbur etmək, çığırtmaq, bağırtmaq. bəylərbəyi is. tar. Keçmişdə İranda və Azərbaycanda vilayət hakimi. Amma siz durun gedin Qəzvinin köhnə bəylərbəyisinin yanına, onu dəxi razı edin.. M.F.Axundzadə. Bəylərbəyinin elçilərinə rədd cavabı vermək xanlıqla şahənşahlıq arasında soyuqluq və etimadsızlıq doğura bilərdi. Çəmənzəminli. bəylik köhn.\n1. sif. Bəyə məxsus, bəyə mənsub. Bəylik mülk.\n2. is. məc. Ağalıq, hökmranlıq. Bəyliyi başarmadın, canın çıxsın belə gəz. (Məsəl). Müctəhid və şeyxülislamların cövlanı idi və xəlvət dərədə növ-növ tülkülərin bəyliyi idi. C.Məmmədquluzadə. // məc. Məclisdə sədrlik, rəhbərlik, başçılıq, böyüklük. Süfrənin bəyliyi əksəriyyət səslə çar konsuluna tapşırıldı. M.S.Ordubadi.\n3. sif. etnoqr. Bəyə (5-ci mənada) məxsus. Şahsənəm gəlin otağına keçdi. Qərib bəylik paltarını geyib, Şahsənəmin yanına gəldi. “Aşıq Qərib”. bəyzadə is. köhn. [fars.] Bəy oğlu, bəy nəslindən olan adam. Şəhərlərdə, kəndlərdə və obalarda yaşayan xanzadələrimiz, bəyzadələrimiz, .. oxumaq və yazmaq bilmirlər. M.F.Axundzadə. Bunların arasında bəyzadə-zad yoxdur, hamısı fağır adamlardır. N.Nərimanov. Bu iki uşağın arasında böyük fərq vardı, birinin atası bəyzadə, o birininki yoxsul idi. S.S.Axundov. bəyzadəlik is. köhn. Bəy nəslinə mənsubiyyət. bəz bax bəzi. bəzədilmə “Bəzədilmək”dən f.is. bəzədilmək məch. Bəzək vurulmaq, zinətləndirilmək. bəzək is. Bəzəyən şey, gözəllik verən şey; zinət, yaraşıq. Divar bəzəyi. // Cavahirat mənasında. Qadın bəzəyi. Bəzək vurmaq. – Bəzək-bəzək ki, deyirlər, cavahirat deyil! Cavahirat bu gün zinəti-həyat deyil! M.Ə.Sabir. [Qətibə:] Mənim qiymətli zinətlərimi gətirin, bəzək şeylərini hazır edin. M.S.Ordubadi. Qızlar bütün bəzəklərini taxmışlar, üst-başları rəngdən-rəngə girərək alışıb-yanır. S.Rüstəm. // Məc. mənada. Melodiya bəzəklərini yazarkən, hər cür şərti işarələri bir qoyub, bütün notları kiçik şəkildə yazmaq lazımdır. Ü.Hacıbəyov. • Bəzək bəzəmək – bax bəzəmək 2-ci mənada. Bəzək qoymaq – bax bəzəmək 2-ci mənada. Bəzək vermək – bax bəzəmək. bəzəkçi is.\n1. Bəzək vuran, bəzək verən, bəzək işləri ustası.\n2. etnoqr. Köhnə məişətdə: gəlin köçürülən qızları, yaxud varlı evlərdə qadınları bəzəndirib geyindirən. Bəzəkçi qadınlar içəri girdilər. M.S.Ordubadi.\n3. məc. dan. Adamı bəzəyən, adama söz qoşan. bəzəkçilik is. Bəzəkçinin işi, sənəti. bəzək-düzək is. isteh. Bəzək, bəzək şeyləri, lüzumsuz bəzək. Özünə bəzək-düzək vermək. – Bil ki, insan ziynəti; Bəzək-düzək deyildir. R.Rza. Firidun bəzək-düzək altında itmiş .. bu qızın qəribə mühakimələrinə qulaq asır və heyrət edirdi. M.İbrahimov. Mehman yeni gördüyü evə nəzər saldı, onun zəngin bəzək-düzəyini ötəri seyr edib əyləşdi. S.Rəhimov. bəzəklənmə “Bəzəklənmək”dən f.is. bəzəklənmək f. dan.\n1. Özünə bəzək vurmaq, özünü bəzəmək.\n2. Bəzənmək, gözəlləşmək. Bəzəklənirdüzəklənir, bağın fəzası rənglənir. A.Səhhət. Hünər gözəl, qüvvət gözəl, qol gözəl; Musanın sazında tel bəzəklənib. Aşıq Musa. bəzəkli sif. Bəzək vurulmuş, bəzənmiş; zinətli. Bəzəkli ev. Bəzəkli mağaza. – Çox çəkmədi, bayram mərasimini andıran bəzəkli qatar gəldi. Mir Cəlal. // Naxışlı, şəkilli. Üfüqlərdə günəş güldüyü zaman; Üstünə bəzəkli yumşaq taftadan; Alafa çəkərdi, nazlardı səni. R.Rza. Qaraş özünə məxsus şirinşirin gülərək, cibindən çıxardığı yanları bəzəkli ağ dəsmalla gözünü sildi. M.İbrahimov. // Məc. mənada. Bəzəkli yurdumuz çiçəkçiçəkdir; Hər keçən ömrümüz bir gələcəkdir. S.Vurğun. bəzəksiz sif. və zərf Heç bir bəzəyi, zinəti olmayan, sadə, adi. Bəzəksiz otaq. Bəzəksiz paltar. – [Xeyransa:| Qız bəzəksizdüzəksiz ev paltarında qəfildən çıxdı bizim qabağımıza.. H.Sarabski. Şeirlərin məzmunudur bəzəksiz üz, gül dodaq. M.S.Ordubadi. bəzəmə “Bəzəmək”dən f.is. bəzəmək f.\n1. Zinətləndirmək, yaraşıq vermək, gözəlləşdirmək, qəşəngləşdirmək, nəzəri cəlb edəcək gözəl bir vəziyyətə salmaq. Evləri bayraqlarla bəzəmək. Seçki məntəqəsini bəzəmək. – Göy üzünü bəzər parlaq ulduzlar. H.Cavid.\n2. məc. Mübaliğəli şəkildə təsvir etmək. Möhlətovu divar qəzetində də möhkəm bəzədilər. Mir Cəlal. bəzən zərf [ər.] Bəzi vaxt, bəzi hallarda, arabir, gah-gah. Bəzən başım ağrıyır. O bəzən bizə gələrdi. Su bəzən yaxşı gəlir, bəzən pis. – [Qətibə] bəzən Hüsaməddindən şübhələnir və onun Toğrul tərəfinə keçdiyini zənn edərək rahatsız olurdu. M.S.Ordubadi. Atlarımızın qabağından bəzən bir çobanaldadan, bəzən də .. sarıköynək .. qalxırdı. İ.Əfəndiyev. Maralın vahiməsi Cumanı bəzən min cür pis fikrə, şübhəyə salırdı. Ə.Əbülhəsən. bəzəndirmə “Bəzəndirmək”dən f.is. bəzəndirmək f. Bəzəmək, yaraşıqlı paltar geyindirmək. [Qarovulçu:] Fabriklərə axar pambıq selləri; Mal toxunar, bəzəndirər elləri. Ə.Haqverdiyev. bəzənib-düzənmə “Bəzənib-düzənmək”dən f.is. bəzənib-düzənmək bax bəzənmək 1-ci mənada. Qız da hərəmxanada bəzənərdüzənər, hazırda oğlan evindən oğlan yengə gəlməyə müntəzir olar. R.Əfəndiyev. Görənlər tanıyır bu alma yanaq; Bəzənib-düzənmək bilirdi ancaq. M.Rahim. Ceyran tərtəmiz geyinib-kecinmişdi, bəzənib-düzənmişdi. Mir Cəlal. bəzənilmək bax bəzədilmək. bəzəniş is. Bəzənmək işi, bəzənmə. bəzənmə “Bəzənmək”dən f.is. bəzənmək 1. qayıd. Özünə zinət vermək, özünə bəzək vurmaq; yaraşıqlı geyinmək. Güzgünün qabağında bəzənmək.\n2. məch. Bəzək vurulmaq, zinətləndirilmək, yaraşığa salınmaq, gözəlləşdirilmək, gözə xoş gələn şəklə salınmaq. Otaqların divarları zərif naxışlı xalçalarla bəzənmişdi. İ.Şıxlı. // Məc. mənada. Mövsimi-gül gəldi və gülşən bəzəndi bəzm üçün. Xətayi. Təbiət bəzənir hünərimizdən; Axan şəlalələr bizə əl çalır! S.Vurğun. bəzənmiş f.sif.\n1. Bəzək vurulmuş, zinətləndirilmiş, bəzədilmiş. Bəzənmiş səhnə. – Bahadır Yusiflə bir böyük gözəl bəzənmiş zalda bulundular. Bunlar bir-biri ilə şirin söhbətə məşğul idilər. N.Nərimanov.\n2. Özünə bəzək vurmuş, qəşəng geyinmiş. bəzərək is. bot. Kətan toxumu. bəzətdirmə “Bəzətdirmək”dən f.is. bəzətdirmək icb. Bəzək vurdurmaq. bəzətmə “Bəzətmək”dən f.is. bəzətmək bax bəzəndirmək. bəzgək is. zool. Dovdaqlar fəsiləsinə mənsub, çöldə yaşayan köçəri quş. Ayın əksi suya düşüb parlar; Uçuşur göy üzündə bəzgəklər. A.Səhhət. bəzi əvəz. [ər.] Hamısı yox, parası, ayrıayrı. Bəzi adamlar. Bəzi rayonlar. – O, nəinki özünü, hətta bəzi uzaq qohumlarını da saxlayırdı. İ.Şıxlı. // İs. mənasında. Bəzilərinə bu xoş gəlir. Bəzilərinin bu işdən xəbəri yoxdur. bəzir bax bəzərək. bəzirgan bax bazirgan. bəzisi bax bəzi. bəzl [ər.]: bəzl etmək köhn. – bağışlamaq, əsirgəməyib vermək. Vətən uğrunda, millət eşqində; Bəzli-can et xülusi-niyyət ilə. M.Ə.Sabir. bəzm is. [fars.] tənt. Kef məclisi, qonaqlıq. Gülzarlar oldu işrətabad; Hər yerdə olundu bəzmə bünyad. Füzuli. Gətir saqi, meyi-gülgün, bu bəzmi bir bahar eylə. Nəbati. ..Alimlər məclisində, dostlar bəzmində oldum. Ə.Cəmil. bəzmgah is. [fars.] tənt. Eyş-işrət məclisi, kef məclisi (yeri). bəzr is. [ər.]\n1. Toxum əkiləcək dən.\n2. Kətan toxumu. // Kətan toxumu yağı. bəzzaz is. [ər.] köhn. Parça, arşınmalı satan tacir. Bəzzaz malı (parça, arşınmalı). Bəzzaz dükanı. – İki il bundan qabaq bu adam bəzzaz Hacı Əlinin dükanından iki top çit oğurlamışdı. C.Məmmədquluzadə. Sıra ilə düzülmüş bəzzaz və əttar dükanlarının qabağında ərizə yazan mirzələr işsizlikdən mürgüləyirdi. S.Rəhman. bəzzaziyyə is. [ər.] köhn.\n1. Bəzzaz malı, parça, arşınmalı.\n2. Bəzzaz dükanı, parça, arşınmalı mağazası. [Rüstəm:] Sən mənim məsləhətimə bax: bu dükanı bağla, bir ayrı bəzzaziyyə mağazası aç. Ə.Haqverdiyev. bəzzazlıq is. köhn. Bəzzazın peşəsi, sənəti; arşınmalçılıq. [Rəşid:] Bəlkə gedim dükan açım, bəzzazlıq eləyim. M.Hüseyn. bıçaq is.\n1. Kəsmək üçün alət. Bağban bıçağı. Ət bıçağı. Cib bıçağı.\n2. Müxtəlif alətlərin, mexanizmlərin və s.-nin kəsən hissəsi. ‣ Bıçaq sümüyə dayanmaq – son həddə çatmaq, əlacı kəsilmək, lap cana gəlmək. Sümüyə lap bu gün dayandı bıçaq; Durmayır qeyzdən başımda papaq. S.Ə.Şirvani. [Varlılara müraciət edənlərin] əli hər yerdən üzülərdi, bıçaq sümüyə dayanardı. H.Sarabski. bıçaqçı is.\n1. Bıçaq qayıran usta. Bakıda, ümumiyyətlə, peşəkarlar: bənna, xarrat, dəmirçi, bıçaqçı və sairə çox olardı. H.Sarabski.\n2. Bıçaq və s. itiləyən adam. bıçaqçılıq is. Bıçaq qayırma sənəti. bıçaqlama “Bıçaqlamaq”dan f.is. bıçaqlamaq f. Bıçaqla yaralamaq, bıçaqla vurmaq. Axırda yoldaşlarından birini bıçaqlayıb yaralamağının üstündə Əmiraslanı məktəbdən xaric etdilər. S.S.Axundov. bıçaqlanma “Bıçaqlanmaq”dan f.is. bıçaqlanmaq məch. Bıçaqla yaralanmaq, bıçaqla vurulmaq. bıçaqlaşma “Bıçaqlaşmaq”dan f.is. bıçaqlaşmaq qarş. Dalaşaraq birbirini bıçaqla vurmaq. bıçaqlı sif. Bıçağı olan, kəsici hissəsi olan. Bıçaqlı alətlər. bıçqı is. Mişar. bıçqıçı is. Bıçqı ilə ağac və s. kəsən (adam); mişarçı. bıçqılama “Bıçqılamaq”dan f.is. bıçqılamaq f. Bıçqı ilə kəsmək, mişarlamaq. bıçqılanma “Bıçqılanmaq”dan f.is. bıçqılanmaq f. Bıçqı (mişar) ilə kəsilmək, mişarlanmaq. bığ is.\n1. Kişilərin üst dodaqlarının üstündə qırxılmamış saxlanan tük topası. Gələn oğlanın nazik, qara bığları .. geriyə daranmış uzun saçlarına qısılmış balaca qulaqları vardı. M.Hüseyn. Cuma əsgərlərdən birinin sallaq bığlarını görürdü. Ə.Əbülhəsən.\n2. Heyvanların üst dodaqlarının hər iki tərəfindən çıxan uzun sərt tüklər. Pişik bığları. Pələng bığları. ‣ Bığ(ının) yeri (yenicə) tərləmək – həddibüluğa çatmaq. Bığ yeri yeni tərləyən bu gənc [Qasım ağa] naxışlı corabları ilə xalının üzəri ilə səssiz yüyürərək atasına yanaşdı. Çəmənzəminli. Bığının yeri yenicə tərləyən Kərim, ilk vaxtlardan hər cür ağırlığa dözməyə və qayğı çəkməyə başlamışdı. S.Rəhimov. Bığını burmaq məc. – lovğalanmaq, özünə güvənmək, təşəxxüs satmaq. Bığının altından gülmək – istehza etmək, ələ salmaq. Bığının altından keçmək – rüşvət vermək. Uzun-uzadı danışıqdan sonra başa düşdük ki, gərək .. Qəninin bığının altından keçək. H.Sarabski. bığcıq is.\n1. zool. Cücülərdə başın ön tərəfindən irəliyə doğru uzanan buğumlu və çox zaman tükə oxşayan hiss orqanı.\n2. bot. Bitkilərin yarpaqlarında və saplaqlarında sapşəkilli törəmələr. bığıbəy is. dan. zar. İri və səliqəli bığları olan adam. [Çayçı] ..uzaqlaşmaq istəyəndə Veys “dayan-dayan!” deyib, əyilərək podnosun boşalmış yerinə işarə edib soruşdu: – Oradakı bığıbəy kimdir? Ə.Əbülhəsən. bığıburma sif. Gənc, yetişmiş, yekə, boylu-buxunlu. [Ağa Mərdan:] Bəs o yaxşıdır ki, baldızın tamam dövləti aparıb bir bığıburma oğlana yedirə! M.F.Axundzadə. Qapıda bizdən başqa dörd-beş çoban da xidmət edirdi, hamısı yeniyetmə, bığıburma oğlanlar idi. A.Şaiq. bığıqırxıq is. və sif. dan.\n1. Bığlarını qırxdırmış.\n2. Keçmişdə mövhumatçıların və mürtəcelərin artistlərə verdiyi təhqirli ad. Hüseyn dərin bir ah çəkib həzin səslə dedi: “ ..Bilirsinizmi, mirzə, mənim əqrəbam mənə nə cəfalar edirlər?” Onların nəzərində aktyorluq sənəti baisi-xiclət bir peşə hesab olmağa görə, mənə “bığıqırxıq” ad qoyub, mənimlə ədavət edirlər”. S.M.Qənizadə. bığlanma “Bığlanmaq”dan f.is. bığlanmaq f. Bığı çıxmaq. bığlı sif. Bığları olan. Bığlı kişi. bığlıca is. bot. Taxıllar qrupuna mənsub birillik ot bitki. bığlı-saqqallı sif. Bığ və saqqal qoymuş; yaşlı, yekə. İndi Nəcmi də bu bığlısaqqallı kursantları yaxşıca təsəvvür edirdi. Ə.Əbülhəsən. bığsız sif. Bığı olmayan. Bığı çıxmamış kişi. bığyağı is. dan.\n1. Keçmişdə bığı yağlamaq üçün xüsusi yağlı maddə.\n2. dan. zar. Cüzi rüşvət. Bığyağı vermək. – Kəndlilər əvvəlcə Əbdüləzəlin qapısında dayanıb, onunla haqq-hesab etməli idilər. Yəni ona “bığyağı” verməli idilər. H.Sarabski. bıqdırıcı sif. Bezikdirici, usandırıcı, cansıxıcı, təngə gətirən. İlk həyatın yeni həyatverici günəşi, özünün ilıq və munis şüasını ətrafa saçmaqla, qışın bıqdırıcı və soyuq havasına qələbə çalmaqda idi. S.Hüseyn. bıqdırıcılıq is. Bıqdırıcı şeyin halı; usandırıcılıq. bıqdırma “Bıqdırmaq”dan f.is. bıqdırmaq f. Bezikdirmək, usandırmaq, təngə gətirmək. [Tamara:] Siz romanlarla danışırsınız. Məni də roman bıqdırıbdır. S.Rəhimov. bıqma “Bıqmaq”dan f.is. bıqmaq f. Bezikmək, usanmaq, təngə gəlmək. Daş yonmaqdan artıq bıqmışdım, başqa işə girmək istəyirdim. H.Sarabski. bılina is. [rus.] Rus xalq ədəbiyyatında folklor janrı, dastan. bıtraq is. bot. Çox sıx bitən alaq, bitki. Bu il fındıqlar bıtraq kimi bir məhsul gətirmişdi. S.Rəhimov. bıtraqlıq is. Çoxlu bıtraq bitmiş yer. bıy nida. Təəccüb, heyrət, narazılıq, təəssüf bildirir (bəzən təkrar şəklində işlənir). [Şahbaz bəy:] Bıy, Şərəfnisə, necə uşaquşaq danışırsan? M.F.Axundzadə. [Kişi:] Bıy, buna bax ey, niyə tanımırsan? Mən sənin həmşəhərlinəm də! C.Məmmədquluzadə. bi... [fars.] İsimlərin əvvəlinə gətirildikdə inkar və yoxluq mənasında sifət düzəldən və -siz/-süz mənasını verən şəkilçidir, məs.: biədəb, biinsaf, bivəfa və s. biabır sif. [fars.] Abırsız. • Biabır etmək (eləmək, eyləmək) – abırdan salmaq, rüsvay etmək, adını ləkələmək. [Kərim:] [Süleyman bəy] mənim bacımı biabır eləyib, mən də onun qarnını balıq qarnı kimi cırıb, bağırsaqlarını ayağına dolamasam, atamın oğlu deyiləm. Ə.Haqverdiyev. [Barat:] Yoldaş Şərif, nə haqq ilə sən müəllimə Almas xanımı biabır edirsən? C.Cabbarlı. [Tahir:] Qoy, nə deyir desin, məni biabır da eləsə, ürəyimdəkiləri açıb ona söyləyəcəyəm. M.Hüseyn. Biabır olmaq – rüsvay olmaq, ad batırmaq, abırı tökülmək. Camaat qabağında biabır olmaq. – [Hacı İslam:] Bu dəlinin öhdəsindən bəlkə sən gələsən, yoxsa vallahi biabır olduq. C.Məmmədquluzadə. [Balaş:] Çul-çuxası ilə həyətə-zada çıxar, biabır olarıq. C.Cabbarlı. [Mir Mahmud:] Ay Hüseyn, bu nə paltardır əyninə geymisən, çıxart, çıxart, dayın bizə gəlir, biabır olarıq. S.Rəhman. biabırcasına zərf\n1. Abırsızca, utanmaz bir surətdə. Biabırcasına danışmaq.\n2. Çox pis, utanılacaq bir surətdə, rüsvayçılığa səbəb olacaq bir tərzdə. Biabırcasına geridə qalmaq. biabırçı sif. Rüsvayedici, eyib gətirən, adbatıran, utanılacaq. Biabırçı hərəkət. – Evdə qulaqtutan, biabırçı bir marçıltı qopdu. Mir Cəlal. biabırçılıq is. Rüsvayçılıq, rəzalət, utanılacaq hal. Bu nə biabırçılıqdır? – [Nazlı xanım:] İndi, Nəcəf bəy, sən də bizim biabırçılığımıza razı olma! Ə.Haqverdiyev. Sübhanverdizadə Kosanın burnunu görərək, əli ilə onu içəriyə çağırdı: – Harada itmisən? Katib nə biabırçılıq eləyib, .. nə qayırıb? S.Rəhimov. biahəng [fars.] bax ahəngsiz. Gahi bir nəğmə kimi biahəng; Gahi bir lövhə kimi rəngarəng. A.Səhhət. biar [fars. bi... və ər. ar] bax arsız. Biar adam. – Daşə çəkmiş xalq üçün Fərhad Şirin surətin; Ərz qılmış xalqa məhbubun, əcəb biar imiş! Füzuli. Gözəl olan gərək biar olmasın. Q.Zakir. Aslan .. Həsənin biar qumarbazın biri olduğunu deyərək, Sitarəyə nəsihət edirdi. C.Cabbarlı. biaram [fars.] bax aramsız. Keçdi üç ay, hələ ondan nə kağız var, nə pəyam; Gözləyir ailəsi kənddə onu biaram. A.Şaiq. biarlıq bax arsızlıq. biatlon is. [yun.] idm. 20 km məsafədə tüfəngdən atəş açmaqla icra edilən xizək yarışı. bibak sif. [fars.] Qorxusuz, qorxmaz, heç bir şeydən ehtiyat etməyən. Nisbətim vermə Məcnunə; Bir aşiqi-bibakəm mən. Q.Zakir. Gün batmışdı, Hacı qayət xişmnak; Qayalardan aşıb gedirdi bibak. A.Səhhət. bibəhrə [fars.] bax bəhrəsiz. [Məşədi Oruc:] ..Bəlkə ağanın fəzilətinin kəraməti və mərhəmətindən mənim həmşəhərlilərim bibəhrə qalmasınlar. C.Məmmədquluzadə. Bilmirəm mən nə yazım, bəlkə bəyənsin bu müdir; Nə ki zəhmət çəkirəm bibəhrə gedir. C.Cabbarlı. bibər is. Dadı acı, uzunsov tərəvəz bitkisi; istiot. Göy bibər. Qırmızı bibər. bibərli sif. İçində bibər olan, bibər qatılmış; istiotlu. bibi is. Övlad üçün atanın bacısı. bibigəlini is. Atanın bacısının gəlini (oğlunun arvadı). bibiqızı is. Atanın bacısı qızı. bibinəvəsi is. Atanın bacısının nəvəsi. bibioğlu is. Atanın bacısının oğlu. bibiyolu is. etnoqr. Gəlinə toy parçası göndərildikdə, oğlan tərəfindən bibiyə hədiyyə edilən paltarlıq parça. biblioqraf [yun.] (kitabiyyat) mütəxəssisi. biblioqrafik sif. Biblioqrafiyaya (kitabiyyata) aid olan. Biblioqrafik məlumat. biblioqrafiya is. [yun.]\n1. Müəyyən məsələyə dair kitab, məcmuə və məqalələrin siyahısı; kitabiyyat; kitabların məzmununun elmi təsviri və onların siyahı və qeydlərinin tərtibi.\n2. Dövri mətbuatda (məcmuə və qəzetlərdə) yeni çıxmış kitablar və s. haqqında tənqidi məlumat verilən şöbə. Qəzetin tənqid və biblioqrafiya şöbəsi. bibliya bax İncil. bic I. sif. və is.\n1. dan. Rəsmi nikah olmadan doğulan uşaq.\n2. Çox hiyləgər, fəndgir. Bic adam. // Çoxbilmiş, tədbirli, zirək, ağıllı mənasında. ..Bildi ki, oğlu necə bic və haramzadədir... M.F.Axundzadə. // Bəzən söyüş kimi işlənir. Bic-vələdüznalara söz batmayır; Min də nağıl aç, birin aldatmayır. M.Ə.Sabir.\n3. məc. Çoxbilmiş, hər şeydən başçıxaran, zirək bic-bic zərf Zeynal isə bic-bic hamının ağzına baxdıqdan sonra qeyd etdi.. Ə.Əbülhəsən.\n\nII. is. dan. Ağac və kolların kötüyündən, yaxud gövdəsinin alt hissəsindən çıxan xırda zoğ, haramı. bica sif. və zərf [fars.]\n1. Yersiz, münasibətsiz, mənasız. Bica söz. Bica danışıq. – [Müəllim:] Amma uşaq tayfasına o cür sözləri deməyiniz, bir az bicadır. C.Məmmədquluzadə. Anladım mətləbini, etmə məzəmmət bica. A.Səhhət.\n2. Bihudə, əbəs, boş-boşuna, nahaq (çox vaxt “bica yerə” şəklində işlənir). Bica əlləşmə. – Düşmə bica yerə sən bu təməixamə, könül. S.Ə.Şirvani. Bica yerə hər ləhzdə min şurü şərin var; Çox pis nəzərin var. M.Ə.Sabir. [Movlamverdi:] Ay bacılar, ay qardaşlar, axır sizin ağlamağınız bicadır. C.Məmmədquluzadə. [Sara:] Atam üçün qüssə edəcəyimdən qorxursansa, o da bicadır. C.Cabbarlı. bica-bica zərf bax bica 2-ci mənada. Həzrət saqqalını bica-bica saxlamayırdı. Ə.Əbülhəsən. bicək is. məh.\n1. Bax bic2 .\n2. Noxud.\n3. Daha kiçik yaşda ikən doğan düyə, erkən doğan düyə. bicəngə (=bicəngənə) sif. məh. Hiyləbaz, bic. [Dayıoğlu:] Amma elə ki, bicəngə xalaoğlum başladı dayımı yamsılamağa və dayım kimi dodaqlarını tərpətməyə, .. burada, doğrusu, mən də gülməyə başladım. C.Məmmədquluzadə. bicəngənə (=bicəngə) sif. məh. Hiyləbaz, bic. [Dayıoğlu:] Amma elə ki, bicəngə xalaoğlum başladı dayımı yamsılamağa və dayım kimi dodaqlarını tərpətməyə, .. burada, doğrusu, mən də gülməyə başladım. C.Məmmədquluzadə. bic-qıc bax bic2 . bicləşmə “Bicləşmək”dən f.is. bicləşmək f. dan. Getdikcə ustalaşmaq, hiyləgərləşmək; kələkbaz (diribaş, tədbirli) olmaq. O, yaman bicləşibdir, aldatmaq olmur. biclik is. Hiylə, kələk, fənd, fırıldaq; hiyləgərlik, kələkbazlıq, fəndgirlik. Biclik etmək. – Hər fənd və bicliklə edər kəsb maaşın; Saxlar özü başın. M.Ə.Sabir. Çərçizadə nə qədər bicliyi, bacarığı, istedadı vardı, ortaya çıxardı. Ə.Vəliyev. • Özünü bicliyə qoymaq (vurmaq) – hiylə işlətmək. “Molla Nəsrəddin” və “Tərcüman”ları köməyə çağıranda, onlar da özlərini qoyurlar bicliyə. C.Məmmədquluzadə. biçarə sif. [fars.]\n1. Yazıq, miskin, fağır, məzlum; bədbəxt. Biçarə münəccimbaşının ərvahı uçub, başladı yarpaq kimi titrəməyə. M.F.Axundzadə. Bu soyuq, tozlu gecədə biçarə Məşədi Əsgər adlı bir kişi balaları üçün ruzi axtarırdı. S.M.Qənizadə. ..Biçarə qızın zahiri çirkinliyi bir yanda dursun, toy edib ərə getmək üçün azacıq bir cehizi də yox idi. B.Talıblı..\n2. Çarəsiz, əlacsız; aciz. Axır biçarə ananız sizə deyirdi: – Bala, ağlama, xortdan gələr, səni aparar. C.Məmmədquluzadə. [Əşrəf bəy:] Biçarə müsəlmanın hər bir işi daş arasından çıxır. N.Vəzirov. Cahillər isə biçarə Bəşiri xəncərlə öldürüb qaçırlar. S.S.Axundov. // İs. mənasında. [Səkinə xanım:] Biçarə iki il sərasər mərhum qardaşıma yalvardı ki, məni ona versin. M.F.Axundzadə. Sən iki biçarəni bir zəxmlə qıldın həlak. S.Ə.Şirvani. biçarəlik is. Çıxılmaz vəziyyət, köməksizlik, acizlik. ..Biz burada məmləkəti aclıq, biçarəlik və acizliyə aparan əcnəbi kapitalının törətdiyi faciələri faş etməliyik. M.İbrahimov. biçdirilmə “Biçdirilmək”dən f.is. biçdirilmək “Biçdirmək”dən məch. biçdirmə “Biçdirmək”dən f.is. biçdirmək “Biçmək”dən (1 və 3-cü mənalarda) icb. Taxılı biçdirmək. – [Hacı Nuru:] Sən mülkədarsan, sənə lazım idi ki, əkdirəydin, biçdirəydin, dövlət qazanaydın. M.F.Axundzadə. biçənəcək bax biçənək. İlxı dağdan, düzdən keçib gəldi, ballıcalı Qara xanın bıçənəcəyinə doldu. “Koroğlu”. biçənək is. Biçiləcək yer, otlaq, çəmənlik. Nəbi biçənəyin içində oturub, atını otarırdı. “Qaçaq Nəbi”. Taxıl zəmiləri arasındakı biçənəklər yenicə toxunmuş əlvan xalılar kimi yerə sərilmişdi. M.Hüseyn. Daşlıq yolun kənarında ot-ələf elə ucalmışdı ki, deyərdin buralar xüsusi biçənək yeridir. Mir Cəlal. biçici xüs.\n1. is. Paltar və s. biçən usta (dərzi).\n2. sif. Paltar biçməklə məşğul olan. [Tikiş fabrikinin] biçici sexində iki pres qoyulmuşdur. (Qəzetlərdən). biçilmə “Biçilmək”dən f.is. biçilmək “Biçmək”dən məch. Paltar biçilmişdir. biçilmiş “Biçilmək”dən f.sif. Biçilmiş paltar. Biçilmiş taxıl. Əsən asta külək biçilmiş otların qoxusunu kəndə doldurdu. İ.Şıxlı. biçim is.\n1. Biçilmək tərzi; paltarın forması, fasonu, ülgüsü. Bu biçimdə paltar görməmişəm. Onun paltosunun biçimi çox gözəldir. – [Kor kişinin] əlbəsəsinin tərzi, biçimi avamlığını .. andırırdı. S.Hüseyn. // Şəkil, qayda, üsul, forma. Qəhrəman kağızı əlində müxtəlif biçimdə qatlayaraq, o tərəf-bu tərəfini hamarladı. Ə.Vəliyev.\n2. Ölçü, böyüklük. Küçələrdəki iki cərgə söyüd ağacları bir biçim və bir ölçüdə idi. M.S.Ordubadi. Mən bütün uşaqlara bir biçimdə .. olan konserv qutularına yanaşan kimi yanaşmamışam. Mir Cəlal.\n3. Bədən, boy-buxun, qədd-qamət mənasında. İnsanın biçimi. – [Bədircahan:] Züleyxa xanım təəccüb edir, sizin məlahətinizə, şücaətinizə, .. deyir, bu biçimdə mən ömrümdə adam görməmişəm. N.Vəzirov. biçimli sif. Biçimi düzgün, quruluşu düzgün; tənasüblü, yaraşıqlı, qəşəng, sərrast, təndürüst. Biçimli adam. – [Mahrunun] nazik və biçimli dodaqları iyul günəşindən solan qızılgülün yarpağı qədər küskün idi. M.S.Ordubadi. biçimsiz sif.\n1. Bədən quruluşu, görünüşü pis; bədəni qeyri-mütənasib, eybəcər, yöndəmsiz. Biçimsiz adam. Biçimsiz bədən. – Qısaboylu, biçimsiz bir adam sol ayağını çəkə-çəkə içəri girdi. A.Şaiq.\n2. Pis biçilmiş, pis tikilmiş, yaraşıqsız, səliqəsiz, tənasübsüz. Biçimsiz paltar. – Şəkildə görünən zatın .. əynindəki gen və biçimsiz şalvar, onun ayağındakı qıvraq çarıq qızın diqqətini özünə cəlb etmişdi. M.S.Ordubadi.\n3. Ümumiyyətlə, pis, çirkin, kobud mənasında. [Jenya:] Biçimsiz və tez-tez dəyişib, başqa rəng alan düşüncələr səni tez-tez o tərəf-bu tərəfə çırparaq yormaqdadır. M.S.Ordubadi. Vaxtı ilə musiqidə formalizm tərəfdarları da melodiyanı nizamsız və biçimsiz kobud səslər yığını ilə əvəz etmişdilər. Ə.Bədəlbəyli. biçimsizləşdirilmək məch. Biçimsiz, yaraşıqsız hala salınmaq; çirkinləşdirilmək. biçimsizləşdirmə “Biçimsizləşdirmək”dən f.is. biçimsizləşdirmək f. Biçimsiz, yaraşıqsız hala salmaq, çirkinləşdirmək. biçimsizlik is. Biçimsiz şeyin halı, çirkinlik, yaraşıqsızlıq, tənasübsüzlük, səliqəsizlik. biçin is. Otu, taxılı oraqla, maşınla və s. ilə biçmək işi. Biçin vaxtı. Biçin maşını. Kolxozçular biçinə hazırlaşırlar. – Biçinə çin gərəkdir, xırmana vəl. S.Ə.Şirvani. Biçin vaxtı yetişdi. [Nadir] taxılını hamıdan qabaq biçdi, döydü, təmizlədi. B.Talıblı. biçinçi is. Biçin işi ilə məşğul olan adam, ot, ya taxıl biçən adam. Əlində dəryaz ot biçər mayıs ayı biçinçilər. A.Səhhət. Sütül sünbüllər ağır başlarını əyib, sanki biçinçini gözləyirlər. Mir Cəlal. Sahibkarlarla biçinçilər arasında sövdələşmə başlanardı. İ.Şıxlı. biçinçilik is. Biçinçinin işi, sənəti, peşəsi. [Kəndli:] Sizin şərbaflar da biçinçilik bilsəydilər, nə yaxşı olardı... Ə.Əbülhəsən. biçiz sif. [fars.] Yoxsul, kasıb, fağır, heç bir şeyi olmayan. Sonra [şah] üzün hərəmlərə tutub xitab elədi: – Mən əfradi-nasdən bir fağır və biçiz kimsənəyəm. M.F.Axundzadə. biçizlik is. Yoxsulluq, kasıblıq, fağırlıq. biçmə “Biçmək”dən f.is. biçmək f.\n1. Taxılı, otu oraq, dəryaz, maşın və s. ilə kəsmək. Taxılı biçmək. Otu biçmək. Tarlanı biçmək. – Biz məgər bilmirik taxıl biçmək. S.Ə.Şirvani. // məc. Götürmək, əldə etmək mənasında. Nə əkərsən, onu biçərsən. (Məsəl). Çün hər nə kim əkərsən, anı biçərsən, axır. Nəsimi.\n2. Parçadan boya, bədənə görə paltar və s. kəsmək. Şalvar biçmək. Palto biçmək. // Ümumiyyətlə, kəsmək. Sıxır bədənimi bu kor fələyin; Əynimə biçdiyi don aşkaraşkar. B.Vahabzadə.\n3. məc. Qırxmaq. Sübhanverdizadə üzünü kəsə-kəsə, dəryazla ot biçən kimi, tüklərini bir növ ala-yarımçıq biçib qurtardı. S.Rəhimov.\n4. məc. Kütləvi surətdə qırmaq, öldürmək, məhv etmək (bəzən “biçib-tökmək” şəklində işlənir). [Həmzət:] İldırımmisal qılıncı ilə düşmənləri biçib-tökür. M.Hüseyn.\n5. Bəzi sözlərə qoşularaq, ifadələr düzəldilir; məs.: boğazını biçmək, divan biçmək və s. bidad [fars.]\n1. Zülm, əzab, əziyyət. • Bidad etmək (eləmək) – zülm etmək. Xublar kim bu qədər könlümə bidad eylər; Bir usanmaz çəkə əl, dil dögümüş, ahən imiş. S.Ə.Şirvani. Onu rahat öldürmüşdür Bəypolad; Sinəmə dağ çəkmiş, eyləmiş bidad. A.Səhhət. ..[Ağabala] danışırdı ki, qolçomaq tayfası kənddə bidad eləyir. S.Rəhimov. Dad-bidad – bax dad.\n2. məc. Amansız, rəhmsiz. Cismi-zarım tiği-bidadından oldu çak-çak. Füzuli. bidamaq sif. və zərf [fars. bi... və ər. dimaq] Kefsiz, naçar; kefi, əhvalı pozğun. Eybdir bir-birini həcv edə ərbabi-kəmal; Bidamaq olma sözümdən, sənə qurban, Yusif! S.Ə.Şirvani. Yolu bir xeyli zaman bidamaq getdim. C.Məmmədquluzadə. bidanə sif. [fars.] Tumsuz, toxumsuz, dənsiz. Bidanə üzüm. Bidanə kişmiş. bidar sif. [fars.] klas.\n1. köhn. şair. Oyaq, ayılmış (yuxudan), yuxusuz. Eyləyibsən məni eşqə giriftar; Gündüzüm biqərar, gecələr bidar. M.P.Vaqif. • Bidar etmək (qılmaq) – ayıltmaq, oyatmaq. Əcəl xabından, əfqanlar çəkib, Məcnunu bidar et! Füzuli. Səba, gəl seyri-gülzar et! Gülü reyhanı bidar et! M.V.Vidadi. Bidar edin amandır o zülfisiyahımı; Zülm ilə etməsin günümü tar, yatmasın. S.Ə.Şirvani. Amma and verirəm səni o körpə uşaqların canına, yorğanı çək başına yat, dəxi məni şirin yuxudan bidar etmə!.. C.Məmmədquluzadə. Bidar olmaq – oyaq olmaq, oyaq qalmaq, yatmamaq. Kəvakib seyrini şəb ta səhər bidar olandan sor. Füzuli. // Ayılmaq, oyanmaq. Seyyidi zar görüb vəslini bidar olmuş. S.Ə.Şirvani. Hər kəs oxuyub elmlə bidar olacaqdır. M.Ə.Sabir. Çöllər yuxudan olunca bidar; Min rəng çiçəklə doldu gülzar. A.Şaiq. bidayət is. [ər.] köhn. Əvvəl, başlanğıc, ibtida. Yəni necə ki, məkanın bidayət və nihayəti yoxdur, zaman dəxi biibtida və intihadır. M.F.Axundzadə. bideh is. [fars.] köhn. Vergi. [Fərhad:] Rəiyyət borcludur .. qazandığının yarısını bidehə verə, qalanını da mənə. Ə.Haqverdiyev. bidəlil sif. [fars. bi... və ər. dəlil] bax dəlilsiz. bidəmaq bax bidamaq. Səni görcək özün soxar içəri; Tünd olub, qapını bidəmaq çəkər. Q.Zakir. bidərd [fars.]\n1. Bax dərdsiz. Böylə kim ol dilrüba bidərddir, mən dərdmənd. Füzuli. Gər rəfiqin ola bidərd, davasız dərddir; Əhli-dildən gələ, min zəxm o bir dərd olmaz. M.V.Vidadi. Çün sübh çayın içdi kişi, çıxdı kənarə; Bidərdü qəm oldun. M.Ə.Sabir.\n2. İs. mənasında. Bidərdlərdə dərd görüb çarə eylədim. S.Ə.Şirvani. bidərman [fars.] bax bidəva. Birdən sual edən dərdi-bidərman; Əhvalını pərişanə yetirrəm. Aşıq Pəri. bidət is. [ər.] Hamı tərəfindən qədimdən bəri qəbul edilmiş qayda və adətə, yaxud dinə zidd olan şey, keyfiyyət. Aləmə adət oldu, sənə bidət. (Ata. sözü). Döndərib “a-ba”yə “əlif-bey”ləri; Bidətə bax! “ya” oxudur “yey”ləri. M.Ə.Sabir. Təriqətlər və bidətlərin İrandan, İraqdan və Orta Asiyadan Azərbaycana gətirildiyi şübhəsizdir. M.S.Ordubadi. bidəva sif. [fars. bi... və ər. dəva] Davasız, dərmansız, əlacsız, sağalmaz. bidin [fars. bi... və ər. din] bax dinsiz. [Ağa Mərdan:] Bəli, indi məlum oldu ki, siz niyə belə danışırsınız, çünki o .. bidinin ağzı sizə dəyibdir. M.F.Axundzadə. İndi adamlar deyəsən cindilər; Cin nədi, şeytan kimi bidindilər. M.Ə.Sabir. bidinlik is. Dinsizlik, heç bir dinə inanmama. bidmişk [fars.] bax bədmüşk. bielm sif. [fars. bi... və ər. elm] Elmsiz, biliksiz. bietibar sif. [fars. bi... və ər. etibar] Etibarsız. Bietibar adam. – [Rüstəm bəy:] Məhərrəm, sənin axırın niyə belə bietibar oldu? N.Vəzirov. Elmsiz şeir əsası yox divar kimi olur və əsassız divar qayətdə bietibar olur. F.Köçərli. bietibarlıq is. Etibarsızlıq; etibara layiq olmama. Qələmin belə aciz və bietibarlığını görəndə rəssamlara əl ataq! C.Cabbarlı. bietina zərf [fars. bi.. və ər. etina] Etinasız. Şah Abbası kənar qoyub, qırx il sərasər onun saffaklığına və cabbarlığına bietina nazir oldular? M.F.Axundzadə. bieyb sif. [fars.] Eyibsiz, nöqsansız; qüsursuz. biədəb [fars. bi... və ər. ədəb] bax ədəbsiz. Oldu vacib eyləmək ol biədəbdən ictinab. Füzuli. biədəblik is. Ədəbsizlik, tərbiyəsizlik, yaramazlıq; ədəbsiz, nalayiq, qaba hərəkət, söz. • Biədəblik etmək – ədəbsiz (nalayiq) hərəkət etmək, ya söz söyləmək. Bir biədəblik eyləmədik biz ki vaizə; Bizdən nə sadir oldu ki, dəydi damağına? S.Ə.Şirvani. Elə ittifaq düşür ki, yolçuların bəzisi biədəblik edib üzə durur. C.Məmmədquluzadə. [Rəşid:] Bağışlayın, xanım, qulluğunuzda biədəblik elədim. Ə.Haqverdiyev. biəql [fars. bi... və ər. əql] bax ağılsız. biəlac [fars. bi... və ər. ilac] Əlacsız, çarəsiz, naçar. [Cahangir bəy:] İndi o ümidlərim də kəsilib, qalmışam naçar, biəlac. N.Vəzirov. biəlaclıq is. Əlacsızlıq, çarəsizlik. biəməl sif. [fars. bi... və ər. əməl] Dediyinə və ya deyilənə əməl etməyən; boşboğaz, bekara. • Alimi-biəməl – bax alim. biəncam sif. [fars. bi... və ər. əncam] Sonsuz; aqibətsiz, nəticəsiz, faydasız. biəndazə sif. [fars.] Əndazəsiz, ölçüsüz, biçimsiz; qaydasız. biəndazəlik is.\n1. Ölçüsüzlük, biçimsizlik; həddən artıqlıq.\n2. Nizamsızlıq, qaydasızlıq, qanunsuzluq, başlı-başınalıq. Ənva-ənva biəndazəlik və şərarət əmələ gətirdilər. M.F.Axundzadə. biəsil sif. [fars. bi... və ər. əsil] Əsilsiz, əsli-nəcabəti olmayan, alçaq. bifaidə [fars. bi... və ər. faidə] bax bifayda. Bihudə deyil bu karxanə; Bifaidə gərdişi-zəmanə. Füzuli. bifayda sif. Faydasız. [Fərhad:] Bifayda olmaqdan isə, ölüb bir dəfə qurtarmaq məsləhətdir. Ə.Haqverdiyev. bifər sif. [fars.] Fərsiz, fərasətsiz, bacarıqsız, bikara. bifştyks [ing.] aşp. Mal ətindən hazırlanan qızartma. [Əhməd:] – İstərsən mənə bifşteks gətir, – deyə Əşrəfə baxdı. A.Şaiq. bigah sif. [fars.] Vaxtsız, gec, axşamçağı. biganə sif. [fars.] Yad, yabançı, özgə, tanış olmayan. Biganə adam. – Bu tədbir ilə mülki-İran tayfeyi-biganənin hücumundan məhfuz qaldı. M.F.Axundzadə. // İs. mənasında. Derlər səni eşqə mübtəlasan; Biganələr ilə aşinasan. Füzuli. Nə baxırsan oğrun-oğrun; Mənə biganələr kimi. Xəstə Qasım. Biganələrlə çünki olub aşina o gül; Ey kaş, olmayaydım əzəldən mən aşina. S.Ə.Şirvani. Biganəsən, olmaz məni görmək sənə qismət! A.Səhhət. // Zərf mənasında. Bir zaman, doğrudan da, xəyali bir məhəbbətlə sevdiyi qızın iztirab və göz yaşlarına qarşı Səlimi biganə və laqeyd baxa bilməzdi. M.İbrahimov. Direktor burada heç bir səhv görmədiyindən, sədrin baxışlarını da çox biganə qarşıladı. M.Hüseyn. Odunçuoğlu məclisi görməyirmiş kimi, biganə bir halda qapı ağzında dayandı... Ə.Məmmədxanlı. biganələnmək f. Biganə olmaq, yad olmaq, yadlaşmaq. Salıbdır meylini yarım kuyinə; Əqlü huşum məndən biganələnmiş. M.V.Vidadi. biganəlik is. Yadlıq, yabançılıq. Şahım, nəzər et məni-gədayə; Biganəlik etmə aşinayə! Füzuli. Xalqla dövlət arasında ədavətin, biganəliyin əsil səbəbi ruhanilərdir. M.F.Axundzadə. [Ulduz] ürəkləri ilə dodaqları arasında daima bir ayrılıq, bir biganəlik olanların duyduqlarını yaşamaqdadır. Ə.Məmmədxanlı. bigar [fars.] bax biyar. bigəran sif. [fars.] klas. Sonsuz, intəhasız, hüdudsuz. Zakir, usanmadın o qədər eşqdən ki, ta; Candan usandırdı sitəmibigəran məni. Q.Zakir. bigüman zərf [fars.]\n1. Şübhəsiz, şəksiz, yəqin, doğru. Ayılsa atam məstlikdən haman; Məni tapmağa hökm edər bigüman. M.Ə.Sabir.\n2. Birinci mənanın əksinə: şübhəli, yəqin olmayan, gümanı heç yerə getməyən. Mən bu işdən bigümanam. bigünah [fars.] bax günahsız. Məbada məni öldürə bigünah; Gətirdim bu xəlvət məkanə pənah! M.Ə.Sabir. [Güldəstə:] Bisəbəb, bigünah bir uşağın anasını at bayıra, axır nainsaf işdir... N.Vəzirov. Əslində onun [Nəcəfəlinin] heç bir günahı yox idi, o elə büsbütün və bigünah getdi!.. S.Rəhimov. bihal zərf və sif. [fars. bi... və ər. hal]\n1. Halsız, taqətsiz, yorulmuş, əldən düşmüş; üzgün, zəif. Bihal yıxılmaq. – Sübh vaxtında bir qoca çaqqal; Aclıq etmişdi çox onu bihal. S.Ə.Şirvani. Kərbəlayı Qulaməli, hacının bu sözlərini eşidəndə, uca sövtlə hönkürüb, bihal dizi üstə çökdü. Ə.Haqverdiyev. Əjdər bihal uzanmalı oldu.. S.Rəhman.\n2. Özündən getmiş, ürəyi keçmiş, bayğın. • Bihal olmaq – özündən getmək, bayılmaq. [Kəblə Fatma:] Nazlını bir fənd ilə dilə tutdum, amma, vallah, o qədər ağlayıb ki, az qalıb ki, bihal olsun. C.Məmmədquluzadə. [Əbdül:] Sara xanımın halı fənalaşır, bihal olub, tez həkim lazımdır. C.Cabbarlı. bihalət [fars. bi... və ər. halət] köhn. bax bihal. [İrakli] .. bihalət yıxılır səndəlin üstünə. Ə.Haqverdiyev. bihallıq is. Zəiflik, taqətsizlik; yorğunluq, üzgünlük. Mana bu zəfü bihallıq, sağınma, pirlikdəndir; Gözün fikri məni yorğun salıb ahu qovanlar tək. Q.Zakir. bihesab sif. [fars. bi... və ər. hesab]\n1. Haqsız.\n2. Saysız-hesabsız, olduqca çox.\n3. məc. Hesab bilməyən, anlamaz. bihesablıq is. köhn. Haqsızlıq. Danışma heç bihesablıqdan; Yaxşı olur doğrudüzün axırı. Aşıq Pəri. bihədd sif. [fars. bi... və ər. hədd] Hədsiz. Füzulidən səbatü səbrü cövrü qəhr az istə; Kim, ol biçarəyi dərdü qəmin bihədd zəbun etdi. Füzuli. [Səriyyə:] Nə çarə edəsən? Sən bir tək, amma bu zalimlər bihədd. C.Cabbarlı. bihəya sif. və is. [fars. bi... və ər. həya] Həyasız, utanmaz. [Səkinə xanım:] Gülsəba, heç bilirsən ki, mənim bu bihəya qardaşım arvadı başıma nə iş gətiribdir? M.F.Axundzadə. // Söyüş yerində. [Nurcahan:] Axırda təqsirli kim oldu, a bihəya? N.Vəzirov. [Nəcəf bəy:] A bihəya, heç utanmayırsan? Ə.Haqverdiyev. bihəyalıq is. Həyasızlıq, utanmazlıq. Bihəyalıq etmək. bihiss zərf [fars. bi... və ər. hiss] Hissiz. Bihiss halda uzanmaq. – Biçarə kişi bircə onu bildi ki, gücü gəldikcə “Vay dədə, vay!” – deyib, bihiss yerə yıxıldı. Çəmənzəminli. bihörmət sif. və zərf [fars. bi... və ər. hürmət] Hörmətsiz. [Səadət xanım:] Bağışlayın, əgər məndən bihörmət iş baş vermişsə, üzr istəyirəm... Mir Cəlal. • Bihörmət etmək – hörmətdən salmaq, biabır etmək, alçaltmaq. [Bədircahan bəyim:] A kişi, .. bunların təqsiri nə idi ki, sən bihörmət elədin? N.Vəzirov. Bihörmət olmaq – hörmətdən düşmək, biabır olmaq. ..Hər kim Əlyarovun bir sözünü iki eləməyə cəsarət eləsə, .. ən yüngül cəzası bihörmət olub, işdən qovulmaqdır. M.Hüseyn. bihörmətçilik dan. bax bihörmətlik. Burada nə kötək lazımdır, nə bihörmətçilik, nə də qeyri bir bəhanə. C.Məmmədquluzadə. bihörmətlik is. Hörmətsizlik. Baba üzrxahlıq etdi: – Xanım, başına dönüm, bihörmətlik olar, xəcalət çəkərəm, – dedi. Çəmənzəminli. Məsum kişi .. ömrünün bu çağlarında .. gördüyü bihörmətliyi, eşitdiyi nalayiq sözləri düşündü. Mir Cəlal. bihudə sif. və zərf [fars.] Boş-boşuna, əbəs, nəticəsiz, mənasız, faydasız. Bihudə iş. Bihudə danışıq. Bihudə zəhmət. Bihudə yerə. – Vəfa yoxdur, Vidadi xəstə, əsla nəsliinsanda; Vəli bihudə bir sözdür, deyirlər laf arasında. M.V.Vidadi. Buna bax, gör necə yatmış burada asudə; Yazmayır, işləməyir, vaxtı itir bihudə. A.Səhhət. [Kərim kişi:] Saqqalımın bu ağ vaxtında tüfəngi bihudə yerə çiynimə salmamışam. M.İbrahimov. bihuş sif. [fars.]\n1. Özündən getmiş, bayğın. Sevil bihuş halda yatırdı. Ə.Sadıq. • Bihuş olmaq – özündən getmək, bayılmaq. [Şahın] haman saat rəngi qaçıb guya ki, bihuş oldu. M.F.Axundzadə. ..Bilmədim hansı tərəfdən elə bir xırıltı səsi gəldi ki, mən az qaldım bihuş olam. C.Məmmədquluzadə. Huşa getmiş uşaq xəyal içrə; Kəsrətiqüssədən olub bihuş. C.Cabbarlı.\n2. Huşsuz, yaddaşsız, hafizəsiz; fikri dağınıq. Bihuş adam.\n3. məc. Məst, heyran, valeh. • Bihuş olmaq – məst olmaq, heyran olmaq, valeh olmaq. Eşitdim ol qarə göz dilbərim sağərpərəst olmuş; Mey içmiş, məclisi-əğyardə bihuşü məst olmuş. S.Ə.Şirvani. Yumşaq otların, əlvan çiçəklərin, dağ nanələrinin gözəl qoxusundan insan bihuş olurdu. A.Şaiq. bihuşanə zərf [fars.] Özündən getmiş kimi, bayğın halda. Şair bu sözləri vəcd . . halında söyləyərək, bihuşanə yıxılıb, hərəkətsiz qaldı. A.Səhhət. bihuşdarı is. [fars.] Bihuş-edici (yuxuladıcı) maddə. Əyyarlar başladılar Dəmirçi oğlunun üstünə bihuşdarı səpməyə. “Koroğlu”. bihuşedici sif. Bihuş edən, məstedici. ..Bihuşedici ətir .. şirin bir yuxu gətirmişdir. İ.Əfəndiyev. bihuşluq is.\n1. Bihuş, özündən getmiş adamın halı; bayğınlıq. Kiçik Lena bihuşluğundan ayıldı, gözlərini açdı. S.S.Axundov.\n2. Huşsuzluq, yaddaşsızlıq, fikri dağınıqlıq.\n3. məc. Məstlik; heyranlıq, valehlik. bihüdud sif. [fars. bi... və ər. hüdud] Hüdudsuz, nəhayətsiz, ucsuz-bucaqsız. Dəryayi-bihüdud idi çərxi-zümürrüdin; Könlüm misalı mövczənü biqərar idi. M.Hadi. // Hədsiz, son dərəcə. İstəyir məxluq ona təzim qılsın, bihüdud; Saxlasın hər ehtiramın, söyləsin nadir vücud. C.Cabbarlı. bihünər sif. [fars.] Hünərsiz, bacarıqsız. Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi. ..Heç kafər bəndəyə düçar olmasın; Ev-eşiyi murdar, bihünər gözəl. Q.Zakir. bixəbər sif. və zərf [fars. bi... və ər. xəbər] Xəbərsiz. Mən bu işdən bixəbərəm. Əhvalatdan bixəbər olmaq. – Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil. Füzuli. Sirri-dəhanini demə naəhl zahidə; Qoy bixəbər qalıb, belə əsrari qanmasın. M.Ə.Sabir. İşdən bixəbər olan Polad Almazın axıtdığı göz yaşından mütəəssir oldu. A.Şaiq. bixətər sif. [fars. bi... və ər. xətər] Xətərsiz, qorxusuz, təhlükəsiz. biixtiyar zərf [fars. bi... və ər. ixtiyar]\n1. İxtiyarsız, qeyri-iradi, qeyri-ixtiyari (olaraq), özü istəmədən, özündən asılı olmayaraq. Biixtiyar ağlamağa başladı. – Məstanə gözlərini görüb sərxoşam müdam; Biixtiyar sakini-meyxanəyəm yenə. Kişvəri. Biixtiyar ovcumdakı dəni yerə səpərdim. Cücələr bir-birini döşləyərək səpdiyim dəni dimdiklərdi. A.Şaiq. [Məryəmin] gözləri axdı, başı çiyninə əyildi və iki əli də biixtiyar düşüb sallandı. B.Talıblı.\n2. Hüquqsuz, ixtiyarsız, əlində ixtiyarı olmayan. İmama ixtiyarın vermə, hərgiz uyma, təkbirə; Özün, kim faili-muxtarsən, biixtiyar olma. S.Ə.Şirvani. biikrah zərf [fars. bi... və ər. ikrah] köhn. İkrahsız, nifrətsiz, çiyrənmədən. Baxan, baxmaq gərək qabaq-qabağa; Göz ucilə baxan biikrah baxar. M.P.Vaqif. biiqrar sif. [fars. bi... və ər. iqrar] İqrarsız, sözünün üstündə durmayan, verdiyi sözdən dönən, dönük. Bivəfasan, səndən üz döndərmişəm; Yalançıya, biiqrara baxmaram. M.P.Vaqif. biiman [fars. bi... və ər. iman] bax imansız. [Çiçək xanım:] Mən bu xarabaya belə qız vermişdim? Bir dəri qalıb, bir sümük, a biiman! N.Vəzirov. biinsaf [fars. bi... və ər. insaf] bax insafsız. Biinsaf adam. – [Hacı Saleh:] Neçə dəfə səni dar gündən qurtarmamışam, a biinsaf kişi! S.S.Axundov. biinsaflıq bax insafsızlıq. biintiha sif. [fars. bi... və ər. intiha] İntəhasız, sonsuz; son dərəcə, lap çox. [Muzdur] xüsusilə düşdüyü bəladan .. xilas olub, divan xatirəsindən qurtulmasına biintiha şakir idi. S.M.Qənizadə. biizn [fars. bi... və ər. izn] bax izinsiz. [Xan:] Onun nə həddi var məndən biizn mənim arvadımın otağına girsin. Ə.Haqverdiyev. bikam sif. [fars.] Kamına çatmamış, arzusuna nail olmamış, muradına çatmamış, istədiyinə qovuşmamış, nakam. bikar sif. və zərf [fars.]\n1. İşsiz, peşəsiz, məşğuliyyətsiz. Bikar adam. Bu gün bikaram. Bikar gəzmək. Bikar olanda bizə gəl. – [Əşrəf bəy:] Mənim işim belə düşübdür ki, bir dəqiqə bikar otura bilməyirəm.. N.Vəzirov. [Hüseyn:] Əgər bu cür boş sözün varsa, bikar vaxtında gəl, sən danış, mən də yazım, səhnədə lazım olar. S.Rəhman. [Şamamanın anası:] Heç belə vaxtlarda da evdə bikar oturmaq olarmı? İ.Əfəndiyev.\n2. məc. Əkilməmiş, toxum atılmamış, ağac əkilməmiş, boş (yer). bikara [fars. bikarə]\n1. sif. dan. Gərəksiz, vecsiz, lazımsız, yararsız, faydasız, pis. Bikara adam. Bikara şey. – Mirzə Həbib cavab verdi ki, xalqın təzə padşahdan zəhləsi gedir. Onu süstrəy və bikara bilirlər. M.F.Axundzadə.\n2. zərf Avara, səfil, sərgərdan. Bikara gəzmək. Bikara dolanmaq. – İllər, aylar gəzirəm boş-boşuna, bikarə; Laübali yaşayış etdi məni avarə. A.Səhhət. bikaralaşmaq f. dan. Gərəksiz, lazımsız, yaramaz bir hala düşmək; xarablaşmaq, pisləşmək, vecsizləşmək. bikarçılıq is. bax bikarlıq. Oxucularımızdan iltimas edirəm ki, “İrşad”ın 79-cu nömrəsində Əhməd bəy(in) bikarçılıqdan yazdığı altı sütunlu baş məqaləyə diqqət etsinlər. C.Məmmədquluzadə. bikarlaşma “Bikarlaşmaq”dan f.is. bikarlaşmaq f. Bikar qalmaq, işsiz qalmaq, heç bir işlə məşğul olmamaq. bikarlıq is. İşsizlik, avaralıq, işsiz gəzmə. İttifaqən bazar sənaətlərində rəvac olmayıb, qayət bikarlıqdan [adamlar] ac və möhtac qaldılar. “Tutinamə”. Bu büxlü, bu həsəd, bu göftgü bikarlıqdandır. S.Ə.Şirvani. bikef sif. və zərf [fars. bi... və ər. keyf]\n1. Kefsiz, bir qədər xəstə. • Bikef olmaq – kefsiz olmaq, bir qədər xəstə olmaq.\n2. Qəmli, kədərli, qüssəli, pərt, məyus. [Bədəl:] Yoldaşlar, daha bundan sonra məni bikef görməzsiniz. Ə.Haqverdiyev. • Bikef olmaq – kefi yerində olmamaq, kədərlənmək, məyus olmaq. Bikef olmaq gözəllərə yaraşmaz. M.P.Vaqif. Köç yola düşdü. Nurəddin Bahardan ayrılmasına görə bir qədər bikef oldu. S.S.Axundov. bikefləmək f. məh. Əhvalı pozulmaq, pərt olmaq, məyus olmaq. Ayna bikefləyib cəld aradan çıxdı. S.Rəhimov. Anasının nə kimi işgəncəli həyat keçirdiyini eşidən Gülüş də bikefləmişdi. Ə.Vəliyev. bikeflik is. Kefsizlik, əhvalı dəyişmə, pozulma. // Qəmlilik, qüssəlilik, kədərlilik, məyusluq. bikəs sif. və is. [fars.] Kimsəsiz, adamsız; heç bir adamı, qohumu olmayan. Qəriblikdə bikəslərin halını; Fikr elərəm, gözüm dolar qan ilə. M.V.Vidadi. Qıldı o bikəsin gözünü əşkbar eşq. S.Ə.Şirvani. bikəslik is. Kimsəsizlik, adamsızlıq; heç bir adamı, qohumu olmayan adamın halı. Yetdi bikəsliyim ol qayətə kim, çevrəmdə; Kimsə yox cizginə girdabi-bəladən qeyri. Füzuli. Bikəsliyimə, həsrəti-besyarıma rəhm et! Heyran xanım. Dadimə yetə ruzi-bəla hiç kəsim yox; Bikəsliyim axır özümə dadrəs etdim. S.Ə.Şirvani. bikr [ər.] bax bakir(ə). biqal sif. [fars. bi.. və ər. qal] köhn. Sakit, səs-küy salmayan. Mən Hacı Abtalıbdan, külfətindən bir pislik görməmişəm və eşitməmişəm, biqal adamdırlar. H.Sarabski. biqeyd [fars. bi... və ər. qeyd] bax qeydsiz. Balaca uşaqlar gülər sifətləri ilə biqeyd, bağın xiyabanlarında qışqırtı ilə yüyürüşürlər. Ə.Haqverdiyev. biqeyrət [fars. bi... və ər. qeyrət] bax qeyrətsiz (bəzən söyüş yerində işlənir). [Nurəddin ağa:] Bircə mənə de görüm, .. sizin qızlarınız bir naməşru iş görsə, onda kimdir müqəssir? Biqeyrət, binamus həşərat kimdir? N.Vəzirov. [Arvadı Mahmuda:] Sən bacının yerinə mənimi (ərə) verirsən, ay biqeyrət? B.Talıblı. biqeyrətlik bax qeyrətsizlik. biqədr sif. [fars. bi... və ər. qədr] klas. Dəyərsiz, qədir-qiyməti olmayan, qiymətsiz, gözdən düşmüş, hörmətdən düşmüş. Sərdən gedəli sayəsi ol sərvi-rəvanın; Biqədr oluban həmrəhü həmsayə dağılmış. Q.Zakir. biqəm [fars. bi... və ər. ğəm] bax qəmsiz. Layiq deyil sənə nakəsi-biqəm; Adam gərək ola adama həmdəm. M.P.Vaqif. biqərar [fars. bi... və ər. qərar] bax qərarsız. İntizarəm vədeyi-vəslin yolunda hər zaman; Hər zəman divanə tək dağlarə düşdüm biqərar. Xətayi. Könül dünyada yar istər; Olubdur biqərar, istər. M.V.Vidadi. Tez gətir xəbər, qoyma intizar; Etmə çox məni zarü biqərar. Nəbati. Cırcırama yaz, bahar, nəğmə oxur biqərar. A.Səhhət. biqərəz [fars. bi... və ər. qərəz] bax qərəzsiz. [Sərbaz:] Hətta biz ondan [Hacı Qafurdan] bir cüzi xərclik istədik, dedi ki, şahid gərək biqərəz ola. M.F.Axundzadə. Giryeyi-zarım vüsalınçın deyil şamü səhər; Biqərəz sövdayi-eşqində bir adətdir mana. Q.Zakir. biqərəzlik bax qərəzsizlik. biqudi is. [fr.] Saçın qıvrıldılması üçün istifadə olunan metal və ya plastik borucuqlar. biqüsur [fars. bi... və ər. qüsur]\n1. Bax qüsursuz.\n2. Şübhəsiz (olaraq), yəqin. Bu gələn cümə biqüsurü güman; Sizə inzal eylərəm baran. S.Ə.Şirvani. bilaaram [ər. bila... və fars. aram] bax aramsız. Bilaaram yağış yağır. Bilaaram danışır, yorulmaq bilmir. – ..Rza bütün günü bilaaram gah körük basar, gah dəmir döyərdi. M.İbrahimov. Kəpənəklər alabəzək qanadlarını bilaaram titrədərək, nəşə ilə uçurdular. İ.Əfəndiyev. bilafərq zərf [ər.] köhn. Fərq etmədən, fərq qoymadan, seçmədən; başdanbaşa, ucdantutma. [Müharibə] yaxşı və yaman otların hamısını bilafərq biçib məhv edir. M.S.Ordubadi. bilaixtiyar [ər.] bax biixtiyar. Mahmud bilaixtiyar sobanın qabağında çömbəldi. Ə.Əbülhəsən. Səttar bu sözləri o qədər ciddiyyətlə dedi ki, kürd bilaixtiyar onun üzünə baxdı. P.Makulu. bilaistisna zərf [ər.] İstisnasız (olaraq), heç kəsi, heç şeyi aradan çıxmayaraq, hamı (hamısı) daxil olmaq üzrə. Bilaistisna hamı iclasa gəlməlidir. – Mirzə Fətəli feodalizm quruluşuna və onun bilaistisna bütün əxlaqi, mənəvi qanunlarına qarşı çıxır. M.İbrahimov. bilaməmaniət zərf [ər.] köhn. Arada heç bir maneə olmadan; maneəsiz, əngəlsiz; asanlıqla. – Bu gündən qohumlar bilaməmaniət bir-birinin evinə gedib-gəlməyə başladılar. Ə.Haqverdiyev. bilatəxir zərf [ər.] Təxirsiz (olaraq), gecikmədən, yubanmadan, təcili, tez. [Əşrəf bəy:] Təvəqqe eləyirəm bilatəxir təşrif aparasız. N.Vəzirov. ..Ta hökm sənə çatan tək, bilatəxir qoşunu mənə yetirəsən.. Ə.Haqverdiyev. Ruznamə bilatəxir bu adamların edam olunmasını tələb edir. M.İbrahimov. bilatəşbeh zərf [ər.] köhn. Bənzədilməsi arzu olunmayan, yaxud günah sayılan şey haqqında deyilir. [Hacı:] Fağır-füqəraya əl tutmuşam, elə biri də bilatəşbeh, lap olsun sənin qızın!.. Mir Cəlal. bilavasitə zərf [ər.] Vasitəsiz olaraq, arada heç bir vasitə olmadan; arada heç bir şey (şəxs) iştirak etmədən; birbaşa. Bilavasitə mərkəzi idarələrə müraciət etmək. Bilavasitə rəhbərlik etmək. Məktubu bilavasitə sahibinə vermək. O, bilavasitə qonşuluğumda yaşayır. – Lakin bilavasitə [Əhmədin] işə girişməyə maddi vəsaiti müsaidə verməyirdi. B.Talıblı. bilayiq [fars. bi... və ər. layiq] bax ləyaqətsiz. [Zaman:] Mən heç vədə Qədimə bilayiq oğlan demərəm. Ə.Haqverdiyev. bilcümlə zərf [ər.] köhn. bax bilümum. Bir gün gələ bidar ola bilcümlə cəmaət; Təzviri-ibadətdən edə fərq bu millət. M.Ə.Sabir. bildaparat is. [alm.] Teleqraf (fotoelektrik) vasitəsilə şəkil, əlyazmasını və s.ni uzaqlara vermək üçün aparat. bildir zərf Keçən il, ötən il, əvvəlki il. Bildir havalar çox quraqlıq keçdi. Bildir harada istirahət etmişdin? – Bildir ölüb babası, indi deyir “babam vay”! (Ata. sözü). Mən ləqəb sözünü bildirə kimi bilməzdim. C.Məmmədquluzadə. ..İnstitutu bildir qurtarmış Qorxmaz .. cəbhədən yeni qayıtmış Mədədə fəxrlə baxıb deyirdi... Ə.Vəliyev. bildirçin is. Quşların toyuqkimilər dəstəsindən olan, taxıllıqlarda yaşayan, oxuyan, əti yeyilən çöl quşu. Bildirçinin bəyliyi darı sovulanacandır. (Ata. sözü). [Süleyman bəy:] Çıxmışdım şəhərdən çölə bildirçin tutmağa.. Ə.Haqverdiyev. Bildirçinlər səhər günəş doğarkən, axşam günəş batarkən oxuyurlar. C.Cabbarlı. bildirçinbaz is. [fars.] Əyləncə üçün bildirçin saxlayan adam, quşbaz. [Süleyman bəy:] Aləm bilir ki, mən bildirçinbazam. Ə.Haqverdiyev. Mollaxanadan qovulan gündən etibarən uşaq fikrini qumarbazlıq, .. bildirçinbazlıq, itbazlıq və bu kimi işlərə verərdi. H.Sarabski. bildirilmə “Bildirilmək”dən f.is. bildirilmək məch.\n1. Məlumat verilmək, xəbər edilmək, xəbərdar edilmək. İclasın olacağı gün hamıya qabaqcadan bildirilmişdir.\n2. Anladılmaq, başa salınmaq, hiss etdirilmək. Əgər ona bildirilsəydi, belə etməzdi. bildiriş is. Elan, məlumat; xəbərdarlıq. İclas haqqında bildiriş. Bildiriş vərəqəsi. bildirki sif. Keçən ilə aid olan, keçən il olmuş, keçən ilki. Bu ilki sərçə bildirki sərçəyə cik-cik öyrədir. (Məsəl). İndi yenə bildirki vaxtdır, yenə təntənəli vədlər verilir. “Kirpi”. bildirmə “Bildirmək”dən f.is. bildirmək f.\n1. Məlum etmək, xəbər vermək, elan etmək, xəbərdar etmək. – Şerim, bu hikməti aləmə bildir; Xəyal ölənləri bəzən dirildir. M.Rahim.\n2. Anlatmaq, açıb söyləmək, başa salmaq, hiss etdirmək. Fikrini bildirmək. Adını bildirmək. O, ürəyini heç kəsə bildirən deyil. – Kərim bəy bacının qardaş haqqındakı sözündən kövrəlsə də, bildirmədi. Mir Cəlal. bilyt [fr.]\n1. Kitabça, kartoçka, vərəqə və s. şəklində olub, sahibinin partiyaya və ya hər hansı bir ictimai təşkilata mənsubiyyətini təsdiq edən sənəd. Partiya bileti. Komsomol bileti. Həmkarlar ittifaqı bileti. // Sahibinin hərbi mükəlləfiyyətli, yaxud bir məktəbə və s.-yə mənsub olduğunu təsdiq edən sənəd. Hərbi bilet. Tələbə bileti. // Ümumiyyətlə, sənəd, vəsiqə.\n2. mal. Kağız pul. Dövlət xəzinəsi bileti. Kredit bileti. Bank bileti.\n3. Bir yerə daxil olmaq, nəqliyyat vasitəsinə minmək, bir şeydən istifadə ixtiyarı verən vərəqə, kartoçka və s. Dəmiryol bileti. Tramvay bileti. Teatr bileti. Kino bileti. Bilet kassası. Heyvanxanaya bilet almaq. – [Hacı Saleh:] Axı onu bir başa salın ki, hələ biletləri satmamışıq. S.Rəhman.\n4. köhn. Pasport. İrəvanda da, deyirlər, vitse-konsulun köməkçisi biletin birinə İran rəiyyətindən düşəndə on manat alır. C.Məmmədquluzadə.\n5. İmtahanda tələbənin, şagirdin cavab verməli olduğu suallar yazılmış vərəqə. İmtahan bileti. – İmtahan... Kimi cəsarətlə çəkir bileti; Kimi qorxa-qorxa yanaşır mizə. B.Vahabzadə. biletçi is. Qatarda, tramvayda və s.-də bilet satan, yaxud biletləri yoxlayan işçi. Vaqonun biletçisi yeni sərnişinlərin bir neçəsini vaqona buraxıb yer göstər(di). T.Ş.Simurq. biletsatan is. Teatra, kinoya və s.-yə bilet satan işçi. biletsiz sif. və zərf\n1. Bileti olmayan. Biletsiz sərnişinlər cərimə olunur. Tramvayda biletsiz getmək. – O gecə binanın dörd bir tərəfi camaatla dolu idi. Biletlər saat 4-dən qurtardığına görə camaat biletsiz içəri doluşurdu. H.Sarabski.\n2. köhn. Pasportsuz. [Kərəməli:] Mən bir yol buradan Salyana biletsiz getmişdim... M.F.Axundzadə. bilə zərf köhn. məh. Birgə, birlikdə. Bilə yeyib, bilə də gəzərdik. – Bilə gəl gedəlim bu qutlu yola. (“Dastani-Əhməd Hərami”). bilə-bilə zərf Qəsdən, bildiyi halda. Bilə-bilə etmək. – Lotular bir neçə dəfə biləbilə və pullarından Rəsula uduzdular. “Aşıq Qərib”. Mən bilə-bilə qəsdən özümü cəhənnəmdə yandırmaram! M.S.Ordubadi. bilək is. Qolun dirsəkdən ələ qədər olan hissəsi. Gümüş biləklərin, bəyaz qolların; Sarı kəhrəbası, hayıf ki, yoxdur! M.P.Vaqif. [Qaraca qız] həyətə çatdıqda gördü ki, Ağca xanımın biləyindən qan axır.. S.S.Axundov. Bunu deyərək, mayor Ulduzun nazik uşaq biləklərinə baxdı. Ə.Məmmədxanlı. ‣ Biləyə dolamaq (sarımaq) – ələ salmaq, dolamaq, oynatmaq, sarımaq. biləks zərf [ər.] Əksinə, əksinə olaraq, tərsinə, tərsinə olaraq, ziddinə olaraq; tamamilə başqa cür. [Nizami:] Mən heç bir zaman həqiqəti təhrif etməmişəm, biləks, təhrifçilərin düşməni olmuşam. M.S.Ordubadi. [Mələk:] Lakin sizi ayırmaq deyil, biləks, əbədi bir eşqlə, sönməz bir məhəbbətlə qovuşdurmaq istərdim. H.Cavid. bilən sif. Anlayan, qanan, başa düşən; bilici. Qəbiristanda qulyabanı olmaz, xortdandır, – deyə başqa bir uşaq da söhbətə girişərək, bilən adamlar kimi .. izahat verdi .. B.Talıblı. // İs. mənasında. Bilənlə bilməyən tay olmaz. (Ata. sözü). [Muradlı:] Bilən, bilməyən, hamınız barmaq qaldırın. Mir Cəlal. biləndə (=biləndər) is. və sif. dan. Bilici, çoxbilən, məlumatlı (adam). biləndər (=biləndə) is. və sif. dan. Bilici, çoxbilən, məlumatlı (adam). bilərək zərf Qəsdən, bilə-bilə. Bilərək etmək. Bilərək dinməmək. bilərzik is.\n1. Qadınların yaraşıq üçün biləklərinə taxdıqları gümüş, qızıl və s.-dən qayrılmış halqa; qolbaq. Qızıl bilərziklər, mina sırğalar; Biləkdən açılar, qulaqdan çıxar. M.S.Ordubadi.\n2. xüs. Çənbər, qurşaq. Qazıma boruları, onların bilərzikləri, ağır borular “D” və “E” markalı marten poladından hazırlanır. Quliyev. bilərzikli sif.\n1. Qoluna bilərzik taxmış.\n2. xüs. Bilərziyi olan (bax bilərzik 2-ci mənada). biləsincə zərf köhn. Yanınca, özü ilə bərabər, arxasınca. Bəs Bəkir İsfəndiyarı biləsincə götürüb apardı. “Dərbəndnamə”. Çəkdi ləşkər biləsincə neçə yol qeyrət qılıb. M.V.Vidadi. biləyaqət sif. [fars. bi... və ər. liyaqət] Ləyaqətsiz, ləyaqəti olmayan. Candan qeyri yoxdur özgə nisarım; O da ki, ziyadə biləyaqətdi. Q.Zakir. biləzik bax bilərzik. biləzikli bax bilərzikli. biləzzət sif. [fars. bi... və ər. ləzzət] Ləzzətsiz, dadsız. Olmasa qabil əgər dəhr cəfa verməz ona; Təm biləzzət olanda necə dəndanə dəyər? M.V.Vidadi. bilgi bax bilik. [Məşədi Kazım ağa:] Lakin bu bilgini həyata keçirmək məsələsinə gəldikdə, necə ki mən, elə də başqaları ingilis və rus tacirlərinin qabağında bir iş görə bilmirik... M.S.Ordubadi. Şən alnında bilgi, zəka ulduzları parıldar. A.Şaiq. bilgili bax bilikli. bilgisayar bax kompyuter. bilxassə zərf [ər.] köhn. bax xüsusən. bilici sif. və is. Bilən, anlayan, dərk edən, düşünən. Bilici adam. – [Araz:] Mən bunu bilici adamlardan soruşub öyrənəcəyəm. A.Şaiq. bilicilik is. Bilici adamın hal və keyfiyyəti. Sümsünü indi mən çalır, o [Kərim baba] isə öyrədirdi və biliciliyi ilə öyünüb, məğrur baxışlarla mənə baxıb gülürdü. A.Şaiq. // Alimlik, vaqiflik, xəbərdarlıq. bilixtiyar zərf [ər.] köhn. Öz ixtiyarı ilə, öz xahişi ilə, öz iradəsi ilə. bilik is. Oxumaq və ya təcrübə nəticəsində əldə edilən məlumat; elm. Bilik insanın bəzəyidir. Onun dərin biliyi var. Biliyini artırmaq. – Tifli-məsumlar imtəhan tutdu; Başlarında bilik məkan tutdu. A.Səhhət. İndi gənclik Bakını sevir, indi Bakı onlar üçün işıq və bilik mənbəyi olmuşdur. M.Hüseyn. biliklənmə “Biliklənmək”dən f.is. biliklənmək f. Bilik əldə etmək. bilikli sif. Bilik sahibi, məlumatlı, elmli, hazırlıqlı. Bilikli adam. biliksiz sif. Biliyi olmayan, məlumatsız, elmsiz, hazırlıqsız. Biliksiz və siyasi düşüncəsi olmayan adamların silahları da qələbə qazana bilməz. M.S.Ordubadi. biliksizlik is. Məlumatsızlıq, elmsizlik, hazırlıqsızlıq. bilinmə “Bilinmək”dən f.is. bilinmək f.\n1. Məlum olmaq, aşkar olmaq, bəlli olmaq, anlaşılmaq, dərk edilmək. Böyük bir keçmişin vardır; Bilinməyir yaşın sənin. S.Vurğun.\n2. Tanınmaq. Nəqqaş bilindi nəqş içində; Ləl oldu əyan bədəxş içində. Nəsimi. bilinməz sif. Anlaşılmaz, dərkedilməz, məlum olmayan; bilinməsi mümkün olmayan; sirli. biliş is.\n1. Bilmək işi, bilmə.\n2. Bilik, mərifət. Aşinayi bilməmişsən, ey bilişdən yad olan; Mərifətdən dəm vurursan, neyləyim, biganəsən. Nəsimi.\n3. köhn. Dost, yaxın, tanış. Yad olmişəm yenə bu gün biliş ilə, nedəyin. Q.Bürhanəddin. Ey bilişim, məndən axır olma yad. Yusif Məddah. bilittifaq zərf [ər.] köhn. İttifaq ilə, birgə, bir yerdə. bilkülliyyə zərf [ər.] köhn. Tamamilə, büsbütün, bütünlüklə. [Şölə xanım:] Əlbəttə, gərəkdir vəzir bu işləri bilməyə, yoxsa xana bildirər, iş bilkülliyyə pozular. M.F.Axundzadə. billah [ər.] köhn. Allaha and olsun (and). Yar cövr etməz mana, əğyar təlim etmədən; Billah, əğyar eyləyən ehsanı yar etməz mana. Füzuli. Riyai xəlqdir, billah, namaz əhlinə yar olma. S.Ə.Şirvani. Xərcin tükənib kəsilmir ardı; Billah, dəxi pullarım qutardı. M.Ə.Sabir. billə is. məh. Uşaqlara verilən hər cür şirniyyat, meyvə və s. dadlı şeylər. billion [fr.] Rus, fransız və Amerika hesab sistemində min milyona (bir milyarda), yaxud alman və ingilis sistemlərində bir milyon milyona (min milyarda) bərabər olan say. bilmə “Bilmək”dən f.is. bilmədən zərf\n1. Bilmədiyi halda, bilməyə-bilməyə. Bilmədən danışma.\n2. Bax bilməyərək. bilmək f.\n1. Bir şey haqqında məlumatı olmaq, xəbərdar olmaq, vaqif olmaq. Mən bunu çoxdan bilirdim. Bu xüsusda mən heç bir şey bilmirəm. Bilirsənsə, gəl söylə. Mən sənin fikrini bilmək istərdim. – Ey dil, amandı, sirrini biganə bilməsin. M.Ə.Sabir. Qoy həqiqəti bilməyənlər bilsinlər. Ə.Haqverdiyev. // Hər hansı bir sahədə xüsusi biliyi, səriştəsi olmaq, yaxşı bələd olmaq. Ədəbiyyatı yaxşı bilmək. Bir neçə dil bilmək. Maşını yaxşı bilmək.\n2. Öyrənmək, xəbər tutmaq, məlumat almaq. Onun adını indicə bildim. Sizin gəldiyinizi təzəcə bilmişəm. Qatarın nə vaxt gələcəyini bildinmi? – Bağışla, bilmişəm biganələrlə aşinasənmiş. S.Ə.Şirvani.\n3. Başa düşmək, dərk etmək, aydın təsəvvür etmək. Mən bilirəm ki, bu iş baş tutmayacaq. Bilmirsən ki, gecikmək olmaz? Bunu yaxşı bil! – Bilməyən yoxdu kim bu mənanı; Tərbiyət kamil eylər insanı. S.Ə.Şirvani. [Qoca:] Bilin ki, bu şəhərin hər bir daşına bir igidin qanı tökülüb... M.Hüseyn. // Sezmək, duymaq, hiss etmək, anlamaq. Mən o saat bildim ki, o nəyi nəzərdə tutur.\n4. Tanımaq. Adamları bilmək olmur.\n5. Əlindən gəlmək, təsəvvürü olmaq, bacarmaq. Dülgərlik işini bilmək. Öz işini yaxşı bilmək. O, bir neçə sənət bilir. Mən çalğı çala bilirəm.\n6. Özü üçün aydın etmək, müəyyən etmək, öyrənmək. ..Həkim azarlının azarını biləndən sonra .. xolera tutana “butin” davası verir... C.Məmmədquluzadə.\n7. Riayət etmək, yerinə yetirmək, hesablaşmaq, kənar çıxmamaq. Öz yerini bilmək. Vəzifəni yaxşı bil! Adam danışanda həddini bilər.\n8. Xatırlamaq, yada salmaq. İndi bildim ki, o kimlərdəndir. Bilmədim ki, sizə nə vaxt gəlmişdim.\n9. Zənn etmək, güman etmək. Mən elə bildim ki, siz getmişsiniz.\n10. Hesab etmək, zənn etmək, saymaq. Bu işdə kimi müqəssir bilirsən? – Zövqü sadə gülüş bilmək, heç bir kəsə əfv olunmaz. S.Vurğun. // dan. Şübhələnmək, isnad vermək, görmək. Mən bu işi ondan bilirəm.\n11. Yardımçı feil kimi iltizam fellərinin axırına gətirilərək, feilin bacarıq forması düzəldilir, məs.: dura bilmək, qaça bilmək, yaza bilmək və i. a.\n12. Bilirsən (bilirsiniz), bilsən(iz) (ara söz mənasında) – müsahibin diqqətini əsas mətləbə cəlb etmək üçün işlənir. Axşam, sabah, çeşmə, sənin başına; Bilirsənmi, necə canlar dolanır? Aşıq Ələsgər.\n13. İnkar şəklində: bilməmək – bir sıra sözlərə qoşularaq, həmin sözlərin ifadə etdiyi şeyin, keyfiyyətin, halın mövcud olmadığını bildirir; məs.: yuxu bilməmək (heç yatmamaq), istirahət bilməmək (heç istirahət etməmək), basılmaq bilməmək (heç basılmamaq) və i.a. ‣ Bildiyindən qalmamaq – təkid və israr etmək, inad etmək, bildiyindən əl çəkməmək, öz bildiyini etmək. Sənə söz deyilir, amma sən bildiyindən qalmırsan. Mən biləsi, mən bilən(i) – məncə, mənim fikrimcə, mənim zənnimcə. Mən biləsi dünyada şəxs gərək elə bir iş tutsun ki, onu bacarıb yerinə yetirməyə qabiliyyəti olsun. C.Məmmədquluzadə. Kim bilir (ara söz) – məlum deyil. Kim bilir, maşın nə vaxt gələcək. Özü bilər – nə istəyir, elə də etsin, ixtiyar özündədir, öz hərəkətində sərbəstdir. bilməməzlik is.\n1. Anlamama, xəbəri olmama; xəbərsizlik, məlumatsızlıq. • Özünü bilməməzliyə qoymaq – özünü qəsdən bilməyən, tanımayan kimi göstərmək. Yoldaşını gördü, özünü bilməməzliyə qoydu. – Mahmud isə özünü bilməməzliyə qoyub, xam adamlar kimi üzünü o tərəfə çevirirdi və sanki heç zad görməyirdi. B.Talıblı.\n2. Haqq və yaxşılıq itirmə. bilmərrə zərf [ər.] Heç, əsla, heç bir dəfə, qətiyyən, tamamilə, büsbütün. Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qədər azaldı ki, başıbəlalı düdüyü bilmərrə gözdən saldım. C.Məmmədquluzadə. Hacı Xəlilin səsi gəldikcə zəifləşirdi, axırda nəfəs bilmərrə qət olub, yavaş-yavaş dodaqları tərpənirdi. Ə.Haqverdiyev. Gecə tozlu və soyuq olduğuna görə, adamların ayağı küçə-bazardan bilmərrə çəkilmişdi. S.M.Qənizadə. bilməyərək zərf Qəsdi olmadan, istəmədiyi halda. Qız özü bilməyərəkdənmi, Vasyanı çaşdırmaq üçünmü – əvvəlcə qərarlaşdırdığı mövzudan kənara çıxdı. M.S.Ordubadi. bilümum zərf [ər.] köhn. Ümumiyyətlə, hamılıqla, ümumən, bütün, tamamilə. Və bir də bu məktəblilər bilümum; Oxurlar kəmalınca ali ülum. M.Ə.Sabir. bilvasitə zərf [ər.] Arada vasitə olmaq üzrə; başqasının iştirakı ilə, vasitəsi ilə, köməkliklə (bilavasitə ziddi). [Qız:] Bu məqsədin həyata keçməsində bilvasitə iştirak edənlər xain və avantüraçı sayılmırlarmı? M.S.Ordubadi. bilyard [fr.]\n1. Üzərinə mahud çəkilmiş xüsusi miz üstündə şarlarla oynanılan oyun. Bilyard oynamaq. Bilyard şarı. – Maşallah, gecə-gündüz valimiz; Çalır partapiyan, oynayır bilyard. Q.Zakir. Bu oğlan bilyard oyununu özünə peşə eləmişdi. Ə.Haqverdiyev.\n2. Bu oyun üçün bortları və yanlarında kisəcikləri (torları) olan miz. Onlar bilyard taxtası üstündə toqquşan şar kimi bir-birindən aralanıb uzaqlaşırdılar. Ə.Əbülhəsən. bilyardçı is. Bilyard oynamağı sevən, yaxşı bilyard oynayan adam. bilyardxana is. [fr. bilyard və fars. ...xanə] Bilyard oynanılan yer. Mirzə Cavadın .. oğlu şəhərdən əl çəkməyib gecə-gündüz vaxtını bilyardxanalarda keçirirdi. Ə.Haqverdiyev. bimar sif. və is. [fars.] Xəstə, naxoş, azarlı. Barilaha, gülzarına qıyma sən; Xəstə düşüb, bimarına qıyma sən! Aşıq Pəri. Bir təbibə gedib də bir bimar; Dedi: mədəmdə ağrı bir şey var. M.Ə.Sabir. Vahidəm, bimarieşqəm, qeyridən yox minnətim. Ə.Vahid. bimarxana is. [fars.] köhn. Xəstəxana. bimaristan is. [fars.] köhn. Xəstəxana. Dövlət tərəfindən hər yerdə zükur və ünas bimaristanları olurdu... M.F.Axundzadə. bimarlıq is. Xəstəlik, naxoşluq. Çəkmə zəhmət, çək əlin tədbiri-dərdimdən, təbib; Kim, deyil sən bildiyin mən çəkdiyim bimarlıq. Füzuli. bimbiz sif.\n1. Ucu çox şiş, ucu çox iti və nazik. Bıçağın ucu bimbizdir.\n2. Çox dik. bimehr sif. [fars.] köhn. Sevgisi, məhəbbəti olmayan. Bimehr gözəllərdən aləmdə vəfa umma. Ə.Vahid. biməkan sif. [fars. bi... və ər. məkan] Məkansız, yersiz-yurdsuz. Həsrətindən xəstə düşdüm; Mən biməkan, ağrın alım. Aşıq Əsəd. biməqam sif. [fars. bi... və ər. məqam] Yersiz, münasibətsiz. Ayırdı məndən o məhruyi biməqam fələk. S.Ə.Şirvani. biməna sif. və zərf [fars. bi... və ər. məna] Mənasız. Biməna söz. Biməna söhbət. – [Ağa Kərim xan:] ..Bu sözləri nə üçün biməna danışırsan? N.Vəzirov. bimərhəmət sif. [fars. bi... və ər. mərhəmət] Mərhəmətsiz, insafsız, rəhmsiz, zalım. Bimərhəmət əyanlarına şükr, xudaya! M.Ə.Sabir. Nədir bu xilqəti-bimərhəmət, bu pərdəli hikmət? Bu zülmə qarşı, nolur, bir də bir ədalət olaydı. H.Cavid. bimərifət sif. [fars. bi... və ər. mərifət] Mərifətsiz. İnsana şərəfbəxş fəqət elmü hünərdir; Bimərifət adəm canı yox xüşk şəcərdir. M.Hadi. bimərifətlik is. Mərifətsizlik. biməsrəf sif. [fars. bi... və ər. məsrəf] köhn.\n1. Yersiz, bihudə, boş yerə, faydasız. Biməsrəf yerə pul xərc etmə.\n2. Karagəlməz, lüzumsuz, heç şeyə yaramaz. [Hacı Qənbər:] Ay gədə, sən qəribə biməsrəf adamsan, heç zad əlindən gəlməyir... N.Vəzirov. biməzə sif. [fars.]\n1. Dadsız, tamsız, heç bir dadı olmayan.\n2. məc. Boş, mənasız, şit, duzsuz. Biməzə söz. Biməzə söhbətlər. biməzmun sif. [fars. bi... və ər. məzmun] Məzmunsuz. ..Sədi və Hafizdən sonra İranda şeir qayətdə tənəzzülə düşüb, şüəranın əşarı küllən biməzmun və məhz puç ləffazlıq olmuşdur. M.F.Axundzadə. [Qurban Mərəndi:] Bu kobud, biməzmun və biməna ləhcədə yazılmış şeyləri bir kənara at. M.İbrahimov. biminnət sif. [fars. bi... və ər. minnət]\n1. Minnətsiz.\n2. Pulsuz, müftə, havayı. Dolaşıb bulvarı hər gün gəzərsən biminnət. M.Ə.Sabir. bimisl sif. [fars. bi... və ər. misl] Misilsiz, tayı-bərabəri olmayan. bimuzd sif. və zərf [fars.] Muzdsuz, zəhmət haqqı verilməyən, ücrətsiz; havayı, müftə. [Mirzə:] Rəhmətlik oğlu, mən məgər burada hambali-bimuzdəm? Ə.Haqverdiyev. [Zindalı:] Yəhya lələ, o nə deyən sözdür? Sənin deməyindən bu il bimuzd olacağıqmı? Mir Cəlal. bimürüvvət sif. [fars. bi... və ər. mürüvvət] Mürüvvətsiz, insafsız, amansız, rəhmsiz; ədalətsiz. // Bəzən söyüş kimi işlənir. [Fərhad:] Nainsaf zalımlar, bimürüvvət cəlladlar! Ə.Haqverdiyev. bimürüvvətlik is. Mürüvvətsizlik, insafsızlıq, rəhmsizlik, ədalətsizlik. Hər günüm hicrində, ey məh, bir qiyaməttək keçər; Bimürüvvətlikdir olsa bunlar ömrümdən hesab. S.Ə.Şirvani. bimürvət dan. bax bimürüvvət. Ay bimürvət, nədir mənim günahım; Çəkirsən zülfündən dara sən məni. Aşıq Hüseyn. [Vaqif:] Vidadi, qardaşım, sənmisən, gəlgəl; Bizi ayrı saldı bimürvət əcəl. S.Vurğun. bina is. [ər.]\n1. Tikili, mülk, ev. Gözəl və yüksək bina. Məktəb binası. Daş bina. Yeni teatr binası. – [Mədəd] vağzalın böyük binasından keçib, relslərin üstündən adlayaraq, depoya tərəf getdi. M.İbrahimov. Ferma müdiri .. məni binaya apardı. İ.Əfəndiyev. Oynamaq üçün teatr binası yox idi. S.Rəhman. // Məc. mənada. Musiqi binasının möhkəm təməlini təşkil edən 12 sütun 12 əsas məqamı və 6 bürc isə 6 avazatı təmsil edirdi. Ü.Hacıbəyov. Sevgi və məhəbbət binasının davamı onun möhkəm bir təməl üzərində qurulmasından asılıdır. M.S.Ordubadi.\n2. dan. Bünövrə, özül, təməl, əsas. Evin binası. Dəmir-beton bina. Anbarın binası daşdandır. // Məc. mənada. Azərbaycan(lıların) danışdığı dilin şivəsi çox isə də, binası və kökü birdir. F.Köçərli. • Bina edilmək – bax bina olunmaq. Bina etmək – 1) təsis etmək, əsasını qoymaq. ..Bu qəzetənin idarəsində mən elə bir yoldaşa rast gəldim ki, onun .. yoldaşlığı ilə “Molla Nəsrəddin” məcmuəsini bina etdim. C.Məmmədquluzadə; 2) məc. düzəltmək, təşkil etmək, qurmaq. Oldu siçanlarda əyan macəra; Eylədilər təziyə bəzmin bina. S.Ə.Şirvani. Bina ol(un)maq – tikilmək, qurulmaq, təsis edilmək, əsası qoyulmaq. Bu əski imarətin tarixini bilirsinizmi? Kim tərəfdən bina olmuş? S.S.Axundov. [İsgəndərzadə:] Bu kənd bina olandan məktəb görməyibdir. Ə.Haqverdiyev; // Məc. mənada. Bu qəzet kim, olub cahanda bina; Bunu kim ixtira edib, aya? S.Ə.Şirvani. Bina qoymaq – 1) tikmək, təsis etmək, qurmaq, özül atmaq. Məşədi Əsgər tərəqqi edəndən sonra, öz köhnə muzdur yoldaşlarından bir neçələrini başına yığıb, onlara əl tutmaq üçün gəmiçilik şirkəti bina qoydu. S.M.Qənizadə; // Məc. mənada. [Süleyman bəy:] Budur, iki ildir mənimlə dostluq binası qoyublar. Ə.Haqverdiyev; 2) məc. köhn. Həll etmək, çarə düşünmək, əncam çəkmək. [Səkinə xanım:] İndi dur get, Əzizbəyi bura çağır, görüm bu işə nə bina qoyur? M.F.Axundzadə; 3) qəsd etmək, istəmək, başlamaq, təşəbbüs etmək. [Məşədi] istədi dükan qonşusu ilə politika söhbəti bina qoysun. Ə.Haqverdiyev. Binası qoyulmaq – bax bina olunmaq. Həmin binası qoyuldu möhkəm; Gülümsər kainat, gülümsər həyat. S.Vurğun. Binasını qoymaq – 1) bax bina etmək; 2) məc. başlamaq. Qara köpək .. Qaraca qızın səyi ilə azacıq sakit oldu və axırda pişiyə də dəyməyib onunla dostluq binasını qoydu. S.S.Axundov.\n3. Çıx. halda: binadan – ibtidadan, lap əvvəldən, əzəldən. Ənliyi-kirşanı neylər camalın; Sən elə gözəlsən binadan, Pəri. M.P.Vaqif. Pəriyəm, söylərəm şahü gədadan; Qafiyə dilpəsənd gərək binadan. Aşıq Pəri. Çünki olar ilə başdan, binadan; Birevli kimiyiz ata-babadan. Q.Zakir. binaən qoş. [ər.] köhn. Görə, əsasən, ötrü. Bu gün bir az işim olduğuna binaən mehmanxanaya təxirlə qayıtdım. M.S.Ordubadi. • Ona binaən bağl. köhn. – ona görə. Ona binaən onu [Yusifi] uşaq ikən gətirib, şəhri-Qəzvində məktəbə qoydu. M.F.Axundzadə. [Amilaxvari:] Ona binaən yazıb müqərrər edirəm ki, .. qalan qoşunu hazırda saxlayıb mənim əmrimə müntəzir olasan. Ə.Haqverdiyev. Binaən ileyh köhn. – bax ona binaən. binagüzarlıq is. [fars.]\n1. Tədbir, sərəncam, çarə, çıxış yolu. Bu xüsusda bir binagüzarlıq lazımdır. – [Mirzə İsmayıl:] Rəcəb kəndxuda, binagüzarlıq səninlədir. Ə.Haqverdiyev.\n2. Rəsmi tapşırıq, əmr, qərar, qanun, sərəncam. • Binagüzarlıq etmək – 1) tədbir görmək, çarə etmək, çıxış yolu tapmaq. [Divanbəyi:] Ey, Kamalov, mən gərək yurdumuza qayıdıb, quldurları axtarmaq üçün binagüzarlıq edəm. M.F.Axundzadə. Bu işə təcili binagüzarlıq etmək üçün çalışmaq yoldaş Cəmilə tapşırılır... Mir Cəlal; 2) qanun vermək, qərar çıxartmaq; // tapşırıq vermək, sərəncam vermək. İstənilən qüvvənin tezliklə göndərilməsinə binagüzarlıq edəsiniz. M.S.Ordubadi. Artırmanın qabağında binagüzarlıq edən yüzbaşı hərdən ağasına dadlı bir təbəssümlə müraciət edir. Çəmənzəminli. Qoy Kruçininə pərdəni açmaq üçün binagüzarlıq eləsin. S.Rəhman. binamus sif. [fars. bi... və ər. namus] Namussuz. [Bəkir:] Sizin kimi qəhrəmanın qabağında ölmək yaxşıdır, nəinki binamus, namərd adamların üzünü görmək. N.Vəzirov. [Sərtib:] Atamın qanını unutmaq üçün mən gərək bişərəf və binamus bir adam olam. M.İbrahimov. Silahı qorumayan binamusdur, yassardır. R.Rza. binamusluq is. Namussuzluq. binə is.\n1. Köçərilərin mal-qara ilə köçüb, kənddən kənarda məskən saldıqları yer; yurd, köç. Qaya çobanın yaşadığı kiçik binə böyüməyə başlayıb, bir kənd şəklinə düşür. M.S.Ordubadi. Pası yaylaqdan kəndin yanındakı binəyə enmişdi. S.Rəhimov. Sadıq kişi Kürün o tayındakı binəyə getməli oldu. M.Hüseyn.\n2. dan. bax bina. Fəhlələr yer qazar, evin binəsini qoyar, usta taraz ilə ölçər, kəndir uzadar, başlayıb divarı qaldırardı. Mir Cəlal. Yarğan yarar sinəsini dağların; Sular ovar binəsini dağların. R.Rza.\n3. məh. Ov quşunun gizləndiyi, sığındığı yer. binəkdar is. Keçmişdə: topdan külli miqdarda tay ilə mal satan tacir. binəkdarlıq is. köhn. Binəkdarın işi, sənəti. binələnmək f. Yurd salmaq, bir yerdə məskən salmaq, möhkəmlənmək; yerini möhkəmlətmək. Sən orada lap, deyəsən, binələnmisən! – Düşmən səflərini vurub yıxdınız; Faşist səngərində binələnmədi. R.Rza. binələşmək bax binələnmək. binəli sif. dan.\n1. Bir yerdə yurd salmış, çoxdan sakin olmuş; həmişəlik, daimi.\n2. məc. Əsaslı, möhkəm, etibarlı. binəsib sif. [fars. bi... və ər. nəsib] Nəsibsiz, məhrum. • Binəsib qoymaq (etmək) – məhrum etmək. Axırda bu fikirlər məni qurulmaqda olan bu gözəl həyatdan binəsib qoyacaqdır. Ə.Vəliyev. Binəsib olmaq – məhrum olmaq. Cami-meyi-eşqdən daim olur binəsib; Olmaya ta aşiqin məşqi ruxidilbəri. Nəbati. Köhnə və yeni kulturadan binəsib olan Aslan bəy, həyatı yalnız əyyaşlıqdan ibarət bilirdi. A.Şaiq. binəva sif. [fars.] Yazıq, fağır, bədbəxt, zavallı, nəsibsiz. Bunca cəfalərin görüb ol binəva könül; Ol bivəfayə, gör yenə ümmidvar olur. S.Ə.Şirvani. Binəva kişi belə fikir edirdi ki, bəli, mənim oğlum oxuyub böyük yaranal olub gələcək. Ə.Haqverdiyev. ..Uşaqlar da özlərini saxlaya bilmədilər və binəva, ölmüş ananın qəbrinə göz yaşları tökülməyə başladı. Ə.Əbülhəsən. • Binəva olmaq – yazıq olmaq, binəsib olmaq, bədbəxt olmaq. Sənsiz olmuşam zarü binəva; Hicr düşkünü, rindü mübtəla. Nəbati; // İs. mənasında. Rəhm et məni-zarü binəvayə; Dərdi-dilimi yetir dəvayə. Füzuli. Sübhədək binəva çəkər zəhmət; Kəndi övladına verər rahət. M.Ə.Sabir. [Pristav:] Bu kasıb bədbəxtin öküzünü aparıbsan; binəvanı əli qoynunda qoyubsan. Ə.Haqverdiyev. binəvalıq is. Yazıqlıq, bədbəxtlik, nəsibsizlik, yoxsulluq. Ərz eylədi zəfü binəvalıq; Ev-ev gəzib eylədi gədalıq. Füzuli. binəzir sif. [fars. bi... və ər. nəzir] Misilsiz, tayı-bərabəri olmayan. [Əzra Zəhraya:] Bir baban var, cahana şöhrətdir; Fazili-binəzir, Şeyx Kəbir. H.Cavid. binihayə (=binihayət) sif. [fars. bi... və ər. nihayət] Nəhayətsiz, sonsuz, hədsiz, olduqca çox. [Mənsur:] Məni əbədilik olaraq, bəla dəryasının girdabi-binihayəsinə salıb, cavan ömrümü .. məzara yerləşdirmə. C.Cabbarlı. [Vaqif:] Xanın binihayə xəzinəsi və sursat anbarları böyük bir qoşunun öhdəsindən gələ bilər. Çəmənzəminli. binihayət (=binihayə) sif. [fars. bi... və ər. nihayət] Nəhayətsiz, sonsuz, hədsiz, olduqca çox. [Mənsur:] Məni əbədilik olaraq, bəla dəryasının girdabi-binihayəsinə salıb, cavan ömrümü .. məzara yerləşdirmə. C.Cabbarlı. [Vaqif:] Xanın binihayə xəzinəsi və sursat anbarları böyük bir qoşunun öhdəsindən gələ bilər. Çəmənzəminli. binişan sif. [fars.] Nişansız, əlamətsiz; itkin, gizli. Bəzi qövm və tayfalar [ağız ədəbiyyatından] savayı, özgə bir asar-əlamət zahir etməyib, öz nağıl və hekayələri və milli nəğmələri və məsəlləri ilə bir müddət dünyada ömr edib, sonradan binişan puç və zaye olub gediblər. F.Köçərli. // Naməlum, yeri bəlli olmayan. biniyaz sif. [fars.] Ehtiyacsız, ehtiyacı olmayan, möhtac olmayan. binizam sif. [fars. bi... və ər. nizam] Nizamsız. Bu evdə üç-dörd qulluqçu var, .. amma onunla belə yenə bir belə binizam ev olmaz. N.Vəzirov. binöqsan sif. [fars. bi... və ər. nöqsan] Nöqsansız, nöqsanı olmayan, eyibsiz. bint is. [alm.] tib. Tənzifdən hazırlanmış çeşidli endə sarğı. Yaranı bint ilə sarımaq. bintləmə “Bintləmək”dən f.is. bintləmək f. Bint ilə sarımaq, bağlamaq; tənzifləmək. Yaranı bintləmək. bintlənmə “Bintlənmək”dən f.is. bintlənmək məch. Bint ilə sarınmaq, bağlanmaq. bintli sif. Bintlə sarınmış, tənziflənmiş. bio... [yun.] Mürəkkəb sözlərdə: həmin sözlərin həyata, həyat proseslərinə, biologiyaya aid olduğunu göstərən birinci tərkib hissəsi; məs.: bioqrafiya, biologiya, biokimya və s. biocoğrafiya [yun.] Yer üzündə heyvan və bitki orqanizmlərinin təbii şəraitdən asılı olaraq yayılmasından və qruplaşmasından bəhs edən elm; bioloji coğrafiya. biofizika is. [yun.] Biologiyanın, canlı orqanizmlərdəki fiziki qanunauyğunluqları tədqiq edən şöbəsi; bioloji fizika. biokimya [yun. bio... və ər. kimya] Canlı materiyaya xas olan kimyəvi hadisələri öyrənən elm; bioloji kimya. biokimyəvi sif. Biokimyaya aid olan. Biokimyəvi proses. – Bitkinin həyatında alkaloidlərin biokimyəvi rolu haqqında bir çox nəzəriyyələr mövcuddursa da, lakin bu nəzəriyyələr əsaslı dəlillərlə hələ sübut edilməmişdir. Əliyev. bioqraf [yun.] Bir şəxsin tərcümeyihalını yazan adam. bioqrafik sif. Bir şəxsin tərcümeyihalına aid olan. Bioqrafik roman. bioqrafiya [yun.] Tərcümeyi-hal. biologiya [yun.] Canlı cisimlərin həyat və inkişafı qanunlarını tədqiq edən elm. bioloji sif. Biologiyaya aid və ya xas olan. Bioloji hadisə. Bioloji elmlər. Bioloji tədqiqat. bioloq [yun.] Biologiya mütəxəssisi, biologiya ilə məşğul olan alim. biosfer [yun.] Yer üzündə həyatın yayıldığı sahə, dünyanın orqanizmlərlə məskun olan səthi və atmosferin aşağı hissəsi. biostansiya [yun. bio... və lat. stansiya] Bioloji stansiya – müəyyən yerdə yaşayan heyvan və bitkilərin biologiyasını tədqiq və bioloji fənlərin tədrisinə yardım edən müəssisə. biplan [fr.] Qanadları üst-üstə yerləşdirilmiş iki qanadlı təyyarə. bir say.\n1. 1 rəqəmi ilə işarə olunan sayın adı, miqdar saylarının ilk vahidi. Üçdən bir çıxmaq. Beşin üstünə bir gəlmək. // Miqdarca tək. Bir cilddən ibarət kitab.\n2. Zərf mənasında. Bir yerdə, birgə, birlikdə. Çörəyi bir yedik.\n3. Sif. mənasında. Bərabər, eyni. Bir boyda. Bir həcmdə. Bir böyüklükdə.\n4. Tək, vahid, yeganə, bircə, təkcə. Onun bir qızı var, bir oğlu. – Aşiqi öldürdü şövq, bir nəzərə çarə yox. Füzuli. [İkinci qadın:] Kəndin cavan, qoca qadınları hamısı bir dil, bir ürəklə seçkiyə gedəcəklər. Ə.Haqverdiyev. Əhməd ananın bir oğludur. Mir Cəlal.\n5. Ümumi, eyni. Onların [iranlıların] da, bizim də çar hökumətinə qarşı apardığımız mübarizənin məqsədi birdir. M.S.Ordubadi. Onların dərdi bir olduğu kimi, dərmanı da birdir. Mir Cəlal.\n6. Bir sıra sözlərin qabağında qeyri-müəyyənlik bildirir. Oradan bir ağac gətir. Sizi bir adam görmək istəyir. Bu gün bizə bir adam telefon eləmişdi. Məni bir şey narahat edir. – [Namaz:] Bir beş adamın içində də təşəxxüslə özünü çəkib deyərsən ki, mən Cahangir ağanın qayınatasıyam. Ə.Haqverdiyev. On-on iki nəfərdən ibarət bir dəstə düz onlara sarı gəlirdi. M.Hüseyn.\n7. Feillərin qabağında təkid, israr, lüzum bildirir. Sən bir dayan! Sən bir gözlə! Bir gedək, görək necə oldu. Bir oxu, görək nə yazılıb. – Mən arzu eləyirəm ki, müsəlman qardaşlar kənarda bir şeyi görəndə və o şeyi bilməyəndə bir dayanıb soruşalar ki, bu nədir? C.Məmmədquluzadə. [Mübaşir:] Sən Allah, bir de görüm, belə qızı kimin üçün bəsləmisən? M.İbrahimov. [Surxay:] Axı bir iltifat elə! İ.Əfəndiyev.\n8. “Heç” mənasında. ...Bir quru daxmadan başqa ataları bunlara bir şey qoymamışdı. S.S.Axundov. Yusif kağızı diqqətlə oxuyub dedi: – Mən hərçi fikir edirəm, bir şey çıxmır. N.Nərimanov.\n9. Sifətlə isim arasında, yaxud isimlə xəbər arasında təyinlik dərəcəsini artırır, ya da azaldır. Gözəl bir mənzərə. Məlahətli bir səs. Uca bir dağ. Kiçik bir iş. Balaca bir vəzifə. – İlin hər fəslinin bir hüsnü var; amma qışın ləzzəti bir özgədir. C.Məmmədquluzadə. Aralığa gərgin bir sükut çökdü. Ə.Məmmədxanlı.\n10. Vaxt, zaman bildirən isimlərin əvvəlində zaman zərfi əmələ gətirir. Bir dəqiqə dayan. Bir gün bilərsən. Bir dəfə sizə gələrəm. – Bir dəqiqədə arvad-uşaq gəlinin başına toplandılar. Çəmənzəminli.\n11. Zaman bildirən sözlərlə iş və ya hərəkətin təkrarını bildirir. Hər on-on iki gündən bir Bəşirdən məktub alırdım. S.S.Axundov. Fərman saatda bir bazara qaçıb, lazım olandan alıb qayıdırdı. Ə.Haqverdiyev.\n12. Feillərin qabağında hərəkətin təsirini şiddətləndirir. İt qurdu görən kimi, bir qaçış qaçdı ki. – Cavanşir qabağındakı oğlana möhkəm bir zərbə endirərək, onun qalxanını yarıya böldü. M.Hüseyn.\n13. Tərəf, yan, cəhət kimi sözlərin əvvəlinə gətirildikdə bölgü məzmunu ifadə edir. Bir yandan mən, bir yandan sən. Bir tərəf razıdır, o biri tərəf yox. – Yoxsa, mən bir yandan deyim ki, qanuni-əsasi çox yaxşı şeydir. C.Məmmədquluzadə.\n14. “Oldu” sözü ilə bərabər – iki iş, ya hadisənin sürətinin aniliyini, eyni zamanda baş verdiyini bildirir. Gəlməyi ilə getməyi bir oldu. – Vaqif əlini atdığı ilə üzüyü çıxartdığı bir oldu. Çəmənzəminli. Yerindən sıçramaqla pəncərəyə atılmağım bir oldu. Ə.Məmmədxanlı. ‣ Bir ağızdan – hamı birdən, səs-səsə verərək, xor ilə. Bir ağızdan dedilər: “Dan yeri, dan ulduzu!” Sordum: bundan gözəli yoxmu parlayanların? M.Müşfiq. Bir anda göyərtənin altındakı kürəkçilər də, üstündəki igidlər də bu səsə səs verib bir ağızdan bağırışdılar... M.Rzaquluzadə. Bir aləm – çoxlu, hədsiz. Bir aləm işim var. Bir an – bir ləhzə, bir saniyə. [Şeyx:] Onu gözünüzdən qoymayın bir an. S.Vurğun. Bir anda – dərhal, bir ləhzədə, göz yumub açınca. Bir anlıq, bir anlığa – çox az müddətdə, çox qısa bir zaman üçün, bir ləhzəlik. Ağrısını unutmuşdur bir anlığa yaralar. S.Vurğun. Sən də bir anlığa düşüncəyə daldın. İ.Əfəndiyev. Bir ara(lıq) – bir zaman, bir vaxt, bir müddət. Bir arada – bir yerdə, birlikdə. Bir az – 1) azacıq, azca, az miqdarda, müxtəsər. Bir az kağız ver. – Söz verirsən ki, sabah gələsən bir az söhbət edək? C.Məmmədquluzadə; 2) bir qədər, azacıq zaman. Bir az gözlə. Bir az dayan. – [Babaxan:] Yoldaş, necə yəni “bir az sonra gəl?” Mir Cəlal. Bir azca – bax bir az. Bir azdan – tezliklə, çox keçmədən, azacıq sonra. Bir azdan gələrəm. – Bir azdan .. qayalıqların başı qıpqırmızı işığa qərq oldu. S.Rəhman. Bir balaca – bax bir az. Bir balaca səbr elə. Bir barmaq – bir az, çox kiçik, barmaq qədər kiçik. Bir barmaq boyu var. – [Bünyad:] Nə olardı ki, bir barmaq kağız qoyaydılar ki, pəs hələ-həlbət durmayıb gələsən. Ə.Əbülhəsən. Bir cür olmaq – bax birtəhər olmaq. Bir çox – 1) çox, bir sıra, xeyli, müxtəlif. Bir çox adam. Bir çox şey; 2) uzun-uzadı, uzun sürən. Bir çox danışıqdan sonra. Təklif bir çox mübahisəyə səbəb oldu. Bir daha – 1) bir dəfə də, yenə də, təkrar. Azərbaycanlılar Midiya dövründə olduğu kimi, bir daha assurilər və kəldanilər vətənində qılınc parlatdılar. M.S.Ordubadi. [Səriyyə xala və uşaqlar] bir daha adamların sıxlaşdığı yerlərə yaxın düşmədilər. M.İbrahimov. Yolçu bir daha xarabalığı gözdən keçirdi. Ə.Məmmədxanlı; 2) bax bir də 2-ci mənada. Bir də – 1) bir daha; 2) bundan sonra, daha, artıq. Bir də belə şeylər etmə. Bir də buralara ayaq basma; 3) əlavə, başqa, üstəlik. Bir də kim gəldi? Bir də sən get; 4) gözlənilməzlik bildirir; birdən, gözlənmədən. Bir də gördüm ki, saat 12-dir. – Bir də gördüm .. səyahətçi libasında bir şəxs durbin ilə qayanın döşündəki köhnə imarətə baxır. S.S.Axundov. Bir dəm – bir ləhzə, bir dəqiqə. Eşqin bəni bəlasız bir dəm qoymaz əlindən. Nəsimi. Bir dənə – ancaq tək, misilsiz, tayı olmayan. Ondan bir dənədir. Bir dünya – bax bir aləm. Bir dürlü – 1) bir növ, bir cür; 2) heç bir vəchlə, heç bir vasitə ilə. [Dursun] sözündən dönməyi bir dürlü mənliyinə sığışdıra bilməyirdi. A.Şaiq. Levin bu sözlərin mənasını bir dürlü anlaya bilmədi. M.Hüseyn. Bir e(y)ləmək – birləşdirmək, uyğunlaşdırmaq, eyniləşdirmək. Sadiq oldur, dilini könlü ilə bir eyləyə; Əgridildən nəğmə gəlməz, durmuşam inkarına. Nəsimi. Bir əl – bir dəfə, bir kərə, bir dövrə. Bir əl nərd oynamaq. – [Atabəy Qızıl Arslana:] – Gəl otur, bir əl şahmat oynayaq, – [dedi]. M.S.Ordubadi. Bir ətək – çoxlu, külli miqdarda. Bax, bunlara mən bir ətək pul vermişəm. A.Şaiq. Vallah, özgə millətdə olsa, beləsinin saatına bir ətək qızıl verərdilər. Mir Cəlal. Bir gunə köhn. – bir növ, bir cür. [Nadir] ..Əşrəfi basmaqda bir gunə hünər və fərasət göstəribdir. M.F.Axundzadə. Xərab olmadı bir gunə dil fəraqından; Ki, eyləyə bilə memari-vəsl onu islah. S.Ə.Şirvani. Bir gün – bir dəfə, günlərin birində, bir vaxt. Bir gün sizə gələndə, gətirərəm. Bir halda ki – madam ki, iş belə olduğu halda, əgər belə isə. Bir kərə – bax bir yol. Bir kişi – heç kim, heç kəs. Tərrar gər alursə qamu rəxti, rəvadır; Çün qafilədə bir kişi bidar bulunmaz. Nəsimi. Bir kitab – çoxlu. [Mürşüd:] İnci, axı mən evdə sənə bir kitab söz danışdım. S.Rəhman. Bir qədər – bir az, azacıq bir miqdar. Bir qədər gözlə. Bir qədər yol getdik. Bir qisim – hamısı yox, ancaq bir hissəsi, bir parası, bəziləri. İclasda iştirak edənlərin bir qismi. Yalnız bir qisim kolloid məhlulların elastik xassələri vardır. Bir qucaq – çox, çoxlu. Bir qulaq – bir az, azacıq. Dur, bu çoşkanı bir də götür, buradan rədd ol, daha qoymaz bir qulaq yataq. S.Rəhimov. Bir neçə – azacıq miqdarda, bir az, cüzi. Bir neçə adam. Bir növ – bax birsayaq, birtəhər 1-ci mənada. Şəban gedib, qızdan təvəqqe etdi ki, onu bir növ Məşədi Məmmədvəli ilə barışdırsın. Ə.Haqverdiyev. Kosa tərəzini tədricən qaldırdı, bir növ tərəzi düzəlişdi. S.Rəhimov. Bir o qədər – 1) o dərəcədə. Torpaq nə qədər yaxşı becərilsə, bir o qədər çoxlu məhsul verər; 2) o qədər çox. Uşaqlar kiçik olduqlarından, analarına bir o qədər köməkləri çatmırdı. S.S.Axundov. Bir olmaq – birləşmək, müttəfiq olmaq, həmrəy olmaq. Yar ilə çünki bir oldi Nəsimi; Nə ğəm, gər cümlə aləm olsa əğyar. Nəsimi. Bir ovuc – çox az, bir az, cüzi miqdar. Bir ovuc adam. Bir para – 1) bəzi. Nə özün yarıdır, nə sevənləri; Bir para adamı kərkəvaz eylər. M.P.Vaqif. [Səkinə xanım:] Bəs ona sən necə bir para zad təlim edərsən? M.F.Axundzadə. Bir para yoldaşlarımla vaqona minib vətənə üz qoyduq.. S.S.Axundov; 2) bir az, bir qədər; bəzən. Acı söz yaraşmaz belə bazara; Şirin-şirin gəl danışaq bir para. Q.Zakir. Bir parası – hamısı yox, bir hissəsi, bir qismi. Əhalinin bir parası qətlə yetişib, yerdə qalanı da qaçıb dağlarda, meşələrdə gizlənmişdi. S.S.Axundov. Bir parça, bir tikə – bir az, azacıq, azca. Bir sıra – bir miqdar, bəzi. Bir sıra yoldaşlar. Bir sıra hallarda. Bir sıra hadisə baş verdi. Bir sıra təsərrüfat sahələri. Bir sözlə – danışılan söhbətə, söylənilən fikrə yekun vurmaq üçün ara söz kimi işlənilir; xülasə, müxtəsər. Bir sözlə, molla Qasım Güllücə kəndini inək kimi sağıb yeyirdi. S.S.Axundov. Bir sözünü iki eləməmək – sözünün qabağında söz deməmək, razılaşmaq, etiraz etməmək. [Musa] məktəb uşaqlarının bir sözünü iki eləməzdi. Mir Cəlal. Bir şey – məlum olmayan, qeyri-müəyyən, anlaşılmayan bir hadisə, keyfiyyət və s. Bu barədə bir şey bilirsənmi? O mənə nə isə bir şey demək istəyirdi. Bir tövr – bax birsayaq, birtəhər. Gülsüm ağlamaqdan [o qədər] bitab olmuşdu ki, yolu gedə bilmirdi. Axırda qoltuğuna girib bir tövr evə gətirdilər. Ə.Haqverdiyev. Bir ucdan – bir başdan, bir tərəfdən, bir yandan. Zərgər .. bir ucdan oğurlar, bir ucdan satar. Q.Zakir. Bir vaxt – 1) vaxtilə, bir zaman, keçmişdə, əvvəllər. Bir vaxt onun yaxşı səsi var idi. Bir vaxt var idi ki, teatrlarımızda qadın rolunu kişilər oynayırdı; 2) gələcəkdə, qeyri-müəyyən bir vaxtda. Bir yerdə – bərabər, müştərək, başqası ilə birlikdə. Bir yerdə yeyib-içmək. Bir yerdə gəzmək. – [Tubu:] Ay qız, atanla bir yerdə şəhərə gedənlər hamısı qayıtdılar, indicə atan da gələcək. Ə.Haqverdiyev. Bir yığın – çoxlu, külli miqdarda. Cavan oğlan birinci otaqda əyləşib, qabağındakı bir yığın kağızları birbəbir oxuyub, dəftərə yazırdı. Ə.Haqverdiyev. Bir yol – bir dəfə, bir kərə. [Gülpəri:] Ay xala, bir yol dedin, eşitdik, dilotu yeməmisən ki? M.Hüseyn. [Tahir:] Neçə həftədir, bir yol da cərimə verməmişəm. M.Hüseyn. Bir-birinə dəymək – ara qarışmaq, həyəcan düşmək, hamı təlaşa düşmək. Bir-iki(cə) – bir neçə, az (qeyri-müəyyən miqdar). Bir-iki kitab aldım. Bir-iki adam gəlib. Bir-iki balıq tutduq. – Mahmud bir-ikicə sözlə başına gələnləri bu qarıya dedi. Ə.Əbülhəsən. Bir-ikisi – bir neçəsi, bir neçə nəfəri. [Uşaqların] .. birikisi də başını divara söykəyib, qulağını pəncərənin deşiyinə yapışdırdı. B.Talıblı. Birsayaq, birtəhər – 1) bir cür, bir növ, bir vasitə ilə. Qəhrəman qocanı birtəhər dilə tutub ata mindirdi. S.Rəhimov; 2) tələsik, necə gəldi, başdansovma. İşi birtəhər görüb qurtardı; 3) qəribə, qeyri-adi, hamıya oxşamayan, başqalarına oxşamayan. O, birsayaq (birtəhər) adamdır. – [Zərifə:] Sənin pencəyin niyə birtəhər durur? S.Rəhimov. Birtəhər olmaq – 1) mütəəssir olmaq, əhvalı qarışmaq, halı xarab olmaq, pozulmaq. [Gültəkin:] Tarın səsini eşitdim, ürəyim birtəhər oldu. C.Cabbarlı; 2) adi halı dəyişmək, utanan kimi olmaq, həyəcanlanmaq, sıxılmaq. Bünyadın adı çəkiləndə, Qumru qızarır, onunla danışanda birtəhər olur. Ə.Əbülhəsən; 3) dan. zar. ölmək, aradan çıxmaq və s. Elə bir – keyfiyyətin dərəcəsini gücləndirmək, şiddətləndirmək üçün işlənir. Elə bir halə düşərsən ki, tükün bizbiz olar. M.Ə.Sabir. [Əsgər:] Üzünə demirəm, elə bir oğul böyüdən anaya əhsən olsun. Mir Cəlal. Heç bir – bax heç. bir... Mürəkkəb sözlərin birinci tərkib hissəsi; məs.: birgünlük, birsaatlıq, birtərəfli, birəlli və i.a. biradamlıq sif. Bir adam üçün, yalnız bir nəfər üçün olan. Biradamlıq yer. – Yenicə şəhərdən gətirilmiş nazik, biradamlıq çarpayılar, kürsülər iki cərgə düzülmüşdü. Mir Cəlal. biradlı sif. Adları bir olan, eyni ada malik olan. Biradlı şeylər. Biradlı kəmiyyət. birailəli sif. Bir ailə üzvləri kimi, çox yaxın. birailəlik is. Çox yaxınlıq. biratım (=biratımlıq) sif. Yalnız bir dəfəyə kifayət edən. Biratımlıq çay. Biratımlıq barıt. ‣ Biratım(lıq) barıtı var – çox tez həvəslənən, ruhlanan, lakin işi axıra çatdırmağa hövsələsi çatmayan, işdən tez soyuyan adam haqqında. biratımlıq (=biratım) sif. Yalnız bir dəfəyə kifayət edən. Biratımlıq çay. Biratımlıq barıt. ‣ Biratım(lıq) barıtı var – çox tez həvəslənən, ruhlanan, lakin işi axıra çatdırmağa hövsələsi çatmayan, işdən tez soyuyan adam haqqında. biratlı sif. Bir at qoşulan. Biratlı araba. biratomlu sif. Tərkibi bir atomdan ibarət olan. birayaqlı sif. Bir ayağı olan, birqıçlı; ayağının biri kəsilmiş, qırılmış. biraylıq sif.\n1. Bir ay davam edən, bir ay müddəti üçün nəzərdə tutulmuş. Biraylıq müddət. Biraylıq maaş. Biraylıq məzuniyyət. Biraylıq iş planı.\n2. Ömrü bir ay olan. Biraylıq uşaq. birbarmaqlı sif. Əlində tək bir barmaq olan. birbaş (=birbaşa) zərf Arada heç bir yerdə durmadan, bilavasitə, düz. Elə uçurum, sıldırım qayalıq yerlərdən keçirdim ki, ayağımın altından bir daş uçsa idi, birbaş dərəyə yuvarlanıb parça-parça olacaqdım. A.Şaiq. Yazıq muzdur qolu boynunda sınıqçıdan qayıdıb, birbaşa öz xozeyninin yanına gəldi. S.M.Qənizadə. [İlyas] birbaş dağlara qaçmaq, Afaqı tapmaq, onu görmək .. istədi. Ə.Məmmədxanlı. // Birnəfəsə, arası kəsilmədən, durmadan. Birbaşa etdiyi söhbət Həsən ağanı yorduğundan, o dayanıb nəfəsini dərdi. M.S.Ordubadi. birbaşa (=birbaş) zərf Arada heç bir yerdə durmadan, bilavasitə, düz. Elə uçurum, sıldırım qayalıq yerlərdən keçirdim ki, ayağımın altından bir daş uçsa idi, birbaş dərəyə yuvarlanıb parça-parça olacaqdım. A.Şaiq. Yazıq muzdur qolu boynunda sınıqçıdan qayıdıb, birbaşa öz xozeyninin yanına gəldi. S.M.Qənizadə. [İlyas] birbaş dağlara qaçmaq, Afaqı tapmaq, onu görmək .. istədi. Ə.Məmmədxanlı. // Birnəfəsə, arası kəsilmədən, durmadan. Birbaşa etdiyi söhbət Həsən ağanı yorduğundan, o dayanıb nəfəsini dərdi. M.S.Ordubadi. birbəbir bax bir-bir. Cövrlər kim eyləmişdin, birbəbir yad eyləyib; Şami-hicran könlümü bu növ ilə şad eylərəm. S.Ə.Şirvani. Qarovul malları xurcundan çıxardaraq, birbəbir təftiş edib yerə atdıqca, Əhmədin ürəyinə guya ki, zəhərli ox sancırdı. B.Talıblı. Ömrün əziz günləri birbəbir yada gəldi. S.Rüstəm. bir-bir zərf\n1. Tək-tək, ayrı-ayrılıqda. [Süleyman:] De, bir-bir söylə, qulaq asım. Ü.Hacıbəyov. Anası da oğlu qazan yollara bir-bir bələd oldu. Ə.Haqverdiyev. Konsul onları [siyahıları] bir-bir alıb, öz katibinə verir... M.S.Ordubadi.\n2. Bir-birinin ardınca, ardıcıl surətdə, növbə ilə. Totuq gəlinlər bir-bir oynadılar, göyçək qızlar süzdülər. Çəmənzəminli. [Hakim] stolunun üstündə gördüyü lazımsız kağızları bir-bir cırıb, səbətə atırdı. Mir Cəlal.\n3. Təfsilatı ilə, təfərrüatına qədər, hər biri ayrı olaraq. Gördüyü işləri bir-bir saydı. Nöqsanları bir-bir göstərmək. – Əcnəbinin bu sözlərini Sədrəddin bəy qapı dalısında bir-bir yazırdı. S.M.Qənizadə. Rüstəm komandirə bu ətrafdan bir-bir, yerbəyer danışır. S.Rəhimov.\n4. Hərəyə bir, hər dəfədə bir. Bir-bir vermək. Bir-bir paylamaq. bir-bir... Müxtəlif hal şəkilçiləri ilə: bir-biri ilə, bir-birinə, bir-birindən, birbirini – qarşılıq bildirir. İtlərin hürməyi, ovçuların səsləri, nökər və mehtərlərin qışqırığı bir-birinə qarışmışdı. S.S.Axundov. [Firidun və Kürd Əhməd] mehriban bir nəzərlə bir-birinə baxdılar. M.İbrahimov. [Gülüşgəlin:] İki kişi bir-birinizə havadar olun. S.Rəhman. Bir-birini haylayan arvaduşaq səsi kəndi ağzına almışdı. Ə.Əbülhəsən. ‣ Bir-birinə dəymək (qarışmaq) – qarışıqlıq düşmək, çaxnaşma düşmək, həyəcan düşmək, ara qarışmaq. Dünya yenə birbirinə dəydi. – C.Məmmədquluzadə. İyirminci il baharının günəşli bir səhərində qəza mərkəzi kiçik şəhər bir-birinə dəydi. H.Nəzərli. Seçkilərin nəticəsində məlum oldu ki, .. Tükəzban xala kənd şurasına sədr seçilibdir. Kəndə böyük vəlvələ düşdü, camaat bir-birinə dəydi. B.Talıblı. Bir-birinə vurmaq – çox axtarmaq. [Müəllim] kəndi bir-birinə vurdu, axırda bir körpə əmlik tapdı. Ə.Vəliyev. birbuğumlu sif. zool. bot. Bir buğumu olan. birbuynuzlu sif. zool. Bir buynuzu olan, təkbuynuzlu, taybuynuz. Birbuynuzlu cücü. Birbuynuzlu kərgədan. bircə 1. say. Yalnız bir, tək bir, yalnızca, təkcə, yeganə, vahid. Onun bircə uşağı var. Bircə gün bu işə bəsdir. Bircə saat gözlə. – Güllə Əlinin tüfəngini saldı yerə. Nəbigildə bircə tüfəng qaldı. “Qaçaq Nəbi”. Biçarə həkim börkünü götürüb bircə dəfə “xoroşo” deyib çıxıb getdi. C.Məmmədquluzadə. [Mehrixanım:] Sən mənim bircə balamsan! Ə.Haqverdiyev. // Ancaq, yalnız. [Nəbi kişi:] Cərgədən çıxmaq bircə öləndə, hələ ona da baxarıq. S.Rəhimov. [Qadın:] Anası ölmüşlərdən çoxdandır kağız yoxdur. Bircə böyüyündən gəlib.. M.Hüseyn. // Heç olmasa, heç olmasa bir. Bəlkə düşə bircə qaranquş ələ; Ta yeyibən loğmanı canə gələ. S.Ə.Şirvani. Keçən günü bircə salsan yadına; Dostu atmaq layiq deyil adına. Aşıq Kərəm.\n2. əd. Arzu bildirir. Bircə gələydi. Bircə görsəydim. – İncimərəm sənin şirin felindən; Əhdim budur bircə qucum belindən. (Qoşma). [Pəri xanım:] Ay Sona! Neçə vaxtdır ha yığışıram bircə səni görməyə gəlim. Amma görürsən, iş düşür. Ə.Haqverdiyev.\n3. əd. Hədə, təhdid bildirir. Bircə bura gəl, gör sənə nə edərəm.\n4. əd. Təkid, xahiş bildirir. [Tubu:] Bircə de görüm Aslanın işi hancarı oldu? Ə.Haqverdiyev. [Əminə:] Bircə farağat dur, .. göz dəyər sana! S.Vurğun. [Əsəd] – Bircə buradan bax, – deyə Mahmud əmiyə təklif etdi və qolundan yapışıb dartmaq istədi. B.Talıblı. bircə-bircə zərf bax bir-bir. bircəcik “Bircə” söz. kiç. bircəciyəz bax birciyəz. bircərgəli sif. k.t. Bir cərgədə əkilmiş, bir sırada düzülmüş. Bircərgəli əkin. bircərgəlilik is. Bir cərgədən ibarət olma, bir cərgədə əkilmə. bircildli sif. Bir cilddən ibarət olan. Bircildli lüğət. Bircildli kitab. bircildlik 1. Bax bircildli.\n2. is. Bir cilddən ibarət kitab. bircins sif. Cinsi bir olan, eyni cinsdən olan. Bircins meyvə. bircinsiyyətli sif. biol. Yalnız bir (ya erkək, ya dişi) cinsiyyət üzvünə malik olan (bitkilər haqqında). bircinsiyyətlilik is. bot. Yalnız bir cinsiyyət üzvünə malik olma; bircinsiyyətli olma xassəsi. bircinsli bax bircins. bircinslilik is. Eyni cinsdən olan şeylərin halı, xassəsi. birciyəz “Bircə” söz. (1-ci mənada) oxş. [İskəndər:] [Atasının] .. dişinin, heç birciyəzi də zədələnməmişdi. M.Hüseyn. bircür (=bircürə) sif.\n1. Bir qaydada, bir şəkildə, bir tərzdə, bir tipdə olan. Bircür mal. Bircür rəng.\n2. Başqalarına bənzəməyən, adi normadan kənar. O bircür(ə) adamdır. bircürə (=bircür) sif.\n1. Bir qaydada, bir şəkildə, bir tərzdə, bir tipdə olan. Bircür mal. Bircür rəng.\n2. Başqalarına bənzəməyən, adi normadan kənar. O bircür(ə) adamdır. bircürəlik is. Sifətcə, keyfiyyətcə, şəkilcə və s. cəhətdən bir olma; eyni şəkildə olan şeyin halı. birçək is.\n1. Qulaqların üstündən çıxan saçın qövs şəkilli hissəsi (qadınlarda). Qaşın qabağında seyqəlli birçək; Sayə salmış üzə şölə mübarək. M.P.Vaqif.\n2. Ümumiyyətlə saç. [Səfər] birçəklərini qotaz daramazdı, papiros çəkməzdi, aşurada başını yarmazdı, qaməti də mövzun deyildi. Ə.Haqverdiyev. Xan .. Zamanın birçəklərindən yapışıb ayağının altına saldı. Çəmənzəminli. Tarixlərin şahididir mənim bu ağ birçəyim. S.Vurğun.\n3. Atın yalından ayrılıb, alnına tökülən tük dəstəsi. At birçəyi. ‣ Birçəyi ağ – qoca. Tezliklə Azad da qayıdar, .. evləndirərsən, sən də birçəyinin ağ vaxtında bir gün görərsən. M.İbrahimov. Birçəyi ağarmaq – qocalmaq (yalnız qadın haqqında). Birçəyini ağartmaq – 1) qocalmaq; 2) qocaltmaq, qocalmasına səbəb olmaq. [Sona xanım:] [Heydər bəyin] fikri budur ki, atam evində mənim birçəyimi ağarda. M.F.Axundzadə. birçəkləmə “Birçəkləmək”dən f.is. Bazarda bəzzazın tərəkəməyə min and ilə şey satmağı, hambalların birçəkləmə davası, baqqalların ağız-ağıza verib, qatığa müştəri axtarmaları – heç biri onun zahir və batinində səbəbi-təğyir ola bilməzdi. Çəmənzəminli. birçəkləmək f. Savaşarkən birçəyindən, saçlarından yapışmaq. birçəkləşmə “Birçəkləşmək”dən f.is. birçəkləşmək qarş. Bir-birinin birçəyindən yapışmaq, bir-birinin saçını yolmaq; savaşmaq. birçəkli sif. Birçəyi olan. Birçəkli qadın. – Məşədibəyin ilk zərbəsindən uzunbığlı, sallaq birçəkli bir sərkərdənin başı qələm kimi atıldı. Çəmənzəminli. [Cahılların] bir parasında başmaq, bir parasında da cığ-cığ çəkmə, bir qismi kəkilli, bir qismi isə birçəkli, xətbaşılı olardı. H.Sarabski. birçəklik is. köhn. dan. Birçəyə (saça) taxılan zinət. birçəksiz sif. Birçəyi olmayan. birdəfəlik 1. sif. Yalnız bir dəfə olan. Birdəfəlik maddi yardım. Birdəfəlik vergi.\n2. zərf Həmişəlik, qəti. Birdəfəlik rədd etmək. Birdəfəlik başa sal. Birdəfəlik yaxasından əl çəkdi. – [Məhərrəm bəy:] Xülasə, birdəfəlik səni vəkil edirəm, nə tövr istəyirsən, elə et. S.S.Axundov. Qabarlı əllər uzanır “Zimni”yə; Köhnə dünyanı birdəfəlik boğmaq üçün. R.Rza. birdən zərf\n1. Gözlənmədən, qəflətən, qəfildən, nagah. Birdən yıxılmaq. Birdən qulağıma bir səs dəydi. Birdən dili tutulmaq. – ..Yazırsan ki, istəyirəm bir işə əl vuram, birdən məni gərnəşmə tutur. C.Məmmədquluzadə. Məşədi Əsgər getmək istəyəndə, Həsənəli bəyin sözü birdən yadına düşdü. S.M.Qənizadə. Birdən tingə başından .. bir dəstə qız onun qarşısına çıxdı. Ə.Məmmədxanlı.\n2. Bir dəfədə, bir dəfəyə. Bir stəkan suyu birdən içdi. // Eyni zamanda, bir vaxtda. Hamı birdən oxudu. Hamınız birdən danışmayın. – Ey bivəfa, məni cana yetirdin; Munca cövrü cəfa birdən olurmu? Q.Zakir. ‣ Birdən-ikiyə – heç. [Badam xala:] ..Məni birdən-ikiyə iclasda görmüsən? Mir Cəlal. Mən birdən-ikiyə danışmamışam. Ə.Sadıq. birdən-birə bax birdən 1-ci mənada. Birdən-birə göründü gözə bir xərabəzar. M.Hadi. Bu aralıq birdən-birə toyuğumu xatırlayıb, cəld hinin ağzına yüyürdüm. A.Şaiq. Birdən-birə harada isə uzaqlarda, qaranlıqda almaz kimi bir şey işıldayıb çəkildi. M.İbrahimov. birdəstəkli sif. Bir dəstəsi, bir əltutanı olan. Birdəstəkli mişar. birdibli zərf Həmişəlik, qəti, birkərəlik. [Feyzi:] İndi ki belədir, deyirəm, elə birdibli boşan, get!.. Ə.Haqverdiyev. [Kazım:] – Eh, cəhənnəmə ki!.. Budur şah gəldi, odur şah gəldi, daha qulağımız dolubdur, – dedi. – Gəlir gəlsin. Mus-mus deyincə, birdibli Mustafa deyib canımızı alsın, qurtarsın... Çəmənzəminli. birdirsəkli sif. Bir dirsəyi olan. Birdirsəkli boru. birdorlu sif. Bir doru olan. Birdorlu gəmi. birevcikli sif. bot. Eyni nümunədə hər iki cinsli çiçəklərə, həm dişiciklərə, həm də erkəkciklərə malik olan. Birevcikli bitkilər. birevciklik is. bot. Bəzi bitkilərdə: eyni nümunədə hər iki cinsli çiçəklərin, həm dişiciklərin, həm də erkəkciklərin olması. birevli sif. Çox yaxın, bir ailə kimi mehriban (adətən “kimi” qoşması ilə). Birevli kimi yaşamaq. Onlar birevli kimidirlər. – Çünki onlar ilə başdan, binadan; Birevli kimisiz ata-babadan. Q.Zakir. Sabah-axşam çayını da Rozanın anası verir, birevli kimi yaşayırıq. H.Cavid. birevlilik is. Çox yaxınlıq. birə is. İnsan və heyvanları sancıb əziyyət verən çox sıçraq cücü. Köhnə məscid hücrələrində birə əlindən tərpənmək olmazdı. H.Sarabski. Laçın .. tövlələrinə girmək istəyəndə hədsiz-hesabsız birələr onun üstünə daraşdı. M.Hüseyn. ‣ Kürkünə birə düşmək – təşvişə düşmək, qorxuya düşmək. birə... Adətən birə-bir, birə-iki və s. şəklində işlənərək, ikinci rəqəm kəmiyyətin əslində olduğundan neçə dəfə artırıldığını göstərir. [Əsgər bəy:] On beş günədək Təbrizə gedərik, qayıdarıq, qaçaq mal gətirrik, birə-bir qazanarıq; onun qazancı ilə toyunu edərsən! M.F.Axundzadə. [Mirzə Dadaş:] Allah qoysa, mən ondan birə-beş alacağam. N.Vəzirov. Hər gün döyüşlərdə vurduq birə-yüz; Dağlara səs salır hücum borusu. S.Vurğun. birə-beş zərf Beş qat artıq, hər bir ədədə qarşı beş. birə-bir zərf Hər bir saya qarşı bir, hər bir ədəd üçün bir. birəbitdən is. zool. Sərçədən kiçik, torpaq rəngli bir quş. birəçiçəyi is. bot. Mürəkkəbçiçəklilər fəsiləsindən birillik ot bitki və bu bitkinin çiçəyi (bu bitkinin qurudulmuş çiçəklərindən taxtabiti, birə və s. cücülərlə mübarizə üçün dərman tozu hazırlanır). birədədli sif. Bir ədəddən ibarət olan. birədi zərf dan.\n1. Bütünlüklə, hamısı birdən.\n2. Birlikdə, bir yerdə, yoldaşlı. birəğbət sif. [fars. bi... və ər. rəğbət] Eybəcər, rəğbətsiz, çirkin. [Mirzə Süleyman bəy] ..qapıdan girib çıxanda rəhmətlik atasının dalınca bir az deyinirdi və məzəmmət eləyirdi ki, niyə onun adı belə birəğbət imiş? B.Talıblı. birəhm sif. [fars. bi... və ər. rəhm] Rəhmsiz, amansız, daşürəkli. Dust bipərva, fələk birəhm, dövran bisükun. Füzuli. birəhmlik is. köhn. Rəhmsizlik, amansızlıq, daşürəklilik. [Hacı Nuru:] Görərsiniz ki, o vaxt .. nə işlər sizin balalarınızın başına gətiriblər, nə birəhmlik onlar haqqında ediblər. M.F.Axundzadə. birə-iki zərf Hər bir saya qarşı iki, iki dəfə artıq. birələmək f. dan. Birə daraşdırmaq, birə ilə doldurmaq, birəli etmək. Pişik yatdığı yeri bütün birələdi. birələnmək f. dan. Bədəninə, paltarına birə daraşmaq. Tövləyə girib birələndi, çıxdı. birəli sif. Birə basmış, birə daraşmış, birə olan. birəlli I.\n1. sif. Bir əli olmayan, bir əli kəsik olan. Birəlli adam. Birəlli qalmaq.\n2. zərf Tək əli ilə, ancaq bir əli ilə. Pambığı birəlli yığmaq. ‣ Birəlli tutmaq – əhəmiyyət verməmək, saymamaq, qiymətləndirməmək. Yoldaşını birəlli tutma.\n\nII. is. Təkqulplu qab, birqulplu su qabı. Birəllini su ilə doldur. birəm-birəm bax birər-birər. Pəncərədən o yana birəm-birəm qar gəlir. R.Rza. birənc sif. [fars.] köhn. Əziyyətsiz, əzabsız; asan. Birənc nə mümkündür ola gənc müyəssər; Zakir, dəmi-əfsun elə şahmarə, dağılsın. Q.Zakir. birəotu is. bot. Dərman hazırlanan bir bitki. Birəotu çox hündür və qol-budaqlı bitkilərdən biridir. Növbə ilə düzülmüş və kəskin ətirli iyə malik, tünd yaşıl yarpaqları vardır. Əliyev. birər say Hərəsinə, hər birinə bir dənə, yaxud hər dəfəsində bir dənə. Habelə əlifbaya dair yazmış olduğum kitabçadan Avropa ölkələrinin dövlət başçılarına, o cümlədən Peterburqa da birər nüsxə göndərmişəm. M.F.Axundzadə. [Şair:] Əvvəl asan görünürkən gözümə dərsi-hesab; Birər əqrəb olub ərqam mənə verdi əzab. A.Səhhət. Kiçik bacımla hər birimiz birər xoruz və fərə bəyənmişdik. A.Şaiq. birər-birər zərf Bir-bir, tək-tək. Cücələrim birər-birər; Suyu görüb yaxın gələr. A.Səhhət. Bu gün fövqəladə komisyonun iclası olacaqdı .. yoldaşlar birər-birər yığıldılar. H.Nəzərli. İçəridən adamlar birərbirər işlərini qurtarıb çıxdılar. B.Talıblı. birər-ikişər zərf Bir-bir, iki-iki. Əsgərlərdən çoxu .. çuxura girməyi məsləhət bilib, birər-ikişər, koma-koma bu çuxurlarda otururdular. Ə.Əbülhəsən. birə-üç zərf Hər bir say müqabilində üç, üç qat artıq. birə-yüz zərf Hər bir saya qarşı yüz, yüz dəfə artıq. birfamiliyalı sif. Başqası ilə eyni familiya daşıyan. birfazalı sif. fiz. Bir fazası olan. Birfazalı generator. birfikirli sif. Eyni fikirdə, məsləkdə, düşüncədə olan, həmfikir. birfikirlilik is. Eyni fikirdə, məsləkdə olma, həmfikirlilik. birgə zərf Bir yerdə, birlikdə, bərabər. Birgə çalışmaq. Birgə oxumaq. Birgə işləmək. Yeməyi bu gün birgə yeyəcəyik. – Bu böyük tarixi imtahan günü; Fəhlə, alim durub birgə sırada. R.Rza. Bu səslə ucaltmasaq biz birgə səsimizi; Dövrümüz şair kimi yaşatmayacaq bizi. M.Dilbazi. birgəlik is. İşdə, fikirdə və s.-də bir olma, həmrəy olma; şəriklik; iş birliyi. birgəyaşayış is. Bir yerdə yaşama, ictimai mühit, ictimai həyat normaları. birgöz is. bot. Meşə kənarlarında və kolluqlarda bitən kol bitki. birgözlü sif.\n1. Taygöz.\n2. Bir gözü olan. Birgözlü dükan. Birgözlü körpü. birgünlük sif.\n1. Bir gün davam edən, bir gündə görülüb qurtaran, bir gün vaxt tələb edən, bir gündə qurtaran. Birgünlük yol. Birgünlük iş. Birgünlük yazım qalıb. // məc. Tez ötüb gedən, ömrü çox az olan.\n2. Bir günə yetişən, çatan, kifayət edən. Birgünlük yemək. Birgünlük azuqə. Birgünlük ehtiyat. birhecalı sif. dilç. Tək hecası olan, təkhecalı. Birhecalı söz. birhecalılıq is. dilç. Bir hecadan ibarət olma. birhədli is. riyaz. Bir həddən ibarət olan cəbri ifadə. birhəftəlik sif. Bir həftə davam edən, bir həftədə görülə bilən, bir həftə müddət üçün nəzərdə tutulan. Birhəftəlik məlumat. Birhəftəlik iş. Birhəftəlik maaş. birhovur zərf dan. Bir az, bir dəqiqə. Birhovur qoy oturaq. birhovurdan zərf dan. Bir azdan, az zaman sonra, bir qədər sonra. Gedək, birhovurdan gələrik. birhovurluq is. Bir anlıq, bir dəqiqəlik, azacıq zaman üçün. birhörgüclü sif. zool. Bir hörgücü olan. Birhörgüclü dəvə. birhüceyrəli sif. biol. Tək hüceyrədən ibarət olan. Birhüceyrəli orqanizmlər. birxətli sif. Bir xətt çəkilmiş. Birxətli dəftər. biri əvəz.\n1. Müəyyən olmayan şəxs, kim isə, bir adam. Biri irəli gəlib sual verdi. Biri varmış, biri yoxmuş... (nağıl başlanğıcı). – Bir gün sizlərdən biriniz yenə məni görməyə gəlmişdiniz. C.Məmmədquluzadə. Sinninə layiq deyilsə də, kişi qızın xatirəsi üçün yaxşı toy eləmişdir, – deyə məclisdəkilərin biri o birinə pıçıldadı. Çəmənzəminli. Hər kəsin öz mövqeyi və öz yerinə görə qüsuru vardır. Birininki az, birininki çox... M.İbrahimov. • O biri(si) – 1) bu yox, digəri, başqası. O birilərinin də qeydinə qalmaq lazımdır. O birilərinə də xəbər ver. – [Qəhrəman:] Görəsən, hansı ata öz ürəyi etibarı ilə o birisindən geniş və üstündür. S.Rəhimov; 2) ertəsi, ikinci, gələn. O biri gün. O biri dəfə. Heç biri(si) – heç bir şəxs, heç kəs. Heç biri razı deyil. – Dərdini yazıb deyirsən ki, şəhərimizin həkimlərinin heç biri sənə bir çarə edə bilmədilər. C.Məmmədquluzadə.\n2. Bir neçə və ya bir çox həmcins şeylərdən birisi. Təklif edilən layihələrdən biri keçdi. Bunu bəyənmirsən, o birisini götür. – Bu yer Azərbaycanın qədim mədəniyyət ocaqlarından biridir. Mir Cəlal. birikdirilmə “Birikdirilmək”dən f. is. birikdirilmək məch. Yavaş-yavaş toplanılmaq. birikdirmə “Birikdirmək”dən f.is. birikdirmək f. Yavaş-yavaş yığmaq, toplamaq. birikmə “Birikmək”dən f.is. Yavaşyavaş yığılma, toplanma. birikmək f. Yavaş-yavaş yığışmaq, toplanmaq. Sanki Nərimanın sözləri onun təsəvvüründə birikib qalan dumanları dağıdırdı. Mir Cəlal. birikmiş f.sif. Yığılmış, toplanmış; yığılıb qalmış. Yarpaqlarda birikmiş damlalar ağırlaşıb yerə düşdükcə, “şib-şib” səsi gəlirdi. Mir Cəlal. Əvvəlcə o [Həmid] neft çənlərinin içini təmizləyir və çənlərdə birikmiş nefti novlara boşaldaraq anbarlara axıdırdı. Ə.Məmmədxanlı. birillik sif.\n1. Bir il davam edən, yaxud bir il vaxt tələb edən, birillik müddəti nəzərdə tutan. Birillik iş. Birillik səyahət. Birillik kurs. – [Cəmil] birillik təcrübəsindən başa düşmüşdü ki, istehsalatda iş vaxtı kənar fikirlərlə məşğul olmaq yaramaz. M.Hüseyn. // bot. Bir ilin içində toxum verib məhv olan. Birillik bitkilər.\n2. Bir yaşında olan. Birillik dana. Birillik uşaq. birinc is. [fars.] məh. Düyü. Nə birincin, əgər nə yağın var; Şükr qıl, sağ əlin, ayağın var. S.Ə.Şirvani. birinci “Bir”dən sıra s.\n1. Sifət, yaxud əvəzlik mənalarında.\n1. Birinci sıra. Birinci nömrə. Birinci cild. Ayın birinci günü. // İlk dəfə olan, əvvəlinci. [Miss Hannanın] Lavarcan yaylasındakı birinci göz yaşları nə üçün idi? M.S.Ordubadi. [Zorin] ..meşədə birinci dəfə onlarla üz-üzə gələn bu dəstənin .. qüvvətli bir bölük olduğunu öyrənə bildi. M.Hüseyn. Ömründə birinci kərə idi ki, Badam xalanın adına evə kağız gəlirdi. Mir Cəlal.\n2. Bir neçə şeyi sadaladıqda, yaxud tutuşdurduqda, o birilərindən əvvəl adı çəkilən şeyi göstərmək üçün işlənir. Gecə işi gündüz işindən daha yorucudur, bundan əlavə birinci daha az məhsuldardır. (Qəzetlərdən).\n3. Başqalarından qabaq, hamıdan əvvəl. Birinci kim yazıb qurtardı? Birinci mən gəldim. Bu xəbəri kim birinci eşitdi?\n4. İlk, təzə, yeni, təzə zahir olmuş. Birinci qar. Günəşin birinci şüalarını seyr etdim. Ağacın birinci çiçəklərini dərdim.\n5. Ən mühüm, ən vacib, əsas mənasında. Bu məsələ birinci planda durur. Birinci vəzifəmiz budur. Orkestrdə birinci skripka.\n6. Ən yaxşı, ən qabaqcıl, ən qabaqda gedən, üstün. Yarışda birinci yeri tutmaq. Sinifdə birinci tələbə. – Üç yüz tələbənin içində Qəhrəman birinci ad almışdı. S.Rəhimov. Hər sənəti tutursan tut, öz işində birinci ol! Mir Cəlal. // Əla, ən yaxşı, ən gözəl, yüksək keyfiyyətli. Birinci mal. Birinci növ çay.\n7. “Birincisi” şəklində – birinci şərt, ilk şərt. [Məmməd:] Birincisi budur ki, oğlum Rəsul üçün varlı yerdən qız alma. “Aşıq Qərib”. birincilik is. Hər hansı bir keyfiyyət, nailiyyət, xidmət və s. cəhətdən üstünlük; birinci yer. Yarışda birincilik. Üzgüçülükdə birincilik. Birinciliyi qazanmaq. – [Əmrülla:] Moskvadan alınan teleqrama görə pyes yarış komissiyasında birincilik qazanmışdır. C.Cabbarlı. Şirin sağ-salamatlıq sözlərindən sonra, özünün at çapmaqda necə birincilik aldığını yazırdı. Mir Cəlal. Sarı həm işləyir, həm öyrənir, həm də kursda oxuyub, atıcılıqda birincilik alırdı.. S.Rəhimov. birisi bax biri. Muzdur platforma kənarındakı alçaq barılardan birisinə söykənib dayandı. S.M.Qənizadə. Darğa birisini, daştərəzisi düz olmadığı üçün falaqqaya saldırıb, palçığın içində döydürürdü. Çəmənzəminli. Hikmət İsfahani də qəlbən pəhləvi səltənətinin dağılmasını gözləyənlərdən birisi idi. M.İbrahimov. biriya sif. [fars. bi... və ər. riya] Riyasız, sədaqətli, səmimi, doğru. birja [alm.] tic. iqtis. Müxtəlif maliyyə və ticarət sazişləri bağlanan idarə. [Aslan bəy:] Mən pullarımı neft birjasında aksiya almağa buraxmışam. A.Şaiq. • Əmək birjası – fəhlələri işə götürdükdə, onlarla sahibkarlar arasında vasitəçilik edən idarə. birjaçı is. Birjada qiymətlərin düşübqalxmasından qazanc əldə edən adam, möhtəkir. birjaçılıq is. Birjaçının işi, peşəsi. birkərəlik bax. birdəfəlik. [Gülçöhrə:] Qoy atam bilsin, birkərəlik məni öldürsün ki, canım qurtarsın. Ü.Hacıbəyov. [Məsmə ərinə:] Kişi, bu fikirləri birkərəlik başından çıxar. S.Hüseyn. birküçəli sif. Eyni küçədə yaşayan. birqat (=birqatlı) sif.\n1. Bir qatı, bir layı, bir təbəqəsi olan. Birqat divar. Birqat qapı. Birqat pəncərə. Birqat karton.\n2. Birmərtəbəli, bir mərtəbəsi olan. Birqat ev.\n3. Bir endə olan. Birqat parça. Birqat mahud. birqatlı (=birqat) sif.\n1. Bir qatı, bir layı, bir təbəqəsi olan. Birqat divar. Birqat qapı. Birqat pəncərə. Birqat karton.\n2. Birmərtəbəli, bir mərtəbəsi olan. Birqat ev.\n3. Bir endə olan. Birqat parça. Birqat mahud. birqiymətli sif.\n1. Qiymətləri eyni olan. Birqiymətli mallar.\n2. Eyni dərəcədə bəyənilən, eyni dərəcədə əhəmiyyətli. birqiymətlilik is. Qiymətlərin eyniliyi, eyni qiymətdə olma. birqollu sif.\n1. Ancaq bir qolu olan. Birqollu paltar.\n2. Yalnız bir şöbəsi olan. Birqollu yol. Birqollu çay.\n3. Dəstəsi, qulpu, əltutanı bir olan. Birqollu qazan. Birqollu tava. birqulplu sif. Bir qulpu olan; tayqulp. birlampalı sif. Bir lampası olan. Birlampalı radio cihazı. birləçəkli sif. bot. Bir ləçəyə malik olan. Birləçəkli bitkilər. birləpəli sif. bot. Ləpəsi tək, birevcikli. Birləpəli meyvələr. Buğda, arpa birləpəli, paxla isə ikiləpəlidir. Fındıq birləpəli olur. – Sərvkimilər fəsiləsi .. saçaqlı köklərə malik birləpəli bitkilərdir. Qədirov. birləşdirici sif. İki, ya çox şeyi birbiri ilə birləşdirən, bağlayan, birləşdirmə vəzifəsini görən. Dəmiryol şəhərləri birləşdirici bir vasitədir. Birləşdirici maddə. Birləşdirici toxuma anat. – Qazıma qıfılları qazıma borularını bir-birinə bağlayıb, qazıma şamı təşkil edir; bu zaman qazıma qıfılları birləşdirici vasitə olur. Quliyev. // məc. Əlaqələndirici, bağlayıcı, uzlaşdırıcı, uyğunlaşdırıcı. Hadisələri bir-birinə birləşdirici amillər. birləşdirilmə “Birləşdirilmək”dən f.is. birləşdirilmək “Birləşdirmək”dən məch. birləşdirmə “Birləşdirmək”dən f.is. birləşdirmək f.\n1. Yapışdırmaq, birbirinə calamaq, qovuşdurmaq, bir-birinə bənd etmək. Elektrik məftillərini birləşdirmək. Sınmış hissələri lehimlə birləşdirmək.\n2. Bir neçə, yaxud bir çox şeyi bir araya toplayıb bir tam halına salmaq. Müəssisələri birləşdirmək. Sənayenin eyni tipli sahələrini birləşdirmək.\n3. Aralarında vəhdət, birlik yaratmaq. Dəstənin apardığı çətin iş onları [kəşfiyyatçıları] yumruq kimi birləşdirmişdi. S.Rəhimov.\n4. İctimailəşdirmək, ümumiləşdirmək. Təsərrüfat alətlərini birləşdirmək.\n5. Aralarında əlaqə yaratmaq, rabitə yaratmaq, bağlamaq. İki şəhəri bir-biri ilə şose ilə birləşdirmək. Məni telefonda şəhərlə birləşdirin. Çayın hər iki sahilini körpü ilə birləşdirmək. // Qovuşdurmaq, yaxınlaşdırmaq. Tale onları birləşdirdi.\n6. məc. Uyğunlaşdırmaq, uzlaşdırmaq, əlaqələndirmək, bağlamaq. Nəzəriyyə ilə təcrübəni birləşdirmək. O, cəsarətlə soyuqqanlığı birləşdirə bilir. birləşmə 1. “Birləşmək”dən f.is.\n2. is. Təşkilat, ittifaq, cəmiyyət (müxtəlif müəssisə və idarələrin adı).\n3. is. hərb. Ayrı-ayrı hərbi hissələrdən və digər müstəqil qoşun vahidlərindən ibarət qrup. Tank birləşməsi. – Silahlı qüvvələrimizin bütün birləşmə, hissə və bölmələrinin komandirləri öz hissələrinin tam ixtiyarlı rəisləridirlər. (Qəzetlərdən). Bununla bərabər, bu cəbhəyə külli miqdarda böyük bombardmançı və qırıcı təyyarə birləşmələri də toplanılmışdı. Ə.Əbülhəsən.\n4. is. Qrammatikada: bir neçə sözün birləşməsindən əmələ gələn söz qrupu; tərkib. Sifət birləşməsi. Təyini söz birləşməsi.\n5. kim. Molekulu bir neçə elementin atomlarından ibarət maddə. Kimyəvi birləşmə. Üzvi birləşmə. Vitaminlər qidalı maddələrdə olan üzvi birləşmələrdir. – Süxurların möhkəmliyi onların mineraloji tərkibindən, mineralların aşınması dərəcəsindən, kristallararası birləşmə qüvvəsindən .. və s.-dən asılıdır. Quliyev. birləşmək f.\n1. Bir araya toplaşaraq, bir-birinə qarışaraq bir küll halına gəlmək. Nümayişçilər meydanda birləşəcəklər. Hissələr çayın sahilində birləşdi. Qoşunlar hücum etmək üçün birləşdilər.\n2. İttifaq bağlamaq, həmrəy olmaq, bir araya toplaşmaq, öz qüvvələrini birləşdirmək. Bütün dünya zəhmətkeşləri sülh uğrunda mübarizə üçün birləşmişlər.\n3. Qovuşmaq, bir-birinə qarışmaq, bitişmək. İki yolun birləşdiyi nöqtə. Körpünün sahil ilə birləşdiyi yer. Yolların birləşdiyi yerdə üç atlıya rast gəldik.\n4. Əlaqələnmək, aralarında rabitə əmələ gəlmək, bağlanmaq. // məc. Evlənmək, həyatlarını bir-birinə bağlamaq.\n5. Uyğun olmaq, uyuşmaq, uyğunlaşmaq, razılaşmaq, fikrə şərik olmaq. Mübahisə edənlər bir məsələdə birləşdilər. birləşmiş “Birləşmək”dən f.sif. Birləşmiş qüvvələr. Çayın birləşmiş iki qolu. Bir nöqtədə birləşmiş xətlər. Birləşmiş Millətlər Təşkilatı. birlik is.\n1. Bir olma, bütün olma, parçalara ayrılmama; bütövlük, müttəhidlik, bölünməzlik, vəhdət, yekparəlik. Bizi ruhlandıran bu şanlı birlik; Bu qüdrət, bu qüvvət, məhəbbət olmuş. M.Rahim. Polad birliyimizi sarsıtmasın qoy bu qəm. Ə.Cəmil.\n2. İttifaq. Buna görə də bizim birlik yaratmağımız lazımdır. M.S.Ordubadi. Əsgər, yadındadır o illər, böyük Qorki bütün dünyanı birliyə çağıraraq, bu bəlanı dəf etmək istəyirdi. Mir Cəlal. [Qoca:] Sənin kəlamına qulaq asıb mən də “qardaşlar” birliyinə qoşulmuşam. Ə.Məmmədxanlı.\n3. məc. Ünsiyyət, əlaqə. Vəhşilər ilə nədir bu birlik? İnsan ilə xoş deyilmi dirlik? Füzuli.\n4. Sıx əlaqə, həmrəylik, ümumilik, uyğunluq. Fikir birliyi. Mənafe birliyi. İş birliyi.\n5. Ortaqlıq.\n6. Ölçüsü, nömrəsi, sayı və s. bir olan. Birlik taxta.\n7. Bax birləşmə 2-ci mənada. Azərneft birliyi. birlikdə zərf Bir yerdə, bərabər, birgə, başqası ilə bir olaraq, şərikli, əlbir surətdə, elliklə. Birlikdə çalışmaq. İşi birlikdə görmək. Məsələni birlikdə həll etmək. – Mənim yeganə arzum sizin onunla birlikdə qurmaq istədiyiniz xoşbəxtliyi görməkdir. M.S.Ordubadi. Azca gəzmək üçün axşamüstü Firidun Qəhrəmani ilə birlikdə küçəyə çıxmışdı. M.İbrahimov. Sənəm atası ilə birlikdə çuvalları .. arabaya yığdı. Ə.Əbülhəsən. birmalı sif. və is. Birma əhalisinə mənsub olan. Pillələr boyu sütunların altında birmalı qadınlar, qızlar çiçək və şam satırlar. M.İbrahimov. birmanatlıq 1. sif. Bir manata dəyən, bir manat qiymətində olan. Birmanatlıq bilet.\n2. is. Bir manat qiymətində kağız və ya metal pul. Birmanatlığı xırdalamaq. birməchullu sif. riyaz. Tərkibində bir məchul ədəd olan. Birməchullu düstur. birməhəlləli sif. Eyni məhəllədə yaşayan. birmənalı sif. dilç. Bir mənası olan. Birmənalı söz. birmənalılıq is. Bir mənada olma xassəsi. Sözün birmənalılığı. birmənzilli sif. Bir mənzili olan. Birmənzilli ev. birmərtəbə (=birmərtəbəli) sif. Bir mərtəbəsi, bir qatı olan. Birmərtəbəli bina. – Həyətin sol tərəfindəki birmərtəbəli evin iki qapısı vardı. S.Rəhman. birmərtəbəli (=birmərtəbə) sif. Bir mərtəbəsi, bir qatı olan. Birmərtəbəli bina. – Həyətin sol tərəfindəki birmərtəbəli evin iki qapısı vardı. S.Rəhman. birməsləkli sif. Eyni məsləkə mənsub olan, həmməslək. birmotorlu sif. Ancaq bir motoru olan, bir motorla işləyən. Birmotorlu təyyarə. birnəfərlik bax biradamlıq. birnəfəsə zərf\n1. Arası kəsilmədən, aramsız, arada durmadan, dayanmadan. Birnəfəsə danışmaq. Birnəfəsə qışqırmaq. Birnəfəsə yüyürmək. – Mən bu əsəri .. böyük bir ləzzətlə və birnəfəsə axıra qədər oxudum, gənc qələm yoldaşıma minnətdarlıq hissi ilə jurnalı bükdüm. M.İbrahimov. // İstirahət etmədən, ara vermədən, tənəffüs etmədən. Səhərdən axşama qədər birnəfəsə işləyir. Birnəfəsə danışmaq.\n2. Hamısını birdən, tələsik. Birnəfəsə yemək. Bütün suyu birnəfəsə içdi. – Kişi parçı birnəfəsə başına çəkdi. İ.Əfəndiyev. birnövbəli sif. Bir növbədə olan, icra edilən. Birnövbəli iş. birnüvəli sif. xüs. İçində tək nüvəsi olan. Birnüvəli hüceyrə. biroxlu sif. Bir oxu olan. biroturuma zərf Bir dəfə oturduqda, bir dəfədə. Biroturuma on qutab yedi. O, biroturuma beş stəkan çay içir. birpalatalı sif. siyasi. Yalnız bir palatası olan, bir qanunverici palatadan ibarət olan. Birpalatalı parlament. birpərdəli sif. Bir pərdədən (hissədən) ibarət olan. Birpərdəli pyes. Birpərdəli tamaşa. birrəqəmli sif. riyaz. Rəqəmi tək olan. Birrəqəmli say. birrəngli sif. Bir rəngə boyanmış; saya. Birrəngli rəsm. Birrəngli divar kağızı. Birrəngli parça. birsaatlıq sif. Bir saat davam edən, bir saat vaxt tələb edən, bir saat vaxt üçün müəyyən edilmiş. Birsaatlıq tənəffüs. Birsaatlıq iş. Birsaatlıq gəzinti. birsəsli sif. mus. Eyni səsdə olan, bir səslə ifa edilən. Birsəsli xor. – Birsəsli xalq mahnılarında belə müşayiətedici səslərin olmaması, heç də melodiyanın əhəmiyyətini azaltmır. Ə.Bədəlbəyli. birsəslilik is. Bir səsdə, eyni səsdə olma xassəsi. Xorun birsəsliliyi. birsimli sif. Yalnız bir simi olan. Birsimli çalğı aləti. birtaylı sif. Bir tayı olan. Birtaylı qapı. birtəbəqəli sif. Bir təbəqədən, bir qatdan, bir laydan ibarət olan. Birtəbəqəli karton. Birtəbəqəli torpaq. birtəbəqəlilik is. Birtəbəqəli şeyin halı. Torpağın birtəbəqəliliyi. birtərəfli sif.\n1. Bir tərəfi olan. Birtərəfli sütun. Birtərəfli cisim. // Yalnız bir istiqamətdə, bir tərəfdə gedən, cərəyan edən. Nəqliyyatın küçədə birtərəfli hərəkəti. Birtərəfliteleqraf rabitəsi. // Yalnız bir tərəfdə olan, baş verən. Birtərəfli plevrit. Birtərəfli iflic.\n2. İştirakçıların biri tərəfindən, bir şəxs tərəfindən icra edilən. Müqavilənin birtərəfli ləğvi.\n3. məc. Bir şeyin, hadisənin yalnız bir tərəfini qavrayan, yalnız bir tərəfinə yönəldilmiş; çox məhdud. Birtərəfli mühakimə. Birtərəfli inkişaf. Birtərəfli alimlik. Birtərəfli tərbiyə. – Həyatı birtərəfli (z.) göstərən, aktual mövzunu sönük və cansız halda əks etdirən .. əsərlərin səhnədə uzun müddət ömür sürməsi bizi bir daha düşündürməlidir. M.İbrahimov. birtərəflilik is. Birtərəfli şeyin halı. Görüşlərin birtərəfliliyi. Mübahisədə birtərəflilik. Mühakimədə birtərəflilik. birtərkibli sif. Tərkibi bir şeydən, bir ünsürdən ibarət olan; bəsit. Birtərkibli dərman. Birtərkibli maddə. Birtərkibli filiz. birtərkiblilik is. Birtərkibli şeyin halı; bəsitlik. birtipli sif. Tip etibarı ilə başqalarına oxşar; eyni tipdə olan. Birtipli hərəkət. Birtipli təsərrüfat. Birtipli adamlar. birtiplilik is. Bir tipdə olma xassəsi. birtoxumlu sif.\n1. Bir cür toxum əkilmiş. Birtoxumlu tarla.\n2. Tək çəyirdəkli (meyvə). Şaftalı, gilas birtoxumlu meyvələrdəndir. birtonlu sif. Bir tonda olan, yeknəsəq, yekrəng. birtonluq sif.\n1. Bir ton ağırlığında şey tutan. Birtonluq vaqon. Birtonluq maşın.\n2. Bir ton ağırlığında olan. Birtonluq yük. birtumlu bax birtoxumlu. biruh sif. [fars. bi... və ər. ruh] Ruhsuz, cansız, ölü. Gül kimi cisimlər, hamı biruh. M.Ə.Sabir. Hamı müqəvva kimi biruhü can; Çanta dalında dolaşır dərbədər. C.Cabbarlı. birun is. [fars.] köhn. Çöl, bayır, dışarı. biruni sif. [fars.] köhn.\n1. Xarici, zahiri.\n2. İran evlərinin kişilərə məxsus olan qismi. birüz (=birüzlü) sif. riyaz. Bir üzü olan. Birüzlü səth. birüzlü (=birüz) sif. riyaz. Bir üzü olan. Birüzlü səth. birüzlülük is. Birüzlü şeyin halı. birüzvlü sif. Bir üzvdən ibarət olan. biryan [fars.] bax büryan. biryanlı sif. Birtərəfli, bir yanı olan. biryaşar sif. Bir yaşın içində olan, biryaşlı. Biryaşar dana. Biryaşar uşaq. biryaşlı sif.\n1. Bir yaşına dolmuş. Biryaşlı qulun. Biryaşlı uşaq.\n2. Yaşları bərabər olan, yaşıd. Biryaşlı gənclər. biryerli I. sif. və is. Həmyerli, bir yerdən olan, həmvətən, həmşəhərli, həmkəndli. O mənimlə biryerlidir. Biz biryerliyik.\n\nII. sif. Ancaq bir yeri olan, biradamlıq. Biryerli loja. Biryerli təyyarə. Biryerli kupe. biryollu sif. dan.\n1. Gediş-gəliş yolu bir olan.\n2. Bax biryolluq. Sözünü biryollu söylə, qurtarsın. biryolluq zərf Birdəfəlik, həmişəlik, qəti olaraq. İşi biryolluq qurtarmalı. Məsələni biryolluq həll etməli. Biryolluq cavab ver. – [Səlimnaz] .. təkliyin daşını biryolluq atacaqdı. M.Hüseyn. bis [lat.] İkinci dəfə, bir də təkrar (teatrda, konsertdə və s.-də artistə öz çıxışını təkrar etdirmək üçün tamaşaçıların işlətdiyi nida). bisahib sif. [fars. bi... və ər. sahib]\n1. Sahibsiz, yiyəsiz. Bisahib ev. Bisahib at.\n2. Baxımsız, himayəsiz, kimsəsiz. Bisahib uşaq. – [Sona xanım:] Qurbanın olum, məni öldür, onu aparma! Məni bisahib qoyma! M.F.Axundzadə. Bu qaranlıq ev içrə bisahib; Ürəyim tifl, taleyim rahib. A.Səhhət. bisavad sif. [fars. bi... və ər. səvad] bax savadsız. Bisavad adam. – [İkinci kəndli:] Biz də .. bisavad adamıq, kitabdan nə baş açacaq idik. Ə.Haqverdiyev. // İs. mənasında. Bisavadları savadlandırmaq. bisavadlıq is. Savadsızlıq. [Səlim:] Bunlar hamısı mənim bisavadlığımdandır. Ə.Haqverdiyev. bisəbat sif. [fars. bi... və ər. səbat] Səbatsız, davamsız; müvəqqəti, ötəri, keçici. bisəbəb zərf [fars. bi... və ər. səbəb] Səbəbsiz. Qeyrə eylər bisəbəb min iltifat ol nuşləb. Füzuli. Aləm bilir bivasitə, bisəbəb; Müşküldür arizə divandan mədəd. Q.Zakir. Bisəbəb qan tökmək istərsən, nədir axır səbəb? S.Ə.Şirvani. bisəmər zərf [fars. bi... və ər. səmər] Səmərəsiz, faydasız. Xəyali-ləli-yar ilə həmişə məstəm, ey vaiz; Nədir vermək mənə meydən dəmadəm bisəmər tövbə. S.Ə.Şirvani. Biz məgər ondan ötrü xəlq olduq; Ki, qalaq bisəmər bu səhradə? A.Səhhət. bisərüpa sif. və zərf [fars.] köhn. Avara, sərsəri. Mən bisərüpa ona nə layiq; Kim, hüsnümə ola kimsə aşiq. Füzuli. [Hacı Kamyab:] Hərçi səy eylədim, qardaşım oğlunu avara yoldaşlarından və bisərüpa gəzməyindən çəkindirə bilmədim. Ə.Haqverdiyev. biskvit is. [fr.] Un, yumurta, şəkər və s. qatışığından hazırlanmış şirniyyat. Vanilli biskvit. – Söhbət edə-edə bir parça biskvitlə çaylarını içməyə başlarkən, Hacıyev Qulamın yanına qayıtdı. Ə.Əbülhəsən. bismillah [ər.]\n1. Əsil mənası “Allahın adı ilə” olub, dindar müsəlmanların bir işə başlarkən dua kimi işlətdikləri söz. [Məsmə] bismillah deyib ayaq basmaq istəyirdi, yadına düşdü ki, indi Tahirzadə evdə olmaz. Mir Cəlal. // Yeməyə dəvət. [Məmməd bəy:] – Uşaqlar, bismillah! – dedi, əlini süfrəyə uzatdı, qonaqlar da yeməyə başladılar. Çəmənzəminli. Gözlərini dolmadan çəkməmiş Məşədi Heydər daha tab gətirə bilməyib “bismillah” deyə yeməyə təklif etdi... B.Talıblı.\n2. məc. dan. Buyur, başla, elə, et mənasında. [Salman:] Qardaş, indi ixtiyar sahibisən, əgər məni öldürmək fikrindən daşınmayıbsan isə, bismillah, sözüm yoxdur. Ə.Haqverdiyev.\n3. dan. Təəccüb bildirən nida kimi işlənir. Bismillah, belə də böhtan olar. biş-düş is. dan. Xörək; xörək bişirmə işi. Oturub ac komasında atamın; Biş-düşün hazır edərdim anamın. M.Ə.Sabir. bişək (=bişəkk) zərf [fars. bi... və ər. şəkk] Şəksiz, şübhəsiz, yəqin. [Şölə xanım:] Amma xan bişək və şübhəsiz Teymur ağanı öldürəcək. M.F.Axundzadə. Gərçi var iş qanan kişi tək-tək; Əksəri-xəlq avamdır bişək. S.Ə.Şirvani. bişəkk (=bişək) zərf [fars. bi... və ər. şəkk] Şəksiz, şübhəsiz, yəqin. [Şölə xanım:] Amma xan bişək və şübhəsiz Teymur ağanı öldürəcək. M.F.Axundzadə. Gərçi var iş qanan kişi tək-tək; Əksəri-xəlq avamdır bişək. S.Ə.Şirvani. bişərəf sif. [fars. bi... və ər. şərəf] Şərəfsiz. Bişərəf adam. – [Kərim kişi:] Bir adam tapılmaz ki, desin, Kərim kişi dünyadan bişərəf getdi. M.İbrahimov. // Söyüş mənasında. [Məhbusi:] ...Bişərəflər məndə salamat yer qoymadılar. M.İbrahimov. [Gənclərdən biri:] Otur yerə, bişərəf oğlu, bişərəf! P.Makulu. bişərəflik is. Şərəfsizlik. bişi is. Yağlı şirin xəmirdən bişirilən nazik qoğal növü. bişir-düşür is. Xörək bişirmə. bişirib-düşürmək f. bax bişirmək 1-ci mənada. • Bişirib-düşürən – xörək bişirən (bəzən arvad mənasında işlənir). [Hacı Murad:] Adamın bişirib-düşürəni gərəkdir. S.S.Axundov. bişirilmə “Bişirilmək”dən f.is. bişirilmək “Bişirmək”dən məch. Xörək bişirilmişdir. bişirilmiş “Bişirilmək”dən f.sif. Bişirilmiş xörək. bişirmə “Bişirmək”dən f.is. bişirmək f.\n1. Odun üstündə qaynatmaqla, qızdırmaqla yeyiləcək hala gətirmək, hazırlamaq. Xörək bişirmək. Aş bişirmək. Kabab bişirmək.\n2. xüs. Odun, şiddətli hərarətin təsiri ilə sıx bərkidib, saxsılaşdırmaq və bu vasitə ilə hazırlamaq (saxsı şeylər, kərpic və s. haqqında). Kərpic bişirmək.\n3. Yandırmaq, çox təsir etmək (isti, od haqqında). Gün başımı bişirir.\n4. məc. dan. Hazırlamaq, təcrübə qazandırmaq, püxtələndirmək. Onu işdə bişirmək lazımdır.\n5. məc. dan. İnandırmaqla, yaxud dilə tutmaqla birini yola gətirmək, bir işə razı etmək, qabaqcadan hazırlamaq; tovlamaq, qılığına girmək. [Əşrəf] təyyarəçi olmaq arzusunun qətiyyətinə inanandan sonra, anasını “bişirmək”, yola gətirmək xəyalına düşdü. Mir Cəlal. ‣ Başını bişirmək – bax baş. bişkin sif.\n1. Yaxşı bişmiş, lazımınca bişmiş. Bişkin çörək.\n2. məc. Təcrübəli, çox təcrübə qazanmış, ustalaşmış, püxtə, bilikli. Bişkin adam. Bişkin usta. // məc. Yetkin, yetişmiş. Bişkin xətt. bişkinlik is.\n1. Bişkin şeyin halı.\n2. məc. Təcrübəlilik, yetişkənlik, hazırlılıq, püxtəlik, yetkinlik; bərkdən-boşdan çıxma. bişmə “Bişmək”dən f.is. bişmək f.\n1. Odda qızarmaq və ya suda qaynamaqla çiyliyi rəf olmaq, yeyiləcək hala gəlmək. Ət bişdi. Lobya bişdi\n2. xüs. Odun, şiddətli hərarətin təsiri ilə bərkiyib saxsılaşmaq (saxsı, kərpic və s. haqqında).\n3. məc. Təcrübələnmək, ustalaşmaq, püxtələnmək, bərkdən-boşdan çıxmaq. Adam işdə bişər. – [Dəmirov:] Ancaq hələlik burada bişərsən, sonra baxarıq. S.Rəhimov. // Eyni mənada “bişib-bərkimək” şəklində. Muzdur Məşədi Əsgər iyirmi səkkiz ilin ərzində su ilə od arasında bişib-bərkidiyindən əsla azar-bezar bilməzdi. S.M.Qənizadə. // Yetişmək, kamilləşmək, kamala çatmaq. [Toxtamış:] Fikrim bişmiş və kamala çatmışdır. M.S.Ordubadi. bişmiş 1. sif. Odda qızardılmaqla və ya suda qaynadılmaqla hazırlanmış (çiy müqabili). Bişmiş ət. Bişmiş yumurta. Bişmiş kartof.\n2. sif. xüs. Odun, şiddətli hərarətin təsiri ilə bərkiyib saxsılaşmış. Bişmiş kərpic.\n3. sif. məc. Təcrübələnmiş, ustalaşmış, püxtələnmiş, bərkdən-boşdan çıxmış. Bişmiş adam. // Yetişmiş, yetkin. Anlaşılacaq, aydın, gözəl və bişmiş xətti vardır. M.S.Ordubadi.\n4. is. Xörək, yemək. Bişmiş bişirmək. – Bişmişlərimiz min cürə ləzzətli qidadır. M.Ə.Sabir. [Vəli bəy:] Rusiyada bir bişmiş tapmazsan ki, ona donuz əti qatmasınlar. S.S.Axundov. Qulluqçu taxtapuşda yer saldı, çıxıb uzandım və vaxtı-vaxtında da bişmiş verirdilər. Çəmənzəminli. bişübhə sif. və zərf [fars. bi... və ər. şübhə] Şübhəsiz, yəqin. Bir aşiq can verə canana əgər; Bişübhə uçuban behiştə gedər. Q.Zakir. bişüur sif. [fars. bi... və ər. şüur] Şüursuz, anlaqsız, qanacaqsız, düşüncəsiz. Bişüur adam. – [Qaraş:] Süleyman bəyin də, yoldaşlarının da güdaza getməyi, sən [Həsənəli] kimi bişüur yoldaşların bərəkətindəndir. C.Məmmədquluzadə. [Mayor:] Elə igid xalqdan bu cür bişüur oğlan .. heç gözləməzdim. M.Hüseyn. // İs. mənasında. Bu bişüurların ağlına, kamalına bax bir! M.Ə.Sabir. bit is. İnsan və heyvan qanını sormaqla qidalanan kiçik, qanadsız cücü. bitab zərf [fars.] Tabsız, taqətsiz, üzgün. Bitab olmaq. Bitab düşmək. – Şəm istər müttəsil bitab öz pərvanəsin; Qönçeyi-gül əndəlibin naleyi-zarın sevər. Qövsi. Gülsüm ağlamaqdan bir payədə bitab olmuşdu ki, yolu gedə bilmirdi. Ə.Haqverdiyev. Biçarə [Məşədi Əsgər] qolunun ağrısından bitab düşüb, nəhayət, məşəqqətlə özünü sınıqçı Kərbəlayı Piriyə yetirdi. S.M.Qənizadə. bitablıq is. Tabsızlıq, qüvvətsizlik, taqətsizlik. bitaqət zərf [fars. bi... və ər. taqət] Taqətsiz. Belə gözəl düşə ay qabağına; Tamaşa eyləyən bitaqət olur. M.P.Vaqif. bitaqətlik is. Taqətsizlik, gücsüzlük, üzgünlük. – Yanar, tab eyləməz, bir şöleyişəm ilə pərvanə; O bitaqətlik ilə bunca nə lafü gəzaf eylər. S.Ə.Şirvani. bitəcrübə sif. [fars. bi... və ər. təcrübə] Təcrübəsiz, naşı. bitəqsir sif. və zərf [fars. bi... və ər. təqsir] Təqsirsiz, günahsız. ..Biçarə və bitəqsir Yusif Sərracı bədbəxt etdilər. M.F.Axundzadə. Bitəqsirəm, yoxdur bir günah bənim; İndi belə qalıb ixtiyar sana. Aşıq Pəri. bitəmənna sif. və zərf [fars. bi... və ər. təmənna] Təmənnasız, heç bir gizli məqsəd güdmədən, heç bir umacağı olmadan. bitərbiyə sif. [fars. bi... və ər. tərbiyə] Tərbiyəsiz. bitərbiyəlik is. Tərbiyəsizlik, Bitərbiyəliklə tifli-məsum; Axırda olur səfilü məşum. M.Ə.Sabir. bitərbiyət köhn. bax bitərbiyə. Elmsiz kimsənə hünərsizdir; Elmi-bitərbiyət səmərsizdir. S.Ə.Şirvani. bitərəddüd zərf [fars. bi... və ər. tərəddüd] Tərəddüdsüz, tərəddüd etmədən, qətiyyətlə. bitərəf [fars. bi... və ər. tərəf]\n1. sif. Heç bir tərəfin mənafeyini saxlamayan, heç birinin tərəfini saxlamayan; mübahisə və ya mübarizə edən tərəflərin heç birinə mənsub olmayan, heç bir tərəfə meyil etməyən. Bitərəf adam. – Mən heç kəsdən qorxmuram, hər kəs məni zərərsiz və bitərəf bir şəxsiyyət kimi tanıyır. M.S.Ordubadi. [Müəllim] Əsədi qorxaqlıqda müttəhim edib deyinirdi, Mahmud əmi bitərəf idi. B.Talıblı. // hüq. Başqa dövlətlər arasında gedən mübarizədə iştirak etməyən, bitərəfliyə riayət edən. Bitərəf dövlətlər.\n2. sif. Heç bir partiyaya mənsub olmayan. Bitərəf nümayəndələr.\n3. is. dan. Partiya üzvü olmayan adam. bitərəfanə zərf Heç bir tərəfin mənafeyini saxlamayaraq, heç bir tərəfin mübahisə, fikir və mübarizəsinə qarışmayaraq. Bitərəfanə rəy söyləmək. Bitərəfanə hərəkət etmək. İşə bitərəfanə baxmaq. bitərəfləşdirici sif. Bitərəf hala salan. bitərəfləşdirilmə “Bitərəfləşdirilmək”dən f.is. bitərəfləşdirilmək məch. Bitərəf hala, bitərəf vəziyyətə salınmaq. bitərəfləşdirmə “Bitərəfləşdirmək”dən f.is. bitərəfləşdirmək f. Bitərəf hala, bitərəf vəziyyətə salmaq. bitərəfləşmə “Bitərəfləşmək”dən f.is. bitərəfləşmək f. Bitərəf hala keçmək, bitərəf vəziyyət almaq. bitərəflik is. Mübahisə, mübarizə, müharibə edən tərəflərin heç birinə mənsub olmama. Bitərəfliyi gözləmək. Bitərəfliyi pozmaq. – Helminin bu dəstə ilə Təbrizi işğal etməsi də İranın Rusiya əleyhinə olaraq bitərəfliyini pozmaq demək idi. M.S.Ordubadi. bitib-tükənməz sif. Son dərəcə çox, bitməyən, qurtarmayan, axırı olmayan. Həkim baba bağçada tək-təkana işləmir, yeri gələndə nəvə-nəticəsini də bu bağçanın bitib-tükənməz işinə qoşurdu. S.Rəhimov. bitik is. köhn. Məktub, kağız. // Dua yazılmış kağız parçası. bitirilmə “Bitirilmək”dən f.is. bitirilmək məch. Axıra çatdırılmaq, tamamlanmaq, başa çatdırılmaq. bitirmə I. “Bitirmək1 ”dən f.is.\n\nII. “Bitirmək2 ”dən f.is. bitirmək I. f.\n1. Axıra çatdırmaq, başa çatdırmaq, tamamlamaq, qurtarmaq. Söhbəti bitirmək. Məktəbi bitirmək. – Nazlı nağılını bitirib, Ağabəyimin üzünə baxdı. Uşaq totuq əlini yanağına söykəyib, çoxdan yatmışdı. Çəmənzəminli. Hədiyyə naharını təzəcə bitirmişdi ki, qapıda maşın səsləndi. Mir Cəlal.\n2. Yerinə yetirmək, görüb qurtarmaq. Zavod öz illik planını vaxtından əvvəl bitirmişdir. İşimi bitirən kimi kinoya gedəcəyəm.\n\nII. f. Yetişdirmək, hasil etmək, göyərtmək, cücərtmək. Bu torpaq buğda bitirmir. – Kənari-çeşmimə sancıldı oxların neytək; Sudan qəmiş bitirən Kür kənarına bənzər. S.Ə.Şirvani. bitişdirici sif. xüs. Bitişdirmə, yapışdırma, qovuşdurma qabiliyyəti olan. Bitişdirici toxumalar. Bitişdirici maddələr. bitişdirilmə “Bitişdirilmək”dən f.is. bitişdirilmək məch. Bir-birinə calanmaq, birləşdirilmək, rəbt edilmək, yapışdırılmaq, bağlanmaq. bitişdirmə “Bitişdirmək”dən f.is. bitişdirmək f. İki şeyi bir-birinə calamaq, birləşdirmək, rəbt etmək, bir-birinə sıx yapışdırmaq. Bitişdirib mıxlamaq. Qaynaq edib bitişdirmək. Hərfləri bitişdirmək. bitişik sif.\n1. Bir-birinə bitişmiş halda olan. Bitişik karton. Bitişik barmaqlar.\n2. Bir-birinə yapışıq, qonşu. Bitişik ev. Bitişik divar. – Pəri Soltanın evi zindana bitişik idi. (Nağıl).\n3. Bitişmə yeri, şeylərin bir-birinə bitişdiyi yer. bitişiklik is. Bitişik şeyin halı. bitişmə “Bitişmək”dən f.is. bitişmək f. Bir-birinə qovuşub birləşmək, yapışmaq, calanmaq. Almanın calağı bitişibdir. Yaranın ağzı bitişdi. Sınan şüşə çətin bitişər. – Borular bir-birinə bitişdi və sonra xırıldayaraq yavaş-yavaş quyuya getməyə başladı. M.Hüseyn. bitişmiş f.sif. Bir-birinə qovuşub birləşmiş, yapışmış, calanmış. bitki is. Göyərti, nəbatat; ağac, ot, çiçək və s. kimi torpaqda bitən hər şey. Yabanı bitkilər. Kənd təsərrüfat bitkiləri. Texniki bitkilər (sənayedə istifadə olunan bitkilər). Çoxillik bitki (bir neçə il yaşayan bitki). Bitki aləmi (bir yerin, ölkənin bütün bitkiləri). bitkiçi is. Bitki və əkin işləri ilə məşğul olan adam; bitki becərən və yetişdirən adam; bitkiçilik mütəxəssisi. Bitkiçilərin qarşısında duran mühüm vəzifələrdən biri heyvandarlıq üçün möhkəm yem bazası yaratmaqdır. bitkiçilik is.\n1. Bitki yetişdirmə sənəti, işi. Bitkiçiliklə məşğul olma.\n2. Kənd təsərrüfat bitkiləri yetişdirmə üsullarından bəhs edən elm. Bitkiçilik kafedrası. bitkin sif. Bitmiş, qurtarmış; tamamlanmış halda olan. Bitkin cümlə. Bitkin söz. // Yetişmiş, kamil, mükəmməl. Girəydim siz girən yeni bağçaya; Gözümlə görəydim bitkin barını. A.Şaiq. bitkinlik is. Bitkin şeyin halı; kamillik, mükəmməllik. bitləmə “Bitləmək”dən f.is. bitləmək f. Bitləri təmizləmək. bitlənmə “Bitlənmək”dən f.is. bitlənmək 1. f. Bitli hala düşmək; paltarını, başını bit basmaq.\n2. qayıd. Özünün, öz paltarının bitlərini təmizləmək. bitli sif. Biti olan; başını, paltarını bit basmış. // Natəmiz, pinti. bitlilik is. Bitli şeyin, adamın halı. // Natəmizlik, pintilik. bitmə I. “Bitmək1 ”dən f.is.\n\nII. “Bitmək2 ”dən f.is. bitmək I. f.\n1. Tamam olmaq, qurtarmaq, axıra çatmaq, başa çatmaq. Məzuniyyət müddəti bitdi. – Qəmimiz bitdi, fərəh oldu nümudar bu gün! M.Ə.Sabir. Kərbəlayı Məhəmməd ustanın hekayəsi bitən kimi, dərin bir etiqad ilə üzünü göyə çöndərdi. Çəmənzəminli. // İşi axıra çatmaq, qurtarmaq. İclas bitdi. Hər kəs öz aşna-dostu ilə danışadanışa evlərinə getdi. B.Talıblı. // Tükənmək. Kainatın bəzəkli şux gəlini; Bitdi artıq mənim qərarım, gəl. S.Rüstəm.\n2. Nəticələnmək. Mübahisə nə ilə bitdi? – Pulun getdiyinə baxma, işin bitdiyinə bax. (Ata. sözü). Qalib dönəcəksən bilirəm bunu; Get, ölümlə bitsin yağının sonu. S.Rüstəm.\n3. Saralmaq, saralıb qurtarmaq; bitişmək (yara). Ey söyləyən Füzuliyə eşq içrə səbr qıl; Söylə, bu məlhəm ilə kimin bitdi yarəsi? Füzuli.\n4. Yerinə yetirmək, əməl etmək. [Hacı Qənbər:] Dürüst fikrində saxla mən deyəni bitməsən, başını kəsəcəyəm. N.Vəzirov.\n\nII. f. Yetişmək, çıxmaq, cücərmək. Bu yerlərdə çoxlu fındıq bitir. bitməyən f.sif. Bitmək, qurtarmaq bilməyən; intəhasız. Gah sınıq könlümü etdi şadman; Gah saldı bitməyən savaşa məni. (Qoşma). bitməz sif.\n1. Qurtarmayan, bitməyən, tükənməyən, sonu-axırı olmayan, nəhayətsiz. Bitməz sərvət. – Yer iftixar edir bitməz varilə. M.Rahim.\n2. məc. Başagəlməz, həyata keçirilməsi, yerinə yetirilməsi mümkün olmayan. – [Cəbi:] Cəbini buyurursunuz bitməz işə, adını qoyursunuz yarıtmaz. N.Vəzirov. bitməzlik is. Bitməyən, qurtarmayan şeyin halı; tükənməzlik. bitməz-tükənməz sif. Qurtarmayacaq qədər çox; sonsuz, hədsiz, saysızhesabsız. Ölkəmizin bitməz-tükənməz təbii sərvətləri vardır. Bitməz-tükənməz mənbə. – Bu sonsuz və bitməz-tükənməz hərarət və atəş mənbəyi insanları cana gətirir. M.İbrahimov. bitmiş f.sif. Qurtarmış, tamam olmuş, tamamlanmış, başa çatmış. Bitmiş işdən gül iysi gələr. (Ata. sözü). İlyasov, Kazım kişinin mətləbini bitmiş hesab etdi. Mir Cəlal. bittəmam zərf [fars. bi... və ər. təmam] köhn. Tamamilə, bütün, bütünlüklə, hamısı. Cari olub xublar gəlsə bittəmam; Olmaz belə gözəl, belə xoşəndam.M.P.Vaqif. İndi olar da ayılıb bittəmam; Qalmadı heç yerdə sənə ehtiram. M.Ə.Sabir. bitum [lat.] miner. tex. Karbohidrogenlərdən ibarət təbii və süni qatran maddələrinin ümumi adı: asfalt, neft, qudron və s. bitumlaşma “Bitumlaşmaq”dan f.is. bitumlaşmaq f. geol. Bitum halına gəlmək, bitum şəklinə düşmək; qatranlaşmaq. bitumlu sif. Tərkibində bitum olan. bivaxt [fars. bi... və ər. vəqt] bax vaxtsız. Mərdan şəhərə gecə bivaxt döndü. Mir Cəlal. ‣ Bivaxt xoruz kimi banlamaq – yersiz, münasibətsiz danışmaq, gözlənmədən yerindən danışmaq. bivaris sif. və is. [fars. bi... və ər. varis] köhn. Varisi, vərəsəsi olmayan; varissiz, vərəsəsiz. bivec [fars. bi... və ər. vəch] bax vecsiz. Bivec adam. Bivec iş. – [Hacı Kamyab:] Mənim bir bivec qardaşım və qardaşımın da bir avara oğlu var. Ə.Haqverdiyev. [Bağır xan:] Mən deyən altı min tüfəng .. kara gələn deyildir, köhnə sistemli və bivec şeylərdir. P.Makulu. biveclik bax vecsizlik. bivə sif. [fars.] köhn.\n1. Dul qadın, ərindən boşanmış və ya əri ölmüş arvad. [Tazə:] Bivə övrətlərin əmri alınırmı nəzərə? [Köhnə:] Canı çıxsın, o da getsin yenə bir tazə ərə. M.Ə.Sabir.\n2. Dul kişi, arvadı ölmüş və ya arvadını boşamış kişi. bivəfa sif. [fars. bi... və ər. vəfa] bax vəfasız. Bivəfa yoldaş. Bivəfa dost. – Bivəfa dünyada, dəhri-fənada; Fələk məni yetirmədi murada. M.V.Vidadi. Sən oldun aqibət rüxi-dildar məhrəmi; Bir yadə salmadın məni, ey bivəfa könül. S.Ə.Şirvani. // İs. mənasında. Ey bivəfa ki, adət olubdur cəfa sana; Billah, cəfadır, olma demək bivəfa sana. Füzuli. Nə gərək sevəydim o bivəfanı; Nə də belə hicran dağı görəydim. Q.Zakir. bivəfalıq bax vəfasızlıq. Vaxtında sən aşinalıq etdin; Döndün, belə bivəfalıq etdin. X.Natəvan. Əzəldən eylədin mənnən aşinalıq; İndi nədən oldu bu bivəfalıq? Aşıq Dilqəm. bivəhm sif. [fars. bi... və ər. vəhm] köhn. Qorxusuz, qorxmayan. [Vəzir:] ..Teymur ağa gör necə səndən bivəhmdir ki, günün günortasında mənim kimi kişinin evinə giribdir. M.F.Axundzadə. biyaban is. [fars.] Otsuz, bitkisiz düz yer; səhra, çöl (bəzən, çöl-biyaban şəklində işlənir). Ol pir qalıb orada heyran; Məcnun tutuban rəhi-biyaban. Füzuli. Gülgəz dəli olub, yoxsa divana; Üz çevirib gedir çölbiyabana. Aşıq Abbas. Gəlmisən dağlar üstə cövlanə; Düşmüsən Qeys tək biyabanə. S.Ə.Şirvani. Məcnunun bəxtiyar və gənc yaşında; Axır qərargahı oldu biyaban. S.Vurğun. biyabangərd sif. [fars.] köhn. Biyabanları dolaşan avara. Mərdlə gəzən mərd olar, namərdlə gəzən biyabangərd olar. (Ata. sözü). biyan is. bot. Kökündən boya və xalq təbabətində dərman hazırlanan şirinköklü bir bitki. Pis siloslanan bitkilər bunlardır: gicitkən, yonca, biyan, dəvətikanı və xiyarın yaşıl hissəsi. Qara təpədən biyan talaları da görünürdü. Ə.Vəliyev. biyanlıq is. Biyan bitən yer, biyan tarlası. biyar is.\n1. Aprel işğalından əvvəl kəndlilərin mülkədarlar üçün məcburi və müftə olaraq icra etməli olduqları mükəlləfiyyət, iş. [İmamverdi:] ..Bir ay bəylik, bir ay biyar, üç ay qış, üç ay yaz, vur-tut bir ay işləyirsən. C.Cabbarlı. // Sif. mənasında. Kənddən bir dənə biyar araba gətirib, qabanın cəmdəyini içinə yıxıb, özüm də üstündə yola düşdüm. Ə.Haqverdiyev.\n2. məc. Ümumiyyətlə, zor və cəbr ilə, yaxud könülsüz görülən iş haqqında. Biyara get, bekar qalma. (Məsəl). biyarlıq sif. Biyar yolu ilə görülməli olan, biyara mənsub və aid olan. biz I. birinci şəxsin cəmi.\n1. Danışan şəxs bu sözlə özü ilə bərabər bir neçə nəfər, yaxud bir çox adam olduğunu bildirir. Biz qalib gələcəyik. Biz gəlmişdik, sən yox idin. O da bizlə gəldi. – Biz ümid olduq daza, daz özün qoydu naza. (Ata. sözü).\n2. Bəzən “mən” əvəzində deyilir. Bizim düşüncəmizə görə. Bizim irəli sürdüyümüz fikir. Bizə görə belədir. Bizim tədqiqatımızdan bu nəticə çıxır ki.\n3. Bəzən “lər” cəm şəkilçisi ilə .. bizlər – 1) mən və mənim kimilər (bu mənada bir qədər kinayə çalarlığı var). Bizləri daha saymırsan! Bizləri dindirən yoxdur; 2) danışan şəxsin mənsub olduğu mühiti, cəmiyyəti, xalqı, yeri və s.-ni bildirir. Bizlərdə adət belədir. – Bəli, bizlərdə övrət boşamaq lazım olanda həmişə meydana bir bəhanə gəlir və halonki kişi övrəti boşamaqda muxtardır... C.Məmmədquluzadə.\n\nII. is. Deşik açmaq üçün ucu şiş metal alət. Çəkməçi bizi. – [Kəlbalı] yəhərqaş xurcununda həmişə neştər, biz və burulmuş nazik köşə gəzdirər, yeri gələndə işə salırdı. S.Rəhimov. // Ucu çox sivri, batan şey haqqında. Biz kimi. bizar bax bezar. bizarafat zərf [fars. bi... və ər. zərafət] Zarafatsız, ciddi. Bizarafat deyirəm ki, hər kəs rastıma gəlir, – hamısını yavaş-yavaş dinə soyumuş görürəm. C.Məmmədquluzadə. biz-biz zərf Qabarıq halda, dik vəziyyətdə (tük, dəri haqqında). Saçları biz-biz durmaq. Bədənim biz-biz olub. ‣ Tükləri biz-biz durmaq (olmaq) – 1) son dərəcə qorxmaq, dəhşətlənmək; qorxudan, həyəcandan, dəhşətdən tükləri ürpərmək. Elə bir halə düşərsən ki, tükün biz-biz olar. M.Ə.Sabir. Aşpazı apardılar. Mənim tüklərim biz-biz durdu. M.S.Ordubadi. Bu sübh tezdən [katib] şkafın ağzını açarkən gözü icra edilməmiş işlərin tarixinə sataşmış və tükləri biz-biz olmuşdu. S.Rəhimov; 2) soyuqdan tükləri qabarmaq. bizciyəz əvəz. “Biz1 ”dən oxş. bizdimdik is. zool. Bizəoxşar əyri və uzun dimdiyi olan cüllüt. bizəban sif. [fars.] klas. Dilsiz, lal; dilsizağızsız. bizəval sif. [fars. bi... və ər. zəval] Zavalsız, məhvolmaz, davamlı, yox olmayan, daimi. bizimki əvəz.\n1. Bizə məxsus olan, bizə aid olan. O şeylər bizimkidir.\n2. İs. mənasında, adətən cəm şəklində: bizimkilər – bizə yaxın olan adamlar, bizim yoldaşlarımız, bizimlə işləyən, bizimlə həmməslək, ya həmvətən olan adamlar, bizim sıralarımıza daxil olanlar, yaxud bizim ailə (üzvləri). Bizimkilər çoxdan bağa köçüblər. – Bizimkilər kəmənd atıb metralyozları evlərə çəkdilər. M.S.Ordubadi. [Surxay:] ..Bizimkilər yığıncaq elədilər. S.Rəhman. bizqurd bax bizquyruq. bizquyruq is. zool. İnsanın bağırsağında parazitlik edən, quyruğu biz kimi sivri qurd. İnsanın bəzi qurdları, məsələn, bizquyruqlar, askaridlər çox vaxt bağırsaqlardan özbaşına və ya ifrazat ilə çıxır. Ələkbərov. bizləmə “Bizləmək”dən f.is. ...Eşşəklər uşaqların bağırtısından və bizləməsindən hürküb yerlərindən qopdular. P.Makulu. bizləmək f.\n1. Biz ilə deşmək, biz soxmaq, biz ilə deşik-deşik etmək, yaxud biz batırmaq.\n2. məc. Təhrik etmək, məcbur etmək, tovlamaq. [İsgəndər:] Bacılar hərə bir yandan səni bizləyəcəklər ki, “dinmə, kəs səsini, xortdan gələr, səni aparar”. C.Məmmədquluzadə.\n3. Bədəninə iti bir şey batıraraq tələsdirmək, yeyin getməyə məcbur etmək. İlyas uzunqulağı bizləyib, üzüaşağı çaya tərəf sallandı. S.Rəhimov. Qulam dayı özünü toplayıb cəsarətləndi, eşşəyi daha da möhkəm bizlədi. M.Hüseyn. bizlənmə “Bizlənmək”dən f.is. bizlənmək məch.\n1. Biz soxulmaq, biz ilə deşilmək.\n2. məc. Təhrik edilmək, məcbur edilmək.\n3. Bədəninə iti bir şey batırılaraq tələsdirilmək, yeyin getməyə məcbur edilmək. bizun is. [lat.] zool. Şimali Amerika vəhşi öküzü. bizotu is. bot. Quru yamaclarda bitən birillik bitki. bizvari sif. Bizə, iynəyə oxşayan, bizşəkilli. Bizvari yarpaq. blank is. [fr.] Müəyyən formada sənəd tərtib etmək üçün bir hissəsi çap edilmiş və doldurulmağa görə boş yerlər qoyulmuş vərəqə. Sübhanverdizadə poçt idarəsindən aldığı blankın ayaq tərəfini göstərərək: – Yoldaş prokuror, – dedi, – həmişə faktdan danışırsan... S.Rəhimov. blankist [xüs. is.-dən] Blankizm tərəfdarı. blankizm [XIX əsr fransız inqilabçısı O.Blankinin adından] Kapitalizmi, xalq kütlələrinin sinfi mübarizəsi olmadan, inqilabi sui-qəsd yolu ilə devirmək haqqında xırda burjua nəzəriyyə və taktikası. blef is. [ing.]\n1. Olmayan şeylə lovğalanma.\n2. Gözə kül üfürmə. blin is. [rus.] Mayalı xəmirdən qızartma üsulu ilə bişirilmiş nazik kökə. blindaj [fr.] hərb. Top və mina atəşindən qorunmaq üçün üstüörtülü möhkəm səngər, mühafizə sipəri. Burada Zorin üçdörd yerdə kənd daxmalarına bənzər blindajlar tikdirmişdi. M.Hüseyn. Qaraltılar blindaja .. tullanınca birinci olaraq Solovyov Valentina Xolmoqortsevanın səsini eşitdi. Ə.Əbülhəsən. blok I. [fr.] Birgə hərəkət etmək üçün dövlətlər, partiyalar, təşkilatlar, müxtəlif ictimai qruplar arasında düzəldilən ittifaq, birləşmə.\n\nII. [ing.] tex.\n1. Ağır şeyləri qaldırmaq üçün sadə maşın, mexanizm və onun fırlanan diskdən (çarxdan) ibarət olan hissəsi. Vışkanın təpəsindən, bucurqada sarınan kanatı .. keçirmək üçün bir blok asılır. Quliyev.\n2. Özü bir sıra element və hissələrdən ibarət olan qurğunun və s.-nin ayrı-ayrı hissəsi. Pəncərə və qapı blokları. Boruları bloklar halında quraşdırmaq.\n3. Betondan hazırlanan iri kərpiclər şəklində süni tikinti daşı. Beton bloklar.\n4. Böyük binada mənzillər qrupu. Mənzilim sol blokdadır. blokada [ing.]\n1. Mühasirə; mühasirəyə alma.\n2. məc. Bir dövlətə siyasi təzyiq göstərmək məqsədi ilə onu siyasi və iqtisadi cəhətdən təcrid etmək üçün görülən tədbirlər sistemi. Siyasi blokada. İqtisadi blokada. Maliyyə blokadası. bloknot [fr.] Qopardılan ağ kağız vərəqələrindən ibarət dəftər. Qurbanəli bloknotuna yazır və .. səhnədən çıxır. M.İbrahimov. bloza [fr.] Kəmərsiz geniş köynək şəklində kişi iş paltarı. blüminq [ing.] tex. Çox güclü metalyayma maşını. bobrik [rus.] Xovlu mahud parça növü. // Bu parçadan tikilmiş. Bobrik palto. – Bu zaman Kərbalı tükü tökülmüş bobrik pencəyinin ətəyini dartışdırıb düzəldər... S.Rəhimov. boçka [rus. boçka] Çəllək. Çaxır boçkası. Su boçkası. – Rizvan araba gedə-gedə Xosrovun köməyi ilə çıxıb, ağzı örtülü yağ boçkalarının üstündə oturdu. S.Rəhimov. ‣ Boçka kimi dan. – yekəqarın, qarnı yekə. boçkaçı is. Boçka (çəllək) qayıran usta; çəlləkçi. boçkaçılıq is. Boçkaçı sənəti; çəlləkçilik. boğanaq 1. is. Boğucu hava, havası boğuq olan yer. Bu otaq yaman boğanaqdır. Bu boğanaqda necə oturubsunuz? // sif. Çox isti və boğucu, bürkü. Boğanaq hava. Boğanaq otaq. – İyul ayına məxsus boğanaq bir gün idi. A.Şaiq. Hava olduqca boğanaq və hünülər qədərindən ziyadə idi.H.Nəzərli. Ventilyasiya xarab olduğu üçün, zirzəmi çox boğanaqdı. Ə.Əbülhəsən.\n2. Tozlu hava, toz, tufan. [Güllələrin] zərbəsindən biçarə ayı, boğanaqdan yıxılan ağac kimi yerə sərildi. S.S.Axundov. Kənd yolundan qalxan boğanaqlar .. burula-burula Araz çayına doğru yüyürüşürdü. M.Hüseyn. boğaz I. is.\n1. anat. Boyunun, qida borusunun başı və nəfəs yollarının yerləşdiyi ön hissəsi. Boğazdan yapışmaq. – Gülnaz dartınıb onun əlindən çıxdı, Qəmərbanunun boğazından yapışıb divara çırpdı. M.İbrahimov. // Ağız içinin dal tərəfindəki boşluq, hülqum. Boğaz ağrısı. // Boyun. Saldı boğazına siçanlar cənab; Vəhşət edib etdi pişik iztirab... S.Ə.Şirvani.\n2. Müxtəlif qabların (şüşələrin və s.-nin) ağızları ilə gövdələri arasındakı dar hissə. Şüşənin boğazı. – Durna bulağının dar şırranına söykənmiş balaca qırmızı sənəyin boğazından çıxan ağappaq su pıqqıldayır. S.Rəhimov.\n3. Dəyirmanın üst daşındakı deşik. Dəyirmanın boğazına ölü salsan, diri çıxar (çox diribaş, zirək adam haqqında).\n4. Çəkmə və corabın ayaqlıqdan yuxarı hissəsi. Yolçu .. sonra çəkmələrinin boğazını bir az yuxarı qaldırıb, sürətli addımlarla şəhərə tərəf yollandı. S.Rəhman.\n5. Dərələrin, çayların baş tərəfi; çay ağzı. Sürü dərənin boğazında gecələmişdi.\n6. İki dağ arasındakı dar keçid.\n7. coğr. Dənizin iki quru arasındakı dar hissəsi. Dardanel boğazı.\n8. mus. Müəyyən xanəndənin ifaçılıq sənətində işlətdiyi və yalnız ona xas olan xırda zəngulələr, habelə xırda musiqi ibarələri. ‣ Boğaz açmaq – yeməkdən doymamaq, qabağına gələni yemək, acgözlüklə yemək. Boğaz basmaq – xalq təbabətində boğaz gələndə (anginada) onun içərisindəki şişi barmaqla sıxıb əzişdirməkdən ibarət müalicə üsulu. Boğaz olmaq məh. – Borclu olmaq. Boğaz ortağı olmaq – başqasının yeməyinə şərik olmaq. Boğaz otarmaq – müftəxorluq etmək, orada-burada özünü doydurmaq. Boğaz uzatmaq – lovğalanmaq, təşəxxüslənmək. Bir göl içrə üzürdü bir yekə qaz; Özünə fəxr edib uzatdı boğaz. S.Ə.Şirvani. Boğaz yırtmaq – qışqırmaq, bağırmaq, bərkdən danışmaq. [Zaman:] Qardaşlar, burada oturub boğaz yırtmaqdan fayda yoxdur! Ə.Haqverdiyev. Boğaz(a) döymək – mübahisə etmək, boş danışmaq, qızğın və kəskin mübahisə etmək, çənə vurmaq. Boğaza dürtmək – bax boğaz(a) döymək. Boğaza keçmək – başa bəla olmaq, ilişmək, yapışmaq (arzu edilməyən adam, şey haqqında). Bir yandan da kor keçi bir bəla kimi [Həmidin] boğazına keçmişdi. Ə.Məmmədxanlı. Boğaz-boğaza – baş-başa. [Cənnətəli ağa:] Səni o qara köpək ilə boğaz-boğaza bağladacağam, hələ bir gözlə. N.Vəzirov. Boğazdan yuxarı – qeyri-səmimi. Danışır bəziləri, leyk boğazdan yuxarı. M.Ə.Sabir. Boğazı biçilmək – boğazından şey getməmək. Bu xəbərdən sonra xəstənin vəziyyəti xarablaşdı, boğazı biçildi, iştahası kəsildi. Mir Cəlal. Boğazı gəlmək – əsnəyi iltihab etmək. Boğazı qovuşmaq – boğazının yolu tutulmaq, nəfəs ala bilməmək. Boğazı qovuşub, su da içə bilmir. Boğazı qurumaq – mat qalmaq, qorxmaq, cavab verə bilməmək (qorxudan və s.-dən). Ağa Mərdanın lap boğazı quruyur. M.F.Axundzadə. Səməd xanın boğazı qurudu, güclə cavab verdi. M.S.Ordubadi. Boğazı tovlanmaq – iltihab və s. nəticəsində boğazı təxərrüşlənmək, içi qızarmaq. Boğazı tutulmaq – boğulan kimi olmaq, danışa bilməmək, səsi çıxmamaq (qeyzdən, hirsdən, ağlamaqdan və s.dən). Sübhanverdizadə od tutub yanır, qışqırmaq, haray salmaq istəyir, ancaq boğazı tutulur, ağzı kilidlənir. S.Rəhimov. Boğazına bağlamaq məc. – zorla və ya hiylə ilə qəbul etdirmək, boynuna sarımaq. [Musa:] [Məcnun bəy] elə bir sənin kimisini axtarırdı ki, qızını onun boğazına bağlasın. Ə.Haqverdiyev. Boğazına saxlamaq – bir qarın çörəyə saxlamaq. Varlılar Alı kişinin uşaqlarını boğazına saxlayırdılar. “Qaçaq Nəbi”. Boğazında qalmaq məc. – arzusuna nail olmamaq, ürəyində qalmaq (sözü). Boğazından çıxmaq məc. – əlindən çıxmaq, qismətindən çıxmaq, nəsib olmamaq. Boğazından getməmək (keçməmək) – qorxudan, iztirabdan, yaxud başqa hisslərdən heç bir şey yeyə bilməmək, şiddətli ruhi iztirab keçirmək. Ağca xanım Qaraca qız barəsində artıq dərəcədə iztirabda idi. Boğazından əsla çörək getmirdi. S.S.Axundov. Boğazından kəsmək – qənaət etmək, özünə qıymamaq. [Qafar:] Nə qazanıram ki, uşaqlarımın boğazından kəsib ona kirayə verim. S.S.Axundov. Azacıq məvacibə qənaət edən muzdur öz boğazından qəpik-qəpik kəsib, on ilin ərzində altı yüz manat pul cəm etmişdi. S.M.Qənizadə. Boğazından yapışmaq məc. – qısnamaq, çıxılmaz vəziyyətə salmaq, məcbur etmək. Boğazını arıtlamaq – öskürməklə boğazını təmizləmək, danışmağa hazırlaşmaq. Hüseyn əmi .. əlindəki dəmir milçə ilə çubuğun başını qurdalayır və boğazını arıtlayırdı. M.S.Ordubadi. Qavalvuran oğlan .. boğazını arıtlayıb, oxumağa hazırlaşırdı. M.Hüseyn. Boğazını islatmaq zar. – bir az içki içmək. Boğazını qəhər tutmaq – acığından, hirsindən boğularaq ağlamaq istəmək, lakin ağlaya bilməmək. Kişi daha da təsirləndi, boğazını qəhər tutdu. Mir Cəlal. Boğazının yolu qurumaq – bax boğazı qurumaq. Qəribin anasının boğazının yolu qurudu. “Aşıq Qərib”.\n\nII. sif. Boynunda balası olan. Boğaz at. Boğaz inək. Boğaz qoyun. – Əmniyyələr boğaz inəyi, eşşəyi və qoyunları tövlədən çıxardılar. M.İbrahimov. • Boğaz olmaq – boynunda balası olmaq, hamilə olmaq. boğazadöymə is. dan. Höcətləşmə, bir-biri ilə sözləşmə, söz güləşdirmə, mübahisə etmə; mübahisə, deyişmə. İki saatdan bəri davam edən boğazadöymə ağıllıbaşlı bir nəticə verməmişdi. Ə.Əbülhəsən. Axırda bu boğazadöymədən bir şey çıxmadı. Ə.Vəliyev. boğazaltı is.\n1. Balaca şal.\n2. Baş örtüyünün boğazın altından bağlanan bağı.\n3. Qadınların boğazlarına taxdıqları qızıl zinət. Bəzən belə söhbət olardı: – Yaxşı, indi ki belə oldu, bir de görək, nə istəyirsən? – Deyim də: .. boğazaltı, belbağı, iki dəst qızıl qolbaq, on dəst üzük... H.Sarabski. Sənəm sumağı boğazaltısının uclarını yoğun hörüyünün altına düyünləmişdi. Ə.Əbülhəsən.\n4. Yüyəndə: atın boğazının altından keçib başına bağlanan qayış. Yüyənin boğazaltısı qırılmışdır. boğazdöyüşməsi bax boğazadöymə. boğazlama “Boğazlamaq”dan f.is. boğazlamaq f.\n1. Boğazından yapışmaq (tutmaq, yaxalamaq). Vəznəli kişi qorodovoylara qışqırdı, tez məhkumu boğazladılar. Mir Cəlal.\n2. Boğazını kəsmək, boğazını üzmək, boğmaq. Tülkü toyuğu boğazladı. boğazlanmaq məch.\n1. Boğazından tutulmaq, yaxalanmaq. [Şeyda:] Bu gün Yusiflə Musanın boğazlandığını görüb də qoyun sürüsü kimi kənardan seyr edirsiniz. H.Cavid.\n2. Boğazı kəsilmək, boğazı üzülmək, boğulmaq. boğazlaşma “Boğazlaşmaq”dan f.is. boğazlaşmaq qarş. Bir-birinin boğazından yapışmaq, dalaşmaq. boğazlı sif. Boğazı olan. Boğazlı qab. Boğazlı şüşə. Boğazlı çəkmə. Boğazlı qaloş. boğazlıq I. is.\n1. Boğaza sarınan şal və ya boğaza keçirilən qadın zinəti.\n2. Paltarın boyun tərəfi. Onun köynəyinin ancaq boğazlığı salamat qalmışdı. S.Rəhimov. Gəldiyev əlini boğazlığına atdı, düzəltdi. Mir Cəlal.\n3. Çəkmə boğazına yarar dəri və s.\n\nII. is.Qarnında balası olma, hamiləlik. Qarabağ madyanlarında boğazlıq dövrü. boğça is. İçinə dəyişək, parça və s. qoyulub bükülmüş bağlama (böyük yaylıq). [Atam anama dedi:] Hərgah getmək istəyirsənsə, dur ayağa, boğçanı aç, mənim paltarlarımdan bir dəst gey, gedək. H.Sarabski. Səriyyə xala geri qayıtdı, onun qoltuğunda yamaqlı bir boğça var idi. M.İbrahimov. ‣ Boğçaya qoymaq məc. – üstünü örtmək, malalamaq, üstünü açmamaq. boğçalama “Boğçalamaq”dan f.is. boğçalamaq f. Boğçaya bükmək, boğça şəklində bağlamaq. boğçalanma “Boğçalanmaq”dan f.is. boğçalanmaq məch. Boğça şəklində bağlanmaq, boğçaya qoyulub bağlanmaq. ‣ Paltarı boğçalanmaq – ölmək. Qızılgül axçalandı; Dərmədim axçalandı; Sənə kimlər qarğadı; Paltarın boğçalandı. (Bayatı). boğdurma “Boğdurmaq”dan f.is. boğdurmaq “Boğmaq”dan icb. [Hacı Səməd xan:] Həyasızın birisi, deyəsən, bizim Təbrizdə adam boğdurmaqdan başqa bir işimiz yox imiş. M.S.Ordubadi. [Xan:] Bu Əbdilqədir .. Şəkiyə hücum edib, qardaşı oğlu Hüseyn xanı boğdurub, yerində oturdu.. Çəmənzəminli. boğma is.\n1. “Boğmaq”dan f.is.\n2. Yoluxma boğaz xəstəliyi (xalq arasında difteritin adı). Boğma çıxarmaq (boğma xəstəliyinə tutulmaq).\n3. məc. dan. Yemək, xörək, çörək mənasında (nifrət, hiddət və acıqla deyilir). [Fatma xanım:] Get, boğma bişir, zəhər bişir .. yaxşımı? N.Vəzirov.\n4. sif. Ortası dar, ağız və alt tərəfi isə gen (qab, stəkan və s. haqqında). Nurcahan qarpızı samovarın qabağında oturub, güllü boğma stəkanları silirdi. S.Rəhimov. ‣ Boğma çıxarmaq – qarğış əlaməti olaraq iki əlini qabağa gətirərək yumruq göstərmək. Fatma xanım ikiəlli İsgəndərə boğma çıxardıb gedir. C.Məmmədquluzadə. boğmaca is. bax boğma 2-ci mənada. boğmaq f.\n1. Boğazı sıxmaqla nəfəs yolunu, nəfəsini kəsmək. Boğazından yapışıb boğmaq. Boyunduruq öküzün boynunu boğur. – [Bayram:] Yüyürdüm yanına, gördüm ki, bir ayı bir adamı boğur, tüfəng atıb ayını vurdum, yaraladım. M.F.Axundzadə. Baba qollarını ata-ata yenə danışmaq istədi, lakin öskürək onu boğdu. Çəmənzəminli. Arvadı hıçqırıq boğdu. M.İbrahimov. Ağlamaq məni boğdu. Mir Cəlal. // Nəfəs almağı çətinləşdirmək, nəfəs almağa qoymamaq. Buranın havası adamı boğur.\n2. Boğub öldürmək. Çaqqal toyuqları boğdu. – [Rəsul:] Kişi məni boğmağa gətirib. N.Vəzirov. // Suya batırıb öldürmək. Küçüyü suya atıb boğmaq.\n3. Əl, ip və s. ilə sıxmaq. Çuvalın ağzını boğmaq. Borunun bir tərəfini boğ, su axmasın. // Tarım çəkmək, bağlamaq, sarımaq. [Göyərçin] gümüş kəmərini açaraq, bir az daraltdı və belini boğdu. S.Rəhimov.\n4. məc. Yolunu daraldaraq suyunu azaltmaq (arxın).\n5. məc. İnkişaf etməyə, yayılmağa, güclənməyə qoymamaq; qabağını almaq. Azadlığı boğmaq. – Çar hökuməti 1905-ci il inqilabını boğmaq məqsədi ilə ermənilərlə müsəlmanlar arasında milli qırğın üçün bir zəminə hazırladı. M.S.Ordubadi. // məc. Yatırtmaq, məhdudlaşdırmaq, üzə çıxmasına, görünməsinə, eşidilməsinə mane olmaq. [Əlyarov] hirsini boğub, səsinə mülayim bir ahəng verdi. M.Hüseyn. Amma .. Nadir ürəyinin tələbini boğub, öldürüb fürsətdən istifadə etmədi... B.Talıblı. İsfahani təzəcə yaralanmış ayı kimi qəzəbini boğa bilmədi... M.İbrahimov.\n6. məh. Xam atı öyrətmək, sakitləşdirmək, ram etmək. boğmalama “Boğmalamaq”dan f.is. boğmalamaq f.\n1. Yavaşca, yüngülvari boğmaq, sıxışdırmaq.\n2. dan. Qarğış etmək, nifrin etmək, qarğımaq.\n3. vulq. Yedirtmək, bir şey vermək. (yeməyə). // vulq. Yemək, udmaq, içəri ötürmək. Bu da sözdürmü, qazandıqlarımız parələri; Hey verək boğmalasın Zəngəzur avarələri? M.Ə.Sabir. [Fatma xanım:] Apar boğmalan, .. mən həmişə çay içənlərdən deyiləm. N.Vəzirov. boğmalanma “Boğmalanmaq”dan f.is. boğmalanmaq f. vulq. Tez-tez və acgözlüklə yemək. boğmalıq is. vulq. Yemək, xörək (nifrət və acıqla deyilir). Əlbəttə, Talıb xana cüzi bir boğmalıq vermək, bu var-yoxun hamısını verməkdən çox-çox asan idi. S.Rəhimov. boğucu sif.\n1. Tənəffüsü çətinləşdirən, boğan. Boğucu tüstü. Boğucu hava. – Kərimbəy qapını açanda, ağır və boğucu isti hava onu vurdu. Mir Cəlal.\n2. Nəfəs yollarını zəhərləyən. Boğucu qaz. boğuculuq is. Boğucu şeyin xassəsi. boğuq sif.\n1. Boğulmuş. Boğuq barama (qurdları boğulmuş barama). Ağzı boğuq çuval (ağzı iplə boğulmuş çuval).\n2. Aydın olmayan, aydın eşidilməyən, ahəngdar olmayan; tutqun, zəif. Dünyanı görməyirsən ki... deyən, rəfiqini boğazında tıxılan boğuq bir səda ilə salamladı. M.Ə.Sabir. Dərədən boğuq bir səs eşitdim, ildırım sürəti ilə dərəyə atıldım. A.Şaiq. ..Söyüdlü dərənin sonundan boğuq bir gurultu gəlirdi. Ə.Məmmədxanlı. Meşədə boğuq bir güllə səsi eşidildi. M.Hüseyn. boğuqluq is. Boğuq şeyin halı. Səsin boğuqluğu. boğulma “Boğulmaq”dan f.is. boğulmaq f.\n1. Hava azlığından nəfəsi çətinləşmək, nəfəs ala bilməmək. İstidən boğulmaq. Bu otağın havası yoxdur, adam boğulur. Dağa qalxdıqca boğulurdum.\n2. Nəfəs ala bilməmək nəticəsində ölmək (tüstüdən, boğucu qazdan və s.). Tüstüdən, az qala boğulmuşdum.\n3. Suda qərq olmaq, batmaq. Dənizdə boğulmaq. Çayda boğulmaq.\n4. məc. Məhv olmaq, tələf olmaq, yox olmaq, qeyb olmaq. Görürəm ilk dəfə ulduzun, Ayın; Alovlar içində boğulduğunu... S.Vurğun.\n5. məc. Son dərəcə sıxıntı, təzyiq, mənəvi və cismani əzab hiss etmək. Yazıqda qalmayır taqətdən əsər; Boğulur qəfəsdə bir bülbül kimi. S.Vurğun.\n6. məc. Bir şeyin çoxluğunu, ağırlığını, güclülüyünü, üstünlüyünü bildirir. Ətraf qəmgin bir sükut içində boğulurdu. M.Hüseyn. boğulmuş f.sif.\n1. Boğulub öldürülmüş. Qafqazlının boğulmuş meyiti küçəyə atılmışdı. M.S.Ordubadi.\n2. Havasızlıqdan, yaxud tüstüdən, qazdan ölmüş.\n3. Suda qərq olmuş. Çayda boğulmuş adam. – Ciğato çayı minlərlə .. boğulmuş mal-qara cəmdəklərini axıdıb, Urmu gölünə aparırdı. M.S.Ordubadi. boğultu is. Boğulan adamın, yaxud heyvanın çıxardığı səs. Xırıltı, boğultu və ayaq səsləri ağır bir çarpışma getdiyini bildirirdi. M.İbrahimov. boğunuq bax boğuq. Mən bir oğrunun boğunuq və yavaş səsinə bənzəyən bir səs eşitdim. M.S.Ordubadi. boğuşdurma “Boğuşdurmaq”dan f.is. boğuşdurmaq icb. Bir-biri ilə dalaşdırmaq, savaşdırmaq, vuruşdurmaq. [Avam camaat] Bakının ətraf kəndlərindən məşhur cins qoyun itlərini küçüklüyündən Bakıya gətirib il yarım, iki il bəsləməyə başlar və boğuşdurmaq üçün hazırlaşdırardılar. H.Sarabski. boğuşma 1. “Boğuşmaq”dan f.is.\n2. is. Savaşma, dalaşma, çeynəşmə; dava, mübahisə, qovğa. [Kazım:] Bu xanların boğuşması qurtarmır ki, biz də bir gözümüzü açaq, dünyanın işığına baxaq. Çəmənzəminli. boğuşmaq qarş.\n1. Bir-birini qapmaq. İtlər boğuşurlar. – İt itlə boğuşdu, yolçuya fürsət düşdü. (Ata. sözü).\n2. Dalaşmaq, savaşmaq, vuruşmaq, dava etmək. Küçədə uşaqlar boğuşurdular. – Ayı bir müddət onlar ilə boğuşandan sonra, mağaradan sıçrayıb çıxdı. S.S.Axundov. Bir gün Əşrəf məhəllə uşaqlarından biri ilə boğuşarkən, ağır bir əl qollarından yapışdı. A.Şaiq. boks [ing.] idm. Əllərə xüsusi əlcəklər geyilərək müəyyən üsul və qayda ilə icra edilən yumruq döyüşündən ibarət idman növü. boksçu is. idm. Boksla məşğul olan idmançı. boksit [fr.] Alüminium hasil edilən əsas filiz. boksyur [ing.] bax boksçu. bol sif. Çoxlu, son dərəcə çox, həddən artıq.Bol meyvə.Bol məhsul. Çayda bol su var. Bol süd verən inək. – Sentyabr ayı Bakıda əncirin, üzümün bol olan ayıdır. S.Rəhman. İndi babalarımızın “ilan mələyən” dedikləri çöllərə bol su axır. İ.Əfəndiyev. bol-bol zərf\n1. Çox, çoxlu, artıq, həddən artıq. Məndən ona bol-bol salam söylə.\n2. Artıqlaması ilə. Bu taxıl bizi bol-bol görər. boleru [isp.] mus.\n1. İspan milli rəqslərindən birinin adı.\n2. Bu rəqs tempində bəstələnmiş musiqi əsəri. bolqar is. Şərqi Slavyan xalqlarından biri və bu xalqa mənsub adam. bolqarca zərf və sif. Bolqar dilində. Bolqarca danışmaq. Bolqarca-rusca lüğət. bollanma “Bollanmaq”dan f.is. bollanmaq f. Bol olmaq, xeyli çoxalmaq, artmaq. Bazarda ət və tərəvəz bollanmışdır. Çayın suyu bollanmışdır. bollaşdırılma “Bollaşdırılmaq”dan f.is. bollaşdırılmaq məch. Bol edilmək, çoxaldılmaq, miqdarı daha da artırılmaq. bollaşdırma “Bollaşdırmaq”dan f.is. bollaşdırmaq f. Bol etmək, çoxaltmaq, miqdarını daha da artırmaq. Məhsulu bollaşdırmaq. bollaşma “Bollaşmaq”dan f.is. bollaşmaq bax bollanmaq. Mağazalarda hər şey bollaşmışdır. bollatmaq bax bollaşdırmaq. bollu bax bol. Çayda bollu su var. Göldə bollu balıq var. Bu il bollu meyvə götürmüşük. bollu-bollu zərf Bol-bol. bolluca zərf Çox bol, çoxlu. Sanatoriyada bolluca yemək verirlər. Bolluca vədə vermək. – [Bacı:] Ona yemək vermə, içmək vermə, bolluca nağıl söylə. S.S.Axundov. [Həkim:] Onları öz tərəfimizə çəkib yoldaş eləmək üçün də bolluca vaxt lazımdır. M.Hüseyn. bolluq is.\n1. Çoxluq, artıqlıq. Məhsulun bolluğu. Çayda suyun bolluğu. Xammalın bolluğu.\n2. Firavanlıq, rifah. Bolluq içində yaşamaq. Sərgidəki hər şey bolluqdan, şadlıqdan və böyük əməkdən danışırdı. bolşevik [rus.] Bolşevizm tərəfdarı. On iki minlik bolşevik “Qırmızı qvardiya”sının 70 faizini də daşnaklar təşkil edirdi... bolşevizm [rus.] V.İ.Lenin tərəfindən hazırlanaraq rus və beynəlxalq miqyasda fəhlə sinfinin mübarizəsi təcrübəsinə əsaslanan proletar inqilabı hərəkatı haqqında nəzəriyyə və taktika. bolt [rus.] Maşın və s. hissələrini birbirinə bənd etmək üçün bir başına qayka keçirilən metal ox. Özülün üstündə qurulmuş dirəklər yoğun boltlar və dəmirlərlə birbirinə möhkəm bağlanmışdı. M.Süleymanov. boltlama “Boltlamaq”dan f.is. boltlamaq f. Bolt ilə birləşdirmək, boltla bir-birinə bağlamaq. boltlanmaq məch. Bolt ilə birləşdirilmək, bolt ilə bir-birinə bağlanmaq. bomba [fr.] İçərisinə partlayıcı maddələr doldurulub, əl və ya silah vasitəsilə, yaxud da təyyarədən atılan mərmi,qumbara. Atom bombası. Oksigen bombası. Yandırıcı bomba. Fuqas bombası. bombaçı is.\n1. Bomba hazırlayan, bomba qayıran (adam).\n2. Bomba atan, bombardmançı. bombaçılıq is. Bomba hazırlama sənəti. [Həsən isə] öz rəğbəti ilə bombaçılıq vəzifəsini görürdü. M.S.Ordubadi. bombadaşıyan bax bombardmançı 1-ci mənada. Bombadaşıyan təyyarələr ildırım kimi şığıyan qırıcı təyyarələrin müşayiəti ilə əsgərlərin başı üstündən ötüb keçdi. M.S.Ordubadi. bombalama “Bombalamaq”dan f.is. Qabaq düşmən idi, arxa isə hər gün davam edən bombalama nəticəsində dağılırdı. Mir Cəlal. bombalamaq f. Havadan hücum edərək bombaya basmaq, üzərinə bomba atıb dağıtmaq. bombalanma “Bombalanmaq”dan f.is. bombalanmaq məch. Bombaya basılmaq, bomba ilə vurulmaq, üzərinə bomba atılıb dağıdılmaq. bombalatmaq icb. Bombaya basdırmaq. bombardman bax. bombardmançı 1-ci mənada. Bombardman təyyarəsi. • Bombardman etmək – bax bombalamaq. bombardmançı 1. sif. Bombalamaya məxsus. Bombardmançı təyyarə.\n2. is. Bombardman təyyarəçisi. Hava ayaz deyildi ki, bombardmançılar onsuz da qalxıb dağım-dağım olan yeri təzədən şumlamağa başlasın. Ə.Əbülhəsən. bombatökən bax. bombardmançı. Gedir qərbə tərəf hücum çəkənlər; Gedir qatar-qatar bombatökənlər. M.Rahim. bomboş sif. və zərf Tamamilə boş, lap boş, içində heç bir şey olmayan. Bomboş otaq. – [Tarverdi:] Görəsən sövdəgər tayfası yaraqlı-əsbablı yola çıxır, ya elə bomboş? M.F.Axundzadə. Şikayətçilər kabinetin bomboş olduğunu görərək, dönüb bir-birinin üzünə mat-mat baxdılar. S.Rəhimov. Anasının hər zaman bəzəkli saxladığı bu otaq bomboş idi. S.Rəhman. bomboz sif. Tünd boz rəngli. [Lado] Lökbatan adlanan bomboz bir səhra ilə qarşıda görünən dağlara sarı gedirdi. S.Rəhman. ..Qulam təpədən-dırnağa bomboz idi. Ə.Əbülhəsən. • Bomboz bozarmaq – tamamilə boz rəng almaq, rəngi qaçmaq. Bayram indi bomboz bozardı. Ə.Vəliyev. bomj is. [rus.] Səfil, didərgin, yeri-yurdu olmayan adam. bon [fr.]\n1. Sahibinə müəyyən vaxtda və müəyyən idarədən üzərində göstərilən məbləği almaq üçün ixtiyar verən kredit sənədi.\n2. Adətən yerlərdə buraxılan müxtəlif müvəqqəti kağız pulların adı. bonapartist [xüs. is.-dən] Bonapartizm tərəfdarı. bonapartizm [Fransa imperatoru Bonapartın adından] İnqilab şəraitində iri burjuaziyanın diktatura formalarından biri; bu şəraitdə hərbçilərə istinad edən əks-inqilabçı hökumət bir-biri ilə mübarizə edən sinifləri aldadaraq, özünü partiyalar üstündə olan bir hakimiyyət kimi qələmə verməyə çalışır. bonus is. [lat.] Mükafat, muzd, haqq, bəxşiş. bor I. [lat.] kim. Bir neçə mineralın tərkibinə daxil olan tünd boz rəngli kimyəvi element. • Bor turşusu kim. – dezinfeksiya və s. üçün işlədilən suda əriyən rəngsiz kristallar.\n\nII. [alm.] tib. Diş müalicəsində işlədilən polad burğu. boran is. Küləkli qar və yağış; çovğun, qasırğa. Borana düşmək. – Kərəməli, yollarım toz, qubar oldu; Boran oldu, çovğun oldu, qar oldu. Aşıq Kərəm. Bunların [Xədicə və uşaqların] ah-naləsi, boranın gurultulu səsi bir-birinə qarışmışdı. S.S.Axundov. Qabaqdan ağ geyib gəlir qara qış; İstinin soyuğu, boranı varmış. S.Vurğun. // Boranlı hava. [Yarpız] qışın boranında çıxıb qapıda dururdu ki, Bəndalı ötəndə boyuna baxsın. Mir Cəlal. // məc. Müsibət, fəlakət, bəla mənasında. Başından min boran keçmiş, dəyişmiş qanlı dövranlar. S.Vurğun. [Xavər] bağrına basdığı balasını həyatın fırtına və boranlarından qorumaq yollarını axtarırdı. M.İbrahimov. boranı is.\n1. bot. Qabaq növü. Ağ boranı. Sarı boranı. – [Pası] evin qabağında olan çiçəkli tənbəkilərə, saralıb qızaran boranılara baxmağa gedərkən, Cəbi Gülsənəmin yanına qaçdı. S.Rəhimov.\n2. aşp. Boranıdan bişirilən yemək. boranlama “Boranlamaq”dan f.is. boranlamaq f.\n1. Boran qalxmaq, boran baş vermək. Hava boranladı.\n2. Borana düşmək, boranlı havada soyuqdan donmaq. Mallar çöldə qalıb boranlamışdılar. boranlı sif. Küləkli qar və ya yağışlı; bərk küləkli, qasırğalı. Boranlı hava. Boranlı qış günü. – Duman gəldi, azdım mən də yolumu; Çiskinli, boranlı çöllərdə qaldım. Aşıq Kərəm. Payız çatanda axıra boranlı, qarlı qış yetər. A.Səhhət. Boranlı qış gecəsi, şaxta şiddət ilə kəsir; Külək vıyıldayaraq səs salır biyabanə. C.Cabbarlı. boranlıq bax boran. Atasız tifilləri basdı boranlıq, bizə nə; Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə? M.Ə.Sabir. borc is.\n1. Qaytarılmaq şərti ilə birindən alınan, ya birinə verilən pul və sairə; alacaq, verəcək. Borc pul verənin dili uzun olar. (Ata. sözü). [Molla Qasım:] Toyuq, ördək, qax, qoz ki vardır... Bunlardan gətirin, borclarınıza hesab edək.. S.S.Axundov. • Borc almaq – qaytarmaq şərti ilə birindən bir şey və ya pul almaq. Borc etmək – borc olaraq birindən pul və ya başqa şey almaq. [Axund:] Buna xatircəm olub min manatadək borc eləmişəm. Ə.Haqverdiyev. Borc vermək – qaytarmaq şərti ilə birinə bir şey və ya pul vermək. Borca düşmək (batmaq, girmək) – çoxlu borc etmək, ondan-bundan çoxlu borc almaq. Borca salmaq – borca düşməsinə, özündə olmadığı üçün başqasından borc almasına səbəb olmaq. Borcdan qurtarmaq (çıxmaq) – bütün borclarını verib qurtarmaq. Borcunu vermək – 1) almış olduğu borcu geri qaytarmaq. [Məşədi Əsgər] xozeyindən aldığı puldan səkkiz manat iki abbası qonşu dükançının borcunu verdi. S.M.Qənizadə; 2) məc. vəzifəsini, borcunu yerinə yetirmək.\n2. Ödənilməmiş vergi və s. Vergi borcları.\n3. Vəzifə. [Süleyman bəy:] Sən mənim atamsan və sənə hörmət eləmək mənim borcumdur. Ə.Haqverdiyev. • Borc bilmək – özünə vəzifə hesab etmək. Ancaq [Heybət] sarsılmaz bir vəziyyətdə, qarşısında duran Şamoya cavab verməyi özünə borc bildi. S.Rəhimov. Borc olmaq – vəzifə olmaq, ödəniləsi lazım gəlmək, üzərinə vəzifə qoyulmaq. Borc olsun, əvəzini çıxarıq.\n4. Haqq, minnət. O mənə çox yaxşılıq edib, mənim ona çox borcum var. • Borcdan çıxmaq – əvəzini vermək, minnətdən çıxmaq, qarşılığını vermək. ‣ Nə borcum(a), nə borcun(a), nə borcumuzdur (borcundur) – mənə (sənə) dəxli yoxdur, mənə (sənə) aid deyil, mənim işim (sənin işin) deyil, nə işimə (nə işinə). A qardaşlar, mənim nə borcumdu ki, məvacibiniz az, zəhmətiniz həddən artıq və rahətliyiniz əbədən yoxdur. C.Məmmədquluzadə. Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum; Yağmadı yağış, bitmədi bir danə, nə borcum. M.Ə.Sabir. [Fatma xanım:] Sənin ha qardaşın alıb gətirməyib, mənim oğlum gətirib. Sənin nə borcun? N.Vəzirov. [Hacı İsfahani:] Nə borcuna nə düşünürəm, sən de görüm, niyə gəlmisən? M.İbrahimov. Borcun(a), borcum(a) deyil, sənə (mənə) borc deyil – bax nə borcum(a). ..[Güləndam:] De ki, sənin borcun deyil, .. vaxtını mən özüm gələrəm, deyərəm. N.Vəzirov [Qarı:] Gec gəldim, .. birisi gün gəldim, borcuna deyil. Ə.Əbülhəsən. borc-xərc is. bax borc 1-ci mənada. Aslan borc-xərc pul düzəldib [Fərhadı] Kiyevə instituta göndərdi. C.Cabbarlı. Öz borc-xərcini verəndən sonra [Qulamın] cibində dörd yüz manat dəxi qalmışdı. S.Rəhimov. • Borc-xərc eləmək – başqasından borc almaq. borclu sif. və is.\n1. Borcu olan, başqasından borc almış olan; verəcəkli. Borcluların siyahısını tutmaq. – Güllücədə Molla Qasıma borclu olmayan bir kəndli yox idi. S.S.Axundov.\n2. Borc verən. Borclu borclunun sağlığını istər. (Məsəl).\n3. Bir vəzifəni görməli olan, öz vəzifəsi kimi icra etməli olan; vəzifəli. O, gördüyü işlər haqqında vaxtında hesabat verməyə borcludur. O, sənin işini görməyə borclu deyil. • Borclu çıxartmaq – bax borclu eləmək. [Qəhrəman:] “Sağ ol” demək əvəzinə, məni borclu çıxarırsan. S.Rəhimov. Borclu eləmək – yaxşılıq qarşısında minnətdar etmək. Məni özünə borclu elədi. Borclu qalmaq (olmaq) – öhdəsində borc olmaq. borcluluq is. Borclu olma, borclu adamın halı. Borcluluq adamı narahat edir. bordaq k.t.\n1. sif. Bəslənmiş, yaxşı yedirilib kökəldilmiş, kök (ev heyvanları haqqında). • Bordağa bağlamaq, bordaqda saxlamaq – yemləyib kökəltmək. Malqaranı çöldə və bordaqda kökəltmək işinin düzgün təşkil edilməsi ümumi ət istehsalını artırmaq üçün mühüm mənbədir. (Qəzetlərdən). Bordaq dövrü – heyvanların bu vəziyyətdə saxlandığı dövr.\n2. is. İri heyvanların başıbağlı saxlanması üçün tövlədə, pəyədə kiçik mənzil. bordaqlama “Bordaqlamaq”dan f.is. bordaqlamaq f. Bordağa bağlamaq (bax bordaq). bordaqlanmaq məc. Yaxşı yedirilib kökəldilmək, bəslənmək (ev heyvanları haqqında). bordür is. [fr.]\n1. Haşiyə; divarın döşəmə ilə birləşən yerinə vurulan haşiyə.\n2. Yolların kənarını bildirən ağ və qara rəngli dirəklər. borjom [Gürcüstanda yer adından] Müalicə üçün işlədilən mədən suyu. Borjom suyu. bormaşın xüs. Dişlərin içini ovmaq, təmizləmək üçün diş həkimlərinin işlətdiyi burğu maşını. borş [rus. borh] Kələm, çuğundur və başqa göyərtidən bişirilən şorba; kələm şorbası. [Vəli bəy:] Canım, Allahın kələm suyu borşu istəyirsən, içindən sosiska çıxır. S.S.Axundov. borşluq sif. Borş üçün yarayan. Borşluq kələm. Borşluq ət. bort [fr.]\n1. Gəminin yan divarı, böyrü; yük avtomobilinin kuzovunun və yük qatarının açıq vaqonlarının yan divarı..\n2. Bilyard mizinin və s.-nin üst yanı, kənarı. bortmexanik [xar.] Təyyarədə, dirijablda motorların, cihazların, aparatların işləməsinə və vəziyyətinə məsul olan təyyarə mexaniki. boru is.\n1. Dəmirdən, çuqundan, saxsıdan, şüşədən və s.-dən qayrılan uzunsov lülə şəklində içiboş cisim. Su borusu. Qaz borusu. Neft borusu. Rezin boru. Müşahidə borusu (optik cihaz). Borularda neft fasilə vermədən axır. // Baca. Zavod borularından burula-burula tüstü çıxır. (Qəzetlərdən).\n2. Nəfəslə çalınan, gurultulu səs çıxaran musiqi aləti. Boru çalmaq.\n3. anat. Bədən üzvlərini bir-biri ilə əlaqələndirən kanal. Nəfəs borusu. Qida borusu. Tənəffüs borusu. borucuq is. Kiçik boru. borudüzən is. xüs. Boruları yan-yana düzüb birləşdirən işçi. Borudüzən [Mikayılov] gündəlik tapşırığı daim artıqlaması ilə yerinə yetirir. (Qəzetlərdən). boruəyən is. tex. Boruları əyməyə məxsus alət. borukəsən is. tex. Boruları kəsmək üçün alət. Qoruyucu boruları quyuda kəsmək üçün daxili borukəsən işlədilir. Quliyev. borulu sif. Borusu olan. borusıxan is. tex. Borunu sıxıb tutmaq üçün alət. boruşəkilli sif. Görünüşcə boruya oxşayan, boru kimi. Boruşəkilli cisim. boruvar (=boruvari) bax boruşəkilli. Boruvari çiçək bot. boruvari (=boruvar) bax boruşəkilli. Boruvari çiçək bot. bosman is. [holl.] dəniz. Gəmi komandasının, təsərrüfat işləri cəhətdən tabe olduğu şəxs. bosmanlıq is. Bosmanın işi, vəzifəsi. bostan is. [fars.] Qovun, qarpız, xiyar, badımcan kimi tərəvəz bitkiləri yetişdirilən yer. bostançı is. Bostançılıqla məşğul olan adam, bostan yetişdirən adam. Bostançının sovqatı kəlik olar. (Ata. sözü). bostançılıq is. Bostan işi ilə məşğul olma, bostançı peşəsi, bostan bitkiləri yetişdirmə işi. Bostançılıqla məşğul olmaq. bostanlıq is. Bostan salınmış yer, başdan-başa bostan. Dəmiryol boyu bostanlıq idi. // sif. Bostan üçün yararlı. Bostanlıq yer. bostan-tərəvəz bax bostan. boston [coğrafi addan] Əla yundan toxunma parça növü. Boston parça. // Bu parçadan tikilmiş. Boston kostyum. boş sif. və zərf\n1. İçində heç nə olmayan. Boş qutu. Boş dükan. Boş çamadan. Boş şüşə. – Boş çuval dik durmaz. (Ata. sözü). • Boş əl ilə məc. – heç bir şey əldə etmədən, heç bir şeyə nail olmadan, əlində heç bir şey olmadığı halda. Boş əl ilə üstümüzə gəldi. // Yüklənməmiş, içində yükü, miniyi olmayan. Boş araba. Boş vaqon. – Boş eşşək yeyin gedər. (Məsəl). // Puç, içində ləpəsi olmayan. Boş qoz. Boş fındıq. // Heç kəs tərəfindən tutulmamış, azad, sahibsiz. Boş yer. Boş vəzifə. – Otaq dolu idi, boş kürsü yox idi. M.S.Ordubadi. // Doldurulmamış, gülləsiz. Boş patron. Boş tüfəng.\n2. Həlli çətin olmayan, çox sadə, asan. Boş iş. Boş məsələ. Boş bir şey.\n3. məc. dan. Ərsiz, ərindən ayrılmış, əri ilə əlaqəsini kəsmiş. [Fazil:] Bir kişi ki dəli oldu, onun övrəti ondan boşdu. C.Məmmədquluzadə.\n4. Bihudə, əbəs, hədər, əsassız, əsli olmayan. Boş söhbət. Boş ümidlər. Boş zəhmət çəkirsən. – Boş danışıqdan nə çıxar, ay balam. M.Ə.Sabir. • Boş danışmaq (söyləmək) – cəfəng danışmaq, bihudə danışmaq, əbəs danışmaq, əsassız danışmaq, yersiz danışmaq. [Səkinə xanım:] Bibim boş söyləyibdir, kimdir onun sözünə baxan. M.F.Axundzadə. Mən ölüm, Molla Nəsrəddin, hələ onu sonra oxursan, sənin İbrahim bəyin boş danışır. C.Məmmədquluzadə. Boş yerə – 1) əbəs, nahaq. Boş yerə cavab vermədin; 2) səmərəsiz, faydasız, hədər. Vaxtı boş yerə keçirdin. Boşa çıxarmaq – heçə çıxarmaq, puça çıxarmaq, heç eləmək, nəticəsiz qoymaq. Açıq demək lazımdır ki, kazak briqadası İran hökumətinin ümidlərini boşa çıxardı. M.S.Ordubadi. Boşa çıxmaq – boş olmaq, puç olmaq, hədər getmək, heç bir nəticə çıxmamaq. Bütün səylər boşa çıxdı. Ümidlər boşa çıxdı. Boşa getmək – bax boşa çıxmaq. Əli boşa çıxmaq – bax boşa çıxmaq.\n5. Asudə, azad, bikar, işsiz, işi olmayan. Boş vaxt. Boş vaxtımda sizə gələrəm. • Boş durmaq (oturmaq) – heç bir işlə məşğul olmamaq, işsiz dayanmaq, işləməmək.\n6. Yumşaq, məsamələri bir-birinə zəif yapışmış (bərk müqabili). Boş ağac. Boş torpaq. Boş qənd (tezəriyən qənd). // Sıyıq, duruhal. Boş xəmir. Boş palçıq. // Qəliz olmayan, tünd olmayan, zəif.\n7. Ölçüsündən böyük. Ayaqqabı ayağıma boş olur.\n8. Zəif bağlanmış, tarım olmayan, kip bağlanmamış, dartılmamış. Atın yəhəri boşdur, onu bərkitmək lazımdır.\n9. Qabırğaların alt tərəfində olan. Boş əti.\n10. məc. Məzmunsuz, mənasız, faydasız, qeyri-ciddi, yüngül. Boş kitab. Boş əsər. Boş məqalə.\n11. məc. İradəsiz, dayanıqsız, yüngül, ciddiyyətsiz. Boş adam. • Boş tutmaq – ciddi baxmamaq, ciddi yanaşmamaq, laqeydlik göstərmək, əhəmiyyət verməmək. boş-boş zərf Mənasız, havayı, əbəs, nəticəsiz. Boş-boş danışmaq. – [Heydər bəy:] Boş-boş xəyal eləmə, bu heç vaxt olmaz! M.F.Axundzadə. [Cavan:] Balam, boş-boş danışmaqdan fayda yoxdur. Ə.Haqverdiyev. // İşsiz-gücsüz, heç bir iş görmədən, veyilveyil. [Mirpaşa:] Mahmud .. başlayıb tənbəlliyə, boş-boş gəzib tütək çalmağa. Z.Xəlil. boşaldılma “Boşaldılmaq”dan f.is. boşaldılmaq məch. Boş hala gətirilmək, içindəkilər götürülmək, yükdən, minikdən azad edilmək. Maşının yükü bir neçə dəqiqəyə boşaldıldı. – Karvansaralar, hücrələr boşaldılmışdı. M.S.Ordubadi. Axşam evinin boşaldılacağı xəbəri ilə quduran Əminə .. Qədirin üstünə cummuşdu. Ə.Əbülhəsən. boşaldılmış f.sif. Boş hala salınmış, içindəki şeylərdən azad edilmiş (bax boşaltmaq 7-ci mənadan başqa). Boşaldılmış qab. Boşaldılmış maşın. Boşaldılmış ip. Boşaldılmış vint. boşalma “Boşalmaq”dan f.is. boşalmaq f.\n1. Boş olmaq, boş qalmaq, boş hala gəlmək. Ev boşaldı. Qablar boşaldı.\n2. Bərkliyini, sərtliyini, gərginliyini itirmək; yumşalmaq. Atın quşqunu boşalıbdır. Dəri boşalıbdır.\n3. Ciddiyyətini itirmək, zəiflik göstərmək, iradəsizlik göstərmək. [Şəhrəbanı xanım:] Hatəmxan ağa, özün bilmirsən ki, bir xamırağız kişidir. Əvvəldən yaxşı danışdı, sonra birdən boşaldı. M.F.Axundzadə.\n4. Gülləsi atılmaq, yaxud çıxarılmaq. Tüfənglər boşaldı. boşalmış f.sif. Boş hala gəlmiş. Boşalmış kisə. Boşalmış qab. Boşalmış vinti bərkitmək. Boşalmış qayış. Boşalmış ev. Boşalmış yerə işçi götürmək. – Hüseyn Məhbusi Kərimxanın yanından çıxıb, bir qədər Tehranın boşalmış küçələrində dolaşdı. M.İbrahimov. boşaltdırılma “Boşaltdırılmaq”dan f.is. boşaltdırılmaq məch. Boşaltmağa məcbur edilmək. boşaltdırma “Boşaltdırmaq”dan f.is. boşaltdırmaq icb. Boşaltmağa məcbur etmək, boşaldılmasına nail olmaq. Evi boşaltdırmaq. boşaltma “Boşaltmaq”dan f.is. boşaltmaq f.\n1. Bir şeyin içindəkiləri çıxarıb boş hala salmaq. Yeşikləri boşaltmaq. Ciblərini boşaltmaq. – Torbanı boşaldanda, içindən kağıza bükülmüş bir yumru şey çıxdı. S.S.Axundov. // Yükdən azad etmək. Vaqonu boşaltmaq. Avtomobili boşaltmaq. Arabanı boşaltmaq.\n2. məc. İçindəkini içmək, yemək. Sofi İranpərəst badəni boşaldıb, stola yaxınlaşdı. M.İbrahimov.\n3. Təxliyə etmək; tərk edib başqa yerə köçmək, çıxmaq. Şəhəri boşaltmaq. Evi boşaltmaq. Mənzili boşaltmaq.\n4. Bir qabdan başqa qaba tökmək. Unu tabağa boşaltmaq. Suyu ləyənə boşaltmaq.\n5. Gərginliyini, tarımlığını azaltmaq, bir az açmaq, boş eləmək. Atın quşqununu boşaltmaq. Çəkmələrimin bağını boşaltdım.\n6. Atmaq (odlu silahdan). [Oruc:] Vəli, tüfəngin çaxmağını yuxarı qovza ki, hamımız birdən tüfəngləri boşaldaq. M.F.Axundzadə. Dayanmadan tüfəngimi boşaltdım; Dallarınca bir neçə güllə atdım. A.Səhhət. Bir anda bir daraq güllə boşaltdım. S.Vurğun.\n7. məc. Açıb söyləmək. Sərdar Rəşidin dili açıldı, o, ürəyindəkiləri ortalığa boşaltmağa başladı. M.S.Ordubadi. Məstan bəyin ürəyi dolu idi. Boşaltmağa adam axtarırdı. B.Talıblı. Mədəd, sənin ürəyin dolu imiş, boşalt gəlsin! Ə.Əbülhəsən. boşama “Boşamaq”dan f.is. boşamaq f. İzdivacını ləğv etmək, arvadından ayrılmaq, əlaqəsini kəsmək. Arvadını boşamaq. boşandırma “Boşandırmaq”dan f.is. boşandırmaq bax boşatmaq. boşanma “Boşanmaq”dan f.is. boşanmaq f. Ərindən ayrılmaq. boşatdırma “Boşatdırmaq”dan f.is. boşatdırmaq icb. Boşanmağa məcbur etmək, boşanmasına nail olmaq. boşatma “Boşatmaq”dan f.is. boşatmaq f. Boşamasına səbəb olmaq, boşamağa məcbur etmək. [Xanpəri:] Onun cadusunda mən bir hikmət görmüşəm ki, əgər istəsə, bu saat məni qocamdan boşadar. M.F.Axundzadə. boşbeyin sif. Axmaq, başıboş, gic, səfeh. boşbeyinlik is. Axmaqlıq, başıboşluq, giclik, səfehlik. boş-bikar zərf İşsiz, boş-boşuna, veyil. Boş-bikar gəzmək. Boş-bikar qalmaq. – [Firuz] boş-bikar oturub qalır. Ə.Məmmədxanlı. [Məsmə:] Sənin nəyinə yaraşır gedib boş-bikar oturub çərəkə höccələyəsən? Mir Cəlal. boşboğaz sif. Ağzına və ağlına gələni danışan, boşuna danışan, mənasız danışan; hərzəgu, naqqal, gəvəzə. Boşboğaz adam. – Bizim bəzi boşboğaz yazıçılarımız da oxşayırlar haman təbiblərə ki, azarlının nəbzinə baxandan sonra, “xudahafiz” deyib, börklərini axtarırlar. C.Məmmədquluzadə. // İs. mənasında. Sirr saxlamayan, ağzıboş. [Pyotr:] Vera da atası kimi ciddidir, sadiqdir, çoxdanışan və boşboğaz deyil. S.Rəhman. boşboğazlıq is. Naqqallıq, boş-boş danışma, hərzəçilik; boşboğaz adamın xüsusiyyəti. Boşboğazlıqla məşğul olma. – [Sübhanverdizadə:] Hə, o mühəndis iş adamına heç oxşamır, .. boşboğazlıq eləyib gəzir. S.Rəhimov. // Cəfəngiyat, boş sözlər. [Əbülhəsən bəy:] Mənim təbiət fəlsəfəsinə dair söhbətlərim tamamilə sadə və boşboğazlıqdan ibarət imiş. M.S.Ordubadi. boş-boşuna zərf\n1. Mənasız, gərəksiz, faydasız, səmərəsiz, nəticəsiz, hədər, əbəs. Boş-boşuna vaxt keçirmək. Boş-boşuna gəzmək. – Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama. M.Ə.Sabir. Bu vəfasız ömür, bu coşqun dərə; Gərək boş-boşuna axıb keçməsin. M.Müşfiq.\n2. İçində heç bir şey olmadığı halda. Kimisi boş-boşuna tüfəngin çaxmağını taqqıldadır, kimisi torbasını doldurur, bəziləri də ayaqqabılarını düzəldirdi. H.Nəzərli. boşbuynuzlu sif. zool. Buynuzunun içərisi boş olan. Boşbuynuzlu heyvanlar. boşbuynuzlular is. zool. Cütdırnaqlı məməli heyvanların boş buynuzu olan növləri. boşqab is. İçinə xörək və s. tökmək üçün çinidən, saxsıdan, metaldan və s.-dən qayrılmış qab; nimçə. Dərin boşqab. Dayaz boşqab. Naxışlı boşqab. boşlama “Boşlamaq”dan f.is. boşlamaq f.\n1. Buraxmaq, vaz keçmək, əl çəkmək. [Kərim:] Yəni bunu deməkdə qərəzin nədir? İstəyirsən ki, mən səni boşlayım, qaçasan? M.F.Axundzadə. Boşla, ay molla dayı, sən də bizi çəkmə zora. M.Ə.Sabir. [Səlim:] Ürəyimə yatan işdir, boşlaya bilmərəm. Mir Cəlal.\n2. Bir işlə daha məşğul olmamaq, tərk etmək. Papirosu çoxdan boşlamışam. boşlanmaq bax boşalmaq 1-ci mənada. Qoşun qaçdı, boşlandı meydani-cəng; Bütün getdi yəğmayə topü tüfəng. M.Ə.Sabir. boşluq is.\n1. Boş yer, boş sahə. Bura başdan-başa boşluqdur. – Sahil boyu seyrək meşəlik və əngin bir boşluq idi. S.Rəhimov. // Məsamə, xırda deşik, oyuq. Külli miqdarda neft və qaz, yalnız böyük həcmdə boşluqları, yəni müəyyən, məsamələri olan süxurlarda yerləşir. Quliyev. // məc. Fəza. Uçurur fikrimi boşluqlara, bax; Göyü xəncər kimi dümdüz yararaq. S.Vurğun.\n2. anat. Bədəndə: ayrı-ayrı üzvlərin yerləşdiyi yer. Ağız boşluğu. Qarın boşluğu.\n3. Boş şeyin halı; yumşaqlıq, kövrəklik (bərklik ziddi). Torpağın boşluğu. Qəndin boşluğu.\n4. Sıyıqlıq, duruhallıq. Xəmirin boşluğu.\n5. məc. dan. Ciddiyyətsizlik, laqeydlik, zabitəsizlik, zəiflik. Boşluq göstərmək. – [Gülməmməd:] Bəy, özün də boşluq eyləyibsən. Ə.Haqverdiyev. bot [fr.] Boğazlı qaloş. Uşaq botu. Qadın botu. botanik [yun.] Botanika mütəxəssisi, nəbatatçı. Aşkara çıxarılmış dərman bitkiləri botaniklər .. tərəfindən öyrənilərək, tibb praktikasına daxil edilməkdədir. Əliyev. botanika [yun.] Bitkilər haqqında elm; nəbatat elmi. botinka [fr.] Alçaq boğazlı, ya boğazsız kişi, qadın və uşaq ayaqqabısı. [Teymurun] əynində boz rəngli nazik parçadan şalvar-köynək, ayağında isə qalın padoşlu soldat botinkası vardı. M.Hüseyn. boy I. is.\n1. Bədənin uzunluğu; qədd, qamət. Boyu uca adam. Boyu qısa. Sənin boyda. Bir boyda. – Bir balaca boyu var, ev dolusu toyu var. (Tapmaca). // Bədən quruluşu, bədəndə tənasüb. O qadının heç boyu yoxdur.\n2. Ümumiyyətlə, uzunluq. Gəbənin boyu. Otağın boyu altı metrdir.\n3. Yüksəklik, hündürlük. Ağacın boyu.\n4. Adətən boyda şəklində – böyüklükdə. Bu boyda balıq görməmişəm. – Bundan təkcə bir adama zərər dəymir, bu boyda məmləkətin işi axsayır. M.Hüseyn. [Mədəd:] ..Bu boyda kənddə bizdən savay adam tapmadınız, qəzetə vurasınız? İ.Əfəndiyev. // Adətən boyu, boyunca, boyunda, boyu ilə şəklində zərf mənasında işlənərək, bir şeyin uzununa davamını, uzunluğunu, böyüklüyünü, yaxud müddətcə davamını bildirir. Sahil boyunca ağaclar əkilmişdir. – Xəzər boyu yol uzanır dağ ətəyilə. R.Rza. Nur saçır Mingəçevir; Gülür Kür boyu dağ-daş. Ə.Cəmil. Ancaq bunlar tarix boyu bizi qazma daxmadan çıxara bilməmişdi. Mir Cəlal. Bu torpaqlar əsrlər boyu xalqımızın alın təri və qanı ilə suvarılmışdır. Ə.Məmmədxanlı. ‣ Boy atmaq – 1) uzanmaq, böyümək, inkişaf etmək. Uşaq boy atır. Ağac boy atır. Hər bir bitki cücərib boy atmaq və məhsul vermək üçün torpaqdan qida almalıdır. Tarlalarda milyonlarla pambıq cücərtiləri yavaş-yavaş boy atır. – Siz sərv kimi sərkeş olub böylə boy atdız. M.Ə.Sabir. Burda, bu ağacda hər oğlan, hər qız; Bir zaman boy atıb bir nər olacaq. S.Vurğun; 2) məc. İnkişaf etmək, tərəqqi etmək, irəliləmək, təcrübə qazanmaq, bərkimək, bişmək. Biz bu dostluq yollarında böyümüşük, boy atmışıq. S.Rüstəm. Döyüşlərdə zəfər çaldın, boy atdın. R.Rza. Mən sevirəm üzərində boy atdığım torpağı. Ə.Cəmil. Biz gözümüzü həyata burada açmış, onun göyləri, ulduzları altında boy atmışıq. Ə.Məmmədxanlı. Boy çəkmək – bax boy atmaq 1-ci mənada. Boy durmaq – ayaq üstə düz durmaq. Boy görmə – köhnə məişətdə: hədiyyə apararaq, gəlinlə ilk dəfə görüşmə. Boy vermək – 1) bax boy atmaq 1-ci mənada; 2) boyca, yaxud uzunluqca bərabər olmaq; 3) adam boyundan yuxarı olmamaq (suyun səviyyəsi). Boya-başa yetirmək (çatdırmaq, çıxarmaq) – yetişdirmək, tərbiyələndirib böyütmək. [Hacı Murad:] Budur, on iki ildir ki, mən ata-anasız yetimi .. boyabaşa çatdırmışam. S.S.Axundov. [Qızın anası:] Hey, hey, zəhmət çəkmişəm, qız böyüdüb boya-başa çatdırmışam. Uşağımdan bezar ki deyiləm. H.Sarabski. Cavanları tərbiyələndirmək, onları gələcək üçün, ölkə üçün yetişdirib boya-başa çatdırmaq əlavə diqqət və qayğı tələb edirdi. M.Hüseyn. Boya-başa yetişmək (yetmək, çatmaq, çıxmaq) – yetişmək, böyümək, tərbiyələnib ortaya çıxmaq. Boya-başa çatan cavan .. faşistlərin əlində əsir olub qalacaqdımı? Ə.Əbülhəsən. Boy-boya vermək – ayaq üstə dayanmaq (bir neçə adam haqqında). [Ballı:] Niyə belə boy-boya veribsiz? İ.Əfəndiyev. Boyu dolu – hamilə. Səbanın qarnı gözümə bir cür dəydi, – deyə Qaraxan .. arvadından soruşdu. – Boyu doludur, dayna, – deyə arvadı cavab verdi. S.Rəhimov.\n\nII. is. folk. Dastanlarda müəyyən hadisəyə həsr edilmiş fəsil, hissə. “Dədə Qorqud” boyları. Dəli Domrul boyu.\n\nIII. bax boymadərən.\n\nIV. nida. Qorxu, səksənmə, təəccüb bildirir. Boy, ilana bax, gör nə uzundur! boya is.\n1. Bir şeyə müəyyən rəng vermək, bir şeyi boyamaq, yaxud rəsm çəkmək üçün işlədilən rəng maddəsi. Qırmızı boya. Yağlı boya. Sulu boya. – Gülnaz gülərək, yerindən cəld qalxdı, iplərin boyalarına bulaşmış barmaqları ilə artırmaya atılmış dolulardan götürdü.. Çəmənzəminli.\n2. Ton, rəng, xüsusiyyət (rəsmdə, təbiətdə və s.). Bu rəssamın əsərləri öz boyaları ilə nəzəri cəlb edir. Klubun şəfəq saçan boyaları. // Məc. mənada. Getdikcə ictimai həyat öz boyasını dəyişirdi. C.Cabbarlı. Təbiətdəki hər mülayim cizgi, hər tanış boya dəyişilmiş, yabançılaşmışdı. Ə.Məmmədxanlı.\n3. məc. Təsviri, nitqi, ahəngi, üslubu canlandıran, gözəlləşdirən ifadə vasitəsi mənasında (çox vaxt cəm şəklində). Bizim məsələmizi nə hicran kəlmələrinin cürbəcür boyalarda verilməsi, nə də iztirabın dəhşətli qiyafədə təsəvvür edilməsi həll etmir. M.S.Ordubadi. Vaqiə aristokrat həyatından götürülmüş bir əyyaşın əhvali-ruhiyyəsini kəskin boyalarla təsvir edirdi. A.Şaiq. [Nərimanovun] .. “Pir” povesti din, xurafat üstündə qurulmuş Şərq cəhalətini dərindən və son dərəcə realist boyalarla ifşa edir. M.İbrahimov. boyaboy zərf\n1. Bir şeyin boyunda, uzunluğunda; boyca uyğun. Həmin uzun evin ortası üçün boyaboy miz düzəlmiş və yanlarına isə yerə bərkidilmiş skamyalar qoyulmuşdur. S.Rəhimov.\n2. Başdan-başa, uzununa. Sahil pəncərəmizdən boyaboy görünür. boyadılma “Boyadılmaq”dan f.is. boyadılmaq məch. Boyaq çəkdirilmək, rəngləndirilmək, rəng çəkdirilmək. boyaxana is. [fars.] Parça, ip və s. boyamaqla məşğul olan karxana, müəssisə. boyakar is. Boya ilə şəkil çəkən rəssam. Nuxa Xan sarayının divar təsvirləri müxtəlif zamanlarda yaşayıb-yaratmış müxtəlif boyakar rəssamların əsərləridir. Salamzadə. boyakarlıq is. Boya ilə şəkil çəkmə işi, sənəti. boyaq is.\n1. Bax boya 1-ci mənada.\n2. bot. Kökündən boyayıcı maddə hasil edilən bitki. boyaqçı is. Boyaqçılıqla məşğul olan adam. boyaqçılıq is. İp, parça və s. boyama işi, sənəti. Boyaqçılıqla məşğul olmaq. boyaqxana bax. boyaxana. Uşağı boyaqxanaya gətirib, boyaqxanaçıya onun üz-gözünü boyatdırardılar. H.Sarabski. boyaqlı sif. Boyanmış, rənglənmiş. Boyaqlı bez. boyaqotu is. bot. Başlıca olaraq dağlıq yerlərdə bitən çoxillik ot bitki. boyaqsız sif. Boyanmamış, rənglənməmiş. Boyaqsız parça. boyalama “Boyalamaq”dan f.is. boyalamaq bax boyamaq. boyalı sif.\n1. Boyanmış, rənglənmiş, rəngli; boya sürtülmüş. Boyalı kağız. – [Kişinin] qara boyalı bığlarının ətrafındakı dərin cizgilər gah bu füsunkar mənzərə qarşısında xəfiflənir, gah da dərinləşərək ağır qayğılar ifadə edirdi. Çəmənzəminli. Dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əliayağı xınalı adamlarla dolmuşdu. M.İbrahimov. // Üzünə boya (kirşan və s.) sürtmüş, üzünü boyamış. Boyalı qadın.\n2. məc. Zahirən aldadıcı, süni. [Qətibə:] Ancaq mən sevgilərin bu qədər aldadıcı və boyalı olduğunu bilmirdim. M.S.Ordubadi. boyalıq is. Boyaq bitən yer (bax boyaq 2-ci mənada). boyalılıq is. Boyalı şeyin halı. boyama “Boyamaq”dan f.is. boyamaq f.\n1. Bir şeyi boyağa salaraq və ya bir şeyə boya sürtərək ona müəyyən bir rəng vermək; rəngləmək. Bezi boyamaq. Qapıları boyamaq. Saçlarını boyamaq. // Məc. mənada. Meşənin üzərində bir yaylaq qızartısı artır, getdikcə meşəni boyayırdı. S.Rəhimov.\n2. məc. Batırmaq, bulamaq, qərq etmək. General Nakaşidzenin başı parçalanmışdı. Ağzını tez-tez açıb yumur, qanlara boyadığı Bakıya vida edirdi. M.S.Ordubadi.\n3. Kirləndirmək, ləkələndirmək, batırmaq. Uşaq əllərini mürəkkəbə boyadı.\n4. Bir şeyin çoxluğunu, bolluğunu bildirir. [Heydər bəy:] Hanı qızılbaş və osmanlı döyüşü ki, tamam Qarabağı qızıl-gümüşə boyadı. M.F.Axundzadə. boyana is. bot. Cirə; təbabətdə və kulinariyada istifadə olunan ətirli bitki. boyanalı sif. Boyana vurulmuş. Hər adama bir məcməyi verildi və hər məcməyidə bir boşqab boyanalı plov, üstündə quzu soyutması, yanında da sarımsaqlı qatıq və bağır-beyin vardı. Çəmənzəminli. boyanma “Boyanmaq”dan f.is. boyanmaq f.\n1. Rənglənmək, boya ilə örtülmək, boya qəbul etmək. Parça yaxşı boyanır. // Məc. mənada. Hər yer batan günəş şöləsi ilə boyanmışdı. – Yer üzü qırmızımtraq bir rəngə boyanırdı. Ə.Əbülhəsən.\n2. Batmaq, bulanmaq. Al qana boyanmaq. – Şahin-şunqar sürbənizi dağıdar; Boyanarsız qızıl qana, durnalar! M.V.Vidadi. // Özünü, üst-başını boyamaq, kirləndirmək, ləkələndirmək, batırmaq. Uşağın üst-başı mürəkkəbə boyanmışdır.\n3. qayıd. Üz-gözünə boya sürtmək.\n4. məc. Alışmaq, mübtəla olmaq. Biz atəşihicran ilə duzəxlərə yandıq; Sevdaya boyandıq. S.Ə.Şirvani. boyanmış f.sif.\n1. Boyağa salınmış, yaxud boya çəkilmiş; rənglənmiş. Boyanmış bez. Boyanmış parça.\n2. Üz-gözünə boya sürtmüş, sifəti, qaşları boyalı. boyar [rus. boərin sözündən] tar.\n1. Moskva dövlətində yüksək rütbə və bu cür rütbəsi olan şəxs.\n2. Qədim Rusiyada və Moskva dövlətində hakim sinfin yuxarı təbəqəsinin nümayəndəsi olan iri mülkədar. boyarlıq is. tar.\n1. Boyar rütbəsi.\n2. top. Boyarlar. boyasız sif.\n1. Boyası olmayan, rəngsiz, rəng çəkilməmiş.\n2. məc. Təmiz, saf. boyatdırma “Boyatdırmaq”dan f.is. boyatdırmaq icb. Boya (rəng) çəkdirmək, rənglətmək. boyatma “Boyatmaq”dan f.is. boyatmaq icb. Boyağa vermək, rəng (boyaq) çəkdirmək, rənglətmək. Bezi boyatmaq. boyayıcı sif. Boyayan, rəngləyən; tərkibində boya maddəsi olan. Boyayıcı maddələr. boy-buxun is. Qədd-qamət, boy, bədən quruluşu. Onun boy-buxunu yaxşıdır. – Səməd dayı otağın yuxarı başında bığlarını burmuş, oturub Nadirin boy-buxununa baxırdı. B.Talıblı. O boy-buxun gözlərimə dəyəndə; Xəstə ruhum təzələnir, ay Pəri! R.Rza. boy-buxunlu sif. Yaxşı boyu, qaməti, gözəl bədən quruluşu olan; qədd-qamətli, təndürüst. Xanın bütün diqqəti yuxarı başda əyləşmiş qartal burunlu, şahbaz baxışlı, çevik hərəkətli və boy-buxunlu Ömər xanda idi. Çəmənzəminli. Bir enlikürək, boy-buxunlu oğlan iclası açdı. Mir Cəlal. boy-buxunluluq is. Boy-buxunlu olma; qamətlilik, təndürüstlük. boydaş sif. Boyları bir olan, bir boyda olanlar; tay-tuş. Baxdıqca onlara, boydaşlarına; ..Oynadır qəlbimi sevimli bu hal. A.Şaiq. boygərdənə is. məh. Yeməli bir bitki. boyhaboy zərf Bir boyda, yan-yana, sıra ilə. Çayın hər iki sahilində boyhaboy ağaclar yüksələrək, çayı bir xiyaban kimi aralığa almışdı. Ə.Sadıq. boykot is. [ing.] Bir şəxs, təşkilat, dövlət və s. ilə tamamilə, yaxud qismən əlaqəni kəsməkdən, ona saymazlıq göstərməkdən ibarət siyasi və iqtisadi mübarizə üsulu. Boykot elan etmək (etiraz əlaməti olaraq birisi ilə əlaqəni kəsmək). • Boykot etmək məc. – etiraz əlaməti olaraq birisi ilə əlaqəni kəsmək. ..Mahalın .. camaatı bəyin bu hərəkətini öz əleyhinə açıq-açığına bir ədavət sayıb, söz bir yerdə qoydular ki, onu boykot eləsinlər. Ə.Haqverdiyev. [Mir Mahmud:] Məni boykot eləməsinlər deyə, familiyamı dəyişib, Kazımovski qoymuşam. S.Rəhman. boylama sif. məh. Boy bərabərdə olan. boylamaq f.\n1. Suyun dərinliyini bilmək üçün onu ölçüb, yaxud içinə girib yoxlamaq.\n2. Bax boylanmaq 1-ci mənada. Camaatın yarısı çıxmışdı kəndin kənarına və təpələrə dırmaşıb boylayırdılar ki, görsünlər gəlirmi naçalnik? C.Məmmədquluzadə. boylanma “Boylanmaq”dan f.is. boylanmaq f.\n1. Başını, boynunu uzadıb baxmaq, başını çıxarıb baxmaq. Pəncərədən boylanıb baxmaq. – Rza Qəhrəmani həyəcanla işi buraxıb, deponun qapısına çıxdı və vağzala tərəf boylandı. M.İbrahimov. Pəncərədən boylananları salamlayan musiqi və alqış səsləri bir-birinə qarışdı. Mir Cəlal. Ayaz .. qızın çiyni üzərindən küçəyə boylandı. Ə.Məmmədxanlı. // Ümumiyyətlə, müşahidə aparmaq, qabağa-dala, sağa-sola baxmaq. Laçın dörd yanına boylandı. M.Hüseyn. Nəriman ha boylanır, heç yerdə həyat izi görməyirdi. Mir Cəlal. // Məc. mənada. Boylanır qabağımda böyük bir əməl; Ucalır başım. M.Müşfiq. Dumanlar içində .. əli göz üstə; Qoca Şərq boylanır dalınca sənin. S.Vurğun.\n2. məc. Görünmək, özünü göstərmək, baxmaq. Günəş uca dağların arxasından yenicə boylanmışdır. – Dan ulduzu Nargin adasının dalından boylanır, Susannanın pəncərəsinə baxırdı. M.S.Ordubadi. Sanki buludlar arasından boylanmış Ay, işıqlarını otağa yaydı və çəkildi. M.İbrahimov. Səhər üfüqlərindən gün boylanırdı. M.Seyidzadə.\n3. məc. Yüksəlmək, qalxmaq, ucalmaq, görünmək (hündür şey haqqında). Yaşıllıqlar arasından boylanan evlərin qırmızı damları görünür. – Yüksəklərə, mavi göylərə doğru boylanan bacalar Qara şəhərin zirzəmilərində vərəmləyən fəhlələrin dastanını oxuyurdu. M.S.Ordubadi. boylana-boylana zərf Ətrafına baxabaxa, baxına-baxına. Milis nəfəri arxadan boylana-boylana gəlirdi. S.Rəhimov. boylu I. sif. Ucaboy, boylu-buxunlu, qədd-qamətli. Boylu oğlan. – [Kompozitor] boylu .. bir adamla qarşılaşdı. İ.Əfəndiyev. // Uca. Boylu çinar budaq atmış, qol atmış. R.Rza. Hərdən boylu qovaqların xışıldayır yarpağı. Ə.Cəmil.\n\nII. sif. dan. İkicanlı, hamilə. Boylu qadın. boylu-buxunlu bax boy-buxunlu. Boylu-buxunlu oğlan. – ..Solovyov yaşı təzəcə iyirmi beşə girən, boylu-buxunlu, yaraşıqlı bir kişi idi. Ə.Əbülhəsən. Biz çayxanadan çıxanda əyninə ipək pencək geymiş boylu-buxunlu, qarabığlı bir kişi qollarını ata-ata içəri girdi. “Kirpi”. boyluq is. Boy (boymadərən) çiçəyi bitən yer. boyluluq is. dan. İkicanlılıq, hamiləlik. boymadərən is. bot. Koma halında sarı çiçəyi və xoş qoxusu olan çoxillik bitki (xalq təbabətində işlənir). [Boymadərənin] düz duran gövdəsinin üzərində sıra ilə düzülmüş yarpaqları və gövdəsinin təpəsində səbət şəkilli, ağ rəngli çiçəkləri vardır. Əliyev. • Boymadərən arağı – həmin bitkidən çəkilmiş cövhər, dərman. boymadərənlik is. Boymadərən bitən yer. boynuburuq sif. dan. Məzlum, məhzun, yazıq, fağır; yetim. // zərf Yazıq-yazıq, fağır-fağır. Gözü yolda boynuburuq qalınca; Ölüm aşiqlərə xoş səadətdi. Q.Zakir. boynubükük bax boynuburuq. boynudərili bax boynuxəzli. Onun hər şeyi təzələnmiş, bircə boynudərili paltosu əski halında qalmışdı. Qantəmir. boynuxəzli sif. Yaxalığı xəzdən (dəridən) olan. Boynuxəzli palto. boynuyoğun sif. və is.\n1. Boynu normal haldan yoğun olan.\n2. məc. dan. Zəhmətsiz yaşayan, müftəxor, tüfeyli, istismarçı. Məşədi Əbdülbağı razı olmamışdı ki, dörd yüz on manat verilsin boynuyoğun molla Qivama.. C.Məmmədquluzadə. Bu yeddi günün içində plov qurşağa çıxdı; şəhərin hamı mollaları, boynuyoğunları, arvadları, uşaqları hər gün ehsanda cəm olurdular. Ə.Haqverdiyev. boyölçən is. xüs. Boy ölçmək üçün cihaz (gimnastika zallarında, sanatoriyalarda, xəstəxanalarda və s.-də). boysuz sif. Boyu kiçik, qısa. Boysuz adam. Boysuz qız. Boysuz otaq. boysuzluq is. Qısalıq, gödəklik. boyun is.\n1. Başın bədənlə birləşən hissəsi. Yoğun boyun. Əyri boyun. Uzun boyun. Boynundan yapışmaq.\n2. Paltarın, boğazı dövrələyən hissəsi. Paltonun boynu. Dik boyun. Köynəyin boynu dardır.\n3. Arabaya və kotana qoşulan cüt heyvan (öküz, ya kəl). Tarverdi hərəsi dörd boyun, [yəni] səkkiz öküzdən ibarət iki xış əlavə düzəldib, kövşənə saldı. S.Rəhimov. Qara kişi bir boyun öküz alıb. Ə.Əbülhəsən.\n4. Bir şeyin boyuna oxşayan hissəsi. Elektrik çarxının boynuna dolaşan qayışın qəzəblə hərəkəti, mədən qarovullarının fit səsləri .. Jenyanı düşündürürdü. M.S.Ordubadi.\n5. Dağın, qayanın və s.-nin təpəsi ilə döşü arasındakı hissə. Ortadakı təpənin boynunda çoban dayanmışdı. S.Rəhimov.\n6. Yerlik halında: boynunda, boynumda, boynumuzda və s. – üzərində, üzərimdə, üzərimizdə; öhdəsində, öhdəmdə, öhdəmizdə və s. Can qəmin çəkmiş idi, var idi boynumda həqqi. Füzuli. Kimdir mənim kimi ellər dəlisi? Hər kimsənin öz boynunda karı var. Q.Zakir. [Fərhad:] Əmimin mənim boynumda çox haqqı var. Ə.Haqverdiyev. // Çıxışlıq halında: boynundan, boynumdan, boynumuzdan və s. – üzərindən, üzərimdən, üzərimizdən və s. [Məhərrəm bəy:] Dərhal durub gəldim ki, o borcu [İmrana] verib atamın boynundan saqit edəm. S.S.Axundov. // Yönlük halında: boynuna, boynuma, boynumuza və s. – üzərinə, üzərimə, üzərimizə və s. [Alı:] Hörgü işləri bizim boynumuza. İ.Əfəndiyev. ‣ Boynu gəlmək – boyunduruqdan boyun əti şişmək (heyvanın). Boynu(n) sınsın! – qarğış, nifrin yerində işlənir. [Cənnətəli:] Baxırsanmı? Ha sizin boynunuz sınsın! N.Vəzirov. Boynuna almaq – 1) bir işi görmüş olduğunu etiraf etmək, açıb söyləmək. Müttəhim günahlarını boynuna aldı. Öz səhvini namusla boynuna almaq. – [Əsədin] fikrincə, Mahmud əmi xortdanı görməsə və ya görüb də boynuna almasa, daha bundan sonra bir kəs onun sözünə inanmayacaq.. B.Talıblı; 2) öhdəsinə götürmək, üzərinə götürmək. Niftalı bəy də boynuna aldı ki, Həcəri tutaram. “Qaçaq Nəbi”. Boynuna atılmaq – qucaqlamaq. Pəricahan xanım .. qaçaraq Əmir Aslan ağanın boynuna atılır. S.S.Axundov. Boynuna atmaq – bax boynuna yıxmaq. [Kapitan:] Bu [şübhə] bizə haqq vermir ki, hər şeyi onun boynuna ataq. Ə.Əbülhəsən. Boynuna bağlamaq – bax boynuna qoymaq 3-cü mənada. Buna əlavə olaraq bizim boynumuza elə bir yazı da bağladılar ki, onun sayəsində ümumə müyəssər olan savadı əldə etmək bizim üçün işlərin ən çətini olmuşdur. M.F.Axundzadə. Boynuna çəkmək – öhdəsinə götürmək, üzərinə götürmək, razı olmaq. Usta Zeynal gəldi və boynuna çəkdi, günü iki manata Muqdusi Akopun səqfini təmir etsin. C.Məmmədquluzadə. Boynuna düşmək – 1) üzərinə düşmək, öhdəsinə düşmək. Beləliklə, payız əkininin qalmış hissəsini başa vurmaq, tör-töküntüləri qurtarmaq Mürşüdoğlunun boynuna düşmüşdü. S.Rəhimov; 2) acığa düşmək, tərslik etmək, inad etmək, tərsliyə başlamaq. Oğlan evinin də boynuna düşərdi, qızın talağını verməzdi, iş ölüböldürməyə çıxardı. H.Sarabski. Boynuna götürmək – bax boynuna çəkmək. Bir dəfə boynuma götürmüşdüm ki, mən bunu [tələbəni] ictimaiyyatdan hazırlayım. Qantəmir. Mən işi öz boynuma götürməliyəm. S.Rəhimov. Boynuna qoymaq – 1) iqrar etdirmək, etiraf etdirmək; 2) məcbur etmək, razı etmək, qəbul etdirmək. [Əmiri-topxanə:] ..Onu dəxi razı edin, boynuna qoyun. M.F.Axundzadə. [Koxa:] Mən özüm .. onların boynuna qoyaram ki, daha birdəfəlik oğurluğu tərgitsinlər. S.Rəhimov; 3) üzərinə yükləmək, zorla qəbul etdirmək. Boynuna mindirmək – bax başına mindirmək (“baş” sözündə). Boynuna minmək – birinin üzərində tam hakim olmaq, ixtiyarını əlindən almaq. Boynuna minnət qoymaq – bax minnət qoymaq (“minnət” sözündə). Boynuna sarılmaq – bax boynuna atılmaq. Xala qapını açdı, məni görcək boynuma sarıldı. S.S.Axundov. [Kərim baba:] Qızımın boynuna necə sarılmışam, .. üzündən-gözündən necə öpürəm. A.Şaiq. Yarım saatdan bəri qapıda gözləyən Yeməncik nəşəli bir çığırıq ilə atasını qarşılayıb boynuna sarılır. H.Nəzərli. Boynuna təklif gəlmək – üzərinə düşmək, üzərinə vəzifə düşmək. Boynuna yıxmaq – üzərinə atmaq, isnad etmək (təqsiri, günahı). Boynuna yükləmək – 1) öhdəsinə qoymaq, üzərinə qoymaq; 2) qəbul etdirmək (işi, vəzifəni). Boynunda qalmaq – öhdəsində qalmaq, borclu olmaq. Boynunda olmaq – 1) öhdəsində olmaq, üzərində olmaq, görməli olmaq. Bu iş sənin boynunda olsaydı, çaşıb qalardın; 2) hamilə olmaq. Boynundan atmaq – rədd etmək, üzərindən atmaq, öhdəsinə götürməmək. Boynunu burmaq – fağır-fağır durmaq. Əbiş qollarını açaraq – Əsirgə, Kosa, balam yazıqdır, – deyib boynunu burdu. S.Rəhimov. Boynunu bükmək – məhzun-məhzun, yazıq-yazıq, fağır-fağır, məzlum-məzlum oturmaq. [Tubu:] Mən gedib günortayacan boynumu büküb, ağanın qapısında işimdən avara ola bilmərəm.. Ə.Haqverdiyev. Hamısı boyunlarını bükərək, gözlərini aşağıdan yuxarı üzünə dikib baxırdı. A.Şaiq. Boynunu vurmaq – başını kəsməklə edam etmək; // cəza olaraq öldürmək. ..Vur boynumu, gəl, var isə günahım; Sevdiyim, bu qədər əzab istəməz. Q.Zakir. Boynunun ardını görəndə – heç vaxt, qətiyyən. Boyun əti olmaq – asılı olmaq. Boyun əymək – 1) tabe olmaq, itaət etmək. Sahibkarlar tətil komitəsinin qarşısında boyun əyməkdən başqa bir çarə tapmırdılar. M.S.Ordubadi. [Ramazan:] Gedin, həmişəki kimi öz torpağınızı əkin, biçin və heç kəsə də boyun əyməyin. B.Talıblı; 2) yalvarmaq, minnət etmək, alçalmaq. Boyun qaçırmaq – imtina etmək, qəbul etməmək, boynundan atmaq. [Hacı Qurban:] Sənin heç yerdə sözün yerə düşməyibdir, indi nə üçün boyun qaçırırsan? N.Vəzirov. Fəhlələr öz təşkilatlarının intizamını gözləməkdən heç boyun qaçırmazlar. M.S.Ordubadi. Boyun qoymaq – razı olmaq, öhdəsinə götürmək, üzərinə almaq. Kənddən gələn yoxsullar ucuz qiymətə işləməyə boyun qoyduqlarından, zavod işçiləri sahibkardan heç bir tələb edə bilmədilər. H.Nəzərli. Boyun olmaq – söz vermək, vəd etmək. Bəyin yaxın adamlarından biri [camadar və dəlləyə] ya orada pul verərdi və ya da xələt boyun olardı. H.Sarabski. [Firidun:] Kasıb bir tələbə sizin kimi xanıma nə boyun ola bilər? M.İbrahimov; 2) boynuna almaq, düzünü demək. Kəndlilər Nəbini gizlətdilər. Nəçənnik nə qədər qınadısa, boyun olmadılar. “Qaçaq Nəbi”. Boyun tutmaq – razı olmaq, qəbul etmək. Boyun vermək – razı olmaq, razılıq vermək, öhdəsinə götürmək. Boyun-boyuna durmaq (vermək) – məzlum-məzlum, yazıqyazıq durmaq (bir neçə adam haqqında). boyunbağı is.\n1. Zinət üçün qadınların boyunlarından asdıqları muncuq və s. düzümü. [Yusif şah] ..qızlarının hər birinə bir gül .. və bir üzük və bir boyunbağı və bir dəst libas .. ayırdı. M.F.Axundzadə. Qadının yanında yaxşı tanıdığım bir həkim, boynunda isə iri mirvarilərdən diqqəti cəlb edən bir boyunbağı vardı. Ə.Məmmədxanlı.\n2. dan. Qalstuk. [Musanın nəvəsi] səhər durdu, üzünü qırxdı, paltarını geyindi, ağ köynəyinin üstündən qara ipək boyunbağısını bağladı. Qantəmir. boyuncuq is. Balaca boyun, zərif boyun, nazik boyun. boyunduruq is.\n1. İş heyvanlarını arabaya və s.-yə qoşmaq üçün onların boynuna keçirilən ağac çərçivə şəklində qoşqu cihazı. Boyunduruqdan qaçan öküzü kəsərlər. (Ata. sözü). Salman kişi də arabanın boyunduruğuna oturdu. A.Şaiq.\n2. məc. Zülm, əsarət, məhkumluq mənasında. Qaçmaq bacarmayanlar hamısı orada-burada boyunduruq altında qırılırlar. Ə.Haqverdiyev. Qəhrəmanlar yetişdirməyən bir xalq heç bir vaxt boynunu əcnəbi boyunduruğunun altından çıxara bilməz. M.S.Ordubadi. boyunduruqlama “Boyunduruqlamaq”dan f.is. boyunduruqlamaq f.\n1. Qoşqu heyvanlarının boynuna boyunduruq keçirmək. Kəlləri boyunduruqlamaq. Öküzləri boyunduruqlamaq.\n2. məc. İtaət altına almaq, əsarət altına almaq, cilovlamaq, əsir etmək, məhkum etmək. boyunduruqlanma “Boyunduruqlanmaq”dan f.is. boyunduruqlanmaq məch. Boynuna boyunduruq keçirilmək. boyunduruqlatma “Boyunduruqlatmaq”dan f.is. boyunduruqlatmaq “Boyunduruqlamaq”dan icb. Kəlləri boyunduruqlatmaq. boyunduruqlu sif.\n1. Boynunda boyunduruq olan, qoşulmuş. Boyunduruqlu kəlləri kənarda qoyan adamlar tündməzac qocaya baxıb gülüşdü. S.Rəhimov.\n2. məc. Əsir, məhkum, ixtiyarsız; boyunduruq altında olan. boyunluq is. Boyuna sarılan sarğı, boyun sarğısı; sarğı. boyunluqlu sif. Boynuna sarğı sarımış, boynunda sarğı olan. boyunsuz sif. Boynu çox qısa olan. [Casus] bayquş kimi boyunsuz, bədəninə görə yekə, lakin mütəhərrik başını əcaib və iyrənc bir surətdə hərləyib, düz arxasına, indicə girdiyi qapıya baxdı. M.Rzaquluzadə. boz I. sif.\n1. Kül rəngli, qara rənglə ağ rəngin qarışmasından əmələ gələn (rəng). Boz torpaq. Boz at. Boz qurd. – Həyətdəki sarı dirəyə ombaları çıxmış bir boz at bağlanmışdı. S.Rəhimov. ..Boz qanqallar da çiçək açmışdır. İ.Əfəndiyev. [Mahmud:] Kəndimizin, onun boz çinarlarının, sərin bulaqlarının əvəzi varmı? Z. Xəlil.\n2. Tutqun, dumanlı, çiskin. [Hacı Murad:] Sabah, Allah qoysa, qurtarrıq, hava da bozdur; bu dəxi yaxşıdır. N.Vəzirov. Səhərə məxsus ruzgar, yaşıl təpələrin üzərinə çəkilən dumanların boz yorğanını [atdı].. M.S.Ordubadi.\n3. Bitkisiz, çılpaq. Boz çöllər. Boz yerdə ot bitməz. – Parça-parça düşərək quşbaşı göydən yerə qar; Sarılır ağ mitilə boz dərə, çöllər, dağlar. A.Şaiq. Buruqlarım hayqıraraq, nərə salır boz çöllərə. S.Vurğun.\n4. məc. dan. Utanmaz, nəzakətsiz, həyasız, çəkinməyən, sərt, qaba danışan. Boz adam. ‣ Boz sifət göstərmək – üzə bozarmaq, nəzakətsizlik etmək, özünü qaba, ədəbsiz aparmaq. Qəhrəmanın ciddi təkidi müqabilində Rüstəm acıqlanır, ona boz sifət göstərirdi. S.Rəhimov.\n\nII. is. Qırqovulun dişisi.\n\nIII. is. tib. Dəmrova oxşar dəri xəstəliyi, keçəllik. bozaq I. is.\n1. bot. Şoran torpaqlarda bitən birillik yem bitkisi.\n2. Bu cür ot bitən yer.\n3. Boz. Qızıl qayanın üstündə olan silsilə dağları bozaq duman basırdı. S.Rəhimov.\n\nII. is. Qabayunlu Azərbaycan qoyunu cinsi. bozaqgülü is. bot. Bozqırlarda, yamaclarda bitən çoxillik ot bitki. bozalaq is. bot. Baldırı enli, yarpağı bozumtul alaq otu. Bozalaq Azərbaycanda, demək olar ki, bütün rayonlarda yayılmış alaq bitkilərindəndir. Qədirov. bozaraq sif. Boz, bozumtul. Bozaraq pərdə çox qalın olduğu üçün burada oturanlar çətin .. seçilirdi. Ə.Əbülhəsən. bozaran f.sif.\n1. Tez solan. Bozaran parça.\n2. Boz rəngdə görünən. Uzaqda bozaran dağın yamacları. – Daz başlar kimi bozaran .. binalar kəndin görkəmini korlayırdı. Ə.Əbülhəsən. bozarantı is.\n1. Havanın səhərə yaxın alaqaranlıq halı.\n2. Uzaqdan boz görünən şey, yer. bozarışma “Bozarışmaq”dan f.is. bozarışmaq f.\n1. Bir-bir bozarmaq, yavaş-yavaş bozarmaq, solub boz rəng almaq. Taxıllar bozarışmağa başlamışdır.\n2. Görünmək (boz şey haqqında). Qoyun sürüsü uzaqdan bozarışır. bozarma “Bozarmaq”dan f.is. bozarmaq f.\n1. Boz rəng almaq, bozlaşmaq. Qadın qoca olduğuna və saçlarının tamamilə bozardığına baxmayaraq, çöhrəsində görünən təravət onun gənclikdə malik olduğu gözəlliyi andırırdı. M.S.Ordubadi. // Solmaq, rəngi qaçmaq, rəngi getmək. Qızın rəngi gül kimi bozarmışdı. M.Hüseyn.\n2. Yetişməyə başlamaq, biçilmək (dərilmək) vaxtı çatmaq. Arpalar bozarmışdır. Qarpızlar yavaş-yavaş bozarır.\n3. Çiskinləşmək, tutqunlaşmaq; soyuqlaşmağa başlamaq, duman və soyuq olmaq. Havalar bozarmışdır; Ağ saqqallı qış gəlir. S.Rüstəm. Payız fəsli olduğu üçün hava yaman bozarmışdı. P.Makulu. // Yaxınlaşmaq, əlamətləri görünməyə başlamaq. Payız bozarır, dağüstü şəhərinin özündə və ətrafında meşələrdə ağaclar lütləşir. S.Rəhimov.\n4. Bişməyə, qovrulmağa başlamaq. Ət lap bozarıb, indicə xörək hazır olacaq.\n5. məc. Üzə qabarmaq; hörmətsizcəsinə, ədəbsizcəsinə, qabacasına cavab vermək, acıqlanmaq. Həsənov yenə bozarmaq istəyir, lakin cəsarət etməyib susur. M.İbrahimov. Tahir dostunun yanında pərtliyini gizlədə bilməyib, anasının üstünə bozardı... M.Hüseyn. ‣ Qızarıb-bozarmaq – bax qızarmaq. bozarmış f.sif. Boz hala gəlmiş, rəngi dönmüş, boz olmuş. Soyuqdan bozarmış əllər. Gündən bozarmış yarpaqlar. – [Rəfizadənin] .. sürtükünün bozarmış mahudu ilə şəvə kimi parlayan atlaz yaxalıq bir-birinə uymurdu. M.S.Ordubadi. [Kor kişinin] yıpranmış vücudu, bozarmış saç-saqqalı yaşının əllidən artıqlığını .. bildirirdi. S.Hüseyn. bozartı is.\n1. Bozarmış rəng.\n2. Uzaqdan görünən boz rəngli şey. bozartma 1. is. Yağlı ətdən bişirilən sulu qovurma; bozqovurma. [Şəhrəbanı xanım:] Nahara Müsyö Jordana qaymaq gərək, yağ gərək, axşama plov gərək, bozartma gərək ki, gedib öz ölkəsində deməsin ki, Qarabağ elatının arvadları mərifətsiz olurlar. M.F.Axundzadə. Gecəni qiyamət keçirirdilər. Erkək ətin bozartması, soğan, sirkə... Mir Cəlal. • Çoban bozartması – ala-çiy bişirilmiş sulu qovurma.\n2. “Bozartmaq”dan f.is. bozartmaq f.\n1. Boz etmək, boz rəng vermək. Rəngsaz divarı bozartdı.\n2. Soldurmaq. Paltarını günün altında bozartmaq.\n3. Yetişdirmək. İsti arpaları bozardır.\n4. Ala-çiy bişirmək, yüngülvari qovurmaq. Əti bozartmaq.\n5. məc. Utandırmaq. ‣ Sifətini (üzünü) bozartmaq – üzünün ifadəsini sərtləşdirmək, ciddiləşdirmək, qaşqabağını sallamaq. Nəbi üzünü bozardıb dedi: – Sən bizdən nə istəyirsən? “Qaçaq Nəbi”. ..Yasavul adamlarla görüşdükdə, qabaqcadan sifətini bozardır, “böyük iş adamı” kimi sifət alır, adamları qabaqlayırdı. S.Rəhimov. bozbaş is. Ət, noxud, kartof ilə bişirilən sulu xörək; piti. [Telli:] – Ay Pərzad xala, – dedi, – yeri onları da yığ gətir bir yerdə yeyək, bozbaş asmışam. Çəmənzəminli. Bozbaşı qoyun ətindən, özü də maça və döş hissəsindən bişirərdilər. H.Sarabski. bozbaşlıq sif. Bozbaşa yarayan. Bozbaşlıq ət. bozdar is. məh. Boztüklü qoyun itinə verilən ad. bozqır is. Susuz, otsuz çöl. bozqırlaşma “Bozqırlaşmaq”dan f.is. bozqırlaşmaq f. Bozqır halına gəlmək. bozqızılağacı is. bot. Hündür kol və ya ağac şəklində bitki. Bu bitkinin gövdəsi açıq-sarı rəngli qabıqla örtülmüşdür; sıra ilə düzülmüş yumurtaşəkilli yarpaqlarının kənarı ikiqat dişlidir. Əliyev. bozqovurma is. aşp. bax bozartma 1-ci mənada. bozlamac is. məh. Sacda bişirilən qalın yayma. bozlamaq f. məh. Uca səslə, oxşayaoxşaya ağlamaq. boztövr köhn. bax bozumtul. Daşlıqlara çıxan dovşanların balalarının arasında bəzinin rəngi tünd-yaşıl və bəzinki bir az boztövr olacaq. H.Zərdabi. bozumsov bax bozumtul. bozumsovluq bax bozumtulluq. bozumtraq bax bozumtul. Kəndin mərkəzindəki bozumtraq bir minarəni yalayıb gələn gilavar küləyi .. məhzun və mükəddər nəğməsini çalırdı. H.Nəzərli. bozumtul sif. Boza çalan, boza yaxın, bir qədər boz. Günəş çoxdan bozumtul buludlar arasında üzməkdə idi. M.Hüseyn. bozumtulluq mücər. Bozumtul şeyin halı. bö (=böv) bax böyə. böv (=bö) bax böyə. böcək is. [ər.] Sərtqanadlı kiçik cücü. Qutunun içində altı cərgə səliqə ilə kəpənək, çəyirtkə və qeyri böcəklər kağıza sancılı halda düzülmüşdü. Ə.Vəliyev. Hörümçək hər hansı bir yaxın budaqdan torpağa qədər sap uzadaraq, onun ortasında dayanır və uçan böcəyin həmin sapı nə zaman yellədəcəyini səbirlə gözləyir. Ə.Haqverdiyev. böhran is. [ər.]\n1. iqtis. Xırda istehsalatçıların iflasına, istehsalın azalmasına səbəb olan dövraşırı nisbi həddən artıq əmtəə istehsalı. İqtisadi böhran. Sənaye böhranı. Aqrar böhranı.\n2. Qıtlıq. Yanacaq böhranı.\n3. tib. Xəstəliyin gedişində xəstənin vəziyyətinin ya yaxşılaşması, ya da pisləşməsi ilə nəticələnən dönüş nöqtəsi. Qızılcanın böhran dövrü. – Var ümidim ki, gələ bir sənə səhhət tapasan; Gözləyir təbibin hələ böhran, Yusif! S.Ə.Şirvani. [Gülcahan:] Həkim gündə iki dəfə gəlir... On birinci günündə böhran olacaq [deyir] N.Vəzirov.\n4. məc. Bir şeyin gedişində sərt dönüş, kəskin dəyişiklik. [Müəllim:] Xüsusən uşaq on dörd, on beş yaşlarında ikən çox mühüm bir böhran keçirmək zamanıdır. A.Şaiq. // Ümumiyyətlə, ağır vəziyyət, ağır hal. [Şirin] əsəbi bir böhran keçirir. İ.Əfəndiyev. ‣ Siyasi böhran – ölkədə xalq kütlələrinin hökumətin siyasətindən qəti surətdə narazı qaldığını göstərən siyasi vəziyyət. Hökumət (yaxud kabinə) böhranı – köhnə hökumətin istefaya çıxması məsələsi həll olunub, yeni hökumətin isə hələ düzəldilməmiş olduğu dövr. böhranlı sif. Çox qarışıq, çox ağır, qorxulu. Xəstə böhranlı hal keçirir. – [Əbülhəsən bəy:] Bundan böhranlı, bundan ümidsiz bir dəqiqə görməmişdim. M.S.Ordubadi. böht is. [ər.] Heyrət, təəccüb, mat qalma, çaşıb qalma, çaşqınlıq. ..Böhtün içində onun [Hacı Xəlilin] keçən günləri bir-bir gəlib gözünün qabağından ötürdü. Ə.Haqverdiyev. Rəssam heyrət və böht içində dayanıb dinləyirdi. İ.Əfəndiyev. • Böht aparmaq (almaq) – mat qalmaq, heyrətə düşmək, fikrə getmək. Bu sözü eşidəndə məni böht aparıb: bilmirdim inanım bu xəbərə, ya inanmayım. C.Məmmədquluzadə. Sarğı gözündən açılıb içəri girdikdə, Qulamı böht aldı. Ə.Əbülhəsən. Böhtə getmək – bax böht aparmaq (almaq). Ağa Hüseyn Xəlilin bu sözlərini eşidib, bir an böhtə gedib dedi.. Ə.Haqverdiyev. Büllur Nisəxanımın xoşuna gəlməyən bir də ərinin bu xasiyyəti – “içində danışmağı”, “böhtə getməyi” idi. Mir Cəlal. böhtan is. [ər.] Birini ləkələmək üçün nahaqdan ona pis bir şey isnad etmə; iftira, şər. Həqqa ki, deyil bu nüktə böhtan; İsbatinə vardır əldə bürhan. Məsihi. [Heydər bəy:] Naçalnik, tamam danışdığı sözlər böhtandır. M.F.Axundzadə. Uryadnik bir-iki dəfə onu şapalaqladı, yenə də Ağabala böhtana qol qoymadı. Şamilov. • Böhtan atmaq – birinə olmayan bir işi və ya sözü isnad vermək; iftira demək, ləkə vurmaq. Böhtan demək (etmək) – bax böhtan atmaq. [Vəzir:] Məgər heç utanmırsan ki, mənim üzümə qarşı arvadıma böhtan deyirsən? M.F.Axundzadə. Böhtana düşmək – nahaqdan şərə düşmək, iftiraya məruz qalmaq. Böhtana düşən odsuz yanar. (Ata. sözü). Məsum kişi ağır bir böhtana düşmüşdü. Mir Cəlal. böhtançı is. Böhtan söyləyən, böhtanla məşğul olan, başqasının üstünə böhtan atan, şər atan adam; iftiraçı. Böhtançını məsuliyyətə cəlb etdilər. – [Hakimi-şər:] Mən demədimmi ki, bu zəifə mənim nəzərimə böhtançı gəlir? M.F.Axundzadə. // Sif. mənasında. Böhtançı adam. – Səlim yüz cür böhtançı materiallarla Dilaranı məktəbdən və partiyadan qovdurdu. M.İbrahimov. böhtançılıq is. Böhtan atma, iftira etmə, iftiraçılıq; böhtançının işi, peşəsi, xasiyyəti. Böhtançılıq üstə işdən çıxarıldı. bölən is. Bölmə əməlində: bölünən kəmiyyətin bölündüyü ədəd; məs.: 50:5=10 əməlində 5 bölən ədəd adlanır. bölgə I. is. zool. Nərə balığının bir növü, beluqa.\n\nII. is. Müəyyən əlamətə görə seçilən ərazi sahəsi. bölgü is.\n1. Bölmək işi. Məhsul bölgüsü. Əmək bölgüsü. İş bölgüsü. Gəlir bölgüsü.\n2. Dərəcələrə bölünmüş cihaz və s. Bölgü qıfı. Bölgü cədvəli. // Cihaz və s. üzərindəki dərəcələr. İndikator diaqramı üzərindəki bölgülər göstərici bölgülərin eynidir. Quliyev. bölmə is.\n1. “Bölmək”dən f. is\n2. Riyaziyyatda: bir sayda neçə dəfə başqa say (ədəd) olduğunu bilmə əməli. Bölmə əməli. Bölmə cədvəli.\n3. İdarə, təşkilat və ya müəssisənin iri şöbəsi; seksiya. Trestin istehsalat bölməsi.\n4. Kiçik əsgəri hissə. Bölməmiz çətinliklə irəliləyirdi, çünki düşmən cinahdakı atəş nöqtəsindən güclü atəş açırdı. M.Hüseyn. İldırım qabaqdaydı bölmə hücum edəndə. S.Rüstəm. Silahlı qüvvələrimizin bütün birləşmə, hissə və bölmələrinin komandirləri öz hissələrinin tam ixtiyarlı rəisləridirlər. (Qəzetlərdən).\n5. Bir şeyin, yaxud yerin və s.-nin bölündüyü hissələrdən hər biri. Bina bölmələrə ayrılmışdı. Qəfəsənin bölmələri. bölmək f.\n1. Bir şeyi parçalara, hissələrə, paylara ayırmaq. Əmlakı bölmək. Şagirdləri qruplara bölmək. // riyaz. Bölmə əməliyyatı icra etmək. İyirmini dördə bölmək.\n2. Arasını kəsmək, ayırmaq. Otağı iki yerə bölmək. Bağçanı ortasından bölmək. Tən yarı bölmək. bölücü is. Hissələrə bölən, ayıran; təqsim edən. bölük is.\n1. Piyada və bəzi xüsusi qoşun hissələrində batalyon tərkibinə daxil olan əsgəri hissə; rota. Diviziyanın alayları, hər alayın bölükləri kənd aralarında, meşəliklərdə, dağda-daşda yerləşmişdi. S.Rəhimov.\n2. Parça, tikə, hissə. Tağı əmi [bildirçini] qırğının əlindən alıb başını kəsdi. Sonra iki bölük edərək tulalara atdı.. S.S.Axundov.\n3. “Bir” sözü ilə: bir bölük – bir yığın, bir sürü, bir dəstə; çoxlu. Bir bölük yaşılbaş sonalar kimi; Yığılıb gəlibdir Qazağa qızlar. M.P.Vaqif. Bir bölük atlar; Atlar göy otlar. A.Səhhət. [Məşədi Cəfər:] Məndən sonra bir bölük yetim-yesir qalacaq. Ə.Haqverdiyev. Bir tək donluq ilə Mirzə yazıq özünü saxlasın, yoxsa pul göndərib bir bölük, külfətini dolandırsın. S.Rəhimov. bölük-bölük zərf Dəstə-dəstə, dəstələr halında. Adamlar bölük-bölük gəldilər. – Bölük-bölük, dəstə-dəstə qızınan; Sonam göldə üzən yerdir bu yerlər. Aşıq Kərəm. bölüm is.\n1. Bölmə işi.\n2. Parça; bölünmüş hissə; pay, hissə. bölüm-bölüm zərf Parça-parça, hissəhissə, tikə-tikə. Bölüm-bölüm olmaq. bölünən f.sif.\n1. Parçalanan, hissələrə ayrılan.\n2. riyaz. Bölmə əməlində: bölünən ədədin adı; məs.: 10:5 = 2 əməlində 10 bölünəndir. bölünmə “Bölünmək”dən f.is. bölünmək f.\n1. Parçalanmaq, xırdalanmaq, hissələrə ayrılmaq. Hüceyrələr bölünüb artır. Buz ikiyə bölündü.\n2. riyaz. Qalıqsız başqa ədədə bölünə bilmək. On beşə bölünür.\n3. Ayrılmaq. Dəstəmiz bir meşənin yanında üç hissəyə bölündü.\n4. məch. Paylaşdırılmaq, bölüşdürülmək. Vəzifələr kollektivin üzvləri arasında bölündü. bölünməz sif.\n1. Qalıqsız bölünə bilməyən. Bölünməz ədəd.\n2. Bölünməli olmayan.\n3. Parçalanmayan, hissələrə ayrıla bilməyən; bütöv. Keçmişdə atomlar materiyanın bölünməz hissələri hesab edilirdi. bölünməzlik is. Bölünə bilməmə, parçalana bilməmə, hissələrə ayrıla bilməmə; bütövlük, tamamlıq, yekparəlik. bölüş is. Bölünmə, ya bölmə qaydası, tərzi, üsulu. Bu bölüş heç xoşuma gəlmədi. bölüşdürmə “Bölüşdürmək”dən f.is. bölüşdürmək f. Bir şeyi və ya işi bir neçə adam və s. arasında bölmək, yaxud öz aralarında paylaşdırmaq. Malı bölüşdürmək. Məhsulu bölüşdürmək. // Hissələrə bölmək. bölüşdürücü sif. və is. Təqsim edən, bölüşdürən. bölüşdürülmə “Bölüşdürülmək”dən f.is. Vaxtın düzgün bölüşdürülməsi. bölüşdürülmək məch.\n1. Bir neçə adam və s. arasında, yaxud öz aralarında bölünmək, paylaşdırılmaq. Bu günlərdə məhsul bölüşdürüləcəkdir.\n2. Hissələrə bölünmək. bölüşmə “Bölüşmək”dən f.is. bölüşmək qarş. Bir şeyi öz aralarında bölmək, təqsim etmək, paylaşdırmaq, yaxud bir şeydən bir hissə özünə götürüb, qalanını başqasına və ya başqalarına vermək. Qaraca qız çox rəhmdil və səxavətli qız idi. Hər nə əlinə düşsə idi, yoldaşları ilə bölüşərdi. S.S.Axundov. Üzün aydın, ağ tellərin yumşaq; Dərdlərini gəl mənimlə bölüş, ay! H.K.Sanılı. börk is. Papaq, baş geyimi. Mollanın börkünü çalıb oğru; Yüyürüb qaçdı bir bağa doğru. M.Ə.Sabir. [Xudayar bəy:] Kişi börkünü başına nədən ötrü qoyur? Ondan ötrü qoyur ki, ona kişi desinlər. C.Məmmədquluzadə. • Börkünü göyə atmaq – bax papağını göyə atmaq (“papaq” sözündə). Kəblə İmaməli, .. Məşədi Bayram o qədər sevindilər ki, az qalırdılar börklərini göyə atalar. C.Məmmədquluzadə. börkçü is. Papaqçı. Börkçünün börkü olmaz, kürkçünün kürkü. (Ata. sözü). börkqapan is. Keçmişdə papaqla oynanılan bir oyun adı; papaqaldıqaç. börklü sif. Papaqlı, başında börk olan. bövl is. [ər.] köhn. Sidik. • Bövl etmək – işəmək. Ağacın altında, suyun qırağında bövl etmək yaxşı deyil. C.Məmmədquluzadə. böyə is. zool. Hörümçəyəoxşar zəhərli cücü. böyələk is. zool. Heyvanların qanı və bitkilərin şirəsi ilə dolanan iri çibin. böyələkçi is. məh. Hiyləbaz, araqızışdıran. [Həzrətqulu:] Nə vaxtacan bu Həsən kişi xalqın başına böyələkçi olacaq? Ə.Haqverdiyev. böyələkləndirmək f. məh. Acıqlandırmaq, qızışdırmaq. böyələklənmək f. məh.\n1. Böyələk sancmasından qaçmaq, şıllaq atmaq (heyvanlar haqqında) .\n2. məc. Acıqlanmaq, dalaşmaq istəmək. böyəmək f. məh. Suyu gölləndirmək üçün arxın, çayın qabağını kəsmək. böyənmək f. məh. Yığılıb qalmaq; qabağı kəsilmək, qabağı bağlanmaq. böylə köhn. bax belə. İnsan da olurmu böylə incə; Ey şux, məgər ki, huri-eynsən? Heyran xanım. Hacı Saleh qızı böylə camal sahibi görüb, oğlu Əsgərə təklif etdi ki, Züleyxanı alsın. C.Cabbarlı. Dedim, igid ömrü böylə bitirməz... R.Rza. böyrək is. anat. İnsan və heyvanlarda: sidik ifraz edən bədən üzvü. Böyrək xəstəliyi. Sağ böyrək. böyrəkcik is. Kiçik böyrək. böyrəkli sif. məh. Qoçaq, ürəkli. böyrəküstü sif. anat. Böyrəklərin üstündə yerləşən. Böyrəküstü vəzilər. böyücük sif. Çox böyük, olduqca böyük. ..Qanbur bir ixtiyar əlində böyücük bir büt yonur. H.Cavid. // Bir qədər böyük. böyüdücü sif. xüs. Böyük göstərən, iri göstərən. Böyüdücü şüşə. Böyüdücü cihaz. böyüdülmə “Böyüdülmək”dən f.is. böyüdülmək məch.\n1. Böyük hala salınmaq. Şəkil 4 dəfə böyüdülmüşdür.\n2. Tərbiyələndirilmək, (bəslənib) yetişdirilmək.\n3. Vəzifəsi artırılmaq, yüksəldilmək. böyüdülmüş f.sif.\n1. Böyük hala salınmış, iriləşdirilmiş. Böyüdülmüş şəkil. Mikroskop altında böyüdülmüş mikrob.\n2. Şişirdilmiş. Böyüdülmüş məsələ. böyük sif.\n1. Kəmiyyətcə, ölçücə yekə, iri (kiçik ziddi). Böyük daş. Böyük şəhər. Böyük ev. – Ağarza yoldan kənara çəkilib, böyük və soyuq bir daş üstündə oturdu. Mir Cəlal. [Göyərçin:] İsmayılzadə deyir ki, bu il böyük bir saray tikəcəyik... Z.Xəlil. // Geniş, vüsətli. Böyük meydan. Böyük sahə.\n2. Bəzi isimlərin qabağında gücləndirici məna daşıyır. Böyük fayda. Böyük sürət. Böyük məmnuniyyətlə. Böyük maraq. Böyük dərd. Böyük arzu. Böyük sevinc. Böyük ləzzət. Böyük həvəslə. Böyük minnətdarlıq hissi ilə. – Qəhrəman həqiqətən anası Gülüşgəlindən də böyük nəvazişlər görmüşdü. S.Rəhimov. Sözlər aydın, fikir dərin; Məna böyük, məktub qısa. R.Rza.\n3. Çox güclü, çox şiddətli. Böyük tufan. Böyük daşqın. Böyük yanğın.\n4. Yaşca o birindən artıq olan. Böyük qardaş. Böyük oğul. Böyük bacı. // İs. mənasında. Yaşlı, qoca (çox vaxt cəm şəklində işlənir). Böyüklərə hörmət lazımdır. – Aqil böyüklərə məxsus bir ədəblə çəngəl-bıçaq almış, çörəyini, xörəyini qabağına çəkmişdi. Mir Cəlal. Şirmayı böyüklərin söhbətinə qulaq asmağa sonsuz bir maraq göstərirdi. M.Hüseyn. Elə bir zamandan danışıram ki, böyüklərin xatirəsində çox yaxşı qalıb, kiçiklərin isə heç ağlına gəlməz. S.Rəhman. • Böyüklə böyük, kiçiklə kiçik – hər kəslə yola gedən, hər şeyin məqamını bilən, hörmətcil adam haqqında. Yeri gələndə [Möhsün bəy] böyüklə böyük, kiçiklə kiçik idi. S.Rəhimov.\n5. Sayca çox, külli miqdarda olan. Böyük dəstə. Böyük kapital. Böyük məbləğ. Böyük ailə. // İzdihamlı, qələbəlik, təntənəli, dəbdəbəli, əzəmətli. Böyük ziyafət. Böyük qonaqlıq. Böyük nümayiş.\n6. Fövqəladə tarixi və siyasi əhəmiyyəti olan. // Elm, ədəbiyyat və incəsənət əsərləri haqqında. Azərbaycan klassik ədəbiyyatının böyük əsərləri. Yazıçılarımız, bəstəkarlarımız əsrimizə layiq böyük əsərlər yaratmışlar.\n7. Dahi, ulu, xariqüladə zəka sahibi olan. Böyük Nizami. Böyük rəhbər. Böyük sərkərdə. Böyük insan. // Tarixdə çox görkəmli rol oynamış şəxsiyyətlərin adlarına əlavə edilən epitet. Böyük Pyotr. Böyük İsgəndər. // Görkəmli, məşhur ad və hörmət qazanmış. Səy elə sən də böyük insan ol; Doğruluqla bu ada şayan ol! A.Səhhət. [Tamam:] Sən heç kəsə qulaq asma, get oxu, böyük adam ol. S.S.Axundov. // Mahir. Öz işində böyük ustadır.\n8. Çox mühüm, əhəmiyyətli, vacib. Böyük iş. Böyük məsələ. – Böyük günlər, şanlı günlər, şən günlər; Yoluna düşən günlər; Hələ qarşımızdadır. M.Müşfiq. [Şair] Afaqı tapmaq, onu görmək, ona deyilməmiş böyük sözünü demək istədi. Ə.Məmmədxanlı.\n9. is. dan. Başçı, rəis, rəhbər; başda duran, idarə edən adam, yüksək vəzifə sahibi. Ailənin böyüyü kimdir? Qoşun böyüyü. – Böyüklərdə güc olar, yalan olmaz. (Ata. sözü). Kənddə qiyamətdi.. Naçalnik gəlib kəndə. Yanınca o qədər böyük gəlib ki, lap məəttəl qalmalı işdi. C.Məmmədquluzadə. İndi Hacı Əsgər mötəbər şirkətin bani və böyüyü hesab olunur. S.M.Qənizadə. böyük-böyük\n1. zərf Yekə-yekə, lovğalovğa. Böyük-böyük danışmaq.\n2. sif. Böyüklük və eyni zamanda çoxluq göstərir. Böyük-böyük evlər. Qarşımızda böyük-böyük məsələlər durmuşdur. Çöllərdə böyük-böyük sürülər otlayır. böyükcə sif. Çox böyük, yaxud bir qədər böyük. Qısaboylu, böyükcə burunlu, çuxura düşmüş gözlü bu adamın .. boz saçları boynunun ardına tökülmüşdü. H.Nəzərli. böyük-kiçik is.\n1. Yaşlarından asılı olmayaraq hamı. [Sarxan] daima lətifələrlə danışar, böyük-kiçiyə baxmadan zarafat eləməyi sevərdi. M.İbrahimov. Böyük-kiçik hamı çıxır. Ə.Əbülhəsən. // Bəzən “böyüklükiçikli” şəklində işlənir. Böyüklü-kiçikli, hamı küçələrə çıxdı. S.Rəhimov.\n2. Vəzifəcə, yaşca böyük və kiçik olanlar. Yasavul böyüməsinə baxmayaraq, böyükkiçik tanıyır, yuxarının qabağında daha artıq xidmət göstərir. S.Rəhimov. böyüklənmək f.\n1. Özünü böyük göstərmək, iddia satmaq, böyüklük etmək istəmək, başqalarını özünə tabe etmək istəmək.\n2. Vəzifəsi böyümək, rütbəsi artmaq. Dönüb pristav olandan sonra dedim, böyükləndi, daha mənə baş qoşmaz. S.Rəhimov. böyüklük “Böyük”dən (1, 2, 5, 6 və 8-ci mənalarda) mücər. Evin böyüklüyü. Dalğanın böyüklüyü. Dənizin böyüklüyü. Meşənin böyüklüyü. – Xalqın böyüklüyü onun sayı ilə təyin edilmir, bəlkə tarixdəki müsbət rolu ilə təyin edilir. M.Hüseyn. Gördüyü sonsuz iztirablar içərisində .. [Ulduz] insanın böyüklüyü və ruhi qüdrətini kəşf etdi. Ə.Məmmədxanlı. • Böyüklük etmək – 1) yol göstərmək, qayğısına qalmaq. [Mahmuda] böyüklük edən olmadı. Z.Xəlil; 2) buyurmaq, əmr etmək, göstəriş vermək. [Kərim:] Heç vaxt sənin həddin yoxdur ki, o qıza böyüklük edəsən! M.F.Axundzadə. Böyüklük satmaq – təşəxxüslənmək, qürurlanmaq, kibrlənmək, lovğalanmaq, özünü böyük göstərməyə çalışmaq. böyükraq müq.dər. köhn. Bir qədər böyük. böyüksüz sif. Başçısız, böyüyü, baxıcısı olmayan; hamisiz. Böyüksüz evdə xeyirbərəkət olmaz. (Ata. sözü). böyüksüzlük is. Baxıcısızlıq, hamisizlik. böyükyana zərf Böyük-böyük, yekəyekə, lovğa-lovğa. [Hikmət İsfahani] aramla və böyükyana danışmağa başladı. M.İbrahimov. böyükyaşlı sif. Yaşca o birilərindən böyük olan. Böyükyaşlı uşaqlar. // İs. mənasında. Böyükyaşlılar arasında keçirilən ümumittifaq yarışları. böyümə “Böyümək”dən f.is. böyümək f.\n1. Həcmcə və ya miqdarca artmaq, genişlənmək. Şiş böyümüşdür. Mikroskop altında mikrob yüz dəfə böyümüşdür. Sürülər xeyli böyümüşdür. – Al rənglər getdikcə artır, böyüyür, bir məşəl, bir azadlıq günəşi kimi bütün dünyanı işıqlandırır. M.İbrahimov.\n2. Artmaq, şiddətlənmək, güclənmək, qüvvətlənmək. Mübahisə böyüdü. Qovğa böyüdü. Söhbət böyüdü. – Narazılıq çox zaman böyüyər və ədavətə çevrilərdi. H.Sarabski.\n3. Boy atmaq, uzanmaq, yetişmək, inkişaf etmək. Uşaqlar böyüyür. Evkalipt ağacı çox tez böyüyür. Taxıllar bu il çox gec böyüdü.\n4. Hər hansı bir yerdə ömür keçirmək, yaşamaq, cavanlığını, uşaqlığını keçirmək. Uşaq yaxşı mühitdə böyüyür. – Girdman dağlarının təmiz havasında böyümüş bu qocanın yetmiş yaşı vardısa da, hələ qocalmaqdan şikayət etmirdi. M.Hüseyn.\n5. Vəzifəsi, rütbəsi, nüfuzu, hörməti artmaq; yüksəlmək. Onun vəzifəsi böyümüşdür. – [Zeynəb:] İndi böyümüsən, daha bizə etina göstərməyirsən. B.Talıblı. böyür is.\n1. Bədənin çiynindən ombaya qədər olan sağ və sol tərəfi. Böyrü əzilmək. Böyrü üstə uzanmaq. – Namərd güllə yazıq uşağın sol böyründən dəyib, kürəyindən çıxmışdı. S.S.Axundov. Uşaq yumaq kimi bükülüb, böyrü üstə yıxılmışdı. Ə.Məmmədxanlı. // Heyvanlar haqqında. İnəyin böyrü batmışdır.\n2. Yan. Qab böyrü üstə düşdü. – [Məmməd:] Bütün köhnə, böyrü üstə əyilmiş Çəmbərəkəndi yox olmuşdur. C.Cabbarlı. Qayıq dəniz buruqlarının, böyründən şütüyərək açıq dənizə çıxdı. M.Hüseyn. ‣ Böyrü üstə yatmaq – heç bir iş görməmək, tənbəllik etmək. Böyrünü yerə vurmaq – 1) yan üstə uzanmaq. Böyrün yerə vurub çoban dağ üstə; Hərdən deyir bir yanıqlı şikəstə. A.Səhhət; 2) bax böyrü üstə yatmaq. Böyürdən törəmə – gözlənmədən meydana çıxan şey haqqında. Böyürdən çıxmaq – gözlənmədən ortaya çıxmaq. Əlini böyrünə vurmaq – bax böyrü üstə yatmaq. böyür-böyürə zərf Yan-yana, bir-birinin yanında, bir-birinə lap yaxın. Böyürböyürə oturmaq. Böyür-böyürə yaşayırsınız, bir-birinizdən xəbəriniz yoxdur. – Hatəm dayının nəzərləri .. gəlib çardaq altında böyür-böyürə vermiş dolu çuvallarda dayandı. Mir Cəlal. böyürağrısı is. dan. Əlavə qayğı, əngəl, narahatlıq, narahatedici şey. • Böyürağrısı olmaq – narahat etmək, əngəl olmaq. böyürmə “Böyürmək”dən f.is. Atların kişnəməsi, qoyun-quzunun mələşməsi, inək və camışların böyürməsi .. bir uğultu təşkil edir.. Çəmənzəminli. böyürmək f.\n1. Bağırmaq (öküz, inək, camış, dana haqqında).\n2. Qışqırmaq, pis səslə bağırmaq. Böyürmə, insan kimi çığır. böyürtkən is. Tutabənzər meyvəsi olan yabanı kol bitki. [Cəmil] böyürtkən kolları, çalı-çəpərlər arasından keçib kəndin yaşıl ağacları arasında gözdən itdi. Mir Cəlal. // Bu bitkinin meyvəsi. Yay fəslində ərik, gavalı, böyürtkən dəyərdi. S.S.Axundov. böyürtkənlik is. Böyürtkən kolları bitən yer. Dəmirov üzünü böyürtkənliyə tutub, Fətəlinin başını sığalladı. S.Rəhimov. böyürtmə “Böyürtmək”dən f.is. böyürtmək icb. Böyürməsinə səbəb olmaq, qışqırtmaq, bağırtmaq. böyürtü is. Öküz, dana kimi heyvanların çıxardığı səs. [Nəriman] bir neçə həyət ötmüşdü ki, öküz böyürtüsü eşitdi. O tərəfə getdi. Mir Cəlal. [Səmsamın] yoğun səsi qışqırıqdan çox öküz böyürtüsünə bənzəyirdi. P.Makulu. böyürüşmə “Böyürüşmək”dən f.is. böyürüşmək qarş. Bir yerdə, ağızağıza verib böyürmək. böyütdürmək icb. Başqa şəxs vasitəsi ilə böyütmək. Şəklini fotoqrafiyada böyütdürmək. böyütmə “Böyütmək”dən f.is. böyütmək f.\n1. Böyük eləmək, iriləşdirmək; genişləndirmək. Şəkli böyütmək. Otaqların arasını açıb böyütmək. Bağın sahəsini böyütmək. – Əhməd elə fikir eləyirdi ki, .. özü qazandığı pulların köməyi ilə alverini böyüdəcək, bir neçə gündən sonra, birinci tacirlər sırasına daxil olacaqdır. B.Talıblı. // İri, böyük göstərmək. Mikroskop şeyləri dəfələrlə böyüdür. // Mübaliğə etmək, şişirtmək. Məsələni böyütmək lazım deyil.\n2. Boya-başa çatdırmaq, tərbiyələndirmək, yetişdirmək. Qızı nənəsi böyütmüşdür. Uşaq böyütmək çətin işdir. – Məmməd uşaqlarını böyüdüb, müəyyən yaşa yetirdikdən sonra bunları məktəbə qoydu. “Aşıq Qərib”. [Çimnaz:] Bu daxmada sənin kimi qız, Bülənd kimi oğul böyütmüşəm ki, bütün dünyanın xəzinələrinə dəyişmərəm! Ə.Əbülhəsən. bra is. [fr.] Divar şamdanı, qəndili. brak [alm.]\n1. Nöqsanlı, zədəli mal, zay və s. İstehsalatda braka yol verilməməli. • Brak etmək – nöqsanlı olduğu üçün yaramaz hesab etmək. Fabrikdə məhsullar yoxlanılır, yaramayanları brak edilir.\n2. Nöqsanlı, zədəli. Brak şüşə. Brak mal. brakçı is. xüs. İstehsalatda nöqsanlı, zədəli malları brak etməklə məşğul olan işçi. brakonyer is. [fr.] İcazəsiz ov edən, balıq tutan; ovçuluq və balıqçılıq qanunlarını pozan. brauninq [ing. xüs. addan] Xüsusi sistemli silah (tapança) növü. Raya bir sillə onun ağzından vuraraq, .. brauninq tapançanı çıxardı. M.S.Ordubadi. Elmar .. brauninqi çıxarıb, cibinə qoydu. İ.Əfəndiyev. bravnik dan. bax brauninq. Birinci kərə [Rəşidin] belində kiçik “bravnik” tapança görürdüm. M.S.Ordubadi. brezent [holl.]\n1. Su keçirməyən qalın parça. Un çuvallarının üstü brezentlə örtülmüşdür. – Böyük brezenti üstündən götürüb, tüfəngləri və patronları əncir ağacının altına yığdılar. A.Şaiq.\n2. Brezentdən hazırlanmış, brezentdən qayrılmış. Brezent əlcək. Brezent ayaqqabı. – Qar çovğununda yol təmizləyən fəhlələr üçün brezent əlcəklər hazırlanmışdır. (Qəzetlərdən). Əlində tilov, başında şlyapa, ayağında brezent şalvar və köynək Əhmədibiqəm gəlir. M.İbrahimov. brəhmən is. [sanskr.]\n1. Hindlilərin qədim dini olan brəhmən dininə mənsub adam.\n2. Hindlilərin brəhmən rahibi, brəhmən kahini. brəhmənizm bax brəhmənlik. brəhmənlik is. Eramızdan qabaq X-IX əsrlərdə Hindistanda meydana gələrək, hindlilərin ən qədim dini olan vedizmi əvəz etmiş din. brifinq is. [ing.] Bir mövzuda nəticə olaraq verilən məlumat və ya bəyanat; açıqlama. briket [fr.] Kərpic şəklində preslənmiş (sıxılmış) material. Kömür briketi. briketləmə “Briketləmək”dən f.is. briketləmək f. Briket (kərpic) şəklində presləmək, kərpic şəklinə salmaq. briketlənmək məch. Briket (kərpic) şəklində preslənmək, kərpic şəklinə salınmaq. briqada [fr.]\n1. Bir neçə polkdan, batalyon, ya batareyadan ibarət qoşun birləşməsi. Tank briqadası. – ..Kazak briqadası İran hökumətinin ümidlərini boşa çıxardı. M.S.Ordubadi. // Birtipli hərbi gəmilər birləşməsi. Torpeda gəmiləri briqadası.\n2. Dəmir yolunda qatara xidmət edən işçilər heyəti. Qatar briqadası.\n3. Zavodda, müəssisədə və s.-də müəyyən sahəyə aid olan istehsal tapşırıqlarını yerinə yetirən kollektiv, işçilər dəstəsi. Çilingərlər briqadası. – Salman kişi axşam tikintiyə qayıdanda briqada üzvlərini orada gördü. Mir Cəlal. briqadir [alm.]\n1. Briqada rəhbəri, başçı (bax briqada 3-cü mənada). Ferma briqadiri.\n2. tar. Rusiyada XVIII əsrdə polkovnik ilə general arasında hərbi rütbə. briqadirlik is. Briqadir vəzifəsi və işi. brilyant [fr.]\n1. Cilalanmış (taraş edilmiş) almaz, çox baha qiymətli parlaq daş. Brilyant düzülmüş badamşəkilli cıqqasını yaşıl lentin üstündən taxdı. M.S.Ordubadi.\n2. Brilyantdan qayrılmış, üzərində brilyant qaşlar olan. Brilyant üzük. Brilyant bilərzik. – [Oğlan:] Yəni burada, siz buyuran ən əla yekəqaş brilyant üzük .. vardır! S.Rəhimov. broker is. [ing.] Alıcı və satıcı arasında əlaqə yaradan şəxs. brom [yun.]\n1. Qırmızı rəngli maye halında kəskin qoxulu kimyəvi element. [Böyükşor və Masazır] göllərinin sularında kaustik soda, yod və brom çıxarılması məsələsinin böyük əhəmiyyəti vardır. M.Qaşqay.\n2. farm. Tərkibində sinir sistemini sakitləşdirən bromlu birləşmələr olan dərman. Brom iynəsi. bromlu sif. kim. Tərkibində brom olan. Bromlu duzlar. Bromlu su. bronx [yun.] anat. Tənəffüs borusunun ciyərlərə hava aparan şaxələrindən hər biri. bronxial sif. anat. Bronxlara aid olan. Bronxial astma (xəstəlik adı). bronxit [yun.] tib. Bronxların selikli qişasının iltihabı (xəstəlik). broşüra [fr.] Səhifə sayı az olan kiçik kitab, kitabça, risalə. [Polislər] şkafdan bir broşüra, iki kitab götürüb, stolun üstünə atdılar. S.Rəhimov. brovhabrov zərf dan. Dəbdəbə, təntənə, cah-cəlal, dəsgah. Qoyunlar axşamdan kəsilib, soyutma olub, cahü cəlal ilə, brovhabrov ilə düşürük yola. Ə.Haqverdiyev. broyler is. [ing.] Ətlik çolpa. bu iş. əvəz.\n1. Zaman və ya məkan daxilində bilavasitə göz qabağında olan şeyi göstərir, həm də ismə konkretlik verir (o müqabili). O bu evdə yaşayır. Bu kitabı oxudum. Bu şeylər kimindir? – [Qoca:] Bilin ki, bu şəhərin hər daşına bir iyidin qanı tökülüb. M.Hüseyn.\n2. Qoşa olan iki şeyin birincisini göstərir (o biri müqabili). Çayın bu sahilində. Meydanın bu tərəfində. – Qəmər xanım .. astanadan bu taya adladı. M.İbrahimov. [Ayaz:] Bu dəfəlik məni yerə vurma, Elman əmi. Ə.Məmmədxanlı.\n3. İs. mənasında. Haqqında danışılan, göz qabağında olan hadisə, şey. Bu mümkün deyil. Bu bizim tanış idi. Bu necə olmuşdu? ‣ Bu biri – başqa, digər. Atasının səsini eşidib Xalıq bu biri otağa yüyürdü. S.Rəhimov. Bununla belə – baxmayaraq. Bununla bərabər – eyni zamanda, yanaşı olaraq. bublik [rus.] Halqa şəklində qoğal. bucaq is.\n1. Bir şeyin iki daxili tərəfinin birləşdiyi yer; künc, guşə. Dilşad ceyran kimi ürkərək otağın bucağına qısıldı. M.S.Ordubadi. Bizdən əvvəl böyük qardaşım yük altında bir bucağa sığınmış quşu qaldırıb: – Tutdum, kəklikdir, – dedi. A.Şaiq. // məc. Ümumiyyətlə, bir yer, sığınacaq, daldalanacaq; guşə, bucaq. İstərdi fərağətilə bir dəm; Tənha tuta bir bucaqda matəm. Füzuli. Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud; İnsanlar daha məsud. M.Müşfiq. [Ana] daldalanmaq üçün bir bucaq axtarır. Ə.Məmmədxanlı. // məc. Uzaq bir yer. 16-cı ilin axırlarında bütün ölkə əhalisindəki təlatüm bu uzaq bucaqlara .. da təsirsiz qalmadı. H.Nəzərli. Köhnə Azərbaycanın uzaq bir bucağında .. qoca Həsən dayının alçaq koması vardı. R.Rza.\n2. Riyaziyyatda: bir nöqtədən çıxan iki xəttin əmələ gətirdiyi həndəsi fiqur. Kütbucaq (90°-dən çox). Düzbucaq (90°). İtibucaq (90°-dən az). ‣ Bucaq-bucaq gəzmək – hər yeri axtarmaq. bucaqlı sif. Bucağı olan. bucaqölçən is. xüs. Bucaqları ölçmək üçün cihaz. bucuğaz əvəz. “Bu”dan oxş. [Qadın:] Bax, bircə bucuğaz mənim yanımdadır. M.Hüseyn. bucurqad is. xüs. Qaldırıcı qurğuların təpəsində və ya intiqal mexanizmlərində: üzərində ip, qayış və s. keçirilən xüsusi formalı çarx. Quyu qazılacaq yerdə, hündürlüyü 12-15 m olan taxta vışka və bu vışkanın yanlarında qazıma bucurqadını və başqa qazıma alətlərini yerləşdirmək üçün iki talvar tikilirdi. Quliyev. bud is. anat. Qıçın çanaq sümüyü ilə dizə qədər olan hissəsi. Bud sümüyü. Bud əti. – [Çingiz:] Bir budu şişə çəkib iki çörək ilə tək yemişəm. Ə.Haqverdiyev. budaq is.\n1. Ağac və kolların gövdələrindən ayrılan hər bir qol; şaxə. Payız çağında hər səhər soyuq-soyuq külək əsər; Ağaclara, budaqlara dəyəndə yarpağın tökər. A.Səhhət. Budaqları sınan ağacları görərkən .. yolçunun ürəyi sıxıldı. Ə.Məmmədxanlı. • Budaq atmaq (vermək) – bax budaqlanmaq. Boylu çinar budaq atmış, qol atmış. R.Rza.\n2. məc. Əsas bir şeydən ayrılan qol, şaxə, xətt, şöbə, hissə, qisim. ‣ Budaq cümlə qram. – tabeli mürəkkəb cümlənin tərkibinə daxil olub, baş (yaxud digər budaq) cümləyə tabe olan cümlə. budaqcıq is. Kiçik budaq. Təzəcə boy atan ağacın budaqcıqları hələ yaşıl rənglərini itirməmişdi. budaqçı bax budayıcı. budaqlanma “Budaqlanmaq”dan f.is. budaqlanmaq f.\n1. Budaqlara ayrılmaq, şaxələrə ayrılmaq. // Budaqlar əmələ gəlmək, budaq atmaq. Ağaclar budaqlandı.\n2. məc. Şöbələrə, bölmələrə, qollara ayrılmaq. Kəndin girəcəyində arx budaqlanır. budaqlı sif. Budağı olan. Budaqlı ağac. – Sınıq budaqlı ağaclar qurumağa başlamışdı. Ə.Məmmədxanlı. budaqsız sif. Budağı olmayan, budaqları kəsilmiş (qırılıb tökülmüş). budal sif. məh. Qoçaq, igid. budala sif. məh. Dəlixasiyyət, ağıldanyüngül. budalamaq f. bax budamaq. budama 1. “Budamaq”dan f.is. Budama bitkilərin boy atmasına güclü təsir edir.\n2. is. məh. Paya, dəyənək; iri əl ağacı. budamaq f.\n1. Ağacın, kolun quru və ya artıq budaqlarını kəsmək, ya qısaltmaq. Yaz gələndə ağacları budayırlar ki, yaxşı inkişaf etsin.\n2. məc. Döymək, vurmaq, əzişdirmək. Məhlim, bizi sən yaratmısan? – deyə əlinə tüpürüb, çomaqnan ala Mahmudu yıxılanacan budadı. “Qaçaq Nəbi”. Əgər səni bu məzhəbdə görərlər; Yerbəyer budayıb əzər, ağlarsan. M.V.Vidadi. // məc. Öldürmək, doğramaq, kəsmək. Qəmzən qılınc çəkib budar da məni; Başın üçün qoyma bu darda məni. M.P.Vaqif. Qəza tutdu, qədər məni budadı; Ağlatdı dostları, güldürdü yadı. Aşıq Ələsgər. budanma “Budanmaq”dan f.is. Tənəklərin quru budanması da yazda görülən əsas tədbirlərdən biridir. “Az. qad.” budanmaq məch. Ağacın, kolun quru və ya artıq budaqları kəsilmək, ya qısaldılmaq. budatmaq icb. Budama işi gördürmək. budayıcı is. Meyvə ağac və kollarının qurumuş budaqlarını kəsən adam. Manqanın bütün üzvləri budayıcıların seminarlarında iştirak etdilər. buddist Budda dininə mənsub olan adam. buddizm [xüs. is.-dən] Eramızdan qabaq VI əsrin axırında Şimali Hindistanda ortaya çıxıb, sonradan Tibetdə, Çində, Hind-Çində və başqa Şərq ölkələrində yayılmış din. Budda dini. budkb [rus. budka] Qarovulçu, növbətçi, yaxud bir şey satmaq və s. üçün, adətən taxtadan qayrılan kiçik tikili. Qəzet budkası. Su budkası. Dəmiryol budkası. – Rüstəm uzaqdan Rza Qəhrəmanini görən kimi başını tərpətdi və heç bir söz deməyib, öz budkasına girdi. M.İbrahimov. [Yunis] kiçik pəncərəli budkada oturub, kağız nömrələr sayan bir qadından soruşdu. Mir Cəlal. ‣ Suflyor budkası – teatrda səhnənin ön tərəfində suflyor üçün düzəldilmiş yer. Suflyor öz budkasında oturmadan heç kəs səhnəyə çıxmazdı. S.Rəhimov. budkaçı is. və sif. Budkada şey satan, budka satıcısı. bcfer [ing.] xüs. Dəmiryol vaqonlarında, avtomobillərdə və s.-də toqquşma zamanı zərbənin, təkanın gücünü azaltmaq üçün yaylı qurğu. ‣ Bufer dövlət – ərazisi, bir-biri ilə rəqabət edən böyük dövlətlər arasında olan hərbi və siyasi cəhətdən zəif dövlət. bufet [fr.]\n1. İçində qab-qacaq, yemək, içki və s. saxlanılan böyük şkaf.\n2. Aşxanalarda, restoranlarda və s.-də qəlyanaltı və içki satmaq üçün stol, yaxud piştaxta, həmçinin kiçik aşxana. Dəmiryol bufeti. Teatr bufeti. – Stansiyanın çirkli bufetində Mirmahmud, Hüseyn və Vəli söhbət edirdilər. S.Rəhman. bufetçi is.\n1. Bufetdə (2-ci mənada) xidmət edən işçi.\n2. köhn. Bufet (2-ci mənada) sahibi. bufetçilik is.\n1. Bufetçinin işi, sənəti.\n2. köhn. Bufet saxlama. bugünkü s. Bu gün olan, bu gün baş verən. Bugünkü söz sabahkı sözün körpüsüdür. buğ is. Su və ya başqa bir maye bərk qızdırıldığı zaman hasil olan damcı zərrələrindən ibarət qaz, ya duman; buxar. Qazandan buğ çıxır. – Qara sapılcanın tortalı köpüyündən acı buğ qalxırdı. S.Rəhimov. // Mayedən, yaxud nəm bir şeydən çıxan dumanabənzər buxar. Hədsiz səslər birbirinə qarışıb hamamın səqfinə düşmüşdü; hovuzun buğundan içəridəki adamlar kölgə kimi görünürdülər. Çəmənzəminli. Quşlar maşın səsinə hürküb, uzaqlara uçurdu. Dağlardan buğ qalxırdı. Mir Cəlal. buğa is. Hələ burulmamış və işə qoşulmamış döllük heyvan (qaramal); kələ. Buğa seçdikdə onun yaxşı cinsdən olması, yaxşı nəsil verməsi və i.a. tələb olunur. buğaca is. Kiçik buğa. buğalanma “Buğalanmaq”dan f.is. buğalanmaq f. Buğa halına gəlmək, böyüyüb buğa olmaq. buğalıq is. Döllük üçün saxlanan erkək heyvan (qaramal). buğda is. Dənindən ağ un üyüdülən taxıl növü. Ağ buğda. Sarı buğda. Xırda buğda. Buğda unu. buğdabiti is. Buğda və başqa taxıllara ziyan verən cücü. buğdayı sif. Buğda rəngli, qarayağız, əsmər. Biri sərtasər ağ, həm siyah telli; Biri buğdayıdır, amma şəkilli. M.P.Vaqif. Doğrudan da Xəlilin günəşdə yanmış buğdayı yanaqlarından, tük basmış sərt üzündən uzun müddət vuruşub yorulduğu dərhal sezilirdi. M.Hüseyn. buğdayıbəniz bax buğdayı. İclası ortaboylu, arıq, qələmqaş, qaragöz, buğdayıbəniz bir adam aparırdı. P.Makulu. buğdayısifət bax buğdayı. Bunların [əsirlərin] içində buğdayısifət, qonur gözlü, uzun kirpikli bir qız vardı. Çəmənzəminli. buğlama 1. “Buğlamaq”dan f.is.\n2. is. aşp. Buğda bişirilən ət; bozartma. buğlamaq f. Bir şeyi buğa (buxara) vermək, buğa tutmaq. buğlandırılma “Buğlandırılmaq”dan f.is. buğlandırılmaq məch. Buğ halına salınmaq, buğ çıxarılmaq, buxarlandırılmaq. buğlandırma “Buğlandırmaq”dan f.is. buğlandırmaq f. Buğa çevirmək, buğ halına salmaq, buxarlandırmaq. buğlanma “Buğlanmaq”dan f.is. buğlanmaq f.\n1. Buğ olmaq, buğa çevrilmək, buğ halına gəlmək; buxarlanmaq. Günəşin təsiri ilə yerdəki sular buğlanır.\n2. Buğ vermək, buğ çıxmaq. Buludlar parçalanır, torpaq buğ verir, otlar baş qaldırır, quşlar civildəşməyə başlayırdı. M.İbrahimov. Ramazanla yanaşı oturan qonağın qarşısındakı dolu boşqab buğlanırdı. M.Hüseyn. buğlatma “Buğlatmaq”dan f.is. buğlatmaq f. Buğa çevirmək, buğa çevrilməsinə, buğ çıxmasına səbəb olmaq. Çaydanı buğlatmaq. buğuburma bax bığıburma. [Məşədi İbad:] A kişi, vallah, mən nə qədər qoca olsam da, min buğuburma cavana dəyərəm... Ü.Hacıbəyov. buğum is.\n1. anat. Sümüklərin uclarının bir-birinə birləşdiyi yer, oynaq yeri; bənd, məfsəl. Barmaqların buğumları // zool. Bəzi heyvanların (xərçənglərin, cücülərin və s.) bədənlərinin bölündüyü hissələrdən (bəndlərdən) hər biri.\n2. Bir şeyin boğulmuş, sıxılmış yeri, bəndi.\n3. Qamış kimi bitkilərin düyünü. buğum-buğum zərf Bənd-bənd, kəsikkəsik. Qəlbim sərin, ruhum sevinclə dolğun; Bəlkə də uf deməzdim, doğransam buğumbuğum. R.Rza. buğumayaqlılar is. zool. Onurğasız heyvanların bədəni və ayaqları buğumlu olan qrupu (xərçənglər, hörümçəklər, cücülər və s.). buğumlanma “Buğumlanmaq”dan f.is. buğumlanmaq f. Buğum-buğum olmaq, bənd-bənd olmaq. buğumlu sif. Buğumları, məfsəlləri olan; bənd-bənd. buğumlular bax buğumayaqlılar. buğur is.\n1. Cavan erkək dəvə. Paça buğurlar, dizi qara nərlər, gözəl arvanalar .. qoyun sürülərinin dalınca gəlirdi. Ə.Vəliyev.\n2. məc. dan. Çox iri, yekə, yoğun adam haqqında. buğurlanmaq bax buğurlaşmaq. buğurlaşmaq f.\n1. dan. Buğur halına çatmaq, yetişmək.\n2. məc. Sağlamlaşmaq, yekələşmək. buxaq is. İnsanın çənəsi ilə boğazı arasındakı hissə; çənəaltı. Ağ nazik əlinlə bir dəstə bağla; Tər buxaq altında düz bənövşəni. Qurbani. Kəlağayının altından çıxmış qara tellərin ucları ağ buxaqda ilan kimi qıvrılmışdı. Çəmənzəminli. ‣ Buxaq sal(la)maq – bax buxaqlanmaq. buxaqlanma “Buxaqlanmaq”dan f.is. buxaqlanmaq f. Buxaq sallamaq; kökəlmək, ətlənmək. buxalter [alm.] Bir idarə və ya müəssisənin maliyyə işlərini aparan işçi; mühasib. Baş buxalter. Buxalter köməkçisi. buxalteriya [alm.]\n1. Hesabdarlıq və uçot işlərinin nəzəriyyə və praktikası; mühasibat.\n2. Bir idarə, ya müəssisənin mühasibat şöbəsi. buxalterlik is.\n1. Bax buxalteriya 1-ci mənada. Buxalterlik kursu.\n2. Buxalter vəzifəsi, işi, peşəsi. Buxalterlik etmək. buxar is. [ər.]\n1. Bax buğ. Buxar maşını (buxarın gücü ilə işləyən maşın). – Oddan çıxar buxar saçıldıqca ab ona. Füzuli. Tər damlaları qırmızı dəmirin üstünə tökülüb buxar oldu. M.S.Ordubadi.\n2. Kömür, odun, torf və s.-nin yanmasından əmələ gələn qaz. Buxar tutmaq (dəm tutmaq). buxarı is. Divar içində hörülmüş ocaq. Buxarı çırtaçırt yanır, işığı divarların tutqun rəngli naxışlarına, əlvan pərdələrə və xalılara düşürdü. Çəmənzəminli. Qoca Firuzun .. zirzəmisində isə yenə də buxarı yanmırdı. Ə.Məmmədxanlı. Nə buxarı çatıldayır, nə şam yanır otaqda. Ə.Cəmil. buxarlama “Buxarlamaq”dan f.is. buxarlamaq bax buğlamaq. buxarlandırılma “Buxarlandırılmaq”dan f.is. buxarlandırılmaq bax buğlandırılmaq. buxarlandırma “Buxarlandırmaq”dan f.is. buxarlandırmaq f. Buxara çevirmək, buxar halına salmaq; buğlandırmaq. buxarlanma “Buxarlanmaq”dan f.is. buxarlanmaq f. Buxar olmaq, buxar halına gəlmək, buğa çevrilmək; buğlanmaq. buxarölçən is. tex. Borularda olan buxarın miqdarını ölçən cihaz. buxarpaylayan is. tex. Buxar mühərriki silindrlərində buxarı avtomatik paylaşdıran mexanizm. buxça bax boğça. buxov is.\n1. Otlağa buraxılan atların ayağına vurulan dəmir çidar. // Qandal.\n2. məc. Maneə, əngəl. • Buxov vurmaq (olmaq) – bax buxovlamaq 2-ci mənada. [Şərqli] öz ayağına buxov, qoluna zəncir vurmaq istəmir. O.Sarıvəlli. buxovlama “Buxovlamaq”dan f.is. buxovlamaq f.\n1. Ayağa buxov vurmaq. Atları buxovlamaq. // Qandallamaq.\n2. məc. Əl-qol açmağa, inkişaf etməyə qoymamaq, mane olmaq, əngəl olmaq, qabağını almaq. [Davud:] Daha, deyirlər, daşmır. Bəndlər onu [Kür çayını] buxovlayıb. Mir Cəlal. buxovlanma “Buxovlanmaq”dan f.is. buxovlanmaq f.\n1. məch. Buxov vurulmaq. Atlar buxovlanmışdır. // Qandallanmaq. // məc. Əl-ayağı bağlanmaq.\n2. məc. Dəli olmaq. [Cahangir bəy:] Əgər bir neçə müddət də ömrüm belə keçsə, arzuma çatmasam, yəqin ki, buxovlanacağam. N.Vəzirov. buxovlanmış f.sif.\n1. Ayağına buxov vurulmuş. // Qandallanmış.\n2. məc. Əl-qolu bağlanmış. buxovlatma “Buxovlatmaq”dan f.is. buxovlatmaq icb. Ayağına buxov vurdurmaq. buxovlu sif. Ayağında buxov olan, buxovlanmış. // Qandallı, ayağına qandal vurulmuş. buxta is. [alm.] Dənizdə gəmilərin dura bilməsi üçün münasib olan kiçik körfəz. Arxada, buxtadakı gəmilərin top atəşi .. düşmənin başına od ələməyə başladı. Ə.Əbülhəsən. buxur is. [ər.] Yandırıldıqda ətir saçan qatran. buxurdan is. [ər.] köhn. İçində buxur yandırılan kiçik qab. buket is. [fr.] Gül, çiçək dəstəsi. Qız, oğlan lalə kimi uzaqlardan seçilir, onlar çiçəklərlə .. maraqlanır, buket tuturlar. Mir Cəlal. Səriyyə bülbüllərin nəğməsini dinləyədinləyə .. yolun kənarında gül, çiçək toplayır, buket düzəldirdi. M.Hüseyn. bukinist is. [fr.] Az tapılan, yaxud köhnə kitabları alıb-satmaqla məşğul olan kitab mağazası, yaxud adam. Bukinist mağazası ərəb və fars dillərində çap olunmuş kitabları və əlyazmalarını alır. (Qəzetlərdən). buklet is. [fr.] Mətn və şəkillərlə müşayiət edilən informasiya materialından ibarət iri formatlı çap məhsulu; şəkilli broşüra. buqələmun is. [ər.]\n1. Mühitə görə öz dərisinin rəngini dəyişdirmək qabiliyyətinə malik olan sürünən heyvan. Buqələmun (xameleon) bir kiçik kərtənkələdir. Bu kərtənkələ bir ağacın budağına yapışıb, heç tərpənməyib, onun üstə gələn kiçik həşəratı tutub yeyir. H.Zərdabi.\n2. məc. Öz fikrini, görüşünü, münasibətini asanlıqla və tez-tez dəyişən, dondandona girən adam haqqında. Buqələmun kimi rəngdən-rəngə girən qadının bu halları indi mənə bir çox şeyləri xatırladır. A.Şaiq. Səlimi .. “bu qorxunc buqələmunlar mühit və həyatı hələ nə qədər zəhərləyəcəkdir!” – deyə düşündü. M.İbrahimov. Bu siyasi buqələmunlardan cümhuriyyət miqyasında neçəsi vardı? Ə.Əbülhəsən. buqələmunluq is. İkiüzlülük, riyakarlıq, dondan-dona girmə. bulaq is.\n1. Yerin altından sızıb çıxan sərin, soyuq su mənbəyi; çeşmə, qaynaq. Bulaq başdan bulanar. (Ata. sözü). [Şirvan vilayətinin] xoş havalı yaylaqları, şirin bulaqları və hər iki tərəfə axan çoxlu çayları vardır. A.Bakıxanov. [Cahan:] Camaatın qara su içməkdən hamısının qarnı şişib; çalışıb kəndə bir bulaq gətirmək lazımdır. Ə.Haqverdiyev. Kurort şəbəkəsini inkişaf etdirmək üçün mineral bulaqlar, müalicə palçığı yataqları, müalicə nefti və sairə .. olmalıdır. M.Qaşqay. • Bulaq başı – bulaq üstü, bulaq kənarı, seyrəngah. Laçın bulaq başına yetişəndə durdu, dörd yanına boylandı. M.Hüseyn. Günəşə çatmağa çalışan bu ağacın altı bulaq başı kimi şənlik olurdu. Mir Cəlal. // məc. Şairanə təsvir və təşbehlərdə. Əldə ayna gözə sürmə çəkəndə; Ala gözün bulağından öpəydim. M.P.Vaqif. Sənin sənət bulağından neçə nəsil şərbət içdi. S.Vurğun.\n2. məc. Mənbə, qaynaq, qaynayıb daşan şey. Şərabxanadə baş xum ayağına qoydum; Nə bak düşməyə gər kövsərin bulağı ələ. S.Ə.Şirvani. Neftin bulağını, dağları qoru! R.Rza. ‣ Bulaq başına (çaya) susuz aparıb, susuz gətirmək – çox hiyləgər, çoxbilmiş adam haqqında. [Yaqub:] Möhsün bəy və yaxud Həsən bəy kimi hər bir incinarı bulaq başına susuz aparıb, susuz da gətirərəm. B.Talıblı. Göz bulağı – gözün yaş damcılayan yeri, gözün buruna tərəf olan küncü. Xanpəri .. sağ əli ilə qaşlarına sığal çəkdi, gözlərinin bulağını sildi. Ə.Vəliyev. bulaqotu is. bot. Rütubət yerlərdə bitən ot, bitki. bulama is.\n1. “Bulamaq”dan f.is.\n2. Təzə doğan sağmal heyvanların ilk günlərdə sağılan südü. Nənəm o şişək qoyun; Yunu bir döşək qoyun; Bulamanı tez yetir; Qırıldı uşaq, qoyun. (Sayaçı sözü). Məmmədağanın inəyi də yenicə doğmuşdur. Ləzzətli bulaması var, – deyə Tağı əmi tərif etdi. S.S.Axundov. // Yumurta, süd və şəkərdən hazırlanan yemək. [Mərdəli:] Bəs bulama necə? Bu ondan deyil! ..Anam yumurta vurub. Ə.Əbülhəsən. bulamac is. Süddə bişirilən un sıyığı . Qışda bulamac, yayda doğramac. (Ata. sözü). bulamaq f.\n1. Mayenin içinə qaşıq və s. salıb onu qarışdırmaq. Dovğanı bulamaq. Südü bulamaq.\n2. Sürtüb ləkələmək, bulaşdırmaq, batırmaq. Üst-başını palçığa bulamaq. Əllərini mürəkkəbə bulamaq.\n3. O tərəf-bu tərəfə tərpətmək, yellətmək. İt sahibini görüb quyruğunu bulamağa başladı.\n4. Bəzən isimlərə qoşularaq müxtəlif ifadələr düzəldilir; məs.: başını bulamaq, quyruq bulamaq, qılınc bulamaq, dil bulamaq. ‣ Qana bulamaq – bax qan. bulandırıcı sif.\n1. Bulandıran; bir şeyin saflığını, şəffaflığını, parlaqlığını pozan.\n2. Mədəni qarışdıran, qusdurucu. bulandırılmaq məch. Bulanıq hala salınmaq. bulandırma “Bulandırmaq”dan f.is. bulandırmaq f.\n1. Duru suya və ya hər hansı bir şəffaf mayeyə başqa bir şey qarışdıraraq, yaxud dibindəki çöküntünü və s.-ni qaldıraraq bulanıq hala salmaq, rəngini pozmaq. Suyu bulandırmaq. Dərmanı çalxalayıb bulandırmaq. – De görüm bir, neçin suya girdin? Niyə sərçeşməni bulandırdın? A.Səhhət.\n2. Mədəsini qarışdırmaq, qusmaq ehtiyacı doğurmaq. bulanıq sif. Mayelər haqqında: şəffaf, saf, təmiz, bərraq olmayan, şəffaflığını itirmiş (zibillənmək, yaxud başqa bir şey qarışmaq nəticəsində) (duru ziddi). Bulanıq su. Bulanıq benzin. Bulanıq dərman. – [Nurəddin] bulanıq su ilə islanmış halda .. [çaydan] kənara çıxdı. S.S.Axundov. Bulanıq lehməli sudan camaatın yaxası qurtaracaq, bütün evlər ağac, gül və yaşıllıq içində itəcəkdi. M.İbrahimov. // Tutqun, pozulmuş, buludlu. Bulanıq hava. // məc. Heç bir şey ifadə etməyən, öz təbii halını itirmiş, aydın olmayan. Axır Mahmud əmi ağır-ağır başını qaldırıb, daşın dalından müəllimə tərəf çevirərək, bulanıq gözlərini axıtdı.. B.Talıblı. Gülsənəm qarın içində ayıldı. Bulanıq gözləri ilə hər yana baxdı. S.Rəhimov. Əsirlər lagerində bizi qızartdağ saçlı, bulanıq gözlü topal bir alman qarşıladı. Ə.Məmmədxanlı. ‣ Bulanıq suda balıq tutmaq – fürsətdən istifadə etmək, vəziyyətin qeyri-müəyyənliyindən, birinin çətin vəziyyətdə olmasından istifadə edərək məqsədinə çatmağa çalışmaq. bulanıqlıq is. Bulanıq şeyin halı (duruluq ziddi). bulanlıq 1. Bax bulanıq. Bulanlıq çaylar, ümmanlar, tamam yer, göy durulmuşdur. S.Vurğun.\n2. Bulanıq şeyin halı. Hovuzda səqfin yırtığından düşən işıq suyun bulanlığını güc ilə aşkar edirdi. Çəmənzəminli. bulanma “Bulanmaq”dan f.is. bulanmaq f.\n1. Duruluğunu, saflığını, şəffaflığını, bərraqlığını itirmək. Arxın suyu bulandı. // Tutqunlaşmaq. Mayenin rəngi gah ağarır, gah da bulanırdı.\n2. Bulaşmaq, batmaq, kirlənmək. Uşağın üst-başı palçığa bulandı. – Yaralı, al-qana boyanmış idim; Yıxılıb torpağa bulanmış idim. A.Səhhət.\n3. Mədəsi qarışmaq, qusmaq ehtiyacı hiss etmək. Mədəsi bulanmaq. Ürəyi bulanmaq.\n4. məc. Pozulmaq, xarablaşmaq, qarışmaq, tutulmaq. – Axşam yaxınlaşdıqca, Həsən kişinin əhvalı bulanırdı. M.İbrahimov. // Hava haqqında. Hava bulandı. // Coşmaq, həyəcanlanmaq. Bulandı dəryalar, həm daşdı sular; Qaynaqsız bulaqlar çayə dönübdür. Qurbani. Mən ağ günlər şairiyəm; Fəqət yaman bir xəbərdən; Dəniz kimi bulannam mən. S.Vurğun. // məc. Ölgünləşmək, hissiz bir hala gəlmək, tutqunlaşmaq. Zehni bulanmaq. Gözləri bulanmaq. bulantı is.\n1. Bulanmış şey.\n2. Mədənin qarışması nəticəsində əmələ gələn qusma halı. bulaşdırılma “Bulaşdırılmaq”dan f.is. bulaşdırılmaq məch. Sürtülüb ləkələndirilmək, kirləndirilmək, batırılmaq. bulaşdırma “Bulaşdırmaq”dan f.is. bulaşdırmaq f. Sürtmək, sürtüb ləkələmək, çirklətmək, batırmaq. Hisə bulaşdırmaq. Üst-başını mürəkkəbə bulaşdırmaq. bulaşıq sif.\n1. Bir şeyə bulaşmış, batmış. Bulaşıq qaşıq. – [Uşaq] yayın istisində tərləyə-tərləyə həyəti süpürər, bulaşıq qabları yuyar, gedib ağasının dükanının qabağını süpürər, sulayardı. H.Sarabski.\n2. Zığlı, kirli. Bulaşıq göz.\n3. Tutqun, aydın olmayan. bulaşıqlı bax bulaşıq. Bulaşıqlı səhəngdən bulanıq su tökülər. (Ata. sözü). [Qızılgül:] Mən hamıdan yaxşı, yaraşıqlıyam; Sevməliyəm, ətrə bulaşıqlıyam. A.Səhhət. bulaşıqlıq is. Bulaşmış şeyin halı. bulaşma “Bulaşmaq”dan f.is. bulaşmaq f.\n1. Bulanmaq, batmaq; ləkələnmək. Üz-gözü palçığa bulaşdı. Üstü yağa bulaşdı. – Ayaqdan bulaşan tozu süpürgə ilə təmizləmək mümkündür. Ə.Haqverdiyev. // Kirlənmək, zığlanmaq. Gözləri bulaşmaq.\n2. Pozulmaq, qarışmaq, tutulmaq, qaralmaq. Hava bulaşdı, deyəsən, yağacaq. – Lakin günəşdə etibar görünmürdü: yerdən buğ qalxır, dağların başı dumanlanır, üfüqlər bulaşmağa başlayırdı. Çəmənzəminli.\n3. Qoşulmaq, qarışmaq, əlaqə saxlamaq, ünsiyyət bağlamaq, durub oturmaq. Bəzi əfsanəçilərlə yarışırsan, deyəsən! Büsbütün müfsidələrlə bulaşırsan, deyəsən! M.Ə.Sabir. buldoq is. [ing.] Yekə və kütsifətli, döşü enli, qıçları qısa və ayaqları yoğun çox sərt və güclü it cinsi. buldozer [ing.] tex. Torpağı kəsmək, çevirib və düzləndirmək üçün traktorun qabağına keçirilən enli bıçaqşəkilli alət (bəzən həmin bıçaq keçirilmiş traktorun özünə buldozer deyilir). Yayıldıqca səhraya buldozerlərin səsi; İnsanlar üstün gəlir bütün çətinliklərə. S.Rüstəm. buldozerçi is. xüs. Buldozerdə işləyən fəhlə. Buldozerçilər briqadası. bulkb [rus. bulka] Ağ buğda unundan bişirilən kökə. Şirin bulka. Xaşxaşlı bulka. Kremli bulka. Kişmişli bulka. bulkaçı is. və sif.\n1. Bulka bişirən.\n2. Bulka satan, çörəkçi. Bulkaçı dükanı. bulkaçılıq is. Bulka bişirmə sənəti. bulma “Bulmaq”dan f.is. bulmaq f. köhn. Tapmaq, əldə etmək. Sübhi-əzəldə buldu hər kim səninlə vüslət. Nəsimi. Əlbəttə, bular bir şami-firqət; Bir sübh səadət ilə vüslət. Məsihi. Tapdı düşmən hər tərəf yüz oldu qovğa aşikar; Buldular fürsət təmami, girdilər meydanə, bax. M.V.Vidadi. Bir şəhrdəyəm ki, cümlə dəhri; Gəzsən, bulamazsan öylə şəhri. M.Ə.Sabir. Gülnar diqqət verdi, mətləbi buldu. M.S.Ordubadi. bulud I. is.\n1. Səmada toplanan su buxarı yığını. Ağ buludlar. Qara buludlar. – Gün çıxır, göydə bulud qırmızı rəngə boyanır. A.Səhhət. Günəş parça-parça ağarışan buludlar arasından süzüb çıxdıqca, hava daha da istiləşir. M.Hüseyn.\n2. məc. Təhlükə, qorxu mənasında (çox vaxt “qara” sözü ilə bərabər). Ölkənin üstünü qara buludlar almışdı. – Qara buludlar oynaşır, indi nədir əlacımız? M.Ə.Sabir.\n3. məc. Əhval pozğunluğu, qəm, kədər, tutqunluq, pərişanlıq, məyusluq simvolu kimi işlənilir. Ana yurdun hər yerindən kəsiləcək yad ayağı; Açılacaq dərdlilərin bulud almış qaşqabağı. S.Vurğun. Qız bulud kimi tutuldu, hirsindən ağladı. Mir Cəlal.\n4. məc. Bir şeyin çoxluğunu, kəsifliyini, hərəkət edən kütlə halında olduğunu göstərir. Bu halda meydanın məğrib səmtindən bulud kimi toz qalxdı. M.F.Axundzadə.\n5. Adətən yerlik halında: buludlarda – çox ucalarda. Anan yerdə deyil, buludlardadır; Ona yetişməyir insanın səsi. S.Vurğun.\n\nII. [rus. “blödo” sözündən] dan. Böyük boşqab, uzunsov, ya girdə, dayaz iri boşqab. Süfrəyə qoyulmuş iri buludun içərisindəki plov otağı ətirlə doldurmuşdu. Ə.Vəliyev.\n\nIII. is. Dənizdən çıxarılan və əslində bitkiyəbənzər bir heyvan bədənindən ibarət olan çox elastik, yumşaq və məsaməli bir cisim (silmək, bədəni yumaq və s. üçün işlənir). Məktəb taxtasını silirlər cında ilə və ya bulud ilə. C.Məmmədquluzadə. buludlanma “Buludlanmaq”dan f.is. buludlanmaq f. Buludla örtülmək, bulud gəlmək. Göy üzü buludlandı. – Gün əyilirdi, hava buludlanırdı. Ə.Əbülhəsən. buludlu sif.\n1. Buludla örtülmüş, buludla qaplanmış; tutqun. Buludlu hava. – Qatar Sumqayıtdan ötüb sürətini artıranda, buludlu səmada tutqun görünən günəş aşağıya enməkdə idi. Mir Cəlal.\n2. məc. Qəmgin, kədərli, tutqun mənasında. [Nəbi kişinin] buludlu qaş-qabağı birdən ayazıyıb açıldı. S.Rəhimov. buludluq 1. is. Buludların toplandığı yer, bulud toplanmış yer. Dağın başı buludluqdur.\n2. Bax buludlu 1-ci mənada. Bərk qaranlıq düşdü. Hava buludluq idi. M.Hüseyn. buludluluq is. Buludlu olma, tutqunluq, buludlu havanın, göyün halı. Havanın buludluluğu. buludsuz sif.\n1. Tamamilə aydın, təmiz (hava haqqında). Qartal qanad çalarkən buludsuz çöl üzündə; Bir əsən yelə döndü atım Ceyran düzündə. Ə.Cəmil.\n2. məc. Şairanə təşbehlərdə: aydın, saf, ləkəsiz. Qaşlar üç axşamlıq aydı; Hüsnün haqdan gələn paydı; Buludsuz günəşlə taydı; Qız, sənin ala gözlərin. Aşıq Bəylər. buludsuzluq is. Aydınlıq, saflıq, təmizlik. Havanın buludsuzluğu şaxtanın şiddətini artırır. bulunmaq f.\n1. Tapılmaq. Bulunur hər dərdə istərsən gülüstanda dəva. Füzuli. Dərmansız dərdimə bulunmaz çarə; Müyəssər olmasa visalın, Pəri! Mirzəhəsən.\n2. Olmaq. Maye halında bulunan şeylərin şəkli olmaz, onu hansı qaba töksən, o qabın şəkli və qalıbında olur. H.Zərdabi. Əcəba, bir yeni afətmi yetib, ya nə üçün; Bulunursuz belə bir hali-fəlakətdə bu gün? M.Ə.Sabir. Bahadır Yusiflə bir böyük, gözəl bəzənmiş zalda bulundular. N.Nərimanov.\n3. Bəzi sözlərə qoşularaq mürəkkəb feil düzəldir. Axşamlar [Məşədi Məmməd] Səmədin yanına gəlib bir günlük fəaliyyəti haqqında məruzədə bulunardı. B.Talıblı. Xalq adından çıxışda bulunan bu adamları Məmmədquluzadə boşboğaz adlandırırdı. M.Arif. bulvar [fr.] Gəzmək, istirahət etmək və əylənmək üçün şəhər küçələri arasında və ya dəniz sahili boyunca uzanan geniş xiyaban. Demirəm bulvara bunlar nə xəyal ilə gəlir. M.Ə.Sabir. Səninlə tanış oldum bir gün ilk baharda mən; Sahil boyu uzanmış sevdiyim, bulvarda mən. S.Rüstəm. bumajnik [rus. bumajnik] İçinə pul və ya kağız qoymaq üçün cib qovluğu. Küçədən bir çocuq yüyürdü evə; Bir bumajnik bulub dedi bu nevə. M.Ə.Sabir. [Cəlil ağanın] yadına bumajniki düşdü. İ.Musabəyov. bumaze [fr.] Bir üzü xovlu, isti pambıq parça; bambaz(ı).\n2. Bu parçadan tikilmiş. Bumaze köynək. – Marat qara bumazedən köynək geymişdi. M.Hüseyn. bumbulaşıq sif. Tamamilə bulaşıq, çox çirkli, kirli. Sübh yerindən duracaq mal kimi; Ağzı-burnu bumbulaşıq yal kimi. Ə.Nəzmi. bumbuz sif. Çox soyuq, buz kimi soyuq, həddindən artıq soyuq. Bumbuz su. – Küçə bumbuz, rəqs edir Ay donmuş pəncərəmdə. S.Rüstəm. bumeranq is. [ing.]\n1. Avstraliyada yerli əhalinin quş və bəzi heyvanları ovlamaq üçün işlətdikləri elastik ov silahı.\n2. məc. Əleyhinə çevrilmək; əks-təsir. bunca zərf Bu qədər, bu dərəcədə. Oldu sənə feyz bunca hasil; Bu vaqiədən zəmanə qafil. Füzuli. Bunca cəfalərin görüb ol binəva könül; Ol bivəfayə gör, gənə ümmidvar olur. S.Ə.Şirvani. // Bu böyüklükdə, bu ağırlıqda. Dedilər: Mura bax ki, bunca yükü; Qaldırır bir zəif qüvvə ilə. M.Ə.Sabir. buncağaz əvəz. dan. bax bucuğaz. bund [əsli alm.] 1897-ci ildə Rusiyanın qərb quberniyalarında yaradılmış Ümumi yəhudi sosial-demokrat ittifaqı – menşevizm istiqamətli xırda burjua millətçi partiyası. bundçu is. Bund təşkilatının üzvü; bund tərəfdarı. bunker [ing.]\n1. Kombaynın içərisində müvəqqəti olaraq dən saxlanılan yeşik şəkilli hissəsi. [Yunis:] Sənin qurduğun makaralar, mancanaqlar heçə bənddir. Bunkerlərin hərəkət edəndə yaralı kimi sızıldayır. Mir Cəlal. // Eyni mənada pambıqyığan maşında.\n2. Müxtəlif istehsalatlarda, gəmidə və s.-də içərisində səpələnən materialları saxlamaq üçün xüsusi qurğuları olan iri yeşik. bunkerləmə “Bunkerləmək”dən f.is. bunkerçi is. Bunkerə xidmət edən fəhlə. bunkerləmək f. Bunkerə tökmək; yükləmək (səpələnən materialları). bunt [alm.] Qeyri-mütəşəkkil, özbaşına törəyən üsyan; qiyam. [Abuzər bəy:] Bu dünyada mənim ən çox zəhləm gedən şey lənətə gəlmiş buntlardır. M.Hüseyn. // İğtişaş, qarışıqlıq. • Bunt salmaq – iğtişaş salmaq, qarışıqlıq salmaq. bur [alm.] Texnikada: torpağı və süxurları tədqiq etmək məqsədi ilə müxtəlif quyular qazmaq üçün işlədilən burğu aləti. bura zərf (bəzən əvəzlik mənasında işlənir). Bu yer. Buranın meyvələri çox dadlı olur. Buram bərk ağrıyır. Buraları heç görməmişdim. Bura nə gözəldir. Bura haçan gəldiniz? buracaq is. məh.\n1. Ağacdan meyvə dərmək üçün alət.\n2. Bax burğu2 .\n3. Təndirdə odunu qarışdırmaq üçün kösöv. burada zərf (bəzən əvəz. mənasında işlənir). Bu yerdə. Burada heç kəs yoxdur. Getmə, burada qal. Ailə üzvlərinin hamısı burada yaşayır. Ayın axırına qədər buradayam. – Burada bizim köhnə bir dostumuz var. Özü məşhur həkimdir. M.İbrahimov. buradaca zərf Həmin bu yerdə, lap burada. O, buradaca qələmi yerə qoydu. Buradaca otur. – Ancaq Vaqif buradaca; Bərk etiraz elədi. M.Dilbazi. buradakı sif.\n1. Bu yerdə olan, bu yerdə duran. Buradakı şeylərə toxunma. Buradakı kitabları götür.\n2. Bəzən əvəz. mənasında işlənir – bu yerdə olan, yaşayan, bu yerə xas olan. [Əntiqə] buradakıların heç birindən mərifətsiz oturmaz, pis oxumazdı. Mir Cəlal. buradan zərf (bəzən əvəz. mənasında işlənir).\n1. Bu yerdən. Buradan başlamaq lazımdır. Bu həftənin axırında buradan gedəcəyəm. Buradan üç maşın keçdi. Buradan çaya qədər bir kilometr olar.\n2. Bundan əvvəl deyiləndən; bu səbəbə görə. Buradan belə bir nəticə çıxır. burağan is. Buruq-buruq dönərək, bərk qar və ya yağışla qarışıq əsən şiddətli külək; fırtına. Qarı birdən sovurur göylərə müdhiş burağan. A.Şaiq. buraxdırılmaq məch. Başqasının vasitəsilə buraxılmaq. buraxdırma “Buraxdırmaq”dan f.is. buraxdırmaq icb. Başqasının vasitəsilə buraxmaq, buraxmağa məcbur etmək. buraxıcı is. mətb. Kitabı, qəzeti, məcmuəni və s.-ni son təshihdən sonra çapa buraxan nəşriyyat işçisi. buraxılış is.\n1. Buraxmaq işi, buraxma. Məhsul buraxılışı. İstiqraz buraxılışı. Kitab buraxılışı.\n2. Kursu bitirmiş tələbələr dəstəsi. Azərbaycan Tibb Universitetinin ikinci buraxılışı. Pedaqoji məktəbin ilk buraxılışı. – Müəllimin fikrinə görə, bünövrəni möhkəm qoymaq, buraxılışı da yararlı etmək lazımdır. S.Rəhimov.\n3. Məktəbi bitirmək münasibəti ilə təşkil edilən, buraxılışla əlaqədar olan (imtahan, müsamirə və s.). Təntənəli buraxılış müsamirəsindən çıxanda .. Nəriman ədibin sevincini duyur və fərəhlənirdi. Mir Cəlal.\n4. Bir əsərin ayrıca çap olunmuş hissəsi. Lüğətin birinci buraxılışında “A” hərfi gedəcəkdir. buraxılma “Buraxılmaq”dan f.is. buraxılmaq “Buraxmaq”dan məch. (2, 4, 16, 18, 19, 27 və 28-ci mənalardan başqa). buraxma “Buraxmaq”dan f.is. buraxmaq f.\n1. Əlini açaraq əlindəki, yaxud əli və s. ilə tutduğu şeyin çıxmasına, düşməsinə, getməsinə imkan vermək, daha tutub saxlamamaq. İpin ucunu buraxmaq. Quşu əlindən buraxmaq. Tutub buraxmır. // Əlindən salmaq. [Məryəm] ..başını bir neçə dəfə yellətdi və barmaqları boşalıb kağızı buraxdı. B.Talıblı.\n2. İçərisindən keçirmək, bir şeyin öz içərisindən keçməsinə imkan vermək. Bu şüşə işığı buraxmır. Pərdə işıq buraxır. Bu kağız mürəkkəbi buraxır.\n3. Bir yerə daxil olmağa, keçməyə icazə vermək, girməsinə, daxil olmasına mane olmamaq. İçəri buraxmaq. İclasa buraxmaq. Zala hələ heç kəsi buraxmırlar. Sərnişinləri vaqona buraxmaq. // Sürüb salmaq, otlamasına imkan vermək. Heyvanları əkinə buraxmaq. Sürünü meşəyə buraxmaq. Keçini bostana buraxmaq.\n4. Yol vermək, imkan vermək, qoymaq, razı olmaq. Mən heç vaxt sizi yalvarmağa buraxmaram. M.S.Ordubadi.\n5. Üzərinə saldırmaq. İti canavarın üstünə buraxmaq.\n6. Üstündən keçmək, ötürmək; ixtisar etmək. Yazarkən mətnin üç xəttini buraxdım. Şerin ikinci bəndini buraxdı. İki sətri buraxıb, üçüncüyə keç.\n7. Üzürlü və üzürsüz olaraq gəlməmək (dərsə, iclasa, məşğələyə və i.a.), ötürmək. Şagird bu həftə iki dərs buraxmışdır.\n8. Ötürmək, əldən çıxarmaq, istifadə edə bilməmək. Üçüncü tramvaydı ki, buraxıram. İki avtobusu buraxıb, üçüncüsünə minə bildik. Fürsəti əldən buraxmaq.\n9. Axıtmaq, axıb gəlməsinə, axıb getməsinə, ya axıb çıxmasına imkan vermək. Arxa su buraxmaq. Vannanın suyunu buraxmaq. Otağa təmiz hava buraxmaq.\n10. Öz daxilindən çıxarmaq, yaymaq. Qaz buraxmaq. Tüstü buraxmaq. – Qatar Culfa burnundan fitini buraxdı. M.S.Ordubadi. Uzaqlarda ağ tüstü buraxa-buraxa (z) sürünən dəmir yolu qatarı görünür. M.Hüseyn.\n11. Uçurtmaq, havaya qaldırmaq, atmaq, yollamaq. Badban buraxmaq. Havaya balon buraxmaq. – Bu halda sərayi-şahidən göyə bir fişəng buraxdılar. M.F.Axundzadə. // tex. Süni peyklər, raketlər haqqında. Aya raket buraxmaq.\n12. Getməsinə icazə vermək, rüsxət vermək. Məni buraxın, gedim. Atası onu buraxmadı. Mən onu öz yanımdan buraxa bilmərəm. Uşaqları gəzməyə buraxmaq. Bir həftəlik məzuniyyətə buraxmaq.\n13. Azad etmək, daha saxlamamaq; çıxmasına, getməsinə icazə vermək, imkan vermək. Əsirləri vətənlərinə buraxmaq. İnəkləri tövlədən buraxmaq. Quşu qəfəsdən buraxmaq.\n14. Vermək, təxsis etmək; sərəncamına, ixtiyarına vermək. Klub təşkili üçün vəsait buraxmaq. Pul buraxmaq.\n15. Məktəbdə təhsil verib, hazırladıqdan sonra hüquq və ad vermək. Ali məktəblər ildə minlərlə mütəxəssis buraxır.\n16. Tərk etmək, əl çəkmək, vaz keçmək, boşlamaq, atmaq. Papirosu buraxmaq. Sənətini buraxmaq. Mən köhnə mənzili buraxdım. Bu fikri burax. – Şam ağacı bildi bu keyfiyyəti; Söylədi: Bəsdir, buraxın söhbəti. M.Ə.Sabir. Bir ləhzə buraxmaz məni asudə xəyalım. A.Səhhət. Ölüb gedənlərin yasını burax; Anla ki, hər zaman axır bu həyat! S.Vurğun. // dan. Boşamaq, boşanmaq, ayrılmaq, atmaq, tərk etmək. Arvadını buraxmaq. Ərini buraxmaq.\n17. Başlı-başına qoyub getmək, başsız qoymaq. İşi buraxmaq. – [Katib:] Heyif ki, mən dəftərxananı buraxıb gedə bilmədim. Ə.Haqverdiyev.\n18. Əlaqəni kəsmək, uzaqlaşmaq, əl çəkmək. İstəsən aləmi gəz qarış-qarış; Xain adamları tez görüb, burax. S.Vurğun.\n19. Nəşr etmək, çap edib yaymaq. Nəşriyyat bu il çoxlu kitab buraxdı. Qəzet buraxmaq. // İstiqraz, lotereya, pul və s. haqqında. Yeni marka buraxmaq. // Çapa, nəşrə, tamaşaya qoymağa icazə vermək. Əsəri çapa buraxmaq. Yeni pyesi tamaşaya buraxdılar.\n20. Tapşırmaq, saxlamaq üçün vermək. Evi kimə buraxıb gəldin? – Çamadanı konduktora buraxıb getdim. Mir Cəlal.\n21. Təxir etmək, sonraya qoymaq, keçirmək. Mübahisəni sonraya burax. – [Əbülhəsən bəy:] Eşq, məhəbbət məktubunu gündüz yazmaq cayiz deyil, ..onu gecə saat birdən sonraya buraxmalısan. M.S.Ordubadi. Doğrudan da Əhməd məsələni uzağa buraxmayıb, o saat Nabat xanımın yanına elçi göndərdi. B.Talıblı.\n22. Satmaq üçün vermək, təchiz etmək. Mağazalara mal buraxmaq. // Satmaq. Müştərilərə yeni mallar buraxmaq.\n23. İstehsal etmək. Fabriklərimiz növbənöv mallar buraxır. Avtomobil zavodları yeni tip maşın buraxır.\n24. Uzatmaq, genəltmək. Paltarın ətəyini bir qədər buraxmaq lazımdır.\n25. Boşaltmaq, gərginliyini azaltmaq. İpi bir az buraxmaq.\n26. Qoymaq, rastlaşdırmaq, qarşısına çıxarmaq. Dünya hadisələri heyrətamiz bir surətdə inkişaf edir, insanları hər gün yeni bir vaqiə qarşısında buraxırdı. M.İbrahimov.\n27. məc. Xidmət etmək. Aşxana gündə iki yüz adam buraxa bilir. Hamam saatda yüz adam buraxır.\n28. Əmr şəklində: burax (bir şeydən daşındırmaq üçün işlənir) – baş qoşma, bənd olma, məşğul olma, əl çək, fikir vermə. Burax, canım, onunla işin olmasın. buralı sif. Bu yer əhalisindən olan, bu yerli. O, buralı deyil. Bu kişi buralıdır. buraya zərf (bəzən əvəzlik mənasında işlənir). Bu yerə, bu tərəfə. Buraya gəl. Şeyləri buraya gətir. Mən bir də buraya gələn deyiləm. Buraya bax. buraz is. Çox yoğun ip. Burazla bağlamaq. Gəmi burazı. burazlama “Burazlamaq”dan f.is. burazlamaq f. Burazla bağlamaq, burazla çəkmək (dartmaq). burazlanma “Burazlanmaq”dan f.is. burazlanmaq məch. Burazla bağlanmaq. burazlı sif. Burazı olan, burazla bağlanmış. burbuğ is. məh. Saxsıdan qayrılmış qədim çalğı aləti. burc I. bax bürc1 .\n\nII. is. Ağacların hələ açılmamış yarpaq və çiçəyi; tumurcuq, puçur. Mal-qara .. budaqların burclarını yeyirdi. S.Rəhimov. Yolun alt və üst tərəflərinə topa-topa söyüd, tut, qələmə, iydə tingləri və burcu tökülmüşdü. Ə.Vəliyev. burclamaq f. məh. Puçurlamaq, düymə bağlamaq. Burclayıb düyməçələnmiş ətirli ağ yaylığı və yaşıl donu ilə özünü bəzəmiş .. ağaclar indi lütləşirdi. S.Rəhimov. burcuxma “Burcuxmaq”dan f.is. burcuxmaq f. Qurdalanmaq, yerindən tərpənmək. Yəhya Kamal stulda burcuxdu, ağır-ağır danışdı. Mir Cəlal. Hər ikisi paltarını soyunub, yerinə girsə də, bir neçə saat burcuxa-burcuxa (z.) qalıb yata bilmədilər. M.Hüseyn. burcutma “Burcutmaq”dan f.is. burcutmaq f. dan. Bədənin orta hissəsini buran kimi etmək, bədənini sağa-sola oynatmaq (bəzən naz-qəmzə etmək mənasında da işlənilir). Katibə iri bir boşqabda Əlyarovun səhər yeməyini gətirib, masanın üstünə qoydu, geriyə döndü və naz-qəmzə ilə burcudaraq yenə o biri otağa keçdi. M.Hüseyn. burdurma “Burdurmaq”dan f.is. burdurmaq “Burmaq”dan icb. burğac is. Mexanizmi hərəkətə gətirmək üçün qurğu. burğaclı sif. Mexanizmi burulmaqla hərəkətə gətirilən. Bir əlində oyuncaq – burğaclı yük maşını, bir əlində açar olan ağbəniz .. oğlan uşağı çəpiş kimi səkidən atılıb qapıya tərəf gəldi. Mir Cəlal. burğu I. is.\n1. Müxtəlif dəlici alətlərin adı. Dülgər burğusu. Dəmirçi burğusu. – Dırnağı Əzrailə çəngəl idi; Bığları bir burğuya timsal idi. S.Ə.Şirvani.\n2. Vinti açmaq, ya bərkitmək üçün alət. // Probkaaçan alət.\n\nII. is. məh. Tənəkləri və s.-ni bağlamaq üçün nazik söyüd çubuğu. burğulama “Burğulamaq”dan f.is. burğulamaq I. f.\n1. Burğu ilə deşmək.\n2. tex. Burğu ilə qaykada vint yeri açmaq.\n\nII. f. məh. Burğu ilə bağlamaq (bax burğu2 ). burğulanmaq məch. Burğu ilə bağlanmaq. burğulatmaq icb. Burğu ilə bağlatmaq. burğulanma “Burğulanmaq”dan f.is. burxudulma “Burxudulmaq”dan f.is. burxudulmaq məch. Burulub zədələnmək, sərpdirilmək, yerindən oynadılmaq (bədən üzvü). burxulma “Burxulmaq”dan f.is. burxulmaq f.\n1. Burulub zədələnmək, sərpmək, yerindən oynamaq. Qolu burxulmaq. Ayağı burxulmaq.\n2. Burulmaq. Bir dəfə at dərin yerə düşəndə, Əmiraslan qəflətən ipi çəkdi, at burxulub Nurəddini üstündən saldı. S.S.Axundov. burxuntu is. Burxulmaqdan əmələ gələn zədə; qolda, qıçda və s.-də burxulmuş yer. burxutma “Burxutmaq”dan f.is. burxutmaq f. Burub zədələmək, sərpdirmək, yerindən oynatmaq (bədənin bir üzvünü). Qolunu burxutmaq. Ayağını burxutmaq. burjua [fr.] Burjuaziya sinfinə mənsub adam, burjuaziya sinfi nümayəndəsi. // Burjuaziyaya aid olan, ona xas olan. Burjua görüşləri. burjualaşma “Burjualaşmaq”dan f.is. burjualaşmaq f. Burjua halına gəlmək, burjua olmaq. burjuaziya [fr.] Kapitalist cəmiyyətində istehsal alət və vasitələrinin sahibi olan və muzdlu əməyi istismar etməklə izafi dəyər alaraq kapitalist gəliri ilə yaşayan hakim sinif. Burjuaziya respublikası. Burjuaziya inqilabı. Burjuaziya cəmiyyəti. • Xırda burjuaziya – istehsal vasitələrinə sahib olan, muzdlu əməkdən az istifadə edən, yaxud heç istifadə etməyən xırda mülkiyyətçilər. burjuy bax burjua. Burjuylar bayılmış qadınlarını faytona qoyub qaçmaq istəyirdilər. M.S.Ordubadi. burlak is. [rus.] Rusiyada gəmiləri kəndirlə axına əks istiqamətdə çəkən muzdur. Repinin məşhur “Burlaklar” şəkli. – Keçmişdə burlaklar qum üstündə qayıq çəkərdilər. Ə.Sadıq. burma 1. “Burmaq”dan f.is.\n2. sif. Burulmuş, eşilmiş. Burma bığ. Burma saç.\n3. sif. Burğu şəklində olan, vintəoxşar. Buynuzu burma təkə oynaqlayır, atılıb-düşürdü. S.Rəhimov. • Burma qazma tex. – süxurların, neft quyularının və s.-nin burğu alətlərinin fırlanması yolu ilə qazılması üsulu.\n4. is. Dərz, ot, çubuq, göyərti və s. bağlamaq üçün burulmuş yaş şivlərdən ibarət sarğı, bağ. burmabığ (=burmabığlı) sif. Uzun və burulmuş bığları olan. Qüdrət onu [təyyarəçini] dərhal tanıdı: Şeydanın qonaqlığında gördüyü ucaboy, qırmızısifət, burmabığ oğlandı. M.Hüseyn. Karetdən burmabığlı, çiyni paqonlu bir gənc düşdü. P.Makulu. burmabığlı (=burmabığ) sif. Uzun və burulmuş bığları olan. Qüdrət onu [təyyarəçini] dərhal tanıdı: Şeydanın qonaqlığında gördüyü ucaboy, qırmızısifət, burmabığ oğlandı. M.Hüseyn. Karetdən burmabığlı, çiyni paqonlu bir gənc düşdü. P.Makulu. burmabuynuz sif. Buynuzu buruq, burğu şəklində olan. Qəhrəman indi meşənin sərinliyində .. burmabuynuz inəyi sığallayıb tumarlayırdı. S.Rəhimov. burmac is. məh. Çimdik. burmaq f.\n1. Düz şeyi buruq hala salmaq, qıvrım etmək. Saçı burmaq. // Eşmək. Bığlarını burmaq. İpi burmaq.\n2. Dala qatlayıb çevirmək, qanırmaq. Qolunu burmaq. – Gədələr Qədim dayının qollarını burdular. S.Rəhimov.\n3. Vintləmək, dolandırıb yerinə geydirmək, açmaq, ya bağlamaq. Vinti burmaq. Samovarın lüləyini burmaq.\n4. Çimdikləmək, barmağının arasında sıxmaq.\n5. k.t. Erkək heyvanları axtalamaq. Toğlunu burmaq.\n6. dan. Pozmaq, pəl qatmaq. burnuyelli sif. dan. Məğrur, lovğa. burovuz 1. sif. və zərf Qaytarılmaq şərti ilə alınan, müvəqqəti istifadə üçün alınan. Burovuz paltar. – Axşamdan bir saat keçdikdə, qonşulardan burovuz alınmış əlvan lampalara neft töküb, şalbanlardan asırdılar. H.Sarabski. Beləliklə, burovuz aldığı çəkmələr İsrafil bəydən başqa heç kəsi aldada bilmədi. Mir Cəlal. [Hüseyn:] Mən hambaldan burovuz paltar ala bilərəm ki.. S.Rəhman.\n2. is. Burovuz alınmış şey. bursa bax birja. • Əmək bursası – bax əmək birjası (“birja”da). [Murad] heç bir ittifaqın üzvü deyildi. Əmək bursasında qeyd edilməmişdi. S.Hüseyn. bursaçı bax birjaçı. [Şəbanzadə:] Biz sənin üçün İstanbul bursaçıları deyilik ki, əcnəbi paralarına qiymət təyin edək. M.S.Ordubadi. buru is. Sancı, şiddətli qarın ağrısı. Qarnına buru düşmək. burucu sif. və is. Toxuculuqda və başqa istehsalatda sapı burmaqla məşğul olan. buruq I. sif.\n1. Burulmuş. Buruq ip. Buruq sap. • Buruq düşmək – dolaşmaq, dolaşıq düşmək. Buruq salmaq – dolaşdırmaq. // Eşilmiş. Buruq bığ.\n2. Burma-burma olan. Qoçun buynuzları buruq olur. // Qıvrım. Buruq saç.\n3. k.t. Axtalanmış xayası çıxarılmış. Buruq at. Buruq qoyun. Buruq keçi. buruq-buruq bax buruq1 2-ci mənada. Buruq-buruq saç. – Araba buruq-buruq toz qaldırır. Ə.Əbülhəsən.\n\nII. is. Neft, yaxud mədən suları çıxarmaq üçün xüsusi üsullarla qazılan quyu; neft quyusu. [Əhməd:] Hanı sənin də buruqların? Zavodların, beşmərtəbə evlərin? Ə.Haqverdiyev. • Buruq ustası – burma üsulu ilə neft quyusu qazıma mütəxəssisi olan fəhlə. Kəşfiyyat buruğu – bir yerdə neft, qaz, yaxud mədən suları olub-olmadığını müəyyən etmək və ya başqa məqsədlər üçün burma üsulu ilə qazılan quyu. // Həmin quyunun üstündə düzəldilən qurğu; qüllə, vışka. Şəfiqə .. uzaqdan neft buruqlarını görüncə sevinərək Məsuda göstərir. H.Cavid. Gün uzaqlarda meşə kimi görünən buruqların arasında gizlənə-gizlənə aşağı enirdi. S.Rəhman. Gecə ay nur səpərkən buruqlar meşəsinə; Qulaq verdi ney çalan küləklərin səsinə. Ə.Cəmil.\n\nIII. is. Boruda axan mayenin, qazın və s.-nin yolunu açıb bağlamaq üçün qurğu; kran. Bu zaman Gülpərinin balağı samovarın buruğuna ilişib buruğu [açır]. H.Sarabski. buruqçu I. is. k.t. Heyvan burmaqla (axtalamaqla) məşğul olan adam.\n\nII. is. köhn. Keçmişdə: neft quyusu qazan fəhlə. burulğan is.\n1. Dərin çayda, ya dənizdə suyun burulduğu yer; girdab.\n2. Şiddətli külək, fırtına nəticəsində burum-burum qalxan dalğa, qar, toz; havada fırlanan qar. Qar burulğanı hərlənir, dar küçələrdə dolanan Gülsənəmi tıncıxdırırdı. S.Rəhimov. burulğanlı sif.\n1. Burulğanlar olan; fırtınalı, coşqun. Burulğanlı dəniz.\n2. xüs. Burulğan kimi öz oxu ətrafında fırlanan, hərəkət edən. Maqnit sahəsinin əsas xassələrindən biri də onun burulğanlı olmasıdır. Kazımzadə. burulma “Burulmaq”dan f.is. burulmaq f.\n1. Buruq düşmək, buruq hala gəlmək. Məftil buruldu. İp buruldu. // Qıvrılmaq, dalğavari, şəkildə getmək, axmaq. Camaat möhkəm və uca .. bəndin üstünə çıxıb gəzinirdi, ağzı qayıtmış Kürün burulaburula (z.) axıb getməyinə tamaşa edirdi. Mir Cəlal.\n2. Burum-burum qalxmaq, burula-burula çıxmaq. Qüdrət, burula-burula (z.) havaya qalxaraq .. gözlərinin qabağında dumanlanan göyümtül papiros tüstüsünü üfürüb dağıtdı. M.Hüseyn.\n3. Gedərkən başqa tərəfə dönmək, çevrilmək, istiqamətini dəyişmək. Həyət qapısından girən kimi sola burulmaq və .. aşağı enmək lazım gəldi. M.İbrahimov. [Əjdər] bu sözlərdən sonra sağa burularaq getdi. S.Rəhman. [Kompozitor] küçənin tinini burulanda .. bir adamla qarşılaşdı. İ.Əfəndiyev. burulmuş I. f.sif.\n1. Buruq hala gətirilmiş. Burulmuş məftil. // Qıvrılmış, eşilmiş. Burulmuş saç, bığ.\n2. Burulub bərkidilmiş. Burulmuş kran, vint.\n3. Gedərkən istiqamətini dəyişmiş, başqa tərəfə çevrilmiş. Sağa burulmuş araba.\n\nII. f.sif. k.t. Axtalanmış, axta edilmiş. Burulmuş qoç. burulu I. sif. Buruq, burulmuş, buruqburuq. [Nadir] ..Zeynəbin zərif yanaqlarına tökülmüş burulu saçlarını yad edirdi. B.Talıblı.\n\nII. zərf və sif. Əyri, dalğavari, qıvrıla-qıvrıla. Burulu axan çayın qırağına zil bir qaranlıq çökmüş(dü). S.Rəhimov. burum is.\n1. Burula-burula çıxan (qalxan, hərəkət edən) şarşəkilli kütlə. Tüstü burumları. Qar burumları.\n2. “Bir” sözü ilə: bir burum məh. – bir dəfə, bir kərə. Bir burum qaynamaq. burum-burum zərf Burum (1-ci mənada) halında. Ərzurumun gədiyinə varanda; Onda gördüm, burum-burum qar gəlir. Aşıq Kərəm. Qara və qorxunc tüstü burumburum göyə dirəkləndi. Ə.Vəliyev. burun is.\n1. İnsan və heyvanın üzündə iybilmə və tənəffüs orqanı. Dik burun. Düz burun. Yastı burun. Burun pərdəsi (burun deşiklərinin arasındakı pərdə).\n2. Müxtəlif şeylərin, alətlərin və s.-nin uc tərəfi, irəli çıxan hissəsi. Çəkmənin burnu. Dəhrənin burnu. Külüngün burnu. • Burun vurmaq – tənəklərin uclarını kəsmək.\n3. coğr. Qurunun, dənizin içinə girən dağlıq, qayalıq hissəsi. Zığ burnu. Ümid burnu. – Bakının cənub tərəfində dənizə doğru uzanan iki burun vardır. H.Sarabski. ‣ Burnu qanamamaq – heç bir zərər görməmək. [Əbülhəsən bəy:] Müvəffəq olduq, bir nəfərin də burnu qanamadı, yenə də silahları və patronları aparıb .. təhvil verdik. M.S.Ordubadi. İnsanların bu mübarizliyi mal-qaranı fəlakətdən xilas etdi. Bir buzovun da burnu qanamadı. R.Rza. Burnu ovulmaq – cəzalanmaq. [Müəllimə:] Hərifin nə burnu ovuldu! Mir Cəlal. Burnundan düşmək – tamamilə oxşamaq, eyni olmaq. Burnundan gəlmək – ziyan görmək, zərər çəkmək, xeyrini görməmək, çox pis nəticələnmək. Burnunu ovmaq – cəzalandırmaq. [İbrahim xan:] Kəlbəli qudurub, məni tanımaq istəmir. Onun burnunu ovmaq lazımdır. Çəmənzəminli. Burnunu yuxarı tutmaq – iddialanmaq, lovğa olmaq, təşəxxüs satmaq, başqalarına xor baxmaq. Burnunun ucu göynəmək – əldə edilə bilməyən bir şeyi çox arzu etmək, həsrətini çəkmək. Burnunun ucunda – lap yaxınlıqda. burunaltı zərf Anlaşılmaz bir surətdə. [Müdir Əkbərə dedi:] Burunaltı danışma. De görüm, nəyin çatmır? Mir Cəlal. buruncuq kiç. Kiçik burun, yaxud bir şeyin buruna oxşayan hissəsi, çıxıntısı. Xoruzgülü toxumçalarının üzəri qırışıqdır və onların yuxarısında düz və ya əyilmiş buruncuq vardır. Qədirov. burunduq bax buruntaq. burungəlmə is. Qaramalda və atlarda olan bir xəstəlik. burunlama “Burunlamaq”dan f.is. burunlamaq f.\n1. Burun ilə eşmək, dağıtmaq, vurmaq. Öküzlər otu burunlayıb dağıtdı.\n2. məc. Təqib etmək, gözümçıxdıya salmaq, gözü götürməmək, sıxışdırmaq. Qız fındığı öz qiymətindən ucuz satdığı üçün köhnə alverçilər onu burunlamağa başladılar. M.S.Ordubadi. burunlaşma “Burunlaşmaq”dan f.is. burunlaşmaq qarş. Döyüşmək, vuruşmaq, dalaşmaq, sözləşmək. Qarı bizdən uzaqlaşdı, bir çoxları ilə burunlaşdı. M.S.Ordubadi. burunotu is. Buruna çəkilən tənbəki tozu. [Qoca] cibindən bir qutu çıxardıb, bir az burunotu çəkdi. M.S.Ordubadi. [Püstə] cibindən burunotu çıxarıb, burunotu çəkir və bir-iki dəfə asqırır. H.Sarabski. buruntaq is. Heyvanların ağzına bağlanan ip və s. BURUNTAQLAMA”Buruntaqlamaq”dan f.is. buruntaqlamaq f. Heyvanın ağzına buruntaq taxmaq, buruntaq keçirmək. buruntaqlanma “Buruntaqlanmaq”dan f.is. buruntaqlanmaq məc. Ağzına buruntaq taxılmaq. buruntuluq bax buruntaq. buryat is. Buryat-Monqol Muxtar Respublikasının əsas əhalisini təşkil edən xalqın adı və bu xalqa mənsub adam. buryatca zərf Buryat dilində. busə is. [fars.] Öpüş. Can alıb bir busə versən ləblərindən, ey pəri! Sanma kim, Seyyid belə sevdayə eylər etiraz. S.Ə.Şirvani. [Qacar:] Deyirlər şirindir busənin dadı; O da kor bəxtimə qismət olmadı. S.Vurğun. • Busə etmək – öpmək. Cəlil ağa isə Şəfiqəni və uşaqlarını busə edib rahat olmağa getdi. İ.Musabəyov. busəlik is. mus. Azərbaycan klassik muğamlarından biri. 12 əsas muğam bunlar idi: üşşaq, nəva, busəlik, rast, əraq, isfahan, zirəfşənd, büzürg, zəngulə, rəhavi, hüseyni və hicaz. Ü.Hacıbəyov. bustan is. [fars.] klas. Çiçək bağçası, çiçəklik, güllük. Matəmgədə gördü bustanı; Riqqət oduna tutuşdu canı. Füzuli. Mənim bağım, baharım, həm gülüm, həm bülbülüm sənsən; Nə lazımdır mənə bağü baharü bustan sənsiz. S.Ə.Şirvani. Neçin səndə var daima bir xəzan; Haçan gül açarsan sən, ey bustan? M.S.Ordubadi. buşmenlər cəm. Cənubi Afrikada yaşayan və vaxtı ilə bütün Cənubi Afrikanın əsas əhalisini təşkil edən qəbilələrin adı. buta I. is.\n1. Qönçə. İşlə əlim, butalar; Al-əlvan çiçəklər olsun. M.Rahim.\n2. Parça üzərində badamabənzər xırda naxış, kiçik gül şəkli. O zərif butaları; Yazmaq olmaz kağızda. M.Seyidzadə.\n\nII. is. [fars.] İçində qızıl, gümüş əritmək üçün odadavamlı materialdan (gildən) qayrılmış qab. butafor is. [ital.] Butaforiyaya baxan teatr işçisi, habelə butafor qayıran usta. butaforiya [ital.]\n1. Səhnə tamaşası üçün lazım olan şeylər.\n2. məc. Zahiri bəzək, bərbəzək, saxta cah-calal. butalı sif. Üstündə buta olan; naxışlı, güllü. Butalı parça. Butalı dəsmal. – [Məşədi Heydər] qolunu çırmalayıb, qırmızı butalı nimçənin ortasında köndələn yıxılan cücənin qızarmış budundan yapışdı. B.Talıblı. Qapıdan içəri girən kimi iri və dördkünc bir stol üstündə göy butalı ağ süfrə nəzərə çarpır. Ə.Vəliyev. buterbrod is. [alm.] Üzərinə yağ və s. sürtülmüş, yaxud pendir, kolbasa və s. qoyulmuş çörək. Xosrovbəyli ilə bufetə çıxdıq, o məni buterbroda, qəhvəyə qonaq elədi. Mir Cəlal. butə [fars.] bax buta2 . [Molla İbrahim Xəlil:] Molla Həmid, çadırdan tez zərgər kürəsini butəsi ilə, kiçik körük ilə çıxar, gətir! M.F.Axundzadə. butulka [rus. butı́lka] dan. İçinə maye tökmək üçün boğazı dar şüşə. Sirkə butulkası. Şərab butulkası. Butulka zavodu. – [İsgəndər:] Amma o pulları aparıb .. versəydin, sənə iki butulka araq verərlərdi. C.Məmmədquluzadə. Ortalıqda yanı üstə aşmış bir neçə dolu butulka vardı. Ə.Əbülhəsən. buy I. nida. Heyrət, təəccüb bildirir (bəzən qoşa şəkildə işlənir). [Qəmərbanu:] Buy, niyə ay Xavər xanım, sənin kimi cavan, göyçək xanıma bu tulanbar yaraşmır. M.İbrahimov.\n\nII. [fars.] klas. İy, qoxu. Bənövşə tək ənbər zülfün buy verir; Hər yuyub sərəndə havaya, Zeynəb! M.P.Vaqif. İntizar çəkərəm ta ki sübhdəm; Ol badi-səbadən buyun istərəm. Q.Zakir. buynuz is.\n1. Bəzi heyvanların başında sümük kimi bərk maddədən ibarət çıxıntı (bəzi cücülərin də başında olur). Qoç buynuzu. İnək buynuzu. Maral buynuzu.\n2. Buynuzdan qayrılmış, yaxud buynuza oxşayan şey. ‣ Buynuzu içində – üzündən fağır görünən, lakin ürəyində kini gizli saxlayan, gizlində iş görən adam haqqında. buynuzbaşı is. bot. Zəhərli birillik bitki. buynuzcuq kiç. Balaca buynuz. Quzunun buynuzcuqları görünməyə başlayır. buynuzgülü is. bot. Alaq otlarından birinin adı. buynuzlalə is. bot. Birillik zəhərli ot bitki. buynuzlama “Buynuzlamaq”dan f.is. buynuzlamaq f.\n1. Buynuzu ilə vurmaq, buynuzu ilə itələmək. Camışlar birbirini buynuzlayırlar.\n2. məc. Gözü götürməmək, sığışdırmamaq, birinin əleyhinə getmək; incitmək. Bu quzilə xüsumətin var imiş; .. Səni buynuzlayıb atası bunun. S.Ə.Şirvani. buynuzlaşma “Buynuzlaşmaq”dan f.is. buynuzlaşmaq qarş.\n1. Bir-birini buynuzla vurmaq. İnəklər buynuzlaşırlar. Keçilər buynuzlaşırlar.\n2. məc. Bir-biri ilə çəkişmək, döyüşmək.\n3. Buynuza dönmək, buynuz kimi olmaq; sümükləşmək. buynuzlu I. sif. Buynuzu olan. Buynuzlu heyvanlar. – Bir buynuzlu təkə dik qayanın başına çıxıb, dörd ayağı ilə tullanıb, geriyə qayıdıb və yenə də bu sərt qayaya çıxırdı. S.Rəhimov.\n\nII. is. bot. Birillik yem bitkisi. buynuzlular cəm zool. Buynuzu olan heyvanlar növü. İnək buynuzlulardandır. buynuzsuz sif. Buynuzu olmayan. Buynuzsuz keçi, inək. – Buynuzsuz qoçun qisasını buynuzlu qoçda qoymazlar. (Ata. sözü). buynuzşəkilli bax buynuzvari. buynuzvari sif. Görünüşcə buynuza oxşayan, buynuz kimi. buyruq is. Əmr, hökm, sərəncam. Təlaq tamam olduqda, şahın buyruğu ilə onların [hərəmlərin] kəbin kağızlarını Xacə Mübarək yırtdı. M.F.Axundzadə. Biçarə muzdurun damarları qurudu ki, indicə yaranalın buyruğu ilə Həsənəli bəyin özünü tutub, qazamata göndərəcəkdir. S.M.Qənizadə. • Buyruq qulu köhn. – hər bir əmr və hökmü korkorana yerinə yetirməyə hazır olan adam haqqında. [Kəmalüddövlə:] Beləliklə, biz .. din rəhbərinin buyruq qulu olaraq azadlıq nemətlərindən məhrumuq. M.F.Axundzadə. Buyruq vermək – əmr vermək, sərəncam vermək. [Molla İbrahim Xəlil] ..Molla Həmid qabağına gələndən sonra, bu növ ilə ona buyruq verir. M.F.Axundzadə. buyruqçu is.1.Buyruqverən,əmr verən.\n2. Xidmətçi, buyruq icra edən işçi. Sən olmusan keçi qaytaran əl buyruqçusu. S.Rəhimov. buyruqlu sif. Buyruq almış, tapşırıq almış; bir əmr və tapşırıq ilə vəzifələnmiş. buyuxmaq f. dan.\n1. Çaşıb qalmaq, özünü itirmək.\n2. Soyuqdan üşümək, büzüşüb qalmaq, donub qalmaq. buyurma “Buyurmaq”dan f.is. [Cahangir ağa:] Həmişə buyurmada, vurmada, kəsmədə ömür sürmüş.. S.S.Axundov. buyurmaq f.\n1. Əmr etmək, hökm etmək. [Şah] bir dəqiqədən sonra başın qaldırıb Mirzə Sədrəddinə buyurdu ki: – Xub, mürəxxəssən, get. M.F.Axundzadə. [İvan bəy:] Səsini kəs, buyuraram başına yüz tatarı vurarlar. N.Vəzirov. // Eyni mənada nəzakət və hörmət üçün deyilir. [Novruzqulu:] Kəbleyi, nə vaxt buyurursunuz şirni içməyə gələk. H.Sarabski.\n2. köhn. Söyləmək, demək, təklif etmək (hörmət və nəzakət ibarəsi olub, bəzən zarafat, yaxud kinayə və istehza üçün deyilir). Nə buyurursunuz? – [Pirverdi bəy:] Bir sözü ki, böyüklərim mənə buyurublar, mən gərək ona əməl eləyəm. C.Məmmədquluzadə. [Səftərqulu:] Ağlım yoxdur, ağlı haradan tapım, buyur, görək! N.Vəzirov. [Kazım ağa:] Yoldaş özü buyurdu ki, dur get evə, qonaqlar gələcək, hazırlıq gördür. M.S.Ordubadi. [İlyasov:] Əyləş, Kazım dayı! Ümumi sözü deməyə nə var; buyur gəlsin, eşidirəm. Mir Cəlal.\n3. Getmək, gəlmək (hörmət və nəzakətlə deyilir). Bu axşam bizə buyurun. Nə vaxt buyuracaqsınız?\n4. köhn. Etmək mənasında (hörmət üçün deyilərdi). [Qətibə xanım:] Əlahəzrət xoş gəlib, səfa gətirib, həqir olan malikanəmizi öz qədəmləri ilə müzəyyən buyurmuşlar. M.S.Ordubadi.\n5. Əmr formasında: buyur, buyurun – nəzakətlə dəvət, müraciət, təklif bildirir, yaxud bir şeyi təqdim etdirdikdə deyilir. Dedim: – İndi ki, deyirsən bir məhəllənin uşağıyıq, xub, xoş gördük, buyur gedək, qonağımız ol! C.Məmmədquluzadə. İlyasov masanın üstündəki qəzetləri dəstə ilə Kazımın qabağına qoydu: – Buyur, bax, [dedi]. Mir Cəlal. [Musa kişi:] Mənə qonaq gəlmişsiniz, buyurun içəri, gözüm üstə yeriniz var! M.İbrahimov. buyurtma f.sif. Xüsusi sifariş üzrə hazırlanmış. Buyurtma paltar. Buyurtma çəkmə. buyurtmaq f. Sifariş etmək, hazırlamağı tapşırmaq. buyurucu sif. Əmredici, amiranə. Bu halda Səlim bəy zavod həyətinə daxil olub, buyurucu bir səslə bağırdı. H.Nəzərli. buyuruq bax buyruq. buyuruqçu bax buyruqçu. buyurulmaq məch. Əmr verilmək, tapşırılmaq. buz is.\n1. Donmuş su. Buz parçaları. Buz təbəqəsi. Qışda sular donub buz olur. • Buz bağlamaq (tutmaq) – buzla örtülmək, donmaq. Suyun üzü buz bağlayıbdır. – Sevgilim, qış gəlir, şaxta düşəcək; Yenə axar çaylar buz tutacaqdır. S.Vurğun. Ətrafda nə varsa donub buz bağlamışdı. Ə.Məmmədxanlı.\n2. Çox soyuq, sərin şey haqqında (çox vaxt “kimi” qoşması ilə). Əllərin lap buzdur. Buz kimi bulaq suyu. – Buranın yerindən, havasından əlavə, suyu çox içməlidir. Buz kimi ürək sərinlədəndir. Ə.Haqverdiyev. Vücuduna yapışan buz kimi soyuq və kələkötür palçıq onun böyrünü, arxasını deşirdi. A.Şaiq. • Buza dönmək – 1) bərk üşümək, soyuqdan donmaq dərəcəsinə gəlmək; 2) tamamilə soyumaq. Məşədibəy qayıdıb içəri girəndə, stolun üstündəki xörək soyuyub buza dönmüşdü. M.Hüseyn. ‣ Buz baltası – çox sağlam, canıbərk adam haqqında. Ürəyi buz kimi olmaq – tamamilə arxayın, rahat, əmin olmaq. buzçu is. Buz satan, buz qayıran adam. buzçuluq is. Buz qayırma işi, buz saxlama işi. buzdağı is. coğr. Buzlu okeanda: buzlardan ibarət olan dağ; aysberq. buzə is. [fars.] Turşumuş darı xəmirindən hazırlanan içki, kvas. buzxana is.\n1. Buz qayrılan yer.\n2. Buz anbarı, buz saxlanılan yer. // Tez xarab olan şeyləri saxlamaq üçün soyuq yer, bina. // Soyuducu cihaz. buzxanaçı is.\n1. Buzxana işçisi.\n2. köhn. Buzxana sahibi. buzqıran f.sif. xüs. Buzları qırmaq üçün olan. • Buzqıran gəmi – buzları parçalayan, buzları yarıb yol açan, buzlar içində üzmək üçün təchiz edilmiş güclü gəmi. Gələn həftə gəmi tərsanəsində .. bu cür .. buzqıran gəminin qayrılmasına başlanacaqdır. (Qəzetlərdən). buzlaq is.\n1. Çoxlu buz yığılan yer.\n2. geol. Dağ təpələrindən dərələrə qədər uzanan buz təbəqəsi, hərəkət edən buz kütləsi. • Buzlaq dövrü geol. – yer tarixində: yer səthinin böyük bir hissəsinin buzla örtülmüş olduğu dövr. buzlama “Buzlamaq”dan f.is. buzlamaq f.\n1. Buz halına gəlmək, buz bağlamaq, buzla örtülmək, donmaq.\n2. Bərk üşümək, soyuqdan donmaq. Əlimayağım soyuqdan buzlayıb. buzlanma “Buzlanmaq”dan f.is. buzlanmaq f. Üzü buz tutmaq, buz bağlamaq, buzla örtülmək, üstü donmaq. // Buza dönmək, donmaq. buzlanmış f.sif. Buza dönmüş, donmuş. Fəslin avqust ayı olmasına baxmayaraq, buzlanmış qar parçası dayanıb dururdu. S.Rəhimov. buzlu sif.\n1. Üstü donmuş, buz bağlamış, buzla örtülmüş, yaxud çox buz olan. Buzlu göl. Buzlu dənizlər. // coğr. Dəniz adlarında: Şimal Buzlu okean.\n2. Soyutmaq üçün içinə buz qoyulmuş, yaxud buz içində soyudulmuş. Buzlu limonad. Buzlu su. Buzlu ət. buzluq is. Çox buz olan, yaxud buz saxlanılan yer. buzov is. Hələ süddən ayrılmamış inək balası. [Camaat:] Gədə, nə belə payız buzovu kimi bəyirirsən? M.S.Ordubadi. [Bünyad] ağzını açanda o biri otaqda buzov mələdi. Ə.Əbülhəsən. • Yanı buzovlu – balalı, balası olan. [Bayram:] Özümün kürd atımı bağışlaram Namaza və bir yanı buzovlu inək də sənə verrəm. M.F.Axundzadə. buzovabaxan is. k.t. Heyvandarlıq fermalarında buzovlara qulluq edən işçi. buzovçu is. Buzovotaran çoban. [Sona xanım:] Gecə yadıma düşdü ki, xalça burada qalıbdır. Yerdən qalxıb gəldim götürəm ki, tezdən sığırçıya, buzovçuya rast gəlib aparmasın. M.F.Axundzadə. // bax buzovabaxan. Elmi təcrübə işi ilə sağıcılar, buzovçular, ferma briqadirləri və s. məşğul olurlar. buzovçuluq is. Buzovçunun işi, məşğələsi. buzovlama “Buzovlamaq”dan f.is. buzovlamaq f. Buzov doğmaq. Fermanın inəkləri yenicə buzovlamışdı. buzovluq is.\n1. Buzov saxlanan yer.\n2. İnəyin balalığı. buzovotaran is. Dana-buzovu otarmaqla məşğul olan naxırçı. büdcə is. [fr.] Dövlətin və onun idarə və müəssisələrinin illik gəlir və çıxar cədvəli. Dövlət büdcəsi. Büdcə ili. // Bir adamın müəyyən vaxt ərzindəki gəlir və çıxarı. Cəfər əmi aldığı maaşın azlığına baxmayaraq etdiyi qənaət sayəsində büdcəsini yaxşı saxlaya bilən adamlardan idi. H.Nəzərli. büdət bax bidət. büdrək (=büdrəgən) sif. Tez-tez büdrəyən. Büdrəgən at. Büdrəgən dəvə. büdrəgən (=büdrək) sif. Tez-tez büdrəyən. Büdrəgən at. Büdrəgən dəvə. büdrəmə “Büdrəmək”dən f.is. büdrəmək f.\n1. Yeriyərkən müvazinəti itirmək, yerişi pozulmaq. Hamı tökülürlər Araza, ortasında Hacı Qaranın atı büdrəyir. M.F.Axundzadə. Onlar bərk-bərk bir-birinin əlindən tutur, heyrətdən böyümüş gözləri ilə ayaqlarının altını görmədən, büdrəyərək yeriyirdilər. M.İbrahimov.\n2. məc. Yolunu azmaq, sapmaq, yanılmaq. Büdrəyənin, yıxılanın qolundan tutar; Qoy hamının işi getsin, deyə qabağa. S.Vurğun. büğz is. [ər.] Kin, ədavət, acıq, nifrət. İki aqil kəs eyləməz dəva; Eyləməz birbirinə büğz əsla. S.Ə.Şirvani. Büğzü ədavət daşını tullayıb; Bir-birinə yar olacaq, yoxsa yox. C.Cabbarlı. büxl is. [ər.] köhn. Paxıllıq, həsəd. [Laçın:] Cəmilin hərəkətləri olub yalan, büxl, şivə, müftəxorluq. N.Vəzirov. Həddən aşıb büxlü həsəd, şərarət; Yoldaş yoldaşına eylər xəyanət. Q.Zakir. Fətəli xanın tərəqqisi Qacarın, sairi-əyanın büxlünü artırıb, ona düşmən elədi. Ə.Haqverdiyev. büxur bax buxur. bükdələmək f. məh. Bükülmək, qatlanmaq, qatlanmış şəklə salınmaq. bükdərilmək məch. məh.\n1. Qatlamaq, bükmək.\n2. Bükülmüş bir şeyi təkrar bükmək.\n3. İpi iki qat əyirmək. bükdürmə “Bükdürmək”dən f.is. bükdürmək icb. Bükük hala saldırmaq. bükələmə “Bükələmək”dən f.is. bükələmək f. Lülə şəklində bükmək. bükələnmək məch. Lülə şəklində bükülmək. bükələnmiş f.sif. Lülə şəklində bükülmüş. Mən əlimdə bükələnmiş qəzeti verdim. Mir Cəlal. bükmə is.\n1. “Bükmək”dən f.is.\n2. məh. İçərisinə şəkər, qoz, fındıq və ya badam ovuntusu tökülmüş düyü unu riştəsindən hazırlanan şirni. bükmək f.\n1. Müəyyən qaydada qatlamaq. Köynəyi bükmək. Kağızı bükmək. – O biri səkilərdə də usta bükən sayaq çoxluca paltarlar bükmüşdülər və üstlərinə də cürbəcürə papaqlar qoymuşdular. Çəmənzəminli. // Örtmək. Qadın sualımın bir müsahibə şəkli aldığını görüncə əlindəki kitabı bükdü. S.Hüseyn.\n2. Sarımaq, bürümək. Şeyləri kağıza bükmək. – Hədiyyə bir parça çörək götürüb, qəzetə bükdü.. Mir Cəlal. // Tütünü kağıza qoyub papiros düzəltmək. ..Şamil isə cibindən tütün qutusunu çıxarıb, yoğun bir papiros bükdü. M.Hüseyn.\n3. Əymək. Nikişin zabitin çiyinlərindən tutub, dala bükdü. M.İbrahimov. Yay kimi bükərək ayaqlarını; Qəfildən sıçradın qaranlıqlara. R.Rza.\n4. Qatlayıb tikmək, sırımaq. Dəsmalın qıraqlarını bükmək. ‣ Abrını ətəyinə bükmək – bax abır. Belini bükmək – bax bel. Boynunu bükmək – bax boyun. Büküb-bükmələmək – yıxmaq, basmaq, əzişdirmək. Məşədi Əsgər o qədər zorlu idi ki, üç-dörd heylə hambalları büküb-bükmələyib əzişdirə bilərdi. S.M.Qənizadə. bükücü 1. sif. Bükən. Bükücü maşın.\n2. is. Bir şeyi bükməklə məşğul olan işçi. bükük sif.\n1. Bükülmüş, qatlanmış. Bükük bel. Bükük kağız.\n2. İs. mənasında. Parça və kağız kimi şeylərin qatlı yerləri. Parçanı ütüləyib, büküklərini düzəltmək. Kağızı bükükdən kəsmək.\n3. İs. mənasında. Bədən üzvlərinin bükülə bilən yerləri. Qolumun bükükləri soyuqdan sızıldayır. büküklük is. Bükülmüş, qatlanmış şeyin halı. bükülmə “Bükülmək”dən f.is. bükülmək f.\n1. Qatlanmaq, əyilmək, bükük hala düşmək. Qəhrəman .. [Xavərin] dizlərinin büküldüyünü və qeyri-ixtiyari yerə oturduğunu gördü. M.İbrahimov. [Tamara:] Külək əsər, gül bükülər. S.Vurğun.\n2. Əyilmək, ikiqat olmaq, belini əymək. Beli bükülmək. Boynu bükülmək. – Həcər cəld bükülüb evə girdi. S.Rəhimov.\n3. məch. Sarınmaq, bürüdülmək. Xına bir kağız parçasına bükülmüşdü. C.Məmmədquluzadə.\n4. məch. Müəyyən qaydada qatlanmaq. Kiçik və ipək parçalar bükülüb, güvə dəyməmək üçün tütünə qoyuldu. M.S.Ordubadi. bükülməz (=bükülməyən) sif. Bükülə bilməyən, qatlanmaz, əyilməz. // məc. Sarsılmaz, qüvvətli, möhkəm. [Elxan:] Bükülməz qollarımı sənin ayaqlarına sərib ürəyimi açıram. C.Cabbarlı. Buna şahid, qocalsam da, bükülməyən qamətimdir! S.Vurğun. Bükülməyən qolumuzda bu ellərin gücü var. S.Rüstəm. bükülməyən (=bükülməz) sif. Bükülə bilməyən, qatlanmaz, əyilməz. // məc. Sarsılmaz, qüvvətli, möhkəm. [Elxan:] Bükülməz qollarımı sənin ayaqlarına sərib ürəyimi açıram. C.Cabbarlı. Buna şahid, qocalsam da, bükülməyən qamətimdir! S.Vurğun. Bükülməyən qolumuzda bu ellərin gücü var. S.Rüstəm. bükülmüş f.sif.\n1. Müəyyən qaydada qatlanmış. Bükülmüş xalça. Bükülmüş kağız.\n2. Sarınmış. Torbanı boşaldanda içindən kağıza bükülmüş bir yumru şey çıxdı.. S.S.Axundov. [Gülnazın] çiyninin üstündən yorğana bükülmüş balaca Almazın gözləri işıldayırdı. M.İbrahimov.\n3. Əyilmiş, qatlanmış. Bükülmüş bel. Bükülmüş boyun. bükülü sif.\n1. Bükülmüş, qatlanmış halda olan. Bükülü köynək. Bükülü paltar. // Örtülmüş. Bükülü kitab.\n2. Bir şeyə sarınmış. Bükülü qutu. Bükülü şeyləri aç. – Poçtalyon geri qayıdandan sonra İmran Əzizin otağına çıxıb, bükülü kağızı açdı. Ə.Vəliyev.\n3. İs. mənasında. Bükülmüş şey. Sarina bükülünü açıb, Tolstoyun “Sevastopol hekayələri” kitabçasını .. gördü. Ə.Əbülhəsən. // “Bir” sözü ilə: bir bükülü – içinə müəyyən miqdarda şey bükülmüş. Usta Qiyas əlini cibinə salır, bir bükülü pulu onun qabağına qoyur. M.İbrahimov. büküm is.\n1. Paltarın və s.-nin bükük yeri.\n2. Bükmə üsulu, tərzi. Paltarlarının hamısını usta Ağabala topladı, dolma bükümü sayaq bir fitəyə büküb qoydu səkiyə. Çəmənzəminli.\n3. Kağıza və s.-yə bükülmüş şey. Yunis çamadanı açıb bir büküm çıxardı, kağızı cırıb bükümü uşağa verdi. Mir Cəlal.\n4. “Bir” sözü ilə: bir büküm – bükülmüş, qatlanmış. Bir büküm lavaş. Bir büküm halva.\n5. Qırış. [Kərim bəyin] alnının bükümləri bir neçə dəfə oynadı. Mir Cəlal. büküş is.\n1. Bükmə şəkli, bükmə tərzi, bükmə üsulu.\n2. Bir şeyin qırışmış, bükülmüş yeri; qırış. Paltarın büküşü. büküşdürmə “Büküşdürmək”dən f.is. büküşdürmək f. Əzib şaxını sındırmaq, bükük-bükük eləmək, qırışdırmaq. büküşmə “Büküşmək”dən f.is. büküşmək f.\n1. Əzilib şaxı sınmaq, qırışmaq, büküş-büküş olmaq.\n2. Pozulmaq, büzüşmək. bülbül is. [fars.] Qaratoyuq fəsiləsindən olan çox gözəl səsli quş. Bülbülün çəkdiyi dil bəlasıdır. (Ata. sözü). Uçur, qonur ağaclara bülbüllər; Əfşan-əfşan durmuş yaşıl sünbüllər. A.Səhhət. • Sarı bülbül – kanarya quşu, bülbüləoxşar oxuyan bir quş. // məc. Çox gözəl səsi olan adam haqqında. Oxu, ey bülbüli-növxani-çəmən! Sənin ilə edəcək fəxr vətən. M.Hadi. bülbülotu is. bot. Taxıllar qrupuna mənsub yem bitkisi. bülənd [fars.] Uca, yüksək; adətən “asimanə (ərşə və s.) bülənd olmaq” şəklində işlənir – göyə qalxmaq, yüksəlmək, ucalmaq. [İsmayıl bəy:] Doğrudan, mahalda bədbihesablıq o qədər artıbdır ki, əhalinin naləsi asimanə bülənd olubdur. N.Vəzirov. Çalmaq, oynamaq, güləşmək, yallı getmək, ura asimanə bülənd olmuşdu. C.Məmmədquluzadə. Səhranın günbatan tərəfindən gördüm bir şölə asimanə bülənd olub, işığı hər yeri, bürüyübdür. Ə.Haqverdiyev. büləndpərvaz sif. [fars.] köhn.\n1. Ucadan uçan.\n2. məc. Alicənab, nəcib, yüksək. Hər ürək Aslanın mərhəmət, qeyrət və səxavətlə dolu olan ürəyi kimi büləndpərvaz ola bilməz. C.Cabbarlı. bülletyn [fr.]\n1. İctimai əhəmiyyəti olan hadisə haqqında qısa məlumat. Hava bülleteni.\n2. Bəzi dövri məcmuələrin adı. Elmlər Akademiyasının bülleteni. Ali Təhsil Nazirliyinin bülleteni.\n3. Seçki vərəqəsi. Səsvermə bülleteni. – Hər bir vətəndaş seçki siyahısında qeyd olunduqdan sonra, seçki bülleteni alır. (Qəzetlərdən).\n4. Xəstənin xəstəlik günlərini göstərən rəsmi vərəqə. [Bənövşə:] Ona yalandan bülleten verən doktoru məsuliyyətə almaq lazımdır. S.Rəhman. büllur is. [ər. əsli yun.]\n1. Şəffaf və parlaq daş. • Dağ bülluru – optikada və zərgərlikdə işlənən şəffaf rəngli mineral.\n2. Xüsusi parlaqlığı və işığı sındırmaq qabiliyyəti olan əla şüşə növü. Büllur güzgü. Büllur qab. Büllur güldan. Büllur qədəh. – Bu gün bir qız gördüm işvəli, nazlı; Büllur pəncərədən baxdı, qayıtdı. Aşıq Hüseyn Mayil. Tam süfrənin üzərindən, xas boya və zərlə işlənmiş tavandan büllur bir çilçıraq asılmış, qəndillərinə sarı şamlar düzülmüşdü. Çəmənzəminli.\n3. sif. Şəffaf, dumduru, parlaq, təmiz, saf mənasında. Almadır yanağı, büllur buxağı; Dodaqları meyli, məzəli, güllü. Aşıq Ələsgər. Yarpaqlar uclarından sallanan damcıların büllur kimi ətrafa saçdıqları nur içində parılparıl yanırdı. A.Şaiq. Alagözlü Girdman dilbəri büllur çeşmədən buz kimi soyuq su gətirib, yaralı cəngavərə verdi. M.Hüseyn. bülluri sif. [ər.] Büllur kimi saf, təmiz, ləkəsiz, parlaq. // Şəffaf, dumduru. büllurin sif. [ər.] Büllurdan, büllurlu, büllur kimi. Nə rəva cani-büllurin yetə nazik ləbinə; Bərgi-güldən gərək olsun, gözəlim, cam sənə. S.Ə.Şirvani. bülöv is. Bıçaq və başqa kəsərləri itiləmək üçün daş. [Hacı Nuru:] Sənin atan usta Rəhman dəllək ülgüc, bülöv ilə məqul dövlət qazandı. M.F.Axundzadə. [Cəmil] haradansa bülöv daşı tapıb gətirdi və bıçağının tiyəsini itiləməyə başladı. M.Hüseyn. bülövləmə “Bülövləmək”dən f.is. bülövləmək f. Bülöv daşına çəkib itiləmək. Bıçağı bülövləmək. Baltanı bülövləmək. bülövlənmə “Bülövlənmək”dən f.is. bülövlənmək məch. Bülöv daşına çəkilib itilənmək. bülövlənmiş f.sif.\n1. Bülövə çəkilib itilənmiş; iti.\n2. Bülöv kimi hamarlanmış, cilalanmış, sürüşkən. Bir az keçincə o yenə də torunu dəstələyib əlinə yığır. Bülövlənmiş çaylaq daşların üzəri ilə .. üzüaşağı burulğanlara tərəf yüyürdü. S.Rəhimov. bülövlətmə “Bülövlətmək”dən f.is. bülövlətmək f. Bülövə çəkdirmək, bülövə çəkdirib itilətmək. Bıçağı bülövlətmək. bülövlü sif. Bülöv daşına çəkilib itilənmiş, iti. bülövlük sif. Bülövə yarar. Bülövlük daş. büluğ [ər.]\n1. Yetkinlik, yetişmə; həddibüluğa çatma.\n2. Oğlan uşağının özünü tanıması. bünövrə is.\n1. Özül, əsas, təməl. Evin bünövrəsi möhkəmdir. – Əhmədov maşından düşüb salam verdi. Bünövrələrə sarı yeridi. Mir Cəlal. // Məc. mənada. [Fərhad:] ..Ey mənim dərdlərimin bünövrəsi, gəl yanımda otur.. Ə.Haqverdiyev. Lakin o [Hikmət İsfahani] bu səltənətin əsaslandığı bünövrənin, ictimai qaydanın pozulmasını qətiyyən istəmirdi. M.İbrahimov. Müəllimin fikrinə görə bünövrəni möhkəm qoymaq, buraxılışı da yararlı etmək lazım idi. S.Rəhimov.\n2. Çıx. halda: bünövrədən – bax binadan (“bina” sözündə). Bir hörgü ki, bünövrədən gəc ola; Başı ərşə dəysə, dibi düz olmaz. Xəstə Qasım. bünövrəli sif. Bünövrəsi, özülü, təməli, əsası olan. Bünövrəli mülk. // məc. Möhkəm, əsaslı. İşi bünövrəli gör. bünövrəsiz sif. Bünövrəsi, əsası, özülü, təməli olmayan. Bünövrəsiz tikintinin davamı olmaz. // Davamsız, əsassız. bünyad is. [fars.] Əsas, özül, təməl. • Bünyad etmək köhn. – əsasını qoymaq, yaratmaq. Ol qızlar içində bir pərizad; Qeys ilə məhəbbət etdi bünyad. Füzuli. bünyə is. [ər.] Bədənin təbii halı, quruluşu; əsas, kök, bünövrə, özül. Onun bünyəsi sağlam deyil. bürc I. is. [ər.] Qədim şəhər hasarının üzərində müşahidə və müdafiə qülləsi; qala çıxıntısı. Bakı şəhəri qarşısında, dəniz içərisində indi də görünən bürclərdən, hasarlardan .. məlum olur ki, dörd-beş yüz il bundan əvvəl abad olan yerlər indi su altında qalmışdır. A.Bakıxanov. Uzaqdan görürdüm ki, hasarın künclərində, bürclərin dibində əli tüfəngli rus soldatları var-gəl edir. C.Məmmədquluzadə. Hava işıqlandıqca Girdman qalasının möhtəşəm bürcləri aydın görünməyə başlayırdı. M.Hüseyn.\n\nII. is. [ər.] astr. Göydə Günəş dairəsinin bölündüyü 12 qisimdən hər biri. Böyük Ayı bürcü. – Bir bürcdə sabit oldu əxtər; Məhbusi-xəzanə oldu gövhər. Füzuli. Səhərin ruzgarı Gülüstana əsdiyi zaman, çəmənlər donunu dəyişir və Həməl bürcündə isə Günəşin qırmızı ələmini qaldırırdılar. M.S.Ordubadi. // məc. Obrazlı təsvirlərdə. O gün olsun ki, genə məclisə dilbər gəlsin; Çıxıban bürcdən ol mahi-münəvvər gəlsin. S.Ə.Şirvani. bürhan is. [ər.] Dəlil, sübut. Aşiqisadiqləriz, pünhan deyil bürhanımız; Kizbdən varəstə qalmış, şükr olsun, canımız. M.Hadi. bürkü is. Nəfəs almağı çətinləşdirən isti hava, boğanaq hava. Dolu çox isti və bürkü olan zamanda nüzul edir. H.Zərdabi. Axşam qaranlığı düşdüyünə baxmayaraq, hava hələ bürkü idi. S.Rəhman. bürküləşmə “Bürküləşmək”dən f.is. bürküləşmək f. Bürkü olmaq, nəfəs almağı çətinləşdirəcək bir hala gəlmək, boğanaq hala gəlmək (hava). bürkülü sif. Boğanaq, nəfəsi çətinləşdirəcək dərəcədə isti. Bürkülü bağlarda adam istidən boğulurdu. Mir Cəlal. Bürkülü iyun günlərinin birini Murad Kür qırağındakı söyüdlükdə, Əziz isə təcrübə tarlasında qarşıladı. Ə.Vəliyev. bürkülük is. Bürkülü hava. bürqə is. [ər.] köhn. Üz örtüyü, rübənd. Dilbər, səni tanrı, günəş camalın; At bürqəni, al yanağın görünsün. Q.Zakir. bürmələmə “Bürmələmək”dən f.is. bürmələmək f. Lülə şəklində sarımaq; bir şeylə hər tərəfini bürümək, sarımaq; sarıyıb örtmək; bükmək. bürmələnmə “Bürmələnmək”dən f.is. bürmələnmək məch. Lülə şəklində sarınmaq, bir şeylə hər tərəfi bürüdülmək; örtülmək, bükülmək. bürmələnmiş f.sif. Lülə şəklində sarınmış, bükülmüş. bürnək bax bürüncək1 . büro [fr.]\n1. Bəzi orqanların, idarələrin, təşkilatların və s.-nin rəhbərlik edici hissəsinin adı. Qonaqlar gedəndən sonra, İvan Astafoviç büro iclası keçirmişdir. Mir Cəlal. // Həmin büro heyətinin iclası. Məsələyə büroda baxılacaq.\n2. Bəzi idarələrin, yaxud onların şöbələrinin, kontorlarının və s.-nin adı. Arayış bürosu. Hava bürosu. Konstruktor bürosu. bürokrat is. [fr.] Vəzifəsini işin zərərinə, formal yerinə yetirən adam; rəsmiyyətçi. bürokratcasına bax bürokratik. bürokratik sif. Bürokratizmə xas olan, bürokratizm mahiyyətində olan. Bürokratik quruluş. bürokratiya [fr.]\n1. Burjua cəmiyyətində: hakimiyyəti əllərində saxlayan istismarçı sinfin imtiyazlı təbəqəsi; idarə başında duran bürokratlar, yüksək rütbəli məmurlar.\n2. Bax bürokratizm. bürokratizm [fr.]\n1. Yalnız rəsmiyyətə riayət etmək xatirinə olaraq, işin mahiyyətinə laqeydlik göstərmə; süründürməçilik, rəsmiyyətçilik. Bürokratizm ilə mübarizə. Bürokratizmi aradan qaldırmalı.\n2. Sinifli cəmiyyətdə: dövlət hakimiyyətinin xalq ilə heç bir əlaqəsi olmayan və hakim siniflərin mənafeyini müdafiə edən məmurlar tərəfindən həyata keçirildiyi idarə üsulu. bürokratlaşma “Bürokratlaşmaq”dan f.is. bürokratlaşmaq f. Bürokrat olmaq. bürokratlıq is. Bürokrat adamın keyfiyyəti; rəsmiyyətçilik, süründürməçilik. bürran sif. [fars.] klas. Kəsən, iti. Tiğiğəmzən eylə bürrandır ki, cəlladi-əcəl; Töksə qan təcil üçün tiğindən eylər iltimas. Füzuli. Baxdıqca revolverinə əndamım olur süst; Bağrım yarılır xəncəri-bürranını görcək. M.Ə.Sabir. bürudət is. [ər.] klas. Soyuqluq, soyuq. Tifllər şiddəti-bürudətdən; Ağlaşır zar-zar vəhşətdən. M.Ə.Sabir. büruz [ər.] Ancaq köməkçi feillərlə: büruz eləmək (etmək) – bax büruzə vermək. Sordum dəhanını, dedi dil: sirriqeybdir; Öz əczini büruz elədi bu cavab ilə. S.Ə.Şirvani. Gah-gah, bir para əfradi-bəninövi-bəşərdən büruz edir. M.F.Axundzadə; büruzə çıxarmaq – bax büruzə vermək 2-ci mənada; büruzə vermək – 1) üzə çıxarmaq, aşkara çıxarmaq, göstərmək. Yenə Mirzə Məmmədəli narazılığını büruzə verib başını bulayır. C.Məmmədquluzadə. Lakin Tərlanın səsi titrəyirdi. Böyümüş gözləri içindəki həyəcanı ancaq aydın büruzə verirdi. M.Hüseyn; 2) aşkara çıxmaq, üzə çıxmaq, özünü göstərmək, görünmək. [Ov itlərinin] xasiyyətləri ovda büruzə verərdi. S.S.Axundov; büruzə verməmək – üzə verməmək, göstərməmək, aşkara çıxarmamaq. [Şəfiqə] öz narazılığını büruzə verməmək üçün çölə çıxdı. Ə.Vəliyev. bürümə “Bürümək”dən f.is. bürümək f.\n1. Hər tərəfini bir şeylə sarımaq, bir şeyə bükmək. Laçın qəfildən yapıncısını açıb Gülyazı bürüdü. M.Hüseyn.\n2. Gizlətmək, örtmək. Üzünü bürümək. – Nəğmə kimi pərdə çək xəyalə; Qönçə kimi yüz bürü cəmalə. Məsihi. Ay bimürvət, firqətindən məcnunam; Olmuşam divanə, üzün bürümə. Aşıq Hüseyn. Mən sənə olmuşam didar aşiqi; Sən üzünü bürüməyin nədəndir? M.P.Vaqif.\n3. Ətrafını almaq, dövrələmək, əhatə etmək, araya almaq, ortalığa almaq, mühasirəyə almaq. Şəhərin ətrafını atlılar bürüyüblər və hər yandan tərəddüd kəsilib. C.Məmmədquluzadə. Bürüyür dövrəmi saysız ulduzlar. S.Vurğun.\n4. Qaplamaq, çulğalamaq, yayılıb tutmaq. Bir dəqiqə içində bütün evi alov bürüdü. Dağların başını duman bürümüşdür. Sıx buludlar bütün göy üzünü bürümüşdür. Yanğının tüstüsü ətrafı bürümüşdür. – Qeyri-adi bir çiskin hər tərəfi bürümüşdü. M.İbrahimov. Yadların onda kəsilsin nəfəsi; Bürüsün hər tərəfi nəğmə səsi. S.Rüstəm. // Yayılmaq, basmaq, doldurmaq. Fitələrin üstə xınalanıb yatmış iki kişinin xorultusu hamamı bürümüşdü. Çəmənzəminli.\n5. Hər tərəfini örtmək, bulamaq. Bürüyüb cümleyi-libasını qan; Eyləyir ahü naləvü əfğan. S.Ə.Şirvani.\n6. Nüfuz etmək, tutmaq, qaplamaq (adətən köməkçi feil kimi isimlərə qoşulur). Xavəri təlaş bürüdü. M.İbrahimov. Nəriman xitabət kürsüsünə çıxanda salonu tamamilə sükut bürüdü. Mir Cəlal. Qarını bir həyəcan bürüdü. Ə.Məmmədxanlı. bürünc is.\n1. Mis, sink, qalay xəlitəsindən ibarət metal.\n2. Bürüncdən qayrılmış. Bürünc ləyən. Bürünc məftil. – Bayaq Mirzə Əliməmmədi içəri buraxıb çıxan nökər üstü incə naxışlı bürünc sinidə iki fincan qəhvə gətirdi. Çəmənzəminli. Plov gəlməmiş xəlfə mətbəxdən bürünc aftafa-ləyən, gətirib əlsuyu verərdi. H.Sarabski. bürüncək I. is. Bürünməyə yarayan örtü, üst geyim. Bu gecə məndən yatdı yoxdu, gərək bir bürüncək götürəm. C.Məmmədquluzadə. Müsafirlərin birisi bürüncəyə, o birisi yorğana, bəziləri də palaz və cecimlərə bürünmüşdü. M.S.Ordubadi. // məc. Qiyafə, don, paltar mənasında.\n\nII. is. bot. Taxıllar qrupuna mənsub birillik ot bitki. bürüncəkli sif. Bürüncək geymiş, üzərinə bürüncək salmış, bir şeyə bürünmüş. büründürmə “Büründürmək”dən f.is. büründürmək bax bürümək 2-ci mənada. Ay örtüyü büründürür aləmi; Çulğalayır, geyindirir aləmi. A.Səhhət. bürünmə is.\n1. “Bürünmək”dən f.is.\n2. Qarlı, yağmurlu havalarda üstdən geyilən bürüncək; yapıncı, plaş. Çoban bürünməsi. bürünmək qayıd.\n1. Özünü bir şeylə bürümək; örtünmək. Şala bürünmək. – Qaydasıdır, qara çarqat bürünür; Siyah, zülfün ucu yerdən sürünür. Q.Zakir. Xoş məsəldir bu kim, palasə bürün; Getsə hər yanə el, o yanə sürün. S.Ə.Şirvani. Kəblə Fərəculla evin qapı tərəfində, altında döşək .. Ərdəbil kürkünə bürünüb əyləşərək qapının döyülməsini gözləyir. H.Sarabski.\n2. Əhatə olunmaq, dövrələnmək, araya alınmaq. Ana baxır: izdihamla bürünmüşdür dörd yanı; Milyon-milyon əl uzanıb; Dağıtmaqçın qara mənfur zindanı. R.Rza.\n3. Qaplanmaq, çulğalanmaq, örtülmək. Qarlı dağlar dumanlara bürünür. A.Səhhət. // Obrazlı təşbehlərdə. Qara dəniz gecənin qara donuna bürünüb yatmışdı. M.S.Ordubadi. Səhralar al geyib gülə bürünür; Sevinir yurdumun oğulu, qızı. S.Vurğun. Qadının üzünü bir acılıq bürüdü. S.Hüseyn. Gecə qatı qaranlığa bürünmüşdü. M.İbrahimov. bürünüklü sif. Bir şeyə bürünmüş. Nənəqız yarımsöykəli halda çadrasına bürünüklü (z) yatmışdı. S.Rəhimov. bürüşdürmə “Bürüşdürmək”dən f.is. bürüşdürmək f.\n1. Bürüşük hala salmaq, bürüş-bürüş etmək, qırışdırmaq, əzişdirmək. Kağızı, parçanı bürüşdürmək.\n2. Bax büzüşdürmək. Soyuq bizi bürüşdürmüş, kiçiltmişdir. Mir Cəlal. bürüşdürücü bax büzüşdürücü. bürüşdürülmək məch. Bürüşük hala salınmaq, bürüş-bürüş edilmək, qırışdırılmaq, əzişdirilmək. Bütün kağızlar bürüşdürülübdür. bürüşmə “Bürüşmək”dən f.is. bürüşmək f.\n1. Bürüşük hala düşmək, bürüş-bürüş olmaq, qırış-qırış olmaq. Üzü bürüşmək. Paltar tamam bürüşmüşdür.\n2. Solmaq, quruyub dağılmaq, təravətini itirmək. Çiçək bürüşdü. Yarpaqlar bürüşmüşdür. Quraqlıqdan pambığın qozaları bürüşdü. bürüşmüş f.sif. Bürüşük hala düşmüş, bürüş-bürüş olmuş, qırış-qırış olmuş, qırışmış. Bürüşmüş kağız. Bürüşmüş pərdə. – Kosa onun [Meşinovun] döşündən geriyə itələyərək, bürüşmüş sifətini turşutdu. S.Rəhimov. bürüştə sif. [fars.] Yaxşı bişmiş, kövrək bişmiş, qızarmış. Bürüştə çörək. Bürüştə qutab. Bürüştə paxlava. – [Mirzə Qulam:] Kabab ilə bürüştə lavaşın ayrı ləzzəti olur, axı! Mir Cəlal. bürüştəlik is. Bürüştə bişmiş şeyin halı; kövrəklik. bürüşük 1. sif. Bürüşmüş halda olan; qırışıqlı, qırış-qırış. Bürüşük üz. Bürüşük köynək. – [Kərim baba] bürüşük və titrək əli ilə göyün şimal tərəfindəki kiçik qara buludu göstərərək: – Baxın [dedi] A.Şaiq. // Əzik. Nəriman diqqət edəndə saatını, .. bürüşük zərfi tapdı. Mir Cəlal.\n2. is. Qırış. Lampanın işığında onun [Xanpərinin] üzündəki bürüşüklər, alnındakı qırışıqlar aydın görünürdü. Ə.Vəliyev. bürüşüklük is. Bürüşük şeyin halı. Üzün bürüşüklüyü qocalığın nişanəsidir. büryan sif. [fars.] Odda qovrulan (qovrulmuş), odda yanan (yanmış). • Büryan eyləmək (etmək) – 1) odda yandırmaq, qovurmaq; 2) məc. kabab eləmək, yandırmaq. Ayrılıqdan yar mənim bağrımı büryan eylədi; Özünü bir yana saldı, məni bir yan eylədi. Nəsimi. Gər visalından mədəd qılmazsan, ey aram can; Çeşmimi giryan edib bağrımı büryan eyləmə! Xətayi. Tutam zülfün üçün dönəm başına; Bağrımı oduna büryan eyləyəm. M.P.Vaqif. Büryan olmaq – 1) odda yanmaq, qovrulmaq; 2) məc. kabab olmaq, yanmaq. Əyyami-visalə yetdi hicran; Vəqt oldu ciyərlər ola büryan. Füzuli. büsat is. [ər.]\n1. Müəyyən qayda və üsullarla tərtib edilmiş şənlik, məclis, bayram, yaxud təziyə; mərasim. Qonaqlıq büsatı. Toy büsatı. Matəm büsatı. – Qızlarım, çay büsatını idarə edin, – deyə onlara əmr edincə dördü də samovarın ətrafında toplandı. M.S.Ordubadi. Matəm büsatı qurulmuş, ağlaşma başlanmışdı. A.Şaiq. // Obrazlı təsvir və təşbehlərdə. Eşq dövranı, mənə tapşırdı Məcnun növbətin; Xali olmaz nəqşiərbabi-vəfadən bu büsat. Füzuli. Qəm büsatın xətm edibdir dövr Seyyid adına. S.Ə.Şirvani.\n2. məc. Təmtəraq, dəbdəbə, dəsgah. [Mirzə Əsgər:] Bəyim doğru deyir, sizin evin büsatı heç yerdə yoxdur. N.Vəzirov. büsatlı sif. Təntənəli, dəbdəbəli, təmtəraqlı. büsbütün zərf Tamam, tamamilə. Büsbütün yorulub gücdən düşmək. Büsbütün əl çəkmək. O büsbütün haqlıdır. – Anaxanımın səbri büsbütün tükəndi. A.Şaiq. Ey dan ulduzu! İzdiham çoxalır, qəhrəman şəhər; Büsbütün ayağa qalxmışdır bu gün. S.Vurğun. büst [fr.] İnsan bədəninin beldən yuxarı hissəsinin heykəli. Füzulinin tuncdan tökülmüş büstü. – Fərman bəy Tərlanın yazı stolundan bir qədər irəli qoyulmuş büstə təəccüblə baxdı. M.Hüseyn. büt is. [fars.]\n1. Bütpərəst xalqların ibadət etdikləri heykəl, şəkil və s. // məc. Pərəstiş edilən şey. Mən o zalım yarə bir büt tək pərəstiş eylərəm. Heyran xanım.\n2. Klassik şeirdə: gözələ, dilbərə işarədir; sənəm. Heyrət, ey büt, surətin gördükdə lal eylər məni. Füzuli. Az ləfzilə ol büti-vəfadar; Çox dərdini yarə qıldı izhar. Məsihi. Hüsnünə məzhər idik ol büti-siminbədənin. S.Ə.Şirvani. bütçü is. və sif. Büt qayıran, büt satan. Yol kənarında bütçü dükanı, qanbur bir ixtiyar əlində böyücük bir büt yonur.. H.Cavid. bütgədə [fars.] bax bütxana. bütxana is. [fars.] Bütlərə ibadət olunan ev, bütpərəstlərin ibadətxanası. Sənəmlər fikri çıxmaz xatirimdən bir zaman, guya; Yazan dəmdə bu viran olmuşu bütxanə yazmışlar. Q.Zakir. Bir zaman beyti-xuda dəhrdə bütxanə idi. S.Ə.Şirvani. bütöv sif.\n1. Bir küll halında olan; yarım, ya parça halında olmayan; kəsilməmiş, qırılmamış, dağılmamış; yekparə, tam. Bütöv çörək. Bütöv parça. Bütöv kərpic. Bütöv qarpız.\n2. Zərf mənasında. Başdan-başa, bütünlüklə, tamam. Çayın üzü bütöv buzdur. – Sağ tərəfdə böyük əncir ağacı qonşu tərəfə çıxan divarı bütöv tutmuşdu. S.Rəhman. bütövlənmə “Bütövlənmək”dən f.is. bütövlənmək f. Bütöv olmaq, bütöv hala düşmək. bütövləşdirilmə “Bütövləşdirilmək”dən f.is. bütövləşdirilmək məch. Bütöv hala salınmaq. bütövləşdirmə “Bütövləşdirmək”dən f.is. bütövləşdirmək f. Bütöv hala salmaq. bütövlük is. Bir parçadan ibarət olma, bir küll halında olma; bütöv şeyin halı; yekparəlik, tamlıq. bütpərəst is. [fars.]\n1. Bütlərə sitayiş edən adam. Xəzərlər əvvəllərdə bütpərəst idilər. A.Bakıxanov.\n2. məc. Allaha inanmayan, kafir mənasında. Seyyid haman qədimi olan bütpərəstdir; Ey şeyx, inanma Kəbədə gər eyləsə məqam. S.Ə.Şirvani. bütpərəstlik is. Bütlərə sitayiş. Dağıstan tayfaları da xəzərlərin istilası və müsəlmanların məhv edilməsi nəticəsində yenə bütpərəstliyə qayıtdılar. A.Bakıxanov. [Güllücənin] əhalisi isə .. bütpərəstlikdən qalma adətlər ağuşunda boğularaq, həkimsiz, dərmansız yaşayırdılar. S.S.Axundov. bütün 1. əvəz. Hamı, hamısı, ümum, cəmi. Bütün xalq. Bütün aləm. Bütün gecəni işlədim. Bütün qüvvələri topladıq. – Bütün salondakılar dönüb mənə baxdı. Mir Cəlal. [Salmanova Cumanın] bütün əməllərini gözünün içinə deyəcəkdi. Ə.Əbülhəsən.\n2. sif. dan. Səbatlı, qərarlı, dəyişməz, möhkəm. Bütün söz. Bütün vəd. Bütün adam (sözünün üstündə duran adam). – Aləmdə bu gün əhdi bütün yar ələ girməz; Yandırdı tikan bağrımı, gülzar ələ girməz. Nəsimi.\n3. Bax bütöv.\n4. zərf Tamam, hərtərəfli. Bütün bədənimi tər basdı.\n5. zərf Başdan-başa, başdan-ayağa qədər, tam surətdə. Bütün kitabı oxudu. bütün-bütün zərf Bütöv parçalarla, bütün halda. Gilası bütün-bütün udma, çeynə, tumunu çıxart. Mir Cəlal. bütün-bütünə zərf Bütünlüklə, tamamilə, lap. bütünləşdirmə “Bütünləşdirmək”dən f.is. bütünləşdirmək f.\n1. Bütün hala salmaq.\n2. Əskiyini qoyub tamamlamaq.\n3. Bir şeyin parçalarını yapışqan və s. ilə yapışdırıb birləşdirmək, bütöv hala gətirmək. bütünləşmə “Bütünləşmək”dən f.is. bütünləşmək f. Bütün hala düşmək. bütünlük is. Bütün şeyin halı, tamamlıq. bütünlüklə zərf Tamamilə, tamam, hamısı, tam surətdə. Pambığın yığılması və təmizlənməsi işləri bütünlüklə mexanikləşdiriləcəkdir. – Məhərrəm öz yoldaşını bütünlüklə tanımaq üçün çox vaxt sərf etmədi. H.Nəzərli. büvə bax böyə. Hər daş altında əqrəb qaynadığını, büvə yatdığını, qışda canavar uladığını deyim. Mir Cəlal. büzdüm is. anat. Quyruq sümüyü, onurğanın qurtaracağını təşkil edən sümük. İnsanın onurğası quyruq fəqərələrindən təşkil olunmuş büzdümlə qurtarır. büzmə is.\n1. “Büzmək”dən f.is.\n2. Paltarın qırışdırılıb tikilmiş yeri. Paltarın büzməsi. Çuxanın büzməsi. Tumanın büzməsi.\n3. Büzməli paltar. Gülsənəm lap arıqlamış, yalınqat, nazik yamaqlı qara büzmənin içində oturmuş və fikrə getmişdi. S.Rəhimov. büzmək f.\n1. Daraltmaq, yığıb sıxmaq, yığmaq. Kisənin ağzını büzmək.\n2. Paltarın, parçanın və s.-nin bir yerini yığıb tikmək, qatlaya-qatlaya tikib daraltmaq. ‣ Ağzını büzmək – bax ağız. Dodaq büzmək – bax dodaq. büzmələmə “Büzmələmək”dən f.is. büzmələmək f. Büzmə şəklində tikmək, yığmaq, sıxmaq. büzmələnmək məch. Büzmə halında tikilmək, yığılmaq, sıxılmaq. büzməli sif. Büzməsi olan. Büzməli paltar. Büzməli tuman. – [Kor kişinin] əyninə geydiyi ləzgi şalından büzməli çuxası, ayağındakı dikdaban başmağı köhnə bir adam olduğunu bildirirdi. S.Hüseyn. [Novruzqulu] büzməli çuxasını əynindən çıxarıb, kətil üstünə qoyduqdan .. sonra .. alış-verişə başlardı. H.Sarabski. büzücü sif. Bir şeyi büzməyə məxsus. Büzücü maşın. büzük sif.\n1. Büzülmüş, qırışıq. [Yəhya Kamal] köhnə, büzük, yaraşıqsız paltarına baxdıqca Dilənin taxtın üstündəki məsləhəti qulağında səslənirdi. Mir Cəlal.\n2. Yığılmış, büzülmüş, qıyıq, büzülüb yığılmış, kiçilmiş, dar. [Rüstəmovun] .. hər şeyə yuxarıdan baxan büzük gözlərində hüdudsuz bir təkəbbür çöküb qalmışdı. M.İbrahimov.\n3. İs. mənasında. Büzülmüş yer, qırışıq yer. Paltarın büzükləri. büzüklük is. Büzük şeyin halı. büzükmə “Büzükmək”dən f.is. büzükmək f. Büzülmək, büzülüb yığılmaq; özünü büzmək. büzülmə “Büzülmək”dən f.is. büzülmək f.\n1. Yığışmaq, qırışmaq, büzük hala düşmək. [Qızın] qaşlarının qovuşduğunu, dodaqlarının, büzüldüyünü .. görürdüm. M.S.Ordubadi.\n2. Sığınıb durmaq, yazıq-yazıq durmaq (oturmaq), susmaq, dinməmək. Ata ümmid ilə baxar uşağa; Büzülübdür anası bir bucağa. A.Səhhət. Ayrım qızının belə öyünməsindən, Kərim babanın elə sükut ilə büzülüb durmasından bir qəhqəhə qopdu. A.Şaiq. // Yığışmaq, öz bədənini yığışdırmaq. Heyvanlar eyvanın küncündə büzülüb yatan Qəhrəmanı qoxulayır. S.Rəhimov. büzürg is. [fars.] mus. Azərbaycan klassik muğamlarından birinin adı. büzüşdürmə “Büzüşdürmək”dən f.is. büzüşdürmək f.\n1. Büzük-büzük etmək, büzük hala salmaq, qırış-qırış etmək, əzmək. Köynəyi büzüşdürmək.\n2. Büzüşməsinə səbəb olmaq. Sabah ertənin soyuğu [Xosrov və Mədədi] büzüşdürmüşdü. S.Rəhimov.\n3. Ağzın, dilin selikli qişasını çəkib yığmaq (turş şey haqqında). Zəy ağzı büzüşdürür. Göyəm ağzımı büzüşdürdü. büzüşdürücü sif. Ağzın, dilin selikli qişasını yığan, büzüşdürən. Zəy ağız büzüşdürücü maddədir. büzüşdürücülük is. Büzüşdürücü şeyin xassəsi. büzüşdürülmə “Büzüşdürülmək”dən f.is. büzüşdürülmək məch. Büzük hala salınmaq, qırış-qırış edilmək, əzişdirilmək. büzüşmə “Büzüşmək”dən f.is. büzüşmək f.\n1. Yığılmaq, yığışmaq, bürüşüb kiçilmək, quruyub yığılmaq, solmaq, pəjmürdə olmaq. [Məşədi Kazım ağanın] kirpikləri bir-birinə qarışıb, bütün vücudu ölüşgəmiş və əndamı quru alma kimi büzüşmüş(dü). M.S.Ordubadi.\n2. Ütüsü və hamarlığı pozulub qırış-qırış olmaq (paltar, kağız və s.).\n3. Turş bir şeyin təsiri ilə yığılaraq çəkilmək, qamaşmaq. Göyəmdən ağzım büzüşdü.\n4. Bax büzülmək 2-ci mənada. Yabançı bir adam kimi büzüşüb oturan Qulu furqona bir soyuqluq gətirdi. M.İbrahimov. Tapdıq .. büzüşüb qapıya söykəndi. Ə.Əbülhəsən. büzüşmüş “Büzüşmək”dən f.sif. Mahmud əmi müəllimin arxasında durub, qocalıqdan büzüşmüş və qırışlar altında itmiş gözləri ilə hər tərəfə baxırdı. B.Talıblı. büzüşüklük is. Büzüşmüş şeyin halı. c azərbaycan əlifbasının üçüncü hərfi. Bax ce. cabəca zərf [fars.] Yerbəyer, yerliyerində, qaydasınca, lazımınca. İşini cabəca yerinə yetirdi. – [Ağa Kərim xan:] Adbaad hər nə ki sizə buyuracağam, o bu gün gərək cabəca əmələ gəlsin. N.Vəzirov. [Məşədi İbad:] Allaha şükür, dişlərim hamısı öz yerində cabəca, saqqalım da qapqara şəvə kimi. Ü.Hacıbəyov. • Cabəca eləmək – yerbəyer eləmək. [Seyidlər] ildə bir dəfə evlərinə qayıdıb, ailələri ilə görüşüb, gətirdikləri pulları cabəca edib, yenə gedirlər qazanc dalınca. Ə.Haqverdiyev. cad is. Darı unundan bişirilən çörək. [Araz] içəri atılan kimi bərk şeyin nə olduğunu bilmək üçün onu əli ilə axtarıb, nəhayət, tapdı. Girdə quru cad çörəyi idi. A.Şaiq. Safo danışa-danışa xeyli yavaşıdı, əlini uzadıb bir cad götürdü. S.Rəhimov. cadar is. məh. Bataqlıq yerin quruyandan sonra çox və xırda çatlaması. cadar-cadar sif. və zərf Çatlaq-çatlaq, yarıq-yarıq, hər tərəfi çatlamış. Ağayev zamanın məhvedici təsirindən pozulmuş, cadar-cadar olmuş divarlara bir də baxdı. M.Süleymanov. Ustaların tavanlara, divarlara çəkdikləri suvaq və rəngdən danışmağa dəyməz. Bir ay keçməmiş onların suvağı şoran torpaq kimi cadar-cadar olmuşdu. “Kirpi”. cadarlanma “Cadarlanmaq”dan f.is. cadarlanmaq f. Cadar-cadar olmaq, çatlamaq. Katibin gözləri qurumuş, dildodağı təpimiş və cadarlanmış (f.sif.) dodaqlarından qan çırtlayaraq çənəsinə qədər uzanmışdı. S.Rəhimov. Susuz torpağın dili cadarlanmışdı. Ə.Vəliyev. caddə is. [ər.] İşlək yol, magistral yol. Gözümə görünən çiçəkləri toplaya-toplaya bir caddə yola çıxdım. A.Divanbəyoğlu. // köhn. Baş küçə, prospekt. Odanın bir qapısı ilə iki pəncərəsi sağ tərəfdən caddəyə açılır. H.Cavid. cadu is. [fars.]\n1. Sehr, sehrbazlıq. [Xanpəri:] [Dərvişin] cadusunda mən bir hikmət görmüşəm ki, əgər istəsə, bu saatda məni qocamdan boşadar. M.F.Axundzadə. [Xırda xanım:] Ağa dərviş, deyirlər siz cadu ilə möcüzələr görsədirsiz, doğrudurmu? N.Vəzirov. Məmmədsadıq kişi caduya, fala, falçıya inanan deyildi. B.Bayramov. • Cadu eləmək, caduya salmaq – bax cadulamaq. [Xala Yunusa:] [Yaqutun anasının] ağzı qurusun, sənə qarğış edirdi. Deyir, qızımı caduya salıbdır. Ə.Məmmədxanlı.\n2. Obrazlı təşbehlərdə: valehedici, füsunkar mənasında. Cadu baxışlar. Cadu tellər. – Atdı müjgan oxun, keçdi sinəmdən; Cadu qəmzələri canıma düşdü. Aşıq Ələsgər. Bir şux qıya baxdı, huş aldı sərdən; O cadu gözlərdə bir cadu gördüm. Aşıq Dilqəm. Bir qızım var ki, bu cahan canı; Gözləri məst, qəmzəsi cadu. S.Ə.Şirvani. cadubaz bax cadugər. cadubazlıq bax cadugərlik. Genə dualar, genə cadubazlıq meydana gəldi. N.Nərimanov. caduçu bax cadugər. caduçuluq bax cadugərlik. Kahinlərin falçılığı, caduçuluğu, cindarlığı və tilsimçilik sənətləri hindulər arasında çox mütədavildir. F.Ağazadə. cadugər is. və sif. [fars.] Cadugərliklə məşğul olan; sehrbaz, ovsunçu. [Dostəli dərvişə:] Bu sirdən heç kəs əyan ola bilmir. Hərgah sən cadugərsənsə bu sirri faş et. Ü.Hacıbəyov. Çaykovskinin “Sonalar gölü” baletinin ikinci pərdəsində cadugər Rotbardın tilsimi nəticəsində qu quşuna çevrilən gözəl qız Odilliya ilə şahzadə Ziqfridin birgə ifa etdikləri rəqs adajiodur. Ə.Bədəlbəyli. cadugərlik is. Ovsunçuluq, sehrbazlıq. cadukün is. [fars.] köhn. Bax cadugər. Cadukünsən, tasa bax; Ya bu gün gəl, ya sabah. Ellər şadlıq içində; Biz keçirən yasa bax. (Bayatı). cadulama “Cadulamaq”dan f.is. cadulamaq f. Mövhumata inananların təsəvvürüncə cadu ilə öz təsiri altına almaq; ovsunlamaq. cadu-pitik bax cadu 1-ci mənada. cağ is.\n1. Çəpər. Evin qabağına cağ çəkmək. – Zeynal bəy dərin bir sükutda bağın sökük cağlarının dibi ilə başını aşağı salıb, yavaş-yavaş getməyə başladı. Çəmənzəminli.\n2. Arabanın yan taxtaları, araba yanı. Məmmədcəfər arabanın cağından tutub yerə atıldı.. S.Rəhman. Sonra birdən-birə [Adilə] elə amansız bir yorğunluq hiss edib taqətdən düşdü ki, başını geri atıb arabanın cağına söykəndi. Ə.Məmmədxanlı. cağıldama “Cağıldamaq”dan f.is. cağıldamaq f. Bir-birinə dəyərək və ya ayaq altında qalaraq cağ-cağ səs çıxarmaq (xırda daşlar, tökülən qozlar haqqında). cağıltı is. Bir-birinə dəyən xırda daşlardan, qozlardan və s.-dən çıxan səs. [Adilə və İlyas] susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cağıltısı eşidilirdi. Ə.Məmmədxanlı. cağlama “Cağlamaq”dan f.is. cağlamaq f. Çəpər (hasar) çəkmək, çəpərləmək, hasarlamaq. cağlanma “Cağlanmaq”dan f.is. cağlanmaq məch. Çəpərlənmək, hasarlanmaq. cağlı sif. Cağ vurulmuş, çəpərli, hasarlı. Cağlı bağça. cah is. [ər.] klas.\n1. Mənsəb, məqam, rütbə. Vəfalı dostumu hər dəm anaram; Ona qurban cahım, cəlalım mənim. Aşıq Ələsgər.\n2. İftixar, fəxr, hörmət. Sənsən mənim ayım, günüm, hilalım; Dövlətim, iqbalım, cahım, cəlalım. M.P.Vaqif. cahan is. [fars.] Dünya, aləm, kainat. Məndə sığar iki cahan, mən bu cahana sığmazam. Nəsimi. Çıxdı günəş, doldu cahan nur ilə; Cütçü sürür tarlada cüt şur ilə. M.Ə.Sabir. • Cahana gəlmək – dünyaya gəlmək, doğulmaq. Xoş gəlibdir xoş saatda cahana; Yox gözəlliyinə qüsur, bəhanə. Aşıq Ələsgər. Gələndə Məhəmməd gəldin cahana; Gedəndə, Füzuli getdi, – dedilər. B.Vahabzadə. cahandar is. [fars.] klas. Cahangir, hökmdar, padşah. Ərz elədilər ki: “Ey cahandar! Məcnundan olubmusan xəbərdar?” Füzuli. cahandarlıq is. klas. Cahangirlik, hökmdarlıq, padşahlıq. [Yusif şahın] ..əql və fərasətindən, .. cahandarlığından elçi və əmələsi vəcd etdilər. M.F.Axundzadə. Bu əsəri “Fərhad və Şirin” sərlövhəsi altında yazmalı idim, lakin Fərhadın sənət və eşqinə dair yazdığım əsərdə siyasət və cahandarlığa dair fikirlərimi inkişaf etdirə bilməzdim. M.S.Ordubadi. cahangir is. [fars.]\n1. Dünyanı istila edən, dünyanı tutan, ölkələr fəth edən; imperialist. [Elxan:] Mən üzümə bir din qalxanı çəkib cahangirlərin cəlladlığını qəbul edə bilmərəm. C.Cabbarlı. Cahangirlər bir daha güvənməsin özünə; Sarsıdacaq onları həqiqətlərin səsi. S.Rüstəm. Keçdi yerin üzərindən qərinələr bir an kimi; Cahangirlər, hökmdarlar xəzəl olub, külə döndü. N.Rəfibəyli.\n2. Çox məşhur, dünyada məşhur, cahanşümul. [Atabəy Qətibəyə:] ..Sənin atan hökmranlıq etdiyi bir məmləkətdə iki cahangir şair bir arıq inəyin südü ilə yaşayır. M.S.Ordubadi. cahangirlik is. Başqa ölkələri istila etməyə çalışan, bütün dünyanı tutmaq üçün göstərilən meyil və hərəkət; imperializm. Müstəmləkə və cahangirlik arzusunda olan dövlətlər heç bir vaxt gücsüz xalqa rəhm etməyəcəklər, onun torpaqlarını zəbt edib özünü əsarət altına alacaqlar. M.İbrahimov. cahanşümul sif. [fars. cahan və ər. şümul – şamil olan] Bütün dünya üçün əhəmiyyəti olan, dünyanı tutan, dünyaya yayılan, böyük tarixi əhəmiyyəti olan, dünyada tanınan. Azərbaycan ədəbiyyatı XII əsrdə Nizami və Xaqani kimi cahanşümul şair yetirmişdir. M.İbrahimov. cahanşümulluq is. Bütün dünya üçün əhəmiyyətli olma, dünyaya yayılma, dünyada tanınma, böyük tarixi əhəmiyyəti olma. cah-calal is. [ər.] Calal, ehtişam, büsat, dəbdəbə, təmtəraq, var-dövlət, əzəmət. Keçmişdəki.. cah-calaldan, mal-dövlətdən, sövt-sədadan şair bir əsər görməyib.. əhvalatı necə ki var, artıq məharətlə öz dustihəqiqisi olan Mirzə Fətəli Axundzadəyə yazır.. F.Köçərli. [Cahangir ağa:] Belə cahcalaldan öz ixtiyarınla əl çəkmək istəmirsən. S.S.Axundov. Dəyişmərəm dost təbəssümünü dünyanın cah-calalına. N.Rəfibəyli. cah-calallı sif.\n1. Təntənəli, dəbdəbəli, təmtəraqlı, büsatlı, əzəmətli, möhtəşəm. Cah-calallı saray. Cah-calallı ziyafət. – Gecə xanın evində cah-calallı bir məclis qurulmuş, sazandalar öz yerlərini tutmuşdular. Ə.Məmmədxanlı. [Abbas ağa ilə Mahmud] danışa-danışa xeyli yol gəlmişdilər. Bu zaman qarşıdan gələn cah-calallı bir dəfn mərasiminə rast gəlib, söhbətlərini kəsdilər. P.Makulu.\n2. Qaş-daş içində olan, bəzəkli. Leylək.. cah-calallı xanımın qabağında nə qədər qul kimi dayanıb onun ağ pambıq əllərinə su töksə də, xanım onu saya salmır, meydanın ortasına sancılan ələm ağacınca hesab eləmirdi. S.Rəhimov. cahıl sif. dan. [ər.] Cavan, gənc. [Qulu:] [Yusif] bəli, hələ cahıldır. Pis günlər görməyibdir. N.Nərimanov. Bu halda yanımıza bir suyuşirin, üzünurlu, cahıl gəlin gəldi, qucağında ay parçası kimi bir qız uşağı. E.Sultanov. // is. mənasında. Cavan oğlan. [Məşədi İbad:] ..İndiki ahıllar, indiki cahıllardan min pay yaxşıdırlar. Ü.Hacıbəyov. Qədimdə belə bir qayda vardı: gəlin aparan zaman o məhəllənin cahılları faytonun qabağını kəsərdi. H.Sarabski. cahılbaşı is. köhn. zar. Məhəllə cahıllarına başçılıq edən, dikbaş, lovğa oğlan; ataman. Cahılbaşı yavaşıdı. – Atan oldu behiştdə, bu başqa məsələ. Ver pulu, keçi qulun olsun. S.Rəhimov. cahılca sif. Çox cahıl, cavanca. cahıl-cuhul top. dan. Cahıllar, cavanlar, cavan oğlanlar. ..Hamıdan da az danışan Qasım əmi və qeyri cahıl-cuhul idi.. C.Məmmədquluzadə. Ağlamaq nədir ki, hətta bəzi cahıl-cuhullar axundun bu hərəkətinə yavaşca gülürlərdi. Qantəmir. Yeyibiçən, çalıb-çağıran, oynayıb-gülən, yelləncək minən hamısı cahıl-cuhuldu. Ə.Əbülhəsən. cahıllaşdırma “Cahıllaşdırmaq”dan f.is. cahıllaşdırmaq f. Cahıl göstərmək, cavan göstərmək. cahıllaşma “Cahıllaşmaq”dan f.is. cahıllaşmaq f. köhn. dan. Cavanlaşmaq, gəncləşmək, cavan görsənmək. [Hacı Sadıq:] Maşallah, gözüm dəyməsin, ağa gündən-günə cahıllaşır... N.Vəzirov. cahıllıq is. Cavanlıq, gənclik. Cahıllıq zamanı keçibdir əgər; Yenə yüz naxələf oğlana dəyər. Q.Zakir. [Şahnisə:] Ay qədimi, deyəsən, cahıllığın yadına düşdü. Çəmənzəminli. • Cahıllıq eləmək – cavan tay-tuşları ilə avaralıq eləmək, vaxtını kefdə keçirmək. Şeyx Şəbanın atası başmaqçı idi. Özü də bir neçə müddət atasının dükanında başmaqçılıq edib, axırda peşəsini unudub, bir neçə avara yoldaş tapıb qurşandı cahıllığa. Ə.Haqverdiyev. cahil sif. [ər.]\n1. Oxumamış, savadsız, avam, nadan, anlamaz, qanmaz, heç şeydən xəbəri olmayan. Ağ at ilə cahil ağaya qulluq eləmə. (Ata. sözü). Kaş bir qətrə meyə qiymət olaydı min can; Düşməyəydi bu qədər cahilü nadan əlinə. S.Ə.Şirvani. Ev-eşik, uşaqlar zəhmətsevməyən, lovğa, cahil Tamaşanın öhdəsində qaldı. Ə.Əbülhəsən.\n2. Bax cahıl. [Pərviz Rüstəmbəyə:] Deyəsən, sən də ayılırsan, – dedi. – Bəs necə, cahil, cavan deyilmi? Çəmənzəminli. cahilanə sif. və zər. [ər. cahil və fars. ...anə] Avam-avam, cahilcəsinə, avamcasına, nadancasına, anlamazcasına. Cahilanə hərəkət. – ..Biçarə qırmızısaqqallılarımız bu cahilanə təriflərə inanıb .. min-min məşəqqətlə pul tapıb Hicazə gedirlər. “Mol. Nəsr.”. Rzaquluxan Böyükxanımın cahilanə söhbətinə qulaq verirdi. M.S.Ordubadi. cahiliyyə is. [ər.] tar. Ərəblərdə müsəlmanlıqdan əvvəlki dövr. Cahiliyyə dövrünün bütləri. cahillik is. Nadanlıq, avamlıq, bilməzlik, şüursuzluq, düşüncəsizlik, cəhalət. [Münəvvər:] İnsan eşitdiyi sözün natiqinə baxıb haman sözü qəbul edər. Ancaq məni dilgir edən camaatın cahilliyidir. M.S.Ordubadi. caiz sif. [ər.] Hər hansı bir baxımdan edilməsinə, görülməsinə, işlənməsinə icazə verilən; icazəli, rüsxətli, ən münasib, ən uyğun. [Xacə] fikir etdi ki, qibleyi-aləmin sualında həqiqəti gizlətmək caiz deyil. M.F.Axundzadə. [Əbülhəsənbəy:] Eşq, məhəbbət məktubunu gündüz yazmaq caiz deyil! – dedim, – onu gecə saat birdən sonraya buraxmalısan. M.S.Ordubadi. [Səfi bəy:] Həcər xanım, düşmənin ailəsinə mərhəmət etmək caizmidir? S.S.Axundov. • Təbir caizsə, təbir caiz görülsə köhn. – əgər belə demək olarsa. Təbir caiz görülsə, demək olar ki, Hacı Aslan bu küçənin can damarı misalında idi. S.Hüseyn. calaq is.\n1. bot. Bir bitkinin başqa bitki ilə calaqlanma nəticəsində inkişaf etmiş hissəsi; peyvənd, qələm. Calaq yaxşı tutub. // Calaq edilmiş, calaq nəticəsində alınmış. Calaq gilas. – Calaq almalar, peyvənd armudlar, şumal gilaslar, qoşa düyüm zoğallar, şiv qələmlər elə qəşəng sallanmışlar ki, adam baxdıqca baxmaq istəyir. Ə.Vəliyev. • Calaq etmək (vurmaq) – 1) calaqlamaq, peyvənd etmək, qələm eləmək. Biz gərək təzə-təzə bağ düzəldək, peyvəndlər edək, cır ağaca cins calaq vurub, ondan qızıl alma dərək. S.Rəhimov. Qonşulardan kim onu; Çağırsaydı gedərdi; Bağ kəsər, şitil əkər; Yaxşı calaq edərdi. M.Rahim; 2) bir şeyin yanına tikmək, calamaq.\n2. Qoşma, qoşulmuş şey. calaqaltı is. bot. Calaq (peyvənd) üçün götürülən bitki (ağac və s.). // Sif. mənasında. Qoca calaqaltı bitkinin daxilində gedən maddələr mübadiləsinin təsirilə cavan bitkinin qələmləri yeni irsi xassələr kəsb edib, tamamilə başqa keyfiyyətli bir bitkiyə çevrilir və bu vasitə ilə vegetativ hibrid alınır. M.Abutalıbov. calaqçı is. Calaq vurma, calaqlama işini yaxşı bilən və bu işlə məşğul olan adam (bağban). [Heydər] həm də bizim beş mindən artıq meyvə ağaclarının baş bağbanı, bünövrə calaqçısıdır! S.Rəhimov. calaqçılıq is. Calaq vurma peşəsi, işi. [Müşavirədə] toxumların yoxlanması, arxların çəkilməsi, həmçinin bağçılıq, calaqçılıq, arıçılıq işləri üzərində də xeyli dayanıldı. S.Rəhimov. calaqlama “Calaqlamaq”dan f.is. calaqlamaq f. k.t. Bir bitkinin bu və ya başqa keyfiyyətini başqa bitkiyə aşılamaq üçün onun bir hissəsini (qələmlik) calaq (peyvənd) yolu ilə həmin bitkiyə calamaq, köçürmək; peyvənd etmək, qələm eləmək. calaqlanma “Calaqlanmaq”dan f.is. calaqlanmaq məch. Calaq edilmək, peyvənd edilmək. calaqlatma “Calaqlatmaq”dan f.is. calaqlatmaq icb. Calaq vurdurmaq, calaq elətdirmək. calaqlı sif. Calağı olan, calaqlanmış, calaq edilmiş. Calaqlı ağac. calal is. [ər.] Əzəmət, ehtişam, dəbdəbə, təmtəraq, büsat. Dağlarda nə calaldı; Ovçular macal aldı; Bir gözüm yar yolunda; Bir gözüm əcəl aldı. (Bayatı). Hey baxıram yurdumuzun dastan olmuş calalına; Dağlar, daşlar qanad verir bir şairin xəyalına. S.Vurğun. Bu calal, bu şövkət, bu şan mənimdir. M.Rahim. calallı sif. Dəbdəbəli, təmtəraqlı, ehtişamlı, əzəmətli. Calallı imarət. calama “Calamaq”dan f.is. calamaq f.\n1. Calaq etmək, calaqlamaq. Yaz başı cır ağacları calamaq. – [Qoca:] Bu beş qanad, beş çubuq idi. Özüm kəsib gətirdim, caladım. S.Rəhimov.\n2. Bir-birilə bağlamaq, rəbt etmək, qoşmaq, yapışdırmaq. [Hatəm xan ağa:] Dörd ağacı bir-birinə calayıb, adını kürsi qoyub, Məhərrəm bəyin qırğısıtək üstünə qonub. Ə.Haqverdiyev. Dörd-beş çadırı bir-birinə calayıb, həyətdə meydan kimi mağar qurmuşdular. B.Bayramov. // Məc. mənada. Allah onun ömründən kəssin, calasın sizin kimi dostların ömrünə. “Mol. Nəsr.”. [Səlim bəy:] Heç keçən günlərdən danışma. Keçən günə gün çatmaz, calasan günü-günə. Qədim vaxt murov vədimdə görürdün ətraf bəyləri cəm olub ov binası qoyublar. Ə.Haqverdiyev.\n3. məc. Qatmaq, qarışdırmaq, qoşmaq, bağlamaq. Xahiş edirəm bu işə məni calama. – Bu yamandır ki, eşitməzkən adın; Məni sən gör kimə qoşdun, caladın? M.Müşfiq. [Dostum:] Eşitmişəm otaq axtarırsan, gəl səni bir xeyirli yerə calayım. Mir Cəlal.\n4. Bir işin arasıkəsilməzliyini, ara vermədiyini bildirir. • Papirosu papirosa calamaq – ara vermədən, dalbadal papiros çəkmək. Axşam saat doqquzda Ağabala.. dayanıb papirosu papirosa calayırdı. Mir Cəlal. Sözü sözə calamaq – ara vermədən danışmaq, bir nəfəsə danışmaq. Yoldan qayıdan, yola gələn adam ümumun fikrini məşğul edən Rüxsarə barəsində sözü sözə calayır, artırır, əskildir və yaradırdı. S.Rəhimov.\n5. Tökmək (maye şey haqqında). Elə gün olurdu ki, ətraf kənddən gələn südü alan olmurdu. Sənin canın üçün, dəxi geri aparmaq istəmirdilər, südü yerə calayırdılar. C.Məmmədquluzadə. Tahirin üstünə elə bil qaynar su calamışdılar. M.Hüseyn. calanma “Calanmaq”dan f.is. calanmaq f.\n1. Calaq edilmək, peyvənd edilmək, qələm edilmək. Calanmış (f.sif.) ağac. // Yaxşı tutmaq (peyvənd, qələm). Qələm yaxşı calanmışdır.\n2. məc. Bağlanmaq, rəbt olmaq. Yenə gün calanır; Ötən günlərə; Mən sənə yaxınam; Sən mənə uzaq. N.Xəzri. [Şair:] Bu yol mənim dövlətim; Bu yol mənim varımdır; Bir-birinə calanan; Polad misralarımdır. B.Vahabzadə.\n3. Tökülmək, axıb tökülmək. [Ruqiyyə xanım] əlini qaldırdığı qədəhlə bərabər masanın üzərinə çırpdı. Şərab tamamilə süfrəyə calandı. S.Hüseyn. Yağış bir sel axını kimi göydən yerə calanır. Ə.Məmmədxanlı.\n4. məc. İlişmək. [Əşrəf Bahara:] Yoxlamamış, bilməmiş birisinə calandıq, ondan ibrət olmadı.. B.Bayramov. calaşdırma “Calaşdırmaq”dan f.is. calaşdırmaq f.\n1. Birləşdirmək, calamaq, qoşmaq, aralarında rabitə yaratmaq. [Kərəmov:] Salmanov, götür telefonu, məni rayon icraiyyə komitəsi ilə calaşdır. S.Rəhman.\n2. dan. Əsassız olaraq isnad etmək, boynuna atmaq, yaxmaq. Bir gün təzə arvad bir oyun da düzəldir: padşahın oğluna böhtan calaşdırır. Çəmənzəminli. calaşıq sif. Calaşmış, yapışıq, bitişik halda olan. [Qapı] Ağayevin evinə calaşıq bir tövləyə çıxır. S.Rəhman. calaşma “Calaşmaq”dan f.is. calaşmaq bax calanmaq. calatdırma “Calatdırmaq”dan f.is. calatdırmaq icb. Calaq işi gördürmək (birinə). calatma “Calatmaq”dan f.is. calatmaq bax calatdırmaq. cam I. is. [fars.] Vaxtı ilə misdən, indi isə müxtəlif materiallardan hazırlanan piyalə, qədək, kasa. [Züleyxa] bir əlində bir cam su, o birində yeddi açar darvazanın arxasında durub, çərşənbə dəyişərdi. Çəmənzəminli. Qumru başaqdan gətirdiyi taxıldan döyüb, bir cam arıtmışdı. Mir Cəlal. • Cami-Cəm klas. – İran əsatirində: şərabın ixtiraçısı sayılan Cəmin [Cəmşidin] mövhumat qəbilindən olan sehirli qədəhi – klassik şeirdə adətən şərab mənasında işlənir. [Xəyyam:] Biz güləriz batsa da şahlar yasa; Birsə məzarında gəda, padşah; Cami-Cəm olsun bizə ən son pənah! H.Cavid. ‣ Bir cam su içmək kimi – çox asan. [Dərviş:] Xanımcan, belə işlər mənim cadumun məqamında elə asandır, necə ki, bir cam su içmək. N.Vəzirov.\n\nII. is. [fars.] köhn. Şüşə. camaat is. [ər.] Bir yerə toplanmış adamlar, xalq kütləsi. Nümayişdə xeyli camaat iştirak edirdi. – Camaatdan “urra” səsləri ucaldı və musiqi alqış marşları çaldı. H.Nəzərli. // Ümumiyyətlə, adamlar. Camaatı çağırın, danışaq. Bu işdən camaatın xəbəri yoxdur. – [İmran:] Camaatımız azlıq eləyir. M.Hüseyn. [Aydın Səkinəyə:] Siz bu gün tənəffüs zamanı camaatı yığın.. H.Seyidbəyli. // Əhali. Kənd camaatı. camaatlıq is. Bütün camaat üçün, hamı üçün; camaata məxsus, ellik. [Qadir:] Bunu camaatlıq etsəydilər olmazdımı? Ə.Əbülhəsən. camadar is. [fars.] Hamamda paltarabaxan, paltarsaxlayan xidmətçi. Camadarın şahlığı hamamçılıqdır. (Ata. sözü). Bir kənarda bir neçə nəfər camadar, əllərində qırmızı fitə, balaqları çirməli dayanıbdırlar. Ü.Hacıbəyov. Əbülfəz bu yoxsul camadar qızını [Səltənəti] qızıl gücünə, daş-qaş bahasına ovlamışdı. Ə.Vəliyev. camadarlıq is. Camadarın işi, peşəsi. Camadarlıq eləmək. camaxatan is. [fars.] köhn. Yorğandöşək, sandıq və s. qoymaq üçün divarın içində açılan dördkünc oyuq. Yorğan-döşəyi camaxatana yığmaq. Camaxatan pərdəsi. camaxatanlı sif. Camaxatanı olan. [Veys:] Camaxatanlı, taxçalı və tamam kənd qaydası ilə döşənmiş olan böyük otağın aşağı başındakı şkafa yaxınlaşdı. Ə.Əbülhəsən. camal is. [ər.] şair. Gözəllik, üz gözəlliyi. Camalın görəndə daldalanır ay; Günün nə həddi var çıxa üzünə! Q.Zakir. Gözümdən çəkilmir xəyalın sənin; O şirin gözlərin, camalın sənin; Hələ gözəlliyin dursun bir yana; Dünyaya dəyərdi kamalın sənin. R.Rza. camallı sif. Gözəl, göyçək, qəşəng, gözəlüzlü. camaşır is. [fars.] Alt paltarı, köynəktuman, dəyişək. [Çingiz:] Qəmər, cəld çamadanı içəridən gətir, kitabları qoy, camaşırlarımı gətir. S.S.Axundov. [Ev xanımı:] Qulluqçu camaşır dalınca getmişdir. T.Ş.Simurq. camaşırçı is. Camaşır yumaqla məşğul olan adam. Camaşırçı qadın. camaşırçılıq is. Camaşırçı işi. camaşırxana is. [fars.] Paltar yumağa məxsus yer, paltar yumaqla məşğul olan müəssisə. Süfrə, dəsmal, pərdə və qapı-pəncərə örtüklərinin yuyulması üçün ayrıca camaşırxana açılması işi bu sahəyə sərf edilən xərcləri 50 faiz azalda bilər. (Qəzetlərdən). came I. [ər.] köhn.\n1. sif. Toplayan, cəm edən.\n2. is. Toplama yeri.\n3. sif. İçinə alan, ibarət olan.\n4. is. Yekun.\n\nII. is. [ər.] Böyük məscid. Came nə qədər böyük olsa, imam yenə bildiyin oxur. (Ata. sözü). Midhət .. düşündü və bu iki neməti [hürriyyət və gözəlliyi] yalnız Süleymaniyyə cameində tapacağına qane oldu. Çəmənzəminli. Gəl çıxaq bu camein möhtəşəm binasından; Yaşılgözlü Bosforu seyr eləyək bircə an. N.Rəfibəyli. camə is. [fars.] Paltar, camaşır. Çak eylədi camə, çəkdi nalə; Halı bədəl oldu özgə halə. Füzuli. Qoysun başına molla gərək üç pud əmmamə; Yay, qış ola əynində onun bir cürə camə. Ə.Qəmküsar. camış is. Qısaboyunlu, irigövdəli gövşəyən ev heyvanı. İnək, camış, qoyun, quzu çıxar naxıra otlağa; Köçər arandan el, gedər yavaş-yavaş yaylağa. A.Səhhət. Qərənfil bacı həyətdə camış sağırdı. İ.Əfəndiyev. camışçı is. Camışçılıq mütəxəssisi. // Camış saxlamaqla, camışçılıqla məşğul olan adam. camışçılıq is. Camış yetişdirmə, camış saxlama. Camışçılıq təsərrüfatı. camlı sif. Şüşəli, vitrinli. Artıq şəhərin iri, geniş küçələrilə gedirdik: hər zaman gözümüzün alışdığı küçələr, böyük evlər, iri camlı mağazalar.. A.Şaiq. can is. [fars.]\n1. Dini etiqada görə, ölümlə vücuddan ayrılan qeyri-maddi varlıq; ruh. Hələ canı var. – Çıxmayan cana ümid var. (Məsəl). Südlə gələn canla çıxar. (Ata. sözü). Səni canan sanıram, çıx bədənimdən, ey can! Füzuli. Kərəm deyər: Haqq buyurdu ayəndə; Can hava quşudu, durmaz bu təndə. “Əsli və Kərəm”. Könül həsrət, can müntəzir, göz yolda; Ömr azaldı, vədə keçdi san ilə. M.V.Vidadi.\n2. Həyat, varlıq. Canını qoymaq. Canını əsirgəməmək.\n3. Tab, taqət, hey. Səndə heç can yoxdur. Onda heç can qalmayıb.\n4. Bədən. Canım ağrıyır. Canına üşütmə düşmək. – Mən aşıq ahü-zarda; Canım dərddə, azarda. O gündən ki qul oldum; Satırlar hər bazarda. (Bayatı).\n5. Adam, insan, fərd. Əziziyəm, nə qandır; Gözdən axan nə qandır; Daş deyil, kəsək deyil; Rəhm eylə, bu ki candır. (Bayatı). Köç edib yaylağa ellər, obalar; Bulaqlar başına min bir can gəlir. Aşıq Şəmşir.\n6. məc. Bir şeyin əsası, mahiyyəti, məğzi. Məsələnin canı. Sözümün canı.\n7. Canım, canım-gözüm şəklində – 1) mehribanlıqla müraciət məqamında. Canım-gözüm, de görüm nə istəyirsən? 2) etiraz, narazılıq məqamında. Canım, nə düşmüsən üstümə. – [Qoca kəndli:] Canım, boş qışqırmağın yeri yoxdur. Ə.Haqverdiyev. [Musa sahibkara:] Yox, canım, mən.. Sabirin şerini oxuyurdum. S.Vəliyev. ‣ Can alıb, can verir – məftunedici gözəlliyə, dilbərliyə işarə. Bir qızım var ki, bu cahan canı; Can alır, can verir kaman qaşı. S.Ə.Şirvani. O gərgin qaşların kölgəsindəki; Can alıb, can verən gözlərə qurban. Ə.Cavad. Can almaq – bax canını almaq. Məgər ol mah tamam ömrdə bir yarı gecə; Çıxıban busə verə, can ala, nöqsan eylər? S.Ə.Şirvani. Bir nəğməydi ağ suların axını; Nərgizlərin can alırdı baxışı. M.Rahim. Can atmaq – bir şeyi əldə etməyə və ya həyata keçirməyə həddindən artıq səy göstərmək, bütün varlığı ilə çalışmaq. [Səriyyə:] Havalar yaxşı keçdiyindən biz tələsir, payız yağışları başlayana qədər işləri görüb qurtarmağa can atırıq. İ.Əfəndiyev. Quş uçmağa can atıb, bir qədər yüyürdü. M.Rzaquluzadə. [Bəhlul:] Sənin oğlun da, lap çoxdandır, sən bunu bilirsən, bu cavanların sırasına qoşulmağa can atır. İ.Hüseynov. Can bahasına – qan tökərək, özünü ölümə verərək, canını qurban edərək. Həqiqətdə də hərgah Aslan canının bahasına belə oturacaq bir çarə tapsaydı, öz canını əsirgəməyib, Mansuru bu dərddən azad edərdi. C.Cabbarlı. Can bəsləmək – özünə yaxşı qulluq etmək, rahatlığına, yemək – içməyinə fikir vermək. Can çəkmək – tənbəllik eləmək, bir işi çox könülsüz görmək, zorla eləmək, eləmək istəməmək. [Məşədi İman:] Rəhmətliyin uşaqları, pulu alanda alırlar, verəndə can çəkirlər. Ə.Haqverdiyev. [Altun bay:] Torpağıma qarşı töycü verməyə də can çəkirsiniz. C.Cabbarlı. Can çürütmək – bax can qoymaq. [Əhməd:] Mən on beş il qara gün içində can çürüdüb təhsil alım, sonra da bu canımı, bu biliyimi qurban verim? A.Şaiq. [Tamaşa qarı oğluna:] Axı hökumət yolunda can çürütmüşəm. Plan plan dalınca doldurmuşam. Ə.Əbülhəsən. Can damarı – bir şeyin özülünü, əsasını təşkil edən mühüm cəhət. Təbir caiz görülsə, demək olar ki, Hacı Aslan bu küçənin can damarı misalında idi. S.Hüseyn. Can damarını tutmaq – bax damarını tutmaq. Can deyib, can eşitmək – çox mehriban, səmimi olmaq. [Bənövşə:] Nə olub, yoxsa aranız soyuqdur. Bəs bir neçə il bundan qabaq can deyib, can eşidirdiniz? S.Rəhman. İnsana könül həmdəmi hər şeydən fərzdir. Can deyib, can eşidəsən, birbirinin başına and içəsən. Mir Cəlal. Can evi – məc. Ən həssas yer, ürək, könül. Vurdu can evini yaman ayrılıq.. Şəhriyar. Can evimə sığışmayan arzular; Bir dünyada neçə dünya arzular.. S Vurğun. Can gəzdirmək – zorla ayaq üstə durmaq, çox üzgün, taqətsiz olmaq. Halı pisdir, can gəzdirir. Can qalmamaq – tamam üzülmək, taqətdən düşmək, əldən-dildən düşmək. Xülasə, kəndə yetişənə kimi mənimki mənə dəyib, lap ölüb getmişəm, dəxi məndə can qalmayıb. C.Məmmədquluzadə. [Orxan:] Məndə artıq can qalmamış, mərhəmət!; Mərhəmət qıl, insafsız olma, İsmət! H.Cavid. Can qoymaq – müqəddəs bir iş uğrunda canından keçmək, özünü fəda etmək. And içirik bu dərəyə, bu dağa; Əcdadımız can qoyduğu torpağa. R.Rza. [Böyük xanım:] ..Müharibədə can qoyan adamın balasını nöş belə gözümçıxdıya salmısınız? B.Bayramov. Can qoymamaq – çox incitmək, əziyyət vermək, tamam əldən salmaq. Futbol uşaqda can qoymadı. Can üstə olmaq – axır dəqiqələrini yaşamaq, can vermək. Deyir: “Qoy isinsin, o, can üstədir; Əziyyət çəkməsin bir neçə günlük”. M.Rahim. Şair yatır xəstədir; Deyirlər, can üstədir. B.Vahabzadə. Can vermək – 1) son dəqiqələrini yaşamaq, can üstə qoymaq. [Səlma:] Həsrəti könlündə can verən övlad; Ah! Qəhrəman oğul! Nakam Qanpolad! H.Cavid. Qılınclar, nizələr keçdi döşündən; Cəllada can verdi, dilində: “Vətən!”. S.Vurğun. [Aslan] özünü anasının yanına yetirdikdə onun can verdiyini görür. S.Vəliyev; 2) məc. diriltmək, canlandırmaq, həyat vermək. Torpağa can verirsən; Dilsiz daşları belə; Sən dilə gətirirsən. B.Vahabzadə; 3) məc. ruhlandırmaq. Təmiz hava kimi, sərin su kimi; Şair, şeirlərin mənə can verdi. Aşıq Hüseyn. Can yandırmaq – 1) qayğısına qalmaq, qeydini çəkmək, dərdinə qalmaq. Qarı Kərbəlayını özünə oğul hesab edib, ona artıq can yandırardı. Çəmənzəminli; 2) ürəklə çalışmaq, səy göstərmək. [Sədr:] ..Öz işimizdir, gərək can yandıraq. İ.Əfəndiyev. [Şah İsmayıl:] Bizdən nə istəyirsiniz? .. Düşüncəli olmaq, can yandırmaq. Ə.Sadıq. Cana dolmaq – bax ətə-cana dolmaq (gəlmək). Cana gəlmək – 1) zəhləsi getmək, təngə gəlmək, darıxmaq, bıqmaq, usanmaq. Bəs deyilmi, baxdım sənin sözünə; Bəs deyilmi, burda gəldim cana mən? M.Müşfiq; 2) dirçəlmək, dirilmək, canlanmaq. [İnək] başını, boğazını, kürəyini ucdantutma yaladıqca, sanki buzov cana gəlir, dirçəlirdi. M.İbrahimov. Qurumağa üz tutmuş ağaclar su içib cana gəldilər. Ə.Məmmədxanlı. Torpaq cana gəldi, yer cana gəldi; Tıpır-tıpır yağan yay yağışından. B.Vahabzadə. Cana gətirmək (doydurmaq) – 1) təngə gətirmək, bıqdırmaq, bezikdirmək, usandırmaq. [Xortdan:] İblisi cəhənnəm əhli bir növ cana gətirmişdi… Ə.Haqverdiyev. [Babək:] Xəlifə və sarayın hədsiz-hesabsız vergiləri hamını cana gətirib… M.Rzaquluzadə; 2) dirçəltmək, diriltmək, canlandırmaq. Gülə sənsiz nəzər etsəm, gətirər canə məni. S.Ə.Şirvani. İşıqlar yayılır burdan hər yana; Su cana gətirir boz torpaqları. H.Hüseynzadə. Cana sinmək – bax ürəyə yatmaq. Cana yetirmək – bax cana gətirmək. Ey bivəfa, məni cana yetirdin; Munca cövrü-cəfa birdən olurmu? Q.Zakir. Canbir qəlb(də) – çox yaxın, çox mehriban, səmimi. Canbir qəlb yaşamaq. İki ailə canbir qəlbdə yaşayır. – Birgə oynadığım, qoşa gəzdiyim; Yoxsul qonşuların uşaqlarıydı; Biz ki canbir qəlbdə dost idik, deyim; Dostluq sudan duru, aydan arıydı. N.Xəzri. Candan düşmək – üzülmək, zəifləmək, əldən düşmək. Candan eləmək – öldürmək, həyatdan məhrum eləmək. Mən aşiqəm, dərdin üz; Güldü bağban, dərdin üz; Ya məni candan eylə; Ya canımdan dərdin üz. Sarı Aşıq. [Aftil İbada:] Sən iki arvadı candan eləmisən. C.Cabbarlı. Candan keçmək – bax canından keçmək. [Kərəm:] Cavanam, candan keçmişəm; Gör necə dərdə düşmüşəm; Qan ağlayır elim mənim. “Əsli və Kərəm”. Burda gördüm Vətən üçün; O tökülən al qanları; Burda gördüm el yolunda; Candan keçən aslanları. B.Vahabzadə. Candanbaşdan keçmək – bax canından keçmək. Qızıl gülü seçərlər; Budağından biçərlər; Vəfalı yar yolunda; Candan-başdan keçərlər. (Bayatı). Canı (… yanında) qalmaq – birinin, ya bir şeyin nigarançılığını çəkmək, onun üçün narahat olmaq, intizar qalmaq. [Ağayarın] canı məktəbdə, oğlunun yanında qalmışdı. Ə.Əbülhəsən. Canı (canın, canınız) sağ olsun! – intonasiyadan asılı olaraq, təsəlli, sağlıq arzusu, yaxud narazılığı istehza şəklində bildirir (bəzən də üstüörtülü şəkildə hədə bildirir). [Hacı Əhməd Almaza:] Ya səhv olub, ya elə belə demişsən, keçib gedib, canın sağ olsun! C.Cabbarlı. Canı (canın) yansın! – qarğış ifadəsi. Ay qız, canın yansın, haralardasan? Canı ağzına gəlmək – üzülmək, usanmaq. Canı ağzından (boğazından) çıxana qədər – ölənəcən, son nəfəsə qədər. İnsan canı ağzından çıxana qədər yaşamaqdan ümidini üzmür. Ə.Abasov. Canı boğazına yığılmaq (gəlmək) – cana gəlmək, təngə gəlmək. Hər dəfə, əl boyda qəbzlərə, ya dilucu tapşırığa, anbar açdırıb taxıl buraxanacan Gəldiyevin canı boğazına yığılırdı. Mir Cəlal. [Fizzə xanım Fəridəyə:] Vallah, adamlara yaxşılıq eləməkdən lap canım boğazıma gəlib. Ə.Məmmədxanlı. Canı cəhənnəmə! – nə edir etsin, nə olur olsun, ölsün, cəhənnəmə ki mənalarında qarğış ifadəsi. Canı cəhənnəmə, qoy getsin! Canı çıxmaq – ölmək. Qürbətdə çıxacaq canı Zakirin; Yoxdu xeyirxahı o yar yanında. Q.Zakir. [Sona xanım:] Yoxsa dustaq kimi qalmışam dörd divar arasında, xiffət eləməkdən az qalıb canım çıxsın. Ə.Haqverdiyev. Uşaq yerə dəysə idi, o saat canı çıxacaqdı. Mir Cəlal. Canı çıxsın! – ölsün! (hirs, acıq məqamında işlənir). [Fatma xanım:] İç, beşini iç, ağzınacan da qənd doldur, qazananın canı çıxsın! N.Vəzirov. [Şərif:] Uşaqdır, canı çıxsın, dilin saxlasın. C.Cabbarlı. Canı dincəlmək – rahatlanmaq, rahat olmaq, sakitləşmək. [Şirinnaz] hər zaman başıaçıq gəzər, o ətrafda yeganə olan içməli su aparmağa gəldikdə bir neçəsi ilə dalaşmayınca canı dincəlməzdi. S.Hüseyn. Canı … əlində olmaq – birindən asılı olmaq. Canı qurtarmaq – azad olmaq, xilas olmaq, qurtarmaq. [Becan:] Əgər dediyini eylədin – canın qurtardı, eləmədin – bütün nəslini kəsəcəyəm. “Qurbani”. [Məmməd:] Kaş mən öləydim, biryolluq canım qurtaraydı.. E.Sultanov. Canı od tutub yanmaq – 1) bərk qızdırmaq, hərarəti artmaq. Qızdırmadan uşağın canı od tutub yanır; 2) məc. bərk hirslənmək, qəzəblənmək, odlanmaq. Nahaq sözdən canım od tutub yandı. Canı sızıldamaq – bədənində ağrı-sızı hiss etmək. [Mələkin] canı sızıldayır, ağladığı səsinin titrəməsindən anlaşılırdı. A.Divanbəyoğlu. Canı suludur – bax canında hələ su var. Yetmişdən artıq yaşamış Hikmət İsfahani, canı nə qədər sulu olsa da, axır mənzilə yaxınlaşmışdı. M.İbrahimov. Canı üçün qorxmaq – özünə xətər gəlməsindən ehtiyat etmək, qorxmaq, öz canının harayında olmaq. Gülzar artıq öz canı üçün qorxurdu, zira müsəlmanlar həmişə belə bir xəyanəti və təhqiratı qan ilə yuyurlar. C.Cabbarlı. Canı yanmaq – bax ürəyi yanmaq. Canım (canın, canınız, canı) üçün… – and ifadəsi. [Qasım əmi oğluna:] Oğlum, canın üçün, xalova deyərəm, sənə bir yaxşı çarxı xoruz gətirsin. C.Məmmədquluzadə. [Kələntərli Əmirliyə:] Bilsəydim ki, siz mədəniyyətlə iqtisadiyyatı belə qarşı-qarşıya qoyursunuz, canım üçün, heç ağzımı da açmazdım. İ.Hüseynov. Canım qurban! – oxşama, əzizləmə, nəvaziş, yaxud yalvarış mənasında. [Kərbəlayı Qurban:] Razısanmı? Canım sənə qurban! Ü.Hacıbəyov. [Bəbir:] Xala! Canım sənə qurban! H.Nəzərli. Canım sənə (sizə) desin… – beləliklə, axırı ki, xülasə mənalarında ara söz kimi işlənən ifadə. Sonra, canım sənə desin, günlərin bir günündə səni tutub salırlar türməyə. “Kirpi”. Canına birə düşmək – bax kürkünə birə düşmək. Canına cəfa basmaq – özünə əziyyət vermək, zəhmətə dözmək. [Səməndər:] Bu il fəhləyəm, canıma cəfa basıb oxuyaram, beşaltı ildən sonra olaram mühəndis. M.Hüseyn. Canına döşəmək – bərk danlamaq, töhmətləmək, tənqid etmək. O ki var canına döşədilər. Canına lərzə (uçunma, üşütmə, titrəmə) düşmək – bax canına vicə (vicvicə) düşmək. [Ataş] dinəndə elə tutarlı cavab verir ki, qabağındakının canına lərzə düşür. Ə.Vəliyev. Belə deyirlər ki, bu yaxınlarda dərvişlərin qulağına çatıb ki, tüfeyli həyat sürənlərlə ciddi mübarizə başlanıb. Bu xəbərdən onların canına üşütmə düşüb. “Kirpi”. Canına od (atəş) salmaq – 1) bərk qorxuya salmaq, təşvişə salmaq; 2) yandırıb-yaxmaq. Eşq atəşi bir od salıb canıma; Yanmaqda yetişməz səməndər mənə. Q.Zakir. Canına vəlvələ düşmək – bir şey olacağından qorxaraq bərk həyəcan keçirmək, təşvişə, vahiməyə düşmək. Canına vəlvələ (qorxu) salmaq – bərk qorxutmaq, təşvişə salmaq. Canına vicə (vic-vicə) düşmək – soyuqdan, ya qorxudan titrəmək, əsim-əsim əsmək. Soyuqdan canına vicə düşdü. Dəhşətli xəbərdən canına vic-vicə düşdü. Canına yatmaq (sinmək) – bax ürəyinə yatmaq. Yarməmmədin üzdən çox məsum görünən tərəfləri özü də hiss etmədən [Rüstəmin] canına yatırdı. M.İbrahimov. Canına yazığın gəlsin! – özünə rəhm et, özünü əldən salma, öz canını düşün mənasında məsləhət ifadəsi. [Övrət ərinə:] ..Bir canına yazığın gəlsin, bir usan.. C.Məmmədquluzadə. Salma özünü atəşipiranə, a molla! Gəlsin yazığın canına, divanə, a molla! M.Ə.Sabir. Canında az yoxdur – çoxbilmiş, gizlindən iş görən adam haqqında. Canında hələ (su) var (su çoxdur) – qocalığına baxmayaraq, hələ işləyə bilən, fəaliyyət göstərə bilən adam haqqında. [Camal:] [Pirinin] qocalığına baxmayın, canında hələ su çoxdur. M.Süleymanov. Canında olmaq – birinə xas olmaq, təbiətində, qanında olmaq. Canından bezar olmaq – usanmaq, təngə gəlmək; cana doymaq. Canından bezar olan Tanrıya qarğar. (Ata. sözü). Canından əl çəkmək – özündən bezikmək, təngə gəlmək, bıqmaq. [Məşədi İbad:] Ayrı düşdüm yarımdan; Əl çəkmişəm canımdan. Ü.Hacıbəyov. [Qaçay] pambıq zavoduna gələndə həyatdan küsmüş, .. canından əl çəkmişdi. Ə.Vəliyev. Canından keçmək – özünü qurban vermək, özünü fəda etmək, canını vermək. [Zalxa:] [Bayram] Pərzaddan ötrü indi canından keçər, at, mal nə şeydir. M.F.Axundzadə. Ala gözlüm, səndən ayrı gülmərəm; Canımdan keçsəm də, ölə bilmərəm. Aşıq Ələsgər. Canından olmaq – bax ürəyindən olmaq. Canını almaq – öldürmək. Sordun zəlitək sən hamının qanın, a molla! Aldın canını xəstə müsəlmanın, a molla! M.S.Ordubadi. Qorudum öz canımı vuruşlarda ölümdən; Canıma qıyanların canını almaq üçün. S.Rüstəm. [Canbalayev:] Bu dəfə də mənim ürəyimi kəsib atmaq, biryolluq canımı almaq istəyirsən. İ.Hüseynov. Canını azar (dərd) alıb – tənbəl, həvəssiz, ürəksiz iş görən adam haqqında. [Şərəbanı:] [Əliqulunun] canını azar alıb, nə güc vurur, nə itələyir. C.Cabbarlı. Canını bağışlamaq – ölmək. Vaxt gəldi, Əhmədin atası qəfildən azarlayıb canını bağışladı oğluna. (Nağıl). Canını boğazına yığmaq (gətirmək) – bax cana doydurmaq. [Hacı Mehdi:] Canımı boğazıma yığdınız. Ə.Haqverdiyev. [Balaxan Aydına:] Sən canımı boğazıma yığdın, bu xalqı kişi saymırsan? C.Cabbarlı. Canını çıxarmaq – incitmək, əziyyət vermək. Canını çölə atmaq – öz canına zərər olacaq dərəcədə işləmək, canına fikir verməmək, öz qeydinə qalmamaq. Elə bil canını çölə atıb, gecə-gündüz dincəlmək bilmir. “Kirpi”. Canını çürütmək – 1) bax ürəyini çürütmək; 2) boş yerə zəhmət çəkmək, çalışmaq. Canını dişinə tutaraq (tutub) – könülsüz, həvəssiz, istəmədən, özünü məcbur edərək. [Səməd] canını dişinə tutub, bacısını və Zeynəbi Nadirin yanına apardı. B.Talıblı. [Topuş] .. gözlərini yumub açdı və canını dişinə tutaraq, özünü başıaşağı Nərgizin ayaqlarına atmaq istəyirdi ki.. birdən səksənib divar üstündə dikəldi. Ə.Məmmədxanlı. [Şofer:] Müxtəsəri, canımı dişimə tutub, birtəhərlə özümü qayığa saldım. M.Rzaquluzadə. Canını işə verməmək – zəhməti, işləməyi sevməmək, tənbəl həyat keçirmək, işdən boyun qaçırmaq. Heç canını işə vermir. Canını qoymağa yer axtarmaq – nə edəcəyini bilməmək, özünə yer tapmamaq, çaşıb qalmaq. Canını qoymaq – bütün qüvvəsini, enerjisini, bacarığını sərf etmək. [Rəis:] Bu mükafat Baxış Baxışovun ailəsinindir. O kişi canını tikintidə qoyur. Mir Cəlal. Canını qurtarmaq – özünü qurtarmaq, xilas olmaq, yaxasını qurtarmaq. [Məcid:] Allah qüvvət versin, ay Nadir, bu bəylərin əlindən canın yaxşı qurtardı. B.Talıblı. Ay arvad, Allah istəsə heç kimi yoxsul yaratmaz deyə, Aslan kişi mətləbə dəxli olmayan müxtəsər bir cavabla canını qurtarmaq istədi. Ə.Vəliyev. Canını sıxmaq – bax ürəyini sıxmaq. Naşad əfəndi heç də mətləbə dəxli olmayan lüzumsuz sözlərlə [Mehribanın] canını sıxırdı. S.Hüseyn. Canını tapşırmaq (təslim etmək) – ölmək. Ev sahibi çoxdan canını tapşırıb. H.Seyidbəyli. [Kişi] bir həftədən sonra canını tapşırdı. Ə.Sadıq. Canını vermək – özünü qurban vermək, özünü fəda etmək, canından keçmək. [Məşədi İbad:] A quzum, gəl yanıma; Canımı verərəm mən yarıma. Ü.Hacıbəyov. Namusla sürmüşəm öz dövranımı; Verərəm haqq üçün şirin canımı. M.Rahim. Canının hayında (harayında) olmaq – ancaq özü haqqında düşünmək, öz qeydinə qalmaq. Ağagül Nabatov bu xəbərdən şadlansa da, öz canının harayına qalıb əlləşir. S.Rəhimov. Bu saat Sərhəng öz canının hayındadır. M.İbrahimov. Canının qeydinə (dərdinə) qalmaq – özünə fikir vermək, öz qeydinə qalmaq, sağlamlığını qorumaq. Canlara dəyən (dəyər)… – xoşxasiyyət, mehriban, nəcib, mərd, səmimi adam haqqında. [Ağca:] A kişi, mən oğlanı görməmişəm, anası canlara dəyən bir adamdır. H.Sarabski. [Dostum:] Hər ikisi canlara dəyən oğlandır, Rəşidi tanıyırsan, bu da onun dostu və “rəqibi”. M.Rzaquluzadə. Yarı canı qalmamaq – çox arıqlamaq, üzülmək, zəifləmək. Yoluna göz dikməkdən; Qalmayıb yarı canı. (Bayatı). Rəngi saralıb, qalmayıb əsla yarı canı; Bir gülməz oğul, vay! M.Ə.Sabir. cana-cuna sif. dan. Boş, bekara, dəyərsiz. [Şahbəy:] [Bülənd] bir-iki araba ayın-oyunla camaatı necə ələ aldı! Canacuna adam deyil! Ə.Əbülhəsən. canalan (=canalıcı) sif.\n1. Cəllad, adamöldürən, qaniçən. [Rüstəm:] Bundan sonra mən canalıcı cəllada dönməliyəm… C.Cabbarlı. //məc. Üzücü, çox əziyyətli. Çox canalan işdir.\n2. məc. Füsunkar, məftunedici, dilbər. Dilbilən, bir canalan, bir qəddi-şümşad almayım? Ömrümün axır dəmində almayım, şad olmayım. Ə.Nəzmi. Tovuzun canalıcı səsi [Əhmədi] dəlicəsinə məftun etmişdi. M.Süleymanov. [Qızın] canalıcı qaynar ala gözləri indi xüsusi bir qızğınlıqla parıldayır, ehtirasdan alışıb yanırdı. V.Şıxlı. canalıcı (=canalan) sif.\n1. Cəllad, adamöldürən, qaniçən. [Rüstəm:] Bundan sonra mən canalıcı cəllada dönməliyəm… C.Cabbarlı. //məc. Üzücü, çox əziyyətli. Çox canalan işdir.\n2. məc. Füsunkar, məftunedici, dilbər. Dilbilən, bir canalan, bir qəddi-şümşad almayım? Ömrümün axır dəmində almayım, şad olmayım. Ə.Nəzmi. Tovuzun canalıcı səsi [Əhmədi] dəlicəsinə məftun etmişdi. M.Süleymanov. [Qızın] canalıcı qaynar ala gözləri indi xüsusi bir qızğınlıqla parıldayır, ehtirasdan alışıb yanırdı. V.Şıxlı. canamaz is. [fars.] din. Üstündə namaz qılmaq üçün xüsusi şəkildə tikilib hazırlanan dördkünc parça. Qədim axşam evə qayıtdıqda, arvadının birisi onun üçün dəstəmaz almaq üçün su hazır etsəydi, o birisi canamaz hazırlayırdı. T.Ş.Simurq. [Kişi] bir bucaqda salınmış qələmkar canamaz üstə qiraətlə namaz qılır. H.Sarabski. canan is. [fars.] Sevgili, yar, dilbər, məhbubə. Fələk ayırdı məni cövr ilə cananımdan. Füzuli. Nə xoşdu canana canı yetirmək; Doyunca tamaşa eləyib ölmək. Q.Zakir. [Tahir:] El qəhrəmanlarının çoxusu canan yolunda min bir əziyyətə qatlaşır. M.Hüseyn. canasinər sif. və zərf Xoşagələn, canayatan, ürəyəyatan. Canasinər iş. Canasinər hərəkət etmək. – Molla, indi ki bizi qonaq eləyirsən, gəl öz istədiyimiz kimi elə ki, canasinər yeyək. “M.N.lətif.”. canavar is. [fars.]\n1. İt cinsindən dərisi boz, yırtıcı heyvan; qurd. Kəhər at qulaqlarını şəkləyib, canavar tərəfə baxır, öküzlər böyrüşməkdə davam edirdi. Ə.Vəliyev. Çoban sürüyə canavar düşdüyünü zənn edib qışqırdı. İ.Hüseynov.\n2. məc. Çox qəddar, vəhşi, yırtıcı, rəhmsiz adam haqqında. [Durna:] Sonra bir gün Əsəd bəy, o yırtıcı canavar; Məni kənddə yalqız görüb istədi ki, qaçırsın. C.Cabbarlı. Zaman çapır öz atını! Od parlayır süngülərdən; Rəzil düşmən yaralanmış yırtıcı bir canavardır. S.Vurğun. canavarlıq is. Vəhşilik, yırtıcılıq, qəddarlıq. Bütün, bu vəhşiliklərə, bu canavarlıqlara qulaq asmaqdan təngə gəlmiş Molla deyir.. “M.N.lətif.”. canazar sif. [fars.] Cansız, arıq, zəif, sısqa. Canazar uşaq. can-baş is. Adamın cismani və mənəvi halı; canlı dildə səhhət mənasında işlənilir. Canın-başın salamatdırmı? Canın-başın necədir? – [Dostumun] rast və gözəl qaməti əyilib, rəngi soluxub.. qərəz, canı-başı salamat, təndürüst və müqtədir bir halda ikən indi çox həqir və məyus görünürdü. F.Köçərli. Odur ki, canımız-başımız sağdır; Elin yanında da üzümüz ağdır. S.Vurğun. İyirmi dörd yaşlı, canı-başı sağlam, istiqanlı bir oğlan özünü nə qədər saxlayacaqdı. M.İbrahimov. canbaz is. [fars.]\n1. Tamaşa yerlərində öz canı üçün təhlükəli oyunlar göstərən sirk artisti; kəndirbaz, akrobat.\n2. məc. Oyunbaz. Hoqqabaz. [Piri:] Şiraslan, yaxşı bilirik ki, canbazsan. M.Süleymanov. canbazlıq is.\n1. Canbazın işi, kəndir və ya at üzərində və s.-də göstərdiyi məharət, hünər.\n2. məc. Hiyləgərlik, hoqqabazlıq, fırıldaqçılıq. canbəxş sif. [fars.] klas. Can verən, canlandıran; həyatverən, adamı şad və məmnun edən, fərəhləndirən. canbir sif. və zərf Çox yaxın, mehriban, ayrılmaz. Canbir yoldaş. Canbir olmaq. Uzun əsrlərdən bəri can deyib, can eşidən gürcülər, azərbaycanlılar həmişə canbir, qəlbbir olmuşlar. canbirlik is. Çox yaxınlıq, səmimilik, mehribanlıq. can-can can-can demək – çox mehribanlıq göstərmək, nəvaziş göstərmək, riqqət göstərmək. Yetimə can-can deyən çox olar, çörək verən az. (Ata. sözü). cancığaz bax can-ciyər. O, mənim cancığazımdır. can-ciyər is. Çox yaxın, mehriban, canbir qəlbdə olan dostlar haqqında. O, mənim can-ciyərimdir. – [Dövlət bəy:] Biz tanış-biliş, can-ciyərik, dostuq. C.Cabbarlı. [Bülənd] getdikcə atası Abdulla kişiyə nə qədər oxşayırdı. Bülənd – Veysin doğma qardaşı, canıciyəri gör necə danışırdı. Ə.Əbülhəsən. // Ən əziz, ən istəkli, doğma. [Qarı Anriyə:] O mənim yeganə oğlumdur, canım-ciyərimdir. S.Vəliyev. • Can-ciyər olmaq – birbirinə çox yaxın, çox səmimi, çox mehriban dost olmaq. Bu yaz dostlarım yenə bəxtəvər olacaqlar; Can-ciyər olacaqlar. M.Müşfiq. cançəkişmə (=cançəkişməsi) bax canvermə. Qəlbinin, nəbzinin çarpması, cançəkişmə zamanları son dəqiqələrini keçirməkdə olan xəstələrdə olan çarpmanın eynidir. A.Şaiq. cançəkişməsi (=cançəkişmə) bax canvermə. Qəlbinin, nəbzinin çarpması, cançəkişmə zamanları son dəqiqələrini keçirməkdə olan xəstələrdə olan çarpmanın eynidir. A.Şaiq. candankeçən bax canındankeçən. candərdi zərf Könülsüz, istəmədən, məcburi. Candərdi getməli oldu. Bir şeyi candərdi eləmək. – Şamxalbəy candərdi də olsa, Şahbəyin cavabını verdi. Ə.Əbülhəsən. can-dildən zərf Ürəkdən, səmimiyyətlə, məmnuniyyətlə, böyük həvəslə, vicdanla, sədaqətlə. Can-dillə işləmək. – [Əliqulu:] Ümidvaram ki, can-dillə qulluq edib, əmrinizi yerinə yetirərəm. S.S.Axundov. Onun xasiyyətinə “əhsən” deyib, can-dillə işi qurtarmağa çalışırdı. Mir Cəlal. canəfza [fars.] klas. Canlandıran, canlandırıcı, ruhlandırıcı. Müşkin saçından bulmuşam şol buyi-canəfzayi kim.. Nəsimi. canfəşan sif. [fars.] Canını əsirgəməyən, canını fəda edən, canından keçən. canfəşanlıq is. Həddindən artıq can yandırma, səy göstərmə, cəhd etmə. Amma, mətəəssüf, müəllimlərin çoxunda bu rəviş, bu hərəkət və bu canfəşanlıq müşahidə olunmur. F.Köçərli. [Səlim ağanın] bu canfəşanlığı tacirə ləzzət verirdi. M.Ibrahimov. Ox qıjıltı ilə gələndə yasavulbaşı qondarma bir canfəşanlıqla özünü xanın qabağına verdi.. M.Rzaquluzadə. //məc. Həddindən artıq və ya yersiz hörmət göstərmə, əldən-ayaqdan getmə. [Məşədi Qəzənfər:] Axşam da ki, toyda idik. Qərəz, çox canfəşanlıq oldu. Ü.Hacıbəyov. • Canfəşanlıq etmək (göstərmək) – həddən artıq səy göstərmək, çalışmaq, cəhd göstərmək. Kosa kuryer də bu aləmin içində özündən çıxıb və kabineti nizama salmaq üçün böyük bir canfəşanlıq göstərirdi. S.Rəhimov. Mən düşünürdüm ki, bu adam o qadının yaxın qohumudur, çünki həddən artıq canfəşanlıq eləyirdi. S.Rəhman. canfəza sif. klas. Ürəkaçan, fərəhverən, könülaçan. Apardı könlümü bir xoş, qəməryüz, canfəza dilbər; Nə dilbər – dilbərişahid, nə şahid – şahidi-sərvər! Həsənoğlu. Müşkü ənbər saçından utandı; Canfəza müşk, tazə ənbərsən. Nəsimi. cangüdazlıq is. klas. Canyandıranlıq, canıyananlıq; fədakarlıq. Şərm eylə bu eşqbazlıqdan; Bifaidə cangüdazlıqdan. Füzuli. Əgərçi bu növ cangüdazlıq [Yusif Sərraca] sadiq və xeyrəndiş dostlar bəhəm etdi, nəhayət, xırda bədbəxtliyinə bais oldu. M.F.Axundzadə. cangülüm is. Qızların dəstə ilə iki cərgədə üz-üzə durub oxuya-oxuya oynadıqları bir oyun adı. Sənəm qız yoldaşları ilə bir yerdə yığışıb oynayırdılar və oxuyub qaval çalırdılar, .. “Cangülüm” oynayırdılar. E.Sultanov. canhacan zərf Ürəklə, məhəbbətlə, riqqətlə, nəvazişlə, oxşaya-oxşaya. Canhacan uşağı qucaqladı. – Bir mənim başıma gəldimi hicran; Kim basdı bağrına canhacan səni?.. S.Vurğun. • Canhacan olmaq – bax canbir olmaq. Bütün kolxozçular şadlıq eylədi; Sövkəndi bir-birinə, canhacan oldu. Aşıq Mirzə. canhövlü bax hövlnak. canıbərk sif. Davamlı, möhkəm, dözümlü, sağlam. Canıbərk adam. canıbərklik is. Davamlılıq, dözümlülük, möhkəmlik. canıçıxmış is. Yüngül qarğış sözü. [Ana:] Oğul, yoluna qurban olum, nə vaxt gəldin ki, mən canıçıxmış bilmədim. Q.İlkin. canındankeçən sif. Bir iş və ya adam üçün canını verməyə, canını fəda etməyə, başından keçməyə hazır olan adam. Vətən üçün canındankeçən əsgər. canışirin sif. Əziz, istəkli, xətirli. Bir də zəhmət verib, sizin kimi canışirin qonaqları tərpətməkdənsə, beləcə yaxşıdır… S.Rəhimov. canıyanan sif. Birinə ürəyi yanan, onun dərdinə qalan, qeydini çəkən, ona mehribanlıq və riqqət göstərən. Vamiqin Üzra tək canıyananı; Məcnunun Leyli tək qəmküsarı var. Q.Zakir. [Əlikram:] [Sənubər] camaat arasında canıyanan kimi .. şöhrət qazanmaq istəyirsə, dövlətin kisəsinə girməsin! B.Bayramov. canıyananlıq is.\n1. Riqqət, şəfqət, ürəyiyananlıq; birinin dərdinə şərik olma, mehribanlıq, səmimiyyət göstərmə. Müəllimənin canıyananlığı hamını heyran qoydu, o, gecə saat ikiyə qədər cənazədən ayrılmadı. M.Hüseyn. • Canıyananlıq eləmək (göstərmək) – ürəyi yanmaq, həmdərd olmaq, ürəkdən acımaq, yazığı gəlmək. [Qərənfil:] İndi də başlamısınız Hümmətə canıyananlıq eləməyə. İ.Əfəndiyev. Bir dəfə nahar zamanı Fərman gənc fəhlələrlə danışarkən dostu ona yaxınlaşdı və süni bir canıyananlıq göstərdi. Ə.Sadıq.\n2. Canıyananlıqla şəklində – ürəyi yanarcasına, acıyaraq, yazığı gələrək, halına yanaraq. Canıyananlıqla soruşmaq. – Dürdanə xanım canıyananlıqla dedi.. Ə.Əbülhəsən. canıyanar bax canıyanan. Salman səsini ucaltmadan, guya doğrudan da canıyanar səslə dedi: – Elə mən də onu deyirəm, yoldaş Qoşatxan. M.İbrahimov. canıyanarlıq bax canıyananlıq 1-ci mənada. cani is. [ər.] Cinayət etmiş, cinayətkar. Kimi cani .. düşünür fitnə-fəsad; Kimi zövq əhli, dilər hər kəsişad. H.Cavid. Sən vətənə soxulan hər caniyə, hər yada; Zərbələr vuracaqsan yerdə, göydə, dəryada. R.Rza. Tərlanın qanla dolmuş gözlərindən qorxub dartınan cani yana doğru qaçmaq istərkən, bir nəfər oğlan da Tərlana tərəfdar çıxdı.. M.Hüseyn. // Sif. mənasında. [Mahmud:] Aldığım xəbərə görə cani kazak buradan yola salınıbdır. P.Makulu. canilik is. Cinayət etmə, cani olma; cinayətkarlıq. canişin is. [fars.]\n1. Bir mənsəb sahibini əvəz edən, onun yerində oturan şəxs. [Fərraş Səttara:] Məgər sən özbaşınasan? O, şahzadədir, şahın oğludur, şahın canişinidir.. P.Makulu.\n2. tar. Çar Rusiyasında: ucqar vilayəti padşah adından idarə edən və ali hakimiyyət hüquqlarına malik olan şəxs. Oradan alınan xəbərlərə görə Sərdar Rəşid iki günün içərisində Qafqaz canişininə səkkiz teleqram göndərmişdi. M.S.Ordubadi. canişinlik is. tar.\n1. Canişin vəzifəsi, adı. // Canişin idarəsi. Vəfadar Tiflisə canişinliyə getmək, orada paruçik İvanovla görüşmək barədəki xahişini bildirdikdə İdris razılıq verdi. M.İbrahimov.\n2. Canişinin idarəsi altında olan vilayət. Qafqaz canişinliyi. canqurtaran (=canqurtarıcı) sif. Təhlükəli, çətin, çıxılmaz vəziyyətdən qurtaran, dardan qurtaran, dadaçatan. Canqurtaran yol. Canqurtarıcı cavab. canqurtarıcı (=canqurtaran) sif. Təhlükəli, çətin, çıxılmaz vəziyyətdən qurtaran, dardan qurtaran, dadaçatan. Canqurtaran yol. Canqurtarıcı cavab. can-başla (=canla-başla) zərf Çox həvəslə, ürəkdən, səy və qeyrət göstərərək. Can(la)-başla işləmək. Can(la)-başla razı olmaq. – Nə qədər varsa bu dünyada sevinc inciləri; Öz böyük qəlbinə can-başla yığırsan gecələr. S.Rüstəm. Fərman can-başla çalışmaq, işin nəzəri cəhətini öyrənmək sayəsində püxtələşmiş və öz işinin ustası olmuşdu. Ə.Sadıq. [Hümmət Fərəcova:] Çox gözəl, xoş gəlmisiniz, nə qulluğunuz olsa, can-başla təşkil etməyə hazırıq. B.Bayramov. canla-başla (=can-başla) zərf Çox həvəslə, ürəkdən, səy və qeyrət göstərərək. Can(la)-başla işləmək. Can(la)-başla razı olmaq. – Nə qədər varsa bu dünyada sevinc inciləri; Öz böyük qəlbinə can-başla yığırsan gecələr. S.Rüstəm. Fərman can-başla çalışmaq, işin nəzəri cəhətini öyrənmək sayəsində püxtələşmiş və öz işinin ustası olmuşdu. Ə.Sadıq. [Hümmət Fərəcova:] Çox gözəl, xoş gəlmisiniz, nə qulluğunuz olsa, can-başla təşkil etməyə hazırıq. B.Bayramov. canlandırıcı sif. Canlandıran, canverici, həyatverici, dirçəldici, gümrahlaşdırıcı. Canlandırıcı dağ havası. Günəşin canlandırıcı hərarəti. canlandırılma “Canlandırılmaq”dan f.is. canlandırılmaq “Canlandırmaq”dan məch. Vaqif əsərdə dövrünün həqiqi xalq qəhrəmanı, xalqın bütün mənəvi həyatı və zənginliklərinin tərcümanı kimi canlandırılmışdır. M.Arif. canlandırma “Canlandırmaq”dan f.is. canlandırmaq f.\n1. Can vermək, diriltmək. Xanlar belə bir insanı canlandırıb yarada bilərmi? S.Rəhimov. // Ayıltmaq, özünə gətirmək. Özündən getmiş adamı canlandırmaq. – Bu fikirlər Veranı canlandırdı. S.Rəhman. [Hüseyn:] Onda canlandırar üfüqlər məni; İstəyənlər baxıb görərlər məni… M.Rahim. // məc. Yeni həyat vermək, dirçəltmək, şənləndirmək; canlı göstərmək. Dəmir yol ucqar yerləri canlandırdı. – [Aktyor] surətin fərdi, insani, psixoloji gözəlliyini və zəifliyini də canlandıra bilir. M.İbrahimov. Mühəndislər, fəhlələr gəldilər. Onlar boz səhranı canlandırdılar.\n2. məc. Unudulub getmiş, yox olmuş bir şeyi hafizədə bərpa etmək, yada salmaq, onun haqqında aydın təsəvvür yaratmaq. [Kərimxan] xəyalında həyatının başqa sahələrini canlandırmağa çalışır. M.İbrahimov. İndi isə şairin şüuru bu gecə gördüyü xarabadan mütəəssir olaraq, bir vaxtlar zəif bir duman kimi tutub saxladığı o qorxunc mənzərələri yenidən canlandırır.. Ə.Məmmədxanlı.\n3. məc. Gücləndirmək, fəaliyyətini daha da artırmaq. Kənddə ticarəti canlandırmaq. İşləri canlandırmaq lazımdır. Dərnəyin fəaliyyətini canlandırmaq.\n4. Şənləndirmək, hərəkətə gətirmək. Qəhrəman sakit olmuş məclisi canlandırdı. Ə.Vəliyev. canlanma “Canlanmaq”dan f.is. Bir canlanma, bir şənlik var; Geniş sinif otağında. M.Dilbazi. Məclisdə əvvəlki şuxluq olmasa da, yenə canlanma, tərpəniş başladı. B.Bayramov. Beş-altı dükandan və zibilli meydançadan ibarət həftə bazarında böyük canlanma vardı. Ə.Abasov. canlanmaq f.\n1. Dirilmək, dirçəlmək. Canlanır yenidən sönən bir həyat; Nə gözəl yaraşır sizə ağ xalat! S.Vurğun. [Bibixanımın] solğunlaşıb altı kölgələnən gözləri elə bil yenidən canlandı.. B.Bayramov. // Özünə gəlmək, ayılmaq. Su içən kimi canlandım.\n2. məc. Daha fəal, daha sürətli, daha canlı getmək, fəallaşmaq. Şirzad katibin gəlməsilə işlərin canlanacağını güman edib sevinirdi. M.İbrahimov. Şagirdlər bir-bir gəlir; Otaq birdən canlanır. M.Seyidbəyli.\n3. məc. Hafizədə, xəyalda bərpa olmaq, təcəssüm etmək, yada düşmək. Yeddi il əvvəl.. [Xədicə ilə] keçirdiyim saatlar tamamilə xəyalımda canlanmışdı. S.Hüseyn. ..Ulduzun gözləri qarşısında isə yeddi nəfər döyüşçüsü ilə vuruşan Azadın son saatları canlanırdı. Ə.Məmmədxanlı. // məc. Canlı bir şey kim görünmək. Bu təpədən baxdıqda Bakının mənzərəsi bütün əzəməti ilə göz qarşısında canlanırdı. S.Rəhman. ..İndi qarşımda canlanan mənzərə də bunların heç birinə bənzəmirdi. M.Rzaquluzadə.\n4. məc. Oyanmaq, dirçəlmək, cana gəlmək. Təbiət canlanır, bahar çağıdır; Bağçalar, yamaclar çiçəklənmədə. A.Şaiq. İçdikcə içib doydu; Bol-bol yağışı torpaq; Canlandı şeh altında; İlk dəfə açan yarpaq. M.Dilbazi. Qış qurtarır, yer canlanır; Baharın xoş nəfəsilə. B.Vahabzadə. canlatma “Canlatmaq”dan f.is. canlatmaq bax canlandırmaq. Mən səni canlatmağa; Yeni yollar bulurdum; Yeni oynaq qanadlar; Yeni qollar bulurdum. M.Müşfiq. canlı sif.\n1. Diri, sağ, yaşayan (ölü ziddi). Canlı orqanizm. Canlı hüceyrə. – Ucalan heykəl canlı bir insan kimi görünürdü. S.Rəhimov. // is. mənasında. Diri adam (heyvan), sağ adam (heyvan). Bu kəndə getsən, ancaq arvad, uşaq və qoca kişilərdən başqa bir canlı görməzsən. Ə.Haqverdiyev. Mən də bir insanam, mən də canlıyam; Mənim də qəlbimin arzuları var! S.Vurğun. // məc. Əbədi, daimi, ölməz. Canlı obraz. // Qurumamış, solmamış, tər. Canlı çiçəklər. Canlı ağac.\n2. Canlılar və bitkilər aləminə mənsub olan; orqanik, üzvi. Canlı təbiət. Canlı materiya. Canlı aləm. – Uşaq canlı həyatı daha yaxşı görməlidir. S.Rəhimov. // İnsanlardan, heyvanlardan ibarət olan. Canlı qüvvələr. Düşmənin canlı qüvvələri tükənmişdir.\n3. İri, yekə, zorba, möhkəm, qüvvətli. Kabab qanlı, igid canlı. (Ata. sözü). Dəmirçioğlu atasından gizlin bir canlı kotan zəncirini də götürüb toqqa əvəzinə belinə bağladı, Çənlibelə tərəf yola düşdü. “Koroğlu”. Novruz 30 yaşında, gödəkboy, canlı bir oğlan idi. N.Nərimanov. Yaşıl, düz və canlı qələmə ağacları baş-başa verib elə ucalır ki, deyərsən, bunlar havadan, günəşdən doymur. Mir Cəlal.\n4. məc. Fəal, qızğın, coşqun, işgüzar. Canlı söhbət başlandı. Məşğələ çox canlı keçdi. – Azərbaycan .. ədəbiyyatı canlı bir yaradıcılıq həyatı keçirir.. M.İbrahimov. İclas çox canlı keçdi. H.Seyidbəyli. // Canlılıq, həyat, maraq ifadə edən; ifadəli. Canlı gözlər. Canlı baxış. Canlı sifət.\n5. məc. Güclü, parlaq. Canlı üslub. Canlı boyalar. Canlı təxəyyül. – [Cəmaləddin:] Ailəsi xüsusunda söyləyəcəyim sözlər [Mirzə Rzanın] mətanət və sədaqətinə bir canlı sübut olacaqdır. C.Cabbarlı. Kənd həyatında, təbiətin o zəngin və geniş qucağında nə qədər canlı lövhələr, unudulmaz xatirələr vardır! A.Şaiq. Usta bu fikri bir çox canlı misallarla uşaqların beyninə yeridirdi. Ə.Sadıq.\n6. Diribaş, hərəkətli, çevik, qıvraq. Canlı uşaq. ‣ Canlı çiçək – təzə dərilmiş təbii çiçək. [Sevda:] Ah, harda o dilbər kələbəklər; Burdan süzülən canlı çiçəklər. H.Cavid. Canlı dil – 1) kitab dilindən fərqli olaraq xalqın danışdığı dil. Səmədin .. ədəbi dili təşbehlər, idiomlarla dolu canlı xalq dilidir. O.Sarıvəlli; 2) bir xalqın ünsiyyət vasitəsi olan dil. Canlı Şərq dilləri. Canlı əlaqə – 1) insanların özləri tərəfindən həyata keçirilən əlaqə. Telefon vasitəsilə əlaqədən başqa, canlı əlaqə də lazımdır; 2) sıx, daimi, bilavasitə. Canlı əlaqəni davam etdirmək. Məktəblə canlı əlaqə yaratmaq. Canlı inventar – işlək və südlük mal-qara. Canlı qüvvə – adamlar və heyvanlar (mexaniki qüvvə, texnika qarşılığı olaraq). Canlı söz – yeni, maraqlı fikir ifadə edən və dinləyiciyə nüfuz edən danışıq haqqında. Adamlara canlı söz demək lazımdır. Canlı tarix – tarixi, keçmişi hadisələri, real varlığı əyani surətdə əks etdirən şey haqqında. canlıca sif. Çox canlı, çox güclü, qüvvətli, cəsamətli. Canlıcadır, zorbacadır baldırım; Sındıra bilməz məni heç ildırım. M.Ə.Sabir. canlı-cansız top. Həm canlılar, həm cansızlar, hamısı. Gecələr canlı-cansız uyurkən dərin-dərin; Fəqət sən mənim kimi uyumazsan doyunca. M.Müşfiq. canlıq is. İsti alt paltarı; candonu. [Çimnaz] ..pambıqlı canlığını əyninə taxdı, qızına da təzə paltarını dəyişməyi təklif elədi. Ə.Əbülhəsən. [Əsgərlərin] əyinlərinə görə olmasa da, qışda onların isti papağı, yun canlığı, yaxşı ayaqqabıları vardı. Mir Cəlal. canlılıq is.\n1. Canlı şeyin halı. [Arvadın] gözlərində, üzündə, bütün hərəkətlərində qeyri-adi bir canlılıq vardı.. M.İbrahimov.\n2. Təsir, qüvvə. Hisslərin canlılığı. İlk təəssüratın canlılığı. // Aydınlıq, parlaqlıq, barizlik. Canlılıq və həyatilik etibarilə Səməd Vurğunun obrazları xüsusi bir qüvvəyə malikdir. Mir Cəlal. // məc. Həyat, dirçəliş, şənlik, şən əhvali-ruhiyyə. Züleyxa.. kitabxanaya nə isə qeyri-adi bir canlılıq və həyat gətirmişdi. M.İbrahimov. cansağlığı is. Bədənin bütün üzvlərinin normal vəziyyətdə olması, səhhət. Dedim: – Bunların hamısı ötüşər, insana cansağlığı lazımdır.. Ə.Haqverdiyev. [Gülşən də] başqa gənclər kimi Bakıya getmək, Azərbaycan Tibb İnstitutunda oxumaq, sonra həkim olub.. adamların ürəyini dinləmək, onların cansağlığını qorumaq.. niyyətində idi. Ə.Vəliyev. cansıxan (=cansıxıcı) sif. və zərf Darıxdırıcı, usandırıcı, bezikdirici, üzücü, çox maraqsız, təngəgətirən. Cansıxan yerlər. Cansıxıcı suallar. – Nagəhan qopan fırtınadan sonra şəhərə əsrarəngiz, qərib, bir az da cansıxan, dərin bir ölüm sükutu çökmüşdü. M.Hüseyn. Payız aylarına məxsus cansıxıcı bir ağırlıq qəsəbəni bürüyürdü. H.Nəzərli. Elə bil [Şahmarı] bütün aləmdən ayırıb, hara isə, cansıxan bir guşəyə atmışdılar. B.Bayramov. cansıxıcı (=cansıxan) sif. və zərf Darıxdırıcı, usandırıcı, bezikdirici, üzücü, çox maraqsız, təngəgətirən. Cansıxan yerlər. Cansıxıcı suallar. – Nagəhan qopan fırtınadan sonra şəhərə əsrarəngiz, qərib, bir az da cansıxan, dərin bir ölüm sükutu çökmüşdü. M.Hüseyn. Payız aylarına məxsus cansıxıcı bir ağırlıq qəsəbəni bürüyürdü. H.Nəzərli. Elə bil [Şahmarı] bütün aləmdən ayırıb, hara isə, cansıxan bir guşəyə atmışdılar. B.Bayramov. cansıxıcılıq is. Ürəksıxıcılıq, darıxdırıcılıq, bezikdiricilik, usandırıcılıq, maraqsızlıq. Xalqımıza xas olan xoş bir yumor, hikmətli ifadələr.. Ü.Hacıbəyovun komediyalarını hər cür ağırlıq və cansıxıcılıqdan qurtarmışdır. Ə.Sultanlı. Salondakı cansıxıcılıq dözülməz idi. M.Süleymanov. cansız sif.\n1. Canlılar aləminə mənsub olmayan, canı olmayan. Cansız təbiət. Cansız materiya. // Həyat əlaməti olmayan, ölü, ruhsuz. Cansız bədən.\n2. Ölgün, tabsız, gücsüz, taqətsiz, zəif. Gülsüm öz yerində belə möhkəm oturmuşdu ki, deyəsən, cansız bir şeydir. C.Məmmədquluzadə. [Hacı Mehdi:] And olsun Allaha, vuraram, zəif, cansız canın çıxar. Ə.Haqverdiyev. // Arıq, sısqa, cılız. Emma cansız, arıq, nazik, lətif bir alman qadını idi.. E.Sultanov. İmran kişi üzdən arıq və cansız görünən, ucaboy, şaxdayanan, düzqamətli bir kişi idi. M.Hüseyn. cansız-çəlimsiz sif. Çox cansız, çox zəif, cılız, üzgün. Cansız-çəlimsiz uşaq. – Klavdiya birinci dəfə gördüyü cansızçəlimsiz, ortaboylu, sallaqbığlı bu adama diqqətlə nəzər yetirdi. Ə.Abasov. cansızlaşma “Cansızlaşmaq”dan f.is. cansızlaşmaq f. Zəifləmək, arıqlamaq, cılızlaşmaq, üzülüb getmək. Uşaq lap cansızlaşıb. cansızlıq is. Zəiflik, arıqlıq, sısqalıq, üzgünlük. Cansızlığından yeriyə bilmir. cansürtən is. Hamamda kisəçəkən; kisəçi. Vaqif Tiflisin vəziyyətini əvvəlcə hamamda cansürtən Ocaqquludan öyrəndi. Çəmənzəminli. cantəzələyən sif. Xoş, ürəyəyatan, ürəkaçan, canfəza. Getdikcə bir-birindən gözəl, bir-birindən füsunkar, cantəzələyən, ürəkaçan mənzərələr görürük. M.İbrahimov. cantıraq sif. dan. Canlı, cüssəli, çəlimli. Cantıraq oğlan. – Cantıraq, cəld bir adam əlində kağız yazır, yazdığını da təkrar edirdi. Mir Cəlal. canverici sif. Həyat bəxş edən, canlandıran, həyatverici, dirildən. Canverici baxış. – Canverici ləbindədir şərbəti xəstə könlümün; Kimdir irişdirən anı ləli-ləbin şəfasına. Nəsimi. canvermə is. Can üstə olma, cançəkişmə, ölüm halında olma. canyandıran sif. Tapşırılan və ya öhdəsində olan işi, vəzifəni səylə, ürəklə yerinə yetirən, işə səy göstərən; səyli, çalışqan. [Məhərrəm bəy:] ..İmran kimi işləyən, canyandıran köməkçin var. S.S.Axundov. Ustaya elə gəlirdi ki, hara köçsə, belə hörmətcil, canyandıran adamlar görə bilməyəcək. M.Süleymanov. canyandıranlıq is.\n1. Cəhd, qeyrət, hümmət, səy.\n2. Qeydkeşlik, himayə, diqqət, şəfqət, canıyananlıq, qayğıkeşlik. Canyandıranlıq eləmək. Canyandıranlıq göstərmək. canyandırma is. Həddindən artıq birinin və ya bir işin qayğısına qalma, ürək yandırma, həddən artıq qeyrət və səy göstərmə, çalışma. [Fatmanisə:] Nə qədər dedim: – A kişi, getmə, dedi: – Olmaz! Bu da canyandırmanın axırı. Ə.Haqverdiyev. car I. : car çəkmək (çağırmaq) – 1) köhn. Yüksək səslə camaata bir şeyi xəbər vermək, elan etmək, bildirmək. [Mozalan bəy:] Gördüm, bir hambal car çağırır ki, üç gündür Hacı Seyid Ağanın qızılquşu qaçıbdır. Ə.Haqverdiyev. [Şeyx Haşimi nişançılara:] Tez olun, car çəkin! Car çəkin, bütün bazar əhli bura yığılsın! Ə.Məmmədxanlı; 2) məc. Aləmə yaymaq, hamıya bildirmək, xəbər vermək, hamıya eşitdirmək (xəbəri, bir sözü və s.-ni); // Məc. mənada. Car çəkir çarxların çaxnaşıq səsi; Car çəkir, qışqırır nəhəng motorlar... S.Vurğun. Ellərə car çəkən payızın səsi; Düzlərdə sərt əsən küləklərdədir. N.Xəzri. Qəzəb Səltənəti xoruzlar car çəkib banlaşıncaya qədər yatmağa qoymamışdı. B.Bayramov.\n\nII. bax cari 1-ci mənada. • Car olmaq – cərəyan etmək, axmaq, tökülmək. Hanı bu yaylaqda yaylayan ellər? Görəndə gözündən car oldu sellər. Aşıq Ələsgər. carçı is.\n1. köhn. Car çəkən, uca səslə bir xəbəri və s. camaata elan edən, bildirən. [Koroğlu] elə təzəcə bazara girmişdi, bir də gördü, carçılar car çəkirlər. “Koroğlu”. ..Carçılar ortada gəzib, müxtəlif xəbərlər verirdilər. S.Rəhman.\n2. məc. tənt. Müjdəçi, bir şeyin ilk xəbərçisi. Azərbaycan torpağı və Azərbaycan xalqının böyük iftixarı olan Nizami bütün dünyada humanizmi tərənnüm edən intibah dövrünün ilk carçısı idi. M.İbrahimov. Sülh carçısıyıq biz, uzun illər bilir aləm; Məşhur Azərbaycan alimi M.F.Axundzadə İran inqilabının ilk carçısı olmuşdur. P.Makulu. cari sif. [ər.]\n1. klas. Cərəyan edən, axan, axıcı. • Cari etmək – axıtmaq. Gülab vurma üzə, etmə göz yaşın cari; Gözüm çıxar, o gül üstündə şəbnəm istəmərəm. S.Ə.Şirvani. Gözümdə cari edib əşki həm rəvan getmə! X.Natəvan. Cari olmaq – 1) axmaq, tökülmək. Mirzə Nəsib, Xəlilin anasının danışığını o biri otaqda eşidirdi, qoca Mirzəyə övrətin sözləri o qədər təsir etdi ki, gözündən biixtiyar yaş cari oldu. Ə.Haqverdiyev; 2) məc. mənada. Məktəbdə var şərafət; Dəftərdə var lətafət; Cari olur qələmdən; Şirinşirin hekayət. M.Ə.Sabir.\n2. Keçməkdə olan, hal-hazırkı, indiki, indi baş verən, cərəyan edən. Cari dərs ili. Cari ildə – İclası hərbi şuranın sədri Səttarxan açdı və qısa olaraq cari vəziyyət və gələcək vəzifələr haqqında danışmaq üçün Əli Səhlanlıya söz verdi. P.Makulu. ‣ Cari etmək (eləmək) klas. – müəyyən üsul və ya qayda ilə icra etmək, yerinə yetirmək, rəsmi şəklə salmaq. [Şah:] Sonra üzün Molla Rəsula tutub buyurdu ki: – Bunların siğeyi-talaqlarını cari eylə! M.F.Axundzadə. [Şeyx Nəsrullah Şeyx Əhmədə:] Şeyx Əhməd, mənim tərəfimdən vəkil ol və siğəni cari elə. C.Məmmədquluzadə. Cari olmaq – icra olunmaq, rəsmi şəklə salınmaq, qanuniləşmək. [Mirzə Əhməd ağa:] ..Qızının nikahının Fərmana cari olmasına riza verirsənmi? Ə.Haqverdiyev. cariyə is. [ər.] Keçmiş zamanlarda özgə ölkələrdən zorla qaçırılaraq azadlıqdan məhrum edilən, pulla alınıb-satıla bilən, hər cəhətdən sahibinin arzularına tabe olan qız və ya qadın. Hökmdar saraylarının cariyələri olmasaydı, hökmdarlar bir gün də olsun öz mələkələri ilə yaşaya bilməzdilər. M.S.Ordubadi. // Ümumiyyətlə qulluqçu, xidmətçi qız. Bu sırada Sevda cariyələri ilə bərabər gəlir. H.Cavid. [Şair qasidə:] Bu qızı isə qaytarıb geri aparın, mənə kəniz və ya cariyə lazım deyil! Ə.Məmmədxanlı. Cariyələr, nökərlər düşdülər əl-ayağa; Hərəsi bir tərəfdən qulluq etdi qonağa. B.Vahabzadə. carlama “Carlamaq”dan f.is. carlamaq f. Car çəkmək, uca səslə camaata elan etmək, bildirmək. Uzaqdan çavuş carlayır, camaat salavat çəkir. C.Məmmədquluzadə. casus is. [ər.]\n1. Məxfi materialları gizli surətdə öyrənib başqalarına çatdıran şəxs. Fəhlələr, Şendrikov qardaşlarının casus olduqlarını söyləyəndə bəzi yoldaşlar buna şübhə ilə baxırdılar. M.Hüseyn. [Bağırxan:] O gedərkən tapşırdı ki, burada ehtiyatlı dolanaq. Arandan gələn hər yad adamı dövlət casusu hesab edək. P.Makulu. // dan. Birini addım-addım izləyən, hər hərəkətinə göz qoyan, pusan adam haqqında. [Sona:] Casusların ən başçısını tanıdım. H.Nəzərli. Yasavulbaşı bu köhnə casusu [topalı] görən kimi canına lərzə düşdü. M.Rzaquluzadə.\n2. məc. Xəbərçi, şeytançılıqla məşğul olan. Məşədinin dostu bir parça ağ kağızda karandaşla casus adlandırdığı tələbənin karikaturasını çəkib, onun altında “casus!” sözünü yazdı.. M.Hüseyn. casusluq is. Dövlət sirri olan məlumatı, materialları və s.-ni başqa dövlətə vermək üçün gizli surətdə toplamaqdan ibarət cinayətkar fəaliyyət. Casusluq etmək. – Göyçək.. casusluq xidmətinə görə çox yaxşı təltif ediləcəyinə qəti inanırdı. Ə.Əbülhəsən. cavab is. [ər.]\n1. Şifahi və ya yazılı suala, sorğuya və s.-yə qarşılıq olaraq söylənən söz (sual, sorğu müqabili). Cavab tapmaq. Cavabı ölçüb-biçmək. Bu cavab olmadı. – Nə üçün trest geridə qalır? Sual qısa və aydın olduğu üçün cavab da eyni dərəcədə qısa və aydın olmalı idi. M.Hüseyn. // Yazılan məktuba, müraciətə və s. cavab olan məktub. ..Məktubun cavabını aldım. Ərizənin cavabı hələ də yoxdur. – Bahadır kağızına cavab gözləyirdi. N.Nərimanov. // Keçilmiş dərsin və ya verilmiş sualın müəllimə izah edilməsi; verilmiş suala dair materialın xülasə edilməsi. Cavablar imtahan komissiyasını qane etdi. Cavablara diqqətlə qulaq asmaq. – ..Ancaq verdiyim izahedici suallara Ağarəhim çox qəşəng cavablar verdi. S.Rəhman. • Cavab vermək – 1) sorğuya qarşılıq olaraq söz demək. Məmməd səbirli tərpəndi, sakit və soyuqqanlı cavab verdi. V.Şıxlı; 2) məsuliyyət daşımaq, cavabdeh olmaq. [Nüsrət:] Hər şey üçün mən özüm cavab verəcəyəm. C.Cabbarlı. [Zahid oğlu:] Qoy indi Fərhad oğlu öz ağ başı ilə ədalət məhkəməsi qarşısında cavab versin! S.Rəhimov. // Çağırışa hay vermə, səsə səs vermə. Cavab əvəzinə yenə də eyni sükut… H.Nəzərli.\n2. Riyazi misal və məsələnin həlli, nəticəsi. Məsələnin düzgün cavabını almaq. Misala cavab yazmaq. cavabdeh sif. və zərf [ər. cavab və fars. …deh] Bir iş üçün məsuliyyət daşıyan, cavab verməli olan, üzərinə məsuliyyət düşən, məsuliyyətli, məsul. Hər kəs öz işinə, öz sözünə cavabdehdir. – [Rüstəmbəy:] Nağı bəy ölər, cavabdeh biz olarıq. S.S.Axundov. [Şiraslan:] İndi mən gərək dövlət kontrolu qarşısında cavabdeh olam. M.Süleymanov. cavabdehlik is. Öz hərəkət və işləri üçün cavab vermə, onların nəticələri üçün məsuliyyəti öz üzərinə götürmə; məsuliyyət. [Səkinə Mayaya:] Sən kişiyə qulaq asma, işin çoxdur, ağır işdir, cavabdehliyi böyükdür. M.İbrahimov. Təmirin bütün cavabdehliyi Ümidin üzərində idi. B.Bayramov. cavabdəhəndə [ər. cəvab və fars. …dəhəndə] Bax cavabdeh. cavabdəhəndəlik bax cavabdehlik. cavabən zərf [ər.] Cavab olaraq, cavabında. Suala cavabən bunları dedi… – Şüküfələnmiş güllər nəsimin dəyməsindən enib-qalxdıqca Gülsümün vidasına cavabən “get, Allah səni xoşbəxt eləsin!” – deyirdilər. Ə.Haqverdiyev. cavablı sif. Cavabı olan, cavabı verilən. Cavablı sual. Cavablı teleqram. cavabsız sif. və zərf Cavabı olmayan, cavabı verilməyən. Cavabsız məktub. Cavabsız suallar. Bir dənə ərizə cavabsız qalmamalıdır. // Məc. mənada. Ellər talan olur, vergilər ağır; Göylər cavabsızdır, buludlar sağır. S.Vurğun. Cavabsız eşqinin təlatümündə; Aylar, illər boyu aşıb-daşdı o. B.Vahabzadə. • Cavabsız buraxmaq (qoymaq) – cavab verməmək. Sualı cavabsız qoymaq. – Lalə də, fəhlələr də [Qüdrəti] cavabsız buraxdılar. M.Hüseyn. cavahir is. [ər.] Qiymətli daş (almaz, yaqut və s.). [Səkinə xanım:] Ağa Həsən istəyir məni başdan-ayağa cavahirə də tuta, mən ona gedən deyiləm. M.F.Axundzadə. // Cavahirdən qayrılmış, düzəldilmiş. Cavahir qolbaq. cavahirat is. [ər. “cəvahir” söz. cəmi] Qiymətli daşlar, daş-qaş. Cavahirat taxmaq. Cavahirat mağazası. – [Odabaşı:] Hacı Kamyabın evində də cavahirat az deyildi. Ə.Haqverdiyev. cavahiratçı is. Cavahirat satan, cavahirat alverçisi, cavahirat taciri. // Cavahiratdan (qiymətli daşlardan) bəzək şeyləri qayıran usta, zərgər. cavahiratçılıq is. Cavahiratçının işi, sənəti; cavahirat işi ilə məşğul olma. cavahirçi bax cavahiratçı. cavahirfüruş [ər. cəvahir və fars. füruş.] köhn. Bax cavahirsatan. [Osman] diksinib başını döndərdikdə cavahirfüruşun xanımı Lidanı gördü. Çəmənzəminli. Bir yandan cavahirfüruşlar, bir tərəfdən zərgərlər nazənin gözəllərə ziynət və yaraşıq əsbabı mühəyya edirlərmiş. F.Köçərli. cavahirli sif. Cavahirlə, qiymətli daşqaşla bəzədilmiş. Cavahirli kəmər. – Odur “ədalət zəncirini” boynundan asaraq, bəzəkli və cavahirli qılınca söykənmiş vəliəhd böyük həyətdəki çarhovuzun yanında dayanmışdır. P.Makulu. cavahirsatan is. Qiymətli daş-qaş satan tacir, daş-qaş alverçisi. cavan [fars.]\n1. Bax gənc 1-ci mənada. Cavan müğənni. Cavan oğlan. Cavan müəllim. – Rövşən Rüstəm kimi igid, yeniyetmə, cavan bir oğlan idi. “Koroğlu”. Bu cavan oğlan raykom katibi Qoşqar Sadıqzadə idi. İ.Hüseynov. // İs. mənasında. Cavanlar və qocalar. – [Məşədi İbad:] A kişi, vallah, mən nə qədər qoca olsam da, min bığıburma cavana dəyərəm. Ü.Hacıbəyov. Şofer qaragöz, qaraqaş, qırmızı, girdəsifət, sağlam bir cavan idi. S.Vəliyev.\n2. sif. Təzə əkilmiş, təzəcə salınmış. Cavan ağac. Cavan bağ (meşə).\n3. Yeni meydana çıxmış. Elmin cavan sahəsi. cavanca sif. Cavan, lap cavan. Cavanca bir oğlan içəri girdi. cavancasına zərf Cavan (gənc) kimi, cavana (gəncə) yaraşan tərzdə. Cavancasına hərəkət etmək. cavanəzən is. [fars.] Cavan qadın. Əlbəttə, əlbəttə, həyanın özü cavanəzən üçün böyük gözəllikdir. N.Vəzirov. [Telli:] Bütün kənddə heç bir cavanəzənin elə zərif xalçaları yoxdur. S.Hüseyn. cavanlanma “Cavanlanmaq”dan f.is. cavanlanmaq bax cavanlaşmaq. cavanlaşdırma “Cavanlaşdırmaq”dan f.is. cavanlaşdırmaq f.\n1. Daha cavan göstərmək. Bu paltar onu lap cavanlaşdırır.\n2. məc. Gümrahlaşdırmaq, güc, qüvvət, enerji vermək. Narzan vannaları adamı lap cavanlaşdırır. Dağ havası qocaları da cavanlaşdırır. cavanlaşma “Cavanlaşmaq”dan f.is. cavanlaşmaq f.\n1. Gündən-günə yaxşılaşmaq, cavan görünmək; özünü cavan kimi qıvraq hiss etmək; gəncləşmək. “Ay ellər!” deyirəm ürəyimdə mən; Ömür cavanlaşır ellər deməkdən. S.Vurğun. Oğul anasına diqqətlə nəzər saldı: – Bir mənə yaxşı-yaxşı bax, görüm, cavanlaşmısan, ya yox? M.Hüseyn.\n2. məc. Özünü gümrah, sağlam, cavan hiss etmək. İdman məşğələlərindən sonra xeyli cavanlaşmışam. cavanlıq is. Cavan yaşlar, gənclik dövrü, gənclik (qocalıq ziddi). Əfsus, qocaldım, ağacım düşdü əlimdən; Səd heyf cavanlıq! M.Ə.Sabir. Bir az sükutdan sonra Yusif dedi: – Cavanlıqdır, zərər yoxdur. N.Nərimanov. // Cavanlıqda – gənc yaşlarında, gənclikdə, cavan vaxtlarında. Cavanlıqdan qocalığa güc saxla. (Ata. sözü). Deyirlər ki, cavanlıqda Mirzə Səfər özü şairlik fikrinə düşüb şeir demək üçün çox çalışmışdı, lakin bir nəticə hasil olmamışdı. Ə.Haqverdiyev. cavanlı-qocalı sif. Həm cavanlar, həm qocalar, hamılıqla. Cavanlı-qocalı tökülüşüb gəldilər. Cavanlı-qocalı hamı da bunlara qoşulmuşdu. cavanmərd [fars.] bax comərd. cavanmərdlik bax comərdlik. cavanyana sif. Cavana yaraşan, cavana münasib olan. Cavanyana geyinmək. cavid sif. və zərf [fars.] klas. Əbədi, daimi, həmişəyaşar, ölməz. Meydir ləbi, əmma bu meyin nəşəsi cavid; Güldür üzü, amma bu gülün var bəqası. Q.Təbrizi. Dünyada varsa dövləti-cavid, o eşqdir; Olmaz sevib-sevilməyən ömründə bəxtiyar. H.Cavid. cavidan [fars.] klas. Bax cavid. cavidani bax. cavid. Şairim! Qəm yemə, alami-cəhan, fanidir; Cavidani yaşayış ləzzəti-rühanidir. M.Hadi. caydaq sif. dan. Uzun, arıq, uzundraz. Caydaq adam. Caydaq oğlan. – [Tahir] hələlik – deyə, gülə-gülə uzun, caydaq qıza əl elədi və sürətlə uzaqlaşdı. M.Hüseyn. Kələntərlini yaxından tanıyanlar.. bilirdilər ki, bu hacıleylək kimi caydaq kişi pencəyi əynindən qoysa, dərhal adamlıqdan çıxar. İ.Hüseynov. caynaq is.\n1. Bir çox heyvan və quşların barmaqlarının qarmaqvari iti ucları. Qartal caynağı. – [Tağı:] Qaraquş da yerdə dovşanın qaçdığını, ya kəkliyin uçmağını gördükdə, ildırım kimi şığıyıb caynağına alacaqdır. S.S.Axundov. [Yusif Şahmara:] Yeməli quşların – qırqovulun, kəkliyin, turacın caynağı üç olur. B.Bayramov. Kamal elə bir həyəcanla çığırdı ki, elə bil qaraquş indicə caynaqları ilə onun üz-gözünü dırmalayacaqdı. M.Rzaquluzadə.\n2. məc. Çəng. Caynağına keçmək. – [Bədəl:] Cəmaətimiz xan caynağından qurtarıb, öz əlinin əməyini rahət yeyib yaşayır. Ə.Haqverdiyev. [Səlbinaz xanım anasına:] ..Məni nədən ötrü bu kaftarın caynağına vermisən… N.Vəzirov. caynaqlama “Caynaqlamaq”dan f.is. caynaqlamaq f. Caynağı ilə tutmaq, caynağı ilə tutub götürmək. caynaqlaşma “Caynaqlaşmaq”dan f.is. caynaqlaşmaq qarş. Bir-birini caynaqla didmək, caynaqlarını işə salaraq birbirilə döyüşmək. caynaqlı sif. Caynağı olan. Bu meşədə caynaqlı bir şir şahlıq eləyirdi. S.Rəhimov. [Xan:] Gördüm ki, qapqaranlıq göylərdən qara qanadlı, qara caynaqlı əjdahalar başımın üzərində hərlənir, qızıl şahinimi qapıb aparırlar.. M.Rzaquluzadə. caz is. [ing.]\n1. Əsas hissəsi nəfəsli və zərbli alətlərdən ibarət olan orkestr. Meri səhnədədir, Meri oxuyur; Qulaqlar tutulur cazın səsindən. N.Xəzri. Caz orkestri durmadan çalır, rəqqasələr .. oynayırlar. S.Vəliyev.\n2. Belə orkestrdə çalınmaq üçün yazılmış əyləncəli, əsasən rəqs musiqisi. cazibə is. [ər.]\n1. Cisimlərin bir-birini özünə cəzb etməsi xassəsindən ibarət fiziki hadisə. Eynşteynin cazibə nəzəriyyəsi. Cazibə qüvvəsi məlum qarşılıqlı təsir qüvvələrindən ən zəifidir.\n2. məc. İnsanın könlünü cəzb edən xassə, cəzbedici qüvvə, lətafət. [Əzra Zəhraya:] Səndə bir öylə hüsnü cazibə var; Ki, olur hər görən pərəstişkar. H.Cavid. [Xavər] gözəlləşmiş, yanaqlarında bir qızartı və cazibə əmələ gəlmişdi. M.İbrahimov. ..Qızın sifətindəki mərdanə gözəllik, ..sərrastlığı, danışığındakı cazibə [Səlimin] gözündən qaçmamışdı. B.Bayramov. cazibədar [fars.] bax cazibəli. Cazibədar gözəllik. Cazibədar mənzərə. – On doqquz-iyirmi yaşlarında olan [Südabə] cazibədar bir gözəlliyə malik idi. M.İbrahimov. [Sona] bahar axşamı kimi təzə, ətirli və cazibədar idi. Ə.Əbülhəsən. [Sonanın] cazibədar mavi gözləri irilənib daha da gözəlləşdi… B.Bayramov. cazibədarlıq is. Cazibəlilik, cəzbedicilik, cazibə qüvvəsinə malik olma; lətafət. Gülgəz bütün gözəlliyi və cazibədarlığı ilə [Səmədin] qarşısında dayanıb, sehirlənmiş kimi yerindən tərpənə bilmirdi. Çəmənzəminli. Olduqca cazibəli və nəzakətli qız öz işilə məşğul idi. S.Rəhimov. // Lətafətli, məlahətli. [Həsən:] Amma nə cazibəli səsi var? H.Nəzərli. cazibəlilik is. Cazibə qüvvəsi; insanın könlünü cəzb etmə xassəsi; cazibə, lətafət. ce “C” hərfinin və bu hərflə işarə olunan samitin adı. cecə is.\n1. Bəzi yağlı bitkilərin yağını sıxıb çıxardıqdan sonra qalan toxumu, qalıqları. Çiyid cecəsi. Qarğıdalı cecəsi. – Zeytun meyvələrinin yağı çıxarıldıqdan sonra yerdə qalan cecə (jmıx) heyvanların yemlənməsi üçün işlədilir. İ.Axundzadə.\n2. Meyvənin yeyilməyən iç hissəsi, toxumlu hissəsi, puçal. Heyva cecəsi. – Şiz [çocuğu] itələyərək əlinə bir alma cecəsi verdi. Çəmənzəminli. cecədoğrayan is. xüs. Cecə doğrayan alət, maşın. // Sif. mənasında. Cecədoğrayan maşın. Cecələri cecədoğrayan maşın xırdalayır. cecim is. Arasına yorğan-döşək və s. yığmaq, döşəməyə salmaq, ya da xalça kimi divardan asmaq üçün müxtəlif rəngli iplərdən toxunan zolaqlı, yaxud naxışlı döşənəcək. Xalı, xalça, cecim və ipəklə bəzənmiş bu otaq Şuşa sövdəgəri Hacı Kərimin qızı Anaxanım üçün ayrılmışdı. Çəmənzəminli. Rəhim bəylə ikimiz bir kənarda, otun üzərinə salınmış cecim üstündə əyləşib, söhbətə məşğul olduq. Ə.Haqverdiyev. Arabanın içinə quru ot töküb, üstündən bir cecim saldılar. T.Ş.Simurq. cehiz is. Ərə gedərkən ata evindən qıza verilən əşyalardan ibarət hədiyyə. [Telli:] Məni yandıran cəhət burasıdır ki, İslam ikinci arvadını mənim cehizimlə aldı. S.Hüseyn. Gəlinlər, qızlar nişanlının cehizini həyətin ortasında duran ikitəkərli arabaya yükləyirdilər. M.Hüseyn. cehizli sif. Cehizi olan, özü ilə cehiz aparan (gətirən). Cehizli gəlin. cehizlik is. Cehiz kimi ayrılmış, cehiz olaraq verilmiş. Cehizlik xalı. Cehizlik qablar. – Rəhmətlik qoca nənənin cehizlik qızılları torksinə doğru axır. Çəmənzəminli. [Rza:] [Anam] qat kəsmiş cehizlik boğçasını açdı.. M.İbrahimov. cehizsiz sif. Cehizi olmayan. Cehizsiz gəlin. Toy cehizsiz, gəlin yengəsiz olmaz. (Ata. sözü). – Göydə ulduzlar; Şaxtalı buzlar: Cehizsiz qızlar; Bu balama qurban. (Layla). cem is. [ing. jam – mürəbbə] Meyvə və giləmeyvədən hazırlanan qatı mürəbbə. Alma cemi. Qaysı cemi. Pasterizə edilmiş cem. cemper is. [ing.] Yaxalıqsız toxunma kofta, fufayka. Qırmızı cemper. centlmen is. [ing.]\n1. Aristokrat cəmiyyətinin qayda-qanunlarına və əxlaq normalarına ciddi riayət edən adam.\n2. Öz ciddi, qəşəng geyimi, incə davranışı ilə fərqlənən nəzakətli, tərbiyəli adam haqqında. Burada mən dayandım və kənarda oturan və bizim danışığımıza qulaq verən centlmenə qulaq verəndən sonra bir azca şübhələnməyə başladım.. C.Məmmədquluzadə. ceyran is. Antilop cinsindən irigözlü, incəayaqlı, sürətlə qaçan zərif heyvan. Ceyranın qaçmağın elə gördüm, ətindən zəhləm getdi. (Məsəl). Ceyran çox iti qaçan və həssas heyvandır. İ.Əfəndiyev. Bahadur ceyrana baxdı, ceyranın gözləri ona həqiqətən kiminsə gözlərini xatırlatdı. S.Rəhman. // Təşbehlərdə gözələ işarə. ‣ Ceyran belinə çıxmaq – qıt olmaq, tapılmamaq, çox çətin tapılmaq. [Xalıqverdinin] ..ailəsini və dostlarını dardan qurtarmaq üçün taxıl gərək idi. Taxıl isə, necə deyərlər, ceyranın belinə çıxmışdı. Ə.Vəliyev. ceyranbaxışlı bax ceyrangöz(lü). Ceyranbaxışlı dilbər, durnagözlü nazənin; Ömründə görməmişdir nə göz yaşı, nə ənin. N.Rəfibəyli. ceyranbasan sif. İti qaçan. Ceyranbasan at. – Bu ayqır Beyrəkin ceyranbasan boz atı idi. M.Rzaquluzadə. ceyrangöz (=ceyrangözlü) sif. İri, qəşəng gözləri olan. Göllərində ördəkləri üzərlər; Çöllərində maralları gəzərlər; Güllərindən gəlinlər tac bəzərlər; Ceyrangözlü qızları var ölkəmin. C.Cabbarlı. Sən ceyrangözlüsən, çatmaqaşlısan; Tayın-tuşun çoxdur, yar-yoldaşlısan.. N.Rəfibəyli. ceyrangözlü (=ceyrangöz) sif. İri, qəşəng gözləri olan. Göllərində ördəkləri üzərlər; Çöllərində maralları gəzərlər; Güllərindən gəlinlər tac bəzərlər; Ceyrangözlü qızları var ölkəmin. C.Cabbarlı. Sən ceyrangözlüsən, çatmaqaşlısan; Tayın-tuşun çoxdur, yar-yoldaşlısan.. N.Rəfibəyli. ceyranı is. mus. Azərbaycan xalq oyun havalarından birinin adı. “Ceyranı” rəqsini adətən qadınlar ifa edir. – [Gülyaz] ..ordlarını şişirdib zurnada “Ceyranı” havası çalan çalğıçıların qarşısında məharətlə oynayırdı. M.Hüseyn. ceyrankeçməz sif. Çox dar, keçilməsi çətin. Ceyrankeçməz yol. ceyranotu is. bot. Bəzi növlərinin üstü xovlu tükcüklərlə örtülü uzun qılçıqlı ot – bitki. cəbəl is. məh. Dağ, çətin qalxılan yer. cəbbəxana is. [ər. cəbhə və fars. ...xanə] Silah və hərbi sursat saxlanan yer, anbar; arsenal. [Fəxrəddin] əlini çənəsinin altına söykəyib cəbbəxana meydanından gəlib-keçən kişilərə və qadınlara baxırdı. M.S.Ordubadi. [Səttarxanla Bağırxan] cəbbəxana tərəfə keçmək istəyirdilər ki, bir çörək dükanının qabağında böyük qələbəlik gördülər. P.Makulu. // Hərbi sursat, hərbi ləvazimat. // məc. Böyük ehtiyat mənbəyi. Ədəbiyyat dilin cəbbəxanasıdır. M.İbrahimov. cəbhə is. [ər.] hərb.\n1. Düşmənlə üzüzə durub vuruşan ordu hissələrinin yerləşdiyi sahə, xətt. Cəbhə boyu hücuma keçmək. – Eldar bir ehtiyat komandiri kimi cəbhəyə getməli oldu. İ.Əfəndiyev. Qəhrəmanla Eldar cəbhə yoldaşı idilər. M.Rzaquluzadə. // Hər hansı bir yerdə çox geniş miqyasda aparılan hərbi əməliyyat. Cəbhə ləğv edilmişdir. // Müharibə vaxtı ən iri qoşun birləşməsi, qoşun hissəsi. Cəbhə komandanı. Cəbhə qərargahı.\n2. məc. Eyni vaxtda kütləvi surətdə, geniş miqyasda iş aparıla bilən yer, sahə. Bir cəbhənin adamları. – Hərə öz cəbhəsində; Bir vəzifə daşıyır. M.Rahim. // Hər hansı bir dövlət və ya siyasi fəaliyyət sahəsi. İdeoloji cəbhə. Əmək cəbhəsi. – “Əkinçi” nəşr edildiyi gündən son nömrəsinə qədər iki cəbhə, iki ictimai görüş və iki meyil arasında gedən mübarizəni əks etmişdir. M.İbrahimov. // məc. Bir məqsəd, bir amal uğrunda çalışan adamların ən geniş birləşməsi. Sülh tərəfdarlarının vahid cəbhəsi. Xalq cəbhəsi.\n3. meteor. Müxtəlif hava kütlələri arasında bölgü zonaları. Atmosfer cəbhəsi. ‣ Hər iki cəbhədə – iki istiqamətdə. Hər iki cəbhədə fəaliyyət göstərmək. cəbhəçi is. Müharibə vaxtı cəbhədə olan və ya olmuş adam. Cəbhəçi ailəsi. Cəbhəçilərin bayramı. – Cəbhəçilər həmişə ön atəş xəttində dayanmalıdırlar. Ə.Vəliyev. cəbr I. is. [ər.] Zor, zor işlətmə, zülm. Fələkin cəbrindən, el tənəsindən; Dərdim artıb, bir ümmana dönübdü. Aşıq Ələsgər. [Sönməz:] Xalq ərəblərin cəbrindən qurtarmaq üçün odlardan kömək istəyir. C.Cabbarlı. Əvvəl gündən sevmədim cəbri və belə cəbrli şeyləri xoşlamadım. R.Rza. • Cəbr çəkmək – cəzasını çəkmək. Zeynal [Qadir üçün] cəbrindir çək (dedi).. Ə.Əbülhəsən. Cəbr etmək (eləmək) – zor işlətmək, zülm etmək. Əzizim cəbr eylədi; Yar yara cəbr eylədi. Sağ olsun ürəyim ki; Bir belə səbr eylədi. (Bayatı). // Zorla məcbur etmək. [Tarverdi:] Namaz, bura gəl, bilirsənmi, cəbr eləmə, görürsən ki, qorxurlar, dəxi niyə qısnayırsan? M.F.Axundzadə. Cəbrə düşmək – zora düşmək, əziyyət çəkmək. [Muxtar Firəngizə:] Arvad kişinin yanında olsa, iş də bu qədər artmaz, arvad da bir belə cəbrə düşməz.. B.Bayramov.\n\nII. is. [ər.] Riyaziyyatın, ədədi qiymətlərindən asılı olmayaraq, kəmiyyət üzərində aparılan əməliyyatları öyrənən sahəsi. Cəbrə aid ilkin tədqiqatlar 4 min il əvvəl Babilistanda aparılmışdır. cəbrən zərf Zorla, güclə, zor işlədərək, zorla məcbur edərək, məcburiyyət altında. Cəbrən razı olmaq. Cəbrən qəbul etmək. – [Pəri Cadu:] Hər gün, deyəsən, məni cəbrən gətirirlər buraya. Ə.Haqverdiyev. cəbri I. sif.\n1. Zorla icra olunan, zorla edilən, məcburi, zorən. Hacıyevə nə üçünsə elə gəldi ki, bu gülüş cəbri bir gülüşdür. Ə.Əbülhəsən.\n2. İcbari, məcburiyyət altında. Beş gün keçdi, məhbuslar azad olundu və arx üstə cəbri iş ilə məşğul olanlar da öz işlərinə qayıtdılar. B.Talıblı.\n\nII. sif. riyaz. Cəbrə aid olan. İrrasional cəbri tənlik. Sadə cəbri ədədlər. cəbrşünas is. [ər. cəbr və fars. ...şünas] Cəbr mütəxəssisi. cədd is. [ər.] Ata və ya ananın atası; baba; əcdad. Həzrəti-Yəqub .. sonra buyurdu ki, .. cəsədimi cəddim İbrahim Xəlil məzarında dəfn edəsiniz. A.Ə.Axundzadə. cədd-əqrəba is. [ər.] Bütün nəsil, qohum-əqrəba, ata-baba. cədid (=cədidə) sif. [ər.] Yeni, təzə. Nə mədrəsə, nə müəllim, nə bir üsuli-cədidə; Və nə uşaqlarımızda bu qabiliyyət olaydı! M.Ə.Sabir. cədidə (=cədid) sif. [ər.] Yeni, təzə. Nə mədrəsə, nə müəllim, nə bir üsuli-cədidə; Və nə uşaqlarımızda bu qabiliyyət olaydı! M.Ə.Sabir. cədvəl is. [ər.] Qrafalar üzrə müəyyən qaydada yığılmış hər hansı məlumat və ya rəqəmlər siyahısı. Dərs cədvəli. Oyun cədvəli. – Rüstəm kişi aram ilə trubkasını tüstülədərək, qabağındakı cədvəli gözdən keçirdiyindən, Salman xeyli danışmayıb ona baxdı. M.İbrahimov. ..[Şahmar] iki-üç aydan bəri cədvəldə qalan əməkgünlərini kitabçalara köçürürdü. B.Bayramov. cədvəlçi is. Cədvəl düzəldən, cədvəl tərtib edən idarə və ya müəssisə işçisi. [Hacıyeva] elə gəldi ki, normaçılarınmı, cədvəlçilərinmi, mühəndislərinmi başsoyuqluğundan belə olmuşdur. Mir Cəlal. cəfa is. [ər.] Əzab, əziyyət, üzüntü, incitmə. Xəzanə meyl elədi, almadı vəfa nəzərə; Yetişdi bülbülə çox-çox qəmü cəfası gülün. X.Natəvan. [Vaqif:] Görmüşəm şahların vəfasını mən; Xanların zülmünü, cəfasını mən. S.Vurğun. • Cəfa çəkmək – iztirab çəkmək, əziyyət çəkmək. Qıymazdı intiqamə məni zardən rəqib; Çəkmiş olaydı mən təki yarın cəfasını. S.Ə.Şirvani. Cəfa vermək – mənəvi əzab vermək, əziyyət vermək, zülm etmək. Cəfasını çəkmək – əziyyətini çəkmək, möhnətini çəkmək, dərdbəlasını çəkmək. Cəfasın çəkən səfasın görər. (Ata. sözü). Buna baxmayaraq, Mehriban ərinin hər cəfasını çəkən, onun rahat yaşaması üçün hər bir fədakarlığa hazır olan bir qadın idi. S.Hüseyn. cəfaçı bax cəfakeş. Min tən ilə bir cəfaçı səyyad; Ol zarə yetmişdi, qıldı fəryad. Füzuli. cəfakar sif. və is. [ər. cəfa və fars. ...kar] Cəfaverən, əzabverən, incidən, zülmkar. Ol cəfakar nəzərdən bizi atmış kimidir; Qeyr ilə həmdəm olub, ülfəti qatmış kimidir. Q.Zakir. Ələsgər eşqə düşüb; Sevdi cəfakarı genə. Aşıq Ələsgər. Nə rəhm bilər, şərm qanar, ağlamaq anlar; Böylə fələk olmaz! Yox böylə ikidilli, yamanüzlü cəfakar; Bir zərrə utanmaz! M.Ə.Sabir. cəfakarlıq is. Cəfa vermə, əzab, əziyyət vermə; incitmə; zülmkarlıq. • Cəfakarlıq etmək – əzab vermək, incitmək, zülm etmək. [Cavad bəy:] Xan cənabınıza məlum olan ədavətə görə Səməd xanın oğlu Səfiqulu xan böyük cəfakarlıq edir. N.Vəzirov. cəfakeş sif. [ər. cəfa və fars. keş] Cəfa çəkən, hər cür dərdə, əzaba dözən, möhnətə qatlaşan. Nə işdir, ey fələk, dildarı dildarından ayırmaq; Cəfakeş aşiqi yari-vəfadarından ayırmaq? Füzuli. Doğrudan.. ana qədər dözümlü cəfakeş məxluq yoxdur. Ə.Vəliyev. Beyrək və yoldaşları cəfakeş kürəkçilərlə həsrətli doğma qardaşlar kimi bir-birlərinə sarmaşdılar. M.Rzaquluzadə. cəfalanma “Cəfalanmaq”dan f.is. cəfalanmaq f. Cəfa çəkmək, əzab çəkmək, zülm çəkmək, möhnət çəkmək, iztirab çəkmək. Pərimi görəndə edim ziyarət; Canım yar yolunda cəfalanıbdı. Qurbani. Bundan belə bizi sərəfraz elə; Canım çox yolunda cəfalanıbdır. M.P.Vaqif. cəfalı sif. Cəfaverən, əziyyətə düçar edən, incidən. cəfəng sif. [ər.] Mənasız, boş, dəyərsiz. [Firəngiz Muxtara:] Bunlar çeynənmiş cəfəng sözlərdir. B.Bayramov. Əsədüddövlə saxta təkəbbürlü, özünüçəkən, ağızdan cəfəng bir adam idi. P.Makulu. cəfəngiyat is. [ər.] Cəfəng, boş, mənasız, dəyərsiz sözlər, çərən-pərən. ..Bağışla, molla əmi, deyəsən, çox cəfəngiyat söylədim. C.Məmmədquluzadə. cəfəngləmə “Cəfəngləmək”dən f.is. cəfəngləmək f. Boş-boş danışmaq, mənasız sözlər danışmaq, çərən-pərən danışmaq, çərənləmək. cəfənglik is. Boşluq, mənasızlıq, dəyərsizlik. Cəfənglik eləmək. // Cəfəng sözlər, cəfəngiyat, çərən-pərən. cəfəri is. [ər.] bot. Keşnişə oxşar yeyilən bostan bitkisi. Cəfəri toxumunda efir yağı var. cəfərotu is. bot. Vəzəriyə oxşar yeyilən bostan bitkisi. cəftə is. [ər.] Möhkəm bağlanmaq üçün qapıya, pəncərəyə və s.-yə vurulan dəmir qarmaq. [Əbülhəsənbəy:] ..Xidmətçi yatan qapının çöldən cəftəsini vurdum. M.S.Ordubadi. Rəzələri paslanmış bir qapı küləkdən açılıb örtülür, sallanan cəftəsi gah taxta qapıya, gah da dəmir halqaya toxunurdu. M.Rzaquluzadə. cəftələmə “Cəftələmək”dən f.is. cəftələmək f. Cəftə ilə bağlamaq, cəftəsini vurmaq. [Qorodovoy] qapının bir tayını cəftələyərək dedi: – Qurtardı. Mir Cəlal. Xəlil Mirzə yüyürüb özünü stansiya rəisinin yanına saldı və qapını tez içəri tərəfdən cəftələdi. Q.İlkin. cəftələnmə “Cəftələnmək”dən f.is. cəftələnmək məch. Cəftə ilə bağlanmaq, cəftəsi vurulmaq. Qapı içəridən cəftələnib. cəftəli sif. Cəftəsi olan. Cəftəli pəncərə. – Bir otaq qapısı qara cəftəli; Oturardıq, o dəli, mən dəli; Bəzən ta sübhə kimi şeiroxuyardıq;Məzəli-məzəli.R.Rza.//Cəftə ilə bağlanmış, cəftəsi vurulmuş. cəftəsiz sif. Cəftəsi olmayan. Cəftəsiz qapı. cəftəşəkilli sif. Cəftəyəoxşar, cəftə kimi. cəhalət is. [ər.] Avamlıq, nadanlıq, cahillik, mədəni gerilik, mədəniyyətsizlik, elm və mərifətin olmadığı hal. Cəhalətlə mübarizə ziyalılardan böyük iradə, cəsarət və mətanət tələb edirdi. A.Şaiq. [Məhərrəm:] Ah! Cəhalət! Cəhalət! Səndən daha nələr gözləmək olmaz! C.Cabbarlı. cəhalətpərəst is. [ər. cəhalət və fars. ...pərəst] Kütlələrin cəhalətdə qalmasını istəyən, yeniliyə, tərəqqiyə, maarifə düşmən olan adam; irticaçı, maarif düşməni. cəhalətpərəstlik is. Cəhalət tərəfdarlığı, cəhalətpərəst adamın zehniyyəti və işi, elmə, mədəniyyətə və maarifə düşmən olma. Cəhalətpərəstlik bütün mədəniyyət üçün böyük bir təhlükə yaradır. cəh-cəh təql. Quşların ötərkən çıxardıqları xoş səs. Quşların cəh-cəhi havaya ucaldı. S.S.Axundov. Quşlar... cəh-cəh ilə min cürə nəğmələr oxuyub, meşəni sədaları ilə doldurmuşdular. A.Divanbəyoğlu. Qarışdı qaqqıltılar; Büllur səsli cəh-cəhə; Yüksəldi hər budaqdan; Bir nazənin qəhqəhə. Ə.Cavad. • Cəh-cəh vurmaq – etmək, oxumaq (quşlar haqqında). Bu quş göy çəmənin içindən naqafil cəh-cəh vurub havaya tullanır. E.Sultanov. Quşlar, quşlar, a quşlar! Cəh-cəh vurun burada; Gah yerdə, gah yuvada. A.Səhhət. Bir də gördülər, birdən bülbül gəlib, mənim qarşımda bitmiş ağacın budağında əyləşib başladı cəh-cəh vurmağa. Ə.Haqverdiyev. ‣ Bülbül kimi cəh-cəh vurmaq (ötmək) – xoş avazla, xoş səslə, şirin-şirin oxumaq. [Hacı:] Şərab həmişə insanın mizacını açır, .. görürsən ki, şairin təbi gəlir, natiqin nitqi açılır, xanəndə bülbül kimi cəh-cəh edir. B.Talıblı. Bülbül cəh-cəh vurub oxumazdı; Ona bülbül adı qoyulmasaydı? B.Vahabzadə. cəhd is. [ər.] Bir işi yerinə yetirmək və ya bir şeyi əldə etmək üçün ciddi çalışma, səy və qeyrət göstərmə. [Vaqif:] Mirzə Əliməmməd, mənə elə gəlir ki, “cəhd çarıq yırtar!” doğru məsəldir. Çəmənzəminli. Sübhanverdizadənin bütün cəhdləri əbəs yerə qanad çalan kor yatalaq kimi uçub getdi. S.Rəhimov. • Cəhd etmək – çox çalışmaq, səy və qeyrət göstərmək, cidd-cəhd etmək, can yandırmaq. [Mehriban] nə qədər cəhd edir, cəld işləməyə çalışırdısa da, olmurdu, tez-tez çaşırdı. H.Seyidbəyli. Hər dəfə udqunub nəfəs almağa cəhd etdikcə [Əlləzoğlu] qızarıb pörtür, nazik boğazının damarları şişib, barmaq yoğunluğunda olur. İ.Hüseynov. // Məqsəd. Cəhdin nədir? cəhdlə zərf Böyük səylə, ciddi çalışmaqla, ciddi işləməklə. Cəhdlə işləmək. – Cəhdlə siçan taxtanı dələr. (Ata. sözü). Yarışda basılmamaq üçün .. cəhdlə işə girişməliyik. (Qəzetlərdən). cəhdli sif. Çalışqan, cəhd göstərən, canyandıran. cəhəng is. Ağızın küncü. [Musanın nəvəsi] .. şalvar cibindən çıxartdığı ağappaq bir yaylıqla cəhənglərinə bulaşan qatığı təmizcə sildi. Qantəmir. Qəzəbindən [Göyüşün] cəhənglərində köpük göründü. Ə.Abbasquliyev. cəhənnəm is. [ər.]\n1. Bu dünyada günah işlər görmüş adamların öldükdən sonra əbədi əzab çəkəcəkləri yer. [Xortdan:] Nagah xəyalıma cəhənnəm düşdü. Ə.Haqverdiyev. [Arvadı ustaya:] A kişi, ağanın .. dalınca o qədər adam gedəcək ki, onda qıl körpüdən keçə bilmərik, .. cəhənnəmə töküllük. Çəmənzəminli.\n2. məc. Son dərəcə əzablı, əziyyətli, işgəncəli, dözülməz şərait, mühit haqqında. [Yaşlı kişi:] O ili bağ mövsümü mənim üçün bir cəhənnəm kimi keçdi. S.Hüseyn. [Ramazan:] Əgər keçmişdə cəhənnəmi görmək istəsəydin, gərək Bakı mədənlərinə gələydin. M.Hüseyn. // Dözülməz dərəcədə isti yer. Səqfi, divarları, döşəməsi nəm; Qışda buzxanadır, yayda cəhənnəm. H.K.Sanılı. Yayı cəhənnəm qədər isti olan .. bu qəsəbədən milyonlarla adam keçmişdir. Ə.Əbülhəsən. ‣ Cəhənnəm ol! – çıx get! Rədd ol! [Məşədi Zeynəb acıqlı və ucadan:] Cəhənnəm olun buradan, yoxsa, vallah, bu daşnan vurub başınızı yararam. C.Məmmədquluzadə. [Məşədi İbad Həsən bəyə:] Cəhənnəm ol o yana, mürtəd! Mənə meymun deyib, sonra da əl verirsən? Ü.Hacıbəyov. [Yusif:] Qoy cəhənnəm olsun! [Səməd:] Qaradonlunu dindirən xeyir tapmaz. İ.Hüseynov. Cəhənnəmdən biletsiz qaçan – çox kifir, eybəcər adam haqqında. Mümkün deyil ki, Bədircahana küpəgirən qarı, ya ki cəhənnəmdən biletsiz qaçan deməyəsən. N.Vəzirov. Cəhənnəmə ki… – nə işimə, nə vecimə, nə olsun ki (laqeydlik bildirir). cəhənnəmlik 1. sif. Qarğış, söyüş məqamında işlənilir. [Oğlan:] Bəli, cəhənnəmlik Nikolayın babası bizim babaları bu yerlərə sürgün etmişdi. M.Rzaquluzadə.\n2. Cəhənnəmi andıran, cəhənnəm kimi; dəhşətli. Mənim bu gün cəhənnəmlik duman almış yollarımı; Bir əzrail pəncəsi ki, sarmış cansız qollarımı. Ə.Cavad. cəhət is. [ər.]\n1. Tərəf, yön, səmt. Cəhətləri seçmək çətin idi. Nəriman dönüb dala baxanda gəldiyi yerin də izini itirmiş gördü. Mir Cəlal.\n2. Bir şeyin tərkib hissəsi, elementi. Məfhumun iki cəhəti. – İndi məsələnin ikinci cəhəti qalırdı.. S.Hüseyn.\n3. Bir şeyə aid olan, onu səciyyələndirən keyfiyyət, əlamət, xüsusiyyət. Əsərin kompozisiya cəhəti. Filmin bədii cəhəti. Layihənin texniki cəhəti. – Bir xalqın ən gözəl cəhətlərini özündə təcəssüm etdirən adamlar olursa, onlardan biri də Həzi Aslanov idi. M.İbrahimov. Çayqırağının yaxşı bir cəhəti də bu idi ki, su və peyinlik yaxın olduğundan, burda .. lobya, soğan əkirdilər. Ə.Əbülhəsən.\n4. Səbəb bildirir – görə. Çərx hər ay başına salmış qaşından bir xəyal; Bu cəhətdəndir hər ay başında olmaq bir hilal. Füzuli. ..Xəstə olduğum cəhətə bu yay xırmanım hamıdan geriyə qalmışdı. S.S.Axundov. cəhətcə zərf …baxımından, …görə, …etibarilə. Bu qəsr Bağdad qəsrlərinin ən kiçiyi, lakin ziynət və zənginlik cəhətcə ən böyüyüdür. M.S.Ordubadi. cəhl is. [ər.]\n1. Nadanlıq, avamlıq, cahillik, cəhalət. Elm bir nur, cəhl zülmətdir; Cəhl duzəxdir, elm cənnətdir. S.Ə.Şirvani. Cəhlin əllərində qılınc görürsən; Ağlın ayağında qara bir tikən. M.Müşfiq.\n2. sif. Çox kəc, çox tərs, inad. Cəhl adam. • Cəhl etmək (eləmək) – tərslik eləmək, kəclik göstərmək, inad eləmək. Fərəc bəyin naqis cəhətlərindən birisi də nahaq yerə xırda işdən ötrü cəhl eləməsi, öz dediyini sübuta çatdırmağa çalışması, haqqı batil eləməsi imiş. Ə.Vəliyev. Cəhlə salmaq – düz şeyi dolaşığa, çətinə salmaq. [Şirzad Rüstəmə:] Bəli, siz gərgin işləməkdən qorxursunuz! Belə olmasaydı, aydın mətləbi cəhlə salmazdınız. M.İbrahimov. cəhlkar sif. və is. [ər. cəhl və fars. kar] Tərs, inadcıl, höcət, inad, dediyindən əl çəkməyən, inadkar. Çox cəhlkar adamdır. cəhrə is.\n1. Yun əyirmək üçün əl ilə işlədilən ən sadə alət. İydə varsa, cəhrədə də var. (Məsəl). Mahmudun evinin qabağı. Sol tərəfdə evinin qapısı, qapının yanında bir cəhrə qoyulub. Ə.Haqverdiyev. [Göyçək] sonra da cəhrənin böyründə oturub yun əyirməyə başladı. Ə.Vəliyev.\n2. məc. Nasaz, primitiv şey haqqında. cəhrəçi is. köhn. Başqaları üçün cəhrədə yun əyirən. cəhrəçilik is. köhn. Cəhrədə yun əyirmə işi, peşəsi. Fatma cəhrəçilik edib bir növ gündəlik çörəyini qazanırdı. S.S.Axundov. Mən uşaqları cəhrəçiliklə böyütdüm. S.Rəhimov. cəlayi-vətən [ər.] Vətənindən ayrı düşmüş, dərbədər düşmüş, həyatını qürbətdə keçirən. • Cəlayi-vətən olmaq – vətənindən ayrı düşmək, yurdsuz-yuvasız olmaq, qürbətə düşmək, dərbədər düşmək. [Qurbani:] Nə müddətdi cəlayi-vətən olmuşam; Baş götürüb Gəncə deyib gedirəm. “Qurbani”. [Oxumuş adamların] heç biri şəhərimizdə baş çıxarda bilməyib, tamam cəlayi-vətən olmuşdular.. E.Sultanov. cəlb [ər.] Özünəçəkmə, cəzbetmə. • Cəlb etmək – 1) çəkmək, cəzb etmək, özünə tərəf çəkmək. Hamının hüsn-rəğbətini cəlb etmək. – [Sabbah:] İsfahan səmtini etdim məskən; Məni cəlb etdi Nişabur yenidən. H.Cavid. [Hüseyn] məharət işlədib kəsir yolunu; Yenidən cəlb edir döyüşə onu. M.Rahim. Sanki bu xaraba, Calalı bir maqnit kimi özünə cəlb edərək deyirdi.. S.Vəliyev; 2) bir işə qoşmaq, sövq etmək, bir işdə iştirak etdirmək. İşə cəlb etmək. Söhbətə cəlb etmək. – [Dəmir Ataşa:] Ürək qızdırdığın adamlardan bir neçəsini cəlb elə! Ə.Vəliyev; 3) məc. Maraq oyatmaq, diqqətini çəkmək. [Rüstəmbəy] ..bığlarına və təzə qırxılmış üzünə elə məlahət verdi ki, Sofyanın fikrini özünə cəlb etdi. Çəmənzəminli. Münəvvər xanımın şəklişəmayıli Hacını lap əvvəl gündən cəlb eləmişdi. Mir Cəlal. cəlbedici sif. Çox cəlb edən, çox maraqlı. Cəlbedici kitab. Məclisdə, qonaqlıqda maraqlı və cəlbedici söhbət etmək bacarığı çox yüksək qiymətləndirilir. cəld sif.\n1. zərf Tez, iti, yeyin, dərhal. Cəld oxumaq. Cəld addımlamaq. Cəld çevrilmək. – Xanlar cəld geriyə döndü. Çuxur bir yer tapıb, daldalanmaq istədi. M.Hüseyn. Əlləzoğlu taxta kimi quru ovcunu qorun üstünə basıb, cəld yerə atıldı. İ.Hüseynov. • Cəld tərpənmək – cəld hərəkət etmək, qabaqlamaq. Cəld tərpənsəydin, belə olmazdı.\n2. sif. Zirək, çevik, diribaş. Cəld uşaq. – Hər ikisi qızların; Bir-birindən qəşəngdi; Biri sakit görkəmli; Biri cəlddi, ürkəkdi. M.Dilbazi. cəldləşdirmə “Cəldləşdirmək”dən f.is. cəldləşdirmək f. Sürətini artırmaq, yeyinlətmək. cəldləşmə “Cəldləşmək”dən f.is. cəldləşmək f. İşində, hərəkətlərində daha cəld olmaq, zirəklik, çeviklik göstərmək. cəldlik is. Diribaşlıq, zirəklik, çeviklik; hərəkətdə, işdə itilik, sürət. Məmmədvəli bir quş cəldliyi ilə ayağa qalxdı, o biri otağa keçdi. S.Rəhman. Lakin [Əkbər] heç vaxt .. özündə belə cəldlik, cəsarət və möhkəmlik hiss etməmişdi. Mir Cəlal. • Cəldlik eləmək (etmək) – zirəklik göstərmək, zirək (cəld) tərpənmək, çeviklik göstərmək. [Alacəhrə] nə qədər cəldlik etsə də, axırda dadlı qoz ləpəsi onun əsir düşməsinə bais olardı. S.Axundov. cələ is. At quyruğu qılından ilmək şəklində düzəldilən tələ; duzaq. Hər səhər malların altını təmizləyib, su və yemlərini verdikdən sonra mən həyətimizdəki peyinlikdə cələ qurardım. M.İbrahimov. // Məc. mənada. [Ağa:] Gözəl bir arvad da olsa, başı əziləsi bir ilandır. Az-az kişi onun cələsindən çıxa bilər. S.Rəhimov. ‣ Cələ qurmaq məc. – birinə qarşı hiylə qurmaq, tor qurmaq, tələ qurmaq. Cələyə salmaq – tora salmaq. Üç nəfər mərd, sahibi-iman; Üçü bir yerdə etdilər peyman; İstəyib salsın özgəsin cələyə; Düşdülər özləri haman tələyə. Ə.Qəmküsar. cələsə is. [ər.] köhn. İclas, məclis. İndi.. cələsə olacaq, gəl otur, sənə bir stəkan çay verim, sonra gedərəm. M.İbrahimov. [Hacı Əli:] Cələsəmizi açmadan əvvəl sizə xoş bir xəbər vermək istəyirəm. P.Makulu. cəllad is. [ər.]\n1. Ölüm hökmünü icra edən adam. [Xan] cəllad çağırıb əmr elədi ki, Alı kişinin boynunu vursun. “Koroğlu”. ..Başım cəllad əlində; Dilim səni haraylar. (Bayatı).\n2. məc. Qaniçən, qəddar, mərhəmətsiz adam. [Rəhim:] Mahmud cəlladın biridir, arvadı ondan bədtər. Ə.Haqverdiyev. [Dərviş:] O baxış öylə bir baxış idi ki, cəllad görsə idi, xəncərini yerə atardı. A.Divanbəyoğlu.\n3. məc. klas. Gözəlin məftunedici qaşlarına, gözlərinə işarə. Siz bilin, mail oldum; Bir qaşı cəllada bu gün. Aşıq Ələsgər. cəlladlıq is. Zalımlıq, qəddarlıq, amansızlıq, mərhəmətsizlik, yırtıcılıq. [Elxan:] Mən üzümə bir din qalxanı çəkib, cahangirlərin cəlladlığını qəbul edə bilmərəm. C.Cabbarlı. cəm is. [ər.]\n1. Bir şeyin ümumi sayı, miqdarı, toplusu. • Cəm etmək (eləmək) – toplamaq, yığmaq. Xülasə, yoldaşlarımı bir yerə cəm elədim və ağdamlılar kimi başladıq hesab görməyə. C.Məmmədquluzadə. Azacıq məvacibə qənaət edən muzdur öz boğazından qəpik-qəpik kəsib, on ilin ərzində altı yüz manat pul cəm etmişdi. S.M.Qənizadə. Cəm olmaq – toplaşmaq, yığışmaq. Meşənin tamam bülbülləri tarların səsinə cəm olmuşdular. Ə.Haqverdiyev. Sabah açıldı. Gün qalxdı. Böyük, kiçik hamı kluba cəm oldu. Qantəmir.\n2. riyaz. Bir və ya bir neçə ədədin üst-üstə gətirilməsindən hasil olan ədəd, toplama. cəmadat is. [ər.] klas. Cansız təbiət. Əkin yeri iki qisim şeydən əmələ gəlib: birisi cansız şeydən, yəni cəmadatdan və birisi canlı şeydən, yəni heyvanat və nəbatatdan məxluq olan şeylərdən. (Qəzetlərdən). cəmadiyəlaxir is. [ər.] Ərəb qəməri təqvimində altıncı ayın adı. cəmadiyələvvəl is. [ər.] Ərəb qəməri təqvimində beşinci ayın adı. cəmadiyəssani bax cəmadiyəlaxir. [Hacı Əli:] Dedim ki, yazır, cəmadiyəssani ayının 14-də şah məşrutənin hökmünü verib. P.Makulu. cəmdək is.\n1. Heyvan ölüsü, leş, cəsəd. Kənddən bir dənə biyar araba gətirib, qabanın cəmdəyini içinə yıxıb, özüm də üstündə yola düşdüm. Ə.Haqverdiyev. Yolun üstündə qoxumuş bir köpək cəmdəyi düşmüşdü. M.S.Ordubadi.\n2. İnsan bədəni, bədən. Neçə illər ondan sonra yolçular; Bir çuxurda iki cəmdək tapdılar. A.Səhhət. [Məmmədəli:] Bacıoğlu! Yatırdıb ağzı yerdə o qədər goparam cəmdəyinə, şişib dama dönərsən. N.Vəzirov. ‣ Cəmdəyinə döşəmək – bax canına döşəmək (“can”da). Əminə.. Sonanın tutqunluğuna əhəmiyyət verməyib onun cəmdəyinə döşəyirdi. Ə.Əbülhəsən. [Möhlətov:] Yaxşı danışan uşaqlardan bir-ikisini də kənara çəkib öyrədərəm. İclasda o ki var Heydərovun cəmdəyinə döşəyərəm. Mir Cəlal. cəmdəkyeyən is. Cəmdək, leş yeməklə dolanan yırtıcı quş. cəmən (=cəmiyyən) zərf [ər.] köhn. Bütünlüklə, hamılıqla, hamısı bir yerdə, tamamilə. Mən girəndə cəmən durdular ayağa. C.Məmmədquluzadə. Karvan cəmiyyən, arvadlı-kişili məzarın ətrafına yığışıb tamaşa edirdilər. E.Sultanov. cəmiyyən (=cəmən) zərf [ər.] köhn. Bütünlüklə, hamılıqla, hamısı bir yerdə, tamamilə. Mən girəndə cəmən durdular ayağa. C.Məmmədquluzadə. Karvan cəmiyyən, arvadlı-kişili məzarın ətrafına yığışıb tamaşa edirdilər. E.Sultanov. cəmi is. [ər.] Bütün, hamı. [Mirzə Heydər:] Cəmi aləm [atama] rəhmət oxuyur. Ə.Haqverdiyev. Haşım.. az bir zamanda fəhləlikdən çıxıb Hacı Məhəmmədin cəmi işlərinə baxıcı oldu. B.Talıblı. // Bütün, tamam. Səs əvvəl [Zeynalın] qulaqlarında əcib bir halla cingildəyib, cəmi bədəninə sirayət etdi. Çəmənzəminli.\n2. Cəmi(si), üst-üstə, ancaq. Onu cəmi bir neçə gündür tanıyıram. – Komandir Midhətin cəmi altı ay maşın sürdüyünü başa salır, düşmən “M-109”-ları ilə vuruşmağa ona icazə verə bilməyəcəyini təkrar edirdi. Ə.Vəliyev. [Qız] dünyada cəmi on səkkiz bahar görmüşdü. İ.Əfəndiyev. cəmi-cümlətanı zərf Cəmisi, ancaq. O zaman bu kənddə cəmi-cümlətanı 15-20 tüstü var idi. S.Rəhimov. Ağsaqqallardan biri də cəmi-cümlətanı otuz yaşı olan Polad idi. S.Rəhman. [Rəşid:] [Bəyim xala] cəmicümlətanı iki kərə mənim suallarıma bir qədər təfərrüatla cavab vermişdi. İ.Hüseynov. cəmisi zərf Ancaq, yalnız, vur-tut. [Tahir] ikiotaqlı təzə mənzilində cəmisi bir həftə qalmışdı. M.Hüseyn. Hacı Səmsamın cəmisi üç kəndi vardı. P.Makulu. cəmiyyət is. [ər.]\n1. Konkret tariximaddi həyat şəraiti ümumiliyi əsasında birləşmiş insan toplusu. İnsan cəmiyyəti. Cəmiyyətin inkişafı. Cəmiyyət tarixi. Cəmiyyət haqqında elm (cəmiyyətşünaslıq). – [Aşıq:] Sağ olun, əziz yoldaşlar, xalqa, cəmiyyətə xidmət eləmək bizim vətəndaşlıq borcumuzdur. B.Bayramov. // Tarixən müəyyənləşmiş iqtisadi quruluş və ona uyğun üstqurum. İbtidai cəmiyyət. Sosializm cəmiyyəti. Kapitalizm cəmiyyəti. – [Almaz:] Yoldaşlar, mədəni cəmiyyət bu gündə yaşaya bilməz. C.Cabbarlı.\n2. Hər hansı (mənşə, vəziyyət, mənafe və s.) ümumiliyi əsasında birləşən adamlar mühiti. Zadəgan cəmiyyəti. Yüksək cəmiyyətdə dolaşmaq. // İctimai mühit. Cəmiyyətdə özünü apara bilmək. – Taleyini ev xidmətçiləri ilə birləşdirən bir qızın cəmiyyətə girə bilməsi və kütlə arasında müəyyən bir mövqe tutması mümkün deyildir. M.S.Ordubadi.\n3. Qarşılarına ümumi məqsəd qoymuş adamlar birliyi; təşkilat. Tələbə elmi cəmiyyəti. İdman cəmiyyəti. Siyasi və elmi bilikləri yayan cəmiyyət. Səhmdarlar cəmiyyəti. – “Səadət” cəmiyyəti maarifi öz öhdəsinə almaq istəyirdi. Mir Cəlal. cəmiyyətçi is. Cəmiyyət xadimi; cəmiyyəti, xalqı sevən, ona xidmət edən adam, ictimai xadim. Mirzə Fətəli bir ədib və bir şair olmaqdan daha artıq bir cəmiyyətçi, bir əməlpərvərdi. C.Cabbarlı. cəmiyyətçilik is. Cəmiyyəti, xalqı sevmə, ona xidmət etmə. cəmiyyətdənqaçan sif. Adamlara isinişməyən, yaxınlaşa bilməyən, onlarla ünsiyyət bağlamayan, üns tutmayan. Cəmiyyətdənqaçan adam. cəmiyyətəzidd sif. Cəmiyyətə, cəmiyyətin mənafeyinə zidd olan, yabançı olan. Cəmiyyətəzidd hərəkət. cəmiyyəti-xeyriyyə bax xeyriyyə cəmiyyəti (“xeyriyyə”də). cəmiyyətpərəst [ər. cəmiyyət və fars. pərəst] bax cəmiyyətçi. cəmiyyətpərəstlik bax. cəmiyyətçilik. cəmiyyətşünas is. [ər. cəmiyyət və fars. …şünas] Cəmiyyət elmləri mütəxəssisi. ..[Həyatı] dərindən və hərtərəfli öyrənib ümumiləşdirməli olan cəmiyyətşünas alimlərin, ilk növbədə iqtisadçıların qarşısına böyük və təxirəsalınmaz vəzifələr qoyulur. cəmiyyətşünaslıq is. Cəmiyyət haqqındakı elmlərin məcmusu. cəmləmə “Cəmləmək”dən f.is. cəmləmək f. Toplamaq, bir yerə toplamaq (yığmaq). // Bir-birinin üstünə gəlmək. Ədədləri cəmləmək. // Bax cəmləşdirmək. Sənubər haqqında eşitdiklərini bir yerə cəmləmək .. Hidayət üçün həmişəkindən .. müşkül idi. B.Bayramov. cəmlənmə “Cəmlənmək”dən f.is. cəmlənmək f. Bir yerə yığılmaq, bir yerə toplanmaq, bir yerdə mərkəzləşmək. [Ərəstunun] fikirləri yenə öz dastanı üzərində cəmləndi. S.Rəhimov. Bütün duyğularım gözümə cəmlənmişdi. Mir Cəlal. cəmlənmiş f.sif. Bir yerə toplanmış, bir yerə yığılmış, bir-birinin üstünə qoyulmuş. Prokuror mizin üstündə cəmlənmiş yetmiş iki min manatı [muzdura] göstərib rus dili ilə bir-iki söz dedi. S.M.Qənizadə. cəmləşdirmə “Cəmləşdirmək”dən f.is. cəmləşdirmək f. Cəmləmək, mərkəzləşdirmək. Bütün diqqətini [Xəlil] bir nöqtədə cəmləşdirdi. M.Hüseyn. Qız dik Eyvazın gözlərinə baxır, sonra ani olaraq, ya kəndlərinə tamaşa edir, yaxud Qaratəpənin tapdaq yerlərinə nəzər salıb təkrar baxışını Eyvazın sifətində cəmləşdirirdi. Ə.Vəliyev. ‣ Özünü cəmləşdirmək – 1) fikrini, diqqətini, iradəsini bir şey üzərində mərkəzləşdirmək; 2) özünü toplamaq, özünü ələ almaq. Qoca xan özünü cəmləşdirdi. S.Rəhimov. Nərgiz dodağını gəmirib özünü cəmləşdirdi. B.Bayramov. cəmləşmə “Cəmləşmək”dən f.is. cəmləşmək f. Bir yerə toplanmaq, bir yerə yığılmaq, cəm olmaq. [Salman bəy:] Balam, sən də mən günlü, mən də sən günlü, sabah ertə dərdlilər cəmləşib. N.Vəzirov. Dəstə bir yerə cəmləşər, bir “ana” seçərdi. H.Sarabski. cənab is. [ər.]\n1. köhn. Görünüşündən cəmiyyətin imtiyazlı təbəqəsinə mənsub şəxsə oxşayan adam. Bir cənab içəri daxil oldu. Bu cənab kimdir? // Ümumiyyətlə hörmət, sayğı məqamında işlədilir. Biz axund cənablarının fərmayişini axıradək təsdiq edirik. C.Məmmədquluzadə. [Sərnişin:] ..Görünür, sən həmişə faytonda gəzmiş cənablardansan.. Qantəmir.\n2. İmtiyazlı cəmiyyətə mənsub şəxslərə, eləcə də başqa dövlətlərin nümayəndələrinə və ya vətəndaşlarına nəzakətlə müraciət forması. Cənab səfir. Cənab general. // Bəzən istehza, kinayə ilə deyilir. Bu cənablardan hər şey gözləmək olar. – [Mirzə Abbas:] Cənab naçalnik, bizim şəriətimizdə keflənmək məndir və siz cənabın hüzurunda mən o qələti eləmərəm və edə bilmərəm. C.Məmmədquluzadə.\n3. Müsəlmanlarda: təzim ifadəsi olaraq Allahın, peyğəmbərlərin və ya müqəddəs sayılan şəxslərin adlarının əvvəlinə gətirilir; həzrət. cənazə is. [ər.] Kəfənə tutulmuş ölü; meyit. Həcər Mehdinin cənazəsi üstünə düşüb, göz yaşlarını bahar buludu kimi axıdır. “Qaçaq Nəbi”. // Tabut. Müəllimənin cənazəsini qoymaq üçün Tərlan dərs otaqlarından birini boşaltdırdı. M.Hüseyn. Birdən [Adilə] sanki müvazinətini itirib, cənazənin üstünə sərildi. Ə.Məmmədxanlı. cəncəl 1. sif. Qarışıq, dolaşıq, davalı, qalmaqallı, şər. [Dilara Ağagülə:] Nə üçün bütün bu cəncəl işlərdə gərək həmişə sən iştirak eləyəsən? Ə.Məmmədxanlı. Fotoqraf.. özünü cəncəl işlərdən uzaq tuturdu.. S.Vəliyev.\n2. Davakar, qalmaqalçı, öcəşkən, böhtançı, şər. Cəncəl adam. – [Mürşüd:] Sadığı gözləyirəm, bəs necə? O yazıq da mənim kimi düşmüşdü bir cəncəl arvadın əlinə, güclə yaxasını qurtardı. S.Rəhman. [Çiyələk Hidayətə:] Cəncəl müştəri görməmisən.. B.Bayramov. // is. Dava, qalmaqal, qovğa, mübahisə. [Pəri Bəhrama:] Yenə nə olub, Saranın əhvalındanmı əhvalın qarışıb? C.Cabbarlı. Bunun nigahında da cəncəldən başqa bir şey görmədim. S.Rəhimov. [Zülfüqar:] Rayona təzə gəlmişəm, aqronomam. Sizin camaatın cəncəlini kəsməyə gəlmişəm. B.Bayramov. • Cəncəl çıxartmaq – səbəbsiz yerə dava salmaq, qalmaqal salmaq, qovğa salmaq. [Baxşı:] Canım, bir şey yoxdur, biz hələ burada çalıb oynayırdıq, bu oğlan gəldi, cəncəl çıxartdı. C.Cabbarlı. [Cəmilə] özilə həyat yoldaşı olacaq bir adamın .. ictimai bir yerdə cəncəl çıxarıb xuliqanlıq etməsinə bir məna verə bilməyirdi. S.Hüseyn. Cəncəl eləmək (salmaq) – dava eləmək (salmaq), qalmaqal salmaq. [Məşədi İbad Həsənqulu bəy və Həsən bəyə:] Cəncəl eləmək neyçün? Kişinin hamamında iki saatdır ki, çimibsiniz.. Ü.Hacıbəyov. Cəncələ salmaq – davaya salmaq, qalmaqala salmaq, pis, xoşagəlməz bir işə salmaq. [İmamyar Türbətə:] Axır bilirəm, siz məni bir cəncələ salacaqsınız. C.Cabbarlı. cəncəlçi sif. Cəncəl salan, qalmaqal salan, cəncəl, böhtançı, fitnəkar, cəncəl salmağı sevən, davakar. Çox cəncəlçi adamdır. cəncəlli sif. Davalı, dava-dalaşlı, qalmaqallı; çox qarışıq, çox dolaşıq, çox mübahisəli, başağrısına səbəb olan. Müqim bəy Cavanşir rütbəyə nə qədər susasa da, indiki zamanda bu rütbə ona daha çox cəncəlli görünürdü. S.Rəhimov. // məc. Çox mürəkkəb, narahatlıq doğuran. cəng I. is. [ər.] köhn. Dava, müharibə, vuruş, döyüş. Ağız açıb göylər belə heyran qaldı bu cəngə! S.Rüstəm. • Cəng etmək – müharibə etmək, vuruşmaq, döyüşmək. Dördüncü otağın divarlarında Şahnamədə yazılan İranın qədim pəhləvanlarının və Mazandaran divlərinin surəti yazılmışdı ki, bir-birilə cəng edirdilər. M.F.Axundzadə. Od, tüstü içində etmişəm cəng; Heç olmamışam bu növ diltəng. A.Səhhət.\n\nII. is. [fars.] Paxır, pas. Mis qazan cəng atıb. cəngavər sif. [fars.] Cəsarətli, məharətli döyüşçü, yaxşı vuruşan, döyüşlərdə bişmiş döyüşçü; döyüşkən. Cəngavər tayfalar. – [Çopo:] Cənubda cəngavər xalqlar var, məni göndər də ordu toplayım. Çəmənzəminli. [Südabə:] Səyavuşun sağlığına içdilər; O həm gənc və gözəl, həm də cəngavər. H.Cavid. // İs. mənasında. Çox keçməmiş Girdman cəngavərləri böyük meydanda dəniz kimi dalğalanıb təlatümə gəldilər. M.Hüseyn. // Bax rıtsar. cəngavərcəsinə zərf Cəngavərə, cəsur döyüşçüyə yaraşan tərzdə, cəngavər kimi. Cəngavərcəsinə vuruşmaq. cəngavərlik is. Vuruşlarda, döyüşlərdə fövqəladə məharət, rəşadət; döyüşlərdə, vuruşlarda bişmiş adamın halı. Rüstəmbəy Qafqaz barəsində xanıma bir çox şeylər nağıl elədi, şücaət və cəngavərliyindən danışdı. Çəmənzəminli. cəng-cidal is. [fars.] köhn. Dava-dalaş, dava-mərəkə, qalmaqal. [Səkinə Rüstəmə:] A kişi, – dedi, – eşitmişəm orada da cəng-cidal açmısınız. M.İbrahimov. // Müharibə, vuruş, dava. Başının üstündən əsrlərin cəng-cidalı ötüb keçən bu abidə öz vüqarını .. saxlamışdı. B.Bayramov. cəngəl is. [fars.] Sıx, qalın ağac, kolkos, ot basmış yer. Cəngəl də özünü bağ sanar. (Ata. sözü). [Ağa Kərim xan:] Görürsünüz, Züleyxa xanım, mənim qızım nə tez qalxıb, ..məlum işdir, cəngəldə ot tez bitər. N.Vəzirov. Allahverən dayı cəngəl bürümüş dam-daşını göstərdi. S.Rəhimov. cəngəllik is. Sıx ağaclıq, kolluq, kolkosluq; keçilməz qalın meşə, ya kolluq. Cəngəllikdə itmək. – Həmişə [Hidayətə] arıq, cansız-gücsüz görünən Həmişəyev .. cəngəllik içərisindən atılmağa hazır olan erkək şir kimi görünürdü. B.Bayramov. cəngi is. [fars.] mus. Qəhrəmanlıq və cəngavərlik ruhunda hava. [Eldar:] Zalıma gözdağı, bizə şan qılınc; Azadlıq uğrunda vuruşan qılınc. İndi dayansın Qacar! Cəngi çalın, hücum var! S.Vurğun. Koroğlunun cəngi havası dağlara, dərələrə səs saldı. M.Hüseyn. cəngimə “Cəngimək”dən f.is. cəngimək f. Paxır basmaq, pas atmaq, paslanmaq. cənnət [ər.] bax behişt. Bizim babamız Adəmə və anamız Həvvaya cənnətdə nə əskik idi, genə Allahın əmrini sındırdılar və cənnətdən qovuldular? İnsan belədir! M.F.Axundzadə. Deyirlər ki, qış fəslində cənnətin qapıları Muğana tərəf açılır.. M.İbrahimov. cənnətlik bax behiştlik. ‣ Cənnətlik olsun! – yeri cənnət olsun! (ölmüş adam haqqında). [Qadın:] Kişi çox başlı adam imiş, cənnətlik olsun! Mir Cəlal. cənub is. [ər.]\n1. Dörd cəhətdən biri, şimal əksi. Kompas cənubu göstərir. // Şimala müqabil olan səmt, tərəf. Calus Xəzərin cənub sahilində yaşıl bir şəhərdir. M.İbrahimov. // Bir ölkənin, dövlətin, qitənin həmin istiqamətdə yerləşən ərazisi, hissəsi. ..Buludlar parçalanıb cənuba doğru axışmağa başladı. Ə.Məmmədxanlı.\n2. İsti iqlim qurşağında yerləşən ölkə, ərazi. İstirahəti cənubda keçirmək. Cənub bitkiləri. – Durnalar dəstə-dəstə göydə uçar; Oxuyar nəğmələr, cənuba qaçar. A.Səhhət. Cənubda iki ölkəyə sərhəd olan səngərlər bir palaz kimi sərilmişdi. M.Hüseyn. Cənubda mart girən zaman; Əsil gözəl bahar olur. M.Dilbazi. cənubi sif. [ər.] Cənuba mənsub, isti iqlim qurşağına aid; cənubda olan. Cənubi Amerika ölkələri. cənub-qərb is. Üfüqün cənubla qərb arasındakı hissəsi, səmti. Cənub-qərbə gedən yol. // Ölkənin, dövlətin, qitənin həmin istiqamətdə yerləşən hissəsi. Avropanın cənub-qərbi. cənublu sif. Cənub ölkələrinin birində doğulub yaşayan adam. ..Leninqradın havası rütubətli olduğundan, bir çox cənublular kimi.. [Nuriyyəyə] də düşmür. İ.Əfəndiyev. cənub-şərq is. Üfüqün cənubla şərq arasındakı hissəsi, səmti. Cənub-şərqə tərəf istiqamət almaq. // Ölkənin, dövlətin, qitənin bu istiqamətdə yerləşən hissəsi. Afrikanın cənub-şərqi. cərcənək is. Omba sümüklərini birləşdirən buğum. • Cərcənək olmaq – omba ağrısı tutmaq. [Rüstəm kişi:] Çünki tələsərsən, cərcənək olarsan. M.İbrahimov. ‣ Cərcənəyini ayırmaq – əzişdirmək, kötəkləmək, cəzalandırmaq. [Kərim:] Hanı o arvad kimi qaçıb gizlənən tülkü, bircə onu mənə verin, cərcənəyini ayırım. Ə.Haqverdiyev. cərəyan is.\n1. Suyun öz məcrası ilə axması; axın. İti cərəyan. // Dənizlərdə, okeanlarda suyun hər hansı bir istiqamətdə hərəkəti, habelə müəyyən istiqamətdə hərəkət edən su axınının özü. Dəniz cərəyanları. İsti cərəyan. Soyuq cərəyan.\n2. fiz. Elektrik yükünün hərəkəti; elektrik enerjisi. Yüksəktezlikli cərəyan. Cərəyanın gücü. – Keçirici mühitdə əmələ gətirilən elektrik sahəsi elektrik cərəyanı əmələ gətirir. Z.Kazımzadə.\n3. məc. Ədəbi-bədii və ya ictimai, siyasi hadisə. Satirik cərəyan. Mürtəce cərəyan. İncəsənətdə cərəyanlar. – “Kəşkül” səhifələrində köhnə sxolastik ədəbiyyat üslubu ilə hakim ədəbi cərəyan olmağa başlayan realizm ədəbi üslubu mübarizə edir. M.İbrahimov. ‣ Cərəyan etmək – 1) keçmək, axmaq, hərəkət etmək. Quru səhralar ancaq isti küləklər cərəyan edən zaman səslənir, həm də çox darıxdırıcı, yorucu olurlar. S.Rəhimov; 2) baş vermək, olmaq. Hadisə də o vaxt olduğu kimi, Qafqazın kim bilir harasında.. cərəyan edirdi. Ə.Əbülhəsən. Hadisələr sürətlə cərəyan edirdi. Mir Cəlal; 3) keçmək. Həyatın necə cərəyan edir? cərəyanölçən is. xüs. Elektrik və ya su cərəyanının gücünü ölçmək üçün cihaz. cərgə bax sıra. Qadın üzünü çevirərək: – Geridə qalma, nizamı pozma, cərgəni düzəlt, – deyə, uca səslə komanda etdi. S.S.Axundov. Yolun hər iki tərəfi bir neçə cərgə ağaclıq idi. M.Rzaquluzadə. cərgəarası bax cərgələrarası. cərgəbəcərgə zərf Cərgə-cərgə, sıra-sıra, səfbəsəf. Cərgəbəcərgə düzülmək. – [Şair:] Özünü kişidən əskikmi saydın; Dəlilər duranda cərgəbəcərgə? Sən, ey gözəl Nigar, sən olmasaydın; Koroğlu Koroğlu olmazdı bəlkə. N.Xəzri. cərgə-cərgə zərf Cərgələrlə, sırasıra, səf-səf, cərgələr halında. Cərgə-cərgə durmaq. – Əllərdə yellənən qızıl bayraqlar; Gəlir cərgə-cərgə dalğalar kimi. S.Vurğun. Güclü biləyimizdə zamanın nəbzi vursun; Önümüzdə balalar düzülsün cərgə-cərgə. S.Rüstəm. cərgələmə 1. “Cərgələmək”dən f.is.\n2. zərf mənasında. Cərgə ilə, cərgə-cərgə, sıra-sıra. Evlər cərgələmə tikilib. cərgələnmə f. “Cərgələnmək”dən f.is. cərgələnmək f. Cərgə-cərgə, sırasıra düzülmək, durmaq, sıralanmaq. Baxın cərgələnib keçən əsgərə; Səsinə səs verir hər dağ, hər dərə. S.Vurğun. cərgələrarası sif. k.t. Əkilmiş bitki cərgələri arasında olan. Cərgələrarası sahə. Əkinlərin cərgələrarası becərilməsi. – [Bilal:] ..Cərgələrarası suvarma cızlarını çəkmək böyük ustalıq istəyir. B.Bayramov. // is. Əkilmiş bitki cərgələri arasında olan sahə. Cərgələrarasının şumlanması. Bağ sahələrində cərgələrarasını becərmək üçün ayrıca “PV-1,7” markalı kotan tətbiq edildi. cərgələşmə “Cərgələşmək”dən f.is. cərgələşmək bax. cərgələnmək. Bir qədər də oturub.. Quzu dağına və günbatandan gündoğana cərgələşən xırdaca dağlara tamaşa etməyi qəsd etdimsə, bacarmadım… A.Divanbəyoğlu. cərgəli sif. k.t. Düzgün cərgə, sıra ilə əkilən. Cərgəli əkin üsulu. cərgəvi 1. Bax sıravi. Cərgəvi döyüşçü.\n2. Cərgə-cərgə, sıralarla, sıra ilə. Gübrənin torpağa cərgəvi üsulla verilməsi. – Yeni çay tarlasında bitkilər cərgəvi üsulla əkilmişsə, 2ci il payızın əvvəllərində cərgələrdə seyrəltmə keçirilməlidir. F.Fətəlizadə. cəridə is. [ər.] köhn. Qəzet. [Qəzetçi:] Mən cəridəm dolmaq üçün mətləbi uzatmışam. M.Ə.Sabir. Hərənin bir etiqadı var, hər cəridənin bir məsləki var, hər yazıçının bir mətləbi var.. C.Məmmədquluzadə. cərimə is. [ər.] Pulla ödənilən cəza növü. [Fəxrəddin:] Məlumunuz olmalıdır ki, bunların əksəriyyəti cərimə, vergi və hərb təminatı müqabilində alınan qızlardır. M.S.Ordubadi. // Öhdəliyi yerinə yetirmədiyinə, qaydanı pozduğuna görə verilən cəza, yaxud alınan nəğd pul. Həcərin atası Mahmud bəyin yanına gəlir. Bu qədər cərimə verdikdən sonra Nəbini buraxdırır. “Qaçaq Nəbi”. [Hacı Fərəc:] ..İstəyirsənmi, müqaviləni pozub, səndən iki yüz manat cərimə alım, ha? N.Vəzirov. [Tahir:] Neçə həftədir bir yol da cərimə verməmişəm. M.Hüseyn. • Cəriməsini vermək – zərəri pulla ödəmək, pulla əvəzini vermək. [Ata:] Oğul, Rövşən, get buzov yiyəsini tap, buzovun cəriməsini ver, razı sal. “Koroğlu”. cərimələmə “Cərimələmək”dən f.is. cərimələmək f. Birinə pul cəzası kəsmək: cərimə etmək. Muzdur iltica ilə ondan soruşdu: ağruvi alım, bəy, axır bilmədim, pirğuror ağa məni Sibirə göndərir, yoxsa cərimələyir? S.M.Qənizadə. [Mahmud:] Heç bilirsən, ərbab nə eyləyib? Dədəmgili həm döydürüb, həm də cərimələyib. P.Makulu. cərimələnmə “Cərimələnmək”dən f.is. cərimələnmək məch. Cərimə edilmək, cərimə alınmaq. cərrah is. [ər.] Xəstələri yarmaq üsulu ilə müalicə edən həkim. Evə çatan kimi Rəhim şəhərin məşhur cərrahını çağırtdı. S.S.Axundov. Cərrahlar yorulmayıb bıçaqlarını işlədirdi. S.Rəhimov. Bəhramı cərrah stoluna qoyanda həkim məni arxayın saldı. Mir Cəlal. cərrahi sif. [ər.] Cərrahlığa aid olan, cərrahlıqla bağlı olan. Cərrahi əməliyyat. Cərrahi anatomiya. Cərrahi xəstə (cərrahlıq üsulu ilə müalicə olunmalı xəstə). cərrahiyyə is. [ər.] Cərrahlıq. Cərrahiyyə kafedrası. Cərrahiyyə şöbəsi. Cərrahiyyə əməliyyatı. • Cərrahiyyə otağı – xəstəxanada, xəstələrin operasiya olunduğu otaq. Ağxalatlı həkim cərrahiyyə otağından çıxdı. (Qəzetlərdən). cərrahlıq is.\n1. Xəstəliklərin operasiya üsulları ilə müalicəsi, habelə tibb elminin, xəstəlikləri operasiya yolu ilə müalicə üsullarından bəhs edən şöbəsi. Tibb institutunun cərrahlıq fakültəsi. Göz cərrahlığı (göz xəstəliklərinin operasiya üsulu ilə müalicəsi). // Cərrahlığa aid olan, cərrahlıqla bağlı olan. Cərrahlıq təcrübəsi. Cərrahlıq klinikası. – Son dərəcə müxtəlif olan zədələnmələrin öyrənilməsi cərrahlıq sahəsinə aid olduğu üçün bu amillərin orqanizmə ancaq ümumi təsirini nəzərdən keçirək. “İnsan nədən xəstələnir”. // Operasiya əməliyyatlarında istifadə edilən. Cərrahlıq alətləri. Cərrahlıq qayçısı. // Operasiya ilə həyata keçirilməli olan; operasiyalıq. On beş gün keçməmiş xəbər gəldi ki, Zahidin xəstəliyi bərkdir, cərrahlıq işi var. Mir Cəlal.\n2. Cərrahın işi, peşəsi, sənəti, ixtisası. Cərrahlıqla məşğul olmaq. Cərrahlıq çətin sənətdir. cəsamət is. [ər.] Böyüklük, irilik, yekəlik. Qafqaz dağlarının cəsaməti. – Qarabağ atlarının cəsamətini və yüngül-qoşqu qabiliyyətini yaxşılaşdırmaq üçün iri və elit Terek cins ayğırlardan da istifadə edilməlidir. R.Səttarzadə. cəsamətli sif. Böyük, iri, yekə, cüssəli. Cəsamətli at. cəsarət is. Qorxmazlıq, hünər, cürət. Cəhalətlə mübarizə ziyalılardan böyük iradə, cəsarət və mətanət tələb edirdi. A.Şaiq. // Cürət. [Bəypolad:] Cəsarətimin əfv ediləcəyinə əminəm, çünki səmimiyyətdən irəli gələn qüsurlar daima əfv edilir. H.Cavid. [Nuriyyə:] Bütün gücümü, cəsarətimi toplayıb gedirdim. İ.Əfəndiyev. • Cəsarət etmək – ürəklənmək, ürək eləmək, cürət etmək, qorxmamaq. [Mürsəl:] Hərdən cəsarət edib atmaq istəyəndə anam acıqlanır(dı). Mir Cəlal. Cəsarət etməmək – qorxmaq, çəkinmək, ürək eləməmək. Zeynal yavaşca addımlar ilə Mehribana yaxınlaşdı. Bir söz deyəcəkdi. Bir dürlü cəsarət etməyir, üzü gəlməyirdi. Cəsarət vermək – cəsarətləndirmək, ürəkləndirmək, ürək vermək, cürətləndirmək. Bu fikir [Kazımı] qorxutmadı, əksinə, qəribə bir cəsarət verdi.. M.İbrahimov. Fərmanın sözləri Baxış bəyin ürəyincə oldu, Növrəstəni ələ keçirmək üçün ona cəsarət verdi. Ə.Abasov. S.Hüseyn. Rza duruxurdu, nə cavab verəcəyinə cəsarət etməyib yasalamağa üz qoydu. Ə.Vəliyev. Cəsarəti çatmamaq – özündə cəsarət hiss etməmək, ürək eləməmək, cürət etməmək, qorxmaq. Cərrahiyyə əməliyyatı aparmaq mümkün idi. Ancaq Leylanın cəsarəti çatmırdı. B.Bayramov.\n2. Cəsarətlə şəklində – ürəklənərək, qorxmadan, çəkinmədən. İltifat eyləsəz, ey alicənab; Verərəm mən də cəsarətlə cavab. A.Səhhət. Qamçılayır cəsarətlə əyər-əskik nə vardırsa; Sözlər aydın, fikir dərin, məna böyük, məktub qısa. R.Rza. cəsarətləndirmə “Cəsarətləndirmək”dən f.is. cəsarətləndirmək f. Cəsarət vermək, ürək vermək, ürəkləndirmək, ruhlandırmaq. Səadət xanımın sualları məni cəsarətləndirirdi. Mir Cəlal. cəsarətlənmə “Cəsarətlənmək”dən f.is. cəsarətlənmək f. Cəsarət etmək, qorxusu gedib cürətlənmək, ürəklənmək; özündə cəsarət hiss etmək; ruhlanmaq; daha heç şeydən qorxmamaq. [Qaçaqlar] elə şiddətli cəsarətlənmişdilər ki, nəinki kəndlərə, hətta balaca şəhərlərə də hücum edirdilər.. E.Sultanov. [Qadın mərsiyəxana:] Nəhayət, cəsarətləndim; mənə xudbin hisslər gəldi, o səs mənim olacaq – dedim. Çəmənzəminli. cəsarətli sif. Cürətli, igid, ürəkli, qoçaq. Taqət kəsən qarlı külək gərçi davam edirdi; Cəsarətli Əhməd lakin qeyrət ilə gedirdi. A.Səhhət. Yaşar cəsarətli olmağa çalışdı. M.Rzaquluzadə. cəsarətlilik is. Cəsarətli adamın hal və keyfiyyəti; qoçaqlıq, hünərlilik, igidlik, zirəklik. Futbol adamlarda kollektivçilik, iradəlilik, çeviklik, dözümlülük, cəsarətlilik, vəziyyəti düzgün qiymətləndirmək və bir çox başqa xüsusiyyətləri tərbiyələndirir. Ə.Babayev. cəsarətsiz sif. Qorxaq; cəsarəti, cürəti olmayan, ürəksiz, ağciyər. Cəsarətsiz adam. Cəsarətsiz hərəkət. // zərf Qətiyyətsiz, çəkinərək; qorxa-qorxa, çəkinə-çəkinə, cəsarət etmədən. [Xanım:] Bilməyirəm, necə kitab verim ki, xoşlarına gəlsin: – dedi. Qulluqçu döyükdü. Xanım da cəsarətsiz bir halda duruxdu. Çəmənzəminli. Şiraslan cəsarətsiz bir səslə söhbəti dəyişirdi. M.Süleymanov. cəsarətsizlik is. Cəsarətsiz adama xas olan hal; qorxaqlıq, ürəksizlik, ağciyərlik. Cəsarətsizlik göstərmək. cəsəd is. [ər.]\n1. Meyit, ölü bədəni. ..Dar ağaclarından asılmış yırğalanan qara cəsədlər görür, ürəkparçalayan ana fəryadı eşidirdim. M.Rzaquluzadə. Vuruşmada tələbələrdən biri öldü. Camaat və tələbələr onun qanını üzünə sürtüb fəryad qopara-qopara cəsədi mədrəsəyə apardılar. P.Makulu.\n2. Bədən. Ta cəsədin cida olmayıb candan; Bil özünü artıq sultandan, xandan. M.P.Vaqif. Oğrun-oğrun daldalardan baxırsan; Alırsan cəsəddən canı, sevdiyim! Aşıq Ələsgər. cəsədli sif. Bədəncə, boyca iri, gövdəli, vücudlu, cüssəli. Sona xala yalan, yaltaqlıq, alçaqlıq sevməz, sağlam, erkəktəbiətli, ucaqamətli, cəsədli bir qadın idi. S.S.Axundov. cəsim sif. [ər.] Böyük, iri, yekə, gövdəli, cəsamətli, əzəmətli. Tolstoyun, güllələrlə deşilmiş Hacı Muradı ayaq üstə qalxaraq, sonra ölü bir halda yerə yıxılarkən, adama elə gəlir ki, qoca, cəsim bir dağ uçub tökülür. C.Cabbarlı. Gəlin qayası cəsim heykəl kimi şahanə bir vüqarla dayanmışdı. B.Bayramov. cəsur sif. Cəsarətli, igid, qoçaq, qorxmaz, ürəkli. Mərdan sağlam, cəsur bir uşaq idi. S.S.Axundov. [Ceyran] cəsur, mətin, qəhrəman bir qadın idi. S.Hüseyn. cəsuranə zərf [ər. cəsur və fars. …anə] Qorxmadan, çəkinmədən; cəsur, qoçaq adama yaraşan bir tərzdə; igid kimi, igidcəsinə, qoçaqlıqla, cəsarətlə. Cəsuranə meydana atılmaq. cəsurluq is. Cəsarət, igidlik, qoçaqlıq, ürəklilik, qorxmazlıq. cəvanə sif. [fars.] köhn. Cavan qadın (qız). Haşım ev sahibinin qocalığını və onun zövcəsinin cavanə olduğunu görüb, Hacı Məhəmmədin məsləhətini yadına saldı. B.Talıblı. cəvərən is. Balaca səbət, qovsara. Bir cəvərən tut. – Piri kişi özü bir səbət götürdü və Qaraca qıza da bir cəvərən verdi. S.S.Axundov. cəza is. [ər.] Hər hansı təqsirə, cinayətə, pis əmələ qarşı tətbiq edilən təsir tədbiri. Yüksək cəza. Şiddətli cəza. – Güldəstə, sənin cəzan ağır olacaq. H.Seyidbəyli. • Cəza almaq – bax cəzalanmaq. ..Sən üç böyük cinayət etmisən, buna görə cəza alacaqsan. S.S.Axundov. [Məmmədov:] Bunun üçün mən lazımi cəza almışam. H.Seyidbəyli. Cəza görmək – cəzalandırılmaq. Cəza vermək – bax cəzalandırmaq. Az qaldı söyləsin, günah işlədin; Sənə cəza verən əməllərindir. M.Rahim. Cəzasına yetirmək (çatdırmaq) – etdiyi cinayətə, təqsirinə görə cəzasını vermək, cəzalandırmaq. [İsgəndər:] Ay bacı, kaş sağ olaydın, öz gözünlə görəydin ki, sənin namusuna sataşanı necə cəzasına yetirmişəm. E.Sultanov. [Həsən:] Əgər ədalət var isə, gərək zalımı cəzasına çatdırsın. Ə.Haqverdiyev. Cəzasını almaq – öz pis əməlinə, etdiyi cinayətə görə cəzaya məruz qalmaq, cəzaya düçar olmaq, cəza çəkmək. Cəzasını çəkmək – 1) bax cəzasını almaq; 2) öz qüsurunun və ya ehtiyatsızlığının zərərini çəkmək, altını çəkmək. ‣ Allah cəzasını versin – bax Allah canını alsın (“Allah”da). Cəza dəstəsi; cəza ekspedisiyası – əməkçilərin narazılığını boğmaq və onlara divan tutmaq üçün yaradılan hərbi polis dəstəsi. cəzalandırılma “Cəzalandırılmaq”dan f.is. cəzalandırılmaq məch. Cəza verilmək, cəzaya məhkum edilmək. cəzalandırma “Cəzalandırmaq”dan f.is. cəzalandırmaq f. Cəza vermək, cəzaya məhkum etmək, cəzaya layiq olanın cəzasını həyata keçirmək. [Firəngiz Şahinə:] Əgər günahının əzabını çəkmisənsə, səni ikinci dəfə cəzalandırmaq insafsızlıq olar. B.Bayramov. cəzalanma “Cəzalanmaq”dan f.is. cəzalanmaq f. Cəza almaq, cəzaya məruz qalmaq. cəzanə cəzanə gəlmək yaxud canı cəzana gəlmək – təngə gəlmək, cana gəlmək, bıqmaq, usanmaq. Tərlanım sar əlindən, Dərd çəkir xar əlindən. Canım cəzana gəldi; Bivəfa yar əlindən. (Bayatı). [Şah Mirzə Təqiyə:] Bəsdir, daha mən cəzana gəldim – hər kəsdə zülm görürsənsə, edam et, çəkdir dara, dağıt zülmü! C.Cabbarlı. Qaçaq Nəbinin əlindən Nikolay padşahın canı cəzana gəlmişdi. S.Rəhimov. cəzaverici is. Cəzaya məhkum edən, cəzalandıran, cəza vermək məqsədi daşıyan. Cəzaverici orqanlar. cəzb is. [ər.]: cəzb etmək – özünə tərəf çəkmək. Cins cinsini həmişə cəzb eylər; Yoxdu bu işdə söhbəti-digər. S.Ə.Şirvani. Aslanın zirəkliyi, hazırcavablığı, onun alnının genişliyi, bəzən böyüklərə məxsus bir əda ilə dərin fikirlərə getməsi müəllimin diqqətini bir ahənruba kimi özünə cəzb edirdi.. S.Rəhimov; // məc. özünü istətmək, heyran etmək, məftun etmək. Cəzb eyləməsəydi onu şuri-ləbi-Şirin; Dağlarda külüng çalmaz idi başına Fərhad. S.Ə.Şirvani. Gülaranın alma kimi qızarmış yanağı, qaynar bulağa bənzər gözləri ilk baxışdan Musanı cəzb etmişdi. Ə.Vəliyev. cəzbedici sif. Cəzb edən, cazibədar, cazibəli, məftunedici. Cəzbedici gözəllik. Cəzbedici gözlər. – Gəncliyin əlvan tabloları yenə də öz cəzbedici pərdəsini Hüsaməddinin qarşısında açdı. M.S.Ordubadi. [Nil] yetişmiş gözəl bir qız kimi cəzbedici idi. S.Vəliyev. cəzbedicilik bax cazibəlilik. cəzbetmə is. fiz. Cisimlərin biri-birini cəzb etməsindən ibarət fiziki hadisə; cazibə. cəzə-fəzə is. [ər.] dan. Bir şeylə razı olmadığını, etirazını bu və ya başqa hərəkəti ilə bildirmə. [Karvanın adamları] ..Məmmədə yaxın gəldilər və soruşdular ki, onun bu cəzə-fəzəsinə səbəb nə olubdur? E.Sultanov. [Cəbi:] Ağa, belə işdə səbr lazımdır, adamın gərək tədbiri çaşmasın, artıq cəzəfəzə sizin adınıza layiq deyil. N.Vəzirov. • Cəzə-fəzə etmək (eləmək) – razı olmamaq, müqavimət göstərmək, atılıb-düşmək. [Əliqulu:] Cəzə-fəzə etmək artıqdır. S.S.Axundov. [İlyas bəy oğlu Səfiquluya:] Nə çox dağ-dərə, çox cəzə-fəzə eləsə [Hürünü] götür apar, elə yerdə saxla ki, hayına çatan olmasın. M.İbrahimov. cəzm is. [ər.]\n1. köhn. Kəsmə, qət etmə.\n2. Qəti surətdə qərarlaşdırma.\n3. Ərəb əlifbasında sükut və hərəkətsizlik əlaməti. cəzirə [ər.] Ada. Neçə böyük cəzirələr yoxa çıxdı dənizlərdə; Qılınc çalan min bir fateh ad qoymadı heç bu yerdə. N.Rəfibəyli. cıbbılı (=cıbcıbbılı) sif. dan. Çox balaca, bapbalaca, xırdaca, cıqqılı. .. [Hində] bala-bala cücələr var, bax belə-belə cıbcıbbılı, ətcəbala. S.Rəhimov. cıbcıbbılı (=cıbbılı) sif. dan. Çox balaca, bapbalaca, xırdaca, cıqqılı. .. [Hində] bala-bala cücələr var, bax belə-belə cıbcıbbılı, ətcəbala. S.Rəhimov. cıbırıq is. Qozun üst göy qabığı, yaxud üst göy qabığı çıxarılmış qoz. ‣ Cıbırığını çıxartmaq – 1) bərk döymək, əzişdirmək; 2) tamam soymaq, müflis eləmək, var-yoxunu əlindən almaq. cıdır is.\n1. At yarışı. Azərbaycanda cıdırın qədim tarixi var. • Cıdıra çıxmaq – at yarışına çıxmaq, at yarışında iştirak etmək, at çapmaqda yarışmaq. At minib cıdıra çıxmaq.. qılınc oynatmaq [Kiçikbəyim] üçün təbii bir ehtiyac kimi idi. Çəmənzəminli. [Telli Pərşana:] Kənd [Mayanı] görməmiş, el-oba görməmiş cavan gəlini niyə [Qaraş] cıdıra çıxardır? M.İbrahimov.\n2. Minik atlarının yarışı keçirilən yer, meydan. Cıdır meydanı. cıdırçı is. Cıdıra çıxan, cıdırda iştirak edən şəxs. Gedir düzə çıxanda; O, qulanı çaparaq; Hamı deyir: – Cıdırçı; Olacaqdır bu qoçaq. M.Dilbazi. cığ is. bot.\n1. Torpağın üstünü basan süpürgəvari ot. [Elçin] altına cığ tökdü .. özünə rahat yer düzəltdi. M.Rzaquluzadə.\n2. Dənizotu. cığa bax cıqqa 1-ci mənada. Yanaşsa üzünə müştaq dəhanlar; Nəfəs dəyər, cığaları yellənər. Qurbani. Əsmə, səba yeli, titrəmə çöllər; Cığalar tərpənib tel inciməsin. Aşıq Abbas. Çəpkəni hər rəng çalır; Tovuzun cığası kimi. Aşıq Ələsgər. cığal sif. Oyun zamanı oyunun qaydalarını pozmağa və haqsız olduğu halda mübahisə etməyə adət etmiş adam. [Həbibə] saçı dağınıq, ayaqyalın, arıq, cılız, cığal bir uşaq idi. Mir Cəlal. Əvvəllər kənd uşaqları, “xan cığal olar” – deyə, [Məmmədxanla] oynamaq istəməsələr də, sonralar razılıq vermişdilər. P.Makulu. cığalbaz sif. [cığal və fars. ...baz] Cığallıq etməyi sevən, həmişə cığallıq edən. Cığalbazı (is.) oyundan kənar etmək. cığalbazlıq is. Cığallığı adət etmə, həmişə cığallıq etmə; cığallıq. cığallama “Cığallamaq”dan f.is. cığallamaq f. Qəsdən oyunun qaydalarını pozmaq, cığallıq eləmək. cığallıq is. Cığal adamın xasiyyəti, hərəkəti; oyun qaydalarını qəsdən pozma. Cığallıq eləmək. – [Səlim Zərnişana:] Bircə kasa bozbaşına beş tərif deməsəm, hər hikkənə, cığallığına tab gətirməsəm, kasanı adam olanın başına çöndərərdin. B.Bayramov. cığara [isp. cigarra] Siqaret, papiros. Cığara çəkmək. Cığara qutusu. – Sarışın, həssas baxışlı Şeyda isə cığaranı dumanladaraq, əli alnında düşünüb durur. H.Cavid. Əbdül ağa ağac müştükə keçirdiyi barmaq yoğunluqda cığarasını fikirli-fikirli çəkirdi. P.Makulu. • Cığara kağızı – çox nazik, zərif kağız, papiros kağızına oxşar kağız. Bu, zərrəbinlə oxunacaq dərəcədə xırda zərif bir xətt ilə cığara kağızına yazılmış bir məktub idi. M.Rzaquluzadə. – Ay kişilər, insafınız olsun, batdıq suyun içində! Belə də qır basarlar? Zalım uşağı elə bil dama cığara kağızı çəkiblər. “Kirpi”. cığ-bığ (=cığ-vığ) Yerbəyerdən çıxan, anlaşılmayan, qarışıq nazik səslər, səs-küy. [Molla Hüsü:] Bu gün – sabah gözümüzü açıb görəcəyik ki, atasından, anasından bixəbər əcinnələri doldurublar [məscidə], cığbığdan qulaq tutulur.. M.İbrahimov. cığ-vığ (=cığ-bığ) Yerbəyerdən çıxan, anlaşılmayan, qarışıq nazik səslər, səs-küy. [Molla Hüsü:] Bu gün – sabah gözümüzü açıb görəcəyik ki, atasından, anasından bixəbər əcinnələri doldurublar [məscidə], cığbığdan qulaq tutulur.. M.İbrahimov. cığ-cığ I. bax cığ-bığ.\n\nII. is. zool. Qağayı cinsindən xırda suquşu, çay-göl qağayısı. cığcığa I. is. etnoq.\n1. Gəlin gedən qızların başına salınan qızıl parıltılı bəzək şeyi. Gəlinin və yengələrin duvaqları aşağı salındı, üzlərinə duvağın üstündən cığcığa taxılmışdı. Çəmənzəminli. // Bəzək üçün gəlinlərin başına səpilən parıltılı, ala-bəzək pərəklər. Gəlinin üzünə ağ-sarı pərəklər yapışdırıb, başına parlaq cığcığa tökdüklərindən onun hər tərəfi parıldayırdı. M.S.Ordubadi.\n2. Cığcığa kimi şax şey haqqında. [Hacı Novruz:] Cığcığa əsginazlar vermişəm, sarı qızıllar sayıb işlətmişəm. Ə.Haqverdiyev.\n\nII. is. bot. Çiy-çiy yeyilən, yaxud qutabın içinə qoyulan yabanı ot. cığıldama “Cığıldamaq”dan f.is. cığıldamaq f. Cığ-cığ səs çıxarmaq, cığıltı səsi çıxarmaq. Əlikramın cəhəngləri köpüklənsə də, səsi gücsüz cığıldadı. B.Bayramov. cığıldaşma “Cığıldaşmaq”dan f.is. cığıldaşmaq f. Cığıltı səsi çıxarmaq. [Nəcəfalı] ağacın dibindən aralananda ayaqlarını atdıqca qozlar cığıldaşırdı. B.Bayramov. cığıltı is. Qoz, fındıq, sərtqabıqlı şeylərin bir-birinə toxunmasından və ya basılıb əzilməsindən hasil olan səs. cığır is.\n1. Gediş-gəlişdən əmələ gələn ensiz, dar yol. Evlər, damlar, taxtapuşlar gümüş kimi ağarır; Qar tapdanıb, palçıq olub, dağda cığır qaralır. A.Səhhət. İzzət qarı .. Qumru ilə bərabər oba altından keçib, yamacda burulan cığıra düşdü. Ə.Məmmədxanlı. Elxan həmin cığırı tapıb, sevincək Oqtayı səslədi.. M.Rzaquluzadə.\n2. məc. Yol, istiqamət, cərəyan. İncəsənətdə yeni cığırlar. – Tanıtdı körpələrə; Şanlı sabaha gedən; Cığırları, izləri. B.Vahabzadə. • Cığır açmaq – 1) istiqamət vermək, yol açmaq; 2) yeni istiqamət (cərəyan) yaratmaq.\n3. məc. İz, xətt. Qız cavan idi. Qara saçlarına ağ cığır, girdə, tər sifətinə qırış düşməmişdi. B.Bayramov. [Məmmədin] səliqə ilə yana daradığı sıx, qara saçlarında ağ tüklər dolaşıq cığırlar açmış, gicgahları tamam çallaşmışdı. V.Şıxlı. ‣ Cığırdan (cığırından) çıxmaq – bax cızığından çıxmaq (“cızıq”da). cığıraçan is. k.t. Torpaqda cığır açan və səpilən toxumun üstünü torpaqla örtən mexanizm (toxumsəpən və ya əkən maşınlarda). cığırdaş is.\n1. Bir yolla, bir yerdə gedən; yoldaş.\n2. məc. Müvəqqəti olaraq, ya da zahirən hər hansı ictimai-siyasi hərəkata qoşulan, onunla ayaq-ayaq gedən adam. İnqilab cığırdaşları. Proletar ədəbiyyatı cığırdaşları. cığlandırma “Cığlandırmaq”dan f.is. cığlandırmaq f. Ütmək, üzdən yandırmaq, qarsalamaq. cığlanma “Cığlanmaq”dan f.is. cığlanmaq f. Ütülmək, üzdən yanmaq. cığlıq is. Çoxlu cığ olan, cığ basmış yer. cıqq is. Güllə səsi. Hər yaraqlanıb döyüşə çıxan, öldürəcəyəm deyən, bir də görürsən ki, cıqq eləmədən oldürüldü, düzə atıldı! S.Rəhimov. cıqqa is. [fars.]\n1. Başın ön və yan tərəfinə tökülən tellər. Siyah zülfü dal gərdəndə bir qulac! Sona cıqqasıtək ucları qıyğac. Q.Zakir. Gülab qoxusu şairi nəşələndirdi. Xoş bir təbəssümlə şagirdini süzdü: cıqqa telləri ağ cunadan çıxıb gərdəninə toplanmışdı. Çəmənzəminli.\n2. Tacşəkilli, daş-qaşlı qadın başlığı. [Ərən:] Xanım yürüdükcə cıqqasının ziqiymət qaşları minbir rəng çalırdı. Çəmənzəminli. Cüftilə alınmış brilyant sırğa; Minalı bilərzik, almazlı cıqqa. H.K.Sanılı. Cıqqanın ortasında quş yumurtası böyüklüyündə üç ..qiymətli daş parlayırdı. M.S.Ordubadi. cıqqalı sif. Cıqqa taxmış, başında cıqqa olan. cıqqılı bax cıbbılı. Cıqqılı sırğa. Cıqqılı üzük. – Ələmdar gördü ki, bir nazlı xanım xeyli qızıl sayıb bu daş-qaşdan tək bircə cıqqılısını alır.. S.Rəhimov. cıqqıltı is. Ağac sınarkən çıxan səs. Budağın cıqqıltısı gəldi. cıqqır cıqqır çıxmamaq – qətiyyən səs çıxmamaq, susmaq. [Müqim bəy:] Mən böyük olan mahalda gərək alt-üst bir cıqqır çıxmasın, lələ! S.Rəhimov. Cıqqırını çıxarmamaq (çəkməmək) – heç dinməmək, qətiyyən səsini çıxartmamaq, susmaq. Qır döşəmə üzərinə yıxılmış qoca isə cıqqırını çıxarmayırdı. Ə.Məmmədxanlı. cıqqırıq bax cıqqır. cıldır-cıldır bax gildir-gildir. cılfır sif. dan. Qeyri-ciddi, hər işə yüngül yanaşan, səthi düşünən, danışığını bilməyən, bambılı. Cılfır adam. cılxa sif. Xalis, səlt. Ət cılxa yağdır. // Qatışıqsız, qarışıqsız. Cılxa süd. cılxaca bax cılxa. [Gülnisə:] Ana, südlü yaymanı cılxaca süddən bişirim, yoxsa su da qatışdırım? Ə.Haqverdiyev. cılız sif.\n1. Çox arıq, balaca, zəif, sısqa, cansız, ölüvay. Cılız uşaq. Cılız qız. – ..Müstəntiq arıq, cılız çiyinlərini çəkəçəkə, təlaşla içəri girib əlindəki böyük qovluğu stolun üstünə qoymamış, prokuroru ayıq saldı. M.Hüseyn. Bütün görkəminin cılız olmasına baxmayaraq, bu adamın mis kimi cingildəyən çox möhkəm səsi.. vardı. Ə.Əbülhəsən. [Elxanın oğlunun] yanında balacaboy, cılız müşavirdən başqa on atlı da vardı. P.Makulu.\n2. məc. İnkişaf etməmiş, boy atmamış, zəif. Cılız pambıq kolları. – ..Təbiət sanki qəsdən bir az uzaqda xəstə və cılız qol-qanadlı, küskün budaqlı iki-uç söyüd ağacı yaratmışdı. A.Şaiq. cılızlanma “Cılızlanmaq”dan f.is. cılızlanmaq bax cılızlaşmaq. cılızlaşma “Cılızlaşmaq”dan f.is. cılızlaşmaq f. Get-gedə balacalaşmaq, cılız olmaq, sısqalaşmaq. Uşaq lap cılızlaşıb. // məc. Əvvəlki keyfiyyətini, sanbalını itirmək. cılızlıq sif. Cılız olma; cılız adamın, şeyin halı; sısqalıq. Cılızlığından uşağın yaşı bilinmir. cınaq is. Kürəklə döş qəfəsini birləşdirən sümük. Səbirlə hər şeyi öyrənmək olar, – deyə, Yusif tüfəngi cınağına alıb qabağa düşdü. B.Bayramov. cınaqlı sif. Kürəkli, sümüklü, şaqqalı. Cınaqlı oğlan. – [Xanməmməd:] [Səfər] iyirmi-iyirmi iki yaşında olar, amma zalım cınaqlı şeydir. Çəmənzəminli. cında is. dan.\n1. Əxlaqsız, pozğun qadın.\n2. Bax cındır. Cavahir cında içində olar. (Ata. sözü). cındır sif. Tamam köhnəlib yaramaz hala gəlmiş, cırıq-cırıq olmuş, geyilməsi qalmayan, yıpranmış. Dilənçi, qoltuğundakı köhnə paltarı ki, ona Allah payı vermişdilər, Nurəddinə geyindirdi və bir cındır yaylıqla başını örtdü. S.S.Axundov. [Toxucuların] əksəriyyəti .. cındır çit çadralara bürünmüş qadınlar idi. Ə.Məmmədxanlı. // is. mənasında. Əsgi parçası, yıpranmış, yırtılmış, cındır hala gəlmiş paltar və s. ‣ Cındırından cin hürkür – üst-başı tamam tökülmüş, cın-cındır geyinmiş adam haqqında. Gözünə girsin, .. o vaxt cındırından cin hürkürdü, indi forma geyib nəçərnik olmusan. S.Rəhimov. cındırçı is. İşə yaramayan, köhnəkürüş, yıpranmış pal-paltarı və s. yığıb satmaqla məşğul olan adam. cındırlaşma “Cındırlaşmaq”dan f.is. cındırlaşmaq f. Çox işlənməkdən, geyilməkdən tamamilə yararsız hala gəlmək, cırılmaq, yırtılıb-dağılmaq, yıpranmaq. Üstbaşı lap cındırlaşıb. cındırlı sif. Üst-başı cındır olan. Cındırlı adam. cındır-mındır top. dan. Cındır-cındır olmuş, dağılmış pal-paltar və s. // Əsgi-üsgü. Cındır-mındırı yığıb atmaq. cınq (=cınq-cınq) bax cınqıltı. cınq-cınq (=cınq) bax cınqıltı. cınqıldama “Cınqıldamaq”dan f.is. cınqıldamaq f. Cınqıltı çıxarmaq, cınqıltı səsi çıxarmaq, cınq-cınq eləmək. cınqıldatma “Cınqıldatmaq”dan f.is. cınqıldatmaq f. Cınqıltı səsi çıxartmaq. Qabları bir-birinə vurub cınqıldatmaq. Xırda pulları cınqıldatmaq. cınqılı bax cumbulu. cınqıltı is. Dəmir və b. metal şeyin başqa bir şeyə və ya bir-birinə toxunarkən çıxardığı səs. Zəncir cınqıltısı. – [Məşədi Səttar:] Cibində pulun cınqıltısını eşidib dedi ki, gərək gedib, ağanı ziyarət eləyəm. Ə.Haqverdiyev. Səs yox idi, qəlyanların səsi, çay qaşıqlarının cınqıltısı da susmuşdu. M.S.Ordubadi. cınqır bax cıqqır. ‣ Cınqırını çıxarmamaq (çəkməmək) – bax cıqqırını çıxarmamaq (“cıqqır”da). Nə həyətdə, nə də dəhlizdə cınqırını çəkən vardı. M.S.Ordubadi. Bütün sinif cınqırını çıxarmırdı. Ə.Əbülhəsən. cınqırov bax zınqırov. cır sif.\n1. İnsan əli ilə deyil, təbii şəraitdə, öz-özünə bitən. Cır ağac. – [Yusif aqronoma:] Meyvə bağı deyiləndə, bax, bu çayın qaşındakı iyirmi-otuz cır alma-armud ağacıdır. B.Bayramov. Bizim cır alçanın gülləri kimi; Yerin sinəsinə səpələnir qar. Ə.Kürçaylı.\n2. məc. Nazik və qıcıqlandırıcı. Ə, topal ha deyilsən! – deyə, pərt olmuş Əlləzoğlu cır səslə arvadına təpindi. İ.Hüseynov.\n3. məc. Tez hirslənən, tez özündən çıxan, kəmhövsələ, tünd. Çox cır adamdır. cır-cında bax cır-cındır. [Kərbəlayı Eyvaz Dürnisəyə:] Dur, cır-cındanı yığ, gedək qazının yanına, səni boşuyuram. Çəmənzəminli. Üst-başından çəkmə mazı və cır-cında iyi gələn yekəpər bir kişi içəri girdi. H.Seyidbəyli. cır-cındır bax cındır-mındır. ..Qapıdan cır-cındır içində, saqqal-bığ basmış bir adam girdi. Çəmənzəminli. ..[Mahmudun] başına qoyduğu çalma isə cır-cındırdan olurdu. S.Vəliyev. cırcırama is. zool. Əlvan qanadları uçarkən cır-cır səsi verən uzungövdəli cücü. Cırcırama yaz, bahar; Nəğmə oxur biqərar. A.Səhhət. Xoş sükut içində yalnız cırcıramaların aramsız, yeknəsəq səsi eşidilirdi. İ.Əfəndiyev. • Yayın cırcıramasında – yayın ən isti çağında. [Çiçək:] Bilmirəm yayın cırcıramasında bu nə kurs idi? B.Bayramov. cırdırma “Cırdırmaq”dan f.is. cırdırmaq icb. Cırmağa məcbur (vadar) etmək. Kağızı cırdırmaq. cırhacı is. məh. Şirin qırmızı alma növü. cırhacır 1. təql. Aramsız çıxan cırıltı səsi haqqında. Külək vurduqca quru ağac cırhacır səslənir. – [Zərrintac] tez-tez başını qaldırıb, axşamdan yola salınan meyvə arabalarının dolama yolla necə cırhacırla (z.) çıxdığına tamaşa edirdi. S.Rəhimov.\n2. Bərk yandırıcı, qızmar hava haqqında. Yayın cırhacırı idi. cırıq sif.\n1. Bir və ya çox yerdən cırılmış, yırtılmış, parça-parça olmuş; yırtıq. Cırıq paltar. Cırıq çəkmə. Cırıq örpək. – [Nənəxanım] bir də geri qayıtdı, əsnəyə-əsnəyə dalına bir çirkli və cırıq yorğan salıb oturdu. Çəmənzəminli. [Dərviş:] Ruqiyyə bir köhnə keçə üstündə, bir köhnə cırıq kilimdə yatırdı. A.Divanbəyoğlu. // is. Cırılmış, sökülmüş, yırtılmış yer. Köynəyin cırığını tikmək.\n2. Bitişmiş yara yeri. cırıq-cırıq sif. Tamam cırıq, hər yeri cırıq. Cırıq-cırıq dəftərlər. // Zərf mənasında. Kitabı cırıq-cırıq eləmək. cırıldama “Cırıldamaq”dan f.is. cırıldamaq f. Cırıltı səsi çıxarmaq, cırcır eləmək. Arabanın yağlanmamış təkəri cırıldadığından Tərlan qabaqda gedən oğlanın cavabını eşidə bilmədi. M.Hüseyn. On beş gündü ki, Cəmilin kasıb daxmasının qapısı cırıldamırdı. Mir Cəlal. ..Pəncərənin qabağında pilləkənin taxtaları ara-sıra cırıldayırdı. İ.Hüseynov. // Cırcırama haqqında. Cırcırama cırıldayır. // Cırıltılı səs çıxarmaq. Nadir Səfərəli müəllimin sualına yavaş, titrək səslə cavab verdi: – Yaxşı müəllim. – Yox, bu olmadı. Səsin cırıldayır. M.İbrahimov. cırıldaşma “Cırıldaşmaq”dan f.is. cırıldaşmaq qarş. Bir yerdə ağız-ağıza verib cır-cır səs çıxartmaq, cırıldamaq. Qarğa kimi çox da qığıldaşmayın! Ay cücələr, bəsdi, cırıldaşmayın! Ə.Nəzmi. ..Suyu qurumuş arxın üstündəki söyüd ağacında cırcıramalar cırıldaşırdı. B.Bayramov. cırıldatma “Cırıldatmaq”dan f.is. cırıldatmaq icb. Cırıldamasına səbəb olmaq, cır-cır səs çıxartdırmaq. Sübhanverdizadə eşələnərək məftilli krovatı cırıldatdı. S.Rəhimov. Seyid qamış qələmi cızıqlı kağız üzərində cırıldadaraq kəşidə xətlə Tahirzadəyə şəhadətnamə yazdı. Mir Cəlal. cırılğan sif. Tez cırılan, tez dağılan, davamsız. Cırılğan parça. cırılğanlıq is. Cırılğan şeyin keyfiyyəti. cırılma “Cırılmaq”dan f.is. cırılmaq f.\n1. Daralmaqdan, çəkilməkdən və ya çox işlənib köhnəlməkdən yıpranmaq, üzülmək, didilmək, kəsilmək. Paltarı cırılmaq. Köynəyin qolu cırılmışdır. – Çürümüş parçanın dəxi faydası yoxdur. Bir yandan yamadın, o biri yandan cırılacaq. C.Məmmədquluzadə. [Qarakişi Nəcəfalıya:] Yorğanı dartarsan cırılar, amma ayağını qarnına yığa bilərsən. B.Bayramov.\n2. Parçalanmaq, partlamaq. Xülasə, Şükür çomağı götürüb çəpərdən keçdi və çatan kimi elə vurdu ki, Kazımın başı qarpız tək cırıldı. Çəmənzəminli. cırıltı is. Cır-cır səsi; qıcırtı. Çarpayının cırıltısı. – Furqon astaca cırıldayırdı. Bu cırıltı Quluya xoş gəlmirdi. M.İbrahimov. Zınqırovlu faytonda heç kəs dinib-danışmır, yer-yurdu bürüyən duman-çiskində ancaq Topuşun səsi, bir də təkərlərin aramsız cırıltısı eşidilirdi. S.Rəhimov. cırıltılı sif. Cırıltı səsi verən, cırıldayan. Cırıltılı səs. cırım-cındır bax cır-cındır. Altımızda xalı deyil, cırım-cındır həsirdir; Ləmədəsə rəngi uçmuş beş-on nimçə, kasa var. S.Rüstəm. [Yəhya Kamal:] Paltarı desən, yaxşı, cırım-cındır gəzərəm. Yeməyi deyirsən, xəlvətdə! Ancaq ki arvadsız işim keçmir. Mir Cəlal. cırım-cırım bax cırıq-cırıq. cırınq-cırınq təql. Saxsı qab-qacaq sınarkən çıxan səs. cırınqhacırınq zərf Cırınqıltı ilə, cırınq-cırınq səs çıxararaq. Cırınqhacırınq qablar yerə töküldü. cırınqıltı bax cınqıltı. cırqursaq bax cırtqoz. cırqursaqlıq bax cırtqozluq. cırlama “Cırlamaq”dan f.is. cırlamaq f. Bir şeydən, söhbətdən, zarafatdan və s.-dən tez inciyib pozulmaq, pərt olmaq, xoşlanmamaq. cırlaşma “Cırlaşmaq”dan f.is. cırlaşmaq f. Nəsli pozulmaq, cinsi pozulmaq, pisləşmək. Əməksiz, insansız bir iş görmədi; Ağaclar cırlaşdı, meyvə vermədi. M.Dilbazi. Təcrübə göstərir ki, zeytun ağaclarına pis baxıldıqda meyvələri cırlaşır. İ.Axundzadə. // məc. Əvvəlki keyfiyyətini, dəyərini, gözəlliyini və s.-ni itirmək; pisləşmək. cırlıq is.\n1. Cır ağac və ya kollar basmış yer. Cırlıq, kör-kötük basmış yerləri [Rüstəm kişi] təmizləməyə girişdi. M.İbrahimov.\n2. məc. Əvvəlki keyfiyyətini itirmə, əsli, cinsi pozulma, vəhşiləşmə. cırma “Cırmaq”dan f.is. cırmaq I. f.\n1. Kağız, parça kimi şeyləri qıraqlarından dartaraq parça-parça, doğramdoğram etmək. [Banıxanım:] Oğul, bu nə gündür düşübsən, sənin üst-başını kim cırmışdır? “Aşıq Qərib”. Gəray deyilən sözü eşitmir, verilən dərsi əzbərləmir, fərşlərin üstündə yumbalanır, dəftər-kitabını cırır, əl-ayaq altına atırdı. S.Rəhimov. Külək [Dürrənin] getməsinə mane olub paltarını sanki cırmaq istəyirdi.. S.Vəliyev.\n2. Cırmaqlamaq. Üzünü cırmaq.\n3. məc. dan. Gizlicə qaçmaq, götürülmək. Qonaqlar ev sahibi ilə.. gülüşdükdə uşaq börkünü başına qoyub, yavaşca otaqdan “cırdı”. Çəmənzəminli. [Yəhya Kamal Dilənə:] [Kişi] bir günün içində hökuməti kəndə tökdü. Mən gecə bağların içindən cırdım. Mir Cəlal.\n\nII. bax caynaq. cırmaqlama “Cırmaqlamaq”dan f.is. cırmaqlamaq f. Cırmaq atmaq, dırnağı ilə dərisini qopartmaq. [Murtuz:] Axı pişiyi dara qısnarsan, qayıdıb adamın üzünü cırmaqlar. Ə.Abbasquluyev. Əbiş paketi görər-görməz vəhşi bir hərəkətlə onun əlini cırmaqlayıb paketi çaldı.. S.Rəhimov. ‣ Bir-birini cırmaqlamaq – bir-birilə dalaşmaq, yola getməmək, cırmaqlaşmaq. Bir az bir-birimizi cırmaqlayandan və kötəkləyəndən sonra bir də gördüm ki, bir qoca kişinin qucağındayam. C.Məmmədquluzadə. cırmaqlaşma “Cırmaqlaşmaq”dan f.is. cırmaqlaşmaq qarş. Bir-birinə cırmaq atmaq, bir-birini cırmaqlamaq. Uşaqlar cırmaqlaşdılar. cırnaq bax caynaq. cırnama “Cırnamaq”dan f.is. cırnamaq f. Zarafat götürməyərək və ya başqa bir şeydən qızışmaq, hirslənmək, özündən çıxmaq. Zarafatdan cırnamaq. – ..Elə ki birinin zarafatdan acığı gəldiyini, cırnadığını gördü, o adamın yaxasından əl çəkməzdi. V.Şıxlı. // Çəkilmək, acizlik göstərmək, acizliyini boynuna almaq. cırnatma “Cırnatmaq”dan f.is. cırnatmaq f. Qəsdən hirsləndirmək, acıqlandırmaq; özündən çıxartmaq. cırt I. is. Quru ağacı sındırdıqda çıxan səs.\n\nII. bax çırt. cırtdan is.\n1. Çox xırda adam. Telli də boy atmayır; Cırtdandan balacadır; Yaşıdı Sənəm ondan; Həm sağlam, həm ucadır. M.Dilbazi. Bir də görürsən ki, dağ boyda insan; Bir cırtdan önündə cücədir, cücə. B.Vahabzadə. [Güllü xanım:] ..Eynşteyn deyib ki, cırtdanı nəhəngin başına mindirsən də ondan nəhəng çıxmaz.. B.Bayramov. // sif. mənasında. Çox kiçik, cılız, sısqa. Əlləzoğlu cırtdan gövdəsini çəkib, bu iri qol-budaqlı adamın qarşısında özünü yığışdırdı. İ.Hüseynov.\n2. məc. Naçiz, dəyərsiz, ləyaqətsiz adam haqqında. [Kərəmov:] Adamlığı, qabiliyyəti etibarilə cırtdan olduğu halda, özünü aslan hesab edir. İ.Əfəndiyev. cırtdanboylu sif. Boyu çox balaca, kiçik, xırda. Cırtdanboylu uşaq. cırtdanlıq is. Həddən artıq balacalıq, kiçiklik, xırdalıq. cırtqoz is. dan. zar. Tez hirslənən, tez özündən çıxan, yüngül və qeyri-ciddi adam haqqında. Cırtqozun biridir. cırtqozluq is. dan. zar. Tez hirslənmə, tez özündən çıxma; cırtqoz adamın xasiyyəti. cıvıldama “Cıvıldamaq”dan f.is. cıvıldamaq f. Cıv-cıv, civilti səsi çıxarmaq (kiçik quşlar, cücələr haqqında). cıvıldaşma “Cıvıldaşmaq”dan f.is. cıvıldaşmaq qarş. Hamısı bir yerdə, səs-səsə verib cıvıldamaq. Bunca qabağında cıvıldaşmayın! Ey cücələr, çox da cırıldaşmayın! Ə.Nəzmi. cıvıldız is. məh. Diribaş. burdan batıb ordan çıxan, zirək. Cıvıldızın biridir. cıvıltı is. təql. Cücələrin, kiçik quşların çıxardığı cıv-cıv səsi. Quşlar, o fərəhbəxş cıvıltilə həvadə; Öz lanələri səmtinə eylərlər iradə. A.Səhhət. Bəzən cıvıltı ilə yerdən qalxıb havanı qaraldan sığırçın sürüləri dəli atları səksəndirib, yoldan kənara çıxarırdı. M.Hüseyn. cıvrıq sif. Çox diribaş, çevik, cəld, zirək. Cıvrıq uşaq. cıvrıqlıq is. Çox çeviklik, diribaşlıq, zirəklik, cəldlik. cız I. , CIZZ təql. uş. Od, yandırıcı şey. Cızz, əl vurma! // Ət kimi şeylərin yağda qızararkən, ya yanarkən çıxardığı səsi anladır.\n\nII. bax cızıq. [Bədircahan:] ..Başın üçün, xan! Bu cızlardan yüz iyirmi iki görünür. N.Vəzirov. cızbız is. İçqovurması. ..Leylək bir qədər gedəndən sonra cızbız iyi aldı. S.Rəhimov. Bir tərəfdə cızbız, bir tərəfdə çay; Alma, heyva, armud, soğan, vəzəri; Bir tərəfdə xalı, tirmə, kəlağay; Baqqallar qışqırır: “Gəl, ay müştəri!”. H.Hüseynzadə. cızbızçı is. Cızbız bişirib satan adam. cızbızxana is. Cızbız bişirilib satılan yer. cızdaq is. Quyruq əridildikdən sonra qalan bərk hissələri. Xəmirə cızdaq qatmaq. cızhacız zərf Qovrula-qovrula, cızıldaya-cızıldaya. Feyzi içqovurmasını teştdə cızhacız gətirdi.. B.Bayramov. ‣ Cızhacız yanmaq – bərk acıq çəkmək, yanıb tökülmək. Mədəd hirsindən cızhacız yanır, içəridən qıvrıla-qıvrıla qalırdı. Ə.Vəliyev. cızıq is. Xətt. [Veys] ..dönüb gücənəgücənə divara dikinə yanaşı üç cızıq, köndələninə yanaşı iki cızıq çəkdi. Ə.Əbülhəsən. Sultan ayağa qalxanda kreslonu elə qəzəblə itələdi ki, parket döşəmədə ağ qoşa cızıqlar düşdü. İ.Hüseynov. ‣ Cızığından çıxmaq – həddini aşmaq, qudurmaq, cığırından çıxmaq. Necədi, əzizim! Bir də məni təngə gətirərsən? Bir də cızığından çıxarsan? C.Məmmədquluzadə. Cızığını aşmaq – bax cızığından çıxmaq. cızıq-cızıq sif. və zərf Cızılmış, cızıqlar çəkilmiş. Kitabın üstü cızıq-cızıqdır. – Qaraş otağın ortasındakı yanları yonulub cızıq-cızıq olmuş stolun baş tərəfində qoyulmuş kətilə əyləşdi. M.İbrahimov. cızıqlama “Cızıqlamaq”dan f.is. cızıqlamaq f. Cızıq çəkmək, xətt çəkmək. // məc. Cızma-qaralamaq, yazmaq. [Səlim Zərnişana:] Mənim heykəlim, başımın ucalığı balalarımdır, bir də bax bu mürəkkəblədiyim, cızıqladığım kağızlardır. B.Bayramov. cızıqlanma “Cızıqlanmaq”dan f.is. cızıqlanmaq məch. Cızıq çəkilmək. cızıqlı sif. Cızıqlar çəkilmiş, cızıqları olan, miləmil. Cızıqlı dəftər. – Mirzə oturub, cızıqlı kağızı çıxardı. S.Rəhimov. Seyid qamış qələmi cızıqlı kağız üzərində cırıldadaraq.. Tahirzadəyə şəhadətnamə yazdı. Mir Cəlal. cızıldama “Cızıldamaq”dan f.is. cızıldamaq f. Cız-cız eləmək, cızıltı səsi çıxartmaq. Pavluşa əlini alnına çəkdi, tər qızarmış dəmirin üstünə tökülərək cızıldadı. M.S.Ordubadi. ..Yağ əridikcə közün üstünə damcılayıb cızıldayır, seyrək tüstü qalxıb sakit havada yayılır, həyəti kabab iyi bürüyürdü. İ.Hüseynov. cızıltı is. Od və ya qızğın şey üstünə düşən yağ, su və s.-dən hasil olan səs. Kababın cızıltısı. Yağın cızıltısı. – Közün üstünə düzülmüş göbələklərin cızıltısından özgə səssəda eşidilmədi. B.Bayramov. cızma “Cızmaq”dan f.is. cızmaq f.\n1. Xətt, cızıq çəkmək; dırnağı və başqa bərk, ucu iti bir şeylə basaraq iz buraxmaq. Xəlil döş cibindən qələmini çıxardıb, katibin dırnağı ilə cızdığı yerdən imzasını atdı. M.Hüseyn.\n2. Qaralama şəklində yazmaq, çəkmək, hazırlamaq. Həsrət cızdığı planlar barədə əvvəlcə Yusiflə, Daşdəmirlə .. məsləhətləşmək istədi. B.Bayramov.\n3. Siyirmək, dərisini qopartmaq. Ağac qolunu cızıb. Tikan əlimi cızdı. // Cırmaqlamaq, cırmaq, cızıq-cızıq eləmək.\n4. məc. Düşünmək, düzəltmək. Plan cızmaq. cızma-qara is. Aydın oxunmayan, səliqəsiz, qarışıq yazı. O, dəftər cildində yazdığı cızma-qaranı Xəlilə uzatdı: – Budur, bax, yazmışam. M.Hüseyn. // isteh. Lüzumsuz, faydasız, mənasız yazı. • Cızma-qara etmək (eləmək) – səliqəsiz, tələsik, qarışıq xətlə yazmaq, qaralamaq. Meşinov qələmlə yaza bilmədiyindən, məlumatların hamısını karandaşla cızma-qara edər(di).. S.Rəhimov. // Faydasız, mənasız yazı ilə məşğul olmaq. Piri oturub cızma-qara edə-edə başını qarışdırırdı. M.Süleymanov. cızma-qaraçı is. Cızma-qara yazmaqla məşğul olan adam. cızma-qaralama “Cızma”-qaralamaqdan f.is. cızma-qaralamaq f. Səliqəsiz, necəgəldi, tələsik yazmaq və ya çəkmək (şəkil). Ancaq məni xarab .. iş o idi ki, hər nə işə gedirdimsə, gərək bir yekə kağız əlimə alıb, hekayədən, nağıldan cızma-qaralayaydım. C.Məmmədquluzadə. cızmalama “Cızmalamaq”dan f.is. cızmalamaq bax cızmaq 1-ci mənada. cib is.\n1. Pul və başqa xırda şeylər qoymaq üçün paltara üst və iç tərəfdən tikilən kisəcik. Pencəyin yan cibləri. – Məhəmmədhəsən əmi təzədən kisəni cibindən çıxarıb məşğul oldu çubuğu doldurmağa.. C.Məmmədquluzadə. Yükdaşıyan çamadanı yerə qoyanda Əziz əlini cibinə saldı. S.Rəhman.\n2. Portfeldə, çamadanda və s.-də ayrıca bölmə, göz.\n3. Cibə qoyulan, cibdə gəzdirilən. Cib bıçağı. Cib saatı. Cib dəftəri. – Bu xonçada olar .. bir cift əla tufli, corab, ənlik, rasıq daşı və mazı, iki kisə xına, cib güzgüsü, qayçı. R.Əfəndiyev. Mirzə Cəmil cib dəsmalını çıxarıb gözlərini silə-silə dilləndi.. Ə.Vəliyev. ‣ Cibə zərər vurmaq – çoxlu pul xərcləməyə, maddi zərər çəkməyə məcbur olmaq (ya etmək). Cibində siçan (yel) oynayır – cibində pulu olmayan adam haqqında. Cibinə (cibimə) görə deyil – birinin imkanına görə çox baha şey haqqında. Cibinə əl atmaq – səxavətə gəlmək. Cibinə qoymaq – mənimsəmək, cibləmək, özü üçün götürmək. [Qaçaq Nəbi] ..fəqir kəndlilərin töycülərini özlərinə qaytarıb, zənginlərin töycüsünü cibinə qoyurdu. E.Sultanov. Cibini boşaltmaq – bütün pullarını xərclətmək, ya xərcləməli olmaq. Cibini doldurmaq – 1) qeyri-qanuni yolla varlanmaq; 2) başqasını varlandırmaq, dövlətləndirmək. A kişi, özgə xərclər dursun kənarda, təkcə ağanın cibini doldurmaq olmur. Ə.Haqverdiyev. Cibini kəsmək – cibindəki pulunu oğurlamaq. Bazarda Mollanın cibini kəsirlər. “M. N. lətif.”. (Öz) cibini güdmək – ancaq öz xeyrini, öz mənfəətini güdmək. [Barat Allahverdiyə:] Bunlar hamısı elə adamların işidir ki, öz ciblərini güdürlər. C.Cabbarlı. Cibinin ağzını (geniş) açmaq (boş qoymaq) – səxavət göstərmək, çoxlu pul xərcləmək, ya xərcləməyə hazır olmaq. Cibinin ağzını sökmək – bax. cibinin ağzını (geniş) açmaq. …büküb cibinə qoymaq – birinin başqasından (ya başqalarından) daha zirək, daha bic, yaxud daha bilikli olduğunu bildirir. cibbilti bax civilti. Cücələrin cibbiltisi. cib-cib təql. Toyuq, xoruz və cücələri çağırmaq üçün çıxarılan səs. Ovcunu dənlə doldurub cib-cib eləmək. cibcik is. Balaca cib. Pencəyin cibciyi. cibəgirən bax cibgir. cibgir is. Cib oğrusu, cibə girən oğru, xəspuş. Yoxdu pul qədri bilən dəhrdə cibgir kimi. M.Möcüz. Cəfərqulu bir qədər çəkindi. Ona demişlərdi ki, “şəhər yerində cibgir çox olar, özünü gözlə”. Qantəmir. Xuliqanlar və cibgirlər dəstəsi qoyun sürüsü kimi durub irəliləməkdən qorxurdu. M.Hüseyn. cibgirlik is. Cibgirin peşəsi, cibə girməklə məşğul olma; xəspuşluq. cibxərcliyi is. Gündəlik xırda xərc üçün ayrılan, verilən pul. [Mirzədadaş:] ..Hətta mən ondan otuzca manat cibxərcliyi alaram. N.Vəzirov. Həsən molla üçün bir az cibxərcliyi saxladı, qalanını da döşəyinin altında gizlətdi.. S.Rəhman. cibişdan zar. “Cib” 1-ci mənada. ‣ Cibişdana qoymaq (ötürmək) – bax cibinə qoymaq (“cib”də). cibkəsən is. Cibgir, oğru, soyğunçu. [Paşa:] Adları bəy, özləri cibkəsənlər, dəlləklər, quldurlar!.. N.Vəzirov. Talayır adam göz baxa-baxa; Bu yeni cibkəsən, bu yeni oğru. B.Vahabzadə. cibləmə “Cibləmək”dən f.is. cibləmək f. Başqasının pulunu mənimsəmək, cibinə ötürmək. Kimin ixtiyarı var, mənim pulumu cibləsin. Alnımın təri ilə qazanmışam. M.Hüseyn. ..Məlumdur ki, həmin pulu uşaq almayıb, kim isə başqası cibləyibdir. “Kirpi”. cibli sif. Cibi, ya cibləri olan, cib tikilmiş, cib qoyulmuş. Cibli pencək. Cibli xalat. – Əksərən .. cibli köynək geyərək belini qayışla bərkitmiş kişilər arabanın yan tərəflərinə doluşmuş(dular). M.İbrahimov. // məc. Varlı, dövlətli mənasında. Cibli adamdır. ciblik is. Cib tikməyə ayrılan parça. // Sif. mənasında. Ciblik parça. cici I. is. Bəzi yerlərdə nəvazişlə anaya deyilir. ..Bunlar məgər təzə sözdür? Bunu cicim də bilir. “Mol. Nəsr.”. Bir də bilirsən nə var, Güldanə, hamar yolla getməyə nə var, cicim də gedər. Ə.Vəliyev.\n\nII. is. uş. Uşağın xoşuna gələn şey. Ana sənə cici gətirib. cici-bacı is. dan. Bir-birinə çox yaxın olan rəfiqələr haqqında. Bu qızlar lap cicibacıdırlar. • Cici-bacı olmaq – bir-birilə çox yaxın olmaq, ana-bacı kimi olmaq. cici-bacılıq is. Cici-bacı kimi olma. cida I. is. Sivri dəmir ucluqlu, dəlici qədim silah; mizraq. Cidanı çuvalda gizlətmək olmaz. (Ata. sözü). Koroğlu qayıtmaz, tufan saçmasa; Cida işlətməsə, qılınc çaxmasa. “Koroğlu”. • Cida boyu – ölçü bildirir (adətən, gün, günəş sözləri ilə deyilir). [İntelligentin anası:] [Oğlum] gün iki cida boyu qalxmamış, üstünə diri ilan salasan, yerindən tərpənməz. Qantəmir. [Pəri cadu:] Əgər gün bir cida boyu qalxınca burada olmasa, sənin ətini öz anana yedirdəcəyəm. Ə.Haqverdiyev. Günəş bir cida boyda ucalanda uzaqda balaca bir qaraltı göründü. P.Makulu. ‣ Cidanın ucu çuvaldan çıxır – bax xoruzun quyruğu görünür (“xoruz”da).\n\nII. zərf [fars. cüda] klas. Ayrı, uzaq. Cümləsin rahi-həqiqətdən cida görməkdəyəm.. C.Cabbarlı. • Cida düşmək, cidayə düşmək – uzaq düşmək, ayrı düşmək. Fikrim, zikrim, sözüm, xəyalım sənsən; Haçan könlüm səndən cidayə düşər. M.V.Vidadi. Cida düşüb ulusundan, elindən; Ənkəbuttək can asılır telindən. Aşıq Ələsgər. [Dərviş:] Heyvanlar da tək-təkinə dolanmayıb, arxadaşlar gəzdikləri halda mən öz həmcinsimdən cida düşüb ormanlarda, səhralarda qalmışdım. A.Divanbəyoğlu. Cida etdirmək klas. – ayırmaq. [Şah:] Bu necə olan işdir! Yoxsa keşiş məni aldatdı. Bu saat onun başını bədənindən cida etdirərəm. Ü.Hacıbəyov. Cida salmaq – ayırmaq, ayrı salmaq. Əzəl ayrılığımız haqqın işidir; Fələk bizdən cida saldı sağları. “Lətif şah”. [Ruqiyyə:] ..Məni özündən cida salma, ayrılıq oduna dözə bilmərəm. A.Divanbəyoğlu. cidal is. [ər.] Dava, döyüş, qovğa, vuruş (çox zaman cəng-cidal şəklində işlədilir). Əcəl köynəyini geyib əynimə; Cəng-cidalın güzarına gəlmişəm. “Koroğlu”. Dönər günəşin atəşə, saç qərbə, şimalə; Topla nə gücün varsa, giriş qəti cidalə. C.Cabbarlı. • Cidal etmək – dava etmək, qovğa etmək, vuruşmaq. Məst olub xalqa cidal etdim; Əqlimi cəhlə paymal etdim. S.Ə.Şirvani. // Məc. mənada. Uzun olsun ömrüm deyə; Gələn gündən borc almışam; Sözün cəngicidalında qocalmışam. R.Rza. cidalgah is. [ər. cidal və fars. gah] klas. Müharibə meydanı, vuruşma yeri. cidar is. [ər.]\n1. Divar, arakəsmə.\n2. məc. Maneə. cidd-cəhd is. [ər.] Var gücü ilə çalışma, səy etmə, cəhd göstərmə. [Nuriyyə:] Bütün cidd-cəhdimə baxmayaraq, səsim titrəyirdi. İ.Əfəndiyev. Bu qələbə məktəbdə uzun illər boyu davam edən cidd-cəhdin, inadlı çalışqanlığın.. nəticəsi idi. M.Rzaquluzadə. [Muxtar:] Sən məni ələ salma, Firəngiz, intiqam almaq üçün cidd-cəhd əbəsdir. B.Bayramov. •Cidd-cəhd etmək – var gücü ilə çalışmaq, səy göstərmək. ..Zeynəb ciddcəhd eləyirdi ki, ağlamağını büruzə verməsin ki, oğlunun ürəyi sıxılsın. C.Məmmədquluzadə. Bunlar vaxtında hərə öz məhəlləsinin abad olmağına cidd-cəhd etmişlər.. N.Nərimanov. [Gəldiyev] qan-tər içində Vahidin işini tapmağa cidd-cəhd elədi. Mir Cəlal. ciddən zərf [ər.] Ciddi olaraq, ciddi surətdə, gerçəkdən, həqiqətən. Gözlənməyən ədnalığın icadına ciddən; Himmət edən insanlarına şükr, xudaya! M.Ə.Sabir. [Rüstəmbəy:] Tərs kimi mənim kütübxanamda da belə dolaşıq kitablar var ki, ciddən qorxmalıdır. Çəmənzəminli. Pası arvad Cəbini özünə alışdırır, anası Gülsənəmdən onu ciddən qoruyur, gecələri uşağı özü ilə yatırdırdı. S.Rəhimov. ciddi sif. və zərf\n1. Öz hərəkətlərində, fikirlərində, həyata münasibətində müsbətliyi, möhkəmliyi, sabitliyi ilə fərqlənən, dərin düşünən; ağırbaşlı, təmkinli. Ciddi adam. Ciddi oğlan. – Tanıyanlar bilir, yeddi yaşında; Ciddi bir qız idin, əqli başında! Ə.Cavad. Hələ gənc ikən çətin imtahanlardan keçmiş adamlar istər-istəməz ciddi və düşüncəli olurlar. İ.Qasımov. // Öz işinə dərin və tələbkar yanaşan, öz işini, məsuliyyətini yaxşı bilən. Ciddi alim. Ciddi yazıçı. // Mənaca, məzmunca əhəmiyyətli, məzmunlu. Ciddi danışıq. Ciddi əsər. Ciddi ədəbiyyat. – Muxtar heç təsəvvür etməzdi ki, açdığı söhbət bu qədər ciddi bir şəklə düşə bilər. S.Hüseyn. Tahirin bu cür düşüncəli və ciddi danışmağı Lətifəni sevindirirdi. M.Hüseyn. // Zarafatsız, zarafat olmayan. Ciddi deyirəm. Sözüm ciddidir. // Həqiqi, əsil, gerçək. Ciddi hiss. Ciddi inam. Ciddi sevgi. Ciddi vədə. // Əsaslı, əməlli-başlı. Dərs keyfiyyəti uğrunda ciddi mübarizə aparılırdı. S.Rəhimov. Bəzən təsadüfən başlanan söhbət bir kitabın və ya bir məsələnin ciddi müzakirəsinə çevrilirdi. Ə.Sadıq.\n2. Əhəmiyyətinə və ya aqibətinə görə xüsusi diqqət tələb edən. Ciddi xəstəlik. Ciddi vəziyyət qarşısında qalmaq. – O, ciddi bir fəlakətin başlandığını duydu. S.Rəhimov. Arvadının belə sadəliyi və ciddi məsələyə yüngül baxması Yavərə toxundu.. M.İbrahimov. Düşündürdü məni xeyli; Onun belə ciddi halı. N.Rəfibəyli. // Böyük, əsaslı. Ciddi çətinliklər qarşısında qalmaq. – Beləliklə, qəzet yarandığı gündən ciddi nəzarət altında idi. M.İbrahimov.\n3. Fikirli, fikrə dalmış, dalğın, əndişəli, iztirablı. // Ciddiyyət, qayğı, təlaş, iztirab, əndişə ifadə edən. Ciddi görkəm. Ciddi tonla danışmaq. – Ruhnəvaz xanım ciddi baxışına heç də təğyir verməyərək Qurbanlının qarşısında oturdu. Çəmənzəminli. Mahirə .. feldşerə qələbə çaldığını kəsdirdi, ciddi bir hal aldı. M.Hüseyn. ciddiləşdirmə “Ciddiləşdirmək”dən f.is. ciddiləşdirmək f. Ciddi eləmək, ciddi şəkil vermək. Üzünü ciddiləşdirmək. – Çingi gülüş vəziyyətindəki simasını ciddiləşdirərək masanı taqqıldatdı... Çəmənzəminli. // Ciddi xarakter vermək, ağırlaşdırmaq. Məsələni ciddiləşdirmək. ciddiləşmə “Ciddiləşmək”dən f.is. ciddiləşmək f.\n1. Ciddi görkəm almaq, ciddi şəkil almaq, ciddi tövr almaq. – Nəhayət, studentin siması qayət ciddiləşdi; xanıma baxmayaraq otağının qapısını açdı.. Çəmənzəminli. Sədrin üzü ciddiləşdi. İ.Əfəndiyev. Qardaşı oğlunun gözlərində təşviş və həyəcan oxuyanda istər-istəməz Sultanın da sifəti ciddiləşdi. İ.Hüseynov.\n2. Güclənmək, şiddətlənmək, gərginləşmək, ciddi şəkil almaq. Mübahisə getdikcə ciddiləşdi. – Məsələ ciddiləşmişdi, xalq həyəcanda idi. S.Hüseyn. Ceyran müəllimənin sinfində dərslər ciddiləşir(di).. S.Rəhimov. ciddilik is.\n1. Ciddiyyət, ağırbaşlılıq, təmkin. // Ciddi adamın halı. Ruhnəvaz xanım adi ciddiliyi ilə əl verdi və [Qurbanlını] qapıya qədər təşyi etdi. Çəmənzəminli. Qəhrəman gördü ki, oğlu [Sabirdə] böyüklərə məxsus ciddilik əlamətləri özünü göstərməyə başlayır. S.Rəhimov. Adamlarda bir ciddilik, bir gərginlik duyuldu. Mir Cəlal.\n2. məc. Ağırlıq, mürəkkəblik, gərginlik. Şəraitin ciddiliyi. İşin ciddiliyi. – [Qəhrəman:] Atəş getdikcə şiddətlənir və vəziyyətin ciddiliyini andırırdı. H.Nəzərli. ciddiyyət [ər.] Bax ciddilik 1-ci mənada. Üzlərdə ciddiyyət, gözlərdə inam; Döyünən qəlblərdə bir hiss – intiqam! R.Rza. Tahirzadə ciddiyyətini pozmadı. Səsini daha da ucaltdı. Mir Cəlal. Sənubərin sifətinə ciddiyyət gəldi. B.Bayramov. ciddiyyətlə zərf Ciddi surətdə, ciddi bir şəkildə, ciddiliklə. Ciddiyyətlə işə girişmək. – Sona ciddiyyətlə əmisinə cavab verdi.. Ə.Əbülhəsən. – Biz niyə? – deyə, Simuzər eyni ciddiyyətlə cavab verdi. H.Seyidbəyli. cift [fars.] köhn. Bax cüt1 1-ci mənada. Getmişdi bir cift dana; Otlamağa bir yana. A.Səhhət. [Dərviş:] [Qızın] hər biləyində bir cift bilərzik, başında rəngbərəng iki ipək dəsmal var idi. A.Divanbəyoğlu. [Qız üçün] bir cift yastıq, bir cift mütəkkə, bir cift dövr döşək, bir ədəd qayınana döşəyi, iki dəst yorğandöşək.. tədarük görünəcəkdir. R.Əfəndiyev. ciftləşdirmə “Ciftləşdirmək”dən f.is. ciftləşdirmək bax cütləşdirmək. ciftləşmə “Ciftləşmək”dən f.is. Həmişə əlləri pencəyinin cibində olan cavan çoban təklif eləyirdi ki, əgər lazımi şərait yaradılsa, ciftləşmə faraş aparılsa .. hər yüz qoyundan orta hesabla iki yüz quzu almaq olar. Ə.Vəliyev. ciftləşmək bax cütləşmək. cihad is. [ər.] Din uğrunda müharibə, din yolunda vuruşma. cihaz is. [ər.]\n1. Hər hansı bir işi görmək üçün alət, aparat, mexanizm. Çəki cihazları. Optik cihaz. İsidici cihaz. – Bunların əlində ov tüfəngi deyil, cürbəcür ölçü alətləri və cihazları vardı. M.Rzaquluzadə. Masaların üstündə çoxlu dəmir və şüşə cihaz, boru və sairə görünürdü. M.Süleymanov. // Bir neçə əşyadan, hissədən ibarət alət, ləvazimat, komplekt. Yazı cihazı. Üzqırxan cihaz. Süfrə cihazı (qab-qacaq, çəngəl-bıçaq, qaşıq və s.).\n2. fiziol. Orqanizmdə müəyyən vəzifə ifa edən orqanlar. Həzm cihazı.\n3. köhn. Cehiz. Böyükxanım .. sandıqları açıb öz atasından gətirmiş cihazlarını töküb, hansı Münəvvər xanıma layiq isə ayırıb, bir tərəfə qoyurdu. M.S.Ordubadi. cihazqayıran sif. Müxtəlif cihazlar hazırlayan, istehsal edən. Cihazqayıran zavod. // İs. mənasında. Cihazqayıranlar .. yeni məhsulların kütləvi buraxılışını təşkil etməyi və qaydaya salmağı öhdələrinə almışlar. cihazqayırma is. Müxtəlif cihazlar və onların hissələrini istehsal etmə, cihaz istehsalı ilə məşğul olma. Cihazqayırma sənayesi. Bakı cihazqayırma zavodunun məhsulları. Cihazqayırmanın sürətlə inkişaf edən istiqamətləri. cik-bik ciki-biki, cikinə-bikinə kimi (qədər), cikini-bikini də, cikini də-bikini də – hərtərəfli, ən kiçik təfərrüatına qədər. [Rəşid müəllim:] Yox, usta Əbülqasım, gərək sən bu maşının cikini-bikini tamam-kamal biləsən. S.Rəhimov. [Tahir:] Sən deyirdin, [Lətifənin] nişanlısı var. Mən cikini-bikini öyrənmişəm. Nişanlısı-zadı yoxdur. M.Hüseyn. [Həmzə:] Yaxşı, indi başlayaq ciki-biki ilə hər şeydən danışmağa… Ə.Əbülhəsən. Halbuki biz onların cikini də-bikini də yoxlamışıq.. H.Seyidbəyli. cik-cik təql. Sərçələrin və qeyri kiçik quşların çıxardığı səs. Nədir o istəkli, o heyran baxış? Nə dadlı cik-cik, nə gözəl çırpınış! A.Səhhət. Biçinçilərdən biri orağını böyük bir qanqalın kökündən endirərkən quş balaları “cik-cik” edib .. qalın otlar arasına soxuldular. A.Şaiq. Nurəddin bir də gördü ki, bir ana sərçə ağzında bir göy cücü pəncərənin üstünə qondu və oradan cik-cik səsi gəldi. S.S.Axundov. cikkə cikkə çəkmək – nazik səslə bərk qışqırmaq. Arvad cikkə çəkdi. cikkildəmə “Cikkildəmək”dən f.is. cikkildəmək f.\n1. Cik-cik səs çıxarmaq (körpə quşlar haqqında). Cikkildəyir quşlar yuvalarında; Köçərilər durmuş ovalarında. A.Səhhət. Cik-cik gəldi, cikkildədi; Qanadını büküb dedi: – Yumurtadan çıxdım təzə; Umac verir nənə bizə. M.Dilbazi.\n2. məc. dan. Yersiz söhbətə qarışmaq, müdaxilə etmək. Bu nə cikkildəyir? cikkildəşmə “Cikkildəşmək”dən f.is. cikkildəşmək qarş. Ağız-ağıza verib cikkildəmək. Yaşıl tumurcuqları göyərmiş budaqlarda quşlar cikkildəşirdi. M.Süleymanov. cil bax cığ. Cil – bataqlıqlarda bitən çoxillik ot olub, kökəbənzər gövdəsində aşı maddəsi vardır. Azərbaycanda çox müxtəlif növləri bitir. R.Rzazadə. cila is. [ər.] İşığı əks etdirəcək dərəcədə parıltılı olmaq üçün əşyanın üzərinə çəkilən maddə və bu maddə ilə əşyaya verilən parlaqlıq; ümumiyyətlə, parıltı, parlaqlıq. Nə gözəl sürmədən cila gətirdi; Döndü bir afəti-cana gözlərin. M.P.Vaqif. Yüz il gər hicr çəksə, qəlbi-aşiqdən səfa getməz; Tila xak içrə qalmaqçın vücudundan cila getməz. S.Ə.Şirvani. cilaçı bax cilalayıcı. cilalama “Cilalamaq”dan f.is. Mayeli cilalama dəzgahı. Xarrat cilalaması. cilalamaq f. Əşyaya cila vermək, sürtməklə parıldatmaq, parıltı vermək. Qiymətli daşları cilalamaq. Mərcanı cilalamaq. – Əsrlər boyu dalğalar bu daşları elə yuyub cilalamışdı ki, onlar güzgü təki bərq vururdu. M.Süleymanov. // məc. Yaxşılaşdırmaq, təkmilləşdirmək, gözəlləşdirmək. Xalq öz mahnılarını əsrlər boyu cilalayır və təkmilliliyin ən yüksək dərəcəsinə çatdırır. Ə.Bədəlbəyli. Hələ bərkdə-boşda bişməmiş cavan .. düşüncələrini cilalayıb, axırını bir səmtə çıxara bilmədi. B.Bayramov. cilalanma “Cilalanmaq”dan f.is. cilalanmaq f.\n1. Hamarlanmaq, taraşlanmaq (sürtülməkdən). // Məc. mənada. Günəş çıxdı, ziyalandı yer üzü; Cilalandı, səfalandı yer üzü. A.Səhhət.\n2. Yaxşılaşmaq, təkmilləşmək, gözəlləşmək. cilalayıcı is. Əşyaya cila verən usta; cilaçı. [Rəis:] Çox diribaş qızdır, yaxşı cilalayıcı olması səndən asılıdır. (Qəzetlərdən). cilalı sif. Cilası olan, cilalanmış, taraş edilmiş, parıldadılmış. Cilalı almaz. cild is. [ər.]\n1. Kitabın üzü, üz qabığı. Kitabın cildində qara ramka içərisində döşdən yuxarı çəkilmiş bir adam şəkli vardı. M.İbrahimov.\n2. Böyük bir əsərin ayrı-ayrı kitab şəklində olan hissələrindən hər biri, həmçinin ayrıca kitab şəklində olan çap əsəri. Ensiklopediyanın ikinci cildi. – Dəmirov əlini uzadıb cildləri özünə tərəf çəkdi və səliqə ilə düzəltdi. S.Rəhimov. [Vahid:] Gecə-gündüz yazdığın o cildlərin sahibləri heç zaman sənin zəhmətini unutmazlar, ana! B.Bayramov.\n3. məc. Don, qiyafə. Ötər keçdiyiniz yerdə bayquşlar; Qəhrəman cildinə girən sərxoşlar! H.Cavid. [Səfərəli:] Deməli, gedək cildimizi dəyişməyə. H.Nəzərli. ‣ Cilddən-cildə girmək – bax dona (min dona) girmək (“don1 ”da). [Professor:] Cilddən-cildə girən bu bürüncəkli adamlara qarşı çox kəskin, çox amansız mübarizə aparmaq lazımdır.. S.Rəhimov. ...cildinə girmək – yalandan özünü ... oxşatmaq, yalandan özünü ... kimi göstərmək. Müəllif sanki özü Fərhad cildinə girərək, irəli gəlir və ürəyini boşaldır. M.İbrahimov. Cildini dəyişmək – başqa dona girmək, hər hansı mühitə, şəraitə uyğunlaşmaq. Kərəmov mühitə uyğun olaraq kərtənkələ kimi cildini dəyişsə də, elə həmin Kərəmovdur. İ.Əfəndiyev. cild-cild zərf Cildlərlə, çoxlu. Rəfə cild-cild kitablar düzülmüşdür. cildçi is. Cildçəkən usta. Kitabı cildçiyə vermək. cildçilik is. Cildçinin işi, peşəsi. Cildçilik eləmək. cildxana is. [ər. cild və fars. ...xanə] Cild çəkilən emalatxana (sex). Kitabları cildxanaya aparmaq. – İndi isə [Mirzə Qədirin] son sistemdə dörd böyük çap maşını, ayrıca cildxanası vardı. S.Hüseyn. cildləmə “Cildləmək”dən f.is. Mətbəənin cildləmə sexi. cildləmək f. Kitaba və s.-yə cild çəkmək. Ümumi dəftəri cildləmək. Gündəliyi cildləmək. cildlənmə “Cildlənmək”dən f.is. cildlənmək məch. Cild çəkilmək. Qəzetlər cildlənib. cildlənmiş f.sif. Cild halına salınmış, cild çəkilmiş, cildli. Jurnal-qəzetlərin səliqə ilə tikilib cildlənmiş nömrələri indi tökülüb, biri-birinə qarışmışdı. Ə.Əbülhəsən. cildlətdirmə “Cildlətdirmək”dən f.is. cildlətdirmək bax cildlətmək. cildlətmə “Cildlətmək”dən f.is. cildlətmək icb. Cild çəkdirmək, cild vurdurmaq, üz çəkdirmək. Jurnalları cildlətmək. Kitabı cildlətmək. cildli sif. Cild çəkilmiş, cildi olan. Qırmızı cildli kitab. – Qazı .. kitabları eşib, bir qara cildli kitab gətirib açdı. C.Məmmədquluzadə. Saleh çeşməyini taxıb kitab oxuyur, arabir qara cildli bloknotuna nə isə qeyd edirdi. Ə.Vəliyev. cildlik is. Cild çəkməyə yarar. Cildlik dəri. Cildlik kordon. // Cildlərdən ibarət, küll halında. M.Füzulinin 6 cildliyi. cildsiz sif. Cildi olmayan, cild çəkilməmiş. Cildsiz jurnal. – Pəncərədən külək əsir, cildsiz kitabın cırıq vərəqini tərpədirdi. Ə.Vəliyev. cilet bax jilet. Tacir Əli qara pencəyinin ətəyini açdı, ciletinin cibindən .. iri cib saatını çıxardı. M.İbrahimov. cilik-cilik cilik-cilik olmaq – ciliklənmək, tikə-tikə olmaq, parça-parça olmaq, qəlpə-qəlpə olmaq, sınıq-sınıq olmaq. Stəkan yerə düşüb cilik-cilik oldu. – Lap yaxında pəncərələrdən birinin qapağı açılıb taqqıldadı, şüşələr asfalta tökülüb cilik-cilik oldu. M.Hüseyn. Əmanət alınmış bir neçə büllur qədəh ilə bir neçə meyvə vazası aşıb cilik-cilik oldu. M.Rzaquluzadə. Cilik-cilik eləmək – tikə-tikə eləmək, parça-parça eləmək, sınıqçu] nə götürürdü, o saatca salıb cilik-cilik eləyirdi. İ.Hüseynov. ciliklənmə “Ciliklənmək”dən f.is. ciliklənmək f. Cilik-cilik olmaq, tikətikə olmaq, parça-parça olmaq, qəlpələnmək. Şüşə daşa dəyib cilikləndi. B.Bayramov. cillik bax cığlıq. At cilliyə girmiş kimi ayağını qoyub götürdükcə bataq səslənirdi. Mir Cəlal. cilov is. Qoşqu ləvazimatının, ağızlığa (kəmə) bənd edilmiş uzun hissəsi; qayışdan (ya ipdən) ibarət olan və qoşulmuş atı idarə etməyə xidmət edən hissəsi. Atın cilovundan yapışmaq. – [Yusif Sərrac] oturub, əlindəki cilovu tikib, tamam edirdi, çünki müştəri tapşırmışdı ki, gərək o gün hazır ola. M.F.Axundzadə. Usta əlindəki cilovu tikib hazırlamağa çalışır(dı). A.Şaiq. Kəndli. atın cilovundan tutdu. M.Hüseyn. // məc. İtaətdə, əldə saxlamaq, əl-qol açmağa qoymamaq üçün vasitə, qüvvə. [Kürd Musa:] Şaliko, Şaliko! Qüvvət bizdədir; Dünyanın cilovu əlimizdədir. S.Vurğun. ‣ Başına cilov keçmək – məc. evlənmək, başı bağlanmaq. [Nənəxanım:] [Şaqqulunun] başına cilov keçəndən sonra mən də rahat olaram, daha kişinin kötəyini yemərəm. Çəmənzəminli. (Əlindən) cilov gəmirmək – birinin əlindən çox bərk hirslənmək, ona qarşı kin bəsləmək, onu cəzalandırmaq üçün fürsət aramaq. [Göyüş:] [Salmanın] fermaya getməyindən xəbər tutan Veysəl də Əhməd kimi cilov gəmirirdi. Ə.Abbasquliyev. Cilovda saxlamaq – tabeliyində, əlində saxlamaq. Cilovu əlində olmaq – tamamilə asılı olmaq, itaətində olmaq. [Qədir:] Bizim fağır-füqəranın cilovu həmişə sizin əlinizdə olub. Mir Cəlal. Cilovundan tutub geri çəkmək – bax cilovunu yığışdırmaq (yığmaq, çəkmək, dartmaq). Birinci qadın bir az susduqdan sonra fikirli halda dedi: – İndi möhkəm bir əl lazımdır ki, [Rəşidin] cilovundan tutub geri çəksin. Ə.Məmmədxanlı. Cilovunu (əldən) buraxmaq (vermək) – birinə tam sərbəstlik vermək, başlı-başına buraxmaq. Cilovunu əlində saxlamaq – bax cilovda saxlamaq. [Sürəyya:] Amma, qızım, Zakirin cilovunu əlində möhkəm saxla ha! H.Seyidbəyli. Cilovunu yığışdırmaq (yığmaq, çəkmək, dartmaq) – bax ipini çəkmək (“ip”də). [Gülməmməd:] Vaxtında cilovunu çəkmədin. İndi də dalını bağlamaq olmayır. Ə.Haqverdiyev. [Rüstəm Qaraşa:] Nə [Mayanın] dədəsi məlumdur, nə nənəsi! Vaxt ikən cilovunu bərk yığışdır, sonra gec olar! M.İbrahimov. cilovdar is.\n1. Qabaqda gedən atın cilovundan tutub çəkən adam. Vaqif cilovdarları, zinpuşçuları və yanınca götürdüyü Səfəri atların yanında qoydu. Çəmənzəminli.\n2. məc. Öncül, öndə gedən. Karvanın cilovdarı. cilovlama “Cilovlamaq”dan f.is. cilovlamaq f. Başına cilov keçirmək, yüyənləmək. Atı cilovlamaq. – Atını minən cilovlar. (Ata. sözü). Vəzirlə vəkil sarısaç adamın atını cilovlayıb saxladı. Ə.Vəliyev. // məc. Saxlamaq, yığışdırmaq, boğmaq, əlqol açmağa qoymamaq. Rübabə kirpiklərini qaldırıb, atasını qarşısında görəndə ürəyinə təskinlik verməyə, hissini cilovlamağa çalışdı. Mir Cəlal. [Bayram kişi:] Əftəranda da dəli xəzrini cilovlamaq lazımdır. M.Rzaquluzadə. cilovlanma “Cilovlanmaq”dan f.is. cilovlanmaq məc. Başına cilov keçirilmək (taxılmaq). // məc. Qabağı, qarşısı alınmaq. cilovlu sif. Başına cilov vurulmuş, cilovu olan. Cilovlu at. cilovsuz sif. Başına cilov vurulmamış, cilovu olmayan. // məc. Ram olmayan, ipə yatmayan, azğın. Məndə nə iradə, nə ixtiyar var; Xəyalım cilovsuz bir dəli ruzgar. S.Vurğun. cilvə is. [ər.] Dilbərcəsinə hərəkət, naz, qəmzə, işvə; hərəkətdə, davranışda, danışıqda incəlik, zəriflik, gözəllik, lətafət. Sığallama hərdəm tərlan quş kimi; Tamam sümüyündə cilvə gərəkdir. M.P.Vaqif. [Xəyyam:] Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban; Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın? H.Cavid. Bütün varlıq .. füsunkar bir cilvədə [şairin] gözlərində işıqlanırdı. Ə.Məmmədxanlı. cilvəkar [ər. cilvə və fars. ...kar] klas. bax cilvəli. cilvəkarlıq is. İşvəkarlıq, nazlılıq, qəmzəlilik, nazəninlik; nazsatma. cilvələnmə “Cilvələnmək”dən f.is. cilvələnmək f. Nazlanmaq, naz etmək, əzilib-büzülmək. Tavus kimi cilvələnə hər səhər; Bəzək verə camalına sərbəsər. M.P.Vaqif. Görürsənmi oğrun baxan gözəli; Tərlan kimi necə cilvələnibdir? Aşıq Ələsgər ..Xanım rübəndi və çarşabı atıb, mərsiyəxanın qarşısında cilvələnməyə başladı. Çəmənzəminli. // Məc. mənada təşbehlərdə. Su üstündə cilvələnir; Söyüdlərin yarpaqları. B.Vahabzadə. cilvəli sif. Nazlı, qəmzəli, işvəli, dilbər, nazənin. Cilvəli qız. Cilvəli qadın. // Məc. mənada təşbehlərdə. [Dərviş:] Qoca kişi özü cilvəli oğlan kimi tərpənib, alaçıqdan tüfəngi gətirdi.. A.Divanbəyoğlu. Cilvəli tərlanım, düşürsən yola; Qolac qollarını boynuma dola. Aşıq Hüseyn. cim is. [ər.] Ərəb əlifbasında “ ” şəklində yazılan hərfin adı. ‣ “Cim”in yanına “rey” qoymaq zar. – qaçmaq, dabanına tüpürmək, daban almaq. cin I. is.\n1. [ər.] Nağıllara və bəzi inanclara görə gözə görünməyən varlıq mövhumi bir məxluq. Cini tutub evdə işlədirmişlər. Cin hər işi tərsinə eləyirmiş.. Cin hər gün yalvararmış ki, üstündəki iynəyi çıxartsınlar. Çünki cinlər iynədən qorxurlar.. (Nağıl). Hələ uşaqlıqda [Yarməmməd] eşitmişdi ki, boş çöllər cinlərlə dolu olur. M.İbrahimov.\n2. məc. Xırdaca, cılız, lakin çevik, zirək uşaq haqqında. Elə bil bu uşaq cindir. ‣ Cin atına mindirmək – bərk hirsləndirmək, cinləndirmək. Belə hərəkət Səkinəni lap cin atına mindirərdi. M.İbrahimov. Xannazirin .. qaçıb gəlməsi Hacı Səmsamı cin atına mindirmişdi. P.Makulu. Cin atına minmək – bərk hirslənmək, cinlənmək. Cin başına (beyninə, təpəsinə) vurmaq – bax cin atına minmək. [Koxa:] Cin vurdu başıma, çıxdım özümdən; Hamısın doyunca kötəklədim mən. S.Rüstəm. Cin vurdu Gəldiyevin başına, istədi [Ağca xanımı] götürüb mıxlasın yerə. Mir Cəlal. Cin bismillahdan qorxan kimi qorxmaq – bir şeydən və ya adamdan çox bərk qorxmaq, ehtiyat etmək, çəkinmək. Cin dəmirdən qorxan kimi qorxmaq – bax cin bismillahdan qorxan kimi qorxmaq. Cin kimi – zəkalı, zirək adam haqqında. Cin tutmaq – dəli olmaq, çıldırmaq. Cini tutmaq – birdən bərk hirslənmək, bərk acığı tutmaq. Cinini başına yığmaq – bax cin atına mindirmək. Cinni-Cəfər qoşunu (kimi) zar. – çox hay-küylü, səs-küylü uşaq izdihamı haqqında.\n\nII. is. [ing.] Giləmeyvələrdən çəkilmiş ingilis arağı. cinah is. [ər.] Tərəf, qol (orduda). Sol cinah. – Piyadalar səf çəkib, tutub sağ-sol cinahı. R.Rza. Bunsuz da sağ cinahda batalyonun üçüncü bölüyü düşmənlə şiddətlə çarpışmaqda idi. Ə.Əbülhəsən. Bölük düşmənin sağ cinahı üzərinə əks-hücuma keçdi. İ.Əfəndiyev. cinas is. [ər.] ədəb. Tələffüzcə bir-birinə yaxın, mənaca müxtəlif sözlər. M.P.Vaqifin cinasları. cinayət is. [ər.]\n1. Mövcud quruluşa qarşı yönəldilmiş və ya mövcud hüquq qanun və qaydalarını pozan ictimai baxımdan təhlükəli hərəkət; suç. Cavahir xanımı adam öldürmək kimi böyük bir cinayətə vadar edən nə idi? T.Ş.Simurq. Cinayət sübut olunana qədər Bəndalını Tahirzadəyə zaminə verdilər. Mir Cəlal.\n2. məc. Yolverilməz, yaramaz, pis hərəkət, əməl. cinayətkar is. [ər. cinayət və fars. ...kar] Cinayət edən, cinayət törədən adam; suçlu. Bu müqəddəs arzulara hər xor baxan cinayətkar; Anaların üsyanilə yerə düşüb olacaq xar. N.Rəfibəyli. Teymur bu cinayətkarlar dəstəsini qolbudaqlı bir ağaca bənzətməkdə səhv eləməmişdi. H.Seyidbəyli. cinayətkaranə bax. cinayətkarca(sına). cinayətkarca (=cinayətkarcasına) zərf Cinayətkar kimi, cinayətkarlıqla, canicəsinə. Cinayətkarcasına hərəkət. cinayətkarcasına (=cinayətkarca) zərf Cinayətkar kimi, cinayətkarlıqla, canicəsinə. Cinayətkarcasına hərəkət. cinayətkarlıq is. Cinayət mahiyyətində olan, cinayət xarakteri daşıyan hərəkət, iş. Pərzad cinayətkarlığını anladığından sonra orada, o kimsəsiz damda qalmayacaqdır. Mir Cəlal. cinayətli sif. Əsasında cinayət olan, cinayət məqsədilə olan. Cinayətli qəsd. cinbaz bax cindar. cinbazlıq bax cindarlıq. cincilim is. bot. Nəm yerlərdə bitən, yatıq gövdəli, xırda güllü yeyilən ot bitkisi. Cincilim qutabı. – Qızlar meşənin ətrafındakı göy çəmənliyi gəzdilər, dolandılar, cincilim, qazayağı yığıb ocaq qaladılar, oturdular, yedilər, aclıqları getdi. (Nağıl). ..Nabat arvad sac asıb cincilim kətəsi salırdı. B.Bayramov. cindar is. [ər. cin və fars. ..dar] köhn. Cinləri guya özünə tabe etməklə onların zərərini aradan qaldıra bilən adam. Ol gün ki, sənə xaliq edər lütf bir övlad; Olsun ürəyin şad; Təyin elə cindarı ki, etsin ona imdad. Ta dəyməyə həmzad. M.Ə.Sabir. Sevər səhərdən axşamadək tanış evləri dolanıb, harada bir yaxşı cindar, yaxşı falçı, yaxşı dua yazan, yaxşı nəfəs sahibi dərviş tapsa idi, onun qapısına gedərək, qızı üçün əlac axtarardı. P.Makulu. cindarlıq is. köhn. Cindarın işi, peşəsi. cing I. təql. Mis, dəmir, şüşə kimi şeylərin başqa bir şeyə və ya bir-birinə toxunmasından hasil olan spesifik səs. • Cing-cing cingildəmək – arasıkəsilmədən cingilti səsi çıxartmaq. [Həpir] .. hərdən elə qışqırır ki, evin səqfi cing-cing cingildəyir. Mir Cəlal. // Məc. mənada. [Qızların] sinələrindən fəvvarə kimi gülüşlər qalxıb cing-cing cingildəyir, sanki gümüş tabağa mirvari dənələri tökürsən... E.Sultanov.\n\nII. is. zool. Sərçədən kiçik, çölbülbülü cinsindən quş. cingənə sif. Xırdaca, balaca. Cingənə qız. cingildəmə “Cingildəmək”dən f.is. cingildəmək f. Cingiltili səs çıxarmaq, cingilti çıxarmaq. Tas ya düşdü, ya cingildədi. (Məsəl). Yavaş-yavaş gümüş qaşıqlar da stəkanlara dəyib cingildədi. Çəmənzəminli. Nəhayət, ümumi sükut içində qazanın mis səsi cingildədi. T.Ş.Simurq. Üzəngilər qeyrimüntəzəm bir halda cingildədi. M.Hüseyn. ‣ Qulağı cingildəmək – bax qulaq. cingildətmə “Cingildətmək”dən f.is. cingildətmək f. Şüşə, mis, metal və bu kimi şeyləri toxundurmaqla cingilti səsi çıxarmaq. [Aslan] orağı bir neçə dəfə cingildətdikdən sonra qara keçədən tikilmiş oraq qabına qoyub sarıdı. Ə.Vəliyev. Sultan və Səməd qədəhləri cingildədib dinməzcə içdilər. İ.Hüseynov. cingilti is. Metal, şüşə və bu kimi şeylərin başqa bir şeyə toxunarkən çıxardığı səs. [Ağca xanım] ..barmağı ilə şüşəni döydü. Şüşə cingilti ilə sınıb yerə töküldü. S.S.Axundov. ..Ləpələrin şırıltısı adamların səs-küyünə və dəmir cingiltilərin, qarışıb ətrafa yayılırdı. M.Süleymanov. cingiltili sif. Zil, nazik. Şahpərinin cingiltili səsindən diksinən oğlan əlini lampadan çəkdi. B.Bayramov. Silaya indi elə gəldi ki, [qızın] ağ əllərini belə görür, cingiltili, şən səsini eşidirdi. S.Vəliyev. ‣ Cingiltili samit dilç. – səs tellərinin iştirakı ilə tələffüz edilən səs (“kar samit” ziddi). cingim cingim-cingim olmaq – xıncımxıncım olmaq, tikə-tikə olmaq, parça-parça olmaq. [Şərif Almasa:] Elə ki vurmadım əlimi yerə, çernilqabı cingim-cingim oldu. C.Cabbarlı. cingir bax cürə3 . cingöz sif. Xırda, iti gözləri olan; bicgöz. Cingöz adam. – Faytonçu gödəkboy, cingöz bir kişi idi. S.Rəhman. cinləndirmə “Cinləndirmək”dən f.is. cinləndirmək bax cinlətmək. cinlənmə “Cinlənmək”dən f.is. cinlənmək f. Bərk hirslənmək, qızmaq, özündən çıxmaq, acığı tutmaq. Əllaf elə cinlənmişdi ki, səsi bazarı tutmuşdu. Mir Cəlal. [İlyas Adiləyə:] [Tərlan] tez-tez fınxırıb cilovunu gəmirir, alovlu qara gözlərini süzərək mənim altımdakı ata baxır, cinlənib acıqlanırdı ki, biz onun ayağına cidar olub, onu tutub saxlayırıq. Ə.Məmmədxanlı. cinlətmə “Cinlətmək”dən f.is. cinlətmək icb. Bərk hirsləndirmək, acıqlandırmaq; özündən çıxarmaq, acığını tutdurmaq. [Xala:] Ay bala, [Yaqut] səni cinlətmək üçün elə deyirdi. Ə.Məmmədxanlı. cinli sif. Dəli, ağlı yerində olmayan, çılğın. [Səfi:] Boyunduruğu yerdə qalar, Xanqulu cinlidir, xata törədib dağa qalxar. S.Rəhimov. // Hirsli, acıqlı. Qaranın cinli gözləri mülayim bir işıqla doldu.. Ə.Məmmədxanlı. cinli-cinli zərf Cinli halda, hirslihirsli, acıqlı-acıqlı. Cinli-cinli baxmaq. cins I. is. [ər.]\n1. Orqanizmin doğub-törəmə prosesilə bilavasitə və ya bilvasitə bağlı olan və orqanizmlərin çoxunda kişi, ya qadın fərdlərini ayırd etməyə imkan verən əlamətlərin məcmusu, habelə canlı vücudların iki kateqoriyasından (kişi və qadın, erkək və dişi) biri. Kişi cinsi. Qadın cinsi. // Müəyyən cinsə mənsubiyyət; qadın, ya kişi, erkək, ya kişi. Cins cinsini həmişə cəlb eylər; Yoxdu bu işdə söhbəti digər. S.Ə.Şirvani.\n2. Nəslən keçən müəyyən əlamət və xüsusiyyətlərə malik ev heyvanları və ya başqa heyvanlar qrupu. Qarabağ cinsindən olan at. İt cinsi. Seleksiya nəticəsində yeni qoyun cinsləri almaq. // sif. mənasında. Yaxşı cinsdən olan, əsilli. – Cins madyan balanı döşündə saxlar. (Ata. sözü). [Həsən xan Alıya:] Eşitmişəm, sənin yaxşı cins atların var. “Koroğlu”.\n3. Soy, nəsil, mənşə, əsil-nəsəb. • Bəşər cinsi – insan, adam. [Dərviş:] İns və cinsdən ayrı düşüb, heyvanlara qarışmaqdan qayət usanmışdım. A.Divanbəyoğlu. [Hacı Rəsul:] Belə də səs, belə də məlahət olarmı! Düşünürsən ki, bəşər cinsi deyil, nədi, özü də kəndistan yerində. Mir Cəlal.\n4. Növ, çeşid. Ənva cins və nəslə mənsub qədəhlər qalxdı, araq boğazları qıcıqlayaraq keçib getdi. Çəmənzəminli.\n\nII. is. [ing.] Pambıqdan toxunan qalın və davamlı parça növü. cinsi sif. [ər.] Cinsə aid olan, cinslə bağlı olan, cinsi göstərən. Cinsi əlamət. Cinsi hüceyrə. Cinsi tərbiyə. – Miçurin cinsi hibridləşdirmə üsulu ilə aldığı hibrid bitkiləri münbit olmayan qumsal torpaqlarda becərmiş və bu yolla bir sıra şaxtayadavamlı və yüksək keyfiyyətə malik olan meyvə çeşidləri almışdır. M.Abutalıbov. cinsiyyət is. [ər.] biol.\n1. Cins, cins xüsusiyyəti; hər hansı bir cinsə mənsubiyyət. Cinsiyyət hüceyrələri. Cinsiyyət səsləşməsi. – Cürbəcür bioloqlar cinsiyyət və irsiyyət haqqında cild-cild elmi əsərlər yazmışlar. M.Rzaquluzadə.\n2. köhn. Tənasül. cinsləşdirilmə “Cinsləşdirilmək”dən f.is. cinsləşdirilmək f. Cinsi, keyfiyyəti yaxşılaşdırılmaq. cinsləşdirmə “Cinsləşdirmək”dən f.is. cinsləşdirmək f. Seleksiya və s. üsullarla cinsi, keyfiyyəti yaxşılaşdırmaq. İnəkləri cinsləşdirmək. – [Muxtar Firəngizə:] Qoyunu cinsləşdirmək sahəsində elmi iş aparacağam. B.Bayramov. cinslik is. Cins heyvanın keyfiyyəti. // sif. Cinsini yaxşılaşdırmaq üçün ayrılmış, döllük, damazlıq. Cinslik qoç. Cinslik inək. cin-şəyatin top. [ər.] Cinlər və şeytanlar (nağıllarda, əfsanələrdə insanın gözünə görünən mövhumi qorxulu məxluqlar). ..Cin-şəyatin, qulyabanı, suadamı barəsində bütün eşitdiklərim gəlib gözümün qabağında durdu. M.Rzaquluzadə. cirə I. is. bot. Xırda ağ çiçəkləri olan birillik bitki (toxumlarından ədviyyə kimi istifadə edilir).\n\nII. is. Ərzaq payı, pay. ..Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. Gündəlik cirəni xeyli azaltdı. M.İbrahimov. Hər üç-dörd ayda, hər kənd təsərrüfatı kompaniyasının axırında bir təriflənmək [Rüstəm kişinin] cirəsi idi. M.İbrahimov. // Norma. Hər suçunun cirəsi gündə bir hektar yer suvarmaqdır. Ə.Vəliyev. ciring-ciring təql. Şüşə, saxsı qabların biri-birinə və ya başqa bir şeyə toxunmasından çıxan səs. İçərişəhərin geniş alaqapılarından və daş darvazalarından içəriyə hücum çəkən külək pəncərələri ciring-ciringə salır, az qala üçmərtəbəli binanı yerindən uçurubdağıtmaq istəyirdi. S.Rəhimov. ciringildəmə “Ciringildəmək”dən f.is. ciringildəmək bax. cingildəmək. Qadir evin bir küncünə, elə belə xalça üstünə uzanmaq istərkən, baş qapının iri zəngi ciringildədi. Ə.Əbülhəsən. ciringilti bax cingilti. ..Sərkar Həmdulla bu ciringiltilərin, kişnərtilərin, nəriltigurultunun müqabilində döyükürdü. S.Rəhimov. cisim is. [ər.]\n1. Fəzanın müəyyən bir qismini dolduran maddə, materiya, şey; fəzada ayrıca şey. Bərk cisimlər. Maye cisimlər. Cisimlərin düşmə qanunu. Göy cisimləri (planetlər, ulduzlar). // riyaz. Eni, uzunu, dərinliyi olan şey. Həndəsi cisimlər.\n2. Bədən, vücud. Oğlan, sən uşaqsan, cavansan hələ; Yenicə cisminə düşüb vəlvələ. M.P.Vaqif. Yandırır cismimi eşqin havası; Bimürvət, demirsən, qar sinəmdə var. Aşıq Ələsgər. // Cənazə. Cismi yalnız gömülmüşdür; Qəbrə, parlaq gözəl əməlləri yox! S.Rüstəm. cisimcik is. Kiçik cisim. Qan cisimcikləri. cismani sif. [ər.]\n1. Cismə mənsub, maddi.\n2. Bədənlə, vücudla, bədən quruluşu ilə bağlı olan. Cismani yorğunluq. Cismani işgəncə. – [Kavus Milnirə:] Cismani gözəlliyə bir ruhani hüsn də əlavə olunarsa, tam bir ahəng vücuda gələr. Çəmənzəminli.\n3. kit. Maddi, maddi əsaslara dayanan (ruhən ziddi). Cismani aləm. // Şəhvani, insanın nəfsi ilə bağlı, ondan irəli gələn. Cismani hisslər. Cismani yaxınlıq. cismən zərf [ər.] Bir cisim olaraq, bir varlıq kimi; bədəncə. Cismən ayrılmaq. – Cismən cərgəmizdə yoxsan da əgər; Sənət dünyasında həmişə varsan. S.Rüstəm. Bugünkü işləri ilə .. [qız] cismən ölüb getmiş atasını ruhən yaşatmağa başlamışdı. S.Rəhman. civar is. [ər.] Ətraf, yaxın yerlər, ətraf yerlər. [Səfərin] atası Qarabağ xanının Naxçıvan civarında olan bir vuruşmasında öldürülmüş(dü). Çəmənzəminli. [Cəmil bəy Bəypolada:] Oturalım, burası qədər gözəl, baxımlı bir yer bu civarda çox az bulunur. H.Cavid. ..İdrisin batalyonu düşmən müdafiəsini birinci olaraq yarıb, şəhərin civarlarına yaxınlaşan ön hissələr içərisində idi. Ə.Məmmədxanlı. civ-civ təql. Körpə quşların çıxardığı səs. civə is. Gümüşü-ağ rəngdə ağır duru metal; kimyəvi element. Civə və onun birləşmələri zəhərlidir. ‣ Civə kimi – bir an yerində durmayan, ələ-ovuca sığmayan adam, yaxud şey haqqında (müqayisə məqamında işlənir). Elçin ucaboylu, civə kimi oynaq bir oğlan idi. M.Rzaquluzadə. Carçıyevin gözləri civə kimi oynadı. İ.Hüseynov. civəli sif. İçərisində, yaxud tərkibində civə olan. Civəli termometr. civhaciv zərf Durmadan civildəyərək, civ-civ səs çıxararaq. Quşlar civhacivlə uçuşurdular. // Vıyıltı ilə, vıyıldayaraq. Yanına civhacivlə tökülən güllələrə əhəmiyyət verməyib .. özünü bölüyə yetirdi. Ə.Əbülhəsən. civildəmə “Civildəmək”dən f.is. civildəmək f. Civ-civ (civil-civil) eləmək, civilti səsi çıxarmaq. Nurəddin gözlərini dolandıranda gördü ki, bir yuvadan dörd sərçə balası başlarını bayıra çıxarıb civildəyirlər. S.S.Axundov. civildəşmə “Civildəşmək”dən f.is. civildəşmək qarş. Ağız-ağıza verib birlikdə civildəşmək. [İsmət:] İştə bahar olmuş, hər yer gülümsər; Quşlar civildəşir, bülbüllər ötər. H.Cavid. Qaratoyuq balaları; Kol dibində civildəşir. B.Vahabzadə. Sərçələr çəpərlərin üstündə, söyüd ağaclarının təpəsində civildəşirdi.. Ə.Abasov. civilti is. Quş balalarının və bəzi xırda həşəratların çıxardığı nazik səs. Quşlar ol dadlı civiltilə oxur; Aç gözün uyqudan, ey tifli-qəyur. A.Səhhət. [Sərçələrin] anaları uçub yuvanın ağzına qondu. Balaları sarı ağızlarını açıb civiltini bərkitdilər. S.S.Axundov. Səhəri həmişə şaqraq civilti və cəhcəhləri ilə qarşılayan meşə nəğməkarları susmuş(du). M.Rzaquluzadə. civiltili sif. Civilti ilə olan. Ötüşən quşların civiltili nəğməsi eşidilirdi. M.Rzaquluzadə. ciyə is. Nazik, möhkəm ip. Tazı sahibinin əlində isə uzun ciyə olardı. H.Sarabski. Onların birinin [nökərlərin] qoltuğunda bükülü kisə, o birinin əlində möhkəm ciyə vardı. M.İbrahimov. ciyər ağ ciyər anat. – insan və onurğalı heyvanlarda döş qəfəsində yerləşən tənəffüs orqanı (bu mənada adətən ciyər şəklində işlənir). Həkim Həsənin ciyərində kiçik bir ləkə olduğunu söylədi. Çəmənzəminli. [Heydərqulunun] kürəyindən dəyən güllə sol ciyərini parçalayaraq döşündən çıxmışdı. Ə.Sadıq. Qara ciyər – insan və heyvan bədəninin öd hasil edən və maddələr mübadiləsi ilə bağlı bir sıra mühüm prosesləri törədən daxili orqanı; bağır. ‣ Ciyər dolusu – dərindən. Göyçək ciyər dolusu nəfəs alıb köksünü ötürdü. Ə.Vəliyev. Ciyər eləmək – ürək eləmək, ürəklənmək, cəsarət etmək. Səd parə könül, xövf eləmə tiri-bəladən; Mərdanə bu meydanə qədəm qoy, ciyər eylə. S.Ə.Şirvani. Ciyəri dağlanmaq – bax ciyəri yanmaq. Ciyəri qana dönmək – bərk mütəəssir olmaq, ürəyi qan olmaq. Ciyərim qanə dönüb, dərdü bəla gördüm əcəb. S.Ə.Şirvani. Ciyəri odlanmaq – 1) bax ciyəri (od tutub) yanmaq; 2) susuzluqdan yanmaq. Ciyəri (od tutub) yanmaq – bərk mütəəssir olmaq, acımaq. Zakirinəm, ey bivəfa dilbərim; Qoy baxsın üzünə həsrət gözlərim; İntizar çəkməkdən yanır ciyərim. Q.Zakir. Qulu kişi bərk ufuldadı. Elə bil ciyəri od tutub yandı. H.K.Sanılı. Ciyərin yansın! – qarğış ifadəsi. [Telli:] Məni qınayan, ciyərin yansın! Ə.Məmmədxanlı. Ciyərinə od düşmək – bax ciyəri (od tutub) yanmaq (odlanmaq). Buyurdular ki, vallahi, hər bir qoca, cındır libasda hammal görəndə ciyərimə od düşür, nəfəsim darıxıb az qalır ki, bihuş olub yıxılam. N.Vəzirov. Ciyərini çıxardaram! – hədə, qorxu ifadəsi. Ciyərini dağlamaq (yandırmaq) – bax. ürəyini yandırmaq (“ürək”də). [Düşmən başçısı] Qazan xandan hayıf almaq, [xanın] ciyərini dağlamaq istəyirdi. M.Rzaquluzadə. Ciyərini kabab eləmək (etmək) – bax ciyərini dağlamaq. Ciyərinin başı sökülmək – ürəkdən acımaq, halına yanmaq, bərk mütəəssir olmaq. Xəstə uşağı gördüm, ciyərimin başı söküldü. ciyərguşə is. [fars.] Çox sevimli övlad (adətən tək uşaq) mənasında. [Vəzir:] ..Hələ mənə bir möhlət ver ki, özümü xanın yanına yetirib sənin ciyərguşənin axırına çıxım, sonra sənin haqqına fikir çəkərəm. M.F.Axundzadə. Gər dəysə soyuq, sancılanıb olsa da bimar; Hökm et gələ cindar; Göstərmə təbibə o ciyərguşəni, zinhar. M.Ə.Sabir. ciyəriyanmış sif. və is. Qarğış sözü. ciyərli sif. Ürəkli, cəsarətli, qoçaq, qorxmaz. ..Məhərrəm də ciyərli kişi idi. M.Süleymanov. ciyərparə [fars.] bax. ciyərguşə. [Şeyx Amiri Şeyx Haşimiyə:] Mən də eşitmişəm, bilirəm ki, sənin ciyərparən, yeganə qız övladın misilsiz bir nazənindir. Ə.Məmmədxanlı. Sənin ciyərparəni mən sevirəm, nə olar? Göz gördü, könül sevdi, mənim nə günahım var. B.Vahabzadə. ciyərsuz sif. [fars.] klas. Ürəkyandıran, yanıqlı. Leyli demə – şəmi-məclisəfruz; Məcnun demə – atəşi-ciyərsuz. Füzuli. Salaməleyküm, ağa Dərviş! Oğlan, genə nə var, nə olub, bu nə cigərsuz qəsidədir? N.Vəzirov. ciyil bax kol-kos. ciyillik bax kol-kosluq. cizgi bax xətt2 . Kosa dik bir cizgi çəkir, sonra yanlardan onu qarmaqla bağlayır. S.Rəhimov. Gözlərinin kənarlarından gicgahlarına doğru uzanan cizgilər onu daim gülümsər göstərirdi. M.Rzaquluzadə. cizgiləmə “Cizgiləmək”dən f.is. cizgiləmək f. Cizgi çəkmək, xətləmək, cızıqlamaq. cizgili sif. Cizgi çəkilmiş, cizgiləri olan, xətli, cızıqlı. cizyə is. [ər.] köhn. Müsəlman ölkələrində müsəlman olmayanlardan əsgərlik xidməti müqabilində alınan vergi. cod sif. dan. Qaba, kobud, sərt, qalın. Sən məni bazarda çustumla; Cod parçadan kostyumla görmüşdün. R.Rza. Üzünün oraburasında bitən cod tüklərin hər biri qara tikana bənzəyirdi. S.Rəhman. Sultan cəld bir hərəkətlə .. cod və çal bığını sığallayıb qədəhləri doldurdu. İ.Hüseynov. ‣ Cod su – tərkibində çoxlu əhəng duzları olan su. Cod su dərini qıcıqlandırır. codlanma “Codlanmaq”dan f.is. codlanmaq bax codlaşmaq. codlaşma “Codlaşmaq”dan f.is. codlaşmaq f. Cod olmaq, zərifliyini, incəliyini itirmək; kobudlaşmaq, qabalaşmaq, sərtləşmək. Tükləri codlaşmaq. // Məc. mənada. Hidayət yenə də təmkinini saxlamağa çalışsa da, codlaşdı, açılışdı. B.Bayramov. Üzünü niyə yana tutursan, ə, eşitmirsən? – Dilavərin səsi codlaşdı. V.Şıxlı. codluq is. Cod şeyin halı, keyfiyyəti. Dərinin codluğu. Tükün codluğu. Yunun codluğu. – Suyun codluğunu və ya yumşaqlığını təyin etmək üçün ona sabun vururlar. Ə.Əlizadə. codyunlu sif. Yunu cod, qaba olan. Codyunlu qoyun. coğrafi sif. Coğrafiyaya aid, coğrafiya ilə bağlı. Coğrafi kəşflər. Coğrafi xəritə. // Hər hansı bir yerin təbii şəraiti, quruluşu və ya vəziyyəti baxımından qiymətləndirilən, baxılan, nəzərdə tutulan. Coğrafi landşaft. Ölkənin coğrafi vəziyyəti. Sənayenin coğrafi yerləşdirilməsi. – Elmi dəlillər Abşeron yarımadasındakı tükənməz sərvəti saxlayan təbəqələrin dənizdə də davam etdiyini göstərir, coğrafi sərhədi şərti bir şey hesab edirdi. M.Süleymanov. Coğrafi mühit – cəmiyyətin maddi həyatının ən zəruri və daimi şərtlərindən biri olan təbii şərait (iqlim, torpaq, təbii sərvətlər və s.). coğrafiya [yun. gegraphia – Yerin təsviri] Təbii və istehsal ərazi komplekslərini tədqiq edən təbiyyat və ictimai elm sahəsi. • İqtisadi coğrafiya – ictimai istehsalın yerləşməsi və müxtəlif ölkələrdə və rayonlarda onun inkişaf şəraiti və xüsusiyyətlərindən bəhs edən elm. Fiziki coğrafiya – insan cəmiyyətini əhatə edən təbii şəraiti (relyef, iqlim, bitki və heyvan aləmi, torpaq və i.a.) öyrənən elm. // Yer üzündə bir şeyin yayılması haqqında tədqiqat. Bitki coğrafiyası. Heyvanlar aləminin coğrafiyası. Torpaqların coğrafiyası. // Coğrafiyadan bəhs edən fənn. Coğrafiyadan tapşırıq. Coğrafiyadan imtahan vermək. Coğrafiya müəllimi. // Coğrafiyadan dərs kitabı, dərslik. ‣ Dilçilik coğrafiyası – dilçiliyin, ayrı-ayrı dil hadisələrinin (fonetik, qrammatik, leksik) yayılması hüdudlarını öyrənən bəhsi. coğrafiyaçı bax. coğrafiyaşünas. Coğrafiyaçıların konfransı. coğrafiyaşünas [yun. coğrafiya və fars. ...şünas] Coğrafiya alimi, coğrafiya mütəxəssisi. Coğrafiyaşünas professor. coğrafiyaşünaslıq is. Coğrafiya tarixi və nəzəriyyəsindən bəhs edən elmlərin məcmusu. comərd is. Mərd, alicənab. Comərd igid heç qaçarmı meydandan; Qılınc çəkib hayıf alar düşməndən. “Koroğlu”. [Qadın:] Çox sağ olun, mən sizi comərd oğlan tanımasaydım, heç qapımı üzünüzə açmazdım. M.S.Ordubadi. Mənim zabitlər arasında da çox comərd yoldaşlarım vardır. M.İbrahimov. // Əliaçıq, səxavətli. comərdcəsinə zərf Comərd adama yaraşan bir tərzdə; alicənabcasına, mərdcəsinə. Comərdcəsinə özünü qabağa verdi. comərdləşmə “Comərdləşmək”dən f.is. comərdləşmək f. Özünü igid, mərd kimi aparmaq, kişiləşmək, əliaçıqlıq, səxavət göstərmək. comərdlik is. Mərdlik, nəciblik, alicənablıq. [Kərim baba:] Özümü itirdim. Lakin qorxmurdum, çünki bu igid heyvanın comərdliyindən əmin idim. A.Şaiq. // Səxavətlilik, əliaçıqlıq; səxavət. corab is. Yun, iplik və ya süni sapdan toxunan uzun və ya qısa boğazlı ayaq geyimi. Naxışlı corab. Yun corab. – Həsən cırıq corabını göstərməmək üçün çəkməsini masanın kölgəsində çıxartdı.. Çəmənzəminli. Səkinə talvar taxtasından asılmış otuzluq neft lampasının işığında oturub Pərşana qış corabı toxuyur... M.İbrahimov. Qərənfil bacının .. ayaqlarında ipək corabla yüngül məst var idi. İ.Əfəndiyev. corabbağı is. Corabı ayaqda saxlamaq üçün rezin, bağ və s. corablı sif. Corab geymiş, ayağında corabı olan. corabtoxuyan is. Corab toxumağa məxsus maşın; corab toxuyan işçi. // Sif. mənasında. Corabtoxuyan maşın. Corabtoxuyan qız. coşdurma “Coşdurmaq”dan f.is. coşdurmaq f.\n1. Qızışdırmaq, şiddətləndirmək, bütün gücü ilə təzahür etdirmək. Hələ bu qadının munis və təvazökar bir qadın olması da insanın məhəbbətini coşdururdu. M.S.Ordubadi. Həyatbəxş və həssas bir hava [Muxtarla xanıma] təmas edərkən qıdıqlandırdı, coşdurdu. Çəmənzəminli.\n2. Hirsləndirmək, acıqlandırmaq, qızışdırmaq, özündən çıxarmaq. Maya bir də ona görə Rüstəm kişinin qəzəbini coşdururdu ki, evində yetişmiş Pərşan vardı. M.İbrahimov. Hidayəti coşduran hər şeydən çox Sənubərin indiki halda belə sakitləşməsi, beləcə duyğusuz kimi laqeyd əyləşməsi idi. B.Bayramov. coşqun sif.\n1. Coşmuş halda olan; qızışmış.\n2. Bütün gücü, şiddəti ilə təzahür edən; güclü, gur, şiddətli; təlatümlü. Coşqun sel. – Saz o qədər məharətlə çalınırdı ki, nəğmə coşqun sular kimi axıb yayılırdı. A.Şaiq. Coşqun Xəzər oynar ayaqlarında; İşıq saçan nefti torpaqlarında; Tarixlərin qızıl yarpaqlarında; Dadlı-dadlı sözləri var ölkəmin. C.Cabbarlı.\n3. məc. Qızğın, güclü, şiddətli, hədsiz. // məc. Ehtiraslı, qızğın, atəşin, həyəcanlı. Coşqun nitq. Coşqun baxışlar. // məc. Dəliqanlı. ..Professor bu aramsız, diribaş, coşqun gəncdən çox şey gözləyirdi. M.Rzaquluzadə. coşqunlaşma “Coşqunlaşmaq”dan f.is. coşqunlaşmaq f. Coşqunluğu artmaq, qızışmaq, şiddətlənmək. Dəniz getdikcə coşqunlaşırdı. coşqunluq is. Coşqun şeyin halı; coşqun, həyəcanlı hal. Hər kəs dəli bir qan coşqunluğu ilə irəliləyir, irəliləyirdi. H.Nəzərli. coşmaq f.\n1. Şiddətlənmək, çox güclənmək, gurlamaq, tüğyan etmək; daşmaq, kükrəmək (təbiət hadisələri haqqında). Tufan getdikcə coşur. Dəniz coşmuşdu. – Bu çaylar coşar indi; Qaynayıb daşar indi; Gözüm dağlarda qalıb; Yar gəlib aşar indi. (Bayatı). Kükrəsin şəlalə; Coşsun, çağlasın; Dağların ərköyün balasıdır o. N.Xəzri. ..Dəniz Ümidin xəyalları kimi coşub çaxnaşırdı. B.Bayramov. // məc. Qızışmaq, qaynamaq, cuşa gəlmək. ..Məhəbbət coşdu, məni bürüdü, “Ruqiyyə, Ruqiyyə” dedirtdi. A.Divanbəyoğlu. [Qubernator:] İnsan qan yığdıqca coşar, qan verdikcə susar. C.Cabbarlı.\n2. məc. Özündən çıxmaq, hirslənmək, qızışmaq, qəzəblənmək. Coşub, qabağını saxlamaq mümkün deyil. Niyə belə coşmusan? – Tahir istər-istəməz təmkinini pozaraq coşdu. S.Rəhimov. [Usta:] Ay arvad, ay Gülpəri, coşma görək, axır nə olub ki? M.Hüseyn. coşub-daşma “Coşub-daşmaq”dan f.is. coşub-daşmaq f.\n1. Güclənmək, şiddətlənmək, artmaq, gurlamaq, kükrəmək. Sel coşub-daşır. – Bu çay coşub-daşanda nə qanlar eləməmişdi. Çəmənzəminli. Külək də birdən əsdi; Coşdu-daşdı dalğalar. H.Hüseynzadə. [Camal:] Qorxma, uçmaz, dəniz nə qədər coşub-daşsa da, heç nə eləyə bilməz. M.Süleymanov.\n2. Bax coşmaq 2-ci mənada. Bu söz üzərinə şişman adam coşdu-daşdı, ağzı köpüklənərək: – Bu sözün sənə neçəyə mal olacağını bilmirsən? A.Şaiq.\n3. məc. Bir şeyin çoxluğunu, güclü təzahürünü bildirir. Tarlada iş coşub-daşır. Bu əlamətdar günlərdə xalqın yaradıcılıq əzmi coşub-daşır. cökə is. bot. Diş-diş yarpaqları və bol şirəli, ətirli çiçəkləri olan ağac. Cökə 20-25 metr hündürlükdə, qışda yarpağı tökülən ağacdır. Ətirli çiçəkləri iyunda açılır, meyvəsi sentyabrda yetişir, çiçəklərindən arılar bal şirəsi yığır, toxumu yağlıdır, bəzən yeyilir: çiçəyi tərlədici dərman kimi işlədilir, oduncağı yüngül və möhkəmdir. H.Qədirov. cökəlik is. Cökə ağacları bitən yer, cökə meşəsi. cöngə is. Erkək, yeniyetmə, cavan inək balası. Qəhrəman meşənin dərinliyində ..ala cöngəni sığallayıb tumarlayırdı. S.Rəhimov. Yelinləri südlə şişmiş inəklər mələşə-mələşə, xam cöngələr böyürə-böyürə .. özlərini bulaqların üstünə saldılar. Ə.Abasov. cövhər is. [ər. əsli farsca “gövhər”dən]\n1. Hər hansı bir üzvi maddənin distillə və s. kimyəvi üsulla ayrılan yığcam məhlulu, şirəsi. Nanə cövhəri (bax cövhərnanə). • Cövhərini çəkmək – distillə etmək, distillə vasitəsilə cövhərini, xülasəsini almaq.\n2. köhn. Neft, ağ neft. [Hacı Sultan] Hərdən qənd və cövhər də alıb satır.. S.Hüseyn. [Şərəf xala:] Qəbir üstünə getmişdim. Gec qayıtdım. Cövhər ala bilmədim, dükanlar bağlı idi. H.Sarabski.\n3. məc. Bir şeyin (əsərin, sənədin, yazının, nitqin və s.-nin) qısa, yığcam xülasəsi, əsas qayəsi, məğzi: əsil mətləb. // məc. Əsil, mayə, zat, kök. Eşq dərdi, ey müalic qabili-dərman deyil; Cövhərindən eyləmək cismi cüda asan deyil. Füzuli. cövhərnanə bax nanə cövhəri (arağı) (“nanə”də). cövlan is. [ər.] Dolanma, hərlənmə, dövri hərəkət; dövretmə, dövran. Könlüm bulanır küçədə cövlanını görcək; Nitqim tutulur hərzəvü hədyanını görcək. M.Ə.Sabir. Qarlı küləyin cövlanı sakitləşmək əvəzinə daha qüvvətlə davam eləməkdə idi. B.Bayramov. • Cövlan etmək (vurmaq) – dolanmaq, hərlənmək, fırlanmaq, dövr etmək, dövrə vurmaq. Odur, atlılar dəstə-dəstə, ya tək-tək uzaqdan görsənirlər. Bir qeyriləri də şəhərdən çıxıb aşağı tərəf çapırlar, bunlar hamısı cövlan edirlər. C.Məmmədquluzadə. [Dəli Səmədin] axşamadək peşəsi şəhəri cövlan etmək idi. Çəmənzəminli. Bəndalı qəfəsdən çıxmış aslan kimi cəld balaca açıq həyətdə bir cövlan vurdu. Mir Cəlal. Cövlana çıxmaq – gəzməyə, dolanmağa çıxmaq. Əlioğlu Qara oğlan xallı atın belində cövlana çıxmışdı. S.Rəhimov. Gəl, gəl çıxaq cövlana; Qoy qızışsın ortalıq. M.Rahim. cövlangah is. [ər. cövlan və fars. ...gah] Gəzinti yeri, seyr yeri, seyrgah. cövr is. [ər.] Cəfa, zülm, əziyyət; incitmə, üzüntü. Fəqirə aid olan föhşü, cövrü, zülmü, cəfanı; Böyükdə, zorbada, bəylərdə, xanda görməli imiş. M.Ə.Sabir. Nola qəlbim, anam kimi ananın; Hər cövrünə, hər nazına dayana. B.Vahabzadə. • Cövr eləmək (etmək) klas. – incitmək, əzab vermək, əziyyət vermək, cəfa vermək, üzüntü vermək. Yar cövr etməz mana əğyar təlim etmədən; Billah, əğyar eyləyən ehsanı yar etməz mana. Füzuli. Səndən savayə cövr eləməz yar, ey könül; Netdin ki, sən bu lütfə səzavar olmusan? S.Ə.Şirvani. Ol qədr cövr et mənə, ah etmək imkan olmasın! M.Ə.Sabir. Cövrünü çəkmək – hər əzabına dözmək, hər dərdinə, əziyyətinə qatlaşmaq. [Qurbani:] Bir gör fələkin dövrünü; Mən çəkmişəm çox cövrünü.. “Qurbani”. [Məşədi Cahangir:] Sənin cövrünü hər yerdə lələşin çəkib, çəkəcək! Mir Cəlal. cövr-cəfa is. [ər.] klas. Bax cövr. Bən nə təriqü vəchlə cövrü cəfadən usanım; Çünki həmişə yarımın cövrü cəfası yarədi. Nəsimi. Ey bivəfa, məni cana yetirdin; Bunca cövrü cəfa birdən olurmu? Q.Zakir. • Cövr-cəfa etmək (eləmək) – zülm etmək, əzab vermək, incitmək. Hər qədər eyləyəsən cövrü-cəfa; Mən sənə eyləməzəm qeyri-vəfa. S.Ə.Şirvani. cövüz is. Qoz. Dərin dərələrin içindən üzüyuxarı dikələn və hər tərəfə alaçıq kimi yayılan irişaxəli qoz ağacları öz balaca göy cövüzləri ilə dayanıb dururdular. S.Rəhimov. cövüzqıran is. Qoz sındırmaq üçün alət; qozsındıran. cövzə bax kəm2 . cubbulu bax cumbulu. cuhud dan. Bax yəhudi. Əttarların ləzzəti cuhudun evi bağlanandan bəri qaçıb. Ə.Haqverdiyev. Buynakski küçədən qoca bir cuhud arvadı dəstəyə gəlib soruşdu.. Qantəmir. cuqquldama “Cuqquldamaq”dan f.is. cuqquldamaq f.\n1. Bax cikkildəmək.\n2. məc. Ötmək, birnəfəsə danışmaq. Nə cuqquldayırsan? culfa is. köhn. Əl hanasında pambıq parça toxuyan adam, toxucu. Culfa kəfənsiz ölər. (Ata. sözü). Atam əllaf, babam dülgər idi; Qardaşım culfa, əmim kargər idi. M.Ə.Sabir. culfalıq (=culfaçılıq) is. Culfanın işi, peşəsi, sənəti. [Fatmanisə:] Almazın atası səhərdən- axşamacan onun-bunun qapısında culfalıq eləyirdi. C.Cabbarlı. Qayadalı kəndinin əhalisi isə xüsusilə culfaçılıqla məşğul olmuşdur. “Elm və həyat”. culfaçılıq (=culfalıq) is. Culfanın işi, peşəsi, sənəti. [Fatmanisə:] Almazın atası səhərdən- axşamacan onun-bunun qapısında culfalıq eləyirdi. C.Cabbarlı. Qayadalı kəndinin əhalisi isə xüsusilə culfaçılıqla məşğul olmuşdur. “Elm və həyat”. cumbulu sif. dan. Çox kiçik, çox balaca, bambalaca. Cumbulu uşaq. cumbululuq is. dan. Balacalıq, kiçiklik. cumdurma “Cumdurmaq”dan f.is. cumdurmaq icb.\n1. Sürətlə, tez, cəld qaçırtmaq.\n2. Hücum etdirmək, hücuma təhrik etmək, məcbur etmək. cumma “Cummaq”dan f.is. cummaq f.\n1. Sürətlə, cəld qaçmaq, cəld getmək, ayaq alıb gəlmək, ya getmək. Evə cummaq. Adamlara tərəf cummaq. – ..Pristav özü atdan düşüb, içəriyə cumdu. M.Hüseyn. Sənəm .. çuvallara tərəf cumdu. Ə.Əbülhəsən. // məc. Üstünə atılmaq, həmlə etmək. O qədər xoşlanıram tüstüsü çıxcaq kababın; Ac pişiktək cumuram şövq ilə birbaşa ətə. M.Ə.Sabir.\n2. Dalmaq, baş vurmaq. Suyun dibinə cummaq. // Məc. mənada. Ələsgər qurbandı belə gəlinə; Sonatək cumubdur eşqin gölünə. Aşıq Ələsgər. ..Kişi sözünü deyib dik-dik baxdı Məhəmməd Həsən əminin üzünə, qeyriləri də gözlərini dikib yerə, fikrə cummuşdular.. C.Məmmədquluzadə. cumuxmaq bax cummaq. cuna (=cunayı) bax tənzif. ..Yasəmən uşağı beşiyə qoyub, cuna ilə üzünü örtür. S.S.Axundov. // Tül rübənd, qaz-qaz, qaz örtük. Gülpərinin üzünə, köhnə toylarda olduğu kimi, cuna çəkmişdilər. M.Hüseyn. cunayı (=cuna) bax tənzif. ..Yasəmən uşağı beşiyə qoyub, cuna ilə üzünü örtür. S.S.Axundov. // Tül rübənd, qaz-qaz, qaz örtük. Gülpərinin üzünə, köhnə toylarda olduğu kimi, cuna çəkmişdilər. M.Hüseyn. cunalı sif. Başına, ya üzünə cuna salmış. // Rübəndli, tüllə örtülü. Atalı, analı gözəl; Ağ üzü cunalı gözəl; Əlləri xınalı gözəl; Gözəl, sənin vəfan yoxmuş. (Qoşma). cunquş bax cumbulu. Cunquş oğlan. cur is. Özünə tay, bərabər; yoldaş, həmtay, bir yerdə oturub-duran yoldaşlardan hər biri. Qızxanım curları ilə duvaqqapmada şirin söhbətə məşğul ikən Vaqif də Mədinənin vüsalına qovuşurdu. Çəmənzəminli. • Cur olmaq – yoldaş olmaq, həmtay olmaq. [Mirzə Cavad:] Bir yandan mənim kimi subaysoluq ilə cur olursan, oturub-durursan, o biri yandan da nədir, o naxoş kişinin detyaslisinə gedirsən.. Mir Cəlal. cur-cur təql. Acından bağırsaqlarda əmələ gələn səs. • Cur-cur eləmək – curuldamaq. [Almaz:] Acından qarnımız curcur eyləyir. N.Vəzirov. curlaşma “Curlaşmaq”dan f.is. curlaşmaq f. Yoldaş olmaq, dost olmaq, həmtay olmaq. curuldama “Curuldamaq”dan f.is. curuldamaq f. Cur-cur eləmək, quruldamaq. Qarnı curuldamaq. – Öküz inildəməkdən qarnı curuldayır. Ə.Vəliyev. cuş is. [fars.] Coşma, qaynama; qələyan, həyəcan. • Cuş eyləmək – coşmaq, qələyana gəlmək, qaynamaq, cuşa gəlmək, qızışmaq. [Harun:] Eşqimiz cuş eyləyib artmaqdadır gündən-günə. Ü.Hacıbəyov. Cuşa gəlmək – coşmaq, qızışmaq, vəcdə gəlmək, şövqə gəlmək. Tahir ..daha da cuşa gəlib, sazın tellərini lap ürəkdən ehtizaza gətirirdi. M.Hüseyn. [Aşıq:] Sinəm cuşa gəldi, mən sazı alıb “Xoş gəlib” rədifli sözümü ovşarı havası ilə oxudum. A.Şəmşir. ‣ Cuşa gətirmək – ruhlandırmaq, canlandırmaq, vəcdə gətirmək, şövqləndirmək. Şərqdən əsən nəsim güllərin, çiçəklərin və ağacların yarpaqlarının arasında aşiq və məşuqlar ürəklərini cuşa gətirən (f.sif.) bir məqamat bərpa etmiş idi. Ə.Haqverdiyev. Qanı cuşa gəlmək – bax qan qaynamaq (“qan”da). Zeynal oğlunu görcək qanı bədənində cuşa gəldi. Çəmənzəminli. cuvar is. Suvarma suyunu bölüşdürən adam. Suçıxmaz arxa cuvar qaydalar, adımı da qoydular yarıtmaz. (Ata. sözü). Yeganə giriş yoluna [Əlləzoğlu] ..qəsdən su buraxıb, bir yaba tikan qoyubmuş ki, cuvar adlaya bilməsin. İ.Hüseynov. cübbə is. [ər.] Keçmişdə: üstdən geyilən uzun ətəkli, enli, düyməsiz geyim. Qocalarımız, cavanlarımız uzun börk qoyardılar, təpəçuxa və cübbə geyərdilər. Ə.Qəmküsar. [Vəzir Xacə Məsuda:] Buyur, tez mənim qırmızı cübbəmi versinlər, kəhər atımı yəhərləsinlər, eşitdinmi? M.F.Axundzadə. Uzun tirmə cübbə geymiş məmurlar [vəliəhdi] əhatə etmişlər. P.Makulu. cübbəli sif. Cübbə geymiş. Bir çılpağı min cübbəli soya bilməz. (Ata. sözü). Ayaq üstə dolaşan şal sarıqlı, qısa cübbəli gənc bir əxi Mirzə Əbdülvahaba yer göstərdi. Çəmənzəminli. cücə is. Toyuq balası. Əlimi hinə soxub, suyun içindən cücələrin cəmdəklərini bir-bir çıxartdım. A.Şaiq. [Hörmət] həmişə cücə və yumurta satmaqla da çörək pullarının bir qismini çıxarardı. Ə.Sadıq. ‣ Cücə kimi – balaca, xırdaca, cılız, sısqa. Cücə kimi qız. – Üst-başı toz-torpaq içində, qısaboylu, cücə kimi sısqa və iri çopur burnu qırmaq kimi əyri bir topal yumaq kimi yumalana-yumalana içəri girdi. M.Rzaquluzadə. ‣ İslanmış cücə kimi – çox acınacaqlı, zavallı, yazıq görkəmi olan adam haqqında. ..Arıq adam islanmış cücə kimi büzüşüb danışığına peşman oldu. M.Hüseyn. cücəgöz sif. Xırdaca gözləri olan. Cücəgöz adam. cücəgözü is. dan. Xal-xal. Cücəgözü parça. – Qərənfil xala keçən il tikdirdiyi cücəgözü çit döşlüyü ilə yapışıb qazanı yerə düşürdü. Ə.Vəliyev. cücəplov is. Xuruşu cücədən ibarət olan plov. [Hacı Həsən:] Bəlkə şeyx cənabları təam buyuralar, yaxşı cücəplov bişiriblər. C.Məmmədquluzadə. Əlvan məzələr və içkilərlə başlayan ziyafət cücəplov və meyvələrlə bitdi. Çəmənzəminli. cücərdilmə “Cücərdilmək”dən f.is. cücərdilmək məch. Bəslənib yetişdirilmək, becərilmək. cücərmə “Cücərmək”dən f.is. cücərmək f. Yetişmək, boy atmaq, torpaqdan çıxmaq, görünməyə başlamaq (bitki haqqında). Havalar qızdıqca çiyid cücərirdi. – Yerdə göy otlar cücərdi; Geniş tarlalar göyərirdi. M.Dilbazi. Bayırda cücərib min gül, min çiçək; Əriyir qəlbində dağların qarı. B.Vahabzadə. cücərti is. Torpaqdan görünən, başı çıxan bitki. Cücərti əmələ gələn gündən sahədə seyrəltmə işləri aparılır. cücərtmə “Cücərtmək”dən f.is. cücərtmək f. Becərərək, bəsləyərək yetişdirmək (toxumu, bitkini). Dəni cücərtmək. cücü is. zool. Milçək, arı, qarışqa kimi buğumayaqlılara verilən ümumi ad; böcək. Amma cücülərdən bir çoxu sübh açılmasından bixəbər idi. A.Divanbəyoğlu. [Nəzirə] başmağının bir tayında cücü görmüş, çimçəşdiyi üçün Rübabəni çağırmışdı. Mir Cəlal. cücüyeyən sif. zool. Cücü ilə qidalanan, həşərat yeyən. Cücüyeyən quşlar. cüft bax cüt1 1-ci mənada. Təzə arvad üçün imperyala; Cüft ilə alınmış brilyant sırğa. H.K.Sanılı. cükküldəmə “Cükküldəmək”dən f.is. cükküldəmək f. Cük-cük eləmək, “cük-cük” səs çıxarmaq. [Tanya Toğrula:] Bura bax, indi də qurbağanın yerinə özün cükküldəyirsən. C.Cabbarlı. cülgə is. məh. Quraqlıq yerlərdə təbii nohur. cüllüt is. zool. Uzundimdikli, nazikayaqlı, tükü naxışlı köçəri quş. Bir dəstə cüllüt qalxdı və “Qara güzgü”nün üstündən keçdi. H.Seyidbəyli. cülus is. [ər.] Hökmdarın taxta çıxması. Şah Abbasın cülusundan altı il keçib, yeddinci il başlanmışdı ki, aşağıda zikr olunan qəziyyə vaqe oldu. M.F.Axundzadə. [Çopo:] Ərdicanın cülusu bir o qədər də təntənəli keçmədi, xalq yorulmuşdu. Çəmənzəminli. • Cülus etmək – taxta oturmaq, hökmdarlığa başlamaq. [Vaqif:] Şah cülus edərkən, İranın dörd valisi tac mərasimində iştirak etməlidir. Çəmənzəminli. [Mirzə Sadıq:] Şah taxta cülus edincə Mirzə Təqi xanı özünə sədriəzəm qərar verib. C.Cabbarlı. cümə is. [ər.] Həftənin beşinci günü; cümə axşamından sonra gələn gün. [Hacı:] Hazırla, ay xalaqızı, cümə günü gələcəyəm! Mir Cəlal. • Cümə axşamı – həftənin dördüncü günü. [Nənəxanım:] A kişi, .. bir yerdə yeyək, cümə axşamıdır, elə ölülərimizin də ruhu şad gedər. Çəmənzəminli. cüməxatan is. Sandıq, yorğan-döşək, və s. qoymaq üçün evin iç divarında düzəldilən oyuq, boş yer. Otağın divarlarındakı cüməxatanda böyük sandıqların üstə ipək, zərzər üzlü əlvan yorğan-döşəklər qoyulardı. H.Sarabski. cümhuriyyət [ər.] bax respublika. Azərbaycan Xalq Cümhuriyyəti. – Meşinov bütün varlığı ilə etiraz etdi: – Yox, yox, cümhuriyyət yox, bu, bütün Şərq məsələsidir! S.Rəhman. cümhuriyyətçi bax respublikaçı. cümlə is.\n1. dilç. Bitmiş bir fikri ifadə edən söz birləşməsi və ya söz. Sadə cümlə. Sual cümləsi. Budaq cümlə.\n2. Hamı, hamısı, bütün. Cümlə karvan əhli heyran qaldı, hamıdan da artıq bu sirrə təəccüb edən Məmməd oldu.. E.Sultanov, [Hacı Saleh:] Yetim İmranı nə tövr saxladığım cümləyə məlumdur. S.S.Axundov.\n3. köhn. Miqdar, məbləğ. cümləqayğı sif. və is. Hamının dərdini çəkən, hamıya qayğı göstərən, canyandıran, qayğıkeş. Cümləqayğı adam. cümləqayğılıq is. Hamının dərdinə qalma, hamının qayğısını çəkmə. Əfruz bacı bir də özü Nənəqızı Balaxana tapşırmaq istədi. Çünki onda belə bir cümləqayğılıq xasiyyəti də vardı. S.Rəhimov. [Allahqulu Çimnaza:] Oğlunnan sən bəs nə qayırırsan? Cümləqayğılıq eləyirsiniz niyə? Gedib xarabanda otursana! Ə.Əbülhəsən. cümləpərdaz is. [ər. cümlə və fars. ...pərdaz] Danışığında və yazısında qəliz, təmtəraqlı cümlələr, ibarələr işlətməyi sevən adam. cümləpərdazlıq is. Qəliz və təmtəraqlı cümlələr, ibarələr işlətməyi sevmə. Politexnik təlim haqqında ümumi mülahizələr yeritməkdən, cümləpərdazlıqdan və doqmatizmdən əl çəkərək, müasir həyatın, xalq təsərrüfatının qarşıya qoyduğu məsələlərlə əlaqədar olaraq praktik iş görmək lazımdır. “Az. məkt.”. // Boş, məzmunsuz, təmtəraqlı sözlər. cümləsi bax cümlətani. Tutub cümləsini, çatın qol-qola. H.K.Sanılı. cümlətani zərf [ər.] Hamılıqla, hamısı bir yerdə, yekunu. Cümlətani on beş kişi idi: hamısı əsgər geyimli, dəri papaqlı idi. Çəmənzəminli. [Həsən:] Cümlətani eləyir iki manat on dörd şahı üç qəpik. Ə.Haqverdiyev. [Mazandaranski:] [Lojada] cümlətani dörd nəfər arvad vardır. C.Cabbarlı. cünb is. [ər.] köhn. Yan, yan tərəf, nəzd. 1879-cu ildə .. Qori şəhərində xristian darülmüəlliminin cünbündə müsəlman şöbəsi açıldı.. F.Köçərli. Xatırımdadır, qardaşım “mollaxanada” məhəlləmizdə Qasımbəy məscidi cünbündəki üsuli-ətiq məktəbində oxuyurdu. T.Ş.Simurq. cüng is. [fars.] Şairlərin seçmə əsərləri, yaxud beytlərin əlyazma toplusu. Fars dilində yazılmış cüng. cür is. [bəzən “cürə” şəklində də işlənir]\n1. Növ, çeşid, qisim. Mağazada yüz cür şey var. • Hər cür – hər növ, ürəyin istəyən, ən müxtəlif. [Rəsul] hər cür yeməkdən araya gətirdi. “Aşıq Qərib”. Qızın qohuməqrəbaları hərə bir cürə pay götürüb, qızın cehizində olan nöqsan şeyləri dolduracaqlar. R.Əfəndiyev.\n2. Üsul, qayda, tərz. Ayrı cür edə bilməzdim. • Bir cür – bir qaydada, bir tərzdə. Hamı bir cür geyinmişdir. Bu cür – belə, bu qaydada, bu tərzdə. Bu cür işləmək olmaz. – [Əsgər xalasına:] Belə, deyirəm ki, bu cürə dolanacağın axırı nə olsun? Ü.Hacıbəyov. cürbəcür sif. Müxtəlif. Cürbəcür kitablar almaq. Cürbəcür tamaşalara baxmaq. Cürbəcür şəhərlər gəzmək. – Məmmədbağırın başına cürbəcür planlar gəlirdi. S.Hüseyn. Cürbəcür bioloqlar cinsiyyət və irsiyyət haqqında cild-cild elmi əsərlər yazmışlar. M.Rzaquluzadə. // Növ-növ, hər növ, hər cür, çeşid-çeşid, dürlü-dürlü. Cürbəcür xırdavat. Cürbəcür xörəklərdən yemək. – Hər rəngə çalan cürbəcür cücülər otlara mərcan kimi sarılmışdı. S.S.Axundov. Gövhər xanım yan otaqdan cürbəcür şirniyyat və mürəbbə gətirib süfrəyə düzdü. Q.İlkin. cürbəcürlük is. Cürbəcür olma, müxtəliflik, başqa-başqalıq. cürdək is. Gildən, saxsıdan, şüşədən və s. materialdan qayrılan darboğazlı su qabı. [Çoban:] Çox uzaq getmə, elə oradan mənim cürdəyimi götür, bəri gəl. Ə.Haqverdiyev. [Cəmil] ..balaca saxsı cürdəyi götürüb su gətirdi. Xanıma soyuq su verdi. Ə.Vəliyev. Məişətdə işlədilən müxtəlif formalı səhənglər, nimçələr, kasalar, kiçik cürdəklər, qazanlar öz ornamentlərinin zənginliyi ilə seçilir. “Elm və həyat”. cürə I. is. Bir qurtum içki, su; bir udumda içiləcək maye. [Kişi:] Bir cürə mənə su ver. Ə.Haqverdiyev.\n\nII. sif. Çox balaca, çox kiçik, xırdaca, boy atmamış, sısqa. Cürə uşaq.\n\nIII. is. zool. Qızılquş növündən alıcı kiçik quş. cürə-cürə bax cürbəcür. cürələşmə “Cürələşmək”dən f.is. cürələşmək f. Balacalaşmaq, kiçikləşmək, sısqalaşmaq. Uşaq getdikcə cürələşir. cürət is. [ər.] Cəsarət, igidlik, hünər, ciyərlilik, ürəklilik, qorxmazlıq. [Nüşabə:] Bir bu gəncdə hünərə, cürətə bax! A.Şaiq. Buna daha artıq qüvvə, daha böyük cürət lazım idi. T.Ş.Simurq. • Cürət etmək (eləmək) – cəsarət etmək, qorxmamaq, çəkinməmək (bir şey etdikdə). Ədə, filan, filan şüdə, sən cürət elədin, mənim arvadımın adını soruşdun? C.Məmmədquluzadə. [Sultan bəy:] [Əsgər] gör nə qudurğan gədədir ki, cürət edib qızımı istəyir. Ü.Hacıbəyov. cürətlə zərf Qorxmadan, cəsarətlə, igidcəsinə. Cürətlə irəli yerimək. Cürətlə soruşmaq. cürətləndirmə “Cürətləndirmək”dən f.is. cürətləndirmək f. Cəsarətləndirmək, ürəkləndirmək, cəsarətə gətirmək. Bu adamın çox da bənd olmaması, özünü sakit və soyuqqanlı göstərməsi Zoranı cürətləndirdi. S.Vəliyev. cürətlənmə “Cürətlənmək”dən f.is. cürətlənmək f. Cəsarətlənmək, cürətə gəlmək, cəsarətə gəlmək, ürəklənmək. Bürcü Sultan bu sözü ondan eşidib, bir az da cürətləndi. “Koroğlu”. Feyzulla evində bir şey tapılmadığını görüb, cürətləndi və birdən səsləndi. Ə.Haqverdiyev. Hamı uşağa tərəf döndü, uşaq cürətlənib hərəkətə gəldi. Mir Cəlal. cürətli sif. Heç şeydən qorxmayan, çəkinməyən; cəsarətli, ürəkli, qoçaq, cəsur, igid. Cürətli oğlan. – [Gülbadam] belə bir cürətli (z.) olmağına özü də təəccüb edərdi. N.Nərimanov. ..Qaraca çobanın cürətli müqaviməti, iki qardaşı ilə birgə hələ ilk həmlədə beş-on atlını vurub yıxmaları basqınçıların qəzəbini artırdı. M.Rzaquluzadə. cürətlilik is. Cəsarətlilik, cəsarət, qorxmazlıq, qoçaqlıq. Lakin bu qorxmazlığa və cürətliliyə baxmayaraq, Baxış oğlu Həsən çox da şəriət qoyan qanundan çıxmaz və dinin yolunu azmazdı. B.Talıblı. cürətsiz sif. və zərf Cəsarətsiz, qorxaq, ürəksiz, ağciyər. Cürətsiz adam. Cürətsiz hərəkət etmək. – Cürət! Odur bizi güldürən hər an; Cürətsiz bir həyat məhv olur, inan! S.Vurğun. cürətsizlik is. Cəsarətsizlik, ürəksizlik, qorxaqlıq. Yenə də mən həmin səsdə cürətsizlik duyurdum. S.Rəhimov. cürləmə “Cürləmək”dən f.is. cürləmək f. Növlərə, çeşidlərə, sortlara ayırmaq. cürm is. [ər.] klas. Günah, təqsir, suç, qəbahət. İki şonqar dalaşanda, bir qarğaya cürm düşər. (Ata. sözü). [Vəzir:] Sultan Mahmud Qəznəvi bu gunə cürm üçün müqərrəblərindən birisinin boynunu öz əlilə vurdu. M.F.Axundzadə. Bağışla cürmümü, ey şux, kim, həyatımda; Çox etmişəm səni azürdə ahü zarım ilə. Q.Zakir. cüssə is. [ər.] Gövdə, bədən; bədən quruluşu, boy-buxun. Sədr [Qərənfilin] ardınca baxaraq, cüssəsinə uymayan nazik və mehriban bir ifadə ilə .. səsləndi. İ.Əfəndiyev. Bahadır ilkiydi Rüstəm kişinin, qamətdə, cüssədə sanki özüydü. B.Vahabzadə. cüssəli sif. Boy-buxunlu, gövdəli, cəsamətli, qamətli. Cüssəli kişi. – Rüstəm kişi atın üstündə çox şad oturmuşdu və olduqca cüssəli (z.) görünürdü. M.İbrahimov. Siz sağa baxdıqca müxtəlif cüssəli, cürbəcür boybuxunlu kişilər gözünüzün qabağından ötüb keçəcəklər. Ə.Vəliyev. Əbdül ağa elə birinci gün Səttarxandan öyrəndi ki, bu cüssəli qonaq [Namaz] Səhlan kəndində anadan olmuş, hələ gənc ikən Bakıya neft mədənlərində işləməyə getmişdir. P.Makulu. cüt I. zərf\n1. Bir yerdə işlənən və bir bütövü təşkil edən iki eyni şey. Bir cüt əlcək. Bir cüt çəkmə. – [Tələbə:] Usta Ağabala .. bir imperial və iki cüt başmaq verdi. Başmağın bir cütü ağa üçün, bir cütü külfəti üçündür. Çəmənzəminli. Bu sözlərdən sonra Camal əmi səliqə ilə .. üç cüt yun, bir cüt tiftik əlcək, beş cüt yun corab, bir yun başlıq, dörd dənə əl dəsmalı səliqə ilə yeşiyə qabladı. Ə.Vəliyev.\n2. İki dənə, iki baş, qoşa. Cüt uşaq. Cüt qardaşlar. Cüt qızlar. – Şuma vacibdi çünki beş cüt kəl; Biçinə çin gərəkdi, xırmana vəl. S.Ə.Şirvani. [Sitarə:] Axır, zalım cüt balamı öldürdü. C.Cabbarlı.\n3. İki bərabər ədədə bölünə bilən. Cüt ədəd.\n\nII. bax xış. Bahar açılan kimi Xudayarbəy zəmilərə cüt göndərib başladı sürdürməyi. C.Məmmədquluzadə. [Cütçü] .. ahəstə-ahəstə cütünü sürüb, öz nəğməsini oxudu. S.S.Axundov. cüt-cüt zərf İki-iki, qoşa-qoşa. Kasıbın pişiyi cüt-cüt doğar. (Məsəl). [Soltan bəy:] Hə, bəs elə isə başlayaq, düzülün! Cüt-cüt olub oynayırlar.. Y.Hacıbəyov. Bu quşlar çox vaxt tək-tək, bəzən də cüt-cüt gəzər .. yalnız düz üstlərinə çıxdıqda havaya qalxarlar. M.Rzaquluzadə. cütbaş (=cütbaşlı) bax ikibaşlı. Alay-alay hücum çəkin; O cütbaşlı qartal üstə. S.Vurğun. cütbaşlı (=cütbaş) bax ikibaşlı. Alay-alay hücum çəkin; O cütbaşlı qartal üstə. S.Vurğun. cütbuynuz (=cütbuynuzlu) bax qoşabuynuz(lu). Cütbuynuzlu keçi. Cütbuynuzlu öküz. cütbuynuzlu (=cütbuynuz) bax qoşabuynuz(lu). Cütbuynuzlu keçi. Cütbuynuzlu öküz. cütçəyirdək (=cütçəyirdəkli) sif. İki çəyirdəyi olan. Cütçəyirdəkli meyvə. cütçəyirdəkli (=cütçəyirdək) sif. İki çəyirdəyi olan. Cütçəyirdəkli meyvə. cütçü is. köhn. Cüt sürən əkinçi. Çıxdı günəş, doldu cahan nur ilə; Cütçü sürür tarlada cüt şur ilə. M.Ə.Sabir. Kəndin yaxınlığındakı çaylaqlarda çəltik üçün yer əkən cütçülərin holavar səsi yüksəlirdi. Ə.Abasov. cütdırnaq (=cütdırnaqlı) bax qoşadırnaqlı. cütdırnaqlı (=cütdırnaq) bax qoşadırnaqlı. cütdırnaqlılar bax qoşadırnaqlılar. cütqanad (=cütqanadlı) bax qoşaqanadlı. cütqanadlı (=cütqanad) bax qoşaqanadlı. cütlələkli sif. Cüt lələyi olan, qoşalələkli. Cütlələkli bitkilər. cütləmə “Cütləmək”dən f.is. cütləmək f. Eyni qəbildən olan iki şeyi bir-birinin yanına qoymaq, cüt eləmək, cüt qoymaq, qoşalamaq. [Koroğlu:] Barmaqlarını cütləyib tellərə elə vurdu ki, meydan səsə gəldi. “Koroğlu”. [Şirzad] ayaqlarını cütləyərək xalçanın üstündə süzür.. M.İbrahimov. [Əlyarov:] Hə, indi su tök görüm, – dedi və əllərini cütləyib aftafanın qabağına tutdu. M.Hüseyn. // İki-iki götürmək, ikiləmək, cüt-cüt ayırmaq. Güləngiz ipək açmağı mükəmməl bildiyi kimi, ipək telləri cütləməyi və burmağı da yaxşı bilir. (Qəzetlərdən). ‣ Başmaqlarını (qabağına) cütləmək – bax başmaq. O oldu ki, Həsənovun başmaqlarını cütlədilər qabağına. Mir Cəlal. cütləşdirilmə “Cütləşdirilmək”dən f.is. cütləşdirilmək məch. Cüt edilmək, ikiləşdirilmək, qoşalaşdırılmaq. cütləşdirmə “Cütləşdirmək”dən f.is. cütləşdirmək f.\n1. Cüt etmək, ikiləşdirmək, qoşalaşdırmaq. Çoxları bu payızda oğlunun toyunu eləmək, qızına cehiz almaq, inəyini cütləşdirmək həsrətilə yaşayırdı. M.İbrahimov. // Bax cütləmək. Ayaqlarını cütləşdirmək.\n2. k.t. Döl almaq üçün erkək və dişi heyvanları bir-birilə görüşdürmək. cütləşmə “Cütləşmək”dən f.is. cütləşmək f.\n1. Cüt olmaq, ikiləşmək, qoşalaşmaq. // Bir-birinə yanaşı olmaq, birbirinin yanında durmaq. Qızlar cütləşib oyuna girdilər.\n2. k.t. Cinsi əlaqədə olmaq (heyvanlar haqqında). cütləyici is. xüs. Bir şeyi cütləyən, cüt-cüt bağlayan, yaxud cüt-cüt ayıran işçi. Güləngiz təkcə ipəkaçanların yox, yeri gələndə burucuların və cütləyicilərin də köməyinə çatır. (Qəzetlərdən). cütlük I. is. Cüt olma; ikilik, qoşalıq; cüt şeyin halı.\n\nII. is. Cüt sürülən yer. [Nərgiz] ata-anasından izin alıb, kəndin qırağındakı cütlüyə bənövşə yığmağa .. getdi. “Məktəb”. cütlükdə zərf İkisi bir yerdə, üçüncünün iştirakı olmadan. cüttoxumlular bax ikiləpəlilər. cüvəllağı sif. Kələkbaz, fırıldaqçı, qeyri-ciddi. [Xəlil:] [Rövşən] hərçənd bir az cüvəllağı idi, amma yaxşı oğlanların biri idi. S.Rəhman. // İs. mənasında. [Xan:] Sizin heç biriniz mənim mərhəmətimə layiq deyil! Bu cüvəllağını niyə qoydunuz, getdi? M.F.Axundzadə. [İkinci kəndli:] Deyəsən, cüvəllağılar Həsənin evini yandırdılar. Ə.Haqverdiyev. ..[Həsən:] [Zəhra] birdən keçər bir cüvəllağının əlinə, yıxar evimi, papağımı vurar yerə. M.İbrahimov. cüvəllağılıq is. Kələkbazlıq, fırıldaqçılıq. Evimizə gedəndə anama Əhmədin cüvəllağılığını başladım nəql eləməgə. C.Məmmədquluzadə. cüyüldəmə “Cüyüldəmək”dən f.is. cüyüldəmək f. Cikkildəmək, ciyildəmək. Fərli cücə yumurtada cüyüldər. (Ata. sözü). cüyültü is. Cikkilti, ciyilti, cük-cük. Quş balalarının cüyültüsü. cüyür is. zool. Marallar fəsiləsindən ceyranabənzər cütdırnaqlı, kövşəyən heyvan; əlik. Sıra dağlar, gen dərələr; Ürək açan mənzərələr; Ceyran qaçar, cüyür mələr.. S.Vurğun. Cüyürlərin cığırını axtarmışam qayalarda; “Oxqay!” deyib oturanda “oxqay!” deyib qayalar da. R.Rza. Çal təpələr, boz dağlar da xeyli uzaqdı; Nə mələyən cüyür vardı, nə qoyun, quzu.. Ə.Cəmil. cüz is. [ər.] Küll halında olan bir şeyin hissələrindən biri; hissə, qisim, parça. // din. Quranın bölündüyü otuz hissədən biri. [Durna:] Qoy 30 cüz Quran mənim ciyərimi parça-parça doğrasın! C.Cabbarlı. Xəlfə dib tərəfdə, köhnə palaz üstündə oturub, ölgün çıraq işığında cüz oxuyurdu. M.Hüseyn. cüzam is. [ər.] tib. Əsasən dəri və toxumaların çürüməsi şəklində təzahür edən ağır xronik xəstəlik, lepra. cüzamlı sif. Cüzam xəstəliyinə tutulmuş. Bunların biri cüzamlı Abbas idi, qalanının qaranlıqda kim olduqları məlum deyil idi... Çəmənzəminli. cüzi zərf [ər.]\n1. Az, azacıq, kiçik. Cüzi məbləğ. – Belədirsə, həmişəlik yetimlər üçün bir məktəb açın, aldığınız prosentlərin cüzi bir hissəsini bu xeyir işə vəqf ediniz. N.Nərimanov. Kərim baba naxırı saxladığı, otardığı üçün aldığı cüzi aylıq ilə keçinərdi. A.Şaiq.\n2. Əhəmiyyətsiz, xırda, boş. [Ağa Mərdan bəy] gah cüzi bir şeyin üstündə Reyhan xanımı döyər, gah məst olaraq arvadı evdən çıxarıb mətbəxdə, balkonda yatmağa məcbur edərdi. T.Ş.Simurq. cüzilik is. Kiçiklik, xırdalıq, əhəmiyyətsizlik; azlıq. cüzvi bax cüzi. [Ağa Kərim:] Mən bir cüzvi işdən ötrü onunla küsülüyəm. M.F.Axundzadə. Bəli, biz burada Mozalan kəndinin xəstəliyi olan sümük azarından – yəni xəbərçilikdən hamısını yox, əsla küllisini yox, cüzvisini yazmaq istərdik. S.Rəhimov. ç azərbaycan əlifbasının dördüncü hərfi. Bax çe. çadır is. Su buraxmayan parçadan düzəldilən müvəqqəti yaşama, daldalanma yeri. Çadır qurmaq. Brezent çadır. – Feldşer çadıra gələndə yaralı yenə də dişlərini qıcıldadır, ufuldayırdı. M.Hüseyn. Midhəd çadırdan çıxdıqdan sonra komandir dərin fikrə getmişdi. Ə.Vəliyev. çadırçı is. köhn. Çadır ustası. [Çadırçı usta:] Bizə yoldaşdı o rəhmətlik baban; Bir çadırçıydı o da. H.Cavid. çadra is. Qadınların başdan topuğacan bədənlərini örtmək üçün işlətdikləri bürüncək; çarşab. Çadra örtmək. – [Cahan:] ..Qoy elə bu güncə çadramı başıma salıb gedim, [Əsgər] üçün qız bəyənib seçim. Ü.Hacıbəyov. Külək vurduqca Tellinin qıyqacı örtdüyü çadrasını yelləndirirdi. S.Hüseyn. çadralı sif. Çadra örtmüş, başında çadra olan; çarşablı. Çadralı qadın. – Öncə gələn atın üstündə ağır gövdəli, ağ çadralı bir xanım oturmuşdu. Çəmənzəminli. [Murad] bir gün küçə ilə keçərkən qarşısına çadralı bir qız çıxdı. S.Hüseyn. çadrasız sif. Çadra örtməmiş, başında çadra olmayan; çarşabsız, üzüaçıq. Çadrasız arvad. çağ I. is. Vaxt, zaman. Bu çağacan harada qalmısan? Nə çağacan səni gözləyək? – Günbatan çağı Kürün üstünü bürüyən duman ətəyini sallayaraq, asta-asta ətrafa yayıldı. İ.Şıxlı. ‣ Oğlan çağı (çağında) – bir şeyin ən qızğın, ən gərgin dövrü(ndə). Qışın oğlan çağında .. Nəriman .. hissələrinə yola düşdü. Mir Cəlal. ..Bu günlər dördüncü iqlim ölkəsi Azərbaycanda yayın oğlan çağı idi. Ə.Məmmədxanlı.\n\nII. sif.\n1. Sağlam, saz, hələ əldən düşməmiş. Çox da qocalmışam, hələ ki, çağam; Bir az namus, qeyrət, ar sinəmdə var. Aşıq Ələsgər. • Çağ olmaq – sağlam olmaq, saz olmaq. Nələrə dözməmisən, sağ ol, mənim ürəyim! Həmişə olduğun tək çağ ol, mənim ürəyim! S.Rüstəm.\n2. Kefi kök, dərdsiz, qəmsiz. Uşağın kefi çağdır. // dan. Kök, dolğun, tosqun. Çağ qız. Çağ uşaq. çağa is. dan. Körpə uşaq. Aygün alıb çağasını bağrına basır; Analara təsəllidir dar gündə övlad. S.Vurğun. Bu anda çağa qışqırdı, onun həyat qədər güclü və sağlam səsi atasının sözlərini təsdiq edirdi. M.Hüseyn. çağalıq is. Uşaqlıq, körpəlik. Çağalıq dövrü. çağıltı is. Çağlayan suyun çıxardığı səs, axan suyun daşlara, qayalara çarparaq çıxardığı səs. Güclənən sellər dərəaşağı çağlayırdı. Elə bil bu çağıltı öz ahəngi ilə “gəlgəl” deyə Qəhrəmanı çağırırdı. S.Rəhimov. çağırıcı sif. Çağıran. [Qadının] amiranə çağırıcı ahəngi mübarizə və qələbə ruhu ilə doludur. R.Rza. çağırılma “Çağırılmaq”dan f.is. çağırılmaq “Çağırmaq”dan məch. İclas çağırılmışdı. İclasda bircə məsələ müzakirə edilirdi. M.S.Ordubadi. Bəndalı təqsirini etiraf etmədiyi üçün təzə şahidlər çağırılmışdı. Mir Cəlal. ‣ Çağırılmamış qonaq – dəvətsiz olaraq bir yerə gəlmiş, yaxud arzu olunmadığı və ya gözlənilmədiyi halda gəlmiş adam haqqında. Çağırılmamış qonağın gəlməsi [Məstan bəyi] pərt etdi. B.Talıblı. Atlıxanla Güləndam özlərini bikef göstərsələr də sevinirdilər ki, binənin suyunu bulandıran bu çağırılmamış qonaq axırı ki, çıxıb gedir. İ.Məlikzadə. Çağırılmış bayatı – çoxdan deyilmiş, çoxdan məlum olan, artıq əhəmiyyəti, mənası olmayan sözlər haqqında. çağırım is. Səs gedib çatan məsafə. İki çağırım qədər getmişdik ki, uzaqda biçinçilərin oraqlarının qat-qarışıq səsləri qulağımıza yetişdi. A.Şaiq. [Qaraca Çoban] hər çağırımda növbətçi qoymalarını, hər ehtimala qarşı hazır və sayıq olmalarını, işarə verilən kimi düz bura yığılmalarını [atlılarına] tapşırdı. M.Rzaquluzadə. çağırış is.\n1. Çağırma, səsləmə; çağırma səsi. [Qəhrəman] dayanıb bu çağırış səsini dinləyirdi. S.Rəhimov. Şahpəri altdanüstdən geyinib Daşdəmirin çağırışına getdi. B.Bayramov.\n2. Bir rəhbər ideyanı, siyasi tələbi qısa şəkildə ifadə edən müraciət; şüar. [Nizami:] ..Qızıl Arslanın çağırışına birinci növbədə mən səs verirəm. M.S.Ordubadi.\n3. Bir iş görmək, vəzifəsini yerinə yetirmək üçün tələb və ya xahişlə bir yerə gəlmə. [Həsən ağanın] oğlu anasının çağırışını dərhal başa düşdü və yapıncılı-çuxalı eyvana çıxdı. İ.Şıxlı.\n4. Bax çağırış vərəqəsi. Ağabala hələ indiyə qədər çağırış almamışdı. Mir Cəlal. • Çağırış vərəqəsi – bir yerə çağırılmaq haqqında qısa yazılı məlumat, çağırış. Məhkəmədən çağırış vərəqəsi almaq. – Birdən Gəray çağırış vərəqəsini masanın üstə qoyub dilləndi. Ə.Əbülhəsən. çağırışçı is. Hərbi xidmətə çağırılan adam (gənc). Bakıda Firidunu növbəti çağırışçılara qoşub, Tbilisiyə göndərdilər. Mir Cəlal. çağırışma “Çağırışmaq”dan f.is. çağırışmaq qarş. Bir-birini çağırmaq, səs-səsə verərək çağırmaq. Durna yoldaşları ilə meşə meyvələrindən yığır, kənd qızları bir-birini itələyir, zarafatlaşır, çağırışırdılar. Ə.Vəliyev. çağırma “Çağırmaq”dan f.is. çağırmaq f.\n1. Birinin adını, yaxud təxəllüsünü, ləqəbini ucadan deyərək yanına gəlməsini, yaxınlaşmasını, ya da cavab verməsini istəmək. Birdən: – Ərbab! – deyə, birinin arxamdan alçaq səslə məni çağırdığını eşitdim. S.Hüseyn. Mahirə .. durna boğazını yuxarı tutaraq çağırırdı: – Sarxan, Sarxan! M.Hüseyn.\n2. Bir yerə dəvət etmək. Toya çağırmaq. – Ana Südabəyə yavaşca: – Qızım, Firidunu qonaq çağırsana, – dedi. M.İbrahimov. Qış tətilinə gələn bacısı qızı Zərifəni Qafar bu gün qonaq çağırmışdı. Ə.Əbülhəsən.\n3. Mühüm bir işi görməyə dəvət etmək, cəlb etmək, ruhlandırmaq. Vətəni müdafiəyə çağırmaq. Düz yola çağırmaq. – Mənim də köksümdə bu səs bağırır; Hünərə, əməyə, işə çağırır. A.Şaiq. İlk söhbəti, ilk sözü yol açdı ürəklərə; Çağırıb insanları nurlu, aydın səhərə. R.Rza.\n4. Adətən hərəkət bildirən bəzi isimlərlə birlikdə təklif etmək, tələb etmək mənasında tərkiblər əmələ gətirir. Sükuta çağırmaq. Sayıq olmağa çağırmaq. Tabe olmağa çağırmaq. Nizama çağırmaq.\n5. İclas, müşavirə, kollegial orqan və s. üzvlərini məsələ həll etmək, məsləhətləşmək, bir qərar çıxarmaq üçün bir yerə yığmaq. İclas çağırmaq. – Müalicə komissiyasından qayıdan kimi Zahir büro çağırıb katibliyi müvəqqəti Gəldiyevə həvalə etmişdi. Mir Cəlal.\n6. Çağırış vərəqəsi ilə birinin bir yerə gəlməsini xahiş və ya tələb etmək. Hərbi komissarlığa çağırmaq. – ..İndi Güldəstəni başqa bir milis şöbəsinə çağırmaq lazım gələcək. H.Seyidbəyli.\n7. məc. Hava ilə oxumaq. Bayatı çağırmaq. – Aşıq gördüyünü çağırar. (Ata. sözü). [Əbdürrəhman bəy:] Əlinin ikisini də qoy qulaqlarının dibinə, gəraylı çağır. N.Vəzirov. [Balaqız:] Səfi oğlu İskəndər gecələr səhərədək sizin doqqazda bayatı çağırır. Ə.Haqverdiyev.\n8. məc. Arzu etmək, istəmək, həvəsində olmaq. İftara bir az qalanda mömin müsəlmanlar təsbeh çevirə-çevirə dodaqları duanı vird eləyəndə ürəkləri də plov çağırır. C.Məmmədquluzadə. çağırtı is. Çağırış, çağırış səsi. çağırtma “Çağırtmaq”dan f.is. çağırtmaq icb. Başqası vasitəsilə çağırmaq. Üç gün sonra Mehribanın atası Ağdaşdan gəlmişdi. Onu teleqrafla Mehriban çağırtmışdı. S.Hüseyn. Verdiyev adam göndərib, layihə bürosundan “vacib iş üçün” Gəldiyevi çağırtdı. Mir Cəlal. çağlama “Çağlamaq”dan f.is. çağlamaq f.\n1. Çağıltı ilə axmaq, şırıltı ilə köpüklənərək tökülmək. Şəlalə çağlayır. – Göy otların arasından bulaqlar; Şırıltıyla köpüklənərkən çağlar. A.Səhhət. Nəbi .. qıjıltı ilə gedən çaylara, qayalardan çağlayıb tökülən şəlalələrə tamaşa edirdi. S.Rəhimov.\n2. məc. Qaynamaq, coşmaq. Cəmisi bir ay əvvəl burada sakit və məsud bir həyat çağlayırdı. Mir Cəlal. O getdi, çağladı ürəyində kin; Getdi sorağında baharın, yazın. N.Xəzri. // Obrazlı təşbehlərdə. Könül hıçqırtısı, qəlb atəşi, can yanğısıdır; Sən mənim göz yaşım ol, çağla, Segah, çağla, Segah! B.Vahabzadə. çağlayan is. Şəlalə, şırran. çaharşənbə [fars.] bax çərşənbə. çaxçax is.\n1. Keçmişdə: qapını döymək üçün ona vurulan dəmir toxmaqdan ibarət alət. Məşədi Kazım yenicə oturmuşdu, qapının çaxçaxı vuruldu.. M.S.Ordubadi.\n2. Çəpər kimi yan-yana vurulan ensiz taxtalardan hasar; məhəccər. çaxçur is. Keçmişdə: qadınların geydikləri balağı büzməli enli şalvar növü. Qadınlar rübənd vurmağa, çaxçur geyməyə macal tapmayıb hara gəldi qaçırdılar. P.Makulu. çaxıcı is. Çaxma (2-ci mənada) ustası. çaxır is. Şərab. Calal başını kənara çəkib üzünü turşudur: – Vallah, dadaş, genə çaxır içmisən. C.Məmmədquluzadə. ‣ Çaxır tuluğu zar. – içki düşkünü. çaxırçı is. Çaxır (və b. içkilər) satılan dükan. Əvəzində buların çayçı, çaxırçı dükanı; Gecə-gündüz doludur cümlə müsəlman, mənə nə? M.Ə.Sabir. // köhn. Çaxır dükanının sahibi. Mübahisə başlanardı, çaxırçı fit verərdi və yalandan qorodovoy gələrdi. H.Sarabski. // Çaxır hazırlayan adam. çaxırçılıq is. Şərabçılıq. çaxırsatan is. Çaxır (və s. içkilər) satmaqla məşğul olan adam. çaxış is. Çaxmaq işi, çaxma. O, göylərin şimşəyi; Yerlərin üsyanıdır; İldırım çaxışıdır. B.Vahabzadə. çaxma 1. “Çaxmaq2 ”dan f.is.\n2. xüs. Müxtəlif metal lövhələri vurub qabartmaqla hazırlanan naxışlı bəzək əşyası; çekanka. çaxmaq I. is.\n1. Odlu silahlarda zərb mexanizminin hissəsi; yay. Tapançanın çaxmağı. – Bütün ümidlərinin alt-üst olduğunu görən Vəli tüfənginin çaxmağını çəkdi. M.Hüseyn. Nişançılar isə .. silahlarını, xüsusən çaxmaqlarını təmizləyirlər.. Ə.Əbülhəsən.\n2. Keçmişdə: çaxmaqdaşına vurub qığılcım çıxararaq qovu yandıran çox bərk daş, yaxud dəmir (polad) parçası. Qasım kişi çaxmağı daşa vurub qovu basır çubuğa. C.Məmmədquluzadə. [Hüseynəli əmi] ..dəri kisənin içərisindən çaxmağı və daşı götürüb qovu odladı.. M.S.Ordubadi. // Keçmişdə: od almaq üçün işlədilən çaxmaq, çaxmaqdaşı və qov bir yerdə. Çaxmaqla papirosu yandırmaq.\n\nII. f.\n1. Atəş açmaq üçün tüfəngin, tapançanın çaxmağını çəkib buraxmaq; atəş açmaq; güllə ilə vurmaq. Səttar daxılı çəkir, tapançanı çıxarıb Kəblə Heybətin kürəyinə bir güllə çaxır. H.Sarabski. Həmin saat tüfəngin iki gözünü də çaxdım, ancaq heç biri dəymədi. M.Rzaquluzadə.\n2. Birdən-birə işıldamaq, parıldayıb bərk şaqqıldamaq (ildırım, şimşək haqqında). Şimşək çaxdı. – Faytonun içərisini sükut bürümüşdü, bayırda isə şiddətlə yağış yağır, göy guruldayır və ildırım çaxırdı. M.S.Ordubadi. Gün çıxar, qar yağar, ildırım çaxar; Əgər tənha olsa, dağ da darıxar. N.Xəzri. // Obrazlı təşbehlərdə işlədilir. Kinli ürəklərdə bəslənən şimşək; Başında partladı, gözündə çaxdı. M.Müşfiq. Dəmirqayanın gözləri alovlanır, baxışlarından ildırımlar çaxırdı. H.Nəzərli. // Vurmaq, ilişdirmək. Başına bir yumruq çaxdı. // Əllə və ya əldə tutulan bir şeylə vurmaq; qaxmaq. Mıx çaxmaq. çaxmaqdaşı is. Keçmişdə: od almaq (qığılcım çıxarmaq) üçün çaxmağın vurulduğu xüsusi daş parçası. [Baba] qovu çaxmaqdaşı ilə alışdırıb çubuğu yandırdı. Çəmənzəminli. [Qızıl qayada] yer altından çıxan qaz, kim bilir, nə zamansa bir yolçunun, bir ovçunun, ya bir çobanın çaxmaqdaşından od alıb, gecə-gündüz şölə çəkib yanır. R.Rza. çaxmaq-qov top. Keçmişdə: od almaq (qığılcım çıxarmaq) üçün işlədilən çaxmaq və qov. [Nəbi] sonra qəlyanını doldurub, çaxmaq-qovla yandırdı. Ə.Abasov. çaxmaqlı sif. Çaxmağı olan. • Çaxmaqlı tüfəng (tapança) – keçmişdə: çaxmaqdaşı və çaxmaq vasitəsilə alışdırılan primitiv tüfəng (tapança). Otaqların bütün əşyası çaxmaqlı tüfəng və köhnə xəncərdən ibarət idi. A.Şaiq. [Güləli] ..ala iti kəmsiyindən açıb yanına aldı, ulu babasından qalan çaxmaqlı tüfəngi də çiyninə saldı. S.Rəhimov. çaxnaşdırma “Çaxnaşdırmaq”dan f.is. çaxnaşdırmaq f. Aranı qarışdırmaq, qarışıqlıq salmaq, bir-birinə vurdurmaq, çaxnaşma (çaxnaşıq) salmaq. [Balarza:] Xub, bəs bunu hansı haramzada eləyir, kəndi çaxnaşdırır bir-birinə? C.Cabbarlı. çaxnaşıq bax çaxnaşma 2-ci mənada. • Çaxnaşıq düşmək – bax çaxnaşma düşmək (“çaxnaşma”da). [Çopo:] Sabaha qədər davam edən qanlı vuruşmadan sonra xaqan ordusuna çaxnaşıq düşdü.. Çəmənzəminli. Çaxnaşıq salmaq – bax çaxnaşma salmaq (“çaxnaşma”da). [Kor:] İskitlər hücum edəcəkləri xalqlar arasına çaxnaşıq salmaq üçün hücumdan əvvəl oraya korları göndərərlər. Çəmənzəminli. // sif. Həyəcanlı, vahiməli. Car çəkir çarxların çaxnaşıq səsi; Car çəkir, qışqırır nəhəng motorlar. S.Vurğun. çaxnaşma 1. “Çaxnaşmaq”dan f.is.\n2. Qarışıqlıq, həyəcan, təlaş, vahimə, vəlvələ. Camaat içərisində bərk çaxnaşma oldu. “Abbas və Gülgəz”. • Çaxnaşma düşmək – həyəcanla dolu qarışıqlıq düşmək, vəlvələ düşmək, vahimə düşmək, hamı bir-birinə dəymək, çaxnaşmaq. Karvan əhli bir-birinə dəydi. Bir çaxnaşma düşdü, gəl görəsən. “Koroğlu”. Qoşunu görən kəndlilər qaçır, ətrafa çaxnaşma düşürdü. Çəmənzəminli. Çaxnaşma salmaq – həyəcan salmaq, vəlvələ salmaq, vahimə salmaq, qarışıqlıq salmaq, aranı qarışdırmaq, çaxnaşdırmaq. Qıssanın səsi həyətin sükutunu pozdu, ümumi bir çaxnaşma saldı. Mir Cəlal. çaxnaşmaq f. Asayiş, əmin-amanlıq pozulmaq, hamı bir-birinə dəymək, qarışıqlıq düşmək, çaxnaşma düşmək. Talan oldu elin varı; Aralıq çaxnaşdı yenə. S.Vurğun. Camaat çaxnaşdı, qasırğalı dəniz kimi irəli hücum çəkdi. Ə.Vəliyev. çaq-çaq is. Keçmişdə: evlərin həyət qapısında qapını döymək üçün dəmir toxmaqcıq. Çaq-çaqla qapını döymək. – Qapının başında şir şəkli, sol tayında sarı bürüncdən çaq-çağın ucu ilan başına bənzəyir. M.S.Ordubadi. çaq-çuq təql. Çaqqaçaq, çaqqıltı, çaqçaq səsi. Xozeyin dinməz-söyləməz çötkəni götürüb, çaq-çuq hesab elədi. S.M.Qənizadə. ‣ Çaq-çuq eləmək dan. – xırda alver və ya xırda bir işlə məşğul olmaq. [Məşədi Məmməd:] Köhnə paltar alıb-satıram. [Səməd:] Hə, belə de! Bir az çaq-çuq edirik. B.Talıblı. [Yəhya Kamal:] Niyə qoymursan çaq-çuğumuzu eləyək? Mir Cəlal. çaqıl is. Çınqıl, çaydaşı. Toplandı bir yerə çaqıl, kirəc, su. M.Müşfiq. çaqqaçaq (=çaqqaçuq) təql. Çaq-çaq səsi; çaqqıltı. [Əsgərlər] ..söhbət edərək, aldıqları patronları çantalarına qoyur, daraqların silaha düşüb-düşmədiyini çaqqaçaqla yoxlayırdı(lar). Ə.Əbülhəsən. çaqqaçuq (=çaqqaçaq) təql. Çaq-çaq səsi; çaqqıltı. [Əsgərlər] ..söhbət edərək, aldıqları patronları çantalarına qoyur, daraqların silaha düşüb-düşmədiyini çaqqaçaqla yoxlayırdı(lar). Ə.Əbülhəsən. çaqqal is. [fars.] zool. Əsasən cəmdəklə qidalanan itkimilər ailəsindən vəhşi heyvan. Çaqqal var gödən çıxarır, qurdun adı bədnamdır. (Ata. sözü). [Ömər koxa] ..qapıbacalarda ləngiyən mal-qaranın mələşməsinə qulaq asar, Kürün bəri üzündəki tülkülərin, çaqqalların vaqqıltısını dinləyərdi. İ.Şıxlı. ‣ Çaqqal yağışı – günəşli havada yağan irigilə yağış. çaqqalboğan is. Hər cür kal, bərk, boğucu meyvə haqqında. çaqqıldama “Çaqqıldamaq”dan f.is. çaqqıldamaq f. Çaqqıltı səsi çıxarmaq. çaqqıltı bax çaqqaçaq. çal sif.\n1. Başqa rənglə qarışıq boz rəng; açıq-boz və ya tünd-boz. Çal ayğır qulağını qırpıb adamların üstünə cumanda handa bir özündən deyən igid belə qabağında dura bilmir.. Ə.Vəliyev. Başında çal papaq, çiynində xurcun; İldırım çaxırdı gözündən onun. B.Vahabzadə.\n2. Ağarmağa başlamış, dən düşmüş. Qoca çal qaşları altında gizlənmiş gözlərini yarı qapayaraq şagirdinə qulaq asdı.. Ə.Məmmədxanlı. Ləzzətli düşbərəni iştaha ilə yeməyə başlayan usta çal bığlarını sığalladı. B.Bayramov. • Çal düşmək – ağarmağa başlamaq, dən düşmək.\n3. Bitkisi az olan və ya heç olmayan; boz. Meşənin arasında çal qayalığın ayağı iki yana ayrılmışdı. S.Rəhimov. Çal təpələr, boz dağlar da xeyli uzaqdı; Nə mələyən cüyür vardı, nə qoyun-quzu.. Ə.Cəmil. çala is. Çökək yer, çuxur yer, çökəklik. [Səməd:] Baxın, o çalada .. pambıq adam boyundan yuxarıdır. T.Ş.Simurq. Orxan o tərəfə adladı və gördü ki, .. it balaca çaladakı ayranı uzun, qırmızı dili ilə laqqıldadalaqqıldada içir. İ.Məlikzadə. çalacıq “Çala”dan kiç.: kiçik çala. Cərgələrdə bir-birindən 25 sm aralı olaraq çalacıqlar (yuvacıqlar) qazılmalıdır. “Çay bitkisi”. çala-çökək (=çala-çuxur) is. Hamar olmayan, çala-çuxur çox olan yer, oyuqoyuq yer. Çala-çuxuru hamarlamaq. – Çalaçuxur əlindən maşınlara gün yox idi. Ə.Əbülhəsən. Arabada oturan iki nəfər .. arabanın çala-çuxura düşüb silkələnməsinə əhəmiyyət vermirdi.. H.Seyidbəyli. // Sif. mənasında. Çala-çuxur sahə. Çala-çökək yerlər. – Faytonumuz çala-çuxur yollarla gedirdi. M.S.Ordubadi. çala-çuxur (=çala-çökək) is. Hamar olmayan, çala-çuxur çox olan yer, oyuqoyuq yer. Çala-çuxuru hamarlamaq. – Çalaçuxur əlindən maşınlara gün yox idi. Ə.Əbülhəsən. Arabada oturan iki nəfər .. arabanın çala-çuxura düşüb silkələnməsinə əhəmiyyət vermirdi.. H.Seyidbəyli. // Sif. mənasında. Çala-çuxur sahə. Çala-çökək yerlər. – Faytonumuz çala-çuxur yollarla gedirdi. M.S.Ordubadi. çala-çuxurluq is. Çala-çuxur olan yer. // Çala-çuxur yerin halı. çalağan is. zool. Uzun qanadları və əyri dimdiyi olan iri yırtıcı quş. Ovlayıb öz şikarını uçaraq; Qonur, orda didib yeyir çalağan. A.Səhhət. Havada süzən iri bir çalağanın kölgəsi çəpərin üstündən aşıb, həyətin ortası ilə tövləyə doğru süründü. İ.Şıxlı. çalalama “Çalalamaq”dan f.is. çalalamaq f. Çala qazımaq, çuxurlamaq, qazıb çala halına gətirmək. [Bir dəstə adam] boz torpağı tərpədib, yeri çalalayıb eşdilər. S.Rəhimov. çalalanma “Çalalanmaq”dan f.is. çalalanmaq f. Oyulmaq, oyuq əmələ gəlmək, çala əmələ gəlmək. Damcı-damcı tökülən su göy daşın üstünə damcılayanda daş çalalanır, damcı, getdikcə daşı əridir və özünə yer düzəldir. S.Rəhimov. çalan (=çalançı) bax çalğıçı. çalançı (=çalan) bax çalğıçı. çalar (=çalarlıq) is.\n1. Əsas rəngdən yalnız tonla fərqlənən rəng müxtəlifliyi. Rəng çaları.\n2. məc. Bir şeydəki kiçik müxtəliflik, azacıq fərq; incəlik. Sözün məna çalarları. çalar... Bir sıra rəng adlarına qoşularaq oxşarlıq, bənzərlik, yaxınlıq bildirir; məs.: ağaçalar, qırmızıyaçalar və s. çalarlıq (=çalar) is.\n1. Əsas rəngdən yalnız tonla fərqlənən rəng müxtəlifliyi. Rəng çaları.\n2. məc. Bir şeydəki kiçik müxtəliflik, azacıq fərq; incəlik. Sözün məna çalarları. çalar... Bir sıra rəng adlarına qoşularaq oxşarlıq, bənzərlik, yaxınlıq bildirir; məs.: ağaçalar, qırmızıyaçalar və s. çalbaş (=çalbaşlı) sif. Başı çal, başı (saçları) çallaşmış, başına (saçlarına) dən düşmüş. Çalbaş qadın. çalbaşlı (=çalbaş) sif. Başı çal, başı (saçları) çallaşmış, başına (saçlarına) dən düşmüş. Çalbaş qadın. çalbığ (=çalbığlı) sif. Bığları çal, bığı çallaşmış, bığına dən düşmüş. Çalbığlı qoca. – Çalbığ baytar müsafirləri əyləndirmək üçün sükutu pozdu.. Çəmənzəminli. çalbığlı (=çalbığ) sif. Bığları çal, bığı çallaşmış, bığına dən düşmüş. Çalbığlı qoca. – Çalbığ baytar müsafirləri əyləndirmək üçün sükutu pozdu.. Çəmənzəminli. çal-boz sif. Bozaçalan, çal rəngli; həm çal, həm də boz rəngdə olan. Çal-boz qaya. çal-çağır is. Musiqi ilə birgə oxuma; çalğı və nəğmə səsi; şənlik. Yaz fəslinin mayından başlamış payızın qırovuna qədər alaçıqla örtülən bu yerlər şənliklə, çal-çağırla dolur.. S.Rəhimov. Görəsən nə olub, nə əhvalat baş verib ki, qırx ildən sonra, yazın çal-çağır vədəsində Mirzənin güzarı bu yerlərə düşüb? İ.Məlikzadə. çal-çap is. Çalıb-çapma; soyğunçuluq, çapovul(çuluq). Qovğasız durmaqdan bezmişdilər lap; Yox idi atışma, nə başqa çalçap. H.K.Sanılı. Dəyələrdə də həmişə çalçap olurdu. Mir Cəlal. çal-çarpaz zərf Çarpaz, çarpaz şəkildə. Qatarı döşündə, beldə çal-çarpaz; Tüfəngtapançalar edilmişdi saz. H.K.Sanılı. [Qadın] başına örtdüyü, boğazına doladığı ağ yun şalın uclarını belinə çal-çarpaz bağlamışdı. Mir Cəlal. çal-çəpər bax çəpər 1-ci mənada. Çal-çəpər sökülüb dağılmışdı. B.Bayramov. Çal-çəpəri çoxdan dağılmış, ağaclarının çoxusu qurumuş bağçada .. ağ süfrə salınmışdı. İ.Hüseynov. çaldırma “Çaldırmaq”dan f is. çaldırmaq icb. Çalmaq1 (1-ci mənada) işi gördürmək, çalmağa məcbur etmək. [Çimnaz:] Qıza nəsihət verməkdənsə, çalğıçı gətirib çaldırmaq daha yaxşı olmazdımı? Ə.Əbülhəsən. çalğı I. is. Musiqi, musiqi aləti. Xalq çalğı alətləri ansamblı. – Uzaqdan incə və narın ahənglə çalğı səsi eşidilməyə başlar. H.Cavid. Ayna .. diqqətlə çalğıya qulaq asdı. Ə.Məmmədxanlı.\n\nII. is. məh. Nazik çubuqlardan, tikan və s.-dən düzəldilən uzundəstəli süpürgə. Qulu bir az gicəllənib çalğını götürdü, başladı həyəti süpürməyə. S.Rəhimov. çalğıçı is. Hər hansı bir musiqi alətində çalmağı özünə peşə etmiş adam; çalan. Peşəkar çalğıçı. – ..Ağca xanım ortaya çıxıb çalğıçılara həmin rəqsi çalmağı əmr etdi. S.S.Axundov. Hamı əl vurur, çalğıçılar çalırlar. Ə.Haqverdiyev. çalğıçılıq is. Çalğıçının işi, peşəsi. çalğılamaq bax çalmaq2 . Zəhmətə adət eləmiş arvad bekar qalanda darıxır, iş olmayanda həyətə su səpib çalğılayırdı. Ə.Vəliyev. çalxalama “Çalxalamaq”dan f.is. çalxalamaq f.\n1. İçindəki mayenin hissəciklərini qarışdırmaq və ya həll etmək üçün tərpətmək, silkələmək. Dərmanı içməkdən qabaq çalxalamaq. – Mehriban gülabpuşu tələsik götürüb çalxaladı. H.Seyidbəyli. // Su ilə yaxalamaq, təmizləmək. Saleh dağ sudan çaynikə alıb çalxaladı.. M.İbrahimov.\n2. Atıb-tutmaq, silkələmək, yırğalamaq. Maşın yol boyu bizi çalxaladı. çalxalanma “Çalxalanmaq”dan f.is. çalxalanmaq məch.\n1. Dalğalanmaq, təlatümə gəlmək. Xəzər çalxalandı, səsində vüqar; Xəzər heç bayaqkı Xəzər deyildi. N.Xəzri.\n2. Atılıb-düşmək, silkələnmək, yırğalanmaq. Maşın çalxalanır. – Lakin az keçməmiş birdən-birə təyyarəmiz havada çalxalanır, bizi atıb-tutmağa başlayır. M.İbrahimov.\n3. məc. Hərəkətə gəlmək, təlatümə gəlmək, həyəcana gəlmək, bir-birinə qarışmaq. Dünyanın çalxalanmağa hazırlanan belə bir əsrində gənə qəzetəyə icazə vermək üçün o qədər istixarə elədi ki, bu istixarə axırda bəd gəldi. C.Məmmədquluzadə. Bağdad bu bəd xəbərdən çalxalandı bir anda. B.Vahabzadə. çalxama “Çalxamaq”dan f.is. çalxamaq bax çalxalamaq 1-ci mənada. [Göyçək] südü bişirdi, iki gündən qalmış qatığı tuluğa yığıb çalxadı. Ə.Vəliyev. çalxanış is.\n1. Çalxanmaq işi, çalxanma, çalxantı.\n2. məc. Həyəcan, vəlvələ, təlatüm. Şərqin varmı dincliyi; Bu çalxanış ilində? M.Müşfiq. çalxanma “Çalxanmaq”dan f.is. çalxanmaq 1. Bax çalxalanmaq 1-ci mənada. Köksü atəşli qətrəyəm ondan; O isə çalxanan geniş ümman. A.Şaiq. Dənizin dalğaları çalxanıb səslənir. S.Rəhimov.\n2. Bax çalxalanmaq 2-ci mənada. Tramvay çalxanıb dayandıqda [Tahirin] fikir sapı qırıldı. M.Hüseyn. çalxantı bax çalxanış. Bu ağalar .. bu ümum çalxantıya qarşı çıxıb top-tüfəngin işə salınmasını tələb etsələr də, sakitlik qazana bilmir, asayişi bərpa edə bilmirdilər. S.Rəhimov. çalı is. Kol-kos, kolluq. çalıb-çapma “Çalıb-çapmaq”dan f.is. çalıb-çapmaq f. Talamaq, çapmaq, soymaq. [İbrahim xan:] ..Fətəli də acığa düşür, o da bizim kəndi-kəsəyi çalıb-çapır. Çəmənzəminli. çalıb-oxuma (=çalıb-çağırma) “Çalıb-oxumaq”, “çalıb-çağırmaq”dan f.is. çalıb-çağırma (=çalıb-oxuma) “Çalıb-oxumaq”, “çalıb-çağırmaq”dan f.is. çalıb-oxumaq (=çalıb-çağırmaq) f. Bir havanı musiqi alətində çalaraq oxumaq. [Cavanlar] Yusifgilə təklif etdilər ki, bir az çalıb-oxusunlar. S.S.Axundov. Üzlərdə şənlik, deyib-gülmək, çalıb-çağırmaq həvəsi görünür. Mir Cəlal. çalıb-çağırmaq (=çalıb-oxumaq) f. Bir havanı musiqi alətində çalaraq oxumaq. [Cavanlar] Yusifgilə təklif etdilər ki, bir az çalıb-oxusunlar. S.S.Axundov. Üzlərdə şənlik, deyib-gülmək, çalıb-çağırmaq həvəsi görünür. Mir Cəlal. çalıb-oynama “Çalıb-oynamaq”dan f.is. çalıb-oynamaq f. Musiqinin müşayiətilə oynayıb şənlənmək. Cavanlar çalıboynayırdılar. çalı-çırpı bax çırpı. [Ovçu:] Çalıçırpıdan, otlardan qayırdıqları kiçik daxmalarda gizlənib bir əlilə torun ipini tutar. A.Şaiq. [Komandir:] Hamınıza əmr edirəm, hər kəs bu saat bir qucaq dolusu çalı-çırpı toplamalıdır. S.Hüseyn. çalıquşu is. zool. Sərçələr dəstəsindən başı tünd-qırmızı olan və kolluqları sevən quş. çalın is. Otu dəryaz, kərənti, ya maşınla çalmaq işi və bu işin başlandığı vaxt; biçin. çalı-çarpaz (=çalın-çarpaz) bax çarpaz 1-ci mənada. Professor əynini qalınlaşdırdı, aşırmaları çalın-çarpaz keçirdi. B.Bayramov. çalın-çarpaz (=çalı-çarpaz) bax çarpaz 1-ci mənada. Professor əynini qalınlaşdırdı, aşırmaları çalın-çarpaz keçirdi. B.Bayramov. çalınçı is. Biçinçi, otçalan, kərəntiçi. çalınma “Çalınmaq”dan f.is. çalınmaq məch.\n1. Musiqi alətində ifa edilmək. Bu sırada yandakı görünməz məzarlıqda həzin və xəfif bir ahəng ilə çoban düdüyü çalınmağa başlar. H.Cavid. Sanki birdən çalınırdı; Qumrov, kaman, nayla ney. Ə.Cavad.\n2. Vurulmaq, eşidilmək. ..Qapının zəngi çalındı, Şirmayı .. tez qapını açdı. M.Hüseyn.\n3. Döyülmək, taqqıldadılmaq. Dün qapım çalınarkən anladım, odur, haman; Çıxdım, ansızın öpdüm onun yüngül əllərin. M.Müşfiq. Bu halda evin qapısı çalındı. H.Nəzərli.\n4. Vurulmaq, qaxılmaq (mıx). // Mıxla bir yerə bənd edilmək, vurulmaq. Yan küçədə sınıq-sökük darvazaya çəkməşəkilli iri bir lövhə çalınmışdı. Çəmənzəminli.\n5. Biçilmək. Otlaqların otu çalınmışdır. Biçənək çalındı. çalışdırma “Çalışdırmaq”dan f.is. çalışdırmaq icb. Çalışmağa, səy etməyə, işləməyə məcbur etmək; işlətmək. [Yaşlı kişi:] [Tacir] ..idarəsində çalışdırdığı əmələcatını da özü kimi pak etiqadlı, dindar bir müsəlman görmək istərdi. S.Hüseyn. çalışıb-vuruşma (=çalışıb-çapalama) “Çalışıb-vuruşmaq”, “çalışıb-çapalamaq”dan f.is. çalışıb-çapalama (=çalışıb-vuruşma) “Çalışıb-vuruşmaq”, “çalışıb-çapalamaq”dan f.is. çalışıb-vuruşmaq (=çalışıb-çapalamaq) f. Çox çalışmaq, həddən artıq zəhmət çəkmək. Çalışıb-vuruşub ev tikmək. çalışıb-çapalamaq (=çalışıb-vuruşmaq) f. Çox çalışmaq, həddən artıq zəhmət çəkmək. Çalışıb-vuruşub ev tikmək. çalışqan sif. Çalışan, canyandıran, səy və qeyrət göstərən; cəhd edən, zəhmətsevən. Çox çalışqan adamdır. – Araz çalışqan, zəhmətsevən, öz qüvvət və məharətinə inanan ciddi və iradəli bir gənc fəhlə idi. A.Şaiq. Müəllimin tərifi Bahadır üçün böyük səadətdi. O, bütün sinifdə ən çalışqan şagirdlərdən biri idi. M.Hüseyn. çalışqanlıq is. Çalışqan adamın xasiyyəti; zəhmətsevərlik, canyandırma, səyetmə. Özü hər iş bilir, çox da zirəkdir; Çalışqanlıqda misli yoxdur, təkdir. C.Cabbarlı. Bu qələbə məktəbdə uzun aylar boyu davam edən cidd-cəhdin, inadlı çalışqanlığın nəticəsi idi.. M.Rzaquluzadə. çalışma 1. “Çalışmaq”dan f.is.\n2. is. Şagirdə evdə yerinə yetirmək üçün verilən tapşırıq. Fonetikadan çalışmalar. Çalışmanı yerinə yetirmək. çalışmaq f.\n1. Bir şeyi əldə etmək üçün səy göstərmək, əmək sərf etmək, səy və qeyrət göstərmək, cidd-cəhd göstərmək, əlləşmək. Qalib gəlməyə çalışmaq. – Deyirdilər ki, cavanlıqda Mirzə Səfər özü şairlik fikrinə düşüb, şeir demək üçün çox çalışmışdı, lakin bir nəticə hasil olmamışdı. Ə.Haqverdiyev. Hələ pilləkəndən enərkən Qulu Bəhramın qoluna girib, onu dəstədən kənara çəkməyə çalışdı. Çəmənzəminli.\n2. Fəaliyyət göstərmək, işləmək. Eldarın fikrinə görə fabrik-zavodlarda və istehsalatda faydalı bir surətdə çalışa bilmək üçün qadınların savadı, yüksək təhsili olmalı imiş. S.Hüseyn. // dan. Bir vəzifə daşımaq, bir peşədə işləmək. Həştərxanda Zaqafqaziya Müsəlman İşləri Komissarlığında və “Hümmət” qəzetində çalışdığı bir ildən artıq müddətdə Ordubadinin əsərlərində günün vacib məsələlərinin izahı böyük yer tuturdu. // dan. İşləmək, vəzifə daşımaq. Ehtiyat xala .. ipək fabrikində, boyaq-naxış sexində çalışırdı. Mir Cəlal. // İşləyərək yaratmaq, hazırlamaq, yaradıcı əməklə məşğul olmaq (adətən “üzərində” sözü ilə). Dissertasiya üzərində çalışmaq. • Öz üzərində çalışmaq – öz biliyini, səviyyəsini, dünyagörüşünü artırmaq üçün müntəzəm məşğul olmaq, öz üzərində işləmək.\n3. Zəhmət çəkmək, əmək sərf etmək, əlləşmək, iş görmək. Kimindir sabahdanaxşama qədər; Yağışda, yağmurda çalışan əllər? S.Vurğun. Bu qız üç gün əvvəl atası ilə çəltik tarlasında çalışırdı. Mir Cəlal. çalış-vuruş zərf Çox çalışaraq, əziyyətlə, zəhmətlə, çətinliklə. [Sevil Gülüşə:] ..Əvvəllər yoxsul idik, gündüzləri çalış-vuruş, əlimizə düşən bir parça çörəyi axşam şad ürəklə yeyib dinc yaşayırdıq. C.Cabbarlı. çallanma (=çallaşma) “Çallanmaq”, “çallaşmaq”dan f.is. çallaşma (=çallanma) “Çallanmaq”, “çallaşmaq”dan f.is. çallanmaq (=çallaşmaq) f. Çal olmaq, bozarmaq. Gömgöy olan bir taxıl, görürsən, bir gün çallayıb, bir gün ağarır, vağanıyır, bir azdan tökülür, çürüyür. S.Rəhimov. // Ağarmağa başlamaq, dən düşmək. [Dostumun] rast və gözəl qaməti əyilib, rəngi soluxub, gözlərinin işığı gedib, səsi zəiflənib, üzünün və başının tükləri çallanıb.. F.Köçərli. İndi Rüstəmin qara gur saçları çoxdan seyrəkləşmiş və çallaşmışdı. M.İbrahimov. çallaşmaq (=çallanmaq) f. Çal olmaq, bozarmaq. Gömgöy olan bir taxıl, görürsən, bir gün çallayıb, bir gün ağarır, vağanıyır, bir azdan tökülür, çürüyür. S.Rəhimov. // Ağarmağa başlamaq, dən düşmək. [Dostumun] rast və gözəl qaməti əyilib, rəngi soluxub, gözlərinin işığı gedib, səsi zəiflənib, üzünün və başının tükləri çallanıb.. F.Köçərli. İndi Rüstəmin qara gur saçları çoxdan seyrəkləşmiş və çallaşmışdı. M.İbrahimov. çalma I. “Çalmaq1 ”dan f.is. Kamançada çalma.\n\nII. “Çalmaq2 ”dan f.is.\n\nIII. is.\n1. Başa sarınan sarıq. Hind kişilərinin başında çalma vardı. ‣ Çalma çalmaq (vurmaq) – başına çalma sarımaq. Çalmanı başa çaldı; Göz üstən qaşa çaldı. Mən namərdə neylədim; Ömrümü daşa çaldı. (Bayatı). [Nazlı:] Çalma vurub kürd qızına oxşayım? Ə.Məmmədxanlı.\n2. Başa örtülüb boynun dalında düyünlənən kiçik kəlağayı, ləçək, yaylıq və s. çalmaq I. f.\n1. Çalğı alətində bir musiqi nömrəsi icra etmək, çalğı alətini səsləndirmək. Tar çalmaq. Dumbul çalmaq. Pianino çalmaq. – Oxuyub-çalanlar yavaş-yavaş kamança və udu hazırlayıb çalmağa başladılar. Bir qədər ərəbcə çalıb-oxudular. M.S.Ordubadi. Mən bir aşiqəm ki, bu çaldığım saz; Dumanlı dağlara səs salacaqdır. Ə.Cavad.\n2. Vurmaq, çaxmaq, qaxmaq. Sağ divardan sol divara bir mıx çalıb ip çəkər, gəlinin ipək çarşabını o ipin üstünə atardılar. H.Sarabski.\n3. Döymək, taqqıldatmaq, vurmaq. Darvazanı çalmaq. – Çaldı o qapını... çaldı taqtaraq! B.Vahabzadə.\n4. Biçmək. Bir az sonra əllərinə dəryaz götürüb ot çalardılar, taxıl biçərdilər. İ.Hüseynov.\n5. Sancmaq, vurmaq, dişləmək (həşərat və ilan haqqında). Əqrəb uşağı çaldı. – [Arıçı:] Sən arıya dəyməsən, arı səni çalmaz. S.Rəhimov. [Əlikram Gülüyə:] İlanın quyruğunu basdalayarsan, qayıdar, baldırını çalar. B.Bayramov.\n6. Müəyyən çaları olmaq, bənzəmək; az bənzəmək, oxşamaq, andırmaq (rəng haqqında). Qırmızıya çalmaq. Sarıya çalmaq. – Qilu-qala salan olsa sərini; Siyah çalar qızıl rəngi qıjhaqıj. Aşıq Ələsgər. Dağların hərəsi bir rəng çalır.. C.Məmmədquluzadə. Qulunun başının tükləri, qaşları və kirpikləri xına rəngində idi, hətta dərisi belə kürənə çalırdı. M.İbrahimov.\n7. Səs çıxarmaq, səs vermək, səslə bildirmək (xəbər vermək), vurmaq. [Komandan] təkrar evə girərkən saat on ikini çaldı. H.Nəzərli. Kürd Əhməd faytonçunu yola salıb, dalandan keçərək, balaca bir qapının zəngini çaldı. M.İbrahimov.\n8. Zərbə endirmək, vurmaq. Zəyəm pristavı Oqarişşev Seyid Hənifəni .. tövləyə qatıb, o qədər onun burnuna çalır ki, bir vedrə qan axır. C.Məmmədquluzadə. Silahlı soldat Qədim dayının boynunun ardından yapışdı, onu darvazadan bayıra itələdi, iki təpik də arxadan ona çaldı. S.Rəhimov.\n9. dan. Qapıb almaq, qoparıb götürmək, almaq. Şeyx Haşimi atını irəli sıçradır, bir göz qırpımında Leylini yerdən çalıb, yəhərin qaşı üzərinə atır. Ə.Məmmədxanlı. Əbiş paketi görər-görməz vəhşi bir hərəkətlə onun əlini cırmaqlayıb paketi çaldı. S.Rəhimov.\n10. dan. Oğurlamaq, çırpışdırmaq. Mollanın börkünü çalıb oğru; Yüyürüb qaçdı bir bağa doğru. M.Ə.Sabir. [Piran Rüstəmə:] Sizinkilər çalar qaramal, qoyun; Bizimkilər ərzaq üçün saldırar. H.Cavid.\n11. Qarışdıraraq eynitərkibli kütlə halına gətirmək; qatılaşdırmaq, qəlizləşdirmək. [Bahar:] Axşamadək cəhrə əyir, inək sağ, qatıq çal, nehrə çalxa, adını da tənbəl qoysunlar. Ə.Haqverdiyev. [Pərşan Mayaya:] Yaxşı, sən yumurta çal, mən də samovarı odlayım. M.İbrahimov.\n12. Qatışdıra-qatışdıra bişirmək. Quymaq çalmaq. – Telli öz otağında halva çalırdı. S.Hüseyn.\n13. Bir sıra isimlərdən sonra gətirilərək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: kirpik çalmaq, layla çalmaq, qanad çalmaq, əl çalmaq, qabar çalmaq, qələbə çalmaq və s.\n\nII. f. Çalğı2 ilə süpürmək; çalğılamaq. Dünənki kimi bu gün də Hüseyn böyük xırmanın qırağını əvvəlcə çaldı, sonra şanaladı. S.Rəhimov. [Niyaz] səhər alaqaranlıqdan yerindən qalxan kimi tövləyə girir, əvvəlcə atların altını kürəyir, təmizləyir, çalğı ilə çalır, quru peyinlə onların altını qurulayırdı. Ə.Vəliyev.\n\nIII. f. Çalma kimi başına sarımaq. [Abbas:] Götür, çək sürməni qaşına, gəlsin; Çal əyri çalmanı başına, gəlsin. “Abbas və Gülgəz”. Xanpəri acıqlı olanda kəlağayısının ucu ilə başını çalardı. Ə.Vəliyev. çalmalı sif.\n1. Başında çalma olan (bax çalma3 1-ci mənada). Çalmalı seyidin son sözləri eşidildi. Mir Cəlal.\n2. Kiçik kəlağayı, ləçək və s.-ni çalma kimi başına sarımış (bax çalma 2-ci mənada). Bu əyri çalmalı, xumar gözlünün; Zülfünü dağıdan ellər sevinsin. Qurbani. Hamı dikib gözünü ağ çalmalı həkimə; Həkim xəcalətindən baxa bilmir heç kimə. B.Vahabzadə. çalov is.\n1. Səpələnən və ya un kimi şeyləri götürmək üçün yanları azacıq yuxarı əyilmiş, bir tərəfi açıq, qısadəstəli alət. Çalovla un götürmək.\n2. tex. Ekskavatorda və bəzi başqa mexanizmlərdə torpaq və s. götürmək üçün qurğu; çanaq. [Əsəd] kötüyü ekskavatorun çalovunda qaldırmaq istəyərkən paslanmış bir qutu gördü. S.Vəliyev. çalovvari sif. Çalov şəklində olan, çalova oxşayan (bax çalov 1-ci mənada). çalpanaq is. Odun və s. qırıntısı; talaşa. Mürsəl kişi səhər tezdən qalxıb odun yararkən palıd kötüyündən bir çalpanaq qopub üzünə dəydi və qaşlarının arasını bərk qanatdı. M.Hüseyn. çalpapaq (=çalpapaqlı) sif. Başında çalrəngli papaq olan, başına çalpapaq qoymuş. Maarif şöbəsi müdiri çalpapaq, hündürboylu, qaraüzlü birisi idi. T.Ş.Simurq. Yapıncıya bürünmüş çalpapaq adamın bu sözlərini eşidib, Həmzə başını qaldırmağa məcbur oldu. Ə.Əbülhəsən. çalpapaqlı (=çalpapaq) sif. Başında çalrəngli papaq olan, başına çalpapaq qoymuş. Maarif şöbəsi müdiri çalpapaq, hündürboylu, qaraüzlü birisi idi. T.Ş.Simurq. Yapıncıya bürünmüş çalpapaq adamın bu sözlərini eşidib, Həmzə başını qaldırmağa məcbur oldu. Ə.Əbülhəsən. çalpaşıq sif. və zərf Bir-birinə qarışmış; dolaşıq, qarışıq, qat-qarışıq. [Surxay Aydına:] O gün gördünmü, doktor da dedi, zehnin, təsəvvüratın çalpaşıq işləyir. C.Cabbarlı. Qoca mələkdən birisi dəftərdə hesab çalpaşıq düşdükcə turşalmış üzünü bunlara çöndərib deyirdi.. Çəmənzəminli. çalsaç (=çalsaçlı) bax çalbaş(lı). Sədrin otağından ucaboy, uzunsifət, çalsaç, səliqəli geyinmiş bir kişi çıxdı. Mir Cəlal. ..Çalsaçlı, kobud görkəmli Sultan əmi ilə bu zərif, körpə gəlini yanaşı görmək lap qəribə olardı. İ.Hüseynov. çalsaçlı (=çalsaç) bax çalbaş(lı). Sədrin otağından ucaboy, uzunsifət, çalsaç, səliqəli geyinmiş bir kişi çıxdı. Mir Cəlal. ..Çalsaçlı, kobud görkəmli Sultan əmi ilə bu zərif, körpə gəlini yanaşı görmək lap qəribə olardı. İ.Hüseynov. çalsaqqal (=çalsaqqallı) sif. Saqqalı ağarmağa başlamış, saqqalı çallaşmış. Ho! Ho! – deyə alçaqboylu, çalsaqqallı, gün altında işləməkdən kobud əl və üzü qaralmış arabaçımız Səməd kişi öküzləri səslədi. T.Ş.Simurq. Qara arxalıqlı, gödək, kök, çalsaqqal bir kişi irəli yeriyib, oğlanla qıza acıqlı-acıqlı nə isə deyirdi. Mir Cəlal. çalsaqqallı (=çalsaqqal) sif. Saqqalı ağarmağa başlamış, saqqalı çallaşmış. Ho! Ho! – deyə alçaqboylu, çalsaqqallı, gün altında işləməkdən kobud əl və üzü qaralmış arabaçımız Səməd kişi öküzləri səslədi. T.Ş.Simurq. Qara arxalıqlı, gödək, kök, çalsaqqal bir kişi irəli yeriyib, oğlanla qıza acıqlı-acıqlı nə isə deyirdi. Mir Cəlal. çamadan is. [rus. çemodan, əsli fars. camədan] Paltar və b. şeylər saxlamaq və aparmaq üçün qulplu qutu şəkilli qab. Məşədi Həsən gəldi, gördü çamadanı qablayıram. Ə.Haqverdiyev. [Nuriyyə:] Çamadanla bağlamanı götürüb tez bayıra çıxdım. İ.Əfəndiyev. çamır is.\n1. Palçıq, lil, lehmə. Qışda hər yanda lil, çamır palçıq; Yayda tozdan havası olmur açıq. A.Səhhət. [Pəricahan xanım:] Qaşqa atı çamıra salmağa heyfim gəldi. S.S.Axundov.\n2. məc. Gerilik, cəhalət, mədəniyyətsizlik; bataqlıq mənasında. [Həyat:] Kəndi ayağa qaldırmaq, çamırlardan çıxarıb, işıqlı .. yola çəkmək .. hər bir namuslu vətəndaşın vəzifəsi deyilmi? M.İbrahimov. çamırlanma “Çamırlanmaq”dan f.is. çamırlanmaq f.\n1. Palçıq olmaq, bataqlaşmaq. Küçə çamırlanmışdı.\n2. Çamıra (palçığa) bulanmaq, çamırla örtülmək, çamıra batmaq. çamırlaşma “Çamırlaşmaq”dan f.is. çamırlaşmaq f. Çamır halına gəlmək, bataqlaşmaq. çamırlı sif. Palçıqlı, lilli, lehməli, bataqlı. Görsəm çamırlı bir küçədə oynayır haçaq; Çılpaq, ayaqyalın, başaçıq bir dəcəl uşaq. A.Səhhət. Çamırlı yerdən qalxan buxar dibsiz fəzanın dərinliklərinə uçub getdi. M.Hüseyn. // Çamıra batmış. çamırlıq is.\n1. Çamırla, lehmə ilə, palçıqla örtülü yer; çamır çox olan yer; palçıqlıq.\n2. köhn. Qıçları, dizləri çamırdan qorumaq üçün meşindən və ya başqa materialdan hazırlanan geyim. çanaq is.\n1. İçi oyulmaqla ağacdan (taxtadan) hazırlanan qab növü. Çanağa un tökmək. – ..Kənarda taxtadan qayrılmış bir neçə su çanağı var idi. C.Məmmədquluzadə.\n2. Çanaq tutan qədər ölçü vahidi. İki çanaq un. – [Pakizə xala:] Özüm də evin qabağında bir çanaq buğda əkmişəm. Mir Cəlal. Afaq, çoxdan bu yerləri tərk etmiş quşları da geri qaytarmaq istəyərək, bağçadakı təpəciyə gətirib bir çanaq arpa səpələdi. Ə.Məmmədxanlı. // Sosialist inqilabının ilk illərində Azərbaycanda alınan natural verginin adı.\n3. tex. Müxtəlif mexanizmlərdə, istehsalatda şey götürmək, boşaltmaq üçün çalovvari qurğu. 65 metr uzunluğunda nəhəng buruğu xatırladan polad qaldırıcı yerə şığıyıb cəld qalxır, çanağına aldığı torpağı boşaldaraq böyük bir qum təpəsi yaradırdı. M.Əlizadə.\n4. Krandan tökülən suyun axıb getməsi üçün onun altında yerləşdirilən deşikli çuxur ləyən.\n5. Gövdə. Gəmi çanağı.\n6. Bəzi heyvanların (tısbağa, timsah və s.) bədənini örtən çanaqvari sərt qabıq; qın. Yüzlərcə Hindistan tısbağasının çanağını kəşkül qayırıb qoluna keçirən bu .. dilənçilərin hər biri bir cür qəsidə oxuyurdu. M.S.Ordubadi.\n7. Bəzi simli musiqi alətlərinin (tar, kamança və s.), içi boş olduğundan səsi əks etdirən və gücləndirən əsas hissəsi. Sazın çanağı. – [İnsanlar] kamanların altına çanaqlar qayırıb, kirişlərin də sayını artırmaq yolu ilə nəticədə arfa və arfayabənzər çəng musiqi alətlərini ixtira edirlər. Ə.Bədəlbəyli.\n8. İnsan və heyvan skeletinin bel hissəsi – aşağı (heyvanlarda arxa) ətraflara dirənən və bel sümüyü üçün dayaq vəzifəsini görən sümük kəmər; çanaq sümüyü. İnsanın çanağı heyvanlarınkına nisbətən geniş olub, kasa şəklindədir. “İnsanın anatomiyası və fiziologiyası”. ‣ Çanaq .. başında çatlamaq (sınmaq) – öz əlilə özünü bəlaya salan adam haqqında. [Zülfüqar Qarakişiyə:] Onu bilirəm ki, çanaq mənim başımda çatlayacaq. B.Bayramov. Gözləri çanağından çıxmaq – bax gözləri hədəqəsindən çıxmaq (“göz”də). çanaqlı sif. Çanağı olan, bədəni çanaqla örtülmüş (bax çanaq 2-ci mənada). Çanaqlı bağa. Çanaqlı ilbiz. – Çanaqlı yastıca yarpaq yığımına başlanan zaman öz yumurtalarını salır. “Çay bitkisi”. çanta is. Az və xırda şeylər qoyub daşımaq üçün parça, dəri və s.-dən tikilən kisə. Poçtalyon çantası. Patron çantası. Məktəbli çantası. – Bir gün qəhrəmanım əlində çanta; Görüncə: – Gedirəm, – dedi, – fronta. M.Müşfiq. [Fətullayev] ..yeməyə əl vurmazdan əvvəl çantasını açdı, oradakı möhürlü kağızlardan birini götürdü. İ.Şıxlı. çantalı sif. Çantası olan, əlində və ya çiynində çanta gəzdirən. Çantalı poçtalyon. – Bir azdan çiyni çantalı Rüxsarə ilə Ziba gəlib çıxdı. S.Rəhimov. Damdan-divardan boylanan çantalı uşaqları bəzən adbaad çağırıb içəri salardı. Mir Cəlal. çap is.\n1. Mətnin mətbəə üsulu ilə yığımı. • Çap etmək – bu üsulla nəşr etmək, dərc etmək. Bu kağızların heç birini biz çap etməmişik, necə ki oxucularımıza məlumdur və çap etməyəcəyik. C.Məmmədquluzadə. Çapa vermək – çap olunmaq üçün təqdim etmək. Mən xatirələrə əl vurmadan eynilə çapa verməyi lazım gördüm. M.Hüseyn. Çapdan çıxmaq – nəşr edilmək, dərc edilmək, buraxılmaq. Roman çapdan çıxmışdır.\n2. Çapdan çıxmış, buraxılmış, dərc olunmuş məcmuə, kitab və s. “Qılınc və qələm” romanının üçüncü çapı.\n3. Silah lüləsi diametrinin ölçüsü; kalibr. çapacaq is. Ət çapmaq üçün işlədilən kəsici alət; ət baltası. Çapacaqla ət doğramaq. çapaq is. zool. Çoxalmaq, bəzən də qışlamaq üçün çaylara keçən bədəni yanlardan basıq balıq. Siyənək balıqlarının – külmə, çapaq, çəki, suf, nərə növləri var. çapalama “Çapalamaq”dan f.is. çapalamaq f.\n1. Ağrıdan, qızdırmadan və başqa bir səbəb üzündən çırpınmaq, bədəni sarsılmaq, əl-ayağını oynatmaq. Xosrov hələ də çınqıl üzərində çapalayırdı. S.Rəhimov. [Müəllim] qızdırmanın içərisində çapalayan (f.is.) körpəsinin xəstəliyə davam gətirə bilməyəcəyindən narahat idi. Q.İlkin.\n2. Zor bir vəziyyətdən qurtarmaq, yaxud da gücü çatmadığı bir işin öhdəsindən gəlmək üçün çox çalışmaq, əlləşmək, cəhd etmək, səy etmək. At ha çapaladı, ha partdadı, ayaqlarını Dəmirçioğlunun əlindən qurtara bilmədi. “Koroğlu”. Uşaq nə qədər çapaladısa, sürüşkən xəndəkdən çıxa bilmədi. M.İbrahimov. // Məc. mənada. Qaçay bu qarma-qarışıq fikirlərin torunda çapalayarkən uzun-uzadı siqnal səsi eşitdi. İ.Məlikzadə. [Mollayev] daim şübhə və tərəddüd içində çapalayır, ən yaxın dostlarından da şübhələnirdi. M.Hüseyn. çapar is.\n1. Keçmişdə: atla bir yerə məktub, əmr, xəbər aparıb-gətirən şəxs; qasid, yamçı. [Həcər] kağızı yazıb, başını bağlayıb, verdi bir çapara ki, apar, ver Ələsgərə. “Aşıq Ələsgər”. [Nofəl karvansara sahibinə:] Nə oldu, qoca? Çaparlar qayıtdılarmı? Ə.Məmmədxanlı.\n2. tar. Atlı mühafizəçi. Bəli, çaparlar hazırlanıb, atlılar, başlarında da padşahın oğlu birgünlük yola çıxdılar vəzirin qabağına. (Nağıl). O gün doğrudan da coşmuşdu atlar; Uçaraq yetişdi qırx-əlli çapar. Ə.Cavad. çaparaq zərf Yüyürərək, yüyürəyüyürə, qaça-qaça, tez, becid, cəld. Çaparaq getmək. – [Qaraş:] Budu, Əziz çaparaq gəlir, görək nə xəbər gətirir. C.Məmmədquluzadə. ..Dilşad xanım xəlvəti evdən çıxdı və çaparaq qadınlar şöbəsi müdiri Mərcan xanımın evinə doğru yollandı. T.Ş.Simurq. çaparaqlama “Çaparaqlamaq”dan f.is. çaparaqlamaq f.\n1. Çaparaq getmək və ya gəlmək; yüyürmək. Uşaq çaparaqladı.\n2. Atı bərk sürmək; qovmaq. Atlılar kəndin içi ilə başıaşağı çaparaqlayıb böyük darvazalı həyətə girdilər. S.Rəhimov. çaparxana is. tar. Keçmişdə: çaparların poçt yolunda bir-birini əvəz etmək və ya atlarını dəyişdirmək üçün durduqları yer, poçt məntəqəsi. Çaparxananı idarə edən Rəhim bəy tamam qəzada “Gödək Rəhim bəy” adilə məşhur idi. Ə.Haqverdiyev. çapçı is. Mətbəənin çap sexi işçisi. çapçılıq is. Çapçının sənəti, işi. Çapçılıq kursu. çapxana is. Mətbəə, poliqrafiya. Çapxana işçisi. çapıb-talama “Çapıb-talamaq”dan f.is. çapıb-talamaq bax çapmaq 3-cü mənada. Mirzə Fətəli öz dövrünün heç bir bacarığı olmayan, başqalarının hesabına yaşayan, quldur dəstələri düzəldib, karvanları çapıb-talayan, bununla da özlərini qoçaq göstərmək istəyən bəylərini də az tənqid etməmişdir... Ə.Haqverdiyev. çapıq is.\n1. Bədənin hər hansı bir yerində sağalmış zədə yeri, yara yeri, yarıq izi. Əjdərin alnında kiçik bir çapıq qalmışdı. S.Rəhman. Lətifin burnunun üstündəki çapıq olmasaydı, yəqin ki, hər şey çoxdan bəri yaddan çıxardı. H.Seyidbəyli.\n2. Bir şeyin səthində uzunsov oyuq, cızıq. Stolun çapığı. Divarın çapığı. // Sif. mənasında. İri, çapıq bir daşı; Götürüb bu vaxt yerdən; Qəzəblə atdım suya. Z.Xəlil. çapılma “Çapılmaq”dan f.is. çapılmaq məch. Çapacaq, balta və s. kəsərti ilə parçalanmaq, doğranmaq, yarılmaq, yaxud yaralanmaq. Qəhrəmanın sol üzü çapılmışdı. Ə.Vəliyev. [Mərminin bir qəlpəsindən] [aşpazın] üst dodağı çapılıb, dişləri qırılmışdı. Ə.Əbülhəsən. çapıtma (=çapırtma) “Çapı(r)tmaq”dan f.is. çapırtma (=çapıtma) “Çapı(r)tmaq”dan f.is. çapıtmaq (=çapırtmaq) f. Çapmaq, bərk sürmək (adətən at haqqında). Yenə çapırdacaq atını külək; İsti ocaqları soyudacaqdır. S.Vurğun. [Ağsaqqal kişi:] İndi necə deyərlər, hər fırıldaq kəndlinin başındadır, qardaş, yetən atını çapıdır. Mir Cəlal. çapırtmaq (=çapıtmaq) f. Çapmaq, bərk sürmək (adətən at haqqında). Yenə çapırdacaq atını külək; İsti ocaqları soyudacaqdır. S.Vurğun. [Ağsaqqal kişi:] İndi necə deyərlər, hər fırıldaq kəndlinin başındadır, qardaş, yetən atını çapıdır. Mir Cəlal. çapış is. Çapmaq işi, çapma (at haqqında). Tərlan qızğın bir çapışla irəli atılır, qabağına nə gəlirsə vurub keçirdi. Ə.Məmmədxanlı. çapışma “Çapışmaq”dan f.is. çapışmaq qarş. At çapmaqda yarışmaq. Budur, aşağıdan üçüncü dolaydan başıyuxarı iki atlı çapışır. C.Məmmədquluzadə. [Həsən:] Gəl çapışaq, – deyə yoldaşım təklif etdi.. Mən irəlidən, Həsən arxadan atların başını buraxdıq. S.S.Axundov. ...çaplı Adətən silah adlarının əvvəlinə gətirilərək, onların lülələrinin diametrini (ölçüsünü) göstərir; kalibrli. İriçaplı top (pulemyot). Ortaçaplı tüfəng. – ..At qoşulmuş toplar, iriçaplı pulemyotlar vaqonlardan düşürüldü. İ.Şıxlı. çapqın is. Soyğunçuluq məqsədilə silahlı basqın; quldurluq, çapovulçuluq, yolkəsmə, çapqınçılıq. Qubernator həmişə deyirdi: – Çaparxanaların hər birində Rəhim bəy kimi mənim bir adamım olsa, yolda heç bir çapqın olmaz, qurd qoyun ilə otlar. Ə.Haqverdiyev. Jandarmların rəhmsiz sifəti, çapqın, talan, qanlı xəncərlər [Telli xalanın] gözü önündə olmuşdu. Mir Cəlal. çapqınçı is. Çapqınla məşğul olan adam; quldur, soyğunçu, çapovulçu, yolkəsən. Çapqınçı dəstəsi. çapqınçılıq bax çapqın. Əslən mühit və şəraitə görə gözüaçıq olan bu namuslu arvad böyük analıq duyğusu ilə başa düşmüşdü ki, bu çapqınçılıq, oğurluq elə belə qalmayacaq. Ə.Əbülhəsən. çapma “Çapmaq”dan f.is. çapmaq f.\n1. Çapacaq, balta, külüng və s. ilə parçalamaq, doğramaq. Ət çapmaq. Odun çapmaq. – Belə ki, hansı kənd Şurasının adamı harada işləyəcək, nə qədər iş görəcək, torpaq qaldıracaq, daş çapacaq, meşə çıxaracaq – hamısı nəzərə alınmışdı. S.Rəhimov.\n2. İti sürmək (atı). Odur atlılar dəstədəstə, ya tək-tək uzaqdan görsənirlər. Bir qeyriləri də şəhərdən çıxıb aşağı tərəfə çapırlar.. C.Məmmədquluzadə. // Sürətlə getmək, qaçmaq (at). Hara belə çapırsan? – At kişnəyir, çapır, toz qopur dağdan; İştə bir hənirti gəlir uzaqdan. A.Səhhət. // Qaçıb getmək. Bəli, elə o lazımdır ki, Məşədinin gözü sataşsın övrətin qıçlarına, tez çapacaq mollanın yanına ki, filan övrəti al mənə! C.Məmmədquluzadə.\n3. Zorla və ya başqa yolla var-yoxunu əlindən almaq; talamaq, soymaq, çapıb-talamaq. [Hacı Nuru şair:] Avar ləzgisi altmış il bundan əqdəm Xanbutayın sərkərdəliyilə Nuxunu gəlib çapdığını nəzm etmişəm. M.F.Axundzadə.\n4. Kəsərti ilə, iti bir şeylə yaralamaq. ..Mahmud ayağını balta ilə çapdı. Z.Xəlil. [Şəmsi] buradan yıxılıb üzünü çapmışdı. H.Seyidbəyli. çapovul 1. Bax çapqın.\n2. Bax çapqınçı. Çapovul Osman paşa; Şirvanı tutdu daşa. M.Müşfiq. Görünür, rəis yaylaqda asayiş düzəldəcək, çapovulların qabağını alacaqdı. Mir Cəlal. çapovulçuluq bax çapovul 1-ci mənada. [Qazan xan Quldurbaşıya:] Sənin oğullarını əllərində qılınc çapovulçuluqda, basqınçılıqda tutdum, yataqdan gətirmədim, qorxaq tülkü! M.Rzaquluzadə. çar is. [rus.] tar. Padşah; rus padşahı. Çar istibdadı. – Çar zamanı idi, istibdadın ən şiddətli, ən qızğın vaxtı idi.. E.Sultanov. Çarın orduları ikinci dəfə; Hücuma başladı Bakı tərəfə. S.Vurğun. çardaq [fars.]\n1. Bax talvar 1-ci mənada. Əlli qədəm bir-birindən aralı çadırların aşağı tərəfində ağacdan bir çardaq tikilib.. M.F.Axundzadə. Həyətin küncündə, çardağın altında bir çılpaq ağ at bağlanmışdı. C.Məmmədquluzadə.\n2. Bax talvar 3-cü mənada. Gəzəcəkdir qədəm-qədəm bağımı; Görəcəkdir üzümlü çardağımı. A.Səhhət. Nənəqız vedrəni götürüb, böyürdəki krandan doldurdu və qapıdakı təkcə əncir ağacının və çardağa qaldırılan tənəklərin dibinə su tökməyə başladı. S.Rəhimov. çardaqlı sif. Çardağı olan, talvarlı. Çardaqlı həyət. Çardaqlı ev. çarə is. [fars.]\n1. Bir şeyin əldə edilməsinə, bir nəticəyə gəlməyə, çətin bir məsələnin həllinə mane olan əngəlləri aradan qaldırmaq üçün lazım olan çıxış yolu; tədbir, vasitə, əlac. • Çarə aramaq (axtarmaq, görmək) – çıxış yolu axtarmaq, əlac aramaq. [Telli] ağır bir şeyin altında qalmış kimi əzilir, qurtarması üçün çarə arayırdı. S.Hüseyn. Çarə etmək (tapmaq, qılmaq) – çıxış yolu tapmaq, vəziyyətdən çıxmaq, əlac tapmaq. [Gülsənəm:] Ay Piri baba, .. bizə bir çarə qıl. S.S.Axundov. [Mirzə Cəlil] özü də bilmirdi neyləsin, nə cür çarə tapıb, işin içindən çıxsın. Ə.Vəliyev. Çarəsi kəsilmək – çarəsiz qalmaq, əlacı kəsilmək, çıxış yolu tapmamaq. Padşahın çarəsi kəsildi, qızı keçələ verdi. (Nağıl). Aslan bəyin hər yandan çarəsi kəsildi. A.Şaiq.\n2. Əlac, kömək, yardım. Dərdini yazıb deyirsən ki, şəhərinizin həkimlərinin heç biri sənə bir çarə edə bilmədilər. C.Məmmədquluzadə. [Zəhra:] Daha bir çarə yox, keçən keçmiş; Çünki Sənan ürəklə and içmiş. H.Cavid. ‣ Başına çarə qılmaq (görmək) – bax baş. Dosta layiq yoxdu, Zakir, sovqatın; Gör başına çara bu gündən belə. Q.Zakir. Nə çarə – nə etməli, nə etmək olar, nə edə bilərik, istər-istəməz razı olmalıyıq. çarəsiz 1. zərf Əlacsız, əlacı kəsilərək, məcbur olaraq, naçar. Durdum, mağaranın ağzından içəri baxdım. Bir şey görmədim, çarəsiz mağaraya girdim. A.Şaiq. Rəna gedən zaman dönüb baxdı qız; Neyləyə bilərdi, baxdı çarəsiz. M.Rahim. • Çarəsiz qalmaq – məcbur olmaq, əlacsız qalmaq, əlacı kəsilmək. Novruz çarəsiz qalıb atları açdı. N.Nərimanov. Kor Seyid əvvəl buna razı olmayırsa da, sonra çarəsiz qalaraq Məsməni Bakıya göndərir. S.Hüseyn. // sif. Başqa bir çıxış yolu olmayan, həlli mümkün olmayan; naçar.\n2. sif. Çarəsi, əlacı olmayan, müalicə oluna bilməyən; sağalmaz. Çarəsiz bir xəstəlik. – Çarəsiz dərdə loğman da acizdir. (Ata. sözü). Kor, şil, kar, çolaq, şikəst və hər cür çarəsiz dərdlərə düşən xəstələr o pirə gəlib “şəfa” tapırdılar. E.Sultanov. çarəsizlik is. Çarəsi, əlacı, çıxış yolu olmayan bir vəziyyət; əlacsızlıq, acizlik. Öz çarəsizliyindən utanan xalq məbhut çocuqlar kimi yan-yörəsinə baxırdı. Ə.Əbülhəsən. çargah is. [fars.] Azərbaycan klassik muğamlarından birinin adı. Dinləsin səsini bir çargah kimi; Qarılar, qocalar, yeni nəsillər! M.Müşfiq. çargo (=çargov) is. [fars.] köhn. Dörd öküz qoşulmuş araba, cüt. [Tubu Həsənə:] Bircə de görüm, sən cüt əkən vaxt ağa gəlib sənin çargovuna minəcəkdirmi? Ə.Haqverdiyev. çargov (=çargo) is. [fars.] köhn. Dörd öküz qoşulmuş araba, cüt. [Tubu Həsənə:] Bircə de görüm, sən cüt əkən vaxt ağa gəlib sənin çargovuna minəcəkdirmi? Ə.Haqverdiyev. çargül sif. [fars.] Dördbucaq(lı). ..Blindaj təqribən üç kvadratmetrlik, üç xırda pəncərəli, çargül bir otaqdan ibarətdi. Çəmənzəminli. Qonaqlar gözəl, çargül xalçaya maraqla baxırdılar. Mir Cəlal. çarhovuz [fars. ça(ha)r və ər. hövz] Böyük hovuz. [Qulu:] Ağa, bağçada çarhovuza su buraxmışdım. S.S.Axundov. Bəzi həyətlərdə su quyusu və çarhovuz görünərdi. H.Sarabski. çarhovuzlu sif. Çarhovuzu olan, böyük hovuzlu. Çarhovuzlu həyət. çarx is. [fars.]\n1. Öz oxu ətrafında fırlanmaqla minik və ya başqa nəqliyyat vasitələrini hərəkətə gətirən (dəndənəli və ya bütöv şəkildə) dairə; təkər. Araba çarxı. Velosiped çarxı. Avtomobilin çarxı. – Bir yerdə bir araba atını yıxılmış, ya bir arabanı oxundan və ya da çarxından sınan görsəydi, [Qurbanqulu] dərhal kömək edərdi.. T.Ş.Simurq. Qatarın çarxları durmadan dönür; İşıqlar görünmür, işıqlar sönür. N.Rəfibəyli.\n2. Müxtəlif mexanizmlərdə, qurğularda hərəkəti ötürən və nizama salan çarxşəkilli hissə. Dəzgahın çarxı. Dişli çarx. – Çarxlar hərlənir, xam pambığın çiyidini bir tərəfə çıxarır, mahlıcını bir tərəfə qalaqlayırdı. Ə.Vəliyev.\n3. Kəsər alətləri itiləmək üçün dairəvi bülöv daşı olan alət. Bıçağı çarxda itiləmək. çarxçı is. Kəsər alətləri çarxda (3-cü mənada) itiləməklə məşğul olan adam – usta. [Adil:] Səhər tezdən alverə çıxan kimi bir çarxçını küçədə əylədim. B.Bayramov. çarxçılıq is. Çarxçının sənəti, peşəsi, işi. çarxı çarxı xoruzu – iri, döyüşkən xoruz cinsi. [Qasım əmi:] Oğlum, canın üçün, xalova deyərəm, sənə bir yaxşı çarxı xoruzu gətirsin. C.Məmmədquluzadə. ‣ Çarxı xoruzu kimi – dalaşqan, davakar adam haqqında. [Hürü:] Nə olacaq, dəliqudurmuş atan təzədən çarxı xoruzu kimi girib meydana. N.Vəzirov. çarxşəkilli bax çarxvari. çarxvari sif. Çarx şəklində olan; dairəvi, çarxşəkilli. çarıq is.\n1. Keçmişdə: kəndlilərin geydiyi aşılanmış göndən tikilən ayaqqabı. Keçəl Həmzə çarığını geydi, patavasını bərkitdi. “Koroğlu”. Vəliqulu kənarda çömbəlib başladı çarıqları çıxartmağa. C.Məmmədquluzadə.\n2. Yüngül ev ayaqqabısı, şap-şap növü. Qadın çarığı. çarıqçı is. Keçmişdə: çarıq tikib satmaqla məşğul olan adam. çarıqçılıq is. köhn. Çarıqçının sənəti, işi, peşəsi. çarıqlı sif. Çarıq geymiş, ayağında çarıq olan. Malik motalpapaqlı, patavalı, çarıqlı, nimdaş paltarlı kəndliləri uzaqdan süzüb, qeyri-adi həyəcan içində olduqlarını anladı. M.İbrahimov. // məc. Keçmişdə cəhalət, gerilik, mədəniyyətsizlik mənasında işlənmişdir. [Hacı Osman:] ..xanın yanında bizim adımızı çəkmək olmur. O saat başlayır ki, mən ayağı çarıqlı, motalpapaq çobanın oğluna qız vermərəm. Ə.Haqverdiyev. çarıqlıq sif. köhn. Çarıq tikmək üçün yarayan. Çarıqlıq dəri. çariça [rus.]\n1. Qadın çar, imperatriçə.\n2. Çarın arvadı. çarizm [rus.] Qeyri-məhdud hakimiyyətin təkcə padşaha, çara məxsus olduğu dövlət idarə üsulu; çar üsuli-idarəsi; çarlıq. Çarizmin devrilməsi. – Yoxsa bu qalanın hər divar daşı, Olacaq çarizmə bir məzar daşı. S.Vurğun. Knyaz Voronsovun Tiflisdə bütün Qafqazda ilk dəfə olaraq teatr yaratmaqdan məqsədi Zaqafqaziyada çarizmin möhkəmləndirilməsi üçün teatrdan bir vasitə kimi istifadə etmək idi. N.Vəzirov. çarqat is. köhn. Böyük baş yaylığı. Səba xanım bu sözləri dedikdən sonra ipək çarqatını kənara ataraq boynundakı yara yerlərini göstərdi. M.S.Ordubadi. Vəliqulu içəri girən kimi Zeynəb bir baxdı oğlunun üzünə .. və sağ əlilə çarqatını gözlərinin üstə aparan kimi Vəliqulu başa düşdü ki, anası ağlayır. C.Məmmədquluzadə. çarlıq bax çarizm. O zaman mən gəzərkən Gürcüstan torpağında; Qanlı bir ləkə gördüm; Çarlığın bayrağında. Ə.Cavad. Çökür abidəsi qanlı çarlığın; Çökür məhkəməsi riyakarlığın. M.Müşfiq. çarmıx is. [fars.] köhn. Müqəssirin əllərini və ayaqlarını bağlamaq üçün istifadə edilən cəza aləti. .. Qırmızı donlu şəhər cəlladı onu bu uca dar ağacında çarmıxa çəkərək, geniş açılmış qollarını köndələninə çarmıxın tirinə, uzun və çılpaq ayaqlarını da çarmıxın dirəyinə mıxlamışdı. Ə.Məmmədxanlı. • Çarmıxa çəkmək – 1) bu üsulla cəza vermək, cəzalandırmaq, öldürmək; Bu xatadan sovuşsam, çarmıxa çəksələr də, Ağzımı kilidlərəm, danışmaram bir daha. B.Vahabzadə. 2) məc. çox işgəncə vermək, incitmək, əziyyət vermək. [Səlimnaz:] [Xanım] bir nəlbəki düyüdən ötrü məni çarmıxa çəkibdi. N.Vəzirov. çar-naçar zərf [fars.] Əlacsız, istər-istəməz, məcburən, zorla. Molla nə qədər üzr istəyirsə, mümkün olmur. Axırda çar-naçar nişan alıb atır. “M.N.lətif.”. Zeynal bəy .. çar-naçar sıçrayıb qapının dalında gizləndi. Çəmənzəminli. çarpanaq (=çarpara) is. Metal, daş parçası, qırıntı; qəlpə. Yan-yörəyə şarıltı ilə daşkəsək və metal çarpanaqları töküldü. Ə.Əbülhəsən. // Topda, tüfəngdə saçma kimi istifadə edilən qurğuşun və s. metal qırıntıları; qəlpə. Toplar, ağır toplar verməyir aman; Qırılmış şüşələr çarparalardan. M.Rahim. çarpara (=çarpanaq) is. Metal, daş parçası, qırıntı; qəlpə. Yan-yörəyə şarıltı ilə daşkəsək və metal çarpanaqları töküldü. Ə.Əbülhəsən. // Topda, tüfəngdə saçma kimi istifadə edilən qurğuşun və s. metal qırıntıları; qəlpə. Toplar, ağır toplar verməyir aman; Qırılmış şüşələr çarparalardan. M.Rahim. çarpaşıq 1. sif. Dolaşıq, dolanbac, qarışıq. Qudurğan qasırğa, çarpaşıq yollar; Yolumda zülmət var, uçurumlar var. Ə.Cavad. Bu çarpaşıq dalğalarda özün göstər mənə yol. S.Vurğun.\n2. is. məc. Anlaşılmazlıq, dolaşıqlıq, keşməkeş. Ah! Ölən məhəbbət! Ah! Ölən istək! Nədir həyatdakı bu çarpaşıqlar?! S.Vurğun. Təbiətin məğrur xilqəti olan insan nə qədər də çarpaşıqlar, nə qədər də döyüşkən duyğular, nə qədər də tufanlı-boranlı hallar keçirir? S.Rəhimov. çarpayı is. [fars.] Yataq mebeli, dördayaqlı dəmir və ya taxtadan yataqlıq. Uşaq çarpayısı. Taxta çarpayı. – Yaralı çarpayıda uzanmışdı. Ə.Məmmədxanlı. Təzə döşəküzü gətirib bu dəm; Anam çarpayıda yer açdı mənə. Z.Xəlil. çarpayılıq is. Rəqəmlərdən sonra gələrək xəstəxanada neçə xəstənin müalicə olunduğunu bildirir. 300 çarpayılıq xəstəxana. – Qəsəbədə yerləşən köhnə xəstəxananın yanında 100 çarpayılıq yeni bina tikilmişdir. çarpaz sif. və zərf\n1. Bir-birini kəsib keçən, xaç şəklində; xaçvari, çataq. Çarpaz cizgilər. – Çarpaz taxtalarla mıxlanmış köhnə bir qapının üstündə tabaşirlə yazmışdılar: “Raykom bağlıdır, hamı cəbhəyə getdi”. Mir Cəlal.\n2. biol. Çarpaz cütləşdirilmiş və ya çarpaz tozlandırılmış (bax çarpazlaşdırmaq 2-ci mənada). Çarpaz cütləşdirmə. – Miçurin bu iki bitkini bir-birilə çarpaz tozlandırmağa başladı. M.Axundov.\n3. Düymə, ilgək. ‣ Çarpaz vurmaq – bax badalaq vurmaq 1-ci mənada (“badalaq”da). çarpazlama “Çarpazlamaq”dan f.is. çarpazlamaq f. Bir-birinin üstünə xaçvari qoymaq, çarpaz etmək; çataqlamaq. Nökər Cəfərin qollarını burub dalında çarpazladı. M.İbrahimov. Ata isə qollarını çarpazlayıb, ayaq üstə durmuş və gözlərini xəstənin qalxıb-enən sinəsinə zilləmişdi. Q.İlkin. çarpazlanma “Çarpazlanmaq”dan f.is. çarpazlanmaq məch.\n1. Xaçvari şəkildə bir-birinin üstünə qoyulmaq, çarpaz edilmək; çataqlanmaq.\n2. Bax aşırmaq 3-cü mənada. çarpazlaşdırılma biol. “Çarpazlaşdırılmaq”dan f.is. Qarabağ atlarının ərəb atları ilə çarpazlaşdırılmasından əsas məqsəd nəslin boyunu artırmaqdır. R.Səttarzadə. çarpazlaşdırılmaq “Çarpazlaşdırmaq”dan məch. çarpazlaşdırma biol. “Çarpazlaşdırmaq”dan f.is. Yeni tip qonur mal əslində II-III nəsildən olan mələz heyvanlar birbirilə cütləşdirilərək yaradıcı çarpazlaşdırma yolu ilə əldə edilən məhsuldur. çarpazlaşdırmaq f.\n1. Çarpaz etmək, xaçvari qoymaq. Əllərini sinəsində çarpazlaşdırmaq.\n2. biol. Yeni heyvan, bitki növü və ya cinsi almaq üçün müxtəlif növdən, cinsdən olan heyvanları cütləşdirmək və ya bitkiləri tozlandırmaq. Qarabağ atı ilə ərəb atını çarpazlaşdırmaq. – Miçurin Sibir sortlarından iri meyvəsi olan kitaykanı Amerika sortu sarı belflorla çarpazlaşdırmışdı. “Darvinizm əsasları”. çarpazlaşma “Çarpazlaşmaq”dan f.is. Təbii çarpazlaşma. Dillərin çarpazlaşması. çarpazlaşmaq f.\n1. Bir-birini kəsmək, bir-birinin üstündən xaçvari keçmək; kəsişmək. Dəmiryol xətlərinin çarpazlaşdığı yerdə qaranlığın içərisindən bir səs eşitdilər. Ə.Sadıq.\n2. biol. Cütləşmə və ya tozlanma nəticəsində bir-birilə birləşmək (müxtəlif növdən, cinsdən olan heyvanlar və ya bitkilər haqqında). Hind-Çin və Afrika pambıq bitkiləri bir-birilə asanlıqla çarpazlaşır.\n3. dilç. Birləşmə prosesində bir-birinə qarşılıqlı təsir göstərmək (bu proses nəticəsində iki və ya bir neçə dilin, dialektin biri, bir qayda olaraq, aradan çıxır). çarpılma “Çarpılmaq”dan f.is. çarpılmaq f. Zərblə, şiddətlə dəymək, toxunmaq, toqquşmaq, vurmaq. Dəniz yavaşyavaş uğuldayır, dalğalar zərblə qayalara çarpılaraq şırıldayırdı. M.Hüseyn. çarpışma 1. “Çarpışmaq”dan f.is.\n2. Vuruşma, toqquşma, döyüş, savaş. Körpünü ortaya qədər gələn düşmənlərin önündə Əmrah da at belində qılıncla çarpışırdı. İ.Şıxlı. Bu yerlə çarpışan, göylə əlləşən; Dostdan, aşinadan necə əl çəkim? M.Müşfiq. çarpışmaq f. Vuruşmaq, döyüşmək; mübarizə etmək. İrəlidə piyadalar çarpışır. H.Nəzərli. [İncə:] ..Ox, iki il çarpışdım, axır olmadı, məni öldürmək istədilər.. C.Cabbarlı. çarpma “Çarpmaq”dan f.is. çarpmaq f.\n1. Zərblə, şiddətlə toxunmaq, dəymək, vurmaq. Kür nəhri sahildəki iri daşlara və sarı qayalara çarparaq hiddətlə çağlayırdı. A.Şaiq. Nəhayət, maşın iri qayalara çarparaq köpüklənə-köpüklənə axan çayın kənarına çatıb dayandı. İ.Əfəndiyev.\n2. Bax çırpınmaq 1-ci mənada. Köksündə çarpardı polad ürəyi; Gözündə parlardı uca diləyi. A.Şaiq. Sən onun qəhrəman, igid oğlusan; Çarpan ürəyisən, vuran qolusan! S.Vurğun. çarsu is. [fars.] köhn. Dükanlar olan yer, qapalı bazar, çarşı. Şəhərlər, kəndlər xalq nəğmələri və musiqi tərənnümləri altında bayram edir, bazarlar, çarsular bəzənmiş və çıraqbanlıq nəticəsində qaranlıq gecələr gündüz kimi işıqlanmışdır. M.S.Ordubadi. çarşab bax çadra. Gülsüm bir küncdə üzüörtülü, başında çarşab əyləşmişdi. Ə.Haqverdiyev. Çaydan sonra Nənəxanım Yetər ilə çarşaba bürünüb, qız axtarmağa getdilər. Çəmənzəminli. çarşablı bax çadralı. Əyri küçələrin birində [həkim] bir çarşablı qadına rast gəldi. Çəmənzəminli. çarşabsız bax çadrasız. çarşı is. [fars.] bax çarsu. Mən üz qoydum bazara tərəf. Xəyalımda qoymuşdum: gedərəm düz baqqal çarşısına və buzu allam, gətirrəm və şəhərdə oradan da savayı bilmirdim, harada buz satırlar. C.Məmmədquluzadə. çarter is. [ing.] Kirayəyə götürülmüş nəqliyyat vasitəsi. çartist [ing.] Çartizm tərəfdarı, iştirakçısı. çartizm [ing.] İngiltərədə XIX əsrin 30-40-cı illərində fəhlələrin siyasi hüquq əldə etmək və iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq uğrunda inqilabi hərəkatı. çarvadar is. [fars.] köhn. Yük heyvanı ilə muzdla yük daşımaqla məşğul olan adam. Bizim karvanımız beş çarvadar atından ibarət idi. S.Hüseyn. Çarvadar olduğu üçün Ciniş Əhmədin özü kimi atı da ən çətin yolu hər vaxt hər bir şəraitdə gecə də, gündüz də çox yaxşı gedə bilirdi. Ə.Əbülhəsən. çarvadarbaşı is. köhn. Çarvadarlara başçılıq edən adam, baş çarvadar. Üst-başlarını toz basmış müsafirlər çarvadarbaşının haqqını verib, karvansaradan çıxmağa başladılar. P.Makulu. çarvadarlıq is. köhn. Çarvadarın işi, peşəsi. Qərəz, [Məmmədhəsən əminin] tutmadı işi, əliboş kəndə qayıdıb, üç-dörd eşşək alıb başladı çarvadarlığı. C.Məmmədquluzadə. Bu kəndin əhli əkinçilik və çarvadarlıqla güzəran edərdi. S.S.Axundov. çaş 1. sif. Əyri, çəp. Çaş göz. Çaş baxış. – İki tərəfə baxan çaş olar. (Ata. sözü). Bağda maral çaş mələr; Çaş dolanar, çaş mələr; Mənim ahu-zarımdan; Dağ inildər, daş mələr. (Bayatı).\n2. Bax çaşbaş. Rüstəm kişinin baxışları Şərəfoğlunun baxışları ilə çarpazlaşdıqda suala çaş cavab vermədi: – İcazə üçün gəlmişəm! M.İbrahimov. • Çaş qalmaq – bax çaşbaş qalmaq. Lənət sənə kor şeytan, – deyə Alıxan ağa çaş qalır. S.Rəhimov. Xalıqverdi kişi çaş qalmışdı. Ə.Vəliyev. Çaş salmaq – bax çaşbaş salmaq. [Tahir:] Bəlkə çaş salıram, bəlkə bu, İmran dayının başqa qızıdır? M.Hüseyn. çaşbaş sif. və zərf Qarışıq, qatqarışıq, dolaşıq, çaş, çaşqın, çaşmış. [Şeyda:] Fikrim elə çaşbaşdır ki, Telli xala, avtobusları dəyişik salıb, sizin Göytəpə əvəzinə gedib çıxmışam Qaratəpəyə. Ə.Məmmədxanlı. • Çaşbaş qalmaq – nə edəcəyini bilməmək, qəti bir fikrə gələ bilməmək, fikri qarışmaq, çaş qalmaq, çaşbaş olmaq. [Rəşid:] Mən çaşbaş qalıb, Nailənin geniş açılmış gözlərinə, qanı qaçmış zərif dodaqlarına baxdım və küçəyə yüyürdüm. İ.Hüseynov. Çaşbaş qoymaq – fikrini qarışdırmaq, çaş qoymaq, çaşdırmaq, qəti bir fikrə gəlməyə qoymamaq. Arvad bir az da cinləndi: – Ay qızım, bu də təzə qaydalar, təzə haqq-hesablar deyil ki, məni çaşbaş qoyasınız. Mir Cəlal. Çaşbaş olmaq – bax çaşbaş qalmaq. [Axund:] Özgə molla olsaydı, çoxdan çaşbaş olmuşdu. B.Talıblı. Çaşbaş salmaq – bir-birinə qarışdırmaq, bir-birindən ayırd edə bilməmək, çaş salmaq. Kənd arasında dolaşan söhbət çoxlarını çaşbaş salmışdı. İ.Şıxlı. Yoxsa yenə nömrələri çaşbaş saldın? – deyə Validə gülə-gülə soruşdu. H.Seyidbəyli. çaşdırma “Çaşdırmaq”dan f.is. çaşdırmaq f.\n1. Müxtəlif yollarla birisinin çaşmasına, çaşıb-qalmasına, özünü itirməsinə səbəb olmaq. Lakin gözlənilmədən verilən tutarlı suallar [Verdiyevi] çaşdırdı. Mir Cəlal. Hadisə Qadiri elə çaşdırmış, ruhunu və qəlbini elə sıxmışdı ki, elə bil o gözəl qıza olan hissi və duyğuları da indi onun yadından çıxmışdı. Ə.Əbülhəsən.\n2. Heyrətləndirmək, təəccübləndirmək, heyrətə salmaq. Şərəfoğlunun gözlənilmədən və özü də belə namünasib vaxtda gəlməsi Rüstəm kişini çaşdırmışdı. M.İbrahimov.\n3. məc. Yolunu itirmək, yoldan çıxmaq, azmaq. İnsan oğlu dinc durmadı; Düz yolunu çaşdı yenə. S.Vurğun. Okeanın o tayından; Dil verən olmasaydı; Siz belə çaşmazdınız. B.Vahabzadə. // məc. Yanlış yola sövq etmək, düz yoldan sapdırmaq, yolundan azdırmaq. Yenə bir para ata-analarına lənət olmuşlar başlayıblar millətimizi çaşdırmağa, azdırmağa. C.Məmmədquluzadə. çaşı zərf Çəp, əyri. • Kiməsə çaşı baxmaq. çaşıb-qalma “Çaşıb-qalmaq”dan f.is. çaşıb-qalmaq bax çaşmaq 1 və 2-ci mənalarda. Qumru bunu eşidər-eşitməz yerindən qopub üzüaşağı dərəyə doğru yüyürdü, lakin dərə içində qız çaşıb-qaldı. Ə.Məmmədxanlı. [Rəşid:] Mən hələ özümü toplamamış, yeni bir möcüzədən tamam çaşıb-qaldım. İ.Hüseynov. çaşır is. bot. Çətirçiçəklilərdən ot bitkisi. Ballı bacısı oğlu ilə birlikdə kəndin üst tərəfindəki güneylərə gedər, çaşır, mərovca yığardı. Ə.Vəliyev. çaşka-loşka is. [rus. çaşka – fincan, loşka – qaşıq] zar. dan. Can bir qəlbdə, birbirinə çox yaxın yoldaşlar haqqında. [Abuzər bəy:] Elə düz deyirmişlər ki, sən onunla çaşka-loşkasan. M.Hüseyn. çaşqın sif. Çaşıb qalmış, nə edəcəyini bilməyən, özünü itirmiş. Çaşqın adam. – Anam çaşqın (z.) bir hal ilə dedi.. S.S.Axundov. Odunçuoğlu çaşqın bir halda dayanıb durdu. Ə.Məmmədxanlı. // Heyrət içində qalmış. çaşqın-çaşqın zərf Çaşmış halda, özünü itirmiş halda, heyrət içərisində. çaşqınlıq is. Çaşqın adamın keçirdiyi hal, nə edəcəyini bilməmə, özünü itirmə. ..Çaşqınlıq ikinci bir səhvə səbəb ola bilər. M.S.Ordubadi. Doktor hələ də bir az əvvəlki qorxu və çaşqınlıqdan əməlli-başlı ayılıb özünə gəlməmişdi. M.Rzaquluzadə. çaşma “Çaşmaq”dan f.is. çaşmaq f.\n1. Arzu olunmayan, gözlənilməyən və ya çıxış yolu bəlli olmayan bir hadisə qarşısında çaşıb-qalmaq, özünü itirmək, nə edəcəyini bilməmək. // Ümumiyyətlə, çaşıb-qalmaq, özünü itirmək, heyrət içində qalmaq. Muzdur hələ pulun qədərindən xəbəri olmadıqda, ancaq yüzlükləri sayanda, heyrətə düşüb çaşmışdı. S.Qənizadə.\n2. Yanılmaq, səhv etmək. Qəmgin, məyus düşmənlərin istədi; Saysın, amma çaşdı, saya bilmədi. A.Səhhət. çaşt [fars.] bax çeşt. Yay mövsümü, hava isti, çaşt çağı; Gün qızdırmış dağı, daşı, torpağı. A.Səhhət. // Günorta yeməyi. [Ağa Mərdan:] Mərhəba oğlum, ədəblə adam dünyada həmişə əziz olar. Çaşt yeyibsinizmi? M.F.Axundzadə. çat is. Yarıq, yer qabığında aralanmış nazik yarıq, torpağın yarılmış hissəsi. [Əlahəzrətin] on beş ilə tikdiyi bu dağılmaz bir qələ zənn etdiyi bina titrəməyə, hələ zəlzələ keçməmiş çat-çat olmağa başlamışdı. M.İbrahimov. çataq 1. Bax çarpaz 1-ci mənada.\n2. sif. Yapışıq, qovuşuq; bir-birinə yapışmış (meyvə və s.). çataqlama “Çataqlamaq”dan f.is. çataqlamaq f. bax çarpazlamaq. // Əl barmaqlarını biri-birinə keçirmək. Biçinçilər əllərini başları altına çataqlayıb.. uzandılar. Mir Cəlal. Bəlkə uyuyanda başının altda; Kiçik əllərini çataqlayırsan. N.Xəzri. çataqlanma “Çataqlanmaq”dan f.is. çataqlanmaq bax. çarpazlanmaq 1-ci mənada. Ananın əlləri Nərimanın çiynində yox, kürəklərində çataqlanmışdı. Mir Cəlal. çatal sif.\n1. İkiyə ayrılmış (budaq və s.). // Bitişik, qovuşuq.\n2. İkidişli (yaba və s. alət); ümumiyyətlə, ucu ikiyə ayrılmış; ikibaşlı (hər hansı bir şey). // is. Çəngəl (yemək aləti).\n3. İkitərəfli. Çatal qıfıl. çatallanma “Çatallanmaq”dan f.is. çatallanmaq f. Çatal kimi ikiyə ayrılmaq. İrəlidə yol çatallanmışdır. çatdırılma “Çatdırılmaq”dan f.is. çatdırılmaq “Çatdırmaq”dan məch. Məktub vaxtında çatdırıldı. Əmanət sahibinə çatdırıldı. çatdırma “Çatdırmaq”dan f.is. çatdırmaq f.\n1. Hər hansı bir vasitə və yolla yetişdirmək, vardırmaq. Aparıb yerinə çatdırmaq. // Göndərilən ünvana, yerə, şəxsə, sahibinə vermək, təslim etmək. Məktubu sahibinə çatdırmaq. // Bildirmək, məlumat vermək. Məlumatı yerlərə vaxtında çatdırmaq lazımdır. Xəbəri tez ona çatdır.\n2. Müəyyən həddə, saya, dərəcəyə gətirib çıxarmaq. Məbləği 40 minə çatdırmaq. İşçilərin sayını otuza çatdırmaq.\n3. Bir işi vaxtında yerinə yetirmək üçün imkanı olmaq, yetişdirə bilmək; gecikməmək. Özünü iclasa çatdıra bilmədi. Zorla özümü qatara çatdırdım. çatı I. is. Qıldan hörülmüş qalın kəndir. Örkən, palaz, çatı toxu, ip tovla, yun dara; Təndir qala, bişir çörək, aş, ət, gavur qızı! M.Ə.Sabir. Bir axşam varlığa yumub gözünü; Bir qırıq çatıdan asdın özünü. S.Vurğun.\n\nII. is. Binanı örtən kirəmitləri, dəmir lövhələrini saxlamaq üçün müxtəlif materiallardan (ağacdan, taxtadan, dəmirdən) quraşdırılmış maili örtü. Evin çatısı. // Bina və s. tikərkən üstündə durub işləmək üçün birbirinə çatılmış ağac, taxta və ya dəmirdən qurulan dayaq; körpü. çatıq sif. Çatılmış, ucları qovuşuq, birbirilə bitişik. Göylər də yavaş-yavaş; Açır çatıq qaşını. R.Rza. çatıqqaş bax çatmaqaş(lı). çatılama “Çatılamaq”dan f.is. çatılamaq f. Çatı1 ilə bağlamaq, kəndirlə bağlamaq, sarımaq. çatılı I. sif.\n1. Yüklənmiş, dalına yük çatılmış (heyvan).\n2. Cidalanmış.\n\nII. sif. Baş-başa çatılmış. çatılma “Çatılmaq”dan f.is. çatılmaq məch.\n1. Yüklənmək, dalına yük qatılmaq (heyvanın). [Pərinisə ərinə:] ..Eşşəyin üstə yekə-yekə çuvallar çatılmışdı... C.Məmmədquluzadə. Qoca kiçik qızı atdan düşürtdü və sonra ata çatılmış (f.sif.) iki məfrəşi açıb yerə saldı. S.S.Axundov.\n2. Qalanmaq. Sağılmışdı sürü, naxır; Çatılmışdı ocaqlar. A.Şaiq. Ocaqlar çatıldı, kabablar bişdi; Məclisin ahəngi yenə dəyişdi. S.Vurğun. çatıltı bax çatırtı. çatırdama “Çatırdamaq”dan f.is. çatırdamaq f. Çatırtı səsi çıxarmaq; çatıldamaq. İndi ocaqdakı kömür çatırdayırdı. Q.İlkin. çatırtı is. Taxta, odun kimi bərk şeylər yanarkən çıxan səs; çatıltı. Aşağıda ocaqlar çatırtı ilə tüstülənirdi. Q.İlkin. çatış is. Çatmaq işi, çatma, yetmə. çatışma “Çatışmaq”dan f.is. çatışmaq bax çatmaq1 5-ci mənada. Doğrudan da, Hümmətəlinin nəyi çatışmırdı? Son iki-üç ildə onun qazancı heç kəsinkindən az olmamışdı. M.Hüseyn. Elə bil qarajda çox qiymətli bir şey çatışmırdı. H.Seyidbəyli. çatlaq is. Çatlamış, yarıq yer; çat. Uşaqların marağı daha da artdı və [Əsədin] arxasınca gedib yavaşca qapının çatlağından baxmağa başladılar. B.Talıblı. [Direktor:] Orada yeraltı çatlaqlar olması mümkündür. M.İbrahimov. // sif. Çatlamış, çatlağı olan. Çatlaq nimçə. – Qız bir çatlaq stəkanda çay gətirdi.. Çəmənzəminli. çatlama “Çatlamaq”dan f.is. çatlamaq f.\n1. Çatıq əmələ gəlmək, çatlaq olmaq, parçalara ayrılmayacaq şəkildə yarılmaq, bütövlüyü pozulmaq. Həsən çəkməni o biri üzünə çevirdi, üst tərəf də vecdən çıxmışdı, neçə yerdən çatlamışdı. Çəmənzəminli. Mollayev limonu o qədər bərkdən qarışdırdı ki, çay qaşığının zərbindən stəkan çatladı. M.Hüseyn.\n2. Bir sıra isimlərdən sonra gətirilərək mürəkkəb fel və müxtəlif ifadələr düzəldilir; məs.: ürəyi çatlamaq, başı çatlamaq, çiçəyi çatlamaq və s. Dağ başında bir çoban; “Yazıq, zavallı Çolpan; Görsə, ürəyi çatlar”; Deyərək, çəkdi bir car. M.Müşfiq. çatlatma “Çatlatmaq”dan f.is. çatlatmaq f. Çatlamasına səbəb olmaq, çatıq əmələ gətirmək, çatlaq hala gətirmək. Sirkə nə qədər tünd olsa, öz qabını çatladar. (Ata. sözü). çatlı sif. Çatığı, çatlağı olan; çatlamış. [Çinaryarpaq ağcaqayının] yaşlı ağaclarının qabığı tünd-qonur rəngdə olub, azca çatlıdır. “Elm və həyat”. çatma I.\n1. “Çatmaq1 ”dan f.is.\n2. Ucları ortadan bir-birinə qovuşmuş. Qızın çatma qaşları vardı. – ..Cahandar ağanın qara sifəti tunc kimi bozardı, iri həbəşi dodaqları titrədi, qalın, qıllı çatma qaşlarının arası düyünləndi. İ.Şıxlı.\n\nII. “Çatmaq2 ”dan f.is. çatmaq I. f.\n1. Bir istiqamətdə gedərək nəzərdə tutulan yerə yetişmək; varmaq. Atlılar hələ dolamaları enməmiş, Məmməd bəylə Kiçikbəyim çaya çatmışdılar. Çəmənzəminli. [Qərənfil xala] poçta çatdı, sovqat yeşiyinin üstünü yazdırdı. Ə.Vəliyev. // Eyni mənada qatar, gəmi, maşın, təyyarə və s. haqqında. Qatar stansiyaya çatdı. Təyyarə saat 2-də Moskvaya çatır. // Göndərilən ünvana, yerə, şəxsə, sahibinə yetişmək. Teleqram sahibinə çatdı. – Əziz, mehribanım, çatdı məktubun; Nə qədər sevindik, bilsən, ürəkdən. M.Rahim.\n2. İrəliyə doğru getməkdə olan bir adamın, maşının və s.-nin ardınca gedərək ona yetişmək, yetmək, özünü ona çatdırmaq. [Yusif:] Qara kəlin boynuna keçi piyi sürtməklə onun yerişini, gücünü artırmaq olmaz, onun ayağı ilə maşına çatmaq olmaz. B.Bayramov. // Vaxtında yetişmək, varmaq, özünü çatdırmaq. Qatara çata bilmədim.\n3. ...yaşa qədər yaşamaq, yetişmək. Gəlingəlin oynayan Pərşan iyirmi bir yaşına çatıb, orta məktəb qurtarmışdı. M.İbrahimov. [Vahid:] [Anam] and içib, peyman elədi ki, mən iyirmi beş yaşına çatanda atam barədə hər şeyi mənə açacaqdır.. B.Bayramov.\n4. Müəyyən saya, həddə yetişmək. On üç il bundan irəli evləri yazanda Danabaş kəndinin tüstü çıxanı düz altı yüz əlli ikiyə çatmışdı. C.Məmmədquluzadə. ..Bəli, dostun qəbri üstə çatdı onun ömrü sona. B.Vahabzadə.\n5. Kifayət etmək, bəs olmaq, yetmək; çatışmaq. Nadir maşın üstə su qaynatdı, çay dəmlədi və stəkan çatmadığı üçün qonşuya getdi. B.Talıblı. [Əminə xanım:] Nə baxırsız? Xoşunuz gəlir, atanızla, babanızla gəlin, yeyin, hamınıza çatar. Ə.Əbülhəsən.\n6. Bir şeyin zamanı gəlmək, gəlib-yetişmək, gəlib-çatmaq. İllər bir-bir sovuşdu, gəlib çatdım yetmişə, hələ də rast gəlmədim; bir kəs ki, arzusuna doyumunca yetişə. R.Rza.\n7. Qovuşmaq, yetişmək, birləşmək. [Rövşən] bilmədi nə eləsin, başına nə çarə qılsın. Qız olduğunu da açıb desə, tamam biabır olacaq, öz sevgilisinə çata bilməyəcəkdir. (Nağıl).\n8. Məlum olmaq, qulağa çatmaq, bilinmək. Verdiyevə bir şey də aydın oldu; deməli, Vahidin məsələsi yuxarılara çatmışdır. Mir Cəlal.\n9. Bərabərləşmək, bərabər olmaq, yetişmək, tay ola bilmək. Riyaziyyatda heç kəs ona çatmaz. [Çərkəz:] – Əyə, tez özünü yetir, deyəsən yaman zırpı balıqdır, gücüm çatmır. İ.Şıxlı.\n10. Əlləri ilə bir şeyin ətrafını tutmaq, qucaqlamaq, qavramaq. [Həkim] qollarını boynuna çataraq, bərk gərnəşdi. Mir Cəlal. Sonra da gövdəsində qollarımı çatmışam; Onu bir ana bilib kölgəsində yatmışam. Z.Xəlil.\n11. Başa düşmək, dərk etmək. Sözlərdəki məna, səslərdəki titrəyiş isə [Rüstəmə] çatmırdı. M.İbrahimov.\n12. Bir sıra isimlərdən sonra gətirilərək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: dadına çatmaq, gücü çatmaq, başa çatmaq, əl çatmaq, qulağına çatmaq və s.\n\nII. f.\n1. Yükləmək. Küsülü qardaş, gəl yükü çataq, yenə küsümüz küsü. (Ata. sözü). Hər birinə ağır taylar çatdılar; Bizləyəbizləyə köçə qatdılar. Q.Zakir.\n2. Ocağa, sobaya və s.-yə odun və s. qoyub yandırmaq; qalamaq. Ocaq çatıldadıqca qığılcımlar ətrafa sıçraşır, yavaş-yavaş köz düşürdü. İ.Şıxlı. Olarmı meşədə tonqal çatasan; Gələn yağışadək izi qalmasın? N.Xəzri. çatmaqaş (=çatmaqaşlı) sif. Qaşları bitişik olan, qaşları bir-birinə qovuşmuş. Çatmaqaş oğlan. – Səkinə iftixar dolu gözlərlə .. enlikürək, ucaboylu, çatmaqaşlı və qartalgözlü oğlunu süzdü. M.İbrahimov. Boz şaldan pencəkşalvar geyinmiş, şirvani çarıqlı, törəboy, çatmaqaş uşaq madyanı bir kənara çəkdi. Ə.Abasov. çatmaqaşlı (=çatmaqaş) sif. Qaşları bitişik olan, qaşları bir-birinə qovuşmuş. Çatmaqaş oğlan. – Səkinə iftixar dolu gözlərlə .. enlikürək, ucaboylu, çatmaqaşlı və qartalgözlü oğlunu süzdü. M.İbrahimov. Boz şaldan pencəkşalvar geyinmiş, şirvani çarıqlı, törəboy, çatmaqaş uşaq madyanı bir kənara çəkdi. Ə.Abasov. çatmamazlıq is. Nöqsan; çatışmayan şey, cəhət. Çatmamazlıqları aradan qaldırmaq. çavıstan is. məh. Qarğı, taxta və s.-dən düzəldilmiş yüngül, kiçik tikili, ev. [Qaçayın] mənzili subay fəhlələr yaşayan taxta çavıstanlardan birində idi. Ə.Vəliyev. çay I. is. [çin.]\n1. Qurudulmuş yarpaqlarından ətirli içki hazırlanan həmişəyaşıl ağac və ya kol. Çay kolu. Çay plantasiyası.\n2. Həmin bitkinin ətirli içki hazırlamaq üçün xüsusi surətdə qurudulmuş yarpaqları.\n3. Həmin yarpaqlardan dəmlənib hazırlanan ətirli içki. Şirin çay. Tünd çay. – Barışdırmaq rəsmini tamam edəndən sonra qonaqlar şüru elədilər çay içməyə. Ə.Haqverdiyev. Əsmər xala bir stəkan çay süzüb qabağına qoydu. Q.İlkin. // Müxtəlif bitkilərdən, ədviyyatdan dəmlənib hazırlanan içki, yaxud çayı əvəz edən hər hansı bir surroqat. Kəklikotu çayı. Zəncəfil çayı. – [İbrahim:] Bala, yoxsa sənə soyuq dəyib, sənin üçün bu saat darçın çayı bişirərəm. Ə.Haqverdiyev.\n4. Çay içmə, çay süfrəsi. Çaya dəvət etmək. – Çaydan sonra Nənəxanım Yetərlə çarşaba bürünüb, qız axtarmağa getdilər. Çəmənzəminli. Bir yerdə çay içdik, çaydan sonra mən yatdım. Ə.Haqverdiyev.\n\nII. is. Öz hövzələrinə düşən atmosfer yağıntılarından və ya bulaqlardan qidalanan və özü əmələ gətirdiyi yataqla axan çoxlu və fasiləsiz təbii su axını. Çayın sahili. Çayla başıaşağı üzmək. Çay üzərində körpü. – Hindistanda Qanq çayı bizim Kür çayından çox böyükdür. C.Məmmədquluzadə. ‣ Çay gəlməmiş (çaya çatmamış) çırmanmaq (soyunmaq) – vaxtından çox qabaq bir işi görməyə hazırlanmaq, tələsmək. Gözümüz o qədər qorxudulub ki; “Hələ çay gəlməmiş çırmanmışıq biz”. B.Vahabzadə. Çaya susuz aparıb, susuz gətirmək – çox hiyləgər, bic, zirək adam haqqında. Çayda balıq sövdası – həyata keçməsi qeyri-mümkün və ya şübhəli olan bir şey haqqında. ...çayda üzüaşağı (çayaşağı) axıdım, üzüyuxarı (çayyuxarı) axtarım – qarğış və ya istehza ifadəsi. [Xırdaxanım:] Sənin kimi kişini çayaşağı axıdım, çayyuxarı axtarım.. N.Vəzirov. [Telli Yazgülə:] Elə alimi çayda üzüaşağı axıdıb, üzüyuxarı axtarım. Ə.Məmmədxanlı. çayan is. Əqrəb. çayaşağı zərf Çayın başlanğıcından ağzı istiqamətində, suyun axıb getdiyi tərəfə; çayla başıaşağı. Çayaşağı üzmək. – [Nurəddin] paltarı quruyandan sonra geyinib çayaşağı xeyli getdi ki, bəlkə papağını tapsın. S.S.Axundov. [Allahyar] atını sürüb çayaşağı uzaqlara getdi. İ.Şıxlı. çaybasar is. Çayın sahilində daşqın zamanı su altında qalan sahə (yerlər). çaybecərən bax çayçı 1-ci mənada. çayçı is.\n1. Çay əkib-becərməklə məşğul olan adam; çaybecərən. Çayçıların yarışı. // Çay mütəxəssisi.\n2. Çayxanada xidmət edən adam. İri mis samovarın qabağında duran çayçı stəkannəlbəkini cingilti ilə yuyurdu. Q.İlkin. // Keçmişdə: çay qoyub satan adam, çayxanaçı.\n3. Çayçı dükanı, çayxana. İkinci gün Məhərrəm çayçıya gedərkən yolda həmin müsafir barədə fikirləşirdi. H.Nəzərli. Utansın çayçıda tər axıdanlar; Tarlada tər tökən qızlarımızdan. N.Xəzri. çayçıxana bax. çayxana. Məşədi Məmməd gündüzlər bazar-dükanı dolanıb, çayçıxanaları gəzərdi. B.Talıblı. çayçılıq is.\n1. Çay bitkisi əkib-becərməklə məşğul olan kənd təsərrüfatı sahəsi. Çayçılığın inkişafı seyrəkliyin ləğv edilməsindən, istehsal fondlarından, aqrotexniki tədbirlərdən .. asılıdır.\n2. Çayxanada müştərilərə çay satmaqla məşğul olma. // Keçmişdə: bir peşə kimi çay qoyub müştərilərə satmaqla məşğul olma. [Mirzə Heydər] ..İsfahanda çayçılıq edirdi. Qantəmir. Əhalinin bir qismi də xırda ticarətlə – çayçılıq, kababçılıq, həlimaşıçılıq, bəzzazlıqla məşğul olardı. H.Sarabski. çay-çörək top. Çay, çörək, yağ, pendir və s.-dən ibarət yemək. Bu halda Cəfər əlində podnos, içində çay-çörək, şora batırılmış təzə inək yağı içəri daxil oldu. S.S.Axundov. Tükəzban qarı çayı-çörəyi gətirib, .. yemək masasının üstünə qoyanda Lalə də özünü səliqəyə salıb gəldi. M.Hüseyn. çaydan [çin. çay və fars. ...dan]\n1. Bax çayqabı.\n2. Bax çaynik. Piri kişi .. çaydandan iki fincan çay töküb süfrəyə qoydu. S.S.Axundov. Nigar pilətəni yandırıb, çaydanı üzərinə qoydu.. Çəmənzəminli. çaydaşı is. Axar suyun təsirindən hamarlanıb yuvarlanmış xırda daş; çaylaq daşı, qənbər. Yol boyu arabaların silkələyib yorduğu uşaqlar sevinə-sevinə qaçışmağa, yumru qara çaydaşları ilə camışları yalamalamağa başladılar. İ.Şıxlı. çayətrafı sif. Çayın sahilində olan; çayyanı; çaykənarı. Dağlıq və dağətəyi rayonlarda tütün əkini sahəsini artırmaq üçün əsas ehtiyat mənbələrindən biri də çayətrafı sahələrdən səmərəli istifadə edilməsidir. “Elm və həyat”. çayxana is. [çin. çay və fars. ...xanə] Əsasən çay içilən ictimai iaşə müəssisəsi; çayçı, çayçıxana. [Əbdül:] Yorulmuşdum, döndüm çayxanaya ki, bir-iki fincan qəhvə içim. Ə.Haqverdiyev. [Rüstəm] lakin qərarı yerinə yetirməmiş çayxanaya girib iki stəkan tünd çay içdi. M.İbrahimov. çayxərçəngi is. zool. Şirin sularda yaşayan xərçəng növü. çayxor sif. [çin. çay və fars. ...xor] Çox çay içən, çox çay içməyi sevən adam. Çayxor adam. çayır is.\n1. bot. Taxıllar fəsiləsindən kökümsovlu alaq otu. Belin ağzı saralmış çayırları xırpıltı ilə kəsə-kəsə yekə bir dairə cızdı. İ.Məlikzadə.\n2. Çəmən. [Çinarların] arasından çıxan sərin çeşmə yol açdığı kiçik çınqıl daşların üzərindən xoşahəngli bir şırıltı ilə böyük çayırlara doğru axıb gedirdi. A.Şaiq. Dolanaq çayırı, gəzək çəməni. M.Rahim. çayır-çəmən is. Çəmən, çəmənlik. İçib sudan pərvazlandı çayır-çəmən; Gözəlləşdi kənd yenidən. B.Vahabzadə. çayırlıq is. Çoxlu çayır bitmiş, çayır basmış yer. [Heybət] ..vədinə vəfa edib, axşam düşənə kimi iki parça yeri şumladı, çayırlığa yetişdi. M.Hüseyn. [Gülşən:] Çayırlıqların hamısını iki dəfə belləməliyik. Ə.Vəliyev. çayqabı is. Quru çayı saxlamaq üçün qab, qutu; çaydan. çayqırağı 1. sif. Çayın sahilində olan, yaşayan. [Həsrət Yusifə:] Xaçının sizin tərəflərdə dəryaça edilməsi .. bütün çayqırağı camaatının böyük xoşbəxtliyidir. B.Bayramov.\n2. zərf Çayın qırağı ilə, sahili ilə. Çayqırağı getmək. çayqovuşan is. İki çayın qovuşduğu, birləşdiyi yer. [Aşıq Valeh] çayqovuşana çatanda yoldan buruldu. Ə.Məmmədxanlı. çaylaq is. Quru çay yatağı. Xınalıqdan Şah dağına getmək üçün əvvəlcə çaylağa enməli olursan. R.Rza. [Döyüşçülər] bir az yoxuşla dırmaşdıqdan sonra enişə, həm də çaylağa endilər. Ə.Vəliyev. • Çaylaq daşı – bax çaydaşı. Yolun o əl-bu əlində yuyulub təmizlənmiş muncuq kimi gözəl çaylaq daşları parıldayır, tez-tez təkərlərin ağzından qoparaq çırtaçırtla dörd yana səpələnir. M.İbrahimov. Çaylaq daşından tikilmiş [Xınalıq kəndinin] evləri, torpaq eyvanları, səkiləri, ağacsız dar küçələri elə bil çiçəklərlə, güllərlə bəzənmişdi. R.Rza. çaylama “Çaylamaq”dan f.is. çaylamaq f. dan. Çay içmək. çaynik is. [çin. çay və rus. ...nik] Çay dəmləmək və ya su qaynatmaq üçün dəstəsi və lüləyi olan qab. Elektrik çayniki. – Ənvər bərk susamışdı, bir stəkan çay içmək üçün samovarın başından çayniki götürdü. Ə.Vəliyev. Tükəzban xala çayı dəmləyəndən sonra .. çayniki dəsmalla bürüyüb dəmə qoydu. İ.Şıxlı. çaypulu is. Aşxanaya və s.-yə gələnlərin xırda xidmət üçün xidmətçiyə verdikləri pul. çaysüngəri is. zool. Şirin sularda yaşayan süngər. çaysüzən is. Dəm çaynikindən rəng tökərkən çay dənələrinin stəkana düşməməsi üçün onun lüləyinin ağzına keçirilən və ya stəkanın ağzına qoyulan tor. çaytikanı is. bot. bax ağtikan. Ağtikan və ya çaytikanı .. cinsinin yarpaqları ensiz olub, iydə yarpaqlarına oxşayır. M.Qasımov. çayyığan is. Tarlada çay yarpaqları yığan, dərən (adam və ya maşın). Qabaqcıl çayyığanlar. // Sif. mənasında. Yenimarkalı çayyığan maşın. çayyuxarı zərf Çayın ağzından başlanğıcı istiqamətində, suyun axdığı tərəfin əksinə, çayla başıyuxarı. Çayyuxarı üzmək. – Yelkən çayyuxarı o qədər də böyük sürətlə getmirdi. M.S.Ordubadi. [Uşaqların] gülüşü, hay-harayı dalğa-dalğa olub çayyuxarı yayıldı, dərəni doldurdu. İ.Şıxlı. çe “Ç” hərfinin və bu hərflə işarə olunan samitin adı. çeçen is. İnquşlara qohum olan Qafqaz xalqı və bu xalqa mənsub adam. çeçencə sif. və zərf Çeçen dilində. Çeçencə-rusca lüğət. çeçələ çeçələ barmaq – əlin beşinci, ən kiçik barmağı. [Musanın nəvəsinin] çeçələ barmaqlarındakı dırnağının uzunluğu 9 millimetr yarımdır. Qantəmir. [Firəngiz] kağız qoyduğu yeri çeçələ barmağı ilə araladı. B.Bayramov. çeçəmə “Çeçəmək”dən f.is. çeçəmək f. Nəfəs borusuna bir şey düşməsi nəticəsində təngnəfəs olmaq; anən boğulmaq. Tahir çeçədi. Ağız-burnuna dolmuş acı su ürəyini bulandırırdı. M.Hüseyn. Veys hətta bir dəfə çeçədi. Ə.Əbülhəsən. çex is. Slavyan xalqlarından birinin adı və bu xalqa mənsub olan adam. çexcə sif. və zərf\n1. Çex dili. Çexcərusca lüğət.\n2. Çex dilində. Çexcə gözəl bilir. Çexcə yazılmış kitab. çexoxbili is. [gürcü.] aşp. Gürcü yeməyi; toyuq ətindən xamalı və qozlu bozartma. [Xortdan:] Tiflisdə .. çığırtmanın adını çexoxbili qoyub, gətirib verirlər adama. Ə.Haqverdiyev. çexul [rus.] Hər hansı bir şeyi xarab olmaqdan, çirklənməkdən qorumaq üçün parça və ya başqa materialdan onun formasında hazırlanan örtük; qın. Maşının çexolu. Brezent çexol. – [Oğlan] çamadanı da çexola salıb düymələdi. Mir Cəlal. çexollu sif. Çexolu olan, çexol geydirilmiş, çexola salınmış. Əntərzadə çexollu çamadanı götürüb, qapıya çıxdı. Mir Cəlal. çek [ing.]\n1. Təqdim edənə cari hesabdan müəyyən miqdarda pul verilməsi və ya onun hesabına keçirilməsi haqqında pul sahibinin sərəncamı olan sənəd. Rəhim bəy çeki [Turabın] əlindən dartıb aldı. Qol çəkdi. M.Hüseyn. [Salmanov:] Çekləri, möhürü götürdüm, axtardım, bəlkə cibində nağd pulu var. S.Rəhman.\n2. Üzərində alınan mal üçün kassaya ödəniləcək məbləğ göstərilən və ya alınan mal üçün pulun kassaya ödənildiyini təsdiq edən sənəd; qəbz. Satıcıya çek yazdırmaq. çekb [baş hərflərlə] [rus. Çrezvıçaynaə komissiə po borğbe s kontrrevolöüiey, sabotajem i spekuləüiey-in ixtisarı] Sovet hakimiyyətinin ilk illərində əks-inqilab, sabotaj və ehtikarla mübarizə aparan fövqəladə komissiya (idarə adı). çekist is. [rus.] ÇEKA əməkdaşı (bax ÇEKA). çempiun is. [ing.] İdman yarışlarında qələbə qazanan komandaya və ya şəxsə verilən ad. Şahmat üzrə dünya çempionu. Mütləq çempion. Azərbaycan çempionu. çempionbt is. [ing.] Hər hansı idman növü, idman oyunları üzrə birincilik uğrunda yarış, yarışma. Futbol çempionatı. Boks üzrə dünya çempionatı. Respublika çempionatı. çempionluq is. Çempion adı. çertyuj is. [rus.] Bir şeyin müəyyən üsullarla səth (kağız, kalka, taxta və s.) üzərində çəkilmiş şərti qrafik təsviri; cizgi. Layihənin çertyoju. Binanın çertyoju. – Lətif ona tapşırılan detalın çertyojunu alıb, böyük həvəslə işə başladı. H.Seyidbəyli. çertyojçu is. Çertyoj çəkən mütəxəssis; cizgiçi. Laboratoriyada 17 işçi, o cümlədən iki konstruktor, çertyojçu, tokar, çilingər və başqa ixtisaslı fəhlə işləyir. (Qəzetlərdən). çervun is. [rus. çervoneü] köhn.\n1. Keçmişdə: Rusiyada beş və ya on manatlıq qızıl pul. Mirzə Mustafa qarını yola salanda ovcuna bir çervon basdı.. E.Sultanov.\n2. tar. SSRİ-də 1922-ci ildən 1947-ci ilə qədər işlənmiş onmanatlıq kağız pul. çesuçb [çin.] Kətan kimi toxunan sıx ipək parça. Çində vəhşi ipəkqurdlarının baramalarından “çesuça” adlı toxumalar hazırlayırlar. “Əmtəəşünaslıq”. // Bu parçadan tikilmiş. Cavanların arasından çesuça kostyumla lak çəkmə geyinmiş, saçlı, tökmərək bir oğlan çıxıb irəli gəldi.. Ə.Əbülhəsən. çeşid is.\n1. Hər hansı bir malın keyfiyyət və qiymətcə növü, sort. İkinci çeşiddən olan un. Parçanın çeşidi. // İstehsalına, materialına və c.-yə görə malın müxtəlifliyi; növ. Parçanın çeşidləri. – [Qızlar] iki-iki, üç-üç və daha artıq çoxluğu olan kiçik dəstələrlə böyük dəzgahlar qarşısında əyləşib bütün gün axşamacan çeşidli fərşlər toxuyurdular. Ə.Məmmədxanlı.\n2. məc. Cür, növ. [Nüşabə:] Durmayın, şahanə bir süfrə açın! Ortaya hər çeşid naznemət saçın! A.Şaiq. Hansı saya, hesaba gələr insan dərdinin insan arzusunun çeşidi. R.Rza. çeşidləmə “Çeşidləmək”dən f.is. çeşidləmək f. Çeşidlərə, növlərə ayırmaq. Kartofu çeşidləmək. çeşidlənmə “Çeşidlənmək”dən f.is. çeşidlənmək məch. Çeşidlərə, növlərə ayrılmaq. Toxum döyülən və çeşidlənən (f.sif.) zaman əmələ gələn çıxdaşdan yem kimi istifadə edilməlidir. “Pambıqçılıq”. çeşidləyici is. və sif. Bir şeyi çeşidlərə ayıran işçi; çeşidçi. // Eyni vəzifəni görən maşın, cihaz, mexanizm. çeşidli sif. Müxtəlif növlü, cürbəcür, növ-növ. [Aşpaz] işindən söz açdı: ..gözəl və səliqəli yeməkxana, dadlı və çeşidli xörəklər... “Az. qad”. çeşm is. [fars.] klas. Göz. Gecə-gündüz vaxt-bivaxt ağlaram: Çeşmim yaşı Ceyhun olur, sellənir. Qurbani. [Abbas:] Gül rüxsarın əhsən deyib bülbülə; O çeşmi-xumarın yadıma düşdü. “Abbas və Gülgəz”. çeşmə is. [fars.]\n1. Yerin altından sızıb çıxan su mənbəyi; bulaq, qaynaq. [Çinarların] arasından çıxan sərin çeşmə çınqıl daşların üzərindən xoşahəngli bir şırıltı ilə böyük çaylara doğru axıb gedirdi. A.Şaiq. Sərin çeşmələrin qaynayır gözü; Yenə dinləyirəm aram-aram mən. N.Xəzri.\n2. Məc. mənada. Ey insan! Ürəyin qədrini bil ki; Həyat çeşməsidir o müqəddəs su. S.Vurğun. ‣ Göz çeşməsi – gözün yaş çıxan yeri, buruna tərəf olan yeri. [Cavad] çox kövrəlmişdi, lakin özünü toxtatdı, gözlərinin çeşməsinə yığılan yaşı ürəyinə səpib həyəcanını söndürdü.. Ə.Vəliyev. çeşmək is. [fars.] Gözlük, eynək. Mürgüləyir nənəm taxıb çeşməyi; Düşüb yerə toxuduğu əlcəyi. A.Səhhət. Nə barədə? – deyə Yarməmməd birbaşa cavab verməyib, çeşməyinin altından Şirzada baxdı. M.İbrahimov. çeşməkçi is. Çeşmək ustası. çeşməkli sif. Çeşmək taxmış, gözündə çeşmək olan; gözlüklü, eynəkli. Ucaboylu, uzunboğaz çəkməli, .. çeşməkli mühasib içəriyə girərək əmrə müntəzir kimi durdu. S.Rəhimov. Çayxananın dib tərəfində oturmuş çeşməkli oğlan Xalıqverdiyə xüsusi nəzər saldı. Ə.Vəliyev. çeşməli sif. Çeşmələr, ya çeşmə olan; bulaqlı. Çeşməli meşə. – Sevirəm çeşməli, sulu dağları; Vüqarlı dağları, ulu dağları. N.Xəzri. çeşni is. [fars.]\n1. Şəkil, forma. Papaqların bəzisi uzun qovun çeşnisində idi, bunların sahibinin molla və əyandan olmağı aşkar idi. Çəmənzəminli. // Naxış. [Çopo] evə baxdıqdan sonra Mimrə daşın üzərindəki çeşnini göstərdi. Çəmənzəminli. ..Karxananın qoca nəqqaşı hazırladığı müxtəlif çeşnilər içərisində qızıl qönçələr olan nəqşləri həmişə Sürəyya üçün nəzərdə tutardı. Ə.Məmmədxanlı. // Əndazə, nümunə, trafaret. Xalının rəngi, çeşnisi, nəqşi tərifə layiq idi. Ə.Vəliyev.\n2. Layihə. [Rəis:] Yemək evinin çeşnisini Mimrəyə tapşırmalı. Çəmənzəminli.\n3. məc. Tərz, üsul. Axırkı sözləri Cəfər bir elə çeşni ilə dedi ki, xoşum gəldi.. E.Sultanov. çeşnili sif. Müəyyən çeşnidə, üslubda olan; ...naxışlı. Biz məşhur Qonaqkənd çeşnili və Xınalığın özünə məxsus çeşni ilə toxunmuş xalçaları da gördük, onları toxuyan qadınların adını eşitdik. R.Rza. çeşt is. məh. Səhərlə günorta arasında olan vaxt, saat 10-11 radələri. Sən çeştədək yatırsan; Pal-paltarın atırsan. A.Səhhət. Axşamdan yıxılır, çeştəcən yatır: Həftədə hanaya bir arğac atır. Aşıq Ələsgər. • Gün çeştə (çeşt yerinə) qalxanda (qalxınca) – çeşt vaxtı, çeşt. Gecə uzunu yol gələn Vahidov gün çeşt yerinə qalxınca evinə döndü. S.Rəhimov. Gün çeştə qalxanda köhnə bir yük maşını Şahmarın qabağında dayandı. B.Bayramov. çevik sif. və zərf\n1. Hərəkətində, davranışında çox cəld olan; diribaş, zirək, qıvraq. Nurəddin özünə görə bilikli, çevik bir uşaqdır. S.S.Axundov. ..Yurdun çevik, qıvraq qızları, oğlanları halay vurub yallı gedir, onlar da quşlar kimi səs-səsə verib günəşi, baharı, quşları salamlayırdılar.. M.Rzaquluzadə.\n2. Yeyin, iti, cəld. Usta çevik addımlarla perrona çıxdı. M.Hüseyn. [Oğlanın] hərəkətləri cəld və çevikdir. S.Rəhman. çevikcə zərf Çevik bir tərzdə; cəld, iti. Çevikcə otaqdan çıxmaq. çevikləşmə “Çevikləşmək”dən f.is. çevikləşmək f. Çevik olmaq, qıvraqlaşmaq, zirəkləşmək. Uşaq böyümüş, rəngi açılmış, dirçəlmiş, çevikləşmişdi. Mir Cəlal. çeviklik is.\n1. Hərəkətdə, davranışda cəldlik; zirəklik, diribaşlıq, bacarıqlılıq, qıvraqlıq. [Buğac] öz gücünü, çevikliyini, bədəninin dözümünü sınayırdı. M.Rzaquluzadə.\n2. Yeyinlik, itilik, cəldlik, cəld və asanlıqla hərəkət etmə qabiliyyəti; çevik hərəkət. Bütün şəhərdəki qız-gəlinin Xosrovun bu çevikliyindən danışmağı nə isə Rüxsarəyə xoş bir təsir bağışlayırdı. S.Rəhimov. ..Cumanın indi qırx yaşı vardı, gözündə qabaqkı kəskinlik, qolunda, qıçında qabaqkı çeviklik qalmamışdı. Ə.Əbülhəsən. çevirmək f.\n1. İstiqaməti dəyişdirmək, başqa tərəfə yönəltmək. Dalını çevirmək. Üzünü bizə çevir. – Yaşar tüfəngi çəpişə sarı çevirib, nişan almağı təcrübə etdi. M.Rzaquluzadə.\n2. Bir şeyin vəziyyətini, yerini dəyişmək; döndərmək. Mən .. başladım malları sürməyi, dadaşım da ətəyi ilə alnının tərini silib, şananı götürdü və başladı küləşi çevirməyə. C.Məmmədquluzadə. // Başıaşağı qoymaq, döndərmək. Stəkanı çevirmək. – Sadıq torbanı ağzıüstə mis məcməyinin içi-nə çevirdi. Mir Cəlal. [Qərənfil xala] dəmkeşi üzüqoylu qazanın ağzına çevirdi. Ə.Vəliyev.\n3. Vərəqləmək. Müşkünaz oturdu. Açıq kitabın vərəqini çevirdi. Ə.Vəliyev. İndi görək şairin özü nə deyir, – deyə; Başladı astaasta divanı çevirməyə. B.Vahabzadə.\n4. Bir şeyi başqa bir vəziyyətə salmaq, başqa bir şeyə döndərmək, ona tamamilə başqa bir görünüş vermək. Görünür, bura bir zaman tövlə olmuşdu. Sonra çevirmişdilər. M.İbrahimov. Alovun saçdığı işıq gecəni gündüzə çevirmişdi. Ə.Vəliyev.\n5. Tərcümə etmək. Farscadan azərbaycancaya çevirmək. – Rusiya şerinin şah əsərini; Çevirdim Vaqifin şirin dilinə! S.Vurğun.\n6. dan. Şumlamaq, təpmək, belləmək. Qoş kotanı, çevirgilən düzləri; Günlüyün birindən bir anbar olsun. Aşıq Ələsgər. ‣ Çevir tatı, vur tatı – bir şeyi ardı-arası kəsilmədən bıqdıracaq dərəcədə təkrar etmə mənasında. [Xaspolad:] Görmürsən, Oqtay, keçən qış bir söz demişəm, hələ çevir tatı, vur tatı. C.Cabbarlı. Xəlilov bir neçə dəqiqə də çevir tatı, vur tatı eləyib, cavab almadan qapını çırparaq getdi. M.Hüseyn. çevirtmə “Çevirtmək”dən f.is. çevirtmək “Çevirmək”dən icb. çevrə is.\n1. Mərkəzdən eyni məsafədə olan qapalı əyri xətt. Pərgarla çevrə çəkmək. // Bir şeyin kənarlarında əmələ gətirdiyi qapalı xətt; dövrələmə xətt. Bu sahənin çevrəsi beş yüz metrdir.\n2. Ətraf, yan-yörə, dörd tərəf, həndəvər, dövrə. Açılıb cənnət tək camalın gülü; Ötər çevrəsində şeyda bülbülü. M.V.Vidadi. Yalnız ağac baxır bir dağ başından; Sarmış çevrəsini inadlı bir çən. M.Müşfiq. çevrələmə “Çevrələmək”dən f.is. çevrələmək f. Ətrafını sarmaq, əhatə etmək, dövrələmək, qaplamaq. Xalq meydanı çevrələyib gözləyirdi. Çəmənzəminli. çevrələnmə “Çevrələnmək”dən f.is. çevrələnmək məch. Əhatə edilmək, əhatələnmək, ətrafı sarılmaq, dövrələnmək. çevrikmə “Çevrikmək”dən f.is. çevrikmək dan. bax çevrilmək 4-cü mənada. [Rəşid:] Mən bir neçə dəfə yerimin içində çevrikdim. İ.Hüseynov. çevriliş is.\n1. Bir şeyin inkişafında kəskin dönüş, köklü dəyişiklik. Elmdə çevriliş.\n2. Mövcud ictimai-siyasi sistemdə əsaslı dəyişiklik. Dövlət çevrilişi. Siyasi çevriliş. çevrilmə “Çevrilmək”dən f.is. çevrilmək 1. məch. Başqa hala salınmaq, başqa şəklə salınmaq, döndərilmək. O başını yellədib bir ah çəkdi dərindən, “Ah” alova çevrilib saçıldı gözlərindən. B.Vahabzadə.\n2. t-siz. Tez-tez bir haldan başqa hala keçmək. Su donaraq buza çevrilmişdir. – Radium parçalanaraq axırda qurğuşuna çevrilir. “Günəşin tarixi”. // məc. Dönüb başqa bir şey olmaq, başqa keyfiyyət almaq, başqa bir şeylə əvəz olunmaq. Bulağa gəlirkən [Zöhrədə] olan nəşə indi tamamilə kədərə çevrilmişdi. Ə.Vəliyev. Bir anda Sonanın halı dəyişdi, həsrət və məhəbbət qəribə bir marağa və şübhəyə çevrildi. M.İbrahimov.\n3. məch. İstiqamətləndirilmək, yönəldilmək. Pulemyotlar düşmənə tərəf çevrildi. – Toplara bax, toplara, tanklara bax, tanklara; Od saçan lülələri çevrilibdir gör hara? B.Vahabzadə.\n4. f. Dönmək, devrilmək. Arvad qışqırdı, uşaqlar çığırışdılar, məcməyi üzüqoylu çevrilib, dolmanın hərəsi evin bir küncünə diyirləndi. Çəmənzəminli. Səs-küy artdı, ara qarışdı, üstü içki və yeməklə dolu stollar çevrilib alt-üst oldu. S.Vəliyev.\n5. f. Özünü çevirmək, özünü döndərmək, dönmək. Tərlan yatağında tez-tez o yan-bu yana çevrilir, yata bilmirdi. M.Hüseyn. Midhəd gözlərini açdı, təyyarənin böyrü üstə çevrildiyini ani olaraq duydu. Ə.Vəliyev. // Üzünü, ya bədənini döndərmək, başqa səmtə döndərmək, dönmək. Faytonçu çevrilib Qəhrəmana baxdı. S.Rəhimov. Ayna çevrilib geri baxdı. Ə.Məmmədxanlı.\n6. məch. Şumlanmaq, sürülmək, bellənmək, təpilmək. Meynəlik çevrilib qurtarmışdır. – Torpaq çevrilmək, nəfəs almaq istəyir. Ə.Vəliyev.\n7. məch. Tərcümə olunmaq. Əsər bir neçə dilə çevrilmişdir. çevrim sif. Çevrilmiş; çevrilmiş halda, çevrilmiş şəkildə olan. [Hücrədə] qararəngli, qıvrımtüklü və dodaqları çevrim uşaqlar var idi. M.S.Ordubadi. çeynəm is.\n1. Çeynəmək işi, çeynəmə.\n2. Ağızda çeynənəcək miqdar (adətən rəqəmlə). Bir çeynəm saqqızın var, çeynə, yapışdır alnına. (Ata. sözü). çeynəmə “Çeynəmək”dən f.is. çeynəmək f.\n1. Ağıza qoyulan bir şeyi dişlə qırmaq, əzmək, xırdalamaq, ovmaq. Ağzımda çörəyi çeynəyib bəzən; Xırdacaxırdaca yemlərdim onu. S.Vurğun. Beşi də böyrünü yerə vermiş, yenicə bitmiş qırxbuğumludan qıraraq ağızlarına qoyur və çeynəyirdilər. Ə.Vəliyev. // Dişləri ilə kəsmək, gəmirib qırmaq. Hər yerdən ümidini kəsmiş Məhbusi ipini çeynəyərək qolunun birini açmışdı. M.İbrahimov. // Hirs, qəzəb, acıq ifadəsi olaraq dodaqlarını, bığlarını dişləri arasına alıb əzmək, gəmirmək. [Ağası bəy] əllərini döşünə qoyub bığlarını çeynəyən (f.sif.) xanın buyruğuna müntəzir idi. Çəmənzəminli. Acıqdan çeynədi dil-dodağını; Kinindən yeyirdi ürək yağını. A.Şaiq.\n2. məc. Bir sözü çox təkrar etmək; təkrarlamaq, bayağılaşdırmaq. Axşamacan hamı bu sözləri ağzında çeynəyirdi və çeynəyib özgəsinə verirdi. B.Talıblı.\n3. məc. Tapdalamaq, ayaqlar altına salmaq. [Xəyyam:] Çeynədik yıpramış adətləri biz; Böylə azadə ömür sürmədəyiz. H.Cavid. çeynənmə “Çeynənmək”dən f.is. çeynənmək məch.\n1. Yeyilən şey ağızda dişlər altında əzilmək, gəmirilmək, dişləm-dişləm edilmək. Yemək çeynəndikdən sonra udulur.\n2. məc. Çox-çox təkrar edilərək bayağılaşdırılmaq, həddindən artıq təkrar edilmək.\n3. məc. Ayaqlar altına salınmaq, tapdalanmaq, təzyiq altına alınmaq, zülm edilmək. Dumalar padşaha nökərdir yalnız; Yenə də çeynənir bizim haqqımız. S.Vurğun. çeynənmiş f.sif.\n1. Ağızda, diş altında əzilmiş, gəmirilmiş, dişləm-dişləm edilmiş. Çeynənmiş ət.\n2. məc. Çox təkrar edilərək bayağılaşdırılmış, bıqdıracaq dərəcədə təkrarlanmış. Çeynənmiş fikirlər. – [Firəngiz Muxtara:] Bunlar çeynənmiş, cəfəng sözlərdir. B.Bayramov.\n3. məc. Tapdalanmış, ayaqlar altına salınmış. Çeynənmiş hüquqlar. çezmək f. Gəbərmək, murdar olmaq. çəhrayı sif. Açıq-qırmızı, qızılgül rəngli. Çəhrayı parça. Çəhrayı paltar. Çəhrayı qərənfil. – Qızın çəhrayı üzü pul kimi qızardı. M.Hüseyn. Arvadın əynində çəhrayı ipək kofta, başında da güllü haşiyəli kəlağayı vardı. H.Seyidbəyli. çəhrayılaşdırma “Çəhrayılaşdırmaq”dan f.is. çəhrayılaşdırmaq f. Çəhrayı rəngi vermək, açıq-qırmızı rəngdə etmək. çəhrayılaşma “Çəhrayılaşmaq”dan f.is. çəhrayılaşmaq f. Çəhrayı olmaq, açıq-qırmızı olmaq. çəhrayılıq is. Çəhrayı rəngdə olan şeyin halı. [Güllünün] yanaqlarında .. yanar bir çəhrayılıq vardı. B.Bayramov. çəhrayısifət (=çəhrayısifətli) sif. Üzü, çöhrəsi çəhrayı olan. Çəhrayısifət, ucaboy qızın üzü əvvəlcə qıpqırmızı, bir an belə keçməmiş isə xal-xal oldu. M.Hüseyn. çəhrayısifətli (=çəhrayısifət) sif. Üzü, çöhrəsi çəhrayı olan. Çəhrayısifət, ucaboy qızın üzü əvvəlcə qıpqırmızı, bir an belə keçməmiş isə xal-xal oldu. M.Hüseyn. çək-çevir is. dan. Mübahisə, danışıq. Qərəz, uzun çək-çevirdən sonra Alı kişi bu ustanı da razı elədi. “Koroğlu”. [Qara kişi:] Aydın məsələdir, canım, daha bunun özgə bir çək-çeviri ola bilməz. B.Bayramov. • Çək-çevir eləmək (etmək) – ölçübbiçmək, götür-qoy eləmək, hərtərəfli fikirləşmək. Çək-çevirə salmaq – bir iş və ya şey haqqında mübahisə etmək, uzatmaq, süründürməyə salmaq. [Fatmanisə:] Ay adamlar, bu işi çək-çevirə niyə salmısınız? C.Cabbarlı. çəkdirmə “Çəkdirmək”dən f.is. çəkdirmək 1. “Çəkmək”dən icb. Düyünü tərəzidə çəkdirmək. Divar çəkdirmək. Şəkil çəkdirmək. Rəng çəkdirmək. – Atan sənin şəklini istəyir məndən, bala; Sabah totuq üzünü çəkdirib sallam yola. S.Rüstəm.\n2. Bir sıra isimlərdən sonra gətirilərək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: dara çəkdirmək, boğazdan çəkdirmək, qəm çəkdirmək, aclıq çəkdirmək və s. çəkələk is. Yüngül ev ayaqqabısı, şapşap. ..[Lətifə] rəngbərəng parçadan tikilmiş ev çəkələyində səssiz addımlarla otağında gəzinir. M.Hüseyn. ..Qocanın çəkələklərinin şappıltısı və uzun illər boyu qəlyan çəkən adamlara məxsus boğuq öskürəyi eşidildi. İ.Hüseynov. çəki I. is.\n1. Bir şeyin tərəzidə çəkilməklə müəyyənləşdirilən ağırlığı; vəzn. Taxılın çəkisi. • Çəki daşı – şeyləri çəkmək üçün ağırlıq ölçüsü kimi işlədilən müəyyən ağırlıqda cisim, tərəzi daşı. [Tahir] dəmir çarpayının altında cərgə ilə düzülmüş ağır çəki daşlarını götürdü.. M.Hüseyn. // Ümumiyyətlə, ağırlıq. Binanın çəkisinin aşağı salınması hazırda – elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi bir dövrdə çox vacib problemlərdən biridir. “Elm və həyat”.\n2. məc. Əhəmiyyət, dəyər, sanbal, siqlət. Deyirəm, Sabirin vəznli şeri; Çəkidə nə yerə, nə göyə sığmır. B.Vahabzadə. ‣ Çəkidə (çəkicə) yüngül, qiymətdə (qiymətcə) ağır – bax vəzncə yüngül, qiymətcə ağır (“vəzn”də) [Milyonçular] ..çəkidə yüngül, qiymətdə ağır əşyadan gəmilərdə əlaltı İrana keçirir, bir növ yır-yığış edirdilər. S.Rəhimov.\n\nII. is. Parça, dəri və s. üzərində rəngbərəng saplarla işlənmiş bəzək: naxış; tikmə. Nuxa çəkiləri Azərbaycanda şöhrət tapmışdır. (Qəzetlərdən).\n\nIII. bax çəkibalığı. Çıxardıq dənizə alaqaranlıq; Xəşəmin, çəkinin olmazdı sayı. N.Xəzri. çəkibalığı is. zool. Bədəni yoğun, quyruq hissəsi nazik, uzun, pullu balıq: çəki. çəkic is.\n1. Mıx vurmaq, metal döymək və b. bu kimi işlərdə işlədilən metal və ya taxta dəstəyə keçirilmiş müxtəlif formalı metal alət; toxmaq. Çəkiclə mıx vurmaq. Dülgər çəkici. Dəmirçi çəkici. Daşdoğrayan çəkic. – [Camal:] Ay arvad, yadımda ikən get, eyvandan çəkici, beş-altı da mıx qoymuşam, onları gətir. Ə.Vəliyev.\n2. xüs. Metalı təzyiqlə işləmək üçün zərbvuran maşın. Buxar çəkici. Pnevmatik çəkic.\n3. Atmaq, tullamaq üçün çəkicə oxşar idman aləti. Çəkic atmaq üzrə çempion adı üçün dörd nəfər yarışırdı. “Azərbaycanın görkəmli idmançıları”. çəkicli sif.\n1. Əlində çəkic olan, çəkiclə işləyən. Maşının arxasınca üzlərinin xətləri seçilməyən, yaxaları açıq, əlləri çəkicli adamlar gəlir. S.Hüseyn. [Qara kişi:] Fərmanı gələcəkdə özü kimi əli mişarlı, rəndəli və çəkicli bir kişi görmək istərdim. Ə.Sadıq.\n2. xüs. Çəkici olan, çəkiclə təchiz olunmuş. Jmıxı .. çəkicli doğrayan maşınlarla doğramaq mümkündür. “Qaramal”. çəkik sif. Bir yana doğru çəkilmiş, dartılmış kimi olan. Afəridə xanım çəkik gərdənini oynadıb otağa gedəndə Səlim gördü ki, tacirin gözləri işıqlanıb. M.İbrahimov. // İçəriyə doğru çəkilmiş; batıq. çəkil is.\n1. bot. Əsasən yarpağı baramaqurduna yedirilmək üçün əkilən tut ağacı növü. [Aqronom:] Beş ildə verdiyiniz məlumata görə on altı min çəkil, altı hektar meyvə bağı salmısınız. B.Bayramov.\n2. Həmin ağacın barama qurduna yedirilmək üçün istifadə olunan yarpağı. [Yusif:] ..Əməlli-başlı çəkil yoxdur. B.Bayramov. çəkili sif. Üzərində çəkisi olan; tikməli (bax çəki2 ). [Evin kişisinin] qırxılmış başında paxlava çəkili ağ araqçın, əynində qara şaldan belibüzməli don .. vardır. H.Sarabski. [Qız] boş vaxtlarında Aslan üçün yadigar olaraq çəkili yaylıq hazırlayırdı.. S.Vəliyev. çəkiliş is. Çəkilmək işi; çəkilmə. Yol çəkilişi. Elektrik xətti çəkilişi. çəkillik is. Çoxlu çəkil əkilmiş sahə, çəkil bağı. Çəkilliyi sulamaq. – Yayın cırcıramalı günlərindən birində Səltənətlə Cəmil kəndin qırağındakı çəkillikdə görüşdülər. Ə.Vəliyev. ..Məsmə, Səkinə, Pəri çəkillikdə ipəkqurdu üçün budaq qırır, şələləyərək daşıyırdılar. Mir Cəlal. çəkilmə 1. “Çəkilmək”dən f.is.\n2. is. coğr. Dəniz suyu səviyyəsinin vaxtaşırı olaraq enməsi, düşməsi, geriləməsi. Qabarma və çəkilmə hadisəsi. çəkilmək 1. “Çəkmək”dən (1-3, 5-8, 10-13, 15, 18-21, 23-27 və 30-cu mənalarda) məch.\n2. f. Durduğu, dayandığı yerdən başqa bir şeyin yanına, yaxud başqa bir tərəfə hərəkət edib durmaq. Qapıya tərəf çəkilmək. – Şölə xanım kor-peşman öz çarpayısına çəkildi. Ə.Abasov. // Bir yerə gedib orada qalmaq, aram tapmaq. Sofya xanım otağına çəkilmək meylində idisə də, ayaqları getmir, studentdən aralana bilmirdi. Çəmənzəminli. Günəş azca qızan kimi çəkilərdik bağlara; Bağlar bizə mehribandır, sığınırıq bağlara. S.Vurğun. // Bir yerdən çıxıb getmək, bir yeri tərk etmək. [Kamran:] Bizdəmi Bakıdan çəkiləcəyik? H.Nəzərli. // Geri oturmaq, geriyə doğru getmək (getməyə məcbur olmaq). Düşmənin qoşunu çəkildi.\n3. f. Kinofilmdə bu və ya başqa rol ifa etmək; oynamaq. Artist beş filmdə çəkilmişdir. Baş rolda çəkilmək.\n4. f. Yox olmaq, keçib getmək, görünməz olmaq. Üzünün şişi hələ də çəkilməyib. – Qaranlıqlar çəkildi göylərdən, dan söküldü; Hürriyyət şəfəqləri gözlərimizdə güldü. S.Rüstəm. Şəkər islanmış tutaş kirpiklərini qaldırıb, Leylanın hələ də qızartısı çəkilməmiş üzünə baxdı. B.Bayramov.\n5. f. məc. Dediyindən dönməmək, birinin qabağından qaçmamaq, israr etmək. Firəngiz çəkilmədi. Başını qaldırıb Muxtarın gözlərinə baxdı. B.Bayramov.\n6. Əmr şəklində: çəkil! – get! rədd ol! itil! [Hacı Mehdi:] İtil gözümün qabağından, çəkil! Ə.Haqverdiyev. Çəkil, səni görmək bəladır, məncə; Get, axtar özünə başqa əyləncə! S.Vurğun. çəkim is.\n1. Çəkmək işi; çəkmə.\n2. Rəqəmlərlə: – bir çəkim – bir dəfə çəkməyə, işlədilməyə, bir dəfəliyə kifayət edəcək miqdar. Bir çəkim maxorka. – [Zülfüqar:] Bir çəkim tənbəki ver, Nəcəfalı baba, səhərdən qəlyansızam, boğazım qovuşur. B.Bayramov. çəkindirmə “Çəkindirmək”dən f.is. çəkindirmək f. Qəbahətli, pis bir işdən saqındırmaq, saxlamaq, qaytarmaq. [Sevinc:] Buraxılan bir səhv insanı həmişə yanlış işlərdən çəkindirir. Z.Xəlil. çəkingən sif. Hər şeydən çəkinən, qorxan, ürkən, ehtiyat edən; cəsarətsiz. çəkingənlik is. Çəkingən adamın xasiyyəti. çəkinmə “Çəkinmək”dən f.is. çəkinmədən zərf\n1. Qorxmadan, ehtiyat etmədən, sərbəst surətdə. Çəkinmədən fikrini söyləyə bilərsən. [Güləsərlə Salatın] elə uşaqlıqdan Kürdə yan-yana çimir, birbirindən çəkinmədən soyunub suya atılırdılar. İ.Şıxlı.\n2. Həyasızcasına, özünü saxlamadan, xəcalət çəkmədən. Çəkinmədən böyüyün üzünə qabarmaq. çəkinmək f.\n1. Hər hansı bir səbəbə görə bir şeyi etməyə əli getməmək. [Pərzad:] Səndən [Bayramdan] çəkinirəm. Əgər sən rüsxət versən, bir gün bu dərdlə özümü sağ qoymanam! M.F.Axundzadə. ..Ancaq [Gülpəri] Baharı aşkar qovmaqdan çəkinirdi, çünki Bahar körpə vaxtından Hacı Nəsirin evində böyümüşdü. S.S.Axundov.\n2. Ehtiyat etmək, saqınmaq, qorxmaq. ..İnmirə məhəlləsinin camaatı da Əlidən çəkinərdi və özü də bunu guya sevirlər, buna hörmət edirlər. N.Nərimanov. [Solmaz:] Bütün xalqın nicatı üçün mənim qurbanlığım gərəksə, mən çəkinməyəcəyəm! C.Cabbarlı. çəkinə-çəkinə zərf Ehtiyatla, qorxa-qorxa. Çəkinə-çəkinə danışmaq. – Xeyli sükutdan sonra özündən böyüklə danışırmış kimi çəkinə-çəkinə soruşdu: – Ağcanın dediyi gerçəkdirmi? İ.Məlikzadə. çəkinməz sif. Heç bir şeydən çəkinməyən, qorxmayan, ehtiyat etməyən. çəkinti is. Papiros, siqaret kötüyü (qırıntısı). çəkisiz 1. sif. Çəkisi, ağırlığı olmayan. Çəkisiz qız.\n2. zərf Tərəzidə çəkmədən, çəkisini müəyyən etmədən. Qarpızı çəkisiz satmaq. çəkisizlik is. xüs. Yerin cazibə qüvvəsinin təsir etmədiyi şəraitdə cismin çəkisinin (ağırlığının) hiss olunmadığı vəziyyət, hal. Kosmik gəmi orbitə çıxıb daşıyıcı raketdən ayrıldıqdan sonra çəkisizlik əmələ gəldi. (Qəzetlərdən). çəkişdirmə “Çəkişdirmək”dən f.is. çəkişdirmək 1. f. Əlləşdirmək, dartışdırmaq, yavaşca dartmaq. Saçını çəkişdirmək. – Tahir xallı atı quzu kimi oxşayıb sevdi, onun yalmanını çəkişdirdi. S.Rəhimov.\n2. f. Dartmaq, çəkmək. [Ələmdar] ..qapının tutacağından yapışdı, ayaqlarını döşəməyə dayayıb çəkişdirdi. S.Rəhimov. Şahmar nənəsinin qolundan yapışıb, nə qədər çəkişdirdisə də qarı yerindən tərpənmədi.. B.Bayramov.\n3. qarş. Dartışdırmaq. Uşaqlar bir-birini çəkişdirib sakitləşməyə çalışdılar. S.Rəhimov. çəkişmə 1. “Çəkişmək”dən f.is.\n2. Mübahisə, münaqişə, dava, qalmaqal. Qoşulmaq istəmirdim mən bu çəkişmələrə; Ancaq çox nahaq yerə! B.Vahabzadə. çəkişmək qarş.\n1. Mübarizə etmək, çarpışmaq. Çəkişməsən bərkiməzsən. (Ata. sözü). Çox adam [İslamdan] çəkinər, onunla çəkişmək istəməzdi. S.Hüseyn.\n2. Mübahisə etmək. Bu arada müştərilər hərlənir, qiymət üstündə uzun-uzadı çəkişirdilər. S.Rəhimov.\n3. Mərc çəkmək. Firuzə cücənin cınağını götürərək Sərvnaza tərəf uzadıb: – Gəl çəkişək, – deyir. İ.Əfəndiyev. çəkmə 1. “Çəkmək”dən f.is.\n2. Bax botinka. // Ümumiyyətlə, ayaqqabı. Gəzən adamlar [Dəmirovun] uzunboğaz çəkmələrinə, boz şinelinə diqqət yetirirdilər. S.Rəhimov. [Zəhranın] ayağında dizdən əsgər çəkməsi vardı. Ə.Vəliyev.\n3. məh. bax daşma2 . Gülsüm xala danışığı kəsib, aralığa bir süfrə saldı və üstünə bir boşqab dolu düyü çəkməsi, çörək, pendir və qatıq qoydu. E.Sultanov. çəkməcə is. Yeşik, siyirmə (stol və s.-də). [Ağaverdi] vaxtilə əlindəki vərəqələrin nömrələrini qarşısında oturduğu masanın çəkməcəsinin alt tərəfinə yazmış(dı). S.Hüseyn. çəkməçi is. Ayaqqabı tikmək və təmir etməklə məşğul olan adam. Çəkməçilər önündə döşlük, əldə çərməki, ayaqyalın çıxmışdılar. Mir Cəlal. çəkməçilik is. Çəkməçinin sənəti, ayaqqabı tikmək və təmir etməklə məşğul olma. çəkmək f.\n1. Bir şeyi tutub özünə və ya başqa bir tərəfə dartmaq. İpi çəkmək.\n2. Özünə tərəf çəkərək açmaq. Yazı stolunun yeşiyini çəkmək. Kamodun gözünü çəkmək. – Sədr stolun siyirməsini çəkib, böyük bir yazılı vərəq çıxartdı. M.İbrahimov.\n3. Bir şeyi başqa bir şeyin içərisindən çəkib çıxarmaq. Qılıncı qınından çəkmək. – Rüstəm kişi .. tüstülətməkdə olduğu trubkasını ağzından çəkdi.. M.İbrahimov. Hacı səsindən Mərdanı tanıdı və qəlyanını ağzından çəkdi. Mir Cəlal.\n4. Dartmaq, tutmaq. Çəkib Əmirxanın qolundan Elyar; Apardı onların üstünə sarı. S.Vurğun.\n5. Sıxmaq, dartmaq. Cəmil təzə atlaz köynəyi geydi və üstündən əsgər toqqasını bərk çəkdi. Q.İlkin. Belini sadə ensiz qayışla bərk çəkdiyi üçün [İkram] əslində olduğundan arıq gözə dəyirdi. Ə.Əbülhəsən.\n6. Özünə və ya başqasına yaxınlaşdırmaq, yaxın qoymaq. Nimçəni qonağa tərəf çəkmək. – Həsən kişi tünd çay dolu stəkanı qabağına çəkdi. M.İbrahimov. Mərdan Gövhərin qabağına çay qoydu. Qənddanı ona tərəf çəkdi. İ.Qasımov.\n7. Lazımi yerə qoymaq, yaxınlaşdırmaq. Stolu pəncərəyə tərəf çəkmək. – [Nəbi:] Kürsünü çək, otur. S.S.Axundov.\n8. Qolundan və s.-dən tutaraq içəri aparmaq və ya bayıra çıxarmaq. Qonaqları içəri çəkmək. – Qarı atları tövləyə çəkib, yem verdi. (Nağıl).\n9. Bir yerə və ya bir şeyin yanına aparmaq. Mətbəxə çəkmək. – [Qadın] sonra qolumdan tutub, çəhrayı abajurlu elektrik çırağının altında qoyulmuş ağ örtüklü stola tərəf çəkdi.. İ.Əfəndiyev. Cuma Göyçəyi stansiyanın qaranlıq guşəsinə çəkdi. Ə.Əbülhəsən.\n10. Örtmək, bağlamaq, qapamaq. Pəncərəni çəkmək. – Kişi qapıları çəkmək istədi. Mir Cəlal. Aslanın anası dalımca qapını çəkdi, gəldiyi kimi də səssizcə addımlarla qayıdıb, yerinə uzandı. M.Hüseyn. // Örtmək, salmaq. Ağca xanım yorğanı başına çəkib, .. bir azdan sonra yuxuya getdi. S.S.Axundov. [Maya] mil-mil göy adyalı üstünə çəkdi. M.İbrahimov.\n11. Sərmək, salmaq. Stolun üstünə süfrə çəkmək.\n12. Yemək üçün xörəyi qablara qoymaq. Aşı nimçəyə çəkdi. – Arvad bir nimçə sıyıq çəkib, qoydu ortalığa. (Nağıl). [Qərənfil xala] xörəyi çəkdi, ərinin qabağına qoyub, toyuqları hinə salmaq üçün həyətə çıxdı. Ə.Vəliyev.\n13. Bir şeyin, adətən tütünün tüstüsünü içinə almaq və buraxmaq. Çubuq çəkmək. Trubka çəkmək. – [Əbdül:] Gördüm, Kərim oturub, qəlyan çəkir. Ə.Haqverdiyev. Əvəz kişi də dərdli-dərdli papiros çəkməyə başladı. Ə.Vəliyev.\n14. Davam etmək, sürmək, vaxt aparmaq. İmtahan üç saat çəkdi. Konsert iki saat çəkdi. İclas uzun çəkdi. – Bu yoxlama yarım saata qədər çəkdi. H.Nəzərli. Bu toyların bir çoxu iki-üç gün çəkmişdi. S.Rəhimov.\n15. Üyütmək, un, yarma və s. halına salmaq. Buğdanı çəkmək. – Axşam lampa işığında Telli əldəyirmanilə yarma çəkirdi. S.Hüseyn.\n16. Götürmək, qaldırmaq. ..Veys [Ağasəfərin] sözünü kəsdi və membranı valın üstündən çəkmək istədi. Ə.Əbülhəsən.\n17. Vurmaq, ilişdirmək. Şillə çəkmək. – Nəbi nəçənniyə bir neçə çəkdi. Nəçənnik yalvarmağa başladı. “Qaçaq Nəbi”. Uşaq .. söyüd çubuğu ilə Əkbərin çılpaq baldırına çəkdi. Mir Cəlal.\n18. Çəkisini müəyyənləşdirmək. Qızıl gülü əkərlər; Misqal ilə çəkərlər. (Məsəl). [Xudayar bəy:] Götür, bir kəllə çək, görək nə qədər gələr? C.Məmmədquluzadə.\n19. Tikmək, etmək. Hasar çəkmək. Divar çəkmək. – ..Bu il biz çaya bənd çəkib, qırıq taxta körpünün əvəzinə dəmir, asma körpü quracağıq. Ə.Vəliyev.\n20. Kanal, yol və s. düzəltmək; tikmək. Şose yolu çəkmək. Suvarma kanalı çəkmək.\n21. Telefon, elektrik, radio və s. ilə təchiz etmək üçün müəyyən işlər görmək. Telefon çəkmək. İşıq çəkmək. Radio çəkmək.\n22. Sürtmək, gəzdirmək, sığallamaq. Əlini üzünə çəkmək. – Zəhra, yaralının başını dizi üstünə aldı, əlini başına çəkdi. Ə.Vəliyev. Əmrah əllərini bığına çəkdi, ilğımdan qamaşan gözlərini qıydı. Q.İlkin.\n23. Rəsm etmək. Kənd mənzərəsi çəkmək. – [Tapdıq] şəkilləri də ala-babat çəkib qurtardı. Ə.Vəliyev. [Ləman] qayınanasının şəklini bir çox vəziyyətlərdə çəkmişdi. H.Seyidbəyli.\n24. Fotoaparatla şəkil almaq. Şəkil çəkmək. Nümayişçiləri çəkmək.\n25. Geymək. Plaşını əyninə çəkmək. – [Bəbir bəy] gümüş toqqasını bağladı. Boğazlı çəkməsini ayağına çəkdi. Mir Cəlal.\n26. Rəngləmək, boyalamaq, rəng (boya) sürtmək. Evin səqfinə rəng çəkmək.\n27. Malalamaq, suvaqlamaq. Mala çəkmək. Astar çəkmək.\n28. məc. Cəlb etmək, həvəsləndirmək, çox maraqlandırmaq. Kənd mövzusu rəssamı çəkir.\n29. məc. Oxşamaq, bənzəmək. Atasına çəkmək. – [Rüstəm Mayaya:] Ana tərəfə çəkmisən, Qarabağ xanımları zərif doğrayan olur. M.İbrahimov.\n30. Destillə yolu ilə bir maddədən başqa maddə almaq, tədqiq etmək. Spirt çəkmək. Araq çəkmək.\n31. Bir sıra isimlərdən sonra gətirilərək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: zəhmət çəkmək, qəm çəkmək, baş çəkmək, ah çəkmək, misal çəkmək, keşik çəkmək, əzab çəkmək, dağ çəkmək və s. çəkməli sif. Çəkmə geymiş, ayağında çəkmə olan. // Ayaqqabı geymiş, ayağında ayaqqabı olan. “Anasının balası, elə çalıb oxumazlar”. Bu sözləri deyən uca boylu, buxara papaqlı, bənövşəyi şivyotdan köynək və qəlifə şalvar geymiş, uzunboğaz çəkməli cavan bir oğlan idi. İ.Şıxlı. çəkməlik sif. Çəkmə tikmək üçün yarayan, çəkmə tikmək üçün ayrılmış. Çəkməlik dəri. çəkməsilən is. Ayaqqabı silmək və rəngləməklə məşğul olan adam. Çəkməsilən mənimlə öcəşməyə və məni ələ salmağa başlamışdı. M.S.Ordubadi. çələng is. Gül və ya bitkilərdən dairə şəklində hörülmüş zinət, bəzək. Bu yaxında bir də ora qayıdaram mən; Bəxtiyarın qəbri üstə qoyarıq çələng. Ə.Cəmil. Gənc qızlar yüyürüşüb oğlanın başına ətirli dağ çiçəklərindən .. hörülmüş çələnglər qoydular. M.Rzaquluzadə. // Obrazlı təşbehlərdə. [Uluq bəy:] ..Mənə bax, gözümdən qəlbimi oxu; Sevgidən başıma bir çələng toxu.. A.Şaiq. Alovdan başına çələng taxmısan; Püskürüb çəmənə, çölə axmısan. N.Xəzri. çəlik I. is. Əl ağacı, əsa. [Müəllim] çəliyini əlinə alıb, yavaş-yavaş Qaçaygilə getdi. Ə.Vəliyev. Çəliyini yerə o döyə-döyə; Asta addımlarla qalxır kürsüyə. B.Vahabzadə. // Əkilmək üçün qısa kəsilmiş budaq; qələm.\n\nII. is. Möhkəm dəmir, polad. Çünki sənin heykəlin nə tuncdan, nə çəlikdən; Ölməz o abidənin özün oldun memarı. R.Rza. // məc. Polad kimi, dəmir. Bir çəlik yaysan, əyilməzsən sən; Qalalar çöksə, sökülməzsən sən. M.Müşfiq. Azəri yurdunun zəhmətkeş oğlu; Çəlikdir duruşu, dəmirdən qolu. S.Vurğun. çəlim is. Bədən, vücud, cüssə, bədən quruluşu. çəlimli sif. Bədən quruluşu gözəl; təndürüst. çəlimsiz sif. Arıq, sısqa, bədəncə zəif. [Avtobusdan] son enən ortayaşlı .. bir kişi, arıq arvadı və çəlimsiz xırda qızı oldu. Çəmənzəminli. Uzun qollar Xəlilin çəlimsiz bədənini məngənə təkin sıxdı. İ.Məlikzadə. çəllək is.\n1. İçində maye şeylər saxlamaq və daşımaq və s. məqsədlər üçün işlədilən yastıdibli, ortası enli, ətrafına çənbər çəkilmiş taxtadan (bəzən də dəmirdən) qayrılmış iri qab. Çəlləklərdə saxlanılan su yanğına qarşı mübarizə üçün kifayət deyildi. S.Vəliyev. Malakan kəndinin içməli suyu, dərə dibindəki gur bulaqdan bu çəlləkli arabalarla yuxarıya daşınırdı. Ə.Məmmədxanlı.\n2. Taxta satıl, vedrə. [Yaşlı kişi:] Şirinnaz iki dəfə çəlləyi quyuya sallayıb çəkdi. S.Hüseynov. çəlləkcik is. Kiçik çəllək, balaca çəllək. Çəlləkcikdə gül əkmək. çəlləkçi is. Çəllək qayıran usta. çəlləkçilik is. Çəlləkçi sənəti. çəlpəşik bax çalpaşıq. [Hakimi-şər:] Xub, bu iş çox çəlpəşik və uzun çəkəsi iş deyil. M.F.Axundzadə. [Direktor:] Harada çəlpəşik iş var, elə mənim başımda gərək çatlasın. Mir Cəlal. çəltik is.\n1. Qabığı çıxarılmamış düyü (əkmək üçün). Çəltik tarlası. Çəltik əkmək. – ..Dizə qədər suyun-palçığın içində çəltik əkini üçün yeni sahələr hazırlayan kəndlilər gözümdə canlanırdı. M.İbrahimov.\n2. Həmin bitkinin yem kimi istifadə olunan gövdəsi və yarpaqları. Çəltik tayası.\n3. Qabıqlı düyü. [İbn Mingə:] – Çəltik gərək döyülsün ki, düyü olsun və sizin lisanınızda ən fəsih kəlam budur mənim üçün!.. Ə.Məmmədxanlı. çəltikçi is. Çəltik əkib-becərməklə məşğul olan adam; çəltikçilik mütəxəssisi. Çəltikçi aqronom. çəltikçilik is. Kənd təsərrüfatının çəltik əkib-becərməklə məşğul olan sahəsi; çəltik becərmə. çəltikli sif. Yaxşı təmizlənməmiş, çəltiyi olan (düyü). ..Hər fəhləyə ayda 25 kilo çəltikli düyü verirlər. M.İbrahimov. çəltiklik is. Çəltik əkilmiş yer, çəltik tarlası. çəm is. dan. Qayda, üsul, yol. Doğrudan da hər ovun öz çəmi varmış. M.Rzaquluzadə. ‣ İşin çəmini tapmaq – bax işin ucunu (çəmini) tapmaq (“iş”də). çəmən is. [fars.] Yaşıl otla örtülmüş sahə; yaşıllıq. Yaşıl çəmən. – Yumşaq göy çəmənin üstə düşüb şeh gecədən; İsti yoxdur, hələ var bir balaca meh gecədən. A.Səhhət. Laləli, nərgizli çəmənlərə də; Baxırıq maşının pəncərəsindən. B.Vahabzadə. çəməncik is. Kiçik çəmən, balaca çəmənlik. çəmənçi is. Çəmənçilik mütəxəssisi. çəmənçilik is. Kənd təsərrüfatının, təbii çəmənləri yaxşılaşdırmaq və yeni çəmənlər salmaqla məşğul olan sahəsi. çəmənli sif. Çəmənləri olan, çəmənlik. Gəzdim ovçu kimi hər oylağında; Çəmənli, çiçəkli göy yaylağında. Aşıq Şəmşir. Göy çəmənli yaylaqlarım! Qəlbim isti, canım sağdır. S.Vurğun. çəmənlik is. Çəmən olan sahə, yaşıl ot bitmiş yer. Gördüm ki, bir rəna çəmənlikdəyəm; Dörd yanımda var al-əlvan çiçəklər. A.Səhhət. Qulaq asdı sıra dağlar, çəmənliklər, zəmilər; Göy üzündə təyyarələr, su altında gəmilər. S.Vurğun. çəmənzar (=çəməngah) [fars.] bax çəmənlik. Kərəm gördü ki, bir dəstə cavan çəməngahda çalıb, oxuyub oynayır. “Əsli və Kərəm”. Gözlə məni, zaman gələr görüşərik ilk baharda; İpək telli çiçəklərin sayrışdığı çəmənzarda. S.Vurğun. çəməngah (=çəmənzar) [fars.] bax çəmənlik. Kərəm gördü ki, bir dəstə cavan çəməngahda çalıb, oxuyub oynayır. “Əsli və Kərəm”. Gözlə məni, zaman gələr görüşərik ilk baharda; İpək telli çiçəklərin sayrışdığı çəmənzarda. S.Vurğun. çəm-xəm is. dan. Naz, qəmzə, əzilibbüzülmə. Bilsə idim dözəməm mən nazına, çəm-xəminə; Heç qoyub üstümə bu adı, mən evlənməz idim! Ə.Nəzmi. [Ataş:] Qızların nazı, çəm-xəmi, umu-küsüsü, lap axırda da hirsi, hikkələri. Ə.Vəliyev. • Çəm-xəm etmək – 1) naz-qəmzə etmək, özünü naza qoymaq, əzilib-büzülmək. Xanım başladı çəmxəm eləməyə ki, mən oynamaq bacarmıram.. C.Məmmədquluzadə; 2) Boyun qaçırmaq, özünü naza qoymaq. [Xəlil:] Heç çəm-xəm eləmə, Xəlil ki bir işə girişdi, öldü var, döndü yoxdur. S.Rəhman. çəm-xəmli sif. dan. Nazlı, qəmzəli, naz-qəmzəli. Dolanım başına, ey nazlıca yarım, bəri bax; Şivəli, qəmzəli, çəm-xəmli nigarım, bəri bax. S.Ə.Şirvani. çəmkirmə “Çəmkirmək”dən f.is. çəmkirmək bax çımxırmaq. Rəngi qaçmış və güclə nəfəs alan qadın hərdənbir çocuqlara çəmkirirdi. Çəmənzəminli. [Adilənin] anası diksinib ayağa qalxdı, ərinə nə isə demək istəyirdi ki, birdən dönüb Fatı qarının üstünə çəmkirdi: – Get, arvad, nə qulaq asırsan? Ə.Məmmədxanlı. çən I. is. İçində maye, qaz və s. saxlanılan çox yekə qab; rezervuar. Sıxılmış hava çəni. Nefti çənə axıtmaq. – [Maya:] Beş-on metr hündürlükdə bir çən qoyulur, suvuran nasoslar çayın suyunu ora qaldırır. M.İbrahimov. Böyük çənləri su ilə doldurmaq, bunların altını yandırmaq və sairə bu kimi işlərdə qoca yoxsul arvadlar və xırda uşaqlar işləyir, cümə axşamları qəpik-quruş alırdılar. Ə.Əbülhəsən.\n\nII. is. Rütubətli duman pərdəsi; sis. Çən get-gedə daha da qatılaşırdı. M.Hüseyn. [Mübaşir Məmməd və Əli əmniyyəbaşı] qara bir kölgə kimi payız səhərinin çəni içərisində itdilər. M.İbrahimov. çənbər is. [fars.]\n1. Çəllək və s.-nin dövrəsinə keçirilən dəmir və s. materialdan qurşaq. Çəlləyin çənbəri. Dəmir çənbər.\n2. Dəf və bu kimi şeylərin dairəsi; sağanaq. Dəfin çənbəri.\n3. Keçmişdə: suya və ya neftə yaxşı batmaqdan ötrü dolun (tuluğun) yuxarı tərəfinə ağırlıq üçün bağlanan dairəvi dəmir. Dolun çənbəri. – Qızılı sərrafdan soruş, çənbəri quyuçudan. (Ata. sözü).\n4. Dairə şəklində olan; devrik. Müəllim vəd verdi ki, qayıdanda [Tapdığa] bir yaxşı dovşan alıb gətirsin; qulaqları uzun, quyruğu da çənbər. Ə.Vəliyev.\n5. Qurşaq, bandaj. çənbərbığ (=çənbərbığlı) sif. Bığının ucları çənbər kimi yuxarıya doğru əyilmiş olan. İndi artıq heç bir şübhə yeri qalmadı... o çənbərbığlı gənc Vəlidən başqa kim ola bilərdi? M.Hüseyn. çənbərbığlı (=çənbərbığ) sif. Bığının ucları çənbər kimi yuxarıya doğru əyilmiş olan. İndi artıq heç bir şübhə yeri qalmadı... o çənbərbığlı gənc Vəlidən başqa kim ola bilərdi? M.Hüseyn. çənbərburun (=çənbərburunlu) sif. Burnunun ucu geriyə doğru əyilmiş olan. Çənbərburun qoca. çənbərburunlu (=çənbərburun) sif. Burnunun ucu geriyə doğru əyilmiş olan. Çənbərburun qoca. çənbərquyruq 1. is. məh. Əqrəb.\n2. Bax çənbərquyruqlu. Çənbərquyruq it. çənbərquyruqlu sif. Quyruğu çənbər şəklində əyilmiş olan; devrik. Çənbərquyruqlu dovşan. – [Güləli] çənbərquyruqlu ala iti kəmsiyindən açıb yanına aldı, ulu babasından qalan çaxmaqlı tüfəngi də çiyninə saldı. S.Rəhimov. çənbərləmə “Çənbərləmək”dən f.is. çənbərləmək f.\n1. Çəllək və s.-yə çənbər keçirmək; qurşaqlamaq. Çəlləyi çənbərləmək.\n2. Çənbər şəklinə salmaq. Əqrəb quyruğunu çənbərlədi. – Qərəz, arvad ilan kimin quyruğun çənbərləyib qoydu belinə. (Nağıl). çən-duman is. Qatı duman, sis. Hərdən elə olurdu ki, bir su içim saatda çən-duman Çənlibeli bürüyürdü. “Koroğlu”. Yenə Muğanın üfüqləri daralmağa, mavi boşluqları çənədumana bürünməyə başlayırdı. M.İbrahimov. çənə is.\n1. Üzün ağzı əmələ gətirən iki yarımdairə sümüyü; üst çənə burundan aşağıda, ağızdan yuxarıda, alt çənə ağızdan aşağıda yerləşir, alt çənə mütəhərrikdir, qalxıbenir. Xanım masanın üstündən kitabı götürdü, dirsəyinə dayaq verərək əlini çənəsinə söykədi. Çəmənzəminli. Bir əli ilə anasının döşündən möhkəm yapışmış körpə o biri əli ilə anasının üzünü, çənəsini əlləyirdi. Ə.Vəliyev.\n2. xüs. Məngənə və s. sıxıcı alətlərin şeyi sıxan tərəflərindən hər biri. Məngənənin çənələrini yeyilməkdən qorumaq üçün onların işlək üzlərinə vintlər vasitəsilə poladdan hazırlanmış və su verilmiş dodaqlar bağlanır. “Neft maşınqayırma texnologiyası”. ‣ Çənə atmaq – can vermək. [Hacı Fərəc Molla Ələsgərə:] Yasini avaz ilə oxu! Görməyirsən, kişi çənə atır. M.Əliyev. Çənə vurmaq (döymək) – l) çox danışmaq. [Səfər bəy:] Səndən qabaq o biri otaqda oturub, Molla Abuşla azı dörd saat çənə döymüşəm ki, qızı mənə versin. B.Talıblı; 2) mübahisə etmək. [Vəzir Cahana:] Ağa Kərim xanla bu işdə mən o qədər çənə vurmuşam, dilim-dodağım qabar olub. N.Vəzirov. Alış-verişçilər də İrandan gələn alış-verişçilərə yanaşaraq, düyü, kişmiş və sair şeylərin qiyməti üzərində çənə döyürdülər. M.S.Ordubadi. Çənəsi qızışmaq – həddən çox danışmaq, danışığına ara verməmək. Hümmətin çənəsi elə qızışmışdı ki, suallarına cavab gözləmirdi. B.Bayramov. Çənəsini boş qoymaq – danışığına fikir verməmək, ağzıboşluq göstərmək. Manafın can yandırması, qayğıkeşliyi müqabilində [Bəyim] çənəsini boş qoyub ağzına gələnləri dedi. Ə.Vəliyev. çənəbazar is. dan. Mübahisə, sözləşmə. [Faytonçu:] Yəqin çənəbazar ilə də aran yoxdur. Ə.Haqverdiyev. ‣ Çənəbazara (çənəbazarına) çıxmaq – mübahisə etmək. [Həkim:] Bura sənin dükanın deyil, çənəbazarına çıxasan. Xahiş eləmirsən, gedə bilərsən. Ə.Haqverdiyev. çənə-boğaz is. dan. Mübahisə. [Yunis:] Vaxtında bir, ya beş gün əvvəl material tədarükünə düşsəniz, çənə-boğaza ehtiyac qalmaz. Mir Cəlal. ‣ Çənə-boğaz etmək (döymək) – mübahisə etmək. [Leylək Ələmdar:] Qanacağınız olsun, adamsınız, belə çənə-boğaz eləmək yaraşmaz! S.Rəhimov. İki saat idi ki, [Mahmud] texniki təchizat şöbəsinin müdirilə çənə-boğaz döyürdü. Y.Əzimzadə. çənələşmə “Çənələşmək”dən f.is. çənələşmək f. Mübahisə etmək. Starşina ilə, pristavla çənələşmək asan iş deyil, bir az hətta xatası da var. N.Nərimanov. çəng I. is.: çəng olmaq – qıc olmaq, keyləşmək, hərəkətdən düşmək, hissizləşmək. Əl-ayağı çəng olmaq. – [Gülo:] Deməli, mənim yaşamağım üçün o ölməlidir! Sonra? Bəs sonra?! – deyib, iflic tutmuş kimi barmaqları çəng olub qıvrıldı. S.Rəhimov.\n\nII. is. [fars.] Əl, pəncə. Tülək tərlan təki qafil Həsən bəy; Şığıyıb çənginə götürdü bayaq. Q.Zakir. ‣ Çənginə keçirmək – ələ keçirmək, pəncəsinə keçirmək.\n\nIII. is. [fars.] Formaca arfaya oxşayan qədim Şərq simli musiqi alətlərindən biri. O yanda Sədi vəquranə çöhrəsilə baxar; Bu yanda nayü dəfü çəng kainatı yıxar. M.Hadi. İki dəqiqə keçməmişdi, bir dəstə cariyə əllərində ud və çəng oxuya-oxuya meşəyə girdi. M.S.Ordubadi. ..[İnsanlar] kamanların altına çanaqlar qayırıb, kirişlərin də sayını artırmaq yolu ilə nəticədə arfa və arfaya bənzər çəng musiqi alətlərini ixtira edirlər. Ə.Bədəlbəyli.\n\nIV. is. Dırmıq (kənd təsərrüfatı aləti). çəngə is. [fars.] Bir ovucluq. (adətən rəqəmlərlə). Bir çəngə ot. – [Şərəfnisə xanım:] Uşağı yerə girsin. Dinc oturur məgər! Səhərdən bəri qoymuyub ki, iki çəngə yun darıyım, elə şitəngilik edir.. M.F.Axundzadə. Sənəm qarı .. balağından çəngə ilə dən götürüb .. toyuq-cücələrə səpirdi. Ə.Məmmədxanlı. çəngəl is. [fars.]\n1. Yeyilən şeyin parçalarını götürmək üçün bir neçə uzun dişi olan alət. Qubernator çəngəlin ucu ilə xörəyi yoxlayaraq soruşdu.. M.S.Ordubadi. Qafar əllərini yuduqdan sonra kiçik şkafdan stol üstünə boşqab və çəngəl qoydu. Ə.Əbülhəsən.\n2. Şey asmaq üçün qarmaq; asılqan, asqı. ..Stolun üstünə təmiz bir örtük salınmış, ağ üz dəsmalı əlüzyuyanın yanındakı çəngəldən asılmış, çay dəsgahının və yemək qablarının üstünə ağ dəsmal salınmışdı. M.S.Ordubadi. [Maral] sonra da şalını açıb, çəngəldən asdı. Ə.Əbülhəsən. // Kəsilmiş heyvanların cəmdəyini və iri ət parçalarını asmaq üçün iri qarmaq; qənarə. Çəngəldən asılan şaqqalar süni yarpaqlarla bəzənmişdi. Çəmənzəminli.\n3. Şey qaldırmaq üçün ucu yuxarı əyilmiş mil; qarmaq. Qaldırıcı kranın çəngəli.\n4. tex. Haça şəklində olan müxtəlif şeylərin, alətlərin adı. Ştepsel çəngəli.\n5. Şahmat oyununda: bir fiqurun eyni zamanda iki və ya bir neçə fiquru təhlükə altına aldığı vəziyyət. Piyadanın iki düşmən daşına birdən hücum etməsi çəngəl adlanır. “Şahmat oyunu”.\n6. hərb. Atılan mərmilərdən birinin hədəfdən uzağa, o birinin isə yaxına düşməsi nəticəsində doğan vəziyyət. Hədəfi çəngələ almaq.\n7. məc. İnkişafa, tərəqqiyə, sərbəstliyə mane olan, onlara imkan verməyən şey haqqında; çəng. Millətin yüz minlərlə oğul və qızlarını ehtiyac, zülm və elmsizlik çəngəlindən qurtarmadan milli oyanma mümkün deyildi. M.İbrahimov. [Ovçu:] Mövhumat çəngəlində məhv olan sevgilimin intiqamını almalıyam. Ə.Məmmədxanlı. çəngəl-bıçaq top. Çəngəl və bıçaqlardan ibarət yemək alətləri komplekti. [Cəfər] qulluqçunu çağırdı. Boşqablar və çəngəl-bıçaq gəldi, qarpız kəsildi. Çəmənzəminli. Evdə hər cür örtüklər, qab-qacaq, çəngəl-bıçaq və sairə var idi. Ə.Sadıq. çəngələmə “Çəngələmək”dən f.is. çəngələmək f. Pəncəsi ilə tutmaq, tutub götürmək. Müxbir iki əli ilə saçlarını çəngələyərək qapı ağzındakı stul üstünə yıxıldı. Ə.Məmmədxanlı. [Səməndər] çəngələdiyi otu tüstülənən papirosun üstünə atdı.. B.Bayramov. çəngələşmə “Çəngələşmək”dən f.is. çəngələşmək qarş. dan. Əlbəyaxa vuruşmaq. [Şərif:] Mən əjdahalarla çəngələşmişəm. C.Cabbarlı. çəngəlləmə “Çəngəlləmək”dən f.is. çəngəlləmək f. Çəngələ taxmaq, çəngələ keçirmək, çəngəllə götürmək. çəngəllənmə “Çəngəllənmək”dən f.is. çəngəllənmək məch. Çəngələ taxılmaq, çəngələ keçirilmək, çəngəllə götürülmək. çəngi is.\n1. Dəf çalıb oxuyan və göbək atmaq kimi rəqslər oynayan rəqqasə (başlıca qaraçı qızlardan olur). [Şəhrəbanu xanım:] [Hatəmxan ağa] israğagün aşnası zərdablı Qurban bəyə kağız yazırdı ki, Şamaxı çəngilərinin vədəsini alsın, toya göndərsin. M.F.Axundzadə.\n2. Əxlaqsız, həyasız qadın mənasında. [Ziba xanım:] Sənin [vəzirin] gözün örtülüb, uyubsan bir çənginin məkrinə, felinə, təmiz adını-sanını itiribsən. M.F.Axundzadə. // Eyni mənada söyüş kimi işlədilir. [Məşədi Ağabanı Haf Səkinəyə:] Ağız, ay mütrüb, ay çəngi, mən sındırmalı qoz degiləm sındırasan! M.Əliyev. çənglik is. Çəngolma, qıcolma; epilepsiya. Çənglik tutması zamanı xəstə çox zaman dilini dişləyir. Belə tutmalar çox ağır şəkildə keçir. “Sağlam məişət uğrunda”. çənləşmə “Çənləşmək”dən f.is. çənləşmək f. Çən olmaq, çən basmaq, duman basmaq, sis basmaq, dumanlanmaq (bax çən2 ). Gecə-gündüz tənləşir; Hava hərdən çənləşir. A.Səhhət. çənli sif. Çən olan, çən basmış, dumanlı, sisli. Çənli bir payız səhəri idi. H.Nəzərli. Yadındamı, tutqun, çənli bir səhər; Göygözlü oğlunu düşmən apardı. R.Rza. çəp is. və sif. [fars.]\n1. Bəbəkləri eyni istiqamətə baxmayan (göz haqqında). [Fərəc bəy:] Mənə əyri-əyri baxır, çəp gözünü qıyır, lopa bığlarının ucunu ağzına salıb gəmirir.. Ə.Vəliyev.\n2. Sol (rast əksi). Çəp əl. ‣ Sözü çəp gəlmək – mübahisə etmək, razılığa gələ bilməmək. Sözləri çəpləşən kənd cavanları burada çox yumruq davasına çıxıb bir-birinin üstünə xəncər çəkmiş, bəzən də aralığa qan salmışdılar. İ.Şıxlı. çəpbucaqlı sif. Bucağı çəp və ya küt olan. Çəpbucaqlı üçbucaq. çəp-çəp zərf: çəp-çəp baxmaq – şübhə ilə, qeyri-dostanə baxmaq. Ona niyə belə çəp-çəp baxdın? çəpəki zərf [fars.]\n1. Əyrisinə, əyri-əyri; yanakı, çəp, çəpəndazı. Şoferin yanında çəpəki oturan prokuror sükutdan darıxaraq geri döndü. İ.Şıxlı. Fəridə güldü. Nərgiz isə ona çəpəki nəzər salıb qocaya dedi.. Ə.Məmmədxanlı.\n2. Düzünə yox, çəpinə, əyrisinə; yanpörtü. [Əsgər:] avtomat tüfəngini döşündən çəpəki asmışdı. M.Hüseyn.\n3. Yan tərəfə çevrilmiş halda, yan tərəfini irəli verərək, böyrünü qabağa verərək. Çəpəki oturmaq. // Bir qulağının üstünə, başının bir tərəfinə çəkərək; yanakı. Papağı çəpəki qoymaq. çəpəl is. dan. Həyasız, utanmaz. [Nənə dedi:] Bala, bu çəpəl səni aldadır, getmə. (Nağıl). Qonşuynan dalaşar, uşağı döyər; Kəsən yoxdu bu çəpəlin dilini. Aşıq Ələsgər. çəpəndazı bax çəpəki 1 və 2-ci mənalarda. Qazı qarıya çəpəndazı baxıb soruşdu: – Bəs, sığallı xanım, bizim zəhmətimiz? S.Rəhimov. çəpər is.\n1. Bir yerin və ya bir şeyin ətrafına taxtadan və ya başqa materiallardan çəkilən divar, barı; hasar. Həyətin ətrafına çəpər çəkmək. – Qapıda, pilləkənlərdə, tikinti üçün çəkilmiş taxta çəpərlər arasında danışıq başlandı. Mir Cəlal. Məftil çəpərləri qıra bilən xalq; Bir il gec, bir il tez – qıracaq yenə. B.Vahabzadə. Döngələri necə burulduğunu çəpərlərdən necə aşdığını, körpünü nə vaxt keçdiyini bilmədi. Qapını taybatay açıb içəri girdi. İ.Şıxlı.\n2. Bostanda əkini küləkdən qorumaq üçün ləklərin arasında tikan və s.-dən çəkilən sədd. Tikan çəpər. çəpərləmə “Çəpərləmək”dən f.is. çəpərləmək f. Çəpər çəkmək, çəpər düzəltmək. Bostanı çəpərləmək. – Sahəni mümkün olduğu qədər tez çəpərləmək lazımdır. “Çay bitkisi”. çəpərlənmə “Çəpərlənmək”dən f.is. çəpərlənmək məch. Çəpər çəkilmək, çəpər düzəldilmək, çəpər içərisinə alınmaq. Həyətin ətrafı çəpərləndi. çəpərlənmiş f.sif. Çəpər çəkilmiş, çəpər içərisinə alınmış. Yalnız bir ağılın qabağında, dövrəsi qamışdan çəpərlənmiş meydançada bir neçə körpə quzu mələşirdi. M.İbrahimov. çəpərli sif. Çəpəri olan, ətrafına çəpər çəkilmiş, çəpərə alınmış. Ələmdar qalın çəpərli həyətinə girib, qəzəblə arvadını səslədi: – Bənövşə, Bənövşə! S.Rəhimov. çəpgöz sif. Gözləri çəp olan. Molla evlənib, çəpgöz bir arvad alır. “M.N.lətif.”. çəpgözlük is. Bəbəklərin müxtəlif istiqamətdə olmasından ibarət göz xəstəliyi. çəpik I. is. Alqış, əl çalmaq. • Çəpik çalmaq – alqış əlaməti olaraq əllərini bir-birinə vurmaq, əl çalmaq. ..Bəylər də qaqqıldayaqaqqıldaya qızların oynamağına çəpik çalırdılar. C.Məmmədquluzadə. Yallı gedir ağacları, çəpik çalır yarpaqları. M.Müşfiq.\n\nII. is. [“çevik” sözünün təhrif edilmiş forması] Zirək, diribaş. çəpinə bax çəpəki 2-ci mənada. çəpiş is. Altı ayını keçməmiş keçi balası, oğlaq. Burada sarı və boz kərə, qumral, əbrəş, qaşqa quzular və ağlı-qaralı çəpişlər birbirinə qarışmışdı. M.İbrahimov. Ağ mayaların üstündə oturub yayxana-yayxana gedən qoca qarıların qucağında balaq, çəpiş, it küçüyü gözə dəyirdi. Ə.Vəliyev. çəpkən is. Qolları çapıq, qıraqları baftatı, astarlı qadın geyimi. ..Süzülüb sallanan kəlağayı [Kiçikbəyimin] incə vücudunun bir tərəfini tutmuş, çəhrayı çəpkəninin ancaq bir qolu görünürdü. Çəmənzəminli. Dul arvadın vurtut əynində köhnə bir çəpkəni, nimdaş bir tumanı .. var idi. Ə.Vəliyev. çəpləşmə “Çəpləşmək”dən f.is. çəpləşmək qarş. Sözləri düz gəlməmək, aralarında ədavət əmələ gəlmək. Qardaşlar çəpləşdilər, dava-şava gücləndi. S.Rəhimov. [Rüstəmdə] yorğun olanda və ya birisi ilə çəpləşəndə trubkanı sümürüb, stəkanda buğlanan çaya baxaraq fikrə getmək başqa bir aləm idi. M.İbrahimov. çəpmil (=çəpmilli) sif. Milləri, xətləri düzünə deyil, çəpinə olan. Çəpmil dəftər. çəpmilli (=çəpmil) sif. Milləri, xətləri düzünə deyil, çəpinə olan. Çəpmil dəftər. çər is. bayt. Tərləmiş atı sulamaq nəticəsində onda əmələ gələn revmatizm iltihabı. Atlar sakit-sakit uzanıb yatır; Bəzisi saqqodur, bəzisi də çər. B.Vahabzadə. çərçi is. köhn. Gəzərək xırda alver edən adam, gəzərgi alverçi; xırdavatçı. [Mirzə Əliməmməd Səfərə:] Pul verərəm, bir az mal alarsan, çərçi sifətilə gedərsən, satasata camaata qarışıb əhval tutarsan.. Çəmənzəminli. [Əmiraslan baba dedi:] O zaman [Ağbulaq kəndini] ya çiynixurcunlu balacaboylu bir çərçi, ya da uzunqulaqyüklü, ucaboylu bir çərçi tanıyardı! S.Rəhimov. çərçilik is.\n1. köhn. Çərçinin işi, peşəsi; xırdavatçılıq. [Hacı Mehdi:] Get bazara, çərçiliyini elə, beş şahı qazan, ətə, çörəyə ver, gətir ye, yıxıl yat. Ə.Haqverdiyev.\n2. məc. dan. Boşboğazlıq, laqqırtı. Bəsdir çərçilik elədin. çərçivə is. [fars. çəhar çubə – dörd ağac]\n1. Bir şeyi çərçivələmək, keçirmək üçün taxtadan və s.-dən qayrılmış dördbucaq və ya oval formada kənarlıq, qəfəs. Pəncərənin çərçivəsi. Alüminium çərçivə. – Qapı çərçivəyə bərk dəydiyindən geri dönüb yarımaçıq qaldı. M.İbrahimov. Alaqapının çərçivəsində elektrik zəngi düyməsi vardı. M.Rzaquluzadə.\n2. Şəkil, yazı, güzgü kimi şeyləri bəzəmək və asıla biləcək bir hala salmaq üçün onların kənarlarına taxılan kənarlıq; haşiyə. Bahalı bir çərçivədə 50 yaşlarında gözəl, ziyalı paltarı geyinmiş bir kişi şəkli vardı. C.Cabbarlı. [Nizami:] Mən heç bir zaman Azərbaycan xalqının böyük varlığını Araz çayı ilə Kür çayı arasındakı dar bir çərçivəyə soxmaq istəyənlərə vətənpərəst deməyəcəyəm. M.S.Ordubadi. Bizi dünyanın o dar çərçivəsindən çıxarır; Dəli xallardakı hönkürtüyə dalmaqla Segah. B.Vahabzadə.\n3. xüs. Maşının, qurğunun, konstruksiyanın əsas hissəsi; rama. Avtomaşının çərçivəsi. – Qaldırıcı val çərçivənin dayaqları üstündə qoyulmuş iki yastıq üzərində oturur. S.Quliyev.\n4. məc. Bir şeyin həddi-hüdudu. Kitabın cildində qara çərçivə içərisində döşdən yuxarı çəkilmiş bir adam şəkli vardı. M.İbrahimov. çərçivələmə “Çərçivələmək”dən f.is. çərçivələmək f. Çərçivəyə salmaq, çərçivəyə yerləşdirmək; haşiyələmək. Şəkli çərçivələmək. çərçivəli sif. Çərçivəyə salınmış, çərçivəsi olan; haşiyələnmiş. Çərçivəli şəkil. – Kəllə divarda böyük çərçivəli Rza şahın əksi asılmışdı. M.İbrahimov. çərdək bax çəyirdək. Kərim duruxdu, az qaldı ki, zoğal çərdəyi boğazına getsin. Ə.Vəliyev. çərdəkli bax çəyirdəkli. çərdəksiz bax çəyirdəksiz. Çərdəksiz meyvə. çərdəymiş is. Əsil mənası “çər xəstəliyinə tutulmuş” olub, ev heyvanları haqqında yüngül qarğış kimi işlədilir. [Molla:] Vallah, çoxdandır ki, minməmişəm, amma çərdəymiş buzov vaxtında elə yaman qaçağan idi. “M.N.lətif.” [Həsən:] Budur, tamam bir ildir, deyirəm, aparım, bu çərdəymişi satım. Ə.Haqverdiyev. çərək is. [fars. çəhar yek – dörddə bir]\n1. Arşının dörddə birinə bərabər uzunluq ölçüsü (17,75 sm). Təndirlə üzbəüz divarın içində beş çərək enində üç arşın hündürlüyü olan suaxan görmək olardı. H.Sarabski. Nə məhəbbət, nə sədaqət tərəzidə çəkilməz; Hər ikisi ölçülməyib parça kimi çərəklə. S.Rüstəm. “Oğlum ölsün” – deyərək, yalandan min dil tökən; Hər arşına üç çərək sürüşdürən taciri. M.Müşfiq.\n2. Girvənkənin dörddə birinə bərabər ağırlıq ölçüsü (100 qr).\n3. Dörddə bir. Ölçü vahidi bütöv, yarım, çərək, səkkizlik və onaltılıq ola bilər. “İbtidai musiqi nəzəriyyəsi”.\n4. “Bir” sayı ilə: bir çərək – bir az, bir tikə, azacıq. Yox, gərək bir çərək; Qalmasın boş yerin! M.Müşfiq. Qız ayağını bircə çərək qabağa qoysaydı, uçacaqdı gölə. İ.Məlikzadə. çərəkə is. [fars.] köhn. Keçmişdə: mollaxanalarda ərəb əlifbasını öyrənmək üçün dərslik, əlifba kitabı. Amma Xəlil özü bir küncdə əyləşib əlində çərəkəsi, diqqəti tamamilə dərsini əzbərləməkdədir. Ə.Haqverdiyev. O zamanın təhsili də elə bundan ibarət idi: çərəkədən sonra ərəbcə Quran oxuyurdular, sonra fars klassikləri keçilirdi. Çəmənzəminli. // din. Yasin, təlqin və s. yazılmış kitabça. Mollalar hazır olur dəfninə əldə çərəkə. M.Ə.Sabir. // Şeir, yaxud mərsiyə dəftərçəsi; bayaz. çərən bax çərən-pərən. Qarı nənənin sözlərini sanma çərəndir! Canım, gözüm, ay qız! M.Ə.Sabir. çərənçi sif. və is. Boş-boş danışan; naqqal. Çərənçinin biridir. çərənçilik is. Boş-boş danışma; naqqallıq. [Paşa bəy:] Fərrux! Kimə etibar eləyirsən, kimə inanırsan, hamısını işə qoş, daha çərənçiliklə məşğul olma! Ə.Vəliyev. çərəndəymiş bax çərdəymiş. [Koroğlu dedi:] Paşa sağ olsun, o Koroğlunun bir çərəndəymiş atı var. “Koroğlu”. çərənləmə “Çərənləmək”dən f.is. çərənləmək f. Boş-boş danışmaq, çərən-pərən danışmaq. [Hacı Murad:] Di itil get! Yenə çərənnəməyə başlama! S.S.Axundov. [Pirqulu Səlimə:] Daha sən də bəsdir çərənlədin. C.Cabbarlı. çərən-pərən is. Boş danışıq, cəfəngiyat, tartan-partan. [Sultan:] Çərən-pərənə qulaq asmaq üçün mənim vaxtım yoxdur. İ.Hüseynov. • Çərən-pərən danışmaq – bax. çərənləmək. ..Dumada danışmaq nəyə lazımdı? O qədər orada çərən-pərən danışan var ki.. C.Məmmədquluzadə. çərəz is. Adətən, xörəkdən sonra yeyilən quru meyvə, xuşgəbar, şirniyyat şeyləri, desert. Mirzənin cibləri çərəzdən boş olmazdı. Ə.Haqverdiyev. Gözəl indi Həbibin ətrafında bərk hərlənirdi. Onun qabağına təzə dəmlənmiş çay qoydu. Stolun üstünə müxtəlif çərəz tökdü. Ə.Vəliyev. çərx is. [fars.]\n1. Bax çarx. Cırıldayan arabanın çərxləri; Qazmış yolu, yerdə qalmış əsəri. A.Səhhət. Toplar öz atəşləri və çərxlərilə durmadan manevr edirdilər. Ə.Məmmədxanlı.\n2. məc. Dünya, fələk. Tən etmə ki, çərx bivəfadır; Daim işi cövr ilə cəfadır. Füzuli. [Sitarə:] Lənət bu çərxə, gərdişi kim cabəcamıdır? C.Cabbarlı. • Çərxi-dövran klas. – dünya, kainat, fələk. Çərxi-dövranın müəlla iltifatındanmı bu; Cəmi-ömrüm görmədim heç bir zaman məmlu səni?! M.Müşfiq. Ürəyində ağrı, gözündə həsrət; O, lənət yağdırdı çərxidövrana. B.Vahabzadə. çəri is. qəd. Qoşun, ordu. Xotkar üstümüzə çəri buyurdu; Döyüşərəm, dönmənəm, edərəm cəngi. “Koroğlu”. çərkəz is. Qaraçay-Çərkəz muxtar vilayətində yaşayan xalqlardan biri. çərkəzcə sif. və zərf Çərkəz dilində. Çərkəzcə danışmaq. çərkəzi is. etnoqr. Qafqaz xalqlarının geydikləri döşü vəznəli uzun kişi geyimi (milli paltarı). [Murad bəy:] Hərdənbir çərkəzisini geyib, qızıl vəznələrini də taxırdı. Qantəmir. // Sif. mənasında. [Leylək] qoltuqçunun çiynindəki paltonu götürüb, nazik ləzgi şalından tikdirdiyi boz çərkəzi çuxasının üstündən geydi.. S.Rəhimov. • Çərkəzi papaq – qaragül dərisindən yuxarı tərəfi enli papaq. çərləmə “Çərləmək”dən f.is. çərləmək f.\n1. Çər xəstəliyi tutmaq (bax çər). At çərləmişdir. Bu saat atdan qan almaq lazımdır. Ə.Vəliyev.\n2. Bezmək, usanmaq, təngə gəlmək, cana gəlmək, bıqmaq (danışıqdan, söhbətdən). çərlənmə “Çərlənmək”dən f.is. çərlənmək f.\n1. Çər xəstəliyinə tutulmaq (bax çər). At çərləndi.\n2. Bezmək, usanmaq, təngə gəlmək, bıqmaq. çərlətmə “Çərlətmək”dən f.is. çərlətmək f. Bezikdirmək, usandırmaq, cana gətirmək, təngə gətirmək, canını üzmək. Bilməm nə çarə eyləyim, ay Molla Nəsrəddin! Çərlətdi lap məni bizim övrət, gavur qızı. M.Ə.Sabir. [Bərbərzadə:] Məni qocaltdınız, daha bəsdir, məni çərlətdiniz, daha bəsdir. S.Rəhman. çərməki is. Gönü döyüb yastılamaq üçün alət, çəkic. Çəkməçilər önündə döşlük, əldə çərməki, ayaqyalın çıxmışdılar. Mir Cəlal. çərpələng məh. bax badban. çərşənbə is. [fars.] Həftənin üçüncü günü, çərşənbə axşamından sonra gələn gün. Çərşənbə günündə çeşmə başında; Gözüm bir alagöz xanıma düşdü. Aşıq Ələsgər. • Çərşənbə axşamı – həftənin ikinci günü, tək günü. çərtik is. Çərtilmiş yer. • Çərtik açmaq – bax çərtmək 2-ci mənada. çərtikləmə “Çərtikləmək”dən f.is. çərtikləmək f. Çərtik açmaq. çərtilmə “Çərtilmək”dən f.is. çərtilmək məch.\n1. Bıçaq və s. iti alətin ucu ilə üstü azacıq kəsilmək.\n2. Yonulmaq. Dəmirov .. bir dəstə çərtilmiş (f.sif.) karandaşı qabağına qoyduqdan sonra kresloya əyləşdi. Ə.Sadıq. çərtmə 1. “Çərtmək”dən f.is.\n2. Taxtanın, ağacın, metalın və s.-nin səthindən itiuclu alətlə azacıq kəsib götürmə; kərtik. Sırğa və qolbaqların bəzəyində .. döymə, çərtmə üsullarından geniş istifadə olunur. “Elm və həyat”. çərtmək f.\n1. İti bıçağın və ya başqa iti alətin ucu ilə yaranın və s.-nin üstünü azacıq kəsmək. Həkim yaranı çərtib, irini çıxardı. – Məhərrəmlikdə kərbəlayı altıaylıq uşaqların başını çərtirdi.. Çəmənzəminli. // Keçmişdə: qan almaq və b. məqsədlə bədənin bir yerini iti bıçağın ucu ilə azacıq kəsmək.\n2. Misgərlik, zərgərlik və b. sənətlərdə xüsusi alətlə çərtik açmaq.\n3. Yonmaq, ucunu itiləmək. Karandaşı çərtmək. – [Salmanov:] Mən heç yazmağa başlamamışam. Bayaqdan qələmi çərtirdim. S.Rəhman.\n4. məc. Üstüörtülü danışmaqla sataşmaq, toxunaqlı söz atmaq; sancmaq. [Mirbalayev:] İkincisi də .. o nə sözdür, çərtirsən? İ.Hüseynov. çətə is. [alb.] Qeyri-müəyyən silahlı dəstə. çətəçi is. Çətə iştirakçısı. çətən is. məh. Qarğıdan, ağac çubuqlarından hörülmüş çəpər, hörgü. [Tubu:] Orada, çətənin dalında göydən asılıb. Ə.Haqverdiyev. Qəhrəmanlar camaatı bir zamanlar bu qarğılardan qırıb çətən toxuyar, dəyələrin və alaçıqların ətrafına çəkərdilər. Ə.Vəliyev. • Bir çətən – çoxluq bildirir. [Gülsənəm:] ..Hümmətəlinin bir çətən külfəti var. M.Hüseyn. [Zeyni baba:] [Azər] görmüşdü, bir çətən külfətim vardı. Ə.Məmmədxanlı. çətənə is. bot. Saplağından kəndir, tumlarından yağ hazırlanan birillik ot bitkisi. Çay qırağı çətənə; Gül göndərdim vətənə. Allah qismət eləsin? Öz könlümə yatana. (Bayatı). • Çətənə qoz bot. – qabığı çox bərk olan və ləpəsi çətinliklə qabığından çıxarıla bilən qoz. Qoz sortları meyvə qabığının bərkliyinə görə üç cür olur: yumşaq və ya nazikqabıqlı – buna kağızı qoz, qabığı orta bərklikdə olana kirkit qoz, qabığı çox bərk olana isə çətənə qoz deyirlər. İ.Axundzadə. çətin sif. İcrası, həyata keçirilməsi, aradan qaldırılması, həlli, başa düşülməsi və s. çox böyük zəhmət, səy, gərginlik tələb edən (asan ziddi). Çətin iş. Çətin vəzifə. Çətin imtahan. – [Nuriyyə:] Ən çətin məsələ-misallar seçib həll elədim. İ.Əfəndiyev. Osa mənə öyrədib təbiətin dilini; Onun sirli dilini, çətin dilini. B.Vahabzadə. // zərf Çətinliklə başa gələn; ağır (asan ziddi). Çətin nəfəs almaq. Çətin həzm olunan qidalar. // Çox ağır, dözülməz. Çətin vəziyyət. Çətin şərait. – Çocuqlarından ayrılmaq nə qədər çətin, nə qədər ağır idi. S.Hüseyn. ‣ Çətinə düşmək – ağır, çıxılmaz vəziyyətə düşmək, dara düşmək. [Fərhad Mustafaya:] Əgər çətinə düşsən, Əsgəran atlı bölüyündəki yoldaşlara müraciət edərsən. Ə.Məmmədxanlı. [Qarovul:] Bir xan ki öz rəiyyətini qaramal kimi sata, o, rəiyyət məhəbbətini qazanamı bilər ki, çətinə də düşəndə rəiyyət onun arxasında dursun? Ə.Haqverdiyev. Çətinə salmaq – çətin vəziyyətə salmaq, işini daha da çətinləşdirmək, dara salmaq. Elə bil Nərgiz özü də qocanı bir qədər çətinə saldığını duyaraq ondan soruşdu. Ə.Məmmədxanlı. Mən bədbəxti taleyim yaman saldı çətinə.. B.Vahabzadə. çətin... Bir sıra mürəkkəb feli sifətlərin birinci tərkib hissəsi olub, onların ifadə etdiyi şeyin çətin, mürəkkəb olduğunu bildirir; məs.: çətinəriyən (metal), çətinoxunan (kitab), çətinsayılan (mal). çətinləşdirilmə “Çətinləşdirilmək”dən f.is. çətinləşdirilmək məch. Daha da çətin edilmək, ağırlaşdırılmaq. çətinləşdirmə “Çətinləşdirmək”dən f.is. çətinləşdirmək f.\n1. Daha da çətin etmək; ağırlaşdırmaq. Bürkü tənəffüsü daha da çətinləşdirir.\n2. Daha da ağırlaşdırmaq, mürəkkəbləşdirmək, çətin etmək. İşi çətinləşdirmək. çətinləşmə “Çətinləşmək”dən f.is. çətinləşmək f. Daha da çətin olmaq; ağırlaşmaq. [Ələkbər:] İşlər günbəgün çətinləşir. Ə.Haqverdiyev. Səlimin vəziyyəti yamanca çətinləşdi. B.Bayramov. çətinlik is.\n1. Çətin şeyin halı; çətin olma (asanlıq ziddi). Yolun çətinliyi. Məsələnin çətinliyi. – Səba xanım adəti üzrə vəzifəsində çətinlik hiss edən adamlar kimi boynunu çiyninə qoyaraq: – Əlacım nədir. M.S.Ordubadi. [Cahan:] Xalan sənə [Əsgərə] qurban, evlənmək su içmək kimi asan şeydir, onda nə çətinlik var ki? Ü.Hacıbəyov. • Çətinlik çəkmək – öhdəsindən zorla gəlmək, bir şeyi yerinə yetirməkdə, görməkdə əziyyət çəkmək. Leylək qızılın hamısını hesab etməkdə çox çətinlik çəkdi. S.Rəhimov. Çətinliyə düşmək – bax çətinə düşmək. Çətinliyə salmaq – bax çətinə salmaq.\n2. Maneə, əngəl. Çətinlikdən qorxmamaq. – Həyatın başlanğıcında daima bir çətinlik vardır. M.S.Ordubadi. İlk çətinlik asfalt yoldan həmin kəndə sarı döndüyümüz zaman meydana çıxdı. M.Rzaquluzadə.\n3. Məhrumiyyət, əziyyət, məşəqqət. ..Uşağı həyatın çətinliyinə hazırlamaq lazımdır. S.Rəhimov. [Həsən] çətinliklərə də dözərdi. M.İbrahimov. • Çətinlik çəkmək – maddi ehtiyac içərisində olmaq, məhrumiyyət duymaq.\n4. Çətinliklə şəklində zərf – böyük zəhmətlə, əziyyətlə, çox çətin. Axund çətinliklə durub başını bulaya-bulaya keçir o biri otağa. Ə.Haqverdiyev. Teymur müəllim çox çətinliklə Fərmanı bu fikrindən vaz keçirməyə müvəffəq oldu. Ə.Sadıq. çətir is.\n1. Günəşdən, yağışdan qorunmaq üçün əllə baş üstündə tutulan günlük; yağmurluq, zontik. Onların gözündə nə rəngli eynək; Nə də başlarında əlvan çətir var. B.Vahabzadə. Əlində alabəzək bir çətir olan qız maşına yaxınlaşdı. H.Seyidbəyli. // məc. Obrazlı təşbehlərdə “örtü” mənasında. Gecənin qara çətiri altında kölgələnən hər bir şey qaranlığın yeknəsəq libasına bürünüb yatmışdı. M.S.Ordubadi.\n2. Kəsilib alına sallanan saç; tel. Qızın çətiri. Çətir qoymaq.\n3. xüs. Paraşütün, hava dolduqda açılan parçadan ibarət əsas hissəsi. Paraşütün çətiri. – Bunlar yaxınlaşdıqda nöqtələr böyüdü və qırmızı, yaşıl, sarı rəngli zolaq-zolaq çətirlərdən adamların sallana-sallana endikləri aşkar göründü. M.Rzaquluzadə.\n4. bot. Ağacın gövdədən yuxarıda budaqların yayıldığı yuxarı hissəsi. Təbii ki, gövdəsi yoğun və çətiri geniş olan palıd ağacları öz həyatları üçün müəyyən ölçüdə sahə tələb edir. M.F.Axundzadə. çətircik is.\n1. Kiçik çətir, balaca zontik. Uşaq çətirciyi.\n2. bot. Balaca çətiri olan (bax çətir 4-cü mənada). Tingin çətirciyi. çətirçiçəklilər cəm. bot. Çətirli çiçəkləri olan bitki fəsiləsi (bax çətirli 2-ci mənada). Keşniş birillik ot bitkisidir, çətirçiçəklilər fəsiləsinə aiddir. “Elm və həyat”. çətirli sif.\n1. Çətiri olan; saçını çətir kimi kəsdirib alnına tökmüş. Çətirli qız.\n2. bot. Çətiri (4-cü mənada) olan. Zeytun bütün il müddətində gümüşü rəngdə yarpaqlarla örtülü olan sıx çətirli çoxillik meyvə bitkisidir. İ.Axundzadə. çətvər is. [rus. çetvertğ] köhn. Metr sistemi tətbiqindən əvvəl 100 qrama bərabər ağırlıq ölçüsü. Bir çətvər xına. çəyirdək is. bot. Alça, gavalı, albalı, zoğal və b. meyvələrin tumu. Gülsüm xala uşağın ağzını əli ilə örtüb, üzündən üflərdi, sonra barmağını uşağın ağzına salıb, əzgil çəyirdəyindən, gavalı çəyirdəyindən, kömür qırığından çıxarardı. Ə.Haqverdiyev. çəyirdəkli sif. Çəyirdəyi olan; tumlu. Çəyirdəkli meyvələrə gilas, albalı, gavalı, alça, qaysı, hulu, şaftalı, zoğal və s. daxildir. çəyirdəksiz sif. Çəyirdəyi olmayan; tumsuz. Çəyirdəksiz meyvə. çəyirtkə is. zool. Cırcıramaya oxşayan, uzun dal ayaqlarına dayanaraq uzağa sıçraya bilən, böyük dəstələrlə uçub, bitkiləri və əkinləri məhv edən cücü – kənd təsərrüfatı üçün təhlükəli ziyanverici. Çayın o tayındakı yoncalıqlarda çoxlu kəpənək və çəyirtkə vardı. Ə.Vəliyev. ‣ Çəyirtkə kimi – bulud kimi, böyük kütlə halında bir şeyin üstünü alan canlılar haqqında. çığ is.\n1. Xırda qamış, qarğı.\n2. Qarğı süzgəc; qarğıdan düzəldilmiş aşsüzən. çığır-bağır is. Çığırtı, bağırtı, qışqırıq, hay-küy. [Hacı Mehdi:] Mən sənin bu çığırbağırından heç bir şey başa düşmürəm. Ə.Haqverdiyev. [Qadınlar] yalnız çığır-bağır salmaqla döyülən qadına yardım etmək istəyirdilər. S.Hüseyn. çığırğan sif. dan. Çox çığıran; çığırmağa, bağırmağa, qışqırmağa adət etmiş. Çığırğan adam. çığırıq bax çığırtı. Körpü sakit oldu, səs və hay-küy, çığırıq kəsildi. T.Ş.Simurq. çığırışma “Çığırışmaq”dan f.is. çığırışmaq qarş. Bir ağızdan hamı çığırmaq, hamı birdən yerbəyerdən çığırmaq; bağırışmaq. Arvad qışqırdı, uşaqlar çığırışdılar, məcməyi üzüqoylu çevrilib, dolmanın hərəsi evin bir küncünə diyirləndi. Çəmənzəminli. Kənd qızları bir-birini itələyir, zarafatlaşır, çığırışırdılar. Ə.Vəliyev. çığırma “Çığırmaq”dan f.is. çığırmaq f.\n1. Bərk qışqırmaq, bağırmaq. Nə üçün çığırırsan? Çığırmaqdan səsi batdı. – Atalar doğru deyib: – Oğru elə çığırdı ki, doğrunun bağrı yarıldı. Ə.Vəliyev. // Çığıra-çığıra demək, bərk səslə demək. Polad çığırdı ki: – Mən bu dünyada; Yaşadım namusla, vicdanla ancaq. M.Rahim.\n2. Bərkdən ağlamaq, fəryad etmək, haray salmaq, bağırmaq. Gördüm ki, bir balaca uşaq yıxılıb adamların ayağının altına, çığırır. M.S.Ordubadi. O biri otaqda yatmaqda olan Ruqiyyə xanımın körpəsi yuxudan ayılıb çığırmağa başladı. S.Hüseyn. // Bərkdən özünəməxsus səs çıxartmaq (heyvanlar və quşlar haqqında). Atlar daha da şiddətlə başladılar çığırmağa. C.Məmmədquluzadə. Hərdənbir kəndin üzərindən yanıqlı-yanıqlı çığıran (f.is.) durna dəstələri ötüb keçirdi. Ə.Məmmədxanlı. çığırtı is. Bağırma, çığırıq səsi, qışqırıq, bağırtı. Rüstəm kişi əlini dəstəyin üstünə basaraq üzünü divara tutmuşdu ki, Telli arvadın çığırtısı raykomda eşidilməsin. M.İbrahimov. [Güllünün] diqqətini başı üzərindən uçan qaz dəstəsinin çığırtısı cəlb etdi. H.Seyidbəyli. çığırtma I. is. Qızardılmış pomidor, badımcan və ya ət tikələrindən ibarət xörək (bəzən yumurta da vurulur). Pomidor (badımcan) çığırtması. – [Fərhad:] Musa ilə ikimiz bir cücənin çığırtmasını bir çörək ilə doyunca yemişik. Ə.Haqverdiyev. [Dilara] xırdaca doğranmış pomidor və turş xiyarla bərabər, toyuq çığırtmasını səliqə ilə stolun üstünə düzdü. M.Hüseyn.\n\nII. “Çığırtmaq”dan f.is. çığırtmaq icb.\n1. Çığırmasına səbəb olmaq; bağırtmaq, qışqırtmaq.\n2. Ağlatmaq, bağırtmaq. Uşağı nə üçün çığırdırsan? çığırtmalıq sif. Çığırtmaya yarayan, çığırtma üçün. Çığırtmalıq cücə. çığlıq is. Fəryad, fəğan, şivən. Ətrafda qarğaşalıq və çığlıq qopar. H.Cavid. çığnamaq I. f. Qarğını ortasından yarmaq.\n\nII. f. Ayaqlamaq, tapdalamaq. çıxacaq is. Çıxılacaq yer, çıxış yeri, çıxış. Binanın çıxacağı. – Bu qalanın bir girəcəyi, bir çıxacağı var idi. S.Rəhimov. Meşənin çıxacağında təzə tülu etmiş gün yuxudan oyanmış dilbər kimi üzümə güldü. A.Divanbəyoğlu. çıxan is. riyaz. Çıxma əməlində: birinci ədəd (rəqəm); azalan. çıxar is. Xərc, məxaric, xərclənən miqdar (gəlir qarşılığı). Kasıb çıxarını bilsə, geydiyi atlaz olar. (Ata. sözü). çıxarıcı is. xüs. Çətin çıxan bir şeyi çıxarmaq üçün alət. Lehmə nasosunun klapan yuvasını çıxarmaq üçün çıxarıcıdan .. istifadə olunur. “Qazmada təhlükəsizlik texnikası”. çıxarılma “Çıxarılmaq”dan f.is. çıxarılmaq “Çıxarmaq”dan məch. Əsgərlik yaşında olan bəzi gənclər siyahıdan çıxarılmışdı. S.Hüseyn. Uzun çəkişmədən sonra Aslan bəy çıxarılacaq neftin otuz faizini Quluya verməyə razı oldu. A.Şaiq. çıxarış is.\n1. Hər hansı mətndən (sənəddən) eynilə köçürülmüş hissə. Qərardan çıxarış. Çıxarışın məxəzini göstərmək.\n2. Çıxartmaq işi; çıxarma.\n3. Texnoloji proses nəticəsində bir məhsuldan alınan başqa məhsul; ekstrakt. Quşüzümü ekstraktı .. quşüzümü meyvələrindən alınan sulu çıxarışdır. R.Əliyev. çıxardırma (=çıxartdırma) “Çıxar(t)dırmaq”dan f.is. çıxartdırma (=çıxardırma) “Çıxar(t)dırmaq”dan f.is. çıxardırmaq (=çıxartdırmaq) “Çıxar(t)maq”dan icb. İşdən çıxar(t)dırmaq. Mənzildən çıxar(t)dırmaq. çıxartdırmaq (=çıxardırmaq) “Çıxar(t)maq”dan icb. İşdən çıxar(t)dırmaq. Mənzildən çıxar(t)dırmaq. çıxarma (=çıxartma) “Çıxar(t)maq”dan f.is. çıxartma (=çıxarma) “Çıxar(t)maq”dan f.is. çıxarmaq (=çıxartmaq) f.\n1. Bir şeyi bir yerdən kənar etmək, xaric etmək, dışarıya atmaq. // Bir yerdən götürüb başqa yerə qoymaq. Mebeli otaqdan çıxar(t)maq. – [Mehriban] vaxtın gec olmasına baxmayaraq, küçə balkonuna bir masa çıxarıb, süfrə düzəltdi. S.Hüseyn.\n2. Bir şeyin içərisində olan başqa bir şeyi oradan götürmək. Cibindən pul çıxar(t)maq. – [Qoca] kisəsini cibindən çıxardı. H.Nəzərli. Şərəfoğlu stolun alt gözünü açdı, oradan işlətmədiyi üçün tozlanmış bir külqabı çıxardı. M.İbrahimov.\n3. İşdən, vəzifədən, məktəbdən və s.-dən xaric etmək; azad etmək. Vəzifədən çıxar(t)maq. – [Kərbəlayı:] Sabah işdən çıxararlar, qalaram başıma döyə-döyə. H.Nəzərli.\n4. Qərar vermək, hökm vermək, təklif etmək. Əlbəttə, dəlilsiz, sübutsuz, mühakiməsiz və məntiqsiz heç bir zaman ədalətli bir hökm çıxarmaq olmaz. S.Rəhimov. İclas öz-özünə dağıldı, heç bir qərar çıxarmadılar. M.Hüseyn.\n5. Paltarını, ayaqqabısını, papağını və s. kənar etmək; soyunmaq. Papağını çıxar(t)maq. – Mirbağır ağa girir, başmaqlarını çıxardır, salam verir. C.Məmmədquluzadə. Nazlı əynindəki tünd-şabalıd rəngli ipək köynəyini çıxartdı. S.Rəhman.\n6. Bitdiyi, yapışdığı, girdiyi yerdən çəkərək kökü ilə birlikdə qoparmaq. Ağrıyan dişi çıxar(t)maq. Şitil çıxar(t)maq. – ..Çöplü çuxurun kolunu qırır, kötüyünü maşınlar çıxarırdı. Ə.Vəliyev.\n7. Təhlükəli yerdən uzaqlaşdırmaq, başqa, təhlükəsiz yerə köçürmək. Bayram aşağı əyildi, yerə sərilmiş fəhlələrdən birini qucağına alıb ortadan çıxartdı.. M.Hüseyn. Zəhra Məmmədova o gecə 25 yaralını silahları ilə bərabər döyüş meydanından çıxartdı. Ə.Vəliyev.\n8. Zorla olduğu yerdən çıxmağa məcbur etmək; qovmaq. Sürünü əkin yerindən çıxar(t)maq. – Yazıq Hacı Mirzə Həsən ağa, niyə səni qatır üstə mindirib, Təbrizdən çıxardıb qovdular? C.Məmmədquluzadə. Mirzə Qədir evindəki kirəçilərdən heç birini dışarı çıxara bilməyəcəkdi. S.Hüseyn.\n9. Müvəqqəti olaraq yaşadığı yerdən başqa yerə aparmaq. Uşaqları yayda şəhərdən çıxar(t)maq. – Yaz gəlmişdi, Qəhrəman ailəsini bir yana çıxarmaq barəsində düşünürdü. S.Rəhimov.\n10. Nəşr etmək, çap etmək, buraxmaq. C.Məmmədquluzadənin təsvirinə və tarixi sənədlərə görə o zaman Azərbaycan dilində qəzet çıxarmaq çox çətin məsələ imiş. M.İbrahimov.\n11. Yerin altından istehsal etmək. Neft (qaz) çıxar(t)maq. – Atam gümüş çıxardığı halda, qızına bir gümüş medalyon da ala bilməmişdi. S.Vəliyev.\n12. Yara, səpmə və s. əmələ gəlmək. Çiban çıxar(t)maq. Yara çıxar(t)maq. – Amma sonra haman uşaq çiçək çıxardır. C.Məmmədquluzadə.\n13. Hündür bir yerə qaldırmaq, aparmaq. Şiferləri dama çıxar(t)maq.\n14. dan. Oynamaq, göstərmək, nümayiş etdirmək. Qədim vaxtlarda komediyanı yunanilər gülüş üçün çıxardırdılar. N.Nərimanov.\n15. Atmaq, pozmaq, qaralamaq. Əlyazmasının beşinci abzasını çıxar(t)maq.\n16. dan. Boşamaq, ayrılmaq. Arvadını çıxarmaq.\n17. Bir sıra sözlərin yanına gətirilərək, müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs:. təmizə çıxar(t)maq, əldən çıxar(t)maq, ad çıxar(t)maq, oyun çıxar(t)maq, yaddan çıxar(t)maq. çıxartmaq (=çıxarmaq) f.\n1. Bir şeyi bir yerdən kənar etmək, xaric etmək, dışarıya atmaq. // Bir yerdən götürüb başqa yerə qoymaq. Mebeli otaqdan çıxar(t)maq. – [Mehriban] vaxtın gec olmasına baxmayaraq, küçə balkonuna bir masa çıxarıb, süfrə düzəltdi. S.Hüseyn.\n2. Bir şeyin içərisində olan başqa bir şeyi oradan götürmək. Cibindən pul çıxar(t)maq. – [Qoca] kisəsini cibindən çıxardı. H.Nəzərli. Şərəfoğlu stolun alt gözünü açdı, oradan işlətmədiyi üçün tozlanmış bir külqabı çıxardı. M.İbrahimov.\n3. İşdən, vəzifədən, məktəbdən və s.-dən xaric etmək; azad etmək. Vəzifədən çıxar(t)maq. – [Kərbəlayı:] Sabah işdən çıxararlar, qalaram başıma döyə-döyə. H.Nəzərli.\n4. Qərar vermək, hökm vermək, təklif etmək. Əlbəttə, dəlilsiz, sübutsuz, mühakiməsiz və məntiqsiz heç bir zaman ədalətli bir hökm çıxarmaq olmaz. S.Rəhimov. İclas öz-özünə dağıldı, heç bir qərar çıxarmadılar. M.Hüseyn.\n5. Paltarını, ayaqqabısını, papağını və s. kənar etmək; soyunmaq. Papağını çıxar(t)maq. – Mirbağır ağa girir, başmaqlarını çıxardır, salam verir. C.Məmmədquluzadə. Nazlı əynindəki tünd-şabalıd rəngli ipək köynəyini çıxartdı. S.Rəhman.\n6. Bitdiyi, yapışdığı, girdiyi yerdən çəkərək kökü ilə birlikdə qoparmaq. Ağrıyan dişi çıxar(t)maq. Şitil çıxar(t)maq. – ..Çöplü çuxurun kolunu qırır, kötüyünü maşınlar çıxarırdı. Ə.Vəliyev.\n7. Təhlükəli yerdən uzaqlaşdırmaq, başqa, təhlükəsiz yerə köçürmək. Bayram aşağı əyildi, yerə sərilmiş fəhlələrdən birini qucağına alıb ortadan çıxartdı.. M.Hüseyn. Zəhra Məmmədova o gecə 25 yaralını silahları ilə bərabər döyüş meydanından çıxartdı. Ə.Vəliyev.\n8. Zorla olduğu yerdən çıxmağa məcbur etmək; qovmaq. Sürünü əkin yerindən çıxar(t)maq. – Yazıq Hacı Mirzə Həsən ağa, niyə səni qatır üstə mindirib, Təbrizdən çıxardıb qovdular? C.Məmmədquluzadə. Mirzə Qədir evindəki kirəçilərdən heç birini dışarı çıxara bilməyəcəkdi. S.Hüseyn.\n9. Müvəqqəti olaraq yaşadığı yerdən başqa yerə aparmaq. Uşaqları yayda şəhərdən çıxar(t)maq. – Yaz gəlmişdi, Qəhrəman ailəsini bir yana çıxarmaq barəsində düşünürdü. S.Rəhimov.\n10. Nəşr etmək, çap etmək, buraxmaq. C.Məmmədquluzadənin təsvirinə və tarixi sənədlərə görə o zaman Azərbaycan dilində qəzet çıxarmaq çox çətin məsələ imiş. M.İbrahimov.\n11. Yerin altından istehsal etmək. Neft (qaz) çıxar(t)maq. – Atam gümüş çıxardığı halda, qızına bir gümüş medalyon da ala bilməmişdi. S.Vəliyev.\n12. Yara, səpmə və s. əmələ gəlmək. Çiban çıxar(t)maq. Yara çıxar(t)maq. – Amma sonra haman uşaq çiçək çıxardır. C.Məmmədquluzadə.\n13. Hündür bir yerə qaldırmaq, aparmaq. Şiferləri dama çıxar(t)maq.\n14. dan. Oynamaq, göstərmək, nümayiş etdirmək. Qədim vaxtlarda komediyanı yunanilər gülüş üçün çıxardırdılar. N.Nərimanov.\n15. Atmaq, pozmaq, qaralamaq. Əlyazmasının beşinci abzasını çıxar(t)maq.\n16. dan. Boşamaq, ayrılmaq. Arvadını çıxarmaq.\n17. Bir sıra sözlərin yanına gətirilərək, müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs:. təmizə çıxar(t)maq, əldən çıxar(t)maq, ad çıxar(t)maq, oyun çıxar(t)maq, yaddan çıxar(t)maq. çıxdaş is. Pis, keyfiyyətsiz, zay mal; nöqsanı, zədəsi olan məhsul; brak. çıxdaşçı is. Pis, keyfiyyətsiz malı yaxşısından ayıran fəhlə. çıxıq 1. is. Oynaqda sümüklərin yerindən oynaması. İmamverdi baba bilirdi ki, çıxığı yerinə tez salmaq lazımdır. Hərgah tez salınmasa yerinə ət gələr və sonra onu düzəltmək çətin olar. S.S.Axundov.\n2. sif. Yerindən çıxmış, yerindən oynamış. // İrəli çıxmış, qalxıq. Zaman keçdikcə Güləbətinin üzünün çıxıq sümükləri görünməz olur, rəngi açılırdı. M.İbrahimov. [Nuriyyə:] Lakin Qulu Kəhrizli balaca çıxıq gözlərini gizli bir təbəssümlə oynadaraq birini İmi, digərini isə Cimi deyə, mənə təqdim etdi. İ.Əfəndiyev. çıxılan is. riyaz. Çıxma əməlində: başqa ədəddən (rəqəmdən) çıxılacaq ədəd (rəqəm); ikinci ədəd (rəqəm). çıxılmaz sif.\n1. Çıxmaq, qalxmaq çətin olan və ya mümkün olmayan. Çıxılmaz dağ. – [Aydəmir:] Allah, özü bilir ki, o keçilməz meşələrdə, o çıxılmaz qayalarda Aydəmir bircə sənin xəyalınla yaşayır. C.Cabbarlı.\n2. məc. Ümidsiz, çarəsiz, əlacsız, içərisindən çıxmaq mümkün olmayan. Fəxrəddin çıxılmaz bir vəziyyətdə qalmışdı. M.S.Ordubadi. [Pakizə] çıxılmaz bir vəziyyətdə idi. A.Şaiq. çıxıntı is. Bir şeyin irəli çıxmış, qalxıq hissəsi. Qayanın çıxıntısı. Girinti və çıxıntı. çıxış is.\n1. Çıxmaq işi, çıxma. Vasya teztez bayıra çıxıb, yenə qayıdırdı. Susanna bu çıxışın papiros çəkmək üçün olduğunu duyub dedi.. M.S.Ordubadi.\n2. Çıxmaq üçün qapı, yol və s.; çıxacaq (giriş əksi). Çıxışda gözləmək. – [Usta] ..Tahiri yenə tapa bilməyib, kor-peşman qayıtdı, vağzalın çıxış yolunda dayandı. M.Hüseyn.\n3. İclasda və s.-də söylənilən nitq, məruzə, verilən məlumat və s. Dartıb hədə-qorxu nazirlərinin; Yarımçıq saxlayaq çıxışlarını; Onların parlament alqışlarını. M.Araz. • Çıxış etmək – iclas və s.-də durub danışmaq, nitq və ya məruzə söyləmək, məlumat vermək. [Cəbrayıl Firəngizə:] Müşavirədə kimlərin çıxış edəcəyi sizi maraqlandırırsa, siyahını verə bilərəm.. B.Bayramov.\n4. Çıxma, doğma, doğuş, görünməyə başlama. Ayın çıxışı. – [Vaqif:] ..Günəşin çıxışı ilə batışı gözəl olur, günorta yerində olanda ona heç baxan da olmur. Çəmənzəminli.\n5. İdman və b. yarışlarda iştirak etmə; iştirak. Boksçuların Beynəlxalq yarışlarda çıxışı.\n6. İfa etmə, göstərmə. Mahnı və rəqs ansamblının çıxışı. – Günlərin birində Pavlo sirkdə çıxış edərkən nərdivandan yıxıldı. S.Vəliyev. // Artistin səhnəyə çıxması. Rejissor (gərdün, yaxud şəbehgərdan) daim iştirak edənlər arasında gəzişərək, əlindəki əsa ilə hər kəsə öz çıxış vaxtını işarə edib bildirir. Ə.Haqverdiyev. [Murad:] Hüseyn, sənin çıxışındır, çıx! S.Rəhman.\n7. Nümayiş. // Öz tələbini, fikrini, münasibətini camaat, kütlə qarşısında bildirmə. Həsənbəy Zərdabinin bu cəsarətli çıxışlarına qarşı irtica getdikcə güclənirdi. M.İbrahimov. • Çıxış etmək – öz tələbini, fikrini, münasibətini kütlə qarşısında çıxıb bildirmək. Öz məqalələrində xalqın taleyi ilə yaşayan jurnalist [Ü.Hacıbəyov] daim xalq adından çıxış edir.. Ə.Sultanlı.\n8. Göyərmə, cücərmə, bitmə. Çıxışların batıqlara; Düşən xəfif kölgələri – Tağlardakı; Oyma “naxış ləpələri”. B.Vahabzadə. ‣ Çıxış yolu məc. – çıxılmaz vəziyyətdən, böhrandan qurtarmaq üçün çarə, yol, əlac, qurtuluş, nicat, xilas. Qətibə çıxış yolu tapa bilmədiyindən, olduğu yerinə qayıtdı və həmişə oturduğu söyüd kötüyünün üstündə oturdu. M.S.Ordubadi. çıxışlıq çıxışlıq hal qram. – ismin kimdən? nədən? suallarına cavab verən halı. çıxma 1. “Çıxmaq”dan f.is. Yarməmmədin otaqdan çıxması ilə sarı qovluğu qoltuğuna vurub qayıtması bir oldu. M.İbrahimov.\n2. Doğma, doğuş, tülu. Ayın çıxması. – Mən sevirəm səhərlər; Günəşin çıxmasını. N.Xəzri.\n3. riyaz. Nəticə almaq üçün bir ədədi (rəqəmi) başqa bir ədəd (rəqəm) qədər azaltma. Çıxma əməli. Toplama və çıxma. çıxmaq f.\n1. Bir yerdən (binadan, otaqdan və s.-dən) kənar olmaq, içəridən dışarıya varmaq, getmək, xaric olmaq. Evdən çıxmaq. Kabinetdən çıxmaq. – Çay hazır olanadək mən özümə əlcəklər alım, – deyib Sona otaqdan çıxdı. N.Nərimanov.\n2. Bir yerə getməyə başlamaq, yola düşmək. Qatar saat 2-də çıxır. – Əgər Şahmar bu gün çıxmasa, həm Nərminədən əli üzüləcək, həm də imtahanlara gecikəcəkdi. B.Bayramov.\n3. Doğmaq, tülu etmək, görünmək. Gün çıxdı. – Çıxdı günəş, doldu cahan nur ilə; Cütçü sürür tarlada cüt şur ilə. M.Ə.Sabir. Yavaş-yavaş çıxmaqda olan Ay öz sarımtıl işığını ətrafa yayırdı. M.İbrahimov.\n4. Yuxarı qalxmaq, başıyuxarı getmək, qalxmaq. Yuxarı mərtəbəyə çıxmaq. Yoxuşu çıxmaq. – Zeynal könülsüz addımlarla sakin olduğu evin pilləkənlərini yuxarı çıxırdı. S.Hüseyn. Xaspolad kəndin ortasındakı hündür təpəyə çıxdı. M.Hüseyn.\n5. Göyərmək, bitmək, yerdən çıxmaq, cücərtisi görünmək. Pambıq yenicə çıxmışdı. – İndi əkdiklərin nə vaxt çıxar; Bu çıxınca səni zəmanə yıxar. M.Ə.Sabir.\n6. riyaz. Bir ədədi (rəqəmi) başqa bir ədəd (rəqəm) qədər azaltmaq. 10-dan 3 çıxmaq. – Hacı Kərim hər zaman alış-verişini nağd edər, faizini də verəcəyi puldan çıxardı. S.Hüseyn.\n7. İşini, vəzifəsini buraxmaq, tərk etmək, işlədiyi yerdən getmək, əlaqəsini kəsmək. İşdən çıxmaq. Vəzifəsindən çıxmaq. – Atam ruhani idarəsindən çıxmağa məcbur olmuşdu. A.Şaiq.\n8. Öz işini görüb qurtararaq getmək, yerini tərk etmək. Fərhad qulluqdan çıxanda daha bir yanda əylənməyir, tez evə qayıdırdı. C.Cabbarlı.\n9. Birdən-birə zahir olmaq, görünmək, qarşısına çıxmaq. Yoluma bir maşın çıxdı. – Bağlar arası ilə uzanan bir yolla gedirdim. Bu halda qarşıma bir neçə çadralı qadın çıxdı. S.Hüseyn.\n10. Bir şeyin üstünə qalxmaq, dırmaşaraq qalxmaq. Dama çıxmaq. Ağaca çıxmaq. – [Tapdıq] atasını incitməyə, onun çiyninə çıxmağa başladı. Ə.Vəliyev. Mühəndis təpənin üstünə çıxıb, qumu bir xeyli kürəklədi. Mir Cəlal.\n11. Müəyyən hündürlükdə olmaq. Su döşə çıxır. – Palçıq çıxır qurşağa; Quzulamış səngərdə. R.Rza.\n12. Bir işi görmək üçün getmək, gəlmək. İməcliyə çıxmaq. Ova çıxmaq. – [Adil:] Səhər tezdən alverə çıxan (f.sif.) kimi bir çarxçını küçədə əylədim. B.Bayramov.\n13. Qurtarmaq, sonu çatmaq, keçmək, ötmək. Yaz çıxdı. Gecə çıxdı. – Qış yenicə çıxmış, yaz girmişdi. M.İbrahimov.\n14. Çap olunmaq, nəşr olunmaq, dərc edilmək, buraxılmaq. “Molla Nəsrəddin” məcmuəsi 1906-cı ildən çıxmağa başlamışdır. Kitab bu ay çıxacaqdır. – Bir də ki, Tahirzadənin əlindəki nüsxə təzəcə çıxmış, hələ də yayılmamışdı. Mir Cəlal. Canbalayevin isə ilk tənqidi məqalələri otuzuncu illərdə çıxmışdı. İ.Hüseynov.\n15. Təhlükəli, xətərli yerdən uzaqlaşmaq. Bu gecə keçmişi vurduq, yıxdıq; Dağlardan üzə sağlam çıxdıq. M.Müşfiq.\n16. məc. Olmaq. [Gəray ağa:] Yox, yox, nə [Ağaxandan], nə də məndən premyer çıxar! S.Rəhimov.\n17. Yerin altından hasil edilmək, əldə edilmək. Respublikamızda yüksək keyfiyyətli neft çıxır. Sibirdə almaz çıxır. – Çayqırağındakı yamaclarda ev ağartmaq üçün göy rəngə çalan şirə .. çıxırdı. Ə.Əbülhəsən. // İstehsal olunmaq, alınmaq. Süddən yağ çıxır.\n18. Doğulmaq, törəmək, yetişmək, meydana gəlmək. Şamaxıdan görkəmli şairlər çıxmışdır. Ailəmizdən iki mühəndis çıxmışdır. – [Komandir:] Mən özüm də kənddən çıxmışam, atamın da əli bax belə qabar-qabardır. S.Rəhimov.\n19. Yaşamaq, salamat qalmaq, müəyyən vaxta qədər sağ-salamat yaşamaq. Yemsizlikdən qoyunlar yaza çıxmadı. – Seyyid, hanı şərabın, ötür fəsli-növbahar; Bir də baharə çıxmağının etibarı yox. S.Ə.Şirvani. Muzdurlar və yoxsullar dünənki gecəni bu günə qatıb, aprelin otuzuna çıxmışdılar. Ə.Əbülhəsən.\n20. İstehsal edilmək, buraxılmaq, hazırlanmaq. Həmzə ilə Qadir də .. biri alman topçu tüfəngini, ikincisi isə .. alman zavodundan çıxmış (f.sif.) mauzerini gic yerə doldurur, boşaldırdılar. Ə.Əbülhəsən.\n21. Verilmək, qəbul olunmaq, elan edilmək. Yeni qərar çıxdı. – Qayda belədir, həmişə manifest çıxanda ruznamələr onun məzmununu və mənasını camaata bildirirlər ki, hər bir kəs baxəbər olsun. C.Məmmədquluzadə.\n22. Boşanmaq, ərindən ayrılmaq. Arvad ərindən çıxdı. – [Bəhlul:] Kişi bu şərtlə [anamı] aldı ki, “düşmənin uşağı”nı atıb çıxsın. B.Bayramov.\n23. İcad olunmaq, kəşf olunmaq, düzəldilmək, buraxılmaq. Zavoddan yeni markalı maşın çıxdı. – Koroğlu demişkən: “Tüfəng çıxalı; Mərdlik də dünyadan baş aldı, getdi”. B.Vahabzadə.\n24. Eşidilmək, qulağa gəlmək. Səs çıxmaq. Hay-küy çıxmaq. – Qərənfiləm, qalxaram; Açılmağa qorxaram; Gecə cınqırın çıxsa; Yerimnən dik qalxaram. (Bayatı). Səttarzadə isə eşitdikləri ilə kifayətlənmirmiş kimi bir neçə dəfə çağırdı: alo! alo!.. Cavab çıxmadı. Mir Cəlal.\n25. Hesab etmək. [Qədir:] Dirigözlü adamı öldüyə çıxırlar. Mir Cəlal.\n26. Bir sıra isimlərdən sonra gətirilərək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: yoxa çıxmaq, əldən çıxmaq, yoldan çıxmaq, özündən çıxmaq, yaddan çıxmaq və s. çıxmaz bax çıxılmaz. çıqqıldama “Çıqqıldamaq”dan f.sif. çıqqıldamaq f. Çıqqıltı səsi vermək, çıq-çıq eləmək. Saat çıqqıldayır. – Daşlara toxunan nallar çıqqıldayırdı. S.Rəhimov. İri mis kəfgir ağır-ağır çıqqıldayırdı. Q.İlkin. çıqqıldatma “Çıqqıldatmaq”dan f.sif. çıqqıldatmaq f. Bir şeyi bir şeyə toxunduraraq çıqqıltı səsi çıxarmaq, belə bir səsin çıxmasına səbəb olmaq. Tahir .. divardakı elektrik açarına yanaşdı, onu sol əlilə bir-iki dəfə çıqqıldatdı. M.Hüseyn. Fərman Qədir kişi ilə əl verəndə [fotoqraf] aparatını çıqqıldatdı. Ə.Sadıq. çıqqıltı is. Saat işlərkən və ya xırda şeylər bir-birinə toxunarkən çıxan səs. Mollayev yenə təsbehini çıqqıltı ilə çevirməyə başladı. M.Hüseyn. Saat vurur divarda; Hər çıqqıltı bir saat. B.Vahabzadə. çıl-çılpaq sif. və zərf\n1. Tamamilə çılpaq, lüt. Fatma gecənin yarısı çıl-çılpaq küçələrə düşüb, özünə sığınacaq yer arayır. Çəmənzəminli.\n2. məc. Qətiyyən ağac bitirməyən, tamamilə bitkisiz. Çıl-çılpaq çöl. – [Bayram kişi:] ..Qabaq oralar dümdüz şoranlıq, bağrı çatlaq-çatlaq olmuş, çıl-çılpaq, quraq yerlərdi. M.Rzaquluzadə. çıl-çırpı bax çırpı. [Ovçular] çıl-çırpıdan, otlardan qayırdıqları kiçik daxmalarda gizlənib, sümsünü çalardılar. A.Şaiq. çıldaq is. Dini müalicə üsulu. Çıldağa getmək. çıldaqlama “Çıldaqlamaq”dan f.is. çıldaqlamaq f. Çıldaq etmək (bax çıldaq). [Rəşid:] [Qorxmasına] görə bina qoyulur ki, qızı K. kəndinə aparıb çıldaqlasınlar, qorxuluğunu götürsünlər. T.Ş.Simurq. çılğın sif. Coşqun, odlu-alovlu. Çılğın dühalar ki hökm edər qərbə; Onlar səbəb olmuş bir geniş hərbə. S.Vurğun. // Dəli kimi, dəlicəsinə, özünü itirmişcəsinə. [Məhəd] dəli kimi çılğın bir hərəkətlə irəli şığıyıb, bağlamanı stolun üstündən qapmaq istədi. M.Hüseyn. // məc. Qızğın, coşqun, ehtirasla dolu. Baletmeyster dinamik rəngarəng və çılğın qaraçı rəqslərinin qurulmasında böyük səy göstərmişdir. (Qəzetlərdən). // məc. Azğın, azğıncasına. Çılğın kimi ruzgar vıyıldar; Qar parçaların göyə sovurar. A.Şaiq. Dənizdə tufan qalxır, Xəzərin ağköpüklü çılğın dalğaları sahili gəmirirdi. M.Hüseyn. çılğınca (=çılğıncasına) zərf\n1. Dəli kimi, dəlicəsinə. Fırlatdı bir qəhqəhə; Çılğınca qalxdı birdən. Ə.Cavad. Gülgəz çılğıncasına atasının yaxasını didişdirməyə başladı. İ.Hüseynov.\n2. məc. Ehtirasla, dəlicəsinə. Çılğıncasına sevmək. Çılğıncasına vurulmaq. çılğıncasına (=çılğınca) zərf\n1. Dəli kimi, dəlicəsinə. Fırlatdı bir qəhqəhə; Çılğınca qalxdı birdən. Ə.Cavad. Gülgəz çılğıncasına atasının yaxasını didişdirməyə başladı. İ.Hüseynov.\n2. məc. Ehtirasla, dəlicəsinə. Çılğıncasına sevmək. Çılğıncasına vurulmaq. çılğınlaşma “Çılğınlaşmaq”dan f.sif. çılğınlaşmaq f. Azğınlaşmaq, coşmaq, dəli kimi hərəkət etmək. // məc. Coşmaq, qudurmaq, azğınlaşmaq. Dəniz getdikcə çılğınlaşırdı. çılğınlıq is. Çılğın adamın hal və keyfiyyəti; dəlicəsinə, azğıncasına hərəkət. Çılğınlıq etmək. çılpaq sif.\n1. Əynində heç bir paltar olmayan, bədəni heç bir şeylə örtülməmiş; paltar geyməmiş; soyunmuş, lüt-üryan. Çılpaq uşaq. Çılpaq bədən. – Bu qızlar təqribən tamamilə çılpaq idi(lər), onların önə tutduqları bir parça bezdən başqa heç bir libasları yox idi. M.S.Ordubadi. // Açıq olan, geyimlə örtülməmiş. Zəhərli bir ilan atılıb, Zəhra xalanın çılpaq qolundan sancdı. S.S.Axundov. Fəhlələrin kəmər yerinə qədər çılpaq, tərli bədənləri mis rənginə çalırdı. M.Hüseyn. // Zərf mənasında. Əynində heç bir şey olmadığı halda; lüt, paltarsız. Çılpaq yatmaq. Çılpaq olmaq.\n2. Yəhərsiz, palansız, çulsuz. Səməndər çılpaq atın belinə atıldı, alt tərəfdən sürdü, Nərgizə yanaşdı. B.Bayramov.\n3. məc. Bitkisiz. Çılpaq səhra. – [Gülüş Atakişiyə:] Sən çılpaq çölə düşəcək, dəhşətli maşınlar içində qalacaqsan. C.Cabbarlı. Bir-birinə söykənib yastı, çılpaq təpələr; Ətəyi kollu-koslu, zirvəsi ağ təpələr. B.Vahabzadə.\n4. Yarpağı olmayan, yarpağı tökülmüş; yarpaqsız. Çılpaq kol. – Hava yavaş-yavaş işıqlanırdı, torağaylar uçuşub yeni-yeni puçurlanan ağacların çılpaq budaqlarına qonurdu. M.Hüseyn. Yonca baxdı palıda; Gördü çılpaqdır tamam. B.Vahabzadə.\n5. məc. Yoxsul, paltarsız, üst-başı tökülmüş. Zeynəb qaldı ac, çılpaq və sahibsiz. C.Məmmədquluzadə. [Səlimi İsfahaniyə:] Bəs sizin insafınız necə qəbul edir ki, İranın xırda-boyük bütün şəhərlərində gündən-günə işsizlərin, ac və çılpaqların (is.) sayı artır?! M.İbrahimov.\n6. məc. Əlavəsiz, artırmasız, necə var elə. Qaçay müqəddiməsiz başladı və bir növ sualları çılpaq (z.) verdi. Ə.Vəliyev. Ər isə .. gözləyirdi ki, arvadı fikrini çılpaq və qəti surətdə ortaya atsın. Ə.Məmmədxanlı. çılpaqca 1. sif. və zərf Çılpaq, lüt-üryan. Çılpaqca uşaq. Çılpaqca oturmaq.\n2. is. zool. Ağzının künclərində və başında bığı olan girdəbaşlı balıq növü. çılpaqlanma “Çılpaqlanmaq”dan f.sif. çılpaqlanmaq f.\n1. Paltarlarını soyunmaq, çılpaq olmaq, lüt olmaq, üryan olmaq. Lakin Mehriban Zakirin yanında çılpaqlanıb suya girə bilərdimi? H.Seyidbəyli.\n2. Bax çılpaqlaşmaq 2-ci mənada. Ağaclar lütlənir, meşələr çılpaqlanırdı. S.Rəhimov. çılpaqlaşma “Çılpaqlaşmaq”dan f.sif. çılpaqlaşmaq f.\n1. Bax çılpaqlanmaq 1-ci mənada. [Tahir] sonra tamam çılpaqlaşıb, özünü duşun altına verdi. M.Hüseyn.\n2. məc. Yarpaqlarını tökmək, bitkisi məhv olmaq; dazlaşmaq. Kollar çılpaqlaşıb. – Təpələrin üstünü və tamamilə çılpaqlaşmış (f.sif.) ağacların budaqlarını quşbaşı qar örtmüşdü. M.İbrahimov. çılpaqlıq is.\n1. Çılpaq vəziyyət; lütlük, üryanlıq.\n2. məc. Otu, bitkisi qurumuş, məhv olmuş yerin halı. Çölün çılpaqlığı.\n3. məc. Yarpağı tökülmüş ağacın, bitkinin halı; yarpaqsızlıq. Ağacın çılpaqlığı. çımxırma “Çımxırmaq”dan f.is. çımxırmaq f. Məzəmmətlə qışqırmaq, töhmətləndirmək. [Baloğlan:] [Almaz] əvvəl bir çımxırdı üstümə, mən də bir təpindim ona. C.Cabbarlı. Əlyarov .. şoferinin üzünə baxmadan çımxırdı. M.Hüseyn. çınqıl is. Tikinti işlərində istifadə olunan daş qırıntısı, xırda daş. Çəpərlər aradan bir-bir sökülsün; Palçıqlı yollara çınqıl tökülsün. S.Vurğun. Sən gəzdiyin torpağın çınqılı, çəlik daşı; Sanıram ki, misilsiz bir incidir, gövhərdir. M.Rahim. // Çınqılla örtülmüş, çınqıl döşənmiş; çınqıllı. Çınqıl yol. çınqıllı sif. Çınqıl olan, çınqıldan ibarət olan. Uzaqdan çınqıllı dağdan götürülən böyük arx kəndin günçıxan qoluna qədər gətirilir və böyük bir daşın yarığından üzüaşağı buraxılırdı. S.Rəhimov. Onu yaşadacaq hər dərə, hər dağ; Çınqıllı daşlardan süzülən bulaq. N.Xəzri. çınqıllıq is. Çoxlu çınqıl olan yer, çınqıl çıxarılan yer. Çınqıllıqdan çınqıl çıxarmaq. – Çınqıllıq yuxarı qanadlanan Bozat çoxdan Sarıbaba dağının gədəyini aşmışdı. S.Rəhimov. Bura çınqıllıq bir güney idi. Mir Cəlal. çınqılotu is. bot. Meşələrdə, dağ-çəmənlərdə və çox rütubətli çınqıllı yerlərdə bitən çoxillik ot bitkisi. çınqır is. dan. Səs, səs-səmir, çınqırtı. • Çınqırını çəkməmək – səs çıxarmamaq, ağzını açmamaq. çınqırıq is. Zəng. Birdən-birə qapının çınqırığı vuruldu. A.Şaiq. Anaxanım Novruz qızı küçələri sürətlə keçib, evinə yetişdi, yuxarı qalxıb, əlini hirslə çınqırıq düyməsinə basdı. S.Rəhimov. çınqırtı bax çınqırıq. çınlama “Çınlamaq”dan f.is. çınlamaq f. Səslənmək, eşidilmək, səsi gəlmək. Qoy çınlasın varlığın; Ömrün, bəxtiyarlığın; Şadlıq kamançası da. M.Müşfiq. Haradasa musiqi çınlayır, ətrafa coşqun rəqs havası yayılır. Ə.Məmmədxanlı. çınlatma “Çınlatmaq”dan f.is. çınlatmaq f. Səsləndirmək. Söyləyiniz dastanını; Çınlatınız kamanını; Gözəlliyin, daşqın sular! M.Müşfiq. çıra bax çıraq. Bir kiçicik daxmada ancaq çıra; Saçmada ətrafına ölgün ziya. A.Şaiq. çıraq is. [fars.] Hər cür işıqlandırıcı cihaz (qaraçıraq, lampa, fənər, lampoçka və s.). [Molla:] Ay filankəs, gecənin bu vaxtında əlində çıraq orada nə gəzirsən? “M.N.lətif.”. [Yaşlı kişi:] Elektrik çıraqlarının keçirilməsi məni özümə gətirdi. S.Hüseyn. Küncdə yerə qoyulmuş çırağın piltəsi aşağı düşdüyündən sönük, sarı işığı alaçığı işıqlandıra bilmirdi. M.İbrahimov. // məc. İşıq, ziya, nur mənasında. Tutdu Yer üzünü ürfan çırağı; Nura qərq elədi qonşu torpağı. M.Rahim. Onun ümid çırağıyla; Arayırdıq yolumuzu. R.Rza. ‣ Çırağı sönmək məc. – sonu çatmaq, məhv olmaq. Aradan keçdi illər; Çarın söndü çırağı. Ə.Cavad. Faşizmin çırağı sönərkən bir gün; Qol-boyun olaraq öpüşərik biz. S.Rüstəm. Çırağını yandıran – işini, nəslini davam etdirən. [Ziyad xan:] Öləndən sonra bizim çırağımızı yandıran olmayacaq. “Əsli və Kərəm”. Çıraq yanan vaxt – hava qaralan vaxt, axşamüstü. [Şəhrəbanu xanım:] Xülasə, axşam çıraq yanan vaxtda Məstəli şah gərək bizim evdə hazır olsun. M.F.Axundzadə. Çıraq sönən vaxt – yatmaq vaxtı, adamlar yatan vaxt. Çıraqla axtarsan, tapa bilməzsən – çox çətin tapılan, az ələ düşən şey haqqında. [Rüstəm bəy:] [Məşədi İbadın] hərçənd bir az yaşı çoxdur, amma bir yaxşı adamdır ki, beləsini çıraqla axtarsan, tapa bilməzsən. Ü.Hacıbəyov. çıraqban is. [fars.] Çıraqbanlıq, çıraqlarla işıqlandırılmış. Çıraqbandır tamam yer, göy; Nə zəncir var, nə bir zindan. S.Vurğun. Klubun içərisi çıraqban idi. S.Rəhman. • Çıraqban etmək – işıqlandırmaq, nurlandırmaq. Camalın şöləsi nuri-təcəlla; Çıraqban eyləyib mahalı, Xurşud! Aşıq Ələsgər. Çıraqban olmaq – işıqlanmaq, nurlanmaq. Bayram gecələri Bərdə şəhəri sübhə kimi çıraqban olub. F.Köçərli. çıraqbanlıq is.\n1. Çıraqban olma, çoxlu işıq yanma, çıraqların yanması nəticəsində hasil olan işıq. Bu gecə Naxçıvanda indiyə qədər misli görünməmiş bir çıraqbanlıq var idi. M.S.Ordubadi.\n2. Hər hansı bir bayram, təntənəli şadyanalıq münasibətilə binaların, küçələrin işıqlarla bəzədilməsi. Parkda çıraqbanlıq təşkil etmək. çır-çır çır-çır çığırmaq – bərk çığırmaq, qışqırmaq, bağırmaq. Sabah yola düşəndə də [uşaq] çır-çır çığırırdı. “Aşıq Ələsgər”. [Şahbaz bəy:] Şərəfnisə, qadan alım, bilirsən ki, əmidostum bu gün nə tufan elədi? Müsyö Jordanın yanında əmimin üstünə çır-çır çığırdı, məni də hədələdi. M.F.Axundzadə. çırmalama “Çırmalamaq”dan f.is. çırmalamaq bax çırmamaq. [Mübaşir Məmməd Musa kişiyə:] Qollarını niyə çırmalamısan, kişi? Yoxsa pəhləvanlıq eləmək fikrindəsən? M.İbrahimov. Çırmala qolunu düşərək meydana. M.Müşfiq. çırmalanma “Çırmalanmaq”dan f.is. çırmalanmaq “Çırmalamaq”dan məch.; çırmanmaq. çırmalı sif. Paltarının qolu (qolları) və ya şalvarın balağı (balaqları) bir neçə qat qatlanılıb yuxarı qaldırılmış; çırmalanmış, çırmanmış. Həmzə bəy xəyalatda ikən salona qolları çırmalı iki soldat girdi. Çəmənzəminli. çırmama “Çırmamaq”dan f.is. çırmamaq f. Paltarının qolunu və ya şalvarının balağını bir neçə qat qatlayıb qaldırmaq, çırmalamaq; çırmanmaq. [Gülsənəm] Tahirdən cavab almamış, qollarını çırmadı, un gətirib, xəmir yoğurmağa başladı. M.Hüseyn. Musa kişi qolunu çırmadı, bıçağı daşa çəkdi. M.İbrahimov. ‣ Qolunu çırmamaq məc. – bir işi görmək üçün hazırlıq görmək, hazırlaşmaq, hazır olub gözləmək. Çırma qollarını, öt ustadını; Lakin əsərinlə, quru sözlə yox. S.Rüstəm. çırmanma “Çırmanmaq”dan f.is. çırmanmaq qayıd. Paltarının qolunu və ya şalvarının balağını çırmamaq. Çırmanırıq keçməyə çay gəlməmiş; Başlayırıq qızmağa yay gəlməmiş. M.Ə.Sabir. çırpı top. Quru budaq, kol qırıntısı; çılçırpı. On altı-on yeddi yaşlarında bir qız çayaşağı enərək, meşənin ətəklərində çırpı yığırdı. Çəmənzəminli. Şərifzadə ehtiyatla yeriyir, ayaqları altında əzilən quru çırpıların qəribə səsini dinləyə-dinləyə gedirdi. M.Hüseyn. çırpılma “Çırpılmaq”dan f.is. çırpılmaq məch.\n1. Bir şeylə vurularaq tozu çıxarılmaq (yorğan-döşək, geyim, xalça-palaz və s. haqqında). İsti paltarların boğçadan çıxarılıb həyətlərdə, eyvanlarda çırpıldığını, şəritə atıldığını görmək olurdu. Mir Cəlal. Döşəklərin yunu çırpılır, didilir və təzədən salınır. Ə.Abasov.\n2. Bərk səslə örtülmək. Birdən qapı çırpıldı bərk; Qız diksindi bu zaman. Ə.Cəmil. Hümmət cavab verincəyə qədər qapı çırpıldı. B.Bayramov.\n3. Şappıltı ilə yerə dəymək: yıxılmaq. Gülüş [Məmişi] otağın içində hərlədi, hıçqırahıçqıra qovladı, birdən sürüşüb üzüüstə döşəməyə çırpıldı. S.Rəhimov. çırpınış is.\n1. Çırpınma işi, çırpınma. Nədir o istəkli, o heyran baxış? Nə dadlı cik-cik, nə gözəl çırpınış! A.Səhhət.\n2. məc. Çalışıb-çapalama. [Kərimxana] elə gəlirdi ki, bəşər tarixində qəhrəmanları yetirən ancaq bir məqsədə olan meyil, .. bir arzuya doğru çırpınışdır! M.İbrahimov. çırpınma “Çırpınmaq”dan f.sif. çırpınmaq f.\n1. Bərk döyünmək, oynamaq, titrəmək, vurmaq. Ürəyi (qəlbi) çırpınmaq. – Könül bir quşdur ki, sevməz əsarət: Daim çırpınır, istəyir hürriyyət. A.Səhhət. [Jasmen:] Seyr etdim o heçlikləri mən də; Çırpındı könül matəm içində. H.Cavid.\n2. Özünü xilas etmək üçün qanadlarını oynadaraq təlaş içində çalışmaq (quşlar haqqında). Qızılquş pəncəsindən qurtulub özünü insan əlində əsir görən kəklik qurtulmaq üçün həyəcanla çırpınır, əllərimizi dimdikləyirdi. A.Şaiq. Eldar hələ ölməmiş və çırpınmaqda olan xoruzu götürüb, mənə uzatdı. M.Rzaquluzadə.\n3. Zərbə ilə örtülmək, bağlanmaq. Qapı çırpıldı.\n4. Səs çıxardaraq toxunmaq, xəfifcə çarpmaq. Neva çırpınır yatağında: Sudan çıxmış balıq kimi. R.Rza. Bakıdan beş gün ayrılanda; Yuxuma Xəzər girir; Sarı qumlu sahillərdə çırpınan; Gümüş telli ləpələr girir. N.Rəfibəyli.\n5. Üstündəki tozu, torpağı, su damlalarını düşürtmək üçün bədəni şiddətlə sarsıtmaq; silkələnmək. Qoyun çimdiriləndən sonra çırpındı. – Sərin sabah küləyi boşluğa yayılırdı; Quşlar yuvalarında çırpınıb ayılırdı. R.Rza. çırpıntı is. Döyünmə, döyüntü, çırpınma. ..Çırpıntılar içərisində çapaladığım halda, Mahrunu gözləməkdə idim. M.S.Ordubadi. ..Birdən Səmədin qəlbinin riqqətli döyüntüsü narahat bir çırpıntıya çevrildi. İ.Hüseynov. çırpışdırma “Çırpışdırmaq”dan f.sif. çırpışdırmaq f. Gizlicə götürmək; oğurlamaq, çalmaq. Qurban demir ki, gərək kartoşkaya qarovul çəkək? Demir ki, kulaklar kartoşkanı çırpışdırırlar? Mir Cəlal. çırpma “Çırpmaq”dan f.sif. çırpmaq f.\n1. Tozunu almaq və ya başqa məqsədlə ağac və ya əllə vurmaq, döyəcləmək, silkələmək. Yun çırpmaq. Xalçanı çırpmaq. – Dəllək fitəni götürüb artırmada çırpmağa başladı, yenə bir-iki məsəl çəkmək istədi. Çəmənzəminli. Gəldiyev qapıda üst-başını çırpır, papağını düzəldirdi. Mir Cəlal.\n2. Şiddətlə vurmaq, çarpmaq, yıxmaq. Pası əl-ayağını uzadır və özünü yerə çırpırdı. S.Rəhimov. Bəy zıqqana-zıqqana ağır gövdəsini yerdən üzdü, dərhal yenə döşəkcəyə çırpdı. Mir Cəlal. // Hirslə atmaq, tullamaq, çarpmaq, vurmaq. İskəndər itdən əl çəkib, çox həvəsli və kefli, şlyapasını krovatın üstünə çırpıb başlayır papiros eşməyə. C.Məmmədquluzadə. [Ruqiyyə xanım] əlini qaldırdığı qədəhlə bərabər masanın üzərinə çırpdı. S.Hüseyn.\n3. Çarpdırmaq, vurmaq. Xəzri yeli axşamdan hirslə qalxıb, Bakı küçələrinin toztorpağını daşa-divara çırpırdı. S.Qənizadə. Axırda sel [Qaraca qızla Yasəməni] bir böyük daşa çırpdı. S.S.Axundov. // Şiddətlə vurmaq, ilişdirmək, zərbə endirmək. Lal Hüseyn şallağı qapdı, [Rüstəm kişinin] başına-başına çırpdı. M.İbrahimov. Çoban [düşmənə] qalxmağa fürsət verməyib çomağı başına çırpdı və özü bağıryaran bir səslə qıy vurub irəli şığıdı. M.Rzaquluzadə.\n4. Tez-tez vurmaq, döyünmək (“qəlbi”, “ürəyi” sözləri ilə). [Araz] Vanyuşanı görüncə başı dumanlandı, qəlbi şiddətlə çırpmağa başladı. A.Şaiq. Bu zaman bizim qəlbimiz daha həyəcanla çırpır. M.İbrahimov.\n5. Tut, qaysı və bəzi başqa meyvələri ağacın budaqlarını bir şeylə vurmaq və ya əllə tərpətməklə yerə tökmək. [Xanqulu] ağasının həyətində kələm əkir, göyərti becərir, tut ağaclarını çırpır, tutundan sirkə qayırırdı. Çəmənzəminli.\n6. Bax çırpışdırmaq. [Xortdan:] Görəsən, varislərindən nə qədər çırpıbdır. Ə.Haqverdiyev.\n7. Bişirmək üçün yumurtanı sındırıb içindəkini qaba tökmək. Küküyə üç dənə yumurta çırpmaq. çırt təql. Tüpürərkən çıxan səs. • Çırt atmaq – tüpürmək, tüpürərkən çırt səsi çıxartmaq. [Qənbərqulu:] [Əsgər] uzun bir çubuq da qoyub damağına, sağa da çırt atır, sola da. B.Talıblı. [Bəy] yandan düşmüş dişinin yerindən çırt atdı və danışdı. Mir Cəlal. Çırt çubuğu – tənbəki çəkmək üçün uzun çubuq, qəlyan. Rəhim bəy bunu deyərək bir dənə uzunquyruq çırt çubuğunu çıxardıb qabağına qoydu. Ə.Haqverdiyev. [Aftil:] Kəblə Fatmanisənin də çırt çubuğu elə fısıldayır ki, elə bil paroxod bacasıdır. C.Cabbarlı. Çırt tənbəkisi – çırt çubuğuna doldurmaq üçün tənbəki. [Əmrah:] Necə ola bilər ki, çırt tənbəkisi çəkə, ağzından xanıma pis iy gəlməyə?! Ə.Haqverdiyev. çırtaçırt zərf Çırtıldayaraq, çırt səsi çıxararaq; bərk alışaraq. Nəhayət, tonqal alovlanıb çırtaçırt yandı. B.Bayramov. çırtdaq is. Quru odun, çırpı və s. yanarkən çırt-çırt səslə qalxan qığılcım. Közərən kösövlərdən qopan çırtdaqlar yuxarıya, bacaya doğru sıçradı. Ə.Məmmədxanlı. çırtıq is.\n1. Bir və iki əlin bir neçə barmağını (adətən orta barmaqları baş barmağa) zərblə bir-birinə vurub çırt səsi çıxarma; çırtmıq. Birdən çırtıq və oxumaq səsləri eşidildi. İ.Əfəndiyev. • Çırtıq vurmaq (çalmaq) – bir və ya iki əlin barmaqlarını birbirinə (adətən orta barmağı baş barmağa) vurmaqla səs çıxarmaq. Mərcan bəy acıqlıacıqlı çırtıq vurur. Ü.Hacıbəyov. [Şahmar:] Oğlan oturduğu yerdə çırtıq çalmağa başladı. B.Bayramov.\n2. Bax çırtma1 2-ci mənada. • Çırtıq vurmaq – bax çırtma vurmaq 2-ci mənada (“çırtma1 ”da). ‣ Çırtıq vursan qanı tökülər (çıxar) – bax çırtma vursan qanı tökülər (çıxar) (“çırtma1 ”da). Pullu Məhərrəmin qızı Cavahirin də ki, çırtıq vursan qanı tökülər. “Aşıq Ələsgər”. çırtıldama “Çırtıldamaq”dan f.sif. çırtıldamaq f. Çırt-çırt səs çıxarmaq, çırt eləmək. Yanan yüzlərlə elektrik lampalarının süd kimi işıqlandırdığı yerdə qaynaq şamlarının gözqamaşdırıcı qığılcımları çırtıldayır. M.Əlizadə. çırtıltı is. Quru odun və s. yanarkən və ya quru otu tapdalayarkən çıxan səs, çırtçırt səsi. Ocaq qalanmış, quru ağac budaqlarının çırtıltı ilə yanmasından əmələ gələn alov ocağın ətrafını qızdırırdı. T.Ş.Simurq. Qapıya yaxın qoyulmuş peçdəki çəkil odunlar çırtıltı ilə yanıb səs etsə də, Nərgiz Həsənli telefonla rayona məlumat versə də danışanlara mane olmurdu. Ə.Vəliyev. çırtı-pırtı sif. dan. Boş, mənasız, cəfəng. Çırtı-pırtı söhbət. çırtlaq is. Yanan və ya közərən ocaqdan çıxan parıltılı kiçik hissəciklər; qığılcım. çırtlama “Çırtlamaq”dan f.sif. çırtlamaq f.\n1. Qabığı, bərk şeyi dişlə bərk basaraq parçalamaq; xırdalamaq; sındırmaq. Tum çırtlamaq.\n2. Gül açmağa başlamaq, açılmağa, cücərməyə başlamaq. [Yazgül:] Bizim yerdə bir yazda – gül çırtlayanda, bir də payızda – qoz çatlayanda bərk külək əsir. Ə.Məmmədxanlı. Güllərin üstü qoza ilə doludur, bəzi qozalar artıq çırtlayıb yarılır. (Qəzetlərdən). // Göyərməyə, bitməyə başlamaq. Toxum çırtladı.\n3. məc. Yenicə doğmaq, çıxmaq (Günəş haqqında). Şərq üfüqlərində günəş yenicə çırtlamağa başlayırdı. M.İbrahimov. [Səttar:] Əşi, yuxudan oyanıb gözümüzü açıram, görürəm, gün təzəcə çırtlayır. Ə.Əbülhəsən. çırtma I.\n1. Bax çırtıq 1-ci mənada.\n2. Barmaqlardan birinin (adətən orta barmağın) ucunu baş barmağa dayayaraq zərblə vurma; çırtıq, çırtmıq. • Çırtma vurmaq – barmaqlardan birinin (adətən orta barmağın) ucunu baş barmağa dayayaraq zərblə vurmaq; çırtıq vurmaq. ‣ Çırtma vursan qanı tökülər (çıxar) – çox sağlam, üzü çəhrayı, gümrah adam haqqında. Toyuna hazırlaşan gəlinə isə çırtma vursan qanı tökülər. B.Bayramov.\n\nII. “Çırtmaq”dan f.sif. çırtmaq bax çırtlamaq 3-cü mənada. Araba şəhərdən çıxarkən günəş yenicə çırtır, şərqi bürüyən qırmızılıqdan üfüqlərdəki dağ silsiləsi kimi görünən buludlar əlvan rənglərə boyanırdı. A.Şaiq. çırtmalama “Çırtmalamaq”dan f.sif. çırtmalamaq f. Barmaqla çırtma vurub yoxlamaq. İkisi də küçəni o taya keçib, qarpızsatan bir gənc qıza tərəf yönəldi. Cəfər qarpızları bir-bir çırtmaladı. Çəmənzəminli. çırtmıq 1. Bax çırtıq 1-ci mənada.\n2. Bax çırtma1 2-ci mənada. çiban is. tib. Dərinin tük kisəciyinin və piy vəzisinin irinli iltihabı. çibin is. Milçək. Quş dənə yığılar, çibin şirəyə. (Ata. sözü). çiçə sif. Saf, təmiz, qəşəng (uşaq dilində). çiçək I. is.\n1. bot. Çılpaqtoxumlu və örtülütoxumlu bitkilərin ləçək tacından və erkəkciklə dişicikdən ibarət çoxalma orqanı. Alma ağacı çiçəyi. Yasəmən çiçəyi. Sarı çiçək. – [Dilbərgilin] həyətlərindəki yasəmən, ərik, alça, albalı ağaclarının çiçəkləri ətrafa məstedici bir qoxu saçırdı. Ə.Sadıq.\n2. Çiçəkləri olan bitki; gül. Gözəllər çiçək dərib, tər buxağa düzərlər.. Q.Zakir. Yer üzündə sevdiyim; Çiçəklərdi, çiçəklər. N.Xəzri. ‣ Çiçəyi çırtlamaq – sevinmək, şadlanmaq, sevincək olmaq. Gördüm ki, qızın çiçəyi çırtladı. S.Rəhimov. Bayaqdan bəri qəm dəryasında boğulan Salehin indi elə bil çiçəyi çırtlayırdı. Ə.Vəliyev. Gül gülü çağırır, çiçək çiçəyi – bax gül.\n\nII. is. tib. Dəridə və selikli qişalarda qabarcıqlı səpgi və titrətmə-qızdırma şəklində təzahür edən ağır keçici xəstəlik. [Gülbadamın] uşaqlıqda çiçək mərəzinə mübtəla olmağı üzündən məlum edirdi! N.Nərimanov. Şaban gedəndən iki il sonra beş yaşında oğlu çiçəkdən öldü. Ə.Haqverdiyev. // dan. Həmin xəstəlikdən sonra dəridə və ya qoruyucu peyvəndin yerində qalan çatıqlar, batıqlar; çopur. • Çiçək çıxartmaq – çiçək xəstəliyinə tutulmaq. Çiçək (çiçəyini) döydürmək – çiçək xəstəliyinə qarşı peyvənd etdirmək. Dedim: – Oğlanə çiçək döydürək, övrət dedi: – Yox; Etiqad eyləmədim mən də o dərmanə, çiçək! M.Möcüz. çiçəkaçma is. bot. Çiçəklənmə. Ağacların çiçəkaçma dövrü. çiçəkayaqcığı is. bot. Budağın çiçək olan hissəsi. çiçəkçi is. Çiçək yetişdirməklə məşğul olan adam, çiçəkçilik mütəxəssisi; gülçü. çiçəkçilik is. Bağçılığın bir sahəsi kimi çiçək, bəzək bitkiləri becərib yetişdirmə işi. Heç şübhə yoxdur ki, ildən-ilə genişlənən elmi tədqiqat işləri bir çox bəzək bitkilərini müəyyənləşdirib, bəzək çiçəkçiliyinə daxil edəcəkdir. “Elm və həyat”. çiçəkdan bax güldan. çiçəkdöymə is. Çiçəyə qarşı peyvənd etmə (bax çiçək2 ). çiçəkkorluğu bax daltonizm. çiçəkləmə “Çiçəkləmək”dən f.is. çiçəkləmək f. Çiçək açmaq, çiçəklənmək. Ağaclar çiçəkləmişdi. Meşələr bahar səslərilə dolu idi. İ.Əfəndiyev. çiçəkləndirmə “Çiçəkləndirmək”dən f.is. çiçəkləndirmək f.\n1. Bir yerdə çiçək əkib becərmək. Bağçanı çiçəkləndirmək. // Bir yeri çiçəklərlə bəzəmək.\n2. məc. İnkişaf etdirmək, tərəqqi etdirmək. Mədəniyyəti çiçəkləndirmək. çiçəklənmə “Çiçəklənmək”dən f.is. çiçəklənmək f.\n1. Çiçək açmaq, gül açmaq, çiçəkləmək. Çiçəklənib bar verir sulananda bağ-bağat; Su ilə boz səhrada canlanıb qalxır həyat. N.Rəfibəyli. Bahar çağı Qubada; Çiçəklənir ağaclar. M.Seyidzadə.\n2. məc. İnkişaf etmək, tərəqqi etmək, çiçəkləmək. // məc. Abadlaşmaq, abad olmaq. İnsanın tükənməz əbədiyyəti; Çiçəklənir onun sinirlərində. M.Müşfiq. Zəhmətinlə çiçəklənir; Qara qumlu səhralar. Aşıq Hüseyn.\n3. məc. Həyata keçmək, yerinə yetmək. Bir gün olacaq, ürəkdə qalan arzular çiçəklənəcək. S.Vəliyev. çiçəkli sif. Çiçək açmış, gül açmış: çiçəklənmiş. Bir yanda kəkliklər, ayna bulaqlar; Bir yanda bülbüllər, çiçəkli bağlar. M.Müşfiq. Gəzdim ovçu kimi hər oylağında; Çəmənli, çiçəkli göy yaylağında. Aşıq Şəmşir. // Çiçəkləri olan. Çiçəkli ağac. – Gənc qızlar yüyürüşüb, oğlanın başına .. rəngarəng çiçəkli budaqlardan hörülmüş çələnglər qoydular. M.Rzaquluzadə. çiçəklik is. Çiçək əkilmiş yer, çoxlu çiçək bitən lək, bağça. Xanın evinin qabağı çiçəklik və böyük bağçalıqdı. M.S.Ordubadi. Ellər şərəfinə qurulmuş toy-düyün; Dörd yanın bağçadır – güllük, çiçəklik. N.Rəfibəyli. çiçəkpərəst bax gülpərəst. çiçəksevən 1. Bax çiçəkpərəst.\n2. is. zool. Ağacın çürümüş yerlərində yaşayan cücü. çiçəkyatağı is. bot. Çiçəkayaqcığının yuxarı, enli hissəsi. çiçəkyeyən is. Bitkilərin çiçək və qönçələri ilə qidalanan bəzi böcəklərin adı. çifayda ara s. [fars.] Nə olsun ki, nə xeyri var, təəssüf ki. Sərraf əlində olsan əgər yoxdu qiymətin; Bir ləlsən, çifaidə, yox qədrini bilən. S.Ə.Şirvani. Mərvdən gələn kağızda yazılıb ki, “camaat artıq meyil edirlər, abunə olub məcmuə oxusunlar”, amma, çifayda, bimövqe mətləblər, mane olur! C.Məmmədquluzadə. çil I. is.\n1. Dəridə, əksərən üzdə əmələ gələn qəhvəyi və ya sarımtıl rəngli xırda ləkələr, çillər; ləkə, xal. [Direktorun] üzündə çopura oxşayan çil vardı. Mir Cəlal. Kəramətin çil, dolu çöhrəsi kimi dolğun da səsi vardı. Ə.Əbülhəsən.\n2. Sif. mənasında. Müəyyən rəngdə olan heyvanların, əksərən quşların tükləri içində başqa rəngdə xırda ləkələr, xallar. Çil xoruz. – Bir qış axşamıydı, qapıda soyuq; Qalxdı tar üstünə bizim çil toyuq. S.Vurğun. Çil bildirçinlər .. hərəni öz dilində qarşılayırdılar.. M.Rzaquluzadə.\n3. Parça üzərində, əksərən dairəvi şəkildə olan başqa rəngli xırda xallar. Parçanın çilləri.\n\nII. is. zool. Tetraquşular ailəsindən alabəzək kiçik meşə quşu.\n\nIII. is. bot. Kökümsovlu çoxillik ot bitkisi. çil-çil sif. Çoxlu çili olan, çil basmış, çil. Çil-çil xoruz. Çil-çil toyuq. – Cücələrim bəzəklidir; Bəzəklidir, düzəklidir; Sarı, çilçil hər rənglidir. A.Səhhət. [Səmədin] sevindiyindən üst dodağı ikiqat açılıb, burnunun dibinə çəkilər, ağzından sarı dişləri görünər, sarı, çil-çil üzü gülər(di). B.Talıblı. çilçıraq is. Bir neçə lampadan (keçmişdə şamdan) ibarət asma tavan çırağı, qəndil, lüstr, avizə. Tükəzban qarı çayı-çörəyi gətirib üzərindən göyörtüklü çilçıraq sallanan böyük yemək masasına qoyanda Lalə də özünü səliqəyə salıb gəldi. M.Hüseyn. [Qaçay:] Çünki [Mahmud] belə vaxtlarda lampanı yox, tavandan asılmış iri çilçırağı yandırır. Z.Xəlil. çilçıraqban bax çilçıraqlı 2-ci mənada. Çilçıraqban küçə. çilçıraqlı sif.\n1. Çilçırağı olan. Geniş otaqda çilçıraqlı lampa yanırdı. S.Rəhimov.\n2. İşıqlı, çıraqban. Təkcə çilçıraqlı Bakıya, onun ağuşunda qatarlanmış möhtəşəm binalara bir daha nəzər salmaq kifayətdir. (Qəzetlərdən). çilə is.\n1. Kotanın bıçaq, qoşqu qarmağı və s. bərkidilən uzun tirdən ibarət hissəsi. Yoxlama zamanı kultivatorun çiləsi .. və çərçivəsi üfüqi vəziyyətdə olmalıdır. (Qəzetlərdən).\n2. Böyük dərd, əzab. Mən qürbətdə ölərsəm qəlbinə salma çilə; Söylə, dostlar gömməsin nəşimi torpaqlara. A.İldırım. çiləgən is. Suvağı saxlamaq üçün onun altına vurulan nazik, ensiz taxta. çiləmə “Çiləmək”dən f.sif. çiləmək f.\n1. Sıçrantı halında, damcıdamcı tökmək, səpmək, sıçratmaq. Başına odekolon çiləmək. – Əsgərin gözü Kosanın qayırmış olduğu çalaya sataşdı. Kosa sısqa arx ilə su gətirər, bu çalaya doldurar, buradan da bostanına çilər və ləzzət alardı. S.Rəhimov. [Qız] hisli lampanın neftini bədəninə çiləyib özünü yandırdı. M.Hüseyn.\n2. Az-az, seyrək-seyrək yağmaq, səpələmək (yağış haqqında). Hava çiləyir. – Çiləyir narın-narın ilıq Bakı yağışı; Bizim qəşəng şəhərin birdir payızı, qışı. S.Rüstəm. Artıq gecədən keçmişdi. Arabir yağış çiləyirdi. S.Vəliyev.\n3. məc. Səpələmək. Camaat çayın qırağına gələndə ay yavaş-yavaş özünü göstərdi. Bulanıq suya nə qədər nur çilədisə, onu parıldada bilmədi. Ə.Vəliyev. çilənmə “Çilənmək”dən f.sif. çilənmək f.\n1. Damcı-damcı, sıçrantı halında tökülmək; səpilmək. Bəzən su damcıları yağış halında fəhlələrin üstünə səpələnir, üz-gözlərinə çilənirdi. M.Hüseyn. Yaşar arabir üzünə çilənən (f.sif.) yağışın soyuqluğunu hiss etmirdi. M.Rzaquluzadə.\n2. məc. Səpilmək. Günəş elə bil ki, aşağı endi; Elə bil, daha gur işıq çiləndi. N.Xəzri. Bir yerə buluddan yağış səpələnəndə, o biri yerə günəşdən nur çilənirdi. B.Bayramov. çiləyən (=çiləyici) is. Maye çiləmək üçün cihaz; pulverizator. Kimi əlindəki çiləyiciyə maye tökür, kimi pambıq kollarına dərman çiləyirdi. (Qəzetlərdən). // Sif. mənasında. Çiləyici aparatlar zəhərli maddələri məhlul halında bitkinin üzərinə çiləməkdən ötrüdür. “Çay bitkisi”. çiləyici (=çiləyən) is. Maye çiləmək üçün cihaz; pulverizator. Kimi əlindəki çiləyiciyə maye tökür, kimi pambıq kollarına dərman çiləyirdi. (Qəzetlərdən). // Sif. mənasında. Çiləyici aparatlar zəhərli maddələri məhlul halında bitkinin üzərinə çiləməkdən ötrüdür. “Çay bitkisi”. çilik bax çəlik. Qasım əmi istədi ulağı sürə, amma Molla Cəfər əlindəki çilik ilə ulağın başını öz evinə tərəf qaytarıb yapışdı Qasım kişinin yaxasından ki, gərək bizə gedib, mənə qonaq olasan. C.Məmmədquluzadə. çilik-çilik zərf Parça-parça, tikə-tikə. • Çilik-çilik eləmək (doğramaq) – tikətikə etmək (doğramaq). [Fatma xanım:] Çox artıq danışarsan, durub, hamısını çilik-çilik eylərəm. N.Vəzirov. Çilik-çilik olmaq – tikə-tikə olmaq, sınıq-sınıq olmaq. Bir də xanın yumruğunun zərbindən pəncərə çilikçilik olub, yerə səpildi. Çəmənzəminli. çilikləmə “Çilikləmək”dən f.is. çilikləmək f. Qısa-qısa, çilik kimi doğramaq. çiling I. is. Çilingağac oyununda pəli vurmaq üçün ağac parçası.\n\nII. bax çəlik. çilingağac is. İki dəstə oyunçunun çiliyi və ya topu ağacla vurub müəyyən məsafəyə çatdırmasından ibarət uşaq oyunu. [Uşaqlar] yaşıl bir yastanada çilingağac oynamağa başladılar. Ə.Abasov. çilingər is. Əllə metaldan müxtəlif şeylər qayıran, quraşdıran və ya təmir edən usta. Avtomobil çilingəri. – Çıxmışdılar yarışa qayışlar, təkərlər; Çıxmışdılar yarışa mədənçi, çilingər. M.Müşfiq. Dəmiryol deposunda çilingər şagirdi olan Yunis küləkli bir axşamda yoldaşlarını götürüb, “polad quşa” baxmağa getdi. Mir Cəlal. çilingərxana is. Çilingər emalatxanası. Çilingərxanaların yanında təzə silah bazarı düzəlmişdi. Mir Cəlal. çilingərlik is. Çilingərin sənəti, işi, ixtisası. Yazsam çilingərin iş, hünərindən; Sanki çilingərlik sənətim də var. S.Vurğun. [Əjdər:] Mən kitabpaylayana dedim: – Sənətim çilingərlikdir.. S.Rəhman. çillə is.\n1. Doğuşdan, toydan və ya ölümdən keçən qırxgünlük müddət.\n2. Qışın böyük və kiçik çillədən ibarət ilk iki ayı (60 gün). [Mirzə Qoşunəli:] İndi kimə demək olar ki, sən qışın çilləsində, gecə yarısı get, çıx minarənin başına, oradan azan ver? Ə.Haqverdiyev. Qışın çilləsində isti sobanın, közərən buxarının qırağında oturan adam qızmar günləri fikrinə gətirib, damcılı bulağı xatırlayırdı. S.Rəhimov. • Böyük çillə – qışın ilk 40 günü. Qışın böyük çilləsində qəzadan hava çox xoşdur. N.Vəzirov. Kiçik çillə – qışın böyük çillədən sonra gələn 20 günü. Kiçik çillənin çıxmağına on gün qalırdı. C.Məmmədquluzadə. çilli bax çil-çil. Çilli qız. Çilli toyuq. çilov is. Lobya, mərci, əriştə və düyüdən bişirilmiş aş, plov. Aşpaz çilovu verir. Molla yeyib görür ki, doymadı. “M.N.lətif.”. çilovpəz (=çilovçu) is. Keçmişdə: çilov bişirib satmaqla məşğul olan adam, aşpaz. [Molla Nəsrəddin] bir az fikirləşəndən sonra dümdüz gedib girir çilovçu dükanına ki: – Bir çilov ver. “M.N.lətif.”. [Ağa Mərdan:] Ağa Kərim, bizim nökərlərdən birisini göndər, bazardan, çilovpəzdən dörd nəfər üçün dörd dümərdi boşqabda, yanınca qəndabı, çilov gətirsin. M.F.Axundzadə. çilovçu (=çilovpəz) is. Keçmişdə: çilov bişirib satmaqla məşğul olan adam, aşpaz. [Molla Nəsrəddin] bir az fikirləşəndən sonra dümdüz gedib girir çilovçu dükanına ki: – Bir çilov ver. “M.N.lətif.”. [Ağa Mərdan:] Ağa Kərim, bizim nökərlərdən birisini göndər, bazardan, çilovpəzdən dörd nəfər üçün dörd dümərdi boşqabda, yanınca qəndabı, çilov gətirsin. M.F.Axundzadə. çilsifət (=çilsifətli) sif. Üzündə çil olan; üzü çil-çil. Çilsifət tibb bacısı elə .. güldü ki, dəhlizə səs saldı. B.Bayramov. çilsifətli (=çilsifət) sif. Üzündə çil olan; üzü çil-çil. Çilsifət tibb bacısı elə .. güldü ki, dəhlizə səs saldı. B.Bayramov. çim I. is.\n1. Torpağın, kökləri bir-birinə sarışmış sıx ot bitkiləri bitmiş üst qatı, təbəqəsi. // Həmin qatdan kəsilmiş hissə. Uşaqlardan birisi yamacda çim kəsər, qalanları çimləri çılpaq kürəklərinə qalaq-qalaq yığıb sahilə daşıyar, çayın qolunun suyunu o biri tərəfə döndərərdilər. İ.Hüseynov.\n2. Üzəri cığ və s. su bitkiləri ilə örtülmüş lehməli su qatı. [Konsul] çim altından baxan qurbağa kimi iri, domba gözlərini qarovulçuya zilləmişdi. P.Makulu.\n\nII. əd. dan.\n1. Xalis, qatışığı olmayan və ya çox az olan. Qərənfil xala Camal əmiyə dörd iri fətir uzadaraq: – Bunları tək-tək qoy, çünki çim süddə yoğurmuşam, kiflənə bilər. Ə.Vəliyev.\n2. Başdan-başa, büsbütün. Xörək çim yağdır. Bu, ət deyil, çim piydir. – Dəyirmançı baxdı, gördü, bu bir qızdı Allah-taala xoş gündə, xoş saatda yaradıb. Özü də çim qızılın içində. (Nağıl). [Nəcəf və Əliqulu] evə qayıtdıqları zaman hər ikisi çim su içində idi. Q.İlkin. çimçişmə “Çimçişmək”dən f.sif. çimçişmək f.\n1. İyrənmək, ürəyi götürməmək, ikrah etmək. Çox yağlı ətdən adam çimçişir. – Həkim yazdığı dərmanı anama çətinliklə içirirdim. Çimçişirdi... Ürəyi götürmürdü. Mir Cəlal. [Sirat] lakin qızın çirkinliyini, artıq qarımağa başladığını xatırlayaraq, çimçişib üz-gözünü qırışdırırdı. Ə.Əbülhəsən.\n2. Diksinmək, səksənmək. [Yusif] birdən çimçişib xəyaldan ayrıldı. B.Bayramov. çimdik is. İki barmağın ucu ilə birinin ətini tutaraq sıxma; burub çimdikləmə. [Uşaq] evə getməyə cürət etmədi, atasının yumruğundan və anasının çimdiyindən qorxdu. Çəmənzəminli. • Çimdik götürmək (almaq) – çimdikləmək. Molla heç bir söz deməyib, Teymura yaxınlaşır. Onun böyründən möhkəm bir çimdik götürür. “M.N.lətif”. Bir çimdik – iki və ya üç barmaqla götürülə bilən miqdar; azacıq. [Tələbə] yumurta boyda bir qırmızı pomidoru yarı bölüb, üstünə bir çimdik duz səpdi. Qantəmir. [Ana:] Srağagün də aləmi gəzdim, bir çimdik çay tapa bilmədim. S.Rəhman. çimdikləmə “Çimdikləmək”dən f.is. çimdikləmək f. İki barmağın ucu ilə birinin ətini tutub sıxmaq, incitmək, çimdik götürmək, çimdik almaq. [Güləndam:] Ay mürtəd oğlu mürtəd, adamı da elə çimdiklərlərmi? N.Vəzirov. Telli arvad birdən yaxınlaşıb, Pərşanın qolundan çimdiklədi.. M.İbrahimov. çimdikləşmə “Çimdikləşmək”dən f.sif. çimdikləşmək qarş. Bir-birini çimdikləmək. çimdirmə “Çimdirmək”dən f.is. çimdirmək f. Su, sabun və s. ilə bədənini yumaq; yuyundurmaq, çimizdirmək. Uşaqları çox vaxt burada [suaxanda] çimdirib yuyundurardılar. H.Sarabski. [Qız] mətbəxdə su qoydu və anası gələnədək qardaşını çimdirib, başını, bədənini yudu. H.Seyidbəyli. çimərlik is. Sututarı sahilində çimənlər üçün ayrılmış yer, plyaj. Çimərlikdə adamların istirahəti üçün hər cür şərait yaradılmışdır. (Qəzetlərdən). çimir çimir etmək (almaq) – azca yatmaq, yuxulamaq, yuxusunu almaq, mürgüləmək, mürgü döymək. Öz-özümə dedim ki, onsuz yaşamaq nədir? Qaçdı gözümdən yuxu, ala bilmədim çimir. S.Rüstəm. [Veys:] İndi də, Əziz kişi, bir az işə sən bax, mən çimir eləyim, sonra durub istədiyiniz qədər sizə iş görüm. Ə.Əbülhəsən. çimişmə “Çimişmək”dən f.sif. çimişmək qarş. Hamı bir yerdə çimmək. Soruşacaqsınız ki, .. uşaqlar şirin çimişdikləri yerdə niyə sudan çıxdılar, niyə Musa dayının səfəri ilə maraqlandılar? Mir Cəlal. çimizdirmə “Çimizdirmək”dən f.sif. çimizdirmək bax çimdirmək. [Qəhrəman] bəzən suyun ilıq olduğunu görərək, uşağı çayın nisbətən dərin və dalda bir yerində çimizdirirdi. S.Rəhimov. Miyançızadə əvvəlcə Nuriyevin uşaqlarını çimizdirdi, sonra kamali-səliqə ilə Nuriyevə kisə çəkdi və yuyundurdu. Ə.Vəliyev. çimkirmə “Çimkirmək”dən f.sif. çimkirmək bax. çımxırmaq. Mən qırmızı fəs deyiləm, bu başdan o başa qoyulam, ay Müqim! – deyə Zərintac xanım çimkirdi. S.Rəhimov. çimləmə “Çimləmək”dən f.sif. çimləmək f. Çimlə örtmək (bax çim1 ). çimli sif. Çimi olan, çim basmış, çimlə örtülmüş (bax çim1 ). Çimli gölməçə. Çimli nohur. çimmə “Çimmək”dən f.sif. çimmək f. Yuyunmaq. Vannada çimmək. – [Məşədi İbad:] Kişinin hamamında iki saatdır ki, müftə çimibsiniz, hələ bir durub cəncəl də salırsınız? Ü.Hacıbəyov. // Sərinlənmək, yuyunmaq və b. məqsədlə suya girmək. Çayda çimmək. – Dənizdə bir qız çimdi; Saçı qara, özü gözəl. N.Rəfibəyli. // Obrazlı təşbehlərdə. Şam meşələri dalından yenicə çıxmış Ay sarı saçlarını Qara dənizin mavi sularına töküb çimirdi. M.S.Ordubadi. Ay çimirdi sularda, hava sakit, hava xay; Nədənsə lal axırdı Amudərya – dəli çay. S.Rüstəm. çin I. is. Taxıl, ot və s. biçmək üçün qısadəstəli, dişli, yarımdairəvi kənd təsərrüfatı aləti; dişli oraq. Çinlə ot biçmək. – Şuma vacibdi çünki beş cüt kəl; Biçinə çin gərəkdir, xırmana vəl. S.Ə.Şirvani. Götürüb kəndlilər hərə bir çin; Başlanıbdır taxıllar içrə biçin. A.Səhhət.\n\nII. is. dan. Dəfə, kərə. [Zeynal:] Məni dünya tanıyır. Sözü bir çin söyləyərəm. C.Cabbarlı.\n\nIII. is. dan. Təbəqə, qat, lay. // Qalaq, yığın. Dədə, mən də ocağın gözünə odun gətirmişəm – deyə üstəlik olaraq Həzi də çindən odun gətirir. S.Rəhimov. // Sıra. Ləməyə iki çin əlvan zərli çini kasa və boşqab düzülərdi. H.Sarabski.\n\nIV. zərf dan. Düz, doğru, düzgün. • Çin çıxmaq – doğru olmaq, düzgün olmaq, düz çıxmaq. Səlimnaz arvad yuxusunun çin çıxdığını görüb hönkürdü. M.Hüseyn.\n\nV. [rus.] Rütbə, vəzifə, xidmət dərəcəsi. [Xortdan:] Əvvələn, oğlun həştad min tümən pul verib, bir yaranallıq çini aldı. Ə.Haqverdiyev. // dan. Poqon. • Çini düşmək zar. kin. – vəzifədən düşmək, hörmətdən düşmək, daha sayılmamaq. çinar is. bot. Yaşıl-boz rəngli qabığı və enli pəncəvari yarpaqları olan iri, hündür ağac. Dörd yanında bitib söyüdlə çinar; Üzər ol göldə qazlar, ördəklər. A.Səhhət. Ucaqamətli Nabat qoca çinarın kölgəsində durub Şəkərəlini gözləyirdi. T.Ş.Simurq. çinarlıq is. Çoxlu çinar ağacı bitmiş yer. Çinarlıqda yalnız başıma gəzdim; Bu halda incə bir inilti sezdim. H.Cavid. çinbəçin zərf Çin-çin, qat-qat, sıra ilə, səliqə ilə. Kitabları çinbəçin düzmək. – Qıvrım-qıvrım, həlqə-həlqə, çinbəçin; On dörd zülfün gördüm bel kənarında. “Qurbani”. çincə sif. və zərf Çin dilində. Çincərusca lüğət. Çincə danışmaq. çin-çin sif. və zərf Qat-qat, təbəqə-təbəqə, lay-lay, üst-üstə. Çin-çin yığılmış odun. – Taxçalarda xırda mücrülərin üstündən əlvan, çin-çin ipək boğçalar qoyulardı. H.Sarabski. Kəpəzdən yüksələn çin-çin buludlar; Əriyib yamaca sığınır hərdən. N.Xəzri. çinədan is. [fars.] Quşlarda, həşəratlarda və molyusklarda qidanın toplanması üçün qida borusunun yoğun hissəsi. [Qızılquş] öz balalarını ilk vaxtlarda çinədanında yumşaltdığı ətlə, sonralar kiçik quşlarla yemləyir. “Zoologiya”. ‣ Çinədanı dolu olmaq – deməyə çox sözü olmaq, ürəyi sözlə dolu olmaq. Çinədanına yığmaq – eşitdiyi söhbəti yadında saxlamaq. Şəmsi qulağını şəkləyib, deyilənləri bir-bir çinədanına yığırdı. M.Süleymanov. Çinədanını boşaltmaq – ürəyindəki sözü demək, danışmaq. [Fəridə Fərəcə:] Yox, sən də çinədanını boşalt. Ə.Məmmədxanlı. çini is. [coğr. addan] Müxtəlif məmulat istehsal etmək üçün istifadə olunan əla gildən hazırlanmış süni mineral kütlə. // Həmin kütlədən hazırlanmış. Çini boşqab. – Qasid gəldi haf kimi; İncəlmişdi sap kimi; Gözlə, yarın qəlbini; Qırma çini qab kimi. (Bayatı). Çalsaqqal kişi bir çini qab su gətirdi.. Mir Cəlal. [Həmzə] ağ, böyük çini abajurlu otuzluq lampanı nəzərdən keçirib qeyzlə dedi.. Ə.Əbülhəsən. çinləmə I. “Çinləmək1 ”dən f.is.\n\nII. “Çinləmək2 ”dən f.is. çinləmək I. f. Çinlə biçmək. Otu çinləmək.\n\nII. f. Çin-çin düzmək, səliqə ilə lay-lay yığmaq, qalamaq, qalaqlamaq. Pulu ancaq yaraşır çinləyəsən sənduqə; Nə ki, xərc eyləyəsən millətə, dindaşa, ətə. M.Ə.Sabir. Qərənfil xala odunu eyvanın bucağına çinlədi. Ə.Vəliyev. çinlənmə I. “Çinlənmək1 ”dən f.sif.\n\nII. “Çinlənmək2 ”dən f.sif. çinlənmək I. məch. Çinlə biçilmək. Zəmi çinləndi.\n\nII. məch. Çin-çin düzülmək, bir-birinin üstünə yığılmaq; qalanmaq. Dərənin içinə basdırılacaq payalar bir tərəfə çinlənir, qum ələnir, əhəng, torpaq bir qırağa təllənirdi. Ə.Vəliyev. çinli is. Çin Xalq Respublikasının əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Puan Qay çinliləri ayıq salır, onlara edilən zülmü öz oyunları ilə nümayiş etdirir. S.S.Axundov. çinuvnik [rus.]\n1. İnqilabdan əvvəlki Rusiyada: dövlət xidmətçisi, məmur. Polis çinovniki. Məhkəmə çinovniki. – Belə söyləyənlər də vardı ki, bir çox çinovniklər qaçaqlarla əlbir idilər, ola bilsin ki, belə də olaydı, çünki çar hökumətinə hər nə desən yaraşardı. E.Sultanov. [Maarif nazirliyinin] fikir və xəyalı soldatlar kimi naçalniklərin, rəislərin hökmünə tabe və əmrinə müti çinovniklər hasilə gətirmək olubdur. F.Köçərli.\n2. dan. İşin həllində canlı iştirak etməyərək, vəzifəsini ancaq formal yerinə yetirən vəzifəli şəxs haqqında. çinşünas is. Çinşünaslıq mütəxəssisi; sinoloq. çinşünaslıq is. Çin dili, ədəbiyyatı, tarixi və mədəniyyətini öyrənən elmlərin məcmusu; sinologiya. çiriş I. is. bot. Zanbaq fəsiləsinə mənsub yabanı bəzək və tərəvəz bitkisi. Azərbaycanın bir çox rayonlarında yerli əhali çirişdən tərəvəz kimi istifadə edir. “Elm və həyat”.\n\nII. is. Pinəçi yapışqanı. çirk is. [fars.]\n1. Natəmizlikdən, vaxtlıvaxtında yuyulmamaqdan bədəndə, paltarda və s.-də əmələ gələn xoşagəlməz ləkə qatı; kir. Paltarın çirkini yumaq. – Armud ağacının dibində palaz salınıb və üstündə çirkdən qaralmış samovar qaynayırdı. Çəmənzəminli. // sif. Çirkli, çirki olan, kirli. Çirk köynək. Çirk yaylıq.\n2. Bax irin. Yaranın çirki. • Çirk eləmək – irinləmək. Yara çirk elədi. çirkab is. [fars.] Çirk sular, natəmiz sular. Bütün çirkab və zibillər bu göllərə töküldüyü üçün yayda üfunətdən və ditdili əlindən qəsəbə əhalisi zinhara gəlirdi. Ə.Vəliyev. çirkətab sif. Tündrəngli olduğu üçün çirki görünməyən, tez çirklənməyən, çirkə davamlı (paltar, parça və s. haqqında). Çirkətab parça. çirkgötürən sif. Rəngi açıq olduğu üçün tez çirklənən (parça və s. haqqında). Çirkgötürən parça. çirkgötürməyən bax çirkətab. çirkin sif. l. Gözəl olmayan, gözə, qulağa xoş gəlməyən: kifir, eybəcər, bədləkər. Çirkin üz. Çirkin səs. – [Məşədi İbad:] İnsanın zahiri nə qədər çirkin olsa, batini bir o qədər gözəl olar. Ü.Hacıbəyov. [Məşədi Fatma ərinə:] Sən yaxşı bilirsən ki, böyük qız çirkin olub, evdə qalıb, o, elə bədbəxt olub, .. bu da belə bədbəxt olsun?! Çəmənzəminli.\n2. Çirk, çirkli, kirli, natəmiz. Çirkin otaq. Çirkin yorğan-döşək.\n3. məc. Yaramaz, ləyaqətsiz, xoşagəlməz, pis. Çirkin iş. – [Zabit:] O çirkin hərəkətim yadıma düşəndə indi də tüklərim başımda biz-biz olur.. E.Sultanov. Çirkin əməllərin özü gizləyir; Söz tutmur dodağı, məni pisləyir. Aşıq Hüseyn. çirkinləşmə “Çirkinləşmək”dən f.is. çirkinləşmək f. Gözəlliyini itirmək, kifirləşmək, eybəcərləşmək, çirkin şəklə düşmək. Elə bir vaxt oldu ki, qız solmağa, çirkinləşməyə üz qoydu. M.Hüseyn. çirkinlik is.\n1. Kifirlik, eybəcərlik; çirkin adamın, şeyin və s.-nin halı. [Sevda:] Çirkinliyim etdirməsin ikrah; Könlüm səni öpmək dilər.. H.Cavid. Hacı Tağı Allahqulunu şirnikdirmək üçün ərə getmək vaxtı çoxdan keçmiş, çirkinlikdə özünə oxşayan təkcə qızını da [nökərə] verməyi vəd etmişdi. Ə.Əbülhəsən.\n2. məc. Yaramazlıq, alçaqlıq, pislik, rəzillik. [Xosrov:] Nə üçün bu bədbəxt məmləkətdə olan bütün çirkinlikləri mənə göstərdin? A.Şaiq. [Qaraş] inanırdı ki, ata haqqında pis düşünmək ən böyük xəyanət və çirkinlikdir. M.İbrahimov. çirkləndirici sif. Çirk edən, xarab edən, kirləndirən, korlayan. Maşınlar çirkləndirici qazlar buraxır. – Son illər sənayenin coşqun inkişafı ilə əlaqədar olaraq havaya buraxılan çirkləndirici maddələr atmosferin .. dəyişməsinə səbəb olmuşdur. (Qəzetlərdən). çirkləndirmə “Çirkləndirmək”dən f.sif. çirkləndirmək f. Çirk etmək, kirləndirmək. [Hafizə xanım:] Tut bu paltarları, saxla, çirkləndirməyəsən. Ə.Haqverdiyev. çirklənmə “Çirklənmək”dən f.sif. çirklənmək f. Çirk olmaq, çirkli olmaq, kirlənmək. Bunlar əmmamələrini dəsmala büküb qoymuşdular başlarına ki, çirklənməsin və tozlanmasın. Ə.Haqverdiyev. Adətən üst-başı dəmir pası və yağdan çirklənmiş (f.sif.), paltarları yamaqlı olan fəhlələr yavaş-yavaş işə başlayır(lar).. M.İbrahimov. çirkli sif. Təmiz olmayan, çirki olan; kirli. [Fərhad:] Bu gələn kişilərin tozlu, çirkli ayaqları çox adamın ürəyindən təmizdir. Ə.Haqverdiyev. [Nənəxanım] bir də geri qayıtdı, əsnəyə-əsnəyə dalına bir çirkli və cırıq yorğan salıb oturdu. Çəmənzəminli. çirkli-paslı sif. Üz-gözünü, üstbaşını çirk basmış; pinti, səliqəsiz. çirk-pas (=çirk-pasaq) top. dan. Çirk, kir. [Kərbəlayı Nəsir:] Əşi, insaf ilə danışaq, tozun-torpağın içində işləyirsən, çirkəpasağa batırsan, bəs sonra harda gəlib təmiz olursan? Ü.Hacıbəyov. çirk-pasaq (=çirk-pas) top. dan. Çirk, kir. [Kərbəlayı Nəsir:] Əşi, insaf ilə danışaq, tozun-torpağın içində işləyirsən, çirkəpasağa batırsan, bəs sonra harda gəlib təmiz olursan? Ü.Hacıbəyov. çirtmək bax çırtıq 1-ci mənada. çis is.\n1. Duman şəklində yağış; kiçicik yağış damcısı.\n2. Tutqun hava. çisək bax çiskin. çisələmə “Çisələmək”dən f.sif. Lal, çisələmə yağışın ardı-arası kəsilmədi. İ.Hüseynov. çisələmək bax çiskinləmək. Gündüz hava tutqun olmuş, indi isə çisələyirdi. Ə.Vəliyev. Yağış çisələyər şəhərə, kəndə; Döyər zirvəsini dolu dağların. B.Vahabzadə. çiskin is. Tutqun havada narın yağış: çisək. Yağış get-gedə yavaşıyıb, çiskinə çevrildi. İ.Əfəndiyev. Qaranlıq idi, çiskin yağış yağırdı.. S.Rəhman. // Sif. mənasında. Çiskin hava. çiskinləmə “Çiskinləmək”dən f.is. çiskinləmək f. Tutqun havada narın yağış yağmaq; çisələmək. Bərk duman olduğu üçün çiskinləyirdi. Ə.Vəliyev. çiskinli sif. Çiskin. Payızın çiskinli, dumanlı günü az-az ayazıyırdı. S.Rəhimov. Bu gün xoş, günəşli, laləzar olan hava sabah buludlu, küləkli, çiskinli bir hal alır. M.Rzaquluzadə. çit is. Basma güllü və ya saya yüngül pambıq parça. Gülnaz ucuzqiymətli çitdən sadə paltar geyirdi. T.Ş.Simurq. [Gülçöhrə:] Bu cür çitin arşınını biz həmişə səkkiz qəpikdən alırıq. Ü.Hacıbəyov. // sif. Həmin parçadan tikilmiş. Çit köynək. – Bir il bundan əvvəl kəndlərində yoldaşlarının çit libasına həsrət aparan Gülpəri indi ipək paltarda, üst-başı qızıl və cavahirat ilə bəzənmiş kəndlərinə qayıdacaqdı. S.S.Axundov. Qaratel sadə çit don geyib, başına ağ krepdeşin örpək örtmüşdü. Ə.Əbülhəsən. çitək is. Yamaq. çitəmə (=çitələmə) “Çitə(lə)mək”dən f.sif. çitələmə (=çitəmə) “Çitə(lə)mək”dən f.sif. çitəmək (=çitələmək) f. Deşiyi, yırtığı calayıb tikmək; yamamaq. çitələmək (=çitəmək) f. Deşiyi, yırtığı calayıb tikmək; yamamaq. çiv (=çivi) is. Hər hansı qurğuda, mexanizmdə, maşında və s.-də hissələri bir-birinə birləşdirən detal; dilçək, şpon. Aparan çarxların topu ilə yarımoxlar konus səthi üzərində olan çivi və ya flans vasitəsilə birbirinə birləşdirilir. Ə.Əlizadə. çivi (=çiv) is. Hər hansı qurğuda, mexanizmdə, maşında və s.-də hissələri bir-birinə birləşdirən detal; dilçək, şpon. Aparan çarxların topu ilə yarımoxlar konus səthi üzərində olan çivi və ya flans vasitəsilə birbirinə birləşdirilir. Ə.Əlizadə. çivləmə “Çivləmək”dən f.sif. çivləmək f. xüs. Çivlə bir-birinə bənd etmək, bağlamaq. çivzə is. Sızanaq. çivzəli sif. Çivzə (sızanaq) basmış; sızanaqlı. çiy sif.\n1. Bişməmiş, bişirilməmiş, qaynadılmamış. Çiy ət. Çiy süd. Çiy su. • Çiy kərpic – palçıqdan tutulmuş, bişirilməmiş, xam kərpic. Bina çiy kərpicdən tikilmiş və ağardılmışdı. M.İbrahimov. // Yaxşı bişməmiş, yarıbişmiş, ala-bişmiş. Xörəyin əti çiydir.\n2. məc. Tutqun, açılışmamış, kal. Növbətçi qadın mürgüdən hövlnak ayıldığını göstərən tutqun və çiy bir səslə cavab verdi. M.Hüseyn.\n3. məc. Yersiz, münasibətsiz. Çiy söz.\n4. məc. Yetişməmiş. çiyan is. zool. Çoxayaqlılar sinfindən kiçik, zəhərli heyvan; skolopendra. çiyələk is. bot. Ağ çiçəkləri, çəhrayıqırmızı rəngli ətirli meyvəsi olan çoxillik ot bitkisi və bu bitkinin meyvəsi. Fərman yoldaşları ilə meşəyə çiyələk yığmağa gedər, çəmənlərdə oynar, dağlara dırmaşardı. Ə.Sadıq. çiyid is. Pambıq toxumu. [Həyat:] Çiyidin necə təmizlənib hazırlandığını .. yoxlayırıq. M.İbrahimov. [Xanpəri] istəyirdi ki, bütün işləri özü görsün, bütün çiyidi özü səpsin. Ə.Vəliyev. çiyidsəpən sif. k.t. Çiyid səpməyə məxsus. Traktora qoşulmuş çiyidsəpən maşın dünəndən sahədə idi. Ə.Vəliyev. Mexanizatorlar az vaxtda altı ağır malanı, beş çiyidsəpən maşını, beş traktoru təmir edib saz hala salmışlar. // İs. mənasında. Çiyidsəpən maşın. Çiyidsəpəni təmir etmək. Yeni markalı çiyidsəpən. çiyin is. Bədənin boyundan qollara qədər olan hissəsi. Ağır bir sükutun qəsəbədə hökm sürdüyünü görən Leylək çiynindəki beşaçılan tüfəngini hərləyib əlinə aldı.. S.Rəhimov. Bir daha xarabalığı gözdən keçirdikdən sonra qocaya tərəf dönüb, əlini onun çiyninə qoydu. Ə.Məmmədxanlı. // Geyimin haman yeri örtən hissəsi. Paltonun çiyni. – [Uşağın] gözünün yaşı pencəyimin çiynini islatmışdı.. M.S.Ordubadi. • Çiyninə aşırmaq – qaldırıb çiyninə qoymaq. Tapdıq xurcunu götürüb çiyninə aşırdı. Ə.Vəliyev. ‣ Çiynindən (çiyinlərindən) ağır yük götürülmək – bax çiynindən (çiyinlərindən) dağ götürülmək. Çiynindən (çiyinlərindən) dağ götürülmək – üzərindən ağır yük götürülmək, ağır, məsuliyyətli bir işdən azad olmaq. Birdən mən [qadını] tanıyarkən elə bil çiynimdən ağır bir dağ götürüldü. Ə.Məmmədxanlı. Çiyninə (çiyinlərinə) düşmək – üzərinə, öhdəsinə düşmək, görməli olmaq. Çiynini (çiyinlərini) atmaq (çəkmək) – narazılığını və ya bir işdən xəbəri olmadığını bildirmək əlaməti olaraq çiyinlərini tərpətmək. Seyran çiyinlərini atdı: – Bilmirəm, – dedi. Q.İlkin. Frosya çiyinlərini çəkib, dodaqlarını büzdü. H.Seyidbəyli. çiyinbəçiyin bax çiyin-çiyinə. Çiyinbəçiyin işləmək. çiyin-çiyinə zərf\n1. Birgə, birlikdə, bir yerdə.\n2. Yan-yana, yanakı. Ədəblə dayanıb çiyin-çiyinə; Heç biri gətirməz bir söz dilinə. Şəhriyar. çiyinlik is. Paltarın altından çiyinə qoyulan balışcıq. Çiyinləri çox ensiz olan qadınlar çiyinlik qoymaqla çiyin xəttini süni surətdə uzada bilərlər. “Az. qad.”. çiynidüşük sif.\n1. Çiyinləri və ya bir çiyni aşağı olan, sallaq çiyinli.\n2. məc. Maymaq, ağzıaçıq. çiyrəndirmə “Çiyrəndirmək”dən f.sif. çiyrəndirmək f. Ürəyini vurmaq, iyrəndirmək, bıqdırmaq, ikrahlandırmaq, ikrah hissi oyatmaq. çiyrənmə “Çiyrənmək”dən f.sif. çiyrənmək f. Bir işi çox görməkdən, yaxud bir şeyi çox yeməkdən təngə gəlmək, ikrahlanmaq, iyrənmək, ürəyini vurmaq. Çox vaxt adam yağlı plovdan çiyrənər, iştahası soğan-çörək yemək çəkər. S.Hüseyn. [Çəpəl:] [Qıssa] ağ əppəyi yaxın qoymur ki, çiyrənmişəm, iyrənirəm. Mir Cəlal. çizginmək f. bax çimçişmək. çoban is. [fars.] Qoyun-keçi sürüsünü otaran adam. Sürü-sürü qoyunları çoban yamacda otladar; Alar ələ papağını, oxur şikəstə, fit çalar. A.Səhhət. Çobanlar bəzən qucaqlarındakı əkiz quzunu soyuqdan qorumaq üçün ərklə Səfər kişinin mənzilinə gətirirlər. Mir Cəlal. ‣ Çoban qoyunu qırxan kimi qırxmaq – var-yoxunu əlindən almaq. çobanaldadan is. zool. Uçarkən teztez yerə qonan bozrəngli, uzunquyruqlu quş; çobanquşu. çobanaşı is. Azərbaycanın müxtəlif yerlərində müxtəlif şəkildə suda və ya süddə bişirilən aş. Qurban .. obalara gedib süd almalı və ağalar üçün çobanaşı bişirməli idi. T.Ş.Simurq. çobanbayatı (=çobanbayatısı) is. mus. Tütəkdə çalınan xalq havalarından birinin adı. Şikəstəm, segahım, çobanbayatım; Bir şərbət dadıyır ağızda, dildə. S.Vurğun. çobanbayatısı (=çobanbayatı) is. mus. Tütəkdə çalınan xalq havalarından birinin adı. Şikəstəm, segahım, çobanbayatım; Bir şərbət dadıyır ağızda, dildə. S.Vurğun. çobanbozartması is. Ətdən bişirilən bozartma növü. çobançiçəyi is. bot. Hündürlüyü bir metrə qədər olan çoxillik ot bitkisi. çoban-çoluq top. Keçmişdə: yuxarı təbəqədən olanların aşağı təbəqəyə mənsub olanlara verdikləri təhqiramiz ad. Çobançoluq oğlu bəy ilə bahəm olubdur; hamını bəyənməz. M.Ə.Sabir. [Xan:] Çoban-çoluq yardımı mənə gərəkməz! M.Rzaquluzadə. çobanəppəyi is. bot. Yabanı halda bitən, kəklikotuna oxşar yeyilən ot bitkisi. çobanı is. Əldə çomaqla oynanılan cəld rəqs; çobanlar rəqsi. [Dostlar] çobanı oynayırlar. (Qəzetlərdən). // Həmin rəqsin musiqisi. Çobanı çalmaq. // Çobanbayatısı. çobaniti is. Sürünü qorumaq üçün saxlanılan iri, güclü it cinsi. Boz çobanitiləri yüyürüb furqonun dal-qabağında hoppanır, hürüşürdülər. Mir Cəlal. çobanquşu bax çobanaldadan. Üç addımlıqdan vəhşi bir çobanquşu qalxdı. H.Nəzərli. çobanlıq is. Çobanın işi, peşəsi. Səksən yaşına kimi dağda-aranda çobanlıq eləyib, ağlı-qaralı buludlarla qol-boyun yatan .. Əmiraslan baba .. söhbət edirdi. S.Rəhimov. çobantoxmağı is. bot. Çoxlu saçaqlı kökləri olan çoxillik ot bitkisi. Çobantoxmağı .. gövdəsi 60 sm-ə qədər hündürlüyündə, seyrək çim əmələ gətirən çoxillik bitkidir. Kökümsovu qalındır, qısadır, sürünəndir, üzərində külli miqdarda nazik saçaqlı köklər əmələ gəlir. H.Qədirov. çobantoppuzu is. bot. Əsasən yabanı halda bitən, bəzən də yem bitkisi kimi əkilib-becərilən çoxillik ot bitkisi. Otlağın dincə qoyulduğu ikinci ildə yapışqan yonca, çobantoppuzu, ala-bəzək dəlicəotu, alçaqboylu çilot kimi qiymətli yem bitkilərində çiçək zoğlarının miqdarı 10-18 dəfə artır. (Qəzetlərdən). çobantütəyi is. mus. Tütəyin ən sadə növü. [Fəsli oğlan:] ..Çobantütəyindən yapışanları musiqişünas hesab etmirəm! M.İbrahimov. çobanulduzu is. Venera (Zöhrə) planetinin xalq arasında işlənən adı. [Şərəf:] Çobanulduzunumu deyirsən, ay bala? [Salman:] Onu deyirəm. Ə.Haqverdiyev. çobanyastığı is. bot. Mürəkkəbçiçəklilər fəsiləsindən xırda sarı çiçəklər açan birillik ot bitkisi. Məğrur lalə, xumar nərgiz, həsrət bənövşə, çobanyastığı və başqa çiçəklər səhər nəsiminin ahəngilə yırğalanır.. (Qəzetlərdən). çocuq is. Uşaq. Ey dərbədər gəzib ürəyi qan olan çocuq! Bir loğma nan üçün gözü giryan olan çocuq! M.Ə.Sabir. Məktəb çocuqları yenə də yaxınlaşıb Əsədi əhatə etdilər. B.Talıblı. çocuqluq is. Uşaqlıq. [Sitarənin] zahir və batinində çocuqluq əsərləri məhv olub gedirdi. Çəmənzəminli. Bu sonuncu kəlmələr qaraüzlü həbəşə çocuqluq dastanını xatırladırdı. H.Nəzərli. çodar is. Keçmişdə: mal-qara alveri ilə məşğul olan adam. [Koroğlu dedi:] Çodaram, qoyun almaq istəyirəm. “Koroğlu”. Cəlil ağa cavab verdi ki, çodardır, şəhərə mal gətirib, sabahı gözləyir.. İ.Musabəyov. çodarlıq is. köhn. Çodarın peşəsi, işi. çox sif. və zərf\n1. Sayca az olmayan; miqdarı artıq olan (az ziddi). İclasda çox adam iştirak edirdi. – [Sultan bəy:] ..Yaşım çoxdur, pulum da azdır. Ü.Hacıbəyov. • Çox az – lap az, olduqca az, cüzi. Çox az pul. Çox az vaxt qalıb. // Az sürməyən, uzun müddət davam edən, uzun sürən; sürəkli. Danışıq çox çəkir, verilir qərar. R.Rza. // Tez-tez, bolbol, çoxlu. Bakıda külək çox əsir. Belə təsadüflər çox düşür. Dostumla çox görüşürəm.\n2. Xeyli, artıq, artıq dərəcədə, olduqca. Məhərrəm bu təsadüfdən çox sevindi. H.Nəzərli. Muxtar çox düşünmüş, götürqoy eləmiş, nəhayət, Çiçəyi ürəkdən sevmişdi. Ə.Vəliyev.\n3. Sifət və zərflərdən əvvəl gələrək onların mənasını qüvvətləndirir. Çox bərkdən danışmaq. – Qara pəhləvan gördü, yox, hərif çox qüvvətlidir. “Koroğlu”. Qarı bu qoca müəllimi çox yaxşı tanıyırdı. S.Qədirzadə.\n4. İs. mənasında. Çoxluq, əksəriyyət. Az çoxa tabedir.\n5. Çoxları, çoxusu şəklində is. – əksəriyyəti, böyük qismi. Fəhlələrin hamısı .. qolları və baldırları çirməli, .. çoxusu başıaçıq işləyirdilər. E.Sultanov. Çoxları birağızdan danışmağa başladı. M.Hüseyn. ‣ Nə az, nə çox – bax az. çox-çox zərf və sif.\n1. Lap çox, olduqca çox, olduqca. [Məmməd:] ..Vətənim çoxçox uzaq bir diyardadır. E.Sultanov. Zəhm və qorxu uşaqlıq illərilə birgə çox-çox uzaqlarda qalmışdı. İ.Hüseynov.\n2. Çoxlu, olduqca çox, dönə-dönə. Şairlər, rəssamlar günün batmasını çox-çox təsvir etmişlər. M.Rzaquluzadə. [Bülənd:] Demək, yoldaşlar, burada biz hələ çox-çox iş görməliyik... Ə.Əbülhəsən. çoxaldılma “Çoxaldılmaq”dan f.sif. çoxaldılmaq məch. Sayca, miqdarca artırılmaq, çox edilmək. Xərclər çoxaldılmışdır. çoxallahlılıq is. Çoxlu allahların mövcud olduğunu qəbul edən din; politeizm (təkallahlılıq əksi). çoxalma “Çoxalmaq”dan f.sif. çoxalmaq f. Miqdarca, sayca, həcmcə və s. artmaq. İşimiz çoxalmışdır. Mədəni tələbat getdikcə çoxalır. – Maşınlar, insanlar dağılır düzə; Çoxalır səhrada gediş-gəliş də. S.Vurğun. Günlər keçdikcə Usta Qiyasın fikri daha da çoxalır. M.İbrahimov. çoxaltma “Çoxaltmaq”dan f.sif. çoxaltmaq f. Sayca, miqdarca, həcmcə və s. artırmaq, çox etmək. Məhsulu çoxaltmaq. Sayını çoxaltmaq. – [Muradın] müəyyən bir planı da vardı; toyuqlarını çoxaldacaq, keçiləri doğub törəyəcək, keçən payızda aldığı düyəsi gələn il bala verəcəkdi. S.Hüseyn. Fərman çalışmaq sayəsində gündəngünə qazıdığı torpağın miqdarını çoxaldırdı. Ə.Sadıq. çoxarvadlı sif. Eyni zamanda bir neçə arvadla nikahı olan, bir neçə arvadı olan. Çoxarvadlı kişi. çoxarvadlılıq is.\n1. Kişinin eyni zamanda bir neçə arvadla nikahı olan nikah forması; poliqamiya.\n2. Eyni zamanda bir neçə arvadla nikahı olma, bir neçə arvadı olma. çoxatlı sif. Bir neçə at qoşulmuş, bir neçə atla sürülən (araba və s. haqqında). Atlardan çoxatlı arabalarda istifadə edilir və onların münasib qoşqu ləvazimatı olur. “Atçılıq qabaqcılları”. çoxatomlu sif. xüs. Bir neçə atomu olan, bir neçə atomdan ibarət olan. Çoxatomlu spirt. Çoxatomlu üzvi birləşmə. çoxayaqlılar cəm zool. Çoxlu ayaqları olan qurdvari bədənli heyvanların böyük qisminin adı. Xərçəngləri, hörümçəkləri, çoxayaqlıları və cücüləri buğumayaqlılar adlandırırlar. “Zoologiya”. çox-az bax az-çox. Qane olub həyatda; Çoxa-aza Füzuli; Qocaldı, dərdlərini; Yazayaza Füzuli. B.Vahabzadə. çoxbilən sif. və is. Həyat təcrübəsi, biliyi çox olan. Çoxbilən qoca. çoxbilmiş sif. və is. bax çoxbilən. [Tutubəyim ağa] qızının dayə ilə pıçıldaşdığını görüb: – Yenə o çoxbilmiş qız nə soruşur? – deyə gülümsündü. Çəmənzəminli. [Şərəfoğlu:] Rüstəm kişi, bu indiki cavanlar özlərini çoxbilmiş (z.) hesab edirlər. M.İbrahimov. // məc. Bic, hərif, hiyləbaz. Çoxbilmişin biridir. çoxbilmişlik is. dan. Biclik, hiyləbazlıq. ..Səkinə ərinin izzəti-nəfsi ucundan necə çoxbilmişliyə əl atdığına güldü. M.İbrahimov. çoxbucaqlı sif. Çoxlu bucağı olan. Çoxbucaqlı məqbərə. // is. Dörddən artıq bucağı olan həndəsi fiqur. çoxbuğumlu sif. Çoxlu buğumdan ibarət olan, çoxlu buğumu olan. Çoxbuğumlu qurd. – [Bu sortun] gövdəsi çox tüklüdür, dirsəkli və çoxbuğumludur. “Pambıqçılıq”. çoxca sif. və zərf Çoxlu, lap çox, olduqca çox, bolluca. Çoxca yemək. – Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör! M.Ə.Sabir. çoxcəhətli sif. Genişliyi, müxtəlifliyi ilə fərqlənən; çoxşaxəli, çoxtərəfli. Çoxcəhətli fəaliyyət. – Bülbül Məmmədov 1931ci ildə Vətənə qayıtdıqdan sonra çoxcəhətli yaradıcılıq işinə başladı. (Qəzetlərdən). çoxcildli sif. Çoxlu cilddən ibarət olan. M.S.Ordubadinin çoxcildli seçilmiş əsərləri. Çoxcildli ədəbiyyat tarixi. çoxçalovlu sif. Bir neçə çalovu olan. Çoxçalovlu ekskavator. çoxçarpayılı sif. Çoxlu çarpayı yerləşən. Çoxçarpayılı xəstəxana. çoxçiçəkli sif. bot. Çoxlu çiçəyi olan (bitkilər haqqında). Çoxçiçəkli kol. çoxdan zərf Xeyli zaman bundan əvvəl; əvvəldən, qabaqlardan. Muğdusi çoxdan bilirdi ki, onun qonşuluğunda usta Cəfər adlı məharətli bənna və səliqəli gəcçəkən var. C.Məmmədquluzadə. [Dürrə] Qəzənfəri çoxdan sevirdi.. S.Vəliyev. çoxdanışan sif. Çox danışmağı sevən; naqqal, uzunçu. Çoxdanışan adam. – [Mikayılov] Mərmər xanımın çoxdanışan (z.) olduğunu tamam yadından çıxarmışdı. Y.Əzimzadə. // İs. mənasında. Çoxdanışanın biridir. – [Maya öz-özünə:] Görünür, [Salman] bir az çoxdanışandır. M.İbrahimov. çoxdankı sif. Çoxdan olmuş, qabaqlar baş vermiş. Çoxdankı söhbət. Çoxdankı hadisə. çoxdəzgahçı sif. Eyni zamanda bir neçə dəzgaha xidmət edən. Çoxdəzgahçı fəhlə. // İs. mənasında. Çoxdəzgahçıların yarışı. çoxdilli sif.\n1. Müxtəlif dillərdə danışan adamlardan ibarət. Çoxdilli respublika.\n2. Bir neçə dildə tərtib olunmuş. Çoxdilli lüğət. çoxdişcikli sif.\n1. Çoxlu xırda dişləri olan. Çoxdişcikli çarx.\n2. zool. Çoxlu dişciyi olan. Çoxdişcikli balıq. çoxdişli sif. Çoxlu dişi olan. Çoxdişli çarx. çoxevli sif. bot. İkicinsiyyətli çiçəklərlə yanaşı bircinsiyyətli çiçəkləri də olan. Qarabaşaq çoxevli bitkidir. çoxərli sif. Eyni zamanda bir neçə əri olan (bəzi tayfalarda nikah forması). çoxərlilik is.\n1. Arvadın eyni zamanda bir neçə əri olmasından ibarət nikah forması (bəzi tayfalarda); poliandriya.\n2. Eyni zamanda bir neçə əri olma (bəzi tayfalarda). çoxəsrli sif. Çox əsr ərzində mövcud olan; çox əsr yaşayan, davam edən; qədim. Bakının çoxəsrli tarixi. Çoxəsrli ədəbiyyat. çoxəsrlik is. Çox əsr ərzində mövcud olma, davam etmə, yaşama. Ədəbiyyatımızın çoxəsrliliyi. Mədəniyyət abidələrinin çoxəsrliliyi. çoxfazalı sif. elektr. Bir neçə və ya çox fazadan keçən. Çoxfazalı enerji. Çoxfazalı elektrik axını. çoxfiqurlu sif. Bir neçə və ya çoxlu fiquru olan. Sərgidə göstərilən çoxfiqurlu “Nümayiş” kompozisiyasına da bakılılar böyük maraqla baxırlar. (Qəzetlərdən). çoxgüclü sif. Bir neçə at qüvvəsində olan; qüvvətli (motor, maşın, mexanizm haqqında). Çoxgüclü maşın. – Trestin mədənlərində 40-dan artıq çoxgüclü elektrik motoru azgüclü motorlarla əvəz edilmişdir. (Qəzetlərdən). çoxgünlü sif. Günlərlə davam edən. Çoxgünlü səyahət. – Çoxgünlü kosmik uçuş müvəffəqiyyətlə başa çatdırıldı. çoxhakimiyyətlilik is. Eyni vəkaləti olan bir neçə hökumət orqanının eyni zamanda mövcud olması. çoxhecalı sif. dilç. Bir neçə və ya çoxlu hecadan ibarət olan. Çoxhecalı söz. çoxhədli sif. riyaz. Bir neçə təkhədlinin cəbri cəmindən ibarət olan. Çoxhədli ifadə. çoxhüceyrəli sif. biol. Çoxlu miqdarda hüceyrədən əmələ gəlmiş. Çoxhüceyrəli orqanizm. Çoxhüceyrəli canlı. çoxillik sif.\n1. bot. Bir neçə və ya çox il yaşayan (bitki haqqında). Çoxillik subtropik bitkilər. Çoxillik ot. – Çoxillik alaq texniki bitkilərin ən qatı düşmənidir. (Qəzetlərdən).\n2. Bir neçə il davam edən. Çoxillik tədqiqat. Çoxillik zəhmət. çoxişlənən sif. Çox istifadə olunan, gündəlik ehtiyacı ödəmək üçün lazım olan, çox tələb olunan. Sənaye məhsulunun və çoxişlənən malların .. illik istehsal planları artıqlamasilə yerinə yetirilmişdir. (Qəzetlərdən). çoxqanadlılar cəm zool. Çoxlu qanadları olan cücülər sinfi. çoxqarıncıqlılar cəm zool. Bir neçə qarıncığı olan. Çoxqarıncıqlılar sinfi. çoxqatlı sif. Bir neçə qatdan ibarət olan; çoxlaylı, çoxtəbəqəli. Çoxqatlı karton. // Çoxmərtəbəli. çoxlampalı sif. rad. Bir neçə və ya çoxlu elektron lampası olan. Çoxlampalı radioaparat. Çoxlampalı gücləndirici. çoxlaşma “Çoxlaşmaq”dan f.sif. çoxlaşmaq bax çoxalmaq. Ölkədə gündən-günə çoxlaşdılar; Hər əmələ, hər işə çulğaşdılar. M.Ə.Sabir. çoxlaylı sif. Çoxqatlı, çoxtəbəqəli. çoxlu sif. Sayca, miqdarca artıq; çox. Çoxlu adam. Çoxlu vəsait. – Vağzalın qapısında çoxlu fayton dayanıb minik gözləyirdilər. Ə.Haqverdiyev. Salman kişi [Aqilə] çoxlu dəftər, rəngli qələm alacağını vəd etdi. Mir Cəlal. çoxluca sif. və zərf Lap çox, bolluca, çox-çox, bol-bol. Ağac çoxluca meyvə gətirib. Çoxluca işim qalıb. – ..Gah vaxt olubdur ki, bəzilər bizdən soruşublar ki, belə bir vaxtda nə səbəbə siyasətdən, dumadan, hüquqdan, hürriyyətdən .. çoxluca bəhs etmirik. C.Məmmədquluzadə. Qoca xarrat qutuları; Rəndələyib vurdu sığal; Dedi: – Çiçək çox olanda; Arı verir çoxluca bal. M.Dilbazi. çoxluq is.\n1. Bir şeyin çox olması; bolluq, firavanlıq. Bazarda meyvənin çoxluğu. Məhsulun çoxluğu. Adamların çoxluğu. – [Dilara] evlərində heç vaxt həddindən artıq çoxluq və bəzək-düzək görməmişdi. M.İbrahimov.\n2. Sayca çox olan hissə; əksəriyyət (azlıq əksi). Səs çoxluğu. – [Uğur:] Bizdə azlıq çoxluğa tabedir. İ.Əfəndiyev. çoxməchullu sif. riyaz. Bir neçə məchulu olan. Çoxməchullu tənlik. çoxməqsədli sif. Bir neçə və ya çox məqsəd üçün istifadə edilən, çox məqsədi nəzərdə tutan. Hər hansı orbital kosmik stansiya çoxməqsədli kosmik kompleksdir. (Qəzetlərdən). çoxmənalı sif. dilç. Çox mənası olan. Çoxmənalı söz. “Baş” çoxmənalı sözdür. çoxmərtəbə (=çoxmərtəbəli) sif. Bir neçə və çoxlu mərtəbəsi olan. Çoxmərtəbə ev. Çoxmərtəbəli bina. çoxmərtəbəli (=çoxmərtəbə) sif. Bir neçə və çoxlu mərtəbəsi olan. Çoxmərtəbə ev. Çoxmərtəbəli bina. çoxmillətli sif. Çox millətlərdən, xalqlardan ibarət olan; çox millətləri, xalqları təmsil edən. Çoxmillətli dövlət. Çoxmillətli respublika. – [Aslan:] Triyest çoxmillətli şəhərdir və buna görə də burada həyat daha maraqlı olmalıdır. S.Vəliyev. çoxmilyonlu sif. Sayı, miqdarı, qiyməti milyonlarla hesablanan. çoxminli sif. Sayı, miqdarı, qiyməti minlərlə hesablanan. çoxmotorlu sif. tex. Bir neçə motoru, mühərriki olan. Çoxmotorlu təyyarə. çoxmövzulu sif. Bir neçə və ya çoxlu mövzusu olan. Çoxmövzulu elmi tədqiqat planı. çoxmövzululuq is. Bir neçə və ya çoxlu mövzusu olma. Çoxmövzululuqla mübarizə. – [Elmi işlərin əlaqələndirilməsinin yarıtmaz olması] nəticəsində elmi işdə çoxmövzululuq, paralelizm halları əmələ gəlmişdir. (Qəzetlərdən). çoxnövçü sif. İdmanın çox növü ilə məşğul olan idmançı. çoxnövçülük is. idm. İdmanın bir neçə növündən ibarət yarış kompleksi. Çoxnövçülükdə birinci yeri tutmaq. Çoxnövçülük üzrə yarışlar. çoxnövlü sif. Bir neçə və ya çoxlu növdən ibarət olan. çoxotaqlı sif. Bir neçə və ya çoxlu otaqdan ibarət olan. Çoxotaqlı mənzil. – Çoxotaqlı, geniş artırmalı, rəngin pəncərəli, ikimərtəbə imarət daşdan tikilmişdi. Çəmənzəminli. çoxpartiyalı sif. Bir neçə partiyanın nümayəndələrindən təşkil olunmuş. Çoxpartiyalı hökumət. çoxpilləli sif. Bir neçə hissədən, pillədən ibarət olan. Çoxpilləli kosmik raket. • Çoxpilləli seçki sistemi – birbaşa seçkilərdən fərqli olaraq, seçicilərə deputat və ya başqa seçkiçilər seçmək üçün ancaq seçkiçilər seçmək hüququ verən seçki sistemi. çoxplanlı sif. Bir neçə sahəni, problemi nəzərdə tutan, qavrayan. Çoxplanlı tədqiqat əsəri. – Müəllif bir yerdə “Səhər”i sadə olaraq çoxplanlı roman adlandırır. (Qəzetlərdən). çoxrəqəmli sif. Çoxlu rəqəmlərdən ibarət olan. Çoxrəqəmli say. çoxrəngli sif.\n1. Müxtəlif rəngli naxışları olan; ala-bəzək. Çoxrəngli parça.\n2. mətb. Müxtəlif rənglərdə çap edən. Çoxrəngli çap maşını. // Bir neçə rəngdə çap olunmuş. Çoxrəngli plakat. Çoxrəngli şəkillər. çoxsahəli sif. Bir neçə və ya çoxlu sahəsi olan, bir çox sahələri əhatə edən. // Bir çox sahəni əhatə edən. Çoxsahəli fəaliyyət. – Mən şair olduğum üçün onun [Mikayıl Mirzənin] çoxsahəli fəaliyyətinin bir qanadından – poeziya qanadından danışmaq istəyirəm. M.Araz. çoxsaylı sif. Sayı, miqdarı çox olan; çoxlu, çox. Sara haqqındakı qədim əfsanə tədqiqatçıya çox şey deyir. Hətta həmin əfsanə çoxsaylı qız qalalarının da sirrini açmaq üçün bir vasitə ola bilər. “Elm və həyat”. çoxsənətli sif. Bir neçə sənəti qavrayan. Çoxsənətli artel. çoxsəsli sif. mus. Çoxlu müxtəlif səslərdən ibarət olan, çoxlu müxtəlif səslərlə ifa olunan; polifonik. Çoxsəsli xor. – Əgər müstəqil melodiyalar və yaxud ahəng təşkil edən köməkçi səslər ikidən çoxdursa, ona çoxsəsli musiqi deyilir. “İbtidai musiqi nəzəriyyəsi”. çoxsəslilik is. mus. Vokal və ya instrumental əsərdə bir neçə səsin eyni zamanda birləşməsi; polifoniya. çoxsimli sif. Çoxlu simi olan. Çoxsimli musiqi aləti. çoxsözlü sif. Bir neçə və ya çoxlu sözdən ibarət olan. Çoxsözlü idiomatik ifadə. çoxşaxəli bax çoxcəhətli. [Rəssamın] yaradıcılığı çoxşaxəlidir. O .. həm orijinal boyakar, həm də cizgi ustası kimi tanınır. (Qəzetlərdən). çoxtelli sif. Bir neçə və ya çox teli olan. Çoxtelli kanat. Çoxtelli kabel. çoxtəbəqəli sif. Bir neçə və ya çoxlu təbəqədən ibarət olan; çoxlaylı. Çoxtəbəqəli neft yatağı. çoxtəkərli sif. Bir neçə və ya çoxlu təkəri olan. Çoxtəkərli parovoz. çoxtərəfli sif.\n1. riyaz. Bir neçə tərəfi olan; çoxüzlü. Çoxtərəfli prizma.\n2. Bir neçə istiqaməti olan. ..Küçələr o qədər geniş və hərəkət o qədər çoxtərəflidir ki, maşınlar bir dəqiqə bir yerdə yığılıb durmalı olmur. M.İbrahimov.\n3. Bir məsələ ilə əlaqədar tərəflərin hamısı üçün məcburi olan. Çoxtərəfli müqavilə. Çoxtərəfli saziş.\n4. Bax çoxcəhətli. Çoxtərəfli yaradıcılıq. çoxtilli sif. Bir neçə tili, tiyəsi olan. Çoxtilli bıçaq. Çoxtilli burğu. çoxtirajlı sif. Böyük tirajla çap olunan, çıxan. Klassiklərin çoxtirajlı əsərləri. çoxtonlu sif. Ağırlığı tonlarla olan. Çoxtonlu yük. çoxuşaqlı sif. Çoxlu uşağı olan. Çoxuşaqlı ana. – Dövlətimiz çoxuşaqlı və tək analara külli miqdarda vəsait sərf edir.. (Qəzetlərdən). // Çoxlu uşaq olan. Yalnız bizim ölkədə belə çoxuşaqlı ailə xoşbəxt yaşaya bilər! (Qəzetlərdən). çoxüzlü bax çoxtərəfli 1-ci mənada. çoxvaqonlu sif. Çoxlu vaqondan tərtib olunmuş, çoxlu vaqon qoşulmuş. Çoxvaqonlu qatar. – Başqa bir dəstə isə yenicə nəfəsini dərib, dayanmış çoxvaqonlu qatarın yükünü boşaldır. (Qəzetlərdən). çoxvariantlı sif. Çoxlu variantı olan; müxtəlif. Eyni növ məhsulun istehsalı üçün vasitə, yol və formaların həddən artıq müxtəlifliyi təsərrüfatçılığın bütün proseslərini çoxvariantlı edir. “Elm və həyat”. çoxyaşlı sif. Yaşı çox olan; qoca. Çoxyaşlı qadın. Çoxyaşlı ağac. çoxyerli sif.\n1. Sərnişinlər üçün çoxlu yeri olan. Çoxyerli avtobus. – Bakı ilə Moskva arasında “İl-12” markalı çoxyerli və sürətli sərnişin təyyarələri işləyir. (Qəzetlərdən).\n2. Çoxlu adamın yaşaması, oturması üçün olan; böyük. Çoxyerli tamaşa salonu. – [Ali] məktəblərin yaraşıqlı binalara, çoxyerli və gözəl görkəmli tələbə yataqxanalarına böyük ehtiyacı var. (Qəzetlərdən). çoxyeyən sif. Yeməyində hədd bilməyən; qarınqulu, doymaz, yeyimcil. Çoxyeyən adam. çolaq sif. Bir qıçı qısa və ya şikəst olan; axsaq, topal (bəzən qolu şikəst olanlara da deyilir). Çolaq adam. – Molla da Teymuru hələ heç görməmiş imiş. Onun çolaq olduğunu da bilmirmiş. “M.N.lətif.”. Dəcəl meymun, çolaq ayı, çəp keçi; Bir ulağa yoldaş oldu hər üçü. A.Səhhət. çolaqlaşma “Çolaqlaşmaq”dan f.sif. çolaqlaşmaq f. Çolaq olmaq, ayağı şikəst olmaq. çolaqlıq is. Çolaq adamın halı; axsaqlıq, topallıq. [Teymur] elə zənn eləyir ki, Molla onun çolaqlığını üzünə vurmaq istəyir. “M.N.lətif.”. çolma-çocuq top.\n1. Övladlar, uşaqlar, oğul-uşaq. [Altunbay:] Mən sən Qorxmazı bu gün öz çolma-çocuğundan ayırıb, bir itə dəyişəcəyəm. C.Cabbarlı. 2.Uşaqlar, çocuqlar. [İlyas:] [Dayım] qollarını geniş açaraq əvvəlcə bizi – çolmaçocuğun hamısını birdən qamarlayıb bağrına basdı.. Ə.Məmmədxanlı. çolpa is.\n1. Toyuq, qartal; qırqovul və bəzi başqa quşların bir və ya ikiillik xoruzu. Qoca qartal dağ başında qərar tutub, hər səhər; Uçurduğu çolpaları bu minvalla seyr edər. S.Vurğun. Xanpəri o gün işə çıxmayıb, iki çolpa kəsdirmiş, bir qazan zəfəranlı plov bişirmişdi. Ə.Vəliyev.\n2. Həmin xoruzun bütöv şəkildə qızardılmışı. Tapdıq çolpanın ikinci budunu da dişinə çəkdi.. Ə.Əbülhəsən. [Arvad] qazmağı bir boşqaba, çolpaları da ayrı boşqaba qoyub süfrəyə gətirdi. Ə.Vəliyev.\n3. məc. zar. Uşaq. [Qurban:] Pah atonnan, ay Telli, belə getsə sənin bu çolpan böyük alim olacaq. Ə.Məmmədxanlı. çolpalanma “Çolpalanmaq”dan f.sif. çolpalanmaq f. Çolpa yaşına çatmaq, böyüyüb çolpa olmaq; çolpalaşmaq. Səhər qah-qah oxur şirin dililə; Çolpalanıb çıxır budağa kəklik. Aşıq Rəcəb. çolpalaşma “Çolpalaşmaq”dan f.sif. çolpalaşmaq bax. çolpalanmaq. Cücələr çolpalaşıb. çolpalı sif. Çolpadan bişirilmiş, içərisində çolpa olan. Xan həmişə Mirzənin çayını pürrəng, xörəyini çolpalı, döşəyini dördqat, mütəkkəsini qalın edərdi. S.Rəhimov. çoluq-çocuq bax. çolma-çocuq. Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. Çəmənzəminli. Çoluq-çocuq birbirinə qarışmışdı. S.Hüseyn. çomaq is. Başı yumru ağac; dəyənək. Çomaqla ilanı öldürmək. – Keçinin əcəli çatanda başını çobanın çomağına sürtər. (Məsəl). Kişi əlində çomaq; Sürür yüklü öküzü. A.Səhhət. çopur is. Çiçək xəstəliyindən üzdə qalan kələ-kötür, nahamarlıq, dəlmə-deşik. Gülbadamın çopuru dərin olsaydı da, üzünü eyibli etməzdi, çünki onun böyük, ala, uzunkirpikli gözləri üzünün tamam eybini örtürdü. N.Nərimanov. // Sifətində belə kələ-kötür, dəlmə-deşik olan adam. [Kərbəlayı Nəbi:] Dünyanın çopuru elə mənə qalmışdı. S.S.Axundov. // Sif. mənasında. [Bağban:] Piltəbığ adamdı, bir az çopurdu; Üzünə baxanda bağrım qopurdu. S.Rüstəm. Rota komandiri gəlib çıxdı. Bu, boyca gödək, çopur, gursəsli Zaman idi. Ə.Vəliyev. çopurlaşma “Çopurlaşmaq”dan f.sif. çopurlaşmaq f. Üzündə çopur əmələ gəlmək, çopur olmaq. çopurluq is. Üzü çopur adamın halı. [Gülbadamın] uzaqdan çopurluğu nəinki məlum etməzdi, hətta bir az da üzünü gözəl göstərərdi. N.Nərimanov. [Naşadın] üzündə çopurluq əlaməti olduğu kimi, gözünün bir tayı da ləkəli idi. S.Hüseyn. çor is.\n1. Əsasən pambıqda, bəzən də başqa bitkilərdə xəstəlik. Sahələr çor və pambıqqurduna qarşı bir neçə dəfə dərmanlanmışdır. (Qəzetlərdən).\n2. məc. Söyüş, qarğış mənasında. [Hafizə xanım:] Çor xanım, zəhrimar xanım, itil çölə! Ə.Haqverdiyev. [Telli:] Çor, zəhrimar. Gəlirəm, gəlirəm. Ü.Hacıbəyov. çoşqa is. [rus. çúşka] dan. Donuz balası. Yarım saat belə keçməmişdi ki, [heyvandarlar] bütöv qızardılmış çoşqanı gətirdilər. M.Hüseyn. çotur 1. sif. Kələ-kötür, nahamar.\n2. is. Kələ-kötür, nahamar yer. çovdar is. bot. Unundan qara çörək bişirilən taxıl bitkisi. Çovdar unu. Çovdar əkini. çovdarlıq is. Çovdar əkilmiş yer, çovdar zəmisi. çovğun is. Küləkli qar və ya yağış; boran, qasırğa. Çovğuna düşmək. – Bir saat çəkmədi ki, çovğun şiddətləndi, üfüq tutuldu, göy qaraldı, yer ağardı. Mir Cəlal. Yağış yağıb, külək əsib, çovğun qopmuşdu. Ə.Əbülhəsən. // Çovğunlu hava. [Qəhrəman:] Ötən qış çovğunda qəlbi bir ağacdan yıxılıbdır. S.Rəhimov. çovğunlama “Çovğunlamaq”dan f.sif. çovğunlamaq f. Çovğun qalxmaq, çovğun başlamaq. Hava çovğunladı. çovğunlu sif.\n1. Küləkli, qar və ya yağışlı; boranlı. Çovğunlu gecə. – Rizvan belə qarlı və çovğunlu havada bir cüt öküzlə yola çıxmağa cürət etmədiyindən qonşusunun da öküzlərini aldı. S.Hüseyn. ..Qış fəslinin çovğunlu günlərindən biri idi. Y.Əzimzadə.\n2. məc. Hadisələrlə dolu, həyəcanla dolu, gurultulu, kəşməkəşli. Yaxşı bax, dünyanın başından keçən; Tufanlı, çovğunlu qərinələrə! S.Vurğun. çovuma 1. “Çovumaq”dan f.sif.\n2. Bərk bir şeyə dəyib istiqamətini dəyişmə, hədəfdən yayınma (güllə haqqında). çovumaq f.\n1. Cəld o tərəf-bu tərəfə getmək, qaçmaq, cummaq, cəld yönəlmək, atılmaq. İrəli-geri çovumaq.\n2. Yanından ötüb keçmək (güllə haqqında). Atlarımız qoşalaşanda ikimizin arasından bir güllə çovudu. Ə.Vəliyev. // Bərk bir şeyə dəyib istiqamətini dəyişmək, hədəfdən yayınmaq (güllə haqqında). çovustan bax çavıstan. Karvansara həyətinin lap ortasında dörd bir tərəfi açıq bir çovustan var idi, qaçqınlar burada gecələyirdi(lər). Ə.Vəliyev. Arayatılı kəndi o zaman Araza lap bitişik, qarğı çovustanlardan ibarət balaca bir “qışlaq” idi. İ.Əfəndiyev. çovuş is. tar.\n1. Keçmiş zamanlarda: fərmanları, qərarları, hökmləri uca səslə camaata elan edən şəxs.\n2. Aşağırütbəli məmur. Əvvəl, yəni iki il bundan əqdəm Xudayar bəy qlava yanında çovuş idi. C.Məmmədquluzadə.\n3. Keçmişdə: zəvvarları müşayiət edən, onların yola düşməsini və gəlməsini uca səslə camaata xəbər verən şəxs. Sübh olcaq çavuşun münacatı kəndi əhatə eləyib, gah o məhəllədən səsi gəlir, gah bu məhəllədən. C.Məmmədquluzadə. çovuşluq is. Çovuş vəzifəsi. [Əmrah:] O bir odunçudur, amma mənim atam kənddə bir neçə il kətxuda yanında çovuşluq eləyib. Ə.Haqverdiyev. çödükotu is. bot. Yarpaqları xörəyə işlədilən, daşlıq yerlərdə bitən yabanı ot bitkisi. çöhrə is. Üz, surət, sima. Bu qadının çöhrəsində bir məyusluq görünürdü. S.S.Axundov. [Ayna] gülər bir çöhrə ilə yoldaşlarına tərəf döndü. Ə.Məmmədxanlı. // Obrazlı təşbehlərdə. Ay yorğun və solğun çöhrəsi ilə buludların arasında gah batır, gah çıxır, parlaq və donuq bir ziya saçırdı. Ə.Vəliyev. Üfüqün ləkəsiz, təmiz çöhrəsi; Bir də sübh yeliydi onu oxudan. Ə.Kürçaylı. çökdürmə “Çökdürmək”dən f.is. çökdürmək f.\n1. Çökməsinə səbəb və ya vasitə olmaq. Cənubdan əsən külək bacadan çıxan tüstünü getdikcə içəriyə çökdürürdü. S.Rəhimov.\n2. Oturtmaq, oturmağa məcbur etmək. Dəvəni çökdürmək. – Padşah xacənin iki qolundan tutub dizi üstə çökdürdü. Ə.Haqverdiyev. çökdürücü sif. xüs. Çökdürən, çökməsinə kömək edən. Çökdürücü maddə. çökə I. is. bot. Ürəkşəkilli yarpaqları və ətirli sarı çiçəkləri olan ağac. Çökə ağaclarının, qoruqlarda, tarlalarda biçilmiş təzə otların gözəl ətri .. bir-birinə qarışaraq obaya başqa bir rəng, başqa bir şəkil verirdi. A.Şaiq.\n\nII. , ÇÖKƏBALIĞI is. zool. Nərə balıqları ailəsindən qiymətli ov balığı. çökək is. Yer səthində batıq yer, kiçik çala; oyuq. İndi, bu arada çökəklərdə və bağların ara-bərəsində qalan tala qarlar da yavaş-yavaş əriyirdi. S.Rəhimov. Fişəng sönən kimi [partizanlar] cəld yüyürüb, özlərini çökəyə verdilər və kol-kosların arasında gizləndilər. M.Hüseyn. // sif. Çökmüş, batmış, çuxurlaşmış. Çökək yer. çökəklik is. Çökək yer, çala yer; oyuq, çala. Şırımlar açılarkən bəzi cərgələrdə çökəklik əmələ gəlir. (Qəzetlərdən). çökəlik is. Çoxlu çökə ağacları bitən yer. çökəlmə “Çökəlmək”dən f.is. çökəlmək f. Çökək əmələ gəlmək, içəri batmaq. [Sila] gülərkən ovurdları çökəlir, bu vaxt gözə çox şirin görünürdü. S.Vəliyev. [Mərcanın] çökəlmiş (f.sif.) ovurdları dolub-boşalmağa, qırışmış dodaqları əsməyə başladı. B.Bayramov. çökmə “Çökmək”dən f.is. // is. Çökmüş, aşağa batmış yer; çala. Şoran torpaqlara əsasən çökmələrdə təsadüf olunur. çökmək f.\n1. Durduğu yerdən aşağı enmək, çuxura düşmək. Binanın divarı çökmüşdür. Asfalt çökmüşdür. // Aşağı enmək, dibinə oturmaq (mayenin içərisində olan toz, qum və s.).\n2. Çömbəlib birdən-birə oturmaq. Yerə çökmək. Dizi üstə çökmək. – İmamverdi baba kürsüyə çöküb, başıaşağı xeyli fikrə getdi. S.S.Axundov. [Xan] sərsəm kimi, ayaqları dolaşa-dolaşa divar dibinə qədər yeriyib oradakı döşəklərin üstünə çökdü. M.Rzaquluzadə.\n3. Çulğalamaq, qaplamaq, bürümək, yayılıb tutmaq, basmaq. Dağlara, dərələrə duman çökdü. // Məc. mənada. Ürəyinə kədər çökmək. – İmran kişi aralığa çökmüş (f.sif.) ağır və cansıxan sükutun xeyli uzandığını görüb, idarə heyəti üzvlərinə ayrı-ayrılıqda müraciət elədi. M.Hüseyn. Çökdü gözlərinə bir qatı zülmət; Qırılıb yanına düşdü əlləri. M.Rahim. çökük sif. Çökəyə düşmüş, çökmüş, içəri batmış, çuxurlaşmış. Çökük linza. Çökük güzgü. – Həyat [Vasilini] əzir, yorur, belini bükürdü. Lakin onun çökük sinəsində odlu, inadlı bir ürək döyünürdü. İ.Qasımov. çöküklük is. Çökük şeyin halı; çökük olma, içəriyə batma. çöküntü is. Mayenin dibinə çökən şeylər; torta. Çaxırın çöküntüsü. Ərimiş yağın çöküntüsü. çöl is.\n1. Qumluq, susuz düzənlik; səhra, bozqır, biyaban. Ağcaqum çölü. Ərəbistan çölləri. – Nə mən Məcnun kimi çöllərdəyəm, bil; Nə sən Leyli kimi hicran xəstəsi. S.Vurğun. // Meşəsiz düzənlik, sahə. Malqara çöldə otlayır. Çöldə canavarlar ulayır. – Dolandım çöllər, səhralar; Bulaq üstə yarpız gördüm. “Koroğlu”.\n2. Tarla. Taxılı çöldən daşımaq. – Çöldə qızğın biçin gedirdi. S.Rəhman.\n3. dan. Bayır, dışarı, eşik, həyət. Çölə çıxmaq. Çöldə gizlənmək. – Hamamın içində, içində və çölündə; Yay, yaz, qış, bahar isti, sərin var. Ü.Hacıbəyov. Şüşəbəndli otağın içərisi və çölü ağzınacan dolu idi. S.Rəhimov. Səni düşünürəm, yağır çöldə qar; Döyür pəncərəmi bir dəli ruzgar. Ə.Cəmil. ‣ Çöldə qalmaq – evsiz-eşiksiz qalmaq. Çöldə qoymaq – evindən-eşiyindən qovmaq, məhrum etmək. Çöllərə düşmək – sərgərdan olmaq, ev-eşiyindən, yurdundan ayrı düşmək, yad yerləri dolaşmaq. çöl... Mürəkkəb heyvan və bitki adlarının əvvəlində heyvan və ya bitkinin yabanı, vəhşi olduğunu bildirir; məs.: çölbuğdası, çöleşşəyi, çöllaləsi. çöl-bayır is. dan. Evdən dışarıda hər bir yer, ətraf yer. [Çimnaz] çöldə-bayırda geydiyi qara satin tumanını, nisbətən təzə şabalıdı qədək arxalığını çıxarıb boğçaya qoydu. Ə.Əbülhəsən. Doğur qış səhəri, susur çöl-bayır; Baharın özü də burda qışlayır. N.Xəzri. çölbuğdası is. bot. Yabanı halda bitən cır buğda növü. çölçü bax çöllü 1-ci mənada. [Hüseynəli xan:] Mənim qızım oxumuş qızdır, sənə yaramaz, sən bir çölçü babasan, sənə kasıbfəndi qız gərək. N.Vəzirov. çöldonuzu is. zool. Vəhşi donuz. çöldovşanı is. zool. Çöldə yaşayan dovşan. çöleşşəyi is. zool. Vəhşi eşşək; gur. çölgöyərçini is. zool. Çöldə yaşayan vəhşi göyərçin. çölkeşnişi is. bot. Yabanı halda bitən keşniş. çölkəsəyəni is. zool. Payız və qış yuxusu keçirən siçovula oxşar iri gəmirici. çölqaranquşu is. zool. Yaşayış yerlərindən uzaqda, çöldə yaşayan qaranquş. çölqazı is. zool. Vəhşi qaz. çöllaləsi is. bot. Yabanı halda bitən lalə. çölləmə zərf Yolu qısaltmaq üçün çöldə düz yolla deyil, kəsə yolla. Çölləmə getmək. çöllü sif. köhn.\n1. Kəndli, kəndçi. Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum! M.Ə.Sabir. Kərbəlayı Xəlil dükanında oturub, çöllülərdən almış olduğu yağ barəsində düşünürdü. T.Ş.Simurq.\n2. məc. Geri qalmış, mədəniyyətsiz, savadsız mənasında. [Ələs bəy:] Nə istəyirsən ey, nə? A çöllü! Mir Cəlal. çöllük is. bax çöl 1-ci mənada. [Atam:] Ay dəli, çöllükdür, ürəyini sıxma! Bunun da bir nəşəsi var. A.Şaiq. çölmə is. Gildən qayrılmış qazan, qab; dopu. Qız durdu ayağa, ocağı yandırdı, kəlləpaçanı saldı çölməyə. (Nağıl). Bozbaşdan doymaq istəyirsənsə, qonaqlarını tox yola salmaq istəyirsənsə, çölməyə çox ət sal. C.Məmmədquluzadə. çölnanəsi is. bot. Yabanı halda bitən nanə. çölnoxudu is. bot. Yabanı halda bitən noxud. çölördəyi is. zool. Vəhşi ördək. çölpişiyi is. zool. Vəhşi pişik. çölsiçanı is. zool. Çöldə yaşayan siçan növü. çöltərəsi is. bot. Yazın əvvəllərində bitən, xörəyə qatılan ot bitkisi. çölturşəngi is. bot. Yabanı halda bitən turşəng. çölyovşanı is. bot. Əsasən quru yamaclarda bitən yovşan. çömbələn I. , ÇÖMBƏLƏK zərf Çömbəlmiş halda, çömbələrək, dizlərini yığaraq. Çömbələn əyləşmək. – Pərişan çömbələk oturub, əlini arxın suyunda yudu və danışdı. M.İbrahimov.\n\nII. bax dombalan 2-ci mənada. çöməlmə (=çömbəlmə)\n1. “Çöm(b)əlmək” f.is.\n2. zərf bax çömbələn1 , çömbələk. Çömbəlmə oturmaq. çömbəlmə (=çöməlmə)\n1. “Çöm(b)əlmək” f.is.\n2. zərf bax çömbələn1 , çömbələk. Çömbəlmə oturmaq. çöməlmək (=çömbəlmək) f. Ayaqlarını dizlərindən qatlayıb pəncələri üstündə oturmaq. Tülkü görcək yavaş-yavaş gəldi; Endirib baş, ədəblə çömbəldi. M.Ə.Sabir. Bir qədər də baxandan sonra kəndlilər gəlib çömbəlirlər tayanın kölgəsində. C.Məmmədquluzadə. Məstan bəy çömbəlib, darvazanın ağzında oturmuşdu. B.Talıblı. çömbəlmək (=çöməlmək) f. Ayaqlarını dizlərindən qatlayıb pəncələri üstündə oturmaq. Tülkü görcək yavaş-yavaş gəldi; Endirib baş, ədəblə çömbəldi. M.Ə.Sabir. Bir qədər də baxandan sonra kəndlilər gəlib çömbəlirlər tayanın kölgəsində. C.Məmmədquluzadə. Məstan bəy çömbəlib, darvazanın ağzında oturmuşdu. B.Talıblı. çöməltmə (=çömbəltmə) “Çöm(b)əltmək”dən f.is. çömbəltmə (=çöməltmə) “Çöm(b)əltmək”dən f.is. çöməltmək (=çömbəltmək) icb. Çöm(b)ələrək oturtmaq. çömbəltmək (=çöməltmək) icb. Çöm(b)ələrək oturtmaq. çömçə is. dan. Uzun dəstəkli qaşıq; abgərdən. Bircə baqqal çömçə ilə qazandan qatığı qovzayıb, kobud səsiylə deyirdi: – Qatığa gəl, qadan alım, qatığa gəl! Çəmənzəminli. [Qoca] əlində yonduğu ağac parçalarından qaşıq və çömçə qayırırdı. Ə.Məmmədxanlı. çömçəbalığı is. zool. Karp fəsiləsindən olub, adətən qurudulmuş halda yeyilən balıq. çömçəquyruq is. zool. Suda-quruda yaşayan heyvanların (qurbağanın, quruqurbağasının) quyruqlu sürfəsi. Qurbağa sürfəsi yetişkən qurbağaya heç oxşamır və çömçəquyruq adlanır. Çömçəquyruğun bədəni oxlov şəkilli və quyruğu uzun olur. “Zoologiya”. çömçələmə “Çömçələmək”dən f.sif. çömçələmək f. Çömçə ilə götürmək və ya qarışdırmaq. Dovğanı çömçələmək. çöndərmə “Çöndərmək”dən f.sif. çöndərmək f. Döndərmək, çevirmək. Xəbər gəldi ki, nəçəlnik gəlir. Hamı üzünü çöndərdi Hacı Namazalının qapısına səmt və səs-səda lap kəsildi. C.Məmmədquluzadə. Qulu dolu ağzını çöndərib, ütük qaşlarını qovzuyub, .. nə deyəcək idisə, beş-altı yerdən onun sözünü kəsib çığırışdılar. Çəmənzəminli. çönmə “Çönmək”dən f.sif. çönmək f. Dönmək. [Kiçikbəyim] kolların şaqqıltısını eşidib çöndü. Məmməd bəy göründü. Çəmənzəminli. Sərvər birdən çönüb cəld qaçır. Ü.Hacıbəyov. çöp is.\n1. Taxta, ağac, saman və s. parçacığı. Dişini çöplə təmizləmək. – Gəldiyev əlindəki kibrit çöpünü nəm çəkmiş zərflərin böyründən salır, bura-bura açırdı. Mir Cəlal.\n2. Bədənin bir yerinə batmış belə qırıntı, tikan və s. [Səkinə Güllüyə:] Əlini mənə ver, çöpü çıxardım. H.Seyidbəyli.\n3. Boğazda (əsasən uşaqlarda) ilişib qalan sümük, tum qabığı və s. qırıntısı. Uşağın çöpünü çıxarmaq.\n4. bakt. Çöp şəklində mikrob, basil. Vərəm çöpü. – Müəyyən edilmişdir ki, efir yağının spirtli məhlulu .. bir sıra bakteriyaların bağırsaq çöplərini məhv edir. “Elm və həyat”. Qarın yatalağı və qanlı ishal çöpləri 100-120 günədək salamat qalıb fəaliyyət göstərir. “Sağlam məişət uğrunda”. ‣ Çöp atmaq – eyni şeylər arasından bəxtəbəxt olaraq birini götürmək. Əriyib çöpə dönmək – xəstəlik və s. üzündən çox arıqlamaq, zəifləmək, üzülmək, qurumaq. Uşaq lap çöpə dönübdür. – Bəli, [adamlar] canları ilə, yəni bədənləri ilə, yəni fədakarlıq eləyib, əriyib çöpə dönüblər. C.Məmmədquluzadə. çöpçü is. Keçmişdə: uşağın boğazında qalmış sümük və s.-ni çıxarmaqla məşğul olan arahəkimi. Çöpçü uşağın boğazını və burnunu əlləşdirdi. Sonra başını bulayıb acıqlı-acıqlı Vəli kişiyə dedi: – Uşağın boğazı sümüklə, kömürlə doludur. Ə.Vəliyev. çöpçülük is. Keçmişdə: uşağın boğazından çöp çıxaran arahəkiminin peşəsi. [Yetər] yeri düşəndə noxudla fala da baxırdı, çöpçülükdə də mahir idi. Çəmənzəminli. çöplük sif. Çoxlu çöp (alaq qırıntısı və s.) olan. Payız əkini üçün saxlanan çöplük yerlərdə kotanlar işləyir, dəmirlərin parıltısı göyə qalxır, yay şumları qaldırılırdı. S.Rəhimov. çöpük sif.\n1. Yunun, kətanın arıtlanandan və daranandan sonra qalan hissəsi.\n2. Kilkələnmiş yun. çör-çöp top. Alaq, ağac, ot və s. qırıntısı. Üç qızın yığıb bir yerə qaladığı çör-çöpə Güldanə od vurdu. Ə.Vəliyev. Torpağın qış aratına qoyulması yerdə qalmış çör-çöpün çürüntüyə çevrilməsinə, torpağın qidalanmasına səbəb olur. çörək is.\n1. Undan bişirilən qida məhsulu. Buğda çörəyi. Ağ çörək (buğda unundan bişirilən çörək). Qara çörək (qarabaşaq unundan bişirilən çörək). – Mirzənin zamanında bazarda ucuzluq idi; yaxşı qoyun ətinin girvənkəsi dörd qəpik, yağın pudu dörd manat, çörəyin girvənkəsi iki qəpik idi. Ə.Haqverdiyev. Ortalığa bal, çörək, şit yağ və xırda boşqablarda südlüsıyıq qoyuldu. Ə.Əbülhəsən.\n2. məc. Ümumiyyətlə, yemək, xörək. Çörəyimi yenicə yeyib qurtarmışdım ki, qonşumuz Hüseyn salamsız dərviş kimi qapını açıb içəri girdi. Qantəmir. [Mərcan bəy:] Ağız, Minnət!.. Çörək yeyibsən? Ü.Hacıbəyov.\n3. məc. dan. bax çörəkpulu. [Durna:] İstəyirdi, qardaşım kimi şəhərə gedib işləsin, bir az çörək qazansın.. C.Cabbarlı. ‣ Çörək kəsmək məc. – 1) dostluq etmək, yoldaşlıq etmək, dost olmaq; 2) çörək yemək, yemək yemək. [Qoca:] Əxilər məclisində səninlə bir süfrədə çörək kəsmişik ki, bala! Ə.Məmmədxanlı. Çörəyi dizinin üstündə – nankor, yaxşılıq itirən adam haqqında. çörəkağacı is.\n1. bot. Nişasta ilə zəngin meyvələri bişirilmiş və ya qızardılmış halda yeyilən tropik ağac. Tropik meşələrə məxsus nadir bitkilərdən biri də çörəkağacıdır. M.İbrahimov.\n2. məc. dan. Yaşama mənbəyi, dolanacaq vasitəsi, gəlir mənbəyi. Çörəkağacı olan skripkası [Məzluma] yenə səadət gətirəcəkdir. S.Vəliyev. [Mədən müdiri:] Axı mədən sizin [fəhlələrin] çörəkağacıdır. M.Hüseyn. çörəkbişirən sif. Çörək bişirməklə məşğul olan. Çörəkbişirən fəhlə. çörəkbişirmə is. Çörək bişirmə işi və bu işlə məşğul olma. Çörəkbişirmə sənayesi. – Əminik ki, həmin təşkilatlar Binəqədidəki çörəkbişirmə sexinin əsaslı təmiri qayğısına qalacaq. (Qəzetlərdən). çörəkçi is.\n1. Çörək dükanı.\n2. Çörək dükanında işləyən adam; çörəksatan.\n3. Keçmişdə: çörək bişirib satmaqla məşğul olan adam. // Keçmişdə: başqaları üçün muzdla çörək bişirən. Axşamçağı Xavərnisənin üç bacısı, qardaşı, Kərbəlayı Xəlilin arvadı və qonşularından Tükəzban xala, çörəkçi Gülnaz cəm olub, hazırlığa başlamışdılar. T.Ş.Simurq. çörəkçilik is.\n1. Yeyinti sənayesinin çörəkbişirmə sahəsi.\n2. Keçmişdə: çörək bişirib satmaqla məşğul olan adamın işi, peşəsi. Əhalinin bir qismi də xırda ticarətlə – halvaçılıq, çörəkçilik, həlimaşıçılıq, baqqallıq, bəzzazlıqla məşğul olardı. H.Sarabski. çörəkdaşıyan sif. Çörək daşımaq üçün istifadə olunan. Çörəkdaşıyan maşın. çörəkxana is. Çörək bişirilən müəssisə. Kənd çörəkxanası. – Bəşirli gülümsündü: – ..bir çörəkxana düzəltsələr yaxşı olar. Ə.Vəliyev. çörəkitirən sif. Başqasının zəhmətini, yaxşılığını unudan, çörəyi dizinin üstündə olan; nankor. [Səməd:] Mən çörəkitirən adam deyiləm. Atanın yaxşılığına qarşı sizi darda qoymaram. C.Cabbarlı. [Əsgər bəy:] Bayaqdan Ataşı qınayırıq ki, nacinsdir, çörəkitirəndir. Ə.Vəliyev. çörəkqabı is. Çörək qoymaq üçün qab. [Nisə xalanın] dalınca da əlində çörəkqabı və boşqablar olan Əkbər gəldi. S.Rəhman. çörəkləmə “Çörəkləmək”dən f.sif. çörəkləmək f. Çörək verib bəsləmək, saxlamaq, yedirib-içirmək. [2-ci əcinnə:] Özünü vurubsan səfehliyə, xanımın xoşuna gəlib, səni çörəkləyib saxlayır. Ə.Haqverdiyev. çörəkli sif.\n1. Firavan yaşayan, çörəyi bol olan; varlı, bərəkətli. [Nəcəfalı Şahmara:] Hümmət bu kəndi çörəkli eləyib, bala! B.Bayramov. // məc. Səxavətli, əliaçıq, qonaqpərvər. [Səlimə:] Allah səni həmişə qonaqlı, çörəkli eləsin. Ə.Haqverdiyev.\n2. dan. Qazanclı, gəlirli. Çörəkli iş. çörəkpulu is. dan. Gündəlik dolanmaq, yaşamaq üçün cüzi pul, vəsait. [Ağa:] İldə beşon şahı qulbeçələrinə çörəkpulu aparıram. Ə.Haqverdiyev. [Hacı Sultan:] Yavaş-yavaş alver edib, çörəkpulusunu qazanırdı. S.Hüseyn. çörəksatan bax çörəkçi 2-ci mənada. çörəkverən sif. dan. Əliaçıq, səxavətli, comərd. Mir Cümə qapısıaçıq, çörəkverən bir adamdı. P.Makulu. çörəkverməz sif. Simic, xəsis. Çörəkverməzlər də tez tanınıbdır; Dönük xislətiylə, əqidəsiylə. Ə.Kürçaylı. çörəkyapan sif. Çörək yapmaqla məşğul olan; çörəkbişirən, çörəkçi. [Arvadlardan] biri çörəkyapandı. Ə.Əbülhəsən. çötkə is. [rus.] köhn. Dördbucaqlı çərçivədə eninə taxılmış millərə keçirilən aşıqlardan ibarət sadə hesablama aləti; sayğac. Xozeyin dinməz-söyləməz çötkəni götürüb, çaqçuq hesab elədi. S.M.Qənizadə. [Hesabdar] çötkə dənələrini tərpətdi, dənələr millərdə fırlanaraq şıq-şıq şıqqıldadı. S.Rəhimov. • Çötkəyə vurmaq (salmaq) – çötkədə hesablamaq. [Əsgər:] Rəsul oxumur, atamız da gündə beş yol dəftəri çıxardıb qoyur qabağına, vurur çötkəyə. N.Vəzirov. Əgər durub yaxşı hesab eləsək və çötkəyə salıb tərəziyə vursaq, görərik ki, müsəlmanlar on bir ayın müddətində yeyib-içməyə xərclədiklərindən çox artıq bircə ramazan ayında yeyibiçməyə xərcləyirlər. C.Məmmədquluzadə. çövkən is. Keçmişdə at üstündə ucu əyri çomaqla oynanılan top-top oyunu. Çövkən oynamaq. Çövkən oyunu. // Həmin oyunda istifadə olunan iri top. Koroğlu der: olan qalsın; Dağı-daşı talan qalsın; Çövkən alıb çalan qalsın; Meydandadır başlarımız. “Koroğlu”. çövkirmə “Çövkirmək”dən f.is. çövkirmək f. köhn. Çevirmək, döndərmək. Havanın ələfiyyata lazım olmağın belə bəyan etmək olur: bir göyərən otu istəkanı çövkirib onun altında saxlayanda ot quruyub tələf olur. “Əkinçi”. çöyrükmə “Çöyrükmək”dən f.is. çöyrükmək f. köhn. Çevrilmək. Qulu gecə sabaha kimi istidən yata bilməyib, o yan-bu yana çöyrükdü və hər çöyrükəndə də üstündən bir yorğan sürüşüb düşürdü. Çəmənzəminli. çöz is. anat. Bağırsaqları qarın boşluğunun dal divarına bağlayan periton büküşü; mezenterium. çözələmək f. Sarınmış, düyünlənmiş şeyləri tədricən açmaq. • Yumağı çözələmək – düyünü çözələmək. çözənək is. Tör-töküntü. çözmək f. Təhlil etmək, şərh etmək, izah etmək, aydınlaşdırmaq, tədqiq etmək. çözüm is. Şərh, tədqiqat. çubuq is.\n1. Elastik, yarpaqsız, nazik, düz budaq, şüy. Çubuqla yun döymək. Söyüd çubuğu. – Mirzağa əlində tutub gəzdirmək üçün bağçadan bir çubuq kəsmişdi. S.Hüseyn. Kərim baba .. iki barmaq qalınlığında yaş çubuğu yonurdu. A.Şaiq.\n2. Nazik metal mil. Dəmir çubuq.\n3. Tənbəki çəkmək üçün bir ucu ağızlıq, digər ucunda isə tənbəki tökməyə məxsus yeri olan içiboş nazik ağac parçasından ibarət cihaz; qəlyan. Çıxartdı [Məmmədhəsən əmi] çubuğunu və kisəsini və çubuğu doldurub başladı çəkməyə. C.Məmmədquluzadə.\n4. məc. Arıq, nazik, incə mənasında. Çubuq qız. – [Aslan bəy:] [Aydəmir] 19 yaşında çubuq uşaq(dır). C.Cabbarlı. Daha Ələmdar qutudakı üzüyü öz çubuq barmağına keçirib, bilərziyi dəyənək qoluna bağlayıb, həmayili də sinəsindən asmayacaqdı ki. S.Rəhimov. çubuqbaşı is. Çubuğun (3-cü mənada) içərisinə tənbəki qoyulub yandırılan hissəsi. çubuqcuq “Çubuq”dan kiç. Nar çubuqcuğu. çubuqlama “Çubuqlamaq”dan f.sif. çubuqlamaq f. Çubuqla vurmaq, çubuqla döyəcləmək, çubuqla çırpmaq. Xalçanı çubuqlamaq. // Çubuqla döymək, çubuqla vurmaq. Kəli çubuqlamaq. çubuqlanma “Çubuqlanmaq”dan f.sif. çubuqlanmaq məch. Çubuqla vurulmaq, çubuqla döyəclənmək, çubuqla çırpılmaq. // Çubuqla döyülmək, çubuqla vurulmaq. çubuqlaşma “Çubuqlaşmaq”dan f.sif. çubuqlaşmaq qarş. Çubuqla bir-birini vurmaq, çubuqla vuruşmaq. çubuqvari sif. Çubuq kimi nazik və düz. çudu is. Lay-lay xəmirdən ətli və ya qozlu qoğal. çuğlamaq f. Xəbərçilik etmək. çuğul is. Xəbərçi, şeytanlıq edən adam. Qaçaq Nəbi gün yağlanmamışdan durur, həndəvərə göz gəzdirir. Həcərin “Ay Nəbi, niyə yatmırsan?” sorğusuna qarşı, “çuğul ölməyib” deyə cavab verirdi. S.Rəhimov. Gəzir könülləri söz yaza-yaza; Çuğul xəbər verir bunu knyaza. S.Vurğun. çuğulçu bax cuğul. çuğullama “Çuğullamaq”dan f.sif. çuğullamaq f. Xəbər vermək, xəbərçilik etmək, şeytanlamaq. [Əsli:] Kərəm, atam səni Süleyman paşaya çuğullayıb. “Əsli və Kərəm”. [Nabat:] Ağa, vallah, yalan deyir, nahaq yerdən gəlib məni sənə çuğullayır. S.S.Axundov. çuğulluq (=çuğulçuluq) is. Xəbərçilik, şeytanlıq. [Bayram:] İndi sən [Pərzad] istərsənmi ki, mən özümü bədnam edib, çuğulçuluq adını üstümə götürüm? M.F.Axundzadə. çuğulçuluq (=çuğulluq) is. Xəbərçilik, şeytanlıq. [Bayram:] İndi sən [Pərzad] istərsənmi ki, mən özümü bədnam edib, çuğulçuluq adını üstümə götürüm? M.F.Axundzadə. çuğundur is. bot. Qırmızı və ya ağrəngli iri yumruları və iri yarpaqları olan bostan bitkisi. [Rüstəm] bir neçə yaxşı şumlanmış, hətta çuğundur və soğan əkilmiş sahəyə baxdı. M.İbrahimov. // Həmin bitkinin qırmızı və ağrəngli yoğun yeməli kökü. [Molla:] İndi bir pud çuğundur aparıram. “M.N.lətif.”. Quru ot, yonca, çuğundur, silos inəklərin xoşladığı yemdir. Ə.Vəliyev. • Qənd (şəkər) çuğunduru – kökündən qənd alınan çuğundur növü. çuğundurçu is. Çuğundurçuluq mütəxəssisi. çuğundurçuluq is. Kənd təsərrüfatının çuğundur əkib-becərməklə məşğul olan sahəsi. çuğundurotu is. bot. Üstü tüklə örtülü bir, iki və ya çoxillik ot bitkisi. çuğunduryığan (=çuğundurçıxaran) is. Çuğunduru yerdən çıxarıb yığan maşın. Yeni markalı çuğunduryığan (çuğundurçıxaran). // Sif. mənasında. Çuğunduryığan maşın. çuğundurçıxaran (=çuğunduryığan) is. Çuğunduru yerdən çıxarıb yığan maşın. Yeni markalı çuğunduryığan (çuğundurçıxaran). // Sif. mənasında. Çuğunduryığan maşın. çuxa is. Qafqazlıların üstdən geyilən, beli büzməli, uzun, kişi milli geyimi. Çərkəzi çuxa (döşündə vəznələri olan çuxa növü). – [Usta Ağabala] dolahadola neçə arşın qurşağını açıb tökdü və sonra çuxa, arxalıq, canarxalıq – hamısını birdən çıxarıb tappıltı ilə saldı keçənin üstünə. Çəmənzəminli. Kəndli 45-50 yaşında, göy çuxa geymiş, ucaboylu, sarı və bozsaqqallı bir kişi idi. T.Ş.Simurq. çuxalı sif. Əynində çuxa olan, çuxa geymiş. Çuxalı qoca. – Qara çuxalı bir düşmən süvarisi özünü yetirərək komandanı yaraladı. H.Nəzərli. çuxalıq is. Çuxa tikmək üçün parça. Qəmər şalı öz əri üçün çuxalıq toxumuşdu. Ə.Vəliyev. // sif. Çuxa üçün yararlı. Çuxalıq mahud. çuxur is.\n1. Yer səthindən aşağı çökmüş, oyulmuş yer; oyuq, çala. Məmməd bir böyük və dərin çuxur qazıb, eşşəyin leşini ora saldı, üstünü torpaqladı. E.Sultanov. Çəpərlərdən çıxan tikan kolları oynaya-oynaya gəlib yol çuxurlarında bənd alır. Mir Cəlal. // Sif. mənasında. Dünyada hər iş öz qaydasınca gedir, suyu tökəndə çuxur yerə axır.. C.Məmmədquluzadə. Xanlar cəld geriyə döndü. Çuxur bir yer tapıb, daldalanmaq istədi. M.Hüseyn.\n2. Bədənin bəzi yerlərində (xüsusən üzdə, yanaqda) əmələ gələn xırda çökək yer; batıq. [Sila] gülərkən yenə ordu batır, sifətində çuxur əmələ gəlirdi. Ə.Vəliyev. [Gülşənin] hər iki yanağında kiçik çuxurlar əmələ gəldi. Q.İlkin.\n3. Dərin nimçə, dərin qab. [Aftil Hacı Əhmədə:] Budur, sən hər gün xoruzbeçə yeyirsən, mənim uşaqlarım bir çuxur bulama tapa bilmir. C.Cabbarlı. ‣ Gözləri çuxura düşmək – bax gözləri quyuya düşmək (“göz”də). çuxurcuq kiç. Kiçik çuxur, balaca çuxur. çuxurlanma (=çuxurlaşma) “Çuxurlanmaq”, “çuxurlaşmaq”dan f.is. çuxurlaşma (=çuxurlanma) “Çuxurlanmaq”, “çuxurlaşmaq”dan f.is. çuxurlanmaq (=çuxurlaşmaq) f. Çuxur əmələ gəlmək, dərinləşmək, çuxura düşmək. Ələsgər gördü ki, bu gözəlin zənəxdanının böyründə bir cüt həbəşi xalı var, gözlər güləndə üz çuxurlanıb, xallar gizlənir. “Aşıq Ələsgər”. [Şah] isə düz gedir, bu rəngi qaçmış, gözləri çuxurlanmış (f.sif.) insanların üzünə belə baxmırdı. M.İbrahimov. çuxurlaşmaq (=çuxurlanmaq) f. Çuxur əmələ gəlmək, dərinləşmək, çuxura düşmək. Ələsgər gördü ki, bu gözəlin zənəxdanının böyründə bir cüt həbəşi xalı var, gözlər güləndə üz çuxurlanıb, xallar gizlənir. “Aşıq Ələsgər”. [Şah] isə düz gedir, bu rəngi qaçmış, gözləri çuxurlanmış (f.sif.) insanların üzünə belə baxmırdı. M.İbrahimov. çuxurluq is. Çuxur yer, çalalıq. Çuxurluqda gizlənmək. çuqun is. [rus.]\n1. Polad almaq və ya tökmə məmulatı hazırlamaq üçün işlədilən karbonla dəmirin xəlitəsi. Çuqun əritmək.\n2. Həmin metaldan qab. Çuqunda xörək bişirmək. // Bu metaldan hazırlanmış. Çuqun qazan. – İmran kişi havanın belə gözlənilmədən soyumasına fikir vermir və bu səbəbdən də çuqun peçini qoydurmurdu. M.Hüseyn. Küçələrdə sıra ilə yerə basdırılmış çuqun dirəklərin başında ağ kürələr parlayırdı. Ə.Sadıq. çuqunəritmə (=çuquntökmə) is. Çuqun əridilən, tökülən (zavod, sex və s.). Çuqunəritmə sənayesi. – Çuquntökmə sexini yenidən qurmaq üçün hazırlıq aparılır. çuquntökmə (=çuqunəritmə) is. Çuqun əridilən, tökülən (zavod, sex və s.). Çuqunəritmə sənayesi. – Çuquntökmə sexini yenidən qurmaq üçün hazırlıq aparılır. çul is.\n1. Üstündə oturmaq və ya soyuqdan qorunmaq üçün atın və bəzi başqa heyvanların dalına salınan qıldan və ya yundan toxunma qalın örtük. Şirməmməd öküzləri rahatladı, çullarını alıb qabaqlarına yem tökdü. E.Sultanov. [Nisə xala:] Yəhərləmək lazım deyil, çulu aşır üstünə. Qantəmir.\n2. dan. Geyim, paltar mənasında (istehza ilə). ‣ Çul kimi yerə sərilmək – yerə dəymək, birdən bərk yıxılmaq. Bayram qoşalüləni hərləyib qırma barıtı bəyin qarnına doldurur. Bəy çul kimi yerə sərilir. Ə.Vəliyev. Çulunu sudan çıxarmaq – birtəhər dolanmaq, işin içindən çıxmaq. [Şirzad Yarməmmədə:] Deyirəm, qorxaqsan, birtəhər sürünüb çulunu sudan çıxarmaq istəyirsən. M.İbrahimov. Turaclılar demişkən [Qurban] oxuyub qurtarmadı, bəlkə süründü, ölüm-zülüm çulunu sudan çıxartdı. Ə.Vəliyev. çul-çuxa top. isteh. köhn. Geyim, paltar (adətən dəbdən çıxmış paltar haqqında). Yamayardım babamın çul-çuxasın. M.Ə.Sabir. [Balaş Sevilə:] ..Kişi üçün də bu dal otaqda yer sal, tez yatsın, çul-çuxası ilə həyətəzada çıxar, biabır olarıq. C.Cabbarlı. çulğama (=çulğalama) “Çulğa(la)maq”dan f.sif. çulğalama (=çulğama) “Çulğa(la)maq”dan f.sif. çulğamaq (=çulğalamaq) bax qaplamaq. Səhərdir, günəşin rəngi sapsarı; Sarılıq çulğamış ağ buludları. S.Vurğun. Silah səsləri sahili çulğaladı. M.Hüseyn. çulğalamaq (=çulğamaq) bax qaplamaq. Səhərdir, günəşin rəngi sapsarı; Sarılıq çulğamış ağ buludları. S.Vurğun. Silah səsləri sahili çulğaladı. M.Hüseyn. çulğanma (=çulğalanma) “Çulğa(la)nmaq”dan f.sif. çulğalanma (=çulğanma) “Çulğa(la)nmaq”dan f.sif. çulğanmaq (=çulğalanmaq) f. Bürünmək, qapanmaq, dürtülmək. Qaranlığa çulğalanmış (f.sif.) bir çox evlərin sahibləri hələ tarladan qayıtmamışdılar. T.Ş.Simurq. Çulğalanıb çən və dumanla bayır; Mürgüləyir dağ, dərə, orman, çayır. A.Şaiq. çulğalanmaq (=çulğanmaq) f. Bürünmək, qapanmaq, dürtülmək. Qaranlığa çulğalanmış (f.sif.) bir çox evlərin sahibləri hələ tarladan qayıtmamışdılar. T.Ş.Simurq. Çulğalanıb çən və dumanla bayır; Mürgüləyir dağ, dərə, orman, çayır. A.Şaiq. çullama “Çullamaq”dan f.sif. çullamaq f.\n1. Dalına çul qoymaq (heyvanın). Atı çullamaq. – Molla öküzünü çullayır, ağzına da bir yüyən vurub meydana gəlir. “M.N.lətif.”. [Nəbi:] And içirəm, sənə məxmər çullaram; Bozat, qurtar məni, aman günüdür. “Qaçaq Nəbi”.\n2. dan. zar. Üst-üstə çoxlu paltar geyindirmək. çullanma “Çullanmaq”dan f.sif. çullanmaq 1. məch. Dalına çul qoyulmaq (heyvanın).\n2. dan. qayıd. zar. Üst-üstə çoxlu paltar geymək, qalın geymək. Nə olub belə çullanıbsan? çullatma “Çullatmaq”dan f.sif. çullatmaq icb. Dalına çul qoydurmaq (heyvanın). Atı çullatmaq. – [Koroğlu Həmzəyə:] Qış olanda məxmər çullat! At igidin qardaşıdı. “Koroğlu”. çullu sif. Çulu olan, çullanmış, dalına çul qoyulmuş. Çullu at. ‣ Ağzına çullu dovşan yerləşmir (sığmır) – bax ağız1 . çumur (=çumur-çumur) is. Kiçik qum təpəciyindəki qumu hərə barmaqla öz tərəfinə çəkməkdən ibarət uşaq oyunu. Çumur (çumur-çumur) oynamaq. ÇUR! Uşaq oyunlarında: qadağan olunmuş bir şeyə toxunmaqdan və ya başqa işdən saqındırmaq üçün işlədilən nida, söz. Çur səndən, cığallamaq məndən. (Ata. sözü). çumur-çumur (=çumur) is. Kiçik qum təpəciyindəki qumu hərə barmaqla öz tərəfinə çəkməkdən ibarət uşaq oyunu. Çumur (çumur-çumur) oynamaq. ÇUR! Uşaq oyunlarında: qadağan olunmuş bir şeyə toxunmaqdan və ya başqa işdən saqındırmaq üçün işlədilən nida, söz. Çur səndən, cığallamaq məndən. (Ata. sözü). çursaf is. “Çur” deyilmədiyi halda oyunda istifadə olunan şeyləri götürmək istərkən işlədilən söz. “Çursaf” deyib topu götürmək. – Bir keçəl bir uşağa aşıqlarını uduzub, çursaf eləyib aşıqları götürdü. (Nağıl). çust is. Dabansız, yüngül ayaqqabı. Çust geymək. – Yağış yağanda sel gətirən köhnə başmaqları, çustları, çəkmələri, çarıqları [Şeyx Şaban] yığıb, qalıba vurub, yamayıb ucuz qiymətilə – cütünü altı şahıdan, bir abbasıdan satardı. Ə.Haqverdiyev. [Ağasəfərin] ayağında isə qara meşin çust vardı. Ə.Əbülhəsən. çuşka is.\n1. Külçə xammal. • Çuğun çuşkası.\n2. məc. Xam adam (jarqonizm). çuval is.\n1. Böyük kisə, xaral. Bayram oldu, heç bilmirəm neyləyim: Bizim evdə dolu çuval da yoxdur. M.P.Vaqif. Qızlar sabah tezdən .. pambıqları yığacaq, çuval və xarallara doldurub təhvil verəcəklərdi. Ə.Vəliyev.\n2. Saylardan sonra gələrək çuval tutan miqdarı bildirir. Yarım çuval buğda. – [Qurban Telliyə:] Hər ağac altından üç-dörd çuval əzik-üzük alma yığmışıq. Ə.Məmmədxanlı. çuval-çuval sif. Çuvallar dolusu; çuvallarla; çoxlu. [Xortdan:] Bir yanda çuval-çuval buğda qoyulub, bir yanda yağ, pendir.. Ə.Haqverdiyev. Əllaflar çuval-çuval arpa, buğda və saman alıb, arabalara doldurur, eşşəklərə yükləyirdilər. A.Şaiq. çuvalduz is. İti ucu yastı və əyri iri qıyıq. İynəni özünə, çuvalduzu yoldaşına. (Ata. sözü). Axşam namazından, şam yeməyindən sonra, əlində çuvalduz çarığını köşələyən Salman kişi ayaq səsi eşitdi. Mir Cəlal. çuvaş is. Çuvaş Respublikasının əsas əhalisini təşkil edən türkdilli xalq və bu xalqa mənsub adam. çuvaşca sif. və zərf Çuvaş dilində. Çuvaşca danışmaq. Çuvaşca-rusca lüğət. çün [fars.] klas. köhn. bax çünki. [Münəccim dedi:] Yuxunun mənasını tapsa o qoca tapar, çün belə yuxuların mənasını tapmaq bizim işimiz deyil. (Nağıl). Dezdemona dəsmalı arayıb tapmayanda, ziyadə təşvişə düşmüşdü və hər kəsdən onun sorağını edirdi. Çün dəsmalı çox zərif və üstü gözəl çiçəklər ilə tikilmiş bir dəsmal idi. F.Köçərli. çünki bağl. [fars.] Ona görə ki, bundan dolayı, bu səbəbdən. [Vaqif] ehtiyat edirdi, çünki bu görüş yanlış şayiələr doğura bilərdi. Çəmənzəminli. [Əsgər:] Yəqin ki, getməz, çünki o, bəy qızıdır. Ü.Hacıbəyov. // Bir halda ki, madam ki. Çünki oldun dəyirmançı; Çağır gəlsin dən, Koroğlu! “Koroğlu”. çürük sif.\n1. Çürüyüb xarab olmuş; çürümüş. Çürük taxta. Çürük meyvə. – [Balaş:] Artıq bu həqiqətdir ki, qadınsız cəmiyyət çürük bir ağac kimidir. C.Cabbarlı. [Sona:] Öz məhəbbətinə dönük çıxan .. adamı çürük diş kimi kökündən qoparıb ataram. B.Bayramov.\n2. məc. Sağlam bir təmələ, dəlilə əsaslanmayan; etibarsız. Çürük nəzəriyyə. Çürük fikirlər. – Əsrlərdən bəri avam xalqın iliyinə qədər yerləşmiş çürük əqidələr dəxi puç olub getdi. Ü.Hacıbəyov. // məc. Köhnəlmiş, zəmanəyə uyğun olmayan, vaxtı keçmiş. Çürük adətlər. // məc. Boş, mənasız, lüzumsuz. [Səlim:] Sizin kimi ziyalı bir adam bu kimi çürük və mənasız şeylərlə məşğul olarsa, o zaman avam və fanatik müsəlmanları nə haqla qınaya bilərik? S.Hüseyn. ‣ Çürüyünü çıxar(t)maq – bir şeyi həddindən artıq təkrarlayaraq bıqdırmaq. [Bibixanım Fərruxa:] O qədər çürüyünü çıxardırsan ki, sonra day yerini almaz. B.Bayramov. çürükçü is. Bir şeyi həddindən artıq təkrar etməklə bıqdıran, təngə gətirən adam. [Satıcı:] Qardaşoğlu, de görüm alansan, ya çürükçüsən! Mir Cəlal. çürükçülük is. Çürükçü adamın xasiyyəti; çürükçü olma. ‣ Çürükçülük eləmək – bir şey haqqında həddən artıq danışmaq, təkrar etmək, çürüyünü çıxarmaq. Bəsdir çürükçülük elədin. – [Zalxa Namaza:] Yaxşı, bəsdir, keçən işi indi çürükçülük eləyib danışmaq sənə qalıbdır? M.F.Axundzadə. çürüklük is. Çürük şeyin halı; çürük olma. Taxtanın çürüklüyü. çürümə “Çürümək”dən f.sif. çürümək f.\n1. Mikroorqanizmlərin təsiri altında pozulub xarab olmaq. Taxta çürüdü. Meyvələr yağışdan çürümüşdür. – [Qərənfilin] də yarı canı qalıb südün yanında ki, südü bişirmədim, çürüyəcək. Ə.Vəliyev. Ayaq üstündə çürümüş (f.sif.) iri ağacın yıxılmasına bənzər küt bir xırıltı eşidildi. B.Bayramov.\n2. məc. Pozulub dağılmağa başlamaq; pozulmaq, məhv olmaq, məhvə məhkum olmaq. Çünki İran əks-inqilabını himayə edən çar hökuməti öz içərisindən çürüməkdədir. M.S.Ordubadi. “Molla Nəsrəddin” çürümüş, köhnə, yaramaz, üfunət saçan həyat və ictimai əlaqələrin hərtərəfli və öldürücü tənqidçisidir. M.İbrahimov. // məc. Məhv olmaq, yıpranmaq. Dərdli Kərəm bu yollarda çürüyə; Yolçunu yolundan eylər bu gəlin! “Əsli və Kərəm”. Heç kəs istəməz ki, oğlu qazamatda illərlə çürüsün. N.Nərimanov. çürüntü is. Çürümüş şeylər. Xəzəl çürüntüsü. – Meşədən həmişəki ürəkaçan ətirli rayihə əvəzinə rütubətli çürüntü qoxusu gəlirdi. M.Rzaquluzadə. Torpağın qış aratına qoyulması yerdə qalmış çör-çöpün çürüntüyə çevrilməsinə, torpağın qidalanmasına səbəb olur. çürüntülü sif. Tərkibində çürüntü olan, çürüntü ilə qarışmış. Çürüntülü torpaq. çürütmə “Çürütmək”dən f.sif. çürütmək f.\n1. Çürüməsinə səbəb və ya vasitə olmaq, çürüməsi üçün şərait yaratmaq. Xəzəli torpağa qarışdırıb çürütmək. – Gölməçə suların rəngi sapsarı; Xəstəlik çürüdür ağaclıqları. S.Vurğun. [Göyçək] ayranı çürüdüb şor elədi. Ə.Vəliyev.\n2. məc. Əzab və əziyyət içərisində məhv etmək. Südabəyə elə gəlirdi ki, Kərimxanın cəlladları, Firidunu məhbəsdə çürüdən (f.sif.) qatillər qarşısında oturmuşdur. M.İbrahimov. ..Azadlıq üçün minlər və on minlərlə inqilabçılar sürgünlərdə, həbsxanalarda canlarını çürüdüblər. Ə.Sadıq. çüy is. Mil, çiv (təkərdə). d azərbaycan əlifbasının beşinci hərfi. Bax de1 . da I. (DƏ)\n1. Danışan şəxsin məsələyə münasibətini, hiss və həyəcanını bildirməyə xidmət edən və çox vaxt yerindən və məna çalarından asılı olub müəyyən intonasiya ilə deyilərək aşağıdakı vəzifələrdə işlədilən ədat. 1) Əmr bildirən fellərdən sonra gələrək təkid, israr, bəzən də əmr bildirir. Gəl də! Tez ol da! Yaz da! Gətir də! – [Qasım kişi:] ..İndi mən bu mətləbləri başa düşmürəm. Sən ki oxumusan, gəl cavab ver də! C.Məmmədquluzadə. [Hacı Əhməd:] Atam, qoyun kişi sözünü desin də, arvad oldu, nə oldu, söz danışır axı. C.Cabbarlı. [Hüseynqulu Yunisə:] Gəl çıx da, demirsən bəs işimiz var, planımız var? Mir Cəlal; 2) saylardan sonra topluluq, ümumiləşdirmə mənasında işlənir. İkisi də bir-birindən gözəldir. – Mən çöndüm Dilbərə tərəf. Mənim Dilbərim bu dörd nəfər xanımların dördündən də gözəl idi. C.Məmmədquluzadə. // Təkrar olunan sözün ikincisinə qoşularaq fərqləndirmə, ayırma məqamında işlənir. Gah çəkic vurdu əlim, gah da qələm tutdu əlim; Coşdu könlümdə müqəddəs əməlim. S.Rüstəm. Zeynalov gah sol, gah da sağ əlinin barmaqlarına baxa-baxa danışığını nə cür başlayacağı haqqında düşünürdü. Ə.Vəliyev; 3) özündən əvvəl gələn sözün mənasını gücləndirir, nəzərə çarpdırır və ayırır. Sənin də bu işlərə həvəsin var! Bizim də fikrimizə qulaq as. Başqaları ilə də hesablaşmaq lazımdır. – Nədənsə geri qayıtmaq da istəməyirdim. S.Hüseyn. [Mirzə Səməndər:] A kişi, sən də çox qozqurtma ha! C.Cabbarlı. Yazmağına sözüm yox, amma bir bizə də yazsın da! Mir Cəlal. // Özündən əvvəl gələn sözə müxtəlif ekspressiv-emosional rənglər verir. Nə qədər də gözəldir! Necə də oxuyur! Belə də xoş səs olar? // Qoşatərkibli ədatlar əmələ gətirir. [İbrahim xan:] Yenə də şikayət? Gəl inan ki, sən; Nə qədər mən sağam, kef görəcəksən. S.Vurğun. [Gültəkin:] Fəqət qoyun, son dəfə olaraq bütün xoşbəxt günlərimi keçirdiyim bu qaranlıq məhzun evciyəzi bir də doyunca görüm. C.Cabbarlı. Cahangir cavab vermədi, o qəsdən bir az da qaşqabağını sallayaraq dayandı. S.Rəhman; 4) intonasiyadan asılı olaraq, danışanın bir şeyə müsbət və ya mənfi münasibətini bildirir. Elə, arvad yalan demir ki, doğru deyir də! C.Məmmədquluzadə. [Tərlan xanım:] Yaxşıdır ki, qapımızın artıq tikəsi ilə böyüyüb, bəslənib. Burnundan gəlsin o... Belədir də! Mir Cəlal. [Yusif:] Elə adamı da yandıran budur da. Ə.Vəliyev; 5) narazılıq, məmnuniyyətsizlik bildirir. Qoymursunuz bir yerdə oturaq da. – [Hacı Mehdi:] A kişi, dəli əlinə düşmüşəm də! Ə.Haqverdiyev. [Əlisa:] Canım, ölmədik, altmışı da adladıq, arvadların əlinə düşdük də! S.Rəhimov. [Kərəmov Zinyətə:] Hə, məni hədələyirsən? Qoymurlar da, qoymurlar ki, sakit oturub iş görək. S.Rəhman. // İntonasiyadan asılı olaraq, bəzən kinayə, yaxud könülsüz razılıq məqamında işlənir. [Hacı Əhməd:] Neynək, kəndimiz tərəqqi eləsin də. C.Cabbarlı. Biz nə deyirik ki, gəlsin də... S.Rəhman. [Gəldiyev Rübabəyə:] Demək, özünü məndən ağıllı bilirsən də! Mir Cəlal. // Razılıq, məmnunluq məqamında. [Mirzə Qoşunəli:] Ha, belə ha!.. Allah oğlunu saxlasın, əvvəldən de də! Ə.Haqverdiyev. // Arzu bildirir. O günlər getsin də, gəlməsin. Yaxşı olsun da, xərcin zərəri yoxdur; 6) təəssüf, peşmanlıq, ya etiraf məqamında işlənir. Bir işdi oldu da... M.Hüseyn; 7) bir işi, hadisəni təsdiq məqamında işlənir. [Qoca kişi:] Başına dolanım, ay həkim, bu uşağın heç azarı-bezarı yoxdu, dəli-zad da deyil ha. C.Məmmədquluzadə. Bu xalq da sənin kimi vətəndaşdır da! C.Cabbarlı. Ay Merac, sənin qaydandır da.. Ə.Vəliyev. [Gülər:] Mən bayaqdan onu deyirəm də.. S.Rəhman; 8) qoşulduğu sözə istehza, kinayə, saymazlıq, laqeydlik çaları verir. Boş şeydir də. Səsdir də. Adamdı da! – Deyəsən, canavar əli görsədiblər, qorxur da. Mir Cəlal; 9) yəqinlik, yaxud haqqında söhbət gedən şeyin mütləq olacağını, baş verməli olduğunu bildirir. Söz verib, gələcək də. Mühəndisliyə həvəsi çoxdur, olacaq da. Bilsəydi, deyərdi də. – Seçicilər [Barxudardan] adına layiq iş tələb etməyə, hünər gözləməyə haqlıdırlar və bunu edəcəklər də. Mir Cəlal. [Musa:] Söz vermişəm də, gələcəyəm də... Mən camaatdan uzaqlaşmıram. S.Rəhman; 10) bəzən haqqında söhbət gedən məsələyə qarşı danışanın şübhə, ya inamsızlıq hissini ifadə edir. Deyirsən də... Görərik də... – Axı, yəni deyirsən, cəmi-məxluqat öz başına yaranıb da? C.Məmmədquluzadə; 11) “doğrudan”, “həqiqətən” sözlərindən sonra gələrək, onların mənasını gücləndirir, dəqiqləşdirir. [Gülüş:] Ax, Sevil, sən doğrudan da yazıqsan, hər şeyə Balaşın yoxsulluq gözü ilə baxırsan. C.Cabbarlı. ..Rübabənin gözü özündə idi, çünki Rübabə bu məktəbə görməyə, görünməyə, axtarmağa yox, doğrudan da oxumağa gəlmişdi. Mir Cəlal. Doğrudan da vaxt yoxdur. S.Rəhman; 12) dan. bəzən “ki” bağlayıcısından əvvəl gəlib, haqqında söhbət gedən şeyin, hadisənin, halın davamlılığını, bütün tədbir və çalışmalara baxmayaraq, bir şeyin baş tutmadığını, əmələ gəlmədiyini bildirir. İstilər düşmür də ki, düşmür. İstəmir də ki, istəmir. – [Xanım:] Ay Gülöyşə, yazıq Böyükkişi lap hər şeydən cinlənir, nə olsun, bilmirəm, sağalmır da ki, sağalmır. S.Rəhimov; 13) “əlbəttə” mənasında (görülən, yaxud görüləcək bir işə haqq qazandırır). Belə eləsən, gəlməz də. Çağırsaydın, gələrdi də. – Çubuq dolduran birisi.. [qatırçının] sualına cavab verdi: – Necə olacaq, necə hanı? Top atan elə olar da. Mir Cəlal; 14) “heç” mənasında (feillərdən sonra gələrək onların mənasını daha da nəzərə çarpdırır). Ancaq Rübabə bilsəydi, [Ağca xanım] Gəldiyevin arvadıdır və uşaq onun oğulluğudur, heç dalınca düşməz, bir kəlmə danışmazdı da. Mir Cəlal. [Qürbət:] Yusif! Sənin bu pərdəli sözünə yoxam da! Ə.Vəliyev. [Kərəmov:] ..Sən öl, bu cavanlara söz başa salmaq olmur da... S.Rəhman; 15) məgər, heç (sual məqamında işlənilir). Bu qədər də yağıntı olar? – Dəftərxanaçı soruşdu: – Niyə duruxdun? – Ac da qarovul olarmı? Mir Cəlal; 16) “üstəlik”, “hələ bir”, “dəxi”, “bir də” mənasında işlənir. Günahkar özü olduğu halda, danışır da. Danışmağa dili də var. – Bu cür axmaq .. yaltaqdan şadlanır və yalançıya ənam da verir. M.F.Axundzadə. [Hacı Baxşəli:] Ədə, hələ utanmırsan da danışırsan? C.Məmmədquluzadə. [Zalxa Zinyətə:] Buna bax ha, hələ forsuna da dəyir. S.Rəhman.\n2. Həmcins üzvlü cümlələrdə həmcins üzvləri, mürəkkəb tabeli cümlələrdə isə baş cümlə ilə budaq cümlələri bir-birinə bağlayan və aşağıdakı mənaları ifadə edən bağlayıcı. 1) “dəxi”, “həmçinin”, “o cümlədən” mənasında. O da bizimlə getmişdi. Oğlunu da özü ilə bərabər apardı. Onu mən də çox axtardım. Onun da adı siyahıda var. Mən də getməyə hazıram. O da bu fikirdədir. – Bir ay bundan qabaq övrətimi və uşaqlarımı da götürüb Ağdaşdan Bakıya köçürmüşəm. C.Məmmədquluzadə. Atabala da o dövrün bir nümayəndəsi idi. A.Şaiq. Burada ucuz qiymətə şərab da tapmaq olurdu. Ə.Əbülhəsən. // “Habelə”, “dəxi” mənasında. Bizim küçədə də toy-bayram olar. (Məsəl). ..Nəcəf Yəhya oğlunun da məktubu zarafatnan yazılıb.. C.Məmmədquluzadə. [Zeynal] vaxtı ilə əmanət kassasında birikdirdiyi və topladığı yeddi-səkkiz yüz manatı da xərcləmişdi. S.Hüseyn. [Səlim:] Mən səni bir doğru qız zənn edərdim, səndə aldatmaq da varmış?! H.Cavid; 2) həmcins üzvləri birbirinə bağlayır. O da, yoldaşı da gəlməlidir. Mənim də, sənin də, onun da iştirakı vacibdir. Qızlar da, oğlanlar da bədən tərbiyəsi ilə məşğul olmalıdır! – [Sənəm:] Ah! Qoca olandan sonra heç nə! Ağrım onun özünə də, dövlətinə də! Ü.Hacıbəyov. Zoya bunları [söyüşləri] danışmaqdan, Gəldiyev də eşitməkdən ləzzət alır. Od da öz işindədir, şiş də. Mir Cəlal. [Həbib bəy:] ..Yaxşı oxu, adam ol, bizim də üzümüz ağ olsun, ananın da. S.Rəhman; 3) şərt şəklində olan sözü başqa bir sözlə bağladığı vaxt ikincisinin birinciyə qarşı olduğunu bildirir. Əlləşsə də, faydası yoxdur. Çox yüyürdüsə də, çata bilmədi. O bilməsə də, sən bilməlisən. – Cümlə cahan yatsa da, biz yatmarıq.. M.Ə.Sabir. Qızılı udsa da qara torpaqlar; Yenə qiymətini özündə saxlar. S.Vurğun. Əhməd operasiya edilmişdisə də, gülləni çiynindən çıxara bilməmişdilər. Ə.Vəliyev. Qədirin bu hərəkətini hamı bilsə və pisləsə də, o əl çəkmirdi. Mir Cəlal. // Bəzən həmin formada olan sözə güzəşt mənası verir. Görsəm də, tanımaram. Ölsəm də, məqsədimə çatmalıyam; 4) bəzi feli bağlamalardan sonra gələrək, “və” bağlayıcısı, bəzən isə təkid mənasında işlənir. Ona tez dəyib də qayıt. Alıb da evə dön. Gəlib də getdi. O məni görüb də görməməzliyə vurdu. Çıxıb da get. – Yanan qəlbinə sanki su saçdılar; O yerdən alıb da məni qaçdılar. M.Ə.Sabir. Məni bir baxışda eşq oduna saldı da getdi. C.Cabbarlı; 5) o biri tərəfdən, bundan əlavə, hələ (əvvəlki cümlədə təsvir olunan hadisəyə və s.-yə başqa bir hadisənin və s.nin əlavə olunduğunu bildirir). ..Bacım Fatma da hamilə idi və doğmağına bir neçə gün qalanda əri İsmayıl bəy də gəldi İrəvana. C.Məmmədquluzadə. Əhməd bəy bundan da diltəng olub, həmişəlik xanənişin olub, altıyeddi sənə evindən çıxmadı. Ə.Haqverdiyev. [Zərifə:] Girdim imtahana... Qəşəng də geyinmişdim.. S.Rəhman. // Cavabən, cavab olaraq, öz növbəsində, öz tərəfindən (fikri əvvəlki cümlədə söylənilənlərə bağlamaq üçün işlənir). Mən də dönüb belə dedim. Onlar da yavaş-yavaş dinməyə başladılar. – Qurbanəli bəy də yerindən qalxıb, stəkanını götürüb vurdu xanımın stəkanına. C.Məmmədquluzadə; 6) “hətta”, “belə” mənasında. İclasa qocalar və yaşlı qadınlar da gəlmişdi. Elə sözlər danışırsan ki, bişmiş toyuğun da gülməyi gəlir. Kölgədə oturmuşduq, amma burada da nəfəs almaq mümkün deyildi. – [Novruzəli:] Heç nəçərnik də bu kağızı mənim əlimdən ala bilməz. C.Məmmədquluzadə. Hacı Kamyab kimi kişinin atasına da od vurmaq olar?! Ə.Haqverdiyev. Adamın pisini-yaxşısını bir həftədə yox, lap bir saatda da tanımaq olar. M.İbrahimov; 7) “heç olmasa”, “barı” mənasında. Bunca oxudun, yorul da bari; Bir dəfə burax bu zəhrimari. M.Ə.Sabir; 8) “həm” mənasında. Qələm də aldım, dəftər də. O da, bu da. Mən də, yoldaşlarım da eyni fikirdəyik. – [Əzrayıl bəy:] Qılıncımın dalı da kəsirdi, qabağı da. Ə.Haqverdiyev. Bu yay Rübabə də, Vahid də diplomlarını almışdılar. Mir Cəlal. Hava da, torpaq da, gül də, bahar da; Soyuq da, şaxta da, boran da, qar da; Tapır mənasını insanla ancaq. M.Dilbazi.\n\nII. “Daha” sözünün canlı dildə işlənən ixtisar forması olub “a” uzadılaraq deyilir. Da sənə nə deyim. – Padşah Əhmədi-Çekkaşdan xəbər aldı: – Da nəyin qaldı? Əhmədi-Çekkaş dedi: – Da sağlığın! (Nağıl). dabaq is. bayt. Qaramal, davar və donuzlarda yoluxucu xəstəlik. Dabaq xəstəliyinə qarşı mübarizə. • Dabaq olmaq – dabaq xəstəliyinə tutulmaq. İnək dabaq oldu. daban is.\n1. İnsan və heyvan ayağının dal hissəsi. Çox gəzməkdən dabanlarım sızıldayır.\n2. Ayağa geyilən şeylərin arxa hissəsi. Corabın dabanını yamamaq. – Qərənfil xala corabların ikisinin də dabanını toxuyub kəsdi. Ə.Vəliyev. // Ayaqqabı altının arxa tərəfindəki möhkəm və qalın hissə. Çəkmənin dabanı ilə başımdan vurub papağımı saldı yerə. C.Məmmədquluzadə. [Dilənçi] ayağına dabanları yatırılıb əyilmiş bir kişi başmağı geymişdi. Ə.Sadıq.\n3. dan. Bir daban bərabərində uzunluq. Gülsənəm arvad Cəmilin .. bir ildə azı bir daban uzandığını görüb sevindi. M.Hüseyn.\n4. dan. Dəfə, kərə. Üç daban getmək.\n5. Bax ayaq1 9-cu mənada. Tüfəngi dabana çəkmək. Dabanda saxlamaq. – Sənsə cəbhədəsən belə bir gündə; Tüfəngin dabanda bir döyüşçüsən. S.Vurğun.\n6. məh. Dəyirmanın üst daşını yuxarı qaldırmaq üçün dirəklərdən düzəldilən qurğu.\n7. Bax dabana. Qapının dabanı. – [Xortdan:] Uşağı olmayan qadınlar gedib qarınlarını ağanın qapısının dabanına sürtərdilər. Ə.Haqverdiyev. ..Üçüncü dəfə qapını taqqataqla döydülər, az qaldı dabanı çıxsın. M.İbrahimov. ‣ Daban almaq – qaçmaq, götürülmək, yüyürüb getmək. Xoruzoğlu kağızı cibinə qoyub daban almış və enişlərdə xoruz kimi qanadlanmışdı. S.Rəhimov. Daban aldı müxalifin qoşunu. M.Rahim. Uşaq: – Sağ olun, – deyib, əlindəki kağıza baxa-baxa daban almaq istəyəndə müavin çağırdı. Mir Cəlal. Daban döymək – çox gəzmək. Gündüz axşama kimi hər kəs ona iş buyurduğuna və o da daban döydüyünə görə o qədər yorulardı ki, yerə uzanmaqla yuxuya getməyi bir olardı. S.Rəhimov. Daban qırmadan – dayanmadan. Onlar daban qırmadan qaçırdılar. “Qaçaq Nəbi”. Dabanına daş dəymək – yubanmaq, gecikmək, ləngimək. Dabanına daş dəymiş – bəduğur, uğursuz. Dabanına tüpürmək – bax daban almaq. Çuğul qarı .. dabanına tüpürüb özünü birbaşa Soltan Mahmuda yetirdi. (Nağıl). Salman bəy dedi: – Dabanımıza tüpürək, hər nə ola, ola. N.Vəzirov. daban-dabana zərf Tamamilə. Dabandabana zidd. – Bu şərq küləyilə dabandabana; Bu uzun yollarda qovub səhəri; Böyük Şərq şerinin dühası gəlir. Şəhriyar. dabana is. Qapının, pəncərənin, darvazanın alt böyründə olub, çərçivəyə girən və yuvasında dönə bilən çıxıntı. Qapının dabanası. – Tövlə qapısının ağac dabanası cırıldadı.. S.Rəhimov. dabanbalığı is. zool. Çəkikimilər fəsiləsindən qırmızı üzgəcli şirin su balığı. dabanbasa bax dabanbasma. Sənəm, səsəmi gəldin? Dabanbasamı gəldin? A.Şaiq. dabanbasaraq bax. dabanbasma. Kimi evə yüyürürdü, kimi də dabanbasaraq küçəyə qaçırdı. S.Şamilov. dabanbasma zərf\n1. Sürətlə, qaçaraq, tələsik.\n2. Addım-addım izləyərək. Kürkçüoğlu onu göz açmağa qoymayıb, dabanbasma onu paytaxtadək təqib edirdi. M.F.Axundzadə. dabancıq is. Kiçik daban, incə daban. dabandaşı is. Əldə, dabanda bərkləşmiş çirki sürtüb çıxarmaq üçün süngər kimi məsaməli yüngül daş; pemza, süngərdaşı. dabanıçatlaq sif. dan. Pinti, natəmiz. Yerə kəlağayı sərib, qızı onun üstündə gəzdirərdilər ki, görsünlər, kəlağayı qırışmır ki.. Qırışmış olsa, dabanıçatlaqdır, – deyə almazdılar. R.Əfəndiyev. dabanıqalxıq sif. dan. Gəzəyən. dabanıqara bax qaradaban. dabanlama “Dabanlamaq”dan f.is. dabanlamaq f. Ardınca düşmək, addım-addım izləmək, təqib etmək. Yüzlərlə adam bir-birini dabanlayırdı. S.Rəhimov. dabanlı sif.\n1. Dabanı olan. Dabanlı tufli.\n2. məc. dan. Qılçaları qüvvətli. Dabanlı adam. dabansız sif. Dabanı olmayan. Dabansız ayaqqabı. dabbağ is. [ər.] Heyvan dərilərini aşılama vasitəsilə gönə və meşinə çevirmək sənəti ilə məşğul olan usta. Dabbağ sevdiyi dərini yerdən-yerə vurar. (Ata. sözü). • Dabbağ etmək – dərini aşılama vasitəsilə gön və ya meşinə çevirmək. ‣ Dabbağda gönünə bələd olmaq (gönünü tanımaq) – bir adamın keçmişinə və hər cür gizli işlərinə yaxşı bələd olmaq, keçmişini, iç-üzünü bilmək. [Əbdül:] Mənim gözüm kor deyil, mən Kərimin dabbağda gönünü tanıyıram. Ə.Haqverdiyev. [Xanlar:] Mən [Abuzər bəyin] dabbağda gönünə bələdəm. M.Hüseyn. dabbağxana is. [ər. dəbbağ və fars. ...xanə] Xam dərilərdən aşılama yolu ilə gön və meşin hazırlanan karxana, emalatxana. Qadın dabbağxana dərəsi məhəlləsinə dönərkən Fəxrəddin onu səslədi.. M.S.Ordubadi. Sərdar Təbrizin məşhur dabbağxanaları yerləşən səmtə doğru yönəldi. P.Makulu. ‣ Dabbağxanada gönünü tanımaq (gönünə bələd olmaq) – bax dabbağda gönünə bələd olmaq (“dabbağ”da). Mən onun dabbağxanada gönünü tanıyıram. A.Şaiq. dabbağlıq 1. is. Xam dəriləri gön və meşin halına salma sənəti. Dabbağlıq etmək.\n2. sif. Gön və meşin olmağa yarayan. Dabbağlıq dəri. dad I. is.\n1. Yeyilən və ya içilən şeyin acılıq, şirinlik, turşluq, duzluluq, şitlik və s. cəhətdən hiss olunan xüsusiyyəti; tam. Kür suyunun dadı nə acıdır, nə şordur, nə turşdur, .. nə iylidir. C.Məmmədquluzadə. • Dad orqanı (üzvü) anat. – dilin səthində olan və dadı müəyyənləşdirməyə xidmət edən sinir ucları. Dadına baxmaq – 1) yeyilən və ya içilən şeyin dadını bilmək üçün ondan bir az yemək, ya içmək; 2) az yemək.\n2. məc. Ləzzət, nəşə. Ad mənim, yar özgənin; Neylərəm mən bu dadı. Sarı Aşıq. [Qacar:] Deyirlər şirindir busənin dadı; O da kor bəxtimə qismət olmadı. S.Vurğun. • Dad almaq – ləzzət almaq. Bu yeməkdən heç bir dad almadım. – Ol şuxə ki can olurdu Fərhad; Şirin dodağından aldı yüz dad. Xətayi. Qoy başını sinəsinə, bir dad al; Qoy babalın boynuma, get, arvad al. M.Ə.Sabir. Dad vermək – ləzzət vermək, nəşə vermək, xoşa gəlmək. Bahar nə xoş gəlir, ruha dad verir; Xəyala, duyğuya qol-qanad verir. S.Vurğun. Yeni xəbərlər, xüsusən müsamirə qızlara dad verirdi. Ə.Vəliyev. Dada gətirmək – dadlı etmək, ləzzətli etmək; dadlandırmaq. Dadı damaqda qalmaq, dadı damaqdan getməmək – unudulmayacaq qədər ləzzətli şey haqqında. ..İştaham yox idi, gör xörəyin necə dadlıdır ki, hamısını yedim, hələ bir dadı damağımda da qaldı. M.Hüseyn. // Heç unutmamaq, yadda saxlamaq. [Hacı Səmsam:] ..İndi sizə elə bir aş içirdim ki, ölənə kimi dadı damağınızdan getməsin. P.Makulu.\n\nII. is. [fars]\n1. Fəryad, fəğan, haray. Dedi: ayə nədir bu dadə səbəb; Halətin görsənir nəzərdə əcəb. S.Ə.Şirvani. • Dad eləmək (etmək) – fəryad etmək, fəğan etmək. Dad eylərəm, yetişməzsən hərayə; Neçün rəhmin gəlməz mən binəvayə? Q.Zakir. Hərçi dad eylədi, yahu; Eşidənlər dedi: – Yalandır bu! M.Ə.Sabir.\n2. Kömək, imdad. • Dad istəmək – kömək istəmək, yardıma çağırmaq, xahiş etmək. Dada gəlmək (çatmaq) – bax dada yetmək (yetişmək). Yatmışları, razı deyiləm, kimsə oyatsın; Tək-tək ayılan varsa da, haqq dadıma çatsın. M.Ə.Sabir. Həsən hamının dadına çatır, hamının xeyrini, şərini görür. S.Rəhman. Hərdənbir qulaqucu oğlunun söhbətini eşidən Maral burada Züleyxanın dadına çatdı. Ə.Əbülhəsən. Dada yetmək (yetişmək) – köməyə gəlmək, haraya gəlmək, kömək etmək. Görüm indi kimlər yetər dadına; Koroğlunu tutan günlər necoldu? “Koroğlu”. Vilayətdə gözəl çoxdu, nə fayda; Dərdi bilən, yetən dadə tapılmaz. Q.Zakir. Bu vaxtlar ləzgi Nüsrət .. [Bağırın] dadına yetişmişdi. Ə.Məmmədxanlı. Dadı heç yana çatmamaq – heç kimdən kömək ala bilməmək, köməksiz qalmaq. Padşah .. lap qəmgin oldu, amma dadı heç yana çatmadı. (Nağıl).\n3. Şikayət. • Dad çəkmək (etmək, eləmək, qılmaq) – şikayət etmək, narazılıq etmək; şikayətlənmək. Müxənnətdən dad elədim; Dost-aşnanı yad elədim. “Koroğlu”. Xəstə Qasım kimə qılsın dadını; Canı çıxsın, özü çəksin odunu. Xəstə Qasım. Çoxları dad çəkdi, şivən qopardı; Döndərmə yazımı xəzanə, gözlər! R.Rza. [Bənövşə:] Sizin adınız gələndə həm mühəndislər, həm də fəhlələr dad çəkirlər. S.Rəhman. Dada getmək – şikayətə getmək, şikayət etmək. Qələm düşmən əlində; Kimə gedim dadə mən? (Bayatı). Çərxin sitəmindən, dövrün zülmündən; Gözəllər şahına dada gedirəm. Q.Zakir.\n\nIII. nida. Aman, haray, vay. Ey sevdiyim, səndən qeyri kimim var? Gəl üstümə, aman, öldüm, dad, öldüm! M.V.Vidadi. Əhdi pozub əgərçi mən üsyanın eylərəm; Ey dad, haray, nə növlə samanın eylərəm. M.Ə.Sabir. // Çox vaxt “dad ... əlindən” şəklində işlənir. Anlayana da can qurban, anlamayana da, dad yarımçıq əlindən. (Ata. sözü). Canım aldın mey üçün, saqi, içirdin mənə qan; Dad əlindən ki, məni al ilə məğbun eylədin. Füzuli. Aylar keçdi acı illərdən yaman; Dad sənin əlindən, hicran, ay hicran! M.Rahim. dadamal sif. dan. Bir şeyə (adətən arzu edilməyən şeyə) dadanmış, öyrəşmiş; vərdişli, adətkərdə. • Dadamal olmaq (öyrənmək, düşmək) – adət etmək, öyrəşmək, dadanmaq, vərdiş etmək. Bir də istəmədim ki, uşağım hər dəfə bazara çıxanda dadamal öyrənsin. C.Məmmədquluzadə. Dadamal öyrətmək – dadandırmaq, alışdırmaq, öyrətmək. dad-aman bax dad3 dadanaq bax dadamal. • Dadanaq olmaq – öyrənmiş olmaq, yaxın olmaq, tanımaq. dadandırılma “Dadandırılmaq”dan f.is. dadandırılmaq məch. Öyrəşdirilmək, alışdırılmaq, dadanaq edilmək. dadandırma “Dadandırmaq”dan f.is. dadandırmaq f. Bir şeyin dadını daddırmaqla və ya başqa vasitə ilə alışdırmaq, bir şeyə dadanmasına səbəb olmaq, bir şeyə aludə etmək, dadanması üçün şərait yaratmaq; öyrəşdirmək, alışdırmaq. dadanıq bax dadanaq. dadanma “Dadanmaq”dan f.is. dadanmaq f. Bir şeyin dadını dadıb alışmaq; bir şeyə adət etmək, öyrəşmək, adətkərdə olmaq, aludə olmaq (adətən arzu edilməyən bir şeyə). Motala dadanan köpək bir də gələr. (Ata. sözü). Canım, belə şey olmaz, axı! Görün bu zəhrimara dadanan kimdir? Mir Cəlal. dadanmış f.sif. Bir şeyin dadını dadıb ona alışmış, adət etmiş, aludə olmuş. Dadanmış qudurmuşdan betərdir. (Ata. sözü). Müftə qazanca dadanmış qoçular arasında rəqabət gedirdi. A.Şaiq. dadaş is. Kiçik qardaş və bacıların böyük qardaşa verdikləri ad; böyük qardaşa müraciət. Bir gün gəldim, rəhmətlik dadaşıma dedim: – Dadaş, məni qoy dərsə. C.Məmmədquluzadə. [Əntiqə:] Dadaş, səsinə qurban olum! Mir Cəlal. // Bəzən hörmət üçün, yaxud mehribanlıqla özündən böyüyə deyilir. Hacı Ramazan dadaşımızın fikrinə bir şey gəldi və ürəkdən dərin bir ah çəkdi. C.Məmmədquluzadə. dad-bidad nida [fars.] Adətən “ey dadbidad” şəklində – təəssüf, kədər bildirir. Müxtəsər, əqlim çaşıb, ey dad-bidad Ərdəbil; Bir də namərdəm, əgər etsəm səni yad, Ərdəbil! M.Ə.Sabir. Ey dad-bidad! Biz yatmışıq, sel az qalıb gələ, bizi basa! M.İbrahimov. • Dadbidad etmək (eyləmək) – 1) ah-zar etmək, fəryad etmək; 2) ad çıxarmaq, qiyamət eləmək, gurultu qoparmaq; böyük müvəffəqiyyət göstərmək. Dost yolunda yaxa yırtdım, baş açdım; Gecə-gündüz dad-bidad eylədim. Qurbani. dadbilmə is. Bir şeyin dadını bilmə qabiliyyəti, dad duyğusu – beş duyğudan biri. dadbilməzlik is. Dadbilmə hissinin olmaması. dad-damaq is. Ləzzət, nəşə. Yurd edəli Azərbaycanı; Dad-damaq vermisən bizim ellərə. R.Rza. daddırma “Daddırmaq”dan f.is. daddırmaq f.\n1. Dadına baxdırmaq, dadını-ləzzətini duyacaq dərəcədə yedirmək, ya içirmək.\n2. məc. Hiss etdirmək. dad-duz is. Bax dad1 1-ci mənada. Bu xörəyin dadı-duzu yoxdur. Dadına-duzuna baxmaq. – Nanə xala yeyir, bişirdiyi xörəyin dadını-duzunu soruşurdu. Mir Cəlal. dad-fəğan bax dad-fəryad. dad-fəryad is. [fars.] Köməyə çağırma. // Fəryad, fəğan, dad. • Dad-fəryad etmək (eləmək) – imdada çağırmaq, köməyə çağırmaq. dadıcı is. xüs. Bir şeyin dadını müəyyən edən mütəxəssis; dequstator, dequstasiya mütəxəssisi. dadıxma “Dadıxmaq”dan f.is. dadıxmaq f. Çox qalmaqdan dadını itirmək, yaxud pis dadmaq, dadı korlanmaq. dadılma “Dadılmaq”dan f.is. dadılmaq məch. Dadına baxılmaq. dadımlıq is. Dad, tam, şirinlik. dadışmaq f. köhn. Yumurta döyüşdürərkən onun bərkliyini dişə vurub yoxlamaq. Məlumdur ki, uşaqlar yumurta döyüşəndə əvvəl bir dadışırlar, yəni yumurtalarını dəyişib vururlar dişlərinə. C.Məmmədquluzadə. dadızdırılma “Dadızdırılmaq”dan f.is. dadızdırılmaq məch. Dadına baxdırılmaq, dadını, ləzzətini duyacaq dərəcədə yedirilmək, ya içirilmək. dadızdırma “Dadızdırmaq”dan f.is. dadızdırmaq bax daddırmaq. Südü uşağa dadızdırmaq. – [Qətibə:] Bəlkə də şair məni bu günün acılıqlarını dadızdırmaq üçün ölümdən qurtardı. M.S.Ordubadi. // Azacıq yedirmək, ya içdirmək. dadızma “Dadızmaq”dan f.is. dadızmaq bax dadızdırmaq. [Arılar] bir qədər bal dadızdılar eşşəyə. S.Ə.Şirvani. Reyhan ürəyində bu xoruzdan bir tikə də olsa koxaya dadızmamağı qərara aldı. S.Rəhimov. dadlandırma “Dadlandırmaq”dan f.is. dadlandırmaq f. Dad vermək, dada gətirmək, bir şey artıraraq dadlı etmək. dadlanma “Dadlanmaq”dan f.is. dadlanmaq f. Dada gəlmək, ləzzətli olmaq, dadlı olmaq. Qar dağa çıxır, dadlanır. (Ata. sözü). dadlı 1. sif. Yaxşı dadı olan, ləzzətli. Dadlı meyvə. Dadlı yeməklər. – Baxmaz guşeyi-çəşm ilə fəqiranə tərəf; Yüyürürsüz ora kim, dadlı, fisincanlı olur. M.Ə.Sabir. [Piri baba:] Onun balı çox dadlıdır. S.S.Axundov. Üç ay qabaq qazılmış quyu bol, dadlı və sərin su verirdi. Ə.Vəliyev. // məc. Xoşagələn, ləzzətverən, ruhu oxşayan, ürəyəyatan, lətif, xoş, şirin. Dadlı söz – can arzusu, dadsız söz – baş ağrısı. (Ata. sözü). Şairim! Seyr elə ətrafı, təbiət nə gözəl! Bax mənim hüsnümə, inşad elə bir dadlı qəzəl. A.Səhhət. ..Hacı Qulu dadlı röyasından oyanmış kimi oldu. A.Şaiq.\n2. is. Xörəkdən sonra yeyilən şirniyyat, məzə. ..Konsulun evində təbrizlilərə məxsus bütün şirniyyatı və dadlıları görmək mümkün idi. M.S.Ordubadi. dadlı-dadlı 1) sif. ləzzətli-ləzzətli, şirinşirin. Doyammadım dadlı-dadlı dilindən; Aman, Əslim, öylə sözlər söyləmə! “Əsli və Kərəm”; 2) zərf mənasında. Çobanlar tütək çalar, mahnı oxuyar, dadlı-dadlı söhbət edərdilər. A.Şaiq. Bişirərdi gözəl fisincanlar; Dadlı-dadlı lətif müsəmmalar. A.Səhhət. dadlıca sif. Çox dadlı, çox ləzzətli. dadlı-duzlu sif. Xoşagələn, gözəşirin, qanışirin. dadlılıq is. Dadlı şeyin hal və keyfiyyəti; şirinlik, ləzzətlilik. Həyatın dadlılığı. Bulaq suyunun dadlılığı. dadma “Dadmaq”dan f.is. dadmaq f.\n1. Dadını, tamını bilmək üçün bir az yemək və ya içmək. – Dadmaqla mal tükənməz. (Ata. sözü). [Xanmirzə bəy:] Sən məzhəbin haqqı, bu şərablardan bir az dad. N.Vəzirov. // Ümumiyyətlə yemək, ya içmək. Axşam azanı deyilən kimi mömin müsəlman bilmir ki, nəyə əl uzatsın; çaymı içsin, firnimi yesin, halvadanmı dadsın. C.Məmmədquluzadə.\n2. Müəyyən dad, tam vermək. Şirin dadmaq. Acı dadmaq. Turş dadmaq.\n3. məc. Sınamaq, təcrübə etmək, hiss etmək, duymaq. Qoy nakam getməsin dünyadan o qız; Dadsın hər arzunun yüz nemətini. S.Vurğun. Narıngül isə ağır və acı dövranın müqabilində artıq bəxtəvər həyatın meyvələrini dadmışdı. Ə.Vəliyev. // məc. Çəkmək, düçar olmaq, məruz qalmaq, görmək, keçirmək, başına gəlmək. Həyatın acılığını dadmaq.\n4. məc. Qanmaq, anlamaq, başa düşmək, duymaq. Əsgərin ağlı koxanın danışığından bir şey dadmadı. S.Rəhimov. dadmalı 1. is. Yeməli, ya içməli şey. Beləliklə, bu adamlar barmaqlarını batırıb dadmalını dadardılar. S.Rəhimov.\n2. sif. Dadlı, ləzzətli. Dadmalı şey. dadrəs is. [fars.] klas. Köməkçi, müdafiəçi, himayəçi, dada çatan. Dildadələrin dadrəsi, yavəri sənsən. Q.Zakir. Mən fəqiri bəsləmişsiz orada; Dadrəsim bunda yetişsin dada. Aşıq Pəri. Fəryadına yetdiklərin imdadına yetməz; Fikr etmə, bu aləmdə, könül, dadrəsin var. Ə.Vahid. dadsız sif. Dadı olmayan; ləzzətsiz, tamsız. Dadsız xörək. Dadsız meyvə. // məc. Heç bir zövq və nəşə verməyən; mənasız, maraqsız. Dadsız ömrü nə eylərdim? Əzəldən; Mən səninçün düşmədimmi qovğaya? Ə.Cavad. dadsızlıq is.\n1. Dadı, ləzzəti olmayan şeyin hal və keyfiyyəti. Xörəyin dadsızlığı. Yemişin dadsızlığı.\n2. Dad, tam duymama, dad bilməmə. Ağzının dadsızlığı. dadü-bidad bax dad-bidad. dadü-fəryad bax dad-fəryad. Gör hesabın mən çəkdiyim azarın; Bu dadü-fəryadın, bu ahü-zarın. M.P.Vaqif. Əgər dadüfəryada tez yetişməsək, mümkündür ki, millətdən bir əsər dəxi qalmaya. C.Məmmədquluzadə. dadverici sif. Müəyyən dad verən, dadlandıran, dad gətirən. Dadverici maddələr. – Təbiətdə cirədən dadverici maddə kimi geniş miqyasda istifadə edilir. R.Əliyev. dağ I. is.\n1. Yerin hündür, dik, yamaclı və zirvəli hissəsi. Qafqaz dağları. – Dağ dağa rast gəlməz, adam adama rast gələr. (Ata. sözü). Adətən ətəyi, yamacları və zirvəsi nisbətən aydın görünən hər hansı bir yüksəkliyə dağ deyilir. “Ümumi fiziki coğrafiya”. Buludlara dəyir uca dağları; Cənnət guşəsidir gözəl bağları. A.Səhhət. • Dağın döşü – dağın ön və orta tərəfi, azca mail səthi; dağdöşü. Onlar asta-asta dağın döşünə qalxırdılar. S.Rəhimov. Dağın döşündə otlayan heyvanlar qara nöqtələr kimi xırdaca görünürdü. M.Hüseyn. Dağın ətəyi – dağın başlandığı yer, dağın yerlə birləşən aşağı hissəsi; dağətəyi. Kənd dağın ətəyində yerləşmişdir. Sıra dağlar coğr. – hər hansı bir istiqamətdə uzanan dağ silsiləsi. Qafqaz sıra dağları. Ural sıra dağları. – Keçərək Mil düzündən sıra dağları aşdım; Kürün sahilləriylə bütün eli dolaşdım. Ə.Cəmil. Ətrafa baxdıqca təpələr, qayalar və zirvəsi qarlarla örtülmüş Kiçik Qafqaz sıra dağları görünürdü. S.Şamilov.\n2. Yaylaq, dağüstü düzənlik; “aran” qarşılığı olaraq uca yer, dağlıq yer. Köçün dağdan gələndə; Bir quzu qurban, yeznə! (Bayatı). Bir qədər çaydan uzaq; Od qalamış dağda çoban. A.Səhhət. Külfəti dağa çatdırmaq üçün çoxlu pul lazım idi. Mir Cəlal.\n3. məc. Çox möhkəm, əzəmətli, sarsılmaz şey haqqında. Bənzərəm bir qocaman dağa ki dəryada durar. M.Ə.Sabir. Sən qoçaqlar içində qoçaqsan gözlərimdə; Ürəyi alov dolu bir dağsan gözlərimdə. S.Rüstəm.\n4. məc. Çoxluq, böyüklük, ucalıq kimi təşbeh bildirir (çox zaman “kimi” qoşması ilə birlikdə işlənir). Kitablar dağ kimi yığılmışdır. Buldozerlər dağ kimi qalanan torpaq yığınlarını dağıdır. – Dənizdə çarpışardın dağ boyda dalğalarla; Sahildə əl-qol atıb gəzişərdin vüqarla. S.Rüstəm. Çay da bəzən dağ boyda böyüyür, köklü ağacları qoparıb gətirir, atıb-tuturdu. Ə.Vəliyev. ‣ Dağ dağa (qayaya) rast gəlib – mübahisə edən iki adamdan heç birisinin güzəştə getməməsi mənasında. Dağ kimi (dalında) durmaq – bütün varlığı ilə müdafiə etmək, himayə etmək. Qorxma, dağ kimi dalında durmuşam. Dağa dönmək – 1) genişlənmək, çox böyümək; 2) ürəyi iftixar hissi ilə dolmaq. Dağı dağ üstə qoymaq – çox böyük iş görmək, hünər göstərmək, çox böyük və ağır bir işin öhdəsindən gəlmək. Bütün yoldaşlarımız Araz kimi olsaydı, dağı dağ üstə qoyardıq. A.Şaiq. Dağı dağ üstündən atmaq – bax dağı dağ üstə qoymaq. Ağa Dərviş demək istəyir ki, beş nəfər adam birləşsə, dağı dağ üstündən atar, mən cavab verdim ki, iki nəfər adam da kifayətdir. N.Vəzirov. Dağlara düşmək – ev-eşiyindən avara olmaq; avara-sərgərdan olub insan yaşamayan yerləri gəzmək. Biçarə Kərimin halı pərişan; Gör ki Məcnun olub, dağlara düşüb. Mücrim Kərim.\n\nII. [fars.]\n1. is. Damğa, qızdırılmış dəmirlə qoyulmuş iz. • Dağ basmaq – qızdırılmış dəmirlə bədənə damğa basmaq.\n2. sif. Qaynamaqda olan, qaynar. Saleh dağ sudan çaynikə alıb, onu çalxadı. M.İbrahimov. Gör bu çayniki vağzalda dağ su ilə doldura bilərsənmi? Mir Cəlal. • Dağ eləmək – Sonadək əridilən şey. O, yağ gətirdi, dağ elədi, bir azdan da bal töküb, [halva] hazır etməyə başladı. S.Rəhimov. Dağ olmaq – qızmaq, ərimək. Dağ olmuş yağın gözəl qoxusu bütün ev-eşiyi bürüməkdə idi. Ə.Vəliyev.\n3. is. məc. Ağır dərd, qəm, kədər, qüssə, ürək yarası. Ayrılıq dağı. Övlad dağı. – Əzizim, qardaş dağı; Qaf dağı, qardaş dağı; Hər dağ olsa, çəkilər; Çəkilməz qardaş dağı. (Bayatı). Vidadi xəstəyəm, ey gözüm sağı! Artıbdır sinəmin düyünü, dağı. M.V.Vidadi. Nə yaman dağ imiş oğul dağı. X.Natəvan. // Şiddətli təsir. ‣ Dağ basmaq (bədəninə, ciyərinə, ürəyinə və s.) məc. – bax dağlamaq 3-cü mənada. [Fatma xanım:] Ey yeri-göyü yox yerdən yaradan Allah! Məni il yarımdır ağlar qoyubsan, gülüzlü qızımı əlimdən alıbsan, mənim ciyərimə dağ basıbsan! C.Məmmədquluzadə. Ağadır, xozeyindir, qəbul; daha mənim canıma dağ basmağa nə haqqı var? Mir Cəlal. Dağ qoymaq, dağ çəkmək – bax dağ basmaq. Bivəfa yar sinəmə; Dağı çəkib dağ üstdən. (Bayatı). [Saranın] ölümü mənim sinəmə dağ çəkdi. C.Cabbarlı. Sədəfin ölümü ürəyimə çal-çarpaz dağ çəkdi. M.Hüseyn. dağal sif. və is. dan. Cığal; davakar. Dağal adam. Oyuna dağal qatmaq (cığallıq eləmək). dağallıq is. dan. Cığallıq, davakarlıq. Zeyğəm, Bəşir və Məmmədağa dağallığa başlamışdılar. S.Rəhimov. dağar is. köhn.\n1. Qaramal dərisindən hazırlanan torba. Köçəri skiflər dəri qab – xəz torba (dağar) və matra (suqabı) işlədirdilər. “Qədim dünya tarixi”.\n2. Keçmişdə: üzərində qaytan toxumaq üçün içi əsgi-üsgü və ya yun ilə bərk doldurulub bağlanmış meşin yastıq. dağarcıq is. Kiçik dağar; çox vaxt dəridən tikilən kiçik torba, çanta. Dağarcığını çuvala tay tutur. (Ata. sözü). Amma məbada dağarcığın ağzı bərk bağlanmış olmuya, əgər pişik oradan özünü xilas eləsə, üz-gözünü cırmaqlayıb qanadar. C.Məmmədquluzadə. Dilənçi dağarcığından bir qədər çörək və soğan çıxardıb, Nurəddinə verdi. S.S.Axundov. [Qəhrəman:] Bütün məktəb uşaqları kimi biz də dağarcığa qum doldurub .. gətirirdik. Ə.Vəliyev. ‣ Sirr dağarcığı – sirr ilə dolu, anlaşılmaz, başçıxarılmaz adam, şey haqqında. [Nurcahan:] Mən başdan-ayağa sirr dağarcığıyam. N.Vəzirov. Ancaq .. əmək haqqı bölgüsü olub sirr dağarcığı. “Kirpi”. dağayısı is.\n1. zool. Dağlıq yerlərdə yaşayan ayı növü.\n2. məc. dan. Mədəniyyətsiz, qaba, qanacaqsız adam haqqında. dağbasar is. Dağətəyi, dağ həndəvəri. Dağbasarda yaşayanlar. Dağbasar havası. dağbəyi is. tar. Yayda dağa köçən köçərilərin inzibati işlərini idarə edən hökumət məmuru. Nəbi yenə burda bir ad elədi; Dağbəyini tutub nə ad elədi! “Qaçaq Nəbi”. dağboyanası is. bot. Çətirçiçəklilər fəsiləsindən çoxillik ot bitkisi. dağ-dağ I. sif. Dağ kimi uca, çox yüksək.\n\nII. sif.\n1. Çox isti, qaynar. Dağdağ su.\n2. məc. Çox dərdli. Ana yalqız dayanıb; Ananın qəlbi dağ-dağ. R.Rza. dağdağa I. is. bax dəğdəğə. Çöllərdə var bağalar; Ürəkdə dağdağalar; Yarın vurduğu yara; Məhşər günü sağalar. (Bayatı). Elə belə, ürəyimə dağdağa düşüb ki, görəsən, sən kimsən? “Koroğlu”. [Əlimərdan:] Hə, indi bildim ki, ağ ilan bir şey bilirmiş. Yoxsa, bunu mən cin-şəyatin dağdağası sayırdım. (Nağıl).\n\nII. is. məh. Kiçik taxta parçasından qayrılan və fırladarkən kəskin, uğultulu səs çıxaran uşaq oyuncağı. dağdağan is. bot.\n1. Bərk oduncağı olan, meşələrdə bitən bir ağac və ya kol.\n2. Dağdağan ağacının noxud iriliyində olan şirin meyvəsi.\n3. Köhnə məişətdə: dağdağan ağacından qayrılaraq, guya pis gözdən qorumaq üçün uşağın papağına bənd edilən, yaxud bəzi ev heyvanlarının boynundan asılan şey. Papağına dağdağan tikmək. Dananın boynuna dağdağan asmaq. dağdağanlıq is. bot. Dağdağan ağacları bitən yer. Dağdağanlıqda bir ayı gördük. Dağdağanlıqda sərinlənmək. dağdar (=dağidar) sif. [fars.] klas. Dağlı, ürəyi dağlı, çox kədərli, yaralı. Dağidar ürək. // İs. mənasında. Ürəyi dağlı adam. Ey sariban, qətarimizi kuyi-yarə çək; Rəhm et, bu dağidarları laləzarə çək. S.Ə.Şirvani. • Dağ(i)dar etmək məc. – yaralamaq, dağlamaq. dağidar (=dağdar) sif. [fars.] klas. Dağlı, ürəyi dağlı, çox kədərli, yaralı. Dağidar ürək. // İs. mənasında. Ürəyi dağlı adam. Ey sariban, qətarimizi kuyi-yarə çək; Rəhm et, bu dağidarları laləzarə çək. S.Ə.Şirvani. • Dağ(i)dar etmək məc. – yaralamaq, dağlamaq. dağ-daş is. Yolu olmayan, yaşamaq üçün yararsız olan təpəlik və daşlıq yerlər. [Səlim qızı:] ..Aydəmir də, bilirsən ki, dağdadaşda, ona qızmı yaraşar? C.Cabbarlı. [Əmiraslan baba:] Bax, o zaman bizim bu Ağbulaq obasına, dağ-daşdan keçən darısqal cığırlarla, birtəhər, güc-bəla ilə gəlmək olardı. S.Rəhimov. // Ümumiyyətlə, dağlıq, qayalıq, təpəlik. Su gələr axar, doymaz; Dağdaşı yıxar, doymaz. (Bayatı). Hər kim məni belə görə, bil, ağlar; Dağ-daş yanar; ulus, oymaq, el ağlar. M.V.Vidadi. // məc. Cansız təbiət mənasında. Qanad verir dağa-daşa; Ana yurdun havaları. S.Vurğun. ‣ Dağa-daşa düşmək – 1) ev-eşiyindən avara olmaq; avara-sərgərdan olub insan yaşamayan yerləri gəzmək; 2) axtarmaq. Dağadaşa salmaq – çətinliyə salmaq, ora-bura göndərmək, avara etmək. Di belə de, rəhmətliyin oğlu, ta məni niyə dağa-daşa salırsan? C.Məmmədquluzadə. Dağa-daşa sığmamaq (sevinməkdən, şadlıqdan) – sevincinin həddi-hüdudu olmamaq. Biz sevincimizdən dağa-daşa sığmırdıq. Mir Cəlal. Dağdaş dilə gəlmək, dağ-daş titrəmək (səsdən, fəryaddan, nərədən və s.-dən) – çox güclü səs, gurultu haqqında. Yazıq heyvan elə bağırdı ki, səsindən dağ-daş titrədi. A.Şaiq. Özünü dağa-daşa vurmaq (çırpmaq) – öz məqsədinə çatmaq və ya başqa səbəbə görə heç bir çətinlikdən qorxmayaraq özünü hər yerə vurmaq, yorulmaq bilmədən çalışmaq. Hərgah maral bilsə ki, bu səsşıppıltı yel əsib kolu tərpətməkdən, yarpaqları bir-birinə toxundurmaqdan əmələ gəlir, o vaxt o, qorxmaz və qorxudan özünü dağadaşa çırpmaz. F.Köçərli. [Zeynəb xanım:] Mənim yəqinimdir ki, o dinc olmayacaq, özünü dağa-daşa vuracaqdır. N.Vəzirov. dağ-dərə is. bax dağ-daş. Dağ-dərəni dolannam; Dərya kimi bulannam. (Bayatı). [Kərimqulu:] Bir də bu qızı kola-kosa, dağdərəyə buraxma! S.Rəhimov. İki qardaş ömür sürür; Dağ-dərədə uzun zaman. B.Vahabzadə. dağdibi sif. Dağın lap aşağı hissəsində olan. dağdöşü is. Dağın ön və orta tərəfi, azca mail səthi. // sif. Dağın döşündə yerləşən. Dağdöşü otlaqlar. dağətəyi sif. Dağın düzənliyə qovuşan maili tərəflərində yerləşən. Dağətəyi zonalar. Azərbaycanın dağətəyi və dağlıq rayonlarında əkmək üçün xaşa ən münasib çoxillik paxlalı bitkidir. // is. Dağın ətəyində yerləşən sahə. dağıdıcı sif. Dağıdan, dağıtmağa qadir olan. Zərbə dalğasının dağıdıcı təsiri. // Pozucu, pozğunluq salan, çox zərərli. dağıdıcılıq is. Dağıtma qabiliyyəti. Atom bombasının dağıdıcılıq qüvvəsi. dağıdılma “Dağıdılmaq”dan f.is. Mən özüm .. küçədən keçərkən yenə bir nəfər pristavın dükanın dağıdılmasına mane olduğunu gördüm. M.S.Ordubadi. dağıdılmaq “Dağıtmaq”dan məch. dağıdılmaz sif. Dağıdıla bilməyən; yıxılmaz, yenilməz. dağıdılmazlıq is. Dağıdılmaz şeyin hal və keyfiyyəti; yıxılmazlıq, yenilməzlik. dağılışma “Dağılışmaq”dan f.is. dağılışmaq qarş. Dağılmaq (çoxları haqqında), bir-birindən aralanıb müxtəlif tərəflərə getmək, hərə bir tərəfə getmək. Qonaqlar dağılışdılar. – Quzular yenə çölə dağılışaraq otlayırdı. M.İbrahimov. Axıra qalmış qonaqlar da dağılışır, İmanova ürək-dirək verirdilər. M.Hüseyn. dağılma “Dağılmaq”dan f.is. dağılmaq f.\n1. Sökülmək, uçulmaq, altüst olmaq, xaraba halına gəlmək. Daşqın zamanı bəndlər dağıldı. Zəlzələdən çoxlu ev dağılmışdır. Körpü seldən dağıldı. // Bərbad hala gəlmək, pozulmaq. Təsərrüfat dağıldı.\n2. Çox işlənməkdən, geyilməkdən, sürtülməkdən yaramaz hala gəlmək, cırılmaq, yırtılmaq, parça-parça olmaq. Ayaqqabı dağılmışdır.\n3. Darmadağın olmaq, məhv olmaq, ortadan çıxmaq, öz varlığını itirmək, süqut etmək. [Aslan bəy:] ..Bütün dünya dağılsa da, dediyini edəcək, gələcəyəm söylədisə, ölsə, qalsa gələcək. C.Cabbarlı. Qoşunun başçısı ölsə də, möhkəm qoşun dağılmaz. M.Hüseyn.\n4. məc. Yavaş-yavaş seyrəkləşərək, yayılaraq yox olmaq, çəkilib getmək. Duman dağıldı. // məc. Puç olmaq, boşa çıxmaq, baş tutmamaq, alt-üst olmaq. Bütün ümidlərim dağıldı.\n5. Pərakəndə halda, necə gəldi ora-bura tökülmək. Muncuqlar qırılıb yerə dağıldı. Un kisədən dağıldı.\n6. Tökülmək, o tərəf-bu tərəfə axıb getmək. Su dağıldı. Süd dağıldı.\n7. Pərakəndə halda tökülmək. [Güllü nənənin] qar kimi dümağ pırtlaşıq saçları mütəkkənin üstünə dağılmışdı. S.Rəhimov.\n8. məc. İflas etmək, vardan-yoxdan çıxmaq, kasıblaşmaq. [Məşədi İbad:] A kişi, vallah, mən dağıldım, mən söküldüm, mən bu qədər pulu haradan alım verim. Ü.Hacıbəyov.\n9. Müxtəlif tərəflərə getmək, hərə bir yana getmək, çəkilib getmək, dağılışmaq (bir yerə yığılmış çoxlu adamlar, quşlar və s. haqqında). Veylabad şəhəri elə bil dəyişmişdi. Hərə bir tərəfə qaçıb dağılmaqda idi. Çəmənzəminli. ..Xəlfə cibinə tökdüyü noğul-badamdan soldatların və Əlirzanın ovcuna basırdı. Bundan sonra hərə öz evinə dağılırdı.. H.Sarabski. Şirinlik içilən axşam qonaqlar mübarəkbadlıq edib dağıldı. Mir Cəlal.\n10. Yayılmaq, intişar etmək. Üç minə yavuq nüsxəmiz Krım, Qazan, Orenburq və qeyri şimali müsəlman şəhərlərində və kəndlərində dağılır. C.Məmmədquluzadə.\n11. Səpələnmək. Maşınlar, insanlar dağılır düzə; Çoxalır səhrada gediş-gəliş də. S.Vurğun.\n12. Qurtarmaq, sona çatmaq, tamam olmaq, öz işini qurtarmaq (məclis, iclas və s. haqqında). [Şah] əfradi-məclisi mürəxxəs etdi. Məclis dağıldı. M.F.Axundzadə. Bir az əvvəl bulaq başındakı arvad yığıncağı dağılmışdı. Ə.Vəliyev.\n13. Əmr şəklində: dağılsın! – xaraba qalsın! məhv olsun! alt-üst olsun! (qarğış). Dağlarda talam qaldı; Biçmədim, lalam qaldı; Dağılsın qürbət ölkə; Orda bir balam qaldı. (Bayatı). dağılmış 1. “Dağılmaq”dan f.sif.\n2. Qarğış mənasında. [Zaman:] O günə daş düşəydi ki, sən mənim dağılmış xarabamın qapısından girdin. Ə.Haqverdiyev. Müsafirlərdən bir çoxu: – Bu dağılmışda heç vaxt sağlam bir hava görmədim, – deyə Culfa mühitinə nifrət yağdırırdı. M.S.Ordubadi. [Kəndli:] Görəsən, bu dünya üzündə bu dağılmışdan da pis yer varmı? S.Rəhimov. dağım-dağım zərf Parça-parça, doğram-doğram; yırtıq. Dağım-dağım etmək. Dağım-dağım olmaq. – Hələ partlayış davam edir, mərmi və mina ilə dağım-dağım olan yerin bağrından tüstülər qalxırdı. Ə.Əbülhəsən. dağınıq sif.\n1. Uçuq, sökük; uçulmuş, sökülmüş; xaraba halına gəlmiş. [Tərlan] əvvəlcə məktəbin geniş həyətinə, sonra da dağınıq kənd evlərinə baxdı. M.Hüseyn. Dağınıq və uçuq evləri görərkən .. yolçunun ürəyi sıxıldı. Ə.Məmmədxanlı.\n2. Nizamsız halda tökülmüş, pərişan (saç və s. haqqında). Fəridə saçları dağınıq (z.) halda içəridən yüyürüb eyvana çıxır. Ə.Məmmədxanlı. Elə bil baharıma qar yağdırır bu baxış; Dağınıq saçlarını küləklərmi daramış?! Ə.Cəmil.\n3. Yığcam olmayan, qeyri-müəyyən, rabitəsiz, aydın olmayan, yayğın, uzun. [Dəli Səməd] başlardı öz-özünə dağınıq sözlər söyləməyə və söylədikcə də gah gülüb, gah da hirslənib qaşqabağını turşudardı. Çəmənzəminli. Qocanın fikri dağınıqdır. M.Hüseyn. dağınıqlıq is. Dağınıq şeyin halı. Fikrin dağınıqlığı. dağıntı is. Yıxılmaq, uçulmaq, dağılmaq və ya sökülmək nəticəsində əmələ gələn yığın, qalaq, töküntü; xarabalıq. Müharibə nəticəsində əmələ gəlmiş dağıntı. dağıntılıq is. Dağıntı çox olan yer; xarabalıq. dağıstanlı is. Dağıstanda yaşayan yerli xalqlardan birinə mənsub olan adam. dağıtdırma “Dağıtdırmaq”dan f.is. dağıtdırmaq “Dağıtmaq”dan icb. dağıtma “Dağıtmaq”dan f.is. dağıtmaq f.\n1. Sökmək, uçurmaq, xaraba qoymaq, alt-üst etmək. Köhnə binanı dağıtmaq. Zəlzələ evlərin çoxunu dağıtdı. – [Zaman xan:] Ona binaən əmr etdim ki, .. körpüləri dağıtsınlar və yolları pozsunlar. M.F.Axundzadə. Bu saat yenə sultanın qoşunları İranın bu guşəsini söküb kəndləri dağıtmaqdadır. C.Məmmədquluzadə. • Vurub-dağıtmaq – yox etmək, aradan qaldırmaq. Deyəsən, bu səs o qədər qüvvətli idi ki, dəmir yolu ilə şəhər arasında olan bütün həddi-səddi vurub dağıtdı. Mir Cəlal.\n2. Yaralamaq. Nəbi ağacnan bir hampanın başını dağıtdı. “Qaçaq Nəbi”. Başını qaldırıb ətrafına baxmaq istərkən, ikinci güllə onun çiynini dağıtdı. Ə.Məmmədxanlı. // Dişi ilə parçalamaq, parça-parça etmək. Öküzləri dağıtmaq istəyən canavar birdən qabaqdan kəhər ata cumdu. Ə.Vəliyev.\n3. Pərən-pərən salmaq, qovmaq. Qoşun yavaş-yavaş xırda yığıncaqları dağıtmağa başladı. M.S.Ordubadi. // Dağılışmağa, dağılıb getməyə məcbur etmək. Kəblə Səməd dayı durub camaatı dağıtdı. S.Rəhimov.\n4. Qarət etmək, tarac etmək, soymaq, iflasa uğratmaq. ..Nahaq iş tutmasınlar, xalqı talayıb dağıtmasınlar. M.F.Axundzadə. [Hacı:] Xarici bu fabriki dağıtmaq istəyir. M.S.Ordubadi.\n5. Dağılmasına, bədbəxt olmasına səbəb olmaq. Hakim təbəqələr pul və dövlət gücünə harınlıq edərək, nə qədər ismətli və həyalı ailələri dağıtmışlar. M.İbrahimov.\n6. Çox geymək, işlətmək, sürtmək və s. nəticəsində yırtmaq, cırmaq, yararsız hala salmaq. Paltarı dağıtmaq. Ayaqqabılarını dağıtmaq. // Ümumiyyətlə, yırtmaq. Bütün maskaları dağıtmasaq biz; Faydasız qalacaq mübarizəmiz. S.Vurğun.\n7. Nizamsız halda tökmək, pərişan hala salmaq. Bir tərəf şanə dağıtdı zülfünü, bir yan səba; Hər tərəfdən hər biri könlüm pərişan etdilər. S.Ə.Şirvani. // Yolmaq mənasında. Yar odur kim, yardan sonra yar üçün; Zülf dağıda, yaxa darta, yara üz. Qurbani.\n8. Müxtəlif tərəflərə yaymaq, intişar etmək, saçmaq. Dan yeli hər yana ətir dağıdır; Çöllərə çəkilir bir yaşıl pərdə. A.Şaiq. O şad olur, o sevinir balasının hünərindən; Günəş qalxıb nur dağıdır ona vətən göylərindən. S.Vurğun.\n9. Dağılmasına səbəb olmaq. Suyu dağıtmaq.\n10. Özündən uzaqlaşdırmaq, qovlamaq. Mehriban ağlayırdı. O, ürəyini şişdirən ələm və kədərlərini bununla dağıtmaq istəyirdi. S.Hüseyn. ..Dərdi-sərimi dağıdan, viran könlümü gülüstan edən Ruqiyyə idi, Ruqiyyə! A.Divanbəyoğlu. // Qaçırmaq, pozmaq. Dağıtmış yuxumu yenə gözümdən; Əzəldən nəğmələr aşiqiyəm mən. S.Vurğun.\n11. Səpmək, tökmək. Adsız ölən igidlərin o pərişan məzarına; Çiçək səpir qucaqqucaq, gül dağıdır ətək-ətək. S.Vurğun.\n12. Əbəs yerə xərcləmək, səmərəsiz sərf etmək, puç etmək. Tahirin əlinə İran sikkəsi düşəndə dağıtmayıb cibində saxlayırdı. S.Rəhimov. dağkeçisi is. zool. Dağlıq yerlərdə yaşayan vəhşi keçi növü. Ətraf əhali hər il bu dağdan dağkeçisi vurardı. Ə.Vəliyev. Cüyür, dağkeçisi tutub dünyanı; Bizim yerlər kimi gözəl yer hanı? Z.Xəlil. dağkeşnişi is. bot. Dağlıq yerlərdə bitən, keşnişə oxşayan birillik bitki (tərəvəz kimi istifadə olunur). Dağkeşnişinin acımtıl dadı olur. dağkəli is zool. Dağlıq yerlərdə yaşayan vəhşi kəl. dağqoçu is. zool. Dağlarda yaşayan vəhşi qoç. dağlaləsi is. bot. Əksərən dağlarda bitən soğanaqlı çiçək bitkisi. Bu yerlərdə nə istəsən taparsan: ..sarmaşıqmı, dəvəçiçəyimi, məxmərgülümü, dağlaləsimi?! Mir Cəlal. dağlama “Dağlamaq”dan f.is. dağlamaq f.\n1. Qızdırılmış dəmirlə damğa vurmaq. Qoyunları dağlamaq. Atı dağlamaq. – Adamı ürəkdən, heyvanı budundan dağlarlar. (Ata. sözü).\n2. məc. Yandırmaq. ..Şaxta qızmar bir dəmir kimi onu dağlayır. Ə.Məmmədxanlı.\n3. məc. Adətən “ürəyini”, “sinəsini”, “qəlbini” sözləri ilə – çox bərk təsir etmək, yandırmaq, yaralamaq, dərd və kədər vermək. Qılınc çəkib mərd meydana varanda; Sinələr çal-çarpaz dağlayan mənəm. “Koroğlu”. Dağlar dağladı məni; Görən ağladı məni; Zəncir, buxov tab etməz; Zülfün bağladı məni. (Bayatı). [Heydər bəy:] Sona xanım, ürəyimi dağlama, çünki tablaşa bilmərəm, atı min, gedək! M.F.Axundzadə. Ey qoca bir qövmə ağlarkən gülən: Naləsilə xalqı dağlarkən gülən. A.Səhhət. dağlanma “Dağlanmaq”dan f.is. dağlanmaq “Dağlamaq”dan (3-cü mənada) məch. [Fatma xanım:] Səni öyrədənin ciyəri dağlansın! N.Vəzirov. [Abdulla xan:] Ürəyim Pərviz xandan dağlanıb. Ə.Haqverdiyev. dağlatdırma “Dağlatdırmaq”dan f.is. dağlatdırmaq “Dağlatmaq”dan icb. dağlatma “Dağlatmaq”dan f.is. dağlatmaq “Dağlamaq”dan icb. dağlı I. is. Dağlıq yerdə yaşayan adam. Burada dağlılar yaşar bəxtiyar; Qürurdan aralı, kindən aralı. S.Vurğun. // Dağıstanlı, Dağıstan əhli. Keçmiş əsrin altmışıncı illərində .. bir mütəxəssis rus əlifbasını dağlıların məxrəcinə görə tətbiq etmişdir. F.Ağazadə. // Sif. mənasında. Dağlı əhali.\n\nII. sif.\n1. Qızdırılmış dəmirlə damğa vurulmuş, damğası olan. Dağlı heyvan. Dağlı at.\n2. məc. Adətən “sinəsi”, “ürəyi”, “qəlbi” sözləri ilə – çox dərdli, çox qəmli, çox mütəəssir, ürəyi yaralı. Ürəyi dağlı adam. – Qəribəm, ağlaram aləm içrə mən; Ciyəri eşq oduna dağlıyam mən. “Aşıq Qərib”. [Tamara:] Bir dustağam, qolum bağlı; Bir qəribəm, sinəm dağlı. S.Vurğun. Övlad sarıdan Murad kişinin ürəyi əvvəldən dağlı idi. Mir Cəlal. dağlıq 1. sif. Dağı çox olan. Dağlıq ölkə. Dağlıq yerlər. [Dağıstanın] ..o biri dağlıq qismi .. yaşamaq üçün çox çətin və məşəqqətlidir. A.Bakıxanov. // Dağ üstündə olan. Vaxtı ilə dərə-təpəlik olan yuxarı dağlıq hissə indi gül-çiçəyə bəzənmişdir. (Qəzetlərdən).\n2. is. Dağlıq yer. Dağlıqda tütün yaxşı bitir. dağlılıq is. Dağlıq yerin halı. dağnanə (=dağnanəsi) is. bot. Əsasən dağlarda bitən xoşiyli çoxillik ot bitkisi. Yumşaq otların, əlvan çiçəklərin, dağnanələrinin gözəl qoxusundan adam bihuş olurdu. A.Şaiq. dağnanəsi (=dağnanə) is. bot. Əsasən dağlarda bitən xoşiyli çoxillik ot bitkisi. Yumşaq otların, əlvan çiçəklərin, dağnanələrinin gözəl qoxusundan adam bihuş olurdu. A.Şaiq. dağnovruzu is. bot. Çoxillik çiçək bitkisi. dağsaqqızı is. bot. Dağlarda bitən kauçuklu bitki. dağsiçanı (=dağsiçovulu) is. zool. Tarla və bostan bitkilərinə zərər verən gəmirici. dağsiçovulu (=dağsiçanı) is. zool. Tarla və bostan bitkilərinə zərər verən gəmirici. dağtərxunu is. bot. Təbabətdə işlənən ot və yarımkol bitki. dağturpu is. bot. Uzunsov yarpaqlı ikiillik ot bitkisi. Becərilmə üsulu ilə yetişdirilən, dağturpu ikiillik ot bitkisidir. Gövdəsinin uzunluğu 30-80 sm-ə çatır. Yarpaqları uzunsov, kənarı diş-diş və bəzən hamar olur. R.Əliyev. dağüstü sif. Dağın üstündə olan, hündür yerdə olan. Dağüstü park. – ..Çalbayır dağlarından başlamış dağüstü Şuşaya, Əsgəran qalasına qədər nazik qar yer üzünü örtür.. S.Rəhimov. daha əd.\n1. Sifətlərdən əvvəl gələrək çoxaltma dərəcəsi əmələ gətirir. Daha yaxşı. Daha bərk. Daha sağlam. // Zərflərlə birlikdə işləndikdə müqayisə dərəcəsi düzəltməyə xidmət edir. Əvvəlkindən daha bərk yağır. Bu il yay keçən ilkindən daha isti keçir. – Qasım bəydə tacirlik damarı daha qüvvətli idi. A.Şaiq. Qarı bu səsi daha dərindən dinləmək üçün gözlərini yumdu. Ə.Məmmədxanlı. Əşrəf daha böyük bir maraqla təqibə girişdi. S.Rəhman. // Bəzən “da” ədatı ilə işlənərək, əvvəlki mənanı qüvvətləndirir. Şəhərimiz daha da gözəlləşmişdir. – Bu anda daha da bərk uğuldayan quyudan palçıqla qarışıq daşlar fəvvarə vurdu. M.Hüseyn. [Zeynal] bilirdi ki, Mehribanı təqib edəcək olsa, onu daha da əsəbiləşdirər. Ə.Məmmədxanlı.\n2. Miqdar və ya vaxt əlavəsini bildirir. Daha bir saat gözləyin. Qatarın yola düşməsinə daha bir-iki dəqiqə qalmışdır.\n3. Əlavə bildirir: başqa, digər, üstəlik, yenə. Bir dəfə daha. Daha nə var? Daha vardırmı? Daha yoxdur. – Ortalıqda .. daha başqa yeməli şeylər vardır. Ə.Əbülhəsən. // Bundan artıq, bundan ziyadə, bundan qeyri. Daha heç nə istəmirəm. Sənə daha nə lazımdır? Daha nə kimi şeylər var? – Mən daha danışmadım. M.S.Ordubadi. Lakin adamlar Mingəçevirdə Qafarın daha bir işini xatırlayırlar. Ə.Sadıq.\n4. Bir şeyin baş vermiş olduğunu, yaxud olub bitdiyini bildirir; artıq. ..Qəhrəman Nübar qarının evində daha hörmətdən düşürdü. S.Rəhimov. [Hava] yarım saat əvvəl çox gözəl idi, indi daha külək qalxmışdır. M.Hüseyn. // İnkar cümləsində: bundan sonra, bundan belə, artıq. Daha belə işlər görmə. Daha oraya getmə. Daha ağlama. Daha o bizim evdə yaşamır. // Eyni mənada bəzən “bir” sözü ilə bərabər işlənir. Bir daha gözümə görünmə. – [Qız] mənə bir daha görünmək istəmirdi. S.Hüseyn.\n5. Hələ [Şərifə] daha çocuqkən anasını itirmişdi. S.Hüseyn. • Daha doğrusu – bax doğru1 . dahan bax dəhan. Ləblərin şəhdü şəkər; Dahanın bal kimidi. (Bayatı). Dolaşır dahanda söhbətim, sözüm; Mənmi qocalmışam, ya zəmanəmi? “Koroğlu”. dahi [ər.]\n1. is. Xariqüladə ağıl və zəkaya malik olan şəxs. Azadeyi-küdurət idi səhni-asiman; Dahilərin xəyalı kimi təbdar idi. M.Hadi. Dahilər – hər sözü bir dağ, bir qala; Cahillər – dağıtmaq, yıxmaq “dahisi”. M.Araz. // Sif. mənasında. Dahi rəhbər. Dahi sənətkar. Dahi yazıçı. Dahi kompozitor. – Görürəm dalğındır bu dahi şair; Elə bil canlıdır onun nəfəsi. S.Vurğun.\n2. Bax dahiyanə. İndi hər vətəndaş düşünsün dərin; Gəlsin xatirinə dahi sözlərin. S.Vurğun. dahicəsinə zərf Dahiyə xas olan xariqüladə zəka ilə, istedadla, yaradıcılıqla. dahilik is. Dahiyə xas olan ağıl və zəka; düha. Nizaminin dahiliyi. – Birdən qəfil yada gəlsə: Dahilik! İçimdən bir səda gəlsə: Dahilik! .. Tanrım, məni məndən qoru bu yaşda. M.Araz. dahiyanə sif. [ər. dahi və fars. ...anə] Dahicəsinə, dahiyə xas olan, ancaq dahinin yarada biləcəyi. Dahiyanə fikir. – Yüksək, pak və təmiz bir eşq ifadə edən Füzulinin dahiyanə fəlsəfi sənət əsərlərində bəzən bir kədər, acı bir faciə duyulur. M.İbrahimov. daxal is. məh. Qarğıdan, qamışdan düzəldilmiş daxma. daxalça is. məh. Kiçik daxal. daxıl is.\n1. Mağaza, dükan və s.-də pulların yığıldığı yeşik, sandıqça; kassa. Daxılda nə qədər pul var? Pulu daxıla qoymaq. – Puldan da yana qəti cavab verdi ki, .. indi daxılında doqquz manat tapılar.. C.Məmmədquluzadə. Mahmud daxılın üstündəki qamçını gördüsə də, buna heç bir məna vermədi. M.Hüseyn.\n2. İçinə xırda pul toplamaq üçün dəmirdən, gipsdən və s.-dən düzəldilmiş, üzərində pul salmaq üçün deşiyi olan kiçik qutu və s. daxıldar is. köhn. Kassir. Pulları daxıldara tapşırmaq. daxıldarlıq is. köhn. Daxıldarın işi, vəzifəsi; kassirlik. daxil is. [ər.] İçəri, iç tərəf, bir şeyin içərisi. Bu evin daxili xaricindən gözəldir. Binanın daxili. // Hər ölkənin öz torpağı, öz hüdudlarının içərisi (xaric müqabili). Daxildə sərf olunan mallar. – [Daxildə] düşmənlərlə mübarizəyə başlamadan əvvəl sərhədləri bərkitmək lazımdır. M.S.Ordubadi. • Daxil etmək – bir şeyin tərkibinə, içərisinə, sırasına salmaq, keçirmək. Adını siyahıya daxil etmək. Müqaviləyə yeni maddə daxil etmək. – [Qəmərbanu] ..bu yolla onu [Gülnazı] istədiyinə razı salacağını, alverini etdiyi xanımlarının cərgəsinə daxil edəcəyini düşünürdü. M.İbrahimov. • Daxil olmaq – 1) girmək. Bir az keçəndən sonra Sona anası ilə bərabər içəri daxil oldular. N.Nərimanov. Kürkə bürünmüş, başı başlıqlı Şəhabəddin içəri daxil oldu. S.S.Axundov; 2) başlamaq, girmək. Qış daxil oldu. – Bahar fəsli təzəcə daxil olmuşdu. Ə.Haqverdiyev; 3) bir təşkilata, cəmiyyətə və s.-yə üzv olmaq. Həmkarlar ittifaqına daxil olmaq. Dərnəyə daxil olmaq; 4) təhsil almaq üçün hər hansı təhsil müəssisəsinə qəbul olunmaq. Kursa daxil olmaq. Universitetə daxil olmaq. – [Aleksey Osipoviç:] Şuşa rus-tatar məktəbində səksən nəfər oxuyur, onlardan on üç nəfəri bizim məktəbə daxil olmaq üçün ərizə yazıb. İ.Şıxlı; 5) bir şeyin tərkib hissələrini təşkil etmək. Dərmanın tərkibinə daxil olan maddələr. Bitki məhsullarının tərkibinə daxil olan kimyəvi maddələr. daxilən zərf [ər.]\n1. İç tərəfdən, daxildən.\n2. Öz daxilində, öz-özlüyündə, öz təbiətinə görə; təbiətən. Novruzəli və usta Zeynallar daxilən çox təmiz və xoşniyyət adamlardır. M.İbrahimov. // Öz ürəyində, qəlbən. [İmran] Qadını, yaxud kişini tez-tez dəyişmək insanı daxilən çürüdür, hətta bəzən məhv edir. Məhz buna görə də evlənərkən çox düşünməli, ilk təəssürata əsir olmamalısan. İ.Şıxlı. daxili sif. [ər.]\n1. Daxilə, içəriyə aid və mənsub olan (zahiri, xarici ziddi). // Bir şeyin daxilində, iç tərəfində olan; içə, daxilə aid olan; iç. Daxili müqavimət. Daxili əlamətlər. Daxili xüsusiyyətlər. Qabın daxili divarları. Daxili tərəf. – Əşrəf atasının daxili bir ağrıdan qovrulan adamlar kimi sinəsini məhəccərə söykəyib, bir az da büzüşdüyünü hiss etdi. İ.Şıxlı.\n2. Bir dövlətin, idarənin, təşkilatın və s.nin öz daxilindəki həyat və fəaliyyətinə aid olan (xarici ziddi). Daxili siyasət. Daxili bazar. Daxili vəziyyət. Daxili intizam qaydaları. Daxili ehtiyat vəsaiti. Özgənin daxili işlərinə qarışmaq.\n3. İnsanın psixi fəaliyyətinə aid olan, insanın psixikasında baş verən; dəruni. Daxili hiss. Daxili narahatlıq. Daxili həyəcan keçirmək. – Xanlar danışdıqca elə bil hamının üzgözü xəfif, daxili bir ziya ilə işıqlanırdı. M.Hüseyn. Qaraş həmişə, hətta Naznazın yanında belə, Salmana daxili bir nifrət duyurdu. M.İbrahimov. ‣ Daxili dəftər – bir idarəyə və s.-yə daxil olan kağızları, sənədləri, pul və s.-ni qeydə almaq üçün dəftər. Bütün kağızlar daxili dəftərə salınmış, sıra nömrəsi və tarixi həmin sənədin kənarında açıq və aydın xətlə yazılmışdı. S.Rəhimov. Daxili xəstəliklər tib. – bədənin içərisində baş verən xəstəliklər. Daxili xəstəliklər mütəxəssisi. Daxili sekresiya fiziol. – orqanizmlərin bəzi vəzilərinin bilavasitə qana və limfaya öz maddələrini ifraz etmək xassəsi. daxiliyyə sif. [ər.] köhn. Bir ölkənin daxilinə aid olan. Daxiliyyə nazirliyi. daxma is.\n1. Daşdan, palçıqdan və s.-dən tikilən təkotaqlı, balaca, alçaq, ibtidai ev. Yazıq muzdur daxmanın ortasında ah-zar ilə özünü yerə vurub ağlamağa başladı. S.M.Qənizadə. Sitarənin daldalanmağa bir yeri yox idi, atası evinə də getməyə qorxurdu. Bunun üçün qarşısına gələn xaraba bir daxmaya soxuldu. Çəmənzəminli.\n2. Yer altında düzəldilmiş müvəqqəti, ya daimi ibtidai mənzil; dam. Qarovulçu kvadratşəkilli bir taxta ilə yeraltı daxmanın qapısını bağlayır. M.İbrahimov. • Qara daxma – pəncərəsiz, qaranlıq daxma. Nə işıltı, nə də çıraq, nə bir qara daxma var; Hər yer bütün yiyəsizlik, hər yer bütün qalın qar. A.Səhhət.\n3. Ümumiyyətlə, ev, mənzil mənasında (bəzən istehza ilə, ya zarafatla deyilir). Öz daxmanda otur. Daxmamıza gedək. ‣ Daxma qaraltmaq – yaşamaq üçün eveşik düzəltmək və içində yaşayış qurmaq. daxmacıq “Daxma”dan kiç. Yox! Bəlkə də bu torpaqdan daxmacıqda sən; Bir kitabça vərəqləyib məni anırsan?! S.Vurğun. daim (=daima) zərf [ər.] Həmişə, hər vaxt, müttəsil, arasıkəsilmədən. Daim işləmək. Daim artmaq. Daim oxumaq. – Sordum ki, rəqib ilə oturmaq nədir, ey şux? Güldü, dedi: gül daim olur xar yanında. S.Ə.Şirvani. Könül bir quşdur ki, sevməz əsarət; Daim çırpınır, istəyir hürriyyət. A.Səhhət. Dünyada istedad, hər böyük hünər; Daima vərdişlə inkişaf edər. A.Şaiq. Çünki bəşər daima uçduqca uçmaq istər; Hər gün yeni və məchul bir qapı açmaq istər. M.Müşfiq. daima (=daim) zərf [ər.] Həmişə, hər vaxt, müttəsil, arasıkəsilmədən. Daim işləmək. Daim artmaq. Daim oxumaq. – Sordum ki, rəqib ilə oturmaq nədir, ey şux? Güldü, dedi: gül daim olur xar yanında. S.Ə.Şirvani. Könül bir quşdur ki, sevməz əsarət; Daim çırpınır, istəyir hürriyyət. A.Səhhət. Dünyada istedad, hər böyük hünər; Daima vərdişlə inkişaf edər. A.Şaiq. Çünki bəşər daima uçduqca uçmaq istər; Hər gün yeni və məchul bir qapı açmaq istər. M.Müşfiq. daimi sif. [ər]\n1. Uzunmüddətli, uzun müddət üçün olan, müvəqqəti olmayan, sürəkli. Qatarların daimi cədvəli. Daimi iş. Daimi körpü. – Mədəniyyət uğrunda çalışmaq birgünlük, biraylıq kampaniya deyil, daimi işdir. Ə.Sadıq. // Əbədi, ölməz, həmişəlik, yoxolmaz, məhvolmaz. Daimi deyilik nə siz, nə də mən; Bizdən bu dünyada hünər qalacaq. S.Vurğun.\n2. Həmişəlik, əbədi, sabit, möhkəm, dəyişməz. Xalqlar arasında daimi sülh və əmniyyət.\n3. Ardıcıl, arası kəsilməyən, arasıkəsilməz, həmişə davam edən və ya etdirilən. Daimi məşq. • Daimi cərəyan elektr. – həmişə eyni istiqamətdə nəql olunan cərəyan. Daimi kapital iqt. – kapitalın istehsal vasitələrinə (xammal, köməkçi materiallar, əmək vasitələri) çevrilən və istehsal prosesində dəyəri dəyişməz (sabit) qalan hissəsi. Daimi kəmiyyət riyaz. – dəyişən kəmiyyətdən fərqli olaraq, ancaq bir qiyməti olan kəmiyyət. Daimi ordu (qoşun) – sülh dövründə saxlanılan ordu (qoşun). daimiləşdirilmək məch. Daimi edilmək, daimi hala salınmaq; sabitləşdirilmək. daimiləşdirmə “Daimiləşdirmək”dən f.is. daimiləşdirmək məch. Daimi hala salınmaq; sabitləşdirmək. daimiləşmə “Daimiləşmək”dən f.is. daimiləşmək f. Daimi olmaq, daimi hal almaq, əbədi olmaq, sabitləşmək. daimilik is. Daimi olma, həmişəlik, müttəsillik; sabitlik, dəyişməzlik, ardıcıllıq. [Həsənin] Dilaraya olan sevgisi həmişə bir əbədilik, daimilik hissi ilə bağlı idi. M.İbrahimov. dair qoş. [ər.] Haqqında, barəsində, xüsusunda, aid, əlaqədar (adətən yönlük halda olan isimdən sonra gəlir). Avropa üləmalarının övrət məsələsinə dair yazılarını oxuyanda görürsən ki, bu zalımlar dünyanın hər bir guşəsindən xəbər verirlər. C.Məmmədquluzadə. Bəlkə Tahirin ali təhsil almadığına dair deyilən sözlər nə məqsədlə isə uydurulmuş sadəcə bir bəhanə idi? M.Hüseyn. dairə is. [ər]\n1. Bütün nöqtələri mərkəz nöqtədən bərabər uzaqlıqda olan qapalı, əyri həndəsi fiqur; çevrə. Dairə cızmaq. Dairə xətti.\n2. riyaz. Həmin çevrənin daxilində qalan yuvarlaq səth. Dairənin səthi. // Həmin şəkildə olan sahə, səth və s. Dairə şəklində balaca bostanın dövrəsini bürümüş gül-çiçək elə uzaqdan da qızarışırdı. M.Hüseyn. • Dairə salmaq – dairə şəkli almaq, girdələnmək. Ay dairə salıb. Dairə vurmaq – 1) dairə şəklində yığılmaq, düzülmək, dövrə vurmaq; 2) məc. az rəqs etmək, oynamaq.\n3. Respublika, rayon, şəhər və b. sözlərdən sonra gələrək, həmin inzibati bölgünün bütün sahəsi mənasında işlənir. Respublika dairəsində. Rayon dairəsində. Şəhər dairəsindən çıxmaq.\n4. Bir şeyin yayıldığı və təsir etdiyi sahə. Nüfuz dairəsi. – Dənizdən əsən soyuq dekabr küləyi alovu üfürdükcə yanğının dairəsi genişlənirdi. M.Hüseyn. Parovozlar isə təhlükəli dairədən qatarları çəkərək uzağa apardılar. Ə.Sadıq. // məc. Hüdud, çərçivə. Özünə verilən tapşırıq və səlahiyyət dairəsində ondan iş tələb etməliyik. M.S.Ordubadi.\n5. Mühit, fəaliyyət sahəsi. Bizim əqidəmizə görə, müəllimin ürəyində atəş olsa, bu maneələrin çoxuna qalib gələ bilər və öz dairəsində əvvəlinci şəxs ola bilər. F.Köçərli.\n6. Dövlət sahəsinin inzibati, siyasi, təsərrüfat, hərbi və s. nöqteyi-nəzərindən bölgüsü. Seçki dairəsi. Hərbi dairə.\n7. tar. 1917-ci il inqilabından qabaq və inqilabın ilk illərində inzibati-ərazi bölgüsü; rayon. Bu şəxs Ağdam dairəsində olur. Ə.Haqverdiyev. Balaxanı-Sabunçu dairəsindəki dəmiryol qatarı yenə adəti üzrə yubanmışdı. M.S.Ordubadi.\n8. tar. Bəzi idarələrin adı. Məhkəmə dairəsi. Gömrük dairəsi. – Şəhərin əyan və nücəbası, sərkərdələr və yüksək vəzifədə olanlar dəstə-dəstə hökumət dairəsinə gəlib Sultan Toğrulu salamladılar.. M.S.Ordubadi.\n9. Girdə şəkildə olan şeylərin ətrafı. Ayın dairəsi. Quyunun dairəsi.\n10. məc. Yalnız cəm şəklində – hər hansı bir ictimai, ya həmkarlar qrupu, mühiti. Ədəbi dairələr. Ziyalı dairələri.\n11. tib. Orqanizmin ayrıca hissəsi, bədənin hər hansı bir nahiyəsi. Ürək dairəsində ağrı. Döş dairəsi. dairəcik is. Kiçik dairə. Yağışdan göldə əmələ gələn dairəciklər. İşıqlı dairəciklər. – [Cahandar ağanın] qulaqları güyüldədi, gözlərinin qabağında qara dairəciklər oynadı. İ.Şıxlı. dairələnmə “Dairələnmək”dən f.is. dairələnmək f. Dairə kimi olmaq, dairəvi olmaq, dairə şəkli almaq, dəyirmi olmaq; girdələnmək. Günəş dairələnib yerindən çıxır, üfüq mis rəngi alır. S.Rəhimov. dairəvari sif. Dairə kimi, dairəyə oxşar, dairə şəkilli. dairəvi sif. [ər.] Dairə şəklində olan; dəyirmi, girdə. Mehmanxanada ilk nəzərə dəyən birinci mərtəbədəki böyük dairəvi dəhlizin bir neçə yerdən şırım-şırım sal şüşəsidir. M.İbrahimov. dairəvilik is. Dairəvi şeyin halı; dəyirmilik, girdəlik. daqqa is. məh.\n1. Dəridən tikilmiş hündür papaq. Şiraslan .. daqqa divan papağını başına qoydu, üfürülüb evdən çıxdı. S.Rəhimov.\n2. Taxıl və b. səpələnən şeyləri ölçmək üçün dəmirdən qayrılmış dəyirmi qab. Daqqa ilə buğda ölçmək. // İçində taxıl və s. saxlamaq üçün qab. daqqaqarın sif. dan. Qarnı daqqa kimi qabağa çıxmış (adam); yekəqarın. dal I. is.\n1. Bədənin boyundan tutmuş omba sümüyünə qədər olan arxa hissəsi; kürək. Küçə ilə bir hambal, bir tay dalında keçir. C.Məmmədquluzadə. // Heyvanların bədənlərinin yuxarı hissəsi, beli. Qatırın dalına yük yükləmək. Atın dalına minmək.\n2. Əks tərəf, bir şeyin geri tərəfi, qarşı tərəf. Xavər taxtanın dalında gizlətdiyi şəkli gətirib uşağa verdi. M.İbrahimov. Sədr stolun dalında oturmuşdu. Ə.Vəliyev. Ayaz atın ayağı altında qalmamaq üçün güclə özünü ağac dalına verə bildi. Ə.Məmmədxanlı.\n3. sif. Dal tərəfdə olan. Dal cərgə. Dal otaq. – ..Həbib bəy hirslə dayandı və dal sırada oturmuş yekə bir oğlana acıqlandı. S.Rəhman.\n4. məc. Aqibət, son, nəticə. O, siyasi işə hərgiz də qarışmaz, çünki; Özü çox yaxşı bilir ki, bu işin dalı nədir. M.Ə.Sabir. // Ard, mabəd, gerisi, dalısı. Dalı gəlir. Dalı var. – Kəndə çatdığı üçün İkram söhbətin dalını eşidə bilmədi. Ə.Əbülhəsən.\n5. Geri. Həsən kişi Qulunun qolundan tutub dala (z.) qayıtdı. M.İbrahimov. • Dal ayaq(lar) – dördayaqlı heyvanların dal tərəfdəki iki ayağı. At fınxırıb iki dal ayaqlarının üstə göyə qalxdı. “Koroğlu”. ‣ Dal çevirmək – məqsədinə çatdıqdan sonra bir şeydən qaçmaq, üz döndərmək, nankorluq etmək. Yoldaşa dal çevirmək. – [Ceyran:] ..Mənim ərim vətənə dal çevirməyib. Ə.Əbülhəsən. Dal gün – sonra ola biləcək çətin vaxt, pis gün, ağır gün. Həmişə çay kötük gətirməyəcək. Dal günə bir şey at. Ə.Əbülhəsən. Dala (dalı) düşmək – bax dala qalmaq. Mülki-cahanda, Seyyida, xatəmi-aşiqan mənəm; Nöqteyi-əvvələm, vəli növbədə dalə düşmüşəm. S.Ə.Şirvani. Osmanlıların ümumən dalı düşməsinə .. üç səbəb var; ikisi bizə əyandır, amma biri Allahın yanındadır. C.Məmmədquluzadə. Dala atmaq – 1) geri qalmağa səbəb olmaq, geriyə atmaq, gecikdirmək, ləngitmək. Xəstəlik onun işini xeyli dala atdı; 2) məc. qənaət edib saxlamaq, yığmaq, gələcək üçün ayırıb saxlamaq (pul və s.). Dala baxmadan – üzünü dala çevirmədən, birbaşa, tez, sürətlə. İndi o yüyürür dala baxmadan; Bayaq yüyürmürdü, o sürünürdü. B.Vahabzadə. Dala çəkilmək – 1) geri çəkilmək. Fazil dala çəkilib əlini gözlərinin üstünə qoydu.. Ə.Haqverdiyev; 2) sözünün üstündə durmamaq. Ballı peşmançılıqla dala çəkildi. Ə.Əbülhəsən. Dala durmaq – 1) iştirak etməkdən boyun qaçırmaq, özünü kənara çəkmək, iştirak etməmək; 2) sözünü geri almaq. Dala getmək – 1) getdikcə zəifləmək, pisləşmək, düşkünləşmək. Xəstələnib, gün-gündən dala gedir; 2) bax dala qalmaq. Dala götürmək (sözünü, vədini) – geri almaq, geri götürmək. Dala qalmaq – geridə qalmaq, irəli getməmək, inkişaf etməmək. Amma nə edəsən ki, dala qalmışıq. M.S.Ordubadi. Dalda demək (danışmaq) – birinin dalınca, özü olmadığı halda haqqında söz demək, qeybətini etmək. Dalda qalmaq – geridə qalmaq. Dalda qoymaq – geridə buraxmaq, ötmək, ötüb keçmək. Dalı kəsilməmək (üzülməmək) – ardı kəsilməmək, bitməmək, qurtarmamaq. Qoşunun dalı üzülmürdü. Dalına almaq – aparmaq üçün öz arxasına qoymaq. Dalına çatmaq – aparmaq üçün dalına yığmaq, yükləmək. Dalına düşmək – 1) təqib etmək, ardınca düşmək. [Şamama Cadu:] Bu gündən düşərəm onun dalına. Ə.Haqverdiyev; 2) əldə etməyə çalışmaq, bir şeyin qeydinə qalmaq, tədarük etmək. Yağdan sonra düyü tədarükünün dalına düşürlər, çünki plov düyüsüz olmaz. C.Məmmədquluzadə. Dalına minmək məc.– özünə tabe etmək, istədiyini etdirmək. Dalına vermək – 1) aparmaq üçün şeyləri birisinin dalına yükləmək. ..Qoca kəndli arabadan taxıl kisələrini fəhlələrin dalına verirdi, onlar da anbarlara yığırdılar. S.S.Axundov; 2) məc. dan. birini qızışdırmaq, yaxud bir şeyi boynuna qoymaq üçün onu yalandan tərifləmək. Dedi pişik: – Vermə mənim dalıma; Çünki bələdsən mənim əhvalıma. S.Ə.Şirvani. Dalına-qabağına baxmaq – ehtiyatlı olmaq, hər tərəfi yoxlamaq, öyrənmək, götür-qoy etmək. Dalında durmaq – kömək etməyə hazır olmaq, himayə etmək, müdafiə etmək. Dalını dağa söykəmək – bir şeyə və ya bir adama arxayın olmaq, heç bir şeydən qorxmamaq. Dalını yerə vermək – məğlub olmaq, basılmaq, təslim olmaq. Dalını-qabağını düşünmək (fikirləşmək) – bax. dalınaqabağına baxmaq. Biz müsəlman tayfası bir sözü danışanda heç o sözün dalınıqabağını fikirləşmirik. C.Məmmədquluzadə.\n\nII. is. şair. Ağacın ilk şaxəsi, böyük budağı; ümumiyyətlə, budaq. Yanağı laləsən, qaməti dalsan; Ağzı şəkər, dili-dodağı balsan. M.P.Vaqif. Təbiət bəzənərdi xələt geyib çiçəkdən; Dallar yarpaq açardı atlaz kimi ipəkdən. M.Rahim.\n\nIII. sif. [ər.] Ərəb əlifbasındakı u (“d”) hərfinin adı. // məc. Həmin hərf kimi əyri, bükülü, bükülmüş (adətən klassiklərdə və aşıqların dilində). • (Əlif) qəddi (beli) dal olmaq – beli bükülmək, əyilmək. Başım üstə qanım içən cəlladım; Sağ əlində əlif qəddim dal oldu. Qurbani. Həsrətindən əlif qəddi dal olub; Mat qalıbdır, şirin dili lal olub. M.P.Vaqif. dalab is. məh. Dəvə, at və bəzi başqa heyvanlarda oyanan cinsi əlaqə həvəsi. Atların dalab vaxtı. Dalaba durmaq (gəlmək). dalaq is. anat. Qarın boşluğunun sol tərəfində olub qan kürəcikləri hazırlayan və bu proseslə bağlı başqa mürəkkəb vəzifələr görən bədən üzvü. ‣ Dalağı sancmaq – şübhələnmək, qorxmaq. İndi belə, Əsgər Saçlıya bərk bənd olduğu vaxt yenə də dalağı ancaq Sübhanverdizadə tərəfindən sancırdı. S.Rəhimov. dalama “Dalamaq”dan f.is. dalamaq f.\n1. Ətə toxunub gicitmək, yandırmaq. Gicitkən əlimi daladı. Yun corab ayağımı dalayır. – Atanın üzündəki neştər kimi tüklər balacanın üzünü daladığı üçün yuxudan ayıldı. Ə.Vəliyev.\n2. Qapmaq, dişləmək (quduz heyvanlar haqqında). Quduz canavar kimi dalamaq. – Qurdumuz quduzdur, dalar; Şahinimiz durna ovlar. “Koroğlu”. Bir qaydadır, qaçaq-quldur otlaqları talayır; Quduz itlər ötüb-keçən yolçuları dalayır. O.Sarıvəlli.\n3. Sancmaq. Taxtabiti dalayır.\n4. məc. Acı söz söyləmək, sancmaq, acıtmaq (bəzən “qudurmuş it kimi” sözləri ilə). [Hacı Fərəc:] Sən bilmirsən, Güldəstə, o arvad qudurmuş it kimi məni dalayır. N.Vəzirov. ‣ Yan-yörəsini dalamaq – hamını sancmaq, acılamaq, söymək, təhqir etmək. [Mollabacı Hürzada:] Paxıllıqdan qudurmuş itə dönüb yan-yörəni dalayırsan. Çəmənzəminli. dalan is.\n1. Küçə qapısından həyətə gedən üstüörtülü və ya açıq yol. [Hacı Fərəc:] Bundan sonra dalanın qapısı həmişə gərək bağlı ola.. N.Vəzirov. [Məşədi Əsgər] yavaş-yavaş qapıya sarı gedib, şüşədən dalana baxmaq istəyirdi ki, birdən qapı açıldı. S.M.Qənizadə. Küçə qapısından girərkən uzun, qaranlıq bir dalanı keçib öz otağıma gedərdim. S.Hüseyn.\n2. İki qonşu ev arasında olan və bir tərəfi həyət qapısına çıxan dar yol. Dalanın nömrəsi. – Küçələrin tini, dar keçidlər, meydançalar və dalanların hamısında kazaklar durmuşdu. M.S.Ordubadi. İçərişəhərdə, qaranlıq dar bir dalanda kiçik bir otaq tutub anamla yoxsul həyat keçirirdik. A.Şaiq.\n3. Evin, vaqonun və s.-nin girəcəyində açıq, ya örtülü dar yer. O, papiros çəkən adamlardan çətinliklə ötdü, vaqonun dalanında dayandı. Mir Cəlal. dalandar is. Evin həyətinə baxan; həyəti, küçəni süpürən xidmətçi, süpürgəçi. O günün sabahı dalandarı yanıma çağırıb, gördüyüm qadın barəsində məlumat istədim. S.Hüseyn. Qaşqabaqlı, qara, ortaboy dalandar gözünü yumub, başı ilə rədd edirdi.. Mir Cəlal. dalandarlıq is. Dalandarın işi, vəzifəsi. Dalandarlıq etmək. – Həyətlərində neçə ildən bəri dalandarlıq edən bu kişinin ona xeyli yaxşılığı dəymişdi. M.Hüseyn. dalanma “Dalanmaq”dan f.is. dalanmaq “Dalamaq”dan məch. Ətim dalandı. dalaşdırılma “Dalaşdırılmaq”dan f.is. dalaşdırılmaq məch. Bir-biri ilə vuruşdurulmaq, aralarına dava salınmaq. dalaşdırma “Dalaşdırmaq”dan f.is. dalaşdırmaq f. Vuruşdurmaq, vuruşmalarına səbəb olmaq. Uşaqları dalaşdırmaq. dalaşqan sif. Dalaşmağı, savaşmağı çox sevən, daim dalaşan, boğuşan; çox davakar. Dalaşqan uşaq. – Mahmud uşaqlıq dövründə olduğu kimi daha nadinc və dalaşqan deyildir. P.Makulu. dalaşqanlıq is. Dalaşqan adamın xasiyyəti; savaşqanlıq, davakarlıq, boğuşqanlıq. dalaşma “Dalaşmaq”dan f.is. Xanpəri ilə Mədədin dalaşma hadisəsi Gülşənin ürəyini bərk əzdi. Ə.Vəliyev. dalaşmaq qarş. Savaşmaq, vuruşmaq, dava eləmək. Uşaqlar dalaşırlar. // Küsüşmək, sözləşmək, söyüşmək, bir-birinə ağır sözlər demək. [Nurəddin:] Baba, daha Gülpəri ilə dalaşma, mən razıyam. S.S.Axundov. [Müdir:] Adam evdə əsəbiləşə bilər, .. bəlkə dalaşar da, fəqət dörd-beş illik bir ailə həyatını pozmaz. S.Hüseyn. dalayan f.sif. Ətə dəyəndə yandıran, gicişdirən. Dalayan ot. dalay-dalay is. Xanəndələrin oxumağa başlarkən əvvəlcə giriş kimi söylədikləri söz. dalayıcı sif. Dalayan. dalay-lama [monq.] Tibetdə dini və dünyəvi hakim; Tibet-monqol buddistlərinin baş ruhanisi. dalbadal zərf Bir-birinin dalınca, birbirinin ardınca; ardıcıl, peydərpey. Dalbadal axışıb gəlmək. Dalbadal papiros çəkmək. – Dəvə, maya, nər, köşək; Lökləyirlər dalbadal. A.Səhhət. [Cabbar bəy] on beş il bundan qabaq evlənmiş və dalbadal beş uşağı olmuşdu. S.Rəhman. Bütün sədd boyu dalbadal atılan tüfənglərin arası kəsilmir. M.Rzaquluzadə. // Arası kəsilmədən, ara vermədən; fasiləsiz. Dalbadal öskürmək. dalda 1. sif. Sığınmağa və ya gizlənməyə yarayan. Dalda yer. Dalda divar. – Kosa boşalmış küçənin dalda yeri ilə yeriyib at tövlələrinin yanına çatdı. S.Rəhimov. Aqil onu güclə ağaclar arasına, dalda bir yerə gətirdi. Mir Cəlal.\n2. is. Qorunmağa, sığınmağa yarayan yer; sığınacaq, təhlükəsiz yer. Namərd adam dava günündə qaçar; Gedər daldalarda pəhləvan olar. “Koroğlu”. [Mahmud:] Bəy də beş-on nökərləri ilə bir daldaya girib camaatla atışır. Ə.Haqverdiyev. // Gizli yer, xəlvət. Əgər yarsan, gəl sarmaşaq qol-boyun; Durub daldalardan baxmağın nədir? M.P.Vaqif. Oğrun-oğrun daldalardan baxırsan; Alırsan cəsəddən canı, sevdiyim! Aşıq Ələsgər.\n3. is. məc. Kömək, arxa, himayə. Daldası olan adam. – Mərd igidlər bir-birinə daldadı. “Koroğlu”. Əzizim daldasına; Mərd igid daldasına; Namərd aslan olsa da; Sığınma daldasına. (Bayatı). dalda-bucaqda is. Xəlvət, gözə görünməyən yer, göz qabağında olmayan yer. Dalda-bucaqda gizlənən və keçmişin xəyalı ilə yaşayanları kəskin tənqid atəşinə tuturdu. S.S.Axundov. dal-dala zərf Dallarını dallarına çevirərək. • Dal-dala vermək – bir-birinə arxalanmaq, bir-birinə kömək etmək. Verdilər dal-dala o heyvanlar; Qıldılar buynuzlarilə cövlanlar. S.Ə.Şirvani. daldalama “Daldalamaq”dan f.is. daldalamaq f. Bir şeyin dalına çəkmək, gizlətmək. [Dursun:] Evə getməyin. Gəlin, mən sizi daldalaram. C.Cabbarlı. Zamanov pəncərədən baxdıqca, Əsgər çəkilir və başını daldalayırdı. S.Rəhimov. daldalanacaq is. Daldalanmağa yarar yer, dalda yer, sığınacaq; bir şeydən qorunmaq üçün yer. Nəriman hər şeydən əvvəl özünə daldalanacaq axtarırdı. Mir Cəlal. // Sif. mənasında. Burada heç daldalanacaq yer yoxdur. – Məktəbin geri yanında evlərdən kilim gətirib daldalanacaq düzəltdilər. İ.Şıxlı. daldalandırma “Daldalandırmaq”dan f.is. daldalandırmaq f. Dalda yerdə sığındırmaq, dalda yerə çəkmək; himayə etmək. daldalanma “Daldalanmaq”dan f.is. daldalanmaq f.\n1. Dalda bir yerə sığınmaq, çəkilmək, pənah aparmaq. Sitarənin daldalanmağa bir yeri yox idi, atası evinə də getməyə qorxurdu. Çəmənzəminli. [Qadın] ..daldalanmaq üçün bir bucaq, sığınacaq axtarır. Ə.Məmmədxanlı. // Özünü bir şeyin təsirindən qorumaq üçün bir yerə çəkilmək. Ağacın altında daldalanmaq.\n2. məc. Gizlənmək. Qapının dalında daldalanmaq. – Cəmalın görəndə daldalanır ay. Q.Zakir. daldalanmalı sif. Daldalanmağa yarayan, sığınmağa yarayan. Kənddən iki verst uzaqdakı qamışlıq daldalanmalı yer idi. Mir Cəlal. daldalatma “Daldalatmaq”dan f.is. daldalatmaq f. Daldada sığındırmaq, dalda yerə çəkmək. daldalayıcı sif. Qoruyan, sığındıran, saxlayan, himayə edən, daldalanmağa yarayan. Yağışdan daldalayıcı çardaq. daldalı zərf Üzünü dala çevirmədən, dala doğru. Daldalı getmək. – Pişik miyovuldaya-miyovuldaya uşağın dalicə daldalı hərəkət edirdi. C.Məmmədquluzadə. Sərvər daldalı gedib Sənəmi gətirir. Ü.Hacıbəyov. daldalıq 1. Bax daldalanmalı.\n2. is. Dalda yer; dalda. Daldalıqda oturub günəşin batmasını gözlədik. daldan zərf\n1. Dal tərəfdən, arxa tərəfdən, arxadan. Daldan atılan daş topuğa dəyər. (Məsəl). Cəftəylə bağladı daldan qapını; Bucaqdan götürdü nöyütqabını. M.Rahim.\n2. Dalınca, arxasınca. Çöl qapıdan mən çıxanda müdir yoldaş məni daldan çağırdı. C.Məmmədquluzadə. daldey məh. bax dalda 1 və 2-ci mənalarda. Əkbər də onun dalınca gedirdi. Daldey bir yerdə dayandılar. Mir Cəlal. daldırma “Daldırmaq”dan f.is. daldırmaq icb.\n1. Dalmağa məcbur etmək, dalmasına səbəb, ya vasitə olmaq. Fikrə daldırmaq. – Baxınız, qaç yeni buruğun seyrinə; Daldırmış bizləri... M.Müşfiq.\n2. Suyun, mayenin içinə girməyə, batmağa məcbur etmək. dalğa is.\n1. Su səthinin hərəkəti nəticəsində əmələ gələn böyük ləpə. Dənizdə dalğa var. Köpüklü dalğalar. – Qabağındakı daşlara toxunan dalğaların hər birisi bir timsah şəklini aldı. M.S.Ordubadi. Burada dalğalar qayığı atıb-tutur, gah sağa, gah da sola tərəf dəyirdi. M.Hüseyn.\n2. fiz. Fiziki mühitdə titrəyişli hərəkət (çox vaxt cəm şəklində işlənir). Səs dalğaları. Elektromaqnit dalğaları. Radio dalğaları. İşıq dalğaları. Hər bir cisim temperaturundan asılı olaraq, müxtəlif uzunluqda dalğası olan şüa buraxır.\n3. məc. Hərəkətdə olan kütlə, camaat, izdiham, axın mənasında. İnsan dalğası. dalğa-dalğa zərf Dalğalar halında, ardıkəsilməz axın halında, axın-axın, birbirinin ardınca. O xoşbəxt gecənin o xoşbəxt səsi; Axıb dalğa-dalğa yayıldı köyə. S.Vurğun. İşıq gəlir dalğa-dalğa; Sonsuz Muğan torpağına. M.Rahim. dalğacıq is. Kiçik dalğa, ləpə. Dənizin üzündəki dalğacıqlar. – Ayın kəsik şüaları sakit-sakit ləpələnən dənizdə əks etdikcə, dalğacıqlar gümüş pullar kimi parıldayırdı. M.Hüseyn. dalğadöyən bax ləpədöyən. dalğakəsən is. xüs. Gəminin burnu, dalğanı yaran hissəsi. dalğaqıran is. xüs. Limanı dalğa təsirindən qorumaq üçün bənd. Bəzən fırtına dalğaları körpüləri, betondan tökülmüş dalğaqıranları sındırır. dalğalandırılma “Dalğalandırılmaq”dan f.is. dalğalandırılmaq məch.\n1. Dalğalanmasına səbəb olmaq; ləpələndirilmək. // Yelləndirilmək, tərpədilmək.\n2. məc. Həyəcana gətirilmək, hərəkətə gətirilmək. dalğalandırma “Dalğalandırmaq”dan f.is. dalğalandırmaq f.\n1. Dalğalı hala salmaq, dalğa kimi tərpətmək, ləpələndirmək. Suyu dalğalandırmaq. Dənizi dalğalandırmaq. – Vıyıldayan şiddətli külək pambıq kollarını dalğalandırırdı... M.Hüseyn. // Yelləndirmək, tərpətmək. Külək bayraqları dalğalandırır.\n2. məc. Həyəcana gətirmək, hərəkətə gətirmək. İnqilab kütlələri dalğalandırdığı bir gündə, çay yenə də sükutunu pozmayır.. M.S.Ordubadi. Qoca əxinin sinəsi isə sanki bir bulaqdı; o daima qaynayır, o daima şirin xəyalını dalğalandırır. Ə.Məmmədxanlı. dalğalanma “Dalğalanmaq”dan f.is. Külək gücləndikcə dalğalanma da güclənir. dalğalanmaq f.\n1. Suyun üzərində dalğa əmələ gəlmək; ləpələnmək, təlatüm etmək. Dəniz dalğalanır. – Yağlanmış su dalğalandıqca, göy qurşağı kimi rəng verib rəng alırdı. M.Hüseyn.\n2. Küləyin təsiri ilə dalğa kimi tərpənmək, enib-qalxmaq; yellənmək. Bayraqlar dalğalanır. – Göy yamacın ətəyində, kəndciyəz; Dörd yanında dalğalanır tarlalar. A.Şaiq.\n3. məc. Hərəkətə gəlmək, həyəcana gəlmək, coşmaq. Dalğalandı Sabirlərin ümman dünyası.. B.Vahabzadə. İnsan nərəsindən, yerin səsindən; Dalğalanır Bakı, çalxanır Xəzər. S.Vurğun. dalğalatma “Dalğalatmaq”dan f.is. dalğalatmaq bax dalğalandırmaq. dalğalı sif.\n1. Dalğası olan, ləpələnən, dalğalanan; təlatümlü. Dalğalı dəniz.\n2. Dalğa şəklində görünən, dalğaya oxşayan, dalğavari. O yanda Puşkinin heykəlinə bax! Dalğalı saçları ağarmış qarla. S.Vurğun. dalğaölçən is. xüs. Dalğanın hərəkət və şiddətini ölçmək və hesablamaq üçün cihaz. dalğasındıran bax dalğaqıran. dalğasız sif. Dalğa olmayan, ləpəsiz, sakit. Dalğasız dəniz. – Mədəndə dalğasız mazut gölləri; Açır qoxusilə dar könülləri. M.Müşfiq. dalğasızlıq is. Ləpəsizlik, sakitlik. Dənizin dalğasızlığı. dalğavari sif. Dalğayaoxşar, dalğayabənzər, dalğa kimi, əyri-üyrü, qalxıb-enən. Dalğavari xətt. Dalğavari duman. Dalğavari səth. Dalğavari saç. – [Bəhmənin] ..saçları əvvəlki təkin sıx, dalğavari idi. İ.Məlikzadə. // Dalğalar şəklində hərəkət edən. Dalğavari hərəkət. dalğavuran bax ləpədöyən. dalğayabənzər bax dalğavari. dalğayabənzərlik bax dalğayaoxşarlıq. dalğayaoxşar bax dalğavari. dalğayaoxşarlıq is. Dalğayaoxşar şeyin halı. dalğayaran bax dalğaqıran. dalğıc is. xüs. Su keçirməyən xüsusi paltarla suyun altına dalıb orada iş görən peşəkar işçi. Dalğıclar dənizin dibinə düşdülər. • Dalğıc gəmisi – sualtı texniki işlər görmək üçün gəmi. dalğıclıq is. xüs. Dalğıcın işi, peşəsi, sənəti. dalğın sif. Dərin fikrə batmış, çox fikirli, fikri bir şeylə məşğul. [Qızın] yüksəkcə boyu, ağ bənizi, uzaqlarda bir şey arayan dalğın gözləri diqqətimi cəlb etmişdi. S.Hüseyn. // Zərf mənasında. Bir saat əvvəl sakit və dalğın bir tövr ilə bir yerdə büzülüb duran bu qoca artıq nəzərimizdə böyümüşdü. A.Şaiq. Nə mənalar oxuyuram dalğın baxan o gözlərdə. S.Vurğun. dalğın-dalğın zərf Çox fikirli halda. Dalğın-dalğın yerimək. Dalğın-dalğın baxmaq. dalğınlaşma “Dalğınlaşmaq”dan f.is. dalğınlaşmaq f. Dalğın olmaq, dərin fikirlərlə məşğul olmaq, çox fikirli olmaq. ..Kefi saz olan Şirzad bir az dalğınlaşdı. M.İbrahimov. Tutularaq kədərə; Dalğınlaşır dağ, dərə. M.Müşfiq. dalğınlıq is. Dalğın hal, fikirlilik. İri, qara gözlərinə bir duman; gülər, saf çöhrəsinə bir dalğınlıq çökmüşdü. A.Şaiq. Kölgə düşmüş əsmər üzə o dalğınlıq çox yaraşır. M.Dilbazi. dalı bax dal1 5-ci mənada. Yeriyəndə dönüb dalı baxmağı; Ahunun balası səndən öyrənib. Q.Zakir. dalı-dalı bax dal-dalı. Adəti üzrə məni dalı-dalı aparıb qoltuqlu sandaliyada oturtdu. M.S.Ordubadi. [Tulalar] ikisi də başlarını kolun içinə soxdular. Sonra dalı-dalı çəkilməyə başladılar. S.S.Axundov. Onlardan biri dalı-dalı çəkilir, o birisi isə qabağındakının üstünə ildırım kimi şığıyırdı. M.Hüseyn. dalınca zərf\n1. Ardınca, arxasınca, izincə; izləyərək, təqib edərək. Bir-birinin dalınca getmək. Dalımca gəl. – Kərbəlayı Cəfər əmi qabaqca və Xudayar onun dalınca gedib girdilər bir xırda qaranlıq hücrəyə. C.Məmmədquluzadə. Ülkərin dalınca Aygün də qalxdı; Əmirxan bu dəfə Əlyara baxdı. S.Vurğun.\n2. Bilavasitə sonra, ardınca, ara vermədən. Birinci atəşin dalınca ikincisi eşidildi. Kitabı kitab dalınca oxuyur. Papirosu papiros dalınca çəkir.\n3. Məqsəd bildirir. Həkim dalınca adam göndərmək. – [Student] sevincli bir halda qulluqçunu çağırdı, xanımın yanına kitab dalınca göndərdi. Çəmənzəminli. Hüseynqulu ağa Qaraca qızın dalınca nökər göndərdi ki, gəlib oynasın. S.S.Axundov. dalısı 1. Bax dal1 4-cü mənada. Lakin camaatın dalısı üzülmürdü. Mir Cəlal.\n2. Arxası, dalı. Zeynəb bacı [Məcidi] dalısına alıb evlərinə apardı. M.S.Ordubadi. Uşağın dalısında, deyəsən, odun şələsi vardı. Mir Cəlal. dalısınca zərf Dalınca, ardınca, arxasınca. Qəfil bir sevgini dağdan qolayla; Sonra dalısınca ağla, deyiblər. M.Araz. dal-qabaq zərf Dal tərəfi qabağa çevrilmiş halda, bir-birinin ardınca. Arxada isə, .. bir-biri ilə yanaşı yox, bir-birindən dalqabaq, birinci və ikinci dağcığaz vardı. Ə.Əbülhəsən. ‣ Dalqabaq vurmaq – yerində olmamaq, tez-tez yerini dəyişmək, gah dalda, gah qabaqda olmaq. ..Sizin o orucluq ayları, qurban ayları ildə azı 10 gün dalqabaq vurur. Mir Cəlal. dalqəlsəməlilər is. zool. Onurğasız, yumşaqbədənli heyvanların (molyuskların) bir cinsi. dallı sif. Dalları (budaqları) olan. Dallı ağac. dallı-budaqlı sif. Çoxlu budağı olan, qollu-budaqlı. Dallı-budaqlı ağac. dallıq is. Söykənəcək, bir şeyin söykənmək üçün olan hissəsi. Stulun dallığı. Kürsünün dallığı. dalma “Dalmaq”dan f.is. dalmaq f.\n1. Görünməyəcək dərəcədə suyun içinə girmək, batmaq. Suya dalmaq. – Dəryalara mən dalanda; Şirin cana dərd salanda; Dava zamanı olanda; Əyilməz, sınmaz dəmirəm. “Koroğlu”. // Məc. mənada. Saçın kimi qıvrılan dalğalara dalaydım; Dalıb ilham alaydım. M.Müşfiq. // məc. Bir şeyin içində qərq olmaq. Qaranlığa dalmış şəhərə baxırdılar. Ə.Məmmədxanlı.\n2. məc. Özünü unutmaq dərəcəsində bir şeylə dərindən məşğul olmaq, bir şeyə başı qızışmaq (adətən, “fikrə”, “xəyala”, “sükuta”, “yuxuya” və s. sözlərə qoşularaq işlənir). Fikrə dalmaq. Sükuta dalmaq. – Bu gözəl mənzərənin seyrinə dalmaqdan isə; Daha xoşdur, gedib öz dərdimə dərman etsəm. A.Səhhət. [İsmət:] Keçən gecə bir xeyli fikrə daldım; Düşündüm, düşündüm, uyqusuz qaldım. H.Cavid. daltunik [xüs.is.-dən] Daltonizmi olan adam. daltonizm [ingilis fiziki Daltonun adından] Rəngləri (çox vaxt qırmızı ilə göyü) seçə bilməməkdən ibarət göz qüsuru. dam I. is.\n1. Ev, bina, tikili. Şəhərin dar küçələri, sıx həyətləri, qaranlıq damları onları təmin etmədi. Mir Cəlal. // Əsas binanın yanında tikilmiş və ona yapışıq otaq və s. Şərəfnisə xanım ikinci damda ahəstə ağlaya-ağlaya yun darayır. M.F.Axundzadə. • Qara dam – bacası tavanının ortasında olduğu üçün daim hisli olan, pəncərəsiz, ibtidai ev; daxma. Kənddəki evlərin hamısı torpağın altında tikilmiş qara damlardan ibarət idi. İ.Əfəndiyev. Bütün kənd təkbacalı qara damlarda, ya ömründə gün üzü görməyən qabağı səkili tövlələrdə yaşayırdı. S.Rəhimov.\n2. Evin, binanın, tikilinin örtüsü. Dama çıxmaq. Damdan yağış dammaq. Kirəmit dam. Damı qırlamaq. – Biz eyvanda və damın üstündə vaxtımızı keçirirdik. C.Məmmədquluzadə. Hündür evlərin damlarını ağappaq qar örtmüşdü. M.İbrahimov. Adamlar damın üstündə gecələyirdilər. Ə.Məmmədxanlı.\n3. Bir, ya iki tərəfi açıq, üstüörtülü yer, tikili. [Əsgər bəy:] A kişi, indi bu dumanda, çiskində kazaklar tamam dam altına yığışıblar. M.F.Axundzadə.\n4. Heyvanları saxlamaq üçün qapalı yer; bina, tövlə. Komandan ilə Musa mal damına yanaşdılar. M.Hüseyn. Qoyun, quzu, dana, xötək; Mal-qara dolur dama. B.Vahabzadə.\n5. məc. Həbsxana, qazamat. • Dama basmaq (qatmaq, salmaq) – həbs etmək, həbsə salmaq. Xülasə, qəzetləri bağlamaqda və yazıçılarını dama qatmaqda mən hökuməti haqlı tutmuram. C.Məmmədquluzadə. Dama girmək – həbs edilmək, həbsə alınmaq. [Kərəmov:] Olmaz da, pulları yemisən, üstündən su da içmisən. İndi dama girəndə ağlın başına gələr. S.Rəhman. ‣ Bir dam(ın) altında – bir yerdə, bir evdə, bir mənzildə, bərabər, yanaşı. İndi bu adam [Zeynal] onunla bir dam altında bərabər yaşamaq istəməyirdi. S.Hüseyn. O zaman bir damın altında birləşən iki qəlbin bəxtiyarlığı məni qorxudurdu. İ.Əfəndiyev.\n\nII. is. [fars.] klas. Tələ, cələ, tor. Zülfünü əhli-vəfa seydinə dam eyləyəli; Məni ol damə giriftar bilibdir, bilirəm. Füzuli. • Dam qurmaq – tələ qurmaq, hiylə düzəltmək. Xalqa bunlar hamı qurublar dam; Bir bunu anlamaz bu qövmi-avam. S.Ə.Şirvani. dama is.\n1. Şahmat taxtası üzərində qara və ağ daşlarla (dairəciklərlə) oynanılan oyun; şaşka. Dama oynamaq. Dama oyunu üzrə yarış.\n2. Bu oyunda rəqibin, ilk sıradakı xanalardan birinə gedib çıxmış daşı.\n3. Səth, parça və s. bölündüyü kvadratlardan biri. Parça üzərindəki damalar. damacıq is. Xırda dama, kiçik kvadrat. damacıqlı sif. Kiçik damaları olan. damad is. [fars.] Qızın əri, kürəkən, giyov. Çünki Fərəc xan Bağır xanın əmisi oğlu və damadıdır, heç bir əmrdə onun rəyinə müxalifət etməz. M.F.Axundzadə. Lakin ixtiyar bir şair öz damadına, öz övladına qarşı bu cür rüsvayçılıq yaradarsa, buna nə ad qoya bilərik? M.S.Ordubadi. Qızı çoxdan gətirmişdilər. Damad hələ gəlib çıxmamışdı. A.Şaiq. dama-dama 1. sif. Üzərində damalar, yaxud dama şəklində cızıqlar olan. Damadama parça. Dama-dama dəftər.\n2. Bax dama 1-ci mənada. damadlıq is. Kürəkənlik, giyovluq. damaq I. is.\n1. Ağız boşluğunun üst tərəfi. • Damaq səsi dilç. – tələffüz edərkən dilin damağa toxunması nəticəsində çıxan səs. Damaq saitləri.\n2. Ağız mənasında. Usta papirosu damağına salıb başladı işini. C.Məmmədquluzadə. Qüdrət iri barmaqları arasındakı papirosu sakit-sakit övkələyib damağına qoydu. M.Hüseyn.\n3. bayt. At və eşşəkdə damaq şişmə xəstəliyi; kəsmə. Tez-tez tövləyə adam buraxma ki, at damaq olar. Ə.Vəliyev.\n\nII. is. [ər. dimaq – beyin] dan. Kef, əhval, həvəs. Damağı yoxdur. ‣ Damağı çağ – bax damağı kök. Əhmədin kefi saz, damağı çağdır. Mir Cəlal. Dedim: – Cütçü baba, sağ ol, çox sağ ol! Daima kefi kök, damağı çağ ol! S.Vurğun. Yamaclar gülür bu yaz; Damağın çağ, kefin saz. O.Sarıvəlli. Damağı çağ olmaq – kefi kök olmaq, çox şad olmaq. Damağı çatlamaq – nəşəyə gəlmək, ruhlanmaq, ruhu yüksəlmək. Damağı çəkmək – ürəyi istəmək, kefi istəmək, kefinə gəlmək. Bu gün damağım çəkdi, aldım, sabah kefim istədi, boşadım, – vəssalam! C.Məmmədquluzadə. Damağı gəlmək – həvəsə gəlmək, həvəslənmək. Siz bunu sanmayın həqiqətdir; Damağım gəldi, bir zərafətdir. M.Ə.Sabir. Damağı kök – kefi kök, kefi saz, şad, qayğısız. Damağı qalxmaq – kefi kök olmaq, nəşələnmək, sevinmək, həvəsə gəlmək. Damağı pozulmaq – kefi xarab olmaq, əhvalı pozulmaq, qanı qaralmaq. Damağı sazlaşmaq – kefi açılmaq, könlü açılmaq. [Onun] bulud kimi tutulmuş qaşqabağı açıldı, gözləri gülüb damağı sazlaşdı. “Kirpi”. Damağı yanmaq – arzusuna çatmamaq, məyus olmaq. Damağına dəymək – toxunmaq, ürəyini sındırmaq, küsdürmək, pərt etmək, incik salmaq. Damağını pozmaq – kefini xarab etmək, əhvalını pozmaq. Damağını sallamaq – küsmək, pərt olmaq, narazı qalmaq. Bütün qonaqlar damaqlarını salladılar. Ə.Vəliyev. Damaq qoymaq (etmək) – nəşəsini pozmaq, arzusunu (həsrətini) ürəyində qoymaq. Qovurmanın iyi Yəhya Kamalı damaq etmişdi. Mir Cəlal. Damaq sallamaq – bikef olmaq, əhvalı olmamaq, dilxor olmaq; küsmək, incimək. Damağını niyə sallayırsan? Barmağından üzüyünü, başından yaylığını aparmayıb ki?! S.Rəhimov. Damaq üstə (damaqda) olmaq – kefdə olmaq, kef çəkmək, xoş güzəran keçirmək. [Şahbaz bəy:] Arvad al, qoy evdə evdarlıq etsin, sən də kefdə, damaqda ol. S.S.Axundov. [Səkinə qarı:] Həmişə damaqda olasan, ay Züleyxa! M.İbrahimov. Damaq vermək – ləzzət vermək, nəşə vermək, kef vermək, nəşələndirmək. Damaqdan düşmək – ruhdan düşmək, kefi pozulmaq, pərt olmaq. Damaqdan salmaq – pərt etmək, kefini pozmaq, ruhdan salmaq, qanını qaraltmaq. [Qərib:] Mən gedirdim, dostum çıxdı qabaqdan; Acı sözün salmaz məni damaqdan. “Aşıq Qərib”. damaqarxası sif. dilç. Damaq arxasında tələffüz edilən. Damaqarxası səs. damaqlanma “Damaqlanmaq”dan f.is. damaqlanmaq f. Kef çəkmək, keflənmək, nəşələnmək. İrandan gedənlər və İrana gedənlər damaqlanmaq üçün bu restoranda bir yerə yığılmışdı. M.S.Ordubadi. damaqlı sif. Zarafatçı, məzəli, əhvallı, kefcil, həmişə şən, xoştəbiət, xoşsöhbət, xoşəhval. Bizə tərəf gələn bir faytonda bir damaqlı oğlan, yanında başına minarə boyda şlyapa qoymuş sarısaçlı qız yanımdan yel kimi ötdü. Ə.Haqverdiyev. ..Tanış faytonçumuz var, ancaq bu gün xəstədir. Bir damaqlı oğlandır. Mir Cəlal. damaqlılıq is. Damaqlı olma, kefcillik, xoştəbiətlilik, əhvallılıq. damaqortası sif. dilç. Damaq ortasında tələffüz edilən. Damaqortası samit. damaqönü sif. dilç. Damaq önündə tələffüz edilən. Damaqönü səs. damaqsız sif. dan. Kefi pozuq, nəşəsiz, küskün. damaqsızlıq is. dan. Damağı olmama, kefsizlik, bikeflik, küskünlük. damalama “Damalamaq”dan f.is. damalamaq f. Parça və s.-nin üstünə dama şəklində naxışlar vurmaq; dama-dama etmək. Kəlağayını damalamaq. Baş şalını damalamaq. damalanma “Damalanmaq”dan f.is. damalanmaq məch. Üzərinə damalar şəklində naxış vurulmaq; dama-dama edilmək. damalı sif. Üzərində damalar olan, üzərinə dama şəkli çəkilmiş; dama-dama. Damalı dəftər. – Bir döyüş meydanıdır üstü damalı taxta. R.Rza. damar is.\n1. Canlıların bədənində: içərisində qan və ya limfanın dövr etdiyi boruşəkilli orqan. Qan damarları. Damarları şişmək. Alnının damarları görünür. • Damar sistemi anat. – canlının bədənində olan bütün damarlar. Damar sistemi maye toxuma (qan və ya limfa) cərəyan edən boru sisteminə deyilir. K.Balakişiyev.\n2. Çeşmənin mənşəyi, başlanğıcı. Dağ ətəyində bir çeşmə vardır, özü aranda da olsa, damarı dağdan gəlir. S.Rəhimov.\n3. Süxurda, ağacda və s.-də zolaq şəklində təbəqə; lay. Faydalı qazıntıların bəziləri böyük kütlələr şəklində, bəziləri ayrı-ayrı damarlar, səpələnti və sairə şəklində tapılır. M.Qaşqay. // Yarpaqlarda cizgi şəklində izlər.\n4. məc. Xüsusiyyət, həvəs, təmayül, qabiliyyət, bacarıq mənasında. Quluda alverçilik damarı vardı. A.Şaiq. // məc. Hiss, duyğu mənasında. Onların da milliyyət hissi və qeyrət damarı ayılıbdırmı? F.Köçərli. ‣ Damarı tutmaq – tərslik etmək, inad etmək, şıltaq etmək. Onun gahdanbir damarı tutur. Yenə damarı tutubdur. Damarına düşmək – xoşuna gəlmək, ürəyinə yatmaq. Bu hava adamın damarına düşür. – [Ağsaqqal:] A bala, höcət eləməyin, görmürsünüzmü tərs damarına düşüb?! İ.Şıxlı. Damarını tapmaq – xasiyyətini, zəif yerini, ürəyini öyrənib bilmək. Necə ki haman adam da sənin damarını tapdı, ruhunu oxşadı və özünə bağladı. M.S.Ordubadi. Damarını tutmaq – 1) öyrənmək, mahiyyətini bilmək, uyğunlaşmaq. [Qüdrət:] Aslan .. həyatın damarını tuta bilmir və ona görə də həyatdan geridə qalır, onunla ayaqlaşa bilmir. M.Arif; 2) bax damarını tapmaq. Damarları qurumaq – qorxudan, dəhşətdən donub qalmaq, bərk qorxmaq. Biçarə muzdurun damarları qurudu ki, indicə yaranalın buyruğu ilə Həsənəli bəy onu tutub qazamata göndərəcəkdir. S.M.Qənizadə. Şah damar – 1) qanı ürəyə axıdan damar; 2) məc. bir şeyin əsası, mərkəzi, canı. Sanki yaralanmışdı yerlərin şah damarı. R.Rza. damaraltı sif. anat. Damarın altında olan. Damaraltı ət. damaraoxşar sif. Damara oxşayan, damar şəklində olan, damar kimi. damaraoxşarlıq is. Damara oxşama, damara oxşayan şeyin hal və görünüşü. damarcıq is. Kiçik damar, incə damar, nazik damar. Alnın damarcıqları. – Hər bir yarpağın şah damarı olur və bu damardan xırda damarcıqlar ayrılır. “Pambıqçılıq”. damarcıqlı sif. Çoxlu damarcıqları olan. damar-damar sif. Damarlar, zolaqlar şəklində olan. Göy üzü damar-damar; Ay baxar xumar-xumar; Ürək ki var, şüşədir; Sındırarsan, kim yamar? (Bayatı). // Çoxlu damarlar şəklində. Çəkirlər əllərimi qupquru damar-damar; Eh, uzunsaç rəssamlar, yelayaq fotoqraflar! S.Rüstəm. damarıboş sif. dan. İradəsiz, zəif iradəli, səbatsız, tez aldanan, tez yoldan çıxan, tez təsir altına düşən. Damarıboş adam. // Qeyrətsiz, namussuz. damarıboşluq is. dan. İradəsizlik, səbatsızlıq, tez başdan çıxma, tez təsirə düşmə xasiyyəti. // Qeyrətsizlik, namussuzluq. damarıqırıq bax damarıboş. damarlama “Damarlamaq”dan f.is. damarlamaq f. Damarından yapışmaq, sıxmaq, boğmaq. Fəssad olub da, milləti daim damarladın; Hər kəs əlindəkin yerə atdı, qamarladın. M.Ə.Sabir. damarlanma “Damarlanmaq”dan f.is. damarlanmaq f. Damar-damar olmaq, damarlar (zolaqlar) əmələ gəlmək. damarlı sif.\n1. Çoxlu damarı olan. Damarlı ət.\n2. Xəstəlik, arıqlıq, qocalıq və s. nəticəsində dərisinin üstündə damarları görünən. Əmiraslan baba damarlı əlini qar kimi ağappaq saqqalına çəkir, uzun bığlarını tumarlayırdı. S.Rəhimov.\n3. məc. dan. Namuslu, qeyrətli, iradəli, sözünün üstündə duran. Övladları qeyrətlidir, damarlı; Şücaətli, hünərli, etibarlı. A.Səhhət. [Lütfəli bəy:] ..Yəni bu mənim xoşuma gəlir, çünki bu gün-sabah bu mənim arvadım olacaq, hələ mənə də belə damarlı, namuslu arvad gərək. İ.Musabəyov. ..Ürəyində öz-özünə [dedi:] – Yox, balam, deyəsən, bu, damarlı adam olacaq! Ə.Əbülhəsən. damarlılıq is. dan.\n1. Damarlı şeyin halı.\n2. məc. Namusluluq, qeyrətlilik. // İradəlilik, möhkəmlik, səbatlılıq. damarsız sif. dan.\n1. Damarı olmayan.\n2. məc. İradəsiz, zəif iradəli, sözünün üstündə durmayan. Damarsız adam.\n3. məc. Namussuz, qeyrətsiz. damarsızlıq is. dan.\n1. İradəsizlik, zəiflik, səbatsızlıq.\n2. məc. Namussuzluq, qeyrətsizlik. damarüstü sif. anat. Damarın üstündə olan; damarı örtən. Damarüstü dəri. damazlıq sif. Döl verməyə yarayan, döl vermək üçün saxlanılan; döllük, cins. Damazlıq qoyun. Damazlıq buğa. – Azərbaycan atları damazlıq bir cins kimi, Orta və Yaxın Şərq ölkələrinə, hətta Hindistan və Misirə belə aparılmışdır. R.Səttarzadə. // İs. mənasında. Damazlığını yeyən tamarzı qalar. (Ata. sözü). Damazlıq olaraq Hökümənin atası onlara bir inək də vermişdi. S.Hüseyn. • Damazlığı kəsilmək – nəsli kəsilmək. Damazlığın kəsilsin – qarğış ifadəsi. Buy, sənin damazlığın kəsilsin! S.Rəhimov. Damazlıq stansiyası k.t. – damazlıq işi ilə məşğul olan heyvandarlıq müəssisəsi. Ağdaş rayonunda barama qurdu zavodu və baramaçılıq üzrə damazlıq stansiyası vardır. (Qəzetlərdən). damba [holl.] xüs. Alçaq yerləri su basmaqdan qorumaq, sututarlarda isə suyu saxlamaq və s. üçün düzəldilən hidrotexniki qurğu; bənd. // Üzərində yol salmaq üçün suda düzəldilən uzun sədd. Həmin damba sahili ayrı-ayrı dəniz buruqları ilə birləşdirəcəkdir. (Qəzetlərdən). dambat sif. məh. Lovğa, mütəkəbbir, özünü bəyənən, ədabaz. Dambat adam. dambatlaşmaq f. məh. Təşəxxüslənmək, özünü başqalarından yuxarı tutmaq, təkəbbürlü olmaq. dambatlıq is. məh. Lovğalıq, mütəkəbbirlik, ədabazlıq, təşəxxüs. Dambatlığı sevməmək. • Dambatlıq satmaq – təşəxxüs satmaq, lovğalıq etmək. dambiti is. zool. Taxtabitiyə oxşar parazit cücü. damcı is.\n1. Su və bu kimi mayelərin girdə şəklə düşmüş ayrıca kiçik hissəciyi. Su damcısı. Tər damcıları. – Sıçrayarkən işıldayır damcılar; San saçılar mirvaridlər, incilər. A.Səhhət. Damcılar günün qabağında almaz kimi parıldayırdı. A.Divanbəyoğlu.\n2. tib. Damcılarla içilən dərman. Damcı reseptləri də məhlul və miksturaların reseptləri kimi yazılır. R.Əliyev.\n3. “Bir” sözü ilə – çox az miqdar, çox cüzi, bir zərrə. Bir damcı çörək yeyib qalxdım. – Bir damcı dürr tufanların yaratdığı coşqun sellərdən daha dəyərlidir. M.S.Ordubadi. ‣ Dənizdə bir damcı – lazım olduğu miqdara nisbətən heç dərəcəsində, yox dərəcəsində olan şey haqqında. damcı-damcı zərf Damcı halında, damladamla; az-az, azca-azca. Damcı-damcı axmaq. – Qan damcı-damcı tökülüb, otları və çiçəkləri lalə rənginə döndərmişdi. S.S.Axundov. Yağış damcı-damcı yağır; Göz yaşları yanaqdan damcı-damcı axır. R.Rza. Böyük bir dağın ətəyində bir kiçicik bulaq vardır; Damcı-damcı axıb gedir, o, keçmişdən yadigardır. Z.Xəlil. damcıcıq is. Kiçik damcı. • Bir damcıcıq – bir az, azacıq, lap cüzi. Can qardaşım! Görsə gözüm bir damcıcıq saf qanını; Min şairin qüvvətilə yazacağam dastanını. S.Vurğun. damcılama “Damcılamaq”dan f.is. damcılamaq f. Damcı-damcı tökülmək, sızmaq. Əlüzyuyandan su damcılayır. – ..Ələmdar uzun burnunun ucundan damcılayan göz yaşlarını sildi. S.Rəhimov. damcılandırma “Damcılandırmaq”dan f.is. damcılandırmaq f. Damcı-damcı tökmək; damcılatmaq. damcılanma “Damcılanmaq”dan f.is. damcılanmaq məch. Damcı-damcı tökülmək (axıdılmaq). damcılatdırma “Damcılatdırmaq”dan f.is. damcılatdırmaq icb. Damcı-damcı tökdürmək, axıtdırmaq. damcılatma “Damcılatmaq”dan f.is. damcılatmaq f. Damcı-damcı tökmək, axıtmaq. [Dərmanı] suya damcılatdıqda suda həll olmayan maddələr çökməyə başlayır. R.Əliyev. damcılayıcı is. xüs. Mayeni damcıdamcı tökmək üçün cihaz, alət; pipet. damcıl-damcıl zərf Hissə-hissə, azaz, getdikcə, yavaş-yavaş. Ana, .. bədənini damcıl-damcıl əridir, uşağını bəsləmək üçün çırpınırdı. Mir Cəlal. damcılıq is.\n1. Damcı axmaq üçün damlarda düzəldilən yerlər. Çardağın damcılığı.\n2. Bax damcılayıcı. damcısalan bax damcıtökən. damcısayan bax damcılayıcı. damcıtökən bax damcılayıcı. damcıvari sif. Damcı kimi, damcıya oxşar, damcı şəklində olan. damdabaca is.\n1. Uşaqları qorxutmaq üçün yalandan uydurulmuş mövhum vücud (“dam” və “baca” sözlərindən düzəldilmişdir). Qorxuzsun o da damdabaca ilə çağasın; Kəssin də sədasın. M.Ə.Sabir.\n2. Kifir, idbar, çirkin, ifritə. Paçcahın oğlu gördü, ədə, qız damdabacanın biridir. (Nağıl). dam-dam is. məh. Doşab bişirmək üçün sıxılıb damcı-damcı yığılan üzüm suyu. Bulanıq dərman .. Nərimana dam-dam suyunu xatırlatdı. Mir Cəlal. damdandüşmə sif. dan. Təsadüfi, yersiz, münasibətsiz, mənasız, cəfəng. Damdandüşmə söz. – Deyirəm: – Ay qardaş, sən Allah, belə damdandüşmə sözlər danışma, xalq eşidib səni məzəmmət elər. C.Məmmədquluzadə. dam-daş is. Tikili, bina, ev. Allah dəvəyə qanad versəydi, dam-daş uçurardı. (Ata. sözü). Bir neçə müsəlman dam-daş tikdirib bir balaca kənd salıblar. C.Məmmədquluzadə. Allahverən dayı cəngəl bürümüş damdaşını göstərdi. S.Rəhimov. damdırma “Damdırmaq”dan f.is. damdırmaq bax damızdırmaq. dam-divar top. Ev və divarlar. Damdandivardan boylanan çantalı uşaqları bəzən adbaad çağırıb içəri salırdı. Mir Cəlal. dam-dum təql. Təbil kimi şeylərin hasil etdiyi səs. damən is. [fars.] klas. Ətək (paltarda). Tutaram yarın qiyamətdə, həbibim, damənin; Məstsən qəflət şərabından, bu gün möhlət sana. Füzuli. • Dağ daməni – dağ ətəyi. Utan bir, Koroğlu, utan; Dağların damənin tutan. “Koroğlu”. Biri dağ damənin tutmuş; Biri səhrayə üz qoymuş. Q.Zakir. damənə bax damən. Dağın damənəsində, müzəyyən çəməndə iki çadır qurulubdur. M.F.Axundzadə. damğa is.\n1. Atların və başqa heyvanların dərisi üzərinə qızdırılmış dəmirlə vurulan nişan. • Damğa basmaq (vurmaq) – bax damğalamaq 1-ci mənada. Çəpərimə girib, – deyə bəy rəiyyətə badalaq gəldi, rəiyyət öküzünün, atının və danasının buduna damğa vurub öz hesabına keçirdi. S.Rəhimov. // tar. Qədim müstəbid dövlətlərdə caninin bədəninə qızdırılmış dəmirlə basılan nişan.\n2. Möhür, nişan. Malın üstündə fabrikin damğası var.\n3. xüs. Damğa basmaq üçün alət.\n4. məc. Ləkələndirici, təhqiredici, alçaldıcı söz və s. • Damğa basmaq (vurmaq) məc. – ləkələmək, damğalamaq, rüsvay etmək, üstünə böhtan atmaq. Lənət damğası basmaq – bax lənət. damğabasan (=damğavuran) is.\n1. Damğa vurmaq üçün alət. // Damğa vuran adam.\n2. məc. Adama cürbəcür ləkələndirici adlar qoyan, qarayaxan şəxs. damğavuran (=damğabasan) is.\n1. Damğa vurmaq üçün alət. // Damğa vuran adam.\n2. məc. Adama cürbəcür ləkələndirici adlar qoyan, qarayaxan şəxs. damğaçı bax damğavuran. damğalama “Damğalamaq”dan f.is. damğalamaq f.\n1. Damğa vurmaq, damğa aləti ilə nişan vurmaq, dağ basmaq. [Gülsənəm:] Ağamın naxırçısı inəyimi damğalayıb bəyin naxırına qatmış. S.S.Axundov. // Möhür basmaq.\n2. məc. Rüsvay etmək, iç üzünü açıb göstərmək, ləkələmək. damğalanma “Damğalanmaq”dan f.is. damğalanmaq məch.\n1. Damğa basılmaq, damğa vurulmaq, damğa aləti ilə nişan vurulmaq. // Möhür basılmaq.\n2. məc. Ləkə vurulmaq, rüsvay edilmək. damğalanmış f.sif.\n1. Damğa vurulmuş, damğa aləti ilə nişan vurulmuş, dağ basılmış. Səməd sağ yanaqlarından “S” hərfi şəklində damğalanmış qoyunlarını tanıyıb sağmağa başladı. M.Hüseyn. // Möhür basılmış.\n2. məc. Ləkələnmiş, ləkə vurulmuş, rüsvay edilmiş. damğalatma “Damğalatmaq”dan f.is. damğalatmaq icb. Damğa vurdurmaq. damğalı sif.\n1. Damğası olan, dağ basılmış. ..Alnı damğalı adam qulağı damğalı heyvandan pisdir. S.Rəhimov.\n2. məc. Ləkəli, üstündə ləkə olan, eyibli, nöqsanlı. [Carçiyev:] Sən onda səhv eləmisən ki, belə bir damğalı nəsildən özünə dost seçmisən. İ.Hüseynov. damğasız sif.\n1. Damğası olmayan, damğa vurulmamış.\n2. məc. Ləkəsiz, ləkə vurulmamış, təmiz. damızdırılma “Damızdırılmaq”dan f.is. damızdırılmaq məch. Damcı-damcı tökülmək, damcı-damcı axıdılmaq. damızdırma “Damızdırmaq”dan f.is. damızdırmaq f. Damcı-damcı tökmək, damcı-damcı axıtmaq; damızmaq. Sübhanverdizadə .. fırçanı piyalədə hərlədi, bir az su damızdırdı, təkrar fırçanı dolandırdı, köpük qalxdı. S.Rəhimov. damızma “Damızmaq”dan f.is. damızmaq bax damızdırmaq. damla bax damcı. Gecəki yağışdan çiçəklərin, yarpaqların uclarından sallanan damlalar günəşin al şəfəqləri altında almaz danələri kimi pırıl-pırıl pırıldayır. A.Şaiq. Bərkiyən yağışın damlaları Ayazı yerindən tərpətdi. Ə.Məmmədxanlı. • Bir damla – bir damcı (bax damcı 3-cü mənada). Ona elə gəldi ki, bu saysız-hesabsız ülgüclər hər tərəfdən onun boğazına ilişəcək və bir göz qırpımında bir damla qan axmağa belə macal vermədən onun başını üzüb düzə atacaq. S.Rəhimov. Son damla qanı qalana kimi tənt. – bir şey uğrunda mübarizədə yüksək fədakarlığı bildirir. Son damla qanı qalana qədər düşmənlə vuruşmaq. Son damlasına qədər – hamısını, bütünlüklə, dibinəcən. İskəndər əlindəki qədəhi son damlasına qədər içir. A.Şaiq. Ürək yanğısını söndürmək üçün [Yunis] suyu son damlasına qədər başına çəkib, ağır bir nəfəs ötürdü. Mir Cəlal. damla-damla bax damcı-damcı. Əsgər kişi, and da içdin şəhid olmuş o qıza sən; Damla-damla göz yaşları axıtmadın gözlərindən. S.Vurğun. Elə bil ağ buluddan damla-damla tökülüb; Hər yanda novruzgülü. R.Rza. damlacıq is. Kiçik damla (damcı). damlamaq I. bax damcılamaq. Gözlərindən yaş damlayır.\n\nII. f. dan. Dama salmaq, həbs etmək. Oğrunu damladılar. – [İskəndər:] Ağa!.. Nə buyurursunuz, onları damlayaq, yoxsa danışdıracaqsınız? N.Vəzirov. Molla Qəşəm toplanmış pulları da götürüb qaçmağa hazırlaşır. Biz onun adamlarından birini tutub damlamışıq. M.Hüseyn. damlanma “Damlanmaq”dan f.is. damlanmaq məch. dan. Dama salınmaq, həbs edilmək. Əhməd, Xuduşun damlandığını eşidincə, Kamalın yanına məsləhətə getdi. Ə.Əbülhəsən. damlatdırılma “Damlatdırılmaq”dan f.is. damlatdırılmaq məch. dan. Dama (həbsə) saldırılmaq; tutdurulmaq. damlatdırma “Damlatdırmaq”dan f.is. damlatdırmaq icb. dan. Dama saldırmaq; tutdurmaq. damlatma “Damlatmaq”dan f.is. damlatmaq icb. dan. Dama saldırmaq, həbs etdirmək; tutdurmaq. damma “Dammaq”dan f.is. dammaq f.\n1. Damcı-damcı axmaq, düşmək, tökülmək. Samovarın lüləyindən su dammaq. Ev damır.\n2. məc. Tökülmək, axmaq. Nur dammaq. – Danışanda şəkər damar sözündən; Qaymaq dodaqları, ballı sənəm, gəl! Xəstə Qasım. Günəş çəkilirdi, artıq axşamdı; Göy ətəklərinə boyalar damdı. S.Rüstəm. dama-dama bax damcı-damcı. Damadama göl olar, dada-dada heç. (Ata. sözü). Dama-dama göl olar, qəpik-qəpik yığılıb ağca manat əmələ gələr. N.Vəzirov. damotu is. dan. Qol-budaqlı və üzəri tüklərlə örtülü, təbabətdə işlədilən çoxillik ot bitkisi. [Damotunun] gövdəsinin üzərində qarşı-qarşıya durmuş və yumşaq tüklərlə örtülmüş tünd-yaşıl rəngli saplaqlı yarpaqları yerləşmişdir. R.Əliyev. dan is. Günün doğmasına azca qalmış havanın işıqlanması, sabah açılarkən günəşin üfüqdə ilk ağarması. Dan işığı. – Axşamın sirrini dan bilər. (Ata. sözü). Sübhün xəbərini gətirəndə dan; Yorğun dost gözləri halsız qapandı. M.Dilbazi. • Dan atmaq – bax dan yeri ağarmaq. Dan atdı, şəfəq sökdü, günəş yaqut tacı ilə firuzə taxtına oturdu. A.Şaiq. Səhərlər dan atanda, qıpqırmızı buludlar; Sancılır bu binanın qülləsinə qatarlar. R.Rza. Gecə yarı onlar qoşa çox söhbət etdi; Dan atanda qəhrəmanım yuxuya getdi. M.Rahim. Dan atmamış – sübh açılmamış. Çıxmamış gün, atmamışdan; Qanlı bir toz qalxdı yoldan. Ə.Cavad. Tanrının Pərinisası yuxu yatmır, dan atmamış zəmidə .. olur.. Mir Cəlal. Dan atmamış hər tərəfdən alovlandı sıx meşə. Ə.Cəmil. Dan ulduzu – 1) Zöhrə ulduzu, Venera. Evində, eşiyində; Yat, quzum, beşiyində; Dan ulduzu, bir də mən; Durmuşuq keşiyində. (Bayatı). Xoş meh əsir sərin-sərin; Baxır göydən dan ulduzu. S.Rüstəm; 2) məc. gözələ işarə. Qaranlıq gecədə səni gözləyib; Durmaqdan yoruldum, ey dan ulduzu! C.Cabbarlı. [Göyərçin:] Mən bir ailənin dan ulduzuyam; Atanın, ananın bircə qızıyam. M.Rahim. Dan üzü – dan vaxtı, sübh tezdən, ala-qaranlıq. Dan üzü idi. Hələ dan ulduzu batmayıb ərşifələkdə öz dövrünü edirdi. A.Divanbəyoğlu. Hücum səhər dan üzü başlanmışdı. Ə.Məmmədxanlı. Biz hərbiyəlilər dan üzü durmağı öyrənmişik. Mir Cəlal. Dan vaxtı – dan sökülən vaxt, sübh tezdən, gün görünməyə başlayanda, ertədən. Hər gün dan vaxtı yuxudan duran qardaşların heç biri yataqdan çıxmaq istəmirdi. Mir Cəlal. Dan yeli – səhər küləyi, nəsim. Dan yeli hər yana ətir dağıdır; Çöllərə çəkilir bir yaşıl pərdə. A.Şaiq. Dan yeri – dan işığının göründüyü yer; üfüq. Səhərin dan yeridir; Sübh yeri, dan yeridir; Bulaq başı hər axşam; Bir dəstə can yeridir. (Bayatı). Görünür dan yeri qıpqırmızı qan rəngində. S.Rüstəm. Açılır yuxudan aləmin gözü; Dan yeri can verir yenə insana. O.Sarıvəlli. Qızla oğlan fərəh və həyəcan içində qalxıb dan yerində lalə tək qızarmış buludlara baxaraq .. düşünürdülər. İ.Əfəndiyev. Dan yeri ağarmaq (açılmaq, qızarmaq, sökülmək) – sübh açılmağa başlamaq. Səhər dan yeri ağarmağa başlar-başlamaz mağaradan çıxıb dünən maral ovladığım yerə gəldim. A.Şaiq. Qızardı dan yeri, səhər açıldı; Günəş doğdu, dünyaya nur saçıldı. A.Səhhət. Gecə öz pərdəsini yığıb gedir, dan yeri sökülür. M.İbrahimov. Alt dan – həqiqi dan sökmə, sabah açılma, sübh. Alt dan ağaranda muzdur oyanıb durdu, gərnəşib əsnədi. S.Rəhimov. dana I. is. Bir yaşdan iki yaşa qədər olan inək balası. Dana əti. – Danışıq dananı qurda verər. (Məsəl).\n\nII. dan. Bax dayna. [Bəbir bəy:] Hürriyyətlik dediyin nədi? Özümüzük, lap loru deyək, özümüzük, dana! Mir Cəlal.\n\nIII. sif. [fars.] klas. Alim, bilici. Füzuli, cami-mey tərkin qılıb zöhd ilə təqvadən; Qamu danayə rövşəndir bu kim, nadanlığın vardır. Füzuli. danaayağı is. bot. Rütubətli meşələrdə bitən iriyarpaqlı çoxillik ot bitkisi. danabaş is. məh.\n1. Bax danadişi.\n2. məc. dan. Küt adam, tərs adam, höcət adam. Danabaşın biridir. danabaşlıq is. dan. Yekəbaşlıq, kütlük, tərslik, höcət. Danabaşlıq etmək. danaburnu is. bot. Rütubətli yerlərdə bitən ot bitkisi. dana-buzov top. Bütün cavan qaramal. Otlaqda dana-buzov otlayır. danaça is. Kiçik dana. danadişi is. zool. Rütubətli torpaq altında yaşayan, ağacların və ümumiyyətlə, bitkilərin kökləri ilə qidalanan, başı bədəninə nisbətən böyük olan qurd (böcək). Danadişi torpağın bir metrə qədər dərinliyində qışlayır. dana-doluq top. dan.\n1. Kiçikyaşlı qaramal. [Heydər bəy:] Guya ki, bütün Qarabağda dana-doluq oğrusu bir Heydər bəydir. M.F.Axundzadə.\n2. Bəzən istehza və ya etinasızlıqla yetişməmiş, həddi-büluğa çatmamış cavanlar, yaxud qanmaz, mədəniyyətsiz adamlar haqqında. dana-duna dan. Bax dana-doluq 2-ci mənada. [Hacı Qurban:] ..Dana-dunanı hərə bir yerə dartacaq, Allah xatirinə, mənə rəhm edin, mən yazığam. N.Vəzirov. danagavalı is. məh. İri, yumru, qırmızı gavalı növü. dana-kəlçə is. Bir yaşa dolmamış camış balası. danaqıran is. bot. Yarpaqları zanbaq yarpağına oxşayan bir bitki; novruzçiçəyi. danalobya is. bot. İridənəli lobya növü. dandırmaq icb. Danmağa məcbur etmək, danmağa səbəb və vasitə olmaq, boynuna almağa qoymamaq. danə I. [fars.] klas. bax dən 1-ci mənada. Əkdikləri danələr gögərdi; Bəh, bəh, necə tamlı meyvə verdi! M.Ə.Sabir.\n\nII. bax dənə 1-ci mənada. danəndə is. [fars.] klas. Bilici, bilikli, oxumuş. // Sif. mənasında. Qəmərin çox oxumuş, danəndə bir dayısı var idi. (Nağıl). Bir danəndə adam təyin olunsun Bakıda olan ədliyyə məhkəməsinə .. fəhlələr tərəfindən.. N.Vəzirov. danılma “Danılmaq”dan f.is. danılmaq məch. İnkar olunmaq, gizlədilmək. danışdırılma “Danışdırılmaq”dan f.is. danışdırılmaq məch. Danışmağa məcbur edilmək. // Dindirilmək, sorğu-sual edilmək. Müttəhim danışdırıldı. danışdırma “Danışdırmaq”dan f.is. danışdırmaq icb.\n1. Danışmağa məcbur etmək. // Soruşmaq, dindirmək, sorğusual etmək. Məhkəmə sədri üçün məsələ aydın idi. Buna baxmayaraq, bir neçə şahidi də danışdırdı. S.Hüseyn. // Birisi ilə söhbət edib fikrini bilmək. Bir dəfə yataqxanada tələbələr sözü bir yerə qoydular ki, Qədiri danışdırmamış rəy söyləməsinlər. Mir Cəlal. [Baxış bəy] bəlkə də Növrəstəni danışdırmaq, bir ağzını yoxlamaq üçün gözləyirdi. Ə.Abasov.\n2. məc. Dilə gətirmək, dilləndirmək, çalmaq, oxutmaq. Bir ağız da, bir nəfəs də danışdırın sarı simi; Belə bir gün ələ düşməz, dayanmayın qonaq kimi. S.Vurğun.\n3. İnkar şəklində: danışdırmamaq – dindirməmək, birindən küsüb əlaqəni kəsmək. danışıq is.\n1. Şifahi fikir mübadiləsi; söhbət. O barədə bu gün danışıq olacaq. Aralarında ciddi danışıq oldu. – Danışıq dananı qurda verər. (Məsəl). [Güldəstə:] Ata, mən danışığının hamısını eşitdim. Ə.Haqverdiyev. // Danışma, söhbət etmə. [Qəhrəman:] İndi nə danışıq vaxtıdır!.. Aləm dağılır. H.Nəzərli. Meşədəki ağaclar küləyin təsirindən uğuldayır, Cavadın danışığına mane olurdu. Ə.Vəliyev. // Danışma tərzi. Uzun bir nitq söyləməyə hazırlaşmış kimi görünən katib birdən səsini alçaldıb, danışığının tonunu dəyişdi. Ə.Sadıq. // Söz-söhbət.\n2. Canlı dil, adi danışıq dili. Bahadır bir neçə həftə danışıqda çox işlənən sözləri [Sonaya] öyrətdi və sonra kitabdan az-az dərs verdi. N.Nərimanov. • Danışığa tutmaq – söhbətlə başını qarışdırmaq, söhbətə tutmaq, söhbətlə yayındırmaq. Növrəstə daha bir söz deməyib addımlarkən bəy yenə də “qızım” deyə-deyə onu danışığa tutdu. Ə.Abasov. Danışıq etmək – söhbət etmək, danışmaq, məsləhətləşmək, fikir mübadiləsi etmək. [Vəzir:] Mənə vacib idi ki, siz ilə danışıq edim, qulaq asın! M.F.Axundzadə.\n3. İki tərəf, iki nümayəndə heyəti arasında bir şey haqqında gedən fikir mübadiləsi; müzakirə (çox zaman cəmdə işlədilir). İki dövlət arasında danışıqlar. Sülh danışıqları. Danışıqlar kəsildi. – Bir çox danışıq və müzakirələrdən sonra razılıq əmələ gəldi. S.Hüseyn. Bu danışıqlara nə oğlan və nə qız şəxsən qarışa bilməz. R.Əfəndiyev. [Mister Tomas və vəzirlərin] danışıqları bir məzmun ətrafında deyildi. M.İbrahimov. • Danışıq aparmaq – bir şey haqqında başqası, ya başqaları ilə fikir mübadiləsi etmək, müzakirə etmək. Mədəni əlaqə haqqında danışıq aparmaq. – [Qətibə:] Hüsaməddinə Reydə ordu düzəltməyi tapşırmışam.. Şirvanla, Bağdadla danışıq aparılmaqdadır. M.S.Ordubadi. danışıqsız zərf\n1. Mübahisəsiz, qeydsizşərtsiz, sözsüz, heç bir etiraza yol vermədən; mütləq. Danışıqsız tabe olmaq. Əmri danışıqsız yerinə yetirmək. – ..Əvvəllər onun [Kosaoğlunun] ağzından nə çıxsa idi, danışıqsız yerinə yetirirdilər. İ.Şıxlı.\n2. Danışdırılmadan, dindirilmədən. Altı ay həbsxanada danışıqsız yatan Kərimbəy orada eşitdi ki, Yusif “ata!” deyə-deyə can vermişdir. Mir Cəlal. danışılma “Danışılmaq”dan f.is. danışılmaq məch. Söylənilmək, deyilmək, söhbəti getmək. Bu barədə heç bir söz danışılmadı. Onun haqqında çox danışılmışdır. – O yerdə ki söz düşəndə, gərək “millət” sözü danışıla, orada “əşxas” ləfzi istemal olunur. C.Məmmədquluzadə. Tinlərdə danışılan sözlərə qulaq verməyin. Qantəmir. danışqan sif. Danışmağı sevən, söhbətcil; dilli, xoşdanışan. Danışqan adam. Qərənfil Cavadova çox danışqandır. Ə.Vəliyev. danışqanlıq is. Danışqan adamın xasiyyəti. Danışqanlığıma görə qınasan da, sənə bir neçə şey də deməyə məcburam. Ə.Əbülhəsən. danışma “Danışmaq”dan f.is. danışmaq f.\n1. Sözlə ifadə etmək, bildirmək, anlatmaq, demək, söyləmək, nəql etmək. Ağır-ağır danışmaq. Düzünü danışmaq. Həyəcanla danışmaq. Danışa bilməmək. Əhvalatı danışmaq. Məsələni açıq danışmaq. – [İkram] Səlimovun yanına gedib, əmisi haqqında bildiklərini ona danışmalı idi. Ə.Əbülhəsən. Əbil çalışırdı ki, Dildar arvadın qəlbinə toxunan bir söz belə danışmasın. Ə.Vəliyev. // Dinmək, söz söyləmək. Heç kəs danışmırdı. – Bir-birimizin qorxusundan ağzımızı açıb danışa bilmirdik. M.S.Ordubadi. Hakim müqəssirin yerindən danışmağına qəzəbləndi. Mir Cəlal.\n2. Bir dildə fikrini yaxşı ifadə etməyi bacarmaq. Rusca yaxşı danışmaq.\n3. Söhbət etmək. Yenə o bağ olaydı; Yenə sizə gələydik; Danışaydıq, güləydik. M.Müşfiq. [Sarıköynək] xəlvət qalın bir meşə içində bulunduğumuzu qətiyyən nəzərə almayaraq, sərbəstcəsinə danışır, məni məşğul edirdi. S.Hüseyn.\n4. Fikir söyləmək, mühakimə yürütmək, müzakirə etmək. Bütün şəhər bu barədə danışır. Bu xüsusda hələ danışacağıq. – Hər yerdə müharibə təhlükəsindən böyük bir nifrət və həyəcanla danışırlar. M.İbrahimov.\n5. Çıxış etmək, nitq söyləmək. Atəşin danışmaq. Hərarətlə danışmaq. – Səlim qızğın danışırdı. Ə.Vəliyev.\n6. Qiymət haqqında bir qərara gəlmək, şərtləşmək; kirə etmək. Faytonları danışdıq. M.S.Ordubadi. Bu qoçular gedib, üç gecə oxumağa xanəndə danışarlar. R.Əfəndiyev.\n7. Bəhs etmək, xəbər vermək, yazmaq. On altıncı nömrəmizdə molla Tarqulunun siğə barəsində etdiyi vəzindən bir neçə söz danışmışıq. C.Məmmədquluzadə. danışmamazlıq is. Danışmağı sevməmə, danışmaq istəməmə, danışmağı bacarmama. Danışmamazlıqda Camalı itələyib, onun yerinə oturan Veys dinmədi. Ə.Əbülhəsən. danimarkalı bax daniyalı. daniş is. [fars.] klas. Bilik, elm. Məcnun dediyin vücudi-kamil; Hər danişə məndən oldu qabil. Füzuli. danişmənd is. [fars.] klas. Bilikli, alim. daniyalı is. Daniya əhalisindən olan; danimarkalı. danq bax daranq. danqa I. sif. və is. dan. Höcət, söz qəbul etməyən; lovğa, qaba. Danqa adam. Danqanın biridir.\n\nII. is. Mal aşığı. Danqaları çıxmış qoca inəklər. danqalıq bax danqazlıq. danqaz sif. dan. bax danqa1 . Danqaz uşaq. danqazlıq is. dan. Yekəbaşlıq, kobudluq, dikbaşlıq. Danqazlıq etmək. danqıldama “Danqıldamaq”dan f.is. danqıldamaq f.\n1. Danqıltı çıxarmaq, danqıltılı səs çıxarmaq. Qazan düşüb danqıldadı. – ..Elə bil dolu altında dəmir taxtapuş danqıldayır. Ə.Əbülhəsən.\n2. məc. Baş-qulaq aparmaq, dəng etmək. danqıldatma “Danqıldatmaq”dan f.is. danqıldatmaq f. Metal bir şeyə toxunmaqla, yaxud onu bir şeyə toxundurmaqla danqıltı səsi çıxarmaq. Vedrəni danqıldatmaq. – Kosa kuryer bayaqdan zəngi dörd dəfə danqıldatmışdı. S.Rəhimov. danqıltı is. Metal şeyin başqa bir şeyə toxunarkən çıxardığı səs; iri zəngin çıxardığı səs. Kilsə zənglərinin danqıltısı. – Güclü yağış səsi və navalçanın danqıltısı da [Tərlanın] əsəblərinə toxundu. M.Hüseyn. danqır sif. dan. Çox çılpaq; daz, keçəl. Danqır baş. // Başı bu cür olan. ..Kərbəlayı Tapdıq isə danqır Abbası yazdırdı. Mir Cəlal. danqırdama “Danqırdamaq”dan f.is. danqırdamaq bax danqıldamaq. danqır-dunqur təql. Metal şeylərin bir-birinə toxunduqları zaman çıxardıqları səs. Qazanların danqır-dunquru. Zənglərin danqır-dunquru. danqırtı bax danqıltı. danqış is. məh. Təzəcə çıxmış kiçik buynuz. Quzunun danqışı. danquşu is. zool. Vağlar dəstəsindən göl quşu. danlaq is. Töhmət, məzəmmət, tənə. İşini yaxşı gör, danlaq eşitmə. – Yunis anasının danlağına cavab vermirdi. Mir Cəlal. Mədədin danlağını eşidən Xanpəri hirsindən bir yerdə otura bilmirdi. Ə.Vəliyev. danlaqlı sif. Danlanmış, məzəmmətlənmiş; çox danlanan, həmişə danlanan, danlanc. danlama “Danlamaq”dan f.is. danlamaq f. Töhmət etmək, məzəmmət etmək. Zeydi söyür, Kamiləni danlayır; Körpə deyil, hər biri söz anlayır. M.Ə.Sabir. [Aydın:] Nə istəyirsən, nə? Bilirəm, yenə deyəcəksən ki, səhv edirsən, yenə məni danlayacaqsan. C.Cabbarlı. danlanc sif. Çox danlanan, daim danlanan, danlanmağa vərdiş etmiş. Danlanc uşaq. danlanma “Danlanmaq”dan f.is. danlanmaq məch. Töhmətlənmək, məzəmmətlənmək. danlatma “Danlatmaq”dan f.is. danlatmaq icb. Danlanmağa məcbur etmək. Özünü danlatmaq. Uşağı anasına danlatmaq. danlayıb-dansımaq f. Bərk danlamaq, bərk məzəmmət etmək. Poçt idarəsi rəisinin davası kəsilmək bilmirdi, o, şoferi bərk danlayıb-dansıyırdı. S.Rəhimov. danma “Danmaq”dan f.is. danmaq f.\n1. İnkar etmək, boynuna almamaq, boynundan atmaq. Bildiyini danmaq. Öz sözünü danmaq. – [Şərəfnisə xanım:] Yaxşısı budur ki, danaram, deyərəm ki, heç vaxt ağlamırdım. M.F.Axundzadə. Zeynal başını aşağı sallamışdı. İlk istintaqda söylədiyi bir sözü dana bilməyəcəkdi. S.Hüseyn. [Mürşüd:] Ay İnci, guya mən evli olduğumu danıram? S.Rəhman. // Bir şeyin mövcud olduğunu qəbul etməmək, rədd etmək, inkar etmək. [Qədir:] Mən yekəlikdə adamın diriliyini danırlar. Mir Cəlal.\n2. Gizləmək. [Nəbi:] Həcər, nə olub ki, yeriyə bilmirsən? Həcər yaralandığını ondan danıb cavab verdi.. “Qaçaq Nəbi”. Uzaqlarda, bəlkə dağlar dalında; Nişanlın var, onu məndən danırsan? Ə.Cəmil. Sevirəm, nə danım, sevirəm. O.Sarıvəlli. dansaq dan. bax danlaq. dansıq is. məh. Abır, həya. Abrını itirmək. Məhəbbətini itirmək. dar I. sif.\n1. Ensiz (enli ziddi). Dar küçə. Dar yol. Dar keçid. Dar dərə. – Küçə dar olmağına görə ulaq güc ilə keçirdi. Çəmənzəminli. Diyar kişi dar bir cığırla sola tərəf buruldu. Ə.Məmmədxanlı. • Dar dəmir yolu – yaxın məsafələrə çəkilən və yerli əhəmiyyəti olan, relsləri bir-birinə yaxın dəmir yolu. Bütün mədənlərə tramvay və dar dəmir yolu çəkilmişdir.\n2. Çox sıx, sıxıcı, tarım. Dar köynək. Dar şalvar. Dar ayaqqabı.\n3. Kiçik, balaca. Biri deyir: – Azca dardır yerimiz; Nə olsun, genişdir ürəklərimiz. M.Rahim. Əslinə baxsan, bu dar həyətdə nə günəşli bir yer, nə də tamaşalı bir şey vardı. Ə.Əbülhəsən.\n4. məc. Əhatəsi geniş olmayan; məhdud, birtərəfli. Dar düşüncə. Dar elmi sahə.\n5. məc. Çox az, çox məhdud, qeyri-kafi, yaxud namünasib. Vaxt çox dar idi. // Eyni mənada bəzən “bu dar vaxtı, bu dar vaxtda” tərkib şəklində işlənir. Birdən qapı döyülür, molla öz-özünə hirslənir ki, yenə görəsən kimdi bu dar vaxtı gəlib çıxdı. “M.N.lətif.” [Xanımnaz:] Bu dar vaxtı sən getmə. Qaranlıqdır, sən dayan, mən gedim. C.Cabbarlı. Ancaq indi, bu dar vaxtda söhbət açmağı lazım bilmədi. Mir Cəlal. ‣ Dar ayaqda – çətin zamanda, çətin vəziyyətə düşəndə. Dar ayaqda kömək etmək. Dar ayaqda imdada çatmaq. Dar etmək (bəzən “başına” sözü ilə) – dözülməz etmək, məşəqqətli etmək. Evi başına dar etmək. Dünyanı başına dar etmək. Dar gün – həyatın çox çətin, çox ağır, böhranlı, məhrumiyyətlərlə dolu vaxtı. Yarı görmək istəyir; Ürəyim bu dar gündə. (Bayatı). Aygün alıb çağasını bağrına basır; Analara təsəllidir dar gündə övlad. S.Vurğun. Vətənin dar günündə atıldın ön səngərə; On yara aldınsa da, uf demədin bir kərə. S.Rüstəm. Dar kəsilmək – bax dar olmaq. Bir qıy vursam, bu gün dünya düşmənlərə dar kəsilər. S.Vurğun. Dar olmaq – dözülməz olmaq. Dara düşmək – 1) maddi cəhətdən ağır vəziyyətə düşmək, sıxıntı çəkmək, yoxsul hala düşmək; 2) çətin vəziyyətə düşmək, işi çətinə düşmək. Tanrı, yaman gündə düşmüşük dara; Bizə özün kömək ol, aman, aman! “Koroğlu”. Oğul, harda dara düşsən, arxalan hünərinə; Sən ölümü bir an belə gətirmə gözlərinə. S.Vurğun. Dara qısnamaq – bərkə çəkmək, sıxışdırmaq, çətin və çıxılmaz vəziyyətə salmaq. Bəy Nabatoğlunu bərk dara qısnamış, onun gözünün ağı-qarası bircə qızını evinə qulluqçu istəyirdi. S.Rəhimov. Dara salmaq – bax. dara qısnamaq. Darda qalmaq (olmaq) – çətin vəziyyətə düşmək, çətinlik çəkmək, ehtiyac içində olmaq. Qalsan da zillətdə, qalsan da darda; Bağlan azadlığa, azad zəhmətə. M.Rahim. O heç vaxt sənin darda qalmağına razı olmaz. M.Hüseyn. Dardan çıxmaq – ağır və çətin vəziyyətdən, məhrumiyyətdən qurtarmaq.\n\nII. is. [fars.] Edama məhkum olunanları asmaq üçün dikəldilən dirək; dar ağacı. Dar ağacını da təpənin üstündə qurublar. “Koroğlu”. [Konsul:] Bu dar ağacları şahənşah hökumətinin əmri ilə qurulmuşdur. M.S.Ordubadi. • Dar ağacından asmaq dara çəkmək – dar ağacından asmaq yolu ilə edam etmək. Belə zaman hara, qoç iyid hara? Mərdləri çəkirlər namərdlər dara. “Koroğlu”. Xan .. deyirdi: – Üç gün qızıl quşlarıma ət verməyin; Zamanı da dara çəkin. Çəmənzəminli.\n\nIII. is. [ər.] klas. Əsil mənası “ev”, “məskən”, “məhəl”, “məkan” olub, klassik ədəbiyyatda bir sıra tərkiblərdə işlənir. Dari-bəqa din. – o dünya, axirət. Daribəqayə rehlət etmək (buyurmaq) tənt. köhn. – ölmək, vəfat etmək. Bu iki yüz müəllimlərdən bu anəcən bir neçəsi dari-bəqayə rehlət edib. F.Köçərli. Qəhvəni içən tək ağa dari-bəqayə rehlət buyurdu. Ə.Haqverdiyev. Dari-fəna din. – yaşadığımız dünya. Dari-şəfa – müalicə evi, şəfa verən yer. ...dar [fars.] Bəzi isimlərin axırına gətirilərək onlara müxtəlif məna verən şəkilçi; məs.: evdar, əməkdar, mülkədar, binəkdar, məhsuldar və s. daraba is. məh.\n1. Taxtadan və s.-dən hasar; arakəsmə. Otağı daraba ilə iki hissəyə ayırmaq.\n2. Evin yanında taxtadan və s.-dən düzəldilmiş tikili. Bu dünyada əlindən min bir peşə gəlirdi: qaşıq qayırmaq, anbar qurmaq, daraba salmaq, .. hər şey. S.Rəhimov.\n3. Taxıl saxlamaq üçün böyük taxta yeşik. Darabadan bir ovuc düyü götür. dara-bara is. Mübahisə, dalaşma, dava, küsüşmə, söyüşmə. darağaoxşar bax daraqvari. daraq is.\n1. Saçı darayıb düzəltmək üçün dişli alət. Narındişli daraq. Başını daraqla daramaq. – Siyah zülfü daraq ilə dara, gör. Qurbani. • Daraq çəkmək – daramaq. Müşkünazın qoyun-qoltuğuna sərinlik dolduqca, külək saçlarına daraq çəkdikcə ürəyi dincəlir, istisi azalırdı. Ə.Vəliyev. Daraq görməmək – heç daranmamaq. Qıvrım saçlarının birbirinə qarışması saçlarının daraq görmədiyini bildirirdi. M.S.Ordubadi. // Qadınların saçlarını bir yerdə saxlamaq və bəzək üçün saçlarına taxdıqları zinət şey.\n2. Yun və s. lifli şeyləri daramaq üçün alət. Yun darağı. Kətan darağı.\n3. Müxtəlif məqsədlər üçün işlədilən darağaoxşar alətlərin, yaxud onların bu şəkildə olan hissələrinin adı. İpləri darağa düzmək. Toxuma dəzgahının darağı. Kombaynın darağı.\n4. Araba oxunun söykəndiyi oyuq. Pəri arabanın darağını buraxmırdı. Ə.Əbülhəsən.\n5. Silahın (tüfəngin və s.-nin) sandığına keçirilən patronları yan-yana qoymaq üçün qab, qutu. Üçüncü gün onların patronları qurtardı, hərəsində ancaq bir daraq patron qalmışdı. “Qaçaq Nəbi”. Tüfəngin üstündəki dolu patrondaşın daraqları parıldayırdı. M.Hüseyn. Daraqlar boşalıb, indi neyləmək? M.Rahim.\n6. Ot dırmığı. Biçilən otu daraqla tağlamaq.\n7. zool. Balıqların hava yerinə su alıb verdikləri dəlikləri qapayan qulağaoxşar qanadcıqlar.\n8. Bəzi quşların başında yelpiyəoxşar kəkil; pipik. Şanapipiyin darağı.\n9. Bal şanı. Bir daraq bal. Qış üçün hazırlanmış daraq balı.\n10. Pambıq gülü. Quraqlıq olanda pambıq darağını tökər. daraqağzı is. Darağın dişlərindən tökülən yun və s. qırıntıları. daraqbatmaz f.sif. Qalın, gur, sıx, yaxud dolaşıq, pırtlaşıq, dolaşıb bir-birinə sarılmış. [Sevil] ..əlini sıx və daraqbatmaz qara saçlarına aparıb gəzdirdi. S.Rəhimov. daraqcıq is. Kiçik daraq. daraqçı is.\n1. Daraq qayıran usta.\n2. Muzdla yun darayan (adam). Daraqçıya daramaq üçün yun aparmaq. daraqçılıq is.\n1. Daraq qayırma sənəti.\n2. Yun darama sənəti. Daraqçılıqla məşğul olmaq. daraq-daraq zərf Daraqlar şəklində, yan-yana düzülmüş halda. daraqdişi zərf Daraq dişləri kimi bir boyda, yan-yana və sıx. Sərvinazla Muradın briqadalarının əkdiyi pambıq daraqdişi bitmiş(di). Ə.Vəliyev. daraqlama “Daraqlamaq”dan f.is. daraqlamaq f.\n1. Daraqdan keçirmək, daraqla daramaq, daraqla təmizləmək. Yunu daraqlamaq. // Daraqla düzəltmək. Saçlarını daraqlamaq. Başını daraqlamaq. • Əllərini daraqlamaq – bax əl.\n2. Silaha patronlu daraq keçirmək. Tüfəngi daraqlamaq. – Azərbaycan torpağına yad basmasın ayağını; Söyləyərək daraqladı öz mehriban yarağını. M.Rahim.\n3. Əllərini yanlarına açaraq yolu, ya qapını tutmaq, keçməyə mane olmaq. Bu hində qapı açıldı, bir cavan oğlan qapını daraqlayıb təəccüblə gözlərini dirədi Xudayar bəyin gözünə. C.Məmmədquluzadə.\n4. Gül açmaq. Pambıqlar daraqlamışdır.\n5. Sığallamaq, tumarlamaq. Quzunu da raqlamaq. daraqlanma is.\n1. “Daraqlanmaq”dan f.is.\n2. Pambığın gülaçma dövrü. daraqlanmaq 1. məch. Daraqla daranmaq, daraqla təmizlənmək, daraqdan keçirilmək. Yun daraqlanmışdır.\n2. f. Gül açmaq. Pambıq kolları yaxşı inkişaf etmiş, daraqlanmışdır. “Az. qad.”. daraqlatma “Daraqlatmaq”dan f.is. daraqlatmaq icb. Daraqlama işi gördürmək. daraqlı sif. Darağı olan, başında, ya bədənində darağa bənzər nişanı olan. Daraqlı balıq. Başı daraqlı quş. daraqlıq sif.\n1. Daraq qayrılmağa yarayan. Daraqlıq buynuz. 2, Daranmaq üçün ayrılan. Daraqlıq yun.\n3. Bir dəfə daraqdan keçirməyə kifayət edən. Bir neçə daraqlıq yun. daraqotu is. bot. Quru və daşlı yamaclarda bitən dənli ot bitkisi. daraqvari sif. Darağaoxşar, daraq kimi diş-diş. daraldıcı sif. Daraldan, darlaşdıran, dar hala salan, genəlməyə qoymayan. Damarları daraldıcı dərman. daraldılma “Daraldılmaq”dan f.is. daraldılmaq məch. Dar edilmək, dar hala salınmaq. Şalvarın balağı daraldılmışdır. daralma “Daralmaq”dan f.is. daralmaq f.\n1. Dar hala düşmək, darlaşmaq, dar olmaq, enliliyi azalmaq. Uzağa getdikcə yol daralır. // Sıxılmaq, sıxlaşmaq, yığılmaq, kiçilmək. Ayaqqabılar daralmışdır. Köynək yığılıb daraldı.\n2. Tükənmək. [Sona xanım:] Hövsələm daralıb, ağzıma gələni söyləyirəm.. M.F.Axundzadə.\n3. Təngişmək, sıxılmaq, təng olmaq. Acığından Qulunun bütün vücudu titrəyir, daralmış köksünə sığmayan qəlbi az qala partlayırdı. A.Şaiq.\n4. məc. Qurtarmaq üzrə olmaq; məhdudlaşmaq, qısalmaq. Sağ olun! Çən gəlir, hava qaralır; Sonra gecikərik, gün də daralır. S.Vurğun.\n5. Bax darılmaq. Nə əmrə daralmış, nə küskünəm mən; Həyatın həvəsi qalxır sinəmdən. R.Rza. daraltma “Daraltmaq”dan f.is. daraltmaq f.\n1. Dar etmək, dar hala salmaq, genliyini azaltmaq; darlaşdırmaq. Dairəni daraltmaq. Paltarın qolunu daraltmaq. – Kərəmov şalvarının balağını da biriki santimetr daraltmışdır. İ.Əfəndiyev.\n2. məc. Azaltmaq, kiçiltmək, məhdudlaşdırmaq. Məsələnin mənasını daraltmaq. Məsələnin mənasını (əhəmiyyətini) daraltmaq. daram sif. Tarım; çox dar. Dağbaşev danışa-danışa daram şinelinin dəmir düymələri ilə əlləşməkdə davam edirdi. S.Rəhimov. darama “Daramaq”dan f.is. daramaq f.\n1. Daraqla tükləri bir-birindən ayırıb nizama salmaq. Başını daramaq. – [Qərənfil] ikinci mərtəbədə bədənnüma güzgünün qabağında durub .. saçlarını darayırdı. M.Hüseyn. Bahardır, gəl çıxaq düzə, sevgilim! Dara saçlarını, bəzə, sevgilim! M.Rahim.\n2. Daraqdan keçirmək, daraqlayıb təmizləmək. [Dilbərin] yaşı yüzü çoxdan ötmüş qoca nənəsi Həcər isə döşək üstündə oturaraq yun darayırdı. Ə.Sadıq.\n3. Ot, saman və s.-ni şana və ya dırmıqla yığmaq, toplamaq; dırmıqlamaq. Əldə biçinçi darağı sərbəsər; Ot darayırlar qarılar hər tərəf. A.Səhhət.\n4. Ağacın, kolun və s.-nin lazımsız budaqlarını kəsmək. Darayıb, su verib calaqlamısan; Şaxtadan qışda yaxşı saxlamısan. A.Səhhət. daramlıq bax tarımlıq. daranıq sif. Daranılmış. Taya dibində də incəbelli bir qız daranıq saçlı bir oğlanla öpüşür. C.Cabbarlı. daranq təql. Metal şeyin başqa bir şeyə toxunarkən çıxardığı səs. daranqı is.\n1. bot. Qovaq cinsindən ağac; piramidal qovaq.\n2. məh. Ağaclardan kəsilib tökülmüş quru budaqlar; çır-çırpı. Daranqı yığmaq. daranqıltı bax danqıltı. Damlardan daranqıltı ilə tənəkə parçaları düşür, qum tökülür. Mir Cəlal. – ..Dəmirçilər cərgəsindəki bütün bu qulaq batıran daranqıltı, gumbultu içərisindən usta bu oğlanın ağır sükutunu eşidirdi.. Ə.Məmmədxanlı. daranma “Daranmaq”dan f.is. daranmaq 1. məch. Daraqla bir-birindən ayrılıb nizama salınmaq, düzəldilmək. [Qərib:] Siyah saçları darandı; Canım həsrətində yandı. “Aşıq Qərib”. [Hindli qız:] Darandıqca qıvrılar tel; Üz üstündə yana düşər. A.Şaiq.\n2. məch. Daraqdan keçirilmək, daraqlanıb təmizlənmək. Yun daranmışdır.\n3. qayıd. Öz başını daramaq. Yuyundun, darandın, qarlar kimi saf; Tellərin sığallı, gözlərin şəffaf. Ə.Cavad. Kamal durub geyindi, darandı, yuyundu. S.Rəhimov.\n4. Bax daraşmaq. ..Təbii sərvətini əldə etmək üçün [imperialistlər] cənubdan və şimaldan İranın cəmdəyinə daranmışdılar. M.S.Ordubadi.\n5. Bax dırmaşmaq. [Qız-gəlinlər] səhəngi atırlar çiyinlərinə, kəklik kimi daranırlar dağ yuxarı. N.Vəzirov. daranmış f. sif.\n1. Daraqla bir-birindən ayrılıb nizama salınmış, düzəldilmiş. Daranmış saç. – [Səfainin] ..Orta boyu, səliqə ilə yuxarı daranmış və yağlanmış qara saçları, mülayim siması və yumşaq səsi onu xəfiyyə rəisindən artıq şah təlxəyinə oxşadırdı. M.İbrahimov.\n2. Daraqla təmizlənmiş, daraqdan keçirilmiş. Daranmış yun. daraşdırma “Daraşdırmaq”dan f.is. daraşdırmaq f. Daraşmasına səbəb və vasitə olmaq. Qarışqaları daraşdırmaq. daraşma “Daraşmaq”dan f.is. daraşmaq f. Bir şeyin üzərinə doluşmaq, toplaşmaq, yığışmaq; qonmaq. Qarışqalar mürəbbəyə daraşır. – Sürüyə qurd daraşınca, Qızıl onlarla boğuşa-boğuşa sürünü bu iki təpənin arasına qədər gətirib soxmuşdu. A.Şaiq. ..Sanki bunlar – bal arısı kimi tarlaya, kotana, suya, traktora daraşanlar keçən il işə çıxan adamlar deyil. Mir Cəlal. // Məc. mənada (bəzən “vücuduna”, “canına” sözləri ilə). Qərinələrlə millətimizin şirin canına milyonlarca ac mikroblar daraşıb qanını sormuşdur. C.Məmmədquluzadə. Hər yandan gələn əhali qarışqa kimi konkaların vücuduna daraşmışdı. M.S.Ordubadi. • Bir-birinə daraşmaq məc. – bir-biri ilə dalaşmaq, mübarizə etmək, boğuşmaq, çəkişmək, bir-birini məhv etməyə çalışmaq. Kənddə iki nəsil, canavar kimi bir-birinə daraşdı. Mir Cəlal. daratdırma “Daratdırmaq”dan f.is. daratdırmaq icb. Üçüncü şəxs vasitəsilə daratmaq. Saçlarını daratdırmaq. daratma “Daratmaq”dan f.is. daratmaq icb. Darama işi gördürmək. darayı is. köhn. Qırmızı-bənövşəyi rəngli nazik, zərif ipək parça. Darayı yorğanüzü. – Ayı handa, darayı handa. (Ata. sözü). Gözəllər geyinib darayıdan xası; Silinsin, könlümün qalmasın pası. (Qoşma). // sif. Bu parçadan tikilmiş. ..Allahqulu qurcuxub darayı kisəsini çıxartdı. Çəmənzəminli. darbadağın bax darmadağın. [Həsən:] Mən də sənə zad deyiləm, vurram, başın; Darbadağın lap dağılar, rədd ol burdan! Ü.Hacıbəyov. [Uşaq] bir kərə qılıncını çəkərək .. oyuncaqları darbadağın etdi. M.S.Ordubadi. darbalaq is. Gödək kişi şalvarına oxşar qadın dizliyi. Biz [alman soldatının] üstünü axtardıq. Bir darbalaq, iki cüt arvad corabı çıxdı. Mir Cəlal. darca sif. Çox dar, çox məhdud. Bu süstlüyə .. səbəb camaatımızı təşkil edən hər bir sinfin öz darca və qaranlıq dairəsində güzəran etməyi olubdur. F.Köçərli. // Bir qədər dar. darçı is. köhn. Dar ağacı quran, ya məhkumu dar ağacından asan adam. Darçı dəmbədəm idi ki, həmin adamları tutub çəkə dara. Siman tez özünü yetirib gördü ki, dar ağacı qurulub. (Nağıl). darçın is. [fars.] Darçın ağacının qabığından hazırlanan gözəl iyi və tünd dadı olan quru toz şəklində ədviyyə. Xörəyə darçın səpmək. Darçın çayı. – [İbrahim:] Bala, yoxsa sənə soyuq dəyib? Sənin üçün bu saat darçın çayı bişirərəm. İçib tərlərsən, durarsan ayağa. Ə.Haqverdiyev. darçını sif. Darçın rəngli, darçın rəngində olan; qəhvəyi. Darçını parça. – “İsti” rənglər dedikdə isə, od rənginə çəkən rənglər – qırmızı, sarı, .. darçını və bunlara oxşar rənglər nəzərdə tutulur. Ə.Salamzadə. darçınlı sif. Tərkibində darçın olan, yaxud darçından hazırlanmış, darçın qatılmış, darçın tökülmüş. Darçınlı firni. dar-dar zərf Balaca uşağın ilk yerimə tərzi. O, dar-dar yeriyəndə, ayağa duranda [əvvəlcə] bu cəhrədən tutub qalxırdı. Ə.Əbülhəsən. dar-düdük sif. Çox dar, bədənin ölçüsündən çox-çox dar. Dar-düdük şalvar. dardüşüncəli sif. Həyati məsələləri dərindən dərk edə bilməyən, düşüncəsi məhdud olan. Dardüşüncəli adam. dardüşüncəlilik is. Düşüncə cəhətdən məhdudluq, şüur məhdudluğu. darfikirli bax dardüşüncəli. darfikirlilik bax dardüşüncəlilik. dargöz (=dargözlü) sif. Paxıl, gözü götürməyən. O göstərir ki, həyatda yaxşı adamlar olduğu kimi, dargöz adamlar da çoxdur. S.S.Axundov. Hacı Sultanın dükan qonşuları bir taqım paxıl, dargöz adamlardı. S.Hüseyn. Fərəc bəy də atası kimi forslu, təşəxxüslü, paxıl, dargöz bir adam imiş. Ə.Vəliyev. // Xəsis. dargözlü (=dargöz) sif. Paxıl, gözü götürməyən. O göstərir ki, həyatda yaxşı adamlar olduğu kimi, dargöz adamlar da çoxdur. S.S.Axundov. Hacı Sultanın dükan qonşuları bir taqım paxıl, dargöz adamlardı. S.Hüseyn. Fərəc bəy də atası kimi forslu, təşəxxüslü, paxıl, dargöz bir adam imiş. Ə.Vəliyev. // Xəsis. dargözlük (=dargözlülük) is. Paxıllıq, gözügötürməzlik; xəsislik. [Bülənd:] ...Məni tərif etməkləri onların dargözlülüyündən və uzağı görmədiklərindəndir. Ə.Əbülhəsən. dargözlülük (=dargözlük) is. Paxıllıq, gözügötürməzlik; xəsislik. [Bülənd:] ...Məni tərif etməkləri onların dargözlülüyündən və uzağı görmədiklərindəndir. Ə.Əbülhəsən. darğa is. [monq.]\n1. tar. Şəhər, qəza, mahal, ya vilayət hakimi. Padşahın şəhər darğası yolnan gedirdi, güzarı düşdü bu bağa. (Nağıl). Sən demə, bu bina şəhərin darğasının eviymiş. “M.N.lətif.” // Keçmiş zamanda vergi yığmaq üçün hakim, hökmdar, xan və b. tərəfindən kəndə göndərilən məmur. [Nəcəf bəy:] Buyur, mirzə, aparıb kənddə verərsən darğaya. Necə ki lazımdır əməl eylər. Ə.Haqverdiyev. Darğa lələş məhsul vaxtı bir dərzi gözündən qaçırmaz(dı). S.Rəhimov.\n2. tar. Bazar keşikçilərinin başçısı. Sübh olunca gecələr darğa kimi; Yatmayır, qırqır edir qarğa kimi. M.Ə.Sabir.\n3. məc. Özünü böyük sayan, heç kəs tərəfindən vəkil edilmədiyi halda özünü vəkil kimi aparan adam haqqında. • Darğa tikmək – hakim qoymaq, hakim təyin etmək, vəkil etmək. [Xan:] Səni bu evdə kim darğa tikib, kim? N.Vəzirov. darğabaşı is. tar. Bir neçə darğanın böyüyü. Al, – dedim, – get, bunu darğabaşıya ver, Hacı Səməd xanın fərmanıdır. M.S.Ordubadi. darğalıq is.\n1. tar. Darğanın işi, vəzifəsi. [Həsən Namaza:] Mən istəmərəm ki, sənin əlindən darğalığı alıb mənə versinlər. Ə.Haqverdiyev. [Paşa bəy:] Yaxşı deyiblər ki, evində yoxdur urvalıq, könlündən keçir darğalıq. Ə.Vəliyev.\n2. məc. Böyüklük, ağalıq. Darğalıq etmək. – Bu fəna iş nə idi tulladınız ortalığa; Sizi kim qoydu bizim üstümüzə darğalığa. Ə.Nəzmi. darğan is. Qışın son on günü. Darğanda yağmasa, xırmanda yağar. (Ata. sözü). darğın sif.\n1. İncik, dərdli, küskün, pərişan, pərt. İyirmi beş bahar görmüş olan bu adam altmış xəzan keçirmiş qocalar qədər yorğun, darğın, ölgün görünürdü. A.Şaiq. Böyük bir şairin darğın xəyalı; Vətən çöllərini pərişan gəzir... S.Vurğun. Düşündürür onu insanın halı; Darğındır nə qədər fikri, xəyalı!.. M.Rahim.\n2. Hiddətli, qəzəbli. Darğın sular kimi coşub çağladım; Gözümdən od çıxdı, başımdan duman. M.Müşfiq. darğınlıq is.\n1. Küskünlük, inciklik, ürəyisınıqlıq, pərişanlıq, pərtlik. [Şərifzadə:] Aranızdakı darğınlıq və küdurətin tamamilə bərtərəf olması üçün bir-biriniz ilə ətraflı danışmaq və razılaşmaq lazımdır. S.Hüseyn. Süsən Bünyadın darğınlığını, onunla danışmaq həvəsində olmadığını görürdü. Ə.Əbülhəsən.\n2. Hiddət, qəzəb. darxətli sif. Relslərinin arası dar olan. Darxətli dəmir yolu. darı is. Yumru toxumları olan birillik taxıl bitkisi və bu bitkinin dəni. Darı əkini. – Ac toyuq yuxusunda darı görər. (Ata. sözü). // Darıdan bişirilmiş (hazırlanmış). Darı çörəyi. Darı yarması. – [Tubu:] De görüm, sən darı cadını ayrana doğrayıb yeyəndə ağa da bir qaşıq götürüb səninlə o doğramadan yeyəcəkdirmi? Ə.Haqverdiyev. darıxdırıcı sif. Cansıxıcı, ürəksıxan, çox maraqsız; yekrəng, yeknəsəq. Darıxdırıcı iş. Darıxdırıcı söz. Darıxdırıcı həyat. darıxdırıcılıq is. Darıxdırıcı şeyin hal və keyfiyyəti; cansıxıcılıq, ürəksıxıcılıq, çox maraqsızlıq, yeknəsəqlik. Söhbətin darıxdırıcılığı. İşin darıxdırıcılığı. – Evlərin təhər-töhüründə bir darıxdırıcılıq vardı. Ə.Əbülhəsən. darıxdırma “Darıxdırmaq”dan f.is. darıxdırmaq f. Ürəyini sıxmaq, təngə gətirmək, bezikdirmək. // Əsəbiləşdirmək, acıqlandırmaq. Kişi məni elə darıxdırıb ki, vallah, istəyirəm elə özümü boğam, öldürəm.. N.Vəzirov. Qış səfəri, tək yol könlü darıxdırır, can sıxır. A.Səhhət. [Körpənin] ağlaması da Gülaranı darıxdırır, incidirdi. Ə.Vəliyev. darıxma “Darıxmaq”dan f.is. darıxmaq f.\n1. Sıxılmaq, canı sıxılmaq, bıqmaq, bezmək, təngə gəlmək, narahat olmaq, əsəbiləşmək. Hər şey üçün adam darıxmaz. Darıxıram, vaxt az qalıb. // Ürəyi sıxılmaq, hövsələsizlik göstərmək. Qulu, sən heç darıxma, ancaq bir az döz. N.Nərimanov. Mirzağa indi öz evlərində darıxır, könlü heç açılmayırdı. S.Hüseyn. // Sıxılmaq, özünü çox pis hiss etmək. Qədir kişi bu hörmətlərdən darıxmır, bunu özünün yaxşı işləməsi ilə əlaqədar bilirdi. Ə.Sadıq.\n2. Təngnəfəs olmaq, nəfəsi kəsilmək, boğulan kimi olmaq, hava çatmamaq. İstidən adamın ürəyi darıxır.\n3. Bir şəxsin, ya şeyin olmadığını iztirab və ürək acısı ilə hiss etmək, bir şəxsi, ya şeyi görməyi, yaxud onunla bir yerdə olmağı həsrətlə arzu etmək. Vətən üçün darıxmaq. İş üçün darıxmaq. darıxsınma “Darıxsınmaq”dan f.is. darıxsınmaq f. Özünü darıxmış kimi göstərmək; bir qədər darıxmaq, darıxan kimi olmaq. Kəlbalı darıxsınaraq böyük işlərin içərisində çaşıb qalan adamlar kimi: – Qulluq əmridir, bilirsən, molla! – dedi. S.Rəhimov. darılma “Darılmaq”dan f.is. darılmaq f. Acığı tutmaq, hirslənmək, hiddətlənmək, hövsələdən çıxmaq. [Şərifzadə] Mehribanı boşadığı üçün olduqca darılmış, Zeynalın belə yersiz hərəkətindən dolayı acıqlanmışdı. S.Hüseyn. [Veys:] Paxıl oğlu, paxıl, – deyə Dövlətə darıldı. Ə.Əbülhəsən. Sənsiz gördüm, mələklərə darıldım; Endim yerə, qədəminə sarıldım. Ə.Cavad. // Ürəyi sıxılmaq, kədərlənmək, məyus olmaq, incimək. [Heydər bəy:] Hacı, səfərdə adamın başına çox iş gələr, gərək darılmamaq, söyləmək vaxtı deyil, indi üstümüzə tökülərlər. M.F.Axundzadə. Özünü toxtaq tut bir az; Düşəndə dar günə insan darılmaz. S.Vurğun. Qaraş sıxılıb darılaraq divana oturub əvvəlcə heç kəslə danışmırdı. M.İbrahimov. darımaq I. f. məh.\n1. Yırtmaq, dağıtmaq, cırmaqlamaq. Oğlunun quldurlar tərəfindən öldürüldüyünü güman edən arvad üz-gözünü darıdı. Ə.Vəliyev.\n2. Bax darışmaq. Qələnin adamı yetdi yarıya; Necə ki qoyuna ac qurd darıya. Q.Zakir.\n\nII. f. məh. Arxasınca danışmaq, paxıllıq etmək. Yazığı darıyıb heç ediblər. Darımaqdan yorulmurlar.\n\nIII. f. məh. Yayılmaq, düşmək. Mala yaman xəstəlik darıyıb. darıotu is. bot. Daşlı yamaclarda bitən birillik xırda ot bitkisi. darısqal sif.\n1. Çox dar, ensiz. Darısqal yol. – Dərin, darısqal dibində dərənin; Rəd kimi guruldayır baltalar. A.Səhhət. Əjdər bu təpəciklərdən enib kəndin darısqal küçələrinə girdi. S.Rəhman.\n2. Sahəsi çox kiçik olan. Darısqal otaq. Darısqal yer. – Fəhlə kazarmaları çox çirklidir, darısqaldır. M.S.Ordubadi. Bura darısqal, alçaq, yarıqaranlıq bir otaq idi. Mir Cəlal. Darısqal bir daxma var, qabağı ağaclıqdır. M.Seyidzadə.\n3. məc. Bax dar1 4-cü mənada. Saqqalı uzun, kəlləsi küt, fikri darısqal. M.Möcüz. darısqallaşdırılma “Darısqallaşdırılmaq”dan f.is. darısqallaşdırılmaq məch. Darısqal edilmək, darısqal hala salınmaq. darısqallaşdırma “Darısqallaşdırmaq”dan f.is. darısqallaşdırmaq f. Darısqal etmək, darısqal hala salmaq. Mənzillərin avadanlığı və mebeli çox sadə olmalı, otağı darısqallaşdırmamalıdır. “Az. qad.” darısqallaşma “Darısqallaşmaq”dan f.is. darısqallaşmaq f. Daha darısqal olmaq, darısqal hala gəlmək. darısqallıq is. Darısqal şeyin halı, bir yerin darısqal olması. Darısqallıqdan darıxmaq. Darısqallıqdan şikayətlənmək.– Qəfil ölüm olmasın .. Qara zülüm olmasın; Darısqallığa düşən fikir, könül olmasın. R.Rza. • Darısqallıq etmək (eləmək) – kifayət etməmək, çatışmamaq, yetməmək. darışdırmaq bax daraşdırmaq. darışlıq bax darısqallıq. Tiflisdə camaat o qədər çox idi ki, gəzməyə yekə bağ darışlıq edirdi.. “Mol. Nəsr.” darışma “Darışmaq”dan f.is. darışmaq bax daraşmaq. Ona bir çox milçək darışmış idi; Yazığın haləti qarışmış idi. M.Ə.Sabir. darkeşlik is. məh. Darısqallıq. darqursaq (=darqursaqlı) sif. dan. Səbirsiz, hövsələsiz, kəmfürsət, dözümsüz, tez özündən çıxan. Darqursaq adam. darqursaqlı (=darqursaq) sif. dan. Səbirsiz, hövsələsiz, kəmfürsət, dözümsüz, tez özündən çıxan. Darqursaq adam. darqursaqlıq is. dan. Səbirsizlik, hövsələsizlik, kəmfürsətlik; darqursaq adamın xasiyyəti. Darqursaqlıq etmək. darlaşdırılma “Darlaşdırılmaq”dan f.is. darlaşdırılmaq məch. Daha dar edilmək; genişliyi, eni azaldılmaq. darlaşdırma “Darlaşdırmaq”dan f.is. darlaşdırmaq f. Daha dar etmək, dar hala salmaq; genişliyini, enini azaltmaq. darlaşma “Darlaşmaq”dan f.is. darlaşmaq f. Daha dar olmaq, dar hala düşmək, eni azalmaq. darlıq is.\n1. Dar şeyin halı; ensizlik. Yolun darlığı. Keçidin darlığı. // Yer (sahə) azlığı; darısqallıq. Mənzilin darlığı. // Sıxlıq, tarımlıq. Şalvarın darlığı. Paltarın darlığı.\n2. Sıxıntı, tənglik. Nəfəs darlığı.\n3. məc. Maddi sıxıntı, çətinlik, ehtiyac, yoxsulluq; məhrumiyyət. Varlığa nə darlıq?! (Ata. sözü). • Darlığa düşmək – 1) maddi cəhətdən çətin vəziyyətə düşmək, ehtiyacı olmaq; 2) ağır, çətin vəziyyətə düşmək. Simurq dedi: – Siman, al bu tükü, darlığa düşsən, bu tükləri bir-birinə çəkərsən, mən harada olsam, gəlib harayına çataram. (Nağıl). Darlıq çəkmək – maddi sıxıntı çəkmək, ehtiyac içində olmaq. Onun köməksiz, əlacsız və möhtac baxışları özünün maddi tərəfdən darlıq çəkdiyini də göstərirdi. M.S.Ordubadi.\n4. Azlıq, məhdudluq, çatışmazlıq. Vaxtın darlığı. darmacal zərf dan. İşin çox qızğın, macal olmadığı bir çağında; çox tələsik. darmadağın darmadağın dağıtmaq (etmək) – 1) tamamilə dağıtmaq, məhv etmək; 2) tamamilə məğlub etmək; 3) məc. alt-üst etmək, puça çıxarmaq, puç etmək, dağıtmaq. Qızın bu sözü yenə də mənim fikrimi darmadağın etdi. M.S.Ordubadi. Darmadağın edilmək – 1) tamamilə dağıdılmaq, məhv edilmək. Partlayışlar baş verəndən sonra çox böyük bir sahədə torpaq darmadağın edilirdi. Ə.Sadıq; 2) tamamilə məğlub edilmək; 3) məc. alt-üst edilmək, puça çıxarılmaq. Darmadağın olmaq (dağılmaq) – 1) tamamilə dağılmaq, alt-üst olmaq. Onların bizim haqqımızda çəkdiyi planlar özlərinin bizdən yediyi zərbə nəticəsində darmadağın olmuşdu. M.S.Ordubadi; 2) tamamilə məğlub olmaq. ..Maralan altında duran düşmən qoşunu darmadağın oldu. M.S.Ordubadi. dartay is. məh. köhn. Keçmişdə: quyudan neft çəkib çıxarmaq üçün uzunsov vedrə. – Ata, bu nədir? – deyə, – gözləri işıldayan uşaq soruşdu. – Oğlum, bu, dartaydır. S.Rəhimov. dartayçı is. məh. köhn. Dartayla quyudan neft çıxaran fəhlə. dartayçılıq is. məh. köhn. Dartayçının işi, peşəsi, vəzifəsi. [Comərd] nəhayət, mədənlərdə çoxdan işləyən köhnə fəhlələrin köməyi ilə Qəssabovun mədənində dartayçılığa girdi. Ə.Abasov. dartaylama məh. köhn. “Dartaylamaq”dan f.is. dartaylamaq f. məh. köhn. Dartayla quyudan neft çıxarmaq. dartəhər sif. Bir qədər dar. dartı is.\n1. Dartma, çəkmə; çəkib aparma. • Dartı qüvvəsi – 1) heyvanın bir şeyi dartıb çəkmə, çəkib aparma qabiliyyəti, bacarığı, gücü. Atın dartı qüvvəsi onun çəkisinin təxminən 1 /9 -nə bərabərdir; 2) yük heyvanı, qoşqu heyvanı.\n2. dan. Çəki, vəzn, ağırlıq. Bu şeyin dartısı 5 kiloqramdan çox olmaz.\n3. dan. Üyütmə qabiliyyəti. Bu dəyirmanın dartısı o qədər yaxşı deyil.\n4. dan. Qolac, ölçü. Bir dartı qədər ip. dartıcı is. xüs. Müxtəlif mexanizmlərin, maşınların və s.-nin bir şeyi dartıb çəkən hissəsi. // Bir şeyi dartıb çıxarmaq üçün alət. dartılı sif. Dartılmış halda olan. dartılma “Dartılmaq”dan f.is. dartılmaq 1. məch. Əl və ya başqa bir şeylə tutulub çəkilmək. Xiyabanı dolduran izdihamın içərisi ilə gedirkən birdən qolumun dartıldığını hiss etdim. Ə.Sadıq.\n2. t-siz. Gərilmək, tarım çəkilmək. Rüstəm kişiyə elə gəldi ki, Qoşatxanın boğazından asılmış qalstuk .. daylaq quyruğu kimi dartılmışdır. M.İbrahimov. Birdən təknənin aşağısından bir zəncir dartılır və təknənin alt qapağı açılaraq torpaq platformaya boşalırdı. Ə.Sadıq.\n3. t-siz. Yuxarıya doğru çəkilmək. Qaşları dartılmaq.\n4. qayıd. Özünü çəkmək, təşəxxüslə dimdik durmaq. dartılmış f.sif.\n1. Tutulub çəkilmiş, tarım çəkilmiş. Dartılmış zəncir (ip).\n2. məc. Özünü çəkmiş, təşəxxüslə dimdik ayaq üstə durmuş. Aralarındakı məsafə dörd addımdan çox olardı. Yanlarında dimdik dartılmış nəzarətçi vardı. M.Hüseyn. dartım is. xüs. Gərginlik dərəcəsi, gərilmə dərəcəsi. Simlərin dartımını ölçmək. dartınc sif. Tarım dartılmış. dartınma “Dartınmaq”dan f.is. dartınmaq qayıd.\n1. Özünü geri dartmaq, özünü dala doğru çəkmək; bir şeydən aralanmağa, xilas olmağa, əldən çıxmağa çalışmaq. Ayı zənciri ilə ayağa dolaşıb dartınır və bağırırdı. S.S.Axundov. Tahir, Şeyda İmanovun məngənə kimi qüvvətli əlindən qopmaq üçün nə qədər dartındısa da, qopa bilmədi. M.Hüseyn.\n2. Özünü bir şeyə tərəf çəkmək, meyil etmək. dartışdırılma “Dartışdırılmaq”dan f.is. dartışdırılmaq “Dartışdırmaq”dan məch. dartışdırma “Dartışdırmaq”dan f.is. dartışdırmaq f.\n1. Hərə bir yana dartmaq, tutub, yapışıb çəkmək, hər tərəfdən dartmaq, çəkişdirmək. Kəndin bir sürü itləri tökülüb üstümə, başladılar məni dartışdırmağa. Ə.Haqverdiyev. // Dartmaq. Şəhərin günbatan tərəfindən yerin bağrını yarmış çay qoz ağaclarının qarımış köklərini dartışdırdı. S.Rəhimov.\n2. məc. dan. Sorğu-suala tutmaq, çəkişdirmək. ..Bilirəm, arvadın qohum-əqrəbası başıma yığılıb necə dartışdıracaqlar?! Mir Cəlal. dartışma is. Çəkişmə, dalaşma, güləşmə, çarpışma. dartışmaq qarş. Bir-birini əllə tutub o yan-bu yana dartmaq, çəkmək; dalaşmaq, güləşmək, süpürüşmək, çarpışmaq. dartma “Dartmaq”dan f.is. dartmaq f.\n1. Bir şeyi əli və ya başqa şeylə tutub özünə tərəf və ya kənara çəkmək. Arabaçı atları saxladı, düşdü yerə və başladı atların o qulağından, bu qulağından dartmağa. C.Məmmədquluzadə. Həkim qolumdan tutub dartdı.. Mir Cəlal. Ayaz kəskin bir hərəkətlə atın cilovunu dartdı. Ə.Məmmədxanlı. // Qapıb almaq. Əlindən kitabı dartmaq. – Rəhim bəy çeki [Turabın] əlindən dartıb aldı. Qol çəkdi. M.Hüseyn. Söhbət qurtararqurtarmaz Gülzar telefonun dəstəsini dartıb müavinin əlindən aldı. Ə.Əbülhəsən.\n2. Zorla çəkmək, özü ilə aparmağa çalışmaq. [Kərimxanı] dartıb dar koridora çıxardılar. M.İbrahimov. Quliyev [Sultanovu] evlərinə tərəf dartdı. Ə.Sadıq.\n3. Gərmək, tarım çəkmək. Yayı dartmaq. İpi dartmaq.\n4. Yuxarıya doğru çəkmək. ..Lakin Mahru yenə də məğrur qaşlarını dartaraq dedi. M.S.Ordubadi. Yasavul təəccüblə çiyinlərini dartdı. S.Rəhimov.\n5. Nasos və s. vasitəsilə çəkmək, dartıb çıxarmaq. Quyulardan neft dartan dərin tulumbaların yeknəsəq səsləri eşidilirdi. S.Hüseyn.\n6. məc. “Özünü” sözü ilə – lovğa vəziyyət almaq, təşəxxüslənmək, özünü çəkmək. Müqim bəy hiyləgərcəsinə özünü dartıb daha da ciddiləşdi. S.Rəhimov. [Xankişi Haqverdiyə:] Gəl oyna, özünü dartma, bir görək; Qoy yenə sevinsin, açılsın ürək. Z.Xəlil. daruqə bax darğa. Qapı açılır, Ağa Kərim, Hacı Rəcəbəli daruqə və yanında dörd nəfər adam daxil olurlar. M.F.Axundzadə. darülelm is. [ər.] klas. Elm ocağı, elm evi. Naçalnik cənabları burada bir gün bir darülelm binası qoyar. C.Məmmədquluzadə. darülədəb is. [ər.] klas. Məktəb. Darülədəbin bilməliyiz qədrini, millət; İkmalına göstərməli olduqca həmiyyət. M.Hadi. Bu, darülədəbdir desə hər kimsə, yalandır. Ə.Nəzmi. darüləman is. [ər.] klas. Sığınacaq yer, aman gətiriləcək yer, pənah aparılacaq yer, əmin yer, salamat yer. Qəssabxanaya biz darüləman dedik; Doğru libasın bürünüb min yalan dedik. M.Ə.Sabir. darülfünun is. [ər.] Universitet. ..Mirzə Səfərin oğlu darülfünun tələbəsi formasında evlərinə görüşməyə gəldi. Ə.Haqverdiyev. Student özünə müvafiq bir ömür sürməkdə idi: səhər darülfünuna, günorta aşxanaya gedər, axşam da dərsləri ilə məşğul olar. Çəmənzəminli. Firidun darülfünundan çıxıb evə qayıtdıqda qoca arvad Kürd Əhmədin onu gözlədiyini xəbər verdi. M.İbrahimov. darülmüəllimat is. [ər.] Qız pedaqoji məktəbinin köhnə adı. Avqust ayının iyirmi üçündə məlum oldu ki, Zaqatala darülmüəllimatında imtahanlar tezliklə başlanacaqdır. C.Məmmədquluzadə. darülmüəllimin (=darülmüəllimeyn) is. [ər.] Oğlan pedaqoji məktəbinin köhnə adı. Təqribən Qori darülmüəllimində türk şöbəsinin açılmağı da mənim yaşımın dərsə getmək vaxtına tuş gəlir. C.Məmmədquluzadə. 1881-ci ildən.. [Qori darülmüəllimində] tərbiyə almış müsəlman müəllimləri çıxmağa başlayır. F.Köçərli. [Qəhrəman] imtahan verib təzə açılan darülmüəlliminə daxil oldu. S.Rəhimov. darülmüəllimeyn (=darülmüəllimin) is. [ər.] Oğlan pedaqoji məktəbinin köhnə adı. Təqribən Qori darülmüəllimində türk şöbəsinin açılmağı da mənim yaşımın dərsə getmək vaxtına tuş gəlir. C.Məmmədquluzadə. 1881-ci ildən.. [Qori darülmüəllimində] tərbiyə almış müsəlman müəllimləri çıxmağa başlayır. F.Köçərli. [Qəhrəman] imtahan verib təzə açılan darülmüəlliminə daxil oldu. S.Rəhimov. darürəkli sif. Yalnız öz mənfəətini gözləyən; xudpəsənd, paxıl. Darürəkli adam. darürəklilik is. Yalnız öz mənfəətini gözləmə; xudpəsəndlik, paxıllıq. darüşşəfa is. [ər.] klas. Xəstəxana, şəfa evi (məcazi mənada işlənir). Eşqin məriziyəm, məni eylər bu qəm həlak; Darüşşəfayivəslinə var indi hacətim. S.Ə.Şirvani. darvaza is. Əsasən nəqliyyatın keçməsi üçün böyük həyət qapısı; alaqapı. Dəvəçi ilə dost olanın darvazası gen gərək. (Ata. sözü). ..Kərbəlayı Cəfər darvazanın səkisində oturub pendir-çörək yeyirdi. C.Məmmədquluzadə. Gəzib güclə bir qapı tapa bildim. Bu, sınıq bir darvaza idi. S.Rəhman. // Qədim şəhərlərin, qalaların hasarındakı böyük qapı. ‣ Darvazasını (darvazamı) fələk vurmaq – bədbəxtlik, fəlakət üz vermək, bədbəxt olmaq. Mirzə Səfər atasının sözlərini əsla eşitməyib qışqırdı: – Darvazamı fələk vurubdur. Ə.Haqverdiyev. darvazaçı is. Darvazanı qoruyan və açıb-bağlayan işçi; qapıçı. darvazalı sif. Darvazası olan. Darvazalı həyət. Darvazalı qala. Kəndin iri darvazalı həyətində məktəb binası yüksəlir.. darvinçi is. Darvinizm tərəfdarı. Darvinçi alim. darvinist bax darvinçi. darvinizm [ingilis alimi Ç.Darvinin adından] Canlı təbiətin tarixi inkişafı, bütün heyvan növləri və bitki orqanizmlərinin təbii seçim yolu ilə əmələ gəlməsi haqqında nəzəriyyə. daryarpaq (=daryarpaqlı) sif. bot. Ensiz lansetşəkilli yarpağı olan (bitki). Daryarpaqlı bitkilər. daryarpaqlı (=daryarpaq) sif. bot. Ensiz lansetşəkilli yarpağı olan (bitki). Daryarpaqlı bitkilər. dasit is. [lat.] Maqmatik süxur. dastan is. [fars.] Şifahi xalq ədəbiyyatının epik janrları içərisində qəhrəmanlıq və aşiqanə məzmunda olan, həcmcə ən böyük əsər. Qəhrəmanlıq dastanı. Aşiqanə dastan. “Koroğlu” dastanı. – Şairə Toğrulun məktubunu aparıb “Xosrov və Şirin” dastanı yazmasını rica edəcəkdir. M.S.Ordubadi. Ağlatmayır insanları; “Leyli-Məcnun” dastanları. S.Vurğun. El aşıqları incə Azərbaycan dilində xalqımızın mərdliklərini tərənnüm edən ölməz dastanlar qoşurdular. İ.Əfəndiyev. // Mühüm tarixi hadisələrdən, ya şəxsiyyətlərdən bəhs edən böyük epik əsər; poema. Zəfər dastanı. – ..Əzəmətli müharibə dastanının əsas mərhələlərindən, ötəri də olsa, bəhs etmək lazımdır. Burada hər bir səhnə böyük bir qəhrəmanlıq dastanı kimi qiymətlidir. M.Hüseyn. // Hekayə, nağıl, əfsanə, sərgüzəşt. [Koroğlu:] Ərəb atın dastanını söylərəm; Üç yaşında hər nişanı bəlli olur. “Koroğlu”. [Tərxan:] Oxuma, ey vəzir, mənə dastan; Qeysərin dağ kimi bir ordusu var. A.Şaiq. • Dastan açmaq – danışmaq, nağıl etmək, rəvayət etmək. Mən bu körpəyə nə münasibətlə Həcər adını qoymaq istədiyimi soruşduqda, sən aynalını əlinə alan, .. Gorus qazamatını dağıdan Həcərdən dastan açırsan. S.Rəhimov. Dastan qoşmaq – dastan yazmaq, hekayə yazmaq. Dil(lər)də dastan olmaq – məşhur olmaq, haqqında tez-tez danışılmaq, dillərə düşmək. [Qərib:] Ağalar ərzimə bir qulaq verin; Adı dildə dastandır Ərzurumun. “Aşıq Qərib”. dastançı is.\n1. Dastan söyləyən, hekayəçi, nağıl danışan. Dastançı aşıqlar.\n2. məc. Çoxdanışan, naqqal, uzunçu. dastançılıq is. Dastan söyləmə, hekayəçilik. daş is.\n1. Təbiətdə parçalar, yaxud böyük və kiçik kütlələr şəklində təsadüf olunan, suda həll olunmayan bərk cisim (süxur). Küçələrə daş döşəmək. – Bütün izdiham əlinə keçən daş, kəsək parçalarını alovun üstünə yağdırdı.. M.Hüseyn. [Rübabə] ayağının altındakı sərt qayalara, daşlara, quru kollara, buzlaşmış qumlara baxdı. Mir Cəlal. // Həmin kütlənin tikinti materialı kimi işlədilən ayrı-ayrı kiçik hissəsi, parçası. Bir tərəfdə sement, bir tərəfdə daş. M.Müşfiq. Rüstəm kişi .. hələ bozaran daşlarına suvaq çəkilməmiş binaya doğru yollandı. M.İbrahimov. • Daş kəsmək (çapmaq çıxarmaq) – iri sal qayalardan tikinti üçün daş doğramaq. Şirin üçün Bisütundan daş kəsdim; Münasib adamı Fərhad eylədim! Qurbani. Belə ki, hansı kənd şurasının adamı haradan haraya işləyəcək, nə qədər iş görəcək, torpaq qaldıracaq, daş çapacaq .. hamısı nəzərə alınmışdır. S.Rəhimov.\n2. Bıçaq və s. itiləmək üçün bülöv, ya daş çarx. • Daşa çəkmək – daşda itiləmək.\n3. Kitabə, başdaşı, qəbirdaşı. Ara-sıra ərəb hərfləri ilə yazılan daşlar da nəzərə çarpırdı.. S.Hüseyn.\n4. Daşdan qayrılmış, daşdan tikilmiş, daşdan hörülmüş, daşdan yonulmuş. Daş ev. Daş hasar. Daş pilləkən. Daş körpü. – [Mehriban] ..qarşısında daş bir heykəl hissizliyi ilə hərəkətsiz duran ərini başdan-ayağa süzdü. S.Hüseyn. Birmərtəbəli daş evin pəncərələri taybatay açıq idi. M.Hüseyn. // Daş döşənmiş, daşla örtülmüş. Daş küçə. – Ağatlı fayton .. Cavanşir qəsəbəsindən çıxıb daş yolla yuxarı dartındı. S.Rəhimov.\n5. Bəzək üçün işlədilən firuzə, yaqut, almaz, brilyant və s.-yə verilən ümumi ad; daş-qaş. Sibir daşı. Üzüyün daşı.\n6. Dama, nərd və b. oyunlarda ağac, sümük və s.-dən qayrılmış fiqurlardan hər biri. // Şahmat oyununda: piyadalardan əlavə olan 8 fiqur. Şah şahmat oyununda əsas daş hesab olunur. • Daş-daşa – şahmat və dama oyununda: heç-heçə qurtarma. Daşa getmək – domino oyununda; yerdən əlavə, təzə daş götürmək. Beş dəfə daşa getdi.\n7. Hesab sayğacındakı dənələrdən hər biri. Hesabdar bir-birinin arxasınca daha üç daş çəkdi.\n8. Tərəzi daşı. Birkiloluq daş. – Günbəgündən qocalıb, artmaqdadır mülkü, malı; Düz deyil arşını, ölçüsü, tərəzisi, daşı. M.Ə.Sabir.\n9. tib. Bədənin bəzi daxili orqanlarında (məs.: böyrəkdə, qara ciyərdə, öd kisəsində və s.-də) yığılıb daşlaşan maddə. Qara ciyərdə daş əmələ gəlmək. Böyrəyində daş var.\n10. məc. Rəhmsizlik, mərhəmətsizlik, amansızlıq, çox sərtlik, hissizlik mənasında. Daş ürək.\n11. məc. Çox bərk, çox sərt, çox möhkəm şey haqqında (çox vaxt “kimi” sözü ilə). Əgər daş olsa dözməz xublar bidadına, bilməm; Nə eylər kim, könül bunca cəfavü cövrə tab eylər. S.Ə.Şirvani. İçəri atılan daş kimi bərk şeyin nə olduğunu bilmək üçün onu əli ilə axtarıb, nəhayət, tapdı. A.Şaiq. Yollar buz bağlayıb, daş kimi bərkimişdi. M.Hüseyn. ‣ Daş atıb başını tutmaq – qəti surətdə danmaq, boynuna almamaq, inkar etmək, rədd etmək. Mədəd Xanpərini çağırtdırıb əhvalatı öyrənmək istədikdə, Xanpəri, nə təhər deyərlər, daş atıb başını tutdu. Ə.Vəliyev. Daş atmaq – 1) kinayə ilə demək, tənə vurmaq, söz atmaq, sataşmaq. O, kimə daş atır? – Ay daş atan bəxtəvər, daşın da bir vaxtı var. (El sözü); 2) əlindən çıxarmaq, axırına çıxmaq. Var-yoxa daş atmaq. Pullarına daş atdı. – Qalan dövlətinə də İrandan gəlmiş bir dərviş daş atdı. Ə.Haqverdiyev. Daş basma(sı), daş çapı – daş üzərinə salınmış yazıları çap etmə üsulu, litoqrafiya üsulu ilə kitab çapı. Bu kitabça İrandan gətirilmə daş çapıdır. F.Ağazadə. Daş daş üstə qalmamaq – tamamilə dağılmaq, uçulub yerlə bir olmaq, alt-üst olmaq. Tullama zəlzələ ilə dönmə zəlzələ birdən olanda daş daş üstə qalmır. H.Zərdabi. Daş dövrü (əsri) tar. arxeol. – ibtidai icma quruluşunun, daşdan müxtəlif alətlər hazırlanması ilə səciyyələnən dövrü. Yazının qədim olmasına sübut daş dövründən tapılmış olan bir çox əsərlərdir. F.Ağazadə. Misirdə, Assuriyada və Babilistanda əkinçilik və maldarlıq 6000 il bundan əvvəl kifayət dərəcədə yüksək səviyyədə idi. Avropada isə bu zaman bəşəriyyət daş əsri deyilən səviyyəyə yenicə çatmışdı. “Ümumi zootexniya”. Daşa basmaq – daşlamaq, üstünə daş yağdırmaq, daş atmaq. Axır, mən hara gedim? Uşaqlar məni daşa basır? C.Məmmədquluzadə. Daşa dönmək – 1) bərkimək, daş kimi bərk olmaq; 2) məc. ürəyi sərtləşmək, heç bir şeydən mütəəssir olmamaq, təsirlənməmək. Daşa dönmüş – ürəyi bərk, sərt, rəhmsiz, şəfqətsiz, mərhəmətsiz adam haqqında. Daşa dersəm eşidir, sonra verir əkssəda; Daşa dönmüşlərə əks eyləmədi fəryadım. M.Hadi. Daşa dönmüşə mənim sözüm təsir etmədi. Ə.Əbülhəsən. Daşdan cavab istəmək (axtarmaq) – çox bərk utanmaq, utandığından deməyə heç bir söz tapmamaq. Oruc başını aşağı salıb, ayağının yanındakı torpaqdan və daşdan cavab axtardı. Ə.Vəliyev. Daşdan keçmək – çox təsirli olmaq, hər yerdə işə keçmək. Bu vəsiqə daşdan keçər. – O deyir ki, bir kağız göstərmişəm, daşdan keçər. S.Rəhimov. Daşdan yumşaq – keyfiyyətindən asılı olmayaraq yeyilə bilən hər şey; dişədəyən. Elə acam ki, daşdan yumşaq nə olsa, yeyəcəyəm. “Koroğlu”. Daşı daş üstündə qoymamaq – tamamilə dağıtmaq, darmadağın etmək, dağıdıb viranəyə çevirmək. Daşı ətəyindən tökmək (atmaq) – fikrindən daşınmaq, rəyini dəyişmək, görmək istədiyi bir işdən vaz keçmək, höcəti buraxmaq. [Hacı Məhəmmədəli:] Cənab həkim, gəl sən bu daşı ətəyindən tök! C.Məmmədquluzadə. Oğul! Daşı tökün ətəyinizdən; Bir yaxşılıq qalsın dünyada sizdən. S.Vurğun. Gəl, lənət şeytana, – deyək, tökək bu daşı ətəyimizdən. M.İbrahimov. Daşı sıxsa suyunu çıxarar – çox güclü, qüvvətli, sağlam adam haqqında. Daşın böyüyündən yapışmaq, daşın böyüyünü götürmək – öhdəsindən gələ bilmədiyi, bacara bilmədiyi bir işdən yapışmaq. Daşını atmaq – azad olmaq, yaxasını qurtarmaq; əl çəkmək, tərk etmək. Yeganə bir öküzüm var idi, dünən satdım; Onunla birgə əkinçiliyin daşın atdım. Ə.Nəzmi. Əvvəlləri elə fikir edirdim ki, aldığım taxıl məhsulu ilə kasıblığın daşını büsbütün atacağıq. M.Hüseyn. Daşlar dilə gəldi – bir hal, ya hadisənin çox ağır, dözülməz, faciəli olduğunu bildirir. Bir daş altda, bir daş üstdə – gizli saxlanmalı, heç kəsə deyilməməli sirr halında. [Piti Namaz] Mən həyət adı çəkdim burda? Bir sözüydü, bir dəfə demişdim, düzəlmədi, mən də bir daş altdan qoydum, bir daş üstdən. İ.Məlikzadə. Bir daşla iki quş vurmaq – bir dəfə zəhmət çəkməklə iki iş görmək, iki şeyi əldə etmək. Daş asılmaq – gec qızmaq, gec qaynamaq. Samovar qaynamır, deyəsən, altından daş asılıb. Oxu daşa toxunmaq – bərkə düşmək, ciddi maneəyə rast gəlmək, işin baş tutmasına ciddi əngəl çıxmaq. Özünü daşdan daşa çırpmaq (vurmaq) – bir şeyi əldə etmək üçün özünü hər cür çətinliyə vurmaq, hər cür çətinlik və məhrumiyyətə məruz etmək. Üstünə bir daş – bax bir daş altda bir daş üstdə. Üstünə daş qoymaq – sirri gizli saxlamaq, heç kəsə bildirməmək. ...daş Bir sıra isimlərə qoşularaq birgəlik, şəriklik bildirir; məs.: yoldaş, sirdaş, silahdaş, məsləkdaş. daşadöyən is. zool. Sərçələr dəstəsindən uzunquyruqlu kiçik quş; çaydaçapan. daşadöymə is. məh. Daşla oynanılan uşaq oyunu. daşagirən is. məh. Cəmiyyətdən qaçıb gizlənən adam haqqında. daşaxor sif. Daşlıq, çınqıllıq, daşı çox olan. Daşaxor yer. – İndi də yoncalıq yerində daşaxor bir qumluğa sahib oldun. S.Rəhimov. daşarmudu is. Yumru şəkilli və çox davamlı armud növü. daşatan is. Qədim müharibələrdə daş və b. ağır şeylər atmaq üçün işlədilən mancanağa oxşar alət. Assuriyalılar xüsusi daşatan alətlərlə şəhərə ağır daş parçaları və ya içinə yanan qatran doldurulmuş qablar atırdılar. “Qədim dünya tarixi”. daşbadam is. Bərkqabıqlı badam növü. daşbaş is.\n1. dan. məh. Çəkinin düzgünlüyünü yoxlamaq üçün onu tərəzinin gah bu, gah da o biri gözündə çəkmək işi.\n2. dan. nifr. Qeyri-qanuni, əyri yollarla əldə edilən qazanc, gəlir və s. O, əldə etdiyi daşbaşı bir xəyanət etmədən .. yüzbaşının qabağına sanayır. S.Rəhimov. Axı burada daşbaş var. İ.Əfəndiyev. • Daşbaş eləmək – qeyri-qanuni, əyri yollarla pul və s. əldə etmək. İki kisə daşbaş eləyib satdırmaq və bostanın xeyrindən feyzyab olmaq iştahasında idi. Mir Cəlal. daşbaşçı is. dan. nifr. Ardıcıl və gizli surətdə, qeyri-qanuni, əyri yollarla qazanc əldə etməyi bacaran və bu işi özünə peşə etmiş adam. daşbaşçılıq is. dan. nifr. Daşbaşçının işi, peşəsi; qeyri-qanuni, əyri yollarla qazanc və s. əldə etməklə məşğul olma. daşçı is. Daşçıxaran, daşyonan usta. daşçıxaran is. Daş karxanasında daş çıxarmaqla məşğul olan fəhlə. Bakıda ümumiyyətlə, peşəkarlar: bənna, xarrat, dəmirçi, .. daşçıxaran .. və sairə çox olardı. H.Sarabski. // Sif. mənasında. Daşçıxaran maşın. daşçılıq is. Daşçının işi, sənəti. Daşçılıqda mahir usta. daşdələn is. xüs. Daş dəlmək üçün alət. daşdırılma “Daşdırılmaq”dan f.is. daşdırılmaq məch. Daşmasına səbəb olmaq, daşmasına imkan verilmək. daşdırma “Daşdırmaq”dan f.is. daşdırmaq f. Daşmasına imkan vermək, aşmasına səbəb olmaq. Samovarın suyunu daşdırmaq. – Südün içində hava çoxdur, ona binaən süd qızanda hava aralanıb südü daşdırır. H.Zərdabi. daş-divar top. Evlər, binalar, tikililər və onların divarları. Xəzri yeli axşamdan hirs ilə qalxıb, Bakı küçələrinin toz-torpağını daşa-divara çırpırdı. S.M.Qənizadə. Hücum yerin dibinə! Hücum dərin göylərə; Hücum deyir daş-divar; Hücum deyir dağdərə. M.Müşfiq. daşdoğrayan bax daşqıran. Birinci daşdoğrayan mexanizm tamamilə quraşdırılmışdır. (Qəzetlərdən). daşdöşəyən is. Küçələrə və s.-yə daş döşəyən fəhlə. daşdöyən is. xüs. Daşı xırdalayıb ovan alət, maşın. daşduz is. Daşlaşmış (süxur) halında olan duz. daşəppəyi is. bot. Daşların arasında bitən boz rəngli ot bitkisi. daşgərdişi is. məh. Hörülən daş və kərpiclər arasındakı məsafə. daşxınası is. bot. Daşların üzərində xalxal bitən və xına kimi rəng verən bir mamır; yosun; qayamamırı. [Növrəstə və Şahmərdan] dinclərini almaq üçün şəlalədən bir az kənarda, üzərində sarı-qırmızı daşxınası olan yastı bir qayanın üstündə qoşa oturdular. Ə.Abasov. daşxırdalayan bax daşqıran. daşıq sif. məh. Daşınacaq, daşınmalı olan. Daşıq yük. daşıqçı is. məh. Yük daşıyan fəhlə; hambal, yükçü. O, daşıqçılara yüklərin ehmallı düşürülməsini tapşırdı. S.Rəhimov. daşıqçılıq is. məh. Daşıqçının işi, peşəsi. Daşıqçılıq eləmək. daşıma “Daşımaq”dan f.is. daşımaq f.\n1. Bir yerdən başqa bir yerə aparmaq, nəql etmək. Yük daşımaq. Yeşikləri daşımaq. Daş daşımaq. – Ahıl ilə daş daşı, cahıl ilə bal yemə. (Məsəl). Zəhmət bədən üçün lazımdır. Hər kəs daş daşımağı, odun yarmağı özünə layiq bilmirsə, gəzsin, seyr etsin. H.Zərdabi. Ey ağalar, düzünü axtarsanız, hökumətin sütunu biz kəndlilərlə o qantər içində yük daşıyan fəhlələrdir. S.S.Axundov. Yük maşınları, arabalar taxılları xırmana daşıyırdı. S.Rəhman.\n2. Üstündə olmaq, daim özü ilə saxlamaq, özü ilə bərabər gəzdirmək. Pasportu cibində daşımaq. Silah daşımaq.\n3. məc. Malik olmaq, sahib olmaq. Onlar eyni familiya daşıyırlar.\n4. məc. Bir şeyi təmsil edən, ehtiva edən, özündə cəmləşdirən. Şairin qoşma və gəraylıları dərin dünyəvi mahiyyət daşıyır.\n5. İfa etmək, yerinə yetirmək. Məsul vəzifə daşımaq. – Zeynal dövləti müəssisələrin birində orta bir vəzifə daşıyırdı. S.Hüseyn. Hərə öz cəbhəsində bir vəzifə daşıyır. M.Rahim. daşındırma “Daşındırmaq”dan f.is. daşındırmaq icb. Daşınmağa məcbur etmək, inandıraraq, yaxud xahiş edərək əl çəkməsinə nail olmaq. Fikrindən daşındırmaq. – Arvad nə ərini pis yoldan daşındıra bilir, nə oğluna təsir edə bilir. Ə.Haqverdiyev. Gülsənəm arvad oğlunu nə qədər fikrindən daşındırmaq istəyirdisə də, heç bir nəticə çıxmayırdı. M.Hüseyn. daşınma I. “Daşınmaq1 ”dan f.is. Yüklərin daşınması.\n\nII. “Daşınmaq2 ”dan f.is. Fikrindən daşınma. – ..Siz onlara bu məqsəddən daşınmaları üçün tələbat verməlisiniz. M.S.Ordubadi. daşınmaq I.\n1. məch. Bir yerdən başqa bir yerə aparılmaq, nəql edilmək. Yüklər daşındı. Taylar gəmiyə daşındı. – Ət bazardan daşınıb mənzilə zənbil-zənbil; Etmədi mədələri yağlı qidanı təhlil. S.Ə.Şirvani. Fayton qoşulub balkonun qabağına sürüldü. Bəylə xanımın çamadanı və yol tədarükü daşındı. Ə.Vəliyev.\n2. qayıd. Şeylərini başqa yerə daşıyıb aparmaq; köçmək. Yusif çay vaxtı vədə qoydu ki, Bahadır sabahdan daşınsın. N.Nərimanov. Student xanımla vidalaşaraq, iki gündən sonra daşınacağını bildirdi. Çəmənzəminli. Baldızımın etirazına və narazılığına baxmayaraq, oraya daşındım. S.Hüseyn.\n\nII. f.\n1. Məqsədindən, fikrindən və ya etmək istədiyi bir işdən və s.-dən vaz keçmək, əl çəkmək (adətən “fikrindən” sözü ilə). Yeni əlifba fikrindən daşınmaq mənim qüvvəmdən xaricdir. M.F.Axundzadə. [Mehriban] axşam çocuqlarını yanına alıb bulvara çıxmaq istəmişdisə də, sonra bu fikrindən nədənsə, daşınmışdı. S.Hüseyn.\n2. Fikirləşmək (çox vaxt “düşünmək” sözü ilə birgə işlənir). Bəlli Əhməd çox düşündü, çox daşındı. “Koroğlu”. Qulu Aslan bəydən ayrıldıqdan sonra çox düşündü, daşındı. A.Şaiq. daşıntı I. is. Nəqliyyat vasitəsi ilə daşınan şeylər.\n\nII. is. Daşqın, sel. daşırqamaq f. məh.\n1. Ayağı nalsız heyvanın ayağını daş əzmək. Heyvan daşırqayıbdır.\n2. məc. Yeriməkdən yorulmaq, əldən düşmək. daşırma “Daşırmaq”dan f.is. daşırmaq f.\n1. Çox tökərək doldurmaq, daşdırmaq, başından aşınca doldurmaq.\n2. Qaynayan şeyin altını çox qalayaraq daşdırmaq. Südü daşırmaq. daşıtdırma “Daşıtdırmaq”dan f.is. daşıtdırmaq icb. Başqasına daşıtmaq, daşıma işi gördürmək. Qulam müəllim şeyləri daşıtdırıb bir tərəfə yığdırdı.. S.Rəhimov. daşıtma “Daşıtmaq”dan f.is. daşıtmaq icb. Bir yerdən başqa yerə apartmaq, nəql etdirmək, köçürtmək. Yükü daşıtmaq. daşıyıcı sif.\n1. Bir şeyi bir yerdən başqa yerə daşıyan, nəql edən maşın, qurğu, arabacıq, konveyer və s.\n2. tex. Fəzaya, yaxud uzaqlara uçurulan raketlərin cihazlarla və s. ilə təchiz edilmiş hissəsini müəyyən məsafəyə aparıb çatdıran qurğu. Birinci peyk və onun daşıyıcı raketi ilk dövrdə təqribən eyni bir orbit üzrə hərəkət edirdi.(Qəzetlərdən). daşka is. [rus.] Əl arabası. Əli Bibiheybət mədənlərində bir dəstə işçi ilə birlikdə daşka çəkir. M.İbrahimov. // Təkatlı araba. daş-kəsək top. Daş və bərkimiş torpaq parçaları. Onlar yerdən daş-kəsək alıb darvazanı daşa basdılar. P.Makulu. İstidən tərləmiş İsmayıl .. cırıq çustlarından çıxan barmağını daş-kəsəyə vurmamaq üçün yolun kənarında bitən otların üstü ilə gedirdi. S.Şamilov. daş-kəsəkli sif. Çoxlu daş və kəsək olan. Daş-kəsəkli torpağı qazımaq mümkün deyil. – Daş-kəsəkli yollarla zülmdən qaçaqaça; Qucağında tək balan, qoca Təbrizə gəldin. S.Rüstəm. daşkəsən sif. xüs. Tikinti üçün daşları müəyyən ölçüdə kəsən; daşqıran. Daşkəsən maşın. daşqalaq is. tar. Keçmişdə müttəhimi daşa basmaqla, üstünə daş yığmaqla cəzalandırma üsulu. • Daşqalaq etmək – 1) həmin üsulla cəzalandırmaq; 2) məc. çox ağır tənə və məzəmmət etmək, bərk danlamaq, üzərinə lənət yağdırmaq. Yəqin bil ki, səni daşqalaq edib, mənim də məcmuəmə bilmərrə müştəri olmazdılar. C.Məmmədquluzadə. Sevdanın uğursuz o yollarında; Daşqalaq eylədi hər bir kəs məni. S.Vurğun. Söyüşlərlə şerini etdilərsə daşqalaq; Lakin sənə döyüşdə oldu məsləkin dayaq. S.Rüstəm. daş-qaş top. Qiymətli daşlar, cavahirat (brilyant və s.). Səadət xanım Gülnazı ətriyyat və daş-qaş dükanlarını gəzdirdi. M.İbrahimov. Bu sandıqda yüz min dinar bahasında daş-qaş, cavahirat vardır. M.Hüseyn. daş-qaşlı sif. Qiymətli daşlarla, cavahiratla bəzədilmiş. Daş-qaşlı qolbaq. – [Zərintac xanım:] Guya ki, dünyanın hansı daş-qaşlı bir tacı bu Müqimciyin çal başından yuvarlanıb göbələk kimi yerə düşübdür! S.Rəhimov. daşqəlbli sif. Rəhmsiz, sərt, mərhəmətsiz; ürəyi çox bərk, amansız. Daşqəlbli insanları neylərdin, ilahi?! Bizdə bu soyuq qanları neylərdin, ilahi?! M.Ə.Sabir. Lakin daşqəlbli qaniçən kazaklar, buna baxmayaraq, zavallı işçiləri bacardıqca qılıncdan keçirirdilər. S.S.Axundov. daşqəlblilik is. Rəhmsizlik, mərhəmətsizlik, sərtlik, amansızlıq. daşqın 1. is. Sahildən çıxan çay və ya dəniz suyunun qurunu, ətrafı basması; sel. Güclü yağışlardan sonra çayda daşqın əmələ gəlir.\n2. sif. Yatağından kənara çıxan, ətrafı basan; daşmış. Şux səslərlə dolu isti yuvalar; Daşqın çaylar, durğun göllər bizimdir. A.Şaiq. İti axan daşqın çaylar onunla ayaqlaşa bilməyib geridə qaldı. Ə.Məmmədxanlı.\n3. sif. məc. Coşqun, güclü, ehtiraslı. [Kərim baba] ..qalın iri dodaqlarında daşqın sevinc qığılcımları uçuşaraq: – Qızılquş, balasını bu səslə çağırır, – dedi. A.Şaiq. daşqınlıq is. Daşqın çayın halı. daşqıran is. xüs. Daşları xırda-xırda doğrayan maşın. Daşları mexaniki qüvvə ilə hərəkətə gətirən daşqıranlarda qırırlar. (Qəzetlərdən). // Sif. mənasında. Daşqıran maşın. daşqovunu is. Girdə, yaxud yastı şəkildə olan qovun (yemiş) növü. daşquray is. məh. Palçıq və kirəcsiz hörülən alçaq daş divar. Bağın ətrafındakı daşquray. daşlama “Daşlamaq”dan f.is. daşlamaq f.\n1. Daş atmaq, daşa basmaq, daşla vurmaq. [Qədim:] Bir də qapımızda sağsağan qırıldasa, daşlayıb qovacağam. Ə.Haqverdiyev. [Qorxmaz:] Bu gün böyük bir izdihamın [Elxanı] söyərək, lənətlər sovuraraq daşladığını gördüm. C.Cabbarlı.\n2. Bir şeyin üstünü daşla örtmək, üstünə daş döşəmək, yaxud daşla bərkitmək. Həyəti daşlamaq. Quyunun üstünü daşlamaq. – [Cahan:] Heç olmasa, kəndin bir küçəsini də daşlamaq lazımdır. Ə.Haqverdiyev. Fərhadoğlu yerindən qalxıb çadırının yanyörəsini daşladı. S.Rəhimov. daşlandırma “Daşlandırmaq”dan f.is. daşlandırmaq f. Daşdırmaq; axıtmaq. Kəblə Abbasəli dartındı. Ağzından köpük daşlandıraraq söydü. Mir Cəlal. daşlanma I. “Daşlanmaq1 ”dan f.is.\n\nII. “Daşlanmaq2 ”dan f.is. daşlanmaq I. məch. Daşa basılmaq, daşla vurulmaq, üzərinə daş yağdırılmaq. Məskənimiz sarp qayalar olubdur; Qaçanlar çağrışır, pələng daşlanır. “Koroğlu”.\n\nII. f.\n1. Axmaq, tökülmək, daşıb tökülmək, gəlmək. Qızın ağzından, burnundan bulanıq dəniz suyu daşlandı. M.Hüseyn. Kənarlara daşlanan palçıq ötənlərin üstünü bulayırdı. Mir Cəlal.\n2. məc. Tökülüşüb gəlmək, axışıb gəlmək. daşlaşma I. “Daşlaşmaq1 ”dan f.is.\n\nII. “Daşlaşmaq2 ”dan f.is. daşlaşmaq I. f.\n1. Daş halına gəlmək, daşa dönmək, daş kimi bərkimək. Gil, yer altında uzun zaman qaldıqda daşlaşır.\n2. məc. Bərkişmək, sərtləşmək, daşa dönmək. Ürəyi daşlaşıbdır.\n\nII. qarş. Bir-birinə daş atmaq, bir-birini daşa basmaq. Uşaqlar daşlaşırdılar. daşlatma “Daşlatmaq”dan f.is. daşlatmaq icb. Üstünü daşla örtdürmək, üstünə daş döşətdirmək. daşlı sif.\n1. Daşı olan, çoxlu daş olan; içində daş, daş parçaları olan. Daşlı torpaq. Daşlı təpə. Bu düyü daşlıdır. – Eləmi daşlı yerlər; Torpaqlı, daşlı yerlər; Bu dünyada hələ var; Gözləri yaşlı yerlər. (Bayatı).\n2. Daş döşənmiş, daşla örtülmüş. İki böyük qayanın arasındakı daşlı yoldan keçib düzənliyə çatdıqda yolçu oturdu. S.Rəhman. daşlı-kəsəkli bax daş-kəsəkli. O daşlı-kəsəkli boş səhralarda; Çörək də yetirdik boz səhralarda. S.Vurğun. Budur, maşın çətin, daşlı-kəsəkli, sürüşkən dağ yoxuşlarını zorla yuxarı qalxır. M.İbrahimov. daşlıq is. Daş çox olan yer, daşla örtülü yer. Daş daşlığa yağar, dolu dəryaya. (Ata. sözü). Atlar .. Kür sahilindəki daşlığın xəlvət bir yerində söyüd ağaclarına bağlanmışdı. M.Hüseyn. Dərinlərə düşmüş dərə ağ daşlıq və çınqıllıq üzrə uzanıb gedirdi. S.Rəhimov. // sif. Daş çox olan, daşla örtülü. Daşlıq yer. Daşlıq çöl. – Daşlıq yolun kənarlarında ot-ələf elə ucalmışdı ki, deyərdin, buralar xüsusi biçənək yeridir. Mir Cəlal. daşma I. “Daşmaq”dan f.is. Çayın daşması. Samovarın daşması.\n\nII. is. aşp. Düyüsünün suyu süzülmədən bişirilən plov; dəmyə. Daşma bişirmək. daşmaq f.\n1. Kənarlarından çıxaraq ətrafı basmaq (su haqqında). Kür daşmışdır. – Bulandı dəryalar, həm daşdı sular; Qaynaqsız bulaqlar çaya dönübdür. Qurbani. Çaylar daşıb sel olsun; Taxıllar tel-tel olsun. M.Ə.Sabir.\n2. Qabın tutumundan çox olduğuna görə kənarlarından aşıb tökülmək. Qoyun, quzu bir-birinə qarışar; Qulplu qazanlardan qatıqlar daşar. S.Vurğun. // Bərk qaynayaraq köpüb, qabarıb qabın kənarlarından axıb tökülmək (mayelər haqqında). Süd daşır. Samovar daşdı.\n3. məc. Bir şeyin çoxluğunu, bolluğunu bildirir (bu mənada çox vaxt “aşıb-daşmaq” şəklində işlənir).\n4. məc. Coşmaq, qızışmaq, hiddətlənmək, son dərəcə acıqlanmaq (bəzən “coşub-daşmaq” şəklində işlənir). Şişman adam coşdudaşdı, ağzı köpüklənərək: – Bu sözün sənə neçəyə mal olacağını bilmirsən, – [dedi] A.Şaiq. // Hədəqəsindən oynamaq (göz haqqında). O həddindən artıq acıqlandı, qan piyaləsinə bənzəyən gözləri daşmağa başladı. M.S.Ordubadi. daşmalıq sif. aşp. Daşma2 bişirmək üçün yararlı. Daşmalıq düyü. daşmişarlayan is. Daşları mişarlayıb müəyyən əndazəyə salan işçi. daşnak [erm.] XIX əsrin 90-cı illərində meydana gəlmiş millətçi-terrorçu erməni “Daşnaksütyun” partiyasının üzvü. Daşnak quldur birləşmələri. Antanta ölkələri də daşnakların əməllərindən narazılıqlarını bildirirdilər.“Böyük Ermənistan” xülyalarından əl çəkməyən daşnak quldur birləşmələri Naxçıvan, Zəngəzur və Qarabağ qəzalarının azərbaycanlı əhalisinə qarşı məqsədyönlü soyqırımı və etnik təmizləmə aparırdılar. daşoynadan is. Daşlarla gimnastik hərəkətlər göstərən ağır atletika idmançısı. Daşoynadanların yarışı. // Sif. mənasında. Daşoynadan pəhləvan. daş-tərəzi top. Çəki ləvazimatı (tərəzi və daşları). [Araz dedi:] ..Əli əsə-əsə daş-tərəzi tutan adamın bu sözlərinə inanmaram. A.Şaiq. daştülək is.\n1. Vəhşi, vəhşi böyümüş, ələ öyrədilməsi çətin olan qırğı.\n2. Qoşquya getməyən, yoldaşı ilə qoşa, yan-yana çəkməyən at.\n3. məc. Sital, üzlü, sırtıq, həyasız (adam). daşürəkli bax daşqəlbli. Daşürəkli adam. – Mən ancaq onu bilirəm ki, arvad nə qədər daşürəkli də olsa, onu yola gətirmək olar. N.Vəzirov. Nişan alıb ox atmağı, nə çarə; Daşürəkli mələklərdən öyrəndim. M.Müşfiq. daşürəklilik bax daşqəlblilik. daşyonan is. Tikinti üçün daşları yonub müəyyən şəklə və ölçüyə salan usta. Hər namuslu vətəndaş bizim eldə əzizdir; Alim, kuryer, daşyonan, toxucu qadın, əsgər. R.Rza. dava I. is. [ər.]\n1. Dalaşma, söyüşmə; çarpışma, vuruşma. Artıq bu səfər heç bir zor, heç bir dava kar eləmədi. S.Rəhman. • Dava axtarmaq – heç bir şey üstə dava etməyə çalışmaq, dava etmək üçün bəhanə axtarmaq. [Səlimnaz xanım:] Sən bu gün aşkara dava axtarırsan. N.Vəzirov. Dava qalxmaq (düşmək) – dava baş vermək. Dava eləmək – 1) savaşmaq, dalaşmaq, söyüşmək, vuruşmaq. [İsmayıl bəy:] Mən bura dava eləməyə gəlməmişəm. N.Vəzirov; 2) mübahisə etmək. Dava salmaq – aranı vuruşdurmaq, dava düşməsinə səbəb olmaq.\n2. Müharibə. Barıt və qan qoxusu ağırlaşdı havada; Daşlar belə qanadı bu uğursuz davada. R.Rza. Əsgəran davasında basılmaq xəbəri bütün yaylağı kədər və vahiməyə salmışdı. Mir Cəlal. Sonra dava düşdü, çevrildi dünya; Bunu məndən gözəl siz bilirsiniz. M.Müşfiq.\n3. Həlli tələb olunan məsələ, mübahisəli məsələ; münaqişə; iddia. Aradakı davanı həll etmək. Onun davasına baxmaq. – [Eyvaz:] ...Bizim davamız millət davası deyil, çörək davasıdır, azadlıq davasıdır. C.Cabbarlı. • ...davası etmək – ..iddia etmək, ..üstündə mübahisə etmək, ..tələb etmək. [Qafar:] Sən mənimlə paltar davası edirsən, eləmi? S.S.Axundov.\n4. köhn. hüq. Müdafiə üçün məhkəməyə müraciət, qarşı tərəfi məhkəməyə cəlb etmə, məhkəmə hüzurunda baxılan iş; mühakimə. • Dava çəkmək – məhkəmədə çəkişmək, məhkəməyə müraciət etmək, məhkəmədə iş açmaq. [Səlimə xanım:] Gərək indi dava çəkməyə məcbur olam. M.F.Axundzadə. ‣ Dava dağarcığı – davakar adam haqqında.\n\nII. is. [ər.]\n1. Dərman. Aptekdən dava almaq. – [Nurcahan:] Başına dönüm, həkimbaşı, bu suyu bir baytal verib mənim azarlıma, nəvəmə dava adına... N.Vəzirov. Aptekdən təzə dərman gətirmişdilər. Haman dava mənə çox kömək edirdi. C.Məmmədquluzadə.\n2. məc. Çarə, tədbir, əlac mənasında. Sən də gəl, yadıma sal, deyək, bəlkə qoyunların qızdırmasına bir dava deyə. C.Məmmədquluzadə. • Dava etmək (eləmək) – müalicə etmək. Xəstəyə dava etmək. davacat top. [ər.]\n1. Dava-dərman, dərmanlar. [İbrahim:] Bu dükanda .. davacat və qeyri ticarət şeyləri də var idi. S.S.Axundov. [Həkim:] Bəzi para davacat və cihazlar da gətirmişəm. S.Rəhimov.\n2. məc. dan. İçki mənasında. Mikayıl, bu süfrədə davacat görməyirəm, yoxsa hacı evində davacat olmaz? N.Vəzirov. davacatxana is. [ərəbcədən davacat və fars. xanə] köhn. Aptek, dərmanxana. davacıl bax davakar. Davacıl adam. davaçı I. is. Dava-dərman hazırlayan və satan adam. Səttarxandan sonra Əli davaçı danışmağa başladı. P.Makulu.\n\nII.\n1. sif. Bax davakar. Davaçı adam. Davaçı qonşu.\n2. is. Biri ilə davalı işi olan. Məhkəmədə davaçının dindirilməsi. dava-dalaş is. bax dava1 1-ci mənada. Daha burada hərb meydanını müfəssəl təsvir etməyin lüzumu yoxdur. Çünki cəmi müsəlman qardaşların başı dava-dalaş çəkib, hamı vuruşma görüb. Çəmənzəminli. Belə ki baxardın, hər gün sərxoş bəyin qapısında dava-dalaşdır. S.Rəhimov. [Kənddə] həmişə dava-dalaş əskik olmazdı. Ə.Sadıq. • Dava-dalaş salmaq – dava etmək, dava salmaq, qalmaqal salmaq. [Şamxalın] ..anası həmişə kişinin üstünə düşüb davadalaş salar, ağlayıb-sızıldayar, sonra da sakitləşərdi. İ.Şıxlı. dava-dava is. Uşaqların oynadığı vuruşma, döyüşmə oyunu. Dava-dava oynamaq. • Dava-dava demək (vurmaq) – dava etməyə, vuruşmağa bəhanə axtarmaq; dava etməyə, vuruşmağa hazır olmaq. dava-dərman is. [ər. dəva və fars. dərman] Dərman. [Cəvahir xanım:] İndi, elə bu saat Əşrəf dava-dərman gətirəcək. N.Vəzirov. [Həkim:] Dava-dərman yazmaq istədikdə [qızın] atası qolumdan tutub eşiyə tərəf çəkdi. Mir Cəlal. • Dava-dərman etmək (etdirmək eləmək elətdirmək) – müalicə etmək (etdirmək). Nə qədər Usta Cəfərə dava-dərman elətdirdim, başa gəlmədi. C.Məmmədquluzadə. Dava-dərman olmaq – müalicə olunmaq. Gərək bu tezliklə sənə dava-dərman olsun, qoca! S.Rəhimov. dava-döyüş bax dava-dalaş. davaxana is. [ər. dava və fars. ...xanə] bax davacatxana. ..Bir adam davaxanaya girib: – Hacı ağa əmi, sizsinizmi? – deyə soruşdu. P.Makulu. davakar sif. [ər. dəva və fars. ...kar] Hər şeydən ötrü dava edən, dava axtaran, dava salan. Davakar adam. – [Qəmər:] Nə yaman davakar olmuşsunuz, Yusif? S.Rəhman. [Fərəc bəy] ..çox kobud, olduqca söyüşcül, dedikcə davakar imiş. Ə.Vəliyev. davakarlıq is. Davakar adamın xasiyyəti; dava etmək xasiyyəti; dava salma. Böyləcə dava etməzin hər vəqt; Davakarlıqda tapmışam şöhrət. A.Səhhət. • Davakarlıq etmək – heç şeyin üstündə dava etmək; dava axtarmaq. dava-qalmaqal bax dava-dalaş. davalama “Davalamaq”dan f.is. davalamaq f. Dərmanlamaq, dərman səpmək, dərman vurmaq. Yaranı davalamaq. davalanma “Davalanmaq”dan f.is. davalanmaq məch. Dərmanlanmaq, dərman səpilmək, dərman vurulmaq. davalatma “Davalatmaq”dan f.is. davalatmaq icb. Dərmanlatmaq. davalı I. sif.\n1. Davaya, mübahisəyə səbəb ola bilən; qalmaqallı, mübahisəli, münaqişəli. Davalı məsələ. – Davalı yerdə ot bitməz. (Ata. sözü).\n2. Küsülü. Onlar davalıdırlar.\n\nII. sif. Dərman olan, əlacı olan, müalicəsi mümkün olan. Davalı dərd. Davalı xəstəlik. dava-şavalı (=davalı-şavalı) bax davalı. davalı-şavalı (=dava-şavalı) bax davalı. dava-şavasız (=davasız-şavasız) bax davasız. Belə bir padşah tapılsa, davasız-şavasız hər şey düzələr. “M.N.lətif.”. [Hacı] fikirləşdi ki: “Hamısı birdir, toy olanda Qumru köçəcək, davasız-şavasız həyət özümə qalacaq”. Mir Cəlal. davasız-şavasız I. (=dava-şavasız) bax davasız. Belə bir padşah tapılsa, davasız-şavasız hər şey düzələr. “M.N.lətif.”. [Hacı] fikirləşdi ki: “Hamısı birdir, toy olanda Qumru köçəcək, davasız-şavasız həyət özümə qalacaq”. Mir Cəlal.\n\nII. bax davasız2 . davam is. [ər.]\n1. Dözüm, möhkəmlik, taqət, tab; müqavimət qabiliyyəti. Onun soyuğa heç davamı yoxdur. – Dərdə kimin vardır mən tək davamı; Eşqin mərəziyəm, sən ver davamı. M.F.Axundzadə. Var atanın sənə dua, səlamı; Hicranına yoxdur daha davamı. A.Səhhət.\n2. Bir şeyin, işin və ya hadisənin daimi və ya müəyyən müddətli olması. ..Biz başımıza həmişəlik doğru və sadiq oxucu cəm etmişik, bu, hələlikdə bizə kifayətdir və buna isbat məcmuəmizin davamıdır. C.Məmmədquluzadə. • Davam etdirmək – başlanmış bir işi eyni qayda və ardıcıllıqla fəaliyyətdə saxlamaq, inkişaf etdirmək. “Kəşkül” “Əkinçi”nin yolunu davam etdirərək, öz səhifələrində gerilik əleyhinə kəskin məqalələr dərc edirdi. M.İbrahimov. [Mingəçevirə] gedənlər işləməklə bərabər, təhsillərini davam etdirə bilərlər. Ə.Sadıq. Davam etmək – 1) dözmək, tab gətirmək, müqavimətə və s.-yə qarşı dayanmaq. [Hacı Bayram:] Axır vətəndən uzaqda davam eləyə bilməyib gəlmişəm. Ə.Haqverdiyev. [Nəbi:] Vallah, mən nökər belə rahatsızlığa davam edə bilmirəm. S.S.Axundov. Ana deyir: – Darıxma, qızım, dərdə et davam. M.Seyidzadə; 2) bir şeyin üzərində möhkəm durmaq, səbat göstərmək. Öz fikrində davam etmək; 3) arasıkəsilmədən sürmək, əvvəlki halında qalmaq, fəaliyyətdə olmaq, təsirini, gücünü, şiddətini olduğu kimi saxlamaq. Yağış iki gündür davam edir. Soyuqlar çox davam etmədi. – Usta Ağabalanın ürəyində cinlərin qorxusu hələ davam edirdi. Çəmənzəminli. Fəhlələrin bir həftə əvvəl başlanmış tətili hələ də davam edirdi. M.Hüseyn. // Başladığı bir işin arasını kəsməmək, dayandırmamaq. [Səlim bəy:] ..Geri çəkilmədim. Atışmada davam etdim. S.S.Axundov. – [Şamxal] ..Papiros eşib yandırdı. Dalbadal sümürüb tüstünü kənara üfürdü, yenə fikrinə davam etdi. İ.Şıxlı. Davam gətirmək – bax davam etmək 1-ci mənada. Sərçələr belə qışa davam gətirə bilmirdilər. S.S.Axundov. Davam gətirməmək – tab etməmək, dözə bilməmək. Ağ atın ayaqları yerə dəyməyir və qabağında heç bir qüvvə davam gətirməyir. Ə.Haqverdiyev. davamçı is. Öz sələfinin işini, fəaliyyətini davam və inkişaf etdirən adam. Vaqif yolunun davamçısı olan Zakir şerimizə həqiqi satira gətirmişdir. A.Şaiq. davametdirici bax davamçı. dava-mərəkə is. [ər.] bax davadalaş. Dəxi bundan savayı heç bir davamərəkə lazım deyil. C.Məmmədquluzadə. • Dava-mərəkə salmaq – bax dava salmaq (“dava”da). Müsəlman təzədən evlənmək istəsə, evlənəcək və heç vecinə gəlməyəcək ki, övrəti dava-mərəkə salacaq. C.Məmmədquluzadə. davamiyyət is. [ər.] köhn. Davametmə müddəti, davametmə qabiliyyəti; davamlılıq. davamlı sif.\n1. Hər cür çətinliyə, məşəqqətə, məhrumiyyətə, əzab və əziyyətə davam gətirən; dözümlü. O, çox davamlı adamdır. İstiyə davamlı ürək. • Davamlı olmaq – dözmək, möhkəm olmaq, səbat etmək. Hər bir əziyyətə və məşəqqətə qarşı davamlı olmaq lazımdır. – [Sabir haqqında] İnsan çox davamlı olur: ata ölümünə, qardaş, oğul, qız ölümünə bir növ davam etmək mümkündür. Amma rəfiq ölümünə davam etmək çətindir. Ə.Haqverdiyev.\n2. Çətin dağılan, gec yırtılan, çox möhkəm. Davamlı parça. Davamlı çəkmə.\n3. Etibarlı, sarsılmaz, möhkəm, səbatlı. Hər halda möhkəm və davamlı ittihad məhz fəhm və bəsirət yolu ilə olan ixtilafdadır... C.Məmmədquluzadə. Dedim: – Daşmı davamlıdır, yoxsa onun iradəsi? M.Rahim.\n4. Uzun sürən, sürəkli, arası kəsilməyən, ardıcıl. Bu zaman vağzala girməkdə olan bir maşının davamlı fit səsi eşidildi. M.İbrahimov. Ağır gövdə yerə dəyəndə yazıq, davamlı bir uğultu səsi gəldi. Mir Cəlal. ...davamlı xüs. Bəzi mürəkkəb sifətlərin ikinci tərkib hissəsi; məs.: odadavamlı, soyuğadavamlı, istiyədavamlı. davamlılıq is. Davamlı şeyin hal və xassəsi; dözümlülük, möhkəmlik. Parçanın davamlılığı. İnsanın soyuğa davamlılığı artdıqca soyuqdəymə xəstəliklərinə tutulma imkanı azalır. İdmanda davamlılıq əsas şərtlərdəndir. davamsız sif.\n1. Davamı, dözümü olmayan, müqavimət edə bilməyən. Soyuğa davamsız bitkilər. // Zəif, dözümsüz. Davamsız adam. – [Qızıl Arslan:] Dünyada padşahlığın taxtından da çürük və davamsız şey yoxdur. M.S.Ordubadi.\n2. Möhkəm olmayan, tez dağılan, tez yırtılan, tez xarab olan. Davamsız parça. Davamsız dəri. – O vaxt ki, kənd uzaqda qalmışdı, sinəsində bir zümzümə başlanmışdı və .. bu zümzümə elə bil toxunmaqda olan bir xalçanın çox davamsız iplikləri idi ki, tez-tez qırılırdı. Ə.Məmmədxanlı.\n3. Çox davam etməyən, çox sürməyən, tez keçib gedən, sürəksiz. Davamsız yağış. Davamsız qar. davamsızlıq is. Davamsız şeyin hal və keyfiyyəti. Qarın davamsızlığı. Paltarın davamsızlığı. // Dözümsüzlük. Ağrıya davamsızlıq. davar is. Qoyun-keçi; xırdabuynuzlu mal-qara. Kəndin gözəl davarını; Parçalayan, yeyən budur, “Mənəm – mənəm!” deyən budur. M.Müşfiq. [Mübaşir Məmməd:] ..On ildir ərbabın su pulunu vermirsən! İnəyi də, eşşəyi də, davarları da çıxart çölə! M.İbrahimov. davarçılıq is. Davar yetişdirmə işi. davarlı sif. Davarı olan. davasız I. sif. Dərmansız, əlacsız; çarəsi, əlacı, müalicəsi olmayan. Davasız dərd. – Onun gövdəsinə daraşan yara; Təbibsiz, davasız simlər atmışdır. S.Vurğun.\n\nII. sif. və zərf Qalmaqalsız, mübahisəsiz, sakit. Davasız, tüfəngsiz bircə gecədə; Sahili sahilə çata bilərdim. M.Araz. davasız-dalaşsız bax davasız2 . davasız-dərmansız bax davasız1 . davasızlıq is. Dərmansızlıq, əlacsızlıq; davası-dərmanı olmama. dava-şava bax. dava-dalaş. Bütün dünyadan padşah tayfası, bəy, xan, böyük varlılar götürüləndən sonra, yəqin ki, davaşava da olmayacaq. S.Rəhimov. Kitabda yazılan sevgilərin axırı dava-şava olur. İ.Əfəndiyev. davat is. [ər.] köhn. Mürəkkəbqabı. Bulud havada gedər; Qələm davata gedər. (Bayatı). ..Davat və qələmimdən başqa, heç bir şeyə gümanım gəlmir. M.F.Axundzadə. Molla ağzının suyundan bir damla davata damızdırıb qarışdırdıqdan sonra yazmağa başladı. A.Şaiq. davla is.\n1. mus. Xərək (musiqi alətlərində simlərin altına qoyulan taxta parçası).\n2. zool. Cırcırama. davranış is. Davranma tərzi; hərəkət, rəftar. Gənc qızın hərəkət və davranışlarından onun qəlbindəki həyəcanları aydıncasına oxuyurdum. M.S.Ordubadi. Boğur varlığımı rəsmi davranış; Bir yol mənimlə gəl mehriban danış. M.Rahim. davranışlı sif. Yaxşı rəftarı, davranışı olan; xoşrəftar. davranma “Davranmaq”dan f.is. Siqətülislam, inqilabda bitərəf davranmasına baxmayaraq, məşrutəçilərin tərəfini saxlamaqda idi. M.S.Ordubadi. davranmaq f. Özünü aparmaq, münasibət bildirmək. Təbriz inqilabçıları çox ehtiyatlı davranmalıdırlar. M.S.Ordubadi. Mən nə qədər ki .. [Xədicəyə] qarşı laqeyd və etinasız davranırdım, əksinə olaraq, o mənə bir o qədər artıq təmayül göstərir, bəzən üzüaçıq gəlib yanımdan ötərək gedirdi. S.Hüseyn. Sarxan çox diqqətli və olduqca sayıq davranırdı. M.Hüseyn. davul is. mus. İki tərəfinə dəri çəkilmiş, xüsusi ağacla vurularaq, güclü səs çıxaran zərbli musiqi aləti; təbil. Vur, çatlasın davulu; Topla eli, avulu; Oynat qızı, oğulu; Bir qardaş deyilmiyik? Ə.Cavad. Toyda vurulan davul səsləri dağları tərpətmişdi. S.Rəhimov. davulçu is. Davul çalan adam. davuş is. məh. Tappıltı, ayaq səsi. day I. is. Biryaşar at balası, dayça. Day at olunca, yiyəsi mat olar. (Ata. sözü). Qarabağda nə day qaldı, nə dana; Bu gün, sabah hərə qaçar bir yana. Q.Zakir. Daylar tullanıb düşür, bir-biri ilə oynayırdılar. İ.Əfəndiyev.\n\nII. dan. “Daha” sözünün ixtisarı. [Koroğlu:] Bacını aparmaq istəyirsən, gəl apar, day söyüş niyə söyürsən? “Koroğlu”. İbrahim padşahın gözünə çox xoş gəlmişdi. Day lap hayıl-mayıl olmuşdu. (Nağıl). daya bax dayə. Bir tərəfdə Şəhrəbanu xanım oturubdur, bir tərəfdə Şərəfnisə xanım, bir tərəfdə onun dayası Xanpəri. M.F.Axundzadə. dayaq is.\n1. Binanın və s.-nin sınmış pərdilərini, yaxud uçulan divarı və s. saxlamaq, eləcə də meyvəsi çox olan ağac budaqlarını sınmaqdan qorumaq üçün onların altına vurulan ağac, dəstək və s. Barıya dayaq vurmaq. – Nurcabbarın həyətində .. ağaclar bar gətirəndə altdan dayaq verməsən, budaqlar əyilib burnunu yerə döyür. İ.Məlikzadə.\n2. Üzərində bir şey bərkidilmək, yaxud qurğu qurula bilmək üçün düzəldilmiş yer, özül; dəstək ola biləcək hər şey. Körpü dayaqları. Ayaqları dirəmək üçün qayıqda dayaq yoxdur. – Qoca Xudafərin qulağı səsdə; Kim uçan tağına dayaq düzəldər? M.Araz.\n3. məc. İstinad ediləcək adam, şey; kömək, arxa, himayəçi. Ailənin dayağı. – Ömrümün çırağı, canımın dayağı, könlümün sorağı, baxtımın gülüstanı Ruqiyyə idi, Ruqiyyə! A.Divanbəyoğlu. Ana ürəyidir insana dayaq; Odur bərk ayaqda çatan köməyə. S.Rüstəm. • Dayaq durmaq – bax dayaq olmaq. Sən bilirsən ki, adamı darda atmazlar, yıxılana dayaq durarlar. S.Rəhimov. Dayaq olmaq – kömək olmaq, arxa olmaq, müdafiə etmək, himayə etmək, dalında durmaq. Qəmər mənə böyük bir dayaq ola bilərdi. M.İbrahimov. Dayaq vermək – ürək vermək, ruhlandırmaq, ürəkləndirmək. Özünə dayaq vermək. dayaqlama “Dayaqlamaq”dan f.is. dayaqlamaq f. Dayaq vermək, altına dayaq qoymaq. dayaqlanma “Dayaqlanmaq”dan f.is. Ağacların dayaqlanması. dayaqlanmaq məch. Dayaq verilmək, altına dayaq qoyulmaq. dayaqlı sif.\n1. Dayağı olan. Dayaqlı ağac.\n2. məc. Köməkli, arxalı; himayəçisi, arxası, köməyi olan. Dayaqlı adam. dayaqlıq sif. Dayağa yarayan. Dayaqlıq tir. Dayaqlıq ağac. dayaqsız sif.\n1. Dayağı olmayan.\n2. məc. Köməyi, arxası olmayan. dayaqsızlıq is. Köməyi, arxası olmama, dayağı olmama. dayalıq bax dayəlik. dayama “Dayamaq”dan f.is. dayamaq f.\n1. Dirəmək, söykəmək, kip yanaşdırmaq (yaxınlaşdırmaq). Nikitin dodağını lap Aslanın qulağına dayadı. M.İbrahimov. Mən ulduzsuz, qaranlıq göylərə baxar, baxar; Alnımı buz bağlayan pəncərəyə dayardım. Ə.Cəmil.\n2. Dayaq vermək. Axırda elçi əllərini buynuz kimi tutaraq gicgahlarına dayayıb, özü də öküz kimi böyürür. “M.N.lətif.” Balacayev əlini stola atıb güclə ayağa qalxdı, qapı kilidli idi. O gicəldi, əlini alnına dayadı. S.Rəhimov. dayanacaq is.\n1. Sərnişinlərin düşməsi və minməsi üçün tramvayın, avtobusun və s.-nin dayandığı yer. Tramvay dayanacağı. Avtobus dayanacağı.\n2. Müvəqqəti yaşamaq üçün düzəldilən yer. Ov heyvanları bol olan sahələrdə ən qədim insanlar özlərinə dayanacaqlar düzəldirdilər.\n3. Söykənəcək, dayaq. Əl ağacı qoca adam üçün ən yaxşı dayanacaqdır. // Əl ağacı.\n4. məh. Araba oxunun, təkəri oxdan çıxmağa qoymayan və arabada laydırı dik saxlayan hissəsi. Arabanın dayanacağı. dayandırıcı sif. Kəsən, dayandıran, inkişaf etməyə qoymayan. dayandırılma “Dayandırılmaq”dan f.is. dayandırılmaq “Dayandırmaq”dan məch. Bu küçədə hərəkət dayandırılmışdır. Hərbi əməliyyat dayandırıldı. – Bir azdan sonra çay və qəlyan dayandırıldı. M.S.Ordubadi. 1891-ci ildə “Kəşkül”ün də nəşri dayandırılır. M.İbrahimov. dayandırılmaz sif. Dayandırıla bilməyən, qabağı saxlanıla bilməyən. dayandırma “Dayandırmaq”dan f.is. dayandırmaq f.\n1. Dayanmağa, durmağa məcbur etmək, ayaq üstə saxlamaq. Vahidin özünü də çağırıb müttəhim kimi qapı ağzında xeyli dayandırdılar və sonra dindirdilər. Mir Cəlal.\n2. Bir şeyin hərəkətini, gedişini, inkişafını müvəqqəti və ya həmişəlik saxlamaq. Zavodun işini dayandırmaq. // Əyləmək, gedərkən saxlamaq, durdurmaq. Qatarı dayandırmaq. Avtobusu dayandırmaq. Avtomobili dayandırmaq. – Tapdıq Mayisi və onun əlindəki dəftərləri görən kimi maşınını dayandırdı. Ə.Vəliyev.\n3. Bir işi daha görməmək, nəhayət vermək, davam etdirməmək, kəsmək. Müzakirələri dayandırmaq. Danışıqları müvəqqəti dayandırmaq. Hücumu dayandırmaq. Atəşi dayandırmaq. – Tətil etməyən zavodlardan bir çoxunu təhdidlə dayandırdılar. M.S.Ordubadi.\n4. Kəsmək, tamam azaltmaq. Diş ağrısını dayandırmaq. Qanı dayandırmaq. – Çay ən yaxşı tərlədici vasitədir, bundan başqa, baş ağrısını dayandırır. B.Talıblı.\n5. Sözünü kəsmək, danışığını davam etdirməyə qoymamaq. Danışanı dayandırmaq yaxşı deyil. – Alqış səsləri natiqi dayandırırdı. Mir Cəlal. dayanıq is.\n1. Davam, davamlılıq, möhkəmlik dərəcəsi, sürək. Dayanığı olmayan parça.\n2. Dözüm, səbat, səbir. Onun heç dayanığı yoxdur. İşdə dayanıq. // Möhkəmlik, müqavimət qabiliyyəti. Mübarizədə dayanıq göstərmək. Soyuğa (istiyə) dayanıq.\n3. məc. Sədaqət, etibar, dəyanət. Dostun dosta dayanığı. Dayanığı olmayan yoldaş. dayanıqlaşdırılmaq məch. Dayanıq, sabit bir vəziyyətə gətirilmək; sabitləşdirilmək. Vışka dartıcı vasitəsilə dayanıqlaşdırılır. S.Quliyev. dayanıqlaşdırma “Dayanıqlaşdırmaq”dan f.is. dayanıqlaşdırmaq f. Dayanıqlı etmək, möhkəm etmək, bərkitmək, davamlı etmək, dözümlü etmək. Bədəni soyuğa dayanıqlaşdırmaq. dayanıqlı 1. sif. Dayanığı olan, möhkəm, səbatlı, mətanətli, dözümlü. Zəki çox dayanıqlı, səbirli və iradəli bir gənc idi. A.Şaiq.\n2. Sabit, dəyişməyən, dağılmayan, pozulmayan, davamlı, sürəkli. dayanıqlıq is. Sabitlik, davamlılıq, möhkəmlik. // Səbat, mətanət, dözüm. dayanıqsız sif.\n1. Dayanığı olmayan, möhkəm olmayan; mətanətsiz, səbatsız, dözümsüz. Dayanıqsız adam.\n2. Sabit olmayan; davamsız, keçici, sürəksiz. Melodiyadakı dayanıqsız səslərin təbiətində sabit səslərə doğru daimi hərəkət meyli duyulur. Ə.Bədəlbəyli. dayanıqsızlıq is.\n1. Dayanığı, mətanəti, səbatı, dözümü olmama; mətanətsizlik, səbatsızlıq, dözümsüzlük.\n2. Davamsızlıq, qeyri-sabitlik, keçicilik, sürəksizlik. dayanış is. Dayanma, durma tərzi. dayanma I. “Dayanmaq1 ”dan f.is.\n\nII. “Dayanmaq2 ”dan f.is. dayanmadan zərf Durmadan, ara vermədən, arası kəsilmədən. Yağış dayanmadan yağır. Dayanmadan qışqırmaq. – Dayanmadan tüfəngimi boşaltdım; Dallarınca bir neçə güllə atdım. A.Səhhət. Fərman dayanmadan işlədiyi halda, gözləri ilə kənarda durmuş gəncləri süzürdü. Ə.Sadıq. dayanmaq I. f.\n1. Dayaq etmək, dayamaq, söykənmək. Şeyx Nəsrullah naxoş kimi heç kəsə baxmayıb dayanır yastıqlara. C.Məmmədquluzadə. Nənə əlini yumruqlayıb masaya dayandı. S.Rəhimov. // Dirənmək, lap yanaşmaq. Bəylərbəyinin faytonu qapıya dayandı. M.S.Ordubadi.\n2. Rast gəlmək, rastlaşmaq. Dəxi işimiz çox çətin yerə dayandı: bir yandan söz vermişik ki, “Tazə həyat”ın nəsihətinə əməl edək və heç kəsi özümüzdən incitməyək, bir yandan da lazım gəlir, ...oxucularımız ilə bir az söhbət eləyək. C.Məmmədquluzadə.\n\nII. f.\n1. Hərəkətsiz hala düşmək; hərəkətini, işini saxlamaq. Kim isə zəncirləri yerə atır. Dəzgah xırp dayanır. M.İbrahimov. Qazma borusunun yoxluğu üzündən buruqda işlər dayandı. M.Hüseyn. // Fəaliyyətdən qalmaq, daha fəaliyyət göstərməmək, fəaliyyətini kəsmək. Və onlara bildirildi ki, “Şərqi-Rus” qəzeti müvəqqəti olaraq dayanıbdır. C.Məmmədquluzadə. // Kəsilmək, qurtarmaq, ara vermək. Külək yatır, qar dayanır, açılır səhər. S.Vurğun.\n2. Bir yerdə qərar tapmaq, gəlib bir yerdə durmaq, daha irəli hərəkət etməmək. Maşın bir dövrə vurub dayandı. Mir Cəlal.\n3. Ayaq üstə durmaq. Qapılar örtülüb qapanmışdır; Arxasında nökər dayanmışdır. A.Səhhət. Bəzən ayna qabağında dayanıb gəlin; Öz hüsnünə dönə-dönə baxır vüqarla. S.Vurğun. // Durmaq, çəkmək. Növbədə dayanmaq.\n4. Dözmək, tab gətirmək, davam gətirmək, qatlaşmaq. Sabitqədəm olsaydı əgər yari-vəfadar; Aşiq dəxi qaçmazdı bəladan, dayanardı. M.Ə.Sabir. Könlümün şüşəsi, saqın ki, sınar; Toxunursa ayna daşa dayanmaz. Aşıq Ələsgər. [Hacı:] Hər gunə əziyyətə dayandıq. C.Cabbarlı.\n5. Səbat göstərmək, üstündə durmaq, israr etmək. Sözünün üstündə dayanmaq.\n6. Bir şey haqqında müfəssəl danışmaq. ..Mən də bu sözün üstə çox dayanıb uzunuzadı danışmaq istəmirəm. C.Məmmədquluzadə.\n7. Səbir etmək, gözləmək, toxtamaq, duruş gətirmək. Bir qədər dayanmaq lazımdır. – Dedi: – Qışdır hənuz, həmsayə; Meynə fəsli deyil, dayan yayə. M.Ə.Sabir. Cahangir cavab vermədi, o qəsdən bir az da qaşqabağını sallayaraq dayandı. S.Rəhman. • Dayanıb durmaq – sakit durmaq, toxtamaq, heç bir təşəbbüs, hərəkət göstərməmək, iş görməmək, heç nə etməmək. Dayanıb duran yerdə – heç bir səbəb olmadan, nahaqdan.\n8. Qalxmaq, yüksəlmək (adətən “ərşə”, “göyə” sözləri ilə). Fərraşların küçələrdə .. səsi hər dəqiqədə ərşə dayandı. M.F.Axundzadə. Əkdiklərimin tamamı yandı; Fəryadlarım göyə dayandı.. M.Ə.Sabir. Bir matəm paltarı geymiş üfüqlər; Tüstülər ah çəkib göyə dayanır.. S.Vurğun. dayanmaz sif. Dayanmayan, durmayan, arası kəsilməyən, ara verməyən. dayanmazlıq is. Dayanmayan, arası kəsilməyən şeyin halı. dayaz 1. sif. Dərinliyi az olan, çox da dərin olmayan (dərin ziddi). Nurəddin dayaz yer axtararkən gəlib bir yerə çatdı ki, orada bir uzun ağac sınıb körpü kimi çayın üstünə düşmüşdü. S.S.Axundov. // Üzdə olan, çox dərində olmayan. Belə dayazdan (z.) çıxan suya kənd arasında “qara su” deyirlər. Ə.Haqverdiyev.\n2. is. Çay, dəniz, göl və s.-də suyun dərin olmayan yeri.\n3. sif. məc. Dərin olmayan, səthi, qeyriciddi, işin mahiyyətinə, dərinliyinə varmayan. Dayaz adam. Dayaz fikir. Dayaz düşüncə. – Əqli dayaz, dağ çapan oğlana bax; Durdu yerindən ki, nə heyha imiş. Ə.Nəbati. Onların hər ikisi anlaşa bilməyən, dayaz bir həqiqəti öyrənmək qabiliyyətinə malik olmayan adamlar idi. M.S.Ordubadi. dayazca sif. Az dayaz, dayazlığı az olan. Dayazca çay. Çayda dayazca bir yer tapıb keçdik. dayazfikirli sif. Dayaz düşünən, səthi düşünən, işin əsil mahiyyətini, dərinliyini düşünə bilməyən; dardüşüncəli. Dayazfikirli adam. dayazfikirlilik is. Dayazfikirli adamın hal və keyfiyyəti; dardüşüncəlilik. dayazlama “Dayazlamaq”dan f.is. dayazlamaq f. Dayaz şəklə düşmək. Torpaq töküb çuxuru dayazladı. dayazlandırılma “Dayazlandırılmaq”dan f.is. dayazlandırılmaq məch. Dayaz hala salınmaq. dayazlandırma “Dayazlandırmaq”dan f.is. dayazlandırmaq f. Dayaz hala salmaq; dayazlaşdırmaq. Quyunu qumla dayazlandırmaq. dayazlanma “Dayazlanmaq”dan f.is. dayazlanmaq f. Dərinliyi azalmaq, dayaz olmaq. dayazlanmış f.sif. Dayaz hala gətirilmiş, dərinliyi azaldılmış; dayazlaşdırılmış. dayazlaşdırmaq “Dayazlaşmaq”dan icb. dayazlaşma “Dayazlaşmaq”dan f.is. dayazlaşmaq f. Dayaz hala düşmək; getdikcə dayaz olmaq, dərinliyi azalmaq. dayazlaşmış f.sif. Dayaz hala gəlmiş, dərinliyi azalmış. dayazlatma “Dayazlatmaq”dan f.is. dayazlatmaq icb. Dayaz hala saldırmaq; dayazlaşdırmaq. dayazlıq is.\n1. Çayda, göldə, dənizdə dayaz yer, dərinliyi az olan yer. Dayazlıqda üzən qazlar. Sahildə əmələ gələn dayazlıqlar. – Xəzər dənizi dayazlıqlarının qurudulması neft sənayesinin inkişafı üçün böyük əhəmiyyətə malikdir. (Qəzetlərdən). // Dayaz çayın, gölün və s.-nin halı. Çayın dayazlığı.\n2. məc. Səthilik, qeyri-ciddilik. Meşşan qadınların mənəvi boşluğunu, dayazlığını hər iki aktrisa real cizgilərlə əks etdirməyi bacarır. M.Arif. dayça is. Biryaşar erkək at balası. Qaşqa dayça. – Heç kəsin ağlına gəlməzdi ki, bu arıq və kifir dayça böyüyüb gözəl bir at olacaq. M.Hüseyn. dayçalı sif. Yanında balası olan. Dayçalı at. dayday is. Uşaq dilində: dayı. [Səttar:] .. sabah anan məni Kürdəxanıya daydaygilə aparacaq... Ə.Məmmədxanlı. dayə is. [fars.]\n1. Uşağa baxan, uşağa qulluq edən qadın; mürəbbiyə. O zaman dayə, Əli ilə bərabər gəzməyə getmək istəyirdi. İ.Musabəyov. [Ağca] dünyagörmüş xanımların məsləhəti ilə bir dayə tutub, uşağı ona tapşırdı. Mir Cəlal. // Özgə uşaqlarına öz südünü verib bəsləyən qadın. // məc. Ümumiyyətlə, tərbiyəçi, tərbiyə edib yetişdirən. Dayəm idi bu dərə, dağlar mənim; Oynağım olmuş idi bağlar mənim. A.Şaiq.\n2. Öz balasından əlavə başqa bir balaya da süd verən doğmuş heyvan. Qoyunların südü az olduqda və ya onların yelini xəstə olduqda və dayələr (“analar”) olmadıqda, quzulara inək, yaxud qoyun südü içirtmək lazım gəlir. “Ümumi zootexniya”.\n3. Xəstəxanalarda xəstələrə qulluq edən qadın. // məc. Baxıcı, xidmətçi. ..Dayənin xoş sözü, nəvazişi də; Körpə ürəkləri isidə bilməz. B.Vahabzadə. dayəlik is. Dayənin işi, vəzifəsi. Dayəlik etmək. dayı is.\n1. Ananın qardaşı.\n2. Qoca və ya yaşlı kişiyə müraciət edərkən, ya haqqında danışarkən hörmət əlaməti olaraq deyilir. [Əsəd bəy:] Hayıf, hayıf, Dursun dayı, qocaldın. C.Cabbarlı. Məni qəmgin görsə əgər; Düşmən gülər, dost qəm yeyər; Qızlar baxıb "dayı” deyər; Ağarma, saçım, ağarma! M.Araz. // Bəzən kinayə və ya istehza ilə deyilir. Boşla, ay molla dayı, sən də bizi çəkmə zora; Biz sənin hiylən ilə düşmərik əsla bu tora. M.Ə.Sabir.\n3. məc. dan. Öz hüququndan sui-istifadə edərək birisinə qeyri-qanuni kömək edən, himayəsi altına alan adam haqqında (adətən mənfi mənada). Onun burada dayısı var. dayıarvadı is. Ananın qardaşı arvadı. dayıdostu is. Hörmət və nəzakət əlaməti olaraq dayıarvadına verilən ad və müraciət. [Ana:] ..Dur, onlara gedək, oğul, dayıdostun böyük tədarük görüb. S.Rəhman. dayıgəlini is. Dayıoğlunun arvadı, dayının gəlini. dayıqızı is. Ananın qardaşı qızı. [Səfi bəy:] Sağ ol, dayıqızı! S.S.Axundov. dayıqızılıq is. Ögey dayıqızı, dayının ögey qızı. dayılı sif.\n1. Dayısı olan.\n2. məc. dan. Havadarı, himayəçisi, tərəfdarı olan (adətən mənfi mənada). dayılıq is. Ögey dayı. dayınəvəsi is. Dayıoğlunun, ya dayıqızının övladı, dayının nəvəsi. dayıoğlu is. Ananın qardaşı oğlu. dayıoğluluq is. Ögey dayıoğlu, dayının ögey oğlu. dayıuşağı is. Dayının oğlu, ya qızı. daylaq is. At balası (altı aylıqdan iki yaşa qədər). daylaqlı sif. Yanında balası (daylağı) olan. Daylaqlı madyan. dayna əd. məh. Təkid bildirir; da, də. [Şahqulu:] Ay Səfiqulu dayı, doğru deyir, dayna! N.Vəzirov. Alo kişi də gedə-gedə ah çəkib: – Düzəldə də bilmədik, dayna, – deyib söhbətini davam etdirdi. S.Rəhimov. daz sif.\n1. Xəstəlik, qocalıq və b. səbəblərdən başının tükü tökülmüş, başı tüksüz. Balacayev özü ucaboylu, sarı, qırmızıbığlı, başı daz, peysəri dolu, ortayaşlı bir adam idi. S.Rəhimov. [Kişinin] daz başı qalaylanmış qab kimi işıldadı. Mir Cəlal. // is. Başda tük çıxmayan yer. Başının dazı.\n2. Otsuz, bitkisiz, çılpaq. Daz çöl. – Görünür onların altında böyük daz qayalar; Onun altında zəifcik qurumuş otlar var. A.Səhhət. // Yarpaqsız. Daz ağaclar. dazbaş sif. Başı daz olan, başında tükü olmayan. Dazbaş kişi. – Dazbaş Murtuzov ... eyvana çıxdı.. S.Rəhimov. dazı is. bot. Ot və kol bitkiləri daxil olan bitki cinsi; boyotu. dazlanma “Dazlanmaq”dan f.is. dazlanmaq bax dazlaşmaq. dazlaşdırma “Dazlaşdırmaq”dan f.is. dazlaşdırmaq f. Daz hala salmaq, başının tüklərini tökmək. dazlaşma “Dazlaşmaq”dan f.is. dazlaşmaq f.\n1. Daz hala düşmək, başının tükləri tökülmək. Başı dazlaşmaq.\n2. Otsuz, bitkisiz hala gəlmək. Çöl dazlaşmışdır. // Yarpaqlar tökülmək. Ağaclar dazlaşmışdır. dazlaşmış f.sif. Başının tükü tökülmüş. Məşədibəy başının ortası tamam dazlaşmış yoğun bir kişini qapı ağzında görüb soruşdu.. M.Hüseyn. dazlıq is.\n1. Daz olmuş başın halı; tüksüzlük. Başın dazlığı.\n2. Bitkisizlik, çılpaqlıq. de I. “D” hərfinin və bu hərflə işarə olunan samitin adı.\n\nII. dan. bax di. dybet [lat.] Mühasibat dəftərlərində: bir idarə və ya müəssisənin gəlirini, eləcə də xərc və borclarını göstərən hesab. debit is. [fr.] xüs. Bir zaman vahidi ərzində su, neft, qaz və s. mənbəyinin verdiyi suyun, neftin, qazın və s.-nin miqdarı. Neft quyusunun debiti. Artezian quyusunun debiti. debitli sif. xüs. Müəyyən debitə malik olan. Az debitli köhnə quyular. debitor is. [lat.] müh. Borclu (müəssisə, idarə və s.). Debitorların siyahısı. debüt is. [fr.]\n1. Artistin və ya idmançının ilk çıxışı.\n2. Şahmatda oyunun başlanğıc hissəsi. Şahmat oyununun birinci mərhələsi debüt adlanır. debütant is. [fr.] İlk dəfə çıxış edən aktyor və ya idmançı. dedikcə sif. və zərf Olduqca, xeyli çox, son dərəcə (çox zaman sifətin dərəcəsini gücləndirir). Dedikcə gözəl mənzərə. Dedikcə yaxşıdır. Dedikcə ağıllı adamdır. Dedikcə maraqlı kitabdır. – Bir də qapı açıldı və içəriyə ortaboylu, sarışın, dedikcə zərif bir xanım girdi. Çəmənzəminli. dedi-qodu is. Bir şəxs və ya şey haqqında adamlar arasında gedən söz-söhbət, danışıq, şayiə. Bununla da Qızıl Arslan ixtilafın həll olunduğunu və dedi-qoduların bitdiyini zənn edərək sevinirdi. M.S.Ordubadi. Bu hadisə bütün məhəllədə dedi-qoduya səbəb oldu. M.Hüseyn. dedi-qoduçu sif. Dedi-qodu ilə məşğul olan; sözgəzdirən. Dedi-qoduçu adam. dedi-qoduçuluq is. Dedi-qoduçu adamın xasiyyəti, peşəsi. dedirtmə “Dedirtmək”dən f.is. dedirtmək icb. Deməyə məcbur etmək. Aclıq nəyi yedirtməz, toxluq nəyi dedirtməz. (Ata. sözü). ..Məhəbbət coşdu, məni bürüdü: – Ruqiyyə, Ruqiyyə! – dedirtdi. A.Divanbəyoğlu. Salman istədiyini Lal Hüseynə dedirtdikdə yumşalıb yerində oturdu. M.İbrahimov. deduksiya [lat.] mənt. Mühakimə prosesində ümumi müddəalardan xüsusi nəticəyə gəlmə; hər hansı bir ümumi fikirdən məntiqi yolla yeni müddəa çıxarma (induksiya əksi). Deduksiya üsulu. deduktiv sif. [lat.] mənt. Deduksiyaya əsaslanan. Deduktiv üsul. Deduktiv metod. de-fakto [lat.] Faktik olaraq, felən. defis is. [lat.] İki söz arasında və söz hecalarını sətirdən sətrə keçirdikdə qoyulan kiçik xətt (-); məs.: artıq-əskik, bağ-bağat, biləbilə. defisit [lat.] iqt. Çıxarın gəlirdən çox olması. Büdcə defisitinin artması. defisitli sif. Defisiti olan, çıxarı gəlirindən çox olan, ziyan verən, ziyanlı. Defisitli müəssisə. defisitlik is. Defisitli olma, çıxarın gəlirdən çox olması. Büdcənin defisitliyi. defisitsiz sif. Defisiti olmayan, defisit verməyən. Defisitsiz büdcə. deformasiya [lat.] Bir şeyin şəklinin və ya həcminin dəyişməsi; pozulma. degenerasiya [lat.] biol.\n1. Təbii şəraitin yaxşı olmaması üzündən bitki və heyvan orqanizminin nəsildən-nəslə cırlaşması, pisləşməsi. Yemləmə, saxlama və qulluq şəraitinin kifayət dərəcədə olmaması nəticəsində cırlaşmaya degenerasiya, yaxud pisləşmə deyilir. “Ümumi zootexniya”.\n2. Canlı orqanizmlərin hüceyrə və ya üzvlərinin pozulması prosesi. degenerat [lat.] Cismani və ya ruhi pozğunluq əlamətləri olan adam. degenerativ sif. [lat.] biol. Degenerasiya əlamətləri olan. “A” vitaminozlu dişilərdə .. sonralar isə degenerativ dəyişmələr baş verir. “Ümumi zootexniya”. dehade is. dan. Arası kəsilmədən demə, yerbəyerdən demə, söyləmə, danışma. dehqan is. [fars.] köhn. Kəndli, əkinçi, rəncbər. Şəxsi-məzkur Qəzvinin qəryələrindən Kərbəlayı Səlim adlı bir dehqanın oğlu idi. M.F.Axundzadə. Böylə həyat içrə yüzdən çox yaşar; Zəhmətkeş dehqanı bizim dağların. S.Vurğun. dehqanlıq is. köhn. Kəndlilik, əkinçilik, rəncbərlik. deist [lat.] Deizm tərəfdarı. deizm [fr. deisme əsli lat. deus – Allah] fəls. Allahın yalnız dünyanı yaradan ilk qüvvə olduğunu mümkün hesab edən, lakin onun bir şəxsiyyət kimi mövcud olub təbiət və cəmiyyət həyatına müdaxiləsini inkar edən, XVII-XVIII əsrlərdə Avropada yayılmış dini-fəlsəfi cərəyan. dekabr [lat.] Təqvim ilinin 12-ci və sonuncu ayı. Dekabr soyuqları. dekabrist [rus.] tar. 1825-ci ildə dekabrın 14-də Rusiyada təhkimçilik üsulu və mütləqiyyətə qarşı bir qrup zadəgan tərəfindən qaldırılmış inqilabi üsyanın iştirakçısı. Dekabristlər üsyanı. – [Peterburq ali məktəb tələbələrinin] o zaman tələbələrin ən çox sevdiyi və pərəstiş etdiyi adamlar dekabristlər idi. İ.Şıxlı. dekada [fr. əsli yun.] On günlük zaman ölçüsü; ayın üçdə biri; ongünlük. İncəsənət və ədəbiyyat dekadası. Ayın birinci dekadası. dekadent [fr.] Dekadentizm tərəfdarı. Dekadent şairlər. dekadentlik is. [fr.] ədəb. incəs. XIX əsrin axırı və XX əsrin əvvəllərində burjua ədəbiyyatı və incəsənətində pul düşkünlüyü və ifrat fərdiyyətçiliyi ifadə və “sənət sənət üçündür” şüarını təbliğ edən cərəyan. dekan is. [lat.] Ali məktəbdə fakültəyə başçılıq edən şəxs. Universitetin filoloji fakültəsi dekanı. dekanat [lat.] Ali məktəbdə dekanın başçılıq etdiyi fakültənin tədris-inzibati idarəsi; dekanlıq. Dekanatın sərəncamı. Dekanata müraciət etmək. dekanlıq is.\n1. Bax dekanat.\n2. Dekan vəzifəsi. deklamasiya [lat.] Şeir və nəsri həyəcanlı səs və hərəkətlə söyləmə; bədii oxu məharəti. Axşam məktəbdə deklamasiya deyəcəyəm. Mir Cəlal. Belə deklamasiya deməyə xüsusən Qələndər meyl göstərirdi. Ə.Əbülhəsən. deklamator [lat.] Bədii əsərləri məharətlə oxuyan adam; deklamasiya ilə çıxış edən artist. deklamatorluq is. Məharətlə deklamasiya demə. Deklamatorluq məharəti. Onun deklamatorluğuna söz yoxdur. deklarasiya is. [lat.]\n1. Hökumət və ya partiyanın bildirişi, bəyanatı.\n2. Gömrük bəyannaməsi.\n3. Poçt sənədi.\n4. Vergi bəyannaməsi. dekolte is. [fr.] Qadın paltarında boğazı, çiyinləri, döşün və kürəyin yuxarı hissəsini açıq göstərən kəsik və bu şəkildə olan qadın paltarı. Bu dekoltedir. Amerikalılar indi belə paltarı sevir(lər). M.S.Ordubadi. Nəhayət, Yekaterina İvanovna dekolte bal paltarında içəri girdi. Çexovdan. dekor bax dekorasiya. Rəssam yaratdığı dekorlar vasitəsilə keçmiş dövrün həyat və məişəti üçün səciyyəvi olan xüsusiyyətləri məharətlə açıb göstərə bilmişdir.. dekorasiya [fr.]\n1. Əhvalatın vaqe olduğu yerin və şəraitin teatr səhnəsində rəssamlıq, yaxud memarlıq cəhətdən təsviri: səhnə tərtibatı. [Şaqqulu:] Dekorasiyaları da söküb hərəsini bir divara söykədi. C.Cabbarlı. Əlvəndi gözlərini dekorasiyadakı balaca deşikdən ayır-mayaraq cavab verdi.. S.Rəhman.\n2. məc. Zahiri bəzək, bəzək-düzək. dekorasiyaçı is.\n1. Dekorasiya rəssamı.\n2. Bəzəkçi, bəzək mütəxəssisi. dekorativ sif. [fr.] Bəzək üçün düzəldilmiş, bəzək üçün olan. Binalarda dekorativ sütunlar. • Dekorativ bitkilər – meyvə və kölgəlik üçün deyil, yalnız bəzək üçün əkilən ağac, kol və s. Qarşıda, şüşəbənd arxasında müxtəlif dekorativ bitkilər görünür. Ə.Məmmədxanlı. dekorator [fr.]\n1. Bax dekorasiyaçı.\n2. Bəzək mütəxəssisi. dekorçu bax dekorasiyaçı. dekret [lat.] Ali hökumət orqanının qanun qüvvəsində olan qərarı; fərman, qanun. Neft sənayesinin milliləşdirilməsi haqqında iyulun 2-də verilən dekret Bakıda mühüm bir hadisə kimi qarşılandı. M.S.Ordubadi. deqazasiya [xar.] xüs. Qazdan təmizləmə, zərərsizləşdirmə, zərərsiz hala salma. deqazator [xar.]\n1. Zəhərli maddələrlə zəhərlənmiş yeri, paltarı, şeyləri və s.-ni zərərsiz hala salmaq üçün cihaz.\n2. Qazı zərərsizləşdirmək üçün kimyəvi maddə.\n3. Zəhərlənmiş şeyin və ya yeri zərərsizləşdirmə işi ilə məşğul olan adam. dequstasiya is. [fr.] xüs. İstehsal edildiyi zaman məhsulun (şərabın, çayın və s.-nin) keyfiyyətinin dadma yolu ilə müəyyən edilməsi. Üzüm şərablarının dequstasiyası. dequstator is. [fr.] xüs. Dequstasiya mütəxəssisi. deleqat [lat.] bax nümayəndə. [İkinci qadın:] ..Cahan xala, biz bir çox qadınların tərəfindən buraya deleqat gəlmişik. Ə.Haqverdiyev. İndi mən yarımçadralı, ağzıdualı köhnə bir qadını yox, hörmətli bir deleqatı gözləyirdim. Mir Cəlal. delfin is. [yun.] zool. Dişli balinalar qrupuna mənsub dəniz məməlisi. Delfinlər dişli və yırtıcı heyvanlardır. – Bir anlıq dünyada yox olsa bəşər; Məni delfinlərin yanına göndər. M.Araz. delta I. [yun.] Yunan əlifbasının üçbucaq şəklində olan dördüncü hərfinin (“delta” işarəsi) adı.\n\nII. [yun.] coğr. Çayların mənsəb hissəsində (dənizə töküldüyü yerdə) əmələ gətirdiyi qollar və onların arasında çöküntüdən ibarət sahə, çay töküntülərindən əmələ gələn düzənlik. Kür çayının deltası. demaqogiya is. [yun.] Öz məqsədinə çatmaq üçün hər cür yalan vədlər, yaxud böhtan və s. ilə adamların instinktinə qəsdən təsir etmə, kütlənin geridə qalmış hissəsinin zövqlərinə, əhvali-ruhiyyəsinə riyakarcasına uyğunlaşma. // dan. Demaqoqcasına çıxış, danışıq, böhtan. demaqoq [yun.] Demaqoqluq üsulundan istifadə edən. demaqoqluq edən. Əşrəf kimi cahil sərvətdar övladı olan bu demaqoqlar hər bir məziyyət və qiyməti yalnız sərvət və dövlətdə görür. A.Şaiq. [Mindilli:] Sizsiz bu demaqoqların içində mənim ruhum lap çürüyər. S.Rəhman. // Canlı dildə çox vaxt yerli-yersiz danışan, xəbərçi; adamsatan mənalarında işlənir. demaqoqcasına zərf Demaqoqa xas olan bir tərzdə, demaqogiya üsulundan istifadə edərək. Demaqoqcasına çıxış etmək. demaqoqlaşmaq f. Demaqoq olmaq, demaqoq kimi danışmaq. demaqoqluq bax demaqogiya. Demaqoqluq etmək. – [Qulu:] Demaqoqluqla iş olmaz. İ.Əfəndiyev. demarkasiya [fr.]: demarkasiya xətti – mütarikə və ya sülh bağlayan iki ordunu bir-birindən ayıran xətt, zona; başqa-başqa dövlətlərə məxsus ərazi. demarş [fr.] dipl. Müqabil tərəfin güzəştə getməsinə nail olmaq üçün edilən təşəbbüs, çıxış, hərəkət, tədbir. Səfirin demarşı. demblok is. Demokratiya və blok sözlərinin birləşməsindən əmələ gələn ixtisar söz; abreviatura. demə I. “Demək”dən f.is.\n\nII. əd. Olmuş bir işin, hadisənin danışana sonradan məlum olduğunu bildirir. Demə, fərraşların kahıllarından yolda dustaqların biri əkilibmiş. “M.N.lətif.” Demə, sahibəzzaman tək deyilmiş, Nəsib bəy kimi tayı varmış. Mir Cəlal. // köhn. Bəzən “ki” (kim) bağlayıcısı ilə birlikdə. Demə kim, bir əmiri-şahsüvar; Eyləyibmiş o gündə əzmişikar. S.Ə.Şirvani. demək I. f.\n1. Bir fikri şifahi surətdə ifadə etmək, bəyan etmək, söyləmək, bildirmək. Söz demək. Düzünü demək. – [Aslan bəy:] ..O, bir söz dedimi, heç bir zaman unutmaz. C.Cabbarlı. // Bir fikri yazılı surətdə ifadə etmək, yazmaq. Müəllif öz əsərində deyir ki..\n2. Nəql etmək, rəvayət etmək (adətən “ki” bağlayıcısı ilə). Belə deyirlər ki... – doğrudan deyirmişlər ki, Nikolayın bizə çox əziyyətləri olub.. C.Məmmədquluzadə. // Söhbət etmək, söz açmaq, danışmaq. Sadıq kişi öz hünərindən söhbət düşmüş kimi, arılardan həvəslə deməyə başladı. Mir Cəlal.\n3. Xəbər vermək, söyləmək, bildirmək. Bu sözü heç kəsə demə. Bunu sənə kim dedi? Sirri başqalarına demək. – Quş uçar çəmən üstə; Sünbül, yasəmən üstə; Yarım gəldi desələr; Yeri var sinəm üstə. (Bayatı). // Yetirmək, bildirmək, çatdırmaq. Mənim fikrimi ona de.\n4. Əmr etmək, sərəncam etmək, tapşırmaq. Ona de ki, tez gəlsin.\n5. dan. Nəzmə çəkmək. Şeir demək. – [Molla:] Arvad, iki misra demişəm. “M.N.lətif.”.\n6. dan. Avazla oxumaq. Bir-iki kəlmə demək. De gəlsin. Bir ağız demək.\n7. Adlandırmaq, ad vermək. Buna nə deyərlər? Siz buna nə deyirsiniz? Belə hərəkətə nə demək olar?\n8. Məna vermək, mənasına gəlmək. Bu söz nə deməkdir? Ərəbcə “həyat” dirilik deməkdir. // Dəlalət etmək, sübut etmək, ifadə etmək, göstərmək. Bu, o demək deyil ki...\n9. “Dərs” sözü ilə – müəllimlik etmək, dərs vermək, öyrətmək. Firidun darülfünundan çıxıb Şəmsiyyəyə dərs deməyə getdi. M.İbrahimov. Qəhrəman müəllimlər ittifaqında çalışmaqla müəllimlik sənətini buraxmır, şəhər məktəbində dərs deyirdi. S.Rəhimov.\n10. “Deyəcək” şəklində – deyilməsi, bildirilməsi, xəbər verilməsi vacib olan. Daha deyəcək sözüm yoxdur. – [Məmməd:] Sənə deyəcək iki vəsiyyətim vardır. “Aşıq Qərib”. [Şahbaz bəy:] Oğlum, əyləş, sənə deyəcək sözüm çoxdur. S.S.Axundov.\n11. Şəxs sonluqları ilə is. mənasında: dediyim, dediyin, dediyi – söylədiyim, söylədiyin, söylədiyi söz, fikir və s. Dediyinə əməl etmək. Dediyindən belə çıxır ki... // Bəzən cəm şəklində işlənir. Usta ... başını bulayıb, dediklərinə yekun vurdu. M.Hüseyn.\n12. “Bir-bir” sözü ilə – sadalamaq, təfərrüatı ilə, ardıcıl surətdə hamısını söyləmək, bildirmək. Ürəyindəkiləri bir-bir demək. – Yetməz əlim, nə çarə, düşən xaki-payüvə; Bir-bir deyəm sənə ələmü möhnətim. S.Ə.Şirvani.\n13. “Deməkdi(r)” şəklində – iki şeyi eyniləşdirmə mənasında işlənir. Bakıya ali təhsil almağa getmək, Gülşad üçün dözülməz olan nənə və qardaş zülmündən xilas olmaq deməkdir. Ə.Əbülhəsən.\n14. Feli bağlama şəklində: deyib – 1) nəzərdə tutaraq, üz tutaraq, istiqamət götürərək. Qırx lotu bir-birinə qoşulub, Təbriz deyib yola düşdülər. “Aşıq Qərib”. Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! C.Məmmədquluzadə; 2) hesab edərək. Bu üzü qarə könüldür məni rüsvay eləyən; O ki mən dust deyib tutmuş idim, düşmən imiş. S.Ə.Şirvani; 3) “durmaq” sözü ilə – daim təkrar etmək, söyləmək. Xatirinə dəyməsin, Ağa Dərviş, sənin özündə də mən heç bir hərəkət görməmişəm, bəqeyr əz şikayət... – “fələk kəcrəftardır”, – deyib durursan. N.Vəzirov. ‣ Deyək ki – fərz edək ki, tutaq ki. Deyirdim ki – bu fikirdə idim ki, belə güman edirdim ki (çox vaxt arzu bildirir). Deyirdim ki, bir bizə gələsən. – Mən deyirdim ki, bir gün varıb ana yurduna; Öpərsiniz anamın toz basan məzarını... A.İldırım. Deyirlər ki – rəvayət var ki, söhbət var ki, belə danışırlar ki, belə fikir yayılmışdır ki. Deyirlər ki, bu il qış bərk soyuq olacaq. Demək olar ki – bir şeyin təxminiliyini, möhtəməlliyini, mümkünlüyünü, həqiqətə yaxınlığını bildirən ara söz. Demək olar ki, indi papaqların fasonu o qədər artıq deyil, nə qədər ki cürbəcür məsləklər moddadır. C.Məmmədquluzadə. Demək olar ki, hamı oynayıb yorulandan sonra aşıq məclisə girdi. Ə.Vəliyev. Demək olmaz ki – söylənilən sözün, ya fikrin düzgünlüyünə arxayın olmadıqda, bir şeyi müəyyən etməkdə çətinlik çəkdikdə, yaxud inkarı yumşaltmaq istədikdə işlənən ifadə. Demək olmaz ki, Hacı Kamyab qardaşını yaxınına buraxmırdı. Ə.Haqverdiyev. Necə deyirlər – fikri tam və düzgün ifadə etməkdə çətinlik çəkdikdə və ya danışanın sözü ilə tam razılığa gəlmədikdə işlədilən ifadə. Əşrəf, necə deyərlər, canlara dəyən oğlan idi. İ.Şıxlı. Nə deyim – tərəddüd, gözlənilməzlik bildirən ara söz. Nə deyim, birdən yağış yağar. – İlk qədəmdə öpüşdü, son qədəmdə tüpürcək; Bir qeyri mükafatın olacaqmı, nə deyim?.. M.Araz.\n\nII. ara söz mənasında. Söylənmiş fikrə yekun vurmaq, onu xülasə etmək üçün işlənir; deməli, yəni bundan o nəticə çıxır ki. Siz hazırsınızmı, demək, gedə bilərik. – Demək, bu misranın da əsil mənası bu imiş ki, dünyada keçinmək, güzəran etmək istəyirsənsə, camaat ilə həmrəng ol. N.Vəzirov. Demək, belə çıxır ki, Maqsud müəllim Sevili həyat imtahanına çəkirmiş. S.Rəhimov. deməli I. sif. Deyilməsi, bildirilməsi lazım gələn, deyəcək; deyiləsi. [Zaman:] Zarafat qalsın kənarda, sənə bir neçə deməli sözüm var. Ə.Haqverdiyev.\n\nII. bax demək2 . ..İki adam əvəzinə bir adam işləyəcək, deməli, iki maaş əvəzinə bir maaş veriləcək. M.Hüseyn. [Qoşatxan:] Laqeydlik kənd müəllimi üçün dözülməz bir bəladır, deməli, heç şey onun ürəyini yandırmır. M.İbrahimov. demi is. məh. Qəlyan, çubuq. Süleyman .. damağında bir uzunquyruq Şəki demisi, kəmali-istirahətlə əyləşib, .. tüstüsünü halqahalqa havaya buraxmaqda idi. Ə.Haqverdiyev. ...[Musa kişinin] demisi daima ağzında tüstülənirdi. İ.Əfəndiyev. demiurq [yun.] fəls.\n1. Platonun idealist fəlsəfəsində Allah.\n2. məc. Yaradıcı qüvvə, yaradan. demokrat [yun.]\n1. Demokratiya tərəfdarı. Rus inqilabçı demokratları. Demokrat yazıçılar.\n2. Burjua demokrat partiyasının üzvü.\n3. məc. Sadəliyi sevən, sadə həyat keçirən, adi adamlara yaxın olan, onlarla ünsiyyət bağlayan adam. demokratik sif. [yun.]\n1. Demokratiyaya müvafiq olan, demokratiya əsasında qurulmuş, demokratiyanı həyata keçirən, demokratiya prinsiplərinə riayət edən. Demokratik idarə üsulu. Demokratik respublika. Demokratik islahat. Demokratik mətbuat.\n2. Zəhmətkeş xalq kütlələrinə xas olan; sadə, adi. Demokratik tərbiyə almış adam. – Ədibin demokratik fikirləri onun “Nadir şah” tarixi faciəsində daha parlaq ifadəsini tapmışdır. M.Arif. demokratikləşdirilmə “Demokratikləşdirilmək”dən f.is. İctimai quruluşun demokratikləşdirilməsi. demokratikləşdirilmək məch. Demokratik hala salınmaq, demokratizmə tabe edilmək, demokratizm həyata keçirilmək. demokratikləşdirilmiş f.sif. Demokratik hala salınmış, demokratizm əsasında qurulmuş, demokratizmə tabe edilmiş. demokratikləşdirmə “Demokratikləşdirmək”dən f.is. demokratikləşdirmək f. Demokratik hala salmaq, demokratizm tətbiq etmək, demokratiya əsasında qurmaq, demokratiyaya tabe etmək. Seçki sistemini demokratikləşdirmək. demokratikləşmə “Demokratikləşmək”dən f.is. demokratikləşmək f. Demokratik hala düşmək, daha demokratik olmaq. demokratiklik is. Demokratiya prinsiplərinə əsaslanma. Seçkilərin demokratikliyi. demokratiya is. [yun.]\n1. Dövləti idarə işi xalqın əlində olduğu idarə üsulu, siyasi quruluş; xalq hakimiyyəti. Xalq demokratiyası ölkələri.\n2. İctimai təşkilatların həyat və fəaliyyətində bütün kollektiv üzvlərinin fəal iştirakını və təsirini təmin edən rəhbərlik üsulu. Partiya daxili demokratiya. demokratizm [yun.]\n1. Demokratiyanı qəbul edib həyata keçirmə. // Demokratlıq. “Molla Nəsrəddin” inqilabi demokratizmin ifadəçisi və mərkəzi idi. M.İbrahimov. Oqtayın demokratizmi bizi inandırır ki, o, doğrudan da qarşısına qoyduğu məqsədə çata biləcəkdir. M.Arif.\n2. məc. Həyatda, insanlarla münasibətdə və s.-də sadəlik. demokratlaşma “Demokratlaşmaq”dan f.is. demokratlaşmaq f. Daha demokrat olmaq, həyat tərzi və s. cəhətdən daha da sadələşmək. demokratlıq is. bax demokratizm 2-ci mənada. demoqrafiya [yun. demos – xalq və grapho – yazıram] Statistikanın, əhalinin tərkibini, artımını, miqdarını və hərəkətini öyrənməklə məşğul olan şöbəsi. Demoqrafiya ictimai elmdir. dempinq [ing.] iqt. Xarici bazarlarda rəqibləri aradan çıxarmaq məqsədilə malların maya qiymətindən və daxili bazardakından daha ucuz satılması. denaturat [lat.] Texnikada işlədilmək üçün hazırlanan zəhərli spirt. dendrari is. [yun.] Botanika bağının açıq sahələrində plan üzrə əkilmiş ağac və kol bitkiləri. denşik [rus.] Çar ordusunda zabitə xidmət edən sıravi əsgər. [Zurin] mənim denşikimi çölə çıxardı və mənimlə işi olduğunu söylədi. Puşkindən. Bu zabitlərin hər birinin arxasınca kazak paltarı geymiş xüsusi denşiklər vardı. P.Makulu. departament [fr.]\n1. İnqilabdan əvvəl Rusiyada və bəzi xarici ölkələrdə: nazirliyin, ali hökumət və ya məhkəmə idarələri şöbələrinin adı. Layihədən 5 nüsxəni ümumi idarə departamentinin direktoru Baranovskiyə xüsusi bir ərizə ilə bərabər təqdim etmişəm. M.F.Axundzadə. Bir dəfə [Xlestakova] departamentin direktorluğunu təklif etdilər. F.Köçərli.\n2. Fransada: inzibati-ərazi bölgü vahidi.\n3. Amerika Birləşmiş Ştatlarında və İsveçrədə: nazirlik. Dövlət departamenti (ABŞ-da xarici işlər nazirliyi). depeşa [fr.]\n1. Təcili diplomatik, hərbi və s. məlumat.\n2. Teleqram. depo [fr.]\n1. Vaqon və lokomotivlərin dayanması və təmiri üçün xüsusi yer, emalatxana. Dəmiryol deposunda da işi buraxıb tətilə başladılar. M.S.Ordubadi. [Qəhrəmani] ..depoda parovozların təmir ustası vəzifəsində çalışırdı. M.İbrahimov.\n2. is. fiziol. Canlı orqanizmdə qan saxlayan üzvlər (qalaq, qara ciyər, dəri). Qan deposu. deponent [lat.] mal. Depozitə pul və ya qiymətli kağız qoyan. deportasiya is. [lat.] Bir xalqın yaşadığı ölkə ərazisindən zorla çıxarılması, məcburi köçürülməsi və ya qovulması. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası. depozit [lat.] mal. Müəyyən məqsədlə saxlanılmaq üçün banka və ya başqa kredit idarəsinə verilən pul və ya qiymətli kağız(lar). depressiya I. is. [lat.] Təsərrüfat durğunluğu, bahalıq, ticarət mallarına tələbatın zəifliyi, işsizliklə səciyyələnən vəziyyət.\n\nII. is. [lat.] Bütün ətrafın, hər şeyin qaranlıq içində görünməsi ilə səciyyələnən psixi vəziyyət; ruh düşkünlüyü. deputat is. [lat.]\n1. Müəyyən edilmiş qayda üzrə qanunverici, yaxud nümayəndəli orqana əhali tərəfindən seçilən şəxs.\n2. Nümayəndə. Gürcüstanın hər yerindən – uzaq və uca dağlarından, dərin dərələrindən və qalın meşələrindən deputatlar Tiflis şəhərinə cəm olub. F.Köçərli. deputatlıq is. Deputat vəzifəsi. Deputatlığa namizəd. Deputatlıq nişanı. Deputatlıq səlahiyyəti. dermatin [yun.] Üstü sellülozla örtülmüş parçadan hazırlanan süni dəri növü. // Bu dəridən qayrılmış, üzərinə bu cür dəri çəkilmiş. Dermatin cild. dermatologiya [yun.] Tibb elminin dəri xəstəliklərindən və onların müalicəsindən bəhs edən şöbəsi. dermatoloq [yun.] Dəri xəstəlikləri mütəxəssisi olan həkim. desant is. [fr.]\n1. Hərbi əməliyyat aparmaq üçün gəmi, təyyarə və b. vasitələrlə düşmən torpağına çıxarılan qüvvə. Hava desantı. Desant çıxarmaq. – Sahilə çıxan desant almanları limandan qovdu... M.Hüseyn. ...Gecə desantını iki təyyarə salmalı, iki hissə əlbir hərəkət etməli idi. Ə.Əbülhəsən.\n2. Düşmən torpağına qoşun çıxarma əməliyyatı. desantçı is. Desant qoşunları döyüşçüsü. desert is. [fr.] Xörəkdən sonra verilən meyvə, şirniyyat və s. despot [yun.]\n1. Dövləti qanun əsasında deyil, öz istədiyi kimi idarə edən zülmkar, müstəbid hökmdar; hakimi-mütləq. Taxt və tac, yaxşı məqsədlə işə başlayan Nadiri də despota çevirir. M.Arif.\n2. məc. Başqalarını öz iradəsinə tabe etməyə çalışan, onların arzu və iradəsini tapdalayan adam. despotcasına zərf Despot kimi, müstəbidcəsinə, zülmkarcasına. Despotcasına hərəkət etmək. despotik sif. [yun.] Müstəbid, istibdadçı, zülmkar. Despotik hökumət. – Rza xanın qəzəbli üzü və gözləri, despotik rəftarı onu çaşdırmışdı. M.İbrahimov. despotizm [yun.]\n1. İstibdada əsaslanan dövlət quruluşu; qeyri-məhdud hakimiyyət; istibdad, mütləqiyyət.\n2. məc. Zülmkarlıq, müstəbidlik, zülm. Məlumdur ki, elm və mədəniyyət geniş yayıldıqdan sonra despotizm, fanatizm .. artıq yaşaya bilməzlər. M.F.Axundzadə. O dövr, .. Höte və Şiller kimi ölməz sənətkarların orta əsr həyat tərzinə və zehniyyətə qarşı, zülm və despotizmə qarşı şiddətli mübarizəyə başlayaraq humanizm, azadlıq, bəşəriyyətçilik bayrağını ucaltdığı dövrdür. M.İbrahimov. despotluq bax. despotizm 2-ci mənada. desyatin [rus.] Metr sistemindən qabaq tətbiq edilən 1,09 hektara bərabər yer ölçüsü. Desyatinə iki yüz manat deyənin ağzından vururlar. A.Şaiq. deşdirilmə “Deşdirilmək”dən f.is. deşdirilmək məch. Başqasına deşdirmək, deşik açdırılmaq. deşdirmə “Deşdirmək”dən f.is. deşdirmək icb. Deşik açdırmaq. Taxtanı deşdirmək. Dəmiri deşdirmək. deşici sif.\n1. Dələn, deşən, dəlici, deşə bilən. Deşici alət.\n2. məc. Sancıcı, dəlici, iti. deşik is.\n1. Dəlik, dərin daz çuxur. Deşiyi bərkitmək. Deşikdən siçan çıxdı. – Qaranlıq bucaqlarda taxça kimi deşiklərə düzülüb saxsı qab-qaşıq, bir-iki mis qab. C.Məmmədquluzadə. // Boşluq, boş yer. [Tülkü] öz heyvanlığı ilə heç bir zaman bir deşiyi olan yuvada yaşamaz, onun yuvasında iki deşik olmalıdır. M.S.Ordubadi. // Cırıq yer, yırtıq yer, deşilmiş yer. Vedrə deşiyindən damır.\n2. sif. Cırıq, yırtıq, deşilmiş, cırılmış. Deşik kisə. Deşik qazan. Deşik corab.\n3. Bir şeyin (məs.: burnun, qulağın və s.nin) dairəvi şəkildə olan içi. Burun deşiyi. Qulaq deşiyi. – Umud yavaşca nəfəs çəkdi və elə bildi ki, toz burnunun deşiklərindən keçib dilçəyində palçığa döndü. İ.Məlikzadə. deşikaçan is. Deşik açmaq üçün alət. deşik-deşik sif. Çox deşiyi olan. Deşikdeşik divar. Deşik-deşik kağız. • Deşikdeşik eləmək – çoxlu deşik açmaq, hər yerini deşmək. Ol siçana çəngini vurdu pişik; Eylədi əndamını deşik-deşik. S.Ə.Şirvani. – Tikan onun [Salatının] bədənini deşik-deşik etmişdi. İ.Şıxlı. Deşik-deşik olmaq – çoxlu deşiklər açılmaq, yırtıq-yırtıq olmaq. [Fərhadın] gözləri sağ qıçına, deşik-deşik olmuş yaşıl mahud şalvarına sataşınca ürəyində qopan ağrı gicgahlarında bənd aldı. Ə.Vəliyev. deşikli sif. Deşiyi olan, deşilmiş. deşilmə “Deşilmək”dən f.is. deşilmək 1. “Deşmək”dən məch. ...Nişançının atdığı oxlardan kürkün də deşilib, papağın da. “M.N.lətif.”\n2. t-siz. Üstü açılmaq, irinin və s.-nin çıxması üçün yol açılmaq. Çiban deşildi. deşilmiş “Deşilmək”dən f.sif. Deşilmiş divar. Deşilmiş vedrə. Deşilmiş yara. – Güləsər atasının altı deşilmiş çarığını gözdən keçirdi və içəri adladı. İ.Şıxlı. deşmə “Deşmək”dən f.is. deşmək f.\n1. Deşik açmaq, dəlmək. Burğu ilə taxtanı deşmək. Divarı deşmək. Siçan döşəməni deşib. – [Eyvaz kişi] bəndə çatınca su bəndi deşib məğrur bir tərzdə gücü gəldikcə fışqırırdı. Ə.Vəliyev.\n2. İynə və s. ucuiti şey batıraraq dəlik açmaq. Çibanı deşmək.\n3. məc. Dərinlərə işləmək, çox dərin təsir etmək. Şaxta adamın beynini deşir. detal is. [fr.]\n1. Ən xırda təfərrüat.\n2. tex. Maşın və mexanizmin irili-xırdalı hissələri. Ağ hamar detal iti bıçaq altında fırlanır... H.Seyidbəyli. detallaşdırılma “Detallaşdırılmaq”dan f.is. detallaşdırılmaq məch. Bütün cəhətləri və təfərrüatı nəzərə alınmaq; dəqiqləşdirilmək. detallaşdırma “Detallaşdırmaq”dan f.is. ..Əsərlərin yazılışında detallaşdırma cəhətinə xüsusi diqqət yetirilir. Ə.Bədəlbəyli. detallaşdırmaq f. Bütün cəhətlərini və təfərrüatını nəzərə almaq; dəqiqləşdirmək. Planı detallaşdırmaq. detektiv [ing. əsli lat.] Casusların macəralarını təsvir edən əsər. Detektiv roman. detektor is. [lat.] rad. Yüksək tezlikli titrəyişləri qulaqla qavranıla bilən alçaq tezlikli titrəyişlərə çevirən cihaz. determinist [lat.] fəls. Determinizm tərəfdarı. determinizm [lat.] fəls. Cəmiyyət və təbiətdə baş verən bütün hadisələrin ümumi obyektiv qanunlardan və səbəbiyyət əlaqəsindən asılı olduğu haqqında elmi anlayış. devalvasiya [fr.] iqt. Qiymətdən düşmüş kağız pulların tədavüldən götürülərək sabit kağız pullarla əvəz edilməsindən ibarət pul islahatı. // Kağız pulların məzənnəsinin aşağı salınması. devik sif. məh. İş görəndə o yan-bu yana baxmağa adət etmiş. Devik adam. devikmə “Devikmək”dən f.is. devikmək bax döyükmək. Bunların devikdiyini görən Rüstəm dayandı. S.Rəhimov. devirmə “Devirmək”dən f.is. devirmək f.\n1. Altını üstünə çevirmək, başıaşağı etmək. Qazanı devirmək. Stolu devirmək.\n2. məc. Yıxmaq, hakimiyyətdən məhrum etmək, ortadan qaldırmaq, ləğv etmək. Mütləqiyyəti devirmək. Burjuaziyanı devirmək. – İndi artıq yıxıldı, batdı qanlı saraylar; Devirdilər taxtını, qan içən padşahın. Ə.Cavad. deviz is. [fr.]\n1. Əsas bir fikrin, məsləkin, əqidənin qısa şəkildə ifadəsi. Səbirlə fürsət gözləmək .. [Mollayevin] devizi idi. M.Hüseyn.\n2. Konkurslarda: müəllifin öz ad və familiyası əvəzində əsəri üzərində yazdığı söz, ya ibarə. devr 1. Bax dövr1 .\n2. Bax dövrə 2-ci mənada. Bu ümid ilə ki qəmzəndən ala kami-dilin; Düzülüb gözlərini dövrünə müjgan səf-səf. S.Ə.Şirvani.\n3. etnoqr. Evə gətirilmiş gəlinə xalça üzərində yer açmaq adəti. Həsən ağanın bağçıları gəlinin yerini xalça üzərində açmağa başladılar. Buna devr deyirdilər. M.S.Ordubadi. devriliş is. Devirmə işi, devrilmə, çevriliş. devrilmə “Devrilmək”dən f.is. devrilmək məch.\n1. Altı üstünə çevrilmək, başıaşağı edilmək.\n2. məc. Hakimiyyətdən məhrum edilmək, məhv edilmək, ortadan qaldırılmaq. Çar üsuli-idarəsi 1917-ci il fevral ayının 27-də devrildi. – Şahlıq devrilsə də, başqa rəng alıb; Yaşayır əvvəlki zülm başqa cür. B.Vahabzadə. deyə qoş. Səbəb və ya məqsəd bildirir. Gecikməsin deyə tezdən durdu. – Əmirxanı oyatmayır, dincəlsin deyə; Bəzən onun nəfəsinə qulaq da asır. S.Vurğun. Rahat yatsın deyə körpəm beşikdə; Dayanmışdır keşikdə igid, qəhrəman Bakı. R.Rza. deyə-gülə zərf Gülə-gülə, şən bir halda söhbət edə-edə. Əmirxan quş kimi qalxdı ayağa; Dostlar deyə-gülə getdilər bağa. S.Vurğun. Eyvazın manqasındakı oğlan və qızlar deyə-gülə işləyirdilər. Ə.Vəliyev. deyək (=deyək ki) ara söz. Tutaq ki, fərz edək ki, elə bil. Deyək ki, bu gün xəstələndin. [Şamxal] Yaxşı, deyək ki, atam kişidi, gözü qızışıb, bəs bu nə üçün evini-eşiyini buraxıb arvad üstünə gəlib?! İ.Şıxlı. deyək ki (=deyək ) ara söz. Tutaq ki, fərz edək ki, elə bil. Deyək ki, bu gün xəstələndin. [Şamxal] Yaxşı, deyək ki, atam kişidi, gözü qızışıb, bəs bu nə üçün evini-eşiyini buraxıb arvad üstünə gəlib?! İ.Şıxlı. deyən dan. bax deyəsən. Deyən, o getdi. – Deyən, əkizlərlə gəldi bərabər; Poladın evinə ögey-doğmalıq. M.Rahim. deyən-gülən sif. Şən, ürəyiaçıq, zarafatcıl, əhvallı. Deyən-gülən, söhbətcil oğlan. deyəsən ara söz mənasında. Ehtimal, gərək ki, görünür (ki). Onun dedikləri, deyəsən, düz çıxmadı. Deyəsən, gələn var. – [Fazil:] Vallah, mən özüm də məəttəl qalmışam; çünki o dəli övrətdən də, deyəsən, bir haray yoxdur. C.Məmmədquluzadə. [Sənəm:] Ax, deyəsən, ağa gəlir. Ay aman, ağa gəlir; dur qaç! Ü.Hacıbəyov. Uşağın dalısında, deyəsən, odun şələsi vardı. Mir Cəlal. // Sanki, elə bil. deyib-danışma is. Söhbət, söhbət etmə. deyib-danışmaq f. Söhbət etmək. Yetişibsən, indən belə yaraşmaz; Yadlar ilə deyib-danışmaq sənə. Q.Zakir. İndiyə kimi Rahimin evi belə şad deyib-danışmaq, oxuyub-gülmək, cavan səsləri eşitməmişdi. S.S.Axundov. deyib-gülən f.is. Söhbətcil, şən, ürəyiaçıq (adam). Deyib-gülənlərin bəxtiyar səsi; Aygünün qəlbində dinir tar kimi. S.Vurğun. Qızların da arasında; Az deyildi deyib-gülən. M.Dilbazi. deyib-gülmə is. Şən bir halda söhbət etmə, şirin söhbət, şənlənmə, sevinmə. İkram .. yoldaşlarının deyib-gülməsində iştirak etmirdi. Ə.Əbülhəsən. deyib-gülmək f. Şən bir halda söhbət etmək, şirin söhbət etmək; şənlənmək, sevinmək. İnsan deyib-gülməz vətəndən ayrı. S.Rüstəm. Üzlərdə şənlik, deyib-gülmək, çalıb-çağırmaq həvəsi görünür. Mir Cəlal. deyici 1. sif. Söyləyən, danışan. Bu sözün deyicisi kimdir?\n2. is. məc. Araqarışdıran, şeytanlıq edən. Adamın min yeyicisi olsun, bir deyicisi olmasın. (Ata. sözü). deyicilik is. Şeytanlıq, xəbərçilik. • Deyicilik etmək – şeytanlıq etmək, xəbərçilik etmək, xəbər vermək. [Dəmirov:] Görəsən, məndən kim deyicilik eləyib? Yoxsa bu, rayona gələndən mənim üstümə belə bu qədər düşməzdi. S.Rəhimov. Bir az qabaq yoldaşın səndən deyicilik elədi. Ə.Vəliyev. deyikləmə “Deyikləmək”dən f.is. deyikləmək f. Kiçik yaşında ikən qızı oğlana adaxlamaq, nişanlamaq. deyikli is. Uşaqlıqdan adaxlanmış qız, ya oğlan; nişanlı. [Tarverdi:] Bu qız .. mənim deyiklimdir. M.F.Axundzadə. Cəfərin əmisi qızını, uşaqlıqdan deyiklisi olan Xoşqədəmi ona aldılar. Ə.Vəliyev. deyiklilik is. Nişanlı olma. deyil əd.\n1. Özündən qabaq gələn sözə inkarlıq, ya zidlik mənası verir. O, tək deyil. Otaq qaranlıq deyil. – Əziziyəm, nə qandır; Gözdən axan nə qandır; Daş deyil, kəsək deyil; Rəhm eylə, bu ki candır. (Bayatı). // Eyni mənada şəxs sonluqları ilə işlənilir: deyiləm, deyilsən, deyildir. Araz deyiləm, coşam; Kür deyiləm, qaynaşam; Apar sərraf yanına; Gör nə qiymətli daşam. (Bayatı). Deyilik biz nuxalı, gəncəli, ya kim bakılı; Belə boş işlərə vəqf eyləyək ehsanımızı. M.Ə.Sabir. Məncə, deyilsən qərib o qürbət ellərdə sən; Yaşayırsan əbədi azad könüllərdə sən. S.Rüstəm.\n2. Feldən sonra gələrək, xəbərlik şəkilçiləri ilə eyni mənada cümlədə xəbər kimi işlənir. Fəqət Gülbadam çox duaya-zada inanan deyildi. N.Nərimanov. Zeynalın evdən soyumasına səbəb yalnız Mehribanın xəstə yatdığı deyildi. S.Hüseyn. Ay məndən yüksək deyil; Ay mənimlə tən durur. R.Rza.\n3. “Deyilmi?” şəklində sual məqamında. Elə deyilmi? Sizi incitdim, deyilmi? deyilən f.sif. Söylənilən, sözlə, ya yazılı surətdə ifadə edilən. Qətibənin özü onun [Səba xanımın] tamahkarlığını bilirdi, deyilən sözlərin heç birisinə inanmırdı. M.S.Ordubadi. deyiliş is. Deyilmə tərzi, tələffüz tərzi; tələffüz. Sözün deyilişi. – Xəlil sözlərin deyilişindən hiss etdi ki, Bəhmən daha samovara baxmır. İ.Məlikzadə. deyilmə “Deyilmək”dən f.is. Qafar .. arvadına güldən ağır söz deyilməsinə dözməyəcəkdi. Ə.Əbülhəsən. deyilmək 1. “Demək”dən məch. Bu barədə heç bir söz deyilməmişdir. Xalq arasında belə deyilir. – Ərlə arvad ünvanına qoşa sağlıqlar; Deyildikcə fikrə getdi, qəm yeyə-yeyə. S.Vurğun.\n2. “Deyilir” formasında – elmi və s. təriflərin sonunda işlədilərək, tərifdəki izahata yekun vurur. Əşyanın adını bildirən sözlərə isim deyilir. deyilmiş f.sif. Söylənmiş, sözlə və ya yazılı surətdə ifadə edilmiş. Deyilmiş söz. deyin I. dan. bax deyə. [Güləsər] Ağzın isti yerdədi deyin, ərə getmək sənə asan gəlir. İ.Şıxlı.\n\nII. is. məh. Vəsiyyət, son ürək sözü. deyindirmə “Deyindirmək”dən f.is. deyindirmək icb. Deyinməyə məcbur etmək, deyinməsinə səbəb olmaq. deyinən bax deyingən. deyingən sif. Çox deyinən, hər şeydən ötrü danışan. Deyingən adam. – Arvadın deyingəni kişini tez qocaldar. (Ata. sözü). Nübar .. tündməcaz, dargöz və deyingən bir qarı idi. S.Rəhimov. deyingənlik is. Deyinmək xasiyyəti. Deyingənlik pis xasiyyətdir. deyinmə “Deyinmək”dən f.is. deyinmək f. Narazılığını bildirərək danışmaq, söylənmək, şikayətlənmək. [Tanya:] İndi yenə də İvanov gələr, başlar deyinməyə ki, laboratoriyada oxuyurlar. C.Cabbarlı. ..Həpirin hirsi soyumadı. O öz-özünə deyinirdi.. Mir Cəlal. deyinti is. Narazılıq, şikayət, deyinmə. deyintili sif. Bir şeydən ürəyi sınmış, deyintisi olan, narazı qalmış, narazı. deyiş is. Söz döyüşdürmə. deyişdirmə “Deyişdirmək”dən f.is. deyişdirmək icb. Deyişməyə məcbur etmək, ara vurmaq; dalaşdırmaq. deyişmə is.\n1. Mübahisə, sözləşmə, söyüşmə, höcətləşmə, dalaşma. Bu vaxta qədər sükut ilə iki qardaşın çəkişmə və deyişməsini gözləyən Əlisəfa, nəhayət, dilə gəldi. A.Şaiq. Raya [Əminə və qoçunun] arasında deyişmə olduğunu gördü. M.S.Ordubadi.\n2. folk. Aşıqlar arasında yarış və müsabiqə mahiyyətində olan şeirləşmə. Aşıqların deyişməsi. deyişmək qarş.\n1. Bir-biri ilə mübahisə etmək, bir-biri ilə sözləşmək, höcətləşmək, söyüşmək. Onlar hər necə yarızarafat, yarıciddi deyişsələr də, əl-ələ verdilər, qabqacağı birlikdə yuyub-yığışdırdılar. S.Rəhimov. Atlılar kimin barəsində isə deyişirdilər. Mir Cəlal.\n2. folk. Şeirlə yarışmaq. Aşıqlar deyişirlər. – ..Meyxanaçılar meyxana deyişərlər, bəzən də aşıq gətirdib nağıl danışdırarlar. R.Əfəndiyev. Deyişəndə Hafizə vermir macal; Mən Valehəm ona qürrə, sən nəsən? Aşıq Valeh. Çox deyildir, bir az bundan irəli; Mirzəcanla deyişmişdir bir Pəri. Ə.Cavad. deyr is. [ər.] köhn. Monastır, kilsə. [Hüseyn xan:] Axırda yetişdik bir deyrə. Ə.Haqverdiyev. ..Xanımın atası Şam tərəflərində mövcud olan bir deyrdə ibadət edən məşhur keşişlərdən idi. M.S.Ordubadi. dezertir is. [fr.] Özbaşına olaraq öz qoşun hissəsini qoyub gedən, hərbi mükəlləfiyyətdən boyun qaçıran hərbi qulluqçu; fərari. [Qurban:] Yəqin sən elə, cəbhədə də əmrzad qanmayıbsan, dezertir olmusan! İ.Şıxlı. // məc. Öz vətəndaşlıq borcunu, yaxud xidməti və ya ictimai borcunu yerinə yetirməkdən boyun qaçıran adam. dezertirlik is. Ordudan qaçma, hərbi çağırışdan boyun qaçırma. // məc. Öz vəzifəsini, dövləti və ya ictimai borcunu yerinə yetirməkdən boyun qaçırma. Sənə bu işi tapşırıblar, qaçırsan, demək, dezertirsən. M.Hüseyn. dezinfeksiya [fr. des... və lat. inficere] Zərərli həşəratın müxtəlif üsullarla məhv edilməsi. Anbarlarda olan ziyanvericiləri məhv etmək üçün dezinfeksiya üsulundan istifadə edilir. Dezinfeksiya etmək. Dezinfeksiya kamerası. Kül suyu – ucuz və əlverişli dezinfeksiya vasitəsidir. Tabaşirlə ağardılmış divarlar dezinfeksiya edilmiş olur. dezinfeksiyaçı is. Dezinfeksiya işi ilə məşğul olan adam. Dezinfeksiyaçı dəstəsi. də bax da1 . Məhkəmə sədri üçün məsələ aydın idi. Buna baxmayaraq, bir neçə şahidi də danışdırdı. S.Hüseyn. Hər şey gözəlləşmədə; Sən də gözəlləş; Bu həyat kimi. M.Müşfiq. dəb is. [ər.] Xalq arasında yayılmış adət, ənənə. Köhnə dəbdə layla demək köhnəlib artıq; Bəs neyləyək? M.Araz. Bilirəm, əziz tutub babaların dəbini. Unutmayıb Babəkin o döyüş məktəbini. R.Rza. // Moda. [Suğra] güllü-çiçəkli krepdeşindən lap yeni dəblə tikilmiş uzun bir don geymişdi. M.Hüseyn. • Dəb düşmək – ümumi adət və vərdiş halını almaq, moda olmaq. [Tahirzadə:] Məsmə bacı, indi bu çox dəb düşən sözdür. Mir Cəlal. Dəb salmaq (gətirmək) – olmayan bir şeyi xalq arasında yaymaq, adət halına salmaq. Köhnə kəndə təzə dəb salmaq (gətirmək). (Məsəl). [Cahan:] O gün ola, balam, toy edəsən, qız alasan; Evlənmək işini aramıza dəb salasan. Ü.Hacıbəyov. Dəbdən düşmək (çıxmaq) – adət halından çıxmaq; vaxtı keçdiyi, dövrü ötdüyü üçün daha işlənməmək, ortadan qalxmaq. Biz din və təriqətin dəbdən düşən, hörmət və etibarını itirən .. bir dövrdə dünyaya gəldik. M.S.Ordubadi. dəbbə I. is. [ər.] Bir şey haqqında əldə edilmiş saziş və razılığı pozmaq üçün bəhanə, öz vədindən və sözündən səbəb olmadan imtina etmə. • Dəbbə eləmək (çıxarmaq) – bax dəbbələmək.\n\nII. is. köhn. Ağacdan, sümükdən və s.-dən qayrılmış qab. Bal, yağ dəbbəsi. – Dəbbədən bal çıxar. (Ata. sözü). Görmürsən, nə təhər barıt dəbbəsi kimi partlayır? S.Rəhimov. dəbbəçi is. Özü razı olduğu və haqqında sazişə gəldiyi şeydən imtina edən, sözündən qaçan adam; cığal. dəbbəçilik is. Dəbbəçi adamın xasiyyəti. dəbbəkar [ər. dəbbə və fars. ...kar] bax dəbbəçi. dəbbələmə “Dəbbələmək”dən f.is. dəbbələmək f. Razı olduğu və haqqında sazişə gəldiyi şeydən imtina etmək, sözündən dönmək, qaçmaq. Söz verdi nigarım məni incitməyə bir də; Tez döndü sözündən, bu açıq dəbbələməkdir. Ə.Vahid. dəbdəbə is. [ər.] Təmtəraq, təntənə, cah-calal, büsat. [Fəxrəddin:] Həyatdakı xəlifələr bu qədər cəlal və dəbdəbəyə malik olduqları halda, xəlifə namını ləkələyə biləcək bu vəziyyətin qarşısını ala bilmirmi? M.S.Ordubadi. // Zahiri gözəllik. • Dəbdəbə ilə – təmtəraqla, təntənəli surətdə. Müdir hündürdən və dəbdəbə ilə: – Yoldaşlar, – deyə iclasa müraciət etdi, – icazə verin, elmi şuranın iclasını açıq elan edim. Ə.Sadıq. Bir gün də dəbdəbə ilə balaca nəvəynən qabağına çıxacağıq. Ə.Əbülhəsən. dəbdəbəli sif.\n1. Təntənəli, əzəmətli. Yurdumun dəbdəbəli, dalğalı bir bayrağı var. S.Rüstəm. // Təmtəraqlı, çox zəngin. [Firidun] Öz aləmində Südabənin evini dəbdəbəli bir imarət təsəvvür edirdi. M.İbrahimov.\n2. məc. Zahirən gözəl, bəzəkli, təmtəraqlı. Dəbdəbəli ibarələr. dəbə is. tib. Qasıq yırtıqlığı xəstəliyi; qrıja. // Bu cür xəstəliyi olan adam. dəbərdilmə “Dəbərdilmək”dən f.is. dəbərdilmək məch. Yerindən tərpədilmək. dəbərəgöz sif. Gözü qabağa çıxıq olan. Dəbərəgöz adam. – Bığı xınalı, dəbərəgöz bir qəssab kötüyün üstündə ət doğrayırdı. Mir Cəlal. dəbərilmə “Dəbərilmək”dən f.is. dəbərilmək bax dəbərdilmək. Heç bir şey yerindən dəbərilməyəcəkdir. M.S.Ordubadi. dəbərişmə “Dəbərişmək”dən f.is. dəbərişmək f.\n1. Tərpəşmək, tərpəşməyə başlamaq (çoxları haqqında). Bu qədər qışqırığa durdu qonum-qonşu tamam; Dəbərişməz də, veribdir, deyəsən, can, ölüb...ə! M.Ə.Sabir. Paşa duruxub üzünü dəbərişməkdə olan adamlara tutdu. S.Rəhimov.\n2. Biz-biz durmaq (tük haqqında). Hacıyev cəbhədə olduğu bu aylar ərzində hələ tükünün dəbərişdiyi, biz durduğu olmamışdı. Ə.Əbülhəsən. dəbərmə “Dəbərmək”dən f.is. dəbərmək f.\n1. Yerindən tərpənmək, tərpənmək, yerindən durmaq, qalxmaq. Astaasta dəbərib qurdalaşırsan, deyəsən; Bəzi əfsanəçilərlə yanaşırsan, deyəsən. M.Ə.Sabir. // Yerindən durmaq, qalxmaq. Qaçmaq üçün dəbərdi, tez aldı pişik kimi daban. Ə.Nəzmi.\n2. məc. dan. Cücərməyə başlamaq, görünməyə başlamaq. Toxumlar dəbərdi. dəbərtmə “Dəbərtmək”dən f.is. dəbərtmək f. Yerindən tərpətmək, yerindən oynatmaq. ..Bombaların gurultusu hərdənbir yatmışları, deyəsən, yuxudan dəbərtdi. C.Məmmədquluzadə. dəbilqə is. Döyüşçülərin başlarına qoyduqları metaldan tökülmüş papaq; taskülah. [Molla Cabbar:] Bir dənə uzun bayraq, dəbilqədən, qalxandan, qılıncdan eşşəyə yükləyib düşəcəyəm kəndbəkənd. Ə.Haqverdiyev. Qılınc və nizələrin əsər etmədiyi dəmir geyimlər və polad dəbilqələr ağır əmud zərbələrinin altında əzilərək bədənlərə yeriyirdi. M.S.Ordubadi. dəbilqəli sif. Başına dəbilqə qoymuş. Dəbilqəli döyüşçü. dəbir is. [ər.] köhn.\n1. Kargüzar.\n2. Xəttat, kalliqraf.\n3. Müəllim.\n4. Mühasib. dəc is. məh.\n1. Bir yerə yığılmış arpa, buğda və s.-yə əl toxunmasın deyə, onu nişanlamaq üçün taxtadan və s.-dən qayrılan iri möhür (nişan). Xırmana qayıtdıqda hamını heyrət aldı. Doğrudan da, ehram buğdanın dəci pozulmuşdu. M.İbrahimov. • Dəc eləmək – bütövləmək, ağzınacan doldurmaq, ləbələb etmək. Dəc qalmaq – bütöv qalmaq, toxunulmamış qalmaq. ...Sirkə ağzı tıxaclı, dəc qalıb stolun üstündə. C.Məmmədquluzadə.\n2. Taxılı yaxşı döysün deyə, vəlin altına vurulan xırda çaxmaq daşları və ya dəmir parçaları. dəccal is. [ər.] Dini etiqadlara görə, guya qiyamətdə zühur edərək adamları azdırıb dindən uzaqlaşdıracaq əfsanəvi şəxsiyyət. [Molla Vəli:] Yazırlar ki, dəccalın qoşunlarının alınlarında bircə gözləri olacaq. Ə.Haqverdiyev. // məc. Yalançı, fırıldaqçı adam haqqında. dəcəl sif.\n1. Dinc oturmayan, rahat durmayan, nadinc. Görsəm çamırlı bir küçədə oynayır haçaq; Çılpaq, ayaqyalın, başaçıq bir dəcəl uşaq. A.Səhhət. Dəcəl uşaq kimi minib; Dəniz ləpələrinə, yellənir. R.Rza. Heç on beş il bundan qabaqkı dəcəl uşağa oxşamır. M.İbrahimov. // İs. mənasında. Harda gül görsə; Dəcəllər dərir. M.Seyidzadə. Rizvan ilə beş dəcəl; Hər gün burda oynayır. M.Dilbazi.\n2. Cavan heyvanlar haqqında. Qaşqa day xam atların ən dəcəli idi. İ.Əfəndiyev. Bayaqkı oynaq və dəcəl tula, quyruğunu bulaya-bulaya on addım irəlidə .. gedirdi. M.Rzaquluzadə. dəcələ is. məh. Quş cələsi, quş tutmaq üçün tələ. Quşu dəcələ ilə tuturlar. dəcəlləşmə “Dəcəlləşmək”dən f.is. dəcəlləşmək f. Daha da dəcəl olmaq, nadinc olmaq, dəcəllik etmək. dəcəllik is. Nadinclik. Dəcəllik etmək. Uşaq dəcəlliyi. – Zeynəb dəcəllik etməyi, kiçik bir bəhanə tapıb adamlara sataşmağı, müsahibinin utandığını, .. gülməyi çox sevərdi. İ.Şıxlı. dəcləmə “Dəcləmək”dən f.is. dəcləmək f. məh.\n1. Dəstə ilə yığmaq, nizamla toplamaq. Dəftərləri dəcləmək.\n2. Sıra ilə deşmək və ya sıra ilə daş və ya mıx çaxmaq. ..[Yaqubcanın] əlindən min peşə gələrdi: dəyirman daşı dişəmək, vəl dəcləmək... S.Rəhimov.\n3. Bir yerə yığılmış arpa, buğda və s.-yə toxunmasınlar deyə onu nişanlamaq. Taxılı dəcləmək. dəclənmə “Dəclənmək”dən f.is. dəclənmək məch. məh.\n1. Dəstə ilə yığılmaq, səliqə ilə toplanmaq.\n2. Sıra ilə daş və ya mıx çalınmaq. ..Təzə dəclənmiş vəlin iti dişləri açılan yerləri cızıq-cızıq edirdi. S.Rəhimov.\n3. Dəclə 1-ci mənada nişanlanmaq. dədə is.\n1. Ata. Dədə görməyib, elə bilir ki, Şaqqulu da bir dədədir. (Ata. sözü). [Qurban:] Dədəm öldü, mən də qaldım on altı-on yeddi yaşında. Ə.Haqverdiyev. Dədəmin övladı olmamağına görə nəzir eyləyir ki, bir qızım olsun, seyidə verim. Çəmənzəminli. // Ataya müraciət. [Əmiraslan dedi:] Dədə! Mən məktəbə getməyəcəyəm. Orada molla adamın ayağını falaqqaya salıb döyür. S.S.Axundov.\n2. Ustad aşıq, ustad. De, hara sığışar, hara, ey zaman; Bu boyda təhqirə xalqın dözməsi; Dədə Qorqud kimi dədəsi olan; Millətin özünə dədə gəzməsi. B.Vahabzadə. ‣ Dədəsi yanmaq – bax atası yanmaq (“ata”da). Çit almaqdan dədəm yandı; Yudun, yırtdın, xarab etdin. M.Möcüz. Dədəsinə od vurmaq – bax dədəsini yandırmaq. Gərək o adamın dədəsinə od vurasan və elə vurasan ki, heç bilməsin ki, bəla güneydən gəldi, ya quzeydən. N.Vəzirov. Dədəsini yandırmaq – bax atasını yandırmaq (“ata”da). Yadından çıxartma ki, kirpinin də hər bir tərəfi tikandır, amma balaca qarışqa onun dədəsini yandırır. “M.N.lətif.”. Meşənin içində bir ağacın oyuğunda pişik göyərçini gizlətdi, dedi: – Sən dur burada, mən gələnə kimi sən buradan çıxsan, dədəni yandıraram. (Nağıl). dədə-baba is.\n1. Ulu babalar, əcdad. Dədə-baba qaydasınca. – Kassirlə dədəbabadan qanbir qohum çıxanlar bir-birinə yapışmışdılar. Mir Cəlal.\n2. Dədə-babadan şəklində zərf – babalardan, qədimdən, çox köhnədən. • Dədəbabadan qalma – çox köhnə, qədim. [Hacı Murad:] Yox, onlar da dədə-babadan qalma adətlərdir. S.S.Axundov. dədəli sif. Atası olan, atalı. Elədimi mən yetim; Sən dədəli, mən yetim; Özün murada yetdin; Dua elə, mən yetim. (Bayatı). dədəlik is. Atalıq, ögey ata. ..Nəcəfqulunu da hərdənbir döyərdim və bu da qaçardı dədəliyinə şikayətə. C.Məmmədquluzadə. dədəmalı bax. dədəverdi. [Molla Nəsrəddin:] Bu qızılları ki sayırdım, o mənim arvadımın dədəmalısıdır. “M.N.lətif.”. dədəsiz sif. və is. Atasız. Əziziyəm təndirə; Odun qala təndirə; Dədəsizin nə həddi; Dədəliyə tən dura? (Bayatı). dədəverdi is. məh. Arvadın öz atası evindən gətirdiyi mal, müxəlləfat, cehiz. Ay balam, o, arvadın dədəverdisidir. Siz də dünyada dava axtarmağa lap azarlısınız. S.Rəhimov. dəf I. is. [fars.] Xanəndə və dəfçalanların barmaqla çaldıqları, bir üzünə dəridən sələ çəkilmiş sağanaqdan ibarət çalğı aləti; qaval. Dəf çalmaq (vurmaq). Zınqırovlu dəf. – Çalsın dəfü-ney, naləvü-əfğan yola düşsün. M.P.Vaqif. Ənbər saçılır, qafileyi-ud gəlibdir; Guya ki, genə çəngü dəfü ud gəlibdir. S.Ə.Şirvani.\n\nII. [ər.]\n1. Özündən uzaqlaşdırma, sovuşdurma, rədd etmə. [Vəli:] Bizim borcumuz bunları dəf üçün hər yolla çalışmaqdır. Ə.Haqverdiyev. • Dəf etmək (eləmək) – ortadan qaldırmaq, bərtərəf etmək. [Əziz bəy:] Amma Ağa Həsən kimi nadürüstlərin hiyləsini və zərərini dəf edə bilər. M.F.Axundzadə. Dəf olmaq – uzaqlaşmaq, sovuşmaq, başdan olmaq, rədd olmaq, yox olmaq, ortadan qalxmaq.\n2. Həmləni geri qaytarma, hücumun qarşısını alma, müqavimət göstərmə. • Dəf etmək – qaytarmaq, qarşısını almaq (hücumun və s.). Qoşun düşmənin hücumunu dəf etməyə çalışırdı. Çəmənzəminli. ..Nəhayət, ayın iyirmi doqquzundakı həmləsi də dəf edildikdən sonra, düşmən böyük tələfatla geri çəkilmişdi. Ə.Əbülhəsən.\n\nIII. is. məh. Xəmiri üstünə qoyub təndirə yapmaq üçün işlədilən alət. dəfçalan bax dəfçi 1-ci mənada. dəfçi is.\n1. Dəf çalan adam; dəfçalan. Dəfçi döşünü irəli verib başını dik tutaraq, dəfin qabırğasına döşəyirdi. M.Süleymanov.\n2. Dəf qayıran usta. dəfçilik is. Dəf çalmaq işi, dəfçalanın peşəsi, sənəti. dəf-dumbul is. Çalğı mənasında. dəfə zərf [ər.]\n1. Kəmiyyət bildirən sözlə birgə işləndikdə bir işin, hərəkətin, hadisənin hər bir momentini, təkrarını bildirir; kərə. Bir neçə dəfə. Çox dəfə. – On dəfə ölç, bir dəfə biç. (Ata. sözü). Yüz dəfə xəzan olmuş idi bağü bəharim; Bu bağı görüb fəsli-gülüstan genə gəldim. S.Ə.Şirvani. Şərəfoğlu Muğanda iki dəfə uzun müddət yaşayıb işləmişdi. M.İbrahimov.\n2. Sıra sayları və işarə əvəzlikləri ilə birgə işləndikdə, təkrar edilən eyni hadisələrin, işlərin, keyfiyyətlərin və s.-nin birisini ifadə edir. İkinci dəfə təkrar etmək. – Qatı qaranlığın dərələrdə daha çox olduğunu Əbil birinci dəfə görürdü. Ə.Vəliyev. • Bir dəfə – günlərin birində, haçan isə keçmişdə. Bu gülünc həyatdan nə çıxsın dedim; Bir dəfə özümü vurmaq istədim. M.Müşfiq. Bir dəfə də olsa – heç, qətiyyən, əsla, heç vaxt. Karvanbaşı duruxdu, aşağıdan yuxarıya dik onun gözünün içinə baxan bu kafir bir dəfə də olsa gözlərini qırpmamışdı.. Ə.Məmmədxanlı. Çox dəfə – dəfələrlə, çox vaxt, təkrarən. Əvvəl dəfələrdə – ilk çağda, ilk vaxtlarda, ibtidada. Bəlkə quruda da rast və möhkəm yerimək əvvəl dəfələrdə çətin olacaqdır. F.Köçərli. Hər dəfə – həmişə, hər vaxt, daim. Kirpi dayı, hər dəfə keçməz belə; Öz gələcək günlərini fikr elə.. Ə.Vahid. O dəfə – onda, o vaxt. Nurcabbar çarpayıda yerini rahatlayıb dəftərin bir neçə səhifəsini çevirdi. – O dəfə harda qaldıq? – dedi. İ.Məlikzadə. dəfəat [ər. “dəfə” söz. cəmi] köhn. Adətən “ilə” qoşması (bitişik yazıldıqda – la) ilə birlikdə – dəfələrlə, bir neçə kərə. Bu mətləb barəsində dəfəat ilə yazılıbsa da, heyfən ki, yazıçıların nalə və fəryadı sahibiixtiyarların və dadrəslərin qulaqlarına yetişməyibdir. F.Köçərli. [Məkkədən qayıtmaqda olan hacı:] Bu, Məkkə türbətidir. Bu türbətin təlatüm yatırtması dəfəatla imtəhan olunubdur. Ə.Haqverdiyev. dəfə-daraq is. dan. zar. Ləvazimat, dəsgah (3-cü mənada). Bu iş üçün dəfə-daraq lazım deyil. dəfələrlə zərf\n1. Bir neçə dəfə, təkrarən. O, dəfələrlə mükafatlandırılmışdır. Dəfələrlə xəbərdarlıq etmək. – ..Daşı Məsmə qarı dəfələrlə gəlib anadan alıb aparmışdı və bu yupyumru hamar, qara daşla dəfələrlə böyük bir teşt içində abqora üçün qora əzmişdi... Ə.Məmmədxanlı.\n2. Qat-qat, çox-çox. [Zeynalın] elmi, biliyi dəfələrlə özünün bildiklərindən artıqdı, çoxdu. S.Hüseyn. dəfətən zərf [ər.] köhn. Dərhal, o saat, əlüstü, birdən, bir dəfədə. Xlestakov qızışıb deyir: – Mənim hökmlərim dəfətən cari olur! F.Köçərli. dəfinə is. [ər.] Yer altında gizlədilmiş, yaxud gizli halda qalan xəzinə. Heydərbaba, səndə dəfinələr var; Dağlar vədiəsi xəzinələr var.. Şəhriyar. // məc. Yeraltı sərvət mənasında. Biz açdıq torpağın altında qalmış; Gün üzü görməmiş dəfinələri. S.Vurğun. Çocuq açılmamış bir dəfinədir; İnsan dövlət üçün bir xəzinədir. M.Müşfiq. dəfinəli sif. Dəfinəsi olan, xəzinəsi olan; çox zəngin yeraltı sərvətləri olan. Dəfinəli Xəzərin neftli bağrı sökülür. İ.Səfərli. dəfn is. [ər.] Ölünü basdırma, torpağa təslim etmə. Mirzənin ölməyinin xəbəri şəhərə yayıldı. Oğlanlarının xatirəsi üçün şəhərin tüccarı və əyanı onun dəfnində iştirak edirdi. Ə.Haqverdiyev. Xanların yaralandığı səhnə və dəfn mərasimi Tahirin könlündə silinməz bir iz buraxdı. M.Hüseyn. • Dəfn etmək – 1) basdırmaq, torpağa təslim etmək (ölünü). ..Yol kənarında köhnə xaraba bir qəbiristan vardır, kəndlilər burada ölülərini dəfn edirlər. S.S.Axundov. Xədicə əlavə etdi: – Üçüncü və axırıncı vəsiyyətim də budur ki, məni qəbiristanda basdırmayınız. İki bağın mərzindəki o böyük qarağacın altında dəfn ediniz. S.Hüseyn; 2) məc. vaxtı keçmiş, əhəmiyyətini itirmiş bir şey hesab edərək, həmişəlik yaddan çıxarmaq, ortadan qaldırmaq. Köhnə adətləri dəfn etmək. – İçində dəfn etdi dərdisərini; O bildi, yox imiş yazıya pozu. B.Vahabzadə. Dəfn olmaq (edilmək) – basdırılmaq. Bizim Novruz bayramının ikinci günü Petroqrad şəhərində azadlıq yolunda şəhid olan azadlıq qurbanları dəfn olublar. C.Məmmədquluzadə. dəfnə is.\n1. bot. Yarpaqları yeyinti və konserv sənayesində istifadə olunan həmişəyaşıl ağac və ya kol. Dəfnə ağacına Zaqafqaziyada çox təsadüf edilir. – Dəfnə bitkisinin meyvələri xırda, qararəngli, birtoxumlu və yumurta formalıdır. İ.Axundzadə.\n2. məc. tənt. Zəfər, qalibiyyət, şöhrət, mükafat rəmzi olaraq bu ağacın budaqcıqlarından düzəldilən çələng, tac. dəfn-kəfn [ər.]: dəfn-kəfn etmək köhn. – ölünü kəfənləyib basdırmaq. Comərd dədəsini dəfn-kəfn eləyib basdırdı. (Nağıl). dəftər is. [ər. əsli yun.]\n1. Yazı yazmaq, yaxud rəsm çəkmək üçün kitab şəklində tikilmiş eyniölçülü kağız dəstəsi. Şagird dəftəri. Cib dəftəri. Ümumi dəftər. Rəsm dəftəri. – Gəncliyimin ilk xatirə dəftərində; Bu nəğmənin qırıq-qırıq sətirləri.. M.Araz. Bilirsən ki, necə anar; Qələm məni, dəftər məni! M.Müşfiq.\n2. Haqq-hesab və hesabat işlərini yazmaq üçün müxtəlif formada cızıqlanmış, kitab şəklində eyni ölçüdə kəsilmiş kağız dəstəsi. [Məşədi:] Dükan sahibi isə dəftər və çötgəni çıxarıb hesaba məşğul olur. Ə.Haqverdiyev. Hacı öz dükanlarından birini kontor kimi düzəldib buraya bəzi kitab, dəftər və kağız-kuğuz qoymuşdu. S.Şamilov. • Dəftərdən düşmək – yaddan çıxıb adı dəftərə yazılmamaq, bir yerə qeyd edilməmək. Dəftərə düşmək – müəyyən məqsəd üçün dəftərə qeyd edilmək. Onun adı dəftərə düşdü. – Hər nə istəsəniz verək, ancaq o, idarənin dəftərinə düşübdür! S.Rəhimov. dəftərçə is. Kiçik dəftər, cibdə gəzdirilən dəftər; bloknot. Bahadır dəftərçəsini xeylaq yazandan sonra meşədə gəzirdi. N.Nərimanov. Vəli döş cibindəki bütün kağızları çıxartdı, balaca bir yazı dəftərçəsindən başqa hər şeyi stolun üstünə qoydu. M.Hüseyn. dəftər-çərəkə top. Dəftər və kitabçalar, kağızlar. dəftərçi bax dəftərdar. dəftərçilik bax dəftərdarlıq. dəftərdar is. [əsli yun. və fars.]\n1. rəs. Dəftərxana işçisi, idarəyə gələn və oradan çıxan kağızları dəftərə qeyd etməklə məşğul olan işçi. Dəftərdar kağızı Ağarzaya tərəf uzadıb içəri qayıtdı. Mir Cəlal.\n2. köhn. Mühasib, hesabdar. dəftərdarlıq is. rəs. Dəftərdarın işi, vəzifəsi. İdarədə dəftərdarlıq etmək. Dəftərdarlığa aid işlər. dəftərxana is. [əsli yun. və fars.] Bir idarənin kargüzarlıqla məşğul olan şöbəsi. Mirzə Səfər .. qəza dəftərxanasında qulluq edərdi. Ə.Haqverdiyev. [İvan bəy:] İskəndər, gəl, bu kağızları apar, ver dəftərxanaya.. N.Vəzirov. [Qumru:] Nə yaxşı ki, bu, dəftərxana adamlarının yadına düşmür.. Mir Cəlal. dəftərxanaçı is. Dəftərxana işçisi. [Qədir] qollarını bir-birinə keçirib dəftərxanaçının üzünə mənalı-mənalı baxdı. Mir Cəlal. dəftərxanaçılıq is. Dəftərxanaçının işi, peşəsi, vəzifəsi. dəftər-kitab [ər.] bax. dəftərçərəkə. dəftərqazı is. məh. Yağlı və yumurtalı xəmirdən tavada bişirilib şəkər və sumaqla yeyilən qoğal; bişi. dəğdəğə is. [ər.] klas.\n1. Bihudə təlaş və iztirab, qorxu, həyəcan; gurultu-patırtı. Fariq eylə məni bu dəğdəğeyi-dünyadən. S.Ə.Şirvani.\n2. Dərd, başağrısı, qayğı, əndişə, fikir. Hərgah doğrusunu bilmək istəyirsən, ərz edim: – Başımın ən bala mərtəbəsində bu hində un və buğda fikridir. ...Ondan da aşağıda odun və kömür dəğdəğəsidir. F.Köçərli.\n3. Yoldan çıxaran, başdan çıxaran şey, azdırıcı şey. Heyfa ki, bizim bu vəsvəseyişeytan və dəğdəğeyi-insan ilə malamal olan zamanımızda belə dostların vücudu kimyaya dönübdür. F.Köçərli. • Dəğdəğə vermək – yoldan çıxarmaq, azdırmaq, başdan çıxarmaq. Sən deyildinmi, mənə dəğdəğə verən və mənə deyən ki, apar bu kağızı, uyezd naçalniki Vinokurova ver? Ə.Haqverdiyev. [Xanpəri:] Birdən şeytan mənə dəğdəğə verir ki, dur get, o Gülşəndir, nədir, tut onun başını yol. Ə.Vəliyev. dəğdəğəçi sif. və is. dan. Vəsvəsəli, səksəkəli (adam). dəğdəğəli sif. Səbəbsiz yerə təlaş edən və qorxan; vəsvəsəli, səksəkəli. Mən isə utancaq və dəğdəğəli bir uşaq olduğumdan, anamın yanında büzülüb durur(dum). A.Şaiq. dəhan is. [fars.] klas. Ağız. Sədəf dəhanından yüz min dürr saçar. S.Vurğun. dəhbaşı is. köhn. Gecə qarovulçuları üstündə gəzən və onlara nəzarət edən şəxs. Məhəllənin dəhbaşısı. dəhən [fars.] Bax dəhan. Qismət olsa, gələr Yəməndən; Qismət olmasa, çıxar dəhəndən. (Ata. sözü). Qönçə dəhəni çəməndə xəndan. Xətayi. dəhləmə “Dəhləmək”dən f.is. dəhləmək f. Səsləmək və b. yolla heyvanı hərəkətə gəlməyə məcbur etmək. O, qabağa keçib öküzləri hayxırdı, atı dəhlədi. S.Rəhimov. dəhliz is. [fars.]\n1. Ev qapısı ilə otaqların qapıları arasında olan üstüörtülü aralıq; koridor. Yığılıb dağ kimi hər yanda kitab; Evdə, dəhlizdə və eyvanda kitab. M.Ə.Sabir. Əyləşir qocalar ikibir, üçbir; Qocalar evinin dəhlizlərində. B.Vahabzadə. // Küçə qapısı ilə ev, yaxud evlə həyət arasında üstüörtülü yol. Burası qəsrin həyətini küçə qapısı ilə bir-birinə vəsl edən dəhlizdən ibarət idi. M.S.Ordubadi.\n2. məh. Böyük otağa yapışıq kiçik otaq.\n3. məh. Keçid. .. Dərənin arxasındakı dəhlizdə üst-üstə yığılan pətəklərdən .. arılar dəstə-dəstə çıxırdılar.. S.Rəhimov.\n4. is. tib. Qulaq boşluğu, orta qulaq. dəhlizcik is. Kiçik dəhliz. dəhnə I. is. [fars.] Yüyənin və ya cilovun atın ağzına salınan dəmir hissəsi; cövzə. At dəhnəni çeynəyə-çeynəyə irəli atıldı. – [Boz at] ağzını canavar kimi açıb çilovun dəhnəsini gəmirir, paçasını gen ataraq qaçırdı. Ə.Vəliyev.\n\nII. is. [fars.]\n1. Ana xətdən ayrılan arxın, şırımın və s.-nin başlanğıcı. Bu dəhnə sel dəhnəsidir, Lil hökmran, qaya əsir... M.Araz. Görürəm Tərtər HES-in köpürdüyünü; Polad dəhnədə. M.Müşfiq.\n2. Dəyirman arxında suyun yığıldığı yer; bənd. Dəyirmanı yatırtdıqda suyu dəhnədən arxa buraxdılar. S.S.Axundov. dəhnələmə “Dəhnələmək”dən f.is. dəhnələmək f. Dəhnəni atın ağzına keçirmək (bax dəhnə1 ). dəhnələnmə “Dəhnələnmək”dən f.is. dəhnələnmək məch. Yüyənin dəhnəsi ağzına keçirilmək (atın). dəhnəli sif. Dəhnəsi olan. dəhr is. [ər.] klas.\n1. Dünya, aləm, təbiət. Dəhrdə oldu mənə dildarü-dilbər bir tüfəng. M.P.Vaqif. Dəhrdə etmə iftiraqə həvəs; İftiraq ilə kəslər olmuş pəs. S.Ə.Şirvani.\n2. Zaman, dövr. Can ilə həm cəhan bənəm, dəhr ilə həm zəman bənəm; Gör bu lətifəyi ki, bən dəhrü-zəmanə sığmazam. Nəsimi. // məc. Qismət, tale. dəhrə is. Ağac budamaq, yaxud çox qalın olmayan ağacları kəsmək üçün burnuəyri kəsici alət. Yox, əfəndim, bu məsələlərdə dəhrə ilə müharibəyə çıxmaq olmaz. N.Nərimanov. ..Abbas dəhrəsini və sicimini götürüb ayağa qalxdı.. S.S.Axundov. [Yusif] iti dəhrə ilə bir neçə budağı kəsib yerə tökdü. Ə.Abasov. // Ət doğramaq (döymək) üçün alət; ətdöyən, qiyməkeş. Mətbəxdən dəhrə, taxta səsi gəlir. Ə.Haqverdiyev. dəhrəburnu is. Toxumalarda və kəlağayıların üzərində dəhrə burnu şəklində naxış. dəhrəburun sif. Burnunun ucu dəhrə kimi yuxarı qalxmış, burnu dəhrəyə oxşayan. Dəhrəburun adam. dəhrəquyruq is. zool. Quyruğu dəhrəyə oxşayan böcək. dəhrələmə “Dəhrələmək”dən f.is. dəhrələmək f. Dəhrə ilə doğramaq, kəsmək. Ağacların budaqlarını dəhrələmək. dəhrələnmə “Dəhrələnmək”dən f.is. dəhrələnmək məch. Dəhrə ilə doğranmaq, kəsilmək. dəhrələtmə “Dəhrələtmək”dən f.is. dəhrələtmək “Dəhrələmək”dən icb. Qurumuş budaqları dəhrələtmək. dəhrəli sif. Dəhrəsi olan, əlində dəhrə. Belli, dəhrəli, yabalı, külünglü, kürəkli adamlar bir-birinə qarışmışdılar. Ə.Vəliyev. Bir nəfər əli dəhrəli adam tənbəl-tənbəl işləyirdi. Ə.Əbülhəsən. dəhrəşəkilli sif. Görünüşcə dəhrəyə oxşayan, dəhrə kimi. dəhri (=dəhriyun) is. [ər.] köhn. Axirətə inanmayan və hər şeyin bu dünyada olduğunu iddia edən adam. Nə hüluliyəm, nə dəhri, nə kənariyəm, nə bəhri; Nə riyaziyəm, nə cəbri, hələ ləngü ləngü ləngəm. Nəbati. dəhriyun (=dəhri) is. [ər.] köhn. Axirətə inanmayan və hər şeyin bu dünyada olduğunu iddia edən adam. Nə hüluliyəm, nə dəhri, nə kənariyəm, nə bəhri; Nə riyaziyəm, nə cəbri, hələ ləngü ləngü ləngəm. Nəbati. dəhşət is. [ər.]\n1. Qorxunc bir şey və ya böyük bir təhlükə, hadisə və s. qarşısında doğan şiddətli qorxu hissi; vahimə. Muradın gözləri dəhşətdən böyüdü. S.Hüseyn. Eşikağası dəhşətdən gözlərini yumub qaçdı xanın yanına. Çəmənzəminli. • Dəhşət almaq, dəhşətə düşmək – bərk qorxuya düşmək, dəhşətlənmək. Dəhşət vermək – dəhşət oyandırmaq, dəhşət ifadə etmək, vahimələndirmək. [Orxan:] Allah, Allah, yenə çatıldı qaşlar; Dəhşət verir qartalvari baxışlar. H.Cavid. Dəhşətə gətirmək (salmaq) – bərk qorxu oyatmaq, dəhşətləndirmək. Katibin kabinetindən gələn xəbərlər Sabitovu dəhşətə gətirdi. S.Şamilov.\n2. Bu cür bir hiss doğuran hadisə, vəziyyət, mənzərə (bu mənada çox vaxt cəm şəklində işlənir). Bu nizələr, bu süngülər muzeylərdə pas tutacaq; İnsan oğlu yaratdığı dəhşətləri unudacaq. S.Vurğun. Əsirlik – dəhşətlərin ən böyüyü idi. Ə.Əbülhəsən.\n3. Faciə, çıxılmazlıq. Öz vəziyyətinin dəhşətini hiss etdi. dəhşətamiz [ər. dəhşət və fars. ...amiz] bax dəhşətəngiz. ...Əxlaqsızlığın dəhşətamiz və çılpaq səhnələri açıldı. M.İbrahimov. dəhşətəngiz sif. [ər. dəhşət və fars. ...əngiz] Dəhşətli, dəhşət doğuran; qorxunc. Sübh açılanda şahi-zalim və birəhmin hökmünə görə gərək adamlar kəlləsindən minarə qurulaydı. Vaqifin başı haman dəhşətəngiz minarənin qülləsini müzəyyən edə idi. F.Köçərli. dəhşətləndirmə “Dəhşətləndirmək”dən f.is. dəhşətləndirmək f. Dəhşətə salmaq, son dərəcə qorxutmaq. dəhşətlənmə “Dəhşətlənmək”dən f.is. dəhşətlənmək f. Dəhşətə düşmək, son dərəcə qorxmaq. dəhşətli sif.\n1. Dəhşət doğuran, son dərəcə qorxunc; müdhiş. Əgər bu, həqiqətə çevrilsəydi, gör Müqim bəy Cavanşir üçün necə dəhşətli faciə üz vermiş olardı. S.Rəhimov. Kambayev dəhşətli sonun yaxınlaşdığını görürdü. S.Rəhman. // İnsanı dəhşətə salan, dəhşət hissi oyadan, faciəli, çox ağır. Dəhşətli mənzərə. – “Nadir şah” faciəsində yazıçı .. saray intriqalarının ən dəhşətli səhnələrini təsvir edir. M.Arif.\n2. Çox pis. Dəhşətli hava. Dəhşətli külək.\n3. Çox güclü, şiddətli, dözülməz. Dəhşətli ağrı. – Kül rəngli havada toz-duman var; Dəhşətli soyuq, ayaz, boran var. A.Şaiq. Xavər dörd aylıq dəhşətli əzablardan arıqlamış, ordları batmış Kərimxana baxır, gözünü sarıqlı gözündən çəkə bilmirdi. M.İbrahimov. dəhşətnak [ər. dəhşət və fars. ...nak] bax dəhşətəngiz. dəhyek is. [fars.] tar. Keçmişdə kəndlilərin feodala, bəyə və ya mülkədara məhsulun onda biri miqdarında natural şəkildə verdikləri vergi. Yığmışıq dəhyekini, boşlamışıq bağlarını; Qış üçün xoşlamışıq Tiflis oyuncaqlarını. M.Ə.Sabir. Dirəndi, istədi həm mülkədar dəhyekini. Ə.Nəzmi. dəxalət is. [ər.] köhn. İşə qarışma, müdaxilə etmə. • Dəxalət etmək (eləmək) – qarışmaq, müdaxilə etmək. Dəccal da edir cümlə işə indi dəxalət; Qanun adı dillərdə fəqət qaldı, daduşcan! “Mol. Nəsr.” Olmaz bu ki, hər əmrə dəxalət edə fəhlə; Dövlətli olan yerdə cəsarət edə fəhlə. M.Ə.Sabir. dəxi köhn.\n1. Bax da1 1 və 2-ci mənalarda. Saqiya! Saldı qəm əldən məni, bir badə yetir; Həm bu dünyada mənə, həm dəxi üqbadə yetir. Heyran xanım. Sona dəxi [Bahadırın] halını hiss etdi. N.Nərimanov. İndi dəxi haman mətləbi təkrar edib deyirik ki, kəndlərimiz müəllimsiz və mürəbbisiz qalıbdır. F.Köçərli. Qurd-quş dəxi girmiş aşiyanə; Çökmüş də həzin sükut cəhanə. A.Şaiq.\n2. Daha, artıq. Elə ki taxıldı burnuma çeşmək; Qocalıq əl verib, dəxi nə etmək.. M.V.Vidadi. Eylə bilirdim ki, dəxi sübh olub; Mürği-səhər tək bir ağız banladım. M.Ə.Sabir. Dəxi bundan artıq .. gücüm heç bir şeyə çatmır.. N.Vəzirov. dəxil is. [ər.] köhn. Sığınan, himayə axtaran, kömək istəyən. • Dəxil düşmək (bəzən “qapına”, “qapısına” sözü ilə) – sığınmaq, himayə istəmək, kömək istəmək. [Azarlılar:] Hacı əmi! Qapına dəxil düşmüşük, şeyx cənablarından bizə bir çarə. C.Məmmədquluzadə. Şübhəsizdir ki, ona ləqəbi sərdar Rəşidin dəxil düşməsi ilə Hacı Səməd xan vermişdi. M.S.Ordubadi. Dəxil olmaq – bax dəxil düşmək. Dedi: – Oldun xilas düşməndən; Mənə gəldin, dəxil oldun sən. S.Ə.Şirvani. dəxl [ər.] Əlaqə, münasibət, aidiyyət (adətən “dəxli” şəklində). Uşaq mənimdir, baba! Dəxli nədir sizlərə? Kim sizi qəyyum edib, hökm edəsiz bizlərə? M.Ə.Sabir. Naşad əfəndi heç də mətləbə dəxli olmayan lüzumsuz sözlərlə [Mehribanın] canını sıxırdı. S.Hüseyn. Musa dayının qayıtması və ya qalmasının baş küçədən gələn səslərə nə dəxli var? Mir Cəlal. dəkkə is. məh. İri heyvanların (inək, öküz və s.-nin) aşığı; maça. Dəkkə ilə aşıqaşıq oynamaq. dəqiq sif. [ər]\n1. Düpdüz, tamamilə düzgün, incədən-incəyə düzgün. Dəqiq cihazlar. Dəqiq tərəzi. Sənin qüdrətini, sənin əzmini; Dəqiq maşınlarla hesabladılar. B.Vahabzadə. // Nöqtəsi-nöqtəsinə, incədənincəyə düzgün. Dəqiq tərcümə. Dəqiq elmi əsaslara görə. • Dəqiq elmlər – riyaziyyata əsaslanan elmlər.\n2. İşində son dərəcə səliqəli, diqqətli, düzgün olan. Dəqiq adam. dəqiqə is. [ər]\n1. Bir saatın altmışda birinə bərabər və ya 60 saniyədən ibarət olan vaxt ölçüsü. Bir dəqiqə sükutdan sonra vəzir Mirzə Möhsün başladı danışmağa. M.F.Axundzadə. Gün var ki, dəqiqəsi uzun əsrə bərabər; Çeşmə kimi baş alır bu gündən qərinələr. R.Rza.\n2. Az, lakin qeyri-müəyyən vaxt, an. • Bir dəqiqədə – dərhal, o saat. Bir dəqiqədə arvad-uşaq gəlinin başına toplandılar. Çəmənzəminli. Bu dəqiqə – indicə, dərhal. [Aydəmir:] ...Ölümümü istəsən, bu dəqiqə ölərəm. C.Cabbarlı. O dəqiqə – o saat, dərhal. Elə bu vaxt zəng vurulur; O dəqiqə qaçır Reyhan. M.Dilbazi. // Vaxtın müəyyən anı (bəzən cəm şəklində). [Cəmilə] ciddi bir mövqedə bulunur, həyatının mühüm dəqiqələrini yaşayırdı. S.Hüseyn. [Cavadın] diş göynədən sulardan az-az, tez-tez içdiyi dəqiqələr gözləri qabağında canlandı. Ə.Vəliyev.\n3. Çevrənin 1 /60 -nə bərabər olub, yazıda rəqəmin üstünə (′) işarəsi qoyulmaqla göstərilən dərəcə ölçüsü. dəqiqə-dəqiqə zərf Dəqiqədə bir, arabir, çox qısa müddətdə. Ancaq quduz xəzri dəqiqədəqiqə ara verib damlar başında uluyurdu. S.M.Qənizadə. dəqiqəbaşı zərf Hər dəqiqədə, hər dəqiqədən bir, tez-tez, müttəsil. Dəqiqəbaşı su içmək. – Yunis dəqiqəbaşı vaqonun qapısına çıxır, pəncərəsindən boylanıb cənuba doğru baxırdı. Mir Cəlal. dəqiqəbədəqiqə zərf Hər dəqiqə, getdikcə; arası kəsilmədən. Kombayn dəqiqəbədəqiqə halı yaxşılaşan xəstəyə bənzəyirdi. S.Rəhman. dəqiqəlik sif. Dəqiqə müddətində olan (adətən saylarla). Bir dəqiqəlik iş. İki dəqiqəlik sükut. On dəqiqəlik tənəffüs. – [Hüsaməddin:] Sənsən beş dəqiqəlik nəşələrin nəticəsində insanları əbədi fəlakətə düşürən, həyatın sonuna qədər inlədən. M.S.Ordubadi. dəqiqəşümar sif. [ər. dəqiqə və fars. ...şümar] köhn. Saatda dəqiqəni göstərən böyük əqrəb. Divar saatının dəqiqəşümarı. dəqiqləşdirici sif. Dəqiq hala gətirən, tam aydınlaşdırıcı, dəqiq göstərən. Dəqiqləşdirici alət. dəqiqləşdirilmə “Dəqiqləşdirilmək”dən f.is. dəqiqləşdirilmək məch. Dəqiq hala salınmaq, tam düzgün hala salınmaq, dürüstləşdirilmək, qəti müəyyənləşdirilmək. dəqiqləşdirmə “Dəqiqləşdirmək”dən f.is. dəqiqləşdirmək f. Dəqiq hala salmaq, tam düzgün hala gətirmək, dürüstləşdirmək, qəti müəyyənləşdirmək. Məlumatı dəqiqləşdirmək. Rəqəmləri dəqiqləşdirmək. Mövzunun adını dəqiqləşdirmək. – Orxan nə illah elədi, Bakıdan ayrıldığı günlərin sayını dəqiqləşdirə bilmədi. İ.Məlikzadə. dəqiqləşmə “Dəqiqləşmək”dən f.is. dəqiqləşmək f. Dəqiq hala gəlmək, tam düzgün şəkil almaq, dürüstləşmək, düzgünləşmək, qəti müəyyənləşmək. Ölçü prosesi dəqiqləşdikcə, tam ədədlər artıq kifayət etmir. Z.Xəlilov. dəqiqlik is. Dəqiq şeyin halı; tam düzgünlük, mükəmməllik, həqiqətə tam uyğunluq. Tərcümənin dəqiqliyi. Ölçünün dəqiqliyi. Cihazın dəqiqliyi. İfadənin dəqiqliyi. dəqiqşünas sif. və is. [ər. dəqiq və fars. ...şünas] İncədən-incəni başa düşən (adam). dəqqülbab [ər.]: dəqqülbab etmək (eləmək) – qapını döymək, taqqıldatmaq. [Xudayar bəy] qəndi vurdu qoltuğuna, bir öskürüb [qapını] dəqqülbab elədi. C.Məmmədquluzadə. Az vaxtdan sonra eşitdi ki, qapını dəqqülbab edirlər, bildi ki, Rüstəmdir. Ə.Haqverdiyev. dəlalət is. [ər.]\n1. Dəlil, sübut. • Dəlalət etmək (eləmək) – sübut etmək, göstərmək, təsdiq etmək. [Hakimi-şər:] Siz məni inandırırsınız ki, Ağa Mərdan dindar adamdır? Bu dəlalət edir sizin nadürüstlüyünüzə. M.F.Axundzadə. [Məşədi İbad:] ...Bir də mən sənə deyim, insanın başının ağlığı onun qocalığına dəlalət eləməz. Ü.Hacıbəyov.\n2. klas. Yol göstərmə, rəhbərlik. Mən əqldən istərəm dəlalət; Əqlim mənə göstərər zəlalət. Füzuli. • Dəlalət etmək (eləmək və s.) köhn. – 1) yol göstərmək, rəhbər olmaq, sövq etmək, yönəltmək. [İsa:] ..Dəlalət buyur bizi bir əmələ ki, o əməl bizi cənnətə daxil eləsin. C.Məmmədquluzadə; 2) çağırmaq, dəvət etmək. Könlümün nöqtəsin götür qaradan; Doğru yola məni dəlalət eylə. Aşıq Ələsgər. dəlbənd is. köhn. Dəvənin boynundan keçib palanın arxasında düyünlənən örkən. Dəlbəndi bərk bağlamaq. dəldirilmə “Dəldirilmək”dən f.is. dəldirilmək məch. Deşdirilmək, deşik açdırılmaq. dəldirmə “Dəldirmək”dən f.is. dəldirmək icb. Deşdirmək, deşik açdırmaq. dələ is.\n1. zool. Yırtıcılar dəstəsindən xəzdərili məməli kiçik heyvan. Dələ dərisi.\n2. Həmin heyvanın dərisi, xəzi. Boynu dələdən olan palto. dələduz is. Fırıldaqçı, adamaldadan, hiyləgər, bic. Mənim qızım Səfərdən yaxşı oğlana getməyəcək ki, oğru deyil, dələduz deyil, bir kəsin toyuğuna daş atmaz. Ə.Haqverdiyev. Bəlkə, deyirdim, kağızı bir dələduza oxutmuşdur, arvadı dolayıb qızışdırmışdır. Mir Cəlal. // Sif. mənasında. [Şamama Cadu:] Amma dələduz nökərlə arası yoxdur. Ə.Haqverdiyev. Biz o cür dələduz adamların gərək tamam nəslini də yer üzündən kəsək. M.S.Ordubadi. // Söyüş mənasında. [İsmayıl bəy:] O elə bir dələduzdur ki, yer üzündə bərabəri yox. N.Vəzirov. Yaxşı, ay dələduz! Bir danış görək; Neçəyə satmısan yox vicdanını? S.Vurğun. dələduzcasına sif. və zərf Dələduz kimi, dələduza xas olan bir qaydada. dələduzluq is. Fırıldaqçılıq, hiyləgərlik, biclik. Dələduzluq etmək. – Mən Mirzənin də dələduzluğunu görmüşəm. S.Rəhimov. dələgey sif. dan.\n1. Səliqəsiz, tör-töküntülü, pinti. Dələgey qız.\n2. Evində oturmayıb, ora-bura qaçıb söhbət etməyi sevən. Dələgey arvad. dələgeylik is. dan. Səliqəsizlik, pintilik. dələqarın sif. və is. dan. Doymaz, çoxyeyən, qarınqulu (adam). dələqarınlıq is. dan. Qarınqululuq. dələmə is. Pendir halına keçmək üzrə olan süd, pendir üçün mayalanmış süd. Qoyun sürüləri nə çox görünür; Bir dələmə tapıb içsək, pis olmaz. S.Vurğun. Gahi pendir suyudur, gahi qatıq, gah dələmə; Kim ki, tənqidinə layiqdir, onu al qələmə. Ə.Vahid. ‣ Dələmə kimi – ağ və yumşaq (koppuş). Dələmə kimi uşaq. dələmələndirilmə “Dələmələndirilmək”dən f.is. dələmələndirilmək məch. Dələmə halına salınmaq (südü). dələmələndirmə “Dələmələndirmək”dən f.is. dələmələndirmək f. Dələmə halına gətirmək (südü). dələmələnmə “Dələmələnmək”dən f.is. dələmələnmək f. Dələmə olmaq, dələmə halına gəlmək (süd). dələnçik is. məh. Oxlov. dələngavaz sif. dan. Həddindən artıq uzun, irisümüklü, biçimsiz, nahamar. Dələngavaz adam. dələyən bax ağacdələn. ..Uşaqlıqda ağaclara dırmaşıb dələyən balaları çıxardığı irigövdəli palıd ağaclarının dövrəsində dolanacaqdır. S.Rəhimov. dəli 1. sif. Ağlı və şüuru yerində olmayan, ruhi xəstə; divanə. Dəli arvad. // İs. mənasında. Dəlilərə məxsus xəstəxana. – Dedim: – Bir nəzər qıl, aşiq, halına; Dedi: – Əcəb dəli, divanədir bu! Qurbani. • Dəli etmək (eləmək, qılmaq) – 1) ağlını başından almaq, ağıl və şüurunu itirməsinə səbəb olmaq, divanə etmək. Hüsnün dəli qıldı mehrü mahı. Nəsimi. Qurbani der: bəsdir məni puç etdin; Aldın əqlim əldən, dəli, gic etdin. Qurbani; 2) məc. hirsləndirmək, cinləndirmək, coşdurmaq, özündən çıxartmaq. Dəli olmaq – 1) ağıl və şüurunu itirmək. Oğlunun yerini demədiyinə görə döyülmüş bu ananı dəli olduğu üçün həbsxanadan buraxmışdılar. Ə.Abasov; 2) məc. özündən çıxmaq, qızmaq, hirslənmək, bərk əsəbiləşmək, coşmaq, azğınlaşmaq. Teymur kağıza baxan kimi dəli olur. “M.N.lətif.”.\n2. is. Gic, axmaq, sarsaq, ağılsız, öz danışığını və hərəkətini bilməyən adam. [Səfər:] Mənə dəli deyirlər, amma məndən dəliləri çoxdur. C.Cabbarlı. [Xudayar bəy:] ..O arvad o qədər dəlidir ki, o qədər huşsuzdur ki, qorxuram ki, lap dana. C.Məmmədquluzadə.\n3. sif. məc. Azğın, coşqun, hiddətli, şiddətli, önüalınmaz. Dəli külək əsir. – Dəryada da qorxunc, dəli bir fırtına vardı. S.Vurğun. Dəli dalğaların döş gərə-gərə; Kükrəyib sıçrayır uca göylərə. R.Rza.\n4. is. məc. “Dəlisi” şəklində – bir şeyin düşkünü, mübtəlası, bir şeyə həddindən artıq məhəbbət və həvəs göstərən adam, bir şeyin aludəsi; vurğun. Kitab dəlisi. Teatr dəlisi. Futbol dəlisi. – Kimdir mənim kimi ellər dəlisi? Hər kimsənin öz boynunda karı var.. Q.Zakir.\n5. sif. məc. Folklorda: dəlicəsinə qoçaq, igid, qəhrəman. Dəli Kərəm. Dəli Alı. – Dəli Həsən bir Koroğluya baxdı, bir dönüb .. adamlarına baxdı, hündürdən bir şaqqa çəkib güldü. “Koroğlu”. // İs. mənasında (adətən cəm şəklində). Koroğlunun dəliləri. – Dəlilər çaxnaşıb bir-birinə dəydilər. “Koroğlu”.\n6. sif. məc. Ürkək, oynaq. Düşdü yenə dəli könül gözlərinin xəyalinə. Nəsimi. Ey ağalar, bir nigarın oduna; Dəli könül yanayana düşübdür. M.V.Vidadi. ‣ Dəli şeytan deyir... – bir işi görməkdə tərəddüd bildirir. dəli... Bəzi mürəkkəb (adətən yabanı) bitki adlarının birinci tərkib hissəsi; məs.: dəlibəng, dəliböyürtkən. dəlibaş sif. Dəlisov, dəlitəhər, azğın, qudurğan. Dəlibaş gənc. – Bu xəbər hamını bərk qorxuya salmışdı, çünki Səfər dəlibaş bir adam idi. S.S.Axundov. // Dəliqanlı. [Güləndam:] Heydərqulu, Ağa bir dəlibaş uşaqdır. N.Vəzirov. dəlibaşlıq is. Dəlisovluq, qudurğanlıq, azğınlıq. Dəlibaşlıq etmək. // Dəliqanlılıq. dəlibəng is. bot. Yarpaqlarından narkotik maddə hasil edilən birillik bitki; batbat. Dəlibəng – bir və ya ikiillik bitkidir, .. çirkli-sarı rəngli, geniş qıf şəklində və beşdişli çiçək taclarının üzəri tünd-bənövşəyi rəngli damarla örtülmüşdür. R.Əliyev. dəliböyürtkən is. bot. Moruğa bənzər tünd-qırmızı meyvəsi olan kol və onun meyvəsi. dəlicə 1. sif. Dəli kimi, dəlisoy. Dəlicə hərəkət.\n2. zərf, məc. Çox bərk, son dərəcə, hədsiz, dəlicəsinə. Dəlicə sevmək.\n3. zool. Qoyun beynində əmələ gələn qurd. dəlicəsinə zərf\n1. Dəli kimi, dəlilərə xas olan bir surətdə, özünü itirmiş halda. Dəlicəsinə hərəkət. Dəlicəsinə danışmaq. – Rəsul dəlicəsinə ayılıb gördü ki, qəbiristanlıqdadır. “Aşıq Qərib”. [Ayna:] Yoxsa sən mənim uşaqlarımı əlimdən alıb ərimə də göz dikirsən? – deyə dəlicəsinə qışqırırdı. S.Rəhimov.\n2. məc. Hədsiz, coşqun bir surətdə, ehtirasla, son dərəcə. Mənim quş balasına olan məhəbbətimi oxuculara qələm ilə anlada bilməyəcəyəm. Bu kiçik məsum heyvanları dəlicəsinə sevirdim. A.Şaiq. dəlici is. Dələn (deşən) alət, deşici alət. Dəlmə işləri elektrik dəliciləri vasitəsilə aparılır. // Sif. mənasında. Dəlici alət. dəli-divanə bax dəli 1 və 4-cü mənalarda. Bu uçan pərvanədir; Qəlbi şanəşanədir; Mən xəbərsiz gəlmişəm; Yar dəlidivanədir. (Bayatı). Bən bir dəli-divanəyəm, gör kim, nə məmur olmuşam. Nəsimi. [1-ci əcinnə:] Budur, neçə vaxtdır xanım bunu gözləyir. Bundan ötrü dəli-divanədir. Ə.Haqverdiyev. • Dəli-divanə etmək – bax dəli etmək (“dəli”də). [Güldəstə:] [Hacını] dəli-divanə edən sənin dövlətindir. N.Vəzirov. Dəli-divanə olmaq – bax dəli olmaq (“dəli”də). Şahsənəm günü o gündən Qərib deyə dəli-divanə olmuşdu. “Aşıq Qərib”. ..Dövlət duması barəsində yazdıqlarınızı oxuyub, inan ki, dəli-divanə oluram. Ü.Hacıbəyov. dəli-dolu sif. dan. İntizamsız, danışığını, hərəkətini bilməyən. Dəli-dolu adam. // Dəlibaş. Hirsli, dəli-dolu bir gəncə bənzər; Atalar demişkən, acıqlı mərddir. S.Vurğun. dəligilas is. bot. Dağlarda bitən və yeyilməyən acı meyvəsi olan yabanı gilas. dəlixana is.\n1. Ruhi xəstələri, dəliləri saxlamaq və müalicə etmək üçün xəstəxana. A kişi, bu məlun oğlu [Molla Abbas] genə buradadır? Bəs bunları aparacaq idilər dəlixanaya? C.Məmmədquluzadə.\n2. məc. Çox hay-küy olan, səsdən başqulaq tutulan yer haqqında. Bura lap dəlixanadır. dəlixək sif. və is. dan.\n1. Dəli xasiyyətləri göstərən. Onun sözlərinə çox bənd olma, dəlixək adamdır.\n2. Gülməli hərəkətlər göstərən və gülməli sözlər danışan adam; təlxək. dəlixəklik is. Güldürücülük; təlxəklik. dəlik bax deşik. Dəlik açmaq. – [Molla Xəlil] bir dəlik axtarırdı ki, içəridəki qadının kim olduğunu görüb tanısın. S.Hüseyn. dəlik-dəlik sif. Deşik-deşik, çox deşikli. Dəlik-dəlik taxta. • Dəlik-dəlik etmək – deşik-deşik etmək. Naxçıvanda naçalnik .. müsəlmanların qarnını yumruq ilə dəlikdəlik eləyib. C.Məmmədquluzadə. Dəlikdəlik olmaq – deşik-deşik olmaq. Dəlikdəlik oldu sinəm sərasər; Qəmzə oxun mənə az at, sevdiyim! M.P.Vaqif. dəlikçiçək is. bot. Novruzçiçəyi fəsiləsindən olan bir, iki, bəzən çoxillik ot bitkisi. dəlik-deşik 1. sif. Çox deşikli, deşikdeşik. Dəlik-deşik bayraqların rəngi qana boyanmışdır. S.Vurğun.\n2. top. Dəliklər, deşiklər. Dəlik-deşiyini tutmaq. – [Heydər bəy:] Əgər yüz min zəhmətlə birisini dağların dəlik-deşiyindən çıxartsan, bir dağarcıq, bir kürkdən başqa əlinə bir zad düşməyəcək. M.F.Axundzadə. dəlik-deşikli sif. Dəlik-deşikləri çox olan, başdan-başa deşik olan. Dəlik-deşikli damdan yağış damır. dəlikli sif. Dəliyi olan; deşikli. Dəlikli sərnic. Dəlikli dolça. ‣ Dəlikli sümük anat. – qılça ilə birləşən sümük. dəliqanlı 1. is. Həddi-büluğa çatmış gənc, cavan oğlan. ..Səfərin Sibirdən qaçıb, başına özü kimi dəliqanlıları cəm edərək quldurluq etməyi hər yerə yayılmışdır. S.S.Axundov. Bu adamın hərəkətindən və simasından gəncliyində çox igid və kefcil bir dəliqanlı olduğu anlaşılırdı. A.Şaiq. Gəlinlər, qızlar, kəndin dəliqanlıları əl-ələ tutuşub yallı getdilər.. M.Hüseyn.\n2. sif. İgid, cəsur, qoçaq. İrəliyə doğru şığıyan dəliqanlı Girdman hökmdarı Varazın oğlu Cavanşir idi. M.Hüseyn. // Coşqun, tezqızışan, qızğın, qudurğan, dəlibaş. Ruqiyyədən çəkinməsə idilər, dəliqanlı oğlanlar məni tikə-tikə edərdilər. A.Divanbəyoğlu. dəliqanlılıq is.\n1. Həddi-büluğa çatmış gəncin hal və keyfiyyəti.\n2. İgidlik, cəsurluq, cəsarət. // Qızğınlıq, coşqunluq. dəli-qudurmuş is. Azğın, qudurğan (adam). [Tükəz:] Görəsən, gənə hansı dəliqudurmuşa rast gəldi, tovlayıb at, mal oğurluğuna götürüb getdi. M.F.Axundzadə. Nemət çiynində beşaçılan olduğu halda, bir neçə özü kimi dəli-qudurmuşlarla kəndin içində gəzirdi. S.Hüseyn. dəlil is. [ər.] Hər hansı bir şeyi sübut etmək üçün əsas; sübut. Tutarlı dəlil. Dəlil gətirmək. Bunu sübut etmək üçün dəlil lazımdır. – [Hacı Kərim:] İksirin aləmdə vücudu olmağına dəlil çoxdur! M.F.Axundzadə. Müəllim hiss etdi ki, belə mühüm bir məsələni Telli kimi avam bir qadına qandırmaq üçün əsaslı dəlillər və sübutlar lazım gələcəkdir. S.Hüseyn. Məmməd bəyin dəlilləri Rəşid bəyi xeyli düşündürdü. M.Hüseyn. ‣ Dəlil etmək – yol göstərmək, nəsihət etmək (bəzən “nəsihət”, “dəlalət” sözləri ilə birlikdə işlənir). Xəyalımda qoymuşdum; dəlil-nəsihət etməklə Məşədini yola gətirəm. C.Məmmədquluzadə. Sadıq şirin dilini işə saldı. Kərimə göz vurdu. Xanpəriyə dəlil-dəlalət elədi. Ə.Vəliyev. dəliləşmə “Dəliləşmək”dən f.is. dəliləşmək f. Dəli olmaq, dəli halına gəlmək, özündən çıxmaq, azğınlaşmaq, dəli kimi hərəkət etmək. Onun acığı tutanda dəliləşir. dəlilik is.\n1. Ağlı başından çıxmış adamın halı. Dəlilik əlamətləri.\n2. məc. Ağılsız iş və hərəkət, ağılsız söz; tərslik. • Dəlilik etmək – ağılsız iş görmək, mənasız hərəkət etmək; tərslik etmək. [Səlim:] Qızım, dəlilik etmə! Ayın beş gün qaranlığı olanda, beş gün də işığı olar. C.Cabbarlı. Dəliliyi tutmaq – tərslik etmək, tərsliyə başlamaq. dəlilləşdirilmə “Dəlilləşdirilmək”dən f.is. dəlilləşdirilmək məch. Dəlillərlə əsaslandırılmaq. dəlilləşdirmə “Dəlilləşdirmək”dən f.is. dəlilləşdirmək f. Dəlillərlə əsaslandırmaq. dəlilləşmə “Dəlilləşmək”dən f.is. dəlilləşmək f. Dəlillərlə əsaslanmaq. dəlilli sif. Dəlili olan; sübutlu, əsaslı. dəlilsiz sif. Dəlili olmayan; sübutsuz, əsassız. Dəlilsiz fikir sübuta yetməz. dəlilsizlik is. Dəlil, sübut olmaması; sübutsuzluq, əsassızlıq. dəlinmə “Dəlinmək”dən f.is. dəlinmək f. Deşilmək. ..Bir çuval ki köhnəldi, o tərəfdən-bu tərəfdən hey başlayacaq yırtılmağa və dəlinməyə. “Mol. Nəsr.” // Qazılmaq. Yerlərin bağrı dəlinir; Əcəb tunellər vurulur. Aşıq Əli. dəlisov sif. Dəli kimi; nə dəli, nə də ağıllı. Dəlisov adam. // Qızğın, heç bir şeydən çəkinməyən, qorxmayan, cəsarətdə ifrata varan. Siz mənim bir az sərt, bir az ərköyün; Bir az da dəlisov övladlarımsız. M.Araz. dəlisovluq is. Dəlisov adamın halı. // Dəli hərəkətinə oxşayan hərəkət. Mirsalehin dəlisovluq etməsi; .. İndi desək, əhvalatdı, nağıldı.. Şəhriyar. dəlisoy bax dəlisov. Mənim də onun kimi dəlisoy anlarım var; Vaxt olur ki, pozuram şerimin ahəngini. S.Rüstəm. dəlisoyluq bax dəlisovluq. dəlitəhər bax dəlisov. dəlitərə is. bot. İkişər lələkvari yarpaqları olan xaşxaş fəsiləsindən birillik ot bitkisi. dəllal is. [ər.]\n1. Alverdə alanla satan arasında vasitəçilik edən şəxs. Genə şəhr içrə gördü ol minval; Satır əvvəlki eşşəyi dəllal. S.Ə.Şirvani. Dəllallar ilə hiylədə şeytan da bacarmaz! Şeytan nəçidir, cin nədi, xortdan da bacarmaz! Ə.Vahid.\n2. Hər hansı bir işi həll etmək üçün iki nəfər arasında vasitəçilik edən adam; araçı. Əhməd orta məktəbi bitirdiyi gündən Məhərrəm əmi onun pulsuz dəllalı olmuşdu. A.Şaiq.\n3. Aradüzəldən, vasitəçi. O bilirdi ki, bu qadın dəllalları fəlakətə düşmüş qurbanlarını dərhal görür. M.İbrahimov. dəllalbaşı is. köhn. Dəllalların böyüyü, başçısı. [Ağa Kərim:] ..Əziz bəy, məlum ola ki, mənə Ağa Kərim dəllalbaşı deyirlər. M.F.Axundzadə. dəllalhaqqı köhn. bax dəllallıq 2-ci mənada. dəllallıq is.\n1. Dəllallın işi, peşəsi; alverdə alanla satan arasında vasitəçilik. Muxtalə dəllallıq edən bir qadındır. M.S.Ordubadi. [İsmayıl:] Kərbəlayı Xəlil at dəllallığı eləyir, evi də Əmirxizdədir. P.Makulu.\n2. Dəllalın vasitəçilik üçün aldığı haqq; dəllalhaqqı. Dəllallıq istəmək. Dəllallıq vermək. Dəllallıq haqqı. – Fəqət Xudayar xanın əmlakından qalxan tamam məhsulat mənim əlimlə satılır və bu satışın dəllallıq haqqı ildə neçə yüz min tümən edir. Ə.Haqverdiyev. dəllək is. [ər.]\n1. Baş və üz qırxmaq peşəsi ilə məşğul olan adam; bərbər. Bəli, başlar başlayıblar qırxılmağa. Dəllək dükanlarında macal yoxdur. C.Məmmədquluzadə.\n2. Köhnə məişətdə: baş və üz qırxmaqla yanaşı, qan almaq kimi ara həkimliyi işləri ilə də məşğul olan adam. Qətibə Atabəyin yatağının yanını kəsib oturmuşdu. Dəllək gəlib qan götürdü. M.S.Ordubadi.\n3. Hamamda kisəçəkən və masaj edən adam; kisəçi.\n4. məc. Haqverməz, haqkəsən, fırıldaqçı, başqasını aldadıb pulunu, şeyini əlindən alan adam haqqında. ..Adları bəy, özləri cibkəsənlər, dəlləklər, quldurlar... N.Vəzirov. Siz elə bilməyin ki, dəllək N. üzqırxan dəlləkdir, xeyr, o, cibqırxan dəlləkdir. “Kirpi”. ‣ Dəllək kimi baş qırxmaq – aldatmaq, aldadıb əlindəkiləri almaq, aldadaraq vardövlətini ələ keçirmək. Dağılıb çöllərə açdı hərə bir növ kələk; Qırxdı xalqın başını hər biri misli-dəllək. S.Ə.Şirvani. dəlləkxana is. [ər. dəllak və fars. ...xanə] Dəllək dükanı; bərbərxana. Səməd, doğrudan da o gedən gedib, bir daha dəlləkxanaya üz çevirmədi. M.Hüseyn. dəlləklik is.\n1. Dəllək (1, 2 və 3-cü mənalarda) peşəsi, işi; bərbərlik. Dəlləkliyi bizim başımızda öyrənir. (Ata. sözü).\n2. məc. Hiyləgərlik, haqqı danma. dəlmə 1. “Dəlmək”dən f.is. Dəlmə aləti.\n2. is. Divarda açılmış kiçik taxça. İçəridə kahanın divarlarında böyüklü-kiçikli beş dəlmə gözə çarpırdı. S.Rəhimov.\n3. is. Bərə, çəpər, hasar və s.-də deşik.\n4. sif. Dəlinmiş, deşilmiş; dəlinməklə qayrılmış. dəlmə-deşik top. Öz-özünə açılmış, yaxud süni surətdə əmələ gətirilmiş irilixırdalı deşiklər. Dəlmə-deşiyi tutmaq. // Sif. mənasında. Dəlmə-deşik divar. Dəlmə-deşik yer. – [Umud:] Dədəm axşamlar nahaq təzək yandırır, tay da dəlmə-deşikdəki ağcaqanadları ürküdür, onlar da hirslənib daraşırlar canımıza. İ.Məlikzadə. dəlməgöz (=dəlməgözlü) bax dombalangöz(lü). dəlməgözlü (=dəlməgöz) bax dombalangöz(lü). dəlmək f.\n1. Bir şeylə deşmək, dəlik açmaq, oymaq. Taxtanı dəlmək. Dəmiri dəlmək. – Ağacdələn öz yuvasını ağac koğuşlarında qayırır. Bunun üçün o, ağacda olan hazır koğuşlardan istifadə edir və ya qurumaqda olan ağacları dələrək, yekə koğuş açır. // Deşib keçmək, dəlib keçmək. Güllə torpaq barını dəldi. – [Atakişi] lap yaxında, yol üstündə əyləşib odlu miskənə ilə rels dələn bir oğlanı dindirdi. Mir Cəlal. // Məc. mənada. Bir qələm əsrlik hicran yaratdı; Bir xalqı yarıya böldü qılınc tək; .. Dəldi sinəsini Azərbaycanın. B.Vahabzadə. Arasıra günəş işıqları [buludları] yarır və iti oxlar kimi göy qübbəsini dəlirdi. M.İbrahimov.\n2. məc. Adətən “bağrını”, “qəlbini”, “canını” sözlərlə – mənən incitmək, ruhən əziyyət vermək. Yandırdı şövqün canımı; Dəldi fəraqın bağrımı. Nəsimi. Başıma mənim bir iş gəlibdir; Eşq atəşi ürəyimi dəlibdir. Xətayi. Zalım oğlu onu qoyub nişana; Dəlib ürəyini, boyayıb qana. Aşıq Ələsgər. dəlməkçə is. dan. İki həyət arasında bir adamın keçə biləcəyi dar qapı. dəm I. is. [fars.]\n1. Qısa vaxt, an, ləhzə. • Bir dəm – 1) bir vaxt, bir anlıq. Xəstənəm, çox dilərəm yanıma bir dəm gələsən; Çəkibən xəncəri, bağrım başını bir dələsən. M.P.Vaqif; 2) heç, əsla. Gözəl üzündə bir dəm; Nə dərd görmüşdüm, nə qəm. S.Vurğun. Bir dəmdə – bir anda, bir ləhzədə, dərhal, göz açıb-yumunca. Dönər rəyimlə bir dəmdə bu çərxi-kəcmədar əlbət. S.Ə.Şirvani. Bu dəm(də) – bu vaxt, bu əsnada. Hərgah bu dəmdə Nurəddinin nəzəri Əmiraslana düşsəydi, onun gözlərində parlayan odu və üzündə zühur edən acığı görərdi. S.S.Axundov. Bu dəmdə havadakı mələkdən bir səs gəldi. Ə.Haqverdiyev. O dəm(də) – o saat, o vaxt, o dəqiqə, dərhal. Ağaclar tərpədəndə baş çəməndə; Söyüd söylər o dəmdə: – Mən də, mən də. (Ata. sözü). Cütçü baba böylə deyib qeyznak; Eylədi ol qırğını ol dəm həlak. A.Səhhət. Mən istədim mane olam, amma o dəmdə yadıma saldım ki, bu gün, .. bayram günüdür.. C.Məmmədquluzadə. Hər dəm – hər dəqiqə, hər an, hər ləhzə, həmişə, daim. Quzuya qurd desəm – istəməz quzu; Yazıqlar! Hər dəmdə yazıqdı onlar. M.Araz. // Ümumiyyətlə, vaxt, çağ, zaman, əyyam, dövr (çox vaxt cəmdə işlənir). Cavanlıq dəmi. – Yorğun qanadlarım çırpınmaq istər; Gəl keçən dəmləri etməyəlim yad. M.Müşfiq. Bu dəmlərdə heç nəyə də əlim çatmasa; Qaysağını qopardıram Araz dərdimin. M.Araz. • Dəmi gəlmək – vaxtı gəlmək, növbəsi yetişmək. Araza gəmi gəldi; Su daşdı, gəmi gəldi; Yaş tök, ağla, gözlərim; Ayrılıq dəmi gəldi. (Bayatı).\n2. Ədat mənasında. Gah, bəzən. – Ay hacı, dünyadır da, dəm eniş, dəm yoxuş, bilmirsən? S.Rəhimov.\n\nII. is. [fars.]\n1. Od üstündə aramla bişmə, yaxud dəm alma. Xörək dəmdədir. – Dedim: – Vallah, onu-bunu bilmirəm, bu saat .. [çay] dəmdə, şahmat da stol üstdə qurulu. C.Məmmədquluzadə. • Dəm almaq (çəkmək) – 1) qaynar suda qalıb yetişmək, suyu çəkilərək öz buğunda bişmək. Plov dəm almışdır. – Hər cümə avamın plovu dəm çəkir. M.Möcüz; 2) od üstündə rəng alaraq ətri çıxmaq və içməyə yararlı hala gəlmək (çay, qəhvə haqqında). Dəm tökmək – tərləmək, damcı-damcı tökülmək (dəm çəkmək üçün qazanın ağzına qoyulan qapaqdan). Dəmə qoymaq – aramla öz buğunda bişmək, yaxud dəm almaq üçün zəif od üstündə saxlamaq. Xörəyi dəmə qoymaq. Çayı dəmə qoymaq. Dəmini almaq – dəm almaq üçün qazanın ağzına qoyulmuş qapağı götürüb üzərindəki damcı-damcı suyu kənara tökmək. Sürmə xala plovun dəmini aldı.. S.Rəhimov.\n2. Buğ, buxar, qaz. // Kömürün və s.-nin natamam yanması nəticəsində əmələ gələn boğucu, zəhərli qaz. Dəm tutmaq. Dəmdən zəhərlənmək. Dəm qazı.\n3. məc. Kef, nəşə; istirahət. Dəm dəm gətirər, qəm – qəm. (Ata. sözü). Qüssəyə gəl, qəmə gəl; Kef istəsən, dəmə gəl; Dərd bilən özü gələr; Bilməyənə demə, gəl. (Bayatı). • Dəm almaq (çəkmək) – nəşələnmək, keflənmək, ləzzət çəkmək, xoşlanmaq. [Aşpaz] ocağın istisi dəydikcə xumarlanıb dəm alırdı. M.Hüseyn. Dəmə uymaq – kefə uymaq, başı kefə qarışmaq. Heç demirlər oğul-uşaq var. Yəqin dəmə uyublar. S.Rəhimov. Dəmi sazlanmaq – kefi gəlmək; nəşələnmək. Mocuxun kefi kökəldi, dəmi sazlandı. S.Rəhimov.\n4. məc. dan. Bərk kefli, məst. Hərif dəmdir.\n5. məh. Bax dəmyə 1-ci mənada. Dəm xır. Dəm bostan. ‣ Dəm tutmaq – 1) züy tutmaq bax züy1 (1-ci mənada). Yağan o gur yağış da silə bilmədi fəqət; Onun kədərlərinə dəm tutmuşdu təbiət. B.Vahabzadə; 2) səsini başqasının səsinə uyğunlaşdırmaq. [Ziba] özözünə mığıldaya-mığıldaya uşağın ağlamağının dəmini tuturdu. C.Məmmədquluzadə. ..İmamqulu isə koxanın xorultusuna gecə uzunu dəm tutdu. S.Rəhimov; 3) məc. başqasının dediklərini, fikrini təkrar etmək, başqasının hərəkətlərini təqlid etmək. Dəm vermək – 1) hərəkətə gətirmək, işə başlamaq. İşə dəm vermək; 2) bax dəm tutmaq 2 və 3-cü mənalarda. Dəm vurmaq – səlahiyyəti, məlumatı, xəbəri və ya haqqı olmadığı bir şeydən ağızdolusu danışmaq, bəhs etmək, iddiasında olmaq. Hətta millətin dərisini soyan adamlar da millətdən dəm vurub, “millət belə gəldi, millət belə getdi” deyirlər. F.Köçərli. // Ümumiyyətlə, bir şey haqqında danışmaq. Füzuli, aləmi-qeyd içrəsən, dəm vurma eşqindən. Füzuli. Göyün ulduzları da guya bir-biri ilə məhəbbətdən dəm vururdular. Ə.Haqverdiyev. [Bədircahan:] Birdən başlarsan cahıllıqdan dəm vurmağa, onda yəqin ki, iş düzəlməz. N.Vəzirov. // “Özündən” sözü ilə – özünü tərifləmək. Az özündən dəm vur. – Çox özündən dəm vuran aşıqların sazını əlindən alıb yola salmışdı. “Koroğlu”. Dəmə tutmaq – danışdırmaq, sorğu-suala tutmaq. Qubernat tutubdur Sonanı dəmə; Edir sözlərini dilmanc tərcümə. H.K.Sanılı.\n\nIII. is. [fars.] Nəfəs. • Dəm-dəmə vermək – nəfəs-nəfəsə vermək, səs-səsə vermək. Mərsiyəxanlar verəcək dəm-dəmə; Sən hələ bildiklərini qoy nəmə! Ə.Nəzmi. dəmadəm [fars.] klas. bax dəmbədəm. Oxu köysümdən ötüb, qalmış imiş peykanı; Ah, bildim səbəbi-ahi-dəmadəm nə imiş. Füzuli. Odlu dağimdən dəmadəm pənbeyimərhəm yanar; Ah, əgər bən böylə yansam, sərbəsər aləm yanar. Qövsi. dəmağac is. Araba dayananda boyunduruğun altına qoyulan ağac. dəmbədəm zərf [fars.] Saatbasaat, anbaan; hər ləhzə, hər dəqiqə, hər vaxt, daim; getdikcə. Dəmbədəm nalə qılıb hiç həvadən düşməz; Ney təki sineyi-üşşaq nəvadan düşməz. S.Ə.Şirvani. Getdi o qiymətlicə saətlərim; Dəmbədəm artır daha zəhmətlərim. A.Səhhət. Onlar .. gün-gündən cəhalət dəryasına qərq olmaqdadırlar, .. dəmbədəm, saatbasaat tənəzzül etməkləri müşahidə olunur. F.Köçərli. dəmbər is. məh. Quyruğu belinə qıvrılan it. dəmbərə is. məh. Qurumuş torpaq parçası; kəsək. dəmbərəgöz bax dəbərəgöz. dəmçi bax dəmtutan 1-ci mənada. Abış .. sümsünü dəsmalla silib yerinə taxdı, Mürşüdə və dəmçi Tosuya dedi: – Başlayaq! Ə.Abasov. dəmçilik is. Züyçülük, züytutma. dəmdəməki sif. Öz hərəkətində, sözündə, fikrində sabit olmayan, tez-tez fikrini, rəyini dəyişən, sözündə məsuliyyət hiss etməyən. Dəmdəməki adamın sözünə etibar etmək olmaz. // Yüngül, qeyri-ciddi, boş-boş danışan. // İs. mənasında. Dəmdəməkinin biridir. dəmdəməkilik is. Öz hərəkətində, işində, sözündə, fikrində sabit olmama, teztez fikrini, rəyini dəyişmə. // Yüngüllük, qeyri-ciddilik. dəm-dəsgah is.\n1. Təntənə, büsat, böyük qonaqlıq, məclis və s. [Qələndər:] Bunu, bu dəm-dəsgahı ki başlayırıq ha, mən yatsam, yuxumda da görə bilməzdim. Mir Cəlal. Tələbə adam hansı otaqda dəm-dəsgah düzəldib oğluna belə ad qoya bilərdi? S.Rəhimov.\n2. Bir iş görmək üçün düzəldilən qurğular və lazım olan başqa şeylər. Bu dəm-dəsgah nədir? dəm-dəsgahlı sif. Təntənəli, təmtəraqlı, büsatlı. [Toy] sazandası, xanəndəsi, plovu, içkisi, məzəsi, cehizi, başlığı öz qaydasında dəm-dəsgahlı bir toydu. Mir Cəlal. dəmək is.\n1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. "Əkinçi".\n2. məc. Kiçik və alçaq ev mənasında; daxma. dəmələk is. bot. Yemliyəoxşar, südlü və çox acı bir bitki. dəmət is. [ər.] Çiçək dəstəsi, güldəstə. Hanı rəngin çiçəklərin, a çəmən? Güllərindən dəmət yapaydım mən. A.Şaiq. Əfşan dərindən köksünü ötürdü, əlindəki gül dəməti də xəfifcə titrəyirdi. M.Hüseyn. dəmgil bax dəngil. ‣ Dəmgil xəstəliyi – bitkilərin gövdə, budaq və yarpaqlarında ləkələr şəklində özünü göstərən xəstəlik. Dəmgil xəstəliyi bitkinin budaqlarında, gövdəsində, yarpaqlarında və meyvələrində yaşılımtıl-boz, məxməri, yumru şəkilli ləkələr əmələ gətirir. İ.Axundzadə. dəmgüzar is. [fars.] köhn. Bir yerdə vaxt keçirən; yoldaş. [Markiz:] Yenə, ey günlər, ey saatlar, siz mənim ilə yoldaş, dəmgüzar olacaqsınız. N.Nərimanov. dəmxana is. [fars.] köhn. Ev, yaşayış yeri. Axşam oldu, gəldim mən dəmxanama; Sirrimi demədim bacı, anama. “Aşıq Qərib”. dəmi bax demi. Əsgər papirosu damağına aldı, qoca dəmisini ona tərəf tutub tüstülətdi. S.Rəhimov. dəmin zərf [türk.] Bir az əvvəl, indicə, bayaq. Çəkdi insan kimi o dəm nərə; Fırlayıb ta dəmin sərildi yerə. A.Səhhət. dəmir is.\n1. Təbiətdə çox yayılmış, karbonla birləşdikdə polad və çuqun əmələ gətirən bozrəngli ağır kimyəvi element. Dəmir mədəni. Dəmir parçası. – Ahənrüba .. dəmiri cəzb edir, yəni özünə çəkir. C.Məmmədquluzadə. // Dəmir parçası, dəmir təbəqəsi, dəmir çubuq. Aslan həyətdə paslı dəmir üstündə oturub, Bayramın yolunu gözləyirdi. M.Hüseyn. // Ümumiyyətlə, dəmirdən qayrılmış şey, ya şeylər. Evin damı dəmirdir. Qapı dəmirdəndir.\n2. Dəmirdən qayrılmış, dəmirdən hazırlanmış. Dəmir kassa. Dəmir mil. – [Gülsənəm] otağın düz ortasında qoyulmuş dəmir peçi qaladı. M.Hüseyn. // Məc. mənada. Dəmir qanadlar. – Dəmir atlar dolaşır şimalın meşəsini. R.Rza.\n3. tib. Tərkibində dəmir preparatı olan dərman.\n4. məc. Möhkəm, yenilməz, sarsılmaz. Dəmir iradə. – [Qara kişi] sərt xasiyyətli, dəmir iradəli, eyni zamanda mehriban qəlbli bir adam idi. Ə.Sadıq. // məc. Eyni mənada təşbeh və müqayisələrdə. Dəmir, beton kimi sıxdır sıramız. M.Müşfiq. Hər tərəfdə yeni dünya qurulur; Sərt sulara dəmir bəndlər vurulur. Z.Xəlil. ‣ Dəmir dövrü arxeol. – ibtidai icma dövründə insanların əmək alətləri qayırmaq üçün əsas material olaraq dəmir işlətməyə başladıqları dövr. Dəmir yolu – 1) qatarların hərəkət etməsi üçün relsli yol. Dəmir yolu çəkmək. – O ki qaldı, nə bilim, dəmir yolu, telefon, teleqram .. onların mənasını Əhməd bəy başa düşmür. C.Məmmədquluzadə; 2) relsli yollara, qatarlara və qatarların hərəkətinə xidmət və bu işləri təşkil etməklə məşğul olan idarələrin məcmusu. Dəmir yolunda işləmək. dəmirağac is. bot. Oduncağı çox bərk və ağır olan qiymətli ağac növü (Azərbaycanda Talış meşələrində bitir). dəmir-beton is. xüs.\n1. Betonla polad armaturun birləşməsindən ibarət çox bərk tikinti materialı. Dəmir-betondan hörülmüş sədd.\n2. Sif. mənasında. Həmin materialdan qayrılmış. Dəmir-beton körpü. Dəmir-beton qurğu. – Bolqarıstan hökumətinin hədiyyə olaraq [Üskündə] tikdirdiyi “Universal zal” adlı dəyirmi, dəmir-beton binanın geniş salonunda .. poeziya festivalının son gecəsi oldu. R.Rza. dəmirbənd sif. Dəmirlə bərkidilmiş, bağlanmış. dəmir-boz sif. Dəmiri və boz rəngə çalan. Dəmir-boz at. dəmirçi is. Dəmirdən müxtəlif şeylər qayıran, yaxud dəmir şeyləri təmir edən usta. Məncə, hər yazıdan daha parlaqdır; Kiçik dəmirçinin alnındakı tər. Ə.Cavad. Bir qoca dəmirçi qılınc naxışlar; Yazar dəstəyinə “İnsan vüqarı”. M.Araz. dəmirçixana is. Dəmirdən şeylər qayrılan və ya təmir edilən yer; dəmirçinin işlədiyi bina, dəmirçi emalatxanası. Dəmirçixanada dəmiri zindan üstə qoyub ağır çəkiclə döyəndə dəmir başlayır qızmağa. C.Məmmədquluzadə. dəmirçilik is. Dəmirçinin peşəsi, sənəti, işi. Dəmirçilik etmək. – Təbibə ehtiyacı çox olan məmləkətlərdə insanın təbibliyə olan marağı hər şeydən artıqdır. Elə də dəmirçilik, xarratlıq, dərzilik və başmaqçılıqdır. M.S.Ordubadi. dəmirdonlu sif. tar. Dəmirdən zirehli geyim geymiş; zirehli. Bəylərimizə dəmirdonlu deyərlər; Daim içimizdə ərlik işlənir. “Koroğlu”. dəmir-dümür top. dan. Dəmir parçaları, yaxud dəmirdən qayrılmış şeylər. Əlisa dönüb yavaş-yavaş, dəmir-dümürdən tutatuta qapının ağzına gəldi, salam verdi. S.Rəhimov. Gətirin dəmir-dümürü görək, tez olun! Ə.Əbülhəsən. // Lazımsız dəmir parçaları, dəmir tullantıları. dəmirəbənzər sif. Dəmirə oxşayan, dəmir rəngində olan. dəmirxana is. bax. dəmirçixana. Amma Hüseynqulunun Təzə şəhərdə bir mexanik sexi düzəltməyi, təmirxana, dəmirxana qurmağı mənim üçün bilirsən nə olar? Mir Cəlal. dəmiri sif. Dəmir rəngli, dəmir rənginə çalan. ..Yol, Zeynalın altındakı dəmiri göy atı qaçmağa daha da həvəsləndirdi. Ə.Əbülhəsən. dəmirkəsən sif. Dəmiri kəsmək üçün yarayan, metalı kəsən. Dəmirkəsən alət. dəmirqara is. bot. Vələs ağacının meşələrdə bitən bir növü. dəmirləşdirilmə “Dəmirləşdirilmək”dən f.is. dəmirləşdirilmək məch. Dəmirlə möhkəmləndirilmək. dəmirləşdirmə “Dəmirləşdirmək”dən f.is. dəmirləşdirmək f. Dəmirlə möhkəmlətmək. Bəndi dəmirləşdirmək. Divarı dəmirləşdirmək. Tağları dəmirləşdirmək. dəmirləşmə “Dəmirləşmək”dən f.is. dəmirləşmək f.\n1. Dəmir halına gəlmək.\n2. Bərkləşmək, möhkəmləşmək. dəmirli sif. kim. Tərkibində dəmir olan. Bu [mineral] sular kimyəvi tərkiblərinə görə dəmirli, qələvili, kükürdlü, mərgümüşlü, narzan tipli, karbon qazlı və sairə sulardır. R.Əliyev. dəmirtikan is.\n1. bot. Gövdəsi yerə sərilən tikanvari bitki.\n2. Sahələri hasarlamaq üçün işlədilən tikanlı məftil. Səngərlərin qabağına dəmirtikan çəkmək. dəmirtikanlıq is.\n1. Çoxlu dəmirtikan (1-ci mənada) bitən yer.\n2. Dəmirtikanlardan hasar çəkilmiş yer. dəmiryayan sif. tex. Dəmiri yayıb yastı hala salan. Dəmiryayan dəzgah. // is. Dəmiri yayma ustası olan fəhlə. dəmiryol is. Dəmir yolu ilə əlaqədar olan (işçi və s.); dəmir yolu üçün olan (stansiya və s.). Dəmiryol işçisi. Dəmiryol təmiri. – ..Ağca xanım pəncərədən baxdı, oradan dəmiryol stansiyası görünürdü. S.S.Axundov. dəmiryolçu is. Dəmiryol nəqliyyatı işçisi. Sifətini qulaqlı papaq altında gizlətmiş dəmiryolçu qarşımdan ötürdü. Mir Cəlal. [Qədirin] əynində dəmiryolçu pencəyi var idi. Ə.Sadıq. dəmiryonan sif. tex. Dəmiri yonaraq müəyyən şəklə salan. [Qonaqlar] taxtakəsən, dəmiryonan dəzgahların .. komandirlərini danışdırıb sevinir, qibtə edirdilər. Mir Cəlal. dəmkeş is. [fars.]\n1. Üzərinə çaydan qoymaq üçün samovar odluğunun yuxarı hissəsinə geydirilən və yanlarda deşikləri olan hissə. Yazıçı məişətdən danışarkən samovarın dəmkeşinə qədər xırda, lakin əhəmiyyətli detalları unutmur. M.İbrahimov.\n2. Xörəyin dəm alması üçün qazanın ağzına qoyulan qapaq. Göyçək arvad dəmkeşi qazanın ağzından götürüb xörəyin dəmini alır. Ə.Vəliyev.\n3. Sobaların bacalarında və s.-də dəm çəkmək üçün qoyulan deşik.\n4. Bax züyçü. dəmkeşlik dan. bax züyçülük 1-ci mənada. dəmləmə “Dəmləmək”dən f.is. dəmləmək f.\n1. Çayı, xörəyi dəm çəkməyə qoymaq. // Çayı, qəhvəni dəmə qoyub içmək üçün hazır etmək. Samovar gəldi, Xəlil çay dəmlədi, Fəraməzin mürəbbəsi olduğunu bilirdi. Çəmənzəminli.\n2. Çox qızdırmaq, həddindən artıq isti etmək. [Koxa:] Əşi, sən bu ocağı dəmləməkdən nə ləzzət alırsan? S.Rəhimov.\n3. Musiqi alətlərini çalmaq üçün hazırlamaq, sazlamaq, səslərini bir-birinə uyğunlaşdırmaq. dəmləndirmə “Dəmləndirmək”dən f.is. dəmləndirmək f.\n1. Dəmə qoymaq, dəm çəkdirmək. Çayı dəmləndirmək.\n2. məc. Kefləndirmək, nəşələndirmək. İçki onu dəmləndirmişdir. dəmlənmə “Dəmlənmək”dən f.is. dəmlənmək 1. məch. Dəm çəkmək üçün odun üstünə qoyulmaq; dəm almaq. Çay dəmlənmişdir.\n2. f. məc. dan. Cuşa gəlmək, şadlanmaq, ruhlanmaq, nəşələnmək. Dəmlənib oxuyurlar; Ürəkləri cuşa gəlir. Aşıq Əli. dəmlənmiş f.sif.\n1. Dəmə qoyulmuş; dəm almış. [Zərbəli:] Qəhvə yoxdur. Yaxşı təzə dəmlənmiş Popov çayımız var. Ə.Haqverdiyev. Stolun üstündə təzə dəmlənmiş çay buğlanır, yanında iki cür mürəbbə görünürdü. Ə.Vəliyev.\n2. məc. Keflənmiş, nəşələnmiş, ruhlanmış. Mənə acığın tutmasın, Zərif! – deyə, az-çox dəmlənmiş Müqim bəy göz yaşlarını gizlədə bilmədən üzrxahlıq edirdi. S.Rəhimov. dəmlətmə “Dəmlətmək”dən f.is. dəmlətmək f. Dəm almağa qoymaq. Çay dəmlətmək. dəmli sif.\n1. Dəm almış, dəmə qoyulmuş. Dəmli çay. Dəmli plov.\n2. Dəm qazı dolmuş, dəm qazı ilə zəhərlənmiş; boğanaq, boğucu. Dəmli otaq.\n3. məc. dan. Şən, nəşəli, ürəkaçan. Bizlərə dəmli qız gərək; Xətli, qələmli qız gərək! Ə.Nəzmi.\n4. məc. Kefli, sərxoş. Mən dənizçiyəm, özüm də adətim üzrə bu saat dəmliyəm. “Kirpi”. dəmli-dəsgahlı dan. bax. dəmdəsgahlı. Dəmli-dəsgahlı otaq. – Bu, qurulu bir imarət idi, .. bərli-bəzəkli, dəmli-dəsgahlı bir ev idi. Mir Cəlal. dəmlik bax dəmkeş 1, 2 və 3-cü mənalarda. dəmrək is. bot. Dodaqçiçəklilər fəsiləsindən yemliyə oxşar bir və çoxillik ot, bir qismi isə yarımkol bitki. dəmro (=dəmrov) is.\n1. tib. Xüsusi göbələklərin törətdiyi dəri xəstəliklərindən biri. İtlər insanların qoturluq, keçəllik, dəmrov kimi dəri xəstəliklərinə tutulmalarına səbəb olur.\n2. Bu xəstəliyin bədəndə qalan yeri, ləkəsi. Onun sağ yanağındakı balaca dəmrov çox tez nəzərə çarpırdı. M.Hüseyn. • Dəmro(v) alası – bax dəmro(v) 2-ci mənada. dəmrov (=dəmro) is.\n1. tib. Xüsusi göbələklərin törətdiyi dəri xəstəliklərindən biri. İtlər insanların qoturluq, keçəllik, dəmrov kimi dəri xəstəliklərinə tutulmalarına səbəb olur.\n2. Bu xəstəliyin bədəndə qalan yeri, ləkəsi. Onun sağ yanağındakı balaca dəmrov çox tez nəzərə çarpırdı. M.Hüseyn. • Dəmro(v) alası – bax dəmro(v) 2-ci mənada. dəmrovlu sif. Dərisinə dəmrov düşmüş, dəmrov basmış, dəmrov ləkələri olan. Dəmrovlu pişik. Dəmrovlu üz. – Mirzə kinə rəngində, dəmrovlu bir sifət gördü.. İ.Məlikzadə. dəmrovotu is. bot. Təbabətdə işlənən çoxillik şirəli ot bitkisi. Dəmrovotu çoxillik bitki olub 70 sm hündürlükdə budaqlı gövdəyə malikdir. Bütün hissələrində çəhrayı rəngli süd şirəsi vardır. R.Əliyev. dəmsaz is. [fars.] klas.\n1. Yoldaş, həmdəm. Həmrazim idin şikayətimdə; Dəmsazim idin hekayətimdə. Füzuli.\n2. Uyğun, müvafiq. Bir kəsə olmasa zəmanə dəmsaz; Çox adamlar alar üstünə ayaq. Q.Zakir.\n3. Musiqidə: əsas çalana kömək edən və ona həmahəng çalan çalğıçı. Sonralar başqaları da dinlədikləri mahnıları təkrar etmək, ya da solo oxuyan adama vagirlik etmək, dəmsaz olmaq yolu ilə toplanışda yaxından iştirak etməyə çalışmışlar. Ə.Bədəlbəyli.\n4. Bax dəmtutan. dəmsazlıq is. köhn.\n1. Yoldaşlıq, həmdəmlik; yoldaşlıq etmə.\n2. Uyğunluq, müvafiqlik. dəmsiz sif. Dəm almamış. dəmsizlik is. Dəm almama, dəmi olmama. dəmtutan is.\n1. Züyçü. Zurnaçının dəmtutanı.\n2. məc. Fərqinə varmadan başqasının sözünü, fikrini müdafiə və təkrar edən adam. dəmyə 1. is. k.t. Suvarılmayan yer. Bu torpaq dəmyədir. // Sif. mənasında. Bu yerlərdə əkilən. Dəmyə taxıl. Dəmyə bostan. – ..[Bəxtiyarın] çöldə bir qədər dəmyə əkini vardı. S.Hüseyn. Bu il havaların yaxşı keçməsi, tez-tez yağış yağması dəmyələri gömgöy etmişdi. İ.Şıxlı.\n2. Bax daşma2 . Mən belə dəmyəni yeyə bilmərəm; Dərdimi sərdara deyə bilmərəm. (Mahnı). dəmyəçi is. dan. k.t. Dəmyə əkməklə məşğul olan kəndli. dəmyəçilik is. dan. k.t. Dəmyə əkini. // Dəmyə əkməklə məşğul olma. dəmyəlik is.\n1. k.t. Dəmyə üçün ayrılmış yer, dəmyədə əkilmiş taxıl və s.\n2. Dəmyə bişirmək üçün lazım olan (düyü və s.). dən is.\n1. Dənli bitkilərin məhsulunun hər bir dənəsi, ayrı-ayrı toxumu, tumu. Dənin ağırlığından sünbüllər başını əyir, biçinçilərə gəl-gəl deyir. Mir Cəlal. Qarğıdalının da dəninin çox hissəsi sulu karbonlardan ibarətdir. • Dən bağlamaq (tutmaq) – dənli bitkilərdə dən əmələ gəlmək, başaq bağlamaq, toxumlanmaq. Əzizim nədən bağlar; Pərvanə nədən bağlar; Əkmə namərd zəmisin; Nə bitər, nə dən bağlar. (Bayatı). Dənə düşmək – çox dən yeməkdən xəstələnmək (bəzi ev heyvanları haqqında).\n2. Ümumiyyətlə, taxıl, buğda, arpa, düyü və s. dənli bitki məhsulu. Dəyirmanda dənin yox, şahad üstə başımı niyə yarırsan? (Ata. sözü).\n3. Quş yemi. Quş dənə yığılar, çibin şirəyə. (Ata. sözü). Sənəm qarı balağından çəngə ilə dən götürüb toyuq-cücələrə səpirdi. Ə.Məmmədxanlı.\n4. məc. Saç və saqqalda tək-tək ağ tük. Kiçik bir zeh açdı saçlarına dən; Başda çiçək açar insan hünəri. S.Vurğun. • Dən düşmək (saça, saqqala) – 1) tək-tük ağarmaq. Nə erkən sənə dən düşdü, .. Beynimmi qüvvədən düşdü? Ağarma, saçım, ağarma! M.Araz. Deyirəm gücümü elə vermişəm; Saçıma dən düşsə, qoy düşsün, nə qəm. R.Rza. Artıq alnım qırışdı, saçlarıma düşdü dən. Ə.Cəmil; 2) ağarmağa başlamaq, yetişməyə başlamaq. Dağlara çən düşəndə; Sünbülə dən düşəndə; Ruhum qəfəsdə oynar; Yadıma sən düşəndə. (Bayatı). dənab is. [fars.] Xörək bişirmək üçün qaynar su. dəncik is. Kiçik dən, xırda dən. dəndan is. [fars.] klas. Diş. Olmasa qabil əgər dəhr cəfa verməz ona; Təm biləzzət olanda necə dəndanə dəyər? M.V.Vidadi. Əvvəl səyin verib ləbə, dəndana; Onun üçün mumca nəfi var cana. Q.Zakir. dəndə bax dəndənə 1-ci mənada. dən-dən zərf\n1. Dənələri ayrı-ayrı duran, bir-birinə qarışmayan (yapışmayan). Plovun düyüsü dən-dən idi. Ə.Vəliyev.\n2. Damcı-damcı, gilə-gilə. Şollar suyu çiçək kimi dən-dən olub hovuza tökülür.. Mir Cəlal. Hərdən yağış damcıları axıb dən-dən; Düşür yerə yarpaqların üzərindən. B.Vahabzadə. dəndənə is. [fars.]\n1. Təkərin çevrəsini mərkəzə birləşdirən taxta. Arabanın bir dəndənəsi sınmışdır. – [Arabaçı:] ..Atlar arıq, minik çox, hərənin də bir bağlaması var, qorxuram dəndənələr tab gətirməyə. “Kirpi”.\n2. tex. Müxtəlif mexanizmlərdəki dişli çarxların dişləri, çıxıntıları.\n3. mem. Binaların kənarlarındakı diş-diş naxış.\n4. Qapıları bərkitmək üçün onların dal tərəfində qayrılan dişli siyirmə. Qapının dəndənəsi.\n5. Qulp, dəstə. Sənəyin dəndənəsi. dəndənələmə “Dəndənələmək”dən f.is. dəndənələmək f. Dəndənəli etmək, dəndənələr düzəltmək, diş-diş etmək, qırçınlamaq. dəndənələnmə “Dəndənələnmək”dən f.is. dəndənələnmək məch. Dəndənələr düzəldilmək, diş-diş edilmək, qırçınlanmaq. dəndənəli sif. Dəndənəsi olan. O, dəndənəli sənəyindən yapışıb kürəyinə atdı. S.Rəhimov. dən-düş is. Keyfiyyətsiz və qarışıq heyvan yemi. dənə is. [fars.]\n1. Eyni cinsdən olan şeylərin hər biri, ədəd (cansız şeyləri sayarkən işlədilir). Beş dənə kitab. İki dənə alma. – Hacı Məcid əfəndinin Diyallı kəndindəki atadanqalma evi məhz iki-üç dənə balaca örtülüdən ibarətdir. C.Məmmədquluzadə. Telli özünə toxuduğu yun corabı aldı. Onun üstünə bir on dənə yumurta qoyub Molla Xəlilin yanına getdi. S.Hüseyn. • Bir(cə) dənə – tək, yalnız, vahid. Balamsan, bir dənəsən; Sədəfsən, dürdanəsən; Mən ölsəm, sənə qurban; Sən ölmə, bir dənəsən. (Layla). Gözəllər içrə sən, ey mahiparə, bir dənəsən; Gözəllərin gözüsən, zülfü qarə, bir dənəsən. Ə.Vahid.\n2. Dənli bitkilərin məhsulunun hər bir dəni. Düyü dənəsi. – Bir taxıl dənəsi itməsin deyə; Gündüzə qarışır gecələrimiz. B.Vahabzadə.\n3. Səpələnən, yaxud ovulan şeylərin ən kiçik hissəcikləri. Qum dənələri. – Qəhvənin dənələrinə qeyri dənələr qarışdırıb satırlar, onu tanımaqdan ötrü qovurub qaynar suya atanda o dənələr partlayıb dağılır. H.Zərdabi.\n4. Çəyirdək, toxum, tum. Arvad bir də baxır ki, molla iydələrin dənəsini də yeyir. “M.N.lətif.” dənə-dənə zərf Hər dənəsini ayrıca, birbir, dən-dən. Tutu dənə-dənə yığmışam. dənəcik is. Kiçik dənə, xırda dənə. Fəqirə üzü yumurta sarısıyla suvaqlı, xaşxaş dənəciklərilə naxışlı o nazik, uzunsov sarı buğda çörəyindən biri .. qismət olacaqdı. Ə.Məmmədxanlı. dənəcikli sif. Xırda dənələri olan. dənə-dənə sif. Dənələr halında. dənə-dənəlik is. Dənələr halında olma. dənələmə “Dənələmək”dən f.is. dənələmək f. Dənələrini ayırmaq; arıtmaq. Qarğıdalını dənələmək. Narı dənələmək. Buğdanı dənələmək. dənələnmə “Dənələnmək”dən f.is. dənələnmək məch. Dənələri ayrılmaq; arıdılmaq. Təsbeh kimi dənələndim qovğa yolunda.. M.Araz. dənələtdirilmə “Dənələtdirilmək”dən f.is. dənələtdirilmək məch. Dənələrə ayırtdırılmaq; arıtdırılmaq. dənələtdirmə “Dənələtdirmək”dən f.is. dənələtdirmək “Dənələtmək”dən icb. dənələtmə “Dənələtmək”dən f.is. dənələtmək “Dənələmək”dən icb. dənəli sif.\n1. Dənli, dəni çox olan. Dənəli sünbül.\n2. Dənələri ayrı-ayrı seçilən. Qətibə əlini atıb kiçik bir şəddə iri dənəli inci çıxarıb Səba xanımın boynuna saldı. M.S.Ordubadi. dənəmuzd sif. iqt. Əmək haqqı istehsal olunan maddi nemətlərin sayına görə ödənilən. Dənəmuzd fəhlə. Dənəmuzd iş. dənəvər sif.\n1. Dənəli, dənlər halında, dənələri iri olan. Dənəvər gübrə. Dənəvər torpaq.\n2. Dənələri bir-birindən seçilən, qarışıq olmayan. Yaxşı dəm çəkmiş plov dənəvər, elastik .. olmalıdır. dənəvərləndirilmə “Dənəvərləndirilmək”dən f.is. dənəvərləndirilmək bax dənəvərləşdirilmək. dənəvərlənmə “Dənəvərlənmək”dən f.is. dənəvərlənmək f. Dənəvər hala düşmək, dənələrdən ibarət olan tərkib hissələri bir-birindən ayrılmaq. // Eyni mənada qalın saç haqqında. Qız, gözəl başını tərpətdikcə bu saç dənəvərlənir, tel-tel olub onun yanaqlarını, çənəsini oxşayırdı. Ə.Əbülhəsən. dənəvərləşdirilmə “Dənəvərləşdirilmək”dən f.is. dənəvərləşdirilmək məch. Dənəvər hala salınmaq. [Məruzəçi] kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına mədən gübrəsi ilə üzvi gübrə qarışığının, habelə dənəvərləşdirilmiş gübrənin təsiri haqqında məruzə etdi. dənəvərləşdirmə “Dənəvərləşdirmək”dən f.is. dənəvərləşdirmək f. Dənəvər etmək, dənəvər hala salmaq. dənəvərləşmə “Dənəvərləşmək”dən f.is. [Xaşa] çox yayılaraq torpağın yaxşı dənəvərləşməsini təmin edir. dənəvərləşmək f. Dənəvər hala düşmək. Torpaq dənəvərləşir və alaq otları azalır. dənəvərlik is.\n1. Dənəvər şeyin halı, çox dənlilik.\n2. Dənə-dənə ayrılma, parçalanma. dənəzən is. tex. Dənin yeyilməsini asanlaşdırmaq üçün onu xırdalayan və əzən maşın. Yemləri hazırlamaq üçün bölmələrə küləşdoğrayan, dənəzən, kartofyuyan maşınlar qoyulmalıdır. “Ümumi zootexniya”. dəng I. : dəng eləmək (etmək) (bəzən “başını”, “baş-beynini”, “qulağını” sözləri ilə) – çox və bərk danışmaqla, qışqırmaqla, səs-küy salmaqla bezikdirmək, adamın başını, qulaqlarını yormaq; baş-qulaq aparmaq. Dəng eləmişdi xalqı sədayi-nəvaların. Q.Zakir. Sən də çox başımı dəng eyləmə, doldur çubuğu; Mən behişt istəmirəm, aləmə elan olsun! M.Möcüz. // Bıqdırmaq, narahat etmək, zəhləsini aparmaq. Yarın fikri, xəyalı; Məni gecə dəng edər. Sarı Aşıq; dəng olmaq (bəzən “qulaq” sözü ilə) – səsdənküydən və s.-dən qulaqları batmaq, başı yorulmaq, təngə gəlmək, üzülmək. Səs-küydən, qışqırıqdan dəng olduq. – Bilməm nə görübdür bizim oğlan oxumaqdan; Dəng oldu qulağım. M.Ə.Sabir.\n\nII. is.\n1. məh. Bərabər, tay. Sən ona dəng deyilsən.\n2. dan. Cüzi bir hissə, bir dənə. Çin mülkünə verməm saçının dəngini. M.P.Vaqif. Mah ilən hüsnünün xoş rənginə; Yetə bilməz təcnisimin dənginə. Aşıq Pəri.\n3. köhn. Qara xırda pul; qəpik-quruş. Dəvənin biri dəngə, vay dəng dərdi. (Ata. sözü).\n4. məh. Bir yerdən başqa yerə aparmaq üçün bağlanan tay, top, bağlama. İpək dəngi. Kağız dəngi. dəngənə is. məh. Kasaya oxşayan kiçik saxsı qab. Dəngənədə qatıq çalmaq. dəngəsər dəngəsər etmək (eləmək) – bax dəng etmək (“dəng1 ”də). Oğul mənimdir əgər, oxutmuram, əl çəkin! Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! M.Ə.Sabir. Dəngəsər olmaq – bax. dəng olmaq (“dəng1 ”də). Yatanlar hamısı dəngəsər olub oyandı. Ə.Vəliyev. dəngil sif. dan. Xal-xal, xallı. dəngil-dəngil sif. dan. Çoxlu xalları olan, xallı, xal-xal. dəngil-düngül sif. dan. Seyrək, aralı. Dəngil-düngül ağaclıq. dəngülüş sif. dan. Yüngül, qeyri-ciddi, dingiliş. Dəngülüş adam. dənxırdalayan sif. və is. tex. Dəni üyüdüb yarma halına salan. Dənxırdalayan maşın. // is. Dəni üyüdüb yarma halına salan maşın və s. dəni sif. [ər.] Alçaq, rəzil. ..Dəni məqsədlilərin burada şəltəsi işləməz.. Onları kənar etmək, öz məqamlarına qovmaq lazımdır. Ü.Hacıbəyov. Bəzən mühit ən gözəl, ən mərhəmətli və sevimli bir qızı dəyişdirib ən dəni, alçaq və cani bir şəklə də sala bilər. M.S.Ordubadi. dəniz is.\n1. Yer kürəsinin acı-duzlu su ilə örtülü olan və az-çox quru ilə əhatə olunmuş böyük sahəsi, okeanın bir hissəsi; dərya. Qara dəniz. Xəzər dənizi. – Dəniz okeanların az-çox təcrid edilmiş hissələridir ki, bunların özlərinin xüsusi rejimi vardır. “Ümumi fiziki coğrafiya”. // Acı-şor suyu olan çox böyük göl. Aral dənizi. – Dənizdə tufan qalxır. Xəzərin ağ köpüklü çılğın dalğaları sahili gəmirirdi. M.Hüseyn. // Yer üzündəki okean və dənizlərin məcmusu. Dənizlə Amerikaya getmək. // Süni surətdə düzəldilmiş çox böyük sututar. Mingəçevir dənizi. – Xəritədə Azərbaycan düzlərini sulamaq üçün bu dənizdən çəkilən kanalların şəbəkəsi görünürdü. Ə.Sadıq. • Dəniz nəqliyyatı – dənizlərdə işləyən nəqliyyat vasitələri (gəmilər və s.).\n2. məc. Təşbehlərdə, müqayisələrdə çoxluq, nəhayətsizlik, intəhasızlıq bildirir. Xəyalımız üzəydi sövda dənizlərində; Ləpələr üzərində. M.Müşfiq. Tərlan izdihama yaxınlaşdıqca, elə bil onun qarşısında böyük bir insan dənizi dalğalanırdı. M.Hüseyn. ‣ Dəniz tutmaq – gəminin yırğalanması nəticəsində ürəkbulanması və başağrısı şəklində təzahür edən xəstəlik halı. Dənizdə balıq sövdası – ortada mövcud olmayan qeyri-real bir şey haqqında söhbət aparma. Dənizdə balıq sövdası olmaz. (Ata. sözü). Dənizdə bir damcı – müqayisəedilməz dərəcədə az, çox cüzi bir şey haqqında. dənizarıdan sif. və is. tex. Dənizin dayaz yerlərini dərinləşdirən (gəmi). dənizaşırı sif. Dənizin o tayında olan, dənizin o tərəfində olan. Dənizaşırı ölkələr. dənizatı is. zool. Sahil yosunları arasında yaşayan kiçik balıq; dənizayğırı. dənizayğırı bax dənizatı. Dənizayğırının dərisi, onu yosun budaqları arasında çox yaxşı gizlədir. “Sualtı aləm”. dənizcik is. Kiçik dəniz; göl. dənizçi is. Dəniz nəqliyyatında və ya hərbi dəniz donanmasında xidmət edən adam. Dənizçilər marşı. – Bizim dənizçilərdir; Çovğunda, qışda, qarda; Qorumaqçın sahili; Üzür doğma sularda. M.Seyidzadə. dənizçilik is. Dənizdə xidmət etmə, dənizçi sənəti. dənizxiyarı is. zool. Dərisitikanlılar tipindən xiyara bənzəyən dəniz heyvanı. Dərisindəki xırda kirəc cisimciklərin və beş cərgə ayaqların olmasına görə, dənizxiyarlarının dənizkirpiləri, dənizulduzları və dənizzanbaqları sinfindən olduğunu görürük. “Sualtı aləm”. dənizkənarı sif. Dəniz kənarında olan, dəniz sahilinə yaxın olan. Dənizkənarı küçə. – Bakılılar hər axşam dənizkənarı bulvara çıxırlar. dənizkirpisi is. zool. Dərisitikanlılar tipindən yastı kürə şəklində heyvan. Dənizkirpisi, adətən, azacıq yastı kürə şəklində olub, üzərində beş cərgə nazik və şəffaf sorucu ayaqları vardır. “Sualtı aləm”. dəniz qaranquşu is. zool. Zirehli kiçik dəniz balığı. dənizqırağı bax dənizkənarı. dənizotu is. bot. Birləpəli bitkilər fəsiləsindən dənizdə bitən çoxillik su bitkisi. Alimlər dənizotundan təbii neftə oxşar süni neft almağa müvəffəq olmuşlar. dənizpərisi is. Nağıllarda: suda yaşayan, saçları üzünə tökülmüş, çılpaq, balıq quyruqlu qadın surətində təsəvvür edilən əfsanəvi vücud. dənizpişiyi is. zool. Qiymətli qara dərisi (xəzi) olan dəniz heyvanı. Qiymətli yumşaq xəzli dənizpişikləri törəyib çoxalmaq üçün adalara çıxırlar. “Sualtı aləm”. dənizsoğanı is. bot. İri yarpaqları olan çoxillik soğanaqlı ot bitkisi (təbabətdə istifadə olunur). Dənizsoğanı birləpəli çoxillik ot bitkilərindən olub, çəkisi iki qrama çatan böyük və quru yarpaqlı soğan yumrularına malikdir. R.Əliyev. dənizşeytanı is. zool. Dəniz dibində yaşayan enliağızlı balıq. Dənizşeytanı adlanan balıq dənizin dibində sakitcə uzanıb başındakı xırda bığlarını tərpədir. “Sualtı aləm”. dəniztısbağası is. zool. Ayaqları avar şəklində olan iri tısbağa. Dəniztısbağalarının ayaqları avara çevrilmişdir. “Sualtı aləm”. dənizulduzu is. zool. Dərisitikanlılar tipindən beşguşəli dəniz heyvanı. dənizzanbağı is. zool. Dəniz dibində yaşayan bitkiyə oxşayan bir heyvan. Çiçəyə bənzəyən dənizzanbağı dənizin dibində nazik ayaqcıqlar üzərində yırğalanaraq yaşayır. Bu, bitki deyil, heyvandır. “Sualtı aləm”. dənqurudan sif. xüs. Dəni qurutmağa yarayan. Dənqurudan cihazlar. dənləmə “Dənləmək”dən f.is. dənləmək f.\n1. Dənli yemləri bir-bir dimdiklə götürüb yemək (quşlar haqqında). Toyuqlar darını dənlədilər.\n2. Meyvəni ağacdan bir-bir qoparıb toplamaq, yığmaq, dərmək. Meyvələri dənləmək.\n3. Arıtlamaq, təmizləmək, irini xırdadan, yaxşını pisdən ayırmaq. Buğdanı dənləmək. Düyünü dənləmək.\n4. məc. Bir-bir qırmaq, öldürmək, tələf etmək, ortadan qaldırmaq. Elə, başçıları qırıb dənləsək; Qorxudan çəkilər yerdə qalanlar. S.Vurğun. İlyas sərrast atəşlə [düşmən] zabitlərini bir-bir dənləyirdi. Mir Cəlal. Bizim avtomatçıların atəşi [faşistləri] bircəbircə dənləyirdi. M.Hüseyn. dənlənmə “Dənlənmək”dən f.is. dənlənmək f. Dən yemək, dən axtarıb yemək. Küçədə bir neçə toyuq dənlənirdi. – Sarı toyuğum da balalarını başına toplayaraq armud ağacı altında eşələnir, dənlənirdi. A.Şaiq. Həyətdə yayxana-yayxana dənlənən yastı, sarıdimdikli qazların hərdənbir qaqqıltısından başqa bir şey eşidilmirdi. Ə.Əbülhəsən. dənləşmə “Dənləşmək”dən f.is. dənləşmək qarş. Bir-birinə mane olaraq, bir-birini itələyərək bir yerdə dən yemək. Göyərçinlər dənləşir. – Toyuqlar bir-birini dimdikləyə-dimdikləyə dənləşib qaqqıldaşır.. S.Rəhimov. dənlətdirmə “Dənlətdirmək”dən f.is. dənlətdirmək “Dənlətmək”dən icb. dənlətmə “Dənlətmək”dən f.is. dənlətmək “Dənləmək”dən icb. dənli sif. k.t. Dəni çox və yaxşı olan. Dənli sünbül. Bu taxıllar çox dənlidir. – ..Çöllər bərəkətli yaşıllıqla örtülürdü, zəmilərdə qaraqılçıq sünbüllər dənli başlarını yerə əyirdi. Ə.Məmmədxanlı. • Dənli bitkilər – məhsulu dən şəklində olan kənd təsərrüfat bitkiləri (buğda, arpa, qarğıdalı, çovdar və yulaf). dənlik is.\n1. Dən saxlanan, ərzaq saxlanan qab, anbar. Taxılı dənliyə tökmək.\n2. Dəyirman boğazında dən tökülən qutu; sərsərə.\n3. Qursaq. Toyuğun dənliyi.\n4. sif. mənasında. Əkmək üçün olan; toxumluq. Dənlik qarğıdalı. dənlilik is. Dəni çox olma. dənsiz sif. Dəni olmayan, yaxud az olan. Dənsiz sünbül. dənsizlənmə “Dənsizlənmək”dən f.is. dənsizlənmək f. Dənsiz hala düşmək, dənsiz qalmaq, dəni tökülmək. dənsizlik is.\n1. Dəni olmama və ya az olma. Taxılların dənsizliyi quraqlığın nəticəsidir.\n2. Yemsizlik. Toyuqlar dənsizlikdən acdır. – Arı balsız qalar, qarışqa dənsiz; Vaxt tapmaz ot çala çəpik çalanlar. M.Araz. dəntəmizləyən (=dəntəmizləyici) sif. tex. Dəni zibil və xırda daşlardan ayıran. Dəntəmizləyən maşın. // is. Dəntəmizləyən maşın və s. Dəntəmizləyəni təmir etmək. dəntəmizləyici (=dəntəmizləyən) sif. tex. Dəni zibil və xırda daşlardan ayıran. Dəntəmizləyən maşın. // is. Dəntəmizləyən maşın və s. Dəntəmizləyəni təmir etmək. dəntutan (=dəntutucu) is. tex. Dəntəmizləyən maşında və taxıldöyən kombaynda dəni zibildən və samandan ayıran hissə. dəntutucu (=dəntutan) is. tex. Dəntəmizləyən maşında və taxıldöyən kombaynda dəni zibildən və samandan ayıran hissə. dənyeyən sif. zool. Ətyeyən quşlardan fərqli olaraq, dən yeməklə keçinən. Toyuq, sərçə, sığırçın, bildirçin və s. dənyeyən quşlardır. – Dənyeyən quşlarda, məsələn, toyuqlarda əzələli mədə xüsusilə yaxşı inkişaf etmişdir. dərağuş [fars.] köhn.: dərağuş etmək – qucaqlamaq. Qarşısında ağ əlbəsədə Saranın xəyalı çiçəklərə yovuqlaşır, dərağuş edir, Bəhram çəkilir. C.Cabbarlı. Dərağuş olmaq – qucaqlaşmaq. Gecə yenə Əmiraslan öz vaxtında gəldi qızın yanına. Qapıları, möhkəm eləyib oldular dərağuş. (Nağıl). dəraməd I. is. [fars.] mus. Tar, yaxud kamança ilə ifa olunan muğamların giriş hissəsi. Şur dəramədi.\n\nII. is. köhn. Gəlir, qazanc. dəramədli sif. köhn. Gəlirli, mənfəətli. Dəramədli yer. dərban is. [fars.] köhn. Qapıçı. Büsatisəltənət zövqündən əhli-eşqə əfsundur; Cahan mülkündə, ey Seyyid, dəri-dildarə dərbandır. S.Ə.Şirvani. Qapıların qabağında qara libaslı dərbanlar dayanıbdır. Ə.Haqverdiyev. dərbar is. [fars.] Padşah sarayı. [Xacə Mübarəkə] əmr olundu ki, cümləsini haman saat Qəzvinin altıncı küçəsinin başında müəyyən olunan evə piyada yetirsin, özü dərbari-şahiyə qayıtsın. M.F.Axundzadə. [Xacə Firuz:] Mən – qoca Xacə Firuz altmış ildir ki, bu dərbarda xidmət edirəm. Ə.Haqverdiyev. [Şəmsiyyənin] bütün vəzir ailələrinə, vəzarətxanalara və dərbara yolu açıqdı. M.İbrahimov. dərbə is. məh. Mal-qaranın qışlıq yem ehtiyatı. dərbəçə is. [fars.] Balaca qapı. Ə.Abasov. // Darvazada olan balaca qapı. dərbədər sif. [fars.] Qapı-qapı gəzən, avara, yurdsuz; ev-eşiyindən, yerindənyurdundan avara düşmüş. // Zərf mənasında. Ey dərbədər gəzib ürəyi qan olan çocuq! Bir loğma nan üçün gözü giryan olan çocuq! M.Ə.Sabir. • Dərbədər düşmək (olmaq) – qapı-qapı gəzmək, evsiz-eşiksiz qalmaq, yerindən-yurdundan olmaq. [Vəzir:] İndi vəzarəti hər kəsə ki layiq görürsən, ona ver, mən başımı götürüb bu vilayətdən dərbədər olacağam. M.F.Axundzadə. Dilənmək qəsdilə düşüb dərbədər; Gəzərkən bir evdə pakizə düxtər. Q.Zakir. Dərbədər düşsün! (olsun!) – qarğış ifadəsi. [Balakişi:] Ay sizi bizim başımıza çıxardanlar dərbədər düşsünlər! Ə.Haqverdiyev. [Xırdaxanım:] Dərbədər olsun, məni bu evə düçar eyləyən! N.Vəzirov. Dərbədər etmək – 1) bax. dərbədər qoymaq. Çərxi-kəcrəftar eylədi vətəndən dərbədər məni. Q.Zakir. Sonra gündən-günə divanəsər etdin məni sən; Məktəbimdən soyudub, dərbədər etdin məni sən. A.Səhhət; 2) dağıtmaq, darmadağın etmək. Aradan keçdi illər; Çarın söndü çırağı; Tarix etdi dərbədər; O qanlı təmtərağı. Ə.Cavad. Sən ölməklə bitməyəcək məsələ; Qoşunların dərbədər olsun gərək. Ə.Vahid. Dərbədər qoymaq (salmaq) – avara salmaq, qapılara düşməsinə səbəb olmaq, evsiz-eşiksiz qoymaq, yurd-yuvasından ayrı salmaq. Xanimanımdan məni saldı, Nəbati, dərbədər; Əqlə bax, Məcnun kimi biganələrdən küsmüşəm. Ə.Nəbati. Şikəstə Zakirin varı var idi; Xalq içində etibarı var idi; Əbəsəbəs saldı dərbədər, gözəl. Q.Zakir. dərbənd is. [fars.]\n1. köhn. Dağlarda dar keçid, dağ keçidi; dərə.\n2. İranda dar küçə. Onlar axşam saat ona iyirmi beş dəqiqə qalmış Qaraçılar dərbəndində olur. M.S.Ordubadi. Təbrizdə Müctəhid dərbəndinə getmək istəyən adam əvvəlcə böyük bir darvazaya rast gəlir. P.Makulu. ‣ Dərbənd olmaq – meyl etmək, can atmaq, bənd olmaq. Üçyaşar at açılan kimi, nə südə dərbənd oldu, nə də yoncaya, düz özün atdı arpanın üstünə. (Nağıl). dərbəndi is. [Dərbənd şəhərinin adından]\n1. İrigiləli kəmşirin üzüm növü. Dərbəndidən doşab olmaz.\n2. Azərbaycan oyun havalarından birinin adı. Dərbəndi oynamaq. dərbərə is. Böyük darvazalardakı kiçik qapı. dərbəstə sif. [fars.]\n1. Qapısı bağlı.\n2. is. Bağlı qapı.\n3. sif. Xudmani. dərc [ər.]: dərc edilmək (olunmaq) – qəzetdə, ya məcmuədə çap edilmək (olunmaq). Qəzetdə Fərman haqqında bir məqalə dərc olunmuşdu. Ə.Sadıq. Dərc etdirmək – qəzetdə, ya məcmuədə çap etdirmək. Məqaləni qəzetdə dərc etdirdi. Dərc etmək – qəzetdə, ya məcmuədə çap etmək. “Kəşkül” “Əkinçi”nin yolunu davam etdirərək, öz səhifələrində gerilik əleyhinə kəskin məqalələr dərc edirdi. M.İbrahimov. dərd is. [fars.]\n1. Qəm, qüssə, kədər, ürək acısı, mənəvi əzab, əziyyət, iztirab. Dərdini dərd bilənə söylə. (Ata. sözü) ..Mahnı adamın bütün dərdini unutdurur.. M.Hüseyn. // Haqqında düşünmək lazım gələn, qayğıya səbəb olan şey; ürəyi incidən daxili sıxıntı; qayğı, qeyd. Elə dərd var ki, dəxi onun qabağında səbir, hövsələ mümkün deyil.. C.Məmmədquluzadə. // Əndişə, fikir, qayğı. Axşamın qaranlığı çökdükcə [Telmanın] dərdi, kədəri artır, onu qayğı alırdı. S.Hüseyn. Kimsə gəlinin dərdindən agah ola bilmir. Çəmənzəminli.\n2. Ağrı, bədən nasazlığı, xəstəlik, azar. Dərdi olan dərman arar. (Ata. sözü). [Əvvəlinci azarlı:] Ax! Ax! ..Vallah, bilmirəm ki, bu nə dərddi ki, gəlib yapışıb yaxamdan. C.Məmmədquluzadə. // Məc. mənada. Zakirəm, sızlaram misli-əndəlib; Tapmayıb dərdimi, əl çəkdi təbib. Q.Zakir.\n3. məc. Ürəkdəki sözlər, gizli arzular; sirr, fikir, düşüncə, məqsəd. Onun bircə dərdi var, o da mühəndis olmaq.\n4. Qarğış mənasında (bəzən “canına” sözü ilə). – Sonra, Əsgər bəy, canına dərd buyururam. N.Vəzirov. [Zeynal:] Zəhər, boğma, dərd, azar!.. C.Cabbarlı. ‣ Dərd almaq – bir şeyin fikri ilə, qayğısı ilə məşğul olmaq, bir şeyin iztirabını çəkmək. Hərçənd mən bir müəyyən söz demədim, çünki övrətimin dərdi məni elə almışdı ki, nə gələcəkdən və nə keçəcəkdən xəbərim var idi. C.Məmmədquluzadə. Dərd çəkmək – 1) acı bir hadisəni daim xatırlayaraq çox kədərlənmək, qəm-qüssə etmək, ruhi iztirab çəkmək. Yol kəsib haramılar; Dərd çəkir yaralılar. (Bayatı). [Dərviş:] Bir dərd çəkməkdən yarım dərd çəkmək yaxşıdır. Ə.Haqverdiyev. [Zərqələmin] ..üzündəki kədər onun daxilən .. bir dərd çəkdiyini bildirirdi. Ə.Sadıq; 2) bax dərdini çəkmək. Ağa dərviş! Deyirlər, el dərdi çəkənin gözlərinə qan damar, mənim sənə rəhmim gəlir. N.Vəzirov. Dərd eləmək (etmək) – 1) bax dərd çəkmək; 2) ürəyinə salmaq, bir şeyi özü üçün qayğı obyekti etmək. Dərd əhli – özü dərd çəkdiyi üçün başqasının dərdini bilən, onun dərdini başa düşən adam. Vidadi, xəstəyəm, günlər sanaram; Dərd əhliyəm, qəm hərfini qanaram. M.V.Vidadi. Eşqdə bidərdlər eylər təəccüb halıma; Yoxsa bu kişvərdə bir dərd əhli yoxdur, ey əcəb! S.Ə.Şirvani. Özün bir dərd əhli, bir qədir bilən; Danışıban deyən, oynayıb-gülən. Aşıq Pəri. Dərd gəlmək – bax dərd olmaq. Dərd götürmək – bax dərd almaq. Məni dərd götürdü. Mir Cəlal. Dərd olmaq – qayğı, fikir obyekti olmaq, hər zaman üzərində düşünülməsini tələb edən, həmişə narahat edən bir iş olmaq. ..Hər şey Pəri nənəyə dərd olmuşdu. M.Hüseyn. Dərd vermək – dərdlənməsinə, kədərlənməsinə, mənəvi əzab və iztirab çəkməsinə səbəb olmaq. Gəlişin ruhuma dərd verir, aman! Məhəbbət dəmidir, bahar, ay bahar! S.Vurğun. Dərd yarıdır – bir şeyin lazım olduğundan daha az, arzu edildiyindən daha pis olduğunu göstərən ifadə. Vahid, heç olmasa, dərd yarıdır, aləmdə yenə; Bizə rəhm eyləsə mindən biri cananələrin. Ə.Vahid. Dərdə batmaq – bir şeyin fikri, qayğısı ilə məşğul olmaq, bir şeyi özünə dərd etmək. Bu gecə Kosa dünyanın dərdinə batdığı halda, .. pişik kefə batmışdı. S.Rəhimov. Dərdə düşmək – 1) (bəzən “canı” sözü ilə) xəstələnmək, bir xəstəliyə tutulmaq; 2) bir şeyi özünə dərd etmək. Mən düşən dərdə düşsə; Mum olur, dağ da ərir. (Bayatı). Cahanda düşdünsə min qəmə, dərdə; Qaranlıq çəkmədi gözünə pərdə.. S.Vurğun. Dərdə giriftar etmək, dərdə salmaq – dərdə düçar eləmək, dərdə salmaq, dərdlənməsinə səbəb olmaq. Oğlanı dərdə salan; Bir alagöz gəlindir. (Bayatı). Çəkərsən boynuna pərdə; Salarsan aşiqi dərdə. Q.Zakir. Nə sən fəraqə səbəb olmusan, nə mən bais; Bu dərdə saldı bizi ruzigar, ey dust! S.Ə.Şirvani. Dərd(in)ə qalmaq – birinin dərdini, fikrini çəkmək, birinin qeydinə qalmaq, haqqında düşünmək. Əsrlərdən bəri, illərdən bəri; Dərdinə qaldığım yerdir bu yerlər. M.Müşfiq. Dərdindən dəli (dəli-divanə) olmaq – bax dərdindən ölmək. Dərdindən ölmək – 1) itirmiş olduğu ən əziz bir şeyi daim düşünmək, xatırlamaq və dərin iztirab nəticəsində özünü tələf etmək; 2) məc. son dərəcə sevmək, dəlicəsinə sevmək. Şərbaf Qasıma, bəzzaz Ağa Qənbərə getmir; Dərdindən ölür, Molla Ələsgərə də getmir. Ə.Nəzmi; // Son dərəcə qeydinə qalmaq, fikrini çəkmək, qayğısını çəkmək, maraqlanmaq. Dərdinə dərman (çarə) eyləmək (etmək, olmaq) – birini düşmüş olduğu ağır vəziyyətdən, iztirabdan, qayğıdan, dərddən qurtarmaq üçün çarə tapmaq. A kişi .. xəbərin yoxmu, dövlət dumasından da dərdlərimizə bir dərman olmadı, duma özü də dağıldı! N.Vəzirov. Çərkəz dostunun da həyəcan keçirəcəyini, bu xəbəri eşidən kimi əl-ayağa düşəcəyini və onun dərdinə şərik olacağını gözləyirdi. İ.Şıxlı. Dərdinə qalmaq – bax dərdinə yanmaq. Dərdinə şərik olmaq – birinin dərdini yüngülləşdirmək üçün ona təsəlli vermək, hüsn-təvəccöh göstərmək, onunla bərabər kədərlənmək. Çərkəz dostunun da həyəcan keçirəcəyini, bu xəbəri eşidən kimi əl-ayağa düşəcəyini və onun dərdinə şərik olacağını gözləyirdi. İ.Şıxlı. Dərdinə yanmaq – yazığı gəlmək, halına acımaq. Dərdini açmaq (açıb tökmək) – sirrini, ürəyindəkiləri açıb söyləmək. [Firidundan] savayı heç kəsə dərdimi açmaram. Ə.Haqverdiyev. [Zeynalın] keçən gün əli hər şeydən üzülüb öz dərdini Şərifzadəyə açıb söyləmişdi. S.Hüseyn. Kosa dərdini açmaq, məsləhət almaq üçün bir ürək sirdaşı axtarırdı. S.Rəhimov. Dərdini çəkmək – bir şeyin, yaxud başqasının fikrini, qayğısını çəkmək. [Sevinc:] Qaşqay, niyə belə kefsizsən? Yoxsa, dostunun dərdini çəkirsən? Z.Xəlil. Dərdini dağıtmaq – fikrini, zehnini məşğul edən bir qayğını, kədəri, qüssəni, qəmi özündən uzaqlaşdırmaq. [Cahandar ağa] .. bütün günü hirsli-hirsli meşədə gəzmiş, dərdini dağıdıb, başını qatmaq üçün qabağına çıxan quşlara, vəhşi donuzlara güllə atmışdı. İ.Şıxlı. Dərdini təzələmək – yaddan çıxmış acı bir hadisəni yadına salaraq ruhi iztirab vermək, dərdləndirmək, kədərləndirmək. dərd-hal (=dərdi-hal) is. [fars. dərd və ər. hal] klas. bax dərd 3-cü mənada. Kənarda durmaqla millətin ehtiyacını və dərd-halını bilmək olmaz. F.Köçərli. dərdi-hal (=dərd-hal) is. [fars. dərd və ər. hal] klas. bax dərd 3-cü mənada. Kənarda durmaqla millətin ehtiyacını və dərd-halını bilmək olmaz. F.Köçərli. dərd-sər (=dərdi-sər) is. [fars.] klas. Başağrısı, əziyyət, narahatlıq; qayğı, qeyd. Ey xuda, kim çəkər axırda gülabın bu gülün; Dərdisər dəfinə aləmdə bu dərman gülüdür. S.Ə.Şirvani. // Dərd-qəm, qayğı, fikir. ..Başıma dolanan, dərd-sərimi dağıdan, viran könlümü gülüstan edən Ruqiyyə idi, Ruqiyyə. A.Divanbəyoğlu. • Dərd(i)-sər çəkmək – narahatçılıq çəkmək, narahat olmaq. Biz almışıq arvad, olaq bəxtəvər; Almamışıq, gündə çəkək dərdi-sər. Ə.Nəzmi. [Çimnaz:] ..Baxanda deyirsən ki, dərd-sər çəkməyir, [Sona] arsızdır... Ə.Əbülhəsən. Dərd(i)sər vermək – başağrısı vermək, əziyyət vermək, narahat etmək. ..Axır bu dəlixana söhbəti nə bir söhbətdi ki, bunun üstə özünüzə də, bizə də bu qədər dərd-sər verirsiniz? C.Məmmədquluzadə. Bir nəfər havadar və qəmxarım yoxdur, yenə sizə ümidvar olub da, dərd-sər verməyə cəsarət edirəm. M.Ə.Sabir. dərdi-sər (=dərd-sər) is. [fars.] klas. Başağrısı, əziyyət, narahatlıq; qayğı, qeyd. Ey xuda, kim çəkər axırda gülabın bu gülün; Dərdisər dəfinə aləmdə bu dərman gülüdür. S.Ə.Şirvani. // Dərd-qəm, qayğı, fikir. ..Başıma dolanan, dərd-sərimi dağıdan, viran könlümü gülüstan edən Ruqiyyə idi, Ruqiyyə. A.Divanbəyoğlu. • Dərd(i)-sər çəkmək – narahatçılıq çəkmək, narahat olmaq. Biz almışıq arvad, olaq bəxtəvər; Almamışıq, gündə çəkək dərdi-sər. Ə.Nəzmi. [Çimnaz:] ..Baxanda deyirsən ki, dərd-sər çəkməyir, [Sona] arsızdır... Ə.Əbülhəsən. Dərd(i)sər vermək – başağrısı vermək, əziyyət vermək, narahat etmək. ..Axır bu dəlixana söhbəti nə bir söhbətdi ki, bunun üstə özünüzə də, bizə də bu qədər dərd-sər verirsiniz? C.Məmmədquluzadə. Bir nəfər havadar və qəmxarım yoxdur, yenə sizə ümidvar olub da, dərd-sər verməyə cəsarət edirəm. M.Ə.Sabir. dərd-möhnət (=dərdü-möhnət) is. [fars. dərd və ər. möhnət] bax dərd-qəm. dərdü-möhnət I. (=dərd-möhnət) is. [fars. dərd və ər. möhnət] bax dərd-qəm.\n\nII. klas. Ömür keçdi, insaf eylə, sevdiyim; Nə müddətdi dərdü-möhnət çəkirəm. Q.Zakir. Sivayi-dərdü-möhnət fəqr mülkündən xəracim yox. S.Ə.Şirvani. dərd-bəla is. [fars.] Dərdə, qayğıya səbəb olan hal; iztirab və əziyyət verən və ya qorxulu hadisə. Dərd-bəladan qurtarmaq. // Xəstəlik mənasında. Yol ötdüm, çıxdım yala; Nahaqdan düşdüm qala; Əyil üzündən öpüm; Candan çıxsın dərd-bəla. (Bayatı). dərdbilən is. Başqasının dərdini, kədərini, ürək sirrini duyan, başa düşən, ona acıyan və kömək edən adam. Dərdini dərdbilənə söylə. (Ata. sözü). Sənə Vaqif kimi dərdbilən gərək; Layiq görməm hər nadanı mən sənə. M.P.Vaqif. Vilayətdə gözəl çoxdu, nə fayda; Dərdbilən, yetən dadə tapılmaz. Q.Zakir. dərdbilməz is. Başqasının dərdini, halını düşünməyən, ona acımayan, kömək etməyən adam. Dərdbilməzlər qanar məni, heç bilməz; Dərd ilə doludur döşüm, ağlaram. Q.Zakir. dərd-dil is. [fars.] köhn. Ürək dərdi, sirr. Məşədi Qasım mənim qonşumdur, dərddilini mənə söyləyib. C.Məmmədquluzadə. dərdəcər sif. Azarlı, dərdli, xəstə, nasaz, zəif. Dərdəcər adam. Dərdəcər uşaq. • Dərdəcər olmaq – dərdə düşmək, azara düşmək. Mehdi tutulandan sonra Nəbi ya dərdəcər olub öləcək, ya da üzə çıxacaqdır. “Qaçaq Nəbi”. [Hacı Qara:] Durub gedim evə, tədarükümü görüm, .. yoxsa qüssədən dərdəcər ollam. M.F.Axundzadə. [Cənnətəli:] Vallah, az qalmışam dərdəcər olum. N.Vəzirov. dərd-ələm [fars. dərd və ər. ələm] bax dərd-qəm. Həmdəmimdi bu dərdələm: Öz içimdə öz zəlzələm; Ayıqca yatır, ay Allah! M.Araz. dərd-ələmli bax dərd-qəmli. dərdəsər is. [fars.] Başağrısı, dərd, qayğı. dərdəsərli sif. Çoxlu dərdi, qayğısı olan; başıbəlalı, dərdli. dərdəst [fars.]: dərdəst etmək köhn. – tutmaq, ələ keçirmək, yaxalamaq, həbs etmək. Caniləri dərdəst etdilər. – Keçəmirli kəndindən məxfi məktub yazıb onu dərdəst edəcəklər. Mir Cəlal. dərd-əzab is. [fars. dərd və ər. əzab] bax dərd-qəm. dərd-əzablı sif. Əziyyətli, əzablı, əzab və əziyyətlə dolu. dərdi-dil bax dərd-dil. Qasid gəlcək, dərdi-dilin bilmişəm; Möhnətilə didəm yaşın silmişəm. Aşıq Pəri. dərdimənd bax dərdmənd. dərdirilmə “Dərdirilmək”dən f.is. dərdirilmək “Dərdirmək”dən məch. dərdirmə “Dərdirmək”dən f.is. dərdirmək “Dərmək”dən icb. Almaları dərdirmək. dərdkeş is. [fars.] Dərd çəkən, dərdi olan; dərdli. Olma xali dərdkeşlər söhbətindən, ey könül! Füzuli. dərd-kədər bax dərd-qəm. dərd-qəm is. [fars.] Qəm, qüssə, kədər. Gülsümün yükü və dərd-qəmi gündəngünə artmaqda idi. Ə.Haqverdiyev. dərd-qəmli sif. Qəmli, qüssəli, kədərli. dərd-qüssə is. [fars. dərd və ər. qüssə] bax dərd-qəm. Laləzar çəmənlərində, soyuq bulaqlarında, layla çalan meşələrində bir qarış yer yoxdur ki, balaların orada şad olub dərd-qüssəyə düçar olmasınlar. N.Vəzirov. dərd-qüssəli bax dərd-qəmli. dərdləndirici sif. Dərdlənməyə, kədərlənməyə, iztirab çəkməyə səbəb olan, dərd artıran; dərdverici. dərdləndirmə “Dərdləndirmək”dən f.is. dərdləndirmək bax dərdlətmək. dərdlənmə “Dərdlənmək”dən f.is. dərdlənmək f.\n1. Kədərlənmək, xiffətlənmək, dərdə düşmək, dərd çəkmək. Mən də dərdlənmişəm küskün səsindən; Bir əsrin o qanlı faciəsindən.. S.Vurğun. Dərdlənən o qoca, qanlı, amansız; Dalğanda yox olan oğlunu istər. R.Rza.\n2. məc. dan. vulq. Acgözlüklə yemək. dərdləşmə “Dərdləşmək”dən f.is. dərdləşmək qarş. Dərdlərini birbirinə söyləmək; ümumiyyətlə, baş-başa verib söhbət etmək. [Soltan bəy:] Daha bundan gözəl nə olmuş ola. Əcəb söhbət eyləyirik. Sən dul, mən dul, gəl dərdləşək də! Ü.Hacıbəyov. Qoy götürüm ələ mən sədəfli saz; Sonra da dərdləşək səninlə bir az. Ə.Cavad. dərdlətmə “Dərdlətmək”dən f.is. dərdlətmək f. Dərdə salmaq, dərdləndirmək. dərdli sif.\n1. Dərdi, kədəri olan. Mehriban dərdli başını məzlumanə bir tərzdə qaldırıb yaşı yanaqlarına doğru axan gözləri ilə baxdıqda Səlimi gördü. S.Hüseyn. Bizim dərdli Rəna, bir də ki Əsmət; Gəldi aparmağa nakam Güləri. M.Rahim. // Hüzn gətirən; həzin, kədərli, qüssəli, ələmli, yanıqlı. Aşiqin dərdli mahnıları. – Mən bilməz idim, bəla imiş eşq; Bir dərdli macəra imiş eşq. Füzuli. Mən səni görmüşəm on beş il əzəl; Dilində bir qoşma, bir dərdli qəzəl. S.Vurğun. // İs. mənasında. Dərdli söylədiyini dəli söyləməz. (Ata. sözü). Gecə uzun, ay batmaz; Dərdlilər gecə yatmaz. (Bayatı).\n2. Xəstəliyi, illəti olan; əlil, məriz. dərdli-dərdli zərf Qəmli, qüssəli, dərdli halda, qəmgin-qəmgin, yanıqlı-yanıqlı. Bəzən dərdli-dərdli yaşmaq altından; Solğun baxışınla sakit baxırsan. Ə.Cavad. [Səlim] qapının ağzında dik dayanır, dərdlidərdli ağlayır, buradaca mürgüləyirdi. S.Rəhimov. dərdlilik is. Dərdli adamın halı, ürəyində dərd olma. dərdmənd is. və sif. [fars.] klas.\n1. Dərdi, kədəri olan, ürəyi dərdli. Saqi, mədəd et ki, dərdməndəm; Qəm silsiləsinə paybəndəm. Füzuli. Gözlə məni, zarü dərdməndəm; Zənciri-xumarə paybəndəm. Məsihi.\n2. Başqasının qeydinə qalan, başqasının dərdinə qalan. // məc. zar. Hal əhli. Görünür ki, qazı lotudu və yaxşı adamdı, .. görünür ki, dərdmənddi. C.Məmmədquluzadə. dərdnak sif. və zərf [fars.]\n1. klas. Dərdli, kədərli, qüssəli, ələmli. Dərdnak könül. – Qeys onu görüb həlak oldu; Min şövq ilə dərdnak oldu. Füzuli. Gördü yazılan kəlam pakin; Oxudu hədis dərdnakin. Məsihi.\n2. Azarlı, xəstə. dərdsiz sif. və is. Heç bir dərdi, qayğısı olmayan. Dərdsiz adam. Çaylar daşdı, çağladı; Dərd üstdən dərd bağladı; Getdim dərdsiz yanına; O məndən çox ağladı. (Bayatı). dərdsiz-qəmsiz sif. Dərdi, qayğısı olmayan. Ömrün-günün dərdsiz-qəmsiz deyildi; Çox ananın dərdi sənə deyildi. M.Araz. dərdsizlik is. Heç bir dərd olmadığı hal. dərdü-bəla bax dərd-bəla. Ey qan olan könül, niyə düşdün bu halə sən? Bais nədir bu dərdü-bəlayə həvaləsən? S.Ə.Şirvani. dərdü-qəm bax dərd-qəm. Aləmin dərdü-qəmindən xəbərin yox, Seyyid! Mən ki meyxanəni illərdi pənah eyləmişəm. S.Ə.Şirvani. dərdü-qüssə klas. bax dərd-qüssə. dərdverici bax dərdləndirici. dərə is.\n1. İki dağ və ya təpə arasında, eləcə də düzənlikdə uzun dərin çuxur; vadi. Ey söyüdlü dərə, ey dumanlı dağ; Səfaya daldığım yerdir bu yerlər. M.Müşfiq.\n2. Çay yatağı, çayın axdığı yer. Çəmənin üst tərəfi getdikcə uca, qarlı dağlara müttəsil olur və qabağında bir dərə var, içindən bir balaca çay axır. M.F.Axundzadə. Çöllər, dərələr dürlü çiçəklərlə bəzəndi; Dağdan, qayadan qar əridi, çaylara endi. A.Səhhət. ‣ Dərə xəlvət, tülkü bəy (Ata. sözü) – hərki-hərkilik, özbaşınalıq olan yer haqqında. dərəbəy (=dərəbəyi) is. tar. Keçmiş zamanlarda bir neçə kənd üzərində hökmü olan iri torpaq sahibi. // Feodal. Hər şeydən əvvəl, Mirzə Fətəlini köhnə Şərq dövlət idarəsi üsulunun tənqidçisi, monarxizmin, İran istibdad və dərəbəy üsulunun amansız bir düşməni kimi görürük. C.Cabbarlı. dərəbəyi (=dərəbəy) is. tar. Keçmiş zamanlarda bir neçə kənd üzərində hökmü olan iri torpaq sahibi. // Feodal. Hər şeydən əvvəl, Mirzə Fətəlini köhnə Şərq dövlət idarəsi üsulunun tənqidçisi, monarxizmin, İran istibdad və dərəbəy üsulunun amansız bir düşməni kimi görürük. C.Cabbarlı. dərəbəylik (=dərəbəyilik) is.\n1. tar. Dərəbəyinin hal və vəziyyəti. // Feodallıq, feodalizm. Dərəbəylik dövrü. Dərəbəylik dövrünün qalıqları.\n2. məc. Hərki-hərkilik, özbaşınalıq. Ölkə dərəbəylik, – deyə xan-xanmı sanırsan? Axmaq kişi, insanlığı asanmı sanırsan? M.Ə.Sabir. Bilmirik ki, heç bu nə dərəbəylikdir? S.Rəhimov. [Zeynal:] ..Amma səndən olsa, dünya qarışar, dərəbəylik olar. Ə.Əbülhəsən. dərəbəyilik (=dərəbəylik) is.\n1. tar. Dərəbəyinin hal və vəziyyəti. // Feodallıq, feodalizm. Dərəbəylik dövrü. Dərəbəylik dövrünün qalıqları.\n2. məc. Hərki-hərkilik, özbaşınalıq. Ölkə dərəbəylik, – deyə xan-xanmı sanırsan? Axmaq kişi, insanlığı asanmı sanırsan? M.Ə.Sabir. Bilmirik ki, heç bu nə dərəbəylikdir? S.Rəhimov. [Zeynal:] ..Amma səndən olsa, dünya qarışar, dərəbəylik olar. Ə.Əbülhəsən. dərəcə is. [ər.]\n1. Bir şeyin müqayisəli kəmiyyəti, səviyyəsi. Mədəniyyət dərəcəsi. İnkişaf dərəcəsi. Bilik dərəcəsi. Təhsil dərəcəsi. – Kənd əhalisinin savad dərəcəsini inqilabdan əvvəlki ilə müqayisə etmək çox qəribə görünür. İ.Əfəndiyev. // Bir sıra sözlərə qoşulduqda, həmin sözlə ifadə edilən şeyin həddini, qədərini, əhəmiyyətini bildirir. Son dərəcə (ifrat bildirir). Mühüm dərəcədə (çox, olduqca). Eyni dərəcədə (bərabərlik bildirir). Bir dərəcəyə qədər (qismən, bir cəhətdən). – Qətibə öz fikrində ifrat dərəcəsinə çatmışdı. M.S.Ordubadi. Günəş, hərarəti təsir etməyəcək dərəcədə üfüqə doğru enmişdi. S.Hüseyn. Dilbər anasının bu nəzərlərində onun şikayətini və bir dərəcəyə qədər yalvarışını oxuyurdu. Ə.Sadıq. // Hədd. Rüstəm kişinin amiranə səsi və dərəcəsini aşan sərbəst hərəkəti Qoşatxanın xoşuna gəlmədi. M.İbrahimov. // yerlik halında. Qədər. O dərəcədə. Bu dərəcədə isti görməmişəm. Mümkün dərəcədə. – Osmanlıda qanuni-əsasi arvadları o dərəcədə şövqə gətirib ki, dəxi gözləri naməhrəm kişiləri görmür. C.Məmmədquluzadə. ..Ağa dərviş, mənim sözlərimin bu dərəcədə səni pərt edəcəyini bilsəydim, əlbəttə, onları ağzıma almazdım. A.Divanbəyoğlu.\n2. Elmi ad, rütbə. Elmlər namizədi dərəcəsi. Doktorluq dərəcəsi.\n3. İdmanda: qrup, kateqoriya, pillə. Şahmatda ikinci dərəcə almaq. İdmançının çəki dərəcəsi. – Boks, güləşmə, ağırlıq qaldırma kimi idman növləri sahəsində idmançılar öz çəkilərinə görə dərəcələrə ayrılırlar. Ə.Babayev.\n4. riyaz. Dairənin 1 /360 hissəsinə bərabər bucaq və ya qövs ölçüsü vahidi. Hər insan bir peykdi məncə; Doxsan peyk yüz səksən dərəcə; Mehvərindən dönüb getdi. M.Araz.\n5. fiz. Termometr, barometr və b. ölçü cihazları üzərindəki bölgü. Temperaturun ölçü vahidi dərəcədir. İyirmi dərəcə şaxta. Otuz dərəcə isti. – Yasəmənin qızdırması getdikcə artırdı. Səhər açıldıqda hərarəti qırx dərəcəyə çatdı. S.S.Axundov. [Murad:] Vəli xəstələnib, qırx dərəcə qızdırma içində yatır... S.Rəhman.\n6. Vəzifə, mövqe, rütbə, mərtəbə. Dərəcəsi yüksəlmək. – [Vəzir:] ..Heç bilirsənmi ki, sənin bacını xana vermək ilə nə qədər mənim dərəcəm və sənin rütbən artıq olacaqdır? M.F.Axundzadə. dərəcələmə “Dərəcələmək”dən f.is. dərəcələmək f. Dərəcələrə bölmək. dərəcələnmə “Dərəcələnmək”dən f.is. dərəcələnmək məch. Dərəcələrə bölünmək. dərəcəli sif.\n1. Dərəcəsi olan, dərəcə almış, dərəcəyə malik olan. Dərəcəli elmi işçi. Dərəcəli idmançıların sayı getdikcə artır. // Adətən sıra saylarından sonra. İkinci dərəcəli diplom. İkinci dərəcəli məsələ. Birinci dərəcəli rol oynamaq.\n2. Dərəcələrə bölünmüş. dərəcəsiz sif. Dərəcəsi olmayan. Dərəcəsiz elmi işçi. Dərəcəsiz idmançı. dərəcik is. Kiçik dərə. Dərəcikdə gecələmək. – Zığlı dərəciklər .. yaşıllaşırdı. M.İbrahimov. dərək is. [ər.]\n1. köhn. Uçurumun dibi.\n2. Aşağı dərəcə, aşağı pillə.\n3. Cəhənnəm, cəhənnəmin dibi. dərəlik is. Dərələr olan yer. // Sif. mənasında. ..Uçurum, dərəlik, sıldırım qayalıq yerlərdən keçirdim. A.Şaiq. dərəlik-təpəlik bax dərə-təpəlik. dərəli-təpəli bax. dərə-təpəli. Dərəli-təpəli səhralar. – [Zöhrab] Gözünü Kürə, meşəyə, Ceyran çölün son bahar yaşıllığına bürünmüş dərəli-təpəli çöllərinə zillədi. İ.Şıxlı. dərəmum is. Təmizlənməmiş mum; qaramum. dərə-təpə is. Dərəli-təpəli yer, düz olmayan yer. [Cahangir bəy:] Onda dərətəpələr dolardı qaçaqla. N.Vəzirov. [Kosaoğlu:] Deyəsən, İmran da ona uyub. Öz işgücünü bir yana buraxıb, dərə-təpə gəzir. İ.Şıxlı. ‣ Dərədən-təpədən – oradan-buradan, adda-budda. dərə-təpəli sif. Dərə-təpəsi çox olan, düz olmayan. Dərə-təpəli sahələr. dərə-təpəlik is. Dərə və təpələr olan yer. Vaxtı ilə çılpaq dərə-təpəlik o yuxarı dağlıq hissə indi gül-çiçəyə bəzənmişdir. (Qəzetlərdən). dərgah (=dərgəh) is. [fars.] klas.\n1. Astana, kandar, qapı önü; böyük adamların qapısı; saray, iqamətgah. [Xaqani:] Nizami! Lütf ilə soruşsan nəyəm? Sənin dərgahında aciz bəndəyəm. M.Rahim.\n2. məc. din. Allahın mərhəməti, şəfqəti, köməyi, inayəti mənasında (bəzən “Allah”, “həqq” sözləri ilə). Yarəb, kərəm et ki, xarü zarəm; Dərgahə bəsi ümidvarəm. Füzuli. ..Həmşəriləri təziyə məclisinə .. qoymayanda .. başlarını salardılar aşağa və özözlərinə deyərdilər: – Allah, şükür dərgahına! C.Məmmədquluzadə. Xəlifə onların hər birinə tək-tək cavab verib, onlar üçün Allah dərgahından səadət və dövlət rica edəcəyini və duasını onların barəsində şamil edəcəyini vədə verdi. M.S.Ordubadi. • Əllərini Allah dərgahına qaldırmaq (qalxızmaq) – Allaha müraciətlə əllərini göyə qaldırıb ona yalvarmaq, raz-niyaz etmək. [Sona xanım:] Əziz Allah, dərgahına qalxızmışam əllərimi! Ə.Haqverdiyev.\n3. məc. tənt. Ev. Peymanını pozan xəyal həmdəmim; Dərgahıma sayə salmayacaqdır. S.Vurğun. dərgəh (=dərgah) is. [fars.] klas.\n1. Astana, kandar, qapı önü; böyük adamların qapısı; saray, iqamətgah. [Xaqani:] Nizami! Lütf ilə soruşsan nəyəm? Sənin dərgahında aciz bəndəyəm. M.Rahim.\n2. məc. din. Allahın mərhəməti, şəfqəti, köməyi, inayəti mənasında (bəzən “Allah”, “həqq” sözləri ilə). Yarəb, kərəm et ki, xarü zarəm; Dərgahə bəsi ümidvarəm. Füzuli. ..Həmşəriləri təziyə məclisinə .. qoymayanda .. başlarını salardılar aşağa və özözlərinə deyərdilər: – Allah, şükür dərgahına! C.Məmmədquluzadə. Xəlifə onların hər birinə tək-tək cavab verib, onlar üçün Allah dərgahından səadət və dövlət rica edəcəyini və duasını onların barəsində şamil edəcəyini vədə verdi. M.S.Ordubadi. • Əllərini Allah dərgahına qaldırmaq (qalxızmaq) – Allaha müraciətlə əllərini göyə qaldırıb ona yalvarmaq, raz-niyaz etmək. [Sona xanım:] Əziz Allah, dərgahına qalxızmışam əllərimi! Ə.Haqverdiyev.\n3. məc. tənt. Ev. Peymanını pozan xəyal həmdəmim; Dərgahıma sayə salmayacaqdır. S.Vurğun. dərhal zərf [fars. dər və ər. hal] O saat, tez, əlüstü, fövrən, gecikmədən. Hamı dərhal ayağa qalxdı. – Qanadların qayaya çırparaq uçar qartal; Dikib yerə gözünü ov üçün baxar dərhal. A.Şaiq. Nurəddinin özü də şad oldu və dərhal heybəsini götürüb cəld getdi. S.S.Axundov. dərhəqiqət zərf [fars. dər və ər. həqiqət] köhn. Doğrusu, doğrudan da, həqiqətdə, həqiqətən. dəri is.\n1. İnsan və heyvanın bədəninin üstünü örtən mikroskopik məsaməli ət örtüyü. Qolumun dərisi soyulub. Dərisi səpmək. – Qulunun başının tükləri, qaşları və kirpikləri xına rəngində idi. Hətta dərisi belə kürənə çalırdı. M.İbrahimov.\n2. Heyvanın tüklə örtülü dərisi. Qoyun dərisi. Tülkü dərisi. – Pələngin dərisini soyub evə dönərkən qonşular başıma toplandı. A.Şaiq. // Xəz. Dəri yaxalıqlı palto.\n3. Gön. Özümüz üçün lazım olan paltar və ayaqqabı hazırlamaqdan ötrü heyvanlardan yun, xəz, dəri (gön) əldə edirik.\n4. Pendir, yağ və s. saxlamaq üçün qoyun və keçi dərisindən xüsusi üsulla hazırlanan motal. ..Bir tərəfdə un çuvalları düzülüb, bir tərəfdə də yağ dəriləri, yun məfrəşləri qoyulubdur. M.F.Axundzadə. Kərə yağı göndər mənə bir dəri. M.Möcüz.\n5. Dəridən qayrılmış, dəridən düzəldilmiş, dəridən tikilmiş. Dəri palto. Dəri yaxalıq. Dəri ayaqqabı. Dəri cild. – ...Almurad baba .. dəri qından bir qəmə çıxarıb satıla çəkdi. İ.Əfəndiyev.\n6. Meyvənin qabığı. ‣ Bir dəri, bir sümük – son dərəcə arıq, sısqa, zəif adam haqqında. Çəngələdi qocanı yatağından qaldırdı, bir dəri bir sümük idi, evi başına uçmuş bir quş müqəvvası kimi yüp-yüngüldü. Ə.Məmmədxanlı. Dəridən çıxmaq – 1) həddindən artıq çalışmaq, əlləşmək, əlləşib-çapalamaq. [Əhməd] Biri gecə-gündüz dəridən çıxıb işləyir, o biri at belində gəzir. İ.Şıxlı; 2) çoxlu zəhmət, pul, mal sərf etmək. Dəridən-dırnaqdan çıxmaq – bax dəridən çıxmaq 1-ci mənada. Qurbanəli bəylər çar məmurlarına xoş gəlmək üçün dəridən-dırnaqdan çıxırdılar. M.İbrahimov. Dərisi üstündə yanmaq – arıqlamaq, qurumaq. İşləməkdən dərisi üstündə yanıb. Dərisinə saman təpmək – çox əziyyət vermək, çox incitmək, divan tutmaq; öldürmək. – Məgər qorxmayırsan onun qohuməqrəbasından? Dərinə saman təpərlər, axı! N.Vəzirov. Görək, kim kimin dərisinə saman təpəcək. Ə.Əbülhəsən. Dərisinə sığmamaq – 1) son dərəcə kökəlmək; 2) kibrlənmək, çox təşəxxüslənmək, öyünmək. Dərisini soymaq məc. – bərk cəzalandırmaq, cəza vermək, divan tutmaq. [Aslan bəy:] Tarverdi, get, uşaqlara söylə ki, odun yığıb o qayanın başında bir çıraqban etsinlər ki, bütün mahal işığını görməsə, dərilərin soyaram. C.Cabbarlı. Dərisini sudan çıxarmaq – birtəhər canını qurtarmaq. Quru dəri – çox arıq, çox zəif adam haqqında. Aşiqin məşuqu gərək çağ olsun; Nə hasil o quru dəridən sənə. Q.Zakir. dərialtı is. anat. Dərinin altında olan. Dərialtı toxumalar. Dərialtı piy təbəqəsi. dəriaşılayan is. Xam dəriləri aşılamaqla məşğul olan usta. dəribiçən is. Dəridən ayaqqabı, paltar və s. biçən usta. // Sif. mənasında. Dəribiçən qayçı. dəriboyayan is. Dəriləri müxtəlif rənglərdə boyayan usta. // Sif. mənasında. Dəriboyayan alət. dəricik is. Kiçik dəri, incə dəri, nazik dəri. dəriçə is. [fars.]\n1. Kiçik qapı.\n2. Divarda kiçik taxça. [Odabaşı:] Divarlarda xırdaca dəriçələr var. Ə.Haqverdiyev. dəriçi is. Dəri istehsalı işçisi; dabbağ. dəriçilik is. Dəriçi sənəti; dabbağlıq. dərixana is. Dəri emal edilən yer, karxana; dabbağxana. Girəcəkdəki ikimərtəbə mülkün altı dərixanadır. dərili sif. Dərisi olan. // Dəridən olan, üstü dəri ilə örtülü. Mirzə Muxtar dükana qənd-çay almağa gedərdi. Həmişə damağında əyri qəlyan olardı, soyuq havada boynu qaragül dərili uzun paltonu çiyninə salardı. İ.Məlikzadə. dərilik sif. Xəzlik; dəri (xəz) hazırlamağa yarayan, dərisindən istifadə üçün saxlanılan. Dərilik qoyun cinsləri. – Dərilik cinslərdən başqa, tüklük cinslər də vardır. Bu cinslərdən olan adadovşanlarının tükü çox uzun və yumşaq olur. dərilmə “Dərilmək”dən f.is. dərilmək “Dərmək”dən məch. Meyvələr dərildi. – Dərildi bostanlar, boş qaldı tağlar; Könül istədiyin verməsən, ağlar. Aşıq Abbas. Zamanı çatmamış deyilən söz, kal dərilən meyvə kimidir, zərər gətirər. M.İbrahimov. dərin sif.\n1. Səthindən, yaxud ağzından dibinə qədər xeyli məsafə olan, böyük dərinliyi olan (dayaz əksi). Dərin quyu. Dərin çay. Dərin göl. – Bu dərə, dərin dərə; Suları sərin dərə; Ovçu maral axtarır; Göstərmə yerin, dərə! (Bayatı). // Dərində olan. Dərin, darısqal dibində dərənin; Rəd kimi guruldayır baltalar. A.Səhhət. Bu saat dənizdə ən dərin buruq harada qazılır? M.Hüseyn. // Dərindən çıxan. Dərin su bulanmaz. (Ata. sözü). // is. Dərin yer. Balta çox dərinə getdi. // is. Müəyyən dərinlikdə olan. Dənizin (çayın) dərin yeri. // Başqa özü kimilərə nisbətən daha çox dərinliyi olan. Dərin boşqab. Alnında dərin qırışıqlar var. // Zərf mənasında. Dərindən. Dərin qazımaq. – Yer hamarlanır, traktorlar dərin şum eləyirdi. Ə.Vəliyev. // Çox dərinlikdə olan, çox dərində yerləşən, çox dərinə girən. Ağacın dərin kökləri. Dərin süxurlar. // Çuxur, çuxurda olan. // Dərindən gələn (çıxan, eşidilən). Dərədə dərin bir uğultu vardı. M.Hüseyn. // İçəriyə doğru xeyli dərinliyi olan, xeyli içəriyə girmiş. Dərin taxça. Ağacda dərin oyuq.\n2. Çox uzaqlara gedən, çox uzaqlarda olan, gözlə görünə bilən, hüdudu olmayan. Hava dəryası dərin olduqca, onun ağırlığı da artıq olur. H.Zərdabi. // məc. İntəhasız, sonsuz, ucsuz-bucaqsız. [Uluğ:] ..Eşqdir çalxanan köpüklü dəniz; Ya fəzadır dərin və sahilsiz. A.Şaiq. // Uzaq, uzaqda olan. Meşənin dərin küncündə cəh-cəh ilə oxuyan bülbüllərə qulaq verdim. A.Divanbəyoğlu. Maşınımız artıq gurultu və atışma səslərindən uzaqda, demək olar ki, dərin arxada idi. Mir Cəlal. // is. (cəm şəklində). Uzaq yerlər, uzaqlar; əlçatmaz, görünməz, tənha yerlər. Meşənin vahimələri özlərini daha dərinlərə, xəlvətlərə çəkirdi. S.Rəhimov.\n3. məc. Çox məzmunlu, çox mənalı, əsaslı, əhəmiyyətli, ciddi; çox ağıllı, çox düşünmək tələb edən. Dərin söz. Dərin fikir. Dərin məlumat. Dərin təhlil. Dərin məna. Dərin əsər. – Bu dərin məanini gör, nə bəyan qılır Nəsimi; Fələkin dili tutuldu bu ulu bəyan içində. Nəsimi. [Dəli Səmədin] simasında dərin bir fikir, ya yüngül və şirin xəyalat oxunurdu. Çəmənzəminli. // Çox bilikli, çox məlumatlı, elmli, dünyagörüşü geniş olan. Çox yazmaq qəzetçi peşəsidir, çox kitab oxumaq .. dərin həkimlərin sənətidir. C.Məmmədquluzadə.\n4. məc. Çox güclü, yüksək dərəcəyə çatmış, çox təsirli. Elə bil ki, Cəlilin vücudu ancaq dərin yas, acı kədərdən yoğrulmuşdu. S.Rəhimov. [Keşikçinin] ..iri, ala gözləri dərin bir səmimiyyətlə alışıb-yanırdı. M.Hüseyn.\n5. məc. Tam, heç bir şeylə pozulmayan. Nənə dərin yuxusundan; Xeyli vaxtdır oyanmışdır. M.Dilbazi. Ortalığı dərin bir sükut qaplamışdı. M.Hüseyn. Məclis natiqin nə söyləyəcəyini gözləyərək dərin bir sükuta daldı. Ə.Vəliyev. ‣ Dərin(ə) getmək – ifrata varmaq. Ağa dərviş, çox dərin gedirsən, atam, mən bir yazıq, kasıb babayam, Allah xatirinə, məni bəlaya salarsan. N.Vəzirov. dərin-dərin 1) sif. çox dərin (çoxluq bildirir). Dərin-dərin dənizlər. – Dərin-dərin dəryaları boyladı; Xəncər alıb qara bağrım teylədi. Qurbani; 2) zərf dərindən. Dərindərin sızlamaq. – Böyükxanım da Münəvvərin əlbəsə və qiyafəsini mülahizə edib, dərindərin düşünürdü. M.S.Ordubadi. dərindən zərf\n1. İçdən, çox dərin. Firidun ayağa durub köksünü ötürdü, dərindən nəfəs aldı. M.İbrahimov. Güllü dərindən qıy çəkdi. Ə.Vəliyev.\n2. Diqqətlə, fikrini cəmləşdirərək. Həcər dərindən qulaq verib, güllə səsi eşitdi. “Qaçaq Nəbi”. // Əsaslı surətdə. Sözün düzünü desək, Fərman ekskavatorçuluq həvəsinə düşəndə bu iş üçün əməlli-başlı, dərindən oxumaq lazım gələcəyini bilmirdi. Ə.Sadıq.\n3. Hərtərəfli, çox ciddi. Dərindən düşünmək. – N.Nərimanovu, ehtimal ki, gənc Verterin iztirabları dərindən mütəəssir etmişdir. M.Arif.\n4. Çox, olduqca, son dərəcə. // Şiddətli, güclü. Toplarımızın dərindən nərə çəkməsinə baxmayaraq, düşmən yerindən tərpənmirdi .. Ə.Vəliyev. dərindən-dərin zərf Çox dərin, çox ciddi, əsaslı surətdə. Üç ilin gəlinidir; Bu incə, gözəl qadın; Bilir dərindən-dərin; Mənasını bu adın. S.Rüstəm. dərindüşüncəli sif. Dərin düşüncəyə, güclü mühakiməyə malik; çox ağıllı, dərinfikirli, bəsirətli. Dərindüşüncəli adam. dərindüşüncəlilik is. Dərin düşünmə qabiliyyəti. dərinfikirli bax dərindüşüncəli. dərinfikirlilik bax. dərindüşüncəlilik. dərinləşdirici sif. xüs. Dərinləşdirən. Dərinləşdirici maşın. – Kotana kotancıq və torpaq dərinləşdirici alətlər də quraşdırırlar. “Pambıqçılıq”. dərinləşdirilmə “Dərinləşdirilmək”dən f.is. dərinləşdirilmək məch. Daha dərin hala salınmaq. dərinləşdirmə “Dərinləşdirmək”dən f.is. dərinləşdirmək f.\n1. Daha dərin etmək, dərinliyini artırmaq. Quyunu dərinləşdirmək. Çayı dərinləşdirmək.\n2. məc. Daha da şiddətləndirmək, daha da artırmaq (qüvvətləndirmək, ciddiləşdirmək, ağırlaşdırmaq). Mübahisələri dərinləşdirmək. Ziddiyyəti dərinləşdirmək. – Rəşid .. ortaya nifaq toxumu saçır, ər ilə arvad arasında uçurumu dərinləşdirirdi. S.Hüseyn. Sərdar Rəşidin Təbrizdən yığışıb Tehrana getmək istəməsi mənim fəlakətimi daha da dərinləşdirdi. M.S.Ordubadi. dərinləşmə “Dərinləşmək”dən f.is. [Bənövşə:] ..Sevginin get-gedə dərinləşməsi və möhkəmlənməsi üçün bu bir parça metalın heç bir rolu yoxdur. S.Rəhman. dərinləşmək f.\n1. Daha dərin olmaq, dərinliyi artmaq, daha da çuxurlaşmaq. Çay xeyli dərinləşmişdir. Ortaya getdikcə dəniz dərinləşir. // Dərinə (çuxura) düşmək. Gözləri dərinləşmək.\n2. məc. Daha da ciddiləşmək, ağırlaşmaq, mürəkkəbləşmək, çətinləşmək. Şamo dərin fikrə cumaraq: – Demək, belə?! – dedi, – məsələ dərinləşir. S.Rəhimov. dərinlətmə “Dərinlətmək”dən f.is. dərinlətmək f. Dərin hala salmaq. Çuxuru dərinlətmək. Dənizin dibini dərinlətmək. dərinlik is.\n1. Bir şeyin, üzərindən ta dibinə, yaxud aşağıya doğru gedən istiqamətdəki nöqtəsinə qədər olan məsafə. Quyunun dərinliyi 10 metrdir. – Həbib şumun dərinliyini yoxlayır, Mədəd Həbibin dediklərini bloknotuna qeyd edirdi. Ə.Vəliyev. Bu xəndək bir kilometr uzunluğu, qırx metr eni, otuz metr dərinliyi olan nəhəng bir dərədən ibarətdir. Ə.Sadıq. // Dərin şeyin halı. Dənizin dərinliyi. Gölün dərinliyi. Bu dərənin dərinliyi adamı qorxudur. // Dərin qat, təbəqə mənasında.\n2. Çox uzaqlıq, çox yüksəklik (intəhasızlıq) mənasında. Hava yerin üzündə dəryada su duran kimi durubdur. Bu hava dəryasının dərinliyi 7-8 verstdən ziyadədir. H.Zərdabi. Çamırlı yerdən qalxan buxar dibsiz fəzanın dərinliklərinə uçub getdi. M.Hüseyn. // İç, uzaq tərəflər, içərilər. Rüstəm xeyli zaman çovğunla əlləşə-əlləşə meşənin dərinliyinə girdi. S.Rəhimov.\n3. məc. “Qəlbinin”, “ürəyinin” və s. sözlərlə – bir şəxsin daxili duyğuları, hissiyyatı, təəssüratı haqqında. Uşaqlıqdan qəlbimin dərinliklərində iz salmış yekrəng olmayan o qiymətli və silinməz xatirələr!.. A.Şaiq. Şair ən inadkar bir çocuq kimi; Endi xəyalının dərinliyinə... S.Vurğun.\n4. məc. Ciddilik, dərin mənalılıq, dərin məzmunluluq. Fikrin dərinliyi. Əsərin məzmunca dərinliyi. – Dərinlik çox gözəldir; sadə olarsa; Nə çıxar o şeirdən, başımı yorsa? M.Müşfiq. ‣ Dərinlik nasosu tex. – dərin neft quyularından neft çıxaran nasosların xüsusi növü. Hazırda neft quyulardan üç üsulla çıxarılır; fontan, dərinlik nasosu, kompressor. M.Məmmədli. Dərinlik nasosu ilə istismar zamanı bir çox hallarda quyuların təmizlənməsini təxirə salmaq mümkün olmur. dərinlikölçən sif. xüs. Dərinliyi ölçməyə məxsus. Dərinlikölçən cihaz. dərisiqara bax qaradərili. dərisitikanlılar is. zool. Dəniz kirpiləri, dəniz ulduzları və s.-ni əhatə edən onurğasız heyvanlar. Dənizin dibində elə qəribə heyvanlar vardır ki, bunların nə sağ, nə də sol tərəfləri, nə baş və nə də quyruqları var, bunlar hər tərəfə sürünə bilir və hər bir tərəfə süründükdə irəli hərəkət edir. Bunlara dərisitikanlılar deyilir. “Sualtı aləm”. dərisoyan is.\n1. Heyvanların dərisini soymaqla məşğul olan işçi.\n2. məc. dan. İnsafsız, bahaçı, istismarçı adam haqqında. dərişdirmə “Dərişdirmək”dən f.is. dərişdirmək f. Səliqə ilə yığmaq, düzmək. [Muzdur] pulların üstündən ağ palpaltarı öz tərtib və səliqəsi ilə bir-birinin üstünə dərişdirdi. S.M.Qənizadə. dəriüstlüyü is. anat. Dərinin üst təbəqəsi. dərk [ər.]: dərk etmək – anlamaq, başa düşmək, öz düşüncəsi ilə qavramaq. Zeynal [Şərifənin] nələr dediyini və nə istədiyini eşidib dərk edə bilməyirdi. S.Hüseyn. Biz səadətin qədrini bildiyimiz kimi, qalibiyyətin məğrur sevincini də dərk etmişdik. Ə.Məmmədxanlı; // obyektiv aləmin qanunauyğunluqlarını başa düşmək, əqlən qavramaq. Təbiət və cəmiyyətin inkişaf qanunlarını dərk etmək. Hadisələrin mahiyyətini dərk etmək. dərkal is. məh. Çətin keçilə bilən yer, dar keçid. Meşənin dərkalı. Dağın dərkalı. dərkar [fars.]: dərkar etmək köhn. – işlətmək, istifadə etmək, faydalanmaq. Dərkar olmaq köhn. – iş sahibi olmaq, iş başında olmaq, işləmək. Baş tutdu müəllimlərin iclası, syezdi; Ey vay! Uçitellər yenə dərkar olacaqdır. M.Ə.Sabir. dərkedilməz sif. Dərk edilə bilməyən, başa düşülə bilməyən, anlaşıla bilməyən. Dərkedilməz müəmma. Təbiətin dərkedilməz sirri yoxdur. dərkedilməzlik is. Dərk edilə bilməməzlik; başa düşülməzlik, anlaşıla bilməməzlik. dərkənar is. [fars.] Ərizələrin, rəsmi kağızların və s.-nin kənarında, adətən sol bucağında bir idarənin, təşkilatın və s.-nin rəhbəri tərəfindən yazılan mülahizə, göstəriş, sərəncam, qeyd. Dəmirov o biri nüsxəni çıxarıb sədrə təqdim etdi və dərkənar qoyulmuş vərəqəni götürdü. S.Rəhimov. Yunis ərizə və ezamiyyət kağızını çıxarıb göstərdi. Beloborodov oxudu, qələm alıb dərkənar yazdı. Mir Cəlal. dərman is. [fars.]\n1. Həkimin resepti üzrə hazırlanan müalicə vasitəsi; dava. İçmə dərman. Sürtmə dərman. Dərman şüşəsi. – [Mirzənin] böyük oğlu, təbib bir yanında əyləşib, tez-tez atasının sinəsinə yaş məhrəba salırdı, lazım olduqca dərman içirdirdi. Ə.Haqverdiyev.\n2. dan. Ümumiyyətlə, təbabətdə, zərərvericilərlə mübarizədə və s.-də işlədilən kimyəvi preparatlar. Keyləşdirici dərman. Qankəsən dərman. Boğazı yaxalamaq üçün dərman. Ağaclara dərman sürtmək. – Oğru qarğalara tüfəng atılır; Qocalmış torpağa dərman qatılır. S.Vurğun. Mənə bihuşedici dərman verdilər. M.İbrahimov.\n3. məc. Əlac, çarə, tədbir. Oğlanı dərd apardı; Dərmanı qızda qaldı. (Bayatı). • Dərman etmək (eləmək qılmaq) – əlac etmək, çarə qılmaq. Dərman elə yari-dərdməndə. Xətayi. Eşq dərdilə xoşam, əl çək əlacımdan, təbib; Qılma dərman, kim həlakim zəhri-dərmanındadır. Füzuli. dərmançı is. Dərman hazırlama mütəxəssisi, dərman hazırlamaqla məşğul olan adam. dərmançiləyən (=dərmançiləyici) sif. xüs. Kimyəvi preparatları çiləyən, səpən. Dərmançiləyən cihaz. dərmançiləyici (=dərmançiləyən) sif. xüs. Kimyəvi preparatları çiləyən, səpən. Dərmançiləyən cihaz. dərman-dava bax dərman-davacat. dərman-davacat top. Cürbəcür dərmanlar, davalar. Bir neçəsi də vardı ki, papiros tüstülədir, dərman-davacat iyinə tütün qoxusu da qatırdı. Ə.Əbülhəsən. dərmanxana is. [fars.] köhn. Dərman satılan və ya qayrılan yer; aptek. Həkimin nüsxəsini heç dərmanxanaya aparmadım. Mir Cəlal. dərmanlama k.t. “Dərmanlamaq”dan f.is. Dərmanlama maşınları. dərmanlamaq f. k.t. Kimyəvi preparatlar vurmaq, sürtmək və ya səpmək. Toxumu dərmanlamaq. Meyvə ağaclarını dərmanlamaq. dərmanlanma k.t. “Dərmanlanmaq”dan f.is. dərmanlanmaq məch. k.t. Kimyəvi preparatlar vurulmaq, sürtülmək, yaxud səpilmək. Yetmiş hektar sahə tamamilə hazırlanmış, bu sahəyə səpiləcək çiyid seçilib qurtarmış, dərmanlanmışdı. M.İbrahimov. dərmanlatma “Dərmanlatmaq”dan f.is. dərmanlatmaq “Dərmanlamaq”dan icb. Ağacları vaxtında dərmanlatmaq. dərmanlayıcı sif. Dərmanlama üçün yarayan, dərmanlamaq işləri ilə məşğul olan. Dərmanlayıcı cihaz. Dərmanlayıcı işçi. dərmanlı sif. Tərkibində dərman olan (bax. dərman 2-ci mənada). İstəkanın qanlıdır; Əl vurma, dərmanlıdır; Yurdumu xəbər alsan; Əslim Girdimanlıdır. (Bayatı). dərmanpəzir zərf [fars.] klas. Müalicəsi olan, çarəsi olan, əlacı olan, dərmanı olan, sağaldıla bilən. [Fərman:] Mənim mərəzim dərmanpəzir deyil... Ə.Haqverdiyev. dərmansız sif. Çarəsiz, əlacsız, davası olmayan, sağalmaz. Dərmansız dərd. – Çəkməyən eşqin bəlasın, görməyən hicran qəmin; Dərdi dərmansızdır anın, çarə yox dərmanına. Nəsimi. Dil necə ağlayıb çəkməsin zarı, Hər gün artar bir dərmansız azarı. Ə.Vahid. dərmansızlıq is. Əlacsızlıq, çarəsizlik; əlacı, çarəsi, dərmanı olmama. dərmə 1. “Dərmək”dən f.is.\n2. sif. Dərilmiş, bir-bir toplanmış. Dərmə meyvə. Dərmə tut.\n3. sif. Naxışlı. Dərmə kilim. Dərmə cecim. Dərmə corab. dərmə-dərmə sif. Naxışlı, bəzəkli. Dağ, təpə dərmə-dərmə; Xalların dərmə-dərmə; Yetişməmiş nar gördüm; Çağırır dərmə, dərmə. (Bayatı). dərmədirlik is. məh. Qənimət etmə, hər nə ələ gəldi götürmə. • Dərmədirlik etmək – əlinə keçəni götürmək. Hər kəs özünə dərmədirlik edir, qadın libasından, kişi paltarından qənimət toplayır(dı). S.Rəhimov. dərmək f.\n1. Meyvə, çiçək və s.-ni birbir qoparmaq, toplamaq. Alma dərmək. Üzüm dərmək. Gül dərmək. – Qızılgülü dərərəm; Pəncərəyə sərərəm; Vəfalı bir yar olsa; Yolunda can verərəm. (Bayatı). Başına döndüyüm, ay qəşəng pəri; Adətdir dərərlər yaz bənövşəni. Qurbani. Bağın nemətləri olduqca dən-dən; Əmirxan onları vaxtında dərdi. S.Vurğun.\n2. Corab, kilim və s.-də olan yırtığı toxuyub yamamaq. Corabın yırtığını dərmək. dərmiyan is. [fars.] köhn. Orta, ara. • Dərmiyan etmək (eləmək) – ortaya qoymaq, araya çəkmək. Dərmiyan eylədikdə pul sözünü; Hər kəs işdən kənar edir özünü. M.Ə.Sabir. dərnə I. is. məh.\n1. Yengə. Gəlinin dərnəsi kim idi?\n2. Toy başçısı. Dərnə olmaq.\n\nII. is. məh. Ayaqqabı qoyulan taxça. Başmaqları dərnəyə qoymaq. dərnək is. Müəyyən bir məşğələ üçün vaxtaşırı bir yerə toplaşıb məşğul olan adamlar qrupu. Xor dərnəyi. Dram dərnəyi. Ədəbiyyat dərnəyi. – Klubun Şərq və Qərb musiqi dərnəkləri müxtəlif havalar çalır, kişi və qadınlar rəqs edirdilər. S.Hüseyn. Badam xala birinci gün dərnəkdə ağzını açmadı. Mir Cəlal. dərnəkçi is. Dərnək iştirakçısı, dərnək üzvü. Bir gün dərnəkçilərimi ekskursiya üçün seçki [məntəqəsinə] aparmışdım. Mir Cəlal. dərnəkçilik is. kit. Yalnız bir qrupun, bir təbəqənin məhdud mənafeyini güdən iş. dəro is. məh. [fars.] Ləkdən ləkə keçən su yolu. Ləklərin dərosunu açıb suyu buraxmaq. dərosər is. [fars.] Pəncərə və qapı yerlərinin üstünə qoyulan tir və taxtalar. Qapı dərosəri. Taxçanın dərosəri. Palıd dərosər. dərrakə is. [ər.] Ağıl, düşüncə, şüur, anlaq; dərketmə qabiliyyəti. Məqsudunu, məramını qandıran; Dərrakədə kamil olan yar hanı? Aşıq Məhəmməd. İnsanda istedad lazımdır, yəni zehin və qabiliyyət, şüur və dərrakə lazım(dır). C.Məmmədquluzadə. Xanpəri indi hər işi dərrakə ilə görürdü. Ə.Vəliyev. dərrakəli sif. Dərrakəsi olan; ağıllı, düşüncəli, anlaqlı. O oğlan yaşda səndən kiçikdir, amma qat-qat dərrakəlidir. S.Rəhman. dərrakəlilik is. Şüurluluq, düşüncəlilik, fəhmlilik, anlaqlılıq. dərrakəsiz sif. Dərrakəsi, şüuru, düşüncəsi olmayan; şüursuz, düşüncəsiz, anlaqsız, küt. Dərrakəsiz adam. – [İmamyar:] Adə, nə dərrakəsizsən, barının nə qədər uzunluğu var? C.Cabbarlı. dərrakəsizlik is. Düşüncəsizlik, fəhmsizlik, şüursuzluq, anlaqsızlıq, kütlük. dərs is. [ər.]\n1. Müəyyən bir fənni öyrənmək üçün daimi, müntəzəm təlim. Edirəm kəsbi-elm leylü nəhar; Gündüzüm dərsdir, gecəm təkrar. S.Ə.Şirvani. // Tədris işi, məktəbdə məşğələ. Dərslər saat 9-da başlanır. – Payız fəsli daxil oldu. Dərslər başlandı. C.Məmmədquluzadə. [Nigar] hər gün dərsə gedir, iclasları da buraxmayırdı. S.Hüseyn. // Ayrıca bir fənnə həsr olunmuş vaxt, saat. Üçüncü dərs ilə dördüncü dərs arasında böyük tənəffüs. – Aşağı siniflərdə birinci dərslərim pis keçmədi. A.Şaiq.\n2. Gələn məşğələyə hazırlaşmaq, oxuyub öyrənmək üçün müəllimin şagirdə verdiyi tapşırıq, iş. Dərsini hazırlamaq (öyrənmək). Dərslərini yaxşı bilmək. // Məktəbdə keçilən fənnin hər biri. Musiqi dərsi. Riyaziyyat dərsi. – Ədəbiyyat dərsi .. maraqlı idi, elə bil hamı dadlı həyatın şeri ilə nəfəs alırdı. M.Hüseyn. Reyhan bütün dərslərindən; Hər bir zaman beş alırdı. M.Dilbazi. // Oxuma, təhsil alma. ..Aqil də yır-yığış edib şəhərə, dərsə gəlməyə hazırlaşırdı. Mir Cəlal. • Dərs oxumaq – təhsil almaq. [Fərman] məktəbdə dərs oxuyur, kənd klubunda kino tamaşalarına baxır, rayon mərkəzindən və Bakıdan gələn artistləri dinləyirdi. Ə.Sadıq. // Təhsil, elm, bilik, savad. Onun dərsi azdır. – ..Mən ləqəb sözünü bildirə kimi bilməzdim, çünki dərsim o qədər yoxdu. C.Məmmədquluzadə.\n3. məc. Nəsihət, təlqin, öyrətmə. Dərsini yaxşı veriblər. // İbrət, gələcək üçün nəticə çıxarıla biləcək bir şey, hadisə. İnsan üçün böyük dərslərin biri də tarixdir. C.Məmmədquluzadə. • Dərs almaq – ibrət götürmək, öyrənmək. Yaxşı yoldaşdan dərs almaq. – Gah batan, gah çıxan qış günəşindən; Dərs alıb dayanma gendə, ey ilham. M.Müşfiq. Dərs olmaq – ibrət olmaq. Qoyun örnək olsun qalanlarına; Dərs olsun bu, qoca-cavanlarına. H.K.Sanılı.\n4. məc. Tənbeh, cəza. • Dərs(ini) vermək – tənbeh etmək, cəzalandırmaq. [Orxan:] Yavər belə qələt eləyə bilməz. Yoxsa, Səfa o dəqiqə dərsini verərdi onun. İ.Məlikzadə. dərsarası sif. Dərslərin arasında olan. Dərsarası tənəffüs. dərsdənkənar sif. Dərslərdən, məşğələlərdən kənar, dərsdən sonra. Dərsdənkənar məşğələ. dərsli sif. dan. Savadlı, təhsilli, oxumuş, bilikli. Dərsli adam. dərslik is. Hər hansı bir fənnə dair dərs kitabı. Ədəbiyyat dərsliyi. Əlifba dərsliyi. Sabit dərslik. dərssiz sif. dan. Elmsiz, təhsilsiz, oxumamış, savadsız. Dərssiz adam. dərun is. [fars.] klas.\n1. İç, daxil.\n2. məc. Qəlb, ürək. Çapdı dərunumu cəlalın şövqi; Ağlımı uğratdı zayə qaşların. “Aşıq Qərib”. [Həsənqulu bəy:] Bu qədər çirkin ürəkli və qara qəlbli adamlar içində bir nəfər saf dərun və qəlbi pak adam görmək necə böyük xoşbəxtlikdir. Ü.Hacıbəyov. Sonra gözlərini onlardan çəkib öz dərununa, qəlbinə çevirdi. Ə.Əbülhəsən. dəruni sif. [fars.] Ürəyə, qəlbə, daxilə, daxili aləmə mənsub olan, aid olan, məxsus olan. ..Ruhiyyat alimləri də başqasının ruhunu və başqasının dəruni xüsusiyyətlərini ancaq öz ruhi və dəruni xüsusiyyətləri ilə ölçmüşlər. M.S.Ordubadi. [Nizami] Afaqın səsində təqib edilməkdə olan doğma ana dilinin o qəribə və dəruni musiqisini eşidib həyəcanlanır, bu dildə yaratmaq, bu dildə ötmək, bu dildə ağlamaq həsrəti qəlbini yandırıb-yaxırdı. Ə.Məmmədxanlı. // Ürəkdən gələn, içdən gələn, səmimi. Mədəndə işə girdikləri ilk həftədən bu balaca otaqda dəruni bir dostluq yaranmışdı. M.Hüseyn. dərvaza bax darvaza. ..Palanlı ata minmiş bir qocanı dərvazamızın ağzında durmuş gördüm. S.S.Axundov. dərviş is. [fars.]\n1. Qapı-qapı gəzərək, yaxud meydançalarda adamları başına yığaraq peyğəmbərə, imamlara və Kərbəla hadisələrinə həsr olunmuş qəsidələri avazla oxuyub pul yığan adam. Dərviş yabısı hər evin yolunu tanıyar. (Ata. sözü). Əlli dərviş, əlli mərsiyəxan; Hamının sözləri tamam yalan. S.Ə.Şirvani.\n2. Yoxsul, kasıb, fağır, yazıq mənasında. Məni-dərvişə el həm cövr edər, sən cövr qıldıqca... Füzuli. [Kərimxan dedi:] ..Nə zəhmət olacaq, dərvişin olanından... M.İbrahimov. ‣ Dərviş toyu – dərvişin iştirakı ilə keçirilən toy. [Xacə Abdulla:] Oğul, sənə dərviş toyu eləyəcəyəm. (Nağıl). dərvişanə sif. [fars.] köhn. Dərviş kimi, dərvişə xas; dərvişə layiq, kasıb, yoxsul. Dərvişanə bir süfrə. Dərvişanə bir ev. dərvişlik is. köhn.\n1. Dərviş sənəti və peşəsi. Dərvişlik etmək. – Dərvişlikdən xəbəri yox, gecə-gündüz təkyə axtarır. (Ata. sözü). Bu məqamda bir cavan girdi meydana: “Dərvişlik oyunbazlıqdır məgər?” – deyib, dərvişlərə nə yemisən turşulu. N.Vəzirov.\n2. məc. Yoxsulluq, kasıblıq, fağırlıq. dərya is. [fars.]\n1. Dəniz. Bənzərəm bir qocaman dağa ki, dəryada durar. M.Ə.Sabir. Ağır-ağır, bulud kimi fövclər; Gəlir, verir dərya kimi mövclər. A.Səhhət.\n2. məc. Təşbehlərdə, müqayisələrdə: hədsizlik, son dərəcə çoxluq, bolluq, tükənməzlik, nəhayətsizlik bildirir. [Əsgər bəy:] Mən ki bilirəm, [Hacı Qara] Ağcabədidə üç aydır üç top çit, qədək satmayıbsan, dərya zərərin vardır. M.F.Axundzadə. Gözüm yaşı qəmimdən, ağlamaqdan döndü dəryayə; Məni axır həlak eylər bu çeşmixunfəşan sənsiz. S.Ə.Şirvani. Artıq onun yuxusu; Olmayacaq xələldar; Onda fırtına görmüş; Bir dərya sükutu var. R.Rza. • Dəryalar qədər – son dərəcə çox, intəhasız dərəcədə. Elm dəryası (bəzən istehza ilə deyilir) – çox elmli, çox oxumuş, çox bilikli adam haqqında. Kişi elm dəryasıdır! – [Heydər ağa:] ..Maşallah, cənab şeyx elm dəryasıdır, mən belə alim görməmişəm. C.Məmmədquluzadə. Fikir (qəm) dəryasına qərq olmaq – çox fikirli olmaq, dərin fikrə dalmaq. .. Məhəmmədhəsən əmi qəm dəryasına qərq olmuşdu. C.Məmmədquluzadə. Fəxrəddin fikir dəryasına qərq olmuşdu. M.S.Ordubadi. dəryaca bax dəryalar qədər (“dərya”da). Əziziyəm gül əllər; Şana barmaq, gül əllər; Dəryaca ağlın olsa; Yoxsul olsan güləllər. (Bayatı). dəryaça is. [fars.] Süni dəniz, kiçik dəniz. Yeni dəryaçalar, çaylar üzündə; İqlimdən-iqlimə gedib-gəlirlər. S.Vurğun. // Göl. Bəli, qardaşlar üçü də keçdilər. Abambar özü də dəryaçanın bu iri tərəfinə keçənnən sonra, piləyib suyu qarnından qaytardı dəryaçaya. (Nağıl). // dan. Həyətlərdə, bağlarda böyük su hovuzu, böyük çarhovuz. dəryaz is. Ot çalmaq üçün uzunsaplı, dişsiz orağa oxşayan alət; kərənti. Əlində dəryaz ot biçir; Mayis ayı biçinçilər. A.Səhhət. Yaşıl çiçəkli çəmənlərdə dəryazlar hərlənir, ot tayaları basılırdı. S.Rəhimov. dəryazlama “Dəryazlamaq”dan f.is. dəryazlamaq f. Dəryazla biçib yerə sərmək; kərəntiləmək. Otu dəryazlamaq. dəryazlanma “Dəryazlanmaq”dan f.is. dəryazlanmaq məch. Dəryazla biçilmək; kərəntilənmək. dərz is. Biçilmiş taxıl bağlaması. Dərz qalağı. Dərz bağlamaq. – ...Dərzlər bağlanır, taya vurulur; Tayalardan böyük qaya qurulur. A.Səhhət. Kəndlilər taxıl dərzlərindən taya vurur, vəl sürür, sovuruq atırlar. M.İbrahimov. dərz-dərz zərf Dərzlər halında. Dərz-dərz bağlamaq. dərzbağlayan sif. tex. Biçilmiş taxılı dərz halında bağlayan. Dərzbağlayan maşın. dərzdaşıyan sif. k.t. Dərzləri bir yerdən başqa yerə daşıyan. Dərzdaşıyan maşın. dərzəlah is. məh. Otun tökülməməsi üçün yüklü arabanın üstünə və yanlarına uzadılan ağac. dərzənək is. məh. İynəşəkilli xırda yarpaqları olan, yerə sərilən ot bitkisi. dərzi is. Paltar biçib-tikən usta. Dərzi şagirdi. Uşaq dərzisi. – Dərziyə köç dedilər, iynəsini sancdı yaxasına. (Ata. sözü). Boyaqçıya, başmaqçıya, dərziyə; Havaxtadək olacağıq ikiqat? Q.Zakir. dərzixana is. Dərzilərin işlədiyi yer, paltar biçilib-tikilən yer. Yeməklər ümumi mətbəxdə hazırlanır, geyim isə dərzixanada tikilir. M.S.Ordubadi. Yuxarıda, Qoqol küçəsinin tinində isə ev idarəsi, dərzixana, uşaq müalicəxanası yerləşmişdi. Mir Cəlal. dərziquşu is. zool. Sərçələr dəstəsindən kiçik meşə quşu. dərzilik is. Dərzinin peşəsi, sənəti, işi. Dərzilik etmək. dərzləmə “Dərzləmək”dən f.is. dərzləmək f. Biçilmiş taxılı, otu dərz halına salmaq, dərz bağlamaq. dərzlənmə “Dərzlənmək”dən f.is. dərzlənmək məch. Dərz halına salınmaq, dərz bağlanmaq (biçilmiş taxıl, ot). dərzlik sif. Dərz bağlamağa yarayan, dərz bağlamaq üçün hazırlanmış. Dərzlik taxıl. dərzyığan sif. tex. Hazırlanmış dərzləri yığan, toplayan. Dərzyığan maşın. dəsayis is. [ər. “dəsisə” söz. cəmi] bax dəsisə. ...Adə, bu şəhrdə gəl gör nələr-nələr var imiş; Nə şeytənət, nə dəsayis, nə hiylələr var imiş. “Mol. Nəsr.” dəsgah is. [fars.]\n1. Cah-calal, həşəmət, dəbdəbə, təntənə, büsat, böyük şənlik. Varlı yoxsullaşanda əlli il dəsgahını pozmaz. (Ata. sözü). Bəli, qoşun atdandı, böyük cəlal, dəsgahınan bular düşdülər yola. (Nağıl). // Bəzən kinayə, istehza ilə. Görmürsən avtomobili, dəsgahı? Özü də bu, hamısının böyüyüdür. C.Cabbarlı. [Mustafanın] görürsünüz, şəhərli kimi dəsgahları var! Mir Cəlal.\n2. məc. Böyük işlər, təşəbbüs, qeyri-adi mənzərə, əla düzəldilmiş iş. [Bayram kişi:] Sel gücü də məlumdur, odur, Mingəçevirdə bir dəsgah başlanıb ki, selin-suyun gücü düz-dünyaya işıq və qüvvət verəcək. M.Rzaquluzadə.\n3. məc. Bir işin təşkili üçün lazım olan şeylərin, vasitələrin və s.-nin məcmusu. Taxta məhəccərin dalında çay və xörək dəsgahı üçün xüsusi bir guşə ayrılmışdı. M.İbrahimov.\n4. məc. Qurğu, kələk, tədbir. Lotular hər iki qolu bağlı, özü də çılpaq halda Rəhimin üstünə düşüb xeyli vurardılar. ...Bu zaman Rəhim başa düşərdi ki, bütün bu dəsgahlar bunun üçünmüş. H.Sarabski. • Dəsgah çıxarmaq – mane olmaq, həngamə yaratmaq. Dəsgah çıxarma, qoy işimizi görək.\n5. mus. Azərbaycan xalq musiqisində irihəcmli muğam, musiqi kompleksi. Böyük salonda segah dəsgahı qurtardı, oyun havası çalınmağa başlandı. S.Rəhman. Nola, Vahid, azacıq sakit ola məclisimiz; Şur dəsgahını biz xahiş edək tarizənə. Ə.Vahid. dəsgahlı sif. Cah-calallı, dəbdəbəli, təmtəraqlı, çox yaxşı qurulmuş, təşkil edilmiş. Heydərovla Səmayə .. dəsgahlı bir toy elədilər. Mir Cəlal. dəsgirə is. [fars.] Qarğı və ya incə çubuqdan hörülmüş kiçik səbət. Üzümü dəsgirəyə yığmaq. dəsxoş is. [fars.] dan. Yüngül qazanc, asanlıqla əldə edilən pul və s. // Pul hədiyyəsi; bəxşiş, mükafat. [Saşa bəy:] Dünən gecə özün demədinmi, Saşa, bu bankı aparsam, sənə əlli manat dəsxoş verəcəyəm. S.S.Axundov. ‣ Dəsxoşa getmək dan. – 1) başqasının əvəzinə və ya onun hiyləsi ilə zərərdidə olmaq, cəzalandırılmaq və ya öldürülmək; 2) boş yerə, başqasının hiyləsi ilə pul xərcləmək. dəsisə is. [ər.] Hiylə, intriqa, əlaltından iş görmə. dəsmal is. [fars.]\n1. Əl-üz və s. silmək üçün ensiz, uzunsov parça; məhrəba. Üz dəsmalı. Qab dəsmalı. Yaş dəsmalla bədənini sürtmək. – Səməndər dəsmalını qatlayıb çarpayısının başından asdı. M.Hüseyn. [Mahmud] üz dəsmalı ilə yarasını sarımış(dı).. Ə.Əbülhəsən. // Burun və göz silmək üçün kvadratşəkilli parça; yaylıq. Qadın .. dəsmalı çıxarıb gözünün yaşını silmək istərkən, üzünün bir tərəfini yenə də müdirə göstərdi. M.S.Ordubadi. [Tahirzadə] dəsmalını çıxarıb üz-gözünü bərk-bərk sildi. Mir Cəlal.\n2. İçinə şey qoyulub bağlanılan hər cür parça, bağlama. Qasım əmi dəsmalın içinə bir neçə çörək qoyub bağladı belinə. C.Məmmədquluzadə. Qəmər qucağında çiçək və əlində dəsmal bağlısı daxil olur. S.S.Axundov. dəsmalasan is. Dəsmal asmaq üçün asqı, qarmaq və s. dəsmalı is. mus. Dəsmal ilə oynanılan Azərbaycan oyun havalarından birinin adı. “Dəsmalı” da azərbaycanlıların sevimli rəqsidir. dəsmallama “Dəsmallamaq”dan f.is. dəsmallamaq f.\n1. Dəsmalla silmək, qurulamaq. Əl-üzünü dəsmallamaq. Bədənini dəsmallamaq. – Cavan övrət kürsünün üstə qabağına iki stəkan qoyub məşğul idi stəkan yuyub dəsmallamağa. C.Məmmədquluzadə.\n2. məc. dan. Yalandan tərifləmək, yaltaqlanmaq. dəsmallanma “Dəsmallanmaq”dan f.is. dəsmallanmaq məch. Dəsmalla silinmək, dəsmalla qurulanmaq. dəst I. is. [fars.]\n1. Bir adamın geyimini təmin edəcək paltar komplekti. [Mirzə Dadaş:] Arvad, dur ayağa, gör nə gətirmişəm. İki dəst paltar sənin üçün, iki dəst libas özüm üçün. N.Vəzirov.\n2. Müəyyən məqsəd üçün lazım olan əşya və ya ləvazimatın məcmusu. Hamballar bir dəst mebel gətirib otaqlara düzdülər. Mir Cəlal. dəst-dəst zərf [fars.] Dəstlərlə, çoxluçoxlu, yığın-yığın, topa-topa, qucaq-qucaq. Dəst-dəst qab-qacaq. Dəst-dəst kağız. – Xan həmişə Mirzə üçün ən qiymətli tirmə şal və ipəkdən dəst-dəst libas düzəldirdi. S.Rəhimov.\n\nII. is. [fars.] klas. Əl. İndi ki almısan iynə dəstinə; Bu şan-şan bağrımı gözə, dur, gözə! Ə.Nəbati. Qışda dağlar ağ geyinər, yaz qara; Sağ dəstinlə ağ kağıza yaz qara. Aşıq Ələsgər. dəstan bax dastan. Bu sözə nisbət sənə gəl bir hekayət söyləyim; Lütf edib qıl bir nəzər, bu müxtəsər dəstanə bax. M.V.Vidadi. dəstar is. [fars.] köhn. Əmmamə, çalma. dəstavüz is. [fars.] Bəhanə. Əlində dəstavüz etmək. // Dəlil, sübut, əsas. [Qubernator:] Belə olsun ki, mənim də əlimdə bir dəstavüz olsun. C.Cabbarlı. Heç birisini tutmaq üçün əldə dəstavüz yoxdur. M.İbrahimov. dəstbənd is. [fars.] köhn. Qolbaq, bilərzik. dəstdiraz sif. [fars.] köhn.\n1. Əliuzun, hər şeyə qarışan.\n2. məc. Zalım, zülmkar. dəstdirazlıq is. köhn. Əliuzunluq, hər şeyə qarışma. • Dəstdirazlıq etmək – əl uzatmaq. [Vəzir:] Sənin qorxundan heç bir kimsənə bəndələrindən bir fəqirin malına və əyalına dəstdirazlıq edə bilməz. M.F.Axundzadə. dəstə I. is. [fars.]\n1. Birgə fəaliyyət üçün birləşmiş adamlardan ibarət mütəşəkkil qrup. Geoloji kəşfiyyat dəstəsi. Ovçular üç dəstəyə ayrıldılar. Çalğıçılar dəstəsi. – Molla Nəbiqulu məktəb uşaqlarından bir dəstə düzəltdi. Ə.Haqverdiyev.\n2. Xüsusi hərbi hissə. Piyada dəstəsi. Kəşfiyyatçı dəstəsi. Partizan dəstəsi. – Sərhədlərdən köhnə qoşunları götürüb yerlərinə təzə və inandığımız dəstələrdən təyin etməliyik. M.S.Ordubadi. Dəstə öz komandirinin əmri ilə irəliləyirdi. Ə.Vəliyev.\n3. Qatar. Quş dəstəsi. – Hərdənbir kəndin üzərindən durna dəstələri ötüb keçirdi. Ə.Məmmədxanlı.\n4. Bir əldə tutulacaq qədər, ip və s. ilə bağlanmış gül, göyərti, ot və s. toplusu. Bir dəstə nanə. Bir dəstə çiçək. – Ağ nazik əlinlə bir dəstə bağla; Tər buxaq altına düz bənövşəni. Qurbani. Abbas odun ilə bərabər bir dəstə quluncar da yığıb bazara gətirmişdi... S.S.Axundov. Usta .. əlindəki gül dəstəsini yemək masasının üstünə atdı. M.Hüseyn. // Bir yerdə bağlanmış, yaxud çin-çin yığılmış eyni cinsli şeylər toplusu. Bir dəstə qəzet. Bir dəstə kağız pul. – Yarməmməd portfelindən bir dəstə əzik-üzük kağız çıxartdı. M.İbrahimov. Kənd poçtalyonu Araza bir dəstə qəzet uzatdı. Ə.Məmmədxanlı. İmran kişi eşiyə çıxıb, kabinetinin qapısını bağladı və açar dəstəsini cingilti ilə paltosunun cibinə qoydu. M.Hüseyn.\n5. zool. Heyvanların təsnifatında qohum ailələri birləşdirən bölmə. Buğumayaqlılar dəstəsi. dəstə-dəstə zərf 1) dəstələr halında. Odur, atlılar ya dəstə-dəstə, ya tək-tək uzaqdan görsənirlər. C.Məmmədquluzadə; 2) qatarqatar. Az sonra sanki bütün quşlara xəbər yayıldı. Onlar dəstə-dəstə uçub gəldilər. Ə.Məmmədxanlı.\n\nII. is. [fars.] Bir şeyin əl tutulan yeri, tutacaq yeri; sap, qulp, qəbzə. Qapı dəstəsi. Qılınc dəstəsi. Mişarın dəstəsi. – Xəncərin dəstəsindən tutarkən; “Mən” səsləndi bir nəfər igid oğlan. A.Səhhət. [Mirzə Kərim:] Haydı qardaşlar, ürəklə yapışın kotanın dəstəsindən! Ə.Haqverdiyev. Böyük Koroğludan qalmış yadigar; Budur, dəstəsində barmaq yeri var. S.Vurğun.\n\nIII. is. [fars.] köhn. Gecə, yaxud gündüz saat on iki. Xeyr, ağa, dəstədən təqribən üç saat yarım keçəndə, yəni günortaya təqribən nə qalır? C.Məmmədquluzadə. [Vaqif] ..qələmi yerə qoyub saatına baxdı, əqrəblər düz dəstənin üstündə idi. Çəmənzəminli. dəstəbaşçı bax. dəstəbaşı. Bəli, məclis qurulur, mənəm-mənəm deyənlər əyləşirlər yuxarı başda, dəstəbaşçıları düzülürlər bir tərəfdən. C.Məmmədquluzadə. Dəvəçilərin dəstəbaşçısı xəbər yolladı ki, qoy Növbər dəstəsi dayansın. P.Makulu. dəstəbaşçılıq bax dəstəbaşılıq. dəstəbaşı is. Hər hansı bir dəstəyə başçılıq edən adam. [Qarovul:] Dəstəbaşımız da öz mağarasında əyləşib, üç gündür nə isə bizimlə danışmaq istəmir. Ə.Haqverdiyev. Lakin dəstəbaşı araya soxulan bu artıq adamı çıxarmaq istədi. Mir Cəlal. dəstəbaşılıq is. Dəstəbaşı olma, dəstə başında durma, dəstəyə başçılıq etmə. dəstəbaz sif. [fars.] Özünə tərəfdar olan adamlardan dəstə düzəldib fikrini, işini yeritməyə çalışan adam (mənfi mənada işlənir). dəstəbazlıq is. Dəstə düzəltmə, dəstəbazın gördüyü iş (mənfi mənada işlənir). Dəstəbazlıq etmək. dəstəbədəstə zərf [fars.] Dəstədəstə olaraq, dəstə ilə, dəstə halında. Götürüb xublardan dəstəbədəstə; Barı, gəl öləndə qəbrimin üstə. Q.Zakir. Qəm ləşkəri durub dəstəbədəstə; Könül şəhrin tarac eyləmədinmi? M.V.Vidadi. dəstəçi is. Dəstə iştirakçısı, yaxud dəstə düzəldən şəxs. dəstəçin sif. [fars.] Seçmə, bir-bir dərilən və dəstə halında yığılan. Dəstəçin üzüm. Dəstəçin alma. dəstək is. [fars.]\n1. Bax dəstə2 . Şəmiddin ağa ayağa durdu. Əlini qapının dəstəyinə uzatmazdan əvvəl dönüb anasına baxdı. İ.Şıxlı. // Mexanizmi, cihazı və s.-ni çevirmək və ya döndərmək üçün onun əl ilə tutulan hissəsi. [Kosaoğlu] telefonun qulpunu hərləyib zəng etdi. Dəstəyi götürüb qulağına yaxınlaşdırdı. İ.Şıxlı.\n2. Ağacdan və ya başqa şeydən olan sütun. Qadir dəstəyə söykənib durdu. Ə.Əbülhəsən.\n3. Sınmamaq üçün meyvəsi çox olan ağac budaqlarının altına qoyulan bir ucu haça ağac; paya, dayaq. Alma ağacının dəstəyi.\n4. Bəzi cihazların dayağı, dayanacağı, ayağı. Fotoaparatın dəstəyi. dəstəkləmə “Dəstəkləmək”dən f.is. dəstəkləmək f.\n1. Dəstək vurmaq, dayaq vurmaq. Alma ağacını dəstəklədilər.\n2. məc. Kömək etmək, arxa durmaq, müdafiə etmək, tərəfdar olmaq. Dediyi sözləri dəstəklədim mən: – O qənim kəsilib, – dedim, – ölkəyə; Cavidlər sürülüb öz Vətənindən. B.Vahabzadə. dəstəklənmə “Dəstəklənmək”dən f.is. dəstəklənmək məch.\n1. Altına dəstək vurulmaq, dayaq vurulmaq.\n2. məc. Müdafiə edilmək, kömək edilmək. dəstəklətmə “Dəstəklətmək”dən f.is. dəstəklətmək icb. Dəstək vurdurmaq. Tənəkləri dəstəklətmək. Əyilən çəpəri dəstəklətmək. dəstəkli sif. Dəstəyi olan. [Qılınc:] Bu gümüş dəstəkli qılınc mənə çatar... M.Hüseyn. [Buğacın] ..belində .. şirmayı dəstəkli, qırmızı qınlı bir bıçaq .. var idi. M.Rzaquluzadə. dəstəklik sif. Dəstəyə (3-cü mənada) yarar. Dəstəklik ağac. dəstəksiz sif. Dəstəyi olmayan, tutacağı olmayan, əl tutmağa yeri olmayan. Dəstəksiz qapı. dəstələmə “Dəstələmək”dən f.is. dəstələmək f.\n1. Dəstə halına salmaq, dəstə etmək. Uşaq yığdığı sünbülü dəstələməkdə olduğundan Tapdığı tanımadı. Ə.Əbülhəsən.\n2. Bir yerə yığmaq, yığışdırmaq. [Qazı] ..utandığından Güllü qızın üzünə də baxa bilməyib, abasının ətəyini dəstələyib evinə getdi. (Nağıl). Xanpəri tez ayağa durub tumanının ətəklərini dəstələdi, “gecəniz xeyrə qalsın!” – deyib cəld çölə fırlandı. Ə.Vəliyev. Aftab xanım tumanının ətəyini əlində dəstələyib yavaş-yavaş pilləkənlə ikinci mərtəbəyə çıxmağa başladı. Ə.Abasov.\n3. Çin-çin yığmaq. Muzdur kişi indi cığcığa kimi yüzlükləri on-on bir-birinin üstə dəstələyib evin ortasında düzdü. S.M.Qənizadə. dəstələndirmə “Dəstələndirmək”dən f.is. dəstələndirmək f. Dəstə halına salmaq, dəstə bağlamaq. dəstələnmə “Dəstələnmək”dən f.is. dəstələnmək 1. qayıd. Dəstə halına gəlmək, bir arada toplaşmaq, yığışmaq, birləşmək.\n2. məch. Dəstə halına gətirilmək, dəstədəstə edilmək. dəstələşmə “Dəstələşmək”dən f.is. dəstələşmək qarş. Dəstə halında toplaşmaq, dəstə-dəstə bir yerə toplaşmaq; qruplaşmaq. dəstələtdirmə “Dəstələtdirmək”dən f.is. dəstələtdirmək bax dəstələtmək. Çiçəkləri dəstələtdirib güldanlara qoydurmaq. dəstələtmə “Dəstələtmək”dən f.is. dəstələtmək “Dəstələmək”dən icb. Adamları dəstələdib yola saldılar. dəstəli sif. Dəstəsi olan, əl tutmaq üçün yeri olan. Gümüş dəstəli bıçaq (çəngəl). – Gülnaz qaçıb evdən taxta dəstəli, pas atmış uzun bıçağı gətirdi. M.İbrahimov. dəstəmaz is. [fars.] din. Namazdan, bəzən də Quranı ələ alıb oxumaqdan əvvəl yuyunma (üzü, dirsəyə qədər qolu yuma və başın ortasına, eləcə də ayaqların üst tərəfinə su çəkmə) ayini. Dedi: – Bəs mən gedim bulağa tərəf; Dəstəmazım mənim olubdu tələf. S.Ə.Şirvani. • Dəstəmaz almaq – həmin ayini icra etmək. Bir gün bir nəfər molla, necə olursa, məscid həyətində dəstəmaz alanda çarhovuza düşür. “M.N.lətif.” [Cahan:] Molla Qurana baxmaqdan qabaq dəstəmaz aldı, ya yox? Ə.Haqverdiyev. dəstəmazlı sif. din. Dəstəmaz almış, dəstəmaz ayini icra etmiş. [Münəvvər xanım] həmişə dəstəmazlı, ağzıdualı, pak niyyətlə getsə də, nəticə vermirdi. Mir Cəlal. dəstəmic is. məh. Yelkənli gəmidə yelkəni qaldırmaq üçün işlənən ip. Dəstəmiclə yelkəni qaldırmaq. dəstəmuzd is. Dəstə (qrup) ilə görülən iş üçün verilən əmək haqqı. dəstərək is. Kotanın əl tutulan yeri, dəstəsi. dəstərxan is. [fars.] Süfrə. [Molla] günorta vaxtı dəstərxanı açır ki, bir az çörək yesin. “M.N.lətif.”. Məmmədhəsən əmi övrətinin sözünə baxıb çəkildi dəstərxanın başına. C.Məmmədquluzadə. dəstfərman is. [fars.] köhn. Ayaqüstü işləri görən qulluqçu (oğlan). dəstgah [fars.] bax dəsgah. Xudayar bəy, sənin dəstgahın varmış. C.Məmmədquluzadə. Yüz sənə bundan əqdəm ata və babalarımızın dolanacağını, .. fikir və xəyalatını və bilcümlə, o əsrin övza və dəstgahını .. Vaqif gözəl əşar və kəlami-abdarı ilə yazıb.. F.Köçərli. [Gülçöhrə:] Ox!.. İstəmirəm mən bu dövləti, bu dəstgahı! Ü.Hacıəyov. dəstgir is. [fars.] köhn.\n1. Kömək edən, əldən tutan; yardımçı, himayəçi, köməkçi. Tutsan əlini məni-fəqirin; Həqq ola həmişə dəstəgirin. Füzuli. Deyirlər ki, cəmi füqəranın dəstgiridir. Ə.Haqverdiyev.\n2. Tutulmuş, əl-qolu bağlanmış; əsir. • Dəstgir etmək – tutmaq, əlinə keçirmək, başını bağlamaq, əsir etmək. Uzaq valilərinə də kağız göndər. Hər nə xan varsa, dəstgir edib Tehrana göndər. C.Cabbarlı. Camal .. dərin meşələrə girib maralları dəstgir edirdi. S.Rəhimov. Dəstgir olmaq – ələ keçmək, təslim olmaq, əsir olmaq. // məc. Əsir, məşğul. Xanpəri bu fikirlərin əlində dəstgir ikən divar saatı on ikini vurdu. Ə.Vəliyev. dəstgirə is. [fars.] köhn. Qulp, dəstə(k). Başıbəlalı muzdur naəlac çamadanın dəstgirəsinə yapışıb, Qanlıtəpə tərəfə üz qoydu. S.M.Qənizadə. dəst-xətt is. [fars. dəst və ər. xətt]\n1. Birisinin şəxsən öz əli ilə yazdığı yazı. Sübhanverdizadə öz dəst-xətti ilə yazmağına baxmayaraq, bu kimi müxtəlif bəhanələrlə öz yazdığını pozmağı da bacarırdı. S.Rəhimov.\n2. məc. Savad. Üçü də cavab verdilər ki, dəst-xətləri yoxdu. C.Məmmədquluzadə. dəsti I. is. [fars.] Kiçik, lüləksiz bardaq. Su dəstisi.\n\nII. zərf [fars.] Tez, əlbəəl, əlüstü. ..Məmmədhəsən əmi dəsti getdi. C.Məmmədquluzadə. dəsti-xətt bax dəst-xətt. dəst-paça is. [fars.] köhn. Təlaşa düşmə, tələsmə, iztirab, çapalama. // Zərf mənasında. Təlaş içində, həyəcanlı bir halda, özünü itirmiş halda. Bu halda qalmaqaldan .. Hatəmxan ağa və Şahbaz bəy yatdıqları damda yuxudan oyanıb dəst-paça, köynəkcək Müsyö Jordanın səsinə yüyürdülər. M.F.Axundzadə. • Dəst-paça olmaq – iztiraba düşmək, əl-ayağa düşmək, təşvişə düşmək, təlaşa düşmək. O teleqramda nə var ki, həzrəti-vala bu cür dəst-paça oldular? P.Makulu. dəstpərvərdə is. [fars.] köhn. Birinin yetişdirməsi olan, birinin yanında tərbiyə alan, sənət öyrənən adam. Yazıq övrət Mirzə Nəsibin övrətinin yanına gəlib bu sözləri dedi: – Xanım, bu uşaq axundun dəstpərvərdəsidir. Ə.Haqverdiyev. dəstrəs [fars.] klas. Əli çatma, nail olma, yetişmə; əldə etmə, müvəffəq olma. Yoxdur əlac, çoxdur bu könlümdə həsrətim; Nə vəslə dəstrəs, nə fəraqında taqətim. S.Ə.Şirvani. • Dəstrəs olmaq – nail olmaq, əldə etmək, müvəffəq olmaq, əli çatmaq. Məqsuduna dəstrəsmi oldun? Dildarinə həmnəfəsmi oldun? Füzuli. Hamı istərdi ki, bu yazıların [heroqliflərin] açarını kəşf edərək məzmunlarından xəbərdar olub, köhnə bir millətin tarixinə dəstrəs olaydı. F.Ağazadə. dəstur is. [fars.] köhn.\n1. Təlimat, göstəriş. Sulduz xan konsuldan və Sərdar Rəşidin aldığı dəstura görə, müharibə zamanı Helminin dəstəsini arxadan vuracaq və məhv edəcəkdi. M.S.Ordubadi.\n2. Bax düstur 2-ci mənada. ‣ Dəstur aşı etnoqr. – ər evinə köçəndən sonra qızın atası evindən ona göndərilən plov. Atası evindən qıza dəstur aşı gəlmək adət idi. R.Əfəndiyev. dəsturüləməl is. [fars. dəstur və ər. əməl] köhn. Nizamnamə, təlimat, yazılı göstəriş. [Vəzirlərə] ..vaxt ikən hazırlanmış göstərişlər və dəsturüləməl verildi. M.S.Ordubadi. dəşnə is. [fars.] köhn. Kiçik xəncər, yaxud silah kimi işlədilən iri bıçaq. O zaman hələ naqan-zad yox idi, yanımda ancaq dəşnə, iki dənə piştov var idi. M.S.Ordubadi. dəşt is. [fars.] klas. Çöl, səhra, biyaban. Əqlü-huşum gedib bir Leylivəşdə; Məcnunişeyda tək düşmüşəm dəştə. Q.Zakir. dəşti is. [fars.] mus. Azərbaycan, habelə İran klassik musiqisində muğamlardan birinin adı. dəva I. [ər.]\n1. Bax dava. Bir əldə tutub tiğini, bir əldə tutub səng; Dəvaya gəlirsə, ona canım də süpərdir. S.Ə.Şirvani. De görüm, küçədə nə var, a kişi? Bu nə dəvadır, anladınmı işi? M.Ə.Sabir.\n2. köhn. bax teorem. ‣ Dəva vəkili köhn. – bax advokat.\n\nII. [fars.] klas. bax dava. Hər dərdin bir dəvası var. (Ata. sözü). Qəm dəfinə camimey dəvadır; Tədbiri-qəm eyləmək rəzadır. Füzuli. Dedilər: – İstə ləbindən dərdipünhanə dəva. S.Ə.Şirvani. • Dəva etmək – bax dava etmək (“dava”da). Mən zaminəm ki, olmaya bir illət ilə fövt; Hər xəstəyə dəva edələr gər şərab ilə. S.Ə.Şirvani. dəvam [ər.] bax davam. Ömrümün yox dəvamü payanı. S.Ə.Şirvani. Yoxdur dəvam məndə otuz gün kəsalətə. M.Möcüz. dəvat [ər.] bax davat. Al əlinə qələm, dəvat; Mən günü qərani yaz. Sarı Aşıq. dəvə is. Səhralarda və quru çöllərdə istifadə olunan, bir və ya ikihürgüclu, çox dözümlü iri yük heyvanı. Birhürgüclü dəvə. Dəvə balası. – Dəvədən böyük fil var. (Ata. sözü). Karvanda bir dəvə, bir də eşşək; Arıq düşmüş idi mənim yabım tək. Q.Zakir. [Qartal:] Bizansa gedən dəvə karvanları hələ qayıtmamışdır... M.Hüseyn. ‣ Dəvə oynayanda qar yağar – öz yaşına, mövqeyinə, vəziyyətinə münasib olmayan hərəkət edən adam haqqında. Dəvənin boynu kimi (düz) – düz olmayan şey haqqında. Dəvəsi ölmüş ərəb – başı çox bəlalar çəkdiyi, hər cür məhrumiyyətlərə məruz qaldığı üçün hər şeyə laqeyd baxan adam haqqında. dəvəcər is. məh. Yuxusuz qalan, yata bilməyən adam. Səhərə qədər dəvəcər olmaq. dəvəcik is. zool. Torqanadlılar nəslindən çox böyük olmayan həşərat (cücü). dəvəçi is. Dəvə saxlamaq və işlətməklə məşğul olan adam. Dəvəçi ilə dost olanın darvazası gen gərək. (Ata. sözü). [Əmiraslan baba:] Bax o zaman, oğul, bu Ağbulağa .. dəvəçi belə çox çətin gəlib çıxırdı.. S.Rəhimov. dəvəçilik is. Dəvə saxlama və dəvə ilə yük daşıma işi. Dəvəçiliklə məşğul olmaq. dəvədabanı is. bot. Qol-budaqlı, sürünən kökümsov gövdəli çoxillik ot bitkisi. Xırda ot bitkisi olan dəvədabanının .. böyük kökyanı yarpaqları uzun saplaqlar üzərində yerləşmişdir. R.Əliyev. dəvədəlləyi is. zool. Yaşıl rəngli, uzun ayaqlı həşərat növü. dəvəfındığı is. Cökə ağacının meyvəsi. dəvəgötürməz sif. dan. Çox ağır, çox yekə, çox şey tutan, böyük həcmli. Dəvəgötürməz sandıq. dəvəqıran is. bot. Quraqlıq yerlərdə və daşlı yamaclarda bitən tikanlı kol və kolcuq. dəvəqırxan is. Keçmişdə dəvələri qırxmaqla məşğul olan adam. dəvəqulağı is. bot. Kökündə aşı maddəsi olan ikiləpəli bitki; süpürgəotu (boyaq kimi işlədilir). dəvəquşu is. zool. İsti ölkələrdə yaşayan, itiqaçan, lakin uça bilməyən çox böyük quş. Dəvəquşu yükə gələndə qanadını göstərər. (Ata. sözü). ..Afrika dəvəquşusu heç uça bilməyərək yerdə hərəkət edir. Dəvəquşu indiki quşların ən böyüyüdür. Erkək dəvəquşular 2 m 75 sm-ə qədər hündürlükdə və 75 kq-dək ağırlıqda olurlar. dəvəli 1. is. Dəvəyə minmiş adam. Bu gələn dəvəlidi; Atdıdı, dəvəlidi; Yarı əldən qoymaram; Sövdamın əvvəlidi. (Bayatı).\n2. sif. Dəvəsi olan. dəvəotu is. bot. Marena fəsiləsinə daxil olan birillik ot bitkisi. dəvərəgöz bax dabərəgöz. dəvət is. [ər.] Hörmətlə bir yerə çağırma (çağırılma); çağırış. Onlar heç kəsin dəvətini qəbul etmədilər. M.S.Ordubadi. Dilara .. Əjdərin dəvəti üzrə kəndə qonaq getmişdi. Ə.Məmmədxanlı. • Dəvət etmək (eləmək) – 1) hörmətlə bir yerə çağırmaq. Uşaqlar bir neçə gün dincəldikdən sonra bir axşam Mirzə, Usta Zeynalı şama dəvət etdi. Ə.Haqverdiyev; 2) kit. özünü bu və ya başqa cür aparmağı, bir şeyi qəbul və ya bir şeyə riayət etməyi tələb etmək, təklif etmək. İntizama dəvət etmək. [Qəhrəman] ..Yusifi sarpdığı əyri yoldan doğru yola dəvət etmək istəyirdi. Ə.Vəliyev. dəvətedici sif. Çağıran, dəvət edən. Dəvətedici məktub. – Birinci dəfə olaraq Azərbaycan dilində nümayişə dəvətedici vərəqələr görünməyə başladı. M.S.Ordubadi. dəvətikanı is. bot. Ən çox quraqlıq yerlərdə və səhralarda bitən, dəvələrin yediyi tikanlı ot bitkisi. dəvətli sif. Bir yerə (qonaqlığa və s.-yə) dəvət olunmuş, çağırılmış. Qonaqlığa dəvətli adam. İclasa dəvətli. Bu gün toya dəvətliyəm. dəvətnamə is. [ər. dəvət və fars. ...namə] Çağırış kağızı, dəvət kağızı. Bahar bayramına on beş gün qalmış, Toğrul bütün ölkələrə dəvətnamələr yazıb Təbrizə nümayəndələr göndərmələrinə əmr vermişdi. M.S.Ordubadi. Barxudar seçki dəvətnaməsinə baxa-baxa qaldı. Mir Cəlal. dəvəyunu sif.\n1. Dəvə yunundan toxunmuş. Dəvəyunu şal.\n2. Dəvənin yunu rəngində olan. Dəvəyunu parça. dəyanət is. [ər.] Möhkəmlik, səbat, öz sözünün üstündə durma. Şikəstə Zakirəm, cövrü-cəfaya; Onlar tək deyiləm, dəyanətim var. Q.Zakir. Zənnimcə, həqiqi dost çox az tapılar ki, onun sədaqət və dəyanətinə etibar edib dar günündə ona ümid bağlayasan. F.Köçərli. İllər qayəmizə ilk bahar deyir; Bizdədir dəyanət, etibar deyir. M.Rahim. dəyanətli sif. Səbatlı, möhkəm, öz sözünün üstündə duran, bel bağlanıla bilən. Bütün İraq, fars və Azərbaycan xalqına tapşırılır ki, Toğrula və Eldənizin dəyanətli xələfi olan Cahan Pəhləvan Məhəmmədə bilavasitə beyət etsin. M.S.Ordubadi. [Cəfərqulu xan:] Mən sənə and içirəm ki, mən tək dəyanətli nökəri cümlə İranı axtarsan, tapa bilməzsən. Ə.Haqverdiyev. dəyanətlilik is. Səbatlılıq, sözünün üstündə möhkəmlik. dəyanətsiz sif. Dəyanəti olmayan, səbatı olmayan, möhkəm olmayan, öz sözünün üstündə durmayan. Dəyanətsiz adam. dəyanətsizlik is. Səbatsızlıq, öz sözünün üstündə durmamazlıq. dəydirmək icb. Bir şeyi başqasına toxundurmaq, bir şeyin başqasına toxunmasına səbəb olmaq. dəyə is. Qarğıdan və s.-dən düzəldilmiş komacıq; alaçıq, qazma. [Sərçələr qışda] gecələr də samanlığa, dəyələrə; daxmaların, küləş damların deşiklərinə girərək özlərini soyuqdan mühafizə edirdilər. S.S.Axundov. // Üstüörtülü, yanları açıq tikili; talvar. Üzümlər gül tökəndə, iyun ayının axırlarında yorğan-döşəyini götürüb, bağda, dəyədə yatırdı. Mir Cəlal. dəyəcik is. Kiçik dəyə. Dəyəcik qurmaq. Dəyəcikdə yaşamaq. dəyəlik is.\n1. Dəyə qurmaq üçün lazım olan (yer, ağac və s.). Dəyəlik yer.\n2. Dəyələrdən ibarət oba, kənd, şənlik. Dərənin qırağındakı dəyəlik. dəyənək is.\n1. Bir başı toppuz çomaq, əl ağacı. Çoban dəyənəyi. Dəyənək ilə vurmaq. – Əvvəli hənək, axırı dəyənək. (Ata. sözü). [Yetər:] Hənək, hənək, axırı dəyənək... N.Vəzirov. Gündə yüz yol vurardılar dəyənək; Sağrısı sərbəsər olub döyənək. S.Ə.Şirvani. [Qulu:] Əliqulu divandan elə qorxur, necə ki it dəyənəkdən. S.S.Axundov.\n2. məc. Güc, zor, kötək mənasında.\n3. məc. Yüngül söyüş mənasında. [Gülnaz:] Sənə yüzyaşlı dul arvad yaraşar, ey dəyənək! Ü.Hacıbəyov. ‣ Dəyənək kimi – 1) quru, cod, bərk. Dəyənək kimi çörək; 2) dümdüz, hərəkətsiz. [Hacı Ağakərim:] Rədd ol! Ədə, Xalıq, nə dəyənək kimi dayanmısan! S.Rəhman. dəyənəkayaqlılar is. zool. Qalın dəri təbəqəsi ilə örtülü barmaqları olan cütdırnaqlı heyvanlar. dəyənəkləmə “Dəyənəkləmək”dən f.is. dəyənəkləmək f. Dəyənəklə döymək (vurmaq); kötəkləmək. dəyənəkli sif.\n1. Əlində dəyənək olan.\n2. məc. Güclü, qoluzorlu. dəyər is.\n1. Qiymət, baha. Kitabın dəyəri nədir? Məhsulun maya dəyəri.\n2. iqt. Əmtəə istehsalına sərf edilən və bu əmtəədə maddiləşən abstrakt əməyin müəyyən miqdarı. Dəyərin miqdarı ictimaizəruri iş vaxtı ilə təyin edilir. İzafi dəyər.\n3. məc. Qiymət, əhəmiyyət, ləyaqət, keyfiyyət. Əsərin bədii dəyəri. Bu sözün heç bir dəyəri yoxdur. – Fəxrəddinin qəhrəmanlığını və ümumiyyətlə, azərbaycanlıların hərbi dəyərini çox gözəl bilirdi. M.S.Ordubadi. Gözəl olur bu yerlərin səhəri; Məncə, vardır dünyalara dəyəri. A.Şaiq.\n4. sif. Layiq. Oxumağa dəyər əsər. Görməyə dəyər yer. dəyər-dəyməzinə zərf Həqiqi qiymətindən, dəyərindən ucuz, hər neçəyə gəldi, heçə-puça. – Sabah Binnət inəyini, ya da danalarını bazara çıxaracaq .. dəyərdəyməzinə satmalı olacaq. İ.Məlikzadə. dəyərli sif.\n1. Qiymətli, bahalı; keyfiyyətli. Dəyərli parça. Dəyərli şey.\n2. məc. Qiymətli, ləyaqətli, əhəmiyyətli, çox yararlı, çox lazımlı. Dəyərli işçi. Dəyərli adam. Dəyərli dost. Dəyərli məsləhət. Onun dəyərli xidməti olmuşdur. – O, hər kəsdən dəyərli, igid, gözəl, sevimli... C.Cabbarlı. ..Belə dəyərli sözləri ilə dayım bacısını yola gətirmək istəyirdi. S.S.Axundov. dəyərlilik is. Dəyərli şeyin hal və keyfiyyəti; qiymətlilik. dəyərsiz sif.\n1. Heç bir dəyəri, qiyməti olmayan. Dəyərsiz şey. Dəyərsiz əsər. Hikmət İsfahani, Mazəndəran malikanəsini Rza xana bağışladığını və bu dəyərsiz hədiyyəni sonsuz məhəbbət əlaməti olaraq qəbul etməsini xüsusi məktubla ona bildirməyi qərara aldı. M.İbrahimov.\n2. Ləyaqətsiz, əhəmiyyətsiz, yararsız, yarıtmaz. Dəyərsiz adam. Dəyərsiz iş. dəyərsizlik is. Dəyərsiz şeyin hal və keyfiyyəti; ləyaqətsizlik, yararsızlıq, yarıtmazlıq. dəyirman is. Dəni üyüdüb una və ya yarmaya çevirmək üçün müxtəlif qurğuları olan karxana, müəssisə. Yel dəyirmanı. Su dəyirmanı. Buxar dəyirmanı. – Dəyirmanın yaraşığı torba-çuvaldır. (Ata. sözü). Təbrizdə bu saat qəhətlikdir və əhali çörək üzünə həsrətdir. Dəyirmanların sularını kəsiblər ki, dəyirmanlar yatsınlar. C.Məmmədquluzadə. • Qəhvə dəyirmanı – qəhvə üyütmək üçün kiçik maşın (dəyirman). Əl dəyirmanı – əllə hərəkətə gətirilən, yarma və s. üyütmək üçün kiçik maşın. ‣ Dəyirman kimi üyüdüb tökmək – çox danışmaq, boş-boş danışmaq. Dəyirman xoruzu – çox sağlam, qıvraq adam haqqında. Dəyirman şahadı – dəyirmanda üyüdülən dəndən götürülən üyütmə haqqı. Dəyirmanın boğazından salsan (altdan) diri çıxar – son dərəcə zirək və diribaş adam haqqında. dəyirmançı is. Dəyirmanda un üyütməklə məşğul olan adam. Dəyirmançının şahidi kömbəçi olar. (Ata. sözü). [Qulamhüseyn:] Üstümü unlu görüb adımı dəyirmançı çağırma. M.İbrahimov. // Dəyirman sahibi. dəyirmançılıq is. Dəyirmançının sənəti, peşəsi. Dəyirmançılıqla məşğul olmaq. – Cəfər bu gündən dəyirmançılıq etməyə başladı. Ə.Vəliyev. dəyirmandaşı is. Dəyirmanda unu üyüdən girdə daş. dəyirmanxana is. Dəyirman və onun olduğu yer. Murad .. bir kərə də kənddən, çalışdığı Hacı Rüstəm oğlunun xanasından kənara çıxmamışdı. S.Hüseyn. dəyirmanlıq sif.\n1. Dəyirmanda üyüdülmək üçün ayrılmış. Dəyirmanlıq taxıl. – Sanma əzdikcə fələk bizləri viranlıq olur; Un təmənnası ilə buğda dəyirmanlıq olur. M.Ə.Sabir.\n2. Dəyirman olan yer. dəyirmə “Dəydirmək”dən f.is. dəyirmi sif.\n1. Dairə şəklində olan; dairəvi, girdə, yuvarlaq. Üzün ağ, dəyirmi, gözün məstanə; Baxışın bağrımı döndərdi qanə. M.P.Vaqif. Xanım dəsmalını çıxarıb ağ dəyirmi üzünü sildi, saçlarını düzəltdi... Çəmənzəminli. Kəniz Həlimə içəri girib dəyirmi stolun üstünə təmiz süfrə saldı. Ə.Abasov.\n2. Yumru, yuvarlaq. Dəyirmi şamama, qarpız. dəyirmicə sif. Az dəyirmi, bir qədər dəyirmi (yuvarlaq). Dəyirmicə çörək. dəyirmiləmə “Dəyirmiləmək”dən f.is. dəyirmiləmək f. Dəyirmi (yuvarlaq) hala salmaq, girdə etmək. Kündəni dəyirmiləmək. – Ucaboylu adam dodaqlarını dəyirmilədib tüstünü tavana üfürdü. İ.Məlikzadə. dəyirmilənmə “Dəyirmilənmək”dən f.is. dəyirmilənmək f. Dəyirmi (yuvarlaq) hala gəlmək, girdələnmək, tam dairə şəklini almaq. Ay dəyirmiləndi. dəyirmiləşdirilmə “Dəyirmiləşdirilmək”dən f.is. dəyirmiləşdirilmək məch.\n1. Dəyirmi (yuvarlaq) hala salınmaq, girdələşdirilmək.\n2. Kəsirsiz hala salınmaq (rəqəm, hesab). dəyirmiləşdirmə “Dəyirmiləşdirmək”dən f.is. dəyirmiləşdirmək f.\n1. Dəyirmi (yuvarlaq) hala salmaq, girdələşdirmək.\n2. Kəsirsiz hala salmaq. Hesabı dəyirmiləşdirmək. dəyirmiləşmə “Dəyirmiləşmək”dən f.is. dəyirmiləşmək bax. dəyirmilənmək. dəyirmilətmə “Dəyirmilətmək”dən f.is. dəyirmilətmək bax dəyirmiləmək. dəyirmilik is. Dəyirmi (yuvarlaq) şeyin halı; girdəlik, yuvarlaqlıq. Qarpızın dəyirmiliyi. Ayın dəyirmiliyi. Sifətin dəyirmiliyi. dəyirmisifət sif. Girdəsifət, yumrusifət. Dəyirmisifət uşaq. dəyirmisov sif. Bir qədər dəyirmi; yuvarlaqtəhər. dəyişdirici is. xüs. Elektrik cərəyanının, qazın və s.-nin istiqamətini, gücünü, müxtəlif mexanizmlərin işinin xarakterini dəyişdirən alət, qurğu, cihaz. dəyişdirilmə “Dəyişdirilmək”dən f.is. dəyişdirilmək “Dəyişdirmək”dən məch. dəyişdirilməz sif. Dəyişdirilə bilməyən, dəyişdirilməli olmayan. dəyişdirmə “Dəyişdirmək”dən f.is. dəyişdirmək f.\n1. Bir şeyi verib əvəzinə başqa bir şey almaq; mübadilə etmək. Mal dəyişdirmək. Bir şeyi başqa şeyə dəyişdirmək.\n2. Bir şeyi buraxıb, yenisini, başqasını işlətmək, təzələmək. Otağın bütün mebelini dəyişdirmək. // Bir şeyi başqası ilə əvəz etmək. Paltarını dəyişdirmək.\n3. Bir işdən, vəzifədən, yaxud bir yerdən başqasına keçmək. Qulluğunu dəyişdirmək. Suyunu dəyişdirmək.\n4. Tamamilə başqalaşdırmaq, başqa şəklə, başqa hala salmaq. Təbiəti dəyişdirmək. Əsərin quruluşunu dəyişdirmək. Bir fəsildə neçə kərə; Dəyişdirdi öz yönünü, öz yolunu. B.Vahabzadə. dəyişdirtmə “Dəyişdirtmək”dən f.is. dəyişdirtmək icb. Dəyişdirməyə məcbur etmək, dəyişdirməsinə nail olmaq. dəyiş-düyüş is. dan. Qarşılıqlı dəyişmə, mübadilə, bir şeyi verib başqasını alma. • Dəyiş-düyüş etmək – qarşılıqlı dəyişdirmək, mübadilə etmək. Dəyiş-düyüş salmaq – tay-dəyişik salmaq, yanılaraq birisinin əvəzinə o birisini götürmək. Ayaqqabıları dəyiş-düyüş salmaq. dəyişəcək bax dəyişək. [Həcər xanım:] Get, Xavərə de, bizim üçün dəyişəcək hazır etsin. S.S.Axundov. dəyişək is. Alt paltar, tuman-köynək. Üç dəst dəyişək. – [Səadət Səriyyəyə:] Bu oğlan hamamı qızdıracaq, özün də təmizlən, uşaqları da təmiz yu. O, sizə dəyişək də verər. M.İbrahimov. ...Tapdıq bəlkə qumla dəyişəyini yırtıb dağıtmayınca əl çəkməyəcəkdi. Ə.Əbülhəsən. // Döşəkağı, yastıqüzü kimi yatacaq ağı. dəyişəkçi is. Xəstəxanalarda, sanatoriyalarda, mehmanxanalarda və s.-də dəyişək işlərinə baxan xidmətçi. dəyişəkli sif. Dəyişəyi, əvəzi olan. Dəyişəkli paltar gec dağılar. dəyişəklik sif. Dəyişəyə yarayan, dəyişəyə məxsus. Dəyişəklik ağ. dəyişəktikən is. Dəyişək tikməklə məşğul olan adam, dərzi. dəyişən f.sif. Bir qaydada, bir halda, bir qərarda qalmayan; dəyişkən, qeyri-sabit, bir haldan başqa bir hala keçən. Dəyişən hava. Dəyişən külək. • Dəyişən cərəyan fiz. – dövri surətdə öz qüvvə və istiqamətini dəyişən elektrik cərəyanı. Dəyişən hərəkət fiz. – hərəkətin, cismin sürətini vahid zamanda dəyişən növü. Dəyişən kəmiyyət riyaz. – müxtəlif qiymətlər ala bilən kəmiyyət. Dəyişən ulduzlar astr. – öz parlaqlığını dəyişən ulduzlar. dəyişik is.\n1. Bax dəyişək.\n2. Dəyişilmiş, səhvən birinin əvəzinə başqası götürülmüş, dəyiş-düyüş edilmiş. • Dəyişik düşmək – səhvən birinin əvəzinə başqası düşmək, çaşbaş düşmək. Qara sözlə, ağ sözün; Yeri dəyişik düşür; Yalançının dilindən; Söz düşür – düşük düşür.. M.Araz. Dəyişik salmaq – səhvən birinin əvəzinə başqasını götürmək, çaşbaş salmaq. [Mirzə Heydər:] Dəyişik salma, hər birin öz yerinə qoy. Ə.Haqverdiyev. dəyişiklik is. Başqa şəklə (hala) düşmə, başqalaşma, başqalıq; təbəddülat. Xəstənin vəziyyətində dəyişiklik görünür. Cəbhədə heç bir dəyişiklik yoxdur. Temperatur dəyişikliyi. – Mühitimdə gördüyüm şeylərin adlarını, onlarda əmələ gələn dəyişiklikləri yenə də [Tağı əmidən] öyrəndim. S.S.Axundov. Müdirin üzündə heç bir dəyişiklik yox idi. Ə.Vəliyev. [Elçin:] Kim düşünə bilər ki, bizim proyektdə bu qədər dəyişiklik ola bilər? Z.Xəlil. // Yenilik, yeni hal, yeni vəziyyət; dönüş. İşdə dəyişiklik yaratmaq. – [Günəşin] yaradan əlləri kiçik, alçaq otaqların quruluşunda .. böyük bir dəyişiklik əmələ gətirmişdi. A.Şaiq. Xədicənin halında bir dəyişiklik vardı. S.Hüseyn. dəyişilmə “Dəyişilmək”dən f.is. dəyişilmək 1. Bax dəyişmək 2-ci mənada. [Araz:] Dəyişilmək təbiətin qanunudur, .. neyləyək ki, bu qanunu durduracaq, dəyişdirəcək iqtidar və qüvvətim yoxdur. A.Şaiq. [Kərbəlayı Qulu] zəmanənin dəyişilməyindən bir az danışdı və dərin ahdan sonra ülgücü belindəki qayışa çəkib taraş etməyə başladı. Çəmənzəminli.\n2. “Dəyişmək”dən məch. Söhbət dəyişilədəyişilə (z.) xeyli uzandı.. Ə.Abasov. Günün saf işığı axmış ruhuna; Şüşədən rəng alıb dəyişilərək.. B.Vahabzadə. dəyişilməyən f.sif. riyaz. Sabit, dəyişməz. Dəyişilməyən kəmiyyət. dəyişilməz sif. Dəyişdirilə bilməyən, başqa şəklə (hala) salına bilməyən; olduğu kimi qalan; sabit, daimi. dəyişkən sif. Çox dəyişən, tez-tez dəyişən, dəyişməyə qabil olan, sabit olmayan. Dəyişkən rəng. Dəyişkən hava. Dəyişkən xasiyyət. – Melodiyanı təşkil edən bu zil və bəm səslərin .. bəziləri dəyişkən və dayanıqsız olur. Ə.Bədəlbəyli. Hibrid orqanizmlər daha dəyişkən olur. M.Axundov. dəyişkənlik is. Çox və tez-tez dəyişmə xassəsi və qabiliyyəti; qeyri-sabitlik. Hibridlərin dəyişkənliyi. dəyişmə 1. “Dəyişmək”dən f.is. Təbiətdə maddə itmir və yaranmır, o ancaq müxtəlif dəyişmələrə uğrayır.\n2. is. Mübadilə. Mal dəyişmə.\n3. qram. Bax təsrif. dəyişmək f.\n1. Bax dəyişdirmək 1-ci mənada. [Əli:] İmanımız haqqı, mən [Gülnazı] bir xəzinəyə dəyişmərəm, kişi!.. M.İbrahimov.\n2. Başqa şəklə və ya başqa hala düşmək, başqalaşmaq, başqa cür olmaq, təbəddülata uğramaq. Onun xasiyyəti tamamilə dəyişmişdir. Hava dəyişir. – Murad özünü aldatmışdı: nə evini, nə çocuqlarını, nə də Nigarını kənddə olarkən xəyalında təsəvvür etdiyi kimi görmədi. Onlar beş ilin zərfində dəyişmişdilər. S.Hüseyn. Elə ki Dürdanə gənc ana oldu; Dəyişib başqa bir Dürdanə oldu. M.Rahim.\n3. Birini buraxıb, o birinə keçmək. Yerini dəyişmək. Vəzifəsini dəyişmək. dəyişməməzlik bax dəyişməzlik. dəyişməz sif. Heç bir vaxt dəyişməyən, sabit şəkildə (halda, vəziyyətdə) qalan; sabit. Təbiətdə dəyişməz şey yoxdur. dəyişməzlik is. Dəyişməz şeyin hal və keyfiyyəti; sabitlik. dəymə I. “Dəymək1 ”dən f.is. Yerə dəymə.\n\nII. “Dəymək2 ”dən f.is. Meyvələrin dəyməsi. dəymədüşər sif. Hər şeydən tez küsən, tez inciyən, tez sınan. Dəymədüşər adam. Dəymədüşər uşaq. – Mollanın yaman dəymədüşər xasiyyəti var imiş. “M.N.lətif.” [Halay:] Adam da bu qədər dəymədüşər olarmı? S.Rəhimov. dəymədüşərlik is. Hər şeydən küsmə, incimə xasiyyəti. dəymək I. f.\n1. Toxunmaq. Mixək əkdim ləyəndə; Mixək boynun əyəndə; Bir cüt qurban demişəm; Əlim əlinə dəyəndə. (Bayatı). // Əl vurmaq, əlini toxundurmaq. Şeylərə dəymə! Kitablara dəymə! – [Hacı Murad:] Yox, oğlum, dəymə, yetişəndə yığıb sənə göndərəcəyəm. S.S.Axundov.\n2. Bir şeyə yetişib toxunmaq, rast gəlib toxunmaq. [Aslan bəy:] ..Hər halda 30 güllə atılarsa, ondan biri dəyəcək... C.Cabbarlı. [Cavad:] Güllə də igiddən qorxar, o həmişə qorxağa dəyər. Ə.Vəliyev.\n3. məc. Toxunmaq, pis təsir etmək, təhqir etmək. Qəlbinə dəymək. Könlünə dəymək. Onun sözü mənə dəydi. – Eh, gözüm, nə dəyib köyrək könlünə? Ey şirin güftarım, nöşün ağladın? M.P.Vaqif. [Fəxrəddin bəy:] Sözün var, söz danış, qəlbə dəymək nə lazım! N.Vəzirov. Rövzəxana dəydi baqqalın sözü; Dişlərin qıcırdıb qızardı gözü. M.S.Ordubadi.\n4. “Gözə”, “gözünə”, “gözümə” sözləri ilə – görünmək, sataşmaq. Çoxdandır gözümə dəymirsən. – [Qarovul:] Gedən yoldaşlardan da gözə bir nişan dəyməyir. Ə.Haqverdiyev. Həsən kişinin gözünə bir qaraltı dəydi. M.İbrahimov.\n5. “Qulağa”, “qulağına”, “qulağıma” sözləri ilə – yetişmək, qulağa çatmaq. [Əmiraslan ağa:] Ah, yenə qulağıma bir söz dəydi. S.S.Axundov. Azca keçməmiş, iki atlının səsi küçədən Gülnazın qulağına dəydi. M.İbrahimov. Bayramın qulağına at ayaqlarının tappıltısı dəydi. M.Hüseyn.\n6. “Yerə” sözü ilə – yıxılmaq. Yeni məhbus üzü üstə yerə dəyib zarımağa başladı. M.İbrahimov. Kişi səndələdi, ağzı üstə yerə dəydi. M.Hüseyn.\n7. “Soyuq” sözü ilə – soyuqlamaq, soyuğun təsirindən xəstələnmək. Gər dəysə soyuq, sancılanıb olsa da bimar; Hökm et, gələ cindar. M.Ə.Sabir. Əhməd, balam, üstüaçıq niyə yatıbsan, soyuq dəyər. A.Divanbəyoğlu.\n8. “Bir-birinə” sözü ilə – qarışmaq. ..Dünya və aləm bir-birinə dəyib. C.Məmmədquluzadə. Dünya bir-birinə dəyib. Əlində bir berdankası olan hər kəs yerə-göyə sığmır. Mir Cəlal.\n9. məc. Baş çəkmək, bir yerə, ya birisinin yanına az vaxt üçün getmək. [Mirzədadaş:] ..Sən get, evə dəy, mən də gedim, görüm arvad süfrəni açıbdırmı? N.Vəzirov. [Əbil:] Mən kötükçıxaran maşınlara dəyib, tez gəlirəm. Ə.Vəliyev.\n10. “Köməyi”, “yardımı” və s. sözləri ilə – köməyi, yardımı olmaq, faydası olmaq, xeyri olmaq. Bir-iki qohum və əqrəbasından və bir neçə dövlətli tanışlarından savayı Hacı Məcid əfəndinin kimə faydası dəydi? C.Məmmədquluzadə. [Aslan bəy:] Qoy deməsin camaat ki, Aslan bəyin kasıblara bir köməyi dəyməyir.. C.Cabbarlı. Bu işdə Şəmsiyyə və sərtib Səliminin də [Firiduna] köməyi dəymişdi. M.İbrahimov.\n11. məc. Mənası olmaq, lazım olmaq. Belə bir gözəllik uğrunda vuruşmağa dəyirdi. Ə.Məmmədxanlı. // Dəyər şəklində – layiqdir. Yaxşı maldır, almağa dəyər. Baxmağa dəyər. // Əks mənada bəzən inkar şəklində işlənir. Hiç gül olmaz tikənsiz, hiç şadi qüssəsiz; Dərmə gülündən anın, çün güli dəyməz xarinə. Nəsimi. [Hacı Qara:] Bu sözlər bir pula dəyməz, axırıncı sözümdür, məni məəttəl eləməyin! Tez olun, yaraqlarınızı salın! M.F.Axundzadə.\n12. Dəyib-dolaşmaq şəklində – toxunmaq, sataşmaq, mane olmaq. [Yoldaşlarımızdan biri:] Nəyimə dəyib-dolaşacaqlar? Yanımda nə pul var, nə qiymətli bir şey. M.Rzaquluzadə.\n13. Bir sıra sözlərə qoşularaq müxtəlif ifadələr əmələ gətirir; məs.: göz dəymək (bax göz), zərər dəymək (bax zərər), başı daşa dəymək (bax baş), dişi-dişinə dəymək (bax diş).\n\nII. f.\n1. Dəymiş hala gəlmək; yetişmək. Taxıl dəymişdir. Tut dəymişdir. – Ağac meyvəni dəyənə qədər saxlar. (Ata. sözü). Yavaş-yavaş dəyər, bitər; Ləzzətli, dadlı meyvələr. A.Səhhət. Bu yerin misli yoxdur əncir-üzüm dəyəndə. S.Rüstəm.\n2. Yetişmək (çiban, yara haqqında). dəyməqaç is. Uşaq oyunlarından birinin adı. dəyməmiş sif. Kal, yetişməmiş. Dəyməmiş gilas. // f.sif. mənasında. Köhnə yaram qövr elədi təzədən; Təbib nəştər vurdu, yara dəyməmiş. Aşıq Ələsgər. dəyməz əd. mənasında. Layiq deyil (təşəkkür və razılığa cavab olaraq işlədilir). Təşəkkürə dəyməz. Razılığa dəyməz. Narahatlığa dəyməz. Baxmağa dəyməz. dəymiş sif. Yetişmiş, yeyilməli hala gəlmiş. Dəymiş alça. Dəymiş gavalı. – Meşənin dəymiş əzgili saralar; Həm zoğal da dərilməyib qaralar. A.Səhhət. // İs. mənasında. Yetişmiş meyvə. Dəymişini qoyub kalını dərir. (Ata. sözü). ...dək Zaman və məkanca son nöqtəni bildirən və bitişik yazılan qoşma; ...qədər. Günortayadək. Vağzaladək. Evədək. – ..Bakıda yığılan qırx beş min manatdan indiyədək bircə nəfər müsəlman acının qarnı doymayıb. C.Məmmədquluzadə. Mirzə Fətəli küçəsini iki kərə məktəbədək gedib qayıtdım. S.Hüseyn. dəyyus is. [ər.] Öz arvadının xəyanətinə dözən adam; qeyrətsiz, namussuz. // Bəzən söyüş yerində. [Xudayar bəy:] ...Eşşəyi mənə o dəyyus özü veribdi. C.Məmmədquluzadə. dəyyusluq is. Öz arvadının namussuzluğuna dözmə; qeyrətsizlik, namussuzluq. dəzgah is. [fars.]\n1. Ağac, metal və başqa materialları emal edən və müxtəlif şeylər hazırlayan maşın. Deşmə dəzgahı. Toxuculuq dəzgahı. Qazma dəzgahı. – Kərim birbaş qazma dəzgahının yanında durmuş uzunboylu, sarışın adama yaxınlaşdı. M.İbrahimov. Son sistemli torna və deşmə dəzgahları yan-yana işləyirdi. Ə.Sadıq.\n2. Üzərində ustaların iş gördükləri böyük masa. Dərzi dəzgahı. Çilingər dəzgahı.\n3. Xalça, palaz və s. toxumaq üçün qurğu; xana. Xalçalar hündür dəzgahlarda toxunur.\n4. Quruda qayrılan gəminin oturulduğu qurğu. // Bənnaların, suvaqçıların və b.-nın üstündə dayanıb işlədikləri taxtapuş.\n5. Topun, pulemyotun və b. ağır silahların gövdəsinin bənd edildiyi altlıq. dəzgahaltı is. Dəzgahın altlığı, bünövrəsi. dəzgahçı is. xüs.\n1. Bax dəzgahsazlayan.\n2. Dəzgahda işləyən fəhlə. dəzgahqayıran sif. Müxtəlif dəzgahlar istehsal edən. Dəzgah qayıran zavod. dəzgahqayırma sif. və is. Müxtəlif dəzgahlar və onların hissələrini istehsal etmə. Dəzgahqayırma sənayesi. dəzgahlı sif. Dəzgahı olan, dəzgah üstündə duran (bax dəzgah 5-ci mənada). Hər yer dəzgahlı pulemyot, əl pulemyotu, 50 və 82 millimetrlik .. minasaçanla dolu idi. Ə.Əbülhəsən. dəzgahsazlayan is. xüs. Dəzgahları yerində qurub sazlayan usta. dıbır is.\n1. Erkək keçi; təkə. Dıbır əti. // Doqquz aylıqdan bir illiyə qədər olan keçi.\n2. Qoyun sürüsünün başında gedən keçi. O, böyük sürü sahibi olmuşdu, sürüsünü dörd dıbır ancaq dolandıra bilirdi. Ə.Haqverdiyev. dıbırıq zərf dan. Yeyin, cəld. Dıbırıq getmək. dığ is. [ər.] Vərəm, ciyər vərəmi. dığa is. [erm.] dan. Erməni uşağı, erməni balası (oğlanı). Yeniyetmə dığalar əl-ələ tutuşub yallı oynayırdılar. S.Rəhimov. [Kərim bəy:] Həmzə xozeyin, sən özünü bu dığadan gözlə. Ə.Əbülhəsən. dığdığ is. dan.\n1. Çox quru.\n2. Dedi-qodu, adamı təngə gətirən danışıqlar, arası kəsilməyən söz-söhbət, mübahisə. Dığdığ qardaşı qardaşdan ayırar. (Ata. sözü). dığ-dığ təql. Qaynayan mayelərin çıxardığı səs. dığdığa dan. bax dığ-dığ. dığdığı sif. və is. dan. Çox deyingən (adam). dığıldama “Dığıldamaq”dan f.is. dığıldamaq f. Dığ-dığ etmək, dığ-dığ səs çıxarmaq. Samovar dığıldayır. dığıltı is. Dığ-dığ səsi, qaynama zamanı mayelərdən çıxan səs. dığır is. dan.\n1. Keçi aşığı.\n2. Düyü xırdası. dığırladılma “Dığırladılmaq”dan f.is. dığırladılmaq məch. Diyirlədilmək, gillədilmək, yumbaladılmaq. dığırlama “Dığırlamaq”dan f.is. dığırlamaq f. Diyirlətmək, gillətmək, yumbalatmaq. Üzüaşağı dığırlamaq. – [Qasım] dəyirman daşı şəklində bir girdə daşı iki təkər üstünə qoyub dığırlayır. C.Məmmədquluzadə. dığırlanma “Dığırlanmaq”dan f.is. dığırlanmaq qayıd. Diyirlənə-diyirlənə getmək, gillənmək, yumbalanmaq. Səhəng onun çiynindən düşüb üç-dörd addım qabağa dığırlandı. İ.Şıxlı. Balaca zəng cınqıltı ilə dığırlanıb yerə düşdü. Ə.Əbülhəsən. dığırlatma “Dığırlatmaq”dan f.is. dığırlatmaq icb. Diyirlətmək, gillətmək, yumbalatmaq. [Tapdıq] özünü divarın dibinə verib tağalağı dığırlatdı. Ə.Vəliyev. dığlama “Dığlamaq”dan f.is. dığlamaq f. Dığ tutmaq, vərəm xəstəliyinə tutulmaq (çox vaxt məcazi mənada işlənir). Dığlar insan çıxmasa bu xaneyibərbaddən! M.Möcüz. dığlanma “Dığlanmaq”dan f.is. dığlanmaq qayıd. Dığ gətirmək, dığ azarına düşmək; həddən artıq yorulmaq, canı üzülmək; təngə gəlmək. dığlatma “Dığlatmaq”dan f.is. dığlatmaq icb. Dığ azarına salmaq, həddən artıq yormaq, canını üzmək, təngə gətirmək. dıqqa dan. bax dıqqan(a). dıqqan (=dıqqana) zərf dan. Bir az, lap azca, bir tikə, bir qırıq (çox vaxt “bir” sözü ilə). Çörəkdən bir dıqqan ver. dıqqana (=dıqqan) zərf dan. Bir az, lap azca, bir tikə, bir qırıq (çox vaxt “bir” sözü ilə). Çörəkdən bir dıqqan ver. dıqqancıq (=dıqqanacıq) sif. dan. Azacıq. dıqqanacıq (=dıqqancıq) sif. dan. Azacıq. dıqqı dan. bax dıqqılı. dıqqıldatma “Dıqqıldatmaq”dan f.is. dıqqıldatmaq bax tıqqıldatmaq. dıqqılı zərf dan. Bir az, bir zərrə. Halvadan dıqqılı uşağa ver. dıqqıltı bax tıqqıltı. dılğır dan.\n1. sif. Tükü tökülmüş, qotur. Dılğır at. – Sən qovdun kənddən elin kor, dılğır yabısını. S.Rüstəm.\n2. is.və sif. Boş, avara, lüt, yaramaz. Dılğırın biridir. – Amma bu dılğırların heç birindən eşitmədim ki, desin: – Bala, adam ol! C.Məmmədquluzadə. O dılğır Xəlilin gözünün odunu niyə almamısan ki, .. adın gələndə dizləri əssin? M.Hüseyn. // sif. isteh. Vecsiz, heç bir şeyə yaramayan. Doğrudur, .. incimişəm, ancaq bu, kəndimizin pisliyinə dəlalət etməz ki, iki yüz mənim kimi dılğır adam incisin bizim kənddən.. C.Məmmədquluzadə. dılğırlamaq f. dan. Dılğır olmaq, dılğır hala düşmək; yararsız, boş, gülünc hala düşmək. dılğırlıq is. dan.\n1. Tükü tökülmüş heyvanın hal və vəziyyəti; qoturluq.\n2. məc. Qeyri-ciddilik, boşluq, avaralıq; lütlük, yaramazlıq. dımıq is. dan.\n1. Kəsən şeyin iti tərəfi. Dəhrənin dımığı. // Kəsən şeyin ucu. Qiyməkeşin dımığı yuxarı baxır, dəhrəninki aşağı.\n2. Quyruğu yumru qoyun. Dımıq qoyun. dınbız sif. dan. Həddindən böyük, yekəpər. Dınbız adam. Dınbız tülkü. dınq təql. Mis və başqa metallara vurulanda çıxan səs. dınqadırınq is. dan.\n1. Mis və s. metalları bir-birinə toxunduraraq, yaxud bir şeylə onları vuraraq səs çıxarma.\n2. isteh. Çalğı səsi. dınqıldama “Dınqıldamaq”dan f.is. dınqıldamaq f. Dınqıltı səsi çıxmaq. Tar dınqıldadı. dınqıldatma “Dınqıldatmaq”dan f.is. dınqıldatmaq icb.\n1. Toxunduraraq metal qablarda və ya simli musiqi alətində səs çıxarmaq. Həyətdə palaz döşənib samovar qurulmuşdu. Mollabacı mis ləyəni dınqıldadıb oxuyurdu. Çəmənzəminli. Bayır tərəfdən divarların dibi ilə uzanan sərv ağacları yenə də yavaş-yavaş tərpənir və qırmızı taxtapuşu xırdaca-xırdaca dınqıldadırdı. S.Rəhimov. // zar. Çalmaq. Aşıq da sazı dınqıldadıb, yanıqlı səs ilə oxuyurdu.. Çəmənzəminli. [Ələsgər dayı] hər axşam balaca nimdaş döşəkcənin üstündə oturub bu sazı dınqıldadır və .. mahnı oxuyardı. İ.Əfəndiyev. Yan tərəfdə oturub mandalinasını dınqıldadan Əsgər də sükut edib ona baxdı. M.Hüseyn.\n2. Taqqıldatmaq. dınqılı sif. dan. Xırdaca, çox kiçik, çox balaca. dınqıltı is.Vurulanda mis qabdan və s.dən çıxan səs. Zəngin dınqıltısı. – Çəngəllər tez-tez boşqablara dəyib dınqıltı qoparırdı. İ.Məlikzadə. dınqır is. məh.\n1. Qavala oxşayan çalğı aləti. Qapıda qulluq edən uzunsaçlı müridlərdən biri dınqır çalmağa başladı. S.Şamilov. [Cahandar ağa Molla Sadığa:] – Kəs səsini, dınqıra süzən qurumsaq! İ.Şıxlı.\n2. Kiçik qutu.\n3. Bax danqır. dırıldamaq f. dan.\n1. Cırıldamaq. Araba dırıldayır.\n2. Çox mənasız, boş danışmaq, baş-qulaq aparmaq. dırmaqlamaq bax dırmıqlamaq. dırmaqlanma “Dırmaqlanmaq”dan f.is. dırmaqlanmaq bax dırmıqlanmaq. dırmalama “Dırmalamaq”dan f.is. dırmalamaq f.\n1. Qazımaq, cırmaqlamaq. [Pələng] də məni görmüşdü, pəncəsi ilə acıqlı-acıqlı yeri eşir, dırmalayırdı. A.Şaiq. Kamal elə bir həyəcanla çığırdı ki, elə bil qaraquş indicə caynaqları ilə onun üz-gözünü dırmalayacaqdı. M.Rzaquluzadə.\n2. məc. Qıcıqlandırmaq, əziyyət vermək, pis təsir etmək (bu mənada adətən “qulağı”, “qəlbi” və s. sözlərlə işlənir). İnan ki, bir acı söz, bir baxış, bir incə gülüş; Kədərli, sıtmalı bir qəlbi dırmalar, yaralar. H.Cavid. Gözəlliksiz bir sənətin nə duyğusu, nə canı var; O dırmalar qulaqları, balta kimi odun yarar. S.Vurğun. Gözümün nurudur qoçaq adamlar; Ruhumu dırmalar şıltaq adamlar. M.Rahim. dırmandırmaq “Dırmanmaq”dan icb. dırmanma “Dırmanmaq”dan f.is. dırmanmaq f. Əl və ayaqlar vasitəsilə dik bir yerə, yuxarıya qalxmaq, dırmaşmaq, çıxmaq. [Qoyunlar] qulaqlarını qırparaq birdən-birə döndülər, quyruqlarını ata-ata, mələşə-mələşə təpəni başıyuxarı dırmandılar. A.Şaiq. İnsanın peşəsi dünyanın yoxuşlarını dırmanmaqdır.. A.Divanbəyoğlu. // Ümumiyyətlə, hündür bir yerə çıxmaq, qalxmaq. Maşınımız Lənkərandan dağlara doğru nərildəyə-nərildəyə dırmanır. S.Rüstəm. dırmaşdırma “Dırmaşdırmaq”dan f.is. dırmaşdırmaq “Dırmaşmaq”dan icb. Rövşən atları daşlığa dırmaşdırdı. “Koroğlu”. dırmaşma “Dırmaşmaq”dan f.is. dırmaşmaq bax dırmanmaq. Dedim: Yaxşıdır, bir daha dırmaşım; Əlimdə salamat qala ta başım. M.Ə.Sabir. Anam mənə dağkeçisi deyərdi, çünki qayalara keçi kimi dırmaşırdım... S.S.Axundov. Hələ əks-səda kəsilməmiş təpəyə dırmaşan bir gənc .. özlərini qayalara çırpan iki quşu götürdü. M.Rzaquluzadə. dırmıq is. Torpağın içində olan quru ot, kök qalıqları və s.-ni darayıb təmizləməyə, kəsəkləri xırdalamağa məxsus kənd təsərrüfatı aləti; çəng. Kəsəkləri dırmıqla əzmək. Kökündən çıxarılmış quzapayılar dırmıqla yığılır. dırmıqçı is. Dırmıqla işləyən adam. dırmıqlama “Dırmıqlamaq”dan f.is. dırmıqlamaq f.\n1. Dırmıqla təmizləmək, kəsəkləri dırmıqla əzmək, hamarlamaq; çəng çəkmək. Bostan yerini dırmıqlamaq.\n2. Dırmıqla otu darayıb ayırmaq və ya xırmanda küləşi darayıb dəndən ayırmaq. dırmıqlanma “Dırmıqlanmaq”dan f.is. dırmıqlanmaq məch. Dırmıqla təmizlənmək, hamarlanmaq. Kəsilmiş gövdələr tamamilə dırmıqlanıb qotmanlara yığılmalıdır. “Pambıqçılıq”. dırnağaoxşar bax dırnaqşəkilli. dırnaq is.\n1. Barmaqların ucunun üst tərəfində sümük kimi maddədən ibarət örtü. Dırnaq tutmaq. Dırnaq şotkası (dırnaqları təmizləməyə məxsus kiçik şotka). // At, inək kimi heyvanların ayaqlarının alt hissəsini əhatə edən bütöv və ya haça şəklində buynuz maddə. [Balaxanım Dadaşa:] Hələ mən səni öz atımın dırnaqları altında tapdadanda tamaşa elə, Dadaş Lələşov! S.Rəhimov. Dırnağilə bəzək vurub nəmli torpağa; Qoyun-quzu mələşərək qalxır yaylağa. S.Rüstəm.\n2. Caynaq (quşlarda). • Dırnaq ilişdirmək (keçirmək) – tutmaq, çənginə keçirmək, yapışıb buraxmamaq.\n3. dilç. « » və ya “ ” işarəsi olub, mətn daxilində vasitəsiz nitqi, sitatları, əsər adını, başlıqları, ayrı-ayrı sözləri, həmçinin şərti və ya əks mənada işlənən sözləri bildirmək üçün işlənir. • Dırnaq arasında (içində) – bax dırnaqarası. Kobud dedim, kobudluq yerində xoşa gəlir; İşlədirəm bu sözü mən dırnaq arasında. S.Rüstəm. ‣ Dırnağı bərk olsun! – təzə alınan at üçün deyilən xeyirxahlıq ifadəsi. Dırnağı qayım olsun! etnoqr. – təzə gəlin üçün edilən xeyir-dua. ...dırnağı da ola bilməz (deyil) – müqayisələrdə birinin digərindən çoxçox aşağı, dəyərsiz, ləyaqətsiz olduğunu bildirir. [Vəli:] A balam, sən özünə artist deyirsən? Sən yüz il qanqal otlayasan, Mazandaranskinin bir dırnağı ola bilməzsən. Ə.Haqverdiyev. Dırnağı ilə (çalışmaq və s.) – ağır zəhmət və çətinliklə. Sən süngünlə, dırnağınla yer altından yol açarsan; Sən qaranlıq küçələrə gözlərindən nur saçarsan. S.Vurğun. Dırnaq qədər – əsla, qətiyyən, heç. [Mindilli:] Siz bu hadisələrə bir dırnaq qədər də fikir verməyin. S.Rəhman. Dırnaq yeri axtarmaq – girəvə, bəhanə axtarmaq. Dırnaq göstərməyən (sızmayan) – xəsis. Dırnaq ovuca batmaq – 1) bilmədən özü öz işini korlamaq; 2) özünə güvənmək. Ətlə dırnaq arasına girmək – bax ət. Təpədən dırnağa (qədər) – bax təpə. dırnaqarası sif. dan. isteh. Verilən ada layiq olmayan, yalançı əsli olmayan, qeyri-həqiqi. Dırnaqarası alim. dırnaqbağası is. Dırnaqlı heyvanların dırnağında baş verib onun qırışmasına, büküşməsinə səbəb olan xəstəlik. dırnaqcıq is.\n1. Kiçik dırnaq.\n2. Yarpağın getdikcə daralan hissəsi. Sərbəst tac yarpağının geniş hissəsi aya, dar hissəsi isə dırnaqcıq adlanır. M.Qasımov. [Turuncarın] ləçəklərinin dırnaqcığı uzundur. Meyvəsi silindrşəkilli buynuz tiplidir. H.Qədirov. dırnaqdibi is. dan. Dırnağın dibinin iltihabı və irinləşməsi; dolama. Barmağına dırnaqdibi çıxıb. dırnaqlama “Dırnaqlamaq”dan f.is. dırnaqlamaq f.\n1. Cırmaqlamaq. Pişik uşağın əlini dırnaqlayıb.\n2. Dırnaqla yeri eşmək, dırnaqla bir şeyi cızmaq, yaxud əzmək. dırnaqlanma “Dırnaqlanmaq”dan f.is. dırnaqlanmaq f.\n1. Cırmaqlanmaq, dırnaqla cızılmaq.\n2. qayıd. Dırnaqla qaşınmaq. dırnaqlaşma “Dırnaqlaşmaq”dan f.is. dırnaqlaşmaq qarş. Bir-birini dırnaqla cırmaqlamaq; cırmaqlaşmaq. dırnaqlı sif.\n1. Dırnağı olan. Dırnaqlı heyvanlar. Çatal dırnaqlı qoyun və keçi.\n2. məc. dan. Qoçaq, bacarıqlı, hünərli. // məc. Yapışanda buraxmayan, çənginə keçəni buraxmayan. dırnaqlılar is. zool. Dırnaqlı məməlilər dəstəsi. Dırnaqlılar dəstəsinə bitki ilə qidalanan və ayaqlarında mal dırnaqları olan iri məməlilər aiddir. Dırnaqlılar yerdə qaçan heyvanlardır. “Zoologiya”. dırnaqsız sif. Dırnağı, ya dırnaqları olmayan, dırnağı düşmüş. Dırnaqsız barmaq. dırnaqşəkilli sif. Şəkilcə dırnağa oxşayan, dırnaq şəklində olan. dırnaqtutan is. Dırnaq kəsmək üçün alət. Bu zorba bıçağın üç-dörd tiyəsi, qayçısı, dırnaqtutanı, vintburanı vardı. M.Hüseyn. dış is. Xaric, bayır, dışarı. dışarı is. Bayır, çöl, eşik. Dışarı baxmaq. – Qızıl Arslan Səba xanımın saraydan dışarı çıxdığı zaman heç kəsə bildirmədən həbsə alınmasını və edam edilməsini tapşırmışdı. M.S.Ordubadi. dız-dız (=dızz) təql.\n1. Arıların, çibinlərin, yaxud qaynamaqda olan samovarın çıxardığı səs.\n2. Birinə yanıq, acıq verəndə çıxarılan səs. [Qaraca qız:] Dızz, qara köpək, dızz, necəsən, tuta bilmədinmi, – deyə qara köpəyə yanıq verirdi. S.S.Axundov. dızz (=dız-dız) təql.\n1. Arıların, çibinlərin, yaxud qaynamaqda olan samovarın çıxardığı səs.\n2. Birinə yanıq, acıq verəndə çıxarılan səs. [Qaraca qız:] Dızz, qara köpək, dızz, necəsən, tuta bilmədinmi, – deyə qara köpəyə yanıq verirdi. S.S.Axundov. dızıxmaq f. dan. Sürüşmək, əkilmək, aradan çıxmaq, qorxub qaçmaq. Kədxuda üstünə qara yaxdılar; Sözlərin danışıb tez dızıxdılar. Q.Zakir. dızıldamaq f. Dızıltı səsi çıxarmaq. Samovar xoş bir ahənglə dızıldayır. Ə.Sadıq. dızıltı is. Dız-dız səsi. [Ovçu Qasım:] Gördüm kolun altında bir kor sərçə oturub, arının dızıltısını eşitcək ağzını ayırdı və arı buğdanı onun ağzına buraxıb getdi. Ə.Haqverdiyev. Sonra dedim: – ..Bu nə dızıltıdır belə; Pəncərə şüşəsində vurnuxur tək bir çibin. R.Rza. dızqax is. məh. Bitki bitirməyən, məhsul verməyən yer. di əd.\n1. Təkid, əmr, ya xahiş bildirir. Di, yaz! Di, tez ol! Di, gəl çıx! – Di, yumma gözlərini, qoy görüm doyunca barı. X.Natəvan. Toplayıb bir dəstə çiçək; Di, gəlin məktəbə gedək. Ə.Cavad. Odur, qızım, – deyə qarı yavaşdan pıçıldadı. – Di, dur! Ə.Məmmədxanlı.\n2. Təəccüb, narazılıq bildirir. Di gör, nə deyir. Di gəl, gör nə danışır. ‣ Di gəl, di gəl ki... – amma, lakin, halbuki. ...İndi hökumət bizə, tutaq ki, elə izin verdi ki, ana dilimiz məktəblərdə oxunsun. Amma, di gəl ki, müəllim hanı? C.Məmmədquluzadə. Balaca qız uşağıdı. Di gəl ki, qüdrətdən buna elə bir məlahətli səs verilib ki, deyirsən, yeməyim, içməyim, oturum, qulaq asım. Mir Cəlal. diabet [yun.] tib. Çoxlu sidik ifrazı şəklində təzahür edən bir sıra xəstəliklərin adı. • Şəkər diabeti – başlıca əlaməti sidikdə və qanda şəkərin çoxalmasından ibarət olan xəstəlik; şəkər xəstəliyi. Yağlı-yavan, nə düşdü, yeyirsən iştahla sən; Nə diabet eşidib, nə min yara bilirsən.. R.Rza. diabetli sif. və is. tib. Şəkər xəstəliyi olan (adam). diafraqma [yun.]\n1. anat. Döş boşluğu ilə qarın boşluğu arasında olan pərdə. Heyvanın qarın boşluğu ilə döş boşluğu arasında nazik əzələlərdən ibarət bir pərdə vardır, bu, onun diafraqmasıdır. C.Cəbrayılbəyli.\n2. Optik cihazlarda: daxil olan işıq şüalarını azaldıb-çoxaltmaq üçün dairəşəkilli pərdəcik. Fotoaparatın kamerasına düşən işığın miqdarı diafraqma vasitəsilə nizama salınır. diafraqmalı sif. xüs. Diafraqması olan. diakritik sif. [yun.] dilç. Hərflərin üstündə və ya altında qoyulan. • Diakritik işarə – hərfin altında və ya üstündə olan və tələffüzü göstərən işarə. diaqnost [yun.] tib. Diaqnozu düzgün təyin edən həkim (bax diaqnoz). O həkim yaxşı diaqnostdur. diaqnostik sif. [yun.] tib. Diaqnoza, diaqnostikaya aid olan, xəstəliyin xüsusiyyətini bildirən. Diaqnostik üsullar. – ..Diaqnostik məqsədlərlə hazırda, tərkibində dəqiq indikatorlar olan izotoplar daxil edilmiş bəzi birləşmələr işlədilir. A.Qarayev. Dərman bitki materiallarında bir sıra müxtəlif diaqnostik nişanələr olur. R.Əliyev. diaqnostika [yun.] Tibbin, xəstəliklərin əlamətlərindən, diaqnoz qoyma üsul və prinsiplərindən bəhs edən şöbəsi. // Diaqnozu müəyyən etmə, diaqnoz qoyma (qoyulma). ..Rentgen şüaları fotoqrafiyada və bəzi xəstəliklərin diaqnostikasında tətbiq edilməklə bərabər, müalicə məqsədi ilə də işlədilə bilər. A.Qarayev. Diaqnostika işlərində radioaktiv fosforun rolu çox böyükdür. R.Əliyev. diaqnoz [yun.] tib. Xəstəni hərtərəfli müayinə nəticəsində onun xəstəliyinin müəyyən edilməsi. Əziz əlini ürəyinin üstünə qoyandan sonra həkim diaqnozunun dürüstlüyünə daxilən sevindi. Ə.Vəliyev. Mənim gümanım gələn bir diaqnozu bu gün yoxlamaq istəyirəm. Mir Cəlal. • Diaqnoz qoymaq – xəstəni hərtərəfli müayinə edərək onun xəstəliyini təyin etmək. Uranla zəhərlənmələrin diaqnozunu qoymaq üçün sidikdə albuminlərin, amin turşularının tapılmasının .. böyük əhəmiyyəti vardır. A.Qarayev. diaqonal [lat. əsli yun.]\n1. riyaz. Çoxbucaqlının və ya çoxüzlünün yanaşı olmayan təpələrini birləşdirən düz xətt. Dördbucaqlının diaqonalı.\n2. Toxuma milləri çəpinə gedən sıx parça növü. // Bu parçadan tikilmiş. Diaqonal şalvar. Diaqonal kostyum. diaqram [yun.] Müxtəlif kəmiyyətlər arasındakı nisbəti göstərən qrafik təsvir; cədvəl. Neft sənayesinin artım diaqramı. – O, diaqramlarla kifayətlənməyib .. öz fikrini əyani surətdə göstərirdi. M.Hüseyn. Əhmədov divardakı cədvəllərə, diaqramlara baxırdı. Mir Cəlal. dialekt [yun.] dilç.\n1. Yerli şivə, ləhcə. Məhəlli dialekt. Bakı dialekti.\n2. Bax dialektal. Dialekt sözləri. dialektal sif. [yun.] dilç. Dialektə aid olan, dialekt mahiyyətində olan. Dialektal ifadə. Dilin dialektal xüsusiyyəti. dialektik I. is. [yun.] fəls. Dialektik fəlsəfə tərəfdarı, dialektik üsul tətbiq edən (metafizik əksi).\n\nII. sif. [yun.] fəls. Dialektikaya aid olan, dialektika qanunlarına əsaslanan, metafizikaya zidd olan. Dialektik fəlsəfə. Dialektik təfəkkür. Dialektik üsul. Dialektik materializm. dialektika [yun.]\n1. fəls. Təbiət, cəmiyyət və təfəkkürün hərəkət, dəyişmə, təzələnmə və inkişafının ümumi qanunlarından bəhs edən elm. Materialist dialektika.\n2. fəls. Bir şeyin hərəkət və inkişaf prosesi. Hadisələrin dialektikası. Tarixin dialektikası.\n3. köhn. Mübahisə aparmaq məharəti, qarşı tərəfin mühakimələrində ziddiyyət tapmaq, mübahisədə məntiqi dəlillər gətirə bilmək bacarığı. Mübahisə zamanı [Rudin] öz rəqibinə danışmağa az fürsət verər və onu öz sürətli və coşqun dialektikası ilə məğlub edərdi. Turgenevdən. dialektizm [yun.] dilç. Dialektdən ədəbi dilə keçmiş məhəlli söz və ya ifadə. Yazıçının dilində təsadüf edilən dialektizmlər. dialektologiya [yun. dialekt və logos – elm, anlayış] dilç. Dilçiliyin, dildə olan dialektləri (ləhcə və şivələri) öyrənən şöbəsi. dialektoloji sif. [yun.] dilç. Dialektologiyaya aid olan. Dialektoloji xəritə. Dialektoloji ekspedisiya. Dialektoloji atlas. dialektoloq [yun. dialekt və logosdan] dilç. Dialektologiya mütəxəssisi olan dilçi. Azərbaycan dialektoloqlarının əsərləri. dialoji sif. [yun.] Dialoq mahiyyətində olan, dialoq (mükalimə) şəklində olan. dialoq [yun.] Ədəbi əsərin, iki şəxsin söhbəti şəklində yazılmış hissəsi; mükalimə. Sabirin “Əhvalpürsanlıq” dialoqu. – O, bu ilk dialoqda Hüseynin füsunkar səsindən sehirlənmişdi. S.Rəhman. diamat [dialektik materializm söz. ixtisar forması] dan. Dialektik materializm (ali məktəbdə keçilən fənn). Diamat müəllimi. Diamatdan imtahan vermək. diametr [yun.] riyaz. Çevrənin mərkəzindən keçib onu iki bərabər hissəyə bölən düz xətt. // Dairəyə, yaxud dairəyə oxşar şəkildə olan cisim və ya sahənin kənarlarındakı qarşılıqlı nöqtələr arasındakı məsafə. Ağacın gövdəsinin diametri bir metrdir. Borunun diametri. diametral sif. [lat. əsli yun.] Diametr xətti ilə ortadan bölən, ya bölünən. Diametral səth. diametrli sif. Diametri müəyyən ölçüdə olan. 10 mm diametrli boru. diapazon [yun.]\n1. mus. Hər hansı bir müğənninin, yaxud musiqi alətinin malik olduğu müxtəlif yüksəklikdə olan səslərin məcmusu. Müğənninin səs diapazonu böyükdür. – Nəğməkarların və ya musiqi alətlərinin ən bəm səsdən ən zil səsə qədər malik olduğu ümumi həcminə diapazon deyilir. Ə.Bədəlbəyli.\n2. məc. Bir şeyin həcmi, ölçüsü, dərəcəsi, qavrama dairəsi. Bilik diapazonu. diapazonlu sif. Müəyyən diapazonu olan. diapozitiv [yun. dia – vasitəsilə və lat. positivus – müsbət] fot. Proyeksiya fənəri vasitəsilə göstərilmək üçün şüşə və s. üzərinə salınmış şəkil. diaspor is. [yun.] Xalqın mənsub olduğu ölkədən kənarda yaşayan mühüm hissəsi. diatermiya [yun.] tib. Yüksək təzyiqli elektrik cərəyanı ilə müalicə üsulu. diatez [yun.] tib. Orqanizmin bəzi xəstəliklərə meyilliyi. diatonik sif. [yun.] mus. Ardıcıl surətdə ladın bir pərdəsindən digərinə keçən, yaxud yerləşən. Diatonik qamma (bütöv və yarımtonlardan ibarət səslərin ardıcıl sırası). – Avropa musiqisində olduğu kimi, Azərbaycan musiqisində də oktava 7 diatonik və 12 xromatik pərdədən ibarətdir. Ü.Hacıbəyov. dib is.\n1. Dəniz, çay, kol və s. suyunun altındakı torpaq səthi. Görünməz olmuşdur dənizin dibi; Qayıq yırğalanır bir beşik kimi. S.Vurğun. Sanki qalxmaq istəyir göyə dənizin dibi. R.Rza. Qoca, avarı suyun dibinə dayayıb, ayaqları ilə gəmini itələdi və yuxarıya doğru sürdü. M.Hüseyn. // Çuxur yerlərin ən aşağı hissəsi, alt səthi. Çalanın dibi. Xəndəyin dibi. Səngərin dibi. – Dərin, darısqal dibində dərənin; Rəd kimi guruldayır baltalar. A.Səhhət. Dərələrin dibində uşaq ağlayır, bu səslər çoxalıb bir-birinə qarışır, gündüz mərəkəsinin həyat mahnısı çalınırdı. Mir Cəlal. // Bir qab və s.-nin alt səthi, alt divarı. Stəkanın dibi. Bardağın dibi. Kisənin dibi. – Sikkə olmaz övladımın cibində; Rizqləri yırtıq çuval dibində.. Q.Zakir. Köhnə boz xaralın dibində üç-dörd kiloqram qarğıdalı vardı. Ə.Vəliyev.\n2. Ağac, kol və s.-nin altı, kökə yaxın yeri. Ağacı (kolu) dibindən kəsmək. – Bənövşəyəm, mən tərəm; Kol dibində bitərəm. (Bayatı). Əhməd daş yoldan kənar çıxıb bir kolun dibində gizləndi. Ə.Vəliyev. Firidun dayandığı yerdə ağac dibinə sindi. Mir Cəlal. // Taya, divar və s.-nin yerin səthi ilə birləşən ən aşağı hissəsi. Divar dibində xoruz, toyuqlar uyqular; Naxırçılar qaramalı sürüb sərin suya salar. A.Səhhət. Student divarın dibinə çəkildi, bir də otağa diqqətlə baxmağa başladı. Çəmənzəminli. Kimsə hasar dibi ilə irəliləyirdi. Ə.Məmmədxanlı. // Bir şeyin bilavasitə yanı, yaxınlığı. [Dadaş Lələşov:] ..Görəsən, Solmaz hansı segah oxuyan samovarın dibini kəsib çay qaynadacaqdır? S.Rəhimov. Rüstəm kişi samovarın dibindən tərpənmirdi. M.İbrahimov.\n3. Qulaq, buynuz, diş və s.-nin bədənlə birləşən və ətin içində olan hissəsi. İnək qoca idi. Bir buynuzu da dibindən qırılmışdı. C.Məmmədquluzadə. Ənvər Rəsulov qulağının dibini qaşıdı. Ə.Vəliyev. Qüdrətin qulağının dibindən tutmuş açıq boynuna qədər qırmızı bir zolaq uzanır.. M.İbrahimov.\n4. Bir yerin ən uzaq, ən dərin, ən arxa tərəfi. ..Dadaşım əlimdən yapışıb məni çəkəçəkə apardı həyətin dibinə. C.Məmmədquluzadə. Çayxananın dib tərəfində oturmuş çeşməkli oğlan Xalıqverdiyə xüsusi nəzər saldı. Ə.Vəliyev.\n5. Qazanın və s.-nin dibində qalan xörək və s. Südün dibi. Aşın dibi. ‣ Dibinə daş atmaq – axırına çatmaq, işlədib, sərf edib qurtarmaq. diba is. [fars.] klas. Zərli gülləri olan ipək parça. // Sif. mənasında. Həmin parçadan tikilmiş. Xoş yaraşır sənə diba nimtənə; Bu bəzəyin yeni əlaməti var. M.P.Vaqif. Diba nimtənəli, tikmə köynəkli; Yaşıllı, zərbaflı, allı sənəm, gəl! Xəstə Qasım. dibaçə is. [fars.] ədəb.\n1. Keçmişdə: kitabın qızıl suyu ilə nəqşlərlə bəzənmiş müqəddiməsi, ilk səhifələri.\n2. Giriş, müqəddimə. Füzuli divanının “Dibaçə”si. // Məc. mənada. [Mirzə Fətəli:] Sözünü buyur, dibaçə lazım deyil. Ə.Haqverdiyev. dibcik is. Tüfəng qundağının döşə dirənən enli hissəsi. Tüfəngin dibciyi. – Dibcik qısdı məməsinə, körpə ayaqlı Çin qadınları. R.Rza. dibçək is. İçinə torpaq tökülərək gül, kol və başqa bitkilər əkilən qab. Gül dibçəyi. Saxsı dibçək. – Əhməd durub o biri otağa keçdi, hər əlində bir dibçək qayıtdı.. S.Rəhimov. Divarlar şəkillərlə bəzənmiş, pəncərələrə gül dibçəkləri düzülmüşdü. Ə.Sadıq. dibçəkvari sif. Dibçək kimi, dibçəyə oxşar. Dibçəkvari qab. dibdənçıxma sif. Budaqsız çubuq, zoğ, şiv. Dibdənçıxma çubuq. dibdəndüşmə sif. Tağların diblərinə yaxın qismində əmələ gələn meyvə, məhsul. Dibdəndüşmə xiyar. dibdolduran is. k.t. Bitkilərin dibini torpaqla dolduran alət və s. Suvarma şırımları açmaq üçün kultivatora dibdolduranlar qoşulur. “Pambıqçılıq”. // Sif. mənasında. Dibdolduran alət. dibək is.\n1. Daş, ya ağacdan böyük həvəng. Qəhvəni dibəkdə döyərlər. – Haman daş, haman dibək. (Ata. sözü).\n2. Buğda və çəltik döymək üçün yerdə qazılmış kiçik çuxur. Dibəkdə düyü döymək. dibir is. məh. Təsbəhlərdə olan uzunsov muncuq dənəsi. dibiyastı sif. Dib səthi yastı olan. dibli sif. Dibi olan. Dibli çəllək. diblik is. Altı olan şeylərin dib hissəsi. dibölçən is. xüs. Çayın, gölün, dənizin dərinliyini ölçmək üçün cihaz. dibsiz sif.\n1. Dibi olmayan. Dibsiz çəllək. – Dibsiz kisə – boş anbar. (Ata. sözü).\n2. məc. Dibi çox uzaqda olan, dibi görünməyən, çox dərin. ..Sel dibsiz bir uçuruma doğru axıb gedir. M.İbrahimov.\n3. məc. Sonsuz, sonu olmayan, ucsuz-bucaqsız. Dibsiz göy. – Çamırlı yerdən qalxan buxar .. dibsiz fəzanın dərinliklərinə uçub getdi. M.Hüseyn. didaktik sif. [yun.] Təlimverici, öyüdverici, nəsihətverici, tərbiyə məqsədi daşıyan. Didaktik roman. Didaktik hekayə. didbktika [yun.] Pedaqogikanın təlim və tərbiyə üsullarından bəhs edən şöbəsi. Yazı lövhələri də didaktikanın tələblərinə cavab verə bilmir. M.İbrahimov. didar is. [fars.] klas.\n1. Görünüş, üz, sifət, zahiri sima. Doymaq olmaz didarından bir zaman; Tamaşası, qaşı-qabağı şirin. M.P.Vaqif. Xandostu, amandı, qoyma gəldi! Didarı yamandı, qoyma, gəldi! M.Ə.Sabir. // Üz, çöhrə; gözlər (çox zaman gözəl haqqında). Yar olan yerdə nədir xublərin didarı. S.Ə.Şirvani. Tale yarı yardan aralı saldı; Öksüz ruhum didarə həsrət qaldı. H.Cavid.\n2. Görüş, görmə. Ümidim çox idi yetəm didarə; Deyəm ərzi-halı o nazlı yarə. Ə.Nəbati. [Fərman:] Didarın mənə müyəssər olmadı. İndi sənə ən yaxın olan köynəyinə baxıb .. vida edirəm. Ə.Haqverdiyev. diddirmə “Diddirmək”dən f.is. diddirmək “Didmək”dən icb. didə is. [fars.] klas. Göz. Gər inanmazsan ki, qəmzən yıxdı könlüm şəhrini; Bəs bu fəryadım nədəndir, didə qandan nəm durur? Nəsimi. Ağla, didəm, qanlı yaşın sel olsun; Gizlin dərdin söyləməyə dil olsun. M.V.Vidadi. Kim səni didəsi giryan eləmiş? Kim səni halı pərişan eləmiş? A.Səhhət. • Dideyigiryan klas. – ağlar göz. Həqq bilir, yar deyil canü-dilimdən qaib; Nola gər qaib isə dideyi-giryanımdan. Füzuli. Parə-parə ciyərim şişə çəkib etdi kəbab; Dikdi göz dideyigiryanıma göyçək-göyçək. Ə.Nəbati. Ağladım hicrinə, biganəni güldürdü mənə; Baxmadı dideyi-giryanıma, gözdən düşdüm. Ə.Vahid. didələmə “Didələmək”dən f.is. didələmək f. Xırda-xırda, parça-parça qoparmaq. Daramaq üçün yunu didələmək. didərgin sif. Yurdundan, vətənindən məhrum olaraq başqa yerlərdə dolaşan; sərgərdan, dərbədər. Firqətindən əlim getməz bir işə; Gəzirəm didərgin (z.) səyyad misli. Aşıq Əli. • Didərgin düşmək (olmaq) – yurdundan, vətənindən məhrum olaraq başqa yerlərdə dolaşmaq, dərbədər olmaq. [Bədəl:] Bizim kimi evindən- eşiyindən didərgin düşənlər çoxdur.. Ə.Haqverdiyev. Türkdilli xalqların doğma yerindən; Didərgin düşməsi kimə gərəkmiş? B.Vahabzadə. Didərgin salmaq – yurdundan, vətənindən uzaq salmaq, dərbədər salmaq. Vətənim var idi, nə etməli, didərgin saldılar, mən də onu unutdum. A.Divanbəyoğlu. [Sabir:] Məni öz vətənimdən didərgin salıblar. M.Hüseyn. didərginlik is. Didərgin adamın hal və vəziyyəti, didərgin olma. didik sif. Didilmiş halda olan. Didik yun. Didik ət. Didik gündə. didik-didik sif. Çox didilmiş, hər yeri didilmiş, çox xırdalanmış, tikə-tikə qoparılmış, çox yırtılmış. Didik-didik quyruq. Didik-didik parça. • Didik-didik edilmiş – bax didiklənmiş. Ortalıqda didik-didik edilmiş soyutma toyuq əti vardı. Ə.Əbülhəsən. Didik-didik etmək (eləmək) – didilmiş hala salmaq. Pişik bir tərəfdən, göyərçin bir tərəfdən qarını didik-didik elədilər. (Nağıl). Zamanın bədənini quşlar didik-didik edib qan ilə əlvan etdilər. Çəmənzəminli. didikləmə “Didikləmək”dən f.is. didikləmək f. Xırda-xırda parçalara ayırmaq, parça-parça qoparmaq; lif-lif, sapsap ayırmaq. Toyuq didikləmiş kündələr. didiklənmə “Didiklənmək”dən f.is. didiklənmək məch. Didik-didik edilmək. didiklənmiş f.sif. Xırda-xırda parçalara ayrılmış, didik-didik edilmiş; didik-didik. didilmə “Didilmək”dən f.is. didilmək f.\n1. Didik hala gəlmək, didikdidik olmaq, lif-lif, tel-tel ayrılmaq, dağılmaq, yıpranmaq. Paltarı didilmək. – Didilməkdən çuxamda da bir sağ tikə qalmamışdı. S.Rəhimov. Döşəklərin yunu çırpılır, didilir və təzədən salınır. Ə.Abasov.\n2. Zülmə, işgəncəyə, məhrumiyyətə məruz qalmaq. Vaxtilə fanatizm pəncəsində didilən insanların həyatı artıq təzələnməkdə idi. S.Şamilov. // məc. Mənəvi əzab və iztirab çəkmək, parça-parça olmaq; xırpalanmaq. Zavallı Gülzar bunları eşidir, bütün ürəyi didilir, bütün varlığı parçalanırdı. C.Cabbarlı. [Gülnaz] ananın nələr çəkdiyini, qəlbinin parça-parça didilib dağıldığını bilmədi.. M.İbrahimov. didim-didim bax. didik-didik. • Didim-didim didmək (etmək eləmək) – didik-didik etmək, tikə-tikə etmək, parçaparça etmək, didib dağıtmaq, didmək. ..Dövlətlə Şahbəy həzrətin qollarını bağladılar və əgər Şahbəy olmasaydı, arvadlar onu didim-didim didərdilər! Ə.Əbülhəsən. // məc. mənada. [Aydın:] Ox, Surxay, şübhə məni öldürür, bütün ürəyimi didim-didim didir. C.Cabbarlı. Evdə xanım Balacayevanın gözətçiliyi, burada da belə iti dırnaqların uzanması onun ürəyini didim-didim elədi. S.Rəhimov. didinmə “Didinmək”dən f.is. didinmək qayıd. Bərk qaşınmaq. didinti is. Yun didilməsindən sonra qalan xırda qırıntılar. didişdirilmə “Didişdirilmək”dən f.is. didişdirilmək “Didişdirmək”dən məch. didişdirmə “Didişdirmək”dən f.is. didişdirmək qarş.\n1. Hərə bir tərəfdən didmək.\n2. məc. İncitmək, əziyyət vermək, dinc qoymamaq. Yapışıb əllərilə başının saçlarından; Didişdirir yun kimi, beyninə sıçrayır qan. S.Vurğun.\n3. Dartışdırmaq. Həmzə Zeynalın səsindən ürkərək, çal bığını didişdirməyə başladı. Ə.Əbülhəsən.\n4. Bir-birini rahatsız etmək, bir-birinə macal verməmək. Uşaqlar bir-birini didişdirədidişdirə (z.) təkidlə soruşdular.. S.Rəhimov. didişmə 1. “Didişmək”dən f.is.\n2. is. məc. Dava, qovğa, çəkişmə, çeynəşmə, boğuşma. İki qardaş arasında olan didişmələr get-gedə uzandı. A.Şaiq. • Didişmə düşmək – vuruşma, döyüşmə baş vermək, qovğa düşmək; // bir-birinə macal verməmək, boğuşma düşmək, bir-birini didmək, didişmək. [Əmiraslan baba:] Çərçilərin xurcunlarından bir sırıq bafta, ya bir top güləbətin çıxanda qız-gəlin toplaşar, bir didişmə düşərdi ki, gəl görəsən. S.Rəhimov. didişmək qarş. Bir-birini didmək, birbiri ilə vuruşmaq, dalaşmaq, söyüşmək, çəkişmək, çeynəşmək, boğuşmaq. Bir-biri ilə didişmək. – İki qartal dağın təpəsində .. qəzəblə didişirdi. Ə.Sadıq. didişməsalan is. Araya didişmə (dava, qovğa, çəkişmə) salan adam. didmə “Didmək”dən f.is. didmək f.\n1. Yun, pambıq və s.-ni xırda hissələrə ayırmaq, lif-lif ayırmaq, tel-tel ayırmaq. Səlimnaz arvad təzə yorğan salmaq üçün yun didirdi. M.Hüseyn.\n2. Dimdiyi ilə parça-parça etmək, qoparmaq, dağıtmaq, ovub çıxarmaq (quşlar haqqında). Qarğalar leşi didirlər. – Dilin olmasa, gözünü qarğalar didər. (Ata. sözü). Ovlayıb öz şikarını uçaraq; Qonur, orda didib yeyir çalağan. A.Səhhət. // Dırnağı, dişi və s. ilə parça-parça etmək, tikə-tikə etmək, doğrayıb tökmək. O, əlindəki bir parça kağızı dişi ilə didib vaqona püfləyirdi. M.S.Ordubadi. // məc. Ruhi əzab vermək, iztirab vermək, incitmək; xırpalamaq. [Hacı Murad:] Hərəniz bir tərəfdən soxulub cəmdəyimi didirsiniz. S.S.Axundov. [İncə:] Onun görkəmi ürəyi didir. C.Cabbarlı. Bildilər o zaman Hacı bəhərçin; Didəcək onları qurddan da betər. H.K.Sanılı. • Bir-birini didmək – vuruşmaq, dalaşmaq, çeynəşmək, boğuşmaq, didişmək. [Məsmə:] Orda adamlar birbirini didirmişlər. Mir Cəlal.\n3. Cırmaqlamaq, saçlarını yolmaq. Gülnaz əlləri ilə [Məmmədin] üzünü, gözünü didir, çırpınıb çıxmağa can atırdı. M.İbrahimov. Gülüş iti dırnaqları ilə Məmişin üzgözünü didməyə başladı. S.Rəhimov. didmələmə “Didmələmək”dən f.is. didmələmək dan. bax didikləmək. diferensial [lat.]\n1. riyaz. Funksiyanın sonsuz kiçik artımının limiti. // Diferensiala aid olan. Diferensial tənlik. Diferensial həndəsə.\n2. iqt. Bərabər olmayan, fərqli, müxtəlif dərəcələrə ayrılmış. Diferensial renta. Diferensial tarif. diferensiasiya [lat.] Bir şeyin ayrıayrı müxtəlif ünsürlərə ayrılması, parçalanması, təbəqələşməsi. diffuz sif. [lat.] dilç. Aydın olmayan, yayğın, qeyri-dəqiq. Diffuz səslər. difteritli sif. [yun.] tib. Difterit xəstəliyinə tutulmuş. Difteritli uşaqlar. difteriya (=difterit) [yun.] tib. Əsasən uşaqlarda baş verən yoluxucu boğaz xəstəliyi; boğma, inaq. difterit (=difteriya) [yun.] tib. Əsasən uşaqlarda baş verən yoluxucu boğaz xəstəliyi; boğma, inaq. diftonq [yun.] dilç. Bir hecada tələffüz edilən iki saitin birləşməsi. diftonqlaşma dilç. “Diftonqlaşmaq”dan f.is. diftonqlaşmaq f. dilç. Diftonq əmələ gətirmək. diftonqluq is. dilç. Diftonqdan ibarət olma, diftonq səsin halı. diftonqvari sif. dilç. Diftonqa oxşayan, diftonqu xatırladan, diftonq mahiyyətində olan. Diftonqvari səs. digə is. məh. Yayda yaylağa çıxarkən qoyunların bir müddət qaldıqları dağ ətəkləri. Qoyunların digədən qalxmaları. digər sif. [fars.] Başqa, ayrı, o biri, ikinci. Digər adamlar. Digər vaxtda. Digər fikrə görə. // İs. mənasında. Biri digərinə kömək etməlidir. // Cəm şəklində: digərləri – başqaları, o biriləri. digərgun sif. [fars.] klas. Dəyişmiş, başqa halda. Fərmanın haləti digərgun idi. Ə.Haqverdiyev. • Digərgun eləmək (etmək) – dəyişdirmək, pozmaq, pərişan etmək. Dostumun bu pozğun halda və pərişan sifətdə olmağı mənə də artıq təsir edib, halımı digərgun və xarab elədi. F.Köçərli. Digərgun olmaq – dəyişmək, pərişan olmaq. dik 1. sif. Aşağıdan yuxarıya doğru şaquli (düz) vəziyyətdə duran. Dik ağac. Dik nərdivan. Dik divar.\n2. sif. Çox yüksək, uca, hündür; sarp. Uzanan dik qayalar, silsilələr; Qara yellər ora dörd yandan əsər. S.Vurğun. Girdmanın igid sərkərdəsi meydanda dik bir yerdə görünərdi. M.Hüseyn. O kimdir; Aşır dik təpələri; Keçilməz yamacları? M.Seyidzadə.\n3. zərf Aşağıdan yuxarıya; dikinə, əmudi. Dik çıxmaq. Ağacı dik qoy. • Dik atılmaq (qalxmaq, durmaq) – qorxu və ya başqa bir səbəb üzündən hövlnak ayağa qalxmaq, yerindən sıçramaq. Atlar dik atılıb cilovu qırdı; Qoyunlar, quzular çöldə hürküşdü. H.K.Sanılı. Dik durmaq – belini əymədən düz durmaq.\n4. is. mənasında. Təpə, hündür yer, yoxuşluq, təpəlik. Dikə çıxmaq. Dikdən enmək. – Osman gözətçidir o yankı dikdə; Seyr edir baş-ayaq Nemsə düzünü. H.K.Sanılı. Şofer maşını ehtiyatla kol-kosla, çuxurlar və diklərlə yavaş-yavaş sürməyə başladı. Mir Cəlal.\n5. sif. Düz, tam. Dik günorta Rüstəm gəlib, Mələk xanımı götürüb apardı padşahın yanına. (Nağıl). ‣ Dik baxmaq – 1) gözlərini birinin gözlərinə dikərək diqqətlə baxmaq, gərgin bir baxışla baxmaq; 2) qürurla, cəsarətlə baxmaq. Gözünün içinə, yaxud gözünə dik baxa bilməmək – birinin yanında qüsuru, günahı olmaq, xəcalətli olmaq, xəcalət çəkmək. Gözünün içinə, yaxud üzünə dik baxmaq məc. – birinin yanında heç bir qüsuru, günahı, utanılacaq işi olmadığına görə özünü onun yanında tam sərbəst hiss etmək; dik-dik: dik-dik baxmaq – bax dik baxmaq (“dik”də). dikbaş sif. və is. Çox təşəxxüslü, həddindən artıq iddialı, tərs (adam). Dikbaş oğlan. – Qədirin də Poladdan ona görə xoşu gəlmirdi ki, Polad dikbaşdır.. Ə.Vəliyev. // Məğrur, söz götürməyən, itaət etməyən, boyun əyməyən. ..Dikbaş Azərbaycan illər uzunu Atabəylərə boyun əyməyə məcbur olmuşdu. M.S.Ordubadi. dikbaşlıq is. Dikbaş adamın xasiyyəti; təşəxxüs. Dikbaşlıq yaxşı xasiyyət deyil. Dikbaşlıq etmək. // Məğrurluq, boyun əyməzlik. dikbığ sif. Bığları dik burulmuş. Dikbığ cavanlar. – Dikbığ Dadaş öz sözünü əsaslandırmağa çalışdı. S.Rəhimov. dikburun sif.\n1. Burnunun uc tərəfi dik olan. Sualı verən arıq, rəngi solğun, dikburun, dombagöz bir qız idi. Ə.Əbülhəsən.\n2. Burun tərəfi yuxarı qalxmış, burnu qalxıq (çəkmə və s.). Çəkdilər burnuna qara yaşmağı; Ayaqda dikburun sarı başmağı. H.K.Sanılı. Laçın gah ayağındakı dikburun çarığa, gah da palçığa bulaşmış patavasına baxıb düşünürdü. M.Hüseyn. dikcə zərf Bir qədər dik, dik halda. // Çox dik. dikdaban sif. Dabanı dik, hündür. Dikdaban çəkmə. Dikdaban başmaq. – [Molla Qasım] ayağına qara meşindən dikdaban Təbriz dübəndisi və bəzi vaxt sarı rəngli nəleyin geyərdi. H.Sarabski. dikdir is. Dik yer, kiçik təpə. Muğan gözəli dikdirə çıxıb Xançobana yanaşdı. İ.Əfəndiyev. O biri tərəfdə isə yekə bir dikdir var idi. Ə.Vəliyev. dikəldilmə “Dikəldilmək”dən f.is. dikəldilmək məch.\n1. Dik hala gətirilmək, dik tutulmaq, yuxarı qaldırılmaq.\n2. Yüksəldilmək, qaldırılmaq, dikilmək. dikəlmə “Dikəlmək”dən f.is. dikəlmək f.\n1. Uzanmış və ya əyilmiş vəziyyətini dəyişib ayaq üstə durmaq və ya oturmaq, yerindən qalxmaq. [Məmməd] Züleyxa və Balaxanım adını eşidər-eşitməz, papirosları yerdə qoyub dikəldi. C.Cabbarlı.\n2. Qalxmaq, başıyuxarı getmək. Atlılar başıyuxarı dikəldilər.\n3. Yuxarı qalxmaq, çıxmaq. Xudayar bəyin burnunun yuxarı tərəfindən bir sümük dikəlib. C.Məmmədquluzadə.\n4. məc. Düzəlmək, qurulmaq, bərqərar olmaq. [Salman:] Rəhim qardaş, deyəsən, Bakıda təzə hökumət dikəlib, müsavat yıxıldı. Ə.Haqverdiyev. dikəltmə “Dikəltmək”dən f.is. dikəltmək f.\n1. Dik vəziyyətə gətirmək, dik tutmaq, dik qaldırmaq. [Rüstəm bəy:] Mahmud, Mahmud!.. Başını bir az dikəlt.. N.Vəzirov. Tüfəngimi dikəltdim, havada gəlirkən qolları arasından nişan aldım. A.Şaiq. At yalını qabartmış, quyruğunu dikəltmiş .. və kişnəyirdi. S.Rəhimov.\n2. məc. Ayaq üstə qaldırmaq, araya çıxarmaq, müstəqil hala gətirmək. dikili sif. Dik halda olan, dik duran; dikəldilmiş. ‣ Dikili ağacı yoxdur – heç bir şeyə malik deyildir, heç bir şeyi yoxdur. dikilmə “Dikilmək”dən f.is. dikilmək f. Bir nöqtəyə baxmaq, gözünü çəkməmək, diqqətlə baxmaq. Nə dikilib baxırsan? dikinə zərf Dik şəkildə, dik halda, başıyuxarı, aşağıdan yuxarıya. Kərpici (daşı) dikinə qoymaq. – Kərimxanı yenə dikinə qaldırılmış bir qəbir təsiri bağışlayan kameraya atdılar. M.İbrahimov. [Göyçək] ..kağızı çıxarıb üstündə dikinə bir cızıq çəkdi. Ə.Əbülhəsən. dikqulaq sif. Qulaqları dik duran. Dikqulaq it. dikləmə zərf Dikinə, başıyuxarı. [Uşaqlar] dolama cığırla getmədilər, isti qum təpəsindən dikləmə yoxuşa qalxdılar. Mir Cəlal. dikləmək f.\n1. Dik qaldırmaq, dik hala salmaq, dik etmək. İtlər quyruqlarını dikləyərək birdən-birə hürməyə, yüyürməyə başladılar. A.Şaiq.\n2. Tuşlamaq, yönəltmək, nişanlamaq. Tüfəngi nişanəyə dikləmək. dikləndirmə “Dikləndirmək”dən f.is. dikləndirmək f. Yuxarı qaldırmaq, dik hala gətirmək, qaldırıb dik qoymaq. diklənmə “Diklənmək”dən f.is. diklənmək bax dikəlmək 1 və 2-ci mənalarda. [Şeyx Nəsrullah] bir qədər fikir eləyib baxır Hacı Həsənin üzünə və birdən diklənib çığırır.. C.Məmmədquluzadə. Mühəndis təşəkkür edib pilləkənləri dikləndi. Mir Cəlal. dikləşdirmə “Dikləşdirmək”dən f.is. dikləşdirmək f. Dik hala gətirmək. dikləşmə “Dikləşmək”dən f.is. dikləşmək f. Dik hala gəlmək, dik olmaq. diklətdirmək “Diklətmək”dən icb. diklətmə “Diklətmək”dən f.is. diklətmək icb. Dik hala saldırmaq. dikli sif. Diki, çıxıntısı olan; çıxıntılı. Dikli daş. diklik is.\n1. Dik şeyin halı, dik vəziyyət. Dağın dikliyi.\n2. Dik yer; təpə. Dikliyə çatmaq. dikmə “Dikmək1 ”dən f.is. dikmək I. f. Əkmək, basdırmaq. Ağac dikmək. Yaz gəlir, bağçılar bağlarda ağac dikməyə başlayacaqlar.\n\nII. : gözünü (gözlərini) dikmək – bax göz. Başını aşağı dikmək – bax baş. diksindirmə “Diksindirmək”dən f.is. diksindirmək f.\n1. Səksəndirmək.\n2. İyrəndirmək, çiyrindirmək. diksiniş is. Diksinmə, səksənmə. diksinmə “Diksinmək”dən f.is. diksinmək f.\n1. Səksənmək. // Hövlnak yuxudan ayılmaq.\n2. Hürkmək, qorxmaq, xoflanmaq.\n3. İyrənmək, çiyrinmək. Xörəkdən diksinmək. Xəstədən diksinmək. diksiya [lat.] Sözlərin tələffüz tərzi; tələffüz. Artistin gözəl diksiyası var. Onun diksiyası aydın deyil. diktat [alm.] Güclü dövlətin özündən zəif dövlətə öz şərtlərini, tələblərini zorla qəbul etdirmə siyasəti. diktator [lat.]\n1. Dövləti idarə etməkdə qeyri-məhdud hüquqa, ixtiyara malik olan şəxs. Hərbi diktator.\n2. Qədim Romada: ölkə xarici və daxili təhlükə qarşısında olduğu zaman senat tərəfindən təyin edilən və qeyri-məhdud ixtiyar və səlahiyyətə malik olan şəxs.\n3. məc. Bir işdə özünü hakimi-mütləq kimi aparan şəxs haqqında. Özünü diktator kimi aparır. diktatorluq is.\n1. Bir diktator kimi hakimiyyət başında durma. Diktatorluq dövrü.\n2. Özünü diktator kimi aparma, öz iradəsini başqasına zorla qəbul etdirməyə çalışma. Diktatorluq etmək. diktatura [lat.] Hakim sinfin gücünə istinad edən qeyri-məhdud dövlət hakimiyyəti. Hərbi diktatura. diktə [lat.] köhn. İmla. • Diktə etmək – 1) başqasına eşitdirib yazdırmaq üçün ucadan söyləmək; 2) məc. zorla qəbul etdirməyə çalışmaq, əmr etmək, buyurmaq. Şərtlərini diktə etmək. diktor [lat.] Radio və televiziya verilişlərini mikrofon qarşısında oxuyan işçi. diktorluq is. Diktor vəzifəsi, diktorun işi. Diktorluq etmək. dikyarpaq (=dikyarpaqlı) sif. Yarpaqları dik duran. Dikyarpaq(lı) ağaclar. dikyarpaqlı (=dikyarpaq) sif. Yarpaqları dik duran. Dikyarpaq(lı) ağaclar. diqqət is. [ər.]\n1. Fikrin, yaxud görmə və eşitmə qüvvəsinin bir obyektə tərəf yönəlməsi və onun ətrafında cəmlənməsi. Diqqətə layiq olmaq. – Molla kitabı oxuyurdu və kəndlilər diqqət ilə qulaq asırdılar. C.Məmmədquluzadə. • Diqqət etmək (eləmək) – bax diqqət vermək. Hər kəs istəyir ki, mənim yalanımı tutsun, təvəqqe edirəm, bu yazdığıma yaxşı diqqət eləsin. C.Məmmədquluzadə. İclas başlandıqda Ceyran diqqət edib görür ki, Eldar yoxdur. S.Hüseyn. Diqqət kəsilmək – tam diqqət etmək, diqqətlə baxmaq. O bütün varlığı ilə diqqət kəsilərək qabağa baxırdı. M.İbrahimov. Gülsənəm arvad diqqət kəsilib öz-özündən soruşdu.. M.Hüseyn. Diqqət mərkəzi – diqqətin toplandığı nöqtə, hamının diqqətini cəlb edən, ən mühüm sayılan şey. Şahnaz diqqət mərkəzində dayandığını hiss etdikcə, özünə daha çox sığal verirdi. İ.Şıxlı. Diqqət nəzər – bax diqqət 1-ci mənada. Danışıqda bu həyulaların diqqət nəzərini yeni bir hadisə cəlb etdi. M.S.Ordubadi. Diqqət oyandırmaq, diqqəti cəlb etmək (çəkmək) – maraqlandırmaq, diqqəti özündə toplamaq. Kəndin diqqəti cəlb edəcək cəhətlərindən birisi də bütün binaların ikimərtəbəli olması və bir quruluşda tikilməsi idi. M.S.Ordubadi. Hacı Rəsul adamların diqqətini çəkə bildiyinə sevindi. Mir Cəlal. Diqqət vermək – fikrini bir şeyə yönəltmək, bir şey üzərində cəmləşdirmək, bir şeyə diqqətlə baxmaq, fikir vermək. Diqqət yetirmək – diqqət vermək. [Süleyman] birdən Gülçöhrəni görüb diqqət yetirir. Ü.Hacıbəyov. Mən bu laqeyd insana diqqət verib baxırdım. M.S.Ordubadi. Qonum-qonşu Rübabə ilə Fatmanın danışığına diqqət yetirirdilər. Mir Cəlal. Diqqətini cəlb etmək – 1) göstərmək, baxmaq, diqqət yetirmək, görməyə məcbur etmək; 2) maraqlandırmaq, diqqət yetirməsinə səbəb olmaq. Bu hadisə mənim diqqətimi cəlb etdi. // Əmr, xahiş mənasında (bir şeyə diqqəti cəlb etmək istədikdə deyilir). Diqqət! İşə başlayırıq. – [Münəccim:] Südabəni gördün sən; Səyavuşu öpərkən? Gözdən qaçırma, diqqət! H.Cavid.\n2. Qayğı, meyil, iltifat; əhəmiyyət vermə. İnsanların bir-birinə diqqəti. O, qonaqlara böyük diqqət və hörmət yetirdi. diqqətlə zərf Diqqət edərək, ciddi fikir verərək, diqqət yetirərək. [Müdir] ..bir Zeynala, bir də diqqətlə Mehribana baxdı. S.Hüseyn. Hamı gərgin diqqətlə susurdu. M.İ,rahimov. // Dəqiq surətdə, təfərrüatı ilə, diqqətli surətdə, səliqə ilə, lazımi şəkildə. İşi diqqətlə görmək. Kitabı diqqətlə oxumaq. – Məşədibəy həbsdən azad ediləsi adamların siyahısını diqqətlə nəzərdən keçirmişdi. M.Hüseyn. diqqətcil sif. Artıq dərəcədə diqqətli, çox diqqətli. Diqqətcil adam. diqqətcillik is. Diqqətcil adamın xassəsi. diqqətəlayiq sif. Diqqət verilməyə layiq olan; çox maraqlı. Şəhərin diqqətəlayiq yerləri. Diqqətəlayiq hadisə. – [N.Nərimanov “Bahadır və Sona” əsərində] həm də diqqətəlayiq bir mütəfəkkir kimi meydana çıxmışdır. M.Arif. diqqətəşayan [ər. diqqət və fars. ...şayan] Bax diqqətəlayiq. Nə könül doydu, nə göz gül üzünə baxmaqdan; Öylə ki, əksi-rüxün diqqətəşayandı sənin. Ə.Vahid. diqqətli sif.\n1. Hər işində dəqiq və səliqəli olan, səhv və nöqsana yol verməməyə çalışan, diqqət, səy və qeyrət göstərən. Diqqətli adam. Diqqətli şagird. Diqqətli müşahidəçi. Diqqətli usta. – Sarxan .. çox diqqətli (z.) və olduqca sayıq davranırdı. M.Hüseyn. O, qızının sağalmasını həkimin diqqətli müalicəsində görürdü. Ə.Abasov.\n2. Diqqətlə görülmüş; yaxşı, səliqəli. Diqqətli iş. Diqqətli yazı.\n3. Qayğı ilə yanaşan; həssas. O öz yoldaşlarına qarşı çox həssas və diqqətlidir.\n4. Ehtiyatlı. Dənizdə çimərkən diqqətli (z.) olmalı! diqqətlilik is.\n1. Diqqət göstərmə, diqqətli olma; diqqət.\n2. Ehtiyatlılıq. diqqətsiz sif.\n1. Diqqətini, fikrini cəmləşdirə bilməyən; huşsuz. Diqqətsiz şagird. Diqqətsiz adam.\n2. İşinə diqqətlə baxmayan, işinin yaxşı və səliqəli olmasına fikir verməyən, işi başdansovma görən; başısoyuq. Diqqətsiz usta.\n3. Səliqəsiz, başdansovma, diqqətsiz görülmüş. Diqqətsiz iş.\n4. Ehtiyatsız. Diqqətsiz hərəkət. diqqətsizcəsinə zərf Diqqətsizliklə, başısoyuqluqla. diqqətsizlik is.\n1. Diqqətsiz adamın hal və keyfiyyəti. Onun diqqətsizliyinə adam təəccüb qalır.\n2. İşə diqqət göstərməmə, başısoyuq yanaşma; başısoyuqluq. Diqqətsizlik göstərmək. Diqqətsizlik nəticəsində. Diqqətsizlikdən doğan nöqsanlar. – Avariyalar çox vaxt onların diqqətsizliyi və təcrübəsizliyi üzündən olur. M.Hüseyn. dil I. is.\n1. anat. İnsan və onurğalı heyvanların ağız boşluğunda olub, qidanın çeynənilib udulmasına kömək edən və onun dadını bildirən, insanda isə, əlavə olaraq, danışıq səslərinin əmələ gəlməsində iştirak edən orqan. Dillə dadmaq. Dili ilə yalamaq. Dilini çıxartmaq. – [Mahirə] qurumuş dodaqlarını dili ilə islatdı. M.Hüseyn. // Heyvan dilindən hazırlanmış yemək. Bişmiş dil.\n2. İnsanlar arasında ünsiyyət vasitəsi olub, onların bir-birlərini başa düşmələrinə və bir-birləri ilə fikir mübadiləsi etmələrinə imkan verən səs, söz və qrammatik vasitələr sistemi. Azərbaycan dili. Rus dili. Dünya dilləri. Qədim dillər. Bir neçə dil bilmək. – Elə ki sabah oldu, Sona fars dilini oxumağa başladı. N.Nərimanov. // dan. Ləhcə, şivə mənasında. Bu, lap gəncəli dilində danışır.\n3. Bu və ya digər səciyyəvi xüsusiyyətə malik olan danışma və ya ifadə tərzi; üslub. Ədəbi dil. Yazıçının dili. Qəzet dili. Sabirin dili. Məqalə sadə dildə yazılmışdır.\n4. Danışmaq qabiliyyəti, nitq. Qoy özü danışsın, özünün dili var. – Dili olmasa, gözünü qarğalar didər. (Məsəl).\n5. Danışma, danışma tərzi. Onun çox acı dili var. Şirin dillə danışmaq. Kinayəli dil. – Dil var bal gətirər, dil var bəla. (Ata. sözü). Xoş dil ilanı yuvasından çıxarar. (Məsəl). Məhəmmədhəsən əmi şirin dillə nə qədər oğluna təskinlik verdisə, oğlu bir tikə ovunmaq bilmədi. C.Məmmədquluzadə.\n6. məc. Bir şeyi ifadə və ya izah edən, ünsiyyət vasitəsi ola bilən şey (səs və s.) haqqında. Musiqi dili. Quşların dili. Rəqəmlərin dili.\n7. Müxtəlif alətlərin, cihazların və s.-nin uzanan və əksərən oynar, mütəhərrik hissəsi. Zəngin dili. Toqqanın dili. // Qıfılı açmaq və bağlamaq üçün xüsusi formalı metal alət; açar. // Musiqi alətlərində (pianoda, qarmonda və s.-də) səs çıxarmaq üçün üstündən barmaqla basılan lövhəcik. Royalın dili. Qarmonun dilləri.\n8. coğr. Dənizin, içəriyə doğru uzanmış uzun, üstü düz, alçaq qumlu quru hissəsi. Dənizdə beş kilometr uzunluğunda süni dil yaradılmış, küləkdən yaxşı qorunan buxta əmələ gəlmişdir.\n9. məc. Müharibədə düşmənin vəziyyəti haqqında məlumat alına biləcək əsir. Dil almaq (tutmaq). Dil dalınca getmək. ‣ Ağzı var, dili yox, yaxud ağzında dili yox – sakit, fağır, səsi çıxmayan adam haqqında. Al dil – bax al2 . Alovun dili – yuxarı qalxan alov haqqında; zəbanə. Dil açmaq – 1) dinmək, danışmağa başlamaq, dərdini söyləmək. İki dil açdı ki, vəsf eyləsin o gülbədəni; Fəzilətü hünərin etdi aşkar qələmi. S.Ə.Şirvani. Ancaq qız da dil açıb bir kəlmə demir, bir xahiş də etmirdi. Mir Cəlal. // Körpə uşaqlar haqqında: tək-tək sözləri deməyə başlamaq, təzə-təzə danışmağa başlamaq. Uşaq hələ dil açmayıbdır. – Balam dil açan günü; Mat qaldı ana bülbül. (Layla); 2) yalvarmaq, xahiş etmək. Dil ağıza qoymamaq – bax dil boğaza qoymamaq. [Əminə] şıltaq uşaqlar kimi atılıb-düşür, dil ağıza qoymurdu. S.Rəhimov. Dil ağıza salmamaq – bax dil ağıza qoymamaq. Gecə səhərəcən dil ağıza salmaz; Qonşuya un verib borcunu almaz. Aşıq Əziz. Dil bəlası – öz dilinin bəlasını çəkmə, dediyi sözün pis nəticəsini görmə. Dil boğaza qoymamaq – çox danışmaq, arasıkəsilmədən danışmaq. Dil bulamaq – bir işdə sözlə iştirak etmək, birinə kömək məqsədi ilə başqasına söz söyləmək, xahiş etmək, vasitəçi olmaq. Elə dedim, a qardaş, o gədənin işinə bir dil bulayasan. S.Rəhimov. Dil çıxarmaq – 1) istehza etmək, sataşmaq, ələ salmaq; 2) yalvarmaq (çox vaxt “dil çıxarıb yalvarmaq” şəklində işlənir). Dil deyib ağlamaq – bayatı çağırmaq, deyib oxşamaq. [Vidadi:] O ölsə, dağlar da dil deyib ağlar; Əfv edin, yaxşılıq qalar yadigar. S.Vurğun. Analar övladına, bacılar qardaşına; Həsrət qalıb, yas tutub, dil deyib ağlar yenə. M.Rahim. Dil göstərmək – birini acıqlandırmaq, sataşmaq, istehza etmək məqsədi ilə dilin çıxarıb ona göstərmək. Dil olmaq – 1) danışmaq. Simurq dil olub, Simanı başa salıb, mindirib dalına, aparıb qoydu nar bağına. (Nağıl); 2) yalvarmaq. Dil öyrətmək – bax dil vermək 2-ci mənada. Saç qara kömürdəndi; Gün keçər, ömürdəndi; Sənə dil öyrədənin; Ürəyi dəmirdəndi. (Bayatı). Dil pəhləvanı (ustası) – danışmaqda mahir olub, əlindən iş gəlməyən adam haqqında. Dil tapmaq – qarşılıqlı anlaşmaq, razılıq əldə etmək; yola gətirmək, razı etmək üçün yol tapmaq. Bax, o gedən qızla heç dil tapa bilməyirəm. M.Rahim. Dil tərpətmək – 1) söz söyləmək, danışmaq. Kim padşahın pisliyinə bir dil tərpətsə, o saat tutub qazamata salırdılar. M.Hüseyn; 2) başqası üçün birindən bir şey xahiş etmək. Dil tökmək – 1) şirin sözlərlə yola getməyə, razı salmağa, yaxud başını tovlamağa çalışmaq. Səlim bəy bu sözü eşidən kimi ürəklənib başladı Nəbiyə dil tökməyə, yalvarmağa. “Qaçaq Nəbi”. Yox, qonşu, dil tökmə, keçəl suya gedən deyil... C.Cabbarlı. // Çox xahiş etmək, yalvarmaq. O mənə bir dil tökdü, bir dil tökdü, başınıza dönüm, qaldım mat-məəttəl. N.Vəzirov. [Məsmə ərinə] nə qədər dil tökür, qandırmaq istəyirsə də, faydası olmayır. S.Hüseyn. Sənə öz qəlbimi açdım, sənə min dil tökdüm; Eşqimə gülləri, bülbülləri şahid çəkdim. S.Rüstəm; 2) bax dil deyib ağlamaq. Məryəm yalqızlıqdan istifadə edərək, acı-acı dil töküb ağlamağa başladı. A.Şaiq. Dil tutulması – danışmaq qabiliyyətini itirmə. Dil uzatmaq – 1) münasibətsiz, nalayiq söz söyləmək; danışıqda həddini aşmaq; 2) tənə vurmaq, danlamaq. Odlara tutuşdu, yasə batdı; Ol qönçədəhanə dil uzatdı. Füzuli. Dil vermək – 1) söz vermək, vəd etmək; 2) öyrətmək, danışmağa, iddiaya cürətləndirmək (bu mənada çox vaxt “ağzına dil vermək” şəklində işlənir). Hacı Murad ağıl öyrətməkdən, ağzına dil verir. S.S.Axundov. Qaranın .. yanda durub oğluna dil verməsi də ona ikinci bir dərd olmuşdu. M.Hüseyn. Dil verməmək – başqalarına danışmağa imkan verməmək, danışmağa qoymamaq, mane olmaq. Danışana dil vermir, yeriyənə yol. (Ata. sözü). Dil vurmaq – ələ almaq, dilə tutmaq, xoş dillə öz tərəfinə çəkməyə çalışmaq, öyrətmək. Dil yarası – acı tənə, acı söz nəticəsində doğan inciklik hissi, ağır təhqir. Qılınc yarası saralar, dil yarası sağalmaz. (Ata. sözü). Dil yetirmək – 1) başqası üçün birindən bir şey xahiş etmək, birinə xahişlə müraciət etmək; 2) üzüzə danışa bilmək, qarşı-qarşıya durub danışmaq. Oturaydım göz-gözə; Yetirəydim dil yara. (Bayatı); 3) danışmaqda, mübahisədə ayaqlaşa bilmək. ..Sən [rus müəllimləri ilə] çox durub-oturmusan, sənə dil yetirmək olmaz. Ə.Nəzmi. Dildə tük bitmək – bir şeyi həddən artıq təkrar etməkdən, söyləməkdən, yada salmaqdan usanmaq. Deyə-deyə dilimizdə tük bitdi. Dildən demək (danışmaq) – ciddi, ürəkdən söyləməmək, qeyrisəmimi demək. [Kərim] Hüseynağanın nəyi ürəkdən, nəyi dildən dediyini ayırd edə bilmirdi. M.İbrahimov. Dildən düşmək – bərk yorulmaq, üzülmək, əldən düşmək, usanmaq. O qədər yalvardım ki; Axır düşdüm mən dildən. (Bayatı). Sənin o sövdalı solğun baxışın; Xatırladır mənə bir pərizadı; Ki, düşməz ölüncə dilimdən adı. Ə.Cavad. İstədi səslənsin ki, “ay xala, yorulub dildən düşərsən, gözlə qayıtsın”. Mir Cəlal. Dildən (dillərdən) düşməmək – yaddan çıxmamaq, məşhur olmaq, unudulmamaq, daim söylənmək. Onun adı dillərdən düşmürdü. Dildən salmaq – əldən salmaq, yormaq, üzmək, taqətdən salmaq, usandırmaq. Götürmüş ağzına boran hər yanı; Aclıq, soyuq salıb dildən insanı. M.Rahim. Dil-dil ötmək şair. – cəh-cəh etmək, çox gözəl oxumaq, tərənnümə gəlmək. Yaz mövsümü bülbül dil-dil ötəndə; Bağ-bağçalar nərgizlənir, güllənir. Qurbani. // məc. Təşbehlərdə. Yenə o bağ olaydı, yenə o qumlu sahil; Sular ötəydi dil-dil. M.Müşfiq. Dilə basmaq – gurultulu sözlərlə birini fikrindən yayındırmağa çalışmaq. Möhlətov öz hərəkətinin yersiz olduğunu duyub müdiri dilə basdı. Mir Cəlal. Dilə düşmək – bax dildən-dilə düşmək (“dildən-dilə”də). Dilə düyün düşmək – bax dildə tük bitmək. Dilə gəlmək – danışmağa başlamaq, dillənmək, sükutu pozaraq danışmaq. Fəhlələr dilə gəliblər ki, ay ağa, bizim çörək pulumuzu alırsan, biz ki acından ölməyəcəyik. “Mol. Nəsr.”. // məc. Şairanə təşbehlərdə. Əvvəl cansız ikən, sonra önündə; Quşlar gəlmiş dilə, gülmüş çiçəklər. Ə.Cavad. Üfüqdə başlanan işıq getdikcə genişlənirdi. Dərədə quşlar oyanırdı. Meşə dilə gəlirdi. S.Rəhimov. ..Melodiyanın ilk sədaları təzəcə dilə gəlmişdi. Ə.Məmmədxanlı. Dilə gətirmək – bərk təsir edərək danışdırmaq, dilləndirmək. Dilsizi dilə gətirir; Əsli, qaşların, gözlərin! Aşıq Kərəm. Dilə gətirməmək – söyləməyi nalayiq, qeyri-münasib hesab etmək. Dilə (dillərə) salmaq – söhbət, danışmaq üçün mövzu etmək, söz-söhbət hədəfi etmək. Altunam, alma məni; Dillərə salma məni; Apar sərrafa göstər; Qəlpəmsə, alma məni. (Bayatı). Dilə tutmaq – şirin sözlərlə birini razı salmağa, yola gətirməyə, bir şeyi əldə etməyə çalışmaq. Faytonçunu bu dəfə dilə tutduq və haqqının üstünə genə beş şahı, üç şahı qoymaq ilə razı elədik ki, iki gün də gözləsin. C.Məmmədquluzadə. Hacı Soltan Həsənağanı .. dilə tutub onu ticarət məqsədi ilə İrana göndərəcəyini vəd edirdi. S.Hüseyn. Dilə-sözə tutmaq – bax dilə tutmaq. Nə qədər mollanı dilə-sözə tuturlar ki, quzunu kəsib onları qonaq eləsin, bir şey çıxmır. “M.N.lətif.”. Dili açılmaq – 1) danışmağa başlamaq, uzun sükutdan sonra dinmək. Rəşidin dili açıldı, o, ürəyindəkiləri ortalığa boşaltmağa başladı. M.S.Ordubadi; 2) danışıq qabiliyyətini itirmiş adamın nitqi açılmaq. Dili ağzına sığmamaq – öyünmək, öz-özünü çox tərifləmək. [Kərim baba:] Arvad nədir ki, onun igidliyi nə olsun? Hay-hay! Beş-on qoyun sağmış, nehrə çalxamış, yağ, pendir tutmuş, dili ağzına sığmır. A.Şaiq. Dili batmaq – bax dili tutulmaq. Bu vaxt küçədə səs qopdu; gördüm, darvazadan müsəlmanı çıxartdılar, biçarənin dili batmışdı. Çəmənzəminli. Dili büdrəmək – danışarkən çaşmaq, yanılmaq, səhv danışmaq, bir söz əvəzinə başqa söz demək. Dili dolaşmaq – bax dili topuq çalmaq. Əsəbilikdən işdə bəzi çaşır; Əlləri titrəyir, dili dolaşır. A.Səhhət. Huş başımdan çıxdı, dilim dolaşdı; Gözlərim sataşdı, buxağa düşdü. Aşıq Ələsgər. Dili dönməmək – 1) bax dili batmaq; 2) deyilməsini caiz bilməmək, deməyə qıymamaq, dilinə gətirə bilməmək. Mən Zakirəm, dilim dönməz hər ada; Göz yaşım tək ola bilməz bir ada. Q.Zakir. [Gəldiyevin] boğazı tikilmiş kimi səsi çıxmadı, dili dönmədi. Mir Cəlal. Dili gəlməmək – 1) deyə bilməmək, tələffüz edə bilməmək, danışa bilməmək, danışmaq iqtidarında olmamaq. İmran kişi necə qəzəblənmişdisə, söz deməyə dili gəlmirdi. M.Hüseyn; 2) bax dili dönməmək. Güman ki, Şirinxanımın indi qızına bir çox şeylər deməyə dili gəlmirdi. Mir Cəlal. Dili gicişmək – bir şey demək istəmək. Dili gödək olmaq – bax dili qısa olmaq. Vəzirbəylinin yanında Gəldiyevin dili gödək idi. Mir Cəlal. Dili ilanı yuvadan çıxardar – dil tökməkdə çox mahir adam haqqında. Atalar deyiblər ki, tacir-tüccar dili ilanı yuvasından çıxardar. “Koroğlu”. Dili qısa olmaq – birinin yanında qüsuru, yaxud sirri olduğu üçün danışmağa, söz söyləməyə, ya da etiraz etməyə haqqı və cəsarəti olmamaq. Dili qısalmaq – təqsirini, qüsurunu bilib danışmağa cəsarət etməmək, danışmaqdan utanmaq. Dəmirovun getdikcə artan hörməti və nüfuzu müqabilində [Rüxsarənin] düşmənlərinin dilləri qısalırdı. S.Rəhimov. Dili qurumaq – 1) danışmaq qabiliyyətini itirmək; nitqi qurumaq. Ağlayır, çıxmayır sədası fəqət; Çünki qəmdən onun dili qurumuş. C.Cabbarlı; 2) qarğış, bəddua mənasında – “dilin (dilim) qurusun!” şəklində. Mən sənə yar desəm, dilim qurusun! Yarı, məhəbbəti sən atmadınmı? S.Vurğun. Dili söz tutmamaq – bu və ya başqa səbəbə görə danışa bilməmək, danışmaq qabiliyyətini itirmək. Bahadırın əvəzinə Pəri nənə cavab vermək istədi, amma hirsindən dili söz tutmadı. M.Hüseyn. Hirsdən Narıncın dili söz tutmurdu. S.Rəhman. Dili topuq vurmaq (çalmaq) – bax dili büdrəmək. ..Daxilən daha narahat olan Leyləyin dili topuq vururdu. S.Rəhimov. Dili tutmamaq – bax dili tutulmaq. Dili tutulmaq – danışmaq qabiliyyətini itirmək, danışmağa qüdrəti çatmamaq. Xoş ol zaman ki, ol şəh ilə həmzəban olam; Hər sözdə bir dilim tutulub natəvan olam. S.Ə.Şirvani. Sənətim məsiyət, yoxdur savabı; Sual üçün dilim tutmur cavabı. Aşıq Ələsgər. [Tahirin] elə bil qızdırmadan dili tutulmuşdu. M.Hüseyn. Dili uzun olmaq – 1) hər hansı bir cəhətdən öz üstünlüyünü dərk edərək haqlı adam kimi cəsarətlə danışmaq. Dövlətlinin dili uzun olar, ağlı qısa. (Ata. sözü); 2) iftixar etmək, qürrələnmək. ..Bu gün [Aydının] dili uzun idi, yoldaşı Seryojanı məğlub edib öz üstünlüyünü göstərmək istəyirdi. M.Rzaquluzadə. Dilimin ucundadır – bir sözü və ya adı tam xatırlayıb yada sala bilməyəndə söylənən ifadə. Adı dilimin ucundadır. Dilin yansın – bax dilin qurusun (“dili qurumaq” 2-ci mənada). Dilində (dilinə) tük (ot) bitmək – bax dildə tük bitmək. Dilindən daş asılmaq – susmaq, dinməmək, danışmamaq, ağzını açmamaq. [Xosrov:] Bu düzdür, görürəm, yumşaldıqca mən; Bir daş asılır onun dilindən. S.Vurğun. Dilindən düşməmək – daim təkrar etmək. [Südabə:] Neçin qovğa sözü düşməz dilindən? Cəlladmısan, səndə könül yoxmudur? H.Cavid. [Buğacın] ..“atacan, xan baba!” – sözləri dilindən düşməzdi. M.Rzaquluzadə. Dilindən qaçırmaq – bax ağzından qaçırmaq (“ağız1 ”da). Dilindən qıfıl götürülmək – bax dili açılmaq 1-ci mənada. Bununla da, bir haya bənd imişlər kimi, bayaqdan susmaqda olanların dilindən qıfıl götürüldü. Ə.Əbülhəsən. Dilinə düyün düşmək – bax dildə tük bitmək. Dilinə gətirmək – 1) danışmaq, söyləmək. Bundan sonra görüm kim cürət edib dilinə gətirə biləcək ki, belə iş yoxdur, bu əhvalatı dərviş öz sinəsindən icad edib. N.Vəzirov. [Rüstəm:] Heç bir qiymət .. dilimə gətirmədim. S.Rəhimov; 2) söyləməyi münasib bilmək. Bu kimi ifadəni dilinə gətirmə. – Soruşanda təsərrüfat müdiri and-aman elədi: – Nə Ağarzanı tanıyıram, nə də buradakı söhbəti dilimə gətirmişəm. Mir Cəlal. Dilinə qıfıl vurmaq – dinməyə, danışmağa, ağzını açmağa qoymamaq; susdurmaq. Dönüm mən Osmanın igid əlinə; Yaxşı qıfıl vurdu bunun dilinə. H.K.Sanılı. Dilinə qıfıl vurulmaq – bax dilindən daş asılmaq. Dilinə pay çıxmaq – bax dilinə düyün düşmək. ...dilinə salmaq – söz-söhbət, dedi-qodu və ya şayiə üçün mövzu etmək. Məsmə arvadın başında fikirlər bir-birini təqib edirdi: ..Nə olacaq, nə olacaq?.. Qızı kim saldı bunların dilinə? Mir Cəlal. Dilinə vurmaq – dadmaq, dadmaq üçün yoxlamaq. Dilimə vurdum, gördüm acıdır. Dilinə vurmamaq (dəyməmək) – heç yeməmək, içməmək, dadmamaq, dadını bilməmək. Otuz-qırx il bundan irəli bir müsəlman ki bir rus məclisinə düşərdi, öldürsəydin də, bir qətrə içki dilinə vurmazdı. C.Məmmədquluzadə. [Mozalan bəy:] Xeyr, heç anadan olandan dilimə dəyməyib. Ə.Haqverdiyev. Dilini açmaq – çoxdan danışmayan adamın nitq qabiliyyətini bərpa etmək, qaytarmaq. Dilini ağzında saxlamaq – bax dilini saxlamaq. Dilini bağlamaq – 1) susdurmaq, danışmağa qoymamaq, susmağa məcbur etmək; 2) dua, ovsun və s. vasitəsilə zərərli bir təsirin qabağını almaq. Dilini bilmək (öyrənmək) – 1) baş açmaq, sirrindən xəbərdar olmaq. Lalın dilini nənəsi bilər. (Ata. sözü). Aşığam, yar dilini; Biganələr nə bilər; Yar bilər yar dilini. Sarı Aşıq. Bu yerlərdə hər şey mənə tanışdır; öyrənmişəm təbiətin dilini. S.Rüstəm; 2) yolunu bilmək, üsulunu bilmək, həllini bilmək. Dilini boğazından çıxarmaq – 1) çox zülm edərək öldürmək; 2) bərk cəzalandırmaq. Dilini dişləmək – 1) sözü yarıda kəsmək, sözün dalını gətirməmək; 2) yadından çıxmış bir şey birdən yadına düşmək, xatirinə gəlmək. Dilini kəsmək – 1) susmağa, dinməməyə məcbur etmək; susdurmaq, kiritmək; 2) susmaq, dinləmək, danışmamaq. [Molla:] Dilini kəs, .. mənim ağzımı çox açdırma, yoxsa törətdiyin cəmi işləri ortalığa qoyaram. Çəmənzəminli. Bəs nə üçün dinməyir, indi kəsibdir dilin? Ə.Nəzmi. Dilini könlü ilə bir eləmək – səmimi olmaq, sözü ilə işi bir olmaq. Sadiq oldur dilini könlü ilə bir eləyə. Nəsimi. Dilini qarnına qoymaq – susmaq, danışmamaq. Dilini saxlamaq – bir şeyi deməkdən saqınmaq, danışmamaq, susmaq. Dilini tapmaq (tutmaq) – bax dil tapmaq. Dilinin ucuna gəlmək – söyləmək istərkən söyləyə bilməmək, yaxud söyləməmək. Dilinin üstündə dil bitmək – həddindən artıq danışqan, naqqal adam haqqında. Dillər əzbəri, yaxud dillərdə əzbər (dastan) olmaq – çox məşhur olmaq, haqqında ağızlarda danışılmaq. Nəbinin igidliyi, əliaçıqlığı dillərdə dastan olur. “Qaçaq Nəbi”. Elə sən gözəlsən binadan bəri; Sözlərin olmuşdur dillər əzbəri. S.Vurğun. Dillərdə gəzmək (dolaşmaq) – 1) bax dillərə düşmək; 2) camaat arasında danışılmaq, şayiə yayılmaq. Bu günlər .. Məhəmmədhəsən Mirzənin Təbrizə gəlməsi məsələsi yenə də dillərdə gəzirdi. M.S.Ordubadi. Dillərdə söylənmək – bax dillərə düşmək. ..“Filankəsi barmaqnan göstərirlər”, yəni gör nə qədər şöhrətlənib ki, hər yanda adı dillərdə söylənir. C.Məmmədquluzadə. Dillərə düşmək – məşhur olmaq, yayılmaq, haqqında hamı tərəfindən danışılmaq. Balının tərifi düşüb dillərə; Unutmaz dadını yeyən bir kərə. R.Rza. Doğrudur, .. “Ovçu Pirim” haqqında əcaib yalanlar dillərə düşmüşdür. M.Rzaquluzadə. Nə dil bilsin, nə dodaq – tamamilə gizli saxlanmalı söhbət, sirr haqqında. Ölü dil dilç. – indiki dövrdə işlənilməyən, ancaq yazılı abidələrdə qalan dil. Latın dili ölü dildir. Sümüksüz dil – ağzına gələni danışan adam haqqında. Ümumi dil – qarşılıqlı razılıq, anlaşma. Ümumi dil tapmaq.\n\nII. is. [fars.] klas. Ürək, könül, qəlb. Müjdə, ey dil, ki səni görməyə canan gəldi. Ə.Nəbati. Ey dil, baxırmısan gölü dərya bilənlərə. C.Cabbarlı. ‣ Dil bağlamaq – könül bağlamaq, ürəkdən sevmək, bənd olmaq. Dil vermək – bax dil bağlamaq. Eşqə dil verdim, bəladən başqa bir şey görmədim. H.Cavid. Ey dili-qafil – təəccüb, peşmançılıq, təəssüf bildirir. [Yəhya Kamal:] Ey dili-qafil, o nə idi mən yazdım! Mir Cəlal. dil-ağız is. Üzrxahlıq mahiyyətində olan sözlər. •Dil-ağız etmək (eləmək) – üzrxahlıq mahiyyətində xoş sözlər söyləmək, yaxud xoş sözlər söyləyərək mehribanlıq göstərmək. Bəy gəlinə dil-ağız etdikdən sonra, onun üzünü görmək istərdi. H.Sarabski. Məmməd xan dil-ağız edib tələsməmələrini dedisə də, lakin qonaqlar az sonra durub getdilər. P.Makulu. ‣ Dil-ağıza salmaq – 1) hamıya yaymaq, bildirmək; 2) pisinə danışmaq. Dildə-ağızda gəzmək – bax dilə-ağıza düşmək. Xalçasının şöhrəti; Gəzir dildə-ağızda. M.Seyidzadə. Dildən-ağızdan düşmək (olmaq) – bax dildən düşmək (“dil1 ”də). Dilə-ağıza düşmək – 1) yayılmaq, şöhrətlənmək, dillər əzbəri olmaq. Düşdü şeirlərin dilə-ağıza; Şimşəktək zülmətin qoynundan çaxdın. S.Rüstəm; 2) pisinə danışılmaq, pis cəhətdən məşhur olmaq. Dili(n)-ağzı(n) qurusun! – bax dili qurumaq 2-ci mənada (“dil1 ”də). [Arvad:] Əstəğfürullah, əstəğfürullah, qələt elədim, dilim-ağzım qurusun! Ə.Haqverdiyev. Dilim-ağzım qurusun; Gördüm bir qara qarğa; Qəflətdən bir tərəfdən; Atıldı ortalığa. R.Rza. Dili-ağzı qurumaq – bax dili qurumaq (“dil1 ”də). Bəs indi niyə dilin-ağzın quruyub? M.Rzaquluzadə. Dili-ağzı tutulmaq – nitqi tutulmaq, danışa bilməmək. [Sədr:] Ay hay, mən də deyirəm, yəqin sevincindən dili-ağzı tutulub. M.Rzaquluzadə. Dilini-ağzını bağlamaq – bax dilini bağlamaq (“dil1 ”də). İstədim bir söz deyəm; Dilim-ağzım bağladı. (Bayatı). dilaltı sif. anat. Dilin altında olan. Dilaltı sinir. dilara sif. [fars.] şair. Ürəkaçan, könülaçan, dilbər; sevgili (klassik şeirdə gözəlin epitetlərindən biri). Dəhanı gülşəkər, zülfü dilara. Ə.Nəbati. Leyk hanı səndə bəsirət gözü; Ta görəsən vəchi-dilarasını? M.Ə.Sabir. Rüxsari-dilarasına bax, şeir elə inşad; Qoy xəlq oxusun, söyləsin, əhsən sənə, ustad! C.Cabbarlı. dilaram [fars.] bax dilara. Taki sən getdin yanımdan, ey dilaramım mənim; Haləti-vəslin könüldə pasiban qıldı mənə. Xətayi. [Ziba xanım:] Ax, hardadır bu dilaram çəngi? M.F.Axundzadə. İndi bir başqa dilarama pərəstişkaram. A.Səhhət. dilarxası sif. dilç. Dilin arxa hissəsi ilə arxa damağın bir-birinə yaxınlaşması nəticəsində əmələ gələn. Dilimizdəki q, ğ, k, x səsləri dilarxası səslərdir. dilavər sif. [fars.]\n1. Qoçaq, igid, cəsur, ürəkli, mərd. Çətin ələ düşər dilavər gözəl. Q.Zakir. Zeynəb .. dilavər, kimsədən qorxmaz və çəkinməz bir qarı idi. S.S.Axundov. Fərman həmişə belə qoçaq və dilavər qızların yanında sıxılar və özünü itirərdi. Ə.Sadıq. // İs. mənasında. Dilavərlər yığıldılar.\n2. Dilli, yaxşı danışmağı bacaran, məharətlə danışa bilən. O, çox dilavər adamdır. – [Gövhər qarı:] Gərək ortada mənim kimi dilavər bir adam ola ki, tükü-tükdən seçə bilə. İ.Şıxlı. Dedim: – Söz ustası, mahir, dilavər; Şairə Məhsəti sənmisən məgər? M.Dilbazi. dilavəranə [fars.] bax dilavərcəsinə. dilavərcəsinə zərf Qəhrəmancasına, qoçaqcasına, mərdcəsinə. Dilavərcəsinə hərəkət. dilavərlənmə “Dilavərlənmək”dən f.is. dilavərlənmək f. Dilavər olmaq, cəsarətlə danışmaq. dilavərləşmək f. Daha cəsarətli olmaq, ürəklənmək, qoçaqlaşmaq. dilavərlik is.\n1. İgidlik, cəsarət, qoçaqlıq, mərdlik. Dilavərlik göstərmək.\n2. Dillilik, gözəl danışmaq qabiliyyəti, danışmaqda mahirlik. Güləsər atasının və anasının vəziyyətini başa düşdü, özü də hiss etmədən dilavərliyə başladı.. İ.Şıxlı. dilaviz sif. [fars.] klas. Ürəyi cəlb edən, ürəyə yapışan, ruhu oxşayan, xoşagələn. Buxağı bərgi-gül, zülfü dilaviz; Dəhanı mirvarid xəzinəsidir. Ə.Nəbati. Nə qədər şairin təbi səlim, zehini açıq .. olsa, bir o qədər onun qələmi(ndən) vücuda gələn nəqşlər və təsvirlər [gözəl] və dilaviz olacaqdır. F.Köçərli. Xəfif bir külək arabir dilaviz rayihəsi ilə insanın ürəyini oxşayırdı. C.Cabbarlı. dilayrı sif. Ayrı dildə danışan, ayrı millətdən olan. Mən onu dinləyirəm böyük iş meydanında; O yerdə ki arzusu böyük həqiqət olur; Dilayrı bacının da, dilayrı qardaşın da. R.Rza. dilazar sif. [fars.] İnsafsız, rəhmsiz, şəfqətsiz, mərhəmətsiz, könülincidən, könülə cəfa verən (klassik şeirdə adətən gözəlin epitetlərindən biri). ..Qorxuram, cismü can saralıb yana; Ta yetirəm dilazara dərdimi. Q.Zakir. Dil verməz idim mən sənə, ey yari-dilazar; Bilsəydim əgər böylə dilazar olacaqsan. S.Ə.Şirvani. dilazarlıq is. İnsafsızlıq, rəhmsizlik, şəfqətsizlik, mərhəmətsizlik. dilbaş is. bayt. Xüsusilə qaramalda baş verən xəstəlik. Mal dilbaş olub. dilbaz sif. [fars.] klas. Ürəkaçan, dilbər, dilara. dilbədil zərf klas. Dil-dilə, səmimiyyətlə, sədaqətlə. Tutmuş idim səri-kuyində mənzil; Gecə-gündüz danışırdım dilbədil. Q.Zakir. Nola, Vahid, yarə zülfündən çəkən möhnətləri; Dil açaydın, şanətək şərh eyləsəydim dilbədil. Ə.Vahid. dilbər sif. [fars.] şair. Gözəl, sevgili, canan. Dilbər qız. Dilbər gəlin. – Zeynal özünü yalnız dilbər bir qadının ağuşunda əyləndirə biləcəyini iddia edirdi. S.Hüseyn. // İs. mənasında. Qiblənüma məhəbbəti dilbərin; Meyli bizdən qeyri yana dönübdü. Aşıq Ələsgər. ..Meşənin çıxacağında təzə tülu etmiş gün uyqudan oyanmış dilbər kimi üzümə güldü. A.Divanbəyoğlu. Alagözlü Girdman dilbəri buz kimi soyuq çeşmədən su gətirib yaralı cəngavərə verdi. M.Hüseyn. // Şairanə təşbehlərdə. [Cəmil bəy:] Ormanları inlədən musiqi, ruhumuzu güldürən bülbül nəğmələri nə qədər munis, nə qədər dilbər! H.Cavid. dilbəranə [fars.] şair. bax dilbərcəsinə. Ey dilbəranə tərzdə cövlan edən çocuq. M.Ə.Sabir. dilbərcəsinə zərf Dilbər kimi, dilbər ədası ilə. dilbərlik is. Gözəllik, canalıcılıq. dilbəstə sif. [fars.] klas. Könlü bağlı, ürəyi bağlı; aşıq, vurğun. dilbilən sif. və is. Düşüncəli, yolbilən, təcrübəli. Bahardır, nə bilir zövqü hər naşı; Çağır dilbiləni, yarı, yoldaşı. M.Rahim. Kəndin ağsaqqalları, dilbilənləri bir yerə toplaşdılar. Ə.Vəliyev. // Tez başa düşən, mətləb anlayan. Dilbilən, sözanlayan; Bir nazlı yar olaydı. (Bayatı). dilbilməz sif. və is. Başa düşməyən, anlamayan, söz qanmayan, gec başa düşən. Dilbilməzin bir sözü; Sinəmdə qəm bağladı. (Bayatı). Puç eyləyən, övrət, bu gözəl, sadə cavanı; Dilbilməz oğul, vay! M.Ə.Sabir. [Sultan bəy:] Başa düşmürsən? Bəs elə isə, dürüst qulaq as, gör nə deyirəm, a dilbilməz! Ü.Hacıbəyov. dilbilməzlik is. Başa düşməməzlik, söz qanmamazlıq. dilbir sif. və zərf Sözü, fikri, sirri bir; əlbir, həmrəy, həmfikir. [Xudayar bəy:] Yox, Vəliqulu, mən dəxi sənin sözünə inanmıram. Mən elə güman edirəm ki, anannan dilbirsən. C.Məmmədquluzadə. [Kəyan] ..istəkli yoldaşı Maral ilə o qədər xoş, dilbir və ürəkbir həyat sürürdü ki, zövcəsinin bu sözünə ancaq ürəkdən gülər(di). Ə.Əbülhəsən. • Dilbir eləmək (etmək), dilbir olmaq – sözbir olmaq, həmrəy olmaq, sözləşmək, qərarlaşmaq. [Zərbəli:] ..Hə, siz Nəzərəli çavuşnan dilbir olun, mənim oğlumu soldat yazdırın, öz uşaqlarınızı da gərmə qalağında gizlədin? Bu da bir qonşuluqdu? C.Məmmədquluzadə. Hər halda gümanım budur ki, əlbir, dilbir olsaq, Xanpəri xalanı düz yola gətirə biləcəyik. Ə.Vəliyev. dilbirlik is. Söz birliyi, fikir birliyi, həmrəylik; sözləşmə. dilcavabı zərf və sif. Şifahi, ağızdan. Macəranın təfsilini, inşallah, özüm gələndə dilcavabı nağıl edərəm. C.Məmmədquluzadə. ..Əmanətim də, dilcavabı sifarişim də var. A.Şaiq. [Qasım:] Heç olmasa, mənə aid maddələri dilcavabı de. S.Rəhman. dilcik is. Kiçik dil. // Dilə oxşar çıxıntı. Ayanın qına keçən hissəsində pərdəşəkilli dilcik adlanan çıxıntı olur. H.Qədirov. dilcikvari sif. Dilciyə (kiçik dilə) oxşayan. dilçə is. Kiçik dil; dil şəklində olan şey, alət və s. dilçək is.\n1. Ağız boşluğunda üst damağın dal tərəfində konusşəkilli çıxıntı. • Dilçəyi gəlmək – dilçəyi şişmək. Uşağın dilçəyi gəlib.\n2. məc. Hünər, bacarıq mənasında. Dili varsa, dilçəyi də var. (Ata. sözü). [Canəli] belə odlu-odlu danışan adamın dilinə görə dilçəyi də var. İ.Məlikzadə. dilçi is. Dilçilik alimi, dilçilik mütəxəssisi; dilşünas. dilçilik is. Dil haqqında elm; dilşünaslıq. dildadə sif. və is. [fars.] klas. Birisinə könül vermiş, vurulmuş, ürəyini bağlamış; məftun, vurğun, aşiq. Dildadələrin dadrəsi, yavəri sənsən. Q.Zakir. Şair oldur ki, həqiqətlərə dildadə ola; Şairin fikri, xəyalı gərək azadə ola. A.Səhhət. Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət; Dildadeyi-ürfanları neylərdin, ilahi?! M.Ə.Sabir. // Sevgili, məhbubə. dildalayan is. bot. Mal yemi kimi işlədilən beşyarpaqlı ot bitkisi. dildar [fars.] Bax dilbər. Şəmsəddin elində, Tovuz çayında; Gözüm bu gün bir dildarə düşübdür. Aşıq Dilğəm. Mənə əvvəlcə özün yar oldun; Sevgilimsən deyə, dildar oldun. M.Ə.Sabir. Mən də bir cam ilə aram tutardım, saqi; Gər yetişsəydi əlim yari-dildarın əlinə. Ə.Vahid. dildarlıq is. köhn. Təsəlli, təskinlik. • Dildarlıq vermək – arxayın etmək, təskinlik vermək. Məmmədbağır ona dildarlıq verirdi: – Əsmər, sən mənə inan!.. Mən alacağım arvadı axıradək saxlamayacağam. S.Hüseyn. Nümayəndələr .. onları danışdırdılar və dildarlıq verəndən sonra yenə də taxta skamyalar qoyulan yerə qayıtdılar. P.Makulu. dildaş is. Eyni dildə danışanlardan hər biri, eyni dildə danışan adam. ..Vətənin, həmcinslərin, həmvətənlərin və dildaşların təəssübü fərzdir, necə ki avropalıların adətidir, dini puç sayırlar. M.F.Axundzadə. dil-dəlalət bax dəlalət. dildən-dilə zərf Ağızdan-ağıza, ağızlardan, camaatın ağzından, başqalarından. Hicran, əgərçi görməmişəm mübtəlaların; Dildən-dilə eşitmiş idim macəraların. S.Ə.Şirvani. • Dildən-dilə düşmək (gəzmək) – ağızlarda danışılmaq, yayılmaq, məşhurlaşmaq, dillərdə dastan olmaq. Dildəndilə düşdü bu fəsanə; Faş oldu bu macəra cəhanə. Füzuli. Mən çəlik ürəkli bir yeni gəncəm: Dildən-dilə düşmüş hekayətim var. M.Müşfiq. dil-diş top. Ağızdakı dil və dişlər. ‣ Dildə-dişdə dolaşdırmaq – yaymaq, dillərə salmaq. ..Solmaz öz xəstə yatağında belə, Şiraslanı mülahizə edir, onu səsə-küyə salmaq, dildə-dişdə dolaşdırmaq istəmirdi. S.Rəhimov. Dilə-dişə düşmək – ağızlarda danışılmaq, aləmə yayılmaq. Rüstəmin özü də .. Qəhrəmanın özünün də bu qədər dilədişə düşməsindən narahat olurdu. S.Rəhimov. Başmaq məsələsi dilə-dişə düşdü. Mir Cəlal. Dilə-dişə salmaq – ağızlara düşməsinə, aləmə yayılmasına səbəb olmaq, sözsöhbət üçün hədəf etmək, birinin sirrini, sözlərini camaat arasında yaymaq. ..Kişini [Əntərzadəni] dilə-dişə saldılar. Mir Cəlal. Ancaq gəl hələlik bunu dilə-dişə salmayaq. Ə.Sadıq. dil-dodaq top. Ağızdakı dil və dodaqlar. ‣ Dil-dodağı kilidlənmək – danışmağa qüdrəti olmamaq, lallaşan kimi olmaq. Əsir dinmir, kilidlənmiş sanki dili-dodağı. Ə.Cəmil. Dil-dodağı qurumaq – 1) bərk susamaq; 2) təəccüb, heyrət içində qalıb danışa bilməmək, mat qalıb söz tapmamaq. Dil-dodağı yanmaq – bax dil-dodağı qurumaq 1-ci mənada. Dil-dodaq açmaq – söz demək, danışmağa başlamaq. Təhrik eyləməsə səba, qönçənin; Ağzı nədir aça dil-dodaq sənə. Q.Zakir. Dil-dodaq gəmirmək, dil-dodağını gəmirmək – bərk acıqlanmaq, qəzəblənmək. Zamanov, Əsgər danışdıqca bərk qızışır, əsəbiləşir və dildodağını gəmirirdi. S.Rəhimov. Məktub oxunub qurtarınca Əzizlə Səməd dil-dodağını gəmirir. Ə.Vəliyev. dildönməz is. ədəb. Aşıq şeir formalarından biri (bu şeir formasında sözlər elə seçilir ki, dil səsləri, demək olar ki, iştirak etmir). Aşıq Ələsgərin dildönməzləri. dilymma [yun.] İki mümkün (adətən arzu olunmayan) şeydən birini seçmə zərurəti. diletant is. [fr.] Xüsusi hazırlığı, sistematik biliyi olmadan hər hansı bir elm və ya sənətlə məşğul olan adam; həvəskar. diletantlıq is. Xüsusi hazırlığı, biliyi olmadan bu və ya digər elm, ya sənətlə məşğul olma; həvəskarlıq. // Bir şeyə səthi münasibət. diləfkar sif. və is. [fars.] klas. Könlü yaralı; dərdli, fikirli. diləfruz sif. [fars.] klas. Ürəkaçan, sevindirən, sevimli. dilək is. İstək, arzu, xahiş, tələb, təmənna. Onların da var biz kimi ürəyi; Bir arzusu, bir eşqi, bir diləyi. A.Səhhət. [Südabə Səyavuş haqqında:] Bir diləyim varsa, – onun vüsalı. H.Cavid. [Xədicənin] hansı xahişi və diləyi yerinə yetirilmişdi ki, vəsiyyətlərinə də ehtiram edilə idi. S.Hüseyn. • Dilək diləmək – xahiş etmək, diləmək. Dərdli Kərəm, diləyini dilə sən; Ağlayasan, sızlayasan, güləsən. Aşıq Kərəm. Dilək istəmək – bax dilək diləmək. diləkli sif. Diləyi olan, təmənnası olan; arzulu. Bir diləkli min ürəklə; Alqış deyir bütün dillər. S.Vurğun. diləksiz sif. Heç bir diləyi, təmənnası, arzusu, istəyi olmadan. diləksizlik is. Heç bir diləyi, təmənnası, arzusu, istəyi olmama. diləmə “Diləmək”dən f.is. diləmək f. Arzu etmək, istəmək. Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər. M.Ə.Sabir. Sitarənin könlü daha əyləncələr diləməzdi, fikrindən də uşaqlar ilə laqeydanə oynamaq keçmirdi. Çəmənzəminli. // Tələb etmək, xahiş etmək. Bir vermə, bir də dilər; Yatmağa yer də dilər. (Ata. sözü). Canı canan diləmiş, verməmək olmaz, ey dil! Füzuli. dilənçi is.\n1. Dilənmək yolu ilə dolanan adam; yolçu. [Şamama Cadu:] Doğrusu budur ki, mən dilənçi .. deyiləm. Ə.Haqverdiyev. Pirlər, ocaqlarda Münəvvər xanımın adı gələndə dilənçilər, əlillər qapıya hücum çəkirdilər. Mir Cəlal. // məc. Daim ondanbundan şey istəyən, başqalarında hər gördüyünü istəyən, acgöz adam haqqında.\n2. məc. Çox yoxsul, çox kasıb, heç bir şeyi olmayan adam. Yaz əkinçi, qış dilənçi. (Ata. sözü). Həm fəqirəm, həm dilənçi, həm məlik, həm padşah. Nəsimi. Ey mənim yolçu, dilənçi, lüt qardaşlarım! C.Məmmədquluzadə. dilənçiləşdirilmə “Dilənçiləşdirilmək”dən f.is. dilənçiləşdirilmək məch. Dilənçi halına salınmaq. dilənçiləşdirmə “Dilənçiləşdirmək”dən f.is. dilənçiləşdirmək f. Dilənçi halına salmaq, bütün var-yoxundan məhrum etmək. dilənçiləşmə “Dilənçiləşmək”dən f.is. dilənçiləşmək f. Dilənçi halına düşmək, bütün var-yoxu əlindən çıxmaq. dilənçilik is. Dilənçinin peşəsi; yolçuluq. Xeyr, bu dilənçilik sifətini mən sizdə ehtimal eləmirəm. C.Məmmədquluzadə. Özgə kölgəsinə niyə sığındın; Səni alçaltmırmı bu dilənçilik? B.Vahabzadə. dilənçipayı is. Dilənçiyə verilən pul və s.; sədəqə. diləndirmə “Diləndirmək”dən f.is. diləndirmək icb. Dilənməyə məcbur etmək, dilənçi halına salmaq, dilənməsinə səbəb olmaq. dilənmə “Dilənmək”dən f.is. dilənmək f.\n1. Dilənçilik etmək, yolçuluq etmək; sədəqə yolu ilə özgədən pul, çörək və s. istəmək. Dilənmək qəsdilə düşüb dərbədər; Gəzərsən bir evdə, pakizə düxtər. Q.Zakir. Dilənçi dedi: – Mən də elsiz-obasız bir qoca, dilənçiyəm. Kəndlərdə dilənirəm. S.S.Axundov.\n2. məc. Yalvarırcasına istəmək, ummaq. O baxışlarda çırpınan ruhum; Dilənir gözlərindən istimdad! A.Şaiq. diləzbər (=diləzbəri) is. Əzbər, yadda saxlama. • Diləzbər etmək (eyləmək) – yadda saxlamaq, heç vaxt yaddan çıxarmamaq. Söyləyim sözlərim, eylə diləzbər; Şirin nəsihətim qıl sinədəftər. “Koroğlu”. Diləzbər olmaq – həmişə deyilmək, daim söylənmək, dildən düşməmək. diləzbəri (=diləzbər) is. Əzbər, yadda saxlama. • Diləzbər etmək (eyləmək) – yadda saxlamaq, heç vaxt yaddan çıxarmamaq. Söyləyim sözlərim, eylə diləzbər; Şirin nəsihətim qıl sinədəftər. “Koroğlu”. Diləzbər olmaq – həmişə deyilmək, daim söylənmək, dildən düşməmək. dilfikar [fars.] klas. bax diləfkar. Görəsənmi, yarəb, hansı dilfikar; Bu şəmirüxsarın pərvanəsidir? Ə.Nəbati. Heç yada salmazsan mən dilfikarı; Səni nə bimürvət yaradıb tarı? Aşıq Məhəmməd. dilfirib sif. və is. [fars.] klas. Məftunedici, valehedici, canalıcı, füsunkar; gözəl. Billah ki, bu dilfirib mənzil; Öylə mənə verdi rahəti-dil. Füzuli. [Şeyx Sənan:] O buludlar nə öylə rəngarəng? Bu nə qüdrət, nə dilfirib ahəng? H.Cavid. dilgir sif. [fars.] köhn. Ürəyisınıq, narazı, incik, dilxor, pərt. Mən bir belə mövsümdə bahar axşamı dilgir; Bir lövheyi-eşq eylər idim qəlbdə təsvir. A.Səhhət. ..Mənə giley yazan şagirdlərdən mən özüm çox artıq dərəcədə dilgirəm. C.Məmmədquluzadə. • Dilgir etmək – ürəyini sındırmaq, narazı etmək, incitmək, dilxor etmək, pərt etmək. Dilgir olmaq – ürəyi sınmaq, qəlbi qırılmaq, incimək, dilxor olmaq, pərt olmaq. Birdən Rüstəm bəy öz sözlərindən dilgir olaraq pozuldu, bikef bir halda masanın kənarına çəkildi. Çəmənzəminli. Qoca Süleyman müvəffəqiyyətsizliyindən tez dilgir olaraq əliboş geri qayıtdı. Ə.Məmmədxanlı. dilgirlik is. köhn. Ürəyisınıqlıq, narazılıq, inciklik, dilxorluq, pərtlik. dilgüşa sif. [fars.] klas. Ürəkaçan, könülaçan, fərəhverən, səfalı, şən. Niqabın üzdən aç, ey gül; Kim, olsun dilgüşa məclis. S.Ə.Şirvani. Ancaq onu demək lazımdır ki, o vaxtdan gündən-günə bağ daha da dilgüşa və fərəhəfza bir mənzərə alırdı. C.Cabbarlı. dilxah is. [fars.] köhn.\n1. Arzu, istək, könlün istədiyi şey. [Güləndam:] İndi buna kələk qur, onun başın piylə, dilxahını əmələ gətir, özün qal aralıqda avara, sərgərdan. N.Vəzirov. [Nadir bəy:] ..Bir qızı sərvəti üçün deyil, dilxah və tərbiyəli olduğu üçün alırlar. H.Cavid.\n2. Dilxahdan şəklində – ürəyi(n) istədiyi şeydən. – Nədən mərcləşmək? – Dilxahdan! (belə deyəndə uduzan adam udanın ürəyi istədiyi şeyi verməlidir). dilxəstə sif. [fars.] klas. Qəlbiqırıq, ürəyiincik, qəmli, kədərli. Ey səba, mən aşiqi-dilxəstədən ol yarə var; Bülbüli-zarın dilindən gülşənü gülzarə var. Xətayi. dilxor sif. və zərf [fars.] Çox pərt, əhvalı pozulmuş, qəmgin, kədərli, məyus. Məmmədhəsən əmi katdanı yola salıb oğlunun dalınca dilxor qoydu getdi evinə. C.Məmmədquluzadə. General bu gün çox dilxor idi. S.Rəhman. • Dilxor etmək (eləmək) – pərt etmək, əhvalını pozmaq, məyus etmək. Nəhayət, Vaqif də tamamilə məsələyə dəxli olmayan söhbətlərə keçib, çar nümayəndəsini dilxor etdi. Çəmənzəminli. [Mahmudu] indi bircə şey dilxor edirdi. Ə.Əbülhəsən. Dilxor olmaq – çox pərt olmaq, əhvalı pozulmaq, məyus olmaq. Amma bir gün mən gənə bərk dilxor oldum. C.Məmmədquluzadə. Çingiz imzaları oxuduqda Qulunun imzasına rast gəldi, dilxor oldu, rəngi qaçdı. Çəmənzəminli. Yoldaşım çox dilxor olmuş və arabaçıya acıqlanmağa başlamışdı. T.Ş.Simurq. dilxorçuluq dan. bax dilxorluq. [Qasım:] Hə, bir az dilxorçuluqdur. S.Rəhman. dilxorluq is. Pərtlik, inciklik, məyusluq, əhval pozğunluğu. Araya dilxorluq salmaq. – Pirinin dilxorluğu bir anda sovuşdu. İ.Əfəndiyev. dilxoş sif. [fars.] Ürəyi şad, fərəhli, razı, məmnun. dilxoşluq is.\n1. Şadlıq, fərəh, sevinc, məmnunluq. Atası da dilxoşluq ilə oğluna baxırdı və görürdüm ki, oğlunun biliyinə qəlbdən çox-çox fəxr edirdi. C.Məmmədquluzadə. Hünər gələndə özü ilə şənlik və dilxoşluq gətirərdi. Mir Cəlal.\n2. dan. Zarafat, əylənmə, mazaqlaşma. • Dilxoşluq etmək – zarafatlaşmaq, əylənmək, mazaqlaşmaq. Qulammirzə axşam teatrdan qayıdanda yataq otağında arvadı yatmış görür. Çarpayının kənarında əyləşir, dilxoşluq edir. Çəmənzəminli. dilxun sif. [fars.] klas. Ürəyi qanlı, qəlbi yaralı, çox kədərli, çox dərdli. • Dilxun etmək (qılmaq) – ürəyini yaralamaq, çox kədərləndirmək, çox dərdləndirmək. Ey gözləri cəllad, qaməti mövzun; Bu qədər bəndəni eyləmə dilxun. Aşıq Kərim. Qıldı dilxun naleyi-biintihası bülbülün. Ə.Nəzmi. diliacı bax acıdil. diliacılıq bax acıdillik. diliboz sif. dan. Dildən kobud, qabadanışan. dilican is. [fr.] Keçmişdə dördtəkərli poçt, ya minik arabası. diligödək sif. Birinin yanında eybi, nöqsanı, qüsuru, yaxud sirri olduğu üçün hal və hərəkətində inamı və cəsarəti olmayan; danışmağa, söz söyləməyə, yaxud etiraz etməyə haqqı olmayan. diligödəklik is. Birinin yanında eybi, qüsuru, nöqsanı, yaxud sirri olduğu üçün danışmağa, söz söyləməyə, yaxud etiraz etməyə haqqı olmadığını hiss etmə. Diligödəkliyi də o babətdən idi ki, Münəvvər xanımın binadan-başdan uşağı olmurdu. Mir Cəlal. dilik is.\n1. Nəyinsə uzunsov hissəsi.\n2. köhn. Bəzək. dilik-dilik sif.\n1. Kənarı diliklər şəklində olan. Kənarı dilik-dilik süfrə.\n2. Tikə-tikə, parça-parça. • Dilik-dilik etmək – parça-parça etmək, tikə-tikə etmək. Dilik-dilik olmaq – parçalanmaq, parçaparça olmaq. O, kağızı cırıb atdı, dilik-dilik olan xırdaca kağız parçaları kəpənək kimi havada uçub yerə tökülənə qədər Tərlan kirpiklərini qırpmadı. M.Hüseyn. Dilik-dilik olasan (olsun)! – qarğış ifadəsi. [Fatma xanım:] A qız, sən öyrətmədin gədəni ki, mənə xoruzbeçə desin, a səni görüm dilikdilik olasan! N.Vəzirov. dilikəsik bax diligödək. dilikləmə “Dilikləmək”dən f.is. dilikləmək f. Dilik-dilik etmək, diliklər şəklinə salmaq. Haşiyə taxtasını dilikləmək. Paltar ətəyini dilikləmək. diliklənmə “Diliklənmək”dən f.is. diliklənmək məch. Dilik-dilik edilmək, diliklər düzəldilmək. diliklətmə “Diliklətmək”dən f.is. diliklətmək icb. Dilik-dilik kəsdirmək, diliklər düzəltdirmək. Yaylığı diliklətmək. dilikli sif. Diliyi, ya dilikləri olan. Dilikli yaxalıq. Ətəyi dilikli paltar. Dilikli qala divarları. diliqısa bax diligödək. diliqısalıq bax diligödəklik. dilim is. Uzununa dil kimi kəsilmiş parça, ya bu cür hissələrə ayrılmış bir şeyin hər parçası. Portağal dilimi. Qovundan bir dilim kəs. – Bürcəliyev çiynini ata-ata güldü, onun .. yemiş dilimi kimi ağaran kəlləsi .. atılıb-düşdü. S.Rəhimov. Ortalıqda qarpız dilimləri vardı. Ə.Əbülhəsən. • Dilim çəkmək – bir şeyin üzərində dilim kimi izlər əmələ gətirmək. Çörəyə dilim çəkmək. dilim-dilim zərf və sif. Dilimlər halında, dilimlər şəklində. Dilim-dilim kəsmək. Dilim-dilim etmək. Qovunu dilim-dilim doğrayıb boşqaba yığmaq. – [Gülsənəm] ..balaca stolun üstünə dilim-dilim doğradığı təndir çörəyi ilə bərabər, yağ, bal və pendir düzmüşdü. M.Hüseyn. Dilim-dilim kəsildi; Taşhavuz qovunları. S.Rüstəm. // Uzun dillər halında yuxarı qalxan. Dilim-dilim alov kimi baxışlardan qəzəb yağır. S.Vurğun. Alov buxağının bacasından dilim-dilim qalxdıqda Qərənfil xala yağı əritmək üçün sapılcanı ocağın üstünə qoydu. Ə.Vəliyev. • Dilim-dilim olmaq – tikə-tikə olmaq. Sonra o, dilim-dilim olmuş yaylığının ucu ilə çuxura düşmüş balaca boz gözlərini sildi. S.Rəhimov. Dilim-dilim olasan, dilimdilim olmuş – qarğış ifadəsi. // Cizgilər, şırımlar, zolaqlar halında olan. dilimləmə “Dilimləmək”dən f.is. dilimləmək f. Dilim şəklində doğramaq, dilim-dilim kəsmək. Qarpızı, qovunu dilimləmək. – Hamı evin qabağında qoyulan və üstünə xalça salınan taxta əyləşdi, yemişi kəsib dilimlədilər. Mir Cəlal. dilimləndirmə “Dilimləndirmək”dən f.is. dilimləndirmək f. Dilim şəklinə salmaq, dilimləmək. dilimlənmə “Dilimlənmək”dən f.is. dilimlənmək məch. Dilim şəklində doğranmaq, dilim-dilim kəsilmək. Yarımkürəyə oxşayan qarpız parçasının biri dilimlənərək yeyilmişdi. M.İbrahimov. dilimlətmə “Dilimlətmək”dən f.is. dilimlətmək icb. Dilim şəklində doğratmaq, dilim-dilim kəsdirmək. dilimli sif. Dilimi olan, dilim-dilim. dilir sif. [fars.] köhn. İgid, qəhrəman, şücaətli. dilişirin sif.\n1. Mehriban, sevimli, qanıisti. Dilişirin uşaq.\n2. Danışarkən bəzi səsləri, məs.: “s”-ni “ş”, “k”-ni “c” kimi tələffüz edən adam haqqında. dilişirinlik is. Mehribanlıq, qanıistilik, sevimlilik. diliuzun sif. İşində, hərəkətində heç bir nöqsan və qüsur olmadığını duyduğu üçün, işində müvəffəq olduğu üçün cəsarətlə danışmağa, iddialanmağa özünü haqlı bilən. diliuzunluq is. Dili uzun olma. • Diliuzunluq eləmək – yerli-yersiz danışmaq, yaxud özünə aid olmayan söhbətə qarışmaq. dili-zar [fars.] klas. şair. Ürəyi dağlı, ürəyi yaralı. Qıldı kənar zülfünü rüxsariyardən; Verdi nəsimi-sübh dili-zardan xəbər. S.Ə.Şirvani. Hər dərdü-qəmin mən çəkirəm, kam alan özgə; Rəhm eyləməsin qoy dili-zarə, özü bilsin. Ə.Vahid. dilkeş sif. [fars.] klas.\n1. Ürəkaçan, könülaçan, qəlbi sevindirən. Ey camalı günəş, zülfləri dilkeş; Cana saldın atəş, çıxanda sərxoş. M.P.Vaqif. Ol mənzəreyi-dilkeşə min çeşmlə guya; Bir riqqət ilə çərx özü eylərdi təmaşa. A.Səhhət.\n2. Azərbaycan klassik muğamlarından birinin adı. dilqanadan is. bot. Bəzi növlərinin tərkibində rəng və dərman maddələri olan birillik və çoxillik ot bitkisi. dilqanan bax dilbilən. dilləndirmək icb.\n1. Dillənməyə, danışmağa, söyləməyə məcbur etmək. Dərdliyə söz deməyin; Dərd onu dilləndirər. (Bayatı). [Əntiqəni] dindirib dilləndirmək mümkün olmurdu. Mir Cəlal.\n2. məc. Çalmaq, səsləndirmək; səs çıxarmağa məcbur etmək, dilə gətirmək. ..Bəxtiyar uzaqdan tarın simlərini dilləndirir. A.Şaiq. Qocaman ustalarımızdan Bakıxanov tarı dilləndirir. S.Rüstəm. dilləndirilmə “Dilləndirilmək”dən f.is. dilləndirilmək məch. Dillənməyə, danışmağa, söyləməyə məcbur edilmək; danışdırılmaq, dilə gətirilmək. dilləndirmə “Dilləndirmək”dən f.is. dillənmə “Dillənmək”dən f.is. dillənmək f.\n1. Danışmaq, dilə gəlmək, ağzını açıb söz söyləmək. Sevincindən gözləri yaşaran ana dilləndi. S.Rəhman. Tahirzadə dillənən kimi sükut bərpa olundu. Mir Cəlal.\n2. Səs çıxarmaq, oxumaq, ötmək; çalmaq. Bülbüllər axşam-səhər; Budaqlarda dillənir. A.Şaiq. dilləşmə “Dilləşmək”dən f.is. dilləşmək f.\n1. Danışmaq, bir-biri ilə söhbət etmək. Ləzzət olur yar-yar ilə dilləşə; Hicran çəkib çiçəklənə, gülləşə. Xəstə Qasım. // Məc. mənada. Quşlar bu tellər üstündə oturub dilləşirlər. Mir Cəlal.\n2. Bəhsləşmək, mübahisə etmək, sözə gəlmək, sözləşmək. Müdirlə dilləşmək. Qonşu ilə dilləşmişdi.\n3. məc. Qabaqcadan danışıb sözbir eləmək, razılığa gəlmək, qərarlaşmaq, dilbir olmaq. Son iclasda özlərini necə aparmaq üçün dilləşmək istəyənlər .. toplanmışdı. M.S.Ordubadi. Bu məsələ dilləşmədən belə, hər iki cavanın arasında qət olundu. S.Rəhimov. dilli sif.\n1. Ağzında dili olan. // Danışa bilən, danışmağa qadir olan.\n2. məc. Dilavər, danışmaqda usta və cəsarətli. Dilli balalar isə, – “Ana, suyumuz yoxdur”, – deyib boyunları buruq cavab verirlər. N.Nərimanov. O məni, mən onu sevdiyimdən daha artıq sevirdi, gözəl idi, dilli və bacarıqlı idi. M.S.Ordubadi. // Çoxdanışan. Dilli adam. Dilli qız.\n3. Dili olan (bax dil1 7-ci mənada). Yasavul .. dilli, enli qayışını boynundan aşırmış, köynəyinin yaxasını açmışdı. S.Rəhimov. ...dilli – bir sıra sözlərə qoşularaq, dil (2, 5 və 7-ci mənalarda) ilə bağlı mürəkkəb sifətlər düzəldilir; məs.: ikidilli lüğət, xoşdilli adam, qoşadilli açar. dilli-ağızlı sif. Şirin danışıqlı, xoş danışan, nəzakətli; dilli (2-ci mənada). İnanırıq, görürük ki, [Həsənağa] çox dilliağızlı gənc olduğu kimi, .. hər bir hərəkətində səmimi olduğunu göstərirdi. M.S.Ordubadi. Yaxşı işləyir, dilli-ağızlıdır, haqqədalətnən baxandır. Mir Cəlal. dilli-dilavər bax dilli 2-ci mənada. [Əsmərdə] bir duyğu oyanırdı: Ziba kimi bacarıqlı, dilli-dilavər, zirək bir qız olmaq. S.Hüseyn. Təbabətə aid cihazların adlarını, yerini əzbər bilən, dilli-dilavər bir şəfqət bacısı hazırlaya bilmişdi. M.İbrahimov. dilli-dilavərlik is. Dillilik, dilavərlik. Katib, qızın zirək, dilli-dilavərliyi haqqında ilk zənninin doğru olmağından məmnun bir halda .. asfalt yola baxdı. Mir Cəlal. dilli-feilli sif.\n1. Bax dilli-dilavər.\n2. Danışqan və çalışqan. dillilik is. Dilli adamın xassəsi, çox danışma, danışqanlıq. • Dillilik eləmək – çox danışmaq, diliuzunluq etmək. ..Uşaq, adəti xilafına olaraq, bu axşam bir az dillilik eləyirdi. Ə.Əbülhəsən. dilmanc is. köhn.\n1. Çar dövründə məhkəmədə və ya bəzi başqa idarələrdə tərcüməçi. [Məşədi İbad:] Rüstəm bəy! Çox adamlar mənimlə qohum olmaq istədilər, hətta qubernatın dilmancı Cəfər bəyin xalası oğlu Daşdəmir bəy. Ü.Hacıbəyov. Məmmədhəsən əminin sözünü nə dilmanc, nə də ki nəçərnik başa düşə bilmədilər. C.Məmmədquluzadə. Baxacaq işinə hərbi məhkəmə; Etdi bu sözləri dilmanc tərcümə. H.K.Sanılı. // Bəzən ikidilli lüğət mənasında işlənmişdir.\n2. məc. Vasitəçi mənasında. Yarım utancaq olsa; Tutub dilmanc saxlaram. (Bayatı). [Ağa Nəriman xan:] Bədircahan, barı sən dilmanc ol bizim aramızda.. N.Vəzirov. dilmanclıq is. köhn. Dilmancın (1-ci mənada) işi, vəzifəsi; tərcüməçilik. Qulluğumun adı dilmanclıq idi. C.Məmmədquluzadə. Bu cür dilmanclığın özünün də kənd arasında heç az hörməti olmurdu. S.Rəhimov. dilnəvaz sif. [fars.] klas. şair. Könlü oxşayan, ürəyəyatan, son dərəcə xoş. Onun söhbətləri musiqi nəğmələrindən dilnəvaz və sevimlidir. M.S.Ordubadi. Dünyaya gəlməyib elə bir nazənin gözəl; Dərd əhlinə təsəlli verə, dilnəvaz ola. Ə.Vahid. dilortası sif. dilç. Dilin orta hissəsinin iştirakı ilə tələffüz edilən. Dilortası səslər. dilotu :dilotu yemək – həddindən artıq çox danışmaq, birnəfəsə danışmaq, başqalarını danışmağa qoymayıb özü danışmaq. [Qız] dilotu yeyib, ona söz çatdırmaq olar? M.Hüseyn. Qumru .. Babacanın dilotu yemiş kimi tökdüyü dillərinə qulaq asırdı. Ə.Əbülhəsən. dilov is. məh. Divar şkafı, taxça, caxmudan. dilönü sif. dilç. Dilin ön hissəsinin iştirakı ilə tələffüz edilən. Dilönü saitlər. Dilönü samitlər. Ə, e, i, ö, ü dilönü səslərdir. dilpəsənd sif. [fars.] klas. Xoşagələn, ürəyəyatan. Pəriyəm, söylərəm şahü-gədadən; Qafiyə dilpəzir gərək binadən. Aşıq Pəri. dilrüba sif. və is. [fars.] şair. Ürəyi cəlb edən, ürəkçəkən, xoşagələn, məftunedici. [Böyükxanım] gah-gah öz-özünə dilrüba bir səslə oxuyub ayaqlarını oynadırdı. M.S.Ordubadi. ..Azərşəhr, doğrudan da, Azərbaycanın dilrüba bir guşəsidir. M.İbrahimov. // Dilbər, gözəl, canan. Şəninə dedim şirin söz, bir şey ondan dadmadım; Bu səbəbdən ağzı şəkkər dilrübadən küsmüşəm. M.P.Vaqif. Xəyali-yar edib aldım bu şəb ol dilrübadan həzz. S.Ə.Şirvani. [Dərviş:] Gecələr bu dilrübanın keşikçisi, gündüzlər qulu oldum. A.Divanbəyoğlu. dilsiz sif. və is.\n1. Dili olmayan, lal. // məc. Səssiz, cansız. Sanki bütün adamlar daş kimi dilsiz və cansız idi. M.İbrahimov. Nə balıqlar danışırlar; Nə də cansız dilsiz daşlar. M.Seyidzadə.\n2. məc. Yazıq, fağır, aciz, müti, sakit, həlim, dinməz (adam). Dilsizlər hərə bir küncdə palçığa bulanmış, aclıqlarından nalə edirlər. N.Nərimanov. dilsiz-ağızsız bax dilsiz 2-ci mənada. ..Dilsiz-ağızsız, fəqir və yazıq anaların südünü əmən balalardan qorxaq, aciz və bacarıqsız nəsil əmələ gələcəkdir. F.Köçərli. Hər kəs [Ənisəni] dilsiz-ağızsız, bacarıqsız bir talibə zənn edirdi. S.Hüseyn. // İs. mənasında. Belə hərc-mərclikdə onun kimi dilsiz-ağızsızlar tələfə gedə bilərlər. S.S.Axundov. // zərf Səssizcə, dinmədən, danışmadan, susaraq. Lal Hüseyn yenə dilsiz-ağızsız oturub kirpik çalmadan baxırdı. M.İbrahimov. dilsizlik is.\n1. Lallıq.\n2. məc. Yazıqlıq, fağırlıq, həlimlik, mütilik, acizlik, sakitlik.\n3. məc. Səssizlik, sükut. Yadımdadır o gün ki, sən sərilmişdin yatağa; Qara ölüm dilsizliyi çökmüşdü dil-dodağa. A.Şaiq. Burada [qəbiristanda] hər şey dilsizlik içərisində idi. S.Rəhimov. dilsuz sif. [fars.] klas.\n1. Ürəkyandıran, çox təsirli. Bir oddur eşqi-dilsuzun ki, daşlar içrə pünhandır. Füzuli. Bu Xətayinin dilində eşqi-dilsuzun sənin; Oda bənzər kim, həmişə dil kəbab üstündədir. Xətayi.\n2. Ürəyiyanan, həssas, şəfqətli. dilşad sif. [fars.] klas. Ürəyi şad, könlü şad, fərəhli. Bir ləhzə bəzmi-yardə dilşadəm, ey könül; Aram tut, bu mətləbi biganə bilməsin. M.Ə.Sabir. • Dilşad etmək (eyləmək) – ürəyini şad etmək, sevindirmək, fərəhləndirmək. Ol edir kimini dilşad, kimini məhzun. Q.Zakir. Vay o gündən ki, məni ad elədiz; Elə bildiz də ki, dilşad elədiz. M.Ə.Sabir. Dilşad olmaq – ürəyi şad olmaq. Səni sevən olur həmişə dilşad; Soyun adəmidir, cinsin pərizad. M.P.Vaqif. Piri-meyxanə bu işdən təki dilşad olsun. S.Ə.Şirvani. Vaqif ancaq öz dostundan yetişən kağızdan xoşhal və dilşad olub. F.Köçərli. dilşadlıq is. Könül şadlığı, sevinc, fərəh. Mən bu dudmanı həmişə abad və içində dilşadlıq görmüşəm. Ə.Haqverdiyev. dilşikəstə sif. [fars.] klas. Ürəyisınıq, könlüqırıq, bədbəxt, yazıq, biçarə. Bir gün Məcnuni-dilşikəstə; Səhrada gəzirdi zarü xəstə. Füzuli. Hal pərişan, dilşikəstə olduğum; Deyən varmı biinsafa, görəsən? Q.Zakir. dilşikəstəlik is. klas. Ürəyisınıqlıq, könlüqırıqlıq, yazıqlıq, biçarəlik. dilşünas bax. dilçi. Bundan əlavə, əlifbamızda olan nöqsanlardan başqa, ərəb dilini öyrənmək bizim üçün, dilşünas olmadığımıza görə, başqa bir çətinlik də törədir. M.F.Axundzadə. dilşünaslıq bax dilçilik. diltəng sif. [fars.] köhn. Ürəyi sıxılmış, könlü daralmış, kədərli, qəmgin, məyus. • Diltəng etmək – ürəyini sıxmaq, kədərləndirmək, təngə gətirmək. Dinməz və söyləməz oturmağımız məni diltəng etdiyinə görə [dərvişlə] söhbət başlamaq qəsdi ilə sordum. A.Divanbəyoğlu. Diltəng olmaq – ürəyi sıxılmaq, qanı qaralmaq, kədərlənmək, qəmlənmək, pərt olmaq. Mən o səbəbdən diltəng oldum ki, bu bir saatın içində doqquz manatı tapmasam, məcmuə dəxi bir gün də təxirə düşəcəkdir. C.Məmmədquluzadə. Od, tüstü içində etmişəm cəng; Heç olmamışam bu növ diltəng. A.Səhhət. Əhməd bəy bundan da diltəng olub, həmişəlik xanənişin olub altıyeddi sənə evindən çıxmadı. Ə.Haqverdiyev. diltənglik is. Canı sıxılma, dilxorluq, qəmginlik, məyusluq; kədər. Molla İbrahimxəlil şiddətli diltənglik ilə dedi.. M.F.Axundzadə. diltərpənməz bax dildönməz. dilucu I. sif. dilç. Dil ucunun iştirakı ilə əmələ gələn. Dilucu səs.\n\nII. zərf Könülsüz, ürəksiz, ötəri, qısaca. Dilucu söyləmək. Dilucu cavab vermək. – Oturanlar hamısı baş əyib dilucu salam verirdilər. Mir Cəlal. dilvari sif. Dil kimi, diləoxşar, dil şəklində. dimağ is. [ər.] Beyin. // məc. Ağıl, şüur. Mey gərçi səfa verər dimağə; Axdığı üçün düşər əyağə. Füzuli. Bu sözlər Tanyaya olduqca təsir etdiyindən, onun qəlbində, dimağında bir dəyişiklik törətdi. A.Şaiq. Murad gözlərini açdı. Ayağa qalxdı, dimağına hücum edən qara fikirləri özündən uzaqlaşdırmaq istədi. S.Hüseyn. ‣ Dimağı çağ olmaq – bax damağı çağ olmaq (“damaq2 ”da). Güllər açıldı, dimağı çağ oldu dilbərin; Saqiya, ver badeyi-gülgün ki, çağ olsun dimağ. S.Ə.Şirvani. dimdələmək f. məh. Dürtməkləmək, dürtməklə vurmaq. – Heç dəli olmasa, o yekəlikdə də adama dəli deyərlərmi? – deyə arvad ərini dimdələdi. S.Rəhimov. dimdik I. is. Quşların ağızlarının irəliyə uzanmış buynuz kimi sərt hissəsi. Ağacdələnin dimdiyi biz kimi olur. Qırğının əyri və sərt dimdiyi. – Quşlar yuvalarında oturub dimdiklərini təmizləyirdilər. N.Nərimanov. [Buğacın] tərlan dimdiyinə bənzər zərif burnu .. yuvarlaq üzünə xüsusi bir yaraşıq verirdi. M.Rzaquluzadə.\n\nII. zərf və sif.\n1. Çox dik, lap dik, tamam dik. Dimdik qoyulmuş dirək. Dimdik yer. – Qurban tikan kimi dimdik duran qıllarını arxalığının yaxalığı ilə sıx-sıx örtərək .. dedi. A.Şaiq. [Rüstəm bəy:] Cansız və ruhsuz bir sütun kimi dimdik qaldı. Çəmənzəminli.\n2. Düz, ayaq üstə durmuş halda. [Yusif] hirsindən ayağa qalxıb dimdik dayandı. Ə.Vəliyev. dimdikburun sif. Burnu dimdik kimi əyri və ucu iti. dimdikdibi is. zool. Bir qrup quşlarda dimdiyin dibindəki dərinin qalınlaşmış hissəsi. dimdikləmə “Dimdikləmək”dən f.is. dimdikləmək f.\n1. Dimdiyi ilə götürüb yemək. Biixtiyar ovcumdakı dəni yerə səpərdim, cücələr bir-birini döşləyərək səpdiyim dəni dimdiklərdi. A.Şaiq.\n2. Dimdiyi ilə vurmaq, dişləmək, döymək. Qızılquş pəncəsindən qurtulub, özünü insan əlində əsir görən kəklik qurtulmaq üçün həyəcanla çırpınır, əllərimizi dimdikləyirdi. A.Şaiq. Ata və ana qarğa Nurəddinin başı üstünü alıb elə həşir saldılar ki, deyəsən, bu saat onu dimdikləyib yerə salacaqdılar. S.S.Axundov. [Əli əmniyyəbaşı] bir-birini dimdikləyib hinə doluşan toyuqlara baxdı. M.İbrahimov. dimdiklənmə “Dimdiklənmək”dən f.is. dimdiklənmək qayıd. Öz-özünü dimdiyi ilə təmizləmək, dimdiyi ilə təmizlənmək. Bir qara toyuq gəlib Maronun yaxınlığındaca dimdikləndi. S.Rəhimov. dimdikləşmə “Dimdikləşmək”dən f.is. dimdikləşmək qarş.\n1. Bir-birini dimdiklə vurmaq, dişləmək, döymək. Xoruzlar həyətdə dimdikləşir.\n2. məc. Dalaşmaq, çeynəşmək, yola getməmək. dimdikli sif.\n1. Dimdiyi olan. ..Həyətdə dənlənən yastı sarı dimdikli qazların hərdənbir qaqqıltısından başqa bir şey eşidilmirdi. Ə.Əbülhəsən.\n2. Dimdiyəoxşar ağzı, ya qapağı olan. Daxilə işlənən damcı dərmanları damcılamağı normal və asan olan dimdikli şüşələrdə buraxmaq lazımdır. R.Əliyev. dimdiri sif. Çox diri, çox çevik, çox zirək, çox cəld. dimedrol is. tib. Yuxu və allergiya dərmanı. din is. [ər.]\n1. Xariqüladə qüvvələrə, varlıqlara inanmağı əsas götürən, Tanrıya etiqadı və tapınmağı sistemləşdirən ictimai şüur forması. Qorxu hissi yanlış olaraq dinin meydana gəlməsinin səbəbi sayılırdı. Din bəşəriyyət tarixinə hakim olan ən böyük qüvvətdir. Fəlsəfənin də, elmin də qaynağı dindir.\n2. Həmin inam və etiqadları ayin və mərasimlər şəklində özündə toplayan dünyagörüşü, davranış və spesifik fəaliyyət. İslam dini. Xristian dini. Budda dini. Dini ayinlər. ‣ Dindən-dondan çıxmaq – yorulmaq, usanmaq. dina is. [yun.] fiz. Kütləsi bir qram olan cismə bir saniyədə bir santimetr təcil verən qüvvə. dinab bax dənab. dinamik sif. [yun.]\n1. Dinamikaya aid olan; hərəkətlə, gücün təsiri ilə əlaqədar olan. Dinamik buxarlanma. Dinamik üsul. Dinamik müvazinət.\n2. Hərəkəti, təsiri, daxili qüvvəsi çox olan, daim hərəkətdə olan. Dinamik surət. Aktyorun dinamik oyunu. – İ.P.Pavlov qan dövranının fiziologiyasını öyrənərək, ürək fəaliyyətinin xüsusi dinamik sinirlər vasitəsilə nizama salındığını kəşf etmişdir. A.Qarayev. dinamika [yun.]\n1. Mexanikanın, qüvvə təsirindən asılı olaraq cisimlərdə əmələ gələn hərəkətin qanunlarından bəhs edən şöbəsi. Dinamikanın əsas məqsədi cisimlərin hərəkətini öyrənməkdən ibarətdir. Z.Xəlilov.\n2. Bir şeyin hərəkət halı, inkişafının, dəyişməsinin gedişi. Dövlət büdcəsinin dinamikası. Əmək məhsuldarlığının dinamikası. Hadisələrin dinamikası. // məc. Hərəkət. Əsərdə dinamika yoxdur. Pyesdəki dinamika. Oyunun dinamikası. – İkinci və üçüncü pərdələrdə hərəkət xeyli ləngiyir, xırda hadisələr uzanır. Ancaq tamaşanın sonuna doğru, xüsusən son şəkillərdə dinamika artır. M.Arif. dinamikalı sif. Dinamikası olan, dinamik. dinamiklik is. Dinamikası, hərəkəti, daxili qüvvəsi bol olma. Əsərdə dialoqun dinamikliyi. Baletdə kütləvi səhnələrin dinamikliyi. dinamit [yun.] Əsas tərkib hissəsi nitroqliserindən ibarət olub, dağları, qayaları partlatma işlərində və s.-də istifadə edilən partlayıcı maddə. Binanın divarlarına dinamit qoyduqda xalqla bərabər biz də keçib getdik. M.S.Ordubadi. Surxay partladılacaq qayaya göz gəzdirdi. Dinamit qoydurdu. M.İbrahimov. dinamitçi is. xüs. Dinamitlə partlayış işləri aparan mütəxəssis. dinamitli sif. xüs. Dinamiti olan. Dinamitli bomba. dinamizm [yun.] bax dinamiklik. dinamo [yun.] bax dinamomaşın. dinamo-maşın [yun. dynamis və fr. machine] Daimi elektrik cərəyanı hasil edən maşının köhnə adı; elektrik generatoru. dinamometr [yun. dynamis və metreo – ölçürəm] tex. Dartı qüvvəsini və fırlanma momentini ölçmək üçün cihaz. dinar is. [ər.]\n1. tar. Yaxın Şərqin bəzi ölkələrində qızıl pul. [Əli xan] dirhəm və dinar təmənnasında olmayıb. M.F.Axundzadə. [Qızıltac:] Mən hökmdarın xəzinəsinə düz iyirmi min dinar vermişəm. M.Hüseyn. // İranda: xırda pul. Hesab var dinarla, bəxşiş var xalvarla. (Ata. sözü).\n2. İraqda və Yuqoslaviyada pul vahidi. dinc sif.\n1. Başqasını narahat etməyən, əziyyət verməyən, yalnız öz işi ilə məşğul olan; sakit. Məmmədhəsən əmi dinc adamdır. C.Məmmədquluzadə. Yox, qardaş, .. uşaq çox dinc uşaqdır. S.Rəhman. • Dinc buraxmamaq – narahat etmək, rahat qoymamaq, daim narahat etmək. [Sərdar Rəşid] məni dinc buraxmırdı. M.S.Ordubadi. Dinc durmaq – başqalarına toxunmamaq, narahat etməmək. [Xəlifə:] ..Dinc durun, yazıq-yazıq orada uzanıbdır, tazı kimi ləhləyir. C.Cabbarlı; // sakit durmaq, şuluqluq, dəcəllik etməmək. Saribani-qəza dedi ki, dinc dur! Q.Zakir. Dinc durmamaq (oturmamaq) – başqalarını narahat etmək, sataşmaq, nadinclik etmək, sakit durmamaq. Şəki xanı Hacı Əbdülqədir də dinc durmur. Çəmənzəminli. Nəbi burada dinc oturmayıb bəylərə dolaşır. “Qaçaq Nəbi”. Dincə qoymaq k.t. – torpağın məhsuldarlığını bərpa etmək üçün bir müddət onda heç bir şey əkməmək. Dincə qoyulmaq – məhsuldarlığı bərpa edilmək üçün bir müddət heç bir şey əkilməmək (torpaqda). ..Bu yer ağır yerdir, çoxdandır ki, dincə qoyulmamışdır. N.Vəzirov. Dincini almaq – istirahət etmək, tənəffüs etmək, dincəlmək. [1-ci əcinnə:] Yoruldum, gəl bir az oturaq, dincimizi alaq. Ə.Haqverdiyev. ..Həmişə gəzib yorulanda burada dincimi alırdım. A.Divanbəyoğlu. ..Ov günündən sonra dincimi almaq, yeyibiçmək arzusundan artıq, Eldardan Göyərçinlə əlaqədar olan sirri dinləmək ümidi ilə dostumla birlikdə eyvana çıxdım. M.Rzaquluzadə.\n2. Sülhsevər, xeyirxah, sakit.\n3. Əmin-amanlıq, sülh və dinclik şəraitində keçən. Dinc inkişaf dövrü. Dinc yarış. – ..Tezliklə dinc əməyimizə qayıda bilərik. M.İbrahimov. [Nəcmi:] Bu vaxta kimi əlbirdilbir, asayişlə yaşayan, həmişə də alın təri ilə halal çörəyini yeyən bu dinc camaatın arasına nə üçün iğtişaş düşsün? Ə.Əbülhəsən. dinc-dinməz bax dinc 1-ci mənada. Dinc-dinməz adam. Qoyunlar çəməndə dinc-dinməz (z.) otlayır. dincəldici sif. Dincəlməyə, rahatlanmağa, sakitləşməyə imkan verən; dincəldən, sakitləşdirən. dincəliş is. Dincəlmə, istirahət. dincəlmə “Dincəlmək”dən f.is. dincəlmək f. İstirahətlə öz qüvvəsini bərpa etmək, yorğunluğunu almaq, istirahət etmək, dincini almaq, rahatlanmaq. [Məşədi Mürsəl:] Buyur, içəri gəl, gəl dincəl, yorulmusan.. T.Ş.Simurq. Ovdakı yorğunluğun da, dincəlməyin də başqa bir dadı var. M.Rzaquluzadə. Ağca xanımın yeriməyə, danışmağa taqəti qalmasa da, xəyalı dincəlirdi. Mir Cəlal. // İstirahətini bir yerdə keçirmək. Bu il harada dincəldin? – Yayın isti günlərində; Dincəlmişik gözəl, sərin; Kölgəsində meşələrin. M.Dilbazi. // Rahat olmaq, sakit olmaq, rahatlanmaq, intizardan, təlaşdan, təşvişdən qurtarmaq. Oğlundan bir xəbər olmadığı üçün heç dincələ bilmir. – Yar məndən üz döndərdi; Qoy dincəlsin xalq indi. (Bayatı). Həsənəli bəy gedəndən sonra Məşədi Əsgərin ürəyi bir az dincəlmişdi. S.M.Qənizadə. // Sakit olmaq, işinə, hərəkətinə, fəaliyyətinə ara vermək. Ticarət əzmilə Hində gedərdi; Gecə-gündüz dincəlməyib sürərdi. Q.Zakir. Çıraq yanır, mənim yuxum gəlməyir; Vıyıldayır külək də, dincəlməyir. A.Səhhət. [Səriyyə xala:] Ağlama oğul, dincəl, gedərik. Başını dizimin üstünə qoy! M.İbrahimov. dincəlməz sif. Dinclik bilməyən, rahatlıq bilməyən, aram bilməyən. dincəltmə “Dincəltmək”dən f.is. dincəltmək f.\n1. Sakit etmək, rahatlandırmaq. Uşaqları dincəltmək.\n2. İstirahət vermək, dincəlməsinə, yorğunluğunun çıxmasına imkan vermək, şərait yaratmaq. Atları dincəltmək. dincləşdirilmə “Dincləşdirilmək”dən f.is. dincləşdirilmək məch. Dincə qoyulmaq (torpaq). dincləşdirmə “Dincləşdirmək”dən f.is. dincləşdirmək f. Dincə qoymaq (torpaq). dincləşmə “Dincləşmək”dən f.is. dincləşmək f. Sakit olmaq, dinc bir vəziyyət almaq. dinclik is.\n1. Rahatlıq, sakitlik, istirahət. Mənə alın tərimlə qismət oldu dincliyim. S.Rüstəm. Bəli, Şamama dincliyi, rahat oturmağı başqa cürə başa düşən adamdı. Ə.Əbülhəsən. • Dinclik bilməmək – istirahət etməmək, rahatlıq bilməmək, daim çalışmaq, işləmək, fəaliyyətdə olmaq. Dinclik verməmək – rahat qoymamaq, daim narahat etmək, dinc qoymamaq. ..Məcid [Ninaya] dinclik vermirdi. M.S.Ordubadi. Dincliyi tutmamaq – işsiz, fəaliyyətsiz, hərəkətsiz dura bilməmək, rahatlıq bilməmək.\n2. Asayiş, əmin-amanlıq, arxayınlıq; sakit, dinc vəziyyət. Məmləkətin hüdudlarında dinclik hökm sürməyə başlamışdı. M.S.Ordubadi. dinçi is. Allahın varlığına inanan və mənsub olduğu dinin ehkamlarına ciddi surətdə əməl edən adam; mömin. Kəndlilər hər şeydən artıq dinçi idilər. M.S.Ordubadi. dinçilik is. Allaha və dinə inanma, dini ehkamları yerinə yetirmə. dindar [ər. din və fars. ...dar] bax dinçi. Dindar adam. – Dindar olanın halı pərişan gərək olsun; Əfsürdə dili, bisərü saman gərək olsun. Ə.Qəmküsar. Mehriban dindar, əski bir müsəlman ailəsinin tərbiyə edib yetişdirdiyi bir qızdı. S.Hüseyn. dindarcasına zərf Dindar adam kimi, mömincəsinə. dindarlıq bax dinçilik. dindaş is. Eyni dinə mənsub adamlardan hər biri; başqası ilə bir dində olan (adam). Sarı Çobanoğlu, gözəl dindaşım; Nə çəkərsən sən dərd-sər, ağlarsan. M.V.Vidadi. Görməyirsənmi bu biçarə vətəndaşlarını; Bacı-qardaşlarını, sevgili dindaşlarını? A.Səhhət. Pulu ancaq yaraşır çinləyəsən sənduqə; Nə ki xərc eyləyəsən millətə, dindaşə, ətə. M.Ə.Sabir. dindaşlıq is. Eyni bir dinə mənsub olma. dindirilmə “Dindirilmək”dən f.is. Şahidlərin dindirilməsi. dindirilmək məch. İfadə alınmaq, sorğu-sual edilmək, istintaq edilmək (olunmaq). Müttəhim dindirilmişdir. dindiriş is. Dindirmə, sorğu-sual, istintaq. dindirmə “Dindirmək”dən f.is. dindirmək f.\n1. Danışdırmaq, söylətmək. Yarı xəlvətdə gördüm; Dindirmədim doyunca. (Bayatı). // məc. Əzizləmək, oxşamaq. Yerlərdə süründün, yetişər, göylərə qaldır; Dindir qucağında. H.Cavid. Ürkək baxışlarınla ruhumu dindirəydin; Məni sevindirəydin. M.Müşfiq. // məc. Çalmaq, səsləndirmək. Sonra kamançanı da birisinə verərək: – Firidun xan, al, bir bunu dindir, görüm, – dedi. M.S.Ordubadi. [Rübabə] divardan tarı alıb istəkli kimi bağrına basdı, simləri dindirdi. Mir Cəlal. // İnkar şəklində: dindirməmək – danışdırmamaq, küsülü olmaq. Çoxdandır bir-birlərini dindirmirlər. – Xatırında varmı, hərdən küsüşüb; Deyərdin: – Danışma, dindirmə məni? R.Rza.\n2. Bir işi aydınlaşdırıb müəyyənləşdirmək üçün danışdırmaq, sorğu-sual etmək, istintaq etmək. Məhkəmədə bu gün şahidləri dindirəcəklər. – Vahidin özünü də çağırıb müttəhim kimi qapı ağzında xeyli dayandırdılar və sonra dindirdilər. Mir Cəlal. ding is. Çəltiyi döyüb dənlərini qabığından çıxarmaq üçün qurğu. Su dingi. Ayaq dingi. Ding döymək. Dingi işlətmək. Əl dingi (həvəngdəstə). – Şöhrətim var, işləyir dingim, dəyirmanım mənim. Ə.Nəzmi. dingə I. is. məh.\n1. Hündür yer.\n2. Söhbət, istirahət üçün camaatın toplandığı yer.\n\nII. is. məh. Qadın baş geyimi. dingi is. bot. Şitil, qələm. dini sif. [ər.] Dinlə əlaqədar olan, dinə aid olan. Dini ayinlər, adətlər. Dini əfsanələr. dinib-danışmaq 1. Bax dinmək 1-ci mənada. Zınqırovlu faytonda heç kəs dinibdanışmırdı.. S.Rəhimov. [İskəndər] dinibdanışmırdı. M.Hüseyn.\n2. İnkar şəklində: dinib-danışmamaq – susmaq, danışmamaq, heç bir söz deməmək, sükut etmək. Niyə dinib-danışmırsan? O, bayaqdan susub, dinib-danışmır. din-iman is. Din, məzhəb, etiqad. Diniimanı danıb, yoldan azıbdır, babıdır. M.Ə.Sabir. Unutmur Ayişə bir an Osmanı; Bağlıdır Osmana dini-imanı. H.K.Sanılı. // məc. Ən müqəddəs, ən əziz şey haqqında. Koroğlunun din-imanı; Eyvaz, bu gələndir, gələn. “Koroğlu”. diniş is. Şalban kimi işlədilən qalın taxta. dinmək f.\n1. Danışmaq, söz söyləmək. Hə adam istəyir hirsini yesin, dinməsin, insanı özbaşına qoymurlar, dindirirlər. C.Məmmədquluzadə. Bala fərəhləndi, ana sevindi; Gah Gülər danışdı, gah Rəna dindi. M.Rahim.\n2. Səslənmək, eşidilmək. O, indi düşünür həyata dair; Dinir qulağında topların səsi. S.Vurğun. Toplarımız dinən zaman sular olur lal. Ə.Cəmil.\n3. Acıqlanmaq, söz demək, kefinə dəymək. Sənə dinmədikcə, əbləh, azıxıb yolun çaşırsan! M.Ə.Sabir. dinməməzlik is. Dinməmə, danışmama, susma. dinpərəst sif. və is. [ər. din və fars. ...pərəst] köhn. bax dinçi. dinpərəstlik bax dinçilik. dinpərvər sif. [ər. din və fars. ...pərvər] bax dinpərəst. dinpərvərlik bax dinpərəstlik. dinsiz sif. və is.\n1. Heç bir dinə inanmayan; ateist. [Şeyx Sənan:] Dəlilik başqa bir fəzilətdir; Dinsiz olmaq da bir təriqətdir. H.Cavid.\n2. məc. zar. Qəddar, mərhəmətsiz, insafsız adam haqqında. Dinsizin öhdəsindən imansız gələr. (Ata. sözü). dinsizlik is. Heç bir dinə inanmama, heç bir dinə mənsub olmama, dinləri rədd etmə; ateistlik. Dinsizlik ilə kəsb olunan bir mədəniyyət; Vəhşiyyətin ən qorxulu səhrası deyilmi?! M.Ə.Sabir. dipdiri sif.\n1. Çox diri, çox canlı, diribaş, qıvraq, bütün gücünü özündə saxlamış. O, qoca olsa da, hələ dipdiridir.\n2. Bax diri 2-ci mənada. diplom [fr. əsli yun.]\n1. Ali və ya xüsusi orta məktəb qurtarmaq, habelə bir ad və ya elmi dərəcə almaq haqqında şəhadətnamə. Ali məktəb diplomu. Elmlər namizədi diplomu. – Nəriman inşaat mühəndisi diplomunu alan günün sabahı Kərim bəy yaxın yoldaşları ilə əncirli həyətə nişan apardılar. Mir Cəlal.\n2. Universiteti, institutu və s. qurtarmaq haqqında şəhadətnamə ala bilmək üçün yazılan əsər, layihə və s. Tarixdən diplom işi. – Ayna diplom işini yazır, mən də qəzetə baxırdım. İ.Əfəndiyev. Qəhrəman zarafatla dedi: – Sürmə şərt qoyubdur ki, diplomu müdafiə eləməmiş toy olmayacaq. M.Süleymanov.\n3. Bir şəxsə, ya müəssisəyə hər hansı bir hüquq verildiyini təsdiq edən sənəd. 1-ci dərəcəli diplom. Dünya çempionu diplomu. diplomant is. [fr.] bax diplomçu. diplomat [fr.]\n1. Xarici dövlətlərlə əlaqə saxlamaq və yaxud müzakirələr aparmaq üçün bir dövlət tərəfindən vəkil edilmiş vəzifəli şəxs. Xarici diplomatlar. Diplomatlar korpusu (bax diplomatik 1-ci mənada).\n2. məc. Məqsədini gizlədərək məharətlə özünü aparmağı, danışmağı bacaran, tez başa düşən, siyasətçi adam haqqında. O, çox diplomat adamdır. – Mən sizinlə bir iranlı kimi danışıram, – dedi, – mən diplomat deyiləm, diplomat dili ilə danışanları da sevmərəm. M.S.Ordubadi. diplomatcasına zərf Ustalıqla, məharətlə; diplomat kimi. diplomatik sif. [fr.]\n1. Diplomatiyaya aid olan, diplomatiya ilə əlaqədar olan, diplomatiyaya xidmət edən. Diplomatik danışıqlar. Diplomatik münasibət. Diplomatik nümayəndəlik (bir dövlətin başqa xarici ölkədə rəsmi nümayəndəliyini həyata keçirən idarə). Diplomatik korpus (bir ölkədə olan xarici diplomatik nümayəndələrin hamısı). Diplomatik kuryer (diplomatik poçtu gətiribaparan vəzifəli şəxs).\n2. məc. Çox incə düzəldilmiş, ustalıqla qurulmuş; diplomata (2-ci mənada) xas olan. Diplomatik cavab. – İsmayılzadə təbiətən diplomatik hiylələrə yad bir adamdır. M.Hüseyn. diplomatiya is. [fr.]\n1. Hökumətin öz xarici, beynəlxalq siyasətini həyata keçirmək sahəsində apardığı iş, fəaliyyət.. Lakin Qafqazın cəlb etmək xasiyyəti məhz bir diplomatiya məsələsidir. C.Məmmədquluzadə.\n2. məc. Hər hansı bir məqsədə doğru yönəldilmiş hərəkət və danışıqlarda incəlik, hiyləgərlik, çeviklik bacarığı. diplomatlıq is.\n1. Diplomatın işi, vəzifəsi.\n2. məc. Hərəkətdə və danışıqda incəlik, ustalıq, elastiklik, hiyləgərlik. diplomçu is. Diplom işi yazan tələbə. diplomlu sif. Diplomu olan, diplom almış. Diplomlu texnik. Diplomlu müəllim. Diplomlu aqronom. diplomsuz sif. Diplomu olmayan. Diplomsuz mühəndis. dirabi :dirabi papaq köhn. – drapdan tikilmiş kişi papağı. Hərəsi başına qara rəngli bir dirabi papaq qoydu.. “Kirpi”. dirçəldilmə “Dirçəldilmək”dən f.is. dirçəldilmək məch.\n1. Əvvəlki vəziyyətinə nisbətən daha sağlam hala gətirilmək; sağlamlaşdırılmaq.\n2. Təzədən meydana gətirilmək, təzədən fəaliyyətə gətirilmək; canlandırılmaq. dirçələnmək dan. bax dirçəlmək. Ot, ağac dirçələnir, hər birisi canə gəlir. R.Əfəndiyev. dirçəliş is. Dirçəlmə, canlanma, inkişaf etmə; inkişaf prosesi. Dirçəliş dövrü. dirçəlmə 1. “Dirçəlmək”dən f.is. Cuma özündə bir dirçəlmə .. hiss etmişdi. Ə.Əbülhəsən.\n2. Bax dirçəliş. dirçəlmək f.\n1. Əvvəlki vəziyyətinə nisbətən yaxşılaşmaq, yavaş-yavaş qüvvəti özünə qayıtmaq, bərkimək, sağlamlaşmaq, özünü əvvəlkinə nisbətən daha yaxşı hiss etmək. Xəstə dirçəlir. – Uşaq böyümüş, rəngi açılmış, dirçəlmiş, çevikləşmişdi. Mir Cəlal.\n2. məc. Canlanmaq, cana gəlmək, yavaşyavaş qüvvətlənmək. Ağaclar dirçələndə; O məktəbli uşaqlar; Çıxmışdı dağ döşünə. M.Rahim. ..Torpaq yenicə dirçəlməyə başladı. Ə.Məmmədxanlı.\n3. məc. Böyümək, inkişaf etmək. dirçəltmə “Dirçəltmək”dən f.is. dirçəltmək f. Dirçəlməsinə kömək etmək, dirçəlməsinə səbəb olmaq; yenidən canlandırmaq, yenidən bərpa etmək; qüvvətləndirmək, sağlamlatmaq. Həkimlər xəstəni dirçəltdilər. – Torpaq günəşi çəkərək buğlanır, qoynundakı körpə bitkiləri bəsləyərək dirçəldirdi. M.İbrahimov. dir-dirrik top. bax dirrik2 . direksiya [lat.] xüs. Bir idarənin, müəssisənin, məktəbin, başda direktor olmaq üzrə, rəhbərlik edən yüksək orqanı; müdiriyyət. İnstitutun direksiyası. Teatrın direksiyası. Direksiyanın sərəncamı. direktiv [fr.]\n1. is. Bir işi yerinə yetirmək üçün ali orqan tərəfindən aşağı orqanlara verilən göstəriş, əmr, təlimat və s. Partiya qurultayının direktivləri. Direktivə əməl etmək.\n2. sif. Əmr, təlimat, göstəriş mahiyyətində olan. Direktiv göstərişlər. Direktiv məktub. direktor is. [lat.] Müəssisə, idarə, yaxud məktəb müdiri. Zavod direktoru. Teatr direktoru. – Dərs hissə müdirinin, məktəb direktorunun kabinetlərində dayanmadan iş gedirdi. S.Rəhimov. direktorat [lat.] bax direktorluq 2-ci mənada. direktoriya [fr.] Bəzi hökumətlərin, məsələn, Fransada Fransa inqilabı vaxtındakı (1795-1799) hökumətin adı. direktorluq is.\n1. Direktor vəzifəsi, direktorun fəaliyyəti. Direktorluq etmək. Direktorluq vəzifəsi.\n2. Bax direksiya. Bu işi direktorluq həll etməlidir. Məsələni direktorluğun müzakirəsinə vermək. direktrisa [fr.] riyaz. Analitik həndəsədə: konus kəsiyi əyrilərinin oxuna şaquli olan ikinci tərtibli əyri. dirə :dirə çəkmək (tutmaq) – əzab vermək, divan tutmaq. O məhkum insana tutulan dirə; Özün görürsən ki, bir faciədir. S.Vurğun. dirədöymə is. Kütləvi uşaq oyunlarından birinin adı. [Nəsib] daha dirədöymə oynamaqdan yorulmurdu. S.Rəhimov. ..Dirədöymə oynayan cavan uşaqlar Veysi görəndə nə isə qorxu qarışıq hörmətlə dayanıb durdular. Ə.Əbülhəsən. dirəxşan sif. [fars.] klas. Parlayan, işıq saçan, parlaq. Verib ayinə kimi arizi-zibayə səfa; Hüsnü gör, şövkətə bax, mehri-dirəxşan gəldi. Ə.Nəbati. • Dirəxşan olmaq – parlamaq, nurlanmaq. Bayaq onun qəm və qüssə bilməyən və həmişə Cəlilin məhəbbətinə dirəxşan olan könlü və ürəyi indi qan ağlayırdı. İ.Musabəyov. dirək is.\n1. Bir şeyi saxlamaq üçün altına vurulan tir, sütun, dayaq. Ağac dirək. Daş dirək. – Şirəli daxmanın dirəyinə qısıldı. M.Hüseyn. Eyvanın dirəyindən asılmış kiçik bir kisədən bir ovuc dən götürüb həyətə səpdi. M.Rzaquluzadə. // Elektrik, telefon məftillərini asmaq üçün dikinə basdırılmış dəmir, beton, ya ağac sütun. Yollar boyu uzanmışdır elektrik dirəkləri... M.Rahim. İş məntəqəsinin müxtəlif yerlərində dirəklərə vurulmuş radio cihazları dillənib partlayışların harada olacağını xəbər verdi. Ə.Sadıq. // Dorağacı. Batumi limanında duran gəmilərin dirəkləri uzaqdan kiçik qutulara taxılmış kibrit çöpü kimi görünürdü. M.S.Ordubadi.\n2. məc. Arxa, kömək, daldanacaq mənasında. Böyük oğul ailənin dirəyidir. – Aqil kişi durbin gərəkdir; Dünyada ümid bir dirəkdir. Füzuli. Qıratdı mənim dirəyim. “Koroğlu”. Şair deyər mahnısında: “Ellər bizim anamızdır; Evimizin ellər adlı bir yıxılmaz dirəyi var”. S.Vurğun. • Dirək olmaq – arxa durmaq, kömək etmək. De gəl yoxsullara olgilən dirək; Yetimli dullara vergilən çörək. H.K.Sanılı. ‣ Dirəyi qızıldan olmaq – çox varlı, zəngin, dövlətli adam haqqında. Dirək kimi – çox uzun adam haqqında. Surxay dirək kimi dimdik durur, tərpənməyirdi. M.Hüseyn. dirəkcə is. Kiçik dirək, dirəkcik. dirəkcəli sif. Dirəkcəsi olan. O addımlayıb nazik dirəkcəli eyvanda dayandı. S.Rəhimov. dirəkcik is. Kiçik dirək, qısa dirək, nazik dirək. dirəkləmə “Dirəkləmək”dən f.is. dirəkləmək f. Dirək vurmaq, dirək salmaq, dayaq vurmaq, dirəklə bərkitmək, dirəklə saxlamaq. dirəklənmə “Dirəklənmək”dən f.is. dirəklənmək f.\n1. məch. Dirək salınmaq, dirək vurulmaq, dayaq vurulmaq, dirəklə bərkidilmək.\n2. Dirək kimi qalxmaq, ucalmaq, yüksəlmək. Neft quyularının hamısından alov göyə dirəklənəcək və günahkarları bir-bir təpəsi üstündə quyulara salacaqlar. Ə.Haqverdiyev. Gördü dirəklənib göyə toz, qara tüstü çox qəliz. Ə.Nəzmi. Qara və qorxunc tüstü burum-burum göyə dirəkləndi. Ə.Vəliyev. dirəklətmə “Dirəklətmək”dən f.is. dirəklətmək icb. Dirək vurdurmaq, dirək saldırmaq. dirəkli sif. Dirəyi, yaxud dirəkləri olan, dirək salınmış, dirək vurulmuş. Dirəkli çadır. Dirəkli dam. Dirəkli divar. dirəklik sif. Dirək üçün yararlı. Dirəklik ağac. dirəksiz sif. Dirəyi olmayan, dirəklə bərkidilməmiş. Dirəksiz çadır. Dirəksiz ev. dirəmə “Dirəmək”dən f.is. dirəmək f.\n1. Dayamaq, söykəmək. [Xədicə] əllərini yerə dirədi, qalxıb oturmaq istəyirdi. S.Hüseyn. [Fərhad] əvvəlcə sağ əlinə söykənib güclə qalxdı, sol əlini də yerə dirədi. Ə.Vəliyev. Leyla alnını pəncərə şüşəsinə dirədi. Ə.Məmmədxanlı.\n2. Zilləmək, diqqətlə baxmaq (bu mənada adətən “gözünü”, “gözlərini” sözü ilə). [Xudayar bəy] ..gözünü evin səqfinə dirəyib, deyəsən, pərdi sayırdı. C.Məmmədquluzadə.\n3. məc. İrəli vermək, sinə gərmək, sipər etmək. Rüstəm kişi sinəsini bu adsız, lakin açıq zərbələrin qabağına dirəyib, iki dəfə özündən çıxır. M.İbrahimov. ‣ Ayağını yerə dirəmək – bax ayaq dirəmək (“ayaq1 ”da). [Qulu:] Yox, fələk də ayağını yerə dirəsə, mən bu yeri satmayacağam. A.Şaiq. Divara dirəmək – bax divar. İki ayağını bir başmağa dirəmək – bax ayaq1 . dirənmə “Dirənmək”dən f.is. dirənmək f.\n1. Söykənmək, dayanmaq. Dirənmiş çomağa, Osman dururdu; Ürəyi nehrətək gup-gup vururdu. H.K.Sanılı.\n2. Gəlib dəymək, uzanıb bir yerə (şeyə) toxunmaq, təmas etmək, rastlaşmaq. Şəhərin bir ucu yola dirənirdi. – Seyrəngahın bir tərəfi qayaya dirənmişdi. S.S.Axundov. // məc. Bir maneəyə rast gəlmək.\n3. Dik qoyulmaq (sancılmaq). Bellər yerə dirəndi. Ə.Vəliyev. // Dik durmaq.\n4. Dikilmək (bu mənada adətən “gözü”, “gözləri” sözü ilə). Səməd xan düyüdən bir loğma yeyərək durmuşdu, onun nimçəyə dirənən gözü yol çəkirdi. M.S.Ordubadi. Qoca qarı üzünü yola-yola gəlib qabağımda dayanıb, dirənmiş lap gözümün içinə baxdı, sonra dedi.. A.Divanbəyoğlu. Gözlər qır rəngli torpağa dirənir. M.İbrahimov.\n5. məc. Üstündə durmaq, israr etmək, ciddiyyətlə tələb etmək, inad etmək. Əgər müdir dirənsə və vermək istəməsə, onda sən də de ki, gedib anbarın hər yerini axtaracağam. C.Məmmədquluzadə.\n6. Qalxmaq, qalxmağa başlamaq. [Xacə Firuz:] Camaat həmişə azar və əziyyətdə, ahünalə və nifrin göyə dirənibdir. Ə.Haqverdiyev. Onlar atlarını tərpədib yoxuşa dirəndilər. S.Rəhimov. dirəşmə “Dirəşmək”dən f.is. dirəşmək f. dan. Gözlərini dirəmək, dirənib baxmaq (bir çoxları). Üzünə dirəşmək. dirhəm is. [ər.]\n1. 3,12 qrama bərabər çəki ölçüsü.\n2. Bəzi ərəb ölkələrində gümüş pul vahidi. Hər nə versən, ver, məbadə vermə bir dirhəm zəkat. M.Ə.Sabir. Üç min dirhəm o qədər də böyük bir pul deyil.. M.S.Ordubadi. diri sif.\n1. Canı olan, canlı, sağ, yaşayan (ölü ziddi). Diridir, ölməmiş Simon hala; Ona fürsət verərmiyim? H.Cavid. // Öldürülməmiş, başı kəsilməmiş, canı çıxmamış. Diri quş. Diri balıq. – [Quşu] diri (z.) saxlamaq niyyəti ilə üsulluca çantaya salıb Eldarın yanına qayıtdı. M.Rzaquluzadə. • Diri etmək – diriltmək, yaşatmaq, əbədiləşdirmək. Təəccüb budur ki, mərhum Molla Vəli Vidadinin .. asar və əşarından və tərcümeyi-halından bixəbərdirlər və onun adını diri etməyə əsla hümmət və qeyrət göstərməyirlər. F.Köçərli. // İs. mənasında. Ölülər elə bilirlər ki, dirilər halva yeyir. (Ata. sözü). Demək olmaz dirilərtək yatıb, əlbət, duracaq; Ölülər yatmağıdır, yox buna payan, ölüb... ə! M.Ə.Sabir. Diri qalmaq – yaşamaq, ölməmək, var olmaq. Farsların Sədi və Hafizi diri qalan kimi, bizlərin də Zakiri, Seyyidi, Nəbatisi, Saliki, Arifi gərək diri qalsınlar. F.Köçərli.\n2. Yaxşı bişməmiş; çiy. Xörəyin düyüsü diridir.\n3. Sərt, cod. Diri parça.\n4. məc. Qüvvətli, çevik, qıvraq, diribaş, əlli-ayaqlı, bacarıqlı. Diri adam. Diri qocadır. // Canlı, qüvvətli. Safonun baldırı min dəfə səninkindən diridir. S.Rəhimov. // Canlı, ifadəli. Uşağın iri və diri gözləri muncuq kimi parıldadı. Mir Cəlal. diribaş sif. Cəld, çevik, zirək, bacarıqlı. [İskəndər bəy:] Xala, sən nə diribaş qarısan? N.Vəzirov. [Qəhrəman:] Yoldaşlarımın biri nazik, arıq, alagözlü, .. qarasaçlı, diribaş bir qız idi. H.Nəzərli. Laçın hələ yeddicə yaşında ikən, çox diribaş, çevik, əlli-ayaqlı bir uşaqdı. M.Hüseyn. Dərsdən sonra bir dəstə özü kimi diribaş uşağı başına yığırdı. M.Rzaquluzadə. diribaşlaşma “Diribaşlaşmaq”dan f.is. diribaşlaşmaq f. Diribaş olmaq, diribaşlığı daha da artmaq; çevikləşmək, zirəkləşmək. diribaşlı bax diribaş. diribaşlıq is. Cəldlik, çeviklik, zirəklik, bacarıqlılıq. Zeynəb xanım .. cavankən diribaşlığı və müdrikliyi ilə ata-anasının heyrətinə səbəb olardı. Çəmənzəminli. Cəlilzadənin .. Saranın diribaşlığından xoşu gəlirdi. S.Rəhimov. diricə “Diri”dən oxş. diri-diri zərf\n1. Diri halda, öldürmədən, ölməmiş. Quşu diri-diri tutmaq. – Amma razı olduqda özümü diri-diri od içinə salmış olurdum. T.Ş.Simurq. [Birinci kəndli:] Ay Mirzə, başına dönüm, .. Səfər bəy bizi diridiri qırıb tələf edir.. B.Talıblı. Dini fanatizm nə qədər insan qüvvəsini boğub öldürmüş, diri-diri çürütmüşdür. M.İbrahimov.\n2. Lazımınca çeynəmədən. Diri-diri udmaq. dirigözlü sif.\n1. Canlı, diri. [Əsgər:] Mən arşını iki şahılıq çiti görməmiş almayıram; Halbuki dirigözlü arvad ola! Ü.Hacıbəyov.\n2. İtigörən, zirək. Bu uşaqlar dirigözlü, təpədən-dırnağa qədər silahlanmış düşmənlə vuruşurdular.. M.Rzaquluzadə.\n3. zərf Diri-diri, diri halda. Onlar aralığa salıb Alıxan ağanı dirigözlü tutdular. S.Rəhimov. dirijabl [fr.] İçərisi qazla doldurulmuş korpusu olan, xüsusi mühərrikli, havadan yüngül, uçucu aparat; idarə olunan aerostat. dirijor [fr.] Orkestri, xoru, opera, ya balet tamaşasını idarə edən şəxs. Balet dirijoru. Orkestr dirijoru. – Səbri dirijor çubuğunu yuxarı qaldırarkən salon kiridi, alqış dərin və mənalı bir sükuta çevrildi. M.Hüseyn. Davud əllərini kənara açıb, dirijor kimi işarə verəndə oturanların hamısı dilləndi. Mir Cəlal. dirijorluq is. Dirijorun işi, sənəti, vəzifəsi. Dirijorluq etmək (orkestri, xoru idarə etmək). dirildici sif. Dirildən, can verən, ruh verən, həyat verən. dirilik is.\n1. Diri, canlı cismin halı, diri halda olma; sağlıq. Ölü öldü, diriyə dirilik gərək. (Ata. sözü). // Varlıq, mövcudluq, var olma, mövcud olma. [Qədir:] Mən yekəlikdə adamın diriliyini danırlar. Mir Cəlal.\n2. Həyat, yaşayış, güzəran. [Səfdərqulu:] ..Allah kəssin belə diriliyi, belə günü! N.Vəzirov. Şəhərin gurultulu yaşayışından sonra kəndə məxsus asudə, səssiz bir diriliyə adət eləmədiyimdən bir növ darıxırdım. T.Ş.Simurq. • Dirilik etmək – yaşamaq, həyat sürmək. Əziz balalar!.. Bütün mikroblar havada, yerdə və suda dirilik edirlər. N.Nərimanov. Dirilik suyu (çeşməsi, bulağı) şair. – bax abi-həyat (“ab”da). Dirilik suyu harda idi ki, Xızr içəydi, diri qalaydı. M.F.Axundzadə. Sənin gözlərinmi gənclik bağında; Yoxsa nərgizlərin sayrışıb oynar; Yoxsa çıxılmayan eşqin dağında; Ömrünün dirilik çeşməsi oynar. M.Müşfiq. Gözəl həyat, gözəl günə; Taleyini qurtarana Xızır dedi; Çox aradı diriliyin bulağını. R.Rza. Dirilik vermək – həyat vermək, ruh vermək, yaşatmaq, can vermək. Hər bir şeyə dirilik və zinət verən məhəbbətdir. F.Köçərli.\n3. məc. Var-yox, həyat mənbəyi. Onun diriliyi yalnız iki öküz və bir parça əkin yerindən ibarət olduğundan o, rəncbərlik etməyə məcbur olurdu. A.Şaiq.\n4. məc. Canlılıq, coşqunluq, həyat əlaməti. Budəfəki səsində bir dirilik, bir ümid əsəri vardı. A.Şaiq. Mən bu qadını bir az tanıyırdım. ..Yanaqlarında .. bir qırmızılıq, gözlərində bir dirilik mövcud idi. S.Hüseyn.\n5. Sərtlik, codluq. Düyünün diriliyi. dirilmə “Dirilmək”dən f.is. dirilmək f.\n1. Canlanmaq, cana gəlmək, dirçəlmək; qüvvəsi, gücü, cəsarəti özünə qayıtmaq. Bənnasız hörgü hörülməz; Təbibsiz xəstə dirilməz. “Koroğlu”. Məstan bəy dirildi. Papağını qaşının üstə çəkib bığlarını tumarladı.. B.Talıblı.\n2. Dini təsəvvürlərdə: ölü halından canlı – diri hala gəlmək, yenidən canlı olmaq, canı özünə qayıtmaq. Ölü dirilməz. – Amma budu zənnim ki, dirilsə Loğman; Hərgiz edə bilməz qəmi-hicranə ilac. S.Ə.Şirvani. [İblis:] İsa dirilib gəlsə də, qorxar qəzəbimdən. H.Cavid. diriltmə “Diriltmək”dən f.is. diriltmək f.\n1. Canlandırmaq, həyata qaytarmaq, yenidən enerji və qüvvət vermək, ruhlandırmaq. Orqanizmi diriltmək. Bu su məni diriltdi. Dağ havası xəstəni diriltdi. – [Həcər xanım:] Oğlum, Çingiz, mənə yenidən ruh verib diriltdin, Allah səni hər bəladan hifz etsin. S.S.Axundov.\n2. Dini-mistik təsəvvürlərdə: ölü halından canlı – diri hala gətirmək, can vermək. Badisəba İsa kibi gərçi dirildir ölüyi; Ənbərfişan zülfün dəmi badi-səbayə tən edər. Nəsimi. [Nazlı:] Ana, deyirlər, bu gələn qonağımız ölüləri dirildir. C.Məmmədquluzadə.\n3. məc. Göz qabağına gətirmək, göz önündə canlandırmaq. Şerim, bu hikməti aləmə bildir; Xəyal ölənləri bəzən dirildir. M.Rahim. // məc. Unudulmuş, xatirədən silinmiş, tərk edilmiş bir şeyi yenidən bərpa etmək; dirçəltmək. diringə is.\n1. Bax diringi. Arabir diringə (oyun havası) çalanda mütrüb oynamağa başlardı. H.Sarabski. [Nazlı] elə bil, çalğısız, diringəsiz də olsa, bu dəqiqə hökmən oynamaq istəyirdi. Ə.Əbülhəsən.\n2. Uşaqları, ilk ayaq açarkən yeriməyə alışdıran arabacıq; yüyürək. diringi is. mus. Muğamat hissələri arasında çalınan yüngül və oynaq musiqi parçaları. Azərbaycan xalq musiqisi ölçülərindən ən çox inkişaf edən, sazəndələr arasında “üç badam bir qoz” deyilən vəzn əsasında olan diringilərdir. Ə.Bədəlbəyli. // Ümumiyyətlə, oynamaq üçün çalınan yüngül hava. Diringi çalmaq. dirisoyan is. dan. Amansız, rəhmsiz, insafsız. // Həddindən artıq tamahkar adam haqqında. dirrik I. is. Səbzəvat, göyərti və s. əkilən yer; bostan. Dirrik bitkiləri. – Bəzi adamlar da öz dirrik yerlərində çalışırdı. S.Rəhimov. ..Bayram bəzən işə getmirdi. Öz həyətinin çəpərini möhkəmləndirir, ağaclarına qulluq edir, suyu öz həyətinə gətirib dirriyini, ağaclarını suvarırdı. Ə.Vəliyev.\n\nII. is. dan. Ev müxəlləfatı, ev şeyləri. dirrikçi is. Dirrikçiliklə məşğul olan adam; bostançı. Dirriklərdə dizinəcən çirməkli dirrikçilər lək sulayırdılar. Mir Cəlal. dirrikçilik is. Dirrikçinin işi, peşəsi, məşğuliyyəti; dirrik becərmə işi; bostançılıq. dirsək is.\n1. Qol ilə bilək arasında olan büküyün bayır hissəsi. Bəzən Dilşad xanım üzüqoylu uzanıb, dirsəklərini yerə qoyaraq çayı nəlbəki ilə içər və ayaqlarını part-part yerə döyərdi. T.Ş.Simurq. Diyar kişi dirsəyi ilə arvadına toxunub pıçıldadı.. Ə.Məmmədxanlı.\n2. İki və daha çox hissədən ibarət olan bir şeyin bucaq şəklində birləşən çıxıntısı, uzun bir şeyin əyilərək təşkil etdiyi bucaqşəkilli bükük, bucaq guşə.\n3. Aşağı əyilən, yıxılan bir şeyin altına vurulan paya, dəstək, ağac və s.; dayaq. ‣ Dirsək göstərmək – üz döndərmək, dal çevirmək. [Eşikağası:] Ömər xan kimi bir dilavər [Fətəli xana] qılıq eləyir, amma axmaq Məmmədhəsən dirsək göstərirdi. Çəmənzəminli. dirsəkcik is. Kiçik dirsək. dirsəkləmə “Dirsəkləmək”dən f.is. dirsəkləmək f.\n1. Dirsəyi ilə yavaşca vurmaq, itələmək; dirsəyini toxunduraraq bir şey bildirmək. Yanında oturanı dirsəkləyib oyatdı.\n2. Dirsəyindən tutmaq. dirsəklənmək 1. məch. Dirsəklə yavaşca vurulmaq.\n2. qayıd. Dirsəyi ilə söykənmək. Dirsəkləndi, başını qoydu və yatdı. – Dirsəkləndi yerində; Göz gəzdirdi otağa. R.Rza. Kiçikxanım pəncərəyə dirsəklənib çənəsini ovcuna almış, həyətə baxırdı. Mir Cəlal. Yasavulbaşının altındakı döşək, dirsəkləndiyi balış və mütəkkələr yumşaq quzu yunundan, zərif qu tükündən idisə də, o yenə dincələ bilmirdi. M.Rzaquluzadə. dirsəkli sif.\n1. Dirsəyi olan, yaxud dirsəklər şəklində olan (bax dirsək 2 və 3-cü mənalarda). Dirsəkli val, boru.\n2. məc. dan. Qüvvətli, qolugüclü, sözükeçən. Dirsəkli adam. dirsəkşəkilli bax dirsəkvari. dirsəkvari sif. Dirsəyə oxşayan, dirsək şəklində olan, dirsək kimi bükük olan. disharmonik sif. Harmoniyasız, ahəngsiz. disharmoniya [yun.] mus. Harmoniyanın pozulması; ahəngsizlik. disk [yun.]\n1. Yastı, dairəvi lövhə. // idm. Uzağa atmaq üçün həmin şəkildə olan idman aləti. Disk tullama yarışı. // Maşının və s. qurğunun yastı, dairə, halqa şəklində olan hissəsi. Telefonun diski. – Qazıma turbininin diskləri poladdan, ya döyülən çuqundan tökmə üsulu ilə hazırlanır. S.Quliyev.\n2. astr. Günəşin, Ayın, planetlərin Yerdən görünən dairəvi çevrəsi. Ancaq vaxtaşırı Ay diskinin gah şərq, gah qərb, gah şimal, gah da cənub kənarlarında əks yarımkürədən ensiz zonalar müşahidə etmək olur. diskant [lat.] mus. Zil uşaq səsi. // Bu cür səsi olan oxuyan uşaq. disket is. tex. Kompyuterdə yazım diski. diskləmə “Diskləmək”dən f.is. diskləmək f. k.t. Torpağı diskli mala, kultivator və s. ilə becərmək. disklənmə “Disklənmək”dən f.is. disklənmək məch. k.t. Diskli mala, kultivator və s. ilə becərilmək (torpaq). diskli sif. Diski olan. Diskli mala. Diskli alət. diskussiya [lat.] Hər hansı bir mübahisəli məsələnin iclasda, mətbuatda və s. də azad, açıq müzakirəsi. Diskussiya keçirmək. Ədəbiyyat məsələsinə həsr olunmuş diskussiya. – Diskussiyada yazıçılar, ədəbiyyatşünaslar, tənqidçilər, alimlər iştirak etmişlər. dispanser [fr.] Xüsusi müalicə və müntəzəm tibbi nəzarət yolu ilə xəstəliklərin qabağını almaqla məşğul olan tibbi müəssisə. Vərəm dispanseri. dispanserizasiya [fr.] bax dispanserləşdirmə. dispanserləşdirmə f.is. tib. Dispanserlər vasitəsilə nəzarət və tibbi-profilaktik yardım sahəsində görülən tədbirlər sistemi. dispetçer [ing.] xüs. Nəqliyyatın hərəkətini, yaxud müəssisənin işinin gedişini bir mərkəzi məntəqədən idarə edən işçi. Dəmiryol stansiyası dispetçeri. Baş dispetçer. dispetçerlik is. Dispetçerin işi, vəzifəsi. Dispetçerlik etmək. displey is. [ing.] Kineskoplu qurğu, cihaz. disput is. [lat.] Elmi, ədəbi və s. mövzuya dair açıq mübahisə. Ədəbi disput. Tamaşadan sonra əsər haqqında disput keçirildi. disputçu is. Disputda iştirak edən adam, disput iştirakçısı. dissertant [lat.] Müdafiəyə dissertasiya hazırlayan və ya dissertasiya müdafiə edən şəxs. dissertasiya [lat.] Elmi dərəcə almaq üçün təqdim edilən elmi tədqiqat əsəri. Dissertasiya üzərində işləmək. – [Sədəf:] Professor, gözünüz aydın, daha bir sürpriz. Şeyda dissertasiyasında bizə balta çalır. Ə.Məmmədxanlı. dissident is. [lat.] Başqa cür düşünən, başqa fikirli. dissimilyasiya [lat.]\n1. Oxşarlığı, bənzərliyi pozan dəyişiklik.\n2. biol. Orqanizmin fəaliyyəti prosesində mürəkkəb üzvi maddələrin dağılması, pozulması, parçalanması. Orqanizmdə canlı maddələrin yaranması (toplanması) ilə əlaqədar olaraq, hüceyrələrin və canlı maddələrin parçalanması prosesi də gedir ki, buna da dissimilyasiya deyilir. “Qaramal”.\n3. dilç. Ardıcıl gələn eyni səslərdən birinin başqa səslə əvəz olunması (məs.: “zərər” əvəzinə “zərəl”). dissonans [fr.] mus. Səslərdə ahəngsizlik, qarışıqlıq, uyğunsuzluq; ahəng pozğunluğu. [Gülsabah:] Çığırmaq lazım deyil, yoldaş Mirzə Camal... Çığırırsınız, tondan çıxarırsınız, dissonans əmələ gəlir. C.Cabbarlı. distansiya [lat.]\n1. Məsafə, ara, mənzil.\n2. Dəmir yolunda, şose və su yolunda inzibati-texniki bölgü məntəqəsi. Yol distansiyası. distillat [lat.] kim. Distillə nəticəsində alınan maye. Buxarlanma və ya qaynama prosesində əmələ gələn buxarları ayırıb mayeləşdirirlər. Bu prosesə distillə, alınmış mayeyə isə distillat deyilir. M.Məmmədli. distillator [lat.] xüs. Mayeləri distillə edən cihaz; ənbiq. distillə [lat.] xüs. Mayeləri qaynadaraq əsas tərkib hissələrinə ayırmaqla təmizləmə, saflaşdırma; təqtir. Suyu distillə etmək. – Hərgah maye bərk maddənin məhsulu şəklindədirsə, onu ayırmaq üçün distillə üsulundan istifadə edirlər. M.Mövsümzadə. ..Süzgəc kağızını bükdükdən sonra onu qıfa kip yerləşdirib distillə edilmiş su ilə isladırlar. H.Şaxtaxtinski. distrofiya is. [lat.] Maddələr mübadiləsi ilə əlaqədar olaraq, orqanizmin qidalanma pozğunluğu. diş is.\n1. Yeyilən şeyi tutmaq, dişləmək, xırdalamaq və çeynəmək üçün ağızda olan sümük törəmə. Uşağın dişi çıxır. Dişi ağrımaq. Dişi ilə tutmaq. Dişi ilə qoparmaq. Dişi qamaşmaq. Dişlərini xırçıldatmaq. • Ağıl dişi – iyirmi yaşdan sonra çıxan axırıncı böyük diş. Dişi doldurmaq – dişi plomblamaq, dişə plomb qoymaq. Kəsən dişlər – ağzın qabaq tərəfində olub, yeyilən şeyi kəsib doğramaq vəzifəsini görən dişlər. Köpək dişlər – ağzın yan tərəfində olan dişlər. Qabaq dişlər – bax ön dişlər. Ön dişlər – bax kəsən dişlər. Əllisində əlif qəddin çəkilər; Altmışında ön dişlərin tökülər. “Koroğlu”. Süd dişi – uşağın ağzında çıxan və altı yaşdan sonra tökülüb daimi dişlərlə əvəz olunan birinci dişlər. Qaraca dədə isə başını aşağı salıb səssizcə gülürdü və qocanın gülüşü süd dişləri təzəcə tökülməyə başlamış bir uşaq gülüşünü andırırdı. Ə.Məmmədxanlı. Süni diş, taxma diş – sonradan qayrılma diş, qoyma diş. Yan dişlər – bax köpək dişlər.\n2. Müxtəlif alətlərin, maşın hissələrinin, çarxların kənarlarında, üstündə, yaxud uc tərəfində olan ucuiti çıxıntı və ya dilik-dilik hissələrdən hər biri. Mişarın dişləri. Saat çarxının dişləri. Darağın dişləri.\n3. Bəzi meyvələrin dilim şəklində olan hissələrindən hər biri. Bir diş sarımsaq.\n4. Meyvənin hər dəfəsində dişlə qoparılan hissəsi. Bir diş alma. Bir diş xiyar. ‣ Canını dişinə tutmaq – bax can. Diş ağartmaq – bax dişini ağartmaq 1-ci mənada. Diş dəyişmək – 1) bax diş dişəmək; 2) məc. yeməyini dəyişmək, həmişə bir şey yeməmək. Diş dişəmək – diş təzələmək, yenidən diş çıxarmaq. Uşaq keçən il dişlərini dişəməyə başlamışdır. Diş əti – ağızda dişlərin dibini əhatə edən ət. Diş göstərmək – boyun əyməmək, boyun qaçırmaq. Diş hədiyi – uşaqların diş çıxarması münasibətilə bişirilən yemək. Diş itiləmək – 1) qisas, intiqam almaq, əvəz çıxmaq üçün səbəb aramaq, hazırlanmaq; 2) bir şeyə göz dikmək, ələ keçirməyə hazırlanmaq. Diş keçirmək – haqqı olmayan bir işə qarışmaq. Diş kirəsi köhn. – 1) keçmişdə kəndlilərdən alınan vergilərdən birinə xalq arasında verilən ad; 2) qonaqlıqdan əlavə qonağa verilən pul, mal və s. Diş qıcamaq (qıcatmaq) – 1) hədələmək, qorxutmaq. Kinayəli baxışlarla diş qıcayır bir iblis tək; Ayırmayır gözlərini o, zəncinin dodağından.. S.Vurğun; 2) ələ keçirmək niyyətində olmaq, göz dikmək. Diş qurdalamağa bir çöpü yoxdur – çox kasıbdır, heç nəyi yoxdur. Diş salmaq – 1) qocalmaq (heyvanlar haqqında); 2) süni diş qoymaq. Həkim onun dişlərini saldı. Diş taqqıldatmaq – hədələmək, qorxutmaq. Diş yeri – bir şeyin dişləndiyi yerdə qalan diş izi, dişlək yeri. Diş(i)-dırnağı ilə; dişi ilə, dırnağı ilə – əzabla, əziyyətlə, çox məşəqqətlə. Telli dişi ilə, dırnağı ilə çalışmış, axırda İslam üçün əməlli-başlı bir ev-eşik düzəltmişdi. S.Hüseyn. // Var gücü ilə, bacardığı qədər. Ayaz da diş-dırnağı ilə düşmənləri əzir, keçir; Qılınc, qalxan şaqqıltısı qorxu salır ürəklərə. A.Şaiq. Yenə o insan daşlardan, qayalardan tutacaq, dişi ilə, dırnağı ilə torpaqdan yapışıb qurtarmağa çalışacaqdır. M.İbrahimov. Dişə vurmaq – bax dişinə vurmaq. Ancaq hələ bir dişimizə vuraq, bərkini-boşunu bilək. C.Cabbarlı. Dişə-dilə düşmək – bax dilə-dişə düşmək (“Dil-diş”də). Dişi bağırsağını kəsmək – daxilən əsəbi hal keçirmək, əsəbiləşmək, hirsini büruzə verə bilməmək. Dişi bağırsağını kəsən Şirzad bura qədər durub gözlədi. M.İbrahimov. ..Veys dişi bağırsağını kəsə-kəsə düşündü. Ə.Əbülhəsən. Dişi batmaq – öhdəsindən gəlmək, gücü çatmaq. Dişi batmamaq – öhdəsindən gələ bilməmək, gücü çatmamaq, təsiri olmamaq, təsir edə bilməmək. [Kosaoğlu:] ..Kəndimizdə mənim əleyhimə qruppa var. Ancaq onu bilin ki, mənə heç kəsin dişi batmayacaq. İ.Şıxlı. Dişi dişinə dəymək – bax dişləri birbirinə dəymək. ..Balaca Niyaz soyuqdan dişi dişinə dəydikdə qeyri-ixtiyari olaraq anasının qolundan yapışdı.. M.İbrahimov. Dişi qarnında olmaq – hiyləgər, gizli iş görən adam haqqında. Yox, düşmənin dişi qarnında olur. S.Rəhimov. Dişində şirə qalmaq – dadanmaq, alışmaq, öyrəşmək, adət etmək. Dişinə vurmaq – sınamaq, dadmaq. Dişini ağartmaq – 1) acıq vermək, gülmək, istehza etmək. Veys daxili bir həzlə [Həmzəyə] dişini ağartdı. Ə.Əbülhəsən; 2) bax dişlərini ağartmaq. Dişini dişinə qıcamaq – bərk hirslənmək. Fərman dişini dişinə qıcadı: – Cəhənnəm ol!.. Ə.Abasov. Dişini qıcamaq – intiqam almaq üçün bəhanə aramaq, üzərinə atılmağa hazırlaşmaq. İndi də dişini qıcamış Qacar; İranı talayır o qart canavar. S.Vurğun. Dişinin dibindən çıxanı demək – ağzına gələni demək, bərk söymək. [Tahir:] Yəni atan deyir ki, mənə dişinin dibindən çıxanı deginən? M.Hüseyn. Camaat xörək istəyir, müdir də qapının ağzında dayanıb hər gələnə elan eləyir ki, aşpaz qaçıb, sonra da Umudun qarasınca dişinin dibindən çıxanı deyir. İ.Məlikzadə. Dişləri bir-birinə dəymək, dişləri taqqıldamaq – 1) soyuqdan, qorxudan, vahimədən qeyri-iradi olaraq dişləri bir-birinə dəymək. Dişləri bir-birinə dəyir, bütün bədəni əsim-əsim əsirdi. M.Rzaquluzadə; 2) bərk üşümək. Dişlərini ağartmaq – səbəbsiz gülmək, irişmək. İndi isə hörmətli bir tanış kimi mənə salam verir və dişlərini ağardır. M.S.Ordubadi. Tamah dişini çəkmək. – bax tamah. dişaçan is. xüs. Çarxlarda, mexanizmlərdə və s.-də diş (2-ci mənada) açan alət, dəzgah, maşın və s. Bunların arasında dişaçan maşın, frezer avtomatı, preslər və s. vardır. dişarası sif. dilç. Dişlərin arasında tələffüz olunan. Dişarası samitlər. dişarxası sif.\n1. Dişlərinin dal tərəfinə yapışıq, ya yaxın olan. Dişarxası ətlər.\n2. dilç. Dişlərin arxa tərəfində tələffüz olunan. Dişarxası səslər. dişbatan sif. Zəif yeri olan, möhkəm olmayan. dişbatmaz sif. Möhkəm, yenilməz, gücçatmaz. dişbatmazlıq is. Möhkəmlik, yenilməzlik, gücçatmazlıq. dişcik is.\n1. Kiçik diş.\n2. xüs. Bax diş 2-ci mənada. dişcikli sif. xüs. Dişcikləri olan (bax “dişcik” 2-ci mənada). dişçəkən is. Yararsız dişi çəkmək üçün alət. // Yararsız dişi çəkən həkim. dişçöpü is. Dişlərin arasını təmizləmək üçün çöp və s. diş-damaq is. dilç. Diş və damağın vasitəsilə əmələ gələn (səs və s.). Diş-damaq saitləri. dişdan sif. dan.\n1. Dişi düşmüş.\n2. Dişləri iri olan. dişdaşı is. Dişlərdə əmələ gələn daşaoxşar xırda törəmə. dişdək I. is. məh. Həsir toxunmasında işlədilən dişli ağac alət.\n\nII. bax dişlək. [Şahqulu:] Artıq danışsan, vallah, səndən dişdək allam ki, ürəyin gedər, qəşş eylərsən. N.Vəzirov. dişdək-dişdək bax dişlək-dişlək. dişdi məh. bax dişlə. diş-diş sif. Dişlər halında olan; üzərində dişlər, çıxıntılar, kərtiklər olan; kərtik-kərtik. Faranın işığı hündür daş hasarın dişdiş divarına toxunub yayıldı. İ.Məlikzadə. • Diş-diş olmaq – dilim-dilim olmaq, diliklənmək, üzərində çoxlu çıxıntı əmələ gəlmək, kələ-kötür olmaq. dişə I. is. bot. Çöldə bitən və heyvan yemi kimi istifadə olunan dənli ot növü. Yazın dumanlı günlərində yerdən göyərən dişə otları yeyən at hörükdə idi. S.Rəhimov.\n\nII. is. [fars.] Dişəmə aləti. Dişə ilə dişəmək. dişəbənzər sif. Şəkilcə dişə oxşayan. dişədəyər sif. Yeyilə bilən, yeməli. Evdə dişədəyər bir şey yoxdur. dişək tic. Bir şeyin üzərində, kənarında olan dişlər, oyuqlar, çıxıntılar. dişək-dişək dişək-dişək etmək – bir şeyin üzərini dişəklə oyuq-oyuq, kələ-kötür etmək. dişəkli sif.\n1. Dişəyi olan.\n2. Kələ-kötür, girintili-çıxıntılı.\n3. Kənarları diş-diş, dişək-dişək olan. Dişəkli yarpaq. // Dalayan. Gicitkən yarpağı dişəkli olur. dişələmək bax dişəmək. dişəmə “Dişəmək”dən f.is. dişəmək f.\n1. Dəyirman daşını dişə ilə kələ-kötür etmək. Qoca ikiağızlı yonğu çəkici ilə daş dişəyirdi. S.Rəhimov.\n2. Ağzı diş-diş olan alətləri itiləmək. Mişarı dişəmək. Orağı dişəmək.\n3. Yaş yeddiyə çatanda diş tökmək. Uşaq dişəməyə başladı. dişənmə “Dişənmək”dən f.is. dişənmək məch.\n1. Dişə ilə diş-diş edilmək, oyuq-oyuq edilmək, kələ-kötür edilmək.\n2. İtilənmək (ağzı diş-diş olan alətlər). Bıçqı dişənməlidir. Oraqlar dişəndi. dişərmə “Dişərmək”dən f.is. dişərmək f. Cücərmək, çıxmaq. Dağlar, çöllər dişərdi; Novruzgülü göyərdi. A.Səhhət. dişərti is. Təzə cücərmiş bitki. Ləklərdə dişərtilər görünür. dişətdirmə “Dişətdirmək”dən f.is. dişətdirmək bax dişətmək. dişətmə “Dişətmək”dən f.is. dişətmək “Dişəmək”dən icb. Dəyirmanın daşını ustaya dişətmək. dişi sif. və is.\n1. Canlıların doğan və yumurtlayan cinsi (erkək ziddi). Dişi buzov. Madyan atların dişisinə deyilir. Dişi kəpənəyin qabaq qanadları tünd-darçını rəngə çalır. – ..Hər yuvada bircə dişi arı olar, ona şah deyərlər. S.S.Axundov. // Qadın cinsi, qadın mənasında.\n2. dan. Alətlərin bəzi növlərinin adına əlavə olunur. Dişi rəndə ilə taxtalarda nov açırlar.\n3. Ağac və odunların yumşaq növü. Dişi qovaq ağacı. Dişi şam ağacı.\n4. dan. Çiban kimi yaraların baş eləməyən növü. Dişi çiban. dişicik is. bot. Bitki çiçəklərinin dişi döllük orqanı. [Ayıdöşəyikimilər fəsiləsinin] dişicik və yumurtacıqları olmadığı üçün toxumları çılpaqdır. Toxumları yetişəndə qozaları .. giləmeyvə şəklini alaraq ətləşir. H.Qədirov dişicikli sif. bot. Dişiciyi olan (çiçək). Narınçiçəyi üç tipdə: uzun dişicikli, qısa dişicikli və orta dişicikli olur. İ.Axundzadə. dişiciksiz sif. bot. Dişiciyi olmayan (çiçək). dişilik is. Dişi cinsin hal və keyfiyyəti. dişqarı is. “Dışarı” sözünün qədim forması. Əhali bir-bir komalarından dişqarı çıxıb, .. kəndin gen bir küçəsinə doğru gedirlər. Ü.Hacıbəyov. dişqozu is. Qabığı nazik, xırda qoz. dişlə is. [rus.] Arabaya qoşulmuş qoşa atın arasında olub, qabaq təkərlərin oxuna bənd edilən uzun ağac. Faytonun dişləsi. Dişlə atı. dişlək 1. is. Dişlənmiş bir parça. • Dişlək vurmaq (götürmək) – dişləmək, dişlə qoparmaq. ..Arabaçı .. armuda dişlək vuravura atları tərpətdi. Ə.Əbülhəsən.\n2. is. Diş yeri.\n3. sif. Dişlənmiş, dişlə qopardılmış, diş yeri qalmış. dişlək-dişlək zərf Hər yeri dişlənmiş halda. dişləm is. bax dişlək 1 və 2-ci mənalarda. • Dişləm-dişləm etmək – hər yerini dişləmək, dişlənməmiş yer qoymamaq. dişləmə “Dişləmək”dən f.is. • Dişləmə çay – kiçik qənd parçası və ya şirni ilə içilən çay; acı çay. Dustaqların hərəsinə bir yekə qara çörək ilə bir stəkan dişləmə çay gətirdilər. C.Məmmədquluzadə. [Xortdan:] Bir nəfər .. qabağında bir stəkan dişləmə çay .. bir kəndli ilə mübahisə eləyirdi. Ə.Haqverdiyev. [Qənbərqulu:] [Əsgərin] yediyi, içdiyi həmişə dişləmə çay ilə quru çörək idi. B.Talıblı. dişləmək f.\n1. Dişləri arasında sıxmaq, dişlərini batırmaq. Cavan ana öz körpəsinin toppuş ayaqlarını birdən dişləyir, uşaq qıdıqlanıb gülürdü.. S.Rəhimov.\n2. Dişləri ilə sıxıb qopartmaq, kəsmək. Armudu dişləmək. Çörəkdən bir tikə dişləmək. – Ağ almanı dişlədim; Dörd yanın gümüşlədim. (Bayatı). // Yemək mənasında. İşləməyən dişləməz. (Məsəl).\n3. Sancmaq, dalamaq. Gicitkən dişləyir. – Hər kəs məndən səni yaman qandırsa; Ya əqrəb dişləsin, ya ilan, pərim! Aşıq Abbas. dişləmlik sif. Adətən, saylarla – ...dəfə dişləmək, dişləyib qopartmaq üçün kifayət edən. İki dişləmlik qənd. dişlənmə “Dişlənmək”dən f.is. dişlənmək məch.\n1. Dişlər arasında sıxılmaq.\n2. Diş ilə qoparılmaq, kəsilmək. dişlənmiş f.sif.\n1. Diş yeri qalmış, diş izləri görünən.\n2. Dişlə qopardılmış, dişlə sındırıb qopardılmış. Dişlənmiş qənd. dişli sif.\n1. Dişi, dişləri olan; diş-diş. Dişli çarx. Kənd təsərrüfatı maşınqayırma zavodları üç cür dişli mala buraxırdı.\n2. məc. dan. Sözükeçən, ağızlı, nüfuzlu. Dişli adam. – [Allahyar:] Özün bilirsən ki, onlar dişli tayfadırlar. İ.Şıxlı. dişlicə is. bot. Səhləb fəsiləsindən birləpəli bitki (yarpaqları xalq arasında boyaqçılıqda işlədilir). dişlilik is.\n1. Dişli şeyin halı və keyfiyyəti.\n2. məc. dan. Sözü keçmə, nüfuzluluq, ağızlılıq. dişrə köhn. bax dışarı. Kim, dişrədə istəyəm nişanın; Bir özgə məkan biləm məkanın. Füzuli. Hamı çıxdı, ancaq Yusif şah qaldı təxtin üstündə, qabağında Xacə Mübarək, başqa bir neçə xacə ilə və Əzim bəy pişxidmətbaşı və bir neçə pişxidmət və otaqdan dişrə fərraşlar. M.F.Axundzadə. Könüldən dişrə bir yer olduğun aşiq xəyal etməz.. B.Vahabzadə. dişsiz sif.\n1. Ağzında dişləri olmayan. Dişsiz ağız – dişsiz dəyirman. (Ata. sözü). Kişi quru çörəyi dişsiz damağında övkələdikcə çənəsi şaqqıldayır, gicgahlarındakı damarlar oynayırdı. İ.Şıxlı.\n2. məc. dan. Zəif, sözü keçməyən, ağzıboş, nüfuzsuz, iradəsiz. [Zübeydə:] Qoca indi dişsiz bir ilandır, ömrünün qalanını zindanda qalmalıdır. Ə.Məmmədxanlı. dişsizlik is.\n1. Ağızda dişlərin olmadığı hal.\n2. məc. dan. Zəiflik, sözükeçməzlik, iradəsizlik. ditdili is. məh. Ağcaqanad. Qərvənd çox ditdili və milçək olan yerdi. Ə.Haqverdiyev. Durğun suyun qırağında toz kimi ditdili uçuşurdu. Mir Cəlal. div is. [fars.] Şərq nağıllarında: müsbət qəhrəmanlara qarşı qoyulan çirkin, eybəcər, həddən artıq cəsamətli, buynuzlu əfsanəvi vücud, heyvan. Div ilə pəri olurmu həmdəm? Füzuli. Özgələri meşədə ayıdan ehtiyat eləyəndə müsəlmanların yadına div düşür. C.Məmmədquluzadə. Yetim uşaqlar, kasıb adamlar, keçəllər nağılın axırında divlərə, əjdahalara, padşahlara qalib gəldikdə, balaca Süleymanın da sevincinin həddihüdudu olmazdı. S.S.Axundov. // məc. Çox güclü, qüvvətli, cəsamətli adam və s. haqqında. Söküb dağıdardın sahillərini; Qayalar bilirdi div hünərini. R.Rza. ‣ Div addımları ilə tənt. – çox böyük sürətlə, çox iti. Div addımları ilə irəliləmək. divan I. is. [fars.] köhn.\n1. Məhkəmə, tribunal. Əgər Kərbəlayı Heydərin ona iki yüz manat borcu var, kağızını qoysun divana. C.Məmmədquluzadə. [Tarverdi:] İstəmirəm məsum bir qız mənim üçün divanlara sürülsün.. C.Cabbarlı. Hər iki oba divan qabağında onların üzərinə basqın olduğunu isbata qalxmışdı. S.Rəhimov. • Divan qurmaq – məhkəmə qurmaq. [Şəmsəddin bəy:] Mənə böyük divan qurmuşdu. S.S.Axundov. Nəsimi zahidlə durdu üz-üzə; Söylədi: – Həqq adlı bir divan quraq. S.Vurğun. Divanını kəsmək – mübahisələrini (davalarını) həll etmək. [Xan:] Vallah, bilmirəm ki, bunların divanını necə kəsim? Heç belə çətin davaya rast gəlməmişdim. M.F.Axundzadə.\n2. tar. Ali hökumət məclisi; divanxana, hökumət idarəsi, dövlət dəftərxanası. Dövlətliyik, əlbəttə, şərafət də bizimdir; Divan bizim, ərbabi-hökumət də bizimdir. M.Ə.Sabir. • Divan qurulmaq – ali hökumət məclisi çağırılmaq. // köhn. Ümumiyyətlə, hökumət idarələri, hökumət. Mərd olub nər kimi girək meydana; Gücümüzü göstərək bu gün divana. “Qaçaq Nəbi”. [Dilənçi:] Oğlum, indi gərək adını da dəyişdirəsən, çünki Əmiraslan sənin itməyini, yəqin, divana məlum edəcəkdir. S.S.Axundov. Verdi qaçaqlara bu növ xəbər: – Divan tədbir edib sizi tutmağa. H.K.Sanılı. // köhn. Hökumət məmurları və ya nümayəndələri. Elə olmasın ki, divan kəndə girsin, mən hamıdan sonra duyuq düşüm. S.Rəhimov. Yazıq kişi acsusuz, ayaqyalın, başıaçıq, gözüyaşlı .. divan adamlarına yalvarırdı. Mir Cəlal. ‣ Divan(ını) etmək – cəzalandırmaq, tənbeh etmək, toy tutmaq. [Hacı Murad:] Mənim xəbərim yoxdur, bu saat sizin divanınızı edəcəyəm. S.S.Axundov. Divan tutmaq – məcbur etmək, yaxud cəzalandırmaq məqsədi ilə amansızcasına zor işlətmək. [Ağa Məhəmməd şah Qacar:] Gərək güclü qoşun götürüb gedəsən Kirmana. .. Gərək Kirman əhlinə bir divan tutasan ki, cəmi İran titrəsin. Ə.Haqverdiyev. Amma arxayın ol, əziz və unudulmaz Vətən, qızlarına nə qədər divan tutsalar da, onların mərd ruhu qırılmır, onların dili düşmənə yalvarmır. Ə.Məmmədxanlı.\n\nII. is. [fars.] Yaxın və Orta Şərq ədəbiyyatında: bir və ya bir neçə şairin qafiyə və ya rədiflərinin axırıncı hərflərinə görə əlifba sırası ilə düzülmüş şeirlər məcmuəsi. Füzuli divanı. – [Xortdan:] Tanımayanlar var isə, vəzir Mirzə Ağasının divanını oxusunlar. Ə.Haqverdiyev.\n\nIII. is. [fars.] Oturmaq və ya uzanmaq üçün uzun yumşaq taxt. Yumşaq meşin divanlarda, bilmirəm, nə xasiyyət var ki, eləcə oturan kimi yuxuya cumursan. C.Məmmədquluzadə.\n\nIV. is. [fars.] tar. Türkiyə sultanlığında məşvərətçi orqan. divanbəyi is. tar. XIX əsrdə: mahal inzibat idarəsinin rəisi. [Müsyö Jordan:] Bu saatda Təbrizdə oturan ingilis konsulundan sizin divanbəyiniz mənə kağız yetirdi. M.F.Axundzadə. [Məmmədəli:] Zarafat deyil. Sən ağzında divanbəyi deyirsən. N.Vəzirov. divanbəyilik is. tar. Divanbəyi vəzifəsi. divan-dərə dan. köhn. bax divan1 . [Aydəmir:] Mən deyirdim, divan-dərə görməmiş qız qapılara düşməsin. C.Cabbarlı. [Qədir:] Divan-dərə qapısı görməmişəm. Birinə güldən ağır söz demirəm. Mir Cəlal. Mən saç-birçəyimi divan-dərə qapısında ağartmışam. Ə.Vəliyev. divanə is. [fars.] Dəli. Məcnun tək divanəyəm; Gəzirəm dağda-daşda. (Bayatı). Divanəmisən? Yaxud da axmaq? Get, yoxsa yeyərsən əlli toxmaq. Xətayi. // Sif. mənasında. Divanə dərviş. – Qəm çəkmə bu qədər, divanə könül; Həmişə ruzigar belə dar olmaz. Qurbani. Divanə qadının o ağ saçları; Dağılıb çiyninə səpələnmişdir. S.Vurğun. • Divanə etmək – dəli etmək, ağlını başından almaq. Divanə etməyincə götürməz yaxandan əl; Çox çəkdim imtahanə bu zülfü qəraləri. Ə.Vahid. divanəcəsinə bax dəlicəsinə. divanələnmə “Divanələnmək”dən f.is. divanələnmək f. Divanə olmaq, dəli olmaq. Genə bir leylivəş yarə dil verdi; Könül Məcnun təki divanələnmiş. M.V.Vidadi. // Dəlilik etmək. divanələşmə “Divanələşmək”dən f.is. divanələşmək f. Divanə olmaq, dəliləşmək, getdikcə ağlını itirmək. divanəlik is. Dəlilik. Ta düşdü dillərə qəmi-eşqim hekayəti; Divanəlikdə tutdu sözüm hər vilayəti. S.Ə.Şirvani. • Divanəlik etmək – dəlilik etmək, dəli kimi hərəkət etmək, axmaq hərəkət etmək, ağılsızlıq etmək. [Sitarə:] Nə işdir bu, bu nə divanəlikdir eyləyirsən sən? C.Cabbarlı. divanəsər [fars.] klas. bax divanəvar. Sonra gündən-günə divanəsər etdin məni sən; Məktəbimdən soyudub, dərbədər etdin məni sən. A.Səhhət. Ancaq demə tacirlərə eşqin əsər etdi; Divanəsər etdi. M.Ə.Sabir. divanəvar zərf [fars.] klas. Dəli kimi, dəlicəsinə. Sadıq bəy gedir, xan divanəvar gəzinir. Ə.Haqverdiyev. divanəvəş [fars.] klas. bax divanəvar. Mənim divanəvəş könlüm; Bir zülfi-piçu tab istər. Məhəmməd bəy aşıq. divanxana is. [fars.] köhn.\n1. Bolşevik inqilabından əvvəl: yerlərdə olan inzibati hökumət idarələrinə verilən ümumi ad. // Bu idarələrin yerləşdiyi bina. Bunların çoxu bilmir ki, nə işdən ötrü, nə təqsirin və hansı əməlin ucundan onları divanxana qabağına toplayıblar. F.Köçərli.\n2. Məhkəmə və onun yerləşdiyi bina. [Hacı Fərəc:] Divanxanalarda bütün məmurları təngə gətirmişəm. N.Vəzirov. Arvad bədbəxt olub atası evində qalardı. Atası da axund otağında, divanxanalarda kəbin və talaq davası edərdi. H.Sarabski.\n3. tar. Şərq ölkələrində: padşah saraylarında rəsmi qəbul otağı. Fəxrəddin və Ələddin baş endirib Toğrulun divanxana otağından çıxdılar. M.S.Ordubadi. Şərq ölkələrində saray səciyyəli yaşayış binalarının rəsmi qəbul hissəsi divanxana adlanır. Ə.Salamzadə. divani I. is. [fars.] folk. Hər misrası 15 hecadan, hər bəndi isə 4 misradan ibarət olan aşıq şeir forması.\n\nII. sif. [fars.] köhn.\n1. Divana, hökumətə aid olan.\n2. Xüsusən rəsmi fərman və əmrlərin yazıldığı ərəb yazısı növlərindən birinin adı. divar is. [fars.]\n1. Binaların üstünü saxlamaq və daxilini bölmələrə ayırmaq üçün müxtəlif tikinti materiallarından çəkilən sədd. Daş divar. Divara kağız çəkmək. Divarın üz tərəfi. – Muxtar əmi evin eşik divarına söykəndi. M.Hüseyn. Divardan asılmış şəkil Əzizi bir az qəmgin elədi. S.Rəhman. • Divar kağızı – suvanmış otaq divarlarına yapışdırılan naxışlı kağız. Divar qəzeti köhn. – idarənin, müəssisənin, yaxud məktəbin işlərini, müvəffəqiyyət və nöqsanlarını əks etdirən, divardan asılan qəzet. .. [Dilbər] “Yüksək məhsul” adlı divar qəzetini çıxarmağa çox vaxt sərf edirdi. Ə.Sadıq. Divar peçi (sobası) – divarın içində hörülmüş peç, buxarı. Divar peçləri hələ təzəcə qalanırdı. S.Rəhimov. Divar saatı – divardan asılan saat. Divar saatı gecə saat bir zəngini təzəcə vurmuşdu. M.S.Ordubadi. Dəhlizdəki divar saatında on iki olmuşdu. M.Hüseyn. Divar şkafı – divarın içində olan şkaf. Şoferin fikrizikri yenə divar şkafında idi. M.Hüseyn.\n2. Həyətlərin (keçmişdə həm də şəhər və qalaların) ətrafını əhatə edən daşdan, kərpicdən və s.-dən tikilən uca barı; hasar. Qala divarı. Kreml divarları. – Uca atın üstündə oturub kəndin alçaq divarlarından həyətin hamısını görürdüm. C.Məmmədquluzadə.\n3. Müxtəlif qabların, yeşik, çəllək və s. şeylərin yan tərəfi. Çənin divarı. Sandığın divarları. Borunun divarı. // Bəzi bədən üzvlərinin yan tərəfi. Bağırsağın divarları. Göz almasının divarı üç qişadan ibarətdir.\n4. məc. Maneə, sədd mənasında. Aramızda bir divar vardır. ‣ Divara dirəmək (qısnamaq) – danışıq və ya mübahisə zamanı birini çıxılmaz vəziyyətə salmaq, sıxışdırmaq. Dörd divar(ın) arasında və ya içində qalmaq (oturmaq) – xarici aləmlə, heç kəslə əlaqə saxlamamaq. [Asya Gülçöhrəyə:] Sən bu dörd divarın içində kimi görə bilərsən, a yazıq!.. Ü.Hacıbəyov. divarcıq is. Kiçik divar, alçaq divar. divarlı sif. Divarı olan, divar (hasar) çəkilmiş. Divarlı bağ. Sarı samanla suvanmış olan palçıq divarlı otaqların birində böyük şairə Məhsəti xanım, o birində isə şairin özü yaşayırdı. M.S.Ordubadi. divarlıq sif. Divar üçün yararlı, münasib. Divarlıq daş. divcik bax divzad. diversbnt [lat.] Diversiya (təxribat) işi aparan adam, təxribatçı. divyrsiya [lat.]\n1. Zərbə vurulacaq yerdən düşmənin fikrini yayındırmaq üçün aparılan hərbi əməliyyat.\n2. Xarici dövlət və ya sinfi düşmən təşkilatları agentləri tərəfindən aparılan təxribatçılıq işi. divertismynt [fr.] Əsas tamaşaya və ya konsertə əlavə olaraq göstərilən musiqili, yaxud dramatik tamaşa. divgövdə (=divgövdəli) sif. Gövdəsi çox yekə, çox cəsamətli və biçimsiz. divgövdəli (=divgövdə) sif. Gövdəsi çox yekə, çox cəsamətli və biçimsiz. dividynd [lat.] mal. Səhmdarlar cəmiyyəti üzvləri arasında bölünməli olan gəlirin bir hissəsi; hər bir səhmdarın payına düşən gəlir. diviziun [fr. əsli lat.]\n1. Topçu, bəzən zirehli tank və atlı qoşun hissələrində bölmə. Divizion komandiri. Divizion qərargahı.\n2. Eyni tipli hərbi gəmilər dəstəsi. Sualtı qayıqlar divizionu. Mina gəmiləri divizionu. diviziya is. [lat.] Bir neçə alay və briqadadan ibarət qoşun birləşməsi. Piyada diviziyası. Tank diviziyası. divqılıq sif. Div xasiyyətli, pis xasiyyətli, yolagetməz. Divqılıq adam. divzad is. [fars.] Nağıllarda: div balası, balaca div. diyar is. [ər.] Ölkə, məmləkət. diyar-diyar bax diyarbədiyar. O göyərçin ki, gəzdi dünyanı diyar-diyar; ülfətin carçısı kimi; sənin qəlbinin canlı parçası kimi. R.Rza. diyarbədiyar zərf Bu ölkədən o ölkəyə; ölkələri dolaşaraq. Aşıq deyər, budu yar; Xalın deyər, budu yar; Qoydun kamana məni; Atdın diyarbədiyar. Sarı Aşıq. [Rəhim:] On ildir mən diyarbədiyar düşüb onların ata-anasını axtarıram.. N.Vəzirov. diyə is. [ər.] köhn. Keçmiş zamanda: öldürülmüş adam və ya heyvan əvəzinə öldürənin verməli olduğu mal və ya pul; qanbahası. [Əvvəlinci ərizəçi:] İndi at məsrəfdən çıxıbdır, diyəsini istərəm.. M.F.Axundzadə. diyin is. məh. Atın boynuna bağlanan ip; çatı. [Dərviş:] Diyin atın boğazında irəlidən hazır idi. A.Divanbəyoğlu. diyircək is.\n1. Yeni ayaq açan uşaqları yeriməyə öyrətmək üçün arabacıq; yüyürək.\n2. Kiçik metal təkərcik (məs.: mebellərin, royalların və s. ayaqları altında).\n3. Təkərcikli konki.\n4. tex. Müxtəlif maşın və mexanizmlərdə: barabana və ya təkərəoxşar kiçik blok. diyircəkli sif. Diyircəyi, yaxud diyircəkləri olan, diyircək üzərində duran, diyircək vasitəsilə hərəkət edən. Diyircəkli stol. Diyircəkli konki. diyirlək is. Ağır bir şeyi bir yerdən başqa bir yerə diyirlədib aparmaq üçün altına qoyulan dəyirmi ağac, boru parçası və s. Vışka öz elektromotoru vasitəsilə çəkildikdə, vışkanın və sarayın altına yenə də diyirləklər qoyulur. S.Quliyev. diyirləmə “Diyirləmək”dən f.is. diyirləmək bax diyirlətmək. diyirlənmə “Diyirlənmək”dən f.is. diyirlənmək f. Yuvarlanaraq bir istiqamətə doğru hərəkət etmək, yuvarlanmaq (dəyirmi, yuvarlaq şeylər haqqında). Diyirlənən bu yöndəmsiz .. düşmən tankı idi. Ə.Məmmədxanlı. diyirlətmə “Diyirlətmək”dən f.is. diyirlətmək icb. Dəyirmi, yuvarlaq şeyi bir istiqamətə doğru yuvarladaraq hərəkət etdirmək. Çəlləyi diyirlətmək. – Valla oyuncaq avtomaşınını fərişin üstü ilə diyirlədərdi. S.Rəhimov. diz is.\n1. Qıçın diz oynağı olan hissəsi, bükülən yeri. Dizlərini bükmək. – Getdim bağa üzümə; Tikan batdı dizimə. (Bayatı). Göy ot dizdən yuxarı qalxmışdı. C.Məmmədquluzadə. • Diz qapağı – dizin üstündəki sümük. [Nurəddinin] sağ ayağı diz qapağından çıxmışdır. S.S.Axundov. [Qədir] .. ovucları ilə diz qapaqlarını ovdu, ayaqlarını oynatdı. Mir Cəlal. Diz oynağı – baldır sümüyünü bud sümüyü ilə birləşdirən oynaq. // Şalvarın, qıçın həmin yerini örtən hissəsi. Şalvarın dizləri sürtülüb.\n2. Qıçın diz oynağından buda qədər olan hissəsi. Uşağı dizi üstündə oturtmaq. – ..Kərbəlayı Cəfər dizi üstə oturub üzüqoylu düşmüşdü çörəyin üstə. C.Məmmədquluzadə. ‣ Diz çökdürmək, diz üstə çökdürmək – zorla tabe etmək, tabe olmağa, təslim olmağa məcbur etmək. Tarixi əzmiylə yaradanları; Niyə çökdürdünüz bu gün diz üstə? B.Vahabzadə. Diz çökmək, diz üstə çökmək – 1) dizlərini yerə dayayaraq oturmaq və ya təzim əlaməti olaraq dizlərini yerə qoyaraq əyilmək. Uşaqların əllərindən tutub gedirəm o bədbəxtin yanına, diz üstə çöküb yalvarırıq, əlac olmayır. N.Vəzirov. Məhkum ayağa qalxaraq, Abbasqulu ağanın qarşısında diz çökdü... Ə.Sadıq; 2) məc. tabe olmaq, itaət etmək, təslim olmaq. [Qətibə:] Əlahəzrətin özü, Qızıl Arslanın qarşısında diz çökəcəyini görəcəkdir. M.S.Ordubadi. Tarix özü şahid olub; Bu dostluğun qarşısında; Düşmənin diz çökdüyünə. R.Rza. Dizə çıxmaq – həddən artıq çox olmaq. Zibil dizə çıxırdı. – Gün isti, yer qızğın, toz çıxır dizə; Çibinlər, milçəklər soxulur gözə. H.K.Sanılı. Dizlərini qucmaq (qucub oturmaq) – məyus, aciz, naəlac bir halda oturmaq, yazıq-yazıq oturmaq. Bir neçə gün bundan əqdəm şadlığından bilmirdin nə edəsən, indi dizlərini qucub qafiləsi vurulmuş ərəbə oxşayırsan, məgər nə olub? N.Vəzirov. diz-dizə bax dizbədiz. Oturaydım dizdizə; Baxaydım gül üzünə. (Bayatı). Təbiət bizimlə durub diz-dizə; Başından keçəni danışır bizə. S.Vurğun. dizaltı sif. Dizin alt tərəfində olan. Dizaltı damar. dizayn is. [ing.] Kompozisiya, quruluş, tərtib. dizbədiz zərf Üz-üzə, bir-birinə lap yaxın. Dizbədiz oturmaq. diz-dizi zərf Dizləri üstündə, dizləri üstündə sürünərək. Diz-dizi yerimək. – Uşaqların çoxusu həftələrlə yeriyə bilməzdi, mollaxanadan evlərinə diz-dizi gedərdilər. H.Sarabski. dizel [alman ixtiraçısı Dizelin adından]\n1. Maye yanacaqla işləyən mühərrik. Dizel mühərriki.\n2. dan. Dizel mühərriki ilə işləyən avtobus. [Qurban:] Biz də tərpənək, Telli, çamadanı bəri ver, dizel burada, qapı ağzındadır. Ə.Məmmədxanlı. dizelli sif. Dizel mühərriki olan, dizel ilə işləyən, hərəkətə gətirilən. Dizelli avtomobil. Dizelli qatar. dizenteriya is. [yun.] tib. Kəskin yoluxucu bağırsaq xəstəliyi; qanlı ishal. Atəvəliyinin köklərindən dizenteriya xəstəliyinin müalicəsində istifadə edilir. R.Əliyev. dizenteriyalı sif. Dizenteriyaya (qanlı ishala) tutulmuş. Dizenteriyalı xəstə. dizin-dizin zərf Diz üstə, diz-dizi. • Dizin-dizin sürünmək (süründürmək) – 1) ayaq üstündə dura və ya gedə bilməyib diz üstə sürünmək (süründürmək). Bir ağrı tutdu ki, dizin-dizin sürünüb əlimlə ot yoldum. Ə.Haqverdiyev. Misirli dostlar! Göz dikib torpağınıza qəsbkarlar sizin; Sürünür kölgənizcə əlibıçaqlı dizin-dizin. O.Sarıvəlli. Molla .. şikara yaxınlaşmaq məqsədi ilə dizin-dizin ona, Fatmaya doğru süründü. P.Makulu; 2) qarğış və ya and yerində işlənir. [Nurcahan:] A səni görüm, dizin-dizin sürünəsən! N.Vəzirov. [Mirzə Heydər:] Sənin evində yediyim çörək məni dizin-dizin süründürsün, əgər mən bu barədə qələm çalmışam. Ə.Haqverdiyev. dizləmə “Dizləmək”dən f.is. dizləmək f. Dizi ilə vurmaq. dizlik is.\n1. Kişilərin şalvar altından geydikləri (əsasən ağdan tikilən) alt tuman. Yasavul şalvarını çiyninə atmış, ağ dizlikdə yollarda toza bata-bata sürünürdü. S.Rəhimov. ..Dizliklərimi yamayır, çarıqlarımı təmizləyir. Mir Cəlal.\n2. Qadınların üstdən geydikləri enli tuman. Köhnə çarqat, köhnə ağ çit arxalıq və köhnə solmuş şiləyi dizlik – övrətin libası budur. C.Məmmədquluzadə. Döşəkcə, tuman adına; Geyərdilər o dizliyi; Tutardı on adam yeri; Onu geyəndə Xanbacı. M.Möcüz. Alaçıqların yanında dizlik geymiş, belinə şal bağlamış iki-üç qadın tərpənirdi. M.İbrahimov.\n3. Zərbədən, zədələnmədən qorumaq üçün dizə sarılan, yaxud keçirilən sarğı və s. Dəri dizlik. – ..İdmanda zədələnmə hallarının qarşısını almaq üçün ən yaxşı qayda qoruyucu vasitələrdən, məsələn, sipərlərdən, dizliklərdən və s.-dən istifadə edilməsindən ibarətdir. Ə.Babayev. dizmarı is. məh.\n1. Giləsi böyük, tumları iri üzüm növü.\n2. Həmin üzümdən qurudulmuş mövüc. dizotu is. bot. Rütubətli çəmənliklərdə bitən ot bitkisi. do I. nida. Öküz, camış kimi heyvanları səsləmək üçün çıxarılan səs. • Do demək – 1) heyvanı “do” səsi ilə səsləmək. Heyvanlara bir “do!” de, bəri gəlsinlər; 2) dan. kömək etmək, imdada yetmək. Onun bir işə do dediyini hələ eşitmədim.\n\nII. [ital.] Musiqi qammasının başlanğıc səsi, habelə bu səsi göstərən not. dod dod vermək – bax dodu vermək (“dodu”da). dodağabənzər sif. İnsan dodağına bənzəyən, dodağa oxşayan. dodağaoxşar bax dodağabənzər. dodağısallaq sif. Alt dodağı sallanmış halda olan. Dodağısallaq adam. dodağısözlü is. dan. Bəzəkçi, sözbaz. dodağıyoğun bax qalındodaq. dodaq is.\n1. Ağız kənarlarını təşkil edən iki mütəhərrik dəri-damar büküklərindən hər biri. Adamın iki dodağı olur. Alt dodaq. Üst dodaq. Nazik dodaq. – [Əhməd:] Qara saçları, eşqlə dolu uzun kirpikli gözləri, ərəbi burnu, hamısından artıq gözəl balaca ağzı, qırmızı dodaqları mənim xoşuma gəldi. T.Ş.Simurq.\n2. Bir şeyin (qabın və s.-nin) kənarı, qırağı. Banka dodağına qədər doludur. // Məc. mənada. Dənizin dodaqları torpağı öpən yerdə; Bir qul kimi bağlanmış; Sahillərə ana yurdu; Badam gözlü çinlilərin. R.Rza. // Bəzən çiçəklərin dodaq şəklində olan bölüklərinə deyilir.\n3. Müxtəlif alətlərin tutucu, sıxıcı hissəsi (bu mənada ancaq cəm şəklində işlənir). Məngənənin dodaqları. ‣ Dodağı qaçmaq – bax dodaqları qaçmaq. [Sarxan] gələndə ən qaşqabaqlı adamların da dodağı qaçırdı. M.İbrahimov. Əziz gülümsündü, qızın da dodağı qaçdı. Ə.Vəliyev. Dodağı yer süpürmək – bax dodağı yerlə getmək. Dodağı yerlə getmək – küsmək, incimək, çox pərt olmaq, qaşqabağını sallamaq. Sadıq kişinin qaşları çatılmışdı. Dodağı da yerlə gedirdi. M.Hüseyn. Dodağını büzüşdürmək – bax dodaq büzmək 2-ci mənada. Dodağını dişləmək – birdən bir şey yadına düşmək, xatırlamaq. Ayna dodaqlarını dişlədi. Ə.Məmmədxanlı. Dodağını sallamaq – küsmək, qaşqabağını tökmək, acıq eləmək, pərt olmaq. [Mirzə] dodağını sallamışdı. Mir Cəlal. Dodağının altında – bax dodaqaltı. Bahadır dərindərin fikirdə ikən, Novruz dodağının altında oxuyurdu.. N.Nərimanov. Rəna dodağının altında mırıldandı... S.Rəhimov. Dodağının altından gülmək – istehza etmək, istehza yolu ilə gülümsəmək, qımışmaq. Dodağının altından söylənmək – mırtıldanmaq, deyinmək, donquldanmaq. Dodaq büzmək, dodağını (dodaqlarını) büzmək – 1) narazılıq göstərmək; 2) istehza etmək. Qoca kəndli gülərək bu sözə dodaq büzdü; Əmniyyə rəisini başdan-ayağa süzdü. S.Rüstəm; 3) ağlamsınmaq, kövrəlmək, doluxsunmaq. Uşağa acıqlandım, dodağını büzdü; 4) naz əlaməti olaraq dodaqlarını büzmək; gülümsünmək. Kiçikbəyim albalı rəngli dodaqlarını xoş bir əda ilə büzdü. Çəmənzəminli. Dodaq çuxuru – üst dodağın ortasında burunun qabağındakı batıq yer. Üst dodağın çuxuru iki bığın arasıdır. Dodaq sallamaq – küsmək, qaşqabağını tökmək, acıq eləmək, pərt olmaq. Dodaqdodağa – dodaqlarını bir-birinə yapışdıraraq. [Əşrəf Rozaya:] ..Ətrafımızdakı çiçəklərin dodaq-dodağa öpüşməsi nə qədər munis, nə qədər şairanə. H.Cavid. Dodaq-dodağa vermək – ağız-ağıza vermək. Dayan, mən də çıxım evdən bağçaya; Ötək verib dodaq-dodağa, bülbül! M.Rahim. Dodaqları ağarmaq – bir hadisənin təsiri nəticəsində dodaqlarının qanı qaçmaq, dodaqları bozarmaq. Dodaqları altında – bax dodaqaltı. Mixail baba dodaqları altında mırıldanaraq kürkünü başına çəkdi. S.S.Axundov. Dodaqları büzülmək – 1) narazılıq, xoşnudsuzluq ifadə etmək. Qadın o saat dəyişildi, gözəl dodaqları büzüldü, qaşları qalxdı, üzündə bir xoşnudsuzluq ifadəsi duyuldu. Çəmənzəminli; 2) ağlamsınmaq. Dodaqları qaçmaq – gülümsünmək. Muradın dodaqları qaçdı. Üzündə bir gülümsəmə əlaməti vardı. S.Hüseyn. Dodaqlarını çeynəmək – qəzəb əlaməti olaraq dodaqlarını gəmirmək. Nadir yumruğunu qaldırıb, bütün gücü ilə dizinə vurdu. Dodaqlarını çeynəməyə başladı. B.Talıblı. Dodaqlarını sallamaq – bax dodağını sallamaq. [Kosa] sustalaraq çarpayının yanında dayanmış, əlini qoynuna qoymuş, dodaqlarını sallamış, mat-mat tamaşa edirdi. S.Rəhimov. Alt dodağı yer süpürmək – bax dodağı yerlə getmək. Xanpəri .. qozaların eyni vaxtda açılmayacağını fikirləşdikcə alt dodağı yer süpürürdü. Ə.Vəliyev. Nə dil bilsin, nə dodaq – bax dil1 . dodaqaltı zərf\n1. Yavaşcadan, pəsdən, öz-özünə. Yalnız Mina ilə Xədicə arabir dodaqaltı söylənir, bu qərardan məmnun olmadıqlarını bildirirdi. A.Şaiq. Dodaqaltı segah deyən qoca bənnalar; Sal daşlardan təməl qoyur, divar hörürdü. Ə.Cəmil.\n2. İstehza ilə. Dodaqaltı gülmək nədir, söylə, ya? M.Ə.Sabir. [Altıaylıq] dodaqaltı gülə-gülə əlini döşünə qoyub camaata baş əyərdi. H.Sarabski. dodaqarası bax dodaqaltı. Yarməmməd nə isə dodaqarası anlaşılmaz bir şey mızıldadı. M.İbrahimov. dodaqbadodaq bax ağızbaağız 1-ci mənada. dodaqcıq is. Kiçik (incə, zərif) dodaq. dodaqçiçəklilər is. bot. Nanə, adaçiçəyi və s.-nin mənsub olduğu bitki fəsiləsinin adı. dodaqdəyməz is. ədəb. Aşıq şeir formalarından biri (bu şeir formalarında sözlər elə seçilir ki, dodaq səsləri, demək olar ki, iştirak etmir). Aşıq Ələsgərin dodaqdəyməzləri xalq arasında məşhurdur. dodaqlama sif. Ağzına qədər dolu; ağızbaağız, ləbələb. Bir dodaqlama dolça ayran içdi. dodaqlanan f.sif. dilç. Dodaqlar vasitəsilə tələffüz edilən. Dodaqlanan səslər. dodaqlanma “Dodaqlanmaq”dan f.is. dodaqlanmaq f. dilç. Dodaqlar vasitəsilə tələffüz olunmaq. dodaqlanmayan f.sif. dilç. Dodaqlar vasitəsilə tələffüz edilməyən. Dodaqlanmayan səslər. dodaqlaşma “Dodaqlaşmaq”dan f.is. dodaqlaşmaq qarş. Dodaq-dodağa öpüşmək. dodaqlı sif. Dodağı, dodaqları olan. Xüsusi yer ayrılıb; sərvboylu, püstə dodaqlı canana. R.Rza. dodaqlıq is. Nəfəsli musiqi alətlərinin dodaq dayadılan hissəsi; ağızlıq. dodaqucu zərf Ürəksiz, istəmədən, həvəssiz. Dodaqucu salam vermək. – Zeynəb dodaqucu gülümsəyib Rüstəm kişini süzdü. M.İbrahimov. Gülsənəm arvad dodaqucu gülümsədi, gözlərini yerə dikdi, astadan köksünü ötürdü. M.Hüseyn. dodaqvari bax dodağabənzər. dodu is.\n1. köhn. Keçmişdə: çömçə ilə oynanılan gülməli bir oyun.\n2. dan. Hiylə, kələk, fənd. ‣ Dodu vermək dan. – başını tovlamaq, yalan vədlərlə aldatmaq. Dodu gəlmək – aldatmaq, kələk gəlmək, fənd gəlmək. doğan f.sif. Bala verən, övlad verə bilən, qısır olmayan. Doğan inək. Doğan heyvan. – Yüz min mamaça olsa da, güc doğana düşər. (Ata. sözü). doğanaq is.\n1. Bir-birinə bənd etmək üçün örkənin, sicimin ucuna bağlanan ağac haçacıq (qarmaq); örkən halqası. Örkən nə qədər uzun olsa, yenə gəlib doğanaqdan keçər. (Məsəl).\n2. Aşılanmış dərini yumşaltmaq üçün haçaşəkilli dəmirdən qayrılmış içərisi tiyəli alət. Aşılanmış dəri doğanaqdan keçməsə, yumşalmaz. doğanaqlama “Doğanaqlamaq”dan f.is. doğanaqlamaq f. Doğanaq vasitəsilə dərini yumşaltmaq. Dərini doğanaqlamaqla yumşaldırlar. doğar sif. Əsasən bala vermək üçün saxlanılan, doğan. Doğar inək. Doğar camış. doğdurma “Doğdurmaq”dan f.is. doğdurmaq “Doğmaq”dan icb. doğma 1. “Doğmaq”dan f.is.\n2. sif. Eyni ata və anadan olmuş, bir qarından çıxmış. Doğma qardaş. – ..Dəstədə olan adamların biri Mirqasımdır ki, doğma bacısı Səkinənin malını yemək qəsdi ilə saxta kağız düzəltmişdi. C.Məmmədquluzadə. // Ögey olmayan. Doğma bala. Doğma ata (ana). – Səhərisi gün Budaq doğma dayısını tapdı və 1921-ci ilə kimi onun yanında qaldı. Ə.Vəliyev.\n3. sif. Anadan olduğu, doğulduğu, meydana gəldiyi, həyata gəldiyi (yer və s.). İndi [müəllim] xatırlayırdı ki, şəhərdə nə üçün darıxırdı. Ora ki özünün doğma yurdu idi. S.Hüseyn. Gəlir vətən oğlu doğma diyara. M.Rahim. • Doğma dil – ana dili. [Əmir Safiyə xatuna:] Çünki ərəbcə şeirlər sənin doğma dilində deyildir. M.S.Ordubadi.\n4. sif. Ən yaxın, ən əziz, ən mehriban, sevimli. Silsilə dağlarda axan sellərin; Doğma bir oğluyam, doğma şairi. A.Şaiq. Doğma şirin nəğmələrini; Dəyişmərəm bu dünyanın dövlətinə, malına. N.Rəfibəyli. O qoxlayır Reyhanının; İsti doğma nəfəsini. M.Dilbazi. doğmaca “Doğma” (2-ci mənada) söz. oxş. Müqəssir kənddə hamının yaxşı tanıdığı Tahirin doğmaca əmisi .. Hümmətəli idi. M.Hüseyn. ...doğrayan Bir sıra sözlərə qoşularaq həmin sözlərlə əlaqədar alət adları düzəldilir, məs.: yemdoğrayan, ətdoğrayan və s. doğmaq f.\n1. Dünyaya bala gətirmək; balalamaq. Uşaq doğmaq. Bala doğmaq. – Sənin kimi oğlanı; Analar tək-tək doğar. (Bayatı). ..Bacım Fatma da hamilə idi və doğmağına bir neçə gün qalanda əri İsmayıl bəy də gəldi İrəvana. C.Məmmədquluzadə. Bir il sonra Zeynəb bir oğlan doğdu. M.İbrahimov.\n2. məc. Çıxmaq, görünmək, tülu etmək (göy cisimləri haqqında). Ay doğdu, işıq verdi; Yara yaraşıq verdi. (Bayatı). Səhər oldu, ay gizləndi, gün doğdu. Q.Zakir. [Dursun:] Səlimqızı, bildirçinlər səhər günəş doğarkən, axşam günəş batarkən oxuyurlar. C.Cabbarlı. Bu gecə doğmuş həqiqət günəşi; Parlamış üzlərə zəhmət günəşi. M.Müşfiq.\n3. Meydana çıxmaq, ortaya çıxmaq, əmələ gəlmək, törəmək, irəli gəlmək, nəşət etmək, hasil olmaq. Qələm tez-tez qələmdandakı davata batırılıb kağızın üzərində dolaşır, sətir-sətir dalınca doğur, qəmli şairin ürəyini yüngülləşdirirdi. Çəmənzəminli.\n4. köhn. Doğulmaq. doğram is. Bir dəfə doğramaqdan hasil olan miqdar, yaxud doğranmış, kəsilib parçalara ayrılmış şey. Bir doğram odun gətir. • Doğram etmək – bax doğram-doğram etmək (“doğram-doğram”da). [Məhbuslar:] Qurban əti tək ətimizi doğram edəcək; Ləziz təamlar bişirib xalqa verəcək. Ü.Hacıbəyov. doğram-doğram zərf Tikə-tikə, parçaparça. • Doğram-doğram etmək – tikətikə doğramaq, tikə-tikə etmək. Dərisini soymadan [camışın] qarnını yardılar, mədəsini, bağırsaqlarını bayıra tökdülər. Hər şeyi doğram-doğram elədilər. İ.Şıxlı. doğrama 1. “Doğramaq”dan f.is.\n2. is. İçinə çörək doğranmış süd, qatıq və ya ayrandan hazırlanan duru yemək. Qatıq doğraması. – Çoban İbrahim Əjdərə çox hörmət eləyib, süd sağıb ona süd doğraması verdi. (Nağıl). De görüm, sən darı cadını ayrana doğrayıb yeyəndə, ağa da bir qaşıq götürüb səninlə o doğramadan yeyəcəkdirmi? Ə.Haqverdiyev.\n3. sif. Bir boyda, bir ölçüdə, bir bərabərdə bölünmüş (kəsilmiş, doğranmış). Doğrama tənbəki. // is. Xırda-xırda, bir boyda doğranmış taxta və s. doğramac is. Xırda-xırda doğranmış çörəklə qatıqdan, ayrandan hazırlanan və çox vaxt xiyar, göyərti və s. qatılan soyuq yemək. Keşnişli doğramac. Doğramacı süfrəyə soyudulmuş halda verirlər. – Sadıq kişi doğramacın yarıdan çoxunu yeyəndən sonra, aradakı sükutu pozdu. M.Hüseyn. Çərkəz arpa çörəyini ovcunda ovxalayıb qatığın içinə tökdü. Ağac qaşıqla qarışdırıb doğramac etdi. İ.Şıxlı. doğramaclıq sif. Doğramac üçün yarayan, doğramac üçün olan. Doğramaclıq göyərti, xiyar. doğramaçı is. xüs. Taxta parçalarından qapı, pəncərə, çərçivə kimi şeylər qayıran usta, dülgər. doğramaçılıq is. Doğramacının işi, peşəsi, sənəti. doğramaq f.\n1. Doğrayıcı, kəsici alətlə bir şeyi xırda-xırda kəsmək, parça-parça kəsmək; parçalayıb, sındırıb kiçik-kiçik hissələrə ayırmaq. Odun doğramaq. Qənd doğramaq. – ..Ətyeyən heyvanın, məsələn, pişiyin dişlərinin hamısı iti bıçaq kimidir. Çünki əti doğramaq, yəni kəsmək ilə xırdalamaq olur. H.Zərdabi. // Bir boyda, bir ölçüdə kəsmək. Aslanov hələ çörək doğramamış, şorbadan bir-iki qaşıq içib dadına baxdı. M.Hüseyn. // Ağzı iti bir kəsərti və ya alətlə bir şeyi kəsik-kəsik etmək, tikə-tikə etmək, parçalamaq. [Fərhad] kəlbətini kəmərindən çıxarıb məftilləri doğramağa başladı. Ə.Vəliyev. // məc. Para-para etmək. Doğradı qəmzən xədəngi bağrımı, qan eylədi. Nəsimi. Doğrayacaq səsim dağda dumanı; Dinləyəcək məni dağın çobanı. Ə.Cavad. [Etibarın] göz yaşları Dilaranın həssas ana qəlbini tikə-tikə doğradı. M.İbrahimov.\n2. Bölmələrə, arakəsmələrə ayırmaq. Taxtanı bölmələrə doğramaq.\n3. məc. dan. Laf vurmaq, yalandan vədə vermək mənasında. doğranma “Doğranmaq”dan f.is. doğranmaq 1. məch. Parça-parça kəsilmək, xırda-xırda edilmək, tikə-tikə edilmək. Odun doğrandı.\n2. t-siz. Parça-parça olmaq, tikə-tikə olmaq. doğranmış f.sif. Parça-parça kəsilmiş, xırda-xırda (tikə-tikə) edilmiş. Doğranmış qənd. Doğranmış odun. doğrantı top. Doğranmış, kəsilmiş şeylər; qırıntı; doğramaq nəticəsində hasil olmuş tör-töküntü. [Yunis Səlimova:] Nədir o? Bir yığın doğrantı tökübsünüz, həyətinizdən keçmək olmur! Mir Cəlal. doğratdırma “Doğratdırmaq”dan f.is. doğratdırmaq bax doğratmaq. doğratma “Doğratmaq”dan f.is. doğratmaq icb. Bir şeyin xırda-xırda, hissə-hissə, bir boyda, bir ölçüdə kəsdirmək, parçalatmaq. Odunu doğratmaq. Kartoteka üçün kağız doğratmaq. doğrayıcı is. xüs. Bir şeyi doğramaq üçün işlədilən alət və s. // Sif. mənasında. Bərk süxurları qazımaq üçün doğrayıcı baltalar işlənir. S.Quliyev. doğru I. sif.\n1. Düzgün, düz, haqq. Doğru yol. Doğru sözə nə demək olar. – Yar yanında günahkaram; Doğru sözüm yalan oldu. Aşıq Ələsgər. Bar verməz əkdiklərin, doğru sözümdür, inan; Qatmasan bu torpağa öz alnının tərini. S.Rüstəm. • Daha doğrusu – həqiqətdə, həqiqətən əslində.\n2. Təmiz, saf, namuslu, safqəlbli, sədaqətli, doğruçu. Bu mühəndisi mən insaflı, şərəfli və olduqca doğru bir adam tanıyırdım. B.Talıblı. [Səlim:] Mən səni bir doğru qız zənn edərdim; Səndə ki aldatmaq da varmış? H.Cavid. // İs. mənasında. Düzgün adam, düz adam, ürəyi saf adam, səmimi adam. Daim haqdır Vidadinin deməyi; Doğruların hərgiz itməz əməyi. M.V.Vidadi.\n3. Həqiqi, səhih, gerçək, həqiqətə uyğun, uydurma olmayan. Doğru hadisə. Doğru məlumat. – Doğru xəbərdir, anın üçün darə düşmüşəm. Nəsimi. Bu, nağıl deyil, doğru əhvalatdır. M.Rzaquluzadə. // İs. mənasında. Doğru, düzgün, gerçək, həqiqi söz və s. Ömründə gəlməyib doğru dilinə. Q.Zakir. Yaxşı olur doğru, düzün axırı. Aşıq Pəri. // Haqlı, ədalətli. Kim doğrudur? Doğru iş. – [Uluğ:] Budur ən doğru və sağlam tədbir; Olsun üç qonşu bu gündən əlbir. A.Şaiq.\n4. Səhvsiz, xatasız, düzgün. İfadə çox doğru ifadədir. – Zeynal çaldığı kimi oxuyardı da, iddia edərdi ki, çargahı özü kimi düz və doğru (z.) oxuyan yoxdur. S.Hüseyn.\n5. Xəbər şəkilçisi ilə: doğrudur – 1) düzdür, həqiqətdir. Doğrudur, o bu gün gedir. – Doğrudur, Mahmud arvadını çox sevirdi və onun misilsiz gözəlliyinə bənd olduğu üçün hər bir günahından keçirdi. B.Talıblı. Doğrudur, zərifliyin adı başqadır; Qüvvətə gəl, qüvvətin dadı başqadır. M.Müşfiq; 2) hərçənd, hərçənd ki. Doğrudur, kəndlərdə və balaca şəhərlərdə qışın o qədər bir səfası yoxdur, amma Tiflis kimi yerdə qış böyük bir qənimətdir. C.Məmmədquluzadə. Doğrudur, naxoşdur Tapdıq, tez tapar lakin şəfa. C.Cabbarlı. Doğrudur, Əntiqə anasının son sözünü anlamadı, ancaq soruşmadı. Mir Cəlal. // Eyni mənada bəzən “ki” bağlayıcısı ilə işlənir. Doğrudur ki, yaz hər yerdə yaxşı olur. Mir Cəlal.\n\nII. qoş. Yön, tərəf, istiqamət, cəhət bildirir. Naşı ovçu bərə bəklər, əylənər; Marallar sayrışır yollara doğru. Qurbani. Almaz bir sevinclə Fuada doğru atılaraq onu qucumaq istəyir. C.Cabbarlı. Günəş üfüqə doğru əyiləndə bu adam artıq Heybət stansiyasından uzaqlarda idi. S.Rəhman. doğruca zərf\n1. Doğru, düz. Doğruca deyir.\n2. Düzcə, dolaşıqsız, əngəlsiz; bilavasitə, düz, birbaşa. Bu yol doğruca kəndə gedir. doğrucul bax doğruçu. doğruculluq bax doğruçuluq. doğruçu sif. Yalan sevməyən, həmişə düz danışan, düzlük sevən, düzünü deyən, həqiqətçi; həqiqət, düzgün iş tərəfdarı. Doğruçu adam. – Dövlət o qədər diqqətli və qayğıkeş olmalıdır ki, onun məmurları məhkəmə işlərində fövqəladə ədalətli, doğruçu və haqq tərəfdarı olsunlar. M.F.Axundzadə. “Dünyada səbəbsiz bir şey yoxdur”, – deyənlər nə qədər doğruçu, nə qədər alicənab şəxslər imiş. M.S.Ordubadi. // Həqiqi; uydurma, yalançı olmayan. Sitarə ilk dəfə dünyaya həqiqət nəzəri ilə baxdı: cavan qızın qabağında xəyali məşuqu əvəzində doğruçu əri durmuşdu. Çəmənzəminli. doğruçuluq is. Düzlük, həqiqətçilik, namusluluq. doğrudan zərf Həqiqətən, düzünü desək əslində. [Məhəmmədhəsən əmi:] İzzət, doğrudan pəyədə ağlayan sən idin? C.Məmmədquluzadə. // Ara söz mənasında (çox vaxt “da” ədatı ilə birlikdə). Azərşəhr, doğrudan da, Azərbaycanın dilrüba bir guşəsidir. M.İbrahimov. Doğrudan da, getdikcə Solmazın yeri görünür, o şux tərlanın səsi eşidilmirdi. S.Rəhimov. doğrudan-doğruya 1) bax doğrudan. Amma doğrudan-doğruya Bakıda mən qəbzbazlığı artıq bir şey bilirəm. C.Məmmədquluzadə; 2) bilavasitə. Bu iş doğrudan-doğruya sizə aiddir. doğrudan-doğrusu bax doğrusu. doğru-dürüst sif. və zərf Düz, düzgün, həqiqi. [Bəy] elə bilirdi, səndən doğrudürüst adam yoxdur. Ə.Haqverdiyev. doğrulamaq f. Təsdiq etmək, “doğrudur” demək, doğruluğunu qəbul etmək. doğrulanma “Doğrulanmaq”dan f.is. doğrulanmaq məch. Təsdiq edilmək, doğru olduğu aşkara çıxarılmaq. doğrulma “Doğrulmaq”dan f.is. doğrulmaq f.\n1. Düzəlmək, dikəlmək, düz durmaq, dik qalxmaq. Otel sahibi gürcü Dmitri onun əllərini yaxasından rədd edib itələdi, o, dəhlizin divarına dəyib doğruldu. M.S.Ordubadi. Bir nəfər yoldaşı ilə yükü yerbəyer edən gödək, yoğun və çevik bir fəhlə Qüdrəti görüb doğruldu. M.Hüseyn. // Qalxmaq, ayağa durmaq. Birdən Sabir doğruldu, bədənində şiddətli bir ağrı hiss edərək üzgözünü turşutdu. M.Hüseyn.\n2. Yönəlmək, istiqamət almaq, bir tərəfə üz tutub getmək. Evə tərəf doğrulub getdi.\n3. Həqiqət olmaq, düz çıxmaq, gerçəkləşmək, həyata keçmək. Ümidlərim doğrulmadı. doğrultma “Doğrultmaq”dan f.is. doğrultmaq f.\n1. Gözlənilən ümidi doğruya çıxarmaq; verilən ada, göstərilən etibara və s.-yə layiq olduğunu göstərmək, sübut etmək, gerçəkləşdirmək. Göstərilən etimadı doğrultmaq. // Bəraət qazandırmaq. Zeynal öz yaramazlıqlarını doğrultmaq üçün mühitlərini ləkələndirməyə çalışan bir qrup adamlara mənsub idi. S.Hüseyn. Maya haqqındakı ehkam Pərşanı bərk tutmuşdu. Onu qızların nəzərində doğrultmaq istəyirdi. M.İbrahimov.\n2. Belini dikəltmək, düz saxlamaq, düz qaldırmaq (çox vaxt “özünü” sözü ilə). Kərim baba özünü bir də doğruldaraq: – Mənim atam da gözəl ovçu idi, – dedi. A.Şaiq. Səfər kişi cəld ayağa qalxdı, özünü doğrultdu. Mir Cəlal.\n3. Nişan almaq, tuşlamaq. Bir daşa söykənib tüfəngimi doğrultdum. A.Şaiq. // Yönəltmək. Arabanı yola doğrultmaq.\n4. Əvəzini çıxartmaq (çox vaxt “özünü” sözü ilə). Qoyulan xərc özünü doğrultdu. doğruluq is.\n1. Düzgünlük, həqiqilik, düzlük; sədaqət, səmimiyyət. Səy elə, sən də belə insan ol! Doğruluqda bu ada şayan ol! A.Səhhət. [Vidadi:] Dünya dəyişilmiş, əhd, vəfa, sədaqət, doğruluq qalmamışdır. Çəmənzəminli. Məhəbbət, doğruluq, cəsarət, ürək; Dil açıb danışır hər gül, hər çiçək. S.Vurğun.\n2. Gerçəklik, səhihlik, düzgünlük, həqiqətə uyğunluq. Sözün doğruluğu. Xəbərin doğruluğu. Cavabın doğruluğu. – [Hacı Məhəmmədhaşıma:] Evinizə varid olandan sonra, mənim sözlərimdə doğruluq tapmasan qayıdarsan buraya, mən sənin pulunu özünə qaytararam. B.Talıblı. Rüstəm bəy yumşaldı və Cəfərə baxaraq bir az da gülümsündü. Cəfər gümanının doğruluğunu duyub lovğalandı. Çəmənzəminli. doğrusu ara s. Doğrudan əslinə baxanda, düzü. [Hacı Həsən:] Şeyxəna, doğrusu, mən övladdan yana bədbəxt olmuşam. C.Məmmədquluzadə. Baxdıqca bu dağlardakı qartallara heyran; Sakit dura bilmir ürəyim, doğrusu, bir an. S.Rüstəm. • Daha doğrusu – daha dürüst desək, düzünə qalsa. O mənim otağa daxil olduğumu bilməyir; daha doğrusu, gurultunun şiddətindən ayaqlarımın səsini eşitmirdi. H.Nəzərli. Bəli, bizim kənd, daha doğrusu, bizim oba “Səngər” adlanan, meşəli, ormanlı uca dağın ətəyində yerləşir. S.Rəhimov. doğruyabənzər (=doğruyaoxşar) sif. Həqiqətə yaxın olan, inanıla bilən. Doğruyabənzər xəbər. Doğruyaoxşar əhvalat. doğruyaoxşar (=doğruyabənzər) sif. Həqiqətə yaxın olan, inanıla bilən. Doğruyabənzər xəbər. Doğruyaoxşar əhvalat. doğu is. Gündoğan, günçıxan; gündoğan, günçıxan tərəf. Doğu tərəfdən külək əsir. doğub-törəmək f. Törəyib artmaq. doğulma “Doğulmaq”dan f.is. doğulmaq f.\n1. Anadan olmaq, dünyaya gəlmək. Nizami 1141-ci ildə doğulmuşdur. – Tutalım sən o vaxt olmamısan; Anadan, ya ki heç doğulmamısan. A.Səhhət. Şad oldum o gün ki, sən doğuldun; Min şükr elədim ki, oğlum oldun. M.Ə.Sabir.\n2. məc. Törəmək, meydana gəlmək. Bir nəğmə ki doğulmuşdur mübarizə surətindən. R.Rza. Ümumiyyətlə, “Molla Nəsrəddin” susmağı bacarmırdı, o, etiraz etmək üçün doğulmuşdu. M.İbrahimov. doğuluş is.\n1. Anadan olma, dünyaya gəlmə.\n2. məc. Meydana gəlmə, törəmə. doğum is. Uşaq (bala) dünyaya gəlməsi fizioloji prosesi; doğma, doğulma; doğuş. • Doğum evi – doğum zamanı qadınlara tibbi yardım göstərmək üçün tibb müəssisəsi. Burada kitabxana, körpələr evi, hələ tikilib istifadəyə verilməmiş doğum evi yerləşirdi. Ə.Vəliyev. doğumqabağı sif. Doğum yaxınlaşdığı zaman olan; doğuşqabağı. Doğumqabağı ağrılar. doğurğan sif. Çox doğuran, yaxşı döl verən. doğurma “Doğurmaq”dan f.is. doğurmaq f.\n1. Bax doğuzdurmaq.\n2. məc. Törətmək, meydana gətirmək, əmələ gətirmək; törəməsinə, əmələ gəlməsinə səbəb olmaq. ..Elm və sənəti insanların ehtiyacı doğurmuşdur. M.S.Ordubadi. Bu bəxtiyar üzlərdə nə nadir yaraşıq var! Sonsuz sevinc doğurar işıqların yanması. R.Rza. Nərgiz xanımın kitabxanası isə həkimlər aləmində qibtə doğuran çox zəngin kitabxana idi. Ə.Məmmədxanlı. doğuş is.\n1. Bax doğum.\n2. Göy cisimlərinin çıxması, üfüqdə görünməsi; tülu. Günün doğuşu. Ayın doğuşu. – Çün gün doğuşu buraxdı tələt; Mən xəstəyə yenə düşdü firqət. Xətayi. Bir müəyyən qanun üzrədir həyat; Bir doğuş, bir təkamül, bir inhitat. A.Səhhət. doğuşqabağı bax doğumqabağı. doğuzdurma “Doğuzdurmaq”dan f.is. doğuzdurmaq icb.\n1. Doğum zamanı kömək etmək, uşağını tutmaq.\n2. Meydana gətirmək, səbəb olmaq, bais olmaq, törətmək, oyatmaq. doğuzdurulmaq məch. Meydana gətirilmək, törədilmək. Ancaq bu günəş öz-özlüyündə doğduğu halda, .. ağ gün günəşi özözünə əmələ gəlmir, zor-güclə, qan-qada ilə doğuzdurulur. S.Rəhimov. doğuzma “Doğuzmaq”dan f.is. doğuzmaq dan. bax doğurmaq. doxsan say. 90 sayının adı; 90 rəqəmi; doqquz onluqdan ibarət say. Doxsan rəqəmi ona bölünür. Şəhərdən doxsan kilometr uzaqda. Doxsan yaşında qoca. Doxsan manat. – Bizim kənddə, doxsan igid qayıtmadı; Doxsan ana yola baxdı; doxsan ümid qayıtmadı. M.Araz. doxsanıncı səksən doqquzuncudan sonra gələn sıra sayı. Doxsanıncı nömrə. Doxsanıncı illər (bir əsrin 90-cı ilindən 99-cu ilinə qədər olan dövr). doxsanyaşlı sif. Doxsan yaşı olan, doxsan yaşında. Doxsanyaşlı qoca. dok [ing.] Gəmilərin təmir olunduğu karxana. Üzücü dok. doktor [lat.]\n1. Həkim, təbib. Can doktoru. Uşaq doktoru. Doktor çağırmaq. – Dedi: – Yanmış çörək yedim, doktor! Yediyim bir əlavə şey yoxdur. M.Ə.Sabir. [Rəşid:] Məlum şeydir ki, kənddə həkim, doktorzad tapılmaz. T.Ş.Simurq.\n2. Doktorluq dissertasiyası müdafiəsi əsasında verilən yüksək elmi dərəcə və bu dərəcəni almış şəxs. Tarix elmləri doktoru. İncəsənət doktoru. doktorant [lat.] Doktorluq dissertasiyası hazırlamaq üçün bir elmi idarəyə təhkim olunmuş alim. doktorantlıq is.\n1. Bax doktorantura.\n2. Doktoranturada olma, elmlər doktorluğuna hazırlanma. Doktorantlıq dövrü. doktorantura [lat.] Elmlər akademiyalarında yüksək ixtisaslı elmi işçilər – elmlər doktorları hazırlama sistemi. doktorluq is.\n1. Həkimlik sənəti, həkimlik ixtisası, həkimin işi, peşəsi; həkimlik, təbiblik. Doktorluq etmək.\n2. Doktor elmi dərəcəsi. Doktorluq dissertasiyası. doktrina [lat.] Elmi, fəlsəfi və ya siyasi nəzəriyyə, sistem. doqqaz is. Adətən kənd yerlərində evin, həyətin, bağın və s.-nin hasarında birbirinə keçirilən ağaclardan ibarət sadə qapı. Doqqaz ağacı. – [Balaqız:] Səfioğlu İskəndər gecələr səhərədək sizin doqqazda bayatı çağırır. Ə.Haqverdiyev. doqqazça is.\n1. Doqqaza keçirilən ağac. Doqqazçanı tax, həyətə mal-qara girməsin.\n2. Balaca doqqaz. doqqazkəsmə is. etnoqr. Keçmişdə: gəlin köçəndə yolda doqqazın qabağını kəsib xərclik alma adəti. doqqazlanma “Doqqazlanmaq”dan f.is. doqqazlanmaq məch. Bağlanmaq, kilidlənmək (doqqaz). doqqazlı sif. Doqqazı olan. doqquz miqd. s. Səkkizdən sonra gələn və 9 rəqəmi ilə işarə olunan say və miqdar. Səkkizdən sonra doqquz gəlir. doqquzaylıq sif. Doqquz ay davam edən, doqquz ay müddətində olan, əmələ gələn, doqquz ay ömrü olan. Doqquzaylıq hesabat. Doqquzaylıq uşaq. doqquzca say. Ancaq doqquz. Doqquzca manat pulum qalıb. doqquzdon is. bot. Meşələrdə bitən, park və bağlarda isə əkilən kol bitkisi. Doqquzdonun oduncağı çox davamlı olur. doqquzluq sif. Doqquz vahiddən ibarət olan; doqquz xalı olan, 9 rəqəmi ilə işarə olunan. [Cəbi:] Mən Mehdi bəyin yerinə olsaydım, onluğa vurulanda qaçardım doqquzluğa. S.S.Axundov. // 9 nömrəli. ‣ Doqquzluq qoymaq (gəlmək) – hiylə gəlmək, fənd gəlmək, kələk gəlmək, aldatmaq. Mənə doqquzluq gəlmə! – İndi mənim əziz günümdə kimə doqquzluq qoyur? Mir Cəlal. doqquzmərtəbə (=doqquzmərtəbəli) sif. Doqquz mərtəbəsi olan. Doqquzmərtəbəli bina. doqquzmərtəbəli (=doqquzmərtəbə) sif. Doqquz mərtəbəsi olan. Doqquzmərtəbəli bina. doqquzuncu sıra s. 8-cidən sonra gələn, sırası, dərəcəsi, növbəsi doqquz olan. Doqquzuncu skamya. Doqquzuncu sıra. doqquzyaşlı sif. Doqquz il yaşı olan, doqquz yaşında. Doqquzyaşlı qız. doqma [yun.] kit. Bütün dövrlər və tarixi şərait üçün dəyişməz bir həqiqət kimi qəbul edilən hökm, müddəa; ehkam. doqmaçı is. Doqmatizmə mail olan adam; ehkamçı. doqmat [yun.] bax ehkam. doqmatik sif. [yun.]\n1. Doqma (ehkam) mahiyyətində olan, doqmaya aid olan.\n2. Mücərrəd, abstrakt, sxematik. Doqmatik izah üsulu. – [Usta Zeynalın] dini etiqadı o dərəcədə doqmatik şəkil almışdı ki, atdığı addımına, gördüyü işinə də arxayın deyil(di). M.İbrahimov. doqmatiklik is. Doqma (ehkam) mahiyyətində olma. Şərhin doqmatikliyi. // Mücərrədlik, abstraktlıq, sxematiklik. doqmatizm [yun.] kit. Doqmalara (ehkamlara) əsaslanan qeyri-tənqidi təfəkkür; ehkamçılıq. dol is. köhn. Keçmişdə quyudan su, neft (mazut) çəkmək üçün mal dərisindən, yaxud brezentdən və s.-dən tikilən tuluq. Kəlləçarxdan asılan mazut dolları dar ağacından asılan məhkumlar kimi sallanırdı. M.S.Ordubadi. Yaxşı yadımdadır o dol, bağara; Hərlənib neft çəkən gözübağlı at. M.Rahim. // Ağacdan (taxtadan) və ya dəmirdən qayrılmış vedrə. Dolla quyudan su çəkmək. – [Kərəm:] Yanıqlıyam, su ver, içib gedirəm; Bir cam verin, içim, dol sizin olsun. “Əsli və Kərəm”. dola bax dovla. dolab I. is. Evin divarında düzəldilən rəf, şkaf. Dolabın qarşısında bir boşqabın qırıqları görünürdü. S.Hüseyn. [Fatma arvad] gümüş stəkanaltılarını, qaşıqlarını tələsə-tələsə dolabdan çıxarır. Mir Cəlal. // Ümumiyyətlə, şkaf. Mən [xarratı] kitab dolabımı təmir etmək üçün çağırmışdım. T.Ş.Simurq. // Qəfəsə. Dükanın dolabları malla doludur. – [Student] birdən-birə ev sahiblərinin qonaq otaqlarında bir dolab kitab olduğunu xatırladı. Çəmənzəminli.\n\nII. is. Quyudan su çıxarmağa məxsus çarx. Su quyusunun dolabı xarab olmuşdur.\n\nIII. is. Kələk, hiylə, fənd, biclik, dolaşıq iş. • Dolab gəlmək – hiylə gəlmək, aldatmaq, fırıldaq işlətmək. Dolab qurmaq – hiylə düzəltmək, kələk qurmaq. Dolaba düşmək – hiyləli işə düşmək, dolaşıq işə düşmək. Dolaba salmaq – əngələ salmaq, dolaşıq işə salmaq. [Bəhram:] Ah, özümü nə təhlükəli bir dolaba saldım! C.Cabbarlı. dolabça is. Kiçik dolab (bax dolab1 ). dolabçı sif. dan. Hiyləgər, fırıldaqçı, kələkbaz, bic. dolabçılıq is. dan. Hiyləgərlik, fırıldaqçılıq, kələkbazlıq, biclik. dolablı sif. Dolabı olan. Dolablı divar. dolaq is.\n1. Qılçaya sarılan, yundan və s.-dən toxunma sarğı, yaxud parça zolağı. Dolaqsız gedən oğlan; Dolaq tamam oldu, gəl. (Bayatı). Bir əsgər kəhriz başındakı qarağaca söykənib dolaqlarını bağlayırdı. Mir Cəlal. // Patava. [Döyüşçünün] şineli, şalvarının dizləri, dolağı, çəkməsi başdan-başa palçıq içində idi. Ə.Vəliyev.\n2. xüs. Dolamağa, sarımağa yarayan hər şey. dolaqardı is. məh. Biçinçilərin qollarına sarıdıqları sarğı. dolaqlama “Dolaqlamaq”dan f.is. dolaqlamaq f. Dolaq sarımaq. // Sarımaq. dolaqlanma “Dolaqlanmaq”dan f.is. dolaqlanmaq məch. Dolaq sarınmaq. // Sarınmaq. dolaqlı sif. Qılçasına dolaq sarımış. Dolaqlı əsgər. dolaqlıq is. Dolağa yarayan, dolağa yetəcək qədər olan. Bir dolaqlıq şal parça. dolam is. Sarılan bir şeyin hər bir sarğısı, dövrəsi. // Sarılan bir şeyin hər dəfədəki sarılmış miqdarı. dolam-dolam sif. Dolama-dolama, əyriüyrü, dolamalar halında olan. • Dolamdolam olmaq – qıvrılmaq, burum-burum olmaq. İlan dolam-dolam olub sərçənin balasını udmaq istəyirdi. dolama I.\n1. “Dolamaq”dan f.is.\n2. sif. Dümdüz olmayan; birbaşa, düz xətlə getməyən, o yana-bu yana burulan, əyri-üyrü, dolanbac. Dolama yol. Dolama cığır. Dolama küçə. – Qaranlıq küçədən sonra yolumuz dolamadır. N.Vəzirov. Dolama yollarla enirkən bəzi yoldaşlarımız vahiməyə düşdü. S.Rüstəm. Tiflisin dolama dar küçəsində; Əlində kamança bir aşıq gedir. M.Rahim. // is. Dönüm, dönüş, döngə. Nəhayət, dağların sərin küləyi əsməyə başladı, artıq şəhərə bir-iki dolama qalırdı. Çəmənzəminli.\n3. sif. Burğu şəklində olan, buruq-buruq, vintvari. Dolama boru. Dolama pilləkən. dolama-dolama sif. Əyri-üyrü, döngələri, dolamaları çox olan, tez-tez o yana-bu yana burulan, dolanbac. Dolama-dolama yol. – Dolama-dolama daş pilləkənlər; Bir türbə yanına qaldırır bizi. S.Vurğun. Onlar danışadanışa dağın döşündəki dolama-dolama cığırla irəliləyirdilər. S.Rəhimov.\n\nII. is. Dırnaq altının iltihabı və irinləməsi; qılbaş. Barmağına dolama çıxıb. dolamaçarx is. Quyudan dol və s. vasitəsilə su çəkmək, keçmişdə neft çıxarmaq üçün onun üzərində qurulan sadə, qaldırıcı (çarxlı) qurğu. Bir çocuq atla dolamaçarxda su çəkirdi. S.Hüseyn. // Gəmilərdə lövbəri qaldırmaq üçün çarx. dolamaq f.\n1. Sarımaq, sarıqlamaq. Dolağı ayağına doladı, çəkməsini geydi. – [Durna:] Çay başından gəlirkən saçlarımı əllərinə doladı, kəndin içindən sürüdü. C.Cabbarlı.\n2. məc. dan. Tapşırmaq, üzərinə yükləmək, həvalə etmək, öhdəsinə qoymaq. Bu işi hər adama dolamaq olmaz.\n3. Basmaq, vurmaq mənasında. Kənd içərisində Nəbigili gülləyə doladılar. Nəbinin dəstəsi qaçıb evlərin dəhlizlərinə doldular. “Qaçaq Nəbi”. Baxış bəy Camalın baş-gözünü şallağa doladı. Ə.Abasov.\n4. məc. dan. Lağa qoymaq, ələ salmaq, sarımaq, masqara etmək (bəzən “ələ”, “əlinə”, “dilinə”, “barmağına” sözləri ilə). [Sərdar:] Bu nə sözdür, Yusif şah! ..Atamın ərvahı üçün, səni dolamırıq. A.Şaiq. Qara oğlan isə gələn qadını açıqdan-açığa dolamağa çalışırdı. M.Hüseyn. Bilmirəm, doğrudanmı bu fikirdəsən, ya bizi dolayırsan. Ə.Sadıq. dolam-dolaşıq sif. və zərf Tamamilə dolaşıq, çox dolaşıq, anlaşılmaz. Burmabığ rəis boğuq səslə öz qəzasında yaranan mürəkkəb vəziyyətdən dolam-dolaşıq raport verməyə başladı. S.Rəhimov. dolanacaq is. Yaşama şəraiti; güzəran, məişət, keçinəcək, yaşayış. Mirzə Fətəli komediyalarında hər nə yazıbsa, dolanacağımızın eynindən və məişətimizin özvaiəhvalından götürübdür. F.Köçərli. Ancaq anam Allah rəhmətinə getdikdən sonra, doğrusu ki, dolanacaq mənim üçün çox çətin olmuşdu. B.Talıblı. // Həyat, həyat şəraiti, həyat tərzi, yaşayış üsulu, yaşamaq qaydası. [Əsgər:] Belə, deyirəm ki, bu cürə dolanacağın axırı nə olsun?.. Ü.Hacıbəyov. Arabaçımız xoşsöhbət idi. Yol uzunu hər bir bildiyi şeydən danışırdı. Danışdıqlarının çoxu kənd dolanacağına və təsərrüfatına aid idi. T.Ş.Simurq. // Yaşamaq üçün vəsait, mənbə. Bahadırın atası qədim bəylərdən olub, dolanacağı ancaq mülklərinə bağlı idi. N.Nərimanov. Evin dolanacağı ancaq Mirzə Cavadın qələminə bağlı idi. Ə.Haqverdiyev. Quldurlarla vuruşandan bir ay sonra Hümmətyar dolanacaq üçün Bakıya gedir. Ə.Vəliyev. dolanbac 1. sif. Çox dolaşıq, əyri-üyrü. Cığır dolanbac yol kimi əyri idi. M.İbrahimov. Oğul! – deyə Güllü arvad, dolanbac yollarla yox, öz ana ürəyi ilə duyub-anladığı kimi açıq-açığına sözə başladı. Ə.Əbülhəsən. // Düz olmayan, əyri, dolaşıq. Dolanbac iş.\n2. is. məc. Çıxmaz, çıxılmaz vəziyyət, çətin vəziyyət. Bakı dərsləri olmasa, bizim kəndistan dolanbacda qalar. S.Rəhimov. dolanbacı zərf Düz xətt ilə yox, əyriüyrü, dolama xətt üzrə. [Kişi] qaraquş kimi qanad gərib, .. dolanbacı getməyə başladı. S.Rəhimov. dolanbaclı sif. Dolama, əyri-üyrü, dolanbac olan. Dəli və azğın dərədən dolanbaclı yollarla hücum edən bulanıq sellərin əkinləri, tikintiləri basmasına, uşaq aparmasına dözməkmi olar? Mir Cəlal. dolandırıcı is. Adam aldatmağı özünə peşə etmiş adam; fırıldaqçı, aldadıcı. dolandırıcılıq is. Dolandırıcının işi, peşəsi; fırıldaqçılıq. dolandırılma “Dolandırılmaq”dan f.is. dolandırılmaq məch.\n1. Hərləndirilmək, fırlandırılmaq.\n2. Gəzdirilmək. dolandırma “Dolandırmaq”dan f.is. dolandırmaq f.\n1. Hərləndirmək, fırlandırmaq, aylandırmaq, dövr etdirmək. Çarxı dolandırmaq. – O əllər .. cəhrə dolandırmaqdan, lülə sarımaqdan qabar olub ağaca dönmüşdür! Ə.Əbülhəsən. // Gəzdirmək. Uşağı apar, bağda dolandır, gətir. – Qurbanəli bəyin nökəri kəhər atın cilovundan yapışıb, bir az kənarda dolandırırdı. C.Məmmədquluzadə. // Döndərmək, çevirmək. Üzünü dolandırıb mənə dedi.. • Gözünü (gözlərini) dolandırmaq – bax göz.\n2. dan. İdarə etmək. Ölkəni dolandırmaq. İşləri dolandırmaq. – Onu göndərdilər ki, azarlamış müəllimin yerini birtəhər dolandırsın.. Ü.Hacıbəyov. // Yola vermək. Onu birtəhər dolandır.\n3. Dolanacağını təmin etmək, saxlamaq. Ailəni dolandırmaq. – Yaz ağzı molla bazardan bir ikicanlı keçi alır ki, südü ilə uşaqlarını dolandırsın. “M.N.lətif.”. [Durna] ərindən sonra özündən başqa Fərmanı da dolandırmalı olmuşdu. Ə.Sadıq.\n4. məc. Aldatmaq, başını tovlamaq. Hər zaman Zeynal [Mehribanı] bir taqım quru və boş vədələr ilə dolandırırdı. S.Hüseyn. ‣ Baş(ını) dolandırmaq – bax. baş. Başda dolandırmaq – bax baş. dolanış is.\n1. Dolanacaq, dolanma tərzi və şəraiti.\n2. Dolanma, hərlənmə, dönmə, dövrə vurma, dövr etmə. Havanı titrədərək iti sürətlə balaca bir təyyarə Təbrizin üstündə hərlənirdi. İkinci dolanışda o nə isə tökdü. M.İbrahimov. dolanışacaq dan. bax dolanacaq. [İmran:] Nə vaxtadək bizim dolanışacağımız belə gedəcəkdir? Ə.Haqverdiyev. dolanışıq dan. bax dolanacaq. dolanma I. “Dolanmaq1 ”dan f.is.\n\nII.\n1. “Dolanmaq2 ”dan f.is.\n2. is. Həyat, yaşayış; həyat, yaşayış şəraiti. İkinci günü Ruqiyyə şəhər dolanmasından usandı. A.Divanbəyoğlu. dolanmaq I. f.\n1. Bir şeyin ətrafında fırlanmaq, hərlənmək, dövr eləmək, aylanmaq; dövrə vurmaq. Bu binanın ətrafını on dəqiqəyə dolanmaq olar. – Hüseynağa şeylərin daşınmasını gözləmədən yuxarı çıxıb buruğu dolandı. M.İbrahimov. Dörd tərəfimdəki mərzlərlə zəminin dövrəsini dolanırdım. Ə.Sadıq.\n2. məc. Dövr etmək. Rəyimcə dolanmadı bu dövran; Bilməm ki, nədəndurur bəlası. Əmani. Bu nə keyfiyyətdir, bu nə macəra; Rəyimcə dolanmaz təqdiri-qəza. Q.Zakir. // Gəlib keçmək, ötüb keçmək. Dolandı qış, gəldi bahar; Göllərdə ördək, qaz gördüm. “Koroğlu”. Saqiya, belə ah-uf etmə; Dolanar bu zəmanə, inşallah. M.Möcüz.\n3. Gəzmək, dolaşmaq. Gedək bir az dolanaq, qayıdaq. – Bir ay ramazanı mömin müsəlmanlar səhərdən axşamadək kefli kimi dolanırlar. C.Məmmədquluzadə. [Tapdıq:] Sitarə, mən on il gəzdim, dolandım iştiyaqında. C.Cabbarlı.\n4. Yaxın gəlmək, bir yerə gəlmək; bir şeyin ətrafında, yaxınlığında gəzmək, görünmək. [Məşədi Əhməd:] Heç kəs mənim qapıma dolana bilməz. Ə.Haqverdiyev. [Tağıyev] çətin günlərdə daima gizlənər və qərargaha dolanmazdı. M.S.Ordubadi.\n5. məc. Canlanmaq, daima xatirində, təsəvvüründə olmaq. Tahirin gözləri dənizə baxır, amma təsəvvüründə yalnız və yalnız Lətifə dolanırdı. M.Hüseyn. Gülnaz heç şey görmürdü, bütün üzlər və gözlər, dumanlı bir pərdənin dalında bir-birinə qarışmış kimi gözlərində dolanırdı. M.İbrahimov.\n6. Tədavüldə olmaq. [Məşədi Allahverənin] hələ bir az bankda, bir az da əllərdə prosent ilə pulları dolanır idi. N.Nərimanov.\n7. Sarılmaq. Misri qılınc gəlmələri kəsəndə; Bağırsaqlar cəmdəklərə dolana. “Koroğlu”. İşin şirin yerində çayın suyundan daha soyuq bir şey Eyvaz kişinin sol qoluna dolandı. Ə.Vəliyev.\n8. İlişmək, dolaşmaq. Yeriyəndə ayaqları bir-birinə dolanır.\n9. Dönmək, çevrilmək, dəyişmək. İndi bütün iş dolanıb lağ-lağa; Dərs oxudur hər başı fəsli çağa. M.Ə.Sabir. Az vəqtdə fikri dəyişib rəyi dolandı. Ə.Nəzmi.\n10. Hərəkət etmək, davranmaq, özünü hər hansı bir tərzdə aparmaq. Pərviz xan fırıldaq kəlməsindən dilxor olmuşdu. Lakin öz etiqadını pozmayaraq ədəb dairəsində dolanırdı. M.S.Ordubadi. Qoca arvad yenə Laçının üzündən öpdü, ehtiyatlı dolanmağı məsləhət görüb getdi. M.Hüseyn.\n11. Yola getmək, yoldaşlıq etmək, keçinmək. Onlar bir yerdə dolana bilmirlər.\n\nII. f. Öz həyatını, dolanacağını bir vasitə ilə təmin etmək, keçinmək, yaşamaq, güzəran etmək. O indi çox yaxşı dolanır. // Ümumiyyətlə, yaşamaq, güzəran keçirmək, həyat sürmək. Bir növ dolanırdıq, mən palaz toxuyub satardım, o da öz işinə məşğul idi. N.Vəzirov. İndi səkkiz il idi ki, muzdur Məşədi Əsgər Qanlıtəpədə bir arvadı və üç baş xırdaca uşaqları ilə ayda iyirmicə manat məvacibə qənaət edib dolanırdı. S.M.Qənizadə. Fərhad və Züleyxa balaca Aslanın zəhməti sayəsində dolanırdı. C.Cabbarlı. dolaş I. bax dolaşa. Dəyirmanın, bulaqların suyu donmuş, qurumuş; Sərçə, dolaş yem axtarır, qar üstünə qonmuşdur. A.Səhhət.\n\nII. sif. dan. Dolaşıq, pırtlaşıq. dolaş-dolaş: dolaş-dolaş olmaq – dolaşmaq, dolaşıq düşmək. İp dolaş-dolaş olub açılmır. dolaşa is. zool. Qarğa cinsindən kiçik qara rəngli quş; zağca. Dolaşa yuvası. Dolaşanı ələ öyrətmək olur. dolaşdırılma “Dolaşdırılmaq”dan f.is. dolaşdırılmaq “Dolaşdırmaq”dan (1, 2, 3, 5 və 6-cı mənalarda) məch. dolaşdırma “Dolaşdırmaq”dan f.is. dolaşdırmaq f.\n1. Dolaşıq salmaq, qarışdırmaq; pırtlaşdırmaq. İpi (sapı) dolaşdırmaq.\n2. Bağlamaq, düymək, dolamaq, bənd etmək, ilişdirmək. Atın noxtasını ağaca dolaşdırmaq.\n3. məc. Hiylə qurub birini bədbəxt etmək, yaxud məsuliyyətə cəlb olunmaq üçün pis bir işə cəlb etmək, şər və böhtan ataraq təqsirləndirilməsinə səbəb olmaq. [İbrahim bəy:] Bir kərbəlayı Qulam var, əlləm-qəlləm, .. hacını yaman dolaşdırıb. N.Vəzirov. [Namaz:] Əlavə, özün bilirsən ki, prokuror səni dolaşdırmağa mahna axtarır. Ə.Haqverdiyev. ..Vətənim var idi, nə etməli, didərgin saldılar, mən də onu unutdum.. Məni nahaq yerə dolaşdırdılar; durmadım, itkin düşdüm. A.Divanbəyoğlu. • Özünü dolaşdırmaq – özü bilmədən, yaxud bilərəkdən nəticəsi bəlli olmayan bir işdə iştirak etmək. [Məşədi Həsən:] Bilsə idim, əslən özümü dolaşdırmaz idim. Ə.Haqverdiyev.\n4. Çaşdırmaq, karıxdırmaq, düz yoldan sapdırmaq, sözü döndərib azdırmaq. Ortaya söz atıb bizi dolaşdırma. – Dolaşdırdı bizi ancaq kəc qəza; Gəldi başımıza böyük bir xəta. H.K.Sanılı.\n5. Məntiqi əlaqəni itirərək, faktları qarışdıraraq söyləmək, mətləbi çaşbaş salmaq; karıxmaq. Sözünü dolaşdırmaq. // Qəsdən anlaşılmaz, dolaşıq hala salmaq. Cinayətdə vaxt uzatmaq başlıca şərtlərdən birisidir. Vaxt uzandıqca cani işləri dolaşdırar.. S.Rəhimov.\n6. Güllələri dalbadal, müntəzəm xəzinəyə verməmək, ilişdirmək. Bu tüfəng həmişə dolaşdırır.\n7. Gəzdirmək. Məhəmmədhəsən ağa düşündü, təkrar Vaqifin üzünə baxdı. Lakin Vaqifin üzünü görmürdü, düşüncə və əndişələr onu başqa bir aləmdə dolaşdırırdı. Çəmənzəminli. dolaşıq sif.\n1. Dolaşmış halda olan, pırtlaşıq, bir-birinə dolaşmış, bir-birinə qarışmış, bir-birinin içinə keçmiş. Dolaşıq ip (sap). Dolaşıq saç.\n2. Düz getməyən, əyri-üyrü, dolanbac. Dolaşıq yol. Dolaşıq küçə. // məc. Çətinliklərlə, maneələrlə dolu; ağır. [Züleyxa] ..həyatın dolaşıq yollarına ayaq basmamışdı. M.İbrahimov.\n3. Anlaşılmayan, aydın olmayan, qarışıq. Dolaşıq ifadə. Dolaşıq cümlə. – ..Qəlbimdə ağır-ağır dərdlərim, başımda dolaşıq fikirlərim, xəyalım, hərc-mərc gözlərim ulduzlarda, bir müddət yata bilmədim. A.Divanbəyoğlu.\n4. Çox mürəkkəb, aydın olmayan, bəlli olmayan, həlli çətin olan. Dolaşıq məsələ. // İs. mənasında. Aydın olmayan vəziyyət, qarışıq vəziyyət, çətin vəziyyət, iş və s. Bir dolaşığım var, düzəldə bilmirəm. – Yox, Şamo! İndiki dolaşıqda onların içinə girməyi bacarmaq, onlara cürətlə hərəkət etməyi başa salmaq lazımdır.. S.Rəhimov. ‣ Dolaşığa düşmək – çətinə düşmək. Dolaşıq düşmək – dolaşmaq. Hatəm dayı .. təpələr arasında iplik kimi dolaşıq düşən cığırlara baxırdı. Mir Cəlal. Dolaşıq salmaq – dolaşdırmaq, ayıra bilməmək. Yazı-pozu bilməyən Leylək beşliyi, onluğu, bir də yeddi manat yarımlığı dolaşıq salıb hesabı itirməkdən qorxdu. S.Rəhimov. dolaşıqlı sif.\n1. Əyri-üyrü, dolama, dolaşıq. [Sürücü] dolaşıqlı yolda sürəti artırmağın qorxulu olduğunu sezib açıq deyirdi. Mir Cəlal.\n2. Bax dolaşıq 4-cü mənada. dolaşıqlıq is. Dolaşıq şeyin halı. Fikrin dolaşıqlığı. Məsələnin dolaşıqlığı. – İlyas gülünc bir heyrət, qəribə bir dolaşıqlıq içində çaşıb donmuşdu. Mir Cəlal. dolaşma “Dolaşmaq”dan f.is. dolaşmaq f.\n1. Dolaşıq düşmək, pırtlaşmaq, bir-birinə qarışmaq. Saçları dolaşdı. İp dolaşıb.\n2. Dolanmaq, sarılmaq, ilişmək. Hərçəndi oynamaq ona yaraşır; Siyah zülfü qamətinə dolaşır. Aşıq Hüseyn. Ayı zənciri ilə ağaca dolaşıb dartınır və bağırırdı. S.S.Axundov. [Şirzad] yeridikcə hündür qalxmış qanqal və sirkan kolları qıçına dolaşırdı. M.İbrahimov.\n3. Gəzmək, dolanmaq. Dolaşdım dünyanı, gəzdim baş-başa; Sənin kimi gözəl görmədim, haşa! Aşıq Ələsgər. [Cavad bəy:] Qoy bir az dincəlsin, ovda da dolaşsın, onda Firuz bəyin təbi gələr, yazar. T.Ş.Simurq. // Uçaraq dövrə vurmaq. Qartallar göy üzündə dolaşır. – Görürlər təyyarələr göy üzündə dolaşır. M.Seyidzadə.\n4. Yayılmaq, intişar etmək. Zavodda pulların tapıldığına dair şad bir xəbər dolaşdı. S.Rəhman. // “Ağızdan-ağıza”, “ağızlarda”, “dillərdə” sözləri ilə – deyilmək, yayılmaq. [Zeynal:] ..Mənim adım bu vaxtadək dildən-dilə dolaşır. C.Cabbarlı. [Rzaqulu xanın] Parisin teatr və sair ədəbiyyat səhnələrində oxuduğu leksiyalar və müəssir xitabələr ağızdan-ağıza dolaşaraq, nəhayət, qəzetlərdə və jurnallarda dərc olunardı. M.S.Ordubadi.\n5. məc. dan. Nahaqdan işə düşmək, çətin və çıxılmaz vəziyyətə düşmək.\n6. məc. Sataşmaq, toxunmaq, öcəşmək. Ey molla dayı, gəl bu müsəlmanə dolaşma! Ə.Qəmküsar. Bəylərə, xana dolaşmaq da zarafatmı məgər? Ə.Nəzmi.\n7. Çaşmaq, karıxmaq, sözünün dalını gətirə bilməmək, qarışdırmaq. O, sözünün axırında dolaşdı.\n8. Bir sıra sözlərə qoşularaq müxtəlif ifadələr və tərkiblər əmələ gətirir, məs.: əlayağa dolaşmaq, ağlı dolaşmaq, dili dolaşmaq. dolay is. Dağın, təpənin döşündən gedən köndələn və əyri-üyrü, dolama yol; cığır. Qardaşım! Görürəm dağlardan keçən; Yaşıl dolaylarda ayaq izini. S.Vurğun. Uzaq yollardan keçib dolaylardan qalxırıq. N.Rəfibəyli. // Dolama, döngə. Şose yolunun dolayları da ən uzaqdan görsənir. C.Məmmədquluzadə. Xınalıq kəndinə düz yol olsa, Qubadan 30-35 kilometr məsafədir. Biz əyri dolaylarında maşın yolölçəninin aciz qaldığı bu məsafəni yeddi saatdan artığa gəldik. R.Rza. dolayı 1. Bax dolama1 2-ci mənada. ..Amma bununla bərabər, bilmirəm, niyə dolayıdan dönəndə ürəyim qırtıldadı. C.Məmmədquluzadə.\n2. Qoşma mənasında: ...görə, ...səbəbi ilə, ...üzündən. Bir dəfə bir nəfər şəxs dəftərxanaya gəlib katibdən öz kağızından dolayı məlumat istəyir. Ə.Haqverdiyev. Qız həyadanmı, yaxud nədən dolayı isə cavab verməz. R.Əfəndiyev. ‣ Dolayı yolla məc. – düz-düzünə, bilavasitə deyil, başqa yollarla, başqa vasitə ilə, başqası vasitəsilə. Dolayısı ilə – 1) bax dolayı yolla. Mister Tomas, ingilislərə məxsus bir soyuqluqla məsələni dolayısı ilə Həkimülmülkə bildirməyi qərara aldı. M.İbrahimov; 2) üzündən, səbəbindən, nəticəsində. Əgər bircə dəqiqə bərk külək əssə və ya bir təsadüf dolayısı ilə ayağı sürüşsə, fəhlə .. dənizə düşəcəkdir. M.Hüseyn. dolça is. Su və başqa maye tökmək üçün aşağısı nisbətən enli və ağız tərəfə doğru getdikcə daralan uzunsov qab. [Gülzar] başqa bir qoca qadını suya gedən görüncə, gedib dolçasını alır, doldurub gətirir. C.Cabbarlı. [Əhməd:] Birdən [Gülnaz] başında çadrası olduğunu düşünüb üzünü örtmək istədi, lakin bacarmadı, əlində süd dolçası var idi. T.Ş.Simurq. Bəzən Mələk bacı işdən qayıdarkən eyvanda stolun üstündə dəyirmandan yenicə gətirilmiş bir tabaq un, təzə bişirilmiş çörək və ya bir dolça süd görərdi. Ə.Sadıq. doldurma “Doldurmaq”dan f.is. doldurmaq f.\n1. Boş şeyi dolu etmək, bir şeyin içinə doluncaya qədər şey qoymaq (tökmək), dolu hala gətirmək. Kisəni unla doldurmaq. Vedrəni su ilə doldurmaq. Topu hava ilə doldurmaq. Anbarı odunla doldurmaq. – Qurban .. küpəni götürüb endi həyətə, arxdan küpəni doldurub gətirdi, ləyənə su tökdü.. C.Məmmədquluzadə. ..İnəkləri sağıb üçqulplu qazanı doldurduq. A.Divanbəyoğlu. Diyar kişi çubuğuna tənbəki doldurmağa başladı. Ə.Məmmədxanlı. // Bir şeyin tərkibinə həddən artıq başqa şeylər daxil etmək. Məqaləsini sitatlarla doldurmuşdur. – [Şair Ərəstun:] ..Bu başlıqların altını zəngin şeir misraları ilə doldurmaq lazımdır. S.Rəhimov. // Bir şeyi bir qabın və s.-nin içinə qoymaq, tökmək. Paltarları çamadana doldur. Bu almaları yerdən yığıb tabağa doldur. // Yükləmək, qoymaq. Dolu kisələri maşına doldurdular. Vaqonları yüklə doldurmaq. – Allaflar çuval-çuval arpa, buğda və saman alıb arabalara doldurur, eşşəklərə yükləyirdilər. A.Şaiq. // Kütlə halında bir yerə yığmaq, toplamaq, bir yerdə cəmləşdirmək, bir yerə daxil etmək, salmaq. Qarovulçular adamları kameralara doldurdular. Mir Cəlal. // məc. Yayılmaq, tutmaq, çulğalamaq, bürümək; yayılaraq bürümək. Duman dərəni doldurmuşdur. Güllərin ətri otağı doldurmuşdur. – Ağlayan arvad-uşağın səsi küçəni doldurmuşdu. M.S.Ordubadi. ..Quşlar öz keflərində idilər və cəh-cəh ilə min cür nəğmələr oxuyub meşəni sədaları ilə doldurmuşdular. A.Divanbəyoğlu. // Kütlə halında bir yerə daxil olmaq, doluşmaq, yerlərin hamısını tutmaq. Tamaşaçılar zalı doldurmuşdular.\n2. Tamamilə yerinə yetirmək, həyata keçirmək, ödəmək. Planı doldurmaq. – Tahir trestlərinin hamıdan qabaqda getdiyini və bir neçə gün əvvəl illik planı doldurduqlarını söylədi. M.Hüseyn.\n3. Anketin, blankın və s.-nin boş qoyulmuş yerlərinə lazım olan şeyləri yazmaq. Anket doldurmaq. Poçt blankını doldurmaq.\n4. Tüfəng, tapança və b. odlu silahlara barıt, güllə və s. qoyub atılmağa hazırlamaq. Şirəli çiynindəki tüfəngi doldurdu.. M.Hüseyn. İndi tüfəngini doldur, hazır qoy; Özün də diqqətli, ehtiyatlı ol. M.Rzaquluzadə. Həmzə ilə Qədir də .. Çayqırağı tərəfi nişan alaraq atır, biri alman topçu tüfəngini, ikincisi isə mauzerini doldurur, boşaldırdılar. Ə.Əbülhəsən.\n5. Dənizə, gölə, bataqlığa və s.-yə daş, torpaq və s. tökməklə quru hala gətirmək, qurutmaq. Bataqlıqları doldurmaq. Sahilin dayaz yerlərini doldurdular. // Çuxur bir yerə daş, torpaq və s. töküb onu düzləndirmək. Çalanı doldurmaq. Xəndəyi doldurmaq. Quyunu doldurmaq.\n6. Əskik olan şeyi tamamlamaq, bir şeyin kəsirini tamam etmək. Qızın qohum-əqrəbaları hərə bir cürə pay gətirib, qızın cehizində olan nöqsan şeyləri dolduracaqlar. R.Əfəndiyev. doldurtma “Doldurtmaq”dan f.is. doldurtmaq “Doldurmaq”dan icb. doldurucu sif. xüs. Bir şeyi doldurmaq üçün yarayan. Doldurucu materiallar. doldurulma “Doldurulmaq”dan f.is. doldurulmaq məch.\n1. Boş bir şeyin içinə doluncaya qədər şey qoyulmaq (tökülmək), dolu hala gətirilmək. Kisələr unla dolduruldu. Baklar su ilə dolduruldu. – [Qəhrəman:] Özümü torpaq doldurulmuş torbanın arxasına yıxdım. H.Nəzərli. Piyalələr yenicə doldurulmuşdu. M.S.Ordubadi. // Bir şeyin tərkibinə həddən artıq başqa şeylər daxil edilmək. Əsər mətləbə dəxli olmayan təfərrüatla doldurulmuşdur. // Yükləmək, qoyulmaq. Maşınlar taxılla doldurulduqdan sonra yola düşdü. // Bir yerdə bir şeyin çoxluğunu bildirir. Otaq papiros tüstüsü ilə doldurulmuşdur.\n2. Tamamilə yerinə yetirilmək, ödənilmək, həyata keçirilmək. Plan artıqlaması ilə doldurulmuşdur.\n3. Boş qoyulmuş yerlərinə lazımi yazılar yazılmaq. Anket dolduruldu.\n4. Güllə və s. qoyularaq atış üçün hazır vəziyyətə salınmaq. Tüfənglər dolduruldu. Toplar dolduruldu.\n5. Daş, torpaq və s. tökülərək düzləndirilmək, ya qurudulmaq. Çalalar dolduruldu. Sahilin dayaz yerləri dolduruldu. Susuz quyular dolduruldu. dolğun sif.\n1. Orta dərəcədə kök, dolu, ətli-canlı. Dolğun yanaq. – ..Şərəf .. qələmə ağaclar kimi şax və nazik bədənli Şirzadı, .. dolğun, qarayağız Qızyetəri içəri buraxdı. M.İbrahimov. Katib dolğun, sarısaçlı, ortaboylu bir qız idi. Ə.Vəliyev. Batalyon komandiri hündürboylu, irigövdəli, qırx yaşlarında, dolğun bir Mayor idi. Ə.Məmmədxanlı.\n2. Dolmuş, şişmiş, köpmüş.\n3. Ağzına qədər doldurulmuş; dolu.\n4. Gur, qüvvətli, güclü. Kəramətin çil, dolu çöhrəsi kimi dolğun da səsi vardı. Ə.Əbülhəsən.\n5. Lazımi dərəcəyə çatmış, kamala yetmiş; yetişmiş, yetkin. Gəncliyin bəzəkli və dolğun çağı; Bizə ümid verir, bizə can verir. S.Vurğun. // Hazırlıqlı, təcrübəli, sanballı, hərtərəfli. [Rəşid] hərtərəfli, dolğun, sanballı bir müəllim idi. S.Rəhimov.\n6. məc. Mənalı, zəngin məzmunlu, dərin, hər-tərəfli. Dolğun məzmun. Dolğun nitq.\n7. Tam, çox, çoxca.\n8. məc. Çox mütəəssir, ürəyi dolmuş, doluxsunmuş, kövrəlmiş. Biçarə .. yaşarmış gözlərini Kərbəlayı Məhəmmədə döndərib dolğun səsi ilə: – Eh, Allah mərdimazarın evini yıxsın! – [dedi] Çəmənzəminli. // Yaşla dolmuş. Bir aya bənzədi camalı solğun; Bir qıza bənzədi gözləri dolğun. S.Vurğun. dolğunlaşma “Dolğunlaşmaq”dan f.is. dolğunlaşmaq f.\n1. Kökəlmək, ətəcana gəlmək. Səlim daha dolğunlaşırdı. S.Rəhimov.\n2. Yetkinləşmək, kamala yetmək.\n3. Daha da mənalı olmaq, məzmunlu olmaq; mənaca, məzmunca zənginləşmək. Tənqid və satira güclənir, mündəricə getdikcə dolğunlaşır. dolğunluq is.\n1. Köklük, doluluq.\n2. Dolmuş şeyin halı.\n3. məc. Yetkinlik.\n4. məc. Mənaca, məzmunca mükəmməllik. Məzmun dolğunluğu. Əsərin ideyaca dolğunluğu. dolğunmaq f. Dolğunlaşmaq, yetişmək. Cavan qız sinni-şəbabətə yetmişdi... Boy ucalıb, köksü dolğunub, simasında da ayrı məlahət görünürdü. Çəmənzəminli. dolğunsifət (=dolğunsifətli) sif. sifəti dolu, kök; koppuşsifət. [Teymur] dolğunsifət, enlikürək, bədəncə sağlam, çevik bir oğlandı. M.Hüseyn. dolğunsifətli (=dolğunsifət) sif. sifəti dolu, kök; koppuşsifət. [Teymur] dolğunsifət, enlikürək, bədəncə sağlam, çevik bir oğlandı. M.Hüseyn. dolğunvücud (=dolğunvücudlu) bax dolğun 1-ci mənada. Bir az sonra yemək otağına iki tələbə də girdi: biri dolğunvücud, qırmızısifət idi, o biri arıq, ortaboylu idi. Çəmənzəminli. dolğunvücudlu (=dolğunvücud) bax dolğun 1-ci mənada. Bir az sonra yemək otağına iki tələbə də girdi: biri dolğunvücud, qırmızısifət idi, o biri arıq, ortaboylu idi. Çəmənzəminli. dollar is. [ing.] 100 sentə bərabər pul vahidi. dolma I. “Dolmaq”dan f.is.\n\nII. is. Tənək yarpağına və ya kələm yarpağına bükülmüş, döyülmüş ətdən və düyüdən hazırlanan xörək. Yarpaq dolması. Kələm dolması. – [Cəbi:] Aşpazı övrət göndərmişdi bazara, dolma üçün kələm almağa. Ə.Haqverdiyev. Arabir plov, yazda da dolma hazırlanırdı. T.Ş.Simurq. // Ümumiyyətlə, içi qiymə, düyü və s. ilə doldurulmuş tərəvəzdən hazırlanan xörək. Badımcan dolması. dolmaq f.\n1. Bir yerə daxil olub onu doldurmaq, başdan-başa hər yerini tutmaq, boş yer qoymamaq. Evə adamlar doldu. Otağa soyuq hava doldu. Miniklər gəmiyə doldular. – Sar gəlsin dağa dolsun; Bülbüllər bağa dolsun. (Bayatı). Mal-qara kəndə dolub hayküy salmaqda idi. Ə.Vəliyev. // Dolu hala gəlmək, ağzına qədər bir şeylə dolu olmaq, boşluq qalmamaq. Stəkanlar çayla doldu. – Mübahisə azından bir saat çəkdi. Çubuqlar da dolurdular, boşalırdılar. C.Məmmədquluzadə. Məktəb həyəti oğlan-qızla dolmuşdu. Mir Cəlal. Bir çoxları yığılıb buraya gəldi, ev-eşik adamla doldu. S.Rəhimov. // Məc. mənada. [Orxan:] Ah, qəlbimə sanki od-alov dolmuş. H.Cavid. Gülsəhər qızlarını görüncə ürəyi fərəhlə doldu. Ə.Vəliyev. Əzizin ürəyi atalıq qüruru ilə doldu. S.Rəhman. Nəbinin ürəyinə şübhə doldu: “Yəqin ki, bəy Yusifi döyməyə gəlib”. Ə.Abasov.\n2. Girmək, daxil olmaq (çoxlu miqdarda). Qulaqlarıma su doldu. – Qarşıdakı ikitağlı böyük pəncərədən işıq içəri dolurdu. M.İbrahimov. // Nüfuz etmək. Gülşad qapını açıb içəri girəndə otaqdakı soyuq bədəninə doldu. Ə.Vəliyev.\n3. Yayılıb hər tərəfi tutmaq, bürümək, örtmək, qaplamaq. Ətrafa səs doldu. // Örtülmək, tutulmaq. Çöllər yuxudan olunca bidar; Min rəng çiçəklə doldu gülzar. A.Şaiq. Günəş batandan azca sonra, sinəsi yarıq-yarıq, böyük səhranın üstündəki buludsuz göylər ulduzlarla doldu. M.İbrahimov. Təndirin bir tərəfi dolmamış, o biri tərəfdə çörək qızarır, köpürdü. Mir Cəlal.\n4. Kökəlmək, ətə-cana gəlmək. Ətə dolmaq.\n5. Doluxsunmaq, kövrəlmək, tutulmaq, əhvalı pozulmaq, hiddətlənmək, acıqlanmaq. O doldu, qaşqabağı qara bulud kimi üstdən aşağı sallandı. S.Rəhimov.\n6. Girmək, çatmaq, yetmək. Ağabəyim ağa artıq böyüyüb, 14-15 yaşına dolmuşdu. Çəmənzəminli.\n7. Yetişərək şirə hasil etmək, sütülləşmək. Sünbüllər yavaş-yavaş dolur.\n8. Tamamilə yerinə yetirilmək, ödənilmək, həyata keçirilmək. Planların hamısı dolmuşdur. dolmalıq sif. Dolmaya yarayan. Dolmalıq ət, yarpaq. dolmuş f.sif.\n1. Dolu hala gəlmiş, içində boş yer qalmamış. Dolmuş qab.\n2. məc. Doluxsunmuş. dolu I. sif.\n1. İçərisi boş olmayan, ağzına qədər bir şeylə doldurulmuş, ya dolmuş. Dolu şüşə. Dolu qab. Dolu hovuz. – Günlərimiz keçəydi qızğın fərəhlər kimi; Dolu qədəhlər kimi. M.Müşfiq. Abbas kişi dolu bir heybə hazırlayıb yəhərin qaşına saldı. Mir Cəlal. İri ocaqlar üstündə dolu qazanlar buğlanır.. M.Rzaquluzadə.\n2. Bir şeyin çoxluğunu, bolluğunu bildirir. Tamaşaçılarla dolu zal. Mağazalar malla doludur. Bazar meyvə ilə doludur. – Küçə ilə bir gün keçərkən mat və məəttəl qaldım: bir böyük imarət kəndli qadınları ilə ləbələb dolu idi. C.Məmmədquluzadə. Evi hər gün axşamadək onun yanına ziyarətə gələnlərlə dolu olur. Ə.Haqverdiyev. Barjın göyərtəsi yükdaşıyan adamlarla dolu idi. M.Rzaquluzadə.\n3. məc. Bir şeyin güclü təzahürünü bildirir. Şux səslərlə dolu isti yuvalar; Daşqın çaylar, durğun göllər bizimdir. A.Şaiq. Evi dərin bir maraq ilə dolu sükut bürümüşdü. H.Nəzərli. // Eyni mənada hissiyyat haqqında. [Qızının] hərgünkü bu təlaş dolu sualını oxumağa ana vərdiş etmişdi. Ə.Məmmədxanlı.\n4. Dolğun, bir qədər kök, ətli-canlı. [Sadığın] boyu ucadır, mənim boyum alçaqdı, amma mən ondan doluyam. C.Məmmədquluzadə. [Ağca xanımın] dolu sifəti çəyirdək kimi qurumuşdu. Mir Cəlal. Gülara xanım qırxqırx iki yaşlarında, ağsifət, dolu bir qadın idi. S.Rəhman.\n5. Barıt, güllə, patron və s. qoyulub atılmağa hazırlanmış. Dolu tüfəng. – Ayağa çəkilmiş dolu avtomatı boşaltmaq olmazdı. M.İbrahimov. [Mollayev] yatanda balışının altında həmişə dolu tapança saxlayırdı. M.Hüseyn.\n6. Dənələri çoxlu, şirəli və sıx olan. Dolu sünbül. – Fazilov dolu və şüşə kimi şəffaf bir salxım götürüb .. o yan-bu yana çevirdi. Mir Cəlal.\n7. zərf Dərindən. [Tapdıq] dolu bir nəfəs alıb müəllimə tərəf baxdı. Ə.Vəliyev. dolu-dolu zərf Ağzınacan dolu olduğu halda.\n\nII. is. Havada donub tökülən yağmur dənələri. Dolu yağmaq. – Gah dolu tökür, gah gurşad yağır, sel-su bir-birinə qarışır. S.Rəhimov. Əvvəl xırda, get-gedə iriləşən dolu yağdı. M.Rzaquluzadə. • Dolu vurmaq, dolu döymək – dolunun zərbindən xarab olmaq, məhv olmaq. Əkinləri dolu vurdu. – [Qoca:] Bağ-bostanı vurdu dolu; Bağlanmışdır həyat yolu. A.Şaiq. Dolu kimi – 1) çox şiddətli və iri damcılarla yağan yağış haqqında; 2) məc. çoxluq, şiddət bildirir. Alnından dolu kimi tər axır. – ..Zeynəb .. o tərəf-bu tərəfə qaçıb qışqırırdı və dağlardan da rəhmsiz quldurların güllələri onun üstünə dolu kimi yağırdı. S.S.Axundov. ..Almaz kimi parıldayan gözlərindən dolu kimi yaş tökülürdü. M.Hüseyn. dolub-boşalmaq f.\n1. Aramsız surətdə bir şeylə dolmaq və boşalmaq. Şəhərin arvadları dəstə-dəstə hacının böyük bacısı Pərinin evinə dolub-boşalmaqda idilər. Haqverdiyev. Həmin axşam Yunisin evi qonaqlarla dolub-boşaldı. Mir Cəlal.\n2. Dərddən, qəmdən, kədərdən ağlamaq dərəcəsinə gəlmək. dolubədən (=dolubədənli) sif. Dolğun, bir qədər kök, ətli-canlı. dolubədənli (=dolubədən) sif. Dolğun, bir qədər kök, ətli-canlı. dolubuynuzlular is. zool. Buynuzlarının içərisi boş sümükdən ibarət heyvanlar dəstəsi. Dolubuynuzlular və ya marallar fəsiləsinə aid edilən heyvanların buynuzları başqa quruluşda olur. Onların buynuzları içərisi boş olmayan sümükdən əmələ gəlir. “Zoologiya”. doluca sif. Ağzınacan dolu, ləbələb dolu, lap dolu. doluxma “Doluxmaq”dan f.is. doluxmaq bax doluxsunmaq. Aqilin ürəyi həyatın bu canlı romanını dinləmək üçün çırpındı, özü isə duymadan doluxdu. S.Rəhimov. doluxsamaq bax doluxmaq. doluxsunma “Doluxsunmaq”dan f.is. doluxsunmaq f. Bir şeydən mütəəssir olaraq gözlərinə yaş dolmaq; ağlamsınmaq, ağlamağı gəlmək. Bəyim doluxsundu, qələm əlində titrədi, gözlərindən yaşlar axıb yazdığı misraların üstünə səpildi. Çəmənzəminli. Qıvrım başın əyilmişdir; Doluxsunmuş qara gözün. R.Rza. Rübabə doluxsundu, hirsindən ağladı. Mir Cəlal. doluluq is.\n1. Dolu şeyin halı. Qabın doluluğu.\n2. Köklük, dolğunluq. dolusifət (=dolusifətli) sif. sifəti dolu, dolğunsifət. Dolusifət oğlan. dolusifətli (=dolusifət) sif. sifəti dolu, dolğunsifət. Dolusifət oğlan. doluş is. Dolma. Bu qab hər doluşda bir kilo yağ ölçür. doluşma “Doluşmaq”dan f.is. doluşmaq qarş. Kütləvi halda bir yerə dolmaq, daxil olmaq, girmək, gəlib yığılmaq. Tamaşaçılar zala doluşdular. – Yaxındakı evlərdən qadınlar, çocuqlar Rizvanın həyətinə doluşmuşdu. S.Hüseyn. Məktəblilər dəstədəstə; Doluşdu dərs otağına. M.Dilbazi. // Yığışmaq, toplaşmaq, cəmləşmək. Qardaşlar, bu gün bir təzə xəbər eşitmişəm, doluşun başıma, nağıl eləyim. C.Məmmədquluzadə. Əksərən .. cibli köynək geyərək belini qayışla bərkitmiş kişilər arabanın yan tərəfinə doluşmuş(du). M.İbrahimov. doluvurma (=doludöymə) is. Əkinlərin, bitkilərin dolu vurmaq nəticəsində məhv, ya xarab olması. doludöymə (=doluvurma) is. Əkinlərin, bitkilərin dolu vurmaq nəticəsində məhv, ya xarab olması. doluyanaq (=doluyanaqlı) sif. Yanaqları dolu olan, yanaqları koppuş. Doluyanaqlı uşaq. doluyanaqlı (=doluyanaq) sif. Yanaqları dolu olan, yanaqları koppuş. Doluyanaqlı uşaq. domb təql. Düşən şeyin çıxardığı səs. Qab əlindən düşüb domb elədi. domba sif. Adətən “göz” sözü ilə: qabağa çıxmış, irəli çıxmış; dəbərə.. [Leylək Ələmdar:] Oğlan, müştərin-zadın yoxdu ki? – deyə o, domba gözlərini ətrafına gəzdirdi. S.Rəhimov. ..Onun tatar gözünə oxşamayan domba gözləri az qala yerindən fırlanıb çıxacaq oldu. Ə.Əbülhəsən. [Konsul] çim altından baxan qurbağa kimi iri, domba gözlərini qarovulçuya zilləmişdi. P.Makulu. dombagöz (=dombagözlü) sif. Gözləri domba, dəbərəgöz. dombagözlü (=dombagöz) sif. Gözləri domba, dəbərəgöz. dombalaq is. Başı yerə dirəyib, ayaqlarını başından aşırma; mayallaq. • Dombalaq aşmaq, dombalaq vurmaq – mayallaq aşmaq. [Odabaşı:] Bir para sarsaq-sursaq kitablarda yazırlar ki, .. yer dombalaq aşır. Ə.Haqverdiyev. dombalaqlama “Dombalaqlamaq”dan f.is. dombalaqlamaq f. Dombalaq aşmaq. dombalaqlanma “Dombalaqlanmaq”dan f.is. dombalaqlanmaq f. Yerə dəyib yuvarlanmaq, dombalaq aşmaq. dombalan is.\n1. bot. Yer altında bitən kartofabənzər göbələk növü; yerdombalanı.\n2. Çiban, ur, şiş.\n3. Bax domba. dombalangöz (=dombalangözlü) bax. dombagöz(lü). dombalangözlü (=dombalangöz) bax. dombagöz(lü). dombalıq is. Domba şeyin halı; donqarlıq. dombalma “Dombalmaq”dan f.is. dombalmaq f. dan.\n1. Ayaq üstündə, yaxud dizləri üstündə durub bədənin beldən yuxarı hissəsini aşağı əymək.\n2. Köpmək, şişmək, qabarmaq. Ordun dombalmış, deyəsən, dişin bərk ağrıyır. – Gözləri isə qışqırdıqca, elə bil, daha da dombalır. Ə.Əbülhəsən. dombaltmaq icb. dan. Köpdürmək, qabartmaq. [Uşaqlardan biri:] Gör Abışla Tosu ordlarını necə dombaldırlar?.. Ə.Abasov. dombra is. [qaz.] Gövdəsi üçbucaq, yaxud yarımoval şəklində olan ikisimli qazax xalq musiqi aləti. dombraçı is. Dombra çalan çalğıçı. dombul is. Yumru, yuvarlaq, koppuş. Dombul qız. Dombul əllər. domca is. Balıq, yaxud quş tutmaq üçün dairəvi tordan ibarət ov aləti. Domca ilə çaylardan balıq tutulur. Domca atmaq (balıq tutmaq üçün domcanı suya atmaq). domca-çıraq is. Qaranlıq və sis-dumanlı gecələrdə quş ovlamaq üçün ovçuların işlətdiyi domca, çıraq və zəngdən ibarət ov ləvazimatı. domcalanma “Domcalanmaq”dan f.is. domcalamaq f.\n1. Balığı tutmaq üçün domcanı suya salıb çıxarmaq.\n2. Qaranlıq və sis-dumanlı gecələrdə domca ilə qırqovul tutmaq.\n3. məc. zar. Tutmaq, yaxalamaq. domcalama “Domcalamaq”dan f.is. domcalanmaq məch. Domca ilə tutulmaq (balıq, quş). dominat is. [lat.] Qeyri-məhdud hakimiyyət rejimi. dominion [ing.] Britaniya imperiyasının özünü idarə edən hissəsi (keçmiş müstəmləkəsi). domino [fr. əsli ital.] Üst tərəfində xallar olan 28 sümük (ya başqa şeydən qayrılmış) daşla oynanılan oyun, habelə bu oyuna məxsus daşlar komplekti. Domino oynamaq. Domino daşları. dominoçu is. Domino oynayan adam, domino oyununu çox sevən adam, domino yarışında iştirak edən adam. domkrat [alm.] tex. Ağır şeyləri az yuxarı qaldırmaq üçün mexanizm. Əl domkratı. Avtomobil domkratı. domna [rus.] tex. Dəmir filizini əridib çuqun əldə etmək üçün şaxtalı peç, soba. • Domna sobası (ocağı, peçi) – bax. domna. domra [rus.] Mandolinaya oxşar rus xalq musiqi aləti. domuşma “Domuşmaq”dan f.is. domuşmaq f.\n1. Oturacaq yerə istinad edərək ayaqlarını yığıb oturmaq. // Büzüşüb oturmaq.\n2. Dimdiklə bitlənmək. Toyuqlar domuşur. domuşuq sif. Büzüşmüş, donuxmuş. don I. is. Qadınların, habelə kişilərin üstdən geydikləri uzunətəkli, belibüzməli, ya büzməli paltar. [Kişinin] əynində qara şaldan belibüzməli don vardır. H.Sarabski. [Qədir:] Allah qoysa, qulluqda hamısının əvəzi çıxar, arxalıq nədir, sənə lap məxmər don alaram. Mir Cəlal. // Ümumiyyətlə, paltar, libas, üst geyim. Sənə ağ don yaraşır, niyə qarə geymisən sən? S.Ə.Şirvani. Bərk ayaqda körpəsini ayıraraq döşündən; Mərd analar cəbhələrdə don geyəcək meşindən. S.Rüstəm. [Nuriyyə:] İnstitutda oxuduğum zaman rəfiqələrim gündə bir dəst paltar geydikləri halda, mən bütün ili bir donla başa vurdum... İ.Əfəndiyev. // məc. Obrazlı təşbehlərdə, örtü mənasında. [Fitnə:] ..Yaşıl don geyinmiş çayır, dağ, yamac; Bir şənlik məclisi qurmuş hər orman. A.Şaiq. Qara dəniz gecənin qara donuna bürünüb yatmışdı. M.S.Ordubadi. ..Ağ don geyinmiş bu qış .. Dilaranın gözlərində qaraldı. Ə.Məmmədxanlı. // məc. Görkəm, qiyafə, zahiri görünüş. Bu donda heç kəsi görmədim. ‣ Don biçmək – 1) məc. tənbeh etmək, bərk cəzalandırmaq; 2) məc. səliqəyə salmaq, sahmana salmaq. Bu işə bir don biçmək lazımdır; 3) məc. kələk gəlmək, bazı gəlmək, başını tovlamağa çalışmaq. Sərçəyə bax, qaraquşa don biçər; Mərd igidlər dolu badələr içər. “Koroğlu”. Don geydirmək (geyindirmək) – əslində olmayan bir məna, mahiyyət, rəng vermək, bir şəklə salmaq. Müxtəsər, yenə nə qədər düşündümsə, bu suallara müsbət bir don geydirməyi bacarmadım. M.S.Ordubadi. Muxtar Zeynalov danışığına siyasi don geyindirdi. Ə.Vəliyev. Dona (min dona) girmək – əsil mahiyyətini gizlətmək, yaxud bir məqsədə çatmaq üçün özünü başqa cür göstərmək, başqa cür qələmə vermək, cilddən-cildə girmək, uyğunlaşmaq. [Hacı Rəcəbəli:] Qorxma, Həpo bir nadürüstdür ki, hər sifətə və hər dona girə bilir. M.F.Axundzadə. Həyat bizə nələr deyir: düşmən girir min dona; Bəzən durur quzu kimi, bəzən dönür quzğuna. S.Vurğun. Dona salmaq – bax don geydirmək. ...donuna girmək – özünü .. kimi göstərmək (qələmə vermək), .. cildinə girmək. Hər birimiz guya din və millətin ən qeyrətli hamisi, canıyananı donuna girib zəmanə aslanı, qəhrəmanı oluruq. C.Məmmədquluzadə. [Pəri Cadu:] Gərək qaranquş donuna girib uçub, harada olsa tapıb göndərəsən. Ə.Haqverdiyev. Donunu dəyişmək – 1) məqsədinə çatmaq üçün ayrı cildə girmək, başqa cür hiyləli tədbirlərdən istifadə etmək; 2) şəklini, görünüşünü, vəziyyətini dəyişdirmək. Təbiət qışda öz donunu dəyişdirir. – Bu gün dəyişdirir donunu dövran; Dünya göz açmayır qasırğalardan. S.Vurğun.\n\nII. is.\n1. Havanın sıfırdan aşağı dərəcəsi, şaxta. • Don aparmaq – donun təsirindən, şaxtadan zədələnmək, yaxud keyimək. Ayağını don aparmaq. Don kəsmək – dondurmaq dərəcəsində şiddətli təsir etmək; bərk üşümək, soyuqdan donmaq. Səhərə qədər bədənimi don kəsdi. // Şaxtalı, çox soyuq. Qaranlıq və don bir gecə idi. A.Şaiq. Don vurmaq – bərk şaxtadan xarab olmaq.\n2. Bərk soyuqdan müvəqqətən buz halına keçmiş su və başqa mayelər; buz. Donu açılmaq (buz halında olan mayenin əriməyə başlaması). ‣ Dona qalmaq – təəccübdən donub qalmaq, mat qalmaq, çaşmaq. Gəray bəy gözünü zilləyib ona; Varlığı daş kimi, qalmışdır dona. S.Vurğun. donanma is.\n1. Ölkənin, yaxud ayrıca bir dənizin, çay hövzəsinin hərb və ya ticarət gəmilərinin hamısı; flot. Hərbi dəniz donanması. Qara dəniz donanması. Ticarət donanması.\n2. Böyük hərb gəmiləri dəstəsi. ‣ Hava donanması – təyyarələrin, uçucu aparatların məcmusu. donanmaçı is. Donanmada qulluq edən adam; donanma xidmətçisi. donatdırma “Donatdırmaq”dan f.is. donatdırmaq icb. məh. Bəzətmək (işıqlarla, bayraqlarla və s. ilə). Toyda bağ və bağçanı donatdırmışlar. donatma “Donatmaq”dan f.is. donatmaq f. məh. Bəzəmək (işıqlarla, bayraqlarla və s. ilə). dondurma I.\n1. “Dondurmaq”dan f.is.\n2. sif. Dondurulmuş və ya buza qoyulmuş, buzda saxlanmış. Dondurma ət. Dondurma şərbət.\n3. is. Don olan vaxt, ayaz, şaxta, soyuq hava. Dondurmada sulanan yerlər. ‣ Dondurma şumu k.t. – yazda taxıl əkmək üçün payızda şumlanıb qarın altında qalan əkin yeri, habelə bu prosesin özü. .. birisi təklif edirdi ki, dondurma şumu ilə qış aratını vaxtında eləmək işin əsasını görməyə bərabərdir. Ə.Vəliyev. Bir qayda olaraq, tarlanın səthi payızda, dondurma şumundan əvvəl hamarlanır.\n\nII. is. Dondurulmuş süd (qaymaq), şəkər, meyvə şirəsi və s. qatışığından hazırlanan şirin yemək; morojna. Südlü dondurma. Şokoladlı dondurma. – Bir qədər oynadıqdan sonra, Mirzağa Cəmiləni yanına alaraq bufetə aparmış, onu dondurmaya qonaq eləmişdi. S.Hüseyn. dondurmaçı is. Dondurma hazırlayan və ya satan adam; morojnaçı. dondurmaçılıq is. Dondurmaçının işi, peşəsi, sənəti. dondurmaq f.\n1. Soyuğun təsiri ilə buz halına salmaq. Suyu dondurmaq. Şaxtalar çayları dondurmuşdur. – Cavad yoldaşları ilə birlikdə damarlarda qanı donduran soyuqlara sinə gərərək, həmişə məqsədə, hədəfə doğru irəliləyir. Ə.Vəliyev. // Maye halından bərk hala keçirmək, qatılaşdırmaq. Yağı əritdikdən sonra sərinə qoyub dondurmaq.\n2. Çox üşütmək, çox soyutmaq, soyuqda saxlamaq. Bizi soyuqdan dondurdunuz.\n3. məc. Mat qoymaq, heyrət içində qoymaq. Gözləmədiyi bir səs [Xəlili] yerindəcə dondurdu. P.Makulu. dondurmasatan is. Bir yerdə durub, ya gəzdirməklə dondurma satan adam; morojnasatan. dondurucu sif.\n1. Donduran, donmuş hala salan.\n2. Son dərəcə soyuq, şaxtalı. ..Şiddətli dondurucu ruzgarlarla boğuşaraq işçi bir qadın mənzilinə qayıdırdı. S.S.Axundov. Qışın dondurucu bir günü idi. Soyuq qılınc kimi kəsirdi. A.Şaiq. dondurulma “Dondurulmaq”dan f.is. dondurulmaq məch. Soyuğun təsiri ilə buz halına salınmaq. // Maye halından bərk hala salınmaq. dondurulmuş f.sif. Buz halına salınmış. // Soyuğun təsiri ilə donuq hala gətirilmiş. Dondurulmuş balıq (ət). don juan [bəzi Qərbi Avropa ədəbi əsərlərinin qəhrəmanı Don Juanın adından] Aşiqanə macəralar düşkünü; arvadbaz, qadın düşkünü. donjuanlıq is. Don Juana xas olan sifət; arvadbazlıq, qadın düşkünlüyü. [Aslanov:] Mollayevin donjuanlığını mən çoxdan bilirəm! M.Hüseyn. don kixot [ispan yazıçısı Servantesin məşhur romanının qəhrəmanı Don Kixotun adından] Qeyri-real, həyata keçirilə bilməyən ideallar uğrunda səmərəsiz mübarizə aparan sadədil xəyalpərəst. donkixotluq is. Don Kixota xas olan hərəkət; səmərəsiz xəyalpərəstlik. donqa 1. sif. Bax donqar 1-ci mənada. Donqar adam. – Bünyad .. donqa belini güclə sürüyürmüş kimi yavaş-yavaş yeriyən caninin ardınca baxdı. Ə.Əbülhəsən.\n2. is. İnsan və ya heyvan bədəninin arxa tərəfində və ya başqa bir yerində çıxıntı. Dəvənin donqaları. donqabel sif. Donqar, qozbel. donqalama “Donqalamaq”dan f.is. donqalamaq f. Belini donqa hala salmaq, bükmək. Səsə-küyə gəlib çıxan Qızqayıt qarı belini donqalayıb başını yırğalayırdı. S.Rəhimov. donqalı sif. Donqası olan. Sadığın donqalı beli, ətli boynu, ensiz kürəyi .. Xanpəriyə çoxdan tanış idisə də, bugünkü kimi aydın və aşkar görünməmişdi. Ə.Vəliyev. donqar sif.\n1. Belində donqa olan; qozbel. O donqar [kişi] .. çıxıb poçta tərəf yönəldiyi vaxt Həmid dayıya rast gəldi. Ə.Əbülhəsən.\n2. Bax donqa 2-ci mənada. donqarbel bax donqar 1-ci mənada. donqarburun (=donqarburunlu) sif. Burnunun üstü qalxıq olan, burnunun üstündə çıxıntı olan. ..O, sallaqbığlı, donqarburunlu, uzunboylu, arıq bir kişi idi. M.Hüseyn. donqarburunlu (=donqarburun) sif. Burnunun üstü qalxıq olan, burnunun üstündə çıxıntı olan. ..O, sallaqbığlı, donqarburunlu, uzunboylu, arıq bir kişi idi. M.Hüseyn. donqarlama “Donqarlamaq”dan f.is. donqarlamaq f. Donqar hala salmaq, donqar kimi etmək; donqar kimi göstərmək. donqarlanma “Donqarlanmaq”dan f.is. donqarlanmaq f. Belini əymək, donqar kimi olmaq. donqarlaşma “Donqarlaşmaq”dan f.is. donqarlaşmaq f. Donqar hala gəlmək, qozbel olmaq, belində donqar (qoz) əmələ gəlmək. donqarlı bax donqalı. donqarlıq is. Qozbellik. Oturaq və hərəkətsiz həyat tərzi keçirdikdə bədənin forması dəyişir. Qarın qabağa çıxır, döş yastı və ya basıq olur, bel bükülür, yəni donqarlıq əmələ gəlir. Ə.Babayev. donqaz sif. dan. Arıq, sümükləri çıxmış. Donqaz adam. Donqaz heyvan. donqazlıq is. dan. Donqaz adamın (heyvanın) halı. donquldama “Donquldamaq”dan f.is. donquldamaq f. Narazı halda özözünə, yavaşcadan anlaşılmaz sözlər söyləmək; deyinmək. donquldanma “Donquldanmaq”dan f.is. donquldanmaq f.\n1. Narazı halda özözünə, yavaşcadan anlaşılmaz sözlər danışmaq; deyinmək, narazılıq izhar etmək. ..O arvaddan həzər etmək ki, sübhdən-axşamacan dodağının altında həmişə donquldana. N.Vəzirov. Allahqulu donquldana-donquldana (z.) qapıdan çıxdı. Çəmənzəminli. // məc. kin. Ala-babat, pis danışmaq mənasında. Modabaz və meşşan qadınlardan bəhs edən ədib deyir ki, əlbəttə, belə anaların tərbiyə etdiyi uşaqlar .. firəngcə donquldanacaqlar. M.Arif.\n2. Heyvanlar haqqında: hirslənmə əlaməti olaraq yavaşcadan acıqlı səslər çıxarmaq; mırıldanmaq. Qaraca qız özünü mağaranın dar yerinə yetirdi. Ayı isə dar yerə soxula bilmədi. Bir az donquldanıb mağaranın ağzında yatdı. S.S.Axundov. donquldaşma “Donquldaşmaq”dan f.is. donquldaşmaq qarş. Yerbəyerindən donquldanmaq, hamı birdən donquldanmaq. donquldatma “Donquldatmaq”dan f.is. donquldatmaq icb. Donquldamağa məcbur etmək, donquldamasına səbəb olmaq. donqultu is. Yavaşcadan, anlaşılmaz halda öz-özünə danışma. // Anlaşılmaz sözlər. donlu sif. Əynində donu olan, əyninə don geymiş; paltarlı, qiyafəli. // məc. Obrazlı təşbehlərdə: örtülü mənasında. donluq I.\n1. sif. Dona yarayan, paltarlıq. Donluq parça.\n2. is. Dona (paltara) yarayan parça; paltarlıq. 6 metr donluq aldım. – Şəhərin tüccarı və alış-veriş adamları qaydanı gərək pozmasınlar. Qalabəyinin arvadına və qızına təzə çıxan parçalardan donluq göndərsinlər. F.Köçərli. // Don, paltar. Xidmətçi əllərini donluğu ilə ovalayaraq: – Hər şey, – deyə masa üzərində qoyulmuş yemək siyahısını ona doğru uzatdı. A.Şaiq.\n\nII. is. dan. Maaş, əmək haqqı, aylıq. [Tükəzban təlimatçıya:] Bir yaxşı donluq da vermirsiniz ki, ata verdiyim arpasamanın pulu çıxsın, barı.. B.Talıblı. Bir tək donluq ilə mirzə yazıq özünümü saxlasın, yoxsa pul göndərib bir bölük külfətini dolandırsın? S.Rəhimov. donma 1. “Donmaq”dan f.is.\n2. Bax donvurma. ‣ Donma nöqtəsi – (termometrin şkalasında 0 dərəcəsini, yəni suyun donma temperaturunu göstərən qeyd). donmaq f.\n1. Soyuğun, şaxtanın təsirindən, şiddətindən buza çevrilmək, buz halına gəlmək. Su dondu. – Nə səbəbə su qaynayanda buğ olur, niyə donanda bərkiyir? C.Məmmədquluzadə. // Buzla örtülmək. Çaylar donmuşdur. Göl donmuşdur. Pəncərələr donub. – Hələ deyirlər ki, dənizin suyu sahildən xeyli uzaqlara qədər donub. M.Rzaquluzadə. Ətrafda nə varsa donub. Ə.Məmmədxanlı.\n2. Dondan, şaxtadan məhv olmaq, tələf olmaq, xarab olmaq, don vurmaq. Quşlar şaxtadan donmuşdur. Az qala donmuşdum. Ağaclarda qalan meyvələrin hamısı dondu. // Bərk üşümək, bədəni soyuqdan keyləşmək. Sərnişinlər maşında soyuqdan donurdular. Barmaqlarım donur.\n3. Maye halından bərk hala keçmək; qatılaşmaq. Ərimiş mum 25 dərəcə istidə donur. Yağ donmuşdur.\n4. məc. Hər hansı bir hiss və ya təəssüratın təsiri ilə bir anlıq sərbəst hərəkət qabiliyyətini itirmək. Ayını görəndə qorxusundan dondu. – Fitnə birinci beyti oxuyarkən Bəhram donur. A.Şaiq. [Qız] məni görüncə boğanaq kimi donub, yaşmağı ağzına çəkib, qönçə dəhanı gizlətdi. A.Divanbəyoğlu. • Donub qalmaq – 1) mat qalmaq, heyrət içində qalmaq, çox təəccüb etmək (bəzən “yerində”, “yerindəcə” sözləri ilə). Bu işə donub qaldım. [Şahinin] ..yanında yad bir adamın dayandığını gördük, donub qaldıq. S.Rəhman. Hamısı qorxusundan saralmış və yerindəcə donub qalmışdı. M.İbrahimov; 2) inkişaf etməmək, bir nöqtədə durub qalmaq, irəliləməmək, tərəqqi etməmək, hərəkətsiz qalmaq. donmuş f.sif.\n1. Buz halına gəlmiş, buz olmuş. Donmuş su. // Donuq hala gəlmiş, soyuğun təsirinə məruz qalmış. Donmuş ət. Donmuş meyvə. // Buzla örtülmüş. Donmuş göl. Donmuş pəncərə. – Hələ xatirimdən heç getməmişdir; Donmuş çay üstündə seyrə çıxdığım. M.Rahim.\n2. Soyuğun təsirindən bərkləşmiş, qəliz (qatı) hala gəlmiş, kəsifləşmiş. Donmuş yağ. donor [fr.] Yaralılara və xəstələrə vurmaq üçün öz qanını verən adam. Biz dünən yazıldıq qırmızı donor; Bu gün yüz qat çoxdur, bax, yazılanlar! R.Rza. donorluq is. Yaralılara və xəstələrə vurmaq üçün öz qanını vermə. donos [rus.] nifr. dan. Birisi haqqında hökumət idarələrinə və ya onun nümayəndələrinə gizli olaraq verilən məlumat, xəbər. [Hatəmxan ağa:] Səndən sərdarın xud özünə elə bir möhkəm donos verdirərəm ki, səni birbaş Sibirə itirsinlər. Ə.Haqverdiyev. Müsəlmanların bədxahları hökumətə donos veriblər ki, .. dağ kəndlərində müsəlmanlar çoxluca tüfəng və azuqə yığıblar. C.Məmmədquluzadə. Qardaşın özü donos verib tutdurduğu qardaşının kağızını elə indicə oxumamışdımı? Ə.Əbülhəsən. donosbaz is. [rus. donos və fars. ...baz] nifr. dan. Adamlar haqqında hökumət orqanları və ya nümayəndələrinə gizli material və ya xəbər verməyi özünə peşə etmiş adam. Qeyrətli donosbazlarımız iş bacararkən; Tənbəl, dəli şeytanları neylərdin, ilahi!? M.Ə.Sabir. donosbazlıq is. nifr., dan. Donosçuluq, xəbərçilik, şeytançılıq. [İvan bəy:] Hər halda, donos, donosbazlıq yaxşı peşə deyil. N.Vəzirov. [Rza bəy:] Mən tələb elədim ki, donosbazlıq eləyənləri işdən çıxartsın. Ə.Vəliyev. donosçu sif. və is. Donos verməklə məşğul olan (adam); xəbərçi. donosçuluq bax donosbazlıq. Donosçuluq etmək. donsuz sif. Əynində donu olmayan; paltarsız, geyimsiz. Mənsiz kətan, kəndir verməz zəmilər; Çadırsız, yelkənsiz qalar gəmilər; Nazik donsuz yayda uşaqlar ağlar. A.Səhhət. donuxdurma “Donuxdurmaq”dan f.is. donuxdurmaq f. Mat qoymaq, heyrət içində qoymaq; çaşdırmaq. donuxma “Donuxmaq”dan f.is. donuxmaq bax donmaq 4-cü mənada. Arvad donuxmuş: – A kişi, dəli olmamısan, çörək nədir? De görüm, yoxsa qardaşlarımın başına bir şey gəlib? Çəmənzəminli. Rəhim bəy təəccüblə donuxdu. M.Hüseyn. • Donuxub qalmaq – bax donub qalmaq 1-ci mənada (“donmaq”da). Elə ki Mələkəxatın gördü, qızlar donuxub qalıblar, dedi: – Nə olub, niyə gəlmirsiniz? (Nağıl). Rəmziyyə donuxub qalmışdı, anası nə üçün belə edirdi? S.Hüseyn. donuq sif.\n1. Donmuş, buzlaşmış, buz bağlamış. // Bərk üşümüş.\n2. Üstü donmuş kimi, tutqun, dumanlı; parıltısı, işıltısı olmayan, şəffaf olmayan, cilasız. Donuq şüşə. Lampanın donuq işığı. – Ay yorğun və solğun çöhrəsi ilə buludların arasında gah batır, gah çıxır, parlaq və donuq bir ziya saçırdı. Ə.Vəliyev.\n3. məc. Göy, hissiz, duyğusuz, quru, ölgün. İki dizi üzərində dikələrək donuq və şübhəli baxışlarla məni süzdü. A.Şaiq. Eşqsiz yaşayan donuq bir insan; İçini qurd yemiş boş bir ağacdır. S.Vurğun.\n4. məc. Hərəkətsiz, inkişafsız, tərəqqisiz bir vəziyyətdə qalan. Əsərdə həyatı donuq bir vəziyyətdə saxlayan ictimai münasibətlər tənqid edilir. donuqlaşma “Donuqlaşmaq”dan f.is. donuqlaşmaq f. Donuq hala düşmək; parlaqlığı, şəffaflığı, parıltısı, cilası getmək. donuqluq is.\n1. Donuq şeyin halı.\n2. məc. Süstlük, soyuqluq, hərəkətsizlik, ruh düşkünlüyü. Əbil Qənbərovun çıxışı .. adamlarda nə isə bir donuqluq əmələ gətirdi. Ə.Vəliyev. // məc. Sakitlik. donuşluq is. Torpağın donmuş halda olması. Qışda daha soyuq və qar örtüyü az olan Şərqi Sibirdə donmanın dərinliyi bir neçə metrə çatır. Belə şəraitdə torpaq yay zamanı üst tərəfdən əriyə bilir, dərinlikdə isə həmişə donma qatı qalır ki, bu, daimi donuşluq adlanır. donuşma “Donuşmaq”dan f.is. donuşmaq f. Azca donmaq, donan kimi olmaq, mayeliyini itirmək. Çox soyuqdur çıxan ahəstəcə tək-tək nəfəsi; Bədənində donuşub, laxtalanıb qan, ölüb... ə! M.Ə.Sabir. // Keyimək. donuz is.\n1. Vəhşi və əhli növləri olan irigövdəli, qısaayaqlı, qoşadırnaqlı, məməli ətlik heyvan. Donuz əti. – Donuzdan bir tük çəkmək də qənimətdir. (Məsəl).\n2. məc. Çox pinti, çirkin, səliqəsiz adam haqqında. // məc. Qanmaz, anlamaz, kobud adam haqqında (bəzən söyüş yerində). donuzabaxan bax donuzçu. donuzanqurdu bax dozanqurdu. donuzçu is. Donuz saxlayan, donuz otaran, donuzlara baxan (adam). donuzçuluq is. Kənd təsərrüfatının bir sahəsi olaraq donuz yetişdirmə işi. Donuzçuluq təsərrüfatı. donuzqılıcı is. bot. Sucuq yerlərdə bitən, bənövşəyi çiçəkli, uzun, şiş yarpaqlı bir bitki. donuzluq is.\n1. Donuz saxlanılan yer.\n2. məc. Çirkinlik, natəmizlik, pintilik.\n3. məc. Qabalıq, qanmazlıq; nankorluq. donuzotaran is. Donuz çobanı. donvurma is. Donun şiddətindən bədənin bir yerində əmələ gələn zədə, xəstəlik hal. dopdoğru sif. və zərf\n1. Tamamilə doğru, tam düzgün. Dopdoğru söz. Dopdoğru xəbər. Dopdoğru söyləmək. Dopdoğru deyir. – “Acı olur doğru söz” – babalar deyib bunu; Çox görmüşəm bu fikrin dopdoğru olduğunu. R.Rza.\n2. Birbaşa, düz, dümdüz, bilavasitə. Dopdoğru getdik. dopdolu sif. Tamam dolu, ağzınacan dolu. Dopdolu qab. – İnci təki dişlər dəhənində nəyə bənzər; Bir qönçeyi-xəndanə, içi dopdolu jalə. Kişvəri. Sısqa, çalışqan Camal; Arxada bir zor çuval; Şeylər ilə dopdolu; Çox da uzaqdı yolu. Ə.Nəzmi. Tamaşa salonu ağzına kimi dopdoludur. C.Cabbarlı. dopu is. məh. Ağzı və dibi dar, qarnı isə gen, kiçik küpə şəklində saxsı qab. Dopuda yağ, qatıq, süzmə, bəkməz saxlanır. – ..Hardasa yaxındakı yastı bir dam üstündə dopu çalıb rəqs eləyən kiçik qızların gülüşləri, aşağıda sağ tərəfdəki “Təzəpir” məscidinin minarəsindən ucalan axşam əzanının səsi [gəlirdi].. Ə.Məmmədxanlı. dor (=dorağacı) is. Müxtəlif məqsədlər üçün gəmilərin ortasında dikəldilən uzun dirək. ..Çıxasan dorağacına, baxasan dəryayə; Açasan bad əsən canibə yelkan, Yusif! S.Ə.Şirvani. Ki, nagah bir qara bayraq açıldı dorağacında; Yazılmış onda bir xətti-müsibətzayi-hürriyyət. M.Ə.Sabir. Deyəsən, batmış bir gəmini çətinliklə dənizdən çıxarırdılar, dorağacı yavaş-yavaş görünməyə başlayırdı. Mir Cəlal. ‣ Dor dibindən qaçan vulq. – hər cür pis işdən çıxmış adam haqqında. dorağacı (=dor) is. Müxtəlif məqsədlər üçün gəmilərin ortasında dikəldilən uzun dirək. ..Çıxasan dorağacına, baxasan dəryayə; Açasan bad əsən canibə yelkan, Yusif! S.Ə.Şirvani. Ki, nagah bir qara bayraq açıldı dorağacında; Yazılmış onda bir xətti-müsibətzayi-hürriyyət. M.Ə.Sabir. Deyəsən, batmış bir gəmini çətinliklə dənizdən çıxarırdılar, dorağacı yavaş-yavaş görünməyə başlayırdı. Mir Cəlal. ‣ Dor dibindən qaçan vulq. – hər cür pis işdən çıxmış adam haqqında. dosdoğru köhn. bax dopdoğru 2-ci mənada. Zahirdən batinə dosdoğru yoldur. Xətayi. [Pələng] qalxdığı yerdən iki dəfə üstümə atıldı, üçüncü atılışda dosdoğru üstümə düşəcəkdi. A.Şaiq. dosent is. [lat.] Ali məktəb müəlliminin professordan aşağı, assissentdən yuxarı elmi dərəcəsi və adı, həmçinin həmin adı almış ali məktəb müəllimi. Aynadan beş-altı yaş böyük olan qardaşı tibb institutunda dosent idi.. İ.Əfəndiyev. dosentlik is. Dosent vəzifəsi, dosent elmi adı. Dosentliyə təqdim etmək. Dosentlik elmi adı almaq. Dosentlik etmək. dosentura [lat.]\n1. Dosent vəzifəsi, dosent adı.\n2. top. Dosentlər. dost is. [fars.]\n1. Birisi ilə dostluq münasibəti olan adam, yaxın yoldaş, arxadaş. Köhnə dost. Uşaqlıq dostu. – Hər şeyin təzəsi, dostun köhnəsi. (Ata. sözü). // Birinin yaxşılığını, xoşbəxtliyini istəyən, onu ürəkdən sevən (düşmən ziddi). [Yusif:] Heç bundan yaxşı şey olarmı ki, qəlbdən istədiyin dostdan məktub alasan! N.Nərimanov. Neçə yüz ildən sonra biz də o məqama çata bilərik ki, gözümüzü açıb dostumuzu və düşmənimizi tanıyaq? C.Məmmədquluzadə. • Dost olmaq – aralarında dostluq münasibəti olmaq, ya yaratmaq, dostlaşmaq, arxadaş olmaq, yaxınlaşmaq. Mirzağa, gəncliyinə baxmayaraq, bu vaxtadək bir qız və ya qadınla dost və arxadaş olmamışdı. S.Hüseyn. [Dürrə:] Mən tanış olmağı və dost olmağı, qəriblərlə oturub-durmağı sevən bir qadınam. M.S.Ordubadi. [Nuriyyə:] Son kursda oxuyan Ayna adlı bakılı bir qızla dost olmuşduq. İ.Əfəndiyev. Dost tutmaq – özünə dost saymaq, sevmək, çox xoşlamaq. ..Şairlər bahar fəslini hamıdan artıq dost tuturlar. C.Məmmədquluzadə. [Təliə:] Vəliəhd, mənə inan, mən şeri də sevirəm, hətta şeri layiqi ilə oxuyanları da dost tuturam. M.S.Ordubadi.\n2. sif. mənasında. Dostluğa əsaslanan, bir-birinə qarşı xeyirxah olan. Dost ölkələr. Dost xalqlar. // Tərəfdar, müdafiəçi, havadar. – Sən həyat dostusan, ellər zinəti! İnsanlıq eşqidir köksündə yanan. S.Vurğun. // sif. Sevən, istəyən, əziz tutan.\n3. Adətən dosta, yaxın adama müraciət – dost! Əziz dost! – Gəlin, dostlar! Qələmdaşlar! Fərhad kimi külüng vuraq; Biz yaradaq dünyamızın qəhrəmanlıq dastanını! S.Vurğun. [Əhməd:] – Xoş gördük, köhnə dost, sənsən, gecə vaxtı haradan gəlirsən? İ.Şıxlı. Bir azdan sonra Lütfəli özü üçün bir rumka da araq töküb: – Sağ ol, dostum! – deyə içdi. İ.Musabəyov. dostanə zərf [fars.] Dost kimi, mehribancasına, dostcasına. Dostanə yaşamaq. Dostanə əlaqə saxlamaq. – Əlaqəmiz dostanədir. Bunu daha da möhkəm etmək lazımdır. M.S.Ordubadi. Cəlil ağa da dostanə, çox az qiymətə var-yoxunu Lütfəli bəyə icarəyə verib .. Avropaya səyahətə getdi. İ.Musabəyov. dost-aşna top. Dostlar, yaxın adamlar, yaxın yoldaşlar. [Rüstəm bəy:] Bir neçə nəfər dost-aşna çağırmışam, indi bu saat gələrlər, oturub söhbət edərik. Ü.Hacıbəyov. Gəmi yükün yan çəkər; Zəli sorar, qan çəkər; Yaxşı gündə dost-aşna; Yaman gündə can çəkər. (Bayatı). [Ceyran xala:] ..Yəqin yoldaşları yaxşı deyil. Dost-aşna adamı düzəldər də, korlayar da. S.Rəhman. dost-aşnalıq is. Dostluq, yaxınlıq, dostluq münasibəti. dostbaz is. [fars.] Ümumi işin zərərinə olaraq, xidmətdə və s.-də öz dostlarına üstünlük verən, onları himayə edən adam. dostbazlıq is. Ümumi işin zərərinə olaraq xidmətdə və s.-də öz dostlarına və yaxın adamlarına üstünlük vermə, onları himayə etmə. Dostbazlıq etmək. – Təəssüf ki, bəzən tənqiddən xoşa gəlməyən .. tərəfgirlik, dostbazlıq baş verir ki, baxanda quruyub qalırsan. S.Rəhimov. [Orxan:] Dostbazlığın, qohumbazlığın, yerlibazlığın kökü kəsilərdi. Kim nəyə layiqdirsə, o haqqı da alardı. İ.Məlikzadə. dostca (=dostcasına) zərf və sif. Dost kimi, mehribancasına, dost yaraşan bir tərzdə. Dostcasına hərəkət etmək. Dostcasına yaşamaq. Dostcasına ayrılmaq. Dostcasına rəftar. dostcasına (=dostca) zərf və sif. Dost kimi, mehribancasına, dost yaraşan bir tərzdə. Dostcasına hərəkət etmək. Dostcasına yaşamaq. Dostcasına ayrılmaq. Dostcasına rəftar. dost-doğma bax doğma 2-ci mənada. İndi adlı-sanlı bir həkim onların dəmir sobasının yanında oturub. Özü də Xəlilin dost-doğma əmisi oğlu! İ.Məlikzadə. dost-düşmən top. [fars.] Həm xeyirxah olanlar, həm də olmayanlar; həm dost olanlar, həm də dost olmayanlar. [Turxan bəy oğlu Cəmilə acıqlı:] Daha nə olacaq!.. Daha nə olsun ki, dost-düşmən içində bizi yerlərə soxdun. H.Cavid. Yalnız teatr sevgisi onları dost-düşmən yanında xar eləyir, ata-ana yanında başıaşağı edirdi. S.Rəhman. dostlaşdırılma “Dostlaşdırılmaq”dan f.is. dostlaşdırılmaq məch. Bir-biri ilə dost edilmək, bir-biri ilə yaxınlaşdırılmaq, aralarında dostluq əlaqəsi yaradılmaq. dostlaşdırma “Dostlaşdırmaq”dan f.is. dostlaşdırmaq f. Bir-biri ilə dost etmək, aralarında dostluq əlaqəsi yaratmaq, bir-biri ilə yaxınlaşdırmaq. dostlaşma “Dostlaşmaq”dan f.is. dostlaşmaq f. Bir-biri ilə dost olmaq, aralarında dostluq münasibəti yaratmaq. Nəbi qaraçılarla yaxından dostlaşır. “Qaçaq Nəbi”. Fərman da Qədir kişi ilə dostlaşmışdı. Ə.Sadıq. dostluq is. Qarşılıqlı etimad, ruhən yaxınlıq, mənafe birliyi və s. əsasında əmələ gələn yaxın münasibət. Örtülü bazar dostluğu pozar. (Ata. sözü). [Süleyman:] Adam gərəkdir dostluqda düz ola. Ü.Hacıbəyov. Dostluq var ki, tufanlar, fırtınalar onu yıxa bilmir. R.Rza. • Dostluq qatmaq – dost olmaq, dostluq etmək, dost olmağa çalışmaq. dostpərəst sif. [fars.]\n1. Dostunu sevən, dostluğu qiymətləndirən, dostluqda sadiq olan. Azərbaycanlıların dostpərəst olduqlarını bugünkü hadisələrlə təyin edə biləcəksən. M.S.Ordubadi.\n2. Bax dostbaz. dostpərəstlik is.\n1. Dostu sevmə, qiymətləndirmə; dostluqda sədaqət.\n2. Bax dostbazlıq. dostu is. Hörmət üçün əmi və dayı arvadına verilən ad. dostucan is.\n1. Bax dostu.\n2. İri, sarı və uzunsov qovun, yemiş. Tağların üstündə sarı dostucan; Ağ, qara, çil qarpız qıpqırmızı qan. H.K.Sanılı. dostyana bax dostca(sına). dostyanalıq is. Dost olma, dostluq göstərmə, dostluq münasibəti. dosyy is. [fr.] Müəyyən şəxs barədə sənədlər və materiallar toplusu, kadrlar üzrə şəxsi vərəqə. doşab is. [fars.] Üzüm, tut, əncir və qeyri meyvələrin şirəsinin qaynadılmasından hasil olan qəliz şirin maddə; bəkməz. Tut doşabı. – ..Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz. Şəhriyar. ‣ Doşab almışam (almışıq) bal çıxıb – gözlənilmədən yaxşı çıxmış şey, adam haqqında. [Hacı Kamyab:] Arvad, doşab almışıq, bal çıxıb. Qız Mirzə Əhməd ağanın evindədir. Ağa da qızın kəbinini özünə kəsmək istəyir. Ə.Haqverdiyev. doşablıq is. Doşab üçün yararlı. Doşablıq üzüm. dotasiya [lat.] mal. Artıq xərcləri, zərəri və ya başqa ehtiyacları ödəmək üçün idarələrə, müəssisələrə və ya təşkilatlara dövlət tərəfindən verilən əlavə pul yardımı. Dövlət dotasiyası. dotələb sif.\n1. Tələb edən, istəyən, almağa, əldə etməyə şiddətli həvəsi, arzusu olan. Surxay! Sən bilirsən ki, bütün dünya ona dotələb idi. C.Cabbarlı.\n2. Özünü cəsarətlə irəli atan, qorxmayan; özünü davaya, toqquşmağa, mübahisəyə hazır kimi göstərən və buna hazır olan. dotələbanə bax dotələbcəsinə. dotələbcəsinə zərf Dotələbliklə, cəsarətlə; davaya, toqquşmaya, mübahisəyə hazır kimi. dotələblik is. Dotələb olma; cəsarətlilik, qorxmazlıq. Şerin ritmində Koroğluya xas olan bir dotələblik vardır. M.Hüseyn. dov is. dan. Dava, hərbə-zorba. Dinibdanışdığı davadır, dovdur; Söndürən ruzgardır, yandıran dovdur. “Koroğlu”. ‣ Dov çəkmək – səslənərək hücum etmək. Məhəllənin adamları dov çəkib gəldilər. Dov düşmək dan. – fürsətdən istifadə etmək, əlinə fürsət keçmək. Dov gəlmək – bərabər olmaq, öhdəsindən gəlmək, üstün gəlmək, qarşısında dura bilmək, ayaqlaşa bilmək, güc gəlmək. İki it bir aslana dov gələr. (Ata. sözü). Zəhra xanım əllərini birbirinə vurub qaqqıldadı: – Ay Kərim, çox öyünmə, Ayrım qızı dörd-beş kişiyə dov gəldi, – dedi. A.Şaiq. dovdaq is.\n1. zool. Durnalar fəsiləsindən yeyilən iri çöl quşu.\n2. məc. Çox asan aldadıla bilən, uzağı görməyən, dardüşüncəli adam haqqında. Dovdaq adamı aldatmaq asandır. – Karvanbaşı cilovu əlinə almışdı və dovdaq kimi donub atın yanında dayanmışdı. Ə.Məmmədxanlı. dovğa is. Ayran, göyərti və düyüdən bişirilən duru xörək. Ətli dovğa. Noxudlu dovğa. – Dovğa doqqazacan, qatıqlı aş qapıyacan. (Ata. sözü). [Seyid dedi:] Müsəlman aşpazı saxlayıram, gözəl plov, dovğa, dolma, küftə bişirir ki, ölü yesə, dirilər. Ə.Haqverdiyev. [Nuriyyə:] Mən yeməklərin hamısından çox dovğanı xoşlayıram. İ.Əfəndiyev. dovğalıq is. Dovğa bişirmək üçün yarar, dovğa üçün ayrılmış. Dovğalıq qatıq. dovla is. ovç. Kəklik və turacı aldadıb ovlamaq üçün ovçuların istifadə etdikləri şux rəngli parçadan bürüncək; tələ. Namərd ovçu dovla qurar arxadan; Göyqurşağı, çöl düzünə, aldanma. R.Rza. dovlalı sif. ovç. Dovlası olan, dovlaya bürünmüş (ovçu). dovşan is.\n1. Gəmiricilər dəstəsindən qabaq ayaqları dal ayaqlarından qısa, uzun və dik qulaqlı, dodağı yarıq kiçik heyvan. Dovşanlar otla və bitki ilə keçinir. Dovşan əti dadsız olur. – Dovşanın gümanı ayaqlarına gələr. (Ata. sözü).\n2. məc. Qorxaq, cəsarətsiz adam haqqında. ‣ Dovşan bığı – xeyrə-şərə yaramayan adam haqqında. Dovşan qulağı – dik duran şey haqqında. Toybəyi bığlarını dovşan qulağına döndərmişdi. Mir Cəlal. Dovşan ürəkli – ürəksiz, cürətsiz, qorxaq. Dovşan yuxusu – qısa, lakin bərk yuxu, dərin yuxu. Dovşana qaç, tazıya tut demək – ikiüzlülük etmək. Dovşanı araba ilə tutmaq – bir şeyi üsulluca, tələsmədən, səbirlə, ustalıqla əldə etməyə çalışmaq. dovşanalması is. məh. Dağlarda özözünə yetişən bir ağac və onun alma kimi xırda və acı meyvəsi. Bir sıra dovşanalması növləri bəzək bitkisi kimi parklarda və bağlarda becərilir. H.Qədirov. dovşancığaz “Dovşan” söz. oxş. dovşancıq is. Balaca dovşan, dovşan balası. dovşancıl is. Çalağan, quzğun. dovşançı is. Dovşançılıqla məşğul olan adam. dovşançılıq is. Dovşan, xüsusilə adadovşanı yetişdirmə işi. dovşandodaq I. sif. dan. Dodağının ortası yarıq. Dovşandodaq uşaq.\n\nII. is. bot. Dodaqçiçəklilər fəsiləsindən çoxillik bitki. dovşantəpəl sif. dan. Dar qaşqalı təpəl at. dovşanyatışı bax. dovşan yuxusu (“dovşan”da). dovtələb bax dotələb. dovuxmaq bax donuxmaq. doydurma “Doydurmaq”dan f.is. doydurmaq f.\n1. Tox hala gətirmək, doyunca yedirmək, yemək vermək. Aclıq mənə lap kar etmişdi, durdum ki, evimizə gedib bu arsızı doydurdum. A.Divanbəyoğlu.\n2. kim. Bir mayeni, öz içərisində çoxlu miqdarda başqa maddəni əridəcək (həll edəcək) dərəcəyə çatdırmaq. ‣ Cana doydurmaq – bax can. doydurucu sif. Kifayət qədər qidalı; doyduran, doyumlu. Doydurucu yemək. doydurulma “Doydurulmaq”dan f.is. doydurulmaq məch. Tox hala gətirmək, doyunca yedirilmək. doymazlıq (=doymamazlıq) is. Doymayan, həddindən artıq çox yeyən adamın hal və keyfiyyəti; acgözlük, qarınqululuq. doymamazlıq (=doymazlıq) is. Doymayan, həddindən artıq çox yeyən adamın hal və keyfiyyəti; acgözlük, qarınqululuq. doyma “Doymaq”dan f.is. doymaq f.\n1. Yeməyə olan ehtiyacı rəf olmaq, lazımınca yeyib tox hala gəlmək, qarnı tox olmaq. Bu xörəkdən doydum. – Bozbaşdan doymaq istəyirsənsə, qonaqlarını tox hala salmaq istəyirsənsə, çölməyə çox ət sal. C.Məmmədquluzadə. Başını xörəklərin xonçasına əymişdi, əlini nimçənin üzərində saxlayıb, mənim doymağımı gözləyirdi. M.S.Ordubadi.\n2. kim. Öz içərisində çoxlu miqdarda başqa maddəni əritmək, həll etmək, canına çəkmək.\n3. məc. Bezikmək, bıqmaq, təngə gəlmək, ürəyini vurmaq; soyumaq. Yar məndən doyubdursa; Mən yardan doymamışam. Sarı Aşıq. Gəncədə bir kişi övrətindən doyanda belə bəhanə eləyir ki, məsələn, “məlunə övrət mənim anamı söyür və məndən izin almamış həyətə çıxır”. C.Məmmədquluzadə. ‣ Cana doymaq – bax can. [Mələk] cana doysa da, hələ qəti qərara gələ bilmirdi. İ.Şıxlı. doymamış f.sif.\n1. Doyunca yeməmiş, yeməyə olan ehtiyacı tam surətdə olmamış; alaqarın.\n2. kim. Öz içərisində kifayət maddəni əritməmiş, həll etməmiş, çəkməmiş; tərkibində tələb olunan maddələr olmayan. doymaz sif. Doymaq bilməyən, həddən artıq çox yeyən; acgöz. Doymaz adam. doymuş f.sif.\n1. Yeməyə olan ehtiyacı rəf olmuş, yeyib tox hala gəlmiş.\n2. kim. Öz içərisində çoxlu miqdarda maddələr əritmiş, həll etmiş, canına çəkmiş. Doymuş məhlul. doyum is. Doyma, doydurma. Bir doyum saman. Bir doyum yer. doyumlu sif. Doyduran, doydurucu, qidalı. Qəbul olunan qida dadlı, mənfəətli, doyumlu olmalıdır. doyumluq is. Doymağa kifayət edən qədər. Bir doyumluq un. – Qarpız doyumluq üçün deyil, sərinlik üçündür. (Ata. sözü.). [Vaqif:] Hər şey doyumluq olsa, zövq olarmı, həsrət olarmı? Çəmənzəminli. doyunca zərf\n1. Doyana qədər. Doyunca yemək. – Tut ağacı boyunca; Tut yemədim doyunca. (Bayatı). [Əsgər:] Barı bir zəhmətə görə, əziyyətə görə doyunca adama çörək verə, yenə dərd yarıdır. N.Vəzirov. ..Hamımız süfrə başına oturub qatıq, yağ, qaymaqdan doyunca yedik. A.Şaiq.\n2. məc. İstədiyi qədər, çoxlu, ürəyinin ehtiyacı rəf olunca. Doyunca gəzmək. Doyunca danışmaq. – Qoy doyunca baxsın, etsin tamaşa; Heyrandı göz-gözə, qurban olduğum! M.P.Vaqif. Ol qəmli gecə sabah olunca; Rahat yuxu yatdı bir doyunca. A.Səhhət. ..İlk dəfə gördüyüm bu yerlərin gözəlliklərini doyunca seyr etmək üçün tüfəngi çiynimdən çıxarmadan arxadan gedirdim. M.Rzaquluzadə. doyurma “Doyurmaq”dan f.is. doyurmaq f.\n1. Yedirmək, qarnını doydurmaq, aclığını rəf etmək. Arvad məni inandırır ki, bir çox ac itlər və heyvanlar öz rizqlərini zibildə tapırlar; onları doyurmaq da savabdır. C.Məmmədquluzadə. Bol nemətli, bərəkətli hövzəsi Nilin; Doydurmadı qarnını yoxsul misirlinin. O.Sarıvəlli. Dənizdəki balıq ac adamı nə qədər doyurarsa, məhbuslara da bu ümid o qədər təsəlli verirdi. Mir Cəlal.\n2. məc. Yalandan vədlər verərək xatircəm etmək. ..Mirzağa Bülluri Helmini və İbrahim Fövzini vədlərlə doyururdu. M.S.Ordubadi.\n3. Bax doydurmaq 2-ci mənada. Məhlulu doyurmaq. doyuzdurma “Doyuzdurmaq”dan f.is. doyuzdurmaq bax doydurmaq. Yatdıq və səhər dedilər ki, gecə oğru inək hara isə əkilib və qarnını doyuzdurub, sübh tezdən qayıdıb gəlibdir. C.Məmmədquluzadə. doyuzdurulma “Doyuzdurulmaq”dan f.is. doyuzdurulmaq bax doydurulmaq. duza [yun.] Bir dəfədə, yaxud bir gün ərzində qəbul etmək üçün müəyyən edilən dərman və s.-nin miqdarı. Dozanı azaltmaq (əskiltmək). dozalama “Dozalamaq”dan f.is. dozalamaq f. Dozalara bölmək, dozasını müəyyən etmək. dozalanma “Dozalanmaq”dan f.is. dozalanmaq məch. Dozalara bölünmək, dozası müəyyən edilmək. dozanqurdu is.\n1. Özünümüdafiə üçün bədənindən pis qoxu ifraz edən bir böcək; qaraböcək. Rusiyanı görməyənlərə bunu ərz etməliyəm ki, Rusiya nömrələrində həşəratülərzdən hər nə istəsən tapılar: birə, taxtabiti, siçan, tarakan deyilən bir növ dozanqurdu ki, adına bizim kəndlərdə “qara fatma” deyirlər. Haqverdiyev.\n2. məc. dan. Çox çirkin, qara, arıq adam haqqında. Lap dozanqurduna oxşayır. döhül is. köhn. Nağara, təbil, davul. Qoca hələ sözünü tamamlamamışdı ki, birdən .. döhül vuruldu. “Koroğlu”. Çalındı döhül, köçdü bütün qafilələr. Ə.Nəzmi. döl is.\n1. Rüşeym, maya. Döl üçün ayrılan xınaquyruqlu qoçlar .. döyükmüş ətrafa baxırdılar. S.Rəhimov. // Ana bətnində bala. // Mayalanma, döllənmə dövrü. • Döl düşmək – ev heyvanlarının doğum vaxtı çatmaq. Döl salmaq – 1) doğub törəmək, törəyib artmaq. Dağın bir tərəfində kəkliklər döl salmışdır; 2) bitib artmaq, çoxalmaq, yayılmaq. Bu dağda cır alma yaman döl salmışdır.\n2. Cins. Ərəb atı dölü. Qarabağ qoyunu dölü. – [Müsyö Jordan:] Hatəmxan ağa, .. bir ay bundan əvvəl Qarabağın əlyetməz dölündən köhlən at altında gəlib sizə qonaq olan xoşbəxt adam .. əgər Qarabağa gəlməyəydi, bu qədər dövləti haradan ələ salardı? M.F.Axundzadə. // Döllük heyvan. Şən balalar, dağ gövdəli erkəklər; Bax, bu əsil, tosqun döllər bizimdir. A.Şaiq.\n3. məc. Nəsil mənasında. [Güllü:] Abbasın dölünə nə deyəsən? S.Rəhimov. dölçü is. k.t. Döl mütəxəssisi olan zootexnik. dölçülük is. Döllük, cinslik heyvan yetişdirmə işi. dölləndirilmə “Dölləndirilmək”dən f.is. dölləndirilmək məch. biol. Rüşeym əmələ gətirilmək; mayalandırılmaq. dölləndirmə “Dölləndirmək”dən f.is. dölləndirmək f. biol. Erkək və dişi hüceyrələrini birləşdirməklə rüşeym əmələ gətirmək; mayalandırmaq. döllənmə “Döllənmək”dən f.is. döllənmək f. Döl salmaq, döl bağlamaq; mayalanmaq. döllük sif. Dölə yarayan, döl üçün ayrılan; cins, cinslik. dölmə is. dan. Dalan, aralıq. Qır iyi dölmədən gəlirdi. Mir Cəlal. dölsüz sif. biol. Döl verməyən, dölü olmayan; balası olmayan, nəsil verməyən, sonsuz; mayalanmayan. dölsüzləndirilmə “Dölsüzləndirilmək”dən f.is. dölsüzləndirilmək məch. biol. Dölsüz hala salınmaq. dölsüzləndirmə “Dölsüzləndirmək”dən f.is. dölsüzləndirmək f. biol. Ürəmək və ya ürətmək qabiliyyətindən məhrum etmək. Erkək atı axtalamaqla dölsüzləndirmək olar. dölsüzlənmə “Dölsüzlənmək”dən f.is. dölsüzlənmək bax dölsüzləşmək. dölsüzləşdirilmə “Dölsüzləşdirilmək”dən f.is. dölsüzləşdirilmək bax dölsüzləndirilmək. dölsüzləşdirmə “Dölsüzləşdirmək”dən f.is. dölsüzləşdirmək bax dölsüzləndirmək. dölsüzləşmə “Dölsüzləşmək”dən f.is. dölsüzləşmək f. biol. Ürəmək və ya ürətmək qabiliyyətini itirmək. dölsüzlük is. biol. Ürəmə və ya ürətmə qabiliyyətinin olmaması; sonsuzluq. dölvericilik is. biol. Dölvermə qabiliyyəti. döndərilmə “Döndərilmək”dən f.is. döndərilmək “Döndərmək”dən məch. Sağa döndərilmək. Üzüaşağı döndərilmək. Fikrindən döndərilmək. döndəriş bax döndərmə1 2 və 3-cü mənalarda. döndərmə I. is.\n1. “Döndərmək”dən f.is.\n2. mus. Əsas havanın ardınca çalınan yüngül hava. Aşıqlar ağır havadan keçirlər döndərməyə. Ə.Haqverdiyev.\n3. dan. Döngə, dönüş.\n\nII. is.\n1. məh. k.t. Taxılın ikinci dəfə suvarılması.\n2. köhn. Süd, qatıq və s. qablarının üstünü örtmək üçün qamışdan, ağacdan və s.-dən qayrılma qapaq, örtü. döndərmək f.\n1. İstiqamətini yana və ya geriyə, yaxud başqa tərəfə yönəltmək. [Rüstəm] yavaşca öküzün boynuna vurub həyətə döndərdi. S.Rəhimov. ..Şirəhməd gördü ki, maşını döndərməyə yer qalmamışdır. H.Seyidbəyli.\n2. Əvvəlki vəziyyətinin əksinə dəyişmək. // Bir tərəfə çevirmək. Üzünü bizə tərəf döndərdi. – Döndərmək çox çətindir, Onu öz axarından. Axar su kir götürmür. B.Vahabzadə. // Tuşlamaq, yönəltmək. Topun ağzını, hədəfə döndərmək.\n3. Tərsinə qoymaq, çevirmək. Stəkanı ağzı aşağı döndərmək. Üzü üstə döndərmək. // Böyrü üstə yıxmaq, devirmək, aşırmaq. Arabanı döndərdi. Qazanı döndərmək. // İçini bayırına və ya önünü arxasına çevirmək. Yastığı döndərmək.\n4. ...şəklinə salmaq, ...halına salmaq, ...çevirmək. Suyu buza döndərmək. – Gör necə alt-üst eləyib şeyləri; Döndərib “a-ba”ya “əlif-bey”ləri. M.Ə.Sabir. Əhməd varyoxunu satıb nağd pula döndərdi ki, özü ilə aparsın və oradan mal alıb buraya gətirsin. B.Talıblı. Xandostu! Düşübdür yeni sövdayə bizim qız! Düz qəddimi döndərdi mənim yayə bizim qız! Ə.Nəzmi.\n5. Soldurmaq. Günəş paltarın rəngini döndərdi. – Zəfəran tək bənzimi döndərdi ol birəhm yar. Nəsimi.\n6. İnandıraraq qəbul etdirmək. [Axund Səməd:] Hətta mən istədim ki, cuhudlara .. dəxi əl qatıb onları da şiə məzhəbinə döndərim, amma bir para kimsənələr məsləhət görmədilər ki, lüzumu yoxdur. M.F.Axundzadə.\n7. Vaz keçdirmək, əl çəkməyə məcbur etmək; daşındırmaq. Fikrindən döndərmək. Qəsdindən döndərmək. – Dinini döndərgil, ey zahid, ki yaxşı din degil. Füzuli. Heç bir təhlükə, heç bir qorxu [Firidunu] qərarından döndərə bilmədi. M.İbrahimov. ‣ Üz döndərmək – bax üz. Sayadım sayıq deyil; Yatıbdı, ayıq deyil; Söz verib üz döndərmək; Heç yara layıq deyil. (Bayatı). dönə is. məh. Dəfə, yol. Bu dönə. dönəcək is. Tin, döngə. ..Tarqovı küçəsinin dönəcəyində rastımıza bir neçə avtomobil çıxdı. C.Məmmədquluzadə. dönə-dönə zərf Dəfələrlə, bir neçə dəfə; təkrar-təkrar. “Cəfa çəkmə, məndən sənə yar olmaz”; Dönə-dönə dedi o dilbər mənə. Q.Zakir. Çıxacaqlar göyləri aşaraq dönə-dönə; Buludların fövqünə. M.Müşfiq. Dilara .. məktubları dönə-dönə oxuyurdu. Ə.Məmmədxanlı. dönək bax dönük. Qəhr olsun o qəhrəman ki dönəkdir; Dünya gözəl olsa, dönməm yarımdan. H.Cavid. döngə is. Küçənin, yolun, arxın və s.-nin dönən, burulan yeri. [Avtomobil] ..gah dolayın döngələrində gizlənib yox olur, gah döngədən çıxıb yavıqlaşır. C.Məmmədquluzadə. ..Ağıryüklü fayton əyri-üyrü və eniş-yoxuş yollara çatdıqda bir döngədə aşıb oxu və çarxı sındı. S.S.Axundov. // Əsas küçədən ayrılan kiçik, dar küçə. Əyri döngələrdə, dar küçələrdə; Səs-səmir kəsilir, adam azalır. R.Rza. ..Döngələrin birində [Səriyyə xala və uşaqları] qaynar bir izdihamın içinə düşdülər. M.İbrahimov. // Küçənin tini. Qarı isə məscid yanında durub, oğlu döngə başında gözdən itincəyə qədər onun ardınca baxdı. Ə.Məmmədxanlı. döngəl is. məh. Cır əzgil. döngələmə “Döngələmək”dən f.is. döngələmək f. dan. Vədini, qərarını dəyişmək; sözündən dönmək (qaçmaq). Sözünü döngələmək. döngəli sif. Döngəsi, ya döngələri olan. Döngəli yol, küçə. – Rüstəm fikirləşəfikirləşə .. döngəli yolları qalxıb evinə çatdı. S.Rəhimov. Qədir dar küçəli, qaranlıq döngəli bazarlarda sərsəri kimi mənasız dolaşırdı. Mir Cəlal. dönmə 1. “Dönmək”dən f.is.\n2. sif. Cinsini, nəslini dəyişmiş; dönmüş. // Dinini, məzhəbini, əqidəsini dəyişmiş. – Farsdan dönməsiniz, – dedilər bizə. Baxıb gözümüzün içinə dimdik, Onlar qəsd elədi mənliyimizə. B.Vahabzadə. dönmədən zərf Qəti və ardıcıl surətdə. Göstərişləri dönmədən yerinə yetirmək. dönmək f.\n1. Getdiyi, ya durduğu tərəfin əksinə çevrilmək. Sağa dön! – Atlı .. bütün vücudu ilə səs gələn səmtə döndü. M.Hüseyn. // İstiqamətini dəyişmək, başqa tərəfə yönəlmək. Küçəni dönərkən bir Çin polisi onun qabağını aldı. S.S.Axundov. // “Dönüb”, “dönərək” şəklində – 1) Başını, üzünü çevirərək. Yeriyəndə dönüb dalı baxmağı; Ahunun balası səndən öyrənib. Q.Zakir. Şirzad dönüb Qoşatxanı gördükdə tələsik ona tərəf getdi, əl verdi, salamlaşdı. M.İbrahimov. Tofiq dönüb marığa sarı baxdı ki, quşun necə olduğunu Elçindən öyrənsin. M.Rzaquluzadə; 2) qayıdaraq, cavab olaraq, cavabında. Dönüb belə dedi...\n2. Qayıtmaq, geri qayıtmaq. Gedib axşam dönəcəyəm. Şəhərdən dönmək. Yoldan dönmək (yarı yoldan qayıtmaq). – Köç dönəndə axsaq keçi qabağa düşər. (Ata. sözü.). Bir gün Qərənfillə Bahadır yenə adi qayda üzrə bir yerdə evə dönürdülər. S.Rəhman.\n3. Sözünü, vədini, qərarını pozmaq, sözündən qaçmaq. Sözündən dönmək. Əhdindən dönmək. Qərarından dönmək. // İmtina etmək, əl çəkmək, üz döndərmək, vəfasızlıq etmək, dönüklük etmək. Əqidəsindən dönmək. Məsləkindən dönmək. – Mirzə Valeh dediyindən dönmədi. S.Rəhimov.\n4. ...halına düşmək, ...şəklini almaq. Axşam oldu, boz buludlar; Döndü vulkanlı dağlara.. H.Cavid. Keçmişin taleyi sönmüş bu gecə; İşçilər aslana dönmüş bu gecə. M.Müşfiq. // Çevrilmək. Aşıq azadə gərəkdir ki, dönər zindanə; Bərgi-güldən ola gər bülbüli-şeydayə qəfəs. S.Ə.Şirvani. Dostun firqətindən, yar həsrətindən; Bahar mənə zimistanə dönübdü. Aşıq Ələsgər. Mən bu vətən torpağını tanıyıram, ona insan əli toxunan kimi o, təzədən bir cənnətə dönəcəkdir. Ə.Məmmədxanlı. // Keyfiyyəti dəyişmək, başqa keyfiyyət almaq. Şərab ağzıaçıq qalanda turşuyub sirkə olur və sirkə açıq qalanda dönüb su olur. H.Zərdabi. Əriyib suya dönərsən; Axıb çaya gedərsən. M.Ə.Sabir. Ağır tanklar külə döndü, sovrularaq havaya. Ə.Cəmil. // Ümumiyyətlə, dəyişmək, başqalaşmaq, pisləşmək. [Məşədi Cəfər:] ..Ruzgar elə dönübdür ki, qardaş qardaşa etibar eləyib girovsuz bir qəpik borc verməyir. Ə.Haqverdiyev.\n5. Dövr etmək, fırlanmaq, hərlənmək. Təkər öz oxu üzərində dönür. – [Oynayanlar] bir-birinin ardınca ikibir, üçbir əl-ələ tutaraq foyenin ortasındakı orkestrin ətrafına dönürdülər. S.Hüseyn. Qatarın çarxları durmadan dönür; İşıqlar görünmür, işıqlar sönür. N.Rəfibəyli.\n6. Yıxılmaq, çevrilmək, aşmaq. Üzü üstə dönmək.\n7. Oxşamaq, bənzəmək. Lap uşağa dönmüsən. İncəlib qıla dönmək (çox arıqlamaq).\n8. Ötmək, keçmək. Sən görən əyyami-güzəştə hanı? Döndü zəmanə, fələkin dövranı. Aşıq Pəri. dönməksizin bax dönmədən. dönməz sif. Səbatlı, əzmli, dözümlü, qərarında möhkəm və ardıcıl. Dönməz qəhrəman. Dönməz iradə. – Rüstəm kişini həmişə qüvvətli və dönməz görməyə alışmış Səkinə şikayətlənməsinə dözə bilmədi. M.İbrahimov. Sən dönməz balıqçısan; Yoldaşların səbatlı. M.Rahim. dönməzlik is. Səbat, dözümlülük, əzmkarlıq, qərarında möhkəmlik və ardıcıllıq. Qocaoğlu dönməzliklə (z.) hərəkət edir, həyat təcrübəsi də işdə ona az kömək etmirdi. S.Rəhimov. dönük sif. Sözündə, əhdində, məsləkində durmayan; səbatsız, etibarsız, vəfasız. Dönük adam. – Aslan .. dönük fikirli və zəif iradəli adamları sevməzdi. M.İbrahimov. • Dönük çıxmaq – dönüklük göstərmək, vəfasız, etibarsız çıxmaq. Dünənə qədər mənim xəyalımla yaşayan bir qız birdənbirə nə üçün dönük çıxa idi? Mir Cəlal. Şerə yamaq vuranlara insan sözü qoy ar olsun! Şair olan dönük çıxmaz, yolunda min ruzgar olsun. R.Rza. dönüklük is.\n1. Əhdində, sözündə durmama; səbatsızlıq, etibarsızlıq, vəfasızlıq. Dönüklük etmək. – [Əmiraslan ağa:] Yoxsa dönüklük olmuşdur? S.S.Axundov. Onda qubernator .. deməzdimi ki, ay Müqim bəy Cavanşir, bu nə dönüklük azarıdır ki, səni yaxalayıbdır. S.Rəhimov.\n2. Dəvətdən, çağırışdan imtina etmə; çağırılan yerə getməmə. Belə bir halda nə qədər süfrə dolu olsa, yenə qonaq dönüklük edər, bu ev onu məngənə kimi sıxar. S.Rəhimov. dönüm is.\n1. Dönmə, dönüş, qayıtma, dolanma.\n2. Dəfə, kərə. Bir dönüm. Bu dönüm. dönüş is.\n1. Qayıdış, qayıtma, geri dönmə.\n2. məc. Bir şeyin gedişində, inkişafında əsaslı və ciddi dəyişiklik. İşdə dönüş yaratmaq. – [Səttar xan:] Qüvvət bacarıqdan, qorxmamaqdan və kütlədə dönüş yaratmaqdan ibarətdir. M.S.Ordubadi.\n3. Bax dönüm 2-ci mənada. [Ana:] Qadan alım, oğlum, bu dönüş də mənim sözümü eşit. (Nağıl). Gündə yüz dönüş mənim dalımca gəlir, mən də o gələndə qaçıb gizlənirəm.. C.Cabbarlı. dörd miqd. s.\n1. Üçdən sonra gələn və 4 rəqəmi ilə işarə olunan say və miqdar. İki dəfə iki – dörd. Dörd yaş.\n2. Beşballı sistemdə şagirdin, tələbənin müvəffəqiyyətini göstərən və “yaxşı” ifadə edən nömrə. Dərslərdən 4 almaq. ‣ Dörd bir tərəf – dövrə, hər tərəf, hər yan, ətraf. Qalanı dörd bir tərəfdən mühasirəyə aldılar. Dörd bir yan – bax dörd yan. Bu görünən qaladır; Dörd bir yanı taladır. (Bayatı). Dörd divar(ın) arasında və ya içində qalmaq (oturmaq) – bax divar. Dörd əllə – ürəklə, həvəslə, bərk-bərk. Naznaz Qaraşı vurub çölə atmadı, gün-gündən dörd əllə ondan yapışdı. M.İbrahimov. Dörd gözlə – 1) səbirsizliklə, böyük bir intizarla. Dörd gözlə gözləmək. – ..Hamısı da axır möhtərəm Elçinin yolunu dörd gözlə gözləyirdilər!.. S.Rəhimov; // diqqətlə, böyük həvəslə. Anamın şəklini görüb dörd gözlə qəzeti oxumaq istədim. Mir Cəlal; 2) çox sayıq bir surətdə. Dörd olmaq – çox böyümək, çox artmaq. Yenə dörd oldu suyu irmağın. Nəsimi. Dörd tərəf – bax dörd bir tərəf. [Aydəmir:] Yoldaşları dörd tərəfdən atdılar. C.Cabbarlı. Dörd yan – bax dörd tərəf. Göy yamacın ətəyində kəndciyəz; Dörd yanında dalğalanır tarlalar. A.Şaiq. Hər gölməçənin dörd yanında torpaqdan sədd çəkmişdilər. M.Hüseyn. Dörd yanına (tərəfinə) baxınmaq (boylanmaq) – çaşmaq, şaşırmaq, çaşaraq təlaşla ətrafına baxınmaq. Dörddə alacağım (alacağın, alacağı) yox, beşdə verəcəyim (verəcəyin, verəcəyi) – dərdsizlik, qayğısızlıq mənasında. Dörddə bir – çox az miqdar, bir şeyin çox az hissəsi. Ey əcəb, mən ki sədaqət yolunu azmayıram! Hələ gördüklərimin dörddə birin yazmayıram! M.Ə.Sabir. dördadamlıq sif. Dörd adam üçün olan. Dördadamlıq loja, kupe. // Dörd adamdan ibarət. Dördadamlıq qrup. dördaşıq is. köhn. Aşıqla oynanılan qumar oyunlarından biri. Çünki onların bəzisi dükanlarda gün keçirdir, qeyrisi köhnə hamamlarda dördaşıq atır. N.Vəzirov. dördatlı sif. İki cüt (dörd) at qoşulmuş. Dördatlı faytonlar gözəl bəzəkli. H.K.Sanılı. Bazar günü idi. Onlar dördatlı faytonu qoşdurub Şuşa şəhərinə gedəcəkdilər. Ə.Vəliyev. dördavarlı sif. İki cüt avarı olan. Dördavarlı qayıq. dördayaq I.\n1. zərf Çaparaq, çox sürətli, çox cəld. Dördayaq get, onu çağır.\n2. is. Atın dörd ayağını da yerdən üzüb atıla-atıla çapması (at yerişi).\n\nII. is. məh.\n1. Üstündə xəmir yaymaq üçün ayaqlı taxta alət; yuxayayan, mərdənə. Dördayağı gətir, yuxa yay.\n2. Ev heyvanı, iş heyvanı.\n3. Kətil. dördayaqlı I.\n1. sif. Dörd ayağı olan. Dördayaqlı masa.\n2. is. Dörd ayağı üzərində gəzən; heyvan. Hacı Səməd ağa rəiyyəti qapıda gəzən dördayaqlılardan seçmir. Ə.Haqverdiyev.\n3. Bax dördayaq1 1-ci mənada. Mahmud əminin iki ayağı varsa, ikisini də sanki satın alıb, dördayaqlı yüyürərək kəndə getdi. B.Talıblı.\n\nII. is. Sacayaq növü. dördaylıq sif.\n1. Dörd ay əvvəl doğulmuş. Dördaylıq uşaq. Dördaylıq buzov.\n2. Dörd ayda görüləcək, dörd ay müddətində olan, dörd ay davam edən. Dördaylıq plan. Dördaylıq təlim. dördbarmaq (=dördbarmaqlı) sif. Dörd barmağı olan. At öz əcdadı olan dördbarmaqlı heyvandan təkamül edib üçbarmaqlı, sonra isə birbarmaqlı – təkdırnaqlı heyvan olmuşdur ki, indi də biz onu belə təkdırnaqlı heyvan kimi tanıyırıq. dördbarmaqlı (=dördbarmaq) sif. Dörd barmağı olan. At öz əcdadı olan dördbarmaqlı heyvandan təkamül edib üçbarmaqlı, sonra isə birbarmaqlı – təkdırnaqlı heyvan olmuşdur ki, indi də biz onu belə təkdırnaqlı heyvan kimi tanıyırıq. dördbaş (=dördbaşlı) sif. Dörd başı, dörd təpəsi olan. dördbaşlı (=dördbaş) sif. Dörd başı, dörd təpəsi olan. dörd-beş say. Dörd, ya beş ədəddən və s.-dən ibarət olan. Biz məktəbdə gündə dördbeş dəfə əllərimizi sabunla yuyuruq. Ə.Haqverdiyev. Onun yanında orta yaşlı iki kişi və dörd-beş yaşlı bir oğlan uşağı vardı. İ.Şıxlı. dördbölgülü (=dördbölüşlü) sif. Dörd gözdən (bölmədən, hissədən) ibarət olan. Dördbölüşlü duzqabı. Dördbölgülü meydan. dördbölüşlü (=dördbölgülü) sif. Dörd gözdən (bölmədən, hissədən) ibarət olan. Dördbölüşlü duzqabı. Dördbölgülü meydan. dördböyrək sif. dan. İgid, qorxmaz, ciyərli. Yaman küyçü qocadır! – Yox, küyçü deyil, dördböyrək kişidir. Görmürsən, elə bil dağ gedir? S.Rəhimov. dördbucaq is. riyaz. Dörd bucağı olan həndəsi cisim. dördbucaqlı sif. Dörd bucağı olan; dördkünc. Dördbucaqlı otaq. Karvansara dördbucaqlı bir tikintidir. dördcə say. Ancaq dörd, cəmi dörd. Dördcə adam gəlmişdir. Dördcə qəpik pul qalmışdır. dördcərgəli sif. Dörd cərgəsi olan, dörd sırası olan. Dördcərgəli xiyaban. Dördcərgəli oturmaq yeri. dördcildlik sif. Dörd cilddən ibarət. Dördcildlik lüğət. dördçarxlı bax dördtəkərli. dörddəfəli sif. Dörd dəfə təkrar edən. dörddəqiqəlik sif. Dörd dəqiqə davam edən, sürən. Dörddəqiqəlik istirahət. dörd-dörd zərf Hər dəfədə dörd ədəd, yaxud hər dəstədə dörd nəfər olaraq. Əsgərlər dörd-dörd gedirdilər. Dörd-dörd yığmaq. dörddüymə sif. Ölçüsü, qalınlığı və s. dörd düymə olan (bax düymə2 ). Dörddüymə mıx (taxta). dörddüyməli sif. Dörd düyməsi olan, dörd düymə ilə bağlanan. Dörddüyməli köynək. dördelementli sif. kim. Tərkibi dörd elementdən ibarət olan. Dördelementli maddə. dördəlli 1. zərf Cəld, tələsik. O, gecəgündüz dördəlli işləyir. • Dördəlli yapışmaq (tutmaq) – bərk-bərk tutmaq, əlindən buraxmamaq. İşindən dördəlli yapışmaq.\n2. sif. mus. Dörd əllə ifa edilən (çalınan). Royal üçün uyğunlaşdırılmış dördəlli pyes. dördəm zərf Dördayaq, dördnal, birnəfəsə, çaparaq. Yasavulun kürən atı yellənərək qabağa çıxdı. At dağ yuxarı dördəm tullanatullana qalxdı. S.Rəhimov. dördəməl is. Riyaziyyatda: cəm, çıxma, vurma, bölmə əməlləri. dördgöz 1. sif. Dördşəbəkəli, dördbölgülü, dörd gözü olan (ev, dükan, pəncərə və s.). Dördgöz pəncərənin xəmirlənmiş kağızı qopur, küləkli qar içəriyə soxulur. S.Rəhimov.\n2. is. məc. zar. Gözlük taxan, gözlük gəzdirən, gözlüklü (adam). [Qədir:] Sənin xəbərin yoxdur, səni Gəlinsultan çoxdan o dördgözə veribdir, ey! Ə.Əbülhəsən. • Dördgöz etmək – ayıltmaq, xəbərdar etmək. Çünki Zülmət dəstəsinin arasında olan Midhətin Dəmirova tərəfdar çıxması .. Zülməti ayıldıb dördgöz etmişdi. S.Rəhimov. Dördgöz olmaq – ayıq olmaq, sayıq olmaq, diqqətli olmaq; gözləmək, intizarda olmaq. [Salman:] Məni götür oğulluğa, Rüstəm dayı, Pərşanı gözüm üstə saxlaram, – dedi və dördgöz olub Rüstəm kişiyə baxdı. M.İbrahimov. dördgözlü 1. Bax dördgöz.\n2. sif. Diqqətli, ayıq, sayıq.\n3. sif. Dörd gözdən (hissədən, bölmədən, şöbədən), dörd otaqdan ibarət olan. Dördgözlü körpü. Dördgözlü mənzil. dördguşə (=dördguşəli) sif. Dörd guşəsi (bucağı, tini) olan. Dördguşəli daş. dördguşəli (=dördguşə) sif. Dörd guşəsi (bucağı, tini) olan. Dördguşəli daş. dördgül sif. Dörd yanı bir-birinə bərabər olan, düzbucaq şəkilli; dördkünc. Dördgül kərpic. dördgünlük sif. Dörd gün davam edən, dörd gün tələb edən. Dördgünlük səfər. Dördgünlük iş. // Dörd gün nəzərdə tutan, dörd gün üçün olan. Dördgünlük ehtiyat. Dördgünlük maaş. dördhecalı sif. dilç. Dörd hecadan ibarət olan. Dördhecalı söz. dördhədli sif. riyaz. Dörd həddi olan. Dördhədli ifadə. dördhissəli sif. Dörd hissədən ibarət olan. dördillik sif. Dörd il müddətində olan, dörd il davam edən. Dördillik müharibə. Dördillik fəaliyyət dövrü. Dördillik təhsil kursu. // Dörd ili nəzərdə tutan. Dördillik plan. Dördillik ərzaq ehtiyatı. dördkəsicidişlilər is. zool. Gəmirici məməli heyvanlar yarımdəstəsi. dördkünc (=dördkünclü) sif. Dörd küncü olan, dördbucaqlı, dördguşəli, yaxud dördbucaq şəklində olan. Dördkünc bina. – Yaşıl məhəccərli dördkünc bağçada Nizaminin tuncdan tökülmüş miniatür heykəli qoyulmuşdu. M.Hüseyn. Sola və sağa açılan qapıların yanında ləmə kimi divara qazılmış dördkünclü işləmələr var idi. M.İbrahimov. Dördkünc həyətin ortasında dördkünc bir bağça, bağçanın ortasında yenə də dördkünc kiçik bir hovuz vardı.. Ə.Əbülhəsən. dördkünclü (=dördkünc) sif. Dörd küncü olan, dördbucaqlı, dördguşəli, yaxud dördbucaq şəklində olan. Dördkünc bina. – Yaşıl məhəccərli dördkünc bağçada Nizaminin tuncdan tökülmüş miniatür heykəli qoyulmuşdu. M.Hüseyn. Sola və sağa açılan qapıların yanında ləmə kimi divara qazılmış dördkünclü işləmələr var idi. M.İbrahimov. Dördkünc həyətin ortasında dördkünc bir bağça, bağçanın ortasında yenə də dördkünc kiçik bir hovuz vardı.. Ə.Əbülhəsən. dördqat zərf Dörd dəfə, dörd dəfə təkrar edilərək, dörd dəfə artırılaraq. Məhsulu dördqat artırmaq. Bükərək dördqat etmək. // İki dəfə qatlanmış. Qara Kərəmoğlu kitabın içərisində dördqat bükülmüş rəngli xəritəni açdı. M.İbrahimov. dördqatlı sif. Dörd qatı olan; dördmərtəbəli. dördqəlsəməli sif. zool. İki cüt qəlsəməsi olan. dördqəlsəməlilər is. zool. İki cüt qəlsəməsi olan baş-ayaqlı molyusklar yarımsinfinin adı. dördqıçlı bax. dördayaqlı1 1-ci mənada. dördqramlıq sif. Çəkisi, arıqlığı dörd qram olan. dördqulplu sif. Dörd qulpu, dörd yerdən tutacağı olan. dördləmə bax dördqat. dördləşmə “Dördləşmək”dən f.is. dördləşmək f.\n1. Miqdarca dörd olmaq, dördə çatmaq, dördə çevrilmək.\n2. Hər sırada dörd nəfər durmaq, dörddörd durmaq. dördlitrli (=dördlitrlik) sif. Dörd litr tutan, həcmi dörd litr olan. Dördlitrlik qab. dördlitrlik (=dördlitrli) sif. Dörd litr tutan, həcmi dörd litr olan. Dördlitrlik qab. dördlük sif.\n1. Ölçüsü dörd vahidə bərabər. Dördlük taxta.\n2. Dörd rəqəmi ilə işarə olunmuş, dörd nömrəli, dörd xalı olan. Dördlük kart. dördmərtəbə (=dördmərtəbəli) sif. Dörd mərtəbədən ibarət olan. Dördmərtəbə(li) ev. – Onlar geniş bir küçədə, yeni stildə tikilmiş dördmərtəbəli uca bir binada yaşayırdılar. A.Şaiq. dördmərtəbəli (=dördmərtəbə) sif. Dörd mərtəbədən ibarət olan. Dördmərtəbə(li) ev. – Onlar geniş bir küçədə, yeni stildə tikilmiş dördmərtəbəli uca bir binada yaşayırdılar. A.Şaiq. dördmisralı sif. Dörd misradan ibarət olan. Dördmisralı şeir. dördmotorlu sif. Dörd motoru olan, dörd motorla işləyən. Dördmotorlu təyyarə. dördnala zərf bax dördayaq1 2-ci mənada. At dördnala qaçırdı. – ..Bir az yaxşı dinlə, hey qıya bir bax; Dördnala gəlirlər atlar çaparaq. Ə.Cavad. Baş aparan “atları” səyirdərək dördnala; Qaçışır, gülüşürlər hey şeypur çala-çala. Ə.Cəmil. O kimdir ki, atları; Çapar belə dördnala. M.Seyidzadə. dördnəfərlik bax dördadamlıq. dördoxlu sif. İki cüt oxu olan. Dördoxlu yük vaqonu. dör-döşək is. Yorğan-döşək, yatacaq ləvazimatı. Bir cift yastıq, bir cift mütəkkə, bir cift dör-döşək .. tədarük görüləcəkdir. R.Əfəndiyev. dördpərdəli sif. Dörd pərdədən, dörd hissədən ibarət olan. Dördpərdəli tamaşa (pyes). dördpilləli sif. Dörd pilləsi olan. Dördpilləli pilləkən. dördpudluq sif. Dörd pud ağırlığında olan, yaxud dörd pud tutan. Dördpudluq kisə. dördrəqəmli sif. Dörd rəqəmdən ibarət olan. dördrəngli sif. Dörd rəngdə olan, dörd rəngdə çəkilmiş (çap olunmuş). Dördrəngli plakat. dördsaatlıq sif. Dörd saat davam edən, dörd saat vaxt tələb edən. Dördsaatlıq tənəffüs. Dördsaatlıq iş. dördsəsli sif. Dörd səslə ifa edilən, dörd səs üçün yazılmış. Dördsəsli xor. dördsəthli sif. Dörd səthi olan, dördtərəfli. dördsimli sif. Dörd simi olan, dörd simlə çalınan. Dördsimli musiqi aləti. dördsinifli sif. Dörd sinfi olan. Dördsinifli məktəb. dördtaktlı sif. mus. Dörd taktdan ibarət olan, dörd takt davam edən. Dördtaktlı pauza (ara). dördtarlalı sif. k.t. Dördtarlalıq əsasında aparılan. Dördtarlalı əkin. dördtarlalıq is. k.t. Əkin yerinin (şumun) müəyyən ardıcıllıqla müxtəlif bitkilərlə əkilən dörd tarlaya ayrılması əsasında əkindəyişmə üsulu. dördtarlı sif. Dörd tarı olan. Dördtarlı bina. dördtelli bax dördsimli. dördtəkərli sif. Dörd təkəri olan; dördçarxlı. Dördtəkərli araba. dördtərəfli sif.\n1. Tərəfi dörd olan, dörd tərəfdə yerləşdirilmiş. Dördtərəfli bazar. Dördtərəfli cisim (fiqur).\n2. Dörd tərəfin iştirakı ilə olan, dörd tərəf üçün məcburi olan. Dördtərəfli müqavilə. Dördtərəfli pakt. dördtonluq sif. Dörd ton ağırlığında olan. Dördtonluq yük. // Dörd ton tutan. Dördtonluq yük maşını. dördüncü 1. “Dörd”dən sıra s. Dördüncü mərtəbə. Dördüncü sinif. Adına həftənin dördüncü günüdür. – Firidun dördüncü qatda işıqlı pəncərələri göstərərək dedi.. Mir Cəlal.\n2. Bax dördüncüsü. dördüncüsü ara s. Bir şeyi sayarkən dördüncünü, növbə ilə gələn dördüncü şeyi göstərmək üçün işlədilir. Dördüncüsü budur ki... dördüzlü sif. riyaz. Dörd üzü olan. Dördüzlü cisim. dördyanlı sif. Dörd yanı olan. Dördyanlı cisim. dördyaşar (=dördyaşlı) sif. Dörd yaşı olan. dördyaşlı (=dördyaşar) sif. Dörd yaşı olan. dördyerli sif. Yatmaq, ya oturmaq üçün dörd yeri olan. Dördyerli kupe. Dördyerli loja. dördyüzillik sif. Dörd yüz ili tamam olmuş, üstündən dörd yüz il keçmiş, dörd yüz il sürən. Dördyüzillik dövr. // is. Dörd yüz illik bir dövr, dörd yüz il əvvəl olmuş bir hadisənin ildönümü. Füzulinin anadan olmasının dördyüzilliyi. dördyüzüncü “Dörd yüz”dən sıra s. Dördyüzüncü nömrə. döş is.\n1. Bədənin, boyundan qarına qədər olan ön hissəsi; köks, sinə. Döş qəfəsi. Döş əzələləri. – ..Ciyər sinənin içində olur ki, qutu kimi şeydir. Onun qabaq tərəfi döş sümüyü və qabırğalardır. H.Zərdabi. Ayna islaq başını Ayazın döşünə qoydu. Ə.Məmmədxanlı. // Bədənin, ciyərlərin və ürəyin yerləşdiyi həmin nahiyə. Döşü ilə dərindən nəfəs almaq. – [Əvvəlinci azarlı:] ..Bax, hərdənbir döşümün burasından ki bir ağrı tutur, dəxi qoymur nəfəsimi alım. C.Məmmədquluzadə. • Döş(ün)ə salmaq – aşağı sallamaq, uzatmaq. ..Dərviş başını döşünə salıb, qaşqabağını qara bulud kimi töküb, bir xeyli zamandan sonra uyqudan oyanmış şir kimi saçlarını silkələyib, qaşqabağını yuxarı çəkib başladı. A.Divanbəyoğlu. // At və s. heyvanların boynu ilə qabaq ayaqlarının yuxarısı arasındakı ön hissə. Atın döşü.\n2. Məmə, əmcək. Bizə döşlərindən süd verən ana; Bizi tapşırmışdır Azərbaycana! S.Vurğun. • Döş vermək, döşə salmaq – əmizdirmək, süd vermək. Döşdən ayırmaq – süddən ayırmaq, süddən kəsmək. [Tükəz:] Südəmər tifilləri döşümüzdən ayırırıq. Ə.Əbülhəsən. // Məməli heyvanlarda: əmcək, yelin. Sağımdan əvvəl inəyin döşünü yaş dəsmalla silmək lazımdır.\n3. Paltarın, köynəyin döşü örtən hissəsi. Köynəyin döşü. Döş cibi. – [Cavad] ayağa qalxdı, yarımkürkünün döşünü düymələdi. Ə.Vəliyev.\n4. Dərin, təpənin yamacı. [Nəbi] özünü bir döşə vurub düdük çalırdı. “Qaçaq Nəbi”. ..Bir dağın döşündə, yolun qırağında bir böyük köç gördüm. A.Divanbəyoğlu. Döşlərdə dəniz kimi dalğalanan yaşıl otlar .. onun könlünə dərin bir sevinc verirdi. M.Hüseyn.\n5. Ümumiyyətlə, bir şeyin önü, qarşısı, qabağı. • Döşünə qatmaq – qabağına qatmaq. Qatardı at döşünə, bax, onların cümləsini. Aşıq Əli.\n6. Hafizə, yaddaş mənasında. Hamısını döşündən deyir. – [Hüseynəli əmi] Təbrizin 75 illik tarixini döşündə toplamışdı. M.S.Ordubadi. ‣ Döş gərmək – özünü qorxmadan qabağa verərək mərdcəsinə qorumaq; sinə gərmək, köks gərmək; müqavimət göstərmək. Onun hər baxışında çəkilməz bir müsibətə qarşı döş gərdiyi və bundan da müdhiş bir ağırlıq hiss etdiyi aydınca sezilirdi. M.S.Ordubadi. Döş vermək – bax döş gərmək. Döş vurmaq – 1) məc. gücünü sınamaq, zor gəlmək, həmlə etmək. Çay əvvəlcə gücünü sınayırmış kimi bəndə bir döş vurdu. Ə.Vəliyev; 2) dindarların məhərrəmdə əlləri ilə öz sinələrinə vurmaq mərasimi. Əhvalat vaqe olur məsciddə, .. varlılar oturublar minbər yanında, fəqir-füqəra döş vururlar. M.Əliyev. Döşə çəkmək – özünə yaxınlaşdırmaq. Döşü atlanmaq – 1) tövşümək, sinəsi tutulmaq. Səlim döşü atlana-atlana (z.) raykom katibinə şikayətləndi. S.Rəhimov; 2) lovğalanmaq; çox yersiz fəaliyyət göstərmək. Döşü gəlmək – 1) döş xəstəliyinə tutulmaq; 2) döşü şişmək, iltihab etmək (qadınlarda). Döşünə çəkmək – 1) qucaqlamaq; 2) himayə etmək, himayəsi altına almaq, saxlayıb bəsləmək. Mənim həmişə fikrim bu idi ki, qardaşım oğlunu döşümə çəkim və bircə nəfər, sizdən ayıb olmasın, qızımı da ona verim. Ə.Haqverdiyev. Döşünə düşmək (yatmaq) – xoşuna gəlmək, işinə gəlmək, ürəyinə yatmaq, xoşlamaq. ..Tarın çaldığı hava döşünə düşmədi, qırmancın çaldığı nəva döşünə düşər, əlləzinəni əzbərdən oxuyarsan! Ə.Məmmədxanlı. Döşünə vurmaq (döymək) – lovğalanmaq, özünü öymək, öyünmək. Adım çəkildikcə eldə, obada; Döşümə döymədim, lovğalanmadım. S.Rüstəm. Döşünü qabartmaq – lovğalanmaq, təşəxxüslənmək. döş-döşə: döş-döşə gəlmək – 1) qarşılaşmaq, üz-üzə gəlmək, qabaq-qabağa çıxmaq. [Slavçinski:] Biz Nəbini açıqda döşdöşə gəlməklə tuta bilməyəcəyik. “Qaçaq Nəbi”. [Paşa:] Əgər bizim aşıqla döş-döşə gəlib onu bağlaya bilsən, səni azad edərəm. “Aşıq Qərib”; 2) döyüşmək, güləşmək, mübarizəni mərdcəsinə açıq şəkildə aparmaq. Əvvəllər beləydi: durub döş-döşə; Çıxardı düşmənlər açıq döyüşə... B.Vahabzadə. döşaltı sif. Döşün altında, alt tərəfində olan. Döşaltı dəri. döşbağı is.\n1. Qadınların sinələrinə taxdıqları zinət bağı.\n2. Atın, ulağın döşündən keçib yəhəri, palanı saxlayan bağ. Döşbağı yəhəri dala getməyə qoymur. döş-baş top. bax döş 1 və 2-ci mənalarda. Döş-başı açıq. Döş-başını örtmək. – Döş-baş .. bilinməsə, gözə dəyməsə, yaxşıdır. Ə.Əbülhəsən. döşdən zərf Əzbərdən, sinədən, hafizədən, yazısız. Döşdən demək. Döşdən oxumaq. döşdəymiş sif. dan. Qudurmuş, qızmış, yaralanmış. döşək is. Davamlı parçadan hazırlanmış və üzərində yatmaq üçün içərisi yun, pambıq və s. yumşaq şeylə doldurulmuş uzun yastı kisə. [Dərviş:] ..Göy ot döşəyim, qara daş yastığım, enli yarpaqlar yorğanım idi. A.Divanbəyoğlu. // Döşəkcə. [Xudayar bəy] çox təəccüb elədi ki, haman gördüyü qoca kişi əyləşib yuxarı başda döşəyin üstə. C.Məmmədquluzadə. Arvad kişini götürüb pəncərənin qabağında döşəyin üstə oturtdu. Çəmənzəminli. [Dilbərin] yaşı yüzü çoxdan ötmüş qoca nənəsi Həcər isə döşək üstündə oturaraq yun darayırdı. Ə.Sadıq. ‣ Döşəkdə yatmaq məc. – xəstə olmaq, xəstələnmək. İmamverdi baba döşəkdə yatırdı, azardan çox zəif düşmüşdü. S.S.Axundov. döşəkağı is. Döşəyin üstündən salınan ağ; mələfə. [İsmayılzadə] nazik yun yorğanları qaldırıb bir-bir döşəkağılarına baxdı.. M.Hüseyn. [Qərənfil] çarpayıya təzə döşəkağı çəkdi. İ.Əfəndiyev. döşəkağılıq sif. Döşəkağı üçün yarayan; mələfəlik. Döşəkağılıq kətan. döşəkcə is. Üstündə bir adam oturmaq üçün kiçik döşək. Evin yuxarı başında uşaqların atası üçün xüsusi döşəkcə salınardı. H.Sarabski. Göy döşəkcə üstündə çöməlib oturan araqçınlı molla cəld ayağa qalxıb əmmaməsini başına qoydu. Mir Cəlal. döşəklik sif. Döşək üçün yarayan. Döşəklik yun. döşəküzü bax döşəkağı. Təzə döşəküzü gətirib bu dəm; Anam çarpayıda yer açdı mənə. Z.Xəlil. döşəküzülük sif. Döşəküzü üçün yarayan. Döşəküzülük parça. döşəli sif. Döşənmiş, fərş salınmış, müxəlləfatlı; səliqəli. Durna bacının kənddə güzəranı babat olsa da, bu cür yeni mədəni qaydada, döşəli evdə ilk dəfə yaşamağa başlayırdı. Ə.Sadıq. döşəmə I.\n1. “Döşəmək”dən f.is.\n2. is. Otağın və s.-nin alt tərəfini örtən taxta, torpaq və s. Otağın döşəməsi. Torpaq döşəmə. Parket döşəmə. Kərpic döşəmə. Mərmər döşəmə. – Bu ibadətgahın zəmini, yəni döşəməsi bir neçə qatdır və dərya tərəfdən bəndləri vardır. H.Zərdabi. Pəncərədə ipək pərdə, döşəmədə xalı yoxdur. R.Rza. // Bax döşənəcək.\n3. is. Küçələrə döşənmiş daş və s. // Daş və s. döşənmiş küçə.\n\nII. is. aşp. Plovun altına qoyulub bişirilən ət, kişmiş və s.-dən ibarət qara (xuruş). Plovun döşəməsi. döşəmək f.\n1. Salmaq, sərmək, bir şeylə üstünü örtmək. [Cahangir bəy:] İldırım, sən də yapıncıları döşə yerə... N.Vəzirov. Tərgül qazanın altında od yandırdı, samovara köz saldı, masanın üstünə ütülənmiş ağ süfrə döşədi. Ə.Vəliyev. // Yerə xalça, palaz, həsir və s. salmaq. Evi döşəmək. Otağı döşəmək. – ..Onlar da durub, mənim yanımda şeylərini açıb evi döşəməyə başladılar. M.S.Ordubadi. Həyətdə toyxana tikib, xalı, xalça, palaz, fənər tanış evlərdən yığıb toyxananı döşərlər. R.Əfəndiyev. // Qoymaq. Rüxsarə cavab vermədən çarpayıya yaxınlaşıb bankaları bir-bir Sübhanverdizadənin kürəyinin o biri yarısına döşədi. S.Rəhimov.\n2. məc. dan. Vurmaq, döymək, çəkmək. Fərraş sağa-sola çubuqdan döşəyirdi. Çəmənzəminli.\n3. məc. dan. Bərk tənqid etmək. Müşavirədə ona yaman döşədilər. İ.Əfəndiyev.\n4. məc. dan. Demək, söyləmək (düşünmədən, fikirləşmədən), danlamaq. Ağzına gələni döşəmək. – Məşədi Qulam məlumat vermək istəyən Cavahirin sözünü kəsib, döşəməyə başladı. T.Ş.Simurq. // Çox danışmaq, usandıracaq dərəcədə danışmaq, durmadan danışmaq (bəzən “cəmdəyinə”, “qabırğasına” sözləri ilə). [Bürcəliyev:] Bu qoca bizə leksiya açıb, hey döşəyir. S.Rəhimov.\n5. məc. vulq. Acgözlüklə, iştaha ilə, doyunca yemək. Xanım gündə üç yol plov döşəyir. Çoban Əfqan. döşəməli I. sif. Döşəməsi olan, üstü bir şeylə döşənmiş, örtülmüş. Döşəməli ev. Daş döşəməli küçə. Taxta döşəməli eyvan. – ..Gecə idi, ev sahibinin qızı daş döşəməli xiyabanla gəlib odun anbarından odun götürmək istəyirdi. M.S.Ordubadi. Məhbuslar sement döşəməli dalana yığıldılar. Mir Cəlal.\n\nII. sif. aşp. Döşəmədən ibarət qarası (xuruşu) olan. Döşəməli aş. döşəməlik I. sif. Döşəməyə yarayan. Döşəməlik taxta.\n\nII. sif. Döşəmə üçün yararlı. Döşəməlik ət. döşəməplov is. aşp. Qarası döşəmədən ibarət plov. – Yolda məşədinin yadına düşdü ki, sübh üç girvənkə ət alıb və sifariş edibdir ki, əti abguşt bişirib günorta uşaqlar suyuna çörək doğrayıb yesinlər və ətini saxlayıb axşama döşəməplov bişirsinlər. Ə.Haqverdiyev. döşəməsilən is.\n1. Döşəməni silib təmizləmək üçün elektrik şotkası. [Azər:] Döşəməsilən, paltaryuyan, elektrik çayniki, radio – hamısından başım çıxır. M.İbrahimov.\n2. Döşəməni silib təmizləməklə məşğul olan adam. döşəməsürtən bax döşəməsilən 2-ci mənada. döşənəcək is.\n1. Yerə döşənilən, salınan hər şey (xalça, palaz və s.). Otaqda bol döşənəcək var.\n2. Bax döşənək. döşənəcəkli bax döşənəkli. döşənək is. Yerə, alta salına biləcək hər şey. Həsir döşənək. Küləş döşənək. Malqaranın döşənəyi vaxtında və müntəzəm surətdə dəyişdirilməlidir. döşənəkli sif. Döşənmiş, müxəlləfatla təchiz olunmuş, səliqəyə salınmış, bəzənmiş. Qoy otursun döşənəkli otaqda; Telli bir gəlinin qonağıyam mən. Aşıq Rəcəb. döşənilmə “Döşənilmək”dən f.is. döşənilmək məch. bax döşənmək 1-ci mənada. döşənmə “Döşənmək”dən f.is. döşənmək 1. məch. Sərilmək, salınmaq, üstünə salınmaq. Rəxtxabı döşəndi, yatdı hərif; Günbəgündən vücudu oldu zəif. S.Ə.Şirvani. Həyətdə palaz döşənib samovar qurulmuşdu. Çəmənzəminli. Döşəndi süfrə yerə, xonçeyi-pilov gəldi; Qarınlar oldu çırağan o dadlı nemətlə. M.Möcüz. Mağaranın içi yumşaq ağac qabıqları ilə döşənmişdi. A.Şaiq.\n2. t-siz. Sərələnmək, yerə sərilmək, yayılmaq, uzanmaq. [Qivami:] Nizami özgə vaxt bu ağacın kölgəsinə döşənib axşama kimi yazardı.. M.Hüseyn. // Torpağa (ayağına) düşüb yalvarmaq. Mən aşıq, ağla barı; Gözlərim, ağla barı! Ayrılıq yəqin oldu; Yar, döşən, ağla barı. Sarı Aşıq.\n3. t-li. dan. “Üstə”, “üstünə” sözləri ilə – acgözlüklə, iştaha ilə yeməyə başlamaq. Molla, hərçibadəbad deyib, girir dükana, bir tərəfdən döşənir halvanın üstünə. “M.N.lətif.”. [Şahqulu:] Düyü əldə, yağ əldə, ağaları ver yuxuya döşən plov üstə. N.Vəzirov.\n4. t-siz. dan. Qaçmaq, getmək, yüyürmək mənasında. Adamlar piyada, ceyranın dalından döşəndilər. Mir Cəlal. döşənmiş 1. “Döşənmək”dən (1 və 2-ci mənalarda) f.sif. Orada çocuğun uzanmış olduğu yatacaqdan və yerə döşənmiş cırıqcırıq parça palazlardan başqa artıq bir şey gözə çarpmırdı. T.Ş.Simurq. Qadir .. yastı daş döşənmiş həyətə çıxaraq əzazil Əminənin əmrini yerbəyerli icra etməyə başladı. Ə.Əbülhəsən.\n2. sif. Örtülmüş. İri kələ-kötür ətəkləri qaratikan kolları ilə döşənmiş dağlar arasından yuxarı qalxdıqca təbiət və hava bütün başqalaşır. A.Şaiq. döşənti is. Döşənilən hər hansı bir şey. Otaq döşəntisi. döşətdirilmə “Döşətdirilmək”dən f.is. döşətdirilmək “Döşətdirmək”dən məch. döşətdirmə “Döşətdirmək”dən f.is. döşətdirmək “Döşətmək”dən (1-ci mənada) icb. Sən, Sənəm, boş otağı döşətdir, otur orada. Ə.Haqverdiyev. döşətmə “Döşətmək”dən f.is. döşətmək icb. Döşənək saldırmaq. Böyükxanım qonaq otaqlarını döşədib zinət verdirmişdi. M.S.Ordubadi. Söyüd ağacının kölgəsinə bir palaz döşədib orada rahatlandım. S.Hüseyn. döşəyatan sif. Ürəyəyatan, xoşagələn, xoşlanılan, cazibəli. Döşəyatan bir şey. döşləmə “Döşləmək”dən f.is. döşləmək f.\n1. Döşü ilə itələmək, döş vurmaq. Cücələr bir-birini döşləyərək səpdiyim dəni dimdiklərdi. A.Şaiq.\n2. Döşündən, yaxasından yapışmaq. döşləşmə “Döşləşmək”dən f.is. döşləşmək qarş. Üz-üzə vuruşmaq, savaşmaq, döş-döşə gəlmək, əlbəyaxa olmaq, mübarizə etmək. O, mütləqa Dəmirovla üz-üzə gəlməli idi, onsuz da onu bu arada saymayan adamla istər-istəməz döşləşməli idi. S.Rəhimov. döşlü sif.\n1. Döşü enli və iri olan. Döşlü at.\n2. məh. dan. Qoçaq, qorxmaz, dikbaş. O, yaxşı bilirdi ki, Qəhrəman məktəb uşaqlarının döşlüsü və hazırcavabıdır. S.Rəhimov. döşlük is.\n1. Paltarı təmiz saxlamaq üçün üstdən geyilən qolsuz önlük. Dəllək döşlüyü. Döşlüyün ətəyi. Uşaq döşlüyü. – Restoran sahibi də başında araqçın, döşündə döşlük kürənin arxasında durub, .. xörəkləri çəkib verir. Ə.Haqverdiyev. [Usta Ağabala] cəld çərməyi tullayıb, döşlüyü döşündən qopartdı. Çəmənzəminli. Qərənfil xala keçən il tikdirdiyi çit döşlüyü ilə yapışıb, qazanı yerə düşürdü. Ə.Vəliyev.\n2. Əsasən bədənin döş hissəsini örtmək üçün altdan geyilən qolsuz paltar. döşlüklü sif. Döşlük geymiş. Döşlüklü aşpaz. – İki nəfər ağ döşlüklü gənc qız nömrə üçün kağız doğrayırdı. Mir Cəlal. döşotu is. bot. Boruvari çiçəkləri olan çoxillik ot bitkisi. döşüaçıq sif. və zərf Sinəsi açıq. Bu gecə Maşo Sonanın yatacaq otağına gəlib onu döşüaçıq yatmış gördü. N.Nərimanov. döşüdolusu zərf, dan. Ürəyini boşaldaraq; çoxlu, ətraflı. Memar ilk qələbədən döşüdolusu məlumat verirdi. S.Rəhimov. döşüqara sif. Döş tərəfi, döşü qara olan. Döşüqara quş. döşüodlu sif. Ürəyində çoxlu deyiləsi sözü olan, ürəyi sözlə dolu olan. döşürmə “Döşürmək”dən f.is. döşürmək f. Toplamaq, cəm etmək, yığmaq, yığışdırmaq. Dərviş Məstəlişah cəld taxta parçaları döşürüb, töküb xurcuna, atır çiyninə, girir yükün qabağından asılan pərdənin dalısına, gizlənir. M.F.Axundzadə. Şərqli uşaqlar .. qapı-bacanızda konserv qutuları, papiros kötükləri döşürmək istəməyir. O.Sarıvəlli. // Yığmaq, dərmək, dərib toplamaq. Bir tərəfdən də qadınlar, çocuqlar otların arasından çiyələk döşürüb orada-burada qurumuş otlardan qotman vururlar. A.Şaiq. Sadə biyanlardan döşürüb dərdik. S.Vurğun. Adam var dolanar səhranı, düzü; Adam var döşürər gülü, nərgizi. Aşıq Abbas. döşürülmə “Döşürülmək”dən f.is. döşürülmək məch. Yığılmaq, toplanmaq. döşüyastı sif. Döşü yastı olan, döşü inkişaf etməmiş. döşüzəif sif. Ciyərləri zəif, ciyərləri sağlam olmayan. Döşüzəif adam. dövlət I. is. [ər.] Ölkənin hakim sinfinin, mövcud idarə üsulunu qorumaq və başqa siniflərin müqavimətini aradan qaldırmaq məqsədini daşıyan siyasi təşkilatı, habelə bu cür siyasi təşkilatı olan ölkənin özü. Dövlət hüdudları. Dövlət quruluşu. Dövlət idarələri. Dövlət gerbi. Yaxşı ki, hökumət, yaxşı ki, dövlət; Yenə sahib durur atılmışlara!.. B.Vahabzadə.\n\nII. is. [ər.] Sərvət, mal, mülk, pul və b. maddi nemətlərin məcmusu. Məgər azdır bu xalqda dövlət? Çoxdu dövlət və leyk yox himmət. S.Ə.Şirvani. ..Heydər atasının dövlətinə tək oldu malik və işi, gəldikcə başladı tərəqqi etməyə. C.Məmmədquluzadə. [Uğur:] Mən dövlət ona deyirəm ki, qızıl zəmiləri dərya kimi dalğa vurub həyatı öz ağuşuna alsın. İ.Əfəndiyev. ‣ Dövlət hüququ – ölkənin ictimai və dövlət quruluşunu, dövlət orqanlarının təşkilat sistemi və prinsiplərini, həmçinin dövlət daxilində vətəndaşların hüquq qaydalarını təsbit edən hüquq normalarının məcmusu. Dövlət imtahanları – ali və orta ixtisas məktəblərində buraxılış imtahanları. Dövlət quşu – 1) nağıllarda: əfsanəvi və mövhumi bir quşdur ki, padşah seçilən zaman uçurdulur və hər kimin başına qonsaydı, onu padşah edərlərmiş. Dəli başına dövlət quşu. (Ata. sözü); 2) bəxt, tale, səadət rəmzi. O, bir dövlət quşudur ki, hər eyvana uçub qonmaz. S.Vurğun. Dövlətin(iz)dən köhn. – sayən(iz)də, himayən(iz)də, iltifatın(ız)dan mənasında hörmət, ehtiram, təvazö ifadəsi. Dövlətindən pis deyiləm. – Dövlətindən yetdik nanü naməyə; Düşdüm indi cad və qatıq yeməyə. M.V.Vidadi. [Məşədi İbad:] Sənin dövlətindən kefim çox kökdür. Ü.Hacıbəyov. dövləti sif. [ər.] Dövlətə aid, dövlətə məxsus. Zeynal dövləti müəssisələrin birində orta bir vəzifə daşıyırdı. S.Hüseyn. // Dövlət üçün, dövlət nöqteyi-nəzərindən əhəmiyyəti olan. Dövləti məsələ. // Dövlət tərəfindən görülən. Dövləti tədbirlər. dövlətləndirmə “Dövlətləndirmək”dən f.is. dövlətləndirmək f. Dövlətli etmək, dövlət sahibi etmək, varlandırmaq, sərvətləndirmək, dövlətini daha da artırmaq. dövlətlənmə “Dövlətlənmək”dən f.is. dövlətlənmək f. Dövlət sahibi olmaq, dövlətli olmaq, zənginləşmək, varlanmaq. [Niyaz:] Kasıb dövlətlənəndə özünə xoşbəxt deyər. Ə.Haqverdiyev. Dünənki və bugünkü hərəkəti dövlətlənmək yolunda Allahqulunun heç nədən çəkinməyəcəyini sübut edirdi. Ə.Əbülhəsən. O saat atası dövlətlənər, onu hörmət, ehtiramla bu məktəbə qəbul eləyərlər. S.Rəhman. dövlətli sif. Böyük mülk və sərvətə sahib olan, çox varlı; sərvətdar, zəngin. Nəinki Naməlsəm məhəlləsində, bəlkə bütün kənddə, uyezddə dəxi bundan dövlətli, zəngin adam tapılmazdı. N.Nərimanov. // İs. mənasında. Dövlətliyə yaltaqlana bilmərəm; Qəmli ikən yalan yerə gülmərəm. M.Ə.Sabir. [Sitarənin] mərhum atası Bakının məruf və tanınmış bir dövlətlisi idi. S.Hüseyn. dövlətlilik is. Dövlətli adamın vəziyyəti; varlılıq, zənginlik, pulluluq, çoxlu mal və pul sahibi olma. İndi dünyada qayda belədir ki, birisi ucadan alçağa enə, dövlətlilikdən kasıblığa düşə, söhbəti həmişə aparıb çıxardacaq keçən günlərinə. C.Məmmədquluzadə. dövlətmənd sif. [ər. dövlət və fars. ...mənd] köhn. Dövlətli, varlı, dövlət sahibi. Keçən həftə müsəlman qəzetlərində yazılmışdı ki, İrəvan şəhərində bir möhtərəm və dövlətmənd şəxs vəfat edib. C.Məmmədquluzadə. Dedi xatun ki: – Söylə ey fərzənd; Noldu kim, olduq indi dövlətmənd? M.Ə.Sabir. Senat isə ibarət idi alinəsəb, dövlətmənd .. əşxasın icmaindən. F.Köçərli. dövlətpərəst sif. [ər. dövlət və fars. ...pərəst] Dövlət sevən, varlanmağa can atan. dövlətpərəstlik is. Varlanmağa, dövlətlənməyə can atma. dövlətsiz sif. Dövləti, sərvəti olmayan. dövlətsizlik is. Dövləti, sərvəti olmama. dövr I. is. [ər.]\n1. Dolanma, hərlənmə, fırlanma; bir şeyin öz oxu ətrafında hərəkəti. • Dövr etmək – 1) bir şeyin ətrafında hərlənmək, fırlanmaq, dövrəvi hərəkət etmək. Hələ dan ulduzu batmayıb, ərşi-fələkdə öz dövrünü edirdi. A.Divanbəyoğlu. Hərlənib dövr edən yerlər, fələklər; Bu səsi hər zaman eşidəcəklər. M.Rahim. // Dolaşmaq, dolanmaq, gəzmək. Bazarı dövr edib mənzilə qayıdan zaman övrətə rast gəldim.. N.Vəzirov; 2) dövrə vurmaq. Humay kimi dövr edərəm havada; Babam öldü, yetim qaldım yuvada. Qurbani. ..Tağı əmi kimi quşu ağaca buraxıb çağırmağa cürət edə bilmirdim. Qorxurdum ki, dövr edib havaya qalxsın, tuta bilməyim. S.S.Axundov; 3) dövran etmək, dövrəvi şəkildə hərəkət etmək. Dərya və qeyri yerlərdə mövcud olan sular daima buxar olaraq dövr edən havaya qarışır, yuxarı qalxır, bulud və duman olur. H.Zərdabi; 4) yaşamaq, dövran sürmək. Zimistanda dövr edərdin; Yaz, bahara boyan, könül! “Koroğlu”; 5) məc. düz gəlmək, müvafiqət etmək. Dövr qılmaq klas. – bax dövr etmək 5-ci mənada. Fələk, muradım ilə dövr qılmadın bir gün. S.Ə.Şirvani. Dövr vurmaq – bax dövrə vurmaq (“dövrə”də). [Ağca xanım] bir-iki dövr vurandan sonra, Qaraca qızı çağırdı, o da dərhal sıçrayıb ortalığa girdi. S.S.Axundov. Dövrə çıxmaq – gəzmək, gəzişmək, dolanmaq, gəzməyə çıxmaq. Bir xəbər də budur ki, pəncşənbə günü dövrə çıxmışdım, Quba meydanında dörd nəfər dərvişin mərəkə qurduğunu gördüm... N.Vəzirov. // Bir şeyin ətrafında, yaxud öz oxu ətrafında olan hərəkətin hər dövrəsi; bir dəfə dolanması. Təkərin dövrü.\n2. Zamanın hər hansı bir cəhətdən səciyyəvi olan böyük, ya kiçik qismi. İntibah dövrü. Feodalizm dövrü. İnqilabi dövr. Müharibədən sonrakı dövr. İnkişaf dövrü. – Gənc dostum, bütün millətlər öz tarixində cəhalət dövrünü sürmüşdür. S.S.Axundov. Məmmədquluzadənin 40 ilə yaxın ədəbi və 20 ildən artıq davam edən jurnalistlik fəaliyyəti “imperializm inqilabları” dövrünə təsadüf edir. M.İbrahimov. // Çağ, zaman, vaxt. Uşaqlıq dövrü. Cavanlıq dövrü. Tələbəlik dövrü. – Həsən bəy Zərdabi, dövrünün qabaqcıl adamı və Azərbaycan torpağının atəşin vətənpərvəri idi. M.İbrahimov. • Dövri-fələk klas. – bax dövr(i)-zaman 2-ci mənada. ..Bu keçən gün elədim dövrifələkdən ahü-zar. Aciz. Dövri-gərdun klas. – bax dövr(i)-zaman 2-ci mənada. Dövri-qədim – qədim dövr. Vətən zindan olub dövrü-qədimdən, Vətənin ən böyük oğullarına. B.Vahabzadə. Dövr(i)-zaman klas. – 1) dövr, zəmanə, vaxt. Bu dövr-zamanda beş gün kişinin; Bir yaxşı vəfalı yarı gərəkdir. Q.Zakir. ..Bu necə dövr-zamandır ki, işim ahü-fəğandır.. M.Ə.Sabir; 2) məc. bəxt, tale, qədər. Kibrü qürurdən, – dedi, – en, enmədim; Endirdi indi dövri-zəmanə yavaşyavaş. Q.Zakir.\n3. Bir şeyin, xüsusən, xəstəliyin inkişafında mərhələ, pillə. Vərəmin ikinci dövrü. Xəstəliyin birinci dövrü qorxuludur.\n4. məc. klas. Çevrə, dairə, dövrə, ətraf. Nə xoşdur arizin dövründə zülfi-ənbərəfşanın. Füzuli. Bu ümid ilə ki, qəmzəndən alam kamidilim; Düzülüb gözlərivin dövrünə mərdüm səf-səf. S.Ə.Şirvani. Şəm tək göz yaşım axmazdı qəmindən gecələr; Dövri-ruyindəki pərvanələr ağlatdı məni. Ə.Vahid.\n\nII. is. Məclisin baş tərəfi, hörmətli və şərəfli sayılan yeri. dövran is. [ər.]\n1. Zaman, zəmanə, dövr, vaxt, çağ. Doğru derlər, hər zaman bir aşiqin dövranıdır. Füzuli. O imiş xahişi əvvəl anın; Şair ayinəsidir dövranın. A.Səhhət. Azad bir dünyanın, böyük bir elin; Xoşbəxt bir dövranın övladıyıq biz. Ə.Cəmil.\n2. Dövr; dövr etmə, dairəvi şəkildə cərəyan etmə, dolanma. Qan dövranı.\n3. məh. Tale, qədər mənasında.\n4. etnoqr. Toy məclislərində camaatın dövrə vurub oturması. // Toyda və s.-də çalğıçılar, xanəndələr üçün camaatdan toplanan pul. [Toy] gecəsi oxuyub-çalandan sonra qaval gəzdirib dövran yığarlar. R.Əfəndiyev. ‣ Dövran dolanmaq – vaxt gəlib keçmək, başa çatmaq, dövr vurub qurtarmaq. Heç bilmədim dövran necə dolandı; Yandı cismim, atəşlərə qalandı. M.V.Vidadi. Bu dövran dolanıb, zəmanə dönə; Tanrının kərəmi olaydı mənə. Q.Zakir. Dövran etmək (eyləmək) – 1) dövr etmək, fırlanmaq, dövrəvi şəkildə hərəkət etmək. Damarlarda qan dövran edir. Su borularda dövran edir; // məc. mənada. Hüsn içində görməmiş mislin fələk; Buncə dövranı ki, dövran eyləmiş. Nəsimi. Bu çərxi-fələk tərsinə dövran edir imdi. M.Ə.Sabir; 2) yayılmaq, intişar etmək, ağızdan-ağıza keçmək, dolaşmaq. Bir gün şəhərdə belə şayiələr dövran edirdi ki, guya üsulilər ilə şeyxilərin davası olacaq. Çəmənzəminli. Dövran qurmaq – büsat qurmaq, təntənə düzəltmək, şənlik düzəltmək. Çənlibeldə qurub dövran; Bir tutaydım toyun, Eyvaz! “Koroğlu”. Dövran sürmək – yaşamaq, həyat sürmək, həyat keçirmək, gün keçirmək. ..Hər məhəllənin xalqı xüsusi bir yolla dövran sürürdü. N.Nərimanov. Ağayar həyatda çox yaxşı günlər görmüş, gözəl dövranlar sürmüşdü. Ə.Əbülhəsən. Orada neçə yüz, neçə min insan; Yaşayıb, yaradıb, dövran sürəcək. Z.Xəlil. Dövran vurmaq – dövrə vurmaq, dövrə gəzmək, dövrə vurub gəzmək. Qurbani dövran vurub, saz döşündə gördü ki, Pəri xanım pəncərənin lap qabağına gəlib. “Qurbani”. dövrə is.\n1. Çevrə, dairə. Təkərin dövrəsi.\n2. Ətraf, həndəvər, yan; bir şeyin dışarıdan və ya içəridən dörd tərəfi. Dağın dövrəsi. – [Bəhram Saraya:] Sən mənim şəmimsən və mən pərvanə kimi daima dövrəndə fırlanmağa hazıram. C.Cabbarlı. Binanın dövrəsində qarovul gəzirdi. M.İbrahimov. Vətəgənin dövrəsində yoğunlu-nazikli borular basdırılıb, aralarında qamış çəpər çəkilmişdi. M.Rzaquluzadə.\n3. Misdən, gildən və s.-dən qayrılmış böyük yastı qab, yaxud iri boşqab. Mis dövrə. – [Tubu:] [Gülnisə] bir az düyü arıtla, atana bir dövrə südlü yayma bişir. Ə.Haqverdiyev. Təzə samovar bütün servizi ilə, boşqablar, dövrələr, podnoslar, lampalar, güzgülər və bir neçə qablar .. cehiz adı ilə atası qızına verəcəkdir. R.Əfəndiyev.\n4. xüs. Arasıkəsilməz silsilə təşkil edən elementlərin birləşməsindən ibarət qurğu. Elektrik dövrəsi. Telefon dövrəsi.\n5. Yarışın, hər bir iştirakçının ancaq bir dəfə çıxış etməsinə imkan verən hissəsi; tur. Festivalın birinci dövrəsi. İdman yarışının axırıncı dövrəsi. // Mərhələlərlə keçirilən bir işin gedişində ayrıca mərhələ, pillə, dövr. Seçkilərin birinci dövrəsi.\n6. Bir-biri ilə bağlı olan hadisələrin, şeylərin və s.-nin məcmusu, bir şeyin ardıcıl silsiləsi, sikl. İncəsənətə dair mühazirələr dövrəsi. ‣ Dövrə dolanmaq – bax dövrə vurmaq 2-ci mənada. Rüstəm addım-addım qayanın başına dörd dövrə dolandıqdan sonra, bir də geri dönüb yoldaşlarla xısınlaşdı. S.Rəhimov. Dövrə vurmaq – 1) bax dövrə vurub (qurub) oturmaq. Gəlinin rəfiqələri isə çarpayının yanında dövrə vurmuşdular. M.Hüseyn. Bir tonqal qalayıb vurdular dövrə. M.Seyidzadə; 2) dövrə gəzmək, dolanmaq, aylanmaq, dövr etmək. Nemətullayev fırlanıb evi dörd dövrə vurdu. Axırda Sübhanverdizadənin çarpayısına yaxınlaşıb döşəkdən yapışdı. S.Rəhimov. Aşıq gülürdü, oxuyurdu, nəşə ilə oynaya-oynaya dövrə vururdu. M.Hüseyn. Bir ağsaçlı qadın idi ortalıqda dövrə vuran. N.Rəfibəyli; 3) fırlanmaq, dolanmaq. Maşın bir dəfə dövrə vurub dayandı. Ə.Vəliyev. Dövrə vurub (qurub) oturmaq – dairə şəklində oturmaq, yan-yana oturub dairə təşkil etmək. Amma hamı dövrə vurub, yerdə oturub, təkcə Teymur əyləşib uca bir taxtın üstündə. “M.N.lətif.”. Adamlar sıra ilə deyil, dövrə vurub oturmalı idilər. H.Sarabski. Gənclər bir azdan sonra, meşənin ağacları qırılmış meydan kimi düzənlik bir yerində yaşıl otlar üstündə dövrə vurub oturdular. Ə.Sadıq. Dövrəsini almaq – dövrəyə almaq, ətrafına cəmləşmək. Hamı Tərlanın dövrəsini aldı. M.Hüseyn. Qızlar yüyürüb cəld Aynanın dövrəsini aldılar. Ə.Məmmədxanlı. Dövrəyə almaq – əhatə etmək, mühasirə etmək, dörd tərəfinə yığışmaq, ətrafına yığışmaq. Yoldaşlarından bir dəstəsi İkramın çarpayısını dövrəyə alıb durmuşdu. Ə.Əbülhəsən. dövrələmə 1. “Dövrələmək”dən f.is.\n2. zərf Dövrə vuraraq, dairəvi. [Adamlar] alaçıq boyu dövrələmə oturub, Qaragözün verdiyi buğlanan çayı içməyə başladılar. M.İbrahimov. dövrələmək f. Əhatə etmək, dövrəyə almaq, araya almaq, dörd tərəfini tutmaq. dövrələnmə “Dövrələnmək”dən f.is. dövrələnmək 1. məch. Dövrəyə alınmaq, əhatə edilmək, araya alınmaq.\n2. t-siz. Halqalanmaq, halqa kimi görünmək, genəlmək. Onun duru gözləri dövrələnib genişləndi. S.Rəhimov. dövrələşdirmə “Dövrələşdirmək”dən f.is. dövrələşdirmək f. Dövrə (dairə) şəklinə salmaq; girdələşdirmək. dövrələyici sif. Dövrəyə alan, dörd bir tərəfini tutan, mühasirəyə alan. dövrəli sif. Çevrəsi geniş, ətrafı geniş. Bu yer çox dövrəli yerdir. dövrəmə sif. Dövrə (dairə) şəklində; dairəvi. Ətrafına bir dövrəmə cızıq çəkib deyir: – Ayağını bu cızıqdan bayıra qoysan, özün bil! “M.N.lətif”. dövrəsifət sif.sifəti girdə; girdəsifət. dövrəvi sif. Dövrə xassəsində, dövrə mahiyyətində, dövrə şəklində olan. Dövrəvi hərəkət. dövri sif. [ər.]\n1. Bax dövrəvi. Dövri hərəkət.\n2. Müəyyən vaxtlarda çıxan. Dövri mətbuat.\n3. Vaxtdan-vaxta təkrar edən, müəyyən vaxtlarda (dövrlərdə) baş verən; vaxtaşırı. Xəstəliyin dövri tutmaları. dövrilik is. Bir şeyin dövri olması, müəyyən vaxtlarda, vaxtaşırı təkrar etməsi, baş verməsi. dövriyyə is. [ər.]\n1. iqt. Gəlir əldə etmək və təkrar istehsal üçün pulun, malın dövr etməsi, tədavülü. Pul dövriyyəsi. Mal dövriyyəsi. Müəssisənin illik dövriyyəsi.\n2. xüs. Hər hansı bir işin, əməliyyatın, prosesin təkrar edən dövrü; dövretmə. Tarlada toxum dövriyyəsi. Gəmilərin dövriyyəsini sürətləndirmək. dövrləşdirilmə “Dövrləşdirilmək”dən f.is. Ədəbiyyat tarixinin dövrləşdirilməsi. dövrləşdirilmək məch. Dövrlərə bölünmək. dövrləşdirmə “Dövrləşdirmək”dən f.is. dövrləşdirmək f. Dövrlərə ayırmaq (bölmək). Dil tarixini dövrləşdirmək. dövrləşmə “Dövrləşmək”dən f.is. dövrləşmək f. Ayrı-ayrı dövrlərə bölünmək (ayrılmaq). döycə is. məh. Peyvənd, qələm. döycələmə “Döycələmək”dən f.is. döycələmək f. məh. Döycə (peyvənd, qələm) vurmaq. döycələtmək icb. məh. Döycə (peyvənd, qələm) vurdurmaq. döydürmə “Döydürmək”dən f.is. döydürmək (=döydürtmək) “Döymək”dən icb. [Pristav:] Doğrusunu de, yoxsa səni yıxdırıb o qədər döydürərik ki, bir ay yorğan-döşəkdə qalarsan. Ə.Haqverdiyev. döydürtmək (=döydürmək) “Döymək”dən icb. [Pristav:] Doğrusunu de, yoxsa səni yıxdırıb o qədər döydürərik ki, bir ay yorğan-döşəkdə qalarsan. Ə.Haqverdiyev. döyəc is.\n1. Keçmişdə: kəlağayı və ya bezi üzüsığallı daş üstündə ağac çəkiclə döyəcləyib şax və sığallı hala salma işi. Döyəc görməmiş kəlağayı parlamaz. Döyəcdən çıxmış göy bezə qədək deyilir.\n2. Döymək, döyəcləmək üçün alət, yaxud çəkic, gürz. // Ağac, həvəng. döyəcçi is. Çəkicvuran. Döyəcçilərin məharətlə vurduğu çəkiclərin səsi pulemyot səsi kimi müntəzəm eşidilirdi. P.Makulu. döyəcdaşı is. xüs. Üstündə şey döyəcləmək, döyəc işi aparmaq üçün sığallı daş. döyəcə bax döyməc. döyəcləmə “Döyəcləmək”dən f.is. döyəcləmək f.\n1. Bir şeylə döymək, vurmaq. Az qalıb, mənzil başına çatmışıq, – deyə arabaçı öküzləri döyəclədi. T.Ş.Simurq.\n2. Bir şeylə üstündən vuraraq (döyərək) düzləndirmək, yastılatmaq, bərkitmək, basıb sıxlaşdırmaq, bərabərləşdirmək. Damın torpağını döyəcləmək. İsti qırı (asfaltı) döyəcləmək. – Sofiya xanım irəli yeridi, odunları maşa ilə döyəclədi, çırpdı, sonra birbirinə yavıqlaşdırıb sobanın ağzını örtdü. Çəmənzəminli.\n3. məc. Ara vermədən çarpmaq, döymək, vurmaq, taqqıldatmaq. Yağış pəncərəni döyəcləyir. – Bir də görərdin, hərə əlinə bir mis qapıb dama çıxar və onu döyəcləyərdi. H.Sarabski. Dəniz ara vermədən buruğun polad sütunlarını döyəcləyirdi. M.İbrahimov. Köpüklü dalğalar sahilə doğru şütüyərək, sıldırım qayaları hirslə döyəcləyirdi. M.Hüseyn.\n4. məh. dan. Birnəfəsə danışmaq, demək. Qız məni çıxılmaz bir döngəyə salıb döyəclədi. M.S.Ordubadi. döyəclənmə “Döyəclənmək”dən f.is. döyəclənmək məch. Bir şeylə üstündən döyülmək, vurulmaq. döyənək 1. is. Çox sürtülməkdən, toxunmaqdan, bir şeyə dəyməkdən, yaxud döyülməkdən dəridə əmələ gələn sərtlik, qalınlıq; qabar. Əlləri döyənəkdir. İri ayaqqabı ayaqlarda qabar və döyənək əmələ gəlməsinə səbəb olur. – İllərlə isti küləklərin, qara yellərin, quraq havaların vurduğu sillə, şapalaqların döyənək yeri sağalırdı. Ə.Vəliyev. • Döyənək olmaq – döyənək əmələ gəlmək. Gündə yüz yol vurardılar dəyənək; Sağrısı sərbəsər olub döyənək. S.Ə.Şirvani. Qoca döyənək olmuş əlini irəli uzatdı. S.Rəhimov.\n2. sif. Çox gəzilib tapdalanmış yer; çox döyəcləməkdən, sürtünməkdən, tapdalanmaqdan, yaxud quraqlıqdan bərkimiş yer; tapdaq. Çox ayaqlanmaqdan bağlar döyənək olmuşdur. ‣ Döyənəyini basmaq (tapdalamaq, ayaqlamaq) – birini ən çox narahat edən, ən çox ağrıdan, incidən, ən çox toxunan şey haqqında. Bayram sanki bəyin ən nazik yerindəki döyənəyi ayaqlayıbmış. Ə.Vəliyev. döyənəkli sif. Döyənəyi olan, qabarlı. Döyənəkli ayaqlar. döyənəkotu is. bot. Meşələrdə, rütubətli yerlərdə bitən çoxillik ot bitkisi. döymə is.\n1. “Döymək”dən f.is.\n2. Quru meyvə tozu (poroşoku).\n3. xüs. Döymə üsulu ilə mis, dəmir və s. üzərində salınmış naxış, şəkil.\n4. Buğda yarmasından bişirilən xörək. Döymə qışda yeyilən xörəkdir. – Qışda döymə, yayda döyməc. (Məsəl).\n5. Döyülmüş və ya toxmaqla əzilmiş ət.\n6. məh. Doğranmış qabıq, ya yarpaq (malqara yemi).\n7. Nərd oyunlarından birinin adı.\n8. Dəridə iynə ilə yazılmış yazı və ya çəkilmiş şəkil; tatuirovka. döyməc is. məh. Yaş meyvənin döyülməsi ilə hazırlanan yemək. Gün uzun, külfət oruc, döyməc ilə keçmir əməl. M.Möcüz. // Doğranmış çörək və pendiri qarışdırıb yağda qovurmaqla hazırlanan yemək. // Ovulmuş çörəklə döyülmüş qoz ləpəsindən hazırlanan yemək. döymədöşəmə is. aşp. İçərisinə döyülmüş ət qoyulmuş, yaxud qarası ət qiyməsi olan plov. [Ağa Kərim xan:] ..Tez ürəktutan xörəklərdən birisi döymədöşəmədir. N.Vəzirov. döymək f.\n1. Əziyyət vermək, yaxud cəzalandırmaq üçün birini əl, yaxud başqa bir şeylə vurmaq; kötəkləmək, əzişdirmək. Xanım haqsız yerə [Sarıköynəyi] söyübdanlamağa, döyməyə, incitməyə başlayır. S.Hüseyn. [Qədir:] Öküzü döyməyə ürəyim gəlmir, bu vay-haray insanların qəlbini parçalamırdı? Mir Cəlal. Bəyin Camalı döydüyünü görən kəndlilər tökülüb gəldilər.. Ə.Abasov.\n2. Çəkicin zərbi ilə müəyyən şəklə salmaq. Dəmiri döymək. – Dəmirçixanada dəmiri zindan üstə qoyub, ağır çəkic ilə döyəndə dəmir başlayır qızmağa. C.Məmmədquluzadə. // Döyüb yayma üsulu ilə misdən, dəmirdən və s.-dən bir şey hazırlamaq, qayırmaq. Qazan döymək. Tava döymək. Nal döymək.\n3. Bir şeyi bir şeylə vuraraq səs çıxarmaq, taqqıldatmaq. Darvazanı döymək. – Mirbağır ağa qulaq asmayıb qapını dəxi də bərk döyür. C.Məmmədquluzadə. [Şərifzadə:] ..Qapını döyən Zeynaldan başqası olmayacaqdır. S.Hüseyn. Xıdırlı kəndində bir qayda var, gecə əvvəlcə kimin qapısını döysən, gərək orada gecələyəsən. S.Rəhman.\n4. məh. Vurmaq, döyəcləmək, çarpmaq. Dalğalar sahil qayalarını döyür. – Küləklər döydükcə al yanağını; Nədir gözlədiyin? – soruşuram mən. S.Vurğun. Ocaq sönür, yel əsir, yağış döyür səngəri; Yenə düşür yadıma ömrün ötən günləri. Ə.Cəmil. // Bir müddət bir şeyi başqa bir şeyə üsulluca vurmaq, toxundurmaq. Həsən kişi çubuğu külqabına döyməyə başladı. M.İbrahimov. Sədr yenə də göy qələmlə masanı döyüb dedi: – Ay Səlim! Bir macal ver, xalq da danışsın. Ə.Vəliyev.\n5. Müxtəlif alətlərlə biçilmiş taxılı, dəni sünbüldən ayırmaq. Qocaqurd mahalında buğdanı biçən kimi döyməzlər. Ə.Haqverdiyev. [Rəşid:] Qurbanqulu da quyunun yaxınlığında taxıl döyürdü. T.Ş.Simurq. Biçin vaxtı yetişdi. [Nadir] taxılını hamıdan qabaq biçdi, döydü, təmizlədi. B.Talıblı.\n6. Üyütmək, narın hala salmaq. Badam, qoz ləpəsini həvəngdə döymək. İstiot döymək.\n7. Qiymə etmək, qiymə halına salmaq (qiyməkeş və s. ilə). Ət döymək.\n8. məc. Məğlub etmək, əzişdirmək, əzmək. Düşməni yaxşıca döydük.\n9. Müəyyən üsulla bədənə bir maddə yeritmək. • Çiçək döymək – orqanizmə çiçək xəstəliyinə qarşı maddə daxil etmək. ..Əgər uşağa vaxt ikən çiçək mayasını döysən, dəxi bu uşağı çiçək naxoşluğu tutmaz... C.Məmmədquluzadə.\n10. məh. dan. Etmək. Mərdan qiymət davası döymürdü. Ancaq pulu bərk yerdə idi. Mir Cəlal.\n11. Arası kəsilmədən vurmaq, bombalamaq; topa tutmaq, gülləyə basmaq. Toplarımız düşmən səngərlərini döyürdü. – Eynüddövlənin topları xiyabanın hər tərəfini döyməyə başlamışdı. M.S.Ordubadi. Düşmən təyyarələri körpünü döyməsə də, tez-tez arxaya ötürdü. Mir Cəlal.\n12. Bir sıra isimlərə qoşularaq müxtəlif ifadələr düzəldilir; məs.: ayaq döymək, döşünə döymək, gözlərini döymək, mürgü döymək. döyə-döyə zərf Bir şeylə vura-vura, fiziki qüvvə işlədərək. Usta ağlaya-ağlaya fikrə getdi və birdən qalxıb başına döyə-döyə hönkürdü. Çəmənzəminli. // məc. Zorla, zor gücü ilə, zor işlədərək. [Kərbəlayı Fərəc:] Sözün qurtaranı, məndən döyə-döyə dörd manat alıb yola saldılar. C.Məmmədquluzadə. döyməkabab is. Döyülmüş ətdən bişirilən kabab. Başladı zakazı: döymə kabab, cücə kababı, çoxoxbili, daha nə bilim nə. Ə.Haqverdiyev. döyməqiymə is. aşp. Döyülmüş ət, noxud və kişmişdən bişirilən yemək. döy-sındır zərf dan. Bərk-bərk döyərək, əzişdirərək; döyülmüş halda. Kişini döysındır aparıb qatırlar zindana. “M.N.lətif.”. döyükdürmə “Döyükdürmək”dən f.is. döyükdürmək f. Təəccübləndirmək, mat qoymaq, çaşdırmaq. Bünyadın qulaqları uğuldayırdı, [külək] onu döyükdürmüşdü. Ə.Əbülhəsən. döyükmə “Döyükmək”dən f.is. döyükmək f. Özünü itirmək, mat qalmaq, təəccüb etmək, çaşıb qalmaq, çaşmaq. Sofiya xanım Rüstəm bəyi görən kimi əvvəl döyükdü, rəngi qaçdı. Çəmənzəminli. [Ruqiyyə] ovçu əlindən qurtarmış maral kimi döyüküb töysünürdü. A.Divanbəyoğlu. Arvad qab dəsmalı ilə yaşarmış gözlərini silib ərinin qabağında döyükə-döyükə (z.) qaldı. S.Rəhman. döyükmüş f.sif. Çaşmış, özünü itirmiş, çaşıb qalmış, mat qalmış. O, içəri girdi, döyükmüş gözləri ilə dükanın içindəkilərə baxdı. M.Hüseyn. ..Qulam döyükmüş (z.) halda ətrafına baxınıb soruşdu. Ə.Əbülhəsən. Camaat hamısı döyükmüş (z.) halda birbirinə baxırdı. Ə.Vəliyev. döyülmə “Döyülmək”dən f.is. döyülmək məch.\n1. Əl və ya başqa bir şeylə vuraraq əziyyət verilmək; kötəklənmək, əzişdirilmək. Bərk döyülmək. – Bir də görürdün [Dəli Səməd] döyüldüyü yerdə, gözləri yaşlı qəhqəhə çəkib gülürdü. Çəmənzəminli. [Əhməd:] Təqsir onda, amma döyülən mən. Ə.Haqverdiyev. [Səfər:] Döyülməyinə döyüləcəyəm, qoy .. ağıllı-başlı döyülüm. C.Cabbarlı.\n2. Çəkicin zərbi ilə yayılıb müəyyən şəklə salınmaq. Mis döyülüb nazikləşdirildi.\n3. Bir şeylə vurularaq səs çıxarılmaq; taqqıldadılmaq. Qapı döyülür, Asya qapını açır. Ü.Hacıbəyov. Birdən qapının yavaşcadan döyüldüyü eşidildi. S.Hüseyn. Çox keçmədi ki, pəncərə içəridən iki dəfə yavaşca döyüldü. Ə.Abasov.\n4. Sünbüldən ayrılmaq (müxtəlif alətlər vasitəsilə). Hətta burası da yadımdadır ki, ..[taxıl] təzə döyülürdü. C.Məmmədquluzadə. ..Gecə döyülən taxılı sovururdular. Ə.Əbülhəsən. Tarlalardan biçilmiş buğda, arpa [sentyabrda] xırmanlarda döyülüb yığışdırılır. Ə.Sadıq.\n5. Üyüdülmək, narın hala salınmaq. Həvəngdə döyülmək.\n6. Qiymə halına salınmaq. Ət qiyməkeşlə döyüldü.\n7. məc. Məğlub edilmək, əzişdirilmək.\n8. xüs. Müəyyən üsulla bədənə yeridilmək. döyülmüş f.sif.\n1. Əziyyət verilmək üçün əl və ya başqa bir şeylə vurulmuş; kötəklənmiş, əzişdirilmiş. // Məğlub edilmiş.\n2. Sünbülündən ayrılmış. Döyülmüş taxıl.\n3. Üyüdülmüş, narın hala salınmış. Həvəngdə döyülmüş qoz (badam) ləpəsi.\n4. Qiymə halına salınmış. Döyülmüş ət. döyüm is. Taxıl döymə işi. Taxıl döyümü. Döyüm başlandı. – Kəndlərin çoxunda biçin başlayıb sürətlə davam edirdi. Döyüm üçün kəndlilər .. çox tələsirdilər. Ə.Əbülhəsən. döyün bax döyüm. Kəndlilər biçindən, döyündən və bağ-bostandan qayıtmışdılar. Ə.Abasov. // Döyülən taxıl. Sovuruq atan kişilər əllərindəki ağac şanalar ilə toplanan döyünü düzəldir və sahmana salırdılar. S.Rəhimov. döyünçü is. Taxıldöyən adam; xırmançı. Başıçalmalı döyünçü qoca xırmançı Pasını qarşıladı. S.Rəhimov. döyünçülük is. Döyünçünün işi, peşəsi. döyündürmə “Döyündürmək”dən f.is. döyündürmək icb. Döyünməyə məcbur etmək, döyünməsinə səbəb olmaq. Ürəyini döyündürmək. döyünmə “Döyünmək”dən f.is. Ürək döyünməsi. döyünmək 1. f. Xəstəlik üzündən, yaxud qorxudan, həyəcandan, fərəhdən və başqa səbəblərdən tez-tez vurmaq, çırpınmaq (ürək). ..On beş yaşına gəlincə hər kəs [tənbəkini] çəksə, onun boyu çıxmaz, özünün də ürəyi döyünər. H.Zərdabi. Məsum uşağın bu halətindən; Madər sevinər bəşarətindən; Qəlbi döyünər məhəbbətindən. A.Səhhət. Rəng aldı bu nəğməm görünən qövsi-qüzehdən; Qəlbim döyünüb, lalə kimi güldü fərəhdən! S.Rüstəm.\n2. qayıd. Öz-özünü döymək. döyüntü is. Döyünmə. Döyüntü bilməyir burda ürəklər; Səyirdir atını qopan küləklər. S.Vurğun. döyüş is. Vuruşma, çarpışma, vuruş, dava. Döyüş meydanı. Döyüş əməliyyatı. Əsgərlərin döyüş hazırlığı. Döyüşlərdən çıxmış ordu. Döyüş təcrübəsi. – Pozmaz cərgəmizi nə dərə, nə düz; Hazırdır döyüşə qızıl süngümüz. S.Vurğun. // Mübahisə, mübarizə, deyişmə. Yaşayırsan əbədi, ölməyib, ölməz şerin; O, döyüşlərdə dəmirdən yenə paltar geyəcək. S.Rüstəm. döyüşçü is. Sıravi əsgər. Komandir və döyüşçülər. – Meşədə minlərlə döyüşçünün yerləşdiyinə baxmayaraq, bir səs belə eşidilmirdi. M.S.Ordubadi. Başqa bir döyüşçü həyəcanla serjanta tərəf gəlir. Ə.Məmmədxanlı. • Arxa döyüşçüləri məc. – müharibə vaxtı cəbhə arxasında çalışanlar haqqında. döyüşdürmə “Döyüşdürmək”dən f.is. döyüşdürmək icb. Bir-biri ilə vuruşdurmaq, dalaşdırmaq, toqquşdurmaq. Qoç döyüşdürmək. – On üç yaşına çatana kimi mən küçələrdə xoruz döyüşdürürdüm. C.Məmmədquluzadə. // Bərk-boşluğunu yoxlamaq üçün yumurtaların uclarını birbirinə vurmaq. Məlumdur ki, uşaqlar yumurta döyüşdürəndə əvvəl bir dadışırlar. C.Məmmədquluzadə. ‣ Söz döyüşdürmək – bax söz. döyüşdürülmə “Döyüşdürülmək”dən f.is. döyüşdürülmək məch. Bir-biri ilə vuruşdurulmaq, dalaşdırılmaq, toqquşdurulmaq. döyüşən f.sif. Vuruşan, vuruşqan, döyüşkən. Döyüşən xoruz, qoç. // Mübarizə edən. M.S.Ordubadinin “Döyüşən şəhər” adlı romanı tarixi hadisələrə həsr olunmuşdur. döyüşkən sif.\n1. Davakar, vuruşqan, savaşqan. Döyüşkən adam. Döyüşkən xoruz. – [Səttar:] Özü arıq bir oğlandır. Amma bilirsən necə döyüşkəndir? P.Makulu.\n2. məc. Mübariz, qorxmaz, cəsarətli. [Dilbər:] Sizi isə, Gülüş, indi mən çox gözəl anlayıram. Mən də qorxaq deyiləm, yaman da döyüşkənəm. C.Cabbarlı. döyüşkənlər is. zool. Şirin sularda və akvariumlarda yaşayan kiçik balıq. döyüşkənlik is.\n1. Davakarlıq, vuruşqanlıq, savaşqanlıq.\n2. məc. Mübarizlik, cəsarətlilik. döyüşqabağı sif. Döyüş başlamadan əvvəl. Döyüşqabağı hazırlıq. döyüşmə “Döyüşmək”dən f.is. döyüşmək f. (Bir-biri ilə) çarpışmaq, vuruşmaq, savaşmaq, toqquşmaq. Qoçlar döyüşür. Xoruzlar döyüşlər. – Mərd döyüşəndə namərd qaçar. (Məsəl). Dünyanı sellərində çalxayan bizim həyat; Sağdan sola döyüşmüş, sonra yoluna düşmüş. M.Müşfiq. Döyüşdükcə qoca qartal; Qüvvət alır balü pəri. S.Vurğun. döyüşə-döyüşə zərf Vuruşa-vuruşa, döyüşərək, vuruşaraq. Döyüşə-döyüşə irəliləmək. döyüş-söyüş is. Dava-dalaş, döyüşübsöyüşmə, dalaşma. döyüşsüz zərf Döyüş olmadan, vuruşmadan, çarpışmadan; dinc yolla. Şəhəri döyüşsüz almaq. // Mübarizəsiz. Qışsız bahar olmadığı kimi, döyüşsüz, əziyyətsiz, qurbansız da qələbə, xoşbəxt həyat yoxdur. Ə.Abasov. dözmə “Dözmək”dən f.is. dözmək f.\n1. Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. – Soyuq dəmir çəkicə dözər. (Ata. sözü). // Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M.P.Vaqif. Dözə bilməm tənhalığın qəhrinə. Q.Zakir. Hər möhnətə dözərəm; Sına məni, sına, yar! Əhdimizə inan, yar! R.Rza.\n2. Razılaşmaq, barışmaq, keçirmək, yol vermək. Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M.Rahim. dözülmə “Dözülmək”dən f.is. dözülmək məch. Davam gətirilmək, tab gətirilmək; təhəmmül edilə bilmək, keçirilə bilmək. dözülməz sif. Dözmək mümkün olmayan, dözülə bilməyən, dözülməsi çətin olan. Dözülməz vəziyyət. Dözülməz isti. Dözülməz hərəkət. Dözülməz söz. – Çoxları məyus oturmuşdu. Bu hal özü də geridə qalmağın nə dərəcədə ağır və dözülməz bir şey olduğunu anlamağa kafi idi. M.Hüseyn. Bu ləngimələr Nəriman üçün dözülməz idi. Mir Cəlal. Gecə olmasına baxmayaraq, barjın anbarında dözülməz bir bürkü var idi. M.Rzaquluzadə. dözülməzlik is. Dözülə bilməməzlik, dözülməz vəziyyət. [Firidun:] Həyatımızın dözülməzliyinə dair sizin əqli və məntiqi dəlilləriniz əleyhinə bir şey demək mümkün deyildir.. M.İbrahimov. dözüm is. Dözmə, qatlaşma qabiliyyəti; mətanət, dəyanət, səbir etmə, dayanma, davam gətirmə, tab gətirmə; davam, səbat. Dözümü yoxdur. – Dağlar, səndə gözüm var: Dərdə məndə dözüm var. (Bayatı). [Buğac] öz gücünü, çevikliyini, bədəninin dözümünü sınayırdı. M.Rzaquluzadə. dözümlü sif. Dözümü olan; səbirli, davamlı, tablı, mətanətli. Qaraca qız da Nurəddin kimi pis günə dözümlü, səbirli bir uşaqdır. S.S.Axundov. İdris, sən yaxşı bilirsən ki, müharibə dəhşətli bir müharibədir. Onun çovğunları və boranları hələ qabaqdadır. Gələcəkdə də dözümlü ol! S.Vurğun. Neylim, mən beləyəm, sən də eləsən; Mənim çox dözümlü məhəbbətim var. S.Rüstəm. dözümlülük is. Dözmə, tab gətirmə, davam gətirmə qabiliyyəti; cismən və mənən möhkəmlik, davamlılıq, səbirlilik, səbat, mətanət. Futbol insanda dözümlülük, cəldlik, çeviklik kimi keyfiyyətlər tərbiyə edir. dözümsüz sif. Dözümü olmayan; səbirsiz, davamsız, tab gətirə bilməyən, tabsız. Püstəxanım həddindən artıq dözümsüz idi. M.Hüseyn. dözümsüzlük is. Dözümün olmadığı hal və keyfiyyət; cismən və mənən davamsızlıq, səbatsızlıq, mətanətsizlik. dözüş bax dözüm. draxma is. [yun.] Yunanıstanın pul vahidi. draje is. [fr.]\n1. Yumru formalı kiçik konfet.\n2. tib. Yumru dərman dənələri. draqun [fr.] Çar ordusunda və bəzi xarici ölkə ordularında: xüsusi atlı qoşun hissələri nəfəri, yaxud zabiti. Draqun polku. – Axşam yeməyinin axırına qədər Qruşnitski draqun kapitanı ilə pıçıldaşır və gözləşirdi. Lermontovdan. dram 1. Bax drama. Hələ 1932-ci ildən düşünməkdə olduğu “Əfqanıstan” dramı üzərində Cabbarlı daha ciddi çalışmaq niyyətində idi. M.Arif.\n2. Sif. mənasında. Dram janrı. Dövlət dram teatrı. Dram əsərləri. drama [yun.]\n1. Səhnədə ifa olunmaq üçün dialoq şəklində (müəllifin öz sözü olmadan) yazılmış ədəbi əsər növü. N.Vəzirovun dramaları. Yeni dramanın tamaşaya qoyulması. – İstər şeirlərində və istərsə də ilk hekayə və dramalarında Cabbarlı hər gün təsadüf edib gördüyü, eşitdiyi və həyəcanlandığı şeylərdən yazırdı. M.Arif.\n2. Dram teatrı. Bu axşam dramada nə gedir? Dramaya bilet almaq.\n3. məc. Faciə, ruhi iztirab. Drama keçirmək. Ailə draması. dramatik sif. [yun.]\n1. Dramaya məxsus, dramaya aid olan. Dramatik artist. Dramatik sənətkar.\n2. Dramatizm ilə dolu; ağır, gərgin, sarsıdıcı; faciəli. Dramatik səhnə. Dramatik hadisə.\n3. mus. Tembrcə güclü, bir qədər kəskin (səs haqqında). Dramatik tenor. Dramatik soprano. dramatikləşdirilmə “Dramatikləşdirilmək”dən f.is. dramatikləşdirilmək məch. Dramatizmi, gərginliyi şiddətləndirilmək; dramatik şəklə salınmaq. dramatikləşdirilmiş f.sif. Dramatizmi, gərginliyi şiddətləndirilmiş; dramatik şəklə salınmış. dramatikləşdirmə “Dramatikləşdirmək”dən f.is. dramatikləşdirmək f. Dramatizmi, gərginliyi artırmaq, şiddətləndirmək; dramatik şəklə salmaq. dramatiklik bax dramatizm. dramatizm [yun.] Hadisələrin dramaya xas olan gərginliyi; dramatiklik. Süjetin dramatizmi. Pyes dramatizmlə doludur. // Faciəlilik. dramaturgiya [yun.] ədəb.\n1. Drama sənəti. Dramaturgiya əsərləri. Dramaturgiyanın vəzifələri.\n2. Hər hansı bir xalqın, yazıçının, dövrün və s.-nin dramatik əsərləri. M.F.Axundzadə dramaturgiyası. Maarifçi dramaturgiyanın inkişafında yeni mərhələ hamıdan əvvəl N.Vəzirovun yaradıcılığı ilə başlayır.\n3. Dramatik əsərlər yazma nəzəriyyəsi. Dramaturgiyanın əsasları. dramaturji sif. [yun.] Dramaturgiyaya aid. Dramaturji fəaliyyət. Dramaturji məharət. Əsərin dramaturji quruluşu. – [“Solğun çiçəklər”dəki] dramaturji vəziyyət .. mürəkkəbdir; çünki burada nadanlıqdan və cəhalətdən artıq tamah, pul, xüsusi mülkiyyət böyük rol oynayır. M.Arif. dramaturq [yun.] ədəb. Drama yazan yazıçı. “Solğun çiçəklər” pyesində Cabbarlının bir dramaturq kimi müvəffəqiyyəti pulun pozucu təsirini göstərməyə təşəbbüs etməsi idi. M.Arif. [H.Ərəblinski] heç bir tamaşa buraxmır, artistlərlə, dramaturqlarla maraqlanırdı. S.Rəhman. dramaturqluq is. Dramaturqun işi, peşəsi, sənəti, məşğuliyyəti; drama yazma sənəti. dramlaşdırılma “Dramlaşdırılmaq”dan f.is. dramlaşdırılmaq məch. Dram şəklinə salınmaq. dramlaşdırılmış f.sif. Dram şəklinə salınmış. Dramlaşdırılmış roman. dramlaşdırma “Dramlaşdırmaq”dan f.is. dramlaşdırmaq f. Dram şəklinə salmaq. Hekayəni dramlaşdırmaq. dramnəvis is. [yun. dram və fars. ...nəvis] köhn. bax dramaturq. Dramnəvis özü də bugünkü tamaşadan çox razı qalmışdı. S.Rəhimov. dramnəvislik köhn. bax. dramaturqluq. drap [fr.] Üst paltarı üçün qalın yun parça növü. Mağazadan üç metr drap aldım. // Bu parçadan tikilmiş. Qoşatxan sarı drap paltosunun ətəyini yığıb maşından çıxan özü kimi balacaboy arvadını qarşılayıb qolundan tutdu. M.İbrahimov. drednout [ing.] Müasir xətt gəmisinin sələfi olan güclü silahlarla silahlanmış, itigedən iri zirehli gəmi. drel is. [rus.] Burğu aləti, cihaz. drenaj [fr.]\n1. tex. Arxlar və ya borular sistemi vasitəsilə torpağın qurudulması; həmçinin bu məqsəd üçün işlədilən arx və borular sistemi. Drenaj arx. Drenaj kanal. Drenaj sistemi. – Şoran torpaqları yuduqda şor suyu axıtmaqdan ötrü dərin və bəzən də dayaz drenaj kanallar qazılır.\n2. tib. Piltə çəkmə, piltə vasitəsilə yaradan irinin çəkilməsi və bu məqsəd üçün tətbiq edilən rezin, ya şüşə boru. Drenaj salmaq. Drenaj qoymaq. drenajlama tex. tib. “Drenajlamaq”dan f.is. drenajlamaq f.\n1. tex. Torpağı arxlar və ya borular sistemi vasitəsilə qurutmaq.\n2. tib. Piltə çəkmək; irini çəkmək üçün yaraya piltə qoymaq. drenajlanma “Drenajlanmaq”dan f.is. drenajlanmaq məch.\n1. tex. Arxlar, ya borular vasitəsilə qurudulmaq. Bataqlıq drenajlandı.\n2. tib. Piltə qoyulmaq; piltə və s. vasitəsilə çəkilmək (irin). dreyf [holl.] dəniz. Buzların, gəmilərin və s.-nin öz-özünə külək və ya cərəyan istiqamətində hərəkət etməsi. drezina [alm.] Rels üzərində motor və ya əllə hərəkətə gətirilən kiçik dəmiryol arabası, vaqonu. drujina [rus.]\n1. tar. Qədim Rusiyada: knyazların yaxın xidmətçiləri və qoşunu.\n2. köhn. İctimai asayiş və qaydanı, nizamintizamı qorumaq üçün milis orqanlarına kömək məqsədi ilə ictimaiyyət tərəfindən yaradılan könüllülər dəstəsi. drujinaçı is. Drujina üzvü, drujina nəfəri. dua is. [ər.]\n1. Adamların bir mətləblə Allaha və müqəddəs saydıqları şəxslərə müraciət, yaxud da ibadət zamanı zikr etdikləri sözlər. Şəhərin kənarı, camaat ayaq üstə, əlləri duada, dodaqları dua vird edir. C.Məmmədquluzadə. // Bu məzmunda olan mətn, yazı. Dua kitabı. – Nə qədər dua yazdırırlar, pirə aparırlar və bu kimi avamca müalicə edirlərsə də, fayda vermir. S.S.Axundov. Nəhayət, uşaq üçün fala baxdırıb tas qurdurar və dua yazdırardılar. H.Sarabski. Şair gedir... Bu gün dua əvəzinə həzin-həzin, Oxuyurlar “Şəbi-hicran” qəzəlini Füzulinin. B.Vahabzadə. // Allaha yalvarış; bir xahişlə, iltimasla, yaxud təşəkkürlə Allaha, müqəddəs sayılanlara müraciət; dua mərasimi. • Dua etmək (eləmək) – 1) Allaha müraciət edib yalvarmaq, iltimas etmək. [Hacı:] Otur evdə, dua eylə ki, gəlsin qardaşın Səlim. C.Cabbarlı. [Ömər koxa] ..Yatmazdan əvvəl üzünü qibləyə çevirib dua elədi. İ.Şıxlı; 2) birisinə təşəkkür, minnətdarlıq ifadəsi olaraq Allaha müraciətlə onun üçün xoşbəxtlik, rifah və salamatlıq diləmək. Muzdur şadlığına sağ əlini yuxarı qalxızıb Sədrəddin bəyə və prokurora dua etdi. S.M.Qənizadə. Ramazan yenə də Tahiri düşünür, ürəyində ona dua eləyirdi. M.Hüseyn.\n2. Salam mənasında. [Hacı Qənbər:] Get, axşama düşərsən və mənim tərəfimdən çoxçox dua apar. N.Vəzirov. duaçı is. köhn. Dua edən, birinə yaxşılıq, uzun ömür, səadət arzu edən adam. Borclunun duaçısı alacaqlıdır. (Ata. sözü). Duaçınam, salma məni nəzərdən; Əskik olmayasan sənadan, Pəri! M.P.Vaqif. [Xudayar bəy:] Bəlı, qazı ağa, əgər işi bir təhərnən yoluna qoysanız, biz sizə, duaçı olarıq. C.Məmmədquluzadə. duagu [ər. dua və fars. ...gu] köhn. bax duaçı. ..Əgər bizim vilayətin əhvalını xəbər almaq istəsəniz, lillahülhəmd, sağ və salamat sizin ömrünüzə duagu varıq. C.Məmmədquluzadə. [Məşədi Püstə bacı:] A bala, boyuna qurban! Hər yerdə olsan, duagunam, sənin kimi oğlanı heç mən yaddan çıxararam? H.Sarabski. dualama “Dualamaq”dan f.is.; dua oxuma mərasimi. dualamaq f. din. Nikah mərasimində oğlanla qızın bir yerdə xoşbəxt və uzun ömür sürmələri üçün dua oxumaq; dualama mərasimi icra etmək. Gəlini molla dualayandan sonra faytona minişərdilər. R.Əfəndiyev. dualanma “Dualanmaq”dan f.is. dualanmaq məch. din. Üzərində dualama mərasimi icra edilmək. dualatma “Dualatmaq”dan f.is. dualatmaq icb. din. Dualama mərasimi icra etdirmək (başqası vasitəsilə). dualist [lat.] Dualizm (1-ci mənada) tərəfdarı. // Sif. mənasında. Dualist dünyagörüşü. dualizm [lat.]\n1. fəls. Varlığın əsasını, bir-birini inkar edən və bir-biri ilə mübarizə aparan iki əsas səbəb (materializm və idealizm) təşkil etdiyini iddia edən fəlsəfi nəzəriyyə (monizm ziddi).\n2. Ümumiyyətlə, ikilik. dua-səna is. [ər.] bax dua 1-ci mənada. • Dua-səna etmək – bax dua etmək (“dua”da). Şəms padşaha dua-səna edib xəzinənin üstünə gəldi, açarları alıb işə başladı. (Nağıl). Anası uşağı Cavadın qucağından aldıqdan sonra dua-səna etməyə başladı. Ə.Vəliyev. duayazan is. din. köhn. Dua yazmaqla məşğul olan adam. [Sərvinaz xanım:] ..Deyiblər İrandan bir duayazan gəlib, getmişəm onun da yanına, beşcə manat ona vermişəm, genə bir əsər olmayıb. N.Vəzirov. dublet [fr.] kit. Hər hansı bir şeyin ikinci nüsxəsi; iki eyni şeydən biri. Kitabın dubleti. Heykəlin, qravürün dubleti. // Qoşa. dublikat [lat.] Əsil sənədi əvəz edən ikinci nüsxəsi, surəti. Talonun dublikatı. // Sif. mənasında. Dublikat nüsxə. dublyaj [fr.] Səsli kinofilminin danışıq hissəsinin yeni, başqa dildə danışıqla əvəz edilməsi, başqa dilə çevrilməsi. dublyonka is. [rus.] Aşılanmış dəridən astarı tük (yun) kürk və gödəkcə. dublyur [fr.]\n1. Başqası ilə yanaşı olaraq eyni işi, yaxud bənzər işi görən adam və s.\n2. Əsas rolu, yaxud oyunçunu əvəz edən aktyor, ya oyunçu. // Başqa dilə çevrilmiş filmin mətnini söyləyən kinoaktyoru. dublyorluq is. Dublyorun işi (bax dublyor). Dublyorluq etmək. dud is. [fars.] Əsil mənası “tüstü” olub, klassik şeirdə və folklorda çox vaxt “dudiah”, “dudi-dil” və s. tərkiblərində “ah, fəğan” mənasında işlənmişdir. Dudi-ahindir, Xətayi, gögdə buludlar sənin; Durmayıb tök göz yaşın, kim əbri-baran devridir. Xətayi. Başdan-ayağa nədir bu yanmaq; Dudi-dilə dəmbədəm boyanmaq? Füzuli. Çəkdi dudiahimi ta çərxi çənbərbar tüfəng. M.P.Vaqif. Zərrəcə gəlməzsən nəzarıma sən; Dudi-ahın mən dəhanə yetirrəm. Aşıq Pəri. duda is. [fars.] Neft, mazut, qaz və s. yanmasından hasil olan his. Quru qazlardan əsas etibarilə yanacaq kimi, duda istehsalında isə xammal kimi istifadə olunur. dudalı sif. Hisli, hislə örtülmüş, his basmış. Dudalı boru. dudə bax duda. Sübhi-əzəldən üzün etdikdə təcəlli; Məhv oldu cahanı bürüyən dudeyi-zülmat. M.Ə.Sabir. dudkeş is. [fars.] Tüstüçəkən boru. Qəzənfər çıxıb qaynayan samovarın dudkeşini götürdükdə Şirzadı gördü. M.İbrahimov. Samovarın dudkeşindən gur alov qalxanda Nazxanım bizə yanaşdı. İ.Əfəndiyev. dudman is. [fars.] Adlı-sanlı, tanınmış ailə, böyük ailə, nəsil. O mənim bu dudmana nəvazişimi çox yaxşı bilir. S.Rəhimov. // Ev, ocaq. [Dərviş:] Mən bu dudmanı həmişə abad və içində dilşadlıq görmüşəm. Ə.Haqverdiyev. duel [fr. əsli lat.]\n1. köhn. Qabaqcadan müəyyən edilmiş şərtlərlə iki nəfərin (təhqir olunanla təhqir edənin) bir-biri ilə vuruşması və ya atışması. Duelə çağırmaq. – [Hüseyn:] Gərək burada bu saat mənimlə duelə çıxasan. Ə.Haqverdiyev.\n2. məc. Yarış, mübahisə, mübarizə. Gözlədim, görüm, axırı necə olacaq bu duelin. R.Rza. duelçi is. köhn. Dueldə iştirak edən adam. duet [ital.] mus. Hər biri müstəqil olmaq üzrə ikilikdə oxunan və ya çalınan musiqi əsəri. Leyli ilə Məcnunun dueti. – İştirak edənlərin sayından asılı olaraq hər bir belə ansamblın öz adı var. İki nəfər oxuduqda buna duet, üç nəfər [oxuduqda] – terset və ya trio, dörd nəfər [oxuduqda] – kvartet və i.a. [deyilir.] Ə.Bədəlbəyli. Tahir ikinci dəfə gördüyü bu filmin ariya və duetlərini artıq əzbərdən bilirdi. M.Hüseyn. duxovka [rus.] Qızmış hava ilə içində yemək bişirmək üçün (adətən, mətbəx plitəsi içərisində yerləşən) dəmir qutu. Balıq duxovkada yaxşı bişir. dul 1. sif. Ərinin ölümündən sonra ərə getməmiş (qadın); arvadının ölümündən sonra evlənməmiş (kişi). Dul arvad yetim saxlar; Naxırçıya minnət qoyar. (Ata. sözü). Qürbət içrə fəhləliklə saxlar idi öz başın; Həm vətəndə dul anasın, yetim bacı-qardaşın. A.Səhhət. [Mirsaqulu] aldığı maaşla iki ailəni; özünü, iki yetimlə dul bacısını saxlayırdı. S.Hüseyn. • Dul qalmaq – əri (və ya arvadı) ölmək. [Süleyman:] ..Xala daha bu qədər dul qaldın bəsdir. Ü.Hacıbəyov. Ana tanıyıram iyirmi yaşından, dul qaldı; Bəlalar ötdü başından. B.Vahabzadə. Dul qoymaq – birinin ərini (ya arvadını) öldürmək.\n2. is. Dul kişi, ya dul arvad. [Məhərrəm:] Mən dünən də demişəm, Qurban üçün qız az deyil. Birini alıb ölüb. İndi bir dul alsın və ya dul istəmir, ayrı bir qız alsın. C.Cabbarlı. dulcuğaz is. “Dul”dan oxş. dullaşma “Dullaşmaq”dan f.is. dullaşmaq f. Əri (və ya arvadı) ölmək; dul qalmaq. dulluca “Dul”dan kiç. və oxş. [Sultan bəy:] ..Mənimki bir hallıca, dulluca arvaddır.. Ü.Hacıbəyov. dulluq is. Dul olma, dul qadının, ya kişinin hal və vəziyyəti. dulus is. Saxsı qab qayıran usta. [Güllü:] Amma hacı heç bilmir ki, məni Allah yaradıb, dəmirçi döyüb, yoxsa da dulus palçıqdan yoğurub? Ə.Haqverdiyev. dulusçu bax dulus. Azərbaycan etnoqrafiyasının öyrənilməsi üçün xüsusi əhəmiyyəti olan bu qab qədim dulusçuların yüksək məharətini göstərir. (Qəzetlərdən). dulusçuluq bax dulusluq. dulusxana is. Saxsı qab karxanası. dulusluq is. Dulusun sənəti, işi, peşəsi. Dulusluq edib sarı palçıqdan saxsı qablar qayırmaq, bu qabları naxışlamaq, bəzəmək – qoca bağbanın böyük qardaşı İbrahim Tahirin peşəsi idi. S.Rəhimov. dum “Duma” sözünün keçmişdə danışıq dilində işlənən təhrif edilmiş forması. Karişeytan dedin dəmir yolunu; Xalqa etdin həram dum pulunu. S.Ə.Şirvani. Sən o deyilmidin, dedin: Dumdur ümidgahımız. M.Ə.Sabir. duma [rus.] tar. Rusiyada: bir sıra mərkəzi və yerli idarə orqanlarının adı. Dövlət duması (Rusiyada: qanunvericilik hüququna malik, seçilən nümayəndələr məclisi). Şəhər duması (çar Rusiyasında: seçilən şəhər idarəsi orqanı, bələdiyyə idarəsi). – Duma yenə bir məşğuliyyət idi, hərdənbir teleqramlarda vəkillərimizin nitqlərini oxuyub günümüzü bir tövr keçirirdik. C.Məmmədquluzadə. Şəhər duması üzvləri özləri üçün gəlir yeri tapıblar. M.S.Ordubadi. dumaçı is. tar. Dövlət, ya şəhər duması üzvü (bax duma). duman is.\n1. Atmosferin aşağı təbəqələrində su buxarının toplanması nəticəsində əmələ gələn kəsif, tutqun hava kütləsi; sis. Duman basmaq. Dumandan göz gözü görmür. – Dalğalanan dumanların arasından ay çıxır. A.Səhhət. Damla dənizdən ayrılarsa; Tez buxar olar; Göyə qalxar; Duman olar. R.Rza.\n2. Tüstü. [Orxan:] Ey mavi göylər! Ey yaşıl ormanlar! Ey bacalardan yüksələn dumanlar. H.Cavid. Dumanlar, tüstülər qopmuş; Qılınclar, toplar ağzından; Həyat eşqilə odlardan, alovlardan keçir insan! S.Vurğun.\n3. Toz, tüstü və s.-nin havaya qalxmasından hasil olan tutqunluq, bulanıqlıq. Toz, dumandan adamın gözü tutulur. – Kül rəngli havada toz, duman var; Dəhşətli soyuq, ayaz, boran var. A.Şaiq.\n4. məc. Bir şeyi örtən pərdə, örtü mənasında. // Bir şeyi aydın görməyə, başa düşməyə mane olan şey haqqında.\n5. məc. Üzdə, gözdə kədər, qəmginlik, hüzn əlaməti. Gəlin, balalarım! Öpüm sizi mən; Bir duman görməsin xoş sifətiniz. S.Vurğun.\n6. məc. Aydın olmayan vəziyyət, qeyrimüəyyənlik, anlaşılmazlıq, qaranlıq mənasında. Xalqın həqiqi tarixi əfsanələr və əsatirlərin dumanları içərisində itib getmişdir. M.S.Ordubadi. • Duman kimi (xatırlamaq, görmək və s.) – aydın olmayaraq, yuxu kimi. Dünənki gün və keçirdiyi vaxt onun yadına duman kimi gəlirdi. İ.Musabəyov. ‣ Başından (beynindən) duman qalxmaq – bərk kədərlənmək, qanı qaralmaq. Aman, aman, ayrılıq; Halım yaman, ayrılıq; Eşidəndə başımdan; Qalxır duman, ayrılıq. (Bayatı). duman-çiskin bax duman 1-ci mənada. Hər yeri duman-çiskin qapladı. – Ağ atlı fayton tərpəndi, zınqıldaya-zınqıldaya səs saldı, duman-çiskin içində Cavanşir qəsəbəsindən çıxıb daş yolla yuxarı dartındı. S.Rəhimov. dumanlama “Dumanlamaq”dan f.is. dumanlamaq f.\n1. Dumanla, tüstü ilə örtmək; duman, tüstü çökmək; duman, tüstü basmaq.\n2. məc. Bulandırmaq, qaraltmaq, tutqunlaşdırmaq, kəsifləşdirmək. dumanlandırılma “Dumanlandırılmaq”dan f.is. dumanlandırılmaq məch.\n1. Tüstüləndirilmək.\n2. məc. Tutqunlaşdırılmaq, kəsifləşdirilmək. dumanlandırma “Dumanlandırmaq”dan f.is. dumanlandırmaq I. f.\n1. Tüstüləndirmək, tüstü buraxmaq.\n2. məc. Tutqunlaşdırmaq, dumanlı etmək; anlaşılmaz, görünməz hala salmaq; üstünü örtmək.\n\nII. f. Dumanla, tüstü ilə örtmək; duman, tüstü qaldırmaq; tüstüləmək. Zərrintac xanım kreslodan üzüyuxarı dumanlandırdığı boz tüstünün içində sanki Xosrovun şirin sözlərini dinləyirdi. S.Rəhimov. // məc. Dumanlı, anlaşılmaz hala salmaq, üstünü örtmək, pərdələmək. Qəzetdə böyük mətləbləri dumanlandıran, xırda məsələləri şişirdən yazılar da özünə yer tapırdı. M.İbrahimov. DUMANLANMA. “Dumanlanmaq”dan f.is. dumanlanmaq məch.\n1. Dumanla (tüstü ilə) örtülmək (dolmaq); duman basmaq, duman bürümək. Hava dumanlandı. – Toz ərşə dayandı, göy dumanlandı. Ə.Cavad. // Duman qalxmaq, tüstü çıxmaq. Bu sadə tonqalın yaşıl tüstüsü; Gecənin qoynunda dumanlanırdı. S.Vurğun. // Nazik bir təbəqə ilə örtülmək, şəffaflığını itirmək, tutqunlaşmaq, kəsifləşmək. Gözlük dumanlanaraq ətrafı görməyə mane oldu.\n2. Bulanmaq, qaralmaq. // məc. Gözlər haqqında – 1) yaşarmaq, doluxsunmaq, ağlamsınmaq; bərk kədərlənmək. Qocanın dumanlanan gözləri yaşla doldu. Ə.Məmmədxanlı. Fəqət [Şamilin] nəfəsini ağır bir şey tıxamış, gözləri dumanlanmışdı. A.Şaiq; 2) qaralmaq, qaranlıq çökmək, aydın görmə qabiliyyətini itirmək (bu mənada adətən “gözü”, “gözləri” sözü ilə). Gözləri daha da dumanlandı; daha dərin bir xəyalata daldı. C.Cabbarlı. Firidun [Musa kişinin] işgəncədən eybəcər hala düşmüş üzünə, qurumuş dodaqlarına baxdıqda gözləri dumanlanan kimi oldu. M.İbrahimov. ‣ Başı (beyni, şüuru, fikri) dumanlanmaq – 1) bir anlıq aydın düşünmə qabiliyyətini itirmək; // özünü itirmək dərəcəsinə gəlmək. [Midhəd] fikirləşdikcə başı dumanlanır, gicgahları ağrıyırdı. Ə.Vəliyev; // sərxoşlanmaq, keflənmək. Qaraşın başı o qədər dumanlanmışdı ki, oturduğu yerdə dayana bilmirdi. M.İbrahimov; 2) bərk kədərlənmək, son dərəcə məyus olmaq. Anasının ürəkyaxıcı göz yaşından, Güllünün məğrur duruşundan Səfərin başı dumanlandı. A.Şaiq. dumanlaşma “Dumanlaşmaq”dan f.is. dumanlaşmaq f. Dumana bürünmək, dumanla dolmaq. Hava dumanlaşır, deyəsən, yağacaq. dumanlatma “Dumanlatmaq”dan f.is. dumanlatmaq f.\n1. Bax dumanlandırmaq. Arabanın boynunda çöməlmiş, domuşub oturan Əsgər çırt çubuğunu qurdalayıb tüstüsünü dumanladır, hey fikirləşirdi. Ə.Vəliyev.\n2. məc. Qarışdırmaq, fikrini çaşdırmaq. Qızğın ehtiraslar [Rüstəm kişinin] fikrini dumanlatmışdı. M.İbrahimov. dumanlı sif.\n1. Dumanla örtülü, duman bürümüş. Dumanlı hava. Dumanlı göy. – Payızın dumanlı bir günü idi. A.Şaiq. Mən bir aşiqəm ki, bu çaldığım saz; Dumanlı dağlara səs salacaqdır. Ə.Cavad. Səsləyir yurdumun şeri, zinəti; Zirvəsi dumanlı o dağlar məni. M.Dilbazi. // Tüstülü, tüstü ilə dolmuş. [Çocuqlar] ..külbə önündə oynarkən birdənbirə havanın dumanlı bir alov ilə qızardığını gördülər. A.Şaiq. Hüseyn göydə deyil, yığıncaqdadır; Dumanlı, tüstülü bir otaqdadır. M.Rahim.\n2. məc. Qarışıq, tutqun, aydın olmayan. [Şeyx Hadi:] Tutsa afaqi şöleyi-hikmət; Onu duymaz dumanlı gözlər, əvət! H.Cavid. Bəşər qardaşlığı tərk etmiş, əfsus! Hər əməl dumanlı xülyaya bənzər. S.Vurğun. // məc. Üstüörtülü, qeyri-müəyyən, anlaşılmaz. Dumanlı danışıq. Dumanlı fikir. Dumanlı məsələ.\n3. məc. Kədərli, tutqun. Dumanlı çöhrə. – Nümayəndələr sədrin buludlu və dumanlı üzünü gördükdə onun hələ də acıqlı olduğunu yəqin etdilər. M.İbrahimov. dumanlı-çiskinli sif. Çox tutqun, duman və çiskin qaplamış. Dumanlı-çiskinli hava. dumanlıq is.\n1. Duman içində olan, duman qaplamış yer. Qurd dumanlıq sevər. (Ata. sözü). // Duman, duman kütləsi. Çulğamışdı hər tərəfi dumanlıq. A.Səhhət.\n2. astr. Yerdən çox-çox uzaqlarda olan və işıqlı duman ləkələri şəklində görünən ulduz sistemləri. Ulduzların dumanlıqlar adlanan və Qalaktikada tez-tez təsadüf olunan xüsusi qaz və toz hissəciklərindən əmələ gəldiyini fərz edənlər də vardır. R.Hüseynov.\n3. məc. Qarışıqlıq; qaranlıq, aydın olmayan vəziyyət. Düzdür, insan yaranmadım, baxtım belə yazılmışdır; Bu səbəbdən bağrım başı bir dumanlıq, bir də qışdır. S.Vurğun. dumanlılıq bax dumanlıq 1 və 2-ci mənalarda. dumansız sif. Aydın, saf, təmiz. Dumansız göy. Dumansız hava. – Bağçasız, barsız dağlar; Dumansız, qarsız dağlar; Mən sizə arxalandım; Siz olduz karsız, dağlar! (Bayatı). dumansızlıq is. Havada duman olmadığı hal; təmizlik, aydınlıq (havada). dumbul is. Biri böyük, biri kiçik olmaqla ikiçanaqlı zərbli musiqi aləti. Dumbul çalmaq. – Dumbul əvvəl ağır, sonra sürətli templə çalınardı. H.Sarabski. dumbulçalan (=dumbulçu) is. Dumbulda çalan çalğıçı. Dumbulçu həmin mahnının tempi ilə dumbulu çalar, iştirak edənlər də aşağıdakı mahnını oxuyardılar. H.Sarabski. dumbulçu (=dumbulçalan) is. Dumbulda çalan çalğıçı. Dumbulçu həmin mahnının tempi ilə dumbulu çalar, iştirak edənlər də aşağıdakı mahnını oxuyardılar. H.Sarabski. dumbulçuluq is. Dumbulçunun işi, peşəsi. dum-dum [coğrafi addan]: Dum-dum gülləsi – ucu küt olub ağır surətdə yaralayan, qəlpələnən güllə. dumdum dumdum halvası dan. – real olmayan, həqiqətdə tapılmayan, mümkün, yaxud asan olmayan şey haqqında. dumduma is. məh. Fırfıra. dumduru sif.\n1. Lap duru, büllur kimi şəffaf. Dumduru su. – Araz gəlir daşınnan; Suyu qalxır başınnan; Əzəli dumduruydu; Bulandı göz yaşınnan. (Bayatı). Bu səssiz dərədəsə sular axır dumduru; Mürgüləyən qayalar sanki geyib zərxara. Ə.Cəmil. Küçənin hər iki tərəfindən dumduru su axırdı. Ə.Vəliyev. // Tərtəmiz, saf, aydın. Göy üzü dumduru, hava çox saf; Parlayır mavi asiman şəffaf. A.Səhhət. Arxın dumduru suyu sır-sır buzları yığışdırıb apardıqca, onlar çiliklənmiş şüşə kimi cingildəyirdi. İ.Şıxlı.\n2. Lap axıcı, çox sıyıq. Dumduru bəkməz. Dumduru bal. dumduruluq is. Dumduru şeyin hal və keyfiyyəti. dumruq is. məh.\n1. Bax tumurcuq.\n2. Açılmayıb düymə halında olan qönçə, çiçək qönçəsi. Alça ağacı dumruq göstərir, daha yazdır.\n3. Dəridə qabarcıqlı səpgi. Üzü dumruqla doludur. dumruqlanma “Dumruqlanmaq”dan f.is. dumruqlanmaq f. Tumurcuqlanmaq, tumurcuq əmələ gəlmək. dumurcuq is. Damcı. dumurcuq-dumurcuq zərf Damcı-damcı. dupduru bax dumduru. duplet [fr.] Bilyard oyununda: şar vurma üsullarından biri. dur zərf [fars.] klas. Uzaq, uzaq məsafədə olan. • Dur etmək (eyləmək) – uzaqlaşdırmaq. Cənnəti-vəslindən, ey canım, məni dur eyləmə. Xətayi. Dur olmaq – uzaqlaşmaq. Məzur tut, ey əziz, məzur! Mən qəsd ilə səndən olmadım dur. Füzuli. Qalxız başını, fikrü-xəyalatdan ol dur. C.Cabbarlı. duracaq is.\n1. Nəqliyyat vasitələrinin dayanacaq yeri; duraq. Biz gəlib duracağa çatdıq. Avtobus duracağı. – Yol üzərində bulunan duracaqların birində bir qədər dincəlmək lazım gəldi. S.Hüseyn. Bir qədərdən qatar duracağa çatdı. S.Rəhimov. Tramvayın duracağındakı adamlar nə isə deyibgülürdülər. M.Hüseyn.\n2. Son, nəhayət, axırıncı. Duracaq qiymət.\n3. Uşağın ayaq üstə durub yeriməyi öyrənməsi üçün diyircəkli çərçivə şəklində arabacıq. Uşaq gəzməyə başlayır, ona bir duracaq alınmalıdır. duraq is. Duracaq, dayanacaq yer, mənzil, düşərgə. Çarvadarların duraqları karvansaralar olardı. – Çənlibel durağım, Qırat oynağım; At minməkdə arzumanım qalmadı. “Koroğlu”. Deyirlər, qaçağın olmaz durağı... M.Rahim. // bax duracaq 1-ci mənada. durbin [fars.]\n1. is. Uzaq şeyləri görmək üçün iki paralel müşahidə borucuğundan ibarət, əldə tutulan optik cihaz; binokl. Bir də gördüm, .. səyahətçi libasında bir şəxs durbin ilə qayanın döşündəki köhnə imarətə baxır. S.S.Axundov. Qaçaqlar durbini tutub gözünə; Baxırdı Turqutun geniş düzünə. H.K.Sanılı. Öndəki zabit durbinlə sahildəkilərə, o tayda, yarğanın qaşında oturub köçü gözləyənlərə baxdı. İ.Şıxlı.\n2. sif. klas. Uzaqgörən. Doğrusu, İnmirə məhəlləsinin camaatı durbin camaat idi. N.Nərimanov. Özünüz, şükür, durbin adamsınız. Mir Cəlal. Dəsturov katib təyin olunmuşdu. Bu adam çox durbin olduğundan, bəy zümrəsinə düşənlərin hamısının xüsusi bir siyahısını tutub özündə saxlayırdı. Ə.Haqverdiyev. durbinli sif. Durbini (binoklu) olan, əlində durbin (binokl) tutmuş. Pəncərədən baxıb qaçır ağ durbinli xanımlar. S.Vurğun. durdurmaq icb. Durmağa məcbur etmək. durğu is. Dayanma, durma, dayanış. ‣ Durğu işarələri qram. – yazıda (mətndə) sözlər və ya söz birləşmələri arasında sintaktik əlaqəni göstərən qrafik işarələr (nöqtə, vergül, iki nöqtə və s.). durğun I. sif.\n1. Hərəkətsiz, sakit. Durğun hava. – Gecə olduqca sakit və durğun idi. M.S.Ordubadi. Yaz səhərinin sərin, təmiz, durğun havasında telefon elə cingildəyirdi, deyərsən, mis tiyana çaşnı tökürlər. Mir Cəlal. Balaca bir külək əsən kimi milyonlarca yarpaqlar xışıldayaraq durğun yay havasını sərinləşdirirdi. S.Şamilov. // Göz, baxış haqqında. Titrək, durğun gözlərindən; Sıcaq incilər damardı.. A.İldırım.\n2. Axmayan, axarı olmayan, bir yerdə duran. Şux səslərlə dolu isti yuvalar; Daşqın çaylar, durğun göllər bizimdir. A.Şaiq.\n\nII. is. Yoğun bağırsağın sonu. durğunluq is.\n1. Durğun şeyin halı; hərəkətsizlik, hərəkət etməmə. [Turxan bəy:] Hər duruşunda, hər baxışında bir durğunluq var. H.Cavid. İndi [Qısanın] simasında intihara qərar vermiş kimi, küt bir durğunluq vardı. Mir Cəlal.\n2. məc. İctimai həyatda, mədəniyyətdə, təsərrüfatda və s.-də inkişafsızlıq, hərəkətsizlik. C.Məmmədquluzadə fikri durğunluq, gerilik, cəhalət tüstüsünün xalq üçün yaratdığı qorxudan həyəcanlı danışaraq əlac etməyə çağırırdı. M.İbrahimov. Cəfər Cabbarlının vəfatından sonra səhnədə və dramaturgiyada bir durğunluq əmələ gəldi. S.Rəhman. durğuzma “Durğuzmaq”dan f.is. durğuzmaq f.\n1. Ayağa qaldırmaq, yerindən qaldırmaq. // Yerindən qalxmağa (durmağa) məcbur etmək. Başqasını durğuzub yerində oturmaq. – Mansur onu durğuzub aparmaq istədisə də, Sitarə mane olub oturdu. C.Cabbarlı.\n2. Yuxudan oyatmaq. Uşaqları erkən durğuzdular. – Sübh çox ertə oyanardı qarı; Durğuzar idi hamı xidmətkarı. A.Səhhət. [Qulu dedi:] ..Gərək gedib Əliqulu əmini durğuzam ki, gəlib .. [oğrunu] tüfəngləsin. S.S.Axundov. [Pristav dedi:] Durğuzun bu kafir oğlunu! Ə.Haqverdiyev. ‣ Üzünə durğuzmaq – əleyhinə qaldırmaq. [Şah:] Əgər xahiş edə, qoşunun hamısını mənim üzümə durğuza bilər. Ə.Haqverdiyev. durma “Durmaq”dan f.is. durmadan zərf Dayanmadan, arası kəsilmədən, ara vermədən, daim. Yağış durmadan yağır. Durmadan danışır. Biliyinizi durmadan artırın! – Əsirdi durmadan birbaşa yellər; Döyürdü bağrını dağ-daşa sellər. S.Vurğun. durmaq f.\n1. Ayaq üstə, şaquli vəziyyətdə hərəkətsiz dayanmaq. Ağacın altında kölgədə durmaq. Güzgünün qabağında durmaq. Sahildə durub dənizə baxdıq. – [Odabaşı Xudayar bəyə:] ..Di, burada niyə durubsan, buyur, gedək mənzilə. C.Məmmədquluzadə. Onlar alçaq bir divarın dibində durdular. M.S.Ordubadi. // Bədən hissələrindən biri üzərində dayanmaq. Başı üstündə durmaq. Əlləri üstündə durmaq. Dizi üstündə durmaq. // Ayaq üstə durmaqla bağlı olan bir işi, vəzifəni yerinə yetirmək, bir işlə məşğul olmaq. Dəzgah dalında durmaq. Keşikdə durmaq. Növbədə durmaq. Qarovulda durmaq. – Qalmışam eşikdə mən; Bir qızıl beşikdə mən; Yar bağçaya gələndə; Duraram keşikdə mən. (Bayatı). Qədir iki ay iyirmi bir gün qoruqlarda qarovul durdu. Mir Cəlal.\n2. Ayağa qalxmaq, yerindən qalxmaq, oturduğu yerdən qalxmaq. Aclıq mənə lap kar etmişdi. Durdum ki, evimizə gedib bu arsızı doydurum. A.Divanbəyoğlu. [Gilə] oturduğu yerdən durub qapıya tərəf getdi. Ə.Vəliyev. // Yuxudan ayılaraq yorğan-döşəkdən qalxmaq. Tezdən durmaq. Gec durmaq. – Səhər durub Sabunçu məktəbinə getməyə hazırlaşdım. A.Şaiq. Biz hərbiyyəlilər dan üzü durmağı öyrənmişik. Mir Cəlal. İndi mən lap tezdən qalxıb; Qoca nənəm duranadək çay qaynadıb, süfrə açıb; Eyləyirəm ona kömək. M.Dilbazi. // “Xəstəlikdən”, “yorğan-döşəkdən” sözləri ilə – sağalıb ayağa qalxmaq, sağalmaq, yaxşı olmaq. Xəstəlikdən təzəcə durmaq. – [Gültəkin:] Azardan təzə durmusan, nəfəsin qaralar. S.Rəhimov.\n3. Yerləşmək, olmaq, dikəlmək. Pəncərənin qabağında uca bir ağac durur. Küçənin sağ tərəfində gözəl bir bina durur. Meydanda Füzulinin heykəli durur. – Gəl bahar, gəl, özünü cəbhədə zənn etmə tək; Durmuşam burda dünəndən qaya tək. S.Rüstəm.\n4. Bir şey üzərində dayanmaq, bir şeyə istinad etmək, əsaslanmaq. Bina özül üzərində durur. Neft daşlarında vışkalar dəmir dayaqlar üstündə durmuşdur.\n5. Əyninə oturmaq, bədəninə uyğun gəlmək. Paltar əynində yaxşı durur. Palto əynində gör necə pis durur?\n6. Dikinə qalxmaq, dik durmaq, dik vəziyyət almaq. Tükləri biz-biz durmaq. Köynəyin yaxalığı pis nişastalanıb, yaxşı durmur.\n7. Qalmaq, dayanmaq. Bir-iki saat burada duraq, sonra gedərik.\n8. Qərar tapmaq, rahat qalmaq, sakit qalmaq. Bir dəqiqə bir yerdə dura bilmir. – [Xırdaxanım:] İndi başım yerində durmur, guya ki, mənim deyil.. N.Vəzirov. Yerdə su durmayıb fışqırdığı kimi, mənim dərdim də daha qəlbimdə durmayır. A.Divanbəyoğlu.\n9. Müqavimət göstərmək, möhkəm dayanmaq, səbat göstərmək, tab gətirmək, dözmək. Sən bərk dur. Düşmən qabağında durmaq. Onun qabağında dura bilməyib çəkildi. Çətinliklərin qabağında möhkəm durmaq. – Qarşımda duramaz nə sel, nə daşqın; Təbiətlə mənim zərafətim var. M.Müşfiq. • Qabağında durmaq – gücü çatmaq. [Fatma xanım:] Qənd ver, çay ver, düyü də ver. Kimdi qabağında duran? N.Vəzirov.\n10. Səbat etmək, sabitlik göstərmək, geri dönmək, israr edib dayanmaq. Sözünün üstündə durmaq. – [Xurşudbanu:] Bil kim, sənə söz verdim, durdum sözümün üstə. Ü.Hacıbəyov. Yüzbaşı dediyində dururdu. Mir Cəlal. Qarı sözünün üstündə durmuş və bu il iki qutu toxum götürmüşdü. Ə.Sadıq.\n11. Bir qərara gəlmək, bir nəticəyə gəlmək, bir neçə şeydən birisini qəbul edib, onun üstündə dayanmaq. Nəhayət, trest altımərtəbəli yaşayış evinin üstündə durmuşdu. M.İbrahimov.\n12. Qalmaq, davam etmək, yaşamaq, var olmaq, mövcud olmaq; yerində qalmaqda davam etmək. Onun babası hələ də durur. – Arxa su dolmayıb hələ; Köhnə idarəniz durur; Rəngi də solmayıb hələ. M.Ə.Sabir. // Toxunulmamış qalmaq, işlənməmiş qalmaq, olduğu kimi qalmaq. Aldığım pulların hamısı durur.\n13. Hərəkətsiz qalmaq, axıb getməmək. Su bir yerdə durarsa qoxuyar.\n14. İnkişaf etməmək, artmamaq, irəliləməmək, bir yerdə qalmaq, durğunluq əmələ gəlmək. Elm bir nöqtədə dura bilməz.\n15. İşləməmək, hərəkətsiz qalmaq, fəaliyyət göstərməmək, dayanmaq. Maşınlar durur. Saat durmuşdur. Motor durdu. Zavod durdu. – [Qurbanın] qəlbi bir an durdu. A.Şaiq. // Duracaqda, yaxud hər hansı bir yerdə dayanmaq, əylənmək. Qatar stansiyada üç dəqiqə durur. Ekspress qatarı hər stansiyada durmur. Maşın evimizin qabağında durdu. – Arabamız bir alaçığın ağzında durdu. A.Şaiq. Furqon hərəkətə hazır bir halda durmuşdu. M.İbrahimov. // Öz işini, məşğələsini və s.-ni dayandırmaq, arasını kəsmək. Kitabın 20-ci səhifəsində durdum. Söhbətin ortasında durdu. Keçən dərsdə hansı paraqrafda durmuşduq?\n16. Bitmək, kəsilmək, ara vermək, dayanmaq, sakit olmaq. Yağış durdu. Atışma durdu.\n17. Çaşıb qalmaq, heyrət içində qalmaq, duruxmaq, duruxub qalmaq. Xəbəri eşidən kimi durdu.\n18. Gözləmək, səbir etmək, toxtamaq, tələsməmək, dayanmaq. Bir az dur. Dura bilmirəm. Sən bir dur. Durmaq vaxtı deyil. – [Şahsənəm:] Qulun olum sənin, gülüzlü xacə; Degilən Qəribə durmasın, gəlsin. “Aşıq Qərib”. Şəkli alıb qaçdım yoldaşımın yanına: – Faiq, hələ durmusan, məgər durmalı əsrdir? C.Məmmədquluzadə. [Salman:] Qonaq qardaş, dur! Təlaş etmə sən. H.Cavid.\n19. Diqqəti bir şeyin üzərində saxlamaq, dayandırmaq, onun haqqında müfəssəl danışmaq, bəhs etmək. Bu məsələnin üzərində çox durmaq lazımdır.\n20. Yer tutmaq, mövqe tutmaq. Tərbiyə məsələsi birinci yerdə durur. Qarşıda ciddi problemlər durmaqdadır.\n21. Müəyyən şərtlərlə bir işi, vəzifəni yerinə yetirməyi öhdəsinə götürmək, bir işə girmək. [Aslan] nökər durmaq istədi, uşaq olduğu üçün heç kəs ona beş manatdan artıq pul vermədi. C.Cabbarlı. [Papaqçı dedi:] – Bala, mənə şəyird durarsanmı? Rəsul dedi: – Nə üçün durmuram. “Aşıq Qərib”.\n22. Başa gəlmək, mal olmaq, tamam olmaq, oturmaq. Palto mənə 150 manata durdu. – Təbrizə Rusiyadan ticarət malı gətirilməyəcəkdir. Gətirilsə də, çox ağır qiymətə duracaqdır. M.S.Ordubadi.\n23. Qalxmaq, çıxmaq, törəmək. Qəmzəsindən fitnələr durdu, oyandı uyqudan. Nəsimi. Gün ki sayən düşdüyü yerdən durar, bir vəchi var. Füzuli.\n24. Qalmaq. Qədir, sənin can naloqundan nə qədər durur? Mir Cəlal.\n25. Hərəkət etmək, davranmaq. Qoy bizə gülməsin nə dost, nə də yad; Ehtiyatlı danış, ehtiyatlı dur! S.Vurğun.\n26. Başlamaq, girişmək, təşəbbüs etmək. Durdu mənimlə mübahisəyə. Durdu ağaca çıxdı. – [Hacı Nuru:] ..Sən əbəs yerə özünü saldın qalmaqala, durdun onun ilə, bunun ilə döyüşməyə, xalqın dalısınca yaman sözlər danışmağa. M.F.Axundzadə. Başına durdu qoydu əmmamə; Geydi nəleynini ol əllamə. S.Ə.Şirvani.\n27. “Belə”, “bu yana”, “o yana” və s. sözlərlə – çəkilmək. O yana dur, keçim. – [Nurcahan:] ..Qapıdan belə dur, vallah, yoxsa bir oyun oynaram, tamam şəhər tökülər. N.Vəzirov.\n28. ...dursun, ...belə dursun, ...bir yana dursun – ...kənarda qalsın, ...bir tərəfdə qalsın, ...sərf-nəzər edərək, ...haqqında danışmayaraq. Tanımaq bir yana dursun, heç adını eşitməmişəm. – Rüstəm dursun, onlara Səyavuş verir cavab. H.Cavid.\n29. İnkar şəklində: durmamaq – dayanmamaq, qalmamaq. Bu bağçada quş durmaz; Yaz gələndə qış durmaz; Küsmüsən, gəl barışaq; Mənim dilim dinc durmaz. (Bayatı). Çeşmi-xumarın görəndə; Can çıxar, durmaz bədəndə; Mey içib sərxoş gəzəndə; Dönüb məstanə bir baxmaz. Q.Zakir. // Tökülmək, yerindən çıxmaq. Başında saçı durmur. – Öküz qocalmışdı, ağzında bir dişi durmurdu, ..ətlikdən savayı heç şeyə yaramırdı. S.Rəhimov. • Geri durmamaq – hər bir şey etməyə hazır olmaq, heç bir tədbir qarşısında durmamaq, hər cür tədbirə əl atmaq.\n30. İnkar şəklində, ikinci və üçüncü şəxslərdə: durma(yın) – tələs(in), tez ol(un), dayanma(yın), gecikmə(yin). Qabla dəxi mafraşını, Mir Haşım! Durma, götür qaç başını, Mir Haşım! M.Ə.Sabir. [Tərxan:] Durmayın, haqlayın vurulmuş ovu. A.Şaiq. // Hərəkətə gəl(in), sakit durma(yın). Ey könül, sən də həvəslən, durma! M.Müşfiq. // Tez, təcili, yubanmadan. Keçən həftə getmişdim şəhər idarəsindən paşburt alam; çünki səfərim var, anam tel göndərib: durma, gəl. C.Məmmədquluzadə. [Lütfəli:] Mən ölüm, durma, gəl, səni gözləyirəm. İ.Musabəyov.\n31. Feli bağlamalara qoşularaq vəziyyətin davamlılığını bildirir. Dayanıb durmaq. – Başımı aşağı dikib durduğum halda, əlimdəki çörək qismətin yumruğumda saxlamağa başladım. A.Divanbəyoğlu. Xəstə sayıqlayır, hərəkət içində çırpınıb dururdu. M.İbrahimov.\n32. Feli bağlama şəklində bir sıra feillərin əvvəlində bir işə təşəbbüs etmək, başlamaq mənasını ifadə edir. Durub söyləmək. Durub qaçmaq. Durub mənə belə dedi... Durum baxım, görüm. – [Firidun] bir ildırım sürəti ilə .. durub qaçmaq istəyirdi. M.İbrahimov. [Əminə:] [Həmzə] Nikolayın Nuh əyyamından durub mənə danışır. Ə.Əbülhəsən. ‣ Durma gəldim – tez, tələsik, birbaşa, üz tutaraq. Kəblə Novruzqulu başmaqlarını ayağına geyərək, durma gəldim birbaş Hacı Abtalıbın yanına gedir. H.Sarabski. Durubdurub zərf – hərdənbir, arabir, ara-ara. Gülüş durub-durub ah çəkirdi.. S.Rəhimov. Durub-oturmaq (əyləşmək) yaxud oturubdurmaq – birisi ilə vaxt keçirmək, əlaqə saxlamaq, yoldaşlıq etmək, dostluq etmək. Əbəs yerə cəfa çəkmə, yar olmaz; Rəqib ilə durub-oturan sənə. Q.Zakir. [Mirzə Qədir] hər zaman böyük adamlarla durub-əyləşirdi. S.Hüseyn. [Ağca] xüsusilə zəmanəyə mənsub oxumuşlar, firqəçilər, ziyalılar ilə duruboturmağı arzu edirdi. Mir Cəlal. dura-dura zərf ...olduğu halda, ...durduğu halda, ...ola-ola. Qeyrətimə sığışdıra bilmirəm ki, mən dura-dura və mən olan yerdə, məndən savayı bir özgə adam gəlib burada bir ad çıxartsın; gəlib Tiflisdə şöhrət qazansın. C.Məmmədquluzadə. Məncə, əsil qəhrəman da dar ağacı gözünün qabağında duradura, dediyindən dönməyənlərdir. M.İbrahimov. [Bülənd:] [Veys] dura-dura mənə evlənmək yararmı? Ə.Əbülhəsən. durmaqaç zərf dan. Tez, tələsik, təcili, birnəfəsə. durmaqsızın bax durmadan. durna is. zool. Dimdiyi, boğazı və ayaqları uzun köçəri iri bataqlıq quşu. Qatarqatar olub qalxıb havaya; Nə çıxıbsız asimanə, durnalar?! M.V.Vidadi. Durnalar dəstə-dəstə göydə uçar; Oxuyar nəğmələr, cənuba qaçar. A.Səhhət. Göylərin yolçusu durna qatarı, Süzəcək süzdüyün dumanlıqları. M.Müşfiq. ‣ Durna boğazı məc. şair. – durnanın boğazı kimi uzun və zərif. Mahirə .. durna boğazını yuxarı tutaraq çağırdı: – Sarxan! Sarxan! M.Hüseyn. Durna gözü kimi məc. şair. – çox təmiz, saf, şəffaf, bərraq, dupduru mənasında. Ortalıqda qoca, kühənsal bir ağac altında da Qoşabulaq durna gözü kimi qaynayır, göz yaşı kimi axıb ətrafı süd gölünə döndərir. “Koroğlu”. Gözəl olur bizim elin yayları; Durna gözü kimi vardır bulağı. A.Şaiq. durnabalığı is. zool. Şirin sularda yaşayan yastı və uzunsov başlı yırtıcı balıq. Suyun özünün və çayın dibinin rəngindən asılı olaraq, durnabalıqları tutqun və ya sarımtıl yaşıl rəngdə olur. Bədəninin uzunsov oxşəkilli olması və quyruq hissəsinin yaxşı inkişaf etməsi nəticəsində durnabalığı cəld və diribaş hərəkət edir. “Zoologiya” durnaboğaz (=durnaboğazlı) sif. Uzun boğazı olan, uzunboğaz. durnaboğazlı (=durnaboğaz) sif. Uzun boğazı olan, uzunboğaz. durnagöz (=durnagözlü) sif. şair.\n1. Gözəl, aydın gözləri olan. [Gülsənəm:] Kəndimizdəki durnagözlü qızları ürkütməklə saymaq olmur. M.Hüseyn.\n2. məc. Təmiz, saf, dumduru mənasında. Çox keçmişəm bu dağlardan; Durnagözlü bulaqlardan. S.Vurğun. Cənub tərəfdə durnagözlü duru və soyuq bulaqların şırıltısı insanı valeh edirdi. Ə.Vəliyev. durnagözlü (=durnagöz) sif. şair.\n1. Gözəl, aydın gözləri olan. [Gülsənəm:] Kəndimizdəki durnagözlü qızları ürkütməklə saymaq olmur. M.Hüseyn.\n2. məc. Təmiz, saf, dumduru mənasında. Çox keçmişəm bu dağlardan; Durnagözlü bulaqlardan. S.Vurğun. Cənub tərəfdə durnagözlü duru və soyuq bulaqların şırıltısı insanı valeh edirdi. Ə.Vəliyev. duru sif.\n1. Maye halında olan, su kimi axıcı, sıyıq. Duru yanacaq. Duru palçıq. Duru xörək. // Həddindən artıq sıyıq olan, suyu çox olan, sulu. Duru qatıq. Duru dovğa.\n2. Saf, təmiz, şəffaf, aydın. Vətənimin göyləri göllərindən durudur; Qoynunda səadətin sarayları qurulur. R.Rza. [Nuriyyə:] Mən arxın büllur kimi duru suyu ilə üzümü yuyub sərinləndim. İ.Əfəndiyev. Narın birini kəsdim. Zoğal kimi iri, əqiq kimi duru gilələri var idi. Mir Cəlal. // Məc. mənada. [Uluq bəy:] ..Çeşmədən durusan, şəfəqdən oynaq; Belə mərd qızlarla gülər hər ocaq. A.Şaiq. [Zeynal:] Çiçək kimi qız saxlayıb böyütmüşəm. Sudan duru adı var. C.Cabbarlı. ..Qız eyni duru və riyasız gözlərini ani olaraq [Xavərin] gözlərinə dikdi və tez çəkdi. M.İbrahimov. // Açıq. Hava gözəl olduğundan, Gülzarın yanaqları daha da xoşrəng olub, duru al bir rəng almışdı. C.Cabbarlı.\n3. məc. Əsil, xalis, təmiz, xərc və zərər çıxılandan sonra qalan. Duru qazanc.\n4. “Durusundan” şəklində dan. – ən yaxşısından, ən yaxşı yerindən, ən təmizindən. Düyünün durusundan 5 kilo çək. – Darğa Lələş .. xırman vaxtı durusundan, qırmızı zoğalından öz buğda bəhrəsini tək bircə dəninə qədər tamam-kamal alar(dı). S.Rəhimov. ‣ Duru yerindən – bax duru 4-cü mənada. Duruya çıxar(t)maq – təmizə çıxar(t)maq, safa çıxar(t)maq, bəraət qazandırmaq, doğrultmaq. Kəlbalı nə qədər çalışırdısa da, .. özünü duruya çıxara bilmirdi. S.Rəhimov. Kefi duru olmaq – bax kef. duruxdurma “Duruxdurmaq”dan f.is. duruxdurmaq icb. Duruxmağa məcbur etmək, duruxmasına səbəb olmaq; çaşdırmaq, karıxdırmaq, təəccübləndirmək. Bu sual [Əbülhəsən bəyi] duruxdurdu. M.S.Ordubadi. duruxma “Duruxmaq”dan f.is. Mən onların duruxmasına hirsləndim. Mir Cəlal. duruxmaq f. Fikrə getmək, söz axtarmaq, düşünmək. Gözlərin kimi gözlər; Duruxub kimi gözlər? Sarı Aşıq. ..Sadıq bir az duruxub cavab verdi ki, lağlağı onun ayamasıdır. C.Məmmədquluzadə. [Məşədi bəy] duruxdu, gülümsünərək daha ifadəli bir söz tapdı. M.Hüseyn. // Tərəddüd içində durub fikrə getmək, dayanmaq. [Davud] bir az duruxandan sonra öz sözünü izah etdi. Mir Cəlal. // Çaşan kimi, özünü itirən kimi olmaq, tutulmaq, döyükmək. Zeynal geniş bir şüşəbəndi keçib yemək odasına girdi, bir qədər duruxdu. S.Hüseyn. İkisi də əvvəl duruxdu, döyükdü və sonra nifrətəngiz bir heyrətdə donub qaldılar. Çəmənzəminli. Hüseyn duruxdu, nə cavab vermək lazım gəldiyini bilmədi. S.Rəhman. duruxa-duruxa zərf Dayana-dayana, dura-dura, arabir duraraq. Cəlal qabağında kitab duruxa-duruxa oxuyur. C.Məmmədquluzadə. [Həsən] ..çənəsi ilə ağacına söykənərək duruxa-duruxa cavab verir.. Mir Cəlal. duruxsumaq (=duruxsunmaq) bax. duruxmaq. ..Xidmətçi qadın gəlib [qapını] açdı. Məni görürkən duruxsundu. M.S.Ordubadi. Cəfər qarpızı hirslə yerinə qoyub geri çəkildi, qiymətini azaltmaq üçün bir-iki addım da qızdan uzaqlaşdı. Sonra duruxsuyub Rüstəm bəyə dedi. Çəmənzəminli. duruxsunmaq (=duruxsumaq) bax. duruxmaq. ..Xidmətçi qadın gəlib [qapını] açdı. Məni görürkən duruxsundu. M.S.Ordubadi. Cəfər qarpızı hirslə yerinə qoyub geri çəkildi, qiymətini azaltmaq üçün bir-iki addım da qızdan uzaqlaşdı. Sonra duruxsuyub Rüstəm bəyə dedi. Çəmənzəminli. durulama “Durulamaq”dan f.is. durulamaq f. dan. Aydınlaşdırmaq, müəyyənləşdirmək. O, çötkəni qabağına çəkdi, çırt yoxuşa, çırt enişə, haqq-hesabı durulayıb aydınlaşdırdı. S.Rəhimov. durulanma “Durulanmaq”dan f.is. durulanmaq f. Duru olmaq, duru hala gəlmək, durulmaq; şəffaflanmaq. Su durulandı. durulaşdırılma “Durulaşdırılmaq”dan f.is. durulaşdırılmış f.sif. Duru hala gətirilmiş. durulaşdırma “Durulaşdırmaq”dan f.is. durulaşdırmaq f. Duru hala salmaq; şəffaflaşdırmaq. Suyu durulaşdırmaq. durulaşma “Durulaşmaq”dan f.is. durulaşmaq f.\n1. Duru olmaq, sıyıqlaşmaq, durulanmaq. Doşab durulaşdı. Mürəbbə durulaşdı.\n2. Durulmaq, saflaşmaq, aydınlaşmaq. Dünya durulaşır ana səsindən; Eh, neçə illərdir onsuzam, gülüm. M.Araz. durulducu sif. Durulaşdıran, saflaşdıran. Zəy suyu durulducu maddədir. duruldulma “Duruldulmaq”dan f.is. duruldulmaq məch. Duru hala salınmaq, duru edilmək. duruldulmuş f.sif. Durulaşdırılmış, duru hala salınmış. durulma “Durulmaq”dan f.is. durulmaq f.\n1. Duru olmaq, duru hala gəlmək, saf və təmiz hala düşmək. Bulanıq suya zəy vurulanda durulur. – Araz buruldu, getdi; Suyu duruldu, getdi; Mən dedim, yar incidi; Demə yoruldu, getdi. (Bayatı). Boz səhralar çiçək açır, sular durulur; Dağlar üstə dağlar qoyur insan hünəri. S.Vurğun.\n2. Axıcı hala düşmək, sıyıqlaşmaq. Bəkməz isinəndə durulur. Mum əriyəndə durulur.\n3. məc. Aydınlaşmaq, açılmaq. Hava durulur. – Gecə yarı günəş doğur.. zülmət durulur. S.Vurğun. Dünənki bərk qardan sonra gün çıxmış, hava durulmuşdu. Mir Cəlal.\n4. məc. dan. Açılışmaq, halı yaxşılaşmaq, rəngi açılmaq. – Gəl əyləş, mey içək, keflər durulsun; Koroğlu çağırır dövrana səni. “Koroğlu”. durultma “Durultmaq”dan f.is. durultmaq f. Duru hala salmaq; saflaşdırmaq, şəffaflaşdırmaq. Çayın suyunu durultmaq. Kürün suyunu duruldub içirlər. duruluq is.\n1. Duru şeyin halı; saflıq, şəffaflıq. Suyun duruluğu.\n2. Sıyıqlıq. Bəkməzin duruluğu.\n3. məc. Aydınlıq, açıqlıq. Lakin biz onun gözünə baxarkən aydınlıqdan və duruluqdan başqa bir şey görməzdik. M.İbrahimov. durum I. is.\n1. Davam, dözüm, tab, səbat. Amma [Həmzə] zarıyırdısa da, deyəsən, yalvarmaq fikrində deyildi və onun belə durumu Veysi özündən çıxarırdı. Ə.Əbülhəsən. // Güc, qüvvət. Heç olmasa, bir-iki tikə yeyərəm, evə çatana qədər ürəyimdə durum olar. “M.N.lətif.” // Davamlılıq, möhkəmlik, doyumluluq, qidalılıq.\n2. Dayanacaq, duracaq yer.\n\nII. is. Çox bərk narın torpaq, qum. Bir azdan sonra durumla dolu bir vedrə çəkdilər və vedrəni yenə quyuya salladılar. C.Cabbarlı. durumlu sif. Durumu olan, davamı olan, tutarı olan. Durumlu xörək. // Dözümlü. durumluluq is. Durumlu şeyin halı. Yeməyin durumluluğu. durumsuz sif. Durumu olmayan. Sanılı pul durumsuz (z.) olar. (Ata. sözü). durumsuzluq is. Durumsuz şeyin hal və keyfiyyəti. duruş is.\n1. Durma tərzi, durma vəziyyəti, özünü tutma tərzi. ..Başında göy araxçın, duruşunda əzəmət; Üzündə qəm izləri, gözlərində məhəbbət. B.Vahabzadə. Zürafə boynuna bənzərdi boynu; Məğrur, ədalı bir duruşu vardı.. H.Cavid. Duruşun mənalı, baxışın dərin; Mən bu dərinlikdə tapdım baxtımı. M.Müşfiq.\n2. Dayanacaq, duracaq. Duruş məntəqəsi. – Tramvay duruşunda təyyarə bığlı bir gənc; Zilləyib gözlərini bir qapıya səhərdən. S.Rüstəm. ‣ Duruş gətirmək – səbir etmək, dözmək, davam gətirmək, dayanmaq. 178 və 179-cu atıcı polklar .. gəncəlilərin qabağında duruş gətirməyib geriyə – öz əvvəlki mövqelərinə çəkildilər. İ.Şıxlı. Duruş vermək – bax duruş gətirmək. ..Adam duruş verib bir yerdə dura bilmir. Ə.Əbülhəsən. duruşma “Duruşmaq”dan f.is. duruşmaq f. Bir qaydada durmaq (çoxları haqqında). duruş-oturuş is. Hal və hərəkət, hərəkət tərzi; əda. Lakin [Erkək Tükəzbanın] sifətinə bir az yaxından diqqət verəndə və duruşuna-oturuşuna baxanda adama bir növ yapışqanlıq gəlir. B.Talıblı. [Uçitel] gecə kurslarından və kəndə yayılan zümzümələrdən sonra .. Mürsəlin xəbəri olmadan onu gözdən qoymur, oturuşuna-duruşuna fikir verirdi. İ.Şıxlı. dust I. [fars.] klas. bax dost. Sənə nərgiz təki valeh olan mən; Ki, hüsnün surəti-rəhmandır, ey dust! Xətayi. Ol lalərüx olmaz bizə nə dust, nə düşmən; Əğyar ilə bihudə bu qovğadan usandıq. S.Ə.Şirvani.\n\nII. is. kim. Toz halında dezinfeksiya maddəsi. dustaq is.\n1. Həbs olunmuş, yaxud dustaqxanada saxlanılan adam; məhbus. Dustaqlar gözdən qeyb olanacan camaat dallarınca baxırdı. Ə.Haqverdiyev. Qadın yalnız dustaqlara deyil, bəzən üç nəfər qarovul üçün də yemək gətirirdi. M.S.Ordubadi. Məşədi Şərəf danışdıqca Qüdrətov yazır, hərdən dayanıb dustağın sifətinə baxırdı. Ə.Vəliyev. // məc. Məhbus kimi oturub evdən bayıra çıxmayan, xarici aləm, cəmiyyət ilə əlaqəsi olmayan adam haqqında. [Nina Xumara:] Daima evdə, sanki bir dustaq; Nə olur bir çıxıb hava alsaq! H.Cavid. // klas. Əsir mənasında. Bülbüli-şeyda gülün, pərvanə şəmin dağıdır; Binəva könlüm, ki bir dilbilməzin dustağıdır. Qövsi. • Dustaq etmək (eləmək) – həbs etmək, həbsə salmaq, azadlıqdan məhrum etmək; // məc. bir yerə salıb nəzarət altında saxlamaq, bayıra çıxmağa qoymamaq. Qaraca qız duydu ki, [mürəbbiyə] Ağca xanımı evə salıb dustaq etdi. S.S.Axundov. [Səfər:] İndi bir ay, üç həftə, iki gündür ki, [Səriyyəni] burada dustaq eləyiblər. C.Cabbarlı. Dustaq olmaq – məhbus olmaq, həbsə düşmək, həbsə salınmaq, dustaqlıqda olmaq. İl yarım dustaq olandan sonra qurtarıb gəldi və başladı evlərdə mərsiyə oxumağa. C.Məmmədquluzadə. [Reyhan:] Həm insafdırmı, Elçinin anası, əlsizayaqsız bir qadın zindanlarda dustaq olsun?.. M.Hüseyn; // məc. dustaq kimi bir yerdə oturub bayıra çıxmamaq, yaxud bu və ya başqa səbəbə görə bayıra çıxa bilməmək.\n2. Həbsxana, həbs, qazamat, həbs yeri, dustaqlıq. [Qubernator:] Dustaqdan bir şey çıxmaz, burada qan lazımdır. C.Cabbarlı. Dustaqdan qayıtdı, görmədi qızı; Qaldı ürəyində hər söz, hər arzu. Z.Xəlil. dustaqban [dustaq və fars. ...ban] köhn. bax dustaqçı. Kürdlərdən biri dustaqbana yaxınlaşıb, qoca dustağı dalısına alıb aparmağı xahiş etdisə də, xahişi qəbul edilmədi. P.Makulu. dustaqçı is. Dustaqxana nəzarətçisi. [Elxan:] Artıq tələsin, dustaqçı indicə qayıdacaqdır. C.Cabbarlı. dustaqçılıq is. dan.\n1. Dustaqlıq, dustaqla olma, dustaqlıq dövrü.\n2. Dustaqçının vəzifəsi, işi. dustaqxana is. köhn. Həbsxana, həbs evi, qazamat. Dustaqxanaya salmaq. – Mənim adətimdir: bir dustaqxana adı gələndə, gərək iki ağaclığından qaçam, yox olam. C.Məmmədquluzadə. Şaban gedən günü Məşədi Məmmədəli, arvadı Gülsüm, neçə nəfər dost-aşna gedib yığıldılar dustaqxananın qapısına. Ə.Haqverdiyev. dustaqlıq is. Həbsdə saxlanılan, yaxud həbs edilmiş adamın halı; məhbusluq. [Mürsəl:] – A, müəllim, üzüm də səndən qara, bizim uşaq dustaqlıqdan kağız yollayıb. Bir oxuyun görək nə yazıb? İ.Şıxlı. dustanə zərf [fars.] klas. Dostcasına, dost kimi. Yad et məni, dustanə yad et. A.Səhhət. duş I. [fr.]\n1. Su müalicəsi və ümumiyyətlə, çimmək üçün yuxarıdan su səpələyən cihaz, alət. [Tahir] sonra tamam çılpaqlaşıb, özünü soyuq duşun altına verdi. M.Hüseyn.\n2. Su cərəyanı vasitəsilə bədənə təsir etməkdən ibarət müalicə üsulu. Bədənə su tökmək və duş qəbul etmək orqanizmə qüvvətli təsir göstərir.\n\nII. is. qəd. Yuxu, röya. [Kərəm:] Bilməm xəyalmıdır, yoxsa duş kimi; Gəldi keçdi boran kimi, qış kimi. “Əsli və Kərəm”. Yatmışdım, aşkar gördüm duşumu; Əzəlindən mən bilirdim işimi. “Koroğlu”. duşxana is. [fr. douche və fars. ...xanə] Duş düzəldilmiş yer, duş qəbul edilən yer. dutsaq “Dustaq” söz. qədim forması. duvaq is.\n1. etnoqr. Gəlin gedən qızın üzünü örtən tül örtü. Gül düxtərinin ərusi yetmiş; Gülgün duvağın başına örtmüş. Xətayi. Artıq Gülzarı başında ağ duvaq qapıdan çıxarırlardı. C.Cabbarlı. // Ümumiyyətlə, keçmişdə qadınların başlarına taxıb üzlərini gizlətdikləri şəffaf örtü. Zülf töküb üzə dilbər; Çıxıbdır düzə dilbər; Duvaq salın üzünə; Gəlməsin gözə dilbər. (Bayatı). Yanağın yanında zülfə tov vermiş; Ucun sancmış tər duvağın üstündən. M.P.Vaqif.\n2. məc. Təşbehlərdə “örtü” mənasında. Qapqara bir duvaqla örtülmüşdür göy saray. R.Rza. duvaqqapma is. ədəb. Xalq dastanlarının axırında, adətən, gəlini tərifləyən və ona nəsihət verən aşıq şeri. Şadlıq məclisində ustad aşıq sazı döşünə basıb bu duvaqqapma ilə onların toyunu bağladı. “Lətif şah”. Ustad bir aşıq onların dastanını aşağıdakı duvaqqapma ilə bağladı. “Əmrah”. duvaqlama “Duvaqlamaq”dan f.is. duvaqlamaq f. Üzünə duvaq çəkmək. duvaqlanma “Duvaqlanmaq”dan f.is. duvaqlanmaq məch. Üzünə duvaq çəkilmək. duvaqlı sif. Üzündə duvaq olan, üzüduvaqlı. Bir yandasa ağ eyvanlı təzə binalar; Ağ duvaqlı gəlin kimi gendən gülürdü. Ə.Cəmil. duvaqlıq sif. Duvağa yarayan. Duvaqlıq tül. duvaqsız sif. Duvağı olmayan. // zərf Duvağı olmadan, duvaq örtmədən, üzüaçıq. Qızlar, qadınlar indi duvaqsız gəzirlər. duydurma “Duydurmaq”dan f.is. duydurmaq icb. Hiss etdirmək, sezdirmək, sözsüz başa salmaq, bildirmək. duyğu is.\n1. Obyektiv aləmin hadisələrini qavrama, hiss etmə qabiliyyəti; hiss. Duyğu orqanları.\n2. Öz hissləri, təəssüratı əsasında bir şeyi qavrama, dərk etmə, başa düşmə qabiliyyəti. İnsani duyğular. Hörmət duyğusu. Məsuliyyət duyğusunu itirmək.\n3. Sezmə, anlama, başa düşmə qabiliyyəti. duyğulu sif. İncə duyğusu olan, tez və yaxşı duyan, hiss edən. Duyğulu adam. duyğusuz sif.\n1. Duyğusu olmayan, heç bir şeyi hiss etməyən, duymayan, yaxud duyğusu kütləşmiş. // Üzgünlükdən, yorğunluqdan bayğınlıq dərəcəsinə gəlmiş. [Şeyx Hadi:] Suda bir xeyli qol-qanad çaldıq; Həp yorulduq da, duyğusuz (z.) qaldıq.. H.Cavid.\n2. məc. Həyata, hadisələrə, varlığa laqeyd baxan, onları dərk etməyən, heç bir şeydən təsirlənməyən. Dastanlar yaradaq, dastanlar yazaq; Gələcək duyğusuz deməsin bizə. S.Vurğun. duyğusuzluq is. Duyğunun olmadığı hal; hissizlik. duyluq özünü duyluğa qoymaq dan. – özünü bilməməz kimi göstərmək, özünü bilməməzliyə qoymaq. Bu ittifaqda qız qəsdən özünü duyluğa qoyacaqdır ki, guya mən sizi heç elçi bilməyirəm, adi qonaq bilirəm. R.Əfəndiyev. duyma “Duymaq”dan f.is. Duyma qabiliyyəti. duymaq f.\n1. Hiss etmək, hiss üzvlərinin biri vasitəsilə qavramaq. Ləhzə həvəsindən uymaz idim; Günüzlə gecəni duymaz idim. Xətayi. [Qarışqalar] evlərinin möhkəm olmayacağını duyub, quru divarları dağıdırlar və təzədən palçıq gətirib, divar qalxızmağa və tağ vurmağa başlayırlar. H.Zərdabi. [Əhməd:] Zənn edirəm ki, ürəyimin döyünməsini Gülnaz da duyur və eşidirdi. T.Ş.Simurq.\n2. Sezmək, anlamaq, başa düşmək, ürəyinə dammaq. [İskəndər:] Hey, Zeynəb, vallah, fəndini duymuşam! Qonağın yolunda bu qədər çalışırsan ki, ərin Kərbəlayı Novruzu da diriltsin? C.Məmmədquluzadə. Səlim bəy ortalıqdakı dolaşıq vəziyyəti duydu və ayağa qalxaraq əlini pristavın yıldızlı umuzuna qoyaraq dedi.. H.Nəzərli. duyuxma “Duyuxmaq”dan f.is. duyuxmaq f.\n1. Ayılmaq, ayıq düşmək, başa düşmək, duymaq. ..Yatışan itlər duyuxmasın deyə, qəsdən daxmalardan uzaqlaşıb şenliyin baş tərəfindən dərəyə gedən araba yoluna çıxdılar. M.Hüseyn.\n2. Duruxmaq, çaşmaq, ürkmək. Ələmdar duyuxmuş halda geriyə çəkildi. S.Rəhimov. duyuq sif.\n1. Duyğu hissi iti olan, tez duyan, ayıq.\n2. Xəbər. Kəndə duyuq yayıldı. ‣ Duyuq düşmək – duymaq, xəbər tutmaq, xəbərdar olmaq. Adamlar bu işdən duyuq düşdülər. Bunlar divardan aşanda qazamat qulluqçuları duyuq düşdülər. “Qaçaq Nəbi”. Duyuq düşsə əgər verməzlər rüsxət; Unutma, gah-gahi düşəndə fürsət. Q.Zakir. [Yusif:] Onsuz da bizim işçilər duyuq düşüblər, onları gözdən qoymurlar. S.Rəhman. Duyuq salmaq – ayıltmaq, xəbərdar etmək. Xırda çıxışlarda bulunmaq isə düşməni vaxtından əvvəl duyuq sala bilər. M.S.Ordubadi. Bir soldatı öldürərsə, düşmənin zabitini duyuq salıb əldən çıxara bilərdi. Ə.Əbülhəsən. Duyuq vermək – bax duyuq salmaq. Qaraxan papirosunun kötüyünü sümürdü və: – Bəs niyə axşamdan duyuq verməmisən, – dedi, – isti-isti axtaraydıq. S.Rəhimov. duyuqluq is. Tez duyma, tez hiss etmə, tez başa düşmə qabiliyyəti, ayıqlıq, sayıqlıq. duyuqsuz sif.\n1. Duyma qabiliyyəti olmayan.\n2. zərf Xəbərsiz, xəbəri olmadan. Kəndlilərin hamısı bir-birindən duyuqsuz halda yavaşca dedilər.. Ə.Vəliyev. duyulma “Duyulmaq”dan f.is. duyulmaq məch. Hiss edilmək, sezilmək, başa düşülmək. Çadırdan-çadıra qonaq gəzərdin; Yazıq! Duyulmadı sənin də dərdin. S.Vurğun. Bağda rütubət qarışıq iydə ətri duyulurdu. İ.Əfəndiyev. Məhəbbət sezildi nənə səsində; Nənə rəftarında şəfqət duyuldu. M.Rahim. duyulmaz sif. və zərf Duyula bilməyən, hissedilməz; sezilə bilməyən. Ürəkdə qaldı məramım, duyulmaz oldu səsim. H.Cavid. duyuş is. Duyma. Qaz duyuşu. duz is.\n1. Xörəyi dada gətirmək üçün ona qatılan kəskin dadlı, şor ağ kristal maddə. Xörək duzu. • Daş duzu – bax daşduz. ..Duzu dağlardan daş kəsən kimi kəsirlər ki, belə duza daş duzu deyirlər. H.Zərdabi. Dəniz duzu – dəniz suyunu buxarlandırma yolu ilə hasil edilən duz. Duzuna baxmaq – şit və ya şor olduğunu bilmək üçün xörəyin dadını yoxlamaq, dadmaq.\n2. kim. Turşu hidrogeninin bütünlüklə, ya qismən metalla əvəzlənməsi məhsulundan ibarət olan kimyəvi birləşmə, maddə. Bertole duzu.\n3. məc. Sözə, danışığa kəskinlik verən, onu daha da maraqlı edən xüsusiyyət; dad, ləzzət, məzə. Nitqində duz yoxdur. Sözünün duzu yoxdur. // məc. Özünü sevdirəcək xüsusiyyət, cazibə. Onda duz yoxdur. ‣ Çörəyinin duzu olmamaq – qədri bilinməmək, zəhmətinə qiymət verilməmək. Duz kimi yalamaq – çox əzizləmək, bağrına basaraq hədsiz mehribanlıq göstərmək, qucaqlaşmaq, çoxlu öpmək. [Əzim baba] Səlimin boynunu qucaqlayıb onu duz kimi yaladı. S.Rəhimov. Kəramət uşaq əzizləyən, balasını duz kimi yalayan analardan deyildi. Ə.Əbülhəsən. Duza qoymaq – 1) şoraba qoymaq; 2) məc. lüzumsuz yerə işlətməyib saxlamaq. Duzunu dadmaq – 1) birinin çörəyini yemək; 2) təsirini görmək, hiss etmək. Bu hərif, deyəsən, mənim materialımın duzunu dadmayıb. “Kirpi”. Duzunu qaçırmaq – bayağılaşdırmaq, ləzzətdən çıxarmaq, rəğbətdən salmaq. duzaq is. Quş və vəhşi heyvan tutmaq üçün alət; tələ, cələ. Tülkü iki dəfə duzağa düşməz. (Ata. sözü). // məc. Hiylə, kələk, tələ. Təhlükə bilməyən, duzaq bilməyən; Qorxusuz yolçular, ulu yolçular. R.Rza. • Duzaq qurmaq – tələ qurmaq, tor qurmaq, kələk düzəltmək. Yar oldu verdiyin fərman və bayraq; Düşmənə qurmuşam çıxılmaz duzaq. A.Şaiq. duz-çörək is.\n1. Duz və çörək. Ağsaqqal-cavan, qoca-qarı, gəlin-qız hamı əllərində duz-çörək altdan-yuxarı çıxmağa başladı. Ə.Vəliyev.\n2. məc. Yaşama vəsaiti, dolanacaq üçün zəruri olan şeylər; çörək, yemək-içmək. ‣ Duz-çörək basmaq – dostluğa zidd iş görmək, dostluğa xəyanət etmək, sədaqəti pozmaq. Duz-çörək gözündən gəlsin! – qarğış ifadəsi. [Sənəm:] Əlimlə sənə verdiyim duz-çörək sənin gözündən gəlsin! Ə.Haqverdiyev. Duz-çörək haqqı – and ifadəsi. Duz-çörək itirmək – edilən yaxşılıq qarşısında pislik etmək, yaxşılığı yaddan çıxarmaq, vəfasızlıq etmək. Duz-çörək kəsmək (bəzən “bir yerdə”, “bir süfrədə” sözləri ilə) – dostluq etmək. Atan Hacı Cəfər ilə duz-çörək kəsmişəm, özü də çox dindar bir kişidir. S.S.Axundov. Onlar .. bir süfrədə oturub duzçörək kəsmişdilər. S.Rəhimov. [Ballı:] Biz Alxanla .. duz-çörək kəsmişik. İ.Əfəndiyev. Duz-çörək tökmək – bax duz-çörək itirmək. [Hafizə xanım:] Mən duz-çörək tökən adamı saxlamaram. Ə.Haqverdiyev. Duzçörək yemək – bax duz-çörək kəsmək. duzçu is.\n1. Duz istehsalatı işçisi.\n2. Duzsatan. duzçuluq is. Duz istehsalı, duz istehsal etmə. duzdaq bax duzlaq. [Yaşar:] ..Kəndimizin yanında ucsuz-bucaqsız geniş düzən vardır. O, duzdaqdır. C.Cabbarlı. duzəx is. [fars.] Cəhənnəm. Duzəxə girməz sitəmindən yanan; Qabili-cənnət degil əhli-əzab. Füzuli. Gedərəm duzəxə mərdü mərdanə; Əsli budur sözün sağı, səninlə. Q.Zakir. Və onların hamısından pisi budur ki, duzəxdə bir əqrəb var ki, onun başı yeddinci göyə gedib çatır. C.Məmmədquluzadə. duzxana is. Təbii halda çıxarılan duzu qaynadıb xörəyə işlənmək üçün yararlı hala gətirən karxana. duzqabı is. İçinə duz tökmək üçün kiçik qab; nəməkdan. Duzunu dadıb, duzqabını sındırmaq yaramaz. (Ata. sözü). duzqıran is. xüs. Duz mədənlərində sal duzu qırıb çıxaran fəhlə. // Sif. mənasında. Duzqıran maşın. duzladılma “Duzladılmaq”dan f.is. duzladılmaq “Duzlatmaq”dan məch. duzlaq is.\n1. Duz olan yer, duz mədəni. Şoranlıq duz duzlaq kimi ağarır, acı duz qoxusu beyinləri çatladırdı. S.Rəhimov.\n2. Duz çıxarmaq üçün dəniz kənarında əmələ gətirilən və ya təbii halda olan göl. Duzlağa buraxılan dəniz suyu günəşdə qurudulur, dibdə qalan duz toplanır.\n3. Sürüyə, heyvanlara duz verilən yer. Bu heyvanlar (maral, cüyür, təkə və s.) üçün qoruğun müxtəlif yerlərində 20-yə qədər üstüörtülü daimi duzlaqlar təşkil edilmişdir. duzlama “Duzlamaq”dan f.is. duzlamaq f.\n1. Bir şeyin üstünə duz səpmək, duz vurmaq. Xörəyi duzlamaq. Balığı duzlamaq. – ..İsti tərəflərdə əti saxlamaqdan ötrü duzlayıb, qurudub hisə verirlər. H.Zərdabi.\n2. Duz məhlulunda hazırlamaq. Xiyarı, kələmi duzlamaq. // Duz hopdurmaq, duzlu suya və ya duza batırmaq. Gönü duzlamaq. duzlandırılma “Duzlandırılmaq”dan f.is. duzlandırılmaq məch. Duzlu hala gətirilmək, duzlu edilmək, duzluluğu artırılmaq. duzlandırılmış f.sif. Duzlu hala gətirilmiş, tərkibindəki mineral duzun miqdarı artırılmış. duzlandırma “Duzlandırmaq”dan f.is. duzlandırmaq f. Duzlu hala salmaq, duzlu etmək. duzlanma “Duzlanmaq”dan f.is. • Torpağın duzlanması – torpaqda münbitliyə mane olan mineral duzların artması. duzlanmaq 1. məch. Duz vurulmaq, üstünə duz səpilmək.\n2. məch. Canına duz hopdurulmaq.\n3. t-siz. Duzlar əmələ gəlmək, tərkibində mineral duzların miqdarı artmaq. duzlanmış f.sif.\n1. Duz vurulmuş, duz səpilmiş. Duzlanmış ət.\n2. Saxlamaq üçün duzlu suya qoyulmuş; duzlu. Duzlanmış xiyar, kələm. // Canına duz hopdurulmuş. Duzlanmış dəri. duzlaşdırılma “Duzlaşdırılmaq”dan f.is. duzlaşdırılmaq məch. Duza çevrilmək, duz halına gətirilmək. duzlaşdırma “Duzlaşdırmaq”dan f.is. duzlaşdırmaq f. Duza çevirmək, duz halına gətirmək. duzlaşma “Duzlaşmaq”dan f.is. duzlaşmaq f. Duza çevrilmək, duz halına gəlmək, duz kimi olmaq; şoranlaşmaq. duzlatdırma “Duzlatdırmaq”dan f.is. duzlatdırmaq bax duzlatmaq. duzlatma “Duzlatmaq”dan f.is. duzlatmaq “Duzlatmaq”dan icb. Balıqları, əti duzlatmaq. duzlayıcı is. İstehsalatda məhsulları duzlamaqla məşğul olan işçi, fəhlə. duzlu sif.\n1. Tərkibində duz olan; şor. Duzlu göl. Duzlu su. Xəzər dənizinin ətrafında duzlu göllər çoxdur.\n2. Kifayət qədər və ya lüzumundan artıq duzlanmış, duz vurulmuş; şor. Duzlu pendir. // Duza, duzlu suya qoyulmuş, duz hopdurulmuş. Duzlu xiyar, kələm.\n3. məc. Xoş, ürəyəyatan, sevimli, xoşagələn, qanışirin, suyuşirin, yapışıqlı, cazibəli. Duzlu adam. O qız çox gözəl deyil, amma duzludur. // məc. Çox məzəli, çox maraqlı. Sabir! Ey, ən sevimli şairimiz; Müqtədir, duzlu, sözlü Sabirimiz! A.Səhhət. Hər sözü, söhbəti duzlu, məzəli; Süzür kəklik kimi ellər gözəli. S.Vurğun. Sabirin duzlu və gülməli şeirləri oxucular arasında çox hörmət qazanmışdı. M.Arif. duzluca sif.\n1. Daha çox duzlu. Duzluca pendir.\n2. məc. Xoşagələn, şirin, yaxşı. Duzluca söhbət. duzluq is.\n1. Bax duzqabı.\n2. Bax duzlaq. duzluqölçən is. xüs. Bir məhlulun duzluluq dərəcəsini müəyyən etmək üçün cihaz. duzluluq is.\n1. Duzlu şeyin halı; şorluq. Suyun duzluluq dərəcəsi.\n2. məc. Ürəyə yatmağa, xoşa gəlməyə səbəb olan xüsusiyyət; qanışirinlik, suyuşirinlilik, yapışıqlılıq. duzsevən sif. Duzlu torpaqlarda yaxşı bitən. Duzsevən bitkilər. duzsuz sif.\n1. Duzu olmayan, duz vurulmamış, yaxud duzu az. Duzsuz xörək. Şorba yaman duzsuzdur.\n2. məc. dan. Şit, bayağı, xoşagəlməz, qanısoyuq. Duzsuz adam. // Maraqsız, mənasız. İclas çox soyuq və duzsuz (z.) qurtardı. Ə.Vəliyev. Xüsusən axırıncı sözlər Bünyada çox duzsuz (z.) gəldi. Ə.Əbülhəsən. duzsuzlanma “Duzsuzlanmaq”dan f.is. duzsuzlanmaq bax duzsuzlaşmaq. duzsuzlaşdırılma “Duzsuzlaşdırılmaq”dan f.is. duzsuzlaşdırılmaq məch. Duzsuz hala gətirilmək, duzdan təmizlənmək. duzsuzlaşdırma “Duzsuzlaşdırmaq”dan f.is. duzsuzlaşdırmaq f. Duzsuz hala gətirmək, duzdan təmizləmək, duzunu çıxarmaq. duzsuzlaşma “Duzsuzlaşmaq”dan f.is. duzsuzlaşmaq f. Duzsuz hala gəlmək, duzu çıxmaq, duzu qaçmaq. duzsuzluq is.\n1. Duzsuz şeyin halı.\n2. məc. Şitlik, bayağılıq, xoşagəlməzlik; qanısoyuqluq. dü say [fars.] İki (ancaq nərd oyununda işlənir). düa bax dua. dübarə zərf [fars.]\n1. İkinci dəfə, təkrar. Dübarə gəldi, yenə getdi. – Bu halda həyətdə dübarə qalmaqal qopur. M.F.Axundzadə. Yusifin sanma dübarə görə Yəqub üzünü. X.Natəvan. Fərhad Aslanın sualına cavab vermədi. Aslan dübarə soruşdu.. C.Cabbarlı. Herbert tapşırığını verib yenicə qurtarmışdı ki, Əhməd dübarə içəri girib təzim elədi. Ə.Vəliyev.\n2. Bax dülər. dübbə is. köhn. dan. Masqaraçı, oyunbaz. dübbədüz sif. Dümdüz, tamamilə düz. dübbəlik is. dan. Masqaraçılıq, oyunbazlıq. Siz bu dübbəlikdən nə kimi ləzzət alırsınız? M.S.Ordubadi. dübbi-əkbər is. [ər.] klas. Böyük ayı bürcü. dübbi-əsğər is. [ər.] klas. Kiçik ayı bürcü. dübeyt is. [fars. dü və ər. beyt] ədəb.\n1. İki beytdən ibarət olan lirik şeir forması.\n2. Saz (aşıq) havalarından birinin adı. Dübeyt oxumaq. – Aşığın çaldığı bir dübeyt dərhal onu mütəəssir edir. O. Sarıvəlli. dübədü zərf [fars.] dan. İkilikdə. dübənd (=dübəndi) is. [fars.] köhn. Ayaqqabı növü. [Molla Qasım] ayağına qara meşindən dikdaban Təbriz dübəndisi və bəzi vaxt sarı rəngli nəleyin geyərdi. H.Sarabski. dübəndi (=dübənd) is. [fars.] köhn. Ayaqqabı növü. [Molla Qasım] ayağına qara meşindən dikdaban Təbriz dübəndisi və bəzi vaxt sarı rəngli nəleyin geyərdi. H.Sarabski. dübərd dübərdini dağıtmaq dan. – divan tutmaq. düçar sif. [fars.] Mübtəla, tutulmuş. Naçaram, mən naçaram; Yaman dərdə düçaram. (Bayatı). • Düçar etmək – üz-üzə gətirmək, rastlaşdırmaq, məruz qoymaq, uğratmaq. [Hacı Qara:] Amma bu zəmanədək [qanınızı] tökən olmayıb, indi sizi əcəl çəkəçəkə mənə düçar edibdir! M.F.Axundzadə. Fəda olum sənə, Seyyid sənin qulamındır; Bu qədr zillətə etmə onu düçar, ey dust! S.Ə.Şirvani. [Xırdaxanım:] ..Dərbədər olsun məni bu evə düçar eyləyən! N.Vəzirov. Düçar olmaq – 1) mübtəla olmaq, tutulmaq, başına gəlmək. Bir belə bəlalara düçar olan, başı qovğalar çəkən, əlbəttə, gərək intiqam fikrini başından çıxarmaya. Ə.Haqverdiyev. [Molla Seyfulla] böyük müsibətə düçar olmuş adam kimi, hərdənbir dərindən ah çəkib, “əstəğfürullah” deyir. T.Ş.Simurq. Yaşardı gözlərim, oldum o gündən eşqə düçar. H.Cavid; 2) rast gəlmək, rastlaşmaq, üz-üzə gəlmək, təsadüf etmək. Su kənarında qəflətən naçar; Bir quzu bir gün oldu qurda düçar. A.Səhhət. [5-ci məhbus:] Ağa dərviş, bəlkə sən Şah Abbası görmüş olasan, çünki çox vaxt dərviş dərvişə düçar olmaq kimidir. Ü.Hacıbəyov; 3) məruz qalmaq, uğramaq, üz vermək. Nə möhnətdir, bu möhnət bilmirəm, Heyran düçar olmuş. Heyran xanım. Bunların yaşadıqları kənd müharibə cəbhəsinə yaxın olduğundan böyük xəsarətlərə düçar olmuşdu. T.Ş.Simurq. düdək bax düdük. Çomaq əldə dolaşır dağı, daşı; Qoyun, quzu, köpək, düdək yoldaşı. A.Şaiq. düdəmə sif. və is.\n1. İki cinsdən törəmiş; mələz. Qatır düdəmə heyvandır.\n2. İkiağızlı; iri. Düdəmə bıçaq. dü-dü-dü təql. Toyuq, xoruz və cücələri çağırmaq üçün çıxarılan səs. Ovcumu dən ilə doldurub “dü-dü-dü!” səslədiyim zaman hər yerdə olsalar [toyuq və cücələr] qanad çalıb yanıma gələrdi. A.Şaiq. düdük is.\n1. Qarğıdan və s.-dən qayrılan, nəfəslə çalınan ən sadə çalğı aləti; ney. Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qədər azaldı ki, başıbəlalı düdüyü bilmərrə gözdən saldım. C.Məmmədquluzadə. Sevgili bir çoban, on bir yaşında; Düdük çalar axar sular başında. H.Cavid. Həftələrlə çöllərdə xəsillər (əkin) arasında tor quran quşçular bildirçin düdüyü (giyid) çalmaqla erkək bildirçini aldadıb tutardılar. H.Sarabski.\n2. Zavod, fabrik, parovoz və s.-nin fit borusu. Fəhlələrin istirahət günündə ulduzlar batmadan onları yuxudan qaldıran zavod düdüklərinin səsi gəlmirdi. M.S.Ordubadi. // Ümumiyyətlə, borucuq, boru şəklində olan şey.\n3. məc. Çox dar şalvar (paltar) haqqında.\n4. köhn. Beşikdə uşağın sidiyini sirbincə axıdan borucuq.\n5. məc. dan. isteh. İradəsiz, düşüncəsiz, tezaldanan, yelbeyin, boş adam haqqında (bəzən söyüş kimi işlənir). Düdüklər! Yorulmadan çağırınız bizləri, Təqib edəcəyiz bir hərəkətlə sizləri. M.Müşfiq. ‣ Düdük vermək (gəlmək) – yalan vədlər verməklə başını tovlamaq. düdükçalan (=düdükçü) sif. və is.\n1. Düdük çalan çalğıçı. [1-ci mücahid:] Ay düdükçülər, .. düdükləri işə salın görək. M.S.Ordubadi.\n2. məc. dan. Adamaldadan, yalan vədlər verməyi özünə peşə etmiş adam. düdükçü (=düdükçalan) sif. və is.\n1. Düdük çalan çalğıçı. [1-ci mücahid:] Ay düdükçülər, .. düdükləri işə salın görək. M.S.Ordubadi.\n2. məc. dan. Adamaldadan, yalan vədlər verməyi özünə peşə etmiş adam. düdükçülük is.\n1. Düdükçünün (1-ci mənada) işi, peşəsi, məşğuliyyəti.\n2. məc. dan. Adam aldatma xasiyyəti. düdüləmə “Düdüləmək”dən f.is. düdüləmək f. “Dü-dü” deyərək ev quşlarını çağırmaq. Toyuqları düdüləmək. dügah is. [fars.] Musiqi muğamlarından birinin adı. düha is. [ər.]\n1. İnsan zəkasının, istedadının ən yüksək zirvəsi; xariqüladə ağıl və zəka; dahilik. [Xumar:] Oxunur gözlərində nuri-düha; Yüksəl, ey şeyx! Gəl, düşünmə daha!.. H.Cavid. Füzuli öz dühası ilə Azərbaycana parlaq klassik bir ədəbiyyat verdi. C.Cabbarlı. Hələ bizim Azərbaycan torpağından; Nə dühalar, nə günəşlər yaranacaq. Oxuyuram istiqbalı varaq-varaq. S.Vurğun. dühalı sif. Dühası olan, dühaya malik olan. düxiş is. [fars.] k.t. dan. Əkin yerinə iki dəfə cüt sürmə. düxtər is. [fars.] klas. Qız. Gözəllikdə gəlsə düxtəri-Misri; Səni ondan min ziyadə deyərlər. “Abbas və Gülgəz”. Görmədinmi, necə o Şeyx Sənan; Düxtəri-tərsayə xidmətkar olmuş! Q.Zakir. düjün [rus.] On iki eyni növ şeyin ədədi, on iki eyni növ əşyadan düzəldilmiş dəst, komplekt. Bir düjün qaşıq (12 dənə qaşıq). [Məşədi Səttar:] .. Onun malının siyahısı həmişə yadında qalar. Mən ərz eləyim: on girvənkə yağ, bir düjün karandaş, bir banka zoğal mürəbbəsi... Ə.Haqverdiyev. dükan is. [ər.]\n1. Mal satmaq üçün kiçik bina, kiçik mağaza. Qəssab dükanı. Çörək dükanı. – ..Biz deyirik, cümə günlərini tətil eliyək, dükanlarımızı bağlayaq və alışverişə məşğul olmuyaq. C.Məmmədquluzadə. [Həmzə:] Qurban! Səfəri apar, bu tin dükandan bir kəllə qənd al, ver ona, gətirsin, gedək axundun yanına. C.Cabbarlı.\n2. Bəzi sənətkarların işlədikləri və hazırladıqları şeyləri satdıqları yer, kiçik bina. Bıçaqçı dükanı. Dəmirçi dükanı. Çəkməçi dükanı. – Çayçı dükanının dal tərəfində qumarxana olardı. H.Sarabski. Bahadır çayçı dükanının qabağında bir-iki yük maşınına yaxınlaşdı. S.Rəhman. • Dükan açmaq – özü üçün dükan düzəldib alverlə məşğul olmağa başlamaq. Qəzvinə varid olandan sonra .. dükan açdı, öz kəsbi ilə özünü və əyalını saxlamağa məşğul oldu. M.F.Axundzadə. dükan-bazar is. Dükanlar olan yer, bazar, çarşı. Dükan-bazar bağlanıbdır. – Bir su içim saatda bütün dükan-bazar qaldı başına. “Koroğlu”. dükança is. Kiçik dükan. dükançı is. Dükan sahibi, dükan saxlayan, dükanda alış-verişlə məşğul olan adam. Dükançılar bir-birinə dəydi, dükanlar bir anın içində bağlandı. A.Şaiq. Abbas qırdığı odunu şələləyib bazarda dükançılara satırdı. S.S.Axundov. ..Dükançılar, baqqallar da, deyəsən, bu axşam həmişəki adətlərini yadlarından çıxarmışdılar. Ə.Əbülhəsən. dükançılıq is. Dükançı peşəsi, dükançının işi, məşğələsi; dükan alverçiliyi. dükandar [ər. dükkan və fars. ...dar]\n1. köhn. bax dükançı. Üç adam bir stolun başında oturub çilov yeyirdi.. Onlardan biri onu [Firidunu] bir dükandar, yaxud xırda tacir zənn edərək, ayağa durdu.. M.İbrahimov.\n2. Dükanda satıcı. [Dadaş:] Biz balaca bir dükandarıq, üzümüz danlağa öyrənibdir.. S.Rəhimov. Dükandar irəli yeridi ki: “xahişiniz nədir?” Mir Cəlal. dükandarlıq bax dükançılıq. dükçə is. məh. Cəhrənin iyinə sarılan yumaq. Qarı gündə bir dükçə ip əyirir. dülbərçin is. məh. Yonca növlərindən birinin adı. dülər is. [fars.] Nərd oyununda: hər iki zərin iki (dü) göstərməsi. dülgər is. Taxtadan qapı, pəncərə kimi şeylər qayıran usta. Atam allaf, babam dülgər idi. M.Ə.Sabir. Tapdıq gah taxta yonan dülgərlərə, gah təkərləri yoxlayıb mazutlayanlara, gah da dəyə çubuğu seçib təmizləyənlərə göstəriş verirdi. İ.Şıxlı. dülgərxana is. Dülgər emalatxanası. dülgərlik dülgər sənəti, işi, peşəsi. Dülgərlik etmək. – Və o gündən artıq [Haşım] dülgərlik sənətini öyrənməyə çalışırdı. B.Talıblı. // Taxtadan müxtəlif şeylər qayırma. [Rəsul] bir qədər irəli gedib gördü ki, bir kişi qabağına bir qədər taxta yığıb dülgərliklə məşğuldur. “Aşıq Qərib”. düm... – bəzi mürəkkəb sifətlərin əvvəlində şiddət bildirən hissəcik, məs.: dümağ, dümqara, dümsarı. dümbə is. [fars.] İkiçarxlı, təkatlı arabada at qoşulan ağacın arxa tərəfi. Kəblə Novruzqulu qoyunun .. əl-ayağını bağlayıb arabanın dümbəsinə qoyardı. H.Sarabski. dümbək bax dumbul. Dümbək çalmaq. – Nə tüfəngə çaxmaq, nə dümbəyə toxmaq. (Ata. sözü). dümbəkçalan (=dümbəkçi) is. Dümbək çalan adam, dumbulçu. Dümbəkçi hərdən gözünü oturanlara çevirincə: “Can, ay atam balası, can!” – deyən səslər ucalırdı. Mir Cəlal. dümbəkçi (=dümbəkçalan) is. Dümbək çalan adam, dumbulçu. Dümbəkçi hərdən gözünü oturanlara çevirincə: “Can, ay atam balası, can!” – deyən səslər ucalırdı. Mir Cəlal. dümbəkçilik is. Dümbəkçinin işi, peşəsi; dumbulçuluq. dümbələk bax dümbək. dümbələkçi bax dümbəkçi. dümbüridə sif. [fars.] köhn. Lümək, quyruğukəsik. dümdüz sif. Çox düz, tamamilə düz. Dümdüz çöl. Dümdüz ağac. Dümdüz qamət. – Hündür, dümdüz şam ağaclarının qol-budağı üşüyürmüş kimi qar təpələri altında titrəşirdi. M.İbrahimov. Dəniz sakit, şüşə kimi; Dümdüz idi mavi sular. M.Dilbazi. // Zərf mənasında. Çovğun gecə dümdüz edir yer üzün; Qar işığı gündüz edir yer üzün. A.Səhhət. İnsan oğlu gecələri; Şəhər salır, boz dağları; Qüdrətilə dümdüz edir. M.Rahim. // Dik, dikinə. Stolun qabağında dümdüz oturmuş uzunboğaz, arıq adam qəti dedi.. M.Hüseyn. [Qədir] qulluq məqamında donmuş kimi dümdüz dayandı. Mir Cəlal. dümələnmə “Dümələnmək”dən f.is. dümələnmək f. dan. Əlləşmək, vurnuxmaq, nə isə bir şeylə məşğul olmaq. Dünən gecədən kürkünə birə düşmüş Tükəzban, nə edəcəyini bilmirmiş kimi, həyətdə dümələnirdi. Ə.Abasov. dümərdi is. [fars.] köhn. İkiadamlıq. [Ağa Mərdan:] Ağa Kərim, bizim nökərlərdən birisini göndər, bazardan çilovpəzdən 4 nəfər üçün dörd dümərdi boşqabda yanında qəndabi çilov gətirsin. M.F.Axundzadə. dümgah is. [fars.] məh. Quşqunun atın quyruğu altından keçən hissəsi. dümqara sif. Qapqara, zil qara, tamamilə qara. dümsük is.\n1. Dirsək, yumruq, yaxud burunla, ya da başqa bir şeyin ucu ilə vurma, itələmə; dürtmələmə. Buzov burnu ilə anasının yelininə dümsük vurur. Bir dümsük vurdu.\n2. Başqaları hiss etmədən yavaşca dirsəklə vurma. Ona bir dümsük vur, ağzına gələni danışmasın. – Ə, ağzını niyə açmırsan? – deyə Hüseyn Yusifə bir dümsük vurdu.. Ə.Abasov. dümsükləmə “Dümsükləmək”dən f.is. dümsükləmək f.\n1. Dirsəklə, yumruqla, yaxud burunla, ya da başqa bir şeyin ucu ilə vurmaq, itələmək, dürtmək. Gecənin bir vaxtı elə bildim ki, uşaqların anası məni dümsüklüyür. C.Məmmədquluzadə. Leyla dirsəyi ilə nənəsini dümsüklədi. Ə.Məmmədxanlı.\n2. məc. Danlamaq, məzəmmətləmək; burunlamaq. dümsüklənmə “Dümsüklənmək”dən f.is. dümsüklənmək məch.\n1. Dümsüklə vurulmaq (itələnmək).\n2. məc. Danlanmaq, məzəmmətlənmək. dümük is. dan. Məşğələ, məşğuliyyət. • Dümük olmaq dan. – bir şeylə vaxt keçirmək, vaxtını öldürmək. dümüşmək f. məh. Çöməlmək, çöməlib oturmaq; sallağı oturmaq. [Dərviş:] Buzovu onun qabaq ayaqlarına bağladı, özü də inəyin sağrısına dirsəkləndi, mən dümüşüb sağmağa başladım. A.Divanbəyoğlu. dün is. Dünən. Dün gecə. Dün axşam. – Dün gəda idim və lakin sahibi-cəhan bu gün. Kişvəri. Dün gecə fələkə çıxdı fəryadım. M.P.Vaqif. Nə dil qaldı, nə dildə taqətim; dün şəb eşitdim kim; Edibdir ta səhər əğyar ilə ol dilrüba məclis. S.Ə.Şirvani. Bir açıq yerdə dün axşam burası; Yaşayanlardan uzaq bir yerdi. M.Müşfiq. dünən is. Bu gündən əvvəlki gün, keçən gün, irəliki gün. Dünən hava yaxşı idi. Dünən axşam. – Dünən öləni dünən basdırdılar. (Ata. sözü). Rəfiqəmiz dünən bir vacib işdən ötrü gəlmişdi idarəmizə.. C.Məmmədquluzadə. Hər şeyi o qədər aydın görüb hiss edirəm ki, elə bil, bunlar hamısı dünən, srağagün baş vermişdi. İ.Əfəndiyev. // Yaxın, ya uzaq keçmiş. Bunlar hamısı dünənə aiddir. // Zərf mənasında. Dünən gəlmişəm. Məzuniyyətim dünən qurtardı. dünənki sif. Dünən olmuş, bir gün əvvəl vaqe olmuş, baş vermiş. Dünənki yağış. Dünənki hadisə. Dünənki iclas uzun çəkdi. – Dünənki gün də gün idi, bu gün də bir gündür. S.Ə.Şirvani. [Muzdurun] nitqi kəsildi, ay aman, olmaya ki, dünənki çamadan əhvalatıdır. S.M.Qənizadə. // Yaxın, ya uzaq keçmişdəki, əvvəlki, olub bitmiş. Bu, dünənki məsələdir. Dünənki işləri yada salma. – Dünənki boz çöllərdə; Axar zümrüd kimi su. M.Seyidzadə. düngün (=dünügün) zərf, klas. Gecə-gündüz, daima. Düngün fəraqindən gözüm yaş tökərü qan axıdar. Nəsimi. Əmma dünükün fəğan edərdi; Xunabi-cigər rəvan edərdi. Füzuli. dünügün (=düngün) zərf, klas. Gecə-gündüz, daima. Düngün fəraqindən gözüm yaş tökərü qan axıdar. Nəsimi. Əmma dünükün fəğan edərdi; Xunabi-cigər rəvan edərdi. Füzuli. dünkü bax dünənki. Nərdə onu yaşadan dünkü parlaq ehtişam, Onu öldürən kəndi sinifinin yolumu? M.Müşfiq. dünya is. [ər.]\n1. Bir küll olaraq maddənin bütün formalarının məcmusu; kainat. Dünyanın əmələ gəlməsi.\n2. Yer kürəsi, yer üzü, aləm. Dünyanın qitələri. Dünyanı dolaşmaq. Dünyada elə bir qüvvə yoxdur ki, bizə qalib gəlsin. – Bütün dünyanı gəzsən, yenə də belə at tapa bilməzsən. “Koroğlu”. Dünyada gözəl çoxdu; İlqar birinən gərək. Sarı Aşıq. Əsrlər uzunu Azərbaycan qızlarının toxuduğu al-əlvan xalılar dünyanın çox ölkələrində yayılmış və şöhrət tapmışdır. M.İbrahimov. // Bizi əhatə edən aləm, bütün varlıq, bütün canlılar; mühit. Qaranlıq çökdü, bütün dünya sükuta qərq oldu. – ..Dünyada bəzi vaxt, bəlkə də çox vaxt, çox təəccüblü işlər ittifaq düşür.. C.Məmmədquluzadə. [Fitnə:] Dünyada istedad, hər böyük hünər; Daima vərdişlə inkişaf edər. A.Şaiq. // Yer üzünü, dünyanın bütün xalqlarını əhatə edən və ya bütün dünya üçün əhəmiyyəti olan. Dünya müharibələri. Dünya tarixi. Dünya bazarı. Dünya hadisələri. Dünya rekordu. – Bunlar çox zaman qapı qabağında görüşürlər, dünya müharibəsindən, qıtlıqdan, zülmdən, zalımdan söhbət edirlər. S.Rəhman. // Dini təsəvvürlərə görə, əbədi sayılan “o dünyaya” (axirətə) müqabil olaraq müvəqqəti sayılan yaşadığımız aləm. Bivəfa dünyada, dəhri-fənada; Fələk məni yetirmədi murada. M.V.Vidadi. Seyyida, eylə fərəh, çəkmə bu dünya qəmini; Çünki beşgünlük olur bülbülişeydadə fərəh. S.Ə.Şirvani. [Dərviş:] Ey cavan, otuz ildir mən dünyadan əl çəkib, gözümü axirət qapısına dikmişdim. A.Divanbəyoğlu. • Dünya malı – fani sayılan bu dünyanın maddi nemətləri. [Vəzir:] Əgər Abbas ilə Pərinin arasını vurdursan, səni dünya malından qəni eləyərəm. (Nağıl). İstəmərəm bu dünyanın malını; Qovğasını, fitnəsini, alını. M.V.Vidadi.\n3. məc. Müəyyən ictimai quruluş; mədəni və ictimai-tarixi əlamətlərinə görə birləşmiş insan cəmiyyəti, ictimai mühit. Gərək tazə üsul üzrə açılsın cümlə məktəblər; Gətirmək tazə üslubə gərəkdir köhnə dünyanı. S.Ə.Şirvani. Yeni dünya quran insanlar hər şeydən qabaq namuslu, təmiz vicdanlı olmalıdırlar. Ə.Vəliyev. // məc. Qayda, nizam, həyat quruluşu, həyat tərzi. [Əsgər:] ..Bu dünya belə gəlib belə getsə, bəs axırı nə olsun, onda işimiz necə olsun? Ü.Hacıbəyov. [Həmzə] belə bir səfərə çıxmaq üçün cahan müharibəsinin kəsilməsini, dünyanın düzəlməsini səbirsizliklə gözləyirdi. Ə.Əbülhəsən.\n4. məc. İnsanın müxtəlif şəkildə təzahür edən mənəvi aləmi, hissləri, təəssüratı, təsəvvürləri. Gəncin əlini sıxarkən, elə bil, onun dünyası dəyişirdi. M.S.Ordubadi. Hər ürəyin öz dünyası bir səadət arzular; Qanlar ilə yazılmışdır hər azadlıq dastanı. S.Vurğun. Udub qızıl bayraq altda onun təmiz havasını; Ürəyimdə yaratmışam bəxtiyarlıq dünyasını. S.Rüstəm. [Sarxan] bir an üçün xatirələr dünyasına atıldı. M.Hüseyn.\n5. məc. Bütün insanlar, adamlar; el, xalq, camaat. Dünya yığılsa da, dediyindən əl çəkməz. Qışqırıq səsinə dünya töküldü, gəldi. Bu nədir, dünyanı başına yığmısan! – Məftun kimidir kəndinə, dünyaları saymaz.. H.Cavid. // məc. İnsanların müəyyən fəaliyyət sahəsi, aləmi. Elm dünyası. Tibb dünyası. Elm dünyasında yeni nə var? – Və lakin, bu arada çox az bir müddətin fasiləsində mətbuat dünyasında xeyli bir nəfəs genliyi əmələ gəldi. C.Məmmədquluzadə. İndi siyasət dünyası tufanlı bir dərya halını almaqdadır. M.İbrahimov. // İnsanların ictimai peşə, sənət, məişət və s. cəhətdən götürülən ayrıca təbəqəsi, qrupu, zümrəsi. Artistlər dünyası. Yazıçılar dünyası.\n6. Çoxlu miqdarda pul, mal, dövlət və s. (bu mənada bəzən cəm şəklində işlənir). Əhməd baxıb gördü, heyvanlar bütün dünyanı gətiriblər. Heyvanlardan çox razılıq elədi. (Nağıl). Ol ki bir şişə şərabı ilə, dünyanı verib; Etiqadım budur, ol kəs genə məğbun eylər. S.Ə.Şirvani. • Dünya(lar) qədər – lap çox, son dərəcə çox, hədsiz. Dünyalar qədər xoşbəxtdir. O, anasını dünyalar qədər sevir. – Aygün hələ soyunmamış toy paltarını; Hələ şaddır, bəxtiyardır dünyalar qədər. S.Vurğun. Dünyaya (dünyalara) dəyər – çox qiymətli, dəyərli şey haqqında. Gözəl olur bu yerlərin səhəri; Məncə, vardır dünyalara dəyəri. A.Şaiq. // “Bir” sözü ilə: bir dünya – çoxlu, son dərəcə çox, külli, sonsuz. Bir dünya yeni kitab almışam. Tamaşada bir dünya adam var idi. – Odur, şair oturmuş balaca miz dalında; Quş lələyi əlində, bir dünya xəyalında. B.Vahabzadə.\n7. Dünyada, dünyasında şəklində – qətiyyən, heç, heç vaxt, əsla. Dünyasında belə şey ola bilməz. Dünyasında razı olmaz. Dünyasında elə adam deyil. – Dünyada yaltaqlıq nə olduğunu Mirzə bilməzdi. Ə.Haqverdiyev.\n8. Dünya(lar)ca şəklində – bax dünya(lar) qədər (dünya 6-cı mənada). Mənim tək bircə qardaşım var, dünyalarca istərəm və əgər lazım olsa, onun yolunda özümü ölümə verərəm. C.Məmmədquluzadə. ‣ Dünya (bütün dünya) dağılsa (da) – 1) heç bir şeyə baxmayaraq, mütləq. [Aslan bəy:] Bütün dünya dağılsa da, dediyini edəcək, gələcəyəm söylədisə, ölsə, qalsa, gələcək. C.Cabbarlı; 2) qətiyyən, heç bir vaxt, əsla. Dünya dağılsa da, demərəm. – Bu dünya dağılsa da, sən qəlbimdəsən, ey şux; İlahəsən, dar gündə səni anmaq savabdır. Şəhriyar. Dünya (gen dünya) başına daralmaq (dar olmaq) – böyük kədər, fəlakət üz vermək, son dərəcə pərişan olmaq, kədərlənmək. Səni görən gözlər sənsiz dayanmaz; Gen dünya başına daralı, Sədəf! Aşıq Bağban. Belə olardısa, Rüstəmin başına dünya daralardı! S.Rəhimov. Dünya bir-birinə dəymək – 1) qarışıqlıq düşmək, vəlvələ düşmək, çaxnaşma düşmək; 2) sarsılmaq, ağlını itirmək. Əkbərin gözü qızın gözlərinə sataşanda dünya bir-birinə dəydi. Mir Cəlal. Dünya evi klas. – ömür, insan həyatı mənasında. Tapmadı, Vahid, hələ heç kəs bu xəttin sahibin: “Qaldı bu dünya evi divanədən-divanəyə”. Ə.Vahid. Dünya əhli – axirətə inanmayaraq bu dünyanın zövq və nemətlərindən istifadə edən adam. Dünya görmək – həyat təcrübəsi qazanmaq, təcrübələnmək. O, dünya görmüşdür... Bilir yağılar; Boransız, süngüsüz məhv olan deyil. S.Vurğun. Qoca qartal dünya görüb. İ.Əfəndiyev. Dünya gözəli – çox gözəl qız (qadın) haqqında; dilbər. Dünya gözəli, qaçma bəşərdən. S.Vurğun. [Fəxrəddin:] Cahanbanu bəyim bunu mənə güzəştə gedərdi. Lakin bu dünya gözəlini qiymətdən düşürən onun şeytanlığıdır.. M.S.Ordubadi. Dünya işığı görmək – azadlığa çıxmaq, qapalı həyatdan azad olmaq. Toy məclisindən savayı bir yer yoxdu ki, qızlar dünya işığını görə biləydi.. R.Əfəndiyev. Dünya işığı görməmək – azadlıqdan məhrum bir vəziyyətdə olmaq, qapalı həyat keçirmək. Keçmişdə qadınlar dünya işığı görməzdilər. Dünya işığına həsrət qalmaq – bax dünya işığı görməmək. Qadını dünya işığına həsrət qoyan çadra indi bizə arxaik bir şey kimi görünür.. M.İbrahimov. Dünya kədəri ədəb. – XVIII əsrin axırı və XIX əsrin əvvəlində Avropa ədəbiyyatında ifrat bədbinliyi və ümidsizliyi ifadə edən əhvali-ruhiyyə. Dünya üzü – bax dünya 2-ci mənada. [Kərəm:] Bu dünya üzündə üç şey zay olmaz; Biri yaxşılıq, biri elm, biri nan. “Əsli və Kərəm”. Bir də görsəm göz açıb, gər ol güli-rəna üzün; Görmək istərsəm, gözüm çıxsın əgər dünya üzün. S.Ə.Şirvani. Dünyada durmaq – yaşamaq, var olmaq, baqi qalmaq, əbədi qalmaq. Mən gedərsəmsə, məramım yenə dünyada durar. M.Ə.Sabir. Dünyadan bixəbər – heç bir şeydən xəbəri olmayan, qafil, cahil. Bunlar, bu mürtəce ünsürlər Azərbaycan xalqını elmsiz, savadsız, dünyadan bixəbər, bir sözlə, müstəmləkə xalqları kimi qul halına salmaq istəyirdilər. M.İbrahimov. Dünyadan əl çəkmək – dünya işlərindən uzaqlaşmaq, həyatda olan işlərlə, hadisələrlə daha maraqlanmamaq. Sən dünyadan əl çəkib məhkum etdin özünü. N.Rəfibəyli. Dünyadan getmək – bax. dünyadan köçmək. Öldü eşqindən Nəsimi, iştə dünyadan gedir. Nəsimi. Yarat, sən köçəndə ellər söyləsin; Dünyadan nə gözəl bir insan gedir. M.Rahim. Dünyadan xəbərsiz – bax dünyadan bixəbər. [Xavərə] elə gəldi ki, Kərimxanı, Xavəri və dünyadan xəbərsiz yatmış balaca Azadı gözaltı diqqətlə süzən qonağın qəlbi həsədlə, kinlə doludur. M.İbrahimov. Bir çox kəndlər qartal yuvası kimi sarp qayaların arasında dünyadan xəbərsiz yaşayırdılar. S.Şamilov. Dünyadan irtihal etmək kit. – bax dünyadan köçmək. Dünyadan köçmək – ölmək, vəfat etmək. Dostunu anarkən elə bu zaman; Əsrimin qızı da köçmüş dünyadan. M.Rahim. Dünyanı almaq (tutmaq) – hər yeri əhatə etmək, qaplamaq, hər yerə yayılmaq. Sel dünyanı almışdır. İşıq dünyanı aldı. – Bir zaman zülm tutdu dünyanı; Ucalır xalqın ərşə əfğanı. S.Ə.Şirvani. Zəlzələ dünyanı tuta, bu çinarların halına təfavüt eləməz. Mir Cəlal. Dünyanı başına dar etmək – son dərəcə kədərləndirmək, sarsıtmaq, çətin, çıxılmaz vəziyyətə salmaq. Bu qiyam dünyanı xainlərin başına dar edəcəkdir. M.İbrahimov. Dünyanı başına götürmək – bərk çığırmaq, bağırmaq, qışqırmaq, fəryad qoparmaq, səsküy salmaq. Dünyanı başına vurmaq (çalmaq) – sarsıtmaq, çox ağır təsir etmək, son dərəcə kədərləndirmək. Elə san dünyanı çaldı başıma; Aman, ana, dur, gör ağlayan kimdir? Aşıq Əmrah. Dünyanın dərdi – hamının qayğısı, hamının dərdi, fikri. [Süleyman Əsgərə:] Balam, nə olub ki, belə qaradinməzcə oturubsan, yoxsa dünyanın dərdi sənə qalıbdır? Ü.Hacıbəyov. Dünyaya (dünyalara) sığmaz yaxud sığmayan – son dərəcə məsud, xoşbəxt adam haqqında. Genə dünyalara sığmaz, nə olubdur, Seyyid? Xoş baxıbdır üzünə, yoxsa genə yarı bu gün. S.Ə.Şirvani. Dünyaya əlvida demək (etmək) tənt. – ölmək. Dünyaya gələn – doğulan, törəyən, meydana gələn, vücuda gələn. [Rizvan:] Hər dünyaya gələn bir dəfə dünyadan gedəcək. Ə.Haqverdiyev. Dünyaya gəlmək – doğulmaq, anadan olmaq, törəmək, vücuda gəlmək, meydana gəlmək. Dünyayə gəlməyir nə səbəb bir vəfalı yar? S.Ə.Şirvani. Əziz balalar, nə yaxşı vaxtda siz dünyayə gəlmişsiniz. N.Nərimanov. Ey bu gün dünyaya gələn körpələr; Göz açın, yurdumuz nə tamaşadır! S.Vurğun. Dünyaya gəlmiş – doğulmuş, anadan olmuş, törəmiş. Biçarə qadın bu hadisədən sonra, yeni dünyaya gəlmiş qız nəvəsini götürüb .. qohumugilə köçür. S.S.Axundov. Dünyaya gətirmək – törətmək, doğmaq, yaratmaq, vücuda gətirmək. Biri məni bu dünyaya gətirmişdir məhəbbətlə; Öpüb-qucmuş, boyabaşa yetirmişdir məhəbbətlə. S.Vurğun. Dünyaya gözlərini yummaq tənt. – ölmək. Dünyaya səs salmaq – dünyanın hər yerində eşidilmək, məşhur olmaq. dünya-aləm bax dünya 2 və 5-ci mənalarda. dünyabaxışı (=dünyaya) BAXIŞ bax dünyagörüşü. Fəlsəfi dünyabaxışı. dünyaya (=dünyabaxışı) BAXIŞ bax dünyagörüşü. Fəlsəfi dünyabaxışı. dünyagir is. [ər. dünya və fars. ...gir] köhn. Tamahkar, gözüdoymaz, xəsis. dünyagörmüş sif. Həyat təcrübəsi çox olan, mübarizələrdən, çətinliklərdən, sınaqlardan çıxmış; təcrübəli, müdrik. Kətxuda dünyagörmüş, ağıllı bir adam idi. N.Nərimanov. [Səməd] özü dünyagörmüş adam idi, hər şeydən başı çıxardı. B.Talıblı. Sayalı arvad kənddə dünyagörmüş ağbirçək sayılırdı. Mir Cəlal. dünyagörüşü is. Həyat, təbiət və cəmiyyət haqqında görüşlər sistemi. dünyalıq is.\n1. köhn. Çoxlu mal və dövlət. Kişi öləndən sonra dünyalığı qalmışdı.\n2. Adətən “bir” sözü ilə: həddindən artıq, son dərəcə çox. Bu, tamam bir dünyalıq işdir ki? – deyə Gəray özü də bilmədən addımaddım geri çəkildi. S.Rəhimov. dünyapərəst sif. [ər. dünya və fars. ...pərəst] klas. Dünyanın zövq və nemətlərinə aludə olmuş. Zövqsüz lazım çıxar dünyadan ol dünyapərəst; Kim, ona dünyadan ancaq zövqi-dünyadır qərəz. Füzuli. dünyapərəstlik is. Dünyapərəst adamın keyfiyyəti; dünyanın zövq və səfalarına aludəlik. dünyəvi sif. [ər.] Dünyaya aid olan, dünya ilə bağlı olan; din ilə əlaqəsi olmayan, dini mahiyyətdə olmayan. Dünyəvi məktəblər. Dünyəvi adam. Dünyəvi elmlər. Zakirin qoşma və gəraylıları dərin dünyəvi mahiyyət daşıyır. dünyəvilik is. Dünyaya aid olma, dünya ilə bağlı olma; dini olmama, dinlə əlaqəsi olmama. düpbədüz (=düppədüz) bax dümdüz. düppədüz (=düpbədüz) bax dümdüz. dürcək is. Dəri, ya qumaş üzərində çıxıntılar, qabarıqlar, habelə onlardan hər biri. dürdanə is. [ər. dürr və fars. danə]\n1. İnci (mirvari) dənəsi; inci, mirvari. // Klassik şeirdə: gözəlin dişlərinə işarə. Güləndə dişlərin ağzında, ey can; Sədəf içindəki dürdanəmizdir. Xətayi. Ağzın sədəf, dişlərindir dürdanə; Əcayib cəvahir, ləli sevmişəm. M.P.Vaqif.\n2. məc. Çox əziz, sevgili, istəkli övlad mənasında. Balamsan, bir danəsən; Sədəfsən, dürdanəsən; Mən ölsəm sənə qurban; Sən ölmə, bir danəsən. (Bayatı).\n3. məc. Bax dürr. Canlar tazələnir güftguyindən; Sözünün hər biri dürdanə gərək. Q.Zakir. Sən naz ilə gül ki, sədəfin qiyməti artsın; Göz yaşı kimi incisi, dürdanəsi məndən. Ə.Vahid. dürdanələnmək f. İnci kimi düzülmək. Bir şirin güftarlı, bir şəkər sözlü; Ağzı sədəf, dişi dürdanələnmiş. M.P.Vaqif. dür-düyün is. Lazım olan xırda-xuruş şeylər. dür-düyünçə is. Düyünçə şəklində bağlanmış şeylər. Sonra [Ələmdar] ..gizlətdiyi qızıl dür-düyünçələrini dartışdırıb dəyirmi stolun üstünə tökdü, əsgi-üsgüdən azad etdi. S.Rəhimov. dürəfşan sif. [ər. dürr və fars. ...əfşan] klas. şair. Dürr saçan, inci saçan. Ey eşqidürəfşanım, vey bülbüli-bustanım; Vey nərgisi-məstanım, didarına müştaqəm. Nəsimi. Payibənd oldum səri-zülfi-pərişanın görüb; Nitqdən düşdüm, ləbi-ləli-dürəfşanın görüb. Füzuli. dürək sif. [fars.] Müxtəlif cinslərdən əmələ gəlmiş; mələz, qarışıq. Dürək toyuq. dürəng sif. [fars.] köhn.\n1. İki cür rəngi olan; ikirəngli.\n2. məc. İkiüzlü, riyakar. Dürəng adam. dürənglik is. köhn.\n1. İki rənglik.\n2. məc. İkiüzlülük, riyakarlıq. Dürənglik bizə nisbət xəta deyil də, nədir? M.Ə.Sabir. dürgə is. Dəstə, yığın, toplu; yığılıb (sarınıb) bağlanmış şey. Bir dürgə pul. dürgələmə “Dürgələmək”dən f.is. dürgələmək f. Dürgə halına salmaq. Pulu dürgələmək. dürgələnmiş f.is. Dürgə halına salınmış. dürgələtmək icb. Dürgə halına saldırmaq. dürgəli sif. Dürgələnmiş halda olan. Dürgəli kağız. dürlü is.\n1. Cür, növ. Maşının keçdiyi yerlərdə, onun arxasınca, uçurulan evlərin yerində yeni binalar, başqa dürlü küçələr, meydançalar tikilir. S.Hüseyn. [Bəhram:] Yox, mənim ürəyimdə başqa dürlü hisslər oyanır və get-gedə qüvvətlənir. C.Cabbarlı. • Bir dürlü (inkar feillərlə işlənir) – bir növ, bir qədər, heç də, heç cür. Buna bir dürlü yaxışmaz, belə, saqqal deyəməm; İki yüz rəngə çalır; sürx, qara, al deyəməm. Ə.Nəzmi. Xalidə bir saat əvvəl yuxudan oyanmışdı. Ağlamaqdan həlak olurdu. Şərifə bir dürlü onu sakit edə bilməyirdi. S.Hüseyn. Sazını torbadan çıxardanda belə, gözünü şairdən çəkmir, maraqla onu dinləmək istəyən bu adamı bir dürlü anlaya bilmirdi. M.Hüseyn. Min dürlü – çox müxtəlif, min cür, çoxlu. Qoy qonşular alsın hələ min dürlü fəvaid. M.Ə.Sabir. Min dürlü fayidə yetirərdin cəmaətə. A.Səhhət. Heç bir dürlü – qətiyyən, əsla, heç cür. Hər dürlü – hər cür, müxtəlif. Ey milləti cəhalətə vadar edən axund; Hər dürlü fəqrü iczə giriftar edən axund. Ə.Qəmküsar. Əyilməm bir daha .. bir həvəs məni; Hər dürlü matəmdən, qəmdən uçurdu; Xəstə xatirimdə bir həyat qurdu. S.Vurğun.\n2. Cürbəcür, çoxlu, növbənöv. ..Baxmazlar sənin sinəndə dürlü gühərin var. M.Ə.Sabir. Yaxşılığa yaxşı cəzalar olar; Pisliyə həm dürlü cəzalar olar. A.Səhhət. dürlü-dürlü sif. Cürbəcür, növbənöv, hər cür, hər növ, müxtəlif. Dürlü-dürlü yeməklər. – Cəmalından sənin hər gecə, ey şah; Düşər yüz min ziyalar dürlü-dürlü. Xətayi. Fələk saldı dürlü-dürlü odlara; Şanşan olmuş, parələnmiş könlümü. M.V.Vidadi. dürmək is.\n1. Bükülmüş, dürmələnmiş şey; bağlama.\n2. İçinə yağ, pendir və s. qoyulub (və ya bunlarsız) lülə şəklində bükülmüş lavaş, yuxa. Yuxanın arasına pendir qoyub dürmək düzəltmək. Yağ dürməyi. Pendir dürməyi. – İt yuxa yemək bilər, dürmək tutmaq bilməz. (Ata. sözü). Bir neçəsi kənarda oturub çörək dürməyi yeyir. C.Məmmədquluzadə. Səkinə həyətin ortasında [Mayanı] saxladı, arasına yumurta və yağ bükdüyü dürməyi meşin heybənin küncünə qoydu. M.İbrahimov. Kimisi yaxmac qayırır, .. kimisi yağla şorun qatışığından dürmək eləyib Qəmərin stəkanının yanına qoyurdu. Ə.Vəliyev.\n3. Əllə xörək yeyəndə birdəfədə ağıza qoyulan xörək. Bir-iki dürmək yedi, dayandı. • Dürmək vurmaq – əllə xörəyi dürməkləyib yemək. Xörəyə dürmək vurmaq. dürməkləmə “Dürməkləmək”dən f.is. dürməkləmək f.\n1. İçinə pendir, yağ və s. qoyub dürmək halına salmaq (lavaşı, yuxanı); dürmək qayırmaq; yığıb yumrulamaq. Yuxanı dürməkləyib yedi. – Sadıqzadə bıçağı ağ şanın yanından çəkdi, onun bir parçasını götürüb təndirdə bişmiş ağ lavaşın üstünə qoyub dürməklədi, iştaha ilə yeməyə başladı. S.Rəhimov. Əbil pendirlə qıjını lavaşın arasına qoyub dürməklədi və çox iştaha ilə yedi. Ə.Vəliyev.\n2. Paltarın ətəyini büküb belə ilişdirmək. dürmənc is. dan. bax dürmək 1-ci mənada. [Araz:] Doktor, istini soyuğa, soyuğu istiyə qatıb dürmənc kimi yeyən bir fəhləyəm. A.Şaiq. dürr is. [ər.]\n1. İnci, mirvari. // məc. Şairanə təşbehlərdə gözəlin dişlərinə işarə. Ləli-ləbi bənzər gövhər kanına; Düzülüb gövhərtək dür dəhanına. M.V.Vidadi. Səmən iyli, səhabi zülf, ay qabaq; Qönçə dəhan, dür diş, ərğəvan dodaq. M.P.Vaqif. Sədəf dəhanında sərasər dişi; Dürri-bihəmtadır mədən içində. Q.Zakir.\n2. məc. Saf və təmiz şey mənasında (ümumiyyətlə, saflıq, təmizlik rəmzi kimi işlənir). ...İnsan [Zərqələmə] baxarkən, qədim şairlərin dediyi kimi, palçığa düşmüş bir dürr və ya gövhər gördüyünü zənn edirdi. Ə.Sadıq. • Dürr kimi məc. – bərraq, parlaq şey haqqında. Bitir çəməndə lalələr, əlində al piyalələr; Səhər zamanı dürr kimi, düşər ot üstə jalələr. A.Səhhət. ‣ Ağzından dürr tökmək (tökülmək) – çox gözəl mənalı və rəvan danışmaq, gözəl və dəyərli sözlər söyləmək (bəzən təmtəraqla, lakin məzmunsuz danışmaq mənasında istehza məqamında işlənir). Yeriyəndə kətan köynək dizindən; Danışanda dürr tökülür sözündən. “Əsli və Kərəm”. Ağzından dürr tökür zalımın qızı; Bizdən yaxşı bilir dolanmamızı. S.Vurğun. [Tahir:] Kişinin oğlu danışanda ağzından dürr tökülür. M.Hüseyn. dürtələmək bax dürtmək. dürtmə 1. “Dürtmək”dən f.is.\n2. is. Əlini yumruq halına gətirərək barmaqlarının qatlanmış yeri ilə vurma. Onun qoluna bir dürtmə vurdu. – Arvad onun ürəyinə bir dürtmə vurdu. Mir Cəlal. Ərknazın gözləri yerə dikildi. Əlyarov ona yavaşcadan dürtmə vurdu. M.Hüseyn. // Ümumiyyətlə, bir şeyin ucu ilə vurmaq, itələmək. Buzovlar analarının yelininə burunları ilə dürtmə vura-vura əmirdilər. – Şaban arvadını, uşağını görən tək qollarını açıb istədi balasını bağrına bassın, amma soldat mane olub daldan bir tüfəng dürtməsi vurdu. Ə.Haqverdiyev. dürtmək f.\n1. Zorla soxmaq (salmaq, keçirmək, yerləşdirmək). Pası mırıldanamırıldana əyildi, açılmış kağızı qatlayıb onun qoynuna dürtdü. S.Rəhimov. Ağazal ayağını birtəhər lak çəkməsinə dürtməyə çalışırdı. Ə.Əbülhəsən. • Özünü dürtmək – özünü zorla soxmaq. Göstərməsin Allah o günü kim, gecə-gündüz; Dürtərdi özün hər yerə, hər yanə pristav. Ə.Qəmküsar.\n2. Bax dürtmələmək. dürtməkləmə “Dürtməkləmək”dən f.is. dürtməkləmək bax dürtmələmək. dürtməklənmə “Dürtməklənmək”dən f.is. dürtməklənmək məch. Dürtməklə vurulmaq. dürtmələmə “Dürtmələmək”dən f.is. dürtmələmək f. Dürtməklə vurmaq. Birdən molla məni öz adımla çağırdı. Yanımdakı şagirdlər məni dürtmələdilər. T.Ş.Simurq. Bu dəmdə [Süleyman bəyi] kimsə dürtmələyib ayıltdı. B.Talıblı. [Tapdıq] bir şey çıxmadığını görüncə özünü anasının böyrünə verdi. Onu dürtmələməyə başladı. Ə.Vəliyev. dürtmələnmə “Dürtmələnmək”dən f.is. dürtmələnmək məch. Dürtməklə vurulmaq. dürtülmə “Dürtülmək”dən f.is. dürtülmək f. Özünü zorla soxmaq, zorla soxulmaq (bir yerə). Asta qaçıb dürtülərik xəlvətə; Kim nə deyər bizdə olan qeyrətə? M.Ə.Sabir. Qabaq səflər bizim top, pulemyot və silah atəşindən seyrəldisə də, daldakılar buna baxmayaraq, irəli dürtülməyə çalışırdılar. Ə.Əbülhəsən. dürtünmək bax dürtülmək. dürtüşdürmə “Dürtüşdürmək”dən f.is. dürtüşdürmək f.\n1. Zorla soxmaq, bir şeyi güclə cibə və s.-yə yerləşdirmək.\n2. Bax dartışdırmaq. dürtüşdürülmə “Dürtüşdürülmək”dən f.is. dürtüşdürülmək məch. Zorla soxulmaq, zorla cibinə və s.-yə yerləşdirilmək. dürtüşmə “Dürtüşmək”dən f.is. dürtüşmək f. Dürtülmək (çoxları haqqında). dürüst sif. [fars.]\n1. Doğru, düzgün, düz. Dürüst söz. – Avazı idi bəsi mülayim; Üslubi dürüst, üsuli qani. Füzuli. // Həqiqi, gerçək, doğru, sadiq. Deyərlər, dərdi-eşqin adəm öldürməz, dürüstdür bu.. X.Natəvan. // Düz, doğruçu, vicdanı təmiz. [Hacı Qara:] Mən sizin tamam hiylələrinizdən xəbərdaram, əgər siz dürüst adam olsaydınız, bu gecə vaxtı bu yolda görünməzdiniz. M.F.Axundzadə. Bu Kərbəlayı yaxşı kişidir, Allah bəndəsi, doğru, dürüst adamdır. Ə.Haqverdiyev.\n2. Zərf mənasında. Yaxşı, lazımi qaydada, lazımi kimi, düzgün, dəqiq; diqqətlə, yaxşı-yaxşı. Hacı Əbdüləzim dürüst qulaq verəndən sonra dedi: – Kişi, məgər sən öz qızının düşmənisən? Ə.Haqverdiyev. Seyid, Tahirzadənin adını, yaşını, peşəsini soruşub dürüst yazdı. Mir Cəlal. // Lazımınca, lazımi qədər, yaxşı. [Hacı Rəcəbəli:] Qəribə sual edirsən, Ata Mərdan! Bəs məlum ki, məni hələ dürüst tanımırsan. M.F.Axundzadə. Qədir bunları dürüst öyrənib yadda saxlamasa da, mətləbi başa düşürdü. Mir Cəlal. • Dürüst etmək (eləmək) – saz eləmək, saz hala salmaq, düzəltmək. [Hacı Kərim:] Məsələn, bir zad dürüst edibdir ki, adına iksir deyirlər. M.F.Axundzadə. Bir qədər mən sənə gətirdim pul; Ki, sınan sazını dürüst eylə. S.Ə.Şirvani. dürüstləşdirilmə “Dürüstləşdirilmək”dən f.is. dürüstləşdirilmək məch. Dürüst hala salınmaq, dəqiq şəklə salınmaq; dəqiqləşdirilmək. Dərsliyin IV və V fəsillərinin xronoloji çərçivəsi dürüstləşdirilmişdir. (Qəzetlərdən). dürüstləşdirmə “Dürüstləşdirmək”dən f.is. dürüstləşdirmək f. Dürüst hala salmaq; dəqiqləşdirmək. [Sabit Mirzə] .. zənnində yanılıb-yanılmadığını dürüstləşdirmək üçün diqqətlə Dadaşovun üzünə baxdı. İ.Məlikzadə. dürüstlük is. Düzlük, doğruluq, düzgünlük; dəqiqlik. // Həqiqilik, gerçəklik, səhihlik. dürüyə is. [fars.] köhn. Dəri ya mahuddan tikilən dəyirmi təpəli papaq. düsər is. [fars.]\n1. Bir tərəfi balta, o biri tərəfi külüng olan alət. Düsərlə həm yer qazılır, həm də ağac yarılır.\n2. İkiuclu mıx. Bu taxtaya düsər vurmuşlar. düstur is. [ər.]\n1. Qanun, qayda, əsas, üsul. Həmən bu düsturu öyrənib də sən; Ər oğlu ər kimi tab et bəlaya. S.Vurğun. Bəs xalqla yazıçı arasında mənəvi rabitə necə yaranır? Bu barədə düstur vermək çətindir. M.İbrahimov.\n2. Hər cür kəmiyyətlərin, tərkiblərin, ünsürlərin və s.-nin məcmusunun (rəqəmlərlə, hərflərlə, xüsusi işarələrlə) şərti ifadəsi; formul. Riyazi düstur. Həndəsi düstur. düsturüləməl is. [ər.] köhn. Təlimat, göstəriş, qayda, nizam. [Əsəd bəy:] Bu hərəkətdə bitərəf qalmaq barəsində [bizə] düsturüləməl göndərmişlər, – dedi. M.S.Ordubadi. düşaxə is. [fars.] tar. Qədim zamanlarda ölümə məhkum edilmiş adamlar üçün cəza aləti (bu alət haçalanmış ağacdan ibarət olub, cinayətkarın boynu və əlləri onun yarığına keçirilərək bərk sıxılardı). Əlbahili Dərbənd şəhərinə yetişdi, .. İbni-Nəcmi tutub məhbus [etdi] və ayaqlarına kündə və boynuna düşaxə vurub xəlifə hüzuruna göndərdi. “Dərbəndnamə”. düşbərə is. Nazik yayılıb doğranmış xırda xəmir parçalarının içinə ət qoyulub bükülərək suda bişirilən xörək. düşbərəxana is. Düşbərə bişirilib satılan yer, aşxana. düşbərəxor is. [düşbərə və fars. ...xor] Düşbərə qabı; içinə qaşıqxörəyi tökülən qab. Ləməyə bəzən çini gülabzən, böyük, görkəmli, dayaz düşbərəxor (supnik) düzülərdi. H.Sarabski. düşbərəlik sif. Düşbərəyə yarar. Düşbərəlik ət. düşdürmə “Düşdürmək”dən f.is. düşdürmək icb. Düşməyə məcbur etmək. düşəlgə bax düşərgə1 . ..İkimci düşəlgədə, gecə Mələk itdi (qaib oldu). Bir aydan sonra əmisi oğluna qoşulub qaçması xalq arasında söyləndi. A.Divanbəyoğlu. düşənbə is. [fars.] Həftənin birinci günü, bazar ertəsi. düşərgah bax düşərgə1 1 və 2-ci mənalarda. düşərgə I. is.\n1. Müvəqqəti yaşayış yeri, müvəqqəti yurd, mənzil. Turist düşərgəsi. // Köçün, karvanın və s.-nin istirahət üçün mənzil saldığı yer; duracaq, dayanacaq. Kürün sahili köçərilərin düşərgəsinə çevrilmişdi. İ.Şıxlı.\n2. Kənddən uzaq əkin sahələrində adamların istirahət və yemək üçün toplandığı yer. Şamaxıdan gələn biçinçilər çölün ortasında, taxıl zəmilərinin kənarında düşərgə saldılar. İ.Şıxlı.\n3. Qoşun hissələrinin məskun məntəqədən kənarda, açıq havada müvəqqəti mənzil saldığı yer; lager. Hərbi düşərgə. Əsgər düşərgəsi.\n4. Məhbusların, hərbi əsirlərin saxlandığı yer; lager. Əmək-islah düşərgəsi. Alman-faşistlərinin dəhşətli ölüm düşərgələri. – Ulduzlar yəqin görür gecənin bu çağında; Uzaq Makranizosda qanlı düşərgələri.. Ə.Cəmil.\n\nII. is. məh. etnoqr. Keçmiş toylarda: bəyin hamam boğçasını gətirən adama verilən hədiyyə, şey. Bəy xonçası gətirənə, .. adət belədir, gərək düşərgə versinlər. R.Əfəndiyev. düşərinə zərf Necə gəldi, necə oldu, qarasına, düşünmədən. düşərli sif. Düşən, xeyirli, faydalı, yaxşı təsiri olan. Bunlara [ara həkimlərinə] müraciət edənlər zənn edirlər ki, bunlarda “sirli”, “düşərli” dərmanlar vardır. İ.Əfəndiyev. düşhadüş 1. is. Düşmək işi, kütləvi surətdə, dalbadal düşmə. Düşhadüş başlandı.\n2. zərf Yerlik halda – düşən zaman, düşərkən, düşməyə başlarkən. Kapitan kəndiri yerə atanda Tahir onu düşhadüşdə tuta bildi. M.Hüseyn. düşkün sif.\n1. Xoşbəxtliyini, rifahını itirmiş, yazıq, bədbəxt, zavallı. Düşkün halın sitəmkara deməyin; Yalvarıbən varə-varə deməyin. Aşıq Həsən. Olmasaydı əgər bu üç xoş gün; Mənim ömrüm olurdu pək düşkün. A.Səhhət. // Ruhdan düşmüş, naümid, məyus, kədərli. Anar o dəmləri mən şimdi müztərib, düşkün; Kəmali-yəslə tiflanə ahüzar edərəm. H.Cavid. Doğrudan da qız çox düşkün və kədərli idi. M.İbrahimov.\n2. Zəif, cansız, əldən düşmüş, üzgün, xəstə. Tərlanım, tərlanım, gözəl tərlanım; Sənə qurban olsun bu düşkün canım. S.Vurğun. // Qoca, ahıl.\n3. is. Mübtəla, düçar. Qadın düşkünü. Şəhvət düşkünü. Qumar düşkünü. – Sinfə girdiyi zaman içki düşkünü olan Nikolay Petroviçi spirt qoxusu tamamilə sərxoş etdi. A.Şaiq. // Bir şeyin hərisi olan, həddən artıq bir şeyin aludəsi olan. Rəyasət düşkünü. Böyük vəzifə düşkünü. // Vurğun, aşiq. Nə olur danmaqdan, daldalanmaqdan; Düşkününəm aləm-aşikar sənin. Q.Zakir. Səhər-səhər durub qıya baxanda; Düşkünüyəm mən o ala gözlərin. Aşıq Məhəmməd. Əkbər elm adamı, kitab düşkünü də deyildi. Mir Cəlal.\n4. Mənən düşmüş, rəzil, alçaq. Cahangir ağa zəif iradəli, naqis ağıllı, düşkün fikirli bir adam idİ. Ə.Vəliyev.\n5. Yoxsullaşmış, kasıblaşmış, yoxsul, kasıb. // Yazıq, fəqir, binəva. // İs. mənasında. [Kərəm:] Kərəm eylə, bircə yapış əlimdən; Yetir muradına sən də düşkünü! “Əsli və Kərəm”. düşkünləşmə “Düşkünləşmək”dən f.is. düşkünləşmək f.\n1. Düşkün hala gəlmək, düşmək, zəifləmək, əldən düşmək, qocalmaq.\n2. Öyrəşmək, mübtəla olmaq, aludə olmaq, bir şeyin düşkünü olmaq.\n3. Fəqirləşmək, yoxsullaşmaq, kasıblaşmaq. düşkünləşmiş f.sif. Düşkün hala gəlmiş. düşkünlük 1. Düşkün hal, tənəzzül, durğunluq.\n2. Bir şeyə aludə olmuş adamın halı; mübtəlalıq, aludəlik. İçki düşkünlüyü. düşmə 1. “Düşmək”dən f.is. [Qədir] ağaların, yüzbaşıların taxtdan düşməsini təsəvvür edə bilmirdi. Mir Cəlal.\n2. sif. Təsadüfi, gözlənilməyən, təsadüfən ələ keçən. Düşmə iş. Düşmə şey. düşmək f.\n1. Öz ağırlığının təsiri ilə yerə enmək, yuxarıdan aşağıya enmək, tökülmək. Göydən üç alma düşdü... (nağılların sonu). Paraşütlə düşmə. Qayadan dərəyə iri daşlar düşürdü. – Bu zaman bir bomba düşür uzağa; Dalğa vurub onu sərir torpağa. M.Rahim. Qatır hürkdü. Kiminsə tərkindən xurcun düşdü. Mir Cəlal. // Yuxarıdan enib bir şeyin üzərində dayanmaq. Şəfqət bacısının gözlərindən axıb sifəti aşağı yuvarlanan yaş damcılarının birisi Xasayın üzünə düşdü. Ə.Vəliyev. // Oturduğu, durduğu, ya çıxdığı yerdən aşağıya enmək. Ağacdan düşmək. Pilləkəndən düşmək. Damdan düşmək. – [Salamov Baxşıya:] Daha bu vəzzariyyatı kimə oxuyursan? Düş aşağa, düş, danışma! C.Cabbarlı. // Dərin bir şeyin dibinə enmək. Dalğıc dənizin dibinə düşdü. Quyuya düşmək.\n2. Heyvan və ya başqa bir minikdən yerə enmək. Atdan düşmək. Arabadan düşmək. Avtobusdan düşmək. – ..Onlar şeylərini götürüb qatardan düşdülər. S.Rəhimov. Maşın adamlardan bir az aralı duranda Kələntər saymazyana düşüb yaxınlaşdı. M.İbrahimov. Fəhlələr qayıqdan düşüb buruğa qalxdılar. M.Hüseyn.\n3. Ayaq üstə dayana bilməyərək yıxılmaq. Qadın özündən gedib yumşaq divanın üzərinə düşdü. M.S.Ordubadi. İstidə tərlədim; Soyuqda üşüdüm; Yürüdüm düşdüm; Qalxdım, yenə düşdüm. R.Rza. // məc. Yıxılmaq (bu mənada adətən tərkib halında işlənir). • Ayağına düşmək (bax ayaq1 ). – Nəbini görən kəndli Nəbinin ayağına düşüb müsibəti söyləyir. “Qaçaq Nəbi”. Gül camalın görüb düşsün torpağa; Bülbülü götürüb əfğana gəlsin. Q.Zakir. Yetməz əlim, nə çarə düşəm xaki-payüvə; Bir-bir deyəm sənə ələmü dərdü möhnətim. S.Ə.Şirvani. // Sərilmək, uzanıb qalmaq, sərələnmək, uzanmaq. Sərvi-qəddin düşübdü xak üzrə.. X.Natəvan. // Bu və ya başqa bir tərzdə yıxılmaq, yıxılıb qalmaq. Üz üstə düşmək. Böyrü üstə düşmək. – [Ağca xanım] üzü üstə döşəməyə düşüb hönkür-hönkür ağladı. Mir Cəlal.\n4. Özünü bir şeyin üstünə salmaq, yıxmaq, yaxud bir şeyin üstünə əyilmək. Həcər Mehdinin cənazəsi üstünə düşüb, göz yaşlarını bahar buludu kimi axıdır. “Qaçaq Nəbi”.\n5. Sallanmaq, tökülmək. Soltanüşşüəra .. toplanıb dalına düşən qara zülflərinə, .. bütün surət və simalarına tamaşa edirdi. M.S.Ordubadi. ..Sona da indi dönüb bayaqkı yerində dayanmış, başından siyrilib çiyninə düşən ağ torunun ipək saçaqları ilə oynayırdı. Ə.Əbülhəsən. // Çox boş olduğu üçün yerində durmayıb aşağı sürüşmək, enmək, tökülmək. Paltar əynimdən düşür. Örpəyi başından düşdü. – Şirəli başını ovuşdurdu. Şalvarı düşürdü. M.Hüseyn.\n6. Öz-özünə tökülmək, yerindən çıxıb (qopub) düşmək. Dişi düşmək. Dırnağı düşmək. Divarın bir kərpici düşdü. Stolun bir qıçı düşdü. – Dişi düşmüş boz öküz qoşulub cöngələrə. (Ata. sözü).\n7. Bir yerə gələrək orada müvəqqəti yerləşmək, qalmaq, müsafir olmaq, qonaq olmaq. Türkiyədə harada düşmüşdün? Mehmanxanaya düşmək. Qonaqlar bizə düşmüşlər. – Onlar bu gün düşmüşlər çay üstə; Yırtıq alaçıqda gecələyirlər. A.Səhhət. Bir də pristav və naçalnik gələndə Əminin evinə düşərdilər. N.Nərimanov. “Pirçinar”ın yaxınlığında, qonşuların birisi ilə tanış bir kəndlinin evinə düşəcəkdik. S.Hüseyn.\n8. Yağmaq. Bu il bu yerlərə heç yağış düşmədi. – Dağlara qar düşübdü; Üstündən tar düşübdü; Gedərəm, dayanmaram; Yadıma yar düşübdü. (Bayatı). Mərəndə təzəcə qar düşmüşdü. M.İbrahimov. // Qonmaq, çökmək, örtmək. Otların üzərinə şeh düşübdür. Bərk duman düşmüşdü, heç şey görünmürdü.\n9. Yönələrək bir yerə, ya bir şeyin üzərinə yayılmaq, enmək, saçmaq, gəlmək. İşıq düşmək. Kölgə düşmək. Ağacların arasından ayın işığı düşür. – Əziz balalar! ..İndi otağın havasında nə olacağını bilmək istəyirsinizsə, gün pəncərədən otağa düşəndə onun [şəfəqinə] diqqət ediniz. N.Nərimanov. Yenicə çırtlayan günəşin ilk şüaları onların üstünə düşmüşdü. Ə.Məmmədxanlı. Görün, bağa-eyvana sərin kölgə düşəndə; O qız yenə oxuyub şən mahnılar çalırmı? Ə.Cəmil.\n10. Paylaşdırma, təyinat nəticəsində bu və ya başqa bir yerə təyin edilmək, göndərilmək. İnstitutu bitirmiş həkimlərin ikisi Qazaxıstana, üçü Orta Asiya Respublikalarına düşdü. – Sinifdə dərs briqadaları bölünəndə Rübabə Gəldiyevin briqadasına düşdü. Mir Cəlal. // Bir yerə daxil ola bilmək, yaxud özünü yetirə bilmək, özünü sala bilmək; iştirak edə bilmək, bir yerdə olmağa imkan tapa bilmək. Təntənəli iclasa düşə bilmədim. Yeni tamaşaya güclə düşdüm. O, bu il ali məktəbə düşə bilmədi. Müdirin qəbuluna düşdüm.\n11. Təsadüfi, ya qeyri-təsadüfi bir şeyin içində olmaq, özünü bir şeyin içində görmək. Tora düşmək. Tələyə düşmək. Həbsə düşmək. – Bəndü zindani-qəmü möhnətdən olmuşdum xilas; Ah, kim düşdüm yenə, zülfü zənəxdanın görüb. Füzuli. Axırda Naməlsəm məhəlləsindən bir neçə adam qazamata düşdü. N.Nərimanov. Tələyə də bir zorba siçovul çoxdan düşüb gəbərmişdi. H.Sarabski. // Keçmək, çıxmaq, daxil olmaq. ..Ayaqlarım yalın olduğuna görə, yolun kəsəkləri məni incitdi və mən də üst tərəfdə tapdanmamış bir cığıra düşdüm. A.Divanbəyoğlu.\n12. Başlamaq, yetişmək, gəlib çatmaq. Soyuqlar düşdü. İstilər düşdü. Sərinlər düşdü. Qış düşdü. • Axşam (qaranlıq) düşmək – hava qaralmaq, qaralmağa başlamaq. ..Axşam düşdü, yerə qaranlıq çökdü. A.Divanbəyoğlu. Elə qaranlıq düşmüşdü ki, göz gözü görmürdü. Çomağı götürüb yerimdən sıçradım. A.Şaiq. Axşam qaranlığı düşəndə qoyunun sallanaraq çöldən qayıtması ürəyini açan unudulmaz bir mənzərə oldu. M.İbrahimov.\n13. Baş vermək, başlamaq, qopmaq. Dava düşmək. Qarışıqlıq düşmək. Qaçhaqaç düşdü. Səs-küy düşmək. Çaxnaşma düşmək. – Bir neçə vaxt kəndə böyük nizamsızlıq düşmüşdü. N.Nərimanov. Uzun mübahisə və deyişmə düşdü. Mir Cəlal. Deyəsən, yenə gəlhagəl düşdü.. S.Rəhman. Səmada, torpaqda düşür qırhaqır; Yerdən alov yağır, göydən od yağır. M.Rahim. // Baş verib yayılmaq. Azar düşmək. – Bir müsəlman kəndinə, müsəlman məhəlləsinə çiçək kimi müalicəsi asan bir uşaq naxoşluğu düşəndə yazıq uşaqlar bir-bir başlayırdılar qırılmağa. C.Məmmədquluzadə. [Üçüncü kəndli:] Bir üç il bundan irəli kəndə “xalyar” naxoşluğu düşmüş idi. Ə.Haqverdiyev.\n14. Başlamaq, şüru etmək, girişmək, iqdam etmək. Pırpız Sona çəpik çalır, Molla Abbas düşür oynamağa. C.Məmmədquluzadə.\n15. Bərqərar olmaq, meydana gəlmək, olmaq. Sakitlik düşmək. – [Əmi:] Ancaq bir az səbir lazımdır. İşlər hamısı düzələr, barışıq düşər. N.Nərimanov.\n16. Çatmaq, yetişmək. Bir azdan [Rüstəm] dərənin içinə düşdü. S.Rəhimov. Mənim düşdüyüm stansiya balaca bir yer idi. İ.Əfəndiyev. Kəndə axşam düşdüm. S.Rəhman.\n17. Dərəcəsi, şiddəti, səviyyəsi, miqdarı və s. azalmaq, əskilmək, zəifləmək, enmək. Suyun səviyyəsi yavaş-yavaş düşür. Havanın temperaturu çox düşmüşdür. // Gücü, qüvvəti azalmaq, üzülüb əldən düşmək, qüvvətini itirmək. // Seyrəkləşmək, zəifləmək. Ürəyinin fəaliyyəti düşmüşdür. Nəbzi düşmüşdür. // Təzyiqi azalmaq. Barometr düşür. Qan təzyiqi düşmüşdür. // Ucuzlaşmaq, aşağı enmək. Qiymətlər aşağı düşmüşdür. Birjada aksiyalar düşdü. // Öz qiymətini, əhəmiyyətini, dəyərini, etibarını itirmək, alçalmaq. Kollektivin nəzərindən düşmək.\n18. İtirmək, qeyb etmək, məhrum olmaq. Hörmətdən düşmək. Gözəllikdən (təravətdən) düşmək. – Ey bürci-səltənət mahi-ənvəri; Düşməyəsən, görüm, ziyadən səni. Q.Zakir. Çöllərdəki yaşıl əkinlər lazımınca boy atmadan təravətdən düşürdü. S.Hüseyn. Onlar ilə tez-tez vuruşmasaq biz; Dava vərdişindən düşərik təmiz. H.K.Sanılı. // Bir hissin keçib getdiyini, yox olmasını bildirir. Həvəsdən düşmək. Könüldən düşmək. – Mən özüm də ziyafətə getmək həvəsindən düşmüşdüm. M.S.Ordubadi. // Məhrum olmaq, əlindən çıxmaq. [Müqim bəy] dünən pristavlıq rütbəsindən düşəndə dayana bilmirdi, bəs bu gün qəza rəisliyindən düşsə necə dayanacaqdı?! S.Rəhimov.\n19. Yorğunluqdan, soyuqdan və s.-dən keyimək, üzülmək, tabsız olmaq, taqətini itirmək. Soyuqdan barmaqlarım düşdü. – [Mahmud:] Balta vurmaqdan qollarım düşdü, əllərim suluq-suluq qabar oldu. Ə.Haqverdiyev.\n20. Təsadüf etmək, təsadüf olmaq, rast gəlmək, vaqe olmaq. Yolum düşdü, gəldim. Kitab düşdü, aldım. – Baba, bu gün bizim xanəmizdə nadir bir ittifaq düşdü. M.S.Ordubadi. [Aydəmir:] Mən bir işə min bir adam qarışdırmaq istəmirəm, işdi düşdü, vuruşduq. C.Cabbarlı. // Keçmək, təsadüf etmək.\n21. Bəxtinə çıxmaq, payına çıxmaq, qisməti olmaq. Uduş 35 nömrəli biletə düşdü. Mükafat kimə düşdü? Püşk ataq, kimə düşərsə, o getsin.\n22. Çatmaq, yetişmək, yaxud çatmalı, yetişməli olmaq. Adam başına neçə düşür? Hərəyə üç manat düşür. – Nurəddin öz-özünə deyir: – Demək ki, mən ölsəm, malım Gülpəriyə düşəsidir... Bu sadə fikri mən indiyə kimi niyə anlamamışam? S.S.Axundov.\n23. Xeyri olmaq, xeyir vermək, faydası olmaq, köməyi olmaq, yaxşı təsir etmək, yaramaq. Bu dərman mənə düşmür. Dəniz havası xəstəyə yaxşı düşür. Oranın suyu bizə düşmədi. Orduda xidmət etmək ona düşdü. – Düşmədimi o ruh açan, canverici hava sənə? Ə.Nəzmi. // Xoşbəxtlik, rifah gətirmək, şükümlü olmaq. Oraya getmək mənə düşmədi.\n24. Uyğun olmaq, uymaq, münasib olmaq, uyğun gəlmək, düz gəlmək, yaraşmaq. Açar qıfıla düşmür. // Tutmaq, yaraşmaq, uyuşmaq. [Mayanın] başında paltosunun rənginə düşən ipək yaylıq vardı. M.İbrahimov.\n25. Sayılmaq, olmaq, münasib olmaq. Mənim deməyim pis düşər. Bu, heç yaxşı düşmədi. – Mənim ərizə verməyim yaxşı düşməz. Ə.Sadıq.\n26. Aid olmaq, üzərində yük olmaq, yüklənmək, üzərində qalmaq. Üzərinə məsuliyyət düşmək. Bütün qayğı onun üzərinə düşmüşdür. İşin çətinliyi bizim üzərimizə düşəcəkdir.\n27. Hər hansı bir vəziyyət, şərait və s. içərisində olmaq; uğramaq, düçar olmaq, giriftar olmaq. Bəlaya düşmək. Fəlakətə düşmək. Qaranlığa düşmək. Soyuğa düşmək. Küləyə düşmək. Xəstəliyə düşmək. – [Ələkbər:] ..Hər kim bu arvadın üzünə baxsa, sill azarına düşər. N.Vəzirov. ..Çıxılmaz bir uçuruma düşdüyünü anladıqca dərd [Səriyyənin] ürəyini sıxırdı. M.İbrahimov. • Ayrı düşmək, aralı düşmək, uzaq düşmək – uzaqlaşmaq, bir-birini görməmək, əlaqəni itirmək. Taki səndən düşəli ayru, əya ruhirəvan; Gözümün yaşı mənim qətreyi-baran kimidir. Xətayi. Necə ağlamayım mən, ağlamazmı; Bir kəs ki yarından uzağa düşər? Q.Zakir. // Bir hal almaq, bir şəkil almaq. Çimənlərin bədənləri istidən mis rənginə düşmüşdü.\n28. Avara-sərgərdan dolaşmaq, gəzmək (bu mənada adətən tərkib halında işlənir). Küçələrə düşmək. Çöllərə düşmək. – [Kərəm:] Oldum xərabati, düşdüm səhraya; Xərabat əhlinə yol nəyə lazım? “Əsli və Kərəm”. Səbr eyləmədi bu dərdü-dağə; Qatlanmadı, düşdü daşə-dağə. Füzuli. Bu bağda biz ol güli-rənadan usandıq; Divanə olub daməni-səhralara düşdük. S.Ə.Şirvani.\n29. Bu və ya digər bir hissə qapılmaq, onun həvəsində olmaq, bir şeyin xəyalında olmaq. Niyyətə düşmək. Həvəsə düşmək. Eşqə düşmək (aşiq olmaq, vurulmaq). – [Kərəm:] Qürbət eldə məlul, məhzun qalmışam; Eşqinə düşəli Məcnun olmuşam. “Əsli və Kərəm”. Düşdü yenə dəli könül gözlərinin xəyalinə. Nəsimi. Nəbi nökərçiliyin “ləzzətini” gördüyü üçün rəncbərlik etmək fikrinə düşür. “Qaçaq Nəbi”. Neçə ildir ki, [Məhəmmədhəsən əmi] də ömrünün sonunda Kərbəla ziyarəti qəsdinə düşüb. M.İbrahimov.\n30. Qabağınca, dalınca, ya yanınca getmək, qoşmaq. Qabağa düş, yol göstər. İrəli düşmək. Dalınca düşmək (izləmək, təqib etmək). Yanına düşmək (yanınca getmək). – [Rəsul:] Düş qabağımıza, bizi apargilən qəhvəxanaya. “Aşıq Qərib”. Pişxidmətbaşı və Xacə Mübarək düşdülər qabağa, bir-bir əndərun otaqlarını göstərməyə şüru etdilər. M.F.Axundzadə. [Fərhad] tez durub özünü bulvara salır, gah o qızın, gah bu qızın dalınca düşürdü. C.Cabbarlı. [Bəbir bəy:] Bəs [Qumru] məni qoyub, yamacın rəncbərinin dalınca niyə düşsün? Mir Cəlal.\n31. Bir şey üçün hədəf olmaq (bu mənada adətən tərkib halında işlənir). Qız qayınqudanın, qayınatanın, baldızın, qayınananın hökmünə əsir olar, onların dedi-qodusuna düşərdi. H.Sarabski.\n32. Keçmək. Bir əlimə düşəydi... – Biçarə insanlar bir seydi-məzlum və qafil deyillərmi ki, anadan olan gündən təbiət səyyadının çənginə düşür, bir də dünyanı tərk etməklə ondan xilas olurlar? C.Cabbarlı.\n33. məc. Özünə fikir verməyərək, simaca və mənən acınacaqlı, düşkün bir hal almaq. Axır zamanlar o, çox düşmüşdür. // Cismən zəifləmək, arıqlamaq; qocalmaq. Atan necədir? Çox düşməyib ki? İ.Əfəndiyev.\n34. Vaqe olmaq, yerləşmək. Kənd yolun sağ tərəfinə düşür. Düz baxanda klub sol tərəfə düşür. Arada bir dağ düşüb. – Hər il bu zaman yolun ətəklərinə qədər çadırlar, obalar düşərmiş. Mir Cəlal.\n35. Əmələ gəlmək, düzəlmək, salınmaq. Meşədən cığır düşübdür.\n36. Sataşmaq, dəymək, görmək. Gözü qarşıdakı adama düşəndə duruxdu.\n37. Yayılmaq, eşidilmək. Kəndə küy düşdü. Belə şayiə düşüb ki... – Nağara-zurna səsi ensiz çayın kənarından ucalıb qalxan sıldırım qayaya düşüb .. yatmışları da oyatmaq istəyirdi. Ə.Əbülhəsən. Şəhərə böyük bir səs düşdü. S.Rəhman.\n38. Birinci dəfə yem yeməyə başlamaq. Quzu ota düşüb.\n39. Düşdükcə şəklində – təsadüf etdikcə, rast gəldikcə. Bizə lazım olan şeyləri düşdükcə ondan-bundan və bir parasını pul ilə Quba meydanından aldıq. C.Məmmədquluzadə.\n40. Düşəndə şəklində – vaxt, fürsət, imkan olanda, təsadüf gətirəndə, yeri gəldikcə, arabir, ara-sıra, bəzən, gah-gah. Düşəndə bir bizə də gəl. – Düşəndə gah-gah sərəfraz eylə; Saf unutma bu Zakiri, mürvətdi. Q.Zakir. Hər kağızın birinə məşədi iki qəpik, üç qəpik, ya düşəndə bir şahı alır. C.Məmmədquluzadə. [Dərviş:] Mən də düşəndə bir sizin yanınıza gəlib, keçmiş macəralardan nağıl edərəm. Ə.Haqverdiyev. [Nadir] Məstan bəyin küçəsindən keçməzdi və düşəndə Zeynəbi yalnız arabir kəndin kənarında və ya bulaq başında görərdi. B.Talıblı.\n41. Düşsə şəklində – təsadüf etsə, rast gəlsə, imkan olsa. Düşsə, mənə də al. – [Əhməd] cığırla darılığa doğru gedir, rastına düşsə, Kürün o üzündən uçub dənlənməyə gələn qırqovullardan birini vurmaq istəyirdi. İ.Şıxlı.\n42. Nə düşüb, nə düşüb ki şəklində – nə dəxli var, nə aidiyyəti var, nə münasibəti var, səbəb nədir (ki), nə səbəbə (görə), nə işinə gərək, dəxli yoxdur, aidiyyəti yoxdur. Sənə nə düşüb... Ona nə düşüb... – [Cəmil:] Axı mənə deyən gərək, sənə nə düşüb ki, naşükür adama yaxşılıq edirsən? M.Hüseyn.\n43. Bir çox isimlərə qoşularaq, müxtəlif ifadələr düzəldilir: məs.: gözü düşmək (bax göz), ürəyi düşmək (bax ürək), əldən düşmək (bax əl), bərkə düşmək (bax bərk), əl-ayağa düşmək (bax əl-ayaq). ‣ Düşər-düşməzi olar – nəticəsi, aqibəti bəlli olmayan, yaxud şübhəli olan şey haqqında. düşməli sif. Düşməyə, düşmək (7-ci mənada) üçün yararlı (münasib) olan. Düşməli yer. – [Kərbəlayı Xudaverdi:] Burada bir düşməli karvansara yoxdurmu? Ə.Haqverdiyev. düşmən is. [fars.]\n1. Birinə qarşı ədavət, düşmənçilik bəsləyən və onunla mübarizə aparan, çəkişən şəxs. Onun düşməni var. – Ey məh, mənimlə dustlərim düşmən eylədin; Düşmən həm eyləməz bu işi, kim sən eylədin. Füzuli. [İzzət:] Düşmən hər nə qədər aciz olsa da; Məğrur olub, kiçik sanma dünyada. H.Cavid. // Birinə pislik etmək, zərər vurmaq istəyən, birinin pisliyini istəyən adam; ədavətkar, əleyhdar. Düşmənin tikəsindən dostun silləsi yaxşıdır. (Ata. sözü). Hacı Əbüləzim dürüst qulaq verəndən sonra dedi: – Kişi, məgər sən öz qızının düşmənisən? Ə.Haqverdiyev. [Bəhram:] Ata öz oğluna olarmı düşmən? A.Şaiq. • Düşmən gözü ilə baxmaq – özünə düşmən hesab etmək. Doğrusu, iki məhəllə atababadan bir-birinə düşmən gözü ilə baxırdı. N.Nərimanov. Düşmən kəsilmək – düşmən olmaq. Qorqud qanı axdı damarımızdan, Özümüz Qorquda düşmən kəsildik. B.Vahabzadə. Ülkəri gözü tək istədiyindən; Düşmən kəsilmədi o, Əmirxana... S.Vurğun. Bu qədər acgözlüklə topladığı bu sərvət; İndi düşmən kəsilmiş, edirdi ona nifrət. N.Rəfibəyli.\n2. Müharibədə əks cəbhədə vuruşan adam, dövlət və s.; yağı. Düşməni darmadağın etmək. Düşməni məğlub etmək. Düşmənə atəş! – Qoç Koroğlu qonar olsa yəhərə; Yağı düşmənləri salar qəhərə. “Koroğlu”. Balaca uşaqların düşmən qabağına Quran götürüb çıxmaqları, gələcək üçün bir tarixdir. C.Məmmədquluzadə. Düşmən bütün cəbhə boyu ricət edirdi. M.Hüseyn.\n3. Zərər gətirən, zərərli olan şey haqqında. Xatircəmlik bizim ən böyük düşmənlərimizdəndir. – Dilim özümə düşməndir. (Məsəl).\n4. Yarışda, oyunda, mübahisədə iştirak edən qarşı tərəf. Düşmən şahını mat etmək (şahmatda). düşmənanə zərf və sif. [fars.] Düşməncəsinə. Gətirilən xəbərlərin əsasını Fəxrəddinin Əmirə qarşı hazırladığı düşmənanə hərəkət təşkil edirdi. M.S.Ordubadi. düşməncə (=düşməncəsinə) zərf Düşmən kimi, düşmənə qarşı olduğu kimi. Düşməncəsinə münasibət. Düşməncəsinə hərəkət. – [Qətibə:] Onun [Atabəyin] qonşu hökumətlərlə olan rəftarı olduqca düşməncəsinədir. M.Ordubadi. düşməncəsinə (=düşməncə) zərf Düşmən kimi, düşmənə qarşı olduğu kimi. Düşməncəsinə münasibət. Düşməncəsinə hərəkət. – [Qətibə:] Onun [Atabəyin] qonşu hökumətlərlə olan rəftarı olduqca düşməncəsinədir. M.Ordubadi. düşmənçilik bax düşmənlik. ..Qaraca qızın nə qədər Ağca xanıma ürəyi yanıb yazığı gəldisə, bir o qədər də mürəbbiyəyə düşmənçiliyi artdı. S.S.Axundov. [Səfər bəy:] Çox mübarək, çox şadam ki, mahalımızın rəhbərləri bundan sonra daha düşmənçilik etməyib, məhəbbət və sevgi ilə yaşayacaqlar. B.Talıblı. Qohumluq düşmənçiliyə və ədavətə çevrilərdi. H.Sarabski. düşmənlik is. Düşməncəsinə münasibət və hərəkət; ədavət. Düşmənlik etmək. – Yerişindən elə bildim sərsandır; Dostluğunan düşmənliyi birdəndir. “Koroğlu”. [Bülənd] dünənki düşmənliyə inanmayırdı. Ə.Əbülhəsən. düşük sif.\n1. Vaxtından əvvəl doğulmuş, yarımçıq. Düşük uşaq. // is. Vaxtından əvvəl doğulan uşaq. Yeddiaylıq düşük.\n2. Aşağıya düşmüş, sallanmış, düşmüş.\n3. məc. Alçaq, dəyərsiz, qüsurlu, biçimsiz, yöndəmsiz, nöqsanlı. düşüklük is.\n1. Düşük şeyin hal və keyfiyyəti.\n2. Dəyərsizlik, yöndəmsizlik, qüsurluluq. düşüm I. is. Uyğunluq, münasiblik, yaraşıq. Bu rəngin düşümü yoxdur.\n\nII. : səs düşümü – dilçilikdə: ikinci söz saitlə başlandıqda birinci sözün axırındakı saitin düşməsi hadisəsi; məs.: əliaçıq – əlaçıq, Əli Əkbər – Ələkbər. düşümlü sif. Düşümü olan, uyğun, münasib, yaraşıqlı. Düşümlü hörgü. Düşümlü yazı. düşümlülük is. Düşümlü şeyin halı; uyğunluq, münasiblik, yaraşıqlıq. düşümsüz sif. Düşümü olmayan, uyğunsuz, münasibsiz, yaraşıqsız. düşümsüzlük is. Düşümsüz şeyin halı; uyğunsuzluq, münasibsizlik, yaraşıqsızlıq. düşüncə is.\n1. Xəyal, fikir. Düşüncələrə dalmaq. – Polad qərq olaraq düşüncələrə; Əlvida elədi ilk məhəbbətə. M.Rahim. // Fikrə, xəyala gələn şeylər; xəyalat. Düşüncələrindən ayrıla bilmir. – Mən belə acı düşüncələr içində olduğum halda, birdən Xədicəgildən bir ağlaşma səsi qopdu. S.Hüseyn. Poladzadə ayağa durduqda Qüdrətov sanki daxilən silkinib düşüncələrdən azad oldu. Ə.Vəliyev. Məsmə xala düşüncədən ayıldı. S.Rəhman.\n2. Düşünmə nəticəsində hasil olan qənaət; anlaq, şüur, dərrakə. Siyasi düşüncənin artması. – Düşüncələr yeni, duyğular yeni; Dəyişmiş dünyanın söhbəti, sazı. S.Vurğun. Cəlil Məmmədquluzadə xalqın həyat və düşüncəsindəki bütün mənfi cəhətləri tənqid edirdi. M.İbrahimov. // Ağıl, kamal, qanacaq, mərifət. Düşüncəsini itirmək. – Düşüncə, tərbiyə, zəka zinəti; Budur qadınlığın, məncə, qiyməti. S.Vurğun. düşüncəli sif.\n1. Düşüncəsi olan, ağıllı, şüurlu, anlaqlı, qanacaqlı, dərrakəli, mərifətli, fərasətli. Düşüncəli uşaq. – ..Sizin Qətibə ilə olan rəftarınız düşüncəli bir hökmdarın rəftarı deyildi. M.S.Ordubadi. Alnı düşüncəli, qolları sarqıq, Yetim baxışlarla boynunu burmuş. M.Müşfiq. // Zərf mənasında. Maral bülbül nəğmələrini dinləyərək məhzun və düşüncəli bir halda .. gedir. H.Cavid. Tahirin bu cür düşüncəli və ciddi danışmağı Lətifəni sevindirdi. M.Hüseyn.\n2. Düşünmə nəticəsində fikrə dalmış, fikirli, qayğılı. [Mirzə Əliməmməd:] Otur, – dedi və qələmi qələmdana qoyaraq Səfəri düşüncəli nəzərlə süzdü. Çəmənzəminli. Düşüncəli gözlərində bir təbəssüm duyuram mən; Bəllidir ki, bir müjdədir o, gələcək nəsillərdən. M.Dilbazi. Nərgiz bu gün sakit və düşüncəli idi. Ə.Vəliyev. düşüncəlilik is. Şüurluluq, anlaqlılıq, dərrakəlilik, fərasətlilik, mərifətlilik. düşüncəsiz sif.\n1. Düşüncəsi, şüuru olmayan, ya çatmayan; şüursuz, dərrakəsiz, anlaqsız, fərasətsiz. Düşüncəsiz adam.\n2. Ağılsız, ağla uymayan, ağla zidd. Düşüncəsiz hərəkət (iş). düşüncəsizlik is.\n1. Düşüncənin olmadığı hal, düşüncə yoxluğu; şüursuzluq, anlaqsızlıq, dərrakəsizlik, fərasətsizlik.\n2. Düşüncəsiz, ağılsız iş; ağla, şüura uymayan hərəkət. Zeynal, Şərifzadənin göstərəcəyi yol ilə getməyə hazır idi. Etiraf edirdi ki, Mehribanı boşamaqda düşüncəsizlik etmişdir. S.Hüseyn. düşündürmə “Düşündürmək”dən f.is. düşündürmək icb.\n1. Düşünməyə, fikirləşməyə məcbur etmək.\n2. Əndişəyə salmaq, təlaşa salmaq, narahat etmək. Onun səhhəti bizi çox düşündürür. İşlərin gedişi bizi düşündürməyə bilməz. – Məni bu təsadüflər o qədər də düşündürmürdü. M.S.Ordubadi. Məşədi bəyin dəlilləri Rəşid bəyi xeyli düşündürdü... M.Hüseyn. Hərdən düşündürür bu həyat məni. N.Rəfibəyli. düşünmə “Düşünmək”dən f.is. düşünmək f.\n1. Bir şeyin haqqında fikirləşmək; fikir etmək. Gələcəyini düşünmək. Sabahı düşünmək. – Ömrün varlığını izləyən şair; Bu günə dair; Nə isə düşünürdü haman salonda. S.Vurğun. // Fikirləşib aramaq, fikirləşib tapmağa çalışmaq. Bir çarə düşünmək. Lazımi tədbirlər düşünmək. Məsələnin həllini düşünmək. // Ümumiyyətlə, fikirləşmək, götür-qoy etmək. Bu xüsusda çox düşünmüşük. Əli alnında düşünürdü. – Düşünürsən: insan insandır; Biri nədən doğma, mehriban, qayğıçəkən; Biri sərt, qılıqsız, ögey? R.Rza. Əziz bir papiros yandırıb düşünməyə başladı. S.Rəhman. İnsan düşünməyə tapmayır macal; Tökülür meydana bomba dalbadal. M.Rahim. İndi Kamal nə edəcəyini deyil, necə edəcəyini düşünürdü. M.Rzaquluzadə. • Düşünübdaşınmaq – fikirləşmək, düşünmək. [Şeyda:] ..Duyğusuz bir makina kimi düşünübdaşınmaq, yazıb-pozmaq neçin?! H.Cavid. Orxan çox düşünüb-daşındı və axırda inandırdı ki, Bənövşə görüşə gəlməyəcək. İ.Məlikzadə.\n2. Təsəvvür etmək, zənn etmək, ağlına gətirmək, xəyalına gətirmək, xəyal etmək. Kim düşünə bilər ki... – Lakin həyatın gedişi Fərmanın düşündüyü kimi olmadı. Ə.Sadıq. // Yada salmaq, fikrinə gətirmək, xatirinə gətirmək. Bu saat hələ səni düşünürdüm. Bir şey düşündüm. – [Əbdüləli bəy:] Doğrudur, mən də onu düşünürdüm. C.Cabbarlı. Yazıq babaları düşündükcə mən; Ağrımış ürəyim bəlkə min kərə! S.Vurğun.\n3. Başa düşmək, anlamaq, dərk etmək. Heç bir şey düşünə bilməmək. – Bunu hətta düşünüb cümlə müsəlman uşağı; Hər vilayətdə deyirlər: Pa atonnan, ölüb ...ə! M.Ə.Sabir. Şirzad düşündü ki, Yarməmmədi bu qədər eybəcər edən qorxudur. M.İbrahimov.\n4. Narahat olmaq, əndişə etmək, fikir çəkmək. Xəstə çox düşünür. // Fikrini çəkmək, haqqında narahat olmaq, qeydinə qalmaq. Ancaq özünü düşünmək. – Özünü düşünür, özünü hər kəs; Bu qoca dünyamız hara gedir bəs? B.Vahabzadə. düşünülmə “Düşünülmək”dən f.is. düşünülmək “Düşünmək”dən məch. düşünülmüş “Düşünülmək”dən f.sif. Düşünülmüş plan. Düşünülmüş tədbir. – Məhsəti xanım ziyafətə daxil olan zaman, vaxt ikən düşünülmüş tədbirlər tamamilə əhəmiyyətdən düşdü. M.S.Ordubadi. düşünüş is. Düşünmək işi, düşünmək tərzi; təfəkkür, mülahizə. düşünüşmə “Düşünüşmək”dən f.is. Dövlət zarafatyana, kənddə bir neçə adamın özü ilə çox bərk düşünüşməsindən söhbət salıb dedi. Ə.Əbülhəsən. düşünüşmək f. Düşmən olmaq, kin və ədavət saxlamaq. [Balaxanım Dadaş Lələşovdan soruşdu:] Sən niyə Şiraslanla düşünüşmüsən? S.Rəhimov. düşürdülmə “Düşürdülmək”dən f.is. düşürdülmək “Düşürtmək”dən məch. düşürmə “Düşürmək”dən f.is. düşürmək f.\n1. Bir şeyi götürərək və ya başqa vasitə ilə aşağı endirmək, aşağı salmaq. Kitabları aşağı düşürmək lazımdır. – [Qadın:] Yox! Yalvarıram sənə! Amandır! Bu evdə mənə o qəndildən başqa bir şey lazım deyil; qurbanın olum, de ki, onu düşürüb mənə versinlər. Ə.Haqverdiyev. // Bir şeyin üstündən qaldırıb yerə qoymaq, bir yerdən düşməsinə kömək etmək. Uşağı atdan düşürmək. Yükü maşından düşürmək. – Dərbari-şahinin qapısında fərmanlar Yusif Sərracı atdan düşürdülər. M.F.Axundzadə. Qərənfil xala keçən il tikdirdiyi cücəgözü çit döşlüyü ilə yapışıb qazanı yerə düşürdü. Ə.Vəliyev.\n2. Bilmədən əlindən buraxmaq, əlindən salmaq. Stəkanı əlindən düşürüb sındırdı. // Düşməsinə imkan vermək. Meyvələri tordan düşürə-düşürə (z.) gedirdi. Bütün şeylərini yolda düşürdü. // Bilmədən toxunaraq düşməsinə səbəb olmaq, salmaq, yıxmaq, devirmək. Dibçəkləri pəncərədən düşürmək.\n3. məc. Alçaltmaq, endirmək, hörmətsiz etmək. Kollektivin gözündən düşmək.\n4. Salmaq, məhrum etmək, devirmək. Padşahı taxtdan düşürdülər. Vəzifəsindən düşürmək. – ..Heç kəs çar istilasının əzəmətini düşürmək cürətində bulunmadı. M.S.Ordubadi.\n5. Dərmək. Adam var, dolanar səhranı, düzü; Adam var, düşürər gülü, nərgizi. “Abbas və Gülgəz”. Bir gün qadınlarla çocuqlar moruq və çiyələk düşürməyə getmişdilər. A.Şaiq. // Dağıtmaq, qoparıb götürmək. Bir gün Kəblə Cahangir gördü ki, oğlu Ağabala divardan sərçə yuvası düşürür. Çəmənzəminli.\n6. Salmaq, məruz etmək, düçar etmək. Pis vəziyyətə düşürmək. – Mən, zarafat deyil, ey sevdiciyim, can yıxıram!.. Sənsən, əlbət, düşürən bu qara sevdaya məni. S.Vurğun. düşürtmə “Düşürtmək”dən f.is. düşürtmək 1. Bax düşürmək 1-ci mənada. Qazanı yerə düşürtmək.\n2. icb. Aşağıya, yerə düşməyə, enməyə kömək və ya məcbur etmək. [Səlim] kəndlərinin bərabərinə çatanda maşını əyləndirdi, sərnişinlər ona kömək etdi, onu yük maşınından düşürtdülər. S.Rəhimov. düşürülmə “Düşürülmək”dən f.is. düşürülmək “Düşürmək”dən məch. Şeylər aşağı düşürüldü. Uşaqlar maşından düşürüldülər. – Şose yolunun kənarında, körpünün döngəsində maşınlar və arabalar dayandırılır, yaralılar düşürülür, içəri qazmalara aparılırdı. S.Rəhimov. düşvar sif. [fars.] klas. Çətin, müşkül, ağır. Ey deyən: səbr qıl, ah eyləmə yarı görcək; Mənə düşvardır ol, gər sənə asan görünür. Füzuli. Müşküldü mən kənara düşüm kuyi-yardən; Düşvardır ki, əl üzüm ol gülüzardən. X.Natəvan. • Düşvar olmaq – çətin olmaq. Nə təamü nə fərşü nə camə; Xəlqə düşvar olub bu həngamə. M.Ə.Sabir. ..İnsanın qədəri ilbəil artdığına, boş yerlər azaldığına görə, heyvanı saxlamaq güngündən düşvar olur. H.Zərdabi. dütar is. [fars.] Tara oxşar ikisimli musiqi aləti. düvəl is. [ər. “dövlət” söz. cəmi] köhn. kit. Dövlətlər. Düvəli-müəzzimə (keçmişdə böyük dövlətlərin ümumi adı). düydü is. məh. Balta küpünün arxası. Baltanın düydüsü. düydürmə “Düydürmək”dən f.is. düydürmək “Düymək”dən icb. Atın quyruğunu düydürmək. düyə is. İnəyin, camışın, ceyranın, maralın hələ kələ və ya təkəyə gəlməmiş, doğmamış balası. Maral düyəsi. İnək düyəsi. – Yelini dolmuş inəklər balasına çatmaq üçün mələyir, yazabuğalar, düyələr birbirini buynuzlayıb qovurdular. İ.Şıxlı. düyəcə is. Balaca düyə. Bizim düyəmiz böyümür, elə düyəcə kimi durur. S.Rəhimov. düyələk is. məh. Hələ dəyməmiş xırda qarpız və ya qovun. • Düyələk kimi – yupyumru, gipgirdə. Müqim bəyin qarnı qarpız kimi qalxıq, başı da aran yerinin düyələyi kimi yupyumru idi. S.Rəhimov. düyələkbaz sif. [düyələk və fars. ...baz] dan.\n1. Davakar, dəbbəçi.\n2. Fırıldaqçı, kələkbaz; hoqqabaz. düyələkbazlıq is. dan.\n1. Davakarlıq.\n2. Fırıldaqçılıq, kələkbazlıq; hoqqabazlıq. düym [holl.] 2,54 santimetrə bərabər uzunluq ölçüsü. düymə I. is.\n1. Paltarı ilməkləmək üçün (bəzən də yaraşıq üçün) sümükdən, metaldan və ya başqa materialdan qayrılan, adətən yuvarlaq şəkildə olan şey. Yaxa düyməsi. Cib düyməsi. Şalvar düyməsi. – Əynində boz çuxa, belində kəmər; Çuxanın üstündə gümüş düymələr. B.Vahabzadə.\n2. Qapının rəzəsi, cəftəsi, həncaməsi keçirilən başı deşik mıx. Cəftənin düyməsi çıxmışdır.\n3. Mıxın yumru təpəsi. Mıxın düyməsi sınmışdır.\n4. Qönçə, puçur, tumurcuq. Ağacın düymələri zoğ atıban yarpaq açır; Sonra əlvan çiçəyi xeyli zərifanə gəlir. R.Əfəndiyev. • Düymə bağlamaq – ağaclarda ilk düymələr (tumurcuqlar) əmələ gəlmək. Ağaclar düymə bağlayıb. – Təzə düymə bağlamışdı; Ağacların budaqları. M.Dilbazi.\n5. Barmaqla basmaqla elektrik xəttindəki cərəyanı qapamaq, bağlamaq və müxtəlif mexanizmləri işə salmaq üçün mütəhərrik düyməcik; knopka. Düyməni burursan; Efirdə səslər... B.Vahabzadə. Ağıllı maşınlar yaranır; Düyməsini basırsan belə maşın müəllimin. R.Rza.\n\nII. “Düym” sözünün canlı dildə işlənən forması. Həsən bəy əzbərdən quyuların hamısının dərinliyini ayrı-ayrı olaraq sajın və futla deyil, hətta düymənin dörddən birinə qədər belə bilirdi. B.Talıblı.\n\nIII. “Düymək”dən f.is. düyməcə zərf Düymə qədər; az, azacıq. Dəvəcə boyun olunca, düyməcə ağlın olsun. (Ata. sözü). düyməcik is.\n1. Kiçik düymə.\n2. Kiçik tumurcuq. düyməçə is.\n1. Puçur, açılmamış tumurcuq. Yazda ağacların düyməçələri irilənməyə başlayır. – Nərgiz düyməçələri; Püstə kimi yarılıb ortasından neçələri. R.Rza. Məxmər otların arasından büllur sular süzülür, qönçələrə, düyməçələrə parlaq incilər düzülürdü. M.Rzaquluzadə.\n2. Kiçik düymə.\n3. Elektrik zəngini çaldırmaq və elektrik işığını yandırıb-söndürmək üçün barmaqla üstündən basılan mütəhərrik düymə; knopka. Ay dədə, işığı yandırsana, – deyib, Pərşan divardakı düyməçəni basdıqda stolun üstündəki böyük lampa hər tərəfi işıqlandırdı. M.İbrahimov. Həkim düyməçəni basdı. Mir Cəlal.\n4. Kağızı və s.-ni bərk şeyə bənd etmək üçün təpəsi enli və yastı metal mıxcıq; knopka. düyməçələmə “Düyməçələmək”dən f.is. düyməçələmək f. Düyməçə (4-cü mənada) ilə bənd etmək. [Gəldiyev] Vahidin layihəsini səliqə ilə düyməçələdi, başladı üzünü köçürməyə. Mir Cəlal. düyməçələnmə “Düyməçələnmək”dən f.is. düyməçələnmək f.\n1. Düyməçə gətirmək, tumurcuqlanmaq, puçurlanmaq. Ağaclar düyməçələnir. – Yaşıl yarpaqların arasında düyməçələnmiş tüklü meyvəni seçmək olurdu. M.İbrahimov.\n2. Düyməçə (4-cü mənada) ilə bənd edilmək. düyməçəli sif. Düyməçəsi olan, tumurcuqlu. Göy düyməçəli ağac. – ..Meşə yolunu kollar, qırmızı çiçəkli, göy düyməçəli maralotular, ağ, sarı və qırmızı göbələkli kötüklər tuturdu. S.Rəhimov. düymək f.\n1. Kəndirin, ipin və s.-nin bir yerini ilmək halına salmaq; ilgəkləmək, düyünləmək, düyün halına salmaq. [Cahandar ağa] Yəhəri atın belinə qoydu. Qarınaltı qayışları möhkəm çəkdi, üzəngini, yüyəni yoxladı, dal tərəfə keçib atın quyruğunu düydü. İ.Şıxlı.\n2. məc. Bağlamaq, calamaq. Bu sualları bir-birinin ucuna düyə-düyə (z.) Güldanə özünü kəndin girəcəyində gördü. Ə.Vəliyev. ‣ Qaşlarını düymək – bax qaşlarını düyünləmək (“düyünləmək”də). Nəcəf qaşlarını düyüb kluba getdi. M.İbrahimov. Yumruğunu düymək – bax yumruğunu düyünləmək (“düyünləmək”də). düymələmə “Düymələmək”dən f.is. düymələmək f. Düyməni, ya düymələri ilgəkdən keçirməklə bağlamaq, qovuşdurmaq. Köynəyini, paltarını düymələmək. – Məşədi İbad yaxasını düymələyir... Ü.Hacıbəyov. [Müəllim] paltosunu geyib düymələdi. S.Hüseyn. düymələnmə “Düymələnmək”dən f.is. düymələnmək 1. məch. Düymələri, ya düyməsi ilgəyə keçirilməklə bağlanmaq, qovuşdurulmaq. Çəhrayı arxalıq [xanımın] sinəsində yarımdairə təşkil edərək qızıl toqqa sarılmış incə belində düymələnmişdi. Çəmənzəminli.\n2. t-siz. Düymə bağlamaq, tumurcuqlanmaq. İydə çiçək açır, düymələnir nar; Ellərə muştuluq gətirir bahar. Ə.Cəmil. düymələtmə “Düymələtmək”dən f.is. düymələtmək icb. Düyməsini, düymələrini bağlatmaq. düyməli sif.\n1. Düyməsi olan, düymə ilə bağlanan, düymələnən. Düyməli köynək. – Əyricə qaşı var, ucu əyməli; Kətan köynək geyib, köksü düyməli. Aşıq Kərəm. Gülşad göyzəmin krepsatindən yaxası düyməli, qollu, uzun don geymiş(di). Ə.Əbülhəsən.\n2. Düymələnmiş, düymə açmış, tumurcuqlanmış.\n3. Ucu düymə şəklində olan; ucudüyməli. Hacı Mirzə Həsən bir qutu düyməli peronu Əminüddövlənin qabağındakı mizin üstünə qoydu. P.Makulu. düyməyarımlıq sif. Ölçüsü bir yarım düymə (düym) olan. Düyməyarımlıq mıx, boru. – O, iyirmi beş santimetrlik, düyməyarımlıq dəmir parçalarından burğaclar hazırlayırdı. Mir Cəlal. düyü is. İsti iqlimdə sulu yerlərdə (xırlarda) yetişdirilən ağ rəngli dənli bitki (qabıqlı halda buna çəltik deyilir). Çəltiyin qabığı alınanda düyü əmələ gəlir. Düyü dayaz sularda bitən bir bitkidir. – Yağdan sonra düyü tədarükünün dalına düşürlər, çünki plov düyüsüz olmaz. C.Məmmədquluzadə. Ocağın üstündə sədri düyüsü ilə dolu, yanları his bağlamış böyük bir qazan qaynayırdı. M.İbrahimov. düyüçü is.\n1. Çəltik yetişdirməklə məşğul olan adam.\n2. köhn. Düyü taciri, topdan düyü satmaqla məşğul olan adam. Bakıda iri ticarətlə məşğul olan düyüçülər, xüşgəbarçılar, ipəkçilər, xalçaçılar, qara neftçilər də az deyildi. H.Sarabski. düyüçülük is.\n1. Düyüçünün işi, peşəsi, məşğuliyyəti.\n2. Sif. mənasında. Düyü yetişdirməklə məşğul olan, düyü yetişdirən. Düyüçülük rayonları. düyülmə “Düyülmək”dən f.is. düyülmək “Düymək”dən məch. Kəhər atın quyruğu haça düyülmüşdü. Ə.Vəliyev. ‣ Qaşı (qaşları) düyülmək – bax qaş. Qaşı düyüldü, üzünün dərisi qızmış qaval kimi gərginləşdi, qulaqları səsə düşdü. Mir Cəlal. düyüm bax düyün1 . Qaşlarının düyümünü; Elə bil kimsə açdı; Qırışdı gözlərinin kənarı; Dodaqların da qaçdı. R.Rza. Sayalı arvad kənddə dünyagörmüş ağbirçək sayılırdı. Düyümləri açar, tilsimləri sındırardı. Mir Cəlal. düyümləmək bax düyünləmək. Tükəzban çarşabın uclarını belinə çarım-çarpaz düyümləyib, oraya – yığıncağa yüyürərdi. B.Talıblı. Sənəm sumağı boğazaltısının uclarını .. yoğun hörüyünün altında düyümləmişdi.. Ə.Əbülhəsən. ‣ Yumruğunu düyümləmək – bax. yumruq. düyümlənmək bax düyünlənmək. düyümlü bax düyünlü. düyün I. is.\n1. İki ip və s.-nin bir-birinə bağlanmasından əmələ gələn yumru ilmək yeri, habelə ipin özünün ilmək halına salınmış yeri. İpin düyününü açmaq. – [Səttar:] Yazıq arvadın barmaqları ilmədə qalıb, gözü düyünlərdə. P.Makulu. • Düyün düşmək – dolaşmaq, pırtlaşıq düşmək, düyünlənmək. İp düyün düşdü. – [Zalxa:] Mən heç bunu bağlaya da bilmirəm ki, ha eləyirəm, düyün düşür. S.Rəhman. [Sarıqlı Mollanın] qolu düyün düşmüş örkənə bənzəyirdi. Mir Cəlal. Düyün salmaq – dolaşıq salmaq, pırtlaşdırmaq, düyünləmək. Kor düyün – açılması çətin olan düyün.\n2. Ağac, kol budağının gövdəyə, yaxud yarpağın zoğa birləşdiyi yer. Ağacın düyünləri. Taxtada çox düyün var, rəndələmək çətindir. Yarpağın zoğa birləşdiyi yerinə düyün deyilir. Palıd ağacının düyünləri.\n3. məc. İlişik, həlli çətin məsələ, zor iş, dolaşıqlıq. • Düyün(ü) açılmaq – həlli tapılmaq, həll olunmaq. Heç aləmdə olmayıb belə gün; Həll olub müşkülüm, açıldı düyün. S.Ə.Şirvani. Düyünə düşmək – çətinlik üz vermək, həll edilə bilməmək, dolaşığa düşmək. [İkinci:] Vallah, səbir eyləyincə daha da iş düyünə düşür. C.Cabbarlı. Bir işin üstü açılanda, ya bir iş düyünə düşəndə Leylək sinəsini qabağa verib, bəyin “heykəl başına” and içər, divan qulluqçularını inandırardı. S.Rəhimov. Düyünü(nü) açmaq məc. – çətin bir məsələnin, işin həllini tapmaq, çarəsini tapmaq, həll etmək, dolaşığı(nı) açmaq. Gopnan əməl aşmaz, işə qeyrət gərək olsun; Millət düyünün açmağa himmət gərək olsun. M.Ə.Sabir.\n4. məc. Dərd, kədər, qəm, ürək acısı. Dəsmalın ağdı məndə; Güllüdü, ağdı məndə; Yar, sənin bir “yox” sözün; Düyündü, dağdı məndə. (Bayatı). Vidadi xəstəyəm, ey gözüm sağı; Artıbdır sinəmin düyünü, dağı. M.V.Vidadi. O necə quş idi yaz gələr bağa; Sinəmi çəkiblər düyünə, dağa.. Xəstə Qasım. Çəkilib köksümə dağlar, düyünlər. Q.Zakir. • Düyün olub boğazında (ürəyində) qalmaq – bir dərd olub ürəyində qalmaq.\n\nII. is. Toy, şənlik. Bayraməlisiz toy olmaz, Qənbərsiz düyün. (Ata. sözü). Davul, zurna çalındı, qızdı düyün. A.Şaiq. Görürəm o dağdakı toyu, düyünü yeni səhnədə. M.Müşfiq. düyünbaş is. bot. Qaymaqçiçəklilər fəsiləsindən düzən və aşağı dağ zonasında bitən, ikişər lələkvari kəsimli yarpaqları olan birillik ot bitkisi. düyüncük bax düyünçə. düyünçə is. İçinə şey qoyulub düyünlənmiş yaylıq, parça və s.; bağlama. Bir tərəfdə tayanın dibində su bardağı, çörək düyünçəsi, əyin paltarı və bir neçə boş çuval. C.Məmmədquluzadə. İndi get, nə ayın-oyunun varsa, yığ bir düyünçəyə. N.Vəzirov. Pullara əl vurmamaq, xərcləməmək üçün düyünçəyə bağlayıb yük yerində gizlətdi. Mir Cəlal. düyünçələmə “Düyünçələmək”dən f.is. düyünçələmək f. Düyünçə halına gətirmək. düyünçələnmə “Düyünçələnmək”dən f.is. düyünçələnmək məch. Düyünçə halına gətirilmək. düyün-düyün sif. Çoxlu düyünləri olan, düyünlü. Düyün-düyün ağac. Düyün-düyün ip. // Zərf mənasında. Düyün-düyün olmaq. düyünləmə “Düyünləmək”dən f.is. düyünləmək f.\n1. Düyün edib bağlamaq, düyün vurmaq, düyün halına gətirmək. İpləri bir-birinə düyünləmək. – O əllər məkik atmaqdan, .. odun kəsməkdən, ya da nazik qırıq ipək saplarını düyünləməkdən, cəhrə dolandırmaqdan, lülə sarımaqdan qabar olub ağaca dönmüşdür!.. Ə.Əbülhəsən. Qadın bu pullara həsrətlə baxdı və nəhayət, onların beşini götürüb çarqatının ucuna düyünlədi. P.Makulu.\n2. Bir sıra tərkiblərdə işlənir: əllərini düyünləmək – bax əl. Yumruğunu düyünləmək – bax yumruq. Qaşlarını düyünləmək – bax qaşlarını çatmaq (“qaş”da).\n3. məc. Dərd olmaq, dağlandırmaq (bu mənada xalq ədəbiyyatında adətən “sinə” sözü ilə bərabər işlənir). Təbib olsam, yaraların bağlaram; Sinəm üstə düyünlərəm, dağlaram. Aşıq Ələsgər. [Kərəm:] Dərdim, sinəm düyünlərəm, dağlaram; Ağ geymərəm, qaraları bağlaram. “Əsli və Kərəm”. Bir xalın bənd edib aşiqi bağlar; Bir xalın sinəmi düyünlər, dağlar. S.Rüstəm. düyünlənmə “Düyünlənmək”dən f.is. düyünlənmək məch.\n1. Düyün edilib bağlanmaq, düyün vurulmaq.\n2. məc. Dolaşmaq, mürəkkəbləşmək, çətinləşmək; yığılıb bir-birinə qarışmaq. Yenə də əski xatirələr düyünlənib onun fikrini çulğaladı. Ə.Vəliyev. Dəmirov dönüb qayıtdı, onun alnında fikirlər düyünlənmişdi. S.Rəhimov. Lakin ağrı onun düyünlənmiş, ağır bir daş kimi onun ürəyindən asılmışdı. Ə.Məmmədxanlı. düyünlü sif.\n1. Düyünü, ya düyünləri olan. İlanlar fışıldayır kol-koslar arasından; Ayağa dolaşan düyünlü kəndir kimi. S.Rüstəm.\n2. Bir parçanın və s.-nin içinə qoyulub düyünlənmiş. Papağının içindən əsgiyə düyünlü açarları çıxardır. S.S.Axundov.\n3. məc. Dolaşıq, mürəkkəb, çətinliklərlə dolu. Ağbulaq kolxozu .. ölüm-dirimin düyünlü və döngəli yollarından keçib bu yüksəlişə çatmışdır. S.Rəhimov.\n4. məc. Dərdli, ürəyi dağlı. Bu növcavan ilqarında doğrudur; Dərd əlindən düyünlüdür, dağlıdır. (Qoşma). [Abbas:] Sevdiyim əyninə geyibdi ağı; Çəkibdi sinəmə düyünlü dağı. “Abbas və Gülgəz”. Telli deyir: dörd bir yanım bağlıdır; Sinəm üstü düyünlüdür, dağlıdır. “Qaçaq Nəbi”. düyürd is. məh. Üzərində xırda düyünlər və toz kimi nöqtələr şəklində naxışı olan çarqat. Bir az yaşlı qadınlar tünd rəngli xaralardan paltar geyib, başlarına da düyürdü kəlağayıdan çalma çalardılar. H.Sarabski. düyütəmizləyən sif. Çəltiyi təmizləyib düyü halına salan. Düyütəmizləyən zavod. Düyütəmizləyən maşın. düz 1. sif. Enişi, yoxuşu, çuxuru, təpəsi olmayan, hamar (səth haqqında). Düz yer. Düz çöl. Düz meydança. Düz döşəmə. Düz taxta.\n2. is. Düzən, çöl, düzəngah, düzənlik. Mil düzü. Cıdır düzü. Düzlərdə yaşayan əhali. – Cücələrim gəzə-gəzə; Səhər hindən çıxar düzə. A.Səhhət. Ağ kəfən geyindi düzlər, yamaclar; Nə bir ot göründü, nə də bir yarpaq. S.Vurğun. Yaradan insanlar, quran insanlar; Tutmuş başdan-başa geniş düzləri. O.Sarıvəlli. Lökbatan düzü .. buradan açıqaydın görünürdü. S.Rəhman.\n3. sif. Əyintisi, əyrisi, döngəsi olmayan, düzgün istiqamətdə gedən, uzanan, duran; müstəqim. Düz xətt. Düz sıra. – Ayrılıqmı çəkib, boynu əyridir? Heç yerdə görmədim düz bənövşəni. Qurbani. Xudayar bəyin burnu pis əyridi. Burnunun yuxarı tərəfindən bir sümük dikəlib. Sümük düzdü, amma aşağısının əti, xoruz pipiyi kimi düşüb sol yana. C.Məmmədquluzadə. Yolun hər iki tərəfində səliqə ilə becərilib qalxmış yamyaşıl pambıq kollarının düz cərgələri uzanıb gedirdi. Ə.Əbülhəsən.\n4. zərf Dik, əyilmədən, sərrast. Düz durmaq. Düz oturmaq. Düz yerimək.\n5. zərf Heç bir yana dönmədən; birbaşa. Düz getmək. Buradan düz getsən, meydana çıxarsan. // məc. Sakitcə, dinc. Düz dur! Düz oturub-durmur. – Mən sənə məsləhət görürəm ki, öz yolunla düz keçib gedəsən. “Koroğlu”.\n6. zərf Sərrast, dəqiq, kənara sapmadan, dübbədüz. Nişanı düz vurmaq. Düz nişan almaq. – Xaspolad .. düz dəstəbaşının kəlləsini nişan alıb bağırırdı.. M.Hüseyn.\n7. Əd. mənasında. Özündən sonra gələn sözə dəqiqlik verir. Mən özüm anadan olmuşam düz otuz il bundan irəli. C.Məmmədquluzadə. Pilləkənlərdən yuxarı dırmaşan adam düz buraya, Səltənətin evinə gəlirdi. Mir Cəlal. Gözü qızmış buğa meydanın qızlar-gəlinlər yerləşən hissəsindəki alabəzək rəngləri görüb, düz oraya çapırdı. M.Rzaquluzadə. Məşədi Haşım düz yarım saat danışdı. S.Rəhman.\n8. sif. Doğruçu, namuslu, vicdanlı, hiyləsiz. Sən bilmirsən ki, buraya düz adam gəlməz? “M.N.lətif.”. Haşım bunları [zəvvar və dərvişi] düz və doğru adam bilib bunlarla tanış oldu. B.Talıblı. // İs. mənasında. Doğruluq, düzlük. Danışma heç bihesablıqdan; Yaxşı olur doğru, düzün axırı. Aşıq Pəri. Bir xəyanət görməyib bizdən; Əgrilik sadir olmayıb düzdən. S.Ə.Şirvani.\n9. zərf Düzgün, doğru. Düz danışmaq. Düz deyirlər ki, ... – Əyri oturaq, düz danışaq. (Ata. sözü). Ovçu ovun düz görə; Düz dolana, düz görə; Mən yara neylədim ki; Atdı məni göz görə. (Bayatı). Zeynal çaldığı kimi oxuyardı da, iddia edərdi ki, çargahı özü kimi düz və doğru oxuyan yoxdur. S.Hüseyn. Fərhada elə gəldi ki, döyüşçü düz danışmır. Ə.Vəliyev. // sif. Təmiz, vicdanlı, doğru, namuslu, sədaqətli. Düz adam. Düz adama oxşamır. • Düz olmaq – doğruçu olmaq, səmimi olmaq, sədaqətli olmaq. Sevgi gərək ola sevgisilə düz; Otura bir yerdə gecə və gündüz.. Q.Zakir. [Süleyman:] Adam gərəkdir dostluqda düz ola. Ü.Hacıbəyov.\n10. Xəbər şəkilçisi ilə: düzdür – bax doğrudur (“doğru1 ”da). ‣ Düzbağırsaq anat. – bax bağırsaq. Düz bucaq – bax bucaq 2-ci mənada. Düz getməmək, düz gətirməmək (işi və s.) – müvəffəqiyyətsizliyə uğramaq, müvəffəq ola bilməmək, bəxti gətirməmək. Düz gəlmək – müvafiq olmaq, uyğun olmaq. Düz gəlməmək – uyğunlaşmamaq, razılaşmamaq, yola gəlməmək, aralarında müvafiqət olmamaq. O mənimlə heç düz gəlmir. Düz mütənasib riyaz. – iki riyazi nisbətin bərabərliyi. Düz olmaq – müvafiq olmaq, münasib olmaq, uyğun gəlmək. Jurnalü kitab yüz-yüz olmaz; Bu xərc ticarət düz olmaz. M.Ə.Sabir. // bax düz gəlmək. Səg rəğib nə qədər sağdır, o dilbər; Bilirəm ki, bizim ilə düz olmaz. Q.Zakir. Düzdə (düzlərdə) qalmaq – kimsəsiz, yoldaşsız, köməksiz olmaq, həmdərd tapmamaq. Kor oldum, içmədim abi-kövsəri; Onunçun qalmamış düzlərdə, Zəhra! (Qoşma). Düzü əyri görmək – bir şeyi qəsdən səhv izah etmək, yaxşı şeyə pis qiymət vermək. Görürkən gözün düzü əyri; Bizdən əl çək də, çarə qıl gözünə. M.Ə.Sabir. Düzün ortasında qalmaq – bax düzdə qalmaq. düzbədüz zərf Düz, birbaş. [Şölə xanım:] Ay aman! Vəzir düzbədüz qapıya sarı gəlir. M.F.Axundzadə. düzbucaq is. Bütün bucaqları düz olan dördbucaq. düzbucaqlı sif. Bucağı (bucaqları) düz olan. Düzbucaqlı üçbucaq. Düzbucaqlı bina. düzcə sif. və zərf Düz, tamamilə düz, həqiqətdə olduğu kimi. Düzcə danışıq. Get, əhvalatı özünə düzcə danış. Düzcə get! düzcızıqlı bax düzxətli. düz-doğru zərf Düz, birbaşa, bilavasitə. [Cəmaləddin:] Sən .. qorxulu bir yola, bəlkə də düz-doğru ölümə gedirsən. C.Cabbarlı. Vidalaşıb düz-doğru Sərdarın yanına getdi. M.S.Ordubadi. düz-dünya is.\n1. Aləm, hər tərəf, hər yer; ucsuz-bucaqsız sahə. ..Düz-dünyanı pambıq başına götürüb. Ə.Haqverdiyev. [Bayram kişi:] Sel gücü də məlumdur, odur, Mingəçevirdə bir dəsgah başlanıb ki, selinsuyun gücü ilə düz-dünyaya işıq və qüvvət verəcək.. M.Rzaquluzadə. Düz-dünya lalə idi. İ.Əfəndiyev.\n2. Bax dünya 5-ci mənada. Düz-dünya buraya axışdı. – Sən də düz-dünyanı qoyub, gedib onunla sövdalaşırsan. S.Rəhimov. düzdürmə “Düzdürmək”dən f.is. düzdürmək “Düzmək”dən icb. Muncuq düzdürmək. düzdürülmə “Düzdürülmək”dən f.is. düzdürülmək “Düzdürmək”dən məch. düz-düzyana (=düz-düzünə) zərf Düz, doğru, açıq-açığına, ikiüzlülük etmədən. Düz-düzyana danışmaq. düz-düzünə (=düz-düzyana) zərf Düz, doğru, açıq-açığına, ikiüzlülük etmədən. Düz-düzyana danışmaq. düzək is. Yaraşıq, bəzək (adətən “bəzək-düzək” şəklində işlənir). Neylərdim bəzəyi, ya düzəyi. M.Ə.Sabir. düzəkli sif. Yaraşıqlı, bəzəkli. Cücələrim bəzəklidir; Bəzəklidir, düzəklidir. A.Səhhət. düzəldici (=düzəldən) f.sif. Qaydaya salan, tənzim edən; tənzimləyici. düzəldən (=düzəldici) f.sif. Qaydaya salan, tənzim edən; tənzimləyici. düzəldilmə “Düzəldilmək”dən f.is. düzəldilmək məch.\n1. Düz və hamar edilmək.\n2. Təşkil edilmək, əmələ gətirilmək, tərtib olunmaq, qurulmaq. Məclis düzəldilmək.\n3. Qaydaya salınmaq, nizama salınmaq, yoluna qoyulmaq. // İslah edilmək, yaxşılaşdırılmaq. düzəldilməz sif. Düzəldilə bilməyən, islah edilə bilməyən, islahedilməz. düzəldilməzlik is. Düzəldilməz şeyin halı; islahedilməzlik. düzəliş is.\n1. Düzəlmə, düzəlişmə, razılaşma; saziş. Düzəliş baş tutmadı.\n2. Düzəltmə, düzəldilmə; təshih etmə, təshih edilmə; təshih. Kitabın axırında düzəliş verilmişdir. düzəlişdirmə “Düzəlişdirmək”dən f.is. düzəlişdirmək f.\n1. Düzəltmək, qaydaya salmaq. Düzəlişdirdik işin hər yanını. Ə.Nəzmi.\n2. Sazişə gətirmək, aralarında saziş düzəltmək, razılıq yaratmaq, razılaşdırmaq. düzəlişmə 1. “Düzəlişmək”dən f.is.\n2. is. Saziş. düzəlişmək qarş.\n1. Bir-biri ilə sazişə gəlmək, razılaşmaq, öz aralarında razılığa gəlmək. Kəbin halı-halına görə idi. Bəzən qudalar bunun üstündə düzəlişməzdilər. H.Sarabski.\n2. Düzəlmək, tarazlaşmaq. Kosa tərəzini qaldırdı, bir növ tərəzi düzəlişdi. S.Rəhimov. düzəlmə “Düzəlmək”dən f.is. düzəlmək f.\n1. Düz və hamar şəklə düşmək; düzlənmək. Çuxur düzəldi.\n2. Təşkil olunmaq, əmələ gəlmək, ibarət olmaq. Müqim bəy .. bir neçə nahiyədən düzələn qəzanın rəisi oldu. S.Rəhimov. Həyətində yığıncaq düzəlmiş kəndli, Cavadı evinə dəvət etdi. Ə.Vəliyev. // Tərtib olunmaq, qurulmaq. [Birinci məclis] vaqe olur Mərcan bəyin otağında, otaq Avropa qaydasında düzəlmişdir. Ü.Hacıbəyov.\n3. Qaydaya düşmək, nizama düşmək, yoluna düşmək, başa gəlmək. İşim düzəldi. – Düzəlib işlərin əskik-gərəki; Millətin dərdinə dərman oldu. M.Ə.Sabir. Biz belə qanırıq ki, xəyal, fikir və əqidə düzəlməsə, fel heç vaxt düzəlməz. C.Məmmədquluzadə. // İslah olunmaq, yaxşılaşmaq. O, düzələn adam deyil. – ..Mahirənin həsrəti get-gedə artsa da, oğlanın ailə vəziyyəti düzəlməyirdi. M.Hüseyn. [Göyüş dayı:] Özünü incitmə, düzələn deyil; Ağlını itirib, olub bir səfil. Z.Xəlil.\n4. Dikəlmək, qalxmaq, şax durmaq, qəddini düzəltmək. Qadın diksinmiş kimi, düzəlib şax durdu. Mir Cəlal.\n5. Kökəlmək, ətə-cana gəlmək. At gündən-günə tükünü tüləyir, sağrısı düzəlirdi. Ə.Vəliyev. // Sağalmaq, yaxşılaşmaq. Xəstə idi, indi düzəlib.\n6. Bir səmtə tərəf üz tutmaq, getməyə başlamaq, getmək (bu mənada adətən “yola”, “yoluna” və s. sözlərlə). Qasım əmi ulağı minib və Pərinisəni tərkinə alıb düzəldi yola və şam vaxtı yavuqlaşdı kəndinə. C.Məmmədquluzadə. Mehriban kinli bir nəzərlə [Zeynala] baxdı. Yenə bir söz demədən yoluna düzəldi. S.Hüseyn. Eldar doğrudan da beşcə dəqiqəyə çaqqalı soyub dərisini çantasına qoydu və biz yola düzəldik. M.Rzaquluzadə.\n7. məc. dan. İşə girmək, bir vəzifə daşımağa başlamaq. İşə düzəlmək. Haraya düzəldin? düzəltdirilmə “Düzəltdirilmək”dən f.is. düzəltdirilmək “Düzəltdirmək”dən məch. düzəltdirmə “Düzəltdirmək”dən f.is. düzəltdirmək “Düzəltmək”dən icb. düzəltmə 1. “Düzəltmək”dən f.is.\n2. sif. Başqasından (başqa kəmiyyətdən, sözdən və s.-dən) düzəldilmiş. Düzəltmə sifət (sözdüzəldici şəkilçilərin sözlərə bitişdirilməsi ilə düzələn sifət). Düzəltmə fel (müəyyən nitq hissələrinə sözdüzəldici şəkilçilərin artırılması ilə əmələ gələn fel). Düzəltmə zərf (sadə zərfin və ya başqa nitq hissəsinə aid olan sözün üzərinə müxtəlif sözdüzəldici şəkilçilərin artırılması ilə düzələn zərf).\n3. Uydurma, yalan. düzəltmək f.\n1. Düz, saz hala salmaq, qaydaya salmaq, təmir etmək. Fəhlələr xarab olmuş yolu düzəltdilər. Montyor işıq xəttini düzəltdi. // Lazımi şəklə salmaq, tərtib və nizama salmaq, qaydaya salmaq. [Güləbətin] üst-başını da düzəldirdi. M.İbrahimov. [Zöhrə] duru suya baxaraq saçlarını düzəltdi. Ə.Vəliyev. Qərənfil pəncərənin şüşəsinə baxıb kəlağayısını düzəltdi. S.Rəhman. // Nöqsanları və s. çatışmazlığı aradan qaldırmaq. Nöqsanları düzəltmək. Səhvini düzəltmək. // İslah etmək, yaxşılaşdırmaq. Xasiyyətini düzəltmək. Adamlara qarşı münasibətini düzəltmək. – Qoy təşkilat onu intizam altına alıb düzəltsin. M.S.Ordubadi.\n2. Vücuda gətirmək, yaratmaq, qayırmaq, hazırlamaq, qurmaq. Quşlar özlərinə yuva düzəltdilər. – Telli dişi ilə, dırnağı ilə çalışmış, axırda İslam üçün əməlli-başlı bir eveşik düzəltmişdir. S.Hüseyn.\n3. Cürbəcür vasitələrlə, yollarla əldə etmək, tapmaq. Yol üçün pul düzəltmək. Özünə təzə paltar düzəltmək. Teatra bilet düzəltdinmi? // Təşkil etmək, yaratmaq, həyata keçirmək (bir işi, tədbiri). Tamaşa düzəltmək. Sərgi düzəltmək. Ziyafət düzəltmək. Şənlik düzəltmək. // Yaratmaq, vücuda gətirmək, təşkil etmək. İndi də diş həkimləri hazırlamaq üçün texnikum düzəldirlər. C.Məmmədquluzadə. // Qurmaq, fikirləşib hazırlamaq. [Slavaçinski:] Elə hiylə düzəltmək lazımdır ki, Nəbi özü gəlib bizə təslim olsun. “Qaçaq Nəbi”.\n4. Bir yerə (işə, məktəbə və s.-yə) qəbul olunmasına kömək etmək, vasitə olmaq. İşə düzəltmək. Onu düzəlt, bizdə işləsin. Məktəbə düzəltmək. Sanatoriyaya düzəltmək. düz-əməlli zərf və sif. Yaxşı, lazımi qaydada, layiqli surətdə. [Pərzad:] [Qızı] düz-əməlli saxlamırsınız, .. bu nədir, qız mum kimi əriyir. Mir Cəlal. [Turac:] Ey, düz-əməlli danış, ha! İ.Əfəndiyev. düzən is. Düz yer, düz, çöl. Mal-qara düzəndə gəzir. – Bu Lökbatan bir düzəndi; üstü lehməli; Onu abad etdi azad insanın əli. R.Rza. Yaşıl düzəndə bir kənd... Kirəmitli daxmalar... M.Rahim. Düzənlərdə göyərər; Yaşıl bağlar, meşələr. M.Seyidzadə. düzəngah is. Düz, düzən, düzənlik. Yolun o tərəf-bu tərəfi göz işlədiyi qədər düzəngahdır. – ..Çıxaq bir uca dağın başına; baxıb görəcəgik ki, dörd bir ətrafdan göy yapışıb yerə və baxıb görəcəgik ki, yerin üzü meydan kimi bir düzəngahdı. C.Məmmədquluzadə. Binə kəndindən Saray bağlarının ətəyinədək uzanan düzəngaha Təmənnis deyərdilər. H.Sarabski. düzəngahlıq is. Düzəngah yer, düzənlik, düzən. düzənlik is. Düzən, düzəngah. Mən indidən görürəm o büsatı, şənliyi; Görürəm çiçək açır Kür-Araz düzənliyi. Ə.Cəmil. düzənmə “Düzənmək”dən f.is. düzənmək f. Bəzənmək, geyinmək (çox vaxt “bəzənib-düzənmək” şəklində işlənir). Rövşən içəri otağa girdi, kişi paltarını çıxartdı, bir dəst arvad paltarı geydi, bəzəndi, düzəndi, topuğuna qədər düşən saçlarını darayıb enişə tökdü. (Nağıl). düzgü is. Düzmə işi; düzmə (düzülmə) qaydası, üsulu; düzülüş, sıra, sıralanma. düzgün sif. Düz, doğru. Düzgün söz. Düzgün hərəkət. Düzgün tələffüz. // bax düz 8-ci mənada. Düzgün adam. // zərf Öz qaydasında, öz yerində, lazımi qaydada. [Hacı Nəsir:] Hərgah mənim işlərim əvvəlki kimi düzgün olsaydı, sənə əl tutardım. S.S.Axundov. düzgünləşdirilmə “Düzgünləşdirilmək”dən f.is. düzgünləşdirilmək məch. Düzgün edilmək, düzgün hala salınmaq, qaydaya salınmaq, nizama salınmaq. düzgünləşdirmə “Düzgünləşdirmək”dən f.is. düzgünləşdirmək f. Düzgün hala salmaq, qaydaya salmaq, nizama salmaq. [Yaşar:] Əlbəttə, suvarma işlərini düzgünləşdirməklə qızdırmanı da aradan qaldırmaq olar. C.Cabbarlı. düzgünləşmə “Düzgünləşmək”dən f.is. düzgünləşmək f. Düzgün şəklə düşmək, düzgün olmaq, qaydaya düşmək, nizama düşmək. düzgünlük is. Düzlük, doğruluq. Fikrin düzgünlüyü. Tələffüzün düzgünlüyü. düzxətli sif. Düz istiqamətlə gedən, düz xətlə gedən (uzanan, yerləşən). düzqamət (=düzqamətli) sif. Qaməti düz, sərrast. İmran kişi üzdən arıq və cansız görünən, ucaboy, şax dayanan, düzqamətli bir kişi idi. M.Hüseyn. düzqamətli (=düzqamət) sif. Qaməti düz, sərrast. İmran kişi üzdən arıq və cansız görünən, ucaboy, şax dayanan, düzqamətli bir kişi idi. M.Hüseyn. düzqanadlılar is. zool. Çəyirtkə və s. əhatə edən həşərat dəstəsi. düzqəlbli sif. Təmizürəkli, səmimi, ürəyiaçıq. Düzqəlbli adam. düzqəlblilik is. Təmizürəklilik, səmimilik, ürəyiaçıqlıq. düzləmə “Düzləmək”dən f.is. düzləmək f. Düzən halına salmaq, hamarlamaq, çala-çuxurunu düzəltmək. Buldozerlər yeri düzləyir. – Od-alov nəfəsli, çarxlı nəhənglər; Yüz çuxur doldurur, təpə düzləyir. S.Vurğun. düzləndirici is. tex. Dəyişən elektrik cərəyanını sabit cərəyana çevirən alət, cihaz. Müasir elektrotexnikada dəyişən cərəyanın sabit elektrik cərəyanına çevrilməsinə olan ehtiyac günü-gündən artır. Bu məqsədlə işlədilən qurğulara düzləndirici deyilir. H.Abdullayev. düzləndirilmə “Düzləndirilmək”dən f.is. düzləndirilmək məch. Düzən halına salınmaq, hamarlandırılmaq, çala-çuxuru düzəldilmək. düzləndirmə “Düzləndirmək”dən f.is. düzləndirmək f.\n1. Düz, hamar hala sal(dır)maq, hamarlandırmaq. Bu yerin çala-çuxurunu düzləndirmək lazımdır.\n2. tex. Nizamlamaq, tənzim etmək. düzlənmə “Düzlənmək”dən f.is. düzlənmək 1. məch. Düz hala salınmaq. Çala-çuxurlar düzləndi.\n2. t-siz. Düz olmaq, düz hala gəlmək, hamarlanmaq. düzləşdirilmə “Düzləşdirilmək”dən f.is. düzləşdirilmək bax düzləndirilmək. düzləşdirmə “Düzləşdirmək”dən f.is. düzləşdirmək bax düzləndirmək. düzləşmə “Düzləşmək”dən f.is. düzləşmək bax. düzlənmək 2-ci mənada. düzlük is.\n1. Düz, düzəngah, düzənlik, düzən; quru çöl. Dərə-təpədən düzlüyə çıxdıq. – [Araz Şeydaya:] Sən məni hara çəkirsən? Sizin bu mədənlərdə düzlükdən başqa bir şey var? A.Şaiq.\n2. Doğruluq, vicdanlılıq, sədaqət, namusluluq, təmizlik, namuskarlıq. Bərəkət ondur, onu da düzlük. (Ata. sözü). Gənclik həmişə yüksək və təmiz xəyalların, düzlük və sədaqətin mücəssəməsidir. M.İbrahimov. düzmə 1. “Düzmək”dən f.is.\n2. is. Kələk, hiylə, fırıldaq. A qoca bic!.. Yenə nə olub, nə düzmən var? S.Rəhman. ‣ Düzmə hörgü – palçıq və qeyri yapışdırıcı maddələr işlətmədən hörülən hörgü. düzmək f.\n1. Dənə halında olan şeyləri sıra ilə ipə və s.-yə keçirmək. Muncuğu sapa düzmək.\n2. Müəyyən tərtib və qayda üzrə şeyləri bir yerə qoymaq, yerləşdirmək, sıralamaq. Sıraya düzmək. Şahmat daşlarını düzmək. Kitabları şkafa düzmək. – [Pərşan] həsir şlyapasının da qıraqlarına lalə düzmüşdü. M.İbrahimov. // Hərəni bir yerə qoymaq. Səliqəli maldarlar .. çöldən naxır qayıdan zaman oğul-uşağı düzərlər qapılara ki, camışlar, öküzlər, inək və danalar düz girsinlər tövlə həyətinə. C.Məmmədquluzadə. • Düzüb-qoşmaq – tərtib etmək, səliqəyə salmaq, qaydaya salmaq, sahmana salmaq, yerbəyer etmək. Qız köçəndə gətirdiyi cehizi ilə bir göz otağı hər bir cəhətdən düzübqoşmaq və mətbəxin hacətlərini təmin etmək hər gəlin üçün adət edilmişdir. R.Əfəndiyev. Xəstəxananın hər bir işini düzüb-qoşduqdan sonra Rəşid ata və anasına dedi.. İ.Musabəyov. // məc. Sıralamaq, bir-birinin ardına qoşmaq. Budur, bax, az qalmış yenə səhərə; Düzürəm sözləri mən sətirlərə. S.Vurğun. [Halay:] ..Heyf ki, iki misranı qurub bir-birinin yanına düzə bilmirəm. S.Rəhimov.\n3. klas. Qurmaq, düzəltmək. Daneyi-xalın cəhanı tutdu çün; Türrədən neyçün düzərsən bunca dam? Nəsimi. Dözmək üçün hicrinə düzdün dəmirdən bir könül. Füzuli. ...Həmişə çox gəzib yorulanda burada dincimi alırdım. Böyük daşlardan düzüb özümə bir meysərə, səndələ oxşar bir yer qayırmışdım. A.Divanbəyoğlu. düznəqulu zərf dan. Açıq-açığına, heç bir şeydən çəkinməyərək, necə var elə, olduğu kimi, düz. düzü is. Doğrusu (bəzən “sözün” sözü ilə birlikdə). Eşitginən Koroğlunun sözünü; Mən bilirəm əyrisini, düzünü. “Koroğlu”. Sözün düzünü desək, Fərman ekskavatorçu olmaq həvəsinə düşəndə bu iş üçün əməllibaşlı dərindən oxumaq lazım gələcəyini bilmirdi. Ə.Sadıq. Amma Bayram kişi mübaliğə etmir, düzünü deyirdi. M.Rzaquluzadə. // Ara söz kimi – açıq desək, doğrusunu desək. Düzü, mənə bu, şübhəli gəlir. Düzü, biz ondan narazıyıq. düzücü is. Bir şeyi düzməklə məşğul olan adam. düzülmə “Düzülmək”dən f.is. düzülmək f.\n1. Sıra ilə ipə və s.-yə keçirilmək. Muncuqlar ipə düzüldü.\n2. Müəyyən bir tərtib və qayda ilə bir yerə qoyulmaq, yerləşdirilmək. Uşaqlar boylarına görə düzüldülər. – Taxçalara düzülübdü bir neçə samovar, sandıqca .. və xırdavat şeylərdən. C.Məmmədquluzadə. Ləməyə iki çin əlvan-zərli çini kasa və boşqab düzülərdi. H.Sarabski. Zala şəhərdən gətirilmiş yumşaq stullar düzülmüşdü. Ə.Məmmədxanlı. // Müəyyən bir qayda ilə durmaq, dayanmaq, yerləşmək. Rüxsarına qoşa xallar düzülüb; Yoluna baxmaqdan canım üzülüb.. Q.Zakir. Bu ümid ilə ki, qəmzəndən ala kami-dilin; Düzülüb gözlərinin dövrünə müjgan səf-səf. S.Ə.Şirvani. düzülü sif.\n1. Düzülmüş. İpə düzülü muncuq.\n2. Müəyyən qaydada qoyulmuş, səliqə ilə düzülmüş, sıralanmış. Düzülü kitablar. düzülüş is.\n1. Düzülmə tərzi, düzülmə qaydası; tərtib. Muncuqların sapa düzülüşü yaxşı deyil.\n2. Düzülmə işi (bax düzülmək 2-ci mənada). Əsgərlərin sıraya düzülüşü beş dəqiqə çəkmədi. düzülüşmə “Düzülüşmək”dən f.is. düzülüşmək qarş. Bir-birinə baxaraq düzülmək. Sıraya düzülüşmək. Boya görə düzülüşmək. düzüm is.\n1. Bir ipə düzülmüş miqdar. Bir düzüm muncuq. Bir düzüm qax. – Savadın əlində köhnə bir dəsmal; İçində şabalıd, fındıqla üzüm; Qozlu sucuqlardan beş-altı düzüm. H.K.Sanılı. Bu hədiyyə iki düzüm; Kəhrəbaydı, rəngi sarı. M.Dilbazi.\n2. Düzülmə, sıralanma, tərtib qaydası; sıra. Segah, çargah, rast, şur, hümayun və s. Azərbaycan muğamları əsasında yaranmış Azərbaycan xalq mahnıları bu muğamlar kökündə olan səs düzümləri ilə üzvi surətdə bağlıdır. Ə.Bədəlbəyli. düzünə zərf\n1. Düz, doğru. Düzünə danış. // Doğrusu, həqiqəti əsli. Düzünə gəlincə, bu məlumat .. yan-yörədə əyləşən daqqapapaqlıların da ödünü ağzına gətirmişdi. S.Rəhimov.\n2. Düz yolla, heç bir tərəfə dönmədən. Bu yolla düzünə get. düzürəkli sif. Ürəyi təmiz, səmimi, doğru, düz. Düzürəkli adam. düzüş is. Düzmə işi, düzmə tərzi, düzmə prosesi. düzüşdürmə “Düzüşdürmək”dən f.is. düzüşdürmək f. Növ-növ, çeşid-çeşid, boy-boy düzmək, sıralamaq, qoymaq, yerləşdirmək. Malları, kitabları qəfəsəyə düzüşdürmək. düzüşmə “Düzüşmək”dən f.is. düzüşmək f. Düzülmək (bir çoxları). düzvuran sif.\n1. Sərrast atıcı, hədəfi sərrast vuran. Düzvuran nişançı.\n2. Düzgün vuran, yaxşı atan. Düzvuran tüfəng. dvoryan [rus. dvorənín] tar. 1917-ci il inqilabından əvvəl Rusiyada: mülkədarlardan, onların nəslindən və xüsusi xidməti olan məmurlardan ibarət imtiyazlı zümrəyə mənsub adam; zadəgan. ..Orta hesabla hər bir kəndli ailəsinə yeddi desyatin, bir dvoryan latifundiyasına isə 2333 desyatin, yəni 333 dəfə artıq torpaq düşürdü. [Nikolay:] [Fedosiya] kobud hərəkət etmişdir, mən bir dvoryan kimi bunu etiraf edirəm. Çexovdan. dvoryanlıq is. tar. Dvoryan zümrəsinə mənsubiyyət, dvoryan rütbəsi, adı. Lakin [atam] zabit rütbəsinə qədər qalxaraq bizə nəsillikcə dvoryanlıq və balaca bir malikanə qoyub getdi. Çexovdan. dyaçok [rus. dğə́çok əsli yun.] Pravoslavlarda: ruhani rütbəsi olmayan kilsə xadimi. dyakon [rus. dğə́kon əsli yun.] Pravoslavlarda: ibadət zamanı keşişə kömək edən kilsə xadimi. dyakonluq is. [rus.] Dyakonun işi, peşəsi, məşğuliyyəti. Ee e I. Azərbaycan əlifbasının altıncı hərfi və bu hərflə işarə olunan saitin adı.\n\nII. nida Etiraz, narazılıq bildirir (adətən, uzadılaraq deyilir). E, yenə gəldin! E, bu sözü yenə təkrarladın! ebonit [yun.] tex. Müxtəlif maddələrin hazırlanmasında geniş tətbiq olunan və elektrotexnikada izolyasiya materialı kimi istifadə edilən vulkanizə edilmiş rezin qatışıqlarından alınan bərk maddə. // Ebonitdən qayrılmış. Ebonit borucuq. ecaz is. [ər.]\n1. klas. Möcüzə, misli görünməmiş şey, xariqə. [İkinci kəndli:] Minası demə! Onun işi ecazdır, ecaz! Ə.Haqverdiyev. Dünyada sənətin yeddi ecazından biri olan “Tac Mahal” məqbərəsi də buradadır. M.İbrahimov. Ecazlar yaradır, hünər göstərir; Ona bu qüdrəti Vətən, el verir. M.Rahim.\n2. köhn. Nitqdə fəsahətli olma. ecazkar sif. [ər. ecaz və fars. ...kar] Xariqüladə, möcüzələr yaradan, hər kəsi heyrətə salan. ..[Kərim xanın] sağlam vücudu ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. M.İbrahimov. Bu daxili həyəcan, ecazkar bir qüdrətlə bütün şagirdləri .. ürəkdən tərpədir və bütün gücü ilə tutub silkələyirdi. S.Rəhimov. Aradan uzun, .. xeyli uzun illər keçmişdir. Lakin sənətin o ecazkar səsi unudulmamışdır. İ.Əfəndiyev. edadı [ər.]: edadı məktəb – 1917-ci il aprel inqilabından sonra ibtidai və rüşdiyyə məktəblərindən sonra gələn və şagirdləri ali məktəbə hazırlayan məktəbin köhnə adı. [Rzaqulu xan:] 24 sinlərinə qədər Fransanın ibtidai və edadı məktəblərində hazırlandıqdan sonra məşhur Sarbon darülfünununa daxil olmuşdu. M.S.Ordubadi. Bu və ya başqa maneələrə baxmayaraq, edadı məktəbə girməyimiz üçün təlaş edən elm dostları bizi realnı məktəbinə imtahan verməyə gətirdilər. T.Ş.Simurq. edadiyyə [ər.]: edadiyyə məktəbi – bax. edadı. Mirzə Səfərin iki oğlu edadiyyə məktəbinin beşinci sinfində oxuyurdu. Ə.Haqverdiyev. edam is. [ər.] Yüksək məhkəmə cəzası üsulu olaraq öldürmə; ölüm cəzası, dar ağacından asma. Edam cəzası. – Qətibənin Fəxrəddinə qarşı hazırladığı sui-qəsd və Gözəlin oğlanlarının edamı üçün etdiyi təşəbbüslər Atabəy Məhəmməd üçün əvvəldən axıra qədər məlum idi. M.S.Ordubadi. • Edam etmək – yüksək cəza olaraq öldürmək, yox etmək, ölüm cəzasını yerinə yetirmək. [Vəzir Keykavusa:] Bəli, hərəmdir, əvət, edam etsəniz; Müztərib olacaq bundan ölkəmiz. H.Cavid. Edam olunmaq (edilmək) – yüksək cəza olaraq öldürülmək, yox edilmək. edi məh. bax. ağı2. • Edi demək (çəkmək) – bax. ediləmək. edici is. məh. köhn. Yasxanada ağı deyən; ağıçı. – Dün o da bir şübhəli kəslə danışıb. – Kim deyirdi? – Edici Xansənəm arvadın əri. M.Ə.Sabir. ...edici Bəzi sözlərə qoşularaq, mürəkkəb sifətlər əmələ gətirir; məs.: təsiredici, emaledici, rahatedici, həlledici. ediləmək f. məh. Edi demək, ağı demək, ağız açmaq. ediləşmə “Ediləşmək”dən f.is. ediləşmək qarş. məh. köhn. Ağız-ağıza verib edi söyləmək, ağı demək. edilmə “Edilmək”dən f.is. edilmək “Etmək”dən məch. Güllələr atılır, hədələr edilir, amma yaxın gəlməyə cürət edən bir adam görünmürdü. Mir Cəlal. edilmiş f.sif. Yerinə yetirilmiş, əmələ gətirilmiş, görülmüş. Edilmiş cinayət. ediş is. Etmək işi, etmə. Onu təqib edişim hər halda münasib bir hərəkət deyildi. S.Hüseyn. effekt [lat.]\n1. Təsir, nəticə. [Hüseyn:] İndi görürsənmi, heyvanı necə boğmaq lazımdır ki, effekt olsun? Ə.Haqverdiyev.\n2. Hər hansı hərəkətin, fəaliyyətin və ya səbəbin nəticəsi. İqtisadi effekt. İstehsalat effekti. effektivlik is. Təsirlilik, təsir bağışlama qabiliyyəti, dərəcəsi. Tamaşanın effektivliyi. // Nəticə, nəticəlilik. Tədbirin effektivliyi. Əmək məhsuldarlığının effektivliyi. effektli sif.\n1. Təsirli, güclü təsir, effekt bağışlayan, effekt yaradan. Xüsusən finalda bol meyvəli alma ağaclarının bir-birinin dalınca səhnəyə doğru enməsi əsərin məzmunu ilə həmahəng və effektlidir. M.Arif.\n2. Lazımi nəticə verən, istənilən nəticəni verən. Atom enerjisindən xalq təsərrüfatının bir sıra sahələrində də (xüsusən biologiya ilə əlaqədar) çox ucuz və effektli təsiri olan atomun bölünməsi məhsulları şəklində geniş istifadə edilməkdədir. A.Qarayev. efir [yun.]\n1. Qədim yunanların təsəvvürüncə: havanın ən yuxarı, sadə, təmiz və şəffaf təbəqəsi.\n2. Dünyanı əhatə edən hava, radiodalğalarının yayıldığı fəza. Efir iclas salonunun təntənəli səsini xəbər verdi. Ə.Vəliyev. Efirdə qarışıb səslər səslərə; Yalanlar titrəyir; Əsir havada. B.Vahabzadə.\n3. Keçmişdə təsəvvür edildiyinə görə, havadan daha xəfif olub, fəzanı dolduran işıq, hərarət, elektrik və s.-nin yayılması üçün vasitə olan axıcı cisim, maddə.\n4. kim. Xarakter iyi olan rəngsiz uçucu maddə, üzvi birləşmə (təbabətdə, ətriyyat istehsalında, texnikada işlənir). Efir iyi. ‣ Efir yağı – bəzi bitkilərin tərkibində olan xoşiyli uçucu yağlı maye (sənayenin bəzi sahələrində və təbabətdə işlənir). efirli sif. Tərkibində efir olan. Efirli maddələr. Efirli bitkilər. Efirli dərman. eh nida.\n1. Kədər, təəssüf, ümidsizlik, həsrət kimi hissləri ifadə edir. [Şərəfnisə:] Eh, heç vaxt deyə bilmənəm ki, nədən ötrü ağlayırdım. M.F.Axundzadə. ..[Kərim baba:] çiyinlərini silkələyərək: – Eh! Adam qocalanda belə sözləri çox eşidər. A.Şaiq. [Bəşirli] indisə güzgüyə baxa-baxa dərindən köksünü ötürüb dedi: – Eh, qocaldıq.. Ə.Vəliyev.\n2. Etinasızlıq, etiraz bildirir. İndi müsəlman qardaş da bu cür sözləri eşidəndə, dinməzsöyləməz qəzeti bükür, qoyur kənara və “eh” deyib durur, gedir işinə. C.Məmmədquluzadə. Eh, bilsən də, bilməsən də eyniyik; Mənə qalsa, biz ayrılan deyilik. Ə.Cavad. ehkam is. [ər. “hökm” söz. cəmi]\n1. Hər hansı bir nəzəriyyənin (əsasən dini nəzəriyyənin) əsas qanunu. İslam dininin ehkamları. – Peymani-fərhəngin ehkamından hər gün nədimlər padşaha oxurdular. M.F.Axundzadə. O kəs ki “Cameyi-Abbas” kitabında dərc olunan həmin şəriət ehkamından xəbərdar deyil, o kəs bu yazılan mətləbi layiqincə başa düşməyəcək. C.Məmmədquluzadə. [Hacı:] Cəmi millətlər ayılıb islam dininin mübarək ehkamlarından faydalanıblar. Mir Cəlal.\n2. Bütün tarixi şəraitlər və dövrlər üçün dəyişilməz və inkaredilməz həqiqət kimi qəbul edilən qanun. Müstəbid zülmünü doğrultmaq üçün; Ehkamlar yaratdı, bütlər yaratdı. B.Vahabzadə. ehkampərəst sif. [ər. ehkam və fars. ...pərəst] Qeyri-tənqidi düşünərək, hər şeyi ehkam kimi qəbul edən. ehkampərəstlik is. Qeyri-tənqidi düşünərək, hər şeyi ehkam kimi qəbul etmə. ehmal [ər.]\n1. zərf Yavaş, yavaşca, sakit, asta, üsullu. Qapını ehmal açmaq. Sözü ehmal demək. – Bir para söz də deyir ehmal kişi! Ağzıdualı, qoca baqqal kişi! M.Ə.Sabir. Novruzəli kağızı ehmal qoydu qoynuna.. C.Məmmədquluzadə. Başımı yavaşca qovzayıb yan-yörəmə baxdım. Heyvan sümüyündən və zibilindən savayı bir şey görmədim. Ehmal qalxıb, Allahı çağıra-çağıra süründüm lağıma doğru. Çəmənzəminli.\n2. is. klas. Aldırmama, əhəmiyyət verməmə, fikir verməmə, etina etməmə, etinasızlıq, başısoyuqluq. Tez çəkməzsən cəfa tiğin məni öldürməyə; Öldürər axir məni bir gün bu ehmalın sənin. Füzuli. Vüsali-yar biəğyar, məclis xali, mey hazır; Nədir ehmalə bais, saqiya, öldüm, aman, doldur! S.Ə.Şirvani. • Ehmal etmək (eləmək) – fikir verməmək, əhəmiyyət verməmək, etina etməmək, aldırmamaq, başısoyuqluq göstərmək. ..Əgər bir kəs cüzvi ehmal eləsə, başını və qolunu xurd edərlər. M.F.Axundzadə. Bağa doğru get, eyləmə ehmal; Oğrunu tap o yerdə, börkünü al. M.Ə.Sabir. ehmal-ehmal zərf Yavaş-yavaş, astaasta, ağır-ağır; səs, gurultu salmadan. Ehmal-ehmal danışmaq. Ehmal-ehmal yerimək. – [Salman] salam verib ocağın qırağındakı balaca döşəkcənin üstündə oturdu, ehmal-ehmal hıqqıldamağa başladı. Ə.Vəliyev. Bağır kimisə hürküdəcəyindən qorxurmuş təkin pilləkəni ehmal-ehmal qalxdı və qapının ağzında ayaq saxladı. İ.Məlikzadə. ehmalca bax. ehmallıca. Ehmalca ayağa qalxmaq. Ehmalca gülmək. – Sözü lazımdır ehmalca demək, “pişiyim-pişiyimnən” demək.. C.Məmmədquluzadə. Ana ehmalca uşağı qucağına aldı. M.Hüseyn. Bir az sonra dizinin üstündə huşa getdiyini gördükdə Zeynəb [Mayanı] ehmalca yerinə uzatdı. M.İbrahimov. ehmaldan zərf Yavaşdan, astadan, yavaş, asta, üsulluca. Ehmaldan danışmaq. – Bəhram məktubu büküb gərəksiz bir vəsiqə kimi kitabların üstünə tulladı və çox ehmaldan dilləndi.. Ə.Vəliyev. ehmallı bax. ehmal 1-ci mənada. Ehmallı tərpənmək. Ehmallı gəlmək. Şeyləri ehmallı düşürmək. – O, daşıqçılara yüklərin ehmallı düşürülməsini tapşırdı. S.Rəhimov. Sıralarda oturan sakit, top kimi sağlam kənd çocuqları müəllimlərinin xasiyyətinə alışmışdılar. Ona görə də çox zaman ehmallı gəlib, ehmallıca gedərdilər. Mir Cəlal. Qızılgül açıldı, uzadıb əl, dər! İncitmə yarpağı, ehmallı gəl, dər! M.Rahim. ehmallıca zərf Sakitcə, astadan, yavaş-yavaş, ehtiyatla, üsulla. Ehmallıca çıxıb getmək. Ehmallıca qapını döymək. – At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar. Ə.Haqverdiyev. Rüstəm bəy diksindi, qolunu ehmallıca xanımın qolundan xilas etdi. Çəmənzəminli. Ağaclar yetişmiş sarı, dolu, sulu, şirin armudu ehmallıca yerə buraxır. Mir Cəlal. ehmallıq (=ehmallılıq) is. Sakitlik, yavaşlıq, üsulluluq, ehtiyatlılıq. ..[Salman kişinin] üslubunda kənd sakitliyi və ehmallılığı hakimdir. Mir Cəlal. ehmallılıq (=ehmallıq) is. Sakitlik, yavaşlıq, üsulluluq, ehtiyatlılıq. ..[Salman kişinin] üslubunda kənd sakitliyi və ehmallılığı hakimdir. Mir Cəlal. ehmalsız zərf Ehtiyatsız, ehtiyat gözləmədən, üsulsuz. Müqim bəy əlinin içi kimi bilirdi ki, ehmalsız tərpənib, deyinə-deyinə yuxuya gedən Zərrintac xanımı oyatsa, araya qan düşəcəkdir. S.Rəhimov. ehmalsızlıq is. Ehtiyatsızlıq, ehtiyat gözləməmə, üsulsuzluq. ehram I. is. [ər.] Qədim Misirdə: fironların nəhəng məqbərəsi, sərdabəsi; piramida.\n\nII. is. [ər.]\n1. din. Hacılıq ziyarətinə gələnlərin Məkkəyə daxil olmaları və tələb olunan gerimə bürünmə mərasimi. . Səfayikuyinə ehram bağlayan aşiq; Yeri var etməsə, ey şux, Kəbə içrə məqam. S.Ə.Şirvani. // Ərəblərin büründükləri böyük ağ parça.\n2. Bədəni qurutmaq üçün, xovlu böyük dəsmal. ehsan is. [ər.]\n1. din. Ölmüş adamın adına, xatirəsinə verilən yemək; xeyrat. Ehsan vermək. – Rəsul atasını layiqincə dəfn etdikdən sonra başladı ehsan verməyə. “Aşıq Qərib”. Vəqta ki qopur bir evdə matəm; Təşkil edilir büsati-ehsan. M.Ə.Sabir. Bu yeddi günün ərzində plov qurşağa çıxdı; şəhərin hamı mollaları, boynuyoğunları, arvadları, uşaqları hər gün ehsanda cəm olurdular. Ə.Haqverdiyev.\n2. Savab məqsədi ilə bir şey (pul, yemək və s.) vermə. İbrahimin anası, Hatəm, bir də Mələkəxatın o gecə səhərə kimi şadyanalıq elədilər. Bütün fağır-füqəraya ehsan verildi. (Nağıl). // Ehsan olaraq verilən, bağışlanan şey; bəxşiş, sədəqə. Şərqdə hər cümə axşamı məhbuslara ehsan gətirmək adət idi. M.S.Ordubadi. [Fərhad bəyin] heç ağlına gəlməyirdi ki, Mirzə Möhsün kimi bir müəllim onun ehsanı olan taxıl-dəni rədd etsin. Qantəmir.\n3. klas. Lütf, mərhəmət, yaxşılıq. Yar cövr etməz mana, əğyar təlim etmədən; Billah, əğyar eləyən ehsanı yar etməz mana. Füzuli. Bu Xətayi xəstənin vergil muradın, ya ilah; Kim mənə lütf eylə ehsan, səndən özgə kimsə yox. Xətayi. ehsançı is. Savab məqsədi ilə ehsan verən, ehsan edən adam. Müdir ehsançı və səxavətli qadınla həddindən artıq maraqlanırdı. M.S.Ordubadi. ehsas is. [ər.] kit. Duyma, hiss etmə; duyğu, hiss. Ehsas etmək (duymaq). – Gözlərim bu qədər cinayəti görməkdən, beynim isə ehsas etmək və duymaqdan yorulmuşdu. M.S.Ordubadi. ehsasat is. [ər. “ehsas” söz. cəmi] kit. Hisslər, duyğular. XVI əsrdə Azərbaycan dili hər cür fəlsəfi fikirləri və dərin ehsasatı ifadə edəcək yüksəkliyə qalxmışdı. M.İbrahimov. “Könüldə fırtına” (şeirlər kitabı) pis ehsasat yaradır. Ə.Vəliyev. ehtikar is. [ər.] Mal, ərzaq və s.-ni ucuz qiymətə alıb sonradan baha qiymətlə satma işi. “Taxıl, taxıl” deyib də, çox çığırma zəngəzurlu tək; Bəyin, xanın, xanın, bəyin əlində ehtikarı gör. M.Ə.Sabir. Novruz bəy özünün ehtikarındakı müvəffəqiyyətlərini xatırlayırdı. S.Hüseyn. // Qanunsuz olaraq mal alıb varlanmaq məqsədi ilə onu baha qiymətə satma; alver. Ərzaq malları ilə ehtikar. Ehtikar üstündə məhkəməyə cəlb edilmək. ehtikarçı is. Ehtikarla məşğul olan adam (bax. ehtikar). Bəhayi dininə sadiq olanlar isə əksəriyyətlə böyük-kiçik tacir, ehtikarçı, dükançılardır. M.S.Ordubadi. // Qanunsuz olaraq mal alıb varlanmaq məqsədi ilə onu baha qiymətlə satmaqla məşğul olan adam; alverçi. ehtikarçılıq is. Ehtikarla məşğul olma, möhtəkirlik etmə; alverçilik. ehtimal is. [ər.]\n1. Bir şeyin ola bilməsi, baş verə bilməsi, mümkünlüyü. Onun bu gün gəlməyinə ehtimal azdır. – Natəvandır ol, bu təklifə yoxdur ehtimal. Füzuli. Əziz balalar!.. Həmin bağlı otaqda 30-40 nəfər adam bir neçə vaxt davam edərsə, axırda bəzi azarlara mübtəla olub həlak olmaqlarına ehtimal var. N.Nərimanov.\n2. Ara söz mənasında (çox vaxt “ki” bağlayıcısı ilə) – ola bilsin ki, yəqin ki, mümkündür. Mən sizi 6-7 ay əvvəl, bir kişi ilə bərabər gəzən görərdim.. [O] gözlərinə qara rəngli bir gözlük taxırdı. Ehtimal ki, gözləri görməyirdi. S.Hüseyn. [Aydəmir:] ..Fəqət, ehtimal ki, mən atdığım dəymişdir.. C.Cabbarlı. Ehtimal ki, o körpə heyvan balaca müsahibinin, onu yemləyib bəsləmək istəyən Baharın gəlməyini güman edib sevinmişdi. Mir Cəlal.\n3. Güman, təxmin, təsəvvür, fərziyyə. Fəlakət zamanı ən kiçik bir ehtimal belə, insanın xəyalında min ümid oyadır. M.İbrahimov. • Ehtimal etmək – mümkün hesab etmək, zənn etmək, güman etmək, təsəvvür etmək. ‣ Ehtimal nəzəriyyəsi – riyaziyyatın külli miqdarda təsadüfi hadisələrin qarşılıqlı təsirinə əsaslanan qanunauyğunluqlarını öyrənən şöbəsi. Təsadüfi hadisələrin ehtimallarını öyrənən elmə ehtimal nəzəriyyəsi deyilir. Z.Xəlilov. Hər (bir) ehtimala qarşı (görə) – mümkün ola biləcək, baş verə biləcək hadisəni, vəziyyəti və s.-ni nəzərə alaraq göz önündə tutmaq. Küçəyə çıxmaq lazım gəlirdi. Buna görə də hər ehtimala qarşı tədbir görmək lazım idi. M.S.Ordubadi. ehtimam is. [ər.] köhn. Səylə çalışma, səy göstərmə. ehtiraq is.\n1. Alışma, tutuşma.\n2. Bir səyyarənin Günəşə yaxınlaşması, Günəşlə bir bürcdə olması. ehtiram is. [ər.] Dərin hörmət, sayğı. ..Qasım əminin kənddə artıq ehtiramı vardı. Ə.Haqverdiyev. Kazım kişi bu ehtirama görə razılıq elədi və yenə fikrində durub dedi ki, öz işimdə qalmaq istəyirəm. Mir Cəlal. Ailədəki bu qarşılıqlı ehtiram indi artıq ənənə və etiqad halına gəlmişdi. M.Hüseyn. • Ehtiram etmək (eləmək, göstərmək, qılmaq, saxlamaq) – hörmət etmək, sayğı göstərmək. [Gülzar:] Xudaya, ata-anaya ehtiram edib sevməyi övlada vacib etmisən. S.S.Axundov. Səlim ona əri Zeynaldan daha artıq ehtiram göstərmiş, izzəti-nəfsini müdafiə etmişdi. S.Hüseyn. Ehtiram sahibi – hörmətli sayılan, hörmət edilən, nüfuzlu adam. ..Konsul kimi mütəşəxxis və ehtiram sahiblərindən ehtiyat etmək, hər halda, lazımdır. C.Məmmədquluzadə. Ehtirama layiq – hörmət edilməli, hörmət edilməyə layiq. [Zeynal:] Mehriban munis bir ana olmaq həsəbi ilə ehtirama layiq bir qadındır.. S.Hüseyn. ehtiramən [ər.] klas. Ehtiramla, hörmətlə. Ehtiramən səni hər gündə ziyarət edərəm. M.Ə.Sabir. ehtiramla zərf Hörmətlə, hörmət və nəzakət qaydalarını gözləyərək. Dilbər, ehtiramla, mərhəmət ilə; Yanıma gəldiyin yadıma düşdü. Aşıq Dilqəm. İçəri daxil olcaq Dəmirov .. ehtiramla başını əydi və salam verdi. S.Rəhimov. • Kamali-ehtiramla – hörmət və nəzakət qaydalarına riayət edərək, böyük hörmətlə. Kamali-ehtiramla qarşılamaq. Kamali-ehtiramla müraciət etmək. ehtiramlı sif.\n1. Hörmət göstərən, hörmətcil, mərifətli, nəzakətli, qanacaqlı. Ehtiramlı adam.\n2. Hörmətli. ehtiramsız sif. Hörmət və nəzakət qaydalarını gözləməyən, hörmət göstərməyən, nəzakətsiz, ədəbsiz, mərifətsiz. ehtiramsızlıq is. Hörmətsizlik, mərifətsizlik, ədəbsizlik, nəzakətsizlik. Ehtiramsızlıq etmək. Ehtiramsızlıq göstərmək. – Hər halda özgələrin rəy və təsvirinə qarşı bu ehtiramsızlığı mən heç vaxt özümə layiq bilməzdim... Ü.Hacıbəyov. ehtiras is. [ər.]\n1. Ağlın çətinliklə idarə edə bildiyi hiss. Ehtirasını saxlamaq. – [Xəlifə:] Səndə var coşqun ehtiras alovu; Yaxar atəşlərin sönük bir evi. H.Cavid. Sübhanverdizadə düşünür, getdikcə hərisliyi artır, gözlərində ehtiras qığılcımı çırtıldayırdı. S.Rəhimov. Yazıçı iki gəncin məhəbbətini də şüurlu və sadə bir məhəbbət kimi verir. Bu məhəbbət ehtirasa deyil, iki düşüncəli gəncin bir-birinə tam şüurlu münasibətinə əsaslanır. M.Arif. // Coşqunluq, ruh yüksəkliyi, vəcd, həyəcan. Bədiiruhi təsir cəhətindən ..”Çargah” – həyəcan və ehtiras, “Bayatı-şiraz” – qəmginlik, “Humayun” isə “Şüştər”ə nisbətən daha dərin bir kədər hissi oyadır. Ü.Hacıbəyov. [Südabənin] qapqara gözləri yenə şam kimi yandı. Bir ehtiras alovu ilə işıqlandı. M.İbrahimov.\n2. Şiddətli arzu, eşq, həvəs, şövq, meyil. [Afət:] Bədənim yandırır öz libasımı; Dəryalar söndürməz ehtirasımı. M.Rahim.\n3. Şəhvət, hərislik, düşkünlük, təəşşüq. [Şeyx Kəbir:] Alçalır, ruhun alçalır... Ancaq; Səni alçaldan ehtiras olacaq. H.Cavid. ..Mərcan bəy öz alçaq ehtiraslarını tərk edə bilmir, bəlkə həmin ehtiraslara azad imkanlar axtarır. Ə.Sultanlı. ehtirasla zərf.\n1. Coşqunluqla, eşqlə, həyəcanla. Şamxal ələ keçirdiyi ovu yırtıcı bir ehtirasla parçalamaq fikrində deyildi. İ.Şıxlı.\n2. Hərisliklə, qızğınlıqla. Maya zərif qollarını açıb məhəbbət və ehtirasla Qaraşın boynuna sarıldı. M.İbrahimov. ehtiraslı sif.\n1. Coşqun, həyəcanlı. Ehtiraslı nitq. Ehtiraslı mübahisə. // Bir şeyin dəlicəsinə aludəsi, həvəskarı, vurğunu olan. Ehtiraslı ovçu. Ehtiraslı oyunçu. Ehtiraslı futbol azarkeşləri. – Məmun ehtiraslı mütaliəçi idi. Çox oxuyurdu və gözlərini çox yorurdu. Ə.Məmmədxanlı.\n2. Ehtirasla dolu; ehtiras, eşq ifadə edən, həris, düşkün. Ehtiraslı öpüş. – Xan ayaq saxlayıb ehtiraslı baxışla [Tutubəyimi] süzdü. Çəmənzəminli. ehtirassız sif. və zərf Həvəssiz, hərarətsiz, şövqsüz. Ehtirassız adam. Ehtirassız danışmaq. ehtişam is. [ər.] tənt. Gözqamaşdırıcı təmtəraq, dəbdəbə, cəlal, əzəmət. Ey ehtişami-milləti talan olan çocuq! Ey dərbədər gəzib ürəyi qan olan çocuq! M.Ə.Sabir. Sönmədi ondakı əski ehtişam; Ürəklə girişdi yeni xidmətə. M.Müşfiq. ehtişamla zərf Ehtişamlı bir surətdə, əzəmətlə, möhtəşəm. Qoca Qafqaz yaranandan yaşamışdır ehtişamla. M.Rahim. ehtişamlı sif. Əzəmətli, dəbdəbəli, təntənəli, çox möhtəşəm. Ehtişamlı saray. Ehtişamlı ziyafət. ehtiva [ər.]: ehtiva etmək kit. – içinə almaq, daxilində olmaq, tərkibində yerləşmək, əhatə etmək, qavramaq. [Eyvaz:] Bu, məhəbbətin elə böyük bir anı idi ki, insan öz diqqət və nəcibliyi ilə bütün dünyanı ehtiva etmək istəyir. İ.Əfəndiyev. ehtiyac is. [ər.]\n1. Hər hansı bir şeyə olan və onsuz keçinmək mümkün olmayan tələbat, gərəklik, lüzum. Xassə, ol rus elminə talib; Onlara ehtiyacımız çoxdur; Bilməsək dil, ilacımız yoxdur. S.Ə.Şirvani. Poçt yolu ilə gəlib-gedənlərin hər ehtiyaclarını Rəhim bəy kəmali-məmnuniyyətlə rəf edirdi. Ə.Haqverdiyev.\n2. Yoxsulluq, kasıblıq. Ehtiyac içərisində yaşamaq. Ehtiyac içində böyümək. – Bu əğniyaların üzün görüncə ehtiyacda; Get, ey fəqiri-binəva, kəfən bürün, məzarı gör! M.Ə.Sabir. Ehtiyac üzündən özgə qapısında qulluqçuluq edən qız görmədiyi, sevmədiyi dəli bir dövlətliyə satılır. S.S.Axundov. Şirəli də başqaları kimi yoxsulluq, ehtiyac içində böyümüşdü. M.Hüseyn. ehtiyacsız zərf Heç bir ehtiyac hiss etmədən, maddi cəhətdən heç bir çətinlik çəkmədən. Ehtiyacsız yaşamaq. ehtiyat is. [ər.]\n1. Gələcəkdə lazım olacağı nəzərdə tutulub tədarük edilmiş, saxlanmış şey; tədarük. Ərzaq ehtiyatı. Taxıl ehtiyatı. Mal ehtiyatı. – [Qoca] ..son qonaq ehtiyatı üçün saxladığı böyük şanı kəsib tabaqda buraya gətirmişdi. S.Rəhimov. ..Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. M.İbrahimov. • Ehtiyat görmək – 1) hazırlıq aparmaq, tədarük görmək, hazırlaşmaq (bayram, qonaqlıq, toy və s. münasibəti ilə). Bəli, Bəxtiyara xəbər yolladılar ki, filan gündə, filan saatda sənə qonağıq, ehtiyatını gör. (Nağıl); 2) gələcək üçün yığmaq, toplamaq; tədarük etmək (mal, pul və s). Uzun illər böyük bir etibara malik olan Nemətullayev, çox sakit həyat sürür və gələcək üçün ehtiyat görürdü. S.Rəhimov.\n2. Zərurət, ehtiyac hiss edildikdə istifadə edilən (şey). Ehtiyat fondu. Ehtiyat qüvvələri. Toxunulmaz ehtiyat. – Radio səslənir: – Hüseyn, dön geri; Qalxmışdır ehtiyat təyyarələri. M.Rahim. • Ehtiyat üçün – gələcəkdə, sonradan gərəkli, lazım olacağı ehtimalı ilə, hər bir ehtimala qarşı. Ehtiyat üçün pul götürmək. Ehtiyat üçün özü ilə adam götürmək. – Müəllim ehtiyat üçün məktəb xidmətçisi Mahmud əmini də götürdü. B.Talıblı. [Kazım] isə ehtiyat üçün götürdüyü kəndiri çıxarıb böyük çətinliklə Zeynəbin əllərini, ayaqlarını sarıdı. İ.Şıxlı.\n3. Hələlik istifadə edilməyən, lakin mövcud olan şeyin miqdarı (çox vaxt cəm şəklində işlənir). Neft ehtiyatı. Dəmir ehtiyatı. Ölkəmizin tükənməz ehtiyatı. – Bir sıra alimlərin apardığı hesaba görə, Yer kürəsinin tərkibində olan tək uran və torinin atom energiyası neft və daş kömür ehtiyatının energiyasından 20 dəfə çoxdur. A.Qarayev.\n4. Müharibə vaxtı orduda xidmətə yarayan, hərbi uçotda olan vətəndaşlar. Ehtiyata buraxmaq. Ehtiyatda olanları orduya çağırmaq. – Eldar bir ehtiyat komandiri kimi cəbhəyə getməli oldu. İ.Əfəndiyev.\n5. Təhlükəni nəzərə alaraq, tədbirli, üsullu hərəkət etmə, davranma. Ehtiyat igidin yaraşığıdır. (Ata. sözü). İstədim həcv edim bir özgə sayaq; Amma yenə mane oldu ehtiyat. Q.Zakir. [Bəxtiyar:] Sarayda başqadır həyat; Bir az gərəkdir ehtiyat. A.Şaiq. Qınama qızları, bu ehtiyatdır; Dünyada tez qızan, tez də soyuyar. S.Vurğun. // Qorxma, çəkinmə. • Ehtiyat etmək (eləmək) – qorxmaq, çəkinmək, saqınmaq. Soyuqdan ehtiyat etmək. İşin çətinliyindən ehtiyat etmək. – Sərsəri basma qədəm eşq təriqinə, Füzuli; Ehtiyat eylə ki, qayətdə xətərnak səfərdir. Füzuli. [Qazı:] Qızım, sən heç kəsdən ehtiyat etmə, heç kəsin cürəti yoxdur, sənə bir çırtma vursun. Ə.Haqverdiyev. [Molla Xəlil] müəllimin əleyhinə danışmaqdan, təbliğat aparmaqdan ehtiyat edirdi. S.Hüseyn. ‣ Ehtiyatı əldən buraxmaq – hər bir ehtimala qarşı tədbir görmək. [Vəzir:] Siz hər gün burada hazır olarsınız. Hər halda, ehtiyatı əldən buraxmaq olmaz. Ü.Hacıbəyov. ehtiyatkar [ər. ehtiyat və fars. ...kar] bax. ehtiyatlı. ehtiyatkaranə [ər. ehtiyat və fars. ...karanə] bax. ehtiyatla. ehtiyatkarlıq bax. ehtiyatlılıq. ehtiyatla zərf\n1. Qorxa-qorxa, çəkinəçəkinə, ehtiyat edərək, ehtiyat gözləyərək. Ehtiyatla danışmaq. Ehtiyatla yerimək. – ..Çox möminlər var ki, Molla Nəsrəddini ehtiyatla bükür kağıza və bir cavan adam tapıb deyir ki, al bunu, oxu görək, molla nə yazır.. C.Məmmədquluzadə. Hacı Qulu .. ehtiyatla quyunun yanında uzanıb diqqətlə baxdı. A.Şaiq.\n2. Yavaş, asta, səs salmadan, üsullu(ca), yavaşca. [Molla Xəlil] çox ehtiyatla müəllimin qapısına gəldi. S.Hüseyn. [Qaraş] Mayanı şirin səhər yuxusundan ayıltmaq istəməyərək ehtiyatla geyinib çölə çıxdı. M.İbrahimov. Tahirzadə çustlarını geyib kimsəni oyatmamaq üçün ehtiyatla evdə gəzdi. Mir Cəlal. ehtiyatlanma “Ehtiyatlanmaq”dan f.is. ehtiyatlanmaq f. Ehtiyat etmək, qorxmaq, çəkinmək, ürək eləməmək. [Dərviş:] ..Baxdım gördüm, qoca kişi məndən ehtiyatlanıbdır. A.Divanbəyoğlu. Mən, doğrusu, ehtiyatlanmağa başladım. Qantəmir. [Məmmədhüseyn] Cəmilin hökumət pansionuna keçməsi münasibəti ilə öz adının “dəftərə düşməsindən” ehtiyatlanırdı. Mir Cəlal. ehtiyatlı sif.\n1. Öz hərəkətlərində, işində ehtiyat gözləyən, meydana çıxa biləcək hər bir ehtimala qarşı lazımi tədbir görən. – Məmməd .. ehtiyatlı adam idi. M.İbrahimov. // zərf Ehmallı, üsullu, ehtiyatla. Çıxdım küçəyə və ehtiyatlı keçib getdim. C.Məmmədquluzadə. Qoy bizə gülməsin nə dost, nə də yad; Ehtiyatlı danış, ehtiyatlı dur! S.Vurğun. • Ehtiyatlı olmaq – gözlənilən hər bir ehtimala qarşı tədbirli olmaq, üsullu iş görmək, qorxulu bir iş üçün hazır olmaq. Zaman ani olaraq qərara gəldi ki, ehtiyatlı olmaq lazımdır. S.Rəhimov. Axşam ovunda ehtiyatlı olmağı qərara aldım. M.Rzaquluzadə.\n2. Tədarüklü, gələcək üçün ehtiyat saxlayan, tədarük edib saxlayan. Ehtiyatlı qadın. Ehtiyatlı ev. ehtiyatlılıq is. Üsulluluq, tədbirlilik, ehtiyat etmə, çəkinmə. Bir başqası isə ehtiyatlılıq edirdi.. Ə.Əbülhəsən. ehtiyatsız sif.\n1. Ehtiyat gözləməyən, işin dal-qabağını gözləməyən, qabaqcadan tədbir görməyən, tədbirsiz, üsulsuz. Ehtiyatsız adam. – Bəzən ehtiyatsız, kiçik bir xata; Böyük faciələr yaradır, demək! S.Vurğun. ..Gurşad yağmur ehtiyatsız yolçuları islanmış cücəyə döndərir. M.Rzaquluzadə. // Zərf mənasında. Ehtiyatsız iş görmək. Ehtiyatsız davranmaq.\n2. Heç bir ehtiyatı, tədarükü olmayan. Ehtiyatsız ev. Ehtiyatsız adam. – Buradır yoxluğa gedən yol, bəli; Ehtiyatsız atma qədəm irəli! Şəhriyar. ehtiyatsızlıq is.\n1. Ehtiyat gözləməmə, qarşıya çıxa biləcək təhlükəni və s.ni qabaqcadan nəzərə alıb heç bir tədbir görməmə, üsulsuzluq. Ehtiyatsızlıq etmək. – Gəldiyev .. taxıl tədarükü müvəkkilliyində çalışanda da xamlıq ucundan, ya ehtiyatsızlıqdan, ya da ayrı səbəbdən bir balaca dolaşan kimi olmuşdu. Mir Cəlal. [Gülsənəm] ehtiyatsızlıq eləyib, Tahirin məktubunu gözaltı elədiyi qıza oxutmuşdu. M.Hüseyn. Ax, bu ehtiyatsızlıq, düşməni saymamaq, onun hiylələrini və bicliklərini hesaba almamaq komandirin ən böyük nöqsanıdır. Ə.Vəliyev.\n2. Ehtiyatsız hərəkət. Ehtiyatsızlığa yol vermək. – İlan insanları ehtiyatsızlığa sövq etmək üçün özünü aciz göstərir. M.S.Ordubadi. ehtiyatsızlıqla zərf Heç bir ehtiyat gözləmədən, ehtiyatsız. Mahmud .. ehtiyatsızlıqla soruşdu. Ə.Əbülhəsən. ehtizaz is. [ər.] kit.\n1. Xəfif surətdə titrəmə, titrəyiş. Çatdıqca incə ruhuma, aldıqca hər nəfəs; Sarsın bütün vücudumu sönməz bir ehtizaz. A.Şaiq. Nədən şəfəqli buludcuqlar öylə çöhrəndə; Bir ehtizaz ilə nəşr eyləməkdə şəbnəmlər? H.Cavid. • Ehtizaza gətirmək – 1) titrətmək; 2) məc. dilləndirmək. Tahir daha da cuşa gəlib sazın tellərini lap ürəkdən ehtizaza gətirirdi. M.Hüseyn.\n2. Fizikada: cismin titrəyişli hərəkəti, titrəməsi, titrəyişi. ehya [ər.] klas. Vücuda gətirmə, canlandırma, bərpaetmə. • Ehya etmək (qılmaq) – canlandırmaq, bərpa etmək, vücuda gətirmək. Ehya qılur əgərçi dəmin, ey sənəm; Xəlvət nişinə şahidü şəmü şəkər gərək. Nəsimi. O, Səfəvilər dövrünün, Şeyx Səfinin səltənətinin nüfuz və ehtiramını ehya etmək istəyir. Ə.Haqverdiyev. Bir də Zeybək qızını xatırladı, zehnində onun məhzun baxışını ehya etdi. Çəmənzəminli. ehyana zərf dan. İşdi, bəlkə, ola bilsin. Ehyana gələ bilmədim. Ehyana bu iş baş tutmadı. – [Cahangir bəy:] ..Ehyana həmin bu yerdə düşmənə rast gəldik, onda nə etməli? N.Vəzirov. exinokokkoz [yun. echino – kirpi və coccus] tib. zool. İtin və bəzi başqa heyvanların bağırsaqlarında yaşayan lentşəkilli tüfeyli qurd. // İnsanın və heyvanın bəzi üzvlərində yaşayıb ağır xəstəliklər törədən bu qurdun sürfələri. ekiz sif. Bir anadan bir vaxtda doğulmuş. Ekiz qardaşlar. Ekiz bacılar. – O gün professor Aslanov deyirdi ki, sizə baxan elə bilir ki, ekiz bacısınız, heç ana-balaya oxşamırsınız. M.İbrahimov. // is. Bir anadan bir vaxtda doğulmuş uşaqlardan hər biri; ekiztay. Ekizlərin ikisi də qızdır. ekiztay (=ekiztayı) ekiz. Ekiztay oğlanlar. Ekiztay qızlar. – Onlar böyüyüb bir az caydaqlaşanda qonşudakı Zöhrə arvadın bir cüt ekiztay qızı oldu. S.Rəhimov. ekiztayı (=ekiztay) ekiz. Ekiztay oğlanlar. Ekiztay qızlar. – Onlar böyüyüb bir az caydaqlaşanda qonşudakı Zöhrə arvadın bir cüt ekiztay qızı oldu. S.Rəhimov. ekipaj I. [fr.] Yaylı minik arabalarının (məs.: fayton, karet və s.-nin) ümumi adı; minik. Birdən Vasili İvanoviçin qulağına yaylı bir ekipaj taqqıltısı – ucqar kəndlərdə xüsusilə seçilən haman taqqıltı gəldi. Turgenevdən.\n\nII. [fr.]\n1. Gəminin, təyyarənin, tankın və s.-nin şəxsi heyəti; komandası. Tapşırılmış işi layiqincə yerinə yetirmiş ekipaj Bakıya sevinclə qayıdırdı. (Qəzetlərdən).\n2. hərb. dəniz. Dəniz piyadasının sahil qoşunu. ekker [fr.] Yerdə müəyyən dərəcəli bucaqlar qurmaq üçün geodeziya aləti; künyə. eklektik I. is. [yun.] kit. Eklektizmə meyil edən, eklektizm mövqeyində duran adam.\n\nII. sif. [yun.] Eklektizmdən ibarət olan, eklektizm mahiyyətində olan. Eklektik nəzəriyyə. Əsər eklektik xarakter daşıyır. eklektika kit. bax. eklektizm. eklektiklik is. Eklektik mahiyyətdə olma. Nəticələrin eklektikliyi. eklektisizm bax. eklektizm. eklektizm [yun.] kit. Bir-birinə zidd olan fikir və nəzəriyyələrin prinsipsiz və mexaniki surətdə birləşdirilməsi. ekliptika [yun.] astr. Göy sferinin, Günəşin xəyali illik hərəkətinin cərəyan etdiyi böyük dairəsi. ekologiya [yun. oikos – ev və logos – elm, anlayış] Biologiyanın, heyvan və bitki orqanizmlərinin mühitlə qarşılıqlı münasibətindən bəhs edən şöbəsi. Şərti reflekslərin ekologiyasını öyrənmək üçün müşahidələr təbii şəraitə yaxın olan bir mühitdə aparılmalıdır. A.Qarayev. ekoloji sif. [yun.] Ekologiyaya aid, ekologiyaya məxsus. Ayrı-ayrı rayonlarda bəzi ekoloji amillər bitkiyə təsir edərək, onun bu rayonlarda becərilməsi və normal inkişaf etməsini təmin edir. İ.Axundzadə. ekonomist [yun.]\n1. İqtisadçı.\n2. tar. Ekonomizm tərəfdarı. ekonomizm [yun.] tar. XIX əsrin axırlarında və XX əsrin əvvəllərində rus sosialdemokratları arasında meydana gəlmiş opportunist cərəyan (bu cərəyan tərəfdarlarının fikrinə görə, fəhlə sinfi yalnız öz iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün mübarizə apararaq mütləqiyyətlə siyasi mübarizəni burjuaziyaya buraxmalı idi). ekran [fr.]\n1. Üzərində kino, yaxud diapozitiv şəkilləri göstərilən ağ səth (məs.: pərdə və s). Mirzə gözlərini televizorun ekranına zilləsə də, orda heç nə görmürdü, elə hey başını yelləyirdi. İ.Məlikzadə.\n2. məc. Kino sənəti, kino. Ekran üçün yaxşı boy və görkəm birinci şərtdir.\n3. Müxtəlif enerji şüalarından qorunmaq və ya ondan istifadə etmək üçün səthli qurğu. Radio aparatları ekranı.\n4. tex. İstidən və ya işıqdan qorunmaq üçün mütəhərrik sipər. ekranlama “Ekranlamaq”dan f.is. ekranlamaq f. tex. Xarici, zərərli təsirdən və s.-dən qorumaq üçün qabağına ekran, sipər və s. çəkmək; pərdələmək. ekranlanma tex. “Ekranlanmaq”dan f.is. Bir şeyi xarici, zərərli təsirlərdən və s.dən qoruma tədbirləri. ekranlanmaq məch. tex. Qabağına ekran çəkilmək. ekranlanmış f.sif. tex. Qabağına ekran çəkilmiş, ekranla sipərlənmiş. ekranlaşdırılma “Ekranlaşdırılmaq”dan f.is. Romanın ekranlaşdırılması. ekranlaşdırılmaq məch. Kino şəkli halına salınmaq, kinoda göstərilmək üçün uyğunlaşdırılmaq. ekranlaşdırılmış f.sif. Kino şəkli halına salınmış, kinoda göstərilmək üçün uyğunlaşdırılmış. ekranlaşdırma “Ekranlaşdırmaq”dan f.is. Romanı ekranlaşdırma. ekranlaşdırmaq f. Xüsusi olaraq kino üçün yazılmamış pyesi və ya başqa bədii bir əsəri kinoda, ekranda göstərmək üçün uyğunlaşdırmaq. ekranlı sif. tex.\n1. Ekranı olan, ekran qoyulmuş. Ekranlı qurğu.\n2. Xarici təsirdən qoruyucusu olan. Ekranlı kabel. Ekranlı elektrik lampası. ekskavator [lat.] tex. Yerqazıyan, torpağı, daşı və s.-ni götürüb başqa yerə tökən maşın. Addımlayan ekskavator. Tırtıllı ekskavator. – O daşlı, qumsallı, gilli torpağı; Udur, lay-lay udur ekskavatorlar. S.Vurğun. Fərman nəşə və həvəslə öz ekskavatorunda işləyirdi. Ə.Sadıq. ekskavatorçu is. Ekskavatorda işləyən fəhlə. Yarışır kanal çəkən ekskavatorçular. Ə.Cəmil. ekskavatorçuluq is. Ekskavatorçu sənəti, peşəsi. Fərmana ekskavatorçuluğu Zuyev öyrətmişdi. Ə.Sadıq. eksklüziv [yun.] Məxsusi müsahibə, xüsusi intervyu. Eksklüziv müsahibə. ekskurs [lat.] kit. Köməkçi məsələni aydınlaşdırmaq üçün əsas mövzudan haşiyə çıxma. ekskursant [lat.] bax. ekskursiyaçı. ekskursiya is. [lat.] Elmi və ya öz məlumatını artırmaq, yaxud da əyləncə məqsədi ilə təşkil edilən (kollektiv) səyahət. Səlim darülfünunun tibb şöbəsinin son kurs tələbələri ilə .. ekskursiyaya getməli oldu. S.Hüseyn. Yunis boylananda Almazın uşaqları haraya isə ekskursiyaya apardığını gördü. Mir Cəlal. ekskursiyaçı is. Ekskursiya iştirakçısı. ekspansiya is. [lat.] Təsir dairəsini genişləndirmə. ekspedisiya [lat.]\n1. xüs. Yük və s. şeyləri bir yerdən başqa yerlərə yollamaq üçün müəssisə və ya onun bir şöbəsi; göndərici müəssisə. Poçtamtın qəzet ekspedisiyası. Ekspedisiya kontoru.\n2. Müəyyən məqsəd üçün qrup halında edilən səyahət, səfər. Elmi ekspedisiya. Şimal qütbünə ekspedisiya. – Kinostudiya .. ekspedisiyaya hazırlaşırdı. İ.Əfəndiyev.\n3. Bu cür səfər, səyahət və ya yürüş iştirakçıları heyəti, dəstəsi. ekspeditor [lat.] Mal və s. göndərməklə məşğul olan işçi. Poçt ekspeditoru. Ticarət bazası ekspeditoru. ekspeditorluq is. Ekspeditorun işi, vəzifəsi. Ekspeditorluq etmək. eksperiment [lat.] Elmi təcrübə. Eksperiment aparmaq. // Ümumiyyətlə, təcrübə, sınaq. [Şeyda:] Yazgül, xahiş edirəm, bizim çağanın üstündə cürbəcür eksperiment aparmayasan! Ə.Məmmədxanlı. eksperimental sif. [lat.]\n1. Təcrübi. Eksperimental tədqiqat üsulu. // Təcrübə üçün ayrılmış (təyin edilmiş). Eksperimental zavod. Eksperimental şöbə.\n2. Eksperiment (elmi təcrübə) üzərində əsaslanan. Eksperimental fizika. Eksperimental fonetika. – Eksperimental anatomiya – bədənin quruluşunu diri vücud, başlıca olaraq diri heyvan üzərində öyrənir və eksperimental metoddan istifadə edir. K.Balakişiyev. eksperimentator [lat.] bax. eksperimentçi. eksperimentçi is. Eksperiment (elmi təcrübə) aparan mütəxəssis. ekspert [lat.]\n1. 1. Mübahisəli məsələlərin həlli üçün dəvət edilən mütəxəssis və ya mütəxəssislər qrupu.\n2. Yoxlayıcı, müzakirəedici komissiya. Ali Attestasiya Komissiyasının ekspertləri. ekspertiza [lat.]\n1. Düzgün qərara gəlmək üçün hər hansı bir məsələnin mütəxəssislər tərəfindən öyrənilməsi, yoxlanması. Elmi ekspertiza. Materialları ekspertizaya göndərmək.\n2. Ekspert komissiyası. Ekspertiza üzvü. Ekspertiza ayırmaq. Ekspertizanın qərarı. eksponat [lat.] Sərgidə, muzeydə nümayiş etdirilən məmulat. Muzey eksponatları. – Ülfət Yunis və Davud ilə birlikdə gerbi maşından çıxarıb akademiyaya, bayramsayağı bəzənmiş binaya gətirəndə eksponatlar qəbulu bitmişdi. Mir Cəlal. ekspozisiya [lat.]\n1. Müxtəlif şeylərin, materialların və s.-nin müəyyən qayda üzrə yerləşdirilməsi, düzülüşü, qoyuluşu. Sərginin düzgün ekspozisiyası. // Tamaşa edilmək üçün müəyyən qaydada, müəyyən sistemdə düzülmüş, yerləşdirilmiş, qoyulmuş şeylərin özü. Muzey ekspozisiyası. Sərgi ekspozisiyası.\n2. Ədəbi əsərlərdə: əsas süjetin inkişafından qabaq olmuş keyfiyyətləri, hadisələri izah edən giriş hissə. Tragediyanın ekspozisiyası. // Musiqi əsərinin, əsas mövzuların ifadəsindən ibarət olan birinci hissəsi. Ekspozisiyada, çalınmış temalar arasındakı kontrast, sonata formasının məhz inkişaf bölməsində daha qabarıq bir şəkildə aşkara çıxarılır. Ə.Bədəlbəyli.\n3. fot. Şəkil çəkərkən fotoaparat obyektivinin açıq qalmalı olduğu müddət. • Ekspozisiya vermək – fotoplyonkasını müəyyən vaxt işıq təsiri altında saxlamaq. ekspress is. [ing.] Böyük məsafələri adətən heç bir yerdə dayanmadan qət edən sürətli nəqliyyat vasitəsi (qatar, gəmi, avtobus və s.) Bakı ilə Gəncə arasında ekspress işləyir. ekspressionist [fr.] Ekspressionizm tərəfdarı. ekspressionizm [fr.] Burjua incəsənəti və ədəbiyyatında XX əsrin birinci yarısında meydana gəlmiş cərəyan (bu cərəyan tərəfdarları, sənətkarın öz daxili aləmini, onun subyektiv yaradıcılıq təəssüratını ifadə etməyi əsas vəzifə hesab edirdilər). ekspressiv sif. [lat.] kit. Mənalı, təsirli, ifadəli. Ekspressiv söz. ekspressivlik is. kit. Mənalılıq, təsirlilik, ifadəlilik. Nitqin ekspressivliyi. ekspromt [lat.]\n1. Hazırlaşmadan sinədən söylənilən nitq, şeir, yaxud çalınan musiqi əsəri və s.; bədahətən.\n2. mus. Sərbəst formada yazılmış kiçik musiqi əsəri. Raxmaninovun ekspromtu. ekspropriasiya [fr.] Bir sinif və ya ictimai qrup tərəfindən başqa bir sinif və ya ictimai qrupun öz mülkiyyətindən və əvvəlki ictimai vəziyyətindən məhrum edilməsi. Ekspropriatorların ekspropriasiyası (proletar inqilabı dövründə burjuaziyanın bütün istehsal vasitələrindən məhrum edilməsi). ekspropriator [fr.] Ekspropriasiya edən. ekssentrik I. sif. [fr.] teatr.\n1. Kəskin səs, zidd görüşlər, qeyri-adi və çox gülməli üsullar əsasında olan. Ekssentrik tamaşa. Ekssentrik nömrə.\n2. Çox qəribə, qeyri-adi. Ekssentrik kostyum. Ekssentrik adam.\n\nII. [fr.] riyaz. Ümumi mərkəzi olmayan. Ekssentrik fiqur. Ekssentrik dairələr.\n\nIII. [fr.] teatr. Ekssentrik rollar ifadə edən artist. İstedadlı ekssentrik.\n\nIV. [fr.] tex. Fırlanma oxu mərkəzdə deyil, böyürdə olan disk. ekstaz sif. [yun.]\n1. Ovqatın yüksək səviyyəsi.\n2. Heyrət. ekstensiv sif. [lat.] kit. Keyfiyyətcə deyil, ancaq kəmiyyətcə (miqdarca) artan, genişlənən. Ekstensiv əkinçilik. ekstensivlik is. kit. Keyfiyyətcə deyil, ancaq kəmiyyətcə artma, genişlənmə. Təsərrüfatın ekstensivliyi. ekstern [lat.] Müvafiq məktəbdə oxumadan kənarda hazırlaşaraq, həmin məktəb kursunun imtahanlarını verən adam. eksternat [lat.] Məktəb proqramı kursunu ekstern yolu ilə keçərək imtahan vermə üsulu. eksterritorial sif. [lat. ex – xaric və territorialis – ərazidə olan] hüq. Eksterritoriallıq hüququndan istifadə edən; toxunulmaz. Eksterritorial diplomatik işçi. eksterritoriallıq hüq. Bir ölkədə olan bəzi diplomatik nümayəndələrin yerli qanunlara deyil, ancaq öz dövlətlərinin qanunlarına tabe olmaq hüququ; toxunulmazlıq hüququ. eksteryer [fr. əsli lat.] Heyvanların bədən quruluşunun xarici görünüşü. ekstra sif. [lat.] Ən yaxşı, ən yüksək. ekstremist [lat.] kit. Siyasətdə ifrat tədbirlər tərəfdarı. Bir sıra yerlərdə barrikadalar qurmuş ekstremistlər ilə .. polislər arasında atışma hələ də davam edir. (Qəzetlərdən). ekstremizm [lat.] kit. Siyasətdə ifrat görüş və tədbirlərə meyil; ifratçılıq. ekvator [lat.] coğr. Yer kürəsini mərkəzdən müstəvi ilə kəsən xətt. Ekvator Yer kürəsini yarımkürəyə: şimal və cənub yarımkürələrinə bölür. ekvatorial sif. [lat.] Ekvatora aid olan, ekvatorda olan, ekvatora yaxın, ekvator rayonlarına xas olan. Ekvatorial axınlar. Ekvatorial koordinatlar. ekvivalent [lat.]\n1. is. iqt. Başqa bir əmtəənin dəyərini təmsil edən əmtəə. ..Müəyyən bir əmtəənin ekvivalent forması onun başqa əmtəəyə bilavasitə mübadilə edilə bilməsi formasıdır. K.Marks (“Kapital”, tərcümə).\n2. sif. Eyniqiymətli, bərabərqüvvəli. Müasir elmdəki mülahizələr göstərir ki, cisimlərin inersiya kütləsi ilə ağırlıq kütləsi ekvivalentdir. Z.Xəlilov. ekvivalentlik is. Bərabərlik, eyni qiymətdə, eyni qüvvədə, eyni mənada olma. ekzema [yun.] tib. İrinli səpkilər, suluqlar şəklində təzahür edən dəri xəstəliyi. ekzemalı sif. Ekzeması olan. Ekzemalı xəstə. Ekzemalı ayaq. – Mollayev .. birdən ekzemalı barmaqları ilə [Lalənin] qolundan yapışdı.. M.Hüseyn. ekzoqamiya [yun. exo – xaric və gamos – evlənmə] etnoqr. Öz tayfasından, öz qohum-əqrəbasından, öz ictimai qrupundan evlənməyi qadağan edən adət. ekzotermik sif. [yun. exo – xaric və thermos – isti] kim. İstilik çıxması ilə bağlı olan, istilik verən. Ekzotermik proses. ekzotik sif. [yun.]\n1. Avropa ölkələri üçün qeyri-adi olan, onlara xas olmayan. Ekzotik ölkələr (avropalılar üçün qeyri-adi olan mədəniyyətə, təbiətə və s.-yə malik ölkələr; məs.: tropik ölkələr).\n2. məc. Ümumiyyətlə, qeyri-adi, qəribə, yad. Ekzotik musiqi. Ekzotik paltar. ekzotika [yun.] Avropalılar üçün qeyri-adi görünən hər şey (təbiət, məişət, adət, mədəniyyət və s). Şərq ekzotikası. – Qazma sahibinin ekzotikaya olan meyli o dərəcəyə yetişmişdi ki, bir metr uzunluğunda, yarım metr enində olan qapıya da təzə bir cecim asdırmışdı. Ə.Əbülhəsən. // Ümumiyyətlə, qəribə, qeyri-adi şey. Gələr canlı ekzotika ağaların xoşuna; Əhsən deyər, radiolar xitab edər qoşuna. S.Rüstəm. eqoist sif. [fr. əsli lat.] Özünü bəyənən, özünü yüksək tutan, ancaq özünü, öz mənafeyini düşünən adam; xudbin. [Süleyman:] Mən hələ ömrümdə bunun kimi eqoist adam görməmişəm. M.İbrahimov. eqoistlik is. Eqoist adamın xassəsi, ancaq özünü, öz mənafeyini düşünmə; xudbinlik. eqoizm [fr. əsli lat.] bax. eqoistlik. el I. is.\n1. Camaat, xalq, adamlar. El üçün ağlayan gözsüz qalar. (Ata. sözü). Bahar fəsli el şad olur sərasər; Hərgiz məndən özgə yoxdur mükəddər. Q.Zakir. Fələyin cəbrindən, el tənəsindən; Dərdim artıb bir ümmana dönübdür. Aşıq Ələsgər. Bildir bu zaman idi. El məscidə yığılmışdı. Mir Cəlal. • El anası, el atası – elin başçısı, hamının qayğısını çəkən, dərdinə şərik olan, işinə yarayan, xeyir-şərində iştirak edən adam. [Mirzə Heydər:] A başına dönüm, axır mənim təqsirim nədir? Mən deyəndə bir el anasıyam, sən çağırırsan, sənin işini görürəm, bu çağırır, gəlib onun işini görürəm. Ə.Haqverdiyev. Həsən hamının dadına çatır, hamının xeyrini-şərini görür. Həsən el atasıdır. S.Rəhman. El ədəbiyyatı – şifahi xalq ədəbiyyatı, folklor. Bu sarsıntılıq, bu qatışıqlıq el ədəbiyyatında gözəl parçalar yaratmış olsa da, yazı ədəbiyyatında bir qədər boşluq vücuda gətirmişdi. C.Cabbarlı. Yazılı klassik ədəbiyyatla bərabər, Azərbaycan dilində zəngin el ədəbiyyatı yaranır. M.İbrahimov. El oğlu, el qızı – bir eldən olan, həmvətən, həmyerli (bəzən müraciət məqamında işlənir). El oğlum, yadımdadır o dəmlər indikitək; Bağdakı uşaqlara, bir söz, ürəkdin, ürək. S.Rüstəm. Gözümün önündə canlanır hər an; Yolların yorğunu o qəmgin qarı; Bir də el oğlumun qərib məzarı. M.Rahim. [Sevinc:] Sən səhv edirsən, Mahmud! Mən bu gün sənin üçün bir el qızı yox, bir məktəb yoldaşıyam. Z.Xəlil. El yardım komitəsi – 1917-ci il inqilabının ilk illərində ayrı-ayrı kəndlərdə, qəzalarda yoxsul kəndlilərə kömək etmək məqsədi ilə təşkil edilən komitə. Bir tərəfdən, özünün yorulmaq bilmədən çalışması, digər tərəfdən, el yardım komitəsinin və başqa kənd təşkilatlarının maddi və mənəvi yardımı ilə Bəxtiyar özünə kəndin kənarında bir evcik düzəltmişdi. S.Hüseyn. El yolu – işlək, böyük yol, gediş-gəliş çox olan yol. El yolunun altında maşın dayandı. Ə.Vəliyev.\n2. Ölkə, məmləkət, vilayət. Sağ gedəsən ulusuna, elinə; Misri qılınc bağladaram belinə. “Koroğlu”. Molla Vəli Vidadi və Molla Pənah Vaqif hər ikisi bir əsrin və bir elin adamlarıdır. F.Köçərli. [Səlim:] Gəzdim, dolaşdım, uğradım hər elə; Mən böylə bir qadın görmədim hələ. H.Cavid. • Eldən-elə – bir eldən o biri elə, elbəel. Eldən-elə gəzmək. – [Qərib:] Bir söz ilə eldən-elə atıldım; Bu qərib ellərdə yaxdı nar məni. “Aşıq Qərib”.\n3. Tayfa, qəbilə. Mən də ata və ana tərəfindən Müqəddəm elindənəm. M.F.Axundzadə. Deyirlər ki, qədim zamanlarda bu torpaqda bir el yaşarmış. M.İbrahimov. ‣ Elin dilinə salmaq (düşmək) – dillərə salmaq.\n\nII. “L” hərfinin adı. elam is. [ər.] klas. Bildirmə, anlatma, xəbərdar etmə. Elam etmək. Elam qılmaq. – Bəhərhal, hər nə ki muradınızdır, mənə elam edin! “Mehri-mah”. [Şah Abbas:] Sonra üzün hərəmlərə tutub xitab elədi: ..Mən kəmaliəfsus ilə məcburəm ki, bir yaman xəbəri sizə elam edəm. M.F.Axundzadə. Seyyid, ol mah sənin qətlinə iqdam etdi; Gedib öz çarəni qıl, eylədi elam sənə. S.Ə.Şirvani. elamnamə is. [ər. elam və fars. namə] klas. Elam yazılmış rəsmi vərəqə, bildiriş vərəqəsi. Mötəbər üləma vilayətlərə elamnamələr göndərirdi ki, bundan sonra bir kimsənə cürət etməsin ki, şaha və ümənayidövlətə .. peşkəş versin. M.F.Axundzadə. elan is. [ər.]\n1. Yazılı, çap olunmuş bildiriş, xəbər, məlumat. Qəzet elanı. Divara elan vurmaq. Dərslərin başlanması haqqında elan. – Üç gün qabaqdan divarlara böyük, rəngli elanlar vurulmuşdu. Mir Cəlal. • Elan etmək – 1) hamının eşidəcəyi tərzdə xəbər vermək, məlumat vermək, bildirmək. İclası açıq elan etmək. Müharibə elan etmək (müharibə başladığını bildirmək). – Ruhanilər vahid bir cəbhə tutaraq Axundov komediyalarına qarşı cahad elan etdilər. Ə.Haqverdiyev. // Mətbuat vasitəsilə bildirmək. İanə verənləri mətbuat səhifələrində adbaad elan etmək çətin idi. Mir Cəlal; 2) açmaq, izhar etmək, bildirmək. İndi daha gəlib çatmış o zaman; Sənə bir gizli sirr edim mən elan. A.Səhhət. Elan vermək – 1) məlumat vermək, xəbərdar etmək, bildirmək. Gəldiyev elan verib, sabaha büro iclası çağırdı. Mir Cəlal; 2) qəzet və ya mətbuat vasitəsilə bildirmək, xəbər vermək. Müşavirə haqqında qəzetdə elan vermək. Elani-eşq (elani-məhəbbət) etmək – eşq və məhəbbətini bildirmək, sevgisini elan etmək. [Məhəmmədcəfər] qadınlar məclisində qadın azadlığı haqqında məruzədə elani-eşq edən dərəcədə ləzzətli danışırdı. Qantəmir.\n2. köhn. Rəsmi bildiriş vərəqəsi. Məlumdur ki, xəzinədən gələn vergi elanının müqabilində danışıq olmaz. Ə.Haqverdiyev. elastik sif. [yun.] Sıxılıb buraxıldıqda əvvəlki şəklini alan, möhkəm, lakin sıxıldıqda yığıla bilən. Elastik rezin. Elastik yay. Elastik parça. Elastik əzələlər. elastiki bax. elastik. Elastiki cisimlər. elastikiyyət köhn. bax. elastiklik. Müəyyən sabit mərkəzə cəzb edən və o mərkəzdən məsafə ilə düz proporsional dəyişən qüvvəyə çox təsadüf edilir. Belə qüvvəyə elastikiyyət qüvvəsi misal ola bilər. Z.Xəlil. elastiklik is. Elastik şeyin hal və keyfiyyəti. Bir elementin müxtəlif izotopları bir-birindən bir çox fiziki xassələri, xüsusən çəkisi, elastikliyi və ərimə temperaturuna görə cüzi də olsa fərqlənir. A.Qarayev. elat top. köhn. Bir yurdda, bir yerdə yaşayan camaat, xalq, el. ..Qazax mahalının vəkili Pənah ağanın zamanında bir para şuriş və inqilabın vüquinə görə Qazax mahalından bir neçə elat köçüb Qarabağ vilayətinə, İbrahim xanın təhti-himayəsinə keçibdir. F.Köçərli. // Başlıca olaraq maldarlıqla məşğul olan köçəri kənd əhalisi. Yaz ayı elat dağa çıxanda Nəbi dəstəsiynən gəlmişdi Qırxlar dağına. “Qaçaq Nəbi”. [Şəhrəbanu xanım:] ..Müsyö Jordana qaymaq gərək, yağ gərək, axşama plov gərək, bozartma gərək ki, gedib öz ölkəsində deməsin ki, Qarabağ elatının arvadları mərifətsiz olurlar. M.F.Axundzadə. Bir dəfə [Hacı Rüstəmin] yolu yaylağa gedən elata düşdü. Köç mənzil eləyib, heyvanları düzə buraxmışdı. Ə.Haqverdiyev. elbaşı is. tar. Eli idarə edən, elə başçılıq edən şəxs. [İldırım:] Altay, elbaşı sən idin, deyilmi? C.Cabbarlı. elbaşılıq is. tar. Elbaşının işi, vəzifəsi; başçılıq, rəhbərlik. [İldırım:] Ən baş bir qanun vardır ki, o da hər kəsin başqaya zərərsiz azad istəyidir. “Ellik” işlər üçün isə el özü sıra ilə elbaşılıq edir. C.Cabbarlı. elbəyi is. tar. El başçısı, el böyüyü; qəbilə, tayfa başçısı. Halbuki İranda hakimlərin, elbəyilərin, kətxudaların və dövlət məmurlarının nəinki elmi yoxdur, hətta adi savadı da yoxdur. M.F.Axundzadə. [Sönməz:] El talanmışdır. Bir yandan ərəblər soyur, bir yandan elbəyilər talayır. C.Cabbarlı. elcarı zərf\n1. Elliklə, hamılıqla, bütünlüklə, başdan-başa. Yüzlərcə gözəl başqa vilayətdə də çoxdur; Amma bizim ölkə bütün elcarı gözəldir. Ə.Vahid.\n2. Birlikdə, bütün elin iştirakı ilə. Elcarı iş görmək. elçi is.\n1. dipl. Bir dövləti başqa bir dövlətdə təmsil edən diplomatik nümayəndə; səfir.\n2. Oğlan və ya onun adamları tərəfindən qız istəmək üçün qız evinə göndərilən şəxs. [Səkinə xanım:] Söz açıq gərək, [Ağa Həsən] məndən ötrü bibimin yanına elçi göndəribsən.. M.F.Axundzadə. İndi ki var elçi də Səfdər kimi; Bir bala qız al, boyu ərər kimi. M.Ə.Sabir. Bir neçə il ondan sonra Mirzə qonşunun qızına eşq yetirib anasını elçi göndərdi. Ə.Haqverdiyev. • Elçi düşmək – qızı almaq üçün gedib-gəlmək, qız tərəfindən razılıq əldə etmək üçün çalışmaq, elçilik etmək. Əmiqızı və əmioğlu sözü bu yerdə qoydular ki, Əmiraslan Gülpəri üçün əmisinə elçi düşsün. S.S.Axundov. Usta Murtuz elçi düşdü. Mir Cəlal. Elçi elçi üstündən gəlmək – arası kəsilmədən qızı istəmək, bir-birinin dalınca elçi gəlmək. ..Zeynəbin adı bir elə şöhrət tapdı ki, elçi elçi üstdən gəlirdi. C.Məmmədquluzadə.\n3. Müəyyən məqsədlə və ya rəsmi danışıqlar üçün bir yerə göndərilən şəxs; nümayəndə. Elçiyə zaval yoxdur. (Ata. sözü). Çindən gələn elçiyiz; Gətirmişiz xaqandan; Keykavusa ərməğan. H.Cavid.\n4. Ümumiyyətlə, nümayəndə mənasında. Qabaq cərgələrdə əmirlər, vəzirlər, əyanlar və kübar ailələr yerləşmişdi. Elçilər və heyət nümayəndələri üçün başqa yerlər təxsis edilmişdi. M.S.Ordubadi.\n5. məc. Müjdəçi, xəbər gətirən mənasında. İlk baharın uğurlu elçiləri olan qaranquş, sığırçın və leylək sürü-sürü dönüb yuvalarını tikəcək. A.Şaiq. Baharla birlikdə onun şux elçiləri: qaranquşlar hərəni öz dilində qarşılayırdılar. M.Rzaquluzadə. ‣ Elçi daşı – nağıllarda: padşah qızının elçiliyinə gələnlərin oturması üçün saray meydanında qoyulan xüsusi daş. elçiləmə “Elçiləmək”dən f.is. elçiləmək f. Elçi düşmək, elçiliyə getmək, qız istəmək. elçilik is.\n1. Elçinin vəzifəsi, işi. // Elçinin idarəsi. Elçilikdə qəbul.\n2. Elçi getmə, qız istəmə. [Gülpəri:] Hacı, qadan alım, mənim elə saçım elçilikdə ağarmayıbdırmı? Ə.Haqverdiyev. [Toğrul:] Adə Yaşar, mən istəyirəm axı səni .. elçiliyə göndərim. C.Cabbarlı. Mirzə Rəhman hələ evdən çıxmamış elçilik qaydalarından söhbət salıb məsləhətləşmişdi. Mir Cəlal. • Elçilik eləmək – elçi sifəti ilə gedib qız istəmək. [Süleyman Əsgərə:] Gördüyün qızlardan birisini seç, sonra lələşini göndər, gedim elçilik eləyim, vəssalam. Ü.Hacıbəyov. [Rəşid:] Gərək mənim elçiliyimi Məşədi bəy özü eliyə. M.Hüseyn. eldarşamı is. bot. Azərbaycanın Eldar deyilən yerlərində bitən şam ağacı növü. Eldarşamı .. enli çətirli, gövdəsi düz və ya əyilmiş olan, 18-20 metrə qədər hündürlüyündə ağacdır. İynələri qısa budaqlar üzərində ikişər yerləşir. H.Qədirov. eldaş is. Biryerli, həmyerli, həmvətən. Təyyarənin qanadı toxunur buludlara; Eldaşlarımız gəlir boşluğu yara-yara. R.Rza. elygiya [yun.] ədəb.\n1. Mərsiyə tərzində yazılmış şeir. Elegiya qəmli, kədərli, hüznlü lirik şeir deməkdir. Ölənlərin xatirəsinə yazılmış bu şeirlərdə, bizim mərsiyələrdə olduğu kimi, ağı ünsürləri əsas yer tuturdu. Ə.Sultanlı. // Antik poeziyada: məsnəvi şəklində yazılmış şeir.\n2. Həzin musiqi əsəri. elektriçka [rus.] dan. Elektrik dəmiryol qatarı (vaqonu). Bakı ilə mədən rayonları arasında elektriçka işləyir. elektro... Mürəkkəb sözlərin, elektrik mənasında olan birinci hissəsi; məs.: elektroaparat, elektrobur, elektrovoz. elektrik I. [yun.]\n1. Materiyanın, yüklü hissəciklərdən: elektronlardan, pozitronlardan, protonlardan və s.-dən ibarət forması. Elektrik haqqında nəzəriyyə.\n2. Xalq təsərrüfatının bütün sahələrində və məişətdə işlədilən enerji növlərindən biri. İşlər elektriklə görünür. Elektrik stansiyasının gücü.\n3. Bu energiyadan hasil olan işıq. Elektrik çəkmək. Elektriki söndürmək.\n4. Elektriklə işləyən, elektriklə hərəkətə gətirilən. Elektrik motoru. Elektrik peçi. Elektrik saatı. Elektrik aqreqatı. // Elektrikdən alınan, hasil edilən. Elektrik işığı. – Məşədi Əsgər o tərəfə baxıb gördü ki, bir böyük ev var, qapısının üstündə elektrik fənəri asılıbdır. S.M.Qənizadə. Otaq pis deyil idi, student otağına məxsus hər bir şey var idi: yazı masası, kürsü, əlüzyuyan, çarpayı, hətta elektrik işığı da yerində idi. Çəmənzəminli. [Qadın] sonra qolumdan tutub çəhrayı abajurlu elektrik çırağının altında qoyulmuş ağ örtüklü stola tərəf çəkdi. İ.Əfəndiyev. // Elektrik hasil edən, elektrik verən, elektrik saçan. Bayıl elektrik stansiyası. Elektrik batareyası. Elektrik dövrəsi (elektrik cərəyanı keçən yol). – ..Elektrik stansiyasından Ağbulağa işıqlar yayılırdı. S.Rəhimov. • Elektrik vaqonu (qatarı) – bax. elektriçka. ..Qayıdırdım. Gecə saat on birdə elektrik vaqonuna oturdum. S.Hüseyn. Stansiyadan hələ on-on beş addım ayrılmamışdılar ki, elektrik qatarı yola düşüb getdi. M.Rzaquluzadə. ‣ Elektrik stulu – ABŞ-da ölüm cəzası aləti. “Ağ ev”in icadıdır elektrik stulu; Oturub o stulda yandırdılar Makgini. S.Rüstəm.\n\nII. [fr. əsli yun.]\n1. bax. elektrotexnik.\n2. Elektrotexnika sahəsində, elektrik sənayesində işləyən, elektriki tədqiq edən şəxs. elektrikkeçirmə is. fiz. Cismin elektrik cərəyanını keçirmə qabiliyyəti. Metalın elektrikkeçirmə qabiliyyəti. elektrikləndirilmə “Elektrikləndirilmək”dən f.is. elektrikləndirilmək məch. fiz. Elektrik yükü ilə yüklənmək. elektrikləndirmə “Elektrikləndirmək”dən f.is. elektrikləndirmək f. fiz. Cismi elektrik yükü ilə yükləmək. Metalı elektrikləndirmək. elektriklənmə “Elektriklənmək”dən f.is. elektriklənmək f. fiz. Elektrik yükü qəbul etmək. elektrikləşdirilmə “Elektrikləşdirilmək”dən f.is. Kənd təsərrüfatının elektrikləşdirilməsi. Dəmiryollarının elektrikləşdirilməsi. – Mingəçevir eyni zamanda kəndlərimizin elektrikləşdirilməsinə imkan yaratmışdır. İ.Əfəndiyev. Azərbaycanın neft sənayesi özünün mexanikləşdirilmə və elektrikləşdirilmə dərəcəsinə görə dünyada ən qabaqcıl yerlərdən birini tutur. M.Qaşqay. elektrikləşdirilmək “Elektrikləşdirmək”dən məch. elektrikləşdirmə “Elektrikləşdirmək”dən f.is. // Elektrik enerjisinə keçirmə, elektrik enerjisi tətbiq etmə. elektrikləşdirmək f. Xalq təsərrüfatının bütün sahələrinə elektrik energiyasını tətbiq etmək; hər şeyi elektrik qüvvəsinə keçirmək. Ölkənin başdan-başa elektrikləşdirilməsi. – [Eyvaz:] Dəyirmanı elektrikləşdirmək üçün balaca bir layihə düzəldib verdim Qədir kişiyə.. İ.Əfəndiyev. elektrikləşmə “Elektrikləşmək”dən f.is. elektrikləşmək bax. elektriklənmək. elektrikli sif. fiz. Elektrikləşdirilmiş, elektrik yükü olan. Elektrikli cisim. Elektrikli naqil. elektroaparat tex. Elektriklə işləyən cihaz, elektrik aparatı. elektrobucurqad tex. Elektriklə işləyən bucurqad. elektrobucurqadçı is. xüs. Elektrobucurqadda işləyən fəhlə. elektrobur [rus.] tex. Neft və s. quyuları qazımaq üçün elektrikli mühərriki olan buruq maşını. ..Mühəndislərin ixtira etdiyi elektrobur qazımada yüksək məhsuldarlıq nümunəsi göstərdi. S.Quliyev. elektrod [yun. elektron və hodos – yol] fiz. Elektrik cərəyanını maye və qazların içinə daxil etmək üçün lövhəcik, şar və s. şəklində keçirici. Müsbət elektrod (anod). Mənfi elektrod (katod). Rentgen borucuqları elektrodu. elektrodinamik sif. [yun.] fiz. Elektrodinamika hadisələrinə aid olan. Elektrodinamik sahə. elektrodinamika [yun.] Fizikanın elektrik yüklərinin qarşılıqlı təsirindən və hərəkətindən bəhs edən şöbəsi. elektrofiziologiya [bax. elektro və fiziologiya] Fiziologiyanın elektrik hadisələrinin orqanizmə təsirini öyrənməklə məşğul olan bölməsi. elektroxod [rus.] Elektrik mühərriki ilə işləyən gəmi. elektrokardioqraf [bax. elektro və kardioqraf] Ürək əzələlərinin fəaliyyəti zamanı onda əmələ gələn elektrik impulslarını qeyd edən elektrik cihazı. elektrokardioqrafiya [bax. elektro və kardioqrafiya] Ürək əzələlərinin fəaliyyəti zamanı onda əmələ gələn elektrik impulslarının qrafik qeyd olunması ilə ürəyin fizioloji xassələrini yoxlama üsulu. elektrokardioqram [bax. elektro və kardioqram] Elektrokardioqraf cihazı vasitəsilə ürəyin fəaliyyətinin qrafik təsviri. elektrokimya [yun. elektron və ər. kimya] Fiziki kimyanın elektrik prosesləri ilə kimyəvi proseslər arasındakı əlaqəni öyrənən şöbəsi. elektrokimyəvi sif. [yun. elektron və ər. kimyəvi] Elektrokimyadan istifadə ilə bağlı olan. Elektrokimyəvi təhlil. Elektrokimyəvi üsul. elektrolit [yun. elektron və lutos – həll olunmuş] İçərisindən elektrik cərəyanı keçdikdə, öz tərkib hissələrinə ayrılan kimyəvi maddə. elektrolitik sif. [yun. elektron və lutos-dan] kim. Elektrolizə aid olan, elektrolizlə əlaqədar olan. Elektrolitik üsul. // Elektroliz yolu ilə alınan. Elektrolitik dəmir (mis). elektroliz [yun. elektron və lusis – həll etmə] kim. Maddənin içindən elektrik cərəyanı keçdikdə onun öz tərkib hissələrinə və elektrodlara ayrılması prosesi. elektromaqnetizm [bax. elektro və maqnit] fiz. Elektrik axımının əmələ gətirdiyi maqnit hadisələri. elektromaqnit [bax. elektro və maqnit]\n1. İçərisindən elektrik cərəyanı axan maqnitləndirici məftillər sarınmış dəmir oxdan ibarət cihaz.\n2. sif. Elektromaqnetizmə aid olan. Elektromaqnit nəzəriyyəsi. Elektromaqnit dalğalar. // Elektromaqnit vasitəsilə işləyən. Elektromaqnit siqnalı. elektromaşın [bax. elektro və maşın] Elektrik maşını (elektrik enerjisi hasil edən, yaxud onu mexaniki enerjiyə çevirən maşın). elektromexanika [bax. elektro və mexanika] Elektrotexnikanın, elektrik qüvvəsi ilə işləyən mühərriklərin, maşınların, mexanizmlərin qayrılması və işlənməsi üsullarından bəhs edən şöbəsi. elektromexaniki sif. [yun. elektron və mechanika-dan] Elektrik və mexaniki təsirə əsaslanan. Metalların elektromexaniki işlənməsi. elektrometallurgiya [bax. elektro və metallurgiya] Metallurgiyanın elektrik enerjisi vasitəsilə metallar və müxtəlif ərintilər istehsalı ilə məşğul olan sahəsi. elektrometr [yun. elektron və metreo – ölçürəm] fiz. Elektrik gərginliyini, elektrik potensialını ölçmək üçün cihaz. elektrometrik sif. [yun. elektron və metreo-dan] fiz. Elektrometriyaya aid olan. elektrometriya [yun. elektron və metreo] fiz. Elektrik vasitəsilə ölçmə üsul və metodları. elektromontaj [bax. elektro və montaj] tex.\n1. Elektrik avadanlığının, elektrik qurğularının montajı (quraşdırılması).\n2. sif. Elektromontaja aid olan. Elektromontaj briqadası. Elektromontaj sexi. elektromontajçı is. Elektromontaj mütəxəssisi. elektromontyor [bax. elektro və montyor] Elektrik avadanlığına xidmət edən, bu avadanlığı yığma, qurma və təmir işləri ilə məşğul olan ixtisaslı fəhlə. elektromotor [bax. elektro və motor] Elektrik mühərriki. elektron I. [yun.]\n1. Maddənin mənfi elektrik yükü olan ən kiçik zərrəciyi.\n2. sif. Elektronla, elektron tətbiqi ilə bağlı olan. Elektron mikroskop. Elektron avtomatika. Elektron hesablama maşını.\n\nII. [yun.]\n1. Çox möhkəm və plastiklik xassəsinə malik olan alüminiumla maqnium ərintisi.\n2. sif. Elektrondan qayrılmış, elektronlu. Elektron bombası. elektronika [yun.] Fizikanın, qazlarda, boşluqlarda, bərk cisimlərdə elektron proseslərini tədqiq edən şöbəsi. // Elm və texnikanın müxtəlif qurğularda və s.-də elektron və yarımkeçirici cihazlardan istifadə nəzəriyyə və üsullarında öyrənən sahəsi. elektrooptika [bax. elektro və optika] Fizikanın, elektrikin maddələrin optik xassələrinə təsirindən bəhs edən şöbəsi. elektroskop [yun. elektron və skopeo – baxıram] Bir cisimdə elektrik yükünün olub-olmadığını yoxlamaq üçün cihaz. elektrostansiya [bax. elektro və stansiya] Energiyanın başqa növlərindən elektrik enerjisi istehsal edən müəssisə. Atom elektrik stansiyası. Su-elektrik stansiyası. elektrostatika [bax. elektro və statika] Fizikanın elektrikin, elektrikləşmiş cisimlərin nisbətən hərəkətsiz halda xassələrini öyrənən şöbəsi. Hərəkət etməyən elektrik yüklərinin qarşılıqlı elektrik təsirini və onların tarazlıq şərtlərini öyrənən elmə (bəhsə) elektrostatika deyilir. “Fizika”. elektrotexnik [bax. elektro və texnik] Elektrotexnika mütəxəssisi. elektrotexnika [bax. elektro və texnika] Elektrik enerjisinin tətbiqi haqqında elm, həmçinin texnikanın elektrik enerjisindən praktiki məqsədlər üçün istifadə edən şöbəsi. elektrotexniki sif. [yun. elektron və technike-dən] Elektrotexnikanın tətbiqi və ya ondan istifadə ilə bağlı olan. Elektrotexniki avadanlıq. elektrovoz [rus.] tex. Elektrik qüvvəsi ilə işləyən lokomotiv. Elektrovoz istehsalı. element [lat.]\n1. kim. Adi kimyəvi üsullarla öz tərkib hissələrinə ayrıla bilməyən, digər mürəkkəb maddələrin isə tərkib hissəsi olan bəsit maddə. Mendeleyevin elementlərin dövri sistemi. – Yerin təkində bəzi mədənlər bir-birindən ayrı halda yerləşmir. Məsələn, mis yatağı olan yerdə çox vaxt sink, qurğuşun, qalay, mərgümüş və s. bu kimi elementlərin də yataqları olur. M.Qaşqay.\n2. fiz. Kimyəvi enerji hesabına yaradılan zəif elektrik qüvvəsi mənbəyi olan cihaz. Qalvanik element. Quru element.\n3. Tamın, bütövün tərkib hissəsi. Şeirdə əsas istiqamət və üslubdan tutmuş ən xırda elementlərə qədər hər bir şey həyati zərurət nəticəsində əsas yaradıcı kadrların iş prosesində qəbul və ya rədd edilir. M.Rzaquluzadə. // xüs. Hər hansı bir maşının, qurğunun, mexanizmin əsas hissəsi.\n4. dan. Adam, şəxs, ünsür. elementar sif.\n1. İbtidai, başlanğıc, bir şeyin ancaq əsaslarına aid olan. Elementar cəbr. Elementar riyaziyyat.\n2. Ən sadə, ən bəsit, ibtidai. Elementar məsələ. Ən elementar şeyi bilmir.\n3. Ən vacib, ən lazımlı, əsas. Elementar şərait.\n4. kim. Bir şeyin elementlərinin tərkib hissəsinin və aralarındakı nisbətin müəyyənləşdirilməsi ilə əlaqədar olan. Maddənin elementar tərkibi. Elementar təhlil. elementarlıq is. Bəsitlik, sadəlik, ibtidailik. elevator [lat.]\n1. Böyük taxıl tədarükü məntəqələrində, dəmiryol stansiyalarında, limanlarda və s.-də tikilən, taxılı qaldırmaq, qurutmaq, saxlamaq üçün müvafiq qurğuları olan çox böyük anbar. Taxılı saxlamaq üçün ən yararlı anbar elevatordur.\n2. Yükü arası kəsilmədən nəql edən qaldırıcı mexanizm. ..İki gənc fəhlə rotora yaxınlaşıb elevatorları hazırlayır. M.İbrahimov. elə əvəz.\n1. O cur, o təhər, o sayaq. Elə söz demək olmaz. Elə sözlər danışma. – ..Şəxs gərək elə bir iş tutsun ki, onu bacarıb yerinə yetirməyə qabiliyyəti olsun. C.Məmmədquluzadə. Gəl elə kişnəmə, saqın, kəhərim! R.Rza. [Cuma] Maralın evində elə danışdığına .. görə özünü məzəmmət edirdi. Ə.Əbülhəsən. Aslan köntöy-köntöy cavab verdi: – Getmirəm. Hamı necə, mən də elə. M.Hüseyn. // O dərəcədə, o şəkildə. Bu it Qaraca qızla elə dost olmuşdu ki, yanından ayrılmaq istəmirdi. S.S.Axundov. Məsmə iki əli ilə dizlərinə elə çırpdı ki, səsini hamı eşitdi. Mir Cəlal.\n2. Ancaq, təkcə, yalnız, məhz mənasında. Elə mən deyiləm hüsnünə mayil; Göz dikibdir tamam Qarabağ sənə. Q.Zakir. Məsumə xanıma da elə bu söz lazım idi. P.Makulu.\n3. dan. O tərəfə, o yana, o səmtə. Mən belə gəldim, o elə getdi. – [Qatırçı:] Haxçılar zınqırovlu faytonlarda pırıltı ilə budu belə gəlirdi, odu elə gedirdi. Mir Cəlal.\n4. Cəm şəklində: elələr(i) – o cür (elə) adamlar. Amma elələri də var ki, heç bir iş görməyib, övqati-əzizələrini mütləq bikarçılıqda zaye edirlər. F.Köçərli. Elələrini şəhərdən sürgün etsələr də azdır. M.Hüseyn.\n5. Ədat kimi aid olduğu sözün mənasını dəqiqləşdirir. Elə bu saat çağırtdır. Elə özü də bu işi görmək istəyirdi. – Elə biri qonşun Qara Kərəmoğlu, müəllimlərə onotaqlı, eyvanlı, bağçalı ev tikdirib. M.İbrahimov. [Uğur:] Məni .. dilə tutan elə Alxan özü olmadımı? İ.Əfəndiyev.\n6. “də” ədatı ilə: 1) o cür də, o qaydada, o tərzdə. Pişik ilə nə tövr rəftar eyləyirsən, elə də arvad ilə lazımdır rəftar eləmək. C.Məmmədquluzadə; 2) o halda, belə olan surətdə. Yaxşı, elə də sən get, mən də gələrəm; 3) olduğu kimi, o cür. Necə idisə, elə də qalıb.\n7. “ki” bağlayıcısı ilə: o zaman ki, necə ki, onda ki mənalarında zaman anlayışı verir. Elə ki, qəti qərara gəldi, fikrindən dönməzdi. M.İbrahimov. Elə ki, bu çalsaqqal kişi göy örtüklü stolun dalına keçdi, daha üzünü görmə! Mir Cəlal. Elə ki, boz inək soyulub qurtardı, maraq daha da artdı. Ə.Vəliyev. ‣ Elə-belə – 1) havayı, müftə. – Bunu mənə neçəyə verirsən? – Elə-belə.; 2) məqsədsiz, qərəzsiz, ümumiyyətlə. Maya uzaqlara getdiyini duyaraq tez əlavə etdi: – Bunu eləbelə, yadıma düşdü, dedim. M.İbrahimov. Bu sözləri o, bəlkə də elə-belə, zarafatla demişdi. M.Rzaquluzadə; 3) nə yaxşı, nə pis, babat. Elə-belə bir ev tikdirdi. Eləbeləcə – tərpənmədən, vəziyyətini dəyişmədən, necə var elə. [Firidun] elə-beləcə uzanaraq nəhayətsiz göylərə tamaşa eləmək istəyirdi. M.İbrahimov. Elə bil (ki) – sanki, guya ki. Hamı tərtəmiz geyinib, elə bil ki, toya gedəcəkdir. C.Cabbarlı. Bəndalı gələndə elə bil daş-divar da dilə gəlir.. Mir Cəlal. Adamlar elə bil ümumi komanda ilə Tahirə sarı baxdılar. M.Hüseyn. Elə bilmək – zənn etmək, güman eləmək, sanmaq. Tar gördüm, tələ bildim; Çağırdın, gələ bildim; Bir yatmış ceyran gördüm; Yar yatıb elə bildim. (Bayatı). Elə bilsin ki, padşahi-zamandır; Hər kim iraq olur, müxtəsər, səndən. Q.Zakir. Elə gəldi ki, elə gəlir ki – zənn etmək, düşünmək, güman etmək mənasında. Ona elə gəldi ki, qızı harada isə görüb. Mənə elə gəlir ki, bu kitabı oxumuşam. – Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, mənə elə gəldi ki; Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş... M.Müşfiq. Kişiyə elə gəlirdi ki, onun ümid və arzu ilə bərkiyən qəlbi dərd ilə əriyir, qan olub tökülür. Mir Cəlal. Elə isə – onda, belə olduqda, belə isə, belə şəraitdə. Elə isə mən də getdim! – deyə Tahir nəfəsini çəkmədən səbirsizliklə dostundan cavab gözlədi. M.Hüseyn. eləcə zərf Olduğu kimi, dəyişmədən, necə varsa, elə. Zeynal bayaqdan bəri qabağındakı nimçədə doğramaq istədiyi bir parça əti eləcə qoyub əlindəki .. bıçağı yerə buraxdı. S.Hüseyn. // “də” ədatı ilə bağlayıcı mənasında işlənir. eləlik is. Hal, vəziyyət, xasiyyət bildirir. [Kosaoğlu:] Eləliyinə baxma, şuluq uşaqdır. İ.Şıxlı. eləmək “Etmək” felinin üslubi variantı. Məclisi alud elər; Zülflərinin hər burması. Molla Cümə. Elə, Heyran, bu şükri nə qədər ömrün var. Heyran xanım. ...Atam heç şəhərli də deyil idi ki, bəylərə bazarlıq eləyəeləyə (z.) axırda bir yalançıq bəylik qazana idi. C.Məmmədquluzadə. elətdirmək “Eləmək”dən icb. bax. etdirmək. [Züleyxada] pul yox idi ki, onu dəfn elətdirsin. C.Cabbarlı. Sitarənin bəxtinə məşvərət elətdirmək istəyirdi. Mir Cəlal. elətmə “Elətmək”dən f.is. elətmək 1. bax. elətdirmək.\n2. qədimi. Aparmaq. Ey badi-səba, bəndən elət yarə səlami. Nəsimi. Eylət məni yar olan diyara; Şəm eylə məni məzari-yarə. Füzuli. el-gün is. Xalq, camaat, el. El-gün içində biabır olmaq. – Eşq üçün babamı atıb, tərk etmək; Ölümdən yamandır el-gün içində... S.Vurğun. elit (=elita) [fr.] k.t.\n1. Bitki və heyvanların ən seçmə, ən yaxşı nüsxələri. Ən yaxşı heyvanlar elit qrupuna daxil edilir. (Qəzetlərdən).\n2. Cəmiyyətin yüksək təbəqəsi. elita (=elit) [fr.] k.t.\n1. Bitki və heyvanların ən seçmə, ən yaxşı nüsxələri. Ən yaxşı heyvanlar elit qrupuna daxil edilir. (Qəzetlərdən).\n2. Cəmiyyətin yüksək təbəqəsi. eliziya [lat.] dilç. bax. düşüm2 (səs düşümü). elqovan is. Yayın ikinci yarısına düşən və eli dağdan arana köçməyə məcbur edən soyuq hava (çox vaxt “elqovan ay” şəklində). Tutdu dağı çən boran; Gəldi yenə elqovan. H.K.Sanılı. elləşdirilmə “Elləşdirilmək”dən f.is. elləşdirilmək bax. ellikləşdirilmək. elləşdirmə “Elləşdirmək”dən f.is. elləşdirmək bax. ellikləşdirmək. elləşmə “Elləşmək”dən f.is. elləşmək bax. ellikləşmək. Belə bir zamanda yatmaq yaraşmaz; Elləşir ölkəmiz, yatma, a tənbəl! Aşıq Əziz. elli sif. 1 Vətəni, yurdu, eli olan. Elli adam.\n2. Bir yerdən, bir eldən olan. O mənim ellimdir. – Mən əminəm ki, calal sahibi olan cənabınızla elli olduğumuza görə, tərəfimdə duracaqsınız. M.F.Axundzadə. [Südabənin anası:] Südabə Həkimülmülkün qızı deyil. Bunun atası bizim öz yerlimiz, öz ellimiz idi. M.İbrahimov. • Ağır elli – böyük nəsli, çoxlu qohum-əqrəbası olan. Ağır elli qız. – Xotkar qızı, şah nəsilli; Ağır elli, xan əsilli. “Koroğlu”. ellik 1. sif. Bir yerin bütün camaatına, elinə məxsus olan, bütün xalqa aid olan; ictimai, ümumi. Ellik bağ. Ellik yol. Ellik bayram. Ellik təsərrüfat. – [İldırım:] Ən baş bir qanun vardır ki, o da hər kəsin başqaya zərərsiz, azad istəyidir. Ellik işlər üçün isə el özü sıra ilə elbaşılıq edir. C.Cabbarlı. Ordu tirəndazları girdilər ellik bağa; Çalışdılar qalmasın ağacda bircə qarğa. Ə.Cavad.\n2. zərf Hamılıqla, elliklə, bütünlüklə, bütün el birlikdə. Ellik şikayət etmək. Ellik iş görmək. – Ellik yerbəyerdən qalxıb dedilər: – Güloğlan, sazını vur qoltuğuna, var! “Aşıq Qərib”. Dərslərim yetdikdə, dədə, axirə; Oxudular elliyi birdən-birə. A.Səhhət. // sif. Bütün el tərəfindən görülən, ya görülməli olan. Ellik iş. ellikcə zərf Bütün, başdan-başa, hamılıqca. Ellikcə savadlanmaq. – Çox çəkməz ki, .. Dağıstan camaatı və dağlarda yaşayan əhali ellikcə savadlı və elm sahibi adamlar olacaqlar. M.F.Axundzadə. elliklə bax. ellikcə. Adətən onlar [göytəpəlilər] çətinliyə düşəndə, elliklə bir iş lazım gələndə buraya toplaşıb ağsaqqallara qulaq asar, görüləcək işlər barədə tədbir tökərdilər. İ.Şıxlı. ellikləşdirilmə “Ellikləşdirilmək”dən f.is. ellikləşdirilmək məch. İctimailəşdirilmək; bütün elin, xalqın, camaatın istifadəsinə verilmək. ellikləşdirmə “Ellikləşdirmək”dən f.is. ellikləşdirmək f. İctimailəşdirmək; bütün elin, camaatın, xalqın istifadəsinə vermək; xalqın, elin malı etmək. ellikləşmə “Ellikləşmək”dən f.is. ellikləşmək f. İctimailəşmək, bütün elin malı olmaq.\n2. Dirijabl və aerostatların saxlandığı yer. ellinist [yun.] köhn. Qədim yunan filologiyası mütəxəssisi. // Ellinizm mədəniyyətinə pərəstiş edən adam. ellinizm [yun.]\n1. Makedoniyalı İskəndərin Şərqi istilasından sonra başlanan qarışıq yunan-Şərq mədəniyyətinin çiçəklənməsi dövrü. Tarixçilər Makedoniyalı İskəndərin hakimiyyət illərindən başlayaraq imperatorluğun xərabələri üzərində qurulmuş dövlətlərin Roma idarəsi altına keçməsinə qədər olan dövrü şərti olaraq ellinizm dövrü adlandırırlar. Ə.Sultanlı.\n2. Qədim yunan dilindən başqa dillərə keçmiş söz və ya ifadə. ellinq [holl.] xüs. Gəmi qayırmaq və ya təmir etmək üçün qurğu. ellinlər [yun.] Qədim yunanların özlərinə verdikləri ad. Ellinlərin əcdadı əfsanəvi Ellin hesab olunur. ellips (=ellipsis) [yun. elleipsis – qüsur]\n1. riyaz. Konus, ya silindrin müstəvi ilə kəsişməsindən hasil olan qapalı əyri xətt. // Bir cismin bu qapalı əyri xətti xatırladan çevrəsi.\n2. dilç. Cümlədə, asanlıqla anlaşılan sözün buraxılmasından ibarət ritorik üsul. ellipsis (=ellips) [yun. elleipsis – qüsur]\n1. riyaz. Konus, ya silindrin müstəvi ilə kəsişməsindən hasil olan qapalı əyri xətt. // Bir cismin bu qapalı əyri xətti xatırladan çevrəsi.\n2. dilç. Cümlədə, asanlıqla anlaşılan sözün buraxılmasından ibarət ritorik üsul. ellipsoid [yun.] riyaz. Ellipsin öz oxlarından birinin ətrafında fırlanması nəticəsində hasil olan səth. elliptik sif. [yun.]\n1. Ellipsə oxşar, ellips kimi, ellips şəklində. Cismin elliptik şəkli.\n2. dilç. Cümlədə asanlıqla anlaşılan sözün buraxılmasına əsaslanan. Elliptik cümlə. elm is. [ər.] Təbiət və cəmiyyətin inkişafındakı qanunauyğunluqları və obyektiv aləmə təsiri üsullarını meydana çıxaran biliklər sistemi və bu biliklərin ayrıca sahəsi. Kimya elmi. Riyaziyyat elmi. Texniki elmlər. İctimai elmlər. – Vaxtbavaxt “ŞərqRus”un səhifələrini əsr və zəmanəmizin şüəra və ədibləri öz gözəl və abdar əşar və kəlamları ilə müəyyən qılırlar və müsəlman qardaşları elm və maarif kəsbinə dəvət edirlər. F.Köçərli. // İnsan biliklərinin müəyyən bir sahəsi (bir peşə kimi). Elmlə məşğul olmaq. Həyatını elmə sərf etmək. // Oxumaqla əldə edilən bilik, məlumat. Oxuyaq, elm oxumaqlıq dəmidir; İndi aləm dəxi elm aləmidir. A.Səhhət. Elmü ürfan qazanmağa getdiyi yerdə; Əsir oldu, aşiq oldu qumral qıza. Ə.Cavad. // dan. Bəzən savad, məlumat mənasında. Onun elmi yoxdur. elmi sif. [ər.]\n1. Elmə aid, elmlə əlaqədar. Elmi əsər. Elmi fəaliyyət. Elmi kəşf. – [Əhməd] məqalələr yazır, iclaslarda çıxış edir, elmi əsərlər üzərində çalışırdı. S.Rəhimov. [Murad] hər addımında rast gəldiyi, eşitdiyi, gördüyü və inandığı elmi nailiyyətlər sayəsində Əzizin vaxtı ilə kənddə teztez institutdan danışmasına .. haqq verirdi. Ə.Vəliyev. // Elmin hər hansı bir məsələsi, sahəsi ilə məşğul olan. Elmi işçi. Elmi idarə. Elmi cəmiyyət.\n2. Elmi prinsiplərə əsaslanan, elmi tələblərə cavab verən, elmi məqsəd daşıyan. Elmi nəzəriyyə. Elmi mühazirə. Elmi ekspedisiya. Elmi konfrans. – Şeydanın həm elmi əsasları, həm də fərziyyələri [Qədirə] çox inandırıcı görünürdü. M.Hüseyn. Füzuli yaradıcılığının sinfi xasiyyəti və xüsusilə onun əsərlərində təzadlı cəhətlər bu vaxta qədər düzgün, elmi izah olunmamışdır. M.İbrahimov. elmi-fantastik sif. Elmi əsaslar üzərində qurulmuş fantastikaya aid olan. Elmifantastik roman. elmi-kütləvi sif. Elm və texnikanın nailiyyətləri ilə geniş oxucu kütləsini aydın və sadə bir dillə tanış edən. Elmi-kütləvi ədəbiyyat. Elmi-kütləvi mühazirələr. elmilik is. Elmi olma, elmə əsaslanma, elmi mahiyyət daşıma. Nəticələrin elmiliyi. Sübutların elmiliyi. elmi-nəzəri sif. Həm elmi, həm nəzəri əhəmiyyəti olan, həm elmi, həm nəzəri mahiyyət daşıyan. Elmi-nəzəri məsələ. Elminəzəri konfrans. elmi-populyar bax. elmi-kütləvi. elmi-texniki sif. Texniki elmlər sahəsinə aid olan. Elmi-texniki ədəbiyyat. elmi-tətbiqi sif. Həm elmi, həm də tətbiqi əhəmiyyəti olan, həm elmdə, həm də praktikada tətbiq oluna bilən. Elmi-tətbiqi nəticə. elmləndirmə “Elmləndirmək”dən f.is. elmləndirmək f. Elm öyrətmək, savadlandırmaq. elmlənmə “Elmlənmək”dən f.is. elmlənmək f. Təhsil almaq, elm öyrənmək, savadlanmaq. elmli sif. Təhsil görmüş, təhsil almış, təhsilli, oxumuş, ziyalı. Elmli qazıya şahid lazım deyil. (Ata. sözü). Qızıl Arslanı bu izdivacdan razı salacaq üçüncü səbəb Təliənin əqilli, ədəbli, elmli və həddindən artıq gözəl olması idi. M.S.Ordubadi. Məlumdur ki, Fərhad qardaşından elmli və bilikli idi. C.Cabbarlı. elmsiz sif. Oxumamış, təhsilsiz, savadsız; cahil, avam. Heç yerdə tərəqqi eləməz elmsiz insan; Bibəhrə olur gər su verilməzsə nihalə. Ə.Vahid. elmsizlik is. Təhsilsizlik, savadsızlıq, cəhalət. Çünki ümumi Vətən, millət işlərində elmsizlik bizi ayaq altına verir. N.Nərimanov. Millətin yüz minlərlə oğul və qızlarını ehtiyac, zülm və elmsizlik çəngəlindən qurtarmadan milli oyanma mümkün deyildi. M.İbrahimov. el-oba top. Camaat, el, xalq. Əziziyəm, can sənə; Gəl kəsim qurban sənə; Nə sirdir, qalıbdır; El-oba heyran sənə? (Bayatı). Eloba Nəbini öz gözünün didəsi kimi qoruyub saxlasa da, Sarımsaqoğlu kimi şeytan-şuğul bu qızıl vədindən ötrü işə girişirdi. S.Rəhimov. elsiz-obasız sif. Yurdu, məskəni olmayan. Dilənçi Nurəddinin titrəməsini görüb dedi: – Məndən qorxma, oğlum, mən də elsiz-obasız bir dilənçiyəm. S.S.Axundov. elti is. Qardaş arvadlarının bir-birinə olan qohumluq münasibəti, qayınxatın. [Şərəfnisə:] Nəyi gizlətmişəm, ay elti? M.Hüseyn. eltökən is. məh. Dağdan köçənə yaxın başlanan güclü yağış. el-ulus top. Camaat, xalq, el. Muğana su gəlir, Milə su gəlir; Axışıb öz eli-ulusu gəlir. S.Vurğun. Axşamlar, ay axşamlar; Şamlar yanar axşamlar; El-ulus evdə yatar; Xodək harda axşamlar. (Bayatı). el-yurd is. El, vətən. [Babək:] Bizim elimiz-yurdumuz var, anacan, sənin də, mənim də böyük bir anamız var – Vətən! M.Rzaquluzadə. em “M” hərfinin adı. emal is. [ər.] Müxtəlif əməliyyat vasitəsilə qayırma, hazırlama, düzəltmə, hazır şəklə salma. Dəri emalı. Ağac emalı. Boru emalı. • Emal etmək – qayırmaq, hazırlamaq, düzəltmək, hazır şəklə salmaq. emalatxana is. [ər. emalat və fars. ...xanə]\n1. İstehsal və ya təmir müəssisəsi, habelə bu cür müəssisənin binası; karxana. Xarrat emalatxanası. Tikiş emalatxanası. – [İmran:] Yoldaşlar, bu günlərdə burada böyük emalatxana açılacaq. Ə.Haqverdiyev. Bir azdan səs-küylə işləyən bir təmir emalatxanasına yaxınlaşdılar. S.Rəhman. Fərman o gündən dərsdən sonra da emalatxanada müəllimindən eşitdikləri sözlər haqqında xeyli düşündü. Ə.Sadıq.\n2. Rəssamın, heykəltəraşın iş otağı. emalçı is. Hazırlayan, emal edən, istehsal edən. Silos basdırıldıqdan sonra Budaq fermadakı süd maşınlarının yanına gələr, emalçılara yardım edər, inəklərin, qoyunların sağılıb, südün maşından keçirilməsində əlindən gələni əsirgəməzdi. Ə.Vəliyev. emaledici sif. Emal edən, hazırlayan, istehsal edən. Emaledici sənaye. embarqo [isp.] hüq. Bir ölkəyə mal gətirilməsinin və ya oradan mal çıxarılmasının qadağan edilməsi. // Bir dövlətin, cəza tədbirləri olaraq, başqa dövlətlərə məxsus gəmilərinin və yüklərinin öz limanına girməsini, yaxud oradan çıxmasını qadağan etməsi. emblem [yun. emblema – nişan, qabarıq bəzək] Hər hansı bir anlayışı ifadə edən şərti əlamət, nişan, rəmz. Göyərçin sülh emblemidir. embriologiya [yun. embryon – rüşeym və logos – anlayış, elm] Biologiyanın rüşeymlərin (embrionların) inkişafından bəhs edən şöbəsi. Canlıların embrional inkişafından bəhs edən elmə embriologiya deyilir. M.Axundov. embrioloji sif. [yun.] Embriologiyaya aid, embriologiyaya məxsus. Embrioloji tədqiqat. embrioloq [yun.] Embriologiya mütəxəssisi. embrion [yun.] bax. rüşeym. Embrionun ana bətnində inkişafı. embrional sif. [yun.] biol. Embriona aid olan. Embrional dövr. Embrional inkişaf. // Embrion (rüşeym) halında olan. Embrional hüceyrə. emfizema [yun.] tib.\n1. Bədənin bir yerində, ya toxumasında həddindən artıq hava, ya qaz yığılması. Dərialtı emfizema.\n2. Ciyərlərin qeyri-normal böyüməsi, şişməsi. emissar [lat.] dipl. Hər hansı bir siyasi təşkilat və ya dövlət təşkilatı tərəfindən məxfi tapşırıqla başqa bir ölkəyə göndərilən şəxs. emission sif. [lat.] mal. Emissiyaya aid. emissiya [lat.] mal. Qiymətli kağızlar və kağız pullar buraxılması. emosional sif. [fr.]\n1. Emosiya ifadə edən, emosiya ilə dolu olan, həyəcanlı. Emosional nitq. – ..[S.Vurğunun] dili çox aydın, səlis, emosional və obrazlıdır. O.Sarıvəlli. ..Musiqi mədəniyyətinin yeni bir qələbəsi kimi qarşılanan “Yeddi gözəl” baletinin musiqisi .. emosional cəhətcə dolğun məzmunlu böyük bir ilham məhsuludur. Ə.Bədəlbəyli.\n2. Tez təsirlənən, tez həyəcanlanan, tez mütəəssir olan, özünü saxlaya bilməyən. Emosional hal. Emosional xasiyyət. – Cabbarlı öz canlı bədii surətləri ilə tamaşaçıların yalnız şüuruna, mühakiməsinə deyil, eyni zamanda hissiyyatına, emosional varlığına da təsir etməyə çalışır. M.Arif. emosionallıq is. Həyəcanlılıq, təsirlilik, həyəcan oyatma, təsirləndirmə qabiliyyəti. Musiqinin emosionallığı. emosiya [fr. əsli lat.] Həyəcan, təəssürat. empirik I. [yun. empeiria – təcrübə]\n1. fəls. Empirizm (1-ci mənada) tərəfdarı.\n2. Praktik işlə məşğul olan adam, empirizm (2-ci mənada) tərəfdarı.\n\nII. sif. [yun.]\n1. Empirizm mahiyyətində olan. Empirik sosiologiyanın metodikası.\n2. kit. Empirizmə, yalnız təcrübəyə əsaslanan, təcrübi. Empirik üsul. Empirik düstur. – Ellinizm dövründə elm empirik xasiyyət daşıyırdı. Ə.Sultanlı. empiriklik is. Empirizmə əsaslanma, empirizm mahiyyəti daşıma, təcrübilik. empiriokritik [yun.] fəls. Empiriokritisizm tərəfdarı. empiriokritisizm [yun.] fəls. XIX əsrin axırlarında meydana çıxmış subyektiv idealist fəlsəfi cərəyan; maxizm. Empiriokritisizm həmçinin fizikada böhranla, fiziki idealizm məktəbi ilə bağlı olmuşdur. Neopozitivizm “antimetafizik” empiriokritisizmin davamıdır. empirizm [yun.] fəls.\n1. İdrak üçün yalnız hissi qavrayışı, təcrübəni əsas hesab edən, nəzəri ümumiləşdirmələri qəbul etməyən fəlsəfi cərəyan. Empirizm ilə rasionalizm arasında əsas ziddiyyətlər.\n2. sif. kit. Nəzəri cəhətin zərərinə olaraq, praktik cəhətə, əməli fəaliyyətə meyil; əməli fəaliyyət. ‣ Sürünən empirizm – ayrı-ayrı faktların dərin əlaqələrini və inkişaf qanunlarını açmadan öyrənilməsi; öyrənilən hadisələrə məhdud, qeyri-ciddi yanaşma. emulsiya [fr. əsli lat.] xüs.\n1. Bir mayenin başqa maye içərisində əriməyib qalan mikroskopik zərrələri.\n2. Foto kağızı, ya lövhəcikləri üzərinə çəkilən fotokimyəvi şüalara həssas jelatin məhlulu. Emulsiya təbəqəsi. emulsiyalaşdırılma “Emulsiyalaşdırılmaq”dan f.is. emulsiyalaşdırılmaq məch. xüs. Emulsiya halına salınmaq, yaxud üzərinə emulsiya çəkilmək. emulsiyalaşdırıcı sif. Emulsiya əmələ gətirən. Emulsiyalaşdırıcı maddə. emulsiyalaşdirma “Emulsiyalaşdırmaq”dan f.is. emulsiyalaşdırmaq f. xüs. Emulsiya halına salmaq, yaxud üzərinə emulsiya çəkmək. emulsiyalı sif. xüs. Üzərinə emulsiya çəkilmiş. Qalın qatlı lövhələr vasitəsilə işıq hissəciklərinin, həmçinin “y” hissəciklərin də hərəkətini yazmaq mümkündür. Lakin sonuncu halda daha qalın emulsiyalı lövhələrdən istifadə edilməlidir. A.Qarayev. // Tərkibində emulsiya olan. Emulsiyalı neft. en I.\n1. “N” hərfinin adı.\n2. Formullarda şərti rəmz – latın hərfi “N”, “n” ilə işarə olunaraq hər hansı bir kəmiyyəti bildirir.\n\nII. is. Bir şeyin köndələn vəziyyətdə uzunluğu. Küçənin eni. Otağın eni. Parçanın eni. – Eni iki kilometrdən artıq olmayan [torpaq] bir zolaq kimi uzanıb gedirdi. M.İbrahimov. [Tövlənin] iyirmi səkkiz arşın uzunu, yeddi arşın yarım enidir. Qantəmir. Bu xəndək bir kilometr uzunluğu, qırx metr eni, otuz metr dərinliyi olan nəhəng bir dərədən ibarətdir. Ə.Sadıq. • En dairəsi coğr. – ekvatordan meridiana qədər olan (dərəcələrlə göstərilən) məsafə. Cənub en dairəsi. En kəsiyi fiz. – cismin oxuna perpendikulyar müstəvi ilə kəsiyi; eninə kəsiyi. ‣ Enə vermək – 1) kökəlmək; 2) eninə böyümək, eninə genişlənmək. Bostandakı kələmlər enə verir, balqabaqlar qarınlarını şişirdir, pomidorların sifəti qızarırdı. Ə.Vəliyev. Eni ilə uzunu bir olmaq – həddindən artıq kökəlmək, köklükdən yumrulaşmaq. endemik sif. [yun.] xüs. Yerli, müəyyən bir yerə xas olan. Endemik xəstəlik. Endemik bitkilər. endemiya [yun.] xüs. İnfeksiyanın qalmasına səbəb olan müəyyən şərait nəticəsində bir yerdə yoluxucu xəstəliyin daim mövcud olması. endirici sif. tex. Bir şeyi, yükü, ağırlığı və s.-ni aşağı endirən. endirilmə “Endirilmək”dən f.is. endirilmək məch. Aşağı salınmaq, düşürülmək. Yuxarıya qoyulmuş qırmızı stol salonun qabaq tərəfinə endirildi. S.Rəhimov. Quyuya kəmər endirildikdən sonra, o, xüsusi aqreqatlar vasitəsilə sementlənir. S.Quliyev. endirim bax. eniş. Yolun endirimi. endirimli bax. enişli. endirmə “Endirmək”dən f.is. endirmək f.\n1. Aşağı salmaq, düşürmək, yaxud enməsinə, aşağı düşməsinə kömək etmək. ..Söz var ki, dağa çıxardar, söz var ki, dağdan endirər. C.Məmmədquluzadə. Arvad ərini geyindirib, qolundan yapışıb, pilləkəndən endirib qayıtdı. Ə.Haqverdiyev.\n2. Sallamaq, aşağı tutmaq. [Qız] sanki bir şey xatırlamaq istəyir də, tapa bilməyir kimi, kirpiklərini mütəmadiyən endirib-qaldırır, baxışının vəziyyətini heç dəyişmirdi. S.Hüseyn. Hümmətəli bircə saat bundan əvvəl qoyulmuş çuqun peçin yanında oturub başını sinəsinə endirmişdi. M.Hüseyn.\n3. Aşağı çəkmək, aşağı sürüşdürmək. Papağı gözünün üstünə endirmək. – ..Memar Sadıqzadə üstünə çəkdiyi ipək yorğanı sinəsinə qədər endirdi. S.Rəhimov.\n4. Aşağı salmaq, azaltmaq, ucuzlaşdırmaq. Qiymətləri endirmək.\n5. məc. Vurmaq, ilişdirmək, çəkmək. Ağac endirmək. Qapaz endirmək. Yumruq endirmək. Qılınc endirmək. – ..Xudayar bəyin əlində yekə dəyənək var. Nə vaxt keyfi istəyir qaldırır, nə vaxt istəyir endirir. C.Məmmədquluzadə. Naznaz əlini qaldırıb Qaraşın təpəsinə endirəndə Qaraş onun biləyindən yapışıb sıxdı. M.İbrahimov. Aslan atasının endirdiyi yumruq altından sivişib çıxdı. M.Hüseyn.\n6. məc. Düşürmək, salmaq, devirmək; məhrum etmək. Dünən eşitdim ki, Şeyx Əbdülhəmidi taxtdan endirdilər. C.Məmmədquluzadə. [Ağa Saleh:] Biz ağaları bu büsatdan endirən olmaz. S.S.Axundov.\n7. məc. Lütf etmək, saymaq, iltifat göstərmək. Xəbər alıb əhvalımı bilmirsən; Endiribən məclisimə gəlmirsən. Aşıq Ələsgər. Bilməyən azdır ayı; Lovğalıqda yox tayı; “Mən çox qəşəngəm”, – deyə; Endirmədi kimsəyə. Ə.Cavad. endokard (=endokardi) [yun. endo və kardia – ürək] anat. Ürək boşluğunu içəridən örtən qişa. endokardi (=endokard) [yun. endo və kardia – ürək] anat. Ürək boşluğunu içəridən örtən qişa. endokardit [yun. endo-daxilində və kardia – ürək] tib. Endokardın (ürəyin daxili qişasının) iltihabı. endokrin [yun. endo-daxilində və krino – ayırıram] fiziol. Daxili sekresiya vəziləri ilə bağlı olan. Endokrin xəstəliklər. • Endokrin sistem anat. – endokrin vəzilər sistemi. Endokrin vəzilər anat. – daxili sekresiya vəziləri. endokrinologiya [yun. endo-daxilində və krino-ayırıram və logos-elm] Daxili sekresiya vəzilərinin quruluş və vəzifələrini öyrənən elm. Eksperimental endokrinologiya. endokrinoloq [yun. endo-daxilində və krino – ayırıram və logos-elm] Endokrinologiya mütəxəssisi. endoqamiya [yun. endo – daxilində və gamos – nikah] etnoqr. Cəmiyyətin ilk inkişaf dövrlərində ancaq qohumundan, tayfasından, ictimai qrupu içərisindən evlənmək adəti. endşpil [alm.] idm. Şahmat oyununun son mərhələsi. energetik [yun.] Energetika mütəxəssisi, energetika sənayesi işçisi. Energetiklərin yeni nailiyyətləri.\n\nII. sif. [yun.] Energetikaya aid, enerji istehsalı və ondan istifadə ilə bağlı olan. Qaldırıcı və fırlandırıcı mexanizmlər buruq içərisində, nasoslar və energetik quruluşlar isə buruğun yanındakı tikililərdə yerləşdirilir. S.Quliyev. energetika [yun.] Xalq təsərrüfatının təbii enerji istehsalı və onun çevrilməsi üsullarını birləşdirən sahəsi, habelə texnikanın, enerjinin müxtəlif növlərinin istehsalı, tətbiqi və onlardan istifadə üsullarından bəhs edən şöbəsi. energiya [yun.] bax. enerji. Suyun tərkibində olan hidrogen daş kömürdən milyon və milyard dəfə daha çox energiya verə bilər. A.Qarayev. enerji [yun.]\n1. fiz. Materiyanın əsas xassələrindən biri – onun hərəkət ölçüsü, materiyanın işıq, istilik, elektrik, mexaniki hərəkət və s. şəklində olan hərəkət ehtiyatı. Atom enerjisi. Şüa enerjisi. – Enerjinin itməməsi və çevrilməsi qanunu təbiətin əsas qanunlarından biridir. “Fizika”. // Hər hansı bir cismin, maddənin və s.-nin bir iş görmə, yaxud iş görə bilən qüvvənin mənbəyi olma qabiliyyəti. Suyun enerjisi. Akkumulyator enerjisi. – Nüvədaxili enerji ehtiyatları doğrudan da hədsiz-hüdudsuzdur. A.Qarayev.\n2. Qətiyyət, inad, coşqunluq, qüvvət, səy. ..[Firidunun] enerji və qüvvətlə dolu qəlbi susmaq, həyatdan küsmək nə olduğunu bilmirdi. M.İbrahimov. Mirzəyev böyük həvəs və enerji ilə çalışırdı. Ə.Sadıq. enəcək is. məh.\n1. Pilləkənin alt pilləsi. [Xanpəri] həyətə xeyli baxdıqdan sonra balkona çıxmaq istədi. Ağlına nə gəldisə, enəcəkdə oturdu. Ə.Vəliyev.\n2. Eniş. eninə zərf. Köndələninə, bir şeyin eni istiqamətində (uzununa əksi). Parçanı eninə kəsmək. ‣ Eninə-uzununa ölçmək – boş-boşuna, məqsədsiz gəzmək, dolaşmaq, veyillənmək. Küçəni eninə-uzununa ölçmək. Həyəti eninəuzununa ölçmək. eniş is. Getdikcə aşağıya enən yer; yuxarıdan aşağıya mail yer (yoxuş əksi). Dəvəyə dedilər: – Eniş yaxşıdır, yoxuş? Dedi: – Lənət hər ikisinə. (Ata. sözü). [Usta Ağabalanın] getdikcə gözünün qabağından küçəyə tərəf pəncərəsiz evlər, sınıq-sökük divarlar, dar eniş və yoxuş küçələr bir-bir gəlib keçirdi. Çəmənzəminli. Cavan çobanlardan biri Qumru ilə qarını enişə qədər ötürdü. Ə.Məmmədxanlı. enişaşağı zərf. Hündür bir yerin başından ətəyinə doğru, yuxarıdan aşağıya, üzüaşağı. Təpəni enişaşağı düşmək. İri daşları enişaşağı yuvarlatmaq. enişli sif. Eniş olan. Enişli təpə. Enişli yol. – Başı qarlı Qafqaz sıra dağlarının qoynunda, dörd tərəfi enişli bir təpənin üstündə salınmış [Xınalıq kəndi] ilk baxışda üst-üstə qurulmuş qartal yuvalarını xatırladır. R.Rza. enişlik is.\n1. Eniş yer. Atlar enişliyə çıxdılar.\n2. Eniş yerin vəziyyəti. enişli-yoxuşlu sif.\n1. Enişi-yoxuşu çox olan. Enişli-yoxuşlu cığır. Enişli-yoxuşlu yer. Enişli-yoxuşlu yol.\n2. məc. Əzablı, əziyyətli; əzabla, çətinliklərlə dolu. Həyat enişli-yoxuşludur. eniş-yoxuş is. Eniş və yoxuş yer. Yenə könlüm quşu; Dönmüş ovçu tərlana; Duymaz eniş-yoxuşu; Qanad çalır hər yana. A.Şaiq. // Sif. mənasında. ..Ağıryüklü fayton əyri-üyrü və eniş-yoxuş yollara çatdıqda bir döngədə aşıb, oxu və çarxı sındı. S.S.Axundov. // Zərf mənasında. Aşağı-yuxarı, hər tərəf mənasında. O qayıdıb bazara yönəldi. Bazarı eniş-yoxuş gəzdi. S.Rəhimov. eniş-yoxuşlu bax. enişli-yoxuşlu. Eniş-yoxuşludur getdiyi yoltək; Bu yolu sinənlə açasan gərək. B.Vahabzadə. enlənmə “Enlənmək”dən f.is. enlənmək f.\n1. Eninə böyümək, genəlmək. Jaket geyiləndən sonra enlənib.\n2. Enə vermək, eninə artmaq. Bunu qırıb atdıqda pambıq gücü uzanmağa yox, enlənməyə verir. Ə.Vəliyev.\n3. Genişlənmək, yayılmaq, artmaq. Duman enlənib hər tərəfi tutdu.\n4. məc. Kökəlmək. Yaşadıqca cavanlana, enlənə; Bir hicabda, bir pərdədə əylənə. M.P.Vaqif.\n5. məc. Yayılmaq, yayılıb oturmaq. ..Qıssa, turşumuş xəmir kimi enlənib oturur. Mir Cəlal.\n6. məc. Şadlanmaq, sevinmək, məmnun olmaq. Bitərəflər sıralardan bir-bir dartınıb iclası tərk etdikcə Mehdiqulu enlənir, şişirdi. Mir Cəlal. enləşmə “Enləşmək”dən f.is. enləşmək f. Daha da enli olmaq, enlənmək. enlətmə “Enlətmək”dən f.is. enlətmək f. Daha enli etmək, en istiqamətində uzatmaq, genişləndirmək, böyütmək, genəltmək. Yolu enlətmək. Otağı enlətmək. – Yaz və yay aylarında qamışlar yaşıl yarpaqlarını nə qədər enlətsə də, başlarını nə qədər qəlbi tutsalar da, Qara təpədən yuxarı qalxa bilmirlər. Ə.Vəliyev. enli sif. En cəhətdən geniş olan, köndələni uzun olan, geniş. Enli yol. Enli parça. Enli palaz. – ..İkinci məhəlləyə gəlincə, küçələri enli, təmiz və evləri səliqə ilə tikilmişdi. N.Nərimanov. [Dərviş:] Göy ot döşəyim, qara daş yastığım, enli yarpaqlar yorğanım idi. A.Divanbəyoğlu. Surxay enli kürəyini bir az da dikəltdi. M.İbrahimov. enli... Enli sözü ilə bağlı olan bir sıra mürəkkəb isimlərin birinci tərkib hissəsi; məs.: enliağız, enlibaş, enlidöş, enlikürək, enlisifət. enliağız (=enliağızlı) sif. Ağzı enli olan, ağzı yekə. Enliağız bıçaq. Enliağızlı balta. enliağızlı (=enliağız) sif. Ağzı enli olan, ağzı yekə. Enliağız bıçaq. Enliağızlı balta. enlibaş is. zool. Çəkikimilər fəsiləsinə daxil olan enli və kök başlı şirin su balığı. enliburun (=enliburunlu) sif. Burun hissəsi enli olan. Enliburun çəkmə. enliburunlu (=enliburun) sif. Burun hissəsi enli olan. Enliburun çəkmə. enlicə sif. Enli. Ay yeznə, ürək yeznə; Enlicə kürək yeznə; Oğlu, qızı içində; Evində gərək yeznə. (Bayatı). enlidöş (=enlidöşlü) sif. Döşü enli, sinəsi geniş olan. Enlidöş adam. Enlidöşlü at. enlidöşlü (=enlidöş) sif. Döşü enli, sinəsi geniş olan. Enlidöş adam. Enlidöşlü at. enlik bax. en2. enlikənar sif. Kənarı enli olan. Enlikənar şlyapa. enlikürək (=enlikürəkli) sif. Kürəyi enli olan. Enlikürək adam. – [Dəli Həsən] baxdı ki, bu [atlı] əynində çuxa, ayağında bağdadı başmaq, başında tirmə şal, enlikürək, qarnıyoğun bir kişi idi. “Koroğlu”. Səkinə iftixar dolu gözlərlə .. enlikürək, ucaboylu, çatmaqaşlı və qartalgözlü oğlunu süzdü. M.İbrahimov. [Dirsə xan] yaşına görə boylu, enlikürəkli, qarayanız bir oğlandı. M.Rzaquluzadə. enlikürəkli (=enlikürək) sif. Kürəyi enli olan. Enlikürək adam. – [Dəli Həsən] baxdı ki, bu [atlı] əynində çuxa, ayağında bağdadı başmaq, başında tirmə şal, enlikürək, qarnıyoğun bir kişi idi. “Koroğlu”. Səkinə iftixar dolu gözlərlə .. enlikürək, ucaboylu, çatmaqaşlı və qartalgözlü oğlunu süzdü. M.İbrahimov. [Dirsə xan] yaşına görə boylu, enlikürəkli, qarayanız bir oğlandı. M.Rzaquluzadə. enliqaş (=enliqaşlı) sif.\n1. Qaşları enli, qalın, sıxtüklü olan; qalınqaş. Enliqaş oğlan.\n2. Qaşı böyük, enli olan. Enliqaş üzük. – [Budaq:] Zəhləm gedən qırxılmış bığları, çeçələ barmağına enliqaş üzük taxması idi. Ə.Vəliyev. enliqaşlı (=enliqaş) sif.\n1. Qaşları enli, qalın, sıxtüklü olan; qalınqaş. Enliqaş oğlan.\n2. Qaşı böyük, enli olan. Enliqaş üzük. – [Budaq:] Zəhləm gedən qırxılmış bığları, çeçələ barmağına enliqaş üzük taxması idi. Ə.Vəliyev. enlilik is. Enli şeyin halı. Parçanın enliliyi. Yolun enliliyi. enlisifət (=enlisifətli) sif. Sifəti enli, dolğun olan. Enlisifət qız. Enlisifət uşaq. – Qabağa çıxanların arasında ortaboy, enlisifət bir qadın vardı. Mir Cəlal. enlisifətli (=enlisifət) sif. Sifəti enli, dolğun olan. Enlisifət qız. Enlisifət uşaq. – Qabağa çıxanların arasında ortaboy, enlisifət bir qadın vardı. Mir Cəlal. enliüz (=enliüzlü) bax. enlisifət(li). Həsən gödəkboy, enliüz, qaraqaş, qaragöz bir oğlan idi. Ə.Sadıq. enliüzlü (=enliüz) bax. enlisifət(li). Həsən gödəkboy, enliüz, qaraqaş, qaragöz bir oğlan idi. Ə.Sadıq. enliyarpaq (=enliyarpaqlı) sif. Yarpaqları enli olan. Enliyarpaq ağac. Enliyarpaqlı kollar. – Cavan enliyarpaq əncir ağacının altına çəkilib, suyu qocanın əlindən aldı. Mir Cəlal. Azərbaycanda olan meşələrin, demək olar ki, hamısı enliyarpaq ağac növlərindən ibarətdir. M.Qaşqay. enliyarpaqlı (=enliyarpaq) sif. Yarpaqları enli olan. Enliyarpaq ağac. Enliyarpaqlı kollar. – Cavan enliyarpaq əncir ağacının altına çəkilib, suyu qocanın əlindən aldı. Mir Cəlal. Azərbaycanda olan meşələrin, demək olar ki, hamısı enliyarpaq ağac növlərindən ibarətdir. M.Qaşqay. enmə “Enmək”dən f.is. enmək f.\n1. Yuxarıdan və ya bir şeyin üstündən aşağı düşmək. Dağdan enmək. Zirzəmiyə enmə. Mal-qara dağdan enir. – [Usta Ağabala] pillələrlə aşağı endi. Çəmənzəminli. Mahirə mal damının üstündən cəld aşağı endi. M.Hüseyn. // Düşmək. Təpənin dibindən bulağın üstünə endim, əl və üzümü yuyub qaynağın qırağında oturdum. A.Divanbəyoğlu. Sabah erkən alaçığın ağzında oynayırdıq. Kənd uşaqları əllərində badya, mis kasa dərəyə enirdilər. A.Şaiq.\n2. Azalmaq, alçalmaq, düşmək. Havanın temperaturu endi. Qiymətlər xeyli enmişdir.\n3. Torpağa, yerə oturmaq, yerə düşmək. Paraşütçülərdən biri Kamalın durduğu təpədən 2-3 yüz addım aralı, məxmər otların üzərinə endi. M.Rzaquluzadə. Endi qəhrəmanım səmadan yerə; Çıxdı kabinədən, daldı göylərə. M.Rahim.\n4. Çevrilmək, ...halını almaq. Çəpiklər çırtığa enmişdi; bunun da səsi eşidilmirdi. Çəmənzəminli.\n5. Çökmək, basmaq, çulğalamaq. Sakit Azərbaycan kəndi üzərinə bir yaz axşamı enirdi. Ə.Məmmədxanlı. Yollardan qalxan toz uçub dağılmır, narın-narın seyrəlir, axşamın zəfəran rənginə boyanıb, zərif bürüncək tək enə-enə (z.) yerin üzərinə enirdi. Ə.Əbülhəsən.\n6. məc. Azaltmaq, aşağı salmaq. [Ələmdar:] ..Görəsən, şişbığ cavahiratın qiymətindən bircə pillə enərmi? S.Rəhimov.\n7. Dəymək, zərbə hiss etmək. Başına bir yumruq endi. – [Qadın] sol əlini başının qarşısına tutmaqla, özünü üzərinə enməkdə olan ağacdan mühafizəyə çalışırdı. S.Hüseyn.\n8. məc. Baş əymək, tabe olmaq, ...qabağında əyilmək. Nəbiyəm, enmərəm sultana, xana; Düşmənin tənəsi kar etməz cana; Boz atı oynadıb girrəm meydana. “Qaçaq Nəbi”.\n9. Enib-qalxmaq şəklində: əyilib-düzəlmək, əyilərək qalxmaq, dalğalanmaq. Şükufələnmiş güllər nəsimin dəyməsindən enib-qalxdıqca Gülsümün vidasına cavabən: “Get, Allah səni xoşbəxt eləsin!” – deyirdilər. Ə.Haqverdiyev. ensefalit [yun.] tib. Beynin iltihabı. ensiklopedik sif. [fr.]\n1. Ensiklopediya mahiyyətində olan. Ensiklopedik lüğət.\n2. Elmin bir çox sahələrini əhatə edən; hər şeyi qavrayan, çoxcəhətli. Ensiklopedik məlumat. Ensiklopedik bilik. ensiklopedist [fr.]\n1. kit. Hərtərəfli məlumatı, təhsili olan adam.\n2. tar. XVIII əsrin axırlarında Fransada nəşr edilən “Ensiklopediya” ətrafında toplaşmış qabaqcıl mütəfəkkirlər qrupunun nümayəndəsi, yaxud onların fikrinə şərik olan adam. ensiklopediya is. [fr. əsli yun.] Biliyin bütün, yaxud ayrı-ayrı sahələrinə dair lüğət şəklində sistemə salınmış məlumatlar toplusu; qamus. Azərbaycan milli ensiklopediyası. Tibb ensiklopediyası. // məc. Həyatı geniş və hərtərəfli əks etdirən bədii əsər haqqında. ‣ Canlı ensiklopediya – hər şeydən məlumat verə bilən, hər şey haqqında müraciət edilə bilən adam haqqında. ensiklopediyaçı bax. ensiklopedist 2-ci mənada. Axı, o dövr Didro başda olmaqla Fransada məşhur ensiklopediyaçıların humanizm, azadlıq, bəşəriyyətçilik bayrağını ucaltdığı dövrdür. M.İbrahimov. ensiklopedizm [fr.] kit. Geniş, hərtərəfli məlumat, təhsil. ensiz sif. Eni az olan, dar. Ensiz küçə. Ensiz parça. Ensiz səki. – [Məşuqə] ..ensiz cığırla birbaş buraya yüyürdü. S.Rəhimov. Ortada uzun, lakin ensiz ayaqaltı xalça salınmışdı. M.İbrahimov. [Tahir] dördkünc balaca kabinetə keçib dənizə tərəf baxan ensiz, uzun otağa girdi. M.Hüseyn. ensizləşdirilmə “Ensizləşdirilmək”dən f.is. ensizləşdirilmək məch. Ensiz hala salınmaq, eni azaldılmaq, darlaşdırılmaq. ensizləşdirmə “Ensizləşdirmək”dən f.is. ensizləşdirmək f. Ensiz hala salmaq, eninə azaltmaq, darlaşdırmaq. ensizləşmə “Ensizləşmək”dən f.is. ensizləşmək f. Getdikcə daralmaq, ensiz olmaq. Yol getdikcə ensizləşirdi. ensizlik is. Ensiz şeyin halı; en cəhətdən darlıq. entomoloq [yun. entoma – həşəratlar və logos – elm] Entomologiya mütəxəssisi. Axmazın yanında Sultanov entomoloq həkimi ilə görüşdü. Ə.Sadıq. XX əsrin əvvəlində həvəskar entomoloq Avropadan Amerikaya zərərsiz bir kəpənək tək baramaqurdu gətirmişdi. (Qəzetlərdən). entomologiya [yun.] Zoologiyanın həşərat (böcəklər) bəhsi. entomoloji sif. [yun.] Entomologiyaya aid. Entomoloji tədqiqat. entuziast [yun.] Bütün qüvvəsi ilə, böyük şövq və həvəslə işləyən adam. // Bütün qüvvə və həvəsini bir işə verən, bir şeyin coşqun pərəstişkarı olan adam. Doktor entuziast olduğu üçün [qızın] sözləri ona toxundu. Çəmənzəminli. entuziazm [yun.] Böyük şövq və həvəs; vəcd. eolit [yun. eos – şəfəq və lithos – daş] arxeol.\n1. Daş dövrünün, ən qədim ibtidai daş alətləri qayrılan mərhələsi.\n2. Bu dövrə aid ibtidai daş alət. epidemik sif. [yun.] Epidemiya mahiyyətində olan; yoluxucu, yoluxma. Epidemik xəstəliklər. // məc. Epidemiya kimi hər yerə yayılmış. epidemiologiya [yun.] Tibb elminin yoluxucu xəstəliklərin törəyib yayılması səbəblərini öyrənən və onların qarşısını almaq üsullarından bəhs edən sahəsi. epidemioloq [yun.] Epidemiologiya mütəxəssisi. epidemiya [yun] tib. Hər hansı bir yoluxucu xəstəliyin geniş yayılması. Tif epidemiyası. Vəba epidemiyası. – Hərgah bir yerdə epidemiya varsa, həkimlərimizdən tələb edirik ki, tezliklə bunun qarşısını alsınlar. Ü.Hacıbəyov. // məc. Çox tez və geniş yayılan hər hansı bir şey haqqında. epik is. [yun.] Epik əsərlər müəllifi.\n\nII. sif. [yun.] ədəb. Eposa aid, epos xüsusiyyətli. Epik əsərlər. Epik dastanlar. epika [yun.] ədəb. Epik əsərlər. epiklik is. Epik xüsusiyyət daşıma. Diskussiyanın gedişində romanın inkişaf etdirilməsinin mühüm məsələləri, onun forma və kompozisiyası, epiklik, tarixilik və xəlqilik məsələləri .. müzakirə edilmişdir. (Qəzetlərdən). epikriz is. [yun.] Xəstəliklə bağlı yekun nəticə, qərar. epikürizm bax. epikürçülük. Əsrlərdən bəri mistik dona geydirilmiş platonik eşqə qarşı poeziyada bir növ epikürizm gəlir. M.İbrahimov. epikürçü is.\n1. Epikür fəlsəfəsi tərəfdarı.\n2. məc. kit. Zövq və nəşəni hər şeydən üstün tutan adam; kefcil, işrətpərəst. Epikürçü şair [Abdulla bəy Asi] şeirlərinin birində deyir: “Bir halda ki, şərab vaizlərin moizəsindən daha yaxşı insanın beynini işıqlandırır, necə ola bilər ki, belə bir şərabı içməyəsən?” F.Köçərli. epikürçülük is.\n1. Qədim yunan materialist filosofu və ateisti Epikürün fəlsəfi nəzəriyyəsi.\n2. kit. Həmin nəzəriyyədən yanlış nəticə çıxaran, həyatın mənasını kefdə, eyş-işrətdə, rahat həyatda görən dünyagörüşü.\n3. məc. kit. Eyş-işrətə, kefə, ləzzətli həyata meyil. epiqon [yun.] Özünün müstəqil yaradıcılıq siması olmayıb, hər hansı bir siyasi, ədəbi, elmi və başqa cərəyanı təqlid edən yazıçı, alim və b.; təqlidçi. Epiqon ədəbiyyatı. epiqonluq is. Elmdə, siyasətdə, incəsənətdə və s.-də təqlidçilik. ..XIX əsrin ortalarında bütün Yaxın Şərq ədəbiyyatında belə bir vəziyyət əmələ gəlmişdi ki, keçmişdə ölməz nümunələr yaratmış Nizami, Firdovsi, Nəvai və Füzuli kimi şəxsiyyətlərin bədii yaradıcılığından tərbiyə almış adamlara başdan-başa epiqonluqdan ibarət olan əsərlər təqdim edirdilər. M.Hüseyn. Hökmdarlar məclisində oxuyan xanəndə qız obrazı isə “Koroğlu”dan sonra bəzi başqa operalara da daxil edilmişdir ki, bu da adi epiqonluqdur. Ə.Bədəlbəyli. epiqraf [yun. epigraphe – yazı]\n1. Qədim yunanlarda: abidə üzərində yazı.\n2. ədəb. Əsərin və ya onun bölmələrinin başlıqlarından sonra yazılan sözlər; zərbiməsəl, hikmətli söz. C.Məmmədquluzadə Qoqoldan öyrəndiyini və onu öz böyük müəllimi kimi hədsiz bir məhəbbətlə sevdiyini fəxrlə söyləyir və hətta .. “Qurbanəli bəy” adlı məşhur hekayəsinin “Allah sənə rəhmət eləsin, Qoqol!” epiqrafı ilə də bunu təsdiq edir. M.Hüseyn. epiqrafik sif. [yun.] Epiqrafikaya aid olan, epiqrafika xarakterində olan. Epiqrafik mətn. Epiqrafik material. epiqrafika [yun.] Epiqraflar haqqında elm. epiqram [yun. epigramma – yazı]\n1. Qədim yunanlarda: abidələr, binalar, hədiyyələr və s. üzərində yazılan yadigarlıq yazı. Feokritin zəngin ədəbi irsindən ancaq bir şeir külliyyatı qalmışdır ki, o da otuz idilliyadan və iyirmi üç epiqramdan ibarətdir. Ə.Sultanlı.\n2. ədəb. Kiçik satirik şeir; həcv. [Silvio:] ..Mənim epiqramlarıma epiqramlarla cavab verirdi, [qrafın] bu cavabları mənə həmişə daha gözlənilməz, daha kəskin görünürdü.. A.Puşkindən. epilepsiya [yun. epilepsia – özündən getmə] tib. Vaxtaşırı və qəflətən bərk qıcolma və özündəngetmə şəklində cərəyan edən xroniki sinir xəstəliyi. Epilepsiya tutmaları. Epilepsiyanın diaqnozu. epileptik [yun.] Epileptik xəstəliyi olan adam. Epileptiklərin xasiyyəti get-gedə dəyişir. – O, “uşaqları gözləyin, uşaqları gözləyin”, – deyə-deyə epileptik adamlar kimi yerə dəydi. M.İbrahimov. epiloq [yun.] Ədəbi əsərin son hissəsi. // Operada son pərdə. Opera təntənəli epiloqla bitir. // Son, nəticə, xatimə. Üsyanın epiloqu. episentr [yun. epi – üstündə, yanında və lat. sentr – mərkəz] Zəlzələ mərkəzi; Yer səthinin bilavasitə zəlzələ mənbəyi üzərində olan sahəsi. Zəlzələnin episentri. epistolyar sif. [lat.] ədəb.\n1. Məktub şəklində yazılmış. Epistolyar roman.\n2. Bir yazıçının, şairin məktublar məcmusu. Puşkinin epistolyar irsi. epitet [yun.] ədəb. Məcazın növlərindən biri olub, bir sözü qüvvətləndirmək və zənginləşdirmək, xassə vermək üçün əlavə edilən söz (məs.: mələk simalı, polad canlı). epizod [yun. epeisodion – əlavə]\n1. Hadisə, əhvalat, təsadüf, ittifaq, vəqə. Əsgərlər yana-yana Qələndərdən danışırdılar və kim hansı epizodu nağıl edirdisə, sözünün axırını gətirib Qələndərlə bağlayırdı. Ə.Əbülhəsən.\n2. Bədii əsərin bitmiş, müstəqil olan bir parçası. Romandan bir epizod danışdı. // kit. Hadisələr silsiləsi içində bir vəqə. Əhvalatın ən romantik və dramatik epizodu. // Kinoşəklinin məzmunca bitmiş hissəsi. Bu epizod filmin ən güclü parçasıdır. // Teatr tamaşasında əhvalatın inkişafı ilə bağlı olmayan səhnə, pərdə. Baletin dərin humanist ideyası öz ifadəsini həm kütləvi qəhrəmanlıq səhnələrində, həm lirik adajiolarda, həm də rəqs epizodlarında tapır. (Qəzetlərdən). epizodik sif. [yun.]\n1. Sistematik xarakter daşımayan, təsadüfdən-təsadüfə olan. Epizodik kömək. İşin gedişinin epizodik yoxlanması.\n2. Yalnız ayrı-ayrı səhnələrdə, epizodlarda görünən, daimi olmayan. Epizodik surətlər. Epizodik rollar. epizodiklik is. Epizodik xasiyyət daşıma. Romanda hadisələrin epizodikliyi. Tamaşada rolun epizodikliyi. epolet [fr.] Fərqlənmə nişanları olan, qızıl və ya gümüş bafta, saçaq və s. ilə bəzədilmiş, bir tərəfi girdə, xüsusi formalı paqon; 1917-ci ilədək Rusiyada zabit rütbəsinin nişanı. epoletli sif. Çiyinlərində epolet olan. Epoletli zabit şineli. eponj [fr.] Xüsusi formada eşilmiş saplardan diş-diş parça növü. Eponj .. fasonlu saplardan toxunduğu üçün çox bəzəkli toxunma hesab olunur. epos [yun.] Rəvayət səciyyəvi ədəbiyyat, dastan. Koroğlu eposu. Qəhrəmanlıq eposu. // Qəhrəmannamələr, dastanlar və s. xalq yaradıcılığı əsərlərinin məcmusu. Qırğızların “Manas” eposu. er “R” hərfinin adı. era [lat.]\n1. İl hesabının başlandığı zaman, tarix başlanğıcı. Yeni era (İsanın doğulduğu zənn edilən gündən başlanan tarix). – Ellips, parabola kimi həndəsi obrazlar 2000 il eramızdan əvvəl yunan riyaziyyatçılarına məlum idi. Z.Xəlilov.\n2. kit. Böyük tarixi əhəmiyyəti olan dövr. İslam mədəniyyətinin meydana gəlməsi ilə bəşəriyyət mənəviyyatı tarixində yeni bir era açıldı.\n3. geol. Yer tarixinin ən böyük xronoloji bölgüsü. Yerin Günəşdən ayrıldığı vaxtdan etibarən keçirdiyi tarix müxtəlif era və dövrlərə ayrılır. M.Qaşqay. er-gec zərf Tez-gec. [Ağsaçlı qadın Səyavuşa:] Quzum! Er-gec parlar adın cahanda; Diz çökərlər sana qarşı hər yanda. H.Cavid. erişmək bax. ermək. [Rəsul:] Cümə axşamında, cümə günündə; Ərənlər erişdi nəzərgah mənim. “Aşıq Qərib”. Ahü zar kəsibdir səbrü qərarım; Erişir fələyə naləvü zarım. Aşıq Paşa. eritrositlər cəm [yun. erythros – qırmızı və kytos – hüceyrə] fiziol. Qırmızı qan cisimcikləri. yrker [alm.] arxit. Binanın daxilini genişləndirən və bir neçə mərtəbədən keçən divarında pəncərələri olan yarımdairə və ya tin-tin şəklində çıxıntı. erkəc is. Erkək keçi, təkə. Sürünün qabağında uzunqəzilli, dik burmabuynuzlu, ala erkəc başını yerə əyir(di). S.Rəhimov. Qoyunlar güneylərdə gərnəşir, keçilər həmərsin kollarının başını dişləyir, boynu qumrovlu erkəclər arabir səs eləyir. Ə.Vəliyev. erkək sif.\n1. Kişi cinsinə mənsub fərd. Erkək at. Erkək arı. – Aslanın erkəyi, dişisi olmaz. (Ata. sözü). Ağacların arasından qəfildən oldu əyan; Yaraqlı erkək at üstündə bir neçə oğlan. A.Səhhət. Rəhmətlik atam Güloğlan anamı o qədər qısqanırdı ki, evdə nə erkək qoyun, nə də xoruz saxlardı. M.S.Ordubadi. Dəstənin üç baş inəyi, beşaltı erkək danası, səkkizə qədər də atı vardı. M.Hüseyn. // is. Erkək qoyun, qoç. Erkək kəsib, ağır məclis qururdu; Şülən çəkilirdi malların, dağlar! Aşıq Ələsgər. Cəmisi bir neçə gün əvvəl birinci dəfə Qarabağdan Bakıya gələn Gəray ağa, Cavanşirin mətbəxi üçün təzə erkək əti, şit yağ, əla düyü gətirmişdi. S.Rəhimov.\n2. is. Kişi mənasında. Fisqü-fücur həddən aşıb Şişədə; Erkəyi, dişisi yaman peşədə. Q.Zakir. Şən balalar, dağ gövdəli erkəklər; Gözəl qızlar, qara tellər bizimdir. A.Şaiq. ..Qadın və erkəklər məhkəmə salonunda deyil, məhkəmə binası qarşısında durmaq məcburiyyətində qalmışlardı. T.Ş.Simurq.\n3. məc. sif. Kişi kimi möhkəm, güclü. [Ceyran] istehsalatda çalışan erkək ruhlu, gülərüzlü bir yoldaş idi. S.Hüseyn.\n4. məc. Qaba, kobud, nəzakətsiz mənasında. Erkək zarafatı eləmək. ‣ Erkək Tükəzban – kişi təbiətli, özünü kişi kimi aparan, kişi ədalı, bir qədər qaba qadın haqqında. erkəkcə sif. və zərf Kişi kimi, mərdcəsinə, cəsuranə. [1-ci mürəttib:] ..Yalnız erkəkcə mətanət lazım... Yoxsa, həşərat kimi üzü üstə süründükcə əsla ağ gün görməyəcəyik. H.Cavid. erkəkcik is. bot. Bitki çiçəklərinin erkək döllüyünün adı. Biz botanika kursundan bilirik ki, armudun çiçəklərində həm erkəkciklər, həm də dişiciklər olur. M.Axundov. erkəkləmək f. məh.\n1. Həddi-büluğa çataraq səsi yoğunlaşmaq, qabalaşmaq (oğlan uşağı haqqında).\n2. məh. Vaxtında dərilmədiyindən ötmək, kobudlaşmaq, bərk olmaq (bitkilər haqqında). erkəklənmə “Erkəklənmək”dən f.is. erkəklənmək 1. bax. erkəkləşmək.\n2. Kişilənmək, yekələnmək. erkəkləşmə “Erkəkləşmək”dən f.is. erkəkləşmək f.\n1. Kişi xasiyyəti almaq, kişi kimi olmaq (qadın haqqında).\n2. məc. dan. Kobudlaşmaq, qabalaşmaq. erkəklik is.\n1. Erkək insan və ya heyvanın hal və sifəti.\n2. Yaşa dolma, həddi-büluğa çatma, yetkinlik.\n3. dan. Qabalıq, kobudluq, qanmazlıq, tərbiyəsizlik. Erkəkliyinə salmaq (qabalıq etmək, qanmazcasına hərəkət etmək). erkən zərf.\n1. Səhər tezdən, sübhdən, ertə. Erkən yola düşmək. Erkən durmaq. – Qara .. hər səhər erkən evə gəlib qarıya baş çəkərdi. Ə.Əbülhəsən. Maya yuxudan erkən qalxdı. M.İbrahimov. [Kamil] səhər erkən, hamıdan tez durar, .. əlüzyuyana su töküb buğlana-buğlana əl-üzünü yuyar, məktəbə gedərdi. M.Rzaquluzadə.\n2. Vaxtından əvvəl, tez. Hacı yenə evə erkən qayıtmışdı. A.Şaiq. Gülpəri erkən gedib mənzilə çatmaq üçün faytonları qovdururdu. S.S.Axundov. Mən o sevdalı qızın; O qanadlı ulduzun; Hər halını sevərkən; Bu bəlaya lap erkən; Düşməyimi bilməzdim. S.Vurğun. erq [yun.] fiz. İş və enerji ölçüsü vahidi. Erq bir dina qüvvənin (hərəkət istiqamətində) bir sm məsafədə gördüyü işdir. “Fizika”. ermək f.\n1. Çatmaq, yetişmək, vasil olmaq. Mənzilə ermək. – Qurbani der: vüsalına ermədim. Qurbani.\n2. Nail olmaq, əldə etmək, yetmək, çatmaq. Arzusuna ermək. Muradına ermək. erməni is. Ermənistan Respublikasının əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Ermənilər hind-Avropa mənşəli xalqdır, amma onların dili türk dillərinin güclü təsirinə məruz qalmışdır. – Erməninin qocalanı köpəyə, müsəlmanın qocalanı ipəyə dönər. (Ata. sözü). Ermənilərin təcavüzkarlığı hələ antik müəlliflərin diqqətini cəlb etmişdi. “Azərbaycan tarixi”. Ermənilər həm də ikiüzlü və dəyişkəndilər, [ölkələrinə] gah bu, gah da başqa ordunu dəvət edirdilər. (Roma tarixçisi K.Tasit). Haylar .. Ərməniyyə ölkəsinə gələndən xeyli sonra .. bəzi qonşu xalqlar təbii olaraq onları artıq Ərməniyyə əhalisi (erməni) kimi tanımışlar. Ona görə də .. erməni adının mənşəyindən danışarkən vacib şərtlərdən biri sonrakı psevdo-ermənilər (haylar) ilə əsil qədim ermənilərin fərqləndirilməsidir. F.Ağasıoğlu. ermənicə sif. və zərf. Erməni dilində. Ermənicə kitab. Ermənicə danışmaq. – Biri rusca, o biri ermənicə, bir başqası da ukraynaca oxudu. M.Hüseyn. erotik sif. [yun.] Erotikaya aid, erotika ilə dolu; şəhvani hisslər ifadə edən. Erotik şeir. – ..Azərbaycan şairləri arasında əsərlərinin çoxu erotik məzmun daşıyan Dilsuz, Raci, Qumri, Dəxil və başqaları məşhurdur. F.Köçərli. erotika [yun.] Eşq və şəhvani hissləri ifadə və təsirə qarşı meyil, maraq. eroziya [lat.]\n1. geol. Torpağın, Yer qabığının axar sular, buz və ya külək təsiri ilə dağılması prosesi. Axar suların yuyucu fəaliyyətinə geologiya elmində eroziya, kimyəvi fəaliyyətinə isə korroziya deyilir. M.Qaşqay.\n2. tex. Mexaniki təsir nəticəsində metalların pas atması. Elektrik eroziyası elektrodlar arasında yaranan elektrik boşalması təsiri ilə materialın müəyyən istiqamətində bir elektroddan o biri elektroda köçürülməsindən ibarət olan fiziki hadisədir. P.Rüstəmzadə. erotizm [yun.] kit. Eşq və şəhvani məsələlərə həddindən artıq meyil, maraq. ..Saraydan və yüksək vəzifəli şəxslərin diqqətindən uzaqda olan şairlər isə öz əsərlərinə yeni bir ünsür olaraq erotizmi daxil edirdilər. F.Köçərli. ertə zərf\n1. Sübhdən, tezdən, səhər tezdən, erkən, erkəndən. Ertə durmaq. Səhər ertədən işləmək. – Sübh çox ertə oyanardı qarı; Durğuzar idi hamı xidmətkarı. A.Səhhət. Qurbanqulu çox işsevən bir cavan idi. Sübh hamı qonşularından ertə durub oduna, biçinə, alağa, xıra, bağa gedərdi. T.Ş.Simurq.\n2. Hazırkı gündən sonra gələn gün, dal gün, o birisi gün. Ertəyə qalan, arxaya qalar. (Ata. sözü).\n3. Daha tez, daha erkən. Bu gün ertə durdu. // Tez, qabaq, vaxtından əvvəl. Şəhərə bir azca ertə çatmaq üçün; Tələsirdi qabaqca satmaq üçün. A.Səhhət. ertədən zərf. Tezdən, sübhdən, erkən. Ertədən işini görüb qurtarmaq. – Nəbi ertədən öz səngərini möhkəmlətmişdi. “Qaçaq Nəbi”. Lotubaşı ertədən yolu bələdləyib xəzinənin yarılmasını axşama qoydu. “Aşıq Qərib”. ertələmək f\n1. Ertə günə qoymaq.\n2. Başqa zamana buraxmaq. ertəsi zərf. Bir günün, həftənin, ayın, ilin ardınca gələn gün, həftə, ay, il. Bayramın ertəsi yola düşdülər. Ertəsi gün işə başladılar. – [Qorxmaz:] Ertəsi gün isə aldığın son bir parça çörəyi özün yeməyib, dünən sənə daş atan qocaya verdin. C.Cabbarlı. Nə isə ertəsi gün səhər saat yeddinin yarısında işə başladıq. Çəmənzəminli. eser [“sosialist-revolyusioner” sözlərinin ixtisar edilmiş baş hərflərinin adından] tar. siyasi. bax. sosialist-revolyusioner. eses [alm. SS (mühafizə dəstəsi) ixtisarı] Alman-faşist mühafizə dəstələri və ya faşist-alman ordusunun xüsusi hissələri. esesçi is. Eses dəstələrində və ya hissələrində xidmət edən adam. eskadra [fr.] Hərbi dəniz, ya hava flotu gəmilərinin böyük birləşməsi. eskadrilya [fr.] Bir neçə təyyarə dəstəsindən ibarət olan hərbi aviasiya. Bombardmançı eskadrilya. eskadron [fr.] Piyada qoşundakı rotaya bərabər süvari qoşun hissəsi. Buna görə də onu Seyidhəmzə ziyarətgahından çıxarmaq üçün bir eskadron kazak göndərildi. M.S.Ordubadi. eskalator [ing.] Adamları qaldırıbendirmək üçün durmadan hərəkət edən pilləkən. Biletlərimizi hərəkətedici pilləkənlər (eskalator) başında durmuş milisionerə göstərərək, ayaqlarımızı ilk pilləyə basırıq və pilləkən tez bizi götürüb gedir. Ə.Məmmədxanlı. eskimo [fr.] Üstü şokoladlı dondurma. eskimos Şimali Amerikanın qütb sahilində, Qrenlandiyada və Asiyanın şimalşərq qurtaracağında yaşayan xalq və bu xalqa mənsub adam. eskiz [fr.]\n1. Bir şəklin, rəsmin və ya onun bir hissəsinin ilk qaralaması. // Heykəltəraşlıq əsərinin kiçildilmiş miqyasda hazırlanan ilk nümunəsi, modeli, taslağı. // Bir musiqi əsərinin, ədəbi əsərin və ya onların hissələrinin ilk redaktəsi. Süita şəklində yazılmış çoxhissəli musiqi əsərlərinə bəzən “eskiz” və ya “etüd” adı da verilir. Ə.Bədəlbəyli.\n2. Bir şeyi düzəltmək üçün nümunə, əsas olan şəkil və s. Paltarların eskizi. Dekorasiya eskizi. esmines [rus. “gskadrennıy minonoseü” sözlərinin ixtisarı] Minadaşıyan eskadra gəmisi. Odessada o yaralanandan iki gün əvvəl həmin esminesdə onun atası həlak olmuşdu. Ə.Əbülhəsən. esperantist [fr.] bax. esperantoçu. esperanto [fr.] Ən çox yayılmış Avropa dilləri materialı əsasında düzəldilmiş süni beynəlxalq dil. esperantoçu is. Esperanto dilindən istifadə və onu təbliğ edən adam. esse is. [fr. essai – təcrübə, sınaq, oçerk] Problemi sərbəst şəkildə şərh edən kiçik həcmli əsər. estafet [fr. əsli ital.] idm. Komandaların qaçış, üzgü və s. yarışı (bu yarışda iştirakçılar müəyyən mənzillərdə bir-birini əvəz edir və bir-birinə müəyyən şey ötürürlər). // Bu yarış zamanı yarışçıların mənzillərdə bir-birinə ötürdükləri şey. [İdmançının] əlində estafet ağacı vardır. (Qəzetlərdən). estakada is. [fr.] Hərəkət çox olan yerlərdə nəqliyyatın hərəkətini, gəmilərin yan almasını, yaxud yükləmə və boşaltma işlərini yüngülləşdirmək üçün körpü şəklində qurğu. // Dənizin dibindən neft və qaz çıxarmaq üçün üzərində neft buruqları və s. təsisat qurulan metal dirəklər üzərində dayanan uzun və böyük körpü. Neft Bakısı üçün səciyyəvi olan sənaye mənzərəsi – dənizi yarıb keçən polad estakadalar, .. ayrı-ayrı buruqların yerləşdiyi süni adalar əlcəzairli qonaqları valeh etmişdir. (Qəzetlərdən). estet [yun.] Gözəllik, bədiilik pərəstişkarı, estetizmə mail olan, estetizm tərəfdarı. estetcəsinə zərf. Estet kimi, estetə xas, estetizm mövqeyindən. Məsələyə estetcəsinə yanaşmaq. estetçi bax. estetik 1-ci mənada. [C.Cabbarlı] formalist və estetçi yazıçıları tənqid edərək yazırdı. M.Arif. estetçilik bax. estetizm. Lakin [Cabbarlının dramaları] estetçilikdən, formalizm ədabazlığından uzaqdır. M.İbrahimov. estetik I. is. [yun.]\n1. bax. estet.\n2. dan. İncəsənət nəzəriyyəçisi.\n\nII. sif. [yun.] Estetikaya aid olan, estetika ilə bağlı olan. Estetik zövq. Estetik duyğu. estetika [yun. aisthetikos – duyan, həssas]\n1. İncəsənət haqqında, bədii yaradıcılıqda, təbiətdə və həyatda gözəllik, gözəl formalar haqqında fəlsəfi nəzəriyyə. Estetika tarixində alman klassik fəlsəfəsinin xüsusi rolu olmuşdur. // Bir şəxsin incəsənət və ya onun hər hansı bir növü haqqındakı görüşləri. M.F.Axundzadənin estetikası.\n2. Gözəllik, bədiilik. estetizm [yun.] kit.\n1. Gözəlliyə, bədiiliyə, incəliyə pərəstişkarlıq, maillik; gözəlliyə məftunluq.\n2. İncəsənətdə əsərin ideyasına, məzmununa fikir verməyib, zahiri formalara, gözəlliyə həddindən artıq meyil göstərmə; estetikada formalizm. [C.Cabbarlı] hər cür formalizmi, estetizmi şiddətli surətdə tənqid edirdi. M.Arif. eston Fin-uqor dillərinin fin qrupuna daxil olan dillərdən biri və həmin dildə danışan adamın adı. Eston dili. Eston ədəbiyyatı. estonca sif və zərf. Eston dilində. Estonca-rusca lüğət. Estonca danışmaq. estrada [fr.]\n1. Kütlə qabağında çıxış edən artistlər üçün tikilən açıq səhnə, taxta meydança. [Səbri] ..ürəyi bərk döyünə-döyünə estradanın yanındakı ağ məhəccərə söykənərək oğrun-oğrun tamaşaçılara baxırdı. M.Hüseyn. ..Qədim Misirdə sehrbazlar və bu sehrbazların oyun çıxarmaları üçün müəyyən estradalar – səhnələr olmuşdur. Ə.Haqverdiyev.\n2. Estradada göstərilən, nömrələri tez-tez dəyişən konsertlərdən və s.-dən ibarət kiçik formalı tamaşa. Estrada orkestri. Estrada nömrələri. eş is. [türk.] Yoldaş, dost. Minlərcə sənin eşlərin ancaq; Yoxsulları etməkdə oyuncaq. H.Cavid. Sinəm başdan-başa oddur, atəşdir; Ömrüm səadətə əvvəldən eşdir. M.Rahim. eşafot is. [fr.]\n1. Qətli icra etmək üçün düzəldilən səhnə.\n2. Dar ağacı. eşdirilmə “Eşdirilmək”dən f.is. eşdirilmək “Eşdirmək”dən məch. eşdirmə “Eşdirmək”dən f.is. eşdirmək “Eşmək”dən icb. İpi eşdirmək. eşelon [fr.]\n1. hərb. Cəbhə dərinliyində və ya girintili-çıxıntılı vəziyyətdə mövqe tutan və bu qaydada yeriyən qoşun hissəsi. Bir neçə gün idi ki, hərbi eşelonlar Qardaban-Qarayazı stansiyalarında dayanıb yol gözləyirdilər. İ.Şıxlı.\n2. hərb. Kütləvi surətdə minik daşıyan qoşun qatarı, əsgəri qatar. Biz Şahtaxtıda ikən Sparskinin Təbrizə gedən son əsgəri eşelonu gəlib Culfaya getdi. M.S.Ordubadi.\n3. Ümumiyyətlə, müəyyən yerə gedən dəmiryol, yük və ya minik qatarı. ..Gətirilən taxta-dirək eşelonu bu gün Təzəşəhərə çatmışdı. Mir Cəlal. eşelonlama “Eşelonlamaq”dan f.is. eşelonlamaq f. hərb. Eşelonlar (1-ci mənada) halında yerləşdirmək. eşelonlanma “Eşelonlanmaq”dan f.is. eşelonlanmaq məch. hərb. Eşelonlar halında yerləşdirilmək. eşələk is. məh. Alma, armud, heyva kimi meyvələrin yeyilməyən iç hissəsi. eşələmə “Eşələmək”dən f.is. eşələmək f.\n1. Torpaq, kül kimi toz halında olan şeyləri bir şeylə ehmallı qazımaq, qarışdırmaq. Kərim kişi .. tonqalın közünü eşələyərək sözə başladı.. M.İbrahimov. Qazan xan tonqalın kənarında oturub gözünü bir nöqtəyə zilləmiş, əlindəki çubuqla külü eşələyir. M.Rzaquluzadə.\n2. Axtarmaq, araşdırmaq, əlləşdirmək, töküb-töküşdürmək, dağıtmaq. Rüstəm bəy kitabları eşələyib bir əsər çıxardı: – Bax, bunu hər bir qadın oxumalıdır! – deyə bir kitab verdi. Çəmənzəminli. eşələnmə “Eşələnmək”dən f.is. eşələnmək qayıd.\n1. Ayaqları ilə torpağı qurdalayaraq, qazaraq özünə yem aramaq. Cücələrim birər-birər; Suyu görüb yavuq gələr; İçər, gedər, eşələnər. A.Səhhət. Çadırımızın dörd bir yanı açıqlıq olduğundan toyuq cücələri ilə o açıqlıqda gəzişir, qurd-quş, çəyirtkə tutub yeyir və eşələnirdi. A.Şaiq.\n2. Yerində qurdalanmaq, o üz-bu üzə çevrilmək. [Ana:] Səhər tezdən, lap toyuqlar ağacdan töküləndə biz oyanıb dururuq, [oğlum] oyanırsa da, gözü baxa-baxa yerinin içində o tərəf-bu tərəfə eşələnir. Qantəmir. Sübhanverdizadə eşələnərək məftilli krovatı cırıldatdı. S.Rəhimov. Tapdıq yerinin içində eşələndi və gözünü açdı. Ə.Vəliyev. eşənək is.\n1. Toyuğun qazıb açdığı, eşələyib açdığı yer, eşilmiş yer. Toyuq eşənəyi. – Toyuğun başı kəsiləndə eşənəkdə qalar. (Ata. sözü).\n2. məc. Qarışdırılmış, eşələnmiş, tökübtöküşdürülmüş, qatma-qarışıq yer. eşidən is. dan. Dinləyici, dinləyən. Radio eşidənlər. eşidilmə “Eşidilmək”dən f.is. eşidilmək məch.\n1. Qulaq vasitəsilə qavranılmaq, qulaqla duyulmaq, qulağa çatmaq (səs haqqında). Yuxarıda qat-qarışıq bir səs eşidildi. A.Şaiq. Göydə ulduz ulduzu çağırırdı.. Yaxından dənizin uğultusu eşidilirdi. M.Hüseyn. Birdən lap qulağının dibində eşidilən bir qışqırıq Qadiri bu xülyalarından ayırdı. Ə.Əbülhəsən.\n2. Xəbər çatmaq, xəbər alınmaq. Bu gün təzə bir xəbər eşidildi.\n3. Dinlənilmək, qulaq asılmaq, qəbul edilmək, nəzərə alınmaq (çox vaxt inkar şəklində). Onun bu arzusu kimsə tərəfindən eşidilmədi. eşidilməz sif. və zərf Eşidilməsi mümkün olmayan, eşidilməyən. [Musa kişinin] yalnız ağzına dəsmal basdıqda səsi eşidilməz oldu. M.İbrahimov. eşidilməzlik is. Eşidilməsi mümkün olmayan səsin halı. eşik is.\n1. Bayır, dışarı, çöl. Gecənin bir aləmində Nəbi evdən eşiyə çıxır. “Qaçaq Nəbi”. Hacı Həsən bir söz deməyib gəlir, yapışır İskəndərin qolundan və çəkə-çəkə aparır eşiyə. C.Məmmədquluzadə. [Dərviş:] Ruqiyyə, niyə eşikdə oturubsan? A.Divanbəyoğlu. • Eşiyə atmaq – bayıra tullamaq, çıxarıb atmaq, tullamaq. Eşiyə çıxmaq – 1) üzə çıxmaq, zühura çıxmaq, aşkara çıxmaq, görünmək. Bir müddət Cahangir dərviş paltarında tacirin evində qaldı. Bir gün öz-özünə fikir elədi ki, yaxşı, bəs mən nə vaxta kimi bu dörd divar arasından eşiyə çıxmayacağam? (Nağıl); 2) təbii ehtiyacını rəf etmək, ayaqyoluna getmək. Eşiyə salmaq – qovmaq. Həsən ağa kimi zalımın biri getdi, naçalnikdən xahiş elədi. Bir də görəcəksən, papağımı qoltuğuma verib saldılar eşiyə. Ə.Haqverdiyev.\n2. Bayır tərəfə baxan, çıxan, eşiyə tərəf olan. ..Eşik otaqda, qəzetlərə sərilmiş qərənfil və xrizantem dəstələri açılıb hazırlandı. M.S.Ordubadi. Eşik qapı dəhlizə açılırdı. Mir Cəlal. Muxtar əmi evin eşik divarına söykəndi. M.Hüseyn.\n3. Bir şeyin bayır hissəsi, çöl tərəfi. Qazanın eşiyini də, içini də ağartdırmaq.\n4. bax. ev-eşik. Gözəllik babında şahicahansan; Eşiyində yüz min qullar dolanır. M.P.Vaqif. [Tükəzban:] Anası ölmüş ev bilmir, eşik bilmir, təkdənbir gələndə də gözünə yuxu getmir. M.Hüseyn. eşikağası is.\n1. tar. Şah saraylarında təşrifat məmuru. [Nadir şah] eşikağası mənsəbini [İbrahimxəlil ağanın oğlu Fəzləli bəyə] münasib gördü və bu qulluğu o mərhumə verdi. M.Adıgözəlbəy. Zamanı eşikağası işdən agah etdi, biçarə mehtər xanın ayağına yıxıldı.. Çəmənzəminli. İbrahim xan şairin istedadına şəxsən inanıb, onu özünə yaxınlaşdırdı və 1769-cu ildə eşikağası vəzifəsinə təyin etdi. F.Köçərli.\n2. köhn. Keçmişdə: böyük adamların evində süfrəni və ev xidmətçilərini idarə edən şəxs; nökərbaşı. Xan taların sədrində taxt üstündə oturubdur: hüzurunda durubdur Səlim bəy eşikağası, əlində çomaq və hər iki tərəfdən Lənkəran bəylərindən neçələri səf çəkiblər.. M.F.Axundzadə. Bu adam rəisin eşikağası idi. Mir Cəlal. eşilmə “Eşilmək”dən f.is. eşilmək məch.\n1. Eşik-eşik edilmək, qazılmaq, qazıq-qazıq edilmək. Meşələr kökündən eşilir, qocaman palıd ağacları hərləməsinə qazılır, kökündən və damarlarından kəsilir, gurultu ilə yerə gəlirdi.. S.Rəhimov.\n2. Burum-burum edilmək, burulmaq. İp eşilmək. eşim-eşim sif. Buruq-buruq, buruq, burum-burum. Eşim-eşim dağ yolu. eşitdirilmə “Eşitdirilmək”dən f.is. eşitdirilmək məch. Hiss etdirilmək, qulağına çatdırılmaq, xəbərdar edilmək, bildirilmək. eşitdirmə “Eşitdirmək”dən f.is. eşitdirmək icb. Qulağına çatdırmaq, hiss etdirmək, xəbərdar etdirmək, bildirmək. [Xədicə] indi isə mahnı oxuyub səsini mənə eşitdirirdi. S.Hüseyn. Sona .. əmisi arvadını sıxma-boğmaya salanlara da eşitdirmək istəyib bərkdən dedi.. Ə.Əbülhəsən. eşitmə “Eşitmək”dən f.is. Eşitmə orqanı. eşitmək f.\n1. Hər hansı bir səsi qulaqla qavramaq, almaq, duymaq, mənimsəmək. Danışanların səsini eşitmək. O biri otaqdan səs eşitmək. – Əz qəza Gülbadamın səsini kəndin kənarından keçərkən bir adam eşidib səslənir: – Ay adam, kimsən? N.Nərimanov. Birdən-birə .. at kişnəməsi eşitdim. H.Nəzərli.\n2. Dinləmək, qulaq asmaq, fikir vermək. Məclis natiqi elə gərgin diqqətlə eşidirdi ki, milçək uçsa, duyulardı. Mir Cəlal. Eşidin, nə deyir: “İki gün əvvəl; Niyə gecikmişdin? Bundan danış gəl!” M.Rahim.\n3. Xəbərdar olmaq, xəbər almaq, xəbər tutmaq, məlumat əldə etmək, agah olmaq, bilmək. Həsən ağa dedi: – Mən səni gözaydınlığı verməyə çağırdım, eşitdim uşaqların məktəbi qurtarıblar, gözün aydın! Ə.Haqverdiyev. Axşam bacımdan eşitdim ki, Xədicə qorxduğundan xəstələnmişdir. S.Hüseyn.\n4. Sözə baxmaq, əməl etmək, nəsihət qəbul etmək. Böyüyün sözün eşit! – Qızım sənə deyirəm, gəlinim sən eşit! (Məsəl). Nə gərəkdir bizə o növ söhbətlər; Eşidin pəndlər, nəsihətlər. S.Ə.Şirvani. [Xidmətçi:] Onun dostluq etdiyi qadınlardan şübhələnirəm. Xüsusən onun bugünkü səyahəti də qorxuludur, onu bu səyahətə buraxmayın, o sizin sözünüzü eşidər! M.S.Ordubadi. • Eşidər-eşitməz – eşidən kimi, dərhal, o saat. Fərman bu adı eşidər-eşitməz böyük sevinclə onun əlini sıxdı. Ə.Sadıq. eşitməməzlik is.\n1. Eşitmək qabiliyyətinin olmadığı hal; karlıq.\n2. Eşitməmə, dinməmə, qulaq asmama, əməl etməmə. ‣ (Özünü) eşitməməzliyə vurmaq (qoymaq) – özünü eşitməyən kimi göstərməyə çalışmaq, əhəmiyyət verməmək, etina etməmək, qulaqardına vurmaq. Mən özümü eşitməməzliyə qoyub qapını taybatay açdım. Qantəmir. Müqim onun atmacasını eşitməməzliyə vurmaq istədisə də, bacarmadı. S.Rəhimov. ..[Qulu] özünü eşitməməzliyə vuraraq, sağ əlini yuxarı qaldırdı. İ.Əfəndiyev. eşitməzlik bax. eşitməməzlik. Əttar Həsən eşitməzlik edib evə girdi və qapını çəkib bərk örtdü. Çəmənzəminli. eşq is. [ər.]\n1. Sevgi, məhəbbət, sevda, böyük istək hissi, sonsuz bağlılıq. Vətən eşqi. Övlad eşqi. Həyat eşqi. – Can vermə qəmi-eşqə ki, eşq afəti-candır; Eşq afətican olduğu məşhuri-cahandır. Füzuli. Dilidivanə sevər can tək o zülfi-siyəhi; Başının şurini gör, eşqdə sevdasına bax. S.Ə.Şirvani. Eşq sözü sözlərin sultanıdır, tacıdır; Eşq – həyat ağacıdır! B.Vahabzadə.\n2. Şiddətli arzu, həvəs, meyil, istək. Sözün eşqilə, qəlbilə yaşar aləmdə insanlar; Sözün səyyar xəyalilə uçar əflakə dastanlar. S.Vurğun. Ala çiçəklərlə ala sürülərin doğma yurdunda dincələn əsgərlər hücum eşqi ilə çırpınırdılar. Ə.Vəliyev.\n3. Müxtəlif obrazlı tərkiblərdə: eşq əhli, eşq aləmi, eşq yarası, eşq afəti, eşq quşu, eşq dəryası, eşq odu, eşq əsiri və s. şəklində işlənib sevgi, məhəbbət hisslərini bildirir. Eşqin xəncərini vurdum sinəmə; Dərin yaralarım deşdim də gəldim. “Aşıq Qərib”. Yoxsa çıxılmayan eşqin dağında; Ömrünün dirilik çeşməsi qaynar. M.Müşfiq. ‣ Eşq yetirmək – sevmək, vurulmaq, aşiq olmaq, bənd olmaq, məhəbbət yetirmək. Xırda qız ağıllı-başlı Məlik Cümşüdə eşq yetirmişdi. (Nağıl). Bir neçə il ondan sonra Mirzə qonşunun qızına eşq yetirib anasını elçi göndərdi. Ə.Haqverdiyev. Eşq olsun! – mədh, tərif yerində işlənir (bəzən “afərin” mənasında da işlənir). Deyirəm, eşq olsun dünən və bu gün; Azadlıq yolunda can verənlərə! B.Vahabzadə. Eşqə düşmək (tutulmaq, giriftar olmaq və s.) – 1) aşiq olmaq, sevmək, bənd olmaq, vurulmaq. Qəm evində zar olalı; Eşqə giriftar olalı; Yarımadıq yar olalı; Nə mən səndən, nə sən məndən. Q.Zakir. Görcəyin gözəl Leylini; Bəyəndim şirin dilini; Eşqə bələndim, meylini; Bil mana sarı görəndə. Aşıq Ələsgər; 2) hədsiz dərəcədə bir şeyin həvəsində, həsrətində olmaq, arzusunu çəkmək, istəmək. Axırda mən özüm də bir belə eşqə düşdüm ki, özümə bir yan tütəyi ələ gətirib başladım yavaş-yavaş çalmağa... C.Məmmədquluzadə. Eşqə gəlmək – təbə gəlmək, cuşa gəlmək, ilhamlanmaq. Yenə də ortada imtahan gərək! Yoxsa ki, gündə bir eşqə gələrək; Sonra da ardınca baxıb ağlamaq; Əskiklik gətirir hər insana, bil! S.Vurğun. Sordum: – Nədən, gözəl çoban; Eşqə gəlib ney çalırsan? N.Rəfibəyli. Eşqə salmaq – sevməsinə, aşiq olmasına səbəb olmaq, özünə aludə etmək. Əğyarı eşqə salmağa ol şuxi-dilfirib; Qeyrilə görcəyin mənə çox eylər ehtiram. S.Ə.Şirvani. Eşqi cuşa (tüğyana) gəlmək – həvəsə gəlmək, cuşa gəlmək, çox həvəslənmək. Qoğuz padşahın eşqi cuşa gəldi, durub gəlməkdə olsun Nardan xanımın yanına. (Nağıl). Qurbani zindanda Pəri xanımı yadına saldı, eşqi tüğyana gəlib sazı sinəsinə basdı. “Qurbani”. Allah eşqinə – bax. Allah. eşqbaz [ər. eşq və fars. ...baz] Qadın düşkünü, arvadbaz, aşiqanə macəraları sevən adam. eşqbazlıq is.\n1. Eşq macəralarına meyil, yalandan eşq yetirmə, məhəbbətdən danışma, sevişmə. ..Uşaqlarımız bekar qalanda ya gərək teatrlarımıza gedib eşqbazlıq nümayişlərinə tamaşa eləsinlər, ya gərək küçə qapılarının ağzına yığışıb yoldan ötüb keçənlərə “ğoğo” eləsinlər.. C.Məmmədquluzadə. [Qafar:] Mən necə səni eşqbazlıq teatrına aparım. S.S.Axundov.\n2. Aşiqlik, vurğunluq. Şərm eylə bu eşqbazlıqdan; Bifaidə cangüdazlıqdan! Füzuli. Ağlını cəm elə, olma sərsəri; Səndə yoxdur eşqbazlıq əsəri. Aşıq Pəri. • Eşqbazlıq eləmək – aşiqanə macəralarla məşğul olmaq, arvadların dalınca düşmək, arvadlarla sevişmək, onlara yalandan eşq yetirmək. [Nəcəf:] Mən eşqbazlıq eləyəndə sən heç ananın qarnında yox idin. İ.Əfəndiyev. eşqli sif. Hərarətli, həyəcanlı, ehtiraslı. Eşqli qəlb. – Qan salmağa aralığa; Çox eşqli pərvanəsən. “Qurbani”. [Rüxsarə] ..ancaq Həsənin hərarətli nəfəsi ilə eşqli dodaqlarını hiss edirdi. T.Ş.Simurq. eşqnamə is. [ər. eşq və fars. ...namə] Aşiqanə məktub, eşq, sevgi ifadə edən məktub. Bir-birlərinə deyəcəkləri sözləri aylardan bəri əzbərləmişdilər, ortalığa atılaraq arzular böyük həcmli bir eşqnaməni təşkil edirdi. M.S.Ordubadi. • Eşqnamə oxumaq – məhəbbət elan etmək (adətən mənfi mənada). [Əsgər Soltan bəyə:] Axı belə iş yaxşı deyildir, özgənin arvadına eşqnamə oxuyursan! Ü.Hacıbəyov. eşqpərvər [ər. eşq və fars. ...pərvər] Eşq bəsləyən, eşq yetirən, sevən. [Sofiya xanım:] Sizin bu qədər eşqpərvər bir qəlbə malik olduğunuzu zənn etməzdim. Çəmənzəminli. eşmə I.\n1. “Eşmək”dən f.is.\n2. sif. Burulmuş, eşilmiş, eşilib hazırlanmış. Eşmə qamçı. – Molla uzun və qara müştüyün başına sancılmış eşmə papirosa qullab vuraraq ətrafına tüstü yayırdı.. T.Ş.Simurq. [Koxa:] Şahməmməd, and olsun bu eşmə bığa; Sənə yalan satmaz ömründə koxa. S.Rüstəm.\n\nII. is. Uşaqların aşıqla oynadıqları bir oyun adı. eşmə-eşmə bax. eşim-eşim. Nəbinin bığları eşmə-eşmədir; Papağı güllədən deşmə-deşmədir. “Qaçaq Nəbi”. eşmək I. f.\n1. Qazımaq, qazıyıb açmaq, qurdalamaq (torpağı, qumu, külü və s.-ni). ..[Pələng də] məni görmüşdü. Pəncəsi ilə acıqlı-acıqlı yeri eşir, dırmalayırdı. A.Şaiq. Səlim ilğım kolunun dibini balaca bel ilə eşməyə başladı. S.Rəhimov\n2. Burmaq. Bığını eşmək. – [Koroğlu] pələ bığlarını eşib qulaqlarının dalına keçirdi. “Koroğlu”. ..Məmməd kişi kababı yeyib yağlı əlləri ilə bığlarını eşdi. S.Rəhman.\n3. Barmaqla hazırlamaq, sarımaq. [Daşdəmir:] Çox yaxşı tütündür, birini eşin, dadına baxın. M.Rzaquluzadə. • Papiros eşmək – tütünü papiros kağızı arasına qoyub sarımaq, papiros hazırlamaq. İskəndər itdən əl çəkib, həvəsli və kefli, şlyapasını krovatın üstünə çırpıb başlayır papiros eşməyə. C.Məmmədquluzadə. Qafar eşib müştüyə keçirtdiyi papirosuna bir-iki qullab vurdu. Ə.Əbülhəsən.\n4. Hörmək. İp eşmək. – Bir ipək və ya keçə qurşağı .. eşərdilər. Buna turna deyərdilər. H.Sarabski. Qız-gəlinlər gün doğmamış oyanır; Gur saçına sığal verib eşməyə. R.Rza.\n5. məc. Əlləşdirmək, axtarmaq, araşdırmaq, qurdalamaq, töküşdürmək. Qazı .. kitabları eşib bir qara cildli kitab götürüb açdı. C.Məmmədquluzadə.\n\nII. is. məh. Yaxası xəzli, gödəkqollu, qadın üst geyimi. eşsiz sif. [türk.]\n1. Yalqız qalmış, tək qalmış; yoldaşsız, dostsuz, kimsəsiz.\n2. Misilsiz, misli olmayan, tayı-bərabəri olmayan. [Xəyyam:] Söylə, ey sevgili, eşsiz mələkim; Kim zəhər qatdı gülər ömrünə, kim?! H.Cavid. eşşək is.\n1. At fəsiləsindən iribaşlı, alçaqboylu, uzunqulaqlı yük və minik heyvanı; uzunqulaq. Allaflar çuval-çuval arpa, buğda və saman alıb arabalara doldurur, eşşəklərə yükləyirdilər. A.Şaiq. Qulam dayının aldığı boz eşşək çox baha tamam oldu. M.Hüseyn.\n2. İnşaat zamanı bir şeyi saxlamaq üçün altdan qoyulan müvəqqəti dayaq, dirək. Körpünün orta eşşəyi sındı.\n3. məc. dan. Qanmaz, kobud, küt, axmaq, cahil adam haqqında (söyüş kimi işlənir). [Nəcəf bəy:] Eşşək, məlun! Sənin sözün də var ata qabağında danışmağa?! Ə.Haqverdiyev.\n4. idm. Gimnastika hərəkətləri üçün üzərinə meşin çəkilmiş, hündür dayaqlı tir. ‣ Eşşək nə bilir zəfəran (plov) nədir, eşşək nə bilir xurmanın dadını – qanmaz, yaxşı ilə pisə fərq qoya bilməyən adam haqqında. [Hüseyn:] Sən nə anlayırsan artist nəyə deyirlər? Nə qədər eşşək zəfəranplovdan bir şey anlasa, bir elə də sən anlarsan ki, artist-tragik nədir? Ə.Haqverdiyev. İki eşşəyin arpasını bölə bilməmək – heç bir işdə qabiliyyəti olmayan, bacarıqsız adam haqqında. Onun vücudunu iki şahıya alan olmaz. Kütbaş, bisavad, iki eşşəyin arpasını bölə bilməyən. M.Hüseyn. eşşəkarısı is. zool. Zərqanadlılar fəsiləsindən arıya bənzər sarı, parlaq qanadı olan, iynəli böcək. eşşəkbelisındırma (=eşşəkbelisındırdı) is. Uşaqların dombaltma durub biri-birinin belindən atılaraq oynadıqları oyun; atlanbac. eşşəkbelisındırdı (=eşşəkbelisındırma) is. Uşaqların dombaltma durub biri-birinin belindən atılaraq oynadıqları oyun; atlanbac. eşşəkbiyanı is. bot. Yazdan bir qədər keçmiş bitən pis qoxulu alaq otu. eşşəkçi is.\n1. köhn. Eşşəklərə baxan, xidmət edən mehtər. Oraya yığılanlar kimdirlər? Biri xanın eşşəkçisinin nəvəsi deyilmi? Ə.Haqverdiyev.\n2. Eşşəyə minmiş adam. Məhəmmədhəsən əlini eşşəkçinin qurşağına salıb çəkə-çəkə aparırdı. C.Məmmədquluzadə. Atlılar bir az dayandılar. Eşşəkçi yaxınlaşdı. Mir Cəlal.\n3. Eşşək ilə yük daşıyan, eşşək üstə xırda alver edən adam. eşşəkçilik is. köhn. Eşşəklə yük daşıma peşəsi. eşşəkqanqalı is. bot. Tikanlı, dilikdilik yarpaqları olan yabanı bitki. eşşəkli sif. Eşşəyi olan. Eşşəkli köç. eşşəklik is. Qanmazlıq, anlamazlıq, kobudluq, heyvanlıq. Planların alt-üst olmasına səbəb Kəşaninin eşşəkliyi və xamlığı olmuşdu. Qantəmir. • Eşşəklik eləmək – axmaq bir iş görmək, tərbiyəsiz bir hərəkət göstərmək. [Allahqulu:] ..Eşşəklik eləyirəm mən ki, Veysin qəlbinə dəyirəm. Ə.Əbülhəsən. eşşəkoyunu is. dan. Axırı savaşmaya, qovğaya çevrilən qaba zarafat. Eşşəkoyunu başlamaq. eşşəkturpu is. bot. Kökü turpa bənzər yabanı alaq otu. etajer (=etajerka) [fr.] Dirəklər üstündə duran rəflərdən ibarət mebel növü. Bir tərəfdə qoyulub kitab qəfəsəsi (etajerka), üstə kitablar, yanında bir dənə sandalya. C.Məmmədquluzadə. Akif .. etajerkadan kitab götürərək oxumağa başlayır. M.İbrahimov. etajerka (=etajer) [fr.] Dirəklər üstündə duran rəflərdən ibarət mebel növü. Bir tərəfdə qoyulub kitab qəfəsəsi (etajerka), üstə kitablar, yanında bir dənə sandalya. C.Məmmədquluzadə. Akif .. etajerkadan kitab götürərək oxumağa başlayır. M.İbrahimov. etalon [fr.] Müəyyən edilmiş ölçü vahidinin dəqiq nümunəsi. // İşlənməkdə olan ölçü alətlərini yoxlamaq üçün ən dəqiq ölçü nümunəsi; əyar. Metrin etalonu. – Təhvil verilən pambığın sortunu qəbuledicilər etalon əsasında müəyyən edirlər. “Pambıqçılıq”. etan [yun.] kim. İşıq və neft qazlarında olan rəngsiz, yanar qaz. etdirilmə “Etdirilmək”dən f.is. etdirilmək “Etmək”dən məch. ..Kinoların qabağına nümayiş etdirilən filmlərin şəkilləri vurulmuşdu. M.İbrahimov. etdirmək icb. Etməyə məcbur etmək. eternit [lat.] xüs. Asbest və sement qarışığından hazırlanan süni şifer. Eternit və yaxud asbest ilə sementdən hazırlanmış kirəmit .. xüsusi zavodlarda presləmək üsulu ilə nazik vərəqələr (4 mm) halında hazırlanır ki, bunlar damları örtmək üçün işlədilir. S.Quliyev. etibar is. [ər.]\n1. Bir şəxsin ixlasına, sədaqətinə, səmimiyyətinə, doğruluğuna, düzgünlüyünə inam, etimad, əmniyyət və bunlara əsaslanan münasibət. İnsan oğlu can verər pərvanə tək atəşlərə; Düz sözün, düz ilqarın, düz etibarın eşqinə. S.Vurğun. // məc. Vəfa. Zakir, etibarı yoxdur dünyanın; Aldanma xeyrinə, şərinə anın. Q.Zakir. Lakin günəşdə etibar görünmürdü; yerdən buğ qalxır, dağların başı dumanlanır, üfüqlər bulaşmağa başlayırdı. Çəmənzəminli. • Etibar etmək (göstərmək, qılmaq) – inanmaq, etimad etmək, inam göstərmək. Mən böylə qılırdım etibarı; Kim bundan olur könül qərarı. Füzuli. Amma keyfiyyət bir mərtəbədə qərib idi ki, Yusif Sərrac onun doğru olmağına, bavücudi ki, gözü ilə görürdü, hərgiz etibar edə bilmirdi. M.F.Axundzadə. [Süleyman:] Əsgər mənə etibar edib elçiliyə göndəribdir, özü də qıza bənddir. Ü.Hacıbəyov.\n2. klas. Ad, san, şərəf, hörmət, nüfuz. Getdi şənimiz, etibarımız; Varmı rütbəmiz, iqtidarımız. M.Ə.Sabir. Keyfə sərf eylədim də milyonlar; Yenə dövlətcə etibarım var. H.Cavid. • Etibardan düşmək, etibarını itirmək, etibarı qalmamaq – 1) hörmətdən düşmək, nüfuzunu itirmək. Bundan sonra zəmanədə mən mərəzə şaiqəm; Çün düşmüşəm yanında onun etibardən. S.Ə.Şirvani; 2) daha mötəbər olmamaq, özünə olan inamdan məhrum olmaq; 3) qüvvəsini, təsirini itirmək (sənəd haqqında). Etibarı olmaq – 1) inanılmaq, başqasının yanında etimadı olmaq; 2) möhkəm olmaq, davamlı olmaq.\n3. klas. Əhəmiyyət, məna. Görmüşəm ləlini, lazımdı tökülsün qanım; Etibar olmaz əgərçi görələr qan yuxuda. S.Ə.Şirvani.\n4. “ilə” qoşması ilə: etibarı ilə – fərz edərək, ...nəzərə alaraq, ...əsasən, ...görə, ...kimi. Bu dövrdə böyük yazıçının hekayələri forma etibarı ilə ən çox novella xasiyyəti daşıyır. M.İbrahimov. etibarən zərf [ər.] Başlayaraq, sayılmaq surəti ilə. Martdan etibarən. O gündən etibarən. – Mollaxanadan qovulan gündən etibarən uşaq fikrini quşbazlıq, tazıbazlıq, xoruzbazlıq və bu kimi işlərə verərdi. H.Sarabski. Xəlil qət etdi ki, sabahdan etibarən o da bekar dayanmasın, bir işin qulpundan yapışsın. İ.Məlikzadə. etibarlı sif.\n1. Etibar edilməyə layiq olan, etibarı olan, inanılacaq, etimad ediləcək, sədaqətli, vəfalı. // Şübhə doğurmayan, həqiqi, dürüst. Etibarlı mənbələrdən alınan məlumat.\n2. Etibarı olan, hörmətli, nüfuzlu, adlısanlı. Etibarlı adam.\n3. Qanunən qüvvəsi, təsiri olan. Etibarlı sənəd.\n4. Möhkəm, davamlı, bərk. Bu divar etibarlıdır. etibarlılıq is.\n1. Sədaqətlilik, səmimilik, doğruluq, düzgünlük, inamlılıq.\n2. Möhkəmlik, davamlılıq. Kontakt birləşmələri elektrik aparatlarının çox məsul hissələri sayılır və aparatların işdə etibarlılığı onların konstruksiya və vəziyyətlərindən xeyli dərəcədə asılıdır. P.Rüstəmzadə. etibarnamə is. [ər. etibar və fars. ...namə] Bir şəxsin və ya idarənin adından iş görmək üçün verilən rəsmi kağız, sənəd. Etibarnamə ilə kassadan pul almaq. – Körpüdə taxtanı buraxmaq üçün etibarnamə istəyirdilər. Mir Cəlal. etibarsız sif.\n1. Etibarı olmayan. Etibarsız yoldaş. Etibarsız dost. – Etibarı kəsib, etibarsız yar; Əl qaldırıb, özgə yara yalvarar. “Lətif şah”. • Etibarsız çıxmaq – verdiyi sözdən, vədədən qaçmaq, vəfasızlıq göstərmək.\n2. Etibara, inanılmağa layiq olmayan; etibarını itirmiş.\n3. Sözü keçməyən, nüfuzu, hörməti olmayan; şərəf və heysiyyəti olmayan. Etibarsız adam.\n4. Qanuni qüvvəsini, təsirini itirmiş, etibarını itirmiş. Bu vəsiqə etibarsızdır.\n5. Möhkəm olmayan, davamlı olmayan. etibarsızlıq is. Etibar, etimad olmadığı hal, vəziyyət. Kuyində bu etibarsızlıq; Bəsdir məni-mübtəlayi-zarə. Əmani. etidal is. [ər.]\n1. Mötədillik, mülayimlik, orta halda olma; tam lazım olduğu dərəcədə, həddə olma.\n2. Soyuqqanlılıq, sakitlik, təmkin. Nizami və Fəxrəddinə göstərilən bu qədər səmimi münasibət Qətibənin əsəblərinə toxunsa belə, öz etidalını pozmayaraq yenə də Azərbaycan nümayəndələrinin rahatlığı üçün hər bir vasitənin hazır edilməsinə diqqət verdi. M.S.Ordubadi. Mehriban Zeynalın belə gecikməsinə əhəmiyyət verməyirdi. Etidalını pozmadan oturub çocuqlarına paltar tikirdi. S.Hüseyn.\n3. “la” şəkilçisi ilə: etidalla yaxud kəmali-etidalla zərf – soyuqqanlılıqla, səbirlə, təmkinlə, sakit surətdə. [Səlim] kəmalietidalla gözləyirdi ki, [Mehriban] ağlayıb ürəyini boşaltsın. S.Hüseyn. Ramazan yenə də etidalla cavab verdi. M.Hüseyn. etika [yun. ethika, ethos – adət, xasiyyət]\n1. İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Materialist etika. Hegel etikası.\n2. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları. Kapitalist cəmiyyətinin etikası. Dvoryan etikası. – Əsil etika açıq danışmağı sevir. M.Hüseyn. etiket [fr.] Malın, eksponatın və s.-nin üstünə yapışdırılan, üzərində onun adı, qiyməti və s. olan; yarlıq. etiketləmə “Etiketləmək”dən f.is. etiketləmək f. Mala etiket vurmaq. etiketlənmə “Etiketlənmək”dən f.is. etiketlənmək məch. Mala etiket vurulmaq. etiqad is. [ər.]\n1. Bir şeyə qəlbən və möhkəm inanma, inam. [Dilarada] ədalətin, haqqın qələbə çalacağına möhkəm bir etiqad vardı!.. M.İbrahimov. // Əqidə, qənaət, fikir. ..Bizim camaatın arasında bu etiqad var idi ki, rus həkimləri müsəlman həkimlərindən artıq təhsil görmüş və təcrübə hasil etməmişdilər. C.Məmmədquluzadə. [Mərhumun qardaşı:] Çünki seyidin qulluğuna etiqadla getməmişdi. Əlbəttə, etiqad böyük şərtdir. Ə.Haqverdiyev. • Etiqad etmək (eləmək, bəsləmək) – qəlbən və möhkəm inanmaq, iman gətirmək, ürəkdən təsdiq etmək. Bir parça buludun yağış yağdırmasını güman etməsəm də, ancaq Nisə xala məndə elə bir təsir buraxmışdı ki, onun hər dediyinə etiqad edirdim. Qantəmir. Hər hansı müalicə içərisində xəstənin özünün etiqad bəslədiyi müalicə ən birinci vasitədir. S.Rəhimov.\n2. din. Bir din və məzhəbə inanma, inam. Mən elə hacı tanıyıram ki, özünün heç bir zada etiqadı olmaya-olmaya Məkkəyə müşərrəf olur. Ə.Qəmküsar. Kərbəlayı Məhəmməd ustanın hekayəsi bitən kimi, dərin bir etiqad ilə gözünü göyə çöndərdi. Çəmənzəminli. etiqadca zərf Etiqada görə, əqidəcə, məsləkcə, məzhəbcə. etiqadla zərf Möhkəm inamla. Fərhadoğlu istəyirdi ki, dərin etiqadla işdəngücdən yapışan gəncliyə qarışsın. S.Rəhimov. İbrahim Məşədi bəyin sakit axan gözlərində qığılcıma bənzər bir şey yandığını görəndə bu sözləri necə dərin bir etiqadla dediyini hiss edib təsəlli tapdı. M.Hüseyn. etiqadlı sif. Bir şeyə etiqadı olan, möhkəm əqidəli, məsləkli. Etiqadlı adam. etiqadsız sif. Etiqadı olmayan, heç bir şeyə inanmayan. Etiqadsız adam. etiqadsızlıq is. Heç bir şeyə inanmama, etiqadı olmama; inamsızlıq. etil [yun. aith(er) – hava və hyle – maddə] kim. Bir çox üzvi birləşmələrin tərkibinə daxil olan karbon və hidrogen atomları qrupu. etila [ər.] tənt. klas. Yüksəlmə, ucalma; yüksəklərə qalxma, yüksəliş; tərəqqi. Mən bu sözlərimlə nə dedim bilsən: – Çırpın üfüqlərə, uç etilaya! S.Vurğun. etilyn [əsli yun.] bax. etil kim. Tərkibi karbon və hidrogendən ibarət olan rəngsiz yanıcı qaz. etimad is. [ər.] Etibar, inam, inanma. İqbalıma yoxdur etimadım; Müşkül görünür mənim muradım. Füzuli. Sən o deyilmidin, dedin: – Var bizim ittihadımız? Mən də, yadında var, dedim: – Yox buna etimadımız. M.Ə.Sabir. • Etimad etmək – inanmaq, etibar etmək, bel bağlamaq. etimadkar bax. etimadverici. Xanımın şirin və etimadkar səsi mərsiyəxanın mühakimələrinə qələbə çalmağa başladı. Çəmənzəminli. etimadlı sif. Etibarlı, inanılan, bel bağlanıla bilən, sədaqətli. Etimadlı adam. – Məktub Zahir Bəlxinin ən etimadlı qulamı olan Bəsirə tapşırıldı. M.S.Ordubadi. Professorun hərarətli və etimadlı danışığı hamının diqqətini cəlb etmişdi. Mir Cəlal. [Sarxan] ..ən etimadlı adamlardan ibarət balaca özəklər düzəltmişdi. M.İbrahimov. etimadnamə is. [ər. etimad və fars. ...namə] Bir dövlətin nümayəndəsinin başqa dövlət yanında səfir olduğunu təsdiq edən sənəd. Yeni səfir etimadnaməsini təqdim etdi. etimadsız sif.\n1. İnanıla bilməyən, bel bağlanıla bilməyən, etibarsız. Etimadsız adam.\n2. Şübhə ifadə edən. Müəllimin daha saralmış və gözəl biçimli dodaqlarında etimadsız və şübhəli bir təbəssüm gəzirdi. Ə.Vəliyev. etimadsızlıq is. Etimad etməmə, ürək qızdırmama; etibarsızlıq, inamsızlıq. Bu baxış .. bir etimadsızlıq demək idi. M.S.Ordubadi. etimadverici sif. İnandırıcı, ümidverici, inamlı, etibarlı. Xanın vəziyyəti məclisi də kiriməyə məcbur etdi. Dərin sükutu Vaqifin yumşaq, lakin etimadverici səsi pozdu. Çəmənzəminli. etimologiya [yun. etymon – həqiqət və logos – elm] dilç.\n1. Dilçiliyin, sözlərin qohumluq əlaqələri və mənşəyindən bəhs edən şöbəsi.\n2. Sözün mənşəyi və onun eyni dildə, yaxud başqa dillərdəki sözlərlə qohumluq münasibəti. Sözün etimologiyası yaxşı məlum deyil. ‣ Xalq etimologiyası dilç. – başqa dildən keçmə sözün ana dilinin səs qanunlarına uyğunlaşdırılıb işlənməsi. etimoloji sif. [yun.] Etimologiyaya aid. Etimoloji lüğət. Sözün etimoloji təhlili. etimoloq [yun.] dilç. Etimologiya mütəxəssisi. etina is. [ər.] Artıq diqqət yetirmə, əhəmiyyət vermə, sayma. • Etina etmək (eləmək, qılmaq) – saymaq, əhəmiyyət vermək, diqqət yetirmək, fikir vermək. Yeməyə, içməyə etina qılmır; Heç alnının qırışığı açılmır. A.Səhhət. Etina etməmək – saymamaq, fikir verməmək. Dünyada yaltaqlıq nə olduğunu Mirzə bilməzdi. Bir bəyə, bir xana etina eləməzdi və deyərdi: “Nə vaxt qapılarına çörəyə getsəm, verməsinlər”. Ə.Haqverdiyev. Qazının qısıla-qısıla gəlməyinə ağa artıq etina etməyib, bir az da irəli gəlməyə aman verir. Çəmənzəminli. etinasız zərf Saymazcasına, saymazyana, fikir vermədən, diqqət yetirmədən, əhəmiyyət vermədən. Etinasız danışmaq. Etinasız cavab vermək. – Qadın olduqca vüqarlı və etinasız bir surətdə gedir və Fəxrəddinin onu təqib edib-etməməsinə diqqət vermirdi. M.S.Ordubadi. Etinasız baxmasın sənə; Divarlarında sükuta dalıb; Qarış-qarış yüksəltdiyin; Binada yaşayanlar. R.Rza. etinasızca (=etinasızcasına) zərf Saymadan, əhəmiyyət vermədən, etina etmədən, laqeydcəsinə. Qara və yorğa atlı bir cavan, atını lap qabaqda və etinasızca sürürdü. Ə.Vəliyev. etinasızcasına (=etinasızca) zərf Saymadan, əhəmiyyət vermədən, etina etmədən, laqeydcəsinə. Qara və yorğa atlı bir cavan, atını lap qabaqda və etinasızca sürürdü. Ə.Vəliyev. etinasızlıq is. Diqqətsizlik, hörmətsizlik, sayğısızlıq; saymamazlıq, fikir verməmə, əhəmiyyət verməmə. Etinasızlıq etmək. Etinasızlıq göstərmək. – Nina bu etinasızlığın zəminəsini çoxdan bəri mənə xəbər vermişdi. M.S.Ordubadi. Qoşatxan .. kobudu yerində oturdar, dikbaşa etinasızlıq göstərərdi. M.İbrahimov. etiologiya [yun. aitia – səbəb və logos – elm] tib.\n1. Xəstəliyin törənməsi səbəbləri və şəraitindən bəhs edən elm.\n2. Hər hansı bir xəstəliyi törədən səbəblər. Xəstəliyin etiologiyası bəlli deyildir. etioloji sif. [yun.] tib. Etiologiyaya aid, etiologiya ilə bağlı olan. Etioloji məlumat. etiraf is. [ər.] Öz qüsur və nöqsanını, az-çox özünün günahı olan bir şeyi inkar etməyib, qəbul etmə, təsdiq etmə, boynuna alma. Yüz şükr ki, yox sənə xilafım; İnsafım var, var etirafım. Füzuli. Qadının etirafı və yaxud təsdiqi mənim marağımı təskin etmirdi. S.Hüseyn. Əlyar koftanın cırılmasına aid Rüxsarənin etirafını istintaq protokoluna qeyd edərək, bugünkü sorğunu bununla bitirmiş hesab etdi. S.Rəhimov. • Etiraf etmək (eləmək) – öz qüsurunu, günahını, təqsirini qəbul etmək, boynuna almaq, təsdiq etmək. İnanma gər desə rəmmal sirriqeybə agahəm; Dəhanın sirrinə yüz kərrə iczin etiraf eylər. S.Ə.Şirvani. [Səlim:] Getmək qolay, ancaq sən etiraf et; Anlat başından keçəni büsbütün. H.Cavid. Lətifə öz səhvini etiraf eləməyə utanırmış kimi, Tahirin üzünə hələ də düz baxmırdı. M.Hüseyn. etiraz is. [ər.] Bir fikri, təklifi, qərarı və ya hərəkəti qəbul etməyərək onun əleyhinə çıxma, qəti narazılığını bildirmə. Özündən qıl riyanı tərk, əgər vardır hünər səndə; Deyil əhli-riyayə etirazın bir hünər, vaiz. S.Ə.Şirvani. Səriyyə xalanın bütün etirazları puça çıxdı. S.Rəhman. • Etiraz etmək – qəti razı olmadığını bildirmək, razılaşmamaq, qəbul etməmək. Ey səlamət əhli, al rüxsarə baxma zinhar! Etiraz eylə məlamətdən, məni-rüsvayə bax! Füzuli. Qətibə bu fikrə etiraz etdi.. M.S.Ordubadi. Anası .. qızının səfərinə etiraz etmək istədi. Ə.Məmmədxanlı. etmə “Etmək”dən f.is. etmək f.\n1. Bir işi yerinə yetirmək, əmələ gətirmək, görmək, eləmək. Qurbani der: könlüm bundan sayrıdır; Nə etmişəm yarım məndən ayrıdır? Qurbani. [Mehriban] buna baxmayaraq, soyuqqanlılıqla cavab verdi: – Necə istəyirsiniz, ediniz!.. S.Hüseyn. [Yaqub:] Əgər mən də oxuyub təhsil etsəydim, onda gərək mən da bir mədən sahibinin qabağında sürünüb, ona nökərçilik edəydim. B.Talıblı.\n2. Köməkçi feil kimi isimlərlə yanaşı işlənib mürəkkəb feil əmələ gətirdiyi zaman ismin mənası ilə bağlı olan hərəkəti bildirir; məs.: şəhadət etmək, dad etmək, düçar etmək, etina etmək. etməklik köhn. bax. etmək. Mən bəni-adəm üçün görməmişəm səcdə ola; Səcdə etməklik üçün hanı həqqin fərmanı? S.Ə.Şirvani. etməksizin zərf Etmədən. Nəsir ki heç bir vaxt Mirzə Qədirin sözündən çıxmazdı, hər əmrini tərəddüd etməksizin qəbul edər, onun hər fikrinə şərik olardı. S.Hüseyn. etnogenez [yun. ethnos – xalq və genesis – doğulma] Hər hansı bir xalqın mənşəyi. Azərbaycan xalqının etnogenezi. Slavyanların etnogenezi. etnoqraf [yun. ethnos və grapho] Etnoqrafiya mütəxəssisi. etnoqrafik sif. [yun.] Etnoqrafiyaya aid olan, etnoqrafiya ilə bağlı olan. Etnoqrafik muzey. Etnoqrafik əsər. – [Vaqif] ..köçərilərin həyat və məişətini çox yaxşı bilirdi. Bu cəhətdən onun Molla Vəli Vidadi ilə yazışması böyük etnoqrafik əhəmiyyətə malikdir. F.Köçərli. etnoqrafiya [yun. ethnos və grapho – yazıram]\n1. Xalqların maddi və mənəvi mədəniyyətlərini, onların mədəni-tarixi əlaqələrini tədqiq edən elm.\n2. Bir xalqın, tayfanın, yerin məişət, adət, mədəniyyət xüsusiyyətlərinin məcmusu. Qafqazın etnoqrafiyası. Asiya xalqlarının etnoqrafiyası. etnoqrafizm [yun. ethnos və grapho – yazıram] Bir şeydə etnoqrafik xüsusiyyətlərin, təsvirlərin, təfərrüatın mövcud olması, verilməsi (kitabda, pyesdə və s.-də). etrüsk İtaliyada yaşamış qədim bir xalq və bu xalqa mənsub adam. etüd [fr.]\n1. Bir əsərin ilk qarası, eskizi. Ulduz azad vaxtlarını daima ən kiçik otağında həvəskarı olduğu rəssamlığa sərf edər, müxtəlif etüdlər işlərdi. Ə.Məmmədxanlı.\n2. Ayrıca bir məsələyə həsr olunmuş kiçik ədəbi əsər. Bioqrafik etüdlər. Tənqidi etüd.\n3. Məşq (musiqidə, səhnədə, şahmatda və s.-də).\n4. Virtuoz mahiyyətində olan kiçik musiqi əsəri. Süita şəklində yazılmış çoxhissəli musiqi əsərlərinə bəzən “eskiz” və ya “etüd” adı da verilir. Ə.Bədəlbəyli. ev is.\n1. Yaşayış binası, həmçinin müxtəlif müəssisə və idarələri yerləşdirmək üçün bina, tikili. Kərpic ev. Daş ev. Yaşayış evi. Altımərtəbəli ev. – On üç il bundan irəli evləri yazanda Danabaş kəndinin tüstü çıxanı düz altı yüz əlli ikiyə çatmışdı. C.Məmmədquluzadə. Şose yolu kənarında, sarı kirəmitli .. bir ev görünürdü. M.Hüseyn. // Mənzil, otaq, ailənin yerləşdiyi yer. Evə getmək. Evdən gec çıxmaq. Ev yığışdırmaq. – [Mərcan bəy:] Əlbəttə, boşayacağam, təvəqqe edirəm ki, bu gün mənim evimdən çıxasan. Ü.Hacıbəyov. [Hacı Nəsir:] Bir kasıb kişinin qızını alıb evimə gətirəcəyəm. S.S.Axundov.\n2. Zəhmətkeşlərin hər hansı bir mədəniməişət ehtiyaclarına xidmət edən ictimai müəssisə, yer. Ziyalılar evi. Körpələr evi. Müəllimlər evi. – Mədəniyyət evinin işıqlı və böyük zalı adamla qaynaşırdı. M.İbrahimov.\n3. Ailə, oğul-uşaq, külfət mənasında. Evinə yaxşı baxır. Evin dərdini çəkmək. Evinə bağlı adam. – [Məşədi Səttar:] Əhvalın necədir, ev, uşaq salamatdırmı? Ə.Haqverdiyev. • Ev açmaq (qurmaq) – özünə ayrıca ailə qurmaq. O, ata-anasından ayrılıb özünə ev açdı. – [Kəmtərov və Leyla] indi belə güman edirdilər ki, dəm-dəsgahlı ev qurmaq istəyənlərin, oxumuşluğun, qarşılıqlı sevgi ilə qurulmuş ailənin qaydası belədir ki, var. Mir Cəlal. Ev adamı – 1) ailənin üzvü və ya ailəyə yaxın şəxs. Başqa vaxt olsaydı, çoxdan ev adamından biri cumub [Həmzənin] paltosunu, papağını alaraq asqıdan asmışdı. Ə.Əbülhəsən; 2) köhn. evfemistik yolla ərin öz arvadının adını çəkməmək üçün işlətdiyi ifadə. [Qoca kişi:] Çünki dünən Yarməmmədin ev adamı gəlmişdi bizə, qarabaşımıza demişdi ki, Kərbəlayı Səfər evə gəlsə, ona bir de, gəlsin, bizim uşağa baxsın. C.Məmmədquluzadə. Ev arvadı (qadını) – heç bir müəssisə və ya idarədə işləməyib, ancaq ev işləri və təsərrüfatı ilə məşğul olan qadın, evdar qadın. [Hurizad oğluna:] Yaxşı, elə oxumuş qızdan ev qadını olarmı? – deyə ciddi sima ilə sordu. Çəmənzəminli. Üst qatlarda ev arvadı yoxdur ki? Mir Cəlal. Ev qulluqçusu – muzdla başqasına müxtəlif ev işləri görən qadın (qız). [Məsmə:] ..Mənim həyatımın ikinci səhifəsi 23-cü ilin baharından başlayır. Bu zaman ev qulluqçularının sığorta edilməsi üçün qanun nəşr edilmişdi. S.Hüseyn. Ev olmaq, ev yiyəsi olmaq – evlənmək, ailə qurmaq, ev-eşik sahibi olmaq. [Soltan bəy:] Qızım, inad olma, .. gedərsən ərə, oğul-uşaq sahibi olarsan, ev yiyəsi olarsan. Ü.Hacıbəyov. Zarafat deyil, evlənir, ay parçası kimi bir qız alır. Ev olur, daha yurdsuzluqdan çıxır. Mir Cəlal. Ev sahibi, ev yiyəsi məc. – ailənin başçısı, evin böyüyü. Qonaq qonağı sevməz, ev yiyəsi hər ikisini. (Ata. sözü). Tahir ev yiyəsini bir də çağırdı. M.Hüseyn. Ev tökmək – evin hər tərəfini silib-süpürmək, tamam təmizləyib yığışdırmaq. Evdən çıxmaq – ailədən küsüb getmək. [Mehriban] Rəmziyyəsini kimə tapşırıb evdən çıxır, onları tərk edirdi. S.Hüseyn.\n4. Heyvan adlarının əvvəlində onların evdə bəsləndiyini, əhliləşmiş olduğunu bildirir. Ev heyvanı. Ev quşu. Ev arısı. – Ev danası ev danasından qorxmaz. (Ata. sözü). Məşhur sayaçı sözlərində ev heyvanları birbir zikr olunur. F.Köçərli.\n5. Bəzi sözlərin əvvəlində, həmin sözlərin ifadə etdiyi şeylərin evlə bağlı və ya evə aid olduğunu, evdə işləndiyini, evdə hazırlandığını, yaxud evdə icra edildiyini bildirir. Ev paltarı. Ev başmağı. Ev xörəyi. Ev çörəyi. Ev tapşırığı. Ev işləri. ‣ Ev bizim, sirr bizim – gizli saxlanmalı olan söz, iş haqqında deyilir. Ev bizim, sirr bizim, söhbətini elə, Fərmandan de! Mir Cəlal. Ev yıxmaq – birinə pislik etmək, bədbəxt etmək. [Mərcan bəy:] Mənim evimi yıxdın, hələ bir gəlib pul da istəyirsən? Ü.Hacıbəyov. Evdə bişməyib, qonşudan gəlməyib – haqqında heç bir şey bilinməyən, heç bir təsəvvür olmayan şey haqqında. Axı neyləyim, evdə bişməyib, qonşudan gəlməyib, bir balaca tərpənəndə elə bilirəm çarpayı altımda yatacaq. İ.Şıxlı. Evdə qalmaq – vaxtı keçdiyi halda ərə getməmək (qız haqqında). [Asya:] Bəs ay Gülçöhrə, onda daha heç ərə getməyib, evdə qalıb un çuvalına tay olacaqsan? Ü.Hacıbəyov. Evdən (ev-eşikdən) uzaq, evlərdən iraq! – ölüm və ya fəlakətdən danışarkən söylənən evfemistik ifadə. [Məşədi Məmməd:] Allah evlərdən iraq eləsin, məni qorxudan elə işin burasıdır. R.Əfəndiyev. Evdən gəlmək – pay gətirmək, əlidolu gəlmək. Evi abad, evin abadan! – yaxşılığa, hörmətə qarşı təşəkkür ifadəsi. [Əsgər Gülçöhrəyə:] Xanım, evin abadan, sənin əlinin bərəkəti mənə bəsdir. Ü.Hacıbəyov. Evi başına götürmək – bərkdən qışqırmaq, bağırmaq, çığırmaq. Uşaq evi başına götürüb. – Buzov isə ardıarası kəsilmədən mələyir, evi başına götürürdü. Ə.Əbülhəsən. Evi başına uçulmaq – bax. evi yıxılmaq. Evi bərbad (viran) olmaq – bax. evi yıxılmaq. Evi viran olmuş (dağılmış, bərbad olmuş, yıxılmış) – bədbəxt, zavallı, yazıq. Nə çarə edim eşqimə pəs mən evi viyran; Yüz çöhrəyə mən müştəriyəm valehi-didar. S.Ə.Şirvani. [Məşədi İmam:] Axı, Məşədi evi yıxılmış başına nə daş salsın. Ə.Haqverdiyev. Evi yıxılmaq, evi bərbad olmaq – ağır bir fəlakətə düçar olmaq, bəlaya düşmək, bədbəxt olmaq. Eşiyin daşına ta dəydi rəqibin qədəmi; Evim ol ləhzə yıxıldı, başıma daş oldu. S.Ə.Şirvani. Qalar müsafiri-biçarə çarəsiz çöldə; Evi yıxıldı, əgər oğruya düçar oldu. M.Möcüz. Ədə, kişini qatıblar atın qabağına aparırlar, kişinin evi yıxıldı. C.Məmmədquluzadə. Evin tikilsin! – alqış, tərif məqamında işlənən ifadə (bəzən etiraz bildirir). [Teymur:] Ay evin tikilsin, on tümən elə mənim belimdəki fitənin qiymətidir. “M.N.lətif”. [Ələmdar Məşədiyə:] Evin tikilsin! Tamahın Əlinin zülfüqarından da itidir! S.Rəhimov. Evin(i) yıxmaq – pis yola aparmaq, xatalı işə cəlb etmək, bədbəxt etmək. Deyir ki, Məşədi qorxulu yolnan gedir, oğlunu da özünə qoşub evini yıxır. M.Hüseyn. [Tamaşa:] Ağazalın evin yıxan elə siz olmadınızmı? Ə.Əbülhəsən. Evindən qaçaq düşmək – hər hansı bir səbəbə görə ailəsindən uzaqlaşmaq, aralı yaşamaq. Evindən düşəsən qaçaq; Sağ gözünə batsın bıçaq. Qurbani. Öz evini yıxmaq – ehtiyatsızlığı üzündən özünü bəlaya salmaq, ağır vəziyyətə düşmək, özünü bədbəxt etmək. [Süleyman bəy:] Kül mənim başıma, niyə mən böyüklər sözünə baxmadım, tay-tuşumu tanımadım, öz evimi yıxdım... Ə.Haqverdiyev. evakuasiya is. [lat.]\n1. Köçürülmə, əhalinin, idarə və təşkilatların müəyyən bir təhlükə ilə bağlı olaraq bir yerdən başqa yerə köçürülməsi. evaltı is. Köhnə evlərdə: anbar, zirzəmi. evarası sif. Açıq və geniş miqyasda deyil, yalnız müəyyən evlər arasında, məhdud dairədə olan, icra edilən, aparılan. Evarası alver. Evarası söhbət. – Belə dərvişlər .. avam adam axtarırlar ki, cibini soysunlar. Özləri də üç yerə bölünür: bazar dərvişləri, avtobus dərvişləri və evarası dərvişlər. “Kirpi”. evbəev zərf Bir-bir evləri dolaşaraq, heç bir evi buraxmayaraq, bir evdən o biri evə. Evbəev dolaşmaq. – Bakıda oğulsuz qoca qarıların sənəti evbəev gəzib cavan oğlanları evləndirmək idi. H.Sarabski. evc [ər.] bax. övc. Aşkar oldu mənim dərdi-pünhanım; Evc etdi fələyə ahü-əfğanım. Aşıq Yusif. evcik 1. “Ev”dən kiç. [Gültəkin:] ..Qoyunuz son dəfə olaraq bütün xoşbəxt günlərimi keçirdiyim bu qaranlıq, məhzun evciyəzi bir də doyunca görüm. C.Cabbarlı. [Vidadi:] Vaqif, sabah məni yola sal, gedim; Torpaq evciyimi ziyarət edim. S.Vurğun.\n2. bax. evcik-evcik. Ağca xanım da evcik tikirdi. Çiçəkləri dərib onu bəzəyirdi. S.S.Axundov. evcik-evcik is. Uşaqların qumdan, torpaqdan evciklər düzəldib oynadıqları oyun. [Sabir:] Mən həmişə onlara baxıram, bağımızda qumdan dam tikirəm, evcik-evcik oynayıram. S.Rəhimov. evcil sif. Evə və insana alışmış, əhli (yabanı ziddi). Evcil heyvan. İt, pişik evcil heyvanlardır. evciyəz “Ev”dən oxş. Budur, şəhərin ucqarında kiçik bir evciyəz qaralır. Ə.Məmmədxanlı. evdar sif. [ev və fars. ...dar]\n1. Heç bir idarədə və ya müəssisədə işləməyib ancaq öz ev işləri ilə məşğul olan. Bu təklifi eşidən evdar qadınlar binanın üst mərtəbəsinə dırmaşırdı. Mir Cəlal.\n2. Evli, uşaqlı, ailə sahibi, ailəsi olan. Evdar adam.\n3. Ailəsini, ailə həyatını sevən, ailəpərəst, evcanlı. // Ailəsini yaxşı dolandıran, evinə, ailəsinə yaxşı baxan. Evdar kişi. Evdar qadın. – [Qadın:] Aman, nə evdar adamsınız! – dedi. Çəmənzəminli. evdarlıq is.\n1. Heç bir idarə, ya müəssisədə işləməyib ancaq öz ev işləri ilə məşğul olma. • Evdarlıq etmək – öz ailə işləri ilə məşğul olmaq. [Şahbaz bəy:] Arvad al, qoy evdə evdarlıq etsin, sən də kefdə, damaqda ol. S.S.Axundov. [Məmməd:] Nə olub bəyəm, mən ölmüşəm ki, sən indidən evdarlıq eləyəsən? Mir Cəlal.\n2. Evdar adamın xüsusiyyəti; ailəpərəstlik, ailəcanlılıq. Baharın xasiyyətini, ləyaqətini və evdarlığını Rəhimə bəyənib evin cəmi ixtiyarını ona verdi. S.S.Axundov. evdolusu zərf\n1. Çoxlu, çox, külli miqdarda. Evdolusu şey. – Bir balaca boyu var, evdolusu toyu var. (Tapmaca). [Məşədi Məmməd:] Pullu Hacı Rüstəmin qızını alsam, iki evdolusu cehiz, mal gətirər. R.Əfəndiyev.\n2. Çox ucadan, bərkdən. Kərimqulu ayağını yerə döyüb bütün evdolusu bağırdı. S.Rəhimov. evdovşanı is. zool. Ətlik və xəzlik üçün yetişdirilən dovşanaoxşar gəmirici heyvan. even is. Sibirin şimal-şərq rayonlarında yaşayan və evenklərə yaxın olan xalq və bu xalqa mənsub adam. evencə sif. və zərf Even dilində. Evencə-rusca lüğət. Evencə danışmaq. evenk is. Rusiya Federasiyası tərkibinə daxil olan Evenk milli dairəsində və Sakit Okeana qədər Şərqi Sibirdə yaşayan xalq və bu xalqa mənsub adam (keçmişdə bu xalqın adı tunqus idi). Yenisey çayından şərqə doğru Oxot dənizinə qədər olan sahildə evenklər və ya rusların dediyi kimi, tunquslar yaşayırdılar. evenkcə sif. və zərf Evenk dilində. Evenkcə yazı. Evenkcə danışmaq. ev-eşik is. Ev, ailə, mülk və s.; ümumiyyətlə, evlə bağlı hər şey. Ev-eşiyi əlindən çıxmaq. Ev-eşik düzəltmək. – [Bəkir:] Ev-eşiyimiz bərbad olub, var-yoxumuz əldən gedəndən sonra üzə çıxıb nə edəcəyik? N.Vəzirov. [Hacı Nəsir:] ..Bu gündən bu eveşiyin xanımı sənsən, ancaq səndən təvəqqe edirəm ki, bu oğluma həqiqi analıq edib ürəkdən sevəsən. S.S.Axundov. • Ev-eşik düzəltmək – özü üçün ev və ailə qurmaq. Telli dişi ilə, dırnağı ilə çalışmış, axır İslam üçün əməlli-başlı bir ev-eşik düzəltmişdi. S.Hüseyn. Ev-eşik sahibi (yiyəsi) olmaq – bax. ev olmaq, ev yiyəsi olmaq (“ev”də). [Cahan xala:] Neçə vaxtdır ki, mən sənə deyirəm: – Əsgər, gəl evlən, ev-eşik yiyəsi ol, oğul-uşaq sahibi ol. Ü.Hacıbəyov. Gülarə ilə evlənmək, bir neçə müddətdən sonra oğuluşaq atası və ev-eşik sahibi olmaq fikri onun beynindən bir an çıxmırdı. Ə.Vəliyev. evfemistik sif. [yun.] dilç. Evfemizm mahiyyətində olan. Evfemistik ifadə. evfemizm [yun.] dilç. Müəyyən bir şərait üçün qaba və ya namünasib sayılan söz və ya ifadə yerinə işlədilən başqa, daha incə söz, ya ifadə; məs.: “arvadım” əvəzinə “uşaqların anası”, “yalan danışırsınız” əvəzinə “düz demirsiniz” və s. evkalipt [yun.] bot. Əsil vətəni Avstraliya olub, Qara dəniz sahillərində və Azərbaycanda da iqlimləşdirilib yetişdirilən ucaboylu, həmişəyaşıl, enliyarpaqlı ağac. Ucaboylu, həmişəyaşıl, müxtəlif rəngli, çox ətirli yarpaqlarla örtülü olan evkalipt bitkisi parklara, bağçalara, küçələrə zinət vermək və sitrus bağlarını, çay plantasiyalarını küləkdən qorumaq məqsədi ilə becərilir. İ.Axundzadə. evlad [ər.] bax. övlad. Məmməd evladlarını .. böyüdüb müəyyən yaşa yetirdikdən sonra, bunları məktəbə qoydu. “Aşıq Qərib”. Məmmədhəsən əmi .. mehriban atadı, o heç vaxt istəməzdi evladının ürəyini bir dəm sıxsın. C.Məmmədquluzadə. [Kor kişi:] sizə ata yerində, siz də ona evlad mövqeyində idiniz. S.Hüseyn. evləndirmə “Evləndirmək”dən f.is. evləndirmək f. Birinə arvad (qız) alıb evli etmək. Oğlunu evləndirmək. – [Cahan xala:] Rəhmətlik bacım canı ağzından çıxana kimi mənə deyərdi: Cahan, bax, Əsgəri sənə qoyub gedirəm, onu tək qoyma, evləndir. Ü.Hacıbəyov. [Mirzə Həsən:] Vəba ilində, Allah ölənlərinə rəhmət eləsin, rəhmətlik atam məni yenicə evləndirmişdi. Çəmənzəminli. Lakin evlərində xörək, yemək hazırlamağa bir arvad olmadığından atası Haşımı evləndirdi. B.Talıblı. evlənmə “Evlənmək”dən f.is. O günün sabahı Şərifzadə və Qəmər xanımın şahidliyi ilə Zeynalın Mehribanla .. evlənməsi zaqsda qeyd olundu. S.Hüseyn. evlənmək f. Arvad almaq, ailə qurmaq üçün qanunən qadınla (qızla) birləşmək. Zeynəb Xudayar bəyin evindən gedəndən iki ay sonra övrəti öldü və Xudayar bəyə evlənmək lap vacib oldu. C.Məmmədquluzadə. [Kərimxan:] ..iyirmi yaşı olarolmaz özü kimi yetimçilikdə böyümüş Xavər adlı yoxsul, lakin yaraşıqlı və nəcib təbiətli bir qızla evlənmişdi. M.İbrahimov. evli sif. Arvadı olan, əri olan (ərli), ailəli. Evli kişi. Evli arvad. – Kiçik əmioğlum hərçənd evli (z.) deyildi, lakin dul bacısı və onun iki yaşında oğlu ilə bir ailə kimi ayrıca yaşayırdılar. S.S.Axundov. Deyirlər ki, evli (z.) olmağın, uşaq babası olub külfət arasında ömür sürməyin özgə bir ləzzəti var. A.Divanbəyoğlu. evli-eşikli 1. sif. Ailəsi, evi, dirriyi olan. Evli-eşikli kişi. Evli-eşikli olmaq. – [Xınalıq] kəndinin çox dəcəlləri gözümüzün qabağında böyüyüb, evli-eşikli (z.) kişi olub. R.Rza. [Kosaoğlu:] Ay Nəsib, sən də lap gülməli adamsan. Bu sözləri bir evlieşikli, arvadlı-uşaqlı adam desəydi, dərd yarı idi. İ.Şıxlı.\n2. top. Bütün ailə birlikdə, bir yerdə, hamılıqla. [Səfi:] Atam-anam sənə qurban olsun, padşah! Keşiş budur, üç aydır ki, evlieşikli bu vilayətdən qaçıbdır. Ü.Hacıbəyov. evlik 1. sif. Evə aid, evə məxsus, ailə ilə bağlı; ailəlik. Əsəd Arazı əncir ağacı altına çəkdi: – Yox, evlik işim yoxdur. A.Şaiq.\n2. köhn. evf. Qadın, arvad mənasında. [İbad:] [Almaz] dayanıb belə, bizim qardaşın evliyi də belə, bir az da özümü irəli verdim, gördüm yox, iş bir təhərdir. C.Cabbarlı.\n3. Saylarla evlərin miqdarını bildirir. 100 evlik kənd. – Beş yüz evlik, şəhər tipli gur bir qəsəbədə çalğıçı dəstəsinin olmaması qəribə görünsə də, ancaq bu belə idi. Ə.Əbülhəsən. evlilik is. Evli adamın vəziyyəti, halı. O, evliliyindən çox razıdır. evnə bax. öynə. [Bahar:] Onlara çörəyi evnə ilə vermirlər. Mir Cəlal. evolyusionist [lat.] Təkamül nəzəriyyəsi tərəfdarı. evolyusionizm [lat.] bax. təkamül (təkamül nəzəriyyəsi). evolyusiya [lat.] bax. təkamül. evrika [yun.]\n1. Eramızdan əvvəlki Yunanıstanın riyaziyyatçı və mexaniki Arximedin adına yazılan nida cümləsi – “Mən tapdım!”.\n2. Hər hansı kəşflə bağlı söylənən nida cümləsi. evsaf [ər.] bax. ovsaf. Bir gözəl istərəm bu evsafda; Gözəllər içində xubtər olsun. Aşıq Qurban. Tanrı kəsibdir bizim ərlərin insafını; Sən ki bilirsən, “Baba”, onların evsafını. C.Cabbarlı. evsiz sif.\n1. Evi, mənzili olmayan. Evsiz adam. // İs. mənasında. Evsizləri siyahıya almaq.\n2. Ailəsi olmayan. evsiz-eşiksiz sif. Yaşayacaq yeri; evi, ailəsi olmayan. [Nazlı:] Təngə gəlmişəm. Adam evsiz-eşiksiz, onun-bunun küncündə nə qədər yaşayar? İ.Məlikzadə. evsizlik is. Evi, ailəsi olmayan adamın vəziyyəti, halı. evyaran is. Evləri yarıb oğurluqla məşğul olan adam; oğru. Nə dilənçi qaldı, nə bir nəfər ac! Evyaran, başkəsən, quldurlar kimi. S.Vurğun. evyıxan is. Başqasını bədbəxt edən, başqasına hər cür pislik etməyə çalışan adam; mərdimazar. Məşhur məsəldir ki, düşər qarə gəzən kəs; Evyıxanın evin yıxar, əlbəttə, xudavənd. Q.Zakir. ey I. nida. Müraciət, çağırış üçün işlənir. Ey oğul! Ey dost! Ey mənim əziz qardaşlarım! – Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!.. C.Məmmədquluzadə. // Haraylama, haylama nidası. [Südçü] isə arxamdan çağırıb: – Ey, bura bax! [Atan] gələcək, səni aldatdım, mən bu gün tez çıxmışam, – dedi. A.Şaiq. Ey şofer, “Moskviç”ini qovub apardılar! – deyə ilk dəfə söz atan qız indi bilavasitə Tahirə üz tutub qışqırdı. M.Hüseyn.\n2. İntonasiyadan asılı olaraq bəzən etiraz, narazılıq, istehza bildirir. Nə var, ey! Bir desən nə istəyirsən? Balam, tovlayırsan bizi yenə sən. S.Vurğun.\n\nII. bax. eyi. Ey Füzuli, odlara yansın büsati-səltənət; Eydir ondan həq bilir bir guşeyi-gülxan mənə. Füzuli. Haq bilir, deyiləm mən ziyanlıqdan; Ölüm eydir belə zindəganlıqdan. Q.Zakir. eybəcər sif.\n1. Xarici görünüşcə eyibli, nöqsanlı, çirkin; kifir. Eybəcər qız. Eybəcər uşaq. – Fərhad xan bığıburma, yekəqarın, eybəcər bir pəhləvan idi. (Nağıl). Çünki onun, boy-buxununa görə, böyük olan başı tükdən daha da iriləşir, gözə bir az eybəcər gəlirdi. Ə.Əbülhəsən. // İs. mənasında. Eybi eylər eybəcər, soğanı yeyər dərdəcər. (Ata. sözü). Gördü gölün içində baxır ona bir nəfər; Bir bədheybət, eybəcər. R.Rza. // Bədəninin bir yerində nöqsan olan. Eybəcər gözlü qız. Eybəcər barmaqlı əl.\n2. məc. Təhrif edilmiş, korlanmış, biçimsiz, yöndəmsiz, mənasız, iyrənc, qeyri-adi. // Xoşa gəlməyən, nifrət oyandıran, çox pis, çirkin. Müdhiş və eybəcər bir səslə vıyıldayaraq gələn minalar yalnız əsgərləri deyil, yeri-göyü də sarsıdırdı. M.Hüseyn. eybəcərcəsinə zərf Eybəcər hala salacaq dərəcədə. Rüstəm kişiyə elə gəldi ki, Qoşatxanın əynindəki kostyum eybəcərcəsinə gendir. M.İbrahimov. eybəcərlənmə “Eybəcərlənmək”dən f.is. eybəcərlənmək bax. eybəcərləşmək. eybəcərləşdirilmə “Eybəcərləşdirilmək”dən f.is. eybəcərləşdirilmək məch.\n1. Eybəcər hala salınmaq; çirkinləşdirilmək.\n2. məc. Təhrif edilmək, korlanmaq. eybəcərləşdirmə “Eybəcərləşdirmək”dən f.is. eybəcərləşdirmək f.\n1. Eybəcər hala salmaq, kifirləşdirmək, çirkin etmək; çirkin göstərmək. Bu paltar onu eybəcərləşdirir.\n2. Təhrif etmək, pozmaq, korlamaq, xarab etmək. Formalizm formanı dağıdır, eybəcərləşdirir, məhv edir. (Qəzetlərdən). eybəcərləşmə “Eybəcərləşmək”dən f.is. eybəcərləşmək f. Eybəcər hala düşmək, kifirləşmək, çirkinləşmək, biçimsiz, yöndəmsiz şəkil almaq. [Qaraşa] elə gəlirdi ki, Kələntər çox kök olduğundan, orta boyu bir az qısalır və eybəcərləşirdi. M.İbrahimov. eybəcərlik is.\n1. Eybəcər şeyin halı; kifirlik, çirkinlik, biçimsizlik. Səməd acıqlandığı zaman üzündəki eybəcərlik daha aydın gözə çarpırdı. M.Hüseyn. ..Eybəcərliyinə görə heç kəs [Cumanın] adını çəkmir. Ə.Əbülhəsən.\n2. məc. Kəsir, nöqsan, çatışmazlıq, biabırçılıq, qeyri-normal hal, iş, vəziyyət. Gör onda neçə-neçə biabırçılıqların üstü açılar, pərdələr götürülər, eybəcərliklər görünər? S.Rəhimov. Vəlini düşündürən bütün eybəcərliyi ilə hiss etdiyi həyat məsələləri idi. M.Hüseyn. eyd is. [ər.] köhn. Bayram. Baxmayın eyd günü ayna ilə ayə, vəli; Mahi-nov ol iki əbruyi-dütadən görünür. Ə.Vahid. eydirmə 1. “Eydirmək”dən f.is.\n2. is. İnəyi sağarkən onu oxşamaq üçün oxunan mahnı. Eydirmə oxumaq. – Kimdir o qaragöz ellər gəlini? Dilində eydirmə inəkmi sağır? S.Vurğun. Biz əvvəlcə buzovun boğazına ipi salıb bağlayırıq inəyin qabaq ayağına. Sonra da bir-iki ağız eydirmə deyib, başlayırıq məmələrin hansı qabaqca əlimizə düşsə, dartışdırmağa. İ.Hüseynov. eydirmək f. İnəyi sağmazdan əvvəl onun əmcəklərini südlə dolsun deyə, iki barmaqla sıxmaq və ya balasını azca əmizdirmək. ..Ruqiyyə inəkləri eydirirdi, mən də sağırdım. A.Divanbəyoğlu. eyham is. [ər.] İkimənalı, üstüörtülü söz və ya ifadə; işarə. Bir otaqda oturuban biz ilən; Könlümü aldığın şirin söz ilən; Gah eyham, işarə, gah göz-qaş ilən; Gah həzin güftguyun istərəm. Q.Zakir. Həsən ağanın rəngi dəyişir: – Nə demək istəyirsən, bu eyhamların mənası nədir? Ə.Haqverdiyev. Nərgiz xanım düşünür: yazıq Azad, Ulduz mənim qızımdırsa, o sənin bu eyhamını çox çətin başa düşəcək.. Ə.Məmmədxanlı. • Eyham atmaq (vurmaq, etmək) – kinayəli, üstüörtülü söz demək, işarə vurmaq. [Ələkbər:] Sən Səlimnaz xanıma eyham atırsan? N.Vəzirov. Kürən at xatakar olar ha.. – deyə Nadir nəyə isə eyham etdi.. B.Talıblı. Sabir yenə qımışdı. O, belə eyhamlar vurduqca Məşədi bəyin xoşuna gəldiyini çox aydın hiss edirdi. M.Hüseyn. Eyhamla danışmaq (demək) – danışarkən üstüörtülü, eyhamlı sözlər işlətmək, işarə ilə danışmaq. Eyhamla, işarə ilə danışdığı, Maralın nə isə bir şey duyduğunu sübut edirdi. Ə.Əbülhəsən. Xanpəri “Həcərin qızı Gülşən xanım” sözlərini çox eyhamla, bəlkə də istehza ilə demişdi. Ə.Vəliyev. eyhamlı sif. Üstüörtülü, ikimənalı. Eyhamlı söz. Eyhamlı baxış. – Kərim kişinin eyhamlı danışması, Kazımın qocanın üstünə qışqırması, Kosaoğlunun ərizəni cırıb kişini idarədən qovması İmranın yadından çıxmırdı. İ.Şıxlı. eyhamsız zərf. Eyhamlar işlətmədən, kinayəsiz, açıq. Eyhamsız danışmaq. eyhana ara s. dan.\n1. Birdən, olmaya, olmaya-olmaya, işdir. Qız başladı fikir eləməyə ki, eyhana, bu adamlar bilsə ki, İbrahim yoxdu, mən burda təkəm, görəsən, başıma nə gələr? (Nağıl). [Aftil:] Bir də, eyhana, adamdır, işdir, gecə qapını döyən oldu, məbada açasınız. C.Cabbarlı.\n2. Hərgah, əgər, şayəd. Eyhana gəlsə, sözlərimi ona çatdır. ey-hay bax. ay-hay. O dedi: – Ey-hay, hara gedirəm, mənim qardaşım bura gəlib. (Nağıl). eyi sif. köhn. Yaxşı. [Kərəm:] Bir igid düşərsə, qaldıran olmaz; Eyi iş görənə pis demək olmaz. “Əsli və Kərəm”. [Turxan bəy:] Nə eyi təsadüf! [Aşıq Sultanın] saz çalmasını və dəyərli aşıq sözlərini çoxdan bəri eşitdiyim yox. H.Cavid. [Xədicə] olduqca xoşsöhbət, eyi təbiətli, genişqəlbli, munis və mehriban bir qız idi. S.Hüseyn. // Zərf mənasında. Ağasəfər özlüyündə qət etmişdi ki, .. türkcə də, rusca da mən çox eyi bilirəm. Ə.Əbülhəsən. eyib is. [ər.]\n1. Utanılacaq hal və ya hərəkət; nöqsan, kəsir, qüsur. Bundan əlavə, dəxi Yusif şahda həzar gunə özgə eyiblər tapdılar. M.F.Axundzadə. Eybimizi çulğalamışdı aba; Hər nə gəlirdi boşalırdı qaba. M.Ə.Sabir. Həqiqət, ər və arvad Bahadıra nəinki bir eyib tapmırdılar, hətta onu sevirdilər. N.Nərimanov. • Eyib etmək – eyib sanmaq, eyib tutmaq, eyibləndirmək, utandırmaq, qüsur tutmaq. Gül yanağın həsrətindən ağlasam eyb etmə, kim; Bülbüli şövqündə giryan şol gülixəndan edər. Nəsimi. Gözüm yaşı gündən-günə fərq elər; Eyb etməyin, məni qana qərq elər. M.V.Vidadi. Eybini açmaq – ifşa etmək, eybini, nöqsanını açıb göstərmək.\n2. Utanılmalı, xəcalət çəkilməli. Eyib söz. Eyib iş. ‣ Eybi yox(dur) – 1) razılıq bildirir. Sən zəlil ol, eybi yox, qoy güclü çəksin ləzzəti; Qoy səni xar eyləsinlər xanü əyan, qəm yemə! M.Ə.Sabir. Eybi yoxdur, mən sizin səadətiniz uğrunda iqbalımı bir daha sınaram. M.S.Ordubadi; 2) ziyanı yoxdur, fikir etmə (təsəlli bildirir). [Ceyran xala:] Eybi yoxdur, oğul! Ümidini itirmə. Mənim qızım dəyanətli qızdır. S.Rəhman. Eybinə gəlmək – özü üçün eyib saymaq, utanmaq, sıxılmaq, xəcalət çəkmək. [Ömər:] Doğrusu, mənim eybimə gəlir deyəm. N.Nərimanov. Eybinə gəlir ki, bu sözləri dilinə gətirirsən? Ə.Vəliyev. Eybinə kor olmaq – öz eybini, qüsurunu, nöqsanını bilib utanmaq, xəcalət çəkmək. Ey zahidi-xudbin, yürü, öz eybinə kor ol! S.Ə.Şirvani. Elə bu başla zavod saxlayırsan? Eybinə kor olmaq əvəzinə, hökuməti borclu çıxarırsan? Ə.Vəliyev. Eybini üzünə demək – çəkinmədən birinin nöqsanını, qüsurunu açıb özünə söyləmək. Eyib də olsa – söylənilməsi eyib sayılan bir sözü dedikdə, hörmət, nəzakət gözləmək məqsədi ilə işlənən ifadə. [Hacı:] Xeyirdir, inşallah! Mənim, eyib də olsa, evdə bir yetişmiş qızım var, iki aydır ki, xəstə yatır. R.Əfəndiyev. [Səriyyə xala qoca pinəçiyə:] ..Bəlkə sən biləsən, eyib də olsa, kişinin adı Musadır, oğlanın da Firidun?.. M.İbrahimov. Eyib etməz (eləməz) – bax. eybi yox(dur). [Gülməmməd:] Eyib etməz, ağlama, canımız sağ olsun, biz ölməmişik. M.Əliyev. [Vaqif Ağaməmməd Qacara:] Eyib etməz, sizə də çatar bir əvəz; Qatır cinsisiniz, doğubtörəməz. S.Vurğun. Eyib içində olmaq – çox nöqsanlı, qüsurlu olmaq. Özü eyib içində olduğu halda, başqalarına irad tutur. Eyib olsun! – danlama ifadəsi. [Rüstəm bəy:] ..Həsənqulu bəy, Rza bəy, sizin üçün eyib olsun ki, bu cürə axmaq sözə inanıb mənim qapıma gəlirsiniz. Ü.Hacıbəyov. Eyib yerlər – bədənin məhrəm yerləri. Nə eybi (var) – eyib etməz, eybi yoxdur, zərəri yoxdur; nə zərəri. Gər yar üçün əğyari tutum dust, nə eybi; Gül xatirinə eyləmişəm xarə məhəbbət. S.Ə.Şirvani. Hər bir ana dilini danışmaq ilə keçmişdəki gözəl günləri yad etməyin nə eybi var?! C.Məmmədquluzadə. eyibcu is. [ər. eyb və fars. ...cu] klas. Hər kəsdə eyib, nöqsan axtaran, hər şeydə irad tapmağa çalışan adam. Key şux! Nədir bu güftügulər? Qılmaq sənə tənə eybculər. Füzuli. Könlünü badəpərəst olmağa mötad edəsən; Eybcu olma, əfəndim, sənə hər an demədim?! Ə.Vahid. eyibləmə “Eyibləmək”dən f.is. eyibləmək f. Pis, nalayiq, eyibli bir hərəkət üçün birini qınamaq, danlamaq. eyibləndirmə “Eyibləndirmək”dən f.is. eyibləndirmək f. Eyib eləmək, danlamaq, qınamaq, təqsirləndirmək. [Şirinnaz:] Çopurun sağalmasını istədiyi üçün mən onu eyibləndirməməliyəm. S.Hüseyn. eyibli sif. Eybi, nöqsanı, çatışmazlığı, qüsuru olan; nöqsanlı, qüsurlu. Eyibli adam. Eyibli şey. – Özün insaf elə əfkarına, ətvarına bax; İstəməzsən yazam, öz eyibli kirdarına bax. M.Ə.Sabir. Gül-badamın çopuru dərin olsaydı da, üzünü eyibli etməzdi; çünki onun böyük, ala, uzun kirpikli gözləri üzündə tamam eybini örtürdü. N.Nərimanov. Axı heç kəs başqalarını yanında eyibli (z.) görünmək istəmir. M.İbrahimov. eyibsiz sif. Heç bir eybi, nöqsanı, qüsuru olmayan. Eyibsiz dost axtaran dostsuz qalar. (Ata. sözü). Dağ başında iz olmaz; Dərə-təpə düz olmaz; Yarın boyu gödəkdir; Gözəl eyibsiz olmaz. (Bayatı). Bir surət zahirdə nə qədər düzgün, eyibsiz və qüsursuz olsa da, onda ağlın nuru təcəlla etməsə, .. o surət könülalıcı və fərəhgətirici ola bilməz. F.Köçərli. eyibsizlik is. Heç bir eybi, nöqsanı, qüsuru olmama; nöqsansızlıq, qüsursuzluq. [Məşədi İbad:] İndi bilmişəm ki, mənim bir eybim varsa, o da eyibsizliyimdir. Ü.Hacıbəyov. eyicə zərf köhn. Yaxşıca. Eyicə yaşamaq. Eyicə dolanmaq. eyiləşdirilmə “Eyiləşdirilmək”dən f.is. eyiləşdirilmək məch. köhn. Yaxşılaşdırılmaq. eyiləşdirmə “Eyiləşdirmək”dən f.is. eyiləşdirmək f. köhn. Yaxşılaşdırmaq. eyiləşmə “Eyiləşmək”dən f.is. eyiləşmək f. köhn. Yaxşılaşmaq, daha yaxşı olmaq. [Rauf:] İnşallah, az bir zamanda sağalıb eyiləşərsən; Fəqət bir daha mətbəədə çalışmayacağına əminim. H.Cavid. eyilik is. Yaxşılıq. [Aşıq Sultan:] Fənalıq, eyilik bil nə deməkdir; Yarın adın dastan olur dillərdə. H.Cavid. eylə bax. elə. Üzülür sərasər rişteyi-canım; Eylə ki, zülfünə darağı çəkər. Q.Zakir. Eylə bildim ki, dəxi sübh olub; Mürği-səhər tək bir ağız banladım. M.Ə.Sabir. eyləmə “Eyləmək”dən f.is. eyləmək “Etmək” felinin üslubi variantı. Eşq sövdasından, ey naseh, məni mən eylədin; Yox imiş əqlin, mənə yaxşı nəsihət vermədin. Füzuli. Hər tərəf xain edir zülm; Eyləyir xəlqi həsrəti-tale. C.Cabbarlı. eymə is. məh. İçində qatıq, ayran və s. saxlamaq üçün qoyun və ya keçi dərisindən torba. Çatdılar obaya, ey qatıq satan; Hər eyməyə tökmüşdülər üç qazan. Q.Zakir. Həmişə mal-qara örüşdən qayıdanda həyətə çıxıb, əli belində, qulluqçulara göstəriş verən, inəklərin südünü bir yana yığdırıb eyməyə çəkdirən .. Zərnigar xanım indi yerindən tərpənmədi. İ.Şıxlı. eyməağız sif. dan. Ağzı yekə, yekəağız. Eyməağız adam. eyməç bax. eymə. eyməçi is. Eymə düzəldən, eymə ustası. Eyməçiyə doşab göstərməzlər. (Ata. sözü). eyməlik sif. köhn. Eyməyə yarar. Eyməlik dəri. eymən sif. və zərf [ər.] klas. Arxayın, qorxusuz, təhlükəsiz, salamat. Yanan eşq atəşinə atəşi-duzəxdən eyməndir. Füzuli. Hər bir cani, qantökən, yolkəsən ki, divan əlindən qaçıb onun evinə girməyi özünə mümkün elərdi, daha hər bir divan siyasətindən özünü eymən hesab edərdi. Ə.Haqverdiyev. eymənmə “Eymənmək”dən f.is. eymənmək f. Qorxmaq, vahiməyə düşmək, xoflanmaq. Qaranlıqdan eymənmək. – [Yazgül:] Ay ana, mən də eyməndim, bəlkə xoxanmış. Ə.Məmmədxanlı. Əhməd ətrafına baxdıqca minlərcə insan görür kimi eymənirdi. Ə.Vəliyev. eyn is. [ər.] klas. Göz. Axdı eynim yaşı, döndü sellərə; Yar içən sulara qarışdımı ola? Aşıq Dilqəm. Müddətdir eynindən cida düşmüşəm; Həsrətini çəkər hər zaman Pəri! Aşıq Pəri. ..[Qəhrəman] düşündükcə ötən günləri xatırlayır, eynində atasının uzun yamaqlı arxalığı .. canlanırdı. S.Rəhimov. ‣ Eyni açılmaq – halı yaxşılaşmaq, kefi yaxşılaşmaq, üz-gözü açılmaq, gümrahlanmaq, dilxorluğu, kəsaləti keçmək. [Usta Murtuz Əkbərə:] ..Dur əl-üzünü yu, eynin açılsın, yatdıqca ağırlaşırsan. Mir Cəlal. Axşam kənddə əl-ayaq yığılan vaxt Qədir oyandı. Soyuq su ilə yuyunandan sonra eyni açıldı. Ə.Vəliyev. Eyninə deyil – vecinə gəlmir, saymır, təsirlənmir. Eyninə gəlməmək (girməmək) – vecinə gəlməmək, vecinə almamaq, əhəmiyyət verməmək, saymamaq, təsirlənməmək. Olsa yüz üzü gül, girməz eynimə; Mən ancaq bir gülüzarə aşiqəm. M.P.Vaqif. Top gülləsinin qabağında səngərə girən, çuxura, daş dalına soxulan, qazmaya girib gizlənən kim? Amma mən? Eynimə gəlmədi. Ə.Əbülhəsən. eynək [ər. eyn və fars. ...ək] bax. gözlük. [Yarməmməd] gözünə eynək taxıb stolun dalında oturmuşdu. M.İbrahimov. Tahir sümük çərçivəli eynək taxmış ucaboy, buğdayısifət, qıvrımsaç alimi yaxşı xatırlayırdı. M.Hüseyn. ..Sonanın atası başında təsək, gözlərində eynək olduğu halda .. məcmuələrdən cürbəcür məlumatlar oxuyardı. Ə.Əbülhəsən. eynəkçi bax. gözlükçü. eynəkli sif. Gözlüklü, gözlük taxmış. Eynəkli adam. – ..Görürsən müsəlmanlar yığışıblar bir dükanın qabağına və qulaq asırlar, ortada bir gözü eynəkli şəxs əlində bir kağız tutub oxuyur. C.Məmmədquluzadə. eynən [ər.] bax. eyni ilə (“eyni”də). Sonra Dəmirovun xəyalında həkim məntəqələri eynən canlanırdı. S.Rəhimov. Bu hinin yastı damında eynən mənim vurduğuma bənzər iki göyərçin gəzinir. M.Rzaquluzadə. eyni sif. Bir-birinə tamamilə oxşar, bir cür, tam bənzər; oxşarı, tayı, bənzəri, tamamilə özü. Qarı qollarını çırmalayıb, Məlik vəzirin arvadını doğuzdurdu, gördü ki, bu bir oğlan doğdu ki, eyni Yusifi-Kənan. (Nağıl). Sən varlığın eynisən, buna sözmü var? Ürəyisən, beynisən, buna sözmü var? M.Müşfiq. // Başqası yox, həmin, bəlli şeyin özü. Eyni yer. Eyni söz. – ..Fərhadoğlu yenə də sabah-sabah eyni mətləbdən söz açmalı oldu. S.Rəhimov. • Eyni ilə – 1) tamamilə eyni, tamamilə olduğu kimi, tam oxşar. Keçən aylarda da bir dəfə Cuma evinə eyni ilə belə gəlmişdi. Ə.Əbülhəsən; 2) hərfi-hərfinə, sözü-sözünə, nöqtəsinöqtəsinə, necə ki var, əslində olduğu kimi. Eyni ilə köçürmək. – Mərhumun [M.F.Axundzadənin] tərcümeyi-halına dair yuxarıda icmalən verdiyimiz əhvalata iktifa etməyib, onun öz yazdığı təfsilatı fars dilindən türkcə tərcümə edib, necə ki var, eyni ilə burada zikr edirik. F.Köçərli. Eyni zamanda (vaxtda) – 1) bir vaxtda, bir zamanda. Eyni zamanda iki otaqda mühakimə gedirdi. Mir Cəlal. Qırx .. şahmatçı ilə eyni zamanda oynayırdı. İ.Əfəndiyev; 2) həmçinin, bununla bərabər. Yaxın zamanda Bağdad dünyasına məşhur oxuyan, eyni zamanda misli görünməyən bir gözəl qədəm qoyacaqdır. M.S.Ordubadi. [Qəhrəman:] Eyni zamanda [xanımın] əlindən yaxa qurtarmaq üçün çalışırdım. H.Nəzərli. eyniadlı sif. Başqası ilə eyni adı daşıyan, eyni adı olan. Eyniadlı romanın motivləri əsasında çəkilmiş film. Eyniadlı şəhərlər. eyniadlılıq is. Eyni adda olma, eyni adı daşıma. Bir şəhərdə küçələrin eyniadlılığı böyük çətinliklərə səbəb olur. eynibiçimli sif. Bir biçimdə olan, bir cür. Eynibiçimli paltar. eynibiçimlilik is. Bir biçimdə, bir ölçüdə olma. eynicinsli sif. Bir cinsə mənsub olan, eyni cinsdən olan. Eynicinsli mallar. Eynicinsli maddələr. eynixasiyyətli sif. Başqası ilə eyni xasiyyətdə olan, xasiyyətcə oxşar, bir cür, eyni. Eynixasiyyətli cisimlər. eyniqiymətli sif. Bir qiymətdə, başqası ilə eyni qiymətdə olan. Eyniqiymətli şey. eyniqiymətlilik is. Bir qiymətdə, başqası ilə eyni qiymətdə olma. eyniləşdirilmə “Eyniləşdirilmək”dən f.is. eyniləşdirilmək məch. Eyni şey hesab edilmək, tamamilə oxşadılmaq, bərabər tutulmaq. eyniləşdirmə “Eyniləşdirmək”dən f.is. eyniləşdirmək f. Eyni şey hesab etmək, tamamilə oxşatmaq, bənzətmək, bərabər tutmaq. Məfhumları eyniləşdirmək. eyniləşmə “Eyniləşmək”dən f.is. eyniləşmək f. Tamamilə oxşamaq, bənzəmək, bir cür olmaq, eyni şəkil, eyni forma almaq. eynilik is. Tamamilə oxşarlıq, tamamilə bənzərlik, bir-birinin eyni olma. Görüşlərin eyniliyi. – Lakin yelləncək sürətlə qalxıbendikcə Veysin fikirlərində də elə bil eynilik artırdı. Ə.Əbülhəsən. eynimə “Eynimək”dən f.is. eynimək f. məh. Yaxşılaşmaq, əmələ gəlmək. ..Gülqədəmi əməndən sonra uşaq əməlli-başlı eyniməyə başladı. Ə.Vəliyev. eynimənalı sif. Mənaca eyni olan, mənaları bir olan, başqası ilə bir mənada olan. Eynimənalı söz. Eynimənalı ifadə. eyniyaşlı sif. Bir yaşda, eyni yaşda olan; yaşıd. Eyniyaşlı uşaqlar. Eyniyaşlı qızlar. eyniyaşlılıq is. Bir yaşda, eyni yaşda olma; yaşıdlıq. eyniyyət is. [ər.]\n1. Tam oxşarlıq, tam bənzərlik; oxşayış, bənzəyiş, eynilik, bir şeyin digərinə eyni ilə müvafiq olması. Qəzet, kitabdan da gəlmişik cana; Eynidir cümlə də, eynidir söz də; Eyniyyət içində ürək bir yana; Vallahi, yoruldu gözlərimiz də. B.Vahabzadə.\n2. Riyaziyyatda: bütün hallarda ədədi qiymətlərin bərabərliyi. eynizamanlılıq is. Bir vaxtda, bir zamanda olma; bir vaxta, eyni vaxta düşmə (təsadüf etmə). eyş is. [ər.] Kef, zövq-səfa, ləzzətli həyat. Dövlətliləriz, məqsədimiz eyşü səfadır; Mehmanlarımız büsbütün ərbabi-qinadır. M.Ə.Sabir. Yoxsullar boğulurkən; Bu qanlı, yaslı vayda; Xaqan dalmışdı eyşə; Bağlardakı sarayda. Ə.Cavad. [Xanlar] badələri qaldırıb, bir-birinə mədhlər deyib eyşi davam etdirirdilər. S.Rəhimov. • Eyş etmək – kef çəkmək. Gülşəndə, Seyyid, içdim o şirinləb ilə mey; Eyş eylədim çəməndə bu gün xosrovanə mən. S.Ə.Şirvani. eyş-işrət is. bax. eyş (bəzən “və” bağlayıcısı ilə). Eyş-işrət məclisi. Eyşişrətdən başı ayılmır. – Güldü gül, açıldı nərgis, lalə doldu jalədən; Ey, xoş ol kim, eyşü-işrət etməyə əsbabı var. Füzuli. Naməlsəm məhəlləsinin camaatı ata-babadan yerli, tavanalı olub, günlərini müttəsil eyş və işrətdə keçirən bir xalq idi. N.Nərimanov. Nə qədər əlində dövlət var idisə, Əmiraslan Gülpəriyə yaxın durmurdu. Amma elə ki varyoxunun hamısı eyş-işrətə qoyulub puç oldu, Gülpərini almaq fikrinə düşdü. S.S.Axundov. eyş-işrətli sif. Eyş-işrət olan, kef çəkilən. Eyş-işrətli məclis. eyvay nida.\n1. Kədər, ağrı, təəssüf kimi hissləri bildirir. Dedim: eyvay, halım yaman olubdur; Dedi: qəmdən belim kəman olubdur. Qurbani. Xabi-qəflətdən oyan, hay könül, hay könül; Könül, eyvay könül, vay könül, ey vay könül. Kişvəri.\n2. Çağırış, müraciət, yalvarış məqamında işlənir. Bir çoban bir gün etdi dağda haray! Canavar var, – dedi, – gəlin, eyvay! M.Ə.Sabir. eyvah (=eyvah ki) nida. Əfsus, heyhat, heyif (ki). Fərat aşdı başımdan və leyk mən təşnə; Yaxıbdır odlara, eyvah, aşiqanə məni. S.Ə.Şirvani. [Orxan:] Od-alov saçmadan qəhrəman Səlim; Eyvah, demək, son nəfəsimdir mənim. H.Cavid. eyvah ki (=eyvah) nida. Əfsus, heyhat, heyif (ki). Fərat aşdı başımdan və leyk mən təşnə; Yaxıbdır odlara, eyvah, aşiqanə məni. S.Ə.Şirvani. [Orxan:] Od-alov saçmadan qəhrəman Səlim; Eyvah, demək, son nəfəsimdir mənim. H.Cavid. eyvan is. Adətən evin, otağın, ya otaqların ön tərəfində, üstüörtülü, qabağı açıq balkon; seyvan. Məşuqə eyvanın bağa tərəf baxan küncünə gəlib gözləməyə başladı. S.Rəhimov. Həmin günün axşamı Pərşan öz evlərində Qaraşı eyvanın o başına çəkib əhvalatı nəql etdi. M.İbrahimov. eyvanlı sif. Eyvanı olan. Eyvanlı ev. – İmamverdi babanın həyətində iki tikilisi vardı. Biri köhnə daxma idi, o biri də iki otaq və mətbəxli, qabağı eyvanlı təzəcə ev idi. S.S.Axundov. Qabaqda eyvanlı bir ev görünür; Baxdıqca sevincdən ürək döyünür. Z.Xəlil. eyvansız sif. Eyvanı olmayan. Eyvansız ev. eyzən sif. və zərf [ər.] Tamam, bütün, başdan-başa. Məcməidə düzülmüş, eyzən xuruş sərasər. M.Ə.Sabir. [Asya:] [Gülçöhrə] eyzən fikirdə, kefsiz, dinməz, yəqin burada bir hikmət vardır. Ü.Hacıbəyov. [Turac:] Kitabda yazılan sevgilərin axırı eyzən davaşava olur. İ.Əfəndiyev. ezam is. [ər.] Xidməti və ya başqa bir iş üçün bir yerdən başqa yerə göndər(il)mə, yolla(n)ma. Katib uşağın adını yazdı, ona kağız verib maarif komissarlığına, qəbul və ezam komisyonuna göndərdi. Mir Cəlal. Bu zaman Bəhram müxtəlif kitablarla dolu çamadanını təşkilat şöbəsinin pəncərəsinə qoyub, ezam vərəqəsini şöbə müdirinə təqdim etdi. Ə.Vəliyev. • Ezam edilmək (olunmaq) – müəyyən bir iş və ya tapşırıqla əlaqədar olaraq bir yerə göndərilmək, yollanmaq. Ümumiyyətlə, Nemətullayev ezam olunmağı çox xoşlar, rayona mal yeritməklə məşğul olar və bununla da özünü ticarəti bilən, nadir bir adam kimi gözə verərdi. S.Rəhimov. Ezam etmək – müəyyən bir iş və ya tapşırıqla əlaqədar olaraq bir yerə göndərmək, yollamaq. Yunis öyrəndi ki, Moskva məktəblərinə ezam edən xüsusi komisyon var. Mir Cəlal. ezamiyyə [ər.]\n1. bax. ezamiyyət. Ezamiyyə pulu. Ezamiyyə vərəqəsi.\n2. Ezamiyyət kağızı (vəsiqəsi). ezamiyyət is. [ər.] Xidməti və ya başqa bir işi, tapşırığı yerinə yetirmək üçün bir yerə ezam olunma, getmə. Ezamiyyətə getmək. Ezamiyyətdən qayıtmaq. – [Yunis] ərizə və ezamiyyət kağızını çıxarıb göstərdi. Mir Cəlal. ezamiyyətçi is. Xidməti bir iş üçün bir yerə göndərilmiş adam, ezamiyyətdə olan adam. [Almaz] gələn adamın .. ezamiyyətçi olduğuna inansa da, yenə baxırdı. Mir Cəlal. ezop :Ezop dili [qədim yunan təmsilçisi Ezopun (Aisopos) adından] dilç. – üstüörtülü, müəmmalı, rəmzli dil. Ezop gedib, dili qalıb; Dünyanın min bir müşkülü qalıb. R.Rza. Əə ə I. Azərbaycan əlifbasının yeddinci hərfi və bu hərflə işarə olunan saitin adı.\n\nII. nida. Müraciət, çağırış bildirir. [Nəbi] pristav Mehdi bəyi görcək deyir: – Ə, bu fağırı niyə qəhr edirsən? “Qaçaq Nəbi”. [Ələmdar Qoltuqçuya:] Ə, kişisən, mən ölüm, bu tufanda məni dara qısnama! S.Rəhimov. [Nəbi:] Ə, olmaya Növrəstədən yana bir söz eşitmisən? Ə.Abasov. // Bəzən cümlənin axırına gətirilir. [Abbas:] Bə, cəmdəklər niyə xarab olmayıb, ə?.. İ.Hüseynov. əba bax. aba1. ..Axund əbasını düzəldib dükandan çıxdı, getdi. C.Məmmədquluzadə. Şeyx Şaban .. otuz il bir əbayla gəzməyi, qırx il bir kürkə bürünməyi qəbul edərdi. Ə.Haqverdiyev. [Fərəc:] Səsim var, saqqalım var, farsca qəzəl bilirəm; pulum da var ki, əba, çarıq və qurşaq alım. Qantəmir. əbalı bax. abalı. Görünür [Mirzə Poladın] Şuşadakı həkim atası – sarı əbalı Mirzə Həsən öz qızına çox əfsanəli, əsrarlı bir dərs demişdir. S.Rəhimov. əbabil is. [ər.] Dağ qaranquşu, uzunquyruq. əbcəd is. [ər.] köhn.\n1. Qədim ərəb əlifbasında ilk dörd hərf. (hərfləri mexaniki olaraq əzbərləmək üçün işlədilirdi). Bular gərək hələ “əbcəd”də hıqqana “qərəşət”də; Kitabi-elmi oxurlar rəvan bu boyda, bu boyda! M.Ə.Sabir. Bu qayda ilə molla əbcəd, həvvəz, hütti ləfzlərini “təhlil” edib, mənə bunları hazırlamağı əmr etdi. T.Ş.Simurq. Molla köməkçisi .. Əvəz xəlfəni çağırıb dedi: – Apar, buna əbcəd, həvvəzi öyrət. C.Cəbrayılbəyli.\n2. Ümumiyyətlə, keçmişdə “əlifba” mənasında işlənmişdir. // məc. İbtidai bilik, savad. • Əbcəd hesabı – müəyyən bir tarixi və ya rəqəmi ərəb hərfləri vasitəsilə ifadə etmək üsulu. Aşıqlıq elmində nədir pərgarın; Əbcəd hesabından varmı xəbərin? Şair Vəli. əbd is. [ər.] köhn. Qul, kölə. Əbd olma, ey Nəsimi, fani cəhanə, çün kim; İmanü din içində sənsən əmirü sultan. Nəsimi. əbə I. is. məh. Uşaq oyununda: içərisinə qoz, fındıq və s. salınan çuxur.\n\nII. is. dan. Mama, mamaça. əbəçi sif. məh. Mamaça, mama. Pis əbəçiyə arvad tapşıran övladsız qalar. (Ata. sözü). əbəçilik is. məh. Mamaçalıq, mamalıq. Əbəçilik etmək. əbəd zərf [ər.] Sonsuz gələcək zaman (əzəl qarşılığı). // Əbədi, həmişəlik. Oxuyun, millətin nicatı olun; Ta əbəd baisi-həyatı olun. M.Ə.Sabir. əbəda [ər.] klas.\n1. bax. əbədən.\n2. Heç, qətiyyən. Əbəda yox bu işdə imkanım; Deyil onlar mütii-fərmanım. M.Ə.Sabir. əbədən zərf [ər.] Heç vaxt, heç bir zaman, əsla, qəti, qətiyyən. Mənim nə borcumdu ki, məvacibiniz az, zəhmətiniz həddən artıq və rahətliyiniz əbədən yoxdur. C.Məmmədquluzadə. Demək istəmiş ki, səbr edən insan; Dünyadan əbədən üzülüşübdür. B.Vahabzadə. əbədi sif. və zərf [ər.]\n1. Daimi, həmişəlik. Şair könlüm rübabını eşq ilə çaldı; Biz əbədi qardaş olduq: ilk bahar və mən. S.Vurğun. Sübhün əbədi aşiqləri olan boz torağaylar havalanıb səhər nəğmələrini oxuyur.. M.Rzaquluzadə. // Ölməz, daim yaşayan. Bu odlu nəğmələrdən; Parlaq, sönməz bir məşəl; Bu rəngin lövhələrdən; Qur əbədi bir heykəl. A.Şaiq. Mən elə bildim ki, ürəyim acdır; Məhəbbət əbədi bir ehtiyacdır. S.Vurğun. // Sonsuz, intəhasız, mütləq.\n2. bax. əbədən. Əbədi bizə gəlməyib. Əbədi xəbərim yoxdur. ‣ Əbədi istirahət evi tənt. – qəbir. Əbədi yuxu – ölüm. Afaq dodaqlarında təbəssüm, ölüm adlanan əbədi bir yuxu içində idi. Ə.Məmmədxanlı. Əbədi yuxuya getmək, gözlərini əbədi yummaq, əbədi susmaq – ölmək, keçinmək. Qız tab eləməyib, yerə dəydi, .. əbədi olaraq susdu. T.Ş.Simurq. Neçə gündür ki, şanlı Bakı əbədi yuxuya gedən xalq şairinə öz kədərli köksündə layla çalır. S.Rəhimov. əbədiləşdirilmə “Əbədiləşdirilmək”dən f.is. Qarabağ müharibəsində həlak olan qəhrəmanların xatirələrinin əbədiləşdirilməsi. əbədiləşdirilmək məch. Əbədi olaraq yaşadılmaq, yadda saxlanılmaq. əbədiləşdirmə “Əbədiləşdirmək”dən f.is. əbədiləşdirmək icb.\n1. Əbədi olaraq nəsillərin xatirəsində yaşatmaq, həmişəlik xatirə qoymaq. Xalq öz qəhrəmanlarının xatirəsini əbədiləşdirmək üçün onlara abidə ucaldır.\n2. Həmişəlik etmək, əbədi hala salmaq, daimi etmək. O sonsuz eşqini, böyük arzunu; Öz ana dilində əbədiləşdir. B.Vahabzadə. əbədiləşmə “Əbədiləşmək”dən f.is. əbədiləşmək f. Əbədi olmaq, həmişə yaşamaq. Eşqinə dəm tutub göylər mələşsin; Eşqin tarix olub əbədiləşsin. B.Vahabzadə. əbədilik is. Daimilik, sonsuzluq, həmişəlik, daim yaşama; heç vaxt bitməməzlik, qurtarmamazlıq. Bu səadət səhəri o qədər zəngin və işıqlıdır ki, başlanan günəşli gündüzün əbədiliyinə şübhə etmirsən. Mir Cəlal. əbədiyyən zərf [ər.] Həmişəlik, əbədi, daimi. [Qızın] gözləri ilk baxışdan əbədiyyən hafizəmdə nəqş olunmuşdu. Ə.Məmmədxanlı. əbədiyyət is. [ər.]\n1. Əbədilik, daimilik; həmişə var olan şey. [İlyas:] İlin dəyişməsi qarşımızda, yel vurarkən sönüb dirilən bir şamı andırdığı kimi, insan həyatı da əbədiyyət qarşısında belə bir şeydir. Çəmənzəminli. Aç gözünü varlığa bax, indi başqa səhərdir; Əbədiyyət – bu dünyada göstərilən hünərdir. S.Vurğun. // İntəhası olmayan zaman; intəhasızlıq. Nəhayət, əbədiyyət qədər uzun görünən bir dəqiqə bitdi və qapını açdılar. S.Rəhman. Ulduzun alman əsarətində keçirdiyi bu üç ay ona cəhənnəmi bir əbədiyyət kimi gəlirdi. Ə.Məmmədxanlı.\n2. Sonsuz gələcək zaman. [Ərən:] İştə, əzəliyyət və əbədiyyət! Çəmənzəminli. [Fəridə:] Bütün gözəl musiqilər bizi əbədiyyətə aparır. Ə.Məmmədxanlı. ‣ Əbədiyyətə qovuşmaq – əbədi olmaq. “Ölüm” sözünün nə demək olduğunu bilməyən Girdman igidləri vuruşma meydanında yıxılıb həyatla vidalaşarkən “əbədiyyətə qovuşdu” deyərdilər. M.Hüseyn. Vətənin yolunda ölən şəhidlər; Ölmür, qovuşurlar əbədiyyətə. M.Araz. əbəköməçi bax. əməköməçi. əbəs sif. [ər.]\n1. Nahaq, bihudə, faydasız. // Zərf mənasında. Bəslərəm can kimi, ey sevgili sərmayə, səni; Etmərəm sərf əbəs məscidə, mollayə səni. M.Ə.Sabir. • Əbəs yerə – 1) nahaq yerə, boş yerə; lüzumsuzcasına, faydasızcasına. Əbəs yerə əlləşdim. Əbəs yerə xərcə düşdüm. – [Hacı Nuru şair:] ..Amma sən əbəs yerə özünü saldın qalmaqala. M.F.Axundzadə. Könül, əbəs yerə üzmə canımı; Sonaların əhdə olmaz vəfası. Q.Zakir. [Pərzad:] Əbəs yerə, Yusif bəy, arvad sözünə inanma. N.Nərimanov; 2) əsassız, səbəbsiz, ciddi səbəb olmadan. Əbəs yerə əsəbiləşmək.\n2. Xəbər şəkilçisi ilə: əbəsdir – nahaqdır, faydasızdır, xeyri yoxdur, nəticəsi yoxdur. Bütün zəhmətlərin əbəsdir. – Söylədi tülkü: – Əbəsdir bu xəyal; Məndən ol mərhəməti etmə sual. A.Səhhət. əbəs-əbəs zərf Nahaq yerə. Əbəs-əbəs neçin qaçırsan məndən; Mən ki zalım, adamyeyən deyiləm. M.P.Vaqif. Gül dilləndi: “Salmayın səs; Danışmayın əbəsəbəs”. M.Dilbazi. əbəveyn is. [ər.] köhn. Ata-ana, valideyn. Hər gün əbəveyni şad edirlər; Hörmətlərini izdiyad edirlər. M.Ə.Sabir. əbir is. [ər.] klas. bax. ənbər. Gülzarə hava əbir tökdü; Səhrayə qübari-mişk çökdü. Füzuli. əbləh sif. [ər.]\n1. Axmaq, səfeh, gic, sarsaq, başıboş. Əbləh köpək qaysavadan pay umar. (Məsəl). // İs. mənasında. Nola bir evdə qoyaydız qaravaş; Verməyəydiz məni bu əbləhə, kaş! M.Ə.Sabir.\n2. Söyüş kimi işlədilir. [Xanım:] Əbləhin qızı, əbləh, .. gör kimə oxşayır? Qantəmir. [Zaman:] Əbləhin qızı, elə bu saat itilərsən gözümün qabağından. Ə.Haqverdiyev. Əbləhin biri Kərbəlayı Qubad; İstəyir gələ xanıma kələk. Ü.Hacıbəyov. əbləhcəsinə zərf Axmaqcasına, sarsaqcasına, axmaq kimi; gic-gic. Əbləhcəsinə danışmaq. // Sif. mənasında. ..Nəsrdə də qafiyədən və uşaqcasına mübaliğələrdən və əbləhcəsinə təşbehlərdən bütünlüklə çəkinəcəklər. M.F.Axundzadə. əbləhlik is. Axmaqlıq, səfehlik, giclik, sarsaqlıq. Əlbəttə, [Cuma] bu əbləhliyi üzündən düşmən əlinə keçərək xoşbəxt təsadüflə xilas olmuşdu. Ə.Əbülhəsən. əbləq sif. [ər.] Ala, ala-bula, ala-bəzək, alaca. Əbləq at meydanda topla bərabər fırlandı. M.S.Ordubadi. əbləqlik is. Alalıq, ala-bulalıq, alabəzəklik. əbna is. [ər. “ibn” söz. cəmi] klas. Övladlar, oğullar (adətən izafət tərkiblərində işlənir). Əbnayi-vətən vəqf eləyir vəslinə canın; Həm ruhi-rəvanın. M.Ə.Sabir. əbr is. [fars.] klas. Bulud. Çün əbr deyilsən, olma giryan! Çün seyl deyilsən, etmə əfğan! Füzuli. • Əbri-bahar – bahar buludu. Əbri-siyah – qara bulud. Əbrineysan – yağmur buludu, neysan buludu. Mən bir sədəfəm, sən əbri-neysan. Füzuli. əbrəş sif.\n1. Xallı.\n2. Əldə bəslənmiş. O, bu gün palıda düşmüş əbrəş qoçun kababından yemək üçün ayrı bir səy ilə hazırlaşırdı. S.Rəhimov. əbrişim is. [fars.]\n1. İpək, ipək iplik. Paşa, sənə nişan verim Qıratı; Əbrişim ipəkdən yalı gərəkdi. “Koroğlu”. Əlvan qanınla boyansın; Əbrişim tellərin sənin! Aşıq Hüseyn.\n2. bot. Lələkli yarpağı və ətirli çiçəyi olan ağac növü; akasiya. Əbrişim .. çətiri piramida şəkilli, otuz metrə qədər hündürlüyündə ağacdır. H.Qədirov. əbru is. [fars.] klas. Qaş. Göz doymaz vəsməli kəman, əbrudan; Can üzülmə, səmən iyli keysudan. M.P.Vaqif. əbucəhl is. [ər.] Çox tərs, inadcıl adam haqqında (bəzən söyüş kimi işlədilir). ..Ağa maşının qapısını açdı, dedi: – Düş aşağı, əbucəhl!.. M.İbrahimov. ‣ Əbucəhl qarpızı – qarpıza bənzər çox acı yabanı meyvə. əbyəz sif. [ər.] klas. Bəyaz, ağ. Ey zülfi siyəh, sinəsi əbyəz, gözü alə; Nə türfə cavansan! M.P.Vaqif. əcaib sif. [ər.]\n1. Çox qəribə, çox təəccüblü, qeyri-adi, görünməmiş. [Kərəm:] Yolda bir əcaib milçək görmüşəm, onu sizə sazla deyəcəyəm. “Əsli və Kərəm”. Əcaib məxluqat görünürdü: kimi buynuzlu və at ayaqlı idi, bəzisi yarıöküz, yarıadam idi. Çəmənzəminli. İşarə verildi və kiçik təyyarələr bir-birinin ardınca əcaib rəngarəng quşlar kimi havaya uçdu. M.Rzaquluzadə. // Zərf mənasında. Əcaib danışmaq. Belə şeylər adama əcaib görünür. // is. Görünməmiş şey, çox qəribə şey, çox təəccüblü şey, qeyri-adi şey. Yetim əlində qoğal, əcaib! (Ata. sözü). Xət-xət çəkəndə damdı qələmdən; Sinəndəki xaldı, nə əcaibdi! Qurbani.\n2. Heyranedici, misilsiz, xariqüladə, valehedici. Bu gün bir əcaib gözəl sevmişəm; Beləsi olmaz heç vilayətdə. M.P.Vaqif. əcaibxana is. [ər. əcaib və fars. ...xanə] köhn. Muzey. Bir sözlə, doqqaz kəndin əcaibxanası, qəzeti, telefon və teleqrafı idi. Mir Cəlal. əcaib-qəraib [ər.] bax. əcaib 1-ci mənada. Sənin kəmalında, fikrin içində; Əcaib-qəraib hallar oynaşır. Aşıq Pəri. ..Hər kəs bunlardan əcaib-qəraib şeylər nağıl edərdi. S.S.Axundov. Əslini-nəslini bilmədiyi o qorxunc həyulalar, əcaibqəraib məxluqlar [xanı] dəhşətə gətirər, bu vahimələr bəzən günlərlə onu narahat edərdi. M.Rzaquluzadə. əcaiblik is. Əcaib şeyin hal və keyfiyyəti. əcdad is. [ər. “cədd” söz. cəmi] Atababalar, ulu babalar. Vətən – əcdadımızın mədfənidir; Vətən – övladımızın məskənidir. A.Səhhət. Böyük əcdadını gətirib yada; Oynat qılıncını göydə, havada. S.Rüstəm. Tariximizin, əcdadımızın əməlləri, arzuları, həsrətləri bu torpaqda hifz olunmuşdur. Ə.Məmmədxanlı. əcəb sif. [ər.]\n1. klas. Təəccüblü, qəribə. Oğlan, əcəb olmaz, olsa aşiq; Aşiqlik işi qıza nə layiq? Füzuli.\n2. Gülməli, əyləncəli, məzəli, çox qəribə. Zahida, sən ki bilirsən özünü hal əhli; Bir öz əhvalını bilməzsən, əcəb halın var. S.Ə.Şirvani. Əcəb, yoxmu onun bağçası-bağı; Güllərə baxmayır, gül solü sağı. Ə.Cavad.\n3. Çox yaxşı, çox gözəl, əla. Əcəb şeydir. Əcəb kitabdır. – Bir əcəb qəsrdə tutub mənzil; Meyə olmuşdu ruzü şəb mail. Füzuli. Əcəb əyyam imiş əyyami-sələf; Gərək o günlərdə olaydıq tələf. Q.Zakir.\n4. dan. Təəccüb bildirir – görəsən. Əcəb, nə oldu ki, gəlib çıxmadı?\n5. dan. Təsdiq bildirir – bəli, hə. – Sən yemək yeyəcəksənmi? – Əcəb.\n6. dan. İntonasiyadan asılı olaraq təəccüb, narazılıq, bəzən istehza, kinayə bildirir. Əcəb işə düşdük?! Əcəb bizi avara qoydun! Əcəb adamsan! Əcəb xanəndə imiş! Əcəb işdir! Əcəb intizamlı imişsən! ‣ Əcəb eləmək dan. – yaxşı eləmək, əlindən gəlmək. Bilmirəm, əcəb edirəm, .. sənə nə düşüb? H.Nəzərli. Əcəb ki – nə yaxşı ki, yaxşı oldu ki, nə yaxşı... Əcəb ki, tez gəldim, yoxsa tamaşaya gecikəcəkdim. Əcəb oldu – yaxşı oldu, elə də lazım idi. Lütfəli [Cəlilə] baxıb öz-özünə deyirdi ki, əcəb oldu. İ.Musabəyov. Nə əcəb? – 1) təəccüb, heyrət, sual bildirir. Nə əcəb belə gec gəldin? – [Araz:] Bir de görüm, sən nə əcəb bura gəldin? A.Şaiq. Mənimlə tikdirdiyin qırx üç manatlıq tufliləri nə əcəb geyməyib, belə sarı səndəldə dolanırsan? Qantəmir; 2) təəccüblü deyil, təəccüblü bir şey yoxdur, buna təəccüb etmə(yin). Yar söhbətim olmazsa, Füzuli, nə əcəb; Özünə söhbətimi ar bilibdir, bilirəm. Füzuli. Sizdən (səndən, ondan və i.a.) nə əcəb? – təəccüb, sual məqamında. [Sevil:] İçəri gəl, ay ata, altı ildir səni görməmişəm, səndən nə əcəb? C.Cabbarlı. [Rəis:] Sizdən nə əcəb, Hikmət xanım? Mir Cəlal. əcəba əd. [ər.] kit. Sual cümlələrində təəccüb, şübhə, tərəddüd bildirir – görəsən, aya. Əcəba, bu gün yağış yağacaqmı? Əcəba, onların gəlişindən məqsəd nədir? – [Yaşlı kişi:] Əcəba, bu məzarda müalicəpəzir olmayan hər xəstəliyi sağalda biləcək bir kəramət varmıdır? S.Hüseyn. [Bəhram:] Əcəba, mən öz əmimin evində xidmətçiyəmmi? C.Cabbarlı. əcəbcə dan. bax. əcəb 1, 2 və 6-cı mənalarda. ..Bunları mən çox yaxşıca görürəm, çox əcəbcə görürəm, çox qəşəngcə görürəm. C.Məmmədquluzadə. Əcəb halın var, ay molla; Əcəbcə ruzigarın var! Ə.Nəzmi. əcəl is. [ər.] Hər bir canlının, xüsusən insanın qabaqcadan qədərlənmiş ölüm vaxtı. [Ağamurad bəy:] Dünyanın işi belə olur. Əcəli bilmək olmaz. Ömürdür, biri az yaşayır, o biri çox yaşayır. T.Ş.Simurq. // Ümumiyyətlə, ölüm, ölüm çağı. Keçinin əcəli çatanda çobanın çomağına sürtünər. (Ata. sözü). [Mehriban] istəyirdi ki, belə halında, əcəlin soyuq qanadları üzünü oxşarkən Zeynal yatağının yanında, başı üzərində bulunsun. S.Hüseyn. • Əcəl girləmək – bax. əcəli gəlmək. [Nemət kişi:] Görünür, hansı bədbəxti isə əcəl girləyib. M.Hüseyn. Əcəli gəlmək (çatmaq, tamam olmaq, yetmək) – ölüm vaxtı yetişmək. Əcəl gəldi, başım üstə dayandı; Şirin canım eşqin oduna yandı. “Aşıq Qərib”. Nə cütü var, nə kotanı, nə kəli; Ölmək istər, yetişməyir əcəli. A.Səhhət. Xəstə şəfa tapmayıb öləndə deyərdi: – Əcəli yetən adam öləcəkdir, istər həkimi Loğman da ola. S.S.Axundov. Öz əcəli ilə ölmək – təbii ölümlə ölmək. əcələ [ər.]\n1. is. Tələsmə, bir işi teztələsik görməyə çalışma, səbirsizlik göstərmə. • Əcələ etmək – tələsmək. Arıq atlı konka stansiyaya yaxınlaşmışdı, o minmək üçün əcələ edərkən ağır bir qol çiynindən yapışdı. A.Şaiq. [Səfərəli:] Rica edirəm, əcələ ediniz. H.Nəzərli.\n2. zərf və sif. Tələsik, cəld, tez-tələsik. ..Bir paramız əcələ bir dəstə sazlayıb qışqırırıq. C.Məmmədquluzadə. [Roza:] Neçin? Əcələ bir işinizmi var? H.Cavid. • Əcələ ilə – tələsik, sürətlə, tez, cəld. [Gülçöhrə:] Görürsən, mənim başıma nə işlər gətirirlər?.. Mümkün var isə, gəl tez qaçaq (əcələ ilə dartınır). Ü.Hacıbəyov. Xidmətçilər əcələ ilə o tərəf-bu tərəfə hərəkət edirdilər. M.İbrahimov. əcələli sif. Tələsik, təcili, təxirəsalınmaz. [Xortdan:] Yox, bir belə müddət gözləməyi mən bacarmayacağam. İşim əcələlidir. Ə.Haqverdiyev. əcəlmayallaq bax. əcəlmüəlləq. əcəlmüəlləq is. [ər.] dan. Gözlənilməyən, təbii olmayan ölüm. əcəlsiz zərf Əcəli çatmadan, vaxtsız, vaxtı çatmadan. [Rəsul:] Budur, bu gün dörd cavan əcəlsiz dünyadan getdi. Ə.Haqverdiyev. Əcəlsiz öldürür məni firqətin; Əyibdir qəddimi dərdin, möhnətin. Aşıq Şəmşir. əcəm is. [ər.]\n1. köhn. Keçmişdə ərəb olmayan xalqlara və onların nümayəndələrinə, xüsusən, iranlılara, İran əhalisindən olan adamlara verilən ad. Məndən salam olsun əcəm oğluna; Meydana girəndə meydan mənimdir. “Koroğlu”.\n2. tar. İran. Leyli-Məcnun Əcəmdə çoxdur; Ətrakdə ol fəsanə yoxdur. Füzuli. əcəmi sif. [ər.] köhn.\n1. Qeyri-ərəb qövm və tayfalardan birinə mənsub olan, ərəb olmayan.\n2. İranlı, fars.\n3. məc. Yad, özgə, yabançı. əcər is. Təzəlik, işlənməmiş olma. Vurtut ikicə ilin gəlini olan, gəlinlik paltarının əcəri solmayan Keysubəyimin nisgili ürəyində, arzusu gözündə qalmışdı. Ə.Vəliyev. əcəri sif. Təzə, qədtəzə, heç geyilməmiş, işlənməmiş. Əcəri don. Əcəri yorğanüzü. – Zeynəbin bu saat dörd-beş dəst əcəri paltarı boxçadadı. C.Məmmədquluzadə. əcərli bax. əcəri. Əcərli paltar. Əcərli xalça. – Mən də o mülahizədəyəm, Zəriş! – deyə Müqim bəy birdən pristavlıq paltarının ən əcərlisini geyməyə, tərləyətərləyə ora-burasını dartışdırmağa başladı. S.Rəhimov. [Əmir:] Bu əcərli gəbələr pristav ağanın halal xoşu olsun, öz anasının südü kimi. Ə.Abasov. əcib (=əcibə) [ər.] bax. əcaib. əcibə (=əcib) [ər.] bax. əcaib. əcinnə is. [ər.] din. köhn. Cin. Əcinnə padşahı (nağıllarda). – Əhmədi-Çekkaş durub gəldi evə. Çağırıb əcinnələri, əmr elədi. (Nağıl). [Nəcəf:] Nə sirr olacaq? Tovuz dərəsi əcinnə yeridir: şəyatin yığnağına rast gəlibsiniz. M.F.Axundzadə. [2-ci əcinnə:] Hə, indi başa düşdüm, doğrudan da, deyəsən, sən çox ağıllı əcinnəsən. Ə.Haqverdiyev. əclaf sif. [ər.] Alçaq, rəzil. [Bəhram:] O vaxt bizim nahiyənin pristavı Navedski adında çox rəhmsiz və əclaf bir adam idi. Ə.Vəliyev. // İs. mənasında. Ağa, Təbrizdə 5-10 nəfər əclaf ilə bacarmaq olmur. M.S.Ordubadi. əclaflıq is. Alçaqlıq, rəzillik, rəzalət. Əclaflıq etmək. [Piri düşünürdü ki, Xalıq deyəcək:] “Kişi kişinin namusuna toxunmaz, Piri. Mən bu sirri ürəyimdə qəbrə aparacağam. Amma boynuna al ki, əclaflıq eləmisən”. İ.Məlikzadə. əcnəbi [ər.]\n1. sif. Başqa xalqa, millətə mənsub olan; xarici. Əcnəbi mallar. Əcnəbi dillər. Əcnəbi ölkələr. – Həmədan yenə də əcnəbi casuslarının yuvasına çevrilmişdi. M.S.Ordubadi.\n2. is. Başqa ölkənin vətəndaşı, təbəəsi; xarici. Əcnəbilərə məxsus mehmanxana. – Hacı Mirzə Həsən ağa müctəhidin gözünün qabağında minlərcə müsəlman övrət-uşaqları .. əcnəbilərin evində gizləniblər. C.Məmmədquluzadə. Əcnəbi yenə çamadanı [Məşədi Əsgərə] verməyib, təcilən .. vağzaldan şəhərə çıxdı. S.M.Qənizadə. əcr is. [ər.] köhn. Bir iş müqabilində verilən əvəz; qarşılıq. Öz adətin ilə nalə eylə; Əcrini mənə həvalə eylə. Füzuli. [Səlim bəy:] Bu qədər xalqın duası sizin əcrinizdir. M.F.Axundzadə. Güman etməyin ki, Şeyx Şəban əzan verməyinə muzd alırdı. Xeyr, əstəğfürullah, əzan verməyi məhz savab əməl hesab edərdi və əcrini qiyamətdə Allahdan gözləyirdi. Ə.Haqverdiyev. // Cəza mənasında. İndi əcrindir, könül, çək şami-hicrin dərdini; Mən əzəl gün söylədim pəndi-firavanlar sənə. S.Ə.Şirvani. Zülm edən kimsələrin əcri budur. M.Rahim. • Əcrini çəkmək – cəzasını çəkmək. [Vaqif:] Məmməd cəzasına çatmışdır, – dedi, – xanın üzünə ağ olan əcrini çəkməlidir.. Çəmənzəminli. [Zülfüqar:] Qoy əl-ayağı dinc durmayanlar əcrini çəksinlər. B.Bayramov. əcuzə is. [ər.] Pisxasiyyətli və bədləkər arvad. əcz is. [ər.] klas. Acizlik, iqtidarsızlıq. Əcz ilə dedi ki: “Ey xudavənd; Şahənşəhiadilü xirədmənd!” Füzuli. [İblis Arifə:] ..Əzizim, çocuq olma! Arif! Mana bax, əczi burax, hissə qapılma. H.Cavid. ..Sitarə Mənsurun əlini əcz ilə tutub dizi üstə oturub: – Aman Mənsur! Məni hicr oduna yandırma. C.Cabbarlı. əcza is. [ər. “cüz” söz. cəmi]\n1. klas. Bir şeyin tərkibini təşkil edən xırda hissəciklər; cüzlər. Yandırıb əczayi-tərkibim, külüm versən yelə; Yox yolundan dönməyim, varım sənindir, cüzvü kül. Füzuli. [Molla İbrahimxəlil:] Daha bundan artıq nə eyləyəcəksiniz ki, bu gün iksir tamam və təkmil olan saatda və əcza butədə qaynayan vaxtda bu yerə ayaq basdınız. M.F.Axundzadə. Su nədir? Nə əczadan əmələ gəlir, nə səbəbə su qaynayanda buğ olur, niyə donanda bərkiyir? C.Məmmədquluzadə.\n2. Dərman maddələri; dərman, dava. Bu əcza qulluqçu naxoş olanda alınmışdı. C.Cabbarlı. əczaçı is. Aptekdə dərman hazırlayan mütəxəssis; farmasevt. Fakültə xüsusi şöbələrdə diş həkimləri və əczaçılar da hazırlayır. M.Topçubaşov. Əczaçı, məlumdur ki, dəva satır; Xanəndə oxuyur, xoş səda satır; Nəfəs almaq üçün bağa gedəndə; Biri də biletlə boş hava satır. Şəhriyar. əczaçılıq is. Dərman hazırlamaq, hazırlanan dərmanları yoxlamaq, saxlamaq və buraxmaq haqqındakı tətbiqi fənlərin məcmusu; dava-dərman hazırlama sənəti. Əczaçılıq texnikumu. Əczaçılıq məhsulları. əczaxana [ər. əcza və fars. ...xanə] köhn. Əczaçı dükanı, dərman satılan yer, aptek. Kiçik oğlu mühəndis böyük qardaşının əmrlərinə itaət edirdi: əczaxanaya getmək, həkim yanına yüyürmək, kətan islatmaq və sairə. Ə.Haqverdiyev. Baytarlıq müalicə məntəqəsinin apteki müvafiq avadanlıq tələb edən əczaxana olub, xüsusi otaqda yerləşdirilməlidir. R.Əliyev. əda I. is. [ər.]\n1. Tərz, tövr, üslub. Bu nə ədadır? – [Hacı Əhməd:] [Almaza] Sən ki bu yol ilə, bu əda ilə bizə yaxın gəldin, biz kəndlilərin bütün malımız, canımız, hər bir şeyimiz sənə qurbandır. C.Cabbarlı. Usta bunu elə bir əda ilə dedi ki, Azad ona baxıb düşündü. S.Rəhman. Eldarın xoş bir əda ilə: – Buyurun, buyurun! – dediyini eşitdim. M.Rzaquluzadə. // Özünü aparma tərzi, hərəkət tərzi; adət, xasiyyət. Bu nə ədadır? Pis əda. Yoldaşının ədalarını öyrənib.\n2. Naz, qəmzə, şivə, şıltaq. Qadan alım, ey qaragöz, sənə bu əda neçindir? Nə üzü qaralıq etdim, mənə bu cəfa neçindir? S.Ə.Şirvani. [Knyaz:] İçəlim, badə verir ruhə qida; Varsın, olsun məzəmiz işvə, əda! H.Cavid. İndi ədaların yadına düşüb; Yandırırmı səni, yaxırmı səni? R.Rza.\n3. İddia, təşəxxüs. Bunun ədasına bax!\n4. İş, əməl. Ədası başqa, sözü başqa.\n\nII. [ər.]: əda etmək – 1) vermək, ödəmək, ödəyib qurtarmaq. [Nəcəf bəy:] Əgər vədə tamamında borcumu əda etməsəm, girovdan məyusam. Ə.Haqverdiyev; 2) yerinə yetirmək. [Ağa Salman:] Gedim, sərbazları görüm, əhvalatı xəbər alım ki, mürafiə vaxtında şəhadətlərini əda etsinlər. M.F.Axundzadə. Amma mətəəssüf öz borclarımızı nəinki layiqincə əda etmirik, hətta .. sağmal inəyimizin boğazına bıçaq sürtənlərə kənardan arxayın tamaşa edirik. F.Köçərli. ..Öhdəmizə götürdüyümüz .. vəzifəni əda etməkdə bacarığımızı və səyimizi əsirgəməyəcəyiz. C.Məmmədquluzadə; 3) icra etmək, ifa etmək, qılmaq. Şah .. şam və xüftən namazını əda etdi. M.F.Axundzadə. Ramazanın yovmiyyə namazını orada əda edirdim. C.Məmmədquluzadə. ədabaz is. [ər. əda və fars. ...baz] Ədabazlıq edən, ədabazlıq etməyi sevən adam. Ədabazın birisi, bəs niyə belə qaçırsan? Dur görək, nə var, nə yox. M.S.Ordubadi. // Sif. mənasında. Ədabaz adam. Ədabaz qız. ədabazcasına sif. və zərf Ədabaz kimi, ədabaza xas olan bir tərzdə. Ədabazcasına gülüş. Ədabazcasına hərəkət. Ədabazcasına yerimək. ədabazlıq is. Ədalı hərəkətlər, sadəlikdən, təbiilikdən məhrum hərəkətlər; özünü qeyri-təbii, qeyri-sadə aparma. Ədabazlıq etmək. – Cabbarın şit hərəkətlərlə, ədabazlıqla işi olmazdı. İ.Əfəndiyev. Ancaq bunların heç biri ədabazlığından, yaxud özündən müştəbeh olmağından irəli gəlmirdi. B.Bayramov. // Əzilib-büzülmə, özünü əzmə, özünü naza qoyma. ədalət is. [ər.]\n1. Haqq və düzgünlük prinsiplərinə riayət. Ədalətə riayət etmək. İctimai ədalət. Ədalət hissini itirmək. Ədaləti bərpa etmək. – [Pişxidmət:] Haqq və ədalətmi? ..O bir quş olsa, şahın sarayında yapamaz yuva. H.Cavid. Aldadır bəşəri yalan vədələr; Haqdan, ədalətdən yoxdur bir əsər. S.Vurğun. • Ədalət divanı köhn. – bax. ədalət məhkəməsi. Paşa o saat bir ədalət divanı qurub keşişi də çağırtdırdı. “Əsli və Kərəm”. [Muzdur] əlindəki dövləti, hər necə olsa, ədalət divanına yetirməyə niyyət qoydu. S.M.Qənizadə. Ədalət məhkəməsi – ədalətlə işə baxan, ədalətli hökm çıxaran məhkəmə. Bu gün, sabah qurulacaq; Bir ədalət məhkəməsi. S.Vurğun.\n2. İnsaf, mürüvvət. Ədalətlə (z.) hərəkət etmək. Ədalətlə (z.) işə baxmaq. – Adil, həyatda şeir və hikmət aşiqi, insaf və ədalət tərəfdarı idi. S.Rəhimov. • Ədalət etmək – insaf etmək, insafla hərəkət etmək. Sair miləl övrətlə ədalət edir etsin! Övrət ərə, ər övrətə rəğbət edir etsin! M.Ə.Sabir. ədalətxana is. [ər. ədalət və fars. ...xanə] köhn. Ədalətlə işə baxan məhkəmə, divanxana. ədalətli sif. Ədalətlə, vicdanla hərəkət edən, həqiqətə, insafa, vicdana uyğun olaraq hərəkət edən. Ədalətli hakim. Ədalətli müdir. // Ədalətə, həqiqətə, insafa əsaslanan. Ədalətli məhkəmə. Ədalətli hərəkət. Ədalətli qanunlar. ‣ Ədalətli müharibələr – istiqlaliyyət uğrunda aparılan müharibələr, inqilabi azadlıq müharibələri. ədalətlilik is. Ədalətli olma, işə qərəzsiz, vicdanla, ədalətlə yanaşma; ədalət. Məhkəmənin əsas xüsusiyyəti ədalətlilikdədir. ədalətpərvər sif. [ər. ədalət və fars. ...pərvər] Ədalət sevən, ədalətə riayət edən, ədalətli. Ədalətpərvər adam. ədalətpərvərlik is. Ədalətpərvər adamın keyfiyyəti. Ədalətpərvərlik göstərmək. Ədalətpərvərlik yaxşı sifətdir. ədalətsiz sif. Ədalətə, haqq və insafa riayət etməyən, ədalət hissini itirmiş, insafsız. Ədalətsiz hökmdar. – Küçəyə atdın ədalətsiz ata, qansız ata! Məni təhrik eləmə alverə, vicdansız ata! Ə.Vahid. // Ədalətə, haqq və insafa müğayir olan. Ədalətsiz hökm. Ədalətsiz hərəkət. – Lakin zavallı bacısının xərcinə gəldikdə, Mahmud onun heç üzünə gülmədən taleyi tərəfindən təyin olunmuş, ədalətsiz bir vergi hesab edirdi. B.Talıblı. ədalətsizlik is. Ədalətə, haqq və insafa müğayir hərəkət. Burjua məhkəməsinin ədalətsizliyi. – Bu hürriyyət əsrində [XX əsrdə] belə ədalətsizliyə [zülmə və təcavüzə] baxdıqda ürəyimiz qan ilə dolur.. F.Köçərli. Zənnimcə, xilqətdən əvvəl ədalətsizlik və vicdansızlıq yaranmışdır. C.Cabbarlı. ədalı sif.\n1. Ədası olan, ədabaz. Ədalı adam. // Əda ilə dolu, sadəlikdən, adilikdən məhrum. Ədalı hərəkət. // Mütəkəbbir. Sarayda hökm edir ədalı bir xan; Qan, qarğış tökülür qaşqabağından. S.Vurğun.\n2. İşvəli, işvəkar, nazlı. Ədalı qız. Ədalı baxış. Ədalı yeriş. – Mərhəmətsiz mələk, ədalı gözəl; Gör nə yandı bir vüsalə bədəl?! H.Cavid. ədalılıq is. Ədalı olma. ədasız sif.\n1. Heç bir ədası olmayan, özünü sadə aparan. Ədasız adam.\n2. Nazsız, işvəsiz, sadə. Ədasız qız. – Yoxsa dilbərim deyilmiş ədasız; Pək nazlıdır, amma deyil vəfasız. H.Cavid. ədasızlıq is. Ədasız adamın xassəsi; sadəlik. ədat is. [ər.]\n1. qram. Müstəqil mənası olmayan, lakin cümlədə müxtəlif məna çalarları əmələ gətirən söz, hissəcik.\n2. köhn. Alət, avadanlıq, ləvazimat. ədavət is. [ər.] Ürəkdə saxlanılan düşmənçilik hissi, kin, küdurət, qərəz, birinə qarşı qəzəb hissi. ..Bəy bir məclisdə danışdı ki, Mirzə Möhsünlə mənim bir ədavətim yoxdur. Qantəmir. • Ədavət bəsləmək – kin bəsləmək, kin-küdurət bəsləmək, birisinə qarşı düşməncəsinə hiss bəsləmək. [İblis:] Hər kəs məni dinlər, fəqət eylər yenə nifrət; Hər kəs mənə qul ikən, bəslər ədavət. H.Cavid. Naşad əfəndi Mehribana qarşı indi bir kin və ədavət bəsləyirdi. S.Hüseyn. // Ümumiyyətlə, düşmənçilik, düşmənlik. Çərxi-sitəmgərin, hərzə talein; Ölüb qurtarmadıq ədavətindən. Q.Zakir. [Cavad bəy:] Xan, cənabinizə məlum olan ədavətə görə Səməd xanın oğlu Səfiqulu xan böyük cəfakarlıq edir. N.Vəzirov. • Ədavət aparmaq – düşmənçilik etmək, düşməncəsinə münasibət bəsləmək. Xanpəriyə elə gəlirdi ki, kim isə onunla ədavət aparır. Ə.Vəliyev. Ədavət doğurmaq – ədavətə, düşmənçiliyə səbəb olmaq. [İblis:] Get, lakin o hörmət və məhəbbət; Bir gün doğurur qanlı ədavət. H.Cavid. Ədavət etmək – düşməncəsinə münasibət bəsləmək, düşmənçilik etmək, ədavət bəsləmək. Asudə nəfəs çəkməyə halət edə fəhlə; Yainki hüquq üstə ədavət edə fəhlə. M.Ə.Sabir. Ədavət qalxmaq (doğmaq, düşmək) – araya düşmənçilik düşmək, bir-biri ilə düşmən olmaq. [Məhərrəm:] Nə üçün yaxın bir qohumun arasında ədavət qalxsın? C.Cabbarlı. [Tələbə:] Bir də, heç mən intriqa bilən adam deyiləm. Görürəm dərnək işlərinə qoşulsam, yoldaşlarımızla aramızda ədavət düşəcək. Qantəmir. Ədavət salmaq – araya düşmənçilik salmaq, biri-biri ilə salışdırmaq, vuruşdurmaq. Bir söyləyən yox, ay başıbatmış, nə borcuna; Haqqı nədir, salırsan ədavət, gavur qızı?! M.Ə.Sabir. Özü də istəyirdi ki, yerli xalqla bizim aramıza ədavət salıb öz hakimiyyətini bərkitsin. M.Rzaquluzadə. ədavətli sif. Ədavəti olan, ürəyində ədavət bəsləyən, kin bəsləyən, düşmənçilik edən, düşməncəsinə münasibət bəsləyən; düşmən. Görün heç biz ədavətli .. adamlara bənzəyirikmi? M.İbrahimov. ədavətlilik is. Düşmənçilik, kinlilik. ədavətsiz sif. Heç bir kini, ədavəti olmayan; kinsiz. ədd [ər.]: ədd etmək köhn. – saymaq, hesab etmək. Hər yetən kəndin mühərrir ədd edib min söz yazır. M.Ə.Sabir. [Rza bəy:] ..Bu mübhəm sükutunuzu kəndim üçün böyük bir həqarət ədd edəcəyəm. Ü.Hacıbəyov. Hətta Fərhad oxumuş olduğu üçün [Aslan] onu özündən daha mərhəmətli, insaniyyətpərvər və safdil ədd edirdi. C.Cabbarlı. ədə bax. adə. Ədə, Eyvaz, bəri gəl, müştəri gəlib. “Koroğlu”. Ədə, Həsənəli, naxır gəlir, qaç, tövlənin qapısını aç. C.Məmmədquluzadə. [Əsgər:] Dedim, yəqin ki mənimlə düşməndir, o saat piştovu belimdən çıxartdım, çəkdim yuxarı ayağa, dedim: Ədə, dayan! Ü.Hacıbəyov. [Kərbəlayı:] Ədə, qoysana kişi sözün danışsın. H.Nəzərli. ədəb is. [ər.] Əxlaq qaydalarına riayət, əxlaq və hərəkətdə, danışıqda nəzakət, incəlik; tərbiyə. Ədəb qaydaları. – Ədəbi kimdən öyrəndin? – Biədəbdən. (Ata. sözü). Ədəbdən, elmdən gər feyzyab olsa əvamünnas; Düşər tənü şərəfdən mollalar, işanlar, insanlar. M.Ə.Sabir. Baxdıqca onun marağı artır; Elmə, ədəbə, kitaba hərdəm. A.Səhhət. [Müəllim:] Özümdən ədəb və nəzakət xaricində heç bir hərəkət baş verməmişdi. S.Hüseyn. // Utancaqlıq, həya. Üzündən ədəb yağır. // Hörmət, ehtiram, sayğı. [Məhbub xanım] ədəb salamını yerinə yetirib dayandı. (Nağıl). Təzə gəlinlər, cavan qızlar [Sara xanımın] yanına girə bilməzdi: ədəb, həya, hörmət vardı. Qantəmir. Ədəblə şəklində zərf – hörmətlə, ehtiramla. Ədəblə danışmaq. Ədəblə cavab vermək. – Tülkü görcək yavaş-yavaş gəldi; Endirib baş, ədəblə çömbəldi. M.Ə.Sabir. Uşaq cürətlənib hərəkətə gəldi, irəli yeridi, əllərini yanına salıb ədəblə salam verdi. Mir Cəlal. Qoçaq əsla tələsmədən əti götürdü və biriki addım kənara çəkilib ədəblə gəmirməyə başladı. M.Rzaquluzadə. • Ədəb gözləmək – əxlaq, tərbiyə, nəzakət, hörmət qaydalarına riayət etmək; öz hərəkət və sözlərində tərbiyəli, nəzakətli olmaq. Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi! Lal ol, a balam, başlama fəryadə, əkinçi! M.Ə.Sabir. Talıb xan .. ədəb gözləyən yasovulun açılışmağının səbəbini yaxşıca anlamağa başlayırdı. S.Rəhimov. ədəb-ərkan is. [ər.] Ədəb, tərbiyə, əxlaq, nəzakət qaydaları. Ədəb-ərkan gözləmək. – Ədəb-ərkan nədir, yaxşı anlasın; Mənəm deyib, çox havadan getməsin. Aşıq Rəcəb. [Həsən:] Hər adamın yerini bilirsən, ədəb-ərkanla (z.) da danışırsan. Ə.Haqverdiyev. ədəb-ərkanlı sif. Ədəbli, tərbiyəli, nəzakətli. Gərək bir azca həlim, ədəb-ərkanlı olsun; Bir az arlı, namuslu, bir az vicdanlı olsun. X.Rza. ədəbi sif. [ər.] Ədəbiyyata aid olan. Ədəbi əsər. Ədəbi cərəyan. Ədəbi irs. Ədəbi müşavirə. Ədəbi müsabiqə. – Əlbəttə, ədəbi ənənənin mütərəqqi məziyyətlərini yaşatmaq gərəkdir və zəruridir. S.Rəhimov. Ədəbi əsər bədii təfəkkürlə bağlıdır. M.İbrahimov. • Ədəbi işçi – qəzet və ya jurnallarda çap edilən materialların dili və üslubu üzərində işləyib onu çapa hazırlayan işçi. [C.Cabbarlı] sonra .. ədəbi işçi və mütərcim vəzifəsində çalışmağa başladı. M.Arif. Ədəbi oğurluq – özgənin əsərini öz adı ilə vermə, yaxud adını göstərmədən özgənin əsərindən istifadə etmə. // Ədəbiyyatla bağlı, əlaqədar. Yazıçının ədəbi fəaliyyəti. Ədəbi dairələr. – Yeni yetişən ədəbi gənclik həmişə Cabbarlının diqqət mərkəzində idi. M.Arif. ‣ Ədəbi dil – ümumxalq dilinin qrammatika, leksika, tələffüz və s. cəhətdən müəyyən normalara malik olan işlənmiş forması. Ədəbi dil normaları. – Səmədin o dövrdəki ədəbi dili təşbehlər, idiomlarla dolu canlı xalq dilidir. O.Sarıvəlli. ədəbiləşdirilmə “Ədəbiləşdirilmək”dən f.is. ədəbiləşdirilmək məch. Dili və üslubu üzərində işlənilərək ədəbi şəklə salınmaq (əsər). ədəbiləşdirmə “Ədəbiləşdirmək”dən f.is. ədəbiləşdirmək f. Əsərin dili və üslubu üzərində işləyərək onu ədəbi şəklə salmaq. ədəbistan is. [ər. ədəb. və fars. ...stan] köhn. Əsil mənası “ədəb, tərbiyə yeri, ədəb öyrədilən yer” olub, köhnə ədəbiyyatda “məktəb” mənasında işlənmişdir. “Ülfət” kəsilib, toxtadı “Bürhani-tərəqqi”; Məhv oldu “Həmiyyət”, ədəbistan da qapandı. M.Ə.Sabir. Elmi-sənaye, ədəbistan nədir? Ağrın alım, tülkü nə, meydan nədir? Ə.Nəzmi. ədəbiyyat is. [ər.]\n1. Hər hansı bir xalqın, dövrün və ya bütün bəşəriyyətin yaratdığı elmi, bədii, fəlsəfi və s. əsərlərin məcmusu. Ədəbiyyat dedikdə, yalnız bədii əsərlər deyil, həmçinin geniş mənada, bütün yazılı əsərlər nəzərdə tutulur. M.İbrahimov.\n2. Bədii əsərlərin məcmusu. Orta əsrlər Azərbaycan ədəbiyyatı. Ortaq türk ədəbiyyatı. Klassik ədəbiyyat.\n3. Müəyyən bilik sahəsinə və ya məsələyə aid çap olunmuş əsərlər. Siyasi ədəbiyyat nəşriyyatı. ‣ Sandıq ədəbiyyatı dan. zar. – bu və ya başqa səbəbə görə çap edilə bilməyən yazılar. Xalq ədəbiyyatı – folklor. Xalq ədəbiyyatının həcmcə ən böyük nümunələri dastanlardır. Azərbaycanın xalq ədəbiyyatı çox zəngindir. ədəbiyyatbaz is. [ər. ədəbiyyat və fars. ...baz] Ədəbiyyatın (xüsusilə poeziyanın) mahiyyətini dərindən dərk etmədən onunla məşğul olan və ədəbiyyatdan dəm vurmağı sevən adam; şeirbaz. ədəbiyyatbazlıq is. Ədəbiyyatı (xüsusilə poeziyanı) dərindən dərk etmədən onunla məşğul olma, ədəbiyyatdan dəm vurmağı sevmə; şeirbazlıq. ədəbiyyatçı bax. ədəbiyyatşünas. // dan. Ali məktəbin ədəbiyyat fakültəsi tələbəsi. ədəbiyyatçılıq bax. ədəbiyyatşünaslıq. ədəbiyyatşünas is. [ər. ədəbiyyat və fars. ...şünas] Ədəbiyyatşünaslıq elmi ilə məşğul olan alim, ədəbiyyatşünaslıq mütəxəssisi. Ədəbiyyatşünas professor. ədəbiyyatşünaslıq is. Ədəbiyyat tarixi və nəzəriyyəsindən, habelə ədəbi tənqiddən bəhs edən elmlərin məcmusu. Azərbaycan ədəbiyyatşünaslığı. Ədəbiyyatşünaslıq elmi. – Azərbaycan .. ədəbiyyatşünaslığı “Molla Nəsrəddin”in ədəbi irsinə daha dərindən yanaşmalıdır. M.İbrahimov. ədəbləndirmə “Ədəbləndirmək”dən f.is. ədəbləndirmək f. Ədəb öyrətmək, ədəb vermək; tərbiyələndirmək. ədəblənmə “Ədəblənmək”dən f.is. ədəblənmək f. Ədəbli olmaq, ədəb öyrənmək, ədəb və tərbiyə qazanmaq, tərbiyələnmək. Uşaq məktəbə gedəndən sonra ədəbləndi. ədəbli sif.\n1. Yaxşı tərbiyə görmüş, cəmiyyətdə özünü apara bilən, əxlaqlı, tərbiyəli. Ədəbli uşaq. – Mələkəxatın gördü İbrahim çox ədəbli və ağıllı oğlandı. (Nağıl). Vaqiən Qasım əmi çox ədəbli və söz eşidən idi. C.Məmmədquluzadə.\n2. Ədəb qayda-qanunlarına uyğun. Ədəbli söz. Ədəbli hərəkət. Ədəbli (z.) danışmaq. ədəblicəsinə zərf Ədəbli surətdə, nəzakətli surətdə, nəzakətlə. Ədəblicəsinə cavab vermək. Ədəblicəsinə salam vermək. ədəbli-ərkanlı sif. bax. ədəbərkanlı. Ədəbli-ərkanlı oğlan. – [Qızın anası:] Bax, ədəbli-ərkanlı, saçlı-birçəkli, boylu-buxunlu, gözəl-göyçək qız bəsləmişəm. H.Sarabski. ədəblilik is. Ədəbli, tərbiyəli adamın xassəsi, ədəbli olma. Oğlan ədəbliliyindən başını aşağı saldı və cavab vermədi. ədəbsiz sif.\n1. Ədəb və tərbiyədən məhrum, yaxşı tərbiyə görməmiş, cəmiyyətdə özünü apara bilməyən. Ədəbsiz adam. Ədəbsiz oğlan. – Ey üzü qarə, füzul, ədəbsiz; Heç bilmədiniz nədir ədəbsiz! Xətayi. // Zərf mənasında. Ədəbsiz danışmaq. // İs. mənasında. Arvad dəcəllərə acıqlandı: – Ədəbsizlər, qanacaqsızlar, .. yazıqla nə işiniz var? Ə.Abasov.\n2. Ədəb qayda-qanunlarına uyğun gəlməyən, nalayiq. Ədəbsiz söz. Ədəbsiz hərəkət. – [Mürtəcelər] ..bu vaxta qədər heç bir kağıza sığmayan ədəbsiz küçə söyüşlərinə qədər .. yazırdılar. M.İbrahimov. ədəbsizcəsinə zərf Ədəb normalarına zidd olaraq, utanmazcasına, həyasızcasına, nəzakətsizcəsinə, kobudcasına. Ədəbsizcəsinə tələb etmək. Ədəbsizcəsinə valideynin üzünə qabarmaq. Ədəbsizcəsinə hərəkət etmək. ədəbsizlik is. Ədəb və tərbiyə nöqsanı, tərbiyəsizlik, nəzakətsizlik, qanacaqsızlıq. Ədəbsizlikdən doğan kobudluq. // Ədəbsiz hərəkət, söz. Ədəbsizlik etmək. – Molla başını qaldırıb Teymurun bu ədəbsizliyinə heyran-heyran baxır. “M.N.lətif.”. Zeynalın bu ədəbsizliyinə qarşı Dursun o qədər də susmayırdı. A.Şaiq. Bu zamanlarda bəzi narəva hallar üz verib, bir taqım ədəbsizliklər olmuşdusa da, Mehriban onlara göz yumub qatlaşmışdı. S.Hüseyn. ədəd is. [ər.]\n1. Say, hesab. Ədədlərin dörd əməlindən bəhs edən elmə hesab elmi deyilir. – Daha sonralar say prosesində insan konkret cisimlərdən uzaqlaşır, onda ədəd anlayışı əmələ gəlir. Z.Xəlilov. // Rəqəm. 5 ədədi ilə 3 ədədi 8 ədədinə bərabərdir.\n2. Eyni cinsli şeylərdən bir dənəsi; dənə. İki ədəd qələm. On ədəd yumurta. Beş ədəd karandaş aldım. – Var idi mənim bir ədəd gövhərim; Gülbəndi-mina və taci-zərim. M.Ə.Sabir. ədədi sif. [ər.] riyaz. Ədədlərlə ifadə olunan. Ədədi kəmiyyət. Ədəbi nisbət. – Diferensial tənlikləri təqribi həll etmək üçün müxtəlif qrafik və ədədi metodlar vardır. Z.Xəlilov. // Ədədə, miqdar, ya rəqəmə aid olan. • Ədədi mal(lar) – çəki və ölçü ilə deyil, ədədlə sayılan mal(lar). Ədədi mallar satılan mağaza. Papiros ədədi maldır. ədədsiz sif. Saysız-hesabsız, sayıhesabı olmayan. ədəlli-bədəlli sif. dan. Yaxşı, kamil, əməlli-başlı, ciddi. [Mədəd] ədəllibədəlli oğlan, evli-eşikli kişidir. Ə.Vəliyev. ədəm is. [ər.] klas. Yoxluq. Yəni ki, “vücud dami-qəmdir; Azadələrin yeri ədəmdir”. Füzuli. [Xəyyam:] O fəzalar belə müzlim pərdə; Bir ədəm dalğası var hər yerdə. H.Cavid. ədəmgah is. [ər. ədəm və fars. ...gah] tənt. Yoxluq aləmi. [Şeyx Sənan:] O da bir karivan, axıb gediyor; Bir ədəmgaha doğru əzm ediyor. H.Cavid. ədəsə is. [ər.]\n1. Mərcimək dənəsi.\n2. Gözlük, durbin, zərrəbin və s. optik cihazlarda işlənən, ortası qabarıq və kənarları nazik şüşə; linza. [Eldar:] Bu, ədəsə ilə oxunacaq dərəcədə xırda, zərif bir xətlə cığara kağızına yazılmış bir məktub idi. M.Rzaquluzadə. ədəsəli sif. Ədəsəsi olan, linzalı. Ədəsəli durbin. ədəva (=ədəviyyə) bax. ədviyyat. Şahzadə gördü ki, yaxşı toyuqplov, bütün ədəviyyəsinən, .. yüz manat da pul. (Nağıl). Nanə xalanın özü də qoluçırmaqlı, əlində qaşıq xörəyə ədəva tökür, hərdən mətbəxin qapısından boylanırdı. Mir Cəlal. ədəviyyə (=ədəva) bax. ədviyyat. Şahzadə gördü ki, yaxşı toyuqplov, bütün ədəviyyəsinən, .. yüz manat da pul. (Nağıl). Nanə xalanın özü də qoluçırmaqlı, əlində qaşıq xörəyə ədəva tökür, hərdən mətbəxin qapısından boylanırdı. Mir Cəlal. ədib is. [ər.]\n1. Yazıçı, nasir. Azərbaycan ədibləri. – Möhtərəm ədibimiz ingilislərin imlasının adını qoyur “əcib”, amma bizim imlaya heç olmasa “bir az əcib” də demək istəmir. C.Məmmədquluzadə. Ziyafətdə şair və ədiblərin, ordu ilə gedənlərin özləri və ailələri iştirak edirdi. M.S.Ordubadi. // Ədəbiyyatla məşğul olan adam, ədəbiyyatşünas, ədəbiyyat mütəxəssisi. // Mühərrir. Ədib Mirzə Melkum xan “Qanun” ruznaməsində başdan belə yazır ki: “Mən sözümü o kəslərə yazıram ki, adamdırlar”. C.Məmmədquluzadə. Gəncədə bir ədibibiəmsal; Bir qəzet açdı, adı “İstiqbal”. Ə.Nəzmi.\n2. klas. Ədəbli, tərbiyəli. Məcnun dedi: Ey ədibi-kamil; Divaneyi-eşq olurmu aqil? Füzuli. Necə kim bir ədibi-mümtazın; Dərsihikmət ədası tərbiyədir. M.Ə.Sabir. ədibanə sif. [ər. ədib və fars. ...anə] klas. Ədib kimi. // Ədəbi dillə, ədəbi tərzdə. Əlli sənə .. millətin keçəcək və istiqbalını, nicat və səadətini şairanə və ədibanə nəzmə çəkmək, əbnayi-millətin təlim və tərbiyəsinə, ruhani məişətinə qulluq eləmək, əlbəttə, böyük hünərdir. F.Köçərli. ədibcəsinə zərf Ədib kimi, ədib tərzində. Ədibcəsinə danışmaq. ədiblik is. Ədəbi yaradıcılıq. Ədibliklə məşğul olmaq. Ədiblik etmək. – Qələmdaniməlahəti anlamaq üçün bəzən ədiblik kifayət etməz. Qantəmir. ədl [ər.] bax. ədalət. Çünki olar ədlə xələl qatdılar; Mən yazığı mal kimicə satdılar!.. Ə.Nəzmi. Cahan cahan deyil daha, zülmə aşiyanədir; Qalıbsa ədlü rəhmdən boş ad, o da fəsanədir. C.Cabbarlı. Öz əksini o görüncə bu sənətin aynasında; Məhəbbətə, ədlə qarşı rəğbət doğur bu dəm onda. B.Vahabzadə. ədl-ədalət is. [ər.] bax. ədalət. [Şah:] Cəm olaq, həmlə edək, həbs eyliyək bu zalimi; Ta gərək ədl-ədalətlə ona olsun cəza. Ü.Hacıbəyov. ədliyyə is. [ər.] hüq. Mühakimə işlərinə baxan dövlət orqanlarının məcmusu, məhkəmə orqanları sistemi. Ədliyyə orqanları. – Ancaq gördüm ki, bu mənim işim deyil, buradan çıxdım, özümü verdim ədliyyə idarələrinə. C.Məmmədquluzadə. Canım, iki yüz min Təbriz camaatı ədliyyə əzası seçir. Ə.Qəmküsar. Mirzə Səfərin iki oğlu ədliyyə məktəbinin beşinci sinfində oxuyurdular. Ə.Haqverdiyev. [Hacı Əli:] Ədliyyə, nəzmiyyə idarələrini daha tez təşkil etmək lazımdır. P.Makulu. // Ədalət, ədalət məhkəməsi. Azərbaycan ədliyyəsi. // Hüquq. ədna sif. və is. [ər.] klas.\n1. Alçaq, rəzil, nanəcib. Şah Abbas cabbarlığının ədna əlaməti bu idi ki, bir oğlunu öldürdü, ikisinin dəxi gözünü çıxartdı. M.F.Axundzadə. Belə iş yaramaz hərgiz əqilə; Qulaq asma hər ədnaya, sevgilim! Aşıq Pəri. Biz vətən mülkün həqiqətlə sevən aşiqlərik; Xaini, ədnanı yurdumdan kənar istər könül. Ə.Vahid.\n2. köhn. Keçmişdə aşağı təbəqədən, qara camaatdan olan adama verilən ad. Zakir, kəs ümidi-nəzəri-mərhəmət ondan; Kim, padşahi-hüsn olan ədnayə baxarmı? Q.Zakir. [Rizvan:] Qibleyi-aləm! Siz padşahsınız, mən rəiyyət və ədna. Ə.Haqverdiyev. ədnalıq is. Alçaqlıq, rəzillik, nanəciblik; alçaq hərəkət. Gözlənməyən ədnalığın icadına ciddən; Himmət edən insanlarına şükr, xudaya! M.Ə.Sabir. Elmsiz ədnalığa uğratdılar; İsməti, insafı ayaqlatdılar. Ə.Nəzmi. • Ədnalıq etmək – alçaqlıq etmək, nanəciblik etmək. ədu is. klas. Düşmən. Ey eşqə ədu və hüsnə münkər; Təzvirlə çəkmə bunca ahı. Nəsimi. Əgər bütün bəşəriyyət əduvvi-canım ola; Ürək süqut eləməz aldığı mətanətdən. C.Cabbarlı. ədvə [ər.] bax. ədviyyat. Xörəyə ədvə tökmək. ədvəcat bax. ədviyyat. ədviyyat top. [ər.] Xüsusi dad, xoş iy, bəzən də rəng vermək üçün xörəyə və şirniyyata qatılan, ya vurulan darçın, hil, sarıkök, mixək və s. kimi maddələrin ümumi adı. Ədviyyat qatılmış halva. Xörəyin tündlüyü ona qatılan ədviyyatdan asılıdır. ədviyyatlı sif. Ədviyyat qatılmış. Ədviyyatlı şirni. ədviyyə bax. ədviyyat. Ədviyyə vurulmuş xörək. – Sağ gündə dolar taxta-tabaq ədviyyə ilə; Onda ki, nənəm sancılanar, zəncəfil olmaz. Şəhriyar. ədviyyələmə “Ədviyyələmək”dən f.is. ədviyyələmək f. Xörəyə ədviyyə vurmaq (qatmaq). Xörəyi ədviyyələmək. ədviyyələnmə “Ədviyyələnmək”dən f.is. ədviyyələnmək məch. Ədviyyə vurulmaq (qatılmaq, tökülmək, səpilmək). ədviyyəli sif. Ədviyyə səpilmiş, ədviyyə vurulmuş. Ədviyyəli plov. Ədviyyəli bozbaş. Ədviyyəli qoğal. ədyal is. [rus.] Yataq ləvazimatı, yüngül yorğan. Çoxu yatar, mürgülər, bürünüb ədyalına; Anam yatar, bürünüb yun saçaqlı şalına. X.Rza. ədyan is. [ər. “din” söz. cəmi] klas. Dinlər. [İblis:] Min hiylə quran tülkü siyasilər, o hər an; Məzhəb çıxaran, yol ayıran xadimi-ədyan; Onlar əvət, onlar sizi çeynətməyə kafi.. H.Cavid. əfəl sif. dan. Əldən düşmüş, iş görə bilməyən, əlindən iş gəlməyən, ətalətli; maymaq. Əfəl adam. – [Koxa:] Bax, bu zatıqırıq, yaramaz, əfəl; Demək, əl qaldırıb sizə, divana? S.Rüstəm. [Nəcəfalı:] Hə, bala, elə bir kişinin mənim kimi əfəl nəticəsi var. B.Bayramov. əfəlləmə dan. “Əfəlləmək”dən f.is. əfəlləmək f. dan. Əfəl olmaq, əldən düşmək. əfəlləşdirmə dan. “Əfəlləşdirmək”dən f.is. əfəlləşdirmək f. dan. Əfəl hala salmaq, əldən salmaq. əfəlləşmə dan. “Əfəlləşmək”dən f.is. əfəlləşmək f. dan. Getdikcə, yaxud tamamilə əfəl olmaq, əldən düşmək. əfəllik is. dan. Əlindən iş gəlməmə, atillik, düşkünlük. Əyri adamın bacarıqlı olmağı, düz adamın əfəlliyindən cəmiyyət üçün daha qorxuludur. M.İbrahimov. əfəndi is. [ər. əsli yun.]\n1. Sünni ruhanilərinə verilən ləqəb. Oğlan evi əfəndidən, molladan və s. qohum-əqrəbadan bir dəstə camaat dəvət edib, qız evinə nikaha gedəcəkdir. R.Əfəndiyev. Dəng eyləmə məni, artıq qalmamış; Ehtiyacım cənnətə, əfəndi! Ə.Cavad. Əlac yoxdur əfəndidən, molladan; Həqiqətin binasını axtarın. Molla Cümə.\n2. Keçmişdə: hörmət üçün oxumuş adamların, ruhanilərin adlarına qoşulan söz. // Keçmişdə: hörmətlə müraciət. Nağıl demirəm, əfəndim, hekayə deyirəm. N.Nərimanov. [Rza bəy:] Əfəndilər, bir də cavab verməyəcək olsanız, bu mübhəm sükutunuzu kəndim üçün böyük bir həqarət ədd edəcəyəm. Ü.Hacıbəyov. // Türk ziyalısına müraciət. İlk dəfə gördüyü əfəndinin .. danışıq ədası, yerişi, baxışı çox qəribə, qeyritəbii və gülməli göründü. M.Hüseyn. əfəndilik is. köhn. Əfəndi ünvanı, əfəndi adı. əfğan is. [fars.] klas. Fəryad, fəğan. Oyadır xəlqi əfğanım; Qara bəxtim oyanmazmı? Füzuli. Hər qədər, kim artıq əfğan eylərəm, əfğan gəlir. Qövsi. Firqətdə lazımdır aşiqə əfğan; Sakit olmaq gərək yarı görəndə. Q.Zakir. Bir an səni görməyəndə, yarım; Əfğani yetirrəm asimanə. Heyran xanım. Bilmirəm bunca nədir ah ilə əfğanın sənin. Ə.Nəzmi. • Əfğan etmək (eyləmək, qılmaq, çəkmək) klas. – fəğan etmək, fəryad etmək. Bir neçə gün ol əsiri-hicran; Məktəbə gəlib qılırdı əfğan. Füzuli. Mən Molla Vaqifəm, eylərəm əfğan; Gözlərim də yaş yerinə tökər qan. M.P.Vaqif. Zakirəm, çəkirəm əfğan; Bülbül kimi şəbi-hicran. Q.Zakir. Əfğanə gəlmək – bax. əfğan etmək. Gül camalın görüb düşsün torpağa; Bülbülü götürüb əfğanə gəlsin! Q.Zakir. Bağ ara bülbüli-şeyda genə əfğanə gəlib. S.Ə.Şirvani. əfi is. [ər.]\n1. Rəngi sarı, başı üçbucaq şəklində iri zəhərli ilan. [Rizvan] qapının birindən daxil olan əfi ilanlara düçar olur. Ə.Haqverdiyev. Axırda çalar canını, bir əfi ilandır; Əfisə çalandır. M.Ə.Sabir.\n2. məc. Mənhus, xain, məkrli. Əfi bir ilan kimi şübhə girir araya! N.Rəfibəyli. // Bədxasiyyət, qəlbiqara, diliacı, başqasını sancan adam haqqında. • Əfi ilana dönmək, əfi ilan kimi fısıldamaq – son dərəcə qəzəblənmək, qeyzlənmək. Onlar öz acı həyat təcrübələrindən bilirdilər ki, səfər üstündə Zərrintac xanım necə bir əfi ilana dönür. S.Rəhimov. Rəhim bəy hirsindən əfi ilan kimi fısıldadı. M.Hüseyn.\n3. məc. Klassik şeirdə: gözəlin qıvrım saçları bu ilana təşbeh edilir. Əfi kimi daim zülfi-müsəlsəl; Qıvrım-qıvrım olub yatar yanında. Q.Zakir. Hərdən götür üzdən, gözəlim, əfiyi-zülfün. Ə.Vahid. • Əfi baxışlı klas. – ehtiraslı, cazibəli baxışlı. Yenə səni gördüm, bağrım oxlandı; Ey əfi baxışlı, havalı sərxoş. M.P.Vaqif. əfil-əfil bax. əsim-əsim. Əfil-əfil əsmək. əfkar is. [ər. “fikr” söz. cəmi] Fikir. [Qətibə:] Bu tədbir azərbaycanlıların bizim əleyhimizə olan hər bir təşəbbüsünə son qoyar. Xalqın əfkarı sakit olar. M.S.Ordubadi. Yormuşdu bütün ruhumu, əfkarımı aləm; Bir dağ ətəyində düşünürdüm təkü tənha. A.Şaiq. ‣ Əfkari-ümumiyyə – bir şey haqqında ictimaiyyətin (xalqın, camaatın) fikri, rəyi, münasibəti. [Tehrani:] Sərhəng, Azərbaycandakı hadisələr dünya əfkari-ümumiyyəsini həyəcana gətirmişdir. Ə.Məmmədxanlı. Qəzetlər əfkari-ümumiyyəni toplamışdı. Mir Cəlal. əfqan is. Əfqanıstanın əsas əhalisini təşkil edən, İran dilləri qrupuna daxil xalq və bu xalqa mənsub adam. əfqanıstanlı is. Əfqanıstan əhalisinə mənsub adam. əflak is. [ər. “fələk” söz. cəmi] klas. Fələk, göy. Cəfa oxun mənə yağdırman, ancaq, ey əflak! Demin ki, yeddi kəmanda bir nişanə yetər. Füzuli. Sanma kim, ya qan doludur hər bahar əflakdən. Kişvəri. Düşdükcə o istəkli vətən səmtə nigahım; Əflakə ucaldı o zaman şöleyi-ahım. A.Səhhət. [Cahangir ağa:] Hamısı ac, çılpaq, zillətdə, əziyyətdə, fəryadları əflaka çıxmış. S.S.Axundov. əflatun Qədim Yunanıstanın ən böyük filosoflarından birinin adı olub, məcazi mənada “filosof, mahir həkim” mənasında işlənir. Əflatun da gəlsə, sağalda bilməz. – ..Onlar hər fəziləti və şərəfi pulda görür, yoxsul, Əflatun belə olsa, onların nəzərində heçdir. A.Şaiq. // Danışıq dilində bəzən “çoxbilmiş, hiyləgər, hərif” mənasında işlənir. O, yaman Əflatundur, bacarmaq olmaz. əflatuni sif. [xüs.is.-dən] Sırf mənəvi xarakter daşıyan, qeyri-şəhvani. Əflatuni eşq (məhəbbət). // Praktik məqsəd güdməyən, mücərrəd. əfrad is. [ər. “fərd” söz. cəmi] Fərdlər, şəxslər, adamlar. Etiqadımız bundadır ki, vətən, məmləkət orada yaşayan əfradın hamısınındır. C.Məmmədquluzadə. [Əbülhəsən bəy:] Nəzmiyyə əfradının və onunla bərabər bütün Təbrizin tərk-silah etdirilməsi tələbini rədd edəcəyik. M.S.Ordubadi. • Əfradi-məclis köhn. – səhnə əsərində iştirak edən şəxslər. Əfradi-məclisdən mövlananın əql və kəmalına afərin sədası səqfə bülənd oldu. M.F.Axundzadə. əfsanə is. [fars.]\n1. Nəsillərdən nəsillərə ağızda dolaşan və mövzusu çox zaman fövqəladə xarakter daşıyan hekayə, rəvayət; əsatir. Hind əfsanələri. Orta əsr əfsanələri. – [Gənc çadırçı:] Keçənlərdən bizə əfsanə qaldı; Sönüb Cəmşidi-cəm, peymanə qaldı. H.Cavid. Bəşər xəyallara qapanıb hərdən; Təsəlli bulmuşdur əfsanələrdən. S.Vurğun. [Mirzə] bütün Şərq ayin, əfsanələrini bilməyi ilə hamının diqqətini cəlb edirdi. S.Rəhimov. // məc. Uydurma, nağıl, boş söhbət. Əfsanə danışma yar deyə-deyə; Bülbül, gül yanında xar deyə-deyə. Aşıq Pəri. [Sabbah:] Nə olur, böylə azıb getsə bəşər; Səncə, əfsanəmidir xeyr ilə şər? H.Cavid. Sevgilim, eşq olmasa varlıq bütün əfsanədir; Eşqdən məhrum olan insanlığa biganədir. Ə.Vahid.\n2. Dillərə düşmüş, geniş yayılmış vəqə, dastan, hekayət. Əbəs sözdür bu əfsanə; Düşübdür xalqın ağzına; Gərək Məcnun, gərək Leyla; Veribdirlər canın cana. Füzuli. Sən öz gözəlliyinlə; Sirr dolu əfsanələr; Nağıllar yaratmısan. B.Vahabzadə. əfsanəçi is. Nağılçı, əfsanə uyduran. əfsanəli sif. Əfsanələrlə dolu, əfsanələrdən ibarət. Əfsanəli nağıl. – Qaranlıq gecələrdə; Karvanlar keçir ikən; Yurdunun əfsanəli; Yoncalı yollarından. Ə.Cavad. [Ana:] Yenə səfərin haradır, oğul? – dedi. Ovçu başını qaldıraraq: – Uzaqlara, anacan, – dedi, – uzaqlara, .. əfsanəli dağlara. Ə.Məmmədxanlı. əfsanəvi sif. [fars.]\n1. Əfsanə mahiyyətində olan, nağıl qəbilindən olan, əfsanəyə aid olan; əsatiri. Əfsanəvi əsər. – Bəzən əfsanəvi bir mələk kimi; Uçursan o mavi asimanlara. S.Vurğun. Uzaqdan dağların zirvəsi neçə min illərlə əriyib tükənmək bilməyən qarı ilə əfsanəvi bir quşa bənzəyir. R.Rza.\n2. məc. tənt. Qeyri-adi, fövqəladə, misli görünməmiş. Əfsanəvi qəhrəmanlıq. Əfsanəvi gözəllik. – Gülsənəm arvad öz tərifindən ruhlanır, ruhlandıqca da, elə bil, qeyriadi, əfsanəvi bir hadisədən danışırdı. M.Hüseyn. // məc. Nağıllarda olduğu kimi; xəyali. İki həftə əvvəl milyon işıqları ilə əfsanəvi bir şəhəri xatırladan Bakı, artıq qaranlıq içərisində idi. Ə.Məmmədxanlı. Lap yaxından baxırıq; Bizə uzaqdan baxan; Əfsanəvi Aya biz. B.Vahabzadə. əfsanəvilik is. Əfsanəvi olma, qeyriadilik. əfsər is. [alm. “offizier”dən] Zabit. [Allahverdi:] Əynində əfsər paltarı, düymələri qızıl kimi par-par parıldayır. C.Cabbarlı. Gözəl-gözəl xanımlar əfsərlər ilə qol-qola verib gəzirdilər. Ə.Haqverdiyev. Bir anda bir daraq güllə boşaltdın; Ağzıyla yer qapdı alman əfsəri. S.Vurğun. əfsun is. [fars.] Ovsun, sehr. Bilməzəm kim, ona təlim nə əfsun etdi. Füzuli. Cadu da əlimdən bacarıb cin də qutarmaz; Əfsunuma bah-bah! M.Ə.Sabir. // Ovsun duası. ..Mədrəsə müəllimi dərs əvəzinə uşaqlara əfsun yazıb paylayır ki, ilan sancmasın. C.Məmmədquluzadə. əfsunçu is. Ovsunçuluqla, sehrbazlıqla məşğul olan adam; ovsunçu, sehrbaz, gözbağlayıcı. [Papas:] ..Əfsunçudur, divanədir, aldanmayın, aldanmayın! H.Cavid. əfsunçuluq is. Ovsunçunun işi, peşəsi; sehrbazlıq, gözbağlayıcılıq. əfsunkar [fars.] bax. əfsunçu. // Füsunkar. [Şeyx Sənan:] Bəlkə məcnunəm, eyləməm inkar; Bais ancaq o hüsni-əfsunkar. H.Cavid. əfsunkarlıq bax. əfsunçuluq. əfsunlama “Əfsunlamaq”dan f.is. əfsunlamaq f. Ovsunlamaq, sehrləmək. Öylə bir incə təravət vardı; Ki, bütün gözləri əfsunlardı. H.Cavid. Züleyxanın iri, qara gözləri kimin üzünə gülsəydi, onu əfsunlamazdı? C.Cabbarlı. əfsunlanma “Əfsunlanmaq”dan f.is. əfsunlanmaq məch. Ovsunlanmaq, sehrlənmək. əfsunlu sif. Ovsunlu, ovsunlanmış, sehrlənmiş. Qadınlar köhnə məscidi əfsunlu ayələrdən, Quran vərəqələri, zibil və torpaqdan təmizləyir, barama torlarına yer düzəldirlər. Mir Cəlal. əfsus nida [fars.] Heyif, təəssüf. Yox səndə nişani-namü namus; Əfsus ki arsızsan, əfsus! Füzuli. Əfsus, qocaldım, ağacım düşdü əlimdən; Səd heyif cavanlıq! M.Ə.Sabir. [2-ci cariyə:] Nazlı məlikəmiz Südabə, əfsus! Hər sevincə qarşı kədərli, məyus! H.Cavid. • Əfsus etmək (eləmək) – təəssüflənmək, təəssüf etmək, heyifsilənmək. Oldular ol şikardan məyus; Etdilər çox təəssüfü əfsus. S.Ə.Şirvani. Əmioğlu, mən artıq əfsus eləyirəm ki, biz ölüb gedəcəyik.. C.Məmmədquluzadə. Oğlanların məktəbdən çıxarılmalarına çox əfsus edirəm. Ə.Haqverdiyev. əfşan sif. [fars.] şair. Səpən, saçan, dağıdan, səpələyən. • Əfşan etmək – səpmək, səpələmək, dağıtmaq, tökmək, saçmaq. Gülgun sərəndazın tazə gül kimi; Əfşan etmiş ay qabağın üstündən. M.P.Vaqif. Camalın şövqündən artıbdır dərdim; Əfşan elə zülfün ay üzə tək-tək. Aşıq Ələsgər. əfv is. [ər.] Günah və qüsurunu nəzərə almama, günah və təqsirindən keçmə, günahı bağışlama. [Yusif:] Əfvinlə sevinməz könül, əfsus; Zalım yenə zalımdır. H.Cavid. Şəfiqənin gülüşündə kin yox idi, bu gülüş bəlkə də əfv idi. Ə.Məmmədxanlı. • Əfv edərsiniz, əfv ediniz – bağışlayın, üzr istəyirəm. [Yaşlı kişi:] – Əfv edərsiniz, – dedim, – mən nabələd adamam, nəzirim nə qədər olacaq? S.Hüseyn; // bəzən nəzakətli etiraz yerində. Əfv edərsiniz, məsələ elə deyil. Əfv etmək – 1) günahından keçmək, təqsirini bağışlamaq. Sənin təqsirini əfv etmək olmaz. – Mehriban Zeynalı əfv etmək istəyirdi. Onu yenə sevə bilərdi. S.Hüseyn. Mən rica edirəm ki, bu dəfəlik bəy əfv eləsin. H.Nəzərli. Əfv etdim hər şeyi, əfv etdim sənə; O soyuq sözləri, o gülüşləri. R.Rza; 2) üzrlü saymaq. Məni əfv edin, sizi yola sala bilməyəcəyəm. Gecikdiyim üçün məni əfv edin. Əfv olunmaq – günahından, təqsirindən keçilmək, təqsiri bağışlanmaq. [Həsən:] İndi bəlkə əfv oluna biləsən. H.Nəzərli. əfvedilməz sif. Əfv oluna bilməyən, bağışlanılmaz, bağışlanması mümkün olmayan. Əfvedilməz hərəkət, günah. – [Nadir bəy:] Aciz bir qarıncanın belə qanına girmək, məncə, əfvedilməz bir cinayətdir. H.Cavid. əfvi-ümumi is. hüq. Ali hökumət orqanının fərmanı ilə məhkumların məhkəmə cəzasından qismən, ya da tamamilə azad edilməsi; amnistiya. Cəzanın bir qismi məşrut idi, bir qismi də əfvi-ümumiyə çıxıldı. S.Hüseyn. Mən yüzlərlə anaların ərizəsi ilə [şahın] baş vəzirinin istiqbalına çıxıb, Təbriz ziyalıları adından məhbuslara əfvi-ümumi istəyəcəyəm. Ə.Məmmədxanlı. əfyun is. [lat. “opiom”dan] Tiryək. [Nəcəf bəy:] Tiryakınıza lənət, mütrübünüzə lənət, əfyun gəzdirən dərvişlərinizə lənət, yalançı seyidlərinizə, siğəxanlarınıza lənət... N.Vəzirov. Gah sünni deyər ki, şiədir bu; Əfyunə uyub şərabi olmuş. A.Səhhət. əfyunçu is. Tiryəkçi, tiryəkçəkən. əfyunlu sif. Tiryəkli, içərisində tiryək olan. // məc. Zəhərli, acı. [Yusif:] Onlar nə verirlər sana? Əfyunlu hədiyyə! H.Cavid. əfza sif. [ər.] köhn. Artıran. Gərçi qış fəsli idi, leyk həva; Rövşənü saf idi fərəh əfza.. M.Ə.Sabir. əfzəl sif. [ər.] klas. Daha artıq, daha qiymətli, daha üstün tutulan. Hər kimsənə bir şey gətirir fikrü xəyalə; Məcmudən əfzəldi mənə yar xəyalı. S.Ə.Şirvani. [Nənəcan] bir qarından ötrü ərə getməkdənsə, dul yaşamağı əfzəl bilirdi. N.Nərimanov. [Səriyyə:] Rüstəm, bunların rəhminə güvənməkdənsə, dəryada iynə üstünə minib xilas olmağa güvənmək daha əfzəldir. C.Cabbarlı. əfzəliyyət is. [ər.] klas. Üstünlük, daha qiymətlilik, üstün tutma. Bir xəyal edə bilmir ki, bunlar niyə gərək bu əfzəliyyətə səzavar olsunlar? M.F.Axundzadə. əfzun zərf [fars.] klas. Çox, daha artıq. Sədəf dəhanından çıxan sözlərin; Qiyməti əfzundur dürdanələrdən. Q.Zakir. • Əfzun olmaq – artmaq, çoxalmaq. Əfzun olur ol qəmü məlamət; Mümkün deyil oğluna səlamət. Füzuli. Necə yar eyləsə bipərvalıq; Olur əfzun könüldə şeydalıq. Əmani. Əfzun etmək (qılmaq) – artırmaq, daha da çoxaltmaq. Qılmış hüsnün şövqü dərdimi əfzun; Ayrılıq qəmində göz yaşım Ceyhun. M.P.Vaqif. Uşaq ikən eşqə düşdüm, bilmədim; Əfzun etdi varə-varə dərdimi. Aşıq Abbas. əgər I. bağl. [fars.] Şərt bildirən cümlənin müxtəlif yerində işlənərək şərti gücləndirir. [Orxan:] Zərər yox, onu mən sağ qoysam əgər; Dünyada yox məndən alçaq bir nəfər. H.Cavid. [Ağa:] Əgər desəm qiyamət bərpa olmuşdu, inanın. Ə.Haqverdiyev. [Dərviş:] Əgər mənim başıma gələndən xəbərin var isə, niyə məni söylətmək istəyirsən? A.Divanbəyoğlu.\n\nII. bax. əgər-əskik. əgərçi bağl. [fars.] klas. Hərçənd, hər nə qədər olsa da, ..isə də. Hər kanda əgərçi ləl çoxdur; Bir ləl ki layiq ola yoxdur. Füzuli. Görmüşəm ləlini lazımdı tökülsün qanım; Etibar olmaz əgərçi görələr qan yuxuda. S.Ə.Şirvani. [İbn-Yəmin:] Aylarca əgərçi ayrı düşdük; Qismət bu, yenə bu gün görüşdük. H.Cavid. əgər-əskik is. Tamam olmayan, çatışmayan cəhətlər, şeylər, ehtiyac olunan şey. Vaqeən [Ağaverdinin] min manat pula böyük bir ehtiyacı varmış. Bu min manat evinin bütün əgər-əskiyini düzəldə biləcəkmiş. S.Hüseyn. [Əmrulla:] Qoy oyun qurtarsın, sonra yığışarıq, danışarıq, hər nə əgərəskiyi olsa, hamısını düzəldərik. C.Cabbarlı. İbadovun evində kəndin yaxşı işlərindən, gözəl adamlarından xeyli danışdılar. R.Rza. əgər-əskiklik is. Nöqsan, kəsir, çatışmazlıq, qeyri-mükəmməllik. İşdə əgərəskiklik var. əgər-məgər is. dan. Şərt, şərt qoyma. [Şiraslan:] Burada analitik dəqiqlik var, sizin əgər-məgərlər kara gəlmir. M.Süleymanov. əğləb sif. [ər.] köhn. kit. Çox, ən çox, əksəriyyət. Doğru imiş, şairin olmaz imiş məzhəbi! Kafir olurmuş bütün mirzələrin əğləbi. M.Ə.Sabir. ..İslam şəriətinə qail olan Təbrizdə əğləb müsəlmana rast gəlirsən, – onu kefli görürsən. C.Məmmədquluzadə. əğniya is. [ər. “ğəni” söz. cəmi] köhn. kit. Zəngin adamlar, varlılar, dövlətlilər. Bu əğniyalərin üzün görüncə ehtiyacdan; Get, ey fəqiri-binəva, kəfən bürün, məzarı gör! M.Ə.Sabir. ..Vaizlərimiz minbərə çıxıb əvvəl xanlarımıza, əğniyalarımıza, qolu çomaqlılarımıza və qocalarımıza rəhmət oxuyub axırda deyəcəklər. C.Məmmədquluzadə. əğyar is. [ər. “ğeyr” söz. cəmi] klas. Özgə(lər), dost olmayan(lar); rəqib(lər), yad(lar). Bu gələn yar özüdür; El-obanın gözüdür; Bu tənə sənin deyil; Bəlkə əğyar sözüdür. (Bayatı). Gül qönçəlikdə gərçi olur xarə aşina; Açsa niqabını, olur əğyarə aşina. S.Ə.Şirvani. [Məşədi İbad:] İndi mən bu tayda hambal ilə qalmışam; Yarım da o tayda əğyar ilə söhbət edir. Ü.Hacıbəyov. əğyarlıq is. klas. Düşmənlik, rəqiblik, yadlıq. Təneyi-əğyar çəkməkdir işim bir yar üçün; Kim, olub əğyarə yar, eylər mənə əğyarlıq. Füzuli. əh bax. eh. əhali is. [ər. “əhl” söz. cəmi]\n1. Bir yerdə yaşamaqda olan adamlar; camaat. Şəhər əhalisi. Kənd əhalisi. Rayonun əhalisi. – Təbrizdə bu saat qəhətlikdir və əhali çörək üzünə həsrətdir. C.Məmmədquluzadə. Əhalisinin çox qismi qışlaqda yaşayan bu böyük kənd, qarlar altında qalmış bir məzarıstana bənzəyirdi. S.Hüseyn. Biz öz məqsədimiz üçün yerli əhalidən dürlü yollar ilə istifadə etməli idik. H.Nəzərli.\n2. Bir ölkənin sakinləri, camaatı, xalqı. Əhalinin siyahıyaalınması. Əhalinin sayı. Əhalinin artımı. – Hökumət birinci dumanı buraxdı. Fevral ayında ikinci bir duma açılacağını əhaliyə elan etdi. Ü.Hacıbəyov. Əhalinin xeyli qismi hələ cəbhələrdə vuruşurdu. Ə.Sadıq. əhalisiz sif. Əhalisi olmayan, əhali yaşamayan. əhalisizlik is. Əhalisi olmama, əhali yaşamama. əhatə is. [ər.] Ətrafını tutma, dövrələmə, dörd tərəfini tutma. Səlim adamların əhatəsində tərini silə-silə yeriyirdi. S.Rəhimov. • Əhatə etmək – 1) bax. əhatələmək. Şənbə günü sübhdən padşahlıq sarayını əhatə etsinlər və içəri daxil olub Yusif şahı təxtdən yerə salıb həlak etsinlər. M.F.Axundzadə. Düşmənlər hər tərəfdən şəhəri əhatə etmişdi, şəhər darvazaları tamamən bağlanıb, dallarına qalın torpaq çəkilmişdi. Çəmənzəminli. Ətrafı düşmən əhatə edibdir. M.S.Ordubadi; 2) məc. qavramaq. Bütün məsələləri əhatə etmək mümkün olmadı. – Görünür, mənim ərz etdiklərimi lazımınca əhatə edə bilməmişsiniz. M.S.Ordubadi. Mirzə Fətəlinin komediyaları böyük ictimai məsələləri əhatə edən, komik planda ictimai xarakterlər yaradan klassik komediya əsərləri idi. M.İbrahimov. Əhatə olunmaq – bax. əhatələnmək. Bizim [Xəzər] dənizinin suyu acı da olsa, hər bir tərəfdən quru ilə əhatə olunduğu üçün göl hesab olunur. H.Zərdabi. Bəsti gənclərlə əhatə olunmuş halda qapıdan içəriyə girdi.. Ə.Sadıq. [Ağbulaq kəndi] sıldırımlı dağların geniş ətəyində yerləşərək hər tərəfdən meşə ilə əhatə olunmuşdur. S.Rəhimov. Əhatəyə almaq – bax. əhatə etmək. Faytonu əhatəyə aldılar. İki milis qabaqda, iki milis arxada, ikisi də yanda dərəyə endilər. İ.Şıxlı. əhatəedici sif. Dövrələyici, hər tərəfi qavrayan. Katib əhatəedici nəzəri ilə ətrafa nəzər saldı. Mir Cəlal. əhatələmə “Əhatələmək”dən f.is. əhatələmək f. Əhatə etmək, əhatəyə almaq, dövrələmək, dövrəyə almaq, dörd tərəfini tutmaq. əhatələnmə “Əhatələnmək”dən f.is. əhatələnmək məch. Əhatə olunmaq, əhatə edilmək, əhatəyə alınmaq, dövrəyə alınmaq, dörd tərəfi tutulmaq. Meyvə bağları ilə əhatələnmiş güllü-bağçalı böyük həyətimizdə bizdən başqa iki əmioğlumun da ailəsi yaşayırdı. S.S.Axundov. əhatəli sif. Geniş, hərtərəfli, əhatə dairəsi geniş olan. Əhatəli əsər. – Belə oldu nəticə: – Daha əhatəli iclas çağırılsın; Yaxın bir gün; Ətraflı danışmaq üçün. R.Rza. əhatəlilik is. Genişlik, hərtərəflilik. əhd is. [ər.]\n1. Öhdəsinə alma, söz vermə, üzərinə götürmə; and. Əhdini yerinə yetirmə. – Yadlar ilə sürər oldun səfanı; Tərk etdin iqrarı, əhdi, vəfanı. Q.Zakir. • Əhd qılmaq (bağlamaq) klas. – bax. əhd etmək. Əhd qıldın ki, cəfa kəsməyəsən aşiqdən; Aşiqi vədeyi-ehsan ilə məmnun etdin. Füzuli. [Səriyyə:] Bir-biri ilə əhd bağlamışdıq, ölənəcən bir-birindən ayrılmayaq. C.Cabbarlı. Əhd etmək (eləmək) – söz vermək, and içmək. Əhd etdi dil ki, bağlana zəncir zülfünə. S.Ə.Şirvani. ..Əhd edib mən ürəklə and içdim. H.Cavid. Əhdə vəfa etmək – verdiyi sözü, əhdini, andını yerinə yetirmək. [Səriyyə:] Rüstəm, əhdinə vəfa et! C.Cabbarlı. [Minnət xanım:] Mən əhd eləmişdim ki, qonaqların içində üzümü [Mərcan bəyə] göstərim, indi əhdimə vəfa edirəm. Ü.Hacıbəyov. Əhdinizə vəfa edin; Pozmayın ilqarı, qızlar! Aşıq Hüseyn. Əhdə durmamaq – bax. əhdindən dönmək (keçmək). Əhdindən qaçmaq – bax. əhdindən dönmək (keçmək). Nilufərəm, açmaram; Ətrim bica saçmaram; Yar yolunda baş qoysam; Öz əhdimdən qaçmaram. (Bayatı). Əhdindən dönmək (keçmək) – vədini yerinə yetirməmək, sözünə əməl etməmək, sözündən qaçmaq. [Şərəf xanım:] İndi nə olubdur ki, əhdindən dönüb, qızını öz yaşında yoldaşına verirsən?! S.S.Axundov. [Səriyyə:] Hər cür əziyyətə, məşəqqətə, hətta ölümə də razı olub əhdimizdən dönməyək. C.Cabbarlı. Əhdinə vəfasız çıxmaq – vədini unutmaq, verdiyi sözə əməl etməmək. Əhdə çıxsam vəfasız; Onda məni qına, yar! R.Rza. Əhdinə çatmaq – arzusuna çatmaq. Qoy öpüm al yanaqdan; Mən də çatım əhdimə. (Bayatı). Əhdi(ni) qırmaq (sındırmaq, pozmaq) – bax. əhdindən dönmək (keçmək). Zeynal yalan söyləyib Mehribanı aldatmaqla öz əhdini sındırır, şərtini pozurdu. S.Hüseyn. [Nüşabə:] Olsa yer, göy mənə qarşı əlbir; Pozmaram əhdi, sözüm birdir, bir! A.Şaiq. Gün çıxar, dağların əriyər qarı; Pozulmaz dostların əhdi, ilqarı.. N.Rəfibəyli.\n2. Sözləşmə, əhdləşmə, əhdnamə, müqavilə. Qardaşlıq əhdini yazmağa gəldim; Köhnə haqsızlığı pozmağa gəldim. Ə.Cavad. • Əhd bağlamaq – razılığa gəlmək, qərara almaq, bir-birinə söz vermək. Sən əhd bağladın, ulduzlar oldu şahidimiz; Sitarələr utanır indi, ey nigar, məndən. Şəhriyar. Əhd bağlanmaq – razılıq əldə edilmək, qərara alınmaq.\n3. köhn. Çağ, vaxt, zaman, dövr. ‣ Əhdi kəsilmək – bax. əhədi kəsilmək (“əhəd”də). [Qəşəm:] Torpağı ki böldük, düşmənin əhdi kəsiləcək. Mir Cəlal. əhdi-cədid is. [ər.] din. İncilin və Bibliyanın xristianlığa aid olan digər kitablarının adı. əhdi-ətiq is. [ər.] din. Tövrat və təfərrüatı (Bibliyanın xristianlıqdan qabaqkı ən qədim hissənin adı). Rəfayel tablosutək səhnələri Əhdi-ətiqdən; Doymasan köhnə rəfiqdən. Şəhriyar. əhdləşmə “Əhdləşmək”dən f.is. əhdləşmək qarş. Bir-birinə söz vermək, sözləşmək, əhd-peyman etmək, birbiri haqqında təəhhüd altına girmək. əhdnamə is. [ər. əhd və fars. ...namə] Müahidənamə, razılaşma kağızı, müqavilənamə, bağlaşma. [Məşədi Kazımağa:] Dövlətimizin əcnəbilərlə bağladığı təhqiramiz əhdnamə buna imkan vermirdi. M.S.Ordubadi. // Təəhhüd kağızı. [Zeyd:] Düşməni məğlub və pərişan etdik. Söz verdi, on il bizimlə dava etməsin. Budur əhdnaməsi. Ü.Hacıbəyov. əhd-peyman is. [ər. əhd və fars. peyman] Bir-birinə təntənəli surətdə söz vermə, əhdləşmə. Bir xeyli zamandır, getdi gəlmədi; Əhd-peymanına qurban olduğum. Ə.Cavad. Mənə elə gəlir ki, bu söhbətlər əbəsdir. Belə əhd-peymanlar, nəsihətlər əbəsdir. S.Rüstəm. • Əhd-peyman bağlamaq – bax. əhd-peyman etmək. Nigar xanım atasının yanından durub birbaş gəldi reyhanlığa, həmin yerdə ki Məstanla görüşüb əhd-peyman bağlamışdı. (Nağıl). Əhd-peyman etmək – bir-birinə təntənəli surətdə söz vermək, əhdləşmək, andlaşmaq. İki həsrətli əhd-peyman edib ayrıldılar. “Aşıq Qərib”. İstəyirsən səninlə bu barədə əhd-peyman edim. S.S.Axundov. əhey bax. ey. [Qazan xan:] Əhey, quldurbaşı, təpə dalında nə durursan, ərsən irəli gəl!.. M.Rzaquluzadə. əhəd əhədi kəsilmək (üzülmək) – bərk yorulmaq, əldən düşmək, gücdən düşmək, taqətdən düşmək, üzülmək; əhədini kəsmək (üzmək) – 1) tamam əldən salmaq, bərk yormaq, üzmək, şiddətli təsir etmək. Qızdırma əhədimi kəsdi. Soyuq əhədimi üzdü. – Sərkərdə deyir: – Filan davada düşmən bizim lap əhədimizi kəsmişdi. “M.N.lətif.” Düşmən padşahın qoşununun lap əhədini kəsdi. (Nağıl); 2) öldürmək. [Məşədi İbad Sərvərə:] Qurban olasan bu altımdakı hambala, yoxsa əhədini kəsərdim. Ü.Hacıbəyov. əhəmiyyət is. [ər.] Mühümlük, qiymətlilik, dəyərlilik; rol, dəyər. Məsələnin əhəmiyyəti. Çıxarılan nəticələrin əhəmiyyəti. Tədbirin əhəmiyyəti. Müzakirənin əhəmiyyəti. – ...Ailədə məktəbəqədər tərbiyənin xüsusi əhəmiyyəti vardır. S.Rəhimov. • Əhəmiyyət qazanmaq (kəsb etmək) – diqqəti cəlb etmək, nəzərə alınmasını tələb etmək, vacib olmaq. Məsələ çox böyük əhəmiyyət qazanmışdır. Əhəmiyyət vermək – çox lazımlı, çox dəyərli, çox vacib hesab edərək nəzərə almaq, diqqət yetirmək. Məsələyə ciddi əhəmiyyət vermək; // məna vermək, fikir vermək. Onun dediklərinə çox əhəmiyyət vermə. – Mehriban onun hərəkətinə əvvəlki qədər əhəmiyyət də vermirdi. S.Hüseyn. [Qarı] yolundakı saysız-hesabsız çiçəklərə əhəmiyyət vermədən dərəni kəsib keçdi. Ə.Məmmədxanlı. əhəmiyyətli sif. Əhəmiyyəti olan; mühüm. Əhəmiyyətli məsələlərdən biri. Əhəmiyyətli iş. Əhəmiyyətli hadisə. Əhəmiyyətli qərarlar. – Bakıda başlanan işlər bütün xalqın gələcək taleyi üçün çox əhəmiyyətli idi. M.İbrahimov. Məktəbin divar qəzeti özünə görə nə qədər vacib və əhəmiyyətli olsa da, o, əlyazması halında, özü də tək bircə nüsxə çıxarılıb divardan asılır. S.Rəhimov. [Mahmudun] bu dedikləri .. əhəmiyyətli (z.) və etibarlı sayılırdı. Ə.Əbülhəsən. əhəmiyyətlilik is. Mühümlük, əhəmiyyətli olma, əhəmiyyət. Mövzunun əhəmiyyətliliyinə söz yoxdur. əhəmiyyətsiz sif. Əhəmiyyəti olmayan, heç bir qiyməti olmayan, nəzərə çarpmayacaq dərəcədə kiçik, cüzi, dəyərsiz, ciddi olmayan, diqqətəlayiq olmayan. Əhəmiyyətsiz məsələ. Əhəmiyyətsiz iş. Əhəmiyyətsiz yara. Əhəmiyyətsiz şey üstündə mübahisə. – [Cəmil bəy:] Görünür ki, bizim yerin adətindən xəbəriniz yox... Zor etmək deyil, insanı qəhr etmək belə, onlarca, əhəmiyyətsiz bir iş. H.Cavid. əhəmiyyətsizlik is. Qiymətsizlik, qeyri-mühümlük, cüzilik, qeyri-ciddilik, diqqətəlayiq olmama. Məsələnin əhəmiyyətsizliyi. Hadisənin əhəmiyyətsizliyi. əhəng is. [fars.] Əhəngdaşını yandırmaqla əldə edilən ağrəngli, kəsək halında material. [Qərənfil:] Keçən il təşəbbüs qaldırdınız ki, təzə yasli tikək, düzün ortasına bir-iki araba əhəngdən, qumdan tökdünüz, qaldı yağışın altında. İ.Əfəndiyev. // Əhəng məhlulu. Evin divarlarını əhənglə ağartmaq. – Bağ işçiləri maşından ağacın dibinə əlavə mədəni gübrə tökdülər və yaxud iri fırçalarla ağacların gövdəsinə əhəng çəkdilər. Ə.Sadıq. • Əhəng kürəsi – əhəngdaşını bişirib əhəng hasil etmək üçün sadə ocaq, soba; kürəxana. Əhəng kürəsində əhəngdaşı bişirilir və ondan əhəng istehsal edilir. əhəngçi is. Əhəngyandıran adam. // Əhəngsatan adam. əhəngdaşı is. Tərkibində əhəng olan çöküntü süxur – inşaat materialı. Əhəngdaşını yandırıb əhəng alırlar. Əhəngdaşından tikilmiş ev. – Çökmə süxurların dənizdə əmələ gələn növlərinə misal olaraq qumdaşı, əhəngdaşı, gil və s.-ni göstərmək olar. M.Qaşqay. əhəngləmə “Əhəngləmək”dən f.is. əhəngləmək f.\n1. Suda həll edilmiş əhənglə ağartmaq. Evlərin divarlarını əhəngləmək.\n2. Üstünə əhəng tökmək, əhəng qatmaq. əhənglənmə “Əhənglənmək”dən f.is. əhənglənmək məch.\n1. Əhənglə ağardılmaq. Ağacların gövdəsi əhənglənmişdir.\n2. Üstünə əhəng tökülmək, əhəng qatılmaq. əhəngləşmə “Əhəngləşmək”dən f.is. əhəngləşmək f. Əhəngə çevrilmək, əhəngdaşına dönmək. Əhəng palçığı quruyandan sonra yavaş-yavaş əhəngləşir. “Əhənglətdirmək”dən f.is. əhənglətdirmək icb. Əhəngləmə işi gördürmək, əhənglə ağartdırmaq. Qonşumuz otağını əhənglətdirmişdir. əhənglətmə “Əhənglətmək”dən f.is. əhənglətmək icb. Əhəngləmə işi gördürmək, əhənglə ağartdırmaq. Rəngsaza həyətin divarlarını əhənglət. əhəngli sif.\n1. İçərisində, tərkibində əhəng olan, əhənglə qatışıq. Əhəngli kükürd. Əhəngli sular. Əhəngli gübrələr.\n2. Əhənglə ağardılmış. Əhəngli divarda taxtabiti az olar. – Faraların işığı artırmanın əhəngli divarını yalayıb ötdü. İ.Məlikzadə.\n3. Əhəngə bulaşmış. Əhəngli üst-baş. əhəngo is. məh. Əhəngli su. əhəngsatan is. Əhəng satmaqla məşğul olan adam; əhəngçi. əhəngsəpən is. xüs. Qumun və s.-nin üstünə əhəng səpmək üçün inşaat işlərində işlədilən maşın və s. qurğu. əhəngsöndürən sif. xüs. Əhəng hazırlanması işlərində işlədilən maşın və s. qurğu. əhəngyandıran is. Əhəng hazırlayan usta; əhəngçi. əhkam is. [ər. “hökm” söz. cəmi].\n1. Hər hansı bir dini təlimin, yaxud nəzəriyyənin rəddolunmaz və mütləq yerinə yetirilməli olan əsas və dəyişməz müddəaları, qanunları. Roma hüququ əhkamları. Dini əhkamlar. – Əhkami-şərə mütabiq bir kimsənə nəzərdə varmı ki, səltənəti və təxtü tacı ona vagüzar edək. M.F.Axundzadə.\n2. Bütün dövrlər və tarixi şərait üçün mütləq və dəyişməz qanun kimi qəbul edilən müddəa. əhkamcasına zərf. Əhkam kimi, əhkam şəklində, qeyri-tənqidi; sübutsuz-dəlilsiz, qəti olaraq. əhkamçı is. Hər şeyi əhkam kimi qəbul edən və başqalarına da qəbul etdirməyə çalışan adam; əhkamçılıq tərəfdarı. əhkamçılıq is. kit. Hər şeyi əhkam kimi qeyri-tənqidi qəbul etmə; yalnız quru əhkamlara əsaslanan qeyri-tənqidi təfəkkür. əhkamlaşdırılma “Əhkamlaşdırılmaq”dan f.is. əhkamlaşdırılmaq məch. Əhkam halına salınmaq. əhkamlaşdırma “Əhkamlaşdırmaq”dan f.is. əhkamlaşdırmaq f. Əhkam halına salmaq. əhl is. [ər.]\n1. köhn. Yiyə, malik, sahib (bu mənada adətən tərkibdə işlənir; məs.: sərvət əhli, dərd əhli. Vidadi, xəstəyəm, günlər sanaram; Dərd əhliyəm, qəm hərfini qanaram. M.V.Vidadi. Qüvvətli təbiət də bizə baş əyir indi; Eşq əhliyik, hər yerdə bizim qüdrətimiz var. Ə.Vahid. • Əhlibeyt – 1) köhn. klas. – ev adamları, ailə, külfət. İnsan öz əhli-beytindən kənar oldu, əlbəttə, onun üçün, bir növ narahatlıq hasil olacaq. C.Məmmədquluzadə; 2) din. müsəlmanların Məhəmməd peyğəmbərin övladlarına verdikləri ad. Əhli-beyt tərəfdarları olan şairlər ilkin çağlardan başlayaraq mərsiyə qoşmuş, qəmli şeirlərində Kərbəla müsibətini səsləndirmişlər. Ə.Səfərli. Əhlidərd – dərd əhli, dərdli, dərdi olan adam. Fələk, bari, cəfalar eyləyib sən həm qəm artırma; Əlindən gəlmədisə əhli-dərdə çarəsaz olmaq. S.Ə.Şirvani. Əhli-dil şair. – söz başa düşən, o birinin dərdindən xəbərdar olan adam, arif. İşarət elədim, dərdimi bildi; Gördüm həm gözəldi, həm əhli-dildi. Aşıq Ələsgər. [Xaqani:] İstəyirəm ki, şah əhli-dil olsun; İqlimimiz belə mötədil olsun! M.Rahim. Zalim fələkin gərdişi atəşlərə yansın! Əvvəlcə nə cövr eyləsə, əhli-dilə eylər. Ə.Vahid. Əhli-divan rəs. köhn. – divan (məhkəmə) işləri ilə məşğul olan adamlar, məhkəmə məmurları. Əhli-dünya – axirətə inanmayıb ancaq bu dünya ilə maraqlanan, bu dünya işləri ilə məşğul olan, bu dünyanın nemətlərindən faydalanan adam. Baxarmı əhli-dünyayə; Gülündən ayrılan bülbül. Aşıq Bülbül. Əhli-dünyayə virdi lənətdir; Gecə-gündüz xəyali dövlətdir. S.Ə.Şirvani. Əhli-elm – elm əhli, elmlə məşğul olan adamlar, elm xadimləri. Cəfər, ey nuri-dideyi-Seyyid!.. Əhli-elmə həmişə hörmət qıl! S.Ə.Şirvani. Əhli-eşq – eşq əhli, aşiq. O məclis kim, ziyası olmaya şəmicamalından; Nə məclis, eyni zülmət, əhlieşqə bir bəla məclis. S.Ə.Şirvani. İnan, əlbəttə, bir zaman olacaq; Əhli-eşq onda kamran olacaq. A.Səhhət. Ziyarətgahını gülbusələr təzyin edər hər an; Sən əhli-eşq için bir Kəbə yandırdın məhəbbətdən. H.Cavid. Əhli-əyal – ailədə olanlar: ər, arvad, uşaqlar; ailə. Əhli-əyalı ibarətdir bir anasından, bir arvadından və yeddi-səkkiz yaşında oğlundan. C.Məmmədquluzadə. Xanlar kimdir ki, yazıq kəndlilərin malına, canına, əhli-əyalına özlərini sahib edirlər. C.Cabbarlı. Haşım Məhəmmədin yanında bir müddət qalsın və bir qədər pul qazandıqdan sonra yenə qayıdıb əhli-əyali ilə xoşbəxt dolansın. B.Talıblı. Əhli-hal – hal əhli, başa düşən, başqasının halından xəbər tutan. Bir para əhli-hal olmayan gözəl; Zənəxdanı gizlər, yanağı çəkər. Q.Zakir. Əhlihal eşq için, əvət, bayılır; Haydı, Zəhranı get çağır, ayılır. H.Cavid. Əhli-iman – iman əhli, etiqadlı, dinə inanan adam. Ağdam bazarında da nə qədər istəsəniz imanlı hacı, kərbəlayı və məşədi tapılar.. Hamısı əhli-iman, namaz qılan, oruc tutan müqəddəs mömin şəxslərdir. Ə.Haqverdiyev. Əhli-insaf – insaf əhli, insaflı adam. Xislətdə sadəyəm, eşqdə Qafam; Mən mürvət kanıyam, əhli-insafam. Aşıq Şəmşir. Əhli-kef – kef əhli, vaxtını kefdə və xoş keçirən adam. Əhli-kef adam. – ..Hər kəs görsə ki, hambal qəzet oxuyur, elə bilər ki, bir əhli-kef adamdır, çağırıb yük götürtməz və pul da verməz. Ü.Hacıbəyov. Restoran bu gecə çox maraqlıdır; Əhli-kef insanlar aşıb-daşırlar. S.Vurğun; // dan. vaxtını əyyaşlıqda keçirən adam. Zəng çalınır; Gəlin qalxır, qapını açır; Zümzüməylə girir evə “əhli-kef” əri. S.Vurğun. Əhli-kəmal köhn. – kamal sahibi, kamallı, ağıllı adam. Bildim bu imiş sənin muradın; Kim, əhli-kəmal ola ibadın. Füzuli. Əhli-kitab – islam dininə görə, göydən nazil olmuş müqəddəs kitablardan birinə inanan(lar) – müsəlmanlardan başqa yəhudilər ilə xristianlar. Aldı əhlikitab dünyanı; Şərh edirsən sən indi Quranı. S.Ə.Şirvani. Qızma, şeyxim, o da bir əhlikitab; Baxalım nəzri nədir? H.Cavid. Əhliqələm köhn. – qələm əhli, qələm sahibi, yazıçı, mühərrir. Leyk bir bax ki, bu gün Şirvanda; Gör neçə əhli-qələm var onda? A.Səhhət. Əhli-qərəz – qərəzli adam, qərəzkar, ürəyində qərəz saxlayan adam. Eyb bilər fəzlini əhli-qərəz; Çünki onun var ürəyində mərəz. S.Ə.Şirvani. Əhli-qiblə din. – müsəlman, islam əhli. Əhli-qübur – qəbiristan əhli, ölülər. Qazıb əhli-qübur içində məzar; Oldu mədfun qəbr ara Bozlar. S.Ə.Şirvani. Sizin olsun bu da, ey əhliqübur! Abi-kövsər deyilən badə budur! H.Cavid. Əhli-məclis – 1) məclisdə olanlar, iştirak edənlər. Vəkil, vəzir, əhli-məclis hamısı oğlanın bu hünərinə məəttəl qaldılar. (Nağıl); 2) səhnə əsərində iştirak edənlər. Əhli-mərifət – mərifətli adam. Sanırsa zahid özün əhli-mərifət, əmma; Bilirmi, nolduğun olsa suali-hürriyyət? Ə.Vahid. Əhli-ruh – ruh əhli, ruhlu adam. Gör necə xələt verdi; Məlul könlüm aşdı, gözəl; Arifsən, əhli-ruhsan; Can sana peşkəşdi, gözəl! Aşıq Ələsgər. Əhli-savad – savadlı, oxumuş. ...Mən əhli-savadam, yazı-pozu mənim gözümə ziyan eləyibdi. C.Məmmədquluzadə. Əhli-vəfa klas. – vəfalı. Yolunda müntəzirəm, can verim görəndə üzün; Cəfa çəkənlərin əhli-vəfasıyam, gözəlim! Ə.Vahid. Əhli-zələmə, əhli-zülm köhn. – xalqı incidən, xalqa zülm edən, xalqa əziyyət verən adam (çar dövründə inzibati polis orqanları məmurlarına verilən ad). [Səkinə xanım:] Əziz bəyin dədəsi əhli-zələmə idi, özü ki hələ divan qulluğuna girməyibdir? M.F.Axundzadə. Əhli-zövq – zövq əhli, yaxşı zövqü olan adam. [Şeyx Hadi Şeyx Sənan haqqında:] Onu idrak üçün kəmal istər; Əhlizövq istər, əhli-hal istər. H.Cavid. Əhlizülm – zülmkar, zülm edən adam. Əhlizülmü necə, bərbad eylədi bir ləhzədə; Sən bizim dağlar pələngi qəhrəman Eldara bax! S.Vurğun.\n2. Bir yerdə sakin olan, daim bir yerdə yaşayan, bir yerin əhalisindən olan adam. Kənd əhli (kəndlilər). Şəhər əhli (şəhərlilər). – ..Axundu mən çoxdan tanırdım, özü də İran əhlidir. C.Məmmədquluzadə. Bu kəndin əhli həqiqətən çox avam idi. Qantəmir.\n3. Bacaran, bilən adam. İşi əhlinə tapşır.\n4. Əhali. Nə əhlimizdə ayıqlıq əlaməti görüneydi; Nə bir para oxumuşlarda bu zəkavət oleydi. M.Ə.Sabir. [Qazı:] Əzizim, .. üçdörd nəfər kəndinizin əhlindən gətirərsən mənim yanıma. C.Məmmədquluzadə. əhli sif. [ər.]\n1. Əhliləşdirilmiş, ələ öyrədilmiş; əhliləşmiş, ələ öyrənmiş. [Qəhrəman:] Bununla belə [fil] özü çox həlim və yumşaq heyvandır. Bunu tutub əhli heyvan edirlər. “Məktəb”.\n2. Görmüş, keçirmiş, yaxşı-pis gün görmüş, qanan. Əhli adama dərd söylə. əhli-xibrə is. [ər.] hüq. bax. ekspertiza. Bir şəxsin anlaqsız olmasını, yəni məsuliyyətə qabil olmamasını müəyyən etmək üçün mütləq həmin şəxs tibbi əhli-xibrəyə göndərilməlidir. V.Qəhrəmanov. əhlilənmə “Əhlilənmək”dən f.is. əhlilənmək bax. əhliləşmək. əhliləşdirilmə “Əhliləşdirilmək”dən f.is. Vəhşi heyvanların əhliləşdirilməsi. – Camışların əhliləşdirilməsinə çox qədim zamanlarda Asiyada başlanmışdır. A.Ağabəyli. əhliləşdirilmək məch. Əhli edilmək, ələ öyrədilmək. Tülkü balası əhliləşdirilmişdir. əhliləşdirilmiş f.sif. Əhli edilmiş, ələ öyrədilmiş. Əhliləşdirilmiş ayı. Əhliləşdirilmiş heyvan. əhliləşdirmə “Əhliləşdirmək”dən f.is. əhliləşdirmək f.\n1. Vəhşi heyvanı əhli etmək, ələ öyrətmək. Bu gün bizə xidmət edən bütün heyvanları insanlar əhliləşdirmişlər. – İnsan öz arzusuna müvafiq olaraq vəhşi çəki balığının təbiətini dəyişdirmiş və onu əhliləşdirmişdir. “Zoologiya”.\n2. məc. Adamlara alışdırmaq, onlarla ünsiyyət və ülfətə öyrəşdirmək. O vəhşini bir qədər əhliləşdirmək lazımdır. əhliləşmə “Əhliləşmək”dən f.is. Əhliləşmə təsiri ilə heyvanlarda bir sıra dəyişikliklər əmələ gəlmişdir. “Ümumi zootexniya”. əhliləşmək f.\n1. Əhli olmaq, ələ öyrəşmək (vəhşi heyvan haqqında).\n2. məc. zar. Adamlara uyuşmaq, alışmaq; adamlarla ünsiyyət, ülfət etməyə öyrəşmək; cəmiyyətdə özünü aparmağa alışmaq. əhliləşmiş f.sif. Əhli olmuş, ələ öyrəşmiş. Əhliləşmiş dəvə. əhli-səlib is. [ər.] tar. XI-XIII əsrlərdə Qərbi Avropa feodallarının, katolik kilsəsinin təşəbbüsü və təhriki ilə müqəddəs torpağı, yəni Fələstini müsəlmanların əlindən qurtarmaq bəhanəsi ilə Yaxın Şərq ölkələrinə etdikləri hərbi yürüşlərində iştirak edənlərə verilən ad (döşlərinə xaç (səlib) şəklində nişan vurduqları üçün tarixdə onlara belə ad verilmişdir). Əhli-səlib müharibələri. əhliyyət is. [ər.]\n1. Ləyaqət, iqtidar, etibarlılıq, səlahiyyət. Əhliyyəti çatmır. Bu işdə onun əhliyyəti var.\n2. Əhli etmə, ələ öyrətmə. Buna görə də onları bir ev quşu kimi əhliyyətə almağı və həyata öyrətməyi bacarmalıyıq. M.S.Ordubadi. əhmədi-biqəm is. dan. Qəmsiz, dərdsiz, qayğısız adam. Əhmədi-biqəmin biridir. – Ancaq qızın bu qədər Əhmədi-biqəm olması, tənbəllik etməsi, qəsdən özünü işə verməməsi onu təbdən çıxartmışdı. Ə.Vəliyev. Bu dəllalların içində Əhmədi-biqəmləri çoxdur. P.Makulu. əhməq [ər.] bax. axmaq. Əlhəq, münəccimbaşı dəxi, görünür ki, əhməq imiş. M.F.Axundzadə. Gücümü mən bilə-bilə nahaq; Şirə qıldım hücum, mən əhməq. A.Səhhət. Ağzını, az qaldı ki, dartıb cıraydım əhməqin! Yumruğumla qol-qabırğasın qıraydım əhməqin! Ə.Nəzmi. əhmər sif. [ər.] klas. Qırmızı. Hanı o sən görən əhmər yanaqlar; Müsəlsəl keysular, nəsrin buxaqlar. Q.Zakir. Rəngi-ruyi qızılgüldən əhmərdir; Əl-ayağı, sanasan ki, mərmərdir. Aşıq Ariz. Bəzənirsiz al qumaşa; Əhmər, yaqut, yəmən, dağlar! Aşıq Şəmşir. ‣ Hilal əhmər – bax. hilal. əhram is. [ər.]\n1. İndi piramida adlanan həndəsi cismin köhnə terminologiyadakı adı.\n2. Qədim Misir fironlarının mumiyalanmış cənazələrinin saxlandığı, alt tərəfi dördbucaq şəklində, yuxarı qalxdıqca daralıb şişləşən, daşdan tikilmiş, çox nəhəng sərdabə. əhramvari sif. Əhrama oxşayan, əhram şəkilli, getdikcə yuxarısı daralan. əhrimən is. [fars.] Zərdüşt dinində: şər allahı, şər və zülmət mənbəyi. // məc. Pis qüvvə, mənhus qüvvə, şər qüvvə. [Bəlli Əhməd:] Paşa, Koroğlunu heç əhrimənlər tuta bilmir. “Koroğlu”. Qoyma əğyar eyləsin kuyində cövlan, ey pəri; Əhrimənlər maliki-mülki-Süleyman olmasın! M.Ə.Sabir. Xeyr! Nə iblis var, nə də əhrimən; Əqlin övladıdır xeyir də, şər də. S.Vurğun. əhsən nida [ər.]\n1. Bəyənmə, tərif bildirir – afərin! barakallah! eşq olsun! Əhsən sənə, ey vətənin qəhrəman oğlu! Əhsən onu yaradan əllərə! Əhsən bu kəlama! – Hər ildə müsəlman edə gər bunca tərəqqi; Bir az keçər aləm deyər: – Əhsən, belə millət! Ə.Qəmküsar. [Səfər bəy:] Əhsən! Yaxşı sudur, Qənbərqulu! B.Talıblı. Kimsə yerindən dedi: – Bu ağıllı təklifdir. Əhsən bu kəlama.. Ə.Vəliyev. • Əhsən demək (oxumaq) – tərifləmək, afərin demək, bəyənmək. Hamı sənə əhsən deyər. – Gül rüxsarın əhsən deyib bülbülə; O çeşmi-xumarın yadıma düşdü. “Abbas və Gülgəz”. O, tamaşa günü anasını aparıb zalda oturdacaqdı ki, baxıb oğlunun göstərdiyi məharətə əhsən desin. S.Rəhman. Ətri gözəl, təzə balın; Baxan kimi xoş dadına; Bir ağızdan əhsən dedi; Hamı onun ustadına. M.Dilbazi.\n2. Bəzən əks mənada işlənir. [Gəray:] Əhdi, ilqarı nə tez qırdın sən? Adına bu yaraşarmı, əhsən! A.Şaiq. əhval is. [ər. “hal” söz. cəmi]\n1. Kef, hal, ruhi vəziyyət. Əhvalın necədir? – Bəli, dərd əhlinin əhvalını dərd əhli bilir; Kimsə bilməz ki, necə yardan oldum məyus. S.Ə.Şirvani.\n2. Keyfiyyət, vəziyyət, hal. Güldükcə təbiət açılır min cürə güllər; Quşlar da bu əhvalı görüncə sevinirlər. A.Səhhət. İnmirə məhəlləsi bu əhvalı görüb dodaqaltı gülürdü. N.Nərimanov. Fəqət nədənsə o gün əhvalım tamamilə pərişan keçdi. S.Hüseyn. // Səhhətcə vəziyyət. Xəstənin əhvalı pisləşmişdir. – Bir gün Məmməd sövdəgər bazarda əhvalını pis görüb, haman saat dükanını bağlayıb evə gəldi. “Aşıq Qərib”.\n3. Keçinmək, dolanmaq vəziyyəti; güzəran. İşə girəndən sonra əhvalı xeyli yaxşılaşmışdır. // Var, dövlət, pul, tanqah. [Cavadın] on min manata yaxın əhvalı var. Ə.Haqverdiyev. Bu gələn kişidə əhval olar? S.Rəhimov. ‣ Əhval sormaq (soruşmaq, tutmaq, bilmək) – kefini, halını, vəziyyətini soruşmaq; əhvallaşmaq. [Qurban] [Səfərə] yaxınlaşaraq əhval soruşdu. A.Şaiq. Nənəqız bu saat ağsaqqal kişiyə yanaşıb, yenə də ondan bir əhval tutmaq istədi. S.Rəhimov. Şəhərdən gələn adamları ziyarətdən qayıtmışlar kimi əhatə edir, əhval soruşurdular. Mir Cəlal. Əhvalı bulanmaq (qarışmaq, pozulmaq) – 1) kefi pozulmaq, kədərlənmək, qəmginləşmək. ..Axşam yaxınlaşdıqca Həsən kişinin əhvalı bulanırdı. M.İbrahimov; 2) xəstələnmək, xəstəliyi daha da ağırlaşmaq. əhvalat is. [ər.] Hadisə, olmuş iş, olub keçən işlər, qəziyyə. Əhvalatı söylədi. Əhvalat vaqe olur.. Əhvalatdan xəbərin varmı? – Alı kişi əhvalatı oğluna danışdı. “Koroğlu”. [Əhməd:] ..Əhvalat uzundur. Mən müxtəsər edirəm.. T.Ş.Simurq. [Səfərəli:] Bura bax, əhvalat belədir. H.Nəzərli. əhvallaşma “Əhvallaşmaq”dan f.is. əhvallaşmaq qarş. Bir-birinin əhvalını, kefini, halını soruşmaq; salamlaşmaq. Onlar əhvallaşıb dərdləşdilər. S.Rəhimov. Ürəyin istəyən adam ilə danışmağa, əhvallaşmağa vaxt tapılar.. Mir Cəlal. əhvallı sif. dan.\n1. Yaxşı xasiyyətli, xoşagələn, deyib-gülən, xoşsöhbət. Əhvallı adam. Əhvallı kişidir. – [Müdir:] Amma əcəb də əhvallı zabit idi. H.Nəzərli.\n2. Varlı, dövlətli, tanqahlı. Əhvallı adam.\n3. Yaşlı, hörmətli. İllər boyu silahlarını yerə qoymayan bu əhvallı qocalar deyişədeyişə burada işləmişlər. S.Rəhimov. əhvalpürsan is. [ər. əhval və fars. ...pürsan] köhn.: əhvalpürsan olmaq – xəbər tutmaq, vəziyyəti öyrənmək. ..Zəlzələnin nəticəsindən əhvalpürsan olduq. C.Məmmədquluzadə. Hamısı əhvalpürsan olur. Fəramərz kişi əhvalatı söyləyir.. T.Ş.Simurq. [Niyaz] bir az əhvalpürsan olduqdan sonra soruşdu. Ə.Vəliyev. əhvalpürsanlıq is. köhn. Bir-birinin əhvalını soruşma, salamlaşıb əhvallaşma. Elə bu yerdə Kərəmin bir neçə dostu əhvalpürsanlığa gəldilər. “Əsli və Kərəm”. Salamlaşdıqdan və əhval-pürsanlıqdan sonra bir guşəyə çəkilib əyləşdik. Ə.Haqverdiyev. Molla bacı gülümsünürdü, qızlara xeyirdua verirdi və sonra əhvalpürsanlıq başlayırdı. Çəmənzəminli. • Əhvalpürsanlıq etmək – bir-birinin əhvalını soruşmaq, əhvallaşmaq. Haman saat xan bir neçə mötəbər şəxsi oğlunun yanına göndərdi ki, ondan əhvalpürsanlıq etsinlər. “Əsli və Kərəm”. əhvali-ruhiyyə is.\n1. Ruhi hal, ruhi vəziyyət. Düşkün əhvali-ruhiyyə. – ..Fərdiyyətçilik və xüsusiyyətçilik əhvali-ruhiyyəsi ölməkdədir. M.İbrahimov.\n2. Bir şəxsin, ya kütlənin, cəmiyyətin fikri, hissiyyatı. İctimaiyyətin əhvali-ruhiyyəsi. – Səlim onu çox yaxşı tanıyırdı. Onun əhvali-ruhiyyəsini tam üç ay idi ki, tədqiq edir. S.Hüseyn. əhya is. [ər.] klas.\n1. Diriltmə, canlandırma, oyatma; dirilmə, canlanma, oyanma. Nola gər əmvatü əhya versə sübhün dəmləri; Zikri-ləlindir, kim eylər dəmbədəm təkrar sübh. Füzuli.\n2. məc. Yenidən həyat vermə, bərpa etmə, abadlaşdırıb şənləndirmə, canlandırma. • Əhya etmək – yenidən həyat vermək, canlandırmaq, bərpa etmək, abadlaşdırıb şənləndirmək. Biz behiştə bərabər olan vətənimizin şərafətini əhya etməliyik. M.F.Axundzadə. // Vücuda gətirmə, təsis etmə.\n3. din. Dindar müsəlmanların gecə sübhə kimi ibadətlə məşğul olması. Əhya gecələri. – Orucluq ayının [ramazanda] 19, 21, 23-cü günlərinə əhya axşamı və ya sadəcə əhya deyərdilər. H.Sarabski. Əhya gecəsi olduğu üçün, əsil möminlər .. başlarına Quran qoyub dua oxumaqla səhəri açmaq niyyətində idilər. B.Talıblı. əhyana bağl. dan. Əgər, hərgah, işdir. İşdi, əhyana birdən tutulsan, onda bir qurğu qurub Koroğlunu Bayazidə göndərəcəyəm. “Koroğlu”. [Səkinə xanım:] ..Sandıqlar içində aparıb, şahid-sübut ilə hakimi-şərə tapşırdı ki, əgər, əhyana, mən ölsəm, bu pulu sonra mənim hər kəs şəri varisim qalsa, ona rədd elə! M.F.Axundzadə. əxbar is. [ər. “xəbər” söz. cəmi]\n1. Xəbərlər, məlumat. Çünki o məlumatların əxbarı əksər övqat nəticə bağışlayır, amma özləri yalançı və bədzatdırlar. M.F.Axundzadə.\n2. Keçmişdə bəzi dövraşırı mətbuatın adı. əxəvi is. [ər.] köhn. Qardaş. [Mirhaşım:] Hamınıza məlumdur ki, bəndənin kiçik əxəvisi banki-şahənşahidə qulluq edir. P.Makulu. əxəvizadə is. [ər.] köhn. Qardaşoğlu. əxi is. [ər.] klas.\n1. Qardaş.\n2. tar. Cəm şəklində: əxilər – orta əsrlərdə Kiçik Asiyada və qismən Azərbaycanda meydana gəlmiş “Zəhmət qardaşlığı” deyilən cəmiyyətin üzvləri. [Qoca:] Əxilər məclisində mən səninlə bir süfrədə çörək kəsmişik, bala! Ə.Məmmədxanlı. əxlaq is. [ər.]\n1. İnsanın mənəvi keyfiyyətini, əhvali-ruhiyyəsini müəyyən edən etik normalar; mənəviyyat. Mən .. müsəlman xalqlarının əxlaq və rəftarını yaxşılaşdırmaq məqsədi ilə bir neçə səhnə əsəri yazmışam. M.F.Axundzadə. Əxlaqı pozğun, adəti pis, pasibanı yox; Qəlbim yanar ona, deyərəm: “Ay yazıq çocuq!” A.Səhhət. Nizamülmülkün yazdığı siyasətnamə – tarix, Nizaminin nəzmə çəkdiyi siyasətnaməsi isə bir əxlaq dərsidir. M.S.Ordubadi.\n2. İnsanın yaşadığı cəmiyyət və onu təşkil edən üzvləri ilə rəftarı və özünü aparma qaydası. Əxlaq normaları. – Mehriban açıqdan-açığa görürdü ki, Səlim əxlaq və təbiətcə ətrafında gəzib dolaşan, evinə qonaq gələn adamların heç birinə bənzəməyir. S.Hüseyn. İnsanın qiyməti onun qabiliyyəti və əxlaqı ilə ölçülür. Ə.Sadıq. Gözəl əxlaqı, pak və səmimi ürəyi, həddən artıq zirəkliyi və qabiliyyəti Budağı müəllimlərə və həm də yoldaşlarına çox sevdirdi. Ə.Vəliyev. əxlaqi sif. [ər.] Əxlaqa aid olan. Əxlaqi nəticələr. Əxlaqi prinsiplər. Məsələnin əxlaqi cəhəti. – Əxlaqi əsasları çürük olan bir cəmiyyətdə ədalət və haqqa söykənən qanun təsəvvür etmək çətindir. M.İbrahimov. əxlaqiyyat is. [ər.] köhn. Əxlaq elmi; əxlaqdan bəhs edən elm. əxlaqlı sif. Əxlaqı çox yaxşı olan, əxlaq normalarına ciddi riayət edən; iffətli, ismətli, tərbiyəli. Əxlaqlı uşaq. əxlaqlılıq is. Əxlaqlı adamın hal və sifəti; iffətlilik, ismətlilik. əxlaqsız sif.\n1. Əxlaqı pis, mənəvi cəhətdən pozğun. Əxlaqsız adam. – [Yaşlı kişi:] Burada bir gecədə neçə zəvvara siğə olan əxlaqsız qadınların olduğunu bilirdim. S.Hüseyn. Komediyanın baş qəhrəmanı Şeyx Nəsrullah həyasız, yalançı və əxlaqsız bir adamdır. M.İbrahimov.\n2. Əxlaq normalarına zidd; ədəbsiz, tərbiyəsiz. Əxlaqsız hərəkət. – Səni sevdiyim üçün mənə əxlaqsız deməyin nəzakətsizlikdir. M.S.Ordubadi. əxlaqsızca (=əxlaqsızcasına) zərf Əxlaq normalarına zidd olaraq; ədəbsizcəsinə. Əxlaqsızcasına hərəkət etmək. əxlaqsızcasına (=əxlaqsızca) zərf Əxlaq normalarına zidd olaraq; ədəbsizcəsinə. Əxlaqsızcasına hərəkət etmək. əxlaqsızlıq is.\n1. Əxlaq pozğunluğu, mənəviyyat pozğunluğu, əxlaq pisliyi; əxlaqsız adamın hal və sifəti. İndi Zeynal belə düşünürdü ki, onun hörmət və nüfuzunun azalması və xidmətlərinin əlindən çıxması Mehribanın əxlaqsızlığından irəli gəlmişdir. S.Hüseyn.\n2. Əxlaqsız hərəkət. Əxlaqsızlıq etmək. – Əxlaqsızlığın dəhşətamiz və çılpaq səhnələri açıldı. M.İbrahimov. əxtər is. [fars.] şair.\n1. Ulduz. Ulduzlar içində gözümə dəydi bir əxtər; Məftun olaraq sevdim onu, heyrətə daldım. A.Şaiq.\n2. məc. Bəxt, tale, bəxt ulduzu. əxz is. [ər.] Alma, götürmə; alıb mənimsəmə. • Əxz etmək – almaq, götürmək, alıb mənimsəmək. Elm əxz etmək. – Əkdiyin danənin budur səməri; Səndən əxz eləyib həmin hünəri. M.Ə.Sabir. [Əbdüləli bəy:] Xaricilər də hələ mədəniyyəti birdən əxz eləmişlər. C.Cabbarlı. Əxz olunmaq – götürülmək, alınmaq. Mənim qanacağıma görə, sizin kitabınızda olan məlumat mənə Avropa və Rusiya mənbəyindən əxz olunmuşdur. C.Məmmədquluzadə. əjdaha is. [fars.]\n1. Ağzından od püskürən, insan və heyvanları udan, qanadlı nəhəng, ya ilan şəklində təsəvvür olunan mövhum bir heyvan. Yeddibaşlı əjdaha (nağıllarda). – [Nağılların qəhrəmanları] divlərlə, əjdahalarla pəncə-pəncəyə gəlib vuruşar, hər cür çətin şeyə qalib gələrdilər. M.Rzaquluzadə. • Əjdaha kimi... – təşbeh məqamında. Saat on iki tamamda buxar arabası acıqlı əjdaha kimi Balaxanı tərəfdən gözlərini ağardaraq nərə vurmağa başladı. S.M.Qənizadə. [Həmzə:] Üç nəfər əjdaha kimi oğlum var. C.Cabbarlı.\n2. məc. Çox qüvvətli, iri, heybətli, qorxmaq bilməyən adam haqqında; pəhləvan. O, lap əjdahadır. – [Aslan bəy:] ..Əjdahadır, əjdaha. Bu saatda tərəzinin bir gözünə 15 öküz qoysalar, Tarverdini vermərəm.. C.Cabbarlı. Səmədin gözünə əvvəl əjdaha kimi görünən Nadir, indi bu cür sadə və yumşaq danışıqdan sonra bütün əzəmət və məhəbbətini itirdi. B.Talıblı. [Mirzə Cəmil:] Ataşı Kəngərli kimi əjdahaya tuş elədim. Ə.Vəliyev. ‣ Əjdaha bürcü astr. – Böyük Ayı bürcü ilə Kiçik Ayı bürcü arasında, göyün şimal yarımkürəsində olan bürc. əjdər [fars.] bax. əjdaha. [İsmət:] Gerçəkdən pək gözəl, pək süslü xəncər; Bir parçacıq polad, lakin bir əjdər.. H.Cavid. Lakin əjdər olur suda hər yosun; Səni əjdahalar istəyir udsun. O.Sarıvəlli. əkdirilmə “Əkdirilmək”dən f.is. əkdirilmək “Əkdirmək”dən məch. Bağda çoxlu ağac əkdirilmişdir. əkdirmə “Əkdirmək”dən f.is. əkdirmək I. icb. Əkmə işi gördürmək, basdırtmaq. Boş yerlərdə ağac əkdirmək. – [Hacı Nuru şair:] [Səfər bəy], mülkədarsan, sənə lazım idi ki, əkdirəydin, biçdirəydin, dövlət qazanaydın... M.F.Axundzadə. Tikinti rəisi hələ yazda Qubadan və başqa rayonlardan xeyli ağac tingləri gətirdib küçələrə əkdirmişdi. Ə.Sadıq. // Tumu şumlanmış yerə səpdirib üstünü torpaqla örtdürmək. Əkin əkdirmək.\n\nII. icb. Başqası vasitəsilə ötürmək, başdan eləmək. əkdirtmə “Əkdirtmək”dən f.is. əkdirtmək bax. əkdirmək1. Yerləri əkdirtmək. əkə sif. Böyük, iri, yekə; əkəc. Əkə adam. Əkə kəl. – Əzizim, əkə dərdim; Yükləyib ləkə dərdim. (Bayatı). əkə-bikə sif. dan. Yaşlı, təcrübəli, həyat təcrübəsi olan; dünyagörmüş. Əkə-bikə qadın. – [Xumar:] Eh, bilirəm, əkə-bikə arvadlar kimi yenə başlayacaqsan məni danlamağa: – Niyə belə durdun, niyə belə oturdun. İ.Şıxlı. əkəc sif. və is. Böyük, yekə, iri; yaşlı, təcrübəli. ..İldırım İldırımzadə iclasda özünü bir əkəc kimi aparırdı. S.Rəhimov. əkəc-əkəc zərf Əkəc kimi, böyük, yaşlı, təcrübəli adam kimi. Əkəc-əkəc danışmaq. – Məktəbdə şagirdlərin ümumi yığıncağı olduğu zaman [Aslan] əkəc-əkəc qabağa çıxır, öz sinif yoldaşlarını tərif edirdi. S.Rəhimov. əkəclənmə “Əkəclənmək”dən f.is. əkəclənmək f. Yekələnmək, irilənmək, təcrübələnmək, təcrübə qazanmaq. əkəclik is. Böyüklük, yekəlik, irilik; təcrübəlilik. əkəlik is. Böyüklük, irilik, yekəlik, əkəclik. əkələnmə “Əkələnmək”dən f.is. əkələnmək bax. əkəclənmək. əkənəcək bax. əkənək. əkənək is. Taxıl əkilmiş yer, əkin yeri. Xalqın ümidi artdı hasil üçün; Əkənəklərdə nəfi-kamil üçün. A.Səhhət. əkənək-biçənək bax. əkin-biçin. əkib-becərmə “Əkib-becərmək”dən f.is. əkib-becərmək f. Əkib və qulluq edib böyütmək, becərmək, yetişdirmək. ..Ağacların çoxunu [Piri kişi] özü öz əli ilə əkib-becərmişdi. S.S.Axundov. Siz indi gərək elə həvəslə çalışıb, torpağı elə əkibbecərəsiniz ki, qışda heç nədən korluq çəkməyək. İ.Şıxlı. əkib-biçmə “Əkib-biçmək”dən f.is. əkib-biçmək f. Əkinçiliklə, biçinçiliklə, yaxud tərəvəzçiliklə məşğul olmaq. Səfər kişi .. göy-göyərti əkib-biçir. Mir Cəlal. [Dilavər:] Hələ qoy işlərimizi sahmana salaq, taxılımızı əkib-biçək, sonrası qiyamət olacaq. İ.Şıxlı. əkili sif. Əkilmiş. Bütün bu yerlər əkilidir. əkilib-becərilmə “Əkilib-becərilmək”dən f.is. əkilib-becərilmək məch. Əkilib və qulluq edilib böyüdülmək, yetişdirilmək, becərilmək. əkilib-biçilmə “Əkilib-biçilmək”dən f.is. əkilib-biçilmək məch. Əkilmək, becərilib məhsul götürülmək. əkiliş is. Əkmək işi. Taxıl əkilişi. əkilmə I. “Əkilmək1”dən f.is.\n\nII. “Əkilmək2”dən f.is. əkilmək I. f. Hiss etdirmədən çıxıb getmək, gözdən itmək, qaçmaq. Quşlar uçdu, əkildi; Vay, səsləri kəsildi. A.Səhhət. Kərbəlayı Vəli və Hacı Baxşəli bir-birinə acıqlı baxa-baxa çıxırlar. Camaat yavaş-yavaş əkilir. C.Məmmədquluzadə. Zalım balaları fikrimizi duydular, durub əkildilər. Qantəmir.\n\nII. “Əkmək1”dən məch. Ağac əkilmək. Bütün düz yerlər indi əkilir. Burada buğda əkilmişdir. – Bağban, mənə bar gətir; Əsirgəmə, var gətir; Əkilməmiş ağacdan; Dərilməmiş nar gətir. (Bayatı). əkilmiş f.sif. Sürülərək toxum səpilmiş, yaxud ağac, kol basdırılmış. ..Xudayar bəy zəmilərə cüt göndərib başladı sürdürməyi. Əkilmiş zəmiləri özü öz malı kimi biçirdi.. C.Məmmədquluzadə. əkimli sif. Əkilmək üçün yararlı, əlverişli, bərəkətli, münbit. Əkimli yer. əkin is.\n1. Taxıl, bostan məhsulları və s. əkilmiş yer; zəmi. Əkinlərdə taxıl təzəcə göyərməkdədir. – Bağın, əkinin xeyrini bəylər görəcəkmiş; Toxum əkməyə dehqanları neylərdin, ilahi?! M.Ə.Sabir. Bu əhvalatdan üç gün sonra Qulunun əkin yerində qızğın iş gedir, sürətlə buruq qurulurdu. A.Şaiq. // Tarlada, zəmidə bitmiş taxıl, dənli bitkilər və s. Yazlıq əkin. Payızlıq əkin. Əkin yeri. – Əkməsən, əkin olmaz. (Ata. sözü). ..Qonşunun əkinini otardanlar manifestə düşür, düşmənin tayasına od vuranlar manifestə düşür. C.Məmmədquluzadə. İndi məhsulun müqəddəratı əkini vaxtlı-vaxtında suvarmaqdan asılı idi. Ə.Sadıq.\n2. Əkmə, əkmək işi. Əkin vaxtı. – Nə zaman ki arabalar köç yoluna düzülür; Kəndli yoldaş əkinindən, biçinindən üzülür. S.Vurğun. Rüstəm kişi yanakı oturub balaca stola dirsəkləndi və yaz əkininə hazırlıq haqqında məlumat verdi.. M.İbrahimov.\n3. Bəzi ot adları ilə birlikdə işlədilərək, onların əsasən zəmidə, əkin arasında bitdiyini göstərir; məs.: əkin qərənfili, əkin laləsi. – Əkin qarğasoğanı .. gövdəsi 80 smə qədər hündürlüyündə çoxillik bitkidir. H.Qədirov. Tüklü qərənfil və ya əkin qərənfili taxıllar arasında bitən alaq otudur, toxumları zəhərlidir. M.Qasımov. əkinaltı əkinaltı qat – əkilən torpağın əkin altında qalan qatı, layı, təbəqəsi. əkin-biçin is. Əkinçilik; əkinçilik işi, tarlaçılıq. Əkin-biçin vaxtı. Əkin-biçin başlandı. – İskəndər səbir edib yarım ilə qədər gözlədi. Canına qulluq eləyib əkinə-biçinə getdi. M.Hüseyn. Qafar .. kəndə gedər, əkinibiçini yığışdırmaq üçün atasına kömək edərdi. Ə.Əbülhəsən. əkinçi is. Əkin əkib biçməklə (əkinçiliklə) məşğul olan adam; cütçü. Əkinçi yağış istər, yolçu quraqlıq. (Ata. sözü). Bir əkinçi gedirdi məstanə; Yolda ol rast gəldi bir xanə. S.Ə.Şirvani. Fərmanın atası Qara kişi yaxşı əkinçi olmaqla bərabər, mahir bir dülgər idi. Ə.Sadıq. əkinçilik is.\n1. Əkin əkib biçmə işi; ziraət. Qabaqcıl əkinçilik üsulları. – [Bəxtiyarın] .. kəndin yeni təşkil edilən əkinçilik maşınları şirkətinə üzv olmaqla çöldə bir qədər dəmyə əkini vardı. S.Hüseyn. Bakının ətrafında otuz səkkiz kənd vardı. Bu kəndlərin hamısı əkinçilik, bağçılıq və qoyunçuluqla məşğul olardı. H.Sarabski. // Kənd təsərrüfatı bitkiləri yetişdirmək haqqında elm.\n2. Əkinçinin işi, peşəsi. Onun sənəti əkinçilikdir. əkinəbaxan is. Əkin qoruqçusu. əkinəcək bax. əkənək. əkin-əkinəcək bax. əkin 1-ci mənada. [Birinci kəndli:] Doğrusu, əkinəkinəcəyimiz yanırdı, camaatdan üç-dörd vəkil seçib göndərdik mirabın yanına. Ə.Haqverdiyev. əkinqabağı sif. Əkməkdən qabaq olan, səpinə hazırlıqla əlaqədar olan. Torpağın əkinqabağı suvarılması. Əkinqabağı becərmə. əkinlik is. Əkin yeri, taxıl yeri. Kənddən azca o yanda əkinliklər var. əkin-səpin is. Taxıl əkmə işləri. Əkinsəpin üçün qarşıda çox az vaxt qalırdı. İ.Şıxlı. əkin-tikin top. dan. Əkin, əkin yeri; həyətyanı təsərrüfat. Onun əkin-tikini vardır. – Əkinə-tikinə, ya şəhərə gedən sübhdən gedib. Mir Cəlal. əkiş is. Əkmə işi və tərzi. əkiz 1. sif. Anadan cüt olan, cüt doğulan. Əkiz uşaqlar. Əkiz (z.) doğmaq. – Çobanlar bəzən qucaqlarındakı əkiz quzunu soyuqdan qorumaq üçün ərklə Səfər kişinin mənzilinə girirlər. Mir Cəlal.\n2. is. Əkiz doğulmuş uşaqlardan hər biri. Əkizlərin biri oğlan, digəri qızdır. // məc. zərf Bərabər, eyni zamanda. Əkiz yaranmışdır insan ilə qəm. S.Vurğun. ..Fəqət əkiz yaranmışdır xəyal, həqiqət. M.Rahim. Bizlə əkiz doğulmuşdur; Namus, vicdan, şərəf, hünər. O.Sarıvəlli. əkizlik is. Əkiz olma halı. Əkizlik iki adamın bir-birinə oxşamasını tələb etmir. əkiztay (=əkiztayı) bax. əkiz 2-ci mənada. [Pəri nənə:] [Hümmətin] bir böyük külfəti vardı. Südəcər, əkiztay, cin çolpası kimi zılğazılğa bir-birinə qarışmışdı. S.Rəhimov. əkiztayı (=əkiztay) bax. əkiz 2-ci mənada. [Pəri nənə:] [Hümmətin] bir böyük külfəti vardı. Südəcər, əkiztay, cin çolpası kimi zılğazılğa bir-birinə qarışmışdı. S.Rəhimov. əkiztaylı bax. əkiztay(ı). Hündür, alçaq deyil, orta boyludur; Deyəsən, mənimlə əkiztaylıdır. Molla Cümə. əkkas is. [ər.] köhn. Fotoqrafın köhnə adı. əkkasxana is. [ər. əkkas və fars. ...xanə] köhn. Fotoqrafiyanın köhnə adı. əklil is. [ər.] Çiçəklərdən və ya yarpaqlardan dairə və ya tac şəklində hörülmüş bəzək; çələng. Canlı çiçəklərdən düzəldilmiş əklil. – İrəlidə Azərbaycan aktyorları əklil aparır, bunların ardınca teatrın Şərq orkestri matəm marşı çalırdı. C.Cabbarlı. Səadət əklili ona töhfədir.. M.Rahim. Qar altında yaz gözləyən əkin kimi; Ədalətə heykəl yonsan, əklil kimi. M.Araz. əkmə 1. “Əkmək1”dən f.is. Şitil əkmə.\n2. sif. Əkilmiş, əkilən. Əkmə ot. əkmək I. f.\n1. Sürülmüş yerə toxum atmaq, toxum səpmək. Nə əkərsən, onu biçərsən. (Ata. sözü). [Əyyar:] Onlar səndən də güclüdür; Əkin əkir, naxır güdür.. A.Şaiq. [Haşım] əkirdi, biçirdi və hər bir ağır zəhmətlərə qatlaşırdı. B.Talıblı.\n2. Quyu şəklində qazılmış yerə ağac, kol və s. basdırmaq. Ağac əkmək. – Bir gün əkdim miyanə; Gül sünbülə dayana; Oxu, bülbülüm, oxu; Bəlkə yarım oyana. (Bayatı). Bu gün əkdiyimiz bu qatar-qatar; Ağaclar bir zaman orman olacaq. S.Vurğun. Şair ilə Afaq .. ləklərə çiçək, yonca toxumu səpib çəpər boyu cavan ağaclar əkdilər. Ə.Məmmədxanlı.\n3. məc. Başlanğıcını qoymaq, binasını qoymaq. İllər keçib, zəmanələr dolanıb, o şəxslərin əkdikləri toxumlar bar verib. Ə.Haqverdiyev.\n4. məc. dan. Döl qoymaq, törətmək. Goruna od qalansın, ay bu sarsaq kişini əkən dədə! “M.N.lətif.”.\n\nII. is. Çörək. [Üçüncü satıcı:] Qızarmış tazə əkmək, tazə qaymaq; Çapuq gəl, durma gəl, fürsətdir ancaq. H.Cavid. Qaldı əynimdə əski bir köynək; Tapmadım gündə bir yavan əkmək. M.S.Ordubadi. Əkməyi çox, dərdi yox; Sən niyə geydin qara? Ə.Nəzmi.\n\nIII. f. Hiylə və tədbirlə yola salmaq, yanından uzaqlaşdırmaq, rədd etmək, başdan eləmək. Hərif qonağını, deyəsən, əkdi. – Bəyin fikrinə gəldi ki, aşnam məni əkmək istəyir. Mir Cəlal. O: – Evə get, – deyə, Nuşunu əkdikdən sonra Əhmədin qabağına çıxdı. Ə.Əbülhəsən. əknaf is. [ər.] köhn. Ətraf, tərəf, cəhət, ətrafdakı yerlər. Çox çəkmədi ki, ətraf və əknafda aclıq başladı. S.S.Axundov. əkrəm sif. [ər.] klas. Kəramətli, comərd, alicənab. əks [ər.]\n1. is. Bir şeyin işıq şüalarının sınması nəticəsində hamar, parlaq səth, güzgü, su və s. üzərində görünən şəkli, surəti. Aynada öz əksini görmək. Suda öz əksini görmək. Dəniz üzərində ulduzların əksi görünürdü. Mağazanın qabağından keçənlər aynalı vitrinlərdə öz əkslərini görürdülər. • Əks etmək – hamar və parlaq səth üzərində inikas etmək. Qüruba doğru enən günün şüaları suya əks edərək qəribə rənglərə çalırdı. M.Hüseyn. // məc. İnikas, güzgü. Batinin əksidir fəqət zahir. H.Cavid.\n2. is. Səsin bir yerə dəyib geri dönməsi. Elə dərələr vardır ki, bir səs çıxaranda dörd əks alırsan. – Mübarəkbad sədası xalqdan asimanə bülənd oldu və barigahın imarətlərindən əksi təkrar tapdı. M.F.Axundzadə. • Əks etmək – 1) qaytarmaq. Çıxır dağ döşünə körpə quzular; Tərlanın səsini əks edir sular. S.Vurğun; 2) yayılmaq. Ənisənin şöhrəti yavaş-yavaş öz oxuduğu məktəbin divarlarından dışarı çıxaraq başqa məktəblərə də əks etmişdi. S.Hüseyn.\n3. is. Şəkil, fotoşəkil. Sitarənin xəyalında bir cavan oğlanın əksi nəqş bağlamışdı. Çəmənzəminli. • Əksini almaq dan. – fotoşəklini çəkmək.\n4. sif. Tərs, inad, höcət. Çox əks adamdır, dediyindən əl çəkmir.\n5. sif. Zidd, tərs. Bunun tam əksi. Yalan doğrunun əksidir. Əks fikir. Əks nəticə. Əks mənada başa düşmək. Əks istiqamət. – [Şeyx Nəim:] Batinin əksidir fəqət zahir. H.Cavid. [Şəmsiyyə:] Bunun əksini iddia edən bir qadına inanma, xalaoğlu! M.İbrahimov. ‣ Əks etdirmək – əyani surətdə göstərmək, ifadə etmək. Dövrümüzü əks etdirən əsərlər, filmlər. Vəziyyəti olduğu kimi əks etdirmək. Əsər həqiqi mənzərəni yaxşı əks etdirir. – Cabbarlı günlərlə igid Babəkin xəyalı ilə yaşamış, bu böyük şəxsiyyətin surətini bədii bir əsərdə əks etdirmək fikrinə düşmüşdü. M.Arif. Xalq mahnıları xalqın ta qədim zamanlardan bu günə qədər olan tarixini bədii surətdə əks etdirir. Ə.Bədəlbəyli. Əks olunmaq – əyani surətdə göstərilmək, ifadə edilmək. “Muğan” dastanımda əks olunmadı; O yerdə gördüyüm gözəl bir səhnə. S.Vurğun. Bəzi mühərrirlərin xırda burjua mütərəddidliyi, ictimai hadisələrin anlayışdakı məhdudluğu jurnalın səhifələrində əks olunmaya bilməzdi. M.İbrahimov. Əks təqdirdə (surətdə) – nəzərdə tutulduğu, deyildiyi, göstərildiyi kimi edilmədikdə, onun əksinə, ziddinə olsa, əgər belə olmasa, ayrı cür olsa, əksinə hərəkət edilsə, yoxsa. Bir az gözləyin, əks təqdirdə mən sizinlə gedə bilməyəcəyəm. – [Müəllim] axırda belə dedi: – Əks surətdə rəftarım tamamilə başqa cür olacaqdır. C.Cəbrayılbəyli. (Öz) əksini tapmaq – bax. əks olunmaq. əks-cərəyan is. [ər.] xüs. Cərəyanın əksinə olan cərəyan. əksetdirici 1. is. xüs. İşıq və ya istilik şüalarını, elektromaqnit dalğalarını əks etdirmək üçün cihaz. Avtomatın fənərinin əksetdiricisi.\n2. sif. Əks etdirən, əks etdirmək üçün olan. Əksetdirici alət. Əksetdirici aynalar. əksetmə is. xüs. Səs, işıq və s.-nin bir yerə dəyib geri qayıtması; inikas. əks-əməl is. [ər.] xüs. Görülən işin əksi, ziddi. əksər sif. [ər.] Ən çox, lap çox, həddən ziyadə, ümumiyyətlə. Əksər hallarda (çox hallarda). – Gərçi var iş qanan kişi tək-tək; Əksəri-xalq əvamdır, bişək. S.Ə.Şirvani. Əksər ovqat avam yaxşıya deyir pis, pisə deyir yaxşı. C.Məmmədquluzadə. // Təsirlik halda: əksəri – çoxu, çoxusu, əksəriyyəti. Camaatın əksəri. Tələbələrin əksəri yaxşı oxuyur. – Bu gün kəndlilərin əksəri işə çıxmamışdı. T.Ş.Simurq. Dağların hərəsi bir rəng çalır, çünki bunların eləsi var ki, meşələrlə örtülüblər, amma dağların əksəri lütdürlər. C.Məmmədquluzadə. [Sultan:] ..Tiflisdə və qeyri yerlərdə oxumuş qızların əksəri məişətə və zindəganlığa bu təhər baxırlar. N.Nərimanov. əksərən zərf [ər.] Çox vaxt, çox zaman, çox hallarda. Əksərən onu axşamlar görmək olur. – Cəmilə Arzu qızı əksərən atasının öhdəsinə buraxırdı. S.Rəhimov. // Əksəriyyəti, çoxu. Əksərən uzunboğaz çəkmə, qalife şalvar və cibli köynək geyərək belini qayışla bərkitmiş kişilər furqonun yan tərəfinə doluşmuş(du). M.İbrahimov. əksəriyyət is. [ər.] Çoxluq, ən böyük hissə. Böyük əksəriyyət. Camaatın əksəriyyəti. Əksəriyyət etibarilə. Adamların əksəriyyəti bu cür geyinir. Səsvermədə əksəriyyət iştirak edirdi. – [M.Qorkinin] əsərlərinin əksəriyyəti isə elə bir həyat materialıdır ki, onları dəfələrlə oxuyur, hər oxuduqca yeni cəhətlər kəşf edirsən. R.Rza. Əksəriyyəti təşkil edən yerli ziyalılar da sevinirdilər. Mir Cəlal. // Səs çoxluğu. Təklif əksəriyyətlə (z.) qəbul olundu. əks-həmlə [ər.] bax. əks-hücum. əks-hücum is. [ər.] hərb. Hücuma qarşı olan hücum, hücum edən düşmənə qarşı hücum. Ani əks-hücum. Əks-hücuma keçmək. Düşmənin əks-hücumu nəticəsiz qaldı. – Bölük əks-hücuma keçdi. İ.Əfəndiyev. Hə, Tapdıq, bu da əks-hücuma keçməyimiz üçün əmr! – deyə Mədətov yerindən sıçrayaraq ayağa qalxdı. Ə.Əbülhəsən. əks-iddia is. [ər.] hüq. İddiaya qarşı irəli sürülən iddia. əksik bax. əskik. Əksik olmaz Koroğlunun qovğası; Düşər paşalarla cəngi, davası. “Koroğlu”. Şirvanda olan handa bir əksik gözəlin; Bir qəmzəsi yüz huriyü qılmanə dəyər. S.Ə.Şirvani. əksinə zərf.\n1. Tərsinə, ziddinə. Əksinə hərəkət etmək. Bəzən əksinə olur. – ..Gün dağlara düşəndə, günün şəfəqi dağların gah bu tərəfini şölələndirib o tərəfinə qara kölgə salır, gah da əksinə. C.Məmmədquluzadə. Vəziyyəti büsbütün əksinə məna edirsiniz. M.S.Ordubadi. • Əksinə getmək – ziddinə getmək (hərəkət etmək), düşmənçilik etmək. Zavallı anacığım!.. Tamam da sənin əksinə gedir. S.S.Axundov.\n2. Deyilənin və ya nəzərdə tutulanın, gözlənilənin və s.-nin tam tərsinə; biləks (bəzən “olaraq” sözü ilə). Qüvvələrimiz nəinki azalmadı, əksinə, daha da artdı. Maşının sürətini azaltmaqdansa, əksinə, daha da artırdı. – Əksinə, Zeynəb qarı çox qoçaq bir qadın idi... S.S.Axundov. Əksinə, rəiyyətin “əlaltı və nankor” hərəkəti şeytan-şuğulun pıçıltısı ilə bəyin qulağına çatdı.. S.Rəhimov. Tofiq isə əksinə, alçaq boylu sarışın, girdəsifət, ətli-canlı idi. M.Rzaquluzadə. əksinqilab is. [ər.] Öz hakimiyyətlərini saxlamaq, inqilabdan əvvəlki üsul və qaydaları bərpa etmək üçün istismarçı siniflərin inqilaba qarşı mübarizəsi. Əksinqilabla mübariz. Əksinqilab qüvvələrini darmadağın etmək. əksinqilabçı 1. sif. Əksinqilaba xidmət edən, əksinqilab tərəfdarı. Əksinqilabçı partiyalar. Əksinqilabçı dəstələr. Əksinqilabçı təşkilatlar.\n2. is. Əksinqilabda iştirak edən, əksinqilaba tərəfdar olan adam, əksinqilab iştirakçısı. Siyahını yazan məşhur əksinqilabçı çar konsulxanası casuslarından Hacı Mirməhəmməd idi. M.S.Ordubadi. əksinqilabçılıq is. Əksinqilabçı mahiyyətdə olma, əksinqilaba xidmət etmə. əksinqilabi sif. İnqilab əleyhinə yönəldilmiş, ona zidd, düşmən olan; əksinqilabçı. Əksinqilabi çıxışlar. Əksinqilabi cinayət. Əksinqilabi qiyam hazırlamaq. əks-istiqamət is. [ər.] xüs. Hər hansı bir istiqamətin əksi, ziddi. Əks-istiqamətdə hərəkət etmək. Əks-istiqamətə yönəltmək. əks-kəşfiyyat is. [ər.] Düşmən agenturasına qarşı durmaq, casusluq, təxribatçılıq və s. ilə mübarizə aparmaq üçün təşkilat. ..Alman və osmanlı əks-kəşfiyyatı da ciddi surətdə işləyir və Cənubi Azərbaycanın hər tərəfində hörümçək kimi öz torunu hörürdü. M.S.Ordubadi. əks-kəşfiyyatçı is. Düşmən agenturasına qarşı mübarizə aparan kəşfiyyatçı. əkslik is.\n1. Əks şeyin halı.\n2. Ziddiyyət, uyğunsuzluq, məntiqsizlik. Fikirlər arasında əkslik.\n3. fəls. Aralarında ziddiyyət olan əşya, hadisə, ya proseslərdən hər biri. Əksliklərin vəhdəti və mübarizəsi. İnkişaf əksliklərin mübarizəsidir. əks-manevr is. [ər. əks və fr. maneoeuvre] hərb. Düşmənin manevrinə qarşı manevr. əks-səda is. [ər.]\n1. Qayalara, bina tağlarına və s.-yə toxunandan sonra təkrar qayıdan və eşidilən səs. Musiqinin əkssədası. Uğultunun əks-sədası. – Dağa dersəm, eşidir, sonra verir əks-səda; Daşa dönmüşlərə əks eyləmədi fəryadım. M.Hadi. Fəqət qamışlıqdan gələn əks-sədadan başqa bir səs eşitmədi. H.Nəzərli. [At] nə isə görüb bərkdən kişnəyir. Lakin bu kişnəmə heç bir əks-səda vermir. R.Rza. // məc. Səs, əks. Hadisələrin əks-sədası. – “Nicati-İran” qəzeti .. işlərinizin əks-sədasıdır. M.İbrahimov. “Sevil” tamaşasının rayonlarda əkssədası daha gurultulu oldu. S.Rəhman.\n2. məc. Təsir. Nədənsə bu vahiməli səsin uzaq əks-sədası beynimdən keçib məni üşütdü. R.Rza. əks-tədbir is. [ər.] Bir tədbirə qarşı görülən tədbir. əks-təklif is. [ər.] Təklifə qarşı təklif. əks-təsir is. [ər.] Təsirə əks olan təsir. Təsir əks-təsirə bərabərdir. əks-təzyiq is. [ər.] Təzyiqə qarşı təzyiq. əks-zərbə is. [ər.] Zərbəyə qarşı zərbə. əqalim is. [ər. “iqlim” söz. cəmi] köhn. Ölkələr, iqlimlər, vilayətlər. [Firənglər] .. sənaye işlətməyə iqdam edib, .. əmtəə hazır edib Firəngistanda və sair əqalimdə hər şəhərin bazar və karvansaralarını .. doldurdular. M.F.Axundzadə. əqayid is. [ər. “əqidə” söz. cəmi] klas. Əqidələr, inamlar. Əgər bu halət, yəni ittifaq sənə müyəssər olsaydı, özünə bir fikir çəkərdin və özünə puç əqayidin qeydindən və despotun zülmündən nicat verərdin. M.F.Axundzadə. əqd [ər.] rəs. köhn.: əqd etmək – bağlamaq. İki dövlət müqavilə əqd etmişdi. Əqd edilmək (olunmaq) – bağlanmaq. Dövlətlər arasında müahidə əqd olundu. Əqd olmaq (“nikah” sözü ilə, ya bunsuz) – kəbin kəsilmək. Nikah (kəbin) əqd etmək – kəbin kəsmək. Qazı buradaca dönüb, qiraətlə ucadan oxuyub kəbini əqd etdi. S.Rəhimov. əqdəm zərf. [ər.] Qabaq, əvvəl, irəli. [Şair Hacı Nuru:] ..Avar ləzgisi altmış il bundan əqdəm Xanbutayın sərkərdəliyi ilə Nuxanı gəlib çapdığını nəzm etmişəm. M.F.Axundzadə. Bir az əqdəm başlamış qar şiddətlə yağırdı. T.Ş.Simurq. əqdəs sif. [ər.] klas. Ən müqəddəs, çox müqəddəs. Çeynənildi millətin, neylim, hüquqi-əqdəsi; Ya ki heç bir yerdə yoxdur hörməti, şəni, səsi. M.Ə.Sabir. əqdxan is. [ər. əqd və fars. ...xan] köhn. Dini qaydalar üzrə kəbin kəsmək ixtiyarı olan, kəbin kəsən adam. əqdxanlıq is. köhn. Kəbinkəsmə, nikahoxuma. əqdnamə is. [ər. əqd. və fars. ...namə] rəs. köhn. Əqd kağızı, kəbin şəhadətnaməsi. əqəliyyət is. [ər.] Sayca azlıq təşkil edənlər; azlıq. Əqəliyyət çoxluğa tabe olmalıdır. • Əqəliyyətdə qalmaq – azlıq təşkil etmək, az olmaq. Əqəliyyətdə qalan millətlər. əqəll zərf [ər.] Daha az, ən az; ən kiçik. əqəllən zərf [ər.] Ən azı, heç olmazsa. [Əvvəlinci cavan:] Zarafat deyil, şəhərdən buraya gərək əqəllən üç verst olsun. Ə.Haqverdiyev. əqidə is. [ər.]\n1. İnsanın mühit, həyat və ümumiyyətlə, varlıq haqqındakı düşüncə və inamı; etiqad, inam, məslək. İki mübhəm sözün nə qiyməti var; Böylə sərsəm əqidədən nə çıxar? H.Cavid. Məqsədim, məsləkim, şüarım budur; Həmən əqidədir, həmin duyğudur. M.Müşfiq.\n2. Fikir, qənaət, nöqteyi-nəzər. Bizim əqidəmizcə, bunlardan “məzlum”, “fəqir” .. vəzirlər heç məmləkətdə tapılmaz. N.Nərimanov. [Vəli:] Mənim əqidəmcə, duel haram bir əməldir. Ə.Haqverdiyev. əqidəli sif. Müəyyən əqidəsi, məsləki olan, bir şeyə möhkəm inanan; əqidəsində, məsləkində, etiqadında möhkəm olan. ..Sizin nəcib ürəkli və yüksək əqidəli bir adam olduğunuzu görürəm. M.İbrahimov. // Müəyyən əqidəni, məsləki, dünyagörüşünü təbliğ edən, yayan. Mütərəqqi ictimai əqidəli ədəbiyyat tələbini böyük yazıçımız klassik mənada şərh edir. M.İbrahimov. əqidəsiz sif. Heç bir əqidəsi, məsləki olmayan. [Kürd Əhməd] ..əsəbləri soyuduqda .. bir addım əvəzinə beş addım geri çəkilən əqidəsiz, etiqadsız adamlardandır. M.İbrahimov. əqiq is. [ər.] Müxtəlif rənglərə çalan laylardan ibarət olan, qiymətli daş kimi müxtəlif bəzək şeyləri hazırlanmasında və s.-də istifadə edilən bərk mineral. ..Hamısının barmağında qırmızı əqiq üzük parlayırdı. M.S.Ordubadi. • Əqiq kimi – iri, dən-dən və parlaq. Narın birini kəsdim. Zoğal kimi iri, əqiq kimi duru gilələri var idi. Mir Cəlal. Yəmən əqiqi, əqiqi-Yəmən – əqiqin qırmızı rəngli əla cinsi (şairanə təşbehlərdə). Dəryada dişintək dürrişəhvar tapılmaz; Ləlin kimi kan içrə əqiqiYəmən olmaz. S.Ə.Şirvani. əqilli bax. ağıllı. əqilli-başlı bax. ağıllı-başlı. əqilsiz bax. ağılsız. Dedim: – Zülfün mat elədi sünbüli; Dedi: – Sən nə bildin, əqilsiz, dəli? Aşıq Zabit. əql [ər.] bax. ağıl . Əql meydanını zindani-bəla bilməz hənuz; Kim ki bir müddət cünun mülkünü seyran etmədi. Füzuli. [Orxan:] Səbrim tükənmiş, qərarım kəsilmiş; Huşum, əqlim uçmuş, uyqum çəkilmiş. H.Cavid. Arvadın bu sözləri .. Usta Ağabalanın əqlinə batdı. Çəmənzəminli. əqlən zərf. [ər.] Ağılca, ağıla görə. əqli sif. [ər.] Ağıla əsaslanan, ağıla mənsub, ağılla görülən, ağılla olan; zehni. Əqli əmək. Əqli iş. Əqli fəaliyyət. – [Firidun:] ..Sizin əqli və məntiqi dəlilləriniz əleyhinə bir şey demək mümkün deyildir. M.İbrahimov. əql-şüur is. [ər.] Ağıl və düşüncə, dərrakə. [Dərviş:] Əgər məndə əql-şüur olsaydı... N.Vəzirov. əqrəb I. is. [ər.]\n1. zool. Quyruğunun ucunda zəhərli iynəsi olan onurğasız həşərat. Əqrəb sancması. Hər daşı qaldırırsan, altından əqrəb çıxır. Əqrəb zəhərli olur. – Hər kəs məndən sənə yaman qandırsa; Ya əqrəb dişləsin, ya ilan, pərim! Aşıq Abbas.\n2. Qədim astronomiyada: on iki bürcdən birinin adı. Əqrəb bürcü. – Xəbər verdi ki, sabah yola çıxmaq olmaz, çünki sabah qəmər Əqrəbdədir. C.Məmmədquluzadə.\n3. məc. Gizlindən pislik edən müzür adam haqqında. Sən ki bir əqrəb imişsən, gerçək; Bu zəhərlər, bu tikanlar nə demək. H.Cavid. Basma ayağını bizim torpağa; İlandan, əqrəbdən yar ola bilməz. S.Vurğun.\n\nII. is. [ər.] Saat, kompas və sairədə öz oxu ətrafında fırlanıb müəyyən işarəni göstərən mil. Saat əqrəbi. Saniyə əqrəbi. Kompasın əqrəbi. – ..[Vaqif] qələmi yerə qoyub saatına baxdı, əqrəblər düz dəstənin üstündə idi. Çəmənzəminli. Saatın əqrəbləri on ikiyə yaxındır. Qucaqlaşaq, ayrılaq. Yaxın dur! R.Rza. ‣ Əqrəb əqrəb üstündə – saatın tam 12 olduğunu göstərən ifadə; // bəzən tam vaxtında mənasında. Nazir .. müşavirənin sabah saat onda əqrəb əqrəb üstündə, .. öz yanında davam edəcəyini bildirdi. S.Rəhimov. əqrəba is. [ər.] Qohumlar (çox vaxt “qohum-əqrəba” şəklində işlənir). Bu, Hümmətəlinin qohum və əqrəbası idi. T.Ş.Simurq. [Çopo] yaşayış şəraiti fənalaşdığı üçün Cəməsb ailəsini və əqrəbaların götürərək Aran ölkəsinə keçir. Çəmənzəminli. əqrəbalı sif. Əqrəbası, qohumu, qohum-əqrəbası, yaxınları çox olan. Əqrəbalı adam. – Daşdəmir ağır əqrəbalı, qoçuluqda şöhrət qazanmış, varlı bir qəssab idi. A.Şaiq. [İncə:] Sən bilirsən ki, o [Aslan bəy] əqrəbalı bir qurddur? C.Cabbarlı. əqrəbalıq is. Qohumluq, yaxınlıq. Aralarında əqrəbalıq vardır. əqrəbalılıq is. Əqrəbası, qohumqardaşı, yaxınları çox olma. əqrəbasız sif. Əqrəbası, qohumu, yaxınları olmayan. Əqrəbasız adam. – [Durna:] ..Yoxsul, gücsüz, əqrəbasız, kimsəsiz bu Aydəmir mənim təkcə yoldaşımın qardaşıdır... C.Cabbarlı. əqrəbasızlıq is. Əqrəbanın, qohumun, yaxın adamların olmadığı vəziyyət. Əqrəbasızlıq pis şeydir. əqrəbli sif. Əqrəb çox olan. Əqrəbli səhralar. – Əqrəbli çöllərdə bağ-bostan quran; Zəhməti güldürən sənət olacaq. S.Vurğun. əqsa sif. [ər.] köhn. kit. Uzaqda olan, çox uzaq. • Əqsayi-Şərq – Uzaq Şərq. Nə Şərq olaydı, nə Əqsayi-Şərq, həm nə Japonya; Nə onların hünəri xalqa dərsiibrət olaydı. M.Ə.Sabir. əqsam is. [ər. “qism” söz. cəmi] köhn. kit. Növlər, cinslər. Cücələrin köklüyünü, yağlı-yağsız olduğunu, mürəbbələrin əqsamını və s.-ni gözdən keçirən çox idi. M.S.Ordubadi. əqvam is. [ər. “qövm” söz. cəmi] kit.\n1. Tayfalar, qövmlər. Vətəndaşlarımın bu tərəqqi zamanında, bu telefon və elektrik əsrində ki, – sair miləl və əqvam artıq sürətlə irəli gedib özləri üçün ixtiyarlar və imtiyazlar axtarmaqdadırlar, – geridə qalmaqları .. məni heyrətə saldı. F.Köçərli. // Tayfa.\n2. Qohumlar, qohum-əqrəba. Ona görə bu şəxs nəinki .. öz əqvamının, bəlkə cəmi şəhər əhlinin əlindən getdi. Ə.Haqverdiyev. Ağanın özünün və əqvamının salamatlığı təmin olunmalıdır.. M.S.Ordubadi. əl is.\n1. Qolun biləkdən dırnaqlara qədər olan hissəsi. Əli ilə tutmaq. Sağ əl. Əllərini yumaq. Əlini çiyninə qoymaq. Əli ilə sığallamaq. Əli ilə götürmək. İnsan işlərinin çoxunu əlləri ilə görür. – Tək əldən səs çıxmaz. (Ata. sözü). Əfsus ki, qocaldım ağacım düşdü əlimdən; Səd heyif cavanlıq! M.Ə.Sabir.\n2. Bəzi heyvanların qabaq ayaqlarının hər biri. Meymunun əlləri adam əlinə oxşayır. Pişik əlləri ilə üzünü yuyur.\n3. Dəfə, kərə, yol (adətən saylarla). Bircə əl oynayaq. – Bu əsnada yaxında dörd-beş əl şiddətli tapança atılır. H.Cavid. İki əl səpdikdən sonra çuxasının ətəyini silkələyərək gəlib cütün dəstəsindən yapışdı. S.Rəhimov.\n4. İştirak, əlaqə. • Əli ilə – vasitəsilə, köməyi ilə. Başqasının əli ilə iş görmək. – Əli olmaq – iştirakı, müdaxiləsi, əlaqəsi olmaq. Bu işdə onun da əli var. – Bilirsənmi, yoldaş Tərlan, burada sinfi düşmənlərin əli var. M.Hüseyn.\n5. Əlində, əlimdə və s. – malikiyyət, ixtiyar, iqtidar, idarə, sərəncam, asılılıq mənasında. Bu iş mənim əlimdədir. • Əlində olmaq – 1) imkanı, ixtiyarı, bacarığı, iqtidarı dairəsində olmaq. Gəncləşmək [Muradın] əlində deyildi. Onu təbiət qocaltmışdı. S.Hüseyn; 2) ixtiyarında, hakimiyyətində, sərəncamında, asılılığında, idarəsində olmaq.\n6. Əllə görülən işdə məharət, bacarıq mənasında. Cərrahın əli ağırdır. Rəssamın gözəl əli var.\n7. Növbət, sıra. Əl kimdə isə oynasın. İndi mənim əlimdir.\n8. Tərəf, yan. Sağ əldə oturmaq. Sol əldəki mağazaya getdim. – Qazmaçı Kərim .. yolun sağ əlində yamacdakı birmərtəbəli, uzunsov evdə yaşayırdı. M.İbrahimov.\n9. ...əlindən şəklində işlənərək səbəb bildirir. İş əlindən macal tapmır. Adam əlindən gəzməyə yer yoxdur. – Hicr əlindən pərişanam yüz ildi. Q.Zakir. Çala-çuxur əlindən maşınlara gün yox idi. Ə.Əbülhəsən.\n10. Çıx. halında: əldən zərf – 1) tez, cəld, gözləmədən, qaçaraq, əlbəəl. Əldən bir papiros al! Əldən beş manat verdi; 2) mağazadan yox, əldə satandan. O, əldən bir samovar aldı.\n11. Yerl. halında: əldə – 1) mövcud, faktik. Əldə olan məlumata görə. – Kömək etmək imkanı əldə ikən bu vəzifədən boyun qaçırmaq .. insanlıq sifətini itirmək deməkdir. M.S.Ordubadi; 2) riyaz. Yadda, fikirdə, nəzərdə, xatirdə. İki yazırıq, bir əldə.\n12. Bir çox mürəkkəb alət və s. adlarının birinci tərkib hissəsi olub, onların kiçik, əllə, ya əldə işləndiyini göstərir; məs.: əl arabası, əl mişarı, əl fənəri, əl tərəzisi, əl pulemyotu.\n13. Əldə böyüdülmüş, ələ öyrədilmiş, əhliləşdirilmiş mənasında heyvan, quş adlarının əvvəlinə gətirilir; məs.: əl toğlusu, əl tulası, əl göyərçini. ‣ Əl açmaq – 1) əl qaldırmaq, əllərini işə salmaq, zor işlətmək. ..İnşaallah, bizi görən kimi yükləri töküb qaçacaqlar, qaçmasalar, əl açsalar – hamısını xingal kimi doğrayacağam. M.F.Axundzadə; 2) müraciət etmək, istəmək. İşdir, gedib qulluq tapmadım, kəndə qayıtmağa da pulum olmadı, onda kimə əl aça bilərəm? M.Hüseyn. // Yalvarıb xahiş etmək, dilənmək. Eşqin əsiri olmayın; Əl açıb, boyun burmayın. Aşıq Hüseyn. Əl ağacı – yeriyərkən söykənmək üçün əldə tutulan nazik ağac. Əl ağacı adama əyri görünər. (Ata. sözü). [Qərənfil xala] bucaqdakı əl ağacı ilə qapını örtdü. Ə.Vəliyev. Əl altında – 1) hazır, amadə. Əl altında saxlamaq; 2) yanında, rəhbərliyi altında. [Xavəri] evlərinə atasının əlinin altında işləməyə aparmışdı. M.İbrahimov. Əl altından çıxmaq – ustanın əli altında öyrənərək təcrübə hasil etmək. Əl aparmaq – əl uzatmaq, əl atmaq. [Axund:] Axı, belə müsəlmançılıq olmaz, .. axır qurana da əl apardın? C.Cabbarlı. Əl atmaq – 1) girişmək, təşəbbüs etmək. O, hər işə əl atır. – Düz deyirsən, əmi, bu peşəyə təzə əl atmışam, .. özüm aqronomam. “Kirpi”; 2) istifadə etmək, tətbiq etmək, müraciət etmək. Ciddi tədbirlərə əl atmaq. – Mürtəcelər demokratik hərəkatı ləkələmək və pozmaq üçün hər cür iftira və fitnə-fəsada əl atırlar. M.İbrahimov; 3) əlini uzatmaq. Əl atıb götürdü. Əl atıb cibindən papiros çıxartdı. – [Yaşlı kişi:] İki saatdan bəri min müşkülatla doldurduğum səbətə [Şirinnaz] əl atıb onu qaldırmaq istədi. S.Hüseyn. // Əlini uzadıb götürmək. Ancaq mən Eldarın könlünə dəyməmək üçün daha tüfəngə əl atmadım. M.Rzaquluzadə; 4) sataşmaq, təcavüz etmək istəmək. [Məşədi Qədir:] Bəli, yoldaşlar, ərz eləyirəm ki, bizim namusumuza əl atıblar. T.Ş.Simurq. Gördüm ki, əl atır bir zabit qıza. M.Rahim; 5) birini buraxıb o birisindən yapışmaq, başlamaq. ..Bu məktəbdən çıxıb, o məktəbə girib, bu rayondan üzülüşüb, o biri rayona əl atıb. S.Rəhman. Əl ayası – ovucun içindəki düz yer. Əl bağlamaq – hazır durmaq. Əl basmaq – and içmək. O, ürəyinə əl basıb söz verdi. Əl boyda – çox kiçik, lap balaca, bir qırıq. Əl boyda kağız. – Hər dəfə əl boyda qəbzlərə, ya dilucu tapşırığa, anbar açdırıb taxıl buraxanacan Gəldiyevin canı boğazına yığılırdı. Mir Cəlal. Əl bulamağına dəyməz – dəyərsiz, lüzumsuz, faydasız, heç bir xeyir gözlənilməyən şey haqqında. Əl cəldliyi – cəldlik, əldən itilik, əl itiliyi. Əl cəldliyi cərrah üçün vacib şərtdir. Əl çalmaq – 1) alqış əlaməti olaraq əllərini biri-birinə çırpmaq, alqışlamaq. Artistə hamı əl çaldı. Oynayanlara əl çalmaq. – Həyətdə palaz döşənib samovar qoyulmuşdu. Mollabacı mis ləyəni dınqıldadıb oxuyurdu, mütəəllimələr də əl çalırdılar. Çəmənzəminli. ..Fəhlələr müdiriyyət tərəfindən “intizamı” qorumaq üçün əvvəlcədən görülən tədbirlərə baxmayaraq, dəzgahların başındaca durub əl çalır. M.İbrahimov. Hamı irəli boylanaraq əl çalırdı. Ə.Məmmədxanlı; 2) sevinmək. Ağlama, dəli könlüm; Düşmən görər, əl çalar. (Bayatı). Əl çatmaq – əldə edilməsi mümkün olmaq, ələ gəlmək. Əl çəkmək – 1) buraxmaq, boşlamaq, əlaqəni kəsmək. Hacı Sultan ticarətdən tamamilə əl çəkib iki evindən aldığı kirələrin sayəsində rahatlıqla keçinirdi. S.Hüseyn; 2) vərdiş etdiyi bir şeydən imtina etmək, daha etməmək, buraxmaq, tərk etmək. Papirosdan əl çəkmək. Pis adətlərdən əl çəkmək. – [Heydər bəy:] Guya ki, bütün Qarabağda dana-doluq oğrusu bir Heydər bəydir! Əyər o əl çəkə, ölkə farağat olar. M.F.Axundzadə; 3) vaz keçmək, imtina etmək. Öz məqsədindən (fikrindən) əl çəkmək; 4) keçmək. Ay dəmdəməki, sən .. necə qorxmadın, o sözləri mənə yazdın? Məgər sən canından əl çəkibsən? C.Məmmədquluzadə; 5) üz döndərmək, daha özününkü hesab etməmək, dönmək, əlaqəsini kəsmək. Öz ata-anasından əl çəkmək. Öz övladından əl çəkmək; 6) rahat buraxmaq, əl götürmək, yaxasını buraxmaq. Axır ki, hərif bizdən əl çəkdi. – Rüstəm bəy: – Məhəmmədəli, səni and verirəm atanın goruna, məndən əl çək! C.Məmmədquluzadə. Bu sirri öyrənməmiş onun yaxasından əl çəkməyəcəyik. M.Hüseyn; 7) bax. əl qoymaq 2-ci mənada. Qoca qarı uşağın başına əl çəkdi. Əl çirki – pula ikrah və etinasızlıqla verilən ad. [Məşədi:] Pul deyəndə, əl çirkidir, rəhmətlik ilə duz-çörək yemişik. Ə.Haqverdiyev. Əl çırpmaq – bax. əl çalmaq. Əl dəymək – əl vurmaq, toxunmaq. Bu eldə bir dənəyəm; Əl dəymə, pərvanəyəm; Yarım gedib səfərə; Dərdinnən divanəyəm. (Bayatı). [Qərib:] Üç gözəlin biri bizə qohumdur; O birisi əl dəyməmiş qovundur. “Aşıq Qərib”. Sal dəmiri kürədə qızdırıb gavahının burnundan çiyninə kimi elə yapışdırdı ki, baxanda deyərdin, əl dəyməyib.. S.Rəhimov. Əl eləmək (etmək) – 1) çağırmaq əlaməti olaraq əlini yelləmək, əli ilə işarə edib çağırmaq. O, əl elədi, mən yanaşdım. – [Mirzə Səfər] dönüb gördü ki, o səsləyən Həsən ağadır, tacir Hacı Qulunun dükanında oturub oradan əl edir. Ə.Haqverdiyev; 2) xudahafizləşmə əlaməti olaraq əlini yelləmək. [Tahir] ..qıza əl elədi və sürətlə uzaqlaşdı. M.Hüseyn. Bizim dərya könlümüzdə Vətən eşqi var; Sür gəmini, qoy sahildən əl eləsin yar. Ə.Cəmil. Əl əməyi (zəhməti) – əllə görülən iş. Əl əməyini yüngülləşdirmək. Əl əsası məc. – dayaq, söykənəcək. Gözəl bir qız sevib almaq, qocalığın əl əsasıdır, – dedi. A.Şaiq. Əl əti məh. – evdə kəsilən heyvanın əti. Əl gəzdirmək – 1) əllə bir şeyi nizama, səliqəyə salmaq, yaxud pozmaq, qarışdırmaq. Bu kitablara yenə kim əl gəzdirib, heç biri öz yerində deyil. – Xankişi stullara əl gəzdirməyə başladı. Hamını növbə ilə bir arvad, bir kişi düzdülər. Mir Cəlal. // Araşdırmaq, əlləşdirmək; 2) üzərində bir qədər işləmək, düzəltmək. Əlyazmasına bir əl gəzdirmək lazımdır; 3) oğurlamaq, soyub aparmaq. Evinə yaxşıca əl gəzdirdilər. – Qalxdı hirslə ayağa; Soyğunçular adətincə əl gəzdirdi otağa. Ə.Cəmil. Əl gəzmək – əl toxunmaq, əl dəymək. Aşıq Ələsgər məsti aldı. Baxtı gördü ki, zalım oğlu elə tikib ki, elə bil heç üstündə əl gəzməyib; iki göz gərək tamaşa eləyə. “Aşıq Ələsgər”. Əl götürmək – bax. əl çəkmək. Mərd olanlar keçər külli varından; Əl götürməz namusundan, arından. M.V.Vidadi. [Mirzə Turab:] ..Əlləşdim, vuruşdum, çox zəhmət çəkdim, amma siz yenə cəhalətdən əl götürmədiniz. B.Talıblı. [Şamama Cadu:] A gədə, itil cəhənnəmə, yaxamdan əl götür! Ə.Haqverdiyev. Yasəmən onun evindən əl götürmək, yorucu əzabdan qurtarmaq istəyirdi. Mir Cəlal. Əl ilişdirmək – bir işlə məşğul olmağa başlamaq. Əl işi – maşın vasitəsilə deyil, əllə görülən iş, əl vasitəsilə hazırlanan şey. Kurs, klub, əl işi, zəhmət nə demək, can nə demək? On beş arşın güllü çitdəndi tumanım, çadra! Ə.Vahid. Əl kiri – bax. əl çirki. Əl kölgəliyi – vaxt, imkan. [İbrahim bəy:] ..Gəldilər mənim yanıma ki, bəy, Allah xatirinə, bizə bir əl kölgəliyi ver, gedək Camal bəyin yanına. N.Vəzirov. Əl qaldırmaq (qalxızmaq) – 1) kimisə vurmağa təşəbbüs etmək. Heç kəs sənə əl qaldıra bilməz. – [Kəndlilər:] Qulamhüseyn bəyə də əl qalxızmaq olarmı? Hüseynqulu bəyi də həbsə almaq olarmı? B.Talıblı. Bu .. nə qiymətli adamdır ki, onun üstündə əziz qardaş mənə əl qaldırdı? S.Rəhman; 2) səsvermə zamanı əlini qaldırmaqla lehinə səs vermək. O, yerli komitəyə seçiləndə mən ona əl qaldırmışam; // əlini qaldırmaqla lehinə, ya əleyhinə səs vermək. Bəzi kəndlilərə də kimin lehinə, kimin əleyhinə, nəyə qarşı əl qaldırmağı başa salmaq çətin idi. Mir Cəlal. [Səfərəli:] Kim tətil tərəfdarı isə, əlin qaldırsın. H.Nəzərli; 3) təslim, tabe əlaməti olaraq əlini və ya əllərini yuxarı qaldırmaq; 4) dua etmək; 5) əlini qaldırmaqla söz istəmək. ..Solmaz əlini qaldırıb söz istədi. S.Rəhimov. Əl qatmaq – 1) qarışmaq, məşğul olmaq, işə qarışmaq. Yüzbaşının ayağına buxov vuran kimi, bizə də əl qatarlar. Ə.Haqverdiyev. Bu adam fağır-məzlumun birisi olmasa, heç əl qatmaram. Mir Cəlal. Hər bir işə əl qatdı, mürüvvət götürüldü! Millətdə olan büsbütün adət götürüldü. M.Ə.Sabir; 2) yapışmaq. Nə bilim Zalxa dua yazdıracaq at nalına; Tazə arvad da bunun əl qatacaqdır yalına.. Ə.Nəzmi. Əl qoymaq – 1) razı olmaq, razılığını bildirmək. [Hacı Mehdi:] Əgər bu işə əl qoyacaqsan qoy, qoymayacaqsan onu de.. Ə.Haqverdiyev; 2) mövhumata inanan şəxslərin duazikr etməklə adamın (xüsusilə bərk qorxmuş adamın) başına əl çəkmək şəklində icra etdikləri dini ayin. Çox adam əhlü əyalın aparıb qoydurub əl; Xalq hərçənd deyir özgə təhər böhtanı. S.Ə.Şirvani. Əl mənim, ətək sənin – yalvarış ifadəsi. Atım, tutum alma, yar; Evdə yalqız qalma, yar; Əl mənim, ətək sənin; Nəzərindən salma, yar. (Bayatı). Əl ovuşdurmaq – peşman olmaq, məyus olmaq, çaşmaq. Əl ovuşdurmaqdan nə çıxar, indi çalış, bundan sonrasını düşün. Əl oyunu – idmanın tennis, voleybol, basketbol və s. kimi əllə oynanılan növlərindən hər biri. Üç gündür ki, mərkəzi əl oyunları stadionunda əltopu üzrə Bakı məktəbliləri arasında birincilik yarışları keçirilir. (Qəzetlərdən). Əl saxlamaq – toxtamaq, dayanmaq, icra etmək istədiyi işi, hərəkəti dayandırmaq. Qoy musiqi dilə gəlsin, çağlasın; Uzun sözə qıfıl vurub bağlasın; Kim bacarmır çalmasın, əl saxlasın. R.Rza. Bu uğursuz niyyətinlə bir əl saxla, sən bir dayan. N.Rəfibəyli. Qardaş oğlanları, yeməkdən əl saxlamayın. M.Rzaquluzadə. Əl satışı xüs. – əldən satış, malı əldən satma; apteklərdə reseptsiz satış. Əl sıxmaq – əl verərək görüşmək, salamlaşmaq. Əl sıxmaq, qucaqlaşmaq və öpüşmək bitdikdən sonra .. yoldaşları ilə birlikdə .. şayiələri müzakirə üçün çağırılmış iclasa getdi.. M.S.Ordubadi. Əl suyu – Şərq adətincə yeməkdən qabaq əlləri yumaq üçün qonağa təklif edilən su. Yemək xonçaları aralığa gəlmədən əl suyu verdilər. M.S.Ordubadi. [Pərzad xala] bişirdiyi xörəyin şirin yeyilməsindən bildi ki, o, hər şeydə naşı olsa da, əl suyu verməklə aş bişirməkdə ustadır. Mir Cəlal. Əl tapmaq – üstün olmaq, qalib gəlmək. Əl ki tutmur yazam, əl tapmaqda; Qələmə, ya davata, bilməyirəm. Şəhriyar. Əl tərpətmək – 1) işi yubandırmamaq üçün tələsmək, cidd-cəhd göstərmək, daha cəld işləməyə başlamaq. Bircə əl tərpət, bu işlərə bir əncam ver. – Ancaq biz bu məsələ ilə əlaqədar olan yoldaşları inandırırıq ki, bir az əl tərpətsələr, bu iş nəinki əlli il, heç əlli saat da qalmaz. “Kirpi”; 2) vurmağa hazırlaşmaq, vurmaq istəmək, əl qaldırmaq. Əl toxundurmaq – qarışmaq, müdaxilə etmək. Əl toxundurmağa dəyməz. Əl tutmaq – 1) əllərini birbirinə verməklə görüşmək. [Cavad] sonra da ev yiyəsi ilə əl tutaraq əlavə etdi: – Mənə göstərdiyiniz qonaqpərəstliyə dərindən təşəkkür edirəm. Ə.Vəliyev; 2) razılığa gəlmək, razılaşmaq əlaməti olaraq bir-birinə əl vermək; 3) yardım etmək, maddi kömək etmək, borc vermək. Əl tutanın əlindən tutarlar. (Ata. sözü). Bəzirgan Əhməd gəlib bunlara əl tutmaq üçün pul verdi. “Aşıq Qərib”. Ancaq o, darda qalana .. əl tutar, sonra isə bir verdiyinə beş alardı. S.Rəhimov. Varlı qohumlarımdan heç biri belə dar gündə mənə əl tutmadı. C.Cəbrayılbəyli. Əl tutuşmaq – bax. əl tutmaq 1-ci mənada. Tahir onunla əl tutuşanda qocanın elə bil barmaqlarında toplanmış qüvvətini çox yaxşı hiss elədi. M.Hüseyn. Əl uzatmaq – 1) almağa, ələ keçirməyə, əldə etməyə təşəbbüs etmək. Başqasının şeyinə əl uzatmaq; // götürmək üçün əlini uzatmaq; // şüru etmək, başlamaq. Axşam azanı deyilən kimi, mömin müsəlman bilmir ki, nəyə əl uzatsın: çaymı içsin, firnimi yesin, halvadanmı dadsın. C.Məmmədquluzadə. Uşaq xörəyə də əl uzatmadı. Mir Cəlal; 2) sataşmaq, namusuna toxunmaq istəmək, əl atmaq. [Vəzir:] ..Günün günortasında mənim kimi kişinin evinə giribdir ki, övrətimə əl uzatsın. M.F.Axundzadə; 3) kömək istəmək, kömək diləmək, kömək üçün birisinə müraciət etmək. Başqasına kömək üçün əl uzatmaq; 4) kömək etmək, yardım etmək, kömək əli uzatmaq. Əlacın olanda el üçün ağla; Yoxsula əl uzat, nəzarət eylə! Aşıq Şəmşir; 5) girişmək, başlamaq. [Mozalanbəy:] Sən elə məsələlərə əl uzatma. Ə.Haqverdiyev. Əl üstündə əl var – hər adamdan daha güclü adam var. Əl üstündə kimin əli – Azərbaycan xalq oyunlarından birinin adı. Əl üzmək – ümidini kəsmək, daha gözləməmək. Əzizim gedər, qalmaz; Axar su gedər, qalmaz; Vəfalı əlin üzməz; Vəfasız gedər, qalmaz. (Bayatı). Vidadi ortaboylu, çalsaqqal, .. çox dindar və dünyadan əl üzmüş bir adam idi. Çəmənzəminli. Üç aydır ki, ormanların arasında yataraq; Əl üzmüşdür vətənindən, millətindən Gəray bəy. S.Vurğun. Həmin vaxtdan əl üzmüşdü hamı buruqdan. Ə.Cəmil. Əl verir – bəsdir, yetər, kifayətdir. Əl verir, başqa söz danış. Əl vermək – 1) əl-ələ tutmaqla görüşmək. Onlar birbirlərinə əl verdilər. – Rast gəlir yenə də dostlar, tanışlar; Görüşür, əl verib öpüşürük biz. S.Vurğun; 2) işə yaramaq, xeyirli olmaq, əlverişli olmaq. Bu iş ona əl vermir. – Bahəm söhbət edə-edə gedərik. Təklik mənə də əl verməz. Ə.Haqverdiyev; 3) üz vermək, baş vermək, olmaq. Peşmançılıq əl verdi. Yorğunluq əl verdi. – Koroğluya yalqızlıq əl vermişdi. “Koroğlu”. Qeyrət mənə əl verib, bir dəqiqə çəkməyib, Teymur ağanı çəkdim pişləngə. M.F.Axundzadə. Əl vurmaq – 1) toxunmaq, dəymək. Hər şeyə əl vurur. Kitablara heç əl vurmamışam. – Bağında bax narınca; Əl vurma saralınca. (Bayatı); 2) qarışmaq, girişmək, toxunmaq, müdaxilə etmək. Sən bu işə əl vursan, mən qarışmayacağam; 3) əl çalmaq. Əl vurun, cərgə durun; Sonadır, yaylağa gəlir. Aşıq Nəcəf. Döyüşçülər ayağa qalxaraq əl vurur: – Xalqımıza bizim təşəkkür və salamımızı yetirin! – deyə qışqırırlar. M.İbrahimov; 4) bax. əl basmaq. Gülzarına Quran deyə əl vurdum; İnanmadın niyə, gülmədin yəni. Ə.Cavad. Əl yaylığı – əl, burun silmək üçün cibdə gəzdirilən kiçik yaylıq. Cibindən əl yaylığını çıxarıb tərini sildi. Əl yeri – müraciət etmək, sonradan məsələyə qayıtmaq, yenidən danışıq aparmaq üçün vasitə, bəhanə. O, təklifi rədd üçün yenə bir əl yeri saxladı. – Bircə düyün, yapışmağa bir əl yeri; Bir anlığa səni, səni xilas üçün; Tapılmadı. M.Araz. Əl yetirmək – kömək etmək. Ay qadaşlar, mənə bir əl yetirin; Yüküm ağırdı, çata bilməyirəm. Şəhriyar. Əl yetmək – bax. əl çatmaq. Göyərçin havadadır; Əl yetməz, yuvadadır. (Bayatı). Əl(lər)i duada din. – dua oxumaq məqsədi ilə əllərini qaldırmış halda. Şəhərin kənarı, camaat ayaq üstə, əlləri duada, dodaqları dua vird edir. C.Məmmədquluzadə. Əl(lər)ini döşünə qoymaq – ehtiram, yaxud razılıq əlaməti olaraq əllərini döşünə qoyub təzim etmək. Xəlilin anası üzünü örtüb küncə girdi və Xəlil də əlini döşünə qoyub, mollasına təzim edib ədəblə durdu. Ə.Haqverdiyev. Əl(lər)ini qaldır! – “tabe ol! təslim ol!” mənasında düşmənə əmr. Əldə bəhanə etmək – əsaslanmaq, bəhanə etmək. ..Şəriəti əldə bəhanə edib, biçarə avam camaatı öz qərəz və mərəzimizə alət edirik. C.Məmmədquluzadə. Əldə bəsləmək – ev şəraitində, əldə saxlamaq, ələ öyrətmək, əhliləşdirmək. Bu ayı meşə ayısı deyil, əldə bəslənmiş ayıdır. S.S.Axundov. Əldə böyümək – ev şəraitində, ailədə tərbiyə almaq, böyümək. Bəy, eyib olmasın soruşmaq, əldə böyümüsüz, yoxsa meşədən tutulmusunuz? N.Vəzirov. Əldə etmək – bir şeyə nail olmaq, ələ keçirmək, tapmaq, qazanmaq. İmkan əldə etmək. – [Yaşlı kişi:] Münasib bir fürsət əldə edincə bu arzumu anama açacaqdım. S.Hüseyn. Zabit nə qədər axtarmışdısa, vəsiqə adlı bir parça kağız əldə edə bilməmişdi. M.S.Ordubadi. Əldə gəzdirmək – həddindən artıq əzizləmək. Əldə qoymaq – üzdə, əl çatan yerdə qoymaq, əl altında, hazır vəziyyətdə saxlamaq. Gedəndə açarı əldə qoy. Əldə ölmək – 1) öldürülmək. Çillə gərək şəhid qəbri üstündə, yəni əldə ölmüş bir adamın qəbrinin üstündə kəsilsin. Ə.Haqverdiyev; 2) başqalarının əhatəsində ölmək. Əldə saxlamaq – 1) bax. əldə bəsləmək; 2) əldən verməmək, özü üçün saxlamaq. [Tın-tın Musanın oğlu:] Bəlkə bir növlə dükanımızı əldə saxlayaq. Kim kimədir? Qantəmir; 3) gələcəkdə lazım ola biləcək bir şəxsi hörmətlə, yaxud naz və arzusu yerinə yetirilməklə öz tərəfinə çəkmək. Min dəfə sənə deyirəm, maymaq böyükləri əldə saxla, adamın olsun. Mir Cəlal. Əldən almaq – 1) ələ keçirmək, sahib olmaq, yiyələnmək, ixtiyarına almaq. Bütün hakimiyyəti ələ almaq; 2) öz iradəsinə tabe etmək, öz tərəfinə çəkmək. [Sona] bir az da yanaşır və onu ələ almaq istəyir. H.Nəzərli. Əldən buraxmaq – 1) fürsəti qaçırmaq, ötürmək; 2) əl çəkmək, boşlamaq; 3) qaçırmaq, qaçmağına imkan vermək. Gözətçi həmsöhbətini əldən buraxdığına təəssüfləndi və papiros eşib balaca müştüyünə keçirdi. İ.Şıxlı. Əldən çıxarmaq – 1) bax. əldən qaçırmaq; 2) köhnəltmək, üzmək, dağıtmaq. Kostyumlarını geyib əldən çıxarmaq; 3) bir işi görüb qurtarmaq, tamamlamaq. Tut ağacın darama; Əldən çıxar barama; Halal zəhmətlə gələr; Haram gedər harama. (Bayatı). Əldən çıxmaq – 1) qeyb edilmək, itirilmək, yox olmaq. Var-dövlət əldən çıxdı. – Doğrudan, uşaqlıq bir gözəl nemət imiş ki, əldən çıxdı. C.Məmmədquluzadə; 2) köhnəlmək, yıpranmaq, əldən düşmək. Paltarı lap əldən çıxıb; 3) aradan çıxmaq, qaçmaq, əkilmək, ortadan yox olmaq. [Qasım kişi:] Bala, bir az qıvraq qaçın, əldən çıxın.. C.Məmmədquluzadə; 4) qayrılmaq, hazırlanmaq, istehsal edilmək. Əldən çıxmış məhsul. Bu qab yaxşı əldən çıxıb. Əldən düşmək – 1) zəifləmək, haldan düşmək, üzülmək, halsızlaşmaq. O qocalıb lap əldən düşübdür. Uşaq qaçmaqdan əldən düşdü. – Anası bilər, bir də qızı, mən daha yorulub əldən düşmüşəm. S.Rəhimov; 2) yoxsullaşmaq. Var-yoxu gedib, əldən düşüb; 3) dağılmaq, köhnəlmək, yıpranmaq. Evin balkonu əldən düşüb. Ayaqqabılarım lap əldən düşüb. Əldən getmək – 1) son dərəcə istəmək, sevmək, arzulamaq. Onda nə görmüsən ki, əldən gedirsən; // nazını çəkmək, son dərəcə əzizləmək. Ana uşağı üçün əldən gedir; 2) məhv olmaq, puça çıxmaq, heç olmaq, xarab olmaq, əldən çıxmaq. Taxıl əldən gedir, tez sulamaq lazımdır. – Yalnız, nə deyim, getdi mənim millət əlimdən; Torpaq başıma, çıxdı bütün izzət əlimdən. M.Ə.Sabir. [Birinci kəndli:] Əlac elə, aşağı bağlar əldən getdi. H.Nəzərli. Əldən qaçırmaq – bax. əldən buraxmaq. Əldən qoymaq – əldən buraxmaq, əldən qaçırmaq. Əldən qoymamaq – 1) buraxmamaq, tərgitməmək, daha yada salmamaq. Zarafatı əldən qoymur. – Dəvədən yıxılıb höt-hötünü əldən qoymur. Ə.Haqverdiyev; 2) əl çəkmək, narahat etmək. [Balaxan:] Xeyr ha, sən öləsən, əldən qoymaram. C.Cabbarlı. Ancaq nə edəsən ki, aylardan bəri başında yer eyləyən şirin niyyətlər Gəldiyevi əldən qoymurdu. Mir Cəlal. Əldən qurtarmaq – xilas olmaq, canını qurtarmaq. Əldən nə gələr – nə etmək olar, çarə yoxdur. [Rəhim:] İndi iş işdən keçəndən sonra əldən nə gələr? H.Nəzərli. Əldən salmaq – çox yormaq, əziyyət vermək, üzmək. Qova-qova toyuğu əldən salıb tutdu. Heyvanı döyə-döyə əldən saldı. Səsküy bizi əldən saldı. – [İbad:] Şəhəri əldən salmışsınız, indi də gəlib bizə əl uzadırsınız? C.Cabbarlı. Əldən tutmaq – kömək, yardım etmək. [Məsmə:] Mən səni böyüdüb bir tikə çörək gətirən, əldən tutan eləmək istəyirəm. Mir Cəlal. Əldən vermək – davam etdirə bilməmək, saxlaya bilməmək. Təşəbbüsü əldən vermək. Bayrağı əldən vermək. Əldən yapışmaq – bax. əldən tutmaq. Əldən-dildən düşmək – bax. əldən düşmək. Əldən-dildən salmaq – bax. əldən salmaq. Əldən-ələ düşmək (keçmək) – 1) qapıbaqapı düşmək, müəyyən bir yeri, məskəni olmamaq. Göyərçinəm, uçdum, gəl; Əldən-ələ düşdüm, gəl. (Bayatı); 2) birisindən başqasına keçmək, bir-birinə ötürülmək. Əldən-ələ gəzmək – 1) çox əziz olmaq, hamının istəklisi olmaq, çox qiymətli, dəyərli olmaq. Uşaq əldənələ gəzir; 2) çox rəvac olmaq. Əldən-ələ gəzir malı Təbrizin. “Aşıq Qərib”. [Qurbani:] Xasiyyətdi, əldən-ələ gəzirsən; Yoxdu sana qorxu-qadağa, alma! “Qurbani”; // çox oxunmaq, hamı tərəfindən sevilib oxunmaq. [Nurcabbar Bağıra:] Bax, sənin xoşuna gəlib. Gör dünyada sənin təkin nə qədər adam var? Nağıllarımı ortalığa çıxartsam, əldən-ələ gəzər. İ.Məlikzadə. Ələ baxmaq – möhtac olmaq, maddi cəhətdən başqasından asılı olmaq, ondan yardım gözləmək. İndi qocalmışdır, işləyə bilmir, ələ baxır. // Başqasının öhdəsində olmaq. Cavankən tənbəllikdən ələ baxır. Ələ dolamaq – aldatmaq, oynatmaq. ..Camaatı ələ dolamaq zarafat deyil. Ü.Hacıbəyov. Ələ düşmək – 1) tapılmaq, ələ keçmək, hasil olmaq. At ələ düşər, ot ələ düşməz. (Ata. sözü). Bidamaq olmaqdan nə düşər ələ; Şükr elə Allaha, gəz gülə-gülə! M.P.Vaqif. Axtarıram, uşaqlıq düşmür ələ. A.Səhhət; 2) tutulmaq, yaxalanmaq, ələ keçmək, girə keçmək. Səni göydə axtarırdım, yerdə əlimə düşmüsən. – Bəyin adamları Cəfərqulunu bərk axtarırdı, harada ələ düşsəydi, o dəqiqə öldürəcəklərdi. Qantəmir. Çıxdın aralıqdan, düşmədin ələ. R.Rza. Allah eləməsin, əllərinə düşəsən. Özünü gözlə, dost! S.Vəliyev. Ələ gələn – hasil, hasil olan, əldə edilən. Ələ gəlmək – əldə edilmək, hasil olmaq. Ancaq iki il o mahalda quraqlıq keçdi, əkindən heç bir şey ələ keçmədi. B.Talıblı. Ələ gətirmək – əldə etmək, ələ keçirmək, nail olmaq. Demək olar ki, behiştdə vədə olunan ləzzətlərin hamısını Tiflisdə qışda ələ gətirmək olar. C.Məmmədquluzadə. Ələ girmək – bax. ələ düşmək. Elm pul ilə ələ girməz, ancaq çalışmaq ilə qazanılar. “Məktəb”. Ələ xına qoymaq – 1) əllərini xına ilə boyamaq. Köhnə adətlərdən biri ələ xına qoymaq idi. H.Sarabski; 2) məc. şərikli işdəki xeyirdən yoldaşın əlini çıxarmaq. Ələ keçirmək – 1) tapmaq, əldə etmək. Hər şeydən əvvəl ələ silah keçirmək lazımdı. S.Vəliyev; 2) tutmaq; 3) ixtiyarına keçirmək, sahib olmaq, mənimsəmək. Ələ keçmək – bax. ələ düşmək. O vaxt ki, azadlığın işartısı göründü; Qəlbimizi bir anda dəlib keçdi o bayraq; Qəlbimizdən boylanıb ələ keçdi o bayraq. B.Vahabzadə. Ələ öyrənmək – əhliləşmək. Ələ öyrətmək – əhliləşdirmək. Tülkü balasını ələ öyrətmək. Ələ salmaq – 1) ələ keçirmək, əldə etmək, tapmaq. Gəlmişdim bu Dərbənddə qalmağa; Bir tülək tərlanı ələ salmağa. Aşıq Abbas; 2) məc. dolamaq, oynatmaq, masqara etmək, araya qoymaq. Cəfər Quluya göz vurdu və Ocaqverdini ələ salmağa başladı. Çəmənzəminli. Əla salma daha bir bunca əvamı, mən ölüm; Nəql edib Rüstəmü Keykavusü Sami. mən ölüm. Ə.Nəzmi. Ələ tapşırmaq – əmanət vermək, saxlamaq üçün vermək, təslim etmək. [Atabəy:] Mən öz qəlbimi haman ələ tapşırmaq istəyirəm. M.S.Ordubadi. Ələ vermək – təslim etmək, xəbər vermək, satmaq. Yoldaşı ələ vermək. – [Səlma:] Sən bir qonaqsan, qatil olsan belə; Səlma həlak olur da, verməz ələ. H.Cavid. Əl-əl gəzmək – baxmaq, ya oxumaq üçün bir-birinə verilmək (çox bəyənilən şey haqqında). Çəkdiyi rəsmlər əl-ələ gəzirdi. – Ustanın neçə həftəyə başa gətirdiyi başmaqlar məsciddə əl-əl gəzərdi. Çəmənzəminli. Əl-əl üstə dayanmaq – hazır, amadə vəziyyətdə olmaq, hazır dayanmaq. Qurbani .. baş əyib, xidmət məqamında əl-əl üstə dayandı. (Nağıl). Hər on-on beş addımda bir xidmətçi əl-əl üstə duraraq əmr gözləyir, gözlərini qonaqlardan çəkmirdi. M.İbrahimov. Əl-ələ vermək – 1) bir-birinin əlini tutmaq. Gəl verək əl-ələ, çıxaq bir bağa; Gül-gülə sarmaşır, budaq-budağa.. Aşıq Abbas. Yox, yox, bu bayram günü gəlin verib əl-ələ; Yallı gedək bu gün biz. B.Vahabzadə; 2) birgə, bir yerdə çalışmaq, bir iş görmək. İkimiz əl-ələ verib istədiyimizə nail olacağıq. (Qəzetlərdən). Əl-ətək eləmək köhn. – yalvarmaq, iltimas etmək. Əmanətim budur: bir kənara çək; Yalvarıb, yapışıb elə əl-ətək... Q.Zakir. Əli (əlləri) sustalmaq – həvəsdən düşmək, ümidsizliyə qapılmaq, ruhdan düşmək. Əli altında olmaq – yaxında hazır halda olmaq. Kitablar hamısı əlimin altındadır. Əli aşağı düşmək – yoxsullaşmaq, kasıblaşmaq. Əli aşağı olmaq – yoxsul, kasıb olmaq; maddi ehtiyac çəkmək. Əli aşağı olmasaydı, bu il üzümlüyü bir az böyüdərdi. Ə.Əbülhəsən. [Məşədi Məmməd:] ..Ay Səməd dayı, burada mən də bir işə girərdim. Yoxsa əlim çox aşağıdır. B.Talıblı. Eyibdir, bala, müdirimizə bədbəxtlik üz verib, əli aşağıdır, gərək ona kömək edək. “Kirpi”. Əli beldə – lovğalovğa, əkə-əkə. Əli bir yerə (işə) yetişmək – müəyyən bir peşə, sənət, ixtisas sahibi olmaq, bir işdə işləmək. ..Qoy Fərhad qurtarıb gəlsin, əli bir yerə yetişsin, yəqin ki, məni bu halda qoymayacaq, mühəndis bir adama məni saxlamaq ağır olmaz. C.Cabbarlı. Əli boşa çıxmaq – istədiyinə nail olmamaq, təşəbbüsü boşa çıxmaq, nəticəsiz qalmaq, heç bir şey əldə edə bilməmək. [Nəbi] bir neçə adamdan borc pul istəyir, amma əli boşa çıxır. “Qaçaq Nəbi”. Əli çatmamaq – vaxtı, macalı olmamaq, vaxt tapmamaq. Əlim çatmır ki, bir sizə gəlim; // görməmək, görüşə bilməmək, görməyə, görüşməyə vaxtı olmamaq. ..Əhməd də çox zaman şəhərdə və qəzada olur, Cəmilə əli çatmırdı. Mir Cəlal. Əli çıxmaq – məhrum olmaq, əlində saxlaya bilməmək. Kölgəyə uyma hirsü qəflətdən; Ta əlin çıxmasın həqiqətdən. A.Səhhət. Amma sözün doğrusu budur ki, dəxi mollaların məktəbindən əlim çıxandan sonra, əməlli-başlı müsəlman dərsi görmədim. C.Məmmədquluzadə. [Bəhram:] Maldan əlin çıxarsa, canın sağ olsun. C.Cabbarlı. Əli dinc oturmamaq – 1) daim bir şeylə məşğul olmaq; 2) heç bir ehtiyac olmadan toxunmaq, əl vurmaq, toxunaraq, qurdalayaraq xarab etmək. Əli əlinə dəymək – əl verib görüşmək. Mən bir qurban kəsərəm; Əli əlimə dəyəndə. (Bayatı). Əli əsmək (bir şeyin üstündə) məc. – xəsislik etmək. Əli gəlmək – qıymaq, rəva görmək. Əli gəlməmək – qıymamaq, rəva görməmək. Titrəyir, gecikir, əli gəlməyir; Bilməyir nə oyun hazırlar təqdir. Şəhriyar. Əli gətirmək – çox qazanmaq; // oyunda bəxti gətirmək, dalbadal çoxlu udmaq. Əli gətirmir ki, gətirmir. – [Səlim bəy:] Budur, bir neçə gündür əlim çox yaxşı gətirir. Ə.Haqverdiyev. Əli gicişmək – 1) kimisə vurmaq istəmək, vurmağa bəhanə axtarmaq. Əlim gicişir, durub döyəcəyəm ha! 2) zar. əlinə pul gəlmək ehtimalı olmaq. Əli iş tutan – işləyən, işləyə bilən. Əli iş tutanın hamısı buraya toplaşmışdı. Əli işdə olmaq – işləmək, bir işlə məşğul olmaq. Sənət məktəbini bitirən gündən əlim işdədir. “Kirpi”. Əli iti – əldən çox cəld. [Aslan bəy:] [Aydəmir] şeytan oğlu doğrudan igiddir, həm də əli itidir. C.Cabbarlı. Əli kəsilmək – məhrum olmaq. Əli qalxmaq (adətən inkar formasında işlənir) – bax. əli gəlmək. [Pirverdi Camal bəyə:] Üç min deyil, on min də olsa, heç kimin əli qalxmaz sizin canınıza qəsd etsin. N.Vəzirov. Əli qələm tutan – savadlı, yaza bilən. Məktəbin əli qələm tutanı Hidayətin və qəzetin başına toplandı. Mir Cəlal. Əli qələm tutmaq – yazmağı bacarmaq, savadlı olmaq. Əli qıymaq – əli getmək, rəva görmək, əsirgəmək, qıymaq. Əlim qıymır ki, bu ağacları kəsim. Əli qoynunda – məyus, məəttəl, çarəsiz, naçar bir halda. Əli qoynunda durub baxır. – [Pristav:] Bu kasıb bədbəxtin öküzünü aparıbsan, binəvanı əli qoynunda qoyubsan. Ə.Haqverdiyev. [Qızxanım] gündüz axşama qədər və gecə sabaha qədər əli qoynunda, boynu çiynində oğlunun yanını kəsdirib oturur idi. “Məktəb”. Əli silah tutan – silah götürə bilən, silahdan istifadə edə bilən, vuruşa bilən. Hər əli silah tutan aləmə ağalıq etmək istəyirdi. Mir Cəlal. Əli soyumaq – işdən soyumaq, həvəsdən düşmək, ruhdan düşmək. Əli təmiz olmaq – işində düz olmaq, tapşırılan şeyə xəyanət etməmək. [Hacı Murad:] İndi de görüm, əlin-zadın təmizdirmi? S.S.Axundov. Əli təmiz olmamaq – arabir kiçik oğurluğa meyil etmək. Əli titrəmək – bax. əli əsmək. Əli tutmaq – bax. əli gətirmək. Əli üzülmək – ümidi kəsilmək, çarəsiz qalmaq, əli çıxmaq, məhrum olmaq. Dağlar tutum dumanı; Yoxdu bircə umanı; Eldən əli üzülüb; Kimə getsin gümanı? (Bayatı). Əli varmaq – bax. əli gəlmək. Əlin necə vardı ki, bu işi sən gördün? Əli yetişmək (yetmək) – çatmaq, nail olmaq. Onu görmək istəyirəm, əlim yetişmir. – Uzaq düşüb, əlim yetməz; Həsrət qoyma yara məni. Aşıq Abdulla. Əli yüngül – bax. əliyüngül. [Vaqif:] Lələ, əlin yüngüldür, ağanın arxasınca su at, uzaq səfərə gedir. Çəmənzəminli. Əlim yaxanda olsun – o dünyada mənə cavab verəsən (dini təbir). Əlimin içindən (ortasından) gəlmək – yaxşı eləmək, əcəb etmək (bir hərəkətə qarşı edilən etiraza qabacasına cavab). [Sənəm Güllüyə:] Belə yaxşı eləyirəm, əlimin içindən gəlir, yazdırıram .. əlindən gələni beş qaba çək! Ə.Haqverdiyev. Əlində ölmək – bilavasitə özünə baxan, xidmət edən adamın lap yanında, qabağında ölmək. Əlində saxlamaq – başqasına verməmək, əlindən verməmək, öz ixtiyarında saxlamaq, sahib olmaq. Düşmən kəndi əlində saxlamaq üçün bütün qüvvətini sərf etdi. M.S.Ordubadi. // Özünə tabe vəziyyətdə saxlamaq, əldə saxlamaq. Əlindən (əlinizdən) gələni beş qaba çək (çəkin) – hər nə bacarırsan (bacarırsınız) elə(yin), heç şeydən qorxmuram. Əlindən almaq – 1) birini bir şeydən məhrum etmək. Hakimiyyəti burjuaziyanın əlindən almaq. İxtiyarı əlindən almaq. – Sənin kimi bacıoğlunu Allah Rəşidin əlindən alsın. H.Nəzərli. Aldı əldən əqlimi ahü nəvasi bülbülün; Huşu tarac etdi ləhni-dilrübası bülbülün. Ə.Nəzmi; 2) zəbt etmək, zorla almaq. Var-yoxunu əlindən almaq; 3) başqasının şeyinə, malına və s.-yə zorla və ya başqa yolla sahib olmaq, mənimsəmək. Aldadıban alar əlindən varın; Elə ki keyfincə saf gördü karın. Q.Zakir; 4) məhrum etmək. İndi [Həzi Aslanov] vəfat etmiş, ölüm əbədi olaraq onu bizim əlimizdən almışdır. M.İbrahimov. Əlindən çıxmaq – 1) hazırlamaq, qayırmaq, hasil etmək. Bu iş kimin əlindən çıxıb? // Birinin rəhbərliyi altında hazırlanmaq, yetişmək, öyrənmək. Usta əlindən çıxıb; 2) itirmək, qeyb etmək, məhrum olmaq. Əlindən dad çəkmək – həddindən artıq narazılıq, şikayət bildirir. [Namaz:] Camaat Həsənin əlindən dad çəkir. Ə.Haqverdiyev. Əlindən düşməmək – həmişə əlində olmaq, yerə qoymamaq, heç vaxt ayrılmamaq (bir şeydən). Atarsan, yıxarsan xeyli zamandı; Nə ox düşər, nə də kaman əlindən. Q.Zakir. [Gəldiyevin] düz on yeddi gün qələm, xətkeş, pərgar, rezin əlindən düşmədi. Mir Cəlal. [Surxay Aydına:] Əvvəlləri [tar] əlindən düşməzdi. C.Cabbarlı. ...əlindən düşsün! – qarğış ifadəsi kimi işlənir. Əlindən getmək – 1) əlindən çıxmaq, əldə saxlaya bilməmək. Kamandan ox tükəndi; Əlimdən yay da getdi. (Bayatı); 2) itirmək, qeyb etmək, yox olmaq, ölmək. [Həsən:] İndicə bir nər kimi oğlu əlindən getdi. H.Nəzərli. Əlindən gələni etmək (eləmək) – 1) mümkün olan hər bir şeyi etmək, özündən asılı olan hər tədbiri görmək. ..İşin mənafeyinə xidmət etmək üçün əlimizdən gələni edəcəyik; 2) nə bacarırsa, hər nə pislik varsa etmək. [Hafizə xanım:] Çor xanım, zəhrimar xanım, itil çölə.. Bəyin sağlığında əlindən gələni eləyib, indi məni də arvad görüb istəyir mənim başıma corab hörsün. Ə.Haqverdiyev. ...əlindən gələr – ...gözləmək olar (mənfi şəkildə). Əlindən gəlmək – bacarmaq, imkanı, iqtidarı olmaq. Əlimdən gəlsəydi, edərdim. – [Məşədi Həsən:] Yəni özgələrə quyu qazmaq əlindən gəlirmi? Ə.Haqverdiyev. [Qurbanəli:] İgidin əlindən hər şey gələr. H.Nəzərli. Müavin təbiəti yumşaq adam idi, rədd eləmək əlindən gəlməzdi. Mir Cəlal. Əlindən iş gələn – bacarıqlı, işbilən, işbacaran, zirək. [Bədircahan bəyim:] A kişi, adam gərək özünü aldatmasın.. Bu zəmanədə xan, bəy o adamdır, başında ağlı ola, cibində pulu, əlindən iş gələn ola. N.Vəzirov. Əlindən iş gəlməmək – bacarmamaq, heç bir şey edə bilməmək, gücü çatmamaq, aciz olmaq. Ögey atamın anamla rəftarını görüb, əlimdən bir iş gəlmədiyinə görə, biixtiyar ağlardım. H.Sarabski. Əlindən iş gəlməyən – bacarıqsız, aciz, iş bacarmayan adam. Əlindən iş gəlməyən çox danışan olar. (Ata. sözü). Əlindən qaçmaq – yaxasını qurtarmaq, canını qurtarmağa çalışmaq. Əlindən qurtarmaq – 1) fəlakətdən, əziyyətdən, ölümdən qurtarmaq, nicat tapmaq. Rəşidin əlindən ov qurtarmazdı. H.Nəzərli; 2) xilas etmək, azad etmək, qurtarmaq. [Telli:] Yaxşı ki qonaq gəldi, məni ağamın əlindən qurtardı.. Ü.Hacıbəyov. Əlindən tutmaq – birinə maddi kömək etmək, yardım əlini uzatmaq. Əl tutanın əlindən tutarlar. (Ata. sözü). [Məşədi Səttar:] Əlində maya düzəltmək üçün qədim dost və aşnalarına yönəldi, heç kəs əl tutmadı. Ə.Haqverdiyev. [Məşədi Qədim:] Ay arvad, sənə də, mənə də övlad lazımdır ki, qocalanda əlimizdən tutan olsun. T.Ş.Simurq. Əlindən yapışmaq – bax. əlindən tutmaq. Əlindən zara gəlmək – təngə gəlmək, cana gəlmək. Əlində-ovcunda qalsın – ölməsin, çox yaşasın. Əlinə almaq – bax. ələ almaq. Məşhur mərhum xanəndə Hacı Hüsü də Məkkədən gələndən sonra əlinə qaval alıb xanəndəlik eyləyirdi. Ə.Haqverdiyev. Əlinə çöp vermək – aldadıb yola salmaq, başından etmək. Bizim uşaqlar söhbət arasında deyirdilər ki, “filankəsin əlinə çöp verdilər, getdi”. “Kirpi”. Əlinə düşmək – girinə keçmək. [Məşədi Həsən:] Xudanəkərdə, Hacı Seyid Ağabalanın əlinə düşərsən, evin yıxılar. Ə.Haqverdiyev. [Nadir:] Sizi and verirəm Allaha, gedib vaxt var ikən bir tərəfdə gizlənəsiniz ki, məndən sonra zalımlar əlinə düşməyəsiniz. C.Cabbarlı. Əlinə salmaq – əldə etmək, tapmaq, ələ keçirmək, ələ gətirmək. [Hacı Murad:] Qırx il külüng çalıb bir cüzi pul əlimə salmışam. S.S.Axundov. Əlini (əllərini) ölçmək – əllərini oynada-oynada, həyəcanla danışmaq. Əlini ölçməyinə baxma, iş bacaran deyil. ...əlini öpür məc. – əlindən gəlir. Pis işlər həmişə onun əlini öpür. Əlini ağdan qaraya vurmamaq – heç bir iş görməmək, bikar durmaq. ..Neçə yüz adam əlini ağdan qaraya vurmayıb, müftə dolanır. N.Vəzirov. [Şəkinski:] Baxın, deyirəm sizə, bundan sonra hər yetən gəlib yenə bir ağa olacaqsa, mən əlimi ağdan qaraya vurmaram. C.Cabbarlı. Əlini başına çırpmaq (vurmaq) – təəccüblənmək, təəssüflənmək. Əlini bənd etmək – bir işdən yapışmaq. Əlini dizinə vurmaq (çırpmaq) – təəccüblənmək, təəssüflənmək. Əlini vurub dizinə, indi gəlib özünə. (Ata. sözü). Əlini əlinə vermək – vüsala çatdırmaq, görüşdürmək, birləşdirmək, qovuşdurmaq. [Qarı:] Qorxma, oğlan, verrəm əlin əlinə; Eşitdiyin şəhri-Tiflis buradır. “Aşıq Qərib”. Əlini əlinin üstünə qoymaq – bikar, işsiz oturmaq, heç bir iş görməmək. Əlini gözünün üstünə qoymaq – bu hərəkətlə tapşırılan bir işi yerinə yetirəcəyinə söz verdiyini, hazır olduğunu bildirmək. Əlini kəsmək – ümidini üzmək, əlini çəkmək. Əlini qulağının dibinə qoymaq – oxumaq (hava ilə). [Əhməd:] ..[Əntiqə] əlini ki qulağının dibinə qoydu, zalım qızı lap möcüz görsədir. Mir Cəlal. Əlinin dalını yerə qoymaq – 1) tabe olmaq, təslim olmaq, məğlub olduğunu etiraf etmək; 2) tabe etmək, məğlub etmək. Əlinin içi gicişmək zar. – bax. əli gicişmək 2-ci mənada. Əlimin içi gicişir deyəsən, əlimə pul gələcək. Əlinin suyu – qüvvəti, gücü, zülmü. Əlinin suyunu heç kəs görməsin! Əllər yuxarı! – bax. əllərini qaldır! Əlləri dalında – əllərini dal tərəfdə bir-birinə çatmış halda. Əlləri dalında gəzinir. Əlləri qızıldır – mahir usta, sənətkar haqqında. Əlləri yanına sallanmaq – məyus olmaq, ruhdan düşmək, ümidsiz olmaq. Əllərini daraqlamaq – əl barmaqlarını bir-birinə keçirmək. Əllərini düyünləmək – əllərinin barmaqlarını bir-birinə keçirərək düyün halına gətirmək. ..Alagöz tir-tir titrəyib əllərini düyünlədi. S.Rəhimov. Əllərini görmək olmamaq – çox sürətlə işləmək. [Qızlar] pambığı elə sürətlə yığırdılar ki, əllərini görmək olmurdu. (Qəzetlərdən). Əllərini işə salmaq – 1) əlləri ilə işləməyə, bir iş görməyə başlamaq; 2) əlləri ilə vurmağa, dalaşmağa başlamaq, fiziki qüvvəyə əl atmaq. Əllərini qaldırmaq – təslim olmaq. Əllərini ölçmək – danışarkən əl(lər)ini oynatmaq, tərpətmək. Əllərini ölçə-ölçə danışmaq. Əllərini öpür (adətən cəm şəklində) – hazırdır. ...əlini(zi) çək(in)! – başqasının daxili işinə qarışmamağı, başqasına toxunmamağı tələb edən nida. Əllərini yana salmaq – ayaq üstə sakit, hərəkətsiz durmaq; qımıldanmamaq. Bir əldə (olmaq) – bir adamın ixtiyarında, bir adamda, bir şəxsdə (olmaq). Bir əldə iki qarpız tutmaq – eyni vaxtda bir neçə işdən yapışmaq, yaxud bir neçə məqsədi əldə etməyə çalışmaq. Dörd əl mus. – iki adam tərəfindən piano çalma üsulu. Dörd əllə – bax. dördəlli. əla sif. [ər.]\n1. Ən yüksək, ən yaxşı, ən gözəl. Əla meyvə. Əla şey. – [Qərib:] Yarın eyvanında cüt qoşa qızla; Şahsənəm əladır, hamısı gözəl. “Aşıq Qərib”. Həmin bu yetər ki, desən; Qullarımdan əladır bu. Q.Zakir. Leylinin bir lətafəti yoxdur; Ondan əla gözəl sənəm çoxdur. S.Ə.Şirvani. // Tələbələrin biliyinə verilən ən yüksək qiymət. Əlaya layiq cavab verdi. Kimyadan əla qiymət aldı. // Zərf mənasında. Əla oxumaq. Tapşırığı əla yerinə yetirmək. Vəzifəsini əla başa düşür. – Şiraslan, yoldaşları arasında əla qiymətlə oxuduğu üçün seçilir, divar qəzetində onun kiçik şeirləri də çıxırdı... S.Rəhimov. Əla oxuyan, hörmət qazanan bir tələbəyə nə ad qoyub, nə qara yaxasan? Mir Cəlal.\n2. klas. Daha hündür, daha uca, daha yüksək. Camalın şöləsi günəşdən əla; Səni görən necə olmaz mübtəla. Sarı Aşıq. // Keyfiyyətcə ən yaxşı, yüksək. Əla növ. – [Hacı] İtotaran Daşdəmirin oğlu Naqqal Feyzulladan iki kisə də əla xına alıb evə qayıtdı. H.Sarabski. Stolların üstünə o qədər də əla olmayan qırmızı mahuddan örtük çəkilmişdi. M.İbrahimov. əlac is. [ər.]\n1. Bir xəstəliyin sağalmasına kömək edən hər bir şey; dərman, dava. Hazır əlaclar var. – Firuzə xəstəni bir an gözdən qoymurdu, həkimin yazdığı əlacı vaxtlı-vaxtında içirir və üstündə gecə-gündüz yarpaq kimi titrəyirdi. A.Şaiq. [Sadıq kişi:] Ay usta Hüseyn, bizim Məmmədvəlinin burnu qanıyıb, nə əlac edirik, qan kəsilmək bilmir. C.Məmmədquluzadə.\n2. Tədbir; vasitə. Bu işi yoluna qoymaq üçün bir əlac axtarmalı. – Der: – Qanda bulum əlacın, ey yar? Kimdən yetə ehtiyacın, ey yar? Xətayi. // Çarə. [Ağa Kərim xan:] İt hürdükcə qaçıram bağa, əlac nədi, qorxuram. N.Vəzirov. • Əlac etmək – müalicə etmək, sağaltmağa çalışmaq. Əlac vermək (etmək, tapmaq) – vəziyyətdən qurtarmaq, çıxış yolu tapmaq (göstərmək), çarə tapmaq. [Aslan:] Yox, böylə deyil, buna bir əlac tapmalıyıq. İ.Musabəyov. [Birinci kəndli:] Əlac elə, aşağı bağlar əldən getdi. H.Nəzərli. Bəlkə tez gələsən, əlac verəsən; Sünbülün saçını yığıb hörəsən. N.Rəfibəyli. Əlacı kəsilmək (üzülmək) – çarəsi kəsilmək, çarəsiz qalmaq. Nə qədər güc vurdu, götürmədi əl; Kəsildi əlacı, qaldı məəttəl. Q.Zakir. Əlacım hər tərəfdən kəsildi, bir təbəqə kağızı qoydum qabağıma, dedim, indi söylə, mən yazım. Qantəmir. əlaclı sif. Əlacı, dərmanı olan, sağala (sağaldıla) bilən, müalicəsi olan. əlacpəzir sif. [ər. ilac və fars. ...pəzir] Əlacı (dərmanı) olan, sağala (sağaldıla) bilən, müalicəsi olan. Ustanın azarı əlacpəzir deyildi. Çəmənzəminli. əlacpəzirlik is. Əlacı, dərmanı olma; sağala (sağaldıla) bilmə. Xəstəliyin əlacpəzirliyi. əlacsız 1. sif. Davasız, dərmansız, sağalmaz, əlacı olmayan. Əlacsız xəstəlik sağalmaz. Əlacsız dərdə düşmək. – Gah sələmə pul verdi, bəzən də dərman satdı; Əlasız xəstələri min kələklə aldatdı. N.Rəfibəyli.\n2. zərf Çarəsiz, imkansız. Çıxılmaz vəziyyətdə əlacsız qalmaq. Əlacsız olmaq. – ..Əlacsız qalıb mən alacəhrəni çıxarıb ona göstərdim və nə üsul ilə tutduğumu söylədim. S.S.Axundov. [Tapdıq] əlacsız qalıb, içəridən sınıq maşını götürüb məşğul olmaq istədi. Ə.Vəliyev. Heç yerdə ədalət buradakı qədər gücsüz, əlacsız olmamışdı. Mir Cəlal. əlacsızlıq is. Çarəsizlik, naəlaclıq. Pərşan .. yorulub əlacsızlıqdan (z.) “Aşıq Ələsgər”i götürdü, vərəqlədi. M.İbrahimov. əlaçı sif.\n1. Bütün fənlərdən əla qiymət alan. Əlaçı tələbə. – Şirmayı əlaçı şagirdlərdən biri idi. M.Hüseyn. Əlaçı qız Aybəniz; Lövhəyə çağırılır. M.Seyidzadə. // İs. mənasında. Əlaçıların şəkilləri divar qəzetində çıxmışdır.\n2. Öz vəzifəsini, işini əla yerinə yetirən. Əlaçı şofer. Əlaçı satıcı. // İs. mənasında. İstehsalat əlaçıları. əlaçılıq is. Əla qiymətlə oxuma, bütün dərslərdən əla qiymət alma. Əlaçılıq uğrunda mübarizə. – [Ceyran] öz sinfinin əlaçılığı uğrunda əlləşirdi. S.Rəhimov. əlahəzrət sif. və is. [ər.] köhn. Padşahların və onların arvadlarının titulu. [Atabəy:] Mənim özüm də əlahəzrəti ziyarət etməyi düşünürdüm. M.S.Ordubadi. əlahiddə [ər.]\n1. sif. Ayrı, başqa. Əlahiddə məsələ. Əlahiddə şəkil. – [Hacı Qara] üç yüz qızıl sanayıb əlahiddə kisələrə qoyur, sonra gedir, tüfəng, tapançasını, xəncərini, qılıncını gətirir. M.F.Axundzadə. Məşədi Əsgər çamadanı yerdə görcək daha əlahiddə fikir başına gətirməyib, ancaq onu bildi ki, götürüb qaçmaq üçün əsil fürsət məqamıdır. S.M.Qənizadə.\n2. zərf Ayrıca, xüsusi. Əlahiddə yaşamaq. Əlahiddə çalışır. Bu qürbət şəhərdə hərbi xidmətdə olan bir neçə yoldaşla bərabər əlahiddə bir evdə yaşayırdıq... Ə.Məmmədxanlı.\n3. sif. Xüsusi. ..O, mart ayının axırlarında Təbrizə gələcəyini yazmış və sizə əlahiddə salam göndərmişdir. M.S.Ordubadi. əlahiddələşmə “Əlahiddələşmək”dən f.is. əlahiddələşmək f. Bir şeydən ayrılaraq xüsusi şəklə düşmək, xüsusiləşmək. əlahiddəlik is. Ayrılıq, xüsusilik. əlaqə is. [ər.]\n1. Qarşılıqlı münasibət, bir-biri ilə bağlılıq. Sənaye ilə kənd təsərrüfatı arasında əlaqə. Elmlə praktika arasında əlaqə. Ticarət əlaqələri. Beynəlxalq əlaqələrin möhkəmlənməsi. Qohumluq əlaqəsi. // Qarşılıqlı asılılıq, bir-birindən asılı olma. Səbəbiyyət əlaqəsi. Elmlərin bir-biri ilə əlaqəsi. // Sıx münasibət, yaxınlıq, bağlılıq. Dostluq əlaqəsi. Əlaqəsini kəsmək. Onlarla mənim heç bir əlaqəm yoxdur. // Ünsiyyət. Dil insanlar arasında əlaqə vasitəsidir.\n2. Münasibət. Aralarında səmimi əlaqə var. – Onların qadına qarşı əlaqələrindəki mehribanlığı xoşlayırdı. M.İbrahimov. [Dilbər:] Sevgilisini görmüş və öz əlaqəsini bildirmişdi. Ə.Sadıq.\n3. Sevgi, ürək bağlılığı, məhəbbət. Qətibə bu əlaqənin başlanmasını öz məqsədinə uyğun bilirdi. M.S.Ordubadi.\n4. Cinsi yaxınlıq, müaşiqə.\n5. Yaxın tanışlıq, dostluq, yaxınlıq. Musiqi aləmi ilə onun yaxın əlaqəsi vardır. – [Mehriban] bu vaxtadək kimsənin qarşısında boyun əyməmişdi. İndi onu sevmək istəməyən bir adamla əlaqəsi necə ola bilərdi?! S.Hüseyn.\n6. Rabitə, rabitə vasitəsi. Canlı əlaqə. – Kərim radio vasitəsilə sahillə əlaqəyə girdi. M.İbrahimov. Əlaqə tezliklə bərpa edilməli idi. Ə.Əbülhəsən.\n7. Maraq, münasibət. Əlaqə göstərmək. Əlaqə oyandırmaq. – ..[Səlimi] tərpənmir, danışmır, əlaqəsini bildirmir, heç bir şey ifadə etməyən gözləri ilə [Hikmət İsfəhaninin və İranpərəstin] bütün hərəkətlərini izləyirdi. M.İbrahimov.\n8. İştirak, hissəsi olma, payı olma, aidiyyəti olma. Kitabın tərtibində onun da əlaqəsi var.\n9. Dəxli olma, münasibəti olma; aidiyyət. [Yaşlı kişi:] Hərəmxana ilə heç bir əlaqəsi olmayan bu otaqların ancaq birisinin qapısı vardı. S.Hüseyn. əlaqəçi is. Qoşun hissələrində əlaqə xidməti görən əsgər və ya zabit. əlaqədar sif. [ər. əlaqə və fars ...dar]\n1. Əlaqəsi, münasibəti, bağlılığı olan; bağlı. Dərs ilinin başlanması ilə əlaqədar tədbirlər. Hazırlıq işləri ilə əlaqədar məsələlər. – Yəqin bu məsələ onun dalğınlığı ilə də əlaqədardır. A.Şaiq. Əbil ötən günlərin həsrətini çəkmirdi, onun keçmişlə əlaqədar heç nəyi yox idi. Ə.Vəliyev. Qədir kişi bu hörmətlərdən darıxmır, bunu özünün yaxşı işləməsi ilə əlaqədar bilirdi. Ə.Sadıq. // Aidiyyəti olan. Əlaqədar təşkilatlar.\n2. İştirakı olan, hissəsi olan. Kitabın tərtibində üç müəllif əlaqədardır. ‣ ...əlaqədar olaraq – ...nəticəsində, ...görə, ...münasibəti ilə, ...bağlı olaraq, ...müvafiq olaraq. Qatarın gecikməsi ilə əlaqədar olaraq, müşavirəyə vaxtında çata bilmədim. Qərarla əlaqədar olaraq, böyük hazırlıq işləri görülmüşdür. Bu məsələ ilə əlaqədar olaraq, qarşıya ciddi vəzifələr çıxır. əlaqədarlıq is. Bağlılıq, asılılıq; qarşılıqlı əlaqə. əlaqələndirilmə “Əlaqələndirilmək”dən f.is. əlaqələndirilmək məch. Bir-biri ilə sıx surətdə bağlanmaq, aralarında əlaqə, rabitə, münasibət, uyğunluq yaradılmaq, əlaqədar edilmək, uzlaşdırılmaq. Bu proqramlar və dərsliklərin bəzisi təcrübə ilə əlaqələndirilmişdir. əlaqələndirmə “Əlaqələndirmək”dən f.is. əlaqələndirmək f. Əlaqədar etmək, bir-biri ilə bağlamaq, aralarında əlaqə, münasibət, rabitə, uyğunluq yaratmaq; uzlaşdırmaq; bir-biri ilə əlaqədar halda göstərmək. Mühazirələrdə gətirilən faktik materialları (bugünkü) həyatla əlaqələndirmək lazımdır. əlaqələnmə “Əlaqələnmək”dən f.is. əlaqələnmək f. Əlaqədar edilmək (olunmaq), uzlaşdırılmaq. Sözlər bir-biri ilə əlaqələnmirdi. əlaqəli sif.\n1. Əlaqəsi olan, əlaqədar, bir-biri ilə bağlı, asılı. Əlaqəli məsələlər.\n2. Asılı, bir-birindən asılı, bir-birinə tabe. Şöbələr müəssisənin ümumi idarəsi ilə əlaqəlidir. əlaqəlilik is. Bir-biri ilə sıx bağlılıq, bir-birindən asılılıq. əlaqəsiz sif.\n1. Aralarında əlaqə, rabitə, asılılıq, bağlılıq, münasibət olmayan; rabitəsiz.\n2. Maraq və əlaqə göstərməyən, əhəmiyyət verməyən, fikir verməyən; laqeyd. Məsələyə əlaqəsiz (z.) yanaşmaq. əlaqəsizlik is. Arada əlaqə, rabitə, ünsiyyət, münasibət olmaması; maraqsızlıq. Əlaqəsizlik göstərmək (maraqlanmamaq, maraq göstərməmək). əlalıq is. Əla şeyin hal və keyfiyyəti; çox yüksəklik. Görməmişsənmi mənim təbimin əlalığını; Çox mənim ilə keçib sübhilə şamın, Yusif! Aşıq Qədir. əlaltı 1. sif. və is. Əl altında işləyən, köməkçi işləri görən, köməkçi. Əlaltı fəhlə. Usta əlaltısı. Bənna əlaltısı. – [Səkinə:] ..Aylarla .. buruqda rəhmətlik atasının əlaltısı olub. M.İbrahimov.\n2. zərf Xəlvəti, gizlicə, heç kəsin xəbəri olmadan, əl altından. Əlaltı xəbər göndərmək. – [Xəlil paşa] özü də əlaltı tədarük görüb qoşun-zad hazırladı. “Koroğlu”. Tarverdinin bu hərəkəti, əlaltı öküzləri satıb yeməyi təlimatçı Məcidi pərt eləmişdi. S.Rəhimov.\n3. is. məc. Başqasının göstərişi və ya rəhbərliyi ilə işləyən, iş görən adam; köməkçi. Getdikcə dostlar üz döndərir, tərəfdar azalır, əlaltıları da [Hümməti] eşitmək istəmirdilər. B.Bayramov.\n4. is. Kart və başqa oyunlarda: hazırda oynayan adamdan sonrakı birinci adam. əlaltınca bax. əlalt(ın)dan. Sofulu Hacı İsmayıl Nəbinin gəldiyini eşidib əlaltınca pristava xəbər verdi. “Qaçaq Nəbi”. əlaltdan (=əlaltından) bax. əlaltı 2-ci mənada. Əlaltından işləmək. Əlaltından xəbər vermək. – [Turac:] Demək, özünə əlaltından cehiz düzəltdirmisən? İ.Əfəndiyev. Ana və qayınana əlaltından Zöhrəni bir çox arvadlara göstərdilər. Ə.Vəliyev. əlaltından (=əlaltdan) bax. əlaltı 2-ci mənada. Əlaltından işləmək. Əlaltından xəbər vermək. – [Turac:] Demək, özünə əlaltından cehiz düzəltdirmisən? İ.Əfəndiyev. Ana və qayınana əlaltından Zöhrəni bir çox arvadlara göstərdilər. Ə.Vəliyev. əlaman [ər.]\n1. Yardıma, imdada, köməyə çağırış bildirən nida. Əlaman, qurd inəyi dağıtdı! – Nə qəflətdir bu səndə, ey sitəmgər, cövrü zülmündən; Sərasər yer üzünü sövtü sədayi-əlaman tutmuş. Q.Zakir. Arqadaşlar, əlaman, gəl tez verib də əl-ələ; Həm bu yolda əhdü peyman etməli bundan sora! M.Ə.Sabir. Şikəstə Hamidəm, canan; Dərdindən öldüm, əlaman! Aşıq Hamid. // Yalvarış bildirir. Boyum bərabərisən indi, əlaman, getmə! X.Natəvan. // Şikayət bildirir. Əlaman durnalardan; Qaç yaman durnalardan; Tutaram sorağını; Hər zaman durnalardan. (Bayatı). İsmət, həya, ədəb gedəcək əldən, əlaman! Ə.Nəzmi.\n2. is. İmdad, nicat. Təsəvvür etmə fəğanım həlaki-candandır; Kəman öpər əlüvi, əlamanım ondandır. S.Ə.Şirvani. ‣ Əlamanda olmaq (qalmaq) – çarəsiz qalmaq, nə edəcəyini bilməmək, çətin, çıxılmaz vəziyyətdə olmaq. ..O bədbəxt .. bizdən üz döndərib, qalmışıq əlamanda. N.Vəzirov. ..Ələmdar yerindən tərpənib əlamanda olan ağasının yanına gəldi. S.Rəhimov. əla-mərəkə bax. əla 1-ci mənada. [Qoltuqçu:] Lap əla-mərəkədir. S.Rəhimov. əlamət is. [ər.]\n1. Bir şeyin bilinməsinə, müəyyən edilməsinə vasitə olan nişanə; işarə. Xəstəliyin əlamətləri. Baharın əlamətləri. – Bütün günü Fəxrəddinin xəfiyyələri saray ətrafında gəzib müəyyən əlamətləri daşıyan qadının intizarını çəkirdilər. M.S.Ordubadi. [Oğlan] bütün zahiri əlamətlərinə: gözlərinin rəngi, üzünün cizgilərinə görə rus idi. M.Rzaquluzadə.\n2. İz, əsər, qalıq. Qədim zamanda Azərbaycanda şüşəçilik sənətinin tərəqqi etdiyini göstərən bir çox tarixi əlamətlər var. – Qırx gün, qırx gecə Usta Ağabala yol getdi, ətrafda bir işıq əlaməti görmədi, axırda təngə gəlib bir daşın ətəyində uzandı. Çəmənzəminli. İlk baxışda bu şəhərdə həyat əlaməti görünmürdü. M.Hüseyn. Ərdəbildə baş vermiş hadisələr üçün Firidunun və ya başqa bir adamın tutulduğunu bildirən heç bir əlamət yox idi. M.İbrahimov.\n3. məc. Rəmz, ifadə, işarə. Katib Kosanın sifətində bədbəxtliyi xəbər verən bir əlamət olduğunu mülahizə edərək qorxuya düşdü və yerindən ayağa qalxdı. S.Rəhimov. [Qədir] özünün adamlardan seçilməsini böyüklük əlaməti sayırdı. Mir Cəlal. [Oğlan] yəqin mənim üzümdə heyrət əlaməti görüb əlavə etdi. M.Rzaquluzadə.\n4. məc. dan. Görünməmiş, fövqəladə, tayıbərabəri olmayan şey haqqında. Hər aşiqin bir yarı var; Əlamətdi mənim yarım. Q.Zakir. Qaşların əlamət, gözün afatdı; Alışdırdı canım, odlara çatdı. Aşıq Novrəs. ‣ Əlaməti-fariqə köhn. – bir şeyi başqalarından fərqləndirən əlamət. əlamətdar sif. [ər. əlamət və fars. ...dar] Öz əhəmiyyətinə görə görkəmli, çox böyük əhəmiyyəti olan. Əlamətdar tarix. Əlamətdar hadisə. Əlamətdar gün. – [Şamamanın] təbiətindəki yaxşı, əlamətdar keyfiyyətlərin meydana çıxmasına, ümumun mənafeyi üçün fövqəladə dərəcədə xeyirli olmasına xalq kömək edir. İ.Əfəndiyev. əlamətdarlıq is. Əlamətdar olma, çox əhəmiyyətlilik. Hadisənin əlamətdarlığı. əlan zərf [ər.]\n1. Bu an, indi, hala. Ürəfa məskəni olan Şirvan; Cühəla xabgahıdır əlan. M.Ə.Sabir. [Şeyx Hadi:] Mən də yoldaşlarımla bir yandan; Hində əzm etmək üzrəyəm əlan. H.Cavid.\n2. Hələ də, indiki halda. Əlan buradadır, getməmişdir. – Mədənlər yavrusu cəsur bir insan; Yerindən sıçrayıb danışır əlan. S.Vurğun. əlavə [ər.]\n1. sif. Əsas şeyin üstünə artırılan; üstəlik. Əlavə xərc. Əlavə seans. Bu gün iki əlavə dərs oxuduq. Əlavə vaxt vermək lazımdır. – Məncə, bu .. otağa əlavə bir qapı açmaq lazımdır. M.S.Ordubadi. Cavanları tərbiyələndirmək, onları ölkə üçün yetişdirib boya-başa çatdırmaq əlavə diqqət və qayğı tələb edirdi. M.Hüseyn. • Əlavə etmək – üstünə artırmaq, qoymaq. Məbləğin üstünə iki manat əlavə etmək. Çaya qənd əlavə etmək; // üstəlik olaraq demək və ya yazmaq. Məktuba bir neçə söz əlavə etdi. Mən bu gündən işə başlayacağam, – deyə əlavə etdi. – Zeynal əlavə etdi: – Biz bundan sonra bir damın altında bərabər yaşaya bilməyəcəyik. S.Hüseyn. Sonra əlavə etdi: – Mən bu səsi eşitməyi çox xoşlayıram. M.Rzaquluzadə. Əlavə olaraq – üstəlik olaraq, əlavə kimi, əlavə şəklində. [Mirzə Qədir] öz istirahətini pozub otaqların birini də verməli, əlavə olaraq [Nəsirə] ailəsini keçindirə biləcək bir maaş da təyin etməli idi. S.Hüseyn. [Usta Qəzənfər:] Dəniz neftçiləri .. əlavə olaraq dövlətə tonlarla neft veriblər. Z.Xəlil. Əlavə olunmaq – üstəlik artmaq. [Onu] əridən araqla papiros idi. Son günlərdə qorxu da əlavə olunmuşdu. Ə.Vəliyev.\n2. is. Kitaba, ayrı-ayrı fəsillərə, yazıya və s.-yə artırılan hissə, bəhs və s. Kitabın axırında əlavəsi var. Dissertasiyanın hər fəslinə əlavə verilmişdir. – Xoşqədəm çay süzürdü. Mən əlavələrin yerini müəyyənləşdirirdim. Ə.Vəliyev.\n3. is. Məcmuə və ya qəzet abunəçilərinə artıq, üstəlik olaraq göndərilən kitabça və s.\n4. Qoş. mənasında: ...başqa. İş bilməyən, ancaq yemək-içməkdən əlavə; Bu canlı dəyirmanlarına şükr, xudaya! M.Ə.Sabir. Əlavə, Haşımdan başqa onların bir köməyi yox idi. B.Talıblı. • Bundan əlavə – bundan başqa, üstəlik olaraq. Bundan əlavə, dəxi Yusif şahda həzar gunə özgə eyblər tapdılar. M.F.Axundzadə. Bundan əlavə, Qaraca qız özü də oynamağı tərk etmişdi. S.S.Axundov.\n5. Xüsusi terminologiyada: artım, törəmə, bir maddənin, məhlulun və s.-nin tərkibinə, üstünə əlavə edilən maddə və s. Dizel yanacaqlarına başqa əlavələr qatılır. əlavəsiz sif. Əlavəsi olmayan, əlavə verilməyən. Əlavəsiz məcmuə (qəzet). əl-ayaq top. Qollar ilə qılçalar birlikdə. Əl-ayağını bağlamaq. Əl-ayağı titrəmək (əsmək). – [Köməkçi dedi:] Səriyin əl-ayağını, sürün onu bəri... Nə olubdur? C.Cabbarlı. Hatəmxan evin yerindən tərpənmir, Pası əl-ayağını uzadır və onu yerə çırpırdı. S.Rəhimov. ‣ Əl-ayağa dolaşmaq – mane olmaq, ayağa dolaşmaq. Uşaqları aparın, yoxsa əlayağa dolaşarlar. – [Yaşlı kişi:] Şoğəribə qalmış əl-ayağına dolaşır, – deyərək [Şirinnazın] çarşabını başından alıb yerə atdı. S.Hüseyn. [Hakim] səliqəli stolunun üstündə gördüyü lazımsız kağızları bir-bir cırıb səbətə atırdı ki, “əl-ayağa dolaşmasın!” Mir Cəlal. Əl-ayağa düşmək – təlaşa düşmək, təşvişə düşmək, həyəcanlanmaq. Mehdinin qaçmasını Naxçıvan və Gorus nəçənniklərinə xəbər verdilər. Nəçənniklər əl-ayağa düşdülər. “Qaçaq Nəbi”. Adamlar əl-ayağa düşdülər. İskəndər kişinin cənazəsini samanlığa apardılar. M.Hüseyn. [Nəcəf:] Bəs sən niyə belə əl-ayağa düşmüsən? İ.Əfəndiyev. Əl-ayağı buza dönmək (soyumaq) – əlləri və ayaqları soyumaq, soyuqdan donmaq. Tahirin anası Gülsənəm arvad qaş qaralanda fermada sağını qurtarıb evə qayıdan zaman onun yanaqları gömgöy olmuş, əl-ayağı buza dönmüş, az qala dili tutulmuşdu. M.Hüseyn. Əl-ayağı düz – tərbiyəli, əxlaqlı, ismətli. Anam, bacım, qız gəlin; Əl-ayağı düz gəlin; Yeddi oğul istərəm; Bircə dənə qız, gəlin. (Bayatı). Əlayağı soyumaq – 1) ölümü yaxınlaşmaq, ölmək; 2) həvəsdən düşmək, ruhdan düşmək. Lotuların əl-ayağı işdən-gücdən soyudu... (Nağıl). Əl-ayağı sustalmaq – 1) zəifləmək, taqətsizləşmək. Yavaş-yavaş qulağıma tarqaval səsləri də gəlməyə başladı. Əlimayağım sustaldı. M.Rzaquluzadə; 2) bax. əl-ayağı soyumaq. Əl-ayağı titrəmək – 1) qorxudan və ya soyuqdan əsmək, titrəmək; 2) zəiflik, qocalıq, xəstəlik üzündən əl və ayaqları əsmək. Əl-ayağı üzülmək – bax. əli üzülmək (“əl”də). Əl-ayağı yerdən üzülmək – son dərəcə təəccüblənmək, heyrət etmək. Muxtarov Xanlara baxdıqca özü də məəttəl qalır, bəzən elə bil əl-ayağı yerdən üzülürdü. M.Hüseyn. Əl-ayağına düşmək – təzim etmək, qabağında diz çökmək, yalvarmaq. Əl-ayağını bağlamaq – hərəkət etməsinə imkan verməmək, mane olmaq. Əl-ayağını kəsmək – heç bir iş görməyə qoymamaq, mane olmaq. Əl-ayağını qayırmaq – hazırlaşdırmaq, hazırlıq görmək. [Hacı Həsən:] Ay qız, Fatma, Nazlının əl-ayağını qayır, bu gün gərək köçürək. C.Məmmədquluzadə. Əl-ayağını toplamaq – 1) işə başlamaq, nədən başlamaq lazım gəldiyini müəyyən etmək. Çimnaz isə hələ də əl-ayağını toplaya bilmirdi. Ə.Əbülhəsən; 2) işi qurtarmaq üzrə olmaq, işi tamamlamağa yaxınlaşmaq. Əl-ayağını yığ(ışdır)maq – nizam və intizama tabe etmək, tabe olmağa məcbur etmək, qabağını almaq, istədiyini etməyə qoymamaq, müəyyən çərçivə içərisinə almaq. Əl-ayaq açmaq – istədiyi kimi, sərbəst hərəkət etmək. Əl-ayaq atmaq – bax. əl-ayaq çalmaq. Əl-ayaq çalmaq – çırpınmaq, çapalamaq. Əl-ayaq çəkilmək – bax. əl-ayaq yığılmaq. ..Gecə yarısı əl-ayaq çəkilir, hər şey yuxuya gedir, səs-səda kəsilir. M.S.Ordubadi. Axşam əl-ayaq çəkiləndə bura gəlib, üzünü bu qayaya tutub “a qaya-qaya!” deyə çağırsan, “qaya-qaya!” deyən əks-səda eşidərsən. R.Rza. Çünki elə hər gecə, çəkiləndə əl-ayaq; Qaranlıq döngələrdə onlar verir səs-səsə! Ə.Cəmil. Əl-ayaq eləmək (etmək) – 1) tərpənmək, hərəkət etmək, səy göstərmək, yubanmamaq, cəld tərpənmək. Bir əl-ayaq eləsək, işin canı alınar. – Bədəlovun taqımı doğrudan da elə əl-ayaq elədi ki, Mədədov onları görəndə təəccübdə qaldı. Ə.Əbülhəsən; 2) tapmaq, əldə etmək. Zəhmət çək, mənə bir paket əl-ayaq elə. Mir Cəlal. Əl-ayaq kəsilmək – bax. əl-ayaq yığılmaq. Kənddə əl-ayaq kəsilmişdi. Ə.Abasov. Əl-ayaq qoymaq – bax. əl qoymaq 2-ci mənada (“əl”də). Əl-ayaq oynatmaq – 1) çapalamaq; 2) məc. hədələmək. Əl-ayaq tərpətmək – cəld işləmək, tələsmək, hərəkətə gəlmək, səy etmək. Bir əlayaq tərpət görək. – [Eyvaz kişi] bir qədər əl-ayağını tərpədərək üzdüsə də, birdən suların arasında yox oldu. Ə.Vəliyev. Əlayaq vermək – kömək etmək. Qonaqlıqda əl-ayaq verən çox olduğundan hər iş qaydalı gedirdi. Əl-ayaq yetişməmək (çatmamaq) – çox uzaqda olmaq, görüşmək mümkün olmamaq. Cənnətin hurisi, ərzin mələki; Yetişməz, yüz qala, əl-ayaq sənə. Q.Zakir. Əl-ayaq yığılmaq (yığışmaq, yığışılmaq) – gediş-gəliş, hərəkət kəsilmək, hamı evinə çəkilmək. Axşamdan xeyli keçmişdi, kənddə əl-ayaq çoxdan yığılmışdı. M.Hüseyn. Əl-ayaqda qalmaq – ortada qalmaq, başqalarının əvəzinə cavab verməli olmaq. Qadın bağırırdı: – ..Hərəniz özünüzü bir deşiyə soxun, əldə-oyaqda mən qalım! Ə.Əbülhəsən. Əl-ayaqda olmaq – hazırlıq görmək, tədbir görmək, amadə olmaq, hazır olmaq. Əl-ayaqdan düşmək – əldən düşmək, bərk yorulmaq. Mən səni izləməkdən düşmüşəm əl-ayaqdan. S.Rüstəm. Əldən-ayaqdan düşmək – bax. əl-ayaqdan düşmək. Əldən-ayaqdan getmək – bax. əldən getmək 1-ci mənada (“əl”də). Onun üçün nə əldən-ayaqdan gedirsən? – Kimisi əldən-ayaqdan gedir, kimisi sadəcə gülür, kimisi də haylı-küylü danışığı ilə özünü gözə verməyə cəhd edirdi. S.Rəhimov. Bəndalı ustasının xahişinə tez və dürüst əməl eləmək üçün əldən-ayaqdan gedir, kürə qabağında fır-fır fırlanırdı. Mir Cəlal. Əldən-ayaqdan olmaq – çox gəzməkdən yorulmaq, əldən düşmək. Əldən-ayaqdan salmaq – 1) çox gəzmək, hər yerdə olmaq; 2) taqətdən salmaq, yormaq. [İkinci mühafiz:] Tüksüz yapıncı .. [Ələmdarı] bu fırtınada lap əldən-ayaqdan salacaqdır. S.Rəhimov. Əlini-ayağını çəkmək – bir yerə daha gedib-gəlməmək, əlaqəsini kəsmək. əlbaqi sif. [ər.] Artıq qalan, qalıq. ..Qalan əlbaqi paraların kimlərə paylandığı haqqında hesab verir. M.S.Ordubadi. // is. Qalan pul, pulun verilməyib qalan hissəsi. Pulun əlbaqisi kimdən çatacaq? əlbəəl zərf\n1. Əldən-ələ, birindənbirisinə. Kitab əlbəəl gəzdi. – Muradım, səninlə verəm əlbəəl; Bu gülşən içində gəzəm əlbəəl. Aşıq Murad.\n2. Cəld, tez, əlüstü, dərhal, o saat. Xubların yaxşısı olmaz kəmməhəl; İşarə edən tək gələr əlbəəl. Q.Zakir. [Rəhim xan:] Sən gərək Tehrana səfər edib Mirzə Rzanın qızını əlbəəl şaha təqdim edəsən. C.Cabbarlı. əlbəsə is. [ər. “əlbisə” – “libas” söz. cəmi] köhn. Libas, paltar. Dərhal dimdik qalxdım. Əlbəsəmi geydim. A.Şaiq. [Kor kişinin] .. əlbəsəsinin tərzi, biçimi avamlığını .. andırırdı. S.Hüseyn. əlbəsəli sif. köhn. Əlbəsə geymiş, paltarlı, paltar geymiş. Gözəl əlbəsəli adam. – Önündən qələbəliyi yarıb keçən arabaları, isti əlbəsəli, şən çöhrəli insanları .. süzdü. A.Şaiq. əlbəsəlik sif. köhn. Əlbəsəyə yararlı, əlbəsə üçün olan; paltarlıq. Əlbəsəlik parça. – Onun içinə oğlan evi bir əlbəsəlik ipək parça, iki imperial və bunun əmsalı bir şey qoyub qaytaracaqlar. R.Əfəndiyev. əlbət [ər.]\n1. bax. əlbəttə. Əlbət gələcəkdir. Dünyaya gələn əlbət gedər. – Demək olmaz dirilər tək yatıb, əlbət duracaq; Ölülər yatmağıdır, yox buna payan, ölüb... ə! M.Ə.Sabir. • Əlbət ki – təbii ki, şübhəsiz. Əlbət ki, on il bundan qabaq belə proyekt mühüm idi. Mir Cəlal.\n2. ara s. Yəqin (ki), görünür (ki). Əlbət, bunda bir sirr var. – Dərvişəm, kəşkülüm var; Hər güldən beş gülüm var; Gəlmişəm mən qapına; Əlbət, bir müşkülüm var. (Bayatı). [Səlimə:] Əlbət, odunu satılmır nədi, kəsdirib bazarı ac-susuz. Ə.Haqverdiyev. Sevgisiz, yoldaşsız bir gözəl kimi; Sükuta qərq olub yaşardın, əlbət. M.Dilbazi. əlbəttə 1. zərf Mütləq, hər halda. Əlbəttə gəlməlidir. Getmək əlbəttə lazımdır. – Bir belə adamın içində yəqin; Əlbəttə, bədnəzər var, oynamasın. Q.Zakir. [Müsyö Jordan:] Əlbəttə sehrdir, mat qalmalı işdir, bir türfətüleyndə qəflətən Parij xarab olubdur. M.F.Axundzadə.\n2. ara s. Şübhəsiz, təbii ki. O, əlbəttə, haqlıdır. – Ol qədər cövr etmə üşşaqə ki, səndən çəksin əl; Şah rəiyyətsiz ola, əlbəttə, şövkətdən düşər. S.Ə.Şirvani. [Mazandaranski:] Əlbəttə, mən heç özümü səndən əskik adam bilmirəm. C.Cabbarlı. əlbəyaxa 1. is. Şiddətli dava, vuruşma; mübarizə. [Kərim] bilirdi ki, əlbəyaxa vaxtı dəmadəm yaxınlaşır. S.Rəhimov. Mən bu qara xəyallarla əlbəyaxa ikən, birdən, deyəsən, gözümə bir işıltı dəydi, yox oldu, yenə göründü. M.Rzaquluzadə. • Əlbəyaxa olmaq – bərk vuruşmaq, çarpışmaq; mübarizə etmək. Çar hökumətinin siyasəti çarın işğal orduları ilə bizi əlbəyaxa olmağa məcbur etdi. M.S.Ordubadi. Ər və arvad əlbəyaxa oldular. C.Məmmədquluzadə. [Yusifin] cəbhədə keçirdiyi günlər, ölümlə əlbəyaxa olub, ad-san qazandığı vaxtlar gözünün qabağına gəldi. B.Bayramov.\n2. sif. Şiddətli, amansız. Əlbəyaxa çarpışma getdikcə şiddətlənirdi. Ə.Əbülhəsən. • Əlbəyaxa vuruş(ma) – silahsız halda və ya soyuq silahla aparılan döyüş. Pilləkəndə əlbəyaxa vuruşma uzun çəkdi. Mir Cəlal. Mən səni düşünərək getdiyim zaman huşa; Bəlkə də sən girirsən əlbəyaxa vuruşa. Ə.Cəmil. Əlbəyaxa vuruşmaq – birbirindən yapışmaq, şiddətli vuruşmaq. Araz onlarla əlbəyaxa vuruşaraq təslim olmurdu. A.Şaiq. Müşkünaz təkliklə əlbəyaxa vuruşur, bu təkliyi evdən qovub uzaqlaşdırmaq istəyirdi. Ə.Vəliyev. əlbir 1. zərf Bir-birinə kömək edərək; bərabər, birgə, birləşərək. Əlbir işləmək. – [Altunbay:] Elxan biləgənli, sən Solmazı sevir isən, özündə onu qoruyacaq bir cəsarət duyur isən, and iç, əlbir çalışaq. C.Cabbarlı. [Nəbi:] Düşünüb bayaqdan tökmüşəm tədbir; Gərək sinə gərək düşmənə əlbir! S.Rüstəm. // Şərik, bir yerdə, birlikdə. Bu işi onlar əlbir görmüşlər. • Əlbir olmaq – yoldaş olmaq, birgə hərəkət etmək, bir məqsəd üçün birləşmək. Əlbir olub bir ayı bir şir ilə; Ovladılar dovşanı tədbir ilə. A.Səhhət. [Nəbi:] Əlbir olub od salmaq üçün düşmənlərin canına; Sinən üstdən yol ver, keçim qardaşımın yanına! S.Rüstəm. Bir hökmdar deyil, yığılıb hətta; Yüzü əlbir ola, gələ, vermərəm! M.Rahim.\n2. sif. Həmrəy, çox yaxın, birgə işləyən. Əlbir yoldaşlar. Əlbir iş. – İndi, indisə sürət qatarında qızıl diplomla, əlbir və ürəkbir yoldaşlarımla evə dönürəm. Mir Cəlal. əlbir-dilbir bax. əlbir. [Nəcmi:] Bu vaxta kimi əlbir-dilbir, asayişlə yaşayan .. bu dinc camaatın arasına nə üçün iğtişaş düşsün? Ə.Əbülhəsən. [Hacı:] Buxaralı Buxaradan, Bağdaddan, Tehrandan – adını müsəlman qoyan gərək əlbir-dilbir səy eləsin. Mir Cəlal. Hər halda gümanım budur ki, əlbir-dilbir olsaq, Xanpəri xalanı düz yola gətirə biləcəyik. Ə.Vəliyev. əlbombası is. Əl ilə tullanılıb atılan bomba. Dəstə komandiri hər əsgərə 35 güllə və iki əlbombası payladı. Mir Cəlal. əlborcu is. Tez ödənilmək şərti ilə verilən, ya alınan azacıq borc pul, yaxud başqa şey. Əlborcu almaq. Mənə on manat əlborcu ver. – ..Yaşıdlarından və yaxın dostlarından biri, bu gün ondan əlborcu qazıma borusu istəməyə gələndə Qüdrətdən bunun da səbəbini soruşdu. M.Hüseyn. [Surxay:] ..Sən öləsən, Hüseyn, bu gün evimizdə çörək olmayıb, gəlmişəm, səndən bir az əlborcu pul alam. S.Rəhman. əlcə sif. Kiçik, azacıq, bir tikə, əl qədər. Əlcə çörək. Əlcə ət. – Anası bir əlcə əppəyə dönüb yoxa çıxıbdır. S.Rəhimov. Mövqeyə gələn kimi Abbas karandaşla bir əlcə kağıza ərizəsini yazdı, üç nəfərdən zəmanət aldı. Ə.Əbülhəsən. [Gülzar:] [Ağalarov] dişini bizim o bir əlcə torpağa qıcadıb. Ə.Məmmədxanlı. əlcəcik sif. Lap balaca, balaca əl boyda (adətən “bir” sözü ilə). Yun şalına bürünmüş bir əlcəcik çöhrəsində Ağcanın gözləri parlayıb yanırdı. Ə.Əbülhəsən. əlcək is. Əli soyuqdan və s.-dən qorumaq üçün barmaqlı, ya barmaqsız əl geyimi. Uzun əlcək. Əlcək toxumaq. Meşin əlcək. Qadın əlcəkləri. Beşbarmaq əlcək. Təkbarmaq əlcək. Bir corab, bir əlcək, bir isti köynək; Bir də ki yun başlıq göndərirəm, al! S.Vurğun. əlcəktikən (=əlcəktoxuyan) is. Parçadan əlcək tikən, yaxud yundan, iplikdən əlcək toxuyan usta. əlcəktoxuyan (=əlcəktikən) is. Parçadan əlcək tikən, yaxud yundan, iplikdən əlcək toxuyan usta. əlçatan sif.\n1. Hündür olmayan, əl çata bilən, alçaq. Əlçatan divar. Əlçatan rəf.\n2. Uzaq olmayan, yaxın. Əlçatan yer.\n3. Əldə edilə bilən, ələ düşə bilən, münasib. əlçatmaz sif.\n1. Hündür, uca, yüksək. Əlçatmaz minarə. Əlçatmaz hasar. // məc. Yetişmək, nail olmaq, əldə etmək mümkün olmayan. [Adilə:] Mən yaxında, əlim altında olan səadətə qovuşmaq istəyirəm, uzaqlara, əlçatmaz səadətlərə doğru qaçmaq istəmirəm. Ə.Məmmədxanlı.\n2. Uzaq, gedib-gəlmək çətin olan. Əlçatmaz yer. – Cüməyəm, müşküldü aşıqla hallar; Neyləyim, əlçatmaz, uzaqdır yollar. Aşıq Cümə. Onları apardılar özlərilə dağlara; Kəndlərə, şəhərlərə, əlçatmaz uzaqlara. S.Rüstəm.\n3. Möhkəm, alınması, tutulması, girilməsi mümkün olmayan, ya çətin olan. [Məhərrəm:] Rüstəm bəy evini eyləyib bir əlçatmaz qala. N.Vəzirov. əlçatmazlıq is. Əlçatmaz şeyin halı, vəziyyəti; uzaqlıq, yaxud yüksəklik, hündürlük. əlçim (=əlçin) is. Bir dəfədə əldə tutulub cəhrədə ip halına gətirilə bilən qədər (yun). O arvad gündə yüz əlçim yun əyirir. – [Tapdıq] ..gah yun darağının qoynuna yığılmış əlçimlərə, hərdənbir də cəhrənin tağalağına çox diqqətlə baxırdı. Ə.Vəliyev. İndi cəhrə uğuldayır, uğuldadıqca yun əlçimi eşilib sapa dönərək iyə toplanırdı. Ə.Əbülhəsən. • Bir əlçim – bir əldə tutulacaq qədər. Göy açıq; Nə bir əlçim bulud; Nə bir qucaq duman. R.Rza. əlçin (=əlçim) is. Bir dəfədə əldə tutulub cəhrədə ip halına gətirilə bilən qədər (yun). O arvad gündə yüz əlçim yun əyirir. – [Tapdıq] ..gah yun darağının qoynuna yığılmış əlçimlərə, hərdənbir də cəhrənin tağalağına çox diqqətlə baxırdı. Ə.Vəliyev. İndi cəhrə uğuldayır, uğuldadıqca yun əlçimi eşilib sapa dönərək iyə toplanırdı. Ə.Əbülhəsən. • Bir əlçim – bir əldə tutulacaq qədər. Göy açıq; Nə bir əlçim bulud; Nə bir qucaq duman. R.Rza. əldarağı is. Yun daramaq üçün taxta altlığa bənd edilmiş, ucu şiş məftillərdən ibarət alət; daraq. əldəbir sif. məh. Birinci növbədə nəzərə alınmalı olan; vacib, lazım. əldəki sif. Əldə olan, ortada olan, mövcud olan, nağd. Əldəki vəsaitdən lazımınca istifadə etməli. əldəqayırma (=əldəqayrılma) sif.\n1. Fabrik, ya zavodda deyil, əl ilə qayrılmış, düzəldilmiş, istehsal edilmiş. Əldəqayrılma şey. – Bəzi mağaza müdirləri .. əldəqayırma çəkmələri fabrik məhsulu adı ilə camaata satırlar. “Kirpi”.\n2. məc. Biliyi, hazırlığı, bacarığı olmayan, öz sənətini, işini pis bilən; ləyaqətsiz. Bu əsərindən də görünür ki, bəzi əldəqayrılma alimlər kimi, ordan-burdan çırpışdırmır. M.Hüseyn. // Qeyri-həqiqi, yalançı. [Qənbərqulu:] Heç tikə də yaraşmır, çünki sən əldəqayırma bəysən. Bəyin gərək dədəsi də bəy ola. B.Talıblı. əldəqayrılma (=əldəqayırma) sif.\n1. Fabrik, ya zavodda deyil, əl ilə qayrılmış, düzəldilmiş, istehsal edilmiş. Əldəqayrılma şey. – Bəzi mağaza müdirləri .. əldəqayırma çəkmələri fabrik məhsulu adı ilə camaata satırlar. “Kirpi”.\n2. məc. Biliyi, hazırlığı, bacarığı olmayan, öz sənətini, işini pis bilən; ləyaqətsiz. Bu əsərindən də görünür ki, bəzi əldəqayrılma alimlər kimi, ordan-burdan çırpışdırmır. M.Hüseyn. // Qeyri-həqiqi, yalançı. [Qənbərqulu:] Heç tikə də yaraşmır, çünki sən əldəqayırma bəysən. Bəyin gərək dədəsi də bəy ola. B.Talıblı. əldən zərf\n1. dan. Tez, arada, cəld. Əldən get, bazardan qənd al, gəl.\n2. Mağazadan yox, xüsusi şəxsdən, alverçidən. Əldən almaq. əldəyirmanı is. Un üyütmək, yarma çəkmək üçün əl ilə işlədilən kiçik dəyirman. Axşam lampa işığında Telli əldəyirmanı ilə yarma çəkirdi. S.Hüseyn. // İstiot, qəhvə, duz və s. kimi şeyləri üyütmək üçün əl ilə işlədilən kiçik maşın; kirkirə. əldəyməmiş f.sif. Toxunulmamış. [Qərib:] Üç gözəlin biri bizə qohumdur; O birisi əldəyməmiş qovundur. “Aşıq Qərib”. Bizə bu dağ, bu dərə; Təslim olsun bir kərə! Əldəyməmiş yerlərə; İşləsin qüvvətimiz.. S.Vurğun. əldəyməz bax. əlçatmaz. əleyh [ər.] Adətən “əleyhinə” şəklində adlıq və yiyəlik hallardan sonra işlənir: ...ziddinə, ...qarşı. Əleyhinə səs vermək. Əleyhinə getmək. Təklifin əleyhinə çıxmaq. Düşmən əleyhinə. – [Nəsir] də məlum fikirlər üzərində ləhinə və əleyhinə olmaq üzrə söz söyləyirdi. S.Hüseyn. Bəzi kəndlilərə də kimin lehinə, kimin əleyhinə, nəyə qarşı əl qaldırmağı başa salmaq çətin idi. Mir Cəlal. Əziz təklifin əleyhinə səs verdi. Ə.Əbülhəsən. əleyhdar sif. [ər. əleyh və fars. ...dar] Əleyhinə, ziddinə, əksinə olan; düşmən. O sizə əleyhdar adam deyil. Onda mən əleyhdar bir hərəkət görmədim. // İs. mənasında. ..Əleyhdarlar böyük ədibin kəlamına təslim olmuşdular. Mir Cəlal. əleyhdarlıq is. Əleyhinə, ziddinə ələkeçməz sif. Əldə edilə bilməyən, olma; düşmənçilik. ..Vəliəhdin [yerinə] rus əleyhdarlığı ilə məşhur olan Nizamülmülkü təyin etdilər. M.S.Ordubadi. ələ keçirmək mümkün olmayan, tapılması çox çətin olan. Ələkeçməz şey. Ələkeçməz fürsət. ələkeçməzlik is. Ələ keçməsi, əldə edilməsi, tapılması mümkün olmama, yaxud çətin olma. ələkləmə “Ələkləmək”dən f.is. ələkləmək bax. ələmək. ələklənmə “Ələklənmək”dən f.is. ələklənmək bax. ələnmək. ələkli sif. xüs. Ələyi olan. Ələkli konveyer. ələk-vələk is. Qarışıqlıq, alt-üst. Bu yerdə yer tapılmaz artıq qüssəyə, dərdə; O yerdəsə ürəklər dərddən ələk-vələkdir. S.Rüstəm. • Ələk-vələk eləmək (etmək) – alt-üst etmək, dağıtmaq. Otaqları birbirinə vurdular. Güman gələn yerləri ələkvələk elədilər. Mir Cəlal. əl-əlbət zərf dan. Mütləq, lap yəqin, hər necə olur olsun, hər halda. Əl-əlbət gəlin. əl-ələ zərf\n1. Bir-birinin əlindən tutaraq. Əl-ələ oynadılar. Əl-ələ yerimək.\n2. Birgə, bir yerdə, həmrəycəsinə, dostcasına. Əl-ələ işləmək. Əl-ələ çalışmaq. ‣ Əl-ələ, baş-başa – haqq-hesabı qurtarma, alış-verişi və ya hər hansı bir işdən, oyundan və s.-dən həm ziyansız, həm də qazancsız çıxma. [Məşədi Möhsün:] Deməli, bir kasa da qaymaq gəlsə, əl-ələ, baş-başa çıxırıq. Mir Cəlal. Əl-ələ vermək – birbirinə kömək etmək, köməkləşmək, birlikdə çalışmaq. Əl-ələ verib işləmək. – Qız xoşbəxt, oğlan xoşbəxt – ikisi də əl-ələ verib şad və xürrəm .. ömür sürürdülər. Çəmənzəminli. [Sara:] Sən ac, mən də ac, gedək, bir guşeyi-xəlvətdə əl-ələ verib işləyək, yaşayaq. C.Cabbarlı. Həmin gecə Əkbərlə Ayaz əl-ələ verib şəhərdən qaçdı. Mir Cəlal. Ələlə tutmaq – bax. əl-ələ vermək. ələlxüsus zərf [ər.] Xüsusilə, xüsusən. [Cahan:] Xalan sənə qurban, evlənmək su içmək kimi asan şeydir, onda nə çətinlik var ki? Ələlxüsus sənin kimi cavana. Ü.Hacıbəyov. Ələlxüsus yazıq Nurəddinin günü qara olmuşdu. S.S.Axundov. [Axund:] Bu nikah kəsməkdən və ya kəsdirməkdən zorba səvab yoxdur, ələlxüsus siğə ola. C.Cabbarlı. əleykəssalam (=əleyküməssalam) nida [ər.] Sizə (sənə) də salam olsun! “Salaməleyküm”ə (salama) cavab ifadəsi. [Yusif:] Ay əleyküməssalam, qardaşlar, əyləşiniz. N.Nərimanov. Əleykəssalam, keyfin yaxşı olsun. H.Nəzərli. əleyküməssalam (=əleykəssalam) nida [ər.] Sizə (sənə) də salam olsun! “Salaməleyküm”ə (salama) cavab ifadəsi. [Yusif:] Ay əleyküməssalam, qardaşlar, əyləşiniz. N.Nərimanov. Əleykəssalam, keyfin yaxşı olsun. H.Nəzərli. əleyhqaz is. [ər. əleyh və fr. qaz] Zəhərləyici maddələrdən, qazlardan, tüstüdən və s.-dən qorunmaq üçün filtrli maska. Bölük bir darvazanın tuşunda azacıq ləngidiyi vaxt, çiynində əleyhqaz darvazada dayanan arvad gülə-gülə Mahmuda dedi.. Ə.Əbülhəsən. ələf is. [ər.] bax. alaf. Biri gedib ələf tökür kəllərə; Biri baxır xırmandakı vəllərə. A.Səhhət. Xanqulu mərəkdən ələf gətirib atın qabağına qoydu. S.Rəhimov. ələfiyyat is. [ər. “ələf” söz. cəmi] Cürbəcür otlar. O deyirdi ki, Avropa həkimləri ələfiyyatdan bixəbərdirlər. Qantəmir. Ha zamandansa Məsmə eşitmişdi ki, dərmanların yaxşısı ələfiyyatdır. Mir Cəlal. ələfiyyatçı is. köhn. Keçmişdə nəbatatçıya verilən ad ..Bitki sistematikası öz başlanğıcını XVI əsrdən götürmüşdür. Bu əsrdə “ələfiyyatçılar” adlanan alimlər meydana çıxmışdı. M.Qasımov. ələgələn sif. Əldə edilə bilən, əldə edilmiş. Ələgələn şey. ələk is. Unun kəpək və qeyri zibillərini təmizləmək üçün sağanağa keçirilmiş sıx tordan ibarət alət. Ələk dairəvi qutu şəklində olur. – Dağılıb çöllərə açdı hərə bir növ kələk; Sac Lahıcdan qurtarıb, qalmadı Salyanda ələk. S.Ə.Şirvani. Nəhəng ələkdən un ələnən sayağı qar ələnir, dəqiqələr keçdikcə yer təknəsi daha çox dolur, daha çox ağarırdı. Ə.Əbülhəsən. ‣ Ələyi ələnib, xəlbiri sulanıb – işi bitib. ələkçi sif. Ələk qayıran və satan adam. ‣ Ələkçinin qıl verəni isteh. – əslində heç bir ciddi işlə məşğul olmayıb, özünü iştirakçı, köməkçi kimi göstərməyə çalışan, yaxud ara qızışdıran adam haqqında. ələkçilik is. Ələkçinin işi, peşəsi, sənəti. ələm I. is. [ər.] Dərd, qəm, kədər, qüssə. Ələm, məşəqqət adamı tez qocaldır. – Canə yetdim aləmi-hicran ilə, ey zalim! Rəhm qıl, canım üçün var isə bir dərmanın. Füzuli. Cəm olsa yanımda tamam sənəmlər; Dağılmaz könlümdən fikrü ələmlər. M.P.Vaqif. Qəhrəmanın gözləri yaşarmışdı, səsində dərin bir ələm və təəssüf duyulurdu. H.Nəzərli.\n\nII. is. [ər.] Bayraq (adətən dini ayinlərdə işlədilən bayraq). ələman bax. əlaman. Haçanacan aman çəkim bu zalım hicran əlindən; Bu ev yıxan ələmdarın aman, ələman əlindən. Aşıq Xəlfə. ələmdar sif. [ər. ələm və fars. ...dar] köhn. Bayraqtutan, bayraqçı, bayraqdar. ələmdarlıq is. köhn. Bayraqdarlıq. ələmə “Ələmək”dən f.is. ələmək f.\n1. Ələkdən keçirmək. ..Qurban oturdu otağın bir küncündə və başladı gəci ələməyə. C.Məmmədquluzadə.\n2. məc. Səpmək, səpələmək, tökmək. Yağış ələyir. – Günəş şəhərə od ələdiyi halda səkilər tez-tələsik yeriyən adamlarla dolu idi. M.Hüseyn. Bütün günü hər tərəfə od ələyən günəş təzəcə batmışdı. M.İbrahimov. ələmli sif. Qəmli, kədərli, qüssəli. ələmlilik is. Ələmli (qəmli, kədərli, qüssəli) adamın halı; qəmlilik, kədərlilik, qüssəlilik. ələmnak [ər. ələm və fars. ...nak] bax. ələmli. ələngə is. Quru sümük. At-inəyin, kəlin bəhsi düşəndə; Çoxu bir ələngə leşdən danışır. “Məsum”. ələnmə “Ələnmək”dən f.is. ələnmək məch.\n1. Ələkdən keçirilmək. Un ələnmişdir.\n2. məc. Çoxlu miqdarda tökülmək. Bir qədər sonra toz çoxaldı, sanki havadan un ələnirdi. Mir Cəlal. ələşən-güləşən is. dan. Mənasız, boş şey. Ələşən-güləşən sözlər danışır. – Nə bilim, ələşən-güləşən şeylər görmüşəm. S.Rəhimov. ələtdirilmə “Ələtdirilmək”dən f.is. ələtdirilmək məch. Ələkdən keçirdilmək. ələtdirmə “Ələtdirmək”dən f.is. ələtdirmək bax. ələtmək. Unu ələtdirmək. ələtmə “Ələtmək”dən f.is. ələtmək icb. Ələmə işi gördürmək, ələkdən keçirtdirmək. Un ələtmək. Bənna fəhləyə qum ələtdi. əlfəcin is. Kitabın səhifələri arasına nişan üçün qoyulan lentşəkilli kağız parçası. Kitabın ortasında qəzet kağızından qayrılmış əlfəcin vardı. M.Hüseyn. • Əlfəcin qoymaq zar. – qurtarmaq, tamamlamaq, kəsmək, ara vermək. [Veys:] Bülənd, heç olmasa burda əlfəcin qoyasan. Bəs olmadımı? Ə.Əbülhəsən. əlhal zərf [ər.] klas. İndi, bu halda, bu anda. Düşdün niyə bəs bu halə əlhal? Bilməm nə səbəbdən olmusan lal? M.Ə.Sabir. Millət deyə ağlar, bir mərsiyəxandır; Anlar hələ sonra, əlhal cavandır. Ə.Nəzmi. əlhan is. [ər. “ləhn” söz. cəmi] klas. Gözəl səslər, gözəl nəğmələr, təranə. Quşların əlhanı, ey dil, bəs müəssərdir bu fəsl. Əmani. Bağda açdı üzündən o güli-tazə niqab; Çaşdırıb bülbül özün, eylədi əlhanı qələt. S.Ə.Şirvani. Bülbüllərin əlhanı, çiçəklərdəki əlvan; Olmaz şu mənim çındıracaq könlümə əlan; Bir mənbəi-ilham. H.Cavad. əlhasil is. [ər.] köhn. Sözün gödəyi, sözün qısası, xülasə, bir sözlə, nəhayət. Əlhasil, gəlib şəhərə çatdıq. – Bil ki, məqsudə olarsan vasil; Yerdə, gögdə, nə isə, əlhasil. A.Səhhət. əlhavası zərf dan. Heç şey görmədən, əl duyğusu vasitəsilə. Əlhavası yerimək. – Nişançılar isə qaranlıqda əlhavası silahlarını, xüsusən çaxmaqlarını təmizləyir(dilər). Ə.Əbülhəsən. əlhay is. Hay-küy, təlaş, əl-ayağa düşmə. Şəbistan əlhayla (z.) içəriyə girdi. S.Rəhimov. • Əlhaya düşmək – əl-ayağa düşmək, təlaşa düşmək, ora-bura qaçışmaq. Ancaq kim nə təhər əlhaya düşsə də, el-oba sevinir, Qaçaq Nəbinin şəninə məclislər qurulur. S.Rəhimov. Qadir .. Həmzənin əlhaya düşdüyünü, qəsəbəyə necə qaçdığını xəyalına gətirib öz-özünə acı-acı düşünürdü. Ə.Əbülhəsən. əlhəd əlhəd daşı – qəbirdə ölünün başı söykəndiyi daş. Qəbrimi özgə qazıb; Əlhədim dar düşübdü. (Ağı). ‣ Başı əlhəd daşına dəymək – bərkdənboşdan çıxaraq, bir şeyin aqibətini təcrübədə görərək ayılmaq, özünə gəlmək. Əmirxanın başı dəydi əlhəd daşına; O ayıldı məclislərin gec yuxusundan. S.Vurğun. Başı əlhəd daşına dəyəndən bəri, yəqin ki, səhvlərini anlayıb. Ə.Vəliyev. əlhəq ara s. [ər.] köhn. Həqiqətən, doğrusu, doğrudan da. Əlhəq, münəccimbaşı dəxi, görünür ki, çox əlhəq imiş. M.F.Axundzadə. Kuyinda görmək əğyari; Əlhəq, mənə cəfadır bu. Q.Zakir. Əlhəq, əlhəq, gözəl binasən! M.Ə.Sabir. əlhəmdüllah is. [ər.] din. Allaha şükür olsun, şükür Allaha. [Məşədi İbad:] Qoca odur ki, dişləri olmaya, gözü görməyə, qulaqları eşitməyə, özü də yerindən tərpənə bilməyə; mən ki, əlhəmdüllah, quş kimiyəm. Ü.Hacıbəyov. İskəndər əmi payını yeyib qurtarandan sonra, “əlhəmdüllah” deyib dodaqlarını sildi. M.Hüseyn. əlhəzər nida.\n1. Qaç! qorx! uzaq ol! üzünü görmə! İkiüzlü adamlardan əlhəzər! – Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər. (Ata. sözü). Əlhəzər, yay qaşın şux peykanından; Vurar, yıxar, ötmək olmaz yanından. Q.Zakir. • Əlhəzər etmək – uzaq olmağa çalışmaq. Əlhəzər et, bir yeni şeytandı bu! M.Ə.Sabir.\n2. Rədd olsun, uzaq olsun. Əlhəzər, haraya istəyir, qoy getsin. əliaçıq sif. Ürəkdən başqalarına pul, mal və s. ilə kömək edən; səxavətli, comərd. Əliaçıq adamın ürəyi də açıq olar. (Məsəl). Bir qədər gənclərlə oynadıqdan sonra əliaçıq tamaşaçılar [Altıaylığa] üçlük, beşlik, onluq əskinas (kağız pul) bağışlardılar. H.Sarabski. [Dilənçilər] tanıdıqları ərbablardan kiminin xəsis və kiminin əliaçıq olduğunu yaxşı bilirdilər.. Ə.Sadıq. əliaçıqlıq is. Əliaçıq adamın hal və sifəti; səxavətlilik, comərdlik, səxavət. Əliaçıqlıq yaxşı sifətdir. – Nəbinin igidliyi, əliaçıqlığı dillərdə dastan olur. “Qaçaq Nəbi”. əliağır sif.\n1. Qüvvətli, güclü, zorlu. Əliağır adam.\n2. məc. Bir işə uğursuzluq gətirən (əliyüngül ziddi). Əliağır adam. əliağırlıq “Əliağır”dan mücər. əliallahı is. Müsəlman təriqətlərindən birinin adı və bu təriqətə mənsub adam. əliallahılıq is. Əliallahı təriqəti (bax. əliallahı). əliaşağı sif. Yoxsullaşmış, maddi cəhətdən çətinlik çəkən. Əliaşağı (z.) olmaq. əliaşağılıq is. Əli aşağı düşmüş adamın hal və keyfiyyəti; yoxsulluq. əlibağlı sif.\n1. Əlləri bağlanmış halda olan. Əlibağlı dustaq.\n2. məc. Hər cür hərəkət və təşəbbüs imkanından məhrum. Əlibağlı (z.) olmaq. əliboş 1. sif. Yoxsul, heç bir şeyi olmayan; fəqir. Əliboş adam. // Əlində heç bir şey olmayan, heç bir şeysiz. Əliboş Cəmil indi xəstə nənəsinin yanına hansı üzlə dönəcək, ona necə cavab verəcəkdi? S.Rəhimov.\n2. zərf Əlində heç bir şey olmadan, özü ilə heç bir şey götürmədən. Əliboş evə gedə bilmərəm. Xəstənin yanına əliboş getmək yaxşı deyil. – Allahverdi Nəbinin yanına əliboş getmir. “Qaçaq Nəbi”. Züleyxanın əliboş olduğunu görcək anası anladı ki, qonşularda da yeməli bir şey tapılmamışdır. T.Ş.Simurq. // məc. bax. əliyalın. Canavarlara qarşı əliboş çıxmaq. // Heç bir ov ələ keçirmədən. Ovdan əliboş qayıtmaq.\n3. zərf İşsiz, bikar. Əliboş qalmaq. • Əliboş gəzmək – boş-boş gəzmək, avara-avara gəzmək; veyillənmək. əliboşluq is.\n1. Yoxsulluq, fəqirlik, heç bir şeyi olmama.\n2. İşsizlik, bekarlıq. // Veyillik, avaralıq. əlidolu zərf\n1. Əlləri bollu şeylə dolu halda. Əlidolu evə gəldi. – Lakin mən onun evinə əliboş gəlib əlidolu gedən, əlidolu gəlib əliboş gedən adamların kim olduqları ilə əsla maraqlanmıram. S.Rüstəm.\n2. məc. Müvəffəqiyyətlə, varlanmış halda. Gedin, gedin, uğurunuz xeyir olsun, əlidolu qayıdasınız! M.F.Axundzadə. əliəyri sif. Düz olmayan, təmiz olmayan, fürsət düşəndə oğurluq edən; oğru. Əliəyri adam. // İs. mənasında. Ticarət sisteminin əliəyrilərdən təmizlənməsi. – [Salman] əliəyrilərə hiss etdirirdi ki, bax, nə yuvanın quşu olduğunu bilirəm ha, yavaş ye. M.İbrahimov. əliəyrilik is. Təmiz, düzgün olmayan adamın hal və keyfiyyəti; oğurluq, oğurluğa meyil. Sambalovun özünü əliəyrilik üstə işdən çıxartdılar. S.Rəhman. əlif I. is [ər. əsli qəd. yəh.]\n1. Ərəb əlifbasının [ şəklində yazılan birinci hərfinin adı. Əlifi dirək sayır, cimi çəngəl. (Məsəl). Bilmək nə gərək kim, bu əlifdir, bu da beydir? Həvvəz, sora hütti, bu nə heydir, o nə heydir? M.Ə.Sabir. Mirzə Həsən: – Necə ki Avropa, habelə Asiya millətlərinin hürufatının əvvəlincisi “a” sövtünün əlamətidir ki, biz ona “əlif” deyirik. C.Məmmədquluzadə.\n2. məc. Düz, şax, şaquli mənasında. Həsrətindən əlif qəddim büküldü; Cismim bəndi yerbəyerdən söküldü. M.V.Vidadi. • Əlif qəddi dal (yay, nun) olmaq, əlif qəddi dala (yaya, nuna) dönmək klas. – beli bükülmək. Hicran gecələri qayğu çəkməkdən; Əlif qəddim əyri yayə dönübdü. “Qurbani”. Həsrətindən əlif qəddi dal olub; Mat qalıbdır, şirin dili lal olub. M.P.Vaqif. Əlifdən başlamaq – lap əvvəldən, lap başdan başlamaq.\n\nII. [yun.] Yağlı boya hazırlamaq üçün bişmiş kətan, ya çətənə yağı, yaxud süni surətdə hazırlanmış yağ. Əlif yağı. – Əlif yağları tünd və açıq rəngli, şəffaf olur. “Əmtəəşünaslıq”. əlifba is. [ər.]\n1. Bir dildə işlənən və müəyyən qaydada sıralanan hərflərin məcmusu. Azərbaycan əlifbası. Ərəb əlifbası. Latın əlifbası. – Biz buna təəccüb etmirik ki, Hüseynzadə cənabları əlifbamızın bilmərrə dəyişilməsinə fitva vermir. C.Məmmədquluzadə. Köhnə ərəb əlifbasının çətinliyi geniş xalq kütləsinin savadlanmasına imkan vermirdi. S.S.Axundov. • Əlifba sırası – əlifbada olan hərflərin müəyyən sistem üzrə düzülüş sırası.\n2. Əlifbanı öyrədən kitab. Əlifba kitabı.\n3. məc. Ən bəsit, ən sadə, hamıya məlum olan şey. Bu, cəbrin əlifbasıdır. ‣ Morze əlifbası – teleqrafda işlənən şərti işarələr sistemi. Not əlifbası – musiqi notlarında işlənən işarələr sistemi. əlifbey bax. əlifba. Əlifbey də bilmir (heç savadı yoxdur). – Hər əlibey oxuyan gər ola peyğəmbəri-həqq; Mən də peyğəmbərəm, amma kim edir küfranı. S.Ə.Şirvani. [Həmzə:] Xeyr a!.. Yenə [axund] başladı əlifbeydən.. C.Cabbarlı. On yaşında ikən o da həmin zavodda işləməyə başlamış və orada da qoca fəhlələrdən əlifbeyi öyrənmişdi. M.İbrahimov. əlif-əlbət (=əlif-əlbəttə) zərf dan. köhn. Mütləq, yəqin, şübhəsiz. Bəs nə səbəbə bu iş, əlbəttə, əlif-əlbəttə gərək sənin, mənim və şahidlərimin arasında qala, vəssalam! C.Məmmədquluzadə. Əlbəttə, əlif-əlbəttə əl əli yuyar, əl də üzü. S.Rəhimov. əlif-əlbəttə (=əlif-əlbət) zərf dan. köhn. Mütləq, yəqin, şübhəsiz. Bəs nə səbəbə bu iş, əlbəttə, əlif-əlbəttə gərək sənin, mənim və şahidlərimin arasında qala, vəssalam! C.Məmmədquluzadə. Əlbəttə, əlif-əlbəttə əl əli yuyar, əl də üzü. S.Rəhimov. əligətirən sif. Qumar və s. oyunlarda daim bəxti gətirən, həmişə udan. əligödək sif. dan. Əlinə pul keçməyən; yoxsul, fəqir. əliisti sif. Mahir atıcı, atıcılıqda cəld olan. Əliisti adamın əlindən ov qurtara bilməz. əliiti sif. Əldən çapıq; zirək, cəld. Əliiti adam. – Bu iki işin ikisində də Leylək əliiti idi. S.Rəhimov. əlik is. zool. Vəhşi keçi; keyik. Davanın şiddətli vaxtında dağın döşündə bir sürü əlik göründü. “Qaçaq Nəbi”. Görürsənmi bu guruldayan dağları, indi orada əliklər hürküşür, dəstələnib dağları aşır, qalın meşələrə girirlər. S.Rəhimov. Əlik qayadan atılıb düzənlikdə ox kimi süzür. M.İbrahimov. əlikasad is. dan. Yoxsul, pulsuz. əlikasadlıq is. dan. Yoxsulluq, pulsuzluq. əliqabarlı 1. sif. Cismani əməklə, xüsusilə əl əməyi ilə məşğul olan. Əliqabarlı fəhlə.\n2. is. məc. Zəhmətkeş, əməkçi. əliqamçılı sif.\n1. Əlində qamçı olan, əlində qamçı tutmuş. Əliqamçılı süvari. Əliqamçılı polislər.\n2. məc. Zalım, qəddar, zülmkar mənasında. əliqandallı sif. Əllərinə qandal vurulmuş. // Dustaq, əsir. əliqanlı sif. və is. Cinayətkar, qatil, cani. Əliqanlı cinayətkarlar öz cəzalarına çatacaqlar. – [Sultan] əliqanlı, .. bizim yoldaşlardan .. az-az həlak eləməmişdir. S.Rəhimov. Bürüyür ölkəni fəlakət seli; Bunun səbəbkarı əliqanlıdır. M.Rahim. əlil is. və sif. Xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş; şikəst. Əlillər cəmiyyəti. Əlillər evi. Müharibə əlilləri. – Görürsüz ki, qocalmışam, əliləm; İndi, camaat əhli, sizə dəxiləm. A.Səhhət. [Pəri xanım:] Bir atam var əlil. Kimə dərdimi söyləyim? Ə.Haqverdiyev. Pirlər, ocaqlarda Münəvvər xanımın adı gələndə dilənçilər, əlillər qapıya hücum çəkərdilər. Mir Cəlal. əlillik is. Əlil adamın hal və vəziyyəti. Təqaüdün miqdarı əlillik dərəcəsinə görə təyin edilir. əlimyandı zərf dan.\n1. Çox tələsik, tez, qaçaraq. Bilmirəm keçən vaxt yaşılbaş sona niyə belə əlimyandı ilə axtarılırmış. Ə.Haqverdiyev.\n2. Darda, çıxılmaz vəziyyətdə. Biz malqara üçün bol yem ehtiyatı toplanılmasını təmin edəcək, heyvandarlarımızı qışın sərt günlərində əlimyandıda qoymayacağıq. (Qəzetlərdən). əlirişməz bax. əlyetməz. Şu uzaqlarda parlayan yıldız; Əlirişməz ümidlər kimidir. M.Hadi. əliuşaqlı sif. Körpə uşağı olan. Əliuşaqlı qadın. əliuzun sif. dan.\n1. Başqasının malına xəyanət edən, əl uzadan, onu mənimsəməyə, əlinə keçirməyə təşəbbüs edən, çalışan; oğurluğa meyli olan. Əliuzun adam.\n2. Vurub-çatan, başqasını incidən.\n3. Ümumi süfrədə çox yeməklə, hər qaba əl uzatmaqla nəzakətsizlik göstərən adam haqqında. əliuzunluq is. Əliuzun adamın işi, hərəkəti; oğurluğa meyil. • Əliuzunluq etmək – başqasının əmlakına, malına əl uzatmaq, onu mənimsəməyə, ələ keçirməyə, götürməyə təşəbbüs etmək, çalışmaq. əliyalın zərf Əlində heç bir silah olmadığı halda, silahsız-yaraqsız. əliyuxa sif. dan. Mayası, pulu az olan; kasıb. Əliyuxa adamdır. əliyüngül sif. İştirakı ilə müvəffəqiyyət, uğur gətirən (əliağır ziddi). Əliyüngül adam. əliyüngüllük “Əliyüngül”dən mücər. əlkimya is. [ər.] Orta əsrlərdə: guya iksir qatmaqla sadə metalları qiymətli metallara çevirmək mümkün olduğunu iddia edən, elmi kimyadan əvvəlki mistik elm. əlkimyaçı is. Qədimdə: əlkimya ilə məşğul olan adam. əlqabı is. dan. Aftafa. • Əlqabına çıxmaq – təbii ehtiyac üçün çıxmaq. əlqərəz ara s. [ər.] Xülasə, sözün qısası, müxtəsər, bir sözlə. Əlqərəz, keçəl ilanı genə yeşiyə qoydu. (Nağıl). Bu qayğısız yaşamağı, əlqərəz; Bir şeylə etmək olarmı əvəz? A.Səhhət. [Soltan bəy:] Əlqərəz, arvad elə öz ayağı ilə yanıma gəlmişdi... Ü.Hacıbəyov. əlqissə ara s. [ər.] klas. bax. əlqərəz. Əlqissə, vücudum oldu bərbad; Bir ləhzə fələkdən olmadım şad. Füzuli. Əlqissə, çoxdu canını qurban edən, çocuq! Ey dilbəranə tərzdə cövlan edən çocuq! M.Ə.Sabir. əl-qol is. Əllər və qollar. Əl-qolunu çırmalamaq. – [Zənci:] Zəncirlə bağlıdır mənim əl-qolum. S.Vurğun. • Əli-qolu açılmaq – geniş fəaliyyət göstərməyə imkan tapmaq, maneələrdən azad olmaq. Amma ərə gedəndən sonra .. [Tükəzbanın] əli-qolu daha da açıldı və gəzib dolanmağı daha da artdı. B.Talıblı. [Pəri:] Hər halda Sara öldü, əlim-qolum açıldı. C.Cabbarlı. Əli-qolu bağlanmaq – hərəkət azadlığından məhrum olmaq, heç bir şey edə bilməmək. Əl-qol açmaq – bax. əli-qolu açılmaq. Yenə ayağa qalxıb əl-qol açdı və süzə-süzə Beyrəyə sarı gəlməyə başladı. M.Rzaquluzadə. Əl-qol atmaq – 1) çapalamaq; 2) həyəcanla, əsəbi halda danışmaq, əl-qolunu oynatmaq, özündən çıxmaq. Nə əl-qol atırsan? – [Səfər:] O yan-bu yana əl-qol atma, ay Xəlil. S.Rəhman. Kitabsatan bunları elə ucadan deyir, elə qəzəblə əlqol atırdı ki, dalaşmağa adam axtardığını güman etmək olardı. Mir Cəlal. Əl-qol ölçmək – əl-qolunu oynatmaq. Rəhim bəy səbir edə bilməyib əl-qolunu ölçərək qışqırdı. M.Hüseyn. [Mirzə Şəfi] əl-qolunu ölçərək ifadəsini şiddətləndirirdi. Mir Cəlal. Əl-qolu gəlməmək – həvəsi gəlməmək, istəməmək. Əl-qolu gəlməyən, çəkilib matməəttəl qıraqda dayanan da olurdu. Mir Cəlal. Əl(ini)-qolunu bağlamaq – sərbəst hərəkət imkanından məhrum etmək, fəaliyyət göstərməsinə imkan verməmək. [Gülnisə:] ..Əvvəl çalışıb, Pərini Bəhrama verib əl-qolunu bağlamaq lazımdır. C.Cabbarlı. Sözün açığı budur ki, intriqa, çəkişmə, şəxsiqərəz sizin əl-qolunuzu bağlayıb işləməyə imkan vermir. “Kirpi”. əlquşu is.\n1. Əhliləşdirilmiş quş. // Ov quşu.\n2. məc. dan. zar. Qucaqda saxlanmağa öyrənən, həddən artıq əzizlənib bəslənən uşaq haqqında. əllaf [ər.] bax. allaf. Əllaflar çuvalçuval arpa, buğda və saman alıb arabalara doldurur, eşşəklərə yükləyirdilər. A.Şaiq. [Cəfərqulu:] Yedi, içdi, axırıncı tikəsi ağzında idi ki, öz qəzalarından olan əllaf Məşədi Məmmədbağır içəri girdi. Qantəmir. əllamə is. və sif. [ər.]\n1. Çox bilən, hər elmi bilən (adam).\n2. məc. Yalançı alim. Qınamasınlar məni; Hər şeydən xəbər verən əllamə tənqidçilər. R.Rza.\n3. məc. Bic, hiyləgər. O, yaman əllamədir. – Anası heç qızından geri qalan deyildi. O da onun kimi əllamənin biri idi. (Nağıl). əllaməlik is. Özünü alim, bilici kimi göstərmə, alimlik satma. Əllaməlik etmək. Bu əllaməlik nə üçündür? – Əllaməlik eyləyənlər bu yerlərə ayaq basmaz; Lakin sənin bu dağlardan yazdığına qələm çəkər. S.Rüstəm. Hacı Rəsul Tahirzadənin suallı baxışını görüb əllaməlik büruzə vermək istədi. Mir Cəlal. əlləmə I. “Əlləmək”dən f.is.\n\nII. is. məh. Daş, qaya. ‣ Başına əlləmə düşsün – qarğış ifadəsi. [Hürü:] Evin yıxılsın, Mələk xanım, başına əlləmə düşsün, Mələk xanım, dincəldinmi? N.Vəzirov. əlləmək f.\n1. Əllə yoxlamaq, əl sürtüb baxmaq, əl sürtmək, əl vurmaq, əl toxundurmaq. Mirzə Rəhim ağa, Hacı xana mütəvəcceh olub gülə-gülə çənəsini əlləyirdi. M.S.Ordubadi. Bir əli ilə anasının döşündən möhkəm yapışmış körpə o biri əli ilə anasının üzünü, çənəsini əlləyirdi. Ə.Vəliyev.\n2. Əllə çağırmaq. O, yoldaşını uzaqdan görüb əllədi. əlləm-qəlləm sif. dan. Düz olmayan, qeyri-ciddi, etibar edilə bilməyən, cəncəl, hiyləbaz, fırıldaqçı, sözünün üstündə durmayan. Əlləm-qəlləm adam. – [İbrahim bəy:] Bir Kərbəlayı Qulam var, əlləm-qəlləm, .. nadürüst, hacını yaman dolaşdırıb. N.Vəzirov. əllənmə “Əllənmək”dən f.is. əllənmək məch.\n1. Əllə yoxlanmaq, əllə sürtülüb baxılmaq.\n2. Əllə çağırılmaq. əlləşdirilmə “Əlləşdirilmək”dən f.is. əlləşdirilmək məch.\n1. Əllə yoxlanmaq.\n2. Əllə qarışdırılmaq, axtarılmaq, tərpədilmək. Gəlib gördüm ki, masanın üstündəki kağızlar əlləşdirilmişdir. əlləşdirmə “Əlləşdirmək”dən f.is. əlləşdirmək f.\n1. bax. əlləmək 1-ci mənada. Qara Hüseyn, Nurəddinin qıçını əlləşdirib dedi.. S.S.Axundov.\n2. Əllə qarışdırmaq, yoxlamaq, axtarmaq, tərpətmək. Bu kağızları kim əlləşdirib birbirinə qarışdırdı? – Müfəttiş kisənin qabağında oturub işləri əlləşdirdi. S.Rəhimov. Katibin qarşısındakı kağızları əlləşdirən Dövlət .. Veysin üzünə baxdı. Ə.Əbülhəsən.\n3. icb. Dalaşdırmaq, vuruşdurmaq, qapışdırmaq. Uşaqları bir-biri ilə əlləşdirmək. əlləşmə “Əlləşmək”dən f.is. əlləşmək f.\n1. Çalışmaq, çalışıb-çapalamaq, bir şeylə məşğul olmaq. Səhərdən axşama kimi əlləşdi, bu yazını yazdı. Nə qədər əlləşdimsə, bir şey çıxmadı. – Buludların .. günün şüasını bizdən aldığını, bizi məhrum etdiyini görüb biz əlləşərdik, çalışardıq ki, o namərbut qara buludları başımız üstündən rədd edək. T.Ş.Simurq. Fatma arvad hələ də təndir başında əlləşir. Mir Cəlal. • Əlləşib-vuruşmaq – çox çalışmaq, çox zəhmət çəkmək.\n2. Çəkişmək, mübarizə etmək, deyişmək. Sən onunla əlləşmə. – ..Yerdə qaçan şimşəyin; Çirmənib əlləşməyin; Carçısı mən olaydım. Ə.Cavad. Yaşar bu yarımcan qurdla əlləşməkdə ikən birdən yan-yörədən səs gəldi. M.Rzaquluzadə. əlləş-vəlləş əlləş-vəlləş eləmək (olmaq) dan. – bir-biri ilə güləşən kimi sarmaşıb əlləşmək. əllətmə “Əllətmək”dən f.is. əllətmək icb. Əllə yoxlatmaq. əlli I. Qırx doqquzdan sonra gələn rəqəm – 50. Əlli adam. Əlli manat. Yaşı əllini keçmişdir. – Mahalda kənd bircədir; İçində əlli koxa. (Bayatı). Qafar yaşı əlliyə yaxın olan, xırdaca, arıq bir adamdı. Ə.Əbülhəsən.\n\nII. sif.\n1. Əli olan. İri əlli adam.\n2. məc. Qolu güclü, qüvvətli. Həm ağanın özünə, həm də Zərrintac xanıma yad bir əl toxunmaması üçün möhkəm əlli bir mühafiz lazımdı. S.Rəhimov.\n3. məc. Cəld, əliiti, bacarıqlı. Əlli adam. əlli-ayaqlı 1. sif. Diribaş, çox zirək, çox bacarıqlı, əlli-qollu. Əlli-ayaqlı adam. – Laçın hələ yeddicə yaşında ikən çox diribaş, çevik, əlli-ayaqlı bir uşaqdı. M.Hüseyn.\n2. zərf İzsiz-soraqsız, tamam, bütün, büsbütün. Əlli-ayaqlı itmək. – Naməlsəm məhəlləsindən üç adamı əlli-ayaqlı göndərdilər. N.Nərimanov. [Nazlı:] ..Cavan dayısı əlliayaqlı getdi.. Ə.Əbülhəsən. əllik is.\n1. bax. əlcək.\n2. Bir şeyin əllə tutulan yeri, tutacaq, qulp, dəstə və s. əlliqramlıq 1. is. Əlli qram ağırlığında olan çəki daşı. Tərəziyə əlliqramlığı qoy.\n2. sif. Əlli qram ağırlığında olan, əlli qram tutan, çəkisi əlli qram olan. Əlliqramlıq çəki daşı. Əlliqramlıq çay. Əlliqramlıq qutu. əllilik 1. is. Əlli manatlıq kağız pul. Əlliliyi xırdalamaq. Bir əllilik verdim, üç manat qaytardı. İki əllilik yüz manat edər.\n2. sif. Əlli manata dəyən, qiyməti əlli manat olan. Əllilik kostyum (palto).\n3. sif. Çəkisi, həcmi, ölçüsü və s. əlli vahiddən ibarət olan. Əllilik çən. Əllilik kisə. əllimanatlıq bax. əllilik 1 və 2-ci mənalarda. əllinci Qırx doqquzuncudan sonra gələn sıra sayı. Əllinci adam. Əllinci illərdə. Əllinci sıra. əlməndə is. Uşaq oyunlarından birinin adı. əlmuzdu is. Əllə görülən işin haqqı, qarşılığı. [Məstəli şah:] Xanım, divlərin əlmuzdusunu, ənamını kərəm edin. M.F.Axundzadə. [Həkim] də [Qulamdan] əlmuzdu almadı. S.Rəhimov. // Zərf mənasında. Əlmuzdu işləmək. əlsiz sif.\n1. Əli, ya əlləri olmayan. Bir Əlsiz adam.\n2. bax. əlsiz-ayaqsız. Cəlil ağa özü keçmişdə fəqir olduğundan çox rəhmli idi və harada bir ittifaq düşsəydi, fəqirlərə, əlsizlərə kömək edərdi. İ.Musabəyov. əlsiz-ayaqsız sif. və is. Bacarıqsız, aciz, yazıq, köməyə möhtac. Əlsiz-ayaqsız adam. – [Əmiraslan bəy:] O, nizami qoşun deyil, əlsiz-ayaqsız .. kasıb-küsublardan toplanmış dəstədir. S.S.Axundov. Məni göndəribdir bura kəndin ağsaqqalları; Əlsizayaqsızları, köməksiz yoxsulları. S.Rüstəm. [Bəbir bəy:] Mən əlsiz-ayaqsızlara kömək etmək istəyirəm. Mir Cəlal. əltopu bax. həndbol. əlüstü zərf Tez, dərhal, o dəqiqə, o saat, dayanmadan, cəld, iti. Əlüstü ayağa qalxdı. Əlüstü yola düşdüm. – Məhəmmədhəsən əmi əlüstü girdi həyətə. C.Məmmədquluzadə. [Səfər:] Ağa, mən də şəriət bilənəm ha... Çünki sözü deyən kimi əlüstü başa düşürəm. C.Cabbarlı. əl-üz top. Əllər və üz. Əl-üzünü silmək. Uşaq əl-üzünü rəngə buladı. – Qaraca qız paltarını geyib dedi: – Baba, əl-üzümü harada yuyum? S.S.Axundov. [Pəri Cadu:] Sən də get içəri, su töksünlər, əl-üzünü yu, bir az sərinləş. Ə.Haqverdiyev. Laçın, get su gətir, yoldaşlar əl-üzlərini yusunlar. H.Nəzərli. əlüzsilən is. Əl-üz silmək üçün dəsmal. əlüzyuyan is. Əl-üz yumaq üçün xüsusi quruluşlu lüləyi olan alət. Əlüzyuyanda boynunu yumaq. – Otaq pis deyil idi; student otağına məxsus hər bir şey var idi: yazı masası, kürsü, əlüzyuyan, çarpayı, hətta elektrik işığı da yerində idi. Çəmənzəminli. [Nəriman] ..şapkasını təkyənin üstünə ataraq ağ, tüklü biləklərini çirməyib əlüzyuyana yaxınlaşdı. İ.Əfəndiyev. Fərman evinə iki yaxşı çarpayı, stol, stullar, paltar şkafı, kitab rəfi, əlüzyuyan və başqa avadanlıq almışdı. Ə.Sadıq. əlvan I. sif. [ər.] Cürbəcür rəngdə olan, rəngarəng, rəngbərəng, ala-bəzək. Əlvan kağız. Əlvan çiçəklər. Əlvan tüklü quş. Əlvan parça. Küçələr əlvan lampalarla bəzənmişdir. – Bunlar əlvan qiyafəli, dünyanın hər tərəfindən toplanmış dürlü xalqların birər nümayəndələri idilər. H.Nəzərli. Əlvan çiçək xalıları yamacda; Baş qaldırır nərgiz gözlü dolusu. R.Rza.\n\nII. sif. Dəmirdən başqa bütün materialların ümumi adı. əlvanbülbül is. zool. Sərçələr dəstəsindən bəzəkli kiçik quş. əlvançıraq is. Əlvan (rəngbərəng) lampalarla bəzənmiş şey. əlvanlıq is.\n1. Əlvan şeyin halı, görünüşü; rəngbərənglik, rəngarənglik. Çiçəklərin əlvanlığı.\n2. Əlvan bəzənmiş şey, yer və s. Bayram münasibəti ilə şəhərin hər yeri əlvanlıqlarla dolu idi. əlverişli sif.\n1. Yararlı, münasib, uyğun, müvafiq. Əlverişli üsul. Əlverişli şərait. Üzümçülük üçün əlverişli iqlim. Muğan pambıq əkini üçün ən əlverişli yerlərdəndir. – Səba xanım çox lazımi və əlverişli bir zamanda Həmədana gəldiyinə inandı. M.S.Ordubadi. Hüseyn əlverişli vəziyyətdədir; Bəs atəş açmayır, nə niyyətdədir?! M.Rahim.\n2. Gəlirli, xeyirli, faydalı, mənfəətli. Əlverişli iş. – Şuşa şəhəri [Rəşid üçün] çox əlverişli (z.) oldu, yəni üç ay gəzəndən sonra əməlli-başlı sağaldı və kökəldi. Ə.Vəliyev. əlverişlilik is.\n1. Yararlılıq, münasiblik, uyğunluq, müvafiqlik, işəyararlılıq. Yeni üsulun əlverişliliyi. Şəraitin əlverişliliyi.\n2. Gəlirlilik, xeyirlilik, faydalılıq. İşin əlverişliliyi. əlverişsiz sif. Əlverişli olmayan, işə yaramayan. Əlverişsiz şərait. Əlverişsiz iş. əlverişsizlik is. Əlverişli olmama, işə yaramama. əlvida nida [ər.] Sağlıqla qal, xudahafiz. Əlvida, ey sevimli şəhər. – Əlvida! Əlvida! Daldığım uyğu; İnanmam ölümmü, röyamı yoxsa. S.Vurğun. [Şəmsiyyə:] Gözləyəcəyəm, müəllim, hələlik əlvida! – deyib getdi. M.İbrahimov. • Əlvida etmək – 1) görüşüb ayrılmaq, vidalaşmaq. Dostlarla öpüşüb əlvida etdi. – Axır, gözüyaşlı anam, bacım və sair əqrəbam ilə əlvida edərək yola düşdüm. S.S.Axundov. [Dərviş:] Hamımız qoca kişi ilə bir yerdə kənddən əlvida edib şəhərimizə varid olduq. A.Divanbəyoğlu; 2) məc. tərk etmək, itirmək, həmişəlik ayrılmaq. Altı ay keçmədi ki, biçarə övrət də canından artıq sevdiyi kiçik balalarına həmişəlik əlvida etməyə məcbur oldu. C.Cabbarlı. Polad qərq olaraq düşüncələrə; Əlvida elədi ilk məhəbbətə. M.Rahim. // Ayrılmaq, getmək münasibəti ilə düzəldilən mərasim. Əlvida konserti. // Ayrılıq, ayrılma. Əlvida gecəsi. əlyazısı bax. əlyazma(sı). Qədim əlyazısı. əlyazma (=əlyazması) is. Əl ilə yazılmış mətn, kitab və s; əlyazısı. Əlyazmaları fondu (əlyazmaları toplanılıb saxlanılan yer, idarə, şöbə və s.). M.F.Axundzadənin əlyazmaları. Fondda ən qədim əlyazma perqament üzərində qədim kufi əlifbası ilə yazılmış Quran surəsidir. əlyazması (=əlyazma) is. Əl ilə yazılmış mətn, kitab və s; əlyazısı. Əlyazmaları fondu (əlyazmaları toplanılıb saxlanılan yer, idarə, şöbə və s.). M.F.Axundzadənin əlyazmaları. Fondda ən qədim əlyazma perqament üzərində qədim kufi əlifbası ilə yazılmış Quran surəsidir. əlyetməz bax. əlçatmaz. əlyövm zərf [ər.] klas.\n1. Bu gün, indi. Yoxsa Məlikov Həsənbəyi-pir; Əlyövm olunur vətəndə təqdir? M.Ə.Sabir.\n2. Hələ də, indiyə qədər. əlzəm sif. [ər.] klas. Daha lazım, ən vacib, çox gərəkli. • Əlzəmdir – lazımdır, çox vacibdir. Əlbəttə, elm təhsil eləmək hər bir babətdən lazımdır və padşahi-mehribanımızın dilini bilmək dəxi əlzəmdir. C.Məmmədquluzadə. Hacı Rəsul: – Elm həm ünasa, həm zükura eyni dərəcədə əlzəmdir. Mir Cəlal. əman [ər.] bax. aman. Böylə gedərsə Bakı əldən gedər; Qalmaz o məvadə əman, hiç, hiç! M.Ə.Sabir. əmanət is. [ər.]\n1. Birinə inanıb bir şeyi müvəqqəti olaraq tapşırma, vermə. Bu üzük sizdə əmanət qalsın. • Əmanət almaq – müvəqqəti istifadə üçün almaq. Kitabı əmanət almışam. Əmanət vermək – müvəqqəti istifadə üçün vermək. Əmanət qoymaq – bir şeyi müvəqqəti olaraq inandığı adama, ya yerə tapşırmaq, qoymaq. Kağızlarını yoxladığım zaman sərrafların yanında yüz min tümən əmanət pul qoyduğunu gördüm. M.S.Ordubadi. Əmanət saxlamaq – başqasının malını, pulunu müvəqqəti olaraq olduğu kimi qoruyub saxlamaq. // Saxlanmaq üçün birinə müvəqqəti olaraq tapşırılan şey, özgənin tapşırdığı şey. Özgənin əmanətidir, verə bilmərəm. – At elin, torba əmanət; Bizim daha nəyimiz var? (Ata. sözü). Qışda sorağını uzaqdan aldım; Dedim: – Əmanətim, eşqim səndədir. N.Rəfibəyli. • Allah əmanəti, Allaha əmanət – saxlamaq, qorumaq üçün müvəqqəti olaraq başqasına verilən qiymətli şey. Ərz etdi: – Səlamət ol, anacan! Allaha əmanət ol, anacan! A.Səhhət. // Sif. mənasında. Əmanət qoyulmuş, müvəqqəti tapşırılmış. Əmanət şey.\n2. Banka faizlə qoyulan pul. Əmanətlərin qəbulu, verilişi. • Əmanət kassası – əhalinin artırıb yığdığı pulları müəyyən imtiyazlarla qoruyub saxlayan maliyyə müəssisəsi. Pulunuzu əmanət kassasına qoyun. Əmanət kassası kitabçası. Əmanət kassasından pul götürmək.\n3. bax. amanatabənd. Oturuşu o qədər əmanətdi ki, balaca bir təkanla onu arxası üstə aşırmaq olardı. Ə.Əbülhəsən.\n4. nida köhn. Allah eləməsin. Əmanət, əmanət, dəyməsin ara; Düşməsin ədavət bir də dübara. Q.Zakir. əmanətçi sif.\n1. Əmanət verən adam. // Əmanət kassasında pulu olan adam. Əmanətçilərə xidmət. – [Müstəntiq:] Yox, sən qurtar get, indi uzaq kəndlərdən gəlmiş əmanətçilər kassa qabağındadırlar, sizi gözləyirlər. S.Rəhimov. əmanətdar is. [ər. əmanət və fars. ...dar]\n1. Əmanət saxlayan adam, əmanətçi.\n2. məc. klas. Əmanət. Dün Füzuli arizin görgəc, rəvan tapşırdı can; Laf edib derdi ki, canım var; əmanətdar imiş. Füzuli. əmanətən zərf [ər.]\n1. Əmanət yolu ilə, əmanət olaraq.\n2. bax. amanatabənd. əmanəti sif.\n1. Əmanət olaraq verilən.\n2. bax. amanatabənd. əmbiz is. Piramida şəklində yığılmış məhsul topası. əmcək is. Məmə, döş. Fəxrəddin!.. Mən səni bu əmcəklərimlə bəsləmişəm, Fəxrəddin! N.Vəzirov. İnəyin əmcəyindən çıxan süd balaca bulaq kimi şırhaşırla sərniclərə tökülürdü. Ə.Vəliyev. • Əmcək uşağı – südəmər uşaq. Övrətlər əmcək uşaqlarını bağırlarına basıb tökülmüşdülər küçəyə. C.Məmmədquluzadə. Vaqonumuzun o başında bir əmcək uşağı hərdənbir ağlayırdı. Ə.Haqverdiyev. Əmcəkdən kəsmək – süd verməyi dayandırmaq, süddən kəsmək, daha süd verməmək. Uşağı əmcəkdən kəsmək. ‣ Anasının (nənəsinin) əmcəyini kəsən – çox bic, fırıldaqçı, dələduz adam haqqında. Bir şahıya nənəsinin əmcəyini kəsənlər var. M.İbrahimov. Anasının əmcəyini kəsmək – fırıldaqçılıqla məşğul olmaq. Adam da anasının əmcəyini belə kəsərmi? S.Rəhman. əmcəkli sif.\n1. Əmcəyi olan; məməli. Cücə ağgünlü olsaydı, toyuq əmcəkli olardı. (Ata. sözü.)\n2. məh. Hələ sağılmamış. İnək əmcəklidir. əmdirilmə “Əmdirilmək”dən f.is. əmdirilmək məch. Əmməyə məcbur edilmək. əmdirmə “Əmdirmək”dən f.is. əmdirmək icb. Əmməyə məcbur etmək; döş vermək, döşdən süd vermək. əmək is. İnsanın əqli və cismani gərginlik tələb edən məqsədəuyğun və ictimai cəhətdən faydalı fəaliyyəti; zəhmət. Zehni əməklə fiziki əmək arasındakı ziddiyyətin aradan qalxması. • Əmək aləti – işləmək üçün lazım olan alət, karastı. Əmək çəkmək – bax. əmək qoymaq. [Altunbay:] [Solmaza] mən səni almaq üçün nə qədər əməklər çəkdim, altunlar tökdüm. C.Cabbarlı. Vəfalıya əmək çəksən itirməz; Bədəsil nəsihət, öyüd götürməz. Xəstə Qasım. Ata əmək çəkdi, bir bağ becərdi; Oğlu ordan şirin meyvələr dərdi. M.Dilbazi. Əmək haqqı – zəhmət müqabilində alınan (verilən) pul, maaş və s. Ayda nə qədər əmək haqqı alırsan? – Hər sahibkar öz istəyinə görə iş saatının müddətini və əmək haqqını təyin edir. M.İbrahimov. Əmək intizamı – hər hansı bir kollektivin bütün üzvlərinin qoyulmuş olan qanun və qaydalara tabe olması zəruriyyəti. Əmək intizamını yüksəltmək. – Bu zəngi Sübhanverdizadə əmək intizamını möhkəmləndirmək məqsədi ilə buraya vurmuşdu. S.Rəhimov. Əmək qabiliyyəti – işləmək, iş görmək qabiliyyəti. Əmək qabiliyyətini itirmək. Əmək qoymaq – zəhmət çəkmək, zəhmət sərf etmək. Bu işə çox əmək qoymuşam. – Əsədin sözünə nəzər yetirin; Yaxşı əmək qoyun, məhsul götürün. Aşıq Əsəd. Əmək məhsuldarlığı iqt. – vahid zaman ərzində fəhlənin istehsal etdiyi məhsulun miqdarı. Əmək mükəlləfiyyəti – əhalinin görməli olduğu ictimai, ya dövləti vəzifə. Əmək-islah düşərgəsi – məhbusların əməklə islah edildikləri cəza yeri. Əməyi itmək (zay olmaq, əlində qalmaq, zaya getmək, bada getmək) – zəhməti boşa getmək, zəhmətinin nəticəsini görməmək. [Koroğlu dedi:] Əməyim zaya getməyi; Yandırır məni, yandırır. “Koroğlu”. O zaman anladım itib əməyim; Qaldı bir də qiyamətə diləyim. A.Səhhət. Öz zəhmətimi demirəm, Gülqədəmin əməyi əlində qaldı. Ə.Vəliyev. Əməyi(m) gözündən gəlsin! – qarğış ifadəsi. // Ümumiyyətlə, zəhmət, səy, ciddcəhd. Mən sizə yaxşılıq etmək fikrindəyəm, siz mənim əməyimi və cəfamı zaye etmək fikrindəsiniz! M.F.Axundzadə. Bu əmək hər yerdə torpağın üzünü eyni ehtirasla dəyişir. M.İbrahimov. ‣ Əmək kitabçası – fəhlə və xidmətçinin əmək stajını göstərən sənəd (kitabça). Əmək ordusu məc. – əməkçilər, zəhmətkeşlər. Əmək sazişi – hər hansı bir işi görmək haqqında tərəflər arasında bağlanan müqavilə. Əmək tərbiyəsi – yetişən nəslin əmək əsasında tərbiyəsi sistemi. Məktəblərdə əmək tərbiyəsini yüksək səviyyəyə qaldırmaq. əməkçi sif. Öz əlinin zəhməti ilə dolanan, öz əməyi ilə yaşayan, zəhmətkeş. Əməkçi bəşəriyyət. – Haydı, əməkçi qız, gəl məni dinlə. M.Müşfiq. Əməkçi insanlar daim qardaşdır; Bir məslək uğrunda onlar sirdaşdır. Z.Xəlil. // İs. mənasında. Kənd və şəhər əməkçiləri. – [Almaz:] Yoldaşlar, bizim çalışdığımız kəndin əməkçiləri üçündür. C.Cabbarlı. Hər bir zaman əməkçilər çəkdi cəfamı. Ə.Cavad. əməkçilik is. Əməklə keçinmə, zəhmətlə yaşama, zəhmətkeşlik. əməkdar sif.\n1. Böyük xidmətləri olan. Əməkdar alim.\n2. rəs. Elm, incəsənət, maarif, idman və s. sahəsində özünü göstərən qabaqcıl adamlara dövlət tərəfindən verilən fəxri ad. Əməkdar artist. Əməkdar elm xadimi. Əməkdar idman ustası. Əməkdar müəllim. Əməkdar həkim. Əməkdar aqronom. Əməkdar inşaatçı. əməkdarlıq is.\n1. Bir işdə böyük xidmətləri olma.\n2. dan. Əməkdar adı (bax. əməkdar 2-ci mənada). Əməkdarlıq almaq. əməkdaş is.\n1. Birisi ilə bir yerdə işləyən və ya ona kömək edən adam, iş yoldaşı. Mənim əməkdaşım. – [Elxan:] Qorxmaz, zavallı əməkdaşlarım məhv oldular.. C.Cabbarlı. Qəzaya getdikdə [Eldar] qızı əməkdaş sifəti ilə öz yanınca aparır. S.Hüseyn.\n2. Bir idarədə, müəssisədə çalışan şəxs, xidmətçi. Əməkdaşların siyahısı. Əməkdaşların iştirakı vacibdir.\n3. Bəzi ixtisas işçilərinin adı. Jurnal əməkdaşı. // Elmi tədqiqat institutunda vəzifə adı. İnstitutun elmi əməkdaşı. əməkdaşlıq is.\n1. İşləmə, çalışma. • Əməkdaşlıq etmək – 1) birinə kömək etmək. Təcrübə işlərində professora əməkdaşlıq etmək; 2) əməkdaş olmaq, işləmək. Qəzetdə əməkdaşlıq etmək. Jurnalda əməkdaşlıq etmək.\n2. Birgə fəaliyyət, iş, birgə çalışma. Hərbi əməkdaşlıq. Kosmosu tədqiq etmək sahəsində ölkələrin əməkdaşlığı. • Əməkdaşlıq etmək – birgə işləmək. əməkgün is. tar. İşçilərin əməyini hesablama vahidi. Kərim işləyən, öz işinin haqqhesabını çox yaxşı bilən, bir əməkgününü itirməyən, əyriliyə qarşı vuruşan bir adam idi. S.Rəhimov. [Qulu:] Deyirəm, Cimi, vicdanın olsun, elə elə ki, mən də sənə əməkgünü yazanda utanıb tər tökməyim. İ.Əfəndiyev. əməköməçi is. bot. Uzun gövdəli, sünbül kimi iri parlaq rəngli çiçəkləri olan çoxillik bitki. Payızlıq sovka tırtılları .. çil və əməköməçi bitkilərini çox sevir. “Pambıqçılıq”. • Əməköməçi fəsiləsi bot. – bölümlüləçəkli ot və ağackimilərin daxil olduğu bitki fəsiləsi. əməkpərvər sif. bax. əməksevən. Əməkpərvər qız. əməksevən sif. Əməyi, zəhməti, işləməyi sevən, çalışqan. Əməksevən xalq. – Əməksevən gənc nəsillər; Dönür şeyda bülbülə. Aşıq Hüseyn. Ana sevsin, əzizləsin; Əməksevən balasını. M.Dilbazi. əməksevənlik is. Əməyi, zəhməti, işləməyi sevmə; çalışqanlıq. Öz uşaqlarında .. əməksevənlik, qayğıcıllıq sifətləri tərbiyə etmək hər bir ananın müqəddəs borcudur. əməksevər bax. əməksevən. O, çox əməksevər adamdır. əməksevərlik bax. əməksevənlik. Əməksevərliyi ilə fərqlənmək. əməksiz zərf Zəhmət çəkmədən, işləmədən. Əməksiz dolanır. // sif. Zəhmətsiz, asan. Əməksiz iş yoxdur. əməl I. is. [ər.] İş, feil. Onun sözü ilə əməli düz gəlmir. – [Cənnətəli ağa:] Onu bura çağır görüm, bu nə əməldir, mənim başıma gətirir. N.Vəzirov.\n2. İcra, yerinə yetirmə. • Əməl etmək (eləmək) – yerinə yetirmək, icra etmək, riayət etmək. Göstərişə əməl etmək. Təlimata əməl etmək. Həkimin göstərişlərinə əməl etmək. – Vaizi-şəhr öz iqrarına etsəydi əməl; Düşməz idi bu qədər din ilə dünyayə xələl. S.Ə.Şirvani. Sözlərinə əməl eləməyənə lənət! N.Vəzirov. Zeynal .. Mehriban və onun atasına verdiyi sözlərin heç birinə əməl etməyirdi. S.Hüseyn. Əməl olunmaq (edilmək) – yerinə yetirilmək, riayət edilmək, icra olunmaq. Qaydaya əməl olunur. Əmələ gəlmək – 1) baş vermək, meydana gəlmək, doğulmaq, törəmək, hasil olmaq. Bataqlıq durğun sudan əmələ gəlir. – Rəngarəng güllükdə, çəmənlikdə hamar və naxışsız bir ağlıq, bir düzənlik əmələ gəlmişdi. S.Rəhimov; // mümkün olmaq, başa gəlmək, həyata keçmək. Əmələ gələn şey deyil; 2) kökəlmək, yaxşılaşmaq, qıvraqlaşmaq, düzəlmək. Buzov süd əmə-əmə əmələ gəldi. O, kurortdan sonra əmələ gəldi. – Arvad məsləhət gördü ki, quzunu ötürsünlər, bir neçə vaxt bağçada otlasın, əmələ gəlsin. C.Məmmədquluzadə. Əmələ gətirmək – 1) həyata keçirmək, yerinə yetirmək, icra etmək. [Hacı Mehdi:] Bir təvəqqəm var, amma qorxuram, əmələ gətirə bilməyəsən. Ə.Haqverdiyev. [Lütfəli bəy:] Gözlərinə dönüm, .. gör necə mənim xahişlərimi əmələ gətirir? İ.Musabəyov; 2) düzəltmək, vücuda gətirmək, təşkil etmək. [Əntiqənin] özünün də qara, şəvə kimi saçları uzun və qalın bir hörük əmələ gətirmişdi. Mir Cəlal.\n3. Rəftar, hərəkət, iş. Əməlləri ilə hamını özündən incitdi. Əz əməlinə görə cəzasını alacaqdır. – Elm insanlara eyni zamanda onların əxlaqını, rəftarını və əməlini yaxşılaşdırmaq üçün təcrübədən keçirilmiş bir vasitədir. M.F.Axundzadə. Sənə cəza verən əməllərindir. M.Rahim. [Salmanova] Cumanın .. bütün əməllərini gözünün içinə deyəcəkdi. Ə.Əbülhəsən.\n4. məc. Hiylə, kələk, biclik mənasında. Bu sənin əməlindir. – Xalq bir-bir gedib öpürlər əlin; Anlamaz kimsə hiyləsin, əməlin. A.Səhhət. Bir neçə kazak əsgərləri də onların dalınca gedirlər ki, görsünlər bu nə əməldir. C.Məmmədquluzadə. Əlbəttə, şeytan əməlinə qurşanan gərək axırda belə olsun. Ə.Haqverdiyev.\n5. Hesabda tətbiq edilən əsas qayda. Hesabda əsas dörd əməl var: cəmləmə, çıxma, vurma, bölmə. ‣ Əməli azmaq – pozğunlaşmaq, yoldan çıxmaq, həddini azmaq. Əməli ayağına cidar olmaq – gördüyü işin cəzasını çəkmək, pis nəticəsini görmək.\n\nII. is. [ər.] Qayə, məqsəd, şiddətli arzu. [Ağa Bəşir:] Bilirsinizmi ki, dünən şikayətə gələn arvadın əməli nə imiş? M.F.Axundzadə. Əməli, fikri bütün kəsbi-kamal; Nə müqəddəs əməlü fikrü xəyal! M.Hadi. Min bir əməl arxasınca qoşmağı; Dürlü-dürlü ürəklərdən öyrəndim. M.Müşfiq. əməlbaz sif. [ər. əməl və fars. ...baz] dan. Tədbirli, tədbir və hiylə ilə iş görən, hiyləgər. Əməlbaz adam. – Demək, bu əməlbaz arvad oturduğu yerdə həm qızını sözsovdan qurtardı, həm də bu vilayətin böyüyü elədi. S.Rəhimov. əməlbazlıq is. dan. Hiyləgərlik, tədbirlilik, tədbir və hiylə ilə iş görmə. • Əməlbazlıq etmək – tədbir və hiylə ilə iş görmək, hiylə işlətmək. əməldaş is. Əməli, məqsədi, qayəsi bir olan, bir məqsəd arxasınca qoşan adamlardan hər biri. Toplayaraq başına öz əməldaşlarını; Qoydu böyük firqənin ilk təməl daşlarını. R.Rza. əmələ is. [ər.] Fəhlə, işçi. Molla .. çıxıb gedəndə hamampulunu on-on beş qat artıq verir, hamamçını da, əmələləri də utandırır. “M.N.lətif”. [Odabaşı:] Neçə yüz əmələ onun fabrikində və kəndlərində işlərdi. Ə.Haqverdiyev. Xanlar Həsənoğluna atılan güllə tək bir ona yox, biz neft əmələsinin hamısına atılıbdır. S.Rəhimov. əmələcat is. [ər. “əmələ” söz. cəmi] köhn. İşçilər, fəhlələr, əmələlər. ..İdarəsində çalışdırdığı əmələcatını da özü kimi pak, etiqadlı, dindar bir müsəlman görmək istərdi. S.Hüseyn. əmələgəlmə is. Yaranma, düzəlmə. Molekulun əmələgəlmə istiliyi. əməli sif.\n1. İcrası (tətbiqi) lazım olan, həyata keçirilməli olan; işgüzar, praktik. Əməli təklif. Əməli iş. – Mən dərhal onunla əməli söhbətə başladım. M.S.Ordubadi.\n2. Sırf nəzəriyyəyə, elmə aid olmayıb işlə, əməliyyatla, təcrübə və tətbiq ilə də bağlı olan; tətbiqi, praktiki. Aktyor sənətinin əməli məktəbi. Əməli işin elmi tədqiqat işi ilə əlaqələndirilməsi. Lüğətçiliyin nəzəriyyəsini bilmək kifayət deyil, onun əməli cəhətini də bilmək vacibdir.\n3. Yalnız sözlə deyil, işlə, əməllə olan. ..Zavodun kollektivi respublikanın bəzi uşaq evlərinə hamilik edərək, onlara əməli yardım göstərir. ‣ Əməli katib – cari yazı işlərini aparan katib; kargüzar. Daldaya gələndə isə, əziz dostu, arası saz olduğu əməli katibin dediklərini xatırlardı. Mir Cəlal. əməlisaleh sif. dan. Əməlində, işində, hərəkətində düz olan, doğru hərəkət edən, əyriliklə işi olmayan (adətən istehza, kinayə və ya zarafatla deyilir). Əməlisaleh adam. Bunu əməlisaleh adamlar bilər. – İndi bilmirəm, sən necə əməlisaleh adamsan ki, yenə də məni adam elədin. “M.N.lətif.” [Qarı:] A qız, Çimnaz, ey! Sən ki əməlisaleh kişinin qızısan, özün də yazığın biri! Necə oldu ki, axı uşağını qoydun onlara qoşuldu? Ə.Əbülhəsən. // is. mənasında. Əməlisalehlər cənnətə və bədəməllər cəhənnəmə daxil olacaqlar. C.Məmmədquluzadə. əməliyyat is. [ər. “əməliyyə” söz. cəmi]\n1. Müəyyən bir məqsəd güdən və bir-biri ilə əlaqəli olan işlər. Təmizləmə əməliyyatı. – Qulu Bəhramın vasitəsilə bəzi əməliyyat yapmaq fikrində idi. Çəmənzəminli.\n2. tib. Bəzi xəstəliklər, yaxud yaralanmalar zamanı müalicə məqsədi ilə bədənin hər hansı bir yerində icra edilən cərrahlıq işi. Cərrahlıq əməliyyatı. Plastik əməliyyat.\n3. Müharibədə bir məqsədi, tapşırığı yerinə yetirmək üçün aparılan döyüş işləri. Hərbi əməliyyat. Hücum əməliyyatı. Mühasirə əməliyyatı. Quruya qoşun çıxarma əməliyyatı. – ..Dəstə .. əməliyyatdan qayıdıb dincəlməkdə idi. Ə.Əbülhəsən. Müharibə dövründə toplarımız hücum əməliyyatının carçısı olmuşdur. (Qəzetlərdən).\n4. Maliyyə, ticarət idarəsinin gördüyü işlərin məcmusu. Bank əməliyyatı. Kredit əməliyyatı. Mal mübadiləsi əməliyyatı. Birja əməliyyatı. əməlli sif. və zərf Yaxşı, layiqli, ləyaqətli. Əməlli hədiyyə. Əməlli işləmək. – [Mozalanbəy:] Ancaq “Molla Nəsrəddin” qəzetinin yazısını gözüm əməlli seçmir. Ə.Haqverdiyev. [Əcəb xalanın] nə gözü yaxşı görürdü, nə də qulağı əməlli eşidirdi. S.Hüseyn. // Qaneedici, təminedici, məmnunedici, məqbul. Ondan əməlli bir cavab ala bilmədik. – [Səftərqulu:] Yoxsa yenə içmisən, a gedə? Əməlli danış, elə iş ola bilməz! N.Vəzirov. [Yusif:] Və bir elə ittifaq düşməyib ki, mən [Şamdan bəyi] əməlli tanıyam. N.Nərimanov. əməlli-başlı sif. və zərf Olduqca yaxşı, bütün tələbata cavab verən, mükəmməl, nöqsansız, bütün, tam, ciddi. Əməllibaşlı bir şey. Əməlli-başlı bir usta tapmaq. Əməlli-başlı işləmək. // Əsaslı surətdə, lazımınca, lazımi kimi, istənildiyi kimi. Heç bir şeyi əməlli-başlı demir. – Pəri burada əməlli-başlı məclis qurdu, yemək-içmək düzəltdi. (Nağıl). [Sitarə xanımın] əməlli-başlı kirayə gətirən evi də vardı. S.Hüseyn. [Koxa:] Siz cavab axtarın, mən də əyləşim; Bir əməllibaşlı bığımı eşim. S.Rüstəm. Çimnaz yüngül adam olsaydı, bu qarı ilə elə buradaca əməlli-başlı tutuşa bilərdi. Ə.Əbülhəsən. // Mükəmməl surətdə, olduqca, lap. Qara kişini bu soyuq hava üşütdü, nəşəsini əməlli-başlı korladı. Ə.Əbülhəsən. əməllicə bax. əməlli-başlı. Əməllicə geyinmək. Əməllicə bina. Əməllicə yemək. Əməllicə yorulmaq. Bu gün əməllicə işlədik. Çox yaxşı olar, gündüz əməllicə yorulmuşam, – deyə [dostumun] təklifini şadlıqla qəbul etdim. M.Rzaquluzadə. əməlpərvər is. [ər. əməl və fars. ...pərvər] klas. Müəyyən bir əməl (qayə, məqsəd) uğrunda çarpışan, konkret bir məqsədə xidmət edən. Mirzə Fətəli bir ədib və bir naşir olmaqdan daha artıq bir cəmiyyətçi, bir əməlpərvərdi. C.Cabbarlı. əməlsiz sif. Sözünə, vədinə əməl etməyən, yaxud bir şeyə inandığı halda, onu yerinə yetirməyən, ona əməl etməyən. Əməlsiz nəsihətçi. Əməlsiz adam. // Əməli əhəmiyyəti olmayan, həyata keçməyən. Əməlsiz sözdə fayda olmaz. (Ata. sözü). // Dini ehkama sözdə inanıb, işdə onları yerinə yetirməyən, onlara əməl etməyən. Əməlsiz müsəlman. – Məni yarsız görmə, mənim pərim var; Əməlsiz deyiləm, haqdan karım var. Aşıq Rəcəb. əməzək sif.\n1. Anasını əmməmək, yaxud əmə bilməmək nəticəsində arıq olan; zəif, cılız. Əməzək quzu. Əməzək adam kimi tərpənir.\n2. məc. Key, maymaq, qorxaq, bacarıqsız. [Bahar:] Ay əməzək, Allah səni döysün! Niyə qoyurdun qaçsın, indi nə tövr eləyək? Ə.Haqverdiyev. əmgək is. Kəllə sümüyünün ön və orta hissəsi. Qiyas əmgəyindən peysərinə qədər qırxılmış .. başını əlləri ilə tutdu. Ə.Abasov. əmi is.\n1. Atanın qardaşı. Çünki Fərəc xan Bağır xanın əmisi oğlu və damadıdır, heç bir əmrdə onun rəyinə müxalifət etməz. M.F.Axundzadə. ..Əmiləri dövləti bir ilin içində dağıtdılar, axırda bir barmaqhesabı göstərdilər. C.Məmmədquluzadə.\n2. Yaşlı, yaxın adama müraciət kimi işlədilən söz. Əmi, saat neçədir? – [Sona:] Əmi, bizim bu Qadir yaman qorxur. Ə.Əbülhəsən. // Hörmət üçün özündən yaşlı kişinin adına qoşulur. İki saat yol gedib Qasım əmi yetişdi Təzəkəndə... C.Məmmədquluzadə. əmiarvadı is. Əminin arvadı. əmican (=əmicanı) bax. əmidostu. əmicanı (=əmican) bax. əmidostu. əmici sif.\n1. Əmən, soran. Əmici uşaq.\n2. Xüsusi terminologiyada: sorucu, soran, xüsusi orqanları vasitəsilə içəriyə çəkən. • Əmici tel – bitkinin kökündə olan incə, sorucu kökcük. Kökün əmici telləri uzun ömür sürmür. əmidostu is.\n1. Əmiarvadı yerində işlənən ləqəb. [Şahbaz bəy:] Şərəfnisə, qadan alım, bilirsən ki, əmidostum bu gün nə tufan elədi? M.F.Axundzadə. [Rəşid:] Dünən bizim başımız yaman qarışıq oldu, əmidostu! M.Hüseyn.\n2. Özgə qadını hörmətlə çağırmaq üçün işlənən ləqəb. Əmidostu, bu uşaq kimlərdəndir? əmigəlini is.\n1. Hörmət üçün əmi arvadına verilən ləqəb.\n2. Əmioğlunun arvadının ləqəbi olan ad. əmik sif. Çox əmilməkdən xarab olmuş, zədələnmiş. əmiqızı is.\n1. Əminin qızı. Tamam da əmiqızının uşağını saxlayacaqdır. S.S.Axundov. // Əminin qızına müraciət. [Bəhram:] Xoş gördük, əmiqızı, yəqin məni çox gözləmisən. C.Cabbarlı. [Tahir:] Yox, əmiqızı, qızdırmanın qalxmağı ondan deyil. M.Hüseyn.\n2. məc. Özgə qızlara hörmət və mehribanlıq göstərərək, çağırmaq üçün işlənən ləqəb. əmilmə “Əmilmək”dən f.is. əmilmək “Əmmək”dən məch. əmin sif. [ər.]\n1. Qorxusuz, xətərsiz, etibarlı, dinc, sakit. Əmin yol. Əmin yer.\n2. Tamamilə xatircəm, arxayın, qane. Bu işin baş tutacağına biz əminik. – [Məhərrəm:] Mən əminəm ki, Səriyyə heç vaxt razı olmayacaq və Rüstəmdən ayrılmayacaq. C.Cabbarlı. İzzət qarı əmin idi ki, .. o gülün kökünü qazıb çıxarmaq lazımdır. Ə.Məmmədxanlı. • Əmin etmək – inandırıb rahat etmək, tamamilə inandırmaq, xatircəm etmək, arxayın etmək, inandırıb qane etmək. Mən sizi əmin edə bilərəm ki, o yazıq gənc təmiz bir adamdır. M.S.Ordubadi. Budur, mən səni öz tərəfimdən əmin edirəm.. H.Nəzərli. Əmin olmaq – tamamilə inanmaq, inanıb rahat olmaq, xatircəm olmaq, arxayın olmaq. Siz buna əmin ola bilərsiniz. – Mina cavab verdi ki, əmin olunuz, əzizim! İ.Musabəyov.\n3. İnanılacaq, inanıla bilən, düz, etibarlı. Əmin adam. əmin-amanlıq is. Sakitlik, asayiş, bir yerdə qayda və nizamın hökm sürdüyü hal. Nədənsə sizin dəstəniz Təbrizə girdiyi gündən bəri əmin-amanlıq yarada bilmədi. M.S.Ordubadi. Müşavirənin gedişindən görünürdü ki, heç bir qəzada əmin-amanlıq yarana bilməmişdir. S.Rəhimov. əmin-arxayın sif. və zərf Sakitcə, rahatca, arxayınca. Bir dəqiqə çəkmədi ki, qara əjdaha ləhləyə-ləhləyə çaparaq, yüyürərək platforma qabağında əmin-arxayın dayandı. S.M.Qənizadə. əminəvəsi is. Əminin oğlunun və ya qızının oğlu (qızı). əminləşmə “Əminləşmək”dən f.is. əminləşmək f.\n1. Qorxusuz (təhlükəsiz) hala gəlmək. Səngər dalına girib əminləşmək. // Asayiş düşmək, əmin-amanlıq düşmək.\n2. Arxayınlaşmaq, xatircəmləşmək, rahat olmaq. Oğlundan məktub alandan sonra əminləşdi. əminlik is.\n1. Sakitlik, əmin-amanlıq, qorxusuzluq.\n2. Xatircəmlik, arxayınlıq. əmioğlu sif.\n1. Əminin oğlu. Qızlar şərti pozan əmioğlunu danladılarsa da, yenə gülüşməyə məcbur oldular. M.Hüseyn.\n2. Özündən yaşlı əmisi oğluna, yaxud başqa bir adama müraciət sözü. Əmioğlu, bir bura zəhmət çək. – [Sara:] Bəhram! Əmioğlu, özün bilirsən ki, mənim dünyada bir kimsəm yoxdur. C.Cabbarlı. əmir sif. [ər.]\n1. Bir tayfanın və ya ölkənin başçısı. Qəbilənin əmiri. – Şairin qəzəllərinə məftun olmuş Dərbənd əmiri onu bu xaraba kənddən öz sarayına dəvət edir. Ə.Məmmədxanlı.\n2. tar. Bəzi Şərq hökumətlərinin başçılarına və yüksək vəzifəli şəxslərə rəsmi olaraq verilən ad. Qabaq cərgələrdə əmirlər, vəzirlər və kübar ailələr yerləşmişdi. M.S.Ordubadi. əmiraxur is. tar. bax. miraxur. əmiri sif.\n1. Əmirə mənsub, məxsus olan.\n2. məc. Ən yaxşı, ən əla mənasında. Əmiri xörək. Əmiri paltar. ‣ Əmiri papaq köhn. – dəridən tikilən hündür papaq növü. Başında əmiri papaq vardı. əmirlik is.\n1. Əmir vəzifəsi.\n2. Əmirin idarəsi altında olan yerlər, ölkə. əmirülüməra is. [ər.] tar. Əmirlər əmiri (xəlifələr dövründə yüksək rütbə adı). əmir-üməra top. [ər.] Əmirlər. Vəzir, vəkil, əmir-üməra nə qədər çox dedi, Şah Abbas az eşitdi. (Nağıl). əmiş is.\n1. Əmmək işi, əmmə prosesi. Quzuların əmişi. – Zəng çalınanda, əmişdən sonra ayrılan qoyun-quzu kimi uşaqlar böyüklərdən ayrıldılar. Mir Cəlal.\n2. Əmmə vaxtı. Əmiş yaxınlaşanda quzuları ağıldan çıxardırlar. Qoyun əmişində gəl, süd apar. əmişdirilmə “Əmişdirilmək”dən f.is. əmişdirilmək məch. Əmizdirilmək, əmişə salınmaq (çoxları haqqında). Qoyun və quzular əmişdirildi, sonra qoyunlar sağılmağa başlandı. əmişdirmə “Əmişdirmək”dən f.is. əmişdirmək f. Quzuları analarını əmişməyə buraxmaq, əmizdirmək. Quzuları çobanlar əmişdirdilər. – Azərbaycanda və ümumiyyətlə, Zaqafqaziyada bir qayda olaraq camışları balaları əmişdirməklə sağırlar. A.Ağabəyli. əmişmə “Əmişmək”dən f.is. əmişmək f. Kütləvi halda analarını əmmək. Quzular (buzovlar) əmişirlər. əmiuşağı is. Əminin oğlu, ya qızı. O, bizimlə əmiuşağıdır. əmizadə [əmi və fars. ...zadə] köhn.\n1. bax. əmiuşağı. O mənim əmizadəmdir. – [Pəricahan xanım:] Ah, harada qalmışsan, ey sevgili əmizadəm! S.S.Axundov. Hatəm xanın əmizadəsi Yədulla xan evdə işsiz oturmaqdan çox darıxdığı üçün bir ziyafət düzəltmək qərarına gəldi. S.Rəhimov.\n2. Ata-babanın əmiləri nəslindən olan. Onlar bizim əmizadələrimizdir. – Tağı əmi sair əmizadələrinə nisbətən məndə böyük təsir buraxmışdı. S.S.Axundov. əmizdirilmə “Əmizdirilmək”dən f.is. əmizdirilmək məch. Döşdən süd verilmək. əmizdirmə “Əmizdirmək”dən f.is. Əmizdirmə zamanı. əmizdirmək f. Döşdən süd vermək. Ana körpəsini əmizdirir. – Əvvəl əmizdirir öz körpəsini; Uşaq gülümsəyib kəsir səsini. S.Vurğun. Nərgiz quymaq yedi və uşağı əmizdirdi. Ə.Vəliyev. əmizdirtmə “Əmizdirtmək”dən f.is. əmizdirtmək icb.\n1. bax. əmizdirmək. Uşağı əmizdirtdinmi?\n2. Əmməsinə imkan vermək. İnəyi əmizdirtdi. əmizmə “Əmizmək”dən f.is. əmizmək bax. əmizdirmək. əmlak is. [ər. “mülk” söz. cəmi]\n1. Mülklər (torpaq, əkin yerləri, malikanə və s.). [Mirzə Kərim:] Dövlətlilərin mal, əmlakı keçir ümum camaat ixtiyarına. Ə.Haqverdiyev.\n2. Birinin sahib olduğu pula dəyər şeylərin, varın, mal və mülkün məcmusu. Dövlət əmlakı. Cinayətkar əmlakı müsadirə olunmaqla cəzaya məhkum olundu. – Dövlətliyik, əlbəttə, şərafət də bizimdir; Əmlak bizimdirsə, əyalət də bizimdir. M.Ə.Sabir. əmlik is. Yenicə ota düşən və eyni zamanda anasını əmən quzu, keçi. Əmliklər çəkdirəm şişə; Bir ağır yığnağım ola! “Koroğlu”. Bir əmliyin bir tümənə satılır; Xəzəl oldu yenə pulların, dağlar! Aşıq Ələsgər. Gəl oturma belə tək; Kürdə bir əmlik kəsək. M.Rahim. // Sif. mənasında. Əzizim, bahar barı; Şirindir bahar barı; Kəsmə əmlik quzunu; Qoy gəlsin bahar, barı. (Bayatı). Yaylağın sərin havası, əmlik quzunun əti kazakları kefləndirib şirin yuxuya vermişdi. “Qaçaq Nəbi”. Yaxşı əmlik quzu kəsmişəm, çox gözəl İsfahan şərabı da vardır. M.S.Ordubadi. • Əmlik kimi – bəslənmiş quzu kimi, lap gənc, gözəl, şux. Yalan ha deyil, bəxtli olmasan, belə əmlik kimi qızı almazdın. A.Şaiq. [Uşaqlar] .. bəslənmiş əmlik kimi analarının yanına düşüb yüyürürdülər. Mir Cəlal. əmma [ər.]\n1. bax. amma. Şeir bir zivərdir, əmma biz kimi naqislərə; Ol ki naqisdir, onu möhtaci-zivər qılmamış. Füzuli. Çox kimsənin əgər ki kəsibdir qərarını; Əmma mənim təki o gülün biqərarı yox. S.Ə.Şirvani.\n2. Bir şeyə mane olan, əngəl törədən keyfiyyət, hal, səbəb. Burada bir balaca əmma var. – Yusif huşi-guşinən qulaq asıb gördü: adə, deyəsən, burda bir əmma var. (Nağıl). Bəs bu gözəllikdə otaqları beş yüz manata alanda demədinmi bunun əmması var? Mir Cəlal. • Əmması çıxmaq (olmaq) – 1) nöqsanı, əgər-əskiyi olduğu məlum olmaq; 2) sonradan xatası çıxmaq, əngəli çıxmaq. əmmamə is. [ər.] Bəzi Şərq ölkələrində: sarınmış uzun ağ parça, yaxud tirmə zolağından ibarət baş geyimi; sarğı; çalma. // Axundların və başqa ruhanilərin başlarına qoyduqları bu cür sarğı. Elə ki tək qaldılar, Koroğlu abanı, əmmaməni çıxardıb bir tərəfə tulladı. “Koroğlu”. Molla İbrahimxəlil sabah vaxtı səccadə üstündə, başında əmmamə, əlində uzun təsbeh, dizi üstə oturub övrad oxumağa məşğuldur. M.F.Axundzadə. Qoydun əmmamə başına, dandın həqiqəti; Alati-həcvü məsxərə qıldın şəriəti. Ə.Qəmküsar. əmmamədar [ər. əmmamə və fars. ...dar] bax. əmmaməli. [Baş nazir:] Bu əmmamədarlar hamıdan bədtərdirlər. P.Makulu. əmmaməli 1. sif. Başında əmmamə olan. Bunlar keçəndən sonra əmmaməli həşəratı nə eləyək? C.Məmmədquluzadə. Mənim əmmaməli yoldaşım birdən ucadan müsəlmanca səsləndi. Ə.Haqverdiyev. Sonra da bir tirmə əmmaməli molla gəlib salam verdi. Mir Cəlal.\n2. is. Ruhani, molla, seyid və b. əmmə I. is. [ər.] klas. Bibi. Aya, onlar deyil idi ki, analarını, bacılarını və qızlarını və əmmələrini və xalələrini nikah edərdilər. M.F.Axundzadə. [Pəricahan xanım:] Biçarə əmməm şam kimi əriyir. S.S.Axundov.\n\nII. “Əmmək”dən f.is. əmmək f.\n1. Dodaq və dilin müvafiq hərəkəti vasitəsilə döşdən südü soraraq içmək. Quzular qoyunları əmirdilər. Uşaq anasını əmir. – Südünü əmmişəm mən qanaqana; Ana, mən yazığı nə dindirirsən? “Aşıq Qərib”. Aslan gah əmir, gah da döşdən ayrılıb hıçqırırdı. Ə.Vəliyev. // Bir şeyi ağzına salıb sormaq, sümürmək. Barmağını əmmək.\n2. məc. Qidalanmaq, qüvvət almaq. Daşlar yarılanda günün telindən; Əmərsən dağların qarlı selindən. S.Vurğun. Bahar çağı güllər günəş əməndə; Görüş təyin eləmişəm çəməndə. M.Rahim. ‣ Anadan əmdiyi süd burnundan (burnunun dəliklərindən) gəlmək – olmazın əziyyət və əzablara məruz qalmaq, əziyyət və əzab çəkmək. Zeynəb Xudayar bəyin evində altı ay yarım qaldı. Və bu altı ay yarımın ərzində Zeynəbin anadan əmdiyi süd burnunun dəliklərindən gəlib töküldü. C.Məmmədquluzadə. əmn is. [ər.] klas. Əminlik, əmniyyət, asayiş, sakitlik. // Rahatlıq, asudəlik. Meyxanədir, Füzuli, cəhanda məqami-əmn; Cəhd et, bir ev hübab kimi onda tut məqam. Füzuli. əmniyyə is. [ər.] İranda: jandarm, polis (məmuru). Bir anda əmniyyələr soxuldular otağa; Hamısı çəkib birdən tüfəngləri ayağa. S.Rüstəm. Ərdəbildə Hikmət İsfahaninin kəndlərindən birində kəndçilər üsyan edib əmniyyəni öldürmüşlər. M.İbrahimov. // Polis idarəsi, jandarm idarəsi. əmniyyəbaşı is. İranda: polis başçısı, jandarm başçısı. əmniyyət is. [ər.]\n1. Təhlükəsizlik, qorxusuzluq, əminlik, sakitlik, ictimai asayiş. Düşmən sərhədimizdən nə qədər uzaqda olsa, səadət və əmniyyətimiz də o qədər yaxınımızda olar. M.S.Ordubadi.\n2. xüs. Qoruyucu. ..Elektrik xətlərini çox diqqətlə yoxlamaq, vaxtlı-vaxtında təmir etmək və əmniyyət cihazlarının sayını artırmaq lazımdır. M.Hüseyn.\n3. İnanma, etimad, etibar. əmniyyətli sif. Qorxusuz, əmin, sakit. Əmniyyətli yer. əmniyyətsiz sif.\n1. Əmniyyət və asayişi olmayan; qorxulu və təhlükəli olan. Əmniyyətsiz yer.\n2. Etibarsız, inanıla bilməyən, bel bağlana bilməyən. əmniyyətsizlik is.\n1. Əmniyyət və asayiş olmadığı hal, vəziyyət.\n2. Etibarsızlıq, inanıla bilməmə, bel bağlana bilməmə. əmr I. is. [ər.]\n1. Bir işin görülməsi üçün verilən hökm, göstəriş. [İskəndər:] Gərək hər əmrimə baş əysin cahan; Ovcumda top kimi oynasın dövran. A.Şaiq. ..Müqim bəy xanımın tapşırığını bir əmr kimi yerinə yetirmişdi. S.Rəhimov. • Əmr etmək – bir işin görülməsini hökmlə tapşırmaq, buyurmaq. Onun eşqiylə mən ki dərbədərəm; Hər nə əmr etsəniz qəbul edərəm. H.Cavid. ..Mənə də müəllimimiz .. bir hekayə düzəldib yazmağı əmr etmişdi. S.S.Axundov. // Bir işi yerinə yetirmək haqqında əmr, sərəncam yazılmış kağız; əmrnamə. Nazirlikdən əmr alındı. Əmrə tabe olmaq. Əmri yerinə yetirmək. – Vahidin məktəbdən kənar edilməsi haqqındakı əmri oxuyanda Muxtar təəccüb elədi. Mir Cəlal. • Əmr vermək – əmrnamə, sərəncam yazmaq, nəşr etmək, elan etmək. Təyinat haqqında əmr vermək.\n2. Hökumət orqanının, idarə, müəssisə, təşkilat və s. rəhbərlərinin rəsmi sərəncamı. Hərbi komissarlığın əmri. İnstitut direktorunun əmri. – [Komandir:] Göz-qulaq ol! – əmrini verdikdən sonra ordugaha döndü. H.Nəzərli. Tapşırıq görüldü yoldaş komissar! Mən yenə hazıram, nə əmriniz var? S.Vurğun. Dəstə öz komandirinin əmri ilə irəliləyirdi. Ə.Vəliyev. ‣ Əmr siğəsi – “əmr forması”nın köhnə qrammatikada adı. Əmr forması qram. – zaman və xüsusi əlaməti olmayan, yalnız şəxs şəkilçiləri qəbul edən feil qrupu. Əmr cümləsi qram. – əmr ifadə edən cümlə. Əmrdən çıxmaq – tabe olmamaq, göstərişə, əmrə əməl etməmək. Əmri-qaib – köhnə qrammatikada: üçüncü şəxsə edilən əmr. Əmri-hazır – köhnə qrammatikada: ikinci şəxsə edilən əmr. Əmrinə vermək – ixtiyarına vermək. Komandanın əmrinə çoxlu sursat və qoşun verilmişdir.\n\nII. is. [ər.] İş. [Şah:] Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. M.F.Axundzadə. Olmaz bu ki hər əmrə dəxalət edə fələ; Dövlətli olan yerdə cəsarət edə fələ. M.Ə.Sabir. Mən istəmirəm, Xudayar bəyin keçəcəyindən danışam, çünki özü də heç bu əmrə razı olmaz. C.Məmmədquluzadə. • Əmri aşmamaq – işi keçməmək, çətinlik çəkmək. Əvvəl əmrdə köhn. – ilk olaraq, birinci növbədə, əvvəlcə, əvvəl başdan. əmraz is. [ər. “mərəz” söz. cəmi] köhn. Azarlar, xəstəliklər. Sirayətli əmraz. – Mən çəkirəm onun işvəylə nazın; Gör canda artırdı necə əmrazın. Aşıq Maqsud. əmri-vaqe is. Olmuş, olub bitmiş iş. Əmri-vaqe qarşısında qalmaq. Əmri-vaqe qarşısında qoymaq. – Zeynal heç inanmayırdı ki, Mehriban öz çocuqlarından əl çəkə bilər, fəqət bu, bir əmri-vaqe idi. S.Hüseyn. [Əli:] Din bir əmri-vaqe olaraq, insaniyyətlə bərabər doğulmuş və əsrlərdən bəri dolanbac tarix yollarında onu təşyi edir. Çəmənzəminli. əmrnamə is. [ər. əmr və fars. ...namə] Əmr yazılmış kağız, yazılı əmr. Əmrnaməyə görə. Əmrnamə ilə tanış olmaq. – // Əmr. Əmrnamə dəftəri. – Əmrnamə yazılmış və Balacayev tərəfindən imzalanmışdı. S.Rəhimov. əmsal is. [ər. “misal” söz. cəmi]\n1. klas. Oxşar(lar), bənzər kimi(lər). Şiəyəm, əmma nə bu əşkaldən; Sünniyəm, əmma nə bu əmsaldən. M.Ə.Sabir.\n2. Misl, tay-bərabər. Əmsalı görünməmiş (misli görünməmiş).\n3. riyaz. Cəbri ifadədə ədədi (ya hərfi) cəmlənmə. // Axtarılan ədədi əldə etmək üçün müəyyən kəmiyyətə vurulmalı olan ədəd. // Fiziki cismin hər hansı bir xüsusiyyətini təyin edən kəmiyyət. əmtəə is. [ər. “məta” söz. cəmi] iqt. kit. Mübadilə üçün istehsal edilən əmək məhsulları; mal. Əmtəə insanın hər hansı bir ehtiyacını təmin edən, habelə başqa şeyə dəyişdirilən şeydir. – [Ömər Lütfi:] Şəhərdə olan bütün əmtəə təcili surətdə ixrac edilməlidir. H.Nəzərli. • Əmtəə dövriyyəsi iqt. – malların xalq təsərrüfatında dövr etməsi. Şəhərlə kənd arasında əmtəə dövriyyəsinin artması. Əmtəə istehsalı iqt. – səciyyəvi xüsusiyyəti, alğı-satqı yolu ilə mübadilə üçün məhsul istehsal etməkdən ibarət olan ictimai istehsal. Əmtəə mübadiləsi iqt. – mal mübadiləsi, mal dəyişmə. Beynəlxalq əmtəə mübadiləsi. əmtəəlik sif. iqt. Əmtəə kimi satılacaq; satlıq, bazarlıq. Əmtəəlik heyvan. əmtəəşünas is. [ər. əmtəə və fars. ...şünas] Əmtəəşünaslıq mütəxəssisi. Əmtəəşünas vəzifəsi. əmtəəşünaslıq is. Malların növlərindən, keyfiyyətlərindən, istehlak dəyərindən bəhs edən elmlərin məcmusu. əmud [ər.]\n1. riyaz. Şaquli olaraq yuxarıdan aşağıya enən və düzbucaq əmələ gətirən xətt; şaquli xətt.\n2. Polad toppuz. Qılıncdan murad hasil olmadı, əmuda əl atdılar. “Koroğlu”. Rüstəm Zal dastanları, Hüseyn Kürd əmudları, ovçu Pirim sərgüzəştləri, Bəhram Gurun ov səyahətləri ayrı-ayrı lövhələrdə təsvir edilmişdi. S.Rəhimov. əmudi sif. [ər.] Şaquli. Əmudi xətt. əmval is. [ər. “mal” söz. cəmi] köhn. Mallar. Biz məgər aclara vəqf eyləmişik malımızı? Ta ki hər müstəhəqə bəzl edək əmvalımızı. M.Ə.Sabir. Onda məxluqat nəinki bu fani dünyanın əmvalından, hətta öz əyalından və canından belə keçər. S.Rəhimov. əmzik is.\n1. Sormaq üçün körpə uşağın ağzına verilən içiboş rezin borucuq. Uşağa əmzik ver, ağlamasın. – [Xarrat:] Uşaqlar əmziklə bəslənirdilər.. T.Ş.Simurq. Qaragöz körpələri sakit edib əmzik vermiş, nənniyə salmışdı. M.İbrahimov.\n2. İçində süd, çay və s. olan şüşənin ağzına keçirilən deşikli rezin borucuq. Əmziyin südünü boşaltmaq. əmzikləmək f. məh. Döş kimi sallanmaq. əmzikli sif.\n1. Südəmər uşağı olan. Əmzikli qadın.\n2. Əmzik keçirilmiş, əmziyi olan. İnək və camışları, xüsusən ilkinə doğan düyələri mütləq balasız sağmağa, balası isə əmzikli qabdan süd içməyə öyrətməlidir. “Qaramal”.\n3. Mayeni tökmək üçün ağzında yarıq şəklində yeri olan. Əmzikli şüşə. ən ədat. Keyfiyyət bildirən sifətlərin və zərflərin əvvəlinə gətirilərək üstünlük, şiddət bildirir. Ən böyük çay. Ən iti uçan təyyarə. Ən sağlam adam. Ən qısa. Ən uzun. Ən gözəl. Ən axırda. Ən əvvəldə. Ən sonra (lap axırda). Əlin ən uzun barmağı orta barmaqdır. – Mədən işlərinə olan böyük həvəsi sayəsində [Araz] artıq ən təcrübəli bir usta olmuşdu. A.Şaiq. Aralarında ən yaşlıları olan Rəşid atı saxladı. H.Nəzərli. İnsan orqanizminin ən həssas və işlək üzvü olan ürək azad döyünməyi çox sevir. Ə.Vəliyev. ənam is. [ər. “nemət” söz. cəmi] Bəxşiş, hədiyyə, mükafat. Ənam almaq. Ənam vermək. – [Odabaşı:] Hətta Mirzə Əhməd ağa qız üçün ənam göndərmişdi. Ə.Haqverdiyev. [Rəhim xan:] Əgər Nəsrəddin şahın ənamı olmasaydı, bu saat səni həlak edərdim. C.Cabbarlı. • Ənam eləmək klas. – bağışlamaq, vermək. Haq mənim ömrümü kəssin, sənə ənam eləsin. S.Ə.Şirvani. ənbər is. [ər.]\n1. Kaşalota oxşar bir balığın mədəsindən çıxarılan gözəl qoxulu maddə. Ənbər qara, boz, sarı rəngli, çox yağlı maddədir.\n2. Xoş qoxu, ətir. Ənbər qoxumaq. // Sif. mənasında. Mən qurbanı olum ənbər tellərin; Qönçə dodaqların, püstə dillərin. Nəbati.\n3. məc. klas. Gözəlin saçına, zülfünə işarə. Ləblərin görən neylər; Görə bir də ənbəri. (Bayatı). ənbərbar sif. [ər. ənbər və fars. ...bar] klas. şair. Ənbər saçan, ətir saçan. Ənbərbar zülf. – Görməmişəm belə bir səfalı zülf; Çox sünbüli-ənbərbarı tutmuşam. M.P.Vaqif. ənbərbu sif. [ər. ənbər və fars. bu]\n1. klas. şair. Ənbər qoxulu, ənbər kimi ətirli.\n2. Ağ, parlaq, ipi dənəli əla düyü növü. Ağ ənbərbu. Ənbərbu düyü. ənbərçə is. köhn. Qızıldan döş bəzəyi. Keçmişdə bir çox kəndlərdə qadınlar döşlərinə ənbərçə taxırdılar. ənbərfəşan sif. [ər. ənbər və fars. ...fəşan] klas. şair. Ənbər saçan, ətir səpələyən; ənbər qoxuyan. Badi-səba İsa kibi gərçi dirildir ölüyü; Ənbərfəşan zülfün dəmi badi-səbayə tən edər. Ə.Nəbati. ənbərə is. Dəyirman çarxını işlədən suyun yığılıb şiddətlə töküldüyü nov. Dəyirmanın suyu ənbərəyə yığılır, oradan tökülür və çarxı işlədir. ənbəri sif. [ər.] Ənbər kimi, ətirli, xoşiyli. ənbərin sif. [ər. ənbər və fars. ...in] klas. şair. Ənbər kimi ətirli, ətir saçan. Cənnətin ənbərin qapıları usta Ağabalanın üzünə açıldı. Çəmənzəminli. ənbir is. Dəmirçi tutğacı, maşası. Dəmirçilər qızğın dəmiri ənbirlə tutub döyürlər. ənbiya is. [ər. “nəbi” söz. cəmi] Nəbilər, peyğəmbərlər. əncam is. [fars.]\n1. Son, axır, nəhayət, nəticə. Hər işi əncamı ilə ölçərlər. Əncamı xeyir olsun (axırı xeyir olsun). • Əncam qılmaq (vermək) – sona vardırmaq, nəticələndirmək. [Böyükxanım:] Allah rizasına, bizi dil-dişə salma! İşlərə əncam verginən! M.S.Ordubadi. Əncam tapmaq – sona varmaq, nəticələnmək. [Ağamərdan:] Amma Zeynəb xanım gərək mənim hər sözümə, hər tədbirimə əməl etsin ki, bu iş əncam tapa. M.F.Axundzadə.\n2. Kömək, vasitə, yol, tədbir. • Əncam etmək (çəkmək) – həllinə, başa gəlməsinə, qaydaya düşməsinə kömək etmək, çıxış yolu tapmaq, tədbir görmək. İndi naxoşdu milləti-islam; Ona lazımdır eyləmək əncam. S.Ə.Şirvani. [Aslan bəy:] Sən ehtiyatlı ol, mən özüm bu işə əncam çəkərəm, – dedi. A.Şaiq. [Hacı Murad:] Məhərrəm bəy gəlsin, görək işə nə əncam çəkirik. S.S.Axundov. Əncama qoymaq (salmaq) – yoluna qoymaq, yoluna salmaq, qaydaya salmaq. Məktəb işlərini əncama saldınmı? – O, Tütünçüoğlu və Həsənağanın vasitəsilə hər bir işi əncamına salmışdı. M.S.Ordubadi. əncamə is. Qapı və pəncərə qanadlarını çərçivəyə bağlayan və onların açılıbörtülməsinə imkan verən dəmir hissə; rəzə. Qapı əncaməsindən çıxmışdır. • Dişi əncamə – əncamənin qapı açılıb-örtüləndə onunla bərabər dönən hissəsi. Erkək əncamə – əncamənin qapı açılıb-örtüləndə çərçivədə hərəkətsiz duran hissəsi. əncir is. [fars.] İçində xaş-xaş kimi xırda tumları olan ətli, şirin, yumşaq qabıqlı, yumru meyvə. Əncir mürəbbəsi. Əncir doşabı. Əncir ağacı. Əncir qurusu (qurudulmuş əncir). – [Molla] gedib, var-yox pulunu verib bir səbət yaxşı əncir alır, aparır Teymura. “M.N.lətif.” Bir-iki dəqiqədən sonra böyük bir əncir ağacının yanından, haman şəhərdən tanıdığım Əhmədin çıxdığını gördüm. T.Ş.Simurq. // Həmin meyvənin ağacı. Əncirin altında oturmaq. əncirli sif.\n1. Əncir ağacları olan. Mən səni çox görmüşəm cavanlıq çağlarında; Bol əncirli, üzümlü Novxanı bağlarında. S.Rüstəm. Kərim bəy burada, bu əncirli həyətdə nəvəsini məşğul edən bir şey olduğunu duydusa da, üz vurmadı. Mir Cəlal.\n2. Tərkibində, içində əncir olan. Əncirli konfet. əncümən is. [fars.] kit. köhn. Məclis, cəmiyyət, şura. Səttar xan məsələni əncüməndə qoymaq üçün bir söz demədi. M.S.Ordubadi. // Camaat. Hər söz ki gəlir zühurə məndən; Min tənə bulur hər əncüməndən. Füzuli. əndam is. [fars.]\n1. Bədən. Qaşı, gözü, əndamı, təmamən əl-ayağı; Hər bir sənəmin başına yüz naz kimindir? M.V.Vidadi. Uşağın əndamına quru xına sürtməyə başlardılar. H.Sarabski.\n2. Boy, qədd, qamət, boy-buxun, bədən quruluşu. Əndamı olduqca düzgündür. – Bunların şirin ləhcələri, duzlu danışıqları, mütənasib əndamları və alıcı, xumar gözləri vardır. M.S.Ordubadi. • Əndamın yansın (açılsın), əndamı yanmış (açılmış) – qarğış ifadəsi. Anası Gülpərinin təpəsinə iki əlli qapaz vurub deyərdi: – Əndamı açılmış, bir bax, gör uşağı nə günə salmısan! H.Sarabski. Əndamına lərzə düşmək – titrəmək, əsmək (qorxudan). əndamlı sif.\n1. Boylu, boylu-buxunlu, biçimli, bədən quruluşu çox düzgün, gözəl bədənli.\n2. Bir qədər dolğun, bədən quruluşu yerliyerində. [Sultan bəy:] Əsil mən deyən arvad elə o idi ki, hallıca, dul, əndamlı.. Ü.Hacıbəyov. ..Əndamlı xanım xalata oxşar, qırmızı güllü, sarı paltar geymişdi. M.İbrahimov. əndamsız sif. Bədən quruluşu yerliyerində olmayan; biçimsiz. // Boysuz, qısaboylu. əndamsızlıq is. Əndam çirkinliyi, bədən nöqsanı, bədən quruluşunun düzgün olmaması; biçimsizlik. əndazə is. [fars.]\n1. Kağızdan, kartondan kəsilmiş ülgü. // Ölçü, miqyas, ölçü vahidi. • Bir əndazədə – bir ölçüdə, bir qaydada. [Qızların] hamısının libası bir qiymətdə, bir əndazədə və bir ölçüdə idi. M.S.Ordubadi.\n2. Tənasüb, simmetriya, quruluş düzgünlüyü. Onun bədən əndazəsi yerli-yerindədir.\n3. məc. Hədd, hüdud; norma. Hər şeyin əndazəsi olmalıdır. Əndazədən artıq. – Əndazə qoyaq, üç gün oturaq. (Ata. sözü). Tükün əndazədən artıq görünür; Quyruğun gör necə yerlə sürünür. A.Səhhət. • Əndazədən çıxmaq – əndazəni aşmaq, həddini aşmaq. Görsən tanımazsan yarımsaqqalı; Çıxıb əndazədən dövləti, malı. Q.Zakir. [Sübhanverdizadə] hər hansı bir qonaqlıqda əndazədən çıxmaz və öz hörmətini gözlərdi. S.Rəhimov. Əndazəyə düşmək – lazımi şəklə düşmək. Əndazəyə salmaq – yöndəmə, qaydaya salmaq, lazımi şəklə salmaq. əndazəli sif. Biçimli, düzgün, mütənasib, qaydalı, hər cəhətdən yerli-yerində. əndazəsiz sif.\n1. Biçimsiz, ölçülməmiş, tənasübsüz, ölçüsüz. İndi bizim evin quruluşu sənə olduqca ölçüsüz-biçimsiz və əndazəsiz görünür. M.S.Ordubadi.\n2. Hesabsız, saysız, çox qeyri-məhdud. əndəlib is. [ər.] klas. Bülbül. Hər qanda eşitdi bir təbibi; Gülzarının oldu əndəlibi. Füzuli. Ey əndəlib, səndə bu nə qanundur; Fəğan çəkmək növbaharı görəndə. Q.Zakir. Əndəliblər yaz axtarar; Ovçu ördək, qaz axtarar... Aşıq Şəmşir. əndə-məndə əndə-məndə demək dan. – yersiz danışmaq, artıq-əskik danışmaq. Pulsuz rəncbər atar bir fitə ortası dəlik; Əndə-məndə desə, ombasına beş-on da təpik. M.Möcüz. əndər-döndər əndər-döndər eləmək dan. – alt-üst etmək, yoxlamaq, axtarmaq, araşdırmaq. Rövşən getdi, dağları, daşları əndər-döndər elədi. “Koroğlu”. əndərilmə “Əndərilmək”dən f.is. əndərilmək f.\n1. Hamısı birdən-birə tökülmək. Başına bir vedrə su əndərildi.\n2. Birdən yıxılmaq, aşmaq. Ağacın üstündə olan uşaq birdən yerə əndərildi. – Atlı köklü ağac kimi əndərildi, lakin sol ayağı üzəngiyə ilişib qaldığından, at onu sürüyəsürüyə apardı. Çəmənzəminli. əndərqəlib əndərqəlib eləmək dan. – başdan eləmək, rədd eləmək. Necə, nə təhər eləyim? Get, at çölə, əndərqəlib elə çıxsın getsin. M.İbrahimov. əndərmə “Əndərmək”dən f.is. əndərmək f.\n1. Duru, yaxud səpələnən şeyləri qabdan və s.-dən birdən-birə və bütünlüklə tökmək, boşaltmaq. Vedrənin suyunu əndərmək. Çuvalın ağzını açıb unu təknəyə əndərdi. – Lakin ansızın bir təsadüf Ağabəyimin düşüncə kasasını əndərdi, sakit və fərəhli həyatına zəhər qarışdırdı. Çəmənzəminli.\n2. bax. endirmək. Ceyran çəkib qılıncı endirdi divə, div əl atıb, Ceyranın biləyindən tutub sıxmağa başladı. (Nağıl). əndərun [fars.]\n1. sif. köhn. İç, içəri, daxil. Pişxidmətbaşı və xacə Mübarək düşdülər qabağa, bir-bir əndərun otaqlarını göstərməyə şüru etdilər. M.F.Axundzadə.\n2. is. İran evlərində: evin ailə və qadınlara məxsus hissəsi. [Yusif şah:] [Xacə Mübarəkə:] Çünki sən həmişə Şah Abbasın əndərununda olubsan, mümkün deyil ki, bu qəziyyə sənə məlum olmasın. M.F.Axundzadə. Məclislə əndərunun arasında dolaşan Fərman idi. Ə.Haqverdiyev.\n3. is. Ümumiyyətlə, otaq mənasında. Mirzə öz əndərununa getdi, mən də soyunub yatdım. Ə.Haqverdiyev. əndəruni bax. əndərun 1-ci mənada. Şərq şəhərlərinə məxsus əndəruni və biruni, iki həyətli, bağçası evlərinə yanaşı, boz palçıqdan tikilmiş yoxsul və zəhmətkeş əhali yaşayan daxmacıqlar da çoxdur. M.İbrahimov. əndərz is. [fars.] köhn. Nəsihət, vəsiyyət. əndişə is. [fars.]\n1. Fikir, qayğı. Mənəm qalan haman bu əndişədə; Zəmanə dönübdür, qovğayə bir bax. Q.Zakir. Aldılar cümlə əllərə tişə; Yox könüllərdə özgə əndişə. M.Ə.Sabir. İnsanın əndişəsi çoxaldıqca onun yuxu görməyi də artır. S.Rəhimov.\n2. Narahatlıq, təlaş, nigarançılıq, təşviş, iztirab, qorxu. [Yusif:] Musanın, o bədbəxt qardaşımın iztirab və əndişələri həp sönüb bitdiyinə bir aydın şahiddir. H.Cavid. Firidun bir zaman parlaq ay işığında Gülnazgilin yatdığı səkiyə çıxdı, əndişə ilə dolu o gecəni xatırladı. M.İbrahimov. • Əndişə etmək, əndişəyə düşmək, əndişə çəkmək – narahat olmaq, nigaran qalmaq, təşvişə düşmək, iztirab çəkmək, qorxmaq. Doyunca zövq alaq nazü qəmzədən; Əndişə çəkməyək heç bir kimsədən. M.P.Vaqif. [Yusif şah:] Deyərsən ki, mənim cəhətimdən əndişə etməsin, sabah oğlanlarını hüzura göndərsin. M.F.Axundzadə. Əndişə oyandırmaq – narahatlığa, təşvişə səbəb olmaq, qorxu, ehtiyat doğurmaq. // Şübhə, vəsvəsə, təlaş. əndişəli sif. Əndişəsi, ürəyində fikri olan; dərdli, qayğılı, iztirablı. Əndişəli adam. – Sonra qızın gözləri ovçunun əndişəli və sualedici baxışlarına sataşarkən, o, dilə gəldi. Ə.Məmmədxanlı. əndişəlilik is. Əndişəli, dərdli, fikirli, qayğılı, mənəvi iztirab çəkən, təşviş içində olan adamın hal və vəziyyəti. əndişəsiz sif. Əndişəsi, fikri, qayğısı, qorxulacaq bir şeyi olmayan; fikirsiz, qayğısız, dərdsiz, sakit, rahat. Əndişəsiz adam. əndişəsizlik is. Fikirsizlik, qayğısızlıq, dərdsizlik. ənduh is. [fars.] köhn. Qəm, qüssə, kədər. ənək is.\n1. Yük atı, qoşqu atı, minik atı.\n2. Heyvanın qulağına vurulan nişan. Çoban ənəklərindən qoyunlarını tanıyır.\n3. bax. ənk. ənənə is. [ər.] Tarixən meydana gələrək nəsildən-nəslə keçən adətlər, əxlaq normaları, görüşlər, zövqlər və s. Pis ənənələri ortadan qaldırmaq. Azərbaycan xalqının gözəl ənənələri var. Teatrımızın özünə məxsus ənənələri vardır. // Cəmiyyətdə, həyatda, məişətdə və s.-də müəyyənləşib sabitləşmiş qayda, üsul, norma, dəb. Ənənə halını almaq. – [Nüşabə:] Bilər öz həddini, artıq anlar; Hər elin ənənəsi, mənliyi var. A.Şaiq. Ənənə uzun müddət ərzində bir neçə nəslin bədii dühası, coşqun yaradıcı əməyi nəticəsində yaranır. ənənəçi bax. ənənəpərəst. ənənəçilik bax. ənənəpərəstlik. ənənəpərəst sif. [ər. ənənə və fars. ...pərəst] Adətən vaxtı keçmiş ənənələrə sadiq olan, ənənə saxlayan, ənənələrə riayət edən; mühafizəkar. Ənənəpərəst adam. – [Xosrov:] İran xalqı olduqca mütəəssib, ənənəpərəst, mövhumatpərəst bir xalqdır. A.Şaiq. ənənəpərəstlik is. Adətən vaxtı keçmiş ənənələrə sədaqət, ənənələrə riayət etmə; mühafizəkarlıq. ənənəvi sif. [ər.] Ənənə şəkli almış, ənənə mahiyyətində olan. Ənənəvi adət. Ənənəvi şeir. // Ənənə üzrə keçirilən, keçən. Ənənəvi görüş. Ənənəvi yarış. Ənənəvi müsamirə. Ənənəvi qonaqlıq. // Ənənəyə əsaslanan, ənənə üzrə gələn; ata-babadan, nəslən. Ənənəvi paltar. – Əlbəttə, bu ənənəvi bir matros ailəsi üçün son dərəcə böyük bir dərddi. Ə.Əbülhəsən. ənənəvilik is. Ənənə mahiyyətində olma, ənənə kimi nəsildən-nəslə keçmə. Adətlərin ənənəviliyi. ənfiyə is. [ər.] Burunotu. ənfiyədan is. [ər. ənfiyə və fars. ...dan] köhn. Burunotu qabı. Qızıl Arslan ənfiyədanı götürüb baxdığı zaman rəngi ağardı, çünki ənfiyədan onun qardaşı Atabəy Məhəmmədin ənfiyədanı idi. M.S.Ordubadi. ənfüsi sif. [ər.] köhn. kit. Şəxsən düşünənə, onun düşüncəsinə, nəfsinə aid olan; subyektiv. əng is. Alt çənə. Əng sümükləri. – Nə qoyarsan ənginə; Rəngi çıxar rənginə. (Ata. sözü). [Usta Həsən:] Ay Hacı, dəllək nədir? Çağıracaqsan, gəlib bir at kəlbətinini salacaq dişinə, dartıb əngini də dişinin üstündə çəkəcək. Ə.Haqverdiyev. Kazım isə qoz ləpəsini o əngindən o biri ənginə aparıb, onu əzməyə çalışırdı. Çəmənzəminli. ‣ Əngi qızışmaq – çox danışmaq, uzunçuluq eləmək, çərənləmək. Ənginə vermək, əngini yormaq – bax. əngi qızışmaq. Boşla, xala, cəfəngini; Müftəcə yorma əngini. Ə.Nəzmi. əngaltı is. Əngin alt tərəfi. əngəbəngə is. dan. Bütün keçmiş və indiki nəsil. Mən onun əngəbəngəsini tanıyıram. əngəbu is. [fars.] Bal qoxuyan bir ot bitkisi. Əngəbu ilə arı beçələrini səbətə yığmaq olur. əngəc is. Su hövzəsindən suyu axıtmaq üçün nov, boru. əngəduş is. köhn. Ucu toppuzlu uzun dəmir. Dəmirçilər əngəduşla kürəni qarışdırırlar. əngəl is.\n1. Bir şeyin başa yetməməsinə, ya təxirinə səbəb olan şey; maneə, çətinlik. [İblis:] Get, get, daha durma, artar əngəl. H.Cavid. Bu qüvvənin qarşısında heç bir əngəl dayana bilməz. S.Rəhman. • Əngəl çıxarmaq (törətmək) – çətinlik törətmək, ləngitmək, mane olmaq. Məmləkət işinə əngəl törətmək üçün düşünən başları vurmaq lazımdır. M.S.Ordubadi. Əngəl çıxmaq – 1) maneə törəmək; 2) cəncəl çıxmaq. [Leyla:] Qorxuram, axırda çıxa bir əngəl; Deyəsən, başını girləyib əcəl. S.Rüstəm. Əngəl olmaq – bir şeyin başa yetməsinə, həyata keçməsinə mane olmaq, başa çatmağa, həyata keçməyə qoymamaq, çətinlik törətmək. Əngələ düşmək – çətin vəziyyətə düşmək; pis, xoşagəlməz bir işə dolaşmaq. ..Çünki özümüzün əngələ düşməməyimiz üçün amerikalı qızı müdafiə etmək qərarına gəlmişdim. M.S.Ordubadi. Əngələ salmaq – çətin vəziyyətə salmaq, pis, xoşagəlməz bir işə dolaşdırmaq. Başına əngəl açmaq – çətin vəziyyətə salmaq, cəncəl açmaq. [Əsgər:] Biçarə Gülçöhrənin başına əngəllər açdım. Ü.Hacıbəyov. [Səlim bəy:] Ah, Mahmud bəy, qoyma, qoyma qaçsınlar; Qaçıb başımıza əngəl açsınlar. S.Rüstəm.\n2. dan. Azar, xəstəlik, yaxud nöqsan, çatışmazlıq mənasında. Malda əngəl var. – Xanım, sizdən təvəqqe eləyirəm, oğlunuzun sözünə çox da qulaq asmayasınız, çünki onun əqlində bir az əngəl var. N.Vəzirov. əngəlləmək f.\n1. Əngəl törətmək, çətinlik törətmək, əngəl olmaq.\n2. dan. Azarlı olmaq, zəifləmək, səhhəti korlanmaq. Canı əngəlləyibdir. əngəlli sif. Əngəli olan, çətin, dolaşıq, cəncəl, xatalı. Əngəlli məsələ. Bir əngəlli iş vardı. – [Müsafir:] Heç zərər yox, burax asılsınlar; Daha əngəlli bir xəbər var, əvət! H.Cavid. Mahrunun mənə qarşı nə kimi vəziyyət alacağı, doğrudan da, bir az əngəlli və maraqlı məsələ idi. M.S.Ordubadi. əngəlsiz sif. Əngəli olmayan, maneəsiz, asan başa gələn, çətinliklə bağlı olmayan, xatasız. Əngəlsiz iş. əngəl-üzar sif. məh. Çox çətin düzələn, böyük çətinliklərlə, əngəllərlə bağlı olan. Əngəl-üzar iş. əngənək is. məh. Saxsı ləyən, laxan, paltar yumaq üçün təknə; tabaq. Həyətin bir səmtində var idi əngənək, yanında çoxluca yuyulmuş paltar qalanmışdı. C.Məmmədquluzadə. əngiboş sif. və is. dan. Çoxdanışan, boşboğaz, çənədən boş, naqqal. əngin sif. şair.\n1. Geniş, vüsətli, açıq, ucu-bucağı olmayan. Əngin səma. Əngin üfüqlər. – Bizimdir bu əngin, atlaz ovalar; Qoynunda qartal bəsləyən qayalar. A.Şaiq. Mənimsə qəlbimə doğur bir səhər; Açılır qarşımda əngin üfüqlər. S.Vurğun. ..Bu səadət səhəri o qədər əngin və işıqlıdır ki, başlanan günəşli gündüzün əbədiliyinə şübhə etmirsən. Mir Cəlal.\n2. bax. ənginlik. Xəyalımın qanadında ənginlərə yol açdım; Gəzdim döyüş meydanını, səhraları dolaşdım. R.Rza. Dalıram, daldıqca boş ənginlərə; Rənglərə boyanan xoş ənginlərə. N.Rəfibəyli. ənginlik is. şair. Genişlik, vüsət, açıqlıq; dənizin sahildən uzaq nöqtələri. Yadımdadır, mən uzun zaman daş bənd üzərində oturub qaldım, heyran-heyran dənizin qaranlıqda itən ənginliklərinə baxdım. Ə.Məmmədxanlı. Midhət göylərə baxdı. Ovçu gözləri göyün ənginliklərini seçir, sirli və dərin havanın içinə girə bilirdi. Ə.Vəliyev. ənhar is. [ər. “nəhr” söz. cəmi] şair. Çaylar. ənik sif. Yırtıcı, sərt heyvan balası. Həyətlərində ənik bir it var. ənin is. [ər.] şair. İnləmə, inilti, zarıltı. Pianinodan həzin bir ənin qalxıb, bağçanın sükutu içində titrəyərək söndü. İ.Əfəndiyev. Ceyran baxışlı dilbər, durna gözlü nazənin; Ömründə görməmişdir nə göz yaşı, nə ənin. N.Rəfibəyli. ənis is. [ər.] şair. Yaxın dost, ürək dostu, həmdəm. Olsam qəmi-aləmə giriftar; Ancaq sən idin ənisü qəmxar. Füzuli. [Xumar:] Durma, yüksəl, ənisi-ruhim, gəl! Mütərəddid görünmə! Gəl, yüksəl! H.Cavid. Hələ bomboş otaqların qalın divarları arasında anasının yeganə ənis və munisidir. A.Şaiq. ənkəbut is. [ər.] klas. Hörümçək. Cida düşüb ulusundan, elindən; Ənkəbut tək can asılır telindən.. Aşıq Ələsgər. ənqa is. [ər.] klas.\n1. Əsatirə görə Qaf (Elbrus) dağında yaşamış əfsanəvi çox iri bir quş; simurq.\n2. Adı olub özü olmayan şey haqqında. ənqaz is. [ər.] klas. Uçulmuş binanın, ümumiyyətlə, dağılmış, sökülmüş, yıxılmış bir şeyin qalıqları, töküntüləri. Kor gözün, şil əllərin bir qövmü məhv etməkdədir; Bax, onun ənqazidir bu ahü əfğan, bir utan! H.Cavid. ənqərib zərf [ər.] klas. Tezliklə, lap yaxında, yaxın zamanda. Qəm çəkmə ki, mən olunca qəmxar; Yarın sənə ənqərib olur yar. Füzuli. ənlik is.\n1. Qadınların yanaqlarına sürtdükləri toz və ya yağ halında olan kosmetik maddə – al boya. Ənlik vurmaq. Ənlik sürtmək. – Fatı geyindi. Aynanı götürüb üzünə baxdı. Yanaqlarına ənlik sürtüb qızartdı. Ə.Abasov.\n2. Kökü tünd-qırmızı bir bitki. Ənlik otundan qırmızı boya hasil edirlər. ənlik-kirşan is. Qadınların üzlərinə sürtdükləri ənlik və kirşandan ibarət kosmetik maddələr. Sənin kimi mah-camal; Ənlik-kirşanı neylər? (Bayatı). ənlikli sif. Üzünə ənlik vurmuş. ənlikli-kirşanlı sif. Üzünə ənlik və kirşan vurmuş. Yaşı qırx beşdən artıq, lakin yanaqları ənlikli-kirşanlı bir qadın içəri girdi. M.İbrahimov. ənöv is. Dalağın ağrılı şişməsi. Ənöv basmaq. Ənöv tutmaq (dalaq şişmə azarına tutulmaq). İsitmədən dalağı şişib, ənöv olub. əntər is.\n1. Bədəninə nisbətən çox uzun qolları olan meymun. Gözünün üstündə buxara papaq; Əntərə bənzəyir o kor yapalaq. S.Vurğun.\n2. məc. Çox çirkin, eybəcər, kifir adam haqqında. əntiq sif. [ər. “ətiq”dən; ətiq – qədim] Qiymətli, dəyərli, nadir tapılan, çox gözəl, görünməmiş, hamının marağına səbəb olan. Orada Hüseynqulu ağanın babasından qalma əntiq şeyləri saxlanırdı. S.S.Axundov. [Aslanov] istəsəydi, otaqların hər tərəfini əntiq şeylərlə bəzəyib, yaraşığa sala bilərdi. M.Hüseyn. əntiqə 1. bax. əntiq. [Fizzə:] Çox sağ ol, çox gözəl, çox əntiqə hədiyyələr gətiribsən mənə. Ə.Məmmədxanlı. Səhər Bağdad bazarını gəzib bu xanım üçün əntiqə bir hədiyyə almaq lazım idi. M.S.Ordubadi. // Çox gözəl, çox qəşəng. Əntiqə bir qız. – Toppuşun .. başı üçün, lap əntiqə bir yumru oğlan oldun! – deyə dəllək onun döşündən açdığı ağı küncə tullayıb, başqa döşlük götürdü. S.Rəhimov.\n2. Qəribə, əcibə. Əntiqə adamsan. Əntiqə şeydir. əntiqəbaz [ər. əntiqə və fars. ...baz] bax. əntiqəçi. əntiqəbazlıq bax. əntiqəçilik. Onun əntiqəbazlığına bələd olan səhiyyə şöbəsinin işçiləri göz qabağında şey qoymağa qorxurlar . “Kirpi”. əntiqəçi is. Əntiqə şeylərlə maraqƏPPƏKLİ is. Qabıqlarında aşı maddəsi lanan, onları yığıb saxlayan adam. əntiqəçilik is. Əntiqə şeylərlə maraqlanma, onları yığıb saxlama. əntiqəfüruş is. [ər. əntiqə və fars. ...füruş] Əntiqə şeylər alverçisi, əntiqə şeylər alıb-satmaqla məşğul olan adam. əntiqəfüruşluq is. Əntiqə şeylər alveri, əntiqə şeylər alıb-satmaqla məşğul olma. ‣ Əntiqəfüruşluq eləmək – özünü yeniyeni və maraqlı xəbərlər bilicisi kimi göstərmək. [Sirat:] Bəri gəl, bəydadaş, əntiqəfüruşluq eləmə! Ə.Əbülhəsən. ənva is. [ər. “növ” söz. cəmi] Cürbəcür, növbənöv. Ənva və əqsam quşlar ağacların bir budağından o biri budağına qalxıb, qonub mövzun nəğəmat ilə dərəyə qülğülə salırlar. M.F.Axundzadə. Nökər Səfi stolun üstünə boşqablar və ənva məşrubat düzür. Ə.Haqverdiyev. • Ənvai-müsibətlə – çox çətinliklə, çox böyük əziyyətlə. Min ənvaimüsibətlə qayaya dırmaşdı. “Koroğlu”. Kişi ənvai-müsibətlə qapının qıfılını sındırar və açardı. H.Sarabski. ənvar is. [ər.] köhn. İşıqlar. ənvər sif. [ər.] klas. Çox nurlu, çox işıqlı, çox parlaq. Tənha yürür oldu ol səmənbər; Zülmətdə misali-mahi ənvər. Füzuli. ənzar is. [ər. “nəzər” söz. cəmi] klas. tənt. Nəzərlər, baxışlar. Açma gözün, baxma bir öz halına; Cəlb elə ənzarı yoğun şalına. Ə.Qəmküsar. ənzəli is. [İranda şəhər adından] Azərbaycan xalq oyun havalarından birinin adı. Tərəkəmə oyun havası ilə ənzəli oyun havasını müqayisə etsək, burada hər iki havanın vəzninin eyni və çalınmaq sürətinin də təxminən bərabər olduğunu görərik. Ə.Bədəlbəyli. əppək is. [“ətmək”dən.] Çörək. Ət yeməz, suyuna əppək doğrar. (Məsəl). [Qurbanəli:] Bir əppəkdən-zaddan ver, zəqqumlanaq. N.Nərimanov. ‣ Əppək olub göyə uçmaq – yox olmaq, qeyb olmaq, yoxa çıxmaq. Məlikməmmədin düz on dörd yaşı tamam olan gecə o otaqda ki yatmışdı, elə o otaqda bir əppək oldu, uçdu göyə. (Nağıl). olan, meşə rayonlarında və orta dağ qurşaqlarında bitən ağac. əprimə “Əprimək”dən f.is. əprimək f.\n1. Çürüyüb tökülmək, çürüyüb didilmək, didik-didik olmaq. Çadırın yanları əprimişdir.\n2. məc. Əldən düşmək, tökülmək, üzülmək. əprimiş f.sif.\n1. Çürüyüb tökülmüş, çürüyüb didilmiş, didik-didik olmuş. Bəndalı taxt üstündə, tüfəng yanında, Məsmə də oğlu ilə yanaşı, yerdə əprimiş, yamaqlı bir palaz üstündə uzanıb yatmışdılar. Mir Cəlal.\n2. məc. Əldən düşmüş, tökülmüş, üzgün. ər 1. is. Arvadın qanuni və məhrəm yoldaşı olan kişi; zövc. Dedi kim, bu məzarıdır ərimin; Ol üzü gül, boyu sənubərimin. S.Ə.Şirvani. Zeynəb .. ərinə deyirdi: – Bilmirəm, mən olmasaydım, sən .. necə yaşıya bilərdin? S.S.Axundov. Arvad qab dəsmalı ilə yaşarmış gözlərini silib ərinin qabağında döyükə-döyükə qaldı. S.Rəhman. • Ərə getmək – nikahlanmaq, birinin arvadı olmaq. [Nənəcan] bir qarından ötrü ərə getməkdən dul yaşamağı əfzəl bilirdi. N.Nərimanov. [Pəri:] Fəqət ərə getmək asanmı? C.Cabbarlı. [Gülnaz:] Yox, yox, mən səndən başqa özgəsinə ərə getməyəcəyəm. Ü.Hacıbəyov. Ərə vermək – nikahlatmaq, öz qızının, bacısının və s.-nin biri ilə nikahlanmasına razı olmaq. [Sərvər:] ..Atan səni bir özgəsinə ərə vermək istəyir. Ü.Hacıbəyov.\n2. sif. və is. Sözündə möhkəm, mərd; qəhrəman, igid, qoçaq. Yaxşılığa yaxşılıq hər kişinin işidir; Yamanlığa yaxşılıq ər kişinin işidir. (Ata. sözü). [Orxan:] Ər kişidə olur bir söz, bir məram. H.Cavid. [Altunbay:] Səndə doğrudan da bir ər ürəyi varsa, açıq söylə; Solmazı çoxmu sevirsən? C.Cabbarlı. ‣ Ər oğlu ər – igid, qəhrəman. [Nəbi:] Bizimkilərdir; Qəhrəmanla Vəli ər oğlu ərdir. S.Rüstəm. əraf is. [ər.] Dinə görə cənnətlə cəhənnəm arasında olan yer. əraq is. [xüs. is.-dən] mus.\n1. Azərbaycan klassik muğamlarından birinin adı. 12 əsas muğam bunlar idi: üşşaq, nəva, busəlik, rast, Əraq, İsfahan, zirəfkənd, büzürg, zəngulə, rəhavi, Hüseyni və Hicaz. Ü.Hacıbəyov.\n2. bax. araq. ər-arvad is. Kişi ilə arvadı bir yerdə. Ər-arvad bizə qonaq gəlmişdilər. Ər-arvad çox yaxşı yaşayırlar. – Nəhayət, ər-arvad yorulur və daş kimi yıxılıb yatırlar. S.Rüstəm. Ər-arvad belə qərara gəlmişdilər ki, Həmzə gizlənməyib hərdən lap bazara da çıxsın, kəndlərə gedib tanış-bilişinə də baş çəksin.. Ə.Əbülhəsən. Ər-arvad ha fikirləşdilər, qulluğa olan ümidlərini söndürə bilmədilər. Mir Cəlal. ər-arvadlı zərf Ər və arvad bir yerdə olduqları halda. Ər-arvadlı gəldilər. ər-arvadlıq is. Ərlə arvadın qohumluq münasibəti; izdivac. ərazi is. [ər. “ərz1” söz. cəmi] Müəyyən hüdudları olan torpaq sahəsi. Respublikamızın ərazisi. – Rey məmləkəti bir padşahın sahib ola biləcəyi ərazidən bir neçə qat artıqdır. M.S.Ordubadi. ərbab sif. [ər. “rəbb” söz. cəmi] köhn. Ağa, cənab; sahib. [Əliqulu:] Ancaq ərbabın bir balaca nəqahəti var. S.S.Axundov. Sevinc qapınızdan çox uzaq keçdi; Yalnız ərbabların günü ağ keçdi. S.Rüstəm. Ərbabın sükutu Ağarzaya bir qədər də cürət .. verdi. Mir Cəlal. // dan. Bəzən zarafatla, masqara ilə deyilir. ərbəin is. [ər.] Müsəlman təqvimində: məhərrəm ayının birindən başlayaraq qırx gün davam edən müddət. • Ərbəin günü din. – Kərbəla hadisəsinin (Hüseynin qətlinin) qırxıncı günü. ərcanlı sif. Ərini çox sevən və ona yaxşı qulluq edən (arvad). ərcik “Ər”dən oxş. ərdəm is. dan. Hövsələ, səbir, həvəs, girdar. Ərdəmi yoxdur. – [Molla dedi:] ..Pilləkənləri düşüb-çıxmağa ərdəmim gəlmir. “M.N.lətif.”. Ərdəmin var, bu yollarda yüz tufana döz bir, qoçaq! Bu meydandan xəcil gedib mənəm deyən yüz bir qoçaq! R.Rza. Səndən hərəkət, məndən bərəkət. Təki səndə ərdəm olsun. S.Rəhimov. ərdo I. is. mif. Qorxunc vücud; qulyabanı. Qorxma oğlum! Ərdo yoxdur, yalandır; O ağaran su üzündə dumandır. A.Səhhət. // məh. İribədənli, qorxunc, çirkin adam haqqında. Ərdodu, qabandı, qoyma, gəldi! M.Ə.Sabir.\n\nII. is. dan.\n1. Paltar yuyulmuş çirkli su.\n2. məc. Horra, yal. Xörək deyil, ərdodur. ərəb is.\n1. Ön Asiyada və Şimali Afrikada yaşayan, sami dilləri qrupuna daxil olan xalq və bu xalqa mənsub adam. Ərəb dili. Ərəb xalqı. Ərəb ölkələri. – Türk, hindu, ərəb, əcəm bilməz; Nuri hər yanda artar, əskilməz. H.Cavid. Haqq yolunda mübarizə şüarıyla çıxdın yola; Ərəb qızı, bu əzmində sənə min-min uğur ola! N.Rəfibəyli.\n2. məc. Qara adam, zənci mənasında. Bu lap ərəbdir ki. ‣ Ərəb atı – xüsusi cins, əla minik atı. Səyirtdi düzlərdə ərəb atları; Ayaqlar altında insan başları. S.Vurğun. Ərəb rəqəmləri – Rum rəqəmlərinə qarşı olaraq indi işlənməkdə olan rəqəmlər (1, 2, 3 və s.). Ərəb rəqəmləri qədim vaxtlarda heç bir millət arasında mütədavil deyildi. F.Ağazadə. ərəbcə 1. sif. və zərf Ərəb dilində. Ərəbcə kitab. Ərəbcə danışmaq. – [Murad] bir qismi ərəbcə və farsca, bir qismi türkcə yazılan məzar daşlarının sahiblərinin vəfat tarixlərini oxuyurdu. S.Hüseyn.\n2. is. Ərəb dili. Ərəbcəni yaxşı bilir. Ərəbcədən tərcümə. ərəbcələşdirilmə “Ərəbcələşdirilmək”dən f.is. ərəbcələşdirilmək məch. Ərəb dili qaydalarına uyğunlaşdırılmaq. ərəbcələşdirilmiş f.sif. Ərəb dili qaydalarına uyğunlaşdırılmış. ərəbcələşdirmə “Ərəbcələşdirmək”dən f.is. ərəbcələşdirmək f. Ərəb dilinin qaydalarına uyğunlaşdırmaq. ərəbcələşmə “Ərəbcələşmək”dən f.is. ərəbcələşmək f. Ərəb dilinə uyğunlaşmaq, öz şəklini ərəb dilinin təsiri ilə dəyişmək. ərəbçilik is. dilç. Heç bir lüzum və ehtiyac olmadan Azərbaycan dilinə çoxlu ərəb söz və ifadələri gətirmə və bu yolda göstərilən fəaliyyət. Dilimizin tarixində ərəbçilik tərəfdarları ilə ciddi mübarizə aparılmışdır. – 1905-ci il inqilabı dövründə nisbətən artmış olan burjua mətbuatının dil siyasətində biz iki meylə rast gəlirik: 1) farsçılıq və ərəbçilik; 2) osmançılıq. M.İbrahimov. ərəbdoşanı is. İncə belli, quyruğu qotazlı, uzunsov bir heyvan. ərəbi sif. [ər.] Ərəbcə; ərəb dilinə və xalqına mənsub; ərəb üslubunda, ərəb qaydasında. Ərəbi bir uzun don əynində. A.Səhhət. İki nəfər 10-12 yaşında uşağı geyindirib başına ağ əmmamə, əyinlərinə də ərəbi köynək taxardılar. H.Sarabski. [Əhməd:] Qara saçları, eşqlə dolu uzun kirpikli gözləri, ərəbi burnu, hamısından artıq gözəl balaca ağzı, qırmızı dodaqları mənim xoşuma gəldi. T.Ş.Simurq. ərəbist is.\n1. bax. ərəbşünas.\n2. Ərəbçilik tərəfdarı. ərəbistika bax. ərəbşünaslıq. ərəbizm is.\n1. bax. ərəbçilik.\n2. dilç. Azərbaycan dilinə girmiş ərəb söz və ifadələri, yaxud ərəb dili qaydalarına oxşadılaraq işlədilən söz və ifadələr. ərəbləşdirilmə “Ərəbləşdirilmək”dən f.is. ərəbləşdirilmək “Ərəbləşdirmək”dən məch. ərəbləşdirmə 1. “Ərəbləşdirmək”dən f.is.\n2. Ərəb hakim millətçilərinin ərəb olmayan xalqları ərəblərin içində əritmə (assimilyasiya etmə) siyasəti. ərəbləşdirmək f.\n1. Ərəb dilini, adət və ənənələrini qəbul etdirmək, ərəb milləti içərisində əritmək.\n2. Dilə çoxlu ərəb söz və ifadələri gətirmək, yaxud ana dilinin söz və ifadələrinə ərəb dili xüsusiyyəti vermək. ərəbləşmə “Ərəbləşmək”dən f.is. ərəbləşmək f. Ərəb dilini, adət və ənənələrini qəbul etmək. ərəbşünas is. [ər. və fars. ...şünas] Ərəb dili və ədəbiyyatı mütəxəssisi, ərəb filologiyası mütəxəssisi. ərəbşünaslıq is. Ərəb dilini, ədəbiyyatını, tarixini və s. tədqiq edən elmlərin məcmusu. ərəfə is. [ər.] Bayramdan əvvəlki gün, bayram axşamı. Bayram ərəfəsi. // Hər hansı bir hadisədən qabaqkı vaxt. – [Cəmilə] özünə həyat yoldaşı intixab etmək ərəfəsində idi. S.Hüseyn. Atabəy məmləkətləri müharibə ərəfəsində idi. M.S.Ordubadi. Sonra isə o, sanki neft mədənlərində, buruqlar meşəsində itmiş və müharibə ərəfəsində böyük bir mədənin müdiri vəzifəsinə qədər yüksəlmişdi. Ə.Məmmədxanlı. ərəğac sif. və zərf dan. Tezyetişən, tez əmələ gələn; tez əkilən. Ərəğac tarla. – Yağ, ağaclar çiçək açsın ərəğac; Başını, bəhrə verib, qoy yerə diksin hər ağac. S.Rüstəm. Bir qədərdən qoçu qatmaq lazımdır, qoy quzu ərəğac olsun! S.Rəhimov. ərəq is. [ər.] klas.\n1. Tər. Ol gülüzardə ərəqin xoş səfası var; Türfə budur ki, saziş edər atəş ab ilə. Q.Zakir.\n2. bax. araq. Yürütməyin ərəqi məclis içrə badə ilə; Həramzadəni qoymun halalzadə ilə. Füzuli. ərəmik sif.\n1. Doğmayan, uzun müddət qısır qalan. Ərəmik inəkdən öküz olmaz. (Məsəl). Kəllər və bəzən ərəmik (uzun müddət qısır qalan) camışlar iş və nəqliyyat heyvanı kimi istifadə edilir, qocaldıqda, yaralandıqda və s. hallarda isə ətliyə təhvil verilir. A.Ağabəyli.\n2. məc. Doğmayan, sonsuz. Ərəmik arvad.\n3. Məhsul verməyən, bar verməyən, bərəkətsiz. Ərəmik yer (torpaq).\n4. məc. Faydasız, səmərəsiz, nəticəsiz. ərən is. (adətən cəm şəklində).\n1. Ər, qoçaq, igid. Ərənlər kimi döyüşmək. – Ərənlər əlindən badə içdinmi? Bulanlıq çayları üzüb keçdinmi? “Aşıq Qərib”. Əsrlər boyunca ərlər, ərənlər; Hünər dünyasından doymadı, getdi. S.Vurğun.\n2. Dünyagörmüş, müdrik, ağıllı adam. [Həcər:] Bizlərdə ərənlər üçə deyərlər. S.Rəhimov.\n3. Dini etiqada görə Allaha və övliyalara yaxın olmaq şərəfinə nail olmuş adam. Çağıraram ərənləri, pirləri; Arzularam bizim əziz yerləri. Aşıq Rəcəb. Ərənlər söyləyən, Allah yazanı; Duymadan yox olan imana yazıq! Ə.Cavad. [Gülsənəm:] Ərənlər mənə kömək, – deyə qıy çəkdi: – Ay ana, mənə kömək! S.Rəhimov.\n4. Mövhumi təsəvvürlərə görə suda yaşayan mövhum bir vücud. Suya söylə ərən eşitsin, köməyinə çatsın. Yalan desən, səni suyun ərənləri vursun! (mövhumatçı qadınların dilindən). ər-ər is. [ər.] Ardıc ağacı. Qəddintək nə ər-ər, nə şimşad olur; Onu görcək qəmdən can azad olur. M.P.Vaqif. Qəddin şümşadı ər-ərdir, üzün qızılgüldən tərdir... Rəncur. Çayın kənarında cərgə ilə boy atmış ərərləri guya sünbüllər üstündə qarovul qoymuşdular. Ə.Haqverdiyev. Ətrafında ər-ər ağacları düzülmüş xiyabanda bir neçə dəqiqə yol getdik. M.S.Ordubadi. ərəsat is. [ər. “ərsə” söz. cəmi]\n1. Dini etiqada görə məhşər (qiyamət) günü yenidən diriləcək insanların öz əməllərinə dair haqq-hesab vermək üçün toplaşacaqları yer, meydan.\n2. məc. Davalı, iğtişaşlı, gurultulu hadisə haqqında. A balam, bu nə ərəsatdır. // məc. Gurultulu təntənə, bayram, şənlik. Küçəyə çıx, gör nə ərəsat var? • Ərəsati-məhşər – bax. ərəsat. Bir qiyamət qopurdu ki, lap ərəsati-məhşər. “Koroğlu”. ərəş is. köhn. Dirsəkdən barmaqların ucuna qədər olan uzunluq ölçüsü. ərəvüş is. dan. Budama, ağacların budağını kəsmə, yan-yörəsini təmizləmə. • Ərəvüş etmək – budamaq, budağını kəsmək, yan-yörəsini təmizləmək. Ağacları ərəvüş etmək. ərəzən sif. dan. Gecyetişən, gec əmələ gələn; gec əkilən. Ərəzən taxıl. – Əkin ki ərəzənə düşdü, məhsul az olacaq. ərgən sif. Həddi-büluğa çatmış, lakin hələ evlənməmiş və ya ərə getməmiş. Onun iki ərgən oğlu var. – Ziba hələ bir qədər də subay gəzə bilməzdimi? Yaxud Ziba özü üçün daha münasib bir ərgən oğlan seçə bilməzdimi? S.Rəhimov. Rəhmətliyin qızı, adam ərgən oğlana gedəndə bu qədər çəmxəm eləməz ki.. Ə.Vəliyev. Bəndalı gələndə, elə bil daş-divar da dilə gəlir, deyəsən, ərgən oğlanla zarafatlaşırdı. Mir Cəlal. • Ərgən olmaq – evlənmək və ya ərə getmək vaxtı çatmaq. ərgənlik is.\n1. Həddi-büluğa çataraq, hələ evlənməmiş oğlanın və ya ərə getməmiş qızın hal və keyfiyyəti.\n2. Yeniyetmə qız və oğlanların üzündə çıxan sızanaqlar. ərgin sif. Əriyib maye halına gəlmiş, ərinmiş, əridilmiş. Ərgin qurğuşun. ərginlik is. Əriyib maye halına gəlmiş şeyin halı. ərğənun is. [əsli yun.] İçərisində olan borulara körüklər vasitəsilə hava verilərək çalınan klavişli böyük musiqi aləti; orqan. Ərğənun çalmaq. əridici is. xüs.\n1. Başqa maddələri öz daxilində əridə bilən maddə, məhlul. Aptek təcrübəsində əridici kimi ən çox su, spirt, efir və yağlar işlənir. R.Əliyev.\n2. Metal əridən fəhlə. əridilmə “Əridilmək”dən f.is. Poladın əridilməsi yeni üsulla – sürətli əritmə üsulu ilə başa çatacaqdır. (Qəzetlərdən). əridilmək “Əritmək”dən məch. ərik is.\n1. Sarı, ətli, şirin, birçəyirdəkli meyvə və bu meyvənin ağacı. Ərik ağacı. Ərik qurusu (qurudulmuş ərik). Azərbaycan ərikləri sarı, narıncı və qırmızıyanaq olur. – Yay fəslində ərik, gavalı, böyürtkən dəyirdi. S.S.Axundov. Ərik və tut ağacları baş-başa verərək günün qabağını çətir kimi tutur, yaşıl otların, tər yoncanın üzərinə sərin kölgə salırdı. İ.Əfəndiyev. • Ərik yağı – əriyin tumundan alınan yağ.\n2. məh. Cır alça. ərikgülü is. bot. Sarı, çəhrayı və tündqırmızıya çalan çiçəkləri olan bitki və onun çiçəyi. Ərikgülü .. Azərbaycanda bir bəzək bitkisi kimi becərilir. M.Qasımov. ərikli sif.\n1. Ərik ağacları olan. Ərikli dərə. – Nəbi bu dəfə özünü ərikli dağına verir. “Qaçaq Nəbi”.\n2. Tərkibində, içində ərik olan. Ərikli konfet. əriklik is. Ərik ağacları olan bağ, ərik bağı. ərimə “Ərimək”dən f.is. ərimək f.\n1. Hərarətin təsiri ilə bərk, yaxud donmuş haldan maye halına keçmək; ərgin hala gəlmək. Qar əriyir. Yağ əriyir. – Dağ başında qala var; Əriməyib hələ qar. (Bayatı). Ocağın yaxınlığındakı qar yığınları yavaş-yavaş əriyirdi. Ə.Vəliyev. Əridi, töküldü hər tərəfdə qar; Söylədim, xoş gəldin, bahar, ay bahar! M.Dilbazi. // Yanaraq azalmaq. Şam əriyir. – Eləmi yağ əridi; Piltədə yağ əridi. (Bayatı). [Turxan bəy:] Bir şam yanıb, əriyib də sönmək üzrə ikən. Xəyala sığmaz bir şiddət göstərir. H.Cavid.\n2. Məhlulun içində həll olmaq. Şəkər çayın içində əridi. Duz suyun içində əridi. Toz dərman məhlulun içində əridi.\n3. məc. Arıqlamaq, zəifləmək, sınıxmaq. Xəstə gündən-günə əriyir. Yazıq bir həftənin içində əridi. – Qarı baxdı ki, əvvəlki şahzadə Mütalibdən bir ad qalıb. Elə əriyib ki, lap elə bircə quru nəfəsdi, gedir, gəlir. (Nağıl). [Böyükxanım:] Dağ kimi qızım yorğan-döşəkdə əriyib qalıb, rənginə baxmaq olmur. M.S.Ordubadi. [Çəpəl:] Qız, bu nə gündür, sınıxıb əriyibsən? Mir Cəlal. • Əriyib çöpə (muma, şama) dönmək, əriyib mum (çöp) olmaq – son dərəcə arıqlamaq. Axır bu eşq odundan; Əriyib mum olmuşam. (Bayatı). [Mirzə Turab:] Mən sizin dərdinizi çəkməkdən əriyib çöpə döndüm. B.Talıblı. [Yaqub] burada onsuz da əriyib şama dönmüşdü. S.Vəliyev. Şam (mum) kimi ərimək – gündən-günə arıqlamaq.\n4. məc. Utanmaq, xəcalət çəkmək. Heç ərimirsən? Sənin yerinə mən əriyirəm. – Böhtanını geriyə ud! Əriyərsən bir sözümdən. S.Vurğun.\n5. məc. Yavaş-yavaş yox olub getmək, çəkilmək, çəkilib-getmək, itib-getmək, duyulmaz olmaq. Zülmət əridi. Qaranlıq əriyir. – Qanadlar yavaş-yavaş əriyib axırda tamam yox oldular. “Koroğlu”. Hamı sakit durub xortdanın əriyib məhv olmasını gözləyirdi. B.Talıblı. Gecənin nə cür əridiyindən xəbər tutmayaraq birdən səhərin soyuq nəfəsini hiss etdik. Ə.Məmmədxanlı.\n6. məc. dan. Ürəyinə yatmaq, ləzzət almaq, həzz almaq, valeh olmaq.\n7. məc. dan. Cürbəcür yollarla işə verilmək, satılmaq. Bu yollarla çox mallar əridi. əriməzlik is. Əriməyən şeyin hal və keyfiyyəti. ərincək sif. Tənbəl, kahal, başısoyuq, canını işə verməyən. Şişman məmur uzun bir sükutdan sonra ərincək (z.) halda ağırağır sözə başladı. M.Hüseyn. ərincəklik is. Tənbəllik, kahallıq, canını işə verməməzlik. əringən bax. ərincək. ərinik 1. bax. ərincək.\n2. Ərimiş, ərgin. ərinmə “Ərinmək”dən. f.is. ərinmək 1. f. Tənbəllik etmək. Durmağa ərinmək. Hətta danışmağa ərinir. – [Rüstəm kişi] ..samovara su tökməyə, kömür salmağa ərindi. M.İbrahimov. Bəzi tənbəl uşaqlar səhər-səhər isti yorğan-döşəkdən çıxmağa ərinir. M.Rzaquluzadə.\n2. məch. Ərgin hala salınmaq.\n3. t-siz. Arıqlamaq, çox sınıxmaq.\n4. t-siz. Utanmaq, xəcalət çəkmək. Elə sözlər dedi ki, ərinib torpağa girdim. – Dostunla görüşməyə; Yad kimi ərinmə, gəl. (Bayatı). Biz də hamımız onun yanına getməyə ərindik. S.Rəhimov. Kərbəlayı .. [uşağı] bir neçə addım aşağıya tərəf qovduqdan sonra ərinib dayandı. M.Hüseyn. ərinməz sif. Ərinməyən, tənbəllik etməyən. ərinməz-ərinməz zərf Utanmadan, həyasızcasına, sırtıq-sırtıq. O məni görüb söyər, bəzən də ərinməz-ərinməz yüyürüb məni tutar. M.Hüseyn. ərinmiş f.sif.\n1. Əridilərək saflaşdırılmış; ərgin. Ərinmiş yağ (sarı yağ).\n2. Əridilmiş. Ərinmiş qurğuşun. ərinti is. tex. İki və ya bir neçə metal (yaxud başqa cisimlər) əridildiyi zaman onların qarışması nəticəsində alınan xəlitə. Yüngül ərintilər. Qızıl ilə mis ərintisi. – Təyyarələrin qanadını yüngül ərintilərdən hazırlamaq üçün on minlərlə qaynaq etmək tələb olunduğu halda, plastik kütlədən bütöv qanadlar hazırlanır. P.Rüstəmov. əriş is. toxuc. Xalçada və başqa toxunma mallarda uzununa müvazi gedən əsas iplər. Xananın ərişi. – Toxunmalar üçün işlənən saplar, başlıca olaraq, iki qrupa ayrılır: 1) əriş sapları; 2) arğac sapları. Bunlardan birincisi toxunmaların boyu, ikincisi eni üçündür. Ə.Quliyev. əriş-arğac is. toxuc. Əriş və arğac, ərişlə arğac birlikdə. ərişləmə “Ərişləmək”dən f.is. ərişləmək f. toxuc. Xananın əsas iplərini çəkmək. ərişlik sif. toxuc. Ərişə yarayan, əriş üçün olan. Ərişlik ip. ərişmək f. dan. Sataşmaq. Gahdan qalxır, uşaqlara ərişir; Abırından, saqqalından utanmır. Aşıq Hüseyn. əriştə is. [fars.]\n1. Nazik-nazik kəsilib qurudulmuş xəmir parçalarından ibarət məmulat. Əriştə bəylər aşı; Quymaq onun yoldaşı. (Ata. sözü). Dilbər pəncərə arasına qoyulan məcməyidəki əriştəni götürüb ocaq üstündə pıqqapıqla qaynayan qazana tökdü. Ə.Sadıq.\n2. Bu xəmir parçalarından bişirilən sulu xörək, şorba. Əriştə şorbası. ‣ Əriştə doğramaq məc. – bir işi görmək üçün gizli hazırlıq aparmaq. Özünə umac ova bilmir, özgəsinə əriştə kəsir. (Ata. sözü). [Səfər:] İndi [Həmzə və Çimnaz] əriştə doğrayırlar, amma qız heç razı deyil. C.Cabbarlı. əriştəçi is. köhn. Əriştə bişirib satan adam. əriştəçilov is. aşp. Əriştə xəmirləri qovrulduqdan sonra, düyü ilə qarışdırılıb bişirilən xörək. əriştəli sif. Tərkibində əriştə olan, əriştə qarışığı olan. Əriştəli plov. əriştəlik sif. Əriştə kəsmək üçün hazırlanan, əriştəyə yarar. Əriştəlik xəmir. Əriştəlik un. əriştəplov is. aşp. Əriştə ilə düyüdən bişirilən plov. əritdirmə “Əritdirmək”dən f.is. əritdirmək “Əritmək”dən icb. Yağı əritdirmək. əritmə “Əritmək”dən f.is. Əritmə sexi. əritmək f.\n1. Hərarət təsiri ilə bərk, yaxud donmuş halda olan şeyi maye halına salmaq. Yağ əritmək. Qır əritmək. Mumu əritmək. Qurğuşunu əritmək. Buzu əritmək. – [Xoca Əziz] ocağı asıb qır-saqqızı tökdü tiyana, əridib elədi mum kimi. “Koroğlu”. Dağda ərit qarları; Bağda ərit qarları. M.Ə.Sabir. Qərənfil xala yağı əritmək üçün sapılcanı ocağın üstünə qoydu. Ə.Vəliyev.\n2. Həzm etdirmək, həll etmək. İstisu xörəyi yaxşı əridir. – [Bürcəliyev:] Əritməkdə, həzmə verməkdə bu Ağbulaq turşsuyunun əsla misli-bərabəri yoxdur. S.Rəhimov.\n3. İşə getməyən malı cürbəcür yollarla işə vermək, satmaq. Köhnədən qalan malları əritmək. – O, möhkəm inanır ki, iki ton buğdanı lap iki həftədə əridər. “Kirpi”.\n4. məc. Arıqlatmaq, üzmək; arıqlamasına, zəifləməsinə, əldən düşməsinə səbəb olmaq. Nola qeyrət atəşi canım əritsə mum tək. Füzuli. Gürşadı əridən araqla papiros idi. Ə.Vəliyev.\n5. məc. Utandırmaq. Sözlərim onu utandırıb əritdi.\n6. məc. Yavaş-yavaş batırmaq. Gözümdən günlər keçir əsrlərə bərabər; Zülmətləri əridən, qaynar şəfəqli günlər. R.Rza. Tiflis üzərində boranlı bir qış günü qanadlarını geniş açıb, ətrafı qəmgin bir yalqızlıq içində əridirdi. M.Hüseyn.\n7. məc. Hiss edilmədən keçirmək. Sonralar o, gecələrini bu çırağın işığında əridər və sübhə kimi kənddə yalnız bu pəncərədən işıq çəkilməzdi. Ə.Məmmədxanlı.\n8. dan. Xərcləmək, korlamaq, israr etmək (əsasən pul haqqında). Varis hər dəfədə uduzmağa və pulları əritməyə başladı. A.Şaiq. əriyici sif.\n1. Maye və s. içində əriyə bilən, həll ola bilən. Əriyici maddə.\n2. Asanlıqla əriyən, tezəriyən. Əriyici metal. ərizə is. [ər.] rəs. Bir arzu və ya xahiş ifadə edən məktub, yazılı müraciət. Ərizə vermək. Müdirin adına ərizə yazmaq. – Bir baş çəkin dərdiməndin halına; Ərzə yazsın, qələm alsın əlinə. M.V.Vidadi. [Kərbəlayı:] Hökumətdən narazısınız, ərizə yazın. H.Nəzərli. İkram maarif nazirliyinə ərizəni tək yazmışdı. Ə.Əbülhəsən. ərizəbaz is. [ər. ərizə və fars. ...baz] Müxtəlif idarələrə, təşkilatlara və s.-yə daha çox yalandan, çox vaxt böhtan məqsədi ilə ərizə yazmağı özünə peşə etmiş adam. Ərizəbazın biridir. Ərizəbazları ifşa etmək. ərizəbazlıq is. Ərizəbazın işi, peşəsi. Ərizəbazlıqla məşğul olmaq. Ərizəbazlıq işimizə mane olur. – Ərizəbazlıqla hərbi xidmətdən qurtara bilməyən İmanzadəyə, nəhayət, bir təsadüf kömək etdi. Ə.Əbülhəsən. ərizəçi is.\n1. Ərizə verən, ərizə ilə müraciət edən adam; şikayətçi. Ərizəçi öz ərizəsinə imza etdi. Ərizəçilərin qəbulu. – [Eşikağası:] Qədir bəy, ərizəçiləri növbət ilə qabağa gətir. M.F.Axundzadə. [Kəndli:] Hövsələli ol, a kişi, gəlin bu tərəfə, elə biz də sizin tək ərizəçiyik. P.Makulu.\n2. köhn. Keçmişdə pulla ərizə yazan adam. ərizəçilik is.\n1. bax. ərizəbazlıq. Ərizəçiliklə məşğul olmaq.\n2. köhn. Keçmişdə savadsız adamlara pulla ərizə yazma peşəsi. Ərizəçiliklə güzəranını keçirmək. ərizəyazan is. köhn. Keçmişdə savadsız adamlar üçün pulla ərizə yazan adam. ərk I.\n1. is. Bir şəxsin yaşca böyüklüyü, yaxın qohumluğu, yaxud dostluğu səbəbi ilə başqa birisi ilə sərbəstcə davranmasına, rəftar etməsinə (söz deməsinə, nəsihət verməsinə, məsləhət verməsinə, acıqlanmasına və i.a.) yol verən yaxınlıq münasibəti. Bəyimin ərki və gileyi Məmməd bəyi oxşadı. Çəmənzəminli. Qonşu, sizə bir söz deyəcəyəm, ya ərk bilin, ya da tənqid sayın. Mir Cəlal. • Ərk etmək (eləmək), ərki çatmaq (yetmək) – həmin münasibətə əsasən özünə yaxın bilib dostcasına bir şey etmək, demək, öz adamı bilmək. [Gəray:] Yar sənə ərk edərək əyləndi; Qəlbinə sevgi səfası endi. A.Şaiq. Tükəz arvad ərki yetənləri getməyə qoymadı.. Ə.Əbülhəsən. Ərk edib guya sənə; Zəng vuracaq evinə. Z.Xəlil.\n2. zərf Ərklə şəklində – ərk edərək, ərk edərcəsinə. Salman ərklə əlini uzatdı, Aslan isə dayanıb baxdı. S.Rəhimov. İmran kişi əlini qaldırıb ərklə [Tahirin] dizinə çırpdı. M.Hüseyn. Sona ərklə stəkanı [Qadirin] əlindən aldı.. Ə.Əbülhəsən.\n\nII. is. İç qala, möhkəm hasar. Laxlayan daş ərkdə qalmaz. (Ata. sözü). ərkan is. [ər. “rükn” söz. cəmi] top.\n1. Yüksək vəzifəli dövlət məmurları, dövləti idarə edən adamlar. Onun qabağında tamam ərkani-dövlət durmuşdular. M.F.Axundzadə. Hökumət ərkanının ciblərini doldurmaq sayəsində İskəndər bəy dağlarda padşahlıq edirdi. Ə.Haqverdiyev. [Hacib:] Alp Arslan ətrafını saran saray ərkanı və ordu ilə bərabər gələr. H.Cavid.\n2. məc. dan. Ədəb qaydaları; rəsm, adət. Hər kəsin ərkanı var; Oduna gedənin örkəni. (Ata. sözü). Bu necə adətdir, necə ərkandır? M.P.Vaqif. Adam var ki, yol, ərkanı bəyənməz. Aşıq Abbas. ərkanlı sif. dan. Ədəbli, qanacaqlı, ədəb gözləyən, ciddi. ərkansız sif.\n1. Dinsiz, imansız.\n2. Söyüş, qarğış məqamında işlənir. Yassar qışqırdı: – Ay ərkansızın qızı, bəri qayıt, vurdum! Mir Cəlal. ərkə is. Uşaq, çocuq, tifil. [Bəypolad:] Miskin bir ərkəyə rast gəlsəm, dərhal sinirlərimə toxunur. H.Cavid. ərkəsöyün is. Ərköyün, xudpəsənd, özünü sevən. Xanım Balacayeva Əlisanın kənara sürütlədiyi peçi qalamaqla məşğul olduğundan, Gülöyşə ərkəsöyün adam kimi o biri otağa keçdi. S.Rəhimov. ərkəvan is. bot. Paxlaya oxşar meyvəsi, parlaq çəhrayı rəngli çiçəkləri olan, qışda yarpağı tökülən ağac, ya kol. Ərkəvan 7-8 metr hündürlükdə, qışda yarpağı tökülən ağac və ya koldur. ərkləmə “Ərkləmək”dən f.is. ərkləmək f. Əzizləmək, ərköyün öyrətmək. ərklənmə “Ərklənmək”dən f.is. ərklənmək məch. Ərköyün böyüdülmək, əzizlənmək. ərklik is. Ərk etmə, yaxınlıq. Ərkliklə (z.) gəlmişdim ki, səni qardaşınla barışdırım. ərknaz 1. is. Naz, qəmzə. Öldüm nazın çəkməkdən; Belə ərknaz olmaz. (Bayatı). Yar inciyib küsəndə onun başqa zövqü var; Hərdənbir ortalıqda gərək ərknaz ola. Ə.Vahid.\n2. zərf Ərk-nazla şəklində – nazla, nazlana-nazlana, qəmzə ilə. ..Məşuqə qalib bir sərkərdə kimi qürurla dayandı, sonra cazibəli gözlərini ərk-nazla dolandırdı. S.Rəhimov. ərköyün sif. Həddindən artıq əzizlənmək, bütün arzu və şıltaqları yerinə yetirilməsi nəticəsində xudbin böyümüş. – Ərköyün uşaq. Ərköyün (z.) böyümüş övlad. – Ananın ərköyün oğlu hambal olar. (Ata. sözü). [Sərvinaz xanım:] Onun tək qalmağına görə mən onu bir az ərköyün (z.) saxlamışam. N.Vəzirov. Beş qardaşın yalnız bir bacısı olduğundan, ata-ana onu ərköyün (z.) böyütmüşdü. A.Şaiq. ərköyüncəsinə zərf Ərköyün kimi, xudbincəsinə. ərköyünləşmə “Ərköyünləşmək”dən f.is. ərköyünləşmək f. Ərköyün olmaq, həddindən artıq əzizlənmək, hər bir arzu və şıltağı yerinə yetirilmək nəticəsində xudbin olmaq. ərköyünlük is. Ərköyün adamın hal və keyfiyyəti; xudbinlik. Evdəki ərköyünlük əlamətləri məktəbin ciddi tələbləri qarşısında əriməyə başlayırdı. S.Rəhimov. ərkyana zərf Ərki olan adam kimi, ərk edərək, ərklə, özünə çox yaxın bilərək. Bayram kişi ərkyana [cavanı] danladı: – Yaxşı, nə quruyub durmusan. Gəl otur, üzüm ye, söhbət elə. M.Rzaquluzadə. Bəbir bəy ərkyana bir ahənglə üzünü qadına tərəf tutub deyirdi: – Qumru bacı, bunu ayrı yerdə deyib, camaatı özünüzə güldürməyin. Mir Cəlal. Şüşə tək sınmış eşitdim xatirin məndən, gülüm! Söylədim, gəzmə rəqibimlə, sənə ərkyanə mən. Ə.Vahid. ərqəvan is. [fars.] şair. Qırmızı rəngli gözəl bir gül (klassik şeirdə gözəlin dodağı bu çiçəyə oxşadılır). Səmən iyli, səhabi zülf, ay qabaq; Qönçə dəhan, dürr diş, ərqəvan dodaq. M.P.Vaqif. ərqəvani sif. [fars.] şair. Ərqəvan çiçəyi rəngində, qırmızı və parlaq. Öldürdü məni qəmi-nihani; Yoxdurmu şərabi-ərqəvani? Füzuli. ərli sif. Əri olan. Ev tikdirənlər təkcə ərli qadınlar deyildi. Ə.Əbülhəsən. // İs. mənasında. Ərli qadın. Ərlilərin əri var; Dulların da Allahı. (Ata. sözü). ərli-arvadlı zərf. Ərlə arvad bir yerdə; bütün ailəliklə. ərlik is.\n1. Ərin öz qadınına olan münasibəti, vəzifəsi, haqqı. Onun ərliyindən nə olacaq? Ərliyə qəbul etdi. – [Şah Abbas:] Əgər sizdən hər biriniz .. Abbas Məhəmməd oğlunu ərliyə qəbul edirsə, təzədən bu ibarət ilə ona siğeyi-nikah oxutdurram. M.F.Axundzadə. ..Müqim bəy getdikcə Zərrintac xanımın ərliyindən tamamilə çıxıb, .. saqqalı taxıl tozuna bulanmış darğalarından birinə çevrilirdi. S.Rəhimov.\n2. Mərdlik, qoçaqlıq, namusluluq. Ərlik göstərmək. – Bəylərimizə dəmirdonlu deyərlər; Daim içimizdə ərlik işlənir. “Koroğlu”.\n3. sif. Ərə getmək vaxtı çatmış. Ərlik qız. Ərlik vaxtı (qızın ərə getmə vaxtı, həddibüluğa çatdığı vaxtı). – Dilşadın .. təşkilata girməsi, ərlik qız ikən oğlanlarla gəzməsi – bütün bunlar Kərbəlayı Əzimin boynuna vəzifə qoyur. T.Ş.Simurq. Ərlik yekə qızdır, deyirəm, get ərə, getmir. Ə.Nəzmi. ərlilik is. Əri olan qadının hal və vəziyyəti. ərməğan is. [fars.] bax. armağan. Əzəl başdan Bəsrə, Bağdad eliniz; Bəylər üçün ərməğandır teliniz. M.V.Vidadi. [Dərviş:] Arzusunu çəkdiyim zat məni doydurdu, könül usandı, özgə bir ərməğan axtarmaq xəyalından nə xilas və nə də doya bildim. A.Divanbəyoğlu. Ərməğanım yaslı nəğmə; Bir quş oldum, çıxdım yola.. Ə.Cavad. ərov is. Çirkli, sabunlu paltar suyu. Ərov axıb gəlib qapının yanında göl durmuşdu. C.Məmmədquluzadə. ərp is.\n1. Sirkənin, abqoranın və s.-nin üzərinə yığılan çirkli qəliz maye qatı.\n2. İçində su qaynadılan qabların dibində və divarlarında daşlaşan, həll olmayan duzlar çöküntüsü. Buxar qazanından ərpi təmizlədilər. Çaydan ərp bağlayıb.\n3. Daranarkən başdan tökülən kəpək, qovaq. Darağın dibi ərplə doludur.\n4. Dişlərin dibində əmələ gələn çöküntü. Dişi ərp tutub. // Bəzi boğaz xəstəliklərində əsnək üzərində əmələ gələn sərt pərdə. Xəstənin əsnəyi qızarır və şişir, bozumtul ağ rəngli ərp əmələ gəlir. ərplənmə “Ərplənmək”dən f.is. ərplənmək f. Üstü ərplə örtülmək, ərp bağlamaq. Sirkənin ağzı açıq qalanda ərplənir. Çaydanın divarları və dibi ərplənmişdir. ərradə is. [ər.] köhn.\n1. Təkərlər üzərində yerləşdirilmiş top, mancanaq və s. altlığı. Çəkilməkdə ərradədə tuplər; Təbillərdə fəryad gup-guplər. M.Ə.Sabir.\n2. Araba. Aşura günü tək bir səhər çağı; Yığdı ərradəyə övrət, uşağı. Q.Zakir. ərrə is. [fars.] İkidəstəli iri mişar, bıçqı. Kərki olub öz tərəfinə yonma; Ərrə ol, iki tərəfə yon. (Ata. sözü). ərrəçi is. Mişarçı, bıçqıçı. ərsə is. [ər.]\n1. Meydan, açıq yer, boş yer; düzən. Bir ərsədə hər əsər ki gördüm; Sənsən deyib ol əsər, yügürdüm. Füzuli. Mahi-rəmazandır, yenə meydan da bizimdir; Meydan da bizim, ərsədə cövlan da bizimdir. M.Ə.Sabir. ‣ Ərsəyə gəlmək – meydana gəlmək, ortalığa çıxmaq. Bir cavan təzədən gəlib ərsəyə; Əcayib oğlandır, adı Məhəmməd. M.P.Vaqif.\n2. Kamala yetmə, müstəqil həyat sürməyə başlama. ‣ Ərsəyə çatmaq – kamala yetmək, böyümək. [Dövlətlilər] boy atıb ərsəyə çatmamış alverə elə qurşanırdılar ki, .. heç bir peşə öyrənməyə də fikir verməyə macalları olmurdu. Ə.Əbülhəsən. Ərsəyə yetirmək (çatdırmaq) – böyütmək, yetişdirmək, ortalığa çıxartmaq. Ərsəyə yetmək (çatmaq) – böyümək, kamala çatmaq, müstəqil həyat sürməyə başlamaq. ərsəmək is. qəd. Böyümək, kamala çatmaq. Ərsəmiş nər öldürdün; Qanlısan, gözəl maya. (Bayatı). ərsin is. Xəmir işlərində və s.-də işlədilən dəmir kürəkcik şəklində alət. Təknədən xəmiri ərsinlə qazımaq. – Hər sözü təlim eləyir tərsinə; Dəyməz o bir paslı dəmir ərsinə. M.Ə.Sabir. ‣ Ərsinlə qazıyıb çıxarmaq – güclə, çox zəhmət çəkərək çıxarmaq, rədd etmək. [Mürşüd:] Yox, Sadıq, mənim arvadımı sən yaxşı tanımırsan, bir məsələ ki onun beyninə girdi, ərsinlə qazıyıb çıxarmaq olmaz. S.Rəhman. ərsinləmə “Ərsinləmək”dən f.is. ərsinləmək f. Ərsinlə qazımaq (qazıyıb çıxarmaq). Qazanın dibini ərsinləyib qazmaqları çıxarmaq. ərsinlənmə “Ərsinlənmək”dən f.is. ərsinlənmək məch. Ərsinlə qazınıb çıxarılmaq. ərsiz sif. Əri olmayan, dul. Ərsiz qadın. – Bir bölük atlar; Çəməndə otlar; Ərsiz arvadlar; Bu balama qurban. (Bayatı). Mən [qızın] ailəsiz, ərsiz (z.), çocuqsuz olduğunu zənn edirdim. S.Hüseyn. ərsizlik is. Ərsiz qadının hal və vəziyyəti; dulluq. ərş is. [ər.] şair. Göy, asiman. Təsbeh kimi qatarınız düzərsiz; Havalanıb ərş üzündə süzərsiz. M.V.Vidadi. Müqtədirsən ucalıb ərşə qədər getməyə də; Cənnəti, həm də cəhənnəmləri seyr etməyə də. A.Səhhət. ‣ Ərşə bülənd olmaq – bax. ərşə çıxmaq. [Qərib:] Səbrə taqətim yox, gəlməz qərarım; Ərşə bülənd olub ah ilə zarım. “Aşıq Qərib”. Ərşə çıxmaq – ucalmaq, göylərə qalxmaq. Göy üzündə açanda biz qanadı; Ərşə çıxar yağıların fəryadı. R.Rza. Ərşə dayaq olmaq – bax. ərşə dayanmaq. Ərşə dayanmaq – bax. ərşə çıxmaq. Fərraşların küçələrdə səsi hər dəqiqədə ərşə dayandı. M.F.Axundzadə. Ərşə qalxmaq – bax. ərşə çıxmaq. Məzlumların ah və naləsi ərşə qalxdı. C.Məmmədquluzadə. Ərşə ucalmaq – bax. ərşə çıxmaq. Zülfün qəmi bir halə salıbdır məni, ey məh! Naləm ucalır ərşə şəbi-tar gələndə. S.Ə.Şirvani. Ərşi-əla şair. – uca göy, səma, asiman. Hər düşəndə qəddin yada, ağlaram; Ünüm çıxar ərşiəlayə, pəri! M.P.Vaqif. Ərşi-fələk – bax. ərşi-əla. [Ağamərdan:] Əyər bu iş mən deyən kimi baş tutsa, Təbrizdə mənim şöhrətim ərşi-fələkə çıxacaq. M.F.Axundzadə. Hələ dan ulduzu batmayıb ərşifələkdə öz dövrünü edirdi. A.Divanbəyoğlu. Ərşi-müəlla şair. – bax. ərşi-əla. Arizin gün əvəzi aləmi nurani edər; Gər mələklər çəkələr ərşi-müəllayə səni. S.Ə.Şirvani. Başı ərşə durmaq (qalxmaq, dayanmaq) – çox uca, hündür, yüksək şey haqqında. [Nigar:] Başı ərşə duran dağlar; Dağlar, Eyvazı neylədiz?! “Koroğlu”. ərus is. [ər.] Gəlin; yeni ərə getmiş və ya getmək üzrə olan qız. Bu gün sən özünə ərus gətirirsən. C.Məmmədquluzadə. [Gürcülər:] Oyan, ərusi-növbahar! Ayıl, ey afəti-cahan! Oyan, Xumar!.. H.Cavid. əruz is. [ər.]\n1. Şeir vəznlərindən (ölçülərindən) bəhs edən elm. Əruz elmi.\n2. Ritmik hecalardan, yəni qısa mədli hecalarla uzun mədli və ya qapalı hecaların müntəzəm düzülüşündən əmələ gələn şeir vəzni. Əruz vəzni. ərvah is. [ər. “ruh” söz. cəmi] Ruh. Məcnun ilə Leyliyi qılıb yad; Ərvahlarını eylədin şad. Füzuli. Biçarə münəccimbaşının ərvahı uçub, başladı yarpaq kimi titrəməyə. M.F.Axundzadə. ərvəz is. məh. İməcilik. ərz I. is. [ər.]\n1. Yer (səma müqabili). Ərzü səmadə yoxdur bir zərrə səndən ayru. Nəsimi. Sanki ərz kürəsi vulkanları, zəlzələləri, daşqınları ilə ölmədə idi. H.Nəzərli. • Ərzdən-səmaya qədər köhn. – Yer ilə göy qədər. Dünənki gün də gün idi, bu gün də bir gündür; Vəli təfavütü var ərzdənsəmayə qədər. S.Ə.Şirvani.\n2. Dünya, Yer üzü. Ərzin bu gözəl feyzinə son yox. M.Müşfiq. Ərzin iqbalını bizik düşünən. M.Rahim. // köhn. Məmləkət, ölkə, diyar.\n\nII. is. [ər.]\n1. klas. Təqdim etmə, önünə qoyma, göstərmə; izhar. • Ərz etmək (qılmaq) – təqdim etmək. Daşə çəkmiş xəlq üçün Fərhad Şirin surətin; Ərz qılmış xəlqə məhbubin, əcəb biar imiş. Füzuli.\n2. köhn. dan. Söylənilən, nəzərdə tutulan fikir, söz, mətləb. Ərzimi başa düşmədin. Ərzimə mültəfit ol. Ərzimə qulaq ver. • Ərz etmək (eləmək) – bildirmək, anlatmaq, məlum etmək, ifadə etmək. Əhvalatı ərz etdi. – [Həsən bəy:] Xeyr, Məşədi İbad, ərz eylədim ki, çirkindir. Ü.Hacıbəyov. Yazıq muzdur qolu boynunda sınıqçıdan qayıdıb birbaşa öz xozeyninin yanına gəldi və başına gələn qəziyyəni ərz etdi. S.M.Qənizadə. [Məşədi Qədir:] Bəli, ərz eləyirəm, yatmışıq, heç şeydən xəbərimiz yoxdur. T.Ş.Simurq. Ərz olsun... – məlum edirəm ki, nəzərinizə çatdırıram ki... (hörmətlə müraciət). Ərz olsun, məlaikələr padşahının qızı bir birə olub, Qəmərin qoynuna girdi, onu sancdı. (Nağıl). Ərz olunmaq – deyilmək, anladılmaq, məlum edilmək, ifadə olunmaq.\n3. Acizanə şikayət, xahiş, rica. Ərzim var. Ərzimə qulaq as. – Mixək əkdim mərzə mən; Bağlamadım dərzə mən; Bivəfa yar əlindən; Kimə gedim ərzə mən? (Bayatı). Bizdən həqqə ərzlər yetirdin; Həqdən bizə müjdələr gətirdin. Füzuli. [Dilmanc:] ..Qoy ərzin qalsın sonraya və bu saat get, oğlun Süleymanı gətir nəçərnikin qulluğuna. C.Məmmədquluzadə.\n\nIII. is. [ər.] köhn.\n1. En, genişlik (tul müqabili).\n2. coğr. köhn. En dairəsinin köhnə coğrafiya kitablarındakı adı. ərzaq is. [ər. “rizq” söz. cəmi] Yeyiləcək şeylər, yeyinti məhsulları. Ərzaq ehtiyatı. Ərzaq bolluğu. Ərzaq mağazası. Ərzaq anbarı. – Ağanın pambıq, ərzaq və xuşgəbar karvanının başı, ayağı məlum olmayırdı. Ə.Haqverdiyev. İraq və Bağdad qoşunu bütün qərargahını və ərzaq şeylərini, silah və yük mallarını buraxıb nizamsız və pozğun bir surətdə qaçmışdı. M.S.Ordubadi. Biz çalışırıq ki, nə qədər mümkünsə, ərzaq şeylərimiz çox olsun. M.İbrahimov. ‣ Ərzaq sapalağı tar. – Rusiyada 1918-1921-ci illər hərbi kommunizm dövründə ərzaq tədarükü sistemi. ərzən sif. Gecikmiş, dünyaya gec gəlmiş, gec yetişmiş. ərz-hal [ər.] bax. ərizə. Və qələm götürdüm, ərz-hal yazıb Tiflis qubernatoruna verdim. C.Məmmədquluzadə. Şükür əvvəllərdə Güləlinin əsgərliyə alınmasını bir yanlışlıq zənn etmişdi. Hətta onun anasının dilindən mərkəzə bir ərz-hal da yazmışdı. S.Hüseyn. [Ədalət:] Mən sənə xəbər göndərmişdim, nə üçün ərz-halını yazdırıb gətirməmisən?! Ə.Məmmədxanlı. ərzində zərf İçərisində, müddətində. Üç gün ərzində. Bir il ərzində. Bu iki həftənin ərzində. – O qədər ləziz xörəklər ki bircə ramazan ayında ortalığa gəlir, qeyri bu bir ayın ərzində gəlmir. C.Məmmədquluzadə. Muzdur Məşədi Əsgər iyirmi səkkiz ilin ərzində su ilə od arasında bişib-bərkidikdə əsla azar-bezar bilməzdi. S.M.Qənizadə. əsa is. [ər.] Əl ağacı. Çiyninə aldı bir lətif əba; Əlinə aldı bir zərif əsa. S.Ə.Şirvani. Molla Kərim də dişlərini qıcırdıb, əsasının şiş ucu ilə çuvalın o yan-bu yanına bir-iki dəfə vurdu. B.Talıblı. Hacı Rəsul, qonağın əsasını alıb divara söykəmək istədi. Mir Cəlal. əsalı sif. Əlində əsa olan. Anamdır, – deyə Qeybalı alacalanmış gözləri ilə boz adamları süzüb dəmir əsalı adama cavab verdi. S.Rəhimov. əsarət is. [ər.]\n1. Əsirlik, köləlik, qulluq; kölə, qul vəziyyəti. Əsarət zənciri. Əsarətdən qurtarmaq. – ..Zahiri əsarətdən xilas olduğumuz kimi, batini əsarətdən də xilas olmalıyız. C.Məmmədquluzadə.\n2. məc. Qəfəs, zindan, dustaqlıq. Quş əsarətə çox tez alışdı. – Könül bir quşdur ki, sevməz əsarət; Daim çırpınır, istəyir hürriyyət. A.Səhhət. Qaratoyuq əsarətə tez öyrənişir, sonra oxumağa başlayır, hətta onu tar ilə oxumağa öyrədirlər. S.S.Axundov. əsas is. [ər.]\n1. Bünövrə, özül, bina, təƏSASƏN [ər.]\n1. zərf Əsli, kökü etibarilə, məl. Evin əsası çox möhkəmdir. // məc. Bir şeyin özülünü, təməlini, özəyini təşkil edən şey; kök. Operanın əsasını xalq dastanı təşkil edir.\n2. Sif. mənasında. Başlıca, ən mühüm, zəruri. Əsas əlamət. Əsas səbəb. Əsas məsələ. Ağacın əsas budağı. Əsas qüvvələr. Əsas iş yeri. İnkişafın əsas mərhələsi. Əsas şərtlər. – Xilqətin əsası olan analıq duyğusunun bəzi qadınlara yabançı olması həyatın anlaşılmaz sirlərindən biridir. M.İbrahimov. Səriyyə xalanın Qərənfilə müştəri gözü ilə baxmasının əsas səbəbi Bahadır idi. S.Rəhman.\n3. Bir hərəkətin və s.-nin düzgünlüyünü, gerçəkliyini izah edən, əsaslandıran, ona haqq qazandıran, ağlabatan ciddi səbəb, bəhanə, dəlil, sübut. Qorxmağa əsası var. Əsas yoxdur. Hansı əsasla? // İstinad nöqtəsi.\n4. Adətən cəm şəklində: əsaslar – hər hansı bir elmin başlıca müddəaları, prinsipləri, elementləri. Kimyanın əsasları. Nəzəri mexanikanın əsasları. – İlk həndəsənin əsasları ilə oxucu orta məktəbdə tanış olmuşdur. Z.Xəlilov.\n5. qram. Sözün, sözdəyişdirici şəkilçidən qabaq gələn başlıca (sadə, düzəltmə və ya mürəkkəb) hissəsi.\n6. kim. Turşularla birləşəndə duz əmələ gətirən kimyəvi birləşmə. Qələvi əsaslar.\n7. riyaz. Həndəsi fiqurun hündürlüyünə perpendikulyar olan tərəfi. Üçbucağın əsası. ‣ Əsas etibarilə – əsasən, başlıca olaraq, ümumiyyətlə. C.Məmmədquluzadənin “Şərqi-Rus”dakı fəaliyyəti əsas etibarilə ədəbi xarakter daşımışdır. M.İbrahimov. Əsas götürmək (almaq, tutmaq) – bir əsas kimi qəbul etmək, əsaslanmaq. Siz mənim xahişimi əsas ala bilərsiniz. Mir Cəlal. Əsas kapital iqt. – kapitalın istehsal vasitələrinə sərf edilən hissəsi. Əsas qanun – konstitusiya. Əsası qoyulmaq – 1) təsis edilmək, bünövrəsi, təməli, özülü qoyulmaq; 2) başlanmaq. Əsasına qədər – tamamilə, bütünlükdə, büsbütün, kökündən. Əsasını qoymaq – 1) bünövrəsini, özülünü, təməlini qoymaq; 2) təsis etmək. ...əsasında durmaq, ...əsasını təşkil etmək – bir şeyin mənbəyi, onun əmələ gəlməsinin başlıca səbəbi olmaq. əsas etibarilə, ümumi cəhətdən. Fikir əsasən doğrudur. Əsasən onunla razılaşmaq olar. – Maarif sahəsində mübarizə əsasən tədris ocaqlarına münasibətdə meydana çıxırdı. A.Şaiq. Çayqırağı məhəlləsində əsasən qəsəbənin yoxsulları .. yaşayırdılar. Ə.Əbülhəsən. // Həqiqəti etibarilə, gerçəklik nöqteyi-nəzərindən. Hadisə əsasən belə olmamışdır.\n2. Qoş. mənasında. Görə, əsaslanılaraq. Onun fikrinə əsasən. Xahişinizə əsasən. Təxminlərə, fərziyyəyə əsasən hökm vermək olmaz. Ərizəyə əsasən qərar çıxarılmışdı. əsasi sif. [ər.] köhn. bax. əsas 2-ci mənada. Əsasi cəhətlər. – Həyat əsasi bir dəyişikliyə uğrayınca ədəbiyyat büsbütün başını itirdi. C.Cabbarlı. əsaslandırılma “Əsaslandırılmaq”dan f.is. əsaslandırılmaq məch.\n1. Təməli atılmaq, möhkəm təməl üzərində qurulmaq.\n2. İnandırıcı sübutlarla və ciddi dəlillərlə möhkəmləndirilmək. İrəli sürülən fikirlər möhkəm dəlillərlə əsaslandırılmışdır. əsaslandırma “Əsaslandırmaq”dan f.is. əsaslandırmaq f.\n1. Təməlini atmaq, bünövrəsini (özülünü) qoymaq, möhkəm təməl üzərində qurmaq.\n2. İnandırıcı sübutlarla və ciddi dəlillərlə möhkəmləndirmək, təsdiqləndirmək, inandırıcı sübutlar, dəlillər göstərmək (gətirmək). Müddəalarını nəzəri dəlillərlə əsaslandırmaq. Öz görüşlərini əsaslandırmaq. – ..Dikbığ Dadaş Lələşov öz sözünü əsaslandırmağa çalışdı. S.Rəhimov. [Cuma] lazım gələrsə, qatardan qalmasını əsaslandırmağa inandırıcı bəhanə də hazırlamışdı. Ə.Əbülhəsən. əsaslanma “Əsaslanmaq”dan f.is. əsaslanmaq f.\n1. Bir təmələ söykənmək, bir əsasa istinad etmək.\n2. Özü üçün əsas götürmək, istinad etmək. Ciddi dəlillərə əsaslanmaq. Belə bir qənaətə gəlməkdə nəyə əsaslanmısınız? Qanunlara əsaslanmaq.\n3. Kök salmaq, yerini möhkəmlətmək. əsaslı sif.\n1. Əsası, bünövrəsi, təməli, özülü olan; köklü, möhkəm.\n2. Kifayət dərəcədə əsası olan, ciddi, tutarlı, inandırıcı, lazımınca əsaslandırılmış. Əsaslı səbəb. Əsaslı sübut. Əsaslı təklif. – Belə mühüm bir məsələni Telli kimi avam bir qadına qandırmaq üçün əsaslı dəlillər və sübutlar lazım gələcəkdir. S.Hüseyn.\n3. Doğru, gerçək, həqiqi; əsli, əsası olan. Əsaslı hadisələr. Əsaslı şayiələr.\n4. Dərin, ciddi, çox mühüm, prinsipial. Əsaslı fikir ayrılıqları. Aralarında əsaslı ixtilaf vardır. Əsaslı məsələ. • Əsaslı surətdə – kökündən, ciddi surətdə, prinsipial. Fikirlər əsaslı surətdə ayrılır. – ..Göndərilən təftiş komissiyası aylarla oturar, .. bu dairə ittifaqın işini əsaslı surətdə yoxlardı. S.Rəhimov.\n5. Hərtərəfli, incədən-incəyə. Baxış bəygildə ildə iki dəfə ev tökülür, əsaslı yıryığış olur. Ə.Abasov. ‣ Əsaslı kapital qoyuluşu iqt. – əsaslı (ən mühüm) inşaat üçün buraxılan vəsait (pul). Əsaslı təmir – binanın (qurğunun, maşının) əsas hissələrinin tam təmiri. Kabinet çox səliqəli, təmiz, əsaslı təmirdən çıxmış bir otaqdı. Ə.Vəliyev. Əsaslı tikinti – xalq təsərrüfatının əsas fondlarının genişlənməsini təmin edən sənaye müəssisələri və mənzil inşaatı. əsaslıca zərf Əsaslı surətdə. əsaslılıq is.\n1. Əsaslı şeyin halı.\n2. Ciddilik, tutarlılıq, inandırıcılıq. Sübutların əsaslılığı. Təklifin əsaslılığı. Dəlillərin əsaslılığına şübhə ola bilməz. əsasnamə is. [ər. əsas və fars. ...namə] Qanun, qayda, nizamnamə. Seçkilər haqqında əsasnamə. əsassız sif.\n1. Bünövrəsiz, təməlsiz.\n2. Heç bir sübuta, dəlilə, həqiqətə istinad etməyən, əsilsiz; inandırıcı olmayan, yalan, tutarsız. Əsassız ittiham. Əsassız şübhə. Əsassız nəticə. – Onun verdiyi xəbərlərin bir çoxu əsassız xəbərlər idi. M.S.Ordubadi. əsassızlıq is.\n1. Bünövrəsizlik, təməlsizlik.\n2. Heç bir sübuta, dəlilə, gerçəkliyə istinad etməmə; əsilsizlik, həqiqətdən məhrumluq, tutarsızlıq. Şayiənin əsassızlığı. Çıxarılan nəticənin əsassızlığı. İrəli sürülən təqsirin əsassızlığı. əsatir is. [ər. əsli yun.] Allahlar, əfsanəvi qəhrəmanlar və Yer üzündə insanların əmələ gəlməsi haqqında qədim xalq nağıl və əfsanələri; mifologiya. Zərdüşt haqqında əsatir. Yunan əsatiri. İran əsatiri. – Xalqın həqiqi tarixi, əfsanələr və əsatirlərin dumanları içərisində itib getmiş, hər şey şübhələrin paltarına bürünmüşdür. M.S.Ordubadi. Mən uymadım əsatirlər xülyasına; Səcdə qıldım insanlığın mənasına. S.Vurğun. əsatiri sif. [ər.] Əsatirə aid olan, əsatir qəbilindən olan; əfsanəvi, mifoloji. əsbab is. [ər. “səbəb” söz. cəmi] köhn.\n1. Səbəblər, dəlillər; səbəb, dəlil.\n2. Silah, yaraq. [Zalxa Tarverdiyə:] Əlbəttə, sənin də yaraq, əsbabın olacaq. M.F.Axundzadə. // Alət, hacət, avadanlıq, ləvazimat. əsbablı sif. Silahlı, yaraqlı, silahlanmış. [Tarverdi:] Görəsən, sövdəgər tayfası yaraqlı, əsbablı yola çıxar, ya elə bomboş? M.F.Axundzadə. əsbə is. Qızdırma ilə başlayıb, səpgiyə çevrilən bir xəstəlik. Əsbə xəstəliyi ən çox uşaqlarda olur. Əsbə çıxarmaq. əsbəgülü (=əsbəçiçəyi) is. Tarlalarda, çöllərdə bitən bənövşə rəngli bir çiçək. Xalq təbabətində əsbəgülünü əsbə azarının müalicəsində işlədirlər. əsbəçiçəyi (=əsbəgülü) is. Tarlalarda, çöllərdə bitən bənövşə rəngli bir çiçək. Xalq təbabətində əsbəgülünü əsbə azarının müalicəsində işlədirlər. əsdəmi bax. ərsin. əsdirilmə “Əsdirilmək”dən f.is. əsdirilmək “Əsdirmək”dən məch. əsdirmə “Əsdirmək”dən f.is. əsdirmək 1. icb. Əsməyə, titrəməyə məcbur etmək; əsməsinə, titrəməsinə səbəb olmaq; titrətmək, silkələndirmək. Külək yarpaqları əsdirdi. – Zərrintac xanım şəhadət barmağını qaldırıb ilan başı kimi əsdirdi. S.Rəhimov.\n2. t-siz. dan. Veyil-veyil gəzmək, avaralanmaq. ‣ Özünü əsdirmək – özündən çıxmaq, əbəs yerə hirslənmək, çığır-bağır salmaq. Nə özünü əsdirirsən? əsəb is. [ər.] anat. fiziol.\n1. İnsan, ya heyvan orqanizmində təxərrüşləri periferiyadan beyinə, yaxud beyindən periferiyaya ötürən xüsusi incə tellərdən ibarət törəmə sistemi; sinir. Eşitmə əsəbi. Dişin əsəbini öldürmək. Görmə əsəbi. İynə əsəbə toxunmuşdur. – Əsəb və yorğunluq onu elə haldan salmışdı ki, kətilin üstündə otura bilmədi. S.Rəhman.\n2. Cəm şəklində: əsəblər – insanın hal və hərəkətini müəyyən edən həmin törəmələrin bir sistem kimi rolu. Əsəbləri möhkəmdir. Əsəbləri pozulmaq. Əsəbləri gərginləşdirmək. – Kağızı oxudu və bütün əsəbləri gərildi. H.Nəzərli. Çöl havasının təsiri ilə getdikcə acığı soyuyur, əsəbləri rahat olurdu. M.İbrahimov. Elə bil birisi əsəblərimin saplarını bir-birinə qarışdıraraq düyün salmışdı. Ə.Məmmədxanlı. ‣ Əsəblərinə təsir etmək (toxunmaq) – hirsləndirmək, əsəbiləşdirmək. Lakin Toğruldan bir xəbər olmaması onun əsəblərinə toxunmuşdu. M.S.Ordubadi. İçərişəhərin damları üstündə yatanlardan bəzisi xoruldadıqca Turabın əsəblərinə toxunurdu. M.Hüseyn. Əsəbləri ilə oynamaq – bax. əsəblərinə təsir etmək (toxunmaq). əsəbani zərf [ər. əsəb və fars. ...ani] bax. əsəbi. [Şeyx Yəhya:] Ağacan, nə üçün əsəbani olursan, bu nə işdir? S.Hüseyn. əsəbi sif. [ər.]\n1. Sinirləri son dərəcə həssas olduğu üçün cüzi bir şeydən çox tez əsəbiləşən, təsirlənən, hirslənən. Əsəbi adam. Əsəbi qadın. Qırmızı işıqda uzun müddət işləyən adamlar get-gedə əsəbi olurlar. – Mollayev qaraqabaq, zəhmli və əsəbi bir adamdı. M.Hüseyn. // Əsəb xəstəliyi olan. Əsəbi xəstə.\n2. Daxili həyəcan və iztirab ifadə edən, əsəbilik ifadə edən. Əsəbi yeriş. Əsəbi hərəkətlər. Əsəbi gülüş. Əsəbi göz yaşları. – Ayaz .. əsəbi bir hərəkətlə papirosunu yerə çırpdı. Ə.Məmmədxanlı. Gecənin sükutunda kağız üzərində əsəbi hərəkətlə gəzən qələmin xəfif səsi eşidilirdi. Mir Cəlal.\n3. Əsəbiləşdirici, əsəbiləşməyə, həyəcanlanmağa səbəb olan; narahatlıq və iztirabla dolu. Əsəbi iş. Əsəbi dövr. – Keçmiş .. o ölüm hissi verən kinli zamanlar; Xırçın, əsəbi, sisli xəzanlarla süründü. A.Şaiq. əsəbicəsinə zərf Əsəbi halda, əsəbi adam kimi. Əsəbicəsinə qollarını oynatmaq. – Sənəm xala ahəngini dəyişdirir və bir az da əsəbicəsinə danışır. Mir Cəlal. əsəbiləşdirici sif. Əsəblərə pis təsir edən, əsəbləri qıcıqlandıran, əsəbiləşdirən, sinirləndirici. Əsəbiləşdirici təsir. əsəbiləşdiricilik is. Əsəbiləşdirici şeyin hal və keyfiyyəti. “Əsəbiləşdirilmək”dən f.is. əsəbiləşdirilmək məch. Əsəbləri qıcıqlandırılmaq, əsəbi hala salınmaq; sinirləndirilmək, hirsləndirilmək. əsəbiləşdirmə “Əsəbiləşdirmək”dən f.is. əsəbiləşdirmək f. Əsəblərini qıcıqlandırmaq, əsəblərinə toxunmaq, əsəbi hala gətirmək; sinirləndirmək, hirsləndirmək. Maşınların səsi adamı əsəbiləşdirir. Onun hərəkəti bizi əsəbiləşdirdi. – [Zeynal] bilirdi ki, Mehribanı təqib edəcək olsa, onu daha da əsəbiləşdirər. S.Hüseyn. Onun bir yerdə .. durması Atabəy Məhəmmədi həddindən artıq əsəbiləşdirdi. M.S.Ordubadi. Həkim ağır addımları ilə Ramazanı əsəbiləşdirdi. Mir Cəlal. əsəbiləşmə “Əsəbiləşmək”dən f.is. əsəbiləşmək f. Əsəbləri qıcıqlanmaq, əsəbilik halına gəlmək, əsəblərə təsir edən bir şey nəticəsində həyəcanlanmaq, darıxmaq, ya hirslənmək; sinirlənmək. Adam hər şeydən ötrü əsəbiləşməz. Əsəbiləşmək cana zərərdir. – Şəngül bəzi vaxt, ələlxüsus Tağı əmi gecikdikdə əsəbiləşərək ovu iznsiz qaldırardı. S.S.Axundov. Zeynal üçüncü kərə ona faytona oturmağı təklif etdikdə Mehriban əsəbiləşdi. S.Hüseyn. Eldar bu hərəkətimdən, mənim əsəbiləşdiyimi başa düşdü. M.Rzaquluzadə. əsəbilik is. Əsəbi olma, əsəbi adamın halı; əsəblərin hər bir şeydən təsirlənməsi, qıcıqlanması; sinirlilik. Həddindən artıq əsəbilik. – İndi Toğrulun qəvi əzələləri təpədən dırnağa kimi qorxunc bir əsəbilik ilə titrəyirdi. H.Nəzərli. Səlimin əsəbiliyi artır, narahatçılığı çoxalırdı. S.Rəhimov. əsəbiməzac sif. [ər.] köhn. Əsəbi xasiyyətli. Əsəbiməzac adam. – [Səfi bəy:] Dayıqızı doğru deyir, sən əsəbiməzacsan. S.S.Axundov. əsəbiməzaclıq is. Əsəbiməzac adamın hal və keyfiyyəti; əsəbilik. əsəbiyyət is. [ər.] bax. əsəbilik. əsərlənmək f. dan.\n1. Səndələmək, Çarpışmaq üçün lazım ikən mərdə cəsarət; Bilməm, neçin olmuş sana qalib əsəbiyyət? H.Cavid. əsəl is. [ər.] klas. Bal. Baqqal .. əsəl qiymətinə satar ayranı. Q.Zakir. əsən sif. qəd. Sağ, salamat. Verdi xələt çün anı gördi əsən. Yusif Məddah. əsər is. [ər.]\n1. İz, nişanə, əlamət, bir şeyin varlığına dəlalət edən hal. Əsər qalmamaq. Yorğunluqdan əsər yox idi. Üzündə həya əsəri yoxdur. – Cırıldayan arabanın çərxləri; Qazmış yolu, yerdə qalmış əsəri. A.Səhhət. Könlündə qalmadı insaf əsəri; Dürdanənin qəlbi sal buza döndü. M.Rahim.\n2. İnsan əməyi, insan yaradıcılığı, icadi məhsulu. İncəsənət əsərləri. Heykəltəraşlıq əsərləri. Memarlıq əsərləri. İxtiraçıların əsərləri. Musiqi əsərləri. // Yazılı əmək məhsulu; ədəbi, elmi kitab, məqalə və s. Bədii əsər. Füzulinin əsərləri. Kimyaya dair əsər. Əsərlər külliyyatı. Elmi əsərlərin nəşri. – Buna görə də sizin mənə tövsiyə etdiyiniz “Məmunun xülasələri” adlı əsəri açıb məşğul oldum. M.S.Ordubadi.\n3. Təsir. Bu hadisənin ona heç bir əsəri olmadı. – Bunlar hamısı qohumluğun əsərləridir! C.Məmmədquluzadə. • Əsər eləmək (etmək) – təsir etmək. Nə üçün söz sənə əsər eləmir. – Ol səngdilə naleyi-zarım əsər etmiş. Füzuli. Sənin də başında məhəbbət beyni; Əgər olsa, eylər əsər, ağlarsan. M.V.Vidadi. Sözün ona etməz əsər; Aralıqda başın gedər. A.Şaiq.\n4. bax. asar.\n5. Yadigar mənasında. Yaxşı övlad ataana üçün ən əziz bir əsərdir. ‣ Əsəri gəlmək dan. – isitmə dayanandan sonra, yüngülcə və az zaman titrəmək. Əsəri gəlmiş, indi ötəcək. əsərbəxş sif. [ər. əsər və fars. ...bəxş] köhn. Təsirli, təsir edən, təsir bağışlayan. əsər-əlamət bax. əsər 1-ci mənada. • Əsər-əlamət qalmamaq – heç bir izi, təsiri qalmamaq. Gündüzkü buluddan, çiskindən heç bir əsər-əlamət qalmayıb. R.Rza. Nə keşikçilərdən, nə qapıçılardan, nə də sair xidmətkarlardan əsər-əlamət yox idi. M.Rzaquluzadə. yıxılan kimi olmaq, titrəmək (yuxusu gələndə, üşüyəndə).\n2. Təsirlənmək. əsərli sif. Təsirli, təsir edən, təsiri olan, təsir bağışlayan; iz buraxan. əsərsiz sif.\n1. Təsirsiz, heç bir təsiri olmayan, təsir etməyən, heç bir iz buraxmayan.\n2. Heç bir icad və yaradıcılıq məhsulu olmayan, heç bir əsəri olmayan. Əsərsiz yazıçı olmaz. – Arxayın-arxayın gəzmə əsərsiz (z.); Deməsinlər halı pərişan gedir. M.Rahim. əsgər is. [ər.]\n1. Sıravi hərbi qulluqçu; soldat. Milli ordunun əsgəri. Bir bölük əsgər. Əsgər və matroslar. – Komandan əsgərlərdən geri qalmamaq üçün yoluna davam edir. M.Hüseyn. Hələ əmr alıb işə başlamazdan əvvəl əsgər soyuqdan bir-birinə sıxılır. Ə.Əbülhəsən. • Əsgər aparmaq – hərbi qulluğa çağırmaq. Onu əsgər apardılar. – Vətən müharibəsinin lap əvvəlinci günlərində Dilbərin atası Qulaməlini əsgər apardılar. Ə.Sadıq. Əsgər düşmək köhn. – bax. əsgər getmək. Əsgər getmək – hərbi qulluğa götürülmək. Onun yaşı çatdı, əsgər getdi. – El məscidə yığılmışdı. Əsgər getmə məsələsinə baxırdılar. Mir Cəlal. Əsgər yığmaq – əsgərlik vaxtı çatanları və əsgərliyə lazım olanları hərbi qulluğa toplamaq, səfərbərliyə almaq. Əsgərə götürülmək – bax. əsgər getmək.\n2. Silahlı adamlar dəstəsi; qoşun. [Koroğlu:] Çay kimi coşmuşam, daha sönmərəm; Əsgər nədi, qoşun nədi, qanmaram. “Koroğlu”.\n3. Hərbi adam, hərbi xidmətdə olan adam, ümumiyyətlə, hərbi xidmətçi. O, əsgər adamdır. Bir əsgər kimi hərəkət etmək. Bütün əsgərlərə müraciət. • Əsgər paltarı – hərbi geyim. [Səfərəli:] Hamı o biri otağa əsgər paltarı geyməyə marş! H.Nəzərli. Geyib əsgər paltarını, silahlandı qəhrəman; Onun polad sinəsinə sığışmadı ürəyi.. S.Vurğun. əsgərcəsinə bax. əsgərvari. Bülənd əsgərcəsinə əlini yanına salmış, uzun boynunu dala qanırmışdı. Ə.Əbülhəsən. əsgəri I. sif. [ər.] Əsgərə, əsgərliyə, hərbi xidmətə, qoşuna aid; hərbi. Əsgəri forma. Əsgəri qarovul. Əsgəri xidmət. – Əsgəri andın saf və səmimi sözləri döyüşçülərin qəlbində düşmənə qarşı olan qığılcımı alova çevirdi. Ə.Vəliyev. Birdən aşağıdakı əsgəri düşərgə yanındakı düzənlikdən bir gurultu ucaldı. M.Rzaquluzadə.\n\nII. is. Üzüm növlərindən birinin adı. Baba isə xatını, .. əsgəri, mövücü üzümləri dərib gətirər, tapdalayar və şirə yığardı. H.Sarabski. əsgərlik is. Hərbi qulluq, hərbi xidmət, hərbi mükəlləfiyyət. Əsgərlik adamı intizama öyrəşdirir. Əsgərlik illəri. Əsgərlikdən qayıtmaq. – Ax, əsgərliyə o qədər həvəsim var ki? H.Nəzərli. [Xanmurad:] Əsgərliyə gedən kimi arvadını boşayıb qıza elçi göndərdik. İ.Əfəndiyev. Əsgərliyə gəldiyi gün qucağında körpə Aslan, boynunu bükərək onun dalınca su atan Zəhra Cavadın yadından heç çıxmırdı. Ə.Vəliyev. əsgərsayağı zərf Əsgər kimi, əsgərvari. [Şahmar:] Buyur, nə sərəncamın varsa, deyinən, bir dəqiqənin içində lap əsgərsayağı yerinə yetirim. M.Hüseyn. əsgərvari sif. Əsgər kimi, özünü əsgərə oxşadaraq. ..Bayram əsgərvari, qollarını sallayaraq ayaqlarını yerə vura-vura .. sol tərəfdəki qapıdan içəri girər. H.Cavid. əsgi is.\n1. Körpə uşaqları bələmək üçün parça.\n2. Köhnə paltar və s. parçaları. Əsgi ilə döşəməni silmək. – [Dərviş] biletini bir əsgiyə büküb yenə cibinə tulladı. A.Divanbəyoğlu. ..Onun içərisindən əsgiyə bükülmüş bir şey götürdü. H.Nəzərli. Tüfəng yağlı bir əsgiyə sarılıb küncdə qoyulmuşdu. M.Rzaquluzadə. əsgiçi is.\n1. Əsgi paltar, ev əşyası və s. yığıb (alıb) satan adam.\n2. bax. əntiqəçi. əsgiləşmə “Əsgiləşmək”dən f.is. əsgiləşmək f. Köhnəlmək (paltar haqqında), əsgiyə dönmək. əsgilik is. Köhnəlik (paltar haqqında). əsginas [fr. “assignation”-dan] köhn. Kağız pul. Bir cibimdə əsginasım, bir cibimdə ağ manat; Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat. M.Ə.Sabir. [Salamov:] Ala, hələlik bu əsginası verim, .. çıxanda yenə verərəm. C.Cabbarlı. Bir qədər gənclərlə oynadıqdan sonra əliaçıq tamaşaçılar [Altıaylığa] üçlük, beşlik, onluq əsginas bağışlardılar. H.Sarabski. əsgi-püsgü (=əsgi-üsgü) is. Köhnə, cındır parça(lar). [Hacı Murad:] Di gəl bax, gör burada əsgi-üsgüdən başqa nə var? S.S.Axundov. [Firidun bəy:] Əlacım kəsildi, getdim, oradan bir neçə əsgi-üsgüdən alıb məni yüklədi. Ə.Haqverdiyev. [Ələmdar] .. gizlətdiyi qızıl dür-düyünçələrini dartışdırıb dəyirmi stolun üstünə tökdü, əsgiüsgüdən azad etdi. S.Rəhimov. əsgi-üsgü (=əsgi-püsgü) is. Köhnə, cındır parça(lar). [Hacı Murad:] Di gəl bax, gör burada əsgi-üsgüdən başqa nə var? S.S.Axundov. [Firidun bəy:] Əlacım kəsildi, getdim, oradan bir neçə əsgi-üsgüdən alıb məni yüklədi. Ə.Haqverdiyev. [Ələmdar] .. gizlətdiyi qızıl dür-düyünçələrini dartışdırıb dəyirmi stolun üstünə tökdü, əsgiüsgüdən azad etdi. S.Rəhimov. əshab is. [ər.] köhn.\n1. Sahibkar.\n2. Tərəfdarlıq.\n3. Həmsöhbətlər, müsahiblər. əshabə is. [ər. “sahib” söz. cəmi]\n1. din. Məhəmməd peyğəmbərin və imamların yaxın adamları.\n2. zar. Tərəfdar, daim birinin yanında olan adam, yoldaş. Bütün bunları Həmzə danışmaqdan, əshabələri isə dinləməkdən yorulmurdu. Ə.Əbülhəsən. əsil is. [ər.]\n1. Əsas, təməl, özül, bünövrə. Əsli çürükdür. // Mahiyyət, kök. İşin əsli budur.\n2. sif. Əsilli, nəcabətli, əsil-nəcabət sahibi, nəcib. Əsil adam. – Əsil al, çirkin olsun; Bədəsil gözəl alma. (Ata. sözü). Övlad nəcib, əsil (z.) çıxsa; Xoşbəxt olar həm atalar. N.Rəfibəyli.\n3. Mənbə, çıxış, başlanğıc. Bu işin əsli 20 il qabaqdan hesab edilməlidir // məc. Həqiqət, gerçəklik, doğruluq. Bu xəbərin əsli yoxdur. – [Müəllim:] Sizin barənizdə yeni bir söz eşitmişəm. Amma bilmirəm, əsli var, ya yox. Ə.Vəliyev.\n4. Surət, yaxud tərcümə olmayan, ilk halında olan yazı; orijinal. Surəti əslinə uyğundur. Məqalənin əsli. Məktubun əsli. // Sif. mənasında. Əsil məktubu isə yenə də Toğrula göndərmək lazımdır. M.S.Ordubadi.\n5. sif. Həqiqi, doğru, düzgün. Əsil adın nədir? Əsil gözəl buna deyərlər. Əsil mərəkə başlandı. • Əslinə baxsan (baxdıqda, qalanda) – əslində, həqiqətdə, həqiqətə gəldikdə. Əslinə baxsan, günah ondadır. // Həqiqətən, nə cür lazımsa, o cür, bir şeyin ən yaxşı nümunəsini, idealını təmsil edən, həqiqi. Əsil sənətkar. Əsil insan. Əsil şair. – [Nadir bəy:] Lakin yenə təkrar edirəm, məncə; Əsil qəhrəmanlıq yara bağlamaqdadır, abad etməkdədir. H.Cavid. // Başlıca, əsas, ən mühüm. Əsil məsələ budur. Əsil mətləbə keç. Onun əsil sənəti müəllimlikdir. – Tahir nə qədər fikirləşirdisə də, əsil mətləbini demək üçün münasib bir ifadə tapa bilmirdi. M.Hüseyn. // Həqiqətən, gerçəkdən. Əsil iş görən kənarda qalıb.\n6. Nəsil, soy, nəsəb, mənşə. Əslin qarabağlıdır; Sinəm çarpaz dağlıdır; Nə gedən var, nə gələn; Deyən, yollar bağlıdır? (Bayatı). Mən də öyrəndim ki, [qızın] əsli mərdəkanlıdır. S.Hüseyn. Bir gün dedim: – Gözəlim; Sənin əslin haralı? Ə.Cavad.\n7. sif. Ən birinci, ən köhnə, ilk. Onun əsil vətəni Qarabağdır. Əsil yurduna dönmək.\n8. sif. Xalis, saf, təmiz, qatışıqsız. Əsil kərə. Əsil motal pendiri. Əsil qızıl. Əsil şal parça. – Xonçada olar .. üç pud qənd, bir pud şirni və bir ədəd əsil tirmə şal. R.Əfəndiyev.\n9. Məhz, həmin, lap. [Qasım:] Əsil bu paltarda oynamaq lazımdır. S.Rəhman.\n10. Əslində şəklində – 1) kökündə, bünövrəsində; 2) ibtidada, başlanğıcda, lap əvvəlində. Əslində o, dərzi olmuşdur. Əslində o, xanəndə idi; 3) həqiqətdə, əslinə baxılarsa. Əslində o da bu fikirdə idi. – Əslində anası onlara çox az-az görünər. S.Rüstəm. Əslində isə rəisin hirsi soyumadı. Mir Cəlal. əsillənmək bax. əsilləşmək. əsilləşmə “Əsilləşmək”dən f.is. əsilləşmək f. dan.\n1. Yurd-yuva salmaq, yerləşmək, kökləşmək, yerli adət və ənənələri qəbul etmək. Onlar başqa yerlərdən gəlib Azərbaycanda əsilləşmişlər.\n2. Xalisləşmək, saflaşmaq. əsilli sif.\n1. Əsil-nəcəbi olan, nəcabətli, əsil. Əsilli adam. – Xotkar qızı, şah nəsilli; Ağır elli, xan əsilli. “Koroğlu”.\n2. Əsli olan, saxta olmayan, inanılacaq, doğru, gerçək. əsillik (=əsillilik) is.\n1. Xalislik, saflıq. Bu qızılın əsilliyi məhəkdə məlum oldu.\n2. Təmizlik, nəciblik, alicənablıq, comərdlik. əsillilik (=əsillik) is.\n1. Xalislik, saflıq. Bu qızılın əsilliyi məhəkdə məlum oldu.\n2. Təmizlik, nəciblik, alicənablıq, comərdlik. əsil-nəsəb bax. əsil 5-ci mənada. Bir gün bazar tacirlərinin birisi Mahmudun gözünə çox şirin gəldi. Mahmud bu tacirnən yaxın olub, onun əsil-nəsəbini öyrənəndən sonra, həmin tacir İlyası çəkdi dükanına. (Nağıl). Pinəçi .. evində əsil-nəsəbi məlum olmayan adamları saxlaya bilməyəcəyini bildirdi və ev kirayəsi tələb etdi. M.İbrahimov. [Şeyx Amiri:] Sən ki əsil-nəsəbimə yaxşı bələdsən, sərvətimdən, xəzinəmdən də xəbərin var. Ə.Məmmədxanlı. əsilsiz sif.\n1. Əsli, əsası olmayan; doğru, gerçək olmayan; yalan, uydurma. Əsilsiz xəbər. Əsilsiz şayiələr. – Əsilsiz söz sahibinə üz qarası gətirər. (Ata. sözü). // Heç bir şeylə əsaslandırılmayan. Əsilsiz tələb. Əsilsiz iddialar. – ..Biz onun verdiyi xəbərləri bir də Mirzə Ələkbər xan vasitəsilə yoxlayır və əsilsiz olduğunu təyin edirdik. M.S.Ordubadi.\n2. Əsli, nəcabəti olmayan. əsilsizlik is.\n1. Əsassızlıq, həqiqətdən uzaqlıq. Xəbərin əsilsizliyi.\n2. Əsli-nəsəbi olmama, nanəciblik. əsilzadə is. [ər. əsil və fars. ...zadə] köhn.\n1. Zadəgan, kübar (xan, bəy). Bir adam ki .. Müqim bəy Cavanşir kimi bir əsilzadənin mühafizi ola, daha nə üçün vəziyyətindən razı olmasın? S.Rəhimov.\n2. Nəcib, nəcabətli, alicənab. əsim-əsim əsim-əsim əsmək – bərk titrəmək. Əynində paltarı əsim-əsim əsir. Hirsindən əsim-əsim əsmək. – [Telli:] Bədənim əsim-əsim əsir.. Heç əqlimə gəlməyən işə düşmüşəm. N.Vəzirov. Körpünün tiri o tərəf-bu tərəfdən görsənir. Hər dəfə yeni dalğalar ona toxunduqda əsim-əsim əsirdi. Ə.Vəliyev. Əsim-əsim əsirdi. Katibə tapşırdı ki, Vahidin dediyini bir yerə yazıb saxlasın. Mir Cəlal. əsir is. [ər.]\n1. Müharibədə ələ keçirilən düşmən əsgəri, zabiti və s. Hərbi əsir. Əsir düşmək. Əsir olmaq. Əsir tutmaq. Əsirlərin azad edilməsi. Hərbi əsirlər vətənlərinə döndülər. – [Səlim bəy:] Bax, yenə əlimdə əsirsən, əsir; Duyuram, qorxudan ürəyin əsir. S.Rüstəm.\n2. Kölə, qul, məhkum. Dedim: – Ey gül, niyə etdin məni zülfündə əsir? Dedi: – Divanə olan şəxsə gərəkdir zəncir. S.Ə.Şirvani. Özünü insan əlində əsir görən kəklik qurtulmaq üçün .. əllərimizi dimdikləyirdi. A.Şaiq. Ey dilsiz gözlərin qara röyası; Ardınca qarğadı qullar, əsirlər. S.Vurğun.\n3. məc. Dustaq, azadlıqdan, sərbəstlikdən məhrum edilmiş. • Əsir olmaq – 1) azadlıqdan məhrum olmaq; 2) tamamilə tabe olmaq. Qız qayın-qudanın, qayınatanın, baldızın, qayınananın hökmünə əsir olar, onların dedi-qodusuna düşərdi. H.Sarabski.\n4. məc. Vurğun, məftun, mübtəla. Eşq əsiri. Gözəllik əsiri. – Görməmişəm belə zülfü dəhəntək; Yüz min əsiri var, əlbəttə, mən tək. Aşıq Məhəmməd. Bir ahu baxışlı gözələ çoxdan əsirəm; Ahimlə şikar olsan, mən neyləyə billəm. Ə.Vahid. • ...əsiri olmaq – ...vurğunu olmaq, ...düşkünü olmaq, ...mübtəla olmaq. [Bəhram:] Belə də insaf olar ki, biçarə Saranın illərlə divam edən məhəbbətin sındırıb da, əhdimi buraxıb da, bir başqasına əsir oldum? C.Cabbarlı. əsirgəmə “Əsirgəmək”dən f.is. əsirgəmək f.\n1. Rəhmi gəlib qorumaq, saxlamaq, hifz etmək, himayə etmək. [Səlim qızı:] Ulu tanrım, sən bu yetim yavrucuğu əsirgə!.. C.Cabbarlı. [Orxan:] İsmət! Allah əsirgəsin, nədir bu halət? H.Cavid.\n2. Qıymamaq, qıyıb verməmək, heyfi gəlmək, xəsislik etmək, qızırqamaq. Şeylərini çox əsirgəyir. – Dağlar sənin ilə həmdəm olmaya; Əsirgərsən indi qarı da məndən. Qurbani. [Xudayar bəy:] Bax, ey qazı ağa, .. mən məlun adamam əgər başımı da sənin yolunda əsirgəyim. C.Məmmədquluzadə. Camaatdan ötrü, doğrudan, Qurbanqulu heç bir şeyin əsirgəmədiyi kimi, canından belə keçməyə hazır idi. T.Ş.Simurq. // Qənaət etmək, qənaətlə işlətmək. əsirgənmə “Əsirgənmək”dən f.is. əsirgənmək məch.\n1. Qorunmaq, saxlanmaq, himayə edilmək, hifz edilmək. Pəriyəm, durmuşam mərdü mərdanə; Əsirgənmə bu meydandan, ey Qədir! Aşıq Pəri.\n2. Qıyılmamaq, qıyılıb verilməmək. Əsirgənəcək şey deyil. // Qənaət edilmək. əsirlik is.\n1. Əsir düşmüş adamın hal və vəziyyəti, bu vəziyyətdə keçirilən həyat. Əsirlikdən qayıtmaq. Əsirlikdə olmaq. Əsirlik həyatı. – [Şofer:] Qardaşımdan əlimi üzmüşdüm. ..Sən demə, partizan olubmuş. Əsirlikdən qaçıb, düz iki il vuruşub.. M.Hüseyn. ..“Əsir” sözünün özü, “əsirlik” məfhumunun özü dəhşətlərin ən böyüyü idi. Ə.Əbülhəsən.\n2. Köləlik, qulluq, məhkumluq, dustaqlıq, əsarət. Əsirlik həyatı. Əsirlikdən qurtarmaq. – [Bədəl:] Bircə qeydim bacımın əsirlikdən qurtarmasıdır. Ə.Haqverdiyev. O, heç bir vaxt əcnəbi himayəsində qazanılan istiqlalın əsirlikdən ibarət olduğunu anlamır. M.S.Ordubadi. [Elxan:] Lakin kim bilir, yazıq Solmaz indi əsirlikdə nələr çəkir. C.Cabbarlı. əsir-yesir top. dan. Yoxsul, hüquqsuz, yazıq, aciz, kimsəsiz adamlar. • Əsir-yesir eləmək dan. – əsir etmək, məftun etmək. [Münəvvərin] təsəllisi bircə bu idi ki, gözəl idi! Öz dediyi kimi, şəkli-şəmayılı ilə Hacını əvvəl gündən əsir-yesir eləmişdi. Mir Cəlal. əskeş is. [fars.] məh. Arabanın at qoşulan iki uzun tirlərindən hər biri. Arabanın əskeşi sınmışdır. əski I. sif.\n1. Keçmiş, köhnə. Əski adətlər. Əski qayda və ənənələr. Əski moda. Əski üsullarla işləmək olmaz. – Zeynal əski bir şkafı köndələn qoymaqla şüşəbəndi ikiyə bölmüş, açıq qalan yerinə də bir pərdə asmaqla Səlimi öz ailəsindən ayırmışdı. S.Hüseyn. Hər əski ənənə, hər əski adət; Məhəbbət, iztirab, gülüş, qiyafət: Məncə, bıqdırırdı bəşəri hər an. S.Vurğun. // Köhnəlmiş, yıpranmış, xarab olmuş. Əski şeylər. Əski paltar. Əski bir bina.\n2. Qədim, keçmiş dövrlərə aid. Bu yerlərin əski əhalisi. Ölmüş əski dillər. Əski dinlərin qalıqları. Əski abidələr. – Bu əski əfsanə gülünc olsa da; Qalmış əsrlərcə qoca yadigar. S.Vurğun.\n3. Çoxdankı, köhnə. Əski dost. – [Nadir] bir cəhətdən də [Məcidin] gəlməsinə və əski yoldaşı ilə görüşməyinə şad idi. B.Talıblı. Bu gün mən başqa bir dünyaya çıxdım; O əski, lap əski qərargahımdan. S.Vurğun.\n4. Təcrübəli, qocaman. Əski müəllim. Əski usta. Əski həkim. – [Möhsünzadə] yenə Zeynalın vəziyyətinə girmək, ona bir az yardım etmək istəyirdi. Hər necə olsa o, əski bir işçi idi. S.Hüseyn. // Yaşlı. Əski adamdır, cavan görünməsinə baxma. ‣ Əski hamam, əski tas – heç bir şey dəyişməyib, köhnə halında qalmışdır. Əski hamamdır, əski tas, bəs yeni rənginiz hanı? Dinmə, danışma, yat, balam, sən deyən olmayıb hələ! M.Ə.Sabir. [Surxay Aydına:] Sənin isə düşündüyün fədəm-dəmə, istəklərin damdan-dama, etdiklərinə gəlincə, əski tas, əski hamam. C.Cabbarlı. [Azər:] Artdıqca bilgilər, artır ehtiras; Heç fərqi yox – əski hamam, əski tas. H.Cavid. Əski qapı, əski daban – bax. əski hamam, əski tas. Qəzetçi, molla yazığın ağzını lap ovuşdurub; İndi yazır əski qapı, əski dabanı birbəbir. C.Cabbarlı.\n\nII. bax. əsgi. əskik sif.\n1. Bütün olmayan, naqis, natamam, çatışmayan. Üç manatdan otuz qəpik əskik. Parça 3 santimetr əskikdir. • Əskik çəkmək – düzgün çəkidən az çəkmək, çəkidə aldatmaq. Əskik çəkən satıcı cəzalanar. Əskik çıxarmaq – müəyyən olan miqdardan az hesab etmək. Əskik çıxmaq – müəyyən miqdardan, yaxud təxmin edildiyindən əskik olduğu meydana çıxmaq. Əskik deyil – daim vardır, həmişə mövcuddur. Çünki tən durduqca məndən dərdü qəm əskik deyil. Füzuli. Gəhi hicrin, gəhi vəslin vurar od qəlbi-suzanə; Heç əskik deyil bu guşeyi-viranədən atəş. S.Ə.Şirvani. Əskik etmək (eləmək) – 1) azaltmaq; 2) kəsmək, fasilə vermək, davam etdirməmək, arasını kəsmək. Məktubunu əskik etmə. Əskik gəlmək – bax. əskik çıxmaq. Əskik olma, əskik olmayasan (olmayasınız və s.) – sağlıq, salamatlıq arzusu bildirən ifadə. [Şeyx Sənan:] Cümlə ikramü lütfünüz məlum; Sağ olun, əskik olmayın, oğlum! H.Cavid. [Vidadi:] Yaxşı, nə tapmısan o saraylarda? Sağ ol, əskik olma, sən yaşa barı. S.Vurğun. [Kazım:] Dostluqdan əskik olmayasınız. Mir Cəlal. Əskik olmamaq – həmişə var olmaq, mövcud olmaq, daim olmaq. Hindistanda Qanq çayı bizim Kür çayından çox böyükdür, .. amma bu çaydan vəba zəhəri heç əskik olmur.. C.Məmmədquluzadə. Çeşmələr başından heç əskik olmaz; Zurna-balabanı bizim dağların. S.Vurğun. Əskiyini doldurmaq (tamamlamaq) – çatışmayan cəhəti, hissəni əlavə edib tamamlamaq. Başından əskik olmamaq – bax. əskik olmamaq. Heç əskik olmasın – həmişə olsun, yox olmasın. Köməyiniz heç əskik olmasın! – Vəsfini söylərəm həddən ziyadə; Heç əskik olmasın mülkü mal sənə. Aşıq Pəri.\n2. Nöqsanlı, qüsurlu, eyibli, çatmayan, yarımçıq. Onun ağlı bir qədər əskikdir. // Alçaq, pis, əskiklik gətirən. Əskik söhbətlər. – Gül dilləndi: – Salmayın səs; Danışmayın əbəs-əbəs; Qəlbə dəymək əskik işdir. M.Dilbazi.\n3. Başqasından az, kiçik, alçaq, aşağı. Sənin boyun onunkundan bir az əskikdir. Onun pulu mənimkindən əskikdir. – [Mazandaranski:] Əlbəttə, mən heç özümü səndən əskik adam bilmirəm. C.Cabbarlı. Xanın həyətində qaravaşlar, nökərlər çox idi. Hamısından kiçiyi və vəzifəcə əskiyi Budaq idi. Ə.Vəliyev.\n4. Qiymətsiz, dəyərsiz. Demin əskik məni; tədric ilə yaqut olan daşlar; Boyandıqca ciyər qanilə qədrü qiymətim artar. Füzuli.\n5. İs. mənasında. Əskik gələn miqdar, çatışmayan miqdar, tam olmaq üçün əlavə edilməli olan miqdar. Əskiyi doldurmaq. Əskiyi çoxdur. Onun da beş manat əskiyi var. // Çatışmayan şey, gərəkliyi duyulan şey, əgər-əskik. Evin əskiyi qurtarmır. əskik-artıq zərf Lüzumsuz, artıq, yersiz, namünasib; ədəb, nəzakət həddini aşan. Əskik-artıq danışmaq. əskik-əskik zərf Pis-pis, alçaq-alçaq, pis adamlar kimi. Əskik-əskik danışmaq. // sif. İnsanı alçaldan. Əskik-əskik söhbətlər. əskik-gərək is. Qüsur, nöqsan, çatışmayan cəhət. Düzəlib işlərin əskik-gərəyi; Millətin dərdinə dərman oldu. M.Ə.Sabir. əskiklik is.\n1. Çatışmazlıq, azlıq, natamamlıq, naqislik. • Əskikliyə düşmək – ehtiyaca düşmək, yoxsullaşmaq.\n2. Eyib, nöqsan, qüsur; çatışmayan cəhət. Onun heç bir cəhətdən əskikliyi yoxdur. – [Əkbər] özündə bir əskiklik duyurdu. Mir Cəlal. • Əskiklik gətirmək – alçaltmaq, eyib olmaq, hörmətdən salmaq. Belə hərəkətlər insana əskiklik gətirər. // Alçaqlıq, rəzalət, həqarət. ..Birisi alçaqdan ucaya qalxa, kasıbçılıqdan dövlətə çata, əskiklikdən hörmətə minə, heç vaxt atadan, babadan danışmağı dost tutmaz. C.Məmmədquluzadə.\n3. Yoxluq, olmama. Onun əskikliyi indi hiss edilməkdədir. əskildilmə “Əskildilmək”dən f.is. əskildilmək məch. Azaldılmaq, əskik edilmək, əskik hala salınmaq. əskilmə “Əskilmək”dən f.is. əskilmək f.\n1. Bütöv bir şeyin bir qismi yox olmaq. Şüşənin ağzını möhkəm qapamasan, spirt uçub əskiləcək. // Azalmaq. Adamların sayı getdikcə əskilir. – Əskilməsin təravətin ey əşki-laləgun. Füzuli. Günəş qüruba doğru əyilmiş, hərəkət əskilmişdi. S.Hüseyn.\n2. məc. Alçalmaq, özünü alçaltmaq, hörmətdən, nüfuzdan salmaq. əskiltmə “Əskiltmək”dən f.is. əskiltmək f.\n1. Əskik etmək, azaltmaq. Lampanın işığını bir az əskilt. Sürəti əskiltmək. Tələblərini əskiltmək. – Səlim bəy qazancını əskiltmək üçün işçilərin zəhmət haqqını azaltmağa başladı. H.Nəzərli. // Gödəltmək, qısaltmaq. Paltarın ətəyindən əskiltmək lazımdır.\n2. məc. Hörmətdən, nüfuzdan salmaq, alçaltmaq. Bu hərəkət kollektivin yanında onu çox əskiltdi. əskimə “Əskimək”dən f.is. əskimək bax. əsgiləşmək. Ən yaxşı sözləri seçərək bir-bir; Bunlar əskimişdir, – deyə uduxur. S.Vurğun. əskimiş f.sif. Köhnəlmiş. Şamil [Aslan bəyi] diqqətlə müayinə etdi, .. onda əskimiş, gəmiklərinə qədər işləmiş beş-altı xəstəlik tapdı. A.Şaiq. Əyilsin səcdənə ulduzlar, aylar; Əskimiş məbədlər, yeni saraylar. S.Vurğun. əsla zərf [ər.] Heç, heç bir vaxt, qətiyyən. Bu işdən onun əsla xəbəri olmamışdır. – [Rüstəm bəy:] Sizin şimalda kişilər həlimdirlər ki, arvadları və ya qızları özgələri ilə gəzib danışdıqda qanları əsla coşmayır. Çəmənzəminli. [Xəyyam:] Alın, əsla ələ keçməz bu kitab. H.Cavid. ..Şagirdlərin savadı müxtəlif idi. Aramızda əsla savadı olmayanlar da var idi. T.Ş.Simurq. əsləhə is. [ər. “silah” söz. cəmi] Silah. Evlərə od vurulduqda gizlin əsləhə anbarı partladı, çox qiymətli şeylər tələf oldu. M.S.Ordubadi. əsləhəli sif. Silahlı, silahlanmış. Əsləhəli adamlar. – [Sadıq bəy:] Tamam kənd əhli də yaraqlı, əsləhəli onun buyruqlarına itaət eləməkdədirlər. Ə.Haqverdiyev. əslən zərf [ər.]\n1. Nəsli, əsli etibarilə, əsilcə, soyca. O, əslən azərbaycanlıdır. Bəsrədə böyümüşdür, lakin əslən gürcüstanlıdır. – Əslən əmsarlı olan bu adamın hər sözündə .. gələcəkdə nələr görüləcəyinə yaxşı vaqif olan bir adamın təmkini və sakitliyi vardı. Ə.Sadıq.\n2. bax. əsla. [Məşədi Həsən:] Bilsə idim, əslən özümü dolaşdırmaz idim. Ə.Haqverdiyev. Maya zəhərləndi, qaşqabaq və kədər əslən ona yaraşmadığından üzünün dumanı artdı. M.İbrahimov. əslibahar is. Yaya yaxın açan və gözəl iyli gül. Əslibahar qızılgülə çatmaz. əsmə 1. “Əsmək”dən f.is.\n2. bax. əsməcə. Əsmə azarı. Əsmə tutmuşdur. – Məs geyinib, məsi var; Canında əsməsi var. (Bayatı). ...Salamın vücudundan bir əsmə keçdi. Mir Cəlal. əsməcə is. Bədənin və ya onun ayrıayrı hissələrinin titrəməsi şəklində təzahür edən xəstəlik. Başladı əsməcə tutmuş adamlar kimi titrəməyə. “Koroğlu”. Mühasib əsməcə tutmuş kimi ayağa qalxdı və dişlərini qıcayaraq Sübhanverdizadəyə tərəf pis-pis baxıb .. çıxdı. S.Rəhimov. əsməcəli sif. Əsməcə xəstəliyinə tutulmuş, əsməsi olan. əsmək f.\n1. Titrəmək. Soyuqdan yarpaq kimi əsirdi. Dodağı əsmək. Əli əsmək. Başı əsmək. – Xədicə əli əsə-əsə (z.) torbanın ağzını açdı. S.S.Axundov. ...Dərvişin əlləri yarpaq kimi əsirdi. A.Divanbəyoğlu. Hər vətən deyəndə yaşarıb gözün; Dodağın titrəyib dilin əsibdir. R.Rza.\n2. Hərəkət etmək, dalğalanmaq. Bərk külək əsir. – Səhər zamanıydı əsərkən yellər; Düşərkən jalələr oyatdı səni. H.Cavid. Hava qaranlıqlaşırdı. Gündüzdən əsməyə başlamış külək yatmışdı. T.Ş.Simurq. Əsdikcə gilavar, oynardı bulvar. M.Müşfiq.\n3. məc. Əsəbiləşmək, özündən çıxmaq, hirslənmək. Nə əsirsən? – ..Qoca kişi acıqdan əsdi. Bir söz deməyə nə qədər qəsd etdisə, nitqi bağlandı. A.Divanbəyoğlu.\n4. Həddindən artıq qayğısını çəkmək, gözündən iraq qoymamaq, həddindən artıq əzizləmək, istəmək. Ana balanın üstündə əsir. Oğlu üçün əsir. – [Kitabxanaçı:] Kitabların üstündə qırx ildir əsmirəmmi? Mir Cəlal. əsməqovaq is. bot. Qovağın bir növü. əsmər sif. [ər.] Qarabuğdayı, qarayağız. Əsmər qadın. Əsmər bənizli. – Yenə də bir vuraydı qəlbimiz gizli-gizli; Sən, ey əsmər bənizli! M.Müşfiq. İstərəm şəfqətlə hər səhər, axşam; Əsmər saçlarını sevəm, oxşayam. O.Sarıvəlli. əsmərləşmə “Əsmərləşmək”dən f.is. əsmərləşmək f. Qaralaşmaq, qarabuğdayı olmaq. O gənc qadının .. günəşdən əsmərləşən gənc çöhrəsində bir bahar təravəti duyulurdu. İ.Əfəndiyev. əsmərlik is. Qarabuğdayılıq, qarayağızlıq. əsna is. [ər.] Vaxt, zaman, an. Bu əsnada küçədə hay-küy qalxdı. – Bu əsnada yaxındakı uca dağın təpəsində gözəl bir qız surətində nurani bir kölgə zahir olur. A.Səhhət. [Mirzə] .. söhbət əsnasında cibindən qozdan, fındıqdan, kişmişdən çıxarıb ortalığa tökərdi. Ə.Haqverdiyev. Bu əsnada qapı ehmal açıldı, içəri on yeddi-on səkkiz yaşlarında, qırmızıyanaq, burnunun dəlikləri geniş bir gənc girdi. Çəmənzəminli. əsnaf is. [ər. “sinf” söz. cəmi] Sənətkarlar, peşəkarlar (dükançılar, dəmirçilər, misgərlər və s.); kustar – ..Məclisdə oturan əsnaflar .. rusca danışılan mətləbləri başa düşmürdülər. C.Məmmədquluzadə. Papaqların bəzisi uzun qovun çeşnisində idi, bunlar əsnaf papağı idi. Çəmənzəminli. əsnaflıq is. Sənətkarlıq, peşəkarlıq, kustarlıq. əsnəgülü bax. əspərək. Keçmişdə xalq təbabətində qızılcaya qarşı çox işlənən əsnəgülü bitkisinin tərkibində alkoloidin tapılmasını xüsusilə qeyd etmək lazımdır. Ə.Abasov. əsnək 1. sif. Çox əsnəyən.\n2. is. Əsnəmə. Əsnək gəlmək. – Əsnək əsnək gətirər. (Ata. sözü).\n3. anat. Ağız boşluğundan qırtlağa gedən deşik. Xəstənin əsnəyi qızarır və şişir, bozumtul ağ rəngli ərp əmələ gəlir. əsnəmə “Əsnəmək”dən f.is. Darıxanda adamı əsnəmə tutar. – Əsnəmə, gərnəşmə əl çəkməz, çıxar guya canın; Hansı pünhanındadır bu aşikarın ləzzəti? Ə.Nəzmi. Mövlamqulunun nəfəsi yavaş-yavaş genişlənir, onu əsnəmə tuturdu. S.Rəhimov. əsnəmək f. Yuxu gəldikdə, yaxud yuxudan təzə ayılanda, yaxud da yorğunluq nəticəsində qeyri-iradi olaraq ağzını geniş açaraq dərindən və davamlı surətdə nəfəsini içəri çəkib dərhal buraxmaq. Mənim yuxum qaçır, nənəm əsnəyir. A.Səhhət. Övrət bikar oturub başlayır əsnəməyə. C.Məmmədquluzadə. Katibə yorğunluğunu gizlədə bilməyib əsnəyəndə əlini ağzına tutdu. M.Hüseyn. əsnəşmə “Əsnəşmək”dən f.is. Məclisdə əsnəşmə düşdü. əsnəşmək qarş.\n1. Bərabər, birlikdə əsnəmək, hamı bir-birinə baxıb əsnəmək.\n2. məc. Boş-boşuna vaxt keçirmək. əspərək is. bot. Quru və daşlı yamaclarda bitən bitki. əsr [ər.]\n1. 100 illik dövr. On səkkizinci əsr. İndiki əsr. Keçən əsrdə. Əsrlər boyu(nca). – Əsrlərdən bəri, dərdinə qaldığım yerdir bu yerlər. M.Müşfiq. Gözümdən günlər keçir; Əsrlərə bərabər; Zülmətləri əridən; Qaynar, şəfəqli günlər. R.Rza.\n2. Dövr, zaman, vaxt, çağ. [Heydər bəy:] Pərvərdigara, bu necə əsrdir, bu necə zamandır? Nə at çapmağın qiyməti var, nə tüfəng atmağın hörməti var. M.F.Axundzadə. ..Bunu istəyirik bilək ki, aya bu papaqlar hansı əsrdən və nə vaxt bu tövr bizim içimizdə adət olubdur? C.Məmmədquluzadə. [Bəypolad Cəmil bəyə:] Sən bu əsr üçün deyil, bəlkə başqa bir zaman üçün yaradılmışsan. H.Cavid.\n3. Hər hansı bir cəhətdən səciyyəvi olan dövr; epoxa. Orta əsrlər. Atom əsri. Nizami əsri.\n4. İkindi vaxtı, axşamüstü. əsrar is. [ər. “sirr” söz. cəmi] Sirlər. Mən belə əsrarı qana bilmərəm; Qanmaz olub da dayana bilmərəm. M.Ə.Sabir. Səndə var, bəlli, bir yığın əsrar; Söylə, aç söylə, bivəfa, qəddar! H.Cavid. əsrarəngiz sif. [ər. əsrar və fars. ...əngiz] Sirli, əsrarlı, sirr ilə dolu; anlaşılmaz. Bu qızın fitnəli və əsrarəngiz gözləri var idi. M.S.Ordubadi. Həyətə girdikdə əsrarəngiz və heyrətamiz sükut insanı vahiməyə salırdı. M.İbrahimov. əsrarəngizlik is. Sirlilik, sirlə dolu olma, anlaşılmazlıq. Qəhrəman təbiətin bu əsrarəngizliyi içində düşünür. S.Rəhimov. əsrarlı sif. Sirli. ..Sehrli, əsrarlı bu həyat nədir? Həm gülünc, həm qorxunc bir əfsanədir... A.Şaiq. Əsrarlı və boğucu sükut yenə məhbəsi bürümüşdü. M.İbrahimov. [Əhməd] Cəmilənin öz iş otağına çəkildiyini görüb ayağa durdu, hərləndi, yavaşca yenə həmin əsrarlı künc otağa keçdi. S.Rəhimov. əsrdidə sif. [ər. əsr və fars. ...didə] Qoca, köhnə, qədim. ..Bazarın başında, yanından şırhaşırla bulaq axan əsrdidə bir çinar ağacı vardı. Ə.Əbülhəsən. Hələ gecə ikən [Qaraca Çoban] meşədən iri gövdəli əsrdidə ağaclardan qırdırdı. M.Rzaquluzadə. əsri sif. Müasir, əsrə müvafiq, yaxud əsrə aid olan. əsrik sif.\n1. Kökəlib yekəlmiş.\n2. Qızmış. əsrimə “Əsrimək”dən f.is. əsrimək f. Qızmaq, coşmaq, azğınlaşmaq. Əsriyib-əsriyib, kükrəyib axan; Ağzı ağköpüklü divanə Samur! Aşıq Valeh. əsrimiş f.sif. Qızmış, coşmuş. Əsrimiş pələng. – Çənlibel üstündə əsrimiş nərsən; Düşmən qabağında dayanan ərsən. “Koroğlu”. Girəndə meydan içinə; Əsrimiş aslanı gördüm. Aşıq Teymur. əsriyib-kükrəmək f. Özündən çıxmaq, hiddətlənmək, bərk hirslənmək, qızışıb hədələmək. əsrlərcə zərf. Əsrlər boyu, əsrlər ərzində. Əsrlərcə əsarət altında qalan müstəmləkə xalqları azadlığa qovuşdular. əsrlik sif. Bir əsr davam edən, yaşayan, sürən. Qış günəşi isə ağır-ağır, əsrlik təmkini ilə qalxır. Mir Cəlal. əssalam nida [ər.] köhn. Sizə salam(lar) olsun. əstəğfür (=əstəğfürullah) nida [ər.] Əsil mənası “Allahdan bağışlanmağımı istəyirəm” deməkdir. Bəzən Azərbaycan dilində “Allah eləməsin, haşa, əsla, qətiyyən, heç vaxt, heç elə şey ola bilməz, heç elə şeyə razı ola bilmərəm” mənalarında da işlənir. Əstəğfürullah, heç kəs getməyəcək və öyrənməyəcək, bu dərd-qüssədir məni bu hala salan.. N.Vəzirov. əstəğfürullah (=əstəğfür) nida [ər.] Əsil mənası “Allahdan bağışlanmağımı istəyirəm” deməkdir. Bəzən Azərbaycan dilində “Allah eləməsin, haşa, əsla, qətiyyən, heç vaxt, heç elə şey ola bilməz, heç elə şeyə razı ola bilmərəm” mənalarında da işlənir. Əstəğfürullah, heç kəs getməyəcək və öyrənməyəcək, bu dərd-qüssədir məni bu hala salan.. N.Vəzirov. əş is.\n1. Tay, bərabər, misil, bənzər. Yoxdur mənə göydə əş; Deyərkən, getdi sərkəş. Ə.Cavad.\n2. Dost, yar, həmdəm, yoldaş. Mənim də var baharım; Çiçəklərim, günəşim; Qəlbim, ruhum, işarım: Tapındığım şux əşim. A.Şaiq. Söylədilər səni könlümün əşi; Həqiqətmi, o da xülyamı yoxsa? S.Vurğun. Ey dostluqdan yorulmaz mənim sevimli əşim; Sənə olan eşqimi söndürmədi illər də. N.Rəfibəyli. əşar is. [ər. “şeir” söz. cəmi] Şeirlər. Şairəm, çünki vəzifəm budur əşar yazım; Gördüyüm nikü bədi eyləyim izhar, yazım. M.Ə.Sabir. ..Hərəmiz bir istəkan çay içəndən sonra .. yoldaşım Teymur mirzə yazdığı əşarından bir neçəsini bizə oxudu. C.Məmmədquluzadə. Cavan Hüseyn hərdən-hərdən; Yazır öz əşarın, dağlar! Aşıq Hüseyn. əşədd sif. [ər.] Şiddətli, güclü, son dərəcə (çox). [Rza bəy:] Əfəndilər, müsaidənizlə bir qaç kəlmə söz ifadəsinə əşəddi ehtiyacım vardır. Ü.Hacıbəyov. əşər is. [ər.] tar. Keçmişdə müəyyən məqsədlər üçün gəlirin onda biri miqdarında verilən vergi. əşxas is. [ər. “şəxs” söz. cəmi] köhn. Şəxslər, adamlar. Əşxas fərmayişi əmələ gətirdilər. M.F.Axundzadə. Xərc edir bir para əşxas pulun bayramdə; Zəfərana, yağa, razyanaya, xaşxaşa, ətə. M.Ə.Sabir. Bizim müsəlmanlar arasında arif və qanacaqlı əşxaslar çoxdur. N.Vəzirov. Əşxasi-hökumət hamı heyran olur olsa; Hər qüvvətin üstündə də bir qüvvət olarmış! Ə.Nəzmi. • Əşxasi-məclis – bax. əhli-məclis (“əhl”də). əşi nida. “A kişi” sözünün canlı dildə işlənən ixtisar şəkli olub, yerinə görə etinasızlıq, narazılıq, yaxud təkid və s. hissləri ifadə edir. Əşi, tez ol da! Əşi, mən nə bilim. Əşi, o da yoldaşdır! Əşi, qoy getsin! – [Sultan bəy:] Əşi, xan ilə aş yemirəm ki, bığım yağa batar... Ü.Hacıbəyov. [Hüseyn:] Mən nə bilim, əşi, onun qolu necə olub?.. S.Rəhman. [Qulu:] Əşi, o açarları bir bəri gətir. İ.Əfəndiyev. [Camal:] Əşi, ay Nəbi dayı, indidən niyə toyuq təkin hinə girmisiniz? Günün qulağı təzə batıb ki. Ə.Abasov. əşirət is. [ər.] Bir əsildən törəyib birlikdə yaşayan və köçəri (bədəvi) həyat sürən ailələr toplusu; qəbilə, oymaq. Əşirət dövrü. Ərəb əşirətləri. Əşirət şeyxi (ağası, bəyi). Əşirət halında yaşayan tayfalar. – Bütün Azərbaycan xanları və əşirətlər öz atlısı ilə Marağaya və Savucbulaq ətrafına gəlmişdi. M.S.Ordubadi. əşk is. [fars.] klas. Göz yaşı. Hicran gecəsi gəldi ki, hər qətreyi-əşkim; Pərvanələrə şəmi-şəbistan olacaqdır. Qövsi. Gecəgündüz ağlamaqdan əşki-xun; Saralıb gül rəngi solubdu, gördüm. Q.Zakir. Gözümdə cari edib əşk həm rəvan, getmə! X.Natəvan. əşkal is. [ər. “şəkl” söz. cəmi] Şəkillər, şəkil. [Məstəli şah:] Xurcunu yerə qoy, ağzının bağını aç, içindən üstündə əşkal çəkilmiş taxta parçaları çıxart. M.F.Axundzadə. əşkbar sif. [fars.] klas. Göz yaşı tökən, çox ağlayan. Yağma, canım, naleyi-biixtiyarımdan saqın; Tökmə qanım, abi-çeşmiəşkbarımdan saqın. Füzuli. Saldı məni damə zülfün xəyalı; Məni qoydun əşkbarda, gəlmədin. Sarı Aşıq. • Əşkbar olmaq klas. – göz yaşı tökmək, çox ağlamaq. Bir sürü cəllad əlindən əşkbar olmuş cəhan. M.Hadi. əşraf is. [ər. “şərif” söz. cəmi] köhn. Əyanlar, nüfuzlu adamlar, kübarlar. Ərkanidövlət, üləma, .. əyan və əşraf və ərbabimənasib otağın qabağında səf çəkib əl-əl üstə durdular. M.F.Axundzadə. Bütün əşraf ikən qızın vurğunu; Bəbir xan kimsəyə vermədi onu. H.Cavid. əşrəf sif. [ər.] köhn. Ən şərafətli, ən əziz, çox hörmətli. [Arif:] Bir fəzilətsə öldürüb ölmək; Canavar bizdən əşrəf olsa gərək. H.Cavid. Budur, Yer üzünün əşrəfi insan; Yaradır gündə bir hicranlı dastan. S.Vurğun. [Gülyanaq:] Təbiətdə mövcud olan bütün gözəlliklərin gözəli, həyatın əşrəfi olan insandır. Ə.Vəliyev. əşrəfi is. [ər.] köhn. Keçmişdə: beş manatlıq qızıl pul. Əşrəfi keçmişdə zinət olaraq işlənirdi. – Zərxaradan arxalıq; Əşrəfidən yaxalıq; Bir busə ver o xaldan; Dadına çatsın xalıq. (Bayatı). [Koroğlu Qırata:] Əzəldən bilsəydim sənin halını; Əşrəfidən kəsdirərdim nalını. “Koroğlu”. [Xanımın] ətəyində bir sıra əşrəfi, boynunda qızıllı şəvəsi vardı. Çəmənzəminli. // Ümumiyyətlə, qızıl pul. Pəri Soltan gülüb, Əhmədnən xudafiz eləyəndən sonra, zindandan çıxdı. Bir çəngə əşrəfi də zindanbanın ətəyinə töküb, qəmli-qəmli gəldi mənzilinə. (Nağıl). əşrəfili sif. Bəzək üçün əşrəfi taxılmış, əşrəfi asılmış. Ətəyi əşrəfili paltar. – Ucu əşrəfili bulud kimi saç; Dal gərdəndə hər hörüyü bir qolac. M.P.Vaqif. əşsiz sif.\n1. Tayı, bərabəri, misli olmayan.\n2. Dostu, yaxın adamı, həmdəmi olmayan; tək. əşsizlik is.\n1. Tayı, bərabəri, misli olmama.\n2. Dostu, həmdəmi olmama; təklik. əşya is. [ər. “şey” söz. cəmi]\n1. Şeylər. Ev əşyası. – Nişandan toya qədər qız evi qıza veriləsi cehiz əşyasını tədarük etməklə məşğul olur. R.Əfəndiyev. Məsmənin otağı ev əşyasından tamamilə boş imiş. S.Hüseyn. Səttarxan Tehrana köçdükdə ev əşyasını aparmamışdı. M.S.Ordubadi. [Qadir] bütün süslü-bəzəkli əşyasını bir boğçaya bağladı və hamamçıya tapşırdı. H.Sarabski.\n2. fəls. Hiss orqanları tərəfindən qavranılan hər hansı bir konkret maddi hadisə, şey, obyekt. Əşya ilə onu ifadə edən söz arasında əlaqə. – [Divanə:] Məncə həm mahiyyəti-əşya bütün; Başqa rəng almaqdadır guya bu gün. H.Cavid. ‣ Əşyayi-dəlil hüq. – müttəhimin günahkar olub-olmadığını sübut edən hər hansı bir şey, maddi sübut. Məhkəməyə əşyayidəlil təqdim etmək. ət is.\n1. Canlıların bədənində sümüklə dəri arasındakı maddə; əzələ toxumalarının adi adı. // Heyvan və insan bədəninin yumşaq hissəsi. Əti sümükdən ayırmaq.\n2. Kəsilmiş heyvan bədəninin xörəyə işlənən qismi. Qoyun əti. Toyuq əti. Mal əti. Bişmiş ət. Çiy ət. – ..Əti, çörəyi, qəndi bizə birə-iki qiymətə satırlar. C.Məmmədquluzadə. Ət almır, arvaddan küftə istəyir; Olmayanda tutur toy, bizim kişi. Aşıq Hüseyn. • Ət baltası – ət doğramaq üçün balta. Ət daşı – üstündə ət döymək üçün bərk daş. Ət döymək – ətin sümüksüz qismini xırda-xırda doğramaq. Ət taxtası – üstündə ət döyülən və ya doğranan girdə və ya dördkünc qalın və bərk taxta. Ülfət yerdə oturub ət taxtasını təmizləyirdi. Mir Cəlal.\n3. Bədən, vücud, əndam mənasında. Ətindən elə bil kəsdilər. Güllə ətə dəydi. – [Fərəc:] Bu ət, bu əndam mənim başıma lap bəla oldu. H.Arif.\n4. Meyvənin qabığı altında olan yeməli yumşaq hissəsi. Almanın əti. Şaftalının əti. ‣ Ət asmaq – bişmək (qaynamaq) üçün əti qazanda od üstünə qoymaq. Ət basmaq – çox kökəlmək, ətlənmək. [Firidun] uzunboylu, canlı və bütün boynunu ət basmış Hikmət İsfahanini diqqətlə süzdü. M.İbrahimov. Ət gəlmək – bədənin yaralanmış yerinin üstü ətlə örtülmək, sağalmaq, yarası qapanmaq. Ət tökmək – çox arıqlamaq. Ətdən düşmək – arıqlamaq, zəifləmək. Ətdənqandan olmaq – çox arıqlamaq, zəifləmək. Ətə dönmək – süstləşmək, keyləşmək, atilləşmək, hərəkət edə bilməyəcək bir hala gəlmək. Ətə gəlmək – bir qədər kökəlmək. Ətə gətirmək – kökəltmək. Ətəcana (ətə-qana) dolmaq – bir qədər kökəlmək, yaxşılaşmaq, sağlamlaşmaq. ..Səkinə otuz yaşına çatmışdı, ətə-cana dolmuş, gözəlləşmiş, gərdənli bir qadın olmuşdu. M.İbrahimov. [Tahir] son illərdə ətə-qana dolmuşdu. M.Hüseyn. Ətə-cana gəlmək – bax. ətə-qana dolmaq. Nurəddin kəndə gələndən sonra, bir ayın ərzində tanımaq olmurdu. Ətə-cana gəlib üzü lalə kimi qızarmışdı. S.S.Axundov. İnsafsız qurd gülə-gülə; Dedi sevinə-sevinə: – Bu uşaqlar kökəlsinlər; Ətə-cana gəlsinlər. M.Dilbazi. Ətə-cana (ətə-qana) gətirmək – bir qədər kökəltmək, sağlamlaşdırmaq, canlandırmaq. Əti çimçişmək – 1) iyrənmək, çiyrənmək. [Əşrəfin] əti çimçişdi, bu rütubətli zirzəmidə qalmağı şəninə sığışdırmadı, ayağa durub qapını sındırmaq və birbaş yataqxanaya yollanmaq istədi. İ.Şıxlı; 2) ürpərmək. Yağışın suyu [Seymurun] boynuna, bədəninə süzüldü, əti çimçişdi. İ.Məlikzadə. Əti tökülmək – 1) arıqlamaq, zəifləmək; 2) xoşagəlməz bir iş, hərəkət və s. qarşısında özündə iyrənclik, xəcalət hissi duymaq. O danışanda adamın əti tökülür. Əti ürpərmək – qorxmaqdan, hürkməkdən və s. Hisslərdən tükləri qabarıb biz-biz durmaq, dəhşətə gəlmək. Həmzənin əti ürpərdi, vücudu titrəyib lərzəyə gəldi. Gözləri alaqara çaldı. Ə.Vəliyev. Ətimi (ətimizi) tökmə! – utandırma! xəcalət vermə! ..İndi, bu saat bizim övrətlərimiz evdə oturub saqqız çeynəyirlər. Onlar bizim sözümüzü başa düşməyəcəklər və bizə belə cavab verəcəklər: “Sən allah, a kişi, ətimizi tökmə!” C.Məmmədquluzadə. Ətin tökülsün! – utan! xəcalət çək! həyan olsun! Ətini kəsmək (didmək) – çox əziyyət vermək, çox incitmək. [Əbdül:] Vallah, o qədər yanmışam ki, istəyirəm [Gülnisənin] ətini didəm. C.Cabbarlı. Fatı birdən ətini kəsirlərmiş kimi fasiləsiz qışqırdı. Ə.Abasov. Ətlə dırnaq arasına girmək – bir-birinə çox yaxın olan adamların işinə qarışmaq. Ətini şişə çəkmək – çox incitmək, çox əziyyət vermək. [Mahmud bəy:] Başına and olsun, əlimə düşə; Mən onun ətini çəkərəm şişə. S.Rüstəm. Bir köynək ət tökmək – bax. köynək-köynək ət tökmək. Teymur saqi olmaq istəmədiyini deyənəcən bir köynək ət tökdü. M.Hüseyn. Köynək-köynək ət tökmək – son dərəcə utanmaq, xəcalət çəkmək. Əziz Gülsabahın eşqini soyuq səngərlərdə qönçə halında saxlayıb qaytardığını Bayram kişi biləndə köynəkköynək ət tökməli idi. Ə.Vəliyev. əta is. [ər.] klas. Vermə, veriş. // Bağışlanma. Kiçikdən xəta, böyükdən əta. (Ata. sözü). • Əta etmək (eləmək) – bağışlamaq. Təmir üçün etdi çox ətalər; Tədric ilə qıldı çox binalər. Füzuli. [Mirzə:] Amma ağadan [xahişim] budur, əgər iltifatınız olsa, bəndəyə bir yabı əta eləyəsiniz. Ə.Haqverdiyev. ətalət is. [ər.] Hərəkətsizlik, fəaliyyətsizlik, süstlük, boş durma; tənbəllik. Həvəs sövq eylər insanı həyatə; Ətalət cəlb edər şəxsi məmatə. M.Ə.Sabir. Qəlyan xoruldadıqca yuxuya bənzər qəribə bir ətalət [Hikmət İsfahaninin] bütün bədənini bürüyürdü. M.İbrahimov. İsti və bürkü adamlarda tənbəllik, ətalət əmələ gətirmiş və onlar harada isə gizlənmişdilər. S.Rəhman. • Ətalət basmaq – tənbəllik basmaq, işləməyə, hərəkət etməyə həvəsi olmamaq, tənbəllik etmək. ətalətli sif.\n1. Hərəkətsiz, fəaliyyətsiz, süst; tənbəl. [Uzundərə] əski Şərqin tələsmək bilməyən ətalətli ruhunu özündə saxladığı üçün maraqsız deyildi. S.Hüseyn.\n2. fiz. Hərəkətdə olan cismin xarici təsir olmadan öz müntəzəm hərəkətini, sükunətdə olan cismin isə öz sükunətini saxlama xassəsi; inersiya. Ətalət qanunu. ətbala bax. ətcəbala. Ətbala qaranquş. – Uşaqlıq həyatı! Ətbala quş qanadlar altında pərvəriş tapan kimi, sən də isti ana qucağına sığınır, bütün dünyanın səadətini bu doğma yuvada tapırsan. Mir Cəlal. ətbaş sif. dan. Ağılsız, gec anlayan, gec başa düşən; kütbeyin. ətcə is.\n1. Çılpaq uşaq bədəni.\n2. bax. ətcəbala. Yuvada yumurtadan yenicə çıxmış ətcə kəklik balaları vardı. ətcəbala is. Yumurtadan lələksiz və gözləri açılmamış halda çıxan quş balası. ..Əlimi yuvaya soxdum və tüksüz ətcəbalaların üstündən ana alacəhrəni tutub .. ağacdan endim. S.S.Axundov. ..Orada bala-bala cücələr var, bax belə-belə, cıb-cıbılı, ətcəbala. S.Rəhimov. Ətcəbala bir dolaşa; Dili dolaşa-dolaşa; Çaldı uzun bir fışqırıq. M.Dilbazi. // Lüt körpə uşaq haqqında. ətçəkən is. Əti xırda-xırda doğramaq üçün maşın. ətçi is. Ətsatan. ətçilik is. Ətlik heyvan yetişdirmə işi. Ətçilik təsərrüfatı. ətdoğrayan is.\n1. Ət döymək, doğramaq üçün kiçik kəsərti; qiyməkeş. Qonşudan ətdoğrayanı gətir.\n2. Kəsilmiş heyvanın ətini doğrayan adam; qəssab.\n3. bax. ətçəkən. ətdöyən bax. ətdoğrayan 1 və 3-cü mənalarda. ətəc is. məh. Yun təmizləyən alət. ətək is.\n1. Paltarın beldən aşağı tərəfə uzanan hissəsi. Paltonun ətəyi uzundur. Pencəyin ətəyini bir qədər qısaltmaq lazımdır. – Sancıb belə nazənin ətəklər; Cəm eyləyəlim gözəl çiçəklər. Füzuli. Dəli Səməd ətəklərini çırpıb, durub getdi və dala baxa-baxa gülümsünüb deyirdi.. Çəmənzəminli. Bacı və qardaş ətəklərinə yığdıqları qulancarları yerə töküb oturdular.. S.S.Axundov. // Paltar ətəyinə oxşayan hər şey. Şeyxin anası çadırın ətəyini qaldırıb hara isə baxır, sonra oğluna tərəf dönür. Ə.Məmmədxanlı.\n2. Dağın, yamacın və ümumiyyətlə, hündür yerin aşağı tərəfləri. Dağ ətəyi. – Qarabağda dağın ətəyində, .. çəməndə atlı dəstəsi sərkərdəsi Qəhrəman yüzbaşı .. fikirli oturubdur. C.Məmmədquluzadə. Uzaqda bir təpə ətəyində beş-on alaçıqdan ibarət bir oba görünürdü. A.Şaiq. Getdikcə ağacların sayı artır və dağların çılpaq ətək və zirvələri də yaşıl dona bürünür. M.İbrahimov. // Bir yerin yaxını, yaxın tərəfi. Meşənin ətəyi. – Hər il bu zaman yolun ətəklərinə qədər çadırlar, obalar düşərmiş. Mir Cəlal.\n3. Ağac budaqlarının, qalxandan sonra aşağı əyilən yerləri, alçaq hissəsi. Ağacın ətəyini qırmaq. Tut ağacının ətəklərindəki tutları uşaqlar yeyib qurtarmışlar.\n4. Adətən “bir” sözü ilə – qeyri-müəyyən çoxluq bildirir. [Məşədi İbad:] Zarafat deyildir, bir ətək pul verirəm, bir baxım görüm, mal nə cür maldır, verdiyim pula dəyərmi? Ü.Hacıbəyov. [Seyid Əhməd:] Mən iki dəfə bu şəhərə gəlib, hər dəfəsində bir ətək pul aparmışam. Ə.Haqverdiyev. [Gileygüzarov:] Bir görün nadan yenə bir ətək pul qazandı. Mənimsə sandıqda xoruz səsi eşitməmiş gül kimi əsərlərim çap olunmamış yatıb qalır. S.Rüstəm. ‣ Ətək altdan ötürmək – 1) xəlvəti, gizli vermək; 2) yaddan çıxarmaq, unutmaq. Bəzən böyük kitablardan nümunələr gətirir; Lakin vicdan kitabını ətək altdan ötürür. S.Vurğun. Ətəyin tutmaq – bax. ətəyindən tutmaq (yapışmaq). Əğyar ətəgin tutma və əğyarə yapışma. Nəsimi. Ətəyindən tutmaq (yapışmaq) – yalvarmaq, himayə, kömək istəmək, pənah gətirmək. Sığın Allahına, tut ətəyindən; Olmuş qulaqların yoxsa kar sənin. Aşıq Məhəmməd. [Mərcan:] Tapmısan, tut ətəyindən, bərk tut; Başqa dilbərləri artıq sən unut. A.Şaiq. Balama sən kömək ol; Ətəyindən tutmuşam; Qadan alım, tək sənin. B.Vahabzadə. Ətəyini buraxmaq – əl çəkmək, boşlamaq. [Sərdar Rəşid:] Qoy mənim bacım Mahrunun ətəyini buraxsın, onun üçün haradan istəyirsə, mən qız tapıb evləndirim. M.S.Ordubadi. Ətəyini çəkmək – qarşısını almaq, mübarizə aparmaq, yol verməmək. Qanun pozanların ətəyini çək; Şəhər nəfəs alsın körpələr kimi! S.Rüstəm. Abrını ətəyinə bükmək – bax. abır. [Hafizə xanım:] Vallah, bu saat abrını ətəyinə bükərəm. Ə.Haqverdiyev. [Mürşüd:] Sadıq! Sənin arvadın mənim abrımı bükdü ətəyimə, saldı yola. S.Rəhman. Daşı ətəyindən tökmək – bax. daş. Canlar alan cəlladbaşı; Ətəyindən tökdü daşı. Aşıq Həsən. Əl mənim, ətək sənin – bax. əl. [Fatmanisə:] Molla Əlyar, atam-anam sənə qurban, qələminə mənim canım qurban olsun, əl mənim, ətək sənin. Ya ətəyini kəs, ya mənim əlimi. Ə.Haqverdiyev. ətəkaltı 1. is. Gizlicə toplanılıb saxlanılan ehtiyat – pul və başqa şey. O, köhnə adamdır, onun çox ətəkaltısı olar.\n2. zərf. Gizlicə, xəlvəti. ətəkdolusu sif. Lap çox, həddən artıq çox. ətək-ətək zərf. Çoxlu, çoxlu miqdarda; bol, bolluca, ətəkdolusu. Ətək-ətək pul. – Bağlarında, bax, gül-gülü çağırır; Ətəkətək noğul səpər hər ağac. A.Şaiq. [Nəbi:] Yığırdıq meşədən biz ətək-ətək; Yanağın, dodağın rəngdə çiyələk. S.Rüstəm. Meşədə dadlı çiyələk; Yığılırdı ətək-ətək. M.Dilbazi. ətəkləmə “Ətəkləmək”dən f.is. ətəkləmək f.\n1. Ətəyindən tutmaq, tutub saxlamaq. [Zərbəli:] Usta, getdim, yolda ətəklədim, bir qapaz vurdu, yıxıldım.. Ə.Haqverdiyev. Pası mollanı ətəkləyib dayandırdı. S.Rəhimov. Sazandalar şuluqluq düşdüyünü, toyun pozulduğunu yəqin etdilər, Məşədi Cahangiri ətəklədilər. Mir Cəlal.\n2. Ətəyinə yığmaq.\n3. məc. Yaxalayaraq əl çəkməmək, yalvarıb xahiş etmək.\n4. məc. Yarısını keçmək, getmək (yol haqqında). Düzəldi mənzilə yenə dəstəmiz; Ətəkləyib yolu, vardıq birbaşa. S.Vurğun. Əynimdə boz şinel, belimdə yaraq; Gedirəm, yolları ətəkləyərək. M.Rahim.\n5. Ətəklə yelləmək. Manqalı, ocağı ətəkləmək. – Cəm olubdur tamam əqli seyrəklər; Kimi odun qalar, kimi ətəklər. Q.Zakir. Birisi sacın altını gah piləyir, gah ətəkləyir. Ə.Vəliyev. ətəklənmə “Ətəklənmək”dən f.is. ətəklənmək məch. Ətəyindən tutulmaq, tutulub saxlanmaq. ətəkli sif.\n1. Ətəyi geniş və uzun. Ətəkli paltar.\n2. Ətəyi, ətəkləri olan. Yaşıl ətəkli təpələr. – [Həcərin] gözləri qabağından yaşıl ətəkli, təpəsi qarlı dağlar, ara-sıra “üç təpə”lərdə düşən alaçıqlar gəlib keçdi. S.Rəhimov. ətəklik is. köhn. Zinət üçün qadın paltarının ətəyinə düzülən pul və s. Ətəkliyi altun, qəsabəsi zər; Çəhrayı çarqatı qəddə bərabər. M.P.Vaqif. Düzülüb yaxasına qızıl yaxalıq kəsilib; Qolda qolbağı, ətəgində ətəklik asılıb. Aşıq Zakir. ətənə is. Məməlilərdə: ana bətnində balanı bürüyən və bala onun içindən çıxdıqdan sonra cırılıb düşən ət pərdəsi; son. Son (ətənə) əsas etibarı ilə inəklərdə 2-6 saatdan, camışlarda isə 2-4 saatdan sonra düşür. ətənəli sif. Ətənəsi olan (məməlilər haqqında). ətənəsiz sif. Ətənəsi olmayan (məməlilər haqqında). ətər is. dan. İz, əsər, əlamət, xəbər. Ondan heç bir ətər yoxdur. – Ancaq Arzunun nəbzi çox zəif vururdu, çünki onda qan ətəri qalmamışdı. S.Rəhimov. ətəş is. [fars.] Susuzluq, bərk susama. Suyun səsi [Gəldiyevdə] ətəş oyatdı. Mir Cəlal. • Ətəşini söndürmək – su içməklə susuzluğunu rəf etmək. ətf is. [ər.] köhn. Əymə, çevirmə, meyil etdirmə, yönəltmə. ətfal is. [ər. “tifl” söz. cəmi] klas. Uşaqlar, tifillər. Bunlar bizim zükur və ünas ətfalımıza mürəbbi olurlarmı? M.F.Axundzadə. Olsun, olsun səninlə xoşhal; Yetsin, yetsin kəmalə ətfal. M.Ə.Sabir. Hər dəqiqə düşər bir əhvalə; Oxşayır tərbiyəsiz ətfalə. A.Səhhət. ətiacı sif. Öz rəftarı, hərəkəti, münasibəti, danışığı ilə başqalarını özündən incidən; diliacı. Ətiacı adam. – Ax, necə ətiacı arvadsan, – dedim, lakin birdən Yaqutu düşünüb səsimi yumşaldaraq ona yalvardım.. Ə.Məmmədxanlı. [Gülzar] çox hövsələsiz və ətiacı (z.) olmuşdu. İ.Hüseynov. // İs. mənasında. Ətiacının biridir. ətiacılıq is. Ətiacı adamın hərəkəti, xasiyyəti. Ətiacılıq etmək. – Gah [Hüseyni] hər kəsə yazığı gələn, qarışqanı belə incitməkdən çəkinən bir rəhmdil olur, gah da bir anda anlaşılmaz bir ətiacılıq edirdi. M.İbrahimov. ətiaçıq sif. köhn. dan. Döşü, qolları, qıçları açıq qadın, ya qız haqqında. Mən elə dərd çəkirəm, elin qız-gəlinini ətiaçıq görəndə mənim ürəyim cızıldayır. S.Rəhimov. ətiq (=ətiqə) sif. [ər.] Qədim, köhnə, əski. • Asari-ətiqə – bax. asar. // İs. mənasında. Qədim şey, tapıntı. Misir ətiqələri ilə uğraşan alimlər ehramlarda, mədfənlərdə və sair yerlərdəki şəkilləri və yazıları araşdıraraq iyirmi iki şəkil (hərf) tapmışlar. F.Ağazadə. ətiqə (=ətiq) sif. [ər.] Qədim, köhnə, əski. • Asari-ətiqə – bax. asar. // İs. mənasında. Qədim şey, tapıntı. Misir ətiqələri ilə uğraşan alimlər ehramlarda, mədfənlərdə və sair yerlərdəki şəkilləri və yazıları araşdıraraq iyirmi iki şəkil (hərf) tapmışlar. F.Ağazadə. ətir is. [ər.]\n1. Gözəl iy, rayihə. Çiçəklərin ətri. – Qərənfil açdı, getdi; Ətrini saçdı, getdi; İstədim qucam yarı; Əlimdən qaçdı, getdi. (Bayatı). Axşam küləyi qalxar, əsər xeylicə yüngül; Gül ətrini duyduqca ötər şövqlə bülbül. A.Səhhət. Sərin-sərin din yelləri əsdikcə dənizin xoş rayihəsini, ucsuzbucaqsız düzlərdəki güllərin-çiçəklərin ətrini yayırdı. M.Rzaquluzadə. Çöldə hər çiçəyin bir ətri olar; Hər gülün öz yeri, öz xətri olar. N.Rəfibəyli. • Ətir çəkmək – distillə yolu ilə ətirli maddə istehsal etmək. Bütün aləm çiçək dərsin, ətir çəksin bu gülşəndən; Zamanın, varlığın, hüsnün rübabından yarandım mən! S.Vurğun. Çiçəklərdən ətir çək; Quşlardan nəğmə öyrən. N.Rəfibəyli. Ətir saçmaq (yaymaq, səpmək) – xoş iy vermək. Cəh-cəh vurar çəməndə bülbülləri; Meh əsdikcə ətir saçar gülləri. A.Səhhət.\n2. Spirtdə hazırlanmış ətirli cövhərlərin məhlulu. Üzünə ətir vurmaq. – Onlar saçlarına zinət verməklə bərabər, özlərini Şərqin ən qiymətli ətirləri ilə ətirləmişdilər. M.S.Ordubadi. Ətirli qoxu vermək üçün kremlərə bəzən ətir qatırlar. R.Əliyev.\n3. bax. ətirşah. ətir-ənbər is. [ər.] bax. ətir 1-ci mənada. ətirləmə “Ətirləmək”dən f.is. ətirləmək f. Ətir vurmaq. Yaylığını, saçını ətirləmək. ətirləndirmə “Ətirləndirmək”dən f.is. ətirləndirmək f. Ətir saçmaq, ətirlə doldurmaq. Sübhün təmiz havası, güllərin və çiçəklərin qoxusu otağı ətirləndirdi. S.S.Axundov. ətirlənmə “Ətirlənmək”dən f.is. Pərvaz həmişəki kimi şıq geyinmişdi və həmişəki kimi də pərt və məyus idi. Lakin məyusluğuna baxmayaraq, yenə də ətirlənməni unutmamışdı. Çəmənzəminli. ətirlənmək 1. qayıd. Özünə ətir vurmaq, özünü ətirləmək. [Şəmsiyyə] üz-gözünü yumuş, yenidən ətirlənmişdi. M.İbrahimov. Zərrintac xanım .. güzgü qabağına keçdi, özünə tumar verdi, ətirləndi.. S.Rəhimov.\n2. f. Ətir iyi vermək, ətir kimi qoxu vermək. Hər gül ətirlənib bir gülşən olsun; Gülşənin çiçəyi, gülü şən olsun. S.Vurğun. ətirli sif.\n1. Özündən ətir saçan; rayihəli. Ətirli çiçəklər. Ətirli otlar. – Bu bağçalarda ev sahibləri ətirli güllər və çiçəklər əkmişdilər. S.S.Axundov. Sizi bir elçimi göndərmiş bahar; Yoxsa məftunsunuz ətirli gülə? N.Rəfibəyli. Gənc qızlar yüyürüşüb oğlanın başına ətirli dağ çiçəklərindən .. hörülmüş çələnglər qoydular. M.Rzaquluzadə. // Xoşiyli, gözəl iyi olan. Ətirli alma. – Doğrudan da, tütün çox ətirli .. idi. M.Rzaquluzadə.\n2. Ətir vurulmuş, ətirlənmiş. Ətirli yaylıq. Ətirli saç. ətirşah is. [ər. ətr və fars. şah] bot. Ətirli yarpaqları olan çoxillik çiçək (əksərən otaqlarda becərilir). Ətirşah zəngin qolbudaqları olan, gövdəsinin aşağı hissəsi odunlaşmış kol bitkidir. – Səfər kişi .. göygöyərti əkib biçir, şimala, cənuba gəlib-gedən yolçuların çoxunu .. söyüdgülü, ətirşahla qarşılayıb yola salır. Mir Cəlal. ətlas bax. atlaz. Ətlas nimtənəli, ipək köynəkli; Üstü-başı tirmə şallı Sənəm, gəl! Xəstə Qasım. ətlənmə “Ətlənmək”dən f.is. Tədqiqatlarımıza görə camışlarda tezyetişgənlik, ətlənmə, daha doğrusu, diri çəkinin artması .. iş heyvanlarında olduğu kimidir. A.Ağabəyli. ətlənmək f. Ətə dolmaq, kökəlmək. ətlik-südlük sif. k.t. Ət və süd verən, Yayda göyə buraxılan heyvanlar ətlənir. – [Şahın] sifəti o qədər ətlənmişdi ki, göyəm çərdəyi boyda gözləri güclə görünürdü. P.Makulu. ətləşmə “Ətləşmək”dən f.is. ətləşmək f.\n1. Ətə dönmək, ət kimi olmaq.\n2. Qalıb yumşalmaq, çürüməyə başlamaq. Armud ətləşmişdir. Qovun ətləşdi. – [Ayıdöşəyikimilərin] toxumları yetişəndə qozaları ağaclaşır və ya giləmeyvə şəklini alaraq ətləşir. H.Qədirov. ətli sif.\n1. Ətcə dolğun; kök, ətli-canlı. [Kərim baba] yaşlı olduğu halda, daima açıq, geniş çöllərdə yaşamış bu adamın üzü ətli, yanaqları qıpqırmızı, vücudu sapsağlam idi. A.Şaiq. Çırağın tutqun işığında [Qaragünənin] iri, ətli üzündəki çopurlar daha dərin görünürdü. M.Rzaquluzadə. // Yaxşı, bol əti olan. Ətli qoyun.\n2. Üstünü, yanlarını ət basmış. Ayrım qızı kiçik, qumral və yanları ətli gözləri ilə gülümsəyərək dedi: – Qoy istədiyi qədər şikayət eləsin. A.Şaiq. // Qalın. Carçıyev ətli, qırmızı dodaqlarını yayıb qımışdı. İ.Hüseynov.\n3. Ətdən hazırlanmış, içərisində ət olan. Ətli xörək. Ətli dovğa.\n4. məc. dan. Varlı. ətli-canlı sif. Kök, dolğun və iri. Ay keçdi, il dolandı, Araz böyüdü, ətli-canlı, yaşına görə irigövdəli bir oğlan oldu. A.Şaiq. Maşından gödək, ətli-canlı, eni ilə uzunu bir olan, girdəsifət bir adam zorla bayıra çıxdı. M.Rzaquluzadə. [Nazxanım] .. ətlicanlı bir gəlin idi. İ.Əfəndiyev. ətliçilov is. aşp. Ətlə düyü qarışdırılaraq bişirilən çilov. ətlik sif. Kəsilmək (əti yeyilmək) üçün saxlanılan. Ətlik mal. – Öküzün cütə getməyənini ətlik adına satarlar. (Ata. sözü). Qorxum budur ki, bu çalhaçalda Talıb pristav sizin bu ala öküzü də, üstəlik hələ mənim bu yabımı da qoşuna ətlik adına versin. S.Rəhimov. ətli-qanlı sif. Dolğun, sağlam. ətlik-piylik sif. k.t. Ət və piy verən, ət və piy əldə etmək üçün saxlanılan. Ətlikpiylik donuz. ət və süd əldə etmək üçün saxlanılan. Ətliksüdlük camış. ətlilik is. Ətli heyvanın hal və keyfiyyəti. ətmək is. köhn. Çörək. Yanmış ətmək yeməz idin əsla. M.Ə.Sabir. [Birinci işçi:] Bunu gördükdə hər insan utanır? Bu qabarlar sizə ətmək qazanır! H.Cavid. ətmətən is. məh. Tüklənməmiş quş balası; ətcəbala. ətraf is. [ər. “tərəf” söz. cəmi]\n1. Cəhətlər, tərəflər.\n2. Dörd tərəf, yan-yörə; hər tərəf. Ətrafına göz gəzdirmək. Ətrafda heç kəsi görmədik. – [Səltənət:] Ətrafı gözdən keçirdikcə insanın könlü açılır. H.Cavid. Ətraf kölgəli bir səhər qədər işıqlı idi. H.Nəzərli. Eldar ətrafa yaxşı bələd olduğundan yaxında iri, sərin kölgəli bir söyüd ağacını göstərərək: – Gedək, bir az dincələk, – dedi. M.Rzaquluzadə. • Ətrafını almaq (tutmaq, sarımaq, əhatə etmək) – əhatə etmək, dövrələmək, mühasirə etmək; çulğalamaq.\n3. Yanlar. Təkərin ətrafı dəmirlə qurşanmışdır. Yolun ətrafı.\n4. Yaxında olan yerlər. Ətrafa qar düşmüşdür. Ətrafda taxıllar göyərib. Bu ətrafda (bu yerlərdə). – O ətrafda bir yolkəsmə, bir oğurluq olmazdı ki, Əmiraslanın orada əli olmamış olaydı. S.S.Axundov. Ətrafı kəsif bir duman bürüdü. H.Nəzərli. Qərənfil xala balkonda durub bir müddət kəndə, onun ətrafındakı dağlara, meşələrə baxdı. Ə.Vəliyev.\n5. Sif. mənasında. Yaxın, bir şeyin yaxınında olan. Ətraf kəndlər. Ətraf evlər. Ətraf yerlər. – Orada ətraf şəhərlərdən az-maz yeni xəbərlər eşitmək mümkün olurdu. H.Nəzərli.\n6. Ətrafında şəklində – …xüsusunda, ...dair. Məsələ ətrafında xeyli mübahisə getdi. Mövzu ətrafında müzakirələr oldu. ətraflı sif. Müfəssəl, hərtərəfli, təfsilatlı, geniş. Ətraflı məktub. Ətraflı izahat. // Zərf mənasında. Ətraflı məlumat vermək. Ətraflı şərh etmək. – Müdir klinikanın məsələlərindən ətraflı danışdı. Ə.Vəliyev. ətraflıca zərf Çox ətraflı. Lakin bu əttarlıq is. köhn. Əttarın işi, sənəti, xüsusda ətraflıca düşünmək lazım idi. T.Ş.Simurq. Hər kəs ətraflıca mülahizə olunmuş müəyyən bir fikir ilə gəlsin. Ü.Hacıbəyov. ətrak is. [ər. “türk” söz. cəmi] klas. Türk elləri, türk tayfaları, türk ölkələri. “LeyliMəcnun” əcəmdə çoxdur; Ətrakdə ol fəsanə yoxdur. Füzuli. ətrəngi sif. Ət rəngində olan. Ətrəngi corab. ətriyyat is. [ər. “ətr” söz. cəmi] Ətirli maddələr, ətirlər. Ətriyyat mallarına ətirlər, odekolonlar, xoşiyli sular və qeyriləri daxildir. Ətriyyat istehsalı. – Sona ətriyyat mağazasına keçib iki balaca şüşə ətir aldı. Mir Cəlal. ətsiz sif.\n1. Arıq, əti az. Ətsiz qoyun.\n2. Ətdə bişməmiş, əti olmayan. Ətsiz xingal. Ətsiz xəmiraşı. Ətsiz şorba. Ətsiz xörək. ətsizləmə “Ətsizləmək”dən f.is. ətsizləmək f.\n1. Arıqlamaq, ətini tökmək. Qışda qoyunlar ətsizləşir.\n2. dan. Ürəyi ət, ətli xörək istəmək. Axır vaxtlar lap ətsizləmişəm. ətsizlik is.\n1. Arıqlıq.\n2. Ət olmaması, ət qıtlığı.\n3. Xörəkdə ət olmaması. ətsuyu is. aşp.\n1. Əti qaynadıqdan sonra hasil olan yağlı və qidalı su; bulyon.\n2. Bozbaş. əttar is. [ər.] köhn.\n1. Ətirli şeylər, ədəvat və s. satan adam. Elm və maarif .. hamının arasında yayılmalıdır, çoban da, əkinçi də, tacir də, əttar da nazirlərin əlində olan iqtidara malik olmalıdırlar. M.F.Axundzadə. • Əttar dükanı – bu cür şeylərin satıldığı dükan. Sinəm əttar dükanı; Hər nə desən, var məndə. (Bayatı). Molla Qasımın dükanına universal adı versək səhv etmərik, çünki bu dükanda əttar, baqqal, bəzzaz, davacat və qeyri ticarət şeyləri var idi. S.S.Axundov.\n2. Keçmişdə bitkilərdən və s.-dən dərman hazırlayıb satan adam. Gülün gülabını axır gün çəkər əttar; Qalır sənə bu əvəz ahü zar, ey bülbül! S.Ə.Şirvani. Birdən Kərbəlayı Rzanın yadına düşdü ki, əttar Məşədi Hüseyn gərək çox dərs oxumuş adam ola. C.Məmmədquluzadə. peşəsi. Əttarlıq etmək. – [Mirzə Turab:] ..Amma [İsmayıl bəyin] nə həkimlikdən başı çıxır, nə də əttarlıqdan. B.Talıblı. əttövbə is. [ər.] Etdiyi əməlindən peşman olub tövbə etmə, bir daha etməyəcəyinə söz vermə. Tövbə, əttövbə, xəta rahinə getdiklərimə; Bilib etdiklərimə, bilməyib etdiklərimə. M.Ə.Sabir. ətürpərdən sif. Çox ağır təsir edən, insanda dəhşət oyadan. Hanı o buzlu Sibirə doğru uzanan boz geyimli dustaqların ətürpərdən qandal səsləri? M.Hüseyn. Leyladan ətürpərdən bir səs çıxdı: – Bu ola bilməz! Müalicə zamanı həkimin qəlbində özgə hiss baş qaldıra bilməz! B.Bayramov. ətürpərdici bax. ətürpərdən. ətvar is. [ər. “tövr” söz. cəmi] Davranış, adamlarla münasibət. Cəhd eylə, sən ancaq nəzəri-xalqda pak ol; Məxluqu inandır; Xasiyyətin od olsa da, ətvarda xak ol; Sök, aləmi yandır. M.Ə.Sabir. Bahadırın gözəl əxlaq və ətvarına görə yoldaşları onu çox sevirdilər. N.Nərimanov. [Çadırçı usta:] Buna bax, halına, ətvarına bax; Sanki zəncirini qırmış dustaq. H.Cavid. ət-yağ top. dan. Ət və yağ. Qara çınqılın köbəsində qalanmış ocaqlardan gur tüstü qalxır, .. ət-yağ ətri ətrafı bürüyürdü. Ə.Vəliyev. • Ət-yağ içində böyümək – gen-bolluqla, rifah içərisində böyümək, hər cəhətdən təmin olunmaq. ətyeməz sif. Ət yeməyən, kəsilmiş heyvan ətini yeməyən. ətyeyən sif. Ətlə qidalanan. əvaxir is. [ər. “axir” söz. cəmi] klas. Axır, son vaxtlar. əvaxirdə zərf klas. Axırda. Münəccimbaşıya əvaxirdə bu bəhsi varid edirdilər, cavab verirdi. M.F.Axundzadə. əvaxirində zərf klas. Axırlarında. Haman ilin yaz fəslinin əvaxirində, elə yadımdadır ki, may ayının axırı idi. C.Məmmədquluzadə. əvam [ər.] bax. avam. [Məmmədağa:] Əvam da var, əvam da... Amma bunlar kimi əvam mən görməmişəm. N.Nərimanov. [Əxistan:] Əvam camaatı aldatmaq üçün; Bəzi tədbirlərə əl atmalıyam. M.Rahim. əvamlıq bax. avamlıq. əvamünnas is. [ər.] köhn. Avam qara camaat. Ədəbdən, elmdən gər feyzyab olsa əvamünnas; Düşər şənü şərəfdən, mollalar, işanlar, insanlar! M.Ə.Sabir. [Hacı Rəsul:] İndi budur, bir para .. əvamünnas deyir: – Yox, ünas tayfasına oxumaq caiz deyil. Mir Cəlal. əvayil zərf [ər. “əvvəl” söz. cəmi] klas. Əvvəllər, ilk vaxtlar. [Molla Həmid:] Sən iki pudu dəxi misin tortasına-zadına çıx, gələn ayın əvayilində otuz pud gümüş mövcuddur. M.F.Axundzadə. ..Ortancı əsrlərin əvayilində məşhur filosof Demokrit birinci dəfə olaraq söylədi.. C.Məmmədquluzadə. əvəlik is. bot. Xalq təbabətində işlənən, habelə qurudulmuş yarpaqları aşa qatılan, enliyarpaq, birillik ot bitkisi. Acı əvəlik. Şirin əvəlik. – ..Qızlar əvəlik, boymadərən, qaymaqotu dərirlər. Ə.Vəliyev. əvəlikçilov is. Əvəlik qatılmış düyüdən bişirilən çilov. Əvəlikçilovu qatıqla yeyirlər. əvəlikli sif. Əvəlik qatılaraq bişirilmiş. Əvəlikli çilov (aş). əvəlikplov is. Əvəlik qatılmış düyüdən bişirilən plov. əvət əd. [türk.] Təsdiq bildirir – bəli, hə. Baxdım ki, əzim bir cəmaət; Eyzən ürəfa, əvət, həqiqət. M.Ə.Sabir. [Rauf:] Əvət, şaşqınlar daim əsəbi və bədbin olurlar. H.Cavid. əvəz is. [ər.]\n1. Qarşılıq, bir şeyin (adamın) yerini tuta bilən şey (adam). Bu şeyin əvəzi yoxdur. Onun əvəzini tapmaq çətindir. • Əvəz etmək (eləmək) – 1) yerini tuta bilmək. Belə bir zamanda Müqim bəy hansı bir hünərlə zabitəli xanımı əvəz edə bilərdi? S.Rəhimov; 2) ardınca gəlmək, yerini tutmaq. Çiskinli və qaranlıq gecəni aydın bir səhər əvəz etdi. M.İbrahimov. Bəzən ən soyuq günü ən isti gün əvəz edir. Mir Cəlal; 3) dəyişdirmək. Növbətçini əvəz etmək; // müvəqqəti olaraq yerini tutmaq, vəzifəsini icra etmək. Müdiri kim əvəz edir? Uzun müddət o, rəisi əvəz etdi. // Tay, bərabər. Gözəllikdə sənin əvəzin hanı? (Nağıl). • Əvəz olmaq – bərabər olmaq, uyğun olmaq. Mən müqəddəs ata-ana sözünə; Tapmadım bir əvəz olan kəlmə. A.Səhhət. Əkbərin nə yalvarması, .. nə vədi Əli paşanın bir qəpiyinə əvəz ola bilmədi. Mir Cəlal.\n2. Qarşılıq, mükafat, muzd, haqq. Zəhmətinin əvəzini aldı. – Gülün gülabını axır günü çəkər əttar; Qalır sənə əvəz ahü zar, ey bülbül! S.Ə.Şirvani.\n3. Qisas, intiqam, öc. • Əvəz(ini) almaq – intiqam(ını) almaq, qisas(ını) almaq. Əvəz(ini) çıxmaq – bax. əvəz(ini) almaq. Mən öz quşlarımın əvəzini çıxmaqla mükafatımı aldım, – dedim. M.Rzaquluzadə.\n4. Yerlik halda: əvəzində – 1) bir şeyin və ya şəxsin yerinə, yerində. Əvəzində buların çayçı, çaxırçı dükanı; Gecə-gündüz doludur cümlə müsəlman, mənə nə! M.Ə.Sabir; 2) qarşılıq olaraq, mükafat olaraq, müqabilində. Qulluğumuzun və ixlasımızın əvəzində [şah] mənsəbimizi də əlimizdən aldı. M.F.Axundzadə.\n5. Çıxışlıq halda: əvəzindən – əvəz olaraq, yerinə, əvəzində. [Qurban Molla Fərzəliyə:] Yaz ki, Anaxanımın, Məmişin gözlərindən mənim əvəzimdən öpsün və onlardan göz-qulaq olsun. A.Şaiq.\n6. Yönlük halda: əvəzinə – bax. əvəzində. [Koroğlu] elə qəzəblə ata sıçradı ki, Qıratın əvəzinə ayrı bir at olsaydı, çoxdan beli sınmışdı. “Koroğlu”. O yerdə ki bir lüğət kitabında gərək yazılaydı “millət”, orada “millət” əvəzinə yazılıb “şəxs”. C.Məmmədquluzadə. [Kişi] ..“indi” əvəzinə “şimdi”, “cənab” əvəzinə “əfəndi”, “necə” əvəzinə “nasıl” qəbul etmişdi. B.Talıblı. əvəzçi sif. və is.\n1. Eyni zamanda bir neçə yerdə işləyən, bir neçə vəzifə tutan (şəxs). Əvəzçi işçi. Əvəzçi müəllim. O, bizim idarədə əvəzçidir.\n2. İntiqamçı, əvəz çıxarmağa çalışan adam. əvəzçilik is.\n1. Eyni zamanda bir neçə vəzifə aparma, eyni zamanda bir neçə yerdə qulluq etmə. Əvəzçilik işin keyfiyyətinə ziyan vurur. Əvəzçiliklə mübarizə.\n2. İntiqamçılıq, əvəz çıxmağa çalışma. əvəzedici is. Bir şeyi əvəz edən, onun əvəzində işlənən şey. Qan əvəzediciləri. // Sif. mənasında. Əvəzedici maddə. Əvəzedici element. əvəzedicilik is. Əvəzetmə, əvəz edə bilmə. əvəzedilməz sif. Heç bir şeylə, heç bir başqa adamla əvəz edilə bilməyən, əvəzi tapıla bilməyən, əvəzi olmayan, çox qiymətli. Əvəzedilməz işçi. Əvəzedilməz mütəxəssis. əvəzedilməzlik is. Əvəzedilməz şeyin vəziyyəti, halı, xüsusiyyəti. əvəzetmə is.\n1. Əvəzləmə.\n2. kim. Birləşmə və ünsürlərin qarşılıqlı təsiri ilə yeni birləşmə və ünsürlər alınan kimyəvi reaksiya. Əvəzetmə reaksiyası. əvəz-əvəz zərf Bir şeyin əvəzində, qarşılıq olaraq. əvəzləmə “Əvəzləmək”dən f.is. əvəzləmək f. Bir şey verib əvəzində başqasını almaq. // Bir şeyi başqası ilə əvəz etmək. “Əvəzləndirilmək”dən f.is. əvəzləndirilmək məch. Başqası ilə əvəz edilmək, əvəz olunmaq. əvəzləndirmə “Əvəzləndirmək”dən f.is. əvəzləndirmək bax. əvəzləmək. əvəzlənmə “Əvəzlənmək”dən f.is. əvəzlənmək məch. Başqası tərəfindən əvəz edilmək, əvəz olunmaq. əvəzləyici is. xüs. Bir neçə qüvvəni əvəz edən qüvvə. əvəzlik is.\n1. Əvəz olaraq verilən şey, qarşılıq.\n2. qram. İsimdən, sifətdən, saydan fərqli olaraq öz-özlüyündə müəyyən bir şeyi, yaxud keyfiyyəti ifadə etməyən, lakin nitqdən asılı olaraq belə bir məna kəsb edən söz – nitq hissəsi. Şəxs əvəzliyi. Sual əvəzliyi. əvəzolunma is. Əvəzlənmə. əvəzolunmaz bax. əvəzedilməz. Ağuz südü təzə doğulmuş qulun üçün əvəzolunmaz qiymətli qidadır. əvəzolunmazlıq is. Əvəz oluna bilməmə, əvəzi olmama. əvəzsiz sif.\n1. Əvəzi olmayan, əvəz oluna bilməyən, başqası ilə əvəz edilə bilməyən. Əvəzsiz yoldaş. – ..Bünyadın dostu da özü kimi Mollayevi əvəzsiz bir şəxsiyyət sayanlardandı. M.Hüseyn. Zahid [Rübabənin] həmişəlik və əvəzsiz munisi olmuşdu. Mir Cəlal.\n2. Misli-bərabəri, tayı olmayan. Əvəzsiz gözəl. – Hiss olunurdu ki, Cavahir əvəzsiz çalışqan imiş. T.Ş.Simurq.\n3. zərf Pulsuz, müftə, qarşılıqsız. Bəndalı xəyalına gətirə bilməzdi ki, adam adama əvəzsiz, pulsuz bir xeyir iş görə. Mir Cəlal. əvvəl zərf [ər.]\n1. İlk dəfə, birinci dəfə. [Dərviş:] Ruqiyyə əvvəl babasına yaxın düşə bilmirdi. A.Divanbəyoğlu.\n2. İs. mənasında. Başlanğıc, ibtida. İşin əvvəli çətindir. Kitabın əvvəli. Əsrimizin əvvəli. // Qoş. mənasında. Qabaq. İnqilabdan əvvəl. Soyuqlar düşməzdən əvvəl.\n3. Əvvəlcə, qabaqca. Əvvəl sən gəl. Əvvəl fikirləş, sonra danış. Bilmirəm, hansı işdən əvvəl başlayım.\n4. Qabaqlarda, əvvəllərdə, ilk vaxtlarda, keçmişdə (bu mənada çox vaxt “əvvəllər” və “əvvəlləri” şəklində işlənir). Əvvəl(lər) xəttim yaxşı idi, sonralar korlandı. Əvvəllər gözəl səsi var idi. Əvvəllər burada karvansara yerləşirdi. Əvvəllər biz çox yaxın idik.\n5. Zaman etibarilə daha qabaq, daha irəli, daha birinci. Mən səndən əvvəl gəldim. Üç il bundan əvvəl olmuş hadisə. O məndən əvvəl işə başladı. Vaxtından əvvəl gəlmək. Mübahisəni kim əvvəl başladı? – İki sənə əvvəl, böylə məşum qara günü kim xatırlardı? H.Cavid. Ülfət toy adı eşidib əvvəl tutuldu. Mir Cəlal. Bir az əvvəl ildırımlı gecələri andıran o gözlər bu odlu göz yaşlarında təlatümə gəlmiş bir dəniz kimi qaynadı. Ə.Məmmədxanlı.\n6. Yer etibarilə qabaq, irəli. O məndən əvvəldir.\n7. bax. əvvəla. [Dedim:] Sara bibi, əvvəl budur ki, Ağamalıoğluna verilən ərizə gərək latın əlifbası ilə yazılsın. Qantəmir. ‣ Əvvəl əldə – əvvəlcə, birinci növbədə. əvvəl-əvvəl zərf Əvvəlcə, qabaqca. əvvəla ara s. [ər.] Birincisi, birinci olaraq, ən əvvəl. [Nəcəf bəy:] Qəhrəman bəyin, əvvəla, pulu yoxdur. Ə.Haqverdiyev. [Ömər:] Əvvəla, qızı görməmişəm və ondan savayı, qız on, ya on bir yaşında. Məgər bu sində qızı almaqmı olar? N.Nərimanov. əvvəl-axır zərf Gec-tez. Bilirdim ki, əvvəl-axır başıma; Gətirəcək qalmaqalı gözlərin. Q.Zakir. [Əsgər:] Əvvəl-axır çötkə gələcəkdir. N.Vəzirov. əvvəlcə zərf\n1. Qabaqca, ilk öncə, daha əvvəl. Əvvəlcə sədr iclası açdı, sonra məruzəçiyə söz verdi. – [Eldar] əvvəlcə nədənsə yenə bu söhbəti sabaha qoymaq istədi. M.Rzaquluzadə. // Daha əvvəl, birinci iş olaraq. Köhnə ağacı əvvəlcə dibindən kəsdilər, sonra sürütləyə-sürütləyə apardılar.\n2. Başlanğıcda, ibtidada. Əvvəlcə iş adama ağır görünər.\n3. Başlamadan qabaq, qabaqca. Əvvəlcə fikirləş, sonra danış. Əvvəlcə yaxşı qulaq as, sonra etiraz et. – [Süleyman:] Hələ indi, əvvəlcə bir Əsgəri evləndirək, görünür ki, bu, çox tələsiyir. Ü.Hacıbəyov. əvvəlcədən zərf Qabaqcadan, əvvəldən. Əvvəlcədən tədarük görmək. Əvvəlcədən şərtləşmək. – Bunlar hamısı əvvəlcədən hazırlanmış oyundur. M.İbrahimov. Gileygüzarov əvvəlcədən qonaqların siyahısını tutar.. S.Rüstəm. əvvəldən zərf Qabaqdan, lap irəlidən, əvvəl vaxtdan, ilk vaxtdan, ibtidadan. Mən bunu əvvəldən bilirdim. Şərti əvvəldən demək lazım idi. – Hər kim əvvəldən inanmış hər nəyə; Bir də ram olmaz o, digər bir şeyə. H.Cavid. Hər qəbir dünyanın bağrında yükdür; Əvvəldən torpağın dərdi böyükdür. M.Rahim. • Əvvəldən-axıra kimi, əvvəldən-axırına kimi – başdan-başa, hamısı, bütün. Əvvəldən-axıra kimi yalandır. əvvələn [ər.] bax. əvvəla. Əvvələn, biz onu tanımırıq, ikincisi... Əvvələn, o bizim dediklərimizlə razı olmaz, sonra isə... – Əvvələn, ümdeyi-mətləb bu ki, şəhr əhli tamam; Tənbəlü kahilü bihimmətü nadan, mənə nə?! M.Ə.Sabir. Əvvələn, yüngül tənbehlərin hamısı manifestə düşür. C.Məmmədquluzadə. əvvəlinci bax. birinci. Əvvəlinci sıra. Əvvəlinci övlad. Əvvəlinci yeri tutmaq. Əvvəlinci rolları oynamaq. – [Nazlı:] Doğrudur, bir neçə adam bilir ki, Yusif ilə sən əvvəlinci dəfə görüşməyirsən. N.Nərimanov. Birdən uzunboylu müsafir, əlində bir çamadan vaqonların birisindən aşağı düşüb, əvvəlinci klas tərəfə qədəm qoydu. S.M.Qənizadə. [İskəndər bəy:] ..O hər kimə nəsib olsa, yəqin bil ki, dünya üzündə əvvəlinci xoşbəxt olar. N.Vəzirov. əvvəlki sif.\n1. Yer, sıra, zaman, say və s. etibarilə – birinci. Şəkildə sağdan əvvəlki adam. Əvvəlki müzakirə daha canlı keçdi.\n2. Bundan qabaqkı, bundan əvvəl olmuş, keçmişdə olan, keçmiş. Əvvəlki hadisələrin izləri. Əsərin əvvəlki variantı. Əvvəlki adətlər get-gedə aradan qalxır. – Lakin Nurəddin .. əvvəlki halına düşmədi. S.S.Axundov. Zahirən evdə heç şey dəyişməmişdi, əvvəlki səliqə, əvvəlki qayda, əvvəlki münasibətlər davam edirdi. M.İbrahimov.\n3. İs. mənasında. Keçmişdə, daha əvvəl olan, keçmişə aid olan şey, hadisə, hal. Əvvəlki daha yaxşı idi. Əvvəlkindən heç olmaz. – [Dərviş:] Qoca kişi əvvəlkindən indi diqqət ilə mənə baxıb, məndən xoylanan kimi oldu. A.Divanbəyoğlu. əvvəllər zərf\n1. İlk zamanlar, ilk çağda, ibtida. Əvvəllər işdən çox qorxurdum. // İs. mənasında. İlk günlər, başlanğıc, ibtida. Dərs ilinin əvvəlləri. XX əsrin əvvəlləri.\n2. Keçmişdə, keçmiş zamanda. Əvvəllər onun gözəl səsi var idi. Əvvəllər hafizəm çox yaxşı idi.\n3. Daha qabaq, daha əvvəl, çox qabaq, çoxdan. O, ədəbiyyat sahəsində fəaliyyətə daha əvvəllər başlamışdır. əvvəllərdə bax. əvvəllər. Əvvəllərdə bizə çox gələrdi. O, əvvəllərdə də çox arıq idi. – Zeynal əvvəllərdə Mehribanı sevirdi. S.Hüseyn. əvvəlləri bax. əvvəllər 1 və 2-ci mənalarda. ..Əvvəlləri Məşədi Molla Həsən kitab satardı. C.Məmmədquluzadə. [Cəmil bəy] əvvəlləri azacıq yorğun kimi idi. H.Cavid. Mart ayının əvvəlləri idi. Ə.Vəliyev. əyal is. [ər.] köhn.\n1. Ailə, külfət. [Yusif Sərrac] öz kəsbi ilə özünü və əyalını saxlamağa məşğul oldu. M.F.Axundzadə. İndi əgərçi ona zəhmət olar; Qışda əyalı, özü rahət bular. M.Ə.Sabir. Para nədir? Üzünü gördüyüm bir il yoxdur; Fəqət əyal yanında xəcalətim çoxdur. Ə.Nəzmi.\n2. Arvad, zövcə. Bəs nədir yığıbsan neçə əyalı; Doğmaz şad olarsan, doğar ağlarsan. M.V.Vidadi. [Qoca kişi:] Budur, neçə gün olar ki, özümə bir əyal gətirmişəm. Ə.Haqverdiyev. Sonra bir tikə yavan çörək də tapsam, əyalım ilə qabaq-qabağa əyləşib ağız ləzzəti ilə, iştaha ilə yeyərəm. Mir Cəlal. əyalət is. [ər.]\n1. tar. Bir valinin idarəsi altında olan ölkə. Həmədan ilə Bağdad, Həmədan ilə İraq, Xarəzm, Rey və Fars əyalətləri arasında şiddətli danışıqlar və alış-verişlər gedirdi. M.S.Ordubadi.\n2. Bəzi dövlətlərdə: ölkənin bölündüyü inzibati rayonların hər biri; vilayət, mahal. 1918-ci ilin yaz və yay fəsillərini İranın Gilan əyalətində keçirmişdim. S.Hüseyn. Səttarxan dövründə təşkil olunmuş əyalət əncümənləri müəyyən hüquqlara malik olan muxtar dövlət üsulundan başqa bir şey deyildi. M.İbrahimov. Xəmsə əyalətinin mərkəzi Zəncan Azərbaycanın mühüm şəhərlərindən biridir. P.Makulu.\n3. İri mərkəzlərdən uzaq olan yer. // Ümumiyyətlə, ölkənin paytaxtdan, mərkəzdən uzaq olan ərazisi. Nəhayət, əyalətdə işləyən görkəmli bir vücud xanım Süsəni götürüb Tehrana apardı. M.İbrahimov. əyan I. sif. [ər.] Gözlə görünən, açıq, aydın, aşkar (adətən xəbər şəkilçisi ilə işlənir). Onun düzgünlüyü hamıya əyandır. – Gedən, getmə, dayan, dur; Sirrim sənə əyandır. (Bayatı). Sənə əyandır, ey dilbər, sevdiyim! Qurbanidir, bir şey dilər, sevdiyim! Qurbani. • Əyan etmək (eləmək) – aydın etmək, bildirmək. Yox bir açıq dilim, sənə mən eyləyim əyan; Ta sən qanınca, qalmayacaq millətimdə can. Ə.Qəmküsar. Qurban bu xəbəri gəlib xanımına əyan elədi. İ.Musabəyov. Əyan olmaq – bəlli olmaq, aşkar olmaq, aydın olmaq. Cənnətin yavıqlaşmağı ustaya əyan oldu. Çəmənzəminli.\n\nII. top. [ər.] köhn. Keçmişdə: ölkənin yuxarı təbəqələrinə mənsub olan mötəbər və yaşlı adamlar; zadəganlar. Nüşabə taxt üstündə oturmuş, ətrafda vəzirlər, əyanlar, sərkərdələr, saray adamları dayanmışdır. A.Şaiq. Ordunu yola salmaq üçün Gəncənin əyan və ziyalıları İsfahan kəndinə qədər gəlmişdi. M.S.Ordubadi. Papaqların bəzisi uzun və qovun çeşnisində idi, bunların sahibinin molla və əyandan olmağı aşkar idi. Çəmənzəminli. əyani sif. [ər.]\n1. Açıq, aşkar, gözlə görünən, göz qabağında olan, tamamilə aydın, inandırıcı. Əyani misal. Əyani sübut, dəlil. // Zərf mənasında. Deyilənləri əyani göstərmək.\n2. ped. Məktəbdə öyrənilən fənlərə dair material və modelləri tələbələrə bilavasitə göstərmək əsasında qurulmuş və buna xidmət edən. Əyani tədris. • Əyani təhsil – qiyabi təhsildən fərqli olaraq, məktəbdə dərs və məşğələlərə müntəzəm surətdə davametmə yolu ilə təhsil alma üsulu. əyanilik is.\n1. Əyani şeyin halı; əyani olma. Təbiyyat dərslərində əyanilik əsas şərtdir.\n2. Göz önündə olma, aşkarlıq, aydınlıq, inandırıcılıq. əyanlıq is. Əyan rütbəsi. əyar is. [ər.]\n1. Qiymətli metalın saflıq və xalislik dərəcəsi. Üzüyün əyarı. Qızıl pulun əyarı.\n2. Düzgünlük, dəqiqlik. əyarqabı is. Bəzi maddələrin miqdarını müəyyən etmək üçün ölçü qabı. Bizim kəndlilərin hər birinin evində bir əyarqabı olar ki, onun içinin nə qədər yağ tutması birdəfəlik müəyyən edilir. Ə.Haqverdiyev. əydəm is. Əyrilik, bir yeri əyri olan şey. əydəmli sif. Bir yerində əyrilik olan. əydirmə “Əydirmək”dən f.is. əydirmək “Əymək”dən icb. Budağı əydirmək. əyə I. bax. adə. [Kürd Musa:] Murad! Əyə, .. sənin yaxşı səsin var; Onun sözlərindən bir oxu, barı! S.Vurğun. [Koxa:] Əyə, uşaq-uşaq danışma, ballı xəşildən səni buraxdı yoxdur, – dedi. S.Rəhimov.\n\nII. is. xüs. Əyələmək üçün işlədilən polad alət; suvand.\n\nIII. is. mif. məh. Hami ruh. əyələmə “Əyələmək”dən f.is. əyələmək f. Metalın üzərindən müəyyən qatı əyə ilə sürtüb götürməklə ona dəqiq ölçü vermək və hamarlamaq; suvandlamaq. əyələnmə “Əyələnmək”dən f.is. əyələnmək məch. Əyə ilə sürtülmək; suvandlanmaq. əyilmə “Əyilmək”dən f.is. əyilmək f.\n1. Əyri hala düşmək. Dəmir əyildi. Məftil əyilib.\n2. Təzyiq, ağırlıq altında aşağıya doğru meyil etmək; sallanmaq. Ağacın budaqları əyilib. – Ev köhnə evə oxşayır. Çünki tirlərin çoxusu əyilibdir. C.Məmmədquluzadə.\n3. Belini əymək, aşağı qatlanmaq. Əyilib daşı yerdən qaldırdı. – Südabə əyilib [anasının] alnından öpərək çəkilib getdi. M.İbrahimov. Əyilib yeri nə qədər diqqətlə yoxladımsa da, heç bir iz görmədim. M.Rzaquluzadə.\n4. məc. Sitayiş etmək, səcdə etmək, baş əymək. [Şeyx Sənan:] Gəlməz əldən əyilməmək.. Əlbət; Səndə var çünki başqa ülviyyət. H.Cavid. Ey gənc! Səadəti bir xəyal bilmə; Nə olursa olsun, ancaq əyilmə! S.Vurğun. [Leyla:] De ki, üz döndərib məhəbbətimdən; Ucuz şöhrətlərə əyilmərəm mən! B.Vahabzadə.\n5. məc. İncimək, küsmək. Nə deməkdir dost dostundan əyilmək? M.P.Vaqif.\n6. Etina etmək, meyil göstərmək, fikir vermək. Gözlərini bir kərə silməzdi el; Qəzetəyə, jurnala əyilməzdi el.. M.Ə.Sabir.\n7. Batmağa doğru meyil etmək (Günəş haqqında). Dağ başını qar alar; Gün əyilər, saralar; İgid ölər, ad qoyar; Müxənnətdən nə qalar? (Bayatı). O gün axşamüstü günəş üfüqə doğru əyilmiş, kölgələr uzanmağa başlamışdı. S.Hüseyn. Gün əyiləndən sonra sahənin üzərində dəstə-dəstə dolaşa uçuşurdu. İ.Hüseynov. Şahmar evlərinə çatanda gün lap əyilmişdi. B.Bayramov. əyiltmə “Əyiltmək”dən f.is. əyiltmək f. Əyri etmək, əyri hala salmaq. əyin is.\n1. Bədənin başdan qeyri bütün hissəsi. Əyninə yeni kostyum geymişdir. Əynində heç bir şey yoxdur (çılpaqdır). – Əynində donu yox, başına papaq axtarır. (Ata. sözü). Həyətin sol tərəfindən Vəliqulu, əynində cındır gödək arxalıq və başında köhnə boz papaq, kürəklə peyin sərirdi. C.Məmmədquluzadə. Əynindəki həmişəlik iş paltarından başqa bircə dəst bayır-bacaq paltarı var idi. H.Nəzərli.\n2. Paltar, üst-baş. Əyni köhnədir. – [İkinci kəndli:] Boğazımdan kəsmişəm, əynimdən kəsmişəm, vur-tut [Bakıdan] üç yüz manat pul gətirmişəm. C.Cabbarlı. ..Çimnaz arvad əynini dəyişmək lazım olduğunu təkrar [Nazlının] yadına saldı. Ə.Əbülhəsən. ‣ Əyninə biçilmək – düz gəlmək, tamamilə münasib olmaq (paltar haqqında). [Qoltuqçu:] Elə bil ki, tamamən əyninə biçilibdir, – deyə tərifə başladı.. S.Rəhimov. Əyninə çəkmək – geymək. əyin-baş is. Paltar, üst-baş. Özünə bir yaxşı əyin-baş düzəltdi. – [Hafizə xanım:] Əynin-başın bir az düzəlibdir, elə bilirsən bir şeysən? Ə.Haqverdiyev. Bir iyirmi manat da uşaqların və Mehribanın əyin-başı götürər. S.Hüseyn. Mən dedim: – Üşüyərsən! Sən dedin: – Əynim-başım istidir. R.Rza. əyindirik is. dan. Köynəyin arxasına salınan astar. Əyindirik köynəyin tez yırtılmasına mane olur. əyinti is.\n1. Əyilmiş yer, əyri, bir şeyin əyilmiş hissəsi. Borunun əyintisini düzəltmək.\n2. məc. Hər hansı bir işdə düzgün xəttin pozulması, səhvə yol verilməsi, zərərli ifratçılıq. İşdə əyintiyə yol verməmək. Əyintiləri aradan qaldırmaq. əyirdək is. Südlə yoğrulub yağda qızardılmış kövrək qoğal. Camal əmi səliqə ilə iki torba əyirdək, bir torba qovurğa, bir torba iydə .. yeşiyə qabladı. Ə.Vəliyev. əyirdilmə “Əyirdilmək”dən f.is. əyirdilmək “Əyirtmək”dən məch. əyirici 1. sif. xüs. İplik və s. əyirən. Əyirici sexi.\n2. is. İplik əyirən usta. Qız yavaş-yavaş əyirici peşəsinə yiyələndi. əyiricilik is. Əyirmə işi, əyiricinin işi, sənəti. əyirilmə “Əyirilmək”dən f.is. əyirilmək “Əyirmək”dən məch. əyirilmiş f.sif. Əyirilərək ip halına salınmış. [Gülsüm:] Nə xəbər, qaçaqaç deyil ki, mənim hələ əyirilmiş yunum var. C.Cabbarlı. əyirmə 1. “Əyirmək”dən f.is.\n2. sif. Əyirilmiş. Əyirmə yundan corab toxuyurlar. əyirmək f. Əllərin arasında, yaxud müxtəlif mexanizmlər vasitəsilə yun, pambıq liflərini eşib ip halına salmaq. Cəhrəsi qarşısında ip əyirər; Uşağıyçın belə dua eləyər. A.Səhhət. [Tapdığın] anası isə çoxdan bəri məfrəşdə saxladığı yunu darayır, əyirirdi. Ə.Vəliyev. Fatı qaşqabağını töküb: – Görmürsən yun darayıram? – dedi, – ip əyirəcəyəm, gəbə toxuyacağam. Ə.Abasov. əyirməölçən sif. xüs. Sapın, ipin və s.-nin eşilmə dərəcəsini müəyyən edən cihaz. əyirtdirmə 1. “Əyirtdirmək”dən f.is.\n2. sif. Əyirtdirilmiş. Əyirtdirmə ip. əyirtdirmək icb. Əyirtmə işi gördürmək. İp əyirtdirmək. əyirtmə 1. “Əyirtmək”dən f.is.\n2. sif. Əyirdilmiş. Əyirtmə ipək sapı. əyirtmək icb. Əyirmə işi gördürmək (başqasına). İp əyirtmək. əyiş-üyüş əyiş-üyüş olmaq dan. – əyilmək, əyri hala düşmək. Mollayevin .. sifəti bozarıb əyiş-üyüş oldu. M.Hüseyn. əyləc is. Maşını, qatarı saxlamaq mexanizmi; tormoz. əyləmə “Əyləmək”dən f.is. əyləmək f. Saxlamaq, dayandırmaq, durdurmaq. Atı əyləmək. Maşını əyləmək. – [Hatəmxan ağa:] Göydə uçan qanadlı quşu əyləmək olarsa, Şahbazı da güclə əyləmək olar. M.F.Axundzadə. “Salaməleyküm” səsi məni əylədi. A.Divanbəyoğlu. Düz mənə tərəf gəlirdi. Üzəngimdən yapışıb əylədi. Mir Cəlal. əyləncə is.\n1. Ürəyi əyləndirəcək, könlü açacaq şey, əylənmək üçün vasitə. Mehribanın yeganə əyləncəsi çocuqları idi. S.Hüseyn. Sitarənin könlü daha əyləncələr diləməzdi, fikrindən də uşaqlar ilə laqeydanə oynamaq keçmirdi. Çəmənzəminli.\n2. Faydasız, səmərəsiz, əhəmiyyətsiz şey; boş vaxt keçirmə. Kim ki tənbəlliyə məhəbbət edər; Daim əyləncələrlə ülfət edər. M.Ə.Sabir. Firidun Şəmsiyyənin bir oyun, bir əyləncə düzəltdiyini güman etdi. M.İbrahimov.\n3. məc. Çox asan iş mənasında. Onun üçün bu iş əyləncədir.\n4. məc. Oyuncaq, əylənmək üçün alət. Xəbər olsun hər təzəyə, hər gəncə; İnsan – çocuq, həyat ona əyləncə.. M.Müşfiq. ..Sonra gördüm başqa bir aləmdəyim; Bir yığın insan üçün əyləncəyim!.. H.Cavid. Nə erkək, nə qadın əyləncə deyil. S.Vurğun. • Əyləncə olmaq – başqasının bütün əmrlərinə sözsüz tabe olmaq, əlində oyuncaq olmaq. [Nüşabə:] ..Dost olsa həm Şəki, həm Aran, Gəncə; Ellərim düşmənə olmaz əyləncə. A.Şaiq. // Əylənmək üçün alət olmaq. əyləncəli sif.\n1. Əylənib vaxt keçirmək üçün yerləri, vasitələri olan. Əyləncəli parklar. Uşaq meydançaları uşaqlar üçün əyləncəli yerdir.\n2. Ürəkaçan, əyləndirən, məzəli, əyləndirici, maraqlı. Əyləncəli tamaşa. Əyləncəli kitab. Əyləncəli söhbətlər. – [Turxan bəy Marala:] İnşallah, bir-iki ay sonra Cəmil Barjomdan gələr. Ona da bir qız nişanlarıq.. Əyləncəli bir toy məclisi qurarıq. H.Cavid. Əsgərləri alıb qazmalara sarı yönələrkən, Cuma da əyləncəli bir tamaşadan qayıdırmış kimi gülümsəyərək uzaqlaşmaq istədikdə Kəyan əmr etdi.. Ə.Əbülhəsən. əyləndirici f.sif. Əyləndirmək üçün olan, əyləndirən. Əyləndirici söhbət. Əyləndirici tamaşa. Əyləndirici oyunlar. – Qeyd etmək lazımdır ki, dramaturgiya tarixində .. nəşəli, əyləndirici komediyalar azdır. Ə.Sultanlı. əyləndirilmə I. “Əyləndirilmək1”dən f.is.\n\nII. “Əyləndirilmək2”dən f.is. əyləndirilmək I. məch. Əyləncə ilə məşğul edilmək, başı qarışdırılmaq.\n\nII. məch. Saxlanılmaq, dayandırılmaq, durdurulmaq. əyləndirmə I. “Əyləndirmək1”dən f.is.\n\nII. “Əyləndirmək2”dən f.is. əyləndirmək I. f. Əyləncə ilə məşğul etmək, başını qarışdırmaq, şənləndirmək, ürəyini açmaq. Uşaqları cürbəcür oyunlarla əyləndirmək. Yanında bulunan qadınlar [Gülzarı] yayındırmaq və əyləndirmək üçün qrammofon oxudurlardı. T.Ş.Simurq. [Həsən:] ..Rəşid əfəndi gəldi də sizi əyləndirir. H.Nəzərli. // Oynatmaq, əyləncə etmək. Bir könülə kifayətdir bir mənalı məhəbbət; İki qəlbi əyləndirmək xəyanətdir, sevgilim! S.Rüstəm. [Tutu:] Bir zaman məni də bu cür yağlı dillərlə əyləndirirdin. Ə.Vəliyev.\n\nII. f. Hərəkətdə olan bir şeyin hərəkətini saxlamaq, dayandırmaq, durdurmaq. Gedən adamı əyləndirmək. – Qərəz, Gülpəri gilabısatanı əyləndirib evə qayıdar və: – Ay ana, tez ol, gəl, gilabısatan qapıdadır, – deyərdi. H.Sarabski. [Səlim] kəndlərinin bərabərinə çatanda maşını əyləndirdi, sərnişinlər ona kömək etdi, onu yük maşınından düşürtdülər. S.Rəhimov. əylənmə I. “Əylənmək1”dən f.is.\n\nII. “Əylənmək2”dən f.is. əylənmək I. f. Dayanmaq, durmaq, yuƏYLƏTMƏK1 bax. əyləndirmək. Əylətbanmaq, ləngimək. O, görəsən, harada əyləndi, gəlib çıxmadı? – [Dəli Həsən:] Əylən, bir qulaq as sözə. “Koroğlu”. Fərhad qulluqdan çıxanda daha bir yanda əylənməyir, tez evə qayıdırdı. C.Cabbarlı. // İlişib qalmaq, sakin olmaq. 1918-ci ildə Minkənd tərəfdən gələn Zəngəzur qaçqınlarından bu kənddə əylənənləri çox olmuşdu. Ə.Abasov.\n\nII. f.\n1. Ürək sıxıntısını dəf edərək xoş vaxt keçirmək, ruhən istirahət etmək üçün əyləncə ilə, əyləndirici bir şeylə məşğul olmaq, vaxt keçirmək. Axşam yaxşıca əyləndik. – [Xəyyam:] Qayğı bilməz, içərək əyləniriz; Ayrı olsaq da, həqiqətdə biriz. H.Cavid. [Zeynal] hər zaman gülmək, əylənmək, bağırmaq, sərxoş olaraq səfahətlə vaxt keçirmək istəyirdi. S.Hüseyn. [Xan] ..hətta özü də saatlarca Buğacla əylənib nişan atırdı. M.Rzaquluzadə. // Oynamaq, şənlik etmək. Uşaqlar bağçanın həyətində əylənirlər. – Sən şad ol, sən əylən, sevin, gül barı; Qoy mən ayrılığın çəkim yükünü. R.Rza.\n2. Lağa qoymaq, masqaraya qoymaq, ələ salmaq, oynatmaq. Dükançıların bizimlə əyləndiklərini anlayaraq: – Bağışlayın, – dedi. A.Şaiq. // Zarafat etmək, şuxluq etmək. Arabir Ballı onunla əylənərək: – A kişi, hansı bəxtəvəri sevmisən? – deyirdi. A.Şaiq. əyləşdirilmə “Əyləşdirilmək”dən f.is. əyləşdirilmək məch. Oturdulmaq. əyləşdirmə “Əyləşdirmək”dən f.is. əyləşdirmək icb. Oturtmaq. Yanında əyləşdirmək. Qonağı başda əyləşdirdilər. – Arvadı Cavadı çarpayının üstündə əyləşdirdi. Ə.Haqverdiyev. Ata oğlunu sakit edib əyləşdirdi. Mir Cəlal. İntizamla əyləşdirdi; Reyhan bütün uşaqları. M.Dilbazi. əyləşmə “Əyləşmək”dən f.is. əyləşmək f. Oturmaq. Buyurun, əyləşin. Hərə öz yerində əyləşdi. – Usta Zeynal balkonda əyləşib çıxartdı çubuğunu və başladı çəkməyə. C.Məmmədquluzadə. Masa ətrafında dörd nəfər əyləşmişdi. H.Nəzərli. Qabaq cərgədə əyləşmiş Qərənfil bacı ah çəkdi. İ.Əfəndiyev. əylətmə “Əylətmək2”dən f.is. mədin qəlbin əziz qonağın; Ölüncə sinəmdən çəkilməz dağın. Molla Cümə.\n\nII. f. Saxlamaq, dayandırmaq, durdurmaq. əylik is. Cüyür. əymə I.\n1. “Əymək”dən f.is.\n2. Əyri, yay şəklində olan. [Səttar xanın] əymə və qövsi qaşları tez-tez qalxır(dı). M.S.Ordubadi.\n\nII. is.\n1. Dişləni (əskeşi) qayışlar vasitəsilə xamuta (boyunduruğa) bənd etmək üçün istifadə edilən əyilmiş ağacdan ibarət qoşqu hissəsi. Əymə əyir, mənfəət ilə satır; Pul qazanır, yaxşı qazanca çatır. A.Səhhət.\n2. Araba çarxının, üz tərəfdən şinlə qapalı olub pərlər keçirilən dairəsi. Çarxın əyməsi şinsiz tez xarab olur. əymək f.\n1. Bir yana meyil etdirmək, aşağıya, yerə tərəf meyilləndirmək. Ağacın budağını əymək. – [Palıd:] Əssə külək, qopsa da tufan yenə; Əyməyə əsla gücü çatmaz mənə. M.Ə.Sabir. Bu yerlərdə limon sarı; Əyir, salır budaqları. S.Vurğun. Kolların altında baş qaldırmış körpə bənövşələr yazıq-yazıq boynunu əyib sanki torağayların səsinə qulaq asırdı. Ə.Vəliyev.\n2. Əyri şəklə salmaq. Məftili əymək. Kəfgirin sapını əymək. Qaşığı əymək. Uşaq çubuğu əyib özü üçün yay qayırdı.\n3. məc. Belini bükmək. Mən aşıq, dərd əydi; Dərman əydi, dərd əydi; Dərmana gedən təbib; Gəl, xəstəni dərd əydi. (Bayatı). Pərişan etdin halımı; Əyibsən qəddi-dalımı. Q.Zakir. Atabalanı fələk əyə bilməzdi, Balakişinin ölümü kişini yay kimi əydi. A.Şaiq.\n4. məc. Razı salmaq, qane etmək, tabe etmək. Onu əymək mümkün deyil.\n5. məc. Təhrif etmək, düz yoldan sapdırmaq, əyintiyə yol vermək. ‣ Ağız əymək – bax. ağzını əymək (“ağız1”da). Baş əymək – bax. baş. Boyun əymək – bax. boyun. Qaşını əymək – narazılıq ifadə etmək. [Şölə xanım:] ..Sənin kefin yaxşı olsun, niyə qaşını əyibsən?.. M.F.Axundzadə. İşi əymək – bax. iş. əyməli sif. dan. Əyri, əyri olan, əyilmiş. Əyricə qaşı var, ucu əyməli; Kətan köynək geyib, köksü düyməli. Aşıq Kərəm. əyrəmcə is. məh. Arıq, sısqa, cansız. Bu uşaq nə əyrəmcə uşaqdır? əyrəmli sif. Əyri, əyri-üyrü. Dağ atları yolu ehtiyatla, elə bil ki, hər qarışı diqqətlə yoxlaya-yoxlaya gedirlər. Belə olmasa, altı-üstü göz qaraldan, əyrəmli, nazik cığırların qurbanlarını sayıb qurtarmaq olmaz. R.Rza. əyri sif.\n1. Düz istiqamətdə olmayan, düz xətt təşkil etməyən (düz ziddi). Əyri yol. Əyri xətt. Əyri qılınc. – Cığır dolanbac yol kimi əyri idi. M.İbrahimov. Murad dedi: – Var, bala; Əyri qazma üsulu. M.Rahim. // Düz durmayan, düz olmayan, bir yana əyilmiş. Əyri barmaq. Əyri çənə. Əyri mismar. – Xudayar bəyin bir böyük qüsuru var. Burnu əyridi, əyridi, amma pis əyridi.. C.Məmmədquluzadə. [Qaçayın] burnu bir qədər əyri və iri idi. Ə.Vəliyev. // Zərf mənasında. Əyri getmək. Mıxı əyri vurmaq. – Ümumi zəiflikdən başqa [Cəbinin] ayaqları da əyri bitirdi. N.Nərimanov. • Əyri baxmaq – 1) gözünün yan tərəfi ilə baxmaq, çəp baxmaq; 2) məc. Narazı, şübhəli, yaxud kinli və hiddətli baxışla baxmaq. Axır vaxtlarda nədənsə mənə əyri baxır.\n2. Sözündə, işində, hərəkətində düz olmayan, yalançı, fırıldaqçı. Əyri adam bir gün özünü göstərəcək. – Əyri adamın bacarıqlı olmağı, düz adamın əfəlliyindən cəmiyyət üçün daha qorxuludur. M.İbrahimov. • Əyri danışmaq – düz danışmamaq, səmimi danışmamaq, hiylə işlətmək, biclik etmək. Əyri getmək – 1) fırıldaq, hiylə yolunu tutmaq, düz yolla getməmək; 2) aldatmaq, vəfasızlıq göstərmək. Əzəldən arada əhdü peyman var; Əyri getmə, Əslim, yolu düz yeri! “Aşıq Kərəm”. Əyri görmək – pis şəkildə görmək, xoşuna gəlməyəcək tərzdə görmək. Niyə bəs böylə bərəldirsən, a qare, gözünü; Yoxsa bu ayinədə əyri görürsən özünü? M.Ə.Sabir. Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. M.P.Vaqif. Əyri güzgü – 1) əksi düzgün göstərməyən güzgü; 2) məc. bir şeyin təhrif olunmuş əksi. // İs. mənasında. Casusmusan ki, yoxsa oğru? Ya əyrimisən ki, yoxsa doğru? Xətayi. Bir oğru, bir əyri, bir də haramı; Bu üçü bir olsa kolda gizlənər. Xəstə Qasım. Tənbələ, əyriyə xeyirxahlıq etmək yaxşı işləyənin belindən basmaqdır. M.İbrahimov. // is. Düzgün olmayan şey. Şairəm, çünki vəzifəm budur əşar yazım; Bədi bəd, əyrini əyri, düzü həmvar yazım. M.Ə.Sabir. [Keykavus şah:] Çarə bul, seçilsin doğru əyridən. H.Cavid. [Vəzir:] Belə olar əyyar sözü; Yanlış deyər əyri, düzü. A.Şaiq. • Əyri iş – fırıldaq, hiylə. ..Əyri işlərin haqqında doğru danış. M.S.Ordubadi.\n3. is. riyaz. Əyri xətt. Diaqramın əyriləri. Əyrinin nöqtələri. // Hər hansı bir prosesin kəmiyyət nisbətini göstərən (əyri xətt şəklində) qrafik təsvir. Temperatur əyrisi. Yağıntı əyrisi. ‣ Əyri göz – mövhumatçıların etiqadınca, gözü dəyə bilən adamın gözü. [Qızyetər:] Yox... yox..., qadan alım, min əyri göz var; Bircə farağat dur, .. göz dəyər sənə. S.Vurğun. Əyri (gözlə) baxmaq – qeyri-məmnun, narazı, acıqlı yaxud şübhəli nəzərlə baxmaq. Əyri gözlə mənə baxdı. Əyri-əyri baxmaq – bax. əyri (gözlə) baxmaq. Sona əyri-əyri baxır Məşədi Zeynəbin üzünə və birdən onun üstünə hücum çəkib itələyir. C.Məmmədquluzadə. Hacı Rəsul çomaqlı kəndliyə əyri-əyri baxdı. Mir Cəlal. Molla Şirəlinin ən çox zəhləsi getdiyi, ona əyri-əyri baxıb salam verməyən cavanlar idi. S.Rəhman. Əyri oturaq (oturub), düz danışaq – bir-birimizdən incisək də, həqiqəti olduğu kimi deyək. Ey fələk, gəl ki, bir əyri oturub düz danışaq. S.Ə.Şirvani. [Gəray ağa:] Gəl burada, bu qapalı otaqda, bu İçərişəhərdə əyri oturub düz danışaq! S.Rəhimov. əyriağız sif. Ağzı əyri olan. Əyriağız adam. əyriayaq sif. Ayaqları əyri olan. Əyriayaq kişi. əyribel sif. Beli əyilmiş, beli əyri olan. ..Gecə-gündüz karxanasının fikrini çəkən əyribel Cavadın söz istəməsi aranı sakit etdi. Ə.Əbülhəsən. əyri-bəri zərf Ora-bura, o tərəfə-bu tərəfə. [Tələbələr] gecə səhərə kimi yatmır, əllərini ovxalayır, əyriyə-bəriyə gedirdilər. “Qatır Məmməd”. əyriboyun sif. Boynu əyri olan. Körpə Aslanın yadına .. əyriboyun dəvə və irigöz dəvə balası düşdü. S.Rəhimov. əyriböyür sif. Bədən quruluşu əyri, biçimsiz olan. əyri-bulamac sif. məh. Çox əyri, əyriüyrü. Əyri-bulamac yollar. – ..Şəhərin tarixini öyrənməklə bərabər, əyri-bulamac küçələrini də tanımağa başladıq. Ə.Əbülhəsən. əyriburun sif. Burnu əyri olan. əyribuynuz sif. Buynuzları əyri olan. Əyribuynuz qoç. əyri-büyrü bax. əyri-üyrü. Əyribüyrü ağac. – Yunan əlifbası girdələşə bilməyib, əyri-büyrü xətlər ilə yazılırdı. F.Ağazadə. əyricə sif. Az əyri, bir qədər əyri, yaxud çox əyri. Qabağımıza əyricə bir yol çıxdı. Əyricə ağac. // Qövs şəklində, yay kimi. Əyricə qaşı var, ucu əyməli; Kətan köynək geyib, köksü düyməli. “Əsli və Kərəm”. əyricizgili sif. Cizgiləri əyri (çəp) olan. Əyricizgili dəftər. əyriçiyin sif. Çiyni əyri olan. Əyriçiyin adam. əyridimdik sif. Dimdiyi əyri olan. Əyridimdik quş. – Bu, iri toyuq boyda, uzun, əyridimdik anac bir çil gülənşah idi. M.Rzaquluzadə. əyri-dolanbac sif. Əyri-üyrü, dolanbaclı, düz xətt üzrə olmayan. Əyri-dolanbac dalan. – Darısqal, əyri-dolanbac küçələri .. bu qəsəbəni qədim şəhərlərə oxşadırdı. Ə.Əbülhəsən. əyri-əskik bax. əgər-əskik. əyrixətli sif. riyaz. Əyri xətlərlə düzələn. Əyrixətli səth. Əyrixətli fiqur. Əyrixətli üçbucaq. əyriqıç sif. Qıçları əyri olan. Əyriqıç adam. əyriqılça bax. əyriqıç. əyrili sif. Əyrisi, əyri yeri, ya yerləri olan. Belə əyrili çubuqdan səbət toxumaq olmaz. Əyrili yol. əyrilik is.\n1. Əyri şeyin halı. Tirin əyriliyi. Məftilin əyriliyi.\n2. məc. Hiylə, biclik; düz, namuslu yolla getməmə (düzlük əksi). Bir xəyanət görünməyib bizdən; Əyrilik sadir olmayıb düzdən. S.Ə.Şirvani. Zira ki, yalan və əyrilik həmişə aşkar olub insanı bədnam edir. N.Nərimanov. əyrilmə “Əyrilmək”dən f.is. əyrilmək məch. Əyri hala düşmək, əyilmək. əyrim I.\n1. is. Döngə, dönüş.\n2. sif. Əyrisi, döngəsi olan. Əyrim yol. ‣ Əyrim laləvər bot. – birillik iriyarpaqlı bitki. Əyrim laləvər birillik bitkilərdəndir. Gövdələri 40 sm-ə qədər hündürlüyündədir, girdə-tinlidir, adətən budaqlanandır. Yarpaqları iridir, lələk bölümlüdür. H.Qədirov.\n\nII. sif. məh. Sısqa. Əyrim adam. əyrimçə is. məh. Üzük. Səksən oxu əyrimçədən keçirdim; Heç kamımda arzumanım qalmadı. “Koroğlu”. Əyrimçədən keçər beli qızların. “Qurbani”. əyrim-üyrü bax. əyri-uyrü. əyrim-üyrüm bax. əyri-üyrü. Əyrimüyrüm küçə. Kəndin arası ilə əyrim-üyrüm gedən bağ yoluna çıxdıq. – Elə bil əkin yerlərinə əyrim-üyrüm qara zolaqlar çəkmişdilər. İ.Şıxlı. əyri-oğru top. Oğru, dələduz adamlar. Mirzə Qulam xan da yazda-yayda .. valilərinə tabe olmayan əyri-oğruya qulaqburması verib, mal-dövlətini yoxlayıb çıxıb gedərdi. M.Əliyev. əyripəncə bax. əyriayaq. Əyripəncə ayı. əyrisinə zərf Əyri olaraq, çəpinə. Əyrisinə gedir. Sənə nə oldu, nə üçün düz yolda əyrisinə yeriyirsən? əyrisiz sif. Əyri yeri olmayan, düz olan. Əyrisiz ağac olmaz, olsa da düz olmaz. (Məsəl). əyritmə “Əyritmək”dən f.is. əyritmək bax. əyiltmək. əyri-üyrü sif.\n1. Çox yerindən əyilmiş, düz yeri olmayan. Əyri-üyrü ağac. Əyriüyrü məftil. – Müqim bəyin boynu qısa, qılçaları gödək, əyri-üyrü, qarnı qarpız kimi qalxıq, başı da aran yerinin düyələyi kimi yupyumru idi. S.Rəhimov. Qaş qaralır, əyri-üyrü daşların sıx kölgəsi; Qəbirlərin üstü ilə sürünür ilan kimi. B.Vahabzadə. // Düz olmayan, düz istiqamətdə getməyən, çoxlu döngələri olan. Əyri-üyrü küçələr. Əyri-üyrü xətt. Əyri-üyrü cığırlar. – Müəllim kəndin .. əyri-üyrü küçələri ilə gedirdi. S.Hüseyn. Qarlı güneyin sinəsində əyriüyrü, çalın-çarpaz cığırlar əmələ gəlirdi. B.Bayramov.\n2. bax. əyri 2-ci mənada. Əyri-üyrü adamdan qaçmaq lazımdır. // İs. mənasında. Mənim çarəm nədir? Mən gecə səhərə kimi gözümü yummuram, böyük şəhərdir, necə olsa beş nəfər əyri-üyrüsü olmayacaqmı? M.S.Ordubadi.\n3. Yanlış, qüsurlu, nöqsanlı. [Mirzə Səfər] şeirlər oxuyardı və oxuyandan sonra da onları əyri-üyrü (z.) rus dilinə tərcümə edərdi. Ə.Haqverdiyev. ‣ Əyri-üyrü baxmaq – bax. əyri-əyri (“əyri”də). Məcid, xanımın məzəmmətini eşitcək bir az əyri-üyrü ona baxdı.. B.Talıblı. əyyam is. [ər. “yovm” söz. cəmi] Günlər, çağ, zaman, dövr. Keçən əyyam. Bu əyyamda (bu dövrdə). Biz gözəl əyyamda yaşayırıq. – Əyyami-baharü güldür, oğlum! Qoyma məni qəmdə, güldür, oğlum! M.Ə.Sabir. Bu hal necə ki haman əyyamda, habelə indi də hökmfərmadır. C.Məmmədquluzadə. əyyar sif. və is. [ər.] Hiyləbaz, kələkbaz, çoxbilmiş, fırıldaqçı, dolandırıcı. Qara pəhləvan yaman güclü, həm də yaman əyyar idi. “Koroğlu”. Əyyar İbrahim Şiraza gələndən sonra Fərəc ixtisara düşən bir müəllim vəziyyətində qalmışdı. Qantəmir. // Oğru, cibkəsən, evyaran. Əyyarlar başladılar Dəmirçioğlunun üstünə bihuşdarı səpməyə. “Koroğlu”. əyyarlıq is. Oğruluq, fırıldaqçılıq, dolandırıcılıq. Bu qəzvinli Şeydadır ki, gündüz sərraflıq elər, gecə əyyarlıq. M.F.Axundzadə. əyyaş is. [ər.] Vaxtını eyş-işrətlə, sərxoşluqla keçirən adam, içki düşkünü. ..Əyyaşların yurdu sayılan “Metropol” otelində bu gecə fövqəladəlik vardı. M.S.Ordubadi. ..Ara-sıra rast gəldiyi gecə əyyaşlarının hay-küyü [Məhbusinin] nəzərini cəlb edə bilmirdi. M.İbrahimov. əyyaşlıq is. Vaxtını içki içməklə, eyşişrətlə keçirmə, içki düşkünlüyü. Əyyaşlıq böyük bədbəxtlikdir. – Əyyaşlığın sonu yorğunluq və səfalət, səfalətin sonu heçlik və fəlakətdir. A.Şaiq. əza I. is. [ər.] Yas, matəm. [Alim:] Onlar [tərəkəmələr] bir növ avam .. tayfadırlar, əza məclisi və mərsiyəxan-zad tanımazlar, amma, əlhəmdülillah, yenə müsəlmandırlar. Qantəmir. • Əza saxlamaq – yas tutmaq, matəm saxlamaq. [Molla:] ..Qonaq gəlib əza saxlayanlar! Bu gecə başqa gecələrə bənzəməz. M.Əliyev.\n\nII. is. [ər.] klas. Əziyyət, zəhmət, məşəqqət, cəfa. Mən dəliyəmmi özümü məktəbə, dərsə sövq edəm; Dərsin əzası bir belə, xalqın ədası bir belə. M.Ə.Sabir. Ay baba, salma qalmaqal, cövrü cəfadan əl götür! Dəng eləmə cəmaəti, cəbrü əzadan əl götür! C.Cabbarlı.\n\nIII. is. [ər. “üzv” söz. cəmi]\n1. Bədən üzvləri (Azərbaycan dilində bəzən “üzv” mənasında işlənir). Quzunun parçalardı əzasın; Sındırıb kəlləsin, qabırğasın. S.Ə.Şirvani. [Şahbaz bəy:] Şəmsi, mənim bədənimdə bir sağ əzam yoxdur. S.S.Axundov. Hərdən başını qaldırıb nəzəri uşaqların solğun üzünə düşəndə [Aslanın] bütün əzası inildəyirdi. C.Cabbarlı.\n2. köhn. Bir cəmiyyət və ya heyəti təşkil edən üzvlərin məcmusu və ya hər biri. Parlaman parladı əzası ilə. M.Ə.Sabir. Danışıqdan sonra məhkəmə əzası qərar çıxardıb hər kəsin haraya göndərilməsini təyin edəcəkdir. Ə.Haqverdiyev. ..Çarın taxta oturan günü bütün konsulxana əzaları konsulxanadakı ziyafətə yığılmışdılar. M.S.Ordubadi. əzab is. [ər.]\n1. Əziyyət, üzüntü, işgəncə. Toy-bayramdır bu dünyanın əzabı; Ağlı olan ona gətirər tabı. M.P.Vaqif. [Nuriyyə:] Əvvəl günlər, dünyada hər əzabın bir sonu olduğunu düşünərək özümə təsəlli verirdim. İ.Əfəndiyev. Əzaba, zəhmətə qatlaşmayaraq; Biz şəkilə baxıb şəkil çəkirik. B.Vahabzadə. • Əzab çəkmək – əziyyət çəkmək, sıxıntı çəkmək, dərd çəkmək, möhnət çəkmək. [Əsgər:] ..İstəyirəm qızı tez gətirsinlər ki, yazıq daha əzab çəkməsin. Ü.Hacıbəyov. Bağladım vəcdə gəlib hüsnünə şerimlə kitab; Bu yolun yolçusu tək dərdə dözüb çəkdim əzab. S.Rüstəm. Əzab görmək – 1) bax. əzab çəkmək; 2) cəzalandırılmaq. Əzab vermək (etmək) – əziyyət vermək, cəfa vermək, sıxıntı vermək, işgəncə vermək, incitmək. Təklifi-cənnət eyləmə kuyində könlümə; Çün cənnət əhlidir, nə verirsən əzab ona? Füzuli. [Sitarə:] Fərhad, Fərhad, niyə mənə əzab verirsən, vicdanımı parçalayırsan? C.Cabbarlı. Sanki tale [Vahidə] əzab verir, bütün düşünülməmiş işlərinin hayıfını çıxırdı. İ.Hüseynov. Əzaba salmaq – əzaba, əziyyətə düşməsinə səbəb olmaq. Salıbdır könlümü zülfün əzaba. Q.Zakir. Cəhənnəm əzabı – çox böyük əzab, əziyyət. [Tükəzban:] Fəhlələr yenə cəhənnəm əzabından qurtulmadılar. M.Hüseyn.\n2. Şiddətli mənəvi sıxıntı, əziyyət, ürək acısı. Vicdan əzabı. – Xüsusilə Mayaya göstərdiyi üz, dediyi sözlər yadına düşəndə Qaraş əzabdan qovrulub yanırdı. M.İbrahimov. əzab-əziyyət bax. əzab 1-ci mənada. [Cümşüd] qocanın min əzab-əziyyətlə dolu həyat yoluna nəzər salır, bu həyatın mənasını aramaq istəyirdi. S.Rəhimov. əzab-əziyyətli bax. əzablı. Əzabəziyyətli iş. Əzab-əziyyətli yol. əzab-işgəncə bax. əzab 1-ci mənada. Əzab-işgəncə çəkmək. Əzab-işgəncələr görmək. – .. Əhməd bütün əzab-işgəncələrin nə üstündə başlandığını unudub, Tovuzun yanına qayıdacaqdı. M.Süleymanov. əzablı sif. Çox əziyyətli, sıxıntılı, çətin; əzab və əziyyətlə dolu. Əzablı iş. Əzablı isti. Əzablı yol. – Neft səltənəti Bakıda neft tapmaq əzablı bir işə çevrilmişdi. A.Şaiq. Bu bir ay Bilqeyis üçün sıxıntılı və əzablı keçdi. S.Vəliyev. əzablı-işgəncəli bax. əzablı. Əzablı-işgəncəli yol. Əzablı-işgəncəli iş. əzablılıq is. Əzablı şeyin hal və keyfiyyəti; əziyyətlilik. əzabsız sif. Heç bir əzabı, əziyyəti olmayan, əziyyətsiz, asanlıqla əldə edilən, asanlıqla yerinə yetirilən, yüngül, asan. Əzabsız iş. Əzabsız yol. əzabverici sif. Cismani, yaxud ruhi əzab verən, incidən, çox əziyyətli. Əzabverici yara. Əzabverici hiss. – Artıq Məcidin sözləri [Nadir] üçün əzabverici olmayıb, .. mehriban bir ananın nəğməsinə bənzəyirdi. B.Talıblı. əza-cəfa is. [ər.] Əzab və əziyyət. [Şah:] Keşiş, gözümün ağı-qarası bir nəfər oğlum var. Mən onun əza-cəfasına razı ola bilmərəm. Ü.Hacıbəyov. əzadar is. [ər. əza və fars. ...dar] klas. Əza saxlayan, əzalı; yas saxlayan, yaslı. əzadarlıq is. Əza saxlama, yas saxlama; yaslılıq. əzan [ər.] bax. azan. əzazil [ər.]\n1. is. Şeytan. Onu əzazil də aldada bilməz. – Əhsəni-təqvimi inkar eylər imansız fəqih; Şol əzazilin ki adın həq deyər, şeytan budur. Nəsimi.\n2. sif. məc. Zalım, amansız, rəhmsiz, insafsız, qəddar. Əzazil adam. Əzazil ata. – Nuşəfərinin atası çox əzazil və zalımdı. (Nağıl). Qara xan əzazil bir xan idi. “Koroğlu”. Şişman qadın əzazil bir qayınana idi. S.Hüseyn. əzazilcəsinə zərf Zalımcasına, insafsızcasına, amansızcasına, qəddarcasına. Əzazilcəsinə incitmək. Əzazilcəsinə əziyyət vermək. əzazillik is. Zalımlıq, insafsızlıq, amansızlıq, qəddarlıq. Sabiq milyonerin arvadı Nərmin onun əzazilliyini görəndə üsyan edib deyir ki, dövlətlilər amansız və mürüvvətsizdirlər.. M.Hüseyn. əzbər 1. is. Bir mətni və ya sözü eyni ilə təkrar edilə biləcək şəkildə yadda, hafizədə saxlama. • Əzbər etmək (eləmək) – bax. əzbərləmək. [Ruqiyyə xanım] bütün elmləri əzbər eləyib, açarını qoymuşdu cibinə. “Koroğlu”. Ertə durarsan səhər; Dərsi edərsən əzbər. A.Səhhət.\n2. bax. əzbərdən. Əzbər bilmək. Əzbər oxumaq. – Sona yenə taxta yığışıb Bahadırın kağızını əzbər oxuyurdu. N.Nərimanov. ‣ Dillərdə əzbər olmaq, dillər əzbəri olmaq – bax. dil1. əzbərçi 1. sif. Dərsini anlayıb-anlamadan, olduğu kimi, kəlməbəkəlmə hazırlayan, əzbərləyən. Əzbərçi tələbə (şagird).\n2. is. Çox oxumuş, lakin oxuduğunu mexaniki surətdə, qeyri-tənqidi mənimsəmiş adam haqqında. əzbərçilik is. Mənasını bilmədən, dərindən öyrənmədən, mexaniki surətdə əzbərləmə. Məktəblərdə əzbərçiliklə mübarizə aparmaq lazımdır. əzbərdən zərf Əzbər olaraq, yazıya baxmadan; döşdən, hafizədən. Şeri əzbərdən oxumaq. – Bilirəm, Puşkini çoxdan sevirsən; Qızın da, oğlun da əzbərdən desin. S.Vurğun. Çoxusu əzbərdən şeirlər söyləyirdi. M.İbrahimov. əzbərə dan. bax. əzbərdən. Əzbərə şeir demək. Poemanı əzbərə oxudu. əzbərləmə “Əzbərləmək”dən f.is. əzbərləmək f. Əzbər etmək, oxuduğu və ya eşitdiyi bir şeyi olduğu kimi zehnində saxlamaq, mənimsəmək. Şeri əzbərləmək. Rolunu əzbərləmək. – ..Marallarım .. moizə kitablarını rəfdən alıb, tozlarını təmizləyib başlayırlar əzbərləməyə. Ə.Haqverdiyev. Namiq Kamalın bu şerini Mirzə Süleyman bəy .. əzbərləmişdi. B.Talıblı. əzbərlənmə “Əzbərlənmək”dən f.is. əzbərlənmək f. Əzbər yadda saxlanmaq, əzbər öyrənilmək, əzbər edilmək. Şeir əzbərlənmişdir. – Savadlı gənclərin bəyazı olardı, bu bəyazlara ana dilindəki şeirlərin nəfis parçaları köçürülər, əzbərlənərdi. Çəmənzəminli. əzbərlətdirmə “Əzbərlətdirmək”dən f.is. əzbərlətdirmək icb. Əzbərləməyə məcbur etmək. əzbərlətmə “Əzbərlətmək”dən f.is. əzbərlətmək icb. Əzbər öyrətmək, yadda saxlatmaq. Şeri əzbərlətmək. Poemanı əzbərlətmək. əzbəs zərf [fars.] klas.\n1. Kifayətcə, çox miqdarda, həddindən artıq. Hər yanda böyük xəndək, hər küçədə min dağ; Əzbəs tökülüb bir-birinin üstünə torpaq. A.Səhhət.\n2. Bəzən “ki” bağlayıcısı ilə: əzbəs ki – səbəb bildirir. Dedi: “Əzbəs ki halətim yoxdur; Yeməyə hiç rəğbətim yoxdur”. M.Ə.Sabir. [Qulu:] Əzbəs ki [Yusifin] xasiyyəti və mehribançılığı məni özünə qul edibdir.. N.Nərimanov. əzcümlə [fars. əz və ər. cümlə] kit. köhn. O cümlədən. əzdad is. [ər.] köhn.\n1. Zidd sözünün cəmi (zidlər).\n2. köhn. Rəqiblər. əzdirmə “Əzdirmək”dən f.is. əzdirmək “Əzmək”dən icb. əzəl [ər.]\n1. is. Əvvəli, ibtidası olmayan keçmiş zaman (əbəd müqabili). Səbəb nə oldu ki, peymanü əhdi sındırdın? Vəfavü əhdə əzəl etibar edən sən idin. X.Natəvan.\n2. zərf Əvvəl, irəli, qabaq, ilkin, əvvəlcə, qabaqca. Əzəl sən gəl. – Əzəl bunu, sonra da o birisini min, təzəcə sulanmış şumda səyirt, qaratikanlığa sür, sonra da sıldırım daşlı dağa çap. “Koroğlu”. A kişi, bundan əzəl xalqda hörmət var idi. M.Ə.Sabir. // sif. İlk, birinci. Su gəldi, dağdan axdı; Dağdaşa ün buraxdı; Məhəbbət şirin şeydir; Hər kəsin əzəl bəxti! (Bayatı). Dizi üstə əzəl alıb başımı; Sildi lütf ilə qanlı göz yaşımı. A.Səhhət. • Əzəl başdan (gündən) – lap əvvəldən, başlanğıcdan, qabaqdan. Əzəl başdan Bəsrə, Bağdad eliniz; Bəylər üçün ərməğandır teliniz. M.V.Vidadi. Bir aynadır bizim səhnə; Bir aynadır əzəl başdan; Xalqımızın həyatını; Əks etmişdir hər bir zaman. B.Vahabzadə. Vurub qoltuğuna sədəfli sazı; O da əzəl gündən telə bağlıdır. H.Arif.\n3. Cəm şəklində: əzəllər – qabaqlarda, keçmişdə, əvvəllər. Qəm deyildi, sevsə idi əzəllər; Eşidən tən edib, indi lağ eylər. Q.Zakir. Sonralar sevilib bəyənilmədi; Əzəllər kimsəni bəyənməyən qız. H.Arif. əzəlcə zərf Əvvəlcə, qabaqca, birinci olaraq. Əzəlcə söz kimə verildi? Əzəlcə qoy o keçsin. əzəldən zərf Lap əvvəldən, ilk vaxtdan, ibtidadan. Əzəldən deyər ki, bəri dur, bəri; İrəli gedərsən, o durar geri. Q.Zakir. Biganələrlə çünki olub aşina könül; Ey kaş, olmayaydım əzəldən mən aşina! S.Ə.Şirvani. Əzəldən belədir, hər yeni şair; Bir yeni yol bulub, bir əməl bəslər. Ə.Cavad. Əzəldən düşmənəm qorxu ilə mən. M.Rahim. əzələ I. is. [ər.] anat. İnsan və heyvan bədəninin, hüceyrələrdən ibarət olub, yığıla bilən orqanı və ya onun bir hissəsi; muskul. Qolunun əzələsi daş kimidir. Əzələ fəaliyyəti. Ürək əzələsi. Qıç əzələləri. – Qolunu açdı, bükdü, dedi: – Əzələyə bax! Heç bilirsənmi nədir ikipudluq oynatmaq? R.Rza.\n\nII. [ər. “əzəl”dən] bax. əzəl 2-ci mənada. Ədalət var idi bundan əzələ; Yaman yerə yetib iş gələ-gələ. Q.Zakir. əzələli sif. İnkişaf etmiş əzələləri olan. Əzələli qollar. – Həmişə fiziki işdə çalışan adamlara məxsus yoğun əzələli bir gəncin gurultulu səsi onların danışığını kəsdi. M.İbrahimov. // Əzələləri qüvvətli. Çox əzələli pəhləvandır, onu basmaq çətindir. əzələsiz sif. Əzələləri inkişaf etməmiş, əzələləri zəif olan. Əzələsiz qollar. əzəli sif. [ər.] Zamanca başlanğıcı, ibtidası olmayan (əbədi müqabili). Kəhkəşan südlü nəhri andıraraq; Əzəli bir kitab oxurdu mana. H.Cavid. Bu doğrudur, sevda olur əzəli; Mən şairəm həyatımdan bezəli. Ə.Cavad. Həyatın əzəli bir qanunu var; İşsiz hünər yoxdur, hünərsiz də iş. S.Vurğun. əzəlilik bax. əzəliyyət. əzəliyyət is. [ər.] kit. Əzəlilik, zamanca ibtidasızlıq, əvvəli olmayacaq qədər qədimlik (əbədiyyət müqabili). əzəlki sif. Əzəldə olan, əvvəlki. Əzəlki danışıq. Əzəlki vəziyyət. – Kəsilibdi indi gəlibgetməyin; Əzəlki çağını könlüm arzular. Q.Zakir. Çün səni əfv edib xudayi-cahan; Genə verdi əzəlki surətini. S.Ə.Şirvani. əzəm sif. [ər.] köhn. Böyük, ən böyük, ulu (adətən vəzifə adlarına qoşulur; məs.: sədri-əzəm – Sultan Türkiyəsində baş nazir). [Yasavul:] Mən bu cəhəti canişiniəzəmə yazdığım raportlarda qeyd etmişəm. S.Rəhimov. əzəmət is. [ər.]\n1. Böyüklük, ululuq. İstərsən əgər şahlıq, şöhrət, əzəmət, hörmət; Həm əhdə vəfa eylə, həm faili-peyman ol! Heyran xanım.\n2. Dəbdəbə, calal, təmtəraq, ehtişam. Xəlifələrin əzəmət və şöhrəti sönür. M.S.Ordubadi. Üstündən əsrlər adlayıb keçsə belə, Aslanın qurduğu binalar öz əzəmət və təmtərağını itirməyəcəkdir. S.Rəhimov. Bu təpədən baxdıqda Bakının mənzərəsi bütün əzəməti ilə göz qarşısında canlanırdı. S.Rəhman. // Vüqar, qürur. Qaragözlü qız, gəlinlər, ağbirçəkli analar; Duruşunda bir əzəmət, baxışında bir vüqar. R.Rza.\n3. zərf Əzəmətlə şəklində – təntənə ilə, ehtişamla, təmkinlə, vüqarla. Sağımızda-solumuzda, önümüzdə; atlılar əzəmətlə durub bizi gözləyirdilər. S.Rüstəm. Bəzən əzəmətlə keçir adamlar; Səngərə çevrilib sıravi damlar. M.Rahim. əzəmətli sif. Böyük, möhtəşəm. Əzəmətli qala. Əzəmətli dağlar. – Ta o dərəcəyə kimi ki, hətta İstanbul kimi bir əzəmətli paytaxtda telefon çəkməyi Sultan Əbdülhəmid qadağan etmişdi. C.Məmmədquluzadə. Təyyarəmiz başdan-başa qarla örtülmüş bu əzəmətli şəhər üzərində uçur. M.Hüseyn. Misirli özü çəkdi; Qədim Memfis şəhərinin; Əzəmətli səddini. O.Sarıvəlli. // Dəbdəbəli, təmtəraqlı, möhtəşəm, calallı. Vaxtı ilə bir qismi miskin və fəqir, bir qismi də möhtəşəm və əzəmətli qəbirlərdən bir əsər və əlamət qalmamışdı. S.Hüseyn. Böyük, əzəmətli bir saray çilçıraq içərisində yanırdı. S.Rəhman. əzəmi I. sif. [ər.] köhn. Ən çox, maksimum. Azərbaycan .. nasirləri klassik rus realizminin ən qüvvətli cəhətlərindən – onun demokratlığından, həyat həqiqətlərinə əzəmi dərəcədə sadiq qalmağından .. öyrənirlər. M.Hüseyn. Əhmədov fəhlə qüvvəsindən əzəmi dərəcədə istifadə etməklə kifayətlənmədi. Mir Cəlal.\n\nII. is. [ər.]\n1. Keçmişdə palto kimi üstdən geyilən içi xəzli paltar.\n2. Müsəlman dini təriqətlərindən birinin adı. əzəmiyyət is. [ər.] klas. Böyüklük, ululuq, əzəmət. əzgil is. Qoz iriliyində, ətli, çəyirdəkli, sarı rəngli, təpəsi pipikli bir meyvə və onun ağacı. Əzgil ağacı. Əzgil meşəsi. Cır əzgil. – Meşənin dəymiş əzgili saralar; Həm zoğal da dərilməyib qaralar. A.Səhhət. Əzgil 5-6 metr hündürlükdə, qışda yarpağı tökülən ağac və ya kol şəkilli bitkidir. Güney yerlərdə, münbit və rütubətli torpaqlarda daha yaxşı bitir. H.Qədirov. əzgillik is. Əzgil ağacları bitmiş yer, əzgil meşəsi, əzgil kolluğu. Bağın bir tərəfi əzgillikdir. əzgin sif. Əzinik, yorğun, halsız, taqətsiz. Hər tərəfdə əzgin kəndlilər bəylərdən intiqam almağa başladılar. H.Nəzərli. Qaraş özünü itirməyib diqqətlə baxsaydı, atasının yuxudan çox yorğun və əzgin (z.) qalxdığını görərdi. M.İbrahimov. əzginləşmə “Əzginləşmək”dən f.is. əzginləşmək f. Əzgin hala düşmək. əzginlik is. Özünü əzgin hiss etmə, əzgin halda olma. Bədənində əzginlik hiss etmək. əzgin-üzgün sif. və zərf. Çox əzgin. Əzgin-üzgün şalvar. – Müqim bəy durub əzgin-üzgün halda çıxdı. S.Rəhimov. əzici sif.\n1. Çox ağır, çox güclü, məhvedici, sarsıdıcı. Əzici zərbə.\n2. Ruhu incidən, ağır təsir bağışlayan. Fəxrəddin bu qədər əzici fikirlərin təsirində qıvrıldığı zaman oxuyan qız da Dilşada yazılmış qəzəlləri oxumağa başladı. M.S.Ordubadi. [Qurban] içində əzici və acı bir sızıltı duydu. A.Şaiq. Firidun sərtibin üzündə hər şeydən yorulmuş, hər şeyə nifrət edən, dərdli bir narazılığın əzici ifadəsini gördü. M.İbrahimov. əzik sif.\n1. Əzilmiş. Əzik meyvə. Əzik pomidor.\n2. Ütüsü, şaxlığı, hamarlığı getmiş; hamar olmayan. Əzik köynək. Əzik qəzet. – Fərhadoğlu əzik paltarlarının üstündə əlini gəzdirirdi. S.Rəhimov.\n3. Batıq, çökük. Əzik parç. Samovarın bir böyrü əzikdir. // is. Əzik yer. Əziyi düzəltmək.\n4. is. tib. Yumşaq toxumaların zədələnməsi ilə birlikdə qan damarlarının qırılması nəticəsində əmələ gələn zədə yeri. Ayaqdakı əzik. Əlində əzik var. əzik-əzik zərf\n1. Tamamilə əzilmiş halda. • Əzik-əzik eləmək (etmək) – 1) tamamilə, hər yerini əzmək. Uşaqlar meyvələri əzik-əzik etdilər; 2) sındırmaq, parça-parça etmək. Maşının çarxları yeşiyi əzik-əzik etdi. Əzik-əzik olmaq – 1) tamamilə əzilmək. Əzik-əzik olmuş meyvə; 2) sınmaq, parça-parça olmaq. Xırdavat [zənbilləri], əl arabaları dəmir təkərlər altında əzik-əzik oldu. Mir Cəlal. // Sif. mənasında. Əzik-əzik paltarlar.\n2. dan. Özünü əzə-əzə, naz-qəmzə ilə, özünü utanan kimi göstərə-göstərə. Əzikəzik danışmaq. əziklik is. Əzik şeyin halı. Almanın əzikliyinə baxma, çürük deyil. əzik-üzük sif.\n1. Çox əzilmiş. Əziküzük meyvə. – [Qurban:] ..Hər ağac altından üç-dörd çuval əzik-üzük alma yığmışıq. Ə.Məmmədxanlı.\n2. Hamarlığı, şaxlığı, düzlüyü getmiş, əzilmiş. Əzik-üzük köynək. Əzik-üzük yaylıq. – Yarməmməd portfelindən bir dəstə əzik-üzük kağız çıxardı. M.İbrahimov.\n3. Sınıq, sınıq-salxaq, əyri-üyrü. Əziküzük stol. – [Koroğlu:] Canım, bunlar əziküzük dəmir parçalarıdır, nal gətir! “Koroğlu”. əzilib-büzülmə is. Naz, qəmzə, işvə, naz satma, nazlanma. əzilib-büzülmək f.\n1. Nazlanmaq, naz etmək. [Ələmdar] əzilib-büzülən, şirindil xanımların başları üstündən uzun dimdiyini sallayıb .. baxdı. S.Rəhimov.\n2. məc. Cavabdan qaçmağa çalışmaq, tərəddüd etmək. Yasavulbaşı əzilib-büzülməyə başladı. M.Rzaquluzadə.\n3. Əzilmək, əzik-əzik olmaq. Əzilib-büzülmüş paltarı ütüləmək. – Maya ayağa durdu, əzilib-üzülmüş balışı çırpdı. M.İbrahimov. əzilmə “Əzilmək”dən f.is. əzilmək f.\n1. Basılaraq, yaxud ağır bir şeyin altında qalaraq, ya sıxılaraq əzik hala gəlmək; zədələnmək. Meyvələr yeşikdə əzilmişdir. Paltarlar əzilmişdir. – Mən əzilmiş kol-kosları, sınıq budaqları gördüm. Ə.Məmmədxanlı.\n2. Toza çevrilmək, narın hala gəlmək, toz halına gəlmək.\n3. məc. Məhv edilmək, məğlub edilmək, döyülmək, darmadağın edilmək. Düşmən əzildi. – [Uluq bəy:] Vurun, hey, igidlər, bizimdir zəfər; Dəmir məngənədə əzilir qeysər. A.Şaiq.\n4. məc. Zülm altında olmaq, təzyiq altında olmaq, istismar edilmək, məhkum edilmək. Mən əzilən bir sinfin hayqıran; Haq bağıran sədasından yarandım. M.Müşfiq.\n5. məc. Nazlanmaq, naz etmək, əzilibbüzülmək. [Nazlı:] Eh, siz şəhər qızları, çox ərköyünsünüz. Əzilirsiniz, süründürürsünüz, adamın canını üzürsünüz.. Ə.Məmmədxanlı. [Gövhər:] Onun böyük bacısı səninlə çox əzilə-əzilə (z.) danışır, ay Xəlil. S.Rəhman. əzim sif. [ər.] klas.\n1. Böyük. Hər birisinin başına şuriş və tüğyan xəyalı düşdü və tezliklə Qəzvində şurişi-əzim bərpa oldu. M.F.Axundzadə. // Çoxlu. Baxdım ki, əzim bir cəmaət; Eyzən ürəfa, əvət, həqiqət. M.Ə.Sabir.\n2. Ulu, böyük, yüksək, ali. Birisi ona övliya, o birisi ona yelbeyin, birisi ona əzim, o birisi ona vəzir adını verirdi. S.Rəhimov. əzimət is. [ər.] Bir yerə doğru hərəkət, yola çıxma, yola düşmə, üz qoyub getmə. • Əzimət etmək (eyləmək) – getmək, yola düşmək, getməyə üz qoymaq. Noldu səbəb eylədin əzimət? Füzuli. əzim-əzim əzim-əzim olmaq (əzilmək) – tamamilə əzilmək, əzik-əzik olmaq, parça-parça olmaq. Kukla yerə düşüb əziməzim oldu. – [Gəray ağa:] Bizim bu fırtınada üzən gəmimiz daşa çırpınıb əzim-əzim olub! S.Rəhimov. əzimüşşan sif. [ər.] klas. Mərtəbəsi, dərəcəsi yüksək. Bir əcəb insandır, xub növcavandır; Hökmi-Süleymandır, əzimüşşandır. Aşıq Saleh. əzinik sif.\n1. Əzik, əzilmiş. Əzinik qovun.\n2. Yorğun, üzgün, əzgin. Mədəd işdən qayıdandan sonra əzinik (z.) yerə girdi, bir azdan yuxuladı. S.Rəhimov.\n3. Mərhəmət diləyən, yalvarıcı, yazıq. O, əzinik bir səs çıxardı: – Ağa, rəhm edin! S.Rəhimov. əzinti is.\n1. Ovuntu, əzilib ovulmuş şeylər. Qənd əzintisi. Nabat əzintisi.\n2. Bax əzik 3-cü mənada. Samovarın əzintisini düzəltmək. Parçın əzintisindən su sızır.\n3. Bədəndə hiss edilən əzginlik, yorğunluq, üzgünlük. Bədənində əzinti hiss etmək. əzişdirilmə “Əzişdirilmək”dən f.is. əzişdirilmək məch.\n1. Əzgin hala gətirilmək.\n2. Döyülmək, kötəklənmək. əzişdirmə “Əzişdirmək”dən f.is. əzişdirmək f.\n1. Ora-burasını əzmək, bərk əzmək. Quyudan çıxan daş qırıntıları güllə kimi .. gəlir və qabağına keçən hər şeyi əzişdirirdi. M.Hüseyn.\n2. Ovuşdurmaq, övkələmək, ovxalamaq. Gülşad ixtiyarsız olaraq barmaqlarını əzişdirdi. Ə.Vəliyev.\n3. məc. Döymək, kötəkləmək, qol-qabırğasını əzmək. Telli kandarda çıxardığı başmaq tayını aldı, [pişiyi] əzişdirəcəkdi. S.Hüseyn. Məşədi Əsgər o qədər zorlu idi ki, üç-dörd elə hambalları büküb-bükmələyib əzişdirə bilərdi. S.M.Qənizadə. Qonşum az qaldı məni divara dirəyib əzişdirsin. S.Rüstəm. // məc. Məğlub etmək, darmadağın etmək. Dayan, almanları əzişdirək qoy; Hüseynə edərik yaxşıca bir toy. M.Rahim. əziyyət is. [ər.]\n1. Məşəqqət, əzab, cəfa. Yolun əziyyəti. Əziyyətə rast gəlmək. – Bəli, Yer üzünün bu mənzərəsi; Arabir məni də salır qüvvətdən; Həyat qurtarmadı bu əziyyətdən. S.Vurğun. // Ağrı, ağrı-acı. Yaranın əziyyəti. • Əziyyət çəkdirmək – əziyyətə məruz etmək, əziyyət, əzab çəkməsinə səbəb olmaq, əziyyət vermək, məşəqqət çəkdirmək. Çəkdirir çox bizə əziyyətlər; Həm verir xeyli-xeyli zəhmətlər. A.Səhhət. Əziyyət çəkmək – əzab çəkmək, məşəqqət çəkmək, ağrı-acı çəkmək. Xəstəlikdən çox əziyyət çəkmişdir. Yazıq baş ağrısından çox əziyyət çəkir. – Deyir: – Qoy isinsin, o, can üstədir; Əziyyət çəkməsin bir neçə günlük. M.Rahim. Əziyyət olmaq – əziyyətə, məşəqqətə, zəhmətə, çətinliyə, qayğıya səbəb olmaq. Qorxuram, sizə əziyyət ola. – [Mozalan bəy:] Oyundan camaata çox əziyyət olur. Ə.Haqverdiyev. Əziyyət vermək (etmək, eləmək) – incitmək, çox narahat etmək. Diş ağrısı çox əziyyət verir. Yara əziyyət edir. – Çox əziyyət verib çovğun, yağmur, bad; Xatirə gəlməyib nə düşmən, nə yad. Aşıq Ələsgər. Verməmişəm mən ki xəsarət sənə; Sən də dəxi vermə əziyyət mənə. A.Səhhət. Əziyyətə salmaq – narahat etmək, zəhmət vermək, əziyyətə düşməsinə səbəb olmaq. Əziyyətə saldığım üçün üzr istəyirəm. – [Böyükxanım:] Bu elm sizi narahat etməz, bir az da atanız kimi əziyyətə salar. M.S.Ordubadi. Əziyyəti dəymək (toxunmaq) – zərəri olmaq, zərər vermək, ziyanı olmaq. Adamlara əziyyəti dəymək. Çovğunun camaata çox əziyyəti dəydi. Əziyyəti olmaq – əziyyət vermək, incitmək. Doğrudan deyirmişlər ki, Nikolayın bizə çox əziyyətləri olub. C.Məmmədquluzadə.\n2. Ağır zəhmət, ağır iş, zəhmətli və çətin iş. Çünki bilir rahət əziyyətdədir; Şad yaşamaq səydə, qeyrətdədir. M.Ə.Sabir. [Mirzə Cavad:] Ay balam, nahaq yerə bu əziyyət nə lazımdır, niyə özünü incidirsən? Ə.Haqverdiyev. Binəvanın üzündə və gözlərində əziyyət nişanələri oynaşıb, çox zəlalətlərə düçar olduğuna işarə verirdi. A.Divanbəyoğlu. • Əziyyət çəkmək – zəhmət çəkmək, çox işləmək, zəhmətli işlə məşğul olmaq. Bağ salmaq üçün əziyyət çəkmək lazımdır. əziyyətlə zərf 1) böyük çətinliklə, məşəqqətlə, əzabla, əziyyət çəkə-çəkə. Əziyyətlə yerimək. – Mələk nənə əvvəl diz üstə çöküb, sonra ağaca dayanıb, əziyyətlə qalxıb yola düşdü. Ə.Haqverdiyev; 2) əziyyət verilərək, işgəncə ilə. Kəndin ortasında müxtəlif işgəncə və əziyyətlə öldürülmüş meyitlərə baxanda adamın tükləri ürpərirdi. Ə.Vəliyev. əziyyətli sif. Əzablı, məşəqqətli, əzab və əziyyətlə bağlı olan. // Çox ağır və yorucu; üzücü. Əziyyətli yol. Əziyyətli iş. Əziyyətli həyat. // Çox zəhmət tələb edən. Lüğətçilik çox əziyyətli işdir. əziyyətlilik is. Əzablılıq, məşəqqətlilik; ağırlıq, zəhmətlilik, yoruculuq, üzücülük. Yolun əziyyətliliyi. əziyyətsiz 1. sif. Əzabsız; asanlıqla, çətinlik çəkmədən əldə edilən, görülən. Əziyyətsiz iş. – Qışsız bahar olmadığı kimi, döyüşsüz, əziyyətsiz, qurbansız da qələbə, xoşbəxt həyat yoxdur. Ə.Abasov.\n2. zərf Əziyyət vermədən, əzab vermədən, incitmədən. [Pəri Cadu:] Bu, Qurbandır, gərək onu əziyyətsiz gətirəsən. Ə.Haqverdiyev.\n3. sif. Heç kəsə əziyyəti, azarı dəyməyən; zərərsiz, ziyansız, azarsız; dinc, sakit. Əziyyətsiz adam. əziyyətsizlik is.\n1. Heç bir əziyyətin, çətinliyin olmadığı hal və keyfiyyət. İşin əziyyətsizliyi. Yolun əziyyətsizliyi.\n2. Əziyyətsiz (3-cü mənada) adamın hal və keyfiyyəti. əziz sif. [ər.]\n1. Sevimli, istəkli, ürəyə yaxın. Əziz oğul. Əziz yoldaş. Əziz dostlar! – [Yusif:] Açım kağızı, görüm, mənim əziz nuri-çeşmim Şamdan bəy nə yazır? N.Nərimanov. Amma Züleyxa, Əsgərin əziz qardaşı ilə olan pis rəftarını görüb Əsgəri sevmirdi. C.Cabbarlı. // Mehriban, məhəbbətli, şəfqətli, sevən. Balamsan sən, nəyimsən? Arxamsan, köməyimsən; Mən sənin əziz anan; Sən mənim diləyimsən. (Layla). • Əziz olmaq – hörmət bəslənilmək, hörmət edilmək; əzizlənmək. Oğul! Bir qayda var eldəobada; Qonaq əziz olar, qaçaq olsa da. S.Vurğun. Əziz tutmaq – 1) çox istəmək, hörmət bəsləmək, qayğı bəsləmək. ..Şəhrəbanu arvad Qəhrəmanı oğul və nəvələrindən əziz tuturdu. S.Rəhimov. Camaat Səttarzadənin xətrini əziz tutur. Mir Cəlal; 2) hörmət və ehtiram bəsləmək. Bayramı əziz tutmaq. // Ərköyün, ən istəkli. Ananın əziz qızı. // Ən qiymətli, ən dəyərli, ən istənilən. Əziz ömrüm. – Sevdiyin əziz bir şeyə and iç! M.S.Ordubadi. Mən ona əziz şey kimi baxmırdım. Mir Cəlal. // Doğma, çox yaxın, çox sevilən. Əziz ev. Əziz ailə. Əziz yurd. // Mübarək, ən hörmətli, müqəddəs. Bu əziz adla çiçəkləndi könüllərdə bahar; Bir qonaqdır əbədi, məncə, bu ellərdə bahar. S.Rüstəm. Bu əziz bayram günü, adın çəkiləndə; Kim duymayır qəlbinin həyəcanla vurduğunu? R.Rza.\n2. Ən çox istənilən, ən çox tələb olunan, ən çox sevilən. [Heydər bəy:] Hər nə isə, başa düşürsənmi ki, burada firəng çiti nə əzizdir? M.F.Axundzadə. // Az tapıldığı, çətin ələ düşdüyü üçün çox qiymətli sayılan. Nə qədər şirindir qəlbə məhəbbət; Ömrün mənasıdır bu əziz nemət. S.Vurğun. Ömrümün üstünə bir əlli də artırsan əgər; Heç silinməz ürəyimdən o əziz, xoş dəmlər. S.Rüstəm. • Əziz olmaq – az tapıldığı, çətin ələ düşdüyü üçün çox qiymətli, hörmətli olmaq, müqəddəs bir şey kimi baxılmaq. Pul əziz olmuş cahan əhlinə o qayətdə kim; Ta sanıblar əskinası Cəbrailin şahpəri. S.Ə.Şirvani.\n3. Əzizim şəklində – 1) nəvazişlə müraciət. Əzizim, gəl gedək. – Bu bədbəxtin halətindən, əzizim; Bari o vilada olgil gözqulaq. Q.Zakir. [Turxan bəy:] Gedə bilərsən, əzizim! H.Cavid. Mina cavab verdi ki, əmin olunuz, əzizim! İ.Musabəyov; 2) bax əziziyəm. Əzizim, söz deməkdən; Yoruldum söz deməkdən; Nə sən yoldan yoruldun; Nə mən yol gözləməkdən. (Bayatı). // Əziziyəm şəklində – bayatıların başında gələn ilk söz. Əziziyəm, dilən, gəz; Bağda gülə dilən, gəz. Qürbətdə xan olunca; Vətənində dilən, gəz. (Bayatı). ‣ Əziz başın üçün – birini inandırmaq üçün and məqamında işlədilir. Əziz başın üçün gələcəyəm. – Əziz başın üçün, oxu yazdığım; Agah ol halımdan gahbagah mənim. Qurbani. Əziz olasan – təşəkkür ifadəsi. əzizciyəz “Əziz”dən oxş. Telli arvad cavab verdi: – Kimin olacaq, sədrin əzizciyəzinin! M.İbrahimov. əziz-ərköyün sif. Naz-nemət içində böyümüş, çox ərköyün. Əziz-ərköyün qız. Əziz-ərköyün övlad. – [Vahid] əziz-ərköyün (z.) saxlanmış uşaqdır. İ.Hüseynov. əziz-girami sif. [ər. əziz və fars. girami] Çox əziz, çox sevilən, çox əzizlənən, çox ərköyün. Əziz-girami övlad. – [Fatmanın] belə əziz-girami oğlunun nişanlısı quru evə gəlməməli idi. Mir Cəlal. // İs. mənasında. Hər evin bir əziz-giramisi olduğu kimi, Nazlı da bu evin əziz-giramisi idi. Ə.Əbülhəsən. əziz-xələf sif.\n1. bax. əziz-ərköyün. Əziz-xələf övlad. Əziz-xələf qız. – Arvadın dar dünyada əziz-xələf bircə oğlu vardı. “Koroğlu”. İlk dəfə idi ki, Sadıq kişi .. əziz-xələf oğlunun səsindəki həzin riqqəti görüb duyur, ürəyinin başı ağrıyırdı. Mir Cəlal.\n2. dan. Ən çox istənilən, çox əzizlənən, ən çox qorunulub saxlanılan. Əziz-xələf palto. Əziz-xələf kitab. – Ovçunun tamamilə yaddan çıxardığı əziz-xələf tüfəngi də, nəhayət, yadına düşdü. M.Rzaquluzadə. əzizləmə “Əzizləmək”dən f.is. Bəlkə bu qədər əzizləmənin nəticəsi idi ki, uşağın canı sağ olmurdu. Ə.Vəliyev. əzizləmək f.\n1. Çox istəmək, nazını çəkmək, nazı ilə oynamaq, bütün istəklərini yerinə yetirmək, ərköyün böyütmək. Mehriban isə [Şərifəyə] tam mənası ilə analıq etmiş, onu sevib əzizləmiş və böyütmüşdü. S.Hüseyn. Onda nə üçün anan səni belə əzizləyir? Ə.Məmmədxanlı. Ata-anası da, dayısı da Müşkünazın nazı ilə oynayar, onu əzizlər, üstündə zağ-zağ əsərdilər. Ə.Vəliyev.\n2. Hörmət etmək, böyük qayğı göstərmək.\n3. Həddən artıq sevmək, müqəddəs bir şey kimi qoruyub saxlamaq. Dostun məktubunu əzizləmək. Kitabı əzizləmək. – Qoydu əzizləyib isti qoynuna; Eşqin ərməğanı ad verdi buna. M.Rahim. Yaxın gəlmirdi ona paltarlar, qaş-daşlar da; Əzizlədiyi şeylər qoymuşdu onu darda. N.Rəfibəyli. əzizləndirmə “Əzizləndirmək”dən f.is. əzizləndirmək “Əzizlənmək”dən icb. əzizlənmə “Əzizlənmək”dən f.is. Uşağın əzizlənməsi. əzizlənmək 1. məch. Çox istənilmək, əziz tutulmaq. // Hörmət edilmək, hörmətlə qarşılanmaq.\n2. məch. Ərköyün böyüdülmək. Uşaq çox əzizləndiyi üçün sözə baxmır.\n3. qayıd. Özünü istətməyə, sevdirməyə çalışmaq. əzizləşmə “Əzizləşmək”dən f.is. əzizləşmək f. Daha da əziz olmaq. əzizlətmə “Əzizlətmək”dən f.is. əzizlətmək icb. Əzizlənməsinə, ərköyünləşməsinə səbəb olmaq. Uşağı əzizlətmək. əzizlik is.\n1. Əziz olma, sevilmə, çox istənilmə. Ananın əzizliyi. // Müqəddəslik, mübarəklik. Ana yurdunun əzizliyi. Bayramın əzizliyi.\n2. Ərköyünlük, naz-nemət. Ağcanın uşaqlıq günləri beləcə şan-şərafətlə, əzizlik, bəxtiyarlıqla keçdi. Mir Cəlal. əzqəza zərf. [fars. əz və ər. qəza] Qəzadan, təsadüfən, gözlənilmədən, birdən. [Səttar] üz çevirib bir biyabana daban aldı. Əzqəza Xunkar xanımın bunu axtaran adamları da bu düzlə gedirdilər. (Nağıl). Əzqəza Gülbadamın səsini kəndin kənarından bir adam eşidib səslənər: – Ay adam, kimsən? N.Nərimanov. əzl is. [ər.] köhn. rəs. İşdən çıxarma, vəzifədən kənar etmə. • Əzl etmək (eləmək) – işdən, vəzifədən götürmək, çıxarmaq. [Şah:] Mən ki o hakimi .. əzl eləmişdim. Ə.Haqverdiyev. [Şah:] ..Mən səni sədarətdən əzl edirəm. C.Cabbarlı. əzm is. [ər.] Qəti niyyət, qəti qərar, qəsd. Çox da vətən torpağı boyandı al qanına; Əzmimiz qorxu salmış düşmənlərin canına. S.Rüstəm. // Qətiyyət, cəsarət, mətanət, iradə. Əgər bizim iradə və əzmimiz möhkəm və sabit olarsa, zəmanəmizin həqiqi övladları ola bilərik. M.İbrahimov. // Ümumiyyətlə, məqsəd, niyyət. Təmaşayi-rüxün əzmilə çıxdı afitab, əmma.. Füzuli. Ticarət əzmilə Hində gedərdi; Gecə-gündüz dincəlməyib sürərdi. Q.Zakir. • Əzm etmək – 1) köhn. müəyyən bir niyyət və qərarla yola düşmək, bir yerə üz tutub getmək. Bakıya əzm etdi. – Çün qıldı vəsiyyətini axir; Əzmi-səfər etdi ol müsafir. Füzuli. Vərqa ona qıldı üzrxahi; Əzm etdigi yola dutdi rahi. Məsihi. Əzm elə Yevlaxa sən; Orda vaqonları gör. Ə.Nəzmi; 2) qərara gəlmək, qəsd etmək, niyyət etmək. Məcmuəni aprelin yeddisində nəşrə qoymağa əzm etmişdik. C.Məmmədquluzadə. Əzm qılmaq köhn. – bax. əzm etmək. Tənha səfər ixtiyar qıldı; Əzmi-sərikuyi-yar qıldı. Füzuli. Əzmi-çəmən qılıb bu gün ol sərv, qorxuram; Bərgi-hənavü gül dolaşa əl-ayağına. Q.Zakir. Əzm qıldım, güzar etdim; Mən sizin diyara gəldim. Aşıq Hüseyn. Əzmindən dönmək – qərarından, niyyətindən, fikrindən daşınmaq, vaz keçmək, dönmək. Yüksəlmək istərəm, əzmimdən dönməm! Qarşıma kim çıxsa enmək vəzifəm. A.Şaiq. [Yaralı zabit:] Bu xəbər düz də olsa, fərz edəlim; Bir mücahid dönərmi əzmindən? H.Cavid. Mirzağa məqsədinə doğru yürüməli, əzmindən dönməməli idi. S.Hüseyn. Əzmini toplamaq – bir şeyi həyata keçirmək üçün qəti qərara gəlmək, iradəsini toplamaq. [Yunis] özünü tufana düşmüş balıqçılar ilə müqayisə edib əzmini topladı. Mir Cəlal. əzmlə zərf Qəti niyyətlə, qətiyyətlə, səbatla, dönmədən. Əzmlə irəli hərəkət etmək. Əzmlə məqsədə doğru getmək. əzmə I.\n1. “Əzmək”dən f.is.\n2. Əzilmiş tərəvəz, ya meyvə xəmiri; püre.\n3. Qara ciyər qiyməsindən hazırlanan bir xörək adı. Əzməni plova qatıb yeyirlər.\n\nII. is. məh. Bülöv. Dəryazı əzmə ilə itiləmək. əzməçələmək bax. əzmələmək. [Cavad bəy:] ..Ancaq bunu belə eşitmişəm ki, guya Məhəmməd kişinin qızı bəzən onu əzməçələyir. N.Vəzirov. əzmək f.\n1. Basıb, ya sıxıb yastılamaq, şəklini pozmaq. Qarpızı, qovunu əzmək. // Basıb (vurub, toxundurub) bir yerini çökəltmək. Samovarın, qazanın böyrünü əzmək.\n2. Həvəngdə və s.-də döyüb narın etmək, toz halına salmaq. İstiotu həvəngdə əzirlər. – ...Kakao Amerikadan gələn ot toxumudur. Onu qabıqdan çıxarıb, qurudub, əzib kakao adı ilə satırlar. H.Zərdabi. // Ovmaq, doğramaq. Qızlar əkilmiş torpağın kəsəklərini əzir, alağını təmizləyir, cərgələrini hamarlayırdılar. Ə.Vəliyev.\n3. Hamarlığını, şaxlığını, düzlüyünü, yaxud ütüsünü pozmaq. Paltarları əzmək. – Gördün pullarını əzib özünə qaytaranda nə kiridi? “Koroğlu”.\n4. Basaraq, sıxaraq yumşaltmaq. Mumu əzmək.\n5. məc. Darmadağın etmək, məğlub etmək. Düşməni əzmək.\n6. məc. Döymək, kötəkləmək, əzişdirmək. [İsmayıl:] Bəy onu bir az əzmişdisə, başa gəlmirdi. Mir Cəlal. // Vurub yaralamaq. Layiqmi lotular əzələr qardaşın başın? C.Cabbarlı.\n7. məc. Sarsıtmaq, yox etmək. Köləlik yenə də Mahrunun iradəsini və şəxsiyyətini əzməmişdi. M.S.Ordubadi.\n8. məc. Mənəvi əzab vermək, əziyyət vermək, incitmək, narahat etmək. Hər halda düşüncə məni əzirdi. M.S.Ordubadi. [Musa Əşrəfə:] ..Sizə öylə bir cəza verməliyəm ki, bundan sonra hər kəsə ibrət olsun, .. gücsüzləri çeynəyib əzməsinlər.. H.Cavid. ‣ Özünü əzmək – naz-qəmzə etmək, özünü naza qoymaq, əzilib-büzülmək. Əzib suyunu çıxartmaq məc. – bərk sıxışdırmaq, incitmək, istismar etmək. əzmələmə “Əzmələmək”dən f.is. əzmələmək f.\n1. Əli ilə əzmək, əzişdirmək.\n2. məc. Döymək, kötəkləmək. Ara yerdə uşağınızı o imansız belə əzmələdi. S.Rəhimov. əzmələnmə “Əzmələnmək”dən f.is. əzmələnmək məch. Əllə əzilmək, əzişdirilmək. əzmkar sif. [ər. əzm və fars. ...kar] Əzmli, məqsəd və niyyətində qəti. [Məsmədə] ..əzmkar, səbatlı bir adamın hal və hərəkəti vardı və yaxud mənə elə təsir bağışlayırdı. S.Hüseyn. əzmkarcasına zərf Əzmkara, əzmli adama layiq bir surətdə, əzmlə. Əzmkarcasına hərəkət etmək. əzmkarlıq is.\n1. Məqsəd və niyyətində qətilik, möhkəmlik, əzmkar adamın hal və sifəti.\n2. Əzmkarlıqla şəklində – bax. əzmkarcasına. əzmli sif. Öz niyyət və məqsədində qəti, sabit, möhkəm və dönməz olan. Əzmli adam. – [Qadının] zahiri gözəlliyindən daha dərin təsir edən qəti, cürətli, əzmli danışığı idi. T.Ş.Simurq. əzrail is. [ər.]\n1. Dini etiqadlara görə, bütün insanların ölmək vaxtı çatanda onların canını alan mələk, ölüm mələyi. Əzrail gələndə soruşmaz ki, oğul-uşağın necədir? (Ata. sözü). [Dərviş:] ..Əzrail hərdənbir qanadı ilə məni çaldığını anlayıram.. A.Divanbəyoğlu.\n2. məc. Amansız, qəddar, əzazil, qorxunc adam haqqında. [Qurban:] Amma [Hafizəni] çox əzrail arvad söyləyirlər. Ə.Haqverdiyev. [Ağaxan:] Bəydadaş, unutma ki, biz belə [arvad kimi] əzraillərlə bir yerdə yaşayırıq. S.Rəhimov. [Meşədə] bizim xanım və onun oğlu kimi əzraillər yoxdur.. M.İbrahimov. əzvay is.\n1. bot. Qalın ətli və xətvari yarpaqları olan, təbabətdə işlədilən çoxillik ot-bitki; aloe. Əzvay çoxillik tropik və ya subtropik bitkilərdən olub, yoğun, uzun və kənarı diş-diş (tikanlı) ətli yarpaqlara malikdir. R.Əliyev.\n2. Bu bitkinin yarpaqlarından alınan acı dadlı, qara və bərk maddə (xalq arasında dərman kimi işlədilir). Əzvay bitkisinin yarpaqlarından alınan şirəni qurutduqda yaşılımtraq-qonur kütlə alınır. Ona əzvay deyilir. M.Qasımov.\n3. məc. dan. Acıdil, ətiacı adam haqqında. // Söyüş yerində işlənir. [Molla Fərəc:] Ay Nəsir bəy, bu əzvay oğlu əzvay haradan gəldi, kefimizə soğan doğradı? M.Əliyev.\n4. məc. məh. Aciz, əlindən heç bir iş gəlməyən adam haqqında. Əzvayın biridir. əzvayçiçəklilər cəm bot. Əzvay və s. ot və ağacların daxil olduğu bitki yarımfəsiləsi. Əzvayçiçəklilər yarımfəsiləsi .. ot və ya ağaclardır. Çoxunun yarpaqları gövdəsinin uclarına toplanmışdır. M.Qasımov. əzvayiş is. dan. Dolanacaq, yaşayış, vəziyyət. Əzvayişi yaxşıdır. – Ancaq əzvayişi qolay gördüm, öz-özümə dedim: – Kişinin bu günündə nə dən-düş, nə taxıl? S.Rəhimov. əzvaylıq is. dan.\n1. Diliacılıq, acıdillik.\n2. Acizlik, maymaqlıq. Əzvaylığından bu iş başına gəldi. əzzəl bax. əzəl. Mən də görmüşdüm on bir il əzzəl; Olduqca görkəmli, olduqca gözəl. S.Vurğun. əzzəli bax. əzəlcə. Arxalığın badamı; Gün yandırar adamı; Əzzəli özüm qurban; Sonra da kənd adamı. (Bayatı). əzzəlki bax. əzəlki. [Hacı Mehdi:] Birini qovub ayrısını tutursan, o, əzzəlkindən pis çıxır. Ə.Haqverdiyev. Ff f azərbaycan əlifbasının səkkizinci hərfi. bax. fe. fa [ital.] Musiqi qammasının “do”dan başlayan dördüncü səsi; bu səsi ifadə edən not. fabrik [lat. fabrica – emalatxana] Xammaldan maşınla müxtəlif məmulat hazırlanan sənaye müəssisəsi. Tikiş fabriki. Fabrikin istehsalat planı. – Pambıq çoxaldıqca fabrik canlanır; Kollektiv güclənir, birlik canlanır. M.Müşfiq. Ehtiyat xala .. ipək fabrikində, boyaq-naxış sexində çalışırdı. Mir Cəlal. fabrikant [lat.] Fabrik sahibi olan fabrikçi. fabrikçi bax. fabrikant [Mirağa:] Mülkədar, fabrikçi və tacir zəhmət çəkmir. Mir Cəlal. fabrik-mətbəx [lat. fabrica və ər. mətbəx] Mexaniki üsulla çoxlu yemək hazırlanan iri ictimai iaşə müəssisəsi. Qabaqcıl fabrik-mətbəx. Bakıda ilk fabrikmətbəx 1930-cu ildə işə salınmışdır. fabula [lat. fabula – təmsil, nağıl]\n1. ədəb. Bədii əsərin qısa məzmunu, hadisələrin ardıcıl ifadəsi. Romanın fabulası çox mürəkkəbdir.\n2. hüq. Cinayət hadisəsinin məzmunu. faciə is. [ər.]\n1. Dəhşətli, ağır nəticəli hadisə, fəlakət, müsibət, bədbəxtlik. Başına faciə gəlmək. Alkoqolizm faciə ilə nəticələnir. – Mirzağanın faciəsi ictimai bir faciə idi. S.Hüseyn. [Şəndə:] İnamı itirmək fəlakətdir və bir çox faciə də ondan doğur. B.Bayramov.\n2. ədəb. Həyatdakı barışmaz ziddiyyətlərdən, xarakterlərin, ehtirasların kəskin toqquşmasından və çox vaxt qəhrəmanın ölümü ilə nəticələnən əhvalatlardan bəhs edən dramatik əsər; tragediya. N.Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsi. Hüseyn Cavid faciənin kamil nümunələrini yaratmışdır. “Nadir şah” faciəsində N.Nərimanov feodalizm quruluşunda saray intriqalarının ən dəhşətli səhnələrini təsvir edir. M.Arif. faciəli sif. Faciə ilə dolu; müsibətli, faciəyə səbəb olan, faciə ilə nəticələnən; dəhşətli, fəci. Alagöz öz daxili aləmi ilə bir cəzirə kimi yaşayan evdən qaçmış, həyatın faciəli səhnəsinə düşmüşdü. S.Rəhimov. Uşaq vəziyyətin ağır və faciəli olduğunu duyduğundan, böyük adam ciddiyyətilə səy edir, anası və bacısı ilə ayaqlaşmağa çalışır, onlara əlavə yük olmaq istəmirdi. M.İbrahimov. // Adamı dəhşətə gətirən, dəhşətli, müdhiş, sarsıdıcı, çox ağır. Faciəli ölüm. Müharibə faciəli epizodlarla doludur. fağır is. və sif. [ər.]\n1. Aciz, yazıq, məzlum; dinc, sakit. Fağır kişi. – [Nəbi pristav Mehdi bəyi görcək deyinir:] Ə, bu fağırı niyə qəhr edirsən? “Qaçaq Nəbi”. [Hacı Qara:] ..Mən bir fağır adamam, peşəm sövdəgərlikdir. M.F.Axundzadə.\n2. Kasıb, yoxsul, tavanasız, miskin. Fağıra kömək etmək. – Dağıdın fağırlara; Dövlətin, malın keşişin! Aşıq Ələsgər. [Qulu:] Adam fağıra pul verər, yetimə paltar alıb qarnını doydurar. S.S.Axundov. fağır-fağır zərf Yazıq-yazıq, məzlumməzlum; fağırcasına. Fağır-fağır oturmaq. – Mehriban fağır-fağır kişinin dalınca baxıb bir müddət qapını örtmədi. H.Seyidbəyli. fağırlaşma “Fağırlaşmaq”dan f.is. fağırlaşmaq f. Acizləşmək, aciz olmaq, yazıqlaşmaq, əvvəlki ötkəmliyini, təşəxxüsünü itirmək, sakitləşmək. Gəlin fağırlaşmışdı. O, bədnam olduğunu başa düşmüşdü. B.Bayramov. // Yoxsullaşmaq, kasıblaşmaq, əli aşağı düşmək. fağırlıq is.\n1. Acizlik, yazıqlıq, məzlumluq.\n2. Yoxsulluq, kasıblıq. fağır-füqəra top. [ər.] Cəmiyyətin aşağı, yoxsul təbəqələri, varı olmayanlar, kasıblar, yoxsullar. Qoçular, quldurlar qatar taxırlar; Fağır-füqəraya yan-yan baxırlar. Aşıq Ələsgər. [Hacı:] Fağır-füqəraya əl tutmuşam. Mir Cəlal. fahişə is. [ər.] Özünü pula satan, fahişəliklə məşğul olan qadın. // məc. Son dərəcə alçaq, prinsipsiz, satqın adam haqqında. fahişəxana is. [ər. fahişə və fars. ...xanə] Fahişələrin yaşadıqları və gələnləri qəbul etdikləri ev, mənzil. fahişəlik is. Qadınların özlərini pula satması. [Qətibə qəlbində Səba xanıma acıqlanaraq:] ..Sən elə bilmə ki, tədbirli, bacarıqlısan.. Səni mənə üstün gətirən bir şey varsa, o da sənin fahişəliyindir. M.S.Ordubadi. faxir sif. [ər.] köhn.\n1. Fəxr edən, öyünən, lovğalanan.\n2. Gözəl, qiymətli, parlaq. Hacı Kamyab libaslarının ən faxirini geyib Xudayar xanın vüruduna hazırlaşdı. Ə.Haqverdiyev. fail sif. [ər.] köhn.\n1. İşləyən, edən.\n2. Təsir edən.\n3. is. Ərəb qrammatikasında feli sifət modeli. faiz is. [ər.]\n1. Hər hansı ədədin tam (vahid) kimi götürülən yüzdə biri (% işarəsi ilə göstərilir). Sadə faiz düsturu. – [Bəhlul:] Nənəmin gözündə onca faiz işıq vardı. B.Bayramov.\n2. Kapitalın hər yüz manatından əldə edilən gəlir.\n3. Borc verilən puldan istifadə etdiyi üçün borcludan (kreditordan) alınan haqq. [Hacı Vəli] yüksək faiz alar və girovsuz da pul borc verməzdi. Çəmənzəminli. Hacı Kərim hər zaman alış-verişini nağd elər, faizini də verəcəyi puldan çıxardı. S.Hüseyn.\n4. Dövriyyədən, gəlirdən asılı olaraq hesablanan muzd. Faiz dərəcəsinin həddi.\n5. Məhsulun kəmiyyətinə görə faiz almaq. ‣ Yüz faiz – tamamilə, bütünlüklə. Planı yüz faiz yerinə yetirmək. – [Fərman dedi:] Normanı yüz faiz yerinə yetirmək hər kəsin borcudur. Ə.Sadıq. faizli sif. Faiz verən, faiz (gəlir) gətirən. Faizli istiqraz. faizsiz sif. Üstünə faiz gəlməyən, faizi olmayan, faizlə gəlir verməyən. Faizsiz istiqraz. Faizsiz borc. faks is. [ing.]\n1. Elektron rabitə cihazı.\n2. Qrafik məlumatın qəbulu və verilməsi üsulu. faksimile [lat.]\n1. Əlyazması, sənəd, imza və s.-nin fotomexaniki reproduksiya yolu ilə çıxarılmış dəqiq surəti. Faksimile şəklində çap olunmuş əsər. Əlyazmasının faksimilesi.\n2. Birinin əli ilə çəkilmiş imzasını təkrarlamaq üçün klişe-möhür. Süleyman xəlvətcə ... faksimileni yerə salır. M.İbrahimov. fakt [lat. factum – edilmiş, baş vermiş]\n1. Həqiqətən olmuş hadisə, əhvalat, qəziyyə. Bu deyilənlər uydurma deyil, faktdır. – Hər kəs bildiyi faktı deyir, üçlükdə müzakirə edib o birinə keçirdilər. B.Bayramov. // Nümunə, misal. Faktı geriyə qalmışlardan deyil, qabaqcıllardan götürmək lazımdır. Ə.Vəliyev. // Bir nəticəyə gəlmək, bir işə yekun vurmaq və ya bir ehtimalın, fərziyyənin düzgünlüyünü müəyyən etmək üçün əsas olan şey; dəlil. [Prokuror:] Qanun fakt tələb edir. C.Cabbarlı.\n2. Gerçəklik, reallıq, həqiqət, olub-bitmiş şey. Sübut olunmuş fakt. İnkaredilməz fakt. – Beləliklə, Naşad əfəndi öz məqsəd və məramına nail olmuş, Zeynal bir fakt olaraq Mehribanı boşamışdı. S.Hüseyn. [Məşədibəy rəisə:] Mənim dövlətdən narazılığımı hansı əsasa görə sübut olunmuş bir fakt hesab edirsiniz. M.Hüseyn. faktik sif. [lat.] Gerçək, həqiqi, faktlara əsaslanan. Faktik vəziyyət. ‣ Faktik nikah hüq. – qanunun müəyyən etdiyi qaydada qeyd olunmamış nikah. faktoqrafiya [lat. factum və yun. grapho – yazıram] kit. Faktların (olmuş hadisələrin) təhlil edilmədən, ümumiləşdirilmədən və ya bədii cəhətdən işlənilmədən təsvir edilməsi. faktor [lat. factor – edən, düzəldən] Hər hansı prosesin, hadisənin gedişini şərtləndirən moment, fakt; amil. faktoriya [lat.]\n1. Avropa tacirlərinin müstəmləkə ölkələrində ticarət kontoru və yaşadıqları yer.\n2. Ucqar ovçuluq rayonlarında ticarət və təchizat məntəqəsinin adı. Şimalda xəzli heyvan faktoriyası. faktura [lat. factura – quruluş]\n1. xüs. İncəsənət əsərlərində bədii üsulun xüsusiyyəti. Şerin fakturası. Simfoniyanın fakturası.\n2. xüs. Hər hansı bir materialın (məs.: parçanın, şüşənin və s.-nin) zahiri görünüşünü müəyyən edən emal üsulu.\n3. Alıcıya göndərilən və ya buraxılan malların növünü, miqdarını, qiymətini müfəssəl surətdə göstərən siyahı. [Sədr:] Xahiş edirəm ki, tez onun fakturasını alıb, haqq-hesabın göndərin ki, o kişilərə işimiz çox düşür. Mir Cəlal. fakultativ sif. [fr.] Məcburi olmayan, könüllü, öz arzusu ilə seçilən. Mühazirələrin fakultativ kursu. fakültə [alm.] Ali məktəblərin tədris obyektinə görə bir-birindən ayrılan şöbələrindən hər biri. Kimya fakültəsi. Hüquq fakültəsinin dekanı. – [Həsən] riyaziyyat fakültəsinə .. daxil oldu. İ.Əfəndiyev. faqot [ital.] Konusvari kanalı və ikiqat qamış dilçəyi olan, nəfəsli musiqi aləti. Faqotun konusvari gövdəsi. Faqot ağcaqayından düzəldilir. fal I. is. [ər.]\n1. Falçıların noxuda, suya, güzgüyə, kitaba və s.-yə baxmaqla gələcəkdən və ya keçmişdən xəbər verməsi. Fala inanma, falsız da qalma. (Məsəl). Fal göstərirdi ki, dan ulduzunun karvanqıran ilə ötüşüb qovuşmağı gözlənir. Mir Cəlal. • Fal açmaq, fala baxmaq – noxuda, suya, güzgüyə, kitaba və s.-yə baxmaqla gələcəkdən və ya keçmişdən xəbər vermək. Şeyx Şabanın arvadı Gülsüm xala da məhəllədə məşhur idi, çünki yaxşı ruh tutardı, çöp ötürərdi, noxud falı açardı və həcəmət qoyardı. Ə.Haqverdiyev. [Gülər:] Qoy bir fala baxım, görək bizim getməyimiz uğurlu olacaq, ya yox? S.Rəhman. Qulaq falı – təsadüfən eşitdiyi söhbətdən nəticə çıxarmaqla fala baxma. Axşam Hacı evdə ikən Kəblə Xeyransa xanım əlinə bir ayna götürüb küçə qapısına qulaq falına gedir. H.Sarabski.\n2. məc. klas. Bəxt, tale. Açıram məshəfi yüz dəfə, əlif-lam gəlir; Qamətü zülfdə, ey dil, nə gözəl falın var. S.Ə.Şirvani. Koroğlu bu işi yaxşı fal hesab eləyib çox sevindi. “Koroğlu”.\n\nII. is. Toyuğun başqa yerdə deyil, müəyyən olunmuş yerdə yumurtlaması üçün ora qoyulan yumurta. Yumurtlamadı, yumurtlamadı, falını bəs neylədi? (Ata. sözü). [Şahpəri:] Bu qıza yüz dəfə demişəm ki, toyuğa fal qoy, yenə də yadından çıxarır. B.Bayramov.\n\nIII. is. Dilim. Bir fal çörək.\n\nIV. is. [holl.] Yelkəni qaldırmaq üçün istifadə edilən kəndir. falabaxan bax. falçı. falaqqa is. Molla məktəblərində şagirdləri cəzalandırmaq üçün işlədilən alət. Kimisi dərs oxuyur, kimisi falaqqadan təzə çıxmış ayaqlarını ovuşdurub ağlayır.. Ə.Haqverdiyev. [Əmiraslan:] Dədə, mən məktəbə getməyəcəyəm. Orada molla adamın ayağını falaqqaya salıb döyür. S.S.Axundov. // Ümumiyyətlə, keçmişdə müqəssirləri cəzalandırmaq üçün tətbiq edilən eyni alət və üsul. Əhmədi yıxıb, ayaqlarını qoydular falaqqaya, o qədər döydülər ki, ayağının bir qat qabığı getdi. (Nağıl). falanqa [yun.]\n1. Fransız utopik sosialisti Şarl Furyenin (1772-1837) layihəsində: ideal cəmiyyətin ilkin özəyi olan əmək icması, kollektiv təsərrüfat.\n2. Franko İspaniyasında hakimiyyət başında olmuş faşist partiyasının adı. falanqaçı is. Falanqa üzvü (bax. falanqa 2-ci mənada). falçı is. Falabaxan, fal açmaqla, falçılıqla məşğul olan adam. Falçı falçıya fənd vurmaz. (Ata. sözü). Xanbibim falçı, nənəm bağtoxuyan; Bizdə, haşa, yox idi bir oxuyan. M.Ə.Sabir. // Sif. mənasında. Gəzir qapıları falçı qadınlar; Bəşər taleyini həll edir onlar! S.Vurğun. falçılıq is. Falçının işi, peşəsi. [Yarməmməd] atasının mollalığını, anasının falçılığını gizlətdiyi üçün onu maarif şöbəsindən qovmuşdular. M.İbrahimov. familiya is. [lat.]\n1. Atadan (bəzən də anadan) övladlarına keçib şəxs adlarına əlavə edilən nəsli, ailəvi ad. Qızlıq familiyasını saxlamaq. Familiyasını dəyişmək. – Teymurun dindirdiyi sürücünün familiyası Cüməzadə idi. H.Seyidbəyli.\n2. Nəsil, qohum-əqrəba. Şükür öyrəndi ki, bu kənddə bir-birilə qanlı iki familiya vardır. S.Hüseyn. // Ailə, ailə üzvləri. familiyalı sif. Familiyası olan, müəyyən familiya daşıyan. fanatik [lat. fanaticus – azğın]\n1. Dindarlığı həddini aşaraq, başqa dinlərə düşmən münasibət bəsləyən adam; qatı mövhumatçı. Bağdad Şərq dünyasını təmsil edən əfsanəvi bir şəhər kimi, öz fanatik cah-cəlalı ilə bütün dünyanı heyrətə saldı... Ə.Məmmədxanlı.\n2. Hər hansı bir işə və ya əqidəyə, məsləkə həddindən artıq sadiq olan adam; təəssübkeş. Öz işinin fanatiki. – [Bəkir:] Bura bax, heç olmasa bu gecə işləmə, ay yoldaş fanatik. İ.Hüseynov.\n\nII. sif. [lat.] Fanatizm mahiyyətində olan; mütəəssib. Fanatik adamlar. Fanatik görüşlər. fanatizm [lat.] Fanatik adamın düşüncə və hərəkət tərzi; başqa etiqadlara düşmən münasibət bəsləyib öz inandığına hədsiz sədaqət göstərmə, sevmə, öz əqidəsinə qeyri-adi sədaqət; təəssübkeşlik. // Mövhumatçılıq. Fanatizmlə mübarizə. faner is. [alm.]\n1. Yaraşıq üçün taxta şeylərin üzünə yapışdırılan nazik taxta təbəqəsi.\n2. Çarpaz yapışdırılmış bir neçə təbəqə nazik ağac qatından ibarət taxta növü. Faner lövhələrin qalınlığı. – Kamal özünə qəribə bir kirşə qayırmışdı, onun yanlarına nazik fanerdən təyyarədə olduğu kimi iki qanad vurmuşdu. M.Rzaquluzadə. // Həmin materialdan qayrılmış, düzəldilmiş. Faner qapı. fani sif. [ər.] Həmişəlik olmayan, axırı puç, axırı olmayan; müvəqqəti, keçici, qalmayan. Dost tutma dünyanı, fanidir, fani; Aldanıb özünü xar eyləməynən. Aşıq Ələsgər. Ey bizə fani cahanın dövlətindən dəm vuran; İstəyirsən, bizlərə cənnətdə qılman gülməsin? Ə.Qəmküsar. fanilik is. klas. Axırı puçluq, zaval, yox olma, müvəqqətilik, keçicilik. [Vaqif:] Hər şey fani də olsa, faniliyin qəlb, şüur və ağıl kimi gözəl rəhbərləri var. Çəmənzəminli. fantast [yun.]\n1. Xəyalpərəst, fantaziyaçı.\n2. ədəb. Fantastik süjetləri təsvir etməyə daha çox meyil göstərən yazıçı, sənətkar. fantastik sif. [yun.]\n1. Fantastikaya əsaslanan, fantastik mövzuda olan; xəyali. Fantastik roman. Fantastik süjet xətti. Fantastik əsər.\n2. Əcaib, qəribə, əfsanəvi, ecazkar. Fantastik mənzərə. Fantastik görünüş. fantastika [yun.]\n1. Xəyalda yaranan fikirlər, təsəvvürlər, surətlər; xəyali təsəvvür, gerçəkliyin mübaliğəli və ya fövqəltəbii şəkildə təsviri. Elmi fantastika. Yazıçı fantastikası. // top. dan. Hadisələrin şişirdilmiş və ya fövqəltəbii şəkildə təsvir olunduğu bədii əsərlər. Jül Vernin fantastikası.\n2. Həqiqətən mövcud olmayan, qeyri-real, xəyal kimi görünən şey. Keçmiş fantastika indi həqiqətə çevrilir. fantaziya [yun. phantasia – xəyal]\n1. Xəyalən bir şey uydurma, təsəvvür etmə bacarığı, yaradıcılıq təxəyyülü. Yazıçı fantaziyası. Rəssamın fantaziyası. – Dastanlar xalq fantaziyasının məhsuludur. M.Hüseyn. // Xəyal, təxəyyül məhsulu. Bu onun fantaziyasıdır. // Xam xəyal.\n2. mus. Sərbəst formalı improvizasiya səciyyəli əsər. Orkestrlə fortepiano üçün yazılmış fantaziya. fantaziyaçı bax. fantast 1-ci mənada. fanus is. [yun.] Fənər. Ər-arvad birbirinə qoşulub, fanus əllərində axşam getdilər qazının yanına. Çəmənzəminli. Gecənin qaranlığında küçələr nökərlərin saxladığı böyük fanuslarla işıqlanmışdı. M.S.Ordubadi. fara [fr.] Yolu işıqlandırmaq üçün avtomobillərdə, traktorlarda və s.-də reflektoru olan fənər. Avtomaşının farası. Motosikletin farası. – [Yarməmməd Naznaza:] Gördüm qabaqda, məktəb bağının ətəyində, çəpərin dibində bir şey işıldayır. Lap üçtonluq maşının faraları boyda bir şey. M.İbrahimov. farağat sif. və zərf [ər.]\n1. Sakit, səssiz, dinməz-söyləməz. Birdən Məcid Səmədə sarı dönüb, divar uzunu farağat oturmuş adamlara işarə etdi. İ.Hüseynov // Farağat! – hərəkətsiz, düz, sakit, səssiz durmaq haqqında hərbi komanda. ..Nəriman əmi birdən qəddini elə gümrahlıqla düzəltdi ki, elə bil farağat komandasında duracaqdı. İ.Əfəndiyev. Keşikçi .. farağat vəziyyətində durdu. Ə.Əbülhəsən.\n2. Asudə, sakit, dinc, xatircəm. Farağat yaşamaq. // Sakit, dinc, yazıq, fağır. [Hacı Qara:] A qardaş, mən dinc, farağat, kəsb əhliyəm. M.F.Axundzadə. // Asudə, arxayın. [Hacı Kərim zərgər:] Hacı Nuru, hələ şeir oxumaq vəqti deyil. Bir özgə farağat vəqtdə oxuyarsan. M.F.Axundzadə. • Farağat etmək (eləmək) – yerbəyer etmək, rahatlamaq. [Gülsüm:] Dana gəlib, yemləmişəm, o biriləri də farağat elərəm, sən arxayın ol, işini gör. C.Cabbarlı. ‣ Farağat oturmaq – dinc oturmaq, heç kəslə işi olmamaq, pis işlərdən əl çəkmək. [Camal bəy:] ..Ağa İsmayıl bəy, farağat otur, bəsdir şərarət. N.Vəzirov. [Şahpəri:] Sənə dedimmi, yetim oğlansan farağat otur? B.Bayramov. faraş sif. və zərf [ər.] Vaxtından, mövsümündən qabaq, tez əkilən. Faraş əkin. – Aqronomlar deyirlər ki, faraş səpin yaxşı olur. Ə.Vəliyev. Faraş səpilmiş reyhan iyi adamı valeh edir. Mir Cəlal. // Mövsümündən, vaxtından qabaq doğulan (ev heyvanları haqqında). Faraş balalar isə hər gün çimizdirilməli və sərinlikdə saxlanmalıdır. // Tezyetişən, tezböyüyən. Faraş kələm. Faraş göyərti. – [Gülşən] manqa üzvlərinə altdan-altdan baxıb, kimin nə cür işlədiyinə ciddi nəzər saldıqdan sonra faraş bir kolun yanına gəldi. Ə.Vəliyev. Bir səs deyir: – Rza, durma! Rza, yaz! Qırçın tarla, faraş qoza, bol pambıqlı yaza yaz! R.Rza. ‣ Faraş gəlmək – 1) vaxtından qabaq özünü göstərmək, havaların qızışması (əsasən yaz mövsümü haqqında). İl faraş gəlsə, yaylaqda ot, qışlaqda güzdək və xəsil bol olsa, qoyun saxlamaq asandır. Ə.Vəliyev. Yaz da bu il dağ ətəyinə faraş gəlmişdi. B.Bayramov; 2) sürətlə inkişaf etmək, gözlənildiyindən tez böyümək. Muğanın pambığı faraş gələndə; Qozalar gül açıb üzə gülərdi. S.Vurğun. faringit is. [yun.] tib. Udlağın selikli qişasının iltihabı. Kəskin faringit. Xronik faringit. farmakologiya [yun. pharmakon – dərman və logos – elm] Dərman maddələrinin orqanizmə təsiri haqqında elm. Eksperimental farmakologiya. Ümumi və xüsusi farmakologiya. “Farmakologiya və toksikologiya” jurnalında farmakologiya sahəsindəki tədqiqatlar nəşr olunur. farmakoloji sif. Farmakologiyaya aid olan, farmakologiya ilə əlaqədar olan. Farmakoloji tədqiqat. farmakoloq [yun.] Farmakologiya mütəxəssisi. Farmakoloqların elmi cəmiyyəti. farmazon is. və sif. [əsli “frankmason” sözündən olması güman edilir]\n1. Ədalı, ədabaz.\n2. Azad, nihilist. fars I. is. İranın əsas əhalisini təşkil edən və həmin adlı dildə danışan xalq və bu xalqa mənsub adam. Farslar islama qədər zərdüştlüyə etiqad edirdilər.\n\nII. is. [fr.] Yüngül komediya. farsca sif. və zərf Fars dilində. Farsca danışmaq. Farsca-azərbaycanca lüğət. Məktubu farsca yazsan, xalqın başa düşmədiyi şəkildə yazma, yaxşı deyil, xüsusilə, məlum olmayan söz işlətmə. “Qabusnamə”. farsçılıq is. Fars dili və mədəniyyətini zorla fars olmayanlara qəbul etdirməyə çalışmaqdan ibarət şovinist siyasət. farsi is. [fars.] Fars dili. Süheyli çörək yeyən qardaşlarına sarı getdi. Onlar nə isə pıçıldaşırdılar: – Farsini kamil bilirsənmi? M.İbrahimov. farslaşdırma f.is. İran şovinistlərinin qeyri-fars xalqları dil və adətcə zorla fars etmək siyasəti. farslaşdırmaq f. Fars olmayan xalqları dil və adətcə zorla fars etmək. farslaşma “Farslaşmaq”dan f.is. farslaşmaq f. Fars dili, ənənə və adətlərini qəbul etmək; fars olmaq. fasad [fr.] Binanın çölə baxan əsas qabaq tərəfi; ön tərəf. [Fazilov:] Harası xoşa gəlmir? [Arxitektor:] Xüsusən qabağı, fasad tərəfi. Mir Cəlal. [Elçin Sevincə:] ..Fasad ağ daşdan olacaq.. Z.Xəlil. // Binanın, hər hansı bir tikilinin üz, bayır tərəfi. Bir çox arxitektorlar işin zahiri tərəfinə uyaraq başlıca olaraq binaların fasadlarını bəzəməklə məşğul olurlar.. (Qəzetlərdən). fasid sif. [ər.] köhn.\n1. Pozğun, pozulmuş. Deməm ki, fasidi vəsf et, sakın fəsadından! Yamanə yaxşı demək nasəza deyil də, nədir? Ə.Vahid.\n2. Fitnə-fəsadçı, araqarışdıran. fasiq is. [ər.]\n1. Günah işlərlə məşğul olan adam; dinsiz. [Quşbazoğlunun] Allahı da, dini də pul, dövlət və zülm idi. Həm də çox hiyləgər və fasiq adam idi. “Qatır Məmməd”. [İbrahim:] Ayağıma dəmir çarıq geyib, əlimə dəmirdən əsa alıb, tamam Yer üzünü dolanıb deyəcəyəm: – Ağa adını müctəhid qoyub, amma yalançıdır, fasiqdir. Ə.Haqverdiyev.\n2. Məlun, böhtançı, fitnəçi, araqarışdıran. [Din alimlərinin xüsusiyyəti:] Yaxşı ad qazanmaqda şöhrət tapmalı, fasiq adamı günah üstündə, xüsusilə, xalq içində danlamamalıdır. “Qabusnamə”. fasilə is. [ər.]\n1. İşin, fəaliyyətin müvəqqəti dayandırılması; işin, fəaliyyətin müvəqqəti dayandırıldığı, ara verdiyi vaxt, müddət. Murad bir anlıq fasilədən sonra davam etdi. İ.Əfəndiyev. Dilbər nahar fasilələrində kolxozçulara qəzet oxuyur, ictimai və siyasi mövzularda söhbətlər edirdi. Ə.Sadıq. // Bir işin qurtarması və başqa işin başlanması arasındakı qısa vaxt, müddət. Bədii özfəaliyyət dərnəklərinin müsamirəsi başlanmazdan əvvəl fasilə elan edildi. S.Rəhimov.\n2. Tənəffüs, aravermə. “Marselyoza” və başqa mahnıları bilən yoldaşlarımız dərslərin arasındakı fasilələrdə sinfin qapısını bağlayıb, mahnı oxuyur, biz də onlarla xor təşkil edirdik. T.Ş.Simurq. • Fasilə vermək – ara vermək, işi, fəaliyyəti arada saxlamaq, dayandırmaq; tənəffüs vermək. İşə bir qədər fasilə vermək lazımdır.\n3. Məsafə, ara. Amma “Həblülmətin” [qəzeti] bunu görmür və bilmir, ondan ötrü ki, Osmanlı ilə Kəlkətənin fasiləsi çoxdur. C.Məmmədquluzadə. fasiləli sif. və zərf Fasilə ilə olan, arası kəsilən, fasilə verilən, ara verilən. Fasiləli dərs prosesi. Fasiləli iş günü. fasiləsiz sif. və zərf Arada fasilə olmadan, fasilə vermədən, ara vermədən, arasını kəsmədən, arası kəsilmədən. Fasiləsiz tamaşa. Fasiləsiz işləmək. – Fatı birdən ətini kəsirlərmiş kimi fasiləsiz qışqırdı. Ə.Abasov. fasiləsizlik is. Arasıkəsilməzlik, ara vermədən davam etmə, aramsızlıq. fason [fr.]\n1. Ülgü, biçim, model (paltarda, ayaqqabıda və s.-də). Köhnə fasonda paltar. - [Şahnaz:] Elə nazik paltarlar tikdirmişəm ki, baxanda adamın ağlı gedir. Hamısı da təzə fason. İ.Şıxlı.\n2. məc. Fors, əda, təşəxxüs, şıq. Onun fasonuna bax! fasonlu sif.\n1. Müəyyən fason (ülgü, biçim, model) üzrə hazırlanmış, tikilmiş, düzəldilmiş. Fasonlu saç. Fasonlu tufli.\n2. məc. Ədabaz, təşəxxüslü, ədalı, bəzəkli-düzəkli, şıq. faş sif. [ər.] Meydana çıxan, zahir olan, üstü acılan, ifşa olunan, büruzə çıxan. • Faş etmək – gizli işi, sirri başqalarına demək, bildirmək, yaymaq, açmaq, üzə çıxarmaq, üstünü açmaq. Gizli xəbəri faş etmək. – [“Molla Nəsrəddin”] Yer üzündə Allah vəkillərinin çirkin əməllərini faş edirdi. M.İbrahimov. Saldın ayaqlara məhəbbətimi; Faş etdin aləmə hər söhbətimi. S.Rüstəm. [Zeyd Nofələ və İbn Salama:] Qayıdın geri. Qeysin sirri var. Qoymaram onun sirrini faş edəsiniz. Ə.Məmmədxanlı. Faş olmaq – üzə çıxmaq, üstü açılmaq, hamıya məlum olmaq, aşkar olmaq, yayılmaq. Dildən-dilə düşdü bu fəsanə; Faş oldu bu macəra cəhanə. Füzuli. faşist [ital.] Faşizm tərəfdarı. Faşistlərin törətdikləri cinayətlər. – Faşist adlı məxluqun yoxdur qəlbi, vicdanı. M.Rahim. Faşistlər [dustaqların] güllələnəcəyi haqqında kənddə divarlara elanlar yapışdırmışdılar. Ə.Sadıq. // Sif. mənasında. Faşist nişanı. Faşist rejimi. – İndi hücumçular hücuma keçir; Faşist soldatları ot kimi biçir. M.Rahim. Kamal təyyarəni döndərib faşist quzğunu ilə üz-üzə, göz-gözə gəlməyi qət etmişdi. M.Rzaquluzadə. faşizm [ital. fascismo – dəstə, birləşmə]\n1. İtaliyada 1922-1943-cü illər arasında mövcud olan və imperialist burjuaziyanın ən təcavüzkar dairələrinin mənafeyini ifadə edərək dövlət sərhədlərini genişləndirməyi qarşısına məqsəd qoyan, hakimiyyətin tək bir partiyanın əlində toplandığı rejim, açıq terrorçuluq diktaturası. Vuruşan xalq, qalib gələn xalq .. faşizm kabusunu Yer üzündən silib məhv etmədikcə öz tarixi vəzifəsini bitməmiş sayacaqdır. M.Hüseyn.\n2. Demokratik azadlıqlara son qoyaraq yerinə qatı şovinizm, irqçilik gətirən və avtoritar sistem yaratmaq məqsədi güdən siyasi cərəyan. fata is. [lat.] Duvaq. fatalist [lat. fatalis – tale, qismət] Qəzavü-qədərə, olacağa, taleyə, qismətə inanan adam. fatalizm [lat.] Qəzavü-qədər, taleyə inanan. Fatalizm ideyası. Teoloji fatalizm. fateh is. [ər.]\n1. Bir məmləkəti, ölkəni tutan, ölkələr fəth edən, işğal edən şəxs. [İskəndər:] Ad-sanım dünyada bilinsin gərək! Fatehlər tarixdən silinsin gərək! A.Şaiq. Qılınc çalan min bir fateh ad qoymadı heç bu yerdə. N.Rəfibəyli.\n2. məc. tənt. Mübarizə, inad, böyük zəhmət və s. yolu ilə bir şeyi əldə edən, bir şeyə nail olan. Xam torpaq fatehləri. fatihə is. [ər.] Quranın ilk surəsi. Fatihə vermək. ‣ ...Fatihəsi oxunub məc. – Bir şeydən ümidin kəsildiyi məqamda işlənir. fatmanənə :Fatmanənə qurşağı (xanası) – bax. göy qurşağı (“göy”də). fbuna is. [lat.] Hər hansı bir ərazinin və ya geoloji dövrün heyvanlar aləmi, bütün heyvan növləri; heyvanat aləmi. Səhra faunası. Abşeronun faunasını tədqiq etmək. – Dənizlərin əmələ gəlməsi tarixi başqabaşqadır. Buna görə qonşu dənizlərin faunası çox vaxt müxtəlif olur. “Sualtı aləm”. fay I. is. [fr.] Köndələn və incə zolaqları olan sıx ipək və ya yun parça. 5 metr fay. – [Əminə] .. qəşəng al faydan kofta geymiş, başına da heyratı kəlağayı örtmüşdü. Ə.Əbülhəsən. // Həmin parçadan tikilmiş. Fay paltar.\n\nII. [fr.] geol. Süxurların tektonik qırılma yerdəyişməsi növlərindən biri. Faylar, əsasən, dartılma şəraitində əmələ gəlir. fayda is. [ər.] Xeyir, mənfəət. [Hacı Qara:] Yaxşı, sizə verdiyim pulun faydası necə olsun? M.F.Axundzadə. // məc. Xeyir, nəticə. [Kərbəlayı Həsənə:] Ay balam, axı məni burada saxlamaqdan nə fayda olacaq, pulum yoxdur ki, verim. Çəmənzəminli. • Fayda verməmək – xeyri, faydası, nəticəsi olmamaq. Qoçoğlu tapılmır, o, çıxmış yoxa; Bir fayda vermədi uzun axtarış. A.Şaiq. faydalanma “Faydalanmaq”dan f.is. faydalanmaq f. Fayda götürmək, xeyir götürmək, istifadə etmək, bəhrə götürmək. Zəhmətdən faydalanmaq. – İnsan faydalanmış onun hər əməlindən; İnsanpərvər alimin bu polad heykəlindən. B.Vahabzadə. faydalı sif. Fayda, xeyir verən, xeyirli, yaxşı nəticə verən. Faydalı təklif. Faydalı məsləhət. – [Məsmə:] Axırda onu xəstəxanaya yerləşdirmək fikrinə düşdüm, orada daha faydalı müalicə edilərdi. S.Hüseyn. Sənət əsəri həyatı düzgün əks etdirməklə bərabər, özündə yüksək və faydalı bir məna daşımalıdır. M.Arif. faydalılıq is. Faydalı, xeyirli, səmərəli olma; xeyirlilik, səmərəlilik. faydasız sif. və zərf Heç bir faydası, xeyri, nəticəsi olmayan; səmərəsiz, xeyirsiz, nəticəsiz. [Tahirin] fikrincə, hər addımda xudpəsəndliyə qapılmaq, .. narazılıq eləmək faydasız bir işdi. M.Hüseyn. Ataş burada dayanıb Hürü ilə uzun-uzadı danışmağı faydasız hesab eləyib, axırıncı sözünü dedi. Ə.Vəliyev. faydasızlıq is. Faydası, xeyri, nəticəsi, səmərəsi olmama; xeyirsizlik, səmərəsizlik. faydeşin [fr. faille de Çhine – Çin fayı] Yüksəknövlü ipək parça, fayın növlərindən biri. // Həmin parçadan tikilmiş. Faydeşin paltar. fayton [yun. əfsanəvi addan]\n1. Üstü açılıb-örtülən dörd bucaqlı at arabası. [Dilbər:] Mən həmişə oradan evə faytonla gəlirdim. C.Cabbarlı. [Telli:] Səni yaxşıca geyindirirlər, bəzəyirlər, sonra faytona mindirib Allah-Allah ilə aparırlar. Ü.Hacıbəyov.\n2. Açıq kuzovlu yüngül avtomobil. faytonçu is.\n1. bax. faytonsürən. Faytonçuların bir hissəsi müsəlman idi.. Ə.Haqverdiyev. Bu çinarın dövrəsi yay fəslində buradan ötüb-keçən arabaçıların, faytonçuların düşərgə yeri olmuşdu. S.Rəhimov.\n2. Fayton qayıran usta. faytonçuluq is. Faytonla aparıbgətirən şəxsin sənəti. Faytonçuluq etmək. – [Arazın atası] ..yoxsul bir kəndli idi. Bunların hamısını faytonçuluqla qazanmışdı. A.Şaiq. faytonsürən is. Faytonçuluqla məşğul olan adam, fayton sürən; faytonçu. faza [yun. phasis – zahir olma]\n1. Hər hansı bir hadisənin, prosesin və s.-nin inkişafında ayrıca mərhələ, dövr, moment. İşin son fazası.\n2. geol. Süxurların nə xarakterdə olduğunu müəyyən edən kiçik vaxt vahidi.\n3. astr. bax. səfhə 2-ci mənada.\n4. elektr. Generator sarğısının ayrıca qrupu, habelə onu birləşdirən məftil (elektrik keçiricisi). Fazaların dəyişmə qaydası. Faza göstəricisi. fazil sif. [ər.] Fəzilət sahibi, fəzilətli. [Saib:] Bizdə çoxdur, sanırım, fazil adam; Qalmamış gizli həqiqət əsla. H.Cavid. [Xangili] bu fazil şəxs üçün əllərindən gələni əsla əsirgəmirdilər. S.Rəhimov. fazometr [yun. phasis – görünmə və metron – ölçürəm] Dəyişən cərəyan qurğularında güc əmsalını və ya fazalardakı dəyişikliyi, yəni enerjinin fazaları arasındakı fərqi və dövrədəki gərginliyi ölçmək üçün cihaz. fe “f” hərfinin və bu hərflə işarə olunan samitin adı. federal [fr.] bax. federativ 2-ci mənada. federalist [fr.] Federalizm tərəfdarı. federalizm [fr.]\n1. Dövlət quruluşunun federativ sistemi; federasiya prinsipinə əsaslanan quruluş.\n2. Belə sistem yaratmağa çalışan siyasi cərəyan. federasiya is. [fr.]\n1. İttifaq, birləşmə.\n2. Müstəqil dövlətləri özündə birləşdirən dövlət. Rusiya Federasiyası.\n3. Ayrı-ayrı cəmiyyətlərin, təşkilatların birliyi. Ümumdünya Həmkarlar İttifaqları Federasiyası. Beynəlxalq Futbol Federasiyası. federativ 1. “Federasiya”dan sif. Federativ müşavirə.\n2. Federasiya şəklində olan; federal. Federativ Respublika. feil is. [ər.]\n1. İş, əməl, hərəkət. // Quru sözdən ibarət olmayıb həqiqi mənada olan iş. Feli ilə qövlü düz gəlmir.\n2. qram. İş, hal və hərəkəti bildirib zaman, şəxs və kəmiyyətcə təsriflənən nitq hissəsi.\n3. məc. Hiylə, kələk, fənd, fırıldaq, haramzadəlik. Arada işləyir düşmən felləri; Mənim ərəb atım gördünmü ola? “Koroğlu”. Divlər qüvvətdən çox, ağıldan az olarlar. Qızların felinə uyub dedilər: – Ey nazəninlər, şərtinizə razıyıq. (Nağıl). ‣ ...felinə düşmək – birisinin fırıldağına, hiyləsinə, kələyinə inanaraq, yaxud təsiri altında bir iş görmək. Fırıldaqçının felinə düşmək. - Mən aşiq, duman yerdə; Dağ yerdə, duman yerdə; Düşmən felinə düşmə; Qalarsan yaman yerdə. (Bayatı). feldmarşal [alm.] 1917-ci il inqilabından əvvəlki rus ordusunda və bir sıra dövlətlərin quru qoşunlarında yüksək general rütbəsi; habelə bu rütbəni daşıyan adam. feldmarşallıq is. Feldmarşal rütbəsi. feldşer [alm.] Orta tibb təhsili olan həkim köməkçisi. Növbətçi feldşer. Baytarlıq feldşeri. – [Gülqönçə:] Axı mən o feldşerdən pis deyiləm. H.Seyidbəyli. feldşerlik is. Feldşerin işi, sənəti, peşəsi, ixtisası. Feldşerlik etmək. Feldşerlik məktəbi. felən zərf [ər.] Sözlə deyil, işlə, həqiqətdə (qövlən ziddi). Bacarığını felən sübut etdi. feli sif. [ər.]\n1. Həqiqətən icra olunan, həqiqətən olan, sözlə deyil, işlə olan.\n2. qram. Tərkibində feil olan, yaxud feildən düzəldilmiş (bax. feil 2-ci mənada). Feli cümlə. Feli söz birləşməsi. Feli isim. Feli sifət. felyeton [fr.] Nöqsanları, çirkin əməlləri istehza edib pisləyən qəzet və ya jurnal məqaləsi. Cəlil Məmmədquluzadənin felyetonları. “Kirpi” jurnalında çap olunmuş felyeton. felyetonçu is. Felyeton yazan jurnalist. C.Məmmədquluzadə görkəmli felyetonçu idi. femida is. [yun.]\n1. Qədim yunan mifologiyasında ədalət ilahəsi, sonralar ədalət mühakiməsinin mücəssəməsi. Femida gözübağlı və əlində çəki daşları tutmuş vəziyyətdə təsvir olunurdu.\n2. məc. Ədalət. feminizm is. [ər.] Qadın hərəkatı. Feminizm tərəfdarları. fen is. [ing.] Saç qurutmaq üçün elektrik alət. feniks is. [yun.] Bir sıra qədim xalqların mifologiyasında əfsanəvi quş, simurq. Guya feniks qocalanda özünü yandırır, küldən cavanlaşmış və təzələnmiş şəkildə dünyaya gəlir. Feniks əbədi dirçəliş rəmzidir.\n2. Səməndər quşu. fenologiya [yun. phaino və logos] Biologiyanın, ilin fəsillərinin dəyişməsilə əlaqədar bitki və heyvanların həyatında vaxtaşırı baş verən hadisələri (bitkilərin çiçəklənməsini, quşların köçüb gəlmə müddətini və s.-ni) öyrənən bəhsi. Ekoloji fenologiya. fenoloji sif. Fenologiyaya aid, fenologiya ilə əlaqədar olan. Fenoloji müşahidələr. Fenoloji qanunauyğunluqlar. fenoloq [yun. phaino və logos] Fenologiya mütəxəssisi. fenomen is. [yun.] Müstəsna, qeyri-adi şəxsiyyət, hadisə. feodal [lat.]\n1. Feodalizm dövründə hakim sinfin nümayəndəsi; təhkimçi mülkədar. ..Havayı gəlir mənbəyi olan kəndlərini itirmək qorxusu ilə titrəyən feodallar dünyanın hər yerində qara qüvvədir. M.İbrahimov.\n2. Feodala, feodalizmə aid olan. Feodal vergi sistemi.\n3. Feodalizm prinsiplərinə əsaslanan. Feodal dövləti. Feodal quruluşu.\n4. sif. Feodala, feodalizmə xas olan. Feodal münasibətlər. feodalizm is. [lat. feodum – malikanə.] Orta əsrlərdə xüsusilə Qərbi Avropada torpağın, istehsal vasitələri və kəndlilərin tək bir feodalın ixtiyarında olmasına əsaslanan, ümumdünya tarixi tərəqqinin gedişində ictimai-iqtisadi formasiyaların əvəz olunmasından ibarət bütöv dialektik prosesin orta həlqəsini təşkil edən ictimaiiqtisadi formasiya. Feodalizm dövrünün ideologiyası. Feodalizm zəmanəsi quldarlıq quruluşu ilə kapitalizm arasındakı dövrü əhatə edir. ferma I. [fr.]\n1. Heyvandarlığın müəyyən sahəsi ilə məşğul olan ixtisaslaşdırılmış ayrıca təsərrüfat. Atçılıq ferması. Quşçuluq ferması. Fermaların yarışı. – [Gülsənəm arvadın] qaş qaralanda, fermada sağını qurtarıb evə qayıdan zaman az qala dili tutulmuşdu. M.Hüseyn\n2. Xüsusi və ya icarəyə götürülmüş torpaqda xüsusi təsərrüfat.\n\nII. [fr.] xüs. Bir-birilə birləşdirilmiş metal tirlərdən, dirəklərdən ibarət mühəndis qurğusu. Körpünün ferması. Fermanın hissələrini qaynaq etmək. – [Kamil] sütunları göstərən qara nöqtələrin üstündə şəbəkə fermalar, sonra taxta döşəmə, buruq binası və başqa hissələr rəsm etdi. M.Süleymanov. fermaçı is. Ferma icarəçisi və ya sahibi; fermer (bax. ferma1 2-ci mənada). ferment [lat. fermentum – maya] biol. kim. Canlı hüceyrənin əmələ gətirdiyi və orqanizmdə kimyəvi reaksiyanın sürətlənməsinə kömək edən üzvi maddə. Ferment reaksiyası. Fermentlər həyat fəaliyyətinin bütün proseslərində mühüm rol oynayır. fermentasiya [lat. fermentare – qıcqırtma] xüs. Qıcqırma prosesi. Tütünün fermentasiyası. Çay yarpaqlarının fermentasiyası. fermer [ing.] bax. fermaçı. fermerlik is. Təsərrüfatda ferma sistemi. festival [fr. festival – bayram] İncəsənətin hər hansı növünü nümayiş etdirən ictimai bayram. Musiqi festivalı. Teatr festivalı. Gənclərin ümumdünya festivalı. fetiş [fr.]\n1. İbtidai insanların təsəvvürüncə guya fövqəltəbii sehrkar qüvvəyə malik olan və buna görə də sitayiş obyektinə çevrilən cansız şey; sənəm, büt. Fetişlər cürbəcür olur: daş, ağac parçası, təsvirlər.\n2. məc. Kor-koranə, sözsüz-şərtsiz inanılan, qəbul edilən şey. fetişizm [fr.]\n1. Fetişlərə (bütlərə) sitayiş; qədim din formalarından biri; bütpərəstlik. Fransız maarifçiləri fetişizmə dinin arxaik forması kimi baxırdılar.\n2. məc. Bir şeyə kor-koranə inanma, sitayiş etmə. ‣ Əmtəə fetişizmi iqt. – istehsal münasibətlərinin maddiləşdirilməsi. fetişləşdirmə “Fetişləşdirmək”dən f.is. fetişləşdirmək f. Fetiş hesab etmək, fetiş halına salmaq, fetiş kimi baxmaq (bax. fetiş 1-ci mənada); ilahiləşdirmək. fetr [fr.] Şlyapa, keçə çəkmə və s. fəal [ər.]\n1. sif. İşlək, çalışqan, işcil, hazırlanan ən zərif və əla keçə növü. // Bu keçədən hazırlanmış. Fetr şlyapa. fevral [lat.] Təqvim ilinin ikinci ayı. • Fevral inqilabı – Rusiyada: 1917-ci ilin fevralında başlayan ikinci burjua demokratik inqilabı. feyxoa is. [isp.] bot. Mərsin fəsiləsindən kol bitkisi. Astara rayonunun limon, naringi, feyxoa, xurma bağlarında məhsul toplanır. (Qəzetlərdən). // Həmin kolun – bitkinin çiyələk, ananas və banan iyi verən meyvəsi. Feyxoanın meyvəsi açıq-yaşıl və yumurtaşəkillidir. feyz is. [ər.] Nemət, bərəkət, rifah, bolluq. // İnsanın hər hansı maddi və mənəvi tələbini təmin edən, ona zövq verən, məmnunluq hissi törədən, fayda verən şey. [Məlikşah:] Səfər et, bax, nə gözəldir dünya; Çox olur feyzi xəyal aləminə. H.Cavid. Öz feyzini hər yanda təbiət; Vermiş bizə zəhmətlə, əməklə. M.Müşfiq. • Feyz almaq (aparmaq) – bax. feyzlənmək. Padşah o qədər feyz apardı ki, naxoşluğu tamam sağaldı. “Məsum”. Dünyaya gəlmişik; Həyatdan, dünyadan feyz alaq; Dünyaya gəlmişik; Dünyada ucalaq. B.Vahabzadə. feyzlənmə “Feyzlənmək”dən f.is. feyzlənmək f. Feyz almaq, zövq almaq, ləzzət aparmaq. Musiqidən feyzlənmək. feyzli sif. Feyz verən, rifah verən, nemət verən, sevinc gətirən. feyzyab [ər. feyz və fars. ...yab]: feyzyab etmək – feyzləndirmək, feyz vermək. Həmişə şəhərə qayıdanda Cənnətəli şeirləri ilə məni də feyzyab edər. Çəmənzəminli. [Məşədi Qəzənfər:] .. Dərvişlər hamısı hamama yığılıb gözəl-gözəl söhbətlərlə hamam əhlini feyzyab edərlərmiş. Ü.Hacıbəyov. Feyzyab olmaq – feyzlənmək, feyz almaq, fayda götürmək (bəzən kinayə ilə deyilir). ..İranlı qardaşlarımız Məhəmməd Əli Tehrani cənablarının moizəsini eşitməkdən feyzyab oldular. C.Məmmədquluzadə. Onuncu günü şəbihi şəhərin ətrafında, böyük bir kəndin yaxınlığında çıxarmağa başladıq ki, kənd əhalisi də feyzyab olsun. Ə.Haqverdiyev. fəaliyyətli, daim fəaliyyət göstərən, çox iş görən, çox işləyən. Çox fəal adamdır. – [Malik] Sona kimi bir neçə fəal gəncləri içəri apardı. M.İbrahimov. // zərf Fəaliyyətlə, fəal surətdə, aktiv surətdə. İclasda fəal iştirak etmək.\n2. is. Hər hansı bir kollektivin və s.-nin ən çalışqan, işcil, fəaliyyətli üzvü (çox vaxt cəm şəklində işlənir); aktivist. Partiya fəalları yığıncağı. – [Həsrət Yusifə:] Əyə, bəs bu kəndin fəalları hanı, partiya təşkilatı nə iş görür? B.Bayramov. fəaliyyət is. [ər.]\n1. Hər hansı bir sahədə iş, çalışma; fəallıq göstərmə; aktivlik. Pedaqoji fəaliyyət. İctimai fəaliyyət. – [Firidun] yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq bütün varlığını yenidən dərslərə və işə vermişdi. M.İbrahimov.\n2. İş, işləmə. Suyun dağıdıcı fəaliyyəti. Ürəyin fəaliyyəti. – Zehni əmək zamanı hərdənbir gəzinmə beynin fəaliyyətini artırır, yorğunluğun qarşısını alır. fəaliyyətli sif. Çalışqan, işcil, fəaliyyət göstərən; aktiv. Mən [Fəxrəddin], özlərini dəyərli və fəaliyyətli idarəçi və çalışqan göstərə bilmiş Eldəniz xanədanından bir nəfərin hökmdarlığa təyin olunmasını təklif edirəm. M.S.Ordubadi. fəaliyyətsiz sif. Fəaliyyət göstərməyən, çalışmayan, işləməyən; hərəkətsiz, passiv. Fəaliyyətsiz (z.) durmaq (heç bir iş görməmək). fəaliyyətsizlik is. Fəaliyyət göstərməmə, işləməmə, çalışmama, hərəkətsizlik, passivlik. [Fəxrəddin:] İlyas, sən elə bilmə ki, mən səni fəaliyyətsizlikdə, üsyan və azadlıq tərəfdarı olmamaqda töhmətləndirmək istədim. M.S.Ordubadi. fəallaşdırma “Fəallaşdırmaq”dan f.is. fəallaşdırmaq f. Fəal etmək, fəaliyyətini daha da artırmaq, daha da canlandırmaq; aktivləşdirmək. İctimai iş şagirdləri fəallaşdırır. Müəllim yeni mövzunu yaxşı mənimsəmək və sinfi fəallaşdırmaq məqsədilə canlı müsahibə apardı. fəallaşma “Fəallaşmaq”dan f.is. fəallaşmaq f. Daha fəal olmaq, fəaliyyətini daha da artırmaq; aktivləşmək. fəallıq is. İşcillik, çalışqanlıq, fəaliyyət, aktivlik. Fəallıq göstərmək. fəci [ər.] bax. faciəli. Fəci hadisə. – Bu fəci xəbəri hər kəs həyəcan içində bir-birinə pıçıldadı. Çəmənzəminli. Şeyx Məhəmmədi fəci bir surətdə öldürüb, cənazəsini nalayiq və narəva hərəkətlərlə təhqir etdilər. M.İbrahimov. fəcr is. [ər.]\n1. Səhərin çox erkən, günəş çıxmazdan əvvəlki çağı, dan vaxtı. Fəcrin saf havası dolur içəri; Kəndi seyr eləyir... Oyanır həyat. B.Vahabzadə. Fəcrin qızıl rənglərilə boyananda mavi göylər; Dünyanın hər tərəfindən anaların səsi gəlir. N.Rəfibəyli.\n2. Dan vaxtı göydə görünən qızartı və aydınlıq. O baxışlarda fəcrdən parlaq; Bir ziya var buluddan daha saf. A.Şaiq. fəda is. [ər.] Ən əziz bir adam və ya yüksək amal, iş yolunda özünü qurban etmə; qurban. Pəri sənə qurban, dirili Qurban; Yolunda fədadı bu baş ilə can. “Qurbani”. • Fəda etmək – canını qurban etmək. [Mirzə Rza:] Qardaşlar, bütün İran məzlumlarını və onların arasında öz balalarımı xilas etmək üçün mən də həyatımı fəda edirəm. C.Cabbarlı. Fəda olmaq – özünü fəda etmək, canını qoymaq, qurban etmək, həlak olmaq. Qıldın bu vəfalığı mənimlən; Can ola fəda sənə tənimlən. Xətayi. Fəda olum – qurban olum (nəvaziş, mehribanlıq, yalvarış bildirir). [Oğul:] Ata, sənə fəda olum, mənə görə qulluq. (Nağıl). Fəda olum sənə, gəl eylə imtahan, ölürəm. Natəvan. Fəda qılmaq klas. – bax. fəda etmək. Qurban bu mehribanlığa, ey Kəbeyi-ümmid; Bundan sonra çevir başına, qıl fəda məni. S.Ə.Şirvani. fədai is. [ər.] Ümumi bir iş yolunda, məslək uğrunda təhlükəli işlərə qoşulub canından keçməyə hazır olan şəxs. İnqilab fədailəri. Fədai dəstəsi. – Bir il qabaq bir faciə eşitmişəm, ah! Bir qəhrəman fədaidən söhbət açım mən. S.Vurğun. [Pərvin Ədalətə:] Yadındadırmı, hələ keçən ilin qışında bu meydanda fədailərimizin tonqalları yanırdı.. Ə.Məmmədxanlı. // Sif. mənasında. Hər tərəfdə fədai və nizami qoşun nəfərləri intizamı qoruyurdu. M.İbrahimov. [Uşaqlar] tüfəngli fədai dəstələrinin nümayişini görürkən əvvəlcə bu nümayişləri də Təbrizdə bundan əvvəl olan sadə nümayişlərdən biri hesab edirdilər. Ə.Sadıq. // Məc. mənada. Ədəbiyyat fədaisi. fədakar sif. [ər. fəda və fars. ...kar]\n1. Ümumi bir iş və ya məslək uğrunda öz şəxsi mənafeyindən keçən, özünü qurban verməkdən çəkinməyən. Fədakar gənclər. Fədakar əsgər. – Vətən uğrunda gərək şəxs fədakar olsun. A.Səhhət. // Öz məqsədini həyata keçirmək yolunda çalışan, hər cür fədakarlığa hazır olan. Fədakar övlad. – [Bəxtiyar:] Fədakar bir qızsan, əhsən. Ancaq zəhmətlərin boşdur. A.Şaiq.\n2. Fədakarlıq ifadə edən; fədakarcasına. Adamlarımızın fədakar zəhməti. Fədakar hərəkət. – Biz döyüşçülərə xalqın həyatından, neftçilərimizin fədakar əməyindən danışırıq. M.İbrahimov. fədakaranə [ər. fəda və fars. karanə] bax. fədakarcasına. Bəzən Sarının çox fədakaranə çalışmağı və süfrə salması [Dəmirovu] təmin etmirdi.. S.Rəhimov. fədakarcasına zərf Özünü fəda edərək; fədakarlıqla, fədakarlıq göstərərək. Fədakarcasına işləmək. fədakarlıq 1. is. Öz şəxsi mənafeyini ümumi işə və ya başqalarının işinə fəda etmə, həsr etmə, bu uğurda fədakarcasına çalışma, səy göstərmə. [Şiraslan da] atası kimi Vətən qarşısında bir iş görmək, öz fədakarlığı ilə adamlara xidmət etmək istəyirdi. S.Rəhimov.\n2. Fədakarlıqla şəklində zərf – bax. fədakarcasına. Müəllim heyəti fədakarlıqla çalışırdı. S.Rəhimov. fəğan is. [fars.] Nalə, fəryad, inləmə. [Abbas:] Gecə-gündüz qan ağlaram; Artıbdı fəğanım mənim! “Abbas və Gülgəz”. • Fəğan etmək – fəryad qoparmaq, nalə etmək, inləmək, ağlamaq, göz yaşı tökmək. Gecə-gündüz ahü fəğan etməkdən; Dərdə, qəmxanəyə yol almışam mən. Aşıq Ələsgər. // Nalə, fəryad, ah. Səni görmək üçün ölmək istərəm; Təsəllim ah ilə fəğandır, ana! S.Vurğun. Bir yaz günü oxudum şerini, böyük ustad; Duydum, nakam ürəkdən qopan acı fəğandır. R.Rza. fəhlə is. [ər.] İstehsalatda bir peşə kimi əməklə məşğul olan, işçi sinfinə mənsub əməkçi; əmələ. Fəhlə və kəndli təbəqəsi. // Öz iş qüvvəsini satmaqla yaşamağa məcbur olan muzdlu işçi; proletar. Fələ, özünü sən də bir insanmı sanırsan?! M.Ə.Sabir. Fəhlələrin bir həftə əvvəl başlamış tətili hələ də davam edirdi. M.Hüseyn. fəhləbaşı is. Baş fəhlə, fəhlələrin başçısı. fəhləlik is. Fəhlənin işi, peşəsi; əmələlik. Fəhləlik etmək. Yazıçı ədəbiyyata fəhləlikdən gəlmişdir. – Aslan da hər gün öz fəhləliyində olub Fərhadın işindən xəbəri yox idi. C.Cabbarlı. fəhm is. [ər.] Anlama, anlaq, dərrakə. Olmasın fəhmin, əqlin, idrakın; Var nə qəm ta ki vardır əmlakın. M.Ə.Sabir. • Fəhm etmək – anlamaq, başa düşmək, dərk etmək. Ariflər, fəhm eləyin; Süzüb gedən yarə baxın! Aşıq Ələsgər. Rəğbət və narazılıqla yoğrulmuş bu dumanlı soyuqluğun incəliyini hamıdan çox Əlikram fəhm eləmiş olardı. B.Bayramov. Fəhm qılmaq klas. – bax. fəhm etmək. Sözlər dersən ki, bilməzəm mən; Məzmununu fəhm qılmazam mən. Füzuli. fəhmli sif. Anlaqlı, idraklı, dərrakəli. Fəhmli adam. – [Ərknaz:] Ramiz çox qeyrətli, fərasətli uşaqdır. Çox qanacaqlı, mərifətli, fəhmli, qabiliyyətli uşaqdır. Mir Cəlal. fəhmsiz sif. Anlaqsız, idraksız. Fəhmsiz oğlan. fəxr [ər.]\n1. is. İftixar ediləcək, öyünüləcək şəxs, şey. Övlad atanın fəxridir. Doğma Vətənin fəxri. – [1-ci cəngavər:] Səyavuş bu yurdun fəxri, şanıdır. H.Cavid. Kazımın .. üzündə bir fəxr duyğusu ifadə olunurdu. Çəmənzəminli. • Fəxr etmək – iftixar etmək, öyünmək. Dünyaya səs salan şöhrətimizlə; Sevindik, fəxr etdik, lovğalanmadıq. S.Rüstəm. [Qafar] öz vətəni, öz paytaxtı, öz xalqı .. ilə fəxr edir... Ə.Sadıq.\n2. Fəxrlə şəklində zərf – iftixarla, fəxr edərək. Fəxrlə cavab vermək. Fəxrlə irəli çıxmaq. fəxri sif. [ər.]\n1. Hər hansı xidmətə, nailiyyətə görə ehtiram, iftixar əlaməti olaraq verilən. Fəxri adlar. – Adilin fəxri fərmanı ilə yanaşı Gözəlin aldığı fərman da görünürdü. Ə.Vəliyev. // Hörmət, ehtiram əlaməti olaraq seçilən. Fəxri rəyasət heyəti. Fəxri üzv. // Hörmətli, şərəfli, əziz, izzətli. Fəxri qonaq. // Hörmət, ehtiram əlaməti olaraq edilən hörmət, ehtiram üçün düzəldilən. Fəxri qəbul. Fəxri qarovul.\n2. Hörmətli, şərəfli, şərəf qazandıran, şərəfləndirən. Fəxri vəzifə. Fəxri əmək. fəxriyyə is. [ər.] ədəb. Orta əsrlərdə Şərq (o cümlədən Azərbaycan) ədəbiyyatında: məsnəvi, qəzəl və s. formalarda şairin öz fəzilətlərindən, yaxşı sifətlərindən, xüsusən hünər və səxavətindən mədh şəklində bəhs edən lirik şeir. Füzulinin “Mənəm ki qafiləsalari-karivani-qəməm” fəxriyyəsi. fəqərə is. [ər.]\n1. anat. Fəqərə sütununun bir hissəsini təşkil edən ayrıca sümük (və ya bəzi heyvanlarda qığırdaq); onurğa sümüyü. İnsanın döş fəqərəsi. Qısa sümüklər onurğada olur və fəqərələr adlanır. • Fəqərə sümüyü (sütunu) – insanın və bir çox heyvanların skeletinin, bir-biri ilə mütəhərrik surətdə birləşmiş sümüklərdən və qığırdaqlardan (fəqərələrdən) əmələ gələn əsas hissəsi.\n2. Hadisə, əhvalat, qəziyyə, vaqiə, hekayə. [Xortdan:] Mən oxucularıma özüm şahid olduğum bir fəqərədən danışım. Ə.Haqverdiyev. Gülsabah gələndən bir neçə gün qabaq Muradla Göyçək arasında belə bir fəqərə olmuşdu. Ə.Vəliyev.\n3. köhn. Bənd, maddə (elmi və s. əsərlərdə). fəqət bağl. [ər.] Lakin, amma. Söz verdi, fəqət gəlmədi. Xəbəri var, fəqət demək istəmir. – [Zaqs müdiri:] Adam evdə, – dedi, – əsəbiləşə bilər, bəlkə dalaşar da, fəqət dörd-beş illik bir ailə həyatını pozmaz. S.Hüseyn. Gənclərin sevdiyi gözəl bahardır; Fəqət hər mövsümün bir dadı vardır. M.Müşfiq. // Ancaq, yalnız. fəqir [ər.] klas. bax. fağır. [Kərbəlayı Məhəmməd:] Hər nə oldu, biz kasıba, biz fəqirlərə oldu. Çəmənzəminli. [Şahidlər] Xeyransanın təmiz və fəqir bir qadın olduğunu söylədilər. S.Hüseyn. fəqiranə [ər. fəqir və fars. ...anə]\n1. zərf klas. Fağır kimi, yazıqcasına, acizcəsinə, yazıq-yazıq, fağır-fağır. Fəqiranə baxmaq. Fəqiranə yalvarmaq.\n2. sif. Kasıb, yoxsul, miskin. Fəqiranə bir mənzil. Fəqiranə həyat. – Baxmasız guşeyiçeşm ilə fəqiranə tərəf; Yüyürürsüz ora kim, dadlı fisincanlıq olur. M.Ə.Sabir. Züleyxa, Aslanı fəqiranə, miskin və məhzun görüb, tez Fərhadın deyil, əvvəlcə Aslanın boynunu qucaqlayaraq ağladı. C.Cabbarlı. fəqirlik klas. bax. fağırlıq. Yetimliyi halətindən bəllidir; Fəqirliyi zillətindən bəllidir. A.Səhhət. O zaman fəqirlik [Ağabalaya] əsər edib başı xəyalat ilə dolardı. Çəmənzəminli. fəlakət is. [ər.] Böyük bəla, müsibət, afət, bədbəxtlik. Müharibənin törətdiyi fəlakətlər. – [Nüşabə:] Bir qığılcım böyüyüb yanğın olar; Bir xəta qanlı fəlakət doğurar. A.Şaiq. [Qəmər Gülsabaha:] Sən mənim fəlakətimə gülürsən? C.Cabbarlı. // Avariya, qəza, bədbəxt hadisə. Təbii fəlakət. – Kamilgilin gəmisi “Şəfəq” Şeytanşəhərdə fəlakətə düşübdür. M.Süleymanov. fəlakətli sif. Fəlakət törədən, bədbəxtliyə səbəb olan, müsibət gətirən. Fəlakətli müharibə illəri. Fəlakətli daşqın. – [5-ci tamaşaçı:] Ən fəlakətli böyük yanğınlar; Bir qığılcımlı xətadan başlar. H.Cavid. Deyirlər ki, fəlakətli və ağır günlərdə xatırlanan keçmiş səadət dəqiqələri insan üçün çox əziz və dadlı olur. M.İbrahimov. fəlakətzədə sif. və is. [ər. fəlakət və fars. ...zədə] Fəlakətə düçar olmuş, qəzaya uğramış; müsibətzədə, bədbəxt. Kiçik daxmada üç nəfər fəlakətzədə xəyalat içində huşa gedib bir-birinə sarılmışdı. C.Cabbarlı. Həmin fəlakətzədə Məşədi Əsgər qırx yaşında, qısaboylu, amma çox zorlu bir kişi idi. S.M.Qənizadə. fələk is. [ər.]\n1. Göy, səma, asiman. Dün gecə fələkə çıxdı fəryadım. M.P.Vaqif. Hərlənib dövr edən yerlər, fələklər; Bu səsi hər zaman eşidəcəklər. M.Rahim.\n2. məc. Tale, qismət, bəxt, uğur. Fələk ayırdı məni cövr ilə cananımdan. Füzuli. [Vəzir:] Sən mənim qızım ol, sarayımda qal; Görək neylər fələk, şənlən, oxu, çal! A.Şaiq. ‣ Fələk göydən yerə ensə də – qətiyyən, heç bir vəchlə, qəti surətdə, əsla. Fələk göydən yerə ensə də, deyən deyiləm. Fələk üz döndərmək – işi bəd gətirmək, uğursuzluğa düçar olmaq, bəxti dönmək, bəxti gətirməmək. [Kərəm:] Qurtarmadım heç qovğadan, bəladan; Fələk üz döndərib mən mübtəladan. “Əsli və Kərəm”. Fələk yazan – tale, qismət, müqəddərat, alın yazısı. [Qurbanqulu:] Fələk yazanı biz pozmayacağıq ki, qismət belə imiş! T.Ş.Simurq. Fələkin çərxi dönmək – tale üz döndərmək, taleyin üzü dönmək, ümidi boşa çıxmaq. Fələkin çərxi dönsün – qarğış məqamında işlədilir. Fələkin qəminə (güdazına) getmək – öz taleyinin qurbanı olmaq. Fələkin qəminə (güdazına) vermək – bədbəxt etmək. [Süleyman:] Göz görə-görə [Tofiq] səni verir fələkin qəminə, sən də başlamısan moizəyə. M.İbrahimov. fəlsəfə is. [ər.; yun. phileo – sevirəm və sophio – müdriklik, müdrikliyi sevmək]\n1. Təbiətin, cəmiyyətin və insan təfəkkürünün ən ümumi inkişaf qanunları haqqında elm. Antik fəlsəfə. Fəlsəfə tarixi. Orta əsrlər Azərbaycan fəlsəfəsi.\n2. Hər hansı bir filosofun, mütəfəkkirin fəlsəfi nəzəriyyəsi, görüşü. Platonun fəlsəfəsi. Bəhmənyarın fəlsəfəsi. – Nəsimi öz fəlsəfəsi və təfəkkürü ilə əlaqədar olaraq, dilimizin çərçivəsini xeyli genişləndirdi. M.İbrahimov. // dan. Bir şey haqqında əmələ gəlmiş inam, əqidə, qənaət; konsepsiya. [Rüstəm bəy Sofya xanıma] nəsihət eləmək istədi, bir də xanımın gözəlliyi onun fəlsəfəsinə qələbə çaldı.. Çəmənzəminli. [Sultan Səmədə:] Sən fəlsəfənin məğzini bilmirsən. Dünya mübarizə dünyasıdır. İ.Hüseynov.\n3. Hər hansı bir elmin, bilik sahəsinin və s.-nin əsasını təşkil edən metodoloji prinsiplər. Hüquq fəlsəfəsi. Riyaziyyatın fəlsəfəsi.\n4. dan. Həyata keçirilə bilməyən, qeyrireal, lüzumsuz söhbət(lər); mühakimə. fəlsəfi sif. [yun.]\n1. Fəlsəfəyə aid olan, fəlsəfə ilə əlaqədar olan (bax. fəlsəfə 1-ci mənada). Fəlsəfi traktat. Fəlsəfi kateqoriyalar. Fəlsəfi fikir.\n2. kit. Dərin bir ideyanı, dünyagörüşünü, konsepsiyanı ifadə edən; hikmətamiz, hikmətli. Fəlsəfi dram. Fəlsəfi roman. – Yüksək, pak və təmiz bir eşq ifadə edən Füzulinin dahiyanə fəlsəfi sənət əsərlərində bəzən bir kədər, acı bir faciə duyulur. M.İbrahimov.\n3. məc. Nəzəri, mücərrəd, hikmətli. Fəlsəfi mühakimə.\n4. dan. Bir şeyə filosof kimi, ağılla yanaşan. Hadisəyə fəlsəfi münasibət. fəna I. is. [ər.] Pis, yaman. Əhvalı fənadır. Fəna xasiyyət. – Gördü fənadır işinin axırı; Qaçdı o saət ayı ordan geri. A.Səhhət. [Məcid] Səmədin fəna hərəkətlərindən bir neçəsini göstərib, bunun qarşısını almağı təklif edirdi. B.Talıblı.\n\nII. is. [ər.] Yox olma, zaval. • Fəna etmək, fənaya vermək – yox etmək, məhv etmək, bada vermək. [Şəfiqə:] Bunlar, qorxuram, axırda bizi fənaya verə. İ.Musabəyov. Çoxdur ümid hələ çıxmamış cana; Cavan ömrünüzü etməyin fəna. H.K.Sanılı. fənalaşma “Fənalaşmaq”dan f.is. fənalaşmaq f. Pisləşmək, xarablaşmaq. Getdikcə bu məhəllənin halı fənalaşdı. N.Nərimanov. [Zəhra Əzraya:] Bax, fənalaşdı büsbütün halım. H.Cavid. fənalıq is. Pislik, yamanlıq. [Cahangir:] Ana, bu adamlardan hər bir fənalıq baş verər, məni öldürə bilərlər, sənin namusuna sataşarlar. Çəmənzəminli. [Şahin] səbəbsiz təhqir olunduğu üçün iztirab çəkir, səhhətində də bir fənalıq hiss edirdi. B.Bayramov. fənd is. [fars.]\n1. Hiylə, kələk, fırıldaq, dolab, qurğu, biclik. Fənd fəndi kəsər, Allah hər ikisini. (Ata. sözü). Dostdan dosta bu nə fənddi? Zülfün boynuma kəmənddi. Aşıq Ələsgər. Əllafın fəndinə adamlar mat qaldılar. Mir Cəlal. • Fənd bağlamaq – hiylə gəlmək, kələk gəlmək, aldatmaq. [Yusif:] İnandırıram sizi ki hərgah bir də fənd bağlaya, çox işlər görər. N.Nərimanov. Fənd işlətmək – 1) fırıldaq qurmaq, hiylə işlətmək, kələk gəlmək, fənd qurmaq; 2) məc. bir işi görmək üçün müxtəlif üsullardan istifadə etmək. Fəhlələrin daha düzgün fənd işlətdiklərini görən yanğın alayı da onlara qoşuldu. M.Hüseyn. [Qönçə Ataşa:] Nə eləyəcəksən, nə cür fənd işlədəcəksən özün bil, ancaq məni buradan qurtar. Ə.Vəliyev. Fənd qurmaq – birisinə qarşı gizlindən tələ qurmaq, hiylə düzəltmək, biclik işlətmək. [Hacı Qəmbər:] Qoçum Cəbi, görüm nə təhər fənd quracaqsan. N.Vəzirov. Fənd tərpənmək – hiyləyə qarşı hiylə işlətmək, zirək tərpənmək, usta hərəkət etmək. [Sirat:] Amma Abdulla oğlu Bülənd fənd tərpəndi. Ə.Əbülhəsən. Fəndə salmaq – hiylə işlədərək aldatmaq, tora salmaq.\n2. İdman yarışlarında rəqibi aldatmaq üçün tətbiq edilən üsullar; kombinasiya. Futbolçunun işlətdiyi fəndlər. Rəqibin fəndini başa düşmək. fəndbaz is. və sif. [fars.] Hiyləbaz, fırıldaqçı, fəndgir, fəndcil. [Əhməd:] Zalım oğlu nə fəndbazmış, a gədə! N.Vəzirov. fəndbazlıq is. Hiyləbazlıq, fırıldaqçılıq, fəndgirlik. Fəndbazlıq etmək. fəndcil bax. fəndbaz. Fəndcil adam. fəndcillik bax. fəndbazlıq. fəndgir [fars.] bax. fəndbaz. Fəndgir adam. fəndgirlik bax. fəndbazlıq. fənər is. [yun.]\n1. Ətrafı və ya bir qismi şüşə, yaxud başqa şəffaf materialla örtülü işıq cihazı; fanus. Küçə fənəri. Fənərə neft tökmək. Fənəri yandırmaq. – Məhərrəm əlindəki fənəri yerə qoyub təkrar etdi.. H.Nəzərli. Quru ot üstündə Hüseyn uzanır; Fənərin içində para şam yanır. M.Rahim. // Elektrik lampası. Geniş meydanlarda yansın fənərlər; Gecələr kəndimiz çilçıraq olsun. O.Sarıvəlli. // bax. fara. Minik maşınının fənəri. – Hər iki maşının güclü fənərləri geniş bir sahəni işıqlandırırdı. Ə.Sadıq.\n2. dan. zar. Zərbədən, zədələnməkdən üzdə əmələ gələn qançır, göy. Gözünün altında fənər var. fənərçi is. köhn.\n1. Küçə fənərlərinin sazlığına və yanmasına nəzarət edən adam; fənəryandıran. Qalmışdı həyətdə keçən axşamdan; Fənərçi unutmuş bala nərdivan. H.K.Sanılı.\n2. Keçmişdə: gecə yolu işıqlandırmaq üçün böyük adamların yanınca fənər aparan adam. // Əlində fənər gəzdirən adam. fənəryandıran köhn. bax. fənərçi 1-ci mənada. fənn is. [ər.]\n1. Elm, bilik sahəsi, tədris obyekti. Riyaziyyat fənni. Zoologiya fənni kabineti. – [Teymur müəllim] yalnız sinifdə deyil, kənarda da öz sevimli fənni coğrafiyadan saatlarla danışmağı sevərdi. Ə.Sadıq.\n2. bax. fənd 1-ci mənada. Yaman gündə tamam durub kənara; İstər bir fənn ilə özün qurtara. Q.Zakir. Hər fənn ediriksə, işimiz tutmayır əsla; Ax!.. Ax!.. O keçən günlərimiz noldu, xudaya. M.Ə.Sabir.\n3. Elm, texnika, bilik. Bəlkə bir vaxt elm və fənn bərəkətindən bu işlər düzələ. C.Məmmədquluzadə. Elmi, fənni, sənəti; Hər yana kitab yayır. M.Seyidzadə. fəraq is. [ər.] Ayrılıq, hicran, firqət. Sevgililərin fəraqı. – Ələsgəri gözdən salma iraqa; Könül tab gətirmir dərdə, fəraqa. Aşıq Ələsgər. [Rüstəm Səriyyəyə:] Gözəl mələkim! Mən də fəraqında məcnunam. C.Cabbarlı. Fəraqı, firqəti çəkən dağ mənəm; Məndən qeyri dərdli tanıma, bülbül! Aşıq Şəmşir. fəramuş is. [fars.] klas. Unutma, yaddan çıxarma. • Fəramuş etmək (qılmaq) – unutmaq, yaddan çıxarmaq. Bir mey mənə sun ki, məstü mədhuş; Daim özümü qılam fəramuş. Füzuli. [Lələ:] Kərəm qıl, sultanım, etmə fəramuş; Müntəzirdi, məlumata gəlmişəm. “Lətif şah”. Fəramuş olmaq – unudulmaq, yaddan çıxarılmaq (çıxmaq). Səni sevən çox bəlayə tuş olur; Ağıl gedir başdan, fəramuş olur. M.P.Vaqif. Düşməyir əsla birinin yadına! Oldu fəramuş bu bizim köhnələr! Ə.Nəzmi. fərar is. [ər.] Gizlicə qaçma. • Fərar etmək – icazəsiz və gizlicə qaçmaq. O vaxtdan Seyid Cəmaləddin İstanbula fərar etdi. C.Cabbarlı. fərari is. [ər.] Hərbi xidmətdən boyun qaçırmaq məqsədilə hərbi hissədən özbaşına gedən, fərar edən əsgər. [Nazir Ağagülə:] Bundan sonra fərariləri gizlədən bütün dağ kəndləri topa tutulacaq. Ə.Məmmədxanlı. // Sif. mənasında. Fərari əsgər. // məc. Öz vətəndaşlıq borcunu, xidməti və ya ictimai vəzifələrini yerinə yetirməkdən boyun qaçıran adam. [Fikrət:] Mən hələ fərarilərin ucbatından nə qədər əziyyət çəkdiyimizi demirəm. M.Hüseyn. fərarilik is. Əsgərlikdən qaçma və ya boyun qaçırma. [Ağagül nazirə:] İş tərsinə döndü, cənab nazir, yoldaşları qiy am qaldırıb Mustafanı qaçırtdılar və o gündən hissələrdə kütləvi fərarilik başlandı. Ə.Məmmədxanlı. fərasət is. [ər.] Dərhal anlama, başa düşmə, dərk etmə, qavrama bacarığı, zehin itiliyi; ayıqlıq. ..Bu qədər uşaq içində hər kəs Qəhrəmanın zehnindən, fərasətindən, dərsindən danışırdı. S.Rəhimov. Qızlar fərasətinə bələd olduqları Şamamaya dərhal hay verdilər. Ə.Əbülhəsən. // Ağıl, dərrakə. Övladə çatar həman cəhalət; Nə əql olur onda, nə fərasət. M.Ə.Sabir. Hünərlə fərasət bir olan yerdə; Açılır taybatay bağlı qapılar. O.Sarıvəlli. fərasətli sif. Dərhal anlayan, başa düşən, dərk edən, qavrayan; itizehinli, dərrakəli, ayıq. Fərasətli uşaq. – [Komandir:] Bilirsinizmi, komandir yaxşı əsgəri ana fərasətli balasını sevdiyindən daha çox sevir. M.İbrahimov. [Mirzə Cəmil:] Böyük bir törəmənin içində vur-tut fərasətlisi ortancıl əmimin madar oğlu idi ki, fələk bildir əlimdən aldı. Ə.Vəliyev. fərasətsiz sif. Fərasəti olmayan, dərrakəsiz, bacarıqsız, zehni küt. Fərasətsiz adam. fərd is. [ər.]\n1. Ayrıca adam, şəxsiyyət. Qəm yemə, xəstə Vidadi, görüb ədanı kəsir; Haqqa ixlas ilə meydanə girən fərd olmaz. M.V.Vidadi.\n2. Müstəqil halda mövcud olan orqanizm; varlıq. Saf (təmiz) halda çoxaltma üsulunda cütləşdirilən fərdlər (inək, yaxud camış və törədici dölçülər) eyni cinsdən olurlar.\n3. klas. Yalqız, tək. Derdim ki, bəla yolunda fərdəm; Eşq içrə sənə şəriki-dərdəm. Füzuli. Ey tifli-sadə, gəzmə soqaqlarda böylə fərd; Alicənab əmulərini bilmə çox da mərd. M.Ə.Sabir. • Fərd qalmaq klas. – yalqız olmaq, tək qalmaq. Qəm mərhələsində qalmışam fərd; Nə yar, nə həmnişin, nə həmdərd. Füzuli. Dağıldı yarü ənsarım başımdan, fərd qaldım mən. S.Ə.Şirvani. // klas. Tayıbərabəri olmayan; tək. Əgər pəhləvanlıqda sən fərdsən; Həqiqət söylə gər cəvanmərdsən? M.Ə.Sabir.\n4. Klassik Şərq (o cümlədən Azərbaycan) ədəbiyyatında bir beytdən ibarət şeir forması. [Mirzə Bəylər:] Aşiqəm mən sənin ixtilatına; Nəzminə, fərdinə, xoş əbyatına. Aşıq Ələsgər. Qatar yola düşdü və mən də məbhut gözdən itənədək dalınca baxdım və bu böhtün içində Sədi mərhumun bir fərdi yadıma düşdü. Ə.Haqverdiyev. fərdi sif. [ər.]\n1. Yalnız bir fərdə (şəxsə) xas olub onu başqalarından fərqləndirən; şəxsi. Fərdi üslub.\n2. Xüsusi istifadədə olan; ümumi olmayan; şəxsi. Fərdi avtomaşın. Fərdi təsərrüfat. Fərdi həyətyanı sahə.\n3. Kollektiv tərəfindən deyil, ayrı-ayrı şəxslər tərəfindən həyata keçirilən. Fərdi inşaat. Fərdi mənzil inşaatı.\n4. Ayrılıqda hər bir adama aid olan; xüsusi. Fərdi plan. Fərdi öhdəlik. fərdiləşdirmə “Fərdiləşdirmək”dən f.is. fərdiləşdirmək f. Səciyyəvi fərdi əlamətlərinə görə fərqləndirmək. Surətlərin dilini fərdiləşdirmək. // Ayrı-ayrı adamlar, şeylər üçün xüsusiləşdirmək. Şagirdlərlə məşğələni fərdiləşdirmək. fərdiyyət is. [ər.]\n1. Bir şəxs və ya hadisəni başqalarından ayıran səciyyəvi və tipik xüsusiyyətlərin məcmusu. // Təklik.\n2. Fərdi, özünə xas əlamət və xüsusiyyətləri olan şəxs; şəxsiyyət, fərd. fərdiyyətçi sif. Öz fikir tərzinə və hərəkətlərində fərdiyyətçiliyə meyil edən (adam). // Öz şəxsi mənafeyini cəmiyyətin, kollektivin mənafeyindən üstün tutan, birinci növbədə öz mənafeyini güdən (adam). Cabbarlı “Almaz” pyesində əsasən köhnə fərdiyyətçi kəndin mənzərəsini yaratmışdır. M.Arif. fərdiyyətçilik is. Xüsusi mülkiyyətçilik ideologiyasının, şəxsiyyətin, fərdin mənafeyini cəmiyyətin, kollektivin mənafeyindən üstün tutan əsas prinsiplərindən biri. Fərdiyyətçilik təmayülü. Fərdiyyətçilik və xüsusiyyətçilik əhvalı. fərə is. Cavan toyuq (kəklik). Çil fərə. – Şəhərdən gətirdiyim toyuğumun balaları böyümüş, tüklənmiş, xoruzu, fərəsi bəlli olmuşdu. A.Şaiq. Hindən çıxıb tez ağ fərə; Qaqqıldadı birdən-birə. M.Dilbazi. fərəc is. [ər.] klas. Hüzn, kədər, məyusluqdan sonra gələn sevinc, şadlıq və yaxşı əhval. ‣ Allah (Yaradan, Tanrı) fərəc versin! – “Allah kömək eləsin”, “uğurlar olsun” mənasında xoş arzu bildirən ifadə. [Banıxanım:] Sənə kömək istərəm mən xudadan; İşinə fərəc versin böyük Yaradan. “Aşıq Qərib”. [Mir Hadi:] Allah [Mirzə Mehdinin] işinə fərəc versin... Qantəmir. fərəh [ər.]\n1. is. Sevinc, şadlıq, könül açıqlığı. Analıq fərəhi. Fərəhdən ağlamaq. – İnsanın təbiətində iki ümdə xasiyyət qoyulubdur: biri qəm, biri fərəh; ağlamaq əlaməti-qəmdir, gülmək əlaməti fərəhdir. M.F.Axundzadə. Etibar yeridikcə; Fərəhindən az qala; Uçacaqdı bu saat. İ.Səfərli.\n2. Fərəhlə şəklində zərf – sevinərək, şadlanaraq, fərəhlənərək; sevincək, şad, sevinə-sevinə. Fərəhlə demək. Fərəhlə oğluna baxmaq. – Analar fərəhlə baxırlar sənə; Körpə balaların gülür gözləri. N.Rəfibəyli. O qəlbən keçmişdir burdan yüz kərə; Baxmış iftixarla, baxmış fərəhlə. N.Xəzri. fərəhləndirici sif. Sevindirici, fərəh gətirən, könülaçan. Fərəhləndirici xəbər. Fevral inqilabı (1917) Azərbaycan teatrı və dramaturgiyasına fərəhləndirici bir şey gətirmədi. Ə.Haqverdiyev. fərəhləndirmə “Fərəhləndirmək”dən f.is. fərəhləndirmək f. Sevindirmək, şadlandırmaq, könlünü açmaq. Yaxşı iş adamı fərəhləndirir. Xoş xəbərlə fərəhləndirmək. – Al-əlvan çiçəklər öz gözəllikləri ilə cümləni fərəhləndirir idi. “Məktəb”. fərəhlənmə “Fərəhlənmək”dən f.is. fərəhlənmək f. Sevinmək, şadlanmaq, könlü açılmaq. Atan fərəhlənsin əməllərindən; Vətən çaylarından güc alsın səsin! B.Vahabzadə. Sərvinaz qarı evə dönüb hər şeyi hazır görəndə fərəhləndi. B.Bayramov. fərəhli sif.\n1. Sevindirici, fərəh gətirən, şadlıq gətirən; ürəkaçan, şadlandırıcı. Fərəhli hadisə. Fərəhli yaşayış. – [Eyvaz:] Bu sözlər bahar gecəsinin lal musiqisi kimi mənə fərəhli nəğmələr oxuyurdu. İ.Əfəndiyev.\n2. Şad, şən, sevincək; fərəh, sevinc, şadlıq ifadə edən. Fərəhli sima. Üzündə fərəhli ifadə hiss olunurdu. – Ömrün bağçasında ötəydi hər an; Fərəhli, nəşəli bu quş səsləri. N.Rəfibəyli. fərəhsiz sif. Fərəh, sevinc gətirməyən; sevincsiz, qəmli, kədərli, ağır. Fərəhsiz mənzərə. – [Mehribanın] fərəhsiz fikirlər beynində bir-birini əvəz etdi.. H.Seyidbəyli. fərq is. [ər.]\n1. Şeyləri, adamları birbirindən ayıran hər hansı xüsusiyyət, onları bir-birindən ayıran cəhət; təfavüt. Yaxşı ilə pisin fərqi. Hekayə ilə romanın fərqi. – Köhnə aşnalığın, təzə dostluğun; Fərqi var qış ilə yaz arasında. Aşıq Ələsgər.\n2. İki ədəd, məbləğ, kəmiyyət arasında təfavüt; dəyər ayrılığı. Hesabdarlıq Salehə ləzzət verir, bəzən bir hesabı beş dəfə sayğaca salır, nəhayət, yeddi qəpik fərqi tapıb ortalığa çıxardığı üçün qalib komandan kimi məğrur durub baxırdı. Ə.Vəliyev. Ancaq yaş fərqlərinin çox olmadığına baxmayaraq, Ağca qarı gözə ərindən bir az qoca dəyirdi. Ə.Əbülhəsən. ‣ Fərq edilmək – görünmək, seçilmək, nəzərə çarpmaq. Havanın üzü ləkəsiz olduğu üçün işıqlı ulduzlar ötədə-bəridə fərq edilirdi. S.Hüseyn. Fərq etmək – ayırmaq, seçmək, fərqli cəhətlərini görmək, fərqləndirmək, ayırd etmək. Fərq etməz – fərqi yoxdur, təfavütü yoxdur, birdir, əhəmiyyəti yoxdur. [Gülsabah:] Fərq etməz. Bu gecə son imtahandır. C.Cabbarlı. Fərq qoymaq – ayrı-seçkilik etmək. Adamlara fərq qoymaq. Fərq olmaq – aralarında təfavüt olmaq, bir-birindən ayrılmaq, seçilmək, fərqlənmək. Nola ki, fərq ola namərdlikdən mərd dünyada. Qövsi. Fərqi nədir? – Bir deyilmi? Nə fərqi var? Nə təfavütü var? Fərqi yoxdur – bax. fərq etməz. Gedən gedər, qəmi qalar bir içim; Fərqi yoxdu: ya üç mini, ya üçü... Məzar üstə çoxu ağlar görk üçün; Ağlayırsan, sağlığımda ağla sən. M.Araz. Fərqinə varmaq – incə və ya naməlum, gizli bir şeyi anlamaq, anlaya bilmək, dərk etmək. [Yaşlı kişi:] [Şirinnaz] birdən yarımçılpaq bir halda olduğunun fərqinə vardı. S.Hüseyn. Fərqinə varmamaq – çox fikir verməmək, əhəmiyyət verməmək, çox dərinə getməmək. Onun sözlərinin fərqinə varma. – Yedi, ləzzət aldı hər bir meyvədən; Ancaq heç fərqinə varmadı, nədən? M.Dilbazi. fərqləndirmə “Fərqləndirmək”dən f.is. fərqləndirmək f. Göz və ya duyğu ilə başqasından və ya başqalarından ayırmaq, seçmək. // Fərqli cəhətinə görə başqasından (başqalarından) ayırmaq, ayırd etmək. Yaxşı işçi ilə pis işçini fərqləndirmək. fərqlənmə “Fərqlənmək”dən f.is. fərqlənmək f. Ayrılmaq, seçilmək, aralarında fərq olmaq, bənzərlik olmamaq. Yarışda fərqlənmək. fərqli sif. Aralarında fərq olan, müəyyən xüsusiyyəti ilə o birindən fərqlənən, ayrılan, seçilən, aralarında oxşarlıq olmayan. Fərqli cəhətlər. Fərqli dünyagörüşü. – Qayəsiz, məqsədsiz keçən bir insan ömrü [Kərimxana] bir heç, bir heyvan həyatından fərqli görünmürdü. M.İbrahimov. Bir evdə eyni familiya daşıyan iki qadın .. birbirindən nə qədər fərqli idi. İ.Qasımov. fərqsiz sif. və zərf\n1. Fərq qoymadan, ayırmadan, laqeyd.\n2. Fərqsizdir şəklində – fərqi yoxdur, təfavütü yoxdur, əhəmiyyəti yoxdur, birdir. Biz təhsilin, günəşin qapılarını insan yavrularına fərq qoymadan açdıq. Onlar onsuz da fərqsizdirlər. M.Müşfiq. Burda bahar, qış bir, tikanla bir gül; Uğursuz bayquşdan fərqsizdir bülbül. A.İldırım. fərli sif.\n1. Münasib, abırlı, layiqli, yaxşı, əməlli-başlı, yararlı. Fərli ev. Fərli həyət. Fərli bir şeyim yoxdur ki, bağışlayım. – ..Mal-heyvanı saxlamaq üçün fərli bir tövlə yox idi. M.İbrahimov. [Babayev:] Heç olmazsa özünə fərli bir ayaqqabı alaydın. H.Seyidbəyli.\n2. Bacarıqlı, qabiliyyətli, yaxşı, ağıllıbaşlı, təpərli. Fərli övlad. – Fərli oğul neylər ata malını? (Ata. sözü). Dağda yol-iz yaxşıdır; Hər yan nərgiz yaxşıdır; Yeddi fərsiz oğuldan; Bir fərli qız yaxşıdır. (Bayatı). fərli-başlı bax. ağıllı-başlı 1-ci mənada. Fərli-başlı geyim. - Bayılın neft verən mədəni, düzdür, çoxdur; Fərli-başlı ora ki getməyə bir yol yoxdur. Ə.Vahid. fərman is. [fars.] Ali hakimiyyət orqanının qanun qüvvəsində olan sərəncamı, qərarı. Azərbaycan Respublikası Prezidentinin fərmanı. // köhn. Hökmdarın, padşahın yazılı əmri. O aralıq Kərim xan fərman göndərib, Mehralı bəyi Qarabağ xanı təyin etmişdi. Çəmənzəminli. Gorus naçalnikindən başlayıb, Gəncə qubernatından ötüb, Tiflisdəki sərdara qədər padşaha xəbər yazılır, yuxarıdan hey fərman gəlirdi. S.Rəhimov. fərmayiş is. [fars.] köhn. Buyurma, əmr etmə; buyruq, əmr, qulluq. ...Başladılar ustanın fərmayişlərini birbəbir əmələ gətirməyə. C.Məmmədquluzadə. Onların başı üstündən kənarda durub baxan Firiduna müraciət etdi: – Ağa, fərmayişin nədir? M.İbrahimov. • Fərmayiş etmək klas. – əmr etmək, buyurmaq. [Şahmar bəy:] Mən lazım bilirəm sizdən müxlisanə təvəqqe edim ki, siz bir qədər səbr fərmayiş edəsiz. N.Vəzirov. fərraş is. [ər.] köhn. Müxtəlif tapşırıqları yerinə yetirən xidmətçi. [Şah xacəyə:] Bu saat fərraşı göndər, münəccimbaşını mənim hüzuruma gətirsin. M.F.Axundzadə. Şah qəzəblə çağırdı fərraşın; Dedi: – Al tiği, kəs bunun başın. S.Ə.Şirvani. fərraşbaşı is. köhn. Padşahların sarayında baş fərraş. İsmayıl kişi ağzını açmaq istəyirdi ki, bu an fərraşbaşının yoğun səsi eşidildi. P.Makulu. fərsəng (=fərsəx) is. [fars.] köhn. Təxminən 5-6 kilometrlik məsafə. [Odabaşı:] Şəhərdən on-on beş fərsəng kənara sağ-sol göz işlədikcə ağanın əmlakı idi. Ə.Haqverdiyev. Ordu Gəncədən İsfahan kəndinə qədər olan on iki fərsəng yolu xalqın şadlıq səsləri, musiqi nəğmələri altında keçirdi. M.S.Ordubadi. fərsəx (=fərsəng) is. [fars.] köhn. Təxminən 5-6 kilometrlik məsafə. [Odabaşı:] Şəhərdən on-on beş fərsəng kənara sağ-sol göz işlədikcə ağanın əmlakı idi. Ə.Haqverdiyev. Ordu Gəncədən İsfahan kəndinə qədər olan on iki fərsəng yolu xalqın şadlıq səsləri, musiqi nəğmələri altında keçirdi. M.S.Ordubadi. fərsiz sif. Əlindən iş gəlməyən; bacarıqsız, qabiliyyətsiz, bivec, bifər. Fərsiz övlad. Fərsiz uşaq. – Fərsiz qoyunu qurd yeyər. (Ata. sözü). Qədim zamanda bir Əhməd adlı tacir var imiş. Bu tacirin Fəraməz adlı fərsiz bir oğlu var imiş. (Nağıl). fərsizlik is. Əlindən iş gəlməmə; bacarıqsızlıq, qabiliyyətsizlik, biveclik, bifərlik. Fərsizliyindən ixtisas qazana bilmədi. fərş is. [ər.] Döşənəcək (xalça, palaz, cecim və s.). Otağa fərş salmaq. Fərşin üstündə oturmaq. – Əvvəlimci otaqda əlvan fərşlər döşənib, qəribə gül və giyah ilə və quş şəkilləri ilə səqfi münəqqəş olmuşdu. M.F.Axundzadə. Hücrənin fərşi ibarətdi bir palazdan. C.Məmmədquluzadə. // Ümumiyyətlə, yerə döşənən hər cür şey. Təbiət bir bəzəkli-düzəkli gəlinə oxşayır, yaşıl zəmilər, əkin göyləri yerə sərilmiş mərmər fərşlərə bənzəyir. E.Sultanov. fəryad is. [fars.] Acı-acı bağırma; nalə, fəğan, ah-nalə, vaveyla. Oğlunu itirmiş ananın fəryadı. – İnilti, qışqırıq, ah, fəryad, gülüş; Bürüyüb aləmi, dönüb tufana. M.Rahim. Bu insan fəryadına; Baxdıqca nələr düşür; Hər baxanın yadına. B.Vahabzadə. • Fəryad etmək (qoparmaq, çəkmək, qılmaq) – acı-acı bağırmaq, ah-nalə etmək, fəğan etmək. Həqiqət hal, hər həftə fəryad etmək də yaxşı deyil. N.Nərimanov. Gəlin... acı bir fəryad çəkib özündən getdi. Mir Cəlal. // məc. İnləmək, ağlamaq, sızlamaq. Axır günün əvvəl eyləyib yad; Axıtdı sirişkü qıldı fəryad. Füzuli. Külək uğuldadıqca çinarın qurumuş yarpaqları fəryad qoparırdı. Ə.Vəliyev. Üç addım o tərəfdə kiçik bir qız fəryad edir. Ə.Məmmədxanlı. Fəryada gəlmək – bax. fəryad etmək. Ələmi-layətənahinin əlindən, Hadi; Yeri vardır nə qədər gəlsən əgər fəryadə. M.Hadi. // Qışqırıq, bağırtı, çığırtı. Xəstənin fəryadı. – İçəridən boğuq bir səs gəldi, ani bir fəryad duyuldu. Çəmənzəminli. • Fəryad qoparmaq (etmək) – qışqırmaq, bağırmaq, çığırtı salmaq. // İmdada, köməyə çağırış səsi. Fəryadına yetişən olmadı. – Heç kəs Nəbinin səsini, naləsini, fəryadını eşitmirdi.. Ə.Abasov. fərz is. [ər.]\n1. Güman, təxmin, ehtimal; bir şeyi var və ya yox sayma. • Fərz edək (ki)... – tutaq ki... Belə fərz edək ki, indi ramazan daxil oldu. C.Məmmədquluzadə. Fərz etmək – güman etmək, ehtimal etmək, təxmin etmək, hesab etmək. Mən belə fərz edirəm ki... – Bir dəqiqəliyə belə fərz eləyək ki, Midhət .. günahkardır və ona verilən ağır cəza da ədalətlidir. M.Hüseyn. Fərz olunmaq – güman edilmək, ehtimal edilmək, təxmin edilmək, niyyətdə tutulmaq.\n2. Vacib, zəruri, daha artıq lazım (vacib) olan şey. Ey insanlar, fərz deyilmi bizlərə; Rəhm eyləmək, əl tutmaq acizlərə? A.Səhhət. • Fərz olmaq – vacib olmaq, zəruri olmaq, lazım olmaq. Hələ ki müqərrər oldu getmək; Fərz oldu bu sirri zahir etmək. Füzuli. fərzən zərf [ər.] klas. Fərz, təxmin yolu ilə; ehtimalən, tutaq ki, fərz edək ki. Fərzən ehtimal edib deyək ki, bizdən savayı bütün dünyanın arvadları özlərini öldürüb çalışdıqları və onlara bir çox kişilər də yardım etdikləri üçün onlara bir az haqq və ixtiyar verilsin. C.Məmmədquluzadə. fərziyyə is. [ər.] Bir şey haqqında təxmini mülahizə; güman, ehtimal, fikir, zənn. Kainatın əmələ gəlməsi haqqında fərziyyə. Onun fərziyyəsinə görə... Fərziyyə həqiqətə çevrildi. – [Şeyda] uzun müddət yoxlamadığı, götür-qoy eləmədiyi bir fərziyyəni ən yaxın dostlarına belə açıb söyləməzdi. M.Hüseyn. fəs is. [Mərakeşdə şəhər adından] Bəzi Şərq ölkələrində kəsik konus şəklində, əsasən qırmızı rəngli, qotazlı baş geyimi. Qırmızı fəs, qırmızı ipək qurşaq, sırmalı arxalıq Rüstəm bəyə çox yaraşırdı. Çəmənzəminli. [Mirzə Süleyman bəy] arxalığı, çuxanı atıb, kostyum, qalstuk geymişdi, papağı çıxardıb fəs qoymuşdu. B.Talıblı. fəsad is. [ər.]\n1. Nifaq, qarışıqlıq, fitnə, intriqa. Bizdə görünməz nə fəsadü nifaq; İşləməyə bir-birimizdən qoçaq. M.Ə.Sabir. Hiyləgər ruhanilərin fəsad torlarını yırtıb, o tordan çıxmaq üçün zəhmət çəkib dünya elmlərini təhsil eləyirlər. C.Məmmədquluzadə. • Fəsad düşmək – hərc-mərclik düşmək, qarmaqarışıqlıq düşmək, asayiş, əmin-amanlıq pozulmaq, dava düşmək, nifaq düşmək. Fəsad salmaq – hərc-mərclik salmaq, ara qarışdırmaq, nifaq salmaq, intriqa salmaq. Aralarına fəsad salmaq. – Həm də olurdu uşaq dərsdə bədetiqad; Məzhəbə rəxnə vurub, dinə salırdı fəsad. M.Ə.Sabir.\n2. tib. Xəstəliyin törətdiyi ağır, qorxulu nəticələr; pozuqluq. Deyiblər ki, tənbəllik bədən üçün fəsaddır. “Qabusnamə”. fəsadçı is. Araya fəsad, fitnə salan, nifaq salan, fəsad törədən, aravuran, araqarışdıran adam; intriqaçı. [Qətibə:] Allahtaalaya çox şükür olsun ki, indiyə qədər məmləkətin başına fəlakət gətirən fitnə və fəsadçılar rədd olub getdilər. M.S.Ordubadi. fəsadçılıq is. Fəsadçının işi, peşəsi; fəsad, fitnə düzəltmə, araqarışdırma, intriqa salma; intriqaçılıq. fəsahət is. [ər.] Fikri səlis, aydın, düzgün və məntiqi ifadə etmək bacarığı, natiqlik məharəti; gözəl danışmaq, anlatmaq qabiliyyəti. Natiqin nitqindəki fəsahət. – [Əmiraslan ağa:] ..Siz də o fəsahət, bəlağət qapısı olan ağzınızı açıb, camaatı bizim itaətimizə çağıracaqsınız. S.S.Axundov. [Naşad] bütün fəsahət və bəlağətini topladı. S.Hüseyn. fəsahətli sif. Aydın, gözəl, səlis, düzgün. Fəsahətli nitq. - Əmir Bus-Suvar böyük şah idi, dediyini eyləyən, müdrik ləyaqətli, ədalətli, şücaətli, fəsahətli, dini sevən, uzaqgörən idi.. “Qabusnamə”. fəsəli is. Arasına yağ sürtülmüş qat-qat xəmirdən tavada və ya təndirdə bişirilən çörək, qoğal. Bizim gəlinlərin bayramqabağı; Fəsəli yaymağı yadıma düşdü. S.Vurğun. fəsih sif. [ər.] Fəsahətli, gözəl, aydın, təmiz, düzgün, səlis (tələffüz, nitq haqqında). Fəsih nitq. Fəsih (z.) danışmaq. – Axund Molla Sadıq çıxdı minbərə, bir fəsih xütbədən sonra başladı.. M.F.Axundzadə. fəsil is. [ər.]\n1. İlin bölündüyü dörd mövsümdən hər biri; mövsüm. Qış fəsli. – Hər fəsildə üç ay var; Üç ulduz var, üç ay var. (Bayatı). Hər ilin dörd fəsli var və hər fəslin də öz təğazası var. C.Məmmədquluzadə. // İlin çoxlu meyvə yetişən, bitkilərin çoxlu çiçək açan dövrü. Meyvə fəsli. – Fəsligüldür, aləm içrə novbahar olmuş, könül! Ə.Nəzmi. Çiçək fəsli deyil indi! Barıt vardır havalarda. S.Vurğun.\n2. Kitabın, məqalənin, sənədin və s.-nin nömrə və ya ayrıca sərlövhə ilə işarələnən hissəsi. Əsərin ikinci fəsli. Birinci fəsli ixtisar etmək. – Bəzən nöqsan da olur; Sevimli bir romanın; Gözəl fəsillərində. İ.Səfərli. fəsilə is. [ər.] biol. Quruluşca oxşar, mənşəcə bir-birinə yaxın bir neçə heyvan və ya bitki cinsinin əmələ gətirdiyi qrup. Quru otlar içərisində ən yaxşıları – paxla və taxıl fəsiləsinə mənsub olan təbii biçənək otları: yonca, üçyarpaq, vələmir və külül (çölnoxudu) qarışığı, sudanotu və sair əkmə otlardır. – Bitkini təyin etmək dedikdə, onun hansı fəsiləyə, cins və növə aid olduğunu müəyyən etmək nəzərdə tutulur. H.Qədirov. fəth is. [ər.]\n1. Bir şəhər və ya ölkəni silah gücü ilə zəbt etmə, alma. // Qələbə, zəfər, qalibiyyət. [Mustafa xan:] Ümidini Allaha bağla, inşallah, fəth biz ilə olar. Ə.Haqverdiyev. • Fəth etmək – 1) zorla, silah gücü ilə almaq, tutmaq, zəbt etmək, işğal etmək. Düşmən qalasını fəth etmək. – [Faşist başçıları] hərbi qüvvələrini bütün Avropanı fəth etməyə hazırlayırdı(lar). M.İbrahimov; 2) məc. özünə tabe etmək, yiyələnmək, öz xeyrinə işlətmək. Təbiəti fəth etmək. - Bir oxun səngəri dağ olsa əgər; Uçar, yer üzünü bütün fəth edər. Şəhriyar. Göyləri fəth edən bir ana tərlan; Kim deyir balaykən yıxılmamışdır. M.Araz; 3) məc. tutmaq, qaplamaq, basmaq. Yanğın ətrafı fəth etdi; 4) məc. məftun etmək, valeh etmək, əsir etmək. Könüllər yolçusu o munis gözəl; Min ürək fəth edir hər keçən anda. S.Vurğun. // məc. İradəsini əlindən almaq, özünə ram etmək. Murtuzun xoş danışığı Gülnazı tədricən fəth etməyə başlayırdı. Q.İlkin. Dünyanı fəth etsə ana hörməti; Yaradar dünyada əsil cənnəti. Şəhriyar. fəthə [ər.] bax. zəbər. fətir is. [ər.] Mayalı və ya mayasız xəmirdən, bəzən yağ, cızdaq, və s. qatılaraq təndirdə və ya sacda bişirilən çörək. Mayalı fətir. Fətir bişirmək. Fətir üçün xəmir yoğurmaq. – Sona xala əlində bir podnos, içində .. qaymaq, yağ, yağlı fətir .. masaya süfrə salıb, məni oraya təklif etdi. S.S.Axundov. Qara oğlan əlindəki fətiri yeyib qurtardı, ovcu ilə dodaqlarını sildi. M.Hüseyn. // etnoqr. Toyda oğlan evindən qız evinə göndərilən xüsusi yapılmış iri yağlı çörək. fətirsifət sif. İri, kök, girdə sifəti olan. Fətirsifət arvad. fəvvarə is. [ər.]\n1. Təzyiq altında fışqıran su şırnağı; bu şırnağı fışqırtmaq üçün düzəldilən hovuz və qurğular; fontan. Fəvvarəni işə salmaq. Bakı bulvarının gözəl fəvvarələri var. – Gözüylə seyr edir, zövq alır qəlbən; Sərin hovuzlardan, fəvvarələrdən. S.Vurğun. [Çingiz Qəndaba:] Bir saatdan sonra fəvvarənin yanında səni gözləyəcəyəm, təkcə gəl, sözüm var. B.Bayramov.\n2. məc. Bitməz-tükənməz, arasıkəsilməz şey, axın. Tüstü fəvvarəsi. Toz fəvvarəsi. – Hər tərəfdə top mərmilərinin göyə qaldırdığı qara torpaq fəvvarələri döyüş meydanını tufana tutulmuş fantastik bir meşəyə döndərmişdi. Ə.Məmmədxanlı. ‣ Fəvvarə vurmaq – sürətlə, gur surətdə axmaq, tökülmək. fəvvarələnmə “Fəvvarələnmək”dən f.is. fəvvarələnmək f. Fəvvarə kimi vurmaq, qalxmaq, püskürmək, fışqırmaq. Su fəvvarələnirdi. – Tankın ətrafından tüstülər və alovlar fəvvarələndi. Ə.Əbülhəsən. fəvvarəli sif. Fəvvarəsi olan; fontanlı. Fəvvarəli bağça. Fəvvarəli həyət. – Budur, fəvvarəli hovuzun kənarında bir dəstə adam əyləşmişdir. Mir Cəlal. fəza is. [ər.]\n1. Kainatda sonsuz boşluq; göy, asiman. Ulduzlu fəza dəniz üzərinə çevrilmiş bir süzgəcə bənzəyirdi. M.S.Ordubadi.\n2. məc. Yüksəklik, ənginlik. Yenə də insanın xəyal şahpəri; Gəzir fəzaları, göy dənizləri. S.Vurğun. Qüdrətim olsaydı qanad açardım; Sonsuz fəzaları yarıb uçardım. Ə.Kürçaylı. fəzilət is. [ər.]\n1. İnsanda ağıl, kamal, elm-mərifət, mərdlik, yüksək mənəviyyat, alicənablıq kimi sifətlərin ümumi adı. // Müdriklik, kamillik; ehtiram doğuran sifətlər. [Sevda:] Sus, onda fəzilət var; Qüdrət və cəsarət var. H.Cavid. [Yaşlı kişi:] Buraya gəldikdə mənə [Şeyx Yəhyanın] fəzilətindən çox şeylər söyləmişdilər. S.Hüseyn.\n2. məc. Dəyər, qiymət, məziyyət. ..Bir kəs tapılmaz ki, elmin fəzilət və mənfəətini və onun cümləyə zəruri olmasını inkar edə. F.Köçərli. fəzilətli sif. Fəzilət sahibi olan, fazil; yüksək mənəvi keyfiyyətlərə malik olan. Fəzilətli bir şəxs. fındıq is. Bərk qabıq içində ikibölümlü ləpəsi olan qozaoxşar, lakin ondan kiçik meyvə; həmin meyvənin yabanı və ya əkilən kolu. Fındıq meşəsi. Fındığın içi boşdur. – Gözəl fındıq sındırır, tut qurusu arıtlayır, Həbib yavaş-yavaş yeyirdi. Ə.Vəliyev. fındıqburun sif. Balaca, girdə və ucu bir qədər qalxıq burnu olan. Fındıqburun uşaq. – [Nisə xanım Şeydaya:] Nə olub? Yoxsa körpə [Vahidovların] fındıqburun nəslinə çəkib? Ə.Məmmədxanlı. fındıqça bax. çırtıq 1-ci mənada. Fındıqça çalmaq. fındıqlı sif. Tərkibində fındıq olan. Fındıqlı konfet. Fındıqlı halva. fındıqlıq is. Çoxlu fındıq ağacı bitmiş və ya əkilmiş yer. Fındıqlığı sulamaq. – Başqa bir tərəfdə, dik yalın o üzündə .. fındıqlıq meşəsi başlanırdı. S.Rəhimov. fındıqsındıran is. Fındıq, qoz, badam kimi meyvələrin qabığını sındırmaq üçün alət; sıxac. fınxırıq bax. fınxırtı. fınxırışma “Fınxırışmaq”dan f.is. fınxırışmaq qarş. Fınxırmaq (çoxları haqqında). fınxırma “Fınxırmaq”dan f.is. fınxırmaq f.\n1. Havanı burun deşiklərindən güclə buraxmaqla səs çıxarmaq. İnək fınxırır. – Buğa fınxırıb dik ayağa qalxdı. M.Rzaquluzadə. At fınxırıb iki dal ayaqları üstə göyə qalxdı. “Koroğlu”.\n2. Səs çıxara-çıxara havanı, buxarı, yaxud işlənmiş qazı kəsik-kəsik bayıra buraxmaq. “Qaz” maşını... fınxıraraq öz yoluna davam edir.. H.Seyidbəyli. fınxırtı is. Fınxırarkən çıxarılan səs; fınxırıq. İnəyin fınxırtısı. Fınxırtı səsi. – Qırmanc səsi atların fınxırtısına qarışdı, ancaq fayton yenə də irəliləmədi. M.Hüseyn. Ancaq atların burnundan çıxan fınxırtılarla ayaqlarının altından qopan xırdaca daşların səsləri eşidilirdi. S.Rəhimov. fır is.\n1. Həşəratın təsirindən və s. səbəblərdən bitkilərin müxtəlif yerlərində əmələ gələn şiş; donqar. Tut ağacının fırı. – Palıd ağaclarının düyünləri və yumru fırları irəliyə doğru çıxırdı. S.Rəhimov.\n2. dan. İkigüvənli dəvənin güvənlərindən hər biri, hörgücü. Dəvənin fırı.\n3. məc. Gərəksiz, lazımsız, heç bir işə yaramayan şey haqqında. [Əli Rüstəm bəyə:] Həyatın bir üzvündən baş vermiş çirkin bir fıram, kəsib atılmaqdan başqa bir çarəm yoxdur! Çəmənzəminli. ‣ Fırı yatmaq dan. – acığı, hirsi soyumaq. Bir az atılıb-düşdü, axır ki fırı yatdı. fırça is. Rəng çəkmək, yapışqan sürtmək və s. üçün dəstəyə bərkidilmiş tük, qıl və. s. topasından ibarət alət. Rəngsaz fırçası. Fırça ilə kağıza yapışqan sürtmək. – Xınalıq gecələrinin gözəlliyi mahir bir rəssam fırçası ilə canlansa, bu lövhəyə baxanlar onun həqiqətinə çətin inanarlar. R.Rza. Əsmər, bir əlində palitra, o biri əlində fırça, iri qovaq ağacının altında molbertin qabağında dayanıb şəkil çəkirdi. M.Süleymanov. // Üz qırxanda sabun sürtmək üçün kiçik şotka. Sübhanverdizadə camı bir əlinə götürüb, ayna qabağına yeridi və fırça ilə üzünü sabunlayıb suvadı. S.Rəhimov. fırçıldama “Fırçıldamaq”dan f.is. fırçıldamaq f. Fırçıltı səsi çıxarmaq, fırç-fırç eləmək. Kosa içində su fırçıldayan (f.sif.) qaloşlarını tappıldada-tappıldada qayıdıb çöl tərəfdən [Sübhanverdizadənin] kabinetin qapısına bir təkan vurdu, qapı açılmadı. S.Rəhimov. Yapışqandan pis Muğan palçığı maşının təkərləri altında fırçıldayaraq dörd tərəfə sıçrayırdı. M.İbrahimov. fırçıltı is. Bir cismin palçığa və ya başqa qatı, suvaşqan bir şeyə batarkən çıxardığı səs. fırfıra is.\n1. Çox iti fırlanarkən bir ucu üzərində dik vəziyyətdə duran dairə və ya şar şəklində oyuncaq; fırlanqıc. Fırfıra fırlatmaq.\n2. fiz. Dayaq nöqtəsi ətrafında istənilən sürətlə fırlana bilən bərk cisim. ‣ Fırfıra kimi fırlanmaq məc. – yaltaqlanmaq, quyruq bulamaq, qulluq göstərmək. Yarməmmədlə [Salman] fırfıra kimi sədrin başına fırlandılar. M.İbrahimov. Leylək Zərrintac xanımın qabağında nə qədər qulluq göstərib fırfıra kimi fırlansa da .. xanım onu saya salmırdı. S.Rəhimov. fırıq sif. və zərf Əngəl, pis, yaman, fəna (adətən “işi” sözü ilə bərabər). Onun işi fırıqdır. – Şeytan işi fırıq görüb qaibə çəkildi. (Nağıl). fırıldaq is.\n1. Hiylə, kələk, dolab, badalaq, biclik. Hərifin fırıldağını başa düşmək. – [Molla İbrahim:] Şeyx Yəhyanın bütün fırıldaqlarını açıb, Xorasan camaatına elan etmək mənim borcum olsun. S.Hüseyn. [Musa:] De görüm, indi nə fırıldağın var? M.İbrahimov. • Fırıldaq gəlmək (düzəltmək, işlətmək) – kələk işlətmək, dolab gəlmək, biclik işlətmək, hiyləbazlıq eləmək, badalaq qurmaq. Mən az görməmişəm badalaqları; Min fırıldaq gələn o alçaqları! S.Vurğun. [Ataş:] Mən bilirdim, [Veysəlgili] əvvəl-axır belə fırıldaq düzəltməli idilər. Ə.Vəliyev.\n2. dan. Fırıldaqçı mənasında. Fırıldağın biridir. – [Fərrux Natiqə:] Ədə, sən başdanayağa fırıldaqmışsan ki! B.Bayramov. fırıldaqçı is. Fırıldaq işlədən, kələkbaz, hiyləbaz, adamaldadan, haramzadə, aferist. [Firəngiz:] Fırıldaqçılara, ..Muxtar Qaradağlı kimi üzdəniraq mütəxəssis ferma müdirinə aman yoxdur! B.Bayramov. // Sif. mənasında. Fırıldaqçı adam. [Dükançının] .. türkəçarə ilə məşğul olan fırıldaqçı bir bacanağı vardı. Ə.Vəliyev. fırıldaqçılıq is. Fırıldaqçının işi, peşəsi; kələkbazlıq, hiyləgərlik, haramzadəlik. Ana zəifdir, lakin dünyanın güclülərinin və zalımlarının hiyləgərliyi və fırıldaqçılığına qarşı onun qüdrətli silahı təmizlik və düzlükdür. M.İbrahimov. • Fırıldaqçılıq etmək – kələk gəlmək, kələk, hiylə işlətmək, dolab gəlmək; fırıldaq, biclik işlətmək, haramzadəlik eləmək. Ənisə açıqdanaçığa görürdü ki, Muxtar uydurduğu yalanla fırıldaqçılıq edir, atasını aldadır. S.Hüseyn. fırıldama “Fırıldamaq”dan f.is. fırıldamaq bax. fırlamaq. fırıldatma “Fırıldatmaq”dan f.is. fırıldatmaq bax. fırlatmaq. fırlağan bax. fırfıra. Hacıyev sağ əlini göyə qaldıraraq, fırlağan oynadırmış kimi havada neçə dəfə tərpətdi. Mir Cəlal. fırlama “Fırlamaq”dan f.is. fırlamaq 1. bax. fırlatmaq. Tahir sükanı qaba və kəskin hərəkətlərlə o yan-bu yana fırlayır, maşının .. hərəkətinə mane olurdu. M.Hüseyn.\n2. f. Yerindən oynamaq, pırtlamaq. Gözləri yerindən fırladı. fırlandırıcı sif. Bir şeyi öz oxu ətrafında fırlandıran, hərlədən, dolandıran. Fırlandırıcı qurğu. – Qaldırıcı və fırlandırıcı mexanizmlər buruq içərisində, nasoslar və energetik qurğular isə buruğun yanında tikilmiş saraylarda yerləşdirilir. S.Quliyev. // İs. mənasında. Fırlandırıcını dəyişmək. Yeni markalı fırlandırıcı. fırlandırma “Fırlandırmaq”dan f.is. fırlandırmaq bax. fırlatmaq 1-ci mənada. Çarxı fırlandırıb yerinə salmaq. fırlanğıc is.\n1. Üfüqi və ya şaquli fırlanan attraksion növü. Fırlanğıca minmək. Böyük bir fırlanğıc uşaqları, yeniyetmə oğlanları, qızları böyük sürətlə havada fırladır.\n2. bax. fırfıra.\n3. xüs. Qazma qurğusunun fırlanan mili. Gilli məhlul nasoslardan tənzimedici kondensatorlara, oradan da rezin və ya elastik metal şlanq və fırlanğıcdan keçərək qazma kəmərinə daxil olur. S.Quliyev. fırlanma “Fırlanmaq”dan f.is. fırlanmaq f.\n1. Öz oxu ətrafında dairəvi hərəkət etmək, dolanmaq, hərlənmək, dövr etmək. [Qüdrət:] Baxıram, təkərlər fırlanır, motorlar işləyir, hər şey hərəkət edir. C.Cabbarlı. Dəyirman pərləri elə fırlanır ki, görmək olmur. Mir Cəlal.\n2. Bir şeyin ətrafına dolanmaq, hərlənmək, o yan-bu yanına keçmək. Evin ətrafına fırlanmaq. – ..Qənbərli dönüb motorun dövrəsinə fırlandı. S.Rəhimov.\n3. Rəqs zamanı dönmək, dolanmaq, hərlənmək. Qaraca qız elə bir tərzdə fırlandı ki, baxanların nəzərində bir şar kimi göründü. S.S.Axundov. Vals oynayan oğlan və qızlar bir-iki-üç, bir-iki-üç sayı ilə fırlanırlar. Ə.Bədəlbəyli.\n4. Konkret bir məqsədi olmadan gəzmək; gəzişmək, gəzinmək. Parkda fırlanmaq. – [Qurban:] Heç, elə bazara çıxdım, bir az fırlandım, qayıtdım. Ə.Haqverdiyev. Anası [Tahirin] çox o yan-bu yana fırlandığını hiss edib, xəmirdən əllərini çıxarmayaraq arxaya sarı boylandı.. M.Hüseyn.\n5. Kiçik bir yerdə ora-bura hərəkət etmək; gedib-gəlmək, gəzinmək, gəzişmək. Gənc bir doktor daima [Yaqutun] başı yanında fırlanırdı. Ə.Məmmədxanlı. fırlatma “Fırlatmaq”dan f.is. fırlatmaq f.\n1. Fırlandırmaq, dolandırmaq, hərləndirmək. Maşının sükanını fırlatmaq. – Vaqif başını aşağı salıb barmağındakı əqiq üzüyü fırladırdı. Çəmənzəminli. Şahmar bu fikirdə idi ki, adam istəsə yeri tərsinə fırlada bilər. B.Bayramov.\n2. Bir şeyi şiddətlə və saymazyana atmaq, tullamaq, tolazlamaq. Hirsindən boşqabı götürüb həyətə fırlatdı. – Firəngiz bənövşə dəstəsini stolun üstünə fırlatdı. B.Bayramov. // Atmaq. Yusif Həmzənin nazik boynundan yapışıb onu qapının ağzına fırlatdı. B.Bayramov. fırlı sif.\n1. Fırı olan (bax. fır 1-ci mənada). Fırlı ağac.\n2. Hörgüclü, güvənli. fırtıq is. Burundan axan selik. fırtıqlı sif.\n1. Fırtıqla dolu, fırtığı axan. Uşaq fırtıqlı burnunu çəkib məyus nəzərlərini anasına dikdi.. M.İbrahimov.\n2. Fırtığa bulaşmış, fırtığa batmış. fırtına is.\n1. Güclü küləklə dənizin şiddətlə dalğalanması; qasırğa, tufan. Dənizdə fırtına var. – Elə bu vaxt fırtına; Daha da bərk gurladı. İ.Səfərli. Sakit görünsə də çox zaman dəniz; Orda çovğun da var, fırtına da var. H.Arif. // Fırtınalı hava. Bu fırtınada hara gedirsən? Fırtınadan bayıra çıxmaq olmur.\n2. məc. Coşqun, gurultulu, təlatümlü, mübarizələrlə, keşməkeşlərlə dolu həyat mənasında. Günəş çıxdı səhər tezdən; Fırtınadan doğuldum mən. N.Xəzri. fırtınalı sif.\n1. Fırtınası olan, boranlı, qasırğalı, coşqun. Fırtınalı hava. Fırtınalı okean. – Fırtınalı göylərimi yaxmaq istər ildırımlar; Nə zaman ki qərib ruhum yad ellərdən cana doyar. Ə.Cavad. Divarlarda fırtınalı dəniz batan gəmi, tufan vaxtı dənizdə yanğın və bu kimi mənzərələr rəsm edilmişdi. M.Süleymanov.\n2. məc. Keşməkeşli, qovğalı, boranlı, gurultulu hadisələrlə dolu. Fırtınalı zəmanə. – 1904-cü ilin fırtınalı günləri idi. A.Şaiq. // məc. Coşqun. Soltan .. fırtınalı bir gənclik həyatı keçirmişdir. İ.Əfəndiyev. fısıldama “Fısıldamaq”dan f.is. fısıldamaq f. Fısıltı səsi çıxarmaq, fısfıs eləmək. Bir az da keçəndən sonra maşın fısıldayıb dayandı. Ə.Haqverdiyev. Qubernator yenə əvvəlki vəziyyətində dayanıb, qıyıq gözlərini ona zillədi. Aşkarca fısıldamağa başladı. İ.Şıxlı. fısıldaşma “Fısıldaşmaq”dan f.is. fısıldaşmaq qarş. Fısıldamaq, fısıltı səsi çıxarmaq (çoxları haqqında). fısıltı is. Ağır nəfəs alan adamın birbirinə qapanmış dişləri arasından çıxardığı səs; fıs-fıs səsi. Yatan yoldaşların xorultusu, fısıltısı otağı bürümüşdü. A.Şaiq. Cahandar ağanın dişləri kilidləndi. Onun fısıltısını qulağının dibində eşidən Mələk nə edəcəyini bilmədiyindən, yumaq kimi büzüşdü. İ.Şıxlı. // məc. İşləyən maşın, motor və s.-nin çıxardığı həmin səsə oxşar səs. Maşının fısıltısı. – Parovozun ağzını yamsılayırmış kimi tramvayın motoru da kəskin bir fısıltıdan sonra dayandı. Qantəmir. fısqırıq 1. bax. fit. Ortada bir sükut vardı. Yalnız elektrik qatarının bir-birini təqib edən əsəbi fısqırığı eşidilirdi. S.Hüseyn.\n2. məc. Hay-küy, qiyamət, həngamə, qalmaqal. Fısqırıq qalxmaq. – [Gilə] qapını açıb bayırı Əvəzə göstərərək dedi: – A kişi, heç sən bu həyətdəki fısqırığı eşitmirsən? Ə.Vəliyev. [Nazlı Gülzara:] Şəhərdə yaman fısqırıqdır, xala, danışırlar ki, ingilislər fəhlələrə güllə açıblar. Ə.Məmmədxanlı. ‣ Fısqırığa basmaq – bax. fitə basmaq (“fit”də). Onda da camaat tökülmüşdü. Kişini fısqırığa basmışdılar. Mir Cəlal. fısqırma (=fısqırtma) “Fısqır(t)maq”dan f.is. fısqırtma (=fısqırma) “Fısqır(t)maq”dan f.is. fısqırmaq (=fısqırtmaq) f. dan. Çəkmək (papiros, siqaret və s.). Siqaret fısqırtmaq. – Molla Qafar isə bol yeməyi gördükdə rahatca bardaş qurub, .. çubuğunu təmizləyərək fısqırtdı, tənbəki ilə doldurub, damağına aldı. S.Rəhimov. [Xəlil:] Mənim o böyük-kiçik tanımayan, papiros fısqırdan (f.sif.) cavanlardan zəhləm gedir. S.Rəhman. fısqırtmaq (=fısqırmaq) f. dan. Çəkmək (papiros, siqaret və s.). Siqaret fısqırtmaq. – Molla Qafar isə bol yeməyi gördükdə rahatca bardaş qurub, .. çubuğunu təmizləyərək fısqırtdı, tənbəki ilə doldurub, damağına aldı. S.Rəhimov. [Xəlil:] Mənim o böyük-kiçik tanımayan, papiros fısqırdan (f.sif.) cavanlardan zəhləm gedir. S.Rəhman. fıstıq is. bot. Hamar açıq-boz qabığı və bərk oduncağı olan qollu-budaqlı iri ağac. Dərənin hər iki tərəfində bitmiş yüzillik palıd və fıstıq ağaclarının budaqları ahəstə əsən nəsimdən hərəkətdədir. M.F.Axundzadə. fıstıqkimi (=fıstıqkimilər) cəm bot. Fıstıq, palıd, şabalıd və s.-nin daxil olduğu bitki fəsiləsinin adı. fıstıqkimilər (=fıstıqkimi) cəm bot. Fıstıq, palıd, şabalıd və s.-nin daxil olduğu bitki fəsiləsinin adı. fıstıqlıq is. Çoxlu fıstıq ağacı əkilmiş və ya bitmiş yer, fıstıq meşəsi. fışıldama “Fışıldamaq”dan f.is. fışıldamaq f.\n1. Fışıltı səsi çıxarmaq (bax. fışıltı 1-ci mənada). Bir az irəlidə, yolun üst tərəfində yer fışıldayır, ağ bir fəvvarə göyə qalxırdı. S.Rəhimov.\n2. Fışıltı səsi çıxarmaq (bax. fışıltı 2-ci mənada). İlanlar fışıldayır kol-koslar arasından. S.Rüstəm. fışıltı is.\n1. bax. fışqırtı. Borulardan fışıltı ilə qalxan buxar göy üzündə əriyib yox olurdu. H.Seyidbəyli. // Şırıltı. Şamo uca dağların geniş ətəklərini yalayıb gedən bu şıltaq suyun fışıltısı altında dayanıb ətrafa boylandı. S.Rəhimov.\n2. İlanın çıxardığı səs. Gürzənin fışıltısı. fışqırıq bax. fit 1 və 2-ci mənalarda. Gecə saat iki idi, küçədə binanın qarşısında bir faytonun dayandığı hiss edildi, iki dəfə də fışqırıq səsi gəldi. M.S.Ordubadi. Bir fışqırıq səsi eşidib haman; Gözətçi şəkləyir qulaqlarını. B.Vahabzadə. • Fışqırıq çalmaq – bax. fit çalmaq (“fit”də). ‣ Fışqırığa basmaq – bax. fitə basmaq (“fit”də). ..Hamı birdən əlini ağzına aparıb bəyi fışqırığa basdı. Ə.Vəliyev. fışqırma “Fışqırmaq”dan f.is. fışqırmaq f. Dar bir yerdən təzyiq altında şiddətlə sıçramaq, çıxmaq, vurmaq. Yüzbaşı yerə yıxılmışdı, boynundan qan fışqırırdı. Çəmənzəminli. Dəlib daşın bağrını; O fışqıran suya bax! B.Vahabzadə. fışqırtı is.\n1. Fışqıraraq çıxan suyun, mayenin, qazın, buxarın və s.-nin çıxardığı xəfif səs; fışıltı. Qazın fışqırtısı. – Məmməd bəy təpədə birisinə çatıb, arxadan qılıncı boynuna endirdi. Qan fışqırtı ilə atın yəhərəsbabına səpildi. Çəmənzəminli. [Bulaqların] bəziləri daşların sinəsindən fışqırtilə fəvvarə vurur, bəzisi isə pıqqapıqla, sanki qaynaya-qaynaya çıxır. Ə.Abasov.\n2. Püskürmə, püskürtü. fıştırıq bax. fışqırıq. • Fıştırıq çalmaq – bax. fışqırıq çalmaq (“fışqırıq”da). Qaraş keyfi saz olduğundan .. fıştırıq çalaçala düşərgəyə getdi. M.İbrahimov. fiasko is. [ital.] İflas, uğursuzluq. fibra is. [lat.] Toxuma. fidan is. Ağac və kolların kötüyündən göyərən və sonradan başqa yerdə əkilən cavan ağac. Körpə fidanlar; Deyir: – Qırmayın; Bizi, nadanlar! M.Seyidzadə. // Ümumiyyətlə, yenicə yetişən cavan ağac və ya kol. [Günəş] bağçada tut, əncir, yasəmən fidanları əkmiş, evi, həyəti nizama salmışdı. A.Şaiq. Pöhrələr, şitillər indi körpədir; Fidanlar on qarış deyil hələlik. O.Sarıvəlli. // məc. Obrazlı təşbehlərdə. Ürəyində məhəbbətin; İlk fidanı yarpaq açır. N.Rəfibəyli. fidanlıq is. Çoxlu fidan göyərmiş və ya əkilmiş yer. [Gözətçi qadın Rüstəm bəyə:] Gecə atları buraxmışlar, bağçanı korlamış, fidanlığı alt-üst etmişdir. Çəmənzəminli. fideist [fr.] Fideizm tərəfdarı. Fideistlər elmin təsir dairəsini məhdudlaşdırırlar. fideizm [fr. əsli lat. fides – inam və ...ism] Dini etiqadı elmi idrakdan üstün tutan, etiqadın (inamın) ağıldan üstün olduğunu iddia edən dünyagörüşü və elmi dinə tabe etməyə, elmi biliklərdən dini ehkamların müdafiəsində istifadə etməyə çalışan mürtəce təlim. Fideizm müasir fəlsəfənin və ilahiyyatın ideya ittifaqının əsasıdır. fidyə is. [ər.] köhn. Girov tutulmuş, yaxud əsir alınmış bir adamı azad etmək üçün verilən pul və s. fikir is. [ər.]\n1. Düşünmə, düşüncə, təfəkkür; təfəkkür prosesi.\n2. Niyyət, məqsəd, məram. Fikrini başa düşmək. Fikrini anlatmaq. Getmək fikrindən daşınmaq. – [Süleyman:] Yaxşı, xala, bəs sənin fikrin? Ü.Hacıbəyov. Qızın fikrində bunların heç biri yox idi. Mir Cəlal.\n3. Fikirləşmə, düşünmə, mühakimə nəticəsində hasil olan qənaət, ideya. Dərin fikir. Maraqlı fikir. Ciddi fikir. Boş fikir. Ağlıma belə fikir gəldi. – [Sərvər:] Doğru deyirsən, mən dünəndən bəridir ki, fikirdəyəm. Ü.Hacıbəyov.\n4. Rəy, görüş, mülahizə. Nə fikriniz var? Bu barədə fikrin nədir? – [İkinci fəhlə:] Gedək görək camaatın fikri nədir? H.Nəzərli. [Qoşqar:] Soyuqqanlı fikir mübadiləsi olmayan yerdə heç vaxt ümumi işə xeyir dəyməz, yoldaş Əmirli! İ.Hüseynov.\n5. Bilik. Elmi fikir. Bədii fikir.\n6. Adamın ağlını məşğul edən şey, daim düşünülən şey (bəzən “fikir-zikir” şəklində işlənir). Öz fikirləri ilə məşğul olmaq. Fikrindən ayrıla bilməmək. Fikri özgə yerdədir. Başında ancaq bir fikir var: – Uçmaq! Uşağın fikri oynamaqda qalıb. – Mirzə Cəmilin dedikləri Ataşın başına girmirdi, çünki bütün fikri-zikri Qönçənin yanında qalmışdı. Ə.Vəliyev. Cəmilə Manafovanın isə fikri-zikri kitabdır. H.Seyidbəyli.\n7. Hafizə qüvvəsi, yaddaş, xatır. Fikrimdə qalmadı. Fikrindən çıxmaq. Fikrində saxlamaq.\n8. Əqidə, görüş, baxış. Fikrinlə razı deyiləm. – [Vəzir:] Mən də o fikirdəyəm. Ü.Hacıbəyov.\n9. Fikrimcə, fikrincə, fikrimizcə, fikrinizcə və s. şəkillərdə – məncə, mənə görə; səncə, sənə görə; bizcə, bizə görə; sizcə, sizə görə. Sonanın fikrincə, Bahar hər incə mətləbi gözdən oxuyan bir qızdı. B.Bayramov. ‣ Fikir aparmaq (götürmək) – 1) bir şey, hadisə haqqında fikir etmək, fikirləşmək, fikrə getmək, fikrə dalmaq, düşünmək. Fikir məni apardı, heykəl kimi dayandım. M.Rahim. Qız danışdıqca məni fikir aparırdı. M.İbrahimov; 2) təşvişə düşmək. Fikir çəkmək – 1) dərd çəkmək, ruhən iztirab çəkmək, narahat olmaq. [Gültəkin Aydına:] Paltar da istəmirəm, təki sən fikir çəkməyəsən, nə eləyirəm paltarı? C.Cabbarlı; 2) gələcəyi haqqında fikirləşmək, taleyini düşünmək. Fikir dəryasına qərq olmaq – çox dərin fikrə getmək, fikrə dalmaq. Fikir eləmək (etmək) – 1) fikirləşmək, düşünmək. [Mozalanbəy:] Bu gecə dürüst fikir elə, peşman olmazsan. Ə.Haqverdiyev; 2) bir şeyin fikrini çəkmək, bir şeyin dərdinə qalmaq. Çox fikir eləmə... – [Gülnisə Bəhrama:] Vallah, öz qızımçın nə qədər fikir edirəmsə, sənin üçün də o qədər fikir edirəm. C.Cabbarlı. Fikir götürmək – fikrini məşğul etmək, fikrə qərq olmaq, təşvişə, narahatlığa səbəb olmaq. Ənuşirəvanı fikir götürdü, çünki onun heç övladı olmayırdı. (Nağıl). Fikir vermək – fikrinə qalmaq, diqqət vermək, diqqət yetirmək, qayğı göstərmək, qeydinə qalmaq. Ekskavatorçular .. çox qazmağa çalışmaqla bərabər, yanacağa qənaət etməyə də xüsusi fikir verirdilər. Ə.Sadıq. [Həsrət Hümmətə:] İndi camaatın yaşayışına fikir vermək lazımdır. B.Bayramov. Fikir verməmək – əhəmiyyət verməmək, qulaqardına vurmaq, etinasızlıq göstərmək. O, deyilənlərə fikir vermir. – Bəy arvadın yalvarışına fikir vermədi. Ə.Abasov. Fikir yürütmək – bir şey haqqında fikir irəli sürmək, fikir söyləmək, yeni söz demək. Fikrə dalmaq – bax. fikrə getmək. [İsmət:] Keçən gecə bir xeyli fikrə daldım; Düşündüm, düşündüm, uyqusuz qaldım. H.Cavid. Şəkərəli böyük bir fikrə dalaraq irəliləyir və sürüdən dala qalan qoyunların qılcalarına əlindəki ağacını endirirdi. T.Ş.Simurq. Fikrə düşmək – bir iş görmək qərarına gəlmək, niyyətində olmaq. [Abbas:] Sizin fikriniz başqadır, elə fikrə düşməyin. “Abbas və Gülgəz”. [Müəllimin] qarşısını alan, hətta başqa fikirlərə düşməsinə yol verməyən ancaq Telliyə qarşı bəslədiyi hörməti, səmimi bir məhəbbəti idi. S.Hüseyn. Fikrə getmək – fikirləşmək, düşünmək. Bir an fikrə getdikdən sonra [yolçu] yenə qaranlığı yarıb irəli getməyə başladı. Ə.Məmmədxanlı. Fikrə gəlmək – qərara gəlmək, qət etmək. [Məsmə:] Mən qəti bir fikrə gəldim. S.Hüseyn. Fikrə qərq olmaq – bax. fikir dəryasına qərq olmaq. Bu halda Zeyd ki o da Leylaya aşiqdir, xəyal və fikrə qərq olmuş bir surətdə zahir olub deyir.. Ü.Hacıbəyov. Fikrə salmaq – fikirləşməyə, fikrə getməyə, düşünməyə məcbur etmək. Rüstəm bəy Məcidi nəzərdən keçirdi, onun sadəlövh siması və axmaq sözləri Rüstəm bəyi bir az fikrə saldı. Çəmənzəminli. Fikri dəyişmək – əvvəlki fikrindən əl çəkib ayrı fikrə düşmək, rəyini dəyişmək. Bir il o dağılmışda qalıb var-yoxu qandı; Az vəqtdə fikri dəyişib, rəyi dolandı. Ə.Nəzmi. Fikri dolanmaq – bax. fikri çaşmaq. [Sərvinaz Əsədə:] Ağlına gələn dağa-daşa, ay kişi, yenə fikrin niyə dolanıb? B.Bayramov. Fikri özündə olmamaq – dalğın, fikri dağınıq halda olmaq. Fikrində durmaq – bax. fikrinin üstündə durmaq. Kazım .. yenə fikrində durub dedi.. Mir Cəlal. Fikrində (fikrinə) qoymaq – qərara gəlmək, qərarlaşdırmaq. [Qurbani] fikrində qoymuşdu ki, gedib qonşunun həyətində gizlənsin.. “Qurbani”. Molla fikrinə qoyur ki, sövdəgərə bir-iki şirin söz desin. “M.N.lətif.” Fikrindən daşındırmaq – fikrindən əl çəkməyə məcbur etmək, fikrini dəyişdirmək. [Əbülhəsən bəy:] O səsin qüvvəti .. məni qayıdıb getmək fikrindən daşındırdı. M.S.Ordubadi. Fikrindən daşınmaq – fikrindən əl çəkmək, niyyətindən, istədiyi şeydən vaz keçmək, fikrini dəyişmək. Qoca kişi .. qapını açıb içəri girmək, palaz atıb taxtın üstündə uzanmaq fikrindən daşındı. İ.Şıxlı. Fikrindən dönmək – fikrindən əl çəkmək, fikrindən qaçmaq, dəbbələmək. Zəfər fikrimdən dönə biləcəyimi görüb qəribə bir çevikliklə məndən aralandı. M.Hüseyn. Fikrindən keçirmək – xəyalən yadına salmaq, xəyalından keçirmək, təsəvvürünə gətirmək. Düşündü yazıqlar gələn boranı; Keçirtdi fikrindən dağı, aranı. H.K.Sanılı. İdris bütün bunları bir anda fikrindən keçirirkən alman tankı artıq komanda məntəqəsinə yaxınlaşmışdı. Ə.Məmmədxanlı. Fikrindən keçmək – 1) xəyalından keçmək, xəyalən yada salmaq, arzulamaq. Göy üzündə görür-görməz hilalı; Keçər fikrimdən yarın xəyalı. H.Cavid; 2) fikrən bir şeyi arzulamaq, ürəyindən keçmək. Aşıq Ələsgərin fikrindən keçdi ki, bu gözələ bir tərif desin. “Aşıq Ələsgər”. Fikrinə düşmək – bir iş görmək qərarına gəlmək. Kişi qonaqlıq fikrinə düşdü. Mir Cəlal. Fikrinə gəlmək – 1) ağlına gəlmək, təsəvvürünə, xəyalına gəlmək. Fikrinə min cür şeylər gəlir; 2) qərara gəlmək. İslamın fikrinə gəlmişdi ki, yuxarı kəndə getsin. S.Hüseyn. Fikrinə (fikrimə) gətirmək – təsəvvürünə gətirmək, təsəvvür etmək, mümkün hesab etmək. Belə bir növ fikrimə gətirə bilərəm ki, məsələn, 100, 200, 500 adam bir yerdə necə otururlar?.. H.Nəzərli. Fikrini açmaq – fikrində olanları açıb söyləmək, niyyətini bildirmək, ürəyini açmaq. Telefonda fikrimi açarkən sənə; Həsrətlə baxdığım üzün də bəlkə; Uzaqdanuzağa görünər mənə. M.Müşfiq. Fikrini azdırmaq – azdırmaq, karıxdırmaq. Mən yolumu azmadım; Mənə “Az!” deyənlərin; Fikrini azdırmışam. B.Vahabzadə. Fikrini çəkmək – 1) qayğısına qalmaq, qeydinə qalmaq, haqqında düşünmək. [Bəhram Pəriyə:] Əlbət ki, ana öz övladının fikrini hamıdan artıq çəkir. C.Cabbarlı. [Gülzar Bəhruza:] [Atan və Fərhad] da sənin fikrini çəkirlər, bala. Ə.Məmmədxanlı; 2) narahat olmaq (bir adam haqqında). Fikrini dağıtmaq – 1) dərdini, kədərini dağıtmaq, kefini açmaq, şənləndirmək, pis fikirlərdən uzaqlaşdırmaq. Qızlar Pərinin fikrini dağıtmaq üçün çalıb-oynadılar.. “Abbas və Gülgəz”; 2) fikirləşməsinə, fikrini toplamasına mane olmaq, fikrini bir yerə yığmağa qoymamaq, fikrini yayındırmaq. Səsküy adamın fikrini dağıdır. Fikrini dəyişmək – bax. fikri dəyişmək. İzzət qarı obaya yaxınlaşıb dincini almaq istədisə də, lakin üfüqdə qızartı işarəsi görüb fikrini dəyişdi.. Ə.Məmmədxanlı. Fikrini yayındırmaq – qəsdən birinin diqqətini başqa şeyə cəlb etmək. Cavahirin fikrini yayındırmaq .. üçün Ləman böyük fədakarlıq göstərir. H.Seyidbəyli. Fikrinin üstündə durmaq – öz dediyində israr etmək, sözünün üstündə durmaq, fikrindən dönməmək. [Nəsir] hələ bəzi vaxt öz fikrinin üstündə duraraq böyük qardaşı ilə mübahisəyə də girişirdi. S.Hüseyn. fikir-xəyal is. [ər.] bax. fikir. [Ataş Mürsələ:] Mən qorxuram, biz tətili qurtarandan sonra da sən fikir-xəyaldan aralanmayasan. Ə.Vəliyev. Ümid başını aşağı salıb fikir-xəyalı ilə əlləşirdi. B.Bayramov. fikirləşmə “Fikirləşmək”dən f.is. fikirləşmək f.\n1. Bir şey və ya iş haqqında düşünmək, götür-qoy etmək, ölçübbiçmək. Bir qədər fikirləş, sonra cavab ver. Bu barədə yaxşı fikirləşmək lazımdır. – Əhməd tacirbaşı bir az fikirləşdi, o, necə deyərlər, ölçdü-biçdi, götürdü-qoydu, axırda razı olub tədarük görməyə başladı. “Koroğlu”. [Teymur:] Mən bu əməliyyat haqqında çox fikirləşmişəm. H.Seyidbəyli. // Fikrə getmək, düşüncəyə dalmaq. Məsələnin həlli üzərində fikirləşmək. – [Zeynal] öz qapısının önündə durub fikirləşməyə başladı. S.Hüseyn.\n2. Fikrində tutmaq, niyyətində olmaq, düşünmək, bir şey etməyə hazırlaşmaq. Toydan bir neçə gün sonra ortancıl bacı fikirləşdi ki, durum gedim, görüm bacım necədi. (Nağıl). Molla fikirləşir ki, bir eşşək yükü xiyar götürüb Teymurləngə aparsın. “M.N.lətif.”.\n3. Qayğısına qalmaq, halını düşünmək, yaddan çıxarmamaq, tədbir aramaq. Öz oğlunun gələcəyini fikirləşmək. Gənclik haqqında fikirləşmək. fikirli sif. Fikri bir şeylə məşğul, fikrə dalmış; dalğın. Fikirli adam. Niyə belə fikirlisən? O, gözümə çox fikirli görünür. – [Humay] susdu, üzü yenə də fikirli və tutqun bir ifadə aldı. İ.Əfəndiyev. // zərf Fikirli halda, fikirli-fikirli, dalğın halda, dalğın-dalğın. [Xasay] bir müddət fikirli gəzdi. Ə.Vəliyev. fikirlilik is. Fikirli adamın halı, fikirli olma; dalğınlıq. Gəmidən çıxaraq sahildə dayandıqları beş-on dəqiqə ərzində əsgərlərin açılan çöhrələrində nə isə bir tutqunluq, qeyrimüəyyən bir fikirlilik vardı. Ə.Əbülhəsən. fikirsiz sif. Heç bir fikri, dərdi, qayğısı olmayan. Fikirsiz adam. // Fikri özündə olmayan; huşsuz. // zərf mənasında. Fikirləşmədən, düşünmədən, mülahizə etmədən. Fikirsiz hərəkət etmək. – [Şərəfoğlu Rüstəmə:] Ən yaramaz cəhət isə budur ki, işin çox hissəsini fikirsiz, elmi mühakiməsiz görmüşsünüz. M.İbrahimov. fikirsizlik is.\n1. Fikri özündə olmama; huşsuzluq. // Fikirsizcəsinə hərəkət, düşüncəsizlik.\n2. Heç bir fikri, qayğısı, dərdi olmama. fikrən zərf [ər.]\n1. Fikirləşərək, fikirlə, fikrində, zehnində düşünərək. Fikrən bir şey düşünüb demək. – [Firidun] Şəmsiyyənin məqsədini fikrən müəyyən etməyə çalışdı. M.İbrahimov.\n2. Beyin, zehin cəhətdən. [Surxay Aydına:] Sən fikrən və ruhən istirahətə möhtacsan. C.Cabbarlı. fikri sif. [ər.] Fikrə, ağla, düşüncəyə aid olan, fikir, ağıl, düşüncə ilə bağlı olan; əqli, zehni. C.Məmmədquluzadə fikri durğunluq, gerilik, cəhalət tüstüsünün xalq üçün yaratdığı qorxudan həyəcanla danışaraq əlac etməyə çağırırdı. M.İbrahimov. fikriaçıq bax. açıqfikirli. Fikriaçıq adam. – [Zeynal] özünü fikriaçıq, ziyalı bir şəxs hesab edərdi. S.Hüseyn. fiksaj [fr. fixoge – möhkəm] Aydınlaşdırıldıqdan sonra fotoplyonkanı, fotoplastinkanı (neqativi) və ya onlardan kağıza çıxarılmış surətləri yuyub sabitləşdirmək üçün kimyəvi məhlul. fiksajlama “Fiksajlamaq”dan f.is. Neqativləri fiksajlama prosesi. fiksajlamaq f. Fotoplyonkanın surətlərini fiksajla işləmək. Plyonkanı fiksajlamaq. fikus [lat.] bot. Tutkimilər fəsiləsindən tropik ağac və ya sarmaşıq. // Həmin cinsə daxil olan, iri ovalşəkilli yarpaqları olan bəzək bitkisi. fiqur [lat. figura – görünüş]\n1. Bir iş görərkən (rəqs edərkən, təyyarədə uçarkən və s.) birinin və ya bir şeyin aldığı vəziyyət. Rəqsin ayrı-ayrı fiqurları. – Təyyarəçi çox vaxt yüksək pilotaj fiqurları göstərməli olur ki, bu zaman insanın bədəni xeyli gərgin vəziyyət alır. “Təyyarəçi”.\n2. Musiqi əsərini mürəkkəbləşdirən, gözəlləşdirən ritmik-melodik element.\n3. Rəssamlıqda, heykəltəraşlıqda insan və ya heyvan təsviri. “İdmançı qız” fiquru. – Hovuzdakı fiqurların müxtəlif əzalarından fışqıran fəvvarələr Bağdad gündüzünə məxsus hərarətin müqavimətini qıraraq, həyəti bahar nəsimi ilə bərabər gələn şəbnəmlərlə doldururdu. M.S.Ordubadi. // teatr. Surət, tip, xarakter.\n4. Düzgün, qəşəng bədən quruluşu; qəddqamət, boy-buxun. Qızın gözəl fiquru var. // Ümumiyyətlə, bədən. Bezdən bir adam fiquru tikib içinə həşəm doldurardılar. H.Sarabski.\n5. Ən böyük oyun kartının (tuz, qoca, qız, oğlan) adı.\n6. Şahmat oyununda: piyadadan fərqli olaraq şah, vəzir, top, fil, at. İki fiqur və üç piyada. Bir fiquru iki piyadaya dəyişmək.\n7. riyaz. Müstəvinin qapalı xətlə məhdudlaşmış hissəsi; habelə müəyyən qaydada düzülmüş nöqtələrin, xətlərin, səth və cisimlərin hamısı bir yerdə. Burada çoxlu həndəsi fiqurlar, riyazi sxemlər və formullar vardır. fiqurist [lat.] Mürəkkəb fiqurlar göstərən idmançı (əsasən konkisürən) (bax. fiqur 1-ci mənada). Fiquristlərin yarışı. fiqurlu sif.\n1. Kənarları, dövrəsi düzxətli olmayan, qırçın, mürəkkəb formada olan. Fiqurlu peçenye. Bəzəkli fiqurlu ayaqları olan pardaqlanmış yemək stolu. // Üzərində basma, naxış olan; naxışlı. Fiqurlu kitab cildi.\n2. Fiqurla ifa olunan (bax. fiqur 1-ci mənada). Fiqurlu rəqs. Fiqurlu konkisürmə. • Fiqurlu üzmə idm. – suda qrup halında icra edilən gimnastik hərəkətlər. Fiqurlu üzmə yarışı.\n3. Şahmat oyununda: böyük fiqurlar vasitəsilə icra olunan. Şah cinahına fiqurlu hücum. fil is. [fars.]\n1. zool. Tropik meşələrdə yaşayan uzun və qüvvətli xortumlu, tüksüz, otyeyən məməli iri heyvan. Filin bir fikri var, filbanın min. (Ata. sözü).\n2. Diaqonal üzrə istənilən xanaya hərəkət edən şahmat fiquru. Zəki Gülşənin necə oynayacağını əvvəldən bilirmiş kimi fili irəli itələdi. M.Süleymanov. ‣ Fil azarı – bədənin ayrı-ayrı üzvlərinin (çox vaxt ayaqların) həcminin həddən artıq böyüməsindən ibarət xəstəlik. Fil qulağında yatmaq – heç bir şeylə maraqlanmamaq, heç bir şeydən xəbəri olmamaq. [Fizzə xanım Vahidova:] Fil qulağında yatmışıq, ay Əli... Ə.Məmmədxanlı. [Kolxozçu yoldaşına:] Elə bil sən də fil qulağında yatmısan, ay zalım oğlu, heç şeydən xəbərin yoxdur. B.Bayramov. filan sif. [ər.] Bir adamın, bir şeyin yaxud bir yerin adını çəkmək istəmədikdə onun əvəzinə işlədilən söz. Filan adam. Filan kənd. Filan ev. – Bihudədir ol qamu fəsanə; Kim, aşiqdir filan filanə. Füzuli. Birdən eşidərdilər ki, Əbdülkərim filan kənddə filan adamın evində gizlənibdir. Ə.Haqverdiyev. ‣ Filan filan olmuş (şüdə) dan. – söyüş məqamında işlədilən evfemistik ifadə. Ədə, filan filan şüdə, sən cürət elədin, mənim arvadımın adını soruşdun? C.Məmmədquluzadə. Deməzlərmi, ay filan filan olmuşun qızı, bir tikə uşağın şəhərlərdə, hacıların qapısında nə iti azmışdı? Mir Cəlal. filani is. [ər.] köhn. bax. filankəs. Təkəllümə gəlib vəfalı dilbər; Soruşub: – Bəs neçin filani gəlməmiş? Q.Zakir. Qoyma külahın kəc, ay bəy, aldatma cahanı; Bəsdir, a filani! M.Ə.Sabir. filankəs is. [ər. filan və fars. kəs] Adı deyilmək istənilməyən şəxs; filan adam. Adını demərəm, eldən ayıbdır; Filankəsin qızı filan oynasın. M.V.Vidadi. İstəyirdi ki, ona indi sadəcə Ağca yox, filankəsin arvadı desinlər. Mir Cəlal. filantropiya is. [yun.] Xeyriyyəçilik, yoxsullara kömək. filarmoniya [yun. phileo – sevirəm və harmonia – ahəng] Konsertlər təşkil edən və musiqi sənətini təbliğ edən cəmiyyət və ya idarə. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası 1936-cı ildə təşkil olunmuşdur. filatelist [yun. phileo və felos] Filatelizmlə məşğul olan adam, marka kolleksioneri. Filatelistlər cəmiyyəti. Filatelistlər klubu. Gənc filatelist. filateliya (=filatelizm) [yun. phileo – sevirəm və felos – yığım, rüsum] Kolleksiya üçün marka və poçt ödənişi nişanlarından yığıb saxlama. filatelizm (=filateliya) [yun. phileo – sevirəm və felos – yığım, rüsum] Kolleksiya üçün marka və poçt ödənişi nişanlarından yığıb saxlama. filban is. [fars.] Fillərə baxan, xidmət edən; fil gəzdirən. Xalqa göstərməyə fili filban; Küçədə gəzdirir idi hər yan. A.Səhhət. fildekos [fr. fil d`Eoosse – şotland sapı] İpək sapa oxşayan saya pambıq iplik (trikotaj toxumaq üçün işlədilir). // Həmin iplikdən toxunmuş. Fildekos corab. fildepers [fr. fil de Pers – fars sapı] Əla fildekos. // Həmin sapdan toxunmuş. Fildepers corab. filial [lat. filialis – oğula məxsus] Hər hansı təşkilatın (idarənin, müəssisənin və s.) müəyyən dərəcədə müstəqilliyə malik şöbəsi. İnstitutun filialı. Muzeyin filialı. Filialın rəhbəri. – Elmlər Akademiyasının filialının kağızı lazım idi. M.İbrahimov. filiz is. Tərkibində metal və ya onun birləşmələri olan təbii xam mineral; külçə. Dəmir filizi. Mis filizi. Dəmir, polimetal, mis və s.-nin filizləri daha geniş yayılmışdır. filizli sif. Filiz yataqları olan, filiz çıxarılan. Filizli sahələr. // Tərkibində filiz olan. Filizli qazıntılar. Filizli torpaq. filizsaflaşdırma is. Tərkibində filiz olan xam mineralların ilk emalı. Filizsaflaşdırma kombinatı. filizyuyan sif. xüs. Filizi su ilə yuyub təmizləyən. Filizyuyan qurğu. film [ing.] Kinofilm, kinoşəkil, kinolent. “Dədə Qorqud” filmi. Uşaqlar üçün film. – Çay-çörəkdən sonra hamısı dəstə ilə yeni filmə baxmağa getdi. M.Hüseyn. [Murad:] Deyirlər, sabah yaxşı film göstəriləcək.. İ.Əfəndiyev. filmoskop [ing. film və yun. skopeo – baxıram] Pozitiv kinoplyonkaları göstərmək üçün proyeksiya aparatı. filmoteka [ing. film və yun. theke – yeşik] Kinostudiyada, kitabxanada və ya kinofabrikdə kinofilmlərin yığılıb saxlandığı şöbə, arxiv. Filmotekada saxlanılan kino əsərləri elmi cəhətdən öyrənilir. filologiya [yun. phileo – sevirəm və logos – söz] Hər hansı bir xalqın dil və ədəbiyyatını öyrənən elmlərin hamısının birlikdə adı. Azərbaycan filologiyası. Antik filologiya. Şərq filologiyası. Antik dövr abidələrinin öyrənilməsi ilə filologiyanın sərhədləri genişləndi. filoloji sif. Filologiyaya aid olan, filologiya ilə əlaqədar olan. Filoloji təhsil. Filoloji tədqiqat. Filoloji əsər. // Filologiya üsullarına əsaslanan. Əlyazmasının filoloji təhlili. filoloq [yun.] Filologiya mütəxəssisi. Gənc filoloqların araşdırmaları. filosof [yun. phileo – sevirəm və sophia – müdriklik]\n1. Fəlsəfə mütəxəssisi, ümumiyyətlə, fəlsəfə ilə məşğul olan, dünyagörüşü məsələlərini tədqiq edən alim, mütəfəkkir. Görkəmli Azərbaycan filosofu Bəhmənyar. Şair Füzuli həm də filosofdur. – Kainatda hər şey cəzbə bağlıdır; Filosoflar bunu eşq adlandırır. N.Gəncəvidən.\n2. məc. Həyata, hadisələrə ağılla, düşüncə ilə, mühakimə ilə yanaşan, həyatda qarşıya çıxan çətinliklərə, iztirablara soyuqqanlılıqla dözən adam. filosofanə sif. [yun. philosof və fars. ...anə]\n1. Filosof kimi (bax. filosof 2-ci mənada). Həyata filosofanə (z.) baxmaq. // Dərin fikrə dalmış kimi görünən. Rüstəm bəyin filosofanə siması birdən-birə dəyişildi, dodaqlarında səmimi və təmiz bir təbəssüm oynamağa başladı. Çəmənzəminli.\n2. bax. fəlsəfi. [Qətibə Nizamiyə:] Bütün şad və məsrur dəqiqələrimi sizi xatırlamaq və sizin filosofanə əsərlərinizi oxumaqla keçirmişəm. M.S.Ordubadi. filosofluq is. Fəlsəfi mühakimələrə meyil, mücərrəd mühakimələrlə məşğul olma. // məc. Əllaməlik, üqəlalıq. [Yəhya:] Filosofluq sənə heç yaraşmır, Əli. Y.Əzimzadə. • Filosofluq etmək – əllaməlik etmək. Telli arvad [Rüstəm kişiyə] baxanda filosofluq edib deyirdi.. M.İbrahimov. filtr [fr.] Mayeni içində olan bərk cisimlərdən ayırmaq üçün cihaz və ya məsaməli cisim; süzgəc. filtrat [fr.] Filtrdən (süzgəcdən) keçirilmiş maye. fin Finlandiyanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Fin professional musiqi mədəniyyəti. ‣ Fin bıçağı – qında gəzdirilən qısa yoğun tiyəli bıçaq; finka. final [ital. finale – sonuncu, axırıncı]\n1. inc. Musiqi, teatr və ya ədəbi əsərin sonu. Simfoniyanın finalı. Romanın finalı. – “Koroğlu” uvertürası operanın finalında səslənən təntənəli və möhtəşəm musiqi ilə qurtarır. Ə.Bədəlbəyli.\n2. idm. İdman yarışlarının qalibi müəyyən edən son hissəsi. Finala çıxmaq. Finalda oynamaq. Finalda qalib gəlmək. finalçı is. idm. Final oyununda, yarışında iştirak edən idmançı və ya idman komandası. Finalçıların yarışı (görüşü). Finalçı idmançı. fincan is. Çay, qəhvə, su və s. içmək üçün kiçik, dairəvi, əsasən dəstəli, saxsı və ya çini qab. Qəhvə fincanı. Fincana şərbət tökmək. Çini fincan. – Piri kişi .. çaydandan iki fincan çay töküb süfrəyə qoydu. S.S.Axundov. Nizamla əyləşdilər; Bir fincan çay içdilər. B.Vahabzadə. • Fincan kimi – iri və parlaq (göz haqqında). fincə sif. və zərf Fin dilində. Fincə danışmaq. Fincə-rusca lüğət. Fincə öyrənmək. finiş [ing. finisch – son]\n1. Sürət idman yarışlarının həlledici son hissəsi. Qaçışın finişi.\n2. Belə yarışlarda distansiyanın son nöqtəsi. Finişə birinci çatmaq. // Məc. mənada. Sənsiz olacağam deməyə gəlmir dilim; Kim bilir, hardadır; ömür yolunun finişi. R.Rza. finka [rus.] bax. fin bıçağı (“fin”də). fin-uqor :Fin-uqor dilləri dilç. – başlıca olaraq Mərkəzi və Şərqi Avropada və Asiyanın şimal-qərbində yaşayan xalqların (macarların, finlərin, karellərin, estonların, xantların, mansilərin, saamların, komilərin və bəzi başqa xalqların) danışdığı dil qrupu; uqor-fin dilləri. Fin-uqor dilləri Ural dillərinin iki qolundan biridir. firavan sif. və zərf [fars.] Çox, bol, çoxlu, varlı. Firavan həyat. Firavan dolanacaq. – Uşaqlığında ata-ananın nəvazişindən başqa heç nə görməyən Səltənət ərə gedəndən sonra çox firavan yaşamışdı. Ə.Vəliyev. Daha da firavan, xoşbəxt görürəm; Bizim hər şəhəri, hər kəndi bu gün. O.Sarıvəlli. firavanlıq is. Yaşayış üçün hər cür maddi nemətlərin bol olduğu hal; bolluq, rifah. Firavanlıq içində yaşamaq. – Adamların şərəfli əməyi ilbəil ölkəmizə bolluq, xalqımıza firavanlıq gətirəcəkdir. firəng is. Danışıq dilində “fransız” mənasında işlədilir. [Şahbaz bəy:] Şərəfnisəyə firəng qızları başlarına örtən təsəklərdən alıb sovqat gətirrəm də. M.F.Axundzadə. Öz dilindən də gözəl; Bilir firəng dilini. B.Vahabzadə. firəngtoyuğu is. zool. Toyuq fəsiləsinə mənsub quş. firəngüzümü is. bot.\n1. Tikanlı giləmeyvəli kol.\n2. Həmin kolun göy rəngli turşaşirin meyvəsi. Firəngüzümü mürəbbəsi. firəngcə sif. və zərf Fransızca, fransız dilində. Modabaz və meşşan qadınlardan bəhs edən ədib deyir ki, əlbəttə, belə anaların tərbiyə etdiyi uşaqlar tans öyrənəcəklər, firəngcə donquldanacaqlar. M.Arif. firqə is. [ər.] köhn.\n1. bax. partiya 1ci mənada. Qəza firqə özəyinin qapısında dayanan keşikçilər Kəsəmənlini görən kimi gülümsünüb ona yol verdilər. İ.Şıxlı. Nədir bu partiya? Mən anlamıram; Firqə, dar çərçivə, firqə bir qəfəs! B.Vahabzadə.\n2. Camaat, tayfa. Qalıbdır firqeyi-islam dalda cümlə millətdən; Əhatə eyləyiblər başqalar elm ilə dünyanı. S.Ə.Şirvani. // Zümrə, ictimai təbəqə. Gələcəkdəki məqaləmizdə Qasım bəy Zakirin rəiyyət tayfasına cövr və sitəm edən şair firqələrin barəsində yazdığı şeirlərdən danışıb əsil mətləbə keçəcəyik. F.Köçərli. firqəçi is. köhn. Firqə üzvü; firqəli, partiyaçı. [Eldar:] Firqəçi olduğu üçün mənim narazılığımdan çəkinir.. S.Hüseyn. [Çiçək:] Kənddə cəmi iki-üç firqəçi vardı. B.Bayramov. firqəli köhn. bax. firqəçi. firqət is. [ər.] Ayrılıq, fəraq. Yoxumdu tabü təvan firqətə, cavan, getmə! X.Natəvan. Mehriban aşığım, hara gedirsən? Sənin bu firqətin kədərlidir çox. M.Müşfiq. firma [ital.] Rəsmi hüquqa malik olub, markası ilə mal satılan və ya məmulat buraxılan ticarət və ya sənaye müəssisəsi. Ticarət firması. Avtomobil firması. – İldən-ilə qüvvətlənən nəhəng firmaların yanında [Əzimbəyov qardaşlarının korporasiyası] ən adi bir emalatxanaya bənzəyirdi. M.Hüseyn. • Firma mağazası – ancaq bir firmanın istehsal etdiyi mallar satılan mağaza. Mebel firma mağazası. firni is. Düyü unu və şəkərdən hazırlanan desert yeməyi. Axşam azanı deyilən kimi, mömin müsəlman bilmir ki, nəyə əl uzatsın, çaymı içsin, firnimi yesin, halvadanmı dadsın. C.Məmmədquluzadə. Orucluq ayının özünəməxsus süfrəsi vardı: firni, tərək, balhalvası, nazik yuxa, şorqoğalı və sairə. H.Sarabski. firon is. [ər.]\n1. Qədim Misir padşahlarına verilən ad. [Şeyda:] Fironu qəhr edən Musa bir çobandan başqa bir şey deyildi. H.Cavid.\n2. məc. Çox məğrur, kibrli, zülmkar adam haqqında. Fironun biridir. // məc. Qudurğan, harın. Firon uşaq. fironluq is. Qudurğanlıq, kibrlilik, lovğalıq; azğınlıq, zülmkarlıq. • Fironluq etmək (eləmək) – qudurğanlıq etmək, azğınlıq etmək, zülm etmək. [Cabbar:] Ramazan, daha durmaq yeri deyil, bu zalımı gərək cəzasına çatdıraq, bu qədər fironluq elədi, bəsdir. B.Talıblı. [Əbülhəsənov:] Paşa bəyin fironluq elədiyi zaman Sevdim əmi dözürdü, indi nədənsə tələsir. Ə.Vəliyev. firuzə is. [fars.]\n1. Göy rəngli qiymətli daş. Firuzə yataqları. – Sarı dağın ətəyindəki yaşıl meşə altun üzərinə nəsb olunmuş firuzəni andırırdı. Çəmənzəminli. // Həmin daşdan qaşı olan. Firuzə qaşlı üzük.\n2. Göy, mavi. Firuzə səma. – Mən görmüşəm kölgələri; Firuzə sulara düşən; Ağ yelkənlərin yaraşığını. R.Rza. Kainat nə böyük, yaşamaq nə xoş; Firuzə dəniz də bəxtiyar, sərxoş. N.Rəfibəyli. firuzəyi sif. [fars.] Firuzə rəngində olan; göy, mavi. Firuzəyi rəng. Firuzəyi kaşı. fisincan is. Xırda küftələrlə döyülmüş qoz ləpəsi, abqora (və ya nar şirəsi), yağsoğan ilə bişirilən plov xuruşu. Fisincan bişirmək. Plovun qarası fisincandır. – Qoz ləpəsi, yağlı fisincanı gör; Süfrəyə bax, neməti-əlvanı gör. S.Ə.Şirvani. Paxlava, bal, firni, fisincan iyi; Lap eləyir adəmi bican iyi. Ə.Nəzmi. fisincanplov is. Xuruşu fisincandan ibarət olan plov. [Xortdan:] Mirzə durub, gedib qapını açıb, oradan bir məcməyi fisincanplov gətirib qoydu ortalığa. Ə.Haqverdiyev. fisq is. [ər.] klas. Pis işlər, günah işlər; əxlaqa zidd iş; yavalıq, pislik. Müridlərdə bütün bidəti, cinayəti, fisqi; Yalan hədisləri rövzəxanda görməli imiş. M.Ə.Sabir. fisqarmuniya [alm.] Orqan kimi səslənən klavişli (dilli) nəfəslə çalınan musiqi aləti. fişəng is.\n1. Alışarkən havada yüksəkliklərə qalxan, şənliklərdə, atəşfəşanlıqda, habelə siqnal verməkdə və hərbi işdə tətbiq edilən partlayıcı maddə, mərmi. Qırmızı fişəng. – Bu halda sərayi-şahidən göyə bir fişəng buraxdılar. M.F.Axundzadə. Rəngarəng fişənglər hər tərəfi çıraqbana döndərmişdi. M.Hüseyn.\n2. köhn. Patron. Tüfəngə fişəng qoymaq. – Boyunlarda yeksər qəşari-fişəng; Revolverlər əldə, həmayil tüfəng. M.Ə.Sabir. Uzunboylu, sarıbənizli, alagözlü tağım komandanı tağımı fişənglə təchiz edirdi. H.Nəzərli. fit is.\n1. Bir-birinə kiplənmiş dodaqların və ya dişlərin arasından güclü nəfəsvermə, yaxud fıştırıq və s. vasitəsilə çıxarılan kəskin zil səs. Gecə yarıdan addamışdı. Vədə olunmuş fit səsi Gülsümün qulağına gəldi. Ə.Haqverdiyev. Həyətdə Cəfər əminin fiti və tənbəl-tənbəl atılan addımlarının səsi eşidilirdi. H.Nəzərli. • Fit çalmaq – bu üsulla ağızdan səs çıxarmaq. Katib yenə heç bir şey eşitmirmiş kimi durub fit çaldı. M.İbrahimov. // Bu cür səs çıxarmaq üçün alət; fıştırıq. // Mexaniki fıştırıqla çıxarılan sürəkli zil səs; siqnal. Gəminin fiti. Parovozun fiti. Fit vermək. – Mədən fitləri səhər saat altını vurur. M.İbrahimov. [Göyçək] ..sayıq yatmalı idi ki, qatarın fit səsini eşidəndə durub perrona çıxsın. Ə.Əbülhəsən.\n2. Bəzi quş və heyvanların çıxardığı eyni tembrli və tonlu səs; fışqırıq.\n3. Vıyıltı, uğultu. ‣ Fitə basmaq – fit çalmaqla öz nifrətini, narazılığını, hiddətini bildirmək; fitləmək. Tahir bir istədi qışqırsın, tülküsifət natiqi fitə bassın, ona öz yerini göstərsin, amma məclisdə oturanların töhmətindən çəkinib dinmədi. M.Hüseyn. fitə is. [ər.] Hamamda çimərkən və ya bir iş görərkən belə bağlanılan qumaş parça (əsasən qırmızı rəngdə olur). Camadar ustaya yanaşıb, onun quru fitəsini bucaqda dəyişib ona köhnə və yaş bir fitə verdi. Çəmənzəminli. [Bir ayrısı:] Paltarlarımızı tamam çıxardıb, adama bir fitə tutardıq, sonra on-on beş girvənkə gələn ağac milləri atıb-tutar, oynadardıq. Çəmənzəminli. // Bəzi Şərq ölkələrində şalvar əvəzinə belə bağlanan qumaş parçası. Efiopiya kəndlisinin fitəsi. fitil is.\n1. bax. piltə 1-ci mənada. Lampa fitili. – Arvad istər-istəməz maşınkaya sarı getdi. Fitilini düzəldib aşağı çəkdi. S.Rəhman. Tavandan asılmış çırağın fitilini qaldıran olmadığından, otaq güclə işıqlanırdı. İ.Şıxlı. // Bir şeyi alışdırmaq, partlayış əmələ gətirmək üçün alışqan qaytan. Daldan gəlir top, topxana, qumbara; Fitilləri tüstüləyir havadə. A.Səhhət. Bu iyrənc səltənəti darmadağın edəsi; Qəzəbinin coşması bənddir bircə fitilə; İradəndir o fitil. X.Rza.\n2. bax. piltə 2-ci mənada. Yaraya fitil qoymaq. Yaranın fitilini çıxarmaq. fitilləmə “Fitilləmək”dən f.is. fitilləmək f.\n1. Partlayıcı şeylərin fitilini alışdırmaq.\n2. məc. Qızışdırmaq, alışdırmaq. fitilli sif. Fitili olan, fitil keçirilmiş. Fitilli lampa. // Fitillə alışdırılan. Fitilli mina. fitləmə “Fitləmək”dən f.is. fitləmək f.\n1. Fit çalmaq, fit vermək; fitlə bildirmək, ya çağırmaq. Qoyunları aparmaq üçün fitləmək. – [Beyrək] ..ətirli payız ot və çiçəklərindən qırpan boz atı fitləyib çağırdı. M.Rzaquluzadə.\n2. bax. fitə basmaq (“fit”də).\n3. məc. Təhrik etmək, sövq etmək, qızışdırmaq. fitnə is. [ər.]\n1. Qarışıqlıq, ara pozma, ara qarışdırma; adamları, camaatı və s. birbirilə vuruşdurmaq, aralarını pozmaq üçün gizlicə hazırlanan qəsd, xəyanət, fitnəfəsad; provokasiya. Sən ömründə fitnə toru qurmamısan; Min insanla bölüşmüsən qismətini. S.Vurğun. [Salatın:] Əgər onun fitnəsi olmasaydı, bibim nə müridlərin meyxanasına gedərdi, nə də başına bu iş gələrdi. İ.Şıxlı. • Fitnə salmaq (törətmək) – araya nifaq salmaq, ara qarışdırmaq, fəsad törətmək. Paşa bəy Nəbinin yoldaşları arasına fitnə salır. “Qaçaq Nəbi”. // Fitnəçi. Fitnə adamdır.\n2. məc. Qurğu, tələ, hiylə. [Vəzir:] Kəs səsini, ay ləçər, məni dilə basdırma, dəxi mən səni tanıdım, bu qədər fitnə və feil tamam sənin işin imiş. M.F.Axundzadə. Səba xanım bütün macəra və fitnəni öz şəxsində mərkəzləşdirdiyinə baxmayaraq, onun zahiri gözəlliyi təbiətin möcüzələrindən idi. M.S.Ordubadi. fitnəçi is. və sif. Fitnə törədən, araqarışdıran, fitnə-fəsad salan, adamları birbirilə vuruşduran, onların arasına təfriqə salan; provokator. // Məc. mənada. [Böyükxanım] başı üstündən aynanı götürüb, fitnəçi gözlərini aynaya açıb baxırdı. M.S.Ordubadi. fitnə-fəsad is. [ər.] bax. fitnə 1-ci mənada. Araya fitnə-fəsad salmaq. – Biri də çolaq Məcid özüdür. Çox fitnə-fəsad sevən adamdır. B.Talıblı. [Saray vəziri] öz xeyri üçün məmləkətdə fitnə-fəsad qalmırdı ki, törətməsin. M.İbrahimov. fitnəkar is. [ər. fitnə və fars. ...kar] bax. fitnəçi. Fitnəkar adam. O, çox fitnəkarları ifşa etmişdi. – Hüsaməddinin fikirləri bir daha bu fitnəkar qadının [Qətibənin] gəncliyinə qayıtdı. M.S.Ordubadi. Dağ uçdu? Uçruldu? – Bilinmir bu sirr! Fitnəkar feilləri deyilsə, nəydi? M.Araz. fitnəkarlıq is. Fitnə törətmə, araqarışdırma, fitnə-fəsad salma; provokasiya, provokatorluq. Faşistlər yeni-yeni fırıldaqlara və fitnəkarlıqlara əl atırdılar. fitnəli 1. bax. fitnəkar.\n2. məc. sif. Fitnəyə, fəsada bais olan, fitnə salan. Həm söylə, nigar sağ, əsənmi; Ol fitnəli yar sağ, əsənmi? Xətayi. Heyvan kimi bir barədə palçıqda qalanda; Sal fitnəli söz ortalığa, hövsələtəng ol! M.Ə.Sabir. fito [yun. phyton – bitki] Mürəkkəb sözlərin “bitki” mənasında olan birinci tərkib hissəsi; məs.: fitopaleontologiya, fitocoğrafiya və s. fitr is. [ər.] Orucdan çıxma, qurtarma, orucu sona vurma. fitrə is. [ər.] din. İslamiyyətdə ailə üzvlərinin sayına görə orucluq ayında yoxsullara, yetimlərə verilməli olan sədəqə. [Odabaşı:] Camaatın .. zəkatı və fitrəsi ağanın mübarək əlilə paylanardı. Ə.Haqverdiyev. fitrət is. [ər.]\n1. Yaradılış, xilqət, təbiət. Bir rəngdə deyildir insan fitrəti; Quzuykən qəflətən o dönür şirə. B.Vahabzadə.\n2. Xasiyyət, təbiət. Fitrəti belədir. Fitrətində olmaq. – [Çopo Ceynizə:] Deməli, başqa-başqa fitrətə malik olduğumuzdan bir-birimizi anlaya bilməyəcəyik. Çəmənzəminli. “Nəzakət”, “sakitlik”, “mədənilik” naminə nöqsanların üstünü vurmamaq bizim .. fitrətimizə ziddir. S.Rəhimov. fitrə-zəkat top. [ər.] Fitrə və zəkat. Sonra bu həyətin seyidləri bir müddət də fitrə-zəkatla dolandılar. H.Seyidbəyli. fitri sif. [ər.] Xilqətində, təbiətində, yaradılışında olan; anadangəlmə. Fitri bacarıq. Gənc xanəndənin parlaq fərdi yaradıcılıq üslubu, onun gözəl fitri qabiliyyəti hamının diqqətini cəlb etmişdi. – [Əlyarovun] fitri istedadını düşmənləri belə danmırdılar. M.Hüseyn. fitva is. [ər.]\n1. din. Bir işi icra etmək üçün din başçısı və ya hökmdar tərəfindən verilən icazə, hökm. • Fitva almaq – bir işi icra etmək üçün din başçısının, ya hökmdarın icazəsini almaq. [Padşah:] Üləmanı cəm elə və onlardan fitva al. Ə.Haqverdiyev. Fitva vermək – bir işi icra etmək üçün şərən icazə (hökm) vermək. Bir gün fitva verdi axund minbərdən; Lənətlə çəkilsin Sabirin adı. B.Vahabzadə.\n2. məc. Ümumiyyətlə, icazə, razılıq. Müqim bəy öz fitvasını danıb Mirzə Polad müəllimin qanını Ələmdarın .. boynuna yıxa bilər. S.Rəhimov. • Fitva vermək – icazə vermək, yol vermək. [Kəndli:] ..Yoldaş Veys, nahaq yerə bu işə fitva verirsiniz. Ə.Əbülhəsən. fizik [yun.] Fizika mütəxəssisi. Təbiət gözəldir və fiziklər özlərini bəlkə də bu gözəlliklər xatirinə uzun, ağır əziyyətlərə salırlar. – ..Hər halda fizikin də məqsədi təbiət hadisələrinin ahəngini açmaqdır. X.Məmmədov. fizika [lat. physike – təbiət] Təbiət hadisələrinin ümumi qanunauyğunluqlarını, materiyanın (maddə və sahənin) hərəkət qanunlarını, ümumi xassələrini və quruluşunu öyrənən elm. Fizikanın əsas prinsipi. Fizikada mexanikanın tam hökmranlığı XIX əsrdə başa çatdı. Bütün inkişafı boyu fizika fəlsəfə ilə sıx bağlı olmuşdur. – ..Eynşteynin ömür yolunu yeni fizikanın tərcümeyi-halından necə ayırmaq olar? X.Məmmədov. fiziki sif.\n1. Fizikaya aid olan. Fiziki nəzəriyyə. Fiziki elmlərin müasir vəziyyəti.\n2. Fizikanın məşğul olduğu hadisələr sahəsinə aid olan. Torpağın fiziki xassələri. Fiziki proseslər. Əsas fondların fiziki aşınması.\n3. İnsan orqanizminə aid olan; cismani. Fiziki nöqsan. // Bədən hissləri ilə bağlı olan. Fiziki əzab.\n4. Əzələ, damar fəaliyyətinə aid olan; qeyri-zehni. Fiziki məşqlər. Fiziki əmək. – Dərs hazırlamağa oturmamışdan əvvəl fiziki işlə məşğul olmaqdan İkramın xoşu gəlirdi. Ə.Əbülhəsən. ..Qərib isə o dünyalıqdı, mənən saf və təmiz olan bu insanın fiziki qüvvəsi tükəndi. İ.Məlikzadə. ‣ Fiziki kimya – kimyəvi hadisələri fiziki üsullar vasitəsilə öyrənən, fizika ilə kimyanı birləşdirən elm. Fiziki coğrafiya – Yerin səthini, iqlimini, bitki və heyvanat aləmini öyrənən elm. Fiziki coğrafiyanın ümumi nəzəriyyəsinin inkişafı üçün Vernadskinin tədqiqatları böyük əhəmiyyətə malikdir. fiziokrat [yun. physia – təbiət və kratos – hakimiyyət] Torpaq və əkinçiliyin sərvətin yeganə mənbəyi, əkinçilik əməyinin isə yeganə istehsaledici əmək olduğunu iddia edən XVIII əsr burjua siyasi iqtisadi nəzəriyyəsi tərəfdarlarına verilən ad. fiziologiya [yun. physia – təbiət və logos – elm]\n1. Canlı orqanizmin və onun hissələrinin həyati vəzifələri və fəaliyyəti haqqında elm. Bitkilərin fiziologiyası. Müqayisəli fiziologiya. Fiziologiya biologiyanın ən mühüm bölmələrindəndir.\n2. məc. Şəhvani hissiyyat. ‣ Danışıq səslərinin fiziologiyası – fonetikanın, danışıq cihazının quruluşunu və onun fəaliyyətini öyrənən bəhsi. fizioloji sif.\n1. Fiziologiyaya aid olan. Fizioloji tədqiqat üsulları. Fizioloji məsələlər.\n2. Cismani, şəhvani. Fizioloji hisslər.\n3. Canlı orqanizmləri öyrənən bir sıra fənlərin adlarının tərkibində işlənir. Fizioloji akustika. Fizioloji optika. Fizioloji psixologiya. fizioloq [yun. physia – təbiət və logos – elm] Fiziologiya mütəxəssisi. fizioterapevt [yun. physia və therapentes] Fizioterapiya mütəxəssisi olan həkim. fizioterapevtik sif. Fizioterapiyaya aid olan, fizioterapiya ilə əlaqədar olan. Fizioterapevtik müalicə. Fizioterapevtik amillərin təsiri olduqca çoxsahəlidir. fizioterapiya [lat. physia – təbiət və therapentes – müalicə] Fiziki, təbii vasitələr (işıq, elektrik və s.) ilə müalicə. Fizioterapiya və kurortologiyanın inkişafı. flakon is.[fr.] Ətir şüşəsi. flaqman [holl.] Böyük hərbi gəmi birləşməsinin (eskadra, diviziya, dəstə) komandanı, habelə həmin gəmi birləşməsi komandanının olduğu gəmi. Flaqman gəmisi. flanel [fr.] Xovlu yumşaq pambıq və ya yun parça. // Həmin parçadan hazırlanmış və ya tikilmiş. Flanel adyal. Flanel köynək. fleksiya [lat. flexio – əyilmə, keçmə] dilç. Hallandıqda, təsrif edildikdə, habelə cins şəkilçiləri qəbul etdikdə dəyişən söz sonluğu. Sözlərin sonundakı şəkilçilərin dəyişməsi xarici fleksiya adlanır. • Daxili fleksiya dilç. – qrammatik formalar əmələ gətirmək üçün sözün kökündəki fonemlərin dəyişilməsi. flektiv flektiv dillər dilç. – fleksiya (o cümlədən daxili fleksiya) vasitəsilə qrammatik formalar əmələ gətirən dillər. HindAvropa, sami-hami dilləri flektiv dillərə aiddir. fleqmatik is. [yun. phlegma – selik] Hippokratın aşkar etdiyi dörd temperamentdən biri; soyuqqanlı, laqeyd, süst, key adam haqqında. fleş is. [fr.] bot. Çay kolunun təzə yarpağı. fleyta is. [alm.] Nəfəslə çalınan musiqi aləti. Yan fleyta. Şaquli fleyta. Fleytanın səsi aydın, şəffaf və güclüdür. fligel is. [alm.] Evin yanında əlavə tikili. flora [qədim Roma əsatirində çiçək, yaz və gənclik ilahəsinin adından] Hər hansı bir yerin və ya geoloji dövrün bitki aləmi, bütün bitki növlərinin toplusu; nəbatat. Azərbaycanın florası. Hər bir floranın əsasını onun növ və cins tərkibi təşkil edir. florin is. [ital.] İtaliyada pul vahidi. fokstrot [ing.] Sürətlə oynanılan dördgedişli rəqs və həmin rəqsin musiqisi. Fokstrot oynamaq. – Orkestrin çaldığı fokstrot gur səslə ətrafa yayılırdı. M.Süleymanov. fokus [lat. focus – mənbə]\n1. fiz. Sınmış və ya əks etmiş şüaların kəsişdiyi nöqtə. Hər optik sistemin iki fokusu olur.\n2. fot. Fotoda şəkli çəkilən obyektin aydın əksinin alındığı nöqtə. Hər optik sistemin iki fokusu olur.\n3. riyaz. Əyri xətt üzərindəki xəyali nöqtəyə nisbətən xüsusi xassəyə malik olan sabit nöqtə. Ellipsin fokusu.\n4. məc. Bir şeyin toplandığı yer; mərkəz, əsas mərkəz.\n\nII. [alm. canlı dildə “foks”] bax. gözbağlıca. Teatrda pərdə açılmayınca mən bu əqidədə idim ki, fokus göstərəcəklər. Ə.Haqverdiyev. // məc. Hoqqa, hoqqabazlıq, oyunbazlıq. Fokus çıxarmaq. fokusçu is. Fokus göstərən artist (bax. fokus2). // məc. Hoqqabaz, oyunbaz. fokuslama “Fokuslamaq”dan f.is. fokuslamaq f.\n1. fiz. Şüaları fokusda birləşdirmək, bir nöqtəyə yığmaq (bax. fokus1 1-ci mənada). Şüaları fokuslamaq.\n2. fiz. fot. Fokusunu tapmaq (bax. fokus1 2-ci mənada). Fotoaparatı fokuslamaq. folklor is. [ing. folklore – xalq müdrikliyi]\n1. Şifahi xalq yaradıcılığı. Musiqi folkloru. Folkloru tədqiq etmək. – Məndə uşaqlıqdan folklora maraq oyadan Yusif əmi olmuşdur. A.Şaiq.\n2. Hər hansı xalqın adət, ənənə, mahnı və s. məcmusu. Azərbaycan folkloru. folklorçu is. Folklor mütəxəssisi; folklorşünas. Folklorçu alim. – Zərdabi özü fədakar folklorçulardan biri kimi məşhurdur. “İncəsənət”. folklorçuluq is.\n1. Folklor haqqında elm.\n2. Folklorçunun sənəti, peşəsi, ixtisası. Folklorçuluqla məşğul olmaq. folklorşünas bax. folklorçu. folklorşünaslıq bax. folklorçuluq. Romantizmin inkişafı folklorşünaslığın yaranmasına təkan verdi. fon [fr. fond – zəmin, əsas]\n1. Üzərində şəkil çəkilən, naxış salınan əsas rəng; zəmin, ton. Açıq fon. Şəkil mənzərəli bir fonda çəkilmişdir. – Firidunun dostları və tanışları ilə çiçəklik fonunda çəkdirdiyi şəkil ortada idi. M.Hüseyn. // Üzərində naxış salınan şey; yer (parça, xalça və s. haqqında). Xalçanın göy fonu.\n2. bax. zəmin 3-cü mənada. Dramatik konflikt müəyyən dərəcədə dövrün ziddiyyətləri fonunda inkişaf etdiyindən sərtdir, kəskindir. M.İbrahimov. fon [yun.] Bəzi mürəkkəb sözlərin “səs, səslənmə” mənasını verən ikinci tərkib hissəsi; məs.: meqafon, saksafon, telefon, diktofon. fond [fr.]\n1. Hər hansı məqsəd üçün ayrılan pul və ya maddi vəsait. Valyuta fondu. Əmək haqqı fondu. Nobel fondu. İməcilikdən əldə edilən vəsait sülh fonduna keçirilmişdir. // Bir şeyin əsas ehtiyatını təşkil edən pul və ya maddi vəsait. Arxiv fondu. Kitabxana fondu. Bölünməz fond.\n2. mal. cəm şəklində. Faizli, qiymətli kağızlar. Dövlət fondları və səhmləri.\n3. Yaradıcı xadimlərə (memarlara, yazıçılara, rəssamlara və b.-na) maddi yardım göstərən təşkilat, idarə. Azərbaycan Ədəbiyyatı fondu. Elm fondu.– [Şəkillərin] hər ikisi bədii fondun nəşri idi. M.İbrahimov. fonem [yun. phonema – səs] dilç. Hər hansı bir dilin (və ya dialektin) söz və ya morfeminin mənasını fərqləndirmək vasitəsi sayılan danışıq səsi. Hər bir dildə müəyyən sayda fonem olur. fonendoskop [yun. phone – səs, endon – daxilə və skopeo – baxıram] Ürək və ciyərlərə qulaq asmaq üçün stetoskopdan daha mükəmməl tibb aləti. Balacayev əvvəlcə stetoskopla, sonra qoşa rezinli fonendoskopla [Sübhanverdizadənin] sinəsini də yaxşı-yaxşı dinlədi. S.Rəhimov. fonetik sif.\n1. Fonetikaya aid. Fonetik transkripsiya. Fonetik qanunlar.\n2. İnsan nitqinə, onun səs quruluşuna aid olan. Sözün fonetik təhlili. fonetika [yun. phonetike – səsə aid]\n1. Dilin səs quruluşu, səs tərkibi. Azərbaycan dilinin fonetikası.\n2. Dilçiliyin, dilin səs tərkibini öyrənən bəhsi. Tarixi fonetika. Fonetikanın əsas tədqiqat obyekti. fonetist [yun.] Fonetika mütəxəssisi. fonoqraf [yun. phone – səs və grapho – yazıram] Səsi yazmaq və səsləndirmək üçün cihaz; səsyazan. Qrammofon və patefon da fonoqraf əsasında yaradılmışdı. fonoqram [yun. phone – səs və gramma – yazı] xüs. Plastinka, lent, plyonka və s.-yə keçirilmiş hər hansı səs yazısı. Mexaniki fonoqram. fonologiya [yun. phone – səs və logos – elm] Fonetikanın, dildəki fonemlərin sistemini və onların dəyişməsini öyrənən bəhsi. Dilin fonemlər sistemi fonologiya ilə müəyyənləşdirilir. fonoloji sif. Fonologiyaya aid. Fonoloji tədqiqat. Fonoloji sistem (fonemlər sistemi). fonometr [yun. phone – səs və metreo] Səsin gücünü ölçmək üçün alət, fonometrik cihaz. fonometrik sif. Fonometriyaya aid. Fonometrik tədqiqat. • Fonometrik cihaz – bax. fonometr. fonoskop [yun. phone – səs və skopeo – baxıram] Nitqin fonetik xüsusiyyətlərini və danışarkən dodaqların, üz əzələlərinin hərəkətini öyrənmək üçün cihaz. fonoteka [yun. phone – səs və theke – saxlanılan yer, anbar] Fonoqramların, səs yazılarının toplusu, arxivi. Tədris fonotekaları. Şəxsi fonoteka. Azərbaycan Dövlət Konservatoriyasının fonotekası. fontan [ital. fontana, əsli lat. fons – bulaq] bax. fəvvarə. Fontan armaturu. Fontan üsulu ilə neftçıxarma. forint is. Macarıstanda pul vahidi. forma [lat. forma]\n1. Şeyin xarici görünüşü, şəkli. Yarpağın forması. – Müsəlman papaqlarının ağırlığı, böyüklüyü və formaları Molla Nəsrəddinin dostlarına necə ki lazımdır, əyandır... C.Məmmədquluzadə. // İnsan bədəni hissələrinin, fiqurunun çevrəsi. Uzun zaman əzələlər fəaliyyətsiz qaldıqda və fiziki hərəkətlər çatışmadıqda insan bədəninin forması dəyişir. (Qəzetlərdən).\n2. Tip, quruluş, təşkilat sistemi; struktur. Yeni dövlət forması. İdarə forması. Təşkilat forması. // Növ müxtəlifliyi. Revmatizmin ağır forması. // İfadə üsulu, qaydası. Danışıq forması.\n3. Bədii əsərin növü, janrı. Müxtəlif forma və janrda çoxlu musiqi əsəri yaradılmışdır. – İkinci dövrün xüsusiyyəti mündəricənin genişlənməsində, müxtəlif dramatik formaların (melodram, faciə) meydana çıxmasındadır. M.İbrahimov.\n4. Ülgü, biçim, şablon, nümunə. Milli xalq geyimlərinin tədqiq edilib öyrənilməsi yeni modaların biçim və formalarının zənginləşməsinə kömək edər. (Qəzetlərdən). // Mətbəə naborunun qoyulduğu çərçivə, habelə çərçivəyə qoyulmuş naborun özü.\n5. Bir şeyin müəyyən olunmuş nümunəsi, tipi. Bülleten forması. Hesabat forması. Anketin forması.\n6. Rənginə, biçiminə və başqa əlamətlərinə görə müxtəlif kateqoriyalara mənsub şəxslər üçün vahid paltar tipi; rəsmi paltar, geyim. Hərbi forma. Məktəbli forması. Dəmiryolçu forması. – Bahar fəslinin axırında Mirzə Səfərin oğlu darülfünun tələbəsi formasında evlərinə görüşməyə gəldi. Ə.Haqverdiyev. Milis işçilərinin özləri də forma deyil, adi paltar geymişdilər. H.Seyidbəyli.\n7. dilç. Qrammatik kateqoriyaların, söz və cümlələrin qarşılıqlı əlaqəsini zahirən ifadə edən vasitə. Sözün forması. Felin qeyrimüəyyən forması.\n8. inc. ədəb. Bir şeyin məzmununu ifadə etmək üçün istifadə olunan bədii vasitələr sistemi. Bayatının müxtəlif formaları. – Hindistan indi də müxtəlif və zəngin rəqs formalarının xəzinəsi hesab olunur. “Azərb.”. formal sif.\n1. Rəsmi, qanuni formaya uyğun olan. Formal sübut. Formal təsir.\n2. Yalnız forma (zahir) üçün olan, işin həqiqi vəziyyəti ilə hesablaşmayan, rəsmiyyətçilik xatirinə olan. Canlı iş olduğu üçün buna qətiyyən formal (z.) yanaşmaq olmaz.\n3. dilç. Formaya aid olan (bax. forma 7-ci mənada). Sözün formal mənası (sözün qrammatik mənası). ‣ Formal məntiq – təfəkkürün elementar qanun və formaları haqqında elm. formalı sif. Müəyyən formada tikilmiş, müəyyən formada olan (bax. forma 6-cı mənada). Formalı geyim. // Belə paltar geyinmiş. Əsgər formalı gənc. formalin [lat. formica – qarışqa] Kəskin boğucu iyi olan dezinfeksiya maddəsi. Formalin iyi. formalist [lat.]\n1. İşin mahiyyətinin zərərinə olaraq bir şeyə formal münasibət bəsləyən adam; rəsmiyyətçi.\n2. Formalizm tərəfdarı (bax. formalizm 2-ci mənada). Formalistlər etikanın vəzifələri içərisindən əxlaq problemlərinin öyrənilməsini çıxarıb atırlar. formalizm [lat.]\n1. İşin mahiyyəti zərərinə olaraq, onun ancaq zahiri cəhətinə riayət etmə; bir şeyə ciddi formal münasibət; rəsmiyyət, rəsmiyyətçilik.\n2. Məntiqdə, sənətşünaslıqda və s. elmlərdə ideya məzmunundan, obyektiv varlıqdan, ictimai təcrübədən sərf-nəzər edərək, yalnız formanı (zahiri cəhəti) əsas götürən və ona üstünlük verən cərəyan. Formalizm meyilləri. Formalizmin bütün təzahürlərinə qarşı mübarizə. formasız sif.\n1. Müəyyən forması, şəkli olmayan.\n2. Forması (6-cı mənada) olmayan, forma geyməmiş. Formasız əsgər. formasiya [lat. formatio – təşəkkül, növ] kit. Bir şeyin inkişafında müəyyən pillə, mərhələ; məhz həmin pilləyə, inkişaf mərhələsinə xas olan tip; quruluş. Geoloji formasiya. ‣ İctimai-iqtisadi formasiya fəls. iqt. – insan cəmiyyətinin, müəyyən istehsal münasibətləri sistemi ilə səciyyələnən inkişaf mərhələsi. format [alm.]\n1. Kitabın, səhifənin, kartoçkanın və s.-nin ölçüsü; əndazə. Böyük format. Kiçik format. Kiçik formatda fotoşəkil.\n2. mətb. Nabor səhifəsinin uzunluğu və hündürlüyü, sətrin uzunluğu. formul [lat. formula – forma, qayda] Düstur. Sərgidə çoxlu həndəsi fiqurlar, riyazi sxemlər və formullar vardır. formulyar [alm.]\n1. xüs. Hər hansı bir qurğu, mexanizm və s. haqqında əsas məlumatlar yazılan, onun işlənməsi, xarab olması, təmiri və s. müntəzəm surətdə qeyd olunan xüsusi dəftər və ya blank. Təyyarənin formulyarı. Maşının formulyarı.\n2. Kitabxana kitablarının içinə qoyulan, habelə oxucuların onlardan istifadə etməsi haqqında orada qeydlər edilən uçot kartoçkası. Kitabın formulyarı. // Hər bir kitabxana oxucusu üçün doldurulan və ona verilən kitabların qeyd olunduğu kiçik dəftərçə. Oxucunun formulyarı. fors [fr. force – güc, əhəmiyyət] İddia, təkəbbür, lovğalıq, təşəxxüs. [Kərbəlayı:] Bu nə forsdur, ay Nabat xanım? S.Rəhimov. • Fors eləmək (satmaq, atmaq) – bax. forslanmaq. [Şahsənəm:] Məşədi İbadın arvadı Püstə əllərini belinə qoyub bizə fors atırdı. S.S.Axundov. Mayis yenə də lovğalandı və fors satır kimi cavab verdi. Ə.Vəliyev. [Ata:] [İlyas] çox da fors eləməsin. Ə.Məmmədxanlı. forslanma “Forslanmaq”dan f.is. forslanmaq f. Fors etmək, lovğalanmaq, təkəbbür satmaq, təşəxxüs satmaq, təşəxxüslənmək. [Tahir:] Deməsinlər ki, Tahir forslanıb bizi saymadı. M.Hüseyn. forslu sif. Fors edən; lovğa, təkəbbürlü, təşəxxüslü. Forslu qadın. – Fərəc bəy də atası kimi forslu, təşəxxüslü, paxıl, dargöz bir adam imiş. Ə.Vəliyev. forsunka [ing. force-pump – basıcı nasos] Maye və ya tozşəkilli maddələri, başlıca olaraq maye halında olan yanacağı tozlandırmaq üçün cihaz, alət. Forsunkanın gurultusu çörəkxananı başına almışdı. Mir Cəlal. Xəlil keçdikcə kürələrin forsunkalarına baxırdı. Ə.Əbülhəsən. fort is. Qala tikililərinin tərkib hissəsi. Açıq və qapalı tipli fortlar olur. fortepiano [ital.] Zərbli-dilli simli musiqi aləti. Fortepiano konserti. Fortepiano çalmaq. – Kamera musiqisində görkəmli yer tutan janrlardan biri də fortepiano üçün bəstələnən prelüdlərdir. Ə.Bədəlbəyli. fortoçka [rus.] dan. Otağın havasını dəyişmək üçün pəncərədə düzəldilən qapıcıq, nəfəslik. Fortoçkanı bağlamaq. – Qədir gözlərini açıq fortoçkaya zillədi. Ə.Vəliyev. forum [lat.]\n1. tar. Qədim Romada: şəhərin ictimai həyatının mərkəzləşdiyi yer; meydan. İmperiya dövründə forumların sayı artmışdı.\n2. məc. Geniş nümayəndəli yığıncaq. Gənclərin beynəlxalq forumu. fosfat [yun.] kim. Gübrə kimi, habelə texnikada, tibdə işlədilən fosfor turşusu duzu. Polimer fosfatların xassələri. fosfor [yun. phos, phoros – işıqsaçan] Bəzi mineralların, heyvanların sümüklərinin, heyvan və bitki toxumalarının tərkibində olan, tezalışan və qaranlıqda işıq verən kimyəvi maddə. Ağ fosfor. Qırmızı fosfor. fosforit [yunancadan] Fosfat maddəsi ilə zənginləşmiş süxur (qumdaşı, əhəngdaşı və s.). fosforlu sif. Tərkibində fosfor olan. Fosforlu çuqun. fosgen [yun. phos – rəng və genos – mənşə] kim. Nəfəs orqanlarına bərk təsir edən, xlorla karbon oksidinin birləşməsindən alınan zəhərli rəngsiz boğucu qaz. Fosgen Birinci Dünya müharibəsində zəhərləyici maddə kimi işlədilmişdi. foto [yun. phos – işıq] bax. fotoqrafiya 2-ci mənada. Rəngli foto. foto... [yun. phos, photos – işıq] İşıq, işıq şüaları vasitəsilə işləyən, görülən, ya işıqdan törəyən mənasında olan, yaxud da fotoqrafiyaya aidliyi bildirən mürəkkəb sözlərin birinci tərkib hissəsi; məs.: fotosərgi, fotoşəkil, fotodiaqram, fotomüxbir, fotohəvəskar, fotoböyüdücü və s. fotoaparat [yun. phos və lat. apparatus] Fotoqrafiya aparatı. Yeni markalı fotoaparat. – İmamzadə fotoqrafı görmədikdə tez divardan asılmış fotoaparatı götürdü. Q.İlkin. Kamil fotoaparatını götürdü, qızının əlindən tutub həyətə, çiçək ləkləri olan yerə düşdü. M.Süleymanov. fotoatelye [yun. phos və fr. atelier] İri fotoqrafiya emalatxanası. Fotoatelyedə şəkil çəkdirmək. fotobomba [yun. phos və fr. bomba] Gecə havadan şəkil çəkərkən istifadə olunan təyyarə bombası. fotoböyüdücü is. Surəti çıxarılarkən fotoşəkilləri böyüdən proyeksiya aparatı. Şaquli fotoböyüdücü. fotoelement [yun. phos – işıq və lat. elementum – ünsür] İşıq enerjisini elektrik enerjisinə çevirən cihaz. Fotoelementin optimal iş rejimi. fotogenik sif. [yun.] Fotoqrafiyada və ya kinoekranda əks etdirilmək üçün yararlı, münasib olan, fotoda yaxşı çıxan. Onun çox yaxşı fotogenik sifəti var. – [Aslanov:] Yox, əzizim, mənim sifətim o qədər də fotogenik deyil. M.Hüseyn. fotohəvəskar [yun. phos, ər. həvəs və fars. ...kar] bax. fotosevər. Fotohəvəskarlar klubu. fotoxromiya [yun.] Şeyin təbii rənglərini əks etdirən rəngli fotoqrafiya. fotoxronika [yun.] Hadisələrin fotoşəkillərlə göstərilməsi. fotokağız is. Fotoşəkil çap etmək üçün bir üzünə işığa həssas maddə çəkilmiş kağız. fotokeramika [yun.] Saxsı şeylər üzərinə fotoqrafiya üsulu ilə vurulan bəzək. fotokimya [yun. phos və ər. əlkimya] Kimyanın, şeylərin işıq enerjisi və ya ultrabənövşəyi şüaların təsiri altında əmələ gələn kimyəvi reaksiyanı və dəyişməsini öyrənən bəhsi. fotokimyəvi sif. [yun. phos və ər. kimyəvi]\n1. Fotokimyaya aid olan, fotokimya ilə əlaqədar olan. Fotokimyəvi reaksiya. İlk fotokimyəvi qanunauyğunluqlar XIX əsrdə müəyyən edilmişdir.\n2. Fotoqrafiyada tətbiq edilən kimyəvi preparatlara aid olan. Fotokimyəvi mallar. fotoqraf [yun.]\n1. Bir sənət kimi fotoqrafiya ilə məşğul olan adam; fotoqrafçı, şəkilçəkən. “Mingəçevir inşaatçısı” qəzeti öz fotoqraf və müxbirlərini də bu dəstəyə qoşmuşdu. Ə.Sadıq. Bir neçə gün idi ki, fotoqraf hər gün səhərlər .. qəbul otağını kəsdirib dururdu. Q.İlkin.\n2. bax. fotoqrafiya 3-cü mənada. Heç [Mayanın] yadından çıxmaz, onda ata və anası Mayanı yaxşı-yaxşı geyindirib fotoqrafa apardılar. M.İbrahimov. fotoqrafçı is. dan. Fotoqraf. fotoqrafxana [yun. phos – işıq və fars. ...xanə] bax. fotoqrafiya 3-cü mənada. Fotoqrafxanada şəkil çəkdirmək. fotoqrafik sif.\n1. Fotoqrafiya üçün olan, fotoqrafiyaya aid olan (bax. fotoqrafiya 1-ci mənada). Fotoqrafik kamera.\n2. Fotoqrafiya vasitəsilə alınan, fotoaparatla çəkilən. Fotoqrafik reproduksiya. Fotoqrafik şəkil. – Ay onu əhatə edən ulduzlar fonunda fotoqrafik üsulla müşahidə edilmişdir.\n3. Həyatda, həqiqətdə olduğu kimi, necə var elə. Hadisənin fotoqrafik təsviri. // Obyektivcəsinə, naturalistcəsinə. fotoqrafiya [yun. phos – işıq və grapho – yazıram]\n1. Xüsusi optik cihazlar vasitəsilə işıq şüalarının köməyilə işığahəssas materiallar üzərində şəkilalma üsulu. Rentgen şüaları fotoqrafiyada və bəzi xəstəliklərin diaqnostikasında tətbiq edilməklə bərabər, müalicə məqsədilə də işlədilə bilər. A.Qarayev.\n2. Bu üsulla alınan şəkil, əks, foto, kartoçka. [Rüstəm bəy] divardakı böyük tablolara tamaşa edir, qız fotoqrafiyalarını seyr edib, gəlib oturdu. Çəmənzəminli.\n3. Bu cür şəkilləri çəkmək və hazırlamaq üçün emalatxana; fotoqrafxana. Fotoqrafiyada şəkil çəkdirmək.\n4. xüs. Hər hansı bir iş, proses və s. üzərində müşahidə və ona sərf olunan vaxtın qeydə alınması. fotoqraflıq is. Fotoqrafın işi, sənəti, peşəsi. [Gənc:] Mənimki fotoqraflıqdır, vəssalam... S.Vəliyev. fotoqravüra [yun.] Fotokimyəvi üsulla işlənmiş metal plastinkadan üzü çıxarılmaqla alınan şəklin və ya fotoşəklin surəti. Fotoqravüra maşını. fotolaboratoriya [yun. phos və lat. laborare] Foto ilə çəkilən şəkillərin sonradan işlənməsi üçün laboratoriya. Səyyar fotolaboratoriyalar. fotolampa [yun. phos və fr. lampe] Fotoqrafiyada işlədilən qırmızı lampa. fotolitoqrafik sif. [yun.] Fotolitoqrafiyaya aid olan. Fotolitoqrafik çap üsulu. fotolitoqrafiya [yun.] mətb. Fotoqrafiya tətbiq olunan litoqrafiya. Fotolitoqrafiya üsulları. fotoliz [yun.] fiz. kim. Maye, bərk və ya qazvari maddələrin işığın təsiri altında parçalanması. fotomağaza [yun. phos və mağaza] Fotoqrafiya ləvazimatı satılan mağaza. fotomaterial [yun. phos və lat. materialis]\n1. Fotoşəkillər çəkmək üçün lazım olan materiallardan hər hansı biri. Fotomaterial satışı.\n2. Hər hansı məqsəd üçün istifadə olunan fotoşəkillər. Sərgi üçün fotomaterial. fotomexanika [yun.] mətb. Reproduksiya üsullarının məcmusu (bu üsulda rəssamın, litoqraf fəhlənin əllə gördüyü işin çoxunu fotoqrafik və kimyəvi proseslər əvəz edir). fotomexaniki sif. [yun.] Fotomexanika ilə əlaqədar olan, fotomexanikaya aid olan. Fotomexaniki proseslər. fotometr [yun.]\n1. fiz. Hər hansı mənbədəki işığın gücünü müəyyən etmək üçün cihaz. Şüalanma kəmiyyətlərini ölçmək üçün fotometrlərdən istifadə olunur.\n2. astr. Ulduzların parlaqlığını müəyyən etmək üçün cihaz. fotometrik sif. [yunancadan] Fotometriyaya aid olan, fotometriya ilə əlaqədar olan. Fotometrik üsul. Fotometrik tədqiqat. fotometriya [yun.] Optikanın, işığın gücünü, işıq mənbələrinin parlaqlığını və s.-ni ölçməklə məşğul olan sahəsi. Fotometriyanın əsas kəmiyyətləri. fotomontaj [yun. phos və fr. montage] Ümumi mövzuya aid olan bir sıra fotoşəkillərin (və ya onların hissələrinin) bir şəkildə birləşdirilməsi. // Bu yolla tərtib olunmuş plakat, reklam, illüstrasiya və s. ..C.Cabbarlı adına kitabxanada A.P.Çexovun həyatı və yaradıcılığına həsr olunmuş guşələr və fotomontajlar düzəldilmişdir. (Qəzetlərdən). fotomüxbir is. [yun. phos və ər. müxbir] Dövri mətbuat orqanı (qəzet, jurnal və s.) üçün şəkil çəkən fotoqraf. fotoobyektiv [yun. phos və lat. objectum] Fotoaparatın obyektivi. fotoreportaj [yun. phos və fr. report] Fotoşəkillər vasitəsilə verilən reportaj; bu vasitə ilə reportaj vermə. fotoreportyor [yun. phos və fr. reporter] Fotoreportajla məşğul olan fotoqraf. fotosevər is. Həvəskar fotoqraf, həvəskar kimi fotoqrafiya ilə məşğul olan adam. Fotosevərlərin sərgisi. Fotosevərlərin seminarı. fotosərgi is. Fotoşəkillərdən ibarət sərgi. Qələbə gününə həsr edilmiş fotosərgi. Fotosərgiyə tamaşa etmək. fotosinkoqrafiya [yun. phos, alm. zink və yun. grapho] mətb. Çap üçün sink klişelər hazırlamağın fotomexaniki üsulu. fotosurət [yun. phos və ər. surət] Sənədin, əlyazmasının və s.-nin fotoqrafiya üsulu ilə çıxarılmış surəti, üzü, nüsxəsi. Əlyazmanın fotosurəti. fotoşəkil [yun. phos və ər. şəkl] Foto ilə çəkilmiş şəkil; fotoqrafiya, şəkil. Fotoşəkillər üzrə müsabiqə. – Divara Qulunun .. fotoşəkilləri vurulmuşdu. İ.Əfəndiyev. fototeka [yun.] Fotoşəkillərin və ya fotoqrafiya neqativlərinin toplanılıb saxlandığı yer, arxiv. fototeleqraf [yun.] Hərəkətsiz təsvirləri (şəkil, əlyazması, fotoşəkil və s.) teleqraf və ya radio vasitəsilə uzaq məsafəyə vermək üçün aparat. Rabitə salonunda yeni fototeleqraf cihazı qoyulmuşdur. (Qəzetlərdən). fototeleqram [yun.] Fototeleqraf vasitəsilə verilən teleqram. fototerapiya [yun.] Günəşdən və ya süni mənbələrdən alınan işıq şüalarının müalicə məqsədilə tətbiq olunması; işıqla müalicə. Şişlərdə, qanaxmalarda, ürəkdamar çatışmazlığında, böyrək xəstəliklərində fototerapiyadan istifadə etmək olmaz. foye [fr.] Teatr, kino və s.-də tamaşaçıların fasilələrdə tamaşanın başlanmasını dayanıb gözləməsi üçün xüsusi yer. Foyedə gəzişmək. • Artist foyesi – fasilələrdə artistlərin dincəlməsi üçün xüsusi yer, otaq (teatrda və s.-də). föhş is. [ər.] klas. Nalayiq söz, söyüş; ədəbə, tərbiyəyə və əxlaqa müğayir hərəkət, iş, əməl; əxlaqsızlıq. Sarıköynəyin əri əsəbi bir halda föhş və söyüşlə mənim mənzilimə gəldi. S.Hüseyn. • Föhş vermək – söymək, nalayiq sözlər demək, ağzına gələni demək. [M.F.Axundzadə:] Avam əvvəl sənin nəsihətini anlamayacaq, sənə əziyyət edəcək, föhş verəcək. Ə.Haqverdiyev. Zeynal bəy qorodovoyların qarasına söyləndikcə odlanıb, növbənöv föhşlər verməyə başladı. Çəmənzəminli. föhşiyyat [ər. “föhş” söz. cəmi] Ədəbə, tərbiyəyə və əxlaqa müğayir iş, əməl, hərəkət; əxlaqsızlıq. // Əxlaqsız və ədəbsiz səhnələri təsvir edən ədəbi əsərlər və ya şəkillər. fövc is. [ər.] köhn. Camaat, kütlə, dəstə. fövq is. [ər.] Yuxarı, üst. Çıxacaqlar göyləri aşaraq dönə-dönə; Buludların fövqünə. M.Müşfiq. // Üstün, daha artıq. Gecələr ayazda, gündüzlər al günün altında gəmi muzdurunun zəhməti hər bir zəhmətdən fövqdür. S.M.Qənizadə. fövqəladə sif. [ər.]\n1. Qeyri-adi, adətdənxaric, görünməmiş, eşidilməmiş. Hamam səfəri kimi fövqəladə hadisələr tez-tez ittifaq düşməzdi, həftədə bir dəfə olardı. Çəmənzəminli. [Səriyyə:] Mən fövqəladə bir iş görən adamlar kimi ciddi və həyəcanlı idim. İ.Əfəndiyev. // Başqalarından ayrılan, başqalarına bənzəməyən; qeyri-adi, müstəsna. Zeynal özünü fövqəladə bir adam hesab edirdi. S.Hüseyn. Amsar kəndinin fövqəladə bir kənd olmadığını söylədik. Ə.Sadıq. // Son dərəcə güclü. [Tahirin] uşaq xəyalında Dilman fövqəladə bir cəngavər kimi ucalmışdı. M.Hüseyn. Sərvinaz qarı içəridən od tutub alovlansa da, fövqəladə bir mətanət göstərir, evinə gəlib-gedənlərə ürək-dirək verirdi.. B.Bayramov.\n2. Təcili, xüsusi olaraq müəyyən olunmuş, qəbul edilmiş, növbədənxaric. Fövqəladə qurultay. Fövqəladə tədbirlər. Fövqəladə vəkalət. // Ölkənin həyatında əmələ gələn müstəsna vəziyyətdən törəyən, onunla əlaqədar olan. Fövqəladə vəziyyət (ölkədə və ya onun hər hansı bir hissəsində müəyyən vaxt ərzində həyata keçirilən və əhalinin vətəndaşlıq hüquqlarını məhdudlaşdırmaqdan, hakimiyyəti hər hansı xüsusi orqana verməkdən və s.-dən ibarət xüsusi hüquqi vəziyyət). Fövqəladə vergi(lər) (ölkədə hər hansı bir xüsusi hadisə baş verdikdə qoyulan məcburi vergi növü). Fövqəladə qanunvericilik (hərbi və ya mühasirə vəziyyəti dövründə tətbiq olunan və hökumətə xüsusi səlahiyyətlər verən qanunlar). Fövqəladə Komissiya (sovet hökumətinin ilk illərində əksinqilab, möhtəkirlik və vəzifə cinayətləri ilə mübarizə aparmaq üçün mövcud olmuş dövlət orqanı). fövqəladəlik is. Fövqəladə şeyin halı; qeyri-adilik, müstəsnalıq. [Komandir:] Buna görə də mən vəziyyətin fövqəladəliyini elan edir, buna qarşı hazırlanmağı təklif edirəm. S.Hüseyn. [Səriyyə:] Tutaq ki, həyatda, doğrudan da, belə bir fövqəladəlik mümkündür. İ.Əfəndiyev. fövqəlbəşər is. [ər.] Qeyri-adi əxlaqı, zehni, zəkası, təbiəti etibarilə adi insanlardan fərqlənən adam. [Dərviş Şeyx Sənana:] Əgər fövqəlbəşər olmaq dilərsən; Kənar ol daima cinsi-bəşərdən! H.Cavid. // Güclü iradəyə malik olub, özünü cəmiyyətdən yüksək, onun hüquqi və əxlaqi normalarından kənarda sayan adam. fövqəlbəşəri sif. [ər.] Adi insan imkanlarını ötüb keçən; qeyri-adi. Fövqəlbəşəri mətanət. fövqəltəbii sif. [ər.]\n1. Mistik təsəvvürə görə: təbii yolla izah oluna bilməyən, təbiətin qanunlarına tabe olmayan; əcaib. Fövqəltəbii hadisə. Fövqəltəbii qüvvələrin varlığına inam.\n2. məc. Adi əndazədən xaric; qeyri-adi, qəribə, əcaib. Fövqəltəbii səy. fövqəltəbiilik is. Fövqəltəbii şeyin halı; qeyri-adilik. fövrən zərf [ər.] Dərhal, həmin saat, əlüstü, tez. Tülkü fövrən havada qapdı, yedi; Qarğaya tənə ilə böylə dedi. M.Ə.Sabir. Hacının halı fövrən dəyişdi. Ə.Haqverdiyev. fövt is. [ər.]\n1. Əldən çıxma, əldən çıxarma, əldən qaçırma. Fürsəti fövt etmək (fürsəti əldən qaçırmaq).\n2. Ölmə, ölüm. Kim, fövti-rəqib eşitsə aşiq; Gülmək gərək, ağlamaq nə layiq? Füzuli. • Fövt olmaq – ölmək, məhv olmaq. ..Bizim şüəra cismən ölüb fövt olublarsa da, ruhən və mənən həlak olmayıblar. F.Köçərli. [Dərviş:] Ruqiyyə məhv oldu, fövt oldu. A.Divanbəyoğlu. frak is. [fr.] Qabaq ətəkləri kəsik, dal tərəfdən isə uzun dar ətəkləri olan kişi kostyumu – sürtük növü (adətən təntənəli hallarda, rəsmi qəbullarda və s.-də geyilir). fraklı sif. Əynində frak olan, frak geymiş. Fraklı dirijor. fraksiya I. [fr. fractio – hissə]\n1. Parlamentdə, siyasi partiyada, ictimai təşkilatda və s.-də hər hansı partiya üzvlərindən ibarət mütəşəkkil qrup. [Ceyran:] Rəyasət heyəti üzvüyəm. Fraksiya iclasına gedirəm. S.Hüseyn.\n2. Siyasi partiyada: partiyanın ümumi xətti ilə razılaşmayan, ondan fərqli və zidd xətt irəli sürən, partiya sıralarında qalmaqla onunla mübarizə edən dəstə, ayrıca qrup.\n\nII. [fr. fraction – pay, hissə] kim. Distillə edilən maye qatışığının ayrıldığı hissəciklər. Neftin fraksiyası. fraksiyaçı is.\n1. Hər hansı təşkilata ikitirəlik salan, onda fraksiya əmələ gəlməsinə səbəb olan adam (bax. fraksiya1). Fraksiyaçı qrup.\n2. Hər hansı fraksiyanın üzvü (bax. fraksiya1). fraksiyaçılıq is. Fraksiya ilə məşğul olma, fraksiya düzəltmə, fraksiya fəaliyyəti və ideologiyası (bax. fraksiya1). Fraksiyaçılıqla mübarizə. fraqment [lat. fragmentum – sınıq, qırıq, parça] Qırıq, parça (məs.: hər hansı incəsənət – rəssamlıq, memarlıq, heykəltəraşlıq və s. əsərlərinin salamat qalmış hissəsi, parçası). Baletdən fraqmentlər. Binanın fraqmenti. Rəsmin fraqmentləri. // Əsərin, mətnin bir hissəsi, parçası. Qədim əlyazmanın fraqmenti. frank is.[fr.] Fransada pul vahidi. fransız is. Fransanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Fransız qoşunları bir sıra parlaq qələbələr qazandılar. fransızca zərf və sif. Fransız dilində. Fransızca danışmaq. Fransızca-azərbaycanca lüğət. fraza [yun. phrasis – ifadə]\n1. mus. Musiqi mövzusunun hər hansı kiçik və nisbətən tam hissəsi. Fraza, adətən iki motivdən ibarət olur.\n2. dilç. Cümlə, ifadə, ibarə. Motivlərə bölünməyən bütöv frazalar da var. frazeologiya [yun. phrasis – və logos] Hər hansı dilə xas olan sabit söz birləşmələri və ifadələrin məcmusu. Azərbaycan dilinin frazeologiyası. // Dilçiliyin, sabit söz birləşmələrini öyrənən sahəsi. frazeoloji sif. [yun.] Frazeologiyaya aid olan. Frazeoloji ifadələr. Frazeoloji lüğət. freqat [fr.] Əvvəllər: üçdorlu yelkənli hərb gəmisi, sonralar isə gözətçi xidməti üçün çox sürətli hərb gəmisi. Atom güc qurğulu freqatlar. Freqat kapitanı. frenç [xüs. addan] Üstdən dörd cibi və daldan kəmərciyi olan hərbi gödəkcə. Frenç geymiş zabit. – Müsafirlər frençlərini çıxarıb, yuyunmağa başladılar. Çəmənzəminli. Əynindəki yaşıl frenç, dizdən çəkmə, gümüşü papaq, enli toqqa Mədədi çox yaxşı tuturdu. Ə.Vəliyev. frençli sif. Frenç geymiş, əynində frenç olan. Bir ucaboy, qarasaç və frençli oğlan tribunaya çıxdı. Mir Cəlal. frenologiya [yun. phren – ağıl və logos – elm] Adamın psixi və əxlaqi keyfiyyətləri ilə onun kəlləsinin quruluşu arasında əlaqə olduğunu iddia edən qeyri-elmi nəzəriyyə. Frenologiyanın elmi dəlillərə əsaslanmadığı sübuta yetirilmişdir. frenoloq [yunancadan] Frenologiya mütəxəssisi. freska [ital. fresco – təzə, qurumamış, yaş] rəss. Təzə mala üzərində sulu boya ilə çəkilmiş şəkil, rəsm, naxış. Mikelancelonun freskaları. Freska divar rəsmlərinin əsas texnikasıdır. freydizm [Avstriya həkimi və psixoloqu Freydin adından] Psixologiya və psixopatologiyada insanın bütün hərəkətlərinin başlıca amilinin yalnız qeyri-şüuri bioloji instinktlər və meyillər olduğunu iddia edən, insanların həyatında sosial momentləri hesaba almayan və onların şüurlu fəaliyyətinin rolunu azaltmağa çalışan cərəyan. Freydizmin müasir tərəfdarları. Klassik freydizmin metodoloji xüsusiyyətləri. frez [fr.]\n1. Metalı, ağacı və s. bərk materialları işləmək üçün fırlanan çoxtiyəli kəsici alət. Taxtanı frezdə yonmaq.\n2. Torpaq qazmaq və eyni zamanda onu yumşaltmaq, torf doğramaq və s. üçün irəli çıxmış fırlanan barabanda xüsusi tiyələri olan maşın. Yol frezi. frezer [fr.] bax. frez 1-ci mənada. Frez maşını. – Bunların arasında dişaçan maşın, frezer avtomatı, yonucu dəzgah, güclü hidravlik preslər və s. vardır. (Qəzetlərdən). frezerçi is. Frezer dəzgahında işləyən fəhlə. friz is. [fr.] arxit. Ornamentli bəzək. frontit is. [lat.] Alın cibinin selikli qişasının iltihabı. fruktoza [lat. fructus – meyvə] kim. Meyvələrdə, balda, bəzi bitkilərin yarpaqlarında və s.-də olan karbon; meyvə şəkəri. fufayka [rus.]\n1. İsti, toxunma qollu və ya qolsuz köynək.\n2. Sırıqlı gödəkcə. fuk [rus.] Dama oyununda rəqibin diqqətsizliyi üzündən oyunçunun götürdüyü dama. fuks [alm.] Bilyard oyununda: şara təsadüfi olaraq vurulan müvəffəqiyyətli zərbə. fuqa [ital.] mus.\n1. Eyni musiqi mövzusunun bir neçə səslə ardıcıl təkrarı.\n2. Belə təkrara əsaslanan musiqi əsəri. fuqas [fr.] hərb. Düşmənin keçəcəyi yerdə gözlənilmədən partlamaq üçün torpaq və ya su altına qoyulan partlayıcı maddə (mina). Fuqas bombası. fuqato [ital.] mus. Fuqa üslubunda işlənmiş musiqi mövzusu (fuqato adətən sonata və ya simfoniyanın bir hissəsini təşkil edir). funikulyor [fr.] Dik yoxuşlarda kanat dartı qüvvəsi ilə işləyən dəmir yolu. [Aqil] oraya funikulyorla qalxmağı təklif etdikdə Gülnaz etiraz etmədi. Q.İlkin. [Üçüncü katib Firəngizə:] Bu yarğanın başından tuş İstisuya gözəl bir funikulyor çəkmək olardı. B.Bayramov. funksional [latıncadan]\n1. “Funksiya”dan sif. Funksional asılılıq. Funksional münasibət.\n2. sif. Bir şeyin quruluşundan deyil, fəaliyyətindən asılı olan. Ürək fəaliyyətinin funksional pozğunluğu (ürəkdə anatomik dəyişiklik olmadan baş verən pozğunluq). – Əgər xəstəlik zamanı yalnız üzvlərin normal işi pozularsa və orqanizmdə quruluş pozğunluğu nəzərə çarpmazsa belə xəstəlik funksional xəstəlik adlanır. “İnsan nədən xəstələnir”. fonksiya [lat. functio – icra]\n1. Vəzifə, fəaliyyət dairəsi.\n2. riyaz. Qiyməti başqa dəyişən qiymətdən asılı və ona uyğun olan dəyişən kəmiyyət. Triqonometrik funksiya (bucağın kəmiyyətindən asılı olan kəmiyyət).\n3. biol. Heyvan və ya bitki orqanizminin, onun hüceyrə və toxumalarının spesifik fəaliyyəti. Ürəyin funksiyası. – Cinsi vəzilər hormonlar vasitəsilə bədənin başqa üzvlərinə, üzvlərin funksiyalarına təsir edir. M.Axundov. furajka [pol.] Qabaq tərəfində günlüyü olan baş geyimi. Əsgər furajkası. – Xalası isə öz hesabına Nəcəfə gimnazist furajkası aldırdı. Q.İlkin. furqon [fr.]\n1. İki (bəzən də bir) at qoşulan dördçarxlı üstüörtülü araba. Mürsəl kişinin stansiyaya göndərdiyi böyük furqon meşənin ortasındakı araba yolu ilə kəndə gəlirdi. M.Hüseyn. Furqon Ağsudan ötüb çaya yaxınlaşanda ayrı bir mənzərə müşahidə olunurdu. Mir Cəlal.\n2. Yük maşınlarında, arabalarda və s.-də örtülü kuzov. // Baqajlığı kuzovda olan avtomaşın. furqonçu is. Furqon (1-ci mənada) sürən adam. furqonlu sif. Furqonu (2-ci mənada) olan. Furqonlu avtomaşın. fut is. [ing.] İngilis ölçü sistemində 30 sm 48 mm-ə bərabər uzunluq vahidi. futbol [ing.] Hər bir komandanın ayaq (və bəzən baş) zərbəsi ilə rəqibin qapısına mümkün qədər çox top (qol) vurmasından ibarət idman oyunu. Futbol oynamaq. Futbol stadionu. Futbol mövsümü. Müasir futbolun əsas qaydaları XIX əsrin 60-cı illərində İngiltərədə işlənmişdir. Azərbaycanda ilk futbol komandaları 1911-ci ildə Bakıda yaradılmışdır. futbolçu is. Futbol oyunçusu. Bakı futbolçuları 1912-ci ildə Tiflisdə ilk şəhərlərarası matç keçirmiş və qələbə qazanmışlar. – Yavaş-yavaş Mingəçevirin öz futbolçuları, voleybolçuları yetişirdi. Ə.Sadıq. futbolka [ing. football və rus. ...ka] Trikotaj idman köynəyi. futlyar [alm.] Saxlamaq və ya xarab olmaqdan, zədələnməkdən və s.-dən qorumaq üçün içinə şey qoyulan qutu və ya çexol; məhfəz, qab. Klarneti futlyara qoymaq. Saatın futlyarı. futurist [latıncadan]\n1. Futurizm tərəfdarı. İtalyan futuristləri.\n2. bax. futuristik. Futurist əsər. futuristik sif. [latıncadan] Futurizm ideyaları ilə aşılanmış; futurizmin ədəbi üsullarından istifadə edən, futurizm səpkisində işlənmiş. Futuristik şeir. Futuristik şəkil. futurizm [lat. futurum – gələcək] XX əsrin əvvəllərində ədəbiyyat və incəsənətdə: realizmi, eləcə də mədəni irsi və müasiri olduğu incəsənəti rədd edən, guya zəmanəyə daha uyğun gələn, köhnə sənətin bütün ənənə və üsullarını dağıtmalı olan yeni üslub yaratmağa çalışan formalist cərəyan. Qərb futurizminin başlıca xüsusiyyətləri. füqəra [ər. “fəqir” söz. cəmi] klas. Yoxsullar, kasıblar; əhalinin yoxsul təbəqələri. Füqəranın qanını çox da sorurlar lotular; Şeyxlər xalqa satır huriyü qılman, mənə nə? M.Ə.Sabir. Ey füqəra, boş yerə ağlaşmayın; Hər kəsi görcək ona sallaşmayın. Ə.Nəzmi. füqərayi-kasibə is. [ər.] 1917-ci il inqilabından qabaq və inqilabın ilk illərində “proletariat” mənasında işlədilmiş ifadə. [İlyas:] Nə istəyirsən, ana, indi bütün elmin qapıları füqərayi-kasibə balalarının üzünə açıqdır. S.Rəhimov. fünun is. [ər. “fənn” söz. cəmi] klas. Fənlər, elmlər, biliklər. Onlar ki səninlədir müasir; Hər elmü fünunə oldu mahir. M.Ə.Sabir. [İrəvanda] bizim dövlət tərəfindən açılan mədrəsələrdə ülum və fünun kəsb edən müsəlman şagirdləri başqalarına nisbətən çox azdır. F.Köçərli. fürsət is. [ər.] Bir sözü demək və ya bir işi görmək üçün əlverişli an, münasib vaxt, məqam, müvafiq hal. Bu fürsət hər vaxt ələ gəlməz. – Qanadlı bir quşdur fürsət əzəldən.. S.Vurğun. • Fürsət aramaq (axtarmaq) – bir iş üçün əlverişli məqam axtarmaq, güdmək. Məsmə dərdlərini Tahirzadəyə danışmaq üçün vaxt, fürsət axtarırdı. Mir Cəlal. Fürsət bilmək – fürsətdən istifadə etmək. Qədir fürsət bilib yayındı, üzünü bağlara tərəf tutub yavaşca dala baxmadan gedirdi. Mir Cəlal. Fürsət bulunmaq klas. – bax. fürsət tapmaq. Xoşdur ki, bulam vüsala fürsət; Yarım tərəfindən ola nüsrət. Füzuli. Fürsət düşmək – əlverişli vaxt və şərait yaranmaq, imkan yaranmaq, məqam düşmək. Anri fürsət düşdükcə [ərəblərlə] söhbət edirdi. S.Vəliyev. [Katib:] Bir az da gözləyin, fürsət düşən kimi deyərəm. Q.İlkin. Fürsət eləmək (etmək) – bax. fürsət tapmaq. [Salman:] Fürsət eləyən kimi [tülkü] girinə keçəni qamarlayıb parçalayacaqdı.. M.İbrahimov. Fürsət gözləmək – bir iş üçün əlverişli an, məqam gözləmək. Buludlar arxasında daldalanıb müəyyən fürsət gözləyən üç “M-109” birdən ildırım kimi şığıdı. Ə.Vəliyev. Fürsət tapmaq – bir sözü demək və ya bir işi görmək üçün münasib, əlverişli vaxt tapmaq, fürsət etmək, fürsət bilmək. Səkkiz gün olardı ki, gedib [Hacı kişinin] halını sormağa fürsət tapmamışdım. Qantəmir. Sərdar Rəşid bu xəyanətini həyata keçirmək üçün fürsət tapmayacaqdır. M.S.Ordubadi. Fürsət vermək – şərait yaratmaq, imkan vermək, macal vermək (çox vaxt inkarda işlədilir). [Padşah] elə Məlikəhmədə çatacaq, heç fürsət vermədi ki, ağzın açsın.. (Nağıl). Çoban [düşmənə] qalxmağa fürsət verməyib, çomağı başına çırpdı və özü bağıryaran bir səslə qıy vurub irəli şığıdı. M.Rzaquluzadə. Fürsətdən istifadə etmək – bir iş görmək üçün yaranmış əlverişli şəraitdən, vaxtdan faydalanmaq. [Yusif:] Mən fürsətdən istifadə edib danışmaq istəyirəm. B.Bayramov. Fürsəti bada vermək – bax. fürsəti əldən buraxmaq. Ey könül, fürsəti badə vermə, gəl; Gün keçir, ay keçir, il yaman gedir. M.Rahim. Fürsəti əldən buraxmaq (qaçırmaq, vermək, çıxarmaq) – bir işi görmək üçün yaranmış şəraitdən və vəziyyətdən dərhal istifadə etməmək. [İzzət:] Ah, sən neçin qandırmadın İsməti? Neçin əlindən çıxartdın fürsəti? H.Cavid. [Sona:] Biz indidən işə başlamasaq, fürsəti əldən buraxarıq. H.Nəzərli. Bu gün bu fürsəti verməyib əldən; Könlüm istəyəni deyəcəyəm mən. B.Vahabzadə. Fürsəti fövt etmək (fövtə vermək) – bax. fürsəti əldən buraxmaq. Fürsəti fövt etməmək (fövtə verməmək) – bax. fürsətdən istifadə etmək. Hacı Rüstəm heç vaxt ömründə fürsəti fövt etməmişdi. Ə.Haqverdiyev. Lütfəli də fürsəti fövtə verməyib, dedi ki, dur gedək kazinoya, qəhvə içək. İ.Musabəyov. füsun is. [fars.] klas. Sehr, əfsun. Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən; Çünki onun xilqətində ayrıca bir füsun var. M.Müşfiq. füsunkar sif. [fars.] Valehedici, məftunedici, heyranedici, əfsanəvi. Füsunkar mənzərə. – Səmavi tüllərdən əynində köynək; Füsunkar bir gəlin oturmuşdu tək. M.Dilbazi. Bahar füsunkar, əfsanəvi gözəlliyilə bizim ellərə gəlirdi. M.Rzaquluzadə. füsunkarlıq is. Valehedicilik, heyranedicilik, əfsanəvi gözəllik. Hüsnünün əsrarı, füsunkarlığı; Ana təbiəti andırır mənə. B.Vahabzadə. fütuhat is. [ər. “fəth” söz. cəmi]\n1. Bax fəth.\n2. məc. Mübarizə, çalışma, zəhmət və s. nəticəsində əldə edilmiş şeylər. ..Qazandığınız fütuhatı möhkəmləndirin və bütün Şərq üçün nümunə olun. Q.İlkin. füyuzat is. [ər.] köhn. Feyzlər. füzelyaj [fr.] Təyyarənin, bütün hissələrini bir arada birləşdirən, ekipajın, sərnişinlərin və s.-nin yerləşdiyi əsas hissəsi (gövdəsi). Bəzi uçuş aparatlarında füzelyaj qanadla birləşir. füzul is. və sif. [ər. “fəzl” söz. cəmi] Uzunçu, çoxdanışan, naqqal, artıq sözlər danışan. Füzulu saldılar cəhənnəmə. Dedi: – Odunu yaşdır. (Ata. sözü). Sən qulaq as, əzizim, olma füzul; Hər nə kim, mən desəm, sən eylə qəbul. S.Ə.Şirvani. füzulluq is. Uzunçuluq, naqqallıq. Hacı xan sözə başlayaraq deyirdi: – Cənab axund, füzulluq olmasın, bir ərzim vardır. M.S.Ordubadi. • Füzulluq eləmək – uzunçuluq eləmək, naqqallıq eləmək, artıq-artıq sözlər danışmaq. füzun sif. klas. Artıq, çox. Məndə Məcnundan füzun aşiqlik istedadı var; Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var. Füzuli. • Füzun olmaq – artmaq, çoxalmaq. Füzun olduqca eşqim gərm olur əşkim gözüm içrə. Füzuli. Qəmü möhnət füzun oldu; Səbəb boynu yoğun oldu! M.Ə.Sabir. Gg g azərbaycan əlifbasının doqquzuncu hərfi. bax. ge. gah I. [fars.] Cümlənin həmcins üzvlərini və tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bölüşdürmə əsasında birləşdirən bağlayıcı (əsasən təkrar edilərək işlədilir). Gah ora, gah bura baxır. – [Qəhrəman:] Gah bizim qoşun, gah da üsyançılar qalib gəlirdilər. H.Nəzərli. [Nadir] nazik yorğanın altında gah bu böyrü, gah o böyrü üstə çevrilib çapalayırdı. B.Talıblı. • Gah olur (ki) – hərdənbir, bəzən, arabir. Gah olur ki, danə, xuruş gəzərsiz; Siz düşərsiz pərişanə, durnalar! M.V.Vidadi.\n\nII. məh. bax. büzmə 2-ci mənada. gahbagah zərf [fars.] Hərdənbir, arabir, bəzən, gah-gah. Əziz başın üçün oxu yazımı; Agah ol halımdan gahbagah mənim. Qurbani. Əzəldən var idi lütfü kərəmin; Gahbagah bəriyə seyrü-qədəmin. M.P.Vaqif. gahbir zərf Hərdən, bəzən, arabir, gahdanbir. İnsaf üçün bunu da lazımdır demək ki, əcnəbilərin içində bu da gahbir ittifaq düşür ki, bir kişi hətta övrətinə məhəbbəti ola-ola bir özgə övrətə yavuq düşür. C.Məmmədquluzadə. gahdan zərf Bəzən, hərdən, arabir. Başına döndüyüm alagöz Pəri; Gahdan ağla, gahdan yada sal məni. Aşıq Abbas. Gahdan çiskin tökər, gah duman eylər; Gah gəlibgedəni peşiman eylər; Gahdan qeyzə gələr, nahaq qan eylər.. Aşıq Ələsgər. gahdanbir bax. gahbir. Gahdanbir bizə gələrdi. – Hər dəfə çörək bişirən vaxt Həlimə xala iki, ya bəlkə üç övrət qonşularından özünə mədədçi çağırardı və gahdanbir Təzəkənddə bacısı Zibeydəyə xəbər verirdi ki, gəlib ona kömək eləsin. C.Məmmədquluzadə. gah-gah bax. gahbagah. Bilmişəm bulmaq vüsalın, leyk bir ümmid ilə; Gahgah öz xatiri-naşadımı şad eylərəm. Füzuli. [Dərviş:] Malların gövşəyi, atların nəriltisi, gah-gah da itlərin mırıltısı qulağıma gəlirdi. A.Divanbəyoğlu. Səni bu cür böyüdənin dolanam başına gərək; Gah-gah əllərindən öpəm, gah-gah ətəyindən tutam. Şəhriyar. gah-gahı bax. gah-gah. Əziziyəm, külahı; Götür başdan külahı; Oğul, böyüyəndə sal; Məni yada gah-gahı. (Bayatı). Unutmayın aşığı; Yada salın gah-gahı. Sarı Aşıq. gahgir I. sif. Yerişini tez-tez dəyişən, sabit yerişi olmayan. Gahgir at.\n\nII. məh. Narın sarı qum. Daşın üstünə gahgir tökmək. gahgirlik I. is. Gahgir atın xasiyyəti (bax. gahgir1). Bu atın gahgirliyi xoşuma gəlmir.\n\nII. is. Gahgir olan yer; qumluq (bax. gahgir2). gahı bax. gah1 Gahı şaha bir tənə vurar, gahı vəzirə. M.Ə.Sabir. gahı-gahı bax. gah-gah. Ey sevdiyim, qaydasıdır qızların; Gahı-gahı bu söz atmaq nədəndir. Qurbani. Demirəm oynasın ta axşamadək; Gah otursun, gahı-gahı oynasın. Q.Zakir. gahlı bax. büzməli. Həmişəki kimi [Şahbəy] yenə də lifəli şalvar, qara gahlı arxalıq geymişdi. Ə.Əbülhəsən. gap is. köhn. Söhbət, danışıq. [Kətxuda:] Ay oğul, gapınızın ucundan-qulağından eşitdim. M.Hüseyn. • Gap etmək – söhbət etmək, danışmaq. [Zalxa:] Salaməleyk, Bayram! Kimlə gap edirsən? M.F.Axundzadə. gaptlama “Gaplamaq”dan f.is. gaplamaq f. köhn. Söhbət etmək, danışmaq. gavahın is. Kotanın, xışın torpaq layını altdan kəsən kəsici hissəsi. Alı kişi enib, şumdan gavahını çıxarıb xışın qulaqlı kötüyünə çaldı. S.Rəhimov. [Nəcəfalı:] Saxlayın, a bala, kotan ilişdi, gavahını qıracaqsınız. B.Bayramov. gavalı is. Çəyirdəkli girdə, yaxud uzunsov sarı və ya bənövşəyi rəngli meyvə. Yay fəslində ərik, gavalı dəyirdi. S.S.Axundov. [Əyyar:] ..Elə ki budaqlar başını əyər, nar, heyva, şaftalı, gavalı dəyər.. A.Şaiq. // Bu meyvənin ağacı, ya kolu. Dırmaşdım gavalı ağacına. Qantəmir. gavalılıq is. Çoxlu gavalı ağacı əkilmiş yer, gavalı bağı. Bağın bir hissəsi gavalılıqdır. gavur is. [ər.]\n1. Müsəlmanların islam dininə ibadət etməyənlərə verdiyi ad. Gavurun tənbəli – keşiş, müsəlmanın tənbəli – dərviş. (Ata. sözü). [Qədir:] Gavur öldürdüyüm üçün rəisin hörmətinə, xələtinə nail olacağam. Mir Cəlal. // Söyüş məqamında işlədilir. gavurluq is. Müsəlman dininə inanmama; dinsizlik, kafirlik. ge “G” hərfinin və bu hərflə işarə olunan samitin adı. gec zərf Müəyyənləşdirilmiş, qərarlaşdırılmış vaxtdan sonra. Gec getmək. Gec xəbər tutmaq. Gec hərəkət etmək. Qatar üç saat gec gəldi. O oxumağa gec başlamışdır. – [Gülçöhrə Əsgərə:] Bir qədər gec gəlsəydin, özümü öldürmüşdüm. Ü.Hacıbəyov. ‣ Gec gəldi, tez öyrəndi; gec gəlib, tez öyrənən – bacarıqlı, zirək, tez uyğunlaşan adam haqqında (adətən mənfi mənada işlənir). [Məhbubə:] Burada deyiblər ki, gec gəldi, tez öyrəndi. H.Seyidbəyli. gec-gec zərf Hərdənbir, bəzən (tez-tez ziddi). [Səməd] evə gec-gec gələrdi. Çəmənzəminli. Mehriban çox gec-gec gülümsünür, gülümsünəndə də üzündəki tənasüb pozulur.. H.Seyidbəyli. gecdən zərf Adi vaxtdan tez, həmişəkindən əvvəl. Sabah gecdən çıxmışdım şəhərə, nə gördüm: bir vurhavurdur, bir çalhaçaldır ki, gəl görəsən. “Mol. Nəsr.” gecdən-gec zərf Çox gec, lap gec. [Qərənfil xalanın] gecdən-gec gözünə yuxu getdi. Ə.Vəliyev. ..[Yusif] gecdən-gec dilləndi: – Dedi-qodu yaymaq Qaradonlunun köhnə peşəsidi. İ.Hüseynov. gecdəyən bax. gecyetişən. gecə is.\n1. Günün günbatandan günçıxana qədər, axşamdan səhərə qədər olan hissəsi. Gecə vaxtı. – Gecənin xeyrindən sabahın şəri yaxşıdır. (Ata. sözü). Qədəm basıb bizə gəlsin nagahi; Bir gecə mən onu mehman eylərəm. M.P.Vaqif. Gecədən üçdörd saat keçmişdi. C.Məmmədquluzadə. • Gecə boyu – bütün gecəni. Gecə gözü – gecə vaxtı, gecənin qaranlığında, gecə. [Gülnaz:] Ata, bu gecə gözü hara?.. M.İbrahimov. Gecə keçmək – gecənin gec vaxtı olmaq, yatmaq vaxtından keçmək. Münaqişə olacağını hiss edən Qulu saata baxdı: – Gecə keçir, getməliyik, – dedi. Çəmənzəminli. Gecə qaralmaq (düşmək) – gündüz qurtarıb gecə başlanmaq. Təbibsiz-davasız xəstə neyləsin?! Buludlar oynadı, gecə qaraldı. S.Vurğun. Gecədən keçmək – gecə düşəndən müəyyən müddət keçmək. Gecədən keçmişdi, üfüqlər qara; Sanasan kainat çəkilir dara. S.Vurğun. Gecəyə düşmək – gecə yol getməyə və ya çöldə qalmağa məcbur olmaq, gecələmək üçün yaşayış yerinə çata bilməmək. Gecəyə düşəcəyik, hələ azı üç saatlıq yolumuz qalıb.. İ.Əfəndiyev.\n2. Müəyyən ictimai, siyasi, ədəbi məsələlərə, görkəmli şəxsiyyətlərin xatirəsinə həsr olunmuş axşam yığıncağı. Füzuli gecəsi. Ədəbi gecə. Gənclər gecəsi. // dan. Axşam keçirilən müsamirə, konsert.\n3. Gecə evdə geyilən, gecələr istifadə edilən. Gecə papağı. Gecə köynəyi.\n4. Gecə fəaliyyət göstərən, gecə işləyən, gecə olan. Gecə qatarı. Gecə sanatoriyası. – ..Bakının “Nicat” cəmiyyətinə həsəd aparırlar ki, orada müntəzəm gecə kursları var. C.Məmmədquluzadə. Gündüz məktəbindən gecə məktəbinə keçdik. Q.İlkin. ‣ Gecə kəsmək – adətən toy gecələrində səhərə qədər yatmayıb şənlik etmək. Gündüz niyə yatırsan, gecə kəsməmisən ki? Gecə qara, cücə qara – “xəlvətdir”, “gizlidir”, “kimsə görmür” mənasında. Gecəni gündüzə qatmaq – çox işləmək, həddindən artıq çalışmaq, gecə də, gündüz də işləmək. Mən ki hər gecəni qatdım gündüzə; Üfüqdə sönməsin ulduzum, Ayım! S.Vurğun. Xoşdur bizə, xoşdur gecəni gündüzə qatmaq; Qurmaq və yaratmaq! S.Rüstəm. Gecənin bir aləmi (vaxtı) – gecədən xeyli keçəndən sonra, gecə yarısından sonra. Gecənin bir vaxtı bir də yuxuda gördü ki, bir dişi laxlayıb, ağzı qan ilə doldu. “Koroğlu”. Gecənin bir aləmi; Yarıqaranlıq otaq; Açdım gözlərimi. R.Rza. gecəbəgündüz dan. bax. gecə-gündüz. Gecəbəgündüz işləmək. – Bir ay gecəbəgündüz; O qırpmadı gözünü. B.Vahabzadə. gecəbənövşəsi is. bot. Yeraltı kök yumruları olan yabanı bəzək bitkisi; gecəçiçəyi. gecəçırağı is. zool. Gecələr parıldayıb işıq verən böcək; işıldaquş. gecəçiçəyi bax. gecəbənövşəsi. gecə-gündüz 1. is. Gecə-gündüzün davam etdiyi 24 saat müddət. Nə qədər gecəgündüz; Bu sayaq gəlib keçmiş. R.Rza.\n2. zərf Daim, həmişə; bütün günü və gecəni, vaxt bilmədən. Gecə-gündüz işləmək. Gecə-gündüz çalışmaq. – Sənsiz füzun olur gecə-gündüz fəlakətim; Səbrim tükəndi, yox qəmi-hicranə taqətim. H.Cavid. [Nadir] yorulmaq bilməyib gecə-gündüz buruqların üstündə duraraq sərəncam verərdi. B.Talıblı. [Mərcanov:] Gecə-gündüz vaxt-bivaxt çalışırlar. H.Nəzərli.\n3. is. dan. köhn. Keçmişdə qadın paltarı tikilən bir ipək parçanın adı. Gecə-gündüzdən paltar geymək. ‣ Gecəsi-gündüzü olmamaq – gecəgündüz bilmədən işləmək, çalışmaq rahatlıq bilməmək. Tağlar məhsul tökəndə, kişinin gecəsi-gündüzü olmaz(dı).. Mir Cəlal. gecə-gündüzlü bax. gecəli-gündüzlü. gecə-gündüzlük sif. Adətən saylarla: bir gecə-gündüzlük – bir gecə-gündüz müddətində olan, bir gecə-gündüzə bəs edən. Bir gecə-gündüzlük odun. gecəkəsdi is. etnoqr. Toy gecələri səhərə qədər sürən şənlik mərasimi. gecəki sif. Gecə olmuş, gecə baş vermiş. Gecəki hadisə. Gecəki söhbət. – Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çırağ; Gecəki iqbalı gör, gündüzdəki idbarə bax! M.V.Vidadi. [Qarı çobanlara:] Qumru xalçasına baxmağa gəlib, – dedi, – bu gecəki tufandan sonra ürəyi darıxdı.. Ə.Məmmədxanlı. gecəkorluq (=gecəkorluğu) is. tib. Gecələr gözün görmə qabiliyyətinin azalmasından ibarət göz qüsuru; şəbkorluq. gecəkorluğu (=gecəkorluq) is. tib. Gecələr gözün görmə qabiliyyətinin azalmasından ibarət göz qüsuru; şəbkorluq. gecəkoru is. Gecəkorluğu olan adam; şəbkor. gecəqonağı is.\n1. Bir gecə qonaq qalan adam. Gecəqonağı tezdən getdi.\n2. isteh. Oğru mənasında. Milis nəfəri bir neçə tin qaçandan sonra gecə qonaqlarını yaxaladı. (Qəzetlərdən). gecəquşu is.\n1. bax. yarasa 1-ci mənada. Çox yeriməyib uşaq yenə durdu, başının üstə bir gecəquşu hərlənib fırlanırdı. Çəmənzəminli. Bayquş xaraba, gecəquşu qaranlıq sevən kimi xain adamlar da xəlvəti xoşlarlar. M.İbrahimov.\n2. məc. zar. Gecələr az yatan, yuxusu olmayan, yuxusuz adam haqqında. Uşaq lap gecəquşudur. Sən lap gecəquşusan ki. gecələmə “Gecələmək”dən f.is. gecələmək f. Gecəni qalmaq, gecəni keçirmək, bir gecəni yatmaq. Mehmanxanada gecələmək. Kənddə gecələmək. – Fəqət [Tellinin] adamsız, tamamilə xəlvət bir həyətdə yalqız qalıb gecələdiyi olmamışdı. S.Hüseyn. [Çopo:] Ev gecələdiyim zindandan daha ağır görünürdü. Çəmənzəminli. Birdən-birə mənə elə gəldi ki, mən uzun yolları aşıb gələrək nənəmin nağıllarında eşitdiyim əfsanəvi bir ölkədə gecələmişəm... Ə.Məmmədxanlı. gecəlik is.\n1. Adətən saylarla işlənərək bir şeyin neçə gecəyə kifayət edəcəyini, neçə gecəyə çatacağını, neçə gecədə görüləcəyini bildirir. İki gecəlik odun. Bir gecəlik işim qalıb. – Bir gecəlik mətləbin bir sənə mabədi var. (Ata. sözü). Bir gecəlik otağında; Olmuşam mehman sənə mən. Aşıq Musa.\n2. Gecə geyilən köynək və s. Sofiya o qədər ağladı ki, gecəliyinin döşü tamam islandı. Çəmənzəminli. ‣ On dörd gecəlik ay – 1) bədirlənmiş, bütöv ay; bədir. On dörd gecəlik ayın gümüş nuru bir-birinə qısılıb yatan üsyançıların üstünü yorğan kimi örtmüşdü. P.Makulu; 2) şair. gözəl qız (bəzən “kimi” qoşması ilə birlikdə işlənir). Gəlin on dörd gecəlik ay kimidir. gecəli-gündüzlü zərf Gecə və gündüz, daim. Gecəli-gündüzlü işləmək. – Şərəfoğlu özü xahiş edib [Rüstəmi] hissəsinə keçirdi, iki il gecəli-gündüzlü bir yerdə oldular. M.İbrahimov. Buna görə də kombaynçılar şirin yuxularına xələl qataraq, gecəli-gündüzlü sükanın dalından çəkilmirdilər. Q.İlkin. gecəriyən sif. xüs. Əriməsi çətin olan, çətin əriyən, tez əriməyən. Gecəriyən metallar. gecəvər is. bot. Çoxillik kökümsovlu dərman bitkisi. gecəyarı (=gecəyarısı) zərf Gecə saat 12-də, gecənin tən yarısında. Qazan xan bir ovuc bəylə gecəyarısı sərhəd çayının sahilinə çatıb atını suya vurdu. M.Rzaquluzadə. Birinci gün gecəyarı; Qurd qısnadı qoyunları. M.Dilbazi. gecəyarısı (=gecəyarı) zərf Gecə saat 12-də, gecənin tən yarısında. Qazan xan bir ovuc bəylə gecəyarısı sərhəd çayının sahilinə çatıb atını suya vurdu. M.Rzaquluzadə. Birinci gün gecəyarı; Qurd qısnadı qoyunları. M.Dilbazi. gecikdirilmə “Gecikdirilmək”dən f.is. gecikdirilmək məch. Vaxtında görülməmək, yubadılmaq, ləngidilmək. Döl vaxtında keçirilir, yun qırxımı gecikdirilmir. Ə.Vəliyev. gecikdirmə “Gecikdirmək”dən f.is. gecikdirmək f. Bir işi lazımi vaxtında görməmək, yubatmaq, ləngitmək. [Həkimülmülk:] ..Mənim anladığıma görə əlahəzrət mütləq [Səlimi] məhv edəcəkdir. Lakin gecikdirməyinə səbəb bəzi sirləri aşkara çıxarmaq istəməsidir. M.İbrahimov. gecikmə “Gecikmək”dən f.is. Fərrux kişinin gecikməsi Natiqin xoşuna gəlmədi. B.Bayramov. gecikmək f.\n1. Vaxtında gəlməmək, vaxtından gec gəlmək; yubanmaq, gec çatmaq. Müsamirəyə gecikmək. Dərsə gecikmək. Qatar iki saat gecikdi. – [Lətifə] heç vaxt beş-on dəqiqədən artıq gecikməzdi. M.Hüseyn. Gəmi gecikən zamanlarda yükdaşıyanlar və işçilər körpüdəki talvarın altına toplaşırdılar. Q.İlkin. Əgər Şahmar bu gün çıxmasa, həm Nərminədən əli üzüləcək, həm də imtahanlara gecikəcəkdi. B.Bayramov.\n2. Vaxtında olmamaq, ləngimək, təxirə düşmək. Qış gecikdi. – Ancaq Nazlı .. Çimnazın dediyinə əməl etməkdə gecikirdi. Ə.Əbülhəsən. Bahar gecikirdi, havalar teztez dəyişirdi. S.Vəliyev. gecqaynayan sif. xüs. Qaynaması uzun çəkən, tez qaynamayan (mayelər haqqında). geclik is. Gec olma, vaxtında və ya tez olmama (tezlik ziddi). gec-tez zərf Tez olmasa da, mütləq bir vaxt olacaq, bir gün, nə vaxt olursa olsun; labüddən. Gec-tez rastlaşmaq. – Düşmənlə gec-tez qarşı-qarşıya gəlmək, məsələni həll etmək lazımdır. M.S.Ordubadi. [Anam] gectez [toyuqlara] bir bəla yetişəcəyini bilirdi. A.Şaiq. • Geci-tezi olmaq – bir işin, hadisənin və s. tez və ya mütləq baş verəcəyini bildirir. İşin geci-tezi var. gecyetişən sif. O birilərindən daha gec yetişən, daha gec dəyən, gecdəyən. Gecyetişən meyvə. Gecyetişən buğda. gedəcək zərf Gedilməsi lazım olan; getməli, gediləsi. Allahdan gizlin deyil, sizdən nə gizlin. Mənim bir gedəcək yerim var. Çəmənzəminli. gedəli zərf Gedəndən bəri, gedəndən bu vaxta kimi, getdikdən sonra. Canım gedəli bəsi zamandır; Cismimdəki indi özgə candır. Füzuli. Gedəli sən, yıxıldı könül evi; Xərab olur, bəli, ev kətxudasız. Kişvəri. gedən-gələn is. Yoldan ötən hər bir şəxs, hər kəs, hər adam. [Arvad] gedəndəngələndən ərini soruşurdu. Mir Cəlal. gedəni dan. bax. gedəli. Gülsabah bu evdən gedəni Bayramın otaqlarındakı səliqə tamam pozulmuşdu. Ə.Vəliyev. gedər-gəlməz is. Qayıtması mümkün olmayan yer; ölüm. Vücudu iki qara qəpiyə dəyməz, amma gül təki oğlanları dalbadal ləkələyib, bir-bir gedər-gəlməzə yolladılar. M.Hüseyn. [Nəbi:] Bu qoca aynalı gəlməsin gözə; Çoxunu göndərdi gedər-gəlməzə. S.Rüstəm. // Məc. mənada. Cavan gəlin, dul gəlin; Ollam sənə qul, gəlin; Bu yol gedərgəlməzdir; Gəl, gözlərəm yol, gəlin. (Bayatı). [Murtuz:] O dağın döşündə bir mağara var. Adına gedər-gəlməz deyərlər. Q.İlkin. // məc. Sürgün mənasında. İş kəsib, ömürlük göndərdilər gedər-gəlməzə. Ə.Sadıq. gedərgi sif. Mütləq getməli olan, qala bilməyən. Gedərgi adam. – Arazam, Kürə bəndəm; Bülbüləm, gülə bəndəm; Mən gedərgi qonağam; Bir şirin dilə bəndəm. (Bayatı). Aşıq mənəm, qalalar; Bürcsüz olmaz qalalar; Çünki gedərgi olduq; Sağlıq ilə qalalar. Sarı Aşıq. // Müvəqqəti, daimi olmayan. Həqiqət eşqilə gəldik cahana; Onun hökmüylə də gedərgiyik biz. S.Vurğun. gedəri bax. gedərgi. Gedəri qonaq. Qız gedəridir. – Bir gün gedəri olsam; bəlkə azalacaqdır; bu dünyadan bir damla. R.Rza. gedib-gəlmə “Gedib-gəlmək”dən f.is. gedib-gəlmək f.\n1. Bir yerdən başqa yerə hərəkət etmək (bir istiqamətdə olan hərəkətin təkrar etdiyini və müxtəlif vaxtlarda cərəyan etdiyini göstərir). Bu otağa keçən adam həyətdən gedib-gələ bilərdi. S.Hüseyn. Sərxan tez-tez qəza mərkəzinə gedib-gəlirdi. M.Hüseyn.\n2. məc. Əlaqəsini, dostluğunu davam etdirmək. Daha onlara gedib-gəlmir.\n3. məc. Ölüb-dirilmək. Hər adam neçə kərə dirili, dünyaya gəlib; Bu gedib-gəlməyin olmazmı məgər payanı? S.Ə.Şirvani. gediləsi bax. gedəcək. Gediləsi yer. [Cahandar ağa:] ..Qapısına gediləsi deyil ki, beş-on adam yığıb aparasan, el adətincə barışıqlıq eləyəsən. İ.Şıxlı. gedilmə “Gedilmək”dən f.is. gedilmək “Getmək”dən məch. Suraxanıyadək Sabunçu dəmir yolu xətti ilə, ondan o yana faytonla gedilirdi. S.Hüseyn. gediş is.\n1. Getmə işi; getmə. Gəlişin istər aşiq; Heç istəməz gedişin. Sarı Aşıq. [Uluq bəy:] Gedişi köksümə çəkir odlu dağ; Görüşü qəlbimdə yandırır çırağ. A.Şaiq. Kazım fəqət xəbərsizdi bu işdən; Xəbərsizdi bu uğurlu gedişdən. M.Müşfiq. // Getmə (yerimə) tərzi. Bu gedişlə axşama ancaq çata bilər.\n2. məc. Bir işin, hadisənin inkişafı, cərəyanı. Hadisələrin gedişi. Xəstəliyin gedişi. Mübarizənin gedişi. – Lakin həyatın gedişi Fərmanın düşündüyü kimi olmadı. Ə.Sadıq. Kimsədə yoxdur günah, dünyanın gedişi bu; Mənim də ilk eşqimin fırtınalı qışı bu.. A.İldırım.\n3. idm. Kart, şahmat, dama və s. oyunlarda oyunçunun növbəti çıxışı. Növbəti gediş. Bir neçə gedişdən sonra oyun təxirə salındı. İkinci gedişdə oyunu uduzdu. gediş-gəliş is.\n1. Müxtəlif istiqamətdə hərəkət etmə, gedib-gəlmə. Gediş-gəliş azalmışdı. – Gediş-gəliş çox az idi. S.Hüseyn. Artıq qaş qaralırdı. Küçələrdə gediş-gəliş azalırdı. S.Vəliyev. Dumana görə yolda gediş-gəliş də kəsilmişdi. B.Bayramov.\n2. məc. Münasibət, əlaqə. Qonşu ilə gedişgəlişi kəsmək. – ..Müsəlman içində əgər birinin bir böyük ilə münasibəti, gediş-gəlişi və dostluğu olmadı, onu saymırlar.. C.Məmmədquluzadə.\n3. məc. Canlanma, səs-küy, hərəkət. [Çopo:] Həyətdə bir gediş-gəliş vardı. Çəmənzəminli. gen I.\n1. sif. Geniş, enli. Gen otaq. Gen paltar. – Sıra dağlar, gen dərələr; Ürək açan mənzərələr. S.Vurğun. Ağca qarı, başını oğlunun gen sinəsinə söykəyib mürgüləyirdi. Ə.Əbülhəsən.\n2. zərf Uzaq, kənar, aralı. Gen qaçmaq. Gen gəzmək. – Dost dost ilə tən gərək; Tən olmasa, gen gərək. (Ata. sözü). Bəhanə quruban bizdən gen gəzmə; Bir sözün yadlara deyən deyiləm. M.P.Vaqif. // Eyni mənada bəzən gendən şəklində. Nə üz ilə əl çəkməyəm vətəndən; Biganələr kimi baxıram gendən. Q.Zakir. Ovçu gendən yayındı; Oxu məndən yayındı; Bir dəfə kirpik çaldım; Gözüm səndən yayındı. (Bayatı).\n3. sif. və zərf Olduqca enli, gen-bol, dar olmayan, bədəni sıxmayan. Gen köynək. Gen corab. – [Hacı Saleh:] Amma, ağa, mintənənin ölçüsü məlum olsa idi, çox yaxşı olardı. Orda tikdirrəm, bəlkə dar oldu.. M.F.Axundzadə. [Tahirin] pencəyi təzə dəbdə, uzun və gen tikilmişdi. M.Hüseyn. Rüstəm kişiyə elə gəldi ki, Qoşatxanın əynindəki kostyum gendir.. M.İbrahimov.\n4. is. dan. Küsülü olma, arası olmama, arası soyuq olma. Biz genik. Aramız gendir. ‣ Gen dünya – böyük, geniş, ucsuz-bucaqsız yer və s. haqqında. Ey nazənin, bu gen, geniş dünyada; Namusu əğyarə satmaq nədəndir? Qurbani. [Aslan:] Ay ata, bu gen dünyada məgər yer qəhət idi ki, bizim babalar gəlib, bu çılpaq qayaların arasında kənd salıb? M.Rzaquluzadə. Gen dünya (başına) dar olmaq – bax. dünya. Gen dünya başıma dar gəlir mənim; Sanki baharıma qar gəlir mənim. M.Müşfiq. Gen gün – rahat, sakit, yaxşı gün, həyat. Dedi: – Əsirgəməm bir qaşıq qanı; Vəli laf vuranlar gen gündə hanı? Q.Zakir. Gen gündə dost deyər, dar gündə qaçar. Axtarar girməyə, aya, dam indi. Aşıq Şəmşir. Gen yerini dar etmək – bax. yerini dar eləmək (etmək) (“yer”də). Gendən-genə – uzaqdan-uzağa. Həmid gendən-genə sevmiş olduğu bu qızın gülüşlərindən çox mütəəssir olurdu. Ə.Məmmədxanlı. Ürəyini gen saxlamaq – bax. ürək.\n\nII. [yun. genos – mənşə] İrsiyyətin, orqanizmin bu və ya başqa əlamətinin nəsillərə keçməsini təmin edən maddi əsası. genbalaq (=genbalaqlı) sif. Balaqları gen, enli olan. Genbalaq şalvar. – [Molla Qasımın] ayağında genbalaqlı ağ kətandan lifəli yalınqat tumanı var idi. H.Sarabski. genbalaqlı (=genbalaq) sif. Balaqları gen, enli olan. Genbalaq şalvar. – [Molla Qasımın] ayağında genbalaqlı ağ kətandan lifəli yalınqat tumanı var idi. H.Sarabski. gen-bol sif.\n1. Çox geniş, çox böyük, general-qubernatorluq is.\n1. Gerahat. Gen-bol yer. Gen-bol ev. – Ağalıq evi təzə qayda ilə tikilmiş, iki mərtəbə gen-bol bir imarət idi. S.S.Axundov. Otaq çox genboldu, həyətə və balkona açılan qapıları vardır. Ə.Vəliyev.\n2. bax. gen1 1-ci mənada. Gen-bol paltar. – Dursun .. gen-bol çit donunu geydi. Ə.Əbülhəsən.\n3. məc. Yaxşı, firavan, ehtiyacsız, rifah içində. Gen-bol (z.) yaşamaq. Gen-bol həyat. gen-bolluq is. Firavanlıq, rifah, bolluq. Gen-bolluq içində yaşamaq. gendədur is. köhn. Parıltılı və şax parça növü. // Həmin parçadan tikilmiş. Gendədur tuman. gendöşlü sif. Döşü, sinəsi enli, gen olan; geniş sinəli. Gendöşlü at. gendöşlülük is. Döşün, sinənin genliyi. genealogiya [yun. genealogia – şəcərə]\n1. Şəcərənin, nəslin tarixini öyrənən köməkçi tarix elmi.\n2. Şəcərə, nəsil tarixi. genealoji [yun.] Genealogiyaya aid olan, genealogiya ilə əlaqədar olan. Genealoji tədqiqat. Dillərin genealoji təsnifatı. general [lat. generalis – ümumi, baş] Yüksək komanda heyəti üçün hərbi rütbə, habelə bu cür rütbəsi olan şəxs. • Generalmayor – rütbəcə birinci general adı. General-leytenant – rütbəcə ikinci general adı. General-polkovnik – rütbəcə üçüncü general adı. Ordu generalı – ən yüksək general adı. generalissimus [lat. generalissimus – ən baş] Ən yüksək hərbi rütbə, habelə həmin rütbəni daşıyan şəxs. generalitet [alm. əsli lat.] Ordunun ali komanda heyəti; generallar. general-qubernator [lat.] 1917-ci il inqilabından əvvəl Rusiyada və bəzi ölkələrdə: bir və ya bir neçə quberniyanın yüksək hərbi-inzibati hüquqlara malik rəisi. [Nəbi:] Min atlı göndərib dağlara sarı; Tiflisin general-qubernatoru. S.Rüstəm. Biz İran əyalətlərindən birisində general-qubernatorla söhbət edərkən o, əyalət haqqında bizim təəssüratımızı soruşdu. M.İbrahimov. neral-qubernator vəzifəsi. Camaat ona [Xudadat bəyə] Gəncə general-qubernatorluğunu təklif edəndə uzun müddət razı olmamış, “mən həkiməm” – demişdi. İ.Şıxlı.\n2. 1917-ci il inqilabından əvvəl Rusiyada: general-qubernatorun idarə etdiyi inzibatiərazi vahidi. generallıq is. General rütbəsi, adı. generasiya [lat. generatio – törəmə] xüs.\n1. Heyvanların, bitkilərin, mineralların bütün üzvləri; nəsil.\n2. Törəniş, törənmə, yenidən yaranma. Elektrik enerjisinin generasiyası. generator [lat.] xüs.\n1. Mexaniki enerjini elektrik enerjisinə çevirən maşın.\n2. Generasiya (2-ci mənada) hasil etmək üçün işlədilən müxtəlif cihazların, qurğuların adı. Siqnal generatoru.\n3. bax. qaz(o)generator. ‣ Generator qazı – bərk yanacağı qazlaşdırmaq yolu ilə alınan qaz. generatorlu sif. Generatoru olan. Generatorlu lampa. genetik I. sif. [lat.]\n1. Genezisə aid olan, bir şeyin mənşəyini, inkişafını öyrənən. Genetik üsul. Genetik əlaqə.\n2. Genetikaya aid olan, genetika ilə əlaqədar olan.\n\nII. [yun.] Genetika mütəxəssisi, genetika alimi. genetika [yun.] Biologiyanın, orqanizmlərin irsiyyətini və dəyişkənliyini öyrənən bəhsi. genezis [yun.] kit. Mənşə, törəniş; əmələgəlmə prosesi. genə dan. bax. yenə. Bilmənəm ki, sənə nə demiş əğyar; Xəyalındır məndən genə gen kimi. M.P.Vaqif. Ələsgər eşqə düşüb; Sevdi cəfakarı genə. Aşıq Ələsgər. Əziziyəm, genə sən; Səfa gəldin genə sən; Fikrim, zikrim, xəyalım; Sənsən, sənsən, genə sən. (Bayatı). genəldici is. Bir şeyi genəltmək üçün işlədilən alət, qurğu və s. // Eyni mənada dərman və s. haqqında. Damarları genəldici dərman. genəldilmə “Genəldilmək”dən f.is. genəldilmək məch. Gen hala salınmaq, eninə artırılmaq, gen edilmək, enliləşdirilmək. genəlmə “Genəlmək”dən f.is. Damarların genəlməsi. genəlmək f.\n1. Gen hala düşmək, eninə böyümək, enliləşmək, genləşmək. Jaket çox geyildiyindən genəlib. Ayaqqabı genəldi.\n2. Gen şəkil almaq, gen olmaq, daha da enliləşmək. Aşağıdan dar, yuxarı getdikcə genələn və hər iki tərəfdən qulpu olan qazan partizanların həmişə karına gəlmişdi. S.Vəliyev.\n3. məc. Genişlənmək, böyümək. Hər gün genəldi daireyi-hörmətin sənin; El uğradıqca fəqrə, şişib sərvətin sənin. M.Ə.Sabir. [Mirzə Mehrəli] otağı dolandıqca xəyal meydanı genəldi. Çəmənzəminli. Birləşib artdıqca qabarlı əllər; Daha da genəlir sözün meydanı. H.Arif.\n4. Dərman və s. təsirilə enlənmək, genişlənmək. Qan damarları genəldi. Dərmandan göz bəbəkləri genəlmişdir. genəltdirmə “Genəltdirmək”dən f.is. genəltdirmək “Genəltmək”dən icb. Paltosunu dərziyə verib genəltdirmək. genəltmə “Genəltmək”dən f.is. genəltmək f.\n1. Gen etmək, eninə böyütmək, gen hala salmaq. Paltarı genəltmək. Şalvarın belini genəltmək. // Geyib böyütmək, enlətmək. Cemperi geyib genəltmək. // Dərman və s. təsiri ilə genişlətmək, enlətmək. İynə vurub damarları genəltmək. Gözünə damcı töküb bəbəyi genəltmək.\n2. Genişləndirmək, açmaq, böyütmək, gen etmək. Oynamaq üçün yeri genəltmək. geniş sif.\n1. Eni çox olan, gen (dar əksi). Geniş alın. Geniş eyvan. Geniş küçə. Geniş arx.\n2. Sahə etibarilə çox böyük. Geniş tarla. Geniş çöllər. Geniş düzənlik. – Mil düzü, Mil düzü, geniş Mil düzü! Eşit ürəyimdən gələn bu sözü.. M.Müşfiq. Qarşısında ucsuzbucaqsız geniş bir çöl sərilmişdi. H.Nəzərli. [Ümid] hökumət evinin qabağındakı .. geniş meydanla Xəzərin sahilinə gəldi. B.Bayramov. // Məc. mənada. Kasıbın qapısı da ürəyi kimi geniş olardı. H.Sarabski. // məc. Ucsuz-bucaqsız, sonsuz, nəhayətsiz. Geniş üfüq. – Görürsən, bu geniş, bu böyük dünya; Hələ çoxlarının başına dardır. N.Rəfibəyli.\n3. Böyük, iri (addım haqqında). [Oğlan] geniş addımlarla təpəyə çıxdı. H.Nəzərli. Aydın geniş addımlarla səhiyyə məntəqəsində gəzişir, .. öz gələcək planlarını düşünüb nizama salmaq istəyirdi. H.Seyidbəyli.\n4. məc. Miqyası, qavrama dairəsi, ölçüsü böyük. Geniş ticarət. Geniş vəsait. Geniş imkanlar.\n5. məc. Hamını, yaxud çoxunu əhatə edən, hamıya yaxud çoxuna şamil olan; kütləvi. Geniş tamaşaçı kütləsi. Geniş müşavirə. Geniş seçki kampaniyası. Elmi şuranın geniş iclası. – Geniş oxucu kütləsi böyük satiriki “Molla Nəsrəddin” adı ilə tanımağa başladı. M.İbrahimov. // Hamı üçün, çoxları üçün olan. Geniş istehlak malları.\n6. məc. Azad, sərbəst, heç bir şeylə məhdudlaşdırılmayan. Geniş həyat.\n7. məc. Dərin, əsaslı, məhdudluqdan azad, ətraflı. Həyata geniş (z.) baxmaq. Sözü geniş mənada başa düşmək lazımdır. geniş-geniş 1) zərf Geniş, geniş surətdə. Kərim baba iri sallaq dodaqlarını genişgeniş açaraq gözlərini daha da qıydı. A.Şaiq; 2) sif. Geniş (çoxluq bildirir). Geniş-geniş tarlalar. Geniş-geniş meydanlar. – Bu nəğmələr dərin-dərin; Geniş-geniş ürəklərin; Səmimiyyət nəğməsidir. M.Müşfiq. genişalınlı sif. Alnı geniş olan, enli olan. Genişalınlı kişi. genişekranlı sif. Ekranı geniş olan. Genişekranlı kinoteatr. // Geniş ekran üçün olan. Genişekranlı film. genişkökslü sif. Köksü enli olan; genişsinəli. Genişkökslü gənc. – Məmməd bəy on iki-on üç yaşında, alagözlü, qumral saçlı, genişkökslü, şümal bir oğlandı. Çəmənzəminli. Kərim baba .. genişkökslü bir qoca idi. A.Şaiq. genişqəlbli sif. Ürəyi, qəlbi geniş olan; ürəyiaçıq, açıqürəkli, comərd, səmimi. Genişqəlbli adam. – [Xədicə] olduqca xoşsöhbət, eyi təbiətli, genişqəlbli, munis və mehriban bir qız idi. S.Hüseyn. genişqəlblik (=genişqəlblilik) is. Genişqəlbli adamın keyfiyyəti; ürəyiaçıqlıq, açıqürəklilik, comərdlik, səmimilik. genişqəlblilik (=genişqəlblik) is. Genişqəlbli adamın keyfiyyəti; ürəyiaçıqlıq, açıqürəklilik, comərdlik, səmimilik. genişlədilmə “Genişlədilmək”dən f.is. genişlədilmək bax. genişləndirilmək. genişləndirici sif. xüs. Geninə böyüdən, enlədən, genişləndirən. Yeni kəşfiyyat quyusu turbin-rotor üsulu ilə, 12 düyməli və genişləndirici baltalarla qazılacaqdır. (Qəzetlərdən). genişləndirilmə “Genişləndirilmək”dən f.is. Hüquqların genişləndirilməsi. genişləndirilmək məch.\n1. Geniş hala salınmaq, daha geniş edilmək. Yol genişləndirildi. Əkin sahəsi xeyli genişləndirilmişdir.\n2. Böyüdülmək, artırılmaq. Ticarət şəbəkəsi genişləndirilmişdir. genişləndirmə “Genişləndirmək”dən f.is. genişləndirmək f.\n1. Genəltmək, eninə daha da böyütmək. Yolu genişləndirmək. Hüdudları genişləndirmək. – Yazda güclü sel gəldiyindən çay daşmış, yatağını xeyli genişləndirmişdi. Ə.Vəliyev.\n2. Sayca artırmaq, böyütmək, daha da artırmaq, inkişaf etdirmək. Ticarəti genişləndirmək. Tibb məntəqələri şəbəkəsini genişləndirmək.\n3. məc. Gücləndirmək, artırmaq. [Əhməd istəyirdi ki] ..asan bir yol ilə öz mayasını böyüdüb alverini genişləndirsin və kasıblıqda çəkdiyi əziyyətdən xilas olsun. B.Talıblı. [Alverçilər] başqa şəhərlərə, xüsusən Orta Asiyaya gedir, .. alverlərini genişləndirirdilər. Ə.Əbülhəsən.\n4. məc. Daha da kütləvi etmək, geniş kütləni əhatə etmək. Hərəkatı genişləndirmək.\n5. məc. Artırmaq, dərinləşdirmək, daha geniş etmək. Nüfuz dairəsini genişləndirmək. Biliyini genişləndirmək. Təcrübəni genişləndirmək. genişlənmə “Genişlənmək”dən f.is. genişlənmək f.\n1. Daha geniş olmaq, genəlmək, böyümək. [Şiraslan] ..çaylar arası ilə genişlənib yayılan düzənləri görürdü. S.Rəhimov. Anbardan ağ, dolu torbalar azalır, yer genişlənirdi. Mir Cəlal. Göz bəbəkləri ixtiyarsız olaraq genişləndi. H.Seyidbəyli.\n2. məc. Artmaq, daha geniş meydan almaq, ətrafa yayılmaq. Üfüqdə başlanan işıq getdikcə genişlənirdi. S.Rəhimov. // məc. Daha kütləvi bir şəkil almaq, geniş kütlə arasında yayılmaq. İxtiraçılıq işi genişlənib. genişlətdirmə “Genişlətdirmək”dən f.is. genişlətdirmək bax. genişlətmək. genişlətmə “Genişlətmək”dən f.is. genişlətmək bax. genişləndirmək. genişlik is.\n1. Geniş şeyin halı, geniş olma. Yerin genişliyi. Meydanın genişliyi.\n2. Açıqlıq, düz yer. Küçə genişliyə çıxır.\n3. məc. Azadlıq, sərbəstlik. [Züleyxanın] qəlbi genişlik istədiyi halda, özü dar gölməçələrdə çapalamalı olmuşdur. M.İbrahimov. [İmran:] Əlbəttə, indi mən lazım olmaram. Ağzınız genişliyə çıxıb. İ.Şıxlı. // məc. Açıqlıq, geniş fəza mənasında. Tərlan genişlik sevər; Göylərdir onun yeri. R.Rza. Baxıram üfüqün genişliyinə; Soyuq baxışları unutmaq üçün. B.Vahabzadə.\n4. məc. Hərtərəflilik, dərinlik. Görüş dairəsinin genişliyi. Məlumatın genişliyi. genişürəkli bax. genişqəlbli. Genişürəkli adam. – Züleyxa xala genişürəkli, səxavətli bir qadındır. M.Dilbazi. genişhəcmli sif. Həcmi geniş olan; irihəcmli. genişcə sif. Bir qədər geniş, azca geniş. Genişcə otaq. // Çox geniş, olduqca geniş. Genişcə bir çöl ki, dənizdən kənar; Günəşin altında od tutub yanar. S.Vurğun. genkürək (=genkürəkli) sif. Kürəyi gen olan; enlikürək(li). Genkürək oğlan. genkürəkli (=genkürək) sif. Kürəyi gen olan; enlikürək(li). Genkürək oğlan. genlik is. Gen şeyin halı; genişlik. genosid [yun. genos və lat. caederedən “nəsli, tayfanı məhv etmə”] İrqi, milli və ya dini səbəblərə görə əhalinin ayrı-ayrı qruplarının məhv edilməsi. Genosid bəşəriyyətə qarşı ən ağır bir cinayətdir. gentuman (=gentumanlı)\n1. sif. Tumanı gen olan, gen tuman geymiş (qadın haqqında).\n2. İs. mənasında. məc. Geridə qalmış, avam, cahil, mədəniyyətsiz (qadın haqqında). gentumanlı (=gentuman)\n1. sif. Tumanı gen olan, gen tuman geymiş (qadın haqqında).\n2. İs. mənasında. məc. Geridə qalmış, avam, cahil, mədəniyyətsiz (qadın haqqında). gencə bax. genişcə. geo… [yun. ge – yer] Bir sıra xarici sözlərin (isim və sifətlərin) qabağında, onlara yer, Yer kürəsi, yer qabığı mənası verən önlük; məs.: geobotanika, geologiya, geofizika. geobotanika [yun.] Botanikanın, coğrafi mühitdən (torpaq, iqlim xüsusiyyətlərindən və s. amillərdən) asılı olaraq bitkilərin Yer kürəsində yayılmasını, tərkib və növ dəyişməsini öyrənən bəhsi. geodeziya is. [yun.] Yerin ölçülərini, formasını, qravitasiya sahəsini və səthindəki ölçüləri öyrənən elm sahəsi. geodeziyaçı is. Geodeziya mütəxəssisi. geodezist ba x geodeziyaçı. geokimya [yun. geo və ər. əlkimya] Yerin kimyəvi tərkibi və Yer qabığında kimyəvi elementlərin yayılması və yerdəyişməsi qanunları haqqında elm. geokimyəvi [yun. geo və ər. kimyəvi] Geokimyaya aid olan, geokimya ilə əlaqədar olan. Geokimyəvi tədqiqat. geoloq [yun.] Geologiya mütəxəssisi. geoloji [yun.] sif. Geologiyaya aid olan, geologiya ilə əlaqədar olan. Geoloji xəritə. // Yerin tarixinə, Yer qabığına aid olan. Geoloji dövr. Geoloji kəşfiyyat (bir yerdə olan faydalı qazıntıları öyrənmək məqsədilə aparılan geoloji tədqiqat, axtarış). geologiya [yun.] Yerin quruluşu, tərkibi, tarixi, yerdə üzvi həyatın tarixi və faydalı qazıntıların yerdəyişməsi haqqında elm. geomorfoloji [yun.] sif. Geomorfologiyaya aid olan, geomorfologiya ilə əlaqədar olan. Geomorfoloji tədqiqat. geomorfologiya [yun.] Fiziki coğrafiyanın, yer səthinin relyefini və onun inkişaf tarixini öyrənən bəhsi. geofizik [yun.] Geofizika mütəxəssisi. geofizika [yun.] Yerin fiziki xüsusiyyəti və onda gedən fiziki proseslər haqqında elmlərin məcmusu. geofiziki sif. Geofizika ilə əlaqədar olan, geofizikaya aid olan. Geofiziki tədqiqat üsulları. Geofiziki rəsədxana. geparin is. [yun.] tib. Qanın axmasının qarşısını alan dərman preparatı. gerb [pol. herb, alm. erbe – irs] Bir dövlətin, şəhərin, nəslin, silkin və s.-nin bayraq, pul, möhür və s. üzərində təsvir olunan fərqləndirmə nişanı. Dövlət gerbi haqqında Konstitusiya Qanunu. Azərbaycanın Dövlət gerbi ilə bağlı müsabiqə elan olunmuşdur. • Gerb rüsumu – mülki-hüquqi işlər üzrə sənədləri rəsmiləşdirərkən alınan xüsusi dövlət rüsumu (sənədlərə üzərinə dövlət gerbi şəkli olan müəyyən qiymətdə markalar yapışdırmaqla icra edilir). gerçək 1. zərf Doğru, düz, həqiqi. Zülfünə zülməti-dövran dedilər, gerçək imiş; Ləbinə çeşmeyi-heyvan dedilər, gerçək imiş. S.Ə.Şirvani. // Həqiqətən, əslində. Sən ki bir əqrəb imişsən gerçək; Bu zəhərlər, bu tikənlər nə demək? S.Vurğun. • Gerçək olmaq, gerçəyə çıxmaq – həqiqət olmaq, doğru olmaq, düz çıxmaq. Lidiya bu sözlərin, elə günü sabah gerçəyə çıxacağına qətiyyən inana bilməzdi. Ə.Əbülhəsən.\n2. sif. Həqiqi, düz, doğru (yalan əksi). Gerçək söz. // İs. mənasında. Gerçəyini demək. gerçəkdən zərf Doğrudan, ciddi (olaraq). Gerçəkdən hirslənmək. Gerçəkdən demək. gerçəkləmə “Gerçəkləmək”dən f.is. gerçəkləmək f. Həqiqətə çevirmək, bir şeyi doğrudan-doğruya etmək. [Qurban:] Ay qarı, deyəsən axı, sən gerçəkləyirsən. Ə.Haqverdiyev. Cavanşir özünü tamamilə itirdi. “Bu qız deyəsən, lap gerçəklədi” – deyə xəyalından keçirdi. İ.Şıxlı. gerçəklənmə “Gerçəklənmək”dən f.is. gerçəklənmək f. Gerçək olmaq, düz çıxmaq, həqiqət olmaq. Bənövşə çiçəkləndi; Yarpağı ləçəkləndi; Yatdığı yalan oldu; Ölümü gerçəkləndi. (Bayatı). gerçəkləşmə “Gerçəkləşmək”dən f.is. gerçəkləşmək f. Gerçəklənmək, gerçək hala gəlmək, reallaşmaq, həqiqətə çevrilmək. [Oğlan] ..işin gerçəkləşdiyini .. dərk edib, atasının Marala zəng etməyinə mane olmaq istəyirdi. Ə.Əbülhəsən. gerçəklik is.\n1. Həqiqət, həqiqi varlıq, reallıq. Şüur gerçəkliyi əks etdirir.\n2. Doğruluq, həqiqilik, düz çıxma; ciddilik. geri 1. zərf Arxa tərəfə, dala, dal tərəfə. [Qaçay] bir neçə addım gedəndən sonra istədi qanrılıb geri baxsın. İ.Məlikzadə.\n2. is. Ard, dal, davam, mabəd. Şerin gerisini oxumaq. – Toğrul Qətibənin bu sözlərini eşidəndən sonra, rübailərinin gerisini oxumadı, kağızı büküb cibinə qoydu.. M.S.Ordubadi.\n3. is. məc. Aqibət, son, nəticə. İşin gerisini düşünmək. – [Prokuror:] Bu nədir? Adam bir iş tutanda gerisini fikirləşməz? İ.Şıxlı.\n4. is. məc. İnkişaf etməmiş, dala qalmış. İnkişaf çox zəifdir; Üzrümüz yoxdur əsla; İmkanımız var ikən; Geriyik nə əsasla? R.Rza. ‣ Geri durmaq – uzaqlaşmaq, yaxın gəlməmək. Yar deyilsən, çək ayağı, geri dur; Canımı odlara yaxmağın nədir? M.P.Vaqif. Geri götürmək – 1) dala almaq verdiyini istəyib almaq. Kitabını geri götürdü; 2) məc. dediyi sözdən, vədindən dönmək. Sözünü geri götürmək. – Padşah qızını çox şad görüb, hökmünü geri götürdü. (Nağıl). Geri (geriyə, geridə) qalmaq – 1) dalda, arxada qalmaq. Qocalar geridə qaldılar. – Komandan əsgərlərdən geri qalmamaq üçün yoluna davam edir. M.Hüseyn; 2) vaxtını keçirmək, vaxtında etməmək; yubatmaq, ləngitmək. Dərsim geri qalıb. – Xəstə olduğum cəhətə bu yay xırmanım hamıdan geriyə qalmışdı. S.S.Axundov; 3) məc. inkişafdan qalmaq, tərəqqi etməmək. [Almaz Xanımnaza:] Ay ana, axı bu bizim kəndimizdir, elimizdir. Belə, geridə qalıblar ey, geridə. C.Cabbarlı. Geri qayıtmaq – dala dönmək, qayıtmaq. Qayıdıb gələndə məclisdən geri; Yolda iki nəfər düşdü üstümə. M.Rahim. Geri qaytarmaq – 1) qaytarmaq, qovmaq. Uşağı geri qaytarmaq. – Pəri nənə .. gəlinini qapıdan geri qaytarmaq fikrində deyildi. M.Hüseyn; 2) ödəmək, vermək. Borcunu geri qaytarmaq; 3) məc. qarşısını almaq, artmağa, inkişaf etməyə qoymamaq. Toxtaqlıq, təskinlik bədbəxt hadisəni geri qaytarmır. Ə.Vəliyev. Geri oturmaq – geri çəkilmək. Yağı geri oturdu. – [Düşmən] hər dəfə öz qara qanı içərisində boğulub geri otururdu. Ə.Məmmədxanlı. Geri oturtmaq – zor gələrək geri çəkilməyə, qaçmağa məcbur etmək, dala oturtmaq. Üsyançılar üzüm bağlarına doluşan və şəhərin ucqar dar küçələriylə irəliləmək istəyən bolşevikləri əzərək geri oturtdular. İ.Şıxlı. Geri(də) qoymaq – dalda buraxmaq, irəliləmək. Ələmdarlı bizi geridə qoyub özü irəli getdi, daşın dalına sinib dedi: – Kimsən, dayan! Mir Cəlal. Geri(yə) almaq – yenidən əldə etmək, almaq, özlərinə qaytarmaq. Kitabları geri almaq. – ..Osmanlı arvadları bir yerə cəm olub nitqlər söyləyiblər və and içiblər ki, paymal olan hüquq və ixtiyarlarını qanuni-əsasi vasitəsilə geri alsınlar. C.Məmmədquluzadə. Verilən ənamı geri almaq gədalıqdır. C.Cabbarlı. Geri(yə) atmaq (salmaq) – 1) dala atmaq, arxaya qatlamaq. Saçını geri atdı. – Şəmsiyyə qırmızı ipək paltarın ətəklərini geri ataraq kreslodan birisinə oturdu. M.İbrahimov; 2) məc. inkişafını saxlamaq, qarşısını almaq, mane olmaq. Onlar bilirdi(lər) ki, burada oturanların məhvi İran inqilabını on illərcə geri ata bilər. M.S.Ordubadi. Geri(yə) baxmadan – üzünü dala çevirmədən, heç bir şeyə fikir vermədən, sürətlə. Geri baxmadan getmək. Geri(yə) çəkilmək – 1) dayandığı, durduğu yerdən dala çəkilmək, geri addımlamaq. İki addım geri çəkilmək. Yoldan geri çəkil! – Şeyx Sədra itaət .. ilə geri çəkilir. H.Cavid. Müəllim gələn şagirdlərə yol vermək üçün geri çəkildi. Ə.Əbülhəsən; 2) düşmənin hücumuna davam gətirməyib öz mövqelərini tərk edərək çəkilmək. Düşmən geri çəkildi. – ..Yarım saat çəkmədi aralıqda beş-on köynək cırıldı və Hürzad tərəf döyülmüş, söyülmüş geri çəkilib evdə qapandılar. Çəmənzəminli. Geri(yə) dönmək – 1) bax. geri qayıtmaq. Gedənlər geri döndülər. [Şeyx Hadi:] Çarəsiz biz də Hindi tərk edərək; Geri döndük təəssüf eyləyərək. H.Cavid. Mirzə Cavad arvadının səsinə geri dönüb, oğlunun halətini görüb başladı söyləməyə. Ə.Haqverdiyev; 2) çevrilmək, dala baxmaq, arxaya dönmək. Əvvəl qışqırıq eşitdim, tez geri döndüm, o dəqiqə iki kölgə harasa yoxa çıxdı. H.Seyidbəyli. Geri(yə) getmək – 1) dala qayıtmaq, geri dönmək; 2) məc. arıqlamaq, zəifləmək. Uşaq günü-gündən geri gedir. – Ağabəy bir gün baxıb gördü, elə qız günü-gündən geri gedir. (Nağıl). [Sultan bəy:] Beş ildir ki, günü-gündən geri gedirəm. Ü.Hacıbəyov; // vəziyyəti getdikcə pisləşmək, ağırlaşmaq; yaxşılaşmamaq (xəstə haqqında). Xəstə geri gedir. – [Sona xanım:] Pəri, heç mənim halımı soruşma, bax, görürsən, gün-gündən geri gedirəm. Ə.Haqverdiyev. [Böyük oğlu:] 3-4 gün bu dərmanları atdı, kişi daha da geri getdi. Qantəmir; 3) bax. geri qalmaq 3-cü mənada. Elə bil düşünür Sent-Ekzüperi: – Ağıldan, əməldən geri qaldı səs; Bu qoca dünyamız hara gedir bəs? B.Vahabzadə. Geri(yə) istəmək – tələb etmək, bir şeyi təzədən əldə etməyə çalışmaq. Borcunu geri istəmək. – Zeynal ötəyə-bəriyə müraciət edib sabiq xidmətini geri istəyirdisə də, müvəffəq olmayırdı. S.Hüseyn. Geri(yə) salmaq – 1) bax. geriyə çəkmək 2-ci mənada; 2) məc. yubatmaq, təxirə salmaq. Lətif hələ keçən il Bakıya getməli idi. Lakin bir hadisə onu bir il geri saldı. H.Seyidbəyli. Geridən baxmaq – seyrçi kimi uzaqdan baxmaq, yaxın durmamaq, qarışmamaq, iştirak etməmək, uzaq durmaq. Geridən baxma, kömək elə. – Ustalardan dərs al hərdən; Xeyrə-şərə baxma geridən. Aşıq Şəmşir. Geriyə çəkmək – 1) arxaya çəkmək, dala vermək, kənara çəkmək. Maşın gəlir, uşağı geri çək. – Şofer onun qolundan tutub geriyə çəkdi... M.Hüseyn; 2) məc. inkişafına, tərəqqisinə, irəliləməsinə mane olmaq. Köhnə adətlər xalqı geri çəkir. geriləmə 1. “Geriləmək”dən f.is.\n2. Gerilik. Başqa idarələrdən gəlmiş bu teleqramların hamısında “Geriləməni tezliklə ləğv ediniz!” – deyə şəxsən Tərlanı hədələyirdilər. M.Hüseyn. geriləmək f.\n1. Geri çəkilmək. [Gülsabah:] [Gülər] qorxdu, o qorxaqcasına gerilədi, döndü, qaçdı. C.Cabbarlı. Mehriban [Zeynalı] elə halda görüncə qorxub gerilədi. S.Hüseyn.\n2. məc. İnkişafdan qalmaq, qabağa getməmək, geri qalmaq, tənəzzül etmək.\n3. məc. Sözündən dönmək, sözünü danmaq, dediyini yerinə yetirməmək, vədindən qaçmaq. [Namaz:] Zalxa, get uşaqlara de ki, dəxi cəfa çəkməsinlər, Tarverdi gerilədi. M.F.Axundzadə. gerilətmə “Gerilətmək”dən f.is. gerilətmək f. Geri qalmasına, geri getməsinə səbəb olmaq; geri qoymaq. gerilik is. Geri olma, geri qalma; inkişafsızlıq, cəhalət. Ədib [“Pir” hekayəsində] bir sıra canlı bədii surətlərdə köhnə feodal Azərbaycanın mənzərəsini məharətlə yaradır, mövhumatın, geriliyin törətdiyi cinayət və fəlakətləri göstərir. M.Arif. “Kəşkül” “Əkinçi”nin yolunu davam etdirərək öz səhifələrində gerilik əleyhinə kəskin məqalələr dərc edirdi. M.İbrahimov. german Hind-Avropa dillər ailəsinə mənsub olan dil qruplarından biri. germanistika German dilləri və ədəbiyyatı haqqında elm. germanizm [lat.] German dillərindən alınmış söz və ya ifadə. germetik sif. Hava keçirməyən, kip. gerze is. Qədim Misirdə qəbiristan. gestapo [alm.] Hitler Almaniyasında gizli polis. İndi isə [mehmanxana] faşistlərin gestapo idarəsi idi, .. minlərlə adama burada divan tutulurdu. S.Vəliyev. Kəsib hər bərəni, pusub hər yolu; Gestapo dörd gözlə gəzir onları. B.Vahabzadə. gestapoçu is. Gestapoda xidmət edən adam (bax. gestapo). Hər gecə gestapoçular bizim yatdığımız daxmalara gəlirlər.. Ə.Məmmədxanlı. Kəsilir cığırlar... Gestapoçular; Düşür igidlərin ləpirlərinə. B.Vahabzadə. get is. Qədim Frakiyada tayfa. getdikcə zərf\n1. İrəlilədikcə, irəli hərəkət etdikcə, qabağa doğru gedə-gedə. Yol getdikcə söhbət etmək. – Maşın getdikcə onun çarxlarının buraxdığı izlər qumun üstündə qalırdı. H.Seyidbəyli.\n2. Uzandıqca. Dərə qərbə doğru getdikcə qayalıq, dağlıq, iri və oyuq daşlarla dolu qorxunc yerlərdən ibarətdi. A.Şaiq.\n3. məc. Tədricən, yavaş-yavaş, zaman keçdikcə. Getdikcə bu məhəllənin halı fənalaşdı. N.Nərimanov. Mirzağanın Cəmiləyə qarşı olan meyli və məhəbbəti getdikcə artırdı. S.Hüseyn. [Qəhrəman:] Atəş getdikcə şiddətlənir və vəziyyətin ciddiyyətini andırırdı. H.Nəzərli. get-gəl is. Bir yerə çox gedib-gəlmə. [Laçın] uzun get-gəllərdən usandı.. M.Hüseyn. Bu get-gəllər bazarına dəvədi dünya.. M.Araz. ‣ Get-gələ salmaq – işini qəsdən uzatmaq, yubatmaq, süründürməyə salmaq, işinin dalınca daim gedib-gəlməyə məcbur etmək. Yusifi bir həftə idi get-gələ salmışdılar. gethaget I. zərf Uzun yol gedərək, böyük məsafə qət edərək, gedə-gedə. Gethaget kəndə çatdıq.\n\nII. is. Böyük ziyan, zərər, çıxar. Elə gəlhagəlin belə də gethagedi olar. (Ata. sözü). getman [pol. əsli alm.]\n1. Qədimdə Polşa qoşunlarının baş komandanı.\n2. Qədimdə Ukraynada: kazak qoşunun başçısı və yüksək hakim. getmanlıq is. Getman hakimiyyəti və idarəsi. getmə “Getmək”dən f.is. Ümidin getməsini Bahar da istəyirdi. B.Bayramov. getmək f.\n1. Addım ataraq hərəkət etmək; yerimək, addımlamaq. Asta-asta getmək. İti getmək. Piyada getmək. Yolla getmək. Yanınca getmək. // Bir yerdən başqa yerə varmaq. Şah Səlməxatuna işarə etdi ki, hərəmxanaya getsin.. M.F.Axundzadə. [Kərbəlayı Qubad:] Gedirəm Sijimqulu bəyin yanına. Ü.Hacıbəyov. // Nəqliyyat vasitəsində hərəkət etmək. Qatarla getmək. Araba ilə getmək. Kəndə atla getmək. // Bir yerə gedərkən birisinə yoldaşlıq etmək. Qardaşı da onunla şəhərə getdi. // Başqa yerə varmaq üçün olduğu yerdən ayrılmaq, yola düşmək, istiqamət almaq. Xaricə getmək. Bağa getmək. Dənizə getmək. – Əziz Kamalı anasına tapşırıb cəbhəyə getdi. S.Rəhman. // Eyni mənada nəqliyyat vasitələri haqqında. Qatar gecə gedir. Təyyarə saat 6-da gedir. // Olduğu yeri tərk etmək, oradan çıxıb getmək. Evdən getmək. Şəhərdən getmək. Dərsdən getmək. İclasdan yarımçıq getmək. – [Oğlan] getmək istəyir, zəng çalınır, Sona gəlir. H.Nəzərli.\n2. Başqa bir yerə köçmək, yaşayış yerini dəyişmək. Yaylağa getmək. – İrəvanda Cəfərabad məhəlləsində oturan kazak qoşunları iyunun ikisində Kəpəgir dağında yaylağa gedəsi idilər. C.Məmmədquluzadə.\n3. Keçmək, ötmək, keçib getmək. Xiyabanla getmək.\n4. dan. Özünə sənət, peşə seçmək, bir işin dalınca varmaq. Həkimliyə getmək. Müəllimliyə getmək. – Heç bilmirəm, niyə xalq bu tərtəmiz qələm işinə getdi, sən bu gilkərpic işinə. S.Rəhimov.\n5. Yolda, hərəkətdə olmaq (göndərilən şey haqqında). Təyyarə Bakıdan Daşkəndə neçə saata gedir?\n6. Cərəyan etmək, vaqe olmaq, davam etmək. Sinifdə dərs gedir. Məşğələ yaxşı gedir. – ..Çarpışma konsullar yerləşən məhəllələrdən çox uzaqda gedirdi. M.S.Ordubadi. Bu qayda ilə ata ilə oğul arasında söhbətlər gedir. S.Rəhimov. Çöldə qızğın biçin gedirdi. S.Rəhman.\n7. Yaxınlaşmaq, az qalmaq. Günəş batmağa doğru gedirdi. M.İbrahimov.\n8. Bitmək, qurtarmaq, ötmək, keçmək, sona çatmaq. Ömür getdi. Cavanlıq getdi. – Qış getdi, bahar oldu; Çöllər, təpələr doldu; Şən üzlü mələklərlə. A.Şaiq [Xurşud:] Gün gedib, aylar dolandı, padşahım gəlmədi. Ü.Hacıbəyov. Qış da yavaş-yavaş qarı və soyuğu ilə ötüb getdi. Çəmənzəminli. // Yox olmaq, əldən çıxmaq. İt də getdi, ip də. (Məsəl).\n9. Lazım olmaq, çatmaq, sərf olunmaq. Xalata 5 metr parça gedir. – Bir quyunun qazılmasına gedən vaxtın yarıdan çoxunu başqa işlər aparır. M.İbrahimov. // Ehtiyacı ödəmək, bəs olmaq, görmək. Bu palto üç il gedər. // Xərclənmək, sərf edilmək, işlənmək. Bu qədər pul hara getdi?\n10. Tamaşaya qoyulmaq, göstərilmək. Operada nə gedir? “Azərbaycan” kinoteatrında “Koroğlu” filmi gedir. – Bu axşam dram teatrında “Sevil” tamaşası gedirdi. S.Rəhimov.\n11. Aparıb çıxarmaq (yol haqqında). Bu yol Göy gölə gedir.\n12. məc. Ölmək, dünyanı tərk etmək. Mən gedərəmsə məramım genə dünyadə durar. M.Ə.Sabir. Ey könül, bu acı hisslərdən əl çək? İnsan bir gün gəlmiş, bir gün gedəcək. M.Müşfiq.\n13. Evlənmək, ərə getmək. [Şahsənəm:] Ana, razı olun, gedim Qəribə; Ana, mən yazığı nə dindirirsən? “Aşıq Qərib”. [Nazlı:] Dadaş, and olsun Allaha, mən Mirbağır ağaya getməyəcəyəm. C.Məmmədquluzadə. [Sənəm:] Heç bunun kimi gözəl qız qoca kişiyə gedərmi? Ü.Hacıbəyov.\n14. Bir ünvana göndərilmək, çatdırılmaq. Məktub Moskvaya gedəcək. – [Nərgiz Səməndərə:] Həmin bu kitab instituta gedəcək, .. mühafizə olunacaqdır. B.Bayramov.\n15. məc. Rəvac olmaq, satılmaq. Mal yaxşı gedir.\n16. Axmaq, cərəyan etmək (maye haqqında). Evin dalından su gedirdi.\n17. Bir sıra isimlərə qoşularaq müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs.: fikrə getmək, xəyala getmək, rəngi getmək, əldən getmək. ‣ Getsin gəlməsin – təkrar olunması arzu edilməyən hadisə və ya bir iş haqqında söylənir. Ağır günlər getsin gəlməsin. – [Kəblə Məhəmməd:] Ay usta, o illər getsin gəlməsin! Yadıma salma. Mənim də başıma az iş gəlmədi. Çəmənzəminli. Az getdi, üz getdi, dərə, təpə düz getdi... – Azərbaycan nağıllarında “çox getmək” mənasında işlədilir. get-gedə bax. getdikcə. [Zeynal] getgedə məişət pozğunluğunun çirkabı içinə yuvarlanırdı. S.Hüseyn. Muxtar get-gedə narahat olur, hətta darıxmağa başlayırdı. B.Bayramov. getməli bax. gedəcək. Əziziyəm, qalasız; Şəhər olmaz qalasız; Mən ki getməli oldum; Siz sağlıqnan qalasız. (Bayatı). getto [ital.] Orta əsrlərdə Avropada, habelə bəzi ölkələrdə: müəyyən dini və irqi qrupa mənsub adamların məcburən yaşamaları üçün ayrılmış şəhər rayonu məhəlləsi. Zənci gettosu. geydirilmə “Geydirilmək”dən f.is. geydirilmək 1. “Geydirmək”dən məch.\n2. tex. Keçirilmək, yerinə salınmaq, taxılmaq. Təkər oxa geydirildi. geydirmə “Geydirmək”dən f.is. geydirmək f.\n1. Geymək işini gördürmək, geyməyə məcbur etmək. ..Hüseynqulu ağa zinətli qaraçı libası tikdirib Qaraca qıza geydirirdi və öz qonaqlıqlarında oynadırdı. S.S.Axundov.\n2. Keçirmək, taxmaq, yerləşdirmək, qablamaq. Oxu yerinə geydirmək. ‣ Don geydirmək – bax. don1. geyəcək bax. geyim. [Çopo:] Qəbilə şurası [əlillərin] yeyəcək, geyəcək və bütün ehtiyaclarını təmin etmişdi. Çəmənzəminli. geyib-kecinmə “Geyib-kecinmək”dən f.is. geyib-kecinmək bax. geyinibkecinmək. geyik is. zool. Dağlıq meşələrdə yaşayan, bəzi cinsləri iri dallı-budaqlı buynuzlu, böyük və gözəl heyvan. Dağlarda geyik mənəm; Buynuzu böyük mənəm; Yarın nə dərdi, qəmi; Ona ağır yük mənəm. (Bayatı). geyilmə “Geyilmək”dən f.is. geyilmək 1. “Geymək”dən məch. Paltar geyildi.\n2. tex. Keçirilmək, yerinə salınmaq, taxılmaq. geyim is. Əyinə geyilən hər şey; paltar, üst-baş, libas. Qış geyimi. Sadə geyim. Hərbi geyim. – [Aslan bəy:] Üç ay var ki, görməmişəm, geyimini bilmirəm... C.Cabbarlı. [Usta Ağabalanın] yay və qış libası bir-birindən seçilməyib həmişə üç-dörd geyimdən əmələ gəlirdi. Çəmənzəminli. // məc. Örtü, pərdə mənasında. geyim-kecim is. Üst-baş, paltar. // Geyinmək tərzi. Geyim-keciminə fikir vermək. – Aran yerindən gəlmiş adamlar öz səliqəsahmanı, geyim-kecimi ilə dərhal fərqlənirdilər. B.Bayramov. geyim-kecimli bax. geyimli-kecimli. geyimli sif.\n1. Əynində geyimi, paltarı olan, paltarlı. [Zeynalın] qarşısına on biron iki yaşlı, sadə və təmiz geyimli, qara bir qız çıxdı. S.Hüseyn. Tirmə şal geyimli, qara saçlılar; Hər tərəfə zər nişanlar dolanır. Aşıq Ələsgər. Ağ geyimli, nurani bir dərviş yol kənarında görünür. H.Cavid. // Geyinmiş, əynində geyimi olan, paltarlı (çılpaq əksi). Geyimli halda bayıra çıxdı. Geyimli uşaq. 2 məc. Üzəri bir şeylə örtülmüş, örtülü. Yaşıl geyimli təpələr. – Al-əlvan geyimli dağlar gözəli, Sən kimdən öyrəndin vüqarı, lalə? N.Rəfibəyli. geyimli-kecimli sif. Yaxşı, gözəl, səliqəli geyinmiş. Geyinib-kecinmiş; geyimlikecimli qız. – Salonun ortasında geniş açılmış yemək masasının ətrafında oturmuş geyimlikecimli xanımlar əl çaldılar. M.İbrahimov. Ələddin əlində gül dəstəsi olan belə geyimlikecimli qadından şübhələnmir. H.Seyidbəyli. geyindirib-kecindirmə “Geyindiribkecindirmək”dən. is. geyindirib-kecindirmək f. Birini yaxşı-yaxşı geyindirmək, bəzəndirmək. Gəlini geyindirib-kecindirdilər. Uşağı geyindirib-kecindirmək. – ..Onu geyindirib-kecindirib məclisə gətirmişdilər. Ə.Məmmədxanlı. geyindirmə “Geyindirmək”dən f.is. geyindirmək f.\n1. Birinin əyninə paltar geydirmək yaxud paltarı geyməyə kömək etmək. Pişxidmətlər .. şüru etdilər.. Yusif Sərracın köhnə paltarını soyundurmağa və xələti-şahanəni ona geyindirməyə. M.F.Axundzadə. [Gəlini] yaxşıca geyindirirlər, bəzəyirlər, sonra faytona mindirib allah-allah ilə aparırlar. Ü.Hacıbəyov.\n2. məc. Örtmək, sarmaq, çulğalamaq. Ağ örtüyə büründürür aləmi; Çulğalayır, geyindirir aləmi. A.Səhhət. ‣ Don geyindirmək – bax. don. geyinəcək is. dan. Paltar, geyim. geyinib-kecinmə “Geyinib-kecinmək”dən f.is. geyinib-kecinmək f. Yaxşı-yaxşı geyinmək, bəzək şeyləri taxmaq, bəzənmək. Qız geyinib-kecinib Məlik Düçara dedi.. (Nağıl). Geyinirik-kecinirik yurdumuzun varından; Ellər açır süfrəsini öz bağının barından. S.Vurğun. [Şahnigar xanım] geyinibkecindi, hətta Kürə suya gedəndə də özünü daş-qaşla bəzədi. İ.Şıxlı. geyinib-kecinmiş f.sif. Yaxşı-yaxşı, səliqə ilə geyinmiş, geyinib-bəzənmiş. geyinmə “Geyinmək”dən f.is. Səhnədəkilər geyinmələrini tamam edirlər. Ü.Hacıbəyov. geyinmək qayıd.\n1. Öz-özünü geyindirmək, əyninə, yaxud ayağına bir şey geymək. Mirzə durub libasını geyinib getdi usta Zeynalın dükanına. Ə.Haqverdiyev. Camal həmin saat qalxıb geyindi. M.Rzaquluzadə. Dan yerinə səda düşəndə Firəngiz geyinib hazırlaşmışdı. B.Bayramov.\n2. Bu və ya başqa dəbdə, keyfiyyətdə, növdə paltar geymək. Qısa geyinmək. İpək paltarlar geyinmək. – Getdik və yol gedərkən dostumu nəzərdən keçirdim, .. başdanayağa şıq geyinmişdi. Çəmənzəminli. Biz qalstuk taxırıq; Biz dəblə geyinirik. B.Vahabzadə.\n3. məc. Örtülmək, üzərinə pərdə çəkilmək. Çöllər yaşıl geyinmişdi. – Geyinmiş dan yeri yenə qırmızı; Doğmuş səhərlərin müjdə yıldızı. S.Vurğun. Dərə-təpə al geyindi; Açdı əlvan gülün dağlar. Aşıq Şəmşir. geyinmiş f.sif. Paltar geymiş; paltarlı. Geyinmiş uşaq. Geyinmiş halda. geyiş is. köhn. Geymə işi, geymə (geyinmə) tərzi. Əynində var sincab donun; Geyişin yarıma bənzər. Aşıq Əmir. geyişdirmə “Geyişdirmək”dən. geyişdirmək bax. gicişdirmək. geyişik bax. gicişmə. geyişmə “Geyişmək”dən f.is. geyişmək 1. bax. gicişmək.\n2. dan. Bir-birinə keçmək, sarmaşmaq. Saçları bir-birinə geyişib. geymə 1. “Geymək”dən f.is.\n2. Üst paltarın altından geyilən qısa arxalıq. Usta Zeynal yarımmahuddan tikilmiş köhnə geyməsini çıxarıb bükdü və qoydu bir səmtə.. C.Məmmədquluzadə. Balta çaldıqca onun geyməsinin cındır qolu və ətəkləri yellənirdi. Ə.Əbülhəsən. İkisi də təzə geymə geymiş, başlarına qara mahud papaq qoymuşdular. P.Makulu. geymək I. f.\n1. Əyninə paltar, ayağa ayaqqabı və başa papaq keçirmək. Çəkmələrini geymək. Pencəyini geymək. İsti paltar geymək. – Qurban .. durdu ayağa və ətəklərinin kəcini silib başmaqlarını geydi və yavaş-yavaş üz qoydu getməyə. C.Məmmədquluzadə. [Ağa:] Özüm də .. kürkü tərsinə geyib bir damın içində gizlənmişdim.. Ə.Haqverdiyev. Oğlan atasının əlindən öpüb çıxdı və ox-yayını götürüb, dava libasını geyib bağa getdi. Çəmənzəminli.\n2. məc. Örtülmək, üstü örtülmək. Dağlar ağ geymişdi.\n\nII. is. Geyim, paltar. Yemək və geymək sarıdan uşaqlar korluq çəkmirdilər. Ə.Əbülhəsən. geyməli sif. Geyməyə yararlı, geyməyə yarayan. Geyməli paltar. geysu is. [fars.] klas. Saç, hörük. Göz doymaz vəsməli kaman əbrudan: Can üzülməz səmən iyli geysudan. M.P.Vaqif. Atəşin ruyində əfitək yatıb geysulərin; Türfə cadudur ki, mar atəşdə suzan olmasın! M.Ə.Sabir. Açıq-sarı geysuları dağılmışdır pərişan. A.Səhhət. gəbə is. Böyük xalça, xalı. Otağa gəbə döşəmək. – Biz oturduq yerə təzə döşənmiş təzə gəbələrin üstündə. C.Məmmədquluzadə. Evlərdən burovuz olaraq yığılan xalça və gəbələrlə xırman başdan-başa döşənmiş idi. S.Hüseyn. gəbəçi is. köhn. Gəbə, xalı toxuyan və ya gəbə alveri edən adam. gəbəçilik is. Gəbəçinin işi, peşəsi. gəbərdilmə “Gəbərdilmək”dən f.is. gəbərdilmək məch. Öldürülmək. gəbərmə “Gəbərmək”dən f.is. gəbərmək f. Ölmək (adətən heyvanlar haqqında). Nədənsə bir neçə ay bundan əvvəl at qançır olub gəbərmiş. C.Cabbarlı. Tələyə də bir zorba siçovul çoxdan düşüb gəbərmişdir. H.Sarabski. // Eyni mənada adam haqqında təhqir kimi işlənir. Qonşunun oğlu gəbərdi. – [Birinci işçi:] Yetişir! Sızlama, abdal, başıboş; Ağlamaqdansa gəbərmək daha xoş. H.Cavid. gəbərtmə “Gəbərtmək”dən f.is. gəbərtmək f. Öldürmək. Yüzbaşını, oğlunu gəbərdib qaçdım dağa; Süründüm dağda-daşda, ələ vermədim yaxa. S.Rüstəm. gəc is. [fars.] Gillə gipsin qarışığından hazırlanan al-sarımtıl rəngli maddə (suvaq işlərində istifadə olunur). ..Bir neçə gün bundan irəli çox şiddətli yağışdan zal otağının səqfinin bir parça gəci uçub tökülmüşdü. C.Məmmədquluzadə. Gəc ilə suvanmış bəzəkli evin sanki dirəkləri də süfrəyə tamahsılanırdı. Mir Cəlal. gəcxana is. [fars.] köhn. Gəc hazırlanan yer. // Gəc satılan dükan. gəda is. [fars.]\n1. köhn. Keçmişdə yoxsul, aşağı təbəqədən olan adamlara verilən ad. Kükrər dağlar, bir-birinən deyini; Seçmək olmaz gədasını, bəyini.. Aşıq Ələsgər. [Rizvan:] İnsan dimağı birdir, istər padşah olsun, istər gəda. Ə.Haqverdiyev. [Qoca:] Bizim üçün şah və gəda təfavütü yoxdur. A.Divanbəyoğlu.\n2. məc. nifr. Səviyyəsiz, ləyaqətsiz adam haqqında. Gədaya borclu olma, ya toyda istər, ya bayramda. (Ata. sözü). Mən Həcərəm, əbrü ətləs geymənəm; Hər yetən gədayə boyun əymənəm. Aşıq Ələsgər. Ah, nə çıxılmaz yol imiş bu sevda; Tən etdi hər görən, güldü hər gəda. H.Cavid. // məc. Dilənçi, fəqir, yazıq, binəva. Camalın sədqəsi, hüsnün zəkatı; Mənim tək binəva gədayə düşər. M.V.Vidadi. [Təhmas bəy:] Əlimə çörəkçin baxan bir gəda; Salıb varlığımı bir yanar oda. S.Rüstəm.\n3. bax. gədə 1-ci mənada. Rəhmə gəlib, padşahım, deməzsən; Harda qalıb bu dərgahın gədası. Q.Zakir. [Ağaməhəmməd xan:] ..Ən ədna gədanın mənə yazığı gəlir, hamısının ədavətini qəlbimdən çıxararam. Ə.Haqverdiyev. gədalıq is.\n1. Əsil-nəsəbi olmama, aşağı təbəqədən olma. Əl versə gədayə padişahlıq; Sanman ki, qılır dəxi gədalıq. Füzuli. // Nökərlik. Dərgəhində müttəsil fəxrim gədalıqdır mənim. S.Ə.Şirvani.\n2. məc. Alçaqlıq, nanəciblik. Vəfalı qulunam, sana nökərəm; Padşahım, gəl gədalıq eyləmə. Aşıq Mədəd. [Şəmsi bəy:] Quldurbaşı Əlimərdanın oğlu Çingiz də öz gədalığını göstərdi. S.S.Axundov. Verilən ənamı geri almaq gədalıqdır. C.Cabbarlı. gədə is. dan.\n1. Nökər. [Asya:] Gülçöhrə bir gədəyə aşiq olubdur. Ü.Hacıbəyov. [Əbdürrəhim:] Xanım, doğrudur, mən özüm İskəndər bəyin gədəsini gördüm. N.Vəzirov. [Sara bibi:] [Zeynəbin] atası yumurta Heydər kim idi? Murad bəyin qapısının gədəsi deyilmiydi? Qantəmir.\n2. dan. Oğlan. [Ana:] Ay Allah, bu gədə lap dəli olacaq. S.Rəhman. [Turac:] Qızlar, amma gədə yamanca pərt oldu. İ.Əfəndiyev. // dan. Oğlana müraciət məqamında işlənir. [Hacı Qara:] Gədə, nə danışırsan? Kimin həddi var mənim malımı ala! M.F.Axundzadə. [Hacı Həsən:] A gədə, ata arpa verin, yəhər-əsbabı sazlayın. C.Məmmədquluzadə. gədəbaşı is. köhn. Keçmişdə xan, bəy, dövlətli evinin nökərlərinə başçılıq edən adam; baş nökər. gədəciyəz “Gədə”dən (2-ci mənada) oxş. Oğlancığaz, uşaqcığaz. [Gülpəri:] Mənim gədəciyəzim evdə bekar oturub. Ə.Haqverdiyev. gədə-güdə top. nifr. Keçmişdə aşağı təbəqələrə mənsub adamlara verilən təhqirli ad. [Xırdaxanım:] ..Başın qarışıb gədə-güdəyə, uşaq-muşağa, gecələr qumar, gündüz qumar. N.Vəzirov. [Sara xanım:] Murad bəyin o qədər mülkünü, bağını əlimizdən alıb öz gədəgüdələrinizə vermisiniz. Qantəmir. // top. Nökərlər. [Məhərrəm bəy:] Ay Hacı, işlər olub çox, özüm də tək, əgər gədə-güdə ümidinə qoyursan, hərəsi bir tərəfə çəkib evini dağıdır. S.S.Axundov. // məc. zar. Adi adamlar, cəmiyyətdə aşağı mövqe tutan adamlar. Olmaya damağına xanımlıq şirnisi dəyəndən sonra nazlanmısan, daha gədə-güdəyə məhəl qoymaq istəməyirsən? B.Talıblı. gədək məh. bax. balağ2. gədəlik is.\n1. Nökərçilik, nökərlik. Sən bu qədər də kövrəkləşmə, Ələmdar, – deyə Müqim bəy dəsmalını çıxarıb gədəliyə götürdüyü Leyləyin gözlərini sildi. S.Rəhimov.\n2. məc. Alçaqlıq, nanəciblik.\n3. məc. Görməmişlik. gədik is. Dağın beli; aşırım. Dəlilər ancaq Çənlibelin gədiyində onun tozunu gördülər. “Koroğlu”. [Toğrul:] Savalan dağlarının gədiklərində Ərtoğrul basılmış, bizimkilər çəkilirlər. C.Cabbarlı. Dəvə boynu kimi əyri dağ gədiklərini Murad dəfələrlə Əzizə tərifləmişdir. Ə.Vəliyev. gəh klas. bax. gah. Gəh zülfün öpər, gəh düşər ayağına; Sənsən mənə həm qibləvü, həm Məkkə, Mədinə. M.P.Vaqif. gəh-gəh klas. bax. gah-gah. Gəh-gəh içib sərxoş olaq şərabı; Gündə sürək vəhdət ikimiz belə. M.P.Vaqif. Qaldı, mən getdimsə, ey namehriban, kuyində dil; Bari gəh-gəh sor dili biixtiyarımdan məni. S.Ə.Şirvani. gəhgir sif. Tərs, inadkar, inadcıl. gəhi klas. bax. gahı. Gəhi babi, gəhi mürtəd, gəhi kafir adlandım; Döyüldüm, şaşqalandım, güllələndim, bəlkə odlandım. Ə.Nəzmi. gəldi-gedər sif. Müvəqqəti, daimi olmayan, qeyri-sabit. [Molla Xəlil:] Bunların hamısı gəldi-gedər adamlardır. S.Hüseyn. Əldən-ələ keçir vəfasız həyat; Biz gəldigedərik, sən yaşa, dünya! S.Vurğun. ..Bu göyərçinlər başqa köçəri quşlar kimi gəldigedər deyil. M.Rzaquluzadə. // İs. mənasında. Gəldi-gedərin biridir. gəldi-gedərgi bax. gəldi-gedər. gəldikcə bax. getdikcə. ..Pristavın yanında on yeddi il mirzəlik elədim və gəldikcə şöhrət qazandım. C.Məmmədquluzadə. • Yeri gəldikcə – münasib vaxt olduqda, yeri düşdükcə, imkan olan kimi. Yeri gəldikcə qeyd etmək. – Yeri gəldikcə Dəmirov hər kəsə mütəxəssislərin faydalı işlərindən bəhs edir. S.Rəhimov. gələcək 1. sif. Zaman baxımından hələ çatmamış, lakin çatması gözlənilən, indi yox, sonra olacaq; gözlənilən. Gələcək görüş. Gələcək nəsil. – Baxdıqca bağçamda açan hər gülə; Qarşımda canlanır gələcək həyat. A.Şaiq. Düşüncəli gözlərində bir təbəssüm duyuram mən; Bəllidir ki, bir müjdədir o, gələcək əsrlərdən. M.Dilbazi.\n2. is. Hələ çatmamış, lakin çatması gözlənilən zaman (keçmiş əksi). Gələcəkdən danışmaq. – Qayalar az qalır göylərə dəyə; Boylanıram yaxın bir gələcəyə. S.Vurğun. [Səriyyə xala və uşaqları] ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. M.İbrahimov.\n3. is. Bir şeyin indiki deyil, sonrakı vəziyyəti, halı, taleyi. Uşağın gələcəyi. Onun gələcəyi parlaqdır. – [Məhəmməd ağa:] İnsan ki oxumağa və elmə düşmən ola, onun gələcəyi nə olmalı idi. N.Nərimanov. [Mirzə:] Ancaq uşaqlarımın gələcəyinin fikrini də mənim özümə vagüzar ediniz. Ə.Haqverdiyev. Həyat nəşəsilə titrəyir içim; Parlaq gələcəyim, nəhayətim var. M.Müşfiq.\n4. Gələcəkdə şəklində zərf – bir iş və ya hadisənin sonradan, gələcək zamanda baş verəcəyini göstərir. Gələcəkdə yeni əsər üzərində işləmək istəyir. – [Qara kişi] Fərmanı gələcəkdə özü kimi əli mişarlı, rəndəli və çəkicli bir kişi görmək istəyirdi. Ə.Sadıq. ‣ Gələcək zaman qram. – felin, iş və hərəkətin danışılan zamandan sonra baş verib-verməyəcəyini bildirən zamanı. Qəti gələcək zaman. Gələcək zaman şəkilçiləri. gələli zərf Gələndən sonra, gələndən bəri, gəlmişkən. [Nəbi:] Bir gün görmədin mənə gələli; Nə gərdənlik taxdın, nə üzük taxdın. S.Rüstəm. Gülsabah gələli Muradla Göyçəyin yaşayışında o qədər yaxşı hadisələr baş verib ki, hər ikisi şükür eləməkdən başqa ayrı söz demirlər. Ə.Vəliyev. gələn 1. sif. Bundan sonrakı, gələcək, gözlənilən, növbədəki. [Tahir:] Ana, Lətifə, məktəbi gələn il qurtarır. M.Hüseyn. Fikirləşdi ki, indi də cavabını verməsə, gələn dəfə daha da böyük qələt eləyəcək. H.Seyidbəyli. // Bir işi davam etdirən, nəsli əvəz edən; nəsil (əsasən cəmdə işlədilir). ..Hansı nicat yolunu açdıq ki, bizdən sonra gələnlər də bizim günümüzə düşməsin? C.Məmmədquluzadə.\n2. is. Qonaq, mehman. Neçə nəfər gələnin var? – Zakir, başdan baxtın qaradır sənin; Göz dikmə yollara, kimdir gələnin? Q.Zakir. ..Gələnlər birbaş mənim nömrələrimə düşürlər. Ə.Haqverdiyev. gələn-gedən is.\n1. Hər hansı bir münasibətlə bir yerə gəlib-gedən, qonaq-qara. Bu evin gələn-gedəni çoxdur.\n2. Yoldan ötən, hər kəs. Gələn-gedən tamaşaya dururdu. gələsər sif. məh. Gəlirli, gəliri, verimi, barı çox olan. Gələsər yer. Gələsər torpaq. – [Seyidli kəndinin] üzüm bağları Gürcüstan bağları kimi gələsər deyildir. S.S.Axundov. gəl-get bax. get-gəl. Gəl-get kəsilib. gəl-gəl is. Bir yerə çağırış, dəvət, çağırma. Adama gəl-gəl deyən çox olar. • Gəlgəl etmək (eləmək) – əlini tərpədərək çağırmaq, dəvət etmək. Uşaq atasına gəlgəl edir. – Pəncərədən əl eylər; Əlləri gəlgəl eylər; O gözlər ki səndə var; Axırda əngəl eylər. (Bayatı). gəlhagəl I. is. Ardı-arası kəsilməyən bol gəlir. Elə gəlhagəlin belə də gethagedi olar. (Ata. sözü). Bir il, dava düşən ili tacirlərin gəlhagəli idi. Mir Cəlal. Dedikcə yorulmadı öz ata-anasından; Vaxtilə gördükləri dövlətdən, gəlhagəldən. S.Rüstəm. // Məc. mənada. – [Niyaz:] Kefinin gəlhagəlidir, a bəxtəvər. Ə.Haqverdiyev.\n\nII. zərf Uzun yol gələrək, böyük məsafə qət edərək; gələ-gələ. Gəlhagəl kəndə çatdılar. – Gəlhagəl gəlib yetişdilər arvadın həyətinə. “Koroğlu”. Gəlhagəl, gəlhagəl; Gəlib çatdılar dağa. “Aşıq Ələsgər”. gəlib-gedən bax. gələn-gedən. Şərur qəzasında da, Dəhnə deyilən yerdə Maku xanları .. gəlib-gedənə aman vermirdilər. E.Sultanov. [Xan:] Biri gedib Ballıca yolunu kəsib, gəlib-gedənə sataşır, biri də qaçaqlıq eşqinə düşüb, üstümüzə ayaq alıb... Çəmənzəminli. gəlim is. Artım, məhsul artımı, qazanc, gəlir. Gəlimi yoxdur. – [Manqanın qızları] pambığın builki gəlimindən, keçən il rayonda ən çox pambıq götürən adamlardan danışırdılar. İ.Əfəndiyev. gəlimli sif. Artımlı, çox məhsul verən, gəlirli, bol. Bəziləri bu səslərdə ilin bolluğunu, gəlimli məhsul mahnısını oxuyardı. Mir Cəlal. gəlin is.\n1. Toyu keçirilən, ərə gedən qız. Gəlini məclisə gətirmək. – [Məşədi İbad:] Amma bu gəlin kişi çıxdı. Ü.Hacıbəyov. Gəlin aparmağa gələn dəstələr qapıda yığışıb intizar çəkər. M.S.Ordubadi. • Gəlin köçmək – ərə getmək. ..Gülpəri atasından iznsiz kəbin kəsdirib Əmiraslana gəlin köçdü. S.S.Axundov. Gəlin otağı etnoqr. – 1) Toy günü gəlinlə bəy üçün ayrılıb bəzədilmiş otaq. Şahsənəm gəlin otağına keçdi. “Aşıq Qərib”. Ananın bəzədiyi təzə gəlin otağı; Olar azğın düşmənin kef məclisi, yatağı. Ə.Cəmil; 2) məc. bəzəkli, qəşəng otaq mənasında. Bura lap gəlin otağıdır. Gəlin otağı kimi bəzənmiş. – Xanım, Səriyyəgili yuxarı qaldırdı, .. fərşlərlə bəzənmiş və gəlin otağını andıran isti bir otağa gətirdi.. M.İbrahimov. // Təzəcə toyu olmuş, təzəcə ərə getmiş cavan qadın. Heydər bəy alaçığın içində oturubdur bir gün irəli toy edib gətirdiyi gəlini ilə. M.F.Axundzadə. Səhərsəhər yaz çağı; Köçür oba yaylağa; Gəlinlərin balağı; Batır lilə, batlağa. A.Səhhət. Kərbəlayı Dünyamalı səslədi, səsinə o biri damdan bir cavan gəlin çıxdı. E.Sultanov.\n2. Qayınanaya, qayınataya görə oğlun arvadı. [Nənəxanım:] Allaha heç rəva deyil ki, mənim taylarım hamama gedəndə boğçasını gəlini götürsün, .. amma mənim gəlinim olmasın! Çəmənzəminli. Sədəf öz gəlinini qucaqlayaraq məhzun baxışları ilə onu süzdü.. S.Vəliyev.\n3. məc. Çox bəzəkli, gözəl, qəşəng, xoşagələn şey haqqında. Yenə gəlin camalını açacaqdır, bizim dağlar; Bu ellərin sinəsindən gedəcəkdir odlu dağlar. S.Vurğun. Azərbaycanın Göygöl kimi gözəl və misilsiz bir gəlini var. M.İbrahimov.\n4. bax. gəlincik1 ..Səntək qızlar hələ gəlin oynadar. C.Məmmədquluzadə. [Qız] bir azdan sonra yorulub bir laləzarlıqda oturdu və lalələrdən gəlin qayırmağa başladı. S.S.Axundov. Balaca bir qız uşağı çıxdı. Əlindəki kifir gəlinlə oynadığı bilinirdi. M.Hüseyn. gəlinatlandı is. etnoqr. Keçmişdə xalq adətincə gəlinin, ata evindən çıxıb ata minməsi mərasimi. // Bu mərasim vaxtı çalınan hava. gəlinbacı is. dan. Cavan gəlinə qohumları tərəfindən verilən ad. gəlinbardağı is. Şərbət içilən qab, şərbətqabı. gəlinbarmağı is. İri, uzunsov giləli üzüm növü. gəlinboğan is. Gecyetişən bərk armud növü. gəlincik I. is. Uşaq oyuncağı; kukla. Dizinin üstündəki gəlincik qəribə gəlincik idi. Ağarəhim ömründə belə gəlincik görməmişdi. İ.Məlikzadə.\n\nII. is. zool. Məməlilər sinfinin yırtıcılar dəstəsindən balaca heyvan. gəlincik-gəlincik bax. gəlin-gəlin. gəlin-gəlin is. Qız uşaqlarının gəlinciklə oynadıqları oyun (adətən “oynamaq” feli ilə). Tubu qonşu evində qonşu qızları ilə gəlingəlin oynamaqla məşğuldur. H.Sarabski. Gəlin-gəlin oynayan Pərşan iyirmi bir yaşına çatıb orta məktəb qurtarmışdı. M.İbrahimov. gəlingörməsi is. etnoqr. Təzə gəlinin ailə üzvləri və yeni qohumlarla tanış olması mərasimi. Gəlingörməsinə getmək. – Gəlin evində qız yengəsi və oğlan yengəsi başda oturmaq şərti ilə bütün şəhərin arvadları üçün gəlingörməsi məclisi açırdılar. R.Əfəndiyev. gəlinqaytaran is. məh. Uzunburun çarıq. gəlin-qız top. Gənc qızlar və gəlinlər, qız-gəlin. Kəndlilər uşaqlarına, gəlin-qızlarına tuman, köynək, yaylıq, şal və qeyri paltarlıq alacaqlar. S.S.Axundov. [Xəlfə:] ..Gəlin aşaq dağ ardına, orda meydan düzəldək, qoy gəlin-qız burda çalıb-oynasın. C.Cabbarlı. gəlinlik 1. is. Gəlin olma halı. Gəlinlik illəri. – Qız gəlinlik yaşında; Nə çovğun görmüş, nə qar. S.Vurğun.\n2. sif. Gəlinə aid, gəlinə məxsus, gəlin üçün. Gəlinlik bəzəyi. Gəlinlik duvağı. – Hələ gəlinlik xınası əlindən tamam getməyən Nazlı, arzuladığı oyuncağa yiyə durmuş uşaq kimi sevinirdi. Ə.Əbülhəsən. [Çoban:] Yoxsa qız özünə gəlinlik xalısı toxumaq istəyir? Ə.Məmmədxanlı. gəlir is. Əldə edilən qazanc, mədaxil. [Zeynalın] ayda yüz manatdan artıq gəliri vardı. S.Hüseyn. [Hacı Əhməd:] Bəs o bağın gəliri kimə yetişəcək? C.Cabbarlı. gəlirli sif. Yaxşı gəliri, qazancı olan, qazanclı, mədaxilli, gəlir gətirən. Gəlirli sənət. Gəlirli iş. Tərəvəzçilik gəlirli sahədir. – [Yusif Hümmətə:] Camaat üçün nə mənfəətlidir, nə gəlirlidir onu əksin. B.Bayramov. gəlirlilik is. Gəlirli olma; qazanclılıq, mədaxillik. gəlirsiz sif. Gəliri olmayan; qazancsız, mədaxilsiz. Gəlirsiz iş. Gəlirsiz sahələr. gəlirsizlik is. Gəliri olmama; qazancsızlıq, mədaxilsizlik. gəliş is.\n1. Gəlmək işi, gəlmə. Dost gəlişi bayram olar. – Heç o qədər də arzulamadığı və rəqibi olan qonağı – Aslan bəyin gəlişi Qasım bəyi açmadı. A.Şaiq. [Türkan bəy Bəypolada:] Gəlişiniz bizi nə qədər məmnun etdisə, əmin olunuz ki, gedişiniz də bir o qədər məhzun edir. H.Cavid.\n2. ədəb. köhn. Səhnə əsərlərində pərdənin bir hissəsi. Birinci gəliş. Pərdə iki gəlişdən ibarətdir. ‣ Gəliş gəlmək – qorxutmaq, təpinmək. [Narıngül:] O, Gülzardı nədi, ona bir gəliş gələrəm ki.. İ.Əfəndiyev. gəliş-gediş is.\n1. Hərəkət, gedib-gəlmə, o tərəf-bu tərəfə hərəkət etmə. Gəlişgediş kəsildi. – Dəyirman işləməz, donar, gəliş-gediş çətinləşər; Bazarda nırxı şeylərin o dəm ziyadə yüksələr. A.Səhhət.\n2. Bir-birinin evinə gedib-gəlmə; əlaqə, münasibət. Gəliş-gedişləri yoxdur. gəlişigözəl sif. və zərf Elə-belə, xoş gəlmək üçün. Gəlişigözəl söz. Gəlişigözəl danışmaq. gəllahı zərf dan. Açıq, sərbəst, özbaşına. Atı gəllahı buraxmaq. – Adam var, çölləri gəzər gəllahı; Adam var, tanımaz gözəl Allahı. Aşıq Abbas. gəlmə 1. “Gəlmək”dən f.is. Bu məktubun gəlməsini; Gözləmişdir uzun-uzun. R.Rza.\n2. is. Yerli olmayan, özgə yerdən, kənardan gələn; yad, özgə, qərib. [Xanburabi:] Bu kimi batil fikirlər gəlmələrin uydurmasıdır. Çəmənzəminli. Yalnız arvadlar və gəlmələr çölə çıxırdı. Mir Cəlal. // Sif. mənasında. Gəlmə adam. gəlmək f.\n1. Hərəkət edərək, yeriyərək bir yerə varmaq, çatmaq, yetişmək. Öz evimizə gəldik. Kinodan çıxıb mehmanxanaya gəldilər. – [Hacı Bağır:] Hə, axund, de görək nə xəbər ilə gəlmisən? H.Nəzərli. // Üzü danışana tərəf hərəkət etmək, yerimək, yaxınlaşmaq. Atlılar gəlir. Maşın gəlir. – [Məşədi İbad:] Aha, deyəsən, qız gəlir. Ü.Hacıbəyov. // Nəqliyyat vasitəsilə bir yerə varmaq, çatmaq. // Qatar, gəmi, təyyarə haqqında. Qatarla gəlmək. Təyyarədə gəlmək. // Böyük bir məsafə qət edərək bir yerə çatmaq, yetişmək, varid olmaq. Mən İrana gələn karvanla Xoy şəhərinə gəldim. M.S.Ordubadi. // Yaxınlaşmaq, yanaşmaq. Yanına gəlmək. – ..Kərbəlayı Heydər əmi qeyzlə çıxardı küçəyə və gəlib yapışardı qulaqlarımdan, qalxızardı göyə. C.Məmmədquluzadə.\n2. Kütləvi şəkildə, axınla hərəkət edərək bir yerdə dayanmaq, məskən salmaq, yerləşmək. Yaylağa gəlmək.\n3. Eşidilmək, hiss olunmaq, çatmaq. Arvad səsi gəlməyən yer biyabandır. C.Məmmədquluzadə. O yan-bu yandan güllə səsləri gəlirdi. A.Şaiq. ..Qan qoxusu gəlir, ölüm havası çalınırdı. M.Hüseyn.\n4. Çəkisi olmaq, ağırlığı olmaq. Yemiş 2 kiloqram gəldi. Qarpız nə qədər gəldi?\n5. Görünmək, oxşamaq, təsəvvür edilmək. Uzaqdan döyüş asan gələr. – A başına dönüm, sən mənim gözümə bir ağıllı adam gəlirsən. Ə.Haqverdiyev. Bu söhbətlər Fətullaya zarafat kimi gəlirdi. Mir Cəlal.\n6. Ərə getməyə razı olmaq, birini xoşlayıb ona ərə getmək; evlənmək. [Əsgər:] İndi, görəsən, qız bilsə ki, mən doğrudan da arşın mal satanam, mənə gələrmi? Ü.Hacıbəyov. Bəyəndiyi qızlar da Məmmədbağıra gəlməyirdi. S.Hüseyn.\n7. Yaxınlaşmaq, yetişmək, çatmaq. Qış gəlmişdi. Yaz gəlir. – Bahar füsunkar, əfsanəvi gözəlliyi ilə bizim ellərə gəlirdi. M.Rzaquluzadə. // Yetişmək, gəlib çatmaq. Elə bir vaxt gəlmişdir ki...\n8. Yağmaq. Qar gəlir. Dolu gəlir. – Birdən İzzət qarı qızın qolundan tutub silkələdi: – Cəld tərpən, yağış gəlir.. Ə.Məmmədxanlı.\n9. Təyin olunduğu yerə yetişmək, çatmaq (göndərilən şey haqqında). Poçt gəldi. Bugünkü qəzetlər hələ gəlməyib. – [İsmət:] Çox şükür, Canpoladdan; Bu gün bir məktub gəldi. H.Cavid. Gündə Peterburqdan Gorusa möhürlü paket gəlir... S.Rəhimov. // Xəbər, şayiə, məlumat və s. haqqında. Xəbər gəldi. Yeni məlumat gəldi.\n10. Daxil olmaq, girmək, bir yerə yığışmaq. İçəri gəlmək. Hamı zala gəldi. – [Almaz Aftilə:] Evinizə gəlmək olarmı? C.Cabbarlı.\n11. Cütləşməyə meyil etmək. Qoça gəlmək (qoyun haqqında). Təkəyə gəlmək (keçi haqqında). – Musa kişi isə yenicə kələ gəlmiş sarı inəyin axurunu təmizləyib yerini rahatlamış(dı).. M.İbrahimov.\n12. Acımaq, turşumaq, yetişmək (xəmir haqqında). Xəmir gəldi.\n13. məc. Zahir olmaq, görünmək; qaplamaq, çulğalamaq. Üzünə sarılıq gəlmək. – Muxtar diksindi, sifətinə bir qırmızılıq gəldi. Ə.Vəliyev.\n14. Törəmək, nəşət etmək, çıxmaq. Sözün kökü sanskrit dilindən gəlir. Onun bu xasiyyəti atasından gəlir.\n15. Bir şeyin vətənini, hasil olduğu və ya gətirildiyi yeri göstərir. Bizə xına İrandan gəlir.\n16. Qoşulmaq, birləşmək. Türk dillərində şəkilçilər sözlərin axırına gəlir.\n17. Meydana gəlmək, hasil olmaq. İşləməkdən adama heç bir zərər gəlməz.\n18. Axmaq, cərəyan etmək (qaz və mayelər haqqında). Arxdan su gəlir. Qaz yaxşı gəlir. Burnundan qan gəlir.\n19. Çıxmaq, görünmək. Pəncərədən işıq gəlir.\n20. Görünmək, sanılmaq, təsəvvür edilmək. Bu sözlər mənə yalan kimi gəlir.\n21. Yaramaq, münasib olmaq. Uyğun gəlmək. Bu mənim işimə gəlməz.\n22. Yetişmək, bərabər olmaq, uyğun olmaq. Paltar əynimə yaxşı gəlir. Onun başı mənim çiynimdən gəlir.\n23. Bir şeyin nəticəsi olmaq, bir şeydən yaxud bir şeyin nəticəsində törəmək, doğmaq, nəşət etmək. Bunlar hamısı işi yaxşı bilməməkdən gəlir.\n24. Feli bağlama kimi tərkib daxilində işlənir; məs.: gəlib-yetişmək, gəlib çatmaq, gəlib çıxmaq, gəlib ötmək.\n25. “Gəl”, “gəlin” – bir işə dəvət mənasında xitab kimi işlənir. Gəl sabahkı işlərimizdən danışaq. – [Cahan:] Sən gəl atababa yolu ilə evlən. Ü.Hacıbəyov. [Orxan:] Üzük, nişan yalnız könüldür, könül; Olma çocuq, sən gəl mənə ver könül. H.Cavid. [Sitarə:] Gəl toyumuz barəsində niyyət eləyək, gedək bayıra qulaq asaq, görək kim nə eşidər. C.Cabbarlı.\n26. Əmr formasında: gəl – məsləhət, xahiş bildirir. Sən gəl, bu işə qarışma. Gəl daşı ətəyindən tök.\n27. “Gələk” şəklində – keçək, qayıdaq. İndi köhnə məsələyə gələk. – [Əzrək:] Allaha and olsun ki, burda heç bir günah iş yoxdur... Qərəz, gələk mətləb üstünə! Ə.Məmmədxanlı.\n28. “Gəldikdə” şəklində – ...haqqında danışmaq lazımsa... Onun məsələsinə gəldikdə... Romanın qəhrəmanına gəldikdə... – [Hüsaməddin] Səba xanımın iş düzəltməsinə gəldikdə, onun nə oyun oynamaq istədiyi mənim üçün aydındır. M.S.Ordubadi.\n29. Bir sıra isimlərə qoşularaq müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs.: gözə gəlmək, dilə gəlmək, cana gəlmək, həyəcana gəlmək, ağlına gəlmək. gəlsənə əd. Məsləhət, arzu, bir işə dəvət mənasında işlədilir. [Səlimə:] Ay Qurban, gəlsənə bir az su gətirəm, ayaqlarını yuyam. Ə.Haqverdiyev. Qoşqar! ..Gəlsənə mən saqqalda adamı ələ salmayasan! – deyə, Sultan əlini çənəsinə çəkdi. İ.Hüseynov. gəm I. is. k.t. köhn. Vəl; sünbülü döymək üçün ata, öküzə qoşulan alət. Mən qaçdım, mindim gəmə və çubuq ilə başladım malları sürməyə.. C.Məmmədquluzadə.\n\nII. is. Quzu, buzov və s. heyvan balalarının analarını əmməməsi üçün ağızlarına vurulan dəmir, çubuq və s.-dən toxunmuş tor. gəmə is. məh.\n1. Dərzin yarısı, yarımdərz. Gəmə bağlamaq.\n2. Kiçik ot tayası, tayacıq. gəmi is. Su nəqliyyatı vasitəsi. Yelkənli gəmi. Hərbi gəmi. Ticarət gəmisi. – Gəmisini itirən çarığını axtarmaz. (Ata. sözü). Elə bil gəmilər suda üzməyir; Əlvan çiçəklərin içində üzür. O.Sarıvəlli. • Gəmi dəftəri – gəminin keçdiyi yerlər, vaxt, baş verən hadisələr, qərarlar və s. qeyd olunan dəftər. Gəmirestoran – restoran kimi istifadə olunan gəmi. Hava gəmisi – təyyarə və s. uçucu nəqliyyat vasitəsi. // Şairanə təşbehlərdə. Bəxtinin gəmisi qəm dəryasında; Düşüb qasırğaya, tufana gedir. M.Rahim. ‣ Gəmiləri (gəmisi) dənizdə (dəryada) batmaq (qərq olmaq) – iflasa uğramaq, varyoxu əldən çıxmaq, müflis olmaq (çox qəmli, qüssəli, kədərli adam haqqında). Elə qəmgindir, elə biləsən, gəmisi dənizdə batıb. gəmi-bərə is. Çoxlu miqdarda və ya ağır yük və s. daşımaq üçün çox güclü, iri gəmi, habelə iki sahil arasında nəqliyyat vasitələrini qovuşduran gəmi. “Azərbaycan” gəmi-bərəsi Xəzərin iki sahili arasındakı gəmi yollarını calaşdırır. gəmiçi is.\n1. Gəmini idarə edən, yaxud gəmidə işləyən adam. Qabaqda duran gəmiçi yelkəni irəli sürdü, taxtanı götürüb qoydu və Fəxrəddini yelkənin içərisinə aldı. M.S.Ordubadi. Gəmiçi özünü itirsə əgər; Tufanlar içində qərq olub gedər. S.Vurğun. // Dənizçi.\n2. köhn. Gəmi sahibi. Gəmidə oturub gəmiçi ilə dalaşır. (Ata. sözü). gəmiçilik is.\n1. Gəmiçinin işi, sənəti, peşəsi. Ən uşaqlıqdan möhnətə adət etmiş Məşədi Əsgər gəmiçilik işinə mahir olduqda özü üçün bir barkaz alıb işlətməyə şüru etdi. S.M.Qənizadə.\n2. Gəmi nəqliyyatı. Kürdə gəmiçilik işləri müntəzəm bir şəklə salınacaq, balıqçılıq inkişaf edəcəkdir. Ə.Sadıq. Arktikanın öyrənilməsi şimal dənizlərində gəmiçiliyin və hava nəqliyyatının inkişafına böyük yardım göstərdi. (Qəzetlərdən). // Həmin nəqliyyat işləri ilə məşğul olan idarə, müəssisə. Xəzər dəniz gəmiçiliyi. gəmik bax. sümük. Şamil [Aslan bəyi] diqqətlə müayinə etdi, .. onda əskimiş, gəmiklərinə qədər işləmiş beş-altı xəstəlik tapdı. A.Şaiq. [Qoca Baxşı:] Baxşı da orada idi. O, Sonanın baş gəmiyinə baxır və düşünürdü. C.Cabbarlı. Şəhid sıyrılaraq gəmikdən, ətdən; Alacaq payını əbədiyyətdən. M.Müşfiq. gəmiqayıran is. Gəmiqayırma sənayesi işçisi. Gəmiqayıranların müvəffəqiyyətləri. gəmiqayırma is. Gəmi qayırmaqla məşğul olan. Gəmiqayırma sənayesi. gəmiqurdu is. zool. Taxta gəmilərə və taxtadan tikilmiş qurğulara ziyan vuran qurd. Gəmiqurdu adlanan yumşaqbədənlilər taxta gəmilərə və taxtadan tikilmiş alman qurğularına böyük ziyan vurur. “Sualtı aləm”. gəmi-peyk is. xüs. Planetlərin orbitinə buraxılan, tədqiqat aparmaq üçün lazımi cihazlarla təchiz olunmuş hava gəmisi. – Gəmipeykdə qoyulmuş qurğular sisteminin normal işləməsi haqqında məlumat alındıqdan sonra gəmi-peykin orbitdən yerə enməsi üçün komanda verilmişdir. (Qəzetlərdən). gəmircək is.\n1. Qığırdaq.\n2. Atın (və ya eşşəyin) burun deşiklərində əmələ gələn və kəsilib atılmaqla müalicə edilən şiş. At gəmircək olmuşdur. – Kəlbalı at ustalığı edər, at gəmircəyini kəsər(di).. S.Rəhimov. Direktorla baytar işçiləri atın gəmircəyini kəsdirməklə məşğul ikən Qəhrəman mənzilinə gəldi. Ə.Vəliyev. gəmiricilər cəm, zool. Kəsici dişləri yaxşı inkişaf etmiş heyvanlar dəstəsi (siçan, siçovul və s). gəmirik sif.\n1. Gəmirilmiş halda olan, dişlək-dişlək, dişlə didişdirilmiş. Gəmirik alma.\n2. Yeyilmiş, sınıq-salxaq. Tapdığın bütün dişləri gəmirik və mırıqdı. Ə.Vəliyev. gəmirikləmə “Gəmirikləmək”dən f.is. gəmirikləmək bax. gəmirmək. gəmirilmə “Gəmirilmək”dən f.is. gəmirilmək məch. Dişləm-dişləm edilmək, dişlə didişdirilmək; çeynənmək. gəmirilmiş f.sif. Dişlə bərk sıxılıb didişdirilmiş, parçalanmış. gəmirişdirmə “Gəmirişdirmək”dən f.is. gəmirişdirmək f. Gəmirmək (çoxları bir yerdə). gəmirişmə “Gəmirişmək”dən f.is. gəmirişmək f.\n1. Bir-birini gəmirmək, dişləmək. Siçanlar gəmirişir.\n2. məc. Bir-birini qapmaq (bərk dalaşmaq, söyüşmək). gəmirmə “Gəmirmək”dən f.is. gəmirmək f.\n1. Bərk bir şeyi dişlərilə dişləmək, bərk sıxıb parçalamaq, çeynəmək; didişdirmək. İtin peşəsi sümük gəmirmək olar. Əlini gəmirmək. – Həsi çalışıb Hatəmxanın sağ əlinin baş barmağını iti dişləri arasına keçirtdi, bütün qüvvəti ilə elə gəmirdi ki, Hatəmxanın qolu keyiyib dondu.. S.Rəhimov. [İt] əsla tələsmədən əti götürdü və bir-iki addım kənara çəkilib ədəblə gəmirdi.. M.Rzaquluzadə.\n2. Çeynəmək, yemək, qırıb tökmək. Siçan ipləri gəmirib. – [Novruzəli:] ..Qoy ulağın qıçını bağlayım, yoxsa gedər ağacları gəmirər. C.Məmmədquluzadə. // Məc. mənada. Az qalır sahili gəmirsin dəniz; Tufan içindədir bu gün ölkəmiz. S.Vurğun. Dənizdə tufan qalxır, Xəzərin ağ köpüklü çılğın dalğaları sahili gəmirirdi. M.Hüseyn.\n3. Bir sıra isimlərlə yanaşı gələrək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: bığını gəmirmək, içini gəmirmək, ürəyini gəmirmək. gəmirtləmə “Gəmirtləmək”dən f.is. gəmirtləmək f. Dişləyib yemək, gəmirmək. [Tələbə:] Bu armuddan qabıqlıqabıqlı altı dənəsini gəmirtlədim. Qantəmir. gəmirtlənmə “Gəmirtlənmək”dən f.is. gəmirtlənmək bax. gəmirilmək. gəmirtlənmiş bax. gəmirilmiş. Səkkiz-doqquz yaşında bir oğlan uşağı əlində bir gəmirtlənmiş alma bizim yanımıza gəlib elə bərkdən ağlamağa başladı ki, guya ətini kəsirlər. C.Məmmədquluzadə. gəmişdirmə “Gəmişdirmək”dən f.is. gəmişdirmək f. Alıcı quşu ov üzərinə gəncəfə is. [fars.] köhn. bax. qumar. saldırmaq, ovu tutmaq üçün uçurmaq. Tərlan gəmişdirib Çənlidə küsər; Gələr qıya çalar Koroğlu səni. “Koroğlu”. Gəmişdirib xanlar tülək tərlanı; Diddirib tökərdi yazıq heyvanı. H.K.Sanılı. Tərlanları gəmişdirmək Gəraybəyə tükənməz bir zövq verirdi. S.Rəhimov. gəmişmə “Gəmişmək”dən f.is. gəmişmək f. Ov dalınca şığımaq, uçmaq (alıcı quşlar haqqında). Gəmişdi tərlanım şığıdı, getdi; Ünlədim, ünlədim, ünümdən ötdü. Aşıq Kərəm. Qızılquş kəkliyə gəmişən kimi ulduzlu təyyarələr .. damğalı təyyarələrə gəmişirdi. S.Rəhimov. gəmləmə “Gəmləmək”dən f.is. gəmləmək f. Buzovun, quzunun ağzına gəm vurmaq. gəmlənmə “Gəmlənmək”dən f.is. gəmlənmək məc. Ağzına gəm vurulmaq (quzu, buzov və s. haqqında). gənc I.\n1. sif. Yeniyetmə, cavan, hələ yaşa dolmamış (qoca ziddi). – Araz çalışqan, zəhməti sevən, öz qüvvət və məharətinə inanan ciddi və iradəli bir gənc idi. A.Şaiq. Bizim aramızda .. yeddi-səkkiz nəfər gənc tələbə, bir nəfər də kiçik komandir vardı. S.Hüseyn. İçəri gözəl, gənc bir qadın girdi. S.Rəhman. // Gəncliyə xas olan, aid olan. Gənc qüvvələr. Gənc həyat eşqi. // is. Cavan, yeniyetmə oğlan. Qocalar və gənclər. – Susanna kimi bir qızı hər bir gənc sevə bilər. M.S.Ordubadi. Dar küçədəki köhnə evin alçaq qapısına bir gənc yanaşıb zəngi çaldı. Çəmənzəminli. Mirzağa iyirmi beş yaşlarında bir gənc idi. S.Hüseyn.\n2. sif. Cavan (ağac və s. haqqında). Gənc ağac. – Ey bu gənc dağların biqərar yolçusu; Qanatlan! Çalındı yüksəliş borusu. M.Müşfiq.\n3. sif. Meydana yeni gəlmiş, təcrübəsi az olan. Frazeologiya dilçilik elminin gənc sahələrindən biridir. // məc. Hər hansı bir sahədə fəaliyyətə yenicə başlamış. Gənc yazıçı. Gənc mütəxəssislər.\n\nII. [fars.] is. Xəzinə, dəfinə. Görüb, Vahid, xəyal etdim üzündə zülfi-pürçinin; Ki, guya gənc üstündə yatıbdır əjdaha zülfün. Ə.Vahid. Zülm zəncirinin altında çəkir işgəncə; Eyibdir sən uyasan gəncəfəyə, şətrəncə. A.Səhhət. [Gəray:] Yox, inanma, eşitdin isə bunu; Oynadım mən də gəncəfə oyunu.. A.Şaiq. • Gəncəfə kağızı – qumar kağızı. gəncləşdirilmə “Gəncləşdirilmək”dən f.is. gəncləşdirilmək məch. Cavanlaşdırılmaq. gəncləşdirmə “Gəncləşdirmək”dən f.is. gəncləşdirmək icb.\n1. Daha cavan etmək, cavanlaşdırmaq. Dağ havası adamı gəncləşdirir. – [Nigar:] Özünü gərək gəncləşdirəsən! S.Hüseyn. // Bir təşkilatın və s.-nin tərkibinə gəncləri daxil etmək. Təşkilatı gəncləşdirmək.\n2. məc. Daha gənc, cavan göstərmək. Bu paltar onu gəncləşdirir. gəncləşmə 1. “Gəncləşmək”dən f.is.\n2. Daxili sekresiya vəzilərinin fəaliyyətinin güclənməsi vasitəsilə qocalmış orqanizmə gənclik əlamətlərinin qayıtması. gəncləşmək f.\n1. Getdikcə gənc olmaq, cavanlaşmaq, yetkinləşmək. Gəncləşmək [Muradın] əlində deyildi. Onu təbiət qocaltmışdı. S.Hüseyn. Könül istər şeir yaza; Gəncləşirəm yaza-yaza. S.Vurğun. Getdikcə Kərim daha yekəlib kişiləşir, Səlim isə boy atıb gəncləşirdi. S.Rəhimov. // məc. Özünü gənc kimi hiss etmək, qıvraqlaşmaq. Vannalardan sonra lap gəncləşmiş kimiyəm.\n2. məc. Tərəqqi etmək, inkişaf etmək, yeniləşmək. Dönməz oğulların iradəsindən; Gəncləşir qocaman Vətən torpağı. S.Vurğun. Hər gün bir il gəncləşən boy atan bir ölkədə; Nə qədər nəğmə vardır hələ bəstələnməmiş. R.Rza. gənclik is. İnsan həyatının yeniyetməlikdən yetkinliyə qədər olan dövrü, gənc yaşlar, cavanlıq (qocalıq ziddi). İnsanın çocuqluğu və gəncliyi keçmişin qoynunda basdırıldığı üçün o, daima keçmişi xatırlamalıdır. M.S.Ordubadi. Gənclik eylə bir nemət ki, onunla hər şey insana xoş görünür. H.Cavid. Gənclik – arzuların uçuş nöqtəsi.. B.Vahabzadə.\n2. top. Yetişməkdə olan nəsil, gənc nəsil; cavanlar. Dünyanın demokratik gəncliyi. – Qoynumuzda ana yurdun öz atalıq haqqı var; Qoy baş əysin gəncliyimiz ataları görəndə. S.Vurğun.\n3. Həyatın bu dövrünə xas olan, aid olan. Gənclik vüqarı. Gənclik qüruru. Gənclik həvəsi. – Etdi məni gənclik şövqüm əhatə; Verdim sərsəm küləklərə könlümü. M.Müşfiq. Sanki [Fərhadoğluna] dağlardan güclü bir gənclik qüvvəti gəldi. S.Rəhimov. gəndalaş is. bot. Pisqoxulu, birillik yabanı bitki. Gəndalaş kolu. Qara gəndalaş. – [Umudun] canında heysizlik vardı. Suya girmək istəyirdi, amma yerindən qalxmağa həvəsi yox idi. Təzədən başını gəndalaş kolunun altına soxdu. İ.Məlikzadə. // Bu bitkinin xırda dənəli meyvəsi. gəndalaşlıq is. Çoxlu gəndalaş bitmiş yer. gənə is. zool. Xırda caynaqları ilə heyvanların, bəzən də insanların bədəninə yapışıb onların qanını soran buğumayaqlı parazit. İti gənə basıb. İnsana xəstəlik keçirən gənələr xüsusi bir qrup təşkil edir. • Hörümçək gənəsi zool. – bitkiyə ziyan verən gənə növü. Hörümçək gənəsinə qarşı mübarizə aparılması üsulu. gənəcik is.\n1. Kiçik gənə, balaca gənə.\n2. zool. Ziyanverici buğumayaqlı parazit. Gənəcik adətən yarpağın alt tərəfində yerləşir. gənəgərçək is.\n1. bot. Toxumundan həmin adda yağ alınan bitki. Gənəgərçək bitkisi.\n2. Həmin bitkinin toxumlarından alınan yağ (işlətmə dərmanı kimi işlənilir). [Dərviş] qabı zeytun yağı əvəzinə gənəgərçəklə doldurur, gətirir Molla Nəsrəddinə verir. “M.N.lətif.” • Gənəgərçək yağı – bax. gənəgərçək 2-ci mənada. Zahirən Mahmudun dükanı səkkizbucaqlı bir qutuya bənzəyirdi ki, içində saqqız, tumanbağı, gənəgərçək yağı .. tapmaq mümkün idi. B.Talıblı. gənəli sif. Gənəsi olan, gənə daraşmış, gənə basmış. Gənəli it. Gənəli inək. Gənəli pişik. gənəşik is. dan. Məsləhət müşavirəsi. gənəşikli sif. dan. Məsləhətlə, razılıqla düzələn, əldə edilən; məsləhətli. Gənəşikli iş. – Gənəşikli baş salamat olar. (Ata. sözü). gənəşmə “Gənəşmək”dən f.is. gənəşmək f. dan. Birisinin rəyini bilmək üçün onunla məsləhətləşmək, məsləhət üçün birinə müraciət etmək. Vuran oğul dayısına gənəşməz. (Ata. sözü). [Həsən:] Yaxşı, sən get, mən də dalınca gələrəm, deyirəm, qızın anasına da bir gənəşim. Ə.Haqverdiyev. Qızı bir neçə yerdən istəyən var, ancaq dayılarına da gənəşmək lazımdır. A.Şaiq. gəngiz is. bot. Şoran torpaqlarda bitən kol bitkisi. gənzik is. anat. Damağın arxa hissəsi, boğaz boşluğunun ağızla birləşən hissəsi. Çörək gənziyinə sıçradı. Gənzik iltihab olduqda qulaq pərdəsi yırtıla da bilər. gər I. [fars.] klas. bax. əgər. Gər girişsəm çalhaçala; Quş gərəkdir qanad sala. “Koroğlu”. Sən gər mənim olsan fəna dünyada; Elə billəm padşaha dönmüşəm. M.P.Vaqif. Məsəldir: bir paydan bir adam doyar; Gər bölünə, ikisin də ac qoyar. Q.Zakir.\n\nII. is. məh. Əsasən qoyun, keçi və başqa heyvanlarda olan qoturluq xəstəliyi. Keçi gər olub. gəraylamaq f. folk. Gəraylı oxumaq, gəraylı çağırmaq. Aşıq gəraylayır. gəraylı is. Aşıq şerində: hər bəndi dörd misradan ibarət səkkiz hecalı şeir forması (birinci bəndin misraları bəzən bir üç, bəzən iki dörd şəklində, qalan bəndlərin üç misrası bir-biri ilə, dördüncü misralar isə birinci bəndinə həmqafiyə olur). Ağı dedi buz bağlayan lal sular; Bayatılar qara geydi əyninə; Gəraylılar qəm götürdü çiyninə. B.Vahabzadə. • Gəraylı demək (çağırmaq) – bax. gəraylamaq. [Əbdürrəhim bəy:] Əlinin ikisini də qoy qulaqlarının dibinə, gəraylı çağır. N.Vəzirov. Aşıq gəraylı deyib səsini ucaldanda hər tərəfdən “ay can, ay can!” nidaları eşidilirdi. B.Bayramov. gərçək [fars.] bax. gənəgərçək. Gərçək tumu. gərçi əd. [fars.] klas. Hərçənd, baxmayaraq, əgərçi. Hər xilqətə gərçi bir səbəb var; Aya səbəbi kim etdi izhar? Füzuli. Nə qədər olsa qoca gərçi Vidadi xəstə; Genə Vaqif kimi, əlbəttə, yüz oğlana dəyər. M.V.Vidadi. Gərçi hər dildə var qəzetlər çox; Bizə ondan və leyk faidə yox. S.Ə.Şirvani. gərd I. is. Toxunma parçada, xalı-gəbədə qırışıq yer.\n\nII. [fars.] is. məc. Dərd, hüzn, ələm. Dövranın gərdi məndə; Can qurban dərdiməndə; Eşqə ürcah olanın; Tapılar dərdi məndə. (Bayatı). gərdə is. Sünbül döyümündən qalan saman qırıntıları. gərdək is. etnoqr. Toyda oğlan evində gəlin üçün pərdə ilə ayrılmış xüsusi yer. [Telli:] ..[Gəlini] otağa aparıb gərdək dalında oturdurlar, ürəyin tıp-tıp döyünədöyünə gözləyirsən. Ü.Hacıbəyov. [Fitnə:] ..Şux gəlinlər, sevgi doğan gərdəklər; Gözəl qızlar, qara tellər bizimdir. A.Şaiq. // Pərdə, örtük mənasında. gərdəkli sif. Gərdəyi olan; pərdəli. Gərdəkli qapı. gərdən is. [fars.] köhn. Boyun. Boyun sürahidir, bədənin büllur; Gərdənin çəkilmiş minadan, Pəri. M.P.Vaqif. Ağ incə geyimli gözəl küncdə dayanmışdı. Qara saçları ağ gərdənini qaplamışdı. Çəmənzəminli. gərdənbənd is. [fars.]\n1. Boyunbağı (qadın bəzəyi). Gərdənbənd taxmaq. – ..Övrətlər baş örtülərini dal tərəfdən bağlardılar və qabaq tərəfdən boyunları açıq qalardı; boğazı və gərdənbəndləri görsənərdi. C.Məmmədquluzadə. [Hacı Kamyab] ..mücrüdən bir ədəd mirvari gərdənbənd çıxardıb qızının boynuna keçirdi. Ə.Haqverdiyev. [Çimnazın] boynundan salxım-salxım qızıl gərdənbəndlər, zəncirlər və sap-sap mirvari boyunbağılar asılmışdı. Ə.Məmmədxanlı.\n2. bax. gərdənlik 1-ci mənada. Atın gərdənbəndi. gərdənbəndli sif. Gərdənbəndi olan, gərdənbənd taxmış; boyunbağılı. Gərdənbəndli gəlin. gərdənə is. Uca dağlar arasında olan alçaq gədik; keçid. Köç dağın gərdənəsindən aşdı. – Maşın dolama yolları fırlandıqca geniş dağarası bir gərdənə görünürdü. S.Rəhimov. gərdənli sif. Qəşəng, gözəl gərdəni olan. Gərdənli qız. – Əli ucaboy, gərdənli, qarasaqqal, xoşsima bir kişi idi. N.Nərimanov. Ortaboylu Səkinə ətə-cana dolmuş, gözəlləşmiş, gərdənli bir qadın olmuşdu. M.İbrahimov. // Enlidöş. gərdənlik is.\n1. Arabaya, vələ və s.-yə qoşulan heyvanların boynuna keçirilən bir üzü dəri, bir üzü isə keçədən tikilən qoşqu ləvazimatı; xamut. Gərdənliyi atın boynuna keçirmək.\n2. bax. gərdənbənd 1-ci mənada. [Nəbi:] Bir ağ gün görmədin mənə gələli; Nə gərdənlik taxdın, nə üzük taxdın. S.Rüstəm. gərdənsiz sif. Qısa və yöndəmsiz boynu olan. gərdi is. məh. Lək. Soğan gərdisi. gərdiş is. [fars.]\n1. Gəzinti, seyr. • Gərdiş etmək (eləmək) – gəzmək, hərəkət etmək, dolanmaq, o baş-bu başa gedib-gəlmək. Ərəb pəhləvan meydana çıxdı, bir o başa gərdiş elədi, bir bu başa gərdiş elədi, gəlib əmudun dəstəyindən yapışdı. “Koroğlu”. ..Cavan sürətlə otaqda gərdiş eləməyə başladı və gərdiş etdikcə çənəsində bitən .. tükləri əli ilə vurub şişmərlədi. Çəmənzəminli. Gərdişə gətirmək məc. – qızışdırmaq, coşdurmaq, hərəkətə gətirmək. Aslan paşa əmr elədi, mehtərbaşı qabaqca Dəmirçioğlunun atını minib gərdişə gətirdi. “Koroğlu”. // Gəzmə, yerimə tərzi; yeriş. Qəmzəsi can alan, gərdişi əla; Doğrudan gözəldir, göyçəkdir Leyla. Ə.Cavad.\n2. məc. Dövran, dövr etmə, dolanma, hərlənmə. ..Dünyanın gərdişinə görə insan gərək öz rəftarın da dəyişsin. “Əkinçi”. Qalın meşə, yaşıl ot .. insana ləzzət verir. Gərdişin comərdliyini anlayırsan. N.Nərimanov. Nə etmək, fələkin gərdişi rəqqasə qadınlar kimidir... Ə.Məmmədxanlı. gərdun is. [fars.] klas.\n1. Göy qübbəsi.\n2. məc. Tale, bəxt, fələk, iqbal. Nə yar edərdi cəfa, nə rəqib, nə gərdun; Zəmanədə bu cəfalar mənə qəzadəndir. S.Ə.Şirvani. gərək 1. əd. Gərəkdir, lazımdır (cümlədə xəbər mənasında işlənir). Söz gərək ox keçməz qayadan keçə; Yoxdursa sözünün kəsəri, – yazma.. M.Araz. • Gərək olmaq – lazım olmaq, işə yaramaq, kara gəlmək. Dost dosta nə gündə gərək olar? (Ata. sözü). Tənbəldən kömək olmaz; Kimsəyə gərək olmaz; İşində çalışgilən; Zəhmətsiz yemək olmaz. (Bayatı).\n2. Feildən qabaq işlənərək, onun ifadə etdiyi işin, hərəkətin olmamasının və ya olmasının arzu edildiyini bildirən modal söz. Gərək gedim. Gərək o sözü deməyəydim. – Onu bilirsənmi ki, mən sabah gərək Tovuzda olam? S.Hüseyn. [Nəbi:] Düşünüb bayaqdan tökmüşəm tədbir; Gərək sinə gərək düşmənə əlbir. S.Rüstəm. [Qara kişi:] Gərək hamıya yaxşılıq eləyəsən ki, öləndə hamı rəhmət desin. B.Bayramov.\n3. bağl. mənasında. İstər, həm. Gərək dost, gərək düşmən.\n4. İs. mənasında, dan. Yaraq, silah, ləvazimat. Gərəyini götürdü. – Yüz gün yaraq, bir gün gərək. (Ata. sözü). Gərəkdir şəklində – lazımdır, vacibdir, zəruridir. Dərd çəkənə gərəkdir. (Ata. sözü). Xumar-xumar baxan ala gözlərin; Gərəkdir verəsən can qabağında. M.P.Vaqif. Ey dust, bizə huriyü-qılman nə gərəkdir; Yüz huriyüqılman ola, könlüm səni istər. S.Ə.Şirvani. ‣ Gərək ki – ehtimal ki, deyəsən, olsun ki, yəqin ki. [Yusif:] On ildir ki, Şamdan ilə görüşməmişəm. İndi, gərək ki, surəti də təğyir tapıbdır. N.Nərimanov. [Əminə:] Başımda şal otağa girdim, gərək ki, suqabını götürmək istəyirdim. M.S.Ordubadi. gərəkli sif. Lazımlı, lazım, gərək, gərək olan, əhəmiyyətli, zəruri. Mən ömrümün aşrımında anlaya bildim; Nəçiliyim kimliyimdən gərəkli imiş... M.Araz. gərəklik is. Lazımlılıq, yararlılıq, əhəmiyyətlilik, zərurilik, gərək olma. Elə ki itirdin gərəkliyini; Dünyada hər şeyi itirəcəksən. B.Vahabzadə. gərəkmə “Gərəkmək”dən f.is. gərəkmək f. dan. Lazım olmaq, gərək(li) olmaq. [Qoca:] Demədinmi bəlkə gərəkərsən? M.Rzaquluzadə. gərəkməz zərf\n1. İstəməz, lazım deyil, gərək deyil (cümlədə xəbər məqamında işlənir). Mənə sənsiz cahanü-can gərəkməz; Vüsalın var ikən hicran gərəkməz. Nəsimi. Yarəb, mənə cismü-can gərəkməz; Cananımsız cahan gərəkməz. Füzuli. • Gərəkməz ki... – istəməz ki...; lazımdır, gərəkdir. [Almaz:] Yəni gərəkməz ki, bir mənası da olsun? C.Cabbarlı.\n2. Sif. mənasında. Lazım olmayan. Gərəkməz şey gərəkli gündə. (Ata. sözü). gərəkməzlik is. Lazımsızlıq, gərək olmama. gərəksiz sif. Gərək olmayan, lazımsız, yaramayan, yararsız, əhəmiyyətsiz. Gərəksiz şey. – Bunlar bütün boş-boş gərəksiz işdir. A.Səhhət. Yüz xal düşür ürəyimin varaqlarına; Eh, nə bilim, bir gərəksiz misraya görə. M.Araz. gərəksizlik is. Lazımsızlıq, gərək olmama, lazım olmama, yaramama. gərgənc gərgənc etmək – yaş gönü, dərini qurutmaq üçün yerə salıb gərərək kənarlarını mıxlamaq. Gönü gərgənc etmək. gərgin sif.\n1. Gərilmiş halda olan; tarım, dartılmış, tarım çəkilmiş. Gərgin iş. Gərgin sim. // məc. Gərginlik halında olan. Gərgin əzələlər. Əsəbləri gərgin halda olmaq. – Qollar güclü, qollar gərgin, ağır daşlar; Qaldırılır üfüqlərə. M.Müşfiq.\n2. Böyük və arasıkəsilməz iş, zəhmət və enerji tələb edən; intensiv. Gərgin zəhmət. – Bol məhsul götürmək üçün gərgin iş, səmərəli əmək tələb olunur. Ə.Vəliyev. Mədədov taqımla gedəndən sonra, .. səbirsizliklə cəbhənin gərgin vuruşmalar gedən sahələrinə göndəriləcəyini gözlədi. Ə.Əbülhəsən. Gərgin işlə açırsan; Son zamanlar səhəri. M.Seyidzadə. // Zərf mənasında. Bayaqdan bəri qaşlarını çatıb gərgin diqqətlə qulaq asan Qaraş heyrətlə bir atasına, bir də anasına baxdı. M.İbrahimov. [Çiyələyin] əlləri böyük çeviklik, səliqə göstərsə də, ürəyi, fikri də aydın, gərgin işləyirdi. B.Bayramov.\n3. Çətin, ağır; həllini (çıxış yolunu) tələb edən. Gərgin vəziyyət. Gərgin beynəlxalq münasibət.\n4. məc. Ağır, sıxıntılı, ciddi, çətin, gərginliklə keçən. Gərgin daxili həyəcan. – Həmin bu gərgin dəqiqələrdə Ciminin çöhrəsi sədrin hər hərəkətini təəccüblü bir həssaslıqla əks etdirirdi. İ.Əfəndiyev. Ölkə müharibə dövrü üçün çox təbii olan son dərəcə gərgin, həyəcanlı bir vəziyyət keçirirdi. Ə.Əbülhəsən. • Gərgin olmaq – ağırlaşmaq, vəziyyəti pisləşmək, pozulmaq. Nəcəf bəyin haləti gərgin olub, tez-tez otaqda var-gəl edib sonra gəlir. Ə.Haqverdiyev. gərginləşdirilmə “Gərginləşdirilmək”dən f.is. gərginləşdirilmək məch.\n1. Gərgin hala salınmaq, tarımlaşdırılmaq, gərgin edilmək.\n2. məc. Ağırlaşdırılmaq, ciddiləşdirilmək, çətinləşdirilmək. Vəziyyət daha da gərginləşdirildi. gərginləşdirmə “Gərginləşdirmək”dən f.is. gərginləşdirmək f.\n1. Gərgin hala salmaq; tarımlaşdırmaq.\n2. məc. Ağırlaşdırmaq, ciddiləşdirmək, gərgin etmək, çətinlətmək. Vəziyyəti gərginləşdirmək. gərginləşmə “Gərginləşmək”dən f.is. gərginləşmək f.\n1. Dartılmaq, tarım çəkilmək, gərgin olmaq. Əsəbləri gərginləşdi. – Soldatın üzü ani bir titrəyişlə tərpəndi, əzələləri daha da gərginləşdi.. M.İbrahimov. Hamı dayandığı yerdə dondu. Bütün duyğular gərginləşdi. Mir Cəlal.\n2. məc. Çox ağırlaşmaq, çətinləşmək, pisləşmək. Münasibətlər gərginləşdi. – ..Bu müraciətlərə baxmayaraq, vəziyyət yaxşılaşmadı, əksinə olaraq, daha da gərginləşdi. M.S.Ordubadi. [Firidun] getdikcə gərginləşən dünya hadisələrinin çox qəti bir çarpışmaya doğru hərəkət etdiyini duyurdu. M.İbrahimov. gərginlik is.\n1. Gərgin şeyin hal və vəziyyəti. Zəncirin gərginliyi. – Şofer traktoru işə salıb təkərini yavaş-yavaş burmağa, kəndirin gərginliyini artırmağa başladı. Mir Cəlal.\n2. Son dərəcə qüvvə, diqqət, enerji tələb edən hal. Əzələlərin gərginliyi. Gözlük gözləri gərginlikdən qoruyur. İşin gərginliyi. – [Firidunun] yorğunluqdan tutulmuş üzündə və gözlərində bir gərginlik vardı. M.İbrahimov. [Cahandar ağanın] ürəyi az qaldı köksünü partladıb çıxsın, daxili gərginlikdən qulaqları ağrıdı. İ.Şıxlı.\n3. məc. Ağırlıq, çətinlik; gərgin, çətin vəziyyət, gərgin hal. Beynəlxalq gərginliyi zəiflətmək. – O, öz məruzəsində eyni zamanda olan vəziyyətin gərginliyindən istifadə edən və yaxud özünü itirən adamları göstərmək istəyirdi. S.Rəhimov.\n4. fiz. Qüvvə, temperatur və b. xarici təsir nəticəsində cisimdə baş verən təzyiq qüvvəsi və ya genəlmə kəmiyyəti.\n5. fiz. tex. Elektrikin, cərəyanın gücünü göstərən fiziki halı. Gərginliyi 220 volt olan elektrik cərəyanı. Yüksək gərginlik xətti. gərginlikli sif. fiz. Gərginliyi (bax. gərginlik 5-ci mənada) olan. Yüksək gərginlikli elektrik cihazı. gərilmə “Gərilmək”dən f.is. gərilmək məch.\n1. Bərk dartılmaq, tarım çəkilmək, tarımlanmaq. Sazın telləri gərildi. Gəminin yelkənləri gərildi. // məc. Gərgin hala gəlmək, gərginləşmək. Əsəbləri şiddətlə gərildi, damağını dumanlı bir atəş sardı. A.Şaiq. Elə ki qalxıram masa dalından; Xəyalım dikilir, fikrim gərilir. B.Vahabzadə.\n2. Qanadları dümdüz hala gəlmək, tam açılmaq. [Turac] yerdən iki-üç addım hündürdə uçaraq gərilmiş qanadlarını bir dəfə belə çalmadan süzməyə başladı. M.Hüseyn. gərmə I. “Gərmək”dən f.is.\n\nII. is. Təzək. Məmmədəli əminin həyətinin aşağı tərəfində bir yekə gərmə qalağı var idi. C.Məmmədquluzadə. Yastığı gərmədir, döşəyi yovşan; Çamırlı kahada qış soyuq vaxtı. H.K.Sanılı. gərmək I. f. Gərilmiş hala gətirmək, dartmaq, tarım etmək, açmaq. Qarğa döşünü gərməsə qaz olmaz. (Ata. sözü). Qulac qollarımı gərrəm; Meydanda hünər göstərrəm. “Koroğlu”. ..Leylək hər iki qolunu yana gərib var gücü ilə bir də gərnəşdi.. S.Rəhimov. • Qanad gərmək – qanadlarını bütünlüklə açmaq, uzatmaq. Tərlan genişlik sevər; Göylərdir onun yeri; Qanad gərsin, dolaşsın; Sonsuz mavilikləri. R.Rza. // Obrazlı təşbehlərdə. Hər tərəfdə əsrarəngiz bir sükut qanad gərmişdi. M.Hüseyn. Ölüm müdhiş qanadını uşağın üstünə gərmişdi. Mir Cəlal. // Bir şeyi uclarından və ya kənarlarından çəkərək düz hala gətirmək. ‣ Sinə gərmək – çətinlikdən çıxmaq, qalib gəlmək. Təzə bəlalara biz sinə gərdik; İstiqbal milləti sevindirmədi. B.Vahabzadə.\n\nII. is. [fars.] Yemişdən əvvəl yetişən qovun növü. Qovunun, gərməyin qurudu tağı; Getməz bu sinəmdən qarpızın dağı. Aşıq Məmməd. gərməkkimilər cəm bot. Gərmək, gətirilmək “Gətirmək”dən məch. süpürgə və bəzi başqa bitkilərin daxil olduğu fəsilə. gərmənc is. məh. Atı tutmaq üçün gərilmiş ip. Bu atı gərmənc olmasa tuta bilməyəcəyik. gərməşov is. bot. Bozumtul, yumşaq gövdəsi, dairəvi yarpaqları olan tikansız bitki. Cavan oğlan nazik gərməşov saplı şallağını tərpədib kəlləri hayladı. Ə.Vəliyev. ..Qocanın bir qoyun dərisindən ibarət olan yatağı yanında torpaq döşəməyə sancılmış bir gərməşov çubuğu yanırdı.. İ.Məlikzadə. gərnəşmə “Gərnəşmək”dən f.is. gərnəşmək f. Bir vəziyyətdə qalmaqdan yorulmuş, keyimiş əzələləri normal vəziyyətə gətirmək üçün qollarını qaldıraraq gövdəsini sağa-sola qarıb bədən əzələlərini hərəkətə gətirmək. Xudayar bəy durdu ayağa, bir gərnəşdi, əsnədi.. C.Məmmədquluzadə. [Gülbadam] heç bir şey söyləməyib bir az gərnəşdi. N.Nərimanov. Mübaşir Məmməd həyətə çıxdı. Sərin havada qollarını açıb gərnəşdi.. M.İbrahimov. gərnuş [fars.]: gərnuş etmək (eləmək) köhn. – təzim etmək, baş əymək, baş endirmək. [Elçi] ..yeddi yerdə gərnuş eləyib, naməni Şah Abbasa təqdim elədi. (Nağıl). gəşt is. [fars.] Gəzmə, dolanma, seyr, səyahət. • Gəşt etmək (eləmək, qılmaq) – gəzmək, seyr etmək, dolaşmaq. Durdular iki qardaş, atları yəhərləyib dedilər: – Gedək bir qədər gəşt eyləyək, tainki bəlkə bir fikrimiz dağıla. (Nağıl). Əcəl gəşt eyləyib göydən enəndə; Heyif, cavanları salı kəməndə.. Aşıq Ələsgər. Gəştə çıxmaq – bax. gəşt etmək. Bir üzü gül, rəngi lalə, zülfü tər; Gəştə çıxıb dərər tazə bənövşə. M.P.Vaqif. Yeddi gündür xanım çıxıbdır gəştə; Qapılar gəzməkdən macal da yoxdur. Aşıq Hüseyn. gətirici 1. is. köhn. Malını dükanda deyil, gəzdirərək satan, ayaq üstə alver edən adam; küçə alverçisi. Bir gün gətiricidən bir baş pendirə ancaq bir manat 30 qəpik verdim. C.Məmmədquluzadə.\n2. Sif. xüs. Axıdıb gətirən, çatdıran, nəql edən. Gətirici kanal. gətirilmə “Gətirilmək”dən f.is. Axşam satılan oğurluq maldan pristavın payı gətirilib qumar oynadığı yerdə özünə verildi. Ə.Haqverdiyev. Neçə gün idi ki, bazara ət gətirilməmişdi. S.Hüseyn. Mollayev təzəcə gətirilmiş (f.sif.) çaya limon saldı. M.Hüseyn. gətirmə 1. “Gətirmək”dən f.is.\n2. sif. mənasında. Başqa yerdən gətirilən, alınan. Gətirmə mal. Qaz çəkilməsi dövlət üçün hər il yüz milyonlarla manat vəsaitə, milyonlarla ton gətirmə kömürə qənaət etmək deməkdir. gətirmək f.\n1. Bir şeyi əlinə götürərək, yaxud dalına yükləyərək olduğu yerdən başqa yerə köçürtmək, çatdırmaq (aparmaq ziddi). Nənəxanım suyu gətirib, aftafada küncə qoydu və palazları geri qatladı. Çəmənzəminli. Günorta üstü poçtalyon Bahadura təcili bir məktub gətirdi. S.Rəhimov. // Eyni mənada nəqliyyat haqqında. Trolleybus adamları gətirdi. Təyyarə çoxlu yük gətirdi. // Çatdırmaq. Məlumatı vaxtında gətirdilər.\n2. Birinin hərəkətini yönəltmək, özü ilə bərabər bir yerə gəlməsinə kömək, yaxud özü ilə bərabər gəlməyə məcbur etmək. Uşağı evə gətirmək. Məktəbliləri gəzməyə gətirmək. – [Şah:] Bu saat fərraş göndər, münəccimbaşını mənim hüzuruma gətirsin. M.F.Axundzadə. [Əsgər:] Bəyim, yaxalanan məhbusu gətirdi. H.Nəzərli.\n3. Özü ilə bərabər götürüb gətirmək, qovub gətirmək. Sel çoxlu kötük gətirdi. Yel özü ilə yağmur gətirdi. – Çay bəzən dağ boyda böyüyür, köklü ağacları qoparıb gətirir. Ə.Vəliyev.\n4. Bar vermək, meyvə vermək, məhsul vermək. Ağac yaxşı alma gətirib. – Gətirdiyin yumurtadan nəticə, cücə gözləmə! M.Ə.Sabir. // Məc. mənada. ..Çünki orda bar gətirir ən müqəddəs arzular; Çünki orda həqiqət var, səadət var, həyat var. Ə.Cəmil.\n5. məc. Hər hansı bir işdə müvəffəqiyyət qazanmaq, müvəffəqiyyət əldə etmək, uğurlu olmaq. Əli gətirmək. Bəxti gətirmək. – Leyləyin işi bircə məsələdə gətirmirdi. S.Rəhimov. Budaq indi-indi gümrahlaşırdı ki, birdən yenə də onunku gətirmədi. Ə.Vəliyev. Deyəsən, bu gün Tamaşanınkı gətirmirdi. Mir Cəlal.\n6. Təlqin edərək, inandıraraq və yaxud dilə tutaraq birini öz əqidəsindən, fikrindən döndərməyə, bir şeylə razı salmağa nail olmaq (adətən isimlərə qoşularaq işlədilir). Razılığa gətirmək. İnsafa gətirmək. İmana gətirmək.\n7. İfadə etmək, davam etdirmək, çatdırmaq, başa çıxmaq. Sözün dalını gətirə bilmədi. – [Oğlan] tez-tez danışır, dili də şirindir, “r” səsini gətirə bilmir. “Yarım”a “yağım” deyir. Mir Cəlal.\n8. Bir şeyin nəticəsi olmaq, törətmək, səbəb olmaq, vermək. Fərəh gətirmək. Sevinc gətirmək. İstilik gətirmək. – Dənizdən əsən xəfif meh .. xoş bir sərinlik gətirirdi. M.Hüseyn. Yabançı bir adam kimi büzüşüb oturan Qulu furqona bir soyuqluq gətirdi. M.İbrahimov. Bəndalı həmişə evə gələndə bir şənlik, xoşluq gətirərdi. Mir Cəlal.\n9. Bir sıra isimlərə qoşularaq, müxtəlif ifadələr və mürəkkəb sözlər əmələ gətirir, məs.: üzr gətirmək, pənah gətirmək, tab gətirmək, bəhanə gətirmək, şəkk gətirmək, dünyaya gətirmək. gətirtdirmə “Gətirtdirmək”dən f.is. gətirtdirmək bax. gətirtmək. gətirtmə “Gətirtmək”dən f.is. gətirtmək icb. Məcburiyyət altında gətirmək, zorla gətirmək, başqası vasitəsilə gətirmək. Kitabları gətirtmək. – Əlbəttə, Veys həbsə almaq üçün gətirtdiyi adamlarla elə belə fənərin altında da durub danışa bilərdi. Ə.Əbülhəsən. Müəllim Mayisi göndərib maşını gətirtdi. Ə.Vəliyev. gətizdirmə “Gətizdirmək”dən f.is. gətizdirmək bax. gətirtmək. gəvələmə “Gəvələmək”dən f.is. gəvələmək f. Könülsüz, iştahasız, ağzından tökülə-tökülə yemək; çeynəmək. Kazımın oğlu yavan çörəyi gəvələyərək qaşqabağını salladı. Çəmənzəminli. [Xalıqverdi] ..çarıqlarını soyunub corablarını qurutdu, axırda da çörəyi isidib gəvələməyə başladı. Ə.Vəliyev. [Mərdan] əlində iri bir alma tutaraq gəvələyir və gözlərini süzərək Nəcəfə baxırdı. Q.İlkin. gəvən is. bot. Quraqlıq yerlərdə bitən, alçaqboylu, kitrəli, çox vaxt tikancıqlı yarpaqları zəif inkişaf etmiş ot və ya kol bitkisi. Gəvəni ancaq dəvə yeyər. – Gəvən kolu nədir ki, kölgəsi də nə olsun. (Ata. sözü). Bu dərənin gəvəni; Oğlan, qaytar dəvəni; Get babana degilən; Versin bizə nəvəni. (Bayatı). gəvənnəşmə “Gəvənnəşmək”dən f.is. gəvənnəşmək f. Sallanmaq, aşağı əyilmək (ağac və budaqları haqqında). gəvəş is. dan. Raxit xəstəliyinin xalq arasında işlənən adı. gəvəzə is. Çoxdanışan, lağlağı, boşboğaz, yanşaq, naqqal. Sən demə bu yanşaq gəvəzənin biri imiş. “Koroğlu”. // Sif. mənasında. Gəvəzə adam. – Nə pisdi, bu səsə qatıb səsini; Gəvəzə qarğalar tərif yazsalar. M.Araz. gəvəzələmə “Gəvəzələmək”dən f.is. gəvəzələmək f. Çox danışmaq, naqqallıq etmək, yanşaqlıq etmək, boşboğazlıq etmək. Bu gün çox gəvəzələdin. gəvəzəlik is. Naqqallıq, yanşaqlıq, lağlağılıq, boşboğazlıq, çox danışma xasiyyəti. Zeynalın gəvəzəliyi bitməyirdi. A.Şaiq. • Gəvəzəlik etmək – çox danışmaq, boşboğazlıq etmək, naqqallıq etmək. gəyan sif. məh.\n1. Yarıqaranlıq, tam aydın, işıq olmayan. Gəyan gecə.\n2. İkirəng, iki rəngdə olan. Gəyan at. gəyirik bax. gəyirmə 2-ci mənada. ‣ Gəyiriyi azmaq – mədənin pozulması nəticəsində həddən artıq gəyirmək. gəyirmə 1. “Gəyirmək”dən f.is.\n2. Mədədə əmələ gələn qazların, bəzən də mədədəki qidanın hissəcikləri ilə birlikdə ağızdan çıxması; gəyirti, gəyirik. gəyirmək f. Mədədə əmələ gələn qazları, bəzən də qidanın hissəciklərini ağıza qaytarmaq. Bir az yedikdən sonra Teymur ağzını mollanın lap burnunun qabağına tutub bərkdən gəyirir. “M.N.lətif.” Səttar kişi şirin çayı içib stəkanı nəlbəkiyə qoyanda gəyirdi. Ə.Əbülhəsən. gəz I. is. klas. Dəfə, kərə. Min can olaydı kaş məni-dilşikəstədə; Ta hər birilə bir gəz olaydım fədasına. Füzuli. Müddətdi həsrətəm bir gəz bəri bax; O xan gözlərinin sədəqəsi canım. Q.Zakir.\n\nII. is. Püstə, badam və ya qozdan hazırlanan kövrək şirniyyat növü.\n\nIII. is. məh. Ağac, şalban və s.-nin başında yarıq, çapıq, haça yer. gəzdək is. Dağ təpəsində çökək yer. gəzdirilmə “Gəzdirilmək”dən f.is. gəzdirilmək “Gəzdirmək”dən məch. gəzdirmək f.\n1. Birisinin əlindən tutaraq, ya qucağına götürərək, yaxud miniyə mindirərək, yaxud da yanınca özü ilə bərabər hərəkət etdirmək. Uşağı bağda gəzdirmək. Körpəni gəzdirmək. Uşaqları maşında, faytonda gəzdirmək. – [Əhmədi] lap körpəliyindən xalı-xalça üstündə gəzdiribmiş.. “Koroğlu”. Dildar uşaqları gəzdirməyə aparmışdı. Ə.Vəliyev. // Cilovundan tutaraq hərəkət etdirmək. Tərini soyutmaq üçün atı gəzdirmək.\n2. Birini özü ilə aparıb, ya onu müşayiət edib göstərmək. [Roza] məni gəzdirib otaqları göstərirdi.. Çəmənzəminli.\n3. Həmişə yanında saxlamaq, özü ilə birlikdə aparmaq. Silah gəzdirmək. – [Kərim baba] tüfəngi hər zaman özü ilə gəzdirər və bir an yanından ayırmazdı. A.Şaiq. Axır bu dəftərləri portfelə yığıb qoltuğunda gəzdirməyin mənası nədir? Qantəmir. // Üzük, saat və s. haqqında. Saat gəzdirmək.\n4. Bir şeyi başqa bir şeyin üstündə dolandıraraq, hər tərəfinə səpmək. Plova zəfəran gəzdirmək. Halvaya darçın gəzdirmək. – Sapılcanı hər iki qabın üzərinə gəzdirdi.. S.Rəhimov.\n5. Bir şeyi başqa bir şeyin üstünə sürtmək, dolandırmaq. Əlini uşağın belində gəzdirmək. – Möhsün müəllim əlini yuxarı daranmış sıx qara saçlarında gəzdirir. S.Rəhimov. [İkram] ..dodaqlarını anasının üzündə gəzdirərkən qapıda səs-səmir eşidildi. Ə.Əbülhəsən.\n6. Bir sıra isimlərə qoşularaq mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: göz gəzdirmək, əl gəzdirmək. gəzəl is. Nar qabığı (keçmişdə rəngboya almaq üçün işlənirdi). Gəzəl əllərimi qaraldıb. – Şəhriyarın ürəyi də yarılmış bir nara bənzər; Tökülüb dənə sözləri, qalıb quruca gəzəli. Şəhriyar. gəzəli sif. Gəzəl rəngli, nar qabığına bənzər rəngi olan. Paltarı gəzəli rəngdədir. gəzəlləmə “Gəzəlləmək”dən f.is. gəzəlləmək f. Gəzəl suyunda boyamaq, nar qabığı ilə rəngləmək. İpliyi gəzəlləmək. gəzən I. is. köhn. Gön kəsmək üçün keçmişdə başmaqçıların işlətdikləri iti alət, bıçaq.\n\nII. f.is.\n1. Hərəkət edən, yeriyən. Gəzən xəstələr. – Gəzən ayağa daş dəyər. (Ata. sözü). Bu döyüşdü – əzilən var, əzən var; Ölüm hökmü qoltuğunda gəzən var. M.Araz.\n2. bax. gəzəyən. Gəzən qadın. – Gəzən şələ bağlamaz. (Ata. sözü). gəzənə bax. gicitkən. gəzəngi is. bot. Əsasən badam ağacının tutulduğu xəstəlik; pas. Badam bitkisi gəzəngi (pas), yarpaqların yanması, bürüşməsi və meyvələrin çürüməsi kimi xəstəliklərə tutulur. İ.Axundzadə. gəzənti sif. Daim bir yerdən başqa yerə hərəkət edən, köçən. gəzərgi sif. Başqa yerlərdə gəzərək işləyən, gəzərək özünə iş tapan; səyyar. Gəzərgi fəhlə. Gəzərgi fotoqraf. Gəzərgi usta. – [Dərviş:] Ey Əhməd, dərviş gəzərgi olar. (Nağıl). gəzəyən sif.\n1. Gəzməyi çox sevən, evdə oturmağa qərar tapmayan (qadın haqqında). Gəzəyən qızdan gəlin olmaz. (Ata. sözü). Mollanın çox gəzəyən bir arvadı var imiş.. “M.N.lətif.” Camalın anası gəzəyən Pəri; Tələsmiş özünü saldı içəri. H.K.Sanılı.\n2. məc. Əxlaqca yüngül (qadın və ya kişi haqqında). // İs. mənasında. Gəzəyənin biridir. gəzəyənlik is.\n1. Gəzəyən adamın xasiyyəti.\n2. məc. Əxlaqca yüngüllük. gəzici sif. Hərəkət edən, bir yerdə dayanmayan; gəzən. Bu aralıq salam verən gəzici bir ixtiyar; Qoyun mən danışım, – dedi, – siz də edin tamaşa. S.Vurğun. gəzilmə “Gəzilmək”dən f.is. gəzilmək məch. Axtarılmaq, soraq edilmək. Zülfi-siyah içində sərgəştə könül itdi; Çinü Həbəş gəzildi, tapılmadı sorağı. Q.Zakir. gəziniş bax. gəzinti. gəzinişmə “Gəzinişmək”dən f.is. gəzinişmək f. Birlikdə gəzinmək, dolanmaq (çoxları haqqında). Uşaqlar gəzinişirlər. gəzinmə “Gəzinmək”dən f.is. gəzinmək f.\n1. Ağır-ağır yerimək, o başbu başa gəzmək, var-gəl eləmək. Tamaşaçılar foyedə gəzinirdilər. – Bahadır Sonanın dalınca diqqətlə baxdı, sonra xeyli vaxt otaqda gəzinib birdən oturdu. N.Nərimanov. [Molla Xəlil] o baş-bu başa gəzinir, qalın bir qaranlığa bürünən kəndə baxırdı. S.Hüseyn. Soltan bəy acıqlı-acıqlı ora-bura gəzinir. Ü.Hacıbəyov.\n2. Gəzmək, dolaşmaq. Oba itlərini heç sevməzdim, çünki onların qorxusundan obada tək və azad gəzinə bilmirdim. A.Şaiq. Gəzinir gənc Osman əlində tüfəng; Baxır ulduzlara o körpə pələng. H.K.Sanılı. Dağların döşündə gəzinən çoban; Dərdlənib neyini çaldığı zaman... S.Vurğun.\n3. bax. gəzişmək 2-ci mənada. Qüdrət sahildə nə qədər gəzindiyini bilmədi. M.Hüseyn.\n4. məc. Bir şeyin əlamətləri görünmək, zahir olmaq, nəzərə çarpmaq. Bəxtiyarın tərdən işıldayan yanağında bir sevinc gəzindi. M.Hüseyn. gəzinti is.\n1. Açıq havada əylənmək və istirahət etmək üçün miniklə, ya ayaqla yaxın yerlərə edilən səyahət; gəzişmə, seyr. Meşə gəzintisi. Axşam gəzintisi. Səhər gəzintiyə çıxmaq. – Günəş yuvarlanır dağlar dalına; Qaralır göllərin gəzinti yeri. S.Vurğun. Sevindirdi uşaqları; Sahil boyu gəzintilər. M.Dilbazi.\n2. Açıq havada keçirilən kütləvi şənlik. Parkda gəzinti təşkil olunmuşdur. Kütləvi gəzinti. – [İnci:] Gecə saat on ikidən sonra da parkda böyük bir gəzinti var. S.Rəhman. [Gənclərin] gəzintisinə əsas iş sahəsinin rəis müavini mühəndis Sultan Sultanov rəhbərlik edirdi. Ə.Sadıq. gəziş is. Gəzmə, yerimə tərzi. Buna görə də Nənəqız Rizvanın yatışı, duruşu, gəzişi və gülüşünü heç bir an unutmurdu. S.Rəhimov. // Gəzmə, gəzinti. O axşam röyada gəzişə çıxdım; Aramızı vuran bir evi yıxdım. S.Vurğun. gəzişmə “Gəzişmək”dən f.is. gəzişmək 1. bax. gəzinmək 1-ci mənada. Dəhlizdə gəzişmək. – Mirzağa .. klubun böyükcə foyesində ağır addımlarla gəzişirdi. S.Hüseyn. Şəhərin məşhur taciri Hacı Xuduş otaqda o tərəf-bu tərəfə gəzişir. H.Nəzərli.\n2. f. Açıq havada istirahət və ya vaxt keçirmək məqsədilə gəzmək; gəzinmək. Bağda gəzişmək. Parkda gəzişmək. – Yay fəslində, bir gün axşam çağında; Gəzişirdim Qız qalası dağında. A.Səhhət. Gəzişək qolqola sahil boyunca; Gəl-gəl Xəzərimin qırağına, gəl! S.Rüstəm. [Yaşar] ayağa durub gəzişsə idi, bəlkə bir qədər qızışardı. M.Rzaquluzadə. gəzləmə “Gəzləmək”dən f.is. gəzləmək f. Şalbanın, ağacın, taxtanın və s.-nin ucuna haça açmaq; haçalamaq. Taxtanı gəzləmək. gəzmə “Gəzmək”dən f.is. gəzmək f.\n1. Yerimək, dolaşmaq. Müəllimə, bəs neçin bir-iki gündür biz əvvəlki kimi oxuya-oxuya kəndi gəzmirik? C.Cabbarlı. Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər. Mir Cəlal. // Ümumiyyətlə, hərəkət etmək, hərəkətdə olmaq. – Yenə açılmağa az qalıb səhər; Gəzir buludları keşik çəkənlər. M.Rahim. Sahil boyu düzülmüş fənərlərin əksi dənizdə gəzən yelkənli qayıqları işıqlandırırdı. S.Rəhman.\n2. Var-gəl etmək, o baş-bu başa gedibgəlmək; gəzişmək, gəzinmək. Eyvanda gəzmək. Həyətdə gəzmək.\n3. Səyahət etmək, hər yeri dolaşmaq. O, bir çox ölkələri gəzmişdir. – [Sənubər:] Əlbəttə, bütün dünyanı gəzmək, görmək yaxşıdır. B.Bayramov.\n4. Seyrə çıxmaq, gəzintiyə getmək. Vaxtilə qadınlar cümə günləri ziyarət adı ilə [Pirvənzəriyə] gəzməyə gedərdilər. H.Sarabski.\n5. Gəzərək baxmaq, gəzə-gəzə tamaşa etmək. Muzeyi gəzmək. Xan sarayını gəzmək. – O günün sabahı, iclasdan əvvəl qurultay binasında təşkil edilmiş kənd təsərrüfat sərgisini gəzərkən Eldar [Ceyrana] yaxınlaşır. S.Hüseyn.\n6. Bir şeyi axtarmaq, hər yerə baxmaq. Kitabların arasını gəzmək. Şkafı gəzmək. – [Bayram:] Ağa, bir sözümə qulaq as, mən bu yaxınlıqda ov gəzirdim. M.F.Axundzadə. [Cahan:] Vallah, gedərəm, dolanaram, gəzərəm, baxaram, bəyənərəm, seçərəm, bir qız alaram ki, adam baxanda ağlı gedər. Ü.Hacıbəyov. // Axtarış aparmaq, axtarmaq. Polislər gəzir, hər yeri addım-addım eşələyir(dilər). S.Rəhimov.\n7. Bir yerdən başqa yerə köçmək, çox yerə baş vurmaq. Kəndbəkənd gəzmək. – Çox gəzmişəm bu dünyanı oba-oba, oymaqoymaq; Kim istəyir bu neməti öz əlindən yerə qoymaq? S.Vurğun.\n8. məc. Görüşmək, dostluq etmək, vaxt keçirmək, ünsiyyət bağlamaq. Oğlan qonşu qızı ilə gəzir. – Əlbəttə, Eyvazla gəzdiyini bilsə də, anası [Gülşənə] bir söz deməzdi, çünki bu, təsadüfi görüş idi. Ə.Vəliyev. // məc. Cinsi yaxınlıqda olmaq. Tiflisdə oxuduğu və xidmət etdiyi zaman .. çox qızla gəzmiş. Ə.Abasov.\n9. məc. Vaxtını kefdə, əyləncədə, əyyaşlıqda keçirmək. [Qurban Nənəxanıma:] Belə olmaz, gecənin yarısına kimi gəzməzlər, niyə demirsən, oğul, vaxtında evə gəl?! Çəmənzəminli. [Gülcahan:] O gedib gəzəcək, mən sənin üçün evdə qalıb qulluqçuluq edəcəyəm? T.Ş.Simurq.\n10. Keçmək, ötmək. Ay gəzər, il dolanar, şənbə düşər Novruza. (Ata. sözü).\n11. Zahir olmaq, bir şeyin əlaməti görünmək, aşkar olmaq, özünü büruzə vermək. Dodağında təbəssüm gəzirdi. – Məsumənin sifətində zəhrimardan acı bir gülüş gəzdi. B.Bayramov.\n12. Bir sıra isimlərə qoşularaq, mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: dillərdə gəzmək, əldə gəzmək, kənar gəzmək. gəzə-gəzə zərf\n1. Gəzərək, yeriyə-yeriyə, hərəkət edə-edə. Gəzə-gəzə danışmaq. – Rüstəm bəy otaqda gəzə-gəzə öz-özünə danışarkən qapı taqqıldadı. Çəmənzəminli. İndi professor xiyabanda tək-tənha gəzəgəzə bunları da xəyalında dolandırırdı. B.Bayramov.\n2. Bir çox yerləri dolaşaraq, gəzərək. Gəzə-gəzə kəndə çatdı. – [Qarı:] Gəzə-gəzə sən də gəldin buraya; Eşitdiyin şəhri-Tiflis buradır. “Aşıq Qərib”.\n3. Yavaş-yavaş, ağır-ağır, tələsmədən yeriyə-yeriyə. Gəzə-gəzə getmək. – Dəmirovgil gəzə-gəzə xırmanların üstünə tərəf gəlirdilər. S.Rəhimov. [Qələndər:] Qatar gecə yarısı gəlir. Dedim, elə piyada gəzəgəzə gedərəm.. Q.İlkin. gibbon [ing.] Cənub-şərqi Asiya və Malay adalarında yaşayan uzunqollu meymun cinsi. gic sif.\n1. Axmaq, səfeh, ağıldan kəm, sarsaq. Qurbani der: bəsdir məni puç etdin; Aldın əqlim əldən, dəli, gic etdin. Qurbani. İslam gülə-gülə yavaş səslə [Telliyə] deyirdi: – Ay qız, gic olma! S.Hüseyn. • Gic etmək (eləmək) məc. – beynini yormaq, təngə gətirmək, bezikdirmək, çaşdırmaq, baş-beynini aparmaq.\n2. məc. Yersiz, mənasız, qeyri-adi. Mehribanı gic bir gülmək tutdu. S.Hüseyn. gicalov is. dan. Çətin, ağır, dolaşıq vəziyyət. Mələk xanım bu gicalovda olsun, xəbər verim sənə Qara vəzirin qulunnan. (Nağıl). Gicalova düşmək – 1) əl-ayağa düşmək, tələsik iş görmək; 2) çətinliyə düşmək, dolaşmaq. gicavar is.\n1. məh. Tez-tez səmtini dəyişən yaz və ya yay küləyi. Gicavar əsir.\n2. məc. dan. Əqidəsini, məsləyini tez-tez dəyişən adam haqqında; hərdəmxəyal. Gicavarın biridir. gicbaş bax. gicbeyin. [Çimnaz:] Gicbaş arvad da Veys nə cür tapşırıb, elə-elə gedib qızı istəyib. Ə.Əbülhəsən. gicbaşlıq bax. gicbeyinlik. gicbeyin sif. Gic, axmaq, sarsaq, ağılsız. gicbeyinlik is. Giclik, axmaqlıq, sarsaqlıq, ağılsızlıq. gicbəsər bax. gicbeyin. gicbəsərlik bax. gicbeyinlik. Sən Seyid Vəlinin o gicbəsərliyinə baxma, onu nahaq yerə gözdən salıblar. S.Rəhimov. gicəlləndirici bax. başgicəlləndirici. gicəlləndirmə “Gicəlləndirmək”dən f.is. gicəlləndirmək baş(ını) gicəlləndirmək – gözlərini qaraltmaq, başını fırlatmaq. Qırmızı, yaşıl, qara, sarı maykalar [Lətifin] gözündə bir-birinə qarışır, başını gicəlləndirirdi. H.Seyidbəyli. gicəllənmə “Gicəllənmək”dən f.is. gicəllənmək baş(ı) gicəllənmək – müvazinət hissinin itirilməsi, gözlərin qaralması və başın hərlənməsi şəklində təzahür edən yarıbayğınlıq halında olmaq. [Yaşlı kişi:] Burada, məsciddə kəsafətdən adamın başı gicəllənirdi. S.Hüseyn. Sədrin sözündən Verdiyevin başı gicəlləndi. Mir Cəlal. Səhər qatardan düşəndə yenə başım gicəlləndi, yerə yıxıldım. H.Seyidbəyli. gicəllətmə “Gicəllətmək”dən f.is. gicəllətmək bax. gicəlləndirmək. Zərbə onu gicəllətdi. gicəlmə I. “Gicəlmək1”dən f.is.\n\nII. “Gicəlmək2”dən f.is. gicəlmək I. bax. gicəllənmək. ..Əgər yer fırranır, bəs niyə bizim başımız gicəlmir? C.Məmmədquluzadə. [Molla Nəsrəddin:] ..Başım gicəlib hərlənirdi. A.Divanbəyoğlu. [Zaman:] Xurşid xanım, bu yazığın [Turacın] belbağısını götürmüşsən, axtarmaqdan yazığın başı gicəlir. C.Cabbarlı.\n\nII. qayıd. Gic olmaq, dəli olmaq, başına hava gəlmək. [Almaz:] Gicəlmisən qız nədir? C.Cabbarlı. gicəltmə I. “Gicəltmək1”dən f.is.\n\nII. “Gicəltmək2”dən f.is.\n\nIII. is. Qoyun-quzuda baş gicəllənməsi şəklində təzahür edən xəstəlik. Maldarlıq edən şəxslərə məlumdur ki, qoyunquzuda bir gicəltmə naxoşluğu olur ki, onlar bir yerdə fırlanıb, yıxılıb fövt olurlar. “Əkinçi”. gicəltmək I. bax. gicəlləndirmək. ..Tənbəkidə nikotin adlı şey var ki, adamın başını gicəldir, qusmağı gəlir, əl-ayağı titrəyir. H.Zərdabi.\n\nII. f. Gic etmək, dəli etmək. gicgah is. [fars.] Kəllənin qulaqdan alın sümüyünə qədər olan hissəsi. Daş gicgahına dəydi. Gicgahını ovuşdurmaq. – [Qarı:] ..Mürdəşir Səkinə nağıl eləyirdi ki, Güləndamın gicgahına qan saçılmışdı. Çəmənzəminli. [Bahadır] bu sözləri yazandan sonra tapançanı gicgahına qoyub sıxdı. N.Nərimanov. gic-gic zərf Gic kimi, axmaqcasına, sarsaq-sarsaq, mənasız olaraq. Gic-gic gülmək. – [Sitarə Gülzara:] Bəsdir, bəsdir. Yenə gic-gic danışma. C.Cabbarlı. [Fatma:] Gicgic danışma, özün bilirsən ki, o, birinci dərəcəli şoferdir. S.Vəliyev. gicik is. Gic, axmaq, sarsaq, dəli. gicikmə “Gicikmək”dən f.is. gicikmək f. Gicləşmək, gic olmaq, axmaqlaşmaq, sarsaqlaşmaq. gicişdirmə “Gicişdirmək”dən f.is. gicişdirmək icb. Gicişmə hissi doğurmaq, qıcıqlandırmaq, qaşındırmaq, təxərrüşə gətirmək. ..Sarıköklü pitinin ətri çayxanaya dolmağa və Qədim dayının burnunu gicişdirməyə başladı. S.Rəhimov. gicişmə 1. “Gicişmək”dən f.is.\n2. is. Bədənin hər hansı bir yerində dərinin həssaslığının pozulması nəticəsində əmələ gələn qeyri-ixtiyari qaşınma ehtiyacı. Bədənində gicişmə var. gicişmək f. Qaşınmaq, qaşınma duymaq, qaşıntı hiss etmək. Keçinin buynuzu gicişəndə başını çobanın çomağına sürtər. (Ata. sözü). Ovcumun içi yaman gicişirdi. M.Hüseyn. Bir sözlə [Nərminənin] əl-ayağı gicişir, sinəsi özünə aydın olmayan bir hissin təsiri ilə qalxıb-enirdi. B.Bayramov. gicitkən is. bot. Gövdə və yarpaqlarında dalayıcı tükləri olan ot bitkisi; gəzənə. Böyük bir səadət isə bu yerlərin cincilim, gicitkən kimi otlarla dolu olması idi. S.Vəliyev. gicitkənlik is. Çoxlu gicitkən bitən yer. gicləşmə “Gicləşmək”dən f.is. gicləşmək f.\n1. Gic olub getmək, axmaqlaşmaq, səfehləşmək, ağlı itmək. O getdikcə gicləşir.\n2. Axmaq hərəkətlər etmək, gic-gic danışmaq, yersiz iş görmək; axmaqlamaq, səfehləmək. giclik is.\n1. Axmaqlıq, səfehlik, sarsaqlıq. Giclik eləmək.\n2. Axmaq hərəkətlər, axmaq danışıq. gico is. dan. Burulğan. gictəhər sif. Bir az gic, axmaq, gicbəsər, gic kimi. Gictəhər adam. – Qulu həmişəki kimi gictəhər (z.) və laqeyd görünürdü. M.İbrahimov. gictəhərlik is. Gicə oxşama; bir qədər giclik, sarsaqlıq, gicbəsərlik. gidi sif. Pis, alçaq, yaramaz. Gidi Reyhan ərəb atı gətirməz; Aşa bilməz qarlı dağlar, yol, məni. “Koroğlu”. ‣ Gidi yaxud gidi-gidi dünya – etibarsız dünya. [Fəhlələrdən biri:] Hə, indi bizi özünə qardaş elədin? Dünənə kimi yanından keçmək olmurdu. Ay gidi dünya ha!.. M.Hüseyn. [Cahandar ağa] dərindən köksünü ötürdü: “Ay gidi dünya, gör axırın hara gəlib çıxdı”. İ.Şıxlı. gigirtdəmə “Gigirtdəmək”dən f.is. gigirtdəmək f. İki adamı qızışdırıb aralarını vurmaq. gigiyyna [yun. hygieinos – şəfaverici] Xarici mühitin müxtəlif amillərinin insan orqanizminə təsirini və sağlamlığı qoruma tədbirlərini öyrənən elm. Gigiyena qaydaları. // Sağlamlığı qoruyan təcrübi tədbirlərin məcmusu. Əmək gigiyenası. gigiyenaçı is. Gigiyena mütəxəssisi olan həkim. gigiyenik sif.\n1. Gigiyenaya aid olan, gigiyena ilə əlaqədar olan. Gigiyenik tədbirlər.\n2. Gigiyena qayda və tələblərinə cavab verən. Gigiyenik kostyum. gigovun bax. mozalan. giqant [yun.] Çox böyük, çox iri, nəhəng, azman. giqantlıq is. Böyüklük, yekəlik, nəhənglik, azmanlıq. giqantizm [yun.] biol. Çox böyük sürətlə boy ataraq mövcud normalardan kənara çıxma (insan, heyvan və ya bədənin ayrı-ayrı üzvləri haqqında). gil is.\n1. Yer səthində və ya altında olan, yaş halda özlü kütləyə çevrilən çöküntü süxuru (dulusçuluq, heykəltəraşlıq və tikintidə işlədilir). Qırmızı gil. Gil məhlulu. – Çökmə süxurların dənizdə əmələ gələn növlərinə misal olaraq qumaşı, əhəngdaşı, gil və s. göstərmək olar. M.Qaşqay. [Sərvinaz davam etdi:] Bu gübrə gilin bir növüdür. Ə.Vəliyev.\n2. dan. bax. gilabı. gilabı is. [fars.] Keçmişdə paltar və baş yumaq üçün sabun əvəzinə işlədilən gil növü. Sarı gilabı. Göy gilabı. – Keçmişdə kənd və şəhərlərdə sabun çatışmayan zaman gilabı ilə paltar yuyur və çimirdilər. Gilabı sabunu əvəz edirdi. M.Qaşqay. Göy və sarı gilabı ilə baş yuyardılar. H.Sarabski. Çay qırağındakı yamaclardan paltar yumaq üçün gilabı deyilən palçıq çıxırdı. Ə.Əbülhəsən. gilabısatan is. köhn. Keçmişdə əyalətləri gəzərək gilabı satmaqla məşğul olan adam. Gilabısatan xüsusi yoxsul adamlar olardı. H.Sarabski. gilan is. məh. Qapını bağlamaq üçün arxasına keçirilən taxta və ya dəmir; kilid. gilas is. Ağ, sarı, qırmızı və qara növləri olan çəyirdəkli şirin meyvə və bu meyvənin ağacı. Gilas mürəbbəsi. Gilas şirəsi. – Zeynəb qarı da gilas və ərik qaxı qurudurdu. S.S.Axundov. [Mehrəli] ..gilas ağacından qayrılmış uzun müştüyünü üfləyib, papirosu ucuna qondardı. Çəmənzəminli. Bağımda gilas dəydi; Gül açdı, gilas dəydi; Yar əlindən ox çıxdı; Sinəm üstə rast dəydi. (Bayatı). gilaslıq is. Çoxlu gilas ağacı əkilmiş yer; gilas bağı. Gilaslığı suvarmaq. gilavar is. Cənub və cənub-şərqdən əsən külək adı. Əsdikcə gilavar, oynardı bulvar. M.Müşfiq. Şiddətli bir gilavar (cənub küləyi) əsdiyindən dənizin gurultusu eşidilirdi. S.Hüseyn. Asta əsən gilavar ruzgarın sərin dalğalarını sahildəki evlərin içərisinə gətirirdi. B.Talıblı. gildir-gildir zərf Gilə-gilə, damcıdamcı, dənə-dənə (göz yaşı haqqında). Gildir-gildir yaş tökmək. Gildir-gildir ağlamaq. – Tökərək gözlərindən gildirgildir yağışlar; Məni qurtar, deyirdi, o yalvaran baxışlar. S.Rüstəm. Kişi əməllibaşlı ürəkdən ağlayır, gildir-gildir göz yaşı tökürdü. İ.Hüseynov. gildiya is. [alm.] İttifaq, təbəqə. giley is. Narazılıq, şikayət. Nə xoş sitəmkarsan, zalimü xunxar; Onun üçün səndən çox gileyim var. M.P.Vaqif. Mənim günahım çox, sənin gileyin; Onların nəhayət zamanı deyil. Q.Zakir. Bəyimin ərki və gileyi Məmməd bəyi oxşadı. Çəmənzəminli. • Giley etmək (eləmək) – şikayətlənmək, narazılıq etmək. Məktub sahibi gəldi idarəyə və ruznamənin təxirindən başladı giley eləməyə. C.Məmmədquluzadə. Giley etdikdə sənə, üz çeviribsən məndən; Gileyim var nə qədər səndən, a canan, sorma. Şəhriyar. giley-güzar bax. giley. [Fazil:] Abbas, genə səndən yana giley-güzar eşidirəm, genə səndən şikayətlər qulağıma çatır. C.Məmmədquluzadə. Çimnaz xalanın giley-güzarı [Xəlilin] könlünə toxunmadı. M.Hüseyn. Giley-güzar beynimizi dəlməsin; Gəlin, dostlar, məhəbbətdən danışaq. R.Rza. giley-güzarlıq is. Narazılıq, şikayət. [Mürşid:] Sadıq, bizim arvad məndən çox giley-güzarlıq elədi? S.Rəhman. giley-küsü bax. giley-güzar. Danışdıqca Zeynəbin səsi titrəyirdi, bu titrəyişdə həm dərin bir iztirab, həm də incə gileyküsü vardı. M.İbrahimov. giley-küsülük bax. giley-güzarlıq. gileylənmə “Gileylənmək”dən f.is. gileylənmək f. Giley etmək, şikayətlənmək, narazılıq etmək. Kəndlilər südün azlığından şikayət edir, çobanlardan gileylənirdilər. M.Hüseyn. Onlar yenicə evlənmişdilər. Məni toylarına çağırmadıqlarına gileyləndim. M.İbrahimov. gileylənə-gileylənə zərf Şikayətlənərək, narazılıq edərək. [Hümmət:] Küncdə-bucaqda danışmaq arvad işidir, – deyə, astadan gileylənə-gileylənə eyvana çıxdı. B.Bayramov. gileyli sif. və zərf Narazı, şikayətçi. Oturuşu şirin, duruşu Leyli; Qəmzəsi öpməli, yarı gileyli. M.P.Vaqif. Dünyada hədsiz şəxslər avamdan gileyli qalıblar. C.Məmmədquluzadə. Şirin sözlərini başa düşməyən; Öz elin olmazmı səndən gileyli? B.Vahabzadə. gileylik bax. giley. Şərifzadə ondan gileylik eyləyirdi. M.Hüseyn. gilə is.\n1. Üzümün, narın və s. meyvələrin hər bir dənəsi. Qarağat giləsi. – [Kazım] yoğun qaşlarının altından baxan xırda üzüm gilələrinə oxşar gözlərini bərəldib dedi.. Çəmənzəminli. Kəhrəbadan seçilməz salxımlar nəzərində; Ağzında şaqqıldayıb hər giləsi bal dadır. S.Rüstəm. Narın birini kəsdim, zoğal kimi iri, əqiq kimi duru gilələri var idi. Mir Cəlal.\n2. Damla, damcı. Bir gilə su. Yaş giləsi. – Cümşüd bəy əlini açdı, qulluqçu onun ovcuna bir neçə gilə gülab tökdü. E.Sultanov. [Müqim bəy:] Daşdəmir oğlunun başını gərək elə kəsəsən ki, heç bir gilə qanı da yerə düşməyə! S.Rəhimov. Bir gilə götürüb hər bulağından; Gətirib evimdə bulaq düzəldəm... M.Araz.\n3. Gözün qüzeh qişasında olan və oradan gözün içinə işıq daxil olan kiçik deşik. Mən aşiq giləsinə; Üzümün giləsinə; Qoy durum, qurban olum; Gözlərin giləsinə. (Bayatı). Musa kişi dərinlərə getmiş, təkcə giləsi işıldayan gözlərini qırpdı. M.İbrahimov. [Kərimov Səfərliyə:] Görürsən ki, bu ağ yavaşyavaş böyüyüb nəhayət gözün giləsini örtür. H.Seyidbəyli.\n4. Məmənin ucu. Döşün giləsi. – Nahar eyləyəndə sızlardı hərdən; Döşünün giləsi, döşünün ucu. B.Vahabzadə. giləkcə sif. və zərf Gilək dilində. Giləkcə bilmək. – [Kişi və arvad] giləkcə danışırdılar. S.Hüseyn. gilə-gilə zərf Damcı-damcı, damladamla. Su gəlir gilə-gilə; Bülbüllər gəlir dilə; Yarımı bağda gördüm; Batıbdır qızılgülə. (Bayatı). Mum əriyir, gilə-gilə axır aşağı; Şam ağlayır həzin-həzin, sakit yaş axır. R.Rza. giləklər is. İranın şimalında, Xəzərin cənub sahilində yaşayan, İrandilli kiçik bir xalq. gilələmə “Gilələmək”dən f.is. gilələmək f. Üzümün, narın və ya başqa giləmeyvənin gilələrini bir-bir qırmaq, qoparmaq. Narı gilələmək. Qarağatı gilələmək. – [Molla] əlinə bir salxım üzüm alıb gilələyir. “M.N.lətif.” gilələnmə “Gilələnmək”dən f.is. gilələnmək məch.\n1. Gilələri bir-birindən ayrılmaq, qoparılmaq, gilə halına salınmaq. Üzüm sirkə üçün gilələndi.\n2. Gilə halına düşmək; yumrulanmaq, damcılanmaq. Nənəqızın gözlərində həyəcanlı göz yaşları gilələndi, o, Rüxsarənin vəziyyətinə baxıb daha da şübhələnməyə başladı. S.Rəhimov. Gözü qapananda sol yanağında; Gördülər bir damla yaş gilələndi. B.Vahabzadə. [Bəhlul:] Gözlərimdə yaş gilələndiyini hiss elədim. B.Bayramov. giləmeyvə is. bot. Gilə şəklində bitən meyvələrin (məs.: üzüm, moruq, qarağat və s.) ümumi adı. giləmeyvəçilik is. Meyvəçiliyin, giləmeyvə bitkilərini əkib-becərməklə məşğul olan sahəsi. Giləmeyvəçilik təsərrüfatı. giləmeyvəlilər cəm bot. Üzüm, moruq, qarağat və bəzi başqa meyvələrin daxil olduğu bitkilər. gilənar is.\n1. bax. albalı. Hər evin həyətində .. gilənar ağacları .. var. İ.Əfəndiyev.\n2. məc. Qara, girdə göz haqqında. Gilənar gözlü qız hamıya gülümsəyən gözlərini oynatdı. M.İbrahimov. gilənarlıq is. Çoxlu gilənar ağacı əkilmiş yer; gilənar bağı. Binanı əhatə edən bağ alma-armudluqdan, gilənarlıqdan ibarət idi. S.Rəhimov. gilgilə is. Nazik, ensiz dəmirdən, ya ağacdan olan çənbər və onu gillətməkdən ötrü uzun ağacdan və ya məftildən ibarət uşaq oyuncağı. // Bu oyuncaqla oynanılan uşaq oyunu. giliz [alm.] (“gilza” sözünün canlı dildə tələffüzü).\n1. Odlu silahlarda: alt hissəsində barıt və yandırıcı maddə, yuxarı hissəsində isə güllə və ya mərmi yerləşən altı bağlı silindrik borucuq. Deyib göstərdi o, iki berdanı; içində gilizi, üstündə qanı. H.K.Sanılı. Mahmud əlindəki boş gilizi döşəməyə sərilmiş yağlı əsginin üstünə atıb, eşiyə yüyürdü. M.Hüseyn.\n2. Papirosun, içi tütünlə doldurulan kağız patronu. Giliz doldurmaq. Giliz qutusu. gilqarışdıran (=gilqarışdırıcı) sif. xüs. Tikinti işlərində gil məhlulu hazırlamaq üçün gili su ilə qarışdıran. Gilqarışdıran qurğu. // is. mənasında. Gil məhlulu hazırlamaq üçün gili su ilə qarışdıran maşın. Maşınqayırma zavodundan .. gilqarışdıranlar ixrac edilir. (Qəzetlərdən). gilqarışdırıcı (=gilqarışdıran) sif. xüs. Tikinti işlərində gil məhlulu hazırlamaq üçün gili su ilə qarışdıran. Gilqarışdıran qurğu. // is. mənasında. Gil məhlulu hazırlamaq üçün gili su ilə qarışdıran maşın. Maşınqayırma zavodundan .. gilqarışdıranlar ixrac edilir. (Qəzetlərdən). gillə is. məh. Təndirdə alma və ya armud qaxı qurutmaq üçün dayaz palçıq qab. gillədilmə “Gillədilmək”dən f.is. gillədilmək məch. Diyirlədilmək, yumaladılmaq. gilləmə I. “Gilləmək1”dən f.is.\n\nII. “Gilləmək2”dən f.is. gilləmək I. f. Diyirləmək, yumalatmaq.\n\nII. f. Gil vurmaq, gil sürtmək, gillə suvaq çəkmək. Divarı gilləmək. gillənmə I. “Gillənmək1”dən f.is.\n\nII. “Gillənmək2”dən f.is. gillənmək I. f. Fırlana-fırlana düşmək, diyirlənmək. Nigarın ala gözlərindən damcıdamcı yaş gillənib lalə yanaqlardan aşağı gəldi. “Koroğlu”. Cüyür qaçar, daş gillənər; Bu dağlarda, bu dağlarda. B.Vahabzadə.\n\nII. f.\n1. Gillə qarışmaq, gilli olmaq; gillə örtülmək, gil halına düşmək. Neft layı gillənib.\n2. Gil vurulmaq, gil çəkilmək, gillə suvaq çəkilmək. gillətmə I. “Gillətmək1”dən f.is.\n\nII. “Gillətmək2”dən f.is. gillətmək I. f. Yuvarlatmaq, diyirlətmək. Şalbanı gillətmək. Çəlləyi gillətmək.\n\nII. icb. Gil vurdurmaq, gil sürtdürmək, gillə suvaqlatmaq. Divarı gillətmək. gilləşmə “Gilləşmək”dən f.is. gilləşmək bax. gillənmək 1-ci mənada. gilli sif. Tərkibində gil olan, gil qatışmış, gil qarışıq. Gilli torpaq. Gilli məhlul. Gilli süxur. – O daşlı, qumsallı, gilli torpağı; Udur, lay-lay udur ekskavatorlar. S.Vurğun. gillicə is. geol. Tərkibində gil olan (torpaq). gillicəli sif. geol. Tərkibində gillicə çox olan. Gillicəli torpaq. gillilik is. Tərkibində gil olma. Torpağın gillilik dərəcəsi. Qumun gilliliyi. gilyotin [fr. xüs. addan] tar. Ölüm cəzasına məhkum olanların başını kəsmək üçün maşın. O yandan ərş mülkü və kosmosun qamarlanması; Bu yandan gilyotin və qətl aləti! O, ruzigarın gilyotini, bu raketlər; Pərdənin dalında da namərdin soyuq müharibəsi! Şəhriyar. gimgə is. dan. Yığıncaq, yığnaq, bir yerə yığılmış adamlar. Küçədə gimgə qurmaq. – Bünyadın gözündən itən cani bir doqqaz qabağında yığılan gimgəyə yaxınlaşırdı. Ə.Əbülhəsən. gimnast [yun.] Gimnastika ilə məşğul olan, gimnastikada mahir olan idmançı. Gənc gimnastlar. Gimnast qızlar. gimnastik sif. Gimnastikaya aid olan, gimnastika ilə əlaqədar olan. Gimnastik hərəkətlər. gimnastika [yun.] Orqanizmi inkişaf etdirmək və sağlamlaşdırmaq üçün tətbiq edilən xüsusi fiziki hərəkətlər sistemi. Səhər gimnastikası. gimnastyorka [rus.] Düz dayanan yaxalıqlı üst köynəyi (hərbi geyim). Gimnastyorkanı ütüləmək. – Qərargah rəisi – uzun, qarayanız adam gimnastyorkasını tərsinə geyərək .. telefon aparatına tərəf cumdu. S.Vəliyev. gimnazist [yun.] 1917-ci il inqilabından əvvəl: gimnaziya şagirdi. Bazara çıxdıqda Cənnətəli gimnazistləri başına toplardı. Çəmənzəminli. Bu zaman içəridən 15-16 yaşlarında, əynində gimnazist paltarı olan qırmızıyanaq bir oğlan çıxdı. Q.İlkin. gimnaziya [yun.] Klassik dillərin tədrisinə üstünlük verilən orta məktəb. Knyaza gimnaziyanın köhnə və sərt qaydaları çox ağır gəlir. F.Köçərli. Bahadır .. gimnaziyanı qurtarandan sonra yenə oxumaqdan əl çəkməyib istədi ki, atasından adına qalan yeri ucuz qiymətə satıb universitetə getsin. N.Nərimanov. Hacı Əsgərin iki oğlu .. gimnaziyada oxuyurlar. S.M.Qənizadə. ginekologiya [yun. gyne – qadın və logos – elm] tib. Qadın orqanizminin xüsusiyyətləri, qadın cinsi orqanları və onların müalicəsi haqqında elm. Ginekologiya kafedrası. ginekoloji sif. [yun.] Ginekologiyaya aid olan, ginekologiya ilə əlaqədar olan. Xəstəxananın ginekoloji şöbəsi. ginekoloq [yun.] Qadın xəstəlikləri həkimi, ginekologiya mütəxəssisi. gipgirdə üst. Lap girdə, tamamilə girdə; yuvarlaq. Gipgirdə şar. gips [yun.]\n1. Ağ və ya sarı rəngli mineral; kirəc (yandırılıb xırdalanmışı tikinti materialı kimi heykəltəraşlıqda, cərrahlıqda işlədilir). Gips yatağı. Suvaqlıq gips. // xüs. Həmin mineraldan (kirəcdən) düzəldilmiş. Dibçəklərin aralarında tunc, mərmər və gips heykəllər dururdu. M.Süleymanov.\n2. tib. Sınmış, çıxmış sümükləri bitişdirmək və bədənin zədələnmiş hissəsinin hərəkətsizliyini təmin etmək üçün həmin mineraldan düzəldilən möhkəm sarğı. Gips qoymaq. Ayağı bir aydır gipsdədir. Gipsi çıxarmaq. Gipsə salmaq (gipsdən hazırlanmış sarğı ilə bağlamaq). gipsləmə “Gipsləmək”dən f.is. gipsləmək f.\n1. Gips sarğısı qoymaq. Qolunu gipsləmək.\n2. k.t. Torpağı gipslə gübrələmək.\n3. xüs. Rəngini və dadını yaxşılaşdırmaq, habelə xarab olmaqdan qorumaq üçün üzüm şərabına gips əlavə etmək. Şərabı gipsləmək. gipslənmə “Gipslənmək”dən f.is. gipslənmək məch.\n1. Gips sarğısı qoyulmaq. Əli gipslənib.\n2. k.t. Yanmamış, üyüdülmüş gipslə gübrələnmək (torpaq haqqında).\n3. xüs. Rəngini və dadını yaxşılaşdırmaq, habelə xarab olmaqdan qorumaq üçün üzüm şərabına gips əlavə edilmək. Şərab gipslənib. gipslətmə “Gipslətmək”dən f.is. gipslətmək icb.\n1. Gips sarğısı qoydurmaq. Ayağını gipslətmək.\n2. k.t. Yanmamış, üyüdülmüş gipslə gübrələtmək. Torpağı gipslətmək. gipsli sif. Tərkibində gips olan. Gipsli torpaq. gipslilik is. Tərkibində gips olma. Torpağın gipslilik dərəcəsi. gipsolit [yun.] Gipslə müxtəlif maddələrin qarışığından hazırlanan tikinti materialı (arakəsmə və s. üçün işlədilir). Gipsolit arakəsmə. gipür [fr.] Qabarıq naxışları olan çox zərif krujeva növü. // Krujeva kimi toxunmuş parça. // Həmin parçadan tikilmiş. Gipür kofta. Gipür paltar. gir is. [fars.] Güc, qüvvət, taqət. Əlinin giri yoxdur. Qolunun giri. – Tüfəngini qaparaq; Yalınayaq çaparaq; Güvənib öz girinə; Qoşdu döyüş yerinə. M.Rahim. • Girdən düşmək (getmək) – qüvvətdən düşmək, gücdən düşmək, taqəti kəsilmək. [Adil:] Atam cəbhədən tayqılça, qolunun biri də girdən düşmüş halda qayıtdı. B.Bayramov. ‣ Girə düşmək – bax. girə keçmək. Kamil usta, oturgilən yerinə; Lovğalanıb düşmə mənim girimə. “Aşıq Qərib”. Özün öz əlinlə düşdün girimə; Haqdan sana bir bəlayəm, sən nəsən? Abdal Valeh. [Mirzə Kərim:] Hərgah mənim dediklərimə əməl olunsaydı, girə də düşməzdin. Ə.Haqverdiyev. Girə keçmək – tora düşmək, tələyə düşmək, ələ keçmək, tutulmaq. [Tağı:] Rəhim xanın adamları indi bizi axtarmamış yer qoymayıblar. Qorxuram yoldaşlarımız girə keçələr. Ə.Haqverdiyev. [Ələmdar] ..girə keçən dələduzları buraxdırıb qənimətin yarısını, bəzən də hamısını qamarlayıb götürərdi. S.Rəhimov. Girə salmaq – bax. girə vermək. Əcəl səni salıb əcəb bu girə; Sənin də gərdənin keçər zəncirə. Aşıq Həsən. Girə vermək – ələ vermək, tora salmaq. İndi [Hatəmxan ağagil] üçün bu üstüörtülü ədavət pərdəsini yırtmaq – öz əli ilə .. onu girə vermək (demək) idi. S.Rəhimov. Girinə gəlmək – əlinə gəlmək. ..A kişi, tez özünü yetir .. bəlkə heç olmasa o puldan üç il bundan irəli ianə qəsdi ilə yığılan pul qədəri girinə gələr. “Mol. Nəsr.”; // işinə yaramaq. Girinə keçmək – əlinə keçmək (düşmək). [Koroğlu:] Cəfər paşa, get, .. bir də girimə keçsən öldürəcəyəm. “Koroğlu”. [Sultan bəy:] Zalım oğlu arşınmalçının xalası yaxşı girimə keçmişdi, olmadı. Ü.Hacıbəyov. Səhərdən Salman Rüstəm kişinin girinə keçməmişdi. Hara ayaq basırdı, deyirdilər, elə indicə bu tərəfə getdi. M.İbrahimov. girami sif. [fars.] klas. Əziz, istəkli, hörmətli. (danışıqda adətən “əziz-girami” şəklində işlənir). Əziz-girami uşaq. – Demə Zakir, ki səni yar girami tutmaz; Nə münasib tuta hər bisərü-samanı əziz. Q.Zakir. girdab is. [fars.]\n1. bax. burulğan 1-ci mənada. ..Gah sahil, gah girdab olur məskənim; Nə qədər bəlalı başım var mənim! A.Şaiq. Gah olur ki, cəbhə yarıb ordular basan; Bir igidi kiçik bir çay girdaba salır. S.Vurğun. Sabah qışsız, boransız bir həyat qurulanda; Bu girdabın suları aynatək durulanda.. R.Rza.\n2. məc. Ağır, qorxulu hal, həyatın keşməkeşi, çıxılmaz vəziyyət. Noldu qəmimə gətirmədin tab; Qorxutdu məgər səni bu girdab? Füzuli. Batıb burulğana itir gözündən; Həyatın da belə girdabları var. O.Sarıvəlli. girdablı sif.\n1. Girdabı olan, burulğanlı. Girdablı dəniz.\n2. məc. Ağır, təhlükəli, əzablı, çıxılmaz. Həyatın girdablı yolları. girdə sif.\n1. Dairəvi, dairə şəkilli. – Mən Əhmədə otağın qarşısındakı girdə mizin dövrəsində olan sandalyalardan birində əyləşməyi təklif etdim. T.Ş.Simurq. Ənqa quşunun iri girdə gözlərində bərkiyən damlalar ağırlaşanda quşun gözlərindən qopub üzüaşağı yuvarlanırdı. Ə.Məmmədxanlı.\n2. Yumru, yuvarlaq, şarşəkilli. Girdə alma. Girdə həb. – [Kərbəlayı Zal öz-özünə:] “Daha baxtımın ulduzu parıldadı. Gecənin bu vaxtında gələn girdə şey xatalı şey ola”. Ə.Haqverdiyev.\n3. Yastıboy, kök adam haqqında. Qədir çarığının ucu ilə girdə kişinin ayağına toxunub him elədi: – Adam var! Mir Cəlal. girdəcə sif. Çox girdə; gipgirdə, yumruca. Girdəcə sifət. – Rizvan iki yaşında; Bir uşaqdır girdəcə. M.Dilbazi. girdədişli sif. tex. Dişləri girdə, dairəvi olan. Girdədişli val. girdəgöz (=girdəgözlü) sif. Gözləri girdə olan. Girdəgözlü uşaq. – ..Balacaboy, girdəgöz, dörd-beş yaşlı oğlan boğazını uzadıb kəkələdi: – Qağasıdır. M.İbrahimov. girdəgözlü (=girdəgöz) sif. Gözləri girdə olan. Girdəgözlü uşaq. – ..Balacaboy, girdəgöz, dörd-beş yaşlı oğlan boğazını uzadıb kəkələdi: – Qağasıdır. M.İbrahimov. girdələmə “Girdələmək”dən f.is. girdələmək f.\n1. Girdə etmək, girdə şəklə salmaq, yumrulamaq, şar şəklinə salmaq, yuvarlaqlamaq.\n2. Dairə şəklinə salmaq, dairəviləşdirmək, dairəvi etmək. Dodaqlarını girdələmək. girdələnmə “Girdələnmək”dən f.is. girdələnmək f.\n1. Yumrulanmaq, şar şəklinə düşmək.\n2. Dairə şəklinə düşmək; dairəviləşmək. Tabaq kimi girdələnmiş (f.sif.) on dörd gecəlik ayın ziyası dənizin üzərinə düşərək Xəzərin göy üzünü qırmızı misə döndərib quyruq kimi sahilə doğru uzun bir xətt uzatmışdı. B.Talıblı. Günəş girdələnib üfüqdə fırlanır.. M.İbrahimov. girdələşdirmə “Girdələşdirmək”dən f.is. girdələşdirmək bax. girdələtmək. girdələşmə “Girdələşmək”dən f.is. girdələşmək f.\n1. Girdə olmaq, yumrulaşmaq, yuvarlaqlaşmaq.\n2. Dairə şəklinə düşmək, dairəvi olmaq. girdələtmə “Girdələtmək”dən f.is. girdələtmək 1. f. Girdə etmək; yumrulatmaq, yuvarlaqlatmaq. Kündəni girdələtmək.\n2. icb. Dairə şəklinə saldırmaq, dairəvi etmək. girdəlik is.\n1. Yuvarlaqlıq, yumruluq, girdə şəklində olma.\n2. Dairəvilik, dairəvi olma. girdənək sif. Yumru, girdə. girdəsifət (=girdəsifətli) sif. Sifəti girdə və kök olan. Girdəsifət oğlan. Girdəsifətli qadın. – İmran girdəsifət, alagöz, güləşqabaq, gözəl bir uşaq idi. Mir Cəlal. Sürücü qaragöz, qaraqaş, qırmızı, girdəsifət, sağlam bir cavan idi. S.Vəliyev. Tofiq isə, əksinə, alçaqboylu, sarışın, girdəsifət, ətli-canlı idi. M.Rzaquluzadə. girdəsifətli (=girdəsifət) sif. Sifəti girdə və kök olan. Girdəsifət oğlan. Girdəsifətli qadın. – İmran girdəsifət, alagöz, güləşqabaq, gözəl bir uşaq idi. Mir Cəlal. Sürücü qaragöz, qaraqaş, qırmızı, girdəsifət, sağlam bir cavan idi. S.Vəliyev. Tofiq isə, əksinə, alçaqboylu, sarışın, girdəsifət, ətli-canlı idi. M.Rzaquluzadə. girdəüz (=girdəüzlü) bax. girdəsifət(li). Mən girdəüz, şiş bığları yuxarı qaldırılmış bir gənc sifət axtarırdım. S.Rəhman. girdəüzlü (=girdəüz) bax. girdəsifət(li). Mən girdəüz, şiş bığları yuxarı qaldırılmış bir gənc sifət axtarırdım. S.Rəhman. girdim-girdim bax. gildir-gildir. Gözlərinin yaşı girdim-girdim yanağından süzülən Mayanın əllərini Pərşan ovcunda sıxıb oxşayır.. M.İbrahimov. girdin is. dan. Mişarla bir boyda kəsilmiş odun. [Günay] qapı ağzındakı üstü mişarlanmış girdin kimi çox hamar olan dəyirmi bir daş üstündə oturmuşdu. Ə.Məmmədxanlı. girdinləmə “Girdinləmək”dən f.is. girdinləmək f. dan. Mişarla odunu bir boyda kəsmək. girdirmək icb.\n1. Girməyə məcbur etmək, daxil etmək.\n2. Taxmaq, keçirmək. girəcək is.\n1. Qapı ağzı, kandar, astana. Qazmanın girəcəyi. Girəcəkdə dayanmaq. – Sürətlə gedən maşın hündür bir evin girəcəyində durdu. Q.İlkin.\n2. Giriş; daxil olmaq, girmək üçün yer, yolun ağzı. Səlim .. uçub girəcəyə tökülmüş torpaqdan yana .. yığmağa başladı. Ə.Əbülhəsən.\n3. Bir yerin başlanan hissəsi: başlanğıc, giriş. Kəndin girəcəyi. Parkın girəcəyi. Bağın girəcəyində bir heykəl yüksəlir. – [Mirzə İsmayıl:] Gərək qonağa, necə ki lazımdır qulluq eləyəsiniz. Əvvəla, ağsaqqallar hamısı qabaqlarında kəndin mollası, gərək kəndin girəcəyində gedib dayansınlar.. Ə.Haqverdiyev.\n4. Böyük otaqların qarşısında olan kiçik otaq, şüşəbənd və s. Girəcəkdə oturmaq. – Bağır xurcunu aynabəndin girəcəyinə qoyub, üzünü Nazlıya tutdu.. İ.Məlikzadə. // Sif. mənasında. İçəridə, yəni sol tərəfdəki girəcək otaqda üç adam var idi. Ə.Vəliyev. girələmə “Girələmək”dən f. is. girələmək bax. girəvələmək. [Ərəb Reyhan] girələyib Eyvazın çiyin damarlarını saldı çəngəsinə. “Koroğlu”. [Əvvəlinci ovçu:] ..Doğrudan da Kərim [Süleyman bəyi] çox girələyirdi. Ə.Haqverdiyev. [Səttar:] Gəl naxır gələndə girələyək, vuraq [mollanın] atının qıçı sınsın. P.Makulu. girəm (=girəm ki) ara s. [fars.] köhn. Tutaq, tutaq ki, deyək ki. Girəm ki, yaxşı elədilər yığmadılar, Allah atalarına rəhmət eləsin.. C.Məmmədquluzadə. girəm ki (=girəm) ara s. [fars.] köhn. Tutaq, tutaq ki, deyək ki. Girəm ki, yaxşı elədilər yığmadılar, Allah atalarına rəhmət eləsin.. C.Məmmədquluzadə. girəvə is.\n1. Gizli yer; pusqu, marıq, qurğu. Girəvədə durmaq. – Əlavə olaraq ehtiyat üçün arxa girəvələrdə dəxi adamlar düzülmüşdü. S.Rəhimov. • Girəvəyə salmaq – tora salmaq, aldatmaq. Ağaməcid .. hərifi girəvəyə salıb onun çiynindən bir təpik vurdu. Mir Cəlal.\n2. Əlverişli vəziyyət, fürsət, imkan. Dovşan, tülkü, at, dəvə; Hərəsi söz deməyə; Axtarırdı girəvə. R.Rza. • Girəvə düşmək – fürsət düşmək, imkan yaranmaq. Güldəstənin analığının bir xasiyyəti var idi: əri biriki günlüyə bir yana gedəndə, onun da əlinə girəvə düşüb sübhdən axşamadək evi Güldəstənin ümidinə qoyub, tamam kəndi evbəev gəzərdi. Ə.Haqverdiyev. Girəvə tapmaq – bax. girəvələmək. Lakin [Gülyaz] özünü möhkəm saxladı və girəvə tapıb var gücü ilə canavarın qarnına vurdu. Q.İlkin. [Kişi Vahidə:] İndisə düşmən mənə də girəvə tapdı, qurğu qurdu. B.Bayramov. Girəvəni əldən buraxmaq (qaçırmaq) – fürsəti əldən vermək, imkandan istifadə etməmək. girəvələmə “Girəvələmək”dən f.is. girəvələmək f. Fürsət tapmaq, imkan tapmaq, əlverişli vəziyyət axtarmaq. [Pəri xanım:] Qadan alım, get girəvələ, zindanbana xəlvətcə pul ver, Qurbanini zindandan çıxart.. “Qurbani”. girgi is. dan. Sancı, ağrı, qarınağrısı. ‣ Qarnına girgi düşmək – qorxuya düşmək, təşvişə düşmək. Qarnına girgi salmaq – bərk qorxuya salmaq, təşvişə salmaq. Xalıqverdinin budəfəki gəlişi Orucla Fərruxun qarnına girgi saldı. Ə.Vəliyev. girhagir is.\n1. Girmə, daxil olma.\n2. Girhagirdə şəklində zərf – girəndə, girən zaman. Kəndə girhagirdə qüvvətli bir zəlzələ olur. “M.N.lətif.” giriban is. [fars.] klas. Yaxa. Mən nə hacət ki, qılam daği-nihanım şərhin? Aqibət zahir olur çaki-giribanımdan. Füzuli. Götür, tulla bir kənara çarqatı; Giribandan sinən ağı görünsün. Q.Zakir. giriftar sif. [fars.] Tutulmuş, düçar, mübtəla. [Pişik siçana dedi:] Çəngəlimə indi giriftarsan; Ta ki edirsən belə rəftar sən. S.Ə.Şirvani. • Giriftar etmək – düçar etmək, məruz qoymaq, mübtəla etmək. Gər səhhətə qadir olsa bimar; Dərdə özün eyləməz giriftar. Füzuli. Giriftar olmaq – tutulmaq, düçar olmaq, məruz qalmaq, mübtəla olmaq. Dərdə giriftar olmaq. – Hər halda, əvvəl binadan yazıq taybuynuz öküzün günü qara gəlib, allahın qəzəbinə giriftar olubdur. F.Köçərli. Amma iki ay bundan sonra biçarə dayım oğlu ruh azarına giriftar oldu. C.Məmmədquluzadə. Biçarə [Zeynal] cürbəcür əzablara giriftar olub, sifətində dəqiqədə min rəng müşahidə olunurdu. Çəmənzəminli; // eyni mənada “eşqə” sözü ilə – aşiq olmaq, vurulmaq. Eyləyibsən məni eşqə giriftar; Gündüzüm biqərar, gecələr bidar. M.P.Vaqif. Qəm evində zar olalı; Eşqə giriftar olalı; Yarımadıq yar olalı; Nə mən səndən, nə sən məndən. Q.Zakir. giriftarlıq is. Mübtəla olma, düçar olma, tutulma, mübtəlalıq. girinc girinc eləmək (etmək) – təngə gətirmək, cana gətirmək, zəhləsini tökmək. O, səhərdən bizi girinc eləyib. – [Mədəd:] Qəşəm məni girinc eləyib. S.Rəhimov. Girinc (olmaq) – təngə gəlmək, cana gəlmək. Evimdə müntəzirkən körpələrim, yoldaşım; Qorxunc ölüm əlində girinc qalmışdır başım. M.S.Ordubadi. girinti is. Hamar olmayan səthdə iki çıxıntının arası; çuxur, çökək (çıxıntı əksi). girinti-çıxıntı is. Səthin düz olmaması, hündür və batıq olması. girintili sif. Səthi düz olmayan, girintiləri olan, kənarları hamar olmayan. girinti-çıxıntılı (=girintili-çıxıntılı) sif. Girintisi və çıxıntısı olan, səthi, yaxud kənarları düz olmayan, qalxıq və batıq olan. Qabın girintiliçıxıntılı kənarı. – Silab qayanın girintiliçıxıntılı yerləri ilə aşağı enməyə başladı. S.Vəliyev. girintili-çıxıntılı (=girinti-çıxıntılı) sif. Girintisi və çıxıntısı olan, səthi, yaxud kənarları düz olmayan, qalxıq və batıq olan. Qabın girintiliçıxıntılı kənarı. – Silab qayanın girintiliçıxıntılı yerləri ilə aşağı enməyə başladı. S.Vəliyev. giriş is.\n1. Giriləcək yer, daxil olmaq üçün yer, yol (çıxış əksi). Giriş yolu.\n2. Bir əsərin başlanğıc hissəsi: müqəddimə, ön söz, ilk söz. Kitabın girişi. Dissertasiyanın girişi. Giriş sözü. girişilmə “Girişilmək”dən f.is. girişilmək məch. Başlanılmaq, şüru edilmək. Səhranın sərt təbiəti ilə ciddi döyüşə girişilmişdi. – Dəmirovun təklifi üzrə bu yolun inşasına payız məhsulunu topladıqdan sonra girişilirdi. S.Rəhimov. girişmə “Girişmək”dən f.is. girişmək f.\n1. Həvəslə, ciddiyyətlə bir işə başlamaq, şüru etmək. İşə girişmək. Yarışa girişmək. – [Nəsir] hələ bəzi vaxt öz fikrinin üstündə duraraq böyük qardaşı ilə mübahisəyə də girişirdi. S.Hüseyn. Məclis sakit idi, hamı yeməyə girişmişdi, ağız marçıltısından başqa bir şey eşidilmirdi. Çəmənzəminli.\n2. Cürət etmək, cəsarət göstərmək. Başqa adam belə işə çətin girişərdi. Qantəmir.\n3. Üstünə hücum etmək, cummaq. İkisi də qızmış nər kimi bir-birinə girişdilər. “Koroğlu”. Rüstəm kişi pencəyini çıxarıb kənara atdı, Lal Hüseynə girişdi. M.İbrahimov. giriz is. [fars.] klas. Qaçma, qaçış. • Giriz vermək – qaçmaq, aradan çıxmaq, sovuşmaq. Molla Tanrıverdi bir söz deməzdi, ancaq fürsət tapıb Cümşüd bəyin əlindən giriz verib qaçardı, asta qaçan namərddir. E.Sultanov. ‣ Giriz vurmaq – işarə vurmaq, eyham vurmaq. Gözəl Həbibə giriz vururmuş kimi dedi.. Ə.Vəliyev. girləmə “Girləmək”dən f.is. girləmək f. Pusmaq, daim təqib etmək, dalınca gəzmək, əl çəkməmək. [Mindilli:] Zərifə, nə .. girləmisən məni? Niyə mənim başıma fırlanırsan? S.Rəhman. ‣ Başını girləmək – bax. baş. Əcəl (ölüm) girləmək (bəzən “başını” sözü ilə) – bax. əcəl. girləndirmə “Girləndirmək”dən f.is. girləndirmək bax. girləmək. girlənmə “Girlənmək”dən f.is. girlənmək f.\n1. Gəzmək, dolaşmaq, dolanmaq. Nəbi Naxçıvanda bir az girlənib, İsmayılın yerini öyrənməyə çalışırdı, ancaq tapmırdı. “Qaçaq Nəbi”. O, Şehli kəndinin arasında xeyli dolandı, girlənə-girlənə (z.) Safonun kahasının qabağında dayandı. S.Rəhimov.\n2. Yaşamaq, dolanmaq, birtəhər baş saxlamaq, keçinmək. Orada-burada girlənmək. – [Çimnaz] birtəhər girlənən ailəni artıq xərcə-borca düşməkdən qorumaq istəmişdi. Ə.Əbülhəsən. girli sif.\n1. Güclü, qüvvətli, giri olan. Girli qol. – Yəni o elə girli adamdır? – Bəli, bəli, – deyə [Əsgər] əlavə etdi. Ə.Əbülhəsən.\n2. məc. Çoxlu, çox. girmə I. “Girmək”dən f.is. Martın yenicə girməsinə baxmayaraq hava ilıq idi.\n\nII. is. məh. Kolluq, kol-kosluq. Kəsdilər girməni Cəbilə Osman; Verməsin arxaya keçməyə aman. H.K.Sanılı. girmək f.\n1. Daxil olmaq, içəriyə keçmək (çıxmaq əksi). Evə girmək. Otağa girmək. Qapıdan girmək. – Mirbağır ağa girir, başmaqlarını çıxardır, salam verir. C.Məmmədquluzadə. [Mərcan bəy:] A gədə, qoçaq, mən səni çağırmayınca sən bu otağa girmə! Ü.Hacıbəyov. Bağa girmənəm sənsiz; Gülü dərmənəm sənsiz.. (Bayatı).\n2. Sığmaq, yerləşmək. Əlim əlcəyə girmir.\n3. Çatmaq, yetişmək, daxil olmaq. Biz şəhərə girdiyimiz zaman şiddətli xəzri əsir, küçələrin tozunu havaya sovurur, göydən başımıza torpaq yağırdı. A.Şaiq. Tehrana girənə qədər Gülnaz da, Səriyyə də Musa kişini, Firidunu tapacaqları ümidi ilə yaşayırdı(lar). M.İbrahimov.\n4. Başlamaq, başlanmaq, gəlmək, daxil olmaq. Qış girdi. Yaz girdi. – Cənubda mart girən zaman; Əsil gözəl bahar olur. M.Dilbazi.\n5. Bir yerdə gizlənmək, bir şeylə örtünmək. Günəş buludun dalına girdi. – Açıqlıqdan keçdi, kömür qədər qara və müzlüm görünən qamışlığa girdi. H.Nəzərli. Süzülən nurunu toplayıb qəmər; Girdi buludlara, qaraldı göylər. M.Rahim.\n6. Yatmaq üçün yorğan-döşəyə uzanmaq. Yorğan-döşəyə girmək. – Gəldim, soyundum, girdim yerə, amma sübhədək gözümə yuxu gəlmədi. Ə.Haqverdiyev. Ziba yatağına girincə yuxulamışdı. S.Hüseyn.\n7. Daxil olmaq (bir təşkilata, işə, məktəbə və s.-yə). İşə girmək. Məktəbə girmək. İnstituta girmək. – [Teymur] yeddinci sinfi bitirib, sənət məktəbinə girmiş, oranı da müvəffəqiyyətlə qurtarmışdı. M.Hüseyn. Xalça fabrikində girib xidmətə; Bağlandı zəhmətə vicdanla Rəna. M.Rahim.\n8. Batmaq, keçmək. [Aslanın] iki böyük dəmir parçası qarnına girmiş, bağırsaqlarını çölə tökmüşdü. Ə.Vəliyev.\n9. məc. Girişmək, başlamaq.\n10. məc. Bir şeylə örtünmək. ..Saqqalı ağ olanın qiymətidir bir qara pul; Gərçi girsə bəzənib gündə yaşıl, al içinə. M.P.Vaqif.\n11. Yuyunmaq, çimmək üçün bir şeyin içinə, ya bir yerə daxil olmaq. Suya girmək. Çaya girmək. – Hovuza girən qaşqabaqlı çıxmazdı, həmişə şad, nurani, pak-pakizə olardı. Çəmənzəminli. [Həsənqulu bəy:] Əşi, insafdır, o xəznəyə mən də girim, bu hambal da girsin? Ü.Hacıbəyov.\n12. Soxulmaq. Adamların içinə girmək.\n13. Dolmaq (adətən “yaşa, yaşına” sözü ilə). 10 yaşa girmək. – [Vəzir:] Sən on dörd yaşına girdiyin zaman; Ərəb ölkəsinə göndərdi atan. A.Şaiq. Bir neçə ay bundan qabaq; Girmişdi o doqquz yaşa. M.Dilbazi.\n14. məc. kob. Pul, çəki və s. haqq-hesabında aldatmaq.\n15. Bir sıra isimlərə qoşularaq, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: başına girmək, beyninə girmək, yuxusuna girmək, qoluna girmək. girov is. [fars.] köhn.\n1. Borc alınan pul və s. müqabilində təminat üçün verilən şey. [Məşədi Cabbar:] Əgər mümkün olur isə; mənim üçün Hacı Rəhimdən min manat al, iki dükanım var, yanında girov olsun. M.F.Axundzadə. [Xudayar bəy Kərbəlayı Cəfərə:] ..Sən bir elə adam tap ki, mənə yeddi manat versin, mən onun yanında on yeddi manatlıq şey girov qoyum.. C.Məmmədquluzadə.\n2. Bir dövlət və ya təşkilatın öhdəsinə götürmüş olduğu iltizam və ya tələblərin yerinə yetirilməsini təmin etmək məqsədilə zorla tutulub saxlanılan adamı. [Qara Məlik] o tərəf-bu tərəfdə Nüsrəddinin adamlarını tutub girov saxlamağa başladı. M.S.Ordubadi. Bayındır xan [çapqınçıları] girov saxlamış, qıpçaqların əlini-qolunu bağlamışdı. M.Rzaquluzadə. girovdar is. [fars.] köhn. Girov saxGİRYAN sif. və zərf [fars.] klas. Ağlayan, layan, girov alan, girovla pul verən adam. girovdarlıq is. köhn. Girovdarın işi, peşəsi. girovlu sif. Girovla alınmış. Girovlu borc. girovsuz zərf Girov almadan, girov götürmədən, girov qoyulmadan. [Məşədi Cəfər:] Ruzigar elə dönübdür ki, qardaş qardaşa etibar eləyib girovsuz bir qəpik borc verməyir. Ə.Haqverdiyev. [Hacı Kərim] ömründə girovsuz kimsəyə pul verməmişdi. S.Hüseyn. girs məh. bax. gürzə2. Qurban qoyununun ətindən qız evi oğlan evinə lülə-kabab, girs və dolma göndərər. R.Əfəndiyev. girsiz sif. dan. Giri olmayan; gücsüz, qüvvətsiz, zəif. Girsiz adam. Girsiz əl. – Bu hikməti babam deyib: “Girsiz dostdan bir qara daş...” M.Araz. girvə is. Keçidlərdə, yollarda qar yığını. girvənkə is. köhn. 400 qrama bərabər köhnə ağırlıq ölçüsü. İki girvənkə yağ. – [Əsgər bəy:] Girvənkəsi bir manata alınan çay burada manat yarıma göydə gedir.. M.F.Axundzadə. Uşaq on dörd yaşına çatan kimi, gündə ona iki girvənkə xurma verirdilər. C.Məmmədquluzadə. ‣ Girvənkə qıfıl – şəkilcə çəki daşına oxşayan, açılarkən hissələri bir-birindən ayrılan asma qıfıl. Əjdər qapının birinin üzərindəki asma girvənkə qıfılı açıb .. otağa girdi. S.Rəhman. girvənkəlik sif. köhn.\n1. Çəkisi girvənkə ağırlığında olan. [Taxıl buraxan] da hazırlaşdı, girvənkəlik daşı əlinə götürüb cavab verdi. Ə.Vəliyev.\n2. Çəkilən, ölçülən şeyin ağırlığını, həcminin, tutumunun neçə girvənkəyə bərabər olduğunu bildirir. – ..Xudayar bəy üz qoydu bazara, yeddi girvənkəlik qəndlərdən bir kəllə alıb vurdu geyməsinin altına. C.Məmmədquluzadə. [Hacı Sultanın] iki girvənkəlik bürünc bir daşı vardı. S.Hüseyn.\n3. is. Girvənkə ağırlığında daş. Girvənkəliyi tərəziyə qoymaq. girvənkə-tərəzi top. Tərəzi və çəki daşları bir yerdə. Arşın, girvənkə-tərəzi yenə möhkəm işə düşmüşdü. S.Vurğun. sızlayan, ağlağan, ağlar. Qan yaşım qılmaz vəfa, giryan gözüm israfına; Bunca kim, hərdəm cigər qanından imdad eylərəm. Füzuli. • Giryan etmək (eləmək) – ağlatmaq, sızıldatmaq, gözü yaşlı etmək. Bir günüm sənsiz əgər keçsə min əfğan edərəm; Səndən ötrü bütün övladımı giryan edərəm. M.Ə.Sabir. Giryan olmaq (bəzən “gözü”, “didəsi” sözləri ilə) – ağlamaq, göz yaşı tökmək. Olduqca əlində oldu xəndan; Düşdükcə əlindən oldu giryan. Füzuli. Dərdindən didəsi giryan olmuşam.. M.P.Vaqif. Ey dərbədər gəzib ürəyi qan olan çocuq! Bir loğma nan üçün gözü giryan olan çocuq! M.Ə.Sabir. giryə is. [fars.] klas. Göz yaşı tökmə, ağlama, sızlama, inildəmə. Gülməgində qanlı-qanlı giryələr; Hər müsəlman könlümü məhzun elər. A.Səhhət. • Giryə etmək – ağlamaq, sızlamaq, göz yaşı tökmək. giş is. Alçaq növlü kəndir və ya kətan lifindən toxunmuş cod parça. 5 metr giş. // Həmin parçadan tikilmiş. Giş kisə. Giş başlıq. – [Səmədin] bütün paltarı bir giş torbadan ibarət imiş. T.Ş.Simurq. gitara [isp.] Mizrabla çalınan, səkkizlik şəklində uzunqollu simli musiqi aləti. Gitara çalmaq. gitaraçalan (=gitaraçı) is. Gitarada çalan çalğıçı. gitaraçı (=gitaraçalan) is. Gitarada çalan çalğıçı. giyah is. [fars.] köhn. Ot, göy. giyid is. Quşu aldadıb tutmaq üçün işlədilən quş səsi çıxaran alət. ..Quşçular bildirçin düdüyü (giyid) çalmaqla erkək bildirçini aldadıb tutardılar. H.Sarabski. giyişmə “Giyişmək”dən f.is. giyişmək bax. gicişmək. [Vaqif:] Ay Mirzə, deyərlər: keçinin buynuzu giyişəndə başını çobanın dəyənəyinə sürtər.. Çəmənzəminli. giyov is. Kürəkən. [Soltan bəy:] Əşi, xan ilə aş yemirəm ki, bığım yağa batar, bir gədənin birisi mənə giyov olmaq istəyir. Ü.Hacıbəyov. [Zöhrə Fərmana:] Mən istəyirəm, anam sənin ona giyov olduğunu bilsin. Ə.Abasov. giyovluq is. Kürəkənlik. gizildəmə “Gizildəmək”dən f.is. gizildəmək f.\n1. Yorğunluqdan, ağrıdan, soyuqdan sancmaq, göynəmək. O əyilib şırranda əllərini yudu, barmaqları donub gizildəyincə qalxıb o tərəf-bu tərəfə boylandı. S.Rəhimov. Həsrət duracaqda ayağının birini götürüb o birini qoyur, soyuqdan gizildəyən burnunu, qulağını ovuşdura-ovuşdura .. düşünürdü. B.Bayramov.\n2. məc. Titrəmək, qorxu keçirmək, həyəcanlanmaq. Qızın yumşaq və nazik əlləri ovcuna toxunanda Nərimanın qəlbində odlu bir sim gizildədi. Mir Cəlal. gizildətmə “Gizildətmək”dən f.is. gizildətmək f.\n1. Göynətmək, ağrıtmaq, sancmaq.\n2. məc. Titrətmək, həyəcanlatmaq. gizilti is. Yorğunluqdan, ağrıdan, soyuqdan bədənin bir yerində duyulan ağrı, sızıltı, göynəmə, sancı. Bədənində gizilti duymaq. – Talıb xan yüzbaşının bütün vücudunda bir odlu gizilti gəzdi. S.Rəhimov. Tahir .. gözədəyən bir iş görmədiyini fikirləşəndə ürəyinin giziltisi daha da artdı. M.Hüseyn. Bir gizilti duydu o, zəif düşmüş canında... B.Vahabzadə. giziltili sif. Ağrılı, sızıltılı, sancılı. gizir I. is. köhn.\n1. Aşağı rütbəli inzibati işçi. [Giziroğlu Mustafa bəyin] atası keçmişdə gizir olmuşdu. “Koroğlu”. Vəkildən sonra qlavanın giziri Cəlil bəy çıxdı, bu da çəkil-çəkil deyib, tatarını oyza tovladı, buyza tovladı, özü də çəkilib durdu bir səmtdə. C.Məmmədquluzadə.\n2. Köməkçi, əlaltı. Koxanın şahidi gizir olar. (Məsəl).\n\nII. is. Aşıq-aşıq oyununda aşığın toxan tərəfinə əks olan tərəfə verilən ad. Aşıq toxan durdu, ya gizir? gizlədilmə “Gizlədilmək”dən f.is. gizlədilmək məch.\n1. Gizli yerə qoyulmaq, gizli yerdə saxlanılmaq, yeri bildirilməmək, qapadılmaq. Şeylər gizlədilmişdir.\n2. Gizli saxlanılmaq, açılmamaq, deyilməmək (fikir, niyyət). gizlədilmiş f. sif. Gizli yerə qoyulmuş, gizli yerdə saxlanılan. Gizlədilmiş şeylər. gizləmə “Gizləmək”dən f.is. gizləmək bax. gizlətmək. Oxunu atıb, yayını gizləmə! (Ata. sözü). ..Anası, Səlminazı o biri evə salıb Əmrahdan gizlədi. “Əmrah”. Eyibsiz gözəlin xoş olur xoyu; Gizləməz cəmalı, qaməti, boyu. M.P.Vaqif. [Musanın nəvəsi] sarı portfelini gizlədi, əlinə böyük və qara bir portfel aldı. Qantəmir. gizlənc is. Gizlədilmiş, gizli saxlanılmış hər hansı bir şey. gizlənqaç bax. gizlənpaç. gizlənmə “Gizlənmək”dən f.is. gizlənmək f. Başqalarının görə və tapa bilməməsi üçün örtülü bir yerə girib qapanmaq. Pərdənin dalında gizlənmək. – Bəlli Əhməd bir fikirləşdi ki, piştaxtanın dalına girib gizlənsin. “Koroğlu”. Özüm də .. kürkü tərsinə geyib bir damın içində gizlənmişdim. Ə.Haqverdiyev. // Məc. mənada. Ayrılıb arzumun keşməkeşindən; Gizlənmə könlümdə sən də, ey ilham? M.Müşfiq. Sözün ruhunda gizlənmiş bütün dahilərin eşqi. S.Vurğun. gizlənpaç is. Bir iştirakçının müxtəlif yerlərdə gizlənmiş qalan iştirakçıları axtarıb tapmasından ibarət uşaq oyunu. Gah gizlənpaç oynayır; Gah qaçhaqaç oynayır. R.Rza. Meşə içindəki talada hər gün; Gizlənpaç oynardım yoldaşlarımla. B.Vahabzadə. [Çiyələk Gülöyşəyə:] Oğlumgil hələ gizlənpaç oynayırlar. B.Bayramov. ‣ Gizlənpaç oynamaq məc. – açıqaçığına deyil, əsil fikrini gizlədərək hərəkət etmək. Qumru bu ağır fəlakət vaxtında [Qədirlə] gizlənpaç oynayırmış kimi gah görünür, gah batırdı. Mir Cəlal. Sirlərlə doludur bu böyük aləm; Gizlənpaç oynayır sənlə elə bil. H.Arif. Gizlənpaç oyunu məc. – hiylə, fənd, fırıldaq. [Nərminə:] Gizlənpaç oyunu nəyə lazımdır? B.Bayramov. gizlətmə “Gizlətmək”dən f.is. gizlətmək f.\n1. Başqasının görməməsi, tapmaması üçün gizlin yerdə saxlamaq, gizlin, gözdən uzaq yerə qoymaq. Kəndlilər .. qorxularından uşaqları gərmə qalaqlarının içində gizlədib uçitelə deyiblər ki, bizim kənddə heç qədimdən uşaq olmaz. C.Məmmədquluzadə. [Səfər Gülnaza:] Telli məndən gizlədən kimi, sən də pulu atandan gizlədirsənmi? Çəmənzəminli.\n2. Bildirməmək, hiss etdirməmək, sezdirməmək. Fikrini (niyyətini) gizlətmək. Qorxusunu gizlətmək. – Ələmdar titrəməsini gizlətməyə çalışaraq, dönüb buradan getmək istədi. S.Rəhimov. [Zəhra] ancaq halındakı dəyişikliyi də gizlədə bilmirdi. M.İbrahimov. // Bilə-bilə bir şeyi xəbər verməmək, üstünü örtmək. Heç bir şeyi gizlətmədən söylədi.\n3. Bir şeyin üstünü örtmək, qapamaq. Bahadır yanı üstə çevrildi. Başını yorğanın altında gizlətdi. M.Hüseyn. Sifətini qulaqlı papaq altında gizlətmiş (f.is.) dəmiryolçu qarşımdan ötürdü. Mir Cəlal. gizli 1. sif. Başqası, ya başqaları üçün sirr olan, onlardan gizlədilən, çoxlarına bəlli olmayan, bilinməz olan, məlum olmayan. Gizli müqavilə. // Məxfi. Gizli məktub. Gizli sənəd. • Gizli qalmaq – heç kəsə məlum olmamaq bildirilməmək. Qalmasın sözlərin qəlbində gizli; Mən görmək istəməm çöhrəni sisli. M.Müşfiq. Gizli saxlamaq – heç kəsə məlum etməmək, başqalarına bildirməmək. Deməli, aldılar əlimdən səni; Nakam məhəbbəti gizli saxladı. M.Rahim. // Özünü büruzə verməyən, gizlin hərəkət edən, hələ üzə çıxarılmamış. Gizli qüvvə. – Gizli düşmən ilan kimidi, sürünə-sürünə gələr. (Ata. sözü). // Başqalarına məlum olmayan, ürəkdə saxlanan. Gizli fikir. Gizli hiss. – Səndən sənə gizli şikayətim var; Ey mələk ədalı, xuraman gəlin! H.Cavid. Bunun hərəsində bir məlahət, hərəsində gizli bir ləzzət var. Çəmənzəminli. // Başqaları bilməli olmayan, biri üçün sirr olan. Bağışla, sevgilim, açıq söylədim; Gizli nöqtələrə əl aparma sən. S.Vurğun. // Məhrəmanə, intim. Gizli əlaqə. Gizli görüş. – [Fəzl:] Amandır, ey qardaşım, xəlifə bu gizli görüşlərdən xəbər tutsa, beşikdəki körpələrimizə belə rəhm etməyəcək! Ə.Məmmədxanlı. // Naməlum, heç kəsin bilmədiyi və ya az adamın bildiyi. Gizli yol. Gizli cığır. – Səlim məharətlə, gizli yollar ilə düşmənin qərargahına qədər girir, ciddi hərbi əhəmiyyəti olan sənədlərdən əldə edib gətirirdi. S.Rəhimov.\n2. bax. qeyri-leqal. Gizli qəzet. Gizli dərnək. Gizli fəaliyyət.\n3. Açıq fəaliyyət göstərməyən; məxfi. Gizli polis. Gizli xəfiyyə idarəsi.\n4. zərf Xəlvəti, gizli olaraq, gizlində, başqalarının xəbəri olmadan. Gizli gəlmək. Gizli qaçmaq. Gizli xəbər vermək. ‣ Gizli seçkilər – gizli səsvermə yolu ilə keçirilən seçkilər. Gizli səsvermə – bülletenləri və ya keçmişdə şarları qutuya salmaq yolu ilə səsvermə üsulu. gizli-gizli zərf bax. gizli 4-cü mənada. Gizli-gizli iş görmək. – Yenə də bir vuraydı qəlbimiz gizli-gizli; Sən ey əsmər bənizli! M.Müşfiq. [Uşaq] oturdu qapının küncündə, başladı gizli-gizli ağlamağa. Çəmənzəminli. gizlicə zərf\n1. Heç kəs görmədən, gözə görünmədən; xəlvəti. Gizlicə görüşmək. Gizlicə danışmaq. – Deyirlər tüstüsüz bir şair yanar; Qəlbi öz dərdini ağlar gizlicə; Bəzən gözlərində gəlib dayanar; Sevdiyi çəmənlər, dağlar gizlicə. M.Araz.\n2. Heç kəs bilmədən, heç kəsin xəbəri olmadan; məxfi. Uzaqdan bir kölgə [Səlim və Mehribanı] pusur, gizlicə təqib edirdi. S.Hüseyn. Bayandır xan .. [quldurların] üstünə gizlicə göz qoydurmuşdu. M.Rzaquluzadə. Mənə gizlicə baxır; Qəzəblə dolu gözlər. B.Vahabzadə. gizliqovuşanlar cəm biol. Sporlar vasitəsilə cinsi törəyib artan bitkilər (məs.: göbələk, yosun və s). gizlilik is. Gizli olma; naməlumluq, məxfilik. gizlin bax. gizli 1 və 4-cü mənalarda. [Nabat:] Mən də sənin kimi gizlin, gündə ocaqda yumurta bişirib yeyərəm? S.S.Axundov. [Yetər:] Məşədi Fatma, Allahdan gizlin deyil, daha səndən niyə gizlin olsun, sənin qızın bizə çox xoş gəlib. Çəmənzəminli. gizlin-gizlin bax. gizli-gizli. Gizlin-gizlin sənlə etdim ilqar; İndi bildim səndə yoxmuş etibar... Aşıq Abbas. [Rövşən:] Yenə gizlin-gizlin işlər görürsən? S.Rəhman. gizlinc (=gizlincə) bax. gizlicə. Sonra [qızı] toysuz, gizlincə dəliyə gəlin aparırlar. S.S.Axundov. O səs yenə gizlincə; Dedi: – Ay qəlbi incə! M.Dilbazi. Sultan darıxmış halda gizlincə köksünü ötürdü. İ.Hüseynov. gizlincə (=gizlinc) bax. gizlicə. Sonra [qızı] toysuz, gizlincə dəliyə gəlin aparırlar. S.S.Axundov. O səs yenə gizlincə; Dedi: – Ay qəlbi incə! M.Dilbazi. Sultan darıxmış halda gizlincə köksünü ötürdü. İ.Hüseynov. god is. məh. Çəllək, boçka. [Həsən] ..həyətdə köhnə god və paslı tənəkələr arası ilə keçib, üfunətli pilləkənə yanaşdı. Çəmənzəminli. godul is.\n1. Ağacdan, taxtadan qayrılmış kukla, gəlincik.\n2. məc. Kök və kiçikboylu adam haqqında. gomuş bax. camış. [Cənnətəli ağa:] Deməzsənmi Kərbəlayının on dörd gomuşu, altı inəyi bu qış tələf olubdu. N.Vəzirov. gonbul is. və sif. Kök, koppuş, ətli, tosqun. Gedirdi gonbul; Əlində dumbul... (Uşaq mahnısı). gonbulluq is. Köklük, ətlilik, tosqunluq. Gonbulluğundan yeriyə bilmir. gop is. dan.\n1. Mübaliğəli danışıq; şişirdilmiş, uydurma söhbətlər. [Qadir kişinin] bu cür gopları çox vaxt yerinə düşərdi. Ə.Sadıq. Əhməd oğurluğun şərtlərindən xeyli danışdı. Daha onun gopunu eşitmək istəməyən Fərman Əhmədin qolundan tutub çəkdi. Ə.Abasov. • Gop vurmaq – bax. gopa basmaq. [Bahar:] Qoyasan elə axşamadək özündən gop vurub danışa. Ə.Haqverdiyev. Gopa basmaq – bir şeyi, hadisəni çox şişirdərək danışmaq, mübaliğə ilə danışmaq. [Səttar:] Gədə, – dedi, – çox gopa basıb uşaqları qorxuzma! P.Makulu.\n2. Yalan, uydurma, mübaliğə, şişirdilmiş şey. gopalama “Gopalamaq”dan f.is. gopalamaq bax. gopamaq 1-ci mənada. gopama “Gopamaq”dan f.is. gopamaq f. dan.\n1. Döymək, vurmaq, çəkmək, ilişdirmək. [Məmmədəli:] Bacıoğlu! ..O qədər goparam cəmdəyinə, şişib dama dönərsən. N.Vəzirov.\n2. bax. goplamaq. [Əhməd:] Gopa başına dönüm, gopa! N.Vəzirov. gopcul dan. bax. gopçu. gopçulluq dan. bax. gopçuluq. gopçu sif. Bir şeyi həddən artıq şişirdərək danışmağa, özü, öz işləri haqqında mübaliğə ilə danışmağa adət etmiş adam. Şamdan bəy yalançı, gopçu, nankor, xain, fırıldaqçı bir adamdır. M.Arif. // Yalançı, uydurmaçı. [Əmiraslan ağa:] Yoxsa gopçu Ədilin sözündən xofa düşmüsünüz? S.S.Axundov. gopçuluq is. dan. Mübaliğə ilə danışmaq xasiyyəti, bir şeyi şişirtmə, mübaliğə etmə. [Xankişi:] Gopçuluq yaraşmır heç igidlərə. Z.Xəlil. // Yalançılıq, uydurmaçılıq. [Kələntər] təsadüfən yalançılıq, gopçuluq və hay-küylə bu vəzifəyə yüksələ bilmişdi. M.İbrahimov. goplama “Goplamaq”dan f.is. goplamaq f. dan.\n1. Mübaliğə ilə danışmaq, şişirdərək, artıraraq söyləmək. [Səlbnaz xanım:] Mən gedirəm, bilirəm də oğluna iki yüz min pis şeylər mənim haqqımda məndən goplayacaqsan. N.Vəzirov.\n2. Yalan danışmaq, uydurmaq. goppuldama “Goppuldamaq”dan f.is. goppuldamaq f. Goppultu ilə düşmək, goppultu səsi çıxartmaq. goppuldatma “Goppuldatmaq”dan f.is. goppuldatmaq f. Goppultu ilə salmaq, goppultu səsi çıxarmaq. gor is. [fars.] Qəbir, məzar. Atanın goru haqqı (and kimi işlədilir). – Qırxında öyrənən gorunda çalar. (Ata. sözü). [Hümmətəli:] Yox, verə bilmərəm, atamın goruna and içmişəm ki, heç kəsə nisyə verməyəm. Ü.Hacıbəyov. Hazırlan qətlə, edamə! Əcəb gorun, məzarın var! Ə.Nəzmi. • Gora getmək – ölmək, basdırılmaq. ‣ Gor qonşusu məc. – çox yaxın qonşular haqqında. [Piti Namaz:] Mənnən nahaq qaçırsan, Bağır dayı. Gor qonşuyusuq, birbirimizə lazımıq biz. İ.Məlikzadə. Gora (goruna) aparmaq – qoruyub saxlamaq, işlətməmək, sərf etməmək (adətən istehza kimi işlənir). Bir sandıq yığmışam, xərcləməyə yer tapmıram. Saxlayıb özümnən gora aparmayacağam ki! M.Hüseyn. Gora başıaşağı getmək – ölərkən özündən yaxşı xatirə qoymamaq, xəcalətli getmək. İndi ömrümün son çağında gora başıaşağı gedirəm. S.Rəhimov. Gora kəfənsiz gedəsən! (getsin!) – qarğış ifadəsi. Meynələrdə qora; İlişdim, düşdüm tora; Səni mənnən eləyən; Kəfənsiz getsin gora. (Bayatı). Goruna od qalansın! – qəbri(n) yansın! (qarğış ifadəsi). Goruna od qalansın; A bu sarsaq kişini əkən dədə! “M.N.lətif.” Baş gora aparmaq – ölmək, ölüb getmək. Bədbəxt, mən o kəsə deyərəm ki, bu beş qara günü ləzzət-damaq ilə keçirib baş gora aparmaya. Ə.Haqverdiyev. gorbagor is. [fars.] Ölmüş adam haqqında söyüş məqamında işlənir. [Fəxrəddin:] Onun [Qətibənin] gorbagor atasının qızın səadətini əlindən aldığı bəs olmadımı? M.S.Ordubadi. [Ələmdar:] [Məşədi] qırsaqqız oğlu qır-saqqız, elə bil o gorbagor Hacı Abtalıbın özüdür ki, qəbirdən xortduyub.. S.Rəhimov. ‣ Gorbagor etmək – ölmüş bir adamı rüsvay etmək, təhqir etmək, dalınca söymək. Birisi Hacı Manafdır, özü Üryan oğlu; Gör mən indi edərəm gorbagor ol üryanı. S.Ə.Şirvani. Gorbagor olmaq – ölmək, gəbərmək (söyüş kimi işlənir). [Səfər:] Bilirəm, dədə-babam gorbagor olacaq! Cəhənnəmə, ondan mənə bir zərər yoxdur. C.Cabbarlı. gorda is. Birağızlı, əyri qılınc; yatağan. Gorda ilə vurmaq. – Qorodovoy börkünü başına basıb, gordası qılçasına dolaşadolaşa yüyürüb getdi... Çəmənzəminli. Nizə və gorda davasında [Qəhrəmanın] başına və üzünə bir neçə zərbə dəydi. Ə.Vəliyev. Pristav .. dəstəsi qotazlı gordasını pilləkənə toxundurmasın deyə, əlinə götürmüşdür. Ə.Abasov. goreşən dan.\n1. bax. kaftar 1-ci mənada. [Zeynəb:] Kazım, sənsən? Gecə vaxtı goreşən kimi qəbristanlıqda nə gəzirsən, baş-gözünü niyə sarıyıbsan? İ.Şıxlı.\n2. məc. Altdan-altdan iş görən; ziyankar (adətən söyüş məqamında). [Səkinə Rüstəmə:] Yuxuma qara-qura gətirən goreşən, saman altdan su yeridən Yastı Salmandır.. M.İbrahimov. Bu goreşən oğlu goreşən olmasaydı, indiki vaxtda bircə bu kənkan olmasaydı, – deyə, Gəray bəy kədərlə düşünürdü. S.Rəhimov. gorgah [fars.] Qəbiristanda bir nəsildən olan adamların basdırıldığı yer; qəbir. [Budaq:] Bircə aydan sonra bu qəbir itibbatar, atamın gorgahı bilinməz, nişangahından xəbərimiz olmazdı. Ə.Vəliyev. [Sərvnaz:] Camaat hər şeydən keçər, amma qohum-əqrəbasının .. gorgahının dağılmasına razı olmaz. B.Bayramov. göbək is.\n1. Göbəkbağı düşdükdən sonra qarnın ortasında qalan kiçik çuxur, batıq. • Göbəyə qədər (kimi) – belə qədər, beləcən. Biçinçilər sıra ilə durmuş, göbəyə qədər qalxmış yaş otu biçir .. və qurumuş otlardan qotman vururdular. A.Şaiq. Su gölmədə göbəyimizə kimi çıxırdı. S.S.Axundov.\n2. bax. göbəkbağı. Uşağın göbəyi düşdü.\n3. məc. zar. Bir şeyin mərkəzi, tən ortası, əsası mənasında. Dünyanın göbəyi. – Bu zalım oğlu zalım axırda işi o yerə gətirib çatdırdı ki, İstanbulun göbəyindən xotkarın öz qızını da götürüb apardı. “Koroğlu”.\n4. məc. Səbəbkar, bais mənasında. [Süleyman:] Bütün bu işlərin göbəyi Tofiqdi. M.İbrahimov.\n5. bax. göbəkduası. [Ələsgər Mirzə Heydərə:] Çıxıb getsənə göbək yazmağın dalınca! Ə.Haqverdiyev. ‣ Göbək bağlamaq zar. – kökəlmək, ətlənmək, ətə-cana dolmaq. Yağ salıb, bağlayıb cümlə göbək. S.Ə.Şirvani. Göbəyi düşmək – ağır iş nəticəsində qarnı zədələnmək. Göbəyini piyləndirmək – bax. göbək bağlamaq. [Paşa bəy:] Mən sənə ümidəm, sən də göbəyini piyləndirməkdən başqa heç nəyə fikir vermirsən. Ə.Vəliyev. göbəkbağı is. anat. İnsan və ya heyvan rüşeymini ananın bədəni ilə birləşdirən və rüşeymin qidalanmasına vasitə olan boru. göbəkcik is. Balaca, kiçik göbək. Rüşeymlə ananın əlaqəsi göbəkcik vasitəsilə yaradılır. “Qaramal”. göbəkduası is. Köhnə məişətdə: cəhalət və nadanlıq əlaməti olaraq xəstə, yaxud uşağı olmayan qadınların göbəkləri ətrafına yazılan dua. göbəkgötürən is. Köhnə məişətdə: göbəkgötürmə ilə məşğul olan ara həkimi. göbəkgötürmə is. Köhnə məişətdə: ara həkimlərinin dua oxuyub göbəyə püfləməsindən ibarət yalançı müalicə üsulu. göbəkkəsmə is. etnoqr. Qız və oğlan uşağını anadan olanda bir-birinə nişanlama adəti: beşikkəsmə. Salondan daha bir qız səsi eşidildi: – Deyirlər, keçmişdə göbəkkəsmə olardı.. Ə.Sadıq. göbəkli sif. dan. Qarnı iri olan; kök, yoğun, yekəqarın. Göbəkli adam. – Atlı dəstəsinin önündə gələn yaşıl çalmalı, şişman göbəkli adam Həmədan valisi idi.. Ə.Məmmədxanlı. göbəkyazan is. köhn. Göbəkduası yazan adam, molla (bax. göbəkduası). Deyin o göbəkyazana, qələmin ucun yavaş bas! M.Möcüz. göbələk is.\n1. bot. Xlorofili olmayan, əsasən sporlar vasitəsilə çoxalan ibtidai bitki. Yeməli göbələk. Zəhərli göbələklər. – Uşaqları tapıb, çiyələk, göbələk toplamağa, ya dərədə daşlar arasında balıq tutmağa gedirdik. A.Şaiq. [Sona:] Bilirsən, Eyvaz, biz göbələk yığmağa getmişdik, bir göbələk tapmışıq... C.Cabbarlı.\n2. Bir sıra dəri xəstəliklərinin əmələ gəlməsinə səbəb olan bitki mikroorqanizmləri. Göbələk xəstəlikləri. ‣ Göbələk kimi yerdən çıxmaq (göyərmək) – tez və bollu meydana gəlmək, törəmək. göbələkbaş sif. Başının forması göbələk kimi olan; yastıbaş. Göbələkbaş adam. // is. Ağ əmmaməli din xadimlərinə istehza ilə verilən ad. [Fatma:] Özüm də şəri məsələləri min sənin kimi göbələkbaşdan artıq bilirəm. P.Makulu. göbələkcik is. Kiçik, xırda göbələk. göbələklik is. Çoxlu göbələk bitən yer. göbələkşəkilli bax. göbələkvari. göbələkşəkillilik bax. göbələkvarilik. göbələkvari sif. Göbələk şəklində olan, şəkilcə göbələyə oxşayan; göbələkşəkilli. Göbələkvari tağ. göbələkvarilik is. Göbələyə oxşayan şeyin şəkil və vəziyyəti; göbələk şəkillilik. gödəcik sif. Boyca çox balaca; qısaboylu, kiçikboylu. Sizi maraqlandıran məhrum sahibi haman bu gödəcik, axsaq, yaraşıqsız adamdır. Mir Cəlal. // Gödək, qısa, gödərək. [Nailənin] əynində gödəcik bir çit don vardı. İ.Hüseynov. gödəciklik is. Gödəcik şey və ya adamın halı. gödək bax. qısa. Gödək oğlan. Gödək saç. Gödək vaxt. Gödək yol. Gödək (z.) danışmaq. İs. mənasında. Gödək atıldı vurdu uzunun başına; Uzun dedi: “Əcəb yadıma saldın”. (Məsəl). gödəkayaq (=gödəkayaqlı) sif. Ayağı gödək olan; qısaayaqlı. Gödəkayaq miz. gödəkayaqlı (=gödəkayaq) sif. Ayağı gödək olan; qısaayaqlı. Gödəkayaq miz. gödəkbarmaqlı sif. Barmağı, ya barmaqları gödək olan. gödəkboğaz (=gödəkboğazlı) sif. Boğazı, quncu gödək olan; qısa boğaz(lı). Gödəkboğaz çəkmə. gödəkboğazlı (=gödəkboğaz) sif. Boğazı, quncu gödək olan; qısa boğaz(lı). Gödəkboğaz çəkmə. gödəkboy (=gödəkboylu) sif. Boyu hündür olmayan, boyu qısa olan; alçaqboy(lu): ..Novruz 30 yaşında, gödəkboy, canlı oğlan idi. N.Nərimanov. ..[Rəhim bəy] gödəkboylu, altmış sinnini ötmüş bir kişi idi. Ə.Haqverdiyev. Gödəkboy, tökmədaban, kürən Daşdəmirin yanaqları yaylaq havasından qıpqırmızı idi. B.Bayramov. gödəkboylu (=gödəkboy) sif. Boyu hündür olmayan, boyu qısa olan; alçaqboy(lu): ..Novruz 30 yaşında, gödəkboy, canlı oğlan idi. N.Nərimanov. ..[Rəhim bəy] gödəkboylu, altmış sinnini ötmüş bir kişi idi. Ə.Haqverdiyev. Gödəkboy, tökmədaban, kürən Daşdəmirin yanaqları yaylaq havasından qıpqırmızı idi. B.Bayramov. gödəkboyun (=gödəkboyunlu) sif. Boynu gödək olan; qısaboyun(lu). Gödəkboyunlu adam. gödəkboyunlu (=gödəkboyun) sif. Boynu gödək olan; qısaboyun(lu). Gödəkboyunlu adam. gödəkcə 1. zərf Qısaca, uzun olmayan, müxtəsər. Gödəkcə danışmaq. // Sif. mənasında. Gödəkcə ip.\n2. is. Bədənə kip yapışan qısa isti üst geyimi. Pambıqlı gödəkcə. Meşin gödəkcə. – ..Gödəkcəsini çiyninə salmış Dadaş Lələşov .. istehza ilə güldü. S.Rəhimov. Xəlil əllərini ciblərindən çıxarıb gödəkcəsinin boynunu qaldırdı. İ.Məlikzadə. gödəkcəli sif. Gödəkcə geymiş, əynində gödəkcə olan. ..Gödəkcəli, arıq bir oğlan direktor otağına girdi. Mir Cəlal. gödəkcəlik sif. Gödəkcə tikməyə yararlı, gödəkcə tikmək üçün. Gödəkcəlik parça. // İs. mənasında. Allah eləyəydi, mənə gödəkcəlik, şalvarlıq da almış olaydı! M.Hüseyn. gödəkdəstə (=gödəkdəstəli) bax. gödəksap(lı). Gödəkdəstəli balta. gödəkdəstəli (=gödəkdəstə) bax. gödəksap(lı). Gödəkdəstəli balta. gödəkqıç (=gödəkqıçlı) sif. Qıçları gödək olan; qısaqıçlı. Gödəkqıçlı kişi. gödəkqıçlı (=gödəkqıç) sif. Qıçları gödək olan; qısaqıçlı. Gödəkqıçlı kişi. gödəkqol (=gödəkqollu) sif. Qolu gödək olan; qısaqol(lu). Gödəkqollu jaket. – [Qızlar] kombinezon geymiş, saçlarını yığıb yaylıqla bağlamış, dirsəkdən yuxarı gödəkqollu köynəklərdə həvəslə işləyirdilər. M.İbrahimov. gödəkqollu (=gödəkqol) sif. Qolu gödək olan; qısaqol(lu). Gödəkqollu jaket. – [Qızlar] kombinezon geymiş, saçlarını yığıb yaylıqla bağlamış, dirsəkdən yuxarı gödəkqollu köynəklərdə həvəslə işləyirdilər. M.İbrahimov. gödəkquyruq (=gödəkquyruqlu) sif. Quyruğu gödək olan; qısaquyruq(lu). Gödəkquyruq it. – Gödəkquyruq dayçaların kişnəməsi eşidilirdi. B.Bayramov. gödəkquyruqlu (=gödəkquyruq) sif. Quyruğu gödək olan; qısaquyruq(lu). Gödəkquyruq it. – Gödəkquyruq dayçaların kişnəməsi eşidilirdi. B.Bayramov. gödəklik is. Gödək şeyin halı; qısalıq (uzunluq ziddi). ..A kişi! O nədi hər nömrədə götürüb bəzi müsəlman şəhərlərinin arvadlarının tumanının gödəkligin gah yazırsan, gah da şəklin çəkirsən? C.Məmmədquluzadə. gödəksaç (=gödəksaçlı) sif. Saçları gödək olan, saçları qısa kəsilmiş; qısasaç(lı). Gödəksaç qız. gödəksaçlı (=gödəksaç) sif. Saçları gödək olan, saçları qısa kəsilmiş; qısasaç(lı). Gödəksaç qız. gödəksap (=gödəksaplı) sif. Sapı gödək olan; qısadəstə(li). Gödəksap bel. gödəksaplı (=gödəksap) sif. Sapı gödək olan; qısadəstə(li). Gödəksap bel. gödəkyun (=gödəkyunlu) sif. Yunu gödək olan; qısayun(lu). Gödəkyunlu qoyun. gödəkyunlu (=gödəkyun) sif. Yunu gödək olan; qısayun(lu). Gödəkyunlu qoyun. gödəldilmə “Gödəldilmək”dən f.is. gödəldilmək məch. Gödək kəsilmək, kəsilib gödək edilmək; qısaldılmaq. gödəlmə “Gödəlmək”dən f.is. gödəlmək f.\n1. Gödək olmaq, qısalmaq. Paltarı yuduqca gödəldi. – [Rza:] Divarların kölgəsi gödələrək öz dibinə düşdüyü günorta zamanları günəş adamı ilan kimi çalırdı. M.İbrahimov. Ağacların uzanan kölgələri getdikcə gödəlirdi. Ə.Vəliyev.\n2. Müddətcə azalmaq, məhdudlaşmaq, qısalmaq. Gecələr gödəlir. – Gödəlir iştə gün, hava soyuyur; Payız olmuş, soyuq külək çovuyur. A.Səhhət. Ağır bir yuxuyla keçir min səhər; Ürək dil açır ki, gödəlir ömür! S.Vurğun. gödəltdirmə “Gödəltdirmək”dən f.is. gödəltdirmək icb. Gödək hala saldırmaq; qısaltdırmaq. gödəltmə “Gödəltmək”dən f.is. gödəltmək f.\n1. Gödək etmək, qısa etmək, qısaltmaq. Paltonu gödəltmək.\n2. Müddətcə azaltmaq, məhdudlaşdırmaq, qısaltmaq. Dedin ki, hurilər çatmaz köməyə; Meyvəsiz xəyallar ömür gödəldir! S.Vurğun. Müşkünazın anası qardaşının dərdini çəkəçəkə ömrünü gödəltdi. Ə.Vəliyev. gödən is. dan. Qarın. Çaqqal var ki, gödən çıxarır, qurdun adı bədnamdır. (Ata. sözü). gödənqulu bax. qarınqulu. gödənqululuq bax. qarınqululuq. gödərək sif.\n1. Bir qədər gödək; gödəcik, qısacıq. [Gələn işçilərdən] biri .. gödərək, yapışıqlı, qara bir kişi idi. Ə.Əbülhəsən. göl is.\n1. Dənizlə bilavasitə əlaqəsi olmayan təbii su hövzəsi. Aral gölü. Göy göl. Şor göl. – Bir göl içrə üzürdü bir yekə qaz; Özünə fəxr edib uzatdı boğaz. S.Ə.Şirvani. Quşlar uçur göylərdə; Ördək üzür göllərdə. A.Səhhət. // Süni surətdə düzəldilmiş böyük su anbarı; dəryaça. Mingəçevir gölü. // bax. gölməçə. Küçədə göllər əmələ gəlmişdi. – Hələ tamam qurumamış yağış gölləri; Üzərində bulud-bulud uçur milçəklər. S.Vurğun. • Göl bağlamaq – bir yerə yığılıb qalmaq, axmamaq (mayelər haqqında). Qan göl bağlamışdı. – Daşı ağzından götürüb gördüm ki, hinin içi göl bağlamış, var səsimlə: – Boğulmuş! – deyə bağırdım. A.Şaiq.\n2. məc. Təşbeh kimi bir şeyin çox olduğu “yer” mənasında. Qəm gölündə üzmək. – Ələsgər qurbandı belə gəlinə; Sona kimi cumub eşqin gölünə. Aşıq Ələsgər. Bir dəstə cavan və igid oğlan atəş gölündə üzür, əridilmiş odda çimirdi. Ə.Vəliyev. ‣ Göl iyiri bot. – yerlə sürünən kökümsov gövdəli çoxillik bitki. göl-göl zərf Bəzi yerlər quru, bəzi yerlər su ilə dolu halda, su yığınları şəklində. Axan çay göl-göl olub burulur və sonra yenə açılıb gedirdi. S.Rəhimov. // Məc. mənada. Göl-göl olub sirişkim, gülzar olub kənarım; Mən neyləyim baharı, ya bağü laləzarı. S.Ə.Şirvani. gölləndirmə “Gölləndirmək”dən f.is. gölləndirmək f. Göl halına salmaq, göl kimi su yığmaq, gölməçə əmələ gətirmək. Küçəni gölləndirmək. göllənmə “Göllənmək”dən f.is. göllənmək f.\n1. Göl halına düşmək, göl kimi su yığılmaq, gölməçə əmələ gəlmək. Yağışdan küçələr gölləndi. – Bir gün Qəmər ağacların dibini çala edirdi ki, su göllənsin, ağaclar su içsin. (Nağıl). Ordaburda göllənmiş (f.sif.) suların içindən adamboyu hündürlüyündə göy qamışlar ucalırdı. M.Hüseyn.\n2. Təşbeh kimi “göz yaşı axıtmaq” mənasında. Qanlı yaşım gündən-günə bollandı; Axdı, axdı sinəm üstə gölləndi. M.V.Vidadi. Anamın göz yaşı axıb gölləndi; Sonra saçlarını yolub dilləndi. S.Vurğun. göllük is. Göl çox olan yer. // Sif. mənasında. Göllük sahə. gölmə dan. bax. gölməçə. Neft gölməsi. Su gölməsi. – Bu gölmələrdə balıq axtarırdıq. S.S.Axundov. Gölmə sularının rəngi sapsarı; Xəstəlik qurudur ağaclıqları. S.Vurğun. Ağcaqanad dəstə-dəstə; Vızıldadı gölmə üstə. M.Dilbazi. • Gölmə bağlamaq (tutmaq) – bax. gölmələnmək. Çirk sular gölmə bağlayıb. – Su ancaq oyuqlarda, çuxurlarda gölmə tutardı. S.S.Axundov. gölməc is. Kiçik, balaca gölməçə; gölmə. gölməçə is. Kiçik göl, balaca göl, su və ya çirkab yığını. Gölməçənin üstündən atlanmaq. Neft gölməçəsi. – Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın başı əbədi duman içində itmişdi. M.İbrahimov. Biz axmazların, gölməçələrin hamısını qurudacağıq. Ə.Sadıq. Gölməçələr gölə dönüb; Meşələrin çayına bax. H.Arif. gölməçələndirmə “Gölməçələndirmək”dən f.is. gölməçələndirmək icb. Gölməçə əmələ gətirmək, suyu və ya başqa mayeni bir yerə yığmaq. Buruğun ətrafını gölməçələndirmək. gölməçələnmə “Gölməçələnmək”dən f.is. gölməçələnmək f. Gölməçə əmələ gəlmək, bir yerə yığılıb qalmaq; axmamaq. Su küçədə gölməçələndi. – Göldən uzanıb gələn köhnə arxın bulanıq lehməli suyu taxılı basaraq gölməçələnirdi. M.İbrahimov. ..Kim isə qayığın dövrəsində gölməçələnmiş (f.sif.) suyun içində ağır-ağır addımlayırdı. M.Rzaquluzadə. Elə bil illərlə axan al-qanın; Bayrağın dibində gölməçələndi. B.Vahabzadə. gölməçəli sif. Gölməçə olan, gölməçə əmələ gəlmiş. Gölməçəli küçə. – Gölməçəli, zibilli o ucqar küçələrdə; Qaranlıq döngələrdə lal kölgələr sürünür. Ə.Cəmil. gölməçəlik is. Gölməçə çox olan yer. Gölməçəliyi qurutmaq. gölmələnmə “Gölmələnmək”dən. gölmələnmək dan. bax. gölməçələnmək. Küçə gölmələndi. gömdürmə “Gömdürmək”dən f.is. gömdürmək f. Basdırmaq, quyulamaq, torpağın altında gizlətmək. gömdürülmə “Gömdürülmək”dən f.is. gömdürülmək məch. Basdırılmaq, quyulandırılmaq, torpağın altında gizlədilmək. gömgöy I. sif. Tünd-göy, tünd-mavi. Gömgöy paltar. – Buludsuz, açıq, şəffaf, gömgöy səma birdən-birə bulanır.. M.Rzaquluzadə.\n\nII.\n1. sif. Tünd-yaşıl, yamyaşıl; hər tərəfi yaşıl. Gömgöy parça. – Quşlar gömgöy budaqlarda oturub oxuşurdular. S.S.Axundov. Ortada gömgöy otlarda atlaz kimi döşənmiş geniş bir meydan vardı. M.Rzaquluzadə.\n2. zərf Soyuqdan, hirsdən göyərmiş. Hirsindən gömgöy olmaq. – İşləmiş qanına bu quduz şaxta; Qalın dodaqları gömgöy kəsilir. S.Vurğun. [Şamxalın] gicgahlarındakı damarlar gömgöy göyərib şişdi, az qaldı ki, partlasın. İ.Şıxlı.\n3. is. Zərbə və s. nəticəsində bədənin hər hansı bir yerində əmələ gələn tünd-göy ləkə. Qonşular hələ o vaxt deyirdilər ki, Minayənin üzü-gözü gömgöydür, cırıq-cırıqdır. Ə.Əbülhəsən. • Gömgöy göyərmək – göy ləkələr əmələ gəlmək, bərk göyərmək. [Səriyyə:] Hələ bu gün səhər məni o qədər vurublar ki, əndamım gömgöy göyərib. C.Cabbarlı. Özü yoxsul balası, həm də qərib; Üz-gözü gör necə gömgöy göyərib. Ə.Vahid. gömgöylük I. is. Tünd-göy rəngdə olan şeyin halı; tünd-mavilik.\n\nII. is. Tünd-yaşıl rəngdə olan şeyin halı; yamyaşıllıq, tünd-yaşıllıq, hər tərəfi yaşıl olma. gömmə “Gömmək”dən f.is. gömmək f.\n1. Basdırmaq, torpağa quyulamaq, torpağın altında gizlətmək. Zavallı qocanı məzara gömdüm, həm də bir daha soyuq məzəmmətlərini eşitməmək üçün köhnə, çürük fəlsəfə və mühakimələri ilə bərabər gömdüm. A.Şaiq. [Aydəmir:] ..Aydəmiri torpaqlara gömməmiş heç kəs onun ürəyinə toxunmaz. C.Cabbarlı.\n2. məc. Məhv etmək, puç etmək, yoxa çıxarmaq. gömrük is. Ölkəyə gətirilən və ya ölkədən çıxarılan mallardan, şeylərdən alınan dövlət rüsumu. Gömrük almaq. Gömrük pulu. // bax. gömrükxana. [Hacı Qara:] Başına dönüm, on beş ildir padşah gömrüyünə ildə mən əlli tümən xeyir verirəm. M.F.Axundzadə. gömrükçü is. Gömrükxana xidmətçisi. gömrükxana is. Ölkəyə gətirilən və ölkədən çıxarılan malları və ya şeyləri yoxlayıb gömrük rüsumu almaq işilə məşğul olan dövlət idarəsi. Gömrükxana işçisi. – [Əsgər bəy:] Səbəbi odur ki, qarabağlıların, .. gömrükxana qarovullarının və kazakların qorxusundan quş quşluğu ilə Arazın o tayına səkə bilmir. M.F.Axundzadə. gömrüklü sif. Üzərinə gömrük qoyulmuş, gömrük alınan. Gömrüklü mal. gömrüksüz sif. Üzərinə gömrük qoyulmamış, gömrük alınmayan. Diplomatik işçilər üçün aparılan gömrüksüz mallar. gömülmək məch.\n1. Basdırılmaq, quyulanmaq, torpaq altında gizlədilmək. Kəndimizin ən yaxşı adamları orada torpağa gömüldü. Ə.Məmmədxanlı. • Qaranlığa (zülmətə) gömülmək – qaranlığa, zülmətə qərq olmaq, qaranlığa batmaq. Maşının işığı qılınc kimi Mərdanın gözlərinə sancıldı. Sonra ustanın gözlərində hər şey qaranlığa gömüldü. H.Seyidbəyli. Aynabəndi sağsoldan meyvə ağacları bürümüş, alçaq ev zülmətə gömülmüşdü. İ.Hüseynov.\n2. məc. Məhv edilmək, yox edilmək, puça çıxarılmaq. Nə könlü açıldı, nə güldü qəlbi; Anamın torpağa gömüldü qəlbi. O.Sarıvəlli. gön is. İri heyvanların işlənmiş dərisi. Ayaqqabının altı göndür. Gönü suya vermə, verdin heyfsilənmə. (Ata. sözü). // Bu dəridən qayrılmış. Gön altlıq. ‣ Gönü duzlamaq isteh. – ölmək, gəbərmək. [Azad:] Arvad gün-gündən saralır, deyəsən, bu da bacıları kimi gönü duzlayacaq, yenə xərcə düşüb təzədən evlənəcəyəm! Çəmənzəminli. Gönündən soymaq (çıxarmaq) – zərərinin əvəzini birindən güclə almaq. [Həsən:] Ziyanlığın hamısını sənin gönündən soyacağam. Ə.Haqverdiyev. Gönünü soymaq (almaq) – 1) bərk cəzalandırmaq, divan tutmaq. [Ağa Kərim xan:] Tez ol, yoxsa, vallah, gönünü allam. N.Vəzirov. [Yaxşı:] Qaynım dünən araba ilə şəhərə gedib. Yoxsa mən bura gələ bilərdim? Mənim gönümü soyardı. C.Cabbarlı; 2) çox baha qiymətə satmaq, bahaçılıq etmək. Müştərilərin gönünü soymaq. Dabbağxanada (dabbağda) gönünü tanımaq (gönünə bələd olmaq) – bax. dabbağxana. gönçü is. Gönçülüklə məşğul olan adam. gönçülük is.\n1. Gönçünün işi, peşəsi.\n2. Gön istehsalı. Gönçülüyü inkişaf etdirmək. – Mərgümüş təbabətdə, pirotexnikada, gönçülükdə, sarı rəng istehsalında və başqa sahələrdə işlənir. M.Qaşqay. göndərilmə “Göndərilmək”dən f.is. göndərilmək “Göndərmək”dən məch. Qoşun göndərilmək. Ezamiyyətə göndərilmək. Məktub lazımi yerə göndərildi. ‣ Sibirə göndərilmək köhn. – Sibirə sürgün edilmək, katorqaya göndərilmək (keçmişdə Sibir sürgün, katorqa yeri sayılırdı). [Müstəntiq:] Sənin Sibirə göndərilməyinə bu sənəd kifayət edər. H.Nəzərli. göndəriş is. Göndərmə işi, göndərmə, yollama. göndərmə “Göndərmək”dən f.is. göndərmək f.\n1. Yollamaq (birinə vermək, çatdırmaq üçün). Məktub göndərmək. Sovqat göndərmək. Poçtla pul göndərmək. – [Oğul:] Ata, ayda on beş manat qardaşıma göndərə bilərsən? Ə.Haqverdiyev. [Yaşlı kişi:] Tək bir teleqram üzərinə biz [tatar tacirinə] vaqonlarla mal göndərirdik. S.Hüseyn.\n2. Bir tapşırıqla bir yerə yollamaq. Uşağı dükana göndərmək. [Əsgər:] Günü bu gün Süleymanı görsəm göndərəcəyəm ki, gedib elçilik eləsin. Ü.Hacıbəyov. Məhəmməd Səfi ağa bir az səbr eləyib, xidmətçi qızı [Alının] dalınca göndərdi. Çəmənzəminli. // Bir məqsədlə bir yerə getməsini əmr və ya təklif etmək; təyin etmək. İdarəyə müdir göndərmək. İşə göndərmək. Uşaqları gəzməyə göndərmək.\n3. Ezam etmək, yollamaq. Müşavirəyə göndərmək. Vətənə göndərmək. – Keçən gün seçkiqabağı məni seçicilər arasında kütləvi iş aparmaq üçün Xıdırlıya göndərdilər. S.Rəhman. Bakıda Firidunu növbəti çağırışçılara qoşub, Tbilisiyə göndərdilər. Mir Cəlal.\n4. Yazı, hərəkət və ya sözlə öz münasibətini, hissiyyatını bildirmək, ifadə etmək. Salam göndərmək. ‣ Sibirə göndərmək köhn. – Sibirə sürgün etmək. ..Səfəri adam öldürmək üstündə Sibirə göndərdilər. S.S.Axundov. göndərtmə “Göndərtmək”dən f.is. göndərtmək icb. Göndərməyə, yollamağa məcbur etmək, yaxud göndərməsini xahiş etmək. Övliya .. min-min manat bayramlıq göndərtdikdən sonra dübarə onunla barışardı. İ.Musabəyov. gönlük sif. Gön üçün aşılamağa yarar. Gönlük dəri. gönsoyan sif.\n1. Kəsilmiş heyvanın gönünü soyan. Gönsoyan qəssab. Gönsoyan maşın.\n2. dan. Çox bahaçı, bahacıl adam haqqında.\n3. məc. Zülmkar, zalım, qəddar mənasında. Dözə bilməz insan oğlu; Bu gönsoyan qanunlara! S.Vurğun. gönüqalın sif.\n1. Dərisi kobud, qalın olan.\n2. məc. Heç bir şeydən mütəəssir olmayan, heç bir şey kar etməyən; kobud, qanmaz. Gönüqalın adam. – [Süsənbər Səməndərə:] ..İstəyirəm ki, sənin o gönüqalın qayınatanın qarnına möhkəm bir ağrı dola.. B.Bayramov. // İs. mənasında. [Cəlal:] ..Aləmi xarablayan belə gönüqalınlardı da.. M.İbrahimov. gönüqalınlıq is. Heç bir şeydən mütəəssir olmayan, heç bir şey kar etməyən adamın keyfiyyəti, xassəsi; qanmazlıq, kobudluq. gördürmə “Gördürmək”dən f.is. gördürmək icb. Görməyə məcbur etmək, görməsini xahiş etmək, görməsinə nail olmaq. İş gördürmək. görə əd.\n1. Yönlük hal şəkilçisi tələb edərək: a) səbəb bildirir. Yıxıldığına görə ayağı sındı. – Elə bax bu rəssamlığıma görə də məni lap gözdən salıblar. S.Vəliyev; b) əsas, isnad bildirir. Kişi yer üzündə od qoruyandır; Kişi ona görə kişi adlanır. M.Araz.\n2. Mürəkkəb bağlayıcının tərkib hissələrindən biri kimi işlədilib, özündən əvvəlki fikrin sonrakı fikrə səbəb olduğunu bildirir. Yəqin başı qarışıqdır, ona görə kağız yazmır. M.Hüseyn. Mən səni qardaşlığa qəbul etmişəm, ona görə də bu cür açıq danışıram. S.Rəhman. görəcək bax. görəcəkli. görəcəkli görəcəkli günlərim (günlərimiz) varmış – gözlənilməyən pis bir hadisə baş verdikdə və ya bir xəbər eşidildikdə deyilir. [Məşədi Səfər:] Qoca vaxtımda görəcəkli günlərim varmış. Ə.Haqverdiyev. [Sona xanım:] Yazıq mənim canım, .. görəcəkli günlərim varmış. Ə.Haqverdiyev. Allah, görəcəkli günlərim varmış. B.Vahabzadə. görək əd.\n1. Nəticəsi qabaqcadan bəlli olmayan bir işə başlarkən deyilir. Yaz görək nə çıxır. – [Sitarə Gülzara:] Gəl toyumuz barəsində niyyət eləyək, gedək bayıra, qulaq asaq, görək kim nə eşidir. C.Cabbarlı. [Vəzir:] Səbr ediniz, görək bu işin çarəsi nədir? Ü.Hacıbəyov.\n2. Fellərdən sonra gələrək narazılıq, yaxud təkidlik çaları verir. Sən bir dayan görək. Qoy görək. De görək, nə deyirsən? görən I. bax. görəsən. [Durna:] İndi yazıq Aydəmirin halı görən nə olar? C.Cabbarlı. Vurdu onu yol üstündə; Hansı zalım ovçu görən? M.Dilbazi. Görən nə düşündü, görən nə andı? B.Vahabzadə.\n\nII. is. məh. Sıra ilə otlama (qoyun haqqında). • Görən atmaq (bağlamaq) – bax. görənimək. Qoyun laləlikdə görən atmışdı. H.K.Sanılı. görənimə “Görənimək”dən f.is. görənimək f. məh. Sıra ilə otlamaq (qoyun haqqında). Qoyunlar güneylərdə görəniyir, keçilər .. kolların başını dişləyir. Ə.Vəliyev. görəsən əd. Sual, əndişə, maraq bildirir. Görəsən, niyə gəlmədi? Görəsən, onun axırı necə oldu? Görəsən, xəstə sağalacaqmı? – Fikirləşir ki, görəsən, uşaq sözdə-söhbətdə də atasına çəkib, ya yox? “M.N.lətif.” Görəsən, atası [Buğacı] niyə tək çağırmışdı?! M.Rzaquluzadə. görəsi sif. Görməli, görülməli, görülməsi lazım gələn. Görəsi bir işim yoxdur. ‣ Görəsi gözü olmamaq – zəhləsi getmək, nifrət bəsləmək. Əgər həqiqəti bilmək istərsiniz, Cəmilə xanımın ərindən zəhləsi gedirdi, onu görəsi gözü yox idi, könülsüz tikə kimi qəbul edirdi. E.Sultanov. gör-götür is. Gördüyü, həyatında rast gəldiyi müsbət şeyləri mənimsəmə, öyrənmə; təcrübə qazanma. Kiri, kiri, dünya görgötürdür. Mir Cəlal. görk is. Göstərmək işi, nümayiş, göstəriş. • Görk etmək – göstərmək, nəzərə çatdırmaq. [Katib:] Danışıqların düz olsa, Hümmətin bu hərəkətlərini açıb hamıya görk eləyəcəyik. B.Bayramov. Görk üçün – göstərmək üçün, nümayiş etdirmək üçün, zahiri görünüş üçün. Məzar üstə çoxu ağlar görk üçün; Ağlayırsan – sağlığımda ağla sən. M.Araz. görkəm is.\n1. Xarici, ümumi görünüş. Xarici görkəm. Yaxşı, səliqəli görkəmi var. Görkəmini dəyişmək. – Tanrı elə görkəm vermişdi ona; Görənlər az qala cadulanırdı. Şəhriyar.\n2. İnsanın daxili vəziyyətini, hissiyyatını, xasiyyətini əks etdirən sifəti, zahiri siması, görünüşü. Zəhmli görkəm. Ciddi görkəm. Xəstə görkəm. – [Məryəm] gah sərt bir görkəm alıb Səlimə acıqlanır, gah özündən kənar edirdi. H.Seyidbəyli. • Görkəm almaq – daxili vəziyyəti və hissiyyatı zahiri görünüşündə ifadə etmək. Sərhəng Firiduna baxıb ciddi və bir az da sərt görkəm aldı.. M.İbrahimov.\n3. Göz önündə açılan təbiət mənzərəsi; mənzərə, görünüş. Meşənin görkəmi. – Hər yamacın bir baharı; Hər dağın bir görkəmi var. M.Müşfiq. Baharın öz görkəmi; Qışın da öz xətti var. S.Rüstəm. Dağ yolu hər yerdə bir görkəm alır; Meşədən keçərək, çaydan keçərək. H.Arif.\n4. bax. görk. Aqrotexniki tədbirlərdən elə-belə görkəm üçün danışırdılar. (Qəzetlərdən). görkəmli sif.\n1. Bu və ya başqa cür görünüşü, görkəmi, siması olan; görünən. Xəstə görkəmli. Sağlam görkəmli. – Onların əvəzinə Tapdıq, özünə yaxınlaşan kərtənkələ görkəmli birisini və onun bıçaq kimi süngüsünü gördü. Ə.Əbülhəsən. Hər ikisi qızların bir-birindən qəşəngdi; Biri sakit görkəmli, biri ciddi, ürkəkli. M.Dilbazi. // Gözəgəlimli. Görkəmli oğlan.\n2. Müsbət xüsusiyyətlərinə görə başqalarından seçilən; yaxşı. Görkəmli usta. – [Qüdrət:] Görkəmli mühəndislərin qəlbini oxumaqda çətinlik çəkdikcə trest bu vəziyyətdən çıxmayacaqdır. M.Hüseyn. [Səməd] idarənin ən görkəmli işçilərindən idi. H.Seyidbəyli.\n3. Böyük xidmətləri olan; məşhur, tanınmış. Görkəmli bəstəkar. Görkəmli alim. – Mirzə o zamanın görkəmli şairləri – Zakir Qarabaği və Seyid Əzim Şirvani ilə dostluq edir və yazışırdı. Ə.Haqverdiyev.\n4. Böyük əhəmiyyətli; mühüm. Görkəmli nəticələr çıxarmaq. – Buna nə ruhaniyyət alimi olmaq, nə də filosoflar içində görkəmli yer tutmaq kömək edə bilməzdi. M.S.Ordubadi.\n5. Hər tərəfdən görünən, hamının gördüyü. Danışıqdan aydın oldu ki, o bizim idarədə görkəmli yerdən asılı bir şəkli – Həcərin ağ boya ilə işlənmiş şəklini istəyir. S.Rəhimov.\n6. Görməli, maraqlı, baxmalı, diqqətəlayiq. Ədəbi görüşlərlə yanaşı, biz Volqoqradın görkəmli yerləri, abidələri və mədəniyyət ocaqları ilə tanış olurduq. M.İbrahimov. görkəmlilik is.\n1. Görkəmli adam və ya şeyin hal və keyfiyyəti.\n2. Məşhurluq. görkəmsiz sif.\n1. Xarici görünüşü, görkəmi yaxşı olmayan, qəşəng olmayan, gözə xoş gəlməyən; nəzəri cəlb etməyən, nəzərə çarpmayan, görkəmcə maraqsız. Görkəmsiz adam. – Axtar qısaboylu, gödəktüklü, boz rəngli, görkəmsiz tula idi. S.S.Axundov.\n2. Nəzəri cəlb etməyən, gözə çarpmayan. Görkəmsiz mənzərə. görkəmsizlik is. Görkəmi, xarici görünüşü yaxşı olmayan, gözə xoş gəlməyən adam, ya şeyin hal və keyfiyyəti. görkəzmə “Görkəzmək”dən f.is. görkəzmək dan. bax. göstərmək. Əhməd də özünü yalandan heç bir şeydən xəbəri olmayan kimi görkəzib, guya təəccüb eləyirdi. (Nağıl). Aç üstün qabağın zər qəsabənin; Zülfün təxtəsini görkəz, bəri bax! M.P.Vaqif. görmə “Görmək”dən f.is. Görmə qabiliyyəti. Görmə siniri. görmək f.\n1. Gözləri ilə qavramaq. Öz gözü ilə görmək. Evi görmək. Hadisəni öz gözümlə gördüm. – [Telli:] Vallah, xanım, elə görməmişdən ərə getmək lazımdır, yoxsa əvvəl görəndə daha sonra yaxşı olmur. Ü.Hacıbəyov. // Görmə qüvvəsinə malik olmaq. Gözüm zəif görür. Çeşməklə yaxşı görürəm.\n2. Təsadüf etmək, rastlaşmaq. Nə vaxtdır onu görmürəm. – [Səlim:] Gəzdim, dolandım, uğradım hər yerə; Mən böylə bir qadın görmədim hələ. H.Cavid. [Balaş:] Heç bilmirəm nə edim? Qonaqlar da [Atakişini] görmək istəyir. C.Cabbarlı. // Şəxsən görüşmək. Müdiri görməyə getmək. // Yoluxmaq, yoxlamaq, baş çəkmək. Xəstəni görməyə getdi. Qız görmək üçün gedib. – Ceyran, oğlunu görmək bəhanəsilə hər gün Eldarın evinə gedir. S.Hüseyn.\n3. Başa düşmək, anlamaq, duymaq, hiss etmək. Özüm görürəm ki, ... – Qəssab Alı gördü ki, bu müştəri lap göydəndüşmədi. “Koroğlu”. Əşrəf gördü ki, hesabdarlıq Nazlının çox xoşuna gəlir. S.Rəhman. // Hesab etmək, hiss etmək, tapmaq. Mən burada pis bir niyyət görmürəm.\n4. Görməyə nail olmaq, qismət olmaq, nəsib olmaq. Oğlunun toyunu görmək. Yaxşı günlər görmək. – Səlma da aqibət xoş bir gün görür. H.Cavid. Uzaq deyil, bu günsabah görəcəyik o günləri; Yenə qanad açacaqdır eşq adlanan gözəl pəri. S.Vurğun.\n5. Təsəvvürünə gətirmək, fikrən təsəvvür etmək, xəyalına, gözünün qabağına gətirmək. ..Qəhrəman öz uşaqlıq günlərini görürdü. S.Rəhimov. Qambayev dəhşətli sonun yaxınlaşdığını görürdü. S.Rəhman.\n6. Müəyyən etmək, bəlli etmək, aşkara çıxarmaq. Aşkardı ki, hər iş sahibi ilin axırında .. dəftərləri qoyar qabağına və başlar hesab etməyə ki, görsün qazancı nə olub və zərəri nə olub. C.Məmmədquluzadə.\n7. Çatmaq, bəs eləmək, kifayət etmək. Bu çörək iki günə bizi görər. – [Bədəl:] Əvvəla, Rəhim xandan gətirdiyimiz sursat neçə müddət bizi görər? Ə.Haqverdiyev.\n8. dan. Görüşüb danışmaq, görüşüb məsləhətləşmək, razılığını almaq. Onu görmək lazımdır. Adam görmək lazımdır. // məc. dan. Qabaqca görüb rüşvət vermək. Koxanı gör, kəndi çap. (Ata. sözü). Dövlətli qabaqcadan vəziri görmüş imiş, vəzir də hökmü təsdiq edir. “M.N.lətif.”\n9. Etmək, icra etmək, yerinə yetirmək. [Mərcan bəy:] Qoymursan ki, mən öz işimi özüm görüm. Ü.Hacıbəyov. Ballı .. çay tədarükü görməyə başladı. A.Şaiq.\n10. Şübhələnmək, təqsirləndirmək. Kimdən görürsən? – Mərd Allahından görər, namərd yoldaşından. (Ata. sözü). [Oğurluğu] çayxana sahibi kəndlilərdən görürdü. Mir Cəlal.\n11. Keçirmək, çəkmək, giriftar olmaq, uğramaq. Kasıblıq görmək. Çox çətinlik görmək. Xəstəlik görmək. – Bağın, əkinin xeyrini bəylər görəcəkmiş; Toxm əkməyə dehqanları neylərdin, ilahi?! M.Ə.Sabir.\n12. Gəzmək, yaşamaq, olmaq. Çox yer görmək.\n13. Əmr şəklində gör – a) təəccüb, heyrət bildirir. Gör nə gözəl oxuyur. Gör nə qədər adam var. Gör nə böyük ilandır. Gör necə özündən çıxır; b) bax gör, yoxla, öyrən mənasında. Gör o hara getdi. Gör bir şey öyrənə bilərsənmi? Gör bacara bilərsənmi? c) hədə, qorxu bildirir. Gör ona nə toy tutacaqlar. Gör onun dərsini necə verəcəyəm.\n14. Görək şəklində – intizar, qeyri-müəyyənlik bildirir. Görək bu işdən nə çıxar? Görək axırı nə olar?\n15. Görüm şəklində – a) təkid, israr bildirir. – Ə, de görüm, niyə mürüvvətin yoxdur, hə? .. – deyə, Xəlil ani və sərt bir nəzərlə Şahmara baxıb, yenə gözlərini çəkdi. M.Hüseyn; b) arzu, istək bildirir. Görüm böyük oğlan olasan. – [Məsmə:] O ki uşaqları oxutmaq, adam eləmək istəyir, onu görüm yüz yaşasın! Mir Cəlal.\n16. Bir sıra isimlərdən sonra gələrək mürəkkəb feil və müxtəlif ifadələr əmələ gətirir; məs.: məsləhət görmək, isti-soyuq görmək, yolunu görmək. ‣ Gördüm deyən olmadı – heç kəs görmədi, tapılmadı, itdi, yoxa çıxdı. Cənnətəli Nurəddin ilə bərabər beş gün qohumunu axtardı, amma gördüm deyən olmadı. S.S.Axundov. Gördüyünü götürmək – gördüyü şeyi yadda saxlamaq, tez mənimsəmək, tez öyrənmək, zehnən qavramaq. Uşaq gördüyünü götürər. – Sarı qayda-qanunu nisbətən çox tez qavrayırdı və gördüyünü götürürdü. S.Rəhimov. Görməyə gözü olmamaq – zəhləsi getmək, qətiyyən xoşu gəlməmək, nifrət etmək. ..Vəzir-vüzəranın Molla Nəsrəddini görməyə gözləri yox idi. “M.N.lətif.”. görə-görə zərf Bir şeyi gördüyü halda, bildiyi halda, bilə-bilə. [Yusif:] Görə-görə özümü cürbəcür bəlalara giriftar edirəm.. N.Nərimanov. [Fərhad:] Ana, gərək sən də mənim kimi oğrunu görə-görə xalq sözünə qulaq asmaya idin. Ə.Haqverdiyev. ‣ Göz görə-görə – göz gördüyü halda, hamının gözü qabağında, açıq-aşkar. Göz görə-görə oğurlamaq. – [Hacı Sultan] ..göz görə-görə başqasının udmasına razı ola bilmirdi. S.Hüseyn. görməli sif.\n1. Görülməsi lazım olan, görülməsi, yerinə yetirilməsi vacib və zəruri olan. Görməli iş.\n2. məc. Görməyə, baxmağa dəyər, diqqətəlayiq, ən yaxşı. Şəhərimizin görməli yerləri. Görməli abidələr. – [Qızyetər Yarməmmədə:] Bəri gəl, görməli şeylər var, sədr qaçmaz, lazım olanda özü səni tapacaq. M.İbrahimov. Su dağdan elə hücumla çıxır ki, köpüyə dönür, çıldırıb dörd yana dağılır. Görməli yerdir. R.Rza. görməmiş is. Birdən-birə əlinə düşən şeyə qarşı özünü saxlaya bilməyərək acgözlük və yersiz hərəkətlər göstərən adam haqqında. Qamış ola, camış ola; Özü də görməmiş ola. (Ata. sözü). Lovğalanıb, a görməmiş, çox da belə fırıldama! Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama! M.Ə.Sabir. // Sif. mənasında. Görməmiş adam. görməmiş-görməmiş zərf 1) görməmiş adam kimi. [Bəy:] Ə, kəs, görməmişgörməmiş danışma! S.Rəhimov; 2) görmədiyi, tanımadığı, bilmədiyi, bələd olmadığı halda. Görməmiş-görməmiş birisi haqqında danışmaq. görməmişlik is. Görməmiş adamın göstərdiyi yersiz hərəkətlər, bir şeyə qarşı görməmişcəsinə münasibət; acgözlük, tamahkarlıq. Belə bir görməmişliyi, ya şöhrətpərəstliyi Mürsələ yaraşdıra bilmirəm. Mir Cəlal. görməz-bilməz zərf Görmədən, yaxşı tanımadan, öyrənmədən. [Mərcan bəy:] Əlbəttə, insan gərək arvada əvvəlcə aşiq ola, sonra ala. Yoxsa görməz-bilməz alırıq, sonra da peşman olub qovuruq. Ü.Hacıbəyov. görməzlik is. Görmək qabiliyyətindən məhrumluq; görməmə, korluq. • Görməzliyə vurmaq (salmaq) – qəsdən özünü görməyən kimi göstərmək. görsədilmə “Görsədilmək”dən f.is. görsədilmək f. Göstərilmək. görsənmə “Görsənmək”dən f.is. görsənmək bax. görünmək. Dedi: aya nədir bu dadə səbəb! Halətin görsənir nəzərə əcəb! S.Ə.Şirvani. [Hərəmağası:] Qız ulduzların arxasında gizlənir, arabir görsənir, təkrar gizlənir, mənimlə oynayır. Çəmənzəminli. Uzaqdan baxanda o gözəl Şəki; Görsənir dağlardan asılmış təki. H.K.Sanılı. görsətmə 1. “Görsətmək”dən f.is.\n2. dan. Əcaib, qeyri-adi, görünməmiş şey. görsətmək bax. göstərmək. görükmə “Görükmək”dən f.is. görükmək bax. görünmək. ..Amma mən [Sadıqdan] bir az cavan görükürəm. C.Məmmədquluzadə. [Oğru:] Bəy, and olsun o görükən imamzadəyə, mənim xəbərim yoxdur. Ə.Haqverdiyev. Küçələrdə bizim adamlardan bir kəs də olsa görükmürdü. M.S.Ordubadi. görülmə “Görülmək ”dən f.is.\n\nII. “Görülmək2”dən f.is. görülmək I. “Görmək1”dən məch.\n\nII. bax. görünmək 1-ci mə1 nada. Alçalsın dağları, görülsün köçü; Cənnəti məvadı qoynunun içi. “Qurbani”. görüm bax. görkəm. Görümü yaxşıdır. Görümü yoxdur. görümlü sif. Yaxşı görünən, nəzərə çarpan. Televizoru görümlü yerə qoymaq. görünmə “Görünmək”dən f.is. görünmədən zərf Yayınaraq, gözə çarpmadan, gizli, başqası görmədən. Kimsəyə görünmədən getdi. görünmək f.\n1. Gözlə qavranılmaq, göz qarşısına çıxmaq, nəzərə çarpmaq. Uşaq kimi görünmək. – Qonşu toyuğu qaz görünür qonşuya; Seyyid, öz yarıvı tut, özgə nigarı nə gərəkdir. S.Ə.Şirvani. Ancaq sol tərəfdə vağzalın çıraqları parlaq görünürdü. S.M.Qənizadə. Otağın küncündə bir dəyirmi masa görünürdü. Çəmənzəminli.\n2. Zahir olmaq, peyda olmaq, nəzərə dəymək. O gecənin sabahı Sarıköynəyin əri yenə kənddə göründü. S.Hüseyn. Qırx-əlli il bundan əvvəl kəndin yaxınlığında bir pələng görünmüşdü. A.Şaiq. [Gəldiyev] gündüz iki saat idarəyə qaçıb görünür, qayıdırdı. Mir Cəlal. // Müəyyən bir təsir bağışlamaq. Zahirən zəif görünür. – Bu keyfiyyət olara xeyli qəribə göründü. M.F.Axundzadə.\n3. Hesab edilmək, ...kimi gəlmək. Cənnət kimi görünmək. – Bax, yalançı tapıldı çünki çoban; Doğru derkən sözü göründü yalan. M.Ə.Sabir. [Ruqiyyə:] Onu-bunu mən bilmirəm, sizin əhalidən bizim əhali təmiz görünür. A.Divanbəyoğlu.\n4. dan. Bir yerə gəlmək, təsadüf edilmək (əsasən inkar şəklində işlədilir). Çoxdandır görünmürsən. – Lətifə yenə də görünmürdü. M.Hüseyn.\n5. Görünür, görünür ki şəklində – “deyəsən”, “yəqin” mənasında ehtimal bildirir. [Cəmil bəy Bəypolada:] Görünür ki, bizim yerin adətindən əsla xəbəriniz yoxdur. H.Cavid. [Asya:] Görünür ki, qız gədəyə çox bənd olubdur. Ü.Hacıbəyov. görünməz sif.\n1. Görünməmiş, bu vaxta qədər olmamış; qəribə, təəccüblü, əcaib. [Nəbi:] Heç görünməz iş? ...Udubdur! S.S.Axundov.\n2. Görünməyən, açıqda olmayan, gizli. ..Kimisi örtülü bazarın görünməz bir guşəsində öz ticarət yerini rahatlayırdı. S.Rəhimov. Sanki görünməz .. bir əl uzanaraq Mayanın qanadlarını doğrayıb yerə tökmüşdü. M.İbrahimov. • Görünməz olmaq – gözdən itmək, daha görünməmək. Qaranlıqda görünməz olmaq. – Günəş dağlar arasına keçərək görünməz olduqda mən də şəhərə daxil oldum. S.S.Axundov. Qaraltılar uzaqlaşıb görünməz oldular. M.Hüseyn. görünüş is. Bir şeyin və ya adamın zahiri şəkli, görkəmi. Görünüşdən [Almurada] 50 yaş ancaq vermək olardı. İ.Əfəndiyev. Mahmuda xarici görünüşünə görə paxıllıq edənlər də olurdu. S.Vəliyev. görünüşlü sif. Bu və ya başqa görünüşü, görkəmi olan, görünən, nəzərə çarpan. Qoçaq görünüşlü gənc. Yaxşı görünüşlü bağça. – Başında kələğay, kəndin dilbəri; Sadə görünüşlü bir gözəl pəri. R.Rza. görüş is.\n1. Görmə işi, görmə qabiliyyəti, görmə. Yaxşı şəkil çəkmək uşaqların görüş və müşahidə bacarığını artırır. “Az. məkt.”\n2. İki və ya bir neçə nəfərin əvvəlcədən müəyyənləşdirilmiş vaxtda və yerdə təyin etdikləri görüşmə. Görüş təyin etmək. – Firidun və Kərimxan Azadi ehtiyat üçün ikinci bir görüş yeri də təyin etmişdilər. M.İbrahimov. // İki sevgilinin görüşməsi. Görüşə getmək. – Dilşad Fəxrəddinin görüşə gəlməyəcəyini yəqin etsə belə, yenə haman görüş yerinə getməyə tələsirdi. M.S.Ordubadi. // Uzaq bir yerdən gəlmiş adamla görüşmə. [Məmmədhəsən əmi:] ..Birisi getdi ziyarətə, gəldi evinə, heç kəs getmədi onun görüşünə. C.Məmmədquluzadə. Müəllimin gəlməsindən xəbər tutan kəndlilər axşam onun görüşünə gəldilər. S.Hüseyn. // Görkəmli bir şəxslə tanış olmaq və söhbət etmək üçün təşkil edilən məclis. Görüş saat 5-də olacaqdı.\n3. Yarışma, yarış. Dostluq görüşü.\n4. Məhbusla onun qohumlarının icazə ilə rəsmi görüşməsi. Görüş vermək. Görüş almaq. Görüş vaxtı qurtardı. – Günortadan xeyli sonra [Kərimxanı] ölüm kamerasından çıxarıb balaca və nəm iyi verən görüş otağına apardılar. M.İbrahimov.\n5. Hadisələrə, fikirlərə və ya başqa şeyə verilən qiymət, onlar haqqında rəy, fikir, nöqteyi-nəzər. O yaşda olan bu qocada bu görüş, bu yenilik bizdə görünməmiş şeydir. A.Şaiq. “Molla Nəsrəddin”in ictimai görüşləri, ideal və meyilləri tezliklə hamıya bəlli oldu. M.İbrahimov. görüşdürmə “Görüşdürmək”dən f.is. görüşdürmək icb. Görüşmələrinə vasitəçi olmaq, görüşə sövq etmək, görüşmələrinə nail olmaq, dilə tutub, bəhanə tapıb görüşməyə aparmaq. Sevgililəri görüşdürmək. [Səba xanım:] ..sənin Dilşad haqqındakı məhəbbətin baqidirsə, o zaman sizi görüşdürmək üçün kömək edə bilərəm. M.S.Ordubadi. görüşmə “Görüşmək”dən f.is. görüşmək qarş.\n1. Bir-birini görmək. [Yusif:] On ildir ki, Şamdan ilə görüşməmişəm. N.Nərimanov. Hacı onun otağına adam göndərib görüşmək istədiyini bildirdi. M.S.Ordubadi.\n2. Əl verib salamlaşmaq, hal-əhval soruşmaq. Üç həftə əvvəl, Mehriban bütün fəlakətlərinə [Naşad əfəndinin] səbəb olduğunu söylədikdə, Səlim onunla xüsusi surətdə görüşmüşdü. S.Hüseyn. Yoldaşları Eldarla köhnə və yaxın bir dost kimi görüşdülər. M.Rzaquluzadə.\n3. Əl verib sağollaşmaq, xudahafizləşmək. Ev sahibləri ilə görüşdüm, salamatlaşdım, mənzil haqqını artıqlığıca verdim və çıxdım küçəyə. C.Məmmədquluzadə. Görüşüb qocadan ayrıldı Polad; Yollarda quş kimi açdı qol-qanad. A.Şaiq. Biz Eldarla görüşüb ayrıldıq və ona söz verdim ki, bir də göyərçinə güllə atmayacağam... M.Rzaquluzadə.\n4. Bir məqsədlə birilə görüşüb danışmaq, məsləhətləşmək. Müdirlə görüşmək. – Mən sizə məsləhət görürəm, gedib cəmiyyətin sədri Həsən ağa ilə görüşəsiniz. Ə.Haqverdiyev.\n5. Gəzmək, dostluq etmək (qızla oğlan haqqında). Qız, Teymurla cəmisi iki ay görüşmüşdü. H.Seyidbəyli. Su gəldi bağa, neylim? Dəydi yarpağa, neylim? Görüşürük bağçada; Gəlmir otağa, neylim? (Bayatı). [Rüstəm bəy:] Mən sənə izin verirəm ki, sən gedib onun ilə görüşəsən. Ü.Hacıbəyov. • Görüşə getmək – bir-birini görmək (qızla oğlan haqqında).\n6. Təsadüfən bir-birinə rast gəlmək, təsadüf etmək, rastlaşmaq, üz-üzə gəlmək. [İbn Yəmin:] Aylarca əgərçi ayrı düşdük; Qismət bu, yenə bu gün görüşdük. H.Cavid. Bir dəfə sabah saat yeddidə bir fabrikin qapısında bir dəstə işarayanlar arasında Mansurla görüşdük. Çəmənzəminli. Tez çatsın əlimiz bərkə düşərsək; Zorlu qoşun ilə biz görüşərsək. H.K.Sanılı. göstərici is. xüs.\n1. Bir şeyi göstərmək, diqqəti cəlb etmək üçün mexanizm, qurğu, alət, cihaz və s. Stansiyanın işıq göstəricisi. Yol göstəricisi. Manometrin göstəricisi.\n2. Bir işin, prosesin gedişi haqqında müəyyən təsəvvür yaradan rəqəm, cədvəl və s. Eyvaz Gülşənə məsləhət gördü ki, lazım olan rəqəmləri və iş göstəricilərini yazıb götürsün. Ə.Vəliyev. ‣ Göstərici barmaq dan. – şəhadət barmağı. göstərilmə “Göstərilmək”dən f.is. göstərilmək “Göstərmək”dən məch. [Xəlilə] Xədicə göstərilib, əvəzinə dul anası gəlin gəlmişdi. Çəmənzəminli. [Murad:] Deyirlər sabah yaxşı film göstəriləcək. İ.Əfəndiyev. göstəriş is. Nə etmək, necə hərəkət etmək haqqında əmr, təlimat, məsləhət, izahat. Göstəriş almaq. Göstəriş vermək. Göstərişi yerinə yetirmək. – ..Üç saat məktəbdə keçirdiyi vaxtdan başqa, günün yerdə qalanını Əmiraslan hər bir əmr və göstərişdən azad idi. S.S.Axundov. Hansı göstərişlə gəlibmiş, görən, Silahsız kütləni bu qıran ordu? B.Vahabzadə. // Məsləhət, mülahizə. Həkimin göstərişi. göstərmə “Göstərmək”dən f.is. göstərmək f.\n1. Görməsinə imkan yaratmaq; görsətmək. Evləri cərgələmə; Tikilmiş cərgələmə; Açma günəş camalın; Göstərmə hər gələnə. (Bayatı). Gah göstərdin, gah gizlətdin yanağı; Axır məni dərdə saldın, al etdin. M.P.Vaqif. [Cahan xala:] Arşın mal aparmışdım, qızlara göstərəm. Ü.Hacıbəyov. // Baxmaq, yoxlamaq üçün təqdim etmək. Sənədlərini göstərmək. // İzahat verərək tanış etmək. Otaqlarını göstərmək. Eksponatları göstərmək. – Pişxidmətbaşı və Xacə Mübarək düşdülər qabağa, bir-bir əndərun otaqlarını göstərməyə şüru etdilər. M.F.Axundzadə. Kişi axunda yem yeyən atlarını göstərib, fəxr edirdi. Mir Cəlal. // Tamaşaçılar qarşısında nümayiş etdirmək. Yeni tamaşa göstərmək. Yeni film göstərmək. Tələbələrə kimyəvi təcrübə göstərmək.\n2. Müayinə edərək baxmaq, məsləhət almaq üçün gətirmək. Uşağı həkimə göstərmək. Dissertasiyasını rəhbərinə göstərmək.\n3. Əl və ya baş hərəkəti ilə birinin diqqətini bir şeyə cəlb etdirmək, nişan vermək, işarə etmək. Evi göstərmək. Yolu göstərmək. Əli ilə pəncərəni göstərmək. – [Cavad] əlilə düşmən sərhədlərini göstərərək dedi.. Ə.Vəliyev. Ovçu, Elçinin göstərdiyi yerə baxanda, burnuna yel doldu.. M.Rzaquluzadə. // Təqdim etmək. Anam qızlara yer göstərib oturtdu və sonra bacımı və məni göstərərək tanış etdi. S.S.Axundov.\n4. Bədii əsərdə təsvir etmək, əks etdirmək. Xalqın qəhrəmanlığını göstərmək. Əsərdə əmək adamlarının rəşadətini göstərmək.\n5. Şərh etmək, izah etmək, anlatmaq, başa salmaq. Təcrübənin gedişini göstərmək. Cihazlardan istifadə qaydalarını göstərmək. Məsələnin həllini göstərmək.\n6. Bəlli etmək, şəhadət etmək. Bu söz onun niyyətini açıq göstərir.\n7. Hər hansı bir keyfiyyət, xüsusiyyət, hal büruzə vermək, aşkar etmək. Cəsarət göstərmək. Bacarıq göstərmək. Alicənablıq göstərmək. – Qulac qollarımı gərrəm; Meydanda hünər göstərrəm. “Koroğlu”. Şah buyurdu ki: – Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. M.F.Axundzadə. Mirzə Səfərin kiçik oğlu başladı dövlətli balalarına dərs verməyə, müəllimlikdə qabiliyyət göstərdiyindən işləri gün-gündən tərəqqi etməkdə idi. Ə.Haqverdiyev. // Kəmiyyətcə bu və ya başqa nəticələr vermək. Qaçışda yaxşı nəticə göstərmək. Təyyarə ən yüksək sürət göstərdi.\n8. Bildirmək, demək və ya yazmaq. Bəhmənyar göstərir... Müəllif göstərir ki...\n9. Göstərərəm, göstəririk, göstərər(lər) şəklində dan. – təhdid, hədə mənasında. Mən sənə göstərərəm... Ona göstərərlər... – [Zaman:] Mənim ixtiyarım yoxdur? Mürtədin qızı, yoxsa mən ata deyiləm? İmdi mən sənə öz ixtiyarımı göstərərəm. Ə.Haqverdiyev. götürə sif. iqt. Hasil edilmiş şeyin miqdarına görə əmək haqqı vermə üsulu. Götürə iş üsulu ilə işləmək. – Bunun üçün də götürə işin tətbiqini .. bacarmaq lazımdır. Mir Cəlal. götürəçi is. Götürə iş üsulu ilə əmək haqqı alan işçi. götürəçilik is. Götürə iş üsulu ilə işləmə, götürə iş. Bütün tarla işləri xırda qruplarla və fərdi götürəçilik əsasında görülə bilər. “Pambıqçılıq”. götür-qoy is. Mülahizə, fikir, məsləhət, müzakirə. Bir çox götür-qoydan sonra qızlar səpini qurtaran kimi Xanpərinin sahəsinə getməyi qərara aldılar. Ə.Vəliyev. Bütün bu tərəddüdlər və götür-qoylardan bezikən Sona, çarşabına bürünüb həyətdən çıxdı. Ə.Əbülhəsən. Nəcəfalıgildə götür-qoy uzun çəkdi. B.Bayramov. ‣ Götür-qoy etmək (eləmək) – mülahizə etmək, ətraflı fikirləşmək, müzakirə etmək, ölçüb-biçmək. Biz çox götür-qoy etdikdən sonra yenə də onun evinə girməyi, hərgah müqavimət göstərərsə edam etməyi qərara almışdıq. M.S.Ordubadi. Kosa çox götür-qoy etdikdən sonra .. qara qıfılı qapıya bənd etmiş və yollanıb kəndə getmişdi. S.Rəhimov. Bütün əhvalatı o dönə-dönə; Götür-qoy eləyir bir də dərindən. B.Vahabzadə. götürmə “Götürmək”dən f.is. götürmək f.\n1. Əlinə almaq, əlinə alıb qaldırmaq. [Xanməmməd] yaşıl çuxasının qollarını çiyninə atıb, .. heç bir təklif olmadan süfrədən halva götürüb ağzına qoydu. Çəmənzəminli. [Adil:] Təndirdən yenicə çıxmış isti çörəkləri götürüb alverə yollandım. B.Bayramov. Əziz çamadanı götürüb pilləkənlərlə yuxarı qalxdı. S.Rəhman. // Qaldırmaq. Ayaqlarının birini götürüb o birini qoyur. Ü.Hacıbəyov. Fətulla .. başını yastıqdan götürməyə, dirsəklənməyə çalışdı. Mir Cəlal.\n2. Dəfn etmək üçün aparmaq, qaldırmaq (cənazə haqqında). Cənazəni götürmək. – Qərib öldü, götürün; Dar küçədən ötürün; Qəribin vay xəbərin; Anasına yetirin. (Bayatı).\n3. Özü ilə bərabər aparmaq, yanınca aparmaq. – [Kərbəlayı Nənəxanıma:] Mən palazı satım, sən də sabah məşşatəni tap, götür, get qız axtarmağa. Çəmənzəminli. Müəllim ehtiyat üçün məktəb xidmətçisi Mahmud əmini də götürdü. B.Talıblı. [Məzlum:] Həyat fırtınası məni yad torpaqlara götürüb çıxarmışsa, özüm də ağciyər olmuşam.. S.Vəliyev.\n4. Öz tərkibinə almaq, qəbul etmək, daxil etmək. Rəşid oğlana üz tutdu: – Səni qulluğa götürmək mənim boynuma. M.Hüseyn. Əbili uşaq evinə götürdülər. Ə.Vəliyev.\n5. Qavramaq, yadda saxlamaq, öyrənmək, mənimsəmək. Ülkərlə Səttar çox zehinli uşaq idilər, müəllim dediyi sözləri əlbəəl götürüb tutuquşu kimi rəvan eləyirdilər. (Nağıl). On üçümdə məclislərdə oturdum; On dördümdə hər nə varsa götürdüm. Aşıq Qurban.\n6. Əldə etmək, məhsul almaq. Bol məhsul götürmək.\n7. Hər tərəfə yayılmaq, bürümək, basmaq, yayılmaq, qaplamaq, sarmaq. Qəflətən bir qorxulu səs meşəni götürdü.. Faytonçu dedi: – Qorxma, xanım, bayquşdur ulayır. S.S.Axundov. Qədim dayı küncə çəkilib, xurcunu başının altına qoydu, bir azdan xorultusu çayxananı götürdü. S.Rəhimov. Həyəti götürən soğan, qovurma, zəfəran iyi adamı valeh edirdi. Mir Cəlal.\n8. Nəzərə almaq, misal çəkmək, nümunə gətirmək (bu mənada adətən “götürək” şəklində işlənir). [Süleyman:] Məsələn, götürək, bizim cavan tacirimiz Əsgəri.. Ü.Hacıbəyov.\n9. Xərc tələb olunmaq, sərf olunmaq; xərclənmək, başa gəlmək. Kostyum 60 manat götürdü. – [Möhsünzadə:] Bir iyirmi manat da uşaqların və Mehribanın əyni-başı götürər. S.Hüseyn. [Böyük oğlu:] Üç manat [doktora] verdim, iki manat on altı qəpik də dərmanları götürdü. Qantəmir.\n10. Başlamaq, şüru etmək, ibtidasını qoymaq.\n11. Hirsləndirmək, əsəbiləşdirmək, qızışdırmaq, bərk təsir etmək. Təklifim onu götürdü. – Söz Hacı Manafı götürmüşdü. S.Hüseyn. Qızın sözü Nərgizi bərk götürdü. Ə.Məmmədxanlı.\n12. Əxz etmək, almaq. Mövzunu folklordan götürmək. Fikri başqasından götürmək. Söz götürmək.\n13. Dözmək, təhəmmül etmək, qəbul etmək. Söz götürmək.\n14. Çıxarmaq (baş geyimləri haqqında] Papağı götürmək. Oğlan şlyapasını götürdü.\n15. Yemək, dadmaq. Kababdan bir tikə götürdü.\n16. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldir; məs.: od götürmək, əl götürmək, çimdik götürmək, boynuna götürmək. götürtdürmə “Götürtdürmək”dən f.is. götürtdürmək bax. götürtmək. götürtmə “Götürtmək”dən f.is. götürtmək icb. Götürməyə məcbur etmək, götürməsinə səbəb olmaq. Xacə Mübarək şeyləri iki nəfər fərraşa götürdüb getdi. M.F.Axundzadə. [Zərrintac] öz çamadanlarını şəxsən Müqim bəyə götürdüb ağ atlı faytona qoydurdu. S.Rəhimov. götürübbə zərf dan. Birdən, cəld, gözlənmədən. Götürübbə qaçmaq. götürülmə I. “Götürülmək1”dən f.is.\n\nII. “Götürülmək2”dən f.is. götürülmək I. məch.\n1. Ələ alınaraq qaldırılmaq. Çamadan götürüldü. // Dəfn etmək üçün qaldırılmaq (cənazə haqqında). Cənazə saat 5-də götürüldü.\n2. Özü ilə bərabər, yanınca aparılmaq. Uşaq kəndə götürüldü.\n3. Qəbul olunmaq, daxil edilmək. Dəstəyə götürülmək. İşə götürülmək.\n4. Əldə edilmək, məhsul alınmaq. Bol taxıl götürüldü.\n5. Ləğv edilmək, qaldırılmaq. Qadağan saatı götürüldü.\n6. Əxz edilmək, alınmaq. Söz dialektdən götürülmüşdür. Mövzu xalq həyatından götürülmüşdür.\n7. Çıxarılmaq (baş geyimləri haqqında). Mazut iyi verən qabarlı əllər tərpənir, mazutlu papaq və şapkalar götürülür. M.İbrahimov.\n8. Yox olmaq, aradan çıxmaq. Ey vah ki, heysiyyəti-millət götürüldü; Millətdə olan büsbütün adət götürüldü. M.Ə.Sabir. Tutaq ki, zülm lap götürüldü. C.Məmmədquluzadə. [Daşdəmir] kəndin işlərini gələn kimi düzəltdi. Oğurluq, quldurluq tamamilə götürüldü. N.Nərimanov.\n\nII. qayıd. Birdən, gözlənilmədən, yerindən qaçmağa başlamaq; birdən qaçmaq. Uşaq götürüldü. At götürüldü. – Birdən boz at ucadan kişnədi, qulaqlarını qırpa-qırpa aşağılarda otlayan ilxıya baxdı və qəfildən götürüldü. M.Hüseyn. Qürbət xala kağızı alıb götürüldü. Mir Cəlal. götürüm I. is. Dözüm, tab, taqət, qüvvət. Götürümü yoxdur. • Götürüm düşmək – əldən düşüb tərpənmədən uzanmaq, tərpənməyə halı olmamaq. Şamil, götürüm düşmüş öküz kimi yanlarını basa-basa yeriyib şenliyin qazma dam-daşları arasında gözdən itdi. M.Hüseyn.\n\nII. is. xüs. Adətən mexanizmin bir dəfədə şey götürmə qabiliyyəti, gücü. Maşının yük götürümü. Kotanın götürüm eni. götürümlü sif. Səbirli, dözümlü, götürümü olan. Götürümlü adamdır. – [Budaq:] Mən əvvəldə demişdim ki, anam götürümlü, səbirli arvad idi. Ə.Vəliyev. [Abbas:] Sən götürümlü rəhbərlərdənsən, bala, Qoşqar! İ.Hüseynov. götürümlülük is. Səbirlilik, dözümlülük. Götürümlülük yaxşı xasiyyətdir. gövdə is.\n1. Bədən. Rəis stola tərəf əyilmiş şişman gövdəsini geriyə əyib, kresloya söykəndi. M.Hüseyn. Bəy zıqqana-zıqqana ağır gövdəsini yerdən üzdü, dərhal yenə döşəkcəyə çırpdı. Mir Cəlal.\n2. Ağacın, ya kolun budaqlarını təpəsinə qədər saxlayan yerüstü hissəsi. Ağacın gövdəsini ağartmaq. Tut ağacının gövdəsi. – Ovçu cəld özünü ağacların gövdələri arxasına verib daldalanmağa məcbur olurdu. Ə.Məmmədxanlı. ..Qoçaq ağacın dövrəsinə hərlənib gövdəsinə yanaşdı. M.Rzaquluzadə.\n3. tex. Mexanizmin, maşının, cihazın və s.-nin əsas hissəsi, əsası; korpus. Elektromotorun gövdəsi. – Maşının nəhəng gövdəsi hərlənməyə başladı. Ə.Sadıq. gövdəcik is. Balaca, kiçik gövdə; bədəncik. gövdəli sif.\n1. İri, böyük, nəhəng; gövdəsi çox inkişaf etmiş. Gövdəli palıd. – Hündür, gövdəli çinarların yarpaqları tozdan qabıq bağlamış və bozarmışdı. M.İbrahimov. Böyük bir maraqla de baxmısanmı; Sığınıb gövdəli şax budaqlara. B.Vahabzadə.\n2. məc. Kök, dolğun, yekə, iribədənli. Gövdəli kişi. – Qaya kimi atın üzərinə tikilmiş gövdəli adam isə cilovu daha da bərk çəkir, daxmaya .. baxdıqca baxırdı. Mir Cəlal. gövdəsiz sif. Bədəndən ayrılmış, bədənsiz. O yanda qanlı gövdə; Bu yanda gövdəsiz baş. Ə.Cavad. gövhər is. [fars.]\n1. Qiymətli daş, cavahir. Yerə düşməklə gövhər qiymətdən düşməz. (Ata. sözü). Gövhər də çatlayıb üzülər tamam; Sərrafdan almasa düz qiymətini... B.Vahabzadə. // məc. Parıldayan, işıq mənbəyi olan şeyə təşbeh. Qara neftim, qara neftim; Bu yerin cövhərisən; Əzəl başdan ellərimin; Nur saçan gövhərisən. M.Rahim. gövşək 1. bax. gövşəyən 1-ci mənada. Gövşək heyvanlar.\n2. is. Heyvanlarda: ağız. [Dəvə] çörəyi yerdən götürdü; Yavaş-yavaş gövşəyinə gətirdi. Q.Zakir. • Gövşək çalmaq (vurmaq) – bax. gövşəmək. Qoyun gövşək vurur. – İnəklə öküz güney otundan yeyib yatır, şirin gövşək çalanda Ataşın da xəyalı öz atını çapırdı. Ə.Vəliyev. gövşəmə “Gövşəmək”dən f.is. [Qoca:] O yanda malın gövşəməsi, ilxının oxrantısı qulağıma gəlmir. A.Divanbəyoğlu. gövşəmək f. Yemi mədədən qaytararaq yenidən ağızda çeynəmək (gövşəyən heyvanlar haqqında). Orada-burada xoruz banlayır, inəklər, öküzlər gövşəyirdi. S.Rəhman. Dəvələr ahəstə-ahəstə gövşəyirdilər. İ.Əfəndiyev. gövşən bax. gövşək. • Gövşən çalmaq – gövşəmək. Hava sakit, kənd səssiz olanda qoyunların öskürtüsü, inəklərin gövşən çalması eşidilirdi. Ə.Vəliyev. gövşəşmə “Gövşəşmək”dən f.is. gövşəşmək qarş. Gövşəmək, gövşək çalmaq, gövşək gətirmək (çox heyvanlar haqqında). Öküzlər gövşəşir. gövşəyən sif. zool.\n1. Yemi gövşəməklə ikinci mədədə həzm edən. Gövşəyən heyvanlar.\n2. Cəm şəklində: gövşəyənlər – yemi bu cür həzm edən dırnaqlı heyvanlar yarımdəstəsi. göy I. is.\n1. Yer üzünün üzərində mavi bir qübbə kimi görünən fəza, boşluq. Göydə buludlar üzür. Göydə ulduzlar sayrışır. Bu vaxt göydə bulud göründü. // Yer üzünü əhatə edən kainat boşluğu; ənginlik, hava. Bu halda sərayi-şahibən göyə bir fişəng buraxdılar. M.F.Axundzadə. • Göy cisimləri – Günəş, Ay, planetlər və ulduzlar. // Obrazlı ifadələrdə məcazi mənada. Xəbər allam: göyün qapısı hardan; Kim açar, kim örtər, sorağı nədi? “Abbas və Gülgəz”. Ömrünün min dürlü cilvəsi vardır; Könlümün göyləri damar-damardır. M.Müşfiq. Göy guruldamaq – göydə göy gurultusu baş vermək. ..Bayırda şiddətlə göy guruldadı, şimşək parladı. İ.Əfəndiyev. Göy gurultusu (gurlaması) – göydə şimşək çaxdıqdan sonra eşidilən bərk gurultu. Bu sırada hava tutulur. Ara-sıra göy gurlaması davam edir. H.Cavid. Göy gurultusu .. qulaqbatıran bir dəhşətlə şaqqıldayırdı. M.Hüseyn. Göy qaralmaq – hava bulud çəkdiyindən və ya axşam düşdüyündən qaranlıq olmaq. Günəş batdı, göylər qaraldı. M.İbrahimov. Süzülən nurunu toplayıb qəmər; Girdi buludlara, qaraldı göylər. M.Rahim. Bir saat çəkmədi ki, çovğun şiddətləndi, üfüq tutuldu, göy qaraldı. Mir Cəlal. Göy qurşağı – havadakı su damlacıqlarında işığın sınması nəticəsində görünən optik hadisə; hacılar yolu, qarı nənə örkəni. Yağlanmış su dalğalandıqca göy qurşağı kimi rəng verib rəng alırdı. M.Hüseyn. Gözlərə tağ çəkən göy qurşağını; Hələ Kərbəlada görən olmayıb. R.Rza. Göy qübbəsi – göyün görünən hissəsi. Göy qübbəsindən asıldı qəndil; Üzündən alıb niqabı məndil. Xətayi. Axşamüstü tamamilə yerin üzərinə enmiş göy qübbəsi indi yenidən nəhəng bir çətir kimi açılıb yüksəlmiş, ən uzaq ulduzları ilə ta ərşə dirənmişdi. Ə.Məmmədxanlı. Keçdi kiçik bir zaman; Lap göyün qübbəsindən; Qırmızı bir xal düşdü. Z.Xəlil.\n2. Allahın, mələklərin, hurilərin və s. olduğu yer. Göyün yeddinci qatı. – Göydə mələk, yerdə insan gözəli; Sənsən, xoş xuyinə qurban olduğum. M.P.Vaqif. ‣ Göydə axtarmaq – çox axtarmaq, cidd-cəhd edərək əldə etməyə çalışmaq. [Qadın Aslana:] Mənim kişim sənin kimiləri göydə axtarır. S.Vəliyev. Göydə almaq (götürmək, qapmaq) – 1) tez götürmək, əlüstü almaq, macal vermədən qapmaq. Yaxşı gündə mənəm-mənəm deyənlər; Ovu göydə alıb, göydə yeyənlər. Q.Zakir; 2) tez satılmaq, rəvac olmaq. [Hacı Qara:] Buların qumaşı özgə qumaşdır, müştəri macal vermir, göydə götürür! M.F.Axundzadə. [Rüstəm] bilirdi ki, Muğanın qarpızı Bakı bazarına çıxanda alıcılar bir-birinə dəyir, göydə qapırlar. M.İbrahimov. Göydə ələ düşmək – çətin tapılmaq, həmişə ələ düşməmək. Belə qazanc göydə ələ düşməz! – Əhməd həmişəki kimi burada da öz sevdiyi şüarını təkrar edib, icrasına qədəm qoydu. B.Talıblı. Göydə razı olmaq – etiraz etmədən, dərhal razı olmaq, məmnuniyyətlə qəbul etmək. [Baloğlan:] Bəli ya, təki [Molla Sübhanın] məvacibi gəlsin, göydə razı olar. C.Cabbarlı. Göydən düşmək – təsadüfi olaraq ortaya çıxan, əldə edilən şey haqqında. [Musa:] Bundan heç zad çıxmaz. Çünki sən bir nemətsən ki, göydən düşübsən Məcnun bəyin əlinə. Ə.Haqverdiyev. Göydən od yağdırmaq (ələmək, tökmək) – dözülməz dərəcədə qızdırmaq, yandırmaq. Günəş göydən od tökürdü. – Günəş göyün bir qatından od yağdırırdı. M.Hüseyn. Qışın şaxtasında, boranında, yayın göydən od ələyən uzun günlərində bu qızlar kətməni, beli əllərindən buraxmadılar. Ə.Əbülhəsən. Göydən od yağmaq – çox isti olmaq, dözülməz dərəcədə qızmaq (hava haqqında). [Süleyman:] Birdən evin divarları titrəşdi, hamı hövlnak yerlərindən qalxdılar, mən çıxdım eşiyə, gördüm göydən od yağır, yerdən alov çıxır.. Ə.Haqverdiyev. Göyə çəkilmək – 1) hündürdə uçmaq, cövlan etmək. Şahinlər göyə çəkilir; Durnalar gölə tökülür. “Əsli və Kərəm”; 2) tapılmamaq, qıt olmaq, ələ düşməmək. Bir tərəf üsyandır, bir tərəf ordu; Göyə çəkilmişdir bu yerdə çörək. S.Vurğun. Göyə (göylərə) çıxartmaq – həddən artıq tərifləmək, tərifdə ifrata varmaq, şişirtmək. Məclisdəkilər eşşəyin tərifini göyə çıxarırlar. “M.N.lətif.” Göyə (göylərə) çıxmaq – 1) bərkdən eşidilmək, ucalmaq (bərk səs haqqında). Zarıltısı (fəryadı) göyə çıxır. – Yazıq heyvanın zingiltisi göyə çıxırdı. “Məktəb”; 2) gizlənmək. Göyə çıxsan da, səni tapacağam; 3) çox çalışmaq, əlləşmək, zəhmət çəkmək. Ev tikmək üçün göyə çıxdı. Göyə qaldırmaq – 1) yuxarı qaldırmaq, ucaltmaq. At qabaq əllərini qaldırdı göyə və az qaldı noxtanı Kərbəlayı Qasımın əlindən qoparsın. C.Məmmədquluzadə; 2) bax. göyə çıxartmaq. [Sədəf:] Oğlunuz dissertasiyasında bizə balta çalır. Professor Vahidovun əkin sxemini göyə qaldırır. Ə.Məmmədxanlı. Göyə qalxmaq – bax. göyə çıxmaq 1-ci mənada. Teymurun anqırtısı göyə qalxır. “M.N.lətif.” Göyə (göylərə) səs (səda) salmaq – bax. göyə çıxmaq 1-ci mənada. ..Məzlum anaların fəryadı göylərə səda salmışdı. S.S.Axundov. Göyə sovrulmaq – puç olmaq, heçə çıxmaq, heç bir nəticə hasil olmamaq. Ümidi göyə sovruldu. – Sənin atəşinə yanıb kül olur; Əməllər, arzular göyə sovrulur. B.Vahabzadə. [Şahmar:] Mənim arzularım, gör necə puç oldu, kül kimi göyə sovruldu! B.Bayramov. Göyə ucalmaq – 1) bax. göyə (göylərə) çıxmaq. Gəlib dolandı günlər; Nə anamdan bir xəbər; Nə karvandan iz qaldı; Ahım göyə ucaldı... S.Vurğun; 2) çox yuxarılara qalxmaq, yüksəlmək. Çoxmərtəbəli evlər göyə ucalır. – Dürrə, şəhərin böyük məscidi və göylərə ucalan minarələrinin yanındakı kiçik bir daxmaya yetişdi. S.Vəliyev. Göyün yeddi qatı (mərtəbəsi) – çox yüksək, çox hündür. Tamaşaçılar salonda onu atıb-tutanda, elə bil, məni göyün yeddi qatına qaldırırdılar. B.Bayramov.\n\nII. sif.\n1. Səma rəngi; mavi. Göy rəng. // Bu rəngdə olan. Göy parça. – Məhərrəmliyin dördüncü günü göy çarıqlı .. nabələd bir axund Naxçıvan şəhərinin Bazar küçəsində gəzirdi. Qantəmir.\n2. Zərbə, bərk bir şeyə toxunma və s. nəticəsində bədənin hər hansı bir yerində əmələ gələn ləkə; qançır. Qolunda göy var.\n\nIII.\n1. sif. Yaşıl. Göy meşə. Göy çəmən. Göy göyərçin. – Seyrə çıxar uşaqlar; Göy çəməndə oynaşar. A.Səhhət. [Dərviş:] ..Göy ot döşəyim, qara daş yastığım, enli yarpaqlar yorğanım idi! A.Divanbəyoğlu. Budur Azərbaycan – Şirvan, Qarabağ; Vətənin sevdalı göy yaylaqları. M.Rahim.\n2. sif. Yetişməmiş, dəyməmiş, kal. Göy nar. Göy alça. – [Bahar vaxtı] yetişməyə başlayan meyvələrə gəldikdə biz onların dəyməyini gözləməzdik. Göy (z.) olmağına baxmayaraq .. yeyərdik. S.S.Axundov. Günəş işığında .. yetişməmiş göy meyvələr görünürdü. İ.Əfəndiyev.\n3. bax. göyərti. Üç dəstə göy. Göy qutabı.\n\nIV. sif. dan. Simic, xəsis. Göy adam. – Yüz il əlində çıraq axtarsa Polad kimi göyü tapılmaz. A.Şaiq. Evin kişisi nə qədər rəhmdil idisə, arvadı bir o qədər qılıqsız və göy idi. Ə.Vəliyev.\n\nV. is. Kürəkən, ata üçün qızın əri. göycəçiçək is. bot. Lələkvari yarpaqları və göy çiçəkləri olan çoxillik ot bitkisi. göycəqarğa is. zool. Alaqarğadan kiçik oxuyan quş. Sarı bülbüllər, torağaylar, göycəqarğalar, .. ənlikli bülbüllər hərəsi bir cür səslə oxuyub səs-səsə verirlər. E.Sultanov. göyçək sif. Gözəl, qəşəng. Göyçək qız. Göyçək gəlin. – Şah cavan və göyçək oğlan idi. M.F.Axundzadə. [Asya:] Batmış nə göyçək oğlandır. Ü.Hacıbəyov. Nərminə göyçək idi. Qaraxallı, girdə çəhrayı sifətindən təbəssüm əskik olmazdı. B.Bayramov. // İs. mənasında. Göyçəkləri xoş-kəlam, həm aşiqə ram; Vacibdi bizə duası Gürcüstanın. S.Ə.Şirvani. Dağlar çiçəyi yenə; Baxdı öz göyçəyinə. R.Rza. // Xoşagələn, gözəl. Demə Vaqif ki, filan kimsənə çox zirəkdir; Ya filan şeir deyir, yazısı həm göyçəkdir. M.P.Vaqif. [Heydər bəy:] Əsgər bəy deyir ki, həm ucuzdur və həm göyçəkdir, həm də rəngi solmur. M.F.Axundzadə. Köynəyi al ipək lalə; Zərif, qəşəng, göyçək lalə. M.Rahim. // Zərf mənasında. Nə göyçək yaraşır, nə xoş görünür; Mina, incə kəmər bel arasında. Q.Zakir. Ay nazənin, ay qabağın altından; Nə göyçək çəkilib qara qaşların. Aşıq Ələsgər. göyçəkcə sif. Çox göyçək, çox qəşəng, olduqca gözəl. Göyçəkcə bir uşaq. göyçəkləndirmə “Göyçəkləndirmək”dən f.is. göyçəkləndirmək bax. göyçəkləşdirmək. göyçəklənmə “Göyçəklənmək”dən f.is. göyçəklənmək 1. f. Göyçək olmaq, gözəl olmaq; gözəlləşmək.\n2. qayıd. Özünə gözəllik vermək. göyçəkləşdirilmə “Göyçəkləşdirilmək”dən f.is. göyçəkləşdirilmək məch. Göyçək edilmək, gözəlləşdirilmək, qəşəngləşdirilmək. göyçəkləşdirmə “Göyçəkləşdirmək”dən f.is. göyçəkləşdirmək f. Qəşəngləşdirmək, gözəlləşdirmək. [Nazlı:] Yaxşı deyirlərmiş ki, xoş gün adamı göyçəkləşdirər. Ə.Əbülhəsən. // Göyçək göstərmək. göyçəkləşmə “Göyçəkləşmək”dən f.is. göyçəkləşmək f. Göyçək olmaq, qəşəngləşmək, gözəlləşmək. göyçəklik is. Göyçək şeyin halı; qəşənglik, gözəllik. göy-dəmir sif. Tünd kül rəngində olan, dərisi göy və üstündə ağ xalları olan (at haqqında). Göy-dəmir madyan. GÖYDƏNDÜŞMƏ, f.sif. Təsadüfi, gözlənilməz, təsadüfən ələ düşmüş. [Soltan bəy:] Arvad əlimə göydəndüşmüş kimi olmuşdu. Ü.Hacıbəyov. Nanə Hünərin bu göydəndüşmə sualına cavab verməkdə çətinlik çəkdi. Mir Cəlal. göyəm is. bot. Cır və peyvənd cinsləri, göy rəngli, turşməzə, ağızbüzüşdürücü meyvəsi olan kol-ağac. Göyəm ağacı. // Həmin meyvənin kolu, ağacı. Göyəm .. çox budaqlanan koldur və ya 3-4 metr hündürlükdə ağacdır. H.Qədirov. // Bu meyvədən bişirilmiş, hazırlanmış. Göyəm mürəbbəsi. Göyəm kompotu. göyəmi sif. Göyəm rəngində, göy, tünd mavi. ..Allahqulunun göyəmi qanovuzdan tikdirib geydiyi təzə köynəyi altdan görünürdü. Ə.Əbülhəsən. göyəmlik is. Çoxlu göyəm ağacı bitən yer, göyəm kolluğu. göyərçin is\n1. İri çinədanlı, göy-boz rəngli quş, əhliləşdirilmişləri çox vaxt ağ rəngdə olur. Məscidin damındakı göyərçinlər kəsik-kəsik uğuldayırdılar. M.Hüseyn. Kolun altından bir dəstə göyərçin pırıldayıb qalxdı. Ə.Vəliyev.\n2. məc. Nəvaziş, oxşama, əzizləmə məqamında işlədilir (bəzən “göyərçinim” şəklində). Göyərçin qızım. – Bil ki, cəhənnəmin hər əziyyəti; Səndən uzaq olar... göyərçin balam! S.Vurğun. Ovçu, Pərini qolları arasına alaraq: – Qorxma, göyərçinim, – dedi, – qorxma, göy guruldadı. Ə.Məmmədxanlı. ‣ Sülh göyərçini – sülh simvolu kimi qəbul olunmuş ağ göyərçin şəkli. göyərçini sif. Göy rəngə çalan, tündkülrəngi olan. Göyərçini ləkə. göyərdilmə I. “Göyərdilmək1”dən f.is.\n\nII. “Göyərdilmək2”dən f.is.\n\nIII. “Göyərdilmək3”dən f.is. göyərdilmək I. məch. Göy edilmək, göy rəngə boyadılmaq.\n\nII. məch. Əkilib yetişdirilmək.\n\nIII. məch. Yaşıl rəngə boyadılmaq, yaşıl edilmək. göyərmə I. “Göyərmək1”dən f.is.\n\nII. “Göyərmək2”dən f.is.\n\nIII. “Göyərmək3”dən f.is. göyərmək I. f.\n1. Göy rəng almaq, göy olmaq, göyləşmək, maviləşmək.\n2. Zərbə və ya bərk şeyə toxunma nəticəsində bədənin bir yeri göy olmaq. Qolu göyərdi. – Qızın üzü-gözü, .. zərif dodaqları şişmiş, bir yerdən hətta göyərmişdi. H.Seyidbəyli.\n3. məc. Soyuqdan, hirsdən, qeyzdən göy olmaq, göy rəng almaq. Lalənin dodağı gömgöy göyərib; Üzü gah ağ olur, gah qıpqırmızı. R.Rza. Ədhəmin qara sifəti dərhal dönüb göyərdi. B.Bayramov. // məc. Bərk hirslənmək, özündən çıxmaq. Görüb o quşları göyərdi Osman; Turutun düzündə olduğu zaman. H.K.Sanılı.\n4. Uzaqdan görünmək (göy şey haqqında). Uzaqdan dəniz göyərirdi.\n\nII. f.\n1. Bitmək, göyərməyə başlamaq, cücərmək. Arpa göyərdi. – Sünbül göyərir səbzə kimi güllərə qarşı. Q.Təbrizi. Dağlar, çöllər düşərdi; Novruzgülü göyərdi. A.Səhhət.\n2. məc. Baş vermək, nəşət etmək, əmələ gəlmək, səbəb olmaq. Fitnə göyərir torpağımızdan, daşımızdan; Tarac edərək bac alarız qardaşımızdan. M.Ə.Sabir.\n3. məc. Bir nəticə vermək, nəticə hasil olmaq. [Bəy:] Ürəyimdən keçənlər bir-bir göyərir. Mir Cəlal. Sədr vaxtilə dediyi sözlərin göyərdiyini görüb boğazını arıtladı. B.Bayramov.\n\nIII. f. Yaşıllaşmağa başlamaq, yaşıllaşmaq. Bağlar göyərib. Çəmən göyərdi. – Bahar yaşıllaşdı, dağlar, səhralar yuxudan ayılıb göyərməyə başladı.. Çəmənzəminli. göyərmiş I. f.sif. Göy rəng almış, bozarmış. Soyuqdan göyərmiş əllər. Zərbədən göyərmiş qol. – Xəlil soyuqdan göyərmiş əllərini bir-birinə sürtdü. İ.Məlikzadə.\n\nII. f.sif. Yaşıllaşmış, bitmiş, cücərmiş. Göyərmiş çöllər. – [Cavad:] Oyanıb çiçəklənmiş ağaclara, göyərmiş otlara baxıb deyirdim: nə olardı insan da .. bahar vaxtı bədənində təzə bir qüvvət olaraq oyana idi! Ə.Haqverdiyev. göyərtə is. [əsli ital.] Gəmi gövdəsinin üst hissəsindəki açıq sahə. Göyərtəyə çıxmaq. Göyərtədə gəzinmək. Yükləri göyərtəyə yığmaq. – ..Göyərtədə sıxlaşmış sərnişinlərin rəngbərəng yaylıqları titrəşirdi. M.Hüseyn. Xəlil Mirzə gəminin nəm çəkmiş göyərtəsində yelkən dirəyinə söykənib oturmuşdur. Q.İlkin. göyərti I. is.\n1. Ümumiyyətlə bitkilər (ot, ağaclar, yarpaqlar). Hansı şeydir dəyişməyib dünyada; Göyərti də, heyvanat da, hava da. A.Səhhət. ..Kəndin ətrafında, qapılarda, həyətlərdə göyərti əkmək, park salmaq, kölgəlik düzəltmək lazımdır. Ə.Vəliyev.\n2. Yeyilən və xörəyə işlənən otlar; göy, səbzəvat. Göyərti qutabı. 5 dəstə göyərti. – [Heydərqulu:] Piri baba, xanım nənə mənə göyərti tapşırmışdır. S.S.Axundov.\n\nII. bax. göy2 2-ci mənada. [Əntiqənin] sağ üzünə vurulan şapalaq gözünün altına dəyir və iri bir göyərti əmələ gətirir. Mir Cəlal. göyərtiçi is. Göyərti əkib-becərmək və satmaqla məşğul olan adam. göyərtiçilik is. Göyərtiçinin işi, peşəsi, məşğuliyyəti. göyərtili sif.\n1. Göyərti əkilmiş, göyərtisi, yaşıllığı olan; göy. Göyərtili həyət.\n2. Tərkibində göyərti olan, göyərti qatılmış. Göyərtili sıyıq. göyərtilik is. Göyərti əkilmiş yer, göyərti bitən yer. Hər kəs həyətdəki göyərtiliyi sulamaq istəyirdi. S.Rəhimov. göyərtisatan is. və sif. Göyərti satmaqla məşğul olan; göyərtiçi. göyərtisiz sif. Göyərti bitməyən, göGÖYLÜK2 is.\n1. bax. göyərtilik. Göylüyü yərtisi olmayan. Göyərtisiz sahə. göyərtmə I. “Göyərtmək1”dən f.is.\n\nII. “Göyərtmək2”dən f.is. göyərtmək I. f. Göy rəngə boyamaq; maviləşdirmək. Paltarı boyayıb göyərtmək.\n2. Bərk bir şeylə vurub, yaxud toxundurub, göyərmək, qançır əmələ gətirmək. Bədənini göyərtmək. Gözünün altını göyərtmək.\n\nII. f. Göyərməsinə, bitməsinə səbəb olmaq, kömək etmək. Yazın istisi buğdanı göyərtdi. // Əkmək, becərmək, yetişdirmək. Ağacı göyərtmək. – Lakin o adam daha böyük ləzzət alır ki, .. zəmilər göyərdir, bağlar salır.. M.İbrahimov. göy-göyərti top. bax. göyərti1. Göygöyərti əkmək. Göy-göyərti almaq. – Həyətlərdə ağac-uğac, göy-göyərti nədir, içməyə su da yoxdur. M.Rzaquluzadə. Firəngiz göygöyərti ilə toyuq ətini iştaha ilə yedi. B.Bayramov. göl-göyərtilik bax. göyərtilik. [Şiraslan düşünürdü:] ..Bu qaynar çeşmələr .. yollar üzərinə gətirilərsə, onlar göy-göyərtilik içərisindən ağara-ağara axar(dı)... S.Rəhimov. göygöz sif.\n1. Gözləri göy; gözügöy. Göygöz qız. – Yusif kürən, göygöz, yekəbaş uşaqlardan birinə baxan kimi onun Şirin nəslindən olduğunu yəqin etdi. B.Bayramov.\n2. məc. Çox simic, xəsis (adam). Göygözün biridir. göygözlü bax. göygöz 1-ci mənada. Laçının məktəb yoldaşı arıq, uzun, alnıçapıq, göygözlü bir oğlandı. M.Hüseyn. göygözlük is.\n1. Gözlərin göy olması.\n2. məc. Simiclik, xəsislik. Göygözlük etmək. göyləşmə I. “Göyləşmək1”dən f.is.\n\nII. “Göyləşmək2”dən f.is. göyləşmək I. f. Göy rəng almaq; maviləşmək. Paltar boyanıb göyləşdi.\n\nII. f. Göyərib, qol-budaq atıb göy olmaq; yaşıllaşmaq. göylü bax. göyərtili 1-ci mənada. göylük I. is. Göy rəngdə olma; mavilik. Paltarın göylüyü. – Göylüyünü necə saxlar bu göylük; Durnaları dönməz oldu dağların.. M.Araz. sulamaq.\n2. Otlaq, otluq, yaşıllıq. Sürünü göylüyə buraxmaq. – Bəzəsin çölləri başdan-başa göylük, otluq; Ta əzəldən bizə yaddır qıtlıq. S.Rüstəm. Örüşdən dönən heyvanlar göylükdən ayrılıb yola çıxır. İ.Hüseynov. // Bağbağat, yaşıllıq. Evlər itsin içində; Yaşıllığın, göylüyün. M.Rahim. göynədən (=göynədici) sif. Göynətmək xüsusiyyəti olan; acışdırıcı, qıcıqlandırıcı, qaşındırıcı. Xəlil .. ürəyini göynədən sözləri əmisi oğlundan soruşa bilmədi. İ.Məlikzadə. göynədici (=göynədən) sif. Göynətmək xüsusiyyəti olan; acışdırıcı, qıcıqlandırıcı, qaşındırıcı. Xəlil .. ürəyini göynədən sözləri əmisi oğlundan soruşa bilmədi. İ.Məlikzadə. göynədicilik is. Göynətmək xüsusiyyəti olma; acışdırıcılıq, qıcıqlandırıcılıq, qaşındırıcılıq. göynəmək f.\n1. Qıcıqlanmaq, qaşınmaq. Onun üzü-gözü qırışır və elə bil boğazı da göynəməyə başlayırdı. Ə.Əbülhəsən. Əvvəla, kətmən dəyən yer bərk göynəyirdi. İkincisi, qolları az qalırdı ki, qırıla. Ə.Vəliyev.\n2. Ağrımaq, sızıldamaq, gizildəmək. Şad idi, vücudim oynar idi; Can həsrət odunda göynər idi. Xətayi. Zirzəmi yaman rütubətdir ha... Hələ heç bir saat da keçməyib, amma indidən qıçlarım göynəyir. M.Hüseyn. Lakin deyin, söyləyin, hansı təbib bağlayar; Ruhun gözəgörünməz, göynəyən (f.sif.) yarasını? R.Rza.\n3. məc. Yazıq-yazıq, yavaşdan ağlamaq, sızlamaq, inləmək. Uşaq göynəyirdi.\n4. məc. Bir şeyin üstündə əsmək. [Əşrəf:] Başqasının ürəyinə çalın-çarpaz dağ çəkə bilirsən, özünə isə bir balaca toxunanda göynəyirsən. Bu insafdırmı? İ.Şıxlı. göynərti is. Göynəmə, sızıldama, ağrıma. Şeydanın sinəsinin altındakı köhnə çapığın göynərtisi dərhal əriyib yoxa çıxdı. B.Bayramov. göynətmə “Göynətmək”dən f.is. göynətmək icb.\n1. Qıcıqlandırmaq, acışdırmaq, qaşındırmaq. Dərman yaranı göynətdi. – [Nəcəfalı] qozdan bir neçəsini qoynuna doldurdu, qərzəkli qoz ətini göynətdi. B.Bayramov.\n2. məc. Narahat etmək, nigarançılıq doğurmaq, incitmək, ruhi əzab vermək. İndi [Tahirin] fikrini ana həsrəti göynədirdi. M.Hüseyn. Hamını göynədən (f.sif.) hələ taxıl vergisi idi. Mir Cəlal. göyöskürək is. tib. Adətən uşaqların tutulduğu sürəkli üzücü öskürək şəklində təzahür edən yoluxucu xəstəlik. göyrüş is. bot. Lələkvari yarpaqlı, qanadlı meyvəsi olan, ağır və möhkəm oduncaqlı ağac; vən. Göyrüş və ya vən ucaboylu, qışda yarpağı tökülən ağacdır. H.Qədirov. göyrüşlük is. Çoxlu göyrüş ağacı olan yer. Göyrüşlükdə dincəlmək. göysatan bax. göyərtisatan. göytürk is. tar. Orta Asiyada yaşamış qədim bir türk ulusu və bu ulusdan olan kimsə. Göytürk xaqanlığı. göytürkcə is. Göytürk dili, Orxon türkcəsi. göyümsov (=göyümtraq=göyümtül) sif. Göy rəngə çalan. Göyümtül göz. – Otağı göyümtül papiros tüstüsü bürüdüyündən adamların siması xəyal kimi dumanlı görünürdü. M.Hüseyn. [Qaragünün] ..alnının sol tərəfində dərin göyümtül çapıq .. görünürdü. M.Rzaquluzadə. göyümtraq (=göyümsov=göyümtül) sif. Göy rəngə çalan. Göyümtül göz. – Otağı göyümtül papiros tüstüsü bürüdüyündən adamların siması xəyal kimi dumanlı görünürdü. M.Hüseyn. [Qaragünün] ..alnının sol tərəfində dərin göyümtül çapıq .. görünürdü. M.Rzaquluzadə. göyümtül (=göyümsov=göyümtraq) sif. Göy rəngə çalan. Göyümtül göz. – Otağı göyümtül papiros tüstüsü bürüdüyündən adamların siması xəyal kimi dumanlı görünürdü. M.Hüseyn. [Qaragünün] ..alnının sol tərəfində dərin göyümtül çapıq .. görünürdü. M.Rzaquluzadə. göy-yaşıl sif. Göylə yaşıl arasında olan, həm göyə, həm də yaşıla çalan. Göy-yaşıl parça. göyzəmin sif. Yerliyi (fonu) göy rəngdə olan. Göyzəmin parça. – Gülşad göyzəmin krep-satindən, yaxası düyməli, qolu uzun don geymişdi. Ə.Əbülhəsən. göz is.\n1. İnsan və heyvanda görmə orqanı. Qara gözlər. Ala gözlər. İri göz. – Xumar-xumar baxmaq göz qaydasıdır; Lalə tək qızarmaq üz qaydasıdır. M.P.Vaqif. Arvad .. yaşarmış gözlərini silib ərinin qabağında döyükə-döyükə qaldı. S.Rəhman. • Göz ağı anat. – gözün ağ rəngli qabarıq qeyri-şəffaf qişası. Göz alması anat. – gözün, göz ağı və göz qarasının da daxil olduğu şarşəkilli hissəsi. Göz qapağı – bax. qapaq 2-ci mənada. Rzaqulu xan yalvardıqca Böyükxanım göz qapaqlarını bir-birinə çalıb hərdən bir qətrə göz yaşı atırdı. M.S.Ordubadi. Göz qarası (bəbəyi) – bax. bəbək 1-ci mənada. Göz yuvası anat. – kəllənin üz hissəsində göz almasının yerləşdiyi batıq; göz çuxuru. // Gözüm şəklində – əzizləmə, nəvaziş, oxşama, mehribanlıqla müraciət. [Qurbani:] Canım təbib, gözüm loğman; Mənim dərdim ara tez-tez. “Qurbani”.\n2. Görmə qabiliyyəti, görmə. İti göz. Gözü zəifləmək.\n3. Gözümdə (gözündə) şəklində – nəzərimdə (nəzərində), mənə görə (ona görə), mənim fikrimcə (onun fikrincə). Mənim gözümdə o heç bir şeydir. Sənin gözündə o, böyük adamdır.\n4. Nəzarət, baxım. Uşağın üstündə göz lazımdır.\n5. Xırda dəlik, deşik. Aşsüzənin gözləri. İynənin gözü. – Gilli məhlul baltanın gözlərindən (dəliklərindən) çıxaraq .. quyunun ağzındakı nov sisteminə tökülür. S.Quliyev.\n6. Bulağın başladığı yer, suyun çıxdığı yer; qaynaq, mənbə. Bulağın gözü tutulub. – Qaynar bulaqların gözündən içər; O ellər gözəli, o el yavrusu. S.Vurğun.\n7. Kiçik pəncərə (kassada, poçtda və s.də). [Qulam müəllim] şüşə gözün müqabilinə gəldi, vərəqəni uzatdı. S.Rəhimov. // Keçmək üçün hasarda, divarda açılmış dəlik. Hasardan qonşu bağa göz açmaq. – [Tellinin] müəllimlə öz otağının arasındakı divarda qapı kimi, fəqət alçaq, bir arşın hündürlüyündə bir göz vardı. S.Hüseyn. Üstləri dəmirli qalın qapılar; Ortada balaca göz yerləri var. H.K.Sanılı.\n8. Yaranın, şişin irin axan yeri. Çibanın iki gözü vardır. Yaranın gözü açıldı.\n9. Hissələrə ayrılmış bir şeyin ayrı-ayrı bölmələri. Portfelin kiçik gözü. Şkafın üst gözü. Xurcunun gözləri. – Heç bir söz demədən [Rüstəm kişi] başının üstündəki balaca dolabçanın gözünə qoyulmuş trubkanı götürüb [Şərəfoğluya] verdi və əlini sıxdı. M.İbrahimov. İşini tamam etdikdən sonra xarrat dolabın gözlərindəki kitablara nəzər at(dı). T.Ş.Simurq. Birinci iynəni batırarkən pəncərənin qırıq gözünə yamadığı kağız xəfif səs çıxardı. H.Nəzərli.\n10. Qoşa və ya üçlülə tüfəngin lülələrindən hər biri. Tüfəngin iki gözünü də sıxdım, ancaq heç biri dəymədi. M.Rzaquluzadə.\n11. Tərəzi qablarından hər biri. Hacı bir heyvərə daşı tərəzinin bir gözünə qoyub deyir.. Ə.Haqverdiyev.\n12. Adətən saylara qoşularaq, evdə, mənzildə neçə otaq, ya pəncərə olduğunu göstərir. Üç göz ev. İki göz pəncərə. – Binanın alt mərtəbəsi iki xırdaca gözdən, üstü isə yalnız bir gözdən ibarət idi. S.Rəhimov.\n13. məc. Alov mənasında. Lampanın gözünü çəkmək. – Şeyx Haşimi kiçik mizə yaxınlaşıb, qəzəblə barmağını bir-bir şamların gözünə basır, şamlar sönür, çadır qaranlıq içində qalır. Ə.Məmmədxanlı.\n14. Körpünün bir özülündən o biri özülünə qədər olan hissəsi, bölməsi. Körpünün üç gözü var. ‣ Göz aça bilməmək – fürsət, vaxt tapa bilməmək. İşin çoxluğundan göz aça bilmirəm. Göz (gözlərini) açan gündən (açandan) – 1) lap körpəlikdən; 2) başa düşəndən bəri, dərk etdiyi vaxtdan. Yerdə qalanları isə gözlərini açandan onu Güllücədə görmüşdülər. S.S.Axundov. Göz açıb yuman saatda – bir an içində, tez, əlüstü, o saat. [Məstəli şah:] Xanım, bir adam ki buradan Pariji göz açıb yuman saatda bərbad edə, onun xəbərin bir dəqiqədə, bir saatda, bir gündə, on günədək bura çatdıra bilməz? M.F.Axundzadə. Göz açıb yumunca – bir anda, bir an içində. Göz açıb yumunca işini qurtardı. Göz açmaq – 1) dünyaya gəlmək, doğulmaq. İnsanoğlu bu aləmə göz açdığı gündən bəri; Azadlığın məşəlinə qurban olmuş pərvanətək. S.Vurğun; 2) macal tapmaq, imkan əldə etmək, vaxt tapmaq. Göz açmağa macalım yoxdur. Göz açmamaq – macalı, vaxtı, imkanı olmamaq. Döyüşdən göz açmayan Rüstəm [Şərəfi] unuda bilmirdi. M.İbrahimov. [Osman:] Basırdı gülləni sola, həm sağa; Qoymurdu düşməni heç göz açmağa. H.K.Sanılı. Göz ağartmaq – qorxuducu nəzərlə, hədələyici tərzdə baxmaq. Niyaz anasına göz ağartdı, Ballı söhbəti kəsdi. Ə.Vəliyev. Göz ağartması vermək – bax. göz ağartmaq. Göz altından (altınca) baxmaq (süzmək) – başqalarına sezdirmədən, gizlicə baxmaq (süzmək). Hüseyn oynadıqca göz altından Surxaya baxırdı. S.Rəhman. [Beyrək] .. göz altından məclisdə olan gəlinləri, qızları süzməyə başladı. M.Rzaquluzadə. Göz atmaq – gözlə işarə eləmək. Göz atdım gözünə, himlədim bəri; Dayandı şir kimi pürvüqar gördüm. S.Vurğun. Göz bəbəyi məc. – əziz və sevgili sayılan. Onun göz bəbəyi bir oğlu var. Göz bəbəyi kimi qorumaq (saxlamaq) – böyük diqqətlə qoruyub mühafizə etmək, qayğısını çəkmək. Milli musiqi alətlərimizi göz bəbəyi kimi qorumalıyıq. Göz böyümək – qorxu, dəhşət bürümək, vahimə basmaq. Dərənin dibinə endikcə göz böyüyür, hər şey qaralır, şübhəli görünürdü. Mir Cəlal. Göz bulağı – bax. bulaq. Hicran dəryasında, göz bulağında; Qurbani, çalxanıb bircə üz indi. “Qurbani”. Göz çəkmək (yığmaq) – bax. əl çəkmək 3-cü mənada. [Pəri Əbdülə:] [Puldan] göz çək. C.Cabbarlı. Göz çıxarmaq – bax. gözünü çıxartmaq 2-cimənada. Göz dağı çəkmək – dərdə salmaq, qüssə vermək, ağır zərbə vurmaq. Oğlunu öldürüb anasına göz dağı çəkmək. – Bəlkə, neçə-neçələrə göz dağıyam, şöləyəm; fikri dustaq olanlara; dili yasaq olanlara! R.Rza. Göz dəymək – mövhumata görə baxışından ziyan, zərər çəkmək. Uşağa göz dəyib. – Al, yaşıl geyinib durma qarşıda; Yayın bəd nəzərdən, göz dəyər sana. Qurbani. Göz dəyməsin! – gözdəymənin qarşısını almaq üçün işlədilən ifadə. Dəyməsin göz, qəribə zirəksən; Bu fərasətdə dəhrdə təksən. S.Ə.Şirvani. Göz dikmək – 1) bir şeyi ələ keçirmək arzusunda olmaq, sahib olmağa çalışmaq. [Əziz bəy:] Nəkarədir ki, bir arşınölçən mənim adaxlıma göz dikə! M.F.Axundzadə. Yetim malına göz dikməyin nədir daim; Halal kəsb məgər narəvadır, ey vaiz? S.Ə.Şirvani; 2) bel bağlamaq, ümid olmaq, arxayın olmaq. Ata malına göz dikən malsız-davarsız qalar. (Ata. sözü). Bu gün bir süngüdür əlimdə qələm; Mənim bayrağıma göz dikir aləm. S.Vurğun; 3) nəzər yetirmək, baxmaq. Elə mən deyiləm hüsnünə mail; Göz dikibdir tamam Qarabağ sənə. Q.Zakir. Göz dolandırmaq – ətrafına baxmaq. Kərəm göz dolandırıb gördü ki, ovçular iki quzusu olan bir ceyranı vurublar. “Əsli və Kərəm”. Göz dolusu – fərəhlə, ürəklə, razı halda, şad. Göz dolusu evini süzdü. – Səkinə göz dolusu ərinə baxıb gülümsədi. M.İbrahimov. Göz doymamaq – bax. gözü doymamaq. Göz doymaz vəsməli kaman əbrudən; Can üzülməz səmən iyli geysudən. M.P.Vaqif. Göz etmək (eləmək) – gözlə işarə eləmək. Göz gəzdirmək – hər tərəfə baxmaq, başdan-ayağa süzmək, nəzər salmaq. Otağa göz gəzdirmək. Məclisə göz gəzdirmək. – Telli həyətin hər tərəfinə göz gəzdirdi. S.Hüseyn. [Rüstəm bəy] ətrafa göz gəzdirərək sanki söz axtarırdı. Çəmənzəminli. Göz görə (görə-görə) – açıq, aşkar, bəlli, gözlə görüldüyü halda. Göz görəgörə oğurluq etmək. – Yalançının dili yandı göz görə-görə; İnanmadı dili alov yaxanlar belə. M.Araz. Göz götürmək (çəkmək) – baxmamaq, əl çəkmək. Ayrı düşüb ulusundan, elindən; Yenə göz götürməz xublar telindən. Q.Zakir. Göz götürüb baxmaq – başını qaldırıb baxmaq, nəzər salmaq. [Səkinə] göz götürüb qonaqlara baxa bilmirdi. Ə.Abbasquliyev. Göz gözə baxmaq – üzbəüz oturmaq, bir-birinin üzünə, gözünə baxmaq. Ələsgər də eşq oduna alışdı; Göz gözə baxanda halın soruşdu. Aşıq Ələsgər. Göz gözə gəlmək – baxışları qarşılaşmaq, bir-birinə baxmaq. Göz gözü görməmək – çox qaranlıq, zülmət olmaq, heç bir şey seçilməmək. [Şahmar bəy:] Yamanca qaranlıqdır, göz gözü görməyir. N.Vəzirov. [Aqşin:] İşıq ver, göz gözü görmür. C.Cabbarlı. Qaranlıqda göz gözü görmürdü. S.Hüseyn. Göz işlədikcə – gözlə görülə bilən qədər, gözün görə bildiyi qədər (adətən çox geniş sahə haqqında). Göz işlədikcə tarlalar uzanırdı. – Göz işlədikcə gülümsər yaşıl xiyabanlar; Yaşıldı pəncərə, balkon, yaşıldı meydanlar. H.Cavid. Göz kəsilmək – bütün diqqətilə baxmaq. Göz kəsməmək – diqqətlə baxmaq, nəzərini çəkməmək, daim baxmaq. Onun üçün göz kəsmərəm gözündən; Müştaqəm, ey şəkər kanı, mən sənə. M.P.Vaqif. Göz (gözü, gözləri) qabağına gətirmək – xəyalında canlandırmaq, təsəvvürünə gətirmək, yada salmaq. Keçmiş günlərini göz qabağına gətirdi. – Onu yüz dəfə gözümün qabağına gətirmişəm, yüz dəfə xatırlamışam, lakin heç kəsə heç nə söyləməmişəm. İ.Əfəndiyev. Göz qabağına qoymaq – bir şeyi tez gözə dəyən, asanlıqla tapılan yerdə saxlamaq. Kitabları göz qabağına qoymaq. – Pərşan bağçaya getdi, zanbaq güllərini bankaya salıb artırmaya, göz qabağına qoydu. M.İbrahimov. Göz qabağında (qarşısında) – üzdə, ortada, meydanda. Nöqsanlar göz qabağındadır. – Gələcək qəsəbənin küçələri də artıq göz qabağında idi. Nəticə göz qabağındadır. Göz qamaşdırmaq – 1) gözlərini kütləşdirmək (parıltı). Üzüyün qaşı göz qamaşdırır; 2) məc. çox güclü təsir etmək. [Nadir bəy:] ..Sonra [tariximüqəddəsdə] yarpaqları çevirin! – Dinisiyasi minlərcə qanlı səhifələr gözlərinizi qamaşdırır. H.Cavid; 3) heyran etmək. Qızın gözəlliyi göz qamaşdırır. – Çayın vadisindəki çəmənlik də göz qamaşdırırdı. İ.Şıxlı. Göz-qaş (gözlə-qaş) arasında – tez, bir anda. Göz-qaş arasında yox oldu. – Könlüm quşu seyd oldu gözü-qaş arasında; Qanlar düşəcəkdir iki yoldaş arasında. Q.Zakir. Göz qıcırtmaq – bax. diş qıcamaq (“diş”də). ..Xanın düşmənləri buraya göz qıcırdıblar. M.S.Ordubadi. Göz qırpımında – bax. göz açıb yumunca (bəzən “bir” sözü ilə bərabər işlənir). Göz qırpımında hər şeyi ayırd etmək. – Bir göz qırpımında düşmən tankı artıq ön atəş xəttini keçmiş, .. batalyonun komanda məntəqəsi yerləşən təpəyə doğru istiqamət almışdı. Ə.Məmmədxanlı. Göz qırpmaq – 1) gözünü tez yumub açmaq; 2) məc. sayrışmaq, yanıb sönmək. Bakı milyon gözlərlə göz qırpır, uzaqlarda işıqdan atəşli bir qövs cızır, qövsdən o tərəfdə isə qaranlıq hamar bir sahə uzanırdı. Ə.Məmmədxanlı. Hər iki yanda bir çağırımlıqda göz qırpan bir işıltı görünürdü. M.Rzaquluzadə. Göz qoymaq (yetirmək) – 1) hiss etdirmədən diqqətlə baxmaq, fikir vermək, müşahidə etmək. Mən ona göz qoymuşdum, o, artıq məni buraxmaq istəmirdi, hər yana gedirdimsə kölgəm kimi dalımca sürünürdü. M.S.Ordubadi. Uşaq bağçasından keçirdim dünən; Göz qoydum oynaşan körpələrə mən. S.Vurğun. Mən oğurluqca ona göz qoyurdum. Mir Cəlal; 2) nəzarət etmək, baxmaq. [Lal Hüseyn] çiyidin müntəzəm surətdə səpilməsinə göz yetirirdi. M.İbrahimov. Göz-qulaq olmaq – ciddi nəzarət etmək, baxmaq. – Uşaqdan gözqulaq ol! – Göz qulaq ol! – əmrini verdikdən sonra ordugaha döndü. H.Nəzərli. Göz oxşamaq – ürəyə yatmaq, gözə xoş gəlmək, ürək açmaq. Adamlar göz oxşayan sarı, qırmızı, bənövşəyi çiçək xiyabanı ətrafında dolaşırlar. İ.Şıxlı. Göz olmaq – 1) pusmaq, güdmək, nəzarət etmək. Dustağa göz olmaq. – [Yusif:] Hər ikisinə özüm göz olaram. S.Rəhman; 2) muğayat olmaq, himayə etmək, göz qoymaq, nəzarət etmək. Uşağa göz ol! – Göz ol balamıza, görüm onu mən; Həm özünə layiq, həm mənə layiq. S.Rüstəm. Göz önünə gətirmək – yadına salmaq, xatirinə gətirmək, təsəvvüründə canlandırmaq, xatırlamaq. ..Keçdiyimiz yerlərdəki vəziyyəti göz önünə gətirib bunlara inanmalı oldum. M.Rzaquluzadə. Göz önünə qoymaq – bax. göz qabağına qoymaq. Göz salmaq – bax. gözü düşmək. Göz tutduqca – bax. göz işlədikcə... Yaxşısı budur ki, elə buradan baş alıb göz tutduqca diyarbədiyar qaçım. E.Sultanov. Göz ucu ilə (ucuyla) baxmaq – ötəri baxmaq. [Durna:] And içirəm o görünməz Tanrıya ki, heç bir zaman mənim [Əsəd bəyə] göz ucuyla baxdığım da olmamış(dır). C.Cabbarlı. Göz (gözüm) üstə! – bax. Baş üstə! (“baş”da). Baş üstə, göz üstə deyib, mən də ağanın qulluğuna təşrif apardım. N.Vəzirov. Əlini gözünün üstünə qoyub “gözüm üstə!” deyib getdi. Ə.Haqverdiyev. [Mədən müdiri:] Nə istəsən mənim bax bu gözüm üstə. M.Hüseyn. Göz üstə (üstündə) yerin(iz) var – əziz, hörmətli adamı nəzakətlə dəvət məqamında söylənir. Buyurun evimizə, göz üstə yeriniz vardır. – Asta qədəm qoyub, bir bizə gəlsən; Yerin var göz üstə, qız, qadan alım! Aşıq Ələsgər. [Banıçiçək:] Mənə qonaq gəlibsiniz, gözüm üstə yeriniz var. M.Rzaquluzadə. Göz verib işıq verməmək – daim sıxışdırmaq, narahat etmək, incitmək, təzyiq altda saxlamaq. [Mərcan bəy:] Pulun ola, malın ola, amma arvad sənə göz verib işıq verməyə. Ü.Hacıbəyov. [Məsmə:] Mən nə etməli idim. Bu adam mənə göz verəcək, işıq verməyəcəkdi. S.Hüseyn. Göz vurmaq (basmaq, etmək, çalmaq) – işarə etmək üçün gözünün birini qırpmaq. Rzaqulu göz elədi ki, dinməyim. C.Məmmədquluzadə. Hatəmxan yüzbaşıya tərəf göz çalaraq sağ əlinin baş barmağını heç kəs görmədən yanda tovladı və: – Yüzlük! – deyə, sözünü tez kəsdi. S.Rəhimov. Nərgizlə Gülşən birbirinə göz vurdular. Ə.Vəliyev. Göz yaşı – damla, qətrə halında gözdən axan su. ..Aşiqinə qanlar ağladan dilbər; Rəhmə gəlib göz yaşını silməzmi? M.P.Vaqif. Məzlumların göz yaşı dərya olacaqmış; Dəryaları, ümmanları neylərdin, ilahi? M.Ə.Sabir. Göz yaşı kimi (təki) – saf, təmiz, dumduru. ..Dağlardan göz yaşı kimi duru, bal kimi şirin, hava qədər yüngül çeşmələr axır. H.Nəzərli. Söyüd ağacının yaxınlığında xırdaca bir qayadan göz yaşı kimi duru bir bulaq çıxıb ağacın dibi ilə axırdı. M.Rzaquluzadə. Göz yaşı tökmək (axıtmaq) – ağlamaq. Dərin sükuta dalmış uzun gecələri isə göz yaşı tökərək xəyal ilə keçirirdim. S.S.Axundov. Göz yetirmək – baxmaq, nəzər salmaq, diqqət etmək, göz gəzdirmək. [Əsgər:] Belə, sözün doğrusu, o tərəfə-bu tərəfə baxıb göz yetirirəm, görürəm yenə bir şeyim çatmır. Ü.Hacıbəyov. Göz yummaq – 1) əhəmiyyət verməmək, fikir verməmək. [Muradın] qarşısında iki yol vardı: Nigarı boşayıb adını öz üzərindən qaldırmaq və ya onu tamamilə sərbəst buraxıb hər işinə göz yummaq. S.Hüseyn; 2) əl çəkmək, etinasız olmaq. Bu işdən boyun qaçırmaq gələcək səadətə göz yummaq deməkdir. Ə.Sadıq. Göz yumub açınca (açana qədər) – bax. göz açıb yuman saatda. Göz yumub açınca seylabə verərdim aləmi. Füzuli. Gözdə-qulaqda olmaq – bax. göz-qulaq olmaq. ..Özün isə gözdə-qulaqda ol. Elə ki Kərəmovun yaxası ələ keçdi, birinci zərbəni sən endir. İ.Əfəndiyev. Gözdə olmaq – diqqət mərkəzində olmaq, hamının diqqətini cəlb etmək. Gülşənin manqası niyə gözdədir? Ə.Vəliyev. Gözdən buraxmaq (qaçırmaq) – görməmək, diqqətli olmamaq. [Münəccim pişxidmətə:] Südabəni gördün sən; Səyavuşu öpərkən? Gözdən qaçırma, diqqət! H.Cavid. Gözdən çəkilməmək – daim ortada gəzmək, göz qabağında olmaq. Nə edəsən ki, Mələknisə də gözdən çəkilmirdi ki, çəkilmirdi. Mir Cəlal. Gözdən düşmək – əvvəlki hörmətini itirmək, etibardan düşmək, daha sayılmamaq. Başqa məhparələr eşqində gözümdən düşdü; Qətrə gözdən düşər, əlbəttə ki, dəryayə görə. Ə.Vahid. Gözdən eləmək – gözünü şikəst etmək, kor etmək, işığa həsrət qoymaq. Çox ağlamaq ananı gözdən elədi. – Səni gözdən eləyən; Gözdən iraqlaşdıran; Bu uğursuz çadranı; Fırlat qaranlıqlara! Ə.Cavad. Gözdən iti – görmə qabiliyyəti yaxşı olan, itigözlü. Gözdən itmək – görünməz olmaq, görünməmək, yox olmaq, tez çıxıb getmək. Novruzəli bu sözləri deyəndən sonra gözdən itdi. C.Məmmədquluzadə. Yolun ortasında özünü günə verən koramallar səs eşitdikdə sürünüb qalınlıqda gözdən itirdilər. İ.Şıxlı. Gözdən keçirmək – 1) ötəri baxmaq, nəzər salmaq. Qulam müəllim hər iki yazını gözdən keçirdi. S.Rəhimov. Mirbalayev vərəqəni alıb .. gözdən keçirdi. M.Hüseyn. Məhərrəm kağızları bir-bir gözdən keçirməyə başladı. H.Nəzərli; 2) baxmaq, nəzər atmaq, fikir vermək. Sinfi gözdən keçirmək. Ətrafı gözdən keçirmək. – Yolçu bir daha xarabalığı gözdən keçirdi. Ə.Məmmədxanlı. [Nuriyyə:] Gözüm otağın yarımqaranlığına alışandan sonra adi taxtadan düzəlmiş rəflərdəki kitabları gözdən keçirdim. İ.Əfəndiyev; 3) yoxlamaq. Kağızları gözdən keçirmək. Biletləri gözdən keçirmək. – Biz Acı körpüsünü keçib şose yolu idarəsinə çatana qədər iki yerdə vəsiqələrimizi gözdən keçirdilər. M.S.Ordubadi. Gözdən kənara buraxmamaq – bax. gözdən qoymamaq. Yazıqları .. gözdən kənara buraxmadılar. M.S.Ordubadi. Gözdən qaçmaq – görünməmək, diqqətdən kənarda qalmaq. Gözdən qoymamaq – birinin bütün hərəkətlərinə fikir vermək, diqqət yetirmək, təqib etmək, nəzarət altında saxlamaq, izləmək. Uşağın hərəkətlərini gözdən qoymamaq. – Mən qaraçı qızını gözdən qoymurdum. M.S.Ordubadi. Firuzə xəstəni bir an gözdən qoymurdu. A.Şaiq. Gözdən (gözlərdən) olmaq – kor olmaq. [Qəribin atası:] Gecəgündüz axıdıram göz yaşı; Gözdən oldum oğul-oğul deməkdən. “Aşıq Qərib”. Gözdən pərdə (əsgi) asmaq – aldatmaq; həqiqəti gizlədib yalan danışmaq, kələk işlətmək, nöqsanların üstünü örtmək. [Nəsib dayı:] Görürəm səninlə danışmaq çox çətindir, Kosaoğlu. Sən başa düşmürsən ki, .. gözdən pərdə asmaq ən böyük cinayətdir?! İ.Şıxlı. Gözdən salmaq – 1) etina etməmək, unutmaq, yaddan çıxartmaq. Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qədər azaldı ki, başıbəlalı tütəyi bilmərrə gözdən saldım. C.Məmmədquluzadə. Aydın qələbəsinin bu cür gözdən salınmağına dözürdü. M.Hüseyn; 2) uzaqlaşdırmaq, kənar etmək. Ələsgəri gözdən salma irağa; Necə dözüm belə dərdü fərağa? Aşıq Ələsgər. Gözdən tük çəkmək – bir işi çox cəld və məharətlə görmək. Bilmirsən ki, oğrular gözdən tük çəkirlər? Mir Cəlal. Gözdən uzaq (iraq)! – qorxu, vahimə, xof və s. qarşısında işlədilən ifadə. Həm də, gözdən iraq, gəlinlər, qızlar; Əlləri qoynunda zarıyıb sızlar. S.Vurğun. Gözdən uzaq (iraq) olmaq (düşmək) – bir-birindən ayrı düşmək, aralı yaşamaq, uzaqda olmaq, qürbətə düşmək. Gözdən uzaq olan könüldən də uzaq olar. (Məsəl). Gözdən yayınmaq – qaçıb gizlənmək, qaçmaq, əkilmək, gözə görünməmək. [Ələmdar] mühafizlərin gözündən yayınmağı kəsdirdi. S.Rəhimov. [İlyas Adiləyə:] Elə ki, həyətin aşağısına gəlib gözdən yayındım, o saat qayıdıb Tərlanın boynuna sarıldım. Ə.Məmmədxanlı. Gözə batmaq – bax. gözə girmək. [Altunbay:] [Qullar] ox kimi gözə batırlar. C.Cabbarlı. Gözə dəymək (çarpmaq) – görünmək, görsənmək, diqqəti cəlb etmək. [Qarovul:] Gedən yoldaşlardan da gözə bir nişan dəyməyir. Ə.Haqverdiyev. Hazır olanlar sırasında birinci növbədə gözə çarpan Hacı Qəvam idi. T.Ş.Simurq. Gözə (gözlərə) fərəh vermək – sevindirmək, ürək açmaq, könlü xoş etmək. Gözəl mənzərə gözə fərəh verir. – Göz işlədikcə yamyaşıl otlar, göy çəmənlər və rəngarəng yarpaq və meyvələrlə bəzənmiş ağaclar gözlərə fərəh verir. M.Rzaquluzadə. Gözə gəlmək – 1) bax. gözə görsənmək (görünmək). Bulud qara, göy qara; Bu qaranlıq gecədə; Gözə gəlir göy qara. S.Vurğun; 2) vecinə gəlməmək, saymamaq; 3) bax. göz dəymək. Bu gecə sizə gəlləm; Pəncərənizə gəlləm; Üzərriyi götür, gəl; Yoxsa mən gözə gəlləm. (Bayatı). Gözə gətirmək – mövhumi təsəvvürə görə guya baxışı ilə ziyan vurmaq, bəlaya salmaq. Uşağı gözə gətirmək. Mal-qaranı gözə gətirmək. – [Qarı:] Eh, oğlumu gözə gətirdilər. S.Vəliyev. Gözə girmək – diqqəti özünə cəlb etməyə çalışmaq, həmişə göz qarşısında olmağa çalışmaq, özünü gözə soxmaq, özünü göstərmək. ..Mən gözə girmək üçün yox, vətənə xidmət etmək üçün çalışıram. Ə.Əbülhəsən. [Həbibə] bu fikrə gəlmişdi ki, nə qədər kefi saz olsa da, paltarını dəyişməsin, gözə girməsin. Mir Cəlal. Gözə görünmək (görsənmək, çarpmaq) – nəzərə çarpmaq, diqqəti cəlb etmək. Birdən-birə göründü gözə bir xərabəzar; Görsən nə qəmli mənzərələr aşkar idi. M.Hadi. [Hamamda] əvvəl gözə görünən divardakı su küpü idi. Çəmənzəminli. Gözə xoş görünmək (gəlmək) – xoşa gəlmək, bəyənilmək, xoşlanmaq. [Sila:] [Qız] güləndə də, qüssələnəndə də, düşünəndə də həmişə gözə xoş gəlir. S.Vəliyev. Gözə kül (torpaq) atmaq (səpmək, üfürmək) – aldatmaq, kələk gəlmək, hiylə işlətmək. Gözə sataşmaq – bax. gözə dəymək. Qabaqda oturan qız orada yenə Dursunun gözünə sataşdı. Ə.Əbülhəsən. Gözə soxmaq – diqqət mərkəzində qoymaq, diqqəti cəlb etmək, nəzəri cəlb etmək. İşini gözə soxmaq. – [Surxay Dövlət bəyə:] Zavod və milyonlarınızı da çox gözümə soxmayın. C.Cabbarlı. [C.Məmmədquluzadə] əsərlərini gözə soxmağı, özündən danışmağı sevməzdi. M.İbrahimov. Gözə torpaq tullamaq – bax. gözdən pərdə (əsgi) asmaq. Gözləri açıla qalmaq – heyran olmaq, heyrətdə qalmaq. Qızın gözəlliyi qarşısında gözləri açıla qaldı. Gözləri alacalanmaq – təəccüb, qorxu nəticəsində gözləri irilənmək, iri açılmaq. Alman öz süngüsü ilə onun zərbələrini dəf etməyə çalışaraq dal-dalı çəkilir və gözləri alacalanmış, gülünc bir ifadə ilə nə isə mırıldanır. İ.Əfəndiyev. Gözləri batmaq – bax. gözləri çuxura düşmək. Acından, soyuqdan çıxır donqarı; Batıb gözləri, rəngi olub sapsarı. Ə.Nəzmi; // zəifləmək, taqətdən düşmək. Şahsuvar tərəfə patron boşaltdı; Qüvvədən düşərək gözləri batdı. S.Vurğun. Gözləri böyümək – təəccübdən, heyrətdən, qorxudan gözlərini iri açmaq. Gözləri böyüdü sanki vəhşətdən; Qamaşdı o yüksək mədəniyyətdən. Şəhriyar. Gözləri hədəqəsindən çıxmaq – bax. gözü (gözləri) kəlləsinə çıxmaq. Boğazı qurumuş, dili qurumuş; Çıxmışdır gözləri hədəqəsindən. M.Müşfiq. Gözləri ilə süzmək – başdan-ayağa baxmaq, tamam nəzərdən keçirmək. Molla ikrah edirmiş kimi bir-iki addım geri çəkilib dayandı və əli ilə Kürdən əsən mehin oynatdığı ütülmüş saqqalını tumarlaya-tumarlaya gələnləri qıyıq gözləri ilə süzdü. İ.Şıxlı. Gözləri işıqlanmaq – bax. gözləri parıldamaq. Qızılı görən zindanbanın gözləri işıqlandı. “Qurbani”. Gözləri qan çanağına dönmək – gözlərinin içi qanla dolmaq, bərk qızarmaq. Ömər koxanın üzü tunc kimi bozardı. Qalın qaşları pırpızlandı və gözləri qan çanağına döndü. İ.Şıxlı. Gözləri quyuya düşmək – çox arıqlamaq, gözləri batmaq, çökəyə düşmək. Gözləri parıldamaq – üzündə sevinc görsənmək, fərəh içərisində olmaq. [Bədircahan:] ..Sənin söhbətin ortalığa düşəndə Züleyxa xanımın barmağını kəssən, xəbəri olmaz, elə üzü gülür, gözləri parıldayır... N.Vəzirov. Gözləri süzülmək – göz qapaqları xəfif-xəfif qapanmağa başlamaq, yuxu basmaq. Gözlərindən yuxu tökülmək – bərk yuxusu gəlmək, şiddətli şəkildə yuxulamaq istəmək. ..Gözlərindən yuxu tökülən Kosa alçaq .. çarpayıya tərəf yenərək .. ah çəkdi. S.Rəhimov. Gözlərinə qaranlıq çökmək, gözlərinin qabağı qaralmaq – bax. gözü (gözləri) qaralmaq. Gözlərini açmaq – 1) oyanmaq. Sabahı günü Cəlil ağa gözlərini açanda özünü bir qeyri aləmdə, bir qeyri mühitdə gördü. İ.Musabəyov. Rəngi qaçmış Afaq gözlərini açıb onu başı üzərində görərkən, ilk dəfə ana olmuş qadına məxsus bəxtiyar bir təbəssümlə gülümsədi. Ə.Məmmədxanlı; 2) ayıltmaq, başa salmaq, oyandırmaq. Cəmilənin sözləri [Mirzağanın] qapalı gözlərini açır, hansı mühit içərisində yaşadığını ona qandırırdı. S.Hüseyn; 3) başa düşmək, dərk etmək, ayılmaq. Mən gözlərimi açdıqda özümü belə zəngin bir təbiət içində gördüm. S.S.Axundov. Gözlərini ağzına dikmək – diqqətlə birinə qulaq asmaq, yaxud birinin nə deyəcəyini səbirsizliklə, diqqətlə gözləmək. Hamı gözlərini sədrin ağzına dikmişdi. – Məclisdə olanların hamısı gözlərini Hacı əminin ağzına dikmişdi. M.S.Ordubadi. Gözlərini dolandırmaq – ətrafa göz gəzdirmək, dörd tərəfini seyr etmək. Böyükxanım gözlərini dolandırıb, oğlanlarına baxıb daha da dilgir olurdu. M.S.Ordubadi. Həmzə gözlərini dolandırıb Şahmara tərs-tərs baxdı, rişxəndlə gülümsündü. B.Bayramov. Gözlərini dörd açmaq – həddindən artıq diqqətli olmaq, çox fikir vermək. Gözlərini oxşamaq – xoşlamaq, bəyənmək, gözünə xoş gəlmək. [Qumru] ..Hansı tərəfə dönürdüsə, daha şux bir rəng gözlərini oxşayıb, onu özünə doğru çağırırdı. Ə.Məmmədxanlı. Gözlərini sıxmaq – bax. gözünün qorasını sıxmaq. Üzünü aşağı tutub, gözlərini sıxdı. Mir Cəlal. Gözlərini süzmək – 1) göz qapaqlarını birbirinə yaxınlaşdıraraq heyran-heyran baxmaq. [Müəllim:] [Tələbə] mənim suallarıma cavab verəndə başını aşağı əyir, gözlərini süzür və ancaq: – Nə? – deyirdi. Qantəmir; 2) nazlanmaq, naz-qəmzə etmək. Sən ha Qurbaninin canın üzərsən! Qaş oynadıb gözlərini süzərsən. “Qurbani”. Gözlərinin ağı saralmaq – xəstələnmək, azarlamaq. ..İztirabdan bu gün üzün qaralıb; Gözlərin ağı sərbəsər saralıb. S.Ə.Şirvani. Gözlərinin içi gülmək – çox sevindiyi üzündəngözündən bilinmək. Gözü ac olmaq – tamahkar olmaq, heç şeydən gözü doymamaq, daim gözü bir şeydə olmaq. Gözü (gözləri) açılmaq – dərk etməyə başlamaq, ayılmaq, qəflət yuxusundan oyanmaq, fəaliyyətə, hərəkətə gəlmək, yaxşı-yamanı seçmək. [Zakirov Sədəfə:] [Şeyda] Göytəpədə çox yubandı, kim bilir, bəlkə orda gözü açıldı. Ə.Məmmədxanlı. Gözü (gözləri) ağara qalmaq – təəccübdən, qorxudan gözləri irilənmək, iri açılmaq, gözləri bərəlmək. Gözü (gözləri) ağarmaq – 1) gözü pərdə basıb kor olmaq, görməmək; 2) bir işi sona çatdırınca böyük əzab çəkmək, əziyyətə qatlaşmaq. [Telli:] Bir yandan ömrü gödəlmiş Heydərqulu ağa mənə göz verir, işıq vermir, elə fikrə düşür, elə qələt eləyir ki, it yesə gözü ağarar... N.Vəzirov. Gözü ağrımaq – məc. incimək, xoşu gəlməmək, zəhləsi getmək. Onu görəndə gözüm ağrıyır. Gözü (gözləri) axmaq – gözü (gözləri) yumulmaq, örtülmək. Mən hey göyə baxdım, göy mənə baxdı; Yollara baxmaqdan gözlərim axdı. Ə.Cavad. Pəncərədən ay baxır; Yenə gözlərin axır. N.Rəfibəyli. Gözü almaq – 1) öyrəşmək, bələd olmaq, alışmaq. Atların xasiyyətini gözüm elə alıbdır ki, heç bir bədxasiyyət at fikrimə gətirə bilmirəm ki, onu iki-üç günün içində öyrədib faytona qoşa bilməyim. C.Məmmədquluzadə; 2) dan. qalib gələcəyinə inamı olmaq, özünə arxayın olmaq. Səni gözüm alıb, oyunu udacağam; 3) müxtəlif şeylərin içərisindən birini bəyənib, xoşlayıb seçmək. Güllü parçanı gözüm aldı. ...gözündə qalmaq – etdiyi arzu, xoş niyyət yerinə yetməmək, kamına çatmamaq. Muradı gözündə qalmaq. – Məktəbi qurtarmaq üzrə ikən Qəhrəmanın arzusu gözündə qaldı. S.Rəhimov. ...gözündə qoymaq – arzusunu, niyyətini yerinə yetirməmək, şad etməmək, sevindirməmək. Oğul anasının arzusunu gözündə qoydu. – [Gülsənəm:] Tahir, mənim muradımı niyə gözümdə qoymusan? M.Hüseyn. Gözü (gözləri) ayağının altını görməmək – qürrələnmək, qudurmaq, heç kəsi saymamaq. Gözü bağlanmaq (örtülmək) – heç bir şeyi görməmək, başa düşməmək, fərqinə varmamaq, anlamamaq. [Ziba xanım:] Sənin gözün örtülüb, uyubsan bir çənginin məkrinə, felinə; təmiz adını, sanını itiribsən. M.F.Axundzadə. Gözü (gözləri) böyümək – təəccüb etmək, heyrətlənmək. Dürrənin gözləri daha da böyüdü.. S.Vəliyev. Gözü çıxmış, gözün çıxsın! (tökülsün) – “kor olasan”, “görməyəsən” mənasında qarğış ifadəsi. Ustadlar ustadnaməni iki deməyib, üç deyər, biz də deyək üç olsun, yağıların gözü tökülsün. “Qurbani”. Çıxaydı kaş gözüm, görməyəydi hicranın. X.Natəvan. Gözü (gözləri) dikilmək (dikilib qalmaq) – birinə baxıb durmaq, gözünü ayırmamaq, baxa-baxa qalmaq. Yuxusu da gecələr uçub ərşə çəkildi; Sübhə qədər gözləri şam çırağa dikildi. B.Vahabzadə. M.Hüseyn. Gözü (gözləri) dolmaq (doluxsunmaq) – ağlamaq dərəcəsinə gəlmək, gözləri yaşla dolmaq. Sanki boğmaq istər göz yaşı seli; Qəribin gözləri dolar axşamlar. Ə.Cavad. İndi isə [Nərgizin] anasının gözləri dolmuşdu. Ə.Məmmədxanlı. Sevincindən Dürrənin gözləri doluxsundu. S.Vəliyev. Gözü doymamaq – 1) həris olmaq, tamahkarlıq eləmək, hər şeydə gözü qalmaq. Gözüm doymaz sənin kimi canandan; Cananın itirən tez olar candan. “Qurbani”. Ələsgər heç çıxmaz qəm libasından; Gözü doymaz gözün təmənnasından. Aşıq Ələsgər; 2) acgözlük eləmək, gözü yemək dalınca qalmaq. Acın qarnı doyar, gözü doymaz. (Ata. sözü); 3) arzusuna, məramına axıra qədər çatmamaq. Gözü (gözləri) dörd olmaq – diqqətlə baxmaq, nəzərdən keçirmək. Üzüyümü itirmişəm, gözüm dörd olub. – Hər yana baş vurur, gözü dörd olur; Özgənin sevinci ona dərd olur. S.Rüstəm. Gözü dumanlanmaq – hirsindən, qəzəbindən gözü heç bir şey görməmək. Gözü dumanlandı, nitqi tutuldu; Görüncə süzülən o baxışları. B.Vahabzadə. Gözü düşmək – 1) görüb aşiq olmaq, vurulmaq, sevmək. Çərşənbə günündə çeşmə başında; Gözüm bir alagöz xanıma düşdü. Aşıq Ələsgər. [Asya:] Aha, bildim, arşınmalçıya gözün düşübdür. Ü.Hacıbəyov. Bəy, qonşunun qızına gözüm düşüb. Ə.Haqverdiyev; 2) birdən görmək, gözünə dəymək, gözü sataşmaq. Qonşu otağa gözüm düşdü. – Bağrım şan-şan olur zənbur evitək; Gözüm ki sən gəzən otağa düşər. Q.Zakir. Gözü gəzmək – 1) axtarmaq; 2) hər tərəfə baxmaq, hər yeri nəzərdən keçirmək. Kənkanın gözü dörd tərəfi gəzdi. S.Rəhimov. Gözü götürməmək – birinə darılmaq, paxıllıq etmək, qibtə etmək. [Səməd bəy:] Rejissorun Oqtayı gözü götürmür, gəlib ona rəqib olacağından qorxur. C.Cabbarlı. Gözü gözündən uzaq – ayrı düşmüş, aralı. Çıxmaz yadımızdan, çıxmaz yaradan; Gözü gözümüzdən uzaq olsa da! H.Arif. Gözü (gözləri) gülmək – fərəh içərisində olmaq, məmnunluq, sevinc izhar etmək, şad olmaq. Zəhra və Həsən minnətdarlıqla [Firuzəyə] baxanda gözləri gülürdü. M.İbrahimov. Analar fərəhlə baxırlar sənə; Körpə balaların gülür gözləri. N.Rəfibəyli. Gözü (gözləri) heç bir şey görməmək – hissə qapılıb hər şeyi unutmaq, heç bir şey gözündə olmamaq. Gözü ilə görən – şahid. Gözü ilə görmək – bir işin, hadisənin şahidi olmaq. [Xortdan:] Gözümlə görəndən sonra məndə şəkk yeri qalmadı. Ə.Haqverdiyev. ..Bunları gözümlə görmüşəm .. Mir Cəlal. Gözü ilə (də) görmək istəməmək – zəhləsi getmək, heç üzünə baxmaq istəməmək. Çünki onun sevdiyi Şəfiqə Lütfəlini gözü ilə də görmək istəmirdi. İ.Musabəyov. Gözü ilə yemək – bütün diqqəti ilə baxmaq, dik-dik baxmaq. Oturduğu yerdə [Tükəzban] istəyirdi ki, kağızın hərflərini gözü ilə yesin. B.Talıblı. Gözü işləməmək – görməmək, gözü zəifləşmək. [Kərəm:] Qocalıbsan, daha gözün işləmir. “Əsli və Kərəm”. Gözü (gözləri) kəlləsinə çıxmaq – bərk hirslənmək, qəzəblənmək; 2) həddindən artıq təəccüblənmək, heyrətlənmək. Gözü kimi – çox əziz, çox qiymətli. Gözü-könlü açılmaq – şadlanmaq, sevinmək, ürəyi açılmaq, könlü açılmaq, fərəhlənmək. Gəzməyə çıx, gözün-könlün açılsın. Gözü (gözləri) qabağında (qarşısında, önündə) durmaq (olmaq, dikəlmək, canlanmaq) – xatirindən çıxmamaq, həmişə yadında olmaq. Onun gözləri önündə iki həyat, iki tale canlanırdı. M.Rzaquluzadə. Yaşıl budaqları ilə ətrafı bürüyən bir ağac gözü qarşısında canlandı. S.Vəliyev. Təmkinlə, ürəklə danışır qonaq; Durur göz önündə o ana torpaq. B.Vahabzadə. Gözü qalmaq – 1) gördüyü bir şeyin həsrətində olmaq, həsrətini çəkmək, əldə etmək arzusunda olmaq. Paltoluq parçada gözüm qaldı. – Gözüm qaldı kirpiyində, qaşında; Qul et, durum qolubağlı qarşında. Aşıq Ələsgər; 2) baxa-baxa durmaq, gözünü çəkməmək, nəzərini ayırmamaq, bir şeyin xoş təsirindən qurtara bilməmək. Gözü qızın üzündə qalıb. Gözü (gözləri) qamaşmaq – parıltıdan, şəfəqdən bir şeyə baxa bilməmək. Brilyantlar gözü qamaşdırır. – Elə isə bəs neçin; Baxırkən bu şeylərə; Qamaşdı gözlərin? B.Vahabzadə. Gözü (gözləri) qaralmaq – 1) halı pisləşmək, başı fırlanmaq, bayğınlıq halına gəlmək. [Xortdan:] Gözlərim qaraldı, başım gicəlləndi. Ə.Haqverdiyev. [İlyas:] ..Başıma endirilən qılınc zərbəsindən gözlərim qaralır, mən üzüstə Tərlanın boynuna yıxılıram. Ə.Məmmədxanlı. [Cəlalın] .. gözləri qaralır, ətraf başına fırlanırdı.. S.Vəliyev; 2) dəhşətə gəlmək, qorxmaq. Pələngdən elə bir nərilti qopdu ki, səsindən dağ-daş titrədi, gözlərim qaraldı. A.Şaiq. Gah elə enir ki, gözüm qaralır; Gah elə qalxır ki, dözməyir ürək. H.Arif. Gözü qayıtmamaq – bax. gözü doymamaq. Qayıtmaq istəməz gözüm gözəldən; Qayğımı artıran, dərdim təzəldən. “Qurbani”. Gözü qızmaq (qızarmaq) – hirsindən, qəzəbindən heç kəsi gözü görməmək, bərk coşmaq, həddindən artıq qızışmaq. Rövzəxana dəydi baqqalın sözü; Dişlərin qıcıdıb qızardı gözü. M.S.Ordubadi. Gözüm qızdı, dedim: – Mənə Xoruzoğlu deyərlər. S.Rəhimov. Gözü qorxmaq – acı təcrübədən sonra ehtiyatla hərəkət etmək, bir zərər, bədbəxtlik ola biləcəyini yadda saxlamaq. Gözüm qorxub, dənizdə çimə bilmərəm. Gözü (gözün) olmaq – muğayat olmaq, qorumaq, nəzarət etmək. [Zeynal:] Uşaqlarda gözün olsun! S.Hüseyn. [Dilara:] Tapşırdım, gözü onda olsun. Ə.Məmmədxanlı. Gözü (gözləri) önünə (qabağına) gəlmək – təsəvvüründə canlanmaq, yadına düşmək. ..Mehriban çobanın surəti gözləri önünə gəldikdə, Səmədin qəlbində nakam məhəbbətin yarası daha şiddətlə sızıldamağa başlamışdı. İ.Hüseynov. Gözü örtülmək – ətrafındakı hadisələri dərk edə bilməmək, anlamamaq, qəflətdə olmaq, bəsirətini itirmək. [Ziba xanım:] Sənin gözün örtülüb, uyubsan bir çənginin məkrinə, felinə, təmiz adını-sanını itiribsən. M.F.Axundzadə. Gözü (gözləri) pərdələnmək – bax. gözü (gözləri) qızmaq. [Ceyniz:] Hirsdən ikisinin də gözləri pərdələnib bir-birinə hücum etməyə başladılar. Çəmənzəminli. Gözü (gözləri) pər-pər çalmaq – bax. gözləri parıldamaq. Gözü (gözləri) sataşmaq (ilişmək) – birdən görmək. Huş başımdan çaşdı, dilim dolaşdı; Gözlərim sataşdı, buxağa düşdü. Aşıq Ələsgər. [Bəypolad:] ..Gözlərim bağçanı şənlədən çiçəklərə ilişdi. H.Cavid. Nərgiz kəskin bir hərəkətlə geri döndü, gözləri Nərminə xalamın gözlərinə sataşdı. Ə.Məmmədxanlı. Gözü seçməmək – zəif görmək, çətinliklə ayırd etmək, yaxşı görməmək, görə bilməmək. [Qoca:] Ay uşaq, gözüm seçmir, bir görün o gələn atlı kimdir? İ.Əfəndiyev. Gözü su içməmək – inanmamaq, etibar etməmək, şübhə etmək. Arvadı bundan soruşdu ki, ustalar nə istəyirlər, .. cavab verdi ki, ustalardan gözü su içmir. C.Məmmədquluzadə. [Aslan bəy:] Mənəf, axır sənin bu oğlundan heç mənim gözüm su içmir. Ə.Haqverdiyev. Gözü (gözləri) süzülmək – 1) göz qapaqları qapanmağa başlamaq, yuxusu gəlmək. Əsgərin .. gözləri süzülürdü. Ə.Əbülhəsən. [Fəridə Qurbana:] Qurban dayı, [çağanın] gözləri süzülür, deyəsən, yatacaq.. Ə.Məmmədxanlı; 2) xumarlanmaq, gözləri yarıqapalı bir vəziyyətə gəlmək. Gözləri süzüldü, canım üzüldü; Vurubdur sinəmə yara qaşların. Aşıq Ələsgər. Gözü tox olmaq – heç bir şeydə gözü olmamaq, nəfsi az olmaq. Könlü açıq, gözü toxdu Şəmşirin; Oynasın taleyi, bəxti Şəmşirin. Aşıq Şəmşir. Gözü tutmaq – xoşlamaq, bəyənmək, sevmək, aşiq olmaq. [Səriyyə:] Mənim ürəyim [Rüstəmi] sevir, mənim gözüm onu tutub, mən ona aşiqəm.. C.Cabbarlı. ...gözü uçmaq – birini görməyə çox can atmaq, şiddətli arzu hiss etmək (bəzən də bu ifadə istehza kimi “şəni görməyə çox gözüm uçurdu” şəklində işlənir). Gözü üstündə olmaq – daim nəzarət etmək, himayə etmək, qayğısına qalmaq. [Mayor Cavanşir bəyə:] Harda olsam, gözüm sizin üstünüzdə olacaq. Ə.Məmmədxanlı. Gözü (gözləri) yaşarmaq (yaşla dolmaq) – ağlamağa başlamaq. Cavan komandanın da qocanın bu halətinin təsirindən gözləri yaşardı. Ə.Haqverdiyev. Zəhra analarını itirmiş on üç qızın halını, ürək parçalayan səmimi göz yaşlarını görərək, ixtiyarsız gözləri yaşardı. S.Hüseyn. Şiddətli qamçıdan Bahadırın gözləri yaşardı.. M.Hüseyn. Gözü (gözləri) yol çəkmək – 1) gözləri bir nöqtəyə zillənib qalmaq; 2) gözü yolda olmaq, gözləmək. Görürəm eşqinlə gözü yol çəkən; Dağlar pərisini, dağlar qızını. S.Vurğun. Dörd il vardı, ananın gözləri yol çəkirdi; Başqa bir fikri yoxdu, oğul fikriydi dərdi. S.Rüstəm. Gözü (gözləri) yolda (yollarda) qalmaq – sevilən, əzizlənən bir adamın yolunu gözləmək, intizarında qalmaq. Göz qalar yollarda, can intizarda; Gəlmədi canandan bir xəbər mənə. Q.Zakir. Gözü (gözləri) yollara baxmaq – bax. gözü (gözləri) yolda qalmaq. Gecə-gündüz gözüm baxdı yollara; Bir laçın gözlünün nigaranıdı. Q.Zakir. Gözü (gözləri) yumulmaq – yatmaq istəmək. [Mozalanbəy:] Mənim gözüm yumulur və mürgüləyirəm. Ə.Haqverdiyev. Gözümün (gözünün) işığı (nuru) – sevgi, riqqət, əzizləmə ifadəsi. [Qərib:] Ey mənim gözümün işığı, qəlbimin soltanı, gedirsən nədir? “Aşıq Qərib”. [Məsud:] Gözünün işığı, yeganə ümidi bir qızcığazı var idi, o da əlindən getdi. H.Cavid. [Nisə xala:] Ay gözümün işığı, ürəyimin tabı. Mir Cəlal. Gözün (gözlərin) aydın (olsun)! – gözaydınlığı, təbrik ifadəsi. Gözün aydın olsun, könlün olsun şad. Aşıq Ələsgər. Mən xalama dedim: – Xalacan, gözün aydın olsun, sabah Yaqutun toyudur. Ə.Məmmədxanlı. Gözündə canlanmaq – xatirinə gəlmək, yadına düşmək. Keçmiş günlər gözümdə canlanır. – ..Sirkan, kolları basmış meydança gözümdə canlanır. M.İbrahimov. Gözündə qaldırmaq – etibarını daha da artırmaq, hörmətini daha da çoxaltmaq. [Bu iş] Veysi bir neçə saat ərzində tanımayanların da, tanıyanların da gözündə çox qaldırmışdı. Ə.Əbülhəsən. ...gözündə böyümək, yüksəlmək – hörməti artmaq, dərəcəsi yüksəlmək, qiymətlənmək, etibar qazanmaq. Bizi tanış etdilər, çox xoşuma gəldi qız; İncə gülüşlərilə gözümdə yüksəldi qız. S.Rüstəm. Qasım indi Ələşrəfin gözündə böyüdü, yüksəldi. Mir Cəlal. Gözündə olmamaq – müəyyən səbəblərə görə ürək sıxıntısı, rahatsızlıq duymaq, gözündən düşmək (adətən “gözümdə deyil” şəklində işlənir). Ev-eşik gözümdə deyil. Gözündən batmaq – 1) qurumaq, su çıxmamaq (çeşmə və s. haqqında). Bulaq gözündən batıb; 2) məhv olmaq, bərbad olmaq, heç-puç olmaq. İşlərim gözündən batdı. Gözündən düşmək – daha maraqlanmamaq, bir şeyə qarşı marağını itirmək ..Dünya gözümdən düşdü, qəza məni səhraya saldı, mənə nə qaldı? A.Divanbəyoğlu. Gözündən gəlsin! – nankor adama qarğış ifadəsi. [Sənəm:] Əlimlə sənə verdiyim duz-çörək sənin gözündən gəlsin. Ə.Haqverdiyev. Gözündən itmək – heç bir şey görməmək, hiss etməmək. Qaraca qız [qonaqlıqda oynarkən] elə coşmuşdu ki, orada olan adamlar onun gözündən itmişdi. S.S.Axundov. Gözündən kənara qoymamaq – öz yanında saxlamaq, daim nəzarəti altında saxlamaq. İndi o gündən Paşa Telli xanımı öz yanına köçürüb gözündən kənara qoymur. “Koroğlu”. Gözündən qaçmamaq – hər şeyi görmək, duymaq, hər işə fikir verib bilmək, diqqətli olmaq. Gözündən heç nə qaçmır. – [Səlimin] bu hərəkəti ustanın gözündən qaçmadı. Y.Əzimzadə. Gözündən od tökmək – yanıqlı-yanıqlı ağlamaq. [Nəbi:] Bu gün bizim Güllü gəlib mənim yanıma, ağlayır, gözündən od tökür. Ə.Haqverdiyev. Gözündən od tökülmək – 1) zirək, diribaş adam haqqında; 2) bərk hirsli olmaq, üz-gözündən qəzəb yağmaq. Məmmədhüseyn əhvalatı eşitmişdi. Darvazadan girəndə gözündən od tökülürdü. Mir Cəlal. Gözündən (gözündə, gözlərindən) oxumaq – gözlərinin ifadəsindən bilmək, sezmək. Ürəyindən keçənləri gözlərindən oxumaq. – [Kərim babanın] keçirmiş olduğu uzun bir tarixi hər zaman gözlərindən oxumaq olurdu. A.Şaiq. Gözündən tökmək – nəşəsini pozmaq, zövqünü korlamaq, haram eləmək, burnundan tökmək. O meyi-nab ki, vəslində səninlə içdim; Qan edib tökdü gözümdən ələmi-hicranın. S.Ə.Şirvani. Gözündən tük də yayınmaz – son dərəcə ayıqsayıq adam haqqında. Səlbinin gözündən tük də yayınmazdı. Ə.Vəliyev. Gözündən uzaqda (olmaq) – ailədən kənar yaşamaq, aralı olmaq, yad yerdə yaşamaq, qürbətə, yad ölkəyə düşmək. [Cavanşir] Göy atı .. atı ilxıya qatıb, gözündən uzaq etmək istədi. İ.Şıxlı. Gözündən yağmaq – bilinmək, hiss edilmək, görünmək. Zəhra! Nə qədər də qocalıb fağır; Üzündən-gözündən kasıblıq yağır. B.Vahabzadə. Gözünə ağ salmaq – əzab vermək, əziyyət vermək, incitmək. ...gözünə almaq – əvvəlcədən baş verəcək hadisəni, işi, fəlakəti duymaq, hiss etmək, nəzərdə tutmaq. Ölümünü gözünə almaq. – Artıq hər bir şeyi gözünə almış Odunçuoğlu yenə bayaqkı sakit səslə cavab verdi.. Ə.Məmmədxanlı. Gözünə batmaq (girmək) – 1) daim görünmək, göz qabağında olmaq. Hər gün küçələrdə .. gözümüzə batan qorodovoy və qazaqlardan əsər yox idi. A.Şaiq; 2) qibtə oyatmaq, həsəd oyatmaq. Elə bil gözünə batıram. Gözünə çökmək – basmaq, qaplamaq, tutmaq. Gözünə qüssə çökmək. – Əjdərin gözünə çökmüşdü duman; Qurbanın üzündə qalmamışdı qan. H.K.Sanılı. Gözünə dəymək (ilişmək, sataşmaq) – görünmək, rastlaşmaq. [Xanhüseyn:] Nəbi dünəndən bəri gözümə dəymir. “Qaçaq Nəbi”. Dəydi gözlərinə ağappaq divar; Elə bil başında ildırım çaxdı. B.Vahabzadə. Gözünə döndüyüm – birisinin işini, ya hərəkətini bəyəndikdə işlənən tərif ifadəsi. [Firidun bəy:] Gözünə döndüyüm, faytonu tərpədib bunun böyründən nə tövr ilişdirdisə, təpəsi üstə getdi lığın içinə, ürəyi getdi. Ə.Haqverdiyev. Gözünə dönüm! – nəvaziş, alqış yaxud nəvazişli xahiş bildirən ifadə. Gözünə dönüm, bir də oxu! – [Hacı Əhməd Şərifə:] Ay bərəkallah, ay gözünə dönüm! C.Cabbarlı. Gözünə dönüm, göy ürgə, qaşqa daya ancaq sən çata bilərsən. İ.Əfəndiyev. Gözünə durmaq – çətin görünmək, çətinlik çəkmək, ağır gəlmək. Qardaşı arvadı ilə özünü danışmağa məcbur etmək indi Qumrunun lap gözünə dururdu. Ə.Əbülhəsən. Elə birinci stəkandan hala gəlmiş bu arıq, cılız oğlanın ikinci stəkan lap gözünə durdu. İ.Şıxlı. Gözünə dursun! – bax. gözündən gəlsin! [Ağa Kərimxan:] Əməyim gözünə dursun, Leyla, bu nə işdir, bu nə müsibətdir.. N.Vəzirov. Gözünə gəlməmək (görünməmək, girməmək) – vecinə gəlməmək, təsir etməmək. Dünya üzü sərbəsər əgər hur olsun; Görməz gözümə yüz gözü məxmur olsun. S.Ə.Şirvani. Gözünə görünmək (görsənmək) – 1) görmək, bəlli olmaq. [Xəlilin] ağzından buraxdığı mavi halqaların arasından gözünə bir çox qadın simaları göründü. Çəmənzəminli. [Səkinə Rüstəmə:] Ay kişi, gözümə bir təhər dəyirsən. M.İbrahimov; 2) mövcud olmadığı halda görünmək, təsəvvür edilmək. Gözünə görünməmək – hiss edilməmək, duyulmamaq. Pulunu az-az ver, gözünə görünməsin. – [Səlim:] Bunun əkiz-tayından .. sənə mənzil alanda heç izafilik .. gözünə görünmürdü, Ədhəm ağa! B.Bayramov. Gözünə xoş görünmək – ilk baxışda xoşuna gəlmək, bəyənmək. Parça gözümə xoş göründü. – [Siçan balası] pişiyi gördü, oxşayır özünə: Xoş göründü pişik onun gözünə. S.Ə.Şirvani. Gözünə (gözlərinə) inanmamaq – 1) gördüyünə inanmamaq. Gülsənəm arvadın fikrincə Tahir .. görəndə heç gözlərinə inanmayacaqdı. M.Hüseyn; 2) təsəvvürə gəlməz bir iş qarşısında təəccüblənmək, çaşmaq. Vəziyyəti gördükdə gözlərimə inanmadım. – Onun bağçasında elə qəribə meyvə ağacları var ki, adam görəndə gözlərinə inanmır. M.Rzaquluzadə. Gözünə işıq gəlmək – canlanmaq, dirçəlmək. Çörəyi yedim, gözümə işıq gəldi. – Ədhəmin gözünə işıq gəldi.. B.Bayramov. Gözünə işıq vermək – dirçəltmək, canlatmaq, həyat vermək. Ay doğdu, işıq verdi; Yara yaraşıq verdi; Sinəndən doğan ulduzu; Gözümə işıq verdi. (Bayatı). Gözünə kölgə çökmək – arıqlamaq, zəifləmək, gözləri batmaq, çökmək, çuxura düşmək. Gözünə (gözlərinə) qan sızılmaq – bax. gözü (gözləri) qan çanağına dönmək. [Pəri:] Hirsindən ovçunun gözlərinə qan sızılmışdı. Ə.Məmmədxanlı. Gözünə (gözlərinə) qaranlıq çökmək – bax. gözü (gözləri) qaralmaq. Gözünə qoymağa ... verməmək – ən kiçik; ən cüzi miqdarla bir şeyi qıymamaq. Gözünə pərdə çəkmək – cəhalətdə saxlamaq, qəflətdə saxlamaq. Gözünə pərdə gəlmək – kor olmaq, gözü görməmək. Bozdar qocalmış, gözlərinə pərdə gəlmiş heyvərə bir köpəkdir. S.S.Axundov. Gözünə pərdə salmaq (tutmaq, çəkmək) – bax. gözdən pərdə (əski) asmaq. Gözünə sataşmaq (dəymək) – görünmək. Zalın küncündə bir neçə müsəlman gözümə sataşdı. Ə.Haqverdiyev. Qabaqda oturan qız arada yenə Dursunun gözünə sataşdı. Ə.Əbülhəsən. ..Bir əsgər mənim gözümə sataşdı. Mir Cəlal. Gözünə soxmaq – 1) qabacasına göstərmək; 2) acgözlüklə yemək. Yeməyi gözünə soxurdu. Gözünə su vermək – ibrət götürmək, ibrət almaq. Gözünə təpmək – bax. gözünə soxmaq 2-ci mənada. Çörəyi gözünə təpirdi. Gözünə yuxu (çimir) gəlməmək (getməmək) – yata bilməmək, yatmamaq, qəti gözünü yummamaq; narahat olmaq. Gəldim, soyundum, girdim yerə, amma sübhədək gözümə yuxu gəlmədi. Ə.Haqverdiyev. [Tükəzban:] Anası ölmüş, ev bilmir, eşik bilmir, təkdənbir gələndə də gözünə yuxu getmir. M.Hüseyn. Səhər ulduzlar sönənə qədər gözümə yuxu getmirdi. Ə.Məmmədxanlı. Gözünü (gözlərini) açmaq – 1) bax. göz açmaq. O açmağa başlayıb bu dünyaya gözünü. B.Vahabzadə; 2) ayıltmaq, başa salmaq, bilmədiyini öyrətmək. Mart ayının 2-də olan nümayiş fəhlə sinfinin gözünü açdı. M.S.Ordubadi. Bu silah gözləri açan, insanlara həqiqəti göstərən bir silahdır. M.Rzaquluzadə; 3) özünə gəlmək, ayılmaq. Körpə uşaq indi də başının ağrısından gözünü aça bilmir. B.Bayramov; 4) xilas olmaq, başı ayılmaq (açılmaq). İşin əlindən gözünü aça bilmir; 5) diqqət etmək, fikir vermək. Gözünü aç, yaxşı bax! Gözünü ağartmaq – təhdid etmək, hədələmək, qorxutmaq. [Kazım Kərbəlayıya:] Niyə gözünü ağardırsan? Səndən qorxan yoxdur. Çəmənzəminli. [Gülpəri arvad] Sadıq kişinin qırışmış yanaqlarına .. baxıb gözünü ağartdı. M.Hüseyn. [Adil:] Atam məramımı başa düşüb gözünü ağartdı. B.Bayramov. Gözünü almaq – özündən qorxutmaq, çəkinməyə məcbur etmək. Gözünü (gözlərini) ayırmamaq – diqqətlə, gözünü ayırmadan bir şeyə baxmaq. Uşaq gözlərini xalçadan ayırmayıb, yavaş səslə bacısından soruşdu.. Ə.Məmmədxanlı. Gözünü (gözlərini) bağlamaq – qəsdən başa düşməyə, ayılmağa qoymamaq, qəflətdə, cəhalətdə saxlamaq. [Bəhram:] Mənim gözlərimi bağladı. C.Cabbarlı. Gözünü (gözlərini) bərəltmək – bax. gözünü ağartmaq. Hesabdar bəzi adamların adlarının qabağını boş görüb çeşməyinin altından gözünü bərəltdi. B.Bayramov. Gözünü (gözlərini) çəkməmək – uzun müddət baxmaq, davamlı baxışlarla süzmək, gözünü götürməmək. Xanım bir yerdə durdumu, Həmzə bəy də yerişini yavaşıdıb gözlərini ondan çəkmirdi. Çəmənzəminli. Gözünü (gözlərini) çıxartmaq – 1) kor etmək. Həmi yandırdı saqqalın, həm üzün; Alov az qaldı ki, çıxarda gözün. S.Ə.Şirvani; 2) birinin paxıllığına səbəb olmaq, qibtə hissi doğurmaq, həsədinə səbəb olmaq. Mənim çörəkli olmağım bir para adamın gözünü çıxardır. Ə.Əbülhəsən; 3) isteh. bir şeyin yaxşısı qaldığı və ya olduğu halda pisindən yapışmaq, pisini almaq. Bazarın gözünü çıxarmısan. Gözünü (gözlərini) dikmək – 1) gözünü ayırmadan baxmaq. – [Molla Həmid] gözünü çadırın səqfinə dikib, sağ əlinin baş barmağı ilə çənəsinə tikyə verib, cavab verir. M.F.Axundzadə. Osman gözlərini dikmişdi yerə. H.K.Sanılı. Şiraslan gözlərini .. [Turşsu bulağına] dikdi. S.Rəhimov; 2) ümid bağlamaq. Gözünü böyük oğluna dikmək. – [Səadət xanım:] Beş il gözlərimi dikmişəm onun yoluna, indi qəza bizi dübarə ayırmaq istəyir. N.Vəzirov. [Cəmaləddin:] Xaricilər vəhşi pələnglər kimi dişlərini qıcıdıb, gözlərini islam məmləkətlərinə dikiblər. C.Cabbarlı. Gözünü dörd açmaq (eləmək) – çox diqqətli olmaq, özünü ayıq saxlamaq. Gözünü (gözlərini) döymək (döyəcləmək) – heyrətlə baxmaq, mat-mat baxmaq, məəttəl qalmaq, heç bir şey anlamadan baxmaq. Hər ikisi .. gözlərini döyürdülər. M.S.Ordubadi. Qulam dayı isə bu əhvalatdan heç nə anlamayıb gözlərini döyür.. M.Hüseyn. Xəstə uşaq gözlərini döyəcləyib həkimin üzünə baxdı və heç bir söz demədi. Q.İlkin. Gözünü (gözlərini) götürməmək – daim baxmaq, gözlərini ayırmamaq. Qızı görən kimi [oğlan] gözlərini qızdan götürə bilmədi.. E.Sultanov. Gözünü (gözlərini) qan tutmaq (bürümək) – qan tökməyə hazır olmaq, qan tökəcək dərəcədə hirslənmək. Gözünü qorxutmaq (qorxuzmaq) – bax. gözünü almaq. [Mərcan bəy:] Cürətim gəlməyir, [Minnətxanım] gözümü bərk qorxuzub. Ü.Hacıbəyov. [Yusif Səmədə:] Deyəsən, arvad gözünü qorxudub. İ.Hüseynov. Gözünü oğurlamaq – birisinin diqqətini başqa şeyə cəlb edərək öz işini görmək, yayındırmaq. Beləcə anamın gözünü oğurlayıb, .. dörd nəfər yaralı çıxarıb gətirdim. Ə.Əbülhəsən. Gözünü yerə dikmək – aşağı baxmaq, başını aşağı salmaq. Gözünü yerə dikib durmaq. Gözünü (gözlərini) yollara dikmək – həsrətlə yol gözləmək, intizar çəkmək, yol gözləmək. Görməyə didarını hərdəm çəkər çox intizar; Gözlərini dikmiş, baxır yollara, gördüm Vaqifi. M.P.Vaqif. Gözünü (gözlərini) yollardan çəkməmək – bax. gözünü (gözlərini) yollara dikmək. [Musa:] Dərdlilər yollardan gözünü çəkməz; Haray, bu hicranın əlindən, haray! S.Rüstəm. Gözünü yuxuya vermək – 1) yatmaq, yuxulamaq. Səhərə yaxın gözümü yuxuya verdim; 2) kələk gəlmək, aldatmaq. Gözünü (gözlərini) yummaq – 1) ölmək. Neçə gündür ki, Azərbaycan .. poeziyasının böyük nəğməkarı, onun öncül bayraqdarı Səməd Vurğun öz şahin gözlərini yummuşdur. S.Rəhimov; 2) yatmaq. Vəfalı Hüsniyə rəfiqəsinin yanını kəsdirib sübhə qədər gözlərini yummadı. S.S.Axundov; 3) hər şeyə qarşı laqeyd olmaq, heç bir şeyə fikir verməmək, soyuqqanlılıq göstərmək, əhəmiyyət verməmək. [Kərimqulu:] Gərək biz də gözümüzü yumub, özümüzü götürüb o uçurumdan dik başıaşağı ataq, eləmi? S.Rəhimov. Gözünü (gözlərini) zilləmək – gözünü bir nöqtəyə, bir yerə dikib baxmaq. Səlim gözlərini [Mehribanın] gözlərinə zilləmişdi. S.Hüseyn. Bəxtiyar tüfəngi doldurub qalxdı; Zilləyib gözünü bir az da baxdı. S.Vurğun. Əlindəki kağıza zilləyərək gözünü; Həyatında bəlkə də o ilk dəfə özünü; Xoşbəxt sanırdı bu gün. B.Vahabzadə. Gözünün acısını almaq – azacıq yatmaq, bir qədər yatıb dincəlmək. Gözlərinin acısını alan Nəbi gün yağlanmamışdan durur, həndəvərə göz gəzdirir. S.Rəhimov. Gözünün acısını çıxartmaq – yatıb yorğunluğunu rəf etmək, yatıb dincəlmək. Gözünün ağı-qarası – ailənin bircə övladı, tək uşağı olduqda işlənir. Ananın gözünün ağı-qarası bircə qızı var. – [Şah:] Keşiş, gözümün ağı-qarası bir nəfər oğlum var. Ü.Hacıbəyov. [Odabaşı:] Bunun gözünün ağı-qarası Fərman adında bircə oğlu var idi. Ə.Haqverdiyev. Sən mehriban ananın ürəyinin parası, gözünün ağ-qarası; Tək oğlusan, əzizim! Ə.Cəmil. Gözünün altına almaq – baş verəcək bir iş və ya hadisəni gözləmək, buna hazır olmaq. ..Başımı Ruqiyyənin döşünə qoyub ölümümü gözümün altına aldım. A.Divanbəyoğlu. Gözünün altınca baxmaq – bax. göz altından baxmaq. [Kərbəlayı Qulu] gözünün altınca dəlləyə baxıb yenə başını aşağı saldı. Çəmənzəminli. Gözünün düşməni – birinin sevmədiyi, xoşuna gəlmədiyi, düşmən kimi baxdığı adam haqqında. Gözünün içinə baxmaq – 1) əmri yerinə yetirməyə hazır durmaq; 2) bir istəyin, arzunun yerinə yetirilməsi üçün gözləri ilə yalvarırcasına baxmaq. Gözünün içinə demək – söhbəti gedən adamın iştirakından çəkinməyərək nöqsanını və ya başqa bir şeyi arxasınca deyil, üzünə demək. [Əsgər:] ..Budur bax, düz gözünün içinə deyirəm: – Oxumur.. N.Vəzirov. [Bəkir:] Sən mənim nöqsanlarımı gözümün içinə demədin. İ.Hüseynov. Gözünün içinə qədər – lap, tamamilə. Gözünün içinə qədər yalan deyir. Gözünün kökü saralmaq – gözləməkdən yorulmaq, usanmaq, çox gözləmək. [Koroğlu:] [Dəliləri] gözləməkdən gözümüzün kökü saraldı. “Koroğlu”. Gözünün qabağında dayanmaq (olmaq) – bax. gözü (gözləri) qabağında (qarşısında) durmaq (canlanmaq). [Mürşüd Sənubərə:] Sənin taleyini düşünəndə o, həmişə gözümün qabağında dayanır. B.Bayramov. Gözünün qorasını sıxmaq (tökmək) – ağlamaq. Püstə xanım da [Səlimnaz arvadın] təsirinə düşüb gözünün qorasını sıxdı. M.Hüseyn. Gözünün qurdu ölmək – ehtiyacı qismən təmin olunmaq; doymaq. Əvvəlcə verin çörəyi, acqarına işləyən zalım oğlunun gözünün qurdu ölsün. M.Hüseyn. Gözünün qurdunu öldürmək – ehtiyacını azca da olsa təmin etmək (yeməklə). Gözünün quyruğu (ucu) ilə baxmaq – hiss etdirməmək üçün altdan-altdan, gözucu baxmaq. [Dərviş:] ..Başımı aşağı salıb, .. gözümün quyruğu ilə o tərəfə baxdım. A.Divanbəyoğlu. Gözünün quyruğu (ucu) ilə baxmamaq – etina etməmək, saymamaq. O heç gözünün ucu ilə də baxmadı. M.Rzaquluzadə. Gözünün odunu almaq – qabaqcadan bir şeylə qorxutmaq. ..Leylək bəri başdan qoltuqçunun gözünün odunu almaq, malı ucuz satmaq istədi. S.Rəhimov. Gözünün üstündə qaşın var deməmək – heç bir söz deməmək, kefinə, xətrinə dəyməmək, hər cür qüsurunun üstündən keçmək. İndiyə qədər ona gözünün üstündə qaşın var deyən olmayıb. Gözünün zılığını axıtmaq – bax. gözünün qorasını sıxmaq. ...gözü (gözüm) atır – istehza kimi işlənən ifadə. Çox səni görməyə gözüm atır. ...gözüm (gözün, gözü) var(dı) – istəyirəm (istəyirsən, istəyir), sevirəm (sevirsən, sevir). [Rəşidin] ..həqiqət halda Mehribanda gözü vardı. S.Hüseyn. Veysin Minayədə gözü vardı. Ə.Əbülhəsən. gözağartması gözağartması vermək – qorxuducu nəzərlə, hədələyici tərzdə baxmaq, göz ağartmaq. Əlyarov bu dəfə bulud kimi qaraldı və direktora gözağartması verdi. M.Hüseyn. gözaltı 1. is. Sonradan almaq və ya ərə getmək üçün nəzərdə tutulan qız, yaxud da oğlan. Əlbəttə, heç bir gözaltın varmı? Ə.Sadıq. [Süsənbər Səməndərə:] Sözümə cavab vermədin, axı, bəlkə gözaltın var? B.Bayramov. • Gözaltı etmək (eləmək) – 1) sonradan almaq və ya ərə getmək, yaxud bir şeyi sonradan əldə etmək üçün nəzərdə tutmaq. Qızı gözaltı etmək. – Tahir anasının kənddə gözaltı elədiyi qızı yox, Lətifəni sevdiyini yazmışdı. M.Hüseyn. [Gülnaz:] Sən də birini gözaltı eləyib onun haqqında fikirləşərdin. H.Seyidbəyli; 2) nəzərdə tutmaq, göz qabağında tutmaq, qabaqcadan bilmək. [Kərbəlayı Məmmədəli:] Bilirsinizmi ki, oğurluq eləyən gərək binamusluğu da gözaltı eləsin. N.Vəzirov. Cuma .. özünə tay olacaq bir əsgər .. gözaltı eləməyə çalışacaqdı. Ə.Əbülhəsən.\n2. zərf Başqasına bildirmədən, hiss etdirmədən; gizlincə. Gözaltı nəzər salmaq. – ..Ətrafında vüqu bulan hər bir şeyə [qadın] gözaltı baxıb diqqət yetirirdi. B.Talıblı. Məşədi Qadir bu xəbəri söyləyəndə gözaltı baxıb nə sayaq təsir edəcəyinə diqqət verirdi. T.Ş.Simurq. Qız dönüb gözaltı gözümə baxdı; Bu gizli baxışda sabahı gördüm... M.Araz. gözaltılama “Gözaltılamaq”dan f.is. gözaltılamaq bax. gözaltı etmək (eləmək) (“gözaltı”da). Qız gözaltılamaq. gözaydınlama “Gözaydınlamaq”dan f.is. gözaydınlamaq f. Şad bir hadisə və ya xəbər münasibətilə birini təbrik etmək, gözaydınlığı vermək. Toy münasibətilə gözaydınlamaq. – Xəbər tutanlar gəlib bu xoşbəxt ataları gözaydınlayırdı(lar) S.Rəhimov. gözaydınlaşma “Gözaydınlaşmaq”dan f.is. gözaydınlaşmaq qarş. Şad bir hadisə və ya xəbər münasibətilə bir-birini təbrik etmək, bir-birinə gözaydınlığı vermək. Maral yatdığı yerdə bu gurultulu gözaydınlaşmağı eşitdi.. Ə.Əbülhəsən. gözaydınlığı is. Xoş bir xəbər və ya yaxşı bir iş münasibətilə birisini təbrik etmə; təbrik. Hər bulaq başında bir söhbət olur; Gah gözaydınlığı, gah qeybət olur. S.Vurğun. • Gözaydınlığı vermək – “gözün aydın (olsun)” deyərək təbrik etmək. [Vaqif] Qızxanımla [Mirzə Əliməmmədin] ailəsinə gözaydınlığı vermək üçün getdi. Çəmənzəminli. Kərbəlayı Xəlilin arvadına bu xəbər çatan kimi, Xavərnisəyə gözaydınlığı vermək və kömək etmək üçün oraya getdi. T.Ş.Simurq. gözbağlayıcı is.\n1. Xüsusi cihaz və ya hərəkətlərin köməyilə tamaşaçıların gözünü yayındıraraq müxtəlif fokuslar (nömrələr) göstərən sirk artisti.\n2. məc. Başa düşülməyən, üstüörtülü, anlaşılmayan iş, müəmma. Onun işi lap gözbağlayıcıdır. gözbağlayıcılıq is.\n1. Gözbağlayıcı artistin işi, peşəsi.\n2. məc. Fırıldaqçılıq, adam aldatma, fırıldaq. Gözbağlayıcılıqla məşğul olmaq. gözbağlıca bax. gözbağlayıcı 1-ci mənada. [Məhbubə:] Mehri! Bu gözbağlıca oyunun axırı pis qurtarar. H.Seyidbəyli. gözbəgöz zərf Gözünün içinə baxaraq, üzbəüz, qarşı-qarşıya. Gözbəgöz oturub danışmaq. – [Gültəkin:] Üç aydır ki, dik gözbəgöz [Aydının] üzünə baxa bilməmişəm. C.Cabbarlı. gözcük is.\n1. Kiçik göz. Qarışqanın gözcükləri.\n2. İçəriyə və ya bayıra baxmaq üçün qapıda qoyulan xırdaca deşik; gözlük. Qapıda balaca bir gözcük də vardı ki, qapı döyüləndə bu gözcükdən baxıb, gələn adamın üzünü görmək mümkün olurdu. Ə.Əbülhəsən.\n3. Tumurcuq. Gözcüklər yaxşı inkişaf edir. – Çay bitkisini çoxaltmaq üçün 3-4 gözcüyü olan birillik çubuqlardan istifadə etmək lazımdır. B.Talıblı.\n4. Gözə oxşar (dairəvi) şəkildə olan tumurcuq və s. Kartof yumruları üzərində çuxurcuqlar olur ki, buna gözlüklər deyilir. M.Qasımov. gözcüklü sif. Gözcüyü olan; gözlüklü. Gözcüklü qapı. gözcüyəz “Göz”dən oxş. gözçıxaran sif. Gözlərə kəskin təsir edən, gözü acışdıran. Gözçıxaran tüstü. – Bakının dəhşətli gözçıxaran tozanağı hamıya məlumdur. H.Sarabski. gözə is. məh. Sulu, nəmiş otluq, yaşıllıq yer, rütubət çəmənlik. Əziziyəm gözədə; Quzu otlar gözədə; Qurban olum sənə də; Sənə baxan gözə də. (Bayatı). Biz xeyli yol gedib dağətəyi bir gözəyə çıxdıq. S.Rəhimov. gözəçarpan bax. gözədəyən. İranda .. xalqın içərisində gözəçarpan canlanma onları təşvişə salmışdı. M.İbrahimov. gözədəyən sif. Nəzərə çarpan, diqqəti cəlb edən, yaxşı xüsusiyyəti ilə başqalarından fərqlənən, seçilən, ayrılan. Gözədəyən şey. – Burda gözədəyən hər şey otaq sahibinin işgüzar bir adam olduğunu göstərirdi. M.Hüseyn. Küçələrdə at ayaqlarının tappıltısı eşidilir, arabir təkəm-seyrək gözədəyən keşikçilər görünürdü. İ.Şıxlı. gözədəyməz is. Nəzərə çarpmayan, diqqət cəlb etməyən. Kəndin gözədəyməz yeri. – Tahirzadə məclisin gözədəyməz bir yerində dayanıb müəllimlərlə söhbət edirdi. Mir Cəlal. gözəgələn is. Gözə xoş gələn; gözəgəlimli. Gözəgələn ev. – [Rübabə] ucaboy, alagöz, qarasaç, gərdənli, gülərüzlü, bir sözlə, gözəgələn bir qız idi. Mir Cəlal. gözəgəlimli 1. bax. gözəgələn. ..Bu solğunluğu [Çimnazın] qara qaş-gözünü daha gözəgəlimli göstərirdi. Ə.Əbülhəsən.\n2. bax. gözədəyən. Gözəgəlimli qız. gözəgəlimlilik is. Gözə xoş gələn, gözoxşayan şeyin hal və keyfiyyəti. gözəgəlməli sif. Çox gözəl, çox yaxşı (guya çox gözəl olduğu, yaxud gözəlləşdiyi üçün gözə gələ bilən). [Qəndab:] Mən yəni beləmi gözəgəlməli olmuşam? B.Bayramov. gözəgörünməz sif.\n1. Gözlə görülə bilməyən; gizlənmiş, görünməyən. [Pərişan atasına:] Yox, o adət arvadı gözəgörünməz bir çadra altında çürüdür. M.İbrahimov. Bir az sonra bütün dərə gözəgörünməz müxtəlif quşların səsi ilə dolmuşdu. Ə.Məmmədxanlı.\n2. Həqiqətdə mövcud olmayan, xəyali qüvvə. Gözümə neyləsin gözəgörünməz; Canımın ağrıya qalmayıb tabı. H.Arif. Gözəgörünməzdən ummadıq kömək; İnsanın özüdür, – dedik, – pənahı. B.Vahabzadə. gözəgörünməzlik is. Gözə görünməmə, gözlə görünməsi mümkün olmama, mövcud olmama; xəyalilik. gözək is. məh.\n1. Bağ, ip. Atı gözəklə hörükləmək. Çuvalın gözəyini bağlamaq. Məfrəşin gözəyi.\n2. Toxunma şeyin yırtılmış, çürümüş və ya yanmış yerini yenidən toxumaqla salınan yamaq. gözəkli sif. Gözəyi olan, toxunma yamağı olan: yamaqlı. Gözəkli xalça. gözəl sif.\n1. Sifətinin cizgiləri, bədəninin tənasübü, qaş-gözü qüsursuz olan; göyçək. Gözəl uşaq. – [Xor:] Xəlvət meşə arasında; Bir gözəl qız tapmışıq. C.Cabbarlı. [Zaqs müdiri] Zeynalın Mehriban kimi gənc və gözəl bir qadını boşamasına bir məna vermədi. S.Hüseyn. İçəri gözəl, gənc bir qadın girdi. S.Rəhman. • Dünya gözəli – çox gözəl, çox qəşəng qadın (çox zaman istehza və ya zarafatla işlədilir). [Müqim bəy:] Sənin kimi dünya gözəli olanın bu dünyada nə dərdi-qəmi, ay Zəriş! S.Rəhimov. Gözəllər gözəli – qeyri-adi gözəlliyi ilə fərqlənən, ən gözəl qız, qadın. // İs. mənasında. Sifətinin cizgiləri, bədəninin tənasübü, qaş-gözü qüsursuz olan gənc qız. Bu gün bir əcayib gözəl sevmişəm; Beləsi olammaz heç vilayətdə. M.P.Vaqif. [Qarı:] Ay cavan, atdan düş, bir falına baxım.. Sənin qismətində, deyəsən, bir gözəl var.. Çəmənzəminli. Parlasın hər gözəlin: Bir günəş yaxasında. M.Müşfiq. // Gözəlim şəklində gözələ xitab. Bu yazıq yarına hərdən; Bir nəzər sal, gözəlim! Ü.Hacıbəyov. Aç könlünü, layiq sana hər dürlü mükafat; Sevda! Nə dilərsən, gözəlim, aç mənə, anlat?! H.Cavid.\n2. Gözə xoş gələn, gözü oxşayan, xoşa gələn, qəşəng. Gözə1 bağ. Gözəl mənzərə. – Hanı rəngin çiçəklərin, a çəmən! Bir gözəl dəstə gül tutaydım mən. A.Şaiq. Burda məclis quraq, gözəl çəməndir; Hər tərəf nərgizdir, tər yasəməndir. M.Rahim. // İnsanın ruhunu oxşayan, ruhuna ləzzət verən, xoşa gələn. Gözəl səs. Gözəl avaz ilə oxumaq. – Hava gözəl və işıq idi. Qantəmir. Faytonçunun səmimi, yanıqlı bir səslə oxuduğu gözəl mahnı birdən xırp kəsildi. M.Hüseyn. ..Bülbül öz gözəl nəğməsini oxumaqda idi. M.Rzaquluzadə. // Estetik zövq verən.\n3. Məharətli, öz sənətinin ustası olan, çox yaxşı, əla. Gözəl usta. – Kərim baba özünü bir də doğruldaraq: – Mənim atam da gözəl ovçu idi, – dedi. A.Şaiq.\n4. Müsbət keyfiyyətlərə və ya xassələrə malik olan, hər cəhətdən yaxşı olan, necə lazımsa elə. Gözəl adam. Gözəl oğul. Gözəl xasiyyət. – Dedim ki, gözəl xələf olarsan; Bir ailəyi şərəf olarsan. M.Ə.Sabir. [Süleyman:] ..Əsgər çox gözəl oğlandır. Çox ağıllı, yaraşıqlı və çox da şüurlu oğlandır. Ü.Hacıbəyov. [Səməd:] Mən bir görüm, axı elə gözəl insan birdən niyə bu qədər pozulub? İ.Hüseynov.\n5. Əlverişli, yararlı, yaxşı. [Mirzə:] Ağa, məsləhətiniz çox gözəldir, ömrünüz uzun olsun, siz həmişə mənim uşaqlarımın qeydinə qalıbsınız. Ə.Haqverdiyev.\n6. zərf Yaxşı, əla. Gözəl çalmaq. Gözəl danışmaq. – Əgər əhli-ruhsan, sözün gözəl de. Aşıq Ələsgər. [Dilbər:] Sizi isə, Gülüş, indi mən çox gözəl anlayıram. C.Cabbarlı. Hələ Zəki adlandırdıqları gənc nə qədər gözəl oxuyurdu. S.Hüseyn. ‣ Çox gözəl – çox yaxşı, yaxşı oldu, razıyam (təsdiq ifadəsi). [Sultan bəy:] Çox gözəl, qızım, bilirsən nə var? Ü.Hacıbəyov. [Səba xanım:] Çox gözəl, bunu [min qızılı] siz özünüz verirsiniz. Bəs Toğrul nə verəcəkdir?.. M.S.Ordubadi. gözəlcə sif. Çox gözəl, çox yaxşı, qəşəngcə. Gözəlcə uşaq. Gözəlcə bağça. Gözəlcə səsi var. – Bir sərin, saf səhər, gözəlcə hava; Bürünüb yamyaşıl çəmən, səhra! A.Şaiq. // Zərf mənasında. Gözəlcə geyinmək. Gözəlcə nitq dedi. – Soba otağı qızdırmışdı, elektrik ətrafı gözəlcə işıqlandırmışdı. Çəmənzəminli. Şıxəli xanın sirdaşlarından Çərkəz adlı birisi Abbasqulu ağagilin evinə gözəlcə bələd imiş. Ə.Sadıq. gözəlcəsinə zərf Çox gözəl, çox yaxşı. Mən Məşədi Kazımağanı gözəlcəsinə anlayırdım. M.S.Ordubadi. gözələmə “Gözələmək”dən f.is. Sap tikiş, gözələmə, naxış çəkmə və s. üçün işlədilir. gözələmək bax. gözəmək. Həvəslə xalça toxuyan gəlinlər .. boz çuvalları gözələyir, kisələri daşa-divara çırpıb tozunu təmizləyirdilər. M.Hüseyn. ..Hatəm baba .. çuvalların ağzını gözələyirdi. Ə.Əbülhəsən. gözəl-göyçək bax. gözəl 1-ci mənada. Gözəl-göyçək qız. Gözəl-göyçək uşaq. – [Hacı Murad:] ..Bir gözəl-göyçək qız al, gətir qoy evinə.. S.S.Axundov. [Sultan bəy:] Qudurğan oğlu qudurğan, bir dul xalasının əvəzində gözəl-göyçək qızımı istəyir. Ü.Hacıbəyov. gözəl-gözəl sif. Gözəl (adətən çoxluq bildirir). Gözəl-gözəl evlər. Gözəl-gözəl şeylər. – Gözəl-gözəl xanımlar əfsərlər ilə qolqola verib gəzirdilər. Ə.Haqverdiyev. Bal arısı dilində; Gözəl-gözəl nəğmələr; Çəmənləri dolaşıb; Gül tozları yığardı. M.Dilbazi. gözəlləmə is. folk. Gözəli tərənnüm edən aşıq şeir formalarından birinin adı. Aşıq Ələsgərin gözəlləmələri. – Dilində Vaqifin gözəlləməsi; Yayılmış ətrafa onun zil səsi. S.Vurğun. Tahir telli sazını sinəsinə basdı və gözəlləmə çaldı. M.Hüseyn. gözəlləndirilmə “Gözəlləndirilmək”dən f.is. gözəlləndirilmək bax. gözəlləşdirmək. gözəlləndirmə “Gözəlləndirmək”dən f.is. gözəlləndirmək f. Gözəl etmək, gözəllik vermək, bəzəmək, qəşəngləndirmək. Evi bəzəyib gözəlləndirmək. Gül dibçəkləri otağı daha da gözəlləndirdi. gözəllənmə “Gözəllənmək”dən f.is. gözəllənmək bax. gözəlləşmək. gözəlləşdirilmə “Gözəlləşdirilmək”dən f.is. gözəlləşdirilmək məch. Daha da gözəl edilmək; yaxşılaşdırılmaq. gözəlləşdirmə “Gözəlləşdirmək” is. gözəlləşdirmək f. Gözəlləndirmək, daha da gözəl etmək. Yazıq qadın üzünü gözəlləşdirmək üçün, kim bilir, üz-gözünə nə qədər şey sürtmüşdü. S.Hüseyn. Gülsəhərin boyunbağısı ağ sinəsini daha da gözəlləşdirirdi. Ə.Vəliyev. gözəlləşmə “Gözəlləşmək”dən f.is. gözəlləşmək f. Daha da gözəl olmaq; qəşəngləşmək. Qız böyüdükcə gözəlləşir. – ..Qız o qədər böyümüş və gözəlləşmişdi ki, gərək iki göz olub ona tamaşa eyləyəydi. E.Sultanov. Nigar böyüyür, böyüdükcə rəngi ağarır, gözəlləşirdi. S.Hüseyn. Züleyxa getdikcə gözəlləşirdi.. C.Cabbarlı. // Daha da yaxşılaşmaq, qəşəngləşmək. Xətti getdikcə gözəlləşir. Kəndimiz ildən-ilə gözəlləşir. gözəllik is. Gözəl adam və ya şeyin halı: qəşənglik, gözəşirinlik. Mənim tanrım gözəllikdir, sevgidir. H.Cavid. [Məmmədbağır] bütün ömrünü qadınların gözəlliklərini ölçməklə keçirmişdi. S.Hüseyn. Gülgəz bütün gözəlliyi və cazibədarlığı ilə [Səmədin] qarşısında dayanıb, sehrlənmiş kimi yerindən tərpənə bilmirdi. İ.Hüseynov. gözəm bax. güzəm. gözəmə “Gözəmək”dən f.is. Çuvalın gözəməsi. gözəmək f. Toxunma şeylərin yırtılmış, deşilmiş yerini yenidən toxumaq, tikmək, yamamaq. Corabları gözəmək. Torbanı gözəmək. Şalvarın yırtığını gözəmək. – Vadila .. dizi üstünə yığdığı qara atlasdan ibarət bir yığın tikə-paraları bir-birinə gözəməyə başlamışdı.. Ə.Məmmədxanlı. gözəşirin sif. Gözə xoş gələn, qanışirin, yapışıqlı, xoşagələn, sevimli. Gözəşirin uşaq. – Qumar “qəhrəmanları” gözəşirin bir gənci əhatə edib min cür hiylə ilə qumara qoşardılar. H.Sarabski. gözəşirinlik is. Gözəşirin adamın və ya şeyin xüsusiyyəti; yapışıqlılıq, qanışirinlik, sevimlilik. gözətçi is. Qarovulçu, keşikçi, mühafizəçi, bəkçi, baxıcı. Mağaza gözətçisi. – Osman gözətçidir oyankı dikdə. H.K.Sanılı. ..Var-gəl edən gözətçinin ayaq səsləri aydınca eşidilirdi, ağır çəkmələrin dabanlarındakı nallar daş səkiyə sürtülürdü. İ.Hüseynov. • Üstünə (üstündə) gözətçi qoymaq – birini nəzarət altında saxlamaq. [Çoban:] Üstümdə də gözətçi qoyublar, heç yana tərpənə bilmirəm. Ə.Haqverdiyev. gözətçilik is. Gözətçi vəzifəsi, qarovulçuluq, keşikçilik, bəkçilik. • Gözətçilik etmək – 1) üstündə nəzarət etmək, qarovul çəkmək; 2) himayəçilik etmək, baxmaq. Mənə nəmli kamerada gözətçilik edəndə sən; Bu mərhumun əlləriylə xilas oldum mən həbsdən. B.Vahabzadə. gözətləmə 1. “Gözətləmək”dən f.is.\n2. is. Gözlənilən şey, ümid. Rüxsarənin gözətləməsi doğru çıxdı. S.Rəhimov. gözətləmək f. dan.\n1. bax. gözləmək. [Şölə xanım:] Xacə Məsud, çıx çölə, gözətlə; M.F.Axundzadə. Xeyli gözətlədi. Gəldi dalandar; Dayanmadan söylədi belə təlaşlı. M.Rahim.\n2. Qarovul çəkmək, baxmaq. gözətlənmə “Gözətlənmək”dən f.is. gözətlənmək bax. gözlənmək. gözətmə “Gözətmək”dən f.is. gözətmək qəd. bax. gözləmək. Guya ki, əlində idi canı; Daim gözədirdi ol zamanı. Füzuli. Yar küsdü, Kişvəri, imdi fəna mülkün gözət. Kişvəri. gözəyarı zərf Təxmini, təqribi, çəkmədən və ya ölçmədən gözlə müəyyən edilərək. Məsafəni gözəyarı təyin etmək. – Borunun sürətinə zənlə baxıb şagirdlərinin işinə gözəyarı qiymət qoyan usta .. razı halda gülümsəyirdi. M.Hüseyn. gözgörə bax. gözgörəsi. Ovçu ovun düz görə; Düz dolana, düz görə; Mən yara neylədim ki; Atdı məni gözgörə. (Bayatı). Dil bağladım bir dilbərə; Yıxdı evimi gözgörə. Q.Zakir. gözgörəsi zərf Göz görə-görə, açıqaçığına, aşkarda, açıq-aşkar. [Ələmdar:] Yoxsa görün günün-günorta çağında adam da .. belə gözgörəsi özünü soydurarmı? S.Rəhimov. İndi isə bəy həyasızlığına salıb, gözgörəsi, əməlli-başlı evlənirdi. Mir Cəlal. Mənə gözgörəsi zülm eləyirsiniz, baba. İ.Hüseynov. gözgörəti dan. bax. gözgörəsi. göz-göz sif. və zərf\n1. Çoxlu gözləri, dəlikləri olan; deşik-deşik. • Göz-göz etmək – çoxlu dəliklər açmaq, deşik-deşik etmək. Güllə ilə nişangahı göz-göz etmək. Göz-göz olmaq – deşik-deşik olmaq, çoxlu dəliklər əmələ gəlmək. Su gəldi, eşil, dağlar; Ömürdür beş il, dağlar; Səndə düşmən izi var; Göz-göz ol, deşil, dağlar. (Bayatı).\n2. Üzərində dairə şəklində gülləri, naxışları olan. Göz-göz parça. ‣ Göz-göz eləmək – fürsət tapıb bir iş görmək. Haqnəzər yenə də göz-göz eləyib, daşı kənara atdı.. (Nağıl). göz-gözə zərf\n1. Üzbəüz, üz-üzə, qabaq-qabağa, qarşı-qarşıya. ..Məni nahar yeməyinə saxlamaq istədisə də, mən casuslarla göz-gözə oturub nahar etmək istəmədim. M.S.Ordubadi. Kamal təyyarəni döndərib faşist quzğunu ilə üz-üzə, göz-gözə gəlməyi qət etmişdi. M.Rzaquluzadə.\n2. məc. Aşkar, açıq-aydın, açıq-açığına. Dəhənin dilbərimin çeşməyi-heyvan dedilər; Kim inanar bu sözə, göz-gözə böhtan dedilər. S.Ə.Şirvani. ‣ Göz-gözə vuraraq (vurub) – xəlvəti, gizlincə, başqaları görmədən. İki gündən bir Tutu su gətirmək bəhanəsilə bulağa gedir, göz-gözə vuraraq adamlardan oğurlanıb birbaş Mürsəlin yanına gəlir. Ə.Vəliyev. gözqamaşdıran (=gözqamaşdırıcı) sif.\n1. Çox parlaq, baxmaq mümkün olmayan, gur, çox güclü. Gözqamaşdırıcı işıq. Gözqamaşdırıcı qığılcım.\n2. məc. Valehedici, çox təsirli. Gözqamaşdırıcı gözəllik. gözqamaşdırıcı (=gözqamaşdıran) sif.\n1. Çox parlaq, baxmaq mümkün olmayan, gur, çox güclü. Gözqamaşdırıcı işıq. Gözqamaşdırıcı qığılcım.\n2. məc. Valehedici, çox təsirli. Gözqamaşdırıcı gözəllik. gözqamaşdırıcılıq is. Gözqamaşdırıcı şeyin xassəsi, keyfiyyəti, gücü. göz-qaş top. Gözlər və qaşlar bir yerdə. Göz-qaşı qara qız. – Dağların başı qardır; Üstündə daşı vardır; Burdan keçən gözəlin; Əcəb göz-qaşı vardır. (Bayatı). [Qurban:] Mən kimdən əskiyəm? Bu mənim qəddü qamətim, bu mənim göz-qaşım. Ə.Haqverdiyev. • Göz-qaş atmaq – bax. gözqaş etmək (eləmək). Hər gün bir “afətə” göz-qaş atdı o; Mənsəbin gücünə at oynatdı o.. B.Vahabzadə. Göz-qaş etmək (eləmək) – göz və qaşlarının hərəkətilə işarə etmək, bildirmək, xəbər vermək. [Nazlı:] Bizdə belədir. Elə ki oğlan ürəyinə yatdı, əvvəlcə ona göz-qaş elə. Ə.Məmmədxanlı. [Rəşid:] Anam mənə göz-qaş eləyib, çardağın dalına çağırdı. İ.Hüseynov. Göz-qaşını oynatmaq – gözlərini, qaşlarını, üz əzələlərini tərpədərək ədabazlıq etmək, oyun çıxartmaq. göz-qulaq göz-qulaq olmaq – muğayat olmaq, nəzarət etmək, baxmaq, gözdən qoymamaq. Uşaqdan göz-qulaq ol. – [Hacı Murad:] Sənin [işin] odur ki, göz-qulaq olasan, o nökər şeydən-zaddan oğurlamasın. S.S.Axundov. [Qurban:] Yaz ki, Anaxanımın, Məmişin gözlərindən mənim əvəzində öpsün və onlardan göz-qulaq olsun. A.Şaiq. [Professor:] Elədir, [fotoqrafın] üstündə göz-qulaq olmalıyıq. Q.İlkin. Göz(də)qulaqda olmaq – bütün diqqətilə baxmaq, ayıq olmaq, gözdən qaçırmamaq. [Pəri:] İndi mən gərək həmişə gözdə-qulaqda olam. Ə.Məmmədxanlı. Teymur həmişə gözdəqulaqda olur, elə bil nə isə axtarırdı. H.Seyidbəyli. gözləmə 1. “Gözləmək”dən f.is. ‣ Gözləmə otağı (salonu, zalı) – sərnişinlərin qatarı, avtobusu və s.-ni gözləmələri üçün ayrılmış otaq (salon, zal). Gözləmə otağı çox soyuq idi. S.Rəhimov. // Qəbula gələn şəxslərin oturub gözlədikləri otaq. [Qaçay] Gözləmə otağındakı enli skamyada uzandı. İ.Məlikzadə.\n2. İki və ya bir neçə adam arasında təyin edilmiş görüş. Onların dördü də öz yerində durmuşdu, yenə də gözləmələri var idi. M.S.Ordubadi.\n3. Arzu, istək, həsrət, ümid, intizar. Dərd məni almadımı? Döşəyə salmadımı? Çox gözləməm var idi; Gözümdə qalmadımı? (Bayatı). [Kərbəlayı Rəcəb:] Xanım, doğrudur, ömür keçir, gün keçir, ancaq mənim bir gözləməm var. N.Vəzirov. gözləmək f. Bir şeyin və ya bir adamın intizarını çəkmək, intizarında olmaq. Qatarı gözləmək. Məktub gözləmək. Yoldaşlarını gözləmək. Qonaqları gözləmək. – Şeyx tək otaqda .. təbibsiz, dərmansız ömrünün axır saatını gözləyirdi. Ə.Haqverdiyev. Vaqif çıxanda qapıda Mədinəyə rast gəldi, axşamdan orada durub gözləyirmiş. Çəmənzəminli. Şükür artıq gözləyə bilmədi. S.Hüseyn.\n2. Qorumaq, qeydinə qalmaq, qayğı çəkmək, muğayat olmaq. Özünü qatardan gözlə. Uşağı soyuqdəymədən gözləmək. – [Alacəhrə] ..qoz ləpəsini dimdiklərkən həmişə ayaqlarını halqanın içinə düşməkdən gözləyər. S.S.Axundov.\n3. Bir şeyin ümidində olmaq, arzusunda olmaq, əldə etməyə çalışmaq. Mükafat gözləmək. Mərhəmət gözləmək. Şad xəbərlər gözləmək. – [Qoruqçu] gətirdiyi xəbərə görə ənam gözləyirdi. “Koroğlu”. İxtiyar qadın Şirəlinin öz fikrindən tezliklə daşınacağını gözləyirdi. M.Hüseyn.\n4. Ehtimal etmək, ümid etmək, düşünmək. Biz gözləyirdik ki, o, yaxşı işçi olacaq. Ata oğlan gözləyirdi, amma qız oldu. Gözlədiklərimiz doğru çıxdı.\n5. Ciddi surətdə riayət etmək, yerinə yetirmək. Qayda-qanunu gözləmək. Əmək intizamını gözləmək. – Dəftərxanada Mirzənin hörmətini gözlərdilər. Ə.Haqverdiyev. Mədəd isə üst-başına fikir verən, təmizlik və səliqə gözləyən adamdır. Ə.Vəliyev. gözləyə-gözləyə zərf Gözləyərək, intizarını çəkərək. Uşaq anasını gözlər-gözləyə yuxuya getdi. • Gözləyə-gözləyə qalmaq – gözlədiyi, intizarında olduğu, həsrətini çəkdiyi adam gəlməmək, gözləməsi nəticəsiz qalmaq. Sizə müştaq durur Bağdad elləri; Gözləyə-gözləyə qalıb yolları. M.P.Vaqif. Biçarə məhəllə adamı da gözləyə-gözləyə qaldı. N.Nərimanov. Çoxlu evli getdi, çoxlu nişanlı; Gözləyə-gözləyə qaldı gəlin, qız. H.Arif. gözlənən bax. gözlənilən. Ürəklər çırpınaraq, gözlənən gün yetişdi. R.Rza. gözlənilən sif. Baş verəcəyi, olacağı, törəyəcəyi qabaqcadan nəzərdə tutulan, təsadüfi olmayan. Gözlənilən cavab. – Ceyran düzü adlanan yerdə böyük xərclər hesabına başa gəlmiş yeni quyuların heç biri gözlənilən nəticəni verməmişdi. M.Hüseyn. // İntizarı çəkilən. Gözlənilən adam. – Qış gecəsi uzun olur. Yenə də səhər; Gecikmişdir gözlənilən bir qonaq kimi. S.Vurğun. gözlənilmə “Gözlənilmək”dən f.is. gözlənilmədən zərf Gözlənilmədiyi halda, birdən, qəflətdən, xəbərsiz, qabaqcadan nəzərdə tutulmadan. Gözlənilmədən rastlaşma. – Çovutma bir güllə gözlənilmədən; Yapışır alnıma, yıxılıram mən. S.Vurğun. Qəflətən Möhsün müəllim xəstələndi və gözlənilmədən bu pak insan torpağa getdi. S.Rəhimov. Sultan stulda yayxanaraq gözlənilmədən qəhqəhə çəkdi. İ.Hüseynov. gözlənilmək məch.\n1. Olacağı təxmin edilmək, nəzərdə tutulmaq, olacağına, baş verəcəyinə inanılmaq. Axşam yağış gözlənilir.\n2. Ciddi riayət edilmək, yerinə yetirilmək. Qayda-qanun lazımınca gözlənilmir. – Kolonda yeriş intizamı gözlənilmirdi. Ə.Əbülhəsən. gözlənilməyən bax. gözlənilməz. Gözlənilməyən təsadüf. Gözlənilməyən xəbər. – Bir-iki gün yatdıqdan sonra məlum oldu ki, xəstəliyi ciddidir və gözlənilməyən nəticələr verə bilər. B.Talıblı. gözlənilməz sif. Gözlənilmədən baş verən, xəbərsiz, nagahani, əvvəlcədən nəzərdə tutulmayan. Gözlənilməz təsadüf. – Günlərin birində Turab gözlənilməz bir hadisənin şahidi oldu. M.Hüseyn. Qəmərlə Gülyanaq üçün Xanpərinin bu vədə gəlməsi gözlənilməz (z.) idi. Ə.Vəliyev. ..Gözlənilməz bir hadisə bizim bu qızğın nəşəli ovumuzu yarımçıq qoydu. M.Rzaquluzadə. gözlənilməzlik is.\n1. Birdən; gözlənilmədən baş vermə: nagahanilik. Gəlişin gözlənilməzliyi. Cavabın gözlənilməzliyi. Nəticənin gözlənilməzliyi.\n2. Gözlənilməz hadisə, iş; ehtimal. gözlənmək bax. gözlənilmək 1-ci mənada. Həmədan qazısı və xətibin Bağdaddan Həmədana gəlməsi gözlənir. M.S.Ordubadi. Dağlar arasından keçdikcə hər addımda oğru, soyğunçu gözlənirdi. Mir Cəlal. gözlənməyən bax. gözlənilməyən. Hakim ağzını yuxarı tutub, kişinin cır səsinə və ..gözlənməyən hünərinə şaqqıltı ilə gülməyə başladı. Çəmənzəminli. gözlənməz bax. gözlənilməz. Gözlənməz vəziyyət. – Kərimov gözlənməz halda sözünü dəyişdirib dedi.. H.Seyidbəyli. gözləşmə “Gözləşmək”dən f.is. Tanışlığın ən ilk mərhələsi üçün təbii olan gözləşmə artır, bir-birinə yaxın oturanlar arasında isə söhbət başlayırdı. Ə.Əbülhəsən. gözləşmək qarş.\n1. Başqalarına hiss etdirmədən bir-birinə baxaraq göz vurmaq, gözlə işarə etmək. Bir-birilə gözləşmək. – Bəylər himləşib gözləşirlər. Ü.Hacıbəyov. ..Onlar bir-birilə bic-bic gözləşirdilər. S.Rəhimov.\n2. Bir-birinin gözünün içinə baxmaq, gözünü dikmək. Ana və bala gözləşdilər. – [İsfəndiyar] hərəkətsiz qalıb məstan pişiklə xeyli müddət gözləşdi. M.Hüseyn. gözlətmə “Gözlətmək”dən f.is. gözlətmək icb. Gözləməyə məcbur etmək və ya səbəb olmaq. Qapını açmayıb bayırda gözlətmək. – Bir saat soyuq eyvanda gözlətdikdən sonra xan [Hacı Məlikməmmədi] çağırtdırdı. Çəmənzəminli. [Qız:] Bağışla, səni çox gözlətdim. M.Hüseyn. gözlü sif. Gözü olan, görən. Şəfa tapıb qurtarmasın azardan; Heç gözlülər onun dərdin görməsin. Aşıq Ələsgər. [Həmədanlı tacir:] Gözlülər arasında işığa möhtac korlar var.. Çəmənzəminli. ...gözlü – 1) rəqəmlərə qoşularaq, bir şeyin neçə gözdən (bölmədən) ibarət olduğunu bildirir. Məs.: üçgözlü mənzil; 2) gözləri (9-cu mənada), bölmələri olan; qəfəsəli. Məs.: üçgözlü şkaf. gözlük is.\n1. Bir şeyi daha yaxşı görmək və ya gözü qorumaq üçün gözə taxılan şüşə alət: çeşmək, eynək. Qara gözlük taxmaq. – Mən gözlük qoyuram, gözlərim çox zəifdir, amma yoldaşlarımın gözləri çox salamatdı. C.Məmmədquluzadə. [Kişi] gözlərinə qara rəngli bir gözlük taxırdı. S.Hüseyn.\n2. Otağın havasını dəyişmək üçün pəncərənin açılıb-bağlanan bir gözü. Gözlüyün şüşəsi sınmışdır. gözlükçü is. Gözlük qayıran usta; eynəkçi, çeşməkçi. gözlüklü sif.\n1. Gözündə gözlük olan, gözlük taxmış: eynəkli, çeşməkli. Gözlüklü qadın. Gözlüklü müəllim. – Gözlüklü qoca kitabları vərəqlədikcə toz qalxırdı. Çəmənzəminli.\n2. bax. gözlüklü. Gözlüklü qapı.\n3. Gözlüyü (2-ci mənada) olan. Gözlüklü pəncərə. ‣ Gözlüklü ilan zool. – Afrikada və Orta Asiyada yaşayan, boynunun ardında gözlüyə oxşar dairələr olan iri, zəhərli ilan. gözlüksüz 1. sif. Gözlüyü olmayan, gözlük taxmamış; eynəksiz, çeşməksiz.\n2. zərf Gözlük olmadan, gözlük taxmadan; eynəksiz, çeşməksiz. Gözlüksüz oxuya bilmirəm. gözmuncuğu is. Bədnəzərdən, gözəgəlmədən qorunmaq üçün taxılan ağxallı, qara muncuq. Boynuna gözmuncuğu taxmaq. – Ağ qoçların boyunlarından ara-sıra gözmuncuğu və yaşıl meşindən tikilmiş içi dualı üçkünc pitik asardılar. H.Sarabski. İncə xanım çox qısqanır bizim yaman nəzərlərdən; Boynundakı ipək sapa gözmuncuğu taxır hərdən. S.Vurğun. Gözmuncuğu bağladı; Kəhərin birçəyinə. R.Rza. gözmuncuqlu sif. Gözmuncuğu taxmış, gözmuncuğu olan. Gözmuncuqlu uşaq. gözotu is. bot. Çəmənliklərdə bitən çiçəkli bir ot bitkisi. gözsüz sif. Gözü görməyən, kor. Gözsüz qoca. // İs. mənasında. Bir həqiqətdir, iştə gözsüzlər; Kor olur, nuri-həqqi görməzlər. H.Cavid. ..Siz o zavallı gözsüzü xəstəxanaya aparırsınız, yaxud oradan gətirirsiniz. S.Hüseyn. // Zərf mənasında. Dağdərəni dolannam; Dərya kimi bulannam; Gözlərim sənə qurban; Mən gözsüz də dolannam. (Bayatı). gözsüzlük is. Gözü görməyən adamın halı; korluq. Gözsüzlük pis dərddir. – |Məsmə:] [Ərimgil] gözsüzlük bədbəxtliyini, korluq fəlakətini özləri üçün bir nemət hesab edirdilər. S.Hüseyn. gözucu zərf Gözünün ucu ilə; quşbaxışı, ötəri. Gözucu baxmaq. Gözucu süzmək. – Qurbani gözucu onları gördü. “Qurbani”. Vaqif geyinib otaqdan çıxdı və yenə gözucu arvadını süzdü. Çəmənzəminli. Gözucu qıza diqqət eləyən Surxay .. heyran olurdu. İ.Əfəndiyev. gözüac bax. acgöz. Gözüac uşaq. gözüaclıq bax. acgözlük. gözüaçıq bax. açıqgöz. Gözüaçıq adam. – İnmirə məhəlləsinin camaatı gözüaçıq camaat idi. N.Nərimanov. [Əmirxan Hidayətə:] Məni bağışla, anan səndən gözüaçıqdır. B.Bayramov. gözüaçıqlıq bax. açıqgözlülük. Usta bu oğlanın gözüaçıqlığını qiymətləndirərək: – Sən haqlısan, – dedi. Ə.Sadıq. gözübağlı sif. və zərf\n1. Gözləri bağGÖZÜQIPIQLIQ is.\n1. Gözlərin tam açıla lanmış, sarınmış halda (olan). Əsiri gözübağlı gətirdilər.\n2. məc. Heç bir şeydən xəbəri olmayan, bilikcə, zehni inkişafca, mədəniyyətcə geri qalmış (gözüaçıq əksi). Gözübağlı qalmaq. – [Ataşa] elə gəlirdi ki, Mürsəl gözübağlı, biliksiz bir kənd uşağıdır. Ə.Vəliyev. [Vahid:] Anam-atam bu vaxtadək məni, demək olar ki, gözübağlı saxlayıblar.. İ.Hüseynov. gözübağlıca sif. və zərf Gözü bağlı olduğu halda, gözlərini yumaraq; gözüyumulu. Təzə pristav kəndlilər üçün gözübağlıca misalında idi. Ə.Vəliyev. // bax. gözübağlı. gözübağlıcalıq bax. gözübağlılıq. gözübağlılıq is. Heç bir şeydən xəbəri olmama, bilikcə, inkişafca, mədəniyyətcə gerilik (gözüaçıqlıq əksi). gözüdar bax. dargöz. gözüdarlıq bax. dargözlük. gözüdoymaz sif. Heç şeydən gözü doymayan; tamahkar, acgöz. Gözüdoymaz adam. gözüdoymazlıq is. Heç şeydən gözü doymama; tamahkarlıq, acgözlük. gözüiti bax. itigöz(lü). gözüitilik bax. itigözlülük. gözükölgəli sif. və zərf Birinin yanında eybi, qüsuru, nöqsanı olan, dili qısa olan. Gözükölgəli adam. – [Leylək] ..ağasının müqabilində gözükölgəli olmamağa çalışırdı. S.Rəhimov. Kəngərli verdiyi sözə əməl eləmədiyi üçün Mirzə Cəmilin yanında gözükölgəli idi. Ə.Vəliyev. Kim bilir, bu şayiədən sonra bəlkə Səmədin üstünə ayaq alan, onu gözükölgəli eləməyə çalışan başqa adamlar da vardı. İ.Hüseynov. gözükölgəlilik is. Gözükölgəli adamın halı; diliqısalıq, eyiblilik, qüsurluluq, nöqsanlılıq. gözüqıpıq sif.\n1. Gözləri tam açıla bilməyən, gözləri yarıyumulu olan. // Kirpiklərini tez-tez döyən, gözlərini tez-tez qırpan.\n2. məc. Hər şeydən qorxan, səksənən, diksinən; qorxaq, cəsarətsiz. [Dəmir:] Xofludu, – dedi. – Yetim olub, gözüqıpıq olub. Caynağına keçirtdiyi şeyi cəmi-aləm tökülsə də, onnan ala bilməz. İ.Məlikzadə. bilməməsi, yarıyumulu olması. // Kirpiklərini tez-tez qırpma xasiyyəti.\n2. məc. Hər şeydən qorxma, səksənmə, diksinmə; qorxaqlıq, ağciyərlik. gözüqırpıq bax. gözüqıpıq. Gördün gözüqırpıq, sən də ol gözüqırpıq. (Ata. sözü). gözüqırpıqlıq bax. gözüqıpıqlıq. gözümçıxdı gözümçıxdıya salmaq – yerli-yersiz, haqlı-haqsız danlamaq, töhmət etmək, incitmək, əziyyət vermək. Uşağı gözümçıxdıya salmaq. – Bu Pası da yazığı lap gözümçıxdıya salıbdır. S.Rəhimov. [Ramazan] hər zaman Tahiri danlamağa, gözümçıxdıya salmağa bəhanə axtaracaq və öz xoşu ilə işdən boyun qaçırıb, kəndlərinə qayıtmağına səbəb olacaqdır. M.Hüseyn. [Sərvinaz Şahpəriyə:] Hümmət sənin fitvanla neçələrini gözümçıxdıya saldı, .. nə bilim, tutdurdu. B.Bayramov. gözütox sif. Heç bir şeydə tamahı olmayan, aza qane olan, tamahkar olmayan (acgöz əksi). Gözütox adam. gözütoxluq is. Gözütox adamın xasiyyəti (acgözlük əksi). gözüyaşlı sif. Gözləri yaşarmış olan, gözlərindən yaş axan; ağlar. Gözüyaşlı uşaq. // Zərf mənasında. Daim ağlayan adam haqqında. Biçarə Məşədi Əsgər indi üç gün idi ki, gözüyaşlı .. anasına balalarının əhvalına alışırdı. S.M.Qənizadə. [Dərviş:] Gözüyaşlı, ciyəri atəşli ocağın qırağında qaldım. A.Divanbəyoğlu. Qoşun keçib getdi. Arxasınca da bir sürü uşaq və gözüyaşlı qadınlar toz qopararaq yüyürürdü(lər). Çəmənzəminli. gözüyaşlılıq is. Gözüyaşlı adamın hal və vəziyyəti. gözüyumuq bax. gözüyumulu. gözüyumuqluq bax. gözüyumululuq. gözüyumulu sif. və zərf\n1. Gözləri yumulu, gözləri bağlı. Gözüyumulu xəstə. – [Bahar:] Yaxşı, bəs gözüyumulu oturum? Ə.Haqverdiyev.\n2. məc. Kor-koruna, düşünmədən, heç bir şeydən xəbərsiz. [Ağabəyim:] Kiri, ay dayə, bəxtinin qədrini bilməmisən, dünyaya gözüyumulu gəlib, gözüyumulu da gedəcəksən!.. Çəmənzəminli. Məşədi Heydər qardaşı kimi Səməd dayıya ürəkdən inanıb, dalınca gözüyumulu gedənlərdən idi. B.Talıblı.\n3. məc. Heç bir çətinlik çəkmədən, çox asanca, asanlıqla. Məsələni gözüyumulu həll etmək. gözüyumululuq is. Heç bir şeydən xəbəri olmama; xəbərsizlik. gözyaşardan (=gözyaşardıcı) sif. Gözdən yaş axmasına səbəb olan, gözü yaşardan. Gözyaşardıcı qazlar. gözyaşardıcı (=gözyaşardan) sif. Gözdən yaş axmasına səbəb olan, gözü yaşardan. Gözyaşardıcı qazlar. gözyaşardıcılıq is. Gözyaşardıcı şeyin xassəsi. Qazın gözyaşardıcılıq xüsusiyyəti. gözyorucu sif. Yeknəsəqliyi, rənglərinin uyğunsuzluğu və s.-yə görə gözü yoran, çox baxmaq mümkün olmayan. Gözyorucu boz səhra. gözyoruculuq is. Gözü yoran şeyin xassəsi; gözü yorma. gumb təql. İçiboş bir şeyi vurduqda çıxan səs. gumbuldama “Gumbuldamaq”dan f.is. gumbuldamaq f. Gumbultu səsi çıxarmaq, gumb eləmək. Çəllək yerə düşüb gumbuldadı. – Qalxan gumbuldayar, şəmşirlər oynar. Aşıq Abdulla. gumbuldatma “Gumbuldatmaq”dan f.is. gumbuldatmaq f. Gumbultu səsi çıxarmasına səbəb və ya vasitə olmaq. Ləyəni yerə salıb gumbuldatmaq. Ayaqları ilə döşəməni gumbuldatmaq. // Eyni mənada nağara, təbil və s. haqqında. ..Dəfçi cuşa gəlib, var gücü ilə dəfini gumbuldadırdı. M.Hüseyn. gumbultu təql. Ağır bir şey düşdükdə, yaxud bir şeyə dəydikdə çıxan çox bərk, boğuq səs. Gecədən xeyli keçmiş bacadan gumbultu ilə bir şey içəri düşdü. S.S.Axundov. Ağaclar gumbultu ilə qatarın hər iki tərəfində yerə düşdü. Q.İlkin. // Təbil, nağara, dəf və b. zərbli musiqi alətləri çalınarkən çıxan səs. Sinclərin amansız cingiltisi, təbillərin müdhiş gumbultusu göyə yüksəlir. Ə.Məmmədxanlı. // bax. gurultu 1-ci mənada. ..Uzaqlardan arabir top mərmilərinin gumbultusu eşidilirdi. M.Hüseyn. gum-gum təql. Bir şey düşərək bir yerə dəydikdə hasil olan boğuq səs. Gum-gum gumbuldamaq. – ..Yağmur alaçığın keçələrini gum-gum qamçılayırdı. A.Şaiq. bax. gum-gum. Gumur-gumur gumurlanmaq. gumurlanma “Gumurlanmaq”dan f.is. gumurlanmaq f. Gumur-gumur səs çıxartmaq. Qoç Koroğlu naləsindən; Dağlar gumur-gumurlanır. “Koroğlu”. gup təql. Yuxarıdan düşən ağır şeyin çıxardığı səs. • Ürəyi gup eləmək – ansızın pis bir hadisədən, xəbərdən qorxmaq, ürəyi düşmək. [Mozalan bəy:] Ürəyim əvvəl bir gup elədi. Ə.Haqverdiyev. Əsədin ürəyi gup eləyib döyünürdü. B.Talıblı. gup-gup təql.\n1. Ayağın yerə tez-tez dəyməsindən hasil olan səs. Bir fincan çay içəriçməz pilləkənləri gup-gup başıaşağı endim. A.Şaiq.\n2. Ürək döyüntüsünün səsi. Ürəyi gupgup döyünür. – Gup-gup döyünüb darıldı bağrım! M.Ə.Sabir. guppagup bax. gup-gup. Ürəyi guppagup döyünür. guppuldama “Guppuldamaq”dan f.is. guppuldamaq f. Guppultu səsi çıxarmaq. guppuldatma “Guppuldatmaq”dan f.is. guppuldatmaq icb. Guppultu səsi çıxarmasına səbəb olmaq. Çaydanı yerə salıb guppuldatmaq. guppultu is.\n1. Gup-gup səsi. Eşitdilər birdən at hənirtisi; Silah şaqqıltısı, guppultu səsi. H.K.Sanılı. Kompressor stansiyasından gələn yeknəsəq guppultunun arası kəsilmirdi. M.Hüseyn.\n2. məc. Həyəcan, əndişə mənasında. [Rzaquluxan:] İki gündür ki, ürəyimdə bir guppultu vardır. M.S.Ordubadi. gupsama “Gupsamaq”dan f.is. gupsamaq f. Birdən şiddətlə vurmaq, ilişdirmək. Nəriman .. daşı var gücü ilə Robertin başına gupsadı.. Mir Cəlal. gur sif.\n1. Güclü, qüvvətli, şiddətli. Günəşin gur şüaları. – Ocağı gur (z.) qaladı; Günortaya hazır oldu çığırtma. R.Rza. Üfüqdən, buludlar arasından meşənin üzərinə alov rəngində gur şüalar çilənirdi. İ.Hüseynov. // Bərk. Ocaq gur (z.) yanır. // Qızğın. Gur alver gedir.\n2. Bol və qüvvətli, güclü, coşqun. Gur çay. Gur çeşmə. – Sərin göllər, dərin çaylar keçGUMUR-GUMUR mişəm; Bulaqların gur suyundan içmişəm. Ə.Cavad.\n3. Güclü, qalın. [Anatolunun] gur səsindən pəncərələrin şüşələri cingildədi. S.Vəliyev.\n4. Qalın, sıx. [Xədicənin] ..gur saçları nəzər-diqqəti cəlb edirdi. İ.Hüseynov. Qaşqanın gur yalı doğrudan da dəniz kimi ləpələnirdi. Q.İlkin.\n5. Çox adam olan, qələbəlik, səs-küylü; gediş-gəliş, hərəkət çox olan, izdihamlı. Gur bazar. Gur şəhər. gur-gur zərf 1) gurultu ilə, bol və güclü çıxan və ya axan suyun çıxardığı səs haqqında. Çay gur-gur axır; 2) alışaraq, şiddətlə. Ocaq gur-gur yanır. ‣ Gur-gur guruldamaq məc. – şöhrəti aləmə yayılmaq, məşhur olmaq, məşhurlaşmaq. Ağır toplar kimi gur-gur gurulda; Daim döyüşkən ol, daim qıvraq ol! M.Müşfiq. gurhagur zərf\n1. Şiddətlə, gurultu ilə. Mart ayının əvvəlləri olmasına baxmayaraq, dəmir soba gurhagur yanırdı. Ə.Vəliyev.\n2. Gurultu ilə, bərk səs çıxararaq. Bir para evlərdə uşaqların atası çaxmaqlı tüfəngi doldurub gurhagur ilə güllə atardı.. H.Sarabski. [Mələk] ..sənəyi bulağa söykədi, su gurhagur sənəyə doldu. A.Divanbəyoğlu. gurlama “Gurlamaq”dan f.is. gurlamaq f.\n1. Bərkdən səslənmək, gurultu qoparmaq, guruldamaq. Hiddət ilə ruzigar gurlar; Qar parçaları səmaya fırlar. A.Şaiq. // Eyni mənada odlu silahlar haqqında. Minomyotlar gurladı. Uzaqvuran toplar aramsız gurlayırdı. // Eyni mənada gurultulu səs çıxaran çalğı alətləri haqqında. Təbil gurladı. – Şeypurlar gurladı, ov bitdi. Çəmənzəminli. [Qacar:] Gurlasın dağlarda şeypurun səsi; Sabah alınmalı Şuşa qələsi! S.Vurğun.\n2. Qalın və güclü səs çıxarmaq, bu cür səslə danışmaq. Qoca gurladı. – [Ayrım qızının] gurlayan (f.sif.) səsini hər kəs eşitsə idi, onun bir kişi olduğuna inanardı. A.Şaiq. // Bərk səslənmək. Bu suallar birər-birər Dəmirqayanın qulağında gurlayırdı. H.Nəzərli.\n3. məc. Güclü bir qüvvə ilə başlamaq, qopmaq. Pəncərədən izdihama tamaşa edən xanımlar, qızlar 1825-ci ildə baş vermiş dekabristlər üsyanının yeni bir qüvvətlə gurlayacağından qorxub tir-tir əsirdilər. M.Hüseyn. gurlanma “Gurlanmaq”dan f.is. gurlanmaq f. Şiddətlənmək, güclənmək. Ocaq daha da gurlandı. gurlaşma “Gurlaşmaq”dan f.is. gurlaşmaq f.\n1. Daha da gurultulu olmaq, əvvəlkindən gur səslənmək. Səsi daha da gurlaşırdı.\n2. Şiddətlənmək, artmaq, güclənmək. Ocaq daha da gurlaşdı. Sel getdikcə gurlaşırdı. gurlayıcı sif. Gurultu səsi çıxaran, gurlayan. gurp təql. Ağır bir şey düşdükdə çıxan səs. ‣ Ürəyi gurp eləmək – bax. ürəyi gup eləmək (“gup”da). gurpadan zərf Guppultu ilə, birdən, nagahani. Gurpadan düşmək. gursaç (=gursaçlı) sif. Saçı gur olan, qalınsaç. Gursaçlı qız. gursaçlı (=gursaç) sif. Saçı gur olan, qalınsaç. Gursaçlı qız. gursaçlıq (=gursaçlılıq) is. Qalınsaç(lı)lıq. gursaçlılıq (=gursaçlıq) is. Qalınsaç(lı)lıq. gursəs (=gursəsli) sif. Səsi gur olan, gur səs çıxaran. Gursəs(li) kişi. gursəsli (=gursəs) sif. Səsi gur olan, gur səs çıxaran. Gursəs(li) kişi. gursəslik (=gursəslilik) is. Səsi gur olma. gursəslilik (=gursəslik) is. Səsi gur olma. gurşad sif. Çox bərk və sürətlə yağan. ..Gurşad yağmur ehtiyatsız yolçuları islanmış cücəyə döndərir. M.Rzaquluzadə. // İs. Gur yağış, şiddətli yağış. Dəli dağın ətəklərində sel və gurşaddan sonra göllər, gölməçələr əmələ gəlirdi. S.Rəhimov. gurtagurt təql. Ocaqda, sobada odun, kömür, qaz yanarkən çıxan səs. Ocaq gurtagurt saldı. guruldayıcı sif. Gurultu salan, gurlayan, gur-gur edən. ‣ Guruldayıcı qaz kim. – hidrogenin oksigenlə qarışığından alınan partlayıcı qaz. guruldama “Guruldamaq”dan f.is. guruldamaq bax. gurlamaq. Yağmasa da guruldayır. (Məsəl). Dərin darısqal dibində dərənin; Rəd kimi guruldayır baltalar. A.Səhhət. Külək daha da şiddətlənir, yerə sərilmiş Dilşadın üzərində guruldayaraq şahidi olduğu faciəni xəbər verirdi. T.Ş.Simurq. guruldatma “Guruldatmaq”dan f.is. guruldatmaq icb. Guruldamasına səbəb olmaq. [Tahir] ..öz məharətini göstərmək üçün bir neçə dəfə motoru guruldatdı... M.Hüseyn. gurultu is.\n1. Bir şeyin hərəkətindən və ya düşməsindən hasil olan çox bərk qarışıq səs. – [Məlikməmməd] sübhə yavuq gördü bir gurultu, bir nərilti gəlir ki, yer zəlzələ eləyir. Çəmənzəminli. Sel gurultu ilə alaçığın içindən axıb gedirdi. A.Şaiq.\n2. Qarışıqlıq, çaxnaşma, hay-küy. Küçədə böyük bir gurultu vardı. S.Hüseyn. Mühakimə, şəhəri titrədən xariqüladə gurultular ilə başladı. M.S.Ordubadi. ‣ Gurultuya vermək – günahı olmayan bir adamın məhvinə səbəb olmaq, bada vermək. Gurultuya getmək – günahı olmadan məhv olmaq, bada getmək. gurultulu sif.\n1. Gurultusu olan, çox səs salan, gurultu salan. Yağış nə qədər gurultulu (z.) yağsa, o qədər sonra hava xoş və aydın olur.. A.Divanbəyoğlu. Səndə gurultulu bir çağlayan var; Bu dönməz çağlayan durmadan axar. M.Müşfiq. • Gurultulu alqış(lar) – uzun sürən, sürəkli alqış(lar). Oğlan və qızların sevinc və səsləri, gurultulu alqışları salonu bürüdü. H.Seyidbəyli.\n2. Səs-küy çox olan, səs-küylü, gedişgəliş çox olan, izdihamlı. Gurultulu gecə. Gurultulu meydan. – [Nərgiz:] Mən əvvəllər təsəvvürümə gətirə bilmirdim ki, gurultulu şəhər həyatından sonra kənddə necə dolanacam. İ.Şıxlı.\n3. məc. Həddindən artıq təntənəli, bəzəkli, dəbdəbəli, təmtəraqlı. Gurultulu sözlər. gurultululuq is. Gurultu qoparan adam və ya şeyin halı. gurultu-nərilti is. Çox bərk səsküy, gurultu. Çayın tərpətdiyi qayalar toqquşur, gurultu-nərilti qoparırdı. B.Bayramov. gurultu-patıltı bax. gurultu-nərilti. Günlərin birində qonşumgildən gurultupatıltı eşitdim. S.Rüstəm. guruppultu bax. guppultu. ..Orada bir belə məqalə var idi: “Milləti-islamiyyənin inhitatı”, yəni “müsəlmanların yuxarıdan guruppultu ilə aşağı düşməyi”. C.Məmmədquluzadə. guş [fars.] klas. Qulaq. Barmağında xatəm, guşində tənə; Gireh-gireh zülfün tökə gərdənə. M.P.Vaqif. • Guş etmək klas. – qulaq asmaq. [Zeyd:] Harun, guş et, bir dəm; Leylayə mən bəndəm. Ü.Hacıbəyov. guşə is. [fars.]\n1. Künc, bucaq. Otağın guşəsi. – Onlar uçuq toyuq hinini palçıqlayır və həyətin bir guşəsinə yapılmış təzəkləri qalağa yığırdılar. M.İbrahimov. [Səlim] başqa bir guşəyə yeridi. B.Bayramov. // Tin, künc. Binanın guşəsi. • Guşə bağlamaq – iki divarın kəsişdiyi yeri hörmək, tini tikmək. Baş tərəfdəki guşə bağlayan ustanın oxumağı ayrı bir zövq verirdi. S.Rəhimov.\n2. Hissə, tərəf, cəhət. Axşam vaxtları Xansaraq şəhərinin məğrib tərəfi behiştin bir guşəsini yada salır. C.Məmmədquluzadə.\n3. Qələbəlik, izdihamlı yerdən uzaq olan sakit yer. [Molla İbrahimxəlil:] Məgər mən öz ixtiyarımla belə abadanlıqdan xaric, xəlvət guşəyə özümü çəkmişəm?. M.F.Axundzadə. [Rza:] Mən yavaşca evdən çıxıb Ulduzla həyətin xəlvət bir guşəsinə çəkilmişdim. M.İbrahimov.\n4. Böyük bir şeyin içində müəyyən məqsəd üçün ayrılmış xüsusi yer, hissə. Qəzetin tənqid guşəsi. – Bax, bu ikinci otaqdakı pərdəli guşələri görürsünüz, burada səs verəcəksiniz. Mir Cəlal.\n5. mus. Melodiyanın, nəğmənin ən təsirli hissəsi, dəsgahlarda bitkin və aydın melodik quruluşa malik vokal-instrumental epizod. Xanəndələr onun guşələrini əzbər edib məclislərdə oxuyurdular. Ə.Haqverdiyev. Muğam – hər guşəsi sirli, soraqlı; Yola bənzəyir. B.Vahabzadə. ‣ Qırmızı guşə – siyasi və mədəni maarif işləri üçün ayrılmış, kitab, plakat və s. ilə təchiz olunmuş otaq, yer. Zavodun qırmızı guşəsi. guşəbənd is. [fars.] köhn. Bir şeyin, ya tikilinin guşələrini birləşdirməkdən ötrü metal və ya başqa materialları birləşdirməkdən ötrü metal üçbucaq şəklində bənd; künyə. guşədaşı is.\n1. Tikilərkən binanın tinlərinə qoyulan və başqa bütün daşların qoyulması üçün əsas olan daş. Guşədaşı yerdə qalmaz. (Ata. sözü).\n2. məc. kit. Əsas, başlıca ideya, çıxış nöqtəsi. guşənişin is. [fars.] Cəmiyyətdən, adamlardan qaçan adam; asket, zahid. • Guşənişin olmaq – bir yerdə qapanıb qalmaq, evdən bayıra çıxmamaq. [Şah:] Mən ona Mazandaran hökumətini vermişəm, gedib əyləşib orada, olub guşənişin. Ə.Haqverdiyev. // Sif. mənasında. Guşənişin bir adamdır; Xeyrə, şərə yaramaz. M.Müşfiq. guşənişinlik is. Guşənişin adamın halı; asketlik, zahidlik. guvuldama “Guvuldamaq”dan f.is. guvuldamaq f. Guvultu səsi çıxarmaq, uğuldamaq. Budur şimal yeli qopub guvuldar; Sürükləyib buludları vıyıldar. A.Səhhət. Daşlar səslənir, qalın meşələr guvuldayır. S.Rəhimov. guvultu is. Geniş sahəni əhatə edən dəhşətli səs; uğultu. guya (=guya ki) bağl. Sanki, elə bil. Guya bilmirsən. – ..Axurun içində guya ki, fənə bürünmüş bir şey naçalnikin gözünə sataşdı. C.Məmmədquluzadə. Mirzə Mustafa cəsarətlə gəlib onun qabağında əyləşdi, guya ki, heç naməhrəm deyil. E.Sultanov. [Yusif:] ..Guya Gülgəz bacı Gülbənizə deyib ki, mənim ər evində oturmağım axırsız şeydir. İ.Hüseynov. guya ki (=guya) bağl. Sanki, elə bil. Guya bilmirsən. – ..Axurun içində guya ki, fənə bürünmüş bir şey naçalnikin gözünə sataşdı. C.Məmmədquluzadə. Mirzə Mustafa cəsarətlə gəlib onun qabağında əyləşdi, guya ki, heç naməhrəm deyil. E.Sultanov. [Yusif:] ..Guya Gülgəz bacı Gülbənizə deyib ki, mənim ər evində oturmağım axırsız şeydir. İ.Hüseynov. gübrə is. Bitkiləri daha yaxşı qidalandırmaq və məhsuldarlığını artırmaq üçün torpağa qatılan üzvi və ya qeyri-üzvi maddə. Üzvi gübrə. Mədən gübrəsi. Torpağa gübrə vermək. gübrələmə “Gübrələmək”dən f.is. gübrələmək f. Torpağa gübrə vermək. Tarlanı gübrələmək. gübrələndirilmə “Gübrələndirilmək”dən f.is. gübrələndirilmək məch. Gübrə vurdurulmaq, gübrə səpdirilmək. “Gübrələndirmək”dən f.is. gübrələndirmək icb. Gübrə vurmaq, gübrə vermək. gübrələnmə “Gübrələnmək”dən f.is. gübrələnmək məch. Gübrə vurulmaq, gübrə verilmək. Tarla gübrələndi. gübrələtmə “Gübrələtmək”dən f.is. gübrələtmək icb. Gübrə verdirmək, gübrə vurdurmaq. Sahəni gübrələtmək. gübrəli sif. Gübrəsi olan, gübrə verilmiş, gübrələnmiş. Gübrəli torpaq. gübrəsəpən sif. k.t. Torpağı gübrələyən; gübrəverən. Gübrəsəpən maşın. // İs. mənasında. Gübrəsəpəni təmir etmək. gübrəsiz sif. Gübrə verilməmiş, gübrəsi olmayan. Gübrəsiz torpaq. güc is.\n1. Canlıların əzələlərini gərginləşdirmə vasitəsilə fiziki hərəkətlər etmə qabiliyyəti; insanın (heyvanın) fiziki enerjisi, qüvvəsi; qüvvə. Görsün mən dəlinin indi gücünü. “Koroğlu”. Gücünə bax, şələni bağla. (Ata. sözü). • Güc almaq – güclənmək, qüvvətlənmək. Şəhriyaram, güc alıb, qüvvət alıb eşqimdən; Mən huma tək uçaram, sinəsi suzan gedərəm. Şəhriyar. Güc etmək (eləmək) – bax. güc vermək 1-ci mənada. Fələk zülmün gec elər; Gec olsa da, güc elər. (Bayatı). Güc gəlmək – bir işi güc işlədərək görmək. Güc vermək – 1) bir şeyi qaldırmaq və ya yerindən tərpətmək üçün fiziki qüvvə sərf etmək; 2) gördüyü bir işi daha da gücləndirmək. Danışığa güc vermək. – Güc verir, eylə ki, məcmuə yazanlar gələnə.. M.S.Ordubadi. Güc vurmaq – bax. güc vermək 1-ci mənada. [Şərəbanı:] Sən güc ver! C.Cabbarlı. Gücdən düşmək – 1) gücünü, qüvvətini itirmək, gücsüzləşmək; 2) etibarını, qüvvəsini itirmək. Gücdən salmaq – gücsüz etmək, taqətdən salmaq. Xəstəlik onu gücdən saldı. Gücə salmaq – 1) zor işlətməklə bir şeyi əldə etmək, yaxud əldə etməyə çalışmaq, zorla bir şeyə məcbur etmək. Gücə salıb əlindən almaq. – Qalalar, ay qalalar; Laçın orda balalar; Laçın balasın verməz; Bəlkə gücə salalar. (Bayatı); 2) gücü çatmayan bir şeyə güc vuraraq bədənin bir yerini zədələmək. Belini gücə salmaq. Gücü çatmaq – bir işi görə bilməyə qüvvəsi çatmaq, qüvvəsi daxilində olmaq; bacarmaq. Ananın, göz yaşından savayı heç nəyə gücü çatmırdı. M.Hüseyn. Gücü düşmək – bax. gücü çatmaq. İndi deyin görüm, o qüvvətli qolların gücü düşməyən hansı bir kamandır. M.S.Ordubadi. Gücü gəldikcə – bütün gücü ilə, bacardığı qədər, var qüvvəsi ilə. [Eyvaz kişi] özünü itirmədi, sağ əli ilə sol qoluna dolanan ilanın boğazından tutub gücü gəldikcə çayın içinə atdı. Ə.Vəliyev.\n2. Qüvvət, taqət. Əlinin gücü yoxdur. • Güc gətirmək – qüvvətlənmək, artmaq, üstünə gəlmək. Xəstəlik güc gətirdi. Gücdən düşmək – qüvvəti getmək, taqətdən düşmək, zəifləşmək. Ustanın azarı günügündən şiddətlənirdi, bəzən zəifləşib gücdən düşürdü. Çəmənzəminli.\n3. İşgörmə qabiliyyəti, enerji. Maşının yükqaldırma gücü. Suyun gücü. – El gücü, sel gücü. (Ata. sözü).\n4. Bacarıq, qabiliyyət. Göstərir aləmə hər işdə bu gün öz gücünü; Kapital sahibinin göylərə çıxmaqda ünü. M.Müşfiq.\n5. Qüdrət, qüvvət. Dövlətin gücü. // Təsir qüvvəsi. Sözün gücü. Dəlillərin gücü.\n6. İnandırma qabiliyyəti, təsir qüvvəsi. Təbliğatın gücü. Tərbiyənin gücü. – Sənətin gücü onun həyata təsir gücü ilə ölçülməlidir. S.Rəhimov. Sözünün gücünü özü də bildi. B.Vahabzadə.\n7. Bir şeyin təzahür dərəcəsi; intensivlik, gərginlik. Səsin gücü. Küləyin gücü. Partlayışın gücü.\n8. Maddi cəhət, pul. Ev tikməyə gücüm yoxdur. • Gücü çatmaq – maddi vəziyyəti imkan vermək, bir işi görmək üçün pulu olmaq. [Veys:] Beş misqallıq şeyə gücümüz çatmır! Ə.Əbülhəsən.\n9. Üstünlük, qüvvə. • Güc gəlmək (gətirmək) – üstün gəlmək, qalib gəlmək. [Axırda qız Məlikməmmədə dedi:] ..Bu devə güc gələ bilməyəcəksən. (Nağıl). Bizim Sədəf, Balakişi oğluna güc gəldi. İ.Əfəndiyev.\n10. Hüquqi cəhətdən qüvvəyə malik olma; səlahiyyət. Müqavilənin gücü. • Gücdən düşmək, gücünü itirmək hüq. – qüvvədən düşmək, daha məcburi olmamaq. Müqavilə gücdən düşdü. Qanun gücünü itirdi. Gücə minmək hüq. – qüvvəyə minmək, artıq hamı üçün məcburi olmaq. Qanun ayın birindən gücə minmişdir.\n11. Yardım, kömək. [Naçalnik:] Bəy, mən gəlmişəm ki, Nəbini tutam. Bu işdə gərək mənə güc verəsən, mən sənsiz heç iş görə bilmərəm. “Qaçaq Nəbi”.\n12. Məhsul yetirmə, göyərtmə qabiliyyəti (torpaq haqqında). Torpağın gücü. Torpaq gücdən düşüb.\n13. Böyük istehsal qüvvəsinə malik olma; qüvvə. Fabrikin gücü. Zavod bütün gücü ilə işləyir.\n14. Gücdür şəklində – çətindir, zordur. Gələn çox uzaqda olduğu üçün onun kim olduğunu fərq etmək gücdür. S.Hüseyn.\n15. Güclə şəklində zərf – zorla, çətinliklə, bütün qüvvəsini toplayaraq. Güclə yerimək. Güclə danışmaq. – Qalalar, ha qalalar; Qaladan yol salalar; Analar bala verməz; Bəlkə güclə alalar. (Bayatı). Tavandan asılmış çırağın fitilini qaldıran olmadığından, otaq güclə işıqlanırdı. İ.Şıxlı.\n16. Gücünə şəklində – yiyəlik halda olan isimlərdən və nisbət şəkilçili şəxs əvəzliklərindən sonra gələrək “...köməyi ilə, ...yardımı ilə, ...arxalanaraq” mənasında işlədilir. Biliyin gücünə... güc-bəla zərf Çox çətinliklə, böyük əziyyətlə; zorla. Güc-bəla onları gətirib yola; Deyirəm: – Adıma vurmayın ləkə! S.Rüstəm. ..Sarı keçi bir günü acgöz-acgöz çox yaman tıxdı, güc-bəla evə döndü. S.Rəhimov. gücəndirmə “Gücəndirmək”dən f.is. gücəndirmək icb. Gücənməyə, güc sərf etməyə məcbur etmək. gücənmə “Gücənmək”dən f.is. gücənmək f.\n1. Güc sərf etmək, güc vurmaq. Stolu qaldırmaq üçün gücənmək. – ..Deyib Hacı birdən bərk-bərk gücəndi; Yumruğu Əjdərin ağzına endi. H.K.Sanılı.\n2. məc. Cəhd etmək, çox çalışmaq. Sərdar Rəşid bu son sözümün cavabını vermək üçün xeyli gücəndi. M.S.Ordubadi. gücləmə “Gücləmək”dən f.is. gücləmək bax. gücənmək. At çarmıxdan azad olannan sora istədi bir gücləsin, gördü yox, üstündəki can bu canlardan deyil. (Nağıl). gücləndirici sif. xüs.\n1. Elektrik cərəyanının gərginliyini və ya gücünü artırmağa məxsus cihaz, qurğu (telefon, radio və s.-də).\n2. Bir şeyin qüvvətini artırmaq, bir prosesin gedişini gücləndirmək üçün işlənən xüsusi maddə, preparat. gücləndirmə “Gücləndirmək”dən f.is. gücləndirmək f. Gücünü artırmaq, daha güclü etmək; qüvvətləndirmək. Səsi gücləndirmək. Müdafiəni gücləndirmək. Diqqəti gücləndirmək. – Biz hər şeydən əvvəl ingilis koloniyaçılığı ilə mübarizəni gücləndirməliyik. M.S.Ordubadi. güclənmə “Güclənmək”dən f.is. güclənmək f.\n1. Gücü, qüvvəsi daha da artmaq; qüvvətlənmək. Qoşun daha da gücləndi. – [Həsən Paşa dedi:] Xotkar sağ olsun, Koroğlu bu saat çox güclənib. “Koroğlu”.\n2. Şiddəti, gücü artmaq. Qar güclənir. – Külək get-gedə güclənir, hava qaralırdı. Ə.Vəliyev. Yağış get-gedə daha da güclənir. H.Seyidbəyli. güclü sif.\n1. Fiziki qüvvəsi çox olan, fiziki cəhətdən inkişaf etmiş; qüvvəli (insan və heyvan haqqında). Güclü adam. Güclü at. – Qollar güclü, qollar gərgin, ağır daşlar; Qaldırılır üfüqlərə. M.Müşfiq. [Sevinc:] Bu mübarizədə qalib çıxmaq üçün gərək ağlın iti olsun, qolun da güclü! Z.Xəlil. // İs. mənasında. Güclü, qüvvətli adam. Sən zəlil ol, eybi yox, qoy güclü çəksin ləzzəti. M.Ə.Sabir. Xeyr, bu heç olmaz, güclü gücsüzdən intiqam almaz. H.Cavid.\n2. Möhkəm, dayanıqlı, səbatlı, mətanətli. Güclü iradə. – “Fırlanır” sözüylə o güclü insan; Qırdı mövhumatın sərt buzlarını. B.Vahabzadə.\n3. Yaxşı silahlanmış, böyük müdafiə və hücum imkanlarına malik olan. Güclü ordu. – [Nüşabə:] Düşmən həm güclüdür, həm də hiyləgər; Qüvvətlə, hiyləylə qazanır zəfər. A.Şaiq.\n4. Böyük nüfuz qüvvəsi olan; qüdrətli. Güclü dövlət.\n5. Şiddətli, qüvvətli, bərk. Güclü isti. Güclü işıq. Güclü ağrı. Güclü şaxta. – Ətraf güclü yağışdan tərtəmiz yuyulmuşdu. S.Vəliyev. // Böyük, dərin. Güclü arzu. Güclü hiss. Güclü nifrət.\n6. İstedadlı, bilikli, bacarıqlı, hazırlıqlı. İndi Bakı neft sənayesi, şöhrəti uzaqlara yayılmış güclü mütəxəssislərə malikdir. (Qəzetlərdən). // Öz işini yaxşı bilən, yaxşı yerinə yetirən; bacarıqlı, qabiliyyətli. Güclü tələbə. Güclü üzgüçü. Güclü pianoçu. // Yaxşı məlumatlı, bilikli. Ruscadan güclüdür.\n7. Bərk, möhkəm. Güclü zərbə. – Qapıya güclü bir təpik vurdu. H.Seyidbəyli.\n8. Böyük istehsal imkanlarına və qüvvəsinə malik olan. Güclü zavod.\n9. Böyük təsir qüvvəsinə malik olan; çox təsirli. Güclü nitq. Güclü söz.\n10. Uzaqdan eşidilən, çox bərk (səs haqqında). Güclü partlayış səsləri ətrafı bürüdü, torpaq göyə sovruldu. S.Vəliyev.\n11. Yaxşı məhsul verən, yaxşı məhsul yetirən; bərəkətli, münbit. Güclü torpaq. // Yaxşı inkişaf edən, tez böyüyən, tez məhsul verən. Güclü ağac. güclük is.: güclük çəkmək – çətinlik çəkmək, səy etmək, çalışmaq. Uşaq cavab verməkdə güclük çəkirdi. – [Ceyran:] [Eldar] məni məşğul etmək üçün söhbət mövzusu bulmaqda güclük çəkirdi. S.Hüseyn. güclülük is. Güclü adamın, heyvanın və ya şeyin xüsusiyyəti, keyfiyyəti; qüvvətlilik. [Vəzir:] Teymur ağanın güclülüyündən söz düşdü, hamı bəylər dedi ki, tamam Lənkəranda Teymur ağadan güclü bir kimsənə tapılmaz.. M.F.Axundzadə. gücölçən bax. qüvvətölçən. gücötürücü is. xüs. Gücü bir aqreqatdan başqa bir aqreqata, aqreqatın bir hissəsindən digər hissəsinə ötürmək üçün qayış, val və s. gücsüz sif.\n1. Gücü, fiziki qüvvəsi olmayan və ya az olan, fiziki cəhətdən inkişaf etməmiş; qüvvəsiz. Gücsüz adam. – [Adil:] Biz [atama] sığınırdıq, onun gücsüz əlindən güc alırdıq. B.Bayramov. // İs. mənasında. Gücsüz, qüvvətsiz adam. [Musa:] Bir daha gücsüzləri çeynəyib əzməsinlər, artıq anlasınlar, yalnız yaşamaq deyil, yaşatmaq da lazımdır. H.Cavid.\n2. Zəif, qüvvətsiz. Gücsüz qoşun. Gücsüz külək. Gücsüz səs. gücsüzlük is. Gücsüz adam və ya şeyin keyfiyyəti: qüvvətsizlik, zəiflik. [Pərşan Sənubərə:] And içmək də ağlamaq kimi gücsüzlük, iradəsizlik əlaməti deyilmi? B.Bayramov. gücürləmək f. Güclə məcbur etmək. güdaz [fars.]: güdaza vermək – birinin məhvinə, yoxa çıxmasına, fəlakətə uğramasına səbəb olmaq. [Yasəmən:] Demədimmi nahaq yerə özünü güdaza verəcəkdir. S.S.Axundov. Gözüm su içməyir İlyasdan, düzü; Beləsi güdaza tez verər bizi. S.Vurğun. Güdaza getmək – boş yerə məhv olmaq, yoxa çıxmaq, fəlakətə uğramaq, bədbəxt olmaq. [Qaraş:] Yoldaşların da güdaza getməyi sən kimi bişüur yoldaşların bərəkətindəndir. C.Məmmədquluzadə. güdə dan. bax. gödək. güdəboy (=güdəboylu) dan. bax. gödəkboy(lu). Bu arvad güdəboy, adətdənkənar yoğun bir adam idi. Çəmənzəminli. güdəboylu (=güdəboy) dan. bax. gödəkboy(lu). Bu arvad güdəboy, adətdənkənar yoğun bir adam idi. Çəmənzəminli. güdəlmə “Güdəlmək”dən f.is. güdəlmək dan. bax. gödəlmək. Söylə mənə: vəzarəti-milliyəniz düzəldimi? Ya uzun əl, uzun papaq qıssalaşıb güdəldimi? M.Ə.Sabir. güdmə “Güdmək”dən f.is. güdmək f.\n1. Gizlicə birinin dalınca baxmaq, gözdən qoymamaq; gözləmək. O, yolda adam qoymağa, Qədimin yolunu güdməyə başladı. S.Rəhimov. Səni tale günəşim güdməklə; Keçməsin qorxulu vadilərdən. M.Müşfiq.\n2. Qorumaq, mühafizə etmək, gözləmək, qayğısına qalmaq. Süd bişirdi, səs-səmir yox, heyvangüdən (f.sif.) uşaqlar; Bir çalanın ətəyində od qalamış isinir. A.Şaiq. • Öz xeyrini (mənfəətini) güdmək – ancaq öz xeyri (mənfəəti) haqqında düşünmək və buna müvafiq hərəkət etmək. güdük is. dan. Güdmə, güdmək işi. • Güdükdə durmaq (olmaq) – dayanıb, gizlənib güdmək. Mən bağa girib oynayacağam, siz güdükdə olun. (Nağıl). güdükçü is. Güdən, keşik çəkən adam, gözətçi. güdülmə “Güdülmək”dən f.is. güdülmək “Güdmək”dən məch. gühər klas. bax. gövhər. Yüz elm oxusan axırı avarə qalarsan: Baxmazlar sənin dürlü gühərin var. M.Ə.Sabir. gül is. [fars.]\n1. Çiçək (danışıqda “qızılgül” mənasında da işlənir). Ağaclar gül açıb. Gül dərmək. – ..Bir dəstə gül olaydım; Asılaydım yaxannan. (Bayatı). Bir gül ilə bahar olmaz. (Ata. sözü). ..Hər gülün, hər çiçəyin öz adı, öz surəti var. S.Vurğun.\n2. Buxara dərisinin üzərindəki incə qıvırcıqlar. Bu dərinin gülləri çox xırdadır. – Hacı güldü. Börkünü əlinə götürüb onun güllərini yatırmaq üçün əlilə tumarladı. M.S.Ordubadi. Həcər papağı oxşadı, gümüşü güllər parıldadı. S.Rəhimov.\n3. Toxunma şeylərin, xalçanın və s.-nin üzərində olan buta və s. Xalçanın gülləri. Parçanın gülləri qəşəngdir. [Hamı:] Ah, nə gözəl parçadır; Gülləri də qonçadır. Ü.Hacıbəyov.\n4. Çörəkdə xırda-xırda yanmış yer; yanıq qabarları. Çörəyin çoxlu gülü var. • Gül vermək – çörəkdə gül əmələ gəlmək; qabarlanmaq. Çörək gül verib.\n5. Qızılcanın ən şiddətli anındakı səpgi. Uşağın bədənini gül basıb.\n6. bayt. Qoyun xəstəliklərindən birinin adı. Qoyuna gül düşdü, qırıldı.\n7. məc. Əziz, istəkli, sevimli, sevgili adam. Biçarə Vamiq oldu avarə öz elindən; Məcnunu sən ayırdın Leyli kimi gülündən C.Cabbarlı.\n8. Gülüm şəklində – əziz, istəkli, sevimli bir adama nəvazişli müraciət. Öylə rənadır, gülüm, sərvi-xuramanın sənin; Kim, görən bir gəz olur, əlbəttə, heyranın sənin. Füzuli.\n9. məc. Gözəl, qəşəng, məsum. Gül kimi uşaq. Gül kimi qız. Gül surət. Gül yanaq. – Mən aşıq gül üzünə; Şeh düşmüş gül üzünə. Sarı Aşıq. ‣ Gül açmaq məc. – 1) gözəlləşmək, təravətlənmək, qəşəngləşmək. Gözəl qız, yaxşı vaxtda; Başladın gül açmağa. Ə.Cavad; 2) həyata keçmək, rövnəq tapmaq, çiçəklənmək. Arzuları gül açdı. Əməllər gül açır. – [Zəhra:] Ədalət dünyada əlvan gül açsın; Səadət günəşi nurunu saçsın. M.Rahim. Gül ağız isteh. – söyüşkən, ağzından pis sözlər çıxan, acıdanışan adam haqqında. [Səkinə Məşədi Ağabanıya:] Açma mənim gül ağzımı, yoxsa açaram sandığı, tökərəm pambığı. M.Əliyev. Gül gülü çağırmaq (səsləmək, dindirmək) şair. – təbiətin, ətraf mənzərənin gözəlliyini ifadə etmək üçün işlədilir. Çaylar axırdı, hovuzlar fəvvarə vururdu, gül gülü çağırırdı. Çəmənzəminli. Fələkdən bac verib, bac alan könlüm; İndi uşaq kimi ağlar səninçün; Gül gülü çağırır, çiçək çiçəyi; Gülər aşiqlərin qönçə diləyi. M.Müşfiq. Gül kimi – çox yaxşı, gözəl. Gül kimi (tək) açılmaq – 1) gözəlləşmək, qəşəngləşmək. Uşaq böyüdükcə gül kimi açılır; 2) sevinmək, ürəyi açılmaq, şadlanmaq. Mən yanına gəlsəm tutulur ol mahitaban; Gültək açılır yanına əğyar gələndə. S.Ə.Şirvani. Gül kimi təmiz – haqqında heç bir pis söz deyilməmiş; təmiz, məsum. [Şahnigar:] ..O bircə canına and olsun ki, mən gül kimi təmizəm, ay qardaş, heç elə şey olarmı? İ.Şıxlı. Gül vaxtı (çağı və s.) – güllər açan vaxt, ilk bahar, ilk yaz. Hər yan dedilər ki: – Ey bəlakəş! Gül çağıdır, olmagil müşəvvəş. Füzuli. Bu bahar fəslində, gül mövsümündə; Hər kimin ki, ola yarı yanında; Bil ki, bəxtəvərdi tarı yanında. Q.Zakir. İndi gül dəmidir, fəsli-bahardır; Hər gülün, çiçəyin bir sirri vardır. S.Vurğun. Gül fəsli yetişmişdi. M.Rzaquluzadə. Gül yağı – güldən çəkilib yeyinti sənayesində və ətriyyatda işlədilən xoşiyli yağ. Üç min gül ləçəyindən; bir gül yarpağının çəkisi qədər; gül yağı çəkirlər. R.Rza. Gül yarpağı kimi əsmək (titrəmək) – qorxudan, həyəcandan, bəzən də soyuqdan titrəmək. Sürmənin dodaqları gül yarpağı kimi titrəyir, uzun kirpikləri tez-tez qırpınır, gözləri xumarlanırdı. M.Süleymanov. Gül(ünü) vurmaq – bir şeyin ən yaxşısını, yaxud ən siftəsini seçib götürmək. ..Meşinov dönüb Əlyarova dedi: – Sən öl yoldaş silistçi, telefonçu gülünü vurdu. S.Rəhimov. Güldən ağır söz – incidəcək, qəlbə toxunacaq söz. Nə Şamxal atasının üzünə ağ olmuş, nə də atası ona güldən ağır söz demişdi. İ.Şıxlı. gülab is. [fars.] Qızılgül yarpaqlarını distillə etmək yolu ilə alınan ətirli maye, gül suyu. Gülab çəkmək. Üzünə gülab səpmək. – Ənbər etmiş torpağın adın, suyun ismin gülab. Füzuli. Xanım Şəmsiyyə gülab kimi ətir qoxuyurdu. M.İbrahimov. gülabdan (=gülabzən=gülabpuş) is. [fars.] Gülab saxlamaq üçün aşağısı girdə, boğazı dar, uzun və qəşəng formalı çini, ya metaldan qab; gülabqabı, gülabsüzən. ..Mərsiyəxan gülabdanı alıb ətirləndi. Çəmənzəminli. Dərhal xəlifə .. mis satıllarda şərbət, əlində gülabdan camaat ilə bir yerdə küçəyə çıxardı. H.Sarabski. Birdən [Mehribanın] gözləri pəncərənin üstündəki gülabpuşa sataşdı. H.Seyidbəyli. gülabzən (=gülabdan=gülabpuş) is. [fars.] Gülab saxlamaq üçün aşağısı girdə, boğazı dar, uzun və qəşəng formalı çini, ya metaldan qab; gülabqabı, gülabsüzən. ..Mərsiyəxan gülabdanı alıb ətirləndi. Çəmənzəminli. Dərhal xəlifə .. mis satıllarda şərbət, əlində gülabdan camaat ilə bir yerdə küçəyə çıxardı. H.Sarabski. Birdən [Mehribanın] gözləri pəncərənin üstündəki gülabpuşa sataşdı. H.Seyidbəyli. gülabpuş (=gülabdan=gülabzən) is. [fars.] Gülab saxlamaq üçün aşağısı girdə, boğazı dar, uzun və qəşəng formalı çini, ya metaldan qab; gülabqabı, gülabsüzən. ..Mərsiyəxan gülabdanı alıb ətirləndi. Çəmənzəminli. Dərhal xəlifə .. mis satıllarda şərbət, əlində gülabdan camaat ilə bir yerdə küçəyə çıxardı. H.Sarabski. Birdən [Mehribanın] gözləri pəncərənin üstündəki gülabpuşa sataşdı. H.Seyidbəyli. gülabqabı bax. gülabdan. gülabsüzən bax. gülabdan. ..Güldanlar, gülabsüzən, hər cürə qədəh və fincanlar, arvad kəməri, bilərzik, gərdənbənd və sairəni Şahbəy tərifləyə-tərifləyə demişdi.. Ə.Əbülhəsən. gülbaz is. [fars.] Gül əkməyi, gül becərməyi, ümumiyyətlə, gülü çox sevən adam; çiçəkbaz. gülbazlıq is. Gül əkməyi, gülü becərməyi, ümumiyyətlə, gülü çox sevmə; çiçəkbazlıq. Əlisa arada söhbət zamanı özünün gülbazlığından ağsaqqal həkimə də söhbət açmış, .. düzəltdiyi güllüyü də ayrıca ona tərifləmişdi. S.Rəhimov. gülbədən (=gülbədənli) sif. və is. Klassik Azərbaycan poeziyasında gözəlin epitetlərindən (sifətlərindən) biri. Neyləmişəm inciyibsən; Yenə, ey gülbədən, məndən. Q.Zakir. gülbədənli (=gülbədən) sif. və is. Klassik Azərbaycan poeziyasında gözəlin epitetlərindən (sifətlərindən) biri. Neyləmişəm inciyibsən; Yenə, ey gülbədən, məndən. Q.Zakir. gülbəniz (=gülbənizli) bax. gülüzlü. gülbənizli (=gülbəniz) bax. gülüzlü. gülcamal (=gülcamallı) [fars.] bax. gülüzlü. gülcamallı (=gülcamal) [fars.] bax. gülüzlü. gül-çiçək top. Gül və çiçəklər. Yaz kimi qoynunu açsın gələcək; Yollara gül-çiçək saçsın gələcək! M.Müşfiq. gül-çiçəkli (=gül-çiçəklilər) cəm, bot. Ağac, kol, otşəkilli müxtəlif bitkilərin daxil olduğu fəsilənin adı. Gül-çiçəklilər fəsiləsi. gül-çiçəklilər (=gül-çiçəkli) cəm, bot. Ağac, kol, otşəkilli müxtəlif bitkilərin daxil olduğu fəsilənin adı. Gül-çiçəklilər fəsiləsi. gülçöhrə [fars.] bax. gülüzlü. Gülçöhrə sənəmlər oldular cəm; Hər bir sənəmin əlində bir şəm. Füzuli. gülçü is.\n1. Gül əkməklə, gül becərməklə məşğul olan adam. Gülçü bağban.\n2. Gül satan adam, gül mağazası işçisi. gülçülük is.\n1. Gülçünün peşəsi, məşğuliyyəti.\n2. Kənd təsərrüfatının gül əkib becərməklə məşğul olan sahəsi. Gülçülük gəlirli sahədir. Gülçülüyü inkişaf etdirmək. Gülçülük sovxozu. güldan is. [fars.]\n1. Dərilmiş gülü qoymaq üçün müxtəlif formalı qab; gülqabı. Güldana su tökmək. – [Vaqif] qarşısındakı mina güldanın içindəki novruzgülü və bənövşələri götürüb qoxuladı. Çəmənzəminli. Şair çiçəkləri qoyub güldana; Dedi: – Bir əfsanə yadıma düşdü.. B.Vahabzadə.\n2. Dibçək. Güldanda gül əkmək. güldəstə is. [fars.] Gül, çiçək dəstəsi. Lalədən, yasəməndən güldəstə bağladılar. S.Rüstəm. Vüqarım ucadır Qoşqar dağından; Güldəstə tutmuşam əməl bağından. M.Rahim. güldəfnə is. bot. Dəfnə ağacı. güldürmə “Güldürmək”dən f.is. güldürmək icb.\n1. Gülməsinə səbəb olmaq. Uşağı güldürmək. Qıdıqlayıb güldürmək. // Gülüş doğurmaq. Cəfər əmi öz sözü ilə kimsəni güldürmək istəməmişdi. H.Nəzərli. Hələ bir iş də Veyslə yoldaşlarını lap bərk güldürmüşdü. Ə.Əbülhəsən.\n2. məc. Sevindirmək, kefini açmaq, şadlandırmaq, şənləndirmək. [Almaz:] Sağlam gülüş kəndin bütün həyatını yeni bir sevinclə güldürəcəkdir. C.Cabbarlı. Cürət! Odur bizi güldürən hər an; Cürətsiz bir həyat məhv olur, inan! S.Vurğun. güldürücü sif. Gülüş doğuran; gülməli, güldürən. Güldürücü sözlər. güldürücülük is. Gülüş əmələ gətirmə, güldürmə. güləbətin 1. is. Qızıl və ya gümüş tellərindən, habelə onlara bənzədilən materiallardan qatışığı olan sap. [Otaqda] arasıra məxmər, üstünə güləbətin çəkilmiş daraqqabı, saatqabı da nəzəri cəlb edərdi. H.Sarabski.\n2. sif. Həmin sapla işlənmiş, üzərinə bəzək vurulmuş. Güləbətin daraqqabı. Güləbətin araqçın. – Güləbətin köynək, abı nimtənə; Yaxasında qızıl düymə gərəkdir. M.P.Vaqif.\n3. sif. məc. Sarı, sarı-qızılı. Güləbətin saç. güləbətinli sif. Güləbətini olan; güləbətinlə işlənmiş, güləbətinlə bəzədilmiş. Güləbətinli araqçın. güləbrişim is. bot. Hündürlüyü bəzən 15-18 metrə çatan ağac. güləndam (=güləndamlı) bax. gülbədən(li). Nə xoşdur baş qoymaq bir güləndamın qucağında; Tamaşa eyləmək ol həlqə zülfə ağ buxağında.. M.P.Vaqif. Aldı mey camini ol yari-güləndam əlinə; Can fəda saqiyə, verdi o gülün cam əlinə. Ə.Vahid. güləndamlı (=güləndam) bax. gülbədən(li). Nə xoşdur baş qoymaq bir güləndamın qucağında; Tamaşa eyləmək ol həlqə zülfə ağ buxağında.. M.P.Vaqif. Aldı mey camini ol yari-güləndam əlinə; Can fəda saqiyə, verdi o gülün cam əlinə. Ə.Vahid. gülər sif. Şən, mehriban, üzügülər. Bu sualımdan Məmmədrzanın gülər üzü qara bulud kimi tutuldu. S.S.Axundov. Balaca uşaqlar gülər sifətləri ilə biqeyd bağın xiyabanlarında qışqırtı ilə yüyürüşürlər. Ə.Haqverdiyev. gülərüz (=gülərüzlü) sif. Şən, mehriban, üzügülər. Gülərüz qız. – Bağçalarda narın var; Gülərüzlü yarın var. (Bayatı). ..Vəli uzunboy, gülərüz.. bir oğlan idi. S.Rəhman. gülərüzlü (=gülərüz) sif. Şən, mehriban, üzügülər. Gülərüz qız. – Bağçalarda narın var; Gülərüzlü yarın var. (Bayatı). ..Vəli uzunboy, gülərüz.. bir oğlan idi. S.Rəhman. güləş I. bax. güləşmə 2-ci mənada. Miyandarın işarəsilə Məmməd bəylə Qasım ağa dairənin ortasına güləşə çıxdılar. Çəmənzəminli. Kişilər dəm vurur pəhləvanlıqdan; Güləşdən, güllədən, ölümdən, qandan. S.Vurğun.\n\nII. bax. gülər. [Pərinin] güləş sifəti və hər nə deyiləndə “bəli” deməyi elçilərə çox xoş gəldi. Çəmənzəminli. Günorta xəttini aşırdı günəş; Qaçaqlar meşədə, üzləri güləş. H.K.Sanılı. güləşçi is. İdmanın güləşmə növü ilə məşğul olan idmançı. Yüngülçəkili güləşçi. güləşdirmə “Güləşdirmək”dən. f.is. güləşdirmək icb. Güləşməyə məcbur etmək, qurşaq tutdurmaq. [Ziba xanım:] ..Xan Qala qırağında bəy uşaqlarını birbiri ilə güləşdirir. M.F.Axundzadə. güləşəngi is. Güləşmə zamanı çalınan hava. Sanki bir döyüş, bir vuruşma meydanını təsvir edən güləşəngi havası adamları .. yerindən oynadırdı. Ə.Abasov. güləşqabaq (=güləşqabaqlı) sif. Üzügülər, xoşsifət, mehriban, şən, gülər. Güləşqabaqlı qız. – Möhlətov istədi bu güləşqabaq oğlanın sözünə soyuqqanlılıqla yanaşsın, məna verməsin, bunu edə bilmədi. Mir Cəlal. güləşqabaqlı (=güləşqabaq) sif. Üzügülər, xoşsifət, mehriban, şən, gülər. Güləşqabaqlı qız. – Möhlətov istədi bu güləşqabaq oğlanın sözünə soyuqqanlılıqla yanaşsın, məna verməsin, bunu edə bilmədi. Mir Cəlal. güləşmə 1. “Güləşmək”dən f.is.\n2. idm. Bir-birinin kürəyini yerə vurmağa çalışan iki nəfərin qurşaq yapışmasından ibarət idman növü. Güləşmə yarışı. güləşmək f. Bir-birinin kürəyini yerə vurmağa çalışmaq, qurşaq tutmaq. Pəhləvanlar güləşdilər. – [Vəzir:] Mən cavab verdim ki, əgər mənə yaraşsaydı, bu əlli yaşımda Teymur ağa ilə güləşib onun arxasını yerə qoyardım. M.F.Axundzadə. Qabaqda kəndin cavanları güləşir, oynaşır. C.Cabbarlı. güləşsifət (=güləşsifətli) bax. gülərüz(lü). Güləşsifət, ortayaşlı biri .. ayağa qalxıb oturanlara baxdı. Ə.Vəliyev. güləşsifətli (=güləşsifət) bax. gülərüz(lü). Güləşsifət, ortayaşlı biri .. ayağa qalxıb oturanlara baxdı. Ə.Vəliyev. güləyən is. və sif. Çox gülən, gülməyi sevən (adam). Güləyən qadın. – Çəpərdən üstümə qəfil su atan; O güləyən qızı görəm yuxuda. M.Araz. gülgəz sif. məh. Qırmızı, al. Ağ əllərin olub əcaib gülgəz; Qana batıb, yoxsa hənalanıbdır? M.P.Vaqif. Şahnisə xanım göz yaşlarını gülgəz dəsmalla silərək .. dedi. Çəmənzəminli. gülgü is.\n1. Gülmə işi; gülüş, gülmə. Yetər buludlardan vurduğumuz dəm; Bir az da gülgüdən danışsın qələm. S.Vurğun.\n2. Satirik, satira. Gülgü jurnalı. – Tənqidi əsər istehza, gülgü və məsxərə yolu ilə yazılır. M.F.Axundzadə. [Səttarxan:] ..Azərbaycan dilində çıxan gülgü məcmuəsinə ayda iki yüz tümən verilməlidir. M.S.Ordubadi. gül-gül sif. Üzərində gül şəkilləri olan; güllü. Gül-gül yaylıq. gülgün sif. [fars.] şair. Gül rəngli, gül kimi, güllü. Ey geyib gülgün, damadəm əzmicövlan eyləyən! Hər tərəf cövlan edib, döndükcə yüz qan eyləyən! Füzuli. [Mərsiyəxan] arabir susur, alovlu gözləri ilə qadını süzür, gülgün badə ilə qurumuş dodaqlarını isladırdı. Çəmənzəminli. gülxana is. [fars.] Qışda bitki, gül, tərəvəz, göyərti yetişdirmək üçün şüşə ilə örtülmüş qızdırılan tikili; istixana. Gülxanada gül yetişdirmək. Gülxanadan xiyar dərmək. gülxətmi is. bot. Əməköməci fəsiləsindən ensizyarpaqlı, iri qəşəng çiçəkləri olan ot-bitki (xalq təbabətində işlədilir). gülqabı bax. güldan. güllə is. Top, tüfəng, tapança kimi odlu silahlardan atmaq üçün qurğuşundan düzəldilmiş girdə və uzunsov mərmicik. Top gülləsi. Tüfəng gülləsi. – [Heydərqulunun] kürəyindən dəyən güllə sol ciyərini parçalayaraq böyründən çıxmışdı. Ə.Sadıq. [Ovçu:] Niyə tələsdiniz? – dedi, – yaxşı ki güllələriniz dəymədi.. M.Rzaquluzadə. • Güllə açılmaq – atəş açılmaq, atılmaq (odlu silah haqqında). Yarım saat keçmədən soldan bir güllə açıldı. H.Nəzərli. Güllə atmaq – odlu silahdan atmaq, atəş açmaq. Havaya birbirinin ardınca üç güllə atdım. M.Rzaquluzadə. Səhərə yaxın dalbadal iki güllə atıldı. İ.Şıxlı. Güllə boşaltmaq – bax güllə atmaq. Bir haray yuxuma güllə boşaltdı; Bir duyğu səsiymiş oyadan məni.. M.Araz. Güllə yağdırmaq, gülləyə basmaq (tutmaq) – hər tərəfdən çoxlu güllə atmaq. [Nəbi] qaçaqlar gələn kimi onları gülləyə basıb pərən-pərən edir. “Qaçaq Nəbi”. ..Quldurlar bunları təzədən gülləyə tutdular. S.S.Axundov. ‣ Güllə kimi – 1) çox tez, çox cəld, çox sürətli. Rəna qapıdan güllə kimi çıxdı. S.Rəhman. O, .. dəftəri götürüb güllə kimi pilləkənlə üzüaşağı yüyürür. Ə.Məmmədxanlı; 2) çox kəskin, çox ağır, çox təsirli. Paşanın sözü Həsən xana güllə kimi dəydi. “Koroğlu”. Axırıncı söz güllə kimi Rüstəm kişinin sinəsini dəldi. M.İbrahimov. Güllə mənzili – güllə atılan yerdən güllənin düşdüyü yerə qədər olan məsafə. Kəndə qədər bir güllə mənzili qalmışdı. Güllə sıxmaq – odlu silahı hədəfə yapışdıraraq vurmaq. Cibimdə silahım olsaydı, ürəyimə bir güllə sıxardım. Mir Cəlal. [Ələmdar] öz gülləsini Müqim bəyin kürəyinə sıxıb ağasının ciyərini çıxartdı. S.Rəhimov. Güllə tökmək – ərinmiş metaldan güllə qayırmaq. Gülləni gülləyə düzmək – çoxlu güllə atmaq, ara vermədən atəş açmaq. gülləbaran is.\n1. Çoxlu adamın birlikdə tüfəng atması; çox şiddətli atəş. İki günlük gülləbarandan sonra kəndlilər Kazımın meyitini çinar ağacından asılmış gördülər. M.İbrahimov. • Gülləbaran etmək (eləmək) – 1) şiddətli atəşə tutmaq. Düşmənin mühüm bir dəstəsi həmin evi gülləbaran edirdi. H.Nəzərli; 2) bax. güllələmək.\n2. Kütləvi qırğın. Lena gülləbaranı. – Bunun nəticəsində vücuda gələn sürgünlər, gülləbaranlar Bakı fəhlələrinin həyatına da təsirsiz qalmamışdır. M.S.Ordubadi. gülləçi is. köhn. Güllə qayıran və ya satan adam. Özüm aşıq oldum, oğlum gülləçi. Aşıq Ələsgər. güllələmə 1. “Güllələmək”dən f.is.\n2. is. Güllələməklə həyata keçirilən ən yüksək cəza; ölüm cəzası; edam. Güllələmə cəzası. güllələmək f. Güllələmə yolu ilə ölüm cəzasını həyata keçirmək; edam etmək. [Eyvaz:] Mən əgər naçalnik olsaydım, əvvəl-əvvəl sizin hamınızı divara söykəyib güllələrdim. C.Cabbarlı. güllələnmə “Güllələnmək”dən f.is. güllələnmək f. Ən ağır cəza tədbiri olaraq güllə ilə öldürülmək, edam edilmək. Faşistlər [dustaqların] güllələnəcəyi haqqında kənddə divarlara elanlar yapışdırmışdılar. Ə.Sadıq. güllələşmə “Güllələşmək”dən f.is. güllələşmək qarş. Bir-birinə güllə atmaq; atışmaq. [Qazaqlar] Nəbigilnən bir gün güllələşdilər. “Qaçaq Nəbi”. güllənmə “Güllənmək”dən f.is. güllənmək f.\n1. Gül açmaq, gül açmağa başlamaq; çiçəklənmək. Yaz mövsümü bülbül dil-dil ötəndə; Bağ-bağçalar nərgizlənir, güllənir. “Qurbani”. Bahar gəlir, dərələr çiçəklənir, güllənir. A.Şaiq. [Arvad:] Oğlum, Firidun, yəqin indi... badam güllənir, hə?.. M.İbrahimov.\n2. Güllə bəzədilmək; çiçəklənmək.\n3. Xırda qabarlar, güllər əmələ gəlmək (çörəyin üzündə). Çörək güllənib. güllü sif.\n1. Çoxlu gül olan, gül bitən, gül əkilmiş; çiçəkli. ..Güllü, bağçalı böyük həyətimizdə bizdən başqa iki əmioğlum da ailəsi ilə yaşayırdı. S.S.Axundov. Nə dərdin var, sənin, Gəncə? Şəfalı, güllü bağın var. Ə.Nəzmi.\n2. Gül açmış, gülü olan; çiçəkli. Güllü ağac.\n3. Üzərində gül şəklində naxışlar olan. Güllü dəsmal. Güllü don. – Yük üstə güllü xalça; Kim qaldıra, kim aça. (Bayatı). [Nuriyyə:] Əynində güllü xalat, başında ağ haşiyəli bənöyüş kəlağayı olan qadın qabağımıza yeriyərək mənə xoşgəldin elədi. İ.Əfəndiyev. • Güllü məxmər – bax. gülməxmər. güllücə is. bot. Paxlalılar fəsiləsindən olub dağ rayonlarında, çəmənlərdə, meşələrdə, çay sahillərində bitən yem otu. güllü-çiçəkli sif.\n1. Çoxlu gül, çiçək bitmiş. Güllü-çiçəkli çəmən. Güllü-çiçəkli bağ.\n2. Üzərində gül-çiçək şəklində naxışları olan. Güllü-çiçəkli çit. güllü-gülşənli bax. güllü-çiçəkli. Güllü-gülşənli həyət. güllük is. Çoxlu gül əkilmiş və ya gül açmış yer; çiçəklik, gülzar, gülüstan, gülşən. Güllüyün gülü beşgünlükdür. (Ata. sözü). Bülbüllər ötüşür, cəh-cəh vururlar; Güllüklərdə dügün, dərnək qururlar. H.Cavid. güllü-naxışlı sif. Üzərində gülü, naxışı olan. Güllü-naxışlı parça. – [Səkinə] bardaş quraraq güllü-naxışlı xalçanın üstündə oturmuşdu. M.İbrahimov. gülmə “Gülmək”dən f.is. gülməxmər is. Nazik ipək üzərində iri gülləri olan və qadın paltarları tikmək üçün işlədilən bahalı parça. 4 metr gülməxmər. // Sif. mənasında. Həmin parçadan tikilmiş. Gülməxmər paltar. gülmək f.\n1. Müəyyən bir hiss nəticəsində (məs.: sevindikdə, şənləndikdə, gülməli və ya mənasız bir şey gördükdə), habelə bəzi əsəb sarsıntıları anında xarakterik səslər çıxararaq öz duyğusunu bildirmək (ağlamaq əksi). Zəmani-hicrdə gəh ağlayıb, gəhi gülləm. S.Ə.Şirvani. Hamı duyub bu halı, gülüb qaqqıldaşdılar. S.Vurğun.\n2. İstehza etmək, ələ salmaq, masqaraya qoymaq, lağ etmək. Gülmə qonşuna, gələr başına. (Ata. sözü). Qıraqdan baxanlar onun qorxaqlığına gülmüşdülər. Mir Cəlal.\n3. məc. Xoş bir xəbərdən, yaxşı bir hadisədən sevinmək, şadlanmaq.\n4. məc. Sevinc ifadə etmək. Güldü yarpaq, coşdu irmaq, güllər oynadı. C.Cabbarlı. Təbiət gülür, çiçəklər, quşlar .. sevinc içindədirlər. S.Vəliyev. gülməli sif. Gülüş doğuran, gülüşə səbəb olan. Gülməli söz. – Onun bu görkəmi çox gülməli idi. H.Nəzərli. Hər kim o qara zülfə könül versə xətadır; Amma yenə mən bəndəm, əcəb gülməliyəm mən. Ə.Vahid. gülməşəkər sif. [əsli fars. gülbəşəgər – şəkərli gül, gül mürəbbəsi] zar. isteh. Şirin, xoş, xoşagələn. Atan soğan, anan sarımsaq; Sən hardan oldun gülməşəkər? (Ata. sözü). gülmıx is. Xırda mıx. gülnar is. [fars.] klas. Nar ağacının gülü, nar gülü. gülöyşə sif. Meyxoş (nar növü). Dost məni yad eylədi; Bir gülöyşə nar ilə. (Ata. sözü). Bağçalarda çiçək açır gülöyşə nar, yasəmən; Qaranquşla bir zamanda qayıdaram kəndə mən. Ə.Cəmil. gülpərəst is. və sif. [fars.] Gül becərGÜLÜMSƏRCƏSİNƏ zərf Gülümsəyərək, məyi, gül yetişdirməyi, ümumiyyətlə gülü sevən (adam). ..Kim Əlisa kimi faydalı, bağpərəst, bağçapərəst, gülpərəst bir adamın adını belə-belə ləkəli şeylərə çəkə bilər? S.Rəhimov. gülrəng sif. [fars.] klas. Açıq-qırmızı rəngli, çəhrayı rəngi, gül rəngində olan. Dur, saqi, gətir badeyi-gülrəngi bu bəzmə; Ver badeyi-gülrənglə bir rəng bu bəzmə. Raci. gülrüx (=gülrüxsar) [fars.] klas. bax. gülüzlü. Ah vaveyla ki, ol gülrüx pəri yarım degil; Mən ona yar oldum, ol yari-vəfadarım degil. Xətayi. Laf urarlar hüsndən hərçənd gülrüxsarlər; Həq bilür, ol ayeyi-rəhmət sənin şənindədir. Qövsi. gülrüxsar (=gülrüx) [fars.] klas. bax. gülüzlü. Ah vaveyla ki, ol gülrüx pəri yarım degil; Mən ona yar oldum, ol yari-vəfadarım degil. Xətayi. Laf urarlar hüsndən hərçənd gülrüxsarlər; Həq bilür, ol ayeyi-rəhmət sənin şənindədir. Qövsi. gülsabah is. bot. Səhər açılıb axşam vaxtı yumulan dekorativ gül; səhərgülü. gülşad sif. Xoşa gələn, ürəkaçan, gözəl mənzərəli. Gülşad yer. • Gülşad olmaq – şən olmaq, abad olmaq. Onsuz hünər evi gülşad olmazdı. S.Vurğun. Bənna qardaş, nə möhkəmdir qoyduğun təməl! Abad olsun! Gülşad olsun! Yorulmayasan! Ə.Cəmil. gülşən is. [fars.] Güllük, çiçəklik. Bu gülşənin yasəməni, sünbülü; Nə bir bağa, nə bostanə düşübdür. M.V.Vidadi. Gülşəndə bənövşələr açıldı; Səhralara lalələr saçıldı. A.Şaiq. gülü sif.\n1. Açıq gül rəngli, çəhrayı.\n2. Gül şəklində naxışları olan. Gülü parça. gülümsəmə “Gülümsəmək”dən f.is. gülümsəmək f.\n1. Gülər kimi olmaq, təbəssüm etmək, qımışmaq, dodaqaltı gülmək, öz məmnunluğunu, ya istehzasını təbəssümlə ifadə etmək. Mənasını anlamadığı bu sözə Aydəmir sadəcə gülümsəyərək kupeyə girdi. A.Şaiq. Şəmsiyyə kədərli və fikirli olsa da [Sərhənglə] danışarkən gülümsəməyə, şad görünməyə çalışırdı. M.İbrahimov.\n2. məc. Adamın üzünə gülmək, fərəh oyatmaq. Bahar gülümsəyir. Hər yer gülümsəyirdi. gülümsər sif. Gülümsəyən, gülən, təbəssümlü. Gülümsər göz. – Bir gün acı bir səs o gülümsər üzü sardı. H.Cavid. Qızın solğun rəngi, xurmayı saçları, gülümsər qonur gözləri var idi. Ə.Məmmədxanlı. təbəssümlə. Gülümsərcəsinə cavab vermək. – Qız qara gözləri, uzun kirpikləri arasından gülümsərcəsinə [dedi].. T.Ş.Simurq. gülümsünmə “Gülümsünmək”dən f.is. gülümsünmək bax. gülümsəmək. [Buğac] ananın munis çöhrəsini görəndə gülümsündü. M.Rzaquluzadə. gülünc sif. və zərf\n1. Gülməyə səbəb olan, gülməli, gülüş doğuran. // məc. Mənasız, qeyri-ciddi. Ceyrana malik olmaq fikri və hissi mənə çox qəribə, bəlkə gülünc görünürdü. S.Hüseyn. Ölüm fikri [Mələkdən] uzaqlaşdı, ona gülünc və mənasız göründü. M.İbrahimov.\n2. İstehzaya, masqaraya səbəb olan, istehza doğuran. Gülünc hərəkət. // Gülmək obyekti; hamının gülməsi üçün hədəf. Dəhanın sədəfdir, dişlərin inci; Sən məni eylədin ellər gülüncü. M.P.Vaqif. [Koxa:] Mən kənardan uşaq tutub, Cavanşirlər arasında gülünc ola bilmərəm! S.Rəhimov. gülünclük is. Gülünc olan adam və ya şeyin halı; gülüş doğurma, gülünc olma. Dəlillərin gülünclüyü. Təklifin gülünclüyü. gülüstan is. [fars.] Güllük, çiçəklik, gülzar; qızıl güllük. Ol güli-xəndanı görmək mümkün olsaydı mənə; Səntək, ey bülbül, gülüstanə güzar etməzmidim? Füzuli. Zeynəb bu gülüstanı, bu çarqat kimi sərilmiş lalələri və çiçəkləri görcək yorulmağını unudub .. gül yığmağa qaçdı. S.S.Axundov. gülüş is.\n1. Şadlıq, sevinc, məmnunluq və s. xarakter hisslərin ifadəsi olaraq ağızdan çıxan qırıq-qırıq səslər. Acı gülüş. Şən gülüş. – Əvvəl [Ceyranın] üzündə, danışığında istehzanı andıran bir gülüş vardı. S.Hüseyn. Gülün, elə gülün ki; Çatsın qulaqlarıma; Sizin gülüşləriniz. B.Vahabzadə. // İstehza. “Molla Nəsrəddin”in gülüşü kəskin bir gülüş, öldürücü bir satira idi. M.İbrahimov. Mərdan güldü. Onun gülüşü quru, qeyri-təbii çıxdı. H.Seyidbəyli.\n2. Gülmə, şənlənmə, zarafat. Qədim vaxtlar komediyanı yunanilər gülüş üçün çıxardırlardı. N.Nərimanov.\n3. məc. Sevinc, şadlıq, şənlik. Uca ağaclardakı yarpaqlar büzüşdü, onların gülüşü matəmə döndü. M.İbrahimov. gülüşmə “Gülüşmək”dən f.is. Məclisdə bir gülüşmə başladı. S.Hüseyn. Camaat arasına gülüşmə və qarışma düşdü. Qantəmir. gülüşmək f. Qarşılıqlı və ya birlikdə gülmək (çoxları haqqında). Adamlar gülüşdülər. – Uşaqlar içinə düşər gülüşmək; Sənin də acığın tutar, ağlarsan. M.V.Vidadi. Qonaqlar gülüşdülər və sonra Kəblə Namazla zarafatlaşmağa başladılar. Çəmənzəminli. gülüzar [fars. gül və ər. üzar] klas. bax. gülüzlü. Seyri-gülşən et sən, ey gülüzarım. M.V.Vidadi. Gər sənin mətləbin gülüzardısa; Artıq sevin gülüzarı görəndə. Q.Zakir. Ey könül! Min namə yaz bir gülüzarın eşqinə; Can evindən seyrə çıx bir xoş güzarın eşqinə! S.Vurğun. gülüzlü sif. Gözəlin epitetlərindən (sifətlərindən) biri. Göy üzünü bəzər parlaq ulduzlar; Yer üzünü bəzər gülüzlü qızlar. H.Cavid. gülyanaq (=gülyanaqlı) is. və sif. şair. Gözəlin epitetlərindən (sifətlərindən) biri. Gülyanaq qız. – Hər aşiqin ki, sən kimi bir gülyanağı var; Lalə kimi əyandı ki, köksündə dağı var. S.Ə.Şirvani. gülyanaqlı (=gülyanaq) is. və sif. şair. Gözəlin epitetlərindən (sifətlərindən) biri. Gülyanaq qız. – Hər aşiqin ki, sən kimi bir gülyanağı var; Lalə kimi əyandı ki, köksündə dağı var. S.Ə.Şirvani. gülzar is. [fars.] şair. Çoxlu gül olan yer; gülüstan, çiçəklik, güllük. Bülbül səbəbsiz olmadı gülzarə aşina. S.Ə.Şirvani. Çöllər yuxudan olunca bidar; Min rəng çiçəklə dolur gülzar. A.Şaiq. Darıxıb gülzara çıxdığım zaman; Ətrini duyuram güldən-çiçəkdən. M.Rahim. gülzarlıq bax. gülzar. Gülzarlıqla alov arasında uca sədd çəkilmişdi, onu keçmək qabil deyildi. Çəmənzəminli. güman is. [fars.]\n1. Lazımınca əsaslanmamış fikir, zənn, ehtimal. O, gümanının düz çıxmadığını görüb iri, qonur gözlərini geniş açaraq Tərlana baxdı. M.Hüseyn. • Güman var ki, güman ki – ola bilər, mümkündür, ehtimal ki. Güman var ki, onun biri xəyaldır; Göydən gələn lənətdən bir timsaldır. A.Səhhət. Güman etmək (eləmək) – fikirdə olmaq, ehtimal etmək, zənn etmək. Bəziləri belə güman eləyirlər ki, müsəlmanların yekə papaqlara məhəbbəti o vədədən başlanıb ki, uşaqlar başlayıblar Quran oxumağa. C.Məmmədquluzadə. Nəriman bunun keşikçi olduğunu güman etdi. Mir Cəlal.\n2. Şübhə, şəkk. Zərrə qədər iman; Dünya qədər güman. (Ata. sözü). Mərd igid, könlünə gəlməsin güman; Düşmənlər əlindən çəkərlər aman! “Koroğlu”. • Gümana düşmək – şübhəyə düşmək, şəklənmək, şübhə etmək. Bu yol ilə bütün xəbərlər yayılar, hamını hiddətləndirər, müşavirədə olanlar bir-birindən gümana düşərdilər. S.Rəhimov. Kabinetdəki yeniliklərə diqqət yetirən bəzi adamlar cürbəcür gümana düşürdülər. B.Bayramov. Gümanı getmək – şübhələnmək (birindən). Hacı Kamyab .. o gecə sübhədək şəhəri dolanıb, güman gedən evlərin hamısına toxunub nə Gövhərtacdan, nə Fərmandan bir xəbər tuta bilmədi. Ə.Haqverdiyev.\n3. Ümid, istək, arzu. Gümanım budur ki, ola ziyadə; Günbəgündən etibarım yanında. Q.Zakir. Hamınız dərdi-dilinizi ərz edəsiniz və, inşallah, gümanım bunadır, bu qapıdan naümid qayıtmayasınız. C.Məmmədquluzadə. • Gümanı gəlmək – inanmaq, əmin olmaq, ümid etmək, arxayın olmaq. [Heydər bəy:] Yaxşı, əgər özünə gümanın gəlirsə, mən razıyam. M.F.Axundzadə. [Reyhan:] Amma çarəm yoxdur, gümanım sənə gəlir.. Ə.Məmmədxanlı. gümrah I. sif. Qıvraq, möhkəm, sağlam, qüvvətli. Yaşına baxmayaraq, çox gümrahdır. – Odun götür, yaxşı yar; Yaxşı doğra, yaxşı yar; İyidi gümrah eylər; Qədirbilən yaxşı yar. (Bayatı). // Çevik, cəld, diribaş. Gümrah gənc. – Almurad cəld və gümrah hərəkətlə qalxıb ata mindi. İ.Əfəndiyev.\n\nII. sif. [fars.] köhn. Yolunu azmış, doğru yoldan sapmış. [Əjdər:] Düşərək çöllərə, Allaha pənah; Biz də qaçaqlartək olarıq gümrah! H.K.Sanılı. ..[İnsanlar] dinəmi yavıq gələcəklər, ya gümrah olacaqlar. C.Məmmədquluzadə. gümrahlanma “Gümrahlanmaq”dan f.is. gümrahlanmaq qayıd. Sağlamlaşmaq, qüvvətlənmək, sağlam olmaq, qüvvətə gəlmək. Xəstə getdikcə gümrahlanır. Dincəldikdən sonra gümrahlanmaq. – [Hacı Fərəc:] ..İndi günü-gündən gümrahlanıb dönürəm bir cavan oğlana.. N.Vəzirov. gümrahlaşma “Gümrahlaşmaq”dan f.is. gümrahlaşmaq bax. gümrahlanmaq. Budaq indi-indi gümrahlaşırdı ki, birdən yenə də onunku gətirmədi. Ə.Vəliyev. gümrahlıq is. Gümrah adamın halı; cismən və ruhən sağlamlıq; qıvraqlıq. Elə adamlar var ki, ruhən ən yorğun dəqiqələrində belə onlarla danışdıqda özündə bir yüngüllük və gümrahlıq duyursan. İ.Əfəndiyev. Müridlər də gözlərini bu ağ sinəli, yaşı əllini keçmiş olsa da, gümrahlığını itirməyən kişinin ağzına zilləmişdilər. İ.Şıxlı. gümüş is.\n1. Parlaq bozumtul-ağ rəngli, kimyəvi element – nəcib metal (zərgərlik və bəzək şeyləri qayırmaq, pul kəsmək və s. üçün işlədilir). • Gümüş suyuna çəkmək – adi metalların üstünə gümüş suyu çəkmək, gümüşü rəngləmək. Qaşıqları gümüş suyuna çəkmək. Gümüşə tutmaq – üstünü gümüşlə örtmək, gümüşlə bəzəmək. Xəncərin dəstəsini gümüşə tutmaq. // Sif. mənasında. Gümüşdən qayrılmış. Gümüş çəngəl. – Yavaşyavaş gümüş qaşıqlar da stəkanlara dəyib cingildədi. Çəmənzəminli. Dəmirqaya üstü zərlə yazılı papirosu gümüş qutudan aldı və oturdu. H.Nəzərli.\n2. is. Gümüşdən qayrılmış şeylər; gümüş pul. Baxdı ki, burada o qədər qızıl, gümüş var, elə bil yeddi padşahın xəzinəsi burdadır. “Koroğlu”. • Gümüş kağız – ətri çıxmasın deyə çay, siqaret və s.-nin büküldüyü qurşun kağız.\n3. sif. bax. gümüşü. Dərələrdən gümüş sular çağlar. A.Şaiq. Ay gümüş dalğalarda; Nazlanır gəmi kimi. N.Rəfibəyli. gümüşcə is. zool. Çaylarda yaşayan xırda balıq növü. Bizim çaylarda gümüşcə adlanan xırda balıqlar da yaşayır. Bu balıqlar suyun üst qatlarında üzən balıqlardandır. “Zoologiya”. gümüşdəstə sif. Dəstəsi gümüşdən olan, qəbzəsi gümüşdən qayrılmış. Cəmil dayısının gümüşdəstə xəncərini belinə bağlayıb, yüyürə-yüyürə atlılara qoşuldu. Ə.Vəliyev. gümüşləmə “Gümüşləmək”dən f.is. gümüşləmək f.\n1. Üzərinə nazik gümüş məhlulu çəkmək. Qaşıqları gümüşləmək.\n2. Gümüşlə bəzəmək, gümüşlə işləmək. Xəncəli işlə, yolla; Üstün gümüşlə, yolla. (Bayatı). gümüşlənmə “Gümüşlənmək”dən f.is. gümüşlənmək məch. Gümüş suyu çəkilmək və ya gümüşlə bəzədilmək. Bu çəngəllər gümüşlənib. gümüşlətmə “Gümüşlətmək”dən f.is. gümüşlətmək f. Gümüş suyu çəkdirmək və ya gümüşlə bəzədilmək. Papirosqabını gümüşlətmək. gümüşlü sif.\n1. Gümüşlə bəzədilmiş, gümüşlə işlənmiş. Əllərində sur təsbeh; Gümüşlü buxurdanlar. Ə.Cavad.\n2. Tərkibində gümüş olan. Gümüşlü metal külçəsi. gümüşü sif. Ağ-bozaçalar parlaq rəngdə olan, rəngi gümüş rəngində olan, gümüş kimi parıldayan. [Nuriyyə:] ..Gümüşü toran içindən bir motosiklin çıxdığını gördüm. İ.Əfəndiyev. Buludların parçalandığı oyuqdan ulduzlu fəzaya doğru bir pəncərə açılaraçılmaz .. ayın gümüşü ziyaları həmin pəncərədən yerə yayıldı. Ə.Məmmədxanlı. gümüşülük is. Gümüşü rəngdə olan şeyin xüsusiyyəti, gümüş rəngində olma. gün is. bax. günəş 1 və 2-ci mənalarda. Gün işığı. Gün çıxar, aləm görər. (Ata. sözü). Gəldi günortaçağı, gün qızarıb yanırdı. S.Vurğun. Gün iki cida boyu qalxmışdı. Mir Cəlal. • Gün əyilmək – axşama yaxın günəş üfüqdən çəkilmək. Gün lap əyilir, şər qarışır. İnəklər naxırdan gəlir. “M.N.lətif.” Gün tutulmaq – günün qabağına başqa bir göy cisminin və ya onun kölgəsinin düşməsi nəticəsində müvəqqəti görünməz olması hadisəsi. Gözümüz üfüqdədir, açılmır səhərimiz; Bizə düşən səmada gün tutulmuş, ay Allah! B.Vahabzadə. Gün vurmaq – qızğın günəş şüalarının təsirindən beyin mərkəzi zədələnmək. Gün yağlanmaq (ağarmaq) – günəş çıxıb, bir az yuxarı qalxmaq. [Qoca:] Gün ağarmadan çayı keçməliyik. M.Rzaquluzadə. ..Baxış bəy səhər, gün yağlananda oyandı. Ə.Abasov.\n\nII. is.\n1. Gecə-gündüzün səhərdən axşama qədərki işıqlı müddəti, günçıxandan günbatana qədərki dövr. Gün doğuşundan bəllidir. (Ata. sözü). Biz baxırıq özgə millətlərə, .. deyirik ki, niyə onlar bazar günlərini tətil eləyirlər, niyə onlar eləsin, biz eləmiyək? C.Məmmədquluzadə.\n2. Yerin öz oxu ətrafında bir dəfə dövr etdiyi (24 saatlıq) müddət; gecə-gündüz. ..İl var bir günə dəyməz; Gün var min aya dəyər. (Bayatı). Bu minval ilə üç gün keçdi. “Koroğlu”. • Bir gün deyil, beş gün deyil – həmişə, daim. Biri gün (o birisi gün) – sabahdan sonrakı gün; sabah yox, o biri gün. Bu günlərdə – bu bir neçə gün ərzində, yaxın vaxtlarda. İnciyib məndən, eşitdim o gözəllər gözəli; Aramız, bəlkə, bu günlərdə, güman var, düzələ. Ə.Vahid. Bugünkü gündə – indi, hazırda. [Qızıl Arslan] Biz bugünkü gündə islahat işlərinə başladığımız zaman hər addımda Quranla qarşı-qarşıya gəlirik. M.S.Ordubadi. Ertəsi gün – bir gün sonra. Gün uzunu – bütün günü, bir günün ərzində. Gündə bir – hər gün, tez-tez. [Bahar:] Özgə kişilər övrətlərini gündə bir döyürlər, amma bu mənə heç bir çırtma da vurmur. Ə.Haqverdiyev. Günlərin bir günü – bax. günün birində. [Əsgər:] Günlərin bir günü, axşam saat doqquzda bazardan gedirdim. Ü.Hacıbəyov. Günü axşam etmək (eləmək) – bütün gününü boş keçirmək, işsiz oturmaq, əbəs yerə gözləyə-gözləyə durmaq. Qərib günü axşam etdi. Şahsənəm çıxmadı. “Aşıq Qərib”. Günü bu gün – elə bu gün, gecikdirmədən, bu gündən o yana qalmayaraq. [Gülnaz:] Bax, mən daha səbir edə bilmirəm, günü bu gün atama deyəcəyəm. Ü.Hacıbəyov. Günü günə satmaq – gecikdirmək, yubatmaq, yubandırmaq. [Orxanın] Onsuz da kəndə getmək niyyəti vardı, ancaq günü günə sata-sata qalmışdı. İ.Məlikzadə. Günü sabah – elə sabah, gecikdirmədən, sabahdan sonraya qoymayaraq. Əgər siz mənə gəlsəniz, günü sabahdan onun talağını verib boşardım. E.Sultanov. Günün birində – bir gün, bir dəfə. İşçi dostlarına günün birində; Danışdı dərdini aşığım mənim.. M.Müşfiq. Günün günortaçağı – gündüz hava lap işıqkən. [Ələmdar:] Yoxsa görün günün günortaçağında adam da .. belə göz-görəsi özünü soydurarmı. S.Rəhimov. İki gündə (gündən) bir – bax. günaşırı. [Mirzə Həsən:] Öküzlə iki gündə bir hektar yer əkirsiniz. Ə.Haqverdiyev.\n3. Müəyyən bir ictimai hadisəni qeyd etmək üçün təqvimdə təyin edilmiş gün. Qələbə günü. Qazmaçı günü. Müəllim günü.\n4. Gündə şəklində zərf – hər gün, mütəmadiyən. Gündə bir kərpic düşür; Ömrümün sarayından. (Bayatı). [Səkinə:] Mən gündə bir uşaq doğan arvadı bir də qulluğa götürmərəm. H.Nəzərli. Gündə Peterburqdan Gorusa möhürlü paket gəlirdi. S.Rəhimov.\n5. Gündən-günə, günü-gündən şəklində zərf – bir gündə deyil, günlər keçdikcə, tədricən. Ah, mən gündən-günə bu gözəlləşən; İşıqlı dünyadan necə əl çəkim? M.Müşfiq. [Yasəmən:] Gördüyüm odur ki, maşallah, günü-gündən çiçək kimi açılırsan. S.Rəhman.\n6. Vaxt, vaxtilə. Bir gün bilinər. – Gün oldu şairlər göyə çıxdılar. Ə.Cavad.\n7. məc. Həyat, ömür, yaşayış, dolanacaq, güzəran. Vətəndə günümüz məşəqqət və korluqla keçirdi. C.Məmmədquluzadə. • Gün keçirmək, gün sürmək – yaşamaq, dolanmaq. Əmək çəkdim, gün keçirdim, gül əkdim. Ə.Cavad. Burda gün keçirir bir böyük şair; Yazar yazdığını həyata dair. S.Vurğun. Məhəbbətsiz, gözəlsiz gün keçirmək heç nədir, Vahid; Yenə sevmək, sevilmək yaxşıdır dünyaya baxdıqda. Ə.Vahid. Gün görməmək – pis yaşamaq. Yazıq ki dövranda bir gün görmədi; Bu aləm ruhuma dar, – dedi, getdi. M.Rahim.\n8. Vəziyyət, hal mənasında. Yaxşı günün yoldaşı, yaman günüm düşdü gəl! (Ata. sözü). [Əziz:] A balam Qaraş, sən bilirsənmi Həsən əmi özü nə gündə idi? C.Məmmədquluzadə. • Günə düşmək (qalmaq) – ...vəziyyətə düşmək (adətən pis vəziyyəti bildirir). [Musa Fərhada:] Bu nə gündür düşübsən, ay binəva!.. Ə.Haqverdiyev. [Fatmaxanım:] Allah, gör mən nə günə düşmüşəm ki, bu kürd gədəsi də üzümə durubdu? N.Vəzirov.\n9. dan. Əməkgün. Hər yoldaş işləyib gün alan zaman; Sən durub boynunu burma, a tənbəl! Aşıq Əli. Xırda xala qızışmışdı. Bir gün zəhmət çəkib arıtdığı toxuma Mustafa gün yazmaq istəmirdi. Mir Cəlal.\n10. Günüm şəklində – nəvaziş, mehribanlıq bildirmək üçün müraciət zamanı işlədilir; əzizim. – Ay nənə, bir nağıl de! – Ömrüm, günüm, yat daha. Ə.Cəmil. ‣ ...gün ağlamaq – dərdinə qalmaq, qayğısını çəkmək, gələcəyi haqqında düşünmək, fikirləşmək. .. Bu cürəti görən, duyan olmadı; Səndən mənə gün ağlayan olmadı. M.Araz. Gün qayıtmaq – 1) zenit nöqtəsindən qüruba doğru enmək, Günəş (gün) batmağa başlamaq; 2) gündüz uzanmağa (və ya qısalmağa) başlamaq. Novruzdan sonra gün qayıdır. Günü başa vurmaq – adətən əhəmiyyətsiz bir işlə məşğul olaraq günü tamamlamaq. Bu günümüzü də belə başa vurduq. Günü qara gəlmək – yaşayışı pisləşmək, fənalaşmaq. Gündən-günə günü qara gələn sadə insana zülm üstündən zülm edilmişdir. S.Rəhimov. Günü qara olmaq – yaşayışı, dolanacağı, həyatı pis olmaq. [Salatın:] Məndən sonra anamın günü qara olacaq, qardaşım bu dərdə dözə bilməyəcək. İ.Şıxlı. Gününü göy əsgiyə düymək (bükmək) – bax. gününü qara eləmək. Gününü qara eləmək (etmək) – həyatını zəhərləmək, iztirab və mənəvi işgəncə vermək. Baxa-baxa xalü xəttə, üzarə; Zakirin gününü eylədin qarə. Q.Zakir. günah is. [fars.]\n1. Dini-əxlaqi normaların pozulması, dincə qəbahət sayılan iş (savab əksi). Səni mələk görəli yazmaz oldu eşqi günah; Vəli yazıldı, bu üzdən bəsi savab sana. Füzuli. Əfv olur möminin cümlə günahı; Sənin də könlündən keçər, ağlarsan. M.V.Vidadi. • Günaha batmaq – dincə qəbahət sayılan bir iş görmək. İncitmə Zakiri bundan ziyada; Bir usan, günaha batdığın yetər. Q.Zakir.\n2. Cəzalanmalı hərəkət; təqsir. Uşağın günahı yoxdur. – Yazıq Hacı Mirzə Həsən ağa, sənin günahın nə idi, sən nə deyirdin ki? C.Məmmədquluzadə. O yazığın günahı nə, təqsiri nə? Hücum çəkib Vətəninə? B.Vahabzadə. • Günah eləmək (işləmək) – cəzaya layiq bir iş görmək. Səməd nə günah eləsə idi, nədə müqəssir olsa idi, nəticəsi Sürəyyaya toxunacaq idi. Çəmənzəminli. Son zaman Rüstəm kişi oğlunun tora düşməsindən, pis bir günah işləməsindən qorxurdu. M.İbrahimov. Günaha batmaq – bax. günah eləmək (işləmək). Ən böyük cinayətdir; Azadlığa qəsd etmək; Bu günaha batma gəl! B.Vahabzadə. Günahından keçmək, günahını bağışlamaq – təqsirindən keçmək, bağışlamaq. [Bəhram:] Mən xəyanət elədim, Sara, keç günahımdan! C.Cabbarlı. Bahadır da anasının günahını bağışlamağı [atasından] xahiş eləmək istədi. M.Hüseyn. Günahını yumaq – təqsirindən keçilmək üçün cəzalanmalı olan hərəkətinin əvəzində yaxşı işlər görmək.\n3. məc. Nöqsan, çatışmazlıq. ..Professor binanın günahını indi aydın elədi... B.Bayramov. günahkar is. və sif. [fars.]\n1. Müqəssir, təqsirkar. Günahkarı cəzalandırmaq. – Yar yanında günahkaram; Doğru sözüm yalan oldu. Aşıq Ələsgər. ..Günahkar muzdur özünün bəd əməlindən peşman olub, istiğfar edə-edə yerindən qalxdı. S.M.Qənizadə.\n2. Dini əxlaq normalarını pozan adam.\n3. Səbəbkar; bais. [Bəhlul:] ..Mənə aydın idi ki, anamla ayrılmağın əsil günahkarı atam olub. B.Bayramov. günahkarcasına zərf Günahı, təqsiri olan kimi; təqsirkarcasına. Günahkarcasına baxmaq. günahkarlıq is. Müqəssirlik, təqsirkarlıq. Günahkarlığını boynuna almaq. günahlandırılma “Günahlandırılmaq”dan f.is. günahlandırılmaq məc. Müqəssir tutulmaq, təqsirləndirilmək. günahlandırma “Günahlandırmaq”dan f.is. günahlandırmaq f. Günahkar hesab etmək, müqəssir saymaq; təqsirləndirmək. Oğruluqda günahlandırmaq. Əsassız yerə günahlandırmaq. günahlı bax. günahkar 1 və 2-ci mənalarda. Şəfiqə xanım, sən də məni bağışla, mən günahlıyam. İ.Musabəyov. günahsız sif.\n1. Günahı, təqsiri olmayan; təqsirsiz. Günahsız adam. – İnsaf et, öldürmə, günahsız qulu; Əl-əldən üzülür, yaman çağıdır. M.P.Vaqif. Qəlbində bir yetimtək qoymadın öz kamını; Günahsız qurbanların aldın intiqamını. S.Rüstəm.\n2. Məsum. [Cəmil bəy:] ..O günahsız quşcuğazı; Məhv etməkdə nə məna var? H.Cavid. Ana basdı bağrına günahsız körpəsini; Hönkür-hönkür ağladı. B.Vahabzadə. günahsızlıq is. Heç bir günahı, təqsiri olmama; təqsirsizlik. günarası bax. günaşırı. Salman kişi günarası .. dincələrdi. Mir Cəlal. günaşırı zərf Bir gün ötürüb, o birisi gün, bir gün ötürərək; günarası. Günaşırı tarlanı sulamaq. Günaşırı qar yağır. – Camaatı təzə ətə öyrətmiş İmaməli günaşırı [danalardan] birini tutub kəsirdi. M.Hüseyn. günbatan 1. is. Dünyanın günbatan tərəfi; qərb. Şərəf xalanın bağı bizim evimizin günbatan tərəfində idi. S.Hüseyn. Hər axşam günbatandakı meşədən mahnı oxuyan bir səs yüksəlirdi. Ə.Məmmədxanlı.\n2. Günbatanda şəklində zərf – günün batdığı vaxt; axşamçağı, axşam. Günbatanda evə gəlmək. günbəd (=günbəz) is. [fars.] Yarımkürə şəklində bina damı; qübbə. Hamamın günbəzi. – Şeşpər günbəzə elə dəydi ki, günbəzdən od töküldü. “Koroğlu”. Bu vaxt kişilərin içindən bir şəxs ayrılıb əlində böyük bir daş, günbəzə tərəf gəldi və daşı günbəzə vurub dağıtdı.. N.Nərimanov. günbəz (=günbəd) is. [fars.] Yarımkürə şəklində bina damı; qübbə. Hamamın günbəzi. – Şeşpər günbəzə elə dəydi ki, günbəzdən od töküldü. “Koroğlu”. Bu vaxt kişilərin içindən bir şəxs ayrılıb əlində böyük bir daş, günbəzə tərəf gəldi və daşı günbəzə vurub dağıtdı.. N.Nərimanov. günbədli (=günbəzli) sif. Günbəzi olan, damı günbəd (günbəz) şəklində olan; qübbəli. Günbəzli hamam. – [Nəzakət:] Gör günbəzli yerdən tüstü çıxır, Ağa Kərim hamamı yanır, ya yox? Mir Cəlal. günbəzli (=günbədli) sif. Günbəzi olan, damı günbəd (günbəz) şəklində olan; qübbəli. Günbəzli hamam. – [Nəzakət:] Gör günbəzli yerdən tüstü çıxır, Ağa Kərim hamamı yanır, ya yox? Mir Cəlal. günbəgün zərf Gündən-günə, gün keçdikcə; tədricən, günü-gündən, get-gedə. Günbəgün arıqlamaq. Vəziyyət günbəgün yaxşılaşır. – Günbəgün əskilib şövkəti, şanı; İxtiyarı gedən bəs ağlamazmı? M.V.Vidadi. Səni sevən, cavan olur günbəgün; Qarımaz, qocalmaz, tər-taza gedər. M.P.Vaqif. günçıxan is. Dünyanın günçıxan tərəfi; şərq. Atıb alovunu, eyləmişdi al; Günçıxan tərəfdə olan əyri yal. H.K.Sanılı. Onun yeni mənzili günçıxana baxırdı. S.Rüstəm. gündəlik 1. sif. Hərgünkü, hər gün olan, hər gün baş verən, adi. Gündəlik rejim. – [Qətibə:] Həyatda yanılmamaq üçün onun sənə qarşı aldığı gündəlik vəziyyət və etdiyi söhbətlər barəsində mənə xəbər verməlisən... M.S.Ordubadi. // Hər gün çıxan. Hacı Səməd .. bu vaxt külfətə ya kitab, ya gündəlik qəzetlərdən oxuyardı. S.S.Axundov.\n2. sif. Birgünlük, bir gün üçün lazım olan. Gündəlik plan. Gündəlik məlumat. – Fatma cəhrəçilik edib bir növ gündəlik çörəyini qazanırdı. S.S.Axundov.\n3. is. Ekspedisiya, tədqiqat, təcrübə, səyahət və s. zamanı aparılan müşahidələrin hər gün qeyd edildiyi dəftər. Gəmi gündəliyi. Yol gündəliyi.\n4. is. Evə verilmiş tapşırıqları və aldığı qiymətləri yazmaq üçün şagird dəftəri. Dərs cədvəlini gündəliyə yazmaq. Atası oğlunun gündəliyinə baxdı. gündəm is.\n1. Həll edilməli, müzakirə edilməli məsələlər.\n2. Müəyyən bir yığıncağın müzakirə edəcəyi məsələlərin siyahısı. gündoğan bax. günçıxan. Ərəbistanın gündoğan tərəfində olan Mərcan dəryasına kənardan şirin su tökülmürsə, belə dəryanın suyu günbəgün şorlaşıb ağır olur. H.Zərdabi. Qəhrəmanlar kəndinin gündoğanı Qaratəpə, günbatanı isə Mil düzüdür. Ə.Vəliyev. ..Gündoğandan günbatana mənzilim... M.Araz. gündüz is. Gecə-gündüzün işıqlı hissəsi; gündoğandan günbatana qədər olan müddət (gecə müqabili). Gündüz getmədiyin yolu gecə getmə. (Ata. sözü). Bir gün kişi diqqət eləyib görür ki, övrəti gündüzlər ayağına corab geymir.. C.Məmmədquluzadə. Yaşar .. gündüz bələdlədiyi yerə yönəldi. M.Rzaquluzadə. • Gündüz(ün) günortaçağı – bax. günorta 1-ci mənada. Onlar gündüz günortaçağı küçə bazarçalarında atışar və istədikləri adamları öldürə də bilərdilər. M.S.Ordubadi. [Səlim bəy:] Gündüz günortaçağı buna mat qalmışam mən; Otuz at qaçırdıblar bəyliyin tövləsindən. S.Rüstəm. gündüzkü sif. Gündüz olan; gecə deyil, gündüz baş verən. Gündüzkü əhvalat. – Elə güc gəldi ki, ona ağrılar; Gündüzkü dərdini tamam unutdu. B.Vahabzadə. güney is.\n1. Cənub. Güney tərəfə getmək. – [Hüseyn:] ..Gərək o adamın dədəsinə od vurasan və elə vurasan ki, heç bilməsin ki, bəla güneydən gəldi, ya quzeydən. N.Vəzirov. // Sif. mənasında. Güney tərəf.\n2. Gün düşən yer, gün tutan yer; günəşli yer (quzey əksi). Təpənin güneyi. – Bura güney, hər tərəfdən gün şüalarını toplayan .. bir yer idi. Ə.Əbülhəsən.\n3. Dağın, təpənin günəş çox düşdüyündən yaxşı məhsul verən cənub yamacı. Güneydə xır əkmək. – Dolur şirin səslərlə; kölgəli bağ, boz güney. Ə.Cavad. Əriyir güneylər döşündəki qar; Yağış da isladır o göy çəməni. S.Vurğun. güneylik is. Güney yer, gün düşən yer. Şərbaflar burdan kənara daha güneylik yerə çəkilirdilər. Ə.Əbülhəsən. günəbaxan is. Tumundan yağ alınan uzungövdəli, iri sarı, güllü birillik bitki. Günəbaxan toxumu. – Həyətdə iki-üç günəbaxan gözə çarpırdı. M.S.Ordubadi. • Günəbaxan yağı – günəbaxan tumundan alınan yağ. günəbaxanlıq is. Günəbaxan əkilmiş yer, günəbaxan tarlası. Günəbaxanlığı alaq etmək. günəbir zərf Hər gün, gündə. günəmuzd sif.\n1. Əmək haqqı gün hesabı ilə ödənilən. Günəmuzd əmək haqqı sistemi. Günəmuzd fəhlə.\n2. Əmək haqqı işlədiyi günlər hesabı ilə ödənilən müvəqqəti işdə işləyən. Bir-iki ay təsadüfi günəmuzd işlər görür. S.Hüseyn. // Zərf mənasında. Əjdər neçə vaxt idi ki, stansiyada günəmuzd işləyirdi. S.Rəhman. günəmuzdçu sif. Günəmuzd işləyən. Günəmuzdçu fəhlə. günəmuzdçuluq is. Günəmuzd işləmə. günəş is.\n1. Planet sisteminin işıq və istilik verən, közərmiş böyük şar şəklində olan mərkəzi göy cismi; gün. Günəş işığı. Günəş də batanda rəngi saralır. – Toztorpaq göyün üzünü elə bürümüşdü ki, günəş görünmürdü. A.Şaiq. • Günəş saatı – günəş işığı vasitəsilə vaxtı təyin etmək üçün siferblatlı cihaz. Günəş sistemi – Günəş və onun ətrafındakı planetlərdən ibarət göy cisimlərinin hamısı birlikdə. Şairi küsdürən dünyanı üzüb; Günəş sistemindən atmaq da azdır! M.Araz.\n2. Günəşin verdiyi işıq, istilik. Muğan günəşi adamı yandırırdı. M.İbrahimov. • Günəş vannası müalicə məqsədilə bədəni açıq havada, günəş şüaları altında saxlama.\n3. məc. Klassik şeirdə və folklorda gözəlin sifəti günəşə bənzədilir (adətən tərkiblərdə işlədilir). Günəş camallısan, gül yanaq ilən; Mən incəlib yengi aya dönmüşəm. M.P.Vaqif. O gül cəmalını, bilməm, nə üzlə vəsf eləyim; Günəş deyim, gözəlim, ya deyim sitarə sənə?! Ə.Vahid. ‣ Günəşi batmaq – süqut etmək, əvvəlki şan-şöhrətini itirmək; inkişafdan qalmaq. Günəş gülmək (gülümsəmək) şair. – sevinmək, ruhlanmaq. Seyranə çıxıb dağda, çəməndə; Güldükcə günəş mən də gülərdim. H.Cavid. Təbiət dirçəldi, həyəcana gəldi; Günəş gülümsündü dağlar başından. B.Vahabzadə. Günəşi salamlamaq şair. – günəş doğan zaman oyaq olmaq, günəşin çıxmasını görmək. Keşikçilər günəşi salamlayır, şəhər üzərində açılan yeni, gözəl bir səhərin müjdəçisi olurlar. H.Seyidbəyli. Günəşin altı – dünya, aləm. [Qoca:] Lakin günəşin altında heç bir şey baqi deyil. Çəmənzəminli. günəşli sif.\n1. Günəşin işığı ilə nurlanmış, işıqlı, günəş olan. Günəşli gün. – Aləm bilir bu yolun hər zaman ilham dolu; Günəşli gündüzləri, aylı gecələri var. S.Rüstəm. Cavahir onu arabir günəşli havalarda gəzməyə də çıxarırdı. H.Seyidbəyli.\n2. Günəş düşən, işıqlı. Günəşli otaq. – Gəmi günəşli sahilə yaxınlaşır. M.Rzaquluzadə.\n3. məc. Xoşbəxt, sevincli, fərəhli, işıqlı. Günəşli tale. – İrəlidə günəşli, xoşbəxt bir gələcək var. günəşlilik is. Günəşli yerin, ya havanın halı; günəşlə işıqlanma. Havanın günəşliliyi. günəşsiz sif.\n1. Günəş olmayan, işıq olmayan, günsüz. Günəşsiz hava.\n2. Gün düşməyən, işıqsız. Günəşsiz zirzəmi. Günəşsiz otaq. – Zindanın işıqsız, günəşsiz qaldı; Hümmətin ucadır, dam alçaq, Nəbi! Şəhriyar. günəşsizlik is. Günəşsiz yerin və ya havanın halı. Havanın günəşsizliyi. günəşum is. Şumlanıb günəş altında qalmış əkilməyən yer. günəvər bax. güney 2-ci mənada. Anası [Tapdığın] qolundan tutub, həyətə, günəvər bir yerə çıxartdı. Ə.Vəliyev. güngörməz sif.\n1. Heç zaman gün düşməyən, günəş işığı görməyən. Güngörməz zirzəmi.\n2. məc. Heç kəsin görmədiyi; gizli, məxfi. [Nemətullayev] Mənzər vasitəsilə bacaqlı, kəmər, saat və sair bu kimi qiymətli şeylər alaraq yaxın şəhərdəki baldızının güngörməz sandığında saxlardı. S.Rəhimov. gün-günorta is. Günorta, günəşin günortaya yaxınlaşdığı vaxt (vaxtın, günün keçmək üzrə olduğunu bildirir). Dağın zirvəsində gün-günortadır; Dərənin dibini haqlayır axşam. M.Araz. gün-güzəran is. Güzəran, dolanacaq, yaşayış. günhesabı zərf Zəhmət haqqı gün hesabı ilə ödənilən; günəmuzd. Günhesabı işləmək. günləmə “Günləmək”dən f.is. günləmək f. Bütün günü güdmək, göz qoymaq. ..Pası Gülsənəmi günləyir, ona Hatəmxanın evinin həndəvərindən belə bulağa getməyə yol vermir. S.Rəhimov. günlü bax. günəşli. Günlü hava. günlük is.\n1. Rəqəmlərdən sonra gələrək işin neçə gündə görüləcəyini və ya görülə biləcəyini, yaxud şeyin neçə günə çata biləcəyini və s. bildirir. İki günlük işim qalıb. Üç günlük odun. – [Əvvəlinci kəndli:] Həkim bir günlük yolda olur... Ə.Haqverdiyev.\n2. Sif. mənasında. Hərgünkü. Onsuz da qəzetlərimizin günlük nömrələrində “Ay camaat, ayılınız!” – deyib də çağırmışıq. N.Nərimanov.\n3. Bəzi baş geyimlərinin qabaq tərəfinə – alnın üzərinə düşən hissəsinə tikilən yarımdairəvi dəri, karton və s. parçası. Günlüyü əyilmiş boz şapkasının altından ağ saçları görünən usta .. əlini Tahirə uzatdı. M.Hüseyn. [Oğlanın] .. boynunda ala-bəzək qalstuk, başında günlüyü uzun kepka var idi. İ.Əfəndiyev.\n4. Günəşdən, yağışdan qorunmaq üçün əllə baş üstündə tutulan çətir; zont. Nayiblər əllərində günlük .. yolun kənarında düzülüb səhərdən axşama kimi müntəzirdilər. C.Məmmədquluzadə. [Oğlan:] Ana, nə qədər yoruldum, oturmayaqmı? – deyə, əlindəki günlüyə söykəndi. A.Şaiq.\n5. Günəş düşən yer, günəş şüalarının işıqlandırdığı yer. Günlükdə çadır qurmaq. Günlükdə məhsul yaxşı bitir.\n6. bax. gün 7-ci mənada. Günlüyü pis keçmir. günlüklü sif. Günlüyü (3-cü mənada) olan. [Şahmar] Qarakişinin uzun günlüklü boz şapkasını gördü, tez geri qayıtdı. B.Bayramov. günorta is.\n1. Gündüz saat 12, günəşin üfüq üzərində ən yüksək nöqtəyə çatdığı vaxt. Günortadan sonra şəhərin bütün əhalisi cıdır düzünə tərəf axışmağa başladı. Çəmənzəminli.\n2. Həmin vaxta aid, günorta vaxtı gedən, gələn, olan. Günorta qatarı. – [Mozalanbəy:] Sabah saat xoşdur, inşallah, günorta maşını ilə yola düşərsiniz. Ə.Haqverdiyev. [Tələbə:] Mən günorta azanını gözləyirdim. S.Hüseyn. • Günorta yeməyi (çörəyi) – günorta vaxtı yeyilən yemək. [Musanın nəvəsi] bir gün günorta çörəyinə öz ayağı ilə bizə təşrif buyurdu. Qantəmir. Bir dəfə günorta çörəyindən sonra mən yerimin içində uzanaraq kitab oxuyurdum. M.İbrahimov. günortalıq is. Başın orta hissəsi; təpə. Yenə papağını günortalığa qaldıran faytonçu .. atları açıb yemləməyə başladı. M.Hüseyn. günortaüstü zərf Saat on iki radələrində; günorta. [Məşədi İman:] Sabah günortaüstü yoldaşlar gedirlər. Ə.Haqverdiyev. Günortaüstü poçtalyon Bahadura təcili bir məktub gətirdi. S.Rəhman. günsüz bax. günəşsiz. Günsüz hava. Günsüz yer. günü is.\n1. Köhnə məişətdə: birinci arvadın üstünə alınan ikinci və ya üçüncü arvad. Hacı evə günü gətirmək niyyətini Münəvvər xanımın qulağına elə doldurdu ki, arvadın heç ruhu da incimədi. Mir Cəlal. // Bu cür ailədəki arvadlardan hər biri. Günülərin davası. – [Nazlı:] Təzə arvad günüsündən hər gün ərinə bir söz deyir, əri də yazıq arvada sitəm eləyirmiş. Çəmənzəminli. Cırmaqlama, didişmə olur, günülərin birisi digərinin xınalı saçlarını çəngə-çəngə yolurdu. S.Rəhimov.\n2. məc. Düşmən, rəqib mənasında. Ancaq o çox sadədir; tərifi-zadı sevməz; Elə bil ki, şöhrətlə; qanlıbıçaq, günüdür. R.Rza. ‣ Günü düşmək – birilə düşünüşmək, düz gəlməmək, ziddinə getmək. ..Göyərçin çox-çox ildi ki, Gülsənəm qızla günü düşübdür. S.Rəhimov. günüqara bax. qaragün. Gün sənin əlindən günüqaradır. Q.Zakir. [Qəndab:] Ancaq mən günüqara, uşaq olub evin küncündə qalacağam. B.Bayramov. günüqaralıq is. Günüqara adamın vəziyyəti; bədbəxtlik, qaragünlük. günüləmə “Günüləmək”dən f.is. günüləmək f. Düşmən olmaq, xoşlamamaq, günü kimi baxmaq, yola getməmək. Ayna Əbülfəzi günülədiyi kimi, Əbülfəz də onu xoşlamırdı. Ə.Vəliyev. günülük is.\n1. Köhnə məişətdə: bir kişinin iki və ya bir neçə arvadı arasındakı münasibət. [Fərəc] iki arvad almışdı ki, onlardan biri günülüyə davam etməyib, ikinci arvadı alandan sonra o dünyaya köçmüşdü. Ə.Haqverdiyev.\n2. Özünü günü kimi aparma; yola getməmə. [Gülbadam] zəif, naxoş arvada nəinki günülük etməzdi, hətta bir az da hörmət edərdi. N.Nərimanov.\n3. bax. günü 1-ci mənada. Günülüyü ilə yola getməmək. günvurma is. Günəş şüalarının təsirindən beyin mərkəzinin zədələnməsi. Günvurmadan ölmək. Özünü günvurmadan qorumaq. günyaşar sif.\n1. zool. Ancaq bir gün ömrü olan, bir gün yaşayan (cücü haqqında).\n2. məc. Efemer. günyə is. Düzbucaqlı və ya şaquli xətlər çəkmək üçün üçbucaq formalı xətkeş. gürcü is. Gürcüstanın əsas yerli əhalisini təşkil edən, iber-Qafqaz dillərindən birində danışan xalq və bu xalqa mənsub adam. gürcücə sif. və zərf Gürcü dilində. Gürcücə danışmaq. gürdək is. məh.\n1. Taxtadan, kağızdan və ya başqa bir şeydən qayrılmış qapaq, tıxac.\n2. Yaranın içinə qoyulan pambıq, ya bint parçası; piltə, tampon. gürrah is. Dəstə ilə çox adamın səsküylə birlikdə və birdən-birə bir işə başlaması. // Qələbəlik, axın, bir şeyin qızğın çağı. Sabah ertə alan çoxlu olur, ancaq axşamüstü bazara ləngiyənlər, alıcının gürrahına düşməyənlər ucuz satırlar. S.Rəhimov. • Gürrah vurmaq (çəkmək) – səs-küylə, qışqırıqla, birdən-birə bir işə başlamaq, yaxud yüyürüşmək, axışmaq, hücum etmək. Uşaqlar gürrah çəkdilər. gürşad is. İri giləli bərk yağış. Belə gürşad yağmurlar üçün babalar deyiblər ki, yağış yağar, varlının süsünü aparar, yoxsulun hisini. M.Rzaquluzadə. güruh is. [fars.] Qeyri-mütəşəkkil, şüursuz, cahil adamlar yığını, yaxud pis bir niyyətlə birləşmiş adamlar dəstəsi. Bəzən yaxşını pisdən, qaranı ağdan seçə bilməyən güruhun nə qədər dəhşətli olduğunu Tərlan çox gözəl bilirdi. M.Hüseyn. // klas. Ümumiyyətlə, dəstə. gürz is.\n1. Müxtəlif işlərdə işlədilən çox ağır, iri çəkic. Qollarını çırmayıb, gürz endirir zindana. Ə.Cəmil.\n2. Qədimdə: başı dəmir və ya daşdan olan toppuz; silah kimi işlədilən, baş tərəfi enli, ağır dəyənək. Dəmirçioğlu getdi, qılınc, qalxan, cida, gürz götürdü, Koroğlunun yanına qayıtdı. “Koroğlu”. gürzə I. is. Daşlıq, qayalıq, kolluq yerlərdə yaşayan boz rəngli, arxasında əyri parlaq zolaqlar olan zəhərli ilan.\n\nII. is. Nazik yayılıb doğranmış xəmir parçalarının içinə döyülmüş ət qoyulub bükülərək bişirilən xörək; girs. güşbərə bax. düşbərə. ..Gəldi evə, arvad güşbərə bişirmişdi, bir neçə boşqab yeyib istədi yatsın, yuxusu gəlmədi. Ə.Haqverdiyev. güvə is. zool. Yun şeylərə, taxıla və s. bitkilərə zərər vuran bir böcək cinsi. Güvə dəymək (düşmək). – Kiçik və ipək xalçalar bükülüb güvə dəyməmək üçün tütünə qoyulmuşdu. M.S.Ordubadi. güvəc is. Gildən qayrılan (bəzən içində xörək bişirilən) boğazı dar qab. Güvəcdə qatıq qoymaq. – Adımı güvəc qoy, amma ocaq üstə qoyma. (Ata. sözü). Arvad sevincindən özünü itirdi və əlindəki güvəci salıb sındırdı. Q.İlkin. ‣ Güvəc yumbalanıb qapağını tapar – hər kəs axırda öz tayı ilə rastlaşar, öz tayını tapar. güvəqıran is. dan. Naftalin. güvənc is. Arxalanmalı, etibar olunmalı, güvəniləsi adam və ya şey. güvənmə “Güvənmək”dən f.is. güvənmək f.\n1. Arxalanmaq, bel bağlamaq. Atasına güvənmək. – Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış. (Ata. sözü). Ellərə güvənib yazsa sənətkar; İlham xəzinəsi tükənməz olar. S.Vurğun.\n2. Lovğalanmaq, öyünmək, qürrələnmək, boş yerə fəxr etmək. [Bayram:] ..Sonra qızlar içində güvənəcəksən ki, guya sənin də ərin var? M.F.Axundzadə. İncə xanım çox güvənir özündəki gözəlliyə. S.Vurğun. güyəmə is. bot. Qısa saplaqları, uzunsov yarpaqları olan kol sarmaşığı. güyüm is. Su daşımaq və ya saxlamaq üçün boğazı uzun, iri qulplu, mis qab; mis səhəng. O biri uşaqlar məktəbə həftədə iki güyüm su versəydilər, Ağabala beş-altı güyüm verərdi. Çəmənzəminli. [Ruqiyyə] əl və üzünü yumuş, qızılgül kimi təzə və tər, su güyümü çiynində gəldi. A.Divanbəyoğlu. güz is. köhn.\n1. Payız. Güz almasıtək al yanaqlum... “Dədə Qorqud”.\n2. məh. İki əkin sahəsi arasında sərhəd; şumlanıb qalan yer. güzar (=güzər) is. [fars.] klas. Yol, keçid, keçmə. Gecə-gündüz duam budur Tanrıma; Nola səni sala bir güzarıma. M.P.Vaqif. • Güzar etmək klas. – keçmək, getmək. Ol güli-xəndanı görmək mümkün olsaydı mənə; Səntək, ey bülbül, gülüstanə güzar etməzmidim? Füzuli. O gündən ki göz önündən gedibsən; Etməmişəm gülüstanə güzar mən. Q.Zakir. Qış günü bərk çovğun idi bir səhər; Cütçü baba yoldan edirdi güzər. A.Səhhət. Güzarı düşmək – yolu düşmək. Müşk adında bir pəhləvan yolla gedəndə güzarı düşür qalaçaya. (Nağıl). Sevdiciyim, hanı gözəllər xanı? Güzarımız sizin otağa düşdü. A.Ələsgər. güzər (=güzar) is. [fars.] klas. Yol, keçid, keçmə. Gecə-gündüz duam budur Tanrıma; Nola səni sala bir güzarıma. M.P.Vaqif. • Güzar etmək klas. – keçmək, getmək. Ol güli-xəndanı görmək mümkün olsaydı mənə; Səntək, ey bülbül, gülüstanə güzar etməzmidim? Füzuli. O gündən ki göz önündən gedibsən; Etməmişəm gülüstanə güzar mən. Q.Zakir. Qış günü bərk çovğun idi bir səhər; Cütçü baba yoldan edirdi güzər. A.Səhhət. Güzarı düşmək – yolu düşmək. Müşk adında bir pəhləvan yolla gedəndə güzarı düşür qalaçaya. (Nağıl). Sevdiciyim, hanı gözəllər xanı? Güzarımız sizin otağa düşdü. A.Ələsgər. güzariş is. [fars.] klas.\n1. Hadisə, vaqiə, əhvalat. [Divanbəyi:] Zahirən görünür ki, Bayram müqəssir deyil, əgərçi güzariş onun təqsirinə çox dəlalət edirdi. M.F.Axundzadə.\n2. Göstəriş, əmr. Güzariş vermək. güzdək is. Payızda göyərən ot, payız otu. Qoyunlar payızın güzdək otundan ağızdolusu götürüb xoşallanırdılar. S.Rəhimov. Nəmişlik olduğundan güzdək dizə çıxırdı. Ə.Vəliyev. // Payız otlağı. Qaraca çoban dəstəsilə gəlib güzdəyə çatanda, ona söylədilər ki, anası, bacıları gəlib qardaşlarının meyitlərini obaya aparmışlar. M.Rzaquluzadə. güzdəkləşmə “Güzdəkləşmək”dən f.is. güzdəkləşmək f. Payızda ot göyərmək. güzəm is. Yayın ikinci yarısında qırxılan qoyun yunu. // Quzu yunu. Nəcəfalının əynində güzəmdən toxunmuş şalvardan, çit köynəkdən başqa heç nə yox idi. B.Bayramov. güzəran is. [fars.] Dolanacaq, dirilik, yaşayış, həyat. Məktəbdə Səlimin güzəranı çox da gözəl keçməyirdi. İ.Musabəyov. [Nəbi:] Nədir bu güzəran, nədir bu həyat? Xalqa divan tutur bir yığın cəllad! S.Rüstəm. • Güzəran etmək – dolanmaq, yaşamaq, keçinmək. Kəndin camaatı hamısı maldarlıqla güzəran edir. Ə.Haqverdiyev. Bu kəndin əhli əkinçilik və çarvadarlıqla güzəran edərdi. S.S.Axundov. güzəranlı sif.\n1. Bu və ya başqa cür güzəran keçirən, dolanacağı, həyatı olan. Pis güzəranlı. Yaxşı güzəranlı. Xoş güzəranlı.\n2. Həyatı yaxşı keçən, firavan yaşayan. Bulağın hər iki tərəfinin lap güzəranlısı (is.) belə ancaq qonaq olan zaman ağ dəmir çıraq yandırardı. S.Rəhimov. // Güzəranı, həyatı yaxşı olan, varlı; yaşayışında çətinlik çəkməyən. Güzəranlı adam. güzəranlıq is.\n1. Yaşayış, keçinəcək, dolanacaq. [Hacı Nuru şair:] ..Hər kəsin öz sənəti özünə iksirdir və xoş güzəranlığına baisdir. M.F.Axundzadə.\n2. Yaşayış üçün lazım olan maddi nemətlər. Çəkirsə onlar gecə-gündüz nigaranlıq bizə nə! Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə! M.Ə.Sabir. O gün olaydı nə mənzil dərdi qalaydı; nə güzəranlıq dərdi. R.Rza. güzəransız sif. Güzəranı yaxşı olmayan, dolanacağı pis olan, həyatı ağır keçən. güzərgah (=güzərgəh) is. [fars.] klas. Keçilən yer, keçid, yol. Gəzmə, ey könlüm quşu, qafil fəzayi-eşqdə; Kim, bu səhranın güzərgəhlərdə çox səyyadı var. Füzuli. Amansız, qansız ovçuydu, güzərgahlarda tor qurdu; Dağılmış aşiyan qoydu, əlində ox-kaman keçdi. Şəhriyar. // Gəzinti yeri, gəzmək üçün yer. Professor Kəngərli gün batıb sadaq qalxana qədər sahil güzərgahında tənha gəzdi. B.Bayramov. güzərgəh (=güzərgah) is. [fars.] klas. Keçilən yer, keçid, yol. Gəzmə, ey könlüm quşu, qafil fəzayi-eşqdə; Kim, bu səhranın güzərgəhlərdə çox səyyadı var. Füzuli. Amansız, qansız ovçuydu, güzərgahlarda tor qurdu; Dağılmış aşiyan qoydu, əlində ox-kaman keçdi. Şəhriyar. // Gəzinti yeri, gəzmək üçün yer. Professor Kəngərli gün batıb sadaq qalxana qədər sahil güzərgahında tənha gəzdi. B.Bayramov. güzəşt is. [fars.] Başqasının xeyrinə olaraq bir şeydən və ya öz fikrindən əl çəkməyə razılaşma, əl çəkmə. // Alış-verişdə qiyməti aşağı salma. // Bağışlama, keçmə (borc, günah haqqında). ‣ Güzəşt etmək (eləmək) – 1) bax. güzəştə getmək 1-ci mənada. [Nərgiz:] Mən səadəti öz doğma bacıma güzəşt eləyə bilmədim.. B.Bayramov; 2) alış-verişdə qiyməti aşağı salmaq. [Konduktor] uzaqdan gələn yolçulara, görünür, güzəşt edirdi. Qantəmir; 3) köhn. keçmək, ötmək. Altmışı sinnim eləyibdir güzəşt. Ə.Nəzmi; 4) bağışlamaq, təqsirindən keçmək. Uşağa güzəşt etmək. – [Nazir:] Fəqət mən bu dəfəlik sizə güzəşt edirəm. S.Hüseyn. Güzəştə getmək – 1) başqasının xeyrinə bir şeydən əl çəkmək. Rəşid atasının kövrəldiyini və danışarkən səsinin titrədiyini hiss edib, istər-istəməz güzəştə getdi.. M.Hüseyn; 2) bax. güzəşt etmək 2 və 3-cü mənalarda. Qiymətdə güzəştə getmək. güzəştli sif. Güzəşt ilə olan, güzəşt ilə satılan, nisbətən ucuz. Güzəştli mövsümi bilet. – Yanvarın 1-dən etibarən şəhərlərarası telefon danışıqları üçün yeni güzəştli qiymətlər müəyyən edilir. güzgü is.\n1. Qarşısındakı şeylərin şəkillərini əks etdirən, xüsusi surətdə pardaqlanmış şüşə lövhə; ayna. Bədənnüma güzgü. Cib güzgüsü. – Bir güzgüyə gər açıb gözünü; Güzgüdə görəydi öz-özünü. Füzuli. [Məşədi İbad] güzgüyə baxıb ora-burasını düzəldir. Ü.Hacıbəyov.\n2. məc. Hər hansı hadisəni, prosesi özündə əks etdirən şey. Folklor xalqın həyatının güzgüsüdür. – Şairin şeri yaşadığı xalqın simasını göstərən bir güzgü olmalıdır. M.S.Ordubadi. Mən səni gördükcə gözlərim yanır; Sən ey gəncliyimin güzgüsü, bahar! S.Vurğun. ‣ Güzgü kimi – aydın, parlaq, açıq, aşkar, ləkəsiz, şəffaf, ayna kimi. Vaqifəm, yoxdur mənə cahi-zənəxdandan nicat; Göstərir əhvalımı aydın üzün güzgü kimi. M.P.Vaqif. güzgüçü is. Güzgü qayıran usta. güzgülü sif. Güzgüsü olan, üzərinə güzgü keçirilmiş, güzgü salınmış; aynalı. Güzgülü şifoner. – [Züleyxa] güzgülü şkafdan ipək pijamasını götürüb geydi.. M.İbrahimov. Hh h azərbaycan əlifbasının on birinci hərfi. bax. he. ha I. Nida kimi aşağıdakı mənalarda işlənir: a) saqındırma, xəbərdarlıq və ya əmr, tapşırıq bildirir, habelə diqqəti cəlb etmək üçün işlədilir. Ona bir söz demə ha! Özünü gözlə ha! Ora getmə ha! – [Minnət xanım:] Ancaq mən olduğumu demə ha! Ü.Hacıbəyov. [Turac:] Ey, düz-əməlli danış ha! İ.Əfəndiyev. Kəblə Abbasəli naqanı tuşladı: – Al gəlsin, vurdum ha! Mir Cəlal. b) təkid, vaciblik, lazımlıq bildirir. Bizə gələrsən ha! Xahişimi unutma ha! – [Ana:] Qızlar, mənim bu balamdan muğayat olun ha! (Nağıl). c) heyranlıq, valehlik bildirir. Gözəldir ha! ç) intonasiyadan asılı olaraq, bəzən sözə, cümləyə istehza, rişxəndlik çaları verir. Amma yazmısan ha. Ay tutdun ha. – [Hatəm:] Budu ha!.. [Düşmən] gəlib çıxıb ey.. Ə.Əbülhəsən. d) təkrar bildirir – nə qədər. Ha deyirəm, təsir etmir. – Hər bir qəzeti əlimizə alsaq, görəcəyik ki, elə haman sözlərdir ki, ha eşidirik. C.Məmmədquluzadə.\n\nII. Ziddiyyət bildirən ədat – ki. Nə olsun, adımız olubdur qoçaq; Ceyran ha deyilik ovçudan qaçaq. H.K.Sanılı.\n\nIII. əvəz.\n1. Qeyri-müəyyən zaman və ya yer bildirir; hansı. Məşədi Əsgər dinməzsöyləməz qapıdan çıxıb yola düşdü. Ha tərəfə getmək lazım olduğunu özü də bilmirdi. S.M.Qənizadə. Ha zamandansa Məsmə eşitmişdi ki, dərmanların yaxşısı ələfiyyatdır. Mir Cəlal.\n2. Bir şeyin davamlılığını bildirir; nə qədər. Keçəl ha ağladı ki, qovunu ver, lotubaşı vermədi. “Aşıq Qərib”. ..Ənvər ha fikirləşdi, Ayaza layiq və münasib bir cavab tapmadı. Mir Cəlal. ha-ha, ha-ha-ha nida. Qəhqəhə, gülüş bildirmək üçün səs təqlidi söz kimi işlənir. [Mübaşir Məmməd Musa kişiyə:] ..Yoxsa bir gözləmən var, ay lotu! Ha-ha-ha! Yəqin gözləmən var. M.İbrahimov. habelə zərf Bunun kimi, bu cür, belə; həmçinin. İrəvanda iyirmi min müsəlman uşağı var, bunların bir-iki yüzü ancaq dərsə gedir. Bakı, Tiflis, Naxçıvan, Şamaxı və qeyri şəhərlər də habelə. C.Məmmədquluzadə. Yağı, pendiri dəyər-dəyməzinə, cürbəcür arşın malına, sabuna, güzgüyə, saqqıza... və habelə şeylərə dəyişərlər... Ə.Haqverdiyev. hacət is. [ər.]\n1. Ehtiyac, lüzum. Bu qədər söhbətə nə hacət. Təfərrüata hacət yoxdur. – Yox, yazmaram! Amma hələ qoy yazım; Hacət olsa, bundan belə yazmaram. M.Ə.Sabir. Üzün gördü şeyda könül məst oldu; Nə hacət ki, həşr olunca ayinə. M.V.Vidadi.\n2. dan. Alət, karastı; silah. hacı is. [ər.] din. Məkkəni ziyarət etmiş müsəlmanlara verilən ad. Hacısan, məşhədisən, sahibimizsən, ağasan; İstəyirsən həmi qırxıb bizi, həm də sağasan? Ə.Nəzmi. ‣ Hacılar yolu – bax. kəhkəşan. Hacılar yolunda böyük bir ulduz; Uzaq üfüqlərə sayə salmışdı. S.Vurğun. hacıbəribax (=hacımənəbax) is. köhn. Qadın paltarı tikilən bahalı əlvan bir parçanın xalq dilində adı. [Minayə] bir neçə il əvvəl hacıbəribax deyilib arvadlar arasında çox modda olan, əlvan parçadan geydiyi qırçınlı uzun tumanda .. çox yaraşıqlı görünürdü. Ə.Əbülhəsən. hacımənəbax (=hacıbəribax) is. köhn. Qadın paltarı tikilən bahalı əlvan bir parçanın xalq dilində adı. [Minayə] bir neçə il əvvəl hacıbəribax deyilib arvadlar arasında çox modda olan, əlvan parçadan geydiyi qırçınlı uzun tumanda .. çox yaraşıqlı görünürdü. Ə.Əbülhəsən. hacıyatmaz is. Aşağı tərəfi ağır olduğu üçün həmişə dik duran uşaq oyuncağının adı: gəlincik. hacıleylək 1. bax. leylək. Bahar çağı hacıleyləklər; Qaranquşlar gələrmiş. R.Rza.\n2. zar. Uzundraz, boyu həddindən artıq uzun adam haqqında. [Səkinə Rüstəmə:] Yuxuma qara-qura gətirən sənin bu uçulmuş dayaqlarındır, bu hacıleylək Yarməmməd, bu goreşən, saman altdan su yeridən yastı Salmandır. M.İbrahimov. haça is. və sif. Ağacın bucaq şəklində ayrılmış gövdəsi və ya budağı, habelə haçalanmanın başlandığı yer. Alçaq əncir ağacının əyri haçasında oturan iki nəfər qara, yanıq oğlan uşağı bir-birinə püstə qabığı atırdı. Mir Cəlal. Tut ağacının balkona enmiş haça budağı arasından sayrışan ulduzlar görünürdü. İ.Hüseynov. // Ümumiyyətlə, haça şəklində olan. Dağın haça zirvəsi. – Giziroğlu Mustafa bəyin bir şeşpəri var idi ucu haça. “Koroğlu”. Sinə dümağ, quyruq haça; Bir quş qondu bir ağaca. M.Dilbazi. // məc. Üstüörtülü, ikibaşlı. Ataş [Mirzənin suallarındakı] haça mənanın fərqinə varmadan cavab verdi. Ə.Vəliyev. haçabaş (=haçabaşlı) sif. Başı haça şəklində olan. Haçabaş dağ. Haçabaş dəyənək. – Əllərində haçabaşlı, uzun çomaq tutmuş uşaqlar sağım yerindən xeyli aşağıda duran qoyun sürüsünə doğru yüyürdülər, bir dəstə sağmal qoyun ayırıb yuxarı sürdülər. M.Hüseyn. haçabaşlı (=haçabaş) sif. Başı haça şəklində olan. Haçabaş dağ. Haçabaş dəyənək. – Əllərində haçabaşlı, uzun çomaq tutmuş uşaqlar sağım yerindən xeyli aşağıda duran qoyun sürüsünə doğru yüyürdülər, bir dəstə sağmal qoyun ayırıb yuxarı sürdülər. M.Hüseyn. haçabuynuz (=haçabuynuzlu) sif. Buynuzu haça şəklində olan. Haçabuynuz qoç. Haçabuynuz buğa. haçabuynuzlu (=haçabuynuz) sif. Buynuzu haça şəklində olan. Haçabuynuz qoç. Haçabuynuz buğa. haçadırnaq (=haçadırnaqlı) sif. Dırnağı haça olan, qoşadırnaq (inək, qoyun və s. heyvanlar haqqında). Yanında balası o haçadırnaq; Əlvan çiçəkləri ipçin yolardı; Məmələri dadlı südlə dolardı. H.K.Sanılı. haçadırnaqlı (=haçadırnaq) sif. Dırnağı haça olan, qoşadırnaq (inək, qoyun və s. heyvanlar haqqında). Yanında balası o haçadırnaq; Əlvan çiçəkləri ipçin yolardı; Məmələri dadlı südlə dolardı. H.K.Sanılı. haçadil (=haçadilli) sif. Dili haça şəklində olan, dilinin ucu yarıq olan (ilan, kərtənkələ, qurbağa və s. haqqında). Qədimdən bizim eldə sınanmış bir məsəl var; “Ulduz görməsə ölməz haçadilli ilanlar”. R.Rza. haçadilli (=haçadil) sif. Dili haça şəklində olan, dilinin ucu yarıq olan (ilan, kərtənkələ, qurbağa və s. haqqında). Qədimdən bizim eldə sınanmış bir məsəl var; “Ulduz görməsə ölməz haçadilli ilanlar”. R.Rza. haçaq bax. havaxt. Haçaq yola düşürsən? Qatar haçaq gəlir? – Əlimdən bıçaq düşdü; Bilmədim haçaq düşdü; Viran qalsın qəriblik; Yar məndən qaçaq düşdü. (Bayatı). haçaquyruq I. is. bot. Çoxillik sünbüllü ot. bax. kornet.\n\nII. (=haçaquyruqlu) sif. Quyruğu haça şəklində olan. Nə üçtelli durna, nə də; haçaquyruq qaranquşam; Bütün qışı cikkildəyib; Yem axtaran hansı quşam? M.Dilbazi. haçaquyruqlu (=haçaquyruq) sif. Quyruğu haça şəklində olan. Nə üçtelli durna, nə də; haçaquyruq qaranquşam; Bütün qışı cikkildəyib; Yem axtaran hansı quşam? M.Dilbazi. haçalama “Haçalamaq”dan f.is. haçalamaq f. Haça kimi iki yerə ayırmaq. ..Sözünü qurtarıb yenə saqqalını haçaladı. S.M.Qənizadə. haçalanmaq 1. məch. İki yerə ayrılmaq, bucaq şəklində iki istiqamətdə uzanmaq (yol, çay və s. haqqında). Kəndə çatanda yol haçalandı.\n2. t-siz. Haça şəklində olmaq, iki tərəfə ayrılmaq, haça əmələ gətirmək. [Rza:] Qayanın haçalandığı və ağaclarla örtüldüyü xəlvət guşəyə sığındım, Ulduz gəldi. M.İbrahimov. haçalaşma “Haçalaşmaq”dan f.is. haçalaşmaq bax. haçalanmaq. Şiddətli küləklərin nəticəsində qayalar get-gedə sivriləşir, haçalaşırdı. S.Vəliyev. Yol haçalaşanda Muxtar əlini sağ tərəfə tuşlayıb Şahinə göstəriş verdi.. B.Bayramov. haçalı sif. Haça şəklində olan, haçası olan. Haçalı yol. – [Uşaq] qarşıdakı zirvəsi haçalı qayalar başında qara qanadlarını açıb yüksəlmək istəyər .. buludu görərkən cəld nənəsinin qolundan tutdu.. Ə.Məmmədxanlı. Mövzularım tükənəndə darıxır masam; Onun dərdi yüz haçalı, onun dərdi min!.. M.Araz. haçan “Haçaq”ın deyiliş forması. [Rza bəy:] Söylə görüm, toy haçandır? Ü.Hacıbəyov. Nur zülmətsiz haçan oldu? Zülmətdən nur içən oldu! M.Araz. haçandan-haçana zərf Nəhayət, axırda, çox vaxt keçəndən sonra. Haçandanhaçana gəlib çıxdı. – [Gülnaz] haçandanhaçana xatırladı ki, bu gəncə parkda iki-üç dəfə rast gəlmişdir. İlkin. Həsrət haçandanhaçana gözlərini kağızdan ayırıb dilləndi. B.Bayramov. haçasaqqal (=haçasaqqallı) sif. Saqqalı haça şəklində olan. Haçasaqqal qoca. – Haçasaqqal bir kişi üçüncü zəngi çalan kimi salondakı neft lampalarının işığını azaltdı, zal qaranlıqlaşdı. S.Rəhman. haçasaqqallı (=haçasaqqal) sif. Saqqalı haça şəklində olan. Haçasaqqal qoca. – Haçasaqqal bir kişi üçüncü zəngi çalan kimi salondakı neft lampalarının işığını azaltdı, zal qaranlıqlaşdı. S.Rəhman. hadisə is. [ər.]\n1. İctimai və ya şəxsi həyatda vaqe olan, baş verən hal; əhvalat, vaqiə, vəqə. Bütün bu hadisələr yanaşı oturan adamların təsəvvürlərində canlanır.. S.Rəhimov. Kənddə olmuş hər bir hadisənin, salınan hər bağın, əkilən hər ağacın, tikilən hər evin tarixçəsini [Xoşqədəm nənədən] soruşardılar. S.M.Qədirzadə.\n2. Həyatın adi qaydasını, normal gedişini pozan iş, qəziyyə. Beynəlxalq hadisə. – Bu altı ilin içərisində bir çox hadisələr baş vermişdi. S.Hüseyn. [İdris] dərhal polk komandiri qarşısında hərbi salama durub, hadisə haqqında qısa raport verdi. Ə.Məmmədxanlı.\n3. Əhvalat, vaqiə, macəra. Başıma belə bir hadisə gəlib. – Danabaşlar kəndinin xarakter hadisə və tipləri seçilmiş, ümumiləşdirilmişdir. M.İbrahimov. Mehman .. maraqlı hadisələr söylər, gülməli nağıllar danışar, ötübkeçənlərdən söhbət salar, kənddəki bəzi arvadların qoçaqlığından ürəkdolusu deyərdi. Ə.Vəliyev. haf is. zool. Gecələr çox iti uçan, işığa gələn uzunxortumlu kəpənək. ‣ Haf kimi – gözlənilmədən, cəld, özünü birdən çarparaq. Qasid gəldi haf kimi; İncəlmişdi sap kimi; Gözlə, yarın qəlbini; Qırma çini qab kimi. (Bayatı). hail I. is. [ər.] köhn.\n1. Dəyişmiş, dəyişilmiş, dəyişdirilmiş.\n2. Maneə.\n3. Çəpər, hasar.\n4. məc. Əngəl.\n\nII. sif. [ər.] köhn.\n1. Qorxunc.\n2. Azman, nəhəng. haiz sif. [ər.] köhn.\n1. Sahib, yiyə.\n2. Əhatə edən. hafiz is. [ər.] köhn.\n1. Qoruyan, saxlayan, mühafizə edən.\n2. Quranı əzbər bilən adam. hafizə is. [ər.] Bir şeyi zehnində, yadında saxlama və yenidən təsəvvüründə canlandırma qabiliyyəti; yaddaş. [Yusif:] O günlər hamısı bir-bir mənim hafizəmdədir. S.Rəhman. [Qədirin] çox qəribə hafizəsi var idi. Ə.Sadıq. hafizəli sif. Yaxşı hafizəsi, yaddaşı olan; yaddaşlı. Salmanın verdiyi məlumatlardan Maya onun gözəl hafizəli və ayıq fikirli adam olduğunu görürdü. M.İbrahimov. hafizəsiz sif. Hafizəsi, yaddaşı olmayan və ya zəif olan; yaddaşsız, unutqan, huşsuz. Hafizəsiz qoca. hafizəsizlik is. Hafizəsi, yaddaşı olmayan və ya zəif olan adamın halı; yaddaşsızlıq, unutqanlıq, huşsuzluq. [Cinayətov:] Bay sənin... – deyə donquldandı. Öz hafizəsizliyini söydü. Mir Cəlal. hakəza zərf [ər.] köhn. Beləcə, bu surətdə. hakim is. [ər.]\n1. hüq. Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxs. Xalq hakimi. – Elə bil Zeynal çox xətrini istədiyi bir adamın yox, hakimin suallarına cavab verirdi. B.Bayramov.\n2. idm. Oyunda, yarışda hakimlik edən şəxs. Futbol hakimi. Hakimin qərarı. Beynəlxalq dərəcəli hakim. – Hakimlər əllərindəki [saniyəölçənləri] hazır tutub, diqqətlə gözləyirdilər. H.Seyidbəyli.\n3. tar. Bir ölkənin başında duran, onu idarə edən şəxs (padşah, hökmdar, xan və s.). Gəncənin hakimi, Qızıl Arslandan aldığı məktubu böyük şair Nizamiyə göstərib dedi.. M.S.Ordubadi. Şahlıq səltənətindən şah Təhmasib qovuldu; Səlim oğlu Süleyman Bağdada hakim oldu. B.Vahabzadə. // Sif. mənasında. Hakim təbəqələrə mənsub olan, hakimiyyət başında duran, hökmranlıq edən, ağalıq edən. Hakim siniflər. – Hakim təbəqələr pul və dövlət gücünə harınlıq edərək nə qədər ismətli və həyalı ailələri dağıtmışlar. M.İbrahimov. ‣ Hakim kəsilmək – hakim olmaq, təsiri altına almaq. Mahnı onların bütün varlığına hakim kəsildi. Ə.Məmmədxanlı. Mənim öz könlümdə doğulan eşqim; Hakim kəsilibdir könlümə indi. B.Vahabzadə. Hakim olmaq – əlinə keçirmək, özününkü etmək, özünə tabe etmək. Hakim olduq, nəhayət; Yerə, göyə, dənizə. M.Müşfiq. // Məc. mənada. Bu axşam Zərəngiz Zakirin ürəyinə də hakim oldu. H.Seyidbəyli. hakimiyyət is. İdarə etmək hüququ, siyasi hökmranlıq. Hakimiyyətin ilk illəri. Hakimiyyəti ələ keçirmə. Hakimiyyət başına gəlmək. – [Abbas:] Mən də buna qarşı üsyan elədim, ey Afşin, çünki gördüm ki, hakimiyyətin məhvəri türk qoşun başçılarından Aşnasın əlindədir.. Ə.Məmmədxanlı. // Dövlət orqanlarının hüquq və səlahiyyətləri.\n2. Dövlət idarə orqanları, hökumət. hakimlik is.\n1. bax. hakimiyyət.\n2. idm. Hakimin (2-ci mənada) öz vəzifəsini ifa etməsi. O, dəfələrlə beynəlxalq yarışların hakimliyində iştirak etmişdir. haqq I. [ər.]\n1. sif. Doğru, düz, düzgün, həqiqi. Haqq iş. – Nahaq söz od vurar qəlbə, fəqət haqq söz keçər daşdan. S.Vurğun. Bu haqdır, ağladıqca; Kişi qeyrətsiz olur. B.Vahabzadə. // is. Ədalət, doğruluq, düzgünlük, düzlük, insaf. İnsafı tərk edib, haqqı unutdu; O səni yumruğa, qapaza tutdu. S.Vurğun.\n2. is. Hüquq, ixtiyar. Nə üçün kişilərin istədikləri zaman arvadlarını çıxarıb qovmağa haqqı olur, arvadların öz ərlərindən boşanmaq, başqa ərə getməyə haqqı olmayır? S.Hüseyn.\n3. is. Gördüyü işin müqabilində birinə verilməli olan pul, muzd və s. Bir müddət işlədikdən sonra bəy [Nəbinin] haqqını kəsir. “Qaçaq Nəbi”. Münsif malı böləndən sonra haqqını alıb getdi. (Nağıl). // Üzvü olduğu bir təşkilata və ya bir şeydən istifadə üçün verilməli olan pul, məbləğ. Üzvlük haqqı. Kirayə haqqı. – Ev sahibi ilə görüşdüm, salamatlaşdım, mənzil haqqını artıqlığınca verdim və çıxdım küçəyə. C.Məmmədquluzadə.\n4. Nisbət şəkilçiləri ilə: barədə (barəsində), xüsusda (xüsusunda) və i.a. Ailəsi haqqında fikirləşmək. – [Firidun Südabəyə:] Açıq deyim ki, sizin haqqınızda qəti bir qərara gələ bilmirəm. M.İbrahimov.\n5. is. İxtiyar, hüquq, əsas. Bu işə qarışmağa onun haqqı yoxdur. – Əvəzin oğlundan böyük şey ummağa haqqı var idi. Ə.Vəliyev. Aynanın təəccüb etməyə də haqqı var idi. İ.Əfəndiyev. ‣ Haqq oldu – əcəb oldu, yerində oldu, yaxşı oldu. Dərdli Kərəm deyər: – Necə olur halım; Sənə lap haqq oldu, ay qanlı zalım. “Əsli və Kərəm”. Haqq vermək – 1) təsdiq etmək, doğru saymaq, düzgün, haqlı hesab etmək. [Bəhram:] Ah, Fitnə, sözünə indi verdim haqq; Neyləyim ki, səni qurutdu torpaq... A.Şaiq; 2) haqlı olduğunu təsdiq etmək. Şükür indi Güləliyə haqq verirdi. S.Hüseyn. Haqqına yetmək (çatmaq) – cəzasını almaq, cəzasına çatmaq. Haqq yolunda didərgini; Haqqına yetir, ay Allah! M.Araz.\n\nII. is. [ər.]\n1. Allah, Tanrı. Tək-tək ayılan varsa da, haqq dadıma çatsın; Mən salim olum, cümlə cahan batsa da, batsın. M.Ə.Sabir. [Qurban:] Nə deyim, haqqın kərəminə şükür. Ə.Haqverdiyev.\n2. Haqqı şəklində – and olsun, and içirəm. [Nənəxanım:] Ay kişi, atanın goru haqqı heç zadım yoxdur. Nəyim var ki, ay başıdaşlının oğlu? Çəmənzəminli. [Leylək Ələmdar:] Qurani-mürsəl haqqı, mənim bu dükanı dağılan kişinin boğulmağına əsla .. gümanım gəlməz. S.Rəhimov. haqq-ədalət is. [ər.] Ədalət, insaf. Səninləyəm, haqq-ədalət, səninləyəm; Milli qürur, milli qeyrət, səninləyəm! M.Araz. haqq-hesab is. [ər.]\n1. Hər hansı hesablamanın nəticəsi; hesablama, hesab. Hamı işdən çəkilib çıxdığı halda, mühasib çıxmaq istəmir və əlindəki haqq-hesabı başa çatdırmağa çalışırdı. S.Rəhimov. Zülfüqar çox tutqun idi. Haqq-hesab düz gəlmədiyi üçün hirslənir, dodağını gəmirirdi. B.Bayramov.\n2. Hesabat. ..Katib haqq-hesab məruzəsində Gülyanağın adını çəkdi, onu .. təriflədi. Ə.Vəliyev. [Muxtar Şahinə:] Durub bir sənə də haqq-hesab verim? B.Bayramov.\n3. Say-hesab. Professorun Mehman haqqında olan tərifləri haqq-hesaba gəlməz oldu. S.Rəhimov. ‣ Haqq-hesab çəkmək – 1) hesabat tələb etmək; 2) hesablamaq, hesab etmək, saymaq. [Məzahir Qönçəyə:] Dünən də bir abbasımı kəsmisən, haqq-hesabı düz çək, sonrası yaxşı olmaz. B.Bayramov; 3) məc. qisas almaq, öc almaq, hesablaşmaq. O bizimlə haqq-hesab çəkir. – [Koroğlu:] Çək atları, yəhərlə, gedib, Həsən xanla haqq-hesabımızı çəkək. “Koroğlu”. Haqq-hesabı çürütmək (üzmək) – 1) aralarında olan məsələni qəti həll edib qurtarmaq. [Cahandar ağa] Molla Sadıqla birdəfəlik haqq-hesabı çürütmək istəyirdi. İ.Şıxlı; 2) məc. əvəz çıxmaq, intiqam almaq, öc almaq, hesablaşmaq. [Ağagül Nəcəf bəyə:] Təəssüf ki, səninlə haqq-hesabı çürütməyə vaxt qalmadı, dayı! Ə.Məmmədxanlı. Haqq-hesabını vermək – işdən qovmaq, çıxarmaq. [Yaşlı kişi:] Əgər həmin qulluqçu ikinci dəfə də belə bir unutqanlıq etsə idi, [tacir] haqq-hesabını verməklə “xoş gəldin” – deyib qovardı. S.Hüseyn. haqq-nahaq zərf [ər. həqq və fars. na] Haqlı olub-olmadığından asılı olmayaraq; istər haqlı olsun, istər haqsız. [Zeynəb] hər hansı bir məsələ olursa olsun, haqq-nahaq yoldaşlarının tərəfin saxlardı. Qantəmir. // Yerli-yersiz. Haqq-nahaq danışmaq. – [Yaşlı kişi:] [Şirinnaz] .. haqq-nahaq qəhqəhə çəkib gülür, məni də güldürürdü. S.Hüseyn. haqq-say is. [ər.] Zəhmət, əmək. Bu mədəndə saç ağartmış ustanın, düzü; Otuz illik haqqı-sayı, əməyi vardı. Ə.Cəmil. // Çəkilən zəhmət, edilən yaxşılıq. Valideynlərin haqq-sayı. – Ey qəm, yolun uğurlu, fəqət haqqsay qalır; Boşdur yerin ürəkdə, yaxın mehriban kimi. Şəhriyar. ‣ Haqq-say itirmək – edilən yaxşılığı itirmək, nankorluq etmək. haqlama “Haqlamaq”dan f.is. haqlamaq f. Yüyürüb çatmaq, dalınca qaçıb yaxalamaq, başının üstünü almaq. Bazarçaydan gələn dəstə banditləri haqlamışdı. Ə.Vəliyev. Elə bu anda ağacdan bir başqasının da atılıb qaçmaq istədiyini və “Qoçağ”ın onu haqladığını gördüm. M.Rzaquluzadə. // məc. Çatmaq, yetmək, yetişmək. [Məmmədbağır] evlənərkən yaşı qırxı haqlamışdı. S.Hüseyn. haqlaşma “Haqlaşmaq”dan f.is. haqlaşmaq f. Hesablaşmaq, haqqhesabı çürütmək, haqq-hesab çəkib üzülüşmək. haqlı sif. Düz deyən, düzgün fikirləşən, düz hərəkət edən, səhv etməyən (haqsız əksi). Xan, arvadının sözlərinin haqlı olduğunu anladı. Çəmənzəminli. Mühəndis etirafında haqlı idi. Ə.Sadıq. // Doğru, düz, düzgün, yerində, həqiqətə əsaslanan. Haqlı təklif. Haqlı tələb. Haqlı etiraz. – [Nadir] ..özünü töhmətləndirib, Məcidin hərəkətini haqlı (z.) görərək onun evləndiyini ağıllı iş hesab edirdi. B.Talıblı. Getmədi, getmədi qulaqlarından; Oğlunun dediyi o haqlı sözlər. B.Vahabzadə. ‣ Haqlı çıxarmaq – bəraət qazandırmaq, doğrultmaq. Əmir bu sözləri dedikdən sonra qismən sakit olmuşdu. O, qadınını haqlı çıxarmağa və öz vicdanını qane etməyə tələsirdi. M.S.Ordubadi. Haqlı çıxmaq – bir mübahisədə, tələbdə, fikirdə və s. doğru olduğu aşkar olmaq. haqlılıq is. Fikirdə, mühakimədə, hərəkətdə və s. düzlük, düzgünlük, doğruluq; haqlı olma; haqq, ədalət. Öz işinin haqlılığına inanmaq. haqsevər is. Haqqı, düzgünlüyü, doğruluğu sevib müdafiə edən adam. // Sif. mənasında. [Cabbar:] Sən özün haqsevən bir adamsan, bizi də yaxşı tanıyırsan, bilirsən də ki, Səfər bizim namusumuza və qeyrətimizə toxunub. B.Talıblı. haqsız sif. və zərf\n1. Haqq və insafa uyğun olmayan; ədalətsiz, nahaq, əsassız. Haqsız iddia. Haqsız cəza. – Mürsəqulu .. haqsız işə razı olmayan bir adam idi. S.Hüseyn. [Tahir:] ..Mən özümdən başqa hamını günahkar hesab eləməkdə haqsızam. M.Hüseyn. // Əbəs, nahaq, bihudə, boş yerə. [Rüstəm:] Haqsız qanlar axmasın deyə; Səyavuşla Piran gəldi bir rəyə. H.Cavid. • Haqsız yerə – əbəs, nahaq, heç bir ehtiyac olmadan, boş yerə. [Qanpolad:] Səlim! Burax, haqsız yerə tökmə qan. H.Cavid. Xanım haqsız yerə [Sarıköynəyi] söyüb-danlamağa, döyübincitməyə başlayır. S.Hüseyn.\n2. Heç bir haqqı, hüququ olmayan. haqsızlıq is.\n1. Haqq və ədalətə uyğun olmayan hal; ədalətsizlik, insafsızlıq. Nəbi kiçik yaşlarından haqsızlığı sevməzdi. “Qaçaq Nəbi”.\n2. Hüquqsuzluq, ədalətsizlik. Hər yerdə, hər mühitdə haqsızlığın, qolugüclülüyün .. əleyhinə çıxışlar olurdu. S.Hüseyn. [Qulu] bilirdi ki, haqsızlıq və rüşvət yuvası olan [çar] məhkəmələri də ona kömək etməyəcəkdir. A.Şaiq. haqverməz sif. Başqasını işlədib haqqını verməyən, haqqını kəsən; istismarçı. Məlik tacir haqverməz adamdı. (Nağıl). hal I. is. [ər.]\n1. Hər hansı bir səbəbdən, şəraitdən doğan vəziyyət, keyfiyyət. Xəstənin halı yaxşıdır. – Hicrin edibdi könlümü bərbad, ağlaram; Çoxlar tutar bu halıma irad, ağlaram. Natəvan. [Ceyranın] keçmiş halı ilə indiki halını müqayisə edirdim. S.Hüseyn. • Belə halda – belə vəziyyətdə. Belə hallarda düşüncə və kədəri dostlara danışmaq və onların sərəncamında olan imkanlardan istifadə etmək lazımdır. M.S.Ordubadi. Bu hal – bu vəziyyət. [Zeynal:] Öz həyatını müəyyən bir şəklə salmalı idi. Bu hal beləcə davam edə bilməyəcəkdi. S.Hüseyn. Ayıq ol, böylə davam etsə bu hal; Millətə qorxuludur istiqbal. A.Şaiq. // İnsanın cismani vəziyyəti, yaxud əhvalı, əhval-ruhiyyəsi. Məstlik halı. Yuxulu halda. – [Mehriban] xüsusilə çocuğu doğduqda olduqca ağır və böhranlı hallar keçirmişdir. S.Hüseyn.\n2. Güc, qüvvət, taqət. [Rəsul:] Anacan, dayanmağa halım yoxdur, gərək mən gedəm. “Aşıq Qərib”. • Hal qalmamaq – gücdən düşmək, taqətdən düşmək, üzülmək. Ağlamaqdan qalmamışdı məndə hal. H.Cavid.\n3. fiz. Maddəni təşkil edən hissəciklərin yerləşməsinin, qarşılıqlı əlaqəsinin və hərəkətinin xarakteri. Maddənin yeni keyfiyyət halına keçməsi. – ..Cəmi heyvanat bir dərəcə donmaq halına çatanda yarıdiri olurlar, yarıölü olurlar.. C.Məmmədquluzadə.\n4. Vaxt, an, ləhzə. • Bu halda – bu anda, bu vaxt. Bu halda yoldaşım içəri girdi. – Bu halda qapı döyüldü. E.Sultanov. Bu halda bayır qapıdan Sultan bəy daxil olur. Ü.Hacıbəyov. O halda – onda, o zaman. O halda bizdən kömək gözləmə. O halda mən gəlməyəcəyəm.\n5. qram. İsmin başqa cümlə üzvlərinə münasibətini bildirən və hallanma formalarında ifadə olunan qrammatik kateqoriya. Azərbaycan dilində ismin altı halı vardır. Adlıq hal. ‣ Hal aparmaq – özündən getmək, huşunu itirmək, ürəyi keçmək. Hal əhli – kef çəkməyi, vaxtını kefdə keçirməyi sevən adam haqqında. Seyyid, yürü, məlum ki, hal əhli deyilsən; Dün şəb səni mən mədrəsədə qal ilə gördüm. S.Ə.Şirvani. Hal tutmaq – bax. hal-əhval tutmaq. Atamız doyunca xoşlandı bizdən; Sonra da hal tutdu hər birimizdən. S.Vurğun. Hala gəlmək – özünə gəlmək, gücü, qüvvəti, taqəti özünə qayıtmaq, dirçəlmək. ..Hərəmiz bir istəkan çay içəndən sonra bir qədər hala gəldik. C.Məmmədquluzadə. [Piri baba:] Qoy gəzsin, yesin, içsin, hala gəlsin. S.S.Axundov. Haldan çıxar(t)maq – normal halından çıxarmaq, hirsləndirmək. Kətxuda çox qorxaq adamdı. Uryadnikin vurulmağı onu büsbütün haldan çıxartmışdı. M.Hüseyn. Haldan çıxmaq – hirslənmək, özündən çıxmaq. [Mahmud:] Sən olasan ölənlərinin goru, məni bu hirsimin tutmuş vaxtında haldan çıxartma! Ə.Haqverdiyev. Haldan düşmək – üzülmək, çox yorulmaq, əldən düşmək. [Böyük oğul:] Kişi gözləməkdən lap haldan düşdü. Qantəmir. [Musa] ..qızıl mədəninə yetişərkən haldan düşdü. S.Vəliyev. Haldan-hala düşmək – halı pozulmaq, halı qarışmaq. O, oxuduqca ingilisin siması haldan-hala düşür və acığından dilini, dodağını çeynəyirdi. Qantəmir. Haldan salmaq (etmək) – üzmək, çox yormaq, əldən salmaq. Qılınc kimi kəsən külək keşikçiləri haldan salmışdı. S.Vəliyev. Halı dönmək (dəyişmək) – bax. halı pozulmaq. Ancaq bilmədim ki, bu necə işdi; Əllərim titrədi, halım dəyişdi. M.Rahim. Halı qarışmaq (dəyişmək) – normal halından çıxmaq, qanı qaralmaq, pozulmaq. Tapdılar orada qırıq qandalı; Qubernator ağanın qarışdı halı. H.K.Sanılı. Halı pozulmaq – 1) bax. halı qarışmaq; 2) halı daha da pisləşmək, ağırlaşmaq. Xəstənin halı pozuldu. – Aslanın halı elə pozulmuşdu ki, bıçaq vursaydın qanı çıxmazdı. S.Vəliyev. Halına ağlamaq – 1) bax. halına qalmaq. Camaatın halına ağlayan, onun dərdinə dərman axtaranların nəsli kəsilir, izi itirilirdi. H.Sarabski; 2) bax. halına yanmaq (acımaq). [Mühəndis:] Eh, başıma gələnləri bilsən, halıma ağlarsan. S.Rüstəm. Halına qalmaq (ağlamaq) – qeydinə qalmaq, qayğısını çəkmək, qayğısına qalmaq, halını düşünmək. Ər dərdqəmin çəkmə, sən öz halına ağla; Canı bəcəhənnəm! M.Ə.Sabir. Kosa, yanında dayandığı xəstənin halına qalır və onunla birlikdə tərpənirdi. S.Rəhimov. Halına təfavüt etməmək – halına heç bir təsiri olmamaq, halında heç bir dəyişiklik əmələ gəlməmək, heç bir fərqi olmamaq. [Nəbi:] Cəbi, sən öləsən, heç halına təfavüt etmir. S.S.Axundov. Halına yanmaq (acımaq) – yazığı gəlmək, acımaq, şəfqət göstərmək, ürəyi acımaq, canıyananlıq etmək. [Mirzə Tağı:] Biçarə İran camaatı, .. sizin halınıza yanıram, sizin halınızı yüngülləşdirməyə səy edirəm. C.Cabbarlı. Gülnaz yağışlı gecəni, oğlanın bir köynəkdə başdan-ayağa islandığını xatırladı və onun halına acıdı. Q.İlkin. Halından çıxmaq – özündən çıxmaq, hirslənmək, müvazinətini itirmək. Usta bir də halından çıxdı, az qalmışdı yenə dava düşsün. Çəmənzəminli. Halını qatmaq – qanını qaraltmaq, özündən çıxarmaq, hirsləndirmək. [Məşədi Ağakişi:] Siz öləsiz, [atlılar] düz Hacı Namazalının xırmanına sürdülər. Kişinin halını qatacaqlar. C.Məmmədquluzadə. Halını pozmaq – halına təsir etmək, adi halından çıxarmaq, hirsləndirmək. Lakin bu söz də maarif müdirinə təsir etmədi, halını pozmadı. M.İbrahimov. Hər halda – necə olsa, necə olursa olsun. Cahandar ağa Əşrəfin bu işlərinə necə münasibət bəsləyəcəyini bilməsə də, hər halda xoşagəlməz .. söhbət eşitmək istəmirdi. İ.Şıxlı. Nə halda – necə, nə cür, nə vəziyyətdə. [Məşədi İbad:] İndi gördünmü iş nə haldadır? Ü.Hacıbəyov.\n\nII. bax. al3 (bəzən “hal anası” şəklində işlənir). Hal hər şeyi tərsinə eləyir. Tərsinə iş görən qadına deyərlər: hal cinsisən? Bir adam tutduğu halı yazığı gəlib buraxsa, hal onun yeddi arxadan dönəninə dəyməz. (Əsatir). ..Bəzi vaxt söhbət cindən, şeytandan, divdən, hal anasından düşərdi. S.S.Axundov. hala zərf [ər.] klas. İndi, indi də, indiyədək, hələ də. Mənə derlərdi əvvəl, bir mələkdir sevdiyin. Hala; Görənlər sən fəqirə göydən enmiş bir bəla derlər. Füzuli. halal sif. [ər.]\n1. İslam dininin ehkamlarına görə yeyilməsinə, işlədilməsinə və ya özünə mal edilməsinə icazə verilən (haram əksi). // köhn. Kəbinli, nikahlı; qanuni. Əsmər yenə şəriətin hökmüncə [Məmmədbağırın] halal arvadı olub qalırdı. S.Hüseyn. // İs. mənasında. köhn. Kəbinli arvad. [Cavad bəy:] Müqabilinizdə oturan arvad ağıllı və dövlətli bir şəxsin halalıdır. İ.Musabəyov.\n2. məc. Zəhmətlə, namusla, təmiz əməklə, qanuni yolla qazanılmış, əldə edilmiş. [Yaşlı kişi tacirə:] Sən mənim xeyir-bərəkətimi qaçıracaqsan, sən mənim halal malıma haram qatacaqsan!.. – deyərək uzun-uzadı deyinərdi. S.Hüseyn. Onun halal çörəyilə qüvvət gəlir ürəklərə; Bərkiyərək polad olur övladımın sümükləri. S.Rüstəm. // məc. Halal şey qazanmaq, əldə etmək üçün çəkilən, sərf edilən. İmran kişinin nəzərində Dilman başqalarının halal əməyi ilə öz eyiblərini örtən bir adamdı. M.Hüseyn.\n3. Halaldır şəklində – bax. halal olsun! ‣ Halal etmək köhn. – borcunun, yaxud vaxtilə etmiş olduğu pisliyin üstündən keçmək, bağışlamaq. [Xan:] Arvad, ay gözəl arvad, bircə asudəlikdə qədrini bilmədim. Məni halal elə. Çəmənzəminli. [Səriyyə:] Ah! Hüsniyyə.. Məni halal elə, doqquz il səninlə bir məktəbdə bacılıq etmişəm. C.Cabbarlı. Halal xoşun(uz) olsun! – bax. halal(ın) olsun! [Əliməmməd eşikağasına:] Elə bu yüz əşrəfini gətirə bildim, sənə peşkəşdir. Yuxarıda Allah, yerdə sən, halal xoşun olsun. Çəmənzəminli. Halal(ın) olsun! – bir şeyi könüllü, əvəzsiz olaraq birinə verəndə deyilir – halaldır, halal xoşun olsun. Halal olsun İskəndərə; Unudub dünya cifəsin; Tabe olub peyğəmbərə.. Aşıq Ələsgər. Halal süd əmmiş – namuslu, düz, təmiz vicdanlı. [Kərbəlayı:] Doğrudan arvad, bir halal süd əmmişini tapsa idin, yaxşı olardı. Çəmənzəminli. [Südabənin anası:] Oğlum, Firidun, sən mənim oğlumsan, halal süd əmmiş bir adama oxşayırsan. M.İbrahimov. halalca sif.\n1. bax. halal 2-ci mənada. Hamıdan varlı ikən, hamıdan yoxsul oldum; Halalca dövlətimi haram etdi o, haram. B.Vahabzadə.\n2. bax. halal 1-ci mənada. [Məşədi İbad:] Əşi, mən qızın halalca adaxlısı ola-ola hasarın bu tayında qalım, bir dələduzun birisi də o tayda olsun?! Ü.Hacıbəyov. halallaşma “Halallaşmaq”dan f.is. halallaşmaq qarş. Ölərkən və ya uzun müddətə ayrılarkən bir-birinin pisliyinin və ya borclarının üstündən keçmək, bir-birini bağışlamaq. Səfərlə Miraxur Kürün qırağına qədər bir yerdə getdilər, orada halallaşıb ayrıldılar. Çəmənzəminli. [Səlimi Rza xana:] ..Kəndli öləcəyini gördükdə dostaşna və arvad-uşaqla halallaşmağa başlayır.. M.İbrahimov. halallıq is.: halallıq almaq – ölərkən və ya uzun müddət ayrılarkən vaxtilə etmiş olduğu pisliyin, yaxud qaytarmadığı borclarının bağışlanmasını xahiş etmək. Məşədi Əsgərin fikri bu idi ki, çamadan sahibini tapsın və əmanətini özünə rədd edib halallıq alsın. S.M.Qənizadə. Halallıq vermək – ölərkən və ya uzun müddət ayrılarkən birisinin vaxtilə etmiş olduğu pisliyi, yaxud qaytarmadığı borclarını bağışlamaq. halay is. Dairə, dövrə. • Halay vurmaq (qurmaq) – dövrə vurmaq, halaylamaq. Göy üzündə bir dəstə qartal qanadlarını geniş açaraq halay vurub hərlənirdi. M.Rzaquluzadə. halaylama “Halaylamaq”dan f.is. halaylamaq f. Dövrə vurmaq, halay vurmaq, dövrələmək. halbahal zərf [ər. hal və fars. bə]: halbahal olmaq – haldan hala düşmək, halı dəyişmək, vəziyyəti gah pisləşib, gah yaxşılaşmaq. Xəstə halbahal olurdu. halbuki Bir-birinə zidd olan, bir-birini inkar edən iki fikrin qarşılaşdırıldığı tabesiz mürəkkəb cümlələrdə müstəqil cümlələr arasında əlaqə yaradan bağlayıcı; vəhalonki. [Mansuru] görə bilmirdim, halbuki başqa yoldaşlarımıza arabir rast gəlirdim. Çəmənzəminli. halə is. [ər.] Ayın və bəzi iri ulduzların ətrafında bəzən görünən işıq dairəsi. Fikrini, qəlbini çalmışdı əlan; Mahtabın sulara düşən haləsi. S.Vurğun. Dağıtma gül üzə zülfün ay üzrə halə kimi; Şərabdan bir əsər var ləbində lalə kimi. Ə.Vahid. ‣ Halə qurmaq (vurmaq) – dairə vurmaq, dövrə vurmaq, halqa vurmaq. Aydınlıq gecədə gözəl bir çeşmənin kənarında cavanlar halə qurub, əyləşib, növbə ilə oxuyubçalanlara qulaq verirdilər. Ə.Haqverdiyev. hal-əhval is. [ər.] Vəziyyət, əhval. ‣ Hal-əhval tutmaq (soruşmaq) – bax. əhval tutmaq (soruşmaq) (“əhval”da). [Şeyx] hal-əhval tutub, bardaş qurdu. Qantəmir. Nəcəfalı yaxınlaşıb [katibə] salam verdi, əl tutub, hal-əhval soruşdu. B.Bayramov. halələnmə “Halələnmək”dən f.is. halələnmək f. Ətrafında bəzən işıqlı dairə əmələ gəlmək (Ay və bəzi iri ulduzlar haqqında). [Pərşan] göylərin axşam parıltısında halələnmiş (f.sif.) ay kimi işıq verirdi. M.İbrahimov. halət is. [ər.] klas. Hal, vəziyyət. Naçalnik elə bir halətdə mənim üzümə baxırdı ki, deyirdim, bu saat durub məni yeyəcək. C.Məmmədquluzadə. Evə dönərkən anası [Mərdanda] başqa halət gördü. Çəmənzəminli. haləti-ruhiyyə is. [ər.] klas. bax. əhval-ruhiyyə. [Yaşlı kişi:] Bədbincə bir haləti-ruhiyyə məni qapladı. S.Hüseyn. hal-hazır is. İndiki vaxt, indiki zaman, hazırkı vaxt, bu an, bu saat, əlan. [Çopo:] Keçmişin təcrübəsi hal-hazır üçün faydalıdır. Çəmənzəminli. hali is. [ər.] Bir hadisə, iş haqqında məlumatı, xəbəri olan; xəbərdar, agah. Haliyəm ellərin mən cümləsindən; Gecə yatmaz bir-birinin bəhsindən. Aşıq Ələsgər. • Hali etmək – xəbərdar etmək, agah etmək, məlumat vermək, bildirmək. Yolda kəndlilər Nəbini işdən hali edirdilər. “Qaçaq Nəbi”. [Fəxrəddin bəy:] Allah xətrinə, tez məni hali eylə. N.Vəzirov. Hali olmaq – xəbəri olmaq, agah olmaq, xəbərdar olmaq, bilmək, öyrənmək. Abbas Pəri xanımın kağızını oxuyub məzmunundan hali olandan sonra bağa gəldi. “Abbas və Gülgəz”. Nərminə vəziyyətdən hali olub doyunca güldü. B.Bayramov. halqa is.\n1. Çənbər, qurşaq, dairə şəklində gərək (əsasən metaldan olur). Qaratoyuq ayağını cələdən çəkdikdə qıl halqa daralıb onu bənd edirdi. S.S.Axundov. Səlim də quşları tutmaq, ayaqlarına yüngül alümin halqa taxmaq işində elmi işçilərə kömək edirdi. M.Rzaquluzadə. // Kilid əvəzinə və ya qıfılı keçirmək üçün qapıya (bəzən də pəncərəyə) vurulan həmin formada alət. Böyük qapının böyük halqası olar. (Ata. sözü). ..Durdum, getdim, ara qapını örtdüm və gördüm ki, hələ möhkəm qarmağı da var, qarmağı da keçirtdim halqaya, soyundum və yıxıldım yatdım. C.Məmmədquluzadə. // Bəzək üçün və ya evlilik simvolu kimi barmağa taxılan həmin formalı əşya; qaşsız üzük. Göylərin sanki bu Göygöl kimidir; Halqa üstündəki zümrüd kimidir. M.Müşfiq. [Fitnə:] Biz çoxdan bağlıyıq bir-birimizə; Nə gərək bu qızıl halqalar bizə! A.Şaiq. // Adətən cəm şəklində, idm. Asılmış iki çənbərdən ibarət gimnastika aləti. // Ümumiyyətlə, halqaya, çənbərə oxşayan hər şey.\n2. Zənciri əmələ gətirən dairəvi hissələrdən hər biri. Dövlət quruluşu belədir, məmləkətdə qoyulmuş qanunların hamısı zəncirin halqası kimi bir-birinə bənd olubdur. M.S.Ordubadi.\n3. Həmin formada olan hər bir şey. Tüstü halqaları. – Bir anda bütün ətrafda yüzlərlə lampoçka yandı, qaranlığın halqası parçalandı. M.İbrahimov. // Dairə, dövrə. Getdikcə oynayanların halqası böyüyürdü. S.Hüseyn. • Halqa vurmaq – dairə vurmaq, dövrə vurub oturmaq. Qoca ləzgi bir daş üzrə oturmuş; Ətrafında kənd əhli halqa vurmuş. A.Səhhət. Dəstə halqa vurub oturmuşdur. S.Rəhimov. // Dövrələyən, mühasirəyə alan, qapayan şey; mühasirə. Düşmən halqasını yarıb keçdilər. • Halqaya almaq – mühasirəyə almaq, dövrələmək, əhatə etmək. [Fərid:] Böyük bir izdiham sarayı halqa içərisinə aldı. M.Hüseyn. Bir neçə atlı şimşək sürətilə xanı və bəyləri halqaya almış düşmənlər üzərinə şığıdı. M.Rzaquluzadə.\n4. bax. hədəqə. [Gülnaz] sözünün dalını deyə bilmədi. Halqasından çıxmaqda olan ala gözlərini Firiduna dikib susdu. M.İbrahimov. halqa-halqa sif. Halqalar şəklində, burumburum. Kərbəlayı Qurban ayaqlarını uzadıb, çubuğu almışdı damağına və hərdənbir ağzından halqa-halqa tüstü çıxarırdı. Çəmənzəminli. [Nəbi:] Həcərin saçları dalğadalğadır; İpək birçəkləri halqa-halqadır. S.Rüstəm. halqalama “Halqalamaq”dan f.is. Balıqları halqalama. – ..Quşları halqalama işi ilə mərkəzi halqalama bürosu məşğuldur. “Zoologiya”. halqalamaq f.\n1. xüs. Yerdəyişmə istiqaməti və sürəti, ömürlərinin uzunluğu və s. üzərində elmi müşahidə aparmaq məqsədilə quşların ayağına və balıqların quyruğuna nişanlanmış halqa taxmaq. Köçəri quşların ayaqlarını halqalamaq.\n2. Ziyanvericilərdən qorumaq üçün ağacların gövdəsinə dairəvi şəkildə qatran və s. sürtmək. halqalanma “Halqalanmaq”dan f.is. Balığın quyruğunun halqalanması. – Qoruqda quşların halqalanması, miqrasiyası, həyat tərzi, bir-biriləri və ətraf mühitlə qarşılıqlı münasibətləri və s. problemlər ətrafında elmi iş aparırlar. “Elm və həyat”. halqalanmaq məch.\n1. Quşun ayağına və ya balığın quyruğuna halqa keçirilmək. Halqalanmış (f.sif.) quş başqa bir yerdə öldürüldükdə quşun ayağında olan halqa göstərilən ünvan üzrə lazımi yerinə göndərilir, .. quşun vurulduğu yer və tarix xəbər verilir. “Zoologiya”.\n2. Dövrəyə alınmaq, mühasirəyə alınmaq, dövrələnmək.\n3. Halqa kimi olmaq, halqa şəklinə düşmək, burum-burum olmaq. [Kərəm:] Oynadı, külahı düşdü sərindən; Halqalandı zərif tellər, oynadı. “Əsli və Kərəm”. Yel əsdi, meşə dindi; Sərvlər silkələndi; Suya qağayı endi; Halqalandı dalğalar. N.Xəzri.\n4. məc. Təəccübdən, heyrətdən və s. bərələ qalmaq. Qonşumun gözləri halqalandı. Birinci dəfə idi ki, o, qızından belə “iftira” eşidirdi. S.Rüstəm. halqaşəkilli bax. halqavari. halqavari sif. Halqa, çənbər, çevrə şəklində; dairəvi, halqaşəkilli. hal-qəziyyə is. [ər.] Hadisə, əhvalat, qəziyyə. [İbrahim xan Vaqifə:] Gedin, görək hal-qəziyyə nə minval üzrədir. Çəmənzəminli. hallandırma “Hallandırmaq”dan f.is. hallandırmaq f. qram. Hallar üzrə dəyişdirmək. “Əl” ismini hallandırmaq. hallanma “Hallanmaq”dan f.is. İsmin hallanması. hallanmaq f. qram. Hallar üzrə dəyişmək. hallaşma “Hallaşmaq”dan f.is. hallaşmaq bax. hal-əhval tutmaq (“hal-əhval”da). ..Adam həmişə həmsöhbət tapır, bir-birilə hallaşır, “məsələ” öyrənir. Çəmənzəminli. hallı sif. və is.\n1. Kefli, az sərxoş. Məhəbbətdən mey içmişəm, hallıyam. M.Rahim.\n2. bax. hallıca.\n3. dan. Xoşrəftar, xoştəbiət, xoşəhvallı. Hallı oğlan. – Ovçusun görəndə maral baxışlım; Özü hallı, üzü xallı Sənəm, gəl! Xəstə Qasım. ‣ Hallı halına görə – gücünə, bacarığına, puluna, varına müvafiq, gücü çatdığı qədər, bacardığı qədər. Kəbin hallı halına görə idi: 51, 101, 201, 301, 501, 1000, 2001 qızıla qədər olardı. H.Sarabski. Yol xətti kənd Şuralarının arasında hallı halına görə bölünmüşdü. S.Rəhimov. hallıca zərf zar. dan. Dolğun (bədənli), koppuş. [Sultan bəy:] ..Mənimki bir hallıca, dulluca arvaddır. Ü.Hacıbəyov. ..Hallıca, enlikürək bir qadın aralığa çıxdı. Mir Cəlal. hallüsinasiya is. [lat.] tib. Qarabasma, gözəgörünmə. halogen is. Kimyəvi element, ünsür. halsız sif. Zəif düşmüş, əldən düşmüş, üzgün, taqətsiz, yorğun. Halsız qoca. – Mehriban yorğun və zəif gözlərini açdı. Çox halsız idi. S.Hüseyn. Müəllimin rəngi qaçqın; Çox halsızdır, yatağında. M.Dilbazi. • Halsız düşmək – üzgün düşmək, taqətsiz olmaq, bihal olmaq, əldən düşmək. [Xəstənin] yuxuladığı, ya halsız düşdüyü məlum deyildi. Mir Cəlal. halsızca zərf Halsız halda, bihal, üzgün halda, əldən düşmüş halda. Xədicə arxası üstə halsızca uzanıb tez-tez nəfəsini çiyinlərilə alıb verirdi. S.Hüseyn. halsızlıq sif. Zəiflik, üzgünlük, bihallıq, taqətsizlik, əldən düşmə. [Nuriyyə:] Sonra özümdə qəribə bir halsızlıq hiss elədim. İ.Əfəndiyev. Ah, istidən sıxılıram; halsızlıqdan yıxılıram. M.Dilbazi. halva is. [ər.] Yağda qovrulmuş un və doşabdan, bəzən də baldan, şəkərdən bişirilən Şərq şirniyyatı. Axşam azanı deyilən kimi, mömin müsəlman bilmir ki, nəyə əl uzatsın: çaymı içsin, firnimi yesin, halvadanmı dadsın. C.Məmmədquluzadə. [Xanməmməd] ..heç bir təklif olmadan süfrədən halva götürüb ağzına qoydu. Çəmənzəminli. • Halva çalmaq – halva bişirmək. [Vaqif:] Lələ, uşaqlara de, bir yaxşı halva çalsınlar. Çəmənzəminli. Telli öz otağında halva çalırdı. S.Hüseyn. // Şirni ilə küncüd, qoz, fındıq və s.-dən hazırlanan şirniyyat növü. Küncüd halvası. Qoz halvası. ‣ Halvasını çalmaq – məhvini, ölümünü hazırlamaq. Millət özü halvasını çaldı ağaların; Sən barı çək əl, şah ilə sultanə dolaşma. Ə.Qəmküsar. halvaçı is. köhn. Halva bişirib satan adam. Halvaçı qızı daha şirin. (Ata. sözü). ..Şəms axırda bir şəhərə çatdı. Orada halvaçı şəyirdi oldu. (Nağıl). halvaçılıq is. köhn. Halvaçı sənəti; halva bişirib satmaqla məşğul olma. Əhalinin bir qismi də xırda ticarətlə – halvaçılıq, çörəkçilik, .. baqqallıq, bəzzazlıqla məşğul olardı. H.Sarabski. ham (=hamm) is. Hürərkən itin çıxardığı səs. hamm (=ham) is. Hürərkən itin çıxardığı səs. hamam is. [ər.] Çimmək üçün isti və soyuq suyu olan xüsusi bina. Şəhər hamamları. Məhəllə hamamı. – [Məşədi Qəzənfər:] Daha kim deyə bilər ki, hamam pis şeydir. Ü.Hacıbəyov. [Qərənfil:] İnişil təşəbbüs qaldırdınız ki, hamam tikək, hələ hörgüsü bir arşın qalxmayıb. İ.Əfəndiyev. // Vanna otağı, hamamxana. [Şirzad:] Kəsir odur ki, belə gözəl evin mətbəxi və hamamı yoxdur. M.İbrahimov. ‣ Hamam kimi – çox isti yer haqqında. Ev hamam kimi idi. Qantəmir. Hamam suyu ilə dost tutmaq – asan yolla, heç bir xərc çəkmədən, havayıdan özünə dost qazanmağa çalışmaq. hamamçı is.\n1. köhn. Hamam sahibi, yaxud hamam icarəçisi. Usta Ağabalanın səsinə hamamçı dik atılıb, az qaldı ocağın üstündə qaynayan pitini töksün.. Çəmənzəminli. Hamamçı Məşədi Qəzənfər sarı kürkə bürünüb bayır qapının solunda öz yerində əyləşibdir. Ü.Hacıbəyov.\n2. Hamam xidmətçisi (camadar, kisəçi və s.). hamamçılıq is. Hamamçı peşəsi, hamamçının işi-peşəsi. Camadarın şahlığı hamamçılıqdır. (Ata. sözü). hamamxana is. [ər. həmmam və fars. ...xanə] Bir ailənin istifadəsi üçün mənzillərdə hamam, vanna otağı. Sürmə xala Əzizi hamamxanaya salıb mətbəxə qayıtdı və tələsik yemək hazırlamağa başladı. S.Rəhman. haman [fars.]\n1. Göz önündə olmayan və ya uzaqda olan bir şeyi və ya şəxsi göstərmək üçün işlədilən əvəzlik – o, özü. Haman kitab. Haman oğlan. – Haman gündən işə başladım. Qantəmir. Haman qız bütün səyahətçilərin qəlbini özünə məftun etmişdi. M.S.Ordubadi.\n2. zərf Əlüstü, dərhal, o saat, tez. Aradan keçmədi bir öylə zaman; Bu dönüş Gülnazı sarsıtdı haman. M.Müşfiq. [Ceyniz:] Qardaşımın sözləri bir ox olaraq atamın ürəyinə sancıldı, haman bağırdı. Çəmənzəminli. haman-haman bax. haman 2-ci mənada. hamar sif. [fars.]\n1. Girintisi-çıxıntısı, kələ-kötürü olmayan; düz (səth haqqında). Hamar daş. Hamar asfalt yol. – Yol enli və hamar idi. S.S.Axundov. O qədər hamardır, o qədər hamar; Şahmat taxtasına bənzəyir çəmən. N.Xəzri.\n2. Əziyyətsiz, rahat. Ovçu-ovçu ha maral; Budu getdi ha maral; Belə can almaq olmaz; Can alırsan, hamar al. (Bayatı). hamarca sif. Olduqca hamar, lap hamar, düz. Hamarca taxta. hamarlama “Hamarlamaq”dan f.is. İstifadəyə verilən sahələrdə əsaslı surətdə hamarlama işləri görülür. hamarlamaq f.\n1. Yerin və ya bir şeyin səthini hamar hala salmaq, hamar, düz etmək, düzləndirmək. Taxtanı rəndə ilə hamarlamaq. – Dənizin şıltaq ləpələri .. qumu təzədən hamarlayırdı. H.Seyidbəyli. Əhməd .. uzun qəlyanı .. kisənin içinə salıb xeyli eşələdi, gözəyarı tütünlə dolduğunu müəyyən edib çıxartdı. Baş barmağı ilə basıb hamarladı. İ.Şıxlı.\n2. Qarışmış, qırışmış bir şeyi düzəltmək, səliqəyə salmaq. Saqqalını hamarlamaq. – Qaraşa baxmadan [Salman] yaxasını hamarladı, özünü düzəltdi.. M.İbrahimov. Zöhrə gah mis sənəyin ora-burasını silir, gah da sənəyin qulpuna bağlanmış çatının qotazlarını hamarlayırdı.. Ə.Vəliyev. hamarlanma “Hamarlanmaq”dan f.is. hamarlanmaq məch. Hamar hala salınmaq, düz edilmək, düzləndirilmək. Həyəti basmış yanıq iyi verən sirkan biçilmiş, yer hamarlanıb süpürülmüşdü. İ.Hüseynov. hamarlaşma “Hamarlaşmaq”dan f.is. hamarlaşmaq f. Hamar olmaq, hamar hala düşmək, düzlənmək. Mala çəkildikdən sonra sahə hamarlaşdı. hamarlatma “Hamarlatmaq”dan f.is. hamarlatmaq “Hamarlamaq”dan icb. hamarlayıcı sif. Bir şeyin səthini hamarlamaq üçün işlədilən. Hamarlayıcı maşın. hamarlıq is. Hamar şeyin halı, hamar, düz olma. Kiçik kol-koslar, ensiz arxların kənarlarında bitmiş hündür qamışlar da çölün hamarlığına qovuşaraq geniş düzənlikdə əriyib batırdı. Q.İlkin. hamarlüləli sif. Lüləsində yiv olmayan, lüləsi hamar olan; yivsiz. Hamarlüləli tüfəng. hamaş I. sif. Topa, bir-birinə bitişik (çiçək və meyvə haqqında).\n\nII. is. Yol yoldaşı. Bu dünya bir yol kimidir, biz axirət müsafiri; Kəcavədə hamaş gərək öz hamaşilən yanaşa. Şəhriyar. hambal is. [ər.]\n1. Belində yük daşımaqla keçinən adam. [Gülpəri] cəld nökər Cəfəri göndərib iki nəfər hambal çağırtdı, yanındakı və baqajdakı şeyləri daşıdıb ikinci klas salonuna yığdırdı. S.S.Axundov.\n2. məc. Döşəmənin altına və ya evin səqfinə qoyulan tir. // Evin səqfindəki şalbanı saxlamaq üçün onun altına qoyulan paya; dayaq. ..Səqfin ortalığından bir hambal verilib ki, tirlərə təkyə olub, onları möhkəm saxlasın. C.Məmmədquluzadə. hamballıq is. köhn. Hambalın işi, sənəti, peşəsi. Sonra da bir zaman [Nadir] Bakıya gəlib, bazarda hamballıq etdi. B.Talıblı. ham-ham təql.\n1. bax. ham(m).\n2. uş. İt. hamı əvəz. Bir nəfər də kənarda qalmayaraq, hamısı, bütün adamlar. Hamı razıdır. Hamı ayağa qalxdı. Hamı iclasa gəlməlidir. Hamı işə tələsir. – Bu adam hamının bildiyi, tanıdığı Cəfər əmi idi. H.Nəzərli. Xaspoladın çağırışına hamı gəlmişdi. M.Hüseyn. hamılıqla (=hamılıqca) zərf Bir nəfər də kənarda qalmayaraq, hamısı bir yerdə; birlikdə, cəmən. [Fazil:] Nə baxırsınız gözümün içinə? Nə səbəbə hamılıqla ayağa qalxıb təzim etmirsiniz?! Ə.Haqverdiyev. // Yekdilliklə. Hamılıqla namizədə səs vermək. hamılıqca (=hamılıqla) zərf Bir nəfər də kənarda qalmayaraq, hamısı bir yerdə; birlikdə, cəmən. [Fazil:] Nə baxırsınız gözümün içinə? Nə səbəbə hamılıqla ayağa qalxıb təzim etmirsiniz?! Ə.Haqverdiyev. // Yekdilliklə. Hamılıqla namizədə səs vermək. hamısı bax. hamı. Adamların hamısı gəlmişdi. – [Tələbə:] Bizim yoldaşların hamısı bu gün məktəbdə olub. Z.Xəlil. // Eyni mənada əşya haqqında. Binaların hamısı təmir olunub. – [Kərbəlayı Qubad:] Görəsən, bu evlərin hamısı Mərcan bəyindir? Ü.Hacıbəyov. hami is. [ər.]\n1. Birini himayə edən, himayəsi altına alan, qoruyan; himayəçi, havadar, arxa. Rüstəm bəyin üzündə hami axtaran bir çocuq ifadəsi vardı. Çəmənzəminli. Geydiyin arxalıqdır; Hamidən arxalıqdır; Hicran əydi aşiqi; Bu necə arxalıqdır? (Bayatı). • Hami olmaq – birisinə arxa durmaq, havadarlıq etmək, himayəçi olmaq. ..Qulam müəllim başsız qalmış Nənəqız ailəsinin hamisi olmaq, onun çocuqlarına yardım etmək istəyirdi. S.Rəhimov.\n2. Birisinə və ya bir təşkilata hamilik edən adam və ya təşkilat. Bu işdə hamilər çox kömək edə bilərlər. hamil sif. [ər.] köhn.\n1. Yüklü, yüklənmiş.\n2. Üzərində olan.\n3. Daşıyan, götürən.\n4. is. Sahib, yiyə. hamilə sif. və is. [ər.] Hamiləlik vəziyyətində olan; ikicanlı, boylu, boyudolu. Hamilə qadıntək yuxusu möhkəm; Qucağı doludur dərələrin də. M.Araz. Kənddə işlər qarışan zaman gəlin birdən-birə hamilə olmuş və oğlan doğmuşdu. İ.Şıxlı. hamiləlik is. Qadın orqanizmində rüşeymin inkişaf dövründəki vəziyyəti; ikicanlılıq, boyluluq. hamilik is.\n1. Himayəçilik, havadarlıq, himayə etmə, qanadı altına alma. Qulam müəllim istəyirdi ki, Mehparə və Sitarə onun hamiliyi ilə oxuyub ali təhsil alsınlar. S.Rəhimov.\n2. Birisinə və ya bir təşkilata istehsalat, mədəni, siyasi və b. cəhətdən müntəzəm kömək göstərməkdən ibarət ictimai fəaliyyət; hər hansı bir işdə kömək göstərmə. Hamınızdan tələb olunur ki, musiqidə hamilik və radio işlərində tezliklə dönüş yaradaq. Ü.Hacıbəyov. • Hamiliyə almaq (götürmək) – belə kömək göstərməyi öhdəsinə almaq (götürmək). hampa is. [fars. həm və pa – ayaq]\n1. Keçmişdə kənd varlısına, dövlətliyə verilən ad. [1-ci kəndli:] Burada bir Hacı Bayram deyil, ondan savayı da neçə hampa var. Ə.Haqverdiyev. Qoyunçu hampalar bu gen hörüşü; İcarə eyləyib saldılar yataq.. H.K.Sanılı.\n2. məc. Yoldaş, sirdaş. [Qoca:] Sən [Beyrək] qız istəmirsən, özünə bir hampa istəyirsən... M.Rzaquluzadə. hana I. is. Əllə xalça, palaz və s. toxumaq üçün yerdə qurulan dəzgah; xana. Axşamdan yıxılır, ertədən yatır; Həftədə hanaya bir arğac atır.. Aşıq Ələsgər. Qızlar oturmuşlar qabaqda hana; Xalı toxuyurlar damaqları çağ. Z.Xəlil. • Hana toxumaq – hanada xalça, palaz və s. toxumaq. ..Saray qulamlarından biri Kazımın həyətinə girib artırmada hana toxuyan Telli ilə Gülnaza yanaşdı. Çəmənzəminli.\n\nII. is. bax. xına. İki qoyun yan-yana; Əlimə yaxdım hana; Sənə süd verən ana; Olsun mənə qaynana. (Bayatı). handa “Harada” sual əvəzliyinin danışıq dilində işlənən forması. [Qurbani:] İbtida eyləyib girdim meydana; Aşıqlar ustadı, görün, handadı? “Qurbani”. Gül əkdim gül məkanda; Yerin bil, gül, məkanda; Sən güldün, mən də güldüm; Mən handa, gülmək handa?! (Bayatı). hanı “Harada?” “haradadır?” mənasında sual əvəzliyi. [Giziroğlu:] Hanı bu bağçanın gülü; Oxumur şeyda bülbülü. “Koroğlu”. Hanı rəngli çiçəklərin, a çəmən? Bir gözəl dəstə gül tutaydım mən. A.Şaiq. hankı (=hansı) əvəz.\n1. İki və ya bir çox şeydən birini müəyyənləşdirəcək cavab almaq üçün sual kimi işlənir. Hansı əsərdən xoşunuz gəlir? Sitatları hansı məxəzlərdən götürmüsünüz? Hansı mərtəbədə yaşayırsınız? – Hansı qüvvələrin şəhərə hakim olması bəlli deyil idi. Çəmənzəminli. [Şah:] Vəzir, mənimçin hansı peşəni məsləhət görürsən? Ü.Hacıbəyov.\n2. Ayırıcı, müəyyənləşdirici sual kimi işlənir. Hansı böyükdür, hansı kiçik? Bunlardan hansı müdirdir, hansı müavin? – [Məşədi İbad:] Bir deyin görüm, xanım hansınızdır, qulluqçu hansınız? Ü.Hacıbəyov.\n3. Bir şəxsin, ya şeyin keyfiyyəti, xüsusiyyəti, xassəsi haqqında sual bildirir. Hansı məziyyətinə görə onu bu qədər xoşlayırlar? – Söylə, şirinlikdə, hansı fidanda; Hansı gülüstanda, hansı cahanda; Ey yoldaş, ey qadın, sənin varın var? M.Müşfiq.\n4. Bir şeyin əmələgəlmə vaxtı, ardıcıllığı haqqında sual kimi işlənir. Hadisə hansı ayda baş vermişdir? Siz hansı ildə anadan olmuşsunuz? – Bunu istiyirik bilək ki, aya bu papaqlar [müsəlman papaqları] hansı əsrdən və nə vaxt bu tövr bizim içimizdə adət olubdur? C.Məmmədquluzadə.\n5. “Hər bir”, “hər hansı”, “hər hansı bir” mənasında işlənir. Hansı adamı dindirsəniz, eyni cavabı eşidəcəksiniz. Hansı kitabı açsanız, tapa bilərsiniz. – Hankı səmtə, hankı yana; Hey uçsam da, yuvam sənsən. S.Vurğun. [Cahan Əsgərə:] Hansı bəyin və ya tacirin qızını istəsən, gedim, sənə alım. Ü.Hacıbəyov. // Eyni mənada əsasən inkar cümlələrində işlədilir. Hansı şagird usta olmağa çalışmır?\n6. Qeyri-müəyyənlik bildirir. Bilmirəm, hansı ağzıgöyçək deyib ki, “insan əşrəfiməxluqatdır”? M.Hüseyn. ‣ Hansı ki – təyin budaq cümləsini baş cümləyə bağlayan və baş cümlədə olan ismi budaq cümlədə əvəz edən bağlayıcı. Niyə cavab vermədin; o demaqoq hərifə? Hansı ki, srağagün; məni tənqid elədi? R.Rza. hansı (=hankı) əvəz.\n1. İki və ya bir çox şeydən birini müəyyənləşdirəcək cavab almaq üçün sual kimi işlənir. Hansı əsərdən xoşunuz gəlir? Sitatları hansı məxəzlərdən götürmüsünüz? Hansı mərtəbədə yaşayırsınız? – Hansı qüvvələrin şəhərə hakim olması bəlli deyil idi. Çəmənzəminli. [Şah:] Vəzir, mənimçin hansı peşəni məsləhət görürsən? Ü.Hacıbəyov.\n2. Ayırıcı, müəyyənləşdirici sual kimi işlənir. Hansı böyükdür, hansı kiçik? Bunlardan hansı müdirdir, hansı müavin? – [Məşədi İbad:] Bir deyin görüm, xanım hansınızdır, qulluqçu hansınız? Ü.Hacıbəyov.\n3. Bir şəxsin, ya şeyin keyfiyyəti, xüsusiyyəti, xassəsi haqqında sual bildirir. Hansı məziyyətinə görə onu bu qədər xoşlayırlar? – Söylə, şirinlikdə, hansı fidanda; Hansı gülüstanda, hansı cahanda; Ey yoldaş, ey qadın, sənin varın var? M.Müşfiq.\n4. Bir şeyin əmələgəlmə vaxtı, ardıcıllığı haqqında sual kimi işlənir. Hadisə hansı ayda baş vermişdir? Siz hansı ildə anadan olmuşsunuz? – Bunu istiyirik bilək ki, aya bu papaqlar [müsəlman papaqları] hansı əsrdən və nə vaxt bu tövr bizim içimizdə adət olubdur? C.Məmmədquluzadə.\n5. “Hər bir”, “hər hansı”, “hər hansı bir” mənasında işlənir. Hansı adamı dindirsəniz, eyni cavabı eşidəcəksiniz. Hansı kitabı açsanız, tapa bilərsiniz. – Hankı səmtə, hankı yana; Hey uçsam da, yuvam sənsən. S.Vurğun. [Cahan Əsgərə:] Hansı bəyin və ya tacirin qızını istəsən, gedim, sənə alım. Ü.Hacıbəyov. // Eyni mənada əsasən inkar cümlələrində işlədilir. Hansı şagird usta olmağa çalışmır?\n6. Qeyri-müəyyənlik bildirir. Bilmirəm, hansı ağzıgöyçək deyib ki, “insan əşrəfiməxluqatdır”? M.Hüseyn. ‣ Hansı ki – təyin budaq cümləsini baş cümləyə bağlayan və baş cümlədə olan ismi budaq cümlədə əvəz edən bağlayıcı. Niyə cavab vermədin; o demaqoq hərifə? Hansı ki, srağagün; məni tənqid elədi? R.Rza. hantyl [alm.] idm. Qısa dəstəklə birbirilə birləşmiş iki çuqun şardan ibarət gimnastika aləti (əzələləri inkişaf etdirmək üçün işlənir). hap-gop is. Gurultulu, lovğa, lakin boş, əhəmiyyətsiz sözlər, hay-küy. Hap-gopuna baxma, əlindən heç şey gəlməz. – Mən bacarsaydım əgər, yaxşı cilovlardım onu; Baxmayın hap-gopuna, ömrü bitibdir, sonudur. S.Rüstəm. [Qızyetər:] Elə hap-gopu var, – dedi, – mən olmasam, ala qarğalar başında yuva tikər. M.İbrahimov. hap-gopçu bax. gopçu. Hap-gopçunun biridir. hara sual əvəz.\n1. Hansı yer, hansı məkan, yaxud hansı istiqamət, hansı tərəf. Kitabları hara qoydu? Stulu hara apardın? – [Sevil Gülüşə:] Balaşdan soruşmamış hara gedə bilərəm? C.Cabbarlı. [Gülsənəm:] Ağa, bu qabları hara düzəcəyik? H.Nəzərli.\n2. Bədənin və ya bir şeyin hər hansı bir yeri. Onun harası pisdir? Harasına gözəl deyirsən! – [Məşədi İbad:] A kişi, bircə mən bilmədim ki, camaat mənim harama qoca deyir! Ü.Hacıbəyov. [Şahmar Şahpəriyə:] Mənim yaram ağrıyır, sənin haran ağrıyır. B.Bayramov.\n3. Haradasa şəklində – naməlum yerdə, qeyri-müəyyən yerdə. Haradasa uşaq ağlayırdı. – Qaraşın səsi çox zəiflədi, haradasa kəsilib qırıldı. M.İbrahimov. Haradasa böcəklər hərdənbir cırıldaşırdı. Q.İlkin. ‣ ...hara, ...hara – iki və ya çox şeyin keyfiyyətinin, vəziyyətinin müqayisəsində işlədilir. Həftəbaşı Xınalığa gələn avtodükan yeni-yeni mallar gətirir. İndiki Xınalıq hara, keçmişki hara. R.Rza. Vətən günü-gündən dönür gülzara; Gor dünənim hara, bu günüm hara. B.Vahabzadə. Sən hara, bura hara – bir adamı gözlənilməyən bir yerdə gördükdə təəccüb məqamında işlədilir. Sən hara, bura hara, yəqin sən də ziyarətə gəlmisən? E.Sultanov. [Sultan bəy: ] Paho, Süleyman, sən hara, bura hara? Ü.Hacıbəyov. harada sual əvəz. Hansı yerdə? hayanda? Səni harada görə bilərəm? Dəftərlər haradadır? – [Məşədi Qəzənfər:] Əşi, adam gərək insaf ilə danışsın, qışın soyuğunda harada qızışa bilərsən? [Xor:] Hamamda! Ü.Hacıbəyov. Həmin gecə saat doqquzdan on ikiyədək Ləman harada idi? H.Seyidbəyli. // Haradasa şəklində – hansı yerdəsə, hayandasa, naməlum yerdə. Haradasa musiqi çalınırdı. haradan sual əvəz. Hansı yerdən? hayandan? hansı tərəfdən? Haradan gəlirsən? Haradan almısan? Haradan gəlmisənsə, oraya da getməlisən. Onun əsli haradandır? – [Murad] Nigar kimi gənc, gözəl, çocuqlarına mehriban bir qadını haradan tapacaqdı? S.Hüseyn. Bu çayların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. M.Hüseyn. // Haradansa şəklində – hansı yerdənsə, hayandansa (naməlum, bəzən gözlənilməz bir şey haqqında). Haradansa uzaqdan güllə səsi eşidildi. – ..Haradansa əsib gələn .. bir sazaq insanın iliyinə işləyirdi. M.İbrahimov. Fəhlələr haradansa xörək tapıb gətirmişdilər. M.Hüseyn. haralı əvəz. Birisinin hansı yerdən, harada anadan olduğunu, vətəninin hara olduğunu bilmək üçün işlədilir. O haralıdır? – [Mansur xan:] Söylə görüm, haralısan, ay gözəl? C.Cabbarlı. Yolçu sevinərək qocanı saxladı, ondan haralı olduğunu soruşdu. Ə.Məmmədxanlı. haram sif. [ər.]\n1. İslam dininin ehkamlarına görə yeyilməsinə, işlədilməsinə icazə verilməyən (halal əksi). Haram mal bərəkət tutmaz. (Ata. sözü). [Yaşlı kişi:] Mən tamamilə mövhumatçı bir gəncdim, din və şəriətin haram bildiyi heç bir iş arxasınca getməmişdim. S.Hüseyn.\n2. məc. Zəhmətlə, əməklə, düz yolla qazanılmayan, əldə edilməyən. [Musa:] Çalış, sən həmişə öz əməyin ye; Haram mal yeməyə alışma, dilim. “Abbas və Gülgəz”. Kimsə öz adına vurmurdu ləkə; Acından ölsə də haram yemirdi. Ə.Kürçaylı. ‣ Haram eləmək (etmək) – bax. haram qatmaq 2-ci mənada. [II qul:] Yenə səhər tezdən Bəhram; Yuxumuzu etdi haram. A.Şaiq. Bu söz çox vaxt [Ağasəfər və Həmzənin] yediyini haram etmişdi. Ə.Əbülhəsən. Haram iliyi – bax. onurğa beyni (“onurğa”da). Balığın sinir sistemi beyin və haram ilikdən və buradan da bədənin hər tərəfinə yayılan incə sinirlərdən ibarətdir. C.Cəbrayılbəyli. Haram qatmaq, harama qatmaq – 1) təmiz, düz yolla əldə edilmiş bir şeyi korlamaq, təmizlikdən məhrum etmək. [Xortdan:] Hamı yəqin edir ki, belə adam müştəri aldadıb malına haram qatmaz. Ə.Haqverdiyev. [Yaşlı kişi tacirə:] Sən mənim xeyir-bərəkətimi qaçıracaqsan, sən mənim halal malıma haram qatacaqsan!.. – deyərək uzun-uzadı deyinərdi. S.Hüseyn; 2) pozmaq, mane olmaq. Haram qatıb onlar şirin yuxuya; Yetişdilər səhər tezdən Nuxaya. H.K.Sanılı. Atlar yorulmuşdu. Faytonçunun cidd-cəhdinə baxmayaraq, yerişlərinə haram qatmaq istəmirdilər. İ.Şıxlı. Haram olsun! – qarğış məqamında işlədilir. Ananın südü sənə haram olsun. – [Teymur ağa:] Mənim atamın yaxşılıqları [vəzirə] haram olsun! M.F.Axundzadə. Haram tikə – düzgün olmayan yollarla əldə edilmiş hər hansı bir şey. Azdı ac gödənə yüz haram tikə.. M.Araz. haramxor sif. və is. [ər. həram və fars. xor – yeyən] Özgənin malına, şeyinə, puluna tamah salan; müftəxor. [Mustafa bəy:] Hamınız haramxorsunuz, hamınız oğrusunuz! Ə.Haqverdiyev. haramzadə is. [ər. həram və fars. zadə] Fırıldaqçı, kələkbaz, hiyləbaz, bic, yaramaz, tülüngü. [Murov:] Haramzadələr, mənim əlimdən hara gedəcəksiniz. M.F.Axundzadə. [Vahimə Çiçəyə:] Mən günahkar deyiləm ki, haramzadə oğlun bütün zati-pakını danır? B.Bayramov. haramzadəlik is. Fırıldaqçılıq, kələkbazlıq, hiyləbazlıq, biclik. ..Dəstədə bir müsəlman görmürəm ki, ondan bir haramzadəlik və xəyanət baş verməmiş ola. C.Məmmədquluzadə. haray 1. nida. Dad, aman, vay, dadfəryad, dad-fəğan. Haray, kim nə dilim var, nə dil anlayanım. Qövsi. Haray, ey şerimin tunc qanadları; Fikrimin, hissimin ceyran atları. M.Müşfiq.\n2. is. Qışqırıq, hay-küy, cığır-bağır, bağırtı səsi; qışqırıq-bağırıq. Məscidi doldurur haray, qışqırıq; Qarğış, hədələmə, söyüş, fışqırıq. S.Vurğun. Kənddə qulaqbatıran bir haray vardı. M.Hüseyn. • Haray çəkmək (qoparmaq) – bax. haray salmaq 2-ci mənada. Qatar yaxınlaşır haray çəkərək; Gözətçi özünü itirir bu an. B.Vahabzadə. Balta durmadan yarır; Motor haray qoparır. İ.Səfərli. Haray etmək – bax. haray salmaq 1-ci mənada. Bir çoban bir gün etdi dağda haray; Canavar var, – dedi, – gəlin, ey vay. M.Ə.Sabir. Haray salmaq – 1) qışqırmaq, bağırmaq, çığırmaq, haray etmək. Kəndə bir az qalmış qoca qabağa gedib səsi dolusu haray saldı. S.Rəhimov; 2) səs-küy salmaq, gurultu qoparmaq, gurultu salmaq (qoparmaq). Haray salıb dağa-daşa; Köpüklü çay daşa-daşa; Axar uca qayalardan. B.Vahabzadə.\n3. is. Kömək, imdad. [İskəndər xan:] ..Atamdan mənə bir haray olmayacaq, qalmışam naçar. N.Vəzirov. [Fazil:] Vallah, mən özüm də məəttəl qalmışam, çünki o dəli övrətdən də, deyəsən, bir haray yoxdur. C.Məmmədquluzadə. • Haraya gəlmək (yetmək, yetişmək, çatmaq) – köməyə gəlmək, imdada yetmək. [Ağa:] Haraya gəlincə itlər məni bu gördüyünüz halətə saldılar. Ə.Haqverdiyev. Qız müəllimin harayına çatmaq istədi. S.Rüstəm. Ona yetmək üçün haraya dostlar; Aldı təyyarəni araya dostlar. M.Rahim. haraya sual əvəz. Hansı yerə? hansı tərəfə? hayana? Haraya gedirsən? Haraya baxırsan? – Haraya belə, Ələmdar? – deyə Bənövşə çəkinə-çəkinə soruşdu. S.Rəhimov. harayçı is. Haraya gələn, köməyə gələn, özünü haraya çatdıran, yaxud dalaşanları gəlib ayıran adam. [Cabbar bəy:] Zalım oğlu istəyirmiş barmağını salıb biçarə arvadın gözünü töksün, harayçı qoymayıb... N.Vəzirov. Bir azdan sonra harayçı tökülüb, kərbəlayını baş-gözünün qanı axa-axa götürüb getdilər. Çəmənzəminli. haray-həşir is. Hay-küy, səs-küy. Bir tərəfdə haray-həşirlə daş, qum daşınır, o biri tərəfdə qumla əhəng qarışdırılıb palçıq edilirdi. S.Rəhimov. • Haray-həşir salmaq – qışqırmaq, dad-fəryad qoparmaq, hayküy salmaq, qiyamət qoparmaq, mərəkə qoparmaq. Kimsə dedi: – Bir ovuc tut qurusundan ötrü haray-həşir salma, kişi! Ə.Abasov. haraylama “Haraylamaq”dan f.is. haraylamaq f.\n1. Qışqıraraq çağırmaq, səsləyib çağırmaq. Ana vətən harayladı; Dar günündə övladını. N.Rəfibəyli.\n2. məc. Hava ilə oxumaq. Bir az keçmədi ki, Cümşüd bəy damağını sazlayıb çıxdı dama, başladı haraylamağa. E.Sultanov. Xanəndə qavalı üzünə tutub, “əziziyəm” deyə harayladı. Mir Cəlal. haraylaşma “Haraylaşmaq”dan f.is. haraylaşmaq qarş. Bir-birini bərkdən çağırmaq, qışqıraraq səsləmək. Çobanlar haraylaşırdılar. Uşaqlar qaçışır və haraylaşırlar. harın sif.\n1. Yaxşı bəslənməkdən, yaxşı baxılmaqdan kökəlmiş, qızğınlaşmış, azğınlaşmış; tünd. Harın dayça. – [Xanlar:] Nə qədər xam və harın at olsa, [anam] cilovunu dəstələyib belinə atılasıdır. Qantəmir. Xanın doqquz ay qaranlıq tövlədə bəslənmiş harın buğasını meydana çıxardılar. M.Rzaquluzadə.\n2. məc. Qudurğan, azğın, həddindən artıq lovğa, özündənrazı, mütəkəbbir adam haqqında. Harın qız. – Rüxsara xanım Kərbəlayı Səftərin tox və harın sifətini görüb, bir söz demədi, ətrafına göz gəzdirdi. T.Ş.Simurq. Bu almazlar işğalçıların zəngin salonlarında bərq vurur, harın xanımların qolunu, boynunu bəzəyir. R.Rza. harınlama “Harınlamaq”dan f.is. harınlamaq f.\n1. Yaxşı bəslənməkdən, yaxşı qulluq edilməkdən kökəlmək, qızışmaq, harınlaşmaq. At bütün qışı tövlədə xama bağlanıb, yeyib harınlamışdı. “M.N.lətif.”\n2. məc. Qudurmaq, azğınlaşmaq, vəhşiləşmək, harınlaşmaq. Dəniz kimi kükrədilər, dalğa kimi döş gərdilər; Harınlamış (f.sif.) polislərə onlar yumruq göstərdilər. B.Vahabzadə. harınlaşma “Harınlaşmaq”dan f.is. harınlaşmaq bax. harınlamaq. harınlıq is.\n1. Harın, harınlaşmış heyvanın halı.\n2. məc. Qudurğanlıq, azğınlıq, zorbazorluq. Vəzirov göstərir ki, bəylərin tüfeyli, müftəxor təbiəti özbaşınalıq, harınlıq, əxlaqsızlıq doğurur. C.Cəfərov. harmatan is. Afrikada quru və qızmar külək. harmuniya [yun.]\n1. mus. Musiqi nəzəriyyəsinin, akkordların düzülüşünü, musiqinin ümumi inkişafında onların qarşılıqlı əlaqəsini şərh edən bölməsi. // Bir neçə həmahəng tonların bir vaxtda səslənməsi. Əllini keçsə də yaşım; Nə polifoniya, nə harmoniyadan çıxır başım. R.Rza.\n2. bax. ahəng 1-ci mənada. hasar is. [ər.]\n1. Daşdan, kərpicdən və s.-dən tikilən hasar; barı, sədd. Bağın hasarı. Hasardan aşmaq. – Böyük bir qala var, dörd yanı hasar; Daşında paslanmış əski yazılar. S.Vurğun. Arxa tərəfdən taxta hasarın kiçik qapısı vardı. Q.İlkin. • Hasar çəkmək – divar tikmək, barı çəkmək, hasarlamaq. Bağın ətrafına hasar çəkmək. // məc. Bir şeyin birləşməsinə, yaxınlaşmasına mane olan şey; maneə, sədd. • Hasar çəkmək – mane olmaq, maneə yaratmaq. Sorağını alsam elə bu gün sənin uzaqlardan; Məhəbbətə hasar çəkməz nə ayrılıq, nə də zaman. S.Vurğun.\n2. Hasarı, çəpəri xatırladan adam, ya şeylər sırası. Yolun o tay-bu tayında hasar təşkil edən dilənçilər, kor və əlillər... sədəqə diləyirdilər. Çəmənzəminli. Heyət üzvləri dəmir və polad silahlardan düzəlmiş hasarın içərisi ilə keçib Atabəy bağına gedirdi(lər). M.S.Ordubadi. hasarlama “Hasarlamaq”dan f.is. hasarlamaq f. Hasar çəkmək, barı çəkmək, barılamaq. Həyəti hasarlamaq. hasarlanma “Hasarlanmaq”dan f.is. hasarlanmaq məch. Hasar çəkilmək, barı çəkilmək, barılanmaq. Məktəbin ətrafı hasarlanmışdı. – [Kiçikbəyim] məhbəs kimi qalın divarlarla hasarlanmış (f.sif.) Tehran sarayını gözlərinin qabağına gətirirdi. Çəmənzəminli. hasarlatma “Hasarlatmaq”dan f.is. hasarlatmaq icb. Hasar çəkdirmək, barı çəkdirmək. hasarlı sif. Hasarı, barısı, divarı olan; barılı, divarlı. Rübabə Sadıq kişinin alçaq, daş hasarlı həyətinə girəndə ürəyi döyündü. Mir Cəlal. hasil [ər.]\n1. sif. kit. Hüsula gələn, vücuda gələn, ortaya çıxan, törəyən. • Hasil etmək – 1) almaq, əldə etmək. İzin hasil edəndən sonra Əhməd içəri daxil olub, .. əl-əl üstə qoyub, salam məqamında durdu. (Nağıl). [Tağı Xudayar bəyə:] Mən indi müsinn adamam, özümə görə də təcrübə hasil eləmişəm. C.Məmmədquluzadə; 2) istehsal etmək. Bu günlər inşaatçılar əsas qüvvələrini enerji hasil edəcək turbinin quraşdırılmasına yönəltmişlər. (Qəzetlərdən). Hasil olmaq – 1) nəticə kimi ortaya çıxmaq, ələ gəlmək. Neçə gün ciddi axtarış getdisə də, bir səmərə hasil olmadı. Ə.Haqverdiyev. [Yaqub:] Əvvəl burada Möhsün bəy çalışırdı. İki il işlədi, bir nəticə hasil olmadı. B.Talıblı; 2) törəmək, vücuda gəlmək, özünü göstərmək. Qılıncdan murad hasil olmadı, əmuda əl atdılar. “Koroğlu”. Ana dedim, ürəyimə yanar odlar saçıldı; Ana dedim, bir ürpəriş hasil oldu canımda. M.Müşfiq; 3) yerinə yetmək, həyata keçmək. Hasil oldu Qurbaninin diləyi; Tanımaram nə sultanı, nə bəyi. “Qurbani”. [Fitnə:] Oxu, bülbülüm oxu, hasil olsun diləklər. A.Şaiq; 4) yetişmək, bitmək. Hər meyvə olur hasil; Zəhmətlə, köməklərlə. A.Şaiq. Alınıb-satılan yalnız kənddə hasil olan şeylər və heyvanat qismi idi. Ə.Abasov. Hasilə çatmaq – boya-başa çatmaq. Layla deyim yatınca; Gözlərəm ay batınca; Canım cəzanə gəldi; Sən hasilə çatınca. (Layla). Hasilə gəlmək – 1) bitmək, yetişmək, əmələ gəlmək. Pambıq isə torpaqda bitir, bizim yerlərdə hasilə gəlir. Ə.Vəliyev; 2) hazırlanmaq, hazır olmaq. Plov hasilə gələndən sonra Müşgünaz süfrəni hazırladı. Ə.Vəliyev; 3) yetişdirilmək, hazırlanmaq. [İrəvan darülmüəlliminindən] ancaq otuz, artıq başı qırx nəfərə kimi müəllimlər hasilə gəlibdir. F.Köçərli. Hasili-kəlam köhn. – sözün qısası, xülasə, müxtəsər. [Xarrat:] Hasili-kəlam, bəşər uşaqları heç də nəzər-diqqətə alınmır. T.Ş.Simurq. Qənaət hasil etmək – bax. qənaətə gəlmək (“qənaət”də). Zəki Məmmədbağırın xəriflədiyinə qənaət hasil etdi. S.Hüseyn. Nə hasil? klas. – nə xeyri? nə olsun? nəticəsi yoxdur. Doğru yola getmədim, nə hasil? Bir mənzilə yetmədim, nə hasil? Füzuli. Yüz il başın yerə döysə, nə hasil; Zahidin bihudə ibadətindən. Q.Zakir. // Nəticə kimi ortaya çıxan şey; nəticə, səmərə. Səng şikəst eylədi balü-pərim; Banlamağın hasilini anladım. M.Ə.Sabir.\n2. köhn. bax. məhsul 1-ci mənada. Cəm edəcək tarlasının hasilin; Bəsləyəcək ailəsin, həm elin. M.Ə.Sabir. Bir pud buğda əkib əvəzində iki yüz pud hasil alırlarmış. S.Hüseyn.\n3. is. riyaz. Vurma əməlində alınan rəqəm. 2 ilə 3-ün hasili 6-dır. hasilat is. [ər. “hasil” söz. cəmi] İstehsal olunan, hasil edilən məhsulların hamısı bir yerdə; məhsulat. Süd hasilatı. İllik hasilat. Kömür hasilatı. – Guya onların qayda və üsulu ilə burada əkinçilik aparılsa, hasilat birə-beş, birə-on artarmış.. S.Hüseyn. haşa [ər.]\n1. nida. Olmasın, Allah eləməsin, Allah göstərməsin, ...uzaq. [Qəmər deyirdi:] Haşa... Min il zindanda çürüsəm də evləndi yoxdur. (Nağıl) [Mirzə Camal:] Axund, yoldan sonra bu qarlı havada hamama buyurulsa, haşa sizdən, sətəlcəm peyda olar. Çəmənzəminli.\n2. zərf Əsla, qətiyyən, heç vaxt. Bahariömrünü versə də başa; Aşıq məşuqədən usanmaz haşa! M.P.Vaqif. Dolandım dünyanı, gəzdim baş-başa; Sənin kimi gözəl görmədim haşa. Aşıq Ələsgər. haşalama “Haşalamaq”dan f.is. haşalamaq f. dan. Danmaq, inkar etmək, boynundan atmaq. haşiyə is. [ər.]\n1. Parçanın və s.-nin kənarında rəngi, gülü, materialı cəhətdən ondan fərqlənən zolaq. Döşəmənin haşiyəsi. – Çarşabın kənarında yaşıl ipəklə tikilmiş haşiyələr var idi. M.S.Ordubadi. Xalçanın naxışlı yol-yol haşiyələri gözlərdə parıldayırdı. Mir Cəlal. // Parçanın, divar kağızının və s. kənarlarını çevrələyən zolaq. // Çərçivə.\n2. Kitab və s.-nin səhifələrinin kənarında ağ yer. Kitabın haşiyəsi. // Həmin ağ yerdə yazılmış yazı, qeyd.\n3. məc. Əsas məsələ ilə əlaqəsi olmayan və ya az əlaqəsi olan danışıq, ya yazı. Hə, hə – deyə, Naznaz Yarməmmədin haşiyəsinə qulaq asmayıb tələsdirdi. M.İbrahimov. • Haşiyə çıxmaq – mətləbdən kənara çıxmaq, əsas məsələni qoyub başqa şeylərdən danışmaq, ya yazmaq. Buradan bir haşiyə çıxıb keçən günlərə qayıdıram. C.Məmmədquluzadə. O, bir şəlalədir axır ürəkdən; Burda bir haşiyə çıxmalıyam mən. S.Vurğun. haşiyələmə “Haşiyələmək”dən f.is. haşiyələmək f. Kənarlarına haşiyə tikmək, haşiyə ilə çevrələmək, haşiyə çəkmək. Paltarın ətəyini haşiyələmək. // məc. Dövrələmək, çevrələmək, əhatə etmək. Respublika ərazisinin yarısından çoxunu təşkil edən dağlıq sahələr onu şimaldan, qərbdən, cənubdan və cənub-şərqdən haşiyələmişdir. “Azərbaycana səyahət”. haşiyələnmə “Haşiyələnmək”dən f.is. haşiyələnmək məch. Kənarlarına haşiyə tikilmək, haşiyə çəkilmək, çərçivəyə alınmaq, çərçivəyə salınmaq. Burada Azərbaycan kənd təsərrüfatı qabaqcıllarının gözəl işlənib haşiyələnmiş (f.sif.) portretlərinə də baxdıq. (Qəzetlərdən). // məc. Dövrələnmək, çevrələnmək. [Nuriyyə:] [Leytenantın] ay işığında qara kölgə ilə haşiyələnmiş (f.sif.) gözlərinə baxaraq, əlimi iri, cod və gözəl əlindən çəkmədən susurdum. İ.Əfəndiyev. haşiyəli sif. Haşiyəsi olan, kənarları haşiyələnmiş. Haşiyəli süfrə. Haşiyəli döşəmə. – Yunis .. göy haşiyəli dəsmalı ilə alnının tərini sildi. Mir Cəlal. Hənifə balağı haşiyəli tumanı ilə torpaq döşəməni süpürəsüpürə eşiyə yüyürdü. İ.Hüseynov. hatəm is. [Şərq əsatirində çox varlı, əfsanəvi bir adamın adından] Əliaçıq, səxavətli, comərd adam haqqında. [Səlim bəy:] Xub, səbəb nədir ki, Mirzəyə gələndə Hatəm olursan, bizə gələndə cibinin ağzını buzov çatısı ilə bağlayırsan? Ə.Haqverdiyev. [Faytonçu:] Bəli, bəs kişilərdə belə bir Hatəm səxavəti gördüm. S.Rəhimov. hauptvbxt [alm.] Əsgəri vəzifədə olan şəxsləri həbsdə saxlamaq üçün xüsusi bina. hava I. is. [ər.]\n1. Yer atmosferini əmələ gətirən qazların, başlıca olaraq azotla oksigenin qarışığı. Havanın təzyiqi. Şara hava doldurmaq. Təmiz havada nəfəs almaq. Rütubətli hava.\n2. Yeri əhatə edən boşluq, ənginlik; fəza. Quşlar havada uçur. Təyyarə havaya qalxdı. Hava yolları. – Qatar-qatar olub qalxıb havaya; Nə çıxıbsız asimana, durnalar! M.V.Vidadi. Maşın getdikcə külək onun yavaş-yavaş dən düşən yumşaq qara saçlarını havada oynadırdı. İ.Əfəndiyev.\n3. Hər hansı bir yerdə müəyyən vaxtda atmosferin vəziyyəti (buludluluq, rütubət, yığıntı, hərarət və s.). Yağmurlu hava. Havanın dəyişməsi. Havada rütubət hiss olunur. Payız havası. – Artıq günorta yaxınlaşmış, hava istiləşmiş, quşlar da yemlənib qalına çəkilmişdilər. M.Rzaquluzadə.\n4. Bir yerin sağlamlıq baxımından vəziyyəti, keyfiyyəti. Sağlam hava. Ağır hava. Oranın havası mənə düşmədi. Dağ havası. – Bir sərin, saf səhər, gözəlcə hava; Bürünüb yamyaşıl çəmən, səhra! A.Şaiq. Biz hələlik üz-üzə gəlirik küləklərlə; Hələlik çox ağırdır Qaraqumun havası. S.Rüstəm. ‣ Hava almaq – evdən kənarda, açıq havada nəfəs almaq, gəzmək, dincəlmək. [Şeyda:] Azacıq hava almaq üçün dışarı çıxmışdım. H.Cavid. [Fizzə xanım Vahidova:] Dedim, bir az hava alarsan. Bütün günü stola yapışıb qalmısan. Ə.Məmmədxanlı. Hava həyəcanı – havadan təhlükə olduğunu, düşmənin gəldiyini bildirən siqnal, təhlükə siqnalı. Hava işıqlanmaq – səhər açılmaq, dan yeri sökülmək. Hava işıqlanana oxşamırdı. Mir Cəlal. Hava qaralmaq (qaranlıqlaşmaq) – axşam olmaq, axşam düşmək, günəş batmağa başlamaq. Həlim Qüdrətov Sağsağanlıya girəndə hava qaralmışdı. Ə.Vəliyev. Hava sınmaq – soyuqlardan sonra hava yumşalmağa, istiləşməyə başlamaq. Hava şarı – 1) yuvarlaq (sferik) aerostat; 2) içi havadan yüngül qazla doldurulmuş, şarşəkilli uşaq oyuncağı. Hava vannası – bədəni möhkəmləndirmək və ya müalicə məqsədilə açıq havada günəş altında uzanma, özünü günəşə vermə. Havada (havadan asılı) qalmaq – bir məsələnin, işin aydınlaşdırılmaması, həll olunmaması haqqında. [Qoşatxan Kərəmə:] Nə deyirik, hamısı qalır havada. M.İbrahimov. Başına hava gəlmək – bax. baş.\n\nII. is. mus. Səslərin, müəyyən musiqi vəhdəti əmələ gətirən ardıcıllığı; musiqi ahəngi, melodiya. Oyun havası. El havaları. – Çalardı düdükdə yanıqlı hava. H.K.Sanılı. Mahnının Azərbaycan havaları kimi həzin, ruhoxşayıcı olması .. Aslanı valeh etdi. S.Vəliyev. havadar I. is. [ər. həva və fars. ...dar] Birinin tərəfini saxlayan, ona tərəf çıxan, onu müdafiə edən; tərəfgir, tərəfkeş, tərəfdar. [Göyüş dayı:] Gəl oğul, gəl Məmməd, havadarım, gəl! Namusum, qeyrətim, etibarım gəl! Z.Xəlil. Müşavirədə bircə adam da Muxtara havadar olmamışdı. B.Bayramov. // Eyni mənada bəzən mənfilik çaları ilə. Xanlar zahirdə kirimiş durmaqla Cəmilin başını yastığa qoyurdu. Xəlvətdə öz havadarlarına deyirdi. Mir Cəlal. [Yusif:] Hümmətin də havadarı Alməmmədov olubdur, yoldaş katib! B.Bayramov. • Havadar çıxmaq – tərəfdar çıxmaq, tərəfini saxlamaq, razı olmaq. Güllü arvad da indi qayıdıb tək evdə otura bilməyəcəyini hiss edərək, Maralın fikrinə havadar çıxdı.. Ə.Əbülhəsən.\n\nII. sif. [ər. həva və fars. ...dar] köhn. Yaxşı havası olan, havası tez-tez təzələnən, həmişə təmiz olan; sağlam. [Xarrat:] Qayət havadar və ziyadar məskənlər vücuda gətirilmişdir. T.Ş.Simurq. havadarlıq is. Tərəfdarlıq, tərəfgirlik, tərəfkeşlik. havadəyişən is. Otağın və s.-nin havasını dəyişib təmizləmək üçün cihaz, qurğu; ventilyator. // Sif. mənasında. Yaşayış binalarındakı qızdırıcı və havadəyişən qurğulara yaxşı qulluq edilməlidir. “Sağlam məişət uğrunda”. havaxt əvəz. Haçan, nə vaxt, nə zaman. Əhvalat havaxt olmuşdu? Havaxt bizə gələcəksən? Havaxt gedəcəyi məlum deyil. – [Nəbi:] Havaxt lazım olsa sizə köməyim; Bir işarə verin, yetim haraya. S.Rüstəm. havaxtadək (=havaxtacan) əvəz. Hansı vaxta, müddətə, ana qədər; haçanadək, haçanacan. Havaxtadək (havaxtacan) gözləyim? – Havaxtadək olacağıq ikiqat?! Q.Zakir. havaxtacan (=havaxtadək) əvəz. Hansı vaxta, müddətə, ana qədər; haçanadək, haçanacan. Havaxtadək (havaxtacan) gözləyim? – Havaxtadək olacağıq ikiqat?! Q.Zakir. havaxtdan əvəz. Hansı vaxtdan, hansı müddətdən, haçandan. Havaxtdan şəhərdə yaşayırsan? – [Şahpəri:] Xala nədir, adə, mən havaxtdan xala olmuşam? B.Bayramov. havaqızdıran (=havaqızdırıcı) is. Havanı qızdırmaq üçün cihaz, qurğu. Yeni markalı havaqızdıran. // Sif. mənasında. Havaqızdıran cihaz. havaqızdırıcı (=havaqızdıran) is. Havanı qızdırmaq üçün cihaz, qurğu. Yeni markalı havaqızdıran. // Sif. mənasında. Havaqızdıran cihaz. havalandırma “Havalandırmaq”dan f.is. havalandırmaq f.\n1. Coşdurmaq, qızışdırmaq, dəli eləmək.\n2. Ruhlandırmaq, cuşa gətirmək, şövqə gətirmək. Qəlbi havalandırır; El mahnısı, şikəstə. M.Seyidzadə. havalanma “Havalanmaq”dan f.is. havalanmaq f.\n1. Havaya qalxmaq, uçmaq. Göyərçinlər havalandı. – Kamal birbirinin ardınca bir çox təyyarənin havalanıb dik göyə ucaldığını gördü. M.Rzaquluzadə. Birdən [sərçələr] həyəcanla civildəşib havalandılar. H.Seyidbəyli.\n2. məc. Cuşa gəlmək, şövqə gəlmək, vəcdə gəlmək, ruhlanmaq, şövqlənmək. Tülkü havalanıb deyir: – Aslanam; Top dağıdan ac aslanlar itibdi. Aşıq Ələsgər. Çal, havalan, santurum; Çal ki, tellər oynasın. A.Şaiq.\n3. məc. Azmaq, coşmaq, qızışmaq, özündən çıxmaq; tutması tutmaq, ağlı başından oynamaq. Varlınan dost olub yoxsula gülmə; Çox da havalanıb coşma dünyada. Aşıq Ələsgər. Rəiyyət havalanacaq, Qədim kimilərinin qabağında heç fil də dayanmayacaq. S.Rəhimov. Salman havalanıb pörtərək eybəcər və iyrənc şəklə düşdü. M.İbrahimov. havalı sif. və zərf\n1. Azğınlaşmış, qudurmuş; ağlı başından oynamış kimi; azğın, qudurğan. Gəzirlər havalı ağalar, bəylər; İşləyir qan-tərdə naxırçı, nökər. Aşıq Ələsgər. • Havalı kimi – ağlı başından oynamış kimi, dəli kimi. Xan havalı kimi bu otaqdan o otağa qaçır, .. sanki kimdənsə gizlənmək istəyirdi. M.Rzaquluzadə. // Qızğın, qızmış, harın. Xosrovdan başqa, heç kəs bu havalı ata səmt düşə bilmirdi. S.Rəhimov.\n2. Yaxşı havası olan; səfalı. Havalı sahil. Havalı çəmənlik. havasız sif. və zərf Havası olmayan və ya pis olan; boğanaq. Havasız otaq. – Qaldılar onun da lap alt qatında; İşıqsız, havasız, qıfıl altında. H.K.Sanılı. Doğma əminin evi Səmədə günəşsiz, havasız bir zindan kimi görünürdü. İ.Hüseynov. havatəmizləyən (=havatəmizləyici) is. Otağın və s. havasını təmizləyən cihaz, qurğu; ventilyator. Havatəmizləyəni quraşdırmaq. // Sif. mənasında. Havatəmizləyən ventilyasiya qurğuları. havatəmizləyici (=havatəmizləyən) is. Otağın və s. havasını təmizləyən cihaz, qurğu; ventilyator. Havatəmizləyəni quraşdırmaq. // Sif. mənasında. Havatəmizləyən ventilyasiya qurğuları. havayı [ər.]\n1. zərf İşləmədən, zəhmət çəkmədən, zəhmətsiz. Düşündüm, ən nəhayət şair qəlbimə damdı; Süfrəsində havayı çörək yeyənləri vardı. S.Rüstəm.\n2. zərf Boş yerə, əbəs, nahaq, hədər. Havayı axmasın nə su, nə külək; Tarlada bir qoza qalmasın gərək! S.Vurğun. Qoy hər bir əsgərimiz çox böyük və müqəddəs iş üçün vuruşduğunu bilsin, bir gülləni belə havayı atmasın. Mir Cəlal.\n3. sif. Boş, faydasız, dəyərsiz, mənasız, əsassız. Havayı söhbət. – [Şamama Cadu:] Başına dönüm, elə bilirsən, mən sənə havayı söz deyirəm. Ə.Haqverdiyev. [Qulu:] Qulu heç vaxt havayı söz danışmamışdır. İ.Əfəndiyev.\n4. zərf Pulsuz, məccani, qarşılıqsız. Havayı keçirmədi bir saatı, bir anı; Nizami Gəncəvinin “Leyli-Məcnun” dastanı; Onu vəcdə gətirdi... B.Vahabzadə. havayıyeyən is. Özü işləməyib özgənin, ya özgələrin hesabına yaşayan adam; müftəxor, tüfeyli. // Sif. mənasında. Quşun oxumağına şəhərin alverçi, baqqal, tacir, dəllal kimi havayıyeyən boşboğazları toplanırdı. H.Sarabski. havi sif. [ər.] kit. Əhatə edən, qavrayan, ehtiva edən, içinə alan, aid olan, şamil olan. ..[Cənnətəli] üç-dörd fərdi havi bir bənzətmə yazıb, neçə qəzet idarəsinə göndərib, çap eləməyiblər. Çəmənzəminli. Sarıköynək yaxşı bir qadın idi. Bir qadında bulunması lazım gələn bütün məziyyətləri havi idi. S.Hüseyn. havlama “Havlamaq”dan f.is. Təzədən bir köpəyin havlaması onu diksindirdi. S.Rüstəm. havlamaq f. Hav-hav etmək, hürmək. O, gözləri qızmış halda irəli yeridi və qoca çoban iti səsinə oxşayan gur səsi ilə havlamağa başladı. Ə.Əbülhəsən. hay təql.\n1. Çağırışa cavab. • Hay vermək – çağırışa cavab vermək, səsə səs vermək. Nə qədər çağırdımsa, hay vermədi. Adam çağıranda hay verər. – Diriyə hay verməz, ölüyə pay. (Ata. sözü). Küçədən acıqlı bir səs eşidildi: – Qırılmamışsınız ki, hay niyə vermirsiniz? Aç qapını.. M.İbrahimov.\n2. Səs-küy, hay-küy, qarmaqarışıqlıq. • Hay basmaq – hürərək səs-küy qoparmaq, səs-küy salmaq. [Salman ilə Maya] alaçıqların güneyinə çıxan kimi ağılların yanından iki iri köpək hay basıb bu tərəfə cumdu. M.İbrahimov. Hay qopmaq – bax. hay düşmək. Hay düşmək – hay-küy düşmək, gurultu-patırtı düşmək, hay qopmaq. [Əmiraslan baba dedi:] İndiki kimi yadımdadır, hay düşdü. Biz də dəstə ilə yığılıb getdik... S.Rəhimov. Verdiyev .. qonum-qonşuya hay düşməmək üçün bir az asta danışdı. Mir Cəlal. Hay salmaq – hay-küy qoparmaq, gurultupatırtı qoparmaq, küy salmaq. Mələk bilirdi ki, istədiyini verməsə [uşaq] hay salıb bağıracaq. M.İbrahimov. [Uşaqlar] bir-biri ilə ötüşərək hay salıb üzür, qabarıb gələn dalğanı qucaqlayır(lar). Mir Cəlal. Hay vurmaq – qışqırmaq, bağırmaq, çığırmaq. Hay vurdum, qıy vurdum, gətirməz şikar; Tərlan baxtım sara döndü, nə döndü! Aşıq Ələsgər. Cavabsız qalmamış hələ sualım! Hay vurur, qıy vurur tərlan xəyalım! S.Vurğun.\n3. Hayında şəklində – qeydində, fikrində. Keçi can hayında, qəssab piy hayında. (Məsəl). Salman isə öz canının hayında idi. Ə.Vəliyev. Əcəl getdi, tər gəldi; Tərdən dərdi-sər gəldi; Mən qəriblik hayında; Bir də bədxəbər gəldi. (Bayatı). ‣ Haya bənd olmaq – bir işi görmək üçün bəhanə, səbəb aramaq, fürsət gözləmək. Bununla da, bir haya bənd imişlər kimi bayaqdan susmaqda olanların dilindən qıfıl götürüldü. Ə.Əbülhəsən. Haya yetmək – imdadına çatmaq, harayına yetmək (gəlmək, çatmaq). Hayına qalmaq – qeydinə qalmaq, qayğısını çəkmək, qayğısında olmaq, fikrini çəkmək; haqqında düşünüb tədbir görmək. [Molla:] Sənin kimi kişisinin hayına qalmayan arvaddan canım qurtarsın. “M.N.lətif.” Mən nə haydayam, sən nə hayda(san), o nə hayda(dır) – mən nəyin qeydini çəkirəm, sən nəyin qeydini çəkirsən, o nəyin qeydini çəkir; mən nə fikirləşirəm, sən nə fikirləşirsən, o nə fikirləşir. [Məşədi Ağabanı Fərəcullaya:] Ala, çək, mən nə haydayam, sən nə haydasan. M.Əliyev. [Məsmə:] Qızım, başına hava gəlib, nədi, mən nə haydayam, sən nə haydasan. Mir Cəlal. hayan I. əvəz. Hansı tərəf, hara, hansı səmt. [Sultan bəy:] Mərdimazar oğlu mərdimazar, hayandan gəldi isə bütün işi korladı. Ü.Hacıbəyov. Namusu, qeyrəti hayana atdın; Düz çıxmadın etibara, gəlmədin. Aşıq Şəmşir.\n\nII. is. dan. Kömək, köməkçi, arxa, himayəçi, havadar. Tellinin fikrinə gəldi ki, gedib Əcəb xalanı özünə hayan çağırsın. S.Hüseyn. Gəhi rəqibə salır meylini, gah aşiqinə; Hayan gəlir – əsir ol bivəfa, külək kimidir. Ə.Vahid. • Hayan olmaq (durmaq) – müdafiə etmək, arxa durmaq, havadarlıq etmək, himayə etmək, himayəçilik etmək. [Xəlil Çimnaza:] ..İndi gərək biz bir-birimizə hayan olaq. M.Hüseyn. [Reyhan Əzizə:] Gərək sən [Azərdən] ayrılmayaydın, yaxında qalıb ona hayan olaydın. Ə.Məmmədxanlı. haydı nida. Bir yerə getmək, yaxud bir işə başlamaq üçün çağırış və ya əmr mənasında işlədilir. Haydı, işə başlayın! Haydı, irəli! Haydı, evə! – Bir qulaq ver: o haraydı, haydı, nərədi... Daş dilini anlamazsan, ey daş mühəndis! M.Araz. hay-haray (=hay-huy) bax. hay-küy 1-ci mənada. Obaya səs düşdü. Uşaqların hay-harayı bir-birinə qarışdı. B.Bayramov. • Hay-haray salmaq – bax. hay-küy salmaq. – Usta! – Usta! Tufan gəldi! – deyə şagirdlər; Çaxnaşaraq mədən boyu hay-haray saldı. S.Vurğun. Dünyaya hay-haray saldı dəniz də; Xəzərin əlvida səsi ucaldı. N.Xəzri. hay-huy (=hay-haray) bax. hay-küy 1-ci mənada. Obaya səs düşdü. Uşaqların hay-harayı bir-birinə qarışdı. B.Bayramov. • Hay-haray salmaq – bax. hay-küy salmaq. – Usta! – Usta! Tufan gəldi! – deyə şagirdlər; Çaxnaşaraq mədən boyu hay-haray saldı. S.Vurğun. Dünyaya hay-haray saldı dəniz də; Xəzərin əlvida səsi ucaldı. N.Xəzri. hay-hay is.\n1. dan. Tab, taqət, qüvvət, iqtidar, hey. Hay-hayı gedib, vay-vayı qalıb. (Məsəl).\n2. İntonasiya ilə deyilərək istehza, rişxəndlik bildirir. hayxırıq is. Bəlğəm. hayxırma “Hayxırmaq”dan f.is. hayxırmaq f. Bəlğəm gətirmək, bəlğəm tüpürmək, boğazını arıtlamaq. Kərbəlayı Qurban çubuğu doldurub almışdı ağzına və hərdən hayxırıb, ağacın dibinə tüpürürdü. Çəmənzəminli. hayıl-mayıl zərf dan. Heyran, valeh. • Hayıl-mayıl qalmaq – heyran qalmaq, heyrət etmək. Hayıl-mayıl qoymaq – heyran qoymaq, heyrətdə qoymaq. Hayıl-mayıl olmaq – heyran olmaq, heyrət etmək. İbrahim, padşahın gözünə çox xoş gəlmişdi. Day lap hayıl-mayıl olmuşdu. (Nağıl). [Tükəzban xala:] Ölməmişlər elə də qəşəngdirlər ki, adam hayıl-mayıl olur, heç bilmir hansının qolundan yapışsın.. İ.Şıxlı. hay-küy 1. is. Səs-küy, qışqırtı, bağırtı, hay-haray, gurultu, qalmaqal, dava, mərəkə. Bir gün Nəbi Zəngəzur mahalında kiçik bir kəndin yanından keçərkən qulağına hay-küy səsi gəlir. “Qaçaq Nəbi”. Yaylanın başından hay-küy səsi gəlirdi. Mir Cəlal. • Hay-küy salmaq (qaldırmaq) – qışqırmaq, bağırmaq, səs-küy salmaq. Səlim böyük hay-küy qaldırdı. M.İbrahimov. [Ümid Mikayıla:] Son vaxtlar [Səfiyarın] hay-küy salıb özündən çıxması da bunun üstündədir. B.Bayramov. // Səs-küy. Adətən limana yaxınlaşan gəmilərdə yaman hay-küy olur. M.Rzaquluzadə. • Hay-küy salmaq – bərkdən danışmaq, səs-küy salmaq. Sadıqzadə əlini qaldırıb hay-küy salan gəncləri sakit etməyə çalışdı. S.Rəhimov.\n2. Hay-küylə şəklində zərf – hay-küy salaraq, qışqıraraq, bağıraraq. hay-küyçü sif. Heç bir ciddi səbəb olmadan hay-küy salan, çaxnaşma salan, vahiməyə düşən; küy-kələkçi, küyçü. hay-küylü sif. Hay-küy, səs-səmir olan. hay-küysüz zərf Hay-küy salmadan, sakitcəsinə, sakit, səsə salmadan. hayqırıq is. Qışqırıq, bağırıq, hay-küy, səs-küy. Qadın və kişilərin əl-ələ tutuşub yallı getmələri və hayqırıqları hələ də dağlardan çəkilməmişdi. S.Rəhimov. hayqırışma “Hayqırışmaq”dan f.is. hayqırışmaq qarş. Səs-səsə verib qışqırmaq, bağırmaq, qışqırışmaq. Uşaqlar hayqırışırdılar. hayqırma “Hayqırmaq”dan f.is. hayqırmaq f. Qışqırmaq, bağırmaq, hay salmaq. Hayqırıb meydanda açsam qolqanat; Qarı düşman qabağımda olar mat. “Koroğlu”. Mən əzilən bir sinfin hayqıran; Haq bağıran sədasından yarandım. M.Müşfiq. hayqırtı is. Çığırtı, bağırtı, qışqırıq, hay-küy. Bu meşəlikdə çaylar axır, çeşmələr qaynayır, vəhşi heyvanların hayqırtısı eşidilirdi. S.Rəhimov. haylama “Haylamaq”dan f.is. haylamaq f. Səsləmək, çağırmaq. Qapını döydük, açan olmadı. Hayladıq, cavab çıxmadı. C.Cabbarlı. Surxay atını Qulunun çəpəri yanına sürdü və ucadan hayladı: – Qulu, ay Qulu! M.İbrahimov. // Heyvanları səsləyib çağırmaq. Bu söhbətdən Cəbiş pərt olub atlarını hayladı. S.Rəhimov. Sarban həyəcanla dəvələri haylayır.. M.İbrahimov. haylaşma “Haylaşmaq”dan f.is. haylaşmaq qarş. Biri-birini səsləmək, çağırmaq. haylaz is. Vaxtını boş-boşuna, səmərəsiz keçirən adam, işə çıxmayan, işləməyi sevməyən adam; tənbəl, xeyirsiz adam. [Camaat:] Alçaq, haylaz! H.Cavid. haylazlıq is. Haylaz adamın xasiyyəti. haylı-küylü bax. hay-küylü. Dəli dağ nə qədər haylı-küylü, nə qədər vahiməliqorxulu olsa da .. hər dağdan daha məftunedici gəlirdi. S.Rəhimov. hazır sif. və zərf [ər.]\n1. Bir işi icra etmək üçün lazım olan hər şeyi olan; amadə. Mən hazıram, gedə bilərik. Yola düşməyə hələ hazır deyil. Çıxışa hazır olmaq. – Qapının ağzında nökər Vəli hazır durubdur. Ü.Hacıbəyov. Qanadın üstündə o mehribanım; Uzanıb deyir ki: “Mən hazıram, sür”. M.Rahim.\n2. Bir işi görməyə razı olan, həvəs, meyil göstərən. O bizimlə getməyə hazırdır. Sizi saatlarla dinləməyə hazıram. – Zeynal Şərifzadənin göstərəcəyi yol ilə getməyə hazır idi. S.Hüseyn. Çarpışmağa biz hazır; Yerlərlə, fələklərlə. A.Şaiq.\n3. Hazırlanmış; işlənməyə, istifadəyə yarar vəziyyətdə olan. Nahar hazırdır. Maşın hazırdır, bizi gözləyir. – Stolun üstündə nə ki lazım idi, hamısı hazır olmuşdu. N.Nərimanov. Bir az keçmədən çay hazır oldu. Ə.Vəliyev. // Tikilmiş və ya hazırlanmış halda satılan (sifarişli ziddi). Hazır paltar. Hazır ayaqqabı. Hazır şalvar. // Qabaqcadan düşünülmüş, qabaqcadan fikirdə tutulmuş, hazırlanmış (söz, cavab və s. haqqında). Hazır cavab. Hazır ibarələr. // Hazırlanmış, yetişdirilmiş, öyrədilmiş, təlim keçmiş. Hazır mütəxəssis. – [Əhməd Salmana:] Oxumalıyıq.. Sonra bir müddət keçmiş, hazır kadrımız da olar, kiçik bir təşkilat yaparıq. Çəmənzəminli.\n4. Söhbəti gedən yerdə olan, şəxsən orada iştirak edən (qaib ziddi).\n5. İndi ki, madam ki, lap yerində. Hazır gəlmisən, bu işi də gör. Hazır yazırsan, bu sözləri də əlavə et.\n6. Hazırda şəklində zərf – indi, bu saat, indilikdə, indiki halda. Hazırda Atabəy məmləkətlərinin bir tək müttəfiqi və dostu yoxdur. M.S.Ordubadi. İçərişəhərin hazırda beş darvazası varsa da, keçmişdə bunlar dörd imiş. H.Sarabski. ‣ Hazıra qonmaq – başqalarının əməyi ilə meydana gəlmiş bir şeyə şərik çıxmaq. Hazıra nazir – başqalarının əməyi ilə meydana gətirilmiş bir şeyə şərik çıxmaq istəyən və ya şərik çıxan adam haqqında. Hazıra (hazırına) nazir olmaq – bax. hazıra qonmaq. [Ata:] Müftə çörəyi sən yeyirsən, hazırına nazir olmusan. Ə.Vəliyev. Hazır ol! hərb. – hazırolma komandası. Bayraqdarların dalınca gedən şeypurçular qoşuna “Hazır ol!” – işarəsi verincə, qırx min qılınc bir kərə qınından çıxdı. M.S.Ordubadi. hazır-amadə bax. hazır 1-ci mənada. Hazır-amadə durmaq. hazırcavab sif. [ər. hazir və fars. cəvab] Başqasının sözünə və ya sualına dərhal münasib cavab tapıb söyləyə bilən, söz altında qalmayan. Hazırcavab adam. – [Zeynəb xanım] həmişə hazırcavab, sözü üzə dik söyləyən idi. Çəmənzəminli. [Məmmədəli:] Mənim qardaşım Məmmədcəfər çox hazırcavabdır. S.Rəhman. hazırcavablıq 1. is. Hazırcavab adamın hal və keyfiyyəti; hazırcavab olma, söz altında qalmama. Onun hazırcavablığı hamını valeh edir. – [Mədinənin] mehribanlığı, zarafatı, qonaqsevərliyi, hazırcavablığı Vaqifi məftun edirdi. Çəmənzəminli. Qızın bu hazırcavablığı Aslanı sevindirdi. S.Vəliyev.\n2. Hazırcavablıqla şəklində zərf – birinin sözünə və ya sualına dərhal münasib cavab verərək, söz altında qalmayaraq. Sirat bu sualı gözləyirmiş kimi, hazırcavablıqla, bir az da ötkəm dedi.. Ə.Əbülhəsən. Sənubər çətin sualın cavabını asanlıqla tapmış adamların özündənrazı ədası ilə sakitcə, hazırcavablıqla .. [dedi] B.Bayramov. hazırkı sif. Keçmişdə və gələcəkdə deyil, indi, hazırda olan; indiki. Hazırkı zaman. Hazırkı vəziyyət. Kəndin hazırkı mənzərəsi. – [Qızıl Arslan:] Sənə çox gözəlcə məlumdur ki, hazırkı hökmdarlıq atamız Eldənizin qılıncı və rəhmətlik anamız Türkan xatunun tədbirləri sayəsində düzəlmişdir. M.S.Ordubadi. hazırlama “Hazırlamaq”dan f.is. hazırlamaq f.\n1. İşlətmək və ya istifadə üçün yararlı hala salmaq, hazır etmək. Avtomaşını yola hazırlamaq. Vannanı hazırlamaq. Yorğan-döşəyi hazırlamaq. – Mələk penisillin iynəsini vuraraq bankaları hazırlayırdı. M.İbrahimov. Şahmar yola düşmək üçün yenidən hazırladığı çamadanı da götürüb babasının yanına keçdi. B.Bayramov. // Hər hansı məqsəd üçün öyrətmək, lazımi bilik vermək, təlim etmək. Kadr hazırlamaq. Mütəxəssislər hazırlamaq. Uşağı birinci sinfə hazırlamaq. – İndi də diş həkimləri hazırlamaq üçün texnikum düzəldirlər. C.Məmmədquluzadə. Müəllim olmaq bir zövq isə müəllim hazırlamaq min bir zövqdür. S.Rəhimov.\n2. Bir şeyi yerinə yetirmək, həyata keçirmək üzərində çalışmaq, əlləşmək. Rolunu hazırlamaq. Tamaşa hazırlamaq. Layihə hazırlamaq.\n3. Xörək və s. bişmiş bişirmək, bişmiş hazır etmək. Xörək hazırlamaq. Qəlyanaltı hazırlamaq. Uşaq üçün südlüsıyıq hazırlamaq. – Müşgünaz çayı dəmə qoyub mətbəxdə Ənvər üçün xörək hazırlayırdı. Ə.Vəliyev. // Çay qoymaq. Gülsənəm arvad səhər tezdən qalxıb sobanı qalamış və oğlu üçün çay hazırlamışdı. M.Hüseyn. // Süfrə salmaq, yemək-içmək üçün lazım olan hər şeyi süfrə üzərinə qoymaq. Süfrəni də nə zamandır; hazırlamış evdə nənə. M.Dilbazi.\n4. Sonradan işlətmək üçün tədarük etmək, ehtiyatını görmək, hazır etmək. Heyvanlar üçün yem hazırlamaq. Qışa odun hazırlamaq. – [Mehriban] ..Zeynalın sevdiyi içkini bazardan aldırıb hazırlar və süfrəyə gətirərdi. S.Hüseyn. Uşaq qələm və mürəkkəb-kağız hazırlayıb nə yazacağını gözlədi. Ə.Vəliyev.\n5. Bir iş görmək niyyətində olmaq, bir şey etməyə hazırlaşmaq, bir şey qurmaq. Hiylə hazırlamaq. Tələ hazırlamaq.\n6. Qayırmaq, düzəltmək. Dərman hazırlamaq. Metaldan detallar hazırlamaq. Fabrik üsulu ilə məmulat hazırlamaq. – [Tapdıq] iki gün əlləşdi. Ancaq şananın barmaqlarını hazırlaya bildi. Ə.Vəliyev. Aslan və yoldaşlarının hazırladığı maket orada idi. M.Rzaquluzadə.\n7. Qabaqcadan düşünüb yazmaq, tərtib etmək, hazır etmək. Ərizə hazırlamaq. Rəisin adına məktub hazırlamaq. // Qabaqcadan düşünüb nəzərdə tutmaq, hazır etmək, yadda saxlamaq. Cavab hazırlamaq. – Elə bil Zeynal cavabını qabaqcadan hazırlamışdı. B.Bayramov.\n8. Olmuş və ya gözlənilən acı bir hadisə xəbərini dərk etmək üçün birində qabaqcadan müvafiq əhval-ruhiyyə yaratmaq. hazırlanma “Hazırlanmaq”dan f.is. hazırlanmaq 1. “Hazırlamaq”dan məch. Patronlar yoxlanıldı, qumbaralar, pulemyotlar hazırlandı. Ə.Vəliyev. // Hazırlıq işləri aparılmaq. Bayrama hazırlanmaq. Qonaqları qarşılamağa hazırlanmaq. – Hələ Novruza və çərşənbələrə hazırlanmaq daha da böyük bir maraq təşkil edərdi. Çəmənzəminli.\n2. f. Hazır olmaq, özünü hazırlamaq, hazırlaşmaq. Bayrama hazırlanmaq. – Vaxt keçmişdi, çayçı, dükanının qapılarını içəridən bağlayıb yatmağa hazırlanırdı. S.Hüseyn. Məhərrəm cavab vermək üçün hazırlandı. H.Nəzərli.\n3. məch. Qayrılmaq, düzəldilmək. Əlavə çoxlu ehtiyat hissələri hazırlandı. – Bu hissələr hazırlandıqca bir-birinin ardınca zavoda göndərilirdi. H.Seyidbəyli. hazırlaşdırılma “Hazırlaşdırılmaq”dan f.is. hazırlaşdırılmaq məch. Hazır edilmək, hazır hala salınmaq. hazırlaşdırma “Hazırlaşdırmaq”dan f.is. hazırlaşdırmaq f. Hazır etmək, hazır hala salmaq. Müəllimim mənə söylədiyi kimi, mən də onlara cürbəcür hekayələr söylərdim və onları gələcək həyata hazırlaşdırmağa çalışardım. T.Ş.Simurq. hazırlaşma “Hazırlaşmaq”dan f.is. hazırlaşmaq f.\n1. Bir iş görmək və ya hazırlıqsız sif.\n1. Hazırlığı (2-ci məbir yerə getmək üçün hazırlıq görmək, hazırlanmaq, özünü hazır etmək. Yola düşməyə hazırlaşmaq. Köçməyə hazırlaşmaq. – ..Bir istəkan çay içib, bir tikə çörək yeyib hazırlaşdım evdən çıxmağa. C.Məmmədquluzadə. [Qəhrəman:] Hər iki tərəf qəti hücuma hazırlaşırdı. H.Nəzərli.\n2. Oxuyub öyrənmək, bir şey üzərində işləmək, çalışmaq. Fizikadan hazırlaşmaq. Mühazirələrə hazırlaşmaq. Universitetə girməyə hazırlaşmaq. – Bütün qrup bir neçə briqadaya bölünür, briqadanın rəhbərliyi ilə dərsə hazırlaşırdı. Mir Cəlal. [İkram] kəndə getməsəydi dostu Məmməd onun yanına gələcək, fizikadan imtahan vermək üçün oxuyub yaxşı hazırlaşacaqdılar. Ə.Əbülhəsən. hazırlatma “Hazırlatmaq”dan f.is. hazırlatmaq icb. Hazır etdirmək. Tikinti materialları hazırlatmaq. Qış üçün yem hazırlatmaq. hazırlıq is.\n1. Bir iş görmək üçün hazırlaşma, hazır olma. Yaz əkininə hazırlıq. – [Ceyranın] fikrinə gəlir ki, [Eldar] bəzi hazırlıqlar üçün evə getmişdir. S.Hüseyn. Ehtiyat xala bütün gecəni oğlu ilə, onun səfər hazırlığı ilə məşğul oldu. Mir Cəlal. • Hazırlıq aparmaq – bax. hazırlıq görmək. [Atabəy:] Sabahdan başlayaraq ordunun hərəkəti üçün hazırlıq aparmalısınız. M.S.Ordubadi. Hazırlıq görmək – bir iş üçün lazımi tədarüklər görmək. Yola hazırlıq görmək. Bayrama hazırlıq görmək. – Kor padşah bir gün vəzir-vəkilini çağırıb, əmr elədi ki, hazırlıq görsünlər. (Nağıl). [Zahidoğlu] şofer Bağdadı çağırıb səfər üçün hazırlıq görməyi ona tapşırdı. S.Rəhimov.\n2. Məşğələ, dərs, mütaliə prosesində əldə edilən bilik ehtiyatı. İmtahanda hazırlığını nümayiş etdirmək. Hazırlığı olmamaq. Hazırlıq dərəcəsi.\n3. Tədarük edilmiş şey; tədarük. Taxıl hazırlığı. Pambıq hazırlığı. – Novruz öz atları və özü üçün Culfadan hazırlıq götürəcəkdi. M.S.Ordubadi. hazırlıqlı sif. Hazırlığı (2-ci mənada) olan. Hazırlıqlı kadrlar yetişdirmək. Hazırlıqlı tələbə. nada) olmayan. Hazırlıqsız tələbə. – [Mürsəl] çətin suallara tutulan hazırlıqsız bir məktəbli vəziyyəti almışdı. Mir Cəlal. // zərf Qabaqcadan hazırlaşmamış, hazırlaşmadan, hazır olmadan. Hazırlıqsız imtahana girmək. Hazırlıqsız cavab vermək.\n2. Qabaqcadan hazırlığı görülməmiş, qabaqcadan hazırlanmamış, qabaqcadan tədbirləri görülməmiş. Hazırlıqsız iclas. he “H” hərfinin və bu hərflə işarə olunan samitin adı. heca is. [ər.] Sözdə bir dəfə nəfəs verməklə tələffüz olunan səs və ya səs birləşməsi. Sözü hecalara ayırmaq. “Atalıq” sözündə üç heca var: a-ta-lıq. • Açıq heca qram. – axırında samit olmayan heca. Qapalı heca qram. – axırında samit olan heca. Heca vəzni ədəb. – müəyyən miqdarda hecaya əsaslanan şeir ölçüsü. Fərq etsə də əruzu hecadan qələt-qələt; Hər yerdə göstərər özünü “əhli-mərifət”. Ə.Vahid. heca-heca zərf Hecalara ayıraraq, hecalayaraq, hecalarla. Heca-heca oxumaq. hecalama “Hecalamaq”dan f.is. hecalamaq f. Hecalarla, hecalara ayıraraq oxumaq; höccələmək. heç zərf [fars.]\n1. Qətiyyən, əsla, bilmərrə, büsbütün. Bu barədə heç təsəvvürüm yoxdur. Bu hadisədən heç xəbərim yoxdur. Heç başa düşmədim ki, nə deyir. Onu heç sayan yoxdur. – [Məşədi İbad:] Heç başa düşmürəm ki, bu nə işdir? Ü.Hacıbəyov. Babam derdi: “Keçən günə gün çatmaz”; Mənim könlüm bu sözlərə heç yatmaz. M.Müşfiq.\n2. əd. Sual cümlələrində cümlənin sual səciyyəsini gücləndirmək üçün işlədilir. Heç xəbərin varmı ki, müdirimiz xəstələnib? Heç görmüsən ki, ilin bu vaxtında qar yağsın? Heç belə külək olar? – [Səkinə xanım:] Gülsəba, heç bilirsən ki, mənim bu bihəya qardaşım arvadı başıma nə iş gətiribdir? M.F.Axundzadə. [Natiq:] [Sona] heç səhərlər Xəzərə baxmısanmı? B.Bayramov.\n3. İs. mənasında. Heç bir qiyməti, dəyəri, hörməti olmayan adam və ya şey haqqında. Zəhmət çəkməyən adam heçdir. Bu onun qabağında heçdir. – Utanmazmı Füzulinin adını çəkən, özü bir heçkən. M.Müşfiq.\n4. Puçluq, yoxluq, fanilik, ölüm bildirir. Barmağım beşdi mənim; Günlərim keçdi mənim; Cəfa çəkdim, yurd saldım; Axırım heçdi mənim. (Bayatı). [Rüstəm bəy] bir neçə dəqiqə bu halda dayandı, fərsiz gözlərini bir nöqtəyə dikdi və yenə mənasız yoxluğa daldı. Varlıq nəzərində heçə çevrildi. Çəmənzəminli.\n5. Sual cümlələrində bir şeyin, işin vaxtilə və ya hazırda olub-olmadığını, baş veribvermədiyini, edilib-edilmədiyini müəyyənləşdirmək üçün işlənir. Heç ova getmisən? Heç xaricdə olmusan? Heç ceyran əti yemisən? Heç papiros çəkmisən? // Hər hansı bir vaxtda və yerdə; əzqəza, təsadüfən. Bu adamı heç görmüsən? Heç belə şey görməmişəm.\n6. ara s. Əvvəlki sual və ya cavabdan fikri yayındırmaq məqsədilə işlədilir. Heç, elə bir şey yoxdur. Heç, başqa şey məni düşündürür. Heç, fikrim özgə yerdədir. – [Sultan bəy:] Heç, bir gədə var idi, arşınmalı satardı. Ü.Hacıbəyov.\n7. Heçdən şəklində – 1) ortada, əldə heç bir şey olmadan, yoxdan, sonradan, yaxud çox cüzi, əhəmiyyətsiz bir şeydən. Heçdən bir şey düzəldib ortaya çıxarmaq. Bu şeylərin hamısı heçdən yaradılmışdır. Heçdən dövlət qazanmaq; 2) heç bir səbəb, əsas olmadan. Heçdən dava salmaq. Heçdən incimək. ‣ Heç bir – inkar cümlələrində inkarı gücləndirmək üçün işlənir. Heç bir şübhə yoxdur. Heç bir hüququ olmamaq. İşdə heç bir irəliləyiş nəzərə çarpmır. Səhərdən heç bir iş görə bilməmişəm. – [Sərvər:] Sən atana heç bir söz demə və söz açsa, deyinən ki, özün bilərsən. Ü.Hacıbəyov. Əşrəf həyatında hələ heç bir qəhrəmanlıq eləməmişdi. S.Rəhman. Heç biri – toplu halında olan şeylərdən, adamlardan və s.-dən biri də olsa (adətən inkar cümlələrində). Heç biri xoşuma gəlmədi. Heç biri suala əməlli cavab verə bilmədi. Heç biri köməyə gəlmədi. – Heç biri dinib-danışmırdı. M.Hüseyn. Heç cür – qəti surətdə, qətiyyən. Oğlan uşağı atasına suvaşıb qışqırıq qopardı və heç cür ondan ayrılmaq istəmədi. M.İbrahimov. Teymur qızı diqqətlə süzür, heç cür təslim olmaq istəmirdi. H.Seyidbəyli. Heç də – əsla, o cür yox, o qədər də. Heç də elə deyil. – Naşad əfəndi heç də mətləbə dəxli olmayan lüzumsuz sözlər ilə [Mehribanın] canını sıxırdı. S.Hüseyn. Arvadın bu hərəkəti Rüstəm kişiyə heç də xoş gəlmədi.. M.İbrahimov. Heç bir şey – 1) bax. heç nə. Heç bir şeydən qorxmur. – Hava qaranlıq olduğundan heç bir şey görünməyirdi. M.Hüseyn. Anası oğlunun sözündən heç bir şey başa düşmədi. Ə.Vəliyev; 2) boş bir şey, cüzi bir şey, əhəmiyyətsiz şey. Heç bir şeyin üstündə dava salmaq. Heç bir vaxt (zaman) – qətiyyən, əbəda, əsla, heç vaxt, bir də, daha. Bu hadisə heç bir vaxt təkrar edilməyəcəkdir. Heç bir vaxt onu görməyəcəyik. – [Səlim:] Haqsızlıq əfv olunmaz heç bir zaman. H.Cavid. Heç etmək – yox etmək, heçə çıxarmaq, məhv etmək. Qurbani der: bəsdir məni puç etdin; Zəhmətimi, həm səyimi heç etdin. Qurbani. Heç hənanın yeridir – yersiz, münasibətsiz görülən bir iş və ya deyilən bir söz haqqında. Heç kəs – heç bir adam, heç bir şəxs. Heç kəs məni başa düşmür. Heç kəsə icazə verilmir. Sirri heç kəsə deməmək. – ..Qəzetçi gərək heç kəsi özündən incitməsin. C.Məmmədquluzadə. Heç kəs Ağazala söz qaytara bilmir, onun qabağında dillənən olmur. Ə.Əbülhəsən. Heç kəs heç kəsin kağızını (kitabını) oxumur – qanuna riayət edən yoxdur, özbaşınalıqdır, intizamsızlıqdır, hər kəs istədiyini edir. Heç kəsin toyuğuna kiş deməz (daş atmaz) – çox sakit, zərərsiz, ehtiyat gözləyən adam haqqında. Heç kəsin toyuğuna ömrümdə kiş demədim. B.Vahabzadə. Heç kim, heç kimsə – bax. heç kəs. Onun heç kimsəsi yoxdur. – [Səttar bəy:] Səlbinazın heç olmasa anası var, qovmusan, gedib evlərinə, bunun heç kimi yoxdur. N.Vəzirov. Heç kimin (kəsin) ərizəsini oxuyan yoxdur – bax. heç kəs heç kəsin kağızını (kitabını) oxumur. Heç nə – bax. heç zad. [Nurəddini analığı Gülpəri] teztez söyərdi və heç nə üstündə döyərdi. S.S.Axundov. Vahidin heç nəyə meyli yox idi. Mir Cəlal. Heç olmaq – bax. heçə çıxmaq. Bütün arzularım heç oldu. Heç olma(z)sa – arzu bildirir – barı, yaxşı olardı ki. Heç olmazsa bir az dincəl. – Hacı Rüstəm burada da çalışırdı ki, bir neçə şahı, heç olmasa bir neçə qəpik saldırsın. Ə.Haqverdiyev. [Əsgər:] Bəs mən qızı harada görüm və nə sayaq görüm ki, heç olmasa bir balaca bələd olum? Ü.Hacıbəyov. Heç saymaq – qətiyyən saymamaq, adam yerinə qoymamaq, hesablaşmamaq. Heç şey – bax. heç bir şey. Heç şeyə baxan deyil. Heç şeydən qorxmur. Heç şeydən ötrü özündən çıxmır. Heç vaxt (zaman) – bax. heç bir vaxt (zaman). İndi, ya heç vaxt. Heç zaman belə şeyə razı olmaq olmaz. – [Lətifə] heç vaxt beş-on dəqiqədən artıq gecikməzdi.. M.Hüseyn. Yox, Teymur bu adamı heç vaxt unutmayacaq. H.Seyidbəyli. Heç yanından ötməyib (keçməyib) – heç xəbəri yoxdur, nə olduğunu heç bilmir, görməyib, eşitməyib. Mədəniyyətin heç yanından ötməyib (keçməyib). Heç yox – qətiyyən, əsla. Heç zad – heç bir şey, heç nə. Əlində heç zad yoxdur. – Gecə yarısı Feyzullahın arvadını, uşaqlarını ürəkqopma azarına salıb, evin altını üstünə çevirdilər, heç zad tapa bilmədilər. Ə.Haqverdiyev. [Mirhadi:] Düzü, indiki həkimlər heç zad bilmirlər. Qantəmir. Heçə çıxartmaq – 1) bax. heç etmək. Arzularını heçə çıxartmaq; 2) bütün əhəmiyyətini, dəyərini, ləyaqətini rədd etmək, yox etmək. Zəhmətini heçə çıxartmaq. Heçə çıxmaq – heç olmaq, puç olmaq, yox olmaq, itmək, baxmaq, hədər getmək, nəticəsiz qalmaq. Bütün zəhmətim heçə çıxdı. Heçə getmək – məhv olmaq, boşa çıxmaq, puç olmaq. Zəhməti heçə getdi. – ..Mənim də gəncliyim heçə getməzdi. S.Vəliyev. heçlik is.\n1. Yoxluq, fanilik, ədəm, mövcud olmama (varlıq ziddi). Ölüm bir iblisdir, həyat bir mələk! Varlığı izləyir heçlik kölgətək. S.Vurğun. [Məhəmməd:] Varlığı heçliyə mən dəyişərdim; Əgər bu dünyada sən olmasaydın. B.Vahabzadə. // Məc. mənada. Buludlar yığışır üstümə lay-lay; İçimdə bir boşluq, heçlik duyuram. S.Vurğun. // məc. Fəza, boşluq. Seyr etdim o heçlikləri mən də; Çırpındı könül matəm içində. H.Cavid. Sağır göy altında gələrək vəcdə; Sonsuz bir heçliyə eylədi səcdə. M.Müşfiq.\n2. məc. Mənasızlıq, boşluq, naçizlik, miskinlik. Sadıq da, Xəlil də “danabaşlıların” həyatının bütün heçliyini, mənasızlığını görür və dərk edir. M.İbrahimov. heç-puç is. [fars.] Heç bir əhəmiyyəti, xeyri, mənası olmayan şey, boş şey. Məsələ heç-puç üstündə başlayan söhbətdə deyil. Y.Əzimzadə. Əlikram əcəb başa düşürdü ki, Sənubərin dediklərinin hamısı heç-puç deyildir.. B.Bayramov. • Heçə-puça çıxarmaq – bax. heçə çıxarmaq. Heçə-puça vermək (satmaq) – çox ucuz, çox aşağı qiymətə satmaq. Malını heçə-puça satmaq. heç-heçə zərf Hər iki tərəf üçün uduşsuz və ya məğlubiyyətsiz (müxtəlif oyunlarda, yarışlarda). Fit verilir, qurtarır oyun heç-heçə. M.Rahim. hegelçi is. Hegel fəlsəfəsi tərəfdarı (bax. hegelçilik). hegelçilik [xüs. is.-dən] İdealist dialektika nəzəriyyəsinin əsasını qoymuş alman filosofu Hegelin dünyagörüşü; Hegel fəlsəfəsi əsasında təşəkkül tapmış idealist fəlsəfi cərəyanların ümumi adı. hegemun [yun.] Hegemonluq edən; rəhbər, başçı. hegemonizm [yun.] Hegemonluq iddiasında olma, hegemonluğa can atma, özünü hegemon kimi aparma. hegemonluq is. Birincilik, rəhbərlik; gücdə, təsirdə üstünlük; hakimiyyət, ağalıq. hekayə is. [ər.]\n1. Rəvayət şəklində kiçik ədəbi nəsr əsəri. Mirzə Cəlilin hekayələri. – Ədibin kəskin publisist qələmi “Pir” kimi çox realist bədii hekayədə də özünü göstərir. M.Arif. Konsertdən sonra radio ov haqqında maraqlı bir hekayə verdi. M.Rzaquluzadə.\n2. bax. hekayət. [Uşaqları] gördükdə “qəbz” məsələsi başımda təzələndi və .. hekayə gəlib gözlərimin önündən keçdi. Çəmənzəminli. Maya hekayəsini qurtaranda doğrudan da ağlayan Səkinə ilə Pərşan bir daha onu qucaqladılar. M.İbrahimov. // Bir vaqiə, ya hadisəni nəql etmə, bir-bir danışma. • Hekayə etmək – bax. hekayət etmək (“hekayət”də). Qız öz sərgüzəştini hekayə etməyə başlamışdı. S.Hüseyn. hekayəyazan is. və sif. bax. hekayəçi 1-ci mənada. hekayət is. [ər.] Əhvalat, sərgüzəşt, qəziyyə; hekayə. Mən çəlik ürəkli bir yeni gəncəm; Dildən-dilə düşmüş hekayətim var. M.Müşfiq. Qüdrət Şirmayının hekayətini dinləyəndə gülməkdən özünü güclə saxlayırdı. M.Hüseyn. • Hekayət etmək – danışmaq, nəql etmək, söyləmək (sərgüzəşt, qəziyyə və s.). Qəmli mazisini hekayət edər; Taleyindən bütün şikayət edər. A.Səhhət. Nə çəkmişsə aylar, illər uzunu; Birər-birər eyləyirdi hekayət. M.Müşfiq. hekayəçi is.\n1. Hekayə yazan yazıçı. Ə.Haqverdiyev gözəl hekayəçidir.\n2. Rəvayətçi, hekayə, rəvayət danışan adam. hekayəçilik is. Hekayə yazma sənəti. Romançılıq və hekayəçilik həyat və tarixi təhrif etmək deyil, onu bədii şəkildə vermək deməkdir. M.S.Ordubadi. hektar [yun. hekaton – yüz və area – sahə] Metr sistemində 10.000 m2-ə bərabər sahə ölçüsü. hekto... [yun. hekaton – yüz] Ölçü vahidi bildirən mürəkkəb sözlərin birinci tərkib hissəsi olub, “yüz”, “yüz dəfə” mənasını ifadə edir; məs.: hektolitr (yüz litr), hektometr (yüz metr) və s. hektoqraf [yun. hekaton – yüz və grapho – yazıram] Yazı maşınında və ya əllə yazılmış yazını və şəkli çoxaltmaq üçün sadə çap aləti. helio... [yun. helios – günəş] Mürəkkəb sözlərin birinci tərkib hissəsi olub, günəşə, yaxud günəş şüalarına aidliyi bildirir; məs.: helioskop, heliofizika, helioterapiya, heliotexnika. heliotexnika [yun. helios və technike] Texnikanın, günəş enerjisinin sənaye və məişətdə istifadə edilməsi ilə məşğul olan sahəsi. helium is. [yun.] kim. Sıfır qrupundan kimyəvi element. helmintologiya [yun. helma – parazit, qurd, bağırsaqqurdu və logos – elm] Tüfeyli qurdlardan və onların törətdiyi xəstəliklərdən bəhs edən elm. hematogen [yun. haima – qan və genos – doğuş] Dərman preparatı; qliserin və şərabda həll olunmuş məhlul. hematologiya is. [yun.] tib. Qanın tərkibini və xüsusiyyətini öyrənən elm sahəsi. hemoqlobin [yun. haima – qan və lat. globus – kürəcik] Qana qırmızılıq verən maddə (qan kürəciklərinin əsas tərkib hissəsi olub, orqanizmdə oksigeni və karbonu toxumalara yayıcı vəzifəsini görür). hepatit is. [yun.] tib. Qara ciyərin iltihabı. herbari [lat. herbarius – bitkiyə aid] Qurudulmuş bitki kolleksiyası. herik is. k.t. Payızda şumlanıb dincə qoyulma. Qarğıdalıdan sonra əkilmiş buğdanın dəni herik edilmiş zəmidə yetişdirilən buğdanın dənindən ağır olur. • Herik şumu k.t. – payız şumu. hermafrodit is. [yun.] Kişi və qadın əlamətləri olan insan və ya heyvan. heroqlif [yun.] İdeoqrafik yazı sistemində heca və ya səs bildirən fiqurlu işarə. Heroqlif yazısı. Heroqliflər müxtəlif sayda qrafik ünsürdən təşkil olunur. hers [xüs. is.-dən] fiz. Rəqs tezliyinin ölçü vahidi. hersoq [alm.] Qərbi Avropada yüksək zadəgan, knyaz titulu. // Belə titulu olan adam. // Orta əsrlərdə iri feodal. hersoqluq is.\n1. Başında hersoq duran feodal dövləti.\n2. Hersoq titulu. hesab is. [ər.]\n1. Hər hansı hesablamanın rəqəmlərlə ifadə olunan nəticəsi; say, miqdar. Əgərçi bizim qoşunumuz da hesab və ədəddə taifeyi-Osmaniyyədən kəm deyildi.. M.F.Axundzadə. Qulaq asanların hesabı artdı. Ə.Haqverdiyev. • Hesab etmək (eləmək) – saymaq, hesablamaq. Fabrikin gəlirini hesab etmək. Gəlir və çıxarını hesab etmək. – Xozeyin dinməz-söyləməz çötkəni götürüb, çaq-çuq hesab elədi. S.M.Qənizadə. Leylək qızılın hamısını hesab etməkdə çox çətinlik çəkdi. S.Rəhimov. // Hesablama, sayma, hesab etmə. Bir sıra alimlərin apardığı hesaba görə Yer kürəsinin tərkibində olan tək uran və torinin atom enerjisi neft və daş kömür ehtiyatının enerjisindən 20 dəfə çoxdur. A.Qarayev.\n2. Riyaziyyatın, rəqəmlərin sadə xüsusiyyətlərini və onlarla həll olunan əməliyyatı öyrənən bəhsi. Hesab dərsi. Hesabdan “5” almaq. – Lalə yalnız Şirmayının məktəb işlərinə qarışardı, vaxtı olanda dərslərini xəbər alar, hesab məsələlərinin həllinə kömək edirdi. M.Hüseyn.\n3. Borc, verəcək. [Hafizə xanım:] Rəhim kişi, hesabın hamısını gətiribsənmi? Ə.Haqverdiyev.\n4. müh. Maliyyə əməliyyatı və ya hər hansı idarənin, müəssisənin maliyyə əməliyyatının mühasibat uçotu üçün əsas olan sənədlər. İdarənin hesab nömrəsi.\n5. Hesabla şəklində zərf – ehtimal ki, güman ki, ola bilər ki. Hesabla bu gün gəlməlidir. – Hesabla [Tapdıq] hospitalda bir az da yatmalı idi. Ə.Əbülhəsən.\n6. Hesabına şəklində zərf – vəsaiti ilə, pulu ilə. Öz hesabına ezamiyyətə getmək. Fikirləşir bir qədər; Bu gün hara gedəcək; Yaxud kimin hesabına; Harda nahar edəcək? Z.Xəlil. ‣ Hesab aparmaq – nəticə çıxarmaq, başa düşmək. Hər kəs öz hesabını aparsın. Hesab çəkmək – 1) haqq-hesab etmək, gəliri və xərci hesablamaq; hesablaşmaq. [Mozalanbəy:] Bala seyidi çağırıb hesab çəkdim. Ə.Haqverdiyev. Hacı Nəsir ayrı bir şəhərdə yaşayan şərikilə hesab çəkməyə getmişdi. S.S.Axundov; 2) sayğacda hesablamaq, çötkəyə vurmaq. Qorxmaz içəri girəndə Saleh stolun dalında oturub hesab çəkirdi. Ə.Vəliyev. Hesab etmək (eləmək) məc. – 1) fikirləşmək, təsəvvür etmək, təsəvvürünə gətirmək, güman etmək, zənn etmək. [Xortdan:] Bir də mən belə hesab edirdim ki, cəhənnəm bir böyük şəhərdir. Ə.Haqverdiyev. Şəfiqə əvvəl elə hesab elədi ki, yenə gələn Lütfəlidir. İ.Musabəyov; 2) saymaq, bilmək. [Əhməd:] İndi ki, bizi oğru hesab eləyirsiniz, qapınızı qıfıllayın.. N.Vəzirov. İndiyə kimi Bəhramı bakılı hesab edən müəllim tamamilə çaşdı. Ə.Vəliyev. Hesab olunmaq – sayılmaq, bilinmək. [Yaşlı kişi:] Məhəlləmizin ruhanisi Molla Hüseyn, axundun ən sadiq bir müridi hesab olunar, cənnət və cəhənnəm haqqında təlqinatına ürəklə inanardım. S.Hüseyn. Hesaba almadan – fikir vermədən, saymadan, sayğı göstərmədən. Armudboğaz oğlan bərbəzəkli xanım müştəriləri hesaba almadan daha yağlı müştəri saydığı “generalla” əyləndi. S.Rəhimov. [Muxtar:] Danışacağam, ancaq kimin xoşuna, ya bədinə gəldiyini hesaba almadan danışacağam. Mir Cəlal. Hesaba almaq – nəzərdən qaçırmamaq, nəzərə almaq, hesablamaq. Kollektivin rəyini hesaba almaq lazımdır. Hesaba almamaq – saymamaq, fikir verməmək, nəzərə almamaq, vecinə almamaq. Zərrintac xanım kol ətəyindən gələn əsil-nəsəbsiz Ələmdarı heç adam cərgəsinə qoyub, onun var-yoxluğunu belə hesaba almırdı. S.Rəhimov. Hesaba almazdın mənimtək sən də; Özgə danlağını, yad tənəsini. B.Vahabzadə. Hesaba vurmaq – hesablamaq, haqq-hesab etmək. Biz hesaba vurduq, gəlib oktyabr ayının sonu çıxdı. S.S.Axundov. Hesabı açmaq – futbol, voleybol, güləşmə və b. idman yarışlarında birinci xalı qazanmaq. İlk dəqiqədə [hücumçu] rəqiblərin qapısından bir top keçirərək, hesabı açmağa müvəffəq olmuşdur. Hesabı çürütmək – 1) çatası pulu tamamilə verərək və ya alaraq haqq-hesabı qurtarmaq, hesablaşmaq; 2) mübahisəli, davalı məsələni həll etmək. [Nəbi:] Hesabı çürüdək, bu son görüşdür. S.Rüstəm. Hesabı düz çıxmamaq – arzusu, istəyi həyata keçməmək, istədiyi olmamaq, təxmini düz çıxmamaq. Hesabı itirmək – hesablayarkən, sayarkən səhv etmək; miqdarını, sayını yaddan çıxarmaq, hesabı dolaşdırmaq. Yazı-pozu bilməyən Leylək beşliyi, onluğu, bir də yeddi manat yarımlığı dolaşıq salıb hesabı itirməkdən qorxdu. S.Rəhimov. Hesabı var – çoxluq, saysızlıq bildirir. [Xırdaxanım:] Qumun, torpağın sayı var, hesabı var, mənim dərdimin hesabı yoxdur. N.Vəzirov. Hesabı yoxdur – bax. hesabı var. Ovçu əlində oxdur; Oxun hesabı yoxdur; Dost çox olsa nə eybi; Bir düşmən yenə çoxdur. (Bayatı). Hesabıma (hesabına) görə – məncə (səncə), mənə (sənə) görə, mənim (sənin) fikrimcə (fikrincə). Rüstəm kişinin hesabına görə, bu il yaz da mülayim və yağıntılı olmalı idi. M.İbrahimov. Hesabına getmək – hesablamaq, saymaq, miqdarını müəyyənləşdirmək. [Muzdur] axır bir nəfəsini dərib pulun hesabına getməyə başladı. S.M.Qənizadə. Hesabını aparmaq – başa düşmək, duymaq, nəticə çıxarmaq. Molla Tanrıverdinin rəngi üzündən qaçıb ağappaq gəc kimi ağardı, həmin saat hesabını apardı. E.Sultanov. Hesabını başa düşmək – bax. hesabını aparmaq. [Vahid:] ..[Anam] məni yanakı süzəndə hesabımı başa düşərdim. B.Bayramov. Hesabını çəkmək – hesablamaq, hesab etmək, saymaq. [Kibernetika maşınları] Çəkir hesabını da; Minlərin, milyonların. B.Vahabzadə. hesabaalma is. Hesablama, siyahıyaalma yolu ilə bir şeyin miqdarını, sayını, ədədini müəyyənləşdirmə. Malları hesabaalma. Hesabaalma vərəqəsi. hesabagəlməz sif. Hesablanması, sayılması mümkün olmayan; saysız-hesabsız, hesaba gəlməyən. hesabagəlməzlik is. Sayı-hesabı olmama; saysızlıq, hədsizlik. hesabat is. [ər. “hesab” söz. cəmi]\n1. Öz işi, verilən tapşırığı yerinə yetirməsi, yaxud apardığı tədqiqatın nəticəsi və s. haqqında məsul şəxsə, ya kollektivə, təşkilata və s. verilən yazılı və ya şifahi rəsmi məlumat. İllik hesabat. Şöbənin hesabatı. – Maral qonaqları yola saldıqdan sonra komissarlığa getmiş, .. göndərilən hesabatla tanış olmaq üçün iki saata qədər orada oturmuşdu. Ə.Əbülhəsən.\n2. Bir şey və ya iş haqqında izahat, geniş məlumat. [Muxtar Firəngizə:] Elə bilirəm ki, kişinin arvada hesabat verməsi məcburi deyildir. B.Bayramov. // müh. Buraxılmış pulun xərclənməsi haqqında sənəd. Maliyyə hesabatı. Təhtəlhesab pulun hesabatı. hesabcıl sif. Hər şeyin hesabına gedən, hesablamağı yaxşı bacaran, hesabını bilən. Hesabcıl adam. hesabdar is. [ər. hesab və fars. ...dar] Hesabdarlıq işçisi, mütəxəssisi. [Fərhad] bir il, iki il hesabdar, ferma müdiri, mühasib olmuşdu. M.İbrahimov. Qələndərov əvvəllər Xaçbulaqda qoyunçuluq fermasında hesabdar idi. Mir Cəlal. // köhn. Mühasib. [Qədir] hesabdara da söylədi ki, [Nəsirə] ayda qırx manat hesabı ilə maaş yazsın. S.Hüseyn. ..Orada mənim maaşımın ayda on tümən artırılması üçün hesabdara əmr verilmişdi.. M.S.Ordubadi. hesabdarlıq is.\n1. Hesablar üzrə əməliyyat uçotu aparılması; mühasibat (buxalteriya) uçotu.\n2. Hesabdar vəzifəsi. Yarməmməd çoxdan hesabdarlıqdan bir pillə yuxarı qalxmaq fikrində idi. M.İbrahimov. Əşrəf gördü ki, hesabdarlıq Nazlının çox xoşuna gəlir. S.Rəhman. hesabi sif. və zərf [ər.] dan. Düz, doğru, haqlı. Hesabi tələb. – [Teymur ağa:] Bu hesabi sözdür, amma yalqız bu ehtimal ilə xatircəm olmaq olmaz. M.F.Axundzadə. hesablama “Hesablamaq”dan f.is. Hesablama işləri. Hesablamanın nəticəsi. // Sif. mənasında. Hesablamaq üçün olan hesablayıcı. Hesablama maşınları. hesablamaq f.\n1. Hesablama işi aparmaq, sayıb yekunlaşdırmaq. Xərclədiyi pulu hesablamaq. Əməkgünlərini hesablamaq. – Balaca Sabir barmağı ilə hesablayıb yazırdı. S.Rəhimov. [Fərman] qabağına bir kağız qoyaraq, karandaşla bir çox rəqəm yazır və hesablayırdı. Ə.Sadıq.\n2. Hesablama zamanı müəyyən ölçü vahidindən və ya hər hansı bir cihazın göstərdiyi sistemdən istifadə etmək. Temperaturu Selsi ilə hesablamaq. // Texniki hesablama aparmaq. Binanın uzunluğunu hesablamaq. Otağın sahəsini hesablamaq. hesablanma “Hesablanmaq”dan f.is. hesablanmaq “Hesablanmaq”dan məch. Layihənin xərci hesablandı. – Ulduzların həyatı milyard illərlə hesablanır.. “Günəşin tarixi”. hesablaşma “Hesablaşmaq”dan f.is. hesablaşmaq qarş.\n1. Çatası, çatmalı pulu tamamilə verərək və ya alaraq haqqhesabı qurtarmaq. – Bahadır ev yiyəsi ilə hesablaşıb, şeylərini gədəyə tapşırdı və özü də Sonagilə getdi. N.Nərimanov.\n2. məc. Qisas almaq, əvəzini çıxmaq. [Dəli Alı:] Sizi soyanlardan bircəciyinin nişanını yadınızda saxlayın, mənə deyin. Onları tapıb, özüm hesablaşaram. “Aşıq Ələsgər”.\n3. məc. Saymaq, saya salmaq, sayğı göstərmək, nəzərə almaq. Adamla hesablaşmaq lazımdır. O heç kəslə hesablaşmır. – [Atam:] Köhnələrin də rəyi ilə bir az hesablaşmalıdır. Çəmənzəminli. [Zeynal] istəyirdi ki, hər kəs onunla hesablaşsın. S.Hüseyn. hesablayıcı is.\n1. Bir şeyi hesablamaqla, saymaqla, sayını müəyyən etməklə məşğul olan şəxs; sayıcı. Hesablayıcıların təlimat müşavirəsi. – Şahpəri hesablayıcının otağına girəndə mat qaldı. B.Bayramov.\n2. Sərf olunan elektriki, suyu, qazı və s. hesablamaq üçün cihaz. Elektrik enerjisi hesablayıcısı. Hesablayıcını yoxlamaq. – Lövhəli su hesablayıcıları şar formasında olan ölçü kamerindən ibarətdir. “Nəzarət-ölçü cihazları”. // Sif. mənasında. Hesablayıcı komissiya. Hesablayıcı maşın. Boru ilə axan qazın miqdarını hesablayıcı cihaz ölçür. hesabsız sif. Həddən artıq, çox, sayıhesabı olmayan. Dəhşətli, qüvvətli, hesabsız ləşkər; Şimaldan düz şərqə yürüş edirlər. A.Səhhət. Uşaq gözünü açıb ətrafındakıları gördükdə onları bilmək istəyir, odur ki, hədsiz və hesabsız suallar verir. Çəmənzəminli. heterogen sif. [yun.] Eyni cinsdən olmayan, müxtəlif tərkibli hissələrdən ibarət olan. Heterogen reaktor. hey I. is. Qüvvət, iqtidar, cismani enerji. Canında hey yoxdur. ‣ Heydən düşmək (kəsilmək) – gücdən düşmək, üzülmək, əldən düşmək. Səttarla Ülkər bir böyük meşə ilə yeddi gün, yeddi gecə yol gedib, bir böyük dağa çıxdılar. Onların çörəkləri qurtardı, heydən kəsildilər. (Nağıl). [Ataşın] əngləri heydən düşür, dili çətinlikdə hərlənirdi. Ə.Vəliyev. Heyi qalmamaq (kəsilmək) – bax. heydən düşmək (kəsilmək). [Odunçuoğlu] çox gedə bilmədi, ayaqlarının heyi kəsilib, yol kənarında bir təpə üstündə oturdu. Ə.Məmmədxanlı.\n\nII. Çağırış və ya müraciət bildirən nida – ey, ay. [İskəndər:] Hey Zeynəb, vallah, fəndini duymuşam... Qonağın yolunda bu qədər çalışırsan ki, ərin Kərbəlayı Novruzu da diriltsin? C.Məmmədquluzadə. Rüstəm səsi dolusu: – Ay Qəhrəman, hey! – deyə oğlunu çağırırdı. S.Rəhimov.\n\nIII. əd. Bir şeyin daim, arasıkəsilmədən və ya tez-tez təkrarlandığını və ya çox davam etdiyini bildirir. Yağış hey yağır. Uşaq hey ağlayır. Hey xəstələnmək. Hey donquldanmaq. – Həcər baxdıqca bu səmtlərə hey baxdı. S.Rəhimov. Qaranlıqda it zingildədi, Qoşatxan bildi ki, hey hürərək əl çəkmək istəməyən iti ev yiyəsi vurdu. M.İbrahimov. heybə is. Çiyindən, bəzən də atın tərkindən aşırılan kiçik xurcun. Tahir xalı kimi rəngbərəng iplərdən toxunmuş balaca dolu heybəsini çiyninə aldı.. M.Hüseyn. Yalıncaq ax-ufla heybəsini açıb oradan .. bir ipək köynək çıxardı. M.Rzaquluzadə. heybəcik is. Kiçik heybə. Heybəciyi çiyninə salmaq. heybət is. [ər.] Qorxu və eyni zamanda hörmət hissi oyandıran hal, görkəm. Çalışqan, namuslu Ayrım qızının üzündə kişilərə məxsus bir heybət vardı. A.Şaiq. // Zəhm, vahimə, dəhşət. Oğlanın heybətindən hərə bir tərəfə dağıldı. (Nağıl). Heybətindən lərzə düşər canıma; Sanasan, quluna padişah baxar. M.P.Vaqif. heybətli sif. Heybət doğuran, hörmət hissi ilə bərabər qorxu hissi doğuran; zəhmli. Heybətli görkəm. Heybətli baxış. Əlyarov dişini qıcayıb [Ərknazın] üzünə daha heybətli bir nəzər saldı. M.Hüseyn. [Şamxalın] nəzərində kişi [Cahandar ağa] getdikcə böyüdü və nərildəyərək ov üstünə atılmağa hazırlaşan heybətli bir pələngə döndü. İ.Şıxlı. heyət is. [ər.]\n1. Hər hansı bir təşkilatın, kollektivin tərkibini təşkil edən adamlar toplusu; tərkib. Redaksiya heyəti. Komissiyanın heyətində dəyişiklik. – [Çingiz gənclərə:] Müsamirə düzəltmək üçün ayrıca bir heyət seçməlidir. Çəmənzəminli.\n2. Xidmətinə, ixtisasına və s. görə bir qrup təşkil edən adamlar. Rəhbərlik edən heyət (rəhbərlər). Komanda heyəti (komandirlər). Müəllim heyəti (müəllimlər). – [Sədr:] Məhkəmə heyəti müttəhim Baxışın da qiyamçılar hərəkatı ilə əlaqəsi olduğunu təsdiq edir. C.Cabbarlı.\n3. klas. Görkəm, görünüş, şəkil, surət, qiyafət. Xubani-hərəm [hökmdarı] bu heyətdə görəndə az qaldılar qəhqəhə etsinlər. M.F.Axundzadə. [Münəvvər:] Ana, mənim təqsirim nədir ki, bu libaslar ilə məni insanlıq heyətindən çıxartdın? M.S.Ordubadi. heyif əd. [ər.] bax. təəssüf. Əfsus, qocaldım, ağacım düşdü əlimdən; Səd heyif cavanlıq! M.Ə.Sabir. Heyif, çiçəklərin ömrü az olur; Sənə çatanacan bəlkə solacaq. O.Sarıvəlli. ‣ Heyfi gəlmək – 1) bir şeyi xərcləmək, işlətmək, vermək istəməmək, əsirgəmək. Bardaqdakı sərin suya Səməndərin heyfi gəlirdi. B.Bayramov; 2) yazığı gəlmək. [Mirzə Sadıq:] Həqiqətən [Fərhada] çox heyfim gəlir. C.Cabbarlı. heyiflənmə “Heyiflənmək”dən f.is. heyiflənmək bax. heyifsilənmək. Mən həmişə heyiflənərdim ki, təhsil etməmişəm. C.Məmmədquluzadə. heyifsilənmə “Heyifsilənmək”dən f.is. heyifsilənmək 1. bax. təəssüflənmək. Amma mən ona heyifsilənirəm ki, bu sözlər ərəbcə yazılıb və camaat qanmayacaq. C.Məmmədquluzadə. Xan Dızaq sığnağına atlı göndərdiyini söylədi, Vaqif heyifsilənən (f.sif.) kimi oldu. Çəmənzəminli.\n2. f. Heyfi gəlmək, əsirgəmək (əsasən inkarda işlədilir). [Mürsəl:] Canavar ovuna gedən gülləyə heyifsilənməməlidir. Ə.Vəliyev. heyhat nida [ər.] Əfsus, təəssüf, heyif. Şeirsiz, nəğməsiz gəzib bir ara; Heyhat, oynamamış könlüm yerindən. M.Müşfiq. Milçək o mənzilə çatarmı, heyhat; Ki, simurğ orada salmışdı qanad! Şəhriyar. heykəl is. [ər.]\n1. Heykəltəraş tərəfindən daşdan, tuncdan və s.-dən hazırlanmış insan və ya heyvan surəti. Mərmər heykəl. Füzulinin heykəli. – Yaşıl məhəccərli dördkünc bağçada Nizaminin tuncdan tökülmüş miniatür heykəli qoyulmuşdu. M.Hüseyn.\n2. is. Cindən, həmzaddan və bədnəzərdən qorumaq üçün uşaqların boynuna asılan dualı, muncuqlu asqı. bax. medalyon. Sağdan sola, soldan sağa sal boynuna heykəl; Qoy cinni məəttəl.. M.Ə.Sabir.\n3. məc. bax. mücəssəmə 2-ci mənada. ‣ Heykəl kimi – müqəvva kimi, hərəkətsiz. Mübaşir Məmməd, heykəl kimi hərəkətsiz durmuş qıza, onun şümşad boyuna nəzər saldı.. M.İbrahimov. ..Donuq nəzərlə [Səməd] heykəl kimi quruyub qalmış gəlinin üzünə baxa-baxa qaldı. İ.Hüseynov. heykəltəraş is. [ər. heykəl və fars. ...təraş] Heykəltəraşlıq əsərləri yaradan sənətkar. Azərbaycan heykəltəraşları monumental abidələr yaratmışlar. heykəltəraşlıq is.\n1. Təsviri sənətin qazıma, yonma, kəsmə, yapma və ya tökmə üsulu ilə həcmli təsvirlər (heykəl, büst, barelyef və s.) yaradan növü. Klassika dövrü yunan heykəltəraşlığı dünya incəsənətinin ən maraqlı hadisələrindən biridir. – Biz eyni sözləri musiqi haqqında da, rəssamlıq və heykəltəraşlıq, memarlıq haqqında da deyə bilərik. İ.Əfəndiyev.\n2. Daşdan, tuncdan və b. materiallardan düzəldilmiş belə sənət əsəri. Müsabiqəyə .. heykəltəraşlıq əsərləri də təqdim edilmişdir. // Belə əsərlərin toplusu. Azərbaycan heykəltəraşlığı. heyran is. [ər.] Gözəl və ya əzəmətli bir şey qarşısında vurulmuşcasına çaşıb qalma; valeh olma. [Nigar xanım:] Eyvazım bənzər laçına; Sonalar heyran saçına. “Koroğlu”. • Heyran etmək (buraxmaq) – valeh etmək, məftun etmək, heyrət içində buraxmaq. Oğlanın cəsarəti, bu yad yerdə qorxmaması onu [Zərnigarı] heyran etmişdi. İ.Şıxlı. Heyran qalmaq (olmaq) – valeh olmaq, məftun olmaq; bir şey qarşısında vurulmuşcasına çaşıb qalmaq. Nə gözəldir, nə qəribə, səfalı; Heyran olur adam görcək bu halı. A.Səhhət. Həm də gözəl ney çalır, o qalır yana-yana; Eşidən heyran qalır onun mahnılarına. B.Vahabzadə. heyranedici sif. Valehedici, məftunedici; ecazkar. Heyranedici mənzərə. Heyranedici musiqi. – ..Böyük sənətkarların qəlbini həyəcanla döyündürmüş ecazkar el ədəbiyyatının heyranedici sirrini hiss edirsən. İ.Əfəndiyev. heyranlıq 1. is. Gözəl və ya əzəmətli bir şey qarşısında vurğuncasına valehlik. [Afşinin] Babəkə zillənmiş baxışlarında heyranlıq və çaşqınlıq bir-birini əvəz edirdi. Ə.Məmmədxanlı.\n2. Heyranlıqla şəklində zərf – heyranheyran, vurğuncasına, valehcəsinə. Mən arzularımın hovuzu kənarında durub məqsədimin surətini dərin bir heyranlıqla müşahidə edirəm. M.Müşfiq. heyratı is. [Herat şəhərinin adından] Şərq muğamlarından birinin adı. Heyratı oxumaq. – Bir pərdə Çahargah, bir sim Heyratı; Bir ağız Dilqəmi gətirin mənə. M.Araz. • Heyratı xoruz – iri, döyüşkən xoruz növü. Heyratı kəlağayı – iri, güllü kəlağayı. Heyratı ipək kəlağay; Örtüb qəddi-dala gözəl. Aşıq Ələsgər. heyrət 1. is. Qeyri-adi, gözlənilməz, qəribə, anlaşılmaz bir şeydən, hadisədən çaşqınlıq halı; təəccüb. Usta Murtuz heyrətindən qayıdıb aşağı baxdı. Mir Cəlal. [Oğlan] yəqin mənim üzümdə heyrət əlaməti görüb əlavə etdi. M.Rzaquluzadə. • Heyrət almaq (götürmək, aparmaq) – çaşıbqalmaq, heyrət etmək. [Qoşunəli:] Baba, necə fikir dəryasında üzməyim, məni heyrət aparıbdır.. Ə.Haqverdiyev. Kərəmi heyrət alır; Kərəm xəyala dalır. S.Vurğun. Heyrət etmək – təəccüblənmək, heyrətlənmək, təəccüb etmək. [Qadın Xəlilə:] Siz belə ailə dostu olduğunuz halda indiyə qədər subay qaldığınıza heyrət edirəm.. Çəmənzəminli. Heyrət içində (içərisində) – təəccüblənmiş halda, təəccüb içərisində, təəccüblənərək. Qızılgül kimidir isti yanaqlar; Heyrət içindədir gələn qonaqlar.. S.Vurğun. Ətrafa baxdıqca [Aydının] qara gözləri heyrət içərisində yanırdı. H.Seyidbəyli. Heyrətdə qoymaq – 1) bax. heyrətə salmaq; 2) valeh etmək, heyran etmək. Heyrətdə qoyur səni; Çılpaq qadın vücudunun kamil cizgiləri. R.Rza. Heyrətə gəlmək (düşmək, dalmaq) – bax. heyrət etmək. Bu iki həmşəhərlilər bir-birinə rast gəldikdə heyrətə dalıb qaldılar. Çəmənzəminli. Heyrətə düşmüş (f.sif.) bağban, saçları çiyinlərindən üzüaşağı tökülən Həcəri gördü və heyrətlə süstləşib dayandı. S.Rəhimov. Heyrətə salmaq (gətirmək) – təəccübləndirmək, heyrətləndirmək, təəccübə salmaq. Oxu! Qüvvət gəlsin şerə, sənətə; Könlümün quşunu gətir heyrətə. M.Müşfiq.\n2. Heyrətlə şəklində zərf – təəccüblə, heyrət edərək, heyranlıqla. Əlisəfa gözlərini heyrətlə döyməyə başladı. S.Hüseyn. [Kərimov] heyrətlə Məmmədova baxdı. H.Seyidbəyli. heyrətamiz sif. [ər. heyrət və fars. ....amiz] Heyrət doğuran, qəribə, heyrətə salan, təəccüblə, gözlənilməz, heyrətəngiz. Heyrətamiz mənzərə. – Dünya hadisələri heyrətamiz bir sürətlə inkişaf edir, insanları hər gün yeni bir vaqiə qarşısında buraxırdı. M.İbrahimov. heyrətəngiz [ər. heyrət və fars. ...əngiz] bax. heyrətamiz. Nigar heyrətəngiz bir sima ilə baxdı, düşündü və böyük qardaşına fikrini açıq söyləməyə cəsarət eləmədi. Çəmənzəminli. heyrətləndirmə “Heyrətləndirmək”dən f.is. heyrətləndirmək f. Heyrət doğurmaq, heyrətə salmaq, təəccübləndirmək. [Abışın] səsi Qədiri daha da heyrətləndirirdi. Mir Cəlal. Cavan leytenantın gözlərindəki mətinlik, gizli ehtiras və odlu yalvarış onu heyrətləndirirdi. H.Seyidbəyli. heyrətlənmə “Heyrətlənmək”dən f.is. heyrətlənmək f. Heyrət etmək, təəccüblənmək, təəccüb etmək. Kazım fəqət xəbərsizdi bu işdən; Gəldi, gördü, heyrətləndi bir qədər. M.Müşfiq. Mənsə heyrətləndim, sözün doğrusu; Dedim, nə olmuşdur? Nə danışır bu? S.Vurğun. Bu heyrətlər donuqları heyrətləndirər; Bu daşların görünməmiş vulkanı başlar. M.Araz. heyrətli sif. Heyrət doğuran, gözlənilməz, qəribə, heyrətə salan; təəccüblü, heyrətamiz, heyrətəngiz. [Dərviş] heyrətli və kəskin bir nəzərlə baxınıb durur. H.Cavid. heysiyyət is. [ər.] Mənlik, şan, şərəf, qürur; mənlik hissi. Eşqin atəşində o yandırmadı; Böyük mənliyini, heysiyyətini. B.Vahabzadə. heysiyyətli sif. Heysiyyəti, mənliyi olan; mənliyini qoruyub saxlayan, şərəfli. [Qızı Turxan bəyə:] Atadan-babadan sizin namuslu, heysiyyətli bir xanədan olduğunuzu bütün vilayət bilir. H.Cavid. heysiyyətsiz sif. Heysiyyəti, mənliyi olmayan; şərəfsiz, alçaq. [Fərman] Mələyin .. heysiyyətsiz bir adam olduğunu düşündü. M.İbrahimov. heysiz sif. Gücsüz, qüvvəsiz, taqətsiz, heyi olmayan. Heysiz qoca. heyva is. Sarı rəngli, turşməzə, üstü tüklü, xırda çəyirdəkli meyvə. Heyva mürəbbəsi. – [Əyyar:] Elə ki, budaqlar başını əyir; Nar, heyva, şaftalı, gavalı dəyər. A.Şaiq. Almalar qızarır, armudlar, heyvalar saralır, əzgillə zoğal bir-birinə qarışırdı. S.Rəhimov. // Bu meyvənin ağacı. [Məmməd:] Yatır tut ağacı, yatır xan çinar; Əyir budağını heyva, iydə, nar. Z.Xəlil. heyvagülü is. mus. Azərbaycan xalq heyvancıq is. Kiçik heyvan, balaca oyun havalarından birinin adı. Heyvagülü çalmaq. heyvan is. [ər.]\n1. İnsanı çıxmaqla hər cür canlı məxluq. [Qaçay:] Atalar deyib ki, heyvan iyləşə-iyləşə, insan dilləşə-dilləşə yaxınlaşar. Ə.Vəliyev. // Bitkilərdən başqa hər cür canlı varlıq. Vəhşi heyvan. Onurğasız heyvanlar.\n2. Əhliləşdirilmiş dördayaqlı canlı məxluq. Ev heyvanları. Qoşqu heyvanları. – [Qara Kərəmoğlu:] Bir dəfə bazar ayağında bir dəstə adamın içində heyvanlardan söhbət düşür, biri deyir, camış yaxşı heyvandır, qatığı çox dadlı olur.. M.İbrahimov. Camal kişi heyvanları rahat eləmək üçün tövləyə getdi. Ə.Vəliyev.\n3. Yabanı, vəhşi canlı məxluq. Yırtıcı heyvanlar. Meşə heyvanı. Xəzlik heyvan. – [Sitarə:] Meşə qaranlıq, özüm tək, vəhşi heyvanlar... C.Cabbarlı.\n4. məc. Adətən yazıq, fağır, zavallı, aciz uşaq haqqında deyilir. [Məhəmmədağa:] Uşaq sizindir, onun xeyrini siz görəcəksiniz, əbəs yerə heyvan uşağı bədbəxt eləməyiniz, qoyunuz gəlib oxusun. N.Nərimanov.\n5. məc. Qanmaz, anlamaz, kobud, yaxud ağılsız, dərrakəsiz adam haqqında. Heyvanın biridir. // Bəzən söyüş məqamında işlənir. [Məşədi İbad:] Görünür ki, heyvan balası dəllək hənanı pis yaxıbdır. Ü.Hacıbəyov. heyvanat is. [ər. “heyvan” söz. cəmi] Heyvanlar, heyvanlar aləmi. [Fərhad:] ..Yer, göy titrəşsin, göyün quşları, yerin heyvanatı, dəryaların balıqları, hamısı gərək mənim üçün ağlaşalar. Ə.Haqverdiyev. Heyvanat qissəsidir dünya “Kəlilə-Dimnə”; Ta ki axırda bir az qovzanıb insan olacaq; Azı insan da olursa, çoxu heyvan olacaq. Şəhriyar. heyvancasına sif. və zərf Heyvan kimi, vəhşicəsinə, kobudcasına. heyvancığaz 1. bax. heyvancıq.\n2. oxş. Nəvazişlə balaca, körpə uşaq haqqında deyilir – yazıq uşaq, zavallı uşaq. Heyvancığaz qızdırma içində yanır.\n3. məc. Qaba, kobud adam haqqında. Tərpənməyə heyvancığazın taqəti yoxdur; Ehsansız olan məclisin heç ləzzəti yoxdur. Ə.Vahid. heyvan, yazıq heyvan, heyvancığaz. Həsrətlərinə qovuşmuş heyvancıqlar ayaqlarını bükərək quyruqlarını oynada-oynada analarının məmələrini əmirdilər. A.Şaiq. heyvandar is. [ər. heyvan və fars. ...dar]\n1. Heyvandarlıq mütəxəssisi.\n2. Mal-qara saxlamaqla, yetişdirməklə, maldarlıqla məşğul olan təsərrüfat, kəndli. Gənc heyvandarların respublika toplanışı. // Sif. mənasında. Heyvandar təsərrüfatlar. Heyvandar kəndlilər. heyvandarlıq is. Kənd təsərrüfatının ev heyvandarları, mal-qara saxlamaqla məşğul olan sahəsi. Heyvandarlığı inkişaf etdirmək. Yoxsul kəndlinin təsərrüfat dərdləri – torpaq, su, becərmə, məhsuldarlıq, istehsal aləti, heyvandarlıq, ipəkçilik kimi məsələlərlə əlaqədar dərdlər “Əkinçi”nin başlıca mövzusu idi. // Ev heyvanlarını saxlamaq və cinslərini yaxşılaşdırmaq haqqında elm. Kənd təsərrüfatı institutunun heyvandarlıq fakültəsi. Heyvandarlıq haqqında mühazirə. heyvanxana is. [ər. heyvan və fars. ...xanə] Vəhşi heyvanların saxlandığı xüsusi yer, bina. heyvani sif. [ər.]\n1. Heyvan ətindən, südündən, yağından və s.-dən hazırlanan, alınan; üzvi. Heyvani maddələr. Heyvani məhsullardan ancaq süddə şəkər vardır.\n2. Heyvana (heyvanlara) xas olan; heyvana aid olan; qeyri-şüuri. Heyvani həyat. – [Məhbusi] düşünürdü. Bir az iş gecikərsə bütün həyatı və taleyinin təhlükə altına düşəcəyi onu qorxudur, qəlbində heyvani bir vahimə oyadırdı. M.İbrahimov. Kamal [qorxaqlığa] çoxdan qalib gəlmiş, sonra bu ibtidai heyvani qorxaqlığa özü nə qədər gülmüşdü. M.Rzaquluzadə. // məc. Şəhvani, cismani. Heyvani hisslər. – [Qətibə:] Hüsaməddin anlamamışdır ki, mən heç kəsə satılmamışam. Lakin o bilmir ki, o özü bir qadının quru vədəsinə və özünün heyvani bir düşüncəsi xatirinə bir məmləkəti satmaq üzrədir. M.S.Ordubadi. heyvanlaşma “Heyvanlaşmaq”dan f.is. heyvanlaşmaq f. İnsanlıq sifətlərini itirmək, vəhşiləşmək, kobudlaşmaq; sərtləşmək. heyvanlıq is. Qanmazlıq, anlamazlıq, qanacaqsızlıq. Heyvanlıq etmək. heyvansifət sif. İnsan sifətlərini itirmiş; vəhşi, kobud, qanmaz, yontalanmamış. heyvərə sif. və is.\n1. Kobud, qanmaz, ləyaqətsiz, tərbiyəsiz, ədəbsiz, zırrama, ağzıyava, ağzıpozuq. Heyvərə adam. Heyvərənin biridir, dindirməsən yaxşıdır. – Qışqırdı bir qədər, zəhərdən acı; Qızışdı getdikcə heyvərə hacı. H.K.Sanılı. // Bəzən söyüş kimi işlədilir. [İsmayıl bəy:] Yalan danışma, heyvərə, mənim öz atlarım harada qalmışdı ki, səndən at istəyə idim. N.Vəzirov.\n2. Yekə, zorba, nataraz, yöndəmsiz. Bozdar .. qocalmış, gözlərinə pərdə gəlmiş heyvərə bir köpəkdir. S.S.Axundov. Qamışın qalın bir yerində heyvərə bir çaqqal yerə sərilmişdi. M.Rzaquluzadə.\n3. zərf Avara-avara, boş-boş, avara-sərgərdan. Dəxi ol sərvi-qədin kuyinə cənnət deyibən; Gəzmərəm küçələri heyvərə bundan sonra. S.Ə.Şirvani. heyvərələnmə “Heyvərələnmək”dən f.is. heyvərələnmək f. dan. Avara-avara gəzmək, avaralanmaq, veyillənmək. Küçələrdə heyvərələnmək. heyvərəlik is.\n1. Qanmazlıq, kobudluq, tərbiyəsizlik, zırramalıq; sözünü, hərəkətini bilməmə; boşboğazlıq. Bir bölük boşboğazıq, heyvərəlik adətimiz; Doludur lənət ilə, qeybət ilə söhbətimiz. M.Ə.Sabir. [Sədr] bunun səbəbini Canının heyvərəliyində, boşboğazlığında görürdü. Ə.Əbülhəsən.\n2. Avaralıq, veyillik; heç bir işlə məşğul olmama. Heyvərəlik etmək. hə ( bəzən “ə” saiti uzadılaraq tələffüz olunur) əd.\n1. Verilən suala müsbət cavab və ya təsdiq məqamında işlənir (yox ziddi); bəli, elədir. Hə, razıyam. – İmtahan verdinmi? – Hə, verdim. – Yemək istəyirsənmi? – Hə. – [Vəli:] Sultan bəyin evi buradır? [Telli:] Hə, buradır, nə işin var? Ü.Hacıbəyov.\n2. Sual cümlələrində sualı gücləndirir və təkid bildirir. Hə, de görüm məndən nə istəyirsən? – Telli arvad yerindən dilləndi: – Ay imanı yanmış, gorda da məndən əl çəkməyəcəksən, hə? M.İbrahimov. // Sual cümlələrinin axırında müsahibi cavab verməyə vadar etmək məqamında işlənir – düz deyil? elə deyilmi? de görüm mənasında. – Siz haqlı olmadığınızı etiraf edirsinizmi? – Hə? – Bir də belə işlər edəcəksənmi? – Hə? – Birdən müəllimin gözü Tapdığın əlindəki ağ dəftərə sataşdı: – Bunu haradan almısan? Şəkil çəkirsən? Hə? Ə.Vəliyev. // Nitqin daxilində əvvəlcə deyilmiş sözü israrla təsdiq məqamında işlənir və bəzən təkrar deyilir – düzdür, tamamilə doğrudur, elədir ki var, əlbəttə mənasında. – Sən dediyinin üstündə durursanmı? – Hə, hə, dururam.\n3. Yaddan çıxmış bir şey birdən yada düşdükdə və ya başqa mətləbə keçdikdə deyilir – yeri gəlmişkən, bir də mənasında. Hə, yaxşı yadıma düşdü. Hə, az qala yadımdan çıxmışdı, gələndə kitabını da gətir.\n4. Cümlənin əvvəlində müraciət zamanı işlənir – ey, ay mənasında. [İskəndər oxuyaoxuya daxil olur] – Hə... ana, kefin necədir? C.Məmmədquluzadə. Qurban əlilə boynunu ovuşdura-ovuşdura: – Hə molla! Yaz ki, Qurbanın uşaqlarının anasına yetişəcək. A.Şaiq. // Müraciətə, çağırışa cavab kimi işlənir – nə, nədir, eşidirəm! mənasında. – Həsən? – Hə. həb is. [ər.] Toz dərmandan hazırlanmış kürəcik. Həb atmaq. Acı həb. – Həkim bir neçə həb, beş də iynə dərmanı verdi. Ə.Vəliyev. • Yastı həb – dairə şəklində həb; tablet. həbəş is. Efiopiyanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adamın keçmiş adı; efiopiyalı. Zavallı, silahsız və kimsəsiz həbəşlərin boynunda faşist cəlladı öz qılıncının kəsərini yoxlayırdı. M.İbrahimov. Dünyanı gəz, dolaş; Həbəşi, zəncini dindir. R.Rza. həbib is. [ər.] klas. Sevgili, dost. Tutaram yarın qiyamətdə, həbibim, damənin. Füzuli. [Bəhram:] Mənim vicdanım ləkəlidir. Mənim həbibim! C.Cabbarlı. həbs is. [ər.]\n1. Dustağasalma (salınma), azadlıqdan məhrumetmə (edilmə). Həbs cəzası. – Məhbəs də, qəfəs də, həbs də, qəsd də; İnsan mərd olanda həddini aşmır. M.Araz. • Həbs edilmək, həbsə düşmək – həbsxanaya salınmaq, azadlıqdan məhrum edilmək, dustağa düşmək. [Əmiraslan oğruluq və yol kəsmək üstündə] neçə dəfə həbsə düşüb çıxdı. S.S.Axundov. Özü deməmişdi, bilirdim onu; Neçə il qabaq; Həbs eyləmişlər. B.Vahabzadə. Həbs etmək, həbsə almaq – həbsxanaya salmaq, azadlıqdan məhrum etmək. [Kərəm Hələb paşasına:] İndi, buyur, məni aparsınlar, həbs etsinlər. Ü.Hacıbəyov.\n2. hüq. Mülkdən, maldan və s.-dən istifadə edilməsinin məhkəmə orqanları tərəfindən qadağan olunması. həbsxana is. [ər. həbs və fars. ...xanə] Dustaqların saxlandığı yer, ev, bina; dustaqxana, qazamat, zindan. Çar hökuməti yıxılandan sonra Cavahir həbsxanadan çıxdı. T.Ş.Simurq. həbsxanaçı is. Həbsxana gözətçisi. həcc is. [ər.] Müsəlmanlarda: zilhiccə ayında Məkkədə ziyarət mərasimini yerinə yetirmə. Bəhs ilə həccə gedən yorulub yolda qalar. (Ata. sözü). Getdi həccə atası, ta oluna “hacı” xitab; Kim ona “hacı” desə, bil ki, deyir böhtanı. S.Ə.Şirvani. həcəmət is. [ər.] Xalq təbabətində: xəstə adama küpə salıb qan almaqdan ibarət müalicə üsulu, habelə müalicə məqsədilə qan almaq, qanı sormaq üçün işlədilən buynuzşəkilli alət. Şeyx Şabanın arvadı Gülsüm xala da məhəllədə məşhur idi, çünki yaxşı .. çöp ötürərdi, noxud falı açardı və həcəmət qoyardı. Ə.Haqverdiyev. Kəndin bir kişisi, qadını, cavanı, qocası, uşağı yox idi ki, Zeynəb qarının həcəmət və zəlisini görməmiş olaydı. S.S.Axundov. həcm is. [ər.]\n1. Bir şeyin kub vahidləri ilə ölçülən uzunluğu, hündürlüyü və eni. Həndəsi cismin həcmi. Kubun həcmi. Binanın həcmi.\n2. Ölçü, böyüklük, miqdar və s. baxımından bir şeyin tutumu. Çəlləyin həcmi. Vaqonun həcmi. – Külli miqdarda neft və qaz yalnız böyük həcmdə boşluqları, yəni müəyyən məsamələri olan süxurlarda yerləşir. “Neft və qaz quyularının qazılması”. // məc. Böyüklük, ölçü, kəmiyyət və s. cəhətdən bir şeyin miqyası. İşin həcmi. Tikinti işlərinin həcmi. – Nizami qoltuğundan böyük bir dəftər həcmində bir məktub çıxarıb Fəxrəddinə verdi. M.S.Ordubadi. ‣ Həcm ölçüləri – maye və dənəvər maddələrin ölçüləri (litr, kubmetr və s.). həcmcə sif. Həcminə, böyüklüyünə, tutumuna görə, içinə ala biləcəyi şeyin miqdarına görə. Həcmcə bu çənlərdən hansı böyükdür? Həcmcə kiçik çəllək. – Müharibənin son aylarında daha yeni radiolokasiya qurğuları işlədilmişdir. Bu qurğular həcmcə çox kiçik olub təyyarəvuran zenit toplarının mərmiləri daxilində yerləşir. “Radiolokasiya”. həcmi sif. [ər.] Həcm cəhətdən, həcm baxımından, həcmlə bağlı. Həcmi təhlil. həcmli sif. Həcmcə iri olan; böyük, tutumlu. İri həcmli sistern. – Bir tərəfdə müxtəlif həcmli ekskavatorlar torpağı qazır, bir tərəfdə parovozlar xəndəkdə fit verəverə platformalardan ibarət qatarları bu ekskavatorların yanına gətirir. Ə.Sadıq. həcv is. [ər.] Bir şəxsə, ictimai quruluşa, yaxud həyatdakı mənfiliklərə qarşı yönəldilmiş istehzalı, kəskin, acı, kinayəli yazı. Mirzə Ələkbər Sabirin həcvləri. “Molla Nəsrəddin” məcmuəsində çap olunmuş həcvlər. – [Qacar:] Vətən! Çoxmu sevir məni o vətən? Mənə həcv yazır hər yoldan ötən. S.Vurğun. [Xan:] Hə, bəs nə oldu? Həcv deyən dilin niyə tutuldu? B.Vahabzadə. • Həcv etmək – haqqında həcv yazmaq, ələ salmaq, istehza etmək. Niyə həcv eyləmisən Cürmini, ey can Yusif! Dilü-canım sənə qurban ola, canan Yusif! S.Ə.Şirvani. həcvçi is. və sif. Həcv yazan, həcvgu. XIX əsr ədəbiyyatımızın ən qüvvətli həcvçi şairi Qasım bəy Zakirdir. həcvçilik is. Həcv yazma. həcvgu is. və sif. [ər. həcv və fars. ...gu] köhn. bax. həcvçi. Həcvgu şair. həcviyyat top. [ər. “həcv” söz. cəmi] köhn. Həcv məzmunlu əsərlər. // Boş, bayağı, mənasız əsərlər. həcviyyə is. [ər.] Qısa satirik şeir; epiqram. həcvyazan bax. həcvçi. həcz is. [ər.] köhn.\n1. Tutub saxlama, tutma.\n2. Müsadirə. hədd is. [ər.]\n1. Sərhəd, hüdud.\n2. məc. Hədd-hüdud, son, nəhayət. Uşağın sevincinin həddi yox idi. • Hədd qoymaq – hüdud qoymaq, məhdudlaşdırmaq, normaya tabe etmək. Sevgiyə hədd qoymaq, düzü, günahdır. B.Vahabzadə. Həddən artıq (çox, ziyadə) – son dərəcə çox, hədsiz. ..İndi yazmalı mətləblər çoxdur, danışmalı sözlər həddən artıqdır. C.Məmmədquluzadə. Babayev onun həddən ziyadə böyük olan qaloşlarına baxıb birdən soruşdu. H.Seyidbəyli. Həddən aşmaq – bax. həddini aşmaq. Həddən aşıb büxlü-həsəd, şərarət; Yoldaş yoldaşına eylər xəyanət. Q.Zakir. Həddindən artıq (çox, ziyadə) – bax. həddən artıq (çox, ziyadə). Rəna və Nizami Fəxrəddinin köməyindən həddindən ziyadə razı qaldılar. M.S.Ordubadi. Pristav həddindən artıq dil töküb naqqallıq eləyən Məşədi Nurunun üzünə tərs-tərs baxıb aralandı. Ə.Abasov. Həddindən aşmaq – bax. həddini aşmaq. Qətibənin iztirab və həyəcanı həddindən aşmışdı. M.S.Ordubadi. Həddini aşmaq – həddi-hüdudu aşmaq, son dərəcə çox olmaq, həddi keçmək. Qəhrəmanın balaca Sabirə olan məhəbbəti həddini aşır. S.Rəhimov. Həddini aşan ötkəmlik elə bil Hidayəti ayıltdı. B.Bayramov.\n3. riyaz. Dörd əməldə (toplama, çıxma, vurma, bölmə) işlədilən rəqəmlərin hər biri. ‣ Həddim (həddin, həddi) nədi(r) – nə cəsarət sahibiyəm (sahibsən, sahibdir) – itaətkarlıq, mütilik bildirir. [Hacı Salah:] Xeyr, ağa, mənim nə həddim var ki, sənin [vəzirin] sirrini xalqa yayam. M.F.Axundzadə. [Molla:] Xeyr, qibleyi-aləm! Mənim həddim nədi sənə güləm. “M.N.lətif.” Həddini bildirmək – dərsini vermək, yerini bildirmək, yerində oturtmaq; cəzalandırmaq. Həddini bilmək (tanımaq) – öz hərəkətində, davranışında, danışığında hədd-hüduda riayət etmək, ədəb dairəsindən kənara çıxmamaq, cığırından çıxmamaq. [Zeynal:] ..Qudurğanlıq sizə xeyir gətirməz. Həddinizi bilin. C.Cabbarlı. [Bəhram:] Öz həddini tanı, Fitnə! Məğrur olma xoş səsinə! A.Şaiq. Kimin həddi var, nə həddi var – heç kim cəsarət edə bilməz, heç kəsin cəsarəti çatmaz (hədə bildirir). Soltan İbrahimin otağına kimin həddi vardı ki, gəlsin. (Nağıl). [Hüseynqulu ağa:] ..Kimin həddi var, bundan sonra mənim əmrimdən çıxsın.. S.S.Axundov. hədd-hesab is. [ər.] Say, miqdar. Qızıl Arslandan xəlifəyə məktub aparan heyəti İraqın hədd-hesaba gəlməyən atlıları istiqbal edirdi. M.S.Ordubadi. • Həddi-hesabı olmamaq – sayı-hesabı olmamaq. [Devlər] bir az sonra qızlara o qədər zər-zibadan paltar gətirdilər ki, həddi-hesabı olmadı. (Nağıl). Sahilboyu uzanan küçədə həddihesabı olmayan dükan var idi. Q.İlkin. hədd-hüdud is. [ər.] Hədd, son, axır, intəha. Ağbulaq dağlarının bütün gözəllik və üstünlükləri Sevildə .. həddi-hüdudu olmayan xoş bir təsir buraxırdı. S.Rəhimov. Dəmirin bu dəqiqə sevincinin həddi-hüdudu yox idi. Ə.Vəliyev. həddi-büluğ is. [ər.] İnsanın cismən və ruhən yetkinləşdiyi və vətəndaşlıq hüququ aldığı yaş. • Həddi-büluğa çatmaq (yetişmək, yetmək) – həmin yaşa çatmaq. Nəhayət, Səfər min zəhmətlə böyüyüb həddi-büluğa yetişdi.. Çəmənzəminli. [Mərcan bəy:] Mənə qəyyum lazım deyil, Allaha şükür, həddi-büluğa çatmışam, ağlım başımdadır. Ü.Hacıbəyov. hədə is. [ər.] Qorxu gəlmə, bir şeylə qorxutma, dəhşətləndirmə; hədə-qorxu, təhdid. Qızdan qəti söz aldım ki, atasının hədəsinə baxmayaraq, o bir də belə bir işə baş qoşmayacaqdır. S.Rüstəm. • Hədə gəlmək (etmək) – bir şeylə qorxutmaq, hədələmək. Ölüm belə gələ bilmir izdihama qorxu, hədə; Şairə el məhəbbəti qalib gəlir ölümə də. B.Vahabzadə. hədəf is. [ər.]\n1. Tüfəng, top və s. atarkən güllənin, mərminin və s. dəyməli, vurmalı olduğu şey, yer; nişanə. Hədəfi nişan almaq. Güllə hədəfə dəymədi. – ..Onlar hər ikisi birlikdə ova çıxır, Gülbaharın atdığı güllələr birbaş hədəfə dəyirdi. S.Rəhimov. Hüseyn qalxıb həmən göyün qatına; Şığıyıb bir anda cumur hədəfə. M.Rahim.\n2. məc. Təqib, yaxud töhmət, istehza, müzakirə və s. obyekti olan adam. Qurbanlı uzun-uzadı mühakimələr yürütdü və fikirlərində də Ruhnəvaz xanımı hədəf etdi. Çəmənzəminli. Kiçik oğrulardır hədəfin sənin; Böyük oğrulardan xəbərsizmisən? B.Vahabzadə.\n3. məc. Məqsəd, qəsd, məram kimi götürülən şey. [Gündüz Gülşənə:] Bax, bibi, .. məktəbdə uşaqlar ilə dünya səyahətinə çıxmışdıq. Hər bir hədəfimiz bir dilək adası idi. C.Cabbarlı. Cavad yoldaşları ilə birlikdə damarlarda qanı donduran soyuqlara sinə gərərək, həmişə məqsədə, hədəfə doğru irəliləyir. Ə.Vəliyev. hədəqə is. [ər.] anat. Göz almasının yerləşdiyi çuxur; göz çuxuru. Sultanın gözlərinin gilələri öz hədəqəsində tez-tez sağasola gedib-gəldi. İ.Hüseynov. ‣ Gözləri hədəqəsindən çıxmaq – bax. göz. hədə-qorxu bax. hədə. Gəlin, bu hədə-qorxudan Xəlilin pərt olduğunu düşünüb, ona kömək etmək istədi. M.Hüseyn. Həkim möhkəm durdu, o karıxmadı; Hədəqorxudan da bir şey çıxmadı. B.Vahabzadə. ‣ Hədə-qorxu gəlmək – bax. hədə gəlmək (“hədə”də). Padşah Rövşəni yanına dəvət edib, ona hədə-qorxu gəldi. (Nağıl). Gülsəhər inad eləyir, Dildar isə hədə-qorxu gəlirdi. Ə.Vəliyev. hədələmə “Hədələmək”dən f.is. hədələmək f. Hədə gəlmək, qorxutmaq, hədə-qorxu gəlmək, təhdid etmək. Baldızı, Məsməni hədələyir, “ərinin əmrindən çıxmağa ixtiyarın yoxdur” – deyirdisə də, bir təsiri olmayır. S.Hüseyn. Bircə Lətif özünü yoldaşları arasında çəkir, hamını öz iradəsinə tabe etməyə çalışır, ona qulaq asmayanları hədələyirdi. H.Seyidbəyli. hədələyici sif. Hədələyən, qorxuducu, təhdidedici, hədə-qorxu gələn, hədəqorxu ifadə edən. ..Hədələyici sözlər Mirzə Cəlildə yeni bir qüvvə oyatdı. S.Vəliyev. hədər sif. [ər.] Boş-boşuna, əbəs, heç bir nəticə verməyən; mənasız, faydasız. Qəssab Həsən aralıqda hədər ölümdən qorxub, özünü adamların içinə soxdu. Mir Cəlal. • Hədər(ə) getmək – boşa çıxmaq, heç bir nəticə verməmək, faydası olmamaq, əbəs yerə sərf olunmaq. [Nərimanov:] Zəhmətiniz, deyəsən, hədər getdi, çox təəssüf! Q.İlkin. [Aydının] bütün zəhmətləri hədərə getmişdi. H.Seyidbəyli. hədərən-pədərən is. Boş, mənasız, cəfəngiyat, tartan-partan, çərən-pərən sözlər. [Arvadı ustaya:] Əşi, cin-zad səni vurub, ağlını-zadını çaşdırmayıb ki, hədərənpədərən danışırsan, buğda nədir? Çəmənzəminli. ..Qalan yüz on beş kağızda da bu cür hədərən-pədərəndən savayı özgə bir mətləb yoxdu. C.Məmmədquluzadə. hədik is. Qarğıdalı, buğda, noxud, lobya, mərci və s.-dən suda (bəzən də ət və qovrulmuş soğanla) bişirilən xörək adı. Noxudu, buğdanı, mərcini, lobyanı bir-birinə qarışdırıb, qazana töküb hədik bişirdikdən sonra qonşulara paylayardılar. H.Sarabski. hədis is. [ər.] din. Məhəmməd peyğəmbərin qanun hökmündə olan sözlərinə verilən ad. Başında ağ araqçın olan, gümüş toqqalı, qırmızısaqqal bir kişi isə təkər səslərinə, tıqqıltıya baxmadan adamlara hədis danışırdı. Mir Cəlal. hədiyyə is. [ər.] Bağışlanan şey, bəxşiş, sovqat, töhfə, ərməğan. Məhərrəm əmi ilk dəfə Rəmziyyənin görüşünə gəldiyi zaman ona üzgörüşü olaraq kiçik bir çanta hədiyyə gətirmişdi. A.Şaiq. [Əbdüləli bəy Gülüşə:] Bu kiçik hədiyyəni qəbul etmənizi rica edirik. C.Cabbarlı. // Yadigar. Onun divarları al-əlvan naxış; Əsrdən-əsrə hədiyyə qalmış. S.Vurğun. hədsiz sif. Həddi-hüdudu olmayan, həddən artıq, saysız-hesabsız, hədsiz-hesabsız. Uşaqlar göz yaşlarını bir dəqiqədə unutdular və .. kərbəlayını hədsiz şadlıq ilə əhatə etdilər. Çəmənzəminli. Getdikcə böyük və əzəmətli şəhər oyanırdı. Ani kimi görünən sakitlik hədsiz bir qaynarlığa çevrilirdi. S.Rəhimov. hədsiz-hesabsız bax. hədsiz. ..Əngin fəzada hədsiz-hesabsız ulduzlar sayrışır. S.Rəhimov. [Babək:] Xəlifə və sarayın hədsiz-hesabsız vergiləri hamını cana gətirib.. M.Rzaquluzadə. hədsiz-hüdudsuz sif. Həddi-hüdudu olmayan, ucsuz-bucaqsız, nəhayətsiz, sonsuz. Hədsiz-hüdudsuz çöllər. hədyan is. [ər.] Tərbiyəsiz, ədəbsiz, hərzə, əsassız sözlər; söyüş. Keçən sözü çəkmə üzə, amandı; Hədyan danışmışam, laf eyləmişəm. Aşıq Ələsgər. [Bədircahan:] Ağzına gələn hədyanı danışma, heyvan oğlu heyvan. N.Vəzirov. // sif. Tərbiyəsiz, ədabaz, yava, ağzıpərtov. Borcumuzdur, Vətən hər sahədə əmr etsə bizə; Qoymayın tərbiyəsiz kimsəni, hədyan oxusun! Ə.Vahid. həfriyyat is. [ər.] köhn. Arxeoloji qazıntılar; qazıntı işləri. həftə is. [fars.] Şənbədən bazar gününə qədər yeddi günə bərabər vaxt ölçüsü vahidi. Həftənin birinci günü. Bütün həftəni işləmək. – Dolandı həftələr, dolandı aylar; Sənətlə bir yerdə ucaldı Aygün. S.Vurğun. Həftələr, aylar keçir; Axşamlı-səhərli; Bəzən şirin, bəzən zəhərli. R.Rza. // Hər hansı gündən başlayaraq hesablanan yeddigünlük vaxt, müddət. Xəstəlik iki həftədən bəridir ki, davam edirdi. M.S.Ordubadi. Əhmədov bir həftə deyildi ki, buraya, tikinti işinə icraçı mühəndis təyin olunmuşdu. Mir Cəlal. // Bir hadisəyə və ya bir şeyə, tədbirə həsr edilmiş yeddigünlük müddət. Yaşıllaşdırma həftəsi. Uşaq ədəbiyyatı həftəsi. Ədəbiyyat və incəsənət həftəsi. ‣ Həftə səkkiz, mən doqquz – həmişə, daima, tez-tez. Həftə səkkiz, mən doqquz xəstələnir. Həftə səkkiz, mən doqquz maşın xarab olur. – [Fərhad] həftə səkkiz, mən doqquz kağız yazıb, Aslandan pul istəyirdi. C.Cabbarlı. [Yunis xalasına:] Budur, Yaqut ərə getdiyi üç ay deyil, amma axır zamanlar həftə səkkiz, mən doqquz gəlib, anasının yanında qalır. Ə.Məmmədxanlı. həftəaşırı zərf Həftədən-həftəyə, hər həftə(də). Həftəaşırı dənizə getmək. həftəbaşı zərf Həftədə bir dəfə (bir qayda olaraq həftənin axırında). Həftəbaşı ova getmək. Həftəbaşı hesabat vermək. həftəbazarı is. Həftədə bir dəfə (əsasən bazar – istirahət günü) düzəldilən bazar, alış-veriş. [Ocaqverdi:] Sabah həftəbazarına inək aparacağam satmağa, satıb, gətirib pulunu verərəm. Ə.Haqverdiyev. Şamaxı yolundan, Quba yolundan və bütün yuxarıda saydığımız məhəllələrdən aşağıda – bir meydançada o zaman həftəbazarı olardı. H.Sarabski. həftəbecər is. Duza qoyulmuş kələm, bibər, pomidor, xiyar, xırda balqabaq və s.-dən ibarət şoraba. Xörəyin yanına həftəbecər qoymaq. həftəlik is. Rəqəmlərdən sonra gələrək işin neçə həftə davam etdiyini və ya etməli olduğunu göstərir. Üç həftəlik iş qalıb. Dörd həftəlik ezamiyyət. – Müəllim [şagirdlərini] iki həftəlik yaz tətilinə buraxmışdı. S.Hüseyn. [Cuma:] Bir həftəlik məzuniyyətim var. Ə.Əbülhəsən. // sif. Həftədə bir dəfə çıxan, buraxılan, çap olunan. Həftəlik qəzet. Həftəlik jurnal. – Həftəlik “Qüsli-vətən” ruznaməsi 139-cu nömrəsində yazır ki, dekabr və yanvar ayında Peterburqda əmələ gələn “övrət cəmiyyəti” xeyli calallı imiş. C.Məmmədquluzadə. // Bir həftəlik müddəti nəzərdə tutan, bir həftədə əldə edilən, alınan, istehsal olunan. Həftəlik plan. Həftəlik məlumat. Həftəlik gəlir. həkəm is. [ər.] köhn. İki tərəf arasında olan mübahisəni həll etmək üçün seçilən adam; münsif, jüri. [Ev sahibi bəy dedi:] O qoca kəndlini həkəm seçək, nə desə ona razı olaq. S.S.Axundov. Camaat sakit durub tamaşa edirdi. Yalnız bir ağsaqqal qaydaya baxırdı. Bu, həkəm imiş. Çəmənzəminli. həkim is. [ər.]\n1. Ali tibb təhsili olan adam; təbib, doktor. Uşaq həkimi. Göz həkimi. Diş həkimi. Sanitar həkimi. – ..Mənim xahişimə görə bacım oğlunu gətirmişdi bizə ki, həm bir-iki ay bizə qonaq olsun, həm də İrəvan həkimləri uşaqları müalicə eləsinlər. C.Məmmədquluzadə. Həkimlərin məsləhətilə atamgil məni yaylağa göndərməli oldular. İ.Əfəndiyev // Keçmişdə, ümumiyyətlə, adamları, ya heyvanları müalicə etməklə məşğul olan adama verilən ad. Həkim gəlib padşahın başının üstündə əyləşdi. “Məsum”. Həkimlərin dediyinə görə, Atabəyin ciyərləri soyuqlamışdı. M.S.Ordubadi.\n2. klas. Alim, filosof. O, həkimü ədibü şair idi; Şeir fənnində xeyli mahir idi. S.Ə.Şirvani. həkimanə sif. və zərf [ər. həkim və fars. ...anə]\n1. Hikmətli, ağıllı, müdrik(anə), fazilanə, dərin. Həkimanə söz. – Nitqdəndir bəlalər insanə; Nitq elə hər sözü həkimanə. S.Ə.Şirvani.\n2. köhn. Həkimə (alimə, filosofa) yaraşan bir tərzdə; alimcəsinə, filosofcasına, alim kimi, filosof kimi, ağıllı. Həkimanə bir əda ilə danışmaq. Həkimanə hərəkət etmək. – Sərxoşluq ilə ömrünü sərf eyləmə, Vahid! Arif ona derlər ki, həkimanə dolansın. Ə.Vahid. həkimbaşı is. köhn. Baş həkim, həkimlərin başçısı. Günün birində həkimbaşı küçədə çıxır mollanın qabağına. “M.N.lətif.”. [Odabaşı:] Mirzə Mehdi həkimbaşı həftədə iki-üç dəfə onu yoluxurdu. Ə.Haqverdiyev. // Hörmətlə həkimə müraciət. [Nurcahan:] Başına dönüm, həkimbaşı, bu suyu bir baytal verib mənim azarıma. N.Vəzirov. həkimxana is. [ər. həkim və fars. ...xanə] Tibb məntəqəsi, xəstəxana, poliklinika. [Rüstəm:] Deyərsən bəlkə [sədr] subaydır, yox, arvadı oxumuş müəllimə, bacıları həkimxanada işləyirlər. M.İbrahimov. Gedək həkimxanaya; Tez sarıyım yaranı. B.Vahabzadə. həkimlik is. Həkim sənəti, həkimin işi, peşəsi; doktorluq; təbabət. [Fərhad:] ..Musa ilə də belə danışmışıq ki, bir yerdə gedək Xarkov şəhərinə, orada həkimlik oxuyub qurtaraq. Ə.Haqverdiyev. [Sadıq kişinin övrəti ərinə:] A kişi, qaç bazara.. Qaç tez usta Hüseynin yanına, onun həkimlikdə səriştəsi çoxdu.. C.Məmmədquluzadə. • Həkimlik etmək – təbabətlə məşğul olmaq, doktorluq etmək (bir peşə kimi). həkk is. [ər.] Hər hansı bir material (metal, ağac, daş, şüşə və s.) üzərində metal qələmlə çuxur və ya qabartma şəklində açılmış naxış, yazı və s.; oyma. • Həkk etmək – həmin üsulla bir şeyin üzərində naxış açmaq, yazı yazmaq. [Cahandar ağa] elə bil evindəki hər şeyi görmək, onları hafizəsində həkk etmək istəyirdi. İ.Şıxlı. Həkk olunmaq – 1) həmin üsulla naxış açılmaq, yazı yazılmaq; 2) məc. Həmişəlik qalmaq, unudulmamaq (zehnində, qəlbində və s. sözlərlə). Elə bil qızın bütün xüsusiyyəti, boybuxunu Şahmarın qəlbində həkk olunmuşdu. B.Bayramov. Qayalara həkk olmayan söz itər; Bu bahardan o bahara iz itər. M.Araz. həkkak is. [ər.] Metal, daş və s. üzərində polad qələmlə yazı, şəkil və s. nəqşlər oyan sənətkar; qravüra ustası, qravüraçı, oymaçı. həkkaklıq is. Həkkakın sənəti; qravüraçılıq, oymaçılıq. həqarət [ər.]\n1. is. Hörmətsizlik, sayğısızlıq, alçaqlıq, təhqir; alçaldıcı, heysiyyətə, mənliyə toxunan hərəkət, söz və s. Xan buyuran qulluqlarda qaim ol; Gör düşmənə nə həqarət eylərsən. M.V.Vidadi.\n2. Həqarətlə şəklində zərf – alçaq nəzərlə, yuxarıdan-aşağı, saymazyana, nifrətlə. Nə baxmaqdır mənə, ay müddəi, çeşmihəqarətlə? S.Ə.Şirvani. həqiqət is. [ər.]\n1. Doğrudan, həqiqətən olmuş və ya olan şey, hadisə və s. Həqiqət belədir. Həqiqəti olduğu kimi danışmaq. Həqiqət acı da olsa, demək lazımdır. Bunların heç biri həqiqətə oxşamır. – Siz bunu sanmayın həqiqətdir; Damağım gəldi, bir zərafətdir! M.Ə.Sabir. Nə odlar görmüsən!.. Bu bir həqiqət! Fəqət darılmamış sana təbiət! S.Vurğun. // Bir şeyin əsli, mahiyyəti, künhü. İşin həqiqəti yenə də müəyyən edilmədi. – Axirüləmr, İbrahim, yəni bizim yalançı İbrahim məcbur oldu ki, açıb işin həqiqətini [qıza] desin. (Nağıl). Mübahisə zamanı həqiqət üzə çıxır. H.Seyidbəyli. // Düzlük, vicdan, yaxşılıq, xeyirxahlıq, ədalət. Həqiqət aramaq. – ..Həqiqət axtarılan yerdə də mütləq ixtilaf olur. C.Məmmədquluzadə. Qəlbimiz məşəl olsa; Aydınlatsa zülməti; Onda yəqin taparıq; Əsrlərin içində; Gizlənən həqiqəti. R.Rza.\n2. Həyatda, təcrübədə sınanmış fikir, mülahizə, mühakimə. Hamıya məlum bir həqiqət. Bu, sınaqdan keçmiş həqiqətdir.\n3. Doğrudan da, həqiqətən. Bu yerlər həqiqət gözəldir. – Bədircahan həqiqət doğru deyir ki, onun ürəyi yanmır. N.Vəzirov. [Sultan bəy:] Hə, yaxşı tanıyıram, həqiqət [Mürsəl] çox gözəl kişi idi. Ü.Hacıbəyov. həqiqətçi bax. həqiqətpərəst. həqiqətçilik bax. həqiqətpərəstlik. həqiqətən zərf [ər.] Doğrudan, doğrudan da, gerçəkdən, əslində. O həqiqətən böyük alimdir. Həqiqətən gözəl oxuyur. ..Həqiqətən baxmağına dəyər. – Bu müddət içərisində Əfruz bacı həqiqətən bir çox şeylər öyrənmişdi. S.Rəhimov. Züleyxa həqiqətən Dilbərlə Fərman arasında olan sevgidən xəbərdar idi. Ə.Sadıq. həqiqətpərəst is. [ər. həqiqət və fars. ...pərəst] Həqiqəti, düzlüyü, ədaləti sevən, istəyən və onun uğrunda mübarizə edən adam; həqiqətçi. həqiqətpərəstlik is. Həqiqəti, düzlüyü, ədaləti sevmə; həqiqətçilik. həqiqi sif. [ər.]\n1. Həqiqətən mövcud olan və ya olmuş, həqiqətə uyğun olan; gerçək, real. Həqiqi vəziyyət. – Məsafə və zaman göz işləməyən bir zülmət içində sanki öz həqiqi ölçüsünü itirmişdi. Ə.Məmmədxanlı. // Saxta, süni, yapma, yalançı olmayan; əsil. Həqiqi simasını göstərmək. – [Nadir bəy:] Dərin bir eşq, həqiqi bir məhəbbət daima dilsizdir. H.Cavid. [Usta] ilk dəfə olaraq həqiqi eşqin nə olduğunu duydu. Çəmənzəminli. // Düz, doğru, səhih. Həqiqi söz. – Həqiqi yol ilə, getdiyim yerdə; Kəsib qabağımı sən, dayan, dedin. Aşıq Hüseyn.\n2. Əsil mənada, necə lazımsa elə, əsil. Həqiqi dost. Həqiqi sənətkar. – [Şair Ərəstun:] Belə ki, hay-küy yox, şerin əvəzində özünü vəkil seçib əl-qolunu ölçə-ölçə danışmaq yox, həqiqi sənəti yaratmaq lazımdır. S.Rəhimov. Müharibə göstərdi ki, ancaq çətinlikdən qorxmayan adam həqiqi qəhrəman ola bilər. Ə.Sadıq.\n3. xüs. Elmi cəhətdən müəyyənləşdirilmiş, hadisənin mahiyyətinə uyğun. Həqiqi istilik tutumu. Həqiqi azimut. ‣ Həqiqi (hərbi) xidmət – kadr qoşunlarında (hərbi) xidmət. Həqiqi üzv – bəzi elmi idarələrin, cəmiyyətlərin və s. üzvünə verilən ad. Elmlər Akademiyasının həqiqi üzvü. həqiqilik is. Həqiqi olma, düzlük, doğruluq, gerçəklik, reallıq. Faktların həqiqiliyi. Deyilənlərin həqiqiliyinə şübhə yoxdur. – [Qətibə:] ..yalnız sevgidə deyil, süründürücülük bütün məsələlərdə müvəffəqiyyəti və həqiqiliyi uduza bilər.. M.S.Ordubadi. həqir sif. və zərf [ər.]\n1. Qədir-qiyməti, hörməti, etibarı olmayan; alçaq. Həqir baxma mənə qilü-qal bilməz isəm; Ki əhlihal arasında bəlayəm, ey bülbül! Qövsi. Molla Cəfərqulu arvadlara həqir bir nəzərlə baxan kişilərdən idi. N.Nərimanov.\n2. klas. Təvazökarlıqla özünü başqasının qabağında kiçiltmə, heç kimi göstərmə, özünə əhəmiyyət verməmə mənasında işlənir. [İskəndər:] Sən də gəl abidin yanında məni; Qızartma, burax bu həqir bəndəni. A.Şaiq.\n3. Kasıb, yoxsul, miskin, zəlil. O birisi sadə və həqir geyimli otuz, ya bir qədər artıq sinli bir adam idi. C.Məmmədquluzadə. Şəhər kənarında bir; Daxma var idi həqir. Ə.Nəzmi. həqiranə zərf və sif. [ər. həqir və fars. ...anə]\n1. Həqir olana yaraşacaq bir tərzdə; qorxa-qorxa, çəkinə-çəkinə, yazıq-yazıq, alçala-alçala. Həqiranə cavab. Həqiranə yalvarmaq.\n2. Həqarətlə, alçaq nəzərlə. Rəşid Minaya doğru həqiranə baxıb getdi. İ.Musabəyov. həqq [ər.] bax. haqq2 1-ci mənada. [Rəsul:] Qadir həqdən mən bir dilək dilədim; Şükür, muradımı verdi, ah, mənim. “Aşıq Qərib”. Gecə-gündüz budur həqdən diləyim; Hifz eyləsin yaman bəladan səni. Q.Zakir. həqqaniyyət is. [ər.] köhn. kit.\n1. Haqq və ədalətə uyğunluq; ədalət, insaf, vicdan. Həqqaniyyət öz yerini tapdı. – [Məhərrəm:] Mən həqqaniyyət tərəfdarıyam. C.Cabbarlı.\n2. Həqqaniyyətlə şəklində zərf – ədalətlə, insafla, vicdanla. həqqülqədəm is. [ər.] köhn. Xəstə üstünə gələn həkimə verilən zəhmət haqqı. Üzüörtülü arvad .. bir cüt dolaq, bir tumanbağı və bir araqçın çıxarıb həkimin qabağına qoydu. Bu da həkimin həqqülqədəmi idi. Çəmənzəminli. həlak is. [ər.] Ölmə, məhv olma, ölüm, məhv, tələf. Şah xoşhal olub buyurdu ki: – Razıyam onun həlakına, sabah bu tədbir tamam və kamal icra olunacaqdır. M.F.Axundzadə. • Həlak etmək – 1) öldürmək, məhv etmək, yox etmək, tələf etmək. Cütçü baba böylə deyib qeyznak; Eylədi ol qırğını ol dəm həlak. A.Səhhət. Kəndin mollası da ona get demiş; Get öz düşmənini həlak et demiş. M.Müşfiq; 2) məc. üzüb əldən salmaq, həddən artıq yormaq, üzmək. Çox işləyib özünü həlak etmək. Həlak olmaq – 1) ölmək, məhv olmaq, tələf olmaq. Qərib bir müddət yol gəldikdən sonra altındakı at tab gətirməyib həlak oldu. “Aşıq Qərib”. Yavər Vətən yolunda həlak olmuşdu. M.İbrahimov; 2) məc. yorulub əldən düşmək, həddindən artıq yorulmaq, üzülmək. İşləməkdən həlak olmaq. – Xalidə bir saat əvvəl yuxudan oyanmışdı. Ağlamaqdan həlak olurdu. S.Hüseyn. həlbəttə “Əlbəttə” sözünün danışıqda işlənən forması. Həlbəttə, gələcəyəm. – [Xoca Əziz:] Həlbəttə ki, sən bilirsən; Dərdimi pünhan, ay həkim! “Məsum”. [Hamı:] Bu nə sözdür?! Həlbəttə, gəlin arvad olar! Ü.Hacıbəyov. hələ zərf\n1. İnkar cümlələrində gözlənilən bir işin vaxtında baş vermədiyini, gecikmiş olduğunu bildirir – hələ də. Camaat hələ yığılmayıb. Məktub hələ mənə çatmayıb. Soyuqlar hələ düşməyib. – Uzaqdan görünən meşəli silsilə dağların başı sübh dumanından hələ təmizlənməmişdi. Q.İlkin. Qızlar təpənin quzeyində hələ günəşdən yanmamış göy otluqda bir müddət sakitcə əyləşdilər. İ.Hüseynov. // İndiyədək, hələ də, hələ ki. Halbuki boş otaqlarda haradansa gətirilmiş, hələ qaydası ilə qoyulub yerbəyer edilməmiş şkaflardan, stollardan, lülələnmiş kağızlardan başqa bir şey yox idi. Mir Cəlal. Alaqaranlıqda hələ yer ilə göy bir-birindən seçilmir, .. bildirçinlər, turaclar səs-səsə verib doğacaq günəşi pişvaz edirdi. M.Rzaquluzadə. // Vaxt, yer bildirdikdə – artıq, daha. Hələ uşaqkən təbiəti sevmişəm. Hələ bu gün onu görmüşəm. Hələ məktəbdə oxuyarkən biz dostlaşmışdıq. – [Maya] hələ ömründə çobanların yaşadığı alaçıqda olmamışdı. M.İbrahimov.\n2. Bir də, əlavə, üstəlik. Hələ bir məsələ də qalmışdır. Hələ iddiası da var! Hələ xəstəyə də baş çəkməliyəm. Hələ bazara da gedəcəyəm. – Hələ daş yol da təmir edilməli idi. Ə.Əbülhəsən. // Bu vaxta qədər, indiyədək, hələ ki. Mən hələ bilmirəm ki, onun fikri nədir? Gözü hələ yuxuya getməyib. Hələ ay çıxmayıb. – Divar peçləri hələ təzəcə qalanırdı. S.Rəhimov. Əşrəf həyatında hələ heç bir qəhrəmanlıq eləməmişdi. S.Rəhman. // Hələlik, indi. Sən hələ uşaqsan, başa düşməzsən. O bu işdə hələ naşıdır. Kollektivlə hələ tanış deyil. Hələ yeni məlumat yoxdur. – Oğlan, sən uşaqsan, cavansan hələ; Yenicə cisminə düşüb vəlvələ. M.P.Vaqif. Kəhər hələ kifayət qədər qurumamış yumşaq otu böyründən söküb yeyirdi. M.İbrahimov. // Bir şeyin qurtarmadığını, davamı, dalı, sonrası olacağını bildirir. İşlər hələ qurtarmayıb. Səninlə hələ sonra danışacağıq. Hələ söhbətimizin dalı qalıb. – [Mərcan bəy:] Saat ikidir, hələ dörd saat var. Ü.Hacıbəyov. hələ-belə zərf Səbəbsiz, niyyətsiz, ciddi məqsəd olmadan. Şəfiqə sözünü deməyib, cavab verdi ki, heç, əzizim, bir şey olmayıb, hələ-belə yanına gəlmişəm. İ.Musabəyov. hələ-həlbət zərf dan. Mütləq, hökmən, qəti, necə olur olsun. Hələ-həlbət onu bu gün görməliyəm. Hələ-həlbət saat beşdə bizdə ol. – Göndər uşağı, Şahbacını eylə xəbərdar; Gəlsin hələ-həlbət. M.Ə.Sabir. hələ-hələ bax. hələm-hələm. Bu işi hələ-hələ adam bacarmaz. – [Rüstəm kişi:] Yox, Yarməmməd, Qara Kərəmoğlunu sən o qədər də zəif bilmə. Bərk adamdır, hələhələ geri çəkilən deyil. M.İbrahimov. [Eldar:] [Göyərçinlər] xoşlayıb yurd-yuva saldıqları yerləri hələ-hələ tərk etməzlər. M.Rzaquluzadə. hələlik 1. zərf Bir müddət, bir qədər, bir müddətə qədər. Hələlik burada otur. Hələlik gözləməli olacaqsan. Hələlik bunu özündə saxla. – Sonudur qış gününün, toplayaraq var gücünü; Saxlamaq fikrinə düşmüş hələlik öz gücünü. S.Rüstəm. Murad öz sualına özü cavab verir, hələlik arvadına məsələni bildirmirdi. Ə.Vəliyev. // Müvəqqəti (olaraq). Hələlik onun yanında yaşa. Pulu hələlik cibində saxla. – [Leytenant:] Hələlik ev-zad düzəldənəcən burada qalarsınız. İ.Əfəndiyev. // Hazırda, bu saat, indi. Hələlik evə tələsirəm, məşğul ola bilməyəcəyəm. Hələlik işini gör, söhbət sonraya qalsın.\n2. Hələlik! – xudahafiz! görüşənədək! sağ ol! [Tahir:] Hələlik, – deyə, gülə-gülə uzun-caydaq qıza əl elədi və sürətlə uzaqlaşdı. M.Hüseyn. Sənubər havanın qarışmağına .. əhəmiyyət verə bilmədi, mövsümi paltosunu geydi, anasına “hələlik” demədən çıxdı. B.Bayramov. hələm-hələm dan. sif. Hər hansı, hər bir. [Molla deyir:] O, hələm-hələm adamların gözünə görünməz. “M.N.lətif.” Çünki Mina xanımı təsvir etmək hələm-hələm adamın hünəri deyil. M.İbrahimov. // zərf Tez, asanlıqla. [Gülzada:] Ancaq, ağa, Səlbi çox həyasız arvaddır, hələm-hələm boynuna götürməyəcək. Ə.Vəliyev. [Nuriyyə:] Fiziki işə lap körpəlikdən adət etdiyim üçün hələmhələm yorulmazdım. İ.Əfəndiyev. // zərf Boş-boşuna, əsassız, səbəbsiz. Mən də hələm-hələm bayraq taxmaram; Göyümdə göyərən göydələnlərə. M.Araz. həl-həlbət dan. bax. hələ-həlbət. [Reyhan xanım Mirzə Fətəliyə:] Bir şərtlə ki, həl-həlbət gələsiniz. M.İbrahimov. həl-hələ is. [ər.] Hay-küy, qalmaqal, həyəcan. Bu sayaq həl-hələylə (z.) bir anda; Gəldi çatdı o vahəyə karvan. A.Səhhət. həlim I. sif. [ər.]\n1. Xasiyyətcə, təbiətcə yumşaq (adam haqqında). Həlim adam. – Məkrli qadındı, gülçöhrə qızdı; Həlimdi, kövrəkdi, sərtdi, quduzdu... M.Araz. Əsmət həlim qarı Bakıda çoxdan; Yaşayır yanında böyük oğlunun. M.Rahim. // Sakit, dinc (heyvan haqqında). Həlim inək. – Sən, ey yoldaşımın həlim kəhəri; Hanı cəbhələrin o qəhrəmanı? M.Rahim. Çox çəkməzdi, görərdin, o həlim heyvan, budur, dönüb gəldi, sahibinin ətəklərinə sürtündü. Mir Cəlal.\n2. Xoşagələn, ürəyəyatan, qulağa xoş gələn (səs haqqında). Müəllim bir qədər həlim və mülayim səslə soruşdu.. Ə.Vəliyev.\n\nII. is. [ər.] İçərisində düyü və s. qaynadılması nəticəsində hasil olan qəliz su. Süzülmüş düyünün üstünə ilıq su gəzdirməklə onu yuyurlar ki, həlimi getsin. həlimanə [ər. həlim və fars. ...anə] bax. həlimliklə (“həlimlik”də). həlimaşı is. Tamamilə həll olub həlməşik hala gələnədək suda bişirilən ət və buğdadan ibarət, adətən səhər tezdən yeyilən horra. həlimləşmə “Həlimləşmək”dən f.is. həlimləşmək f. Həlim olmaq, yumşalmaq (xasiyyətcə, rəftarca) (bax. həlim1). Nəhayət, xan həlimləşməyə başladı, Sənəm xanımın da iztirablarını azaldıb, onu ağır bir qayğıdan qurtardı. Çəmənzəminli. həlimlik is.\n1. Yumşaqlıq (xasiyyətcə, təbiətcə). Cahıllıqda həlimlik, qocalıqda səlimlik. (Ata. sözü).\n2. Həlimliklə şəklində zərf – yumşaqlıqla, mülayimliklə, xoş dillə, xoş rəftarla, həlimanə. Həlimliklə rəftar etmək. həlqə bax. halqa. Yüz həlqə edib zülfipərişanını çin-çin; Hər həlqə ilə boynuma bir silsilə saldın. Qövsi. Həlqə get-gedə sıxılırdı. H.Seyidbəyli. həlqəvi [ər.] klas. bax. halqavari. həll I. is. [ər.]\n1. Ətraflı fikirləşib düşündükdən sonra çətin və ya dolaşıq bir məsələ haqqında bu və ya digər nəticəyə, qərara gəlmə, ona cavab tapma. Problemin həlli. // Bir məsələ haqqında qərara gəlmə, nəticə çıxarma. [Rüstəm bəy] həllinə aciz olduğu məsələlərdə məlumatlı adamlara və kitabxanalara müraciət edərdi. Çəmənzəminli. • Həll etmək – qərara gəlmək, nəticəyə gəlmək. Yüz kari-müşkülə gər qoyasan əl; Göz yumub açınca səyin eylər həll. Q.Zakir. [Rəhim bəy] Məşədibəylə ixtilafını biryolluq həll etmək bəhanəsilə qardaşı evinə getdi. M.Hüseyn.\n2. Həyata keçirmə (keçirilmə), yerinə yetirilmə. Məsələnin qoyuluşu, müzakirəsi və həlli elə gəlib yetişmişdi ki, burada hiylə olduğunu heç kəs güman etməzdi. Mir Cəlal. • Həll etmək – həyata keçirmək, yerinə yetirmək. Çətin texniki məsələləri həll etmək. – [Nəsib dayı] ..həmişə ən çətin, mübahisəli məsələləri də sakitliklə həll etməyi lazım bilirdi. İ.Şıxlı.\n3. Axtarılan rəqəmi, cavabı və s. tapma. Krossvordun həlli. Tənliyin həlli. • Həll etmək – axtarılan cavabı, rəqəmi tapmaq. [Nuriyyə:] Ən çətin məsələ-misallar seçib həll elədim. İ.Əfəndiyev.\n\nII. [ər.]\n1. is. xüs. Bir cismin və ya mayenin suda və ya başqa maye içərisində öz tərkibini pozub onunla qarışması, onun içində əriməsi. • Həll etmək – bərk və ya maye maddəni suda və ya başqa mayedə əritmək. Şəkəri suda həll etmək.\n2. sif. Çox yetişmiş, dəymiş və ya çox bişmiş; yumşaq. Həll pomidor. Həll (z.) bişirmək. – [Yaşlı kişi:] Tam yetişmiş, həll bir ənciri əlimə alaraq [Şirinnaza] tərəf tolazladım. S.Hüseyn. həllac is. [ər.] Pambıqatan, yunatan (usta). Sən ac, mən ac, qonşu həllac. (Ata. sozü). Yunatan həllaclar burada dolanar, həftələrlə bir güzəranlı alaçıqda məskən salıb, yun atar.. S.Rəhimov. həllaclıq is. Pambıqatma, yunatma sənəti. həlledici I. sif. Bir şeyin inkişafını, gələcəyini təmin edən, həll edən. Həlledici amil. Həlledici mərhələ. // Başlıca, ümdə, əsas, ən mühüm. Həlledici şərt. – Axırıncı iki gün ərzində düşmənin tank hücumlarının dəf edilməsində İdrisin batalyonundakı minaatanlar bölüyü həlledici rol oynamışdı. Ə.Məmmədxanlı.\n\nII. sif. xüs. Başqa maddəni içərisində həll edən, əridən. Kolbanı cizgiyə qədər həlledici maye ilə dəqiq surətdə doldurduqdan sonra cizgidən yuxarıda qalan damcıları süzgəc kağızı ilə qurudurlar. “Miqdari kimyəvi analiz”. // is. Başqa maddəni öz içərisində həll edən, əridən maddə. Bu maddələr bərk və maye halda, bəzən də onların suda (və ya başqa həlledicilərdə) məhlulu şəklində tətbiq edilir. “Qeyri-üzvi kimyadan təcrübə məşğələləri”. həlləm-qəlləm sif. dan.\n1. Cüvəllağı, fırıldaq, haramzadə, cəncəl. [Xan Kazıma:] Ay gədə, sən çox həlləm-qəlləm adama oxşayırsan, .. xatanı məndən sov. Çəmənzəminli. [Həsən] həlləm-qəlləm adam imiş. Qantəmir.\n2. Qarışıq, dolaşıq. [Gəray ağa:] Bilirsən, bəydadaş, işlər necə həlləm-qəlləmdir? S.Rəhimov. Məktubun sonunda mənə tapşırır ki, o lotulara deyim: – Həlləm-qəlləm işlərdən əl çəkməsələr, hamısını adbaad yazacaq. “Kirpi”. həllənmə “Həllənmək”dən f.is. həllənmək f. Nəşələnmək, xoşlanmaq, xoşallanmaq. İsti qum mənə ipək yataq kimi gəldi, uzandım, həllənməyə başladım. Çəmənzəminli. həllolunmaz I. sif. Həll oluna bilməyən, yaxud həlli çox çətin olan. Həllolunmaz məsələ. – Sanki Şirzadı, yaxud Salmanı seçmək [Pərşan] üçün həllolunmaz bir müşkülə dönmüşdü. M.İbrahimov.\n\nII. sif. Başqa maddələr içində həll olmayan, əriməyən. həlməşik sif. Horra halında olan, qatı, qəliz. Həlməşik kütlə. – İsti su götürdükdə nişasta yapışqanlaşaraq həlməşik təbəqə əmələ gətirir. “Dərman növləri”. həm bağl. [fars.]\n1. Üstəlik, dəxi, ...da (də). Fələk, bari cəfalar eyləyib, sən həm qəm artırma; Əlindən gəlmədisə əhli-dərdə çarəsaz olmaq. S.Ə.Şirvani. Qəzetin yazmağına görə, bu növ şəxslər Naxçıvan fəqarəsində həm olublar. N.Vəzirov.\n2. Təkrar edilərək işləndikdə həmcins cümlə üzvlərini bir-birinə bağlayır. Həyat həm gülmək, həm ağlamaqdır; Lakin daha xoşdur döyüş çağları.. M.Müşfiq. Əgər Şahmar bu gün çıxmasa, həm Nərminədən əli üzüləcək, həm imtahanlara gecikəcəkdi. B.Bayramov. // Eyni vəzifədə təkrar edildikdə sonuncu “həm” bağlayıcısı “həm də” şəklində işlədilir və cümlənin bitdiyini, fikrin sona yetdiyini bildirir. Həbib çay içir, Gözəl fındıq sındırır, söhbət həm qızışır, həm də şirinləşirdi. Ə.Vəliyev. Tapdıq həm ağlayır, həm də işarə ilə anasına müəllimin yanındakı sarıqlı şeyi göstərirdi. Ə.Vəliyev. həm... [fars.] Mürəkkəb sözlərin əvvəlinə gətirilərək şəriklik, birgəlik, qarşılıq mənasını bildirən sifət və isimlər düzəldilir; məs.: həmsöhbət, həmrəy, həmsərhəd, həmyerli, həmvətən. həmağuş zərf [fars.] Bir-birini qucaqlamış halda, qucaqlaşaraq. • Həmağuş olmaq – bir-birini qucaqlamaq, qucaqlaşmaq. Vaqifi-pürmöhnət çox çəkib həsrət; Ta səninlə xəlvət ola həmağuş. M.P.Vaqif. [Xavər Arifə:] Baxdım ki, sevilməyənlər əsla; Layiq deyil olmağa həmağuş. H.Cavid. həmahəng sif. və zərf [fars.] Birbirinə uyan, uyğun (səslər, rənglər və s. haqqında). Həmahəng səslər. – ..Oynayanlar kütləsinin həmahəng hərəkəti ilə [Mirzağa] da irəli hərəkət edirdi. S.Hüseyn. • Həmahəng olmaq – bir-birinə uyğun olmaq, müvafiq olmaq, uymaq. Dərin bir sükut ətrafı bürüyərək kainatla həmahəng olmuşdu. Çəmənzəminli. [Əlikram Hidayətə:] Ay sağ ol, gərək yaradıcılıqla şəxsiyyət, amal həmahəng olsun. B.Bayramov. həmail is. [ər.]\n1. Qılınc, tapança və s. silah asmaq üçün çiyindən aşırılan qayış; çiyin qayışı. Misri qılınc həmaildi belində; Geyər hər vaxt al-qumaşı Koroğlu. “Koroğlu”.\n2. Boyundan asılan, üzəri piləklə bəzədilmiş qadın bəzəyi. “Gəlinlər həmaili” (əsər adı). – [Leylək] həm üzük, həm sırğa, həm həmail, həm də bilərzik almaq istədi. S.Rəhimov. Ay qız, sənə mailəm; Boynunda həmailəm; Dost payı şirin olar; Hər nə versən qailəm. (Bayatı). // Çələng. Pərşan ağlı-sarılı müxtəlif çöl güllərindən həmail qayıraraq arasına qırmızı lalələrdən naxış vurub boynundan asmışdı. M.İbrahimov.\n3. İnanca görə, gözdəymədən, xəstələnməkdən və s. qorunmaq üçün boyundan asılan dua, tilsim, pitik. Arxeoloji qazıntılar zamanı çoxlu həmail aşkar edilir. həman bax. haman. həmavaz sif. və zərf [fars.] Səsləri birbirinə uyğun; həmahəng. • Həmavaz olmaq – səs-səsə vermək. Gah eyləyibən sürudlər saz; Bülbüllərə oldular həmavaz. Füzuli. Azər uyurkən, şaqraq; Bir səda sazla həmavaz olaraq; Onu qaldırdı yataqdan erkən. H.Cavid. həmavazlıq is. Səslər arasında uyğunluq, ahəng; həmahənglik. həmbab sif. [fars.] dan. Bir-birinə uyğun, münasib, bab. // məc. Sevgili, məhbubə. Könlümün sevdiyi gözəl həmbabı; Zülfləri bənd edib on dörd kitabı. Şair Vəli. həmcins is. [fars. həm və ər. cins]\n1. Bir cinsdən olan, cinsi bir olan; eynicinsli. Həmcins heyvanlar.\n2. Bir cinsə, bir qövmə mənsub olan, eyni cinsdən, eyni qövmdən olan, öz cinsindən olan (məcazi mənada adətən insan, adam nəzərdə tutulur). Həmcinslərim təmam getmiş; Söz mülkündən nizam getmiş. Füzuli. [Nadir bəy:] ..Həmcinsinə qıymaqdan, yaxıb-yıxmaqdan zövq alanlar, başqasının fəlakətində səadət arayanlar birər adi cəlladdan başqa bir şey deyildir. H.Cavid. ‣ Həmcins cümlə üzvü qram. – cümlədə eyni sintaktik vəzifəni yerinə yetirən cümlə üzvü. həmcinslik is. Bir cinsdən olma. həmçəki sif. Çəkisi bir olan, eyni ağırlıqda, çəkidə olan. həmçinin bağl. [fars.]\n1. Habelə, ...da (...də), həm, həm də. Usta Zeynal həmçinin bir arif kişi idi. O da gözəl şeirlər oxuyardı. Ə.Haqverdiyev. [Hacı Osman:] ..Dəyirmanını verdin əkinçilərə, yerlərini həmçinin, onda pəs necə dolanırsan? N.Vəzirov. həmd is. [ər.] din. Şükür, təşəkkür, minnətdarlıq. İşimiz boş danışıq, həmdü sənadır, demədim? Ay baba, işlərimiz xeyli fənadır, demədim? C.Cabbarlı. • Həmd olsun – “Allaha şükür”, “Allaha şükür olsun” mənasında Allaha minnətdarlıq bildirən dini təbir. Həmd olsun, özünüz görürsünüz, kimlərdir şəriətini bilməyib, kor-koranə əlayaq çalanlar.. C.Məmmədquluzadə. həmdəm is. [fars.] Yaxın yoldaş, yaxın dost, sirdaş. Hardasız, ey şad keçən dəmlərim; Hardasız, ey sevgili həmdəmlərim? A.Səhhət. Hanı dostlar və həmdəmlər? Gələcəkmi keçən dəmlər? S.Vurğun. // Məc. mənada. Bax, indi təbiət bizə yoldaş; Yoldaş deyil, hətta bizə həmdəm. M.Müşfiq. Həmdəmisən günəşgözlü səhərin; Bəxtin gülür aynasında Xəzərin. S.Rüstəm. həmdəmlik is. Yaxın yoldaşlıq, sirdaşlıq, yaxın dostluq, çox yaxınlıq. Həmdəmliyim ilə ar qılma; Məndən nifrəti şüar qılma. Füzuli. həmdərd is. [fars.] Dərdləri bir olan adamlardan hər biri, birilə bir dərddə olan. [Leyla xanım:] Həmdərdik, qardaş, qorxma, sözünü de... N.Vəzirov. Qoy Sadıqa desinlər lağlağı, amma o kişi ölən günə kimi mənim rəfiqim, müsahibim və həmdərdimdi. C.Məmmədquluzadə. həmdərs is. [fars. həm və ər. dərs] Bir sinifdə və ya bir yerdə oxuyan. həmdin is. [fars. həm və ər. din] Eyni dinə mənsub adamlardan hər biri; dindaş. həmd-səna is. [ər.] din. Allaha səna və təşəkkür, minnətdarlıq, razılıq. [Dərviş Ruqiyyəyə:] Bunların hamısının əvəzində Allah səni yetirdi və mən də “bəsdi” deyib ona həmdi-səna dedim. A.Divanbəyoğlu. həməqidə sif. və zərf [fars. həm və ər. əqidə] Eyni əqidədə olan; həmməslək. Rzaquluxan ilə həməqidə olan müsyö Lui də .. İran səfərinə hazırlaşmaqda idi. M.S.Ordubadi. Diqqətlə qulaq asan Hüseyn Məhbusi [Kərimxana] hədsiz bir sevinc və maraqla: – Məni də özünüzə bir yoldaş bilin, həmməslək, həməqidə (is.) bilin. M.İbrahimov. həməl is. [ər.] Ərəb astronomiyasında həmxana is. [fars.] Bir evdə, bir mənQoç bürcünün adı. Günəş həməl bürcünə yaxınlaşdığı dəqiqədə Sultan Toğrulun qapısında vurulan kərənayxana Novruz bayramı mərasiminin başlandığını xəbər verdi. M.S.Ordubadi. həmən [fars.]\n1. əvəz. Həmin, haman, o. [Cavad bəy:] Elə işlərin üstündə həmən adamı divara söykəyib başına güllə çaxarlar, qalar yerində.. N.Vəzirov. Gətirir fikrimi mənim tüğyana; Həmən diyardakı şumal buruqlar. M.Müşfiq.\n2. zərf O saat, dərhal, əlüstü. Mən bu lövhələri xəstə, nəfəssiz; Seyr edərək həmən yüyürdüm səssiz. S.Vurğun. Əcəbcə işə düşdük, deyib güldüm özümə; Yay paltomun boynunu həmən çəkdim üzümə. S.Rüstəm. həməsr is. [fars. həm və ər. əsr] Bir əsrdə, bir dövrdə yaşamış və ya yaşayan, bir-birinin müasiri; çağdaş, əsrdaş. Həməsr şairlər. – Həmsinlərin səfada, bağda; Həməsrlərin çəməndə, dağda. M.Ə.Sabir. Deyirəm, bəlkə də həməsrlərim; Şerimi gözləmir o qədər mənim? B.Vahabzadə. həmfikir is. və sif. [fars. həm və ər. fikr] Eyni fikirdə olan, fikirləri, görüşləri, rəyləri bir olan; həmrəy, həmməslək, məsləkdaş. Həmfikir adamlar. Onlar bu məsələdə həmfikirdirlər. – Gəl bu hicran dərdini Nima, çəkək bir yerdə biz; Həmfikir, həmdərd olaq, məskən salarsaq harda biz. Şəhriyar. Həsən bəy və onun həmfikirləri [Nəcəf bəy Vəzirov, Heydəri və başqaları] maarifpərvər, mütərəqqi və vətənini sevən adamlar idilər. M.İbrahimov. həmhəmə is. Pıçıltı, pıç-pıç. Həmhəmə başlayır div ilə pəri; Qorxudan qan olur xalqın ciyəri. Şəhriyar. həmhüdud sif. [fars. həm və ər. hüdud] Sərhədləri bir olan; yan-yana, bitişik, yapışıq olan; həmsərhəd. Həmhüdud dövlətlər. – [İran] Qafqaz ilə həmhüduddur. M.S.Ordubadi. həmhüquq sif. [fars. həm və ər. hüquq] Eyni hüquqa, bərabər hüquqa malik olan; bərabərhüquqlu. Bütün xalqlar həmhüquqdurlar. Həmhüquq iqtisadi münasibətlər. həmhüquqluq is. Eyni hüquqa, bərabər hüquqa malik olma; bərabərhüquqluluq. zildə yaşayan adamlardan hər biri; qonşu, mənzil qonşusu. Həmxanası qarşı evdən baxaraq; Rübabəyə zilləmişdi gözünü. M.Müşfiq. Köhnə mənzildə bir ildir ki, iki həmxana cırmaqlaşır. S.Qədirzadə. həmxasiyyət is. və sif. [fars. həm və ər. xasiyyət] Eyni xasiyyətdə olan, xasiyyətcə bir olan. Atı at yanına bağlarsan, həmrəng olmasa, həmxasiyyət olar. (Ata. sözü). həmi bax. həm. Həmi sağdan, həmi soldan; Zənbur kimi sancdı birə. Aşıq Ələsgər. [Cahan Əsgərə:] Allaha şükür, həmi pulun var, həmi dövlətin var, həmi cavansan. Ü.Hacıbəyov. həmin [fars.] Yaxında olan bir şeyi, ya şəxsi göstərmək üçün işlədilən əvəzlik. Həmin qəzet. Həmin tələbə. – Sən bilirsən, mənim yaşım azdır; Anadan olduğum həmin yazdır. A.Səhhət. Birinci olaraq nəzərlərilə Fərmanın qəlbini dələn həmin qız bir kəklik cəldliyilə sıçrayıb maşına çıxdı. Ə.Sadıq. həmişə zərf [fars.] Daima, hər vaxt, hər zaman. O, həmişə adamlardan uzaq gəzir. – [Almaz:] Mənim qapım dostlarımın üzünə həmişə açıqdır. C.Cabbarlı. Buna da şükr edib, “təvəkkül” – dedik; İmdadçün həmişə üz tutduq göyə. B.Vahabzadə. // Arasıkəsilmədən, daim. Oğul nankorların adəti budur: Günəşin nurunu həmişə udub; Cazibə alırlar, sürət alırlar.. M.Araz. həmişəbahar is. [fars.]\n1. bot. İlin bütün fəsillərində çiçək açan cır qızılgül növü. Saib saxsıdakı yeni açmış həmişəbaharı məzar üzərinə qoyub geri çəkilər. H.Cavid.\n2. Həmişə öz təravətini saxlayan; həmişəcavan. [Qəmər xanım:] Rəhmətlik kişi də deyərdi ki, həmişəbaharsan, ay Qəmər! M.İbrahimov. həmişəcavan 1. bax. həmişəyaşıl. Enliyarpaq çinarlar, həmişəcavan ağaclar xiyabanın yaraşığıdır. – Ağaclar lütləşmiş olsa da, həmişəcavanlar onu gizlədə bilirdilər. B.Bayramov.\n2. sif. dan. Təravətini, gənclik görkəmini itirməyən; qocalmayan. Həmişəcavan kişi. həmişəki sif. və zərf\n1. Həmişə olan, hər vaxt olan; hərvaxtkı, adi. Həmişəki qayda. Həmişəki iş. – Sabahkı gün tarçı Əsədin cənazəsi arabaya qoyulub, həmişəki adət üzrə “Ərrəhman” oxuna-oxuna qəbiristana aparıldı. B.Talıblı. Günün birində Təliə ilə vəliəhd və Qətibə bir yerdə idi, Qətibə həmişəki adəti üzrə onları bir yerdə buraxıb çıxdı. M.S.Ordubadi.\n2. Həmişəkindən şəklində – həmişə olduğundan, adi qaydadan. Firidun darülfünundan çıxıb Şəmsiyyəyə dərs deməyə getdi. Qız həmişəkindən daha artıq bir səmimiyyətlə onu qarşıladı. M.İbrahimov. Bu gün dəniz həmişəkindən coşqun idi. S.Vəliyev.\n3. “kimi” qoşması ilə – həmişəki kimi, həmişə, hər vaxt olduğu kimi, adi qaydasında. Qüdrət dinmədi, ayağa qalxdı və həmişəki kimi ağır-ağır yeriyib kabinetinə keçdi. M.Hüseyn. həmişəlik zərf Vaxtı məhdud olmadan, müddətsiz, əbədi, daim(i). Dağda meşəlik; Gül, bənövşəlik; Mən həmişəlik; Bu balama qurban. (Bayatı). [Qəmər:] Vaxtımız çox olacaq. Mən burada həmişəlik doktor işləyəcəyəm. S.Rəhman. [Sevinc Mahmuda:] ..Mən elə bilirdim ki, sən bugünkü iclasdan özün üçün həmişəlik bir nəticə çıxaracaqsan. Z.Xəlil. həmişəyaşıl sif. bot. Bütün ili yarpaqla (və ya iynəyarpaqla) örtülü. Həmişəyaşıl ağaclar. həmiyyət is. [ər.] Vətən, ailə qeyrəti, namus, təəssüb. Min elm deməkdənsə həmiyyət gərək olsun; Sözdən nə bitər, işdə həqiqət gərək olsun. M.Ə.Sabir. həmiyyətli sif. Həmiyyət sahibi olan; qeyrətli, namuslu, təəssübkeş. Bu kəndin adamları istəyiblər, .. özlərini Astaranın qeyrətli və həmiyyətli adamlarına oxşatsınlar. “Mol. Nəsr.” həmkar is. [fars.] Biri ilə bir yerdə, bir sənətdə, bir peşədə işləyən adam; iş, sənət, ixtisas yoldaşı. Veys yanını stula təzəcə qoymuşdu ki, həmkarlarının yerdə bardaş qurduğunu görüb, özü də elə onların yanında çömbəlib divara söykəndi.. Ə.Əbülhəsən. [Cəfərqulu] baxırdı ki, görsün, həmkarlarından bura kim gəlib. B.Bayramov. ‣ Həmkarlar ittifaqı – fəhlə və qulluqçuların mənafeyini qorumaq üçün əmək prinsipi üzrə onları birləşdirən kütləvi təşkilat. həmkəndli is. Bir kənddə doğulmuş, orada yaşamış və ya yaşayan (adam). Həmkəndliləri ilə görüşmək. Şəhərdə həmkəndlisinə rast gəldi. – ..Nəriman [Nərimanov] türkcə və rusca gözəlcəsinə yazıb-oxumaq bilirdi. Ona görə həmkəndlilərinin günü-gündən ona rəğbətləri artırdı. Ə.Haqverdiyev. həml is. [ər.] klas. Yük, ağırlıq. ‣ Həml etmək – 1) isnad etmək, izah etmək, yazmaq, aid etmək, səbəbini bir şeydə görmək. Minanın hərəkətini dəli olduğuna həml etdilər. Çəmənzəminli; 2) boynuna qoymaq, üzərinə yükləmək. [Haşım:] Əgər iki min manata tamah edib bu məsləhətlərə dəyişməsəydim, həm [pulu] əlimdən dərviş alacaqdı, həm burada boynuma bir cinayət həml edib, məni hökumətə təslim edəcəkdilər.. B.Talıblı. həmlə is. [ər.] Hücum, üzərinə atılma. Həmlələr pozmuş, qoşun sındırmış, qala fəth etmiş əsgər sevinci ilə Durmuş .. yatağına girdi. Mir Cəlal. ..Qaraca çobanın cürətli müqaviməti, iki qardaşı ilə birgə hələ ilk həmlədə beş-on atlını vurubyıxmaları basqınçıların qəzəbini artırdı. M.Rzaquluzadə. • Həmlə etmək – hücum etmək, üzərinə atılmaq. İş atışmadan ötüb şəmşir və xəncər ilə bir-birinə həmlə etməyə çatdı. M.F.Axundzadə. Ta ayın iyirmi doqquzuna kimi düşmənin tankları ilə piyadası batareyaya həmlə etdi. Ə.Əbülhəsən. // Eyni mənada oyunda. Hücumçuların həmlələri. • Bir həmlədə – dərhal, bir anda, bir dəfə həmlə etməklə. Koroğlu bir həmlədə özünü Aslan paşaya çatdırdı. “Koroğlu”. həmməclis is. [fars. həm və ər. məclis] Bir yerdə oturub-duran, məclis yoldaşı olan; həmnişin. Hər kəs [Lütfəli bəylə] bir, ya iki dəfə həmməclis və həmsöhbət olsaydı, yəqin onu sevərdi.. İ.Musabəyov. həmməhəllə sif. və is. [fars. həm və ər. məhəllə] Eyni məhəllədə doğulmuş, yaşamış və ya yaşayan. Həmməhəllə uşaqlar. həmməna sif. [fars. həm və ər. məna] Eynimənalı, birmənalı, mənası başqa sözün mənası ilə eyni olan. Həmməna söz. həmməslək is. [fars. həm və ər. məslək] Məsləkdaş, eyni məsləkdən olan, məsləkləri, əqidələri eyni olan. Həmməslək adamlar. – Diqqətlə Kərimxana qulaq asan Hüseyn Məhbusi hədsiz bir sevinc və maraqla: – Məni də özünüzə bir yoldaş bilin, həmməslək, həməqidə bilin, – dedi. M.İbrahimov. həmməzhəb is. [fars. həm və ər. məzhəb] köhn. Eyni bir məzhəbə mənsub olan, inanan; dindaş. [Molla İbrahimxəlil:] Həmi sənin təvəssütün həmməzhəblərin barəsində məqbul oldu, həmi mənim sözüm pozulmadı. M.F.Axundzadə. həmnişin is. [fars.] Bir yerdə oturubduran, dost, yoldaş, munis. Həmnişinin bab elə; Görən desin, ha belə! (Ata. sözü). Qəm mərhələsində qalmışam fərd; Nə yar, nə həmnişin, nə həmdərd. Füzuli. həmpeşə is. [fars.] Eyni peşə sahibi olan, peşələri eyni olan. Danışdı teatrdan; aktyor sənətindən; həmpeşələrinin xidmətindən; bir az gileyləndi. R.Rza. həmpiyalə is. [fars.] Biri ilə həmişə bir yerdə içki içən, sərxoşluq edən adam. Mənimlə daim o kəslər ki, həmpiyalə idi; Nə cam lütf edir indi, nə cam alır məndən. Ə.Vahid. həmrah is. [fars.] Yol yoldaşı, yoldaş. [Əmrah:] Həmrah bizlərdə yoldaşa deyirlər. “Əmrah”. [Alp Arslan:] Aydın gözünüz, cümlə səadət bizə həmrah. H.Cavid. həmrahlıq is. klas. Yoldaşlıq, yol yoldaşlığı. Ey bəxt, vəfasız olma sən həm! Həmrahlıq et, bizimlə bir dəm! Füzuli. həmraz is. [fars.] klas. Sirr yoldaşı, sirdaş. Həmrazim idin şikayətimdə; Dəmsazim idin hekayətimdə. Füzuli. Badi-səba, əgər düşsə güzarın; Söylə xəlvət o həmraza bir xəbər. M.P.Vaqif. həmrəng sif. və is. [fars.]\n1. Eyni rəngdə olan, eynirəngli. Atı at yanına bağlarsan, həmrəng olmasa, həmxasiyyət olar. (Ata. sözü).\n2. məc. Uyğun, uyar, müvafiq, münasib, düz. • Həmrəng olmaq – uyğunlaşmaq, uyğun olmaq, münasib olmaq. Ey gül, bu mənə deyilmidir nəng; Kim, olmayasan mənimlə həmrəng. Füzuli. Demə bu misranın da əsil mənası bu imiş ki, dünyada keçinmək, güzəran etmək istəyirsən isə, camaat ilə həmrəng ol. N.Vəzirov. ..Parlaq bahar səmasilə həmrəng olsun nəğmələrim? M.Müşfiq. həmrəy sif. və is. [fars. həm və ər. rəy] Bir fikirdə, bir rəydə olan; həmfikir, yekdil. [Əmiraslan ağa:] Hansınız mənimlə həmrəydir, buyursun, gözüm üstə yeri var. S.S.Axundov. Görünür ki, [Şirin Rüstəmbəylə] bəzi nöqtələrdə həmrəy deyildi. Çəmənzəminli. • Həmrəy olmaq – bir rəydə, bir fikirdə olmaq, həmfikir, yekdil olmaq. N.Vəzirov yeni komediyaları və “Dərviş” imzalı publisist əsərləri ilə mollanəsrəddinçilərlə həmrəy olduğunu göstərirdi “Əkinçi”. həmrəylik is. Həmfikirlik, yekdillik. Görüşlərdə həmrəylik. Məsələ barəsində yoldaşlar arasında həmrəylik yoxdur. – ..Yoldaşlarının həmrəyliyi [Qəzənfəri] daha çox sevindirirdi. S.Vəliyev. // Hər hansı bir ictimai hərəkətə və ya fikrə fəal surətdə hüsnrəğbət göstərmə; fikir, mənafe birliyi. Əməkçilərin beynəlxalq həmrəyliyi. həmsayə is. [fars.] köhn. Qonşu. Dedi: həmsayə, var nəyə meylin; Nə yeyirsən, nə istəyir könlün? M.Ə.Sabir. Anlar nə ata, nə ana, həmsayə bizim qız; Xan dostu! Düşübdür yeni sevdayə bizim qız. Ə.Nəzmi. həmsaz sif. və is. [fars.] Bir-birinə uyğun gələn, uyan, münasib olan; uyğun. • Həmsaz olmaq – uyğun gəlmək. Demə ki, yaş ürəklə; Qanacaqla, hünərlə; Həmişə həmsaz olur. B.Vahabzadə. həmsəfər is. [fars. həm və ər. səfər] Səfər yoldaşı, yol yoldaşı. həmsənət is. və sif. [fars. həm və ər. sənət] Sənətləri, peşələri bir olan, sənət yoldaşı, iş yoldaşı. Qonşuluq bir yana, axı biz – Qara Canbalayevlə mən, demək olar ki, həmsənət idik. İ.Hüseynov. həmsərhəd is. [fars. həm, sər və ər. hədd] Ümumi sərhədi olan; qonşu, həmhüdud. Həmsərhəd ölkələr. həmsin sif. və is. [fars. həm və ər. sinn] Həmyaş, yaşıd, bir yaşda olan. Fərman və Gövhərtac ikisi bir yerdə böyümüşdülər və həmsin idilər. Ə.Haqverdiyev. həmsinif sif. və is. [fars. həm və ər. sinif]\n1. Məktəbdə eyni bir sinifdə oxuyan, sinif yoldaşı. Həmsinif rəfiqələr.\n2. Eyni ictimai sinfə mənsub olan, eyni sinifdən olan. Zakir özü Qarabağın xass-xalis nücəbalarından ola-ola, öz həmsinfinin ayıb və qüsurunu belə açıq, mərdanə və şairanə söyləməyi, əlbəttə, şayani-təhsindir. F.Köçərli. həmsir is. və sif. [fars. həm və ər. sir] Sirdaş. Həmsir yoldaşlar. – Qasım bəy Zakirə gəldikdə, o da Molla Pənah kimi durnalardan xahiş eləyir ki, ondan ehtiyat etməsinlər və onu özlərinə həmsir, yoldaş və rəfiq hesab etsinlər. F.Köçərli. [Nurəddinin] həmfikri, həmsiri ancaq kitabları olmuşdu. S.S.Axundov. həmsöhbət is. [fars. həm və ər. söhbət] Birisi ilə söhbət edən, söhbət yoldaşı; müsahib. ..Bir az zamanda Sona özü üçün həmsöhbət tapıb, gününü gah bağlarda və gah meşələrdə keçirirdi. N.Nərimanov. [Bəhram:] [Pərini] çağırım, bir az həmsöhbət olsun. C.Cabbarlı. həmsüfrə is. və sif. [fars. həm və ər. süfrə] Bir süfrədə, bir masa arxasında, bir yerdə yeyib-içənlərdən hər biri; süfrə yoldaşı. həmşəhərli is. və sif. Bir şəhərdə anadan olmuş, yaşamış və ya yaşayan, eyni şəhər əhalisindən olan; həmyerli. Həmşəhərli dostlar. – [Odabaşı:] Bu şəxsi ki görürsən, mənim həmşəhərlilərimdəndir. Ə.Haqverdiyev. Həmşəhərlilər yaman başbaşa veriblər, – deyə Veysəl Kəngərli şayiə yayırdı. Ə.Vəliyev. həmta (=həmtay) is. [fars.] Həmyaş, yaşıd, yoldaş, tay. Nəçidir şeirdə Bixud sənə həmta olsun. S.Ə.Şirvani. Qəsəbədə [Nəcminin] uzun illər dostluq etdiyi bir neçə həmtayından bircə Ağasəfər qalırdı. Ə.Əbülhəsən. həmtay (=həmta) is. [fars.] Həmyaş, yaşıd, yoldaş, tay. Nəçidir şeirdə Bixud sənə həmta olsun. S.Ə.Şirvani. Qəsəbədə [Nəcminin] uzun illər dostluq etdiyi bir neçə həmtayından bircə Ağasəfər qalırdı. Ə.Əbülhəsən. həmtayfa is. və sif. [fars. həm və ər. taifa] Eyni tayfaya mənsub olan, eyni tayfadan olan. Amur çayı boyunca daurlar və onlarla həmtayfa olan adamlar yaşayırdılar. həmvaxt sif. [fars. həm və ər. vəqt] Bir vaxtda olan, bir vaxtda baş verən, vaxtca eyni olan. həmvətən (=həmvətənli) sif. və is. [fars. həm və ər. vətən] Bir vətəndən olan; vətəndaş, yurddaş. Həmvətən dostlar. – Sanıram, ulduzlar həmvətənimdir; Demək, yer də mənim, göy də mənimdir. M.Müşfiq. Cavid həmişə xəlqimizin xatirindədir; Vahid, o yoxsa, ruhi ilə həmvətənlərik. Ə.Vahid. həmvətənli (=həmvətən) sif. və is. [fars. həm və ər. vətən] Bir vətəndən olan; vətəndaş, yurddaş. Həmvətən dostlar. – Sanıram, ulduzlar həmvətənimdir; Demək, yer də mənim, göy də mənimdir. M.Müşfiq. Cavid həmişə xəlqimizin xatirindədir; Vahid, o yoxsa, ruhi ilə həmvətənlərik. Ə.Vahid. həmyaş (=həmyaşlı) bax. yaşıd. Qorxusuz Xacoyla hünərli Dadaş; Hər ikisi oğlan, özləri həmyaş.. H.K.Sanılı. İdrisi də o biri həmyaşlıları kimi çox tez səfərbərliyə aldılar. M.Hüseyn. həmyaşlı (=həmyaş) bax. yaşıd. Qorxusuz Xacoyla hünərli Dadaş; Hər ikisi oğlan, özləri həmyaş.. H.K.Sanılı. İdrisi də o biri həmyaşlıları kimi çox tez səfərbərliyə aldılar. M.Hüseyn. həmyaşlıq (=həmyaşlılıq) bax. yaşıdlıq. həmyaşlılıq (=həmyaşlıq) bax. yaşıdlıq. həmyerli is. Biri ilə bir yerdə doğulmuş: yurddaş, həmvətən. [Qədir] Yevlaxda öz həmyerlilərinə rast gələndə onlar həmişə Qədiri kəndə dəvət edirdilər. Ə.Sadıq. [Professor] kəndlərinin yaşıllaşdırılması barədə bir-iki dəfə qəzetdə oxumuş, şəhərə gələn həmyerlilərindən eşitmişdi. İ.Əfəndiyev. həmzad is. [fars.]\n1. Yaşıd, eyniyaşlı.\n2. İnsanla birlikdə doğulan ruh, can. həmzadlı is. məh. Doğandan sonra uşağı ölən qadın. Elə arvadlar olur ki, doğduğu uşaq qalmır, ölür. Onda deyirlər ki, bu arvad həmzaddı. (Rəvayət). həmzə is. [ər.] Ərəb əlifbasında boğazbağlı samit tələffüzünü göstərən işarə. Ayn və həmzə səslərinin interferensiyası. Daxilində ayn və həmzə səsləri olan ərəb sözlərinin yazılış qaydası. – Hələ orta əsr ərəb dilçiləri ərəb dilinin özündə həmzə səsinin söz ortasında və söz qovuşuğunda itməsini göstərirdilər. F.Ağasıoğlu. həmzəban is. [fars.]\n1. Bir dildə danışan. Şıq geyimli bir cəvani-xoşnişan olsaydım, ah! Bu pərilərlə doyunca həmzəban olsaydım, ah. M.Ə.Sabir.\n2. məc. Dilbir, həmfikir. O gül mənə bu gecə həmzəban olan gecədir; Deyib, gülüb, danışıb, mehriban olan gecədir. Ə.Vahid. həna is. [ər.] Xına. Dünən oğlanı göndərdim, gedib Məşədi Məhəmməd Nəcəfin dükanından bir az həna gətirdi. C.Məmmədquluzadə. [Gülnaz:] Mənim başım hələ ağarmayıbdır ki, hənaya ehtiyacım ola. Ü.Hacıbəyov. ‣ Heç hənanın yeridir – yersiz, münasibətsiz deyilən söz haqqında. hənalı bax. xınalı. Hənalı saç. – Səqfin yavıqlığındakı arvad yerlərində belə pərdələr qalxıb, hənalı əllər ustanı göstərirdi. Çəmənzəminli. həncama bax. rəzə. Qapının həncaması. həndbol is. [ing.] Əl topu oyunu. Bizi hara aparır; Bu “yenilik” ədası? Həndbolun; Futbolun; Hakimlik iddiası? B.Vahabzadə. həndəsə is. [ər. əsli fars. əndazə] RiHƏNGAMƏ is. [fars.] Qovğa, mərəkə, yaziyyatın cisimlərin səth formalarından və onların münasibətlərindən bəhs edən şöbəsi. Həndəsə məsələləri. – Hər şəhrdə bir məktəbi-sənət açacaqdır; Oğlanlar alıb həndəsə, memar olacaqdır. M.Ə.Sabir. həndəsəşünas is. [ər. həndəsə və fars. ...şünas] Həndəsə alimi, həndəsə mütəxəssisi, həndəsəni yaxşı bilən adam. həndəsi sif. [ər.]\n1. Həndəsəyə, həndəsə elminə aid olan, həndəsə ilə əlaqədar olan. Həndəsi üsul. Həndəsi aksiom. – Xalam mətbəxdə qutab üçün yoğurduğu kiçik kündələri oxlov altına salıb cığara kimi nazik və həndəsi çevrə kimi yuvarlaq yuxalar yayırdı.. Ə.Məmmədxanlı.\n2. Xətlərdən, nöqtələrdən və sxematik fiqurlardan (üçbucaqlardan, konuslardan, əyri xətlərdən və s.) ibarət olan. Həndəsi ornament. – Ax, bu dəmir ağaclar; Həndəsi üçbucaqlar; Dünyanın o başını; Çəkib evlərə bağlar... B.Vahabzadə. həndəvər is. Ətraf, dövrə, yan-yörə. Həyətin həndəvəri. Evin həndəvərində dolanmaq. – Keşikçilər [qulu] Çənlibelin həndəvərində görüb, tutub Koroğlunun yanına gətirdilər. “Koroğlu”. hənəfi is. [ər.] Sünnilərin Əbu Hənifə təriqətinə mənsub olanları. hənək is. [ər.] Zarafat. Əvvəli hənək, axırı dəyənək. (Ata. sözü). Belə hənəkmi olur; Əl qan, üz qan, yaxa qan. Sarı Aşıq. • Hənək etmək (eləmək) – zarafat etmək, zarafatlaşmaq, hənəkləşmək, şuxluq eləmək. ..Qəvvas səsləndi .. and olsun cavan canuva, mən səniynən hənək eləyirdim. (Nağıl). Sarımtıl arılar, xallı kəpənək; Ballı çiçəklərlə eləyir hənək. H.K.Sanılı. hənəkçi sif. Zarafat sevən, zarafatçı, zarafatcıl. Hənəkçi oğlan. hənəkləşmə “Hənəkləşmək”dən f.is. hənəkləşmək qarş. Bir-biri ilə zarafat etmək; zarafatlaşmaq. Uşaqlar hənəkləşdilər. həngam zərf [fars.] klas. Vaxt, zaman, çağ. Bu həngamda (bu vaxtda, bu anda). O həngamda (o vaxtda, o anda). Nuş olur canıma ət, xassə, o həngamda kim; Mən yeyəm, xırda uşaqlar baxa, ağlaşa, ətə. M.Ə.Sabir. gurultu, gurultu-patırtı. Bu nə həngamədir? – ..Fəxrəddin bu qədər böyük və dəhşətli həngaməni birinci dəfə gördüyü üçün qorxmuşdu. M.S.Ordubadi. [Şəms Xəlilə:] Şəhərdən güllə səsləri gəlir. Yenə bu nə həngamədir, bilmədiniz? Ə.Məmmədxanlı. // Gurultulu mənzərə, tamaşa, məclis. Cavanlar dünən yaman həngamə düzəltmişdilər. – Aşıq Ələsgər neçə ilin aşığıydı, amma belə həngamə heç harda görməmişdi. “Aşıq Ələsgər”. [Xəlil:] Nə gördüm, büsat və həngamə, vur-çatlasın, toy. N.Vəzirov. hənir is. Yavaş səs. Bir ağac yıxıldı yol qırağında; Bir hənir yox oldu yol qırağından.. M.Araz. hənirti is. Canlı səsinə oxşar yavaş səs, qulağa dəyən anlaşılmaz səs. Uzaqdan hənirti eşitmək. – Gözləyirdim durub da pusquda mən; O da duydu hənirtimi birdən. A.Səhhət. Heyrətlə baxırdı uzaq-yaxına; Təbiət qoynunda bir hənirti var. A.Şaiq. hənuz zərf [fars.] köhn.\n1. Hələ, hələ ki. Dedim: – Getmə, bala, hənuz uşaqsın; Dünyanın işini bilən tapılmaz.. M.Müşfiq.\n2. İndi, indicə. Dedi: “Qışdır, hənuz, həmsayə; Meyvə fəsli deyil, dayan yayə”. M.Ə.Sabir. həpənd is. Axmaq, başıboş, gic; duzsuz (zarafatla yüngül söyüş məqamında işlənir). [Cəbi:] Bir mənə deyən gərək ki, ay həpənd, sən nə girmisən meydana. N.Vəzirov. [Qazı Xudayar bəyə:] Bəli, gətdiyin iki girvənkə qənddi, zornan övrəti gətirib qatırıq sənin qoynuva. Get, ay həpənd! C.Məmmədquluzadə. həpir sif. Xarab olmuş, çürük. hər əvəz\n1. Bir toplunun ayrıca götürülən fərdi, onu təşkil edən şeylərdən hər biri. Hər adam. Hər ailə. Hər adambaşına. • Hər bir – bax. hər. Hər bir adam. Hər bir şey. Hər bir təsadüfdə. Hər bir çətinlik qarşısında. – Əli yüz sirr oxuyur; Hər bir heyvan izində. R.Rza. Reyhan bütün dərslərindən; Hər bir zaman “beş” alardı. M.Dilbazi. Hər biri – toplu halındakı adamlardan, ya şeylərdən ayrıca götürülmüşü. Hər birinə tapşırıq vermək. Hər birini ayrıca dinləmək lazımdır. – Əgər Məcnun, əgər Fərhad – olar kim, dərd çəkmişlər; Yığılsınlar, mənimçin hər biri çarə yazsınlar. Qövsi. [Kərim baba ilə Ayrım qızı] keçmiş igidliklərindən söyləyir, öyünməyə və hər biri özünü bəyəndirməyə çalışırdı. A.Şaiq. // Bir çox hallarda əksinə, topluluq mənası verir. Hər işə qarışmaq. Hər arzusunu yerinə yetirmək. – Xədicə hər istədiyini [həyata keçirməyə] adət etmişdi, ərköyün böyümüş bir qızdı. S.Hüseyn. • Hər adam – bax. hər kəs. Bu qədər zurnaçı, züyçü əbəsdir; Hər adam bir quzu yemləsə bəsdir.. M.Araz. Hər an – bax. hər vaxt. Hər an gözləmək. – Görsə kim, bir fəqir edib üsyan; Lən edər ol fəqir üçün hər an. S.Ə.Şirvani. Hər cəhətdən (cəhətcə) – tamamilə, bütünlüklə. Dünyada hər cəhətcə birbirinin eyni olan iki adam yoxdur. Ə.Abasov. Hər cür – cürbəcür, müxtəlif. [Rəsul] hər cür yeməkdən araya gətirdi. “Aşıq Qərib”. Hər dəqiqə – bax. hər vaxt. Mən hər dəqiqə Bədirnisə xalanın içəri girəcəyindən qorxurdum. M.Hüseyn. Hər gün – daima, həmişə. Hər gün xeyrə açılmır dünyamızın bal ağzı. M.Araz. Hər kəs (kim) – 1) hər bir adam, hamı, bütün adamlar. Bundan hər kəsin xəbəri var. Şagirdlərdən hər kim çalışsa, usta ola bilər. – Hər kim məni, belə görə, bil, ağlar; Dağ, daş yanar, ulus, oymaq, el ağlar. M.V.Vidadi. ..Rəşidin bu insanlığını və hümmətini hər kəs bildi. İ.Musabəyov; 2) naməlum, qeyri-müəyyən adam, kim olur olsun. Hər kimdir, qoy içəri gəlsin. – [Sərvər:] Onda qızı hər kəsə istəyirsən, ver! Ü.Hacıbəyov. Hər ləhzə – bax. hər an. Gəh təmənna tiğin eylərsən, gəhi peykanını; Yerdən hər ləhzə bir ehsanə eylərsən həvəs. S.Ə.Şirvani. Hər nə – hər şey, nə varsa. Hər nə olursa. Hər nə istəsə, ver. Hər nə desə, qulaq as. Onun əlindən hər iş gələr. – Hər nəyimiz varsa, qurbandır sənə; Yaz gələr, atını minərsən yenə. H.K.Sanılı. [Minnət xanım:] Onu da yadında saxlarsan, sonra hər nə lazımdır, mən sənə deyərəm. Ü.Hacıbəyov. Hər nəfər – bax. hər kəs. [Şah:] Peşə ilə hər nəfər öz işlərin saz eylər. Ü.Hacıbəyov. Hər saat – bax. hər vaxt. Hər saat hazır olmaq. Hər şey – bütün, hamı, nə varsa hamısı. Hər şeyi açıb demək. Hər şeydən əlini üzmək. – Hər şey gözəlləşmədə; Sən də gözəlləş; Bu həyat kimi. M.Müşfiq. Hər şey dərin bir sükut içində sahibinə baxıb, sanki soruşurdu. Mir Cəlal. Hər tərəf – bütün ətraf, ətrafdakı yerlər. Hər tərəfdə yağış yağır. Hər tərəfdən musiqi səsi eşidilir. – Telli həyətin hər tərəfinə göz gəzdirdi. S.Hüseyn. Hər tərəfdə sükut çökəndə gəmi mexanizmlərinin uğultusu eşidildi. M.Hüseyn. Hər vaxt – həmişə, hər zaman. Hər vaxt qapımız üzünüzə açıqdır. Hər vaxt istəsəniz, gələ bilərsiniz. Hər yan – hər tərəf, ətraf. Hər yan qarla örtülmüşdü. Hər yan qaranlıq idi. – [İsmət:] Açılmış hər yanda güllər, çiçəklər; Qızlar, oğlanlar sevinər, seyr edər. H.Cavid. [Mərcan bəy:] Səsin düşüb hər yana; Çığırırsan, ay arvad. Ü.Hacıbəyov. Hər zaman – bax. hər vaxt. Hər zaman bunları gözüm görəndə; Köhnə yaram olur təzə dünyadə. Aşıq Ələsgər. Mən çox istərdim ki, sənin hər zaman; Örtməsin o dilbər hüsnünü duman. S.Vurğun.\n2. Həmcins üzvlü cümlələrdə bölgü bildirir. [Abbas:] Qovma dərgahından şirin nökəri; Geymərəm hər şalı, hər qələmkari. “Abbas və Gülgəz”. Bu xəbər hər yana, hər yerə, hər səmtə yayılır və çatırdı. S.Rəhimov. ‣ Hər addımda (addımbaşı) – daim, tez-tez. Hər addımda çətinliklə üzləşmək. – Öz kökünü bilməyən gözü küllü bu millət; Zamanın yollarında hər addımda yanıldı. M.Müşfiq. Hər ağızdan bir avaz (səs) gəlir (çıxır) – bir işdə ümumi rəyin, yekdilliyin olmadığını bildirir. [Kazım:] Qoyurlar ki, adam bir şirin yuxu yata?! Gecə yarıyacan baş-beynimizi aparırlar. Hər ağızdan bir avaz gəlir. İ.Şıxlı. Hər bir ehtimala qarşı – ehtiyac xatirinə, ehtiyac olduqda, lazım gəldikdə, ola biləcək bir iş xatirinə. [Fəxrəddin] hər ehtimala qarşı ehtiyat edərək, qapıdan çox uzaqda durmuşdu. M.S.Ordubadi. Hər bir kəlamı (sözü) qızıldır – çox ağıllı, dəyərli, parlaq danışıq haqqında. Dünyagörmüş qocanın hər kəlamı (sözü) bir qızıldır. Hər biri bir oğula dəyər – çox qiymətlidir, misli-bərabəri yoxdur, çox gözəldir. Bu ağacların hər biri bir oğula dəyər. Hər gördüyündən göz kirəsi istəmək – gördüyü, rast gəldiyi adamdan bir şey almayınca əl çəkməmək. Hər halda – 1) ehtimal bildirir – yəqin, nə olursa olsun. Hər halda bu gün gələcək. – [Ceyran:] Hər halda yenə görüşə bilərik. S.Hüseyn. Hər halda yazdığım acı həqiqət; Balaca bir qızın böyük dərdidir. M.Rahim; 2) nə kimi vəziyyət olur olsun, nə olursa olsun, mütləq. Hər halda gəlməlisən. – Axund Fərəc hər halda camaatı ağlatmalı idi. Qantəmir. [Üçüncü əyan:] Mənim fikrimcə, hər halda vəliəhdi paytaxta çağırmaq lazımdır, yoxsa sonra gec olar. Ü.Hacıbəyov. Hər hansı bir – qeyri-müəyyənlik bildirir. Hər hansı bir şəxs. Hər hansı bir iş. – [Nüsrətəddin:] Azərbaycan xalqı Toğrul ilə hər hansı bir məsələ üzərində müzakirə aparmaq üçün məni vəkil etməmişdir. M.S.Ordubadi. Hər işə (şeyə) qulp qoyur – işləməyə mane olur. Hər şeyə qulp qoymaq onun köhnə adətidir. Hər kol dibindən çıxan – bax. hər yerindən duran. Hər kol dibindən çıxan özünü rəis sayır. Hər necə çalsa(lar), elə (eləcə) də oynamaq – öz müstəqil fikri olmayıb başqasının sözü ilə iş görmək. Müstəqil fikri yoxdur, hər necə çalsalar, elə də oynayır. Hər nə isə – söhbəti, söylənilən fikri yekunlaşdırmaq üçün işlənir; nə isə. Gecə şehmi düşmüş, xırdaca yağışmı yağmışdı, hər nə isə... M.Rzaquluzadə. Hər nə qədər (olsa) – necə olsa, hər halda. Hər nə qədər olsa əməkdaşımızdır, kömək etmək lazımdır. – Yer üzündə hər nə qədər insan yaşar; Yer üzündə o qədər də şeytan yaşar. M.Araz. Hər nə olur(sa) olsun – hər halda, necə olur olsun, mütləq. Hər nə olur olsun, kitab sahibinə qaytarılmalıdır. Hər nə olur olsun, getməliyəm. Hər şeydən əvvəl – ilk növbədə, ilk öncə; ən ümdəsi (bir şeyin əhəmiyyətini gücləndirir). Hər şeydən əvvəl, biz dostuq. Hər şeydən əvvəl, ədalətli olmaq lazımdır. Hər şeyi söz eləmək – hər boş şeyə diqqət vermək, ondan məna çıxarmaq. Hər şeyi söz eləyib dava salmaq. Hər tükü bir qızıl zar. – çox tərif məqamında işlənir. Qoyunumun hər tükü bir qızıldır. Hər vəchlə – hər vasitə ilə, hər necə olur olsun, hər halda. Müxtəsər, hər vəchlə məşrutə min nöqsandadır.. M.Ə.Sabir. Hər yerindən duran; hər yetən (çatan); hər yoldan (küçədən) ötən (keçən) – başqası haqqında saymazyana işlədilən ifadə. Hər yerindən duran şair olub. Hər yoldan ötən göstəriş verir. – [Qərib:] Qayıtmasam, qınar məni hər yetən; Getdim, yar, əyləndim, bəlkə gəlmədim. “Aşıq Qərib”. [Əminə:] Hər çatan rüşvət verib canını qurtarmadımı? Ə.Əbülhəsən. Hər yolla – hər necə olursa olsun, bütün vasitələrlə. [Əyanlar:] Hər yolla çalışırdılar ki, mollanı Teymurun gözündən salsınlar. “M.N.lətif.” hərami is. [ər.] Quldur, çapovulçu, yolkəsən. Oğru ol, hərami ol, doğruluğu əldən buraxma. (Ata. sözü). Həramilər Bakıya bulud kimi dolanda; Biz köməksiz qalanda; Sən hardaydın, de harda, ey Vətənin övladı? B.Vahabzadə. Həramilərə qalsın qara, qorxulu yollar; Mənə günəş batınca ulduz verin, ay verin! M.Müşfiq. həramilik is. Quldurluq, çapovul(çuluq), yolkəsmə. hərarət is. [ər.]\n1. İstilik. Havanın hərarəti. Sobanın hərarəti. – Payızın ilk günləri idi. Günəşin şüaları qüvvədən düşmüş və yayda saçdığı hərarəti verməkdən aciz idi. T.Ş.Simurq. Bahar günəşinin hərarəti tək; Xəyalım dünyanı salama gəlir. S.Vurğun. // İnsan bədəninin istilik dərəcəsi (səhhətin göstəricisi kimi); qızdırma. Xəstənin hərarətini ölçmək. Uşağın hərarəti var. – Yasəmənin qızdırması getdikcə artırdı. Səhər açıldıqda hərarəti 40 dərəcəyə çatdı. S.S.Axundov.\n2. məc. Mehribanlıq, səmimiyyət; səmimi, xoş hisslər, xoş münasibət. Dedim, iki anam vardır, qoy var olsun bu həqiqət; Onlarındır şerimdəki bu məhəbbət, bu hərarət. S.Rüstəm. Həbib Gözəlin evində hərarət, körpələrində ünsiyyət, özündə mərhəmət gördüyü kimi, Gözəl də Həbibdə insaniyyət, mehribanlıq hiss edirdi. Ə.Vəliyev.\n3. is. Hərarətlə şəklində zərf – mehribanlıqla, səmimiyyətlə, xoş hisslərlə, xeyirxahcasına, coşqunluqla. Hərarətlə görüşmək. – Qadın qollarını açıb, Tahirin boynunu hərarətlə qucaqladı. M.Hüseyn. Gəlirim bu olub ki, neçə insan əlini; gözlərinə dik baxıb; hərarətlə sıxmışam. R.Rza. // məc. Coşqunluqla, qızğınlıqla, ehtirasla. Ortada bir nəfər dayanıb çox hərarətlə danışırdı. S.Rəhman. hərarətkeçirmə bax. istilikkeçirmə. Metalın hərarətkeçirmə xassəsi. hərarətli sif.\n1. İsti, qızmar, yandırıcı. Hərarətli günəş. Hərarətli soba. – Çıxarır zahirə şöhrətli Ural qatlarını; Rəngbərəng, canlı, hərarətli metal qatlarını. M.Müşfiq.\n2. Hərarəti, istisi olan; qızdırmalı.\n3. məc. Qızğın, atəşin, alovlu, ehtiraslı, coşqun. Hərarətli nitq. Hərarətli salamlar. – [Yaşlı kişi:] Mən [Şirinnazı] bir zaman nə qədər də hərarətli bir məhəbbətlə sevib əzizləmişdim. S.Hüseyn. Güllə səsi Xəlili hərarətli, işıqlı aləmdən ayırıb, yovşanlı, şoran düzə qaytardı. İ.Məlikzadə. hərarətölçən bax. termometr. Hərarətölçənlə qızdırmanı ölçmək. – Həkim qız hərarətölçəni Heybətə verdi. M.Hüseyn. həraylıq sif. Hər ayda alınan (verilən), hər ayda görülən (görülməli olan), hər ay üçün nəzərdə tutulan. Həraylıq maaş. Həraylıq plan. Həraylıq xərc. hərb is. [ər.] Müharibə, döyüş, savaş. Dünya hərbi. – O təmiz alnında gördüyüm vüqar; Vətəndaş hərbindən qalmış yadigar. S.Vurğun. Xəyalın qanadı yenə yüksəlir; Yadıma qanlı hərb illəri gəlir. N.Rəfibəyli. • Hərb etmək – müharibə etmək. [Birinci işçi:] Hərb edib çarpışırıq sizlər üçün! Çalışıb çarpışırıq sizlər üçün! H.Cavid. hərbcu is. [ər. hərb və fars. ...cu] köhn. Dava etməyi, vuruşmağı sevən; dava axtaran, müharibə axtaran. hərbçi is.\n1. Hərbi xidmətdə olan adam, hərbi xidmətçi; hərbiyyəli. Hərbçilərin təlimi. – Ucqar stansiyalarda .. silahlı hərbçilərə rast gəlmək olur. Ə.Əbülhəsən. Köhnə hərbçi Yusif başının üstündən uzanıb çəkilən işığı görcək Daşdəmiri tələsdirdi.. B.Bayramov.\n2. Silahlanma və müharibəyə hazırlaşma siyasəti yeridən adam; militarist. İmperializm hərbçiləri. hərbçilik is.\n1. Hər hansı dövlətin yeritdiyi silahlanma və müharibəyə hazırlaşma siyasəti. // Bir ölkədə hərbçilərin siyasi ağalığı və ölkənin bütün təsərrüfatının qəsbkar müharibə məqsədlərinə tabe edilməsi; militarizm. hərbə is. [ər.] köhn.\n1. Qısa süngü, balaca nizə.\n2. Hədə-qorxu, hərbə-zorba. Yağı düşmənin hərbəsi; Qaçırtmaz meydandan məni. “Koroğlu”. • Hərbə gəlmək – bax hərbələmək. [Camal bəy:] Mən sizə qaraqoyunlu deyiləm, mənə hərbə gələsiniz.. N.Vəzirov. hərbələmə “Hərbələmək”dən f.is. hərbələmək f. Qorxutmaq, hədəqorxu gəlmək, hərbə-zorba gəlmək. İstədim, yaxın gedəm; Yoldaşları hərbələdi. Aşıq Ələsgər. Birdən Bülənd .. başını yuxarı qaldırıb uzaqdan-uzağa qardaşını hərbələyərək yumruğunu havada salladı. Ə.Əbülhəsən. hərbə-zorba is. Qorxutmaq, dəhşətə salmaq üçün edilən hərəkət və ya deyilən söz; hədə-qorxu, hədə. • Hərbə-zorba gəlmək – bax. hərbələmək. Əsil deyişmə odur ki, bir məclisdə iki aşıq (şair) qarşıqarşıya eyni rədif, eyni qafiyə və eyni şəkildə bədahətən şeir söyləsin, bir-birinə hərbə-zorba gəlsin, qıfılbənd desin, müvafiq cavab alsın. hərbi sif. [ər.]\n1. Hərbə, müharibəyə aid olan, müharibə ilə əlaqədar olan. Hərbi vəziyyət. – Öz əlinlə öz yurduna ölüm dartmaq! Bu “yeni” bir hərbi məntiq! M.Araz. // Müharibə ehtiyacları üçün olan. Hərbi zavod. Hərbi sənaye. – Gurlayır dalbadal hərbi gəmilər; Soruşur parolu Hüseyndən şəhər. M.Rahim. Şəhərdə bütün əhalini ayağa qaldırmaq, düşmənin hərbi sursat və avadanlıq aparmasına yol verməmək lazım idi. S.Vəliyev.\n2. Orduya aid olan, orduda xidmətlə əlaqədar olan; əsgəri. Hərbi həkim. Hərbi məktəb. Hərbi xidmət. Hərbi mükəlləfiyyət.\n3. Orduda xidmət edən adamla əlaqədar olan; əsgəri. Hərbi and. // Hərbi xidmətçiyə aid; əsgəri. Hərbi forma (geyim). – Bir dəfə istirahət günü hərbi libası dəyişib sivil libas geyərkən [Zərqələm] məni tanımadı. Ə.Sadıq.\n4. Orduda xidmət edən; hərbçi, hərbiyyəli. Hərbi adam. hərbiləşdirilmə “Hərbiləşdirilmək”dən f.is. Nəqliyyatın hərbiləşdirilməsi. hərbiləşdirilmək məch. Hərbi ehtiyaclara, hərbi tələbata, hərbi vəziyyətə uyğunlaşdırılmaq. Dəniz nəqliyyatı hərbiləşdirildi. hərbiləşdirmə “Hərbiləşdirmək”dən f.is. hərbiləşdirmək f. Hərbi vəziyyətə, müharibə şəraitinə, hərbi ehtiyac və tələbata uyğunlaşdırmaq. İqtisadiyyatı hərbiləşdirmək. // Əhaliyə müharibə işini öyrətmək. hərbiləşmə “Hərbiləşmək”dən f.is. hərbiləşmək f. Hərbi vəziyyətə, hərbi ehtiyac və tələbata uyğunlaşmaq, hərbi ehtiyaclara xidmətə keçmək. hərbiyyə is. [ər.] köhn.\n1. Hərbi və əsgəri işlərə baxan dövlət idarəsi.\n2. Hərbi. Cuma İmanzadə 1922-ci ildə Bakıda hərbiyyə məktəbini bitirmişdi. Ə.Əbülhəsən. [Ağagül Ağalarova:] Mən hərbiyyə nazirinə təcili raport gətirmişəm, ata! Ə.Məmmədxanlı. hərbiyyəli is. Hərbi xidmətçi, əsgəri xidmətdə olan adam. Üstüörtülü bir dam tapıb içəri girəndə hərbiyyəlilərlə dolu olduğunu gördü. Mir Cəlal. hərcayi sif. [fars.]\n1. Avara, sərsəri, veyil, heç bir işlə məşğul olmayan. Hərcayi adam. – Ələsgərəm, doğru yoldan azmaram; Hərcayi gözələ tərif yazmaram. Aşıq Ələsgər. Şəhərlərdə müxtəlif hərcayi və macəracu ünsürlərin baş qaldırıb, talanlar yaratmaq qorxusu yaranmışdı. M.İbrahimov. // Zərf mənasında. Boş-boş, avara-avara, veyil-veyil. Vəqt oldu çıxıb küçədə cövlan edəsiz siz; Hərcayi gəzib, hər yeri seyran edəsiz siz. M.Ə.Sabir. // İs. mənasında. Hərcayidən, müxənnəsdən, nadandan; Nə söz qaldı sənətkara dəyməmiş? Aşıq Ələsgər. Hiyləgər, hərcayi, yaltaq, tamahkar; Xalq içində, dost yanında olar xar.. Aşıq Hüseyn.\n2. Mənasız, boş. Hərcayi iş. – [Hacı:] Hərcayi söz danışırsan! M.İbrahimov. İçəridən .. zarafatlaşan cavanların hərcayi sözləri eşidilirdi. İ.Hüseynov. hərcəhətli bax. hərtərəfli. Hərcəhətli inkişaf etmiş gənc. Hərcəhətli irəliləyiş. Hərcəhətli üstünlük açıq-aydın görünməkdədir. Kənd təsərrüfatının hərcəhətli inkişafı. Məsələni hərcəhətli yoxlamaq lazımdır. hərc-mərclik is. Əmin-amanlıq, qayda-qanun olmadığı vəziyyət; qarışıqlıq, nizamsızlıq, qarmaqarışıqlıq; anarxiya. Hərcmərclik geniş Rusiyanın bir başından tutmuş o biri başına qədər dalğalanırdı. Çəmənzəminli. [Nizami:] Çünki hazırkı hərc-mərcliyi doğuran başlıca səbəb Toğrulun iş başında olmasıdır. M.S.Ordubadi. hərçənd [fars.] Bir cümləni ona zidd olan və ya onu aydınlaşdıran başqa cümlə ilə qarşılaşdıran bağlayıcı (həmin cümlənin ikinci hissəsində amma, ancaq, lakin, fəqət bağlayıcılarından biri işlənir). Hərçənd qar yağır, lakin hava soyuq deyil. – [Uçitel] astanada ayaqqabısını soyunaraq onun mütaliəsinin qurtarmasını gözlədi. Hərçənd, bilirdi ki, molla Qurani-Kərimi oxumaqdan daha çox vərəqlərə baxır və özünü məşğul kimi göstərir. İ.Şıxlı. hərçi zərf [fars.] Hər nə qədər, nə qədər. Hərçi səy etdisə, bir şey çıxmadı. Hərçi çalışdısa, şeri əzbərləyə bilmədi. – Mirzə Səfər hərçi çalışdısa, ikinci misra gəlmədi. Neçə dəfə təpiyini yerə çırpdı, şərabın hamısını içdi, misra gəlmədi ki, gəlmədi. Ə.Haqverdiyev. Aslan hərçi fikir etdisə, heç bir yerə gümanı gəlməyib, naçar qardaşının başını qucaqlayıb dedi.. C.Cabbarlı. ‣ Hərçi bada bad [fars.] – nəticəsi, aqibəti, nə ilə qurtaracağı bəlli olmayan bir işə iqdam etdikdə, girişdikdə deyilən ifadə. Molla “hərçi bada bad” deyib, girir dükana, bir tərəfdən döşənir halvanın üstünə. “M.N.lətif.” [Hamı:] Qəm yemə, hərçi badə bad; O olmasın, bu olsun. Ü.Hacıbəyov. hərdəm zərf [fars.]\n1. Hər nəfəsdə, hər an, hər dəqiqə, həmişə, daim. Söhbətində olan istər sazını; Mən çəkərəm hərdəm sənin nazını. Sarı Aşıq. Gözümdən seyl tək hərdəm; Axan al-qanə bir baxmaz. Q.Zakir.\n2. Bəzən, hərdən, arabir, hərdənbir, gahgah. Hərdəm bizə də gəl. – [Asya:] Bu yazıq yarına hərdəm; Bir nəzər sal, gözəlim. Ü.Hacıbəyov. Anası hərdəm cib aynasını [İzzətin] ağzına tutur, nəfəsi gəldiyini seçirdi. Mir Cəlal. hərdəmxəyal sif. [fars. hərdəm və ər. xəyal] Sabit fikri olmayan, tez-tez fikrini dəyişən. Hərdəmxəyal adam. – Yox, Mehriban yüngültəbiətli, hərdəmxəyal qızlara bənzəmirdi. H.Seyidbəyli. // İs. mənasında. [Xəlil Salmana:] Bu əhvalatı bilirəm. Mir Cəlal bir az hərdəmxəyaldır. Çəmənzəminli. Lətifə nə üçün hərdəmxəyal olsun? M.Hüseyn. hərdən (=hərdənbir) zərf Həmişə deyil, bəzən, arabir. Hərdənbir yağış yağır. Hərdənbir hava soyuyur. – Bibin hərdən çatılmış gördümü qaşlarını; Sənə şirin dil töküb oxşardı saçlarını. S.Rüstəm. Laçıntək qıy vurur hərdənbir Osman; Çırpınır meşələr, çalxanır duman. H.K.Sanılı. hərdənbir (=hərdən) zərf Həmişə deyil, bəzən, arabir. Hərdənbir yağış yağır. Hərdənbir hava soyuyur. – Bibin hərdən çatılmış gördümü qaşlarını; Sənə şirin dil töküb oxşardı saçlarını. S.Rüstəm. Laçıntək qıy vurur hərdənbir Osman; Çırpınır meşələr, çalxanır duman. H.K.Sanılı. hərə əvəz. Toplu halında olan adamlardan hər biri; hər kəs. Hərə bir söz deyir. Hərə bir tərəfə getdi. Hərənin öz fikri var. – Qayadibi kəndinin əhalisi durub hərə öz işinə getdi.. S.S.Axundov. Hərə bir iş görürdü: bir yanda xəmir yoğrulur, bir yanda yumurta çalınır, bu biri tərəfdə sabah xörəyi üçün düyü arıdılırdı. T.Ş.Simurq. Çəkdi bu milləti hərə bir yerə; Məqsəd – kürsü eşqi, amal – mənfəət. B.Vahabzadə. // Hərəsi şəklində – ayrı-ayrılıqda, hər biri. Adamların hərəsi bir işlə məşğuldur. – Paşanın adamları da hərəsi bir tərəfdə qərar tutdular. “Koroğlu”. Sarı bülbüllər, torağaylar, göyçə qarğalar, .. ənlikli bülbüllər hərəsi bir cür səslə oxuyub, səs-səsə verirlər. E.Sultanov. Külək qalxmışdı. Hərəsi bir rəngdə, hərəsi bir biçimdə olan yarpaqlar xışıldaşırdı. B.Bayramov. ‣ Hərə bir zurna çalır – bax. hər ağızdan bir avaz gəlir (“hər”də). Hərə öz atını minib istədiyi yerə çapır – bir işdə birlik, həmrəylik, yekdillik olmadığını ifadə edir. Hərənin ağzından bir avaz (hava) gəlir (çıxır) – bax. hər ağızdan bir avaz gəlir (çıxır) (“hər”də). hərəkat is. [ər. “hərəkət” söz. cəmi]\n1. Müəyyən məqsəd güdən ictimai fəaliyyət. Fəhlə hərəkatı. Sülh tərəfdarları hərəkatı. Milli azadlıq hərəkatı. – [Firidunun] Pişəvəri ilə olan ikinci görüşü yadına düşdü. Onlar Azərbaycanda demokratik hərəkat haqqında uzun-uzadı danışmışdılar. M.İbrahimov.\n2. Hərəkat qaydaları. Küçə hərəkatı. Yol hərəkatı. hərəkə is. [ər.] dilç. Ərəb əlifbasında saitləri necə oxumaq lazım gəldiyini göstərmək üçün hərflərin üstünə və ya altına qoyulan diakritik işarə. hərəkələmə “Hərəkələmək”dən f.is. hərəkələmək f. dilç. Ərəb əlifbası ilə yazılmış sözdə saitləri necə oxumaq lazım gəldiyini göstərmək üçün hərflərin üstünə və ya altına hərəkə qoymaq. hərəkəsiz sif. dilç. Hərəkəsi olmayan, hərəkə ilə oxunmayan. hərəkət is. [ər.]\n1. Bir şeyin və ya onun hissələrinin sabit bir nöqtəyə görə öz yerini və ya vəziyyətini dəyişməsi; hərəkətsizliyin, sükunətin ziddi olan vəziyyət. Ritmik hərəkət. Dairəvi hərəkət. – Cismin hərəkəti onun hissələrinin hərəkətilə təyin olunur. “Nəzəri mexanikanın əsasları”.\n2. fəls. Materiyanın varlıq forması, onun ayrılmaz xassəsi; maddi aləmin fasiləsiz dəyişmə və inkişaf prosesi. – Milyon il, milyard il bir yol, bir cığır; Nə geriyə dönür; nə sona çıxır; Hərəkət əbədi; Sürət əbədi. M.Araz.\n3. Yola düşmə, hər hansı bir istiqamətə getmə; yürüş. “Yaşasın!” bağırtısı; Qopunca hər bir yandan; Hərəkət əmri verdi; Lələkli baş komandan. Ə.Cavad. Paroxodun hərəkətinə yarım saat qalmış [Sarıköynəyi] evdən alıb iskələyə gətirdim. S.Hüseyn. • Hərəkət etmək – 1) yola düşmək, hərəkətə başlamaq. Qatar saat 3-də hərəkət edir. – Bağdaddan hərəkət etdiyiniz zaman Həmədana getməyin məsləhət deyil, şəhərin iki fərsəngliyində olan Köşki-baği-müəzzəmdə qalmalısan. M.S.Ordubadi; 2) getməyə başlamaq, yerimək, yerindən tərpənmək. ..Ağlamaqlıqnan və sızıldamaqlıqnan oğlan bərk-bərk ulağın quyruğundan yapışıb qoymur heyvan hərəkət eləsin. C.Məmmədquluzadə. İrəli hərəkət etmək mümkün deyildi. M.S.Ordubadi. // Hər hansı nəqliyyat növünün işi. Qatarların hərəkət cədvəli. // Müxtəlif istiqamətlərdə (küçələrdə, yollarda və s.-də) piyada və ya miniklə gedibgəlmə; gediş-gəliş. Küçədə hərəkət azalır. – Çoxaldı get-gedə, artdı hərəkət; Artıq keçinmişdi gecənin qəlbi. S.Vurğun. Yürüşçülərin keçəcəkləri küçələrdə hərəkət dayandırılmışdı. H.Seyidbəyli. • Hərəkət etmək (eləmək) – getmək, gəlmək, gedibgəlmək. Xidmətçilər əcələ ilə o tərəf-bu tərəfə hərəkət edirdilər. M.İbrahimov.\n4. İş, əməl, davranış. Başlı-başına hərəkət. Nalayiq hərəkət. Gözəl hərəkət. – [Şərifzadə] Mehribanı boşadığı üçün olduqca darılmış, [Zeynalın] belə yersiz hərəkətindən dolayı acıqlanmışdı. S.Hüseyn. Teymur Cahangirovun hərəkətlərindəki məntiqsizliyi qabarıq surətdə təhlil edib dedi. H.Seyidbəyli.\n5. hərb. Əməliyyat. Düşmənin hərəkətini dayandırmaq. Hərəkət planı. Cəbhədə hərəkət sahəsi.\n6. məc. Kəmiyyət və ya keyfiyyətcə dəyişiklik; irəliləmə, irəliləyiş, inkişaf, canlanma. İşdə irəliyə doğru böyük hərəkət var. – Min gecəni neylirəm; Mənə hərəkət dolu; Min səsli, min duyğulu; Təkcə bir gündüz verin! B.Vahabzadə.\n7. Hərəkətlə şəklində zərf – hərəkət edərək. Qaraş qəti hərəkətlə ayağa durdu. M.İbrahimov. Süsən birdən ayaq saxlayıb, sərt bir hərəkətlə üzünü Rəşidə sarı çevirdi. M.Hüseyn. ‣ Hərəkət etmək məc. – davranmaq. Hatəm xanın ortancıl oğlu Aqil də böyük qardaşı Adil kimi hərəkət edirdi. S.Rəhimov. Necə hərəkət edəcəyini ürəyində ölçübbiçən Baxış bəy ata bir şallaq vurdu. Ə.Abasov. Hərəkət ordusu – ordunun, müharibə vaxtı cəbhədə vuruşan hissəsi. Hərəkətdən düşmək – daha hərəkət edə bilməmək, işdən qalmaq, hərəkət etmək qabiliyyətini itirmək. Əlləri hərəkətdən düşmək. – [Sürəyya] hələ ayaq açıb yeriməyə başlamamış, rütubətli, qaranlıq bir zirzəmidə şikəst olmuş, ayaqları hərəkətdən düşmüşdü. Ə.Məmmədxanlı. Hərəkətə gəlmək – müəyyən iş görmək, fəaliyyətə başlamaq, fəaliyyət göstərmək, ayağa qalxmaq. Oğruları tutmaq üçün inzibati orqanlar hərəkətə gəldilər. – Bütün kənd hərəkətə gəldi. Ə.Məmmədxanlı. Avtomobil müfəttişliyi hərəkətə gəldi. H.Seyidbəyli. Hərəkətə gətirmək – 1) işlətmək, idarə etmək, işə salmaq. Ekskavatoru hərəkətə gətirməyi öyrənmək. – Gənclər maşınla bərabər bu mürəkkəb mexanizmi hərəkətə gətirən cavan oğlanı da diqqətlə seyr edirdilər. Ə.Sadıq; 2) dilə tutaraq, yaxud başa salaraq birinə bir işi gördürmək, şövqləndirmək. Uşaqları hərəkətə gətirmək. – [Nəcəf:] Rüstəm dayı, arxayın ol, gənclər “Yeni həyat”ın adını batırmazlar. Sən qocaları hərəkətə gətir. M.İbrahimov. hərəkətedici sif. Hərəkət edən, hərəkətdə olan, işləyən. Avtomobilin hərəkətedici hissələri. Refleksin əmələ gəlməsində iki neyron – hissedici və hərəkətedici neyronlar iştirak edir. – Sulu məhlullarda, ərintilərdə daim sərbəst hərəkət edən ionlar öz enerjilərinin bir hissəsini itirərək az hərəkətedici, daha sabit maddəyə çevrilir. M.Qaşqay. hərəkətli sif.\n1. Hərəkət edən, dayanmaz, qərarsız, mütəhərrik. Maşının hərəkətli hissələri.\n2. məc. Çox hərəkət edən, qərar tapmayan; diri, diribaş, qıvraq. [Rüstəm:] Necə xanımlar: şəhbaz baxışlı, ahu gözlü, şirin hərəkətli, şəhd sözlü! Sən də deyirsən dünya görürəm? Ə.Haqverdiyev. hərəkətötürücü sif. xüs. Hərəkəti bir yerdən başqa yerə ötürən. Hərəkətötürücü dişli çarx. Hərəkətötürücü qayış. hərəkətsiz sif.\n1. Hərəkət etməyən, tərpənməz halda olan, qımıldanmayan. Yayın orta aylarında gün otları yandırır; Hərəkətsiz o təbiət məzarlığı andırır. S.Vurğun. İşıq titrədikcə [Qaragünənin] qaya parçası kimi hərəkətsiz üzündə əcaib kölgələr oynaşır, .. sonra yenə donub qayaya dönürdü. M.Rzaquluzadə. // Zərf mənasında. Xəstə hərəkətsiz uzanmışdı. – Rüstəmbəy otağına girdikdə lampanı yandırmadı, .. otağın ortasında hərəkətsiz durdu. Çəmənzəminli. Ceyran xanım əli qoynunda, hərəkətsiz dayanaraq baxırdı. M.Hüseyn.\n2. məc. Ağır, ağırtərpənən, ləng. ..Turac da kol topasında; hərəkətsiz qalıb. R.Rza. Benzin olmazsa bizim divlərimiz; Qalacaqdır hərəkətsiz, səssiz. M.Müşfiq. hərəkətsizlik is.\n1. Hərəkət olmadığı hal, vəziyyət, tərpənməzlik. Cismin hərəkətdə olması və hərəkətsizliyi bir-birinə əks olan iki haldır. – Hərəkətsizlikdən bədəni həm dözülməz dərəcədə üşüyür, həm də gizildəyirdi. M.Rzaquluzadə.\n2. məc. Lənglik, ağırlıq, tənbəllik, ətalət. İndi [ova getdikdə] Axtarı [tənbəl tulanı] tanımaq olmurdu. Tənbəllik necə olmuşdu? Hərəkətsizlik harada qalmışdı. S.S.Axundov. hərəkətverici sif.\n1. Aparıcı, yönəlHƏRFBƏHƏRF zərf [ər. hərf və fars. bə] dici, istiqamətverici; əsas, baş. – Vətənpərvərlik quruluşumuzun hərəkətverici qüvvəsidir.\n2. tex. Hərəkətə gətirən, hərəkəti idarə edən. Hərəkətverici çarx. – Ekskavatorun bütün hərəkətverici dəstəkləri [gəncin] əlindədir. M.Əlizadə. hərəm is. [ər.] köhn.\n1. Arvad, zövcə. [Çopo:] Qəbir torpaqla örtülmədən əvvəl xaqan, onun hərəmi və dayə gəldi. Çəmənzəminli. [Həsən:] Ah .. mənim hərəmim. Qardaşlar, niyə gözləyirsiniz, bu qədər zülmə dayanmaqmı olar? Zor ilə mənim hərəmimi aldılar, apardılar. C.Cabbarlı.\n2. Hərəmxana qadınlarından hər biri. Hərəmxanada cümlə hərəmlər şahın fərmayişi ilə otağa hazır olub müntəzir idilər. M.F.Axundzadə. [2-ci məhbus:] ..Şah Abbas öz sarayında gözəl-göyçək hərəmləri ilə eyş-işrətlə məşğuldur. Ü.Hacıbəyov.\n3. bax. hərəmxana. // Keçmişdə müsəlman evlərində qadınlara məxsus hissə, otaqlar. hərəmağası (=hərəmbaşı) is. köhn. Hərəmxanada xidmət edən, oraya girib-çıxmağa ixtiyarı olan saray xidmətçisi. [Cavan] hərəmbaşının rəyinin ziddinə olaraq, saraydakı qulluqçu qızlardan biri ilə sevişmişdi. P.Makulu. hərəmbaşı (=hərəmağası) is. köhn. Hərəmxanada xidmət edən, oraya girib-çıxmağa ixtiyarı olan saray xidmətçisi. [Cavan] hərəmbaşının rəyinin ziddinə olaraq, saraydakı qulluqçu qızlardan biri ilə sevişmişdi. P.Makulu. hərəmxana is. [ər. hərəm və fars. ...xanə] köhn. Sarayda hərəmlərin (2-ci mənada) yaşadığı otaqlar, bina. Şah Səlməxatuna işarə etdi ki, hərəmxanaya getsin və xacəyə buyurdu ki: – Mirzə Sədrəddini çağır, gəlsin. M.F.Axundzadə. ..Əbdülhəmidin hərəmxanasında dörd yüzədək övrət və qız var imiş. C.Məmmədquluzadə. hərf is. [ər.]\n1. Hər hansı bir dilin əlifbasında adətən müəyyən səsə uyğun gələn yazı işarəsi; əlifbanı təşkil edən işarələrdən hər biri. “B” hərfi. Kiçik hərf. – İsmin üç hərf ilə eylərəm aşkar; Biri “kaf”dı, biri “lam”dı, biri – “sad”. Aşıq Ələsgər.\n2. məc. Bir şeyin mənasının, məzmununun əksinə olaraq onun xarici, formal cəhəti. Tərcümədə mətnin hərfini deyil, ruhunu verməyə çalışmaq lazımdır.\n3. Söz, kəlam, kəlmə. Xoşuna getməyir şair könlümün; Onun hər yalançı hərfi, ey qadın! S.Rüstəm. Hərfi-hərfinə, hərfiyyən, əslindəki kimi, eynən, hərf-hərf. Hərfbəhərf köçürmək. Hərfbəhərf diktə etmək. Hərfbəhərf tərcümə etmək. – Yazılsa nöqtəbənöqtə, deyilsə hərfbəhərf; Qutarmaz həşrə qədər halü-macərası gülün. X.Natəvan. hərf-hərf zərf [ər.] Hərflərlə, hər hərfi ayrıca olaraq. Hərf-hərf diktə etmək. – Yusif köhnə əlifba ilə yazdığı adını hərf-hərf oxudu. B.Bayramov. hərfi sif. [ər.] Hərfi-hərfinə, hərfbəhərf. • Hərfi tərcümə – cümlədəki sözləri olduğu kimi bir dildən başqa dilə çevirməkdən ibarət olan tərcümə. Hərfi tərcümə dilin qayda-qanunlarını pozur. Hərfi tərcümə ən yanlış tərcümədir. hərfi-hərfinə zərf Heç bir şey artırıb-əskiltmədən, dəyişmədən, olduğu kimi, dəqiq. Gördüklərini hərfi-hərfinə danışmaq. Hadisəni hərfi-hərfinə yazmaq. – Əjdər, Məmmədəlinin sözlərini və özünün ona verdiyi cavabları hərfi-hərfinə nağıl etdi. S.Rəhman. [İmperator:] Sən də cəsarət edib bir ayağı çarıqlının cızma-qarasını hərfihərfinə təkrar edirsən? Ə.Məmmədxanlı. hərgah [fars.] Xəbəri felin şərt şəkli ilə ifadə olunan budaq cümləsini baş cümləyə bağlayan və şərti qüvvətləndirən bağlayıcı – əgər. Hərgah vaxtın olsa, axşam bizə gəl. – [Süleyman:] Hərgah, Allah eləməmiş, Əsgər pis adam olsa idi, mən sənin qızını ona istərdimmi? Ü.Hacıbəyov. hərgiz zərf [fars.] Əsla, qətiyyən, heç vaxt. [Tarverdi:] Ağa, vallah, mən bundan əvvəl heç quldurluğa getməmişdim, dəxi bundan sonra hərgiz getmənəm. M.F.Axundzadə. [Xan əyanlara:] Ağalar, özünüz bilirsiniz ki, mənim hərgiz ovdan əliboş qayıtdığım olmamışdır. Ə.Məmmədxanlı. hərgünkü sif. Hər gün olan, hər gün baş verən; hər gün görülən. Hərgünkü işdir. – [Qızın] üzündə hərgünkü bu təlaş dolu sualı oxumağa ana vərdiş etmişdi. Ə.Məmmədxanlı. hərgünlük sif. Hər gün işlədilən, zər gün geyilən, adi, gündəlik. Hərgünlük paltar. həri əd. məh. Bəli, hə. [Qənbər:] Həri, keçin, durmayın. H.Nəzərli. hərif is. [ər.]\n1. Gözə tanış gəlməyən, şübhəli görünən tip; subyekt. Bu hərif kimdir? O hərif haradan gəldi? – [Mehralı:] Müxtəsər, bankdan bizim çeklərlə pul alanda hərifləri qamarlayıblar. S.Rəhman. [Yusif:] Həriflər daşımağa macal tapmayıblar, özləri əkilsə də, çuvallar şahid qalıb.. B.Bayramov.\n2. məc. Bic, çoxbilmiş, tez başa düşən, tez duyan, ayıq. Yaman hərifdir. – Bəhram hərif olduğu üçün Qulunun bu mehribanlığına əhəmiyyət vermədi və .. bu nəvazişdən sonra əməli bir təklif olacağını gözlədi. Çəmənzəminli. [Hacı Murad:] Amma o da hərifdir, özünü o yerə qoymuşdu ki, guya heç bir zaddan xəbəri yoxdur. S.S.Axundov.\n3. Yüngül söyüş məqamında işlədilir. [Altunbay:] Sən də, Toğrul, xristian hərif, yaxın gəl! C.Cabbarlı. [Ağasəfər:] Adə, ey .. çayqıraqlı pəzəvəng hərif! Qrammofon niyə susdu? Ə.Əbülhəsən. // məc. Alçaq, yaramaz (adı çəkilməyə layiq olmayan adam haqqında). – Nə var? – Nə oldu? – Həriflər özgə bir səngərə doldu. S.Vurğun. Bombatək partlaram döyüş zamanı; Bütün hərifləri edərəm zəlil. S.Rüstəm.\n4. dan. Oyun yoldaşı; oyundaş. Hərif uduzdu. – Uşaqlardan biri o birilərinə him ilə bildirirdi ki, gələn hərif xamdır. H.Sarabski. Hərifin biri həmişə istər ki, aşıqlar alçı dursun, o birisi də gözünü dikib tovxanlara müntəzir olar. Ü.Hacıbəyov.\n5. klas. Sirdaş, yoldaş, munis. Bildim, qəmini sənin, ki çoxdur; Qəm çəkməyə bir hərif yoxdur. Füzuli.\n6. bax. rəqib 2-ci mənada. Qara pəhləvan gördü, yox, hərif çox qüvvətlidir. “Koroğlu”. hərilki sif. Hər il olan, hər il baş verən. Bahar gəlmiş Bakıya; Hərilkindən daha şən. Z.Xəlil. həris sif. və zərf [ər.] Bir şeyə həddindən artıq can atan, ona aludə olan, onun düşkünü olan, təəşşüqü olan; gözüdoymaz, düşkün. [Bayram:] Amma çibin şirniyə həris olan kimi Tarverdi Pərzadə hərisdir.. M.F.Axundzadə. Bazar camaatı belə pulsuz tamaşalara çox həris idi. Mir Cəlal. • Həris olmaq – ehtirasla sevmək; çox sevmək, istəmək. Uşaq şirniyə həris olur. Teatr hərisi olmaq. – Pəri nənə İskəndərin çaya həris olduğunu bildiyi üçün his basmış qara aftafanı ocağın üstünə qoyub su qızdırdı, çay dəmləmək xəyalına düşdü. M.Hüseyn. hərisləşmə “Hərisləşmək”dən f.is. hərisləşmək f. Tamahı, acgözlüyü daha da artmaq. Hələ istismarın gündəngünə artması, sahibkarların həddindən artıq hərisləşib həyasızlaşması ən avam fəhlələrdə belə yeni duyğu yaratmışdır. M.S.Ordubadi. hərislik is.\n1. Bir şeyi etməyə, yaxud öyrənməyə, bilməyə göstərilən hədsiz həvəs, meyil, maraq; aludəlik. Dükan qabağına toplaşanların əhvalatı öyrənmək hərisliyi daha da artırdı. Mir Cəlal. Qoşqarda hələ lap uşaqlıqdan soyuq suya bir hərislik vardı. İ.Hüseynov.\n2. Hərisliklə şəklində zərf – acgözlüklə, ehtirasla. Hərisliklə yemək. – Xosrov bəy .. yenə də vəhşi bir hərisliklə Zərrintac xanıma baxır.. S.Rəhimov. [Nərgiz:] Bütün bu hərəkətlərimdən özüm hərisliklə ləzzət çəkirdim. B.Bayramov. hərki-hərkilik is. Qayda-qanun, nizam-intizam olmadığı hal; özbaşınalıq, başlı-başınalıq, hərc-mərclik, qarışıqlıq. Kasıb kəndçilər firqəyə yazılardılar, fəqət işlər hələ yaxşı bir nizama düşməmişdi, hərkihərkilik idi. E.Sultanov. Hacı Əmiyə və Molla Nisəyə görə hərki-hərkilik əmələ gəlirdi, din-iman əldən gedirdi. M.İbrahimov. hərləmə 1. “Hərləmək”dən f.is.\n2. zərf Dairəvi, dövrəvi, dövrə vuraraq. Hərləmə durub tamaşa etmək. – [Dəmirov və Mürşüdoğlu] hərləmə oturub, kababın başına toplaşdılar. S.Rəhimov. // sif. Çevrə şəklində olan; dairəvi, girdə. Hərləmə taxta. – Qoca üstündə oturduğu yekə hərləmə daşa çəkicini vuraraq: – Alt daşın varmı? – deyə soruşdu. S.Rəhimov. hərləmək f.\n1. Dairəvi şəkildə hərəkət etdirmək; fırlatmaq, dolandırmaq, hərləndirmək, aylandırmaq. Çarxı hərləmək. – Gözləri sevinclə gülən bir qız və oğlan çiyin-ciyinə verərək qüvvətli əllərilə böyük bir təkəri hərləyir. M.İbrahimov. Cavan fəhlə cəld bir hərəkətlə əlindəki açarı quyuya endiriləcək boruya keçirərək hərlədi.. M.Hüseyn.\n2. Dalını qabağa, yuxarısını aşağı və ya əksinə çevirmək; döndərmək, dolandırmaq, hərləndirmək, o tərəf-bu tərəfə çevirmək. Buruqçu Salman kepkasını hərləyib, ona baxan gənclərə göz gəzdirir, Ağbulaq meşələrinə səs sala-sala ucadan danışaraq sözünü qurtarmaq istəyirdi.. S.Rəhimov. Yüngül, səssiz addımlarla [qadın] manqalın yanına endi, arxasını gələn adama çevirib şişləri hərləməyə başladı. İ.Hüseynov. // Havada fırlatmaq, dolandırmaq, hərləndirmək. Qamçını hərləmək. Qumbaranı hərləyib atmaq. – [Vaqif] qeyri-ixtiyari olaraq əlini pəncərəyə tərəf hərləyəndə güldana toxunub saldı. Çəmənzəminli. Usta Əbülqasım çəkicini hərləyərək cavab verdi. S.Rəhimov.\n3. məc. Dalısınca düşüb izləmək, axtarmaq. Yaranal güclü qoşun götürüb, Nəbini dağlarda hərləməyə başladı. “Qaçaq Nəbi”. hərləndirmə “Hərləndirmək”dən f.is. hərləndirmək bax. hərləmək 1 və 2-ci mənalarda. Onun [faytonçunun] əli tərpənir, şallağı havada hərləndirirdi. S.Rəhimov. hərlənmə “Hərlənmək”dən f.is. hərlənmək f.\n1. Bir şeyin ətrafında dolanmaq, fırlanmaq, aylanmaq, dövrə vurmaq. Bağın ətrafına hərlənmək. – Keçəl Həmzə Çənlibeldə Dürata baxdığı zaman Qıratın da yan-yörəsinə hərlənib, özünə mehriban eləmişdi. “Koroğlu”. Qoçaq ağacın dövrəsinə hərlənib gövdəsinə yanaşdı.. M.Rzaquluzadə. // xüs. Öz oxu ətrafında fırlanmaq, dolanmaq. Çarx hərləndi və getdikcə kəndir açıldı. C.Cabbarlı. Val sürətlə hərlənir. Gənc bir Azərbaycan bəstəkarı tərəfindən yazılmış xəfif, rayihədar bir melodiya sərin yay küləyinə qarışaraq, talvardan uzaqlara qanad çalır. İ.Əfəndiyev. // Havada dövrə vurmaq. Sərçələr bağın üstündə hərlənir. –Çox yeriməyib uşaq durdu, başının üstə bir gecəquşu hərlənib fırlanırdı. Çəmənzəminli.\n2. Gəzmək, dolaşmaq, dolanmaq, gəzişmək. Bir az bulvarda hərlənmək. – O tərəfdən padşah qızı dağda nə qədər hərləndisə, Güloğlanı tapa bilmədi. (Nağıl). Sübhanverdizadə hərlənib əlini zəngin düyməsinə dayadı, katib içəriyə girdi. S.Rəhimov.\n3. məc. Gəlib keçmək, ötüb keçmək, dolanıb keçmək. Əsrlər hərləndi. – İllər, aylar gəldi, hərləndi, Şəms axırda bir şəhərə çatdı. (Nağıl).\n4. məc. Qurdalanmaq, vurnuxmaq. Orada nə hərlənirdin? – [Eyvaz:] Bu gecə vaxtı burada nə hərlənirsən? “Koroğlu”. hərlətmək bax. hərləmək 1-ci mənada. hərrac is. [ər.] Bir mülkün, şeyin ən çox pul verənə verilmək üzrə açıq satışa qoyulması; auksion, müzaidə. Bir yerdə ki, millətin haqqı hərrac malıdır; O ölkədə Vətən də, el də satılmalıdır. B.Vahabzadə. • Hərrac bazarı – qədimdə qul satılan bazar. Yerli Azərbaycan feodalının hərrac bazarından satın alınmış qulu olan Elxan Azərbaycan xalqının bütün düşmənlərini öz şəxsi düşməni adlandırır və onlara qarşı çıxır. M.Arif. Hərraca qoymaq – hərrac qaydası ilə satışa qoymaq. Mülkü hərraca qoymaq. – [Koroğlu Bolu bəyə dedi:] Balam, bu Həsən paşa mənim yolumda qızlarını nə yaman hərraca qoyub satır? “Koroğlu”. [Hacı Əhməd:] Bəs mən ölmüşəm ki, diri-diri mənim bağımı hərraca qoyasan? C.Cabbarlı. hərtərəfli sif. Bir şeyin bütün cəhətlərini qavrayan, onun hər tərəfini nəzərdə tutan; ətraflı, hərcəhətli. Məsələnin hərtərəfli müzakirəsi. Hərtərəfli inkişaf. Hərtərəfli bilik. – “Molla Nəsrəddin” çürümüş, köhnə, yaramaz, üfunət saçan həyat və ictimai əlaqələrin hərtərəfli və öldürücü tənqidçisidir. M.İbrahimov. // Zərf mənasında. Hərtərəfli kömək göstərmək. – [Murad] görəcəyi işi hərtərəfli mühakimə edərdi. S.Hüseyn. hərzə [ər.]\n1. is. Mənasız söz, boş söz, hədyan, söyüş. Bu hərzəvü hədyanlara kimlər qulaq asdı; Kim verdi bu axmaq sözə qiymət, uçitellər? M.Ə.Sabir.\n2. sif. Mənasız, boş, cəfəng, nalayiq. Hərzə sözün mərəzi gələr. (Ata. sözü). Zeynal özünün və evinə gələn qonaqlarının hər bir nalayiq və hərzə hərəkətlərini “yeni həyatın icabatı” deyə göstərmiş, .. Mehribandan üzr istəməklə könlünü ələ almışdı. S.Hüseyn. // Zərf mənasında. Adam var ki, dediyindən utanmaz; Hey hərzə danışır üzə dünyada. Aşıq Ələsgər. Hərzə danışma, kişi, gözlə ədəb, zinhar! M.Ə.Sabir.\n3. sif. Boşboğaz, çərənçi, lağlağı, ağzıgöyçək, ağzıyava, hərzəgu. Yoxsa, ay hərzə kişi, bir quru sözdən ötəri; Darıxırsan, deməyirsən ki, uşaqdır uşağım. M.Ə.Sabir. Kapitan hərzə adamlara məxsus bir əda ilə gülümsədi. P.Makulu. ‣ Hərzə yerə – boş yerə, əbəs yerə, mənasız. Hərzə yerə laflar vurarsan; Torpaq ilə gülü sovurarsan. Xətayi. hərzə-hərzə zərf Mənasız, boş-boş. Hərzə-hərzə danışıb gülməz idim; Ər nə şey olduğunu bilməz idim. M.Ə.Sabir. // sif. Nalayiq, ədəbsiz, həyasız. Səlim ağa hiss etdi ki, bircə an ayaq saxlasa, söyüş qarışıq hərzə-hərzə sözlər eşidəcək. M.İbrahimov. hərzəkar (=hərzəgu) sif. və is. [ər. hərzə və fars. ...kar, ...gu] Hərzə danışan, boşboğazlıq edən; boşboğaz. Hərzəkar adam. Hərzəkarın biridir. – Baxma firibinə hərzəguların; Aralıq vurmaqdı işi buların. Q.Zakir. hərzəgu (=hərzəkar) sif. və is. [ər. hərzə və fars. ...kar, ...gu] Hərzə danışan, boşboğazlıq edən; boşboğaz. Hərzəkar adam. Hərzəkarın biridir. – Baxma firibinə hərzəguların; Aralıq vurmaqdı işi buların. Q.Zakir. hərzəlik is. Boşboğazlıq, naqqallıq, zəvzəklik; həyasızlıq, sırtıqlıq, ədəbsizlik, utanmazlıq, ağzıyavalıq, ağzıpərtövlük. • Hərzəlik etmək – hərzə-hərzə danışmaq, ədəbsiz danışmaq, yava-yava sözlər danışmaq, heyvərə sözlər demək, ağzına gələni danışmaq. həs təql. Minik və ya qoşqu heyvanını dala vermək üçün çıxarılan səs. “Həs” deyib atın yüyənini dartdı. həsb-hal is. [ər.] Baş-başa söhbət, hallaşma, dərdləşmə, bir-birinə öz halından danışma. Qocaların həsb-halı. – Arabir səssiz də danışır insan; Arabir sözsüz də keçir həsb-hal. S.Vurğun. Bu nömrədə jurnal axundun öz dili ilə həsb-halını yazırdı. Mir Cəlal. • Həsb-hal etmək – baş-başa verib söhbət etmək; bir-birinə öz halından danışmaq, dərdləşmək, hallaşmaq. Sübhə qədər eləyir öz-özüylə həsb-hal; Araq qədəhlərini boşaltdıqca dalbadal. S.Rüstəm. həsəd is. [ər.]\n1. Paxıllıq. Onun saf qəlbində nə qəzəb, nə kin; Nə həsəd, nə də ki, bir xəyanət var. S.Vurğun. Bu kəndin yeri, torpağının yetirdiyi məhsul qonum-qonşu kəndlərin həsədinə səbəb olardı. S.Rəhimov. • Həsəd aparmaq (etmək, çəkmək) – paxıllıq etmək, paxıllığını çəkmək. Hər kəs eşqimizə həsəd aparsın; Hər kəs hüsnümüzün olsun heyranı! M.Müşfiq. Hamının gözü Nəcəfdə idi. Ona həsəd edənlər də vardı. Q.İlkin. Dostum, doğrudan da, qəribədir, sən; Mənim taleyimə həsəd çəkirsən. Ə.Kürçaylı.\n2. Həsədlə şəklində zərf mənasında. Elə ki, köksünə sıxır qarmonu; Oğlanlar ona bir həsədlə baxır. N.Xəzri. [Qəndab:] Qız həsədlə köksünü ötürür, öz bəxtindən şikayət edirdi. B.Bayramov. həsir is. [ər.] Bəzi ağacların liflərindən, küləşdən, qamışdan və s.-dən toxunan məmulat (yerə sərmək və s. məqsədlər üçün işlədilir). Ustalar əllərini yuyub, gavalı ağacının altına salınmış həsirin üstə əyləşdilər. Çəmənzəminli. [Sarıköynək] çox vaxt həyətdə oturub həsir toxuyardı. S.Hüseyn. // Həmin məmulatdan toxunmuş və ya düzəldilmiş. Həsir şlyapa. – Ranqunun kənarları yüngül qamış və ya həsir evlərdən ibarətdir. M.İbrahimov. ‣ Bir həsir, bir Məmmədnəsir – çox kasıb, yoxsul, heç bir şeyi olmayan adam haqqında. [Bəbir bəy:] Sənin kimi oğlanı belə bir həsir, bir Məmmədnəsir görəndə vicdanım ağrıyır. Mir Cəlal. həsirçi is. Həsir toxuyan adam, usta. həsləmə “Həsləmək”dən f.is. həsləmək f. Geri çəkilmək (bəzən qorxudan, ehtiyat edərək). Qorxudan həsləmək. Hərif həslədi. – [Kazım:] Xan .. mənim zarafatımdan həslədi. Çəmənzəminli. [Pənah:] Haqqın qabağında həslədi xaqan. M.Rahim. // Atı-arabanı geri sürmək, geri çəkmək. həsr is. [ər.]: həsr etmək – yalnız bir işə, bir şəxsə və s.-yə vermək, onun üçün ayırmaq, ona sərf etmək. Bütün həyatını incəsənətə həsr etmək. Vaxtının çoxunu mütaliəyə həsr etmişdir. Bütün qüvvəsini sülh uğrunda mübarizəyə həsr etmək. – Jurnalın rəhbəri Cəlil Məmmədquluzadə bütün qüvvə və enerjisini, bütün fikir və vaxtını jurnala həsr etmişdi. M.İbrahimov. həsrət is. [ər.]\n1. Bir şeyi və ya birini bir daha görmək, qovuşmaq arzusu. Vətən həsrəti. Övlad həsrəti. – [Fitnə:] El qızıyam mən, Bəxtiyar; Ürəyimdə həsrətim var. A.Şaiq. Bir anda Sonanın halı dəyişdi, həsrət və məhəbbət qəribə bir marağa və şübhəyə çevrildi. M.İbrahimov. // Ələ keçməyən və ya əldən çıxmış bir şeyə təəssüflənərək çox acıma, mənəvi iztirab keçirmə. Mayanın kədəri və göz yaşlarında sanki Zeynəbin öz gəncliyinin həsrətləri dilə gəlib danışırdı. M.İbrahimov. • Həsrət qalmaq – istədiyinə çatmamaq, arzu etdiyi bir şeyi ələ keçirə bilməmək, arzusu ürəyində qalmaq. Ömrüm ah-vayınan keçdi dünyada; Həsrət qaldım, əlim yara yetmədi. Aşıq Ələsgər. [Padşah oğluna:] Məgər Allaha rəvadırmı, mən özüm padşah ola-ola bağımdakı almaya həsrət qalım? Çəmənzəminli. [Qönçə] Ataşın üzünə həsrət qalmaq qorxusu ilə titrədi. Ə.Vəliyev. Həsrət qoymaq – arzusuna, istəyinə çatmağa, arzusu həyata keçməyə qoymamaq. Xan Əsliyə həsrət qoydun Kərəmi. “Əsli və Kərəm”. Həsrət(ini) çəkmək – çox arzusunda olduğu, lakin əldə edə bilmədiyi bir şeyin üzüntüsünü çəkmək; son dərəcə arzulamaq. Doğma yerlərin həsrətini çəkmək. – Aylar, illər həsrətini çəkərdim; Şükür, yetdim vüsalına, sevdiyim! M.V.Vidadi. [C.Cabbarlı] üçün, onu bir dəfə görmək üçün hamı həsrət çəkirdi. S.Rəhman. Həsrətində olmaq – bax. həsrətini çəkmək. [Əsəd] sanki ömrü boyu həsrətində olduğu böyük bir arzusuna çatmışdı. B.Bayramov.\n2. Yaxın adamından, sevgilisindən ayrılma; ayrılıq, fəraq, hicran. Vaxt yetişdi, anası .. rəhmətə getdi; Bu həsrətin ağrısını duydu Əmirxan. S.Vurğun. Hicran çəkən bilir həsrət yamandır. R.Rza.\n3. Həsrətlə şəklində zərf – şiddətli arzu ilə, həsrət ifadə edən nəzərlərlə. Həsrətlə oğluna baxmaq. – [İncə səs:] Vəhşi bir gül olsam, ətrafım tikan; Həsrətlə süzərdi hər görən məni. H.Cavid. Meydanın başında bir ağ bina var; Qız hərdən çevrilib həsrətlə baxır; Kitablı-dəftərli gedən uşaqlar; Ordan gülər çıxır, ordan şən çıxır. N.Xəzri. həsrətkeş sif. və is. [ər. həsrət və fars. ...keş] Həsrət çəkən, bir şeyin həsrətində olan. Həsrətkeş ana. – İki həsrətkeş birbirinə sarmaşdı. “Əsli və Kərəm”. Qanadlan, qanadlan, ötüb dağ, meşə; De ürək sözümü o həsrətkeşə. M.Rahim. həsrətli sif.\n1. Ürəyində həsrəti, arzusu, istəyi olan; diləkli, arzulu; həsrətkeş. Həsrətli valideyn. Həsrətli sevgililər. – Beyrək və yoldaşları cəfakeş kürəkçilərlə həsrətli doğma qardaşlar kimi bir-birlərinə sarmaşdılar. M.Rzaquluzadə. Ümid .. uzaq səfərdən gəlmiş həsrətli adam kimi anası ilə qucaqlaşdı. B.Bayramov.\n2. Həsrət ifadə edən. Həsrətli baxış. – [Sarıköynək] məndən ayrılarkən həsrətli bir ah çəkdi. S.Hüseyn. Həsrətli gözlərlə boylanır qarı; Külləri soyumuş ocağa sarı. S.Vurğun. həssas sif. [ər.]\n1. Çox tez hiss edən, duyan, başa düşən, dərk edən, qavrayan. Həssas adam. – [Zakir:] Axı Mehriban həssas qızdır. H.Seyidbəyli. Leyla təəccübləndi: – Son dərəcə həssas oğlandır, – deyə ürəyindən keçirdi. B.Bayramov. // Çox tez təsirlənən, mütəəssir olan; riqqətli. [Halay Şiraslanın könlünü almaq üçün dedi:] Həssas qəlbinə toxunduğumuz üçün üzr istəyirik. S.Rəhimov. [Salman Mayaya:] Musiqi həssas ürəkləri titrədir. M.İbrahimov. // məc. Qəlbinazik, ürəyiyumşaq, şəfqətli, riqqətli, canıyanan. Möhsünzadə bir qədər həssas adam idi. Onu hər şeydən artıq aralıqda qalacaq uşaqların faciələri mütəəssir edirdi. S.Hüseyn.\n2. Qıcıqlanmağı hiss edən, duyan. Həssas hüceyrələr. Həssas əsəb toxumaları. Həssas dəri.\n3. xüs. Ən cüzi xarici təsiri əks etdirə bilən. Həssas cihaz. Həssas tərəzi. həssaslıq is.\n1. Həssas adamın xüsusiyyəti, keyfiyyəti. [Dilbər Əbdüləli bəyə:] Sizdə cəsarət və həssaslıq yoxsa, öz bəxtinizdən küsün. C.Cabbarlı. Gülər [Elmarın] bu həssaslığına heyrətdən çox, tavanasız bir dərd ilə baxırdı. İ.Əfəndiyev.\n2. Həssas şeyin keyfiyyəti. Cihazın həssaslığı. Dərinin həssaslığı.\n3. Həssaslıqla şəklində zərf – diqqətlə, qayğı ilə, qayğıkeşliklə, ürək yanğısı ilə, xeyirxahlıqla. Şikayətçini həssaslıqla dinləmək. həşəm is.\n1. Döyülmək üçün dərzdən açılıb xırmana tökülən taxıl. ..Vələ qoşulmuş öküzlər, atlar həşəmin üstündə günortaya qədər hərlənir, birtəhər dəni küləşdən ayıra bilirdilər. B.Bayramov. • Həşəm etmək – taxılı dərzlərdən açıb döyülmək üçün xırmana tökmək. [Uşaqlar:] Eybi yoxdur, biz həşəm eləyənədək gün qızar. Q.İlkin.\n2. Quru ot, ələf. Qızıl gülü dərərlər; Həşəm üstə sərərlər; Rəngimi yar saraldıb; Qızdırmadan görərlər. (Bayatı). Bezdən bir adam fiquru tikib içinə həşəm doldurardılar. H.Sarabski. həşəmət is. [ər.] Əzəmət, böyüklük, ululuq, şan və calal. Tarxan Nüşabənin həşəmət və əzəmətinə heyran qalmışdır. A.Şaiq. həşəmətli sif. Əzəmətli, ulu, böyük, calallı. [Qətibə:] Bəli, həşəmətli mələkə! Hüsaməddin həzrətlərinin özü şəxsən məktubu mənə tapşırdı. M.S.Ordubadi. həşərat is. [ər. “həşərə” söz. cəmi]\n1. Cücülər. Həşəratın əkinlərə zərəri. Kimyəvi və bioloji üsulla həşəratı məhv etmək. – [Ahuramazda:] Ən savab işlər – susuz yerə su çıxarmaq, ağac əkmək, körpü salmaq, zərərli həşəratı öldürməkdir. Çəmənzəminli. [Tağı əmi:] Kərtənkələlərin zəhəri yoxdur. Özləri də zəhərli həşəratı yeyib tələf etməklə bizə böyük mənfəət yetirirlər. S.S.Axundov.\n2. məc. Dəyərsiz və zərərli adamlar haqqında. Bunlar adam deyil, həşəratdırlar. – [Mahmud bəy:] Biçarə nə eyləsin, həşəratlardan hər nə pis iş desən gözləmək olar. N.Vəzirov. [Polkovnik:] Həşəratlar [kəndə] gedən dəmir yolunu dağıdıblar... S.Vəliyev. həşəratyeyən sif. Həşəratla, cücülərlə qidalanan. Həşəratyeyən quşlar. həşir is. [ər.]\n1. bax. qiyamət 1-ci mənada.\n2. bax. qiyamət 3-cü mənada. [Kəndlilər:] Bu həşir kimin evindədir? – deyə soruşurdular. T.Ş.Simurq.\n3. Həşrədək şəklində zərf – qiyamətəcən, heç vaxt. [Əmiraslan ağa:] [Onlara] elə toy tutmuşlar ki, ta həşrədək yadlarından çıxarmazlar. S.S.Axundov. Məsəldir bu, gedər qılınc yarası; Sağalmaz həşrədək dərin söz dağı. M.Rahim.\n4. Həşrində şəklində – hayında, qayğısında, fikrində, qeydində. Keçi san həşrindədir, qəssab piy hayında. (Məsəl). Şamo hərlənirdi, hər kəs öz başının həşrində idi. S.Rəhimov. ‣ Həşir qoparmaq (qatmaq, salmaq) – bax. qiyamət qoparmaq 1-ci mənada. (“qiyamət”də). ..Ata və ana qarğa Nurəddinin başı üstünü alıb, elə həşir saldılar ki, deyəsən, bu saat onu dimdikləyib yerə salacaqdılar. S.S.Axundov. [Gülçöhrə:] İndi Asyaya desən ki, gəl səni [arşınmalçıya] ərə verək, bir həşir qatar, deyər ki, mən arşınmalçının tayıyam? Ü.Hacıbəyov. [Muxtar:] Mən bu işə iqdam eləyəndə bilirdim ki, bir gün açılacaq, arvadım biləcək, həşir qoparacaqdır. B.Bayramov. Həşir qopmaq – bax. qiyamət qopmaq (“qiyamət”də). Evdə bir həşir qopdu ki, gəl görəsən. “Kirpi”. Həşirə qalmaq – bax. qiyamətə qalmaq (“qiyamət”də). Həşirə qədər – bax. qiyamətə qədər (qiyamətəcən) (“qiyamət”də). həştad [fars.] bax. səksən. [Qoşatxan:] Həsənbəy hələ həştad il əvvəl demişdi ki, müəllim gərək çıraq kimi yanıb kəndçinin yolunu işıqlandırsın. M.İbrahimov. həştadıncı bax. səksəninci. Keçən əsrin həştadıncı illərində. Həştadıncı otaq. həştadillik bax. səksənillik. həştadyaşlı bax. səksənyaşlı. Həştadyaşlı qoca. hətta bağl. [ər.] Cümlədə aid olduğu sözü və ya söz birləşməsini ayırmaq və gücləndirmək üçün işlədilir – üstəlik, həm də, belə. Onu gördüm, hətta söhbət də etdim. Hamı, hətta uşaqlar da diqqətlə qulaq asırdılar. – Otların hamısı, hətta tikanlı boz qanqallar da çiçək açmışdı. İ.Əfəndiyev. [Əntərzadə] nəinki səliqə və məharətini, hətta başını da itirdi. Mir Cəlal. // Bəzən təkid üçün “belə” ədatı da əlavə olunmaqla işlədilir. Hətta gözümlə görsəm belə inanmaram. – Səba xanımın özü də Atabəylə tez-tez görüşməyi, hətta lazım olmadığı zaman belə adi bir işi bəhanə edərək, Atabəyin otağına soxulmağı sevirdi. M.S.Ordubadi. həvalə is. [ər.]\n1. Birinin üzərinə, öhdəsinə buraxma, qoyma, tərk etmə; birinə tapşırma. • Həvalə edilmək (olunmaq) – üzərinə, öhdəsinə buraxılmaq, qoyulmaq, tapşırılmaq. [Xəlil:] Bax, çay hazır, tökülməsi də gənc xanıma həvalə olunur. Çəmənzəminli. Qız zərif əlləri ilə paltar yudu, xəmir yoğurdu, hətta axır zamanlar çörək yapmaq da ona həvalə olundu. T.Ş.Simurq. Həvalə etmək – üzərinə, öhdəsinə buraxmaq, qoymaq, tapşırmaq. [Qüdrət:] Sərdar bu vəzifəni [Cavad ağaya] həvalə edib. M.S.Ordubadi. Böyük qardaşının [Nəsirə] həvalə etməkdə olduğu xüsusi işləri o qədər çox olardı ki, axşamadək ancaq onların öhdəsindən gələ bilərdi. S.Hüseyn.\n2. mal. Bir ödənişin başqa şəxsin adına keçirilməsi. həvali is. [ər.] Ətraf, ətraf yerlər, civar. Şəhər həvalisi. Bu həvalidə heç kəs yaşamır. – [Seyid Səməd:] Yaxşı olar ki, həvalidəki dövlətli kəndlərin birində bir ocaq binası qoyaq. Ə.Haqverdiyev. həvari is. [ər.] Xristian dini rəvayətinə görə, İsa peyğəmbərin, İncilin ehkamlarını yaymaqla vəzifələnmiş 12 əshabəsinə – şagirdinə verilən ad (adətən cəm şəklində – həvariyyun, həvarilər şəklində işlənir); apostol. həvə is. Xalça, palaz və s. toxuyarkən ilməkləri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldan və s.-dən qayrılan) ucu kəsik, dişli alət. [Ləbbeyk] ..boyaqdan yenicə çıxmış əlvan ipləri yan-yörəsinə tökür, .. həvəni qayışına taxır, yumaqları top kimi oynada-oynada həvəslə işləyirdi. Mir Cəlal. həvədiş (=həvədişli) sif. Dişləri həvə dişi kimi iri olan. Həvədiş(li) kişi. həvədişli (=həvədiş) sif. Dişləri həvə dişi kimi iri olan. Həvədiş(li) kişi. həvələmə “Həvələmək”dən f.is. həvələmək f. Xalça, palaz və s. ilməklərini həvə ilə döyüb yerində bərkitmək (bax. həvə). həvələnmə “Həvələnmək”dən f.is. həvələnmək məch. Həvə ilə döyülüb bərkidilmək (bax. həvə). Mürsəl bilirdi ki, xalça nə qədər çox həvələnsə bir o qədər qumaş çıxar. H.Şərifov. həvəng (=həvəngdəstə) is. Müxtəlif bərk maddələri döyüb toz halına gətirmək üçün bürünc, saxsı, dəmir və s.-dən düzəldilmiş qab və dəstəkdən ibarət alət. Saxsı həvəng. Süxurları həvəngdəstədə döymək. – [Mirzə Qoşunəli:] ..Xoruz birinci dəfə banladıqda dərmanları həvəngə töküb döyməyə başlayacağam. Ə.Haqverdiyev. Nisəbəyim .. həvəngdəstədə döyülmüş otların-çiçəklərin suyundan .. məlhəm hazırladı. B.Bayramov. həvəngdəstə (=həvəng) is. Müxtəlif bərk maddələri döyüb toz halına gətirmək üçün bürünc, saxsı, dəmir və s.-dən düzəldilmiş qab və dəstəkdən ibarət alət. Saxsı həvəng. Süxurları həvəngdəstədə döymək. – [Mirzə Qoşunəli:] ..Xoruz birinci dəfə banladıqda dərmanları həvəngə töküb döyməyə başlayacağam. Ə.Haqverdiyev. Nisəbəyim .. həvəngdəstədə döyülmüş otların-çiçəklərin suyundan .. məlhəm hazırladı. B.Bayramov. həvəs is. [ər.]\n1. Bir şeylə məşğul olma, bir iş görmə arzusu: meyil, istək. Oxumaq həvəsi. Uşağın mütaliəyə böyük həvəsi var. Getməyə heç həvəsim yoxdur. – Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qədər azaldı ki, başıbəlalı düdüyü bilmərrə gözdən saldı. C.Məmmədquluzadə. Evi, otağı səliqəyə salmaq, yeni ili bir təmizlik içərisində qarşılamaq ümumi bir həvəs idi. H.Sarabski. • Həvəs etmək (göstərmək) – bax. həvəslənmək. Lakin həvəs eyləməzdi Leyli; Olmazdı bu ləhvü ləəbə meyli. Füzuli. Teymur nədənsə bu evə gəlməyə daha çox həvəs göstərirdi. H.Seyidbəyli. Həvəs oyanmaq – maraq oyanmaq, arzu oyanmaq. [Oğlanın] zehnində bu adamı öyrənmək, onun sirlərini bilmək üçün böyük bir həvəs oyandı H.Nəzərli. Həvəsdən düşmək – bir işi görməyi daha istəməmək, həvəsi, marağı soyumaq, daha həvəsi olmamaq. [Mahmud Sevincə:] ..Mən gündəngünə həvəsdən düşdüm. Z.Xəlil. Həvəsə düşmək (gəlmək) – bax. həvəslənmək. ..[Qoşqar] kranın altında gölləndikcə ortasından xırdaca deşik açılıb burulğan kimi burulan suya baxdı və təzədən həvəsə düşüb qurşaqdan yuxarı soyundu. İ.Hüseynov. Həvəsə gətirmək (salmaq) – bax. həvəsləndirmək. Çaqqallar pusquda durdu; Həvəsə saldılar qurdu. M.Dilbazi. Həvəsi gəlmək (doğmaq) – bax. həvəslənmək. Leylək Ələmdar çovğunun, azanın və zənglərin qat-qarış səslərinə qulaq verir, onda bir qarət həvəsi doğurdu. S.Rəhimov. [Pərşan:] Bağçamız nəyə desən dəyər, adamın həvəsi gəlir baxsın. M.İbrahimov. Həvəsi soyumaq – bax. həvəsdən düşmək. // Keçici, müvəqqəti, keçib-gedən arzu, meyil. O da bir həvəs idi, gəldi, keçdi.\n2. Nəşə, zövq. Tərlan xanım böyük yaradıcılıq həvəsi içərisində idi. S.Rəhimov. Şeyda bülbül bir həvəsdə; Gözü yolda, könlü səsdə. Aşıq Hüseyn.\n3. Həvəslə şəklində zərf – ürəkdən, qəlbdən, can-dildən, məmnuniyyətlə. Bir əməllə, bir arzuyla alışıb onlar; Bir məqsədin yollarına düşdü həvəslə. S.Vurğun. Fərman nəşə və həvəslə öz ekskavatorunda işləyirdi. Ə.Sadıq. həvəsimə “Həvəsimək”dən f.is. həvəsimək f. Həvəslənmək, həvəsə gəlmək, həvəs göstərmək. Aynalını təmizləyib qurtaran Həcər həvəsiyir, sanki aynalı ilə oynamağa başlayırdı. S.Rəhimov. Eşidənlər belə bir şöhrətli adam ilə tanış olmağa həvəsiyirdilər. Mir Cəlal. həvəskar is. və sif. [ər. həvəs və fars. ...kar]\n1. Bir şeyə, bir işə həvəsi, meyli olan, bir şeyi sevən, ona çox maraq və meyil göstərən (adam). Teatr həvəskarı. Futbol həvəskarları. Klassik musiqi həvəskarı. – Qız tayfası toylara getməyə çox həvəskar idilər. R.Əfəndiyev. Cəmi yeddiillik təhsili olan Gülaçar qızğın mütaliə həvəskarı idi. İ.Əfəndiyev.\n2. Xoşuna gəldiyi bir işlə peşəkar kimi deyil, bir maraqlı kimi məşğul olan (adam). Həvəskar bəstəkar. – Bu zaman həvəskar bir rəssam da molbertdə yerləşdirmiş olduğu bir kətan üzərinə bu iki çinar ağacının şəfəq sökərkən almış olduğu rəngi şəkil çəkməyə hazırlaşırdı. A.Şaiq. Bu adamların sevgisi o qədər böyük və o qədər inamlı idi ki, həvəskar artistlər bu sevgi uğrunda öz canlarından belə keçməyə hazır idilər. S.Rəhman. // Kifayət qədər hazırlığı olmadan bir işlə məşğul olan (adam). həvəskarlıq is.\n1. Bir şeyə, bir işə həvəsi, meyli olma; həvəs, meyil, maraq göstərmə.\n2. məc. Xüsusi hazırlığı, biliyi olmadan hər hansı bir sənətlə, elmlə məşğul olma, ona böyük maraq göstərmə. // məc. Bir şeyə səthi münasibət, lazımi xüsusi bilik olmaması. həvəsləndirici sif. Həvəsləndirmək, həvəs oyatmaq üçün olan; şirnikdirici. Həvəsləndirici mükafat. həvəsləndirmə 1. “Həvəsləndirmək”dən f.is.\n2. Həvəsləndirici, şirnikdirici, rəğbətləndirici. Onun payını artırmağın, daha da həvəsləndirməyin vaxtı gəlib çatdığını dərk edən Hacı, son zamanlar ziyarətə gələnlərin çoxalmasında, nəzirlərin artmasında Molla Sadığın xüsusi rol oynadığını bilirdi. İ.Şıxlı. həvəsləndirmək f. Hüsn-rəğbət göstərməklə, kömək etməklə, tərifləməklə, mükafatlandırmaqla birini bir şeyə şövqləndirmək, həvəsə gətirmək, həvəs oyatmaq, şirnikdirmək. Çalışqan işçiləri həvəsləndirmək. Uşaqları dərsə həvəsləndirmək: – Ancaq birdən, nədənsə, Tahirə elə gəldi ki, Cəmil bu sözü qəsdən onu həvəsləndirmək üçün deyir.. M.Hüseyn. ..Müsəlmanları musiqi məktəbinə həvəsləndirmək üçün onlardan ötrü konservatoriya nəzdində xüsusi şöbə açmaq lazımdır. Ü.Hacıbəyov. həvəslənmə “Həvəslənmək”dən f.is. həvəslənmək f. Həvəsi gəlmək, meyil etmək, həvəsi oyanmaq, maraqlanmaq. İdmana həvəslənmək. – ..Qardaşım kimi məktəbə getməyə çoxdan həvəslənmişdim. O gecəni də qarşısında bulunduğum böyük bir hadisənin həyəcanı içində keçirdim. T.Ş.Simurq. Maya danışdıqca, həvəslənir, Muğanın keçmişi haqqında maraqlı şeylər nəql edirdi. M.İbrahimov. həvəsli sif. Bir şeyə və ya bir işə həvəsi olan, həvəs, meyil göstərən; meyilli. Bədii özfəaliyyətə həvəsli uşaqları aşkar etmək. həvəssiz sif. və zərf Həvəsi olmayan, bir işi könülsüz, istəməyə-istəməyə və ya zorla görən; ürəksiz, könülsüz, meyilsiz. Həvəssiz cavab vermək. – [Səkinə Züleyxanın] yenə həvəssiz olduğunu görüb susdu. M.İbrahimov. [Nəcmi:] Balam, Qadir kursa çox həvəssiz gəlir. Ə.Əbülhəsən. həvəssizlik is. Bir şeyə və ya işə həvəs olmaması; könülsüzlük, maraqsızlıq, meyilsizlik. [Mehribanda] son günlərdə iş görməyə bir həvəssizlik vardı. S.Hüseyn. həya is. [ər.]\n1. Abır, ar, ismət, namus, utanma hissi. ..Qulluqçuya oxşayan qızın simasında isə qüssə ilə qarışmış qəribə bir ismət və həya vardı. M.İbrahimov. Abır, həya, hörmət bilməyən gözəl; Çəksə də üzünə pərdə, yaraşmaz. Aşıq Şəmşir. • Həya etmək (qılmaq) – utanmaq, abrını gözləmək, ədəb gözləmək, özünə ar bilmək, ar etmək, xəcalət çəkmək. Bir-iki küçə dolandısa da Nurəddin həya edib heç kəsə əl uzada (dilənə) bilmədi. S.S.Axundov. Gəlinin utancaqlığı, hətta gəlib başının üzərində dayanan adamın üzünə baxmaqdan həya eləməsi Səmədə daha xoş gəldi. İ.Hüseynov.\n2. məc. Bədənin məhrəm (örtülü, ayıb) yeri. [Çopo:] [Qızların] həya yerlərindən başqa bədənləri tamamilə açıq idi. Çəmənzəminli. ‣ Həyanı yeyib, abrını tullamaq – heç bir şeydən utanmamaq, abrını atmaq, həyasızlıq etmək. həya-abır [ər. həya və fars. abru – üz suyu] bax. həya 1-ci mənada [Həsən:] Mən həya-abır bilməyən arvadın ayağına getmərəm! M.İbrahimov. həyalanma “Həyalanmaq”dan f.is. həyalanmaq f. Həya etmək, utanmaq, abrını gözləmək, həyalı olmaq. [Kiçikxanım] ..yerə oturmaqdan həyalanırdı. M.S.Ordubadi. həyalı sif. İsmətli, abırlı, namuslu, utancaq. [Bədircahan:] Xan, özünüz bilirsiniz ki, qız uşağı hayalı olur.. N.Vəzirov. Zəmanənin xarab bir vaxtında nəcib, gözəl, həyalı, iffətli və ismətli bir qız tapmaq çox da asan deyildi. S.Hüseyn. // İs. mənasında. Həyalı qızarar, həyasız ağarar. (Ata. sözü). həyalılıq is. Həyalı, ismətli, utancaq adamın hal və keyfiyyəti. [Qızın] ən gözəl və sevimli xüsusiyyətlərindən birisi zahiri görünüşündə olan məhcubluğu, həyalılığı və utancaqlığı idi. M.S.Ordubadi. həyasız I. sif. Üzündə abır-həya olmayan; abırsız, utanmaz, ədəbsiz, arlanmaz, arsız. [Qəhrəman:] Mən [xanımı] ilk dəfə görürəm... Amma yamanca həyasız qadındır. H.Nəzərli. // İs. mənasında. Der: – Hara gəlibsən, ey həyasız; Əldən bu işi nola qoyasız! Xətayi. [Veys:] Yox, dövlətli həyasızlar özlərini abırlı sayıb, arvadlarını gizlətsinlər, bizimkilər abırlı ola-ola açıq gəzsinlər! Ə.Əbülhəsən.\n\nII. (=həyasızcasına) zərf Həyasızlıqla, ədəbsizcəsinə, utanmazcasına, çəkinmədən, həya etmədən, utanmadan, arsız-arsız. Konkada oturan ağyaxalı bir rus çinovniki ara vermədən həyasızcasına mırt-mırt mırıldanırdı. M.S.Ordubadi. Bu lütlərin, acların işləri kimi sözləri də çox həyasızcasına aşkar, açıq deyilirdi. Ə.Əbülhəsən. həyasızcasına (=həyasız) zərf Həyasızlıqla, ədəbsizcəsinə, utanmazcasına, çəkinmədən, həya etmədən, utanmadan, arsız-arsız. Konkada oturan ağyaxalı bir rus çinovniki ara vermədən həyasızcasına mırt-mırt mırıldanırdı. M.S.Ordubadi. Bu lütlərin, acların işləri kimi sözləri də çox həyasızcasına aşkar, açıq deyilirdi. Ə.Əbülhəsən. həyasızlaşma “Həyasızlaşmaq”dan f.is. həyasızlaşmaq f. Daha da həyasız olmaq, sırtıqlaşmaq, arsızlaşmaq, qudurmaq. Cəza almadıqca həyasızlaşmaq cinayətkarın adətidir. M.İbrahimov. həyasızlıq is. Abırsızlıq, utanmazlıq, arsızlıq, ədəbsizlik, sırtıqlıq; həyasız, abırsız hərəkət, söz. Kök və əndamlı xanımın baxışlarından nə isə həyasızlığa oxşar bir cəsarət tökülürdü. M.İbrahimov. Səməndər [Nərgizin] həyasızlığına görə hiddətlənmişdi. B.Bayramov. həyat is. [ər.]\n1. Materiyanın hərəkətinin müəyyən inkişaf mərhələsində əmələ gələn xüsusi forması; varlıq, dirilik. Yerdə həyatın əmələ gəlməsi. – Bunları duyduqca, düşündükcə mən; Həyata, varlığa məftun oluram. S.Vurğun.\n2. Ömür. Əşrəf həyatında hələ heç bir qəhrəmanlıq eləməmişdi. S.Rəhman. Bir gün həyatımda yellər qopacaq; Ömür öz tağından salacaq məni. M.Araz.\n3. Canlı vücudun törədiyi andan yox olana qədərki dövr (bütöv dövr və ya onun bir hissəsi); ömür. Həyatında bir dəfə də olsun xəstələnməyib. Həyatının məsud çağları. – Hər kəs bilir həyatın sonu ölümdür; Ah bu qəmli dəyişmə yaman zülümdür. M.Müşfiq. Şam əgər yanmırsa, yaşamır demək; Onun da həyatı yanmağındadır! B.Vahabzadə. // İnsanın keçirdiyi ömür və gördüyü işlər; tərcümeyi-hal. Öz həyatından danışmaq. – Açıb qarşısında külliyyatını; Öyrənir şairin o, həyatını! S.Vurğun. [Zərqələm] həyatından və ailəsindən danışdı. Ə.Sadıq. // Bir adamın müəyyən yerdə yaşadığı dövr. M.F.Axundzadənin Tiflis həyatı. – Beləliklə, Qəhrəmanın texnikum həyatı davam edirdi. S.Rəhimov. Cəbhə həyatı günü-gündən [Firidunun] qanına, vərdişinə keçirdi. Mir Cəlal. // Məişət, yaşayış qaydası. Avropa həyat tərzi. Şəhər həyatı. Kənd həyatı. // Dolanacaq, yaşayış tərzi. Tüfeyli həyat. Köçəri həyat. Sərsəri həyat. // Dirilik, canlılıq. Həyat əsəri yoxdur. // məc. Canlanma, dirçəlmə, hərəkət, qaynaşma, qızğın fəaliyyət. Tikinti sahəsində həyat qaynayır.\n4. məc. İnsanda cismani və mənəvi qüvvələrin təzahürü. Onun hərəkət və sözlərində coşqun həyat duyulur. • Həyat eşqi – yaşamaq arzusu. İnsanların ürəyində yeni bir həyat eşqi oyandı. Ə.Məmmədxanlı. Çırpınsın həyat eşqi; Gözlərində, qanında; Bundan ləkə görünməz; İnan ki, vicdanında. N.Rəfibəyli.\n5. Hər hansı bir sahədə yaşayış və inkişafı səciyyələndirən hadisələrin məcmusu. Ölkənin təsərrüfat həyatı. Beynəlxalq həyat. Mədəni həyat. Mənəvi həyat.\n6. Bizi əhatə edən real varlıq. Elmin həyatla əlaqəsi. Elm həyatdan ayrı yaşaya bilməz. ‣ Həyat keçirmək (sürmək) – yaşamaq, ömür sürmək, ömrünü bu və ya başqa tərzdə keçirmək. İçərişəhərdə qaranlıq, dar bir dalanda kiçik bir otaq tutub anamla yoxsul həyat keçirirdik. A.Şaiq. Uzun illər böyük bir etibara malik olan Nemətullayev çox sakit həyat sürər və gələcək üçün ehtiyat görərdi. S.Rəhimov. Həyat vermək – canlandırmaq, ruhlandırmaq. O vicdan qızının ehtişamı çar; Qəlbə həyat verir gülümsəyərək. S.Vurğun. Həyat yoldaşı – ər və ya arvad. [Məsmə:] Kor Seyidə nişanlandığım gündən təsəvvür etdiyim gənc həyat yoldaşımdan məhrum edilmişdim. S.Hüseyn. Həyat yoldaşıdır Gülyaz; Dağlarda bəslənmiş bu gül. A.Şaiq. Həyata keçirilmək – yerinə yetirilmək, tətbiq edilmək. [Fəxrəddin:] Mərhum Atabəy Məhəmmədin qətlində həyata keçirilən macəranın təkrar olunmaması üçün belə də lazım idi. M.S.Ordubadi. Həyata keçirmək – yerinə yetirmək, tətbiq etmək. [Həmzə] şəhərdə şəriki ilə bu planı həyata keçirmək üçün konkret layihə də hazırlamış, elə buna görə də .. qardaşı Salamı tələsik şəhərə göndərmişdi. Ə.Əbülhəsən. Həyata keçmək – tətbiq olunmaq. [Hücum haqqında] müqavilə olduqca müvəffəqiyyətli bir surətdə həyata keçdi. M.S.Ordubadi. Həyata qaytarmaq – diriltmək, ölümdən qurtarmaq, ağır, təhlükəli xəstəlikdən qurtarmaq. Artıq heç bir dava-dərman ananı həyata qaytara bilməzdi.. Ə.Məmmədxanlı. Həyata vida etmək – bax. həyatla vidalaşmaq. Həyatdan geri qalmaq – həyatın tələbi ilə ayaqlaşa bilməmək. Ey mənim gözəl qızım; Qalma həyatdan geri; Oxu mükəmməl, qızım. M.Müşfiq. Həyatın nəbzini tutmaq – həyatın tələbinə görə yaşamaq, həyatdan geri qalmamaq. Həyatını qurban vermək – canını fəda etmək, ölmək (bir şəxs və ya bir iş yolunda). Həyatından keçmək – bir adam və ya bir şey yolunda canını fəda etmək. Həyatla vidalaşmaq tənt. – ölmək. Axşam küləkləri qarşısında uçub gedən yarpaqlar həyatla vidalaşaraq yoxluğa gedən bir bəxtin vəziyyətini təsdiq edir. M.S.Ordubadi. Həyat-məmat məsələsi – bax. olüm-dirim məsələsi (“ölümdirim”də). həyatbəxş sif. [ər. həyat və fars. ...bəxş] kit. bax. həyatverici. Həyatbəxş və həssas bir hava [Muxtarla xanıma] təmas edərkən qıdıqlandırdı, coşdurdu. Çəmənzəminli. həyati sif. [ər.]\n1. Həyatla, diriliklə bağlı olan. Həyati proseslərin getməsi üçün orqanizm müəyyən enerji sərf etməlidir ki, bu da tənəffüs prosesində əldə edilir. “Bitki fiziologiyası”. // Həqiqi həyatı, gerçəkliyi əks etdirən, həqiqətə yaxın, uyğun olan, həyatdan götürülmüş; inandırıcı. Həyati roman. – [Elçin:] Neftçilərin yürütdükləri mühakimələr həyati idi. Z.Xəlil.\n2. məc. Zəruri, vacib, çox mühüm. Türk teatrosu .. Azərbaycan üçün həyati məsələdir və bunun barəsində [jurnal] ətraflıca danışmalıdır. Ə.Haqverdiyev. həyatilik is.\n1. Həyatla bağlı olma, həyatdan götürülmə, həqiqətə uyğunluq. Portretin həyatiliyi. Mövzunun aktuallığı və həyatiliyi.\n2. məc. Yaşama və inkişaf etmə qabiliyyəti. Canlı dilin həyatiliyi.\n3. məc. Zərurilik, vaciblik, mühümlük. Tələbatın həyatiliyi. həyatpərəst [ər. həyat və fars. ...pərəst] bax. həyatsevər. Kəndli həyatpərəst adamdır. Mir Cəlal. həyatsevən (=həyatsevər) sif. Həyatı sevən, ondan zövq alan; şən, həmişə şad; şux. Züleyxa .. təbiətən canlı, həyatsevən bir qız idi. M.İbrahimov. həyatsevər (=həyatsevən) sif. Həyatı sevən, ondan zövq alan; şən, həmişə şad; şux. Züleyxa .. təbiətən canlı, həyatsevən bir qız idi. M.İbrahimov. həyatsevərlik is. Həyatı, şən yaşamağı sevmə, ondan zövq alma. Doğrudur, öz ruhu etibarilə şənlik və həyatsevərlik təbliğ edən [“Don-Juan”, “Zorən təbib”, “Bağa qınını bəyənməz”] tamaşalarda Molyer satirası çox zəif idi. C.Cəfərov. həyatverici sif. Həyat verən, canlandıran, cana gətirən, həyatbəxş. Həyatverici təmiz hava. – İlk baharın yeni həyatverici günəşi .. soyuq qış havasına qələbə çalmaqda idi. S.Hüseyn. Bu ətirli, həyatverici yaz küləyi hamını ayıltdı. Mir Cəlal. həyəcan is. [ər.]\n1. Hər hansı bir səbəbdən doğan daxili təlaş, narahatlıq, təşviş, iztirab. Qətibənin iztirab və həyəcanı həddindən aşmışdı. M.S.Ordubadi. Ağca həyəcandan qızarmış, başını aşağı salmışdı. Mir Cəlal. • Həyəcan keçirmək – narahat olmaq, təlaş keçirmək, iztirab keçirmək, həyəcanlanmaq. Çərkəz, dostunun da həyəcan keçirəcəyini, bu xəbəri eşidən kimi əl-ayağa düşəcəyini və onun dərdinə şərik olacağını gözləyirdi. İ.Şıxlı. Teymur qaranlıqda qızın üzünü görə bilməsə də, onun həyəcan keçirdiyini hiss etdi. H.Seyidbəyli. • Həyəcana düşmək (gəlmək) – təşvişə düşmək, narahat olmaq, həyəcanlanmaq, iztiraba düşmək. Vəliəhdə gəldikdə, gözəl qızın həya tərləri içərisində üzdüyünü görüncə həyəcana düşmüşdü. M.S.Ordubadi. [Musa kişi] Firidunu görmədikdə həyəcana düşdü. M.İbrahimov.\n2. Vəlvələ, çaxnaşma, küy. [Tərxan:] Bax, nədir o axın, yürüş, həyəcan? A.Şaiq.\n3. Təhlükə, təhlükəli vəziyyət, həmin vəziyyəti bildirən siqnal. Həyəcan siqnalı döyüşçüləri ayağa qaldırdı. Ə.Vəliyev.\n4. məc. Dalğalanma, kükrəmə, coşma, tüğyan. Dənizin həyəcanını sahilin sakitliyi əvəz eləmişdi. B.Bayramov.\n5. Həyəcanla şəklində zərf – həyəcan içində, həyəcanlı surətdə, coşqunluqla. Həyəcanla danışmaq. Həyəcanla oxumaq. – Sinif qapıları açılır birdən; Çıxır həyəcanla birbir uşaqlar. N.Rəfibəyli. Günlər həyəcanla ötüşdü bir-bir; Yatmadım bəzən də səhərə qədər. N.Xəzri. həyəcanlandırıcı sif. Həyəcana gətirən, təlaş doğuran, təşvişə salan, həyəcanlandıran. həyəcanlandırma “Həyəcanlandırmaq”dan f.is. həyəcanlandırmaq f. Həyəcana salmaq, təlaşa salmaq, təşvişə salmaq. Bu gün gördüklərimiz bizi xeyli həyəcanlandırmışdı. R.Rza. Cavahirin keçirdiyi vəziyyət Teymuru da get-gedə həyəcanlandırır. H.Seyidbəyli. həyəcanlanma “Həyəcanlanmaq”dan f.is. Əgər Şamxalın baxışlarındakı ürkəklik olmasaydı, Çərkəz onun həyəcanlanmasına fikir verməzdi. İ.Şıxlı. həyəcanlanmaq f. Həyəcana gəlmək, həyəcan keçirmək, təlaş keçirmək, təşvişə düşmək. Saatın əqrəbi biri göstərəndə Tahir həyəcanlanmağa başladı. M.Hüseyn. həyəcanlı sif.\n1. Həyəcan keçirən, həyəcan duyan, əsəbi, əsəbiyyət halında olan, coşmuş. Məhərrəm bütün ömründə bu qədər həyəcanlı olmamışdı. H.Nəzərli. Sevinc İsmayılzadəyə: – Sizə nə olub, niyə belə həyəcanlısınız? Z.Xəlil. // Həyəcan, təlaş, iztirab, narahatlıq ifadə edən. Həyəcanlı nəzər. Həyəcanlı sözlər. – Biz bu həyəcanlı baxışlarda insan ürəyinin ən əziz, ən müqəddəs hisslərini oxuyuruq. M.İbrahimov. // Həyəcan, iztirab doğuran. Həyəcanlı xəbər. – Birdən eşitdiyim həyəcanlı bir səs məni yuxudan ayıltdı. S.Hüseyn. [Səfər və Tanrıverdi: həyəcanlı bir səslə:] – Allah özü bağışlasın. Qurban da belə getdi... A.Şaiq. // Həyəcan və iztirabla dolu; təşvişli, iztirablı. Həyəcanlı anlar. – Neft və milyonlar şəhəri Bakı həyəcanlı günlər keçirirdi. M.Hüseyn. // Zərf mənasında. Həyəcanlı danışmaq. – [Qonaq Mollanın] hirsli-hirsli təsbeh çevirdiyini, həm də çox həyəcanlı olduğunu sezdi. İ.Şıxlı.\n2. məc. Coşqun, təlatümlü, dalğalı. Həyəcanlı dəniz. həyəcansız zərf Həyəcan keçirmədən, həyəcan duymadan; sakit. ..Həyəcansız dar gəlir; Mənə köksün qəfəsi. B.Vahabzadə. həyət is. [ər.]\n1. Adətən evin qabağında ətrafı hasar və ya başqa binaların divarları ilə əhatə olunmuş sahə. [Gülsüm] qapını ahəstə açıb çıxdı həyətə və sinəsini sərin hava ilə doldurub boşaltdı. Ə.Haqverdiyev. Hər evin həyətində nar və gilənar ağacları ilə dolu bağlar var. İ.Əfəndiyev. Xəstəxana həyətində bülbül oxuyur; Tibb bacısı dönüb baxır əlində dərman. M.Araz. // Hər hansı tikilini dövrələyən açıq sahə. [Hacı Əhməd:] Bardaqları uşağın əlindən alıb, [məktəbin] həyətində yerə elə çırpmışam ki, saxsıları .. indi də elə oradadır. C.Cabbarlı. [Səriyyə xala:] Gülnaz, qızım, soraqlaş, heç olmasa məscidi tapaq, bəlkə məscid həyətində daldalanmalı bir yer oldu. M.İbrahimov.\n2. Bütün təsərrüfat tikililəri ilə birlikdə kəndli evi; ayrıca kəndli təsərrüfatı. Kənd 150 həyəti birləşdirir.\n3. Heyvan, təsərrüfat inventarı və s. üçün bina; ümumiyyətlə, tikili. Həyətləri birləşdirib torpaq yola çıxan, sonra da sahildəki çəmənliyi çalın-çarpaz doğrayıb Kürə enən cığırları ot basmış, kəndin üst tərəfindəki təpələrin rəngi dəyişmişdi. İ.Şıxlı. həyətarası sif. Bir neçə həyətin arasında olan. Həyətarası yol. həyət-baca (=həyət-bucaq) top. Həyət və onda olan tikililər. [Ağa Kərim xan:] ..Leyla, yaxın gəl, diqqət və səy ilə həyət-bacanı təmiz-təmiz süpürtdürüb, gül kimi eylətdirərsən. N.Vəzirov. [Əsgər bəy Rza bəyə:] Sizli-mənli axtaraq, görək bu kağız-kuğuzu ora-bura yapışdıran, həyətbucağa tökən kimdir? Ə.Vəliyev. həyət-bucaq (=həyət-baca) top. Həyət və onda olan tikililər. [Ağa Kərim xan:] ..Leyla, yaxın gəl, diqqət və səy ilə həyət-bacanı təmiz-təmiz süpürtdürüb, gül kimi eylətdirərsən. N.Vəzirov. [Əsgər bəy Rza bəyə:] Sizli-mənli axtaraq, görək bu kağız-kuğuzu ora-bura yapışdıran, həyətbucağa tökən kimdir? Ə.Vəliyev. həyətyanı sif. Fərdi təsərrüfatın yanında olan. Həyətyanı bostan. Həyətyanı bağ. Həyətyanı torpaq sahəsi. həzarpeşə is. [fars. həzar – min və pişə – peşə] Müəyyən, konkret peşəsi, sənəti olmayıb, hər cür işə əl atan adam. həzər is. [ər.] Saqınma, uzaq olma, ehtiyat etmə, qorunma, çəkinmə, özünü gözləmə. Ondan həzər! (ondan özünü qoru! uzaq ol!). Əlhəzər, ondan həzər, oxutmuram, əl çəkin! Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! M.Ə.Sabir. • Həzər etmək (qılmaq) – saqınmaq, qorunmaq, uzaq olmaq, özünü gözləmək. [Koroğlu dedi:] Durub mərd meydanda göstərrəm hünər; Qənimlər nərəmdən eyləyər həzər. “Koroğlu”. Gəl ey həmdəm, həzər qıl, eşqə düşmə; Bəladır xubları sevmək, bəladır! Xətayi. həzərat is. [ər. “həzrət” söz. cəmi] köhn. Həzrətlər, cənablar, ağalar. Qurbani həzəratın sözünü sındırmadı. “Qurbani”. [Məşədi Qadir:] Ya şeyx, buyurun, həzəratı məsələdən agah edin. T.Ş.Simurq. // köhn. Bir məclisdə, toplanışda və s.-də iştirak edən, hazır olan adamlara xitab, müraciət məqamında işlədilir – cənablar. [Rüstəm bəy:] Həzərat! Əhvalat özünüzə məlumdur. Ü.Hacıbəyov. [Mansur:] Həzərat, bir fikrim vardır ki, bu şəhərdən gedəm. C.Cabbarlı. həzin sif. [ər.] Hüzn gətirən, hüzn doğuran, hüznlü, kədərli, yanıqlı. Musiqinin həzin təranələri. – Bu həzin bulaq şırıltısı Kazımın qulaqlarında .. ağır bir həyat faciəsi kimi təsirli idi. M.İbrahimov. Həzin nəğmə deyir indi bağça, bağ; Yadıma yaxınlar, uzaqlar düşür. N.Xəzri. // Hüzn, kədər ifadə edən. Həzin bir çöhrə. Həzin bir baxış. – [Səttar] qapını açmaq istəyirdi ki, qulağına həzin və ürəkyandırıcı bir səs gəldi. P.Makulu. həzin-həzin zərf Həzin, kədərli bir surətdə, qəmli-qəmli, yanıqlı-yanıqlı. Həzinhəzin oxumaq. – [Sayalı xala] yuxuda gördü ki, Xasay xəstələnmişdir, həzin-həzin inildəyir. Ə.Vəliyev. Beləcə vidalaşır iki əziz sevgili; Həzin-həzin hardasa çalınır uzaqda ney. Ə.Cəmil. həzm is. [ər.] Yeyilən şeyin həzm cihazında həll olunması. Həzm prosesi. – Qidanın çeynənməsi, müxtəlif şirələr təsiri altında onun dəyişilərək həll oluna biləcək hala düşməsi həzm adlanır. “Zoologiya” • Həzm cihazı – yeyilən şeyi həll edən bədən üzvləri (ağız boşluğu, qida borusu, mədə və bağırsaqlar). Həzm etmək – mədədə həll etmək (yemək haqqında). Yediyini həzm edə bilmir. Həzm olmaq – mədədə həll olmaq (yemək haqqında). ..Xörək həzm olmaqdan ötrü, yəni əriyib bağırsaqlardan keçib bədənə daxil olmaqdan ötrü su lazımdır. H.Zərdabi. ‣ Həzm etmək – 1) dözmək, udmaq, qəbul etmək. Adam hər sözü həzm edə bilmir. – ..Hacı Səməd xanın həzm edə bilməyəcəyi bir vəziyyət törənmişdi. M.S.Ordubadi; 2) başa düşmək, dərk etmək, ağlına sıxışdırmaq. Xudpəsənd xan bir zamanlar həmin bəylər, əyanlar qarşısında məğlubiyyətə düçar olduğunu hələ də həzm edə bilməmişdi. Ə.Məmmədxanlı. Həzmi-rabedən keçirmək zar. – 1) yemək, udmaq. Qazanla və nimçələrlə plovu, halvanı, külçələri həzmirabedən keçirən dövlətlilər və mollalar idi. H.Sarabski; 2) məc. mənimsəmək, boğazından ötürmək, sahiblənmək, özünə mal etmək. [Musa bəy] dörd yetimə bir-birinin dalınca qəyyum olub, hamısının da var-yoxlarını həzm-rabedən keçirmişdi. Ə.Haqverdiyev. həzrət is. [ər.] köhn. Müqəddəs sayılan şəxslərin adlarının əvvəlinə gətirilərək təzim və ehtiram bildirən söz – cənab. Möcüzi-ləliləbin həzrəti-İsa nə bilir? Nazi-əndamını Şirinü Züleyxa nə bilir? Q.Zakir. [Yusif:] Həzrət Abbas haqqı, ay Səməd, mən elə bilirdim, bu oxumaq zad səni dəyişdirib. İ.Hüseynov. • Həzrətləri şəklində – keçmişdə ehtiram və sayğı əlaməti olaraq böyük və hörmətli şəxslərin adlarından sonra işlədilirdi – cənabları (indi ən çox diplomatik dildə işlənir). Burada müsəlman camaatı bir yerə cəm olub, əl qalxızıb imperator həzrətlərinə dua edirlər. C.Məmmədquluzadə. [Məhəmməd:] Hərgah Atabəy həzrətləri icazə verərsə, mən iştirak edərəm... M.S.Ordubadi. həzz is. [ər.] Xoş bir şeydən duyulan ləzzət, nəşə, zövq, sevinc hissi; yüksək məmnunluq hissi, xoşlanma. Münəvvər xanım isə ağlaya-ağlaya deyirdi: – Öz həzzindən ötrü məni bir bəlaya giriftar elədin ki, axırı həlakətdir. M.S.Ordubadi. • Həzz almaq (duymaq) – ləzzət almaq, zövq almaq, nəşələnmək, xoşlanmaq. Ruhnəvaz xanım Qurbanlının gəlməsindən heç bir həzz duymurdu. Çəmənzəminli. Rüstəm yaşamaq, qız nəvələrini böyütmək, təzə zəmanədən doyunca həzz almaq istəyirdi. S.Rəhimov. Payız, qış və yaz ayları məktəbdə çalışan Əhməd yay məzuniyyətini ailəsi ilə birlikdə dağlarda keçirməkdən xüsusi həzz alardı. Ə.Vəliyev. hıçqırıq is.\n1. Səsini içinə alıb ağlarkən boğazdan çıxan qırıq-qırıq səslər; hıçqırtı. Qaraş yerində donub iztirab dolu lal gözlərlə atasının dalınca baxdığı halda, bu biri otaqdan Mayanın hıçqırıqlarını eşitdi. M.İbrahimov. Sanki ürəklərdə qırıldı bir tel; Ağlaşma, hıçqırıq gəzdi arada. N.Xəzri.\n2. Diafraqmanın əsəbdən sıxılması nəticəsində qırtlaqdan qeyri-ixtiyari olaraq çıxan qırıq səslər; gəyirmə. [Çopo:] [Qocanın] başı yan tərəfə əyildi və bədənini də özü ilə çəkdi, son nəfəsini bir hıçqırıqla bəyan edərək söndü. Çəmənzəminli. hıçqırışma “Hıçqırışmaq”dan f.is. hıçqırışmaq qarş. Hıçqırıqla ağlaşmaq. Məhbusun burnunun kəsilmiş olduğunu görən kəndlilər heyrətlə hıçqırışırdılar. P.Makulu. hıçqırma “Hıçqırmaq”dan f.is. hıçqırmaq f.\n1. Dərindən içini çəkərək ağlamaq, hıçqıra-hıçqıra ağlamaq. Gülyaz yaylığının ucunu gözlərinə gətirdi, çiynini ata-ata hıçqırdı. S.Rəhimov. [Bilqeyis] hıçqırır və göz yaşları axıdırdı. S.Vəliyev.\n2. Hıçqırtı səsi çıxartmaq; gəyirmək. Kəngərli iki-üç dəfə hıçqırdıqdan sonra xəbər aldı.. Ə.Vəliyev. hıçqırtı bax. hıçqırıq. Rəhilənin hıçqırtısını eşidən xəstə qadınların gözləri bizə zilləndi. M.Hüseyn. Bir himə bənd olan bir qərib kəsin; Könül hıçqırtısı, iç hönkürtüsü. B.Vahabzadə. hıqqanma “Hıqqanmaq”dan f.is. hıqqanmaq f. Gücənmək, zora düşmək. Kəngərli yoxuşa dirənmiş arıq yabı kimi hıqqandı. Ə.Vəliyev. Balaca idim, sənəyi də götürə bilməzdim, hıqqanardım.. Mir Cəlal. hıqqıldama “Hıqqıldamaq”dan f.is. hıqqıldamaq f. Ləhləmək (ağır fiziki iş görərkən). Gülpəri bu dəfə səhəngini bir az belinin yuxarısına itələyib hıqqıldadı.. M.Hüseyn. [Nubar] get-gedə yerindəcə hıqqıldayır. S.Rəhimov. hırıldama “Hırıldamaq”dan f.is. hırıldamaq f. dan. Şit-şit, boş-boş, mənasızca gülmək. Lovğalanıb, a görməmiş, çox da belə fırıldama! Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama! M.Ə.Sabir. Məhəmmədhəsən əmi qabı çəkdi qabağına və istədi çörəyini batırsın qatığa, Əhməd başladı hırıldamağa. C.Məmmədquluzadə. hırıltı təql. Hırıldayan adamın çıxardığı səs. Şahmar direktorundan ilk dəfə belə tərif eşitdiyinə görə sevinib, hırıltı ilə güldü. M.Hüseyn. Bir saat əvvəl eşidilən zarafatların, hırıltıların izi qalmadı. Mir Cəlal. hibrid [lat.] Müxtəlif cinsdən, növdən olan bitki və ya heyvanların hibridləşdirilməsi nəticəsində əmələ gələn yeni orqanizm; mələz. Hibridləşdirmə zamanı müxtəlif növdən olan fərdlər bir-birilə cütləşdirilir və bunlardan alınan balaya hibrid deyilir. // Sif. mənasında. Hibrid taxıl. Hibrid qoyun. Hibrid toxum. hibridləşdirilmə “Hibridləşdirilmək”dən f.is. hibridləşdirilmək “Hibridləşdirmək”dən məch. hibridləşdirmə “Hibridləşdirmək”dən f.is. Öz xüsusiyyətlərinə görə az və ya çox fərqlənən müxtəlif orqanizmlərin cinsi üsul və ya vegetativ orqanlarını bir-birinə calamaq yolu ilə birləşdirilməsinə hibridləşdirmə, bunun nəticəsində alınan yeni orqanizmə isə hibrid deyilir. M.Qasımov. hibridləşdirmək f. Müxtəlif bitki və ya heyvan növlərini keyfiyyətcə yeni, yaxşılaşdırılmış cins, növ almaq üçün cütləşdirmək; mələzləşdirmək. Qabaqtəpə arısı yüksəkməhsuldar arı cinsi yetişdirmək üçün xeyli əlverişlidir və istiqamətli hibridləşdirmək üçün qiymətli damazlıq materialdır. “Gənc arıçılara məsləhətlər”. hicab is. [ər.] klas.\n1. Pərdə, örtü. Yaşadıqca cavanlana, enlənə; Bir hicabda, bir pərdədə əylənə. M.P.Vaqif. // Məc. mənada. Üzdən götürüb ədəb niqabın; Rəf eylədilər həya hicabın. Füzuli.\n2. İslam dinində: yad kişilərə görünməmək üçün qadınların üzünü örtməsi, gizlətməsi; yaşınma. [Hacı Həsən:] [İskəndərin] hələ kefliliyi qalsın kənarda, hələ hicabı da danır. Deyir ki, gərək övrətlər üzüaçıq gəzələr. C.Məmmədquluzadə. • Hicab etmək (eləmək) – yaşınmaq, üzünü gizlətmək. Könülləri çox biqərar edirsən; Aç bir üzün, göstər, hicab eyləmə! A.Səhhət. hicaz is. mus. Azərbaycan klassik muğamlarından birinin adı. Hicaz üstündə oxumaq. – Bu əsas ladlardan başqa, xeyli yayılmış əlavə ladlar və lad şöbələri də vardır ki, bunlara misal olaraq aşağıdakıları göstərmək mümkündür: şahnaz, sarənc, bayatıkürd, hicaz, qatar və s. Ü.Hacıbəyov. hicr [ər.] klas. bax. hicran. Qəm əlindən sinə yırtdım, baş açdım; Hicr əlindən dadübidad eylədim. “Qurbani”. Qədrini ayrılıq çəkənlər bilir; Hicrinlə göz yaşı tökənlər bilir. S.Rüstəm. hicran is. [ər.] Ayrılıq, firqət, fəraq. Hicran dərdi məni salıb zillətə; Səni görsəm, dərdim azalı, Güllü! Aşıq Ələsgər. Bu nəğmədə həm hicran dərdi, həm vüsal arzusu, həm yas, həm də ümid vardı. M.Rzaquluzadə. hicrət is. [ər.]\n1. Öz vətənini tərk edib başqa bir yerə getmə, köçmə; mühacirət. • Hicrət etmək (qılmaq) – öz vətənini tərk edib başqa bir yerə getmək, köçmək. Fətəli xan yanına əzm etdi, ol hicrət qılıb; Neylədi ol mərd, gör, düşmən ikən hörmət qılıb. M.V.Vidadi.\n2. Məhəmməd Peyğəmbərin 622-ci il iyulun 16-da Məkkədən Mədinəyə köçməsi (islam tarixi bu vaxtdan başlanır). hicri is. [ər.] Hicrətə aid, hicrətə mənsub (bax. hicrət 2-ci mənada). Hicri təqvim. Hicrinin X əsrində. – Hicri tarixlə 1324-cü, miladi tarixlə 1906-cı ildə şah konstitusiyanın birinci hissəsini təsdiq etdi və bu da İranda məşrutə verilməsinin ilk böyük addımı oldu. P.Makulu. hiç [fars.] klas. bax. heç. Ah kim, dağlarda seylab eyləyən şivən kimi; Hiç kim rəhm eyləməz, hərçənd fəryad eylərəm. Qövsi. Böylə gedərsə, Bakı əldən gedər; Qalmaz o mənada aman, hiç, hiç! M.Ə.Sabir. hidayət is. [ər.] İslam dininə görə doğru yol, düz yol, haqq yol. Çox məclislərdə Məşədi Hüseynin şəriətdən, həqiqətdən, xilqətdən və hidayətdən bəhs etməyini Kərbəlayı Rza bir neçə dəfə eşitmişdi. C.Məmmədquluzadə. // Doğru yol arama, doğru yolla getmə, düz yola çıxma. • Hidayət etmək – düz yola salmaq, doğru yola dəvət etmək. [Xanım:] İlahi, əfv diləyirəm. Günahımdan keç, məni haqq yola hidayət et. Çəmənzəminli. hiddət is. [ər.]\n1. Qəzəb, acıq, qeyz, hirs, sərtlik. [Gülər Gülsabaha:] Hiddət ancaq sizin boğazınızı yırta bilər. C.Cabbarlı. Hiddətindən bağbanın gözləri qızardı. S.Rəhimov. • Hiddətə salmaq – bax. hiddətləndirmək. Mirzə Cəlil öz son məqalələri ilə ruhani və qoçuları hiddətə salacağını bilirdi. S.Vəliyev. // məc. Şiddət, azğınlıq, tüğyan. Küləyin hiddəti. – Dənizin coşduqca qeyzi, hiddəti; Anam hey soruşur məndən türbəti. M.Rahim.\n2. Hiddətlə şəklində zərf – qeyzlə, sərtcəsinə. Hiddətlə cavab vermək. – Fərhadoğlu .. cibindən ağ dəsmalını çıxarıb .. hiddətlə yaşaran gözlərini sildi. S.Rəhimov. // Məc. mənada. Yenə saymazyana qırmaclayaraq Abşeronu; Sovurur xəzri narın qumları hiddətlə, budur. S.Rüstəm. hiddətləndirilmə “Hiddətləndirilmək”dən f.is. hiddətləndirilmək məch. Hirslənməsinə, qəzəblənməsinə, hiddətlənməsinə səbəb olmaq; qəzəbləndirilmək, qeyzləndirilmək. hiddətləndirmə “Hiddətləndirmək”dən f.is. hiddətləndirmək f. Qəzəbə, hiddətə gətirmək; qəzəbləndirmək, qeyzləndirmək. Onun pis hərəkəti hamını hiddətləndirdi. – Bu yol ilə bütün xəbərlər yayılar, hamını hiddətləndirər(di). S.Rəhimov. hiddətlənmə “Hiddətlənmək”dən f.is. hiddətlənmək f. Qəzəbə, hiddətə gəlmək; hirslənmək, qəzəblənmək, qeyzlənmək. [Gülər Gülsabaha:] Sən çığırmasaydın, mən də hiddətlənməsəydim, danışmayacaqdım. C.Cabbarlı. Fatma yalvardıqca əri hiddətlənirdi, onu yenidən incitməyə başlayırdı. Çəmənzəminli. hiddətli sif. və zərf Qəzəbli, qeyzli, hirsli, acıqlı, qəzəbnak. Hiddətli cavab vermək. Hiddətli otaqdan çıxmaq. Hiddətli kişi. – Hiddətli dalğalar yatan çağında; Günəşin üfüqdə batan çağında; Sahillər qarşımda ümman göründü. Ə.Vahid. hidrat [yun. hydor – su] Metal oksidlərinin su ilə kimyəvi birləşməsi. hidravlik sif. [yun.]\n1. Hidravlikaya aid olan, hidravlika ilə əlaqədar olan. Hidravlik tədqiqat.\n2. Mayelərin basqısı, təzyiqi ilə işləyən, hərəkətə gətirilən. Hidravlik mühərrik. Hidravlik tormoz. hidravlika [yun. hydraulikos – su] Mayelərin müvazinət və hərəkət qanunları və bu qanunların praktik tətbiqi haqqında elm. hidrid [yun. hydor – su və eidos – növ] Hidrogenin başqa elementlərlə kimyəvi birləşməsi. hidro... [yun. hydor – su] Mürəkkəb sözlərin əvvəlində, onların suya, su sahələrinə aid olduğunu bildirir; məs.: hidrobiologiya, hidroplan, hidrologiya. hidroaerodrom [yun. hydor, air və dromos – meydan, yer] Suda hidrotəyyarələr üçün aerodrom; su aerodromu. hidroakustik sif. [yun.] Hidroakustikaya aid olan, hidroakustika ilə əlaqədar olan. Fəal balıq ovu ilə məşğul olan gəmilərdə hidroakustik cihazlardan istifadə olunur. hidroakustika [yun. hydor və akystikos – eşitmə] Akustikanın, səs dalğalarının suda yayılması qanunlarından bəhs edən şöbəsi. hidrobiologiya [yun. hydor, bios – həyat və logos – söz] Biologiyanın, su mühitində yaşayan orqanizmlərin həyatını öyrənən bəhsi. Dəniz heyvanlarının və bitkilərinin yayılması xüsusiyyətlərinin öyrənilməsi inkişaf edib, bioloji elminin xüsusi bölməsi – hidrobiologiya – suda həyat haqqındakı elm olmuşdur. “Sualtı aləm”. hidrodinamik sif. [yun.] Hidrodinamikaya aid. Hidrodinamik tədqiqat. – Hidrodinamik tormozun gövdəsi orta hissədən – statordan, habelə sağ və sol qapaqlardan təşkil edilmişdir. “Qazmada təhlükəsizlik texnikası”. hidrodinamika [yun. hydor və dynamikos – güc] Hidromexanikanın, mayelərin, habelə tamamilə və ya qismən mayelər içərisində olan bərk cisimlərin hərəkətini öyrənən iki hissəsindən biri (ikincisi “hidrostatika”dır). Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi .. hidrodinamikada tətbiq edilir. “Ali cəbr”. hidroenergetika [yun. hydor və energia – hərəkət] Energetikanın, suelektrik stansiyalarında elektrik enerjisi istehsal etmək üçün su enerjisindən bəhs edən bölməsi. hidrofon [yun. hydor və phone – səs] Suda yayılan və ya əmələ gələn səs dalğalarını tutmaq üçün cihaz. hidrogen [yun. hydor və genos – doğma] Oksigenlə birləşdikdə su əmələ gətirən yüngül qaz – kimyəvi element. Kimyəvi analiz yolu ilə müəyyən edilmişdir ki, suyu öz tərkib hissələrinə ayırdıqda, ondan iki bəsit maddə – hidrogen və oksigen alınır. “Radioaktiv atomların tibdə və biologiyada tətbiqi”. // Tərkibində hidrogen olan. Hidrogen birləşmələri. – Kimyəvi saf su iki kimyəvi ünsür əmələ gətirir. Bunlardan biri yüngül qaz olan hidrogen qazıdır. “Kainatın inkişafı”. ‣ Hidrogen bombası – atom bombasının bir növü, hidrogen atomlarının nüvə enerjisindən istifadə olunması əsasında işləyən son dərəcə güclü partlayıcı bomba. Hidrogen bombasının qadağan olunması uğrunda mübarizə. – ..Hidrogen bombasının mühüm tərkib hissəsini atom bombası təşkil edir. “Kimyanı yaxşı bilirsinizmi”. hidrogenerator [yun. hydor və generator – törədici] Su turbinindən gələn suyun hərəkət enerjisini elektrik enerjisinə çevirən elektrik generatoru. hidrogeoloq [yun.] Hidrogeologiya mütəxəssisi. Geoloqlar, hidrogeoloqlar, hidrotexniklər, geodezistlər, aqronomlar kanal boyunca Qaraqum səhrasını hər cəhətcə öyrənməkdədirlər. Ə.Sadıq. hidrogeologiya [yun. hydor və geologiya] Geologiyanın və hidrologiyanın, yeraltı suların mənşəyini, hərəkətini və fiziki-kimyəvi xassələrini öyrənən sahəsi. hidroinkubator [yun. hydor və incubare – yumurtlama] İsti su vasitəsilə qızdırılan inkubator. hidrokimya [yun. hydor və ər. kimya] Hidrosferi əmələ gətirən suyun kimyəvi tərkibi və onun tədqiq üsulları haqqında elm. hidroqraf [yun.] Hidroqrafiya mütəxəssisi. hidroqrafik sif. [yun.]\n1. Hidroqrafiyaya aid. Hidroqrafik ekspedisiya.\n2. Su hövzələrinin (çay, göl, dəniz) təsvirinə aid olan. Hidroqrafik xəritə. ‣ Hidroqrafik gəmi – dəniz və göllərdə hidroqrafik işlər aparmaq üçün xüsusi gəmi. hidroqrafiya [yun. hydor və grapho – yazıram] Coğrafiyanın, Yer səthi sularının tədqiqi və təsviri ilə məşğul olan şöbəsi. hidroliz [yun. hydor və lysis – pozulma, parçalanma] kim. Mürəkkəb maddənin suyun təsiri nəticəsində parçalanması. Maqnezium-xlorid duzunun hidrolizində ayrılan sərbəst hidrogen-xlorid suda həll olaraq xlorid turşusu əmələ gətirir. “Neftin ilk distilləsinin texnologiyası”. hidrologiya [yun. hydor və logos – elm] Yer kürəsinin su sahələrini və təbiətdə suyun dövranını öyrənən elm. hidroloji sif. [yun.] Hidrologiyaya aid. Hidroloji tədqiqat. – Hamı [Quliyevin] hidroloji kəşfiyyatı yaxşı apardığını təsdiq edə bilərdi. Ə.Sadıq. hidrolokasiya [yun. hydor və lat. losus – yer] Suda olan cismin, onun əks etdirdiyi səs siqnalları vasitəsilə yerinin müəyyənləşdirilməsi. hidrolokator [yun. hydor və lat. losus – yer] Suda olan cismin yerini hidrolokasiya vasitəsilə müəyyənləşdirən cihaz. Elm və texnika insanlara hidrolokator, ya da exolot adlanan cihazı verdi. “Eşidilməyən səslər”. hidroloq [yun.] Hidrologiya mütəxəssisi. hidromexanika [yun. hydor və mexanika] Mexanikanın, mayelərin tarazlıq və hərəkət qanunlarını, həmçinin mayelərin yuduğu bərk maddələrlə qarşılıqlı təsirini öyrənən bəhsi. hidrometeorologiya [yun. hydor və meteorologiya] Atmosferdə suyun dövranını öyrənən elm. hidrometeoroloji sif. [yun.] Hidrometeorologiya ilə əlaqədar olan, hidrometeorologiyaya aid olan. Hidrometeoroloji müşahidələr. hidromonitor [yun. hydor və ing. monitor – xəbərləyici] Torpağı, dağ süxurlarını güclü su şırnağı vasitəsilə çıxarmaq üçün işlədilən qurğu, mexanizm. Əvvəlcə çox cəsarətsiz halda tikintiyə girən və sayı çox az olan hidromonitorlar indi tikintinin əsas mexanizmindən biri olmuşdur. Ə.Sadıq. hidroplan [yun. hydor və fr. planer] bax. hidrotəyyarə. hidrosfer [yun. hydor və sphaira – kürə] Yer kürəsinin su örtüyü, yer üzərindəki suların məcmusu (okeanlar, dənizlər, göllər, çaylar). hidrostansiya [yun. hydro və stansiya] Su-elektrik stansiyası (HES). Mingəçevir hidrostansiyası. – Hidrostansiya ... Parlaq işıqlar; Buradan ətrafa yayılacaqdır. M.Rahim. Kür hidrostansiya binasının içindən keçib, turbinləri hərəkətə gətirəcək və onlar da elektrik enerjisi verəcəkdir. Ə.Sadıq. hidrostatika [yun. hydor və statos – duran] Hidromexanikanın, mayenin müvazinət vəziyyətini, habelə maye içində olan cisimlərin müvazinətini öyrənən iki hissəsindən biri (ikincisi “hidrodinamika”dır). hidrotexnik [yun.] Hidrotexnika mütəxəssisi. ..Geoloqlar, hidrogeoloqlar, hidrotexniklər, geodezistlər, aqronomlar kanal boyunca Qaraqum səhrasını hər cəhətcə öyrənməkdədirlər. Ə.Sadıq. hidrotexnika is. [yun.] Su ehtiyatlarından xalq təsərrüfatının ehtiyacları üçün istifadə etmək və təbii su hadisələrinin zərərli təsiri ilə mübarizə üsulları haqqında elm; texnikanın, həmin işləri xüsusi tikinti və qurğular vasitəsilə həyata keçirən şöbəsi. hidrotexniki sif. [yun.] Hidrotexnika ilə əlaqədar olan, hidrotexnikaya aid olan. Hidrotexniki işlər. hidroterapiya [yun. hydor və therapeia – müalicə] Müalicə məqsədilə müxtəlif vasitələrlə sudan istifadə, su müalicəsi. hidrotəyyarə [yun. hydor və ər. təyyarə] Suya enmək və sudan qalxmaq üçün uyğunlaşdırılmış təyyarə; hidroplan. hidroturbin [yun. hydor və lat. turbineus] Hərəkət edən su enerjisi vasitəsilə işləyən fırlanma hərəkətli turbin. hifz is. [ər.] Qoruma, mühafizə etmə, mühafizə, qoruyub saxlama. [Seyid:] Şəriət ehkamını hifz yolunda heç bir xidmətiniz olubmu? Mir Cəlal. • Hifz etmək – qorumaq, mühafizə etmək, qoruyub saxlamaq. Ya rəbbim, adilsən, hifz elə bizi; Halal ocaqlara üzv elə bizi. M.Araz. // Yadda saxlamaq, unutmamaq. Deyilən sözü hifz etmək lazımdır. – [Müsyö Jordan:] İndi də mənim ilə durub-oturmaqdan bir para kəlimatı hifz edibdir. M.F.Axundzadə. hifzüssəhhə is. [ər. – səhhəti qoruma] köhn. bax. gigiyena. [Musanın nəvəsi:] Arxadaşlar, papaqlarınızı çıxardın, bura istidir, çölə çıxanda sizə soyuq dəyər, – dediyinə görə hifzüssəhhə elminə dair yüksək məlumatı olduğunu da qeyd etmişdi. Qantəmir. Ehtimal həkim öz yerişində hifzüssəhhə qaydalarına riayət etmək istəyirdi. Mir Cəlal. hikkə is.\n1. Təşəxxüs, lovğalıq, iddia, mənəm-mənəmlik; tərslik. Hikkəsindən əl çəkməmək. – Qartal qıyıltısı dumanı dəlir; İnsan hikkəsinin sahili yoxdur. M.Araz. Dəyişmirsən fikrini; Lap bu dünya dağıla; Öz hikkəndə qalmısan; Sən boğula-boğula. B.Vahabzadə.\n2. Acıq, hirs. Aslan isə barıt kimi açılır, bəzən qəhərlənir və hikkəsindən ağlayırdı. S.Rəhimov. [Zərnigar xanım] önlüyünün ətəyi ilə gözlərini silib, hikkəsindən boğulaboğula: – Gördünmü, ay bala, – dedi, – atan mənim başıma nə oyun açdı? İ.Şıxlı. hikkəli sif. Hikkəsi olan, lovğa, iddialı, özündən bədgüman, təşəxxüslü, tərs. Hikkəli qız. – [Qasım:] Mən fikirləşdim ki, sən çox hikkəlisən, sözündən dönən deyilsən. S.Vəliyev. Ağıl qızıxanda – dəvə hikkəli; Köpəndə demirəm o nəyə bənzər.. M.Araz. hikmət is. [ər.]\n1. Müdrik söz, dərin fikir, dərin məna, müdriklik, dərinlik. Onun sözlərində bir hikmət var. – Müdrik insanların hikmətlə dolu; Dərin söhbətinə minnətdaram mən. M.Rahim. // İbrətamiz, nəsihətli söz, kəlam. [Fərzəli:] Çobanın könlü olsa təkədən pendir tutar, – bu sözün hikməti böyükdür. Ə.Sadıq.\n2. məc. Anlaşılmaz şey, gizli səbəb, sirr, müəmma. Bütün məclis təəccüb elədi ki, bu nə hikmətdir? “Lətif şah”. ..İtaliyada misli olmayan zəlzələ üz verib, .. alimlər oraya dolmuşlar ki, zəlzələnin hikmətlərini mümkün qədər öyrənsinlər. C.Məmmədquluzadə.\n3. Keçmişdə: fəlsəfəyə, təbiət elmlərinə, xüsusən fizikaya verilən ad. [Sabbah:] Cəbrə, ya hikmətə vaqif bir adam; Səncə bir falçımı ya?! Anlayamam. H.Cavid. [Məşədi İbad:] ..Mən tarixi-nadir kitabını yarısına qədər oxumuşam, ona görə hikmət elmindən yaxşı biliyim vardır. Ü.Hacıbəyov. hikmətamiz [ər. hikmət və fars. ...amiz] Hikmətli, həkimanə, müdrikanə. Hikmətamiz, arifanə söhbətlərin; İlhamı var o ağ tüklü sinələrdə. S.Vurğun. hikmətli sif. Hikmətamiz, filosofanə, fəlsəfi fikirlərlə dolu; müdrik. Şəkillərin arasında ibrətverici və hikmətli şeirlər yazılmışdı. M.S.Ordubadi. “..Vətənin yolunda ölən şəhidlər; Ölmür, qovuşurlar əbədiyyətə”. Çox gözəl sözlərdir, hikmətli, kövrək.. B.Vahabzadə. hil is. bot. Zəncəfil ailəsindən tropik bitki və bu bitkinin ədviyyə kimi işlədilən toxumu. Hil tərkibində efirli yağ olan çoxillik ot bitkisidir. – Dəhlizi ətir, hil, mixək qoxusu bürümüşdü. M.S.Ordubadi. hilal is. [ər.]\n1. Təzə çıxmış bir-iki günlük ay; aypara. Hər gecə fəğanım yetişir göydə hilalə. S.Ə.Şirvani. Bir iti xəncər kimi; Göydə parlayır hilal. M.Seyidzadə.\n2. məc. Klassik və xalq ədəbiyyatında gözəlin qaşına işarə. Gözüm qaldı hilal qaşın tağında; Məcnun oldum, qaldım Leyli dağında.. Aşıq Ələsgər. Kədərim, sevincim, hicrim, vüsalım; Hilal qaşlarının arasındadır. R.Rza. ‣ Hilali-əhmər cəmiyyəti – Qırmızı Aypara cəmiyyətinin köhnə adı. hilali sif. Hilal şəklində, aypara şəklində, yeni ay şəklində olan. Hilali qaşlar. hilli sif. Tərkibində hil olan, hil qatılmış, hil vurulmuş. Hilli qoğal. Hilli çay. him is. dan. Birinə gözlə edilən işarə; him-cim. • Him eləmək – birinə gözlə, qaş-gözlə işarə etmək. Gülzar qulluqçuya him elədi ki, Züleyxanı bayıra çıxarsın. C.Cabbarlı. Şahsuvarov [Sadıqovun] çıxmasına him eləyir. İ.Əfəndiyev. ‣ Himə bənd – bir işi görmək üçün işarə gözləyən, bəhanə axtaran. Mən aşiq kimə bəndəm; Sazımda simə bəndəm; Yarla görüşmək üçün; Bir kiçik himə bəndəm. (Bayatı). [Lətifə] hönkürüb ağlamaq üçün ən balaca bir himə bənddi. M.Hüseyn. himayə is. [ər.] Birini (daha zəif olanı) qoruma, ona havadarlıq və qayğı göstərmə, qanadı altına alma; himayəçilik. Nənə himayəsində böyümək. – Telli indi bir ilə yaxındı ki, qaynının himayəsində yaşayırdı. S.Hüseyn. Aslan [Mansuru] götürüb, öz himayəsi altında saxlayaraq .. oxutdururdu. C.Cabbarlı. • Himayə olmaq – bax. himayəsinə almaq (götürmək). [Dərviş:] Bu fikri başından çıxart, qızım, get, atana himayə ol! Ə.Haqverdiyev. Himayəsinə almaq (götürmək) – himayə etmək, havadarlıq etmək, qayğı göstərmək; sığındırmaq, qanadı altına almaq. Yetimləri himayəsinə götürmək. – [Səlim] həm onu, həm oğlunu; Aldı himayəsinə. B.Vahabzadə. // Məc. mənada. ..Qız qaratikan kolunun himayəsinə sığınmış xırdaca çiçəkli boyaqgülünün kövrək zoğlarını gördü. Ə.Məmmədxanlı. // məc. Qayğı, kömək, diqqət, arxa. Yoldaşın himayəsi. – [Fərman Mələyə:] Yaxşı bir dostun himayəsinə, köməyinə ehtiyacın vardır. M.İbrahimov. • Himayə etmək – qorumaq, qanadı altına almaq. ..İran əksinqilabını himayə edən çar hökuməti öz içərisindən çürüməkdədir. M.S.Ordubadi. himayəçi sif. Himayə edən, hamilik edən, qeydinə qalan; arxa, kömək, himayədar. himayəçilik is. Birini himayə altına alma, ona havadarlıq göstərmə; havadarlıq, himayədarlıq (bəzən mənfi mənada işlənir). [Yusif Həsrətə:] Gözünün qabağında görmədinizmi ki, himayəçilik bizim kəndin başına nə oyun açdı? B.Bayramov. himayədar [ər. himayə və fars. ...dar] bax. himayəçi. himayədarlıq bax. himayəçilik. himayəedici sif. Himayə edən, qoruyan, qayğısına qalan; himayəkar. [Burnaşov Vaqifə:] Mərhəmətli çariça sizə də himayəedici əlini uzatmaq istəyir. Xan yalnız bizim himayəmizlə öz taxtında baqi qala bilər.. Çəmənzəminli. himayəkar [ər. himayə və fars. ...kar] Özündən zəifi, kiçiyi, köməksizi, acizi himayə etməyi sevən, ona havadarlıq edən, qayğı göstərən. Hər iki bacının gözləri qabağında himayəkar Qulam müəllim bütün varlığı ilə canlandı. S.Rəhimov. himayəsiz sif. Himayə edəni, qayğısına qalanı olmayan: baxımsız, adamsız. Himayəsiz uşaq. Himayəsiz qoca. himayəsizlik is. Baxımsız, adamsız. – [Qızıl Arslan:] Aralıqda mövcud olan bütün anlaşılmazlıq, hətta bir para ixtilaflar da himayəsizlik nəticəsində yaradılmışdır. M.S.Ordubadi. himayət [ər.] klas. bax. himayə. [Yusif şah:] Dullara və yetimlərə və şillərə və korlara ianət və himayət göstərilsin. M.F.Axundzadə. him-cim bax. him. Aşıq gedər hər yana; Sözün deyər mərdana; Hər qaş-gözü, himcimi; Arif gərəkdir qana. (Bayatı). [Sərvnaz Qarakişiyə:] Yoxsa elə bilirsən, him-cimini səndən qeyri başa düşən yoxdur? B.Bayramov. • Him-cim eləmək (etmək) – qaşgözlə işarə etmək. Aşıq Ələsgər nə qədər him-cim eliyirsə, Musa özünü saxlaya bilmir. “Aşıq Ələsgər”. himləmə “Himləmək”dən f.is. himləmək f. Birinə gözü, ya əli ilə işarə etmək, him eləmək; işarə, mimika ilə bildirmək. Osmanı himlədi əlilə bəri; Bükülü bir şeyi verdi içəri.. H.K.Sanılı. Göz atdım gözünə, himlədim bəri! ..Dayandı şir kimi, pürvüqar gördüm. S.Vurğun. himləşmə “Himləşmək”dən f.is. himləşmək qarş. İşarə ilə, qaş-gözlə bir-birinə bildirmək, bir-birinə him eləmək, işarə etmək. Məclisdə oturanlar himləşdilər. – Hamı bir-birinə baxıb himləşir. Ü.Hacıbəyov. [Gülzar] şübhə etmirdi ki, hamı birbirilə himləşir, hamı pıçıldaşır. İ.Hüseynov. himn [yun.]\n1. Dövlət və ya sinfi birlik rəmzi kimi qəbul olunmuş təntənəli mahnı.\n2. Təntənəli mədhiyyə, birinin və ya bir hadisənin şərəfinə ifa edilən təntənəli musiqi əsəri. İllərlə babalar düşmədi atdan; Zamanla bu sayaq üz-üzə durduq; Yığılıb qırmızı bayrağın altda; Yasin oxuyurduq, himn oxumurduq. M.Araz. hin I. is.\n1. Bəzi ev heyvan və quşlarının saxlandığı kiçik tikili. İt hini. Toyuqları hinə salmaq. – [Nabat:] Hinə bax, ay Gülsüm bacı, dünən hindən iki dənə qərib yumurta tapmışam. C.Cabbarlı. [Eldar:] Gedib o göyərçini hinə salım, qanadı yaralıdır, özü hinə uça bilməz. M.Rzaquluzadə.\n2. məc. dan. Darısqal, yöndəmsiz, natəmiz otaq, mənzil haqqında. Bu ev deyil, hindir.\n\nII. zərf [ər.] Vaxt, zaman, çağ, an, əsna. • Bu hində – bu əsnada, bu anda, bu zaman. Bu hində yoldaşım Lağlağı əlində “Həyat”ın 106-cı nömrəsi girdi içəri.. C.Məmmədquluzadə. Bu hində cəhənnəmdə gördüyüm bəy özünü məclisə yetirir. Ə.Haqverdiyev. hind-avropa :Hind-Avropa dilləri dilç. – Hind, İran, yunan, slavyan, Baltik, german, kelt, roman və b. müasir və qədim Asiya və Avropa dillərinin daxil olduğu böyük dil qrupu. • Hind-Avropa dilçiliyi – Hind-Avropa dillərinin müqayisəli-tarixi üsulla tədqiqi, müqayisəli-tarixi dilçilik. hindxoruzu is. Erkək hinduşka, hinduşkanın xoruzu. hindi is. Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın ancaq bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Qoca hindin bir hıçqırıq varmış səsində; Üfüqlərdə səslənirkən oyanan dağlar. A.İldırım. hindli is. Hindistanın milli, dini və kasta mənsubiyyətindən asılı olmayaraq əsil yerli əhalisinin ümumi adı; hindu; hindistanlı. Qan damladı fırtınanın odlu gözündən; Üsyan edən hindlilərin kəskin başları; Axdı Qanqın qan ləkəli coşqun üzündən. A.İldırım. hindşünas is. [hind və fars. ...şünas] Hindşünaslıq mütəxəssisi. hindşünaslıq is. Hindistanın tarixini, iqtisadiyyatını, dillərini, incəsənətini və s. öyrənən elmlərin toplusu. hindtoyuğu is. Dişi hinduşka, hinduşkanın toyuğu. hindu bax. hindli. [Şeyx Sənan günəşi göstərir:] Türk, hindu, ərəb, əcəm bilməz; Nuri hər yanda artar, əksilməz... H.Cavid. • Hindu xal – hindli qadınların adətən üzlərinə (daha çox alınlarına) qoyduqları xal, qara xal (əsasən klassik şeirdə). Müəttər saçını, hindu xalını; Yetirdi hər dərdim dəvayə, pəri! M.P.Vaqif. Yusifin atdığı zoğalın biri [Şahpərinin] geniş ağ alnına dəyib əzildi, qızın çatma qaşları arasına hindu xal qoydu. B.Bayramov. Hindu xallı – üzündə, ya alnında qara xal olan, qara xallı. Qara telli, hindu xallı Məşuqənin al yanaqlarında ani olaraq bir solğunluq gəzdi. S.Rəhimov. hinduşka is. [rus.] Qırqovul ailəsinə mənsub ətlik iri ev quşu; loş. Hinduşka əti. Hinduşka ferması. – Gülsəhər Müşgünazgilin qapısını döyəndə həyətdəki qazlar çığırışdı, hinduşkalar bərkdən səs elədi. Ə.Vəliyev. Gözünü yumub qulaq asırsan, gah elə bilirsən otağa bir sürü xoruz-toyuq dolub, gah da sənə elə gəlir ki, ətrafında qaz, ördək, hinduşka gəzir. S.Rəhman. hinləmə “Hinləmək”dən f.is. hinləmək f. Hinə salmaq. Göyərçinləri hinləmək. – [Oddamdı:] Atam, mən gedim, toyuq-cücəni hinləyim, yoxsa ara qarışar. C.Cabbarlı. hiperbola [yun.] riyaz. Səthin konuHİRS is. [ər.] Qəzəb, hiddət, acıq, qeyz. sunu kəsən ikitərəfli, qeyri-qapalı əyri xətt. hiperbolik sif. [yun.] riyaz. Hiperbolaya aid. Hiperbolik kəsik. hiperboloid [yun.] riyaz. Hiperbolanın fırlanmasından hasil olan səth. hipertonik [yun.] tib. Hipertoniya xəstəliyi olan, qan təzyiqi normadan yuxarı olan adam.\n\nII. sif. [yun.] tib. Hipertoniyaya, qan təzyiqinin artmasına aid olan, onunla bağlı olan. • Hipertonik xəstəlik – arteriya damarında qan təzyiqinin artması nəticəsində baş verən xəstəlik. hipertoniya [yun. hyper və tonus – gərginlik] tib.\n1. Qan təzyiqinin artması.\n2. Hipertonik xəstəlik, qan təzyiqinin artması. hipnotizm [fr. əsli yun.]\n1. Hipnoza xas olan halların məcmusu.\n2. bax. hipnoz 1-ci mənada.\n3. Başqasına təsir etmək bacarığı. hipnoz [yun. hypnos – yuxu]\n1. İnsanda və ali onurğalı heyvanlarda adətən sözlə, baxışla təlqin nəticəsində əmələ gələn yarımyuxululuq halı. Kütləvi hipnoz və müxtəlif “möcüzələr” göstərmək ta qədimdən məlum olan adi bir şeydir; hind sehrbazları bunu xüsusilə bacarırmışlar və indi də bacarırlar. Ə.Haqverdiyev. • Hipnoz etmək – bax. hipnozlamaq.\n2. Təlqin vasitəsilə yatırtma, habelə yatırdılanın iradəsinə (müalicə məqsədilə) təsir göstərmə; hipnozla müalicə. // məc. Cazibə, cazibə qüvvəsi. Hipnoz kimi təsir etmək. hipnozçu is. Başqasını hipnoz halına gətirən adam; hipnozla müalicə edən həkim. hipnozlama “Hipnozlamaq”dan f.is. hipnozlamaq f. Təlqin vasitəsilə hipnoz vəziyyətinə gətirmək, hipnoz etmək. Xəstəni hipnozlamaq. // məc. İradəsini əlindən almaq, sezdirmədən öz iradəsinə tabe etmək, öz təsiri altına salmaq. hipotenuz [yun.] riyaz. Düzbucaqlı üçbucağın düz bucaq qarşısındakı tərəfi. hipotoniya [yun.] tib. Qan təzyiqinin azalması, aşağı düşməsi; habelə toxumaların, orqanların tonusunun azalması. İzzət qüssədən və Məhəmmədhəsən əmi hirsindən başladılar Əhməd kimi ağlamağa. C.Məmmədquluzadə. ‣ Hirs bağırsaqlarını (bağırsağını) kəsmək – bərk hirslənmək, hiddətlənmək, qəzəblənmək. Hirsi təpəsinə (başına, kəlləsinə) vurmaq – bərk hiddətlənmək, çox hirslənmək, qəzəblənmək. Cümşüd bəy qulaq asdı, qulaq asdı, hirsi təpəsinə vurdu və birdən-birə səsini ucaldıb dedi.. E.Sultanov. Hirsi tutmaq – hirslənmək, qəzəblənmək, acığı tutmaq. [Sultan bəy:] Mənim də hirsim tutar, vurub öldürərəm. Ü.Hacıbəyov. Hirsi yatmaq, soyumaq – hirsi keçmək, qəzəbi keçmək, sakitləşmək. Xan eşikağasının sözlərindən mütəəssir olub, hirsi yatdı. Çəmənzəminli. Sədrin hirsi soyudu. S.Rəhimov. Hirsindən dodaqlarını (zəncir, cilov) çeynəmək (gəmirmək) – çox bərk hirslənmək, qəzəblənmək. Mahmud hirsindən dodaqlarını çeynəyib, öz kişiliyini göstərməyi və arvadı evdə kötəkləməyi qət etdi. B.Talıblı. Hirsindən qovrulmaq – hirsindən, acığından nə edəcəyini bilməmək, hirs boğmaq. Hirsini basmaq (boğmaq, yemək) – hiddətini, hirsini yatırtmaq, özünü saxlamaq, hirsini, acığını büruzə verməməyə çalışmaq. Ha adam istəyir hirsini yesin, dinməsin, insanı öz başına qoymurlar, dindirirlər. C.Məmmədquluzadə. Elman hirsini boğub, Ceyran xanımın dalınca baxdı. M.Hüseyn. hirsləndirmə “Hirsləndirmək”dən f.is. hirsləndirmək f. Qəzəbləndirmək, hiddətləndirmək; qəzəblənməsinə, hirslənməsinə səbəb olmaq; qeyzləndirmək. hirslənmə “Hirslənmək”dən f.is. hirslənmək f. Hiddətlənmək, qəzəblənmək, qızışmaq, acığı tutmaq. Uşağa hirslənmək. Eşitdiyi sözdən hirslənmək. – [Şiraslan] Dadaş Lələşovu görüb hirsləndi, tez dönüb Ağbulaq kəndindən çıxdı. S.Rəhimov. Tapdıq bir qədər hirslənmişdi. Onu evə çağırmadıqlarına görə ata və anasına çox acığı tutmuşdu. Ə.Vəliyev. hirsli sif.\n1. Hiddətli, acıqlı, qəzəbli, hirslənmiş. Hirsli kişi. – [Məşədi Qəzənfər:] Məşədi, sənin bu aşnaların nə hirsli adamlardır? Ü.Hacıbəyov. [Mahmud] hirsli arvaddan əvvəlcə qorxdu. Ə.Əbülhəsən. // zərf Hirsli-hirsli. Hirsli danışmaq. Hirsli cavab vermək. – Nazir yerindən durmayıb, üzünü Salmana tutub hirsli soruşdu.. Ə.Haqverdiyev. Övrət hirsli girir ərinin otağına və başlayır bu cür məzəmmət eləməyə: – A kişi, sən olasan Allah, bu kitabları və kağızları tulla cəhənnəmə. C.Məmmədquluzadə. // Hirs, acıq, qəzəb ifadə edən; qəzəbli, acıqlı. Hirsli nəzər. Hirsli görkəm. – Geniş açılmış qırpımsız, hirsli gözləri gördükdə [arvada] elə gəldi ki, kişi heç bir an da yatmayıb. İ.Hüseynov.\n2. məc. Şiddətli, kəskin, coşqun. Hirsli hava. Hirsli dəniz. – Axşamdan bəridir könlümdə yenə; Hirsli fırtınalar, qasırğalar var. S.Vurğun. hirsli-hirsli zərf Hirsli halda, qəzəbliqəzəbli, hiddətlənərək, acıqlı-acıqlı; qəzəblə, hirslə, hiddətlə. Hirsli-hirsli danışmaq. – Qara bəy hirsli-hirsli Oruca baxdı. Ə.Vəliyev. [Rəşid:] Canbalayevin hirslihirsli bir-birinə sıxılmış dodaqları, zəhmli gözləri təsəvvürümdən silinmirdi. İ.Hüseynov. his is.\n1. Yanan bir şeydən çıxan kəsif tüstü. Ocağın hisi. Tonqalın hisi. – Yel əsdikcə fənərin hisi artdı, işığın dairəsi getgedə kiçildi, zəiflənən alov qaranlığın qüvvətli pəncəsində boğuldu.. S.Rəhimov.\n2. Həmin tüstüdən əşyaların üzərinə qonan qara çöküntü; qurum. Pəncərənin hisini təmizləmək. – Sağ tərəfdə isə taxtası köhnə və hisdən qaralmış bir qapı vardır. H.Nəzərli. Yazısı pozulmuş kağız hisdən sapsarı saralmışdı. B.Bayramov. • His basmaq (bağlamaq) – üzərində qurum əmələ gəlmək, hisdən qaralmaq. [Qəhrəmanın] fikri yenə də dolana-dolana hərəkət edir, .. ağacları his bağlamış damda dayanırdı. S.Rəhimov. Mətbəxin divarlarını his basmışdı. Ə.Sadıq. hisxana is. Balıq, ət və s. hisə verilən yer, sex və s. hisləmə 1. is. Balığı, əti və s. saxlamaq üçün hisə verərək qurutma. Balıq emalında elektriklə hisləmə üsulu tətbiq edilməkdədir.\n2. “Hisləmək”dən f.is. hisləmək f.\n1. His buraxmaq, his eləmək, az tüstüləmək. Pilətə hisləyir. Külün içində gözlər hisləyir.\n2. Hisləmə üsulu ilə qurutmaq (bax. hisləmə 1-ci mənada). hislənmə “Hislənmək”dən f.is. hislənmək f.\n1. Tüstülənmək, yaxşı yanmadığından his buraxmaq. Tonqal hislənir. Ocaq hislənirdi. – Əhməd şüşəsi hislənmiş (f.sif.) lampanın fitilini aşağı çəkib, işığı öləzitdi. İ.Şıxlı.\n2. His çəkmək, hisə bulanmaq, hisdən qaralmaq. Lampanın şüşəsi hislənmişdir. – Babalarımızın bu köhnə “imarət”ə (qara dama) nədən “qara” adı verdiyini bilirsinizmi? İki şeydən: biri, üstünə tökülən qara torpaqdan, o biri, tüstüdən içərisi hislənib, qurum tutaraq qaralmağından. S.S.Axundov. hisli sif.\n1. His verən, yaxşı yanmayıb his eləyən; tüstülənən. Hisli təndir. – Dağ başı səsli qalar; Ocağı hisli (z.) qalar; Yemək ilən dost olan; İllərlə küslü qalar. (Bayatı). Hisli lampanın işığında bir neçə adam işləyirdi. Q.İlkin.\n2. His çəkmiş, his basmış, hisdən qaralmış, hislə örtülmüş. Hisli qazan. Hisli tava. – Kürsünün altında var: üzüqoylu çevrilmiş bir qazan, bir çanaq, içində qatıq, bir qara, hisli çaydan. C.Məmmədquluzadə. hisli-paslı (=hisli-tozlu) sif. dan. His-pas (his-toz) basmış, hisli; çirkli. Hislipaslı (hisli-tozlu) qapı. Hisli-paslı (hislitozlu) otaq. – [Mahmud:] Axı bura xalis behiştdir, o hisli-paslı daxmada nə görübsən? Ə.Haqverdiyev. [Bayram kişi:] Çox adam bizim bu qumlu bağları, hisli-tozlu [Abşeronu] bəyənmir. M.Rzaquluzadə. // məc. Kirli, çirkli; üz-gözünü, üst-başını çirk basmış. Hisli-paslı uşaq. hisli-tozlu (=hisli-paslı) sif. dan. His-pas (his-toz) basmış, hisli; çirkli. Hislipaslı (hisli-tozlu) qapı. Hisli-paslı (hislitozlu) otaq. – [Mahmud:] Axı bura xalis behiştdir, o hisli-paslı daxmada nə görübsən? Ə.Haqverdiyev. [Bayram kişi:] Çox adam bizim bu qumlu bağları, hisli-tozlu [Abşeronu] bəyənmir. M.Rzaquluzadə. // məc. Kirli, çirkli; üz-gözünü, üst-başını çirk basmış. Hisli-paslı uşaq. his-pas top. dan. His çirk, kir. Qazanın his-pasını yumaq. – Hisdən-pasdan qaralıb sifətini itirmiş .. taxta bufet, kim bilir, neçə nəsli o dünyaya ötürmüşdü. B.Bayramov. hiss is. [ər.]\n1. bax. duyğu. [Rüstəm bəy Sofya xanıma:] Hiss təbiət zəkasının təzahürüdür, təbiət istədiyini hiss vasitəsilə görür. Çəmənzəminli. Səbrlə, tədbirlə ölçüb-biçmədən; Ağla güvənmədik, hissə güvəndik. B.Vahabzadə. Görən doğrudanmı insan qəlbinin; İncə hisslərinə toxunmur şeir? M.Araz. • Hiss etmək – bax. duymaq. Aclıq hiss etmək. – Əri Cavad tamam qışı xəstə yatıb, indi isə qıçlarında bir qədər qüvvət hiss edib dedi.. Ə.Haqverdiyev. [Əminə:] Heyrətindən şillənin ağrı-acısını belə hiss etmədi. Ə.Əbülhəsən.\n2. məc. Sevgi, məhəbbət. Hadisə Qadiri elə çaşdırmış, ruhunu və qəlbini elə sıxmışdı ki, elə bil, o gözəl qıza olan hissi və duyğuları da indi onun yadından çıxmışdı. Ə.Əbülhəsən.\n3. Öz duyğuları, təəssüratı əsasında bir şeyi apaydın, həssaslıqla qavrama, dərketmə bacarığı. Gözəllik hissi. – Güman olunmasın ki, Münəvvər xanımda qadınlara xas olan qısqanclıq hissi zəif idi. Mir Cəlal. • Hissə qapılmaq – bax. hissiyyata qapılmaq (“hissiyyat”da). Şirzad hissə qapılan, yəni, Salmanın dediyi kimi, qəlbən şair idi. Hissə qapılanda da ürəyi yaz səhərinin üfüqləri kimi açılırdı. M.İbrahimov. [Səlim:] Hissə qapılmaq məndə də var, Zərnişan! B.Bayramov. hissə is. [ər.]\n1. Tamın bölündüyü parçalardan hər biri; qisim. Binanın bir hissəsi. Çayın aşağı hissəsi. – Şirvan Şimali Azərbaycanın bir hissəsidir. M.S.Ordubadi. [Kiçikbəyim] günün müəyyən hissəsində şəhərin ətrafını dolanırdı.. Çəmənzəminli. – Mən ki sənəm, mən ki sənəm; tanımadın? Dəfn olunmuş bir hissənəm; tanımadın? M.Araz. // Bölünən bir şeydən hərəyə düşən pay. Hərə öz hissəsini götürdü. Onun hissəsini ayırıb verin.\n2. Vahid, tam bir sistemin (orqanizmin, mexanizmin və s.) tərkib elementlərini təşkil edən şeylərdən hər biri. Ehtiyat hissələri. Maşın hissələri. – Şofer .. motorun əvəz edilməsi lazım gələn hissəsini alıb gətirmək üçün getmiş, təsadüfən oradan keçən başqa bir maşınla geri qayıtmışdı. S.Hüseyn. Çatışmayan və yaxud düzəldilməyi vacib olan bəzi hissələr Keşlədə hazırlanırdı. H.Seyidbəyli. // Hər hansı əsərin üzvi parçası, qismi, fəsli. Romandan bir hissə. Sonatanın son hissəsi. – [Seymur] rəssamlıq məktəbinə gəlib, birbaş tədris hissə müdirinin otağına girdi. H.Seyidbəyli.\n3. Əlahiddə qoşun vahidi. Aviasiya hissəsi. Tank hissəsi. Hissə komandiri. – Doğrudur, bir dəfə Rüstəm kişi ayağından yaralandı, lakin sağalıb yenə hissəsinə qayıtdı. M.İbrahimov. İstehkam hissələrinin əlində kifayət qədər vəsait olmurdu. Mir Cəlal. hissə-hissə sif. və zərf Tam, bütöv halda deyil, hissələrə ayrılmış halda; hissələrlə, tikə-tikə. Tarlanı hissə-hissə şumlamaq. Romanı hissə-hissə çap etmək. – Qoşun hissə-hissə olub istirahət edirdi. S.Rəhimov. Heç şey hissə-hissə ölümə təslim olan bir bədəni yaşada bilməyəcəkdi. M.İbrahimov. hissəcik is. Bir şeyin ən kiçik, cüzi hissəsi, parçası. Çox kiçik cisim, başqa sözlə, hissəcik anlayışı nisbi anlayışdır. Z.Xəlilov. Atom, maddənin kimyəvi reaksiyalarda bölünməyən ən kiçik hissəciklərinə deyilir. C.Zülfüqarlı. hissi sif. [ər.] Hiss orqanları, duyğu, qavrama vasitəsilə əmələ gələn, törəyən, hisslə dərk olunan. Hissi qavrayış. Hissi təəssürat. // Hissə, duyğuya aid olan. Mərkəzi, yaxud birləşdirici neyronlar .. oyanmanı, hissi neyronlardan hərəki neyronlara keçirir. “Psixologiya oçerkləri”. // məc. Cismani, şəhvani. İnsanda hissi təmayüllər. hissiyyat is. [ər. “hiss” söz. cəmi] Hisslərlə, duyğularla bağlı hallar, hissi təəssürat; hisslər, duyğular. [Yaşlı kişi:] Gənclik hissiyyatım məni [qadına] tərəf çəksə də, şüurum belə bir işdən çəkinməyi mənə tövsiyə edirdi. S.Hüseyn. Şəxsi müşahidələr və hissiyyata əsaslanan [Rüstəmin] mülahizələri çox zaman doğru çıxardı. M.İbrahimov. ‣ Hissiyyata qapılmaq – öz hisslərinə uymaq, tabe olmaq, hisslərinin tələbinə, xəyala, hissiyyata görə hərəkət etmək. ..Mötəsim xəlifənin katibləri Babək üsyanının cərəyanı və onun inkişafı yollarını yazarkən dini hissiyyata qapılıb, həqiqəti tamamilə təhrif ediblər. M.S.Ordubadi. hissiz sif.\n1. Hissetmə qabiliyyətindən məhrum, heç bir şey hiss etməyən, hissini, duyğusunu itirmiş; duyğusuz, bihuş. Hissiz halda yatan xəstə. – [Səlim] Zeynalın sərxoşluqdan hissiz bir hala gəlmiş vücudunu bir kömür çuvalına və ya un kisəsinə bənzədirdi. S.Hüseyn. // Key, keyləşmiş, keyləşdirilmiş. Hissiz dəri. – Bu gecə Əmir İnanc həddindən artıq içmişdi. İstinin şiddəti də onun sərxoşluğunu artırmış və hissiz düşüb qalmasına səbəb olmuşdu. M.S.Ordubadi.\n2. məc. Həyata, hadisələrə, varlığa laqeyd münasibət bəsləyən, onları dərk etməyən, heç bir şeydən təsirlənməyən; duyğusuz. hissizləşdirilmə “Hissizləşdirilmək”dən f.is. Dərinin (dişin) hissizləşdirilməsi. hissizləşdirilmək məch. Hissiz hala gətirilmək; keyləşdirilmək. hissizləşdirmə “Hissizləşdirmək”dən f.is. hissizləşdirmək f. Hissiz, duyğusuz hala gətirmək, keyləşdirmək, bihuş etmək. İynə vurub yaralı ayağı hissizləşdirmək. Xəstəni hissizləşdirmək. hissizləşmə “Hissizləşmək”dən f.is. hissizləşmək f. Hissiz hala gəlmək, hissetmə qabiliyyətini itirmək, keyləşmək, bihuş olmaq. hissizlik is. Hissin, duyğunun olmadığı hal, heç bir şey hiss etməmə; duyğusuzluq, keylik. [Mehriban] sonra qarşısında daş bir heykəl hissizliyilə hərəkətsiz duran ərini başdan-ayağa süzdü. S.Hüseyn. histologiya [yun. histos – toxuma və logos – elm] İnsan və çoxhüceyrəli heyvan hüceyrələrinin quruluşu haqqında elm. histoloji sif. [yun.] Histologiyaya aid olan, histologiya ilə əlaqədar olan. Histoloji tədqiqat. histoloq [yun.] Histologiya mütəxəssisi. his-toz bax. his-pas. His-toz basmış pəncərə. Şüşələrin his-tozunu təmizləmək. – Sentyabrda tökülən ilk payız yağışı .. yayın his-tozunu yuyub aparır.. M.İbrahimov. hiş təql. Öküzü, kəli sürmək, ya saxlamaq və döndərmək üçün işlədilən nida. Leylək .. yaşı ötən şeşəbuynuz bir öküz kimi hey irəliyə dürtülürdü, nə qədər onun burnundan vurub hiş deyilsə belə, geri çəkilmirdi. S.Rəhimov. [Nəcəfalı:] Saxlayın, a bala, kotan ilişdi, əyə, hiş deyin, gavahını qıracaqsınız. B.Bayramov. hitlerçi Hitler tərəfdarı, alman faşisti. hitlerizm Almaniyada 1933-1945-ci illərdə Hitlerin başçılıq etdiyi faşist diktaturası, habelə faşist diktaturası ideologiyası. hiylə is. [ər.] Kələk, fırıldaq, fənd; məkr. [Şah vəzirə:] Vəzir, bu çox qəribə işdir, yəqin burada bir hiylə vardır. Ü.Hacıbəyov. Satqınların hiyləsindən; Neçə kərə; Tarix endi zirvələrdən dərələrə. B.Vahabzadə. ‣ Hiylə qurmaq (düzəltmək) – biclik işlətmək, kələk qurmaq. [Rüstəm bəy:] Cürbəcür hiylə qurmuşam. S.S.Axundov. Hiylə işlətmək (gəlmək) – hiylə ilə aldatmaq, yalan deyərək aldatmaq, biclik gəlmək. Vəzirin qızları hiylə işlədərək padşahın oğlanlarının onlara sataşdıqlarını analarına söylədilər. (Nağıl). [Şeyx Haşimi İbn-Xalidə:] Mən o sülh qasidinə inanmıram, Nofəl hiylə işlədir. Ə.Məmmədxanlı. hiyləbaz [ər. hiylə və fars. ...baz] bax. hiyləgər. Hiyləbaz adam. – [Qarı:] O işi də mənə tapşır, qızım. Ərin hiyləbazdırsa, mən ondan hiyləbazam. E.Sultanov. hiyləbazlıq bax. hiyləgərlik. hiyləgər sif. [ər. hiylə və fars. ...gər]\n1. Hiylə işlədən, kələkbaz, fəndgir, bic, məkrli. Hiyləgər adam. – [Nüşabə:] Düşmən həm güclüdür, həm də hiyləgər; Qüvvətlə, hiyləylə qazanır zəfər. A.Şaiq. Dünyanın ən hiyləgər, mahir kələkbazları; Saat ilə təqvimə əl qata bilmədilər; Yalnız vaxtı, zamanı aldada bilmədilər. B.Vahabzadə. // məc. Eyni mənada bəzi heyvanlar haqqında. Hiyləgər tülkü. – Görünür ki, kəndə dadanmış bu qurd çox təcrübəli və hiyləgər bir qurd idi. M.Rzaquluzadə.\n2. Hiylə ifadə edən. Hiyləgər baxış. – Cəfər hiyləgər bir təbəssümlə göz vurdu və qonaqları sakit eləyə-eləyə: – Qardaş, hər sirr Allah yanındadır, – [dedi] Çəmənzəminli. hiyləgərcəsinə zərf Hiylə ilə, məkrlə, ibliscəsinə; bic-bic. Müqim bəy hiyləgərcəsinə dodaqlarını büzüb: – Qız, sənə nə olub, gözlərin belə qırmızı almaya dönüb? – dedi. S.Rəhimov. İbiş hiyləgərcəsinə gülümsündü. S.Vəliyev. hiyləgərlik is. Hiyləbazlıq, biclik, kələkbazlıq, fəndgirlik, məkrlilik. Ana zəifdir, lakin dünyanın güclülərinin və zalımlarının hiyləgərliyi və fırıldaqçılığına qarşı onun qüdrətli silahı təmizlik və düzlükdür. M.İbrahimov. Ancaq əslində Gülpərinin üz-gözündən adi bir hiyləgərlik tökülürdü. M.Hüseyn. hiyləsiz sif. və zərf Hiylə olmadan, hiylə işlətmədən, düzlüklə, doğru yolla. Hiyləsiz adam. Hiyləsiz işi görmək. – Alqış o boyasız, rəngsiz üzünə! Alqış o hiyləsiz təmiz sözünə! S.Vurğun. hm nida.\n1. Şübhə, istehza bildirir. Hm, sən də orada idin?\n2. Bir söz demək istərkən çətinlik çəkdikdə və ya tərəddüd etdikdə işlənir – hə. ho (=ho-ho) təql. İşlək qaramalı hərəkətə gətirmək və ya qovmaq üçün işlədilir. Ho-ho! – deyə alçaqboylu, çalsaqqallı, gün altında işləməkdən əl və üzü qaralmış arabaçımız Səməd kişi öküzləri səslədi. T.Ş.Simurq. Arabaçı tez-tez çubuğunu şaqqıldadır, “ho-ho, hiş” – deyə heyvanları səsləyirdi. İ.Şıxlı. ho-ho I. (=ho) təql. İşlək qaramalı hərəkətə gətirmək və ya qovmaq üçün işlədilir. Ho-ho! – deyə alçaqboylu, çalsaqqallı, gün altında işləməkdən əl və üzü qaralmış arabaçımız Səməd kişi öküzləri səslədi. T.Ş.Simurq. Arabaçı tez-tez çubuğunu şaqqıldadır, “ho-ho, hiş” – deyə heyvanları səsləyirdi. İ.Şıxlı.\n\nII. (=ho-ha) bax. ho. Ho-ho var dağa qaldırar, ho-ho var dağdan endirər. (Məsəl). Məşədi Ağakişi gedib çıxır vəlin üstə və “ho-ho” deyə-deyə başlayır öküzləri sürməyə. C.Məmmədquluzadə. Faytonçu “hoha, ho-ho” – deyə gah adamları, gah atları haylayır, qırmancını havada oynadırdı... M.İbrahimov. hodaq is. məh. Kotana qoşulan öküz. Qəhrəman .. hodaq sürməkdə .. Rüstəmə kömək edirdi. S.Rəhimov. Poladı qaytarıb kotan hodağı sürməyə göndərdilər. Ə.Vəliyev. hodaqçı is. məh. Kotana qoşulan öküzün başını çəkən adam. Hodaqçılar [aqronomun] böyük adam olduğunu düşünüb, öküzləri yana vurdular. B.Bayramov. ho-ha (=ho-ho) bax. ho. Ho-ho var dağa qaldırar, ho-ho var dağdan endirər. (Məsəl). Məşədi Ağakişi gedib çıxır vəlin üstə və “ho-ho” deyə-deyə başlayır öküzləri sürməyə. C.Məmmədquluzadə. Faytonçu “hoha, ho-ho” – deyə gah adamları, gah atları haylayır, qırmancını havada oynadırdı... M.İbrahimov. hoholama “Hoholamaq”dan f.is. hoholamaq f. dan. İnəyi, öküzü, kəli hərəkətə gətirmək və ya yerişini artırmaq üçün “ho-ho” deyə səs çıxarmaq. Tərxan .. əlində nar çubuğu irəli keçirdi və ağır tərpənişli öküzləri hohalayırdı... Ə.Məmmədxanlı. hoqqa I. is. [ər.]\n1. Əl zirəkliyi ilə çıxarılan cürbəcür oyunlar.\n2. məc. Kələk, fırıldaq, fənd, hiylə. Bu nə hoqqadır? Hoqqası baş tutmadı. Başdanayağa hoqqadır. – [Salamov Bahadır bəyə:] Hamısı badalaqdır, bütün hoqqalar mədənlər üstündədir. C.Cabbarlı. ‣ Hoqqa çıxarmaq (bəzəmək) – oyun çıxarmaq, oyunbazlıq etmək. [Mirzə Səməndər Almaza:] ..Əyər müdir mənəm, bu nə hoqqadır bəzəyirsən? C.Cabbarlı. [İnci:] Namusla səkkiz saat işləmisən, qurtarıb. Daha istirahət günü işləyib özündən hoqqa çıxartma. S.Rəhman.\n\nII. is. [ər.] köhn. Tiryək çəkənlərin işlətdiyi xüsusi qəlyan və onun başına keçirilən borucuq. ..İki uşaq bu dəfə iki podnosda firuzə başlı hoqqa və maşa gətirdi.. M.S.Ordubadi. Keyfini pozmaz, onun tiryəki var, hoqqası var. Ə.Nəzmi. hoqqabaz is. [ər. hoqqa və fars. ...baz]\n1. Əl cəldliyi ilə cürbəcür oyunlar göstərən adam, hoqqa çıxardan; oyunbaz. Şad günümüzdə .. bizə mütrüblər, hoqqabazlar, kəndirbazlar, meymunoynadanlar, ayıoynadanlar göndərir. Ə.Haqverdiyev. [Mirzə Qulam] ..özünə xam məclis tapmış hoqqabazlar kimi sevinə-sevinə danışdı.. Mir Cəlal.\n2. məc. Kələkbaz, fırıldaqçı, haramzadə. [Nəbi:] Vəfalı oğlundan şübhə yaramaz! Yəqin yalan satıb sənə hoqqabaz. S.Rüstəm. hoqqabazlıq is.\n1. Hoqqabazın (1-ci mənada) işi, sənəti; əl zirəkliyi ilə cürbəcür şeylər göstərmə. Qəhqəhə, əlçalanların qarışıq ovuc səsləri, Zeynalın əlli cürə hoqqabazlığı .. məclisi xeyli şənləndirib qızışdırdı. Ə.Əbülhəsən. // Oyunbazlıq. [Firəngiz Muxtara:] Yeniliyi sənin kimi astarından anlayanlar .. hər cür hoqqabazlığı .. yenilik adlandırırlar. B.Bayramov. • Hoqqabazlıq etmək – hoqqa çıxarmaq, oyun çıxarmaq, oyunbazlıq etmək, təlxəklik etmək, özünü təlxək kimi aparmaq.\n2. məc. Yalanla, hiylə ilə, aldadıcı yollarla görülən iş. Oynadar əldə məzhəbi, dini; Hoqqabazlıqda xeyli kamildir. M.Ə.Möcüz. holavar is. folk. Cütçülərin, əkinçilərin oxuduqları mahnı (şifahi xalq ədəbiyyatı növü). Kotançıların holavarları, otbiçənlərin çobanbayatısı .. Budağı valeh etmişdi. Ə.Vəliyev. Kəndin yaxınlığındakı çaylaqlarda çəltik üçün yer əkən cütçülərin holavar səsi də bir tərəfdən yüksəlirdi. Ə.Abasov. • Holavar çəkmək – bax. holavarlamaq. Təcrübəli əkinçilərdən hərəsi bir kotanın dəstəyindən yapışır, cavanlar holavar çəkirdilər. B.Bayramov. holavarlama “Holavarlamaq”dan f.is. holavarlamaq f. Holavar oxumaq, holavar çəkmək. [Qoca:] Ay balam, niyə Allahın gözündən düşmüsən, bir holavarla, qoy öküz işin çəmini tapsın, – dedi. S.Rəhimov. holl [ing.] İctimai binalarda istirahət və ya gözləmə üçün böyük otaq, zal, salon. holland (=hollandiyalı) is. Hollandiyanın (Niderlandiyanın) əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. hollandiyalı (=holland) is. Hollandiyanın (Niderlandiyanın) əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. hollandca sif. və zərf Holland dilində. Hollandca-azərbaycanca lüğət. Hollandca öyrənmək. homeopat [yun.] Homeopatiya üsulları ilə müalicə edən həkim. homeopatik sif. [yun.] Homeopatiya ilə bağlı olan, homeopatiya üsulları tətbiq edən. Homeopatik müalicə. homeopatiya [yun. homoios – oxşar, bənzər və pathos – xəstəlik] Böyük dozaları sağlam adamda müalicə edilən xəstəlik əlamətlərinə oxşar əlamətlər törədən dərmanların çox kiçik dozaları ilə müalicə üsulu. homogen sif. [yun.] Eyni cinsli, bir cinsli. homoseksualizm [yun. homos – oxşar, bənzər və lat. sexualis – cinsi] Öz cinsindən olan adama qeyri-təbii cinsi meyil. hop təql. Birdən və cəld qalxıb sıçramağı anladır. Hop yerindən sıçradı. Hop qalxdı. // Zərf mənasında. Birdən, o saat, cəld, dərhal, bir anda. • Hop eləyib yemək – birdən, cəld udmaq, yemək; içəri ötürmək. [Əsəd bəy:] Halva deyil ki, hop eləyib yesinlər. C.Cabbarlı. Hop götürmək – tez qaldırıb götürmək, qamarlayıb götürmək. Fəhlələr [Mehmanı] hop götürdülər və buruqdan iyirmi beş-otuz addım kənarda duran maşına tərəf apardılar. M.Hüseyn. Kabı kişi qəti addımlarla uşağa yaxınlaşdı, onun qoltuğundan hop götürüb masanın üstünə qoydu. İ.Şıxlı. hopdurma “Hopdurmaq”dan f.is. hopdurmaq f. Tədricən canına çəkmək, sormaq, udmaq. Torpaq suyu yaxşı hopdurur. – Gil layları gil məhlulu suyunu hopdurmadığına görə, quyu qazılarkən bu laylar dövr edən gil məhlulu ilə yuyulur və quyu gövdəsinin diametri genəlir. “Neftmədən geologiyası”. hopdurmayan sif. Rütubəti, suyu canına çəkməyən, su keçməyən, su buraxmayan. Su hopdurmayan parça. hopdurucu sif. Hopma qabiliyyəti olan, canına çəkən, soran. Hopdurucu lay. Hopdurucu maddə. Hopdurucu torpaq. hopdurulma “Hopdurulmaq”dan f.is. hopdurulmaq “Hopdurmaq”dan məch. [Natiq] ətir hopdurulmuş (f.sif.) dəsmalını çıxarıb, .. qulaqlarının dalında gəzdirdi. B.Bayramov. hop-hop bax. şanapipik. Bu oxuyan quş hop-hopdur; Qulaq asın siz hop-hopa. M.Dilbazi. hoplaşma “Hoplaşmaq”dan f.is. hoplaşmaq qarş. Atılıb-düşmək, oynaşmaq. Uşaqlar hoplaşırdılar. – Ətrafında qoyun-quzu hoplaşar; Oynar, coşar, mələr, yenə toplaşar. H.Cavid. hoplatma “Hoplatmaq”dan f.is. hoplatmaq f. dan. Atıb-tutmaq, oynatmaq. Uşağı hoplatmaq. – [Şeyx Sənan yuxuda gördüyü şeyx haqqında:] Sanki bir tifl idim... Qucaqlayaraq; Bir zaman öpdü, sevdi, hoplatdı. H.Cavid. hopma “Hopmaq”dan f.is. Meşələr qarın tez əriməsinə mane olur, yerüstü suların axmasını azaldır ki, bu da rütubətin torpağa hopmasına səbəb olur. M.Qaşqay. hopmaq f. Canına, içinə keçmək; sorulmaq. Su torpağa yaxşı hopur. – Hopduqca səhranın gövdəsinə su; Tərlədi qaxsımış bir bədən kimi. S.Vurğun. İlk nəzərdə bu meşəliyin mənzərəsi ürəksıxıcı idi, taxtaşalbanına başdan-başa mazut hopmuşdu.. İ.Qasımov. // məc. Nüfuz etmək. Birdən bu son işıq zərrələri də elə bil zülmətə hopur, aləm yenə də qaranlığa cumurdu. Ə.Əbülhəsən. Hopdu ruhumuza bayatılardan; Nəğməyə bənzəyən ləhcələrimiz. B.Vahabzadə. ‣ Qanına-canına hopmaq – bax. qanına yerimək (keçmək, işləmək) 2-ci mənada (“qan”da). hoppa təql. Balaca uşağı qoltuqlarından, ya qollarından tutub hoppandırdıqda deyilən söz. hoppandırma “Hoppandırmaq”dan f.is. hoppandırmaq f. Atlandırmaq. Bizlərdə qorxaq atı çaydan hoppandırmaq üçün belə tələsik çıxan .. səslərlə acıqlanarlar. Mir Cəlal. hoppanış is. Hoppanma işi; hoppanma, atlanma, tullanma, atlanış. Bir hoppanışla arxı keçmək. hoppanışma “Hoppanışmaq”dan f.is. hoppanışmaq qarş. Hoppanmaq, atılmaq, atlanmaq, sıçraşmaq (çoxları haqqında). Uşaqlar təpədən hoppanışdılar. – [Nərgiz] hürküşüb suya hoppanışan (f.sif.) qurbağalara tamaşa elədi. B.Bayramov. hoppanma “Hoppanmaq”dan f.is. Pərdə qalxanda iki əcinnə üstdən hoppanma oynayırlar. Ə.Haqverdiyev. hoppanmaq f.\n1. Atlanmaq, tullanmaq, sıçramaq, atılmaq. Sanki canavar bir adamın üstünə hoppanmaq və qanını sormaq istəyirdi. M.S.Ordubadi. Nökər birdən hoppanıb, İsrafilin belindən yapışdı.. M.Hüseyn. // məc. Çox sevinmək, şadlığından özündən çıxmaq, atılıb-düşmək (bəzən “sevincindən”, “şadlığından” sözləri ilə). Orxana elə gəldi ki, bu qızın işi-peşəsi dağ keçisi təki qayalara dırmaşmaq, daşdan-daşa hoppanmaqdır. İ.Məlikzadə.\n2. Bir şeyin üstündən atlanıb keçmək; aşmaq, atlanmaq, sıçramaq. Arxın üstündən hoppanmaq. – [Hatəmxan ağa:] Rüsxət verməsəm [Şahbaz bəy] atılar, minər atına, hoppanar Arazın o tayına, sonra mən onu haradan tapım? M.F.Axundzadə. Baxın, hər qapıda bir tonqal yanır; Uşaqlar hoppanır od-alov üstdən. S.Vurğun. hoppana-hoppana zərf Hoppanaraq, sıçrayaraq, atlanaraq, atlana-atlana. Hoppana-hoppana pilləkənləri çıxmaq. – Üzü sarıqlı [şəxs] qoltuqlarında iki çəlik, qarğa kimi hoppana-hoppana mənə tərəf gəlirdi. Ə.Haqverdiyev. hor dan. bax. hovur. [Çopo:] Ceyniz biriki hor söhbət eləyib, ayağa durdu. Çəmənzəminli. hormon [yun. hormaino – hərəkətə gətirirəm] fiziol. Daxili sekresiya vəzilərinin hazırladığı (və qana ifraz etdiyi) aktiv fizioloji maddə. hormonal sif. [yun.] fiziol. Tərkibində hormon olan, hormondan ibarət olan. Hormonal preparat. Hormonal maddələr. horoskop is. [yun.]\n1. Taledən xəbər verən ulduzların düzümü; ulduz falı.\n2. Münəccimlik. horra is.\n1. Müxtəlif maddələrdən ibarət sıyıq kütlə. [Qurban:] Qanın qaralmasın, Telli, yerə töküləni yığıb vermişəm, sexdə alma horrası qayırsınlar. Ə.Məmmədxanlı. – Təkərlərdən qopan horra palçıq yola səpilmiş narın ağ duzun üstünü tamam örtdü... İ.Məlikzadə. // Sıyıq, duru halda olan xörək. Bir aydan artıq Almazın ağzına horra tökdülər. S.Rəhimov. Yazıq uşaqcığazlar gündə bircə dəfə arpa unundan horra bişirib içirlər. M.Hüseyn. // məc. Çox sıyıq, duru bişirilmiş xörək haqqında. Bu umac deyil, horradır. Xəmiraşı çox horradır.\n2. Heyvanlar üçün xüsusi sıyıq yem. İt üçün horra hazırlamaq. İnək horranı yedi. hortlatma “Hortlatmaq”dan f .is. hortlatmaq bax. hortuldatmaq. [Axund] bir də gözünün altından Qumruya baxdı, çayını hortlatdı. Mir Cəlal. hortuldatma “Hortuldatmaq”dan f.is. hortuldatmaq f. Hortultu ilə içmək; hortlatmaq. Ayranı hortuldatmaq. İnək horranı hortuldatdı. – Yarməmməd pərt olub tələsik çayını hortuldatdı.. M.İbrahimov. horultu (=hortultu) is. Mayeni udarkən qırtlaqdan çıxan səs. Oğlan horultu ilə su içən kəlləri çubuqlayıb arabanı suya saldı. İ.Şıxlı. İçəridə ancaq stəkanların çaqqıltısı, bir də Qarakişinin hortultusu eşidilirdi. B.Bayramov. hortultu (=horultu) is. Mayeni udarkən qırtlaqdan çıxan səs. Oğlan horultu ilə su içən kəlləri çubuqlayıb arabanı suya saldı. İ.Şıxlı. İçəridə ancaq stəkanların çaqqıltısı, bir də Qarakişinin hortultusu eşidilirdi. B.Bayramov. hospital is. [alm.] Hərbi xəstəxana. Səlim səhiyyə məntəqəsində başdan-ayağa sarınandan sonra səhra hospitalına, buradan da arxa hospitala köçürüldü. S.Rəhimov. ..Mədətov, manevrdə qıçı burxulduğu yçyn bir hospitalda on gün yatmışdı. Ə.Əbülhəsən. hoş təql. Eşşəyi hərəkətə gətirmək, yerişini sürətləndirmək və ya dayandırmaq üçün çıxarılan səs. Hətta küçədə də bir tərəkəmə eşşəyinə hoş deyəndə mən dayanıb dururam, .. elə bilirəm ki, mənə deyir. E.Sultanov. hotel is.[ fr.] Mehmanxana, qonaq evi. hov I. is. dan. Kömək. Çataydı elimdən köməyim, hovum; Kəsərdən qalmayan qılıncım, sovum. Aşıq Şəmşir. Yaxınlarla sıx əlaqə yaradılmış, onlardan hov istənilmişdi. Ə.Vəliyev. • Hova çatmaq dan. – köməyinə çatmaq, kömək etmək, kömək əli uzatmaq, əlindən tutmaq. [Ana:] Xasay, sən ata üzü görməmisən, mən bir üzü gəlin, bir üzü qız səni saxlamışam. İndi böyüyüb hovuma çatırsan? Ə.Vəliyev.\n\nII. bax. ho, ho-ho. Cütçü hər şeydən bezar və cansız bir səslə hov, hov, hov deyə səslənir, səslənirdi. M.İbrahimov.\n\nIII. is. dan. Şişmə, iltihab (yara haqqında). • Hov eləmək – şişmək, iltihab etmək. [Kazım Səfərə:] Ola bilər ki, ətin içində sümük qırığı da qalsın. Onun üçün hov eləyir.. Çəmənzəminli. Hovu çəkilmək – şişi çəkilmək, şişi azalmaq. hovxurma “Hovxurmaq”dan f.is. hovxurmaq f. Yarımbükülü barmaqlarını ağzına tutaraq nəfəsi ilə onları qızdırmaq. Hovxurub əllərini qızdırmaq. – Sən şaxtada bir küçəyə çıx! Əllərini hovxuran dayananlara bax! R.Rza. Süd qoxulu nəfəsini; Əllərinə hovxuraraq; Gileylənir kiçik uşaq. Ə.Kürçaylı. hovlama “Hovlamaq”dan f.is. hovlamaq f. dan. Kömək etmək, əlindən tutmaq. [Fərrux:] ..Hovlayıb saxladığım camaatın hamısı düşmənim olub. Ə.Vəliyev. hovlanma “Hovlanmaq”dan f.is. hovlanmaq f. dan. Şişmək, iltihab etmək (yara). Ürəkdə yara sızlar; Hovlanıb yara sızlar; Yaralılar dərdini; Nə bilir yarasızlar? (Bayatı). hovur is. dan. Az vaxt, an, müddət. • Bir hovur – bir az, azca, azacıq zaman. Bir hovur gözlə. – [Şirməmməd:] Ay ana, nə vaxtadək sən məni bəbə hesab edəcəksən? Bir hovur evə gec gəlib çıxanda nigaran olacaqsan? E.Sultanov. ..Bir hovur oturub nəfəs dərməyə daş kölgəsi də yox idi. Mir Cəlal. hovuz is. [ər.] Su yığıb saxlamaq üçün daşdan, kərpicdən və s.-dən düzəldilmiş sututar; çarhovuz. Üzgüçülük hovuzu. Hovuzdan su buraxmaq. – Bu zaman Qətibə hovuzun kənarında dayanmışdı, suda üzməkdə olan əlvan balıqlara baxırdı. M.S.Ordubadi. Su götürdüm hovuzdan; Seçilmərəm tovuzdan; Mənə bir xəbər deyin; Köynəyi qanovuzdan. (Bayatı). hovuzcuq is. Kiçik hovuz, balaca çarhovuz. Hovuzcuqda əl-üzünü yumaq. Hovuzcuqda qızılbalıqlar üzür. – Səkilərin küncündə daşdan hovuzcuqlar olardı. Onlara uşaq oynamaq üçün ilıq su tökərdilər. H.Sarabski. hovuzlu sif. Hovuzu olan. Hovuzlu həyət. Hovuzlu bağça. hoydu bax. haydı. Hoydu, irəli! – [Koroğlu:] Hoydu, dəlilərim, hoydu; Yeriyin meydan üstünə. “Koroğlu”. hoydu-hoydu hoydu-hoyduya götürmək dan. – gülərək, fitə basaraq, cürbəcür səslər çıxararaq ələ salmaq, masqaraya qoymaq, gülmək, dolamaq, hoydulamaq. [Əliqulu:] Canım, siz məni hoydu-hoyduya götürmüsünüz nədir? S.Rəhman. [İlyas Adiləyə:] Elə bilirdim ki, kənd uşaqları atı minməyib yedəyimdə apardığım üçün məni ələ salıb, hoydu-hoyduya götürəcəklər. Ə.Məmmədxanlı. hoydulama “Hoydulamaq”dan f.is. hoydulamaq bax. hoydu-hoyduya götürmək (“hoydu-hoydu”da). hozəki sif. dan. Səliqə ilə iş görə bilməyən, iş görərkən şeyləri sındıran, dağıdan, əlindən salan, yöndəmsiz iş görən. Hozəki adam. Hozəki qız. höccələmə “Höccələmək”dən f.is. höccələmək bax. hecalamaq. Kazım gecələr hisli neft lampasının işığında hıçqıra-hıçqıra sözləri höccələyib oxumaqdan doymazdı. M.İbrahimov. Şahnigar xanım .. gecələr çətinliklə də olsa mollaxanada oxuduğu hərfləri yadına salıb höccələyəhöccələyə şeirləri əzbərlədi. İ.Şıxlı. höcət [ər.]\n1. is. Öz dediyindən, əməlindən, xasiyyətindən əl çəkməmə; inad, inadkarlıq, tərslik. [Rüstəm kişi:] Nə höcətsən, ay arvad! Deyirlər, yemlə, yemlə, vəssəlam! M.İbrahimov. [Hatəmxan ağa:] Sən onu tanımırsan, məgər ki, necə höcətdir. M.F.Axundzadə. • Höcət etmək – öz tərsliyindən, inadından əl çəkməyərək mübahisə etmək; höcətləşmək. Bu yeddi nəfər isə hələ höcət edirdi. Ə.Əbülhəsən. // Mübahisə, çəkişmə, dava. Əgər iki tazı bir dovşan tutsaydı, tazı sahibləri arasında höcət və dava başlanardı. H.Sarabski. Maralın .. höcəti də həmin bu kötüyün üstündə olmuşdu. Ə.Əbülhəsən.\n2. sif. İnadkar, inad, inadcıl, tərs, höcətçi. [Leyla xanım:] Mən qorxuram, Rəhim kişi məni xataya sala, höcət adamdır. N.Vəzirov. [Sərvinaz Nəcəfalıya:] Elə bil bu ata uşağının hamısı anadan höcət (z.), hirsli gəlib. B.Bayramov. ‣ Höcəti kəsmək – aradakı mübahisəni, davanı həll etmək. Hatəmbaba [Sənəm və Qənbərin] höcətini kəsdi. Ə.Əbülhəsən. höcətçi sif. Yersiz höcət etməyi, mübahisə etməyi sevən adam; höcətkar, inadcıl, inadkar, tərs. Höcətçi adamdır. // İs. mənasında. Höcətçinin biridir, danışmağa dəyməz. höcətçilik is. Höcətçi adamın xasiyyəti; höcətkarlıq, inadcıllıq, inadkarlıq, tərslik. Höcətçiliyindən əl çəkməmək. höcətkar sif. [ər. hüccət və fars. ...kar] bax. höcətçi. Höcətkar adam. höcətkarlıq bax. höcətlik. höcətləşmə “Höcətləşmək”dən f.is. höcətləşmək qarş. İnadlarından əl çəkməyərək bir-biri ilə mübahisə etmək, höcət etmək, bəhsləşmək, bir-birinə güzəştə getməmək. Uşaqlar bir-biri ilə höcətləşirdilər. – [Tapdıq və Mayis] bir müddət höcətləşdilər. Ə.Vəliyev. Sona üstündə [Bülənd və Veys] höcətləşmişdilər. Ə.Əbülhəsən. höcətlik is. Höcət adamın xasiyyəti; inadkarlıq, inadcıllıq, tərslik. [Mahmud:] Görünür, sən ərindən əl çəkərsən, höcətliyindən əl çəkməzsən. Ə.Haqverdiyev. [Hidayət Sənubərə:] Axı bu höcətlik, inamsızlıq, etiqadsızlıq səndə haradan əmələ gəlib? B.Bayramov. hökm is. [ər.]\n1. Əmr, buyruq, sərəncam. [Mirzə Məmmədqulu:] Camaat, bu gün cənab naçalnikin hökmü mövcibincə burada bir siyahı qərar verilib. C.Məmmədquluzadə. [İskəndər:] Hökmümə baş əydi Hind, Həbəş, İran. A.Şaiq. • Hökm çıxmaq – əmr gəlmək, göstəriş verilmək. ..Möminlər və dindarlar mərkəzindən hökm çıxmışdı ki, gərək qurban bayramının günü bir nəfər oxumuş məscidə gəlməmiş olmasın.. C.Məmmədquluzadə. Hökm etmək (eləmək) – 1) əmr etmək, buyurmaq, sərəncam vermək. Padşah hökm elədi, həkimi Diləfruz xanımın yanına apardılar. “Məsum”. Mən aşıq dara çəkər; Zülfünü dara çəkər; Şahın qəzəbi tutsa; Hökm elər, dara çəkər. (Bayatı); 2) məc. ağalıq etmək, hökmranlıq etmək, hökm sürmək. [Nüşabə:] Fələklər dönsə də, ürəyim dönməz; Zülmət hökm etsə də, al günəş sönməz. A.Şaiq. Təyyarə meydanı, qazma daxmalar; Ətrafda hökm edir çovğun, şaxta, qar. M.Rahim. Hökm sürmək – bax. hökm etmək 2-ci mənada. İndi hökm sürür acı hıçqırıq; Ağlayıb, ağlayıb, susdular artıq. M.Rahim. Ağır bir sükutun qəsəbədə hökm sürdüyünü görən Leylək çiynindəki beşaçılan tüfəngini hərləyib əlinə aldı. S.Rəhimov.\n2. İşə baxdıqdan sonra məhkəmənin çıxardığı qərar. Məhkəmənin hökmü. Hakim hökmü elan etdi. – Qanun üzrə mühakimə olundu; Fərman çıxdı, asılsın, hökm oxundu. A.Səhhət. • Hökm vermək – işə baxdıqdan sonra məhkəmədə qərar çıxarmaq. // məc. Güc, qüvvə, təsir. Yayın hökmü keçdi. – Qışın hökmü rəvandır; Hər tərəf ağ boyanmış. R.Rza. ‣ Hökmdən düşmək hüq. – öz qüvvəsini itirmək, əhəmiyyətini itirmək, nüfuzunu itirmək. Köhnə qərar hökmdən düşdü. Hökmü keçmək – 1) hökmü, qüvvəsi, nüfuzu, təsiri olmaq, əmri, göstərişi yerinə yetirilmək; 2) bax. hökmdən düşmək. hökmdar is. [ər. hökm və fars. ...dar] Padşah, şah, hakim. Ağvan hökmdarı. – [Şeyda:] Fəqət atəşli bir qəlblə inqilaba başladı, [elə] xunxar, məğrur bir hökmdarın taxtını başına çevirdi. H.Cavid. Ümumiyyətlə Şərq hökmdarlarının ətrafındakı işçilərin dəyərsizliyi hökmdarın özünün dəyərsizliyindən doğur. M.S.Ordubadi. hökmdarlıq is. Padşahlıq, şahlıq, hakimiyyət, səltənət. Səfəvilərin hökmdarlıq dövrü. • Hökmdarlıq etmək – padşahlıq etmək, şahlıq etmək, hökm sürmək, ağalıq etmək. [Qızıl Arslan:] Biz Azərbaycanda hökmdarlıq edirik. M.S.Ordubadi. // Hökmdarın idarəsi altında olan ölkə. hökmən zərf [ər.] Mütləq, necə olursa olsun, hələm-həlbət. Axşam hökmən bizə gəl. – Amma Teymur istəyirdi ki, Güldəstə hökmən o gecəni xatırlasın. H.Seyidbəyli. İnanıram mən; Həmin o həqiqət gələcəkdir; Başqa birisinin dililə hökmən; Deyiləcəkdir. B.Vahabzadə. hökmfərma is. [ər. hökm və fars. ...fərma] Hökm sürmə, hökmran olma. Lakin .. [Muxtar] sabaha qədər yata bilmədi, tərəddüd yenə hökmfərma idi. Çəmənzəminli. Hər tərəfdə bir qəbiristan sükutu hökmfərma idi. M.S.Ordubadi. • Hökmfərma olmaq – 1) hökm sürmək, hökmran olmaq. [Cavad bəy:] ..Şərqdə hər zülm fot olacaq, ədalət, insaniyyət hökmfərma olacaq... N.Vəzirov; 2) məc. çox yayılmaq, şiddət göstərmək. [Xarrat:] Nə edəsən ki, məhəlləmizdə hökmfərma olan bir gözağrısı hasil oldu, buna sirayət etdi. T.Ş.Simurq. ..Kərimovun səsi ətrafda hökmfərma olan gözəl ahəngi pozdu.. H.Seyidbəyli. hökmlü sif.\n1. Amiranə, əmredərcəsinə, əmredici, ötkəm. Rüstəm kişi hökmlü səslə [Lal Hüseynə] qışqırdı: – Qan sizi tutub! Əlli toğlu Sarıqamışlıqda nə gəzirdi? M.İbrahimov. [Qız] “xoşgəldin” əvəzinə deyilən bu hökmlü sözlərin mənasını dərk etdikdə isə birdən yenə gülümsündü. İ.Hüseynov. Bəlkə qələmimi eşitmir masam; Şahların əsası ondan hökmlü! M.Araz.\n2. Hökmü, nüfuzu, təsiri olan. Çox hökmlü adamdır. – Uzun illər əsrlər boyu insan xəyalını; insan arzusunu, sözünü, insanın özünü; sıxıb qanun adlı qəlib .. ya hökmlü, ya hökmsüz. R.Rza. hökmran [ər. hökm və fars. ...ran]\n1. is. Hökmdar, diktator. [Ruhani:] Rəiyyəti hökmranlar itaətində saxlayan, onlara tabe etdirənlər biz ruhanilərik.. S.S.Axundov. [Fitnə:] Taxta sahib olan zaman; Çox gənc idi bu hökmran.. A.Şaiq.\n2. bax. hökmfərma. Boran hər yerə hökmran idi. – Qış bütün şəhərə hökmran olaraq hər tərəfi qalın ağ bir örtüyə sarımışdı. A.Şaiq.\n3. bax. hökmlü 1-ci mənada. Hökmran səs. – [Bəhlul:] Nənəm hökmran əda ilə telefon danışığını kəsdi. B.Bayramov. hökmranlıq is.\n1. Hakimiyyət, diktatura. Siyasi hökmranlıq. • Hökmranlıq etmək – hakimiyyət sürmək, hakimiyyət başında durmaq. [Hüsnübəyimin:] Belə də iş olar? Çoban qızı gəlib bizim üstümüzə hökmranlıq eləsin? İ.Məlikzadə. // məc. Ağalıq etmək, hökm sürmək. [Ağabəy] qardaşı Baxış bəy kimi hökmranlıq eləmək arzusunda da deyildi. Ə.Abasov.\n2. məc. Hökm sürmə, hökmfərma olma. Küləyin hökmranlığı. hökumət is. [ər.] Dövlət hakimiyyətinin, dövləti bilavasitə idarə edən icraedici və sərəncamverici orqanı. Hökumət binası. Hökumətin xarici siyasətində sülh uğrunda mübarizə əsas yer tutur. – Bir ölkənin milyon-milyon vətəndaşı; Başqa-başqa düşünərsə; Bəs hökumət nəyə gərək? B.Vahabzadə. // Həmin orqanın üzvləri. Hökumət istefaya çıxdı. – Yaxşı ki, hökumət, yaxşı ki, dövlət; Yenə sahib durur atılmışlara! B.Vahabzadə. hökumətsizlik is. Bir ölkədə hökumətin olmadığı vəziyyət; hakimiyyətsizlik, anarxiya, hərc-mərclik. hönkürmə “Hönkürmək”dən f.is. hönkürmək f. Hönkürtü ilə, səslə, hönkürə-hönkürə, hıçqıra-hıçqıra ağlamaq. Onlar – hər iki qardaş dizlərini yerə çırpıb, bu mənzərənin qarşısında səs dolusu hönkürdülər. S.Rəhimov. Rəhilə isə artıq hönkürməyə başlamışdı. M.Hüseyn. hönkürə-hönkürə zərf Səslə, hönkürtü ilə, hıçqıra-hıçqıra. ..Sıxıntı və ciddiyyətdən [Anaxanım] uşaq kimi hönkürəhönkürə ağlamağa başladı. A.Şaiq. hönkürtü is. Hönkürüb ağlayarkən çıxarılan səs. Lələ ilə dayənin hönkürtü ilə ağlamalarını görən Kiçikbəyim də özünü saxlaya bilmədi. Çəmənzəminli. Qapıdan yenicə içəriyə girən Kərimqulunun kal səsi də Əmiraslan babanın hönkürtüsünə qarışdı. S.Rəhimov. • Hönkürtü vurmaq (qoparmaq) – hönkürtü ilə, səslə, hıçqıra-hıçqıra ağlamaq. Uşaq əlini Qaragözün əlindən çəkib, daha ucadan hönkürtü qopararaq ayaqları dolaşa-dolaşa alaçığa getdi. M.İbrahimov. hönkürüşmə “Hönkürüşmək”dən f.is. hönkürüşmək qarş. Hönkürtü ilə ağlaşmaq, səs-səsə verib ağlamaq. [Salatınla Mələk] ağır fəlakətə düşmüş və dar gündə rastlaşıb, bir-birinə həyan olan doğma adamlar kimi qucaqlaşıb hönkürüşdülər. İ.Şıxlı. hördürmə “Hördürmək”dən f.is. hördürmək icb. Başqasına hörmə işi gördürmək. [Nəbi:] Gümüşdən döydürrəm sənin nalını; Yüz gözələ hördürərəm yalını; Boz at, qurtar məni, aman günüdür! “Qaçaq Nəbi”. hörgü is.\n1. Hörmə işi, hörmə tərzi; tikmə. Daşları müəyyən qaydalara əməl edərək bir-birinə yapışdırmaq prosesinə hörgü deyilir. // Hörülmüş divar və s. Əhməd .. gözünü saralmış daşlara, uçuqsökük yerlərə, hörgülərin arasında bitən quru otlara zillədi. İ.Şıxlı. // Çəpər, maneə. Məftil hörgü. Hörgü xətti.\n2. İpdən, qamışdan, güldən və s.-dən hörülmüş şey.\n3. bax. hörük. hörmə 1. “Hörmək”dən f.is.\n2. sif. Hörməklə düzəldilmiş; hörülmüş, hörülmə. Hörmə stul. Hörmə çəpər. – Şirmayı hörmə kreslonu çəkib, atasının yanında oturdu. M.Hüseyn.\n3. bax. hörük 3-cü mənada. Dal gərdənə tökülübdür hörmələr; Mina kəmər incə beli bürmələr. Aşıq Abbas. hörmək f.\n1. Kərpici, daşı müəyyən qaydada palçıqla bir-birinə yapışdırmaq. İkinci mərtəbəni hörüb qurtarmaq. – [Qaçay:] [Mahmud] dəli deyil ki, belə soyuq bir gündə daş daşısın, əhəng, palçıq gətirsin, yaxud hündür bir divarın üstünə çıxıb divar hörsün. Ə. Xəlil. Dodaqaltı segah deyən qoca bənnalar; Sal daşlardan təməl qoyur, divar hörürdü. Ə.Cəmil. // Bir şeyi divar arasına qoyub gizlətmək, orada yerləşdirmək. Tüfəngi divarda hörmək. [Pərviz xan:] Baş hərəm olmaq üçün mənə öz arvadımı öldürtdün. Öz əlimlə qızımı divar arasına qoyub hördürdüm. Ə.Haqverdiyev.\n2. İp, məftil, qarğı və s.-ni bir-birinin içərisindən keçirərək bir şey düzəltmək; toxumaq. Həsir hörmək. – Piri kişi qapısında oturub səbət hörürdü. S.S.Axundov. Göllər kənarından keçdim yaz günü; Əlvan çiçəklərdən çələnglər hördüm. N.Xəzri.\n3. Hörük toxumaq, hörük etmək, hörükləmək. Atın yalını hörmək. – Zeynəb saçlarını səliqə ilə hörüb, boynunun dalına yığmışdı. M.İbrahimov. Qız durdu səhərsəhər; Saçını hördü, gəldi. R.Rza. hörmət is. [ər.]\n1. Böyüklərə, yaşlılara və ya ləyaqətinə, xidmətinə görə birinə göstərilən ehtiram; sayğı. Böyüyə hörmət. Ata-ana hörməti. – Bizdə şeir də var, sənət də vardır! Şairə, sənətə hörmət də vardır... S.Vurğun. Ataya hörmət etməyən çocuğun; Anaya xidmət etməyən çocuğun; Nə olur kəndi nəfsinə xeyri; Nə də ondan vəfa görər qeyri! M.Ə.Sabir. • Hörmət bəsləmək – ehtiram göstərmək, hörmətini saxlamaq, hörmətli münasibət göstərmək. ..[Student] təzə ailənin gənc üzvlərinə qarşı qəlbində bir hörmət bəsləməyə başladı. Çəmənzəminli. Hörmət etmək (göstərmək, qoymaq) – 1) ehtiram etmək (göstərmək), saymaq, sayğı göstərmək, hörmətini saxlamaq. Arvad almanı dərvişin əlindən alıb, ona çox hörmət göstərib, sonra əlini döşünə qoyub, ondan razılıq elədi. (Nağıl). Qonumaqonşuya göndərib xəbər; Bağban hörmət etdi əziz mehmana. M.Rahim. [Qətibə xatunun Toğrula yazdığı məktubunda:] Xəlifə həzrətləri mənə bir hökmdara layiq hörmət göstərdi.. M.S.Ordubadi; 2) məc. dan. Yaxşılığının əvəzini çıxmaq. Əgər xəbər düz çıxdı, [Koroğlu] o adama xələt verib, hörmət elərdi. “Koroğlu”. Hörmət qazanmaq – ehtiram edilmək, sayılmaq, hörməti, etibarı, nüfuzu artmaq, hörmətə çatmaq. İnsanlar biliklə hörmət qazanar; Bunu heç bir zaman unutma, zinhar! Şəhriyar. Hörmətdən düşmək – hörmətini, nüfuzunu, etibarını itirmək. Hörmətdən salmaq – hörmətdən düşməsinə səbəb olmaq, nüfuzdan, etibardan salmaq, gözdən salmaq. [Şamxal düşünürdü:] Bu nə idi? Kişiyə sataşan kim idi? Yoxsa onu tək görüb üstünə ayaq alırdılar? Camaat arasında hörmətdən salmaq istəyirdilər? İ.Şıxlı. Hörmətə çatmaq – bax. hörmət qazanmaq. İstərdim o da mən kimi bir hörmətə çatsın; Azadə dolansın. M.Ə.Sabir. Hörmətə minmək – hörməti artmaq, hörmət qazanmaq, hörmətli olmaq. Yenə də Kərbəlayı Hətəm xanla Hacı Səfiqulu bərk hörmətə minir. S.Rəhimov. Hörmətini gözləmək (saxlamaq, tutmaq) – bax. hörmət etmək. Bir-iki gün ki sənə, ey nigar, mehmanəm; Nolur əgər tutasan hörmətin bu mehmanın? S.Ə.Şirvani. Dəftərxanada Mirzənin hörmətini gözlərdilər. Çünki sair mirzələr bir abbası, altı şahı hər işə gələndən rüşvət alardı, amma Mirzə öz maaşına kifayət edib bir qəpik də olsun rüşvət almazdı. Ə.Haqverdiyev. Lakin o olmuşdur ilk köməyimiz; Ellər hörmətini saxlamış onun. N.Xəzri. Hörmətini yerə vurmaq – 1) bax. hörmətdən salmaq; 2) edilən yaxşılığı yerə vurmaq, nankorluq etmək.\n2. Şərəf, şan, heysiyyət. Abır, həya, hörmət bilməyən gözəl; Çəksə də üzünə pərdə, yaraşmaz! Aşıq Şəmşir. Çıxdın ağ günlərə, arzuna çatdın; Bu hörməti sənə bu dövran verdi. Aşıq Hüseyn.\n3. məc. Güzəşt, mərhəmət, iltifat, xətir. Ona hörmət etdikcə başa çıxır.\n4. Hörmətlə şəklində zərf – hörmət edərək, ehtiramla, sayğı ilə. Onun arxasınca şair də baxdı; Vüqarla, izzətlə, hörmətlə dedi.. M.Rahim. Sona [Ümidi] görəndə hörmətlə salam verir .. yanaqlarına qızartı çökürdü. B.Bayramov. hörmətcillik is. Hörmətcil adamın xasiyyəti; hörmət etmə, ehtiram bəsləmə; hörmətkarlıq. Əlyarov qarının bu yaşda belə əlli-ayaqlı tərpənməyini, hörmətcilliyini görəndə istər-istəməz yumşalıb gülümsündü. M.Hüseyn. hörmətçi (=hörmətcil) sif. Adamlara hörmət edən, onlara sayğı göstərən, hörmətkar. Çox hörmətcil adamdır. Hörmətcil gənc. – Hörmətcil çobanlarla vidalaşıb atları sürdü. R.Rza. hörmətcil (=hörmətçi) sif. Adamlara hörmət edən, onlara sayğı göstərən, hörmətkar. Çox hörmətcil adamdır. Hörmətcil gənc. – Hörmətcil çobanlarla vidalaşıb atları sürdü. R.Rza. hörmətən zərf [ər.] klas. Hörmət əlaməti olaraq, hörmət edərək, hörmətlə, sayğı ilə, ehtiramla. Ayinə hörmətən hər kəs susub, qızların oxumasına müntəzir idi. Çəmənzəminli. Yolçular da insafən [intelligentin] bu alimanə çıxışına hörmətən heç bir səs çıxarmadılar. Qantəmir. hörmətkar sif. və zərf [ər. hörmət və fars. ...kar]\n1. Hörmət ifadə edən; hörmətli, ehtiramlı. Hörmətkar münasibət. – [Çopo:] Gənclər hörmətkar bir nəzakətlə birinci pilləyə yanaşdılar. Çəmənzəminli. ..Qız bu dəfə mülayim və hörmətkar bir ifadə ilə cavab verdi.. İ.Əfəndiyev.\n2. Hörmətcil, hörmət edən. hörmətkarlıq bax. hörmətcillik. hörmətli sif. Hörməti olan, hörmətə layiq olan; möhtərəm, sayğılı. Hörmətli şəxs. Hörmətli müəllimimiz. – Hər igid hörmətlidir; Mərd insanlar içində; İlk sırada dayanan qəhrəmanlar içində. R.Rza. // Hörmətlə müraciət zamanı işlənir. Hörmətli vətəndaş. Hörmətli yoldaşlar. Hörmətli dost. hörmətsiz sif.\n1. Nəzakətsiz, ədəbsiz, qaba, tərbiyəsiz, saymaz. Hörmətsiz münasibət. – [Qadın:] Mən ona hörmətsiz bir söz deməkdən özümü saxlamaq üçün dönüb otaqdan çıxdım. M.Hüseyn.\n2. Hörməti, etibarı olmayan, etibardan düşmüş, sayılmayan, bihörmət. Hörmətsiz adam. Pis əməllərin nəticəsində hörmətsiz oldu. hörmətsizlik is. Nəzakətsizlik, ədəbsizlik, ehtiramsızlıq, sayğısızlıq, qabalıq, tərbiyəsizlik. Bizim kimi uşaq-muşaqlar xanım deməyə qorxardı, eyib idi, hörmətsizlik sayılırdı. Qantəmir. hörük is.\n1. Hörülmüş qadın saçı; saç burumu; hörmə. Qızın xurmayı hörüyü. – [Yasəmən] .. başını yumaq fikri ilə qara, uzun saçlarını hörükdən açıb döşünə tökdü. S.S.Axundov. Tükəzban xalanın .. əyildikcə yoğun hörükləri çiynindən sürüşüb sinəsinə düşürdü. İ.Şıxlı. • Hörük etmək – hörmək, hörük şəklinə salmaq. Gülşad göyzəmin krep-satindən yaxası düyməli, qollu, uzun don geymiş, hamar daradığı gur, sarışın saçını iki hörük edib kürəyinə atmışdı. Ə.Əbülhəsən. // sif. Hörülmüş, hörük şəklində olan. Topuqlarına qədər uzanan iri hörük saçından başqa onun heç bir köhnə Zeynəbliyi qalmayıbdır. Qantəmir.\n2. Otlamaq üçün buraxılan heyvanın uzağa qaçmamaq üçün ayağından bağlanan uzun ip. İnəyin hörüyü. Qoyunun hörüyünü dəyişmək. – Birdən baxdı ki, alaçıqlardan o tərəfdə çoxlu at var, [amma] hamısı hörükdədi. “Aşıq Ələsgər”. Dumanlar dağılır ətrafa qat-qat; Arabir kişnəyir hörükdəki at. S.Vurğun.\n3. Bir-birinə sarınmış, hörülmüş hər cür şey. Gül hörüyü. – Ovçu .. müxtəlif bitkilərin uzun hörüklərindən yapışıb, özünü yuxarı qaldırır, girinti-çıxıntıları ayaqları altında pillə edərək, sanki dik bir divara dırmaşırdı. Ə.Məmmədxanlı. hörükləmə “Hörükləmək”dən f.is. hörükləmək f.\n1. Saçı hörük şəklində hörmək. Qız saçını hörüklədi.\n2. Otlamaq üçün buraxılmış ev heyvanını hörüyə (2-ci mənada) bağlamaq. Qoyunu hörükləmək. – Mədəd atını yedəkləyib, otluqda hörüklədi. M.Hüseyn. Əlləzoğlu atı heç də bu səmtdə hörükləmədiyini, səhv gəldiyini başa düşsə də, dayanmadı. İ.Hüseynov. hörüklənmiş f.sif. Ayağına hörük bağlanmış; hörüklü. Hörüklənmiş inək. – [Hümmət] dinməz-söyləməz dönüb kənarda hörüklənmiş ata doğru addımladı. B.Bayramov. hörüklü sif.\n1. Hörüyü olan, saçı hörülmüş. O qoşa hörüklü gümrah qızcığaz; Sənin kiçik dostun hanı, Bənövşə? M.Dilbazi.\n2. Otlamaq üçün hörüyə bağlanmış, hörükdə olan. Hörüklü at (inək). hörülmə 1. “Hörülmək”dən f.is. Ağac budaqlarından hörülmə çəpər.\n2. bax. hörmə 2-ci mənada. Bəy oturacağı hörülmə qara kürsüdə əyləşib kitab oxuyurdu. Ə.Vəliyev. hörülmək məch.\n1. Tikilmək, inşa edilmək (daşdan, kərpicdən). Binanın birinci mərtəbəsi hörülüb qurtardı. – Bənnasız hörgü hörülməz; Təbibsiz xəstə dirilməz. “Koroğlu”.\n2. Hörmə üsulu ilə hazırlanmaq, toxunmaq. Qarğıdan səbət hörüldü. hörülmüş f.sif.\n1. Tikilmiş, inşa edilmiş. Hörülmüş divar.\n2. bax. hörmə 2-ci mənada. Bir ara, qırmızı sapdan hörülmüş torun dalında elə bil [Fatmanın] gözləri qapandı. Ə.Əbülhəsən. [Dürrə] boynuna qamışdan hörülmüş bir zənbil asdı.. S.Vəliyev.\n3. Hörük edilmiş, hörüklənmiş. Hörülmüş saç. – Nərminə [Səltənətin] səliqə ilə daranıb hörülmüş zil qara, yoğun, gödək hörüklərinə nəzər salıb gülümsündü. B.Bayramov. hörümçək is. zool. Özünə yem olan həşəratı tutmaq üçün tor toxuyan buğumayaqlı böcək. Hamının tanıdığı xallı hörümçəyin bədəni çay xərçəngi bədəni kimi başdöş və qarın hissələrinə ayrılır.. Hörümçəyin baş-döşü üzərində dörd cüt yeridici ayaq vardır. “Zoologiya”. • Hörümçək toru – hörümçəyin ifraz etdiyi yapışqanlı şirədən əmələ gələn saplaqdan toxuduğu tor. Gözümdə hörümçək toru qurdular; O göz yaşlarına inandıqlarım. M.Araz. hövkələmə “Hövkələmək”dən f.is. hövkələmək f.\n1. Bədənin hər hansı bir yerini barmaqları ilə sıxmaq, əzişdirmək, ovmaq, ovuşdurmaq; masaj eləmək. Baldırını hövkələmək. – Eyvaz özünəməxsus təmkinlə danışır, arabir sağ əli ilə təzə qırxılmış çənəsini hövkələyirdi. Ə.Vəliyev.\n2. Bir şeyi əlinin içində sıxıb əzişdirmək, əzmək, büzüşdürmək. Maxorkanı hövkələmək. – Qız əlində hövkələdiyi kağızı üzünə sıxıb .. ağlayırdı. B.Bayramov. hövl is. [ər.] Qorxu, dəhşət, vahimə. [Şahmar] hövl içində həyət qapısına doğru addımladı. B.Bayramov. • Hövl eləmək (etmək) – qorxmaq, dəhşətə gəlmək, dəhşətlənmək, vahimə basmaq. Təklikdən hövl etmək. – Xəyalı dərinlərə işləyən qoca birdən hövl edib tərpəndi. B.Bayramov. Hövl götürmək dan. – bax. hövl eləmək (etmək). Sübhanverdizadə əlilə Kosanın sözünü kəsdi, onu hövl götürdü, .. başı gicəlləndi, otaq başına fırlandı. S.Rəhimov. Qar basmış və artıq gecə qaranlığı çökmüş düzənlikdə Cumanı bu səsdən hövl götürdü. Ə.Əbülhəsən. hövləki zərf bax. hövlnak. hövlnak zərf [ər. hövl və fars. ...nak] Hövl içində, vəhməli, qorxu içərisində, dəhşətlə. Mehriban hövlnak yerindən sıçrayıb, ətrafına göz gəzdirdi. H.Seyidbəyli. Bir alim dilindən qopdu qığılcım; Oyandı hövlnak daş qərinələr. M.Araz. hövsələ is. [ər. hövsələ – çinədan] Səbir, dözüm, dözmə. Hövsələsi çatmır. – Elə dərd var ki, dəxi onun qabağında səbir, hövsələ mümkün deyil.. C.Məmmədquluzadə. [Əlimuxtar:] Eh, çox mənim hövsələm var! C.Cabbarlı. ‣ Hövsələdən çıxmaq – bax. hövsələsi daralmaq. ..Qaş qaralanda adamlar artıq hövsələdən çıxdılar. S.Rəhman. [İlyas:] Axırda dayım, Tərlanın hövsələdən çıxdığını görüb, mənə tərəf döndü. Ə.Məmmədxanlı. Hövsələsi çatmamaq – bax. hövsələsi daralmaq. [Maral:] Mənim hövsələm çatmaz, sən oxu, qulaq asım. S.Rəhman. Hövsələsi daralmaq (darıxmaq) – səbir edə bilməmək, dözə bilməmək, özünü saxlaya bilməmək. [Sona xanım:] Hövsələm daralıb, ağzıma gələni söyləyirəm. M.F.Axundzadə. [Qız] danışmaq istəyirdi, hövsələsi darıxırdı.. M.S.Ordubadi. Hövsələsi gəlməmək – səbri çatmamaq, səbir edə bilməmək, dözə bilməmək. Hərçənd orucağız adamın çox danışmağa hövsələsi gəlmir, amma, bu da var ki, bir az yazı-pozuya məşğul olsaq, günü yubadarıq, bir də görərik ki, gün batıb. C.Məmmədquluzadə. Hövsələsi tükənmək – səbri tükənmək, daha dözməmək. Qara Kərəmoğlunun adını eşidən kimi Rüstəm kişinin hövsələsi tükəndi. M.İbrahimov. Hövsələsini basmaq – dözmək, özünü saxlamaq, səbir etmək, toxtamaq. Zamanovun tapşırığı çox çəkdiyindən o, hövsələsini basa bilməyib, özünü kabinetin qapısına verdi. S.Rəhimov. hövsələli sif. Hövsələsi olan; səbirli, dözümlü. Çox hövsələli adamdır. – [Dəmir:] Şah öz rəiyyətlərinin hövsələli (z.), dözümlü olub-olmamasını yoxlamaq fikrinə düşür. Ə.Vəliyev. hövsələlilik is. Hövsələli adamın xasiyyəti, hövsələli olma; səbirlilik, dözümlülük, dözüm, toxtaqlıq. hövsələmə “Hövsələmək”dən f.is. hövsələmək bax. hövsəmək. Düyünü hövsələmək. Toxumu hövsələmək. hövsələsiz sif. Hövsələsi olmayan, səbirsiz, dözümsüz, toxtaqsız; bir şeydən tez darıxan. Hövsələsiz adam tez özündən çıxar. – Ceyran oxuduğu zaman əsəbi və hövsələsiz müəllimləri xoşlamazdı. S.Rəhimov. Lətiflə yarışan rəqibləri lap yaxında dayanıb, hövsələsiz (z.) uzağa, yola baxırdılar. H.Seyidbəyli. hövsələsizlik is. Hövsələsiz adamın xasiyyəti; səbirsizlik, dözümsüzlük. İranlıların gecikməsi onları darıxdırırdı, hamıdan da çox hövsələsizlik göstərən Məmməd bəy idi. Çəmənzəminli. [Səkinə Rüstəmə:] Bizim borcumuz səbirli olmaqdır, ay Rüstəm, hövsələsizlik eləyib hər şeyi üzlərinə vursaq, [Maya ilə Qaraş] da darılıb ipiörkəni qırarlar. M.İbrahimov. hövsəmə “Hövsəmək”dən f.is. hövsəmək f. Buğdanı, düyünü və s.-ni zibildən ayırmaq üçün tabaq, sini və s. içərisində atıb-tutmaq; hövsələmək. Buğdanı tabaqda hövsəmək. hövsər is.\n1. Dəni hövsəmək üçün tabaq və s. alət. Buğdanı hövsərlə hövsələmək.\n2. Hövsələmə nəticəsində buğda, düyü və s.-dən ayrılan zibil. Hövsəri toyuqlar üçün atmaq. hövzə I. is. [ər.] Böyük süni sututar; dəryaça. [Səfərli Aydına:] Bu dağlarda isə nəhəng bir su hövzəsi düzələcək. H.Seyidbəyli.\n\nII. is. [ər.]\n1. coğr. Qolları ilə birlikdə çayın əhatə etdiyi sahə; dənizə, gölə yapışıq ərazi. Arazın hövzəsi. – Tərtər çayı hövzəsində bu sıra dağ çox dərin dərələrə parçalanır. Q.Gül. Bol nemətli, bərəkətli hövzəsi Nilin; Doyurmadı qarnını yoxsul misirlinin. O.Sarıvəlli.\n2. Mədən süxurları, yatağı olan yer. Kömür hövzəsi. – İkinci həftədir o gəlir bura; Uzaq Almaniyadan – Rur hövzəsindən. Ə.Kürçaylı. höyüş sif. Bir qədər yaş, nəm, nəm çəkmiş, nəmli. Höyüş taxıl. – İnsanlar bezikib cana dayandı! Qurunun oduna höyüş (is.) də yandı. S.Vurğun. Qızışıb höyüş otlar; Alışır çubuq kimi. M.Rahim. höyüşlənmə “Höyüşlənmək”dən f.is. höyüşlənmək f. Nəm çəkmək, nəmlənmək, yaşlanmaq, rütubətlənmək. Un bayırda qalıb höyüşləndi. hulu is. bot. Üzü xovlu iri şaftalı növü; sarı şaftalı. [Piri baba:] Qızım, daha bəsdir, düş gedək bir qədər armud, üzüm və hulu yığaq. S.S.Axundov. humanist [lat.]\n1. Humanizm (1-ci mənada) nümayəndəsi, humanizm tərəfdarı.\n2. İnsanpərvər, insansevər, humanizm (2-ci mənada) məsləkli adam. // Sif. mənasında. Humanist ideyalar. Humanist mədəniyyət. – C.Məmmədquluzadə böyük humanist yazıçı olduğundan həyatdan yazır. M.İbrahimov. humanistcəsinə sif. İnsanpərvərcəsinə, insansevərcəsinə, insancasına, insani. İnsanlara humanistcəsinə münasibət. humanitbr sif. [lat. himanites – bəşəriyyət]: humanitar elmlər – ictimai elmlər, insanı və onun mədəniyyətini öyrənən elmlər (tarix, iqtisadiyyat, filologiya və s.). humanizm [lat. humanus – insan]\n1. İntibah dövrünün, insan şəxsiyyətinin azad inkişafı, feodalizm və katolisizm zəncirindən azad olması prinsipini elan etmiş mütərəqqi hərəkatı.\n2. İnsan ləyaqətinə hörmət; insanpərvərlik, insansevərlik. Humanizm idealları vətəndaşı da, sənətkarı da həyata və həqiqətə tərəf çəkir. M.İbrahimov. Udur xırda balıqları qoca timsah .. Göz yaşları axır, axır. Deyir: – Sülhü qoruyuram bu sularda; Quyruğuna humanizm nişanını özü taxır, qoca timsah. R.Rza. hunlar cəm IV əsrdə Asiyadan Avropaya gələn türkdilli köçəri tayfalar. Belə yaşamışdır dünən və bu gün; Bizim keçmişimiz – oğuzlar, hunlar. B.Vahabzadə. huri is. [ər.] Əsil mənası “cənnət qızı” olub, klassik şeirdə təşbeh yolu ilə gözəlin epitetlərindən biri kimi işlənir. [Koroğlu dedi:] Səndən qeyri huri görsəm sevmərəm; Qaldır rübəndini, görüm gül üzün. “Koroğlu”. Cənnətin hurisi, ərzin mələki; Yetişməz, yüz çala əl-ayaq sənə. Q.Zakir. [Şahbaz bəy:] ..Mənim ki, sənin [Şərəfnisə xanım] tək gözəl yarım var, behişt huriləri gözümə görünməz. M.F.Axundzadə. • Huri kimi – çox gözəl qadın (qız). huş is. [fars.]\n1. Diqqət, fikir. ..Bir iskamyada oturan oğlanın huşunun yarısı müəllimdə olanda, yarısı da yanındakı qızda olacaq.. C.Məmmədquluzadə. [Dərviş:] Huşum və bədənim ləmsləşdi, pozğunlaşdı, özümü duymaz oldum.. A.Divanbəyoğlu. • Huşa getmək – fikrə getmək, fikrə dalmaq, xəyala dalmaq. Mən səni düşünərək getdiyim zaman huşa; Bəlkə də sən girirsən əlbəyaxa vuruşa? Ə.Cəmil. Huşu dağılmaq – fikrini cəmləşdirə bilməmək, fikri dağılmaq. Huşundan çıxmaq – yadından çıxmaq, unutmaq.\n2. Mürgü, yarıyuxulu hal. • Huş aparmaq, huşa getmək – mürgüləmək. – [Sayalı və Durna] xəstəxanadan içəri girən zaman Xasay huşa getmişdi. Ə.Vəliyev. Kamal da yerinə uzanmış, amma yatmamışdı. Arabir onu huş aparırdı. M.Rzaquluzadə. ‣ Huşa getmək – bax. huşunu itirmək. [Vəzir:] [Oğlanın] .. xörəyinin içinə bihuşdarı tökün. Huşa gedən kimi götürüb tolazlayın bir dərənin içinə. (Nağıl). Huşa gəlmək – ayılmaq, huşu özünə gəlmək, özünə gəlmək. Reyhan huşa gəlib, özünü divlərin yanında gördü. (Nağıl). [Münəvvər:] Ana, sən insaf elə, qoy mən o qədər bu evdə qalım ki, babam huşa gəlsin. M.S.Ordubadi. Huşa gətirmək – ayıltmaq, özünə gətirmək. Qaraçılar xeyli çalışdıqdan sonra hər ikisini [Yasəmən ilə Qaraca qızı] huşa gətirdilər. S.S.Axundov. Adamlar oğlanı örtülü maşınların birinin içinə aparıb, huşa gətirməyə başladılar. Ə.Sadıq. Huşdan getmək – bax. huşunu itirmək. Axırda Dəmirçioğlu huşdan gedib yıxıldı. “Koroğlu”. Huşu başına gəlmək – bax. huşa gəlmək. Gülsəhərin huşu yavaş-yavaş başına gəlir, adamları tanımağa başlayırdı. Ə.Vəliyev. Huşu baş(ın)dan çıxmaq (uçmaq) – bax. huşunu itirmək. Şahzadə Mütalibin huşu başından uçdu. Bir vaxt gözün açıb gördü, lələ köçüb, yurdu boş, qızlardan əsər yoxdu.. (Nağıl). [Bəhram] duruxdu, sanki huşu başından çıxdı. Ə.Vəliyev. Huşunu aparmaq – heyran etmək, məftun etmək, valeh etmək. Əziziyəm bağ sinə; Səyyad keçər dağ sinə; Baxdım, huşum apardı; Mərmər buxaq, ağ sinə. (Bayatı). Huşunu başına yığmaq – fikrini cəmləşdirmək, düşünmək, fikirləşmək, götür-qoy eləmək. Mən məəttəl qalmışdım və heç macal eləmədim ki, huşumu başıma yığam.. C.Məmmədquluzadə. Huşunu itirmək – bihuş olmaq, özündən getmək, huşdan getmək, bayılmaq, qəşş etmək. [Nəbi:] Yazığın üz-gözü, hər yeri qandır; Huşunu itirib, halı yamandır. S.Rüstəm. huş-guşla zərf Bütün diqqətini toplayaraq, diqqətlə, diqqət yetirərək, fikrini cəmləşdirərək. Huş-guşla məruzəçini dinləmək. – Qərəz, gördüm ki, müsəlmanlar yığışıblar bir dükanın qabağına və huşguşla qulaq asırlar. C.Məmmədquluzadə. Qadir əmisini dinləyir, süfrə kənarında oturanların da tamam huş-guşla Həmzəyə qulaq asdıqlarını .. xatırlayırdı. Ə.Əbülhəsən. huşlu sif. Huşu, ağlı başında olan; fərasətli, dərrakəli, hafizəli. Huşlu adam. Çox huşlu uşaqdır. huşlu-başlı sif. Hafizəsi, yaddaşı yaxşı olan; hafizəli. Anlaşılırdı ki, Nisə xala bütün kənd işləri ilə əlaqədar, təsərrüfatçı, huşlu-başlı qadındır. Qantəmir. huşsuz sif. və zərf\n1. Huşu, yaddaşı olmayan, yadında şey qalmayan; unutqan, hafizəsiz, fikridağınıq. Huşsuz adam. – [Xudayar qazıya:] [Zeynəb] o qədər dəlidi ki, o qədər huşsuzdu ki, qorxuram ki, lap dana, deyə ki, mən oğlumu heç vəkil eləməmişəm. C.Məmmədquluzadə.\n2. Huşunu itirmiş, huşu olmayan; bayılmış, bayğın. Xəstə huşsuz haldadır. – Kəndlilər .. gördülər ki, Molla Qasım meyiti qucaqlayaraq huşsuz uzanmışdır. S.S.Axundov. huşsuzluq is.\n1. Huşu olmayan, yadında şey qalmayan adamın halı; hər şeyi unutma, yadından çıxartma; unutqanlıq. Huşsuzluqdan dərs yadında qalmır.\n2. Huşunu itirmə, huşu başından getmə, özündən getmə; bayğınlıq. Huşsuzluqdan ağrı hiss etməmək. huşyar sif. və is. [fars.] klas. Ağıllı, düşüncəli, şüurlu, dərrakəli. Huşyar adam. – Mülki-dünya aqibət bərbad olur, ey huşyar! S.Ə.Şirvani. Mən özüm darülmüəllimini qurtaran zaman Naxçıvanda həmin bir halda özümdən artıq huşyar dostlarıma rast gəldim və onlar ilə tutuşdum. C.Məmmədquluzadə. // Ayıq, sayıq, diqqətli. • Huşyar olmaq – ayıq olmaq, sayıq olmaq, diqqətli olmaq. Ol ləhzə ki huşyar olursan; Əlbəttə ki, şərm-sar olursan. Füzuli. Oxuculardan təvəqqe edirəm ki, müxbirimiz Mozalanbəyin Ordubad və Əylis barəsində yazdığı sözlərə bir qədər əhəmiyyət versinlər. Bu işləri səhl saymaq olmaz, huşyar olmaq lazımdır. C.Məmmədquluzadə. huşyarlıq is. Ağıllılıq, dərrakəlilik, şüurluluq, düşüncəlilik. // Ayıqlıq, sayıqlıq, diqqətlilik. huylama “Huylamaq”dan f.is. huylamaq f. “Huy” deyə çağırmaq; səsləmək, haylamaq. ..Pası özünü təkrar tənbəki və boranı çəpərinin içinə salıb, toyuqları kişləməyə və huylamağa başladı. S.Rəhimov. hübab is. [ər.]\n1. Yağış yağanda su üstündə əmələ gələn qabarcıqlar.\n2. köhn. Köpük. Bu vilayət şahının qəlbi inam nöqtəsi; O da ki, su üzündə bir köpükdür, hübabdır. Şəhriyar. hüceyrə is. [ər.] biol. Canlı orqanizm quruluşunun protoplazma, nüvə və qişadan ibarət ən sadə vahidi. Çünki hər dəqiqəniz; əvvəlkinə bənzəmir; Bədəndə hüceyrəniz; belə dəyişir hər an. R.Rza. HÜCEYRƏARASI, sif. biol. Hüceyrə toxumaları arasında olan. Hüceyrəarası (hüceyrədaxili) maddə. – Tər şəklində bədəndən çıxan su əsasən hüceyrəarası mayedən və qandan ifraz olunur. hücrə is. [ər.] Məscid, təkyə, karvansara və s. yanındakı kiçik otaqlardan hər biri. Mən Hacağa karvansarasının bir hücrəsində yaşayırdım. S.Hüseyn. hücum is. [ər.]\n1. İrəliləmək məqsədilə qoşunların düşmənə qarşı apardığı hərbi əməliyyat; həmlə. Cəbhə boyu hücum. Düşmən üzərinə şiddətli hücum. Hücumun qabağını almaq. – Qala qoşunu düşmənin hücumunu dəf etməyə çalışırdı.. Çəmənzəminli. [Əmrah] düşməni hücum əsnasında öldürdüyündən sevinirdi. M.Hüseyn. • Hücum çəkmək – 1) bax. hücum etmək 2, 3 və 4-cü mənalarda. Sona əyri-əyri baxır Məşədi Zeynəbin üzünə və birdən onun üstünə hücum çəkib itələyir. C.Məmmədquluzadə. İllər ötdü, ölkəyə düşdü yenə qanqada; Fateh Sultan Süleyman hücum çəkdi Bağdada. B.Vahabzadə; 2) hamı birdən bir şeyə tərəf sürüb getmək. Camaat hücum çəkdi kassanın qabağına. Ə.Haqverdiyev. Hücum etmək – 1) düşmənə qarşı fəal hərbi əməliyyat apararaq irəliləmək, həmlə etmək. Diviziya düşmənə hücum etdi. – Səfər də bir tərəfdən hücum edib, sağa-sola qılınc çalırdı. Çəmənzəminli; 2) məc. pis niyyətlə bir şeyin və ya bir şəxsin üzərinə yürümək, üzərinə atılmaq, üstünə cummaq. Sərxanın dəstəsi .. darvazaya hücum etdi. M.Hüseyn; 3) birdən üstünə atılmaq. Kəndin girəcəyində itlər bizə hücum etdi. Arılar üstümüzə hücum etdi; 4) məc. dan. acgözlüklə yeməli bir şeyin üstünə döşənmək, tələsə-tələsə götürüb yemək. Kababın üstünə hücum etdilər; 5) məc. irəliləyərək böyük bir sahəni, ərazini tutmaq; basmaq, yayılmaq. Sel tarlalara hücum etdi. – Qırmızı alov irəli hücum edir, .. buğda dərzlərini yandırıb məhv edirdi. Ə.Vəliyev. Dənizin şıltaq ləpələri hücum edib izləri yalayır. H.Seyidbəyli. Hücuma keçmək – 1) ansızın hücum etmək, hücuma başlamaq. Qoşunlar gecəyarı hücuma keçdilər. [Qətibə:] Rey qoşunu Qəzvin altına gəlmədən qabaq müharibəyə başlanmasın, hərgah azərbaycanlılar hücuma keçərsə, müdafiə halında durmalısınız. M.S.Ordubadi; 2) birinə qarşı müdafiədən hücuma keçmək. Ramazan hücuma keçib, usta Nemətin boğazını qurutmuşdu. M.Hüseyn. Hidayət açıq hücuma keçdi, qorxub çəkinmədi. B.Bayramov. // Ələ keçirmək, yaxud xəsarət yetirmək və s. üçün üzərinə atılma. Silahlı hücum. Canavarın qoyunlara hücumu. // Basqın. Quldurların hücumu. – Bu tədbir ilə mülki-İran taifeyi-biganənin hücumundan məhfuz qaldı. M.F.Axundzadə. • Hücum etmək – basqın etmək.\n2. İttihamla, yaxud qərəzlə birinin üstünə düşmə, ağır sözlərlə üzərinə həmlə etmə. Keflilik İskəndəri Şeyx Nəsrullahın fitvalarından, avamın hücumundan qoruyur, ölümdən saxlayır. M.İbrahimov. // məc. Özünə tabe etmək və ya qarşısını almaq üçün göstərilən ciddi fəaliyyət, əməliyyat. Kortəbii qüvvələr üzərinə hücum. Selə qarşı hücum genişlənir. Çəyirtkəyə qarşı hücum. – Pələng nərə çəkir hücumdan qabaq; Bir an da bir yerdə durmayaraq. B.Vahabzadə.\n3. idm. Futbol, xokkey, şahmat və s. oyunlarda: xal qazanmaq üçün daha fəal hərəkətə keçmə, irəliləməyə çalışma, mübarizəni gərginləşdirmə, rəqibi sıxışdırma. Mərkəz hücumçusunun hücumu. Boksçunun gözlənilməz hücumu. Atla şah cinahına hücum. – Fəxrəddin hücum başlandığını görüncə, topu havaya tullayaraq Alacanı mahmızladı. M.S.Ordubadi. hücumçu 1. sif. hərb. Hücum üçün olan, hücum edən. Hücumçu dəstə. Zirehli hücumçu təyyarələr. // is. Hücum edən qoşun hissəsi, tank dəstəsi, təyyarə və s. Bu yanda hazırlanır; Döyüşə hücumçular. R.Rza.\n2. is. idm. Hücum xəttində oynayan idmançı (futbolda, xokkeydə və s.). Hücumçu ilə yarımmüdafiəçilərin əlbir oyunu. hüd-hüd bax. şanapipik. Şahlıq tac ilə olmaz, əldə cami-Cəm gərək; Yoxsa vardır, ey pərivəş, hüd-hüdün başında tac. S.Ə.Şirvani. hüdud is. [ər. “hədd” söz. cəmi]\n1. Sərhəd. Vətənin hüdudlarını qorumaq. – [Qızıl Arslan:] Atabəy Məhəmməd sənin tərəfindən vəkil ediləndən bəri məmləkətin hüdudlarını Kirmana qədər genişləndirmişdir. M.S.Ordubadi.\n2. Hədd, ölçü, hədd-hüdud. Uşağın sevincinin hüdudu yox idi. – Hüdudu var hər ağrının, hər işgəncənin; Külək yatır, qar dayanır, açılır səhər. S.Vurğun. Xeyir-şər qolqola! Nə yüksəkliyin; Nə də alçaqlığın hüdudu yoxmuş. B.Vahabzadə. hüdudlama “Hüdudlamaq”dan f.is. hüdudlamaq f. Hüdud qoymaq, hüdudunu müəyyən etmək, sərhəd çəkmək, hədd qoymaq. hüdudsuz sif. Həddi-hüdudu olmayan, ucsuz-bucaqsız, sonsuz. Hüdudsuz okean. Hüdudsuz səma. – Uydurmanın; Riyanın; Gah əskilən, gah artan; Hüdudsuz arşınıyla; Həqiqət ölçülərmiş... B.Vahabzadə. hüdudsuzluq is. Həddi, hüdudu olmama, sonsuzluq. hükəma is. [ər. “həkim” söz. cəmi] klas. Hikmət və fəlsəfə alimləri; alimlər. Avropalılar da axır vaxtadək bu məsələ ilə məşğul idilər, hükəma arvadın beynini ölçüb-biçməyə, tərəziyə qoyub çəkməyə vaxtını sərf eləyiblər. Çəmənzəminli. hüquq is. [ər. “həqq” söz. cəmi]\n1. Dövlət tərəfindən müəyyən olunan və tətbiq edilən, insanlar arasında ictimai münasibətləri nizama salan və hakim sinfin iradəsini ifadə edən normaların, qaydaların məcmusu. Seçki hüququ. – İnsan hüququndan dərs deyən ölkə; Haqqı bağ güncünə niyə atmısan? B.Vahabzadə. // Cəmiyyətin təşkilinin, həyat və fəaliyyətinin hər hansı bir cəhətinə aid olan dövlət hüquq və qərarlarının məcmusu. Əmək hüququ. Mülki hüquq. Vətəndaşlıq hüququ. // Hər hansı bir məsələyə dair dövlətlər arasındakı qarşılıqlı münasibətləri nizama salan beynəlxalq sazişlərin, müqavilələrin məcmusu. Dəniz hüququ. // Həmin qayda və normalar haqqındakı qanunlardan bəhs edən elm və onun bu və ya başqa bir sahəsi. Mülki hüquq mütəxəssisi. Cinayət hüququndan mühazirə. Hüquq elmləri doktoru. – Mehman sənədlərini təqdim edib hüquq fakültəsinə daxil oldu. S.Rəhimov.\n2. Bir iş görmək, bir şeyi həyata keçirmək üçün dövlət qanunları ilə verilən azadlıq, imkan, ixtiyar. Vətəndaşların hüquqları. Fəhlə sinfinin siyasi hüquqları. Sosial təminat hüququ. Varislik hüququ. – Asudə nəfəs çəkməyə halət edə fəhlə; Yainki hüquq üstə ədavət edə fəhlə. M.Ə.Sabir. Və yenə də biz başa düşmürük ki, osmanlı arvadları nə hüquq istəyirlər? C.Məmmədquluzadə. // Birisinə vəzifəsini yerinə yetirmək, müəyyən vəzifə tutmaq ixtiyarını verən rəsmi icazə, vəsiqə. Müəllimlik hüququ. // dan. Hər hansı bir şəxsə avtomobil, motosiklet və s. sürmək ixtiyarı verən sənəd. Sürücülük hüququ.\n3. Bu və ya başqa bir tərzdə hərəkət etmək, iş görmək imkanı; ixtiyar. Yeni təyin edilmiş müdirə böyük hüquqlar verilmişdir. – [Cahan:] İmdi bizim hüququmuz kişilərlə bərabərdir. Ə.Haqverdiyev.\n4. Əsas, sübut, haqq. Bu adı daşımağa heç bir hüququ yoxdur.\n5. köhn. Əmək haqqı, zəhmət haqqı; maaş, aylıq, donluq. ..Həmin uşqolda həftədə iki saat şəriət dərsi deyib, ayda on iki manat yarım hüquq alasınız. C.Məmmədquluzadə. ‣ Hüquq məsləhətxanası – əhaliyə hüquq məsələlərinə dair məsləhətlər vermək üçün vəkillər kollegiyası şöbəsi. Hüquq məsləhətçisi – bir idarənin, müəssisənin və s.-nin hüquq məsələlərinin praktik həlli ilə məşğul olan və hüquq təşkilatlarında (arbitrajda, məhkəmədə və s.) onun mənafeyini müdafiə edən hüquqçu. hüquqçu is.\n1. Hüquq sahəsində praktik işçi. Məhkəmənin hüquqçusu.\n2. bax. hüquqşünas. hüquqi sif. [ər.]\n1. Hüquqa əsaslanan, hüquq normalarına uyğun olan. Hüquqi münasibətlər. Hüquqi qayda. – Qanımızı tökənə bundan sonra yenə də; Biz inanaq, ay Allah? Budurmu yaratdığı təzə hüquqi dövlət? B.Vahabzadə.\n2. Hüquq normaları, hüquq qanunları və onların praktik tətbiqi ilə bağlı olan. Hüquqi əsaslar. Hüquqi normalar. Məsələnin hüquqi incəlikləri.\n3. Bir işi görməyə rəsmi hüququ, ixtiyarı olan: hüquqlu. Mülkün hüquqi sahibi. ‣ Hüquqi şəxs – müəyyən hüquq və vəzifələri təmsil edən idarə, müəssisə və ya təşkilat. hüquqlu sif. Hüququ olan, hüquqdan istifadə edən. hüquqsuz sif. və zərf Siyasi və vətəndaşlıq hüququ olmayan, hüquqlardan məhrum, hüququ əlindən alınmış. Nə bilim bir düha doğuracaqmış; Hüquqsuz ömrünun acı qışları.. M.Müşfiq. Əsrlərdən bəri hüquqsuz yaşayan bir xalq, nəhayət, azad nəfəs ala bildi. M.İbrahimov. hüquqsuzluq is. Siyasi və ictimai hüququn olmadığı hal, hüquqsuz adamın hal və vəziyyəti. hüquqşünas is. [ər. hüquq və fars. ...şünas] Hüquqşünaslıq mütəxəssisi; hüquqçu. Hüquqşünasların elmi sessiyası. Alim-hüquqşünas. – [Anası Vahidə:] Mən istəyirdim ki, sən hüquqşünas olasan! B.Bayramov. hüquqşünaslıq is.\n1. Hüquq elmlərinin məcmusu. Azərbaycan hüquqşünaslığı.\n2. Hüquqşünasın ixtisası, sənəti, peşəsi. Hüquqşünaslıqla məşğul olmaq. hülqum is. [ər.] anat. Həzm cihazının, ağız boşluğunu qida borusu ilə birləşdirən əzələ borusu. Pazaq Vəli təəccübdən yerində donub qaldı. Boğazının nazik dərisini az qala deşib çıxan hülqumu tez-tez enib qalxdı. İ.Məlikzadə. // Ümumiyyətlə, boğaz mənasında da işlədilir. ‣ Hülqumu qurumaq – bərk qorxmaq, qorxudan özünü itirmək. Hülqumundan yapışmaq – boğazından yapışmaq, hülqumlamaq. Hülqumundan keçirmək – bax. həzm-rabedən keçirmək (“həzm”də). Hülqumunu üzmək – öldürmək. [Əsgər:] Tapaq, birdəfəlik onun hülqumunu üzək. Ə.Əbülhəsən. hülqumlama “Hülqumlamaq”dan f.is. hülqumlamaq f. Hülqumundan tutmaq, boğazından yapışmaq, boğazlamaq. hümayun [fars.]\n1. is. Azərbaycan klassik muğamlarından birinin adı. Milləndi qığılcım kimi zülmətdə hümayun; Dağ üstünə dağ basdı müsibətdə hümayun; Ülviyyətə, qüdsiyyətə, şeyriyyətə çatmış; Fəryadda Segah, gizli şikayətdə hümayun. B.Vahabzadə.\n2. sif. Uğurlu, məsud, mübarək mənasında olub, keçmişdə padşahlar, sultanlar və onlarla bağlı şeylər haqqında deyilən söz. [Vəliəhd şahzadə haqqında:] Bu xəyanətkarın xəyanəti nəticəsində uzun müddətdir ki, əlahəzrət hümayuna gecə-gündüz yuxu haram olmuşdu. P.Makulu. ‣ Hümayun ağı köhn. – qalın ağ parça növü. Vəzir .. bir erkəyi öldürtdürüb, hümayun ağına bükdürdü. “Qurbani”. [Əsəd kişi:] Hümayun ağıdır, on beş arşın, məni ona bükərsiniz. B.Bayramov. hümmət is. [ər.] Cəhd, səy, qeyrət, ələlə verib çalışma, təşəbbüs. El hümməti, el qüdrəti vardır qolumuzda; Bir gün alarıq biz bu qisası yenə səndən. Ə.Vahid. // Yardım, kömək, qeydkeşlik. • Hümmət etmək – 1) çalışmaq, səy etmək, cəhd etmək, qeyrət göstərmək, əl-ələ vermək, təşəbbüs göstərmək. ..Ümid var ki, İrəvan əhli hümmət edib, az zamanda məktəblərin hər bir mayehtacını düzəldələr. F.Köçərli. [Hacı:] Şamaxılı Şamaxıdan, gəncəli Gəncədən, şəkili Şəkidən, nə ki imkan var hümmət eləyək.. Mir Cəlal; 2) kömək etmək, yardıma qoşmaq, əlindən tutmaq. [Kərəm:] Dağlar, hümmət edin, burda qalmayım; Qalırsam da qürbət eldə ölməyim. “Əsli və Kərəm”. hündür sif.\n1. Uca, yüksək. Hündür divar. Hündür dağ. Hündür boy. – Çay hündür və yaşıl təpələrin arasilə axıb gedir. M.İbrahimov. İri, qol-budaqlı, hündür tut ağacının altında manqal qoyulmuşdu. İ.Hüseynov.\n2. Ucaboy(lu), hündürboy(lu). Hündür kişi. – [Camal] atası kimi hündür, enlikürək bir oğlandı. S.Vəliyev. Əlləzoğlu cırtdan gövdəsini çəkib, bu iri, qol-budaqlı, hündür adamın [Səmədin] qarşısında özünü yığışdırdı. İ.Hüseynov.\n3. Müqayisədə işlənir. Bu bina o binadan hündürdür. Ev həyətin divarından hündürdür. – O, Teymurdan bir daban hündürdü. M.Hüseyn. hündürboy (=hündürboylu) sif. Boyu hündür olan; ucaboy(lu), boylu-buxunlu. Hündürboy(lu) gənc. – Minayə hündürboylu, qarayanız, incə bir arvaddı. Ə.Əbülhəsən. ..Kərimov əlli yaşlarında, gözəlsifətli, hündürboy bir kişi idi. H.Seyidbəyli. hündürboylu (=hündürboy) sif. Boyu hündür olan; ucaboy(lu), boylu-buxunlu. Hündürboy(lu) gənc. – Minayə hündürboylu, qarayanız, incə bir arvaddı. Ə.Əbülhəsən. ..Kərimov əlli yaşlarında, gözəlsifətli, hündürboy bir kişi idi. H.Seyidbəyli. hündürcə sif. Bir az, bir qədər hündür, uca. Hündürcə barı. Hündürcə kişi. // Çox hündür, çox uca. Hündürcə bir təpə. hündürdən zərf\n1. Çox hündürdə; ucadan, yüksəkdən. Təyyarə hündürdən uçurdu.\n2. Səsini ucaldaraq; ucadan, bərkdən. Hündürdən gülmək. – Katib qırmızı karandaşı əlinə alaraq, qarşısındakı kağızda yazılan adları bir-bir hündürdən oxumağa başladı. Ə.Sadıq. Hamı hündürdən danışdığı üçün ağız deyəni qulaq eşitmirdi. B.Bayramov. hündürlük is.\n1. Hündür şeyin halı; ucalıq, yüksəklik. Divarın hündürlüyü. Ağacın hündürlüyü.\n2. Rəqəmlərlə: bir şeyin yerdən, oturacaqdan, səthdən ən yüksək nöqtəsinə qədər olan məsafə. Evin hündürlüyü. Üçbucağın hündürlüyü. – Yüz addım keçdikdən sonra bir sajın hündürlükdə açıqlıq bir təpəyə çatdıq. H.Nəzərli.\n3. Hündür yer; təpə, təpəlik. Hündürlükdə ot biçmək. – ..Bülənd atı bir hündürlüyün yanına çəkərək, atın üstünə tullandı. Ə.Əbülhəsən. hündürlükölçən is. Hündürlüyü ölçmək üçün cihaz. Təyyarənin hündürlükölçəni. Hündürlükölçənin göstəricisi. hünər is. [ər.]\n1. Bacarıq, məharət, ustalıq, qabiliyyət, fərasət. Belə bir işi görmək üçün hünər lazımdır. – ..Hamı pəhləvanlarımız öz hünərlərini çıxartdılar meydana.. C.Məmmədquluzadə. Sənət bir hünərdir, bəli, bir hünər; Ayağın qoy alsın gücünü yerdən. N.Xəzri. • Hünər etmək – 1) bax. hünər göstərmək. [Qoca kəndli:] Bunun yarısını əkə bilsək, böyük hünər eləmiş olarıq. Ə.Haqverdiyev; 2) cəsarət etmək, şücaət göstərmək. Hünər göstərmək – öz ustalığını, məharətini, bacarığını nümayiş etdirmək. Şiraslan belə bir iş görmək, bir hünər göstərmək istəyirdi. S.Rəhimov. Bəs Yaşar necə bir hünər göstərmişdi ki, ona bu cür ad qoymuşdular? M.Rzaquluzadə. ...hünəri deyil – bacarmaz, edə bilməz, əlindən gəlməz. Gilavarın xətir-hörmət nəzərə almadığı belə bir zamanında .. hətta .. daldalarda gəzmək hər oğulun hünəri deyildi. B.Bayramov.\n2. Çətin şəraitdə mühüm bir işi, tədbiri, tapşırığı həyata keçirmək üçün rəşadət, şücaət, qoçaqlıq, fədakarlıq. – [Koroğlu:] Aləmə bəlli hünərim; Çənlibeldə dəlilərim; Mərd igidə peşkəş sərim; Qaçırtmaz meydandan məni. “Koroğlu”. Nə zaman ki, uçan bir qız seyrə çıxar göyləri; Ağızlardanağızlara gəzər onun hünəri. S.Vurğun. • Hünər göstərmək – qəhrəmanlıq etmək, qoçaqlıq, igidlik göstərmək. Qolac qollarımı gərrəm; Meydanda hünər göstərrəm. “Koroğlu”. Oğlum bu gün cəbhədədir, nərə çəkir bir nər kimi; Mənim gənclik illərimdə göstərdiyim hünər kimi. S.Vurğun.\n3. klas. Sənətkarlıq, ustadlıq, istedad. Hünər sahibi. – Alimin ki özündə yoxdur hünər; Eləməz bir kəsə kəlamı əsər. S.Ə.Şirvani. Ustadın işin, işlədiyin xam nə bilsin? Elmin, hünərin qiymətin islam nə bilsin? M.Ə.Sabir. hünərlənmə “Hünərlənmək”dən f.is. hünərlənmək f. Qeyrətə gəlmək, cəsarətə gəlmək, ürəklənmək. hünərli sif. və is.\n1. Bacarıqlı, məharətli, qabiliyyətli, qeyrətli, əlindən iş gələn. Hünərsiz özgəyə güvənər, hünərli özünə. (Ata. sözü).\n2. Qoçaq, igid, cəsur, cürətli. Gündüzlər hünərli görünən qazaq; Qaranlıq düşəndə olur yapalaq. H.K.Sanılı. Bayındır xan misilsiz bir bayram şənliyi qurmuş, sağındasolunda .. hünərli ərlər durmuşdular. M.Rzaquluzadə. hünərmənd sif. [ər. hünər və fars. ...mənd] klas. bax. hünərli. Biz qoca qafqazlı igid ərlərik; Cümlə hünərməndlərik, nərlərik. M.Ə.Sabir. hünərsiz sif. Hünəri olmayan, hünəri çatışmayan, hünər göstərə bilməyən; bacarıqsız, qabiliyyətsiz, istedadsız, fərsiz, fərasətsiz. Hünərsiz adam. – Elmsiz kimsənə hünərsizdir; Elmi-bitərbiyət səmərsizdir. S.Ə.Şirvani. O insandır ki, hər haqqı, nəsibi qəhrəmanlıqdır; Hünərsiz millətin yurdu günəşsiz bir qaranlıqdır. S.Vurğun. hünərsizlik is. Bir işi görməyə hünəri, bacarığı, cəsarəti, qabiliyyəti, fərasəti, biliyi çatışmamaq. hünərvər sif. və is. [ər. hünər və fars. ...vər]\n1. Hünərli, mərifətli, məharətli, qüdrətli, ustad. Hünərvər insana hörmət və ehtiram göstərilməlidir. – Amma mən elə qanıram ki, Sabir kimi hünərvər şairin qabağına çıxmaq o qədər də asan olmaya gərək. C.Məmmədquluzadə.\n2. Şücaətli, qoçaq, igid, qorxmaz. Hünərvər əsgər. – Zəncir tək düzülüb on beş hünərvər. H.K.Sanılı. Fürsəti vermədən əyləşir yerə; Ölüm heyrət edir o hünərvərə. M.Rahim. hünü is. məh. Ağcaqanadın adlarından biri. Bir yan, görürsən, uşaqlar oynaşır; Milçək vızıldaşır, hünü qaynaşır. A.Səhhət. hürdürmə “Hürdürmək”dən f.is. hürdürmək f. Hürməsinə səbəb olmaq, hürməyə məcbur etmək. İti qısdırıb hürdürmək. hürəyən sif. Çox hürən, boş-boş hürən (it haqqında). Hürəyən it. hürgüc is. Bəzi heyvanların (məs., dəvənin) belində piy yığınından əmələ gələn bir və ya iki çıxıntı. O karvanlar ki, caydaq dəvələrin hürgücləri dərisi qapqara tuluqlarla yüklü olurdu, onlar keçdikləri kəndlərə, obalara o şəhərin göndərdiyi işığı paylaya-paylaya baş alıb günbatana doğru gedərdilər. Ə.Məmmədxanlı. hürkdürmə “Hürkdürmək”dən f.is. hürkdürmək f. bax. hürkütmək. hürr sif. [ər.] Azad. Sakit küçələr Qoyunu hürkdürmək. Quşları hürkdürmək. hürkək bax. ürkək. [Gəray:] Barı, ram oldumu hürkək ceyran? A.Şaiq. hürkəklik bax. ürkəklik. hürkmə “Hürkmək”dən f.is. hürkmək f. Gözlənilməz səsdən, adamdan və s.-dən qorxub çəkilmək və ya qaçmaq; ürkmək, qorxmaq (heyvanlar və quşlar haqqında). Sərçələr maşın səsindən hürküb uçdu. – Dəvələr hürkərək bir-birinə dəyib bütün yolu tuturdular. M.İbrahimov. ..Qağayılar hürküb qayadan uçmuşdu. S.Vəliyev. // Eyni mənada adam haqqında. Qaranlıqdan hürkmək. – [Fərman Mələyə:] Bilirəm, sən məndən hürkürsən. M.İbrahimov. [Bəhlul:] [Əjdər] elə bil hürkürdü, nədənsə çəkinirdi. B.Bayramov. hürkü is. Qorxu, ürkü. Aslanam, deyiləm tülkü; Tanımaram qorxu, hürkü. “Koroğlu”. hürküşmə “Hürküşmək”dən f.is. hürküşmək f. Hürkmək, qorxmaq, ürküşmək (çoxları haqqında). Qoyunlar hürküşdü. – Vəhşi ahular ovçunu görən kimi hürküşməyə başladılar. M.S.Ordubadi. O, səsini çıxardan tək; Quşlar uçur hürküşərək. M.Dilbazi. hürkütmə “Hürkütmək”dən f.is. hürkütmək f. Hürkməsinə səbəb olmaq; hürkdürmək, ürkütmək, qorxutmaq. Qoyunları hürkütmək. – ..Səs emalatxananın dalında cərgələnmiş sığırçınları hürkütdü. M.Hüseyn. // Eyni mənada adam haqqında. [Uşaqları] bu sözlər hürküdürdü. Mir Cəlal. [Seymur:] Mən onu hürkütmək istəmirdim. H.Seyidbəyli. ‣ Hürkütməsən saymaq (sanamaq) olmaz – çoxuşaqlı ailə haqqında zarafatla işlədilir. [Ata:] Bizdə elədir ki, hürkütməsən sanamaq olmaz. S.Rəhimov. hürmə “Hürmək”dən f.is. hürmək f.\n1. Kəsik-kəsik səs çıxarmaq (it, tülkü və bəzi başqa heyvanlar). Səssəmir yox idi, ancaq hərdənbir zorba həyət iti hürürdü. N.Nərimanov. Bir neçə qədəm getmişdim ki, qarşıma bir tüklü qara it çıxdı. İt hürməyə başladı. T.Ş.Simurq.\n2. məc. kob. Söyləmək, yava danışmaq. Bəsdir hürdün! [Midhədə] geniş göründü, əsir şəhər hürr və məsrur idi. Çəmənzəminli. • Hürr olmaq – əsarətdən, zülmdən xilas olmaq, azad olmaq, azadlığa çıxmaq. Yarın hürr olacaq hər qolu bağlı; Ruzgarlar əsəcək sənin yerində. M.Müşfiq. hürriyyət is. [ər.] Azadlıq. Bəşərin dərdini öz dərdi bilib millətimiz; Bizim öz niyyətimizdən doğub hürriyyətimiz. B.Vahabzadə. hürriyyətpərəst [ər. hürriyyət və fars. ...pərəst] bax. azadlıqsevən. Hürriyyətpərəst müsəlmanlar millət bahadırı Səttarxanı tərif və təhsin edirlər. F.Köçərli. hürriyyətpərəstlik bax. hürriyyətpərvərlik. hürriyyətpərvər [ər. hürriyyət və fars. ...pərvər] bax. azadlıqsevər. hürriyyətpərvərlik is. Hürriyyəti, azadlığı sevmə; azadlıqsevərlik. hüruf is. [ər. “hərf” söz. cəmi] klas. Hərflər. hürufat is. [ər. “hüruf” söz. cəmi] Hərflər, əlifba. O hürufat ilə ki, biz yazırıq, onu oxumaq çətin bir məsələdir. C.Məmmədquluzadə. Döndərib “a-ba”yə “əlif-bey”ləri; Bidətə bax, “ya” oxudur “yey”ləri; Sanki hürufat ilə düşmandı bu! M.Ə.Sabir. hürufi is. [ər.] Hürufilik təriqəti tərəfdarı. Hürufi şairlər. hürufilik is. XIV əsrdə Azərbaycanda meydana gəlmiş, Quranın hərflərindən bir sıra məna və hökmlər çıxaran təriqət. hürüş is. İtin, tülkünün və b. heyvanların çıxardığı kəsik-kəsik səs: hürmə səsi. İtin hürüşü. Hürüş səsi. – Ancaq yabana hürən köpəklərin xır-xırı, hürüşü kəsmə-kəsmə eşidilirdi. S.M.Qənizadə. Əjdər Toplanın hürüşünü eşidirdi. S.Rəhman. hürüşmə “Hürüşmək”dən f.is. Ov tulalarına qoşulmuş Qara köpək mağaraya girdi, bunun dalınca başqa itlər də getdilər və yenə də içəridə hürüşmə başlandı. S.S.Axundov. Bu zaman daxmanın qapısı şiddətlə döyüldü, bayırdan at kişnəmələri və it hürüşmələri eşidildi. M.Rzaquluzadə. hürüşmək qarş. Səs-səsə verərək hürmək, hamı birdən hürmək. Kəndin itləri hürüşüb, hər tərəfdən süvarinin üstünə tökülüşdülər. E.Sultanov. Birdən eşikdə itlər ağız-ağıza verib hürüşdülər. M.Hüseyn. hüseyni is. [ər.] Azərbaycan klassik muğamlarından birinin adı. hüsn is. [ər.]\n1. Gözəllik, camal. O gözəlin hüsnündəki; Əzəməti şeirə gətir; Qəlbindəki çırpıntını; Hərarəti şeirə gətir. M.Araz. // köhn. kit. Özündən sonra gələn sözə gözəllik, yaxşılıq, məqbulluq, müsbətlik mənası verir; məs.: hüsn-qəbul (yaxşı qəbul, gözəl qarşılama), hüsn-niyyət (yaxşı niyyət).\n2. məc. Ləzzət, dad. İlin hər fəslinin bir hüsnü var; amma qışın ləzzəti bir özgədir. C.Məmmədquluzadə. Burda min bir od yanarmış; Onun da öz hüsnü varmış. S.Vurğun. hüsnxət is. [ər.] İbtidai məktəbdə, şagirdlərdə gözəl yazmaq vərdişləri aşılamaq üçün keçilən tədris fənni. Hüsnxət dərsi. Hüsnxət dəftəri. – Müəllimlərin əksəriyyətinin hüsnxət qaydalarından xəbəri yoxdur, hərflərin ünsürləri və tənasübü haqqında məlumatsızdırlar. M.İbrahimov. hüsn-rəğbət is. [ər.] Yaxşı, xeyirxah, xoş münasibət. • Hüsn-rəğbət bəsləmək – xoş, xeyirxah, yaxşı münasibət göstərmək. Hüsaməddin Qətibənin .. Atabəy Məhəmməddən intiqam almaq fikirlərinə hüsn-rəğbət bəsləyirdi. M.S.Ordubadi. Hüsn-rəğbətini qazanmaq – hər hansı bir münasibətlə birində özünə qarşı xoş, xeyirxah, yaxşı münasibət, sevgi hissi oyatmaq. [Rəşid:] Qurbanqulu hünəri və məhəbbəti sayəsində cümlə kəndin hüsn-rəğbətini qazanmışdı. T.Ş.Simurq. Zabit qəhrəmananə bir vəziyyətlə Nəsir bəyin evindən çıxdı. Nəsir bəyin hüsn-rəğbətini qazanmaq böyük səadətdi! Ə.Haqverdiyev. hüzn is. [ər.]\n1. Kədər, qəm, qüssə. Bu səs insana hüzn gətirir. – Durnaların oxumağı Vaqifə hüzn gətirməyir və könlünü pərişan qılmayır.. F.Köçərli. Yoxsa hüzn dolu qəmgin səsində; Dostumun muradı, ürək sözü var? M.Rahim.\n2. Hüznlə şəklində zərf – kədərlə, qüssə ilə: qəmli, kədərli, qüssəli. Hüznlə oxumaq. Dərin hüznlə başsağlığı vermək. – [Gülsənəm] ağır-ağır nə isə çox dəruni bir hüznlə dedi.. M.Hüseyn. Şahmargil başlarını aşağı salıb hüznlə dayandılar. B.Bayramov. hüznavər sif. [ər. hüzn və fars. ...avər – gətirən] klas. bax. hüznlü. [Qətibə] əlvan çiçəkli xiyabanlar məhv olan bir xalqın yadigarı kimi qalan köhnə qəbiristanlardan daha qorxulu və hüznavər idi. M.S.Ordubadi. hüznlü sif. Qəmli, kədərli; qüssəyə, qəmə, kədərə batmış. Dizini qucaqladığı halda oturmuş hüznlü ana .. ayağa qalxdı. Ə.Əbülhəsən. // Qəm, kədər, hüzn doğuran, kədər ifadə edən, kədərləndirici, məhzun. Hüznlü nəğmə. – Meşənin hüznlü iniltiləri; Küləyin naləli vıyıltıları; Ölü ağlaşmasın salır yada; San sızıldar tamam əşya da. A.Səhhət. hüzr “Üzr” sözünün canlı dildə işlənən forması (bax. üzr 4-cü mənada). Hüzr yerinə gələnlər ev sahibinə başsağlığı verib dağılanda Molla Sadıqla Cahandar ağanın baxışları ani olaraq bir-birinə sancıldı. İ.Şıxlı. • Hüzr yeri – bax. üzr yeri (“üzr”də). Hüzr yerinə getmək. – [Nərminə] anası-atası ilə Əsəd babanın hüzr yerinə gəldi. B.Bayramov. hüzur is. [ər.] klas.\n1. Ön, qabaq, pişgah. • Hüzur(u)na – yanına, qabağına, önünə. Hüzuruna çağırmaq. Hüzuruna gəlmək. Hüzuruna heç kəsi qəbul etmir. – [Pirverdi bəy Kəblə Qulaməliyə:] Bu saat oğlun Mustafanı, get, gətir cənab nəçərnikin hüzuruna. C.Məmmədquluzadə. [Vaqif:] Axund, xanın hüzuruna getmək çağı deyilmi? Çəmənzəminli. Hüzurunda – yanında, qabağında, önündə. Hüzurunda oturmaq. Hüzurunda danışmaq. – Xidmətçilər Hüseynqulu ağadan qorxub hüzurunda titrəyirdilər. S.S.Axundov. Gör nələr yaradır hökmü dövranın; Leyla hüzurunda dayanmış xanın. B.Vahabzadə. Hüzurundan – yanından, qabağından, önündən. Elə ki məclis qurtardı, hamı dağıldı, Cünun da durub paşanın hüzurundan mürəxxəs oldu. “Koroğlu”.\n2. Hazır olma, orada olma. Hiss edirdim ki, mənim hüzurum və söhbətim [Ağaverdini] narahat edir. S.Hüseyn. Xx X Azərbaycan əlifbasının on ikinci hərfi. bax. xe. xab is. [fars.] klas.\n1. Yuxu. Gecələr gözlərim xabı görməmək; Ol siyah nərgisiməstanədəndir. M.P.Vaqif. Dayansın qarşıda, gətirsən tabı; Ayıltsın qəflətdən, unutsun xabı. Aşıq Ələsgər. • Xabi-qəflət klas. – bax. qəflət yuxusu (“qəflət”də). Ey qafil xortdan, bu nə xabi-qəflətdir ki, uyubsan? Ə.Haqverdiyev. Sənə molla çalır lay-lay, yatırdır xabi-qəflətdə; Səni yar eləyir hurilər ilə baği-cənnətdə. Ə.Nəzmi. [Dərviş:] Bəşərsən, zəhmətkeşsən, halını qan, ömrünə yan, olma biiman, xabi-qəflətdən oyan, – dəmbədəm deyən Ruqiyyə idi, Ruqiyyə. A.Divanbəyoğlu.\n2. məc. Qəflət yuxusu, cəhalət, avamlıq. • Xabi-cəhalət klas. – bax. xabi-qəflət. Tərpənmə, amandır, bala, qəflətdən ayılma; Açma gözünü, xabi-cəhalətdən ayılma. M.Ə.Sabir. xabanera [isp.] İspaniyada geniş yayılmış Kuba xalq rəqsi və onun havası. xacə I. is. [fars.] köhn. Sarıqlı əfəndi, molla, seyid. Ey xacə, çalış surəti-zahirdə qəşəng ol! İstərsən özün surəti-mənada cəfəng ol! M.Ə.Sabir.\n\nII. is. [fars.] bax. xədim 1-ci mənada. Cariyələr Qətibənin yanında gələn iki nəfər xacəni qıdıqlayıb gülürdülər. M.S.Ordubadi. • Xacə eləmək – bax. xədim eləmək (“xədim”də). [Səttarxan Bağırxana:] ..Gördüyümüz o dəhşətli mənzərələr, o burun-qulaqlar, o kəsik başlar, xacə elədikləri o yazıq adamın nərəsi .. gözümün qabağında canlanırdı. P.Makulu. xacəbaşı is. köhn. Keçmişdə: hərəmxana qadınlarına nəzarət edən xədimlərin başçısı. Bir neçə gün keçdi. Bir sübh sərdarın hərəmxanasının xacəbaşısı gəlib baş əyib məyus dayandı. Ə.Haqverdiyev. xaç is. Xristianlığın rəmzi sayılan və bir-birini perpendikulyar olaraq qət edən iki mildən ibarət sitayiş obyekti. Kilsələrin xaçları. Ağac xaç. – [Xanım] soyuq əlləri ilə boğazındakı xaçından bərk-bərk yapışdı, dua oxudu, Allahı çağırdı... Lakin ruhuna sükun gəlmədi. Çəmənzəminli. • (Boynundan) xaç asmaq, (boynuna) xaç salmaq – dönüb xristian olmaq, xristianlığı qəbul etmək. [Müridlər:] Şeyximiz satdı dini, imanı; Öncə islama bir mürəvvic ikən; Xaç asıb çıxdı dinü məzhəbdən. H.Cavid. Dinindən əl çəkib o Şeyx Sənan; Boynuna bir anda xaç salmadımı? B.Vahabzadə. Xaç vurma (çəkmə) – xristianlarda: icra edilən dini ayin. Bu zaman yanımdan ötən bir qarı; Üz tutub qəbrə baxır, xaç vurur. M.Rahim. Bacıların hər ikisi ayağa durub xaç çəkdi. Mir Cəlal. Xaç yürüşləri – bax. səlib müharibələri (“səlib”də). Xaç suya salma – İsanın dara çəkilməsi xatirəsinə olaraq xristianların yanvarın 6(19)-da xaçı suya salmaq şəklində icra etdikləri dini ayin (mərasim).\n2. Xaç şəklində olan nişan, orden və s. ‣ Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyəti – müharibədən və təbii fəlakətdən zərər çəkmiş əhaliyə yardım göstərmək üçün təşkilat. xaçaçuran is. Xristian dini mərasimlərindən birinin adı, xaçı suya salma. Xaçaçuran bayramı. xaççiçəkli (=xaççiçəklilər) is. bot. Ləçəkləri xaç şəklində olan bitkilər fəsiləsi. Xaççiçəklilər fəsiləsinə bir sıra kələm, turp, vəzəri kimi qiymətli tərəvəz bitkiləri, xardal kimi yağlı bitkilər, mixəkgülü, şəbbugülü kimi bəzək bitkiləri daxildir. H.Qədirov. xaççiçəklilər (=xaççiçəkli) is. bot. Ləçəkləri xaç şəklində olan bitkilər fəsiləsi. Xaççiçəklilər fəsiləsinə bir sıra kələm, turp, vəzəri kimi qiymətli tərəvəz bitkiləri, xardal kimi yağlı bitkilər, mixəkgülü, şəbbugülü kimi bəzək bitkiləri daxildir. H.Qədirov. xaçlama “Xaçlamaq”dan f.is. xaçlamaq f. Xaç suyuna salma mərasimi icra etməklə xristian etmək. Onların ata-anası və Nadya xala evdə yox idi .. təzə doğulan çağanı xaçlamaq mərasiminə getmişdilər. Çexovdan. xaçlı sif.\n1. Xaç taxmış, xaçı olan. Xaçlı keşiş.\n2. İs. mənasında, tar. Səlib müharibələri iştirakçısı. xaçnişan is. tar. Xaçlı (2-ci mənada) (səlib müharibələri iştirakçısı olan rıtsar paltarlarına tikilən xaç nişanına görə onlar belə adlanırdılar). xaçpərəst is. Xristian. İki-üç həftə bundan qabaq xaçpərəstlərin pasxa bayramı idi. C.Məmmədquluzadə. [Molla Sadıq:] Xaçpərəstlərin islam milləti arasında təfriqə salmaq köhnə peşəsidir. İ.Şıxlı. xaçvari sif. Xaç şəklində olan, xaçaoxşar, xaç kimi. Xaçvari nişan. Xaçvari yol. xaçvarilik is. Xaçvari şəkildə olan şeyin halı, görünüşü. xadim is. [ər.]\n1. köhn. Xidmət edən, xidmətçi.\n2. Hər hansı ictimai fəaliyyət sahəsində özünü göstərmiş, xidmətləri olan şəxs. Elm xadimi. İctimai xadim. Siyasi xadim. – Ziyafətdə ölmüş xəlifə Müstərşidbillahın qızları, cariyələri, Bağdadın musiqi və incəsənət xadimləri və sairləri iştirak edirdi. M.S.Ordubadi. xadimə is. Xidmətçi qadın, qulluqçu. Müdir qadınla bir neçə xadimədən başqa [monastırda] kimsə qalmamış. Çəmənzəminli. Övrət nə demək? Xadiməmiz, cariyəmizdir! M.Ə.Sabir. xadimlik is. Xidmətçilik. xah [fars.] klas. İstər, istərsə. Təfavüt eyləməz sənsiz mənə, ey sərvi-səngin-dil; Məkanın xah külxan, xah səhra, xah bağ olsun. Qövsi. Məqsədim şəşəəyi-mahi-camalındı sənin; Xah məsciddə onu, xah kəlisadə görüm. S.Ə.Şirvani. ..Hər qisim dava və müharibələrdə xah siyasi olsun, xah iqtisadi və xah qeyri, qalib gələn tərəf müəllimlərin sayəsində nüsrət tapmışlar. F.Köçərli. xahiş is. [fars.] Bir arzunu, ehtiyacı yerinə yetirmək üçün edilən müraciət, təmənna; rica, təvəqqe, istək. Sizdən bir xahişim var. – ..Mən Qasımın xahişini əmələ gətirdim, yəni gedib oturdum onun yanında. C.Məmmədquluzadə. Bir ittifaq bu xahişi tezliklə əmələ gətirməyə səbəb oldu. S.S.Axundov. // İstək, arzu, tələb. Xahişin tərki-dilü can idi, mən həm etdim; Söylə, ey yar, görüm şimdi nə fərmanın var? M.Ə.Sabir. [Xumar:] Yoxsa bir xahişinmi var, Sənan? Hər nə qəlbində varsa eylə bəyan. H.Cavid. Mehriban Zeynalın bir çox xahiş və tələblərini qəbul edirdi. S.Hüseyn. • Xahiş etmək (eləmək) – rica etmək, təmənna etmək, təvəqqe etmək, istəmək. [Nüsrət Toğrula:] Xahiş edirəm, sən mənim işlərimə qarışmayasan. C.Cabbarlı. [Kamal:] Onda xahiş eləyirəm, elə çağırın ki, anası bilməsin. S.Rəhman. xahişsiz zərf Xahiş edilmədən, öz razılığı ilə. İndi gecə vaxtı Xanpərinin təklifsiz, xahişsiz Qəmərin evinə gəlməsi çox maraqlı idi. Ə.Vəliyev. xahnəxah (=xahnəxahi) [fars.] zərf İstər-istəməz, laqeydcəsinə. Qoca it xahnəxahi çıxmışdı qapıya və xahnəxahi öz vəzifəsini ifa edirdi. C.Məmmədquluzadə. Cəmilə xanım xahnəxahi çadrasını başına örtüb evdən çıxdı. E.Sultanov. Züleyxa [Əsgərə ərə getməyə] xahnəxah razı oldu. C.Cabbarlı. xahnəxahi (=xahnəxah) [fars.] zərf İstər-istəməz, laqeydcəsinə. Qoca it xahnəxahi çıxmışdı qapıya və xahnəxahi öz vəzifəsini ifa edirdi. C.Məmmədquluzadə. Cəmilə xanım xahnəxahi çadrasını başına örtüb evdən çıxdı. E.Sultanov. Züleyxa [Əsgərə ərə getməyə] xahnəxah razı oldu. C.Cabbarlı. xa-xa (=xa-xa-xa) nida. Gülüş, qəhqəhə bildirmək üçün işlədilən təqlidi söz. [İskəndər:] Allahın iti də mənim sözümə baxmır, nə qədər elədim, içəri girmədi. Xaxa-xa (qah-qah çəkib gülür). C.Məmmədquluzadə. Xa-xa-xa!.. Məşədi Nemətqulu 10 min manat, Kərbəlayı Ağa Hacı 10 min manat, xa-xa-xa... necədir, Ağa Dərviş? Xa-xa-xa!.. N.Vəzirov. [Süleyman:] Mən də elə bilirəm, bir qoyun şaqqası yeyiblər, xaxa-xa! Ə.Haqverdiyev. xa-xa-xa (=xa-xa) nida. Gülüş, qəhqəhə bildirmək üçün işlədilən təqlidi söz. [İskəndər:] Allahın iti də mənim sözümə baxmır, nə qədər elədim, içəri girmədi. Xaxa-xa (qah-qah çəkib gülür). C.Məmmədquluzadə. Xa-xa-xa!.. Məşədi Nemətqulu 10 min manat, Kərbəlayı Ağa Hacı 10 min manat, xa-xa-xa... necədir, Ağa Dərviş? Xa-xa-xa!.. N.Vəzirov. [Süleyman:] Mən də elə bilirəm, bir qoyun şaqqası yeyiblər, xaxa-xa! Ə.Haqverdiyev. xaxam is. Yəhudilərdə baş kahin, ruhani başçısı. Sən indi bu gün Gəncədə bir adlı xaxamsan! Ə.Nəzmi. xain sif. [ər.]\n1. Vətəninə, xalqına xəyanət edən; satqın, xəyanətkar, dönük. [Pəhləvanlar:] Dağ-daşından uçsun duman; Qara geysin xain insan! A.Şaiq. Bayquş xaraba, gecəquşu qaranlıq sevən kimi, xain adamlar da xəlvəti xoşlarlar. M.İbrahimov. // məc. Etibarsız, vəfasız, aldadıcı, bel bağlanıla bilməyən. // İs. mənasında. [Dəmirqaya:] Yəqin ki, aramızda olan xainlər [casusa] hər işimizi xəbər veriblər. Həmin xainlər tapılıb, cəzasına çatmalıdırlar. H.Nəzərli. • Xain baxmaq – 1) pis (xain) gözlə, pis niyyətlə baxmaq, təmiz ürəklə baxmamaq. [Güləndam:] Yoldaş Qaradağlı, oğlumun sevgilisinə xain baxan o evli kişini tapın və cəzalandırın. B.Bayramov; 2) bax. xain çıxmaq. Sancılsın tikanlar xain gözünə; Xain baxdın çün dostlara, danışma! Aşıq Hüseyn. Xain çıxmaq – vətəninə, xalqına, dostuna, yaxınına xəyanət etmək, dönüklük göstərmək. [İblis İbn Yəminə:] ..Çəkəcəkdir başımız dürlü bəla; Çünki var başqa günahın da sənin; Orduya, dövlətə çıxdın xain. H.Cavid. Xain çıxsa əgər bir qız, bir oğlan; Qurtarmaz ananın ahü-vayından. Şəhriyar.\n2. məc. Gördüyü yaxşılığa qarşı nankorluq edən; nankor, paxıl, qəlbiqara. Çox xain adamdır. xainanə bax. xaincəsinə. Fərhad, o saatda bir gecə bağda keçirdiyi xainanə dəqiqələr yadına düşüb, cəld ayağa durdu. C.Cabbarlı. xaincə (=xaincəsinə) zərf Xain kimi, xainliklə, xəyanətlə. Xaincə(sinə) hərəkət. Xaincəsinə basqın. – [Səlimin] rəftarı və hərəkəti nə Naşadın əlaqəsinə, nə də hər zaman gözlərini süzüb [Mehribana] baxmaqla ürəyinin arzusunu bildirən Novruzbəyin xaincə baxışlarına bənzəyirdi. S.Hüseyn. xaincəsinə (=xaincə) zərf Xain kimi, xainliklə, xəyanətlə. Xaincə(sinə) hərəkət. Xaincəsinə basqın. – [Səlimin] rəftarı və hərəkəti nə Naşadın əlaqəsinə, nə də hər zaman gözlərini süzüb [Mehribana] baxmaqla ürəyinin arzusunu bildirən Novruzbəyin xaincə baxışlarına bənzəyirdi. S.Hüseyn. xainlik is.\n1. Xəyanət; xəyanət etmə, xəyanətkarlıq, dönüklük, satqınlıq, vəfasızlıq; xaincə hərəkət. Xainlik etmək.\n2. Vəfasızlıq, əhdi pozma, dönük çıxma, dönüklük. [Süleyman:] Mən də axtararam, özümə bir gözəl qız taparam, xainlik pis şeydir. Ü.Hacıbəyov. Dostlar arasında hey ola düzlük; Olmaya xainlik, həm ikiüzlük. Aşıq Hüseyn.\n3. dan. Paxıllıq, qəlbiqaralıq. • Xainliyini çəkmək – paxıllıq eləmək, gözü götürməmək. xak is. [fars.] klas. Torpaq. Kimin yolu düşsə xaki-dərinə; Ox vurar köksünə məlhəm yerinə. Q.Zakir. Kəsilib bir yana atılmışdır; Xakinə abi-qəm qatılmışdır. A.Səhhət. Dostun qədəmində bir ovuc xakam; Dost alsın canımı xoş sifətinən. Aşıq Hüseyn. ‣ Xak ilə yeksan olmaq – bax. yerlə yeksan olmaq (“yer”də). Dünyada qalınca zində bir an sənsiz; Ey kaş, olam xak ilə yeksan sənsiz. S.Ə.Şirvani. Bir deyən olmadı, ey xanəxarab; Məmləkət xak ilə yeksan oldu! M.Ə.Sabir. xakas is. Türk xalqlarından birinin adı və həmin xalqa mənsub olan adam. Xakaslar xristianlığı qəbul etsələr də, faktiki olaraq şamanizmə etiqad edirdilər. xakasca sif. və zərf Xakas dilində. Xakasca dərslik. Xakasca-rusca lüğət. Xakasca danışmaq. xaki sif. [fars.] Bozumtul-yaşıl rəngli, torpaq rəngli. Xaki pencək. Xaki (rəngli) frenç. – Sirat xaki köynək-şalvarda tərdən islanırdı. Ə.Əbülhəsən. xaqan is. tar. Qədim türk və monqol hökmdarlarına verilən ad, titul. Xəzər xaqanı. – [Cəllad:] Xaqan, ulu xaqan! Əfv et onu, ver qətlimə fərman! H.Cavid. // köhn. Padşah, hökmdar, sultan. Xaqanlar başına şeşpər çaldıran; Qulac qollar buran qoç Koroğludur. “Koroğlu”. Neçə firon, neçə xaqan ölüb getdi bu dünyadan. O.Sarıvəlli. xaqanlıq is.\n1. Hökmdarlıq, padşahlıq. [Çopo:] Okabayın bu hərəkətini xaqanlıq eşqinə düşməsi ilə mərbut görürlər. Çəmənzəminli.\n2. Xaqanın hökmü altında olan ölkə. Xəzər xaqanlığı. xal is.\n1. Ya anadangəlmə, ya da sonradan dəri üzərində əmələ gələn xırda, dəyirmi ləkə. Üzündə xal var. Qara xal. – Zəfərin yanında ucaboylu, çatma qaraqaşlı, sağ yanağında iri xalı olan bir gəlin vardı. Ə.Vəliyev. [Qızın] sağ yanağındakı xal üzünə xüsusi bir gözəllik verirdi. Ə.Sadıq. • Xal kimi – çox kiçik, bambalaca. Ay bir xal kimi uzaqlarda dolaşır. R.Rza. O kimdir; Yüksəlir boşluqlarda; Görünür bir xal kimi. M.Seyidzadə. Bu nədir, Göygöldə kəpənək uçur; Sonsuz mavilikdə ağ bir xal kimi. N.Xəzri.\n2. Cürbəcür saplarla, rənglə vurulan naxış. Xalının əlvan xalları. Gözəl xalları olan cecim. – Söylənir Şəkinin ipək malları; Quba xalçasının qara xalları. S.Vurğun. • Xal vurmaq – naxış salmaq. Səltənət bu şəkillərə vurduğu hər ilmək, hər xal üstündə əsmişdi. Mir Cəlal.\n3. Qumar kağızının, zərin və s.-nin üstündəki nişanlardan hər biri.\n4. İdman yarışlarında və oyunlarında qiymət qoyarkən hesablama vahidi. Komanda gələn görüşləri yüksək səviyyədə keçirib, daha çox xal toplamağa çalışmışdır. // Ümumiyyətlə, say, miqdar bildirir. Bir xal artıq. – [Cəbi:] Getdikcə bir xal azaldardım. S.S.Axundov. [Kərəmxan:] Bu iki xalı eləbelə qəsdən uduzdum. İ.Əfəndiyev.\n5. Musiqinin əsas melodiyası ilə həmahəng olan yeni hissə, yeni cəhət. Səsindəki məlahət və mahnının səmimi ahəngi [Xəlilin] bəzən yanlış vurduğu xalları duymağa qoymurdu. M.Hüseyn. Musiqidən az-çox başı çıxan adam radioda, adını eşitməsə belə, çalanın Qurban olduğunu dərhal təyin edər. Onun özünə məxsus üslubu vardır. Onun vurduğu rənglər, xallar, nida və intonasiyalar zəngin, incə və orijinaldır. İ.Əfəndiyev. ‣ Xal vurmaq – fikrini, sözünü üstüörtülü şəkildə eyhamla, işarələrlə çatdırmaq. [Hümmət] sözünü dəyişib zarafatyana bir xal vurdu. B.Bayramov. xala is.\n1. Ananın bacısı. [Sultan bəy:] Xalanın muzdu o olar ki, canı rahat olar. Ü.Hacıbəyov. Budaq xalasının danışığını maraqla dinləyir, gözünü ondan çəkmirdi. Ə.Vəliyev.\n2. Qoca və ya yaşlı qadına müraciət edərkən, ya haqqında danışarkən hörmət əlaməti olaraq deyilir. Sürmə xala lap qol zoruna Narıncı geyindirirdi. S.Rəhman. Ehtiyat xala dəmiryoldan xeyli uzaq .. səfalı yaylaq şəhərində yaşayırdı. Mir Cəlal. ‣ Xala xətrin qalmasın – könülsüz, ürəksiz, istəmədən görülən iş və ya deyilən söz haqqında. [Həmzə:] [Səriyyədən] xala xətrin qalmasın, deyə soruşuruq, yoxsa ona kim qulaq asır. C.Cabbarlı. [Vaqifin] arvadı Qızxanım sabahdan bircə dəfə onun yanına gəlib, xala xətrin qalmasın deyə ərinin halını soruşub, yenə çəkilib getmişdi. Çəmənzəminli. xalabacı is. mus. Azərbaycan oyun havalarından birinin adı. Bir qədər çalıboxuyandan sonra mütrüb kəmərçin [qadın tumanı] geyib, başına bir kəlağayı salıb xalabacı oynardı. H.Sarabski. xalacan is. Xalaya nəvazişlə müraciət. Xalacan, bir bizə gəlsənə! – [Yunus xalasına:] Bu nədir, xalacan, bircə baxsana! Ə.Məmmədxanlı. // Yaşlı qadına mehribanlıqla, nəvazişlə müraciət. Xalacan, bir az su verin, içim. xalacıq bax. xalacan. [Cəfər:] Xalacıq, bu çox bahadır, qarpıza beş şahı vermək student cibinə yaraşmaz. Çəmənzəminli. xalagəlini is. Ananın bacısının gəlini. xala-xala is. Kiçik qızların gəlinciklə oynadıqları oyun adı; gəlin-gəlin. xalaqızı is. Ananın bacısı qızı. xalanəvəsi is. Ananın bacısı nəvəsi. xalaoğlu is. Ananın bacısı oğlu. – Mən də Bakıya tərəf hazırlaşırdım, bizim xalaoğlu da yazmışdır. S.Rəhimov. xalat is. [ər.]\n1. Orta Asiya xalqlarının ətəkləri üst-üstə gələn, yaxası açıq üst geyimi. Zolaqlı xalat. Özbək xalatı.\n2. Evdə və ya işdə geyilən, yaxası düymə və ya bağla bağlanan yüngül üst geyimi. Həkim xalatı. Çit xalat. – Ağ xalat bürünər, zərnişan geyməz; Heç kəsi dindirib keyfinə dəyməz. Aşıq Ələsgər. Poladın arvadı Rəfiqə güllü xalatda otağa girib uşaqları dəhlizə qovdu, uşaqlar gülüşə-gülüşə bayıra qaçdılar. M.Süleymanov. ..Pillələri [Gülgəz] endikcə xalatın ətəklərinin yellənib açıldığına fikir vermirdi. İ.Hüseynov. xalatlıq sif.\n1. Xalat tikilməyə yarar. Xalatlıq parça.\n2. Xalat tikiləcək parçanın miqdarı (adətən saylarda). İki xalatlıq parça. xalça is. Divara vurmaq və ya döşəməyə salmaq üçün müxtəlif rəngli yun və ya iplik saplardan toxunmuş naxışlı döşənəcək. Butalı xalça. Xonçalı xalça. – Tut ağacının altında zərif kaşan xalçaları salınmış, mütəkkələr düzülmüşdü. Çəmənzəminli. [Nabat] eyvana xalça və döşək saldı. İ.Əfəndiyev. xalçaçı is.\n1. Xalça toxuyan usta. Qonşuluqda Şərif adlı bir xalçaçı usta var idi. Savadlı qızlardan xalça fabrikinə adam yığırdı. Mir Cəlal. // Xalça mütəxəssisi.\n2. köhn. Xalça ticarəti ilə məşğul olan adam, xalça taciri, xalça alverçisi. Bakıda iri ticarətlə məşğul olan düyüçülər, xuşgəbarçılar, ipəkçilər, xalçaçılar, qara neftçilər də az deyildi. H.Sarabski. ‣ Xalçaçı rəssam – Xalça eskizləri hazırlayan rəssam. xalçaçılıq is. Xalça toxuma sənəti; xalça toxuma işi (bir istehsal sahəsi kimi). Xalçaçılıq sexi. Xalçaçılıq ustası. xalça-palaz top. Xalça və palazdan ibarət döşənəcək. Ev xalça-palazla dolu idi. Otağa xalça-palaz döşəmək. – [Molla Xatın] sübh tezdən tut ağacının altını sulayıb süpürdü, hovuzun başını göyçək xalça-palazla döşədi, samovar qoydu, çay dəmlədi. E.Sultanov. [Səfər:] Hələ qurtarmayıb vergi davası; Alıb altımızdan xalça-palazı. S.Rüstəm. Gülara suya çatdıqda xalça-palazı boşaltdı və yumağa başladı. Ə.Vəliyev. xalçaşünas is. [xalça və fars. ...şünas] Xalçaçılıq işini yaxşı bilən adam, xalça mütəxəssisi. xalçatoxuyan bax. xalçaçı 1-ci mənada. xaldar sif. [fars.] Xallı, xalı olan (əsasən heyvanlar haqqında). Xaldar pələng. – [Pəricahan xanım:] Xaldar dayça mənim. S.S.Axundov. Keçəl Qulamqulu xaldar ilansayağı koldan-kola keçə-keçə oradan sürünüb, buradan çıxırdı. S.Rəhimov. Birdən xaldar tula irəli gedib geri qayıdır, zingildəməyə başlayır. Ə.Vəliyev. xaldarlama “Xaldarlamaq”dan f.is. xaldarlamaq f. Xal-xal eləmək, xal salmaq, xallamaq. Xamırı yeyən siçanlar bu şəkilləri də xaldarlamışdılar. S.Rəhimov. xaldarlanma “Xaldarlanmaq”dan f.is. xaldarlanmaq məch. Xal-xal boyanmaq, xal-xal olmaq, xallarla örtülmək. Bu ortada uzanan mizin üstü təsadüfən tökülən mürəkkəblərdən boyanıb xaldarlanmışdı. S.Rəhimov. xaldlar tar. Van gölü həvalisində yaşamış və miladdan əvvəl XIV–XII əsrlərdə Urartu dövlətində hakimiyyət sürmüş tayfa. xal-xal sif. Xallı, xallarla örtülü, xallarla bəzəkli, üstündə xallar olan. Xal-xal parça. Xal-xal örpək. Xal-xal paltar. – Əlində qırmızı xal-xal çamadan; Gedir kənd yoluyla cavan bir oğlan. B.Vahabzadə. • Xal-xal olmaq – 1) parça-parça olmaq, tikə-tikə olmaq, parçalanmaq. Vaza əlimdən düşüb xal-xal oldu. – Təzə ay göydə yandı; Ucu qıyqac dayandı; Buludlar oldu xal-xal. M.Dilbazi; 2) üzərində xallar əmələ gəlmək, xallarla örtülmək, xal kimi olmaq. Oğlanın solğun yanaqları qızarıb xalxal oldu. M.Hüseyn. ..Divarların suvağı xalxal olmuş, yağışdan yuyulmuş kərpiclərin sarı samanı biz-biz çıxmışdı. İ.Hüseynov. Məmmədsadıq kösövləri yağışdan xal-xal olan ocağın qırağından tərpəndi. B.Bayramov. xalxal I. is. Keçmişdə qadınların yaraşıq üçün topuqlarına taxdıqları gümüş, qızıl və s.-dən düzəldilmiş zınqırovlu halqa. Topuqlarını bəzəyən zümrüd xalxalların qızıldan düzəlmiş zəngləri xanım yeridikcə zərifzərif səslənirdi. M.S.Ordubadi.\n\nII. is. Heyvanlara məxsus binalarda ayrıca bölmə. Xalxalı təmiz saxlamalı. – [Zərnigar xanım] əlində çatı, buzov dalınca qaçanları da, malları xalxala dolduranları da .. gözdən qoymurdu. İ.Şıxlı. xalı is. Böyük xalça. Azərbaycan xalıları. İran xalısı. – [Hacı Qambay] divardakı xalılara, rəfdəki qablara və bütün otaqdakı şeylərə ötəri göz gəzdirdi. Qantəmir. [Nuriyyə] qayğısız bir görünüş alaraq, qarşı divara vurulmuş xalıya baxdı. İ.Əfəndiyev. xalıçı is. Xalı toxuyan usta, xalçatoxuyan. xalıçılıq is. Xalı toxuma sənəti. xalı-xalça is. top. Xalı və xalçalardan ibarət döşənək. Otağa xalı-xalça döşəmək. xalıyanı bax. kənarə 3-cü mənada. xali sif. [ər.]\n1. Boş, adamsız, tənha. O qədər çıxmadın, gördü aqibət; Sən gəzən yerləri xali gözlərim. Q.Zakir. [Murad] sakit, indiki insanlardan tamamilə xali bir yer arayırdı. S.Hüseyn. Aslan xali küçədə çox gözləmədi. M.Hüseyn.\n2. Sahibsiz, yiyəsiz, tutulmamış, boş. [Qoca:] Yazasan qonşumuzdakı xali yerdən bir az kəsib bizə versinlər. Ə.Haqverdiyev. [Hacıkərim] gündən-günə böyüməkdə və zənginləşməkdə olan şəhərin ən gurultulu küçələrində ucuz qiymətə evlər və xali yerlər aldı. A.Şaiq. O zaman ayrılanda nə təhər oldusa, Durmuş xali yer yiyəsi oldu. Mir Cəlal. • ...xali qalmaq – xəbərsiz olmaq, xəbəri olmamaq. Mədəniyyətdən xali qalıb. – ..Heyfa ki o Cavanşir elm və mərifətdən xali qalıbdır. F.Köçərli. Xali olmaq – boş olmaq, tutulmamaq. Xali olmamaq – uzaq olmamaq, canı qurtarmamaq. [Vəzir:] Hər vaxt ki mən bu xaraba olmuş otağa gəlləm, heç bir xətadan xali olmanam. M.F.Axundzadə. ‣ Meydan xali qaldı – meydan boş qaldı, hamı yox olub getdi. [Kərbəlayı Rəcəb:] Dedim Zinət xanım, Balaqardaş və Rzaqulu namünasib cavanlar idi, hər ikisi badi-fənaya getdilər, meydan qaldı xali. N.Vəzirov. xaliq is. [ər.] Xəlq edən, yaradan (Allahın adlarından biri). Yaxşılıq et, at dəryaya, balıq bilməsə də, xaliq bilər. (Ata. sözü). Ol gün ki sənə xaliq edər lütf bir övlad; Olsun ürəyin şad. M.Ə.Sabir. [Molla Qurban Fərruxa:] Bir olan xaliq səni və bütün külfətini yerin-göyün bəlasından hifz eləsin. Ə.Vəliyev. xalis sif. [fars.]\n1. Heç bir qatışığı olmayan, saxta olmayan; saf, təmiz. Xalis gümüş. Xalis yun. Xalis spirt. – [Hacı Qara:] Əgər nəqd pulunuz yox isə, mən yağ ilə sövda edərəm, bəşərti ki xalis inək yağı ola. M.F.Axundzadə. [Hurizad] xalis xına tapmadığı üçün başını “türkəsayaq” davalarla boyar(dı). Çəmənzəminli. [Oğlan:] Biz bu daş-qaşı xalis qızıla satırıq, bəy! S.Rəhimov. // Düzgün, təmiz. [Oğlan] güləgülə və oranın yerli şivəsinə uyğun, xalis və təmiz bir Azərbaycan dilində mənə cavab verdi. M.Rzaquluzadə.\n2. Əsil, həqiqi. ..[Mirzə] başının tüklərini pırtlaşdırıb özünə bir laübalı sifət verib aynaya baxdı və dedi: – Afərin, Səfər, indi xalis şairsən! Ə.Haqverdiyev.\n3. məc. Məsum, ismətli, bakir, təmiz. Qardaşlar qızı yuxarı çəkib gördülər ki, bu qız deyil, xalis mələkdir. (Nağıl).\n4. məc. Səmimi, doğru, saf. Qızxanım xala dəxi səbəti boşaldıb verdi və üzünü qibləyə, əllərini göyə tutub, xalis ürəklə onlara dua etdi. “Məktəb”. xalislik is. Qatışıqsızlıq, saflıq, təmizlik; xalis şeyin halı, keyfiyyəti. xalq is.\n1. Ölkənin, dövlətin sakinləri, əhalisi. Azərbaycan xalqı. – Əsl qəhrəmandır; Əsl şair ki; Ömrü də xalqının ömrüylə birdir. N.Xəzri.\n2. Millət. Qəm-kədər ordusunun bayrağını parçaladım; Xalqımın ömrünə öz ömrümü candan caladım. S.Rüstəm. Alnındakı qırışlar adicə qırış deyil; Öz xalqının keçdiyi iztirab yollarıdır! B.Vahabzadə.\n3. Eyni yerdə yaşayan adamlar, camaat. Dağ xalqı. Aran xalqı. Köçəri xalq. – İndi Əşrəf .. ailə xalqı üçün daha qiymətli idi. A.Şaiq. [Turxan bəy Bəypolada:] Çingiz bəy Dağıstan xalqına qarşı başqa hörmət, başqa bir məhəbbət bəslər. H.Cavid. [Yazgül Şeydaya:] Gərək bu ilin məhsulu haqqında Göytəpə xalqının rəyini biləm! Ə.Məmmədxanlı. // Ümumiyyətlə, camaat, kütlə, el, adamlar. Vaqiflə Mirzə Əliməmməd xalqa təzim edə-edə yuxarı başa keçib, göstərilən yerdə əyləşdilər. Çəmənzəminli.\n4. Ölkənin (istismarçı dövlətlərdə) əsas, əməkçi kütləsi. Zəhmətkeş xalq. Xalqın mənafeyi uğrunda mübarizə aparmaq.\n5. Xalqa, ölkəyə aid olan, xalqa, ölkəyə mənsub olan. Xalq gəliri. Xalq sərvəti. [İmran kişi:] ..Xalq malına kəc baxanın gözlərindən qan damar. M.Hüseyn. // Xalqla bağlı olan, xalq tərəfindən yaradılmış, xalqın dünyagörüşü, ruhu ilə sıx bağlı olan. Xalq ədəbiyyatı. Xalq yaradıcılığı. Xalq sənəti. – [Usta] Azərbaycan xalq mahnılarını çox sevirdi. M.Hüseyn. Qəhrəman dəryazçı ilə görüşüb aralandı və xalq hakimiyyətinin müdrik mənasını təqdir etdi. S.Rəhimov. [Səlimin] yadına adicə bir xalq lətifəsi haradansa gəlib düşmüşdü. B.Bayramov. // Bəzi idarələrin və vəzifəli şəxs adlarının tərkibində işlənir. Xalq məhkəməsi. Xalq elçisi. Xalq komissarlığı. // Hökumət tərəfindən elm, incəsənət və s. sahəsində böyük xidmət və fəaliyyətə görə verilən fəxri adların tərkibində işlənir. Xalq artisti. Respublikanın xalq rəssamı. xalqçı is. tar. Xalqçılıq tərəfdarı. xalqçılıq is. tar. XIX əsrin ikinci yarısında Rusiyada xırda burjua ziyalılarının, kəndli icmasını idealizə və fəhlə sinfinin rəhbərlik rolunu inkar edən ictimai-siyasi hərəkatı. xalqşünas köhn. bax. etnoqraf. xalqşünaslıq köhn. bax. etnoqrafiya. xallama “Xallamaq”dan f.is. xallamaq f. Xal qoymaq. Üzünü xallamaq. xallanma “Xallanmaq”dan f.is. xallanmaq məch.\n1. Xal qoyulmaq.\n2. Xal-xal olmaq, xallar əmələ gəlmək. İstidən üzü xallandı. xallı sif.\n1. Üzündə xalı olan. İki övlad anası, xallı .. xanım vaxtilə demişdi ki, siz Cəmilə xanım, bizim sənətkarı dərk edin. S.Rəhimov. Nərminə göyçək idi. Qara xallı, girdə çəhrayı sifətindən təbəssüm əskik olmazdı. B.Bayramov.\n2. Bəzi zooloji adların tərkib hissəsi. Xallı böcək. Xallı pələng. – Gah xışıldardı xallı, parlaq ilan; O qara daşların arasından. A.Səhhət. Burada çiçək-çiçəyə qarışır, böcəklər burunlarını göstərir, ağlı-qırmızılı, xallı kəpənəklər uçuşurdular. S.Rəhimov. xallıca sif. oxş. İncə xalları olan, xallı, xal-xal. Qaraca qız [pişiyə] yaxınlaşıb gördü ki, xallıca gözəl bir pişik balasıdır. S.S.Axundov. xallılıq is. Üzündə çoxlu xal olma. xalsedon [yun.] Kvars növündən mineral. Nazik laylı xalsedon əqiq adlanır. xalta is. Heyvanların (əsasən itin) boynuna keçirilən qayış; boyun halqası. Axırda ayı dartınıb xaltanı başından çıxartdı və ildırım kimi özünü Yusifin üstünə atdı. S.S.Axundov. Atı qolbənd eləyən Sarı İmaməli xaldar tulanın xaltasından bərk-bərk yapışmışdı. S.Rəhimov. ‣ Başına (boynuna) xalta salmaq (keçirmək) – 1) özünə tabe etmək, öz itaəti altına almaq. Keçirdik öz əlimizlə; Boynumuzu biz xaltaya; Sap olmadıq bir baltaya. B.Vahabzadə; 2) tez, vaxtından əvvəl evlənən adama zarafatla söylənən ifadə. Nə tez başına xalta saldın? – [Xəlil Pərvizə:] Hamı sənin kimi başına vaxtsız xalta salmaz ki... Çəmənzəminli. xaltalama “Xaltalamaq”dan f.is. xaltalamaq f.\n1. Boynuna xalta keçirmək. İtin boynunu xaltalamaq.\n2. məc. Özünə tabe etmək, öz itaətində saxlamaq. [Nurcahan:] Mən də Nurcahanam, sənin kimiləri çox xaltalamışam, ay it! N.Vəzirov. xaltalı sif. Boynunda xalta olan. Xaltalı it. xaltura [rus.]\n1. Əsas, adi qazancdan başqa asan və əyri yolla əldə edilən əlavə qazanc. Xaltura ilə məşğul olmaq. • Xaltura etmək – xaltura ilə pul qazanmaq.\n2. Başdansovma, atüstü, yarıtmaz görülmüş iş. Oxuyan hazırlıqsız oxuyur, çox vaxt səsini tarla uzlaşdıra bilmir, xaric oxuyur, yaxud çaşır, ümumiyyətlə, xaltura əmələ gəlir. Ü.Hacıbəyov. xalturaçı is.\n1. Başdansovma, atüstü iş görən, xaltura edən adam.\n2. Xaltura yolu ilə pul qazanan adam. xalturaçılıq is.\n1. Xaltura ilə məşğul olma, xaltura yolu ilə pul qazanma.\n2. Başdansovma və bacarıqsız görülən iş. xalvar is.\n1. Azərbaycanın müxtəlif yerlərində müxtəlif ağırlıqda (təxminən 400 kq ağırlığında) olan köhnə çəki ölçüsü. Hesab var dinarla, bəxşiş var xalvarla. (Ata. sözü). [Hacı Mehdi:] Demək ki, bugünkü qiymət, xalvarı 25 tümən? M.S.Ordubadi. [Cavad:] O günləri Məşədi Babanın qızının kəbini kəsiləndə iki xalvar buğda, .. bir kəllə qənd və bir girvənkə çay gətirmişdilər. B.Talıblı.\n2. məh. Bir xalvar toxum əkiləcək qədər sahə. Zeynəb Heydərə gələndən üç il sonra Kərbəlayı İsmayıl vəfat edib .. və iki xalvar zəmi qoyub getdi. C.Məmmədquluzadə. ‣ Bir xalvar – çoxlu, külli miqdarda. [Hikmət İsfahani:] ..Mən axı o ruznaməyə hər ay bir xalvar pul xərcləyirəm. M.İbrahimov. [Maral:] Sizdən də Kayana bir xalvar salam-dua aparıram. Ə.Əbülhəsən. xam sif.\n1. Ələ öyrənməmiş, əhliləşməmiş. Xam quş. – ..Həmişə də qiymətli xam atı alıram ki, onu qoşquya öyrədim. C.Məmmədquluzadə. [Sərvinaz:] Xam cöngə kimi havalanıb çıxıblar dağ döşünə, .. bu əl boyda tifil bunların gözünə tikan kimi batır. B.Bayramov.\n2. Əkilməmiş, əkinə düşməmiş, şumlanmamış, sürülməmiş, işlənməmiş, əl dəyməmiş. [Muxtar kişi Adiləyə:] Eşidirsən təpənin dalından gələn o gur səsi? Təzə aldığımız traktordur, güney talada xam torpağı sökür. Ə.Məmmədxanlı. // Eyni mənada otlaq, çəmən və s. Xam örüş. – [Ramazan Sahib müəllimə:] Qərəz, uzun sözün qısası, bəylər xamda otlayan buğa kimi tutuşdular. M.İbrahimov. Mal-qara xam otluğa dağılıb şırthaşırt otlayırdı. M.Hüseyn.\n3. Öz təbii halında olan, əridilməmiş. Xam piy. Xam quyruq. – ..Uzaqdan-uzağa xam gümüş kimi; Ağaran səhradan necə əl çəkim? M.Müşfiq.\n4. Aşıya qoyulmamış, aşılanmamış, işlənməmiş. Xam dəri. – Bu alçaq binaların damlarında .. xam və yarımxam keçi, qoyun dərilərinə rast gəlmək olardı. P.Makulu.\n5. Çiy, bişməmiş. Xam ət. Xam kərpic.\n6. dan. Dəyməmiş, yetişməmiş, kal. Xam meyvə. – Çıxma ərik ağacına bihudə, dilbərim; Yen gəl aşağı, nə yetkini var, nə xami var. M.Möcüz.\n7. məc. Yetkin olmayan, təcrübəsiz, püxtələşməmiş, hazırlıqsız, vərdişsiz. [Şəkinski:] Mən xam bir aktrisanı səhnəyə buraxa bilmərəm. C.Cabbarlı. [Əsgər] gah bazarın bu başında, gah o başında xam müştəri axtarır ki, saqqalını qırxıb, cibini kəssin. B.Talıblı. // İs. mənasında. Xamın gözü böyük olar. (Ata. sözü). [Qəmər:] Sən hələ xamsan, püxtə olmağa çox səfər gərək... S.S.Axundov. ‣ Xam düşmək – bir işin nəticəsini əvvəlcədən düşünmədiyi, lazımınca dərk etmədiyi üçün yanılmaq, səhv iş görmək. Mən özüm də əvvəl xam düşdüm və keçən il getdim Bakıya, 5 manat verdim, qəbz aldım... C.Məmmədquluzadə. Xam ələ salmaq, xam salmaq – qarşısındakını xam, təcrübəsiz, bacarıqsız, anlaqsız, xəbərsiz sayaraq, bundan istifadə etməyə çalışmaq. Cəfər paşa istəyirdi ki, onu xam salsın. “Koroğlu”. [Məmişov:] Ay şeytana papış tikən Manaf, sən də məni xam ələ salıb dindirmə, danışmayacağam. M.İbrahimov. Xam xəyal – həyata keçirilə bilməyən, bir xəyal olaraq qalan, mümkün olmayan iş, arzu, məsələ; boş xəyal. [Kərimov Aydına:] Sən xam xəyallarınla mənim başımı doldurma. H.Seyidbəyli. Xam xəyal eləmək (olmaq) – yanlış xəyala düşmək, səhv fikirdə olmaq. [Zalxa:] Tarverdi bir zad gətirəcəkdirmi ki, yarısın sənə verə? Sən niyə belə xamxəyal olursan? M.F.Axundzadə. [Növbərlilər:] Keçən il Surxab məhəlləsinin dəstəsinə zor gəlmişdiniz, olmaya xam xəyal olubsunuz. P.Makulu. Xam tovlamaq – bax. xam ələ salmaq. Bizdən gözünü yığ ki, sənə aldanan olmaz; Get onları xam tovla ki, təzvir eləyirsən? M.Ə.Sabir. [Alı Səfi bəyə:] Bizi xam tovlamışdın, il uzunu işlədib bir qəpik də vermirdin.. Daha indi bəy-zad dəbdən düşdü.. Çəmənzəminli. xama is. Çiy südün üzü, qaymağı, smetan. Həmayıl durub camışın xamasını, beçənin balını, buğdanın çörəyini gətirib qoydu Ələsgərin qabağına. “Aşıq Ələsgər”. xamaçı is. Xama hazırlayan adam. xam-xam 1. sif. Bişməmiş, çiy-çiy, xam halda. Əti xam-xam yemək.\n2. zərf Avam adam kimi. Nə xam-xam danışırsan. – [Dəvəçi] xam-xam bağırmağa başladı. S.Vəliyev. xamıt is. Qoşqu heyvanlarının boynuna keçirilən üstü yumşaq boyunduruq. Qoca .. atların xamıtını düzəltmək bəhanəsilə yerə düşüb arabanın qabağında bir xeyli qurdalandı. M.Hüseyn. xamıtqıç sif. dan. Ayaqları (qıçları) əyri, əyriqıç, xamıtpaça. Qızın anadangəlmə qüsuru var idi – qılçaları əyri idi (el arasında belələrinə xamıtqıç deyirlər). S.Dağlı. xamıtlama “Xamıtlamaq”dan f.is. xamıtlamaq f. Boynuna xamıt keçirmək. xamıtlanma “Xamıtlanmaq”dan f.is. xamıtlanmaq məch. Boynuna xamıt keçirilmək. xamıtlı sif. Boynuna xamıt keçirilmiş. Xamıtlı at. xamlama “Xamlamaq”dan f.is. xamlamaq f.\n1. Uzun müddət məşğul olmadığı üçün yaddan çıxarmaq, yadırğamaq, unutmaq. [Qədir:] Haçandan minik görmədiyi üçün xamlayacağını yəqin etmişdi. Mir Cəlal.\n2. məc. Xam hesab edərək aldatmağa çalışmaq, xam tapmaq. [Əmrulla Gülsabaha:] [Ötgün] də sizi xamlayıbdır, siz də hələ deyirsiniz ki, belə. C.Cabbarlı. xamlaşma “Xamlaşmaq”dan f.is. xamlaşmaq bax. xamlamaq 1-ci mənada. xamlıq is.\n1. İşə yaxşı bələd olmama; təcrübəsizlik, naşılıq, nabələdlik. Planların alt-üst olmasına səbəb Kəşaninin [qanmazlığı] və xamlığı olmuşdu. Qantəmir. Kürd Əhməd onun ticarət işlərindəki xamlığına güldü. M.İbrahimov. xammal is. Sonradan sənayedə müxtəlif şeylər emal edilmək üçün yerdən çıxarılan və ya istehsal edilən material. Sənaye üçün xammal. – Tədqiqat nəticəsində aşkar edilmişdir ki, Azərbaycan öz zəngin mədən ehtiyatları ilə mədən sənayesinin ən mühüm xammal mənbəyidir. M.Qaşqay. // məc. Amerikaya ağıl axır, beyin axır; .. Beyinləri xammal kimi daşıyırlar; Qalaq-qalaq. B.Vahabzadə. xamna is. Xam, işlənməmiş ipək. xamuş zərf [fars.] Dinməz, susmuş, sakit (halda). Xamuş dayanmaq. Xamuş olmaq. – Nadir daxil oldu, qeybət kəsildi, hamısı xamuş oturub çay içməyə məşğul oldu. B.Talıblı. // Əmr şəklində: xamuş! – sus! dinmə! sakit! səssiz! Mən böylə kəlamə dutmazam guş; Leyli sözü söylə, yoxsa xamuş! Füzuli. [Şah qəzəblə:] Xamuş! Artıq söz lazım deyildir. Ü.Hacıbəyov. • Xamuş eləmək (etmək) – 1) susdurmaq. Mədhi-güldən bülbüli gülşəndə xamuş eylədim. S.Ə.Şirvani; 2) məc. keçirmək, söndürmək. Kəsdim öz əlimlə öz ayağım; Xamuş elədim mən öz çırağım. M.Ə.Sabir. Xamuş olmaq – 1) susmaq, səsini kəsmək, dinməmək, sakit olmaq. [Cəfərqulu xan:] Camaat, xamuş olun, Ağa Məhəmməd xan söz demək istəyir. Ə.Haqverdiyev; 2) məc. keçmək, sönmək. Gah olur xamuş, gahi odlanır yerdən çıraq. Qövsi. xamuşan klas. bax. xamuşluq. Dərə, təpə sakitlikdir, xamuşan; Yoxdur kənd içində bir nəfər insan. A.Səhhət. xamuşanlıq köhn. bax. xamuşluq. Ətraf tamam xamuşanlıq idi. S.M.Qənizadə. xamuşluq is. Sakitlik, sükut, səssizlik. Gecə ortasından aşmışdı və yayın isti xamuşluğunu pozan ancaq minarədən gələn minacat səsi idi. B.Talıblı. Səfərqabağı ailədə olan bu ani xamuşluq içərisində bu barədə hər kəs bir cürə düşünürdü. S.Rəhimov. xan is. tar.\n1. Orta əsrlərdə Şərq ölkələrinin bir çoxunda feodal hakimlərin titulu və bu titulu daşıyan şəxs. Bir əkinçi gedirdi məstanə; Yolda ol rast gəldi bir xanə. S.Ə.Şirvani. 19-cu ilin yayında Naxçıvan xanlarının cavanları Keçiliyə ova gəlmişdilər. E.Sultanov. Müxtəlif yerlərdən ruhanilərin, mülkədarların, bəy və xanların “Əkinçi”yə hücumu artıb şiddət edirdi. M.İbrahimov. // Bu zümrəyə mənsub adamların adına əlavə edilən ləqəb. Alı kişi neçə illər idi ki, Həsən xana ilxı otarırdı. “Koroğlu”. Almış sifarişi Hüseynqulu xan; İldırım tökülür qaş-qabağından. S.Vurğun.\n2. məc. Ağa, hökmran. Necə ki yar ilə həmzəban idim; Xalq içində sultan idim, xan idim. Q.Zakir.\n3. köhn. Aşıq-aşıq oyununda: başçı, hakim. Bu oyunda iştirak edənlər öz aralarında birini “xan” seçərdilər. H.Sarabski. Əvvəllər kənd uşaqları, “xan cığal olar” – deyə [Məmmədxanla] oynamaq istəməsələr də, sonralar razılıq vermişdilər. P.Makulu.\n4. məc. Obrazlı təşbehlərdə: canalıcı, işvəli, nazlı gözlərə işarə. Müddətdi həsrətəm, bir gəz bəri bax; O xan gözlərinin sədəqəsi canım. Q.Zakir.\n5. Bəzi mürəkkəb kişi adlarının ikinci tərkib hissəsi; məs.: Muradxan, İsmixan, Səlimxan. ‣ Xan ilə aş (plov) yemir ki, bığı yağa batar – çox məğrur, lovğa, təkəbbürlü adam haqqında. [Sultan bəy:] Əşi, xan ilə aş yemirəm ki, bığım yağa batar.. Ü.Hacıbəyov. xana is.\n1. Xırda dördbucaqlara bölünmüş bir şeyin qisimlərindən hər biri; dama, kvadrat, göz, bölgü. Şahmat taxtasının xanaları. – [Davud] dəftər qoyub cızıqladı, xanalar ayırdı: “Sıra, nömrə, familiyası, aldığı şey, neçə dənə, imza”. Mir Cəlal.\n2. bax. hana1. Qadınlardan kimisi yun darayır, ip əyirir, kimisi xana qurub kilim toxuyurdu. A.Şaiq. ..[Xeyrənisə] istirahət və yuxusunu özünə haram edib lampa işığında yun darayır, ip əyirir, xana toxuyurdu. S.Hüseyn.\n3. Başqa isimlərə qoşularaq mürəkkəb isimlər əmələ gətirir; məs.: kitabxana, qiraətxana, hamamxana, camaşırxana, duşxana və s. xana-xana sif.\n1. Xanalardan ibarət, xana şəklində; xanalı; dama-dama. Xanaxana dəftər.\n2. Göz-göz, otaqlardan ibarət. Əzizim, xana-xana; Evləri xana-xana; Əlim bəndivan olub; Zər baftalı yaxana. (Bayatı). xanalı sif. Xanası olan, xanalara bölünmüş, xana-xana. 64 xanalı dama taxtası. xançobanı is. İti oynanılan Azərbaycan xalq rəqsi və bu rəqsin havası. xandostu is. dan. Dayı, əmi və başqa qohumların arvadlarına hörmət üçün verilən ad. Xandostu, amandı, qoyma gəldi! Didarı yamandı, qoyma gəldi! M.Ə.Sabir. Anlar nə ata, nə ana, həmsayə bizim qız! Xandostu! Düşübdür yeni sövdayə bizim qız! Ə.Nəzmi. xanə is. [fars.]\n1. Ev, məskən. ..Rəşid Abxazlı yedəyində kəhər at dar və qorxulu cığırla dağ başına, öz xanəsinə tərəf dırmaşırdı. F.Köçərli. [Qurban Fərruxa:] Bir uşaq göndərib bu qəfil gülləni öz xanəmdə, əhli-əyalımın yanında da sinəmə vura bilərdin. Ə.Vəliyev.\n2. mus. bax. takt. Musiqi əsərlərindəki ağır və yüngül səslərin ardıcıl və müntəzəm surətdə təkrar edilməsi musiqinin bərabər ölçülü ayrı-ayrı taktlara (xanələrə) bölünməsini əmələ gətirir. Ə.Bədəlbəyli. ..Sədəf bu dəfə də mülayim və mehriban bir səslə şagirdinin səhvlərini göstərir, o istədiyi kimi çalmayınca yeni xanəyə keçmirdi. M.Hüseyn. xanədan is. [fars.]\n1. Qohumluq, ya vərəsəlik hüququna əsasən taxtda ardıcıl surətdə bir-birini əvəz edən hökmdarlar sülaləsi. [Qətibə:] O ancaq məni məhv etdi, mənsə bütün Eldəniz xanədanını məhv edəcəyəm. M.S.Ordubadi. [Qazı Turxan bəyə:] Atadan-babadan sizin namuslu, heysiyyətli bir xanədan olduğunuzu bütün vilayət bilir.. H.Cavid. Fərmanın həqşünas baxışı Mir Haşıma dikildi. Bu baxışı ilə o, sanki ağanın Qacar xanədanına və səltənət məqaminə etdiyi bu yaxşılığın hədər yerə getməyəcəyini anlatmaq istəyirdi. P.Makulu.\n2. məc. Bir yerdə yaşayan böyük ailə, nəsil; xaniman. [Pəricahan xanım:] Xanədanımızda ən müti, ən fədakar sayılan Hadi lələ də yox olmuşdur. S.S.Axundov. Artıq bu xanədanın dağılacağını bildirən zəlzələnin əlamətləri hiss edilməkdədir. M.İbrahimov. xanədanlıq is. tar. Böyük bir sülaləyə mənsubiyyət. xanəgah is. [fars.] Bir şeyx və ya mürşidin rəyasəti altında olan dərvişlərin yaşadıqları və ibadət etdikləri yer; təkyə, ibadətgah. xanəxərab sif. [fars.] klas. Bədbəxt, zavallı, yazıq, evi yıxılmış (adətən təəssüf, mərhəmət məqamında işlənir). Düşdü əlimə bir gecə bir şişə şərab; Gətdim evə, sübh içim məni-xanəxərab. S.Ə.Şirvani. Ər deyil, şair imiş xanəxərab; Fikri yazmaq, oxumaq, şüğlü kitab. M.Ə.Sabir. Bu xanəxərab [arvad] neçə yaşındadır məyər? N.Vəzirov. • Xanəxərab etmək – bədbəxt etmək, evini yıxmaq. Yox, yox, başına dönüm, a molla, məni xanəxərab edərsən. C.Məmmədquluzadə. xanəndə is. [fars.] Toylarda, məclislərdə, konsertlərdə və s.-də oxuyan peşəkar müğənni. Bir tərəfdə tarzən və xanəndə oturub, musiqi çalınır. Ü.Hacıbəyov. Qızışan xanəndə qavalını hərləyir, tarçı tarını kökləyir, kamançaçı simləri düzəldir, nəğməney səsi göy qayalardan əks-səda verirdi. S.Rəhimov. ..Qarabağ şikəstəsi deyən cavan xanəndənin mahnısı dəniz üzərindən yüksələrək, ta uzaqlara qədər işləyirdi. M.Hüseyn. xanəndəlik is. Xanəndə sənəti, müğənnilik. Musiqi məktəbinin xanəndəlik sinfi. – Xanəndəliyin hörməti var, yaxşı sənətdir; Xalqa, səni bil, sevdirən ancaq bu cəhətdir. Ə.Vahid. • Xanəndəlik eləmək – bir peşə kimi toylarda, məclislərdə, konsertlərdə və s.-də oxumaq, müğənnilik etmək. Məşhur mərhum xanəndə Hacı Hüsü də Məkkədən gələndən sonra əlinə qaval alıb xanəndəlik eyləyirdi. Ə.Haqverdiyev. xanənişin sif. [fars.] Evdən bayıra çıxmayan, gününü evdə keçirən, daim evdə olan, adamlar arasına çıxmayan. Xanənişin adam. • Xanənişin etmək – birinə cəza olaraq evdən kənara çıxmağa, cəmiyyətə qarışmağa icazə verməmək, yaxud hər hansı bir səbəbə görə camaat arasına, evdən bayıra çıxa bilməməsinə səbəb olmaq. [Qətibə xatun Səba xanıma:] [Qızıl Arslan] qazıları, ruhaniləri, əyanları və vəzirləri həbsə alır, sürgünə göndərir, xəlifə tərəfindən təsdiq edilən padşahı xanənişin edir(di). M.S.Ordubadi. Xanənişin olmaq – hər hansı bir səbəbə görə gününü evdə keçirmək, evdən bayıra çıxa bilməmək, xarici aləmlə əlaqəni kəsmək. [Gülsümün] atası da o qədər qocaldı ki, daha gözləri qüvvətdən düşüb, başmaq tikməyə qadir olmayıb xanənişin oldu. Ə.Haqverdiyev. Xanənişin olmuş (f.sif.) Molla Qasım bir dəfə bir yığıncağa getmişdi. S.S.Axundov. xangəldi is. dan. Uzun intizardan sonra gəlib çıxan adam haqqında zarafatla deyilən söz. Sənin gəlməyin lap xangəldiyə döndü. xanı (=xanıbalığı) is. zool. Şirin sularda yaşayan qara zolaqlı, qırmızıya çalar alt üzgəcli balıq. xanıbalığı (=xanı) is. zool. Şirin sularda yaşayan qara zolaqlı, qırmızıya çalar alt üzgəcli balıq. xanıkimilər is. zool. Xanı tipli balıqlar sinfi. xanım is.\n1. Hörmət və şərəf üçün qadınlara verilən ad; bəyim. [Murad:] Ah, xanım, bir sənsən mənim pənahım; Mən qərib kimsəyəm, yox bir günahım. H.Cavid. Dəlilər, xanımlar Koroğludan çox nigaran idilər. “Koroğlu”. Çərşənbə günündə çeşmə başında; Gözüm bir alagöz xanıma düşdü. Aşıq Ələsgər. // Tanış olmayan qadına hörmətlə müraciət. Xanım, məni dinləyin. // Hörmət üçün qadın adlarına əlavə edilir. Nizami, Məhsəti xanıma ürək və təsəlli vermək üçün uzun-uzadı danışdı. M.S.Ordubadi. Ağa Murad bəyin Reyhan xanımla rəftarı .. get-gedə sərtləşirdi. T.Ş.Simurq. [Şeyda Kəngərli:] Davamlı olun, Sənubər xanım, lazımlı fikri həyata keçirmək çətin olduğu kimi, həm də şərəflidir. B.Bayramov. // Qadınlığın bütün gözəl sifətlərini özündə cəmləşdirən qadın haqqında; alicənab, nəcib. Çox xanım adamdır (bu mənada xanım-xatın şəklində də işlənir).\n2. Qadın, arvad, zövcə. Yoldaşım öz xanımı ilə gəlmişdi. – Bu vaxt evin xanımı uzun, yekə məcməyidə buğlanan plovu gətirib, stolun üstünə qoydu. M.Hüseyn.\n3. Bəzi mürəkkəb qadın adlarının ikinci tərkib hissəsi; məs.: Minaxanım, Bəyimxanım, Balacaxanım, Xırdaxanım və s. xanımböcəyi zool. bax. uçağan2. xanımcan is. köhn. Qadına hörmət və nəvazişlə müraciət. [Qurban:] Xanımcan, bağışla, sənə ağır gəlməsin, bu dünyadır, elə də olar, belə də. İ.Musabəyov. xanıməli is. bot. İriyarpaqlı, gözəl ətirli bir çiçək və bu çiçəyin kolu. xanım-xatın bax. xanım 1-ci mənada. [Xəlil:] Gəncədə elə sizin kimi xanımxatın bir doktor vardı. S.Rəhman. xanımlıq is.\n1. Xanım olma, xanım kimi yaşama, hörmətdə olma. Xanımlıq eləmək. – [Çəpəl:] Bəxtəvər qurulu evə gedir, açıq qapıya xanımlığa gedir. Mir Cəlal.\n2. Qadınlıq. [Qadının] ağıllı baxışı, dolğun sinəsi, həlim və təranəli səsi – bütün hərəkəti xanımlıq haqqına haiz olduğunu bildirirdi. Çəmənzəminli.\n3. məc. Alicənablıq, ağayanalıq, nəciblik [Səkinənin] oturuşunda, hərəkətində və üzgözündə bir xanımlıq, nəcib bir əxlaqın və mənəviyyatın gözəlliyi duyulurdu. M.İbrahimov. xanımotu is. bot. Yarpaqlarında və kökündə atropin olan çoxillik ot bitkisi. Xanımotu çoxillik ot bitkisidir, hündürlüyü 1-2 m-ə çatan bir neçə düz gövdəyə malikdir. R.Əliyev. xanımsallandı I. bot. bax. ərikgülü.\n\nII. is. köhn. Parlaq ipək saplardan toxunmuş bahalı parça. Keçmişdə xanımlar toylara xanımsallandı geyinərdilər. xaniman is. [fars.]\n1. Ev-eşik, ata yurdu, ocaq, dudman, məskən. Yolunda keçmişəm şirin canımdan; Tərk oldum vətəndən, xanimanımdan. Aşıq Ələsgər. Get ata-ananın tez al qanını; Dağıt Ağpoladın xanimanını. A.Səhhət. [Cahangir bəy:] Ta səndən ötəri xanimandan əl çəkib düşmüşəm bərrü biyabanə. N.Vəzirov.\n2. Ev, ev adamları, ailə. İpək döşəməli xanimanlardan; Rəqqasə qızların səsi yüksəlir. S.Vurğun. [İsmayıl:] Uşaqlar, bu xanimanın daşını daş üstə qoymayacağıq, odlayın! P.Makulu. Yanan xanimanlardan körpələrin ağlaşma səsləri ucalır. M.Rzaquluzadə. // Məc. mənada. Könül xanimanın abad eyləyib; Yıxan gözlərinin sədəqəsi canım. Q.Zakir. Könül viran qalan bir xanimandır; Deyib-danışmayır xeyli zamandır. S.Vurğun. xanimanlı sif. Xanimanı, yurdu, məskəni, ev-eşiyi olan. xanimansız sif. Xanimanı, yurdu, məskəni, ev-eşiyi olmayan; yurdsuz. Ölürəm imdi burda qürbətdə; Xanimansız, yetim, əsarətdə. A.Səhhət. Bax, küçələrdə seyr edir bir sürü xanimansız; Ac-yalavac zarıldayır arvaduşaq gümansız. C.Cabbarlı. xanlıq is.\n1. Hakimlik. Xanlıq sürmək. Xanlıq eləmək. – Bilmirəm neyləyir ol xanlığı ya dünyanı; Hər kimin dövləti vardır, odur əsrin xanı.. S.Ə.Şirvani. [Mirzə Təqi:] Bəli, İranda xanlıq var ikən İran dirilməz. C.Cabbarlı.\n2. Xana məxsus, xana mənsub. Xanlıq mülk. Xanlıq imarət. – Hələ əri xanlıq evinə çatmamış, arvad özünü ona yetirmək, onu qaçmağa təşviq etmək istədi. P.Makulu. // Xanın idarəsi altında olan məmləkət, ölkə, ərazi. Bakı xanlığı. İrəvan xanlığı. xanzadə is. [xan və fars. ...zadə] Xan oğlu, xan balası, xan nəslindən olan adam. [İbrahim:] Bu saat hamı xanzadələrin, şahzadələrin qızları sənə həsəd aparır. Ə.Haqverdiyev. [Kəndlilər] Allaha pənah, hələ ki bu şəhərdən gələn xanzadələrin heç birindən xeyir iş baş verməyib – deyib qəzavü-qədərə bel bağladılar. Çəmənzəminli. [Cəmaləddin:] ..O adama öz tərəfimdən izin verdim və onun sədaqətinə əminəm. Bu, kirmanlı Mirzə Rza adında bir xanzadədir. C.Cabbarlı. xaos [yun.] Tam qarışıqlıq, qarmaqarışıqlıq, nizamsızlıq, hərc-mərclik, qaydasızlıq, sistemsizlik. ..Həyat, baş açılmaz bir xaosa çevrilərək, artıq [Səriyyə və uşaqlarını] şüursuz və iradəsiz bir cisim kimi öz təkərinin altına alıb əzməyə, ovmağa başladı. M.İbrahimov. xaotik sif. Qarmaqarışıq, qaydasız, nizamsız, sistemsiz. xaotiklik is. Qarmaqarışıqlıq, qaydasızlıq, nizamsızlıq, sistemsizlik. xar I. is. [fars.] klas.\n1. Tikan. Zəhməti bülbül çəkər; Gülü qucar yenə xar. (Ata. sözü). [Kərəm:] Bağı tutdu şeyda bülbül naləsi; Gülün bağrı yandı xarın içində. “Əsli və Kərəm”. Gülşəni-aləmdə bir gül varmı bixar olmasın? Hansı bülbüldür cəfayi-xardən zar olmasın? M.Hadi.\n\nII. sif. Zəlil, üzüqara, rüsvay, xəcalətli, pərt. Rüstəmbəy başını çarpayıya söykəyib, xar və zəlil bir halda sükuta getdi, gözləri yaşardı.. Çəmənzəminli. • Xar etmək (eləmək, qılmaq) – hörmətdən salmaq, alçaltmaq, üzüqara etmək, başıaşağı etmək, xəcil etmək. Bunları mənimlə zar qılma; Bir neçə əzizi xar qılma. Füzuli. Xar etmə məni hicrin ilə, ey güli-bixar; Gülşəndə haçan gül eləyib xarə ədavət. S.Ə.Şirvani. Yalnız teatr sevgisi onları dost-düşmən yanında xar eləyir, ata-ana yanında başıaşağı edərdi. S.Rəhman. Xar olmaq – alçalmaq, hörmətdən düşmək, hörməti getmək, üzüqara olmaq. Mərdlər ilən gəz ki, vəfadar olur; Nakəslərə yoldaş olan xar olur. M.V.Vidadi. [Naçalnik:] Sizin nəcabətinizə hərgiz layiq deyil ki, yaman əməllər ilə özünüzü bədnam edib, ümənayi-dövlətin nəzərində xar və zəlil olasınız. M.F.Axundzadə.\n\nIII. sif. Yumşaq, boş, məsaməli. Xar buz. xara is. Özündən naxışları olan parlaq ipək parça. Gün vurduqca ağacların yarpaqları rəngdən-rəngə düşür, xara parça kimi bir anda cürbəcür rəngə çalırdı. Ə.Vəliyev. [Sərvinaz Şahmara:] Ata-babamız öz üstünə çəkməyə mitil tapmayanda, xaradan qonaq yorğanı düzəltdirib. B.Bayramov. Xaradan uzun xalat geyinmiş bəstəboy, zərif bir qadın pilləkənlə enirdi. İ.Hüseynov. // Xaradan tikilmiş. Xara don, xas labada; Şəddə üstə şalı qəşəng. Aşıq Ələsgər. [Əminə] qıvraq görkəminə çox yaraşan baftalı, uzun xara tuman .. geymiş, başına da heyratı kəlağayı örtmüşdü. Ə.Əbülhəsən. xarab sif. [ər.]\n1. Pis, yaman. [Kərbəlayı Cəfər:] ..İndi əsr çox xarabdı. Hanı indi elə bir Allah bəndəsi ki adamın əlini tutsun... C.Məmmədquluzadə. [Əvvəlinci kəndli:] Həkim birgünlük yolda olur; yollarımız xarab, azarlını nə arabada aparmaq olur, nə at ilə.. Ə.Haqverdiyev. // Bərbad, viran. Dərdi-qəmi göndər könül şəhrinə; Heç sultan mülkünü xarab istəməz. Q.Zakir.\n2. Ağır, pis. Halı xarabdır. • Xarab olmaq – 1) get-gedə pisləşmək, ağırlaşmaq, qorxulu bir vəziyyət almaq (xəstə haqqında). [Humay:] Ah, nə fəlakətli təsadüf... Zavallı xəstəliyindən büsbütün xarab olacaq.. H.Cavid; 2) sınmaq, dağılmaq, korlanmaq. [Ağakərim xan:] Vay sənin halına, hərgah bir səndəl, ya miz xarab ola. N.Vəzirov; 3) pisləşmək, pis cəhətə dəyişmək, korlanmaq. [Məşədi İbad:] Arvad ki döyülmədi, xarab olar. Ü.Hacıbəyov. [Əlləzoğlu:] Ə, biz, deyəsən, ərli-arvadlı lap xarab olmuşuq, ay Hənifə. İ.Hüseynov.\n3. Əvvəlki keyfiyyətini, vəziyyətini dəyişmək, itirmək, yaramaz hala düşmək. Nə tez soldun, xarab oldun! Nədir sənin bu tutduğun; Vəfasızlıq yolu, bilməm! Sənin ömrün nə qədər kəm! Ə.Cavad.\n4. Bir sıra isimlərin yanına gətirilərək, ismin göstərdiyi mənada feil, yaxud müxtəlif ifadələr düzəldilir; məs.: qanını xarab etmək, ovqatını xarab etmək, ürəyi xarab olmaq, işlər xarabdır və s. xaraba [ər.]\n1. is. Dağılmış, uçulmuş, viranə qalmış şəhərin, tikilinin və s.-nin qalığı; yarı yıxıq ev və s.; xarabalıq. Bizdən sonra kəndlilər Pəri arvadı və uşağını xarabadan çıxartmışdılar. C.Məmmədquluzadə. Bayquş xaraba, gecəquşu qaranlıq sevən kimi, xain adamlar da xəlvəti xoşlarlar. M.İbrahimov. Alçaq, yastı və torpaq evlərdən buranın kiçik bir kənd xarabası olduğu anlaşılırdı. Ə.Məmmədxanlı.\n2. sif. Dağılmış, uçulmuş, alt-üst olmuş, xaraba qalmış; viranə, yıxıq, uçuq. Xaraba şəhər. Xaraba kənd. Xaraba evlər. – Könül şəhri gündən-günə talandı; İndi oldu bir xaraba çöllər hey. M.V.Vidadi. Xaraba və başlı-başına buraxılmış bir binanın içərisində toxdayıb oturdum. M.S.Ordubadi. Gülbənd bacısı Tamamın hər şeydən çox xaraba qəbiristandan qorxduğunu söylərdi. S.S.Axundov. • Xaraba qalmaq – uçulmaq, dağılmaq, viran olmaq (bəzən qarğış kimi – xaraba qalsın! xaraba qalasan! şəklində işlənir). [Qərib:] Xaraba qalsın Tiflis şəhəri; Heç səndə oynayıb-gülən yoxumuş. “Aşıq Qərib”. Gözəl Təbriz xaraba qalır, toz-torpaq içində sönüb gedir. M.İbrahimov. İş belə gedərsə, Gəray ağanın Qarabağ düzənlərindəki malikanəsi, Şuşa şəhərindəki üçmərtəbəli imarəti də xaraba qalacaq... S.Rəhimov. Xaraba qoymaq – dağıtmaq, viran etmək, uçurmaq, daşı daş üstə qoymamaq, xarabalığa döndərmək. [Cənnətəli ağa:] Ay gədələr, dalımca gəlin!.. Gərək dünyavü aləmi xaraba qoyam! N.Vəzirov. // klas. Məc. mənada. Bu dil ki ona mənzil idi, oldu xərabə; Əzm etsə əgər yar, dəxi harə qayıtsın? Heyran xanım.\n3. dan. Öz evi, öz mülkü, öz yeri mənasında (hiddət məqamında deyilir). [Kərbəlayı Ağca:] Min dəfə deyirəm, bu zəhrimar çəpəri öz xarabanızdan çəkin! Çəmənzəminli. [Paşa bəy Səlbiyə:] Onsuz da qanım qaradır, çıx cəhənnəm ol, itil get xarabana! Ə.Vəliyev. [Münəvvər:] Qoymaz ki, itin küçükləri xarabamızda bir hovr rahat nəfəs alaq. Mir Cəlal.\n4. bax. xarabaxana. Çox görmüşəm qana batmış əlləri mən; Çək tətikdən əllərini; Yüz xaraba, min xaraba müəllifi əllərini. M.Araz. xarabaxana bax. xarabalıq. [Bəyməmməd:] O yel vurub, yengələr oynayan xarabaxana? Bəs atam nə deyər. S.Rəhimov. xarabalanma “Xarabalanmaq”dan f.is. xarabalanmaq f. Xarabalığa dönmək, xaraba qalmaq, dağılmaq, bərbad olmaq, viranələnmək. xarabalaşdırma “Xarabalaşdırmaq”dan f.is. xarabalaşdırmaq f. Xaraba halına gətirmək, dağıtmaq, viranə etmək, viran qoymaq. xarabalaşma “Xarabalaşmaq”dan f.is. xarabalaşmaq bax. xarabalanmaq. xarabalıq is. Xarabaya çevrilmiş yer, dağılmış, sökülmüş, viran qalmış yer; viranəlik. Kənddə təsərrüfat alətləri yay-qış uçuq-sökük, qar-yağış tökülən bir xarabalıqda saxlanılırdı. M.İbrahimov. Ay işığında [yolçu] bir xarabalıq qarşısında dayandığını gördü. Ə.Məmmədxanlı. Xarabalıq üzərində iki bayquş edir söhbət; Nuşirəvan bu söhbətin təsirindən alır ibrət. B.Vahabzadə. xarabazar is. [ər. xərabə və fars. ...zar] klas. Xarabalıq, viranəlik, xaraba qalmış yer. [Mirzə Sadıq Fərhada:] Oğlum, xarabazarlar arasında abadlıq axtarma. C.Cabbarlı. [Qurd Kərim:] Hər yana baxırsan xarabazardır; Dolub dilənçiylə küçə və meydan. S.Rüstəm. xarabazarlıq bax. xarabalıq. Xəyalımda bizim Şərq nağıllarında təsvir edilən xarabazarlıqlar canlandı. M.İbrahimov. Dağınıq və uçuq evləri, .. küçələrə tökülmüş sınıq qab-qacaqları görərkən, dağılmış insan yurdunun bu xarabazarlığı qarşısında yolçunun ürəyi sıxıldı... Ə.Məmmədxanlı. xarabçılıq is. dan. Pislik, murdarlıq. xarabedici sif. Xarab edən, dağıdıcı, viranedici. xarablama “Xarablamaq”dan f.is. xarablamaq f.\n1. Korlamaq, pisləşdirmək. İşləri xarab eləyən araqarışdıranlardır ki, müsəllamızı xarablayırlar. C.Məmmədquluzadə.\n2. məc. dan. Batırmaq, bulamaq, murdarlamaq. Ölünü öz kefinə qoysalar, kəfəni xarablar. (Ata. sözü). xarablaşdırma “Xarablaşdırmaq”dan f.is. xarablaşdırmaq f. Xarab eləmək, korlamaq, pisləşdirmək, bərbad hala salmaq. // Ağırlaşdırmaq, kəsifləşdirmək. İnsanların tənəffüs zamanı havaya buraxdıqları karbon qazı, habelə yaş və ya çirkli paltardan qalxan buxar, toz binanın havasını xarablaşdırır. Ə.Babayev. xarablaşma “Xarablaşmaq”dan f.is. xarablaşmaq f. Pisləşmək, daha da xarab olmaq, fənalaşmaq, korlanmaq. [Həsənqulu bəy:] Həzərat! Özünüzə məlumdur ki, dünya getdikcə xarablaşır, yəni mən onu demək istəyirəm ki, bu dünya getdikcə xarab olur. Ü.Hacıbəyov. Kişinin ovqatı daha da xarablaşır, oyan-buyanı, axtarar, əlinə təndir kösöyü götürüb, itə bir-iki çəkərdi. H.Sarabski. Gülşən işdən çıxanda günortadan pozulmağa başlayan hava get-gedə daha da xarablaşdı. M.Süleymanov. xarablıq is. Xarab şeyin halı, keyfiyyəti; pislik, bərbadlıq, fənalıq. xarakter I. [yun.]\n1. bax. xasiyyət. Zeynalda xudkam bir sənətkar xarakteri vardı. S.Hüseyn. Mahnı xalqın milli xarakterini canlı surətdə ifadə edən böyük bir ilham məhsuludur. Ə.Bədəlbəyli.\n2. ədəb. inc. Tip, surət, obraz. M.F.Axundzadənin komediyaları böyük ictimai məsələləri əhatə edən, komik planda ictimai xarakterlər yaradan klassik komediya əsərləri idi. M.İbrahimov.\n3. Mahiyyət, keyfiyyət, xüsusiyyət. Yer səthinin xarakteri.\n4. Xaraktercə şəklində – xarakterinə görə; xasiyyətinə görə, mahiyyətinə görə; xasiyyətcə, mahiyyətcə. “Atabəylər” dramında gərgin hadisələrlə yanaşı, xaraktercə bir-birinə zidd olan obrazlar da nəzəri cəlb edir. M.İbrahimov.\n\nII. (=xarakterik) sif. [yun.] bax. səciyyəvi. Xarakterik cəhət. – Qlier Azərbaycan mövzusunda [“Şahsənəm”] opera yaradarkən folklorumuzun bütün melodiya zənginliyindən istifadə edə bilməmiş, Azərbaycan musiqisinin lad, vəzn və nüanslarının bütün xarakterik xüsusiyyətlərini öyrənə bilməmişdir. Ü.Hacıbəyov. xarakterik (=xaraktyr) sif. [yun.] bax. səciyyəvi. Xarakterik cəhət. – Qlier Azərbaycan mövzusunda [“Şahsənəm”] opera yaradarkən folklorumuzun bütün melodiya zənginliyindən istifadə edə bilməmiş, Azərbaycan musiqisinin lad, vəzn və nüanslarının bütün xarakterik xüsusiyyətlərini öyrənə bilməmişdir. Ü.Hacıbəyov. xarakteristika [yun.]\n1. Bir şəxsin və ya şeyin səciyyəvi xüsusiyyətlərinin təsviri.\n2. Birinin əmək və ictimai fəaliyyəti haqqında məlumat verən rəsmi sənəd, xasiyyətnamə.\n3. riyaz. Onluq loqarifmin bütöv hissəsi.\n4. xüs. Bir şeyin hər hansı bir qrafik (cizgilərlə) göstəricisi. Turbinin xarakteristikası. Çay rejiminin xarakteristikası. xarakterizə :xarakterizə etmək – xarakteristika vermək, fərqləndirici xüsusiyyətlərini müəyyənləşdirmək; səciyyələndirmək. xarakterli sif. Xarakterə malik olan, səciyyəvi xüsusiyyətlərə malik olan; səciyyəvi. Cəngavər xarakterli tiplər yaratmaq. xaraktersiz sif. Möhkəm xarakteri, heç bir səciyyəvi xüsusiyyəti olmayan, çox tez təsir altına düşən, zəif iradəli. Xaraktersiz surətlər. xaraktersizlik is. Möhkəm xarakteri olmama, çox tez təsir altına düşmə; iradə zəifliyi. xaral is. İri torba (kisə), bardan. Nənəm qarala, qoyun! Bənzər marala, qoyun! Çoban yununu qırxıb; Basar xarala, qoyun! (Bayatı). Öz vaxtında ayırmadın şahini sardan; Az qoşmadın boş xarallar şəninə dastan. M.Araz. xarço is. [gürcücə] Qoyun ətindən bişirilən bozbaşaoxşar ədviyyəli xörək, şorba. xardal is.\n1. bot. Xaççiçəklilər fəsiləsindən xırda sarı çiçəkləri və meyvəsi olan ot bitkisi. Xaççiçəklilər fəsiləsinə bir sıra kələm, turp, vəzəri kimi qiymətli tərəvəz bitkiləri, xardal kimi yağlı bitkilər, mixəkgülü, şəbbugülü kimi bəzək bitkiləri daxildir. H.Qədirov.\n2. Xörəyə kəskin dad vermək üçün bu bitkinin üyüdülmüş tumlarından hazırlanan şirə. • Xardal yaxısı – xardal yaxılmış (sürtülmüş) kağız parçası (müalicə məqsədilə işlənir). xardallı sif. Tərkibində xardal olan. xarıbülbül is. [fars. xar – tikan və bülbül.] Azərbaycanda bitən bitki növü. Açma xarıbülbül, açma, sən bu il; Görürsən, bu bahar bizimçün deyil. B.Vahabzadə. xarıldama “Xarıldamaq”dan f.is. xarıldamaq f. Ayaq altında tapdalanan qardan xar-xar səsi çıxmaq. İşıq düşər qar üstünə parıldar; Tapdalayan vaxtda onu xarıldar. A.Səhhət. Qar atların ayaqları altında qəribə bir səslə xarıldayırdı. M.Hüseyn. xarıldaşma “Xarıldaşmaq”dan f.is. xarıldaşmaq f. Küləyin təsirilə yarpaqların, budaqların bir-birinə dəyməsindən çıxan səs haqqında – xışıldamaq. Külək əsdikcə yarpaqlar xarıldaşırdı. – Meşəni çulğayan dərin uğultu bir neçə saniyə kəsilmədi. Ağaclar xarıldaşdı. M.Hüseyn. xarıltı bax. xışıltı. Xarıltı səsi. • Xarıltı ilə – xarıltı səsi çıxararaq, xışıltı ilə. [Məryəm:] Sən məni unutsan da, amma mən səni unutmaram, – deyə işvəkar qadınlara məxsus bir şivə ilə fırlanıb ipək paltarlarını xarıltı ilə yellətdi. B.Talıblı. Payız yağmurlarından aşıb-daşan çay iri yumru daşları xarıltı ilə yuvarlayıb aparırdı. M.Rzaquluzadə. xaric is. [ər.]\n1. Bayır, dışarı; bayır tərəf (daxil əksi). Binanın xarici. Bu evin xarici daxilindən gözəldir. – Sonra birdən o, xaricdən gələn səslərə qulaq asmağa başlayır. S.Rəhman. • Xaric etmək – qovmaq, kənar etmək, çıxarmaq. [Fərhad Mirzə Sadığa:] Baba, tez məni [saraydan] xaric edin. C.Cabbarlı. Yoldaşlarından birini bıçaqlayıb yaralamağının üstündə Əmiraslanı məktəbdən xaric etdilər. S.S.Axundov. Xaric olmaq – kənar olmaq, çıxmaq. [Qızıl Arslan:] Bu məktubu alandan bir həftəyə qədər öz qoşununu padşaha təslim verib islam məmləkətlərindən xaric olmalısınız! M.S.Ordubadi.\n2. Xarici ölkə, məmləkət. Xaricdən gələn mallar. Xaricdə yaşamaq. – Günlər keçir, xaricdən qəsəbəyə kimsə gəlməyirdi. H.Nəzərli.\n3. Musiqidə: mövcud ölçü və ahəngdən kənara çıxma, yanlış çalma, ya oxuma. Xaric vurub zil pozuldu; İndi bəmdən oxu, bülbül. N.Kəsəmənli. ‣ Xaric dəftəri dəft. – idarədən çıxan məktubları, təliqələri qeyd etmək üçün dəftər. xarici sif. [ər.]\n1. Xaricə aid, zahiri (daxili ziddi). Xarici əlamət. – Mahmuda xarici görünüşünə görə paxıllıq edənlər də olurdu. S.Vəliyev. // Bir şeyin xaricində, xaric tərəfində olan. Xarici tərəf. Xarici mühit. – Qəhrəman o qəbil insanlardan idi ki, .. xarici aləmdə heç bir şey görməz və eşitməzdi. M.İbrahimov. Elə bil bu saat bütün xarici aləm yalnız sədrdən asılı idi. İ.Əfəndiyev.\n2. Xarici dövlətlə olan münasibətlərə aid (daxili ziddi). Xarici siyasət. Xarici vəziyyət. Xarici ticarət. // Həmin dövlətin hüdudları xaricində olan. Daxili və xarici qiymətlər. Xarici bazar. Xarici düşmənlər. // Xarici ölkədən gəlmiş və ya gətirilmiş. Xarici qonaqlar. Xarici mal. // Başqa dövlətə, başqa ölkəyə mənsub olan, aid olan. Xarici təbəələr. Xarici valyuta. Xarici dillər. // İs. mənasında. Əcnəbi, xarici ölkə təbəəsi. Bakı neft yataqları xariciləri özünə çəkirdi. M.İbrahimov. // is. köhn. İslam aləmində qeyri-müsəlmanlara verilən ad; əcnəbi. [Hacı:] Hayıf olsun ki, siz də xaricilərə qoşulub məni yerdən götürməyə çalışırsınız. M.S.Ordubadi. Hacı Əliqulu, doğrudur, bir xarici ilə əl-ələ görüşəndə gəlib evdə əlini sabunla təmizlərdi. Qantəmir. Xaricilər qabağa düşdü tamam; Nə yaman günlərə qaldı islam. A.Səhhət. xariciyyə is. [ər.] Xarici işlər nazirliyinin köhnə adı. Osmanlının xariciyyə vəziri gəlib sultana ərz edəndə ki, sultan sağ olsun, Yevropa hökumətləri Kriti hazırlaşırlar versinlər yunan padşahına, Sultan Əbdülhəmid yunanlı hərəmini yanına çağırıb deyir: .. İstambula yazaram, “Molla Nəsrəddin”i Osmanlı torpağına qoymasınlar. “Hophopnamə”. xariqə is. [ər.]\n1. İnsanda heyranlıq doğuran şey, hadisə; möcüzə. bax. xariqüladə.\n2. məc. Adama xariqə kimi görünən, xariqə sayıla bilən şey, qeyri-adi, görünməmiş şey. İnsanın zəkası xariqələr yaradır. – [Nəcməddin] Böyük şairin [Nizaminin] bu qədər qilu-qal içərisində keçən günləri sakit bir həyatın qucağında xariqələr, möcüzələr dolu şeirlər yaratmağa sərf olunacaqdır. M.S.Ordubadi. xariqəli sif. Xariqüladə, xariqələrlə dolu, ecazkar, möcüzəli, görünməmiş. Burada xariqəli bir şey yoxdur. xariqüladə sif. [ər.]\n1. Qeyri-adi, qeyri-təbii, bu vaxta qədər misli görünməmiş, təbiət xaricində olan. Xariqüladə qüvvələr. Xariqüladə hadisələr. Xariqüladə qəhrəmanlıq.\n2. Adi qaydadan xaric, qeyri-adi, fövqəladə. Boşanmaq təklifi [Mehriban] üçün xariqüladə bir şey idi. S.Hüseyn. Amma Saday yoldaşlarına ürək-dirək verəndə, elə xariqüladə bir qüdrət sahibi olduğunu bilməzdi. M.Hüseyn. Mahmud Sərdarın dediyinə inanmırmış kimi, bir an quruyub qaldı. O, xariqüladə bir qüdrətə malik zənn etdiyi bu adamın vurula biləcəyinə heç cür inanmazdı. P.Makulu. xariqüladəlik is. Qeyri-adilik, fövqəltəbiilik, fövqəladəlik; ecazkarlıq. Hadisənin xariqüladəliyi. xarlama “Xarlamaq”dan f.is. xarlamaq f. Bərkimək (qar, ərgin şəkər haqqında). [Qırmızı qan ləkələri] xarlamış qar üzərində nar dənələri kimi qızarır, sağda-solda bir ovuc mərcan kimi göyümtül rəngə çalan qar üzərinə səpələnirdilər. Ə.Məmmədxanlı. Hava açılır, dağlarda yumşalıb xarlayan qar əriyir, dərələr səslənir, Xaçının qıjıltısı hər saat güclənirdi. B.Bayramov. xarlandırma “Xarlandırmaq”dan f.is. xarlandırmaq f. Şəkərə döndərmək, şəkərləndirmək. xarlanma “Xarlanmaq”dan f.is. xarlanmaq f. Şəkərə dönmək, şəkərlənmək. Bal xarlanıb. Mürəbbə qalıb xarlanıb. xarlanmış f.sif. Şəkərə dönmüş, şəkəri artmış, şəkərdən bərkimiş. Xarlanmış bal. xarrat is. Ağac və taxtadan müxtəlif şeylər qayıran usta; doğramaçı. Bir yanda xarratlar taxta yonub rəndələyir, qapı-pəncərənin çərçivəsini yerinə salır, döşəməni düzəldirdilər. M.İbrahimov. Xarratlar taxtaşalban işlərini qurtarmış, çilingərlər də mexanizmlərin əgər-əskiyini düzəldib qaydaya salırdılar. M.Hüseyn. xarratxana is. Xarrat emalatxanası. xarratlıq is. Xarrat sənəti, peşəsi. [Nizami:] Təbibə ehtiyacı çox olan məmləkətlərdə insanın təbibliyə olan marağı hər şeydən artıqdır. Elə də dəmirçilik, xarratlıq, dərzilik və başmaqçılıqdır. M.S.Ordubadi. xart təql. Bərk, kövrək bir şeyi dişlə doğradıqda, ya kəsdikdə çıxan səs. xartaxart zərf Xartıldadaraq, xartıltı ilə. Bərk almanı xartaxart yemək. Qəndi xartaxart çeynəmək. xartıldatma “Xartıldatmaq”dan f.is. xartıldatmaq f. Xartıltı ilə sındırıb yemək. Ömər xan sözünü bitirərək qabdan bir qazmaq götürüb, sağlam dişlərlə xartıldatmağa başladı. Çəmənzəminli. xarthaxart bax. xartaxart. [Qəndi] .. ağzıma salıb bir qədər sorduqdan sonra dilimin ucu ilə dişlərimin altına ötürüb xarthaxart yeyərdim. Qantəmir. [Tapdıq] hər dəfə çay içəndə bir yekə tikə qənd ağzına qoyur və xarthaxart yeyirdi. Ə.Vəliyev. xartiya is. [yun.]\n1. Qədim əlyazması (papirus və perqamentdə).\n2. İctimai-siyasi sənəd. xartut is. İri qara tut. Tut cinsinin Azərbaycanda əsas üç növü bitir: ağtut, xartut və qırmızı tut və ya çəkil. M.Qasımov. [Bayram kişi:] Bunlardan başqa, iydə, innab, qaratut, xartut da buralarda çox yaxşı olur. M.Rzaquluzadə. xas I. sif. [ər.]\n1. Yalnız bir adama və ya şeyə məxsus olan, onun üçün səciyyəvi olan, yalnız bir adamda və ya şeydə olan. Balaca Azad təbiətinə xas bir hay-küylə kənarda oynayır. M.İbrahimov. Güləsər yeniyetmə kənd qızlarına xas olan bir qəmzə ilə boynunu bükdü və dinməz-söyləməz çardaqdan endi. İ.Şıxlı.\n2. Saf, xalis, qatışıqsız, təmiz. Xas polad. – Tən köynəyi xas qırmızı; Gülgəzli xaradan yaxşı. (Qoşma).\n3. tar. Hökmdarın şəxsən özünə məxsus olan. Xas əsgər. – [Şah əşxasa:] Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. Çünki bu məclisi-xasdır, ona binaən mənim tərəfimdən icazət olunur ki, oturasınız. M.F.Axundzadə. Toğrulun məktubunu aparanlardan birisi onun xüsusi katibi Əbülqədir, ikincisi xas qulamlardan Cəmad, üçüncüsü isə Mülhimdir. M.S.Ordubadi.\n4. köhn. klas. Əsil, nəcabətli, əsilli, əsilnəsəbli; əyan, kübar.\n\nII. is. Həftənin ikinci günü, çərşənbə axşamı; tək günü. xasa sif. [ər.] Yaxşı bişmiş (qızarmış), bürüştə, əla. [Çörəkçi:] Gəl, müştəri, gəl görək, tazadır xasa çörək... M.S.Ordubadi. xas-xalis sif. [ər.] köhn. Əsil, əsilli, nəcabətli, əsil-nəsəbli. Zakir özü Qarabağın xas-xalis nücəbalarından ola-ola, öz həmsinfinin ayıb və qüsurlarını belə açıq, mərdanə və şairanə söyləməyi, əlbəttə, şayani-təhsirdir. F.Köçərli. xasiyyət is. [ər.]\n1. İnsanın hərəkət və davranışlarında özünü göstərən əsas və ən sabit psixik xassələrinin səciyyəsi xüsusiyyətlərinin məcmusu, təbiətində olan xüsusiyyət, xarakter. Yumşaq xasiyyət. Sərt xasiyyət. – Üz bürüməz yar yarını görəndə; Bu xasiyyət nədi, bilməzəm səndə? Q.Zakir. Atalar demişkən: “Atı atın yanına bağlarsan, ya halını götürər, ya xasiyyətini”. C.Məmmədquluzadə. Nola, gər atəşi-eşq ilə yansaq, şöləmiz yoxdur; Bu xasiyyət bizə nə şəm, nə də pərvanələrdəndir! Ə.Vahid.\n2. Bir şeyə xas olan hal, xüsusiyyət. Sənə həm gül verir, həm də qar verir; Budur xasiyyəti bizim dağların. S.Rüstəm. Bu yerlərə yaxşı bələd olan Şahin dumanın da xasiyyətini bilirdi. B.Bayramov. xasiyyətcə sif. Xasiyyətinə görə, təbiətinə görə, təbiətcə. Xasiyyətcə gözəl adam. Xasiyyətcə tərsdir. – Aşıq azarkeşləri yaxşı bilirdilər ki, xasiyyətcə tündməcaz olan və tez əsəbiləşən Aşıq Alı çuğulların belə sözlərindən qəzəblənəcək və Aşıq Ələsgərlə deyişəcəkdir. “Aşıq Ələsgər”. xasiyyətnamə is. [ər. xasiyyət və fars. ...namə] Bir şəxsin ictimai və əmək fəaliyyətini təsvir edən rəsmi sənəd; xarakteristika. İş yerindən xasiyyətnamə almaq. – Lalə dünən baş mühəndisin texniki imtahandan keçirdiyi adamlara dair yazıb verdiyi xasiyyətnamələrlə tanış olurdu. M.Hüseyn. [Qoçəlinin] döyüş xasiyyətnaməsi olmadığından ərizəsini ləngitmək istəyirdilər. Ə.Vəliyev. xassə is. [ər.] Bir adama və ya şeyə məxsus olan hal, bir adamda və ya şeydə olub, başqalarında olmayan keyfiyyət; xasiyyət. [Rüstəmbəy Vəlibəyə:] Hər şeyi tərsinə başa düşmək [Cəfərdə] bir xassədir. Çəmənzəminli. // Keyfiyyət, xüsusiyyət. Mədən sularının şəfaverici xassələri. xassəli sif. Xassəsi, xüsusiyyəti, müəyyən keyfiyyəti olan. Müxtəlif xassəli maddələr. xaş is. Kəlləpaçadan hazırlanıb sarımsaqla yeyilən xörək. xaşa I. is. bot. Paxlalılar fəsiləsindən yem bitkisi; esparset. Əkilən qarayonca, üçyarpaq yonca növləri, xaşambul .. və xaşanın yabanı bitən və əkilən-becərilən növləri çox gözəl yem bitkisi olub, ottarlalı əkin sistemində geniş tətbiq edilir. M.Qasımov.\n\nII. is. İri torba, xaral. Gəlin Xəlildən bir neçə addım sağda qoyulmuş iri xaşaya doğru yönəlib önlüyünü boşaltdı. M.Hüseyn. xaşak is. [fars.] köhn. Çör-çöp, zirzibil, xırım-xırda. Çarparaq cari olan bunca məarif seylinin; Qarşısın sədd etməyə qabilmidir xaşaklər?! M.Ə.Sabir. xaşal sif. dan. Sallaq (yekə) qarın, şişman. Burnu biz, qarnı xaşal; Bu pis, löyün başdı birə. Aşıq Ələsgər. Qarnı xaşal, qurşağı örkən kimi; Gözləri göy, sinəsi xırman kimi. Ə.Nəzmi. [Həşim] əllərini xaşal qarnının üstündə çarpazladı. İ.Hüseynov. xaşalıq is. Xaşa bitmiş yer. Araz qırağındakı qamışlıq, kəndin ətrafındakı yoncalıq və xaşalıq .. Gülşənin çox xoşladığı və həzz aldığı şeylərdən idi. Ə.Vəliyev. xaşalqarın sif. dan. Yekəqarın, şişman. Xaşalqarın kişi. xaşallaşma “Xaşallaşmaq”dan f.is. xaşallaşmaq f. dan. Qarnı yekəlib sallanmaq, xaşal olmaq. Kişinin qarnı lap xaşallaşıb. xaşambul is. bot. Sarı-ağ salxımvari çiçəkləri olan xırda yarpaqlı hündür çoxillik ot. Xaşambul çoxillik bitkidir. Hündürlüyü təxminən bir metr olan qol-budaqlı gövdəsinin üzərində saplaqlı xırda yarpaqları yerləşmişdir. Sarı rəngli çiçəkləri salxıma oxşayır. R.Əliyev. xaşxaş is. bot.\n1. Tərkibində süd şirəsi olan iri çiçəkli və içi xırda toxumlarla dolu qozaşəkilli meyvə verən bitki. Xaşxaşlar cinsi .. birillik, ikiillik və ya çoxillik otlardır. Süd şirələri ağdır. M.Qasımov. Lalələr tökülüb qurtarmış, xaşxaş gömgöy göyərirdi. Ə.Vəliyev.\n2. Bu bitkinin yeyilən xırda toxumları. Çörəyə, qoğala xaşxaş vurmaq. – Xərc edir bir para əşxas pulun bayramda; Zəfərana, yağa, razyanayə, xaşxaşə, ətə. M.Ə.Sabir. // Bu bitkinin tiryək hazırlanan qozası. xaşxaşgülü is. bot. Qızılı və ya ağ çiçəkləri olan kol-bitki. xaşxaşlıq is. Xaşxaş əkilmiş yer. xata is. [ər.]\n1. bax. xəta. // Qəbahət, qüsur, günah, yanılma, istənilmədən edilən səhv. Kiçikdən xata, böyükdən əta. (Ata. sözü). • Xata eləmək – səhv iş görmək, yanılmaq, səhv etmək. [Koroğlu:] Koroğlu eylədi xata; İndi sən bax bu büsata. “Koroğlu”.\n2. Qorxu, təhlükə, xətər ehtimalı. Sənin xatan var. Xatadan qurtarmaq. // Qorxulu, təhlükəli, faciə ilə nəticələnə bilən iş, hərəkət, əməl; qorxu, təhlükə. Bəzi yerdə çiy ət yemək adətdir, çiy əti zəif xəstəyə və uşağa da verirlər. Amma belə çiy ət yeməyin xatası var. H.Zərdabi. Bu xatadan sovuşsam, çarmıxa çəksələr də; Ağzımı kilidlərəm, danışmaram bir daha. B.Vahabzadə. ‣ Xata baş vermək – ölüm və ya başqa ağır bir hadisə üz vermək. [İlyas Adiləyə:] Anamın da ürəyinə dammışdı ki, əgər mən Tərlanı minsəm, nə isə bir xata baş verəcək. Ə.Məmmədxanlı. Xata çıxar(t)maq – faciə ilə nəticələnə və ya pis nəticəsi ola biləcək bir iş görmək. [Ata:] O qalmışdı bir xata çıxardasan? S.Rəhimov. [Mindilli:] Yenə komissiya? Əşi, xata çıxarma, dayan... S.Rəhman. Xata dəymək – bəla üz vermək, xətər toxunmaq, zərər dəymək. Öz əlimlə xata dəydi özümə; Bədəndən qolumun sağı kəsildi. Aşıq Ələsgər. Xatada qalmaq – pis, çıxılmaz vəziyyətdə qalmaq, əngələ düşmək. İşə zərbə vurmuşam?! Ya işə gecikmişəm?! Əcəb kələyə düşdük, əcəb qaldıq xatada. S.Rüstəm. Xatanı başdan eləmək – gözlənilən təhlükədən uzaqlaşmaq, uzaqlaşdırmaq, qorxudan çıxmaq. Rəhim bəy, bir bəri gəl! Allahı sevirsən, bu xatanı mənim başımdan elə, al bu on manatı da qəndə, çaya ver, bu donuzu mənim qapımdan uzaqlaşdır. Ə.Haqverdiyev. Xatası başdan olmaq – xatası, təhlükəsi aradan qalxmaq, yox olmaq, sovuşmaq. Veysin xatası başdan olsaydı, [Allahqulunun] fikrincə, qalan hər şey öz yolu ilə düzələcəkdi. Ə.Əbülhəsən. Xataya düşmək – əngələ düşmək, təhlükəli vəziyyətə düşmək. Heç nədən xataya düşən dəllək diz qapaqları titrəyə-titrəyə küncə dayandı. S.Rəhimov. [Qurban Telliyə:] Həmişə yuxumda dəvə görəndə o biri gün xataya düşürəm, Telli. Ə.Məmmədxanlı. Əlindən xata çıxmaq – istəmədən adam öldürmək, qan tökmək. [Səkinə xanım:] Nə söyləyirsən, sən dayan, getmə, əlindən xata çıxar! M.F.Axundzadə. [Mirzə İsmayıl:] Dəli iyiddir. Əlindən xata çıxa bilər. Ə.Haqverdiyev. Öz(ü)-özünü xataya salmaq – gördüyü işin nəticəsini fikirləşmədən işini əngələ salmaq, özünü çətin vəziyyətə, bəlaya salmaq. [Səlimqızı:] Ay balam, özünüzü xataya salmayın. C.Cabbarlı. xata-bala is.\n1. Xata, qorxu, təhlükə; xətərli, təhlükəli iş. Xata-baladan uzaq olmaq. – [Ağca:] [Tapdığı] xata-baladan mənim duam saxlayıb. Ə.Əbülhəsən.\n2. Dərd, bəla, müsibət, bədbəxtlik. [Sənəm:] Belə mənim dörd balamın dördünün də xata-balası, azarı tökülsün sənin bircə qardaşının üstünə! Ə.Haqverdiyev. ‣ Xata-baladan uzaq qalmaq (olmaq) – xatalı, təhlükəli bir işdən, hadisədən uzaqda qalmaq, salamat qalmaq. Arxada, yaxşı bir vəzifədə xata-baladan uzaq qalmaq ona qismət olmamışdı. Ə.Əbülhəsən. Xata-baladan uzaq olasan! – birinə salamatlıq arzusu bildirən ifadə. xata-balaçı is. Xata törədən, başqasına əziyyət verən; şuluq, nadinc. Çox xatabalaçı uşaqdır. xata-balalı sif.\n1. Təhlükəli, xətərli, xatalı, qorxulu, xata ilə bağlı olan. Xatabalalı iş. – Çayqıraqlılar ağır və məşəqqətli güzəranlarına görə bu xata-balalı qazancdan əl çəkməyə məcburdular. Ə.Əbülhəsən.\n2. məc. Ağır, məşəqqətli, əziyyətli, müsibətli, bəlalı. Xata-balalı günlər. xatakar sif. [ər. xəta və fars. ...kar] Gözlənilmədən xata törədən, xata törədə bilən, əlindən xata gələ bilən, zərərli, qorxulu, xain. Xatakar adam. – Kürən at xatakar (z.) olar ha.. – deyə, Nadir nəyə isə eyham atdı. B.Talıblı. // məc. Qorxulu, təhlükəli, xətərli. [Fatehzadə:] Xatakar yerdir. Sualtı qaya o qədər çoxdur ki, orada balaca qayıqla da üzmək olmur. M.Süleymanov. // İs. mənasında. Məni bu xatakarın əlindən qurtar. xatakarlıq is. Xatalı, təhlükəli iş, pis əməl, başqalarına zərər verən işlər. Uzun çəkməz, kərbəlayı, yox olar aramızdan şərarət, xatakarlıq; əmələ gələr insaniyyət, elm, tərbiyət, rəhm, insaf!.. N.Vəzirov. [Səməd:] Yox, bacıoğlu, dinc atdır. Heç xatakarlıq bilməz. Dinc adamın atı da dinc olar. B.Talıblı. xatakün sif. [ər. xəta və fars. kün] bax. xatakar. [İbrahim bəy:] Bir Kərbəlayı Qulam var, əlləm-qəlləm, xatakün, nadürüst, hacını yaman dolaşdırıb. N.Vəzirov. [Yarməmməd Salmana:] Kimin olacaq, dostun Şirzadın! Belə xatakün hələ dünyavü aləmə gəlməyib. M.İbrahimov. // İs. mənasında. [Zinət xanım:] O xatakünlərdən xata əskik deyil, mən qorxuram. N.Vəzirov. xatalı sif. Xata gətirən, qorxu törədən, təhlükəli, xətərli, nəticəsi qorxulu. Xatalı yer. Xatalı yol. – [Sona xanım:] Ay aman, Heydər bəy, bu iş də xatalı işə bənzəyir. M.F.Axundzadə. O, az qala yalvarır, bu xatalı fikirdən onu daşındırmağa səy edirdi. M.Hüseyn. Xatalı yuxudur şöhrət yuxusu; Canıma od saldı onun qorxusu. B.Vahabzadə. xatasız sif. və zərf\n1. Qorxusuz, təhlükəsiz, xətərsiz. Əlbəttə, bu qazanc xatasız, ölüm-itimsiz olmazdı. Ə.Əbülhəsən.\n2. Günahsız, təqsirsiz, nöqsansız. Xatasız adam olmaz. xatəm I. is. [ər.] klas.\n1. Üzük. Barmağında xatəm, guşində tənə; Gireh-gireh zülfün tökə gərdənə. M.P.Vaqif. Barmağında xatəm, belində kəmər; Telində güşvarə, düymə tamam zər. Q.Zakir.\n\nII. is. [ər.] Sonuncu, axırıncı, ən sonuncu. ‣ Adəmdən xatəmə – dünyanın əmələ gəlməsindən bu günə kimi; heç vaxt, heç zaman. Adəmdən xatəmə görünməmişdi ki, bəy qızı əsnafa verilsin. Çəmənzəminli. [Molla:] Adəmdən xatəmə görünməyib ki, bir nəfər rəiyyət oğlu bir xanzadənin üzünə ağ olsun. P.Makulu. xatın is. Qadın, xanım. Ağam bir xatın aldı; Davanı satın aldı. (Ata. sözü). [Qazan xan:] A üzü qaralı, başı qadalı, xatınları, oğul-uşağı nə deyə dustaq etdin?! M.Rzaquluzadə. xatınbarmağı bax. xatını. xatını is. İri giləli, şirəli üzüm növü. Baba isə xatını, .. əsgəri, mövücü üzümləri dərib gətirər, tapdalayar və şirə yığardı. H.Sarabski. xatırladılma 1. “Xatırladılmaq”dan f.is.\n2. Xəbərdarlıq edilmə, məzəmmətləndirilmə; xəbərdarlıq. Guya Zeynal vəzifəsinə çox soyuq baxır, dəfələrlə özünə xatırladılmasına baxmayaraq, səhlənkarlıqdan qalmırmış. S.Hüseyn. xatırladılmaq məch.\n1. Xatirə salınmaq, yada salınmaq.\n2. Xəbərdarlıq edilmək, məzəmmətləndirilmək. xatırlama “Xatırlamaq”dan f.is. xatırlamaq f. Yada salmaq, xatirinə gətirmək, yad etmək, anmaq. [Student] birdən-birə ev sahiblərinin qonaq otağında bir dolab kitab olduğunu xatırladı. Çəmənzəminli. Kim məni xatırlasa; Çıxaraq sahillərə; Mavi Xəzərə baxsın. N.Xəzri. Azad öz uşaqlıq illərini xatırlayırdı. M.Rzaquluzadə. xatırlanma “Xatırlanmaq”dan f.is. xatırlanmaq məch. Yada salınmaq, xatirə gətirilmək, anılmaq, yad edilmək. xatırlatma “Xatırlatmaq”dan f.is. xatırlatmaq f. Yadına salmaq. Bu xoş ətir nədənsə Mehribana nənəsini xatırlatdı. H.Seyidbəyli. Bəs nədəndir səni mənə xatırladır; Susuz yanan hər çöl, hər düz? N.Rəfibəyli. // Andırmaq, oxşamaq, yadına salmaq (oxşar bir şeyi). Axşamüstü Arazdan qalxan sazaq quru qarğı və qamışları tərpədir, səhərki səsləri büsbütün unudan və qəmli bir hüznü xatırladan başqa bir səs eşidilməyə başlayır(dı). Ə.Vəliyev. xatimə is. [ər.]\n1. Son, axır. • Xatimə çəkilmək – son qoyulmaq, bitirilmək. [Şükür] hökumət kabinəsinin süqutilə bütün narəva hallara bir xatimə çəkiləcəyinə inanırdı. S.Hüseyn. Xatimə çəkmək – son qoymaq, tamamlamaq, bitirmək. Səfərə çıxmaq həvəsinə xatimə çəkdim. Xatimə vermək – bitirmək, tamamlamaq, nöqtə qoymaq. [Qoca Sərdara:] Mən istəyirəm ki, iş uzanmasın, biz [düşmənin] işinə xatimə verək. P.Makulu.\n2. Kitabın axırına əlavə olunan və əksərən onun xülasə və nəticəsini təşkil edən hissə. Nizaminin mükafat aldığı kəndin nəhayət dərəcədə dəyərsiz olduğunu kitaba yazılmış xatimədən də anlamaq olur. M.S.Ordubadi. xatir is. [ər.]\n1. İnsanın keçmişdə olmuş bir şeyi yadda saxlama qabiliyyəti; yaddaş, zehin. O əhvalat indi də xatirimdədir. – Xatirində varmı boranlı çağlar? Bürümüşdü bizi zalım qaçaqlar. M.Müşfiq. • Xatirə düşmək (gəlmək) – yada düşmək, hafizədə, yaddaşda yenidən canlanmaq. Düşəndə xatirimə göylərə çıxar ahim; O mahparə ilə xəlvət etdiyim gecələr. S.Ə.Şirvani. Xatirə gətirmək – yada salmaq, anmaq. Xatirində qalmaq (yaşamaq) – yadında qalmaq, unutmamaq. O gün bizim xatirimizdə əbədi olaraq yaşayacaqdır. M.İbrahimov. Beləliklə, mən tam üç gün Yaqutu görmədim və bu üç gün həyatımın ən uzun günləri olaraq həmişəlik xatirimdə qaldı. Ə.Məmmədxanlı. Xatirində saxlamaq – yadından çıxarmamaq, unutmamaq. Xatirindən çıxmaq – yaddaşdan çıxmaq, unutmaq. Ürəyim təngləşirdi. “Adi həyat” bildiyimiz şəhər yaşayışı, şəhərin yuxusuz gecələri xatirimdən çıxmırdı. T.Ş.Simurq.\n2. məc. Könül, ürək, qəlb mənasında. Ey fəqir, ehtiyacını göstər! İstə məndən, nə xatirin istər! M.Ə.Sabir. [Almaz Aftilə:] Sən bilirsən ki, mən sənin xatirini nə qədər istəyirəm. C.Cabbarlı. // məc. Mənlik hissi. • Xatirinə dəymək (toxunmaq) – mənliyinə, izzəti-nəfsinə toxunmaq. Bu söz Kazımın xatirinə dəyən kimi oldu. Mir Cəlal. ..Xatirinə dəyməmək üçün Eldara heç bir söz demirdim. M.Rzaquluzadə.\n3. Hörmət, sayğı. Sənin xatirin üçün. O, xatir bilən deyil. • Xatir saxlamaq – hörmət saxlamaq, sayğı bəsləmək.\n4. Xatirinə şəklində – 1) hörmət, sayğı əlaməti olaraq. Mənə elə gəlir dünyada hər şey; Sənin xatirinə yaranıb ancaq. Ə.Kürçaylı. Professorun iştahı güc gətirsə də, Ədhəmin xatirinə özünü saxlaya bildi. B.Bayramov; 2) ...naminə, ...üçün, ...görə, ...uğrunda. İndi mən sabahın xatirinə; Onların bu gününü alımmı əllərindən?.. Almalıyam... çarə yox! B.Vahabzadə. ‣ Xatiri qalmaq – bir şeydən incimək, könlünə toxunmaq, məyus olmaq, ürəyi incimək. Xatiri olmaq – hörməti olmaq, nüfuzu olmaq, sayılmaq, istənilmək, əzizlənmək. Xatiri ... yanında əziz olmaq – hörmət edilmək, əzizlənmək, sayılmaq. ..Vətənə qulluq edən qadının xatiri hamının yanında əzizdir. Mir Cəlal. Hələ indi, bu qocalıq günlərində Gülzar xalanın xatiri Mustafa kişinin yanında o qədər əzizdi ki.. M.Əlizadə. Xatirini almaq – könlünü almaq, təskin etmək, ürək-dirək vermək. Taybuynuz öküzə heç mahnı oxuyan, xoş dillə onu oxşayan və xatirini alan olmur... F.Köçərli. Xatirini gözləmək (saxlamaq) – hörmətini gözləmək, hörmətini saxlamaq, hörmət etmək, xatirini istəmək. Xatirini istəmək – sayğı, hörmət bəsləmək, əziz saymaq, yanında hörməti olmaq. [Mustafa bəy:] Bilirsən, Mirzə Kərim, mən sənin xatirini çox istəyirəm. Ə.Haqverdiyev. Xatirini qırmaq (sındırmaq) – qəlbinə dəymək, ürəyini sındırmaq. Lələ Lətifin xatirini sındırmayıb gül bağına getdi. “Lətif şah”. Allah xatirinə – yalvarış, xahiş mənasında: sən Allah, Allah eşqinə. [Rəhim:] Ağa, Allah xatirinə mənim munisimi əlimdən alma! N.Vəzirov. [Gövhərin əri camaata:] Allah xatirinə, hər gün iclas çağırın, bəlkə bu arvadın üzünü az görüm. M.İbrahimov. xatirat is. [ər. “xatirə” söz. cəmi] Xatirdə, yadda qalan şeylər. // Keçmiş hadisələr haqqında şəxsi xatirələrdən ibarət əsər və s. [Müəllim:] Sən mənə birgünlük xatiratını yaz, gətir. Qantəmir. Bu, Mustafanın xatirat dəftərçəsindən bir vərəqdir. Mir Cəlal. xatircəm sif. və zərf [ər.] Arxayın, sakit, rahat, asudə. Xatircəm yaşamaq. – [Mirzə:] Balalarım, dünyada mən çox ömür etmişəm, sizin yolunuzda nə qədər çalışıb məramıma çatmışam və xatircəm, qeydsiz dünyadan gedirəm. Ə.Haqverdiyev. Şahsənəm çolpa-cücələrini qanadının altına alıb, xatircəm yatmışdı. S.M.Qənizadə. • Xatircəm etmək – arxayın etmək, sakitləşdirmək. Kosa klub müdirini xatircəm edib geri qaytardı. S.Rəhimov. Xatircəm olmaq – rahat olmaq, arxayın olmaq, sakit olmaq. [Əhməd:] Qızım, mənim nə oğlum var, nə də qızım, səni sınayırdım, xatircəm ol, Qəribini tapıb sənə yetirərəm. “Aşıq Qərib”. Şah övrət-uşağı tərəfindən xatircəm oldu. M.F.Axundzadə. [İsmət:] Getmiş, mollanı bulsun; Məktubu oxutsun, xatircəm olsun. H.Cavid. xatircəmlik is. Arxayınlıq; həyəcan, iztirab, narahatlıq, inamsızlıq olmadığı hal; işin tam uğur və müvəffəqiyyətlə nəticələnəcəyinə arxayın olma. • Xatircəmlik vermək – arxayınlıq vermək, arxayın etmək, xatircəm etmək, nigarançılıqdan qurtarmaq, əmin etmək. Hərgah siz məni bir yerə işə qoymaq istəyirsiniz, hər barədə xatircəmlik verə bilərsiniz. M.S.Ordubadi. xatircəmliklə zərf Xatircəm halda, rahat-rahat, narahat olmadan, arxayın halda. Yədullah xan xatircəmliklə çaparı yola saldı. S.Rəhimov. ..Ağasəfər gördüyü pis yuxunu yadından çıxarmağa çalışıb, buna müvəffəq olan adamlara məxsus arxayınlıq və xatircəmliklə yenə də gözlərini ətrafa dolandırdı. Ə.Əbülhəsən. Vahid də bu gün xoş bir xatircəmliklə, məmnunluqla evə qayıtdı. Mir Cəlal. xatirə is.\n1. İnsanın yadında, hafizəsində qoruyub saxladığı hər hansı bir hadisə, iş və s., keçmişdə olmuş hər hansı bir hadisəni, işi və s.-ni xatırladan şey. Kənd həyatında təbiətin o zəngin və geniş qucağında nə qədər canlı lövhələr, unudulmaz xatirələr vardır. A.Şaiq. • Xatirədən silinmək – unudulmaq, yaddan çıxmaq. Xatirədən silmək – unutmaq, zehnindən çıxarmaq, həmişəlik olaraq yaddan çıxarmaq.\n2. Bir adam və ya hadisə haqqında yadda qalan şey. Nə isə, Məsmənin yeganə, əziz oğlu haqqında şirin xatirələri tükənməz idi. Mir Cəlal. Qızdan yalnız xoş bir xatirə qalmışdı. S.Vəliyev. // Bir şeydən xatirə qalan, onu xatırladan hadisə və s. haqqında. Bu kitab atamdan qalma xatirədir.\n3. Cəm şəklində: xatirələr – bax. xatirat. Ədəbi xatirələr. “Xatirələr”ini çap etdirmək.\n4. Yadigar mənasında. Səndən mənə bir ömürlük xatirə; Məndən sənə nə qalacaq, nə bilim? M.Araz. // Yaddaş üçün olan. Bu dəftər, anladığımıza görə, ya müşahidə və xatirə və yainki bir səyahət dəftəri olmalı idi. T.Ş.Simurq. Quşqonmazın başında; Bir qayanın qaşında; Üstü zərlə yazılmış; Xatirə lövhəsi var. H.Abbaszadə. xatun bax. xatın. İtirilən gənclik üçün artıq həsəd və qısqanclıq xanla xatunu qəribə bir təbə salırdı. S.Rəhimov. // bax. xanım 4-cü mənada. Atabəy verdiyi əmr üzərinə Qətibə xatun məcburi olaraq Köşkbaği-müəzzəmdə düşüb qalmışdı. M.S.Ordubadi. Bütün xalqın gözü Girdmanın anası Cavahir xatuna zilləndi. M.Hüseyn. xavəran is. [fars.] Klassik Şərq muğamlarından birinin adı. xay is. Dənizdə, göldə, çayda tam sakitlik, sakit hava, küləksizlik. Hava xoş, dəniz xay, əncir-üzüm bol; Dənizdə oğlanlar, qızlar çimirlər. R.Rza. // Sif. mənasında. Əsəbləri sığallayır bu xoş hava, bu xay hava; Gözəlliklər ağuşunda nəfəs alır bu yurdyuva. S.Rüstəm. Suyun xay səthində cənub günəşinin yandırıcı şüaları göz qamaşdırırdı. Ə.Əbülhəsən. xaya is. [fars.] anat. Erkəklik vəzilərinin yerləşdiyi kisəcik. // Erkəklik vəziləri. xayır bax. xeyr 1-ci mənada. [Səlma:] Neçin o indi olsun böylə qafil? Xayır, xayır, oğlum vəfasız deyil. H.Cavid. Xayır! Məhəbbətin gözü kor olur; Onda nə ehtiyat, nə imtahan var! S.Vurğun. xe “X” hərfinin və bu hərflə işarə olunan samitin adı. xeyir is. [ər.]\n1. Fayda, mənfəət. Bağın, əkinin xeyrini bəylər görəcəkmiş; Toxm əkməyə dehqanları neylərdin, ilahi?! M.Ə.Sabir. Atalar, babalar əkiblər, tər töküb becəriblər, xeyrini biz görürük. Mir Cəlal. • Xeyir dəymək (gəlmək) – faydası olmaq, xeyri olmaq. Axı, düzünü bilsəm, bundan mənə xeyir gələr ki, ziyan gəlməz. M.Hüseyn. [Qoşqar:] Soyuqqanlı fikir mübadiləsi olmayan yerdə heç vaxt ümumi işə xeyir dəyməz, yoldaş Əmirli. İ.Hüseynov. Xeyir eləmək – bax. xeyir görmək. Eşqin məni gündəngünə qeyr elər; Səni sevən, əlbəttə ki, xeyr elər. M.V.Vidadi. Xeyir gətirməmək – heç bir xeyri olmamaq, ziyan vermək, zərəri olmaq. [Rəhim xan Sitarəyə:] Dilin çox itidir. Hər halda ziyandan başqa sənə bir xeyir gətirməz. C.Cabbarlı. Xeyir görmək – mənfəət götürmək, xeyri olmaq, faydalanmaq. [Hacı Əhməd Almaza:] Biz dedik ki, biz də rahat qalaq, sən də bu kənddən xeyir görəsən. C.Cabbarlı. [Pərinin əri:] Qızı nə qədər tez ərə versən, bir o qədər xeyir görərsən, canın rahat olar. Ə.Vəliyev. Xeyir vermək – mənfəət vermək, fayda vermək. [Qurban:] Molla, mənə bir məktub yaz. Bilirsən ki, hər il sənə nə qədər xeyir verirəm. A.Şaiq. Biz hələ bundan sonra çalışıb insanlara xeyir verə bilərik. M.Hüseyn. Xeyri qalmamaq – daha heç bir faydası olmamaq, artıq işə yaramamaq, işlənməz, yararsız hala gəlmək. Xeyri yox – artıq işə yaramır, faydasızdır. Sığallı, səksəkəli, sətirləri ləkəli; yüz eyhamlı, kölgəli; tənqidin həm şairə, həm də onu yazana; vallah, bir xeyri yoxdur. R.Rza. Öz xeyrini güdmək – ancaq öz mənafeyi üçün çalışmaq. Dövlətlilər ancaq öz xeyirlərini güdürdülər. Ə.Sadıq. // Qazanc, fayda. [Hacı Qara:] ..Yüz manat xeyir hardan yetişəcək? Bu xeyri yetirən kimdir? M.F.Axundzadə.\n2. Yaxşılıq, yaxşı iş. • Xeyir iş görmək – yaxşılıq eləmək. ‣ Xeyir xəbər – xoş xəbər, ürəkaçan xəbər, yaxşı xəbər, sevindirici xəbər. [Hacı Kamyab:] Çox mübarək və böyük səadətdir. Bu saat gedim bu xeyir xəbəri qızın anasına da yetirim. Mürəxxəs olum. Ə.Haqverdiyev. Xeyir iş – 1) evlənmə, nikah, toy, nişan, düyün. [Əfifə:] Zəhmət haqqı olmasa da, mən bu vəzifəni bitirə bilərəm. Madam ki, xanımın xeyir işi vardır, haman xeyir işdə iştirak etmək lazımdır. M.S.Ordubadi; 2) faydalı, sevindirici. Bir kəndin ki koxası Mürşüd ola, heç olar ki, orada xeyir iş ola? (Ata. sözü). Qəzetləri də bir-birinə vurdum, heç bir yerdə Sultan tərəfindən bir xeyir iş baş verdiyini görmədim. C.Məmmədquluzadə. Xeyir ola? Xeyir olsun? Xeyir xəbər ola? – heyrət, maraq, təəccüb məqamında işlənən sual ifadəsi. [Asya:] ..Görəsən bu bizə nəyə gəlir, xeyir xəbər ola?.. Ü.Hacıbəyov. Usta Zeynal xəbər aldı: – A mirzə, gözümə bikef dəyirsən, nə olub, xeyir ola? Ə.Haqverdiyev. Xeyrini görəsən! – yeni alınan, əldə edilən şey haqqında xoş arzu bildirir (bəzən istehza yolu ilə deyilir). Xeyrini görmək – istifadə etmək, faydalanmaq. Axşamın (sabahın) xeyir! – səhər (axşam) görüşüb salamlaşdıqda işlənən ifadə. Sabahınız xeyir, Səmirə xanım! M.Hüseyn. Allah xeyrə calasın! Allah xeyir versin! – xoş arzu, uğur arzusu bildirən ifadə. [Cahan:] Nə deyirəm, Allah xeyir versin! Ü.Hacıbəyov. [Məşədi Səfdər:] Arvad, Allah xeyrə calasın, bu genə nə qırmızı kəsim-biçimdir? M.Əliyev. Başıma xeyir! – təəccüb, heyrət ifadəsi. Boy, başıma xeyir, buna bax, buna; Elə bil borcluyam zalım oğluna. S.Vurğun. xeyir-bərəkət is. [ər.] Yaşayışda bolluq, firavanlıq, rifah; adamlara xeyir, fayda verən şeylər. Böyüksüz evdə xeyirbərəkət olmaz. (Ata. sözü). [Gülüşgəlin:] İndicə-indicə evimizə xeyir-bərəkət gəlir. S.Rəhimov. Bəylik, göylük, səylik olan məclisdə; Qaç ki, orda xeyir-bərəkət olmaz. Aşıq Ələsgər. ‣ Xeyir-bərəkətini qaçırmaq – qiymətdən salmaq, zərərə salmaq. [Yaşlı kişi tacirə:] Sən mənim xeyir-bərəkətimi qaçıracaqsan, sən mənim halal malıma haram qatacaqsan... – deyərək, uzun-uzadı deyinərdi. S.Hüseyn. xeyir-dua is. [ər.] Səadət, xoşbəxtlik, xoşgün, uğur diləyi. ..Qazı əvvəl başladı nəsihəti və xeyir-duasını; sonra nəçərnik özü başlayıb bir xütabə oxudu.. C.Məmmədquluzadə. Qayınatası da gəlinin üzünə qarşı xeyir-dualar söyləyəcəkdir. R.Əfəndiyev. Şəhid rütbəsinə qalxan cavanlar; Sinəsi hər zülmə qalxan cavanlar; Böyük Nəsiminin, ulu Babəkin; Xeyir-duasını aldı o gecə. B.Vahabzadə. • Xeyir-dua vermək (demək, eləmək) – birinə səadət, xoşbəxtlik arzulamaq, uğurlar diləmək. Usta Zeynal Mirzə Səfərin oğluna xeyir-dua verib, yaxşı yol ilə müvəffəqiyyət diləyib bir qızıl saat da peşkəş verdi. Ə.Haqverdiyev. Hüseynin anası xeyir-dua eləyə-eləyə oğlu ilə bərabər qapıdan çıxdı. S.Rəhman. xeyir-duaçı is. Bir yaxşılığa görə birinə uğur, xoşbəxtlik, səadət diləyən adam, minnətdar. İyid istərəm ki, yayımı əyə; Bu şeşpərim ola, sinəmə döyə; Xeyir-duaçı ollam, düşərəm önə; Göndər, türkmanlardan xanlarım gəlsin! “Koroğlu”. xeyirxah sif. [ər. xeyir və fars. xah] Başqasının və hamının yaxşılığını istəyən, başqalarına kömək edən, yaxşılığa çalışan; qayğıkeş. Xeyirxah adam. – [Almaz Xanımnaza:] Şərif çox yaxşı adam imiş, ana. Mən heç gözləməzdim. İşlək, çalışqan, xeyirxah. C.Cabbarlı. [Rəşid:] Qurbanqulu həmişə xalqın xeyirxahı (is.) hesab olunardı. T.Ş.Simurq. [Müvəkkil:] Siz xeyirxah adamsınız, yoldaş Qaradağlı, bəlkə məsələ qaldırasınız, bulağın üstündə Səməd Vurğunun heykəlini qoyalar. B.Bayramov. xeyirxahcasına zərf Xeyirxahlıqla, xeyirxah adama yaraşan bir tərzdə. Xeyirxahcasına kömək. Xeyirxahcasına münasibət. xeyirxahlıq is. Başqalarına xeyirxah münasibət; yaxşılığa çalışma; qayğıkeşlik, qeydkeşlik, yaxşılıq, kömək. Bu sözü mən xeyirxahlıqdan ərz edirəm, qorxuram səni pul üstə o qədər əzələr ki, şişib dama dönəsən, pul ilə zarafat olmaz, canım, gözüm! N.Vəzirov. [Xavər:] Bax, adam onun kimi olar. Üzü, gözləri, danışığı, hamısı xeyirxahlıqla doludur. M.İbrahimov. Vidadi ədalət və xeyirxahlıq mücəssəməsi kimi hər yerdə, xüsusən Vaqifin çətinliyə düşdüyü yerlərdə, görünür, öz köməyini, hətta canını belə onun yolunda müzayiqə etmir. M.Arif. • Xeyirxahlıq etmək (eləmək, göstərmək) – yaxşılıq etmək, kömək göstərmək, xeyrə çalışmaq. Tənbələ, əyriyə xeyirxahlıq etmək yaxşı işləyənin belindən basmaqdır. M.İbrahimov. [Afərin] adamlara həmişə xeyirxahlıq etməyi sevirdi. Q.İlkin. xeyirxəbər is. [ər.] Xoş xəbər, ürəkaçan, şad xəbər. Deyəsən, xeyirxəbərin var. – [Qadın:] Sən də gərək Hafizdən bir fal açasan, görək qubernator xeyirxəbər gətirəcəkdimi? M.S.Ordubadi. // Xeyirxəbər gətirən. Telli xala bu xeyirxəbər qadının dodaqlarından öpmək istəyirdi. Mir Cəlal. ‣ Xeyirxəbər olasan! (olasınız!) – şad, xoş xəbər gətirən adama razılıq, təşəkkür ifadəsi. [Fatmanisə:] Ay oğul, sağsağan qırıldayır, çıx gör atan gələcəkdirmi? Deginən: sağsağan, sağsağan, xeyirxəbər olasan. Oğlunun da oğlu olubdur, qızının da oğlu olubdur. Ə.Haqverdiyev. [Zeynal Leylaya:] Sizi xeyirxəbər olasınız, doktor! B.Bayramov. xeyirləşmə “Xeyirləşmək”dən f.is. xeyirləşmək f. Sövdəni, alver razılığını bir-birinin əlini tutmaqla kəsmək, bitirmək, sövdələşməni həll etmək. xeyirli sif. Xeyir verən, xeyri olan; gəlirli, qazanclı, əlverişli. Xeyirli iş. Xeyirli sənət. – [Keçəl:] Lotubaşı, sən qovunu ver, mən sənə bir xeyirli yer deyim. “Aşıq Qərib”. Qonşum elə güman eləyib ki, dünyada yazıçılıqdan asan, yazıçılıqdan xeyirli peşə yoxdur. S.Rüstəm. // Faydalı, xeyirli, əlverişli, xeyir verən. Xeyirli şərait. Xeyirli məsləhət. Ancaq məndən soruşsan, çətin olsa da, inan; İnsan olmaq yaxşıdır, adi, xeyirli insan! R.Rza. // Cana, səhhətə xeyri, faydası olan. Badamlı çox xeyirli sudur. Xeyirli dərman. – [Qaçay Sevincə:] Son günlər yaman xeyirli sözlər danışırsan. Z.Xəlil. // Bərəkətli, bol, xeyir-bərəkətli. Bütün ellər xeyirli; Varlı aranda qaldı; Vaz keçib dağdan-daşdan; Yer tutdu, yuva saldı. Ə.Cavad. xeyirlik is. Yaxşılıq, yaxşı iş, xeyir iş, xeyirliyə olan iş (toy, bayram və s.). Xeyirliyə gəlmək. Xeyirliyə çalışmaq. Təzə evdə ilk süfrə xeyirliyə açılmışdı. ‣ Ağzını xeyirliyə açmaq – bax. ağzını xeyrə açmaq (“ağız1”da). Xeyirliyə deyil! – nəticəsi yaxşı qurtarmayacaq iş, hərəkət və s. haqqında. Belə adamın gecə vaxtı yuxarı qalxması xeyirliyə deyildi. S.Vəliyev. xeyirlilik is. Xeyir vermə; mənfəətlilik, gəlirlilik, qazanclılıq. Peşənin xeyirliliyi. İşin xeyirliliyi. // Faydalılıq, fayda vermə qabiliyyəti; yaxşı təsir. Dərmanların xeyirliliyi. Mədən sularının səhhətə xeyirliliyi. xeyirsiz sif. Heç kəsə xeyri, yaxşılığı toxunmayan, xeyir verməyən. Xeyirsiz adam. – Mən hərdən oturub fikirləşirəm və bu əqidəyə gəlirəm ki, bizim çoxumuzu bədbəxt edən karsız, vecsiz və xeyirsiz qohumlarımızdır. Ə.Vəliyev. Hamı arsız və xeyirsiz, gücü az; Amma xəncərlə bıçaq vurmağa saz. Şəhriyar. // Faydasız, faydası, xeyri olmayan, nəticəsiz. Xeyirsiz iş. Xeyirsiz peşə. xeyirsizlik is. Heç bir xeyir, fayda verməmə, heç bir xeyri, faydası olmama, faydasızlıq, nəticəsizlik. xeyirsöyləməz sif. Ağzını pisliyə açan, ağzına heç bir xeyir söz, xeyirxahlıq gəlməyən, nəhs danışan. Vardı bir xeyirsöyləməz nadan; Dilinə xeyir gəlməyib bir an. S.Ə.Şirvani. – E-e-e! – deyə, Əhməd qəzəblə qışqırdı, – belə də xeyirsöyləməz adam olar? M.Süleymanov. xeyir-şər is. [ər.] Toy və ya yas, şadlıq və ya kədər olan yer və bunlarla əlaqədar işlər, mərasim. Xeyir-şərdə iştirak etmək. Xeyir-şər məclisində olmaq. – Yasda, toyda, hamamda, məsciddə, müxtəsər “hər yanda aşdı, orada başdı”, xeyir-şər Tükəzbansız keçməzdi. B.Talıblı. [Zeynal:] Hansı tacirin evində xeyir-şər olanda Nisə arvadı çağırmayıblar? Ə.Əbülhəsən. [Müəllim] tək uşaqlara savad öyrətməklə kifayətlənmirdi, kəndin bütün xeyir-şər işlərinə də qarışırdı. S.Qədirzadə. ‣ (Öz) xeyir-şərini bilmək (anlamaq, qanmaq) – özünə nəyin xeyirli və nəyin zərərli olduğunu bilmək, başa düşmək, anlamaq, ona müvafiq də hərəkət etmək. Çox da nadan deyiləm, anlamayım xeyrü şərim. S.Ə.Şirvani. Xeyrü şərin qan, oğlum! Öz halına yan, oğlum! A.Səhhət. [Rəsul:] Vaxtında bu qoyun kimi camaat xeyir-şərini gözəlcə anlayacaq. Ə.Haqverdiyev. Xeyrəşərə yarayan – həm xeyir işdə, həm də yasda adamlara yaxından kömək edən. Bu adam xeyrə-şərə yarayan deyil, – “Şahsənəm xala” deyilən aralıq arvadı idi, xeyrəşərə yarayan idi, hamının dərdi-dilinə yetişən (idi)... E.Sultanov. Xeyrə-şərə yaramayan (yaramaz) – xeyirdə-şərdə iştirak etməyən, başqalarının dərdinə, qəminə yetişməyən, laqeyd, yararsız, bacarıqsız adam haqqında. Xeyrə-şərə yaramaz oğul. – Bikef İbad xeyrə-şərə yaramayan, fərdi həyat sürən bir adamdı. Çəmənzəminli. [Rüstəm Səkinəyə:] Axı adət var. Qaytararsan, dalınca min söz deyərlər. Adın qalar xeyrəşərə yaramaz. M.İbrahimov. Sərhəd boyunda Şöklü Məlik deyilən xeyrə-şərə yaramaz, kimsəyə yovuşmaz qəribə xasiyyətli qərib bir bəy yaşayırdı. M.Rzaquluzadə. xeylaq dan. “Xeyli” sözünün canlı dildə işlənən forması. Xeylaq adam. Xeylaq mal. Xeylaq iş görmək. – Bahadır dəftərçəsinə xeylaq yazandan sonra meşədə gəzirdi. N.Nərimanov. xeyli sif. və zərf Olduqca çox, çoxlu, bir çox. Xeyli adam gəlmişdi. Xeyli kitabı var. O hadisədən xeyli zaman keçmişdir. – [Şah:] Öylə isə, sən bizə bir ay möhlət ver, bir yol ilə sənə xeyli pul qazandıraram. Ü.Hacıbəyov. // Olduqca, son dərəcə. Onun halı xeyli pərişan idi. – Bu suallar məni xeyli təəccübləndirdi. A.Divanbəyoğlu. • Bir xeyli – 1) uzunuzadı. Söhbət davam edir bir xeyli... Leyla; “Daha yetər”, – deyə qalxır yerindən. B.Vahabzadə; 2) çoxlu, külli miqdarda. [Dürrənin] ətrafına bir xeyli arvad toplanmışdı. S.Vəliyev. xeylicə sif. və zərf Olduqca çox, çoxlu, külli miqdarda. Xeylicə pulu var. Xeylicə kitabı var. // Adi qaydadan çox, bir qədər artıq. Xeylicə gəzdik. Xeylicə söhbətləşdik. – Axşam küləyi qalxar, əsər xeylicə yüngül; Gül ətrini duyduqca ötər şövqlə bülbül. A.Səhhət. xeymə is. [ər.] Çadır. Ey baba bəy, bu humayun əsgərin; Seşənbədə sərmənzili Car oldu. Məşriq tərəfində tazə qələnin; Qurulub xeymələr bərqərar oldu. Q.Zakir. Ki, nagəh xeymə dalından bir övrət; Dedi ey hatəm, ey şahi-səxavət! Uşaqlarım qalıbdır bu gecə ac; Olub bir löqməyə məğmunu möhtac. S.Ə.Şirvani. Bəzən də yaşamaq həvəsilə tək; Bir insan ətrafa qılınc çəkərək; Bütün bir ordunu heyrətə salmış; Xeymələr dağıdıb, çadırlar almış. S.Vurğun. xeyməgah is. [ər. xeymə və fars. ...gah] Xeymələr (çadırlar) qurulmuş yer, düşərgə. İslam tarixinə daxil olmuş o qara xeyməgah artıq il yarım idi ki, nəhəng bir qara quş kimi mənzil-mənzil qonaraq Məğribdən-Məşriqə doğru hərəkət edirdi.. Ə.Məmmədxanlı. xeyr əd. [ər.] Bir şeylə razı olmadıqda və ya verilən suala mənfi cavab üçün işlənir. Suallarla razısan? – Xeyr. Gəzmək istəyirsən? – Xeyr. Gələcəksənmi? – Xeyr. – Eldarı hələ unutmamışsınızmı? – Xeyr, unutmamışam. S.Hüseyn. [Vaqif:] Xeyr, yanıldınız, ona dil verən; Gözilə dünyada alovlar görən; Kəndistan yeridir, bəli, kəndistan! S.Vurğun. // Ümumiyyətlə, etiraz, narazılıq bildirir (bəzən təkrar şəklində). Xeyr, xeyr, – deyə qışqırdı. Xeyr, xeyr, razı deyiləm. – [Hacı Baxşəli:] Xeyr, Hacı Həsən ağa, qoy şeyx cənabları bizdə qonaq olsun. C.Məmmədquluzadə. [Sultan:] Xeyr, şəxs ola bilər ki, çox elm oxumuş olsun və tərbiyəsi az olsun. N.Nərimanov. // İnkar mənasında işlənir. – Xeyr, gözəl deyil, çirkindir. Xeyr, çox uşaqdır hələ. – [Həsən bəy:] Cavanlığı? Xeyr, Məşədi İbad qocadır. Bəs nəyi? ..Məşədi İbadın pulu, malı, dövləti? Ü.Hacıbəyov. Ondan uzaqlarda bir səyyarə var; Xeyr, səyyarə yox, bir təyyarə var. M.Rahim. xeyrat is. [ər.] din. Ölmüş adamın xatirəsinə verilən yemək; ehsan. Dedi ki, mən edən zamanda vəfat; Dəfn edin, verməyin mənə xeyrat. S.Ə.Şirvani. ..Elə bunu götürək ki, bu axır vaxtlarda başlayıbsınız nuxalılara dəlil və nəsihət eləməyə ki, çaxır içib keyflənməsinlər və palaz-paltarlarını satıb xeyrat verməsinlər. “Mol. Nəsr.” // Savab üçün verilən pul, yemək və s., habelə savab üçün edilən işlər. Xeyrat paylamaq. – Günlərin bir günündə bir molla Coratdan Türkana xeyrat yeməyə gedirdi. (Nağıl). Halvanın və xeyrat plovlarının savabını və lazım olmadığını dananlar kafir və mürtəddirlər.. Ə.Haqverdiyev. xeyrə is. Misdən, alüminiumdan, saxsıdan və s.-dən qayrılan dəyirmi, dərin qab. Əti xeyrədə yumaq. Meyvəni xeyrəyə qoymaq. xeyri (=xeyrigülü) is. Qırmızı rəngli, topləçəkli gül; məxmərgülü. Xiyabanın hər iki tərəfini yeni açılmaqda olan xeyri, şəbbu, qırmızı zanbaq və sair rəngarəng çiçəklər bürümüş idi. M.S.Ordubadi. xeyrigülü (=xeyri) is. Qırmızı rəngli, topləçəkli gül; məxmərgülü. Xiyabanın hər iki tərəfini yeni açılmaqda olan xeyri, şəbbu, qırmızı zanbaq və sair rəngarəng çiçəklər bürümüş idi. M.S.Ordubadi. xeyriyyə sif. [ər.] Xeyir iş, ehtiyacı olanlara kömək, yardım məqsədini güdən. • Xeyriyyə cəmiyyəti – 1920-ci il inqilabından əvvəl maarif, səhiyyə, mədəniyyət və s.-ni inkişaf etdirmək məqsədi ilə camaatdan pul toplayan cəmiyyət. [Mirzə Qədir] ..milli mətbuatda ara-sıra nəşr etdiyi məqalələri ilə, xeyriyyə və maarif cəmiyyətindəki fəaliyyəti ilə .. şöhrət və nüfuz qazanmışdı. S.Hüseyn. xeyriyyəçi is. Xeyriyyə cəmiyyətinin işində iştirak edən, xeyriyyə cəmiyyətinin üzvü. xəbər is. [ər.]\n1. Bir iş, hadisə və s. haqqında məlumat. Nə lazım olmuşdu ki, belə dəhşətli xəbəri şaha verib bu qalmaqala səbəb ola və özünü dəxi həlakətə sala? M.F.Axundzadə. Bu yavuqlarda bizim sahibmənsəblərdən birisinin ölüm xəbərini qəzetlərdə oxuduq. C.Məmmədquluzadə. [Ağayar] “Bakıdan komissiya gəlib” xəbərini eşidincə, çox dilxor oldu. Ə.Əbülhəsən. • Xəbər almaq – soruşmaq, bilmək, istəmək. Məsələni xəbər almaq. İşi xəbər almaq. – Xəbər alsa səndən: o binəvanın; Necə keçir ruzigarı görəsən; Söylə ki, göz yolda, könül intizar; Şəm tək oturub sübhədək ağlar. Q.Zakir. [Axundov:] Canım, qız bir yasin surəsini bildi, bəsdir, kifayətdir və oğlana da lazım olan məsələləri gəlib mənim kimi axundlardan xəbər alar, vəssalam. C.Cabbarlı. Xəbər çıxmaq – bir hadisə və s. haqqında söz eşidilmək, şayiə çıxmaq (yayılmaq). Xəbər çıxmamaq – getmiş, yaxud yoxa çıxmış bir adamdan, ya da gözlənilən bir işdən heç bir soraq gəlməmək, heç bir xəbər eşidilməmək. [Uşaqların] ..atalarından bir xəbər çıxmadı. S.S.Axundov. Xəbər eləmək – bildirmək, xəbərdar etmək. Gələcək nəslə şerim bu gündən; Hay vurub, qıy vurub, xəbər eyləsin. M.Rahim. Xəbər gəlmək – söz eşidilmək, məlumat gəlmək. Ta ki xəbər gəldi xublar şuxundan; Əl çəkdim cahanın varü yoxundan. M.V.Vidadi. Xəbər gətirmək – gördüyü və ya eşitdiyi bir şey haqqında məlumat vermək, bildirmək. Bələdçinin biri xəbər gətirdi ki, məftil hasarın bir kilometrliyini düşmən minalamışdır. Ə.Vəliyev. Səhər Səriyyə xəbər gətirdi ki, kəndə yaman küy düşüb. İ.Əfəndiyev. Xəbər tutmaq – soruşub bilmək, məlumat almaq, məlumat əldə etmək, xəbərdar olmaq. Biz cəbhənin vəziyyətindən xəbər tuturduq. M.S.Ordubadi. [Fərhad Nazlıya:] Sən də buradasanmış, Nazlıcan, yenə Mustafa ilə mənim görüşümdən xəbər tutmusan? Ə.Məmmədxanlı. Xəbər vermək – məlumat vermək, bildirmək, xəbərdar etmək, çatdırmaq. Lalə tək daği-dilisineyi-suzanımı gör; Ver xəbər dilbərisüsənbərə, ey badi-səba. S.Ə.Şirvani. Kətxuda Bayramı tutub dama salmaq, elə gecə ikən şəhərə çapar yollayıb rəisə xəbər vermək istədi. M.Hüseyn. Ancaq qorxdu ki, onlar bunu başqalarına xəbər verərlər. M.Rzaquluzadə. Xəbər yayılmaq – şayiə yayılmaq, söz yayılmaq. Lakin çox çəkmədi ki, elə bil bütün quşlara xəbər yayıldı. Ə.Məmmədxanlı. ...xəbəri gəlmək – 1) haqqında məlumat gəlmək, nəticəsi bilinmək, sorağı gəlmək. Məktubun xəbəri hələ də gəlməyib; 2) birinin ölümü haqqında məlumat, xəbər gəlmək. Ölüm xəbəri gəlmək.\n2. Məlumat, bilik, vaqiflik. Onun elmdən heç xəbəri yoxdur. Bu işdən xəbərim yoxdur.\n3. qram. Mübtəda ilə ifadə olunan əşyanın əlamətini göstərən cümlənin iki baş üzvündən biri.\n4. Yalnız cəm şəklində: xəbərlər – vaxtaşırı nəşr edilən bəzi məcmuələrin adı. “Azərbaycan Elmlər Akademiyasının Xəbərləri”. xəbərçi is.\n1. Xəbər gətirən, müjdəçi. Bu əsnada xəbərçi gəlir, qeyrətkeş arvad mətanəti-qəlb ilə ondan təvəqqe edir ki, heç bir şeyi gizlətməyib, ona dürüst xəbər versin. F.Köçərli.\n2. Xəbərçilik edən, xəbərçiliklə məşğul olan; çuğul, donosçu; adamsatan. Xəbərçi yalançı olar, yalançı xəbərçi. (Ata. sözü). Onun tərəfindən olun arxayın; Yoxdur kəndimizdə xəbərçi, xayın. H.K.Sanılı. [Qızıl Arslan Toğrula göndərdiyi məktubda] Rəiyyətinə o qədər adil və mehriban olmalısan ki, ətrafında casus, xəfiyyə və ya xəbərçilər saxlamağa ehtiyac qalmasın. M.S.Ordubadi. xəbərçilik is. Birindən o birinə xəbər vermə, söz gəzdirmə, çuğulçuluq, şeytançılıq. Bir tərəfdən də Şahmar xəbərçiliyinin üstündə dişinin dibindən çıxanı [Şahpərinin] üzünə çırpmışdı. B.Bayramov. • Xəbərçilik eləmək (etmək) – birinin sözünü başqasına demək, söz gəzdirmək, şeytançılıq eləmək. Yoldaşından xəbərçilik etmək. Evdən xəbərçilik eləmək. xəbərdar sif. [ər. xəbər və fars. ...dar]\n1. Bir işdən xəbəri, məlumatı olan, agah olan, məlumatlı. Ol zalimi-bədxu, şuxisitəmkar; Zakirin halından deyil xəbərdar. Q.Zakir. ..Oturanların hamısı Məhəmməd Həsən əminin ziyarət qəsdindən xəbərdardılar. C.Məmmədquluzadə. • Xəbərdar etmək (eləmək) – məlumat vermək, əhvalatı bildirmək, çatdırmaq, agah etmək. Məni işdən xəbərdar et. – [Rəşid:] Əzizim, əhvalından məni tez-tez xəbərdar et ki, bəlkə mən də səbr edə biləm. İ.Musabəyov. Nurəddin evlərinə qayıtdıqda Bahar onu əhvalatdan xəbərdar etdi. S.S.Axundov. Xəbərdar olmaq – bir şey, hadisə haqqında məlumatı olmaq, agah olmaq, bilmək. Yoxdur əhvalıma bir kəs ki xəbərdar olsun. S.Ə.Şirvani. Bir-birinin əhvalından xəbərdar olandan sonra Bahadır çay tədarükü etdi. N.Nərimanov. Şaqqulu işdən xəbərdar olub, həyətə girdi. Çəmənzəminli.\n2. Əmr şəklində: xəbərdar! – ehtiyatlı olmağa çağırış. xəbərdaredici sif. Olacaq və ya ola biləcək bir işi birinə başa salmaq, bildirmək, ayıltmaq üçün edilən (işarə və s.). Nəcəf azca tutqun halda bu tərəfə çevrildi, qızların hər ikisinə xəbərdaredici bir nəzər fırladıb dedi: – Hə, nə təklif var? M.İbrahimov. xəbərdarlıq is.\n1. Xəbərdar etmə, məlumat vermə, qabaqcadan demə, bildirmə. Xəbərdarlıq üçün gələn qadın Tanya idi. A.Şaiq. Dəstə hərəkətə gəlməkdə ikən, kiminsə bərkdən bu xəbərdarlığı eşidildi.. Ə.Əbülhəsən. Zərqələmin bu xəbərdarlıqdan məqsədi vardı. Ə.Sadıq.\n2. Qəbahət edənə bir daha qəbahəti təkrar etməmək üçün verilən göstəriş. • Xəbərdarlıq etmək – qabaqcadan demək, bildirmək, çatdırmaq. ..Güldəstə gərgin halda xəbərdarlıq etdi. H.Seyidbəyli. Usta əlindəki taxtanı kəndirlə möhkəm bağladı, xəbərdarlıq edib kəndiri dartdı. M.Süleymanov. Xəbərdarlıq vermək – xəbərdar etmək, qabaqcadan demək, bildirmək. [Toğrul:] Yoldaş İmamyar doğru deyir, [Yaşar] mənə demişdi, ..xəbərdarlıq vermişdi. C.Cabbarlı. xəbər-ətər is. Xəbər, soraq; iz. Dörd il idi ki, ondan bir xəbər-ətər yox idi. S.S.Axundov. [Məsmə:] ..Təzəlikdə heç xəbər-ətər yoxdu. Anası ölmüş düşdü qürbətə, yaman düşdü. Mir Cəlal. [Sədəf:] Dörd il Uğurdan heç bir xəbər-ətər olmadı. İ.Əfəndiyev. xəbər-ətərsiz zərf Xəbərsiz, izsiz, soraqsız. xəbərləşmə “Xəbərləşmək”dən f.is. xəbərləşmək f. Bir-birindən xəbər tutmaq, soraqlaşmaq. xəbərsiz zərf\n1. Xəbər vermədən, demədən, soruşmadan, qabaqca bildirmədən; icazəsiz. Bir gün xanlara tamaşaya gələn qızların içində İskəndərin bacısı Leyla da var idi, qardaşından xəbərsiz qızlara qoşulub gəlmişdi. E.Sultanov. [Növrəstə:] Məndən xəbərsiz məni necə ərə verərsən? Ə.Haqverdiyev.\n2. Məlumatsız, biliksiz. İşlərdən tamamilə xəbərsizdir.\n3. məc. Qayğısız, heç bir şeyin fikrini, dərdini çəkməyən. Səriyyə xala geri döndü və iki körpə qız uşağının hər şeydən xəbərsiz (z.) yatdığı tərəfə baxdı.. M.İbrahimov. • Xəbərsiz olmaq – məlumatı, xəbəri olmamaq. ..[Pərşan] bütün günü evdən çıxmadığını, kino məsələsindən xəbərsiz olduğunu gizlətsə də, hər halda marağını yatıra bilmədi. M.İbrahimov. xəbərsiz-ətərsiz bax. xəbər-ətərsiz. Xəbərsiz-ətərsiz itmək. Xəbərsiz-ətərsiz yox olmaq. – [Sərdar:] Xəbərsiz-ətərsiz gedib, .. bu gün ovçu Ağabala bazarda elə sözlər danışırdı ki... S.Rəhimov. xəbərsizlik is.\n1. Heç bir xəbər, məlumat olmama.\n2. Məlumatsızlıq, biliksizlik, xəbəri olmama. xəbis sif. [ər.] Başqasının pisliyini istəyən, alçaq, əclaf, xain, murdar. Xəbis adam. Xəbis məqsəd. Xəbis ürək. – [Bəhram:] [Çiçəklər] zərifdirlər, xəbis əllərə davam etməyib solarlar. C.Cabbarlı. [Əsədulla:] Mən [Məmmədxanın] xəbis bir adam olduğunu bilirdim, lakin bu qədər alçaq, pulpərəst olduğunu fikrimə belə gətirməzdim. P.Makulu. // İs. mənasında. Müxənnət səgrəqib o xain, xəbis; Nə yaman qandırıb əyyara məndən. Aşıq Ələsgər. Prokurorun səsi tutqun çıxdı: – Böhtandır! ..Xəbislər indi də bu taktikaya keçiblər. M.Hüseyn. xəbislik is. Alçaqlıq, əclaflıq, xainlik, pislik. Nubar qarının hərəkətləri Qəhrəmanın gözü qabağında öz xəbisliyini göstərirdi. S.Rəhimov. // Alçaq hərəkət, iyrənc hərəkət, rəzalət. • Xəbislik etmək (eləmək) – alçaqlıq etmək, əclaflıq etmək, alçaq iş görmək. xəbti-dimağ bax. xəfti-dimağ. Səndə vardır nişani-xəbti-dimağ; Səni lazımdır eyləmək bəs dağ. S.Ə.Şirvani. xəcalət is. [ər.]\n1. Utanılacaq hal, utanmağa səbəb olan şey, utanma. [Gülzar:] Allah, xəcalətimdən bibimin üzünə baxa bilmirəm. S.S.Axundov. İndi qonaqlardan çoxu sanki bir xəcalət hissi duyaraq, başını aşağı dikmişdi. Ə.Məmmədxanlı. // Xəcalətli. [Sənubər Pərşana:] Hamıdan çox sənin qarşında xəcalətəm, ana! B.Bayramov. • Xəcalət çəkmək – çox utanmaq, çox sıxılmaq, həya etmək, ar etmək, utanıbqızarmaq. ..Yazıq həkimin yanında çox xəcalət çəkdim.. C.Məmmədquluzadə. Arvadlara gəldikdə, oğlan doğmadıqlarına görə hər ikisi özlərini müqəssir hesab edir və Məşədi Quludan xəcalət çəkirlərdi. T.Ş.Simurq. Nərgiz dərhal anasının qucağından sürüşüb yerə düşdü və bir az əvvəlki hərəkəti üçün indi xəcalət çəkdi. Ə.Məmmədxanlı. Xəcalət eləmək – utandırmaq, başıaşağı eləmək, rüsvay eləmək, xəcalət çəkməsinə səbəb olmaq. [Həsən xan:] Bu ələngələri qonağa göstərib məni xəcalət eləməkdə məqsədin nədir? “Koroğlu”. [Qarı:] Üzü tökülmüş qız kişini Kəblə Qənbərin yanında xəcalət elədi. Çəmənzəminli. Nanəcib insanla olmasın aran; Səni xalq içində xəcalət eylər. Aşıq Şəmşir. Xəcalət olmaq – birinin yanında utanılacaq işi olmaq, xəcalətli olmaq, başıaşağı olmaq. Namus qədri bilib, nanı gözləyən; İnşaallah, heç yerdə xəcalət olmaz. Aşıq Ələsgər. Məzəmmət etməsin səni tay-tuşun; Olma dost yanında xəcalət, oğul! Aşıq Hüseyn. Xəcalət vermək – utandırmaq; utanmasına, sıxılmasına səbəb olmaq, pis vəziyyətdə qoymaq. [Mirzə Səməndər:] Lap, Hacı Əhməd, xəcalət verirsiniz. C.Cabbarlı. [Qədir:] Xəcalət verməyin, a bəy, kasıb evi olanda nə olar? Buyurun yuxarı başa. Mir Cəlal. Xəcalətindən çıxmaq – əvəzini vermək, qarşılıq olaraq bir şey verməklə və ya etməklə əvəzini çıxmaq. [Anası:] ..Vallah, axund, daha bir şey tapa bilmədim. Allah qoysa, yenə xəcalətindən çıxarıq. B.Talıblı. [Hacı Ağakərim:] Başın ağrı çəkməsin. Sonra yenə səni görüb xəcalətindən çıxaram. S.Rəhman.\n2. Xəcalətlə şəklində – utana-utana, sıxıla-sıxıla. Haşım çox xəcalətlə şəkərçörəyini çıxarıb arvadına verdi. B.Talıblı. [Böyük oğlan] xəcalətlə dedi: – Ata, əlim boşdur, üzüm qara; Su dərdinə yoxdur çara. M.Dilbazi. ‣ Xəcalətindən yerə girmək – bərk utanmaq, adam üzünə baxa bilməmək. xəcalətlənmə “Xəcalətlənmək”dən f.is. xəcalətlənmək f. Xəcalət çəkmək, utanmaq, sıxılmaq. Qoşqar xəcalətlənib üzünü yana çevirdi. İ.Hüseynov. xəcalətli sif. Birindən gördüyü yaxşılığın əvəzini çıxmadığı və ya verdiyi vədi yerinə yetirmədiyi, ya yerinə yetirə bilmədiyi üçün onun qabağında xəcalət çəkən, utanan, özünü günahkar hiss edən; üzrxah. [Nəbi:] Mən sənin yanında xəcalətliyəm. S.Rüstəm. • Xəcalətli etmək – utandırmaq, başıaşağı eləmək, üzüqara eləmək, qızartmaq. [Pərviz xan:] Ax, nə binamusluq, nə böyük biabırçılıq! .. Sən məni Rəhim xan kimi kişinin yanında xəcalətli elədin! Ə.Haqverdiyev. Xəcalətli qalmaq – birinin yaxşılığının əvəzini çıxa bilmədiyi və ya verdiyi vədi yerinə yetirə bilmədiyi üçün onun qabağında xəcalət çəkmək, sıxılmaq, utanmaq, üzüqara olmaq. [Dostum:] Ova gəlmişdi. Kişidən xəcalətli qaldıq. M.Rzaquluzadə. xəcalətlik bax. xəcalət. • Xəcalətlik vermək – xəcalətli etmək, utandırmaq. [Şahsənəm xala:] Bu nə xəcalətlikdir, ay oğul, mənə verirsən? E.Sultanov. xəcil [ər.] klas. Xəcalətli, üzüqara. Hər tənə ki, eyləsən rəvadır; Səndən xəciləm, üzüm qəradır. Füzuli. Yüz cəfa gördün, vəli hərgiz şikayət etmədin; Hansı lütfündən xəcilsən nazlı yarın, ey könül! S.Ə.Şirvani. • Xəcil etmək (eyləmək) – xəcalətli etmək, utandırmaq, qızartmaq, başını aşağı etmək. [Yetər:] Sizi and verirəm Allahın birliyinə, məni Dilbər xanımın yanında xəcil eləməyin. N.Vəzirov. [Azər Reyhana:] And içirəm ki, səni düşmən qabağında xəcil etməyəcəyəm. Ə.Məmmədxanlı. Xəcil olmaq – utanmaq, sıxılmaq, xəcalət çəkmək. Rənalıq ilə qaməti-şümşadı qılan yad; Olmazmı xəcil sərvi-xuramanını görgəc? Füzuli. Oldu sünbüllər xəcil zülfi-pərişanın görüb; Qönçələr qan oldu ta ləli-dürəfşanın görüb. S.Ə.Şirvani. [Müfti:] Burda həqiqət sana aydın deyil; Bəlkə qiyamətdə olursan xəcil. H.Cavid. xəcilanə zərf Xəcalət içində, xəcalət çəkə-çəkə, utana-utana, sıxıla-sıxıla. Xəcilanə cavab vermək. – [Məhərrəm] özlüyündə xəcilanə gülümsədi. H.Nəzərli. xədəmə is. [ər. “xədim” söz. cəmi] Xidmətçilər, qulluqçular. Xədəmələr durar sağu solunda; Cavahir bazubənd iki qolunda; Fəvvarələr işlər daim gölündə; Yaşılbaşlı ördək olar, qaz olar. Ə.Nəbati. Sol tərəfdə xədəmələr durmuşdular. Bunlar tələbə bileti istədilər. Salman və yoldaşları biletlərini göstərib keçdilər. Çəmənzəminli. xədəng is. [fars.] klas. Ox (klassik şeirdə gözəlin kirpiyi oxa oxşadılır). Cövhəri pak olur təzə cavandan; Hərgiz əl götürməz şövkətü şandan; Müjgan xədənglərin keçirir candan; Peykanının heç poladı əskilməz. M.P.Vaqif. Xədəngin cismimi cövşən eyləmiş; Dəlik-dəlik, rövzən-rövzən eyləmiş. Q.Zakir. Kirpiyin xədəng oxu; Çatma qaşın yay kimidir. Aşıq Əsəd. xədicəgülü (=xəccəgülü) bax. novruzgülü. Nərgizçiçəklilərin .. əksəriyyəti bəzək bitkisidir. Xarakter cinsləri: xədicəgülü, .. aqavadır. M.Qasımov. xəccəgülü (=xədicəgülü) bax. novruzgülü. Nərgizçiçəklilərin .. əksəriyyəti bəzək bitkisidir. Xarakter cinsləri: xədicəgülü, .. aqavadır. M.Qasımov. xədim sif. [ər.]\n1. Axtalanmış, axta. [Hərəmağası:] Xədimləri hissdən məhrum zənn edirlər. Çəmənzəminli. • Xədim eləmək – axtalamaq, xacə eləmək.\n2. Xidmətçi, qulluqçu. [Ərən:] Arxa tərəfdən .. kənizlər, nədimlər və xədimlər düzülmüşdülər. Çəmənzəminli. xəfə I. is. Boğanaq, bürkü, isti hava. [Ruqiyyə:] ..Evdə xəfə var, qaranlıqdır. A.Divanbəyoğlu. Əsmə, səmum, bu tərəfə; Ah, yandırır məni xəfə! M.Dilbazi.\n\nII. is. Heç kəsin görə bilməyəcəyi, gizli, xəlvət yer. Xəfədə pusmaq. Xəfədə gizlənmək. – Yeri çox xəfə, yolun lap qırağı idi. Ə.Əbülhəsən.\n\nIII. (=xəfənək) is. Samovarın odunu söndürmək üçün bacasının üstünə qoyulan dəmir qapaq. xəfənək (=xəfə) is. Samovarın odunu söndürmək üçün bacasının üstünə qoyulan dəmir qapaq. xəfələmə “Xəfələmək”dən f.is. xəfələmək f. Havanın qabağını tutmaq, boğmaq; sönmək üçün qapamaq. Samovarı xəfələmək. xəfələnmə “Xəfələnmək”dən f.is. xəfələnmək f. Xəfə bir yerə çəkilmək, daldalanmaq. xəfəlik I. is. Xəfə, gediş-gəliş olmayan yer, daldalanmağa yarar yer. Xəfəlikdə gizlənmək.\n\nII. is. Bürkülü, tənəffüsü çətinləşdirən, boğucu ağır hava. Xəfəlikdən nəfəs almaq olmur. – Otaq yarıqaranlıqdı; Xəfəlikdən boğulsun deyə insan qəlbi; Pəncərəsi qayrılmış insan boyundan qəlbi. R.Rza. xəfənəg is.\n1. At və başqa heyvanlarda ciyər xəstəliyi, təngnəfəslik. At xəfənəg olub. // Sif. mənasında. Bu xəstəliyə tutulmuş. Xəfənəg at kimi alırdı nəfəs; Verirdi sinəsi körük kimi səs. H.K.Sanılı.\n2. Təngnəfəslik, sinəgirlik, astma. Yasavulun bu ürək yarası onu bədən yarasından artıq boğazlayır, ara-ara xəfənək xəstəliyi kimi tutur və buraxmaq istəmirdi. S.Rəhimov. xəfəng is. Pəncərənin və ya qapının üst hissəsi. [Dükanların] qapıları yan tərəfə deyil, aşağıdan yuxarıya qaldırılmaqla açılardı. Belə qapılara xəfəng deyərdilər. H.Sarabski. xəfif sif. [ər.]\n1. Mülayim, yüngül, yumşaq. Xəfif yel. – İndi çöldə xəfif meh əsdiyi üçün hava bayaqkı qədər bürkü deyildi. İ.Əfəndiyev. Xəfif axşam küləyi əsir, şəhərdə yavaş-yavaş işıqlar alışırdı. Ə.Məmmədxanlı.\n2. Zərif, incə. Çox çəkmədi ki, qızın yanaqlarında xəfif bir qızartı göründü. M.Hüseyn. Zaldakıların üzü xəfif bir gülüşlə işıqlandı. M.İbrahimov. // Zəif, yüngül. Xəfif sazaq. – Dünyanın sevinci də, kədəri də ikidir. Biri yüngül, keçəri – xəfif dumana bənzər. R.Rza. [Xosrov] ..sahildə əyləşib xəfif şırıltıya qulaq asırdı. B.Bayramov. Qonaqlara şərbət, çay təqdim edən qulluqçuların ayaqlarının xəfif tappıltısından başqa, [sarayda] heç bir başqa səs eşidilmirdi. P.Makulu. • Xəfif eləmək (etmək) – azaltmaq, zəiflətmək. Basıb pəncərəni, qapını kip-kip; Lampanın odunu eləyib xəfif. H.K.Sanılı. xəfifcə zərf Azacıq, yüngülcə, zəifcə. [Park] yalnız yeni çıxmaqda olan ayın ziyası ilə xəfifcə işıqlanmışdı. S.Hüseyn. Gənc yenə də xəfifcə gülərək cavab verdi. M.S.Ordubadi. Maya qızarıb xəfifcə gülümsədi və Qaraşa baxdı. M.İbrahimov. // Yavaşca, üsulluca. [Xədicə] ətəyimdən yapışıb xəfifcə dartaraq deyirdi.. Qantəmir. // Sif. mənasında. Bir an içində üzündən silinib yox olan təbəssüm izlərinin yerində xəfifcə bir qızartı göründü. M.Hüseyn. xəfifcəsinə zərf Xəfif surətdə, yüngülcə, yavaşca. Xəfifcəsinə titrəmək. Xəfifcəsinə gülmək. – [Məsmə:] [Kor seyid] bərabərimdə dayandı. Sol əlini xəfifcəsinə üzümə götürdü. S.Hüseyn. [Əhməd:] Durduğum yerdə ayaqlarımın xəfifcəsinə əsməsi, bütün bədənimə sirayət etmişdi. T.Ş.Simurq. xəfiyyə is. [ər.]\n1. Xəfiyyə idarəsinin məmuru, gizli agenti. [Əbülhəsən bəy:] Çar jandarmeriyası mənim dalımca xəfiyyələr təyin etmişdir. M.S.Ordubadi. Xəfiyyələr dərnəklərin gizli fəaliyyətindən xəbər tutdular, uşaqların bəzilərini həbs etdilər, qalanlarını isə məktəbdən qovdular. İ.Şıxlı. • Xəfiyyə idarəsi – gizli polis idarəsi. Aslan .. bildi ki, Hüseynqulu kişi mətbəənin mütamadiyən xəfiyyə nəzarəti altında olduğunu duyub. M.Hüseyn.\n2. Casus. Xəfiyyə saldılar, pul vəd etdilər; Qoşun topladılar, hara getdilər; Gəlmədi onların heç biri vecə. H.K.Sanılı. xəfiyyəçi is. Xəfiyyə məmuru, xəfiyyə agenti. Bu halda xəfiyyəçilərdən biri qapını açdı. C.Cabbarlı. xəfti-dimaq is. [ər.]: xəfti-dimaq olmaq – beyni xarab olmaq, başına hava gəlmək. Şəhərdə belə danışırdılar ki, Əhməd bəy xəfti-dimaq olub. Ə.Haqverdiyev. xəkə is. [fars.] Kömürün ovulub tökülmüş kiçik hissələri; kömür ovuntusu. xəkəndaz is. [fars.] Zibil, kül və s. götürmək üçün alət. Aşpaz Əli aşpazxananın qapısının yanında əlində xəkəndaz samovara kömür salırdı. C.Məmmədquluzadə. Qumru dinməz-söyləməz xəkəndazla mollanın yanından elə çırpdı ki, sümükləri şaqqıldadı. Mir Cəlal. Kimi özü xəkəndaz götürüb, kimi də dükanların qabağında boynunu büküb dayanan yetim uşaqlara bir-iki qəpik verib səkini suladırdı. İ.Şıxlı. xəlbir is. Buğdanın, arpanın və s.-nin zibillərini təmizləmək üçün sağanağa keçirilmiş iri tordan ibarət alət. [Fərraş:] Ağa, sübhdən mən otağı süpürürdüm, mehtər Kərim əlində xəlbir bura gəldi, məlum olur xəlbiri burda qoyub gedibdir. M.F.Axundzadə. Mehtər əlində xəlbir, üzü samanlı, birinin əlində süpürgə, suçiləyən və Gülpəri də gəlirlər. Ü.Hacıbəyov. • Xəlbir kimi (tək) – deşik-deşik. [Mehdi:] İgidlər, irəli, dalımca gəlin! Xəlbir tək yağının bağrını dəlin! S.Rüstəm. Dəlik-deşik elədi düşməni xəlbir kimi. M.Rahim. ‣ Xəlbirlə su daşımaq – vaxtını boş, faydasız işlə keçirmək, hədər yerə sərf etmək. xəlbiraltı 1. bax. xəlbirgözü.\n2. məc. zar. Oğul-uşaq, uşaqlar mənasında. [Səlbi ərinə:] Özün gedirsən, bəs bir çətən xəlbiraltını kim saxlayacaq? Ə.Vəliyev. xəlbirgözü is. Xəlbirlənən buğdadan, arpadan və s.-dən xəlbirin içərisində qalan hissə. Buğdanın xəlbirgözüsünü təmizləmək. xəlbirləmə “Xəlbirləmək”dən f.is. xəlbirləmək f.\n1. Xəlbirdən keçirmək. [Mehtər:] Xəlbir əlimdə idi, atlara arpa xəlbirləyib verəcəkdim, yadımdan çıxıb burda qalıbdır. M.F.Axundzadə. Yoldaşlardan biri arpa xəlbirləyir, biri tüfəngini gətirib söykəyir ağaca, biri tüfəngini götürüb aparır. C.Məmmədquluzadə. Cəmil arpanı xəlbirləyib atların torbasına tökdü, torbaları atların başına keçirtdi. Ə.Vəliyev. // məc. Saf-çürük eləmək, yaxşılarını yamanlardan ayırmaq. Xəlbirlənə kaş ömür də; Boş il düşə boş ömürdən... M.Araz. xəlbirlənmə “Xəlbirlənmək”dən f.is. xəlbirlənmək məch. Xəlbirdən keçirilmək, xəlbirlə təmizlənmək. Arpa xəlbirləndi. xəlbirlətmə “Xəlbirlətmək”dən f.is. xəlbirlətmək icb. Xəlbirləmə işi gördürmək. Buğdanı xəlbirlətmək. xəlbirvari sif. Xəlbirə oxşayan, xəlbirə bənzər. xələf is. [ər.]\n1. Sonradan gələn, birinin yerinə keçən və ya keçməli olan, onun işini davam etdirən, onu əvəz edən adam. M.F.Axundzadənin xələfləri. – Ya tələf olmalı, ya xələf. (Ata. sözü). [Səttarzadə] təklikdə, ya evdə nə qədər sakit, sönük görünürsə, adam içində, ictimai yerlərdə öz xələflərini görür.. Mir Cəlal.\n2. Övlad, varis. Gör qılsa onu tələf həvadis! Yox bir xələfi ki ola varis. Füzuli. Derdim ki, gözəl xələf olarsan; Bir ailəyə şərəf olarsan. M.Ə.Sabir. Oğlunun özünə layiq bir xələf olacağından fərəhlənib, xan qocalıq günlərini şad və rahat keçirmək ümidində idi. M.Rzaquluzadə. // Nəsil, soy. Öz xələfin gərək gözləyə kişi.. Q.Zakir. Sən də onun kimi qocalacaqsan, hörmət umacaqsan xələflərindən. S.Rüstəm. xələl is. [ər.] Pozuculuq, əskiklik, zəiflik, nöqsan, ziyan. Qəflət xələlindən ayrılardın; Əlbəttə kim olduğun bilərdin. Füzuli. Vaizi-şəhr öz iqrarına etsəydi əməl; Düşməz idi bu qədər din ilə dünyayə xələl. S.Ə.Şirvani. • Xələl dəymək (yetişmək) – ziyan dəymək, zərər çəkmək. Dostluğa xələl dəymək. – [Əbülhəsənbəy qadına:] Sizin gözəlliyinizə heç bir xələl yetişməmişdir. M.S.Ordubadi. Xələl gəlmək – ziyanı, zərəri olmaq; pozulmaq; eyibli, nöqsanlı olmaq. ..Eyni musiqi parçasını biz vaxt etibarilə tez və ya yavaş bir sürətlə ifa edə bilərik, halbuki bundan musiqinin ölçüsünə heç bir xələl gəlməz, çaldığımız musiqinin ölçüsü heç də dəyişməz. Ə.Bədəlbəyli. Xələl vermək (vurmaq, gətirmək, qatmaq) – ziyan vurmaq, zərər gətirmək, pozmaq, xarab etmək, eyibli, nöqsanlı etmək. Gözəlliyinə xələl gətirmək. Sevincinə xələl qatmaq. Oyuna xələl vurmaq. – Kitablar Rüstəmin fikir dairəsini genişləndirdi, lakin qəti olaraq onun köhnə əqidəsinə xələl vura bilmədi. Çəmənzəminli. [Cəmil] yenə Tahirlə dost olduğunu və aralarındakı incikliyin bu dostluq hissinə heç bir xələl gətirə bilməyəcəyini sübut etmək üçün səsinə mehriban bir ifadə verdi. M.Hüseyn. Xanım .. [uşaqlara] baxır və onların oyununa xələl qatmaq istəməyərək oğlunun məğlubiyyətinə o qədər də əhəmiyyət vermirdi. P.Makulu. xələldar sif. [ər. xələl və fars. ...dar] Bir hadisə, iş və s. nəticəsində xələl dəymiş, pozulmuş, dağılmış, korlanmış; nöqsanlı. • Xələldar etmək (eləmək) – pozmaq. ..1905-ci il inqilabının dalğaları .. bu küçənin sakitliyini xələldar edib, durğun həyatını çalxalandırmağa başladı. S.Hüseyn. Sübhanverdizadə heç bir vaxt yaratmış olduğu bu nüfuzu xələldar etmək və pərdəni yırtmaq istəməzdi. S.Rəhimov. Xələldar olmaq – pozulmaq, dağılmaq. [Əbülhəsənbəy:] Zənn edirəm ki, Rusiya dövləti sizin mövqeyinizin xələldar olmasına heç vaxt razı olmaz. M.S.Ordubadi. Artıq onun yuxusu; Olmayacaq xələldar; Onda fırtına görmüş; Bir dərya sükutu var. R.Rza. xələt is. [ər.]\n1. Bəxşiş, hədiyyə. Hərə bir cür xələt götürüb Eyvazı pişvaz elədilər. “Koroğlu”. [Hacı Mehdi:] Sənə də bir yaxşı xələt verərəm. Ə.Haqverdiyev. [Bəşir:] Sona xala, oğlunu yola gətirmişəm. De görüm, mənə nə xələt verəcəksən? S.S.Axundov. // Toy, nişan mərasimlərində verilən hədiyyə. Novruz bayramında qız üçün bayram xələti, novbar meyvə, yemiş alıb göndərərdilər. H.Sarabski.\n2. bax. xalat 2-ci mənada. Sonra üzün dörd nəfər hazırda olan pişxidmətlərə tutub dedi ki: – Xələti-şahanəni gətirin, qibleyialəmi geyindirin! M.F.Axundzadə. Ağ xələt bürünər, zərnişan geyməz; Heç kəsi dindirib keyfinə dəyməz. Aşıq Ələsgər. Bir azdan sonra dəhlizdə böyük lampalar yandı, Əbülfət Mirzə əynində tirmə xələt qapını açdı. M.S.Ordubadi. xələt-barat top. [ər.] Bağışlanan şey, pul və s.; bəxşeyiş, hədiyyə. On səkkiz gün toyda qalandan sonra aşıq xələt-baratını da götürüb, yola düşdü. Aşıq Ələsgər. [Vaqif Kazıma:] Nahaq yerə xanın keyfi tutulanda imarətə gəlmirsən. Bilirsən, bol xələt-barat alarsan. Çəmənzəminli. xələtlik 1. bax. xalatlıq.\n2. sif. Hədiyyə, pay olaraq verilmiş, ya ayrılmış. Xələtlik şeylər. xəlfə is. [ər.]\n1. Köhnə məişətdə: toy və yas məclislərini idarə edən şəxsə verilən ad. Son zamanlaradək Kəblə Nəsiri məhəllənin xeyir və şərində “xəlfə” görmək olardı. S.Hüseyn. Dərhal xəlfə ağ qalaylanmış mis satıllarda şərbət, əlində gülabzən, camaat ilə bir yerdə küçəyə çıxardı. H.Sarabski.\n2. bax. xəlifə 2-ci mənada. xəlfəlik is. Xəlfənin işi, vəzifəsi; məclisdə başçılıq. xəlic is. [ər.] köhn.\n1. Körfəz.\n2. Boğaz, kanal. xəlifə is. [ər.]\n1. tar. Bəzi müsəlman ölkələrində Məhəmməd peyğəmbərin vəkili və bütün müsəlmanların başçısı və hamisi sayılan şəxslərə verilən yüksək dini ünvan (xəlifələr Məhəmməddən sonra işğalçı müharibələr nəticəsində yaradılmış ilk dövlətlərdə həm dünyəvi, həm də dini hakimiyyətə malik olmuşlar; vaxtilə Türkiyə sultanları da bu adı daşımışlar). Padşah həm xəlifə olub, həm də dövlətin yol göstərəni. N.Nərimanov. Xətib xəlifə və Ağabəy Məhəmmədə dua etdiyi zamanda da xalqın bu iki ada qarşı bəslədiyi mənfi münasibət bir daha özünü göstərmiş oldu. M.S.Ordubadi. [Babək:] Xəlifə və sarayın hədsiz hesabsız vergiləri hamını cana gətirib. M.Rzaquluzadə.\n2. Keçmişdə molla məktəblərində molla köməkçisi (bu mənada çox vaxt “xəlfə” şəklində işlənir). Uşaqlardan biri – sonradan bildim ki, bu məktəbdə “xəlifə” imiş – həsrətlə baxdığımı görüb, anamdan mənim də onlarla iştirak etməyimi rica etdi. T.Ş.Simurq. Xəlifə ilə mollaya adam getmişdi, hələ gəlib çıxmamışdılar. Qantəmir. Molla, həmişə olmadığı zaman öz yerində xəlifə təyin etdiyi oğlana .. dedi: – Bu gedələr yenə gəlməyiblər. P.Makulu. ‣ Burda mənəm, Bağdadda kor xəlifə – çox lovğa, çox təkəbbür, yekəbaş adam haqqında. Gülöyşə deyir, burda mənəm, Bağdadda kor xəlifə, xəstələri özüm sağaldacağam. S.Rəhimov. xəlifəlik is.\n1. Xəlifənin hakimiyyəti altında olan yerlər, məmləkətlər.\n2. Xəlifə ünvanı (titulu). xəlitə is. [ər.]\n1. bax. külçə1. Maqmanı bir xəlitə kimi fərz etmək olar. M.Qaşqay.\n2. Metaləridən sobalarda əridiləcək metalların müəyyən nisbətlərdə qatışığı. xəlq is. [ər.] klas.\n1. Yaratma, yaradılış. • Xəlq etmək (eləmək) – yaratmaq, vücuda gətirmək. [Abbas:] Mənim meylim elə sənnən xoş olub; Nə xoş xəlq eyləyib yaradan səni. “Abbas və Gülgəz”. [Arif:] İnsanları xəlq etmədə var bəlkə də hikmət; İblisə nə hacət? H.Cavid. Xəlq olunmaq – yaradılmaq, vücuda gətirilmək. Cənab Mövlazadəyə bilmək lazımdır ki, arvad tayfası kişilərin məhz zövqü və ləzzət hissləri üçün xəlq olunmayıbdır. M.İbrahimov. O elmin qüvvəsilə xəlq olundu çap maşını; Basar saətdə övraq üstünə min cür əsər, millət! M.Möcüz.\n2. bax. xalq. Ol ki yarın şəbi-hicrinə qiyamət günüdür; Xəlq arasında qiyamət günü olmazmı xəcil? Füzuli. [Asya və Telli:] Səy qıl kim, qala səndən; Xəlq içində yaxşı ad. Ü.Hacıbəyov. Əvvəlcə sənə söyləmiş idim bu kəlami; Yazma bu qədər jurnalına xəlqi-əvami. C.Cabbarlı. xəlqi sif. Xalqa məxsus, xalqa aid, xalqla bağlı; xalq ruhunda olan, xalqın arzu və əməllərini, əhval-ruhiyyəsini ifadə edən. xəlqilik is. Xalqla bağlı olma, xalqın arzu və əməllərini, əhval-ruhiyyəsini ifadə etmə. Azərbaycan dramaturgiyasının xəlqiliyi. Musiqinin xəlqiliyi. – Xəlqilik Cəlil Məmmədquluzadə yaradıcılığının, onun tənqidi realizminin ən güclü cəhətlərindən biridir. M.İbrahimov. xəlvət [ər.]\n1. is. Tənha yer, gizli yer, heç kəs olmayan yer. Xəlvətə çəkilmək. Nə xəlvətdə oturmusan? – Vermərəm aləmə xəlvət otaqda; Deyib, gülüb danışmağı səninlə. Q.Zakir. Mirzə Səfər eşitmişdi ki, şeir yazmaq üçün iki vasitə lazımdır: xəlvət otaq və bir şüşə şərab. Ə.Haqverdiyev.\n2. sif. Adamsız, boş, gediş-gəliş olmayan. Zora xəlvət küçələrin birində divara vərəqə yapışdırmaq istərkən, almanca danışıq səsləri eşitdi. S.Vəliyev.\n3. zərf Xəlvətcə, gizlicə. Xəlvət pıçıldaşmaq. Xəlvət göz qoymaq. – [Alı bəy:] Ay Zeynal, Hacı Qasım azından ildə xəlvət beş dükan tikdirirmi? Çəmənzəminli. Sərvətə qul olan bir rüşvətxorun; Xəlvət qazandığı var-dövlət oldu; Aşkar itirdiyi ləyaqət oldu. B.Vahabzadə. // sif. Gizli, xəlvəti, məhrəmanə. Xəlvəti söhbətimiz var. – Sənin gözəlliyinin mən də çoxdan aşiqiyəm; Nə xəlvəti demək olmur, nə aşikarə sənə. Ə.Vahid. xəlvətcə zərf Gizli, gizlicə, heç kəsə hiss etdirmədən, heç kəsə bildirmədən, xəlvət. Xəlvətcə götürmək. Xəlvətcə yemək. Xəlvətcə çıxıb getmək. – ..Küçənin dönəcəyində yavaşca yapışdım arvadın əlindən və xəlvətcə soxulduq sol tərəfdə bir darvazaya. C.Məmmədquluzadə. Orucun atası xəlvətcə Paşa bəyə xəbər verib Xalıqverdini tutdurdu. Ə.Vəliyev. Yaşar həmin tüfəngi yada salıb xəlvətcə samanlığa getdi. M.Rzaquluzadə. xəlvətxana is. [ər. xəlvət və fars. ...xanə]\n1. köhn. Xəlvət ev, xəlvət hücrə, yer, xəlvət işlər görülən yer, ev və s. [Bağdadda] minlərcə xəlvətxanalar, meyxanalar və kef yerləri mövcuddur. M.S.Ordubadi.\n2. dan. Xəlvət, tənha, adam olmayan yer. Həyətləri nanadı; Qulağında tanadı; Əyil, üzündən öpüm; Əcəb xəlvətxanadı! (Bayatı).\n3. Şərq hamamlarında çılpaq yuyunmaq üçün ayrıca yer, otaq. xəlvəti sif. və zərf\n1. Gizlicə, xəlvətcə. Xəlvəti danışıq. Xəlvəti iş. Xəlvəti hazırlaşmaq. – [Əbdül Bəhrama:] Ağa, izin versəniz, bir kəlmə xəlvəti sizə söz deyim? C.Cabbarlı. Mətbəxdəki qadınlar qapının arasından, pəncərənin dalından gələn qonaqları xəlvəti seyr edərdilər. H.Sarabski. Özgəyə xəlvəti quyu qazanda; Söylə, öz özündən utanmadınmı? B.Vahabzadə.\n2. bax. xəlvət 2-ci mənada. Kişi Səfərin xatirinə qayıtmaq, sonra xəlvəti yoldan getmək istədi. Mir Cəlal. xəlvətləmə “Xəlvətləmək”dən f.is. xəlvətləmək f. Gizli, xəlvət iş görmək üçün məqam və ya yer tapmaq, fürsət tapmaq. Evi xəlvətləmək. Aranı xəlvətləmək. – Şimirəli Sonaya tərəf gedir və xəlvətlənib onu çimdikləyir. C.Məmmədquluzadə. xəlvətlik is. Xəlvət məqam, xəlvət şərait, fürsət. Ev xəlvətlikdir. – Dilən onun boynunu qucaqladı .. xəlvətlik idi. Mir Cəlal. // Tənhalıq; heç kəs olmadığı vəziyyət, şərait; xəlvət yer. Zakirlə Mehribanın oturduqları xiyaban xəlvətlik idi. H.Seyidbəyli. xəmir is.\n1. Unun az su və ya başqa bir maye ilə yoğurulmasından hasil olan suvaşqan kütlə. Acıtmalı xəmir. Düşbərə xəmiri. – Xəmir yeyənin fağırı olmaz. (Ata. sözü). [Rəşid:] Xəmir gəldiyinə görə çörəyi yapmaq lazım gəlir. T.Ş.Simurq. • Xəmir yoğurmaq (qatmaq, salmaq) – çörək bişirmək üçün xəmir hazırlamaq. ..İki ildir ki, Sadıq Şamaxıda Rzanın çörəkçi dükanında xəmir salırdı. “Mol. Nəsr.”. Qız zərif əlləri ilə paltar yudu, xəmir yoğurdu, hətta axır zamanlar çörək yapmaq da ona həvalə olundu. T.Ş.Simurq. [Göyçək:] Mən heç bilməmişəm ki, Çiçək xəmir qatacaq. B.Bayramov. // Yumşaq şey haqqında. Bu lap xəmirdir ki.\n2. Çiy, yaxşı bişməmiş çörək haqqında. Bulka lap xəmirdir. ‣ Xəmir kimi – yorğun, əzgin, lırt. [Xalığın] anası Minnət qarı bir teşt xəmir kimi idi, hara qoysan, orda dururdu. İ.Məlikzadə. Xəmiri yumşaq (sıyıq) – tez yumşalan, iradəsi zəif adam haqqında. Çox xəmiri sıyıq adamdır. Xəmirinə özgə mayası qatmamaq – öz halal zəhmətilə yaşamaq mənasında. [Səkinə:] Onu da bilirlər ki, xəmirimə özgə mayası qatmamışam. M.İbrahimov. Xəmirləri ayrı cür yoğrulub – xasiyyətcə bir-birindən çox fərqlənən adamlar haqqında. [Qulu:] İmi və Ciminin xəmirləri ayrı cür yoğurulub. İ.Əfəndiyev. Bu xəmir (hələ) çox su aparacaq (götürəcək) – çox vaxt, çox səy, sınaq, zəhmət tələb edən, tez başa gəlməyən şey haqqında. [Mürsəl:] Paşa bəy böyüklərinə bel bağlayır, biz də elə arxalanırıq. Zərər yoxdur, necə deyərlər, bu xəmir çox su götürəcək. Ə.Vəliyev. xəmirağız sif. Ağzıboş, sözü keçməyən, zəif iradəli. Xəmirağız adam. Xəmirağız (z.) olmaq. – [Şəhrəbanu xanım:] Hatəmxan ağa, özün bilmirsən ki, bir xəmirağız kişidir. Əvvəldən yaxşı danışdı, sonra birdən boşaldı.. M.F.Axundzadə. xəmirağızlıq is. Ağzıboşluq, zabitəsizlik, iradə zəifliyi, qeyri-ciddilik, sözükeçməzlik. xəmiraşı is. Əriştə ilə bişirilən, xəmirli duru xörək. Molla Qasım oğlu Məmmədin qabağına da bir qab xəmiraşı qoyuldu. M.S.Ordubadi. Doğranmış duzlu xiyar, iki boşqab xəmiraşı ağ süfrənin üstünü bəzədi. M.Hüseyn. xəmiraşılıq sif. Xəmiraşı bişirmək üçün hazırlanan, yarar. Xəmiraşılıq un ayırmaq. xəmirçək bax. qığırdaq. xəmirçi is. Xəmiryoğuran, xəmirgir. xəmirçilik is. Xəmir yoğurma, xəmirhazırlama işi; xəmirgirlik. xəmirgir is. [ər. xəmir və fars. ...gir] Çörəkxanalarda xəmiryoğuran, xəmirtutan işçi. Məsum kişi xəmirgirin sözündən köyrəldi. Mir Cəlal. xəmirgirlik is. Xəmirgir işi, xəmiryoğurma peşəsi. Xəmirgirlik eləmək. xəmirxana is. [ər. xəmir və fars. ...xanə] Çörəkxanalarda xəmir yoğurulan, xəmir hazırlanan yer. Məşədi Hüseyn qolu çirməkli, döşü önlüklü xəmirxanadan kürəxanaya keçir, dayanmadan geri qayıdırdı. Mir Cəlal. xəmirləmə “Xəmirləmək”dən f.is. xəmirləmək f.\n1. Undan xəmir yoğurmaq.\n2. Xəmirlə, ya xəmirəoxşar şeylərlə dəlmədeşiyi tutmaq, tıxamaq. xəmirləşmə “Xəmirləşmək”dən f.is. xəmirləşmək f. Xəmirə dönmək, xəmir kimi olmaq; yumşalmaq. xəmirli sif. Xəmirə batmış, xəmirə bulaşmış. Xəmirli əllər. Xəmirli döşlük. Xəmirli qablar. – Tükəzban xala sevindiyindən özünü itirib əli ilə xəmirli-xəmirli oğlunun boynunu qucaqlamışdı. İ.Şıxlı. xəmiryayan is. Hazır xəmiri yaymaq üçün xüsusi maşın, alət. // Sif. mənasında. Xəmiryayan maşın. xəmiryoğuran is. Xəmir yoğurmağa məxsus xüsusi maşın, alət. // Sif. mənasında. Xəmiryoğuran maşın. // bax. xəmirgir. xəmrə is. Maya, acıtma, balata. Una xəmrə qatmaq. Xəmrəsi, urvası xəmirsiz qalıb; Dünya düzəlmir ki, düzəlmir, baba! M.Araz. xəmrəli sif. Xəmrə, maya vurulmuş. Xəmrəli çörək. xəmrəlik is. Xəmrə üçün ayrılmış xəmir tikəsi, mayalıq xəmir. xəmrəsiz sif. Xəmrə qatılmamış. Xəmrəsiz çörək. xəmsi is. zool. Siyənəyəoxşar dəniz balığı. xəmsin is. [ər.] Ərəblərdə: qışın, qırx günündən sonra gələn əlli günlük mövsümünün xalq təqvimində adı, habelə bu dövrdə əsən küləyin yerli adı. Yer üzündə quru küləklər çox yerdə müşahidə olunur və onların yerli adları vardır: Ərəbistanda səmum, Misirdə xəmsin .. adlanır. “Ümumi fiziki coğrafiya”. xəncər is. [fars.] Ucu sivri, iki tərəfi iti soyuq silah. Otağın baş tərəfindən divardan bir maral başı, bir də tüfəng, onun da altında bir xəncər asılmışdı. T.Ş.Simurq. [Cahıllar] çuxanın altından xəncər və dayandoldurum bağlardılar. H.Sarabski. ‣ Xəncər-bıçağa çıxmaq – davaları kəskin şəkil almaq, bir-birini xəncər və ya bıçaqla vurmaq dərəcəsinə gəlmək. Xəncərbıçaq olmaq – qatı düşmən olmaq, ölüböldürməyə çıxmaq. [Tapdıq:] Elə şeyi olmaya-olmaya ağlına gətirəsən, ağa. Molla Sadıqla atan bu saat xəncər-bıçaqdır. İ.Şıxlı. Xəncər kimi batmaq (sancılmaq, işləmək), ürəyini xəncər kimi dəlmək – çox ağır təsir etmək. Söz də xəncər kimi işləyir cana; Qanı laxtaladır əzab, iztirab. S.Vurğun. Hükeymənin inəyi xatırlayıb yavaşcadan ağlaması [Bəxtiyarın] ürəyini xəncər kimi dəlir, vicdanını ağrıdırdı. S.Hüseyn. Xəncər kimi sağından keçib, solundan çıxmaq – çox bərk təsir etmək, ürəyinə toxunmaq. Onun acı sözləri xəncər kimi sağımdan keçib, solumdan çıxdı. Xəncərinin qaşı (daşı) düşməz ki... (düşməyəcək ki...) – bir şeyi özü üçün əskiklik, ar sayma mənasında ifadə. [Gülsənəm:] Dilman mənimlə gəlsəydi, xəncərinin daşı düşməyəcəkdi ki? M.Hüseyn. Səninçün hörmətlə tərpənsə başı; Guya xəncərinin düşəcək qaşı. S.Rüstəm. xəncərqayıran bax. xəncərsaz. xəncərləmə “Xəncərləmək”dən f.is. xəncərləmək f. Xəncərlə vurmaq, yaralamaq; xəncərlə çapmaq. xəncərləşmə “Xəncərləşmək”dən f.is. xəncərləşmək qarş. köhn. Dalaşaraq bir-birini xəncərlə vurmaq, xəncərləmək. xəncərli sif. Xəncər bağlamış, xəncəri olan, yaxud əlində xəncər. Oturmuşlar məğrur, qollar çirməkli; Xəncərli, qılınclı, patron-tüfəngli. H.K.Sanılı. xəncərsaz is. [fars.] köhn. Keçmişdə xəncər qayıran usta. Bakıda ümumiyyətlə peşəkarlar: keçəçi, dabbağ, dərzi, xəncərsaz və sairə çox olardı. H.Sarabski. xəncərvari sif. Xəncər kimi, xəncərəoxşar, xəncərşəkilli. xəncərvuran is. köhn. Keçmişdə məhərrəmlikdə aşura günü xəncərlə öz başını yaran. xəndan sif. [fars.] klas.\n1. Gülən, gülər, şən, üzügülər. Kim görübdür Qövsiyi məhzuni xəndan bir nəfəs? Qövsi. Yanaqları güldü, heç olmaz xəndan; Əsildə mələkdi, nəsildə insan. Aşıq Ələsgər. • Xəndan etmək – şənləndirmək, sevindirmək, ürəyini açmaq. Qönçə tək bağrını əzəldə fələk qan eylər; Sonra könlünü açıb dəhrdə xəndan eylər. S.Ə.Şirvani. Qılaram səcdə müdam əcz ilə ol dərgahə; Ki həyatinlə bu gün könlümi xəndan etdin. A.Səhhət. Xəndan olmaq – şadlığından üzü gülmək, fərəhlənmək, sevinmək. Gözlülər başladılar ağlamağa; Kurlər də ona xəndan oldu. M.Ə.Sabir. Sənin xəndan olur gül dodaqların; Onda ki gözümdən yaşlar saçılır.. M.Müşfiq.\n2. məc. Tamam açılmış (klassik şeirdə gözəlin üzü tam açılmış gülə oxşadılır). Bədirlənmiş ya bir mahi-tabansan; Ya cənnət bağında güli-xəndansan. M.P.Vaqif. Fəxr eyləməsin öz gülünə bülbüli-şeyda; Bir gül hələ də sən kimi xəndan ola bilməz. Ə.Vahid. • Xəndan olmaq məc. – tamam açılmaq. Qızılgül xəndan oldu; Dərmədim dən-dən oldu; Mən səndən ayrılmazdım; Ayrılıq səndən oldu. (Bayatı). [Qızlar və çocuqlar:] Açmış bənöfşə, sünbül; Xəndan olur qızılgül; Ötdükcə sanki bülbül; Rəqs etdirir xəyalı. H.Cavid. xəndə is. [fars.] köhn. Gülüş. xəndək is. [ər.] Torpaqda uzununa qazılmış dərin çuxur. [At] qabağına çıxan xəndəklərdən məharətlə atılır, balaca qulaqlarını qısaraq çapırdı. M.Hüseyn. Bu xəndək bir kilometr uzunluğu, qırx metr eni, otuz metr dərinliyi olan nəhəng bir dərədən ibarətdir. Ə.Sadıq. xəndəkqazan is. Xəndək qazımağa məxsus maşın. // Sif. mənasında. Xəndəkqazan maşın. xəndəkotu is. bot. İri yarpaqları və boruşəkilli gülləri olan, əsasən xəndək, çay kənarlarında və rütubətli yerlərdə bitən yabanı bitki. xərabat is. [ər.] klas. Meyxana, işrətxana. Yox, dəxi könlüm mənim meyxanəyə mayil deyil; Kim gəzir ev-ev xərabat içrə hüşyar axtarır. Qövsi. Sərməsti-eşq ol, ey gözüm, qəsvət nə lazım; Bir gün gəlir, əldən çıxar zövqi-xərabat. H.Cavid. • Xərabat əhli klas. – bax. xərabati 1-ci mənada. Xərabat əhlinin halini bir xümmar olandan sor. Füzuli. Biz xərabat əhliyiz, olmaz bizim hüşyarımız. Qövsi. İçib mey ta xərabat əhli ondan; Unutsun dərdi, gülsün ömrü bir an. H.Cavid. xərabati sif. və is.\n1. Vaxtını meyxanalarda, işrətxanalarda, sərxoşluqda keçirən, əlinə keçən pulu keyfə, içkiyə, eyş-işrətə xərcləyən adam; əyyaş. Xərabati adam. – Şikəstə Abbasam, xərabatiyəm; Könül, heç görmədim abadan səni. “Abbas və Gülgəz”.\n2. məc. Pul, şey qədri bilməyən, laübalı adam haqqında. [Kişi:] Yoxsa onların bir anası var ki, bir xərabatinin biri, ac qurdun biri! S.Rəhimov. xərac is. [ər.] tar. Vergi, bac. [Koroğlu dedi:] Verin yeddillik xəracı; Paşalar gətirsin bacı. “Koroğlu”. [Şah Abbas:] Həmədan vilayətinin üçillik xəracını Mirzə Cəlaləddinə bağışladım. A.Şaiq. xərc is. [ər.] İşlənən, sərf olunan pul; məsarif, məsrəf, məxaric. [Məşədi İbad:] A kişi, axı bunun bir anbar da toy xərci var. Ü.Hacıbəyov. Buna görə də Hacı Səmsamın gəliri xərcini güclə ödəyirdi. P.Makulu. // Sərf olunacaq pul. Demək, Mirzə Qədir Nəsirin evlənmək xərcini verməklə işin içindən çıxa bilməyirdi. S.Hüseyn. [Bayraməlibəyov] bütün xərci öz boynuna götürür və yazırdı ki, əgər razı olsalar, indidən bilet satmağa başlayar. S.Rəhman. • Xərc aparmaq – çox pul sərf edilmək, çox xərc tələb etmək, baha başa gəlmək. Ağarəhim bilmirdi ki, maşın nə qədər xərc aparacaq. İ.Şıxlı. Xərc etmək (çəkmək) – xərcləmək, pul sərf etmək. [Mustafa bəy:] Mən xərc çəkmişəm, pul tökmüşəm, qabıq qoyub, kəhriz çıxartmışam. Ə.Haqverdiyev. [Rzaquluxan:] Qızım, çox şad oluram ki, sənə xərc etdiyim pullar hədər getməyibdir. M.S.Ordubadi. Oğlan yengəsi qız evinə güclü xərc çəkib, “yengə xonçası” göndərər. R.Əfəndiyev. Xərcə salmaq – pul xərcləməyə məcbur etmək, çox pul xərcləməsinə səbəb olmaq; pul xərclətmək. [Nazlı Mustafaya:] [Ev sahibləri] çay təklif eləsələr mən içməyəcəyəm, sən də içmə, kasıb adamdılar, niyə xərcə salaq? Ə.Məmmədxanlı. xərc-borc zərf Borc pul alaraq, borca düşərək, zorla pul taparaq, ondan-bundan borc alaraq. Xərc-borc etmək. • Xərcəborca düşmək – borc pul almağa, borca düşməyə məcbur olmaq, borca düşməli olmaq. [Çimnaz] ..ailəni artıq xərcə-borca düşməkdən qorumaq istəmişdi. Ə.Əbülhəsən. xərcləmə “Xərcləmək”dən f.is. xərcləmək f. Sərf etmək, işlətmək, məsrəf etmək (pulu). Şəfiqə xanım yavaşyavaş var-yoxundan satıb xərcləyirdi. İ.Musabəyov. Aslanın indi bir qədər pulu var idi, lakin Fərhad oxuduğu üçün ona xərcləyirdi. C.Cabbarlı. // məc. Buna görə nə bir məlhəm, nə bir şəfqət istəyirəm; Can yanğımı xərcləməyə səlahiyyət istəyirəm. X.Rza. xərclənmə “Xərclənmək”dən f.is. xərclənmək məch. Sərf edilmək, xərc edilmək, işlənmək (pul haqqında). Pulların hamısı xərclənmişdir. – ..Əsil mayanın bir hissəsi də müntəzəm bir surətdə [Mahmudun] gənc və gözəl arvadının naz və qəmzəsinə xərclənirdi. B.Talıblı. [Adil:] ..Xalam mənim içməyimin fikrini yox, öz pulunun xərclənməsinin dərdini çəkirdi. B.Bayramov. xərclik is. Adi gündəlik və xırda xərclər üçün verilən, ya ayrılan pul; cibxərci. [Hacı Mehdi:] Ala, qabaqcadan da bir az sənə xərclik verim. Ə.Haqverdiyev. [Məmmədbağır:] ..Əsmərə on manat da xərclik verib getmişdi. S.Hüseyn. // Xərcləmək üçün pul. [Mina xala:] Elə bil sümüyün duyubmuş ki, bir gün oğlun məktəbə gedəcək, ona xərclik lazım olacaq. İ.Şıxlı. xərçəng I. is. zool. Buğumayaqlılar tipindən üstü qınla örtülü və baş tərəfdə iri qısqacları olan suda yaşayan onurğasız heyvan. İri balıqlar başlıca olaraq yanüzən xərçənglər, suda-quruda yaşayan cücülər, habelə molyusklarla qidalanır. Y.Əbdürəhmanov.\n\nII. is. İnsan və heyvanın həm iç, həm də bayır orqanlarında əmələ gələn xətərli şiş. Bədbəxtlikdən il yarım bundan qabaq [Balaşın] mədəsində xərçəng yarası tapıldı. M.İbrahimov. xərçəngkimilər is. zool. Xərçəngəoxşar onurğasız buğumayaqlılar qrupu. Xərçəngkimilərlə qidalanan balıqlar. xərək is. [fars.]\n1. Daş, qum və s. şeylər daşımaq üçün taxtadan və s.-dən düzəldilmiş alət. Xərəklə qum daşımaq. – Dəmirov daş daşımaq üçün düzələn xərəyin bir başından, Qocaoğlu isə o biri başından yapışdı. S.Rəhimov. // Xəstə, yaralı daşımaq üçün iki uzun dəstəyə bənd edilmiş parçadan ibarət alət. Arazı doktorun müşayiətilə xərək üstündə ikinci palataya gətirib boş bir çarpayı üzərinə uzatdılar. A.Şaiq. Beş dəqiqə çəkmədi ki, yaralını xərəyin üstündə gətirdilər. P.Makulu.\n2. Yayla çalınan musiqi alətlərində simlərin altına qoyulan altlıq (taxta və s. parçası). xərəngə (=xərəngəlik) is. dan. Qarmaqarışıqlıq, səs-küy, nizamsızlıq. Məclisdə bir xərəngəlik vardı. Aralarında qadınlar olmasına baxmayaraq, açıq-saçıq sözlər söyləməkdən çəkinməyirdilər. S.Hüseyn. xərəngəlik (=xərəngə) is. dan. Qarmaqarışıqlıq, səs-küy, nizamsızlıq. Məclisdə bir xərəngəlik vardı. Aralarında qadınlar olmasına baxmayaraq, açıq-saçıq sözlər söyləməkdən çəkinməyirdilər. S.Hüseyn. xərəzi bax. xırdavat. xərif sif. [ər.] Qocalıqdan ağlı zəifləmiş, səfehləmiş, sərsəmləmiş. xərifləmə “Xərifləmək”dən f.is. xərifləmək f. Qocalıqdan başı xarab olmaq, beyni kütləşmək, səfehləmək. Zəki Məmmədbağırın xəriflədiyinə qənaət hasil etdi. S.Hüseyn. [Arvad:] Ay kişi, xərifləmisən nədi? Hanı bizim yağımız, düyümüz ki, plov da bişirəm. “M.N.lətif.” // Sarsaqlamaq, sərsəmləmək. Aşıq Cəlal oyandığını bildirməyəcəkdi, amma düşünəcəkdi ki, ey gidi dünya, nəhayət, mənim ustadım da xəriflədimi? Ə.Məmmədxanlı. xəriflik is. Ağlı başından çıxmış adamın halı; ağıl seyrəkliyi, sərsəmlik. xəritə is. [ər.] Yer səthinin coğrafi vəziyyətinin kağız və s. üzərində təsviri. Coğrafiya xəritəsi. Asiyanın xəritəsi. Dünya xəritəsi. Yer üzünün xəritəsindən silinmiş qədim dövlətlər. – Kəndim, balacasan, çox balacasan; Adın yox dünyanın xəritəsində. M.Araz. xəritəçəkən bax. xəritəçi. xəritəçi is. Coğrafiya xəritələri tərtib edən mütəxəssis; kartoqraf. xəritəçilik is. Coğrafi xəritə çəkmə (tərtib etmə) sənəti; kartoqraflıq. xəsarət is. [ər.] Ziyan, zərər. [Züleyxa ilə Cəmilin] yaşadıqları kənd müharibə cəbhəsinə yaxın olduğundan böyük xəsarətlərə düçar olmuşdu. T.Ş.Simurq. // Xarab olma, korlanma, zədələnmə, sınma. [Zakirov:] Qəribədir, axşam mən bağı gəzəndə hasarda heç bir xəsarət görmədim. Ə.Məmmədxanlı. • Xəsarət vermək – ziyan vermək, zərər vermək. Verməmişəm mən ki xəsarət sənə; Sən dəxi vermə əziyyət mənə. A.Səhhət. Xəsarət yetirmək (eləmək) – ziyan vurmaq, zərər yetirmək, yaxud bir şeylə vurub yaralamaq, zədələmək. [Sultan bəy:] ..Dedim, gedim görüm, bəlkə qız, xudanəkərdə, özünə bir xəsarət yetirdi. Ü.Hacıbəyov. xəsil is. Göy taxıl. Alaq otları torpaqdakı qidalı maddələri almaqla xəsilləri zəifləşdirir. – İl faraş gəlsə, yaylaqda ot, qışlaqda güzdək və xəsil bol olsa, qoyun saxlamaq asandır. Ə.Vəliyev. xəsilləşmə “Xəsilləşmək”dən f.is. xəsilləşmək f. Göyərmək (taxıl haqqında). Körpə və tər taxıl xəsilləşirdi. S.Rəhimov. xəsillik is. Xəsil olan, xəsil əkilən yer. Xəsillik salmaq. // Xəsil üçün ayrılan. Xəsillik arpa. xəsis sif. Simic, ifrat dərəcədə qənaətcil, pul xərcləməkdən hər vasitə ilə çəkinən. [Qulu:] Allah pulu götürüb belə xəsisə verir ki, sandığa qoyub gecə-gündüz keşiyini çəkir. S.S.Axundov. Olursunuz, duman olun, sis olmayın; Nədə xəsis olsanız da; Sevgidə xəsis olmayın! B.Vahabzadə. xəsiscəsinə zərf Xəsisə yaraşan bir tərzdə, xəsis kimi. Əziz Hüsü! ..Sən məktubu xəsiscəsinə yazmağımdan inciyirsən. Ə.Haqverdiyev. xəsisləşmə “Xəsisləşmək”dən f.is. xəsisləşmək f. Xəsis olmaq, xəsisliyi getdikcə artmaq. xəsislik is. Simiclik, xəsis adamın xasiyyəti. Hacı Bakıda bir məşhur kişi idi. İstər dövlətdə, istər xəsislikdə. Ə.Haqverdiyev. • Xəsislik eləmək, xəsislik göstərmək – simiclik eləmək, qıymamaq, əsirgəmək. Əmim xəsislik elədi, [oğlunu] oxutmadı. M.Hüseyn. [Çərkəz:] ..Gətir [narı] sıxaq soğanın üstünə. Gətir, xəsislik eləmə. Bir çürük narı Bakıdan gələn qonağa qıymırsan? İ.Məlikzadə. xəspuş is. [fars.] Fırıldaqçı, xırda oğru, cibgir, cibəgirən. Xəspuşlardan birisi pulları iki əli üzərində Varisə doğru uzadaraq: – Varis bəy, hər kəsdən çox mən qazandım. A.Şaiq. [Qulamrza Rüstəmbəyə:] Bu xəspuşların qəribə xasiyyəti var: duz-çörəyə xəyanət etməzlər. Çəmənzəminli. Həqiqət bura çox basırıq olur. Həmişə özgə hesabına yaşayan xəspuşlar bunu yaxşı bilir. Qantəmir. xəspuşluq is. Fırıdaqçılıq; cibgirlik, xırda oğruluq. xəstə sif. [fars.]\n1. Səhhəti yerində olmayan, bir xəstəliyi olan; naxoş, azarlı. Xəstə uşaq. – Xəstə əsgər dərindən nəfəs aldı. H.Nəzərli. Xəstə atalarının ürəyini sıxmaq istəməyən oğul və qız güzəranlarından şikayət eləmədilər. Ə.Abasov. // İs. mənasında. Xəstənin yanına getmək. Xəstənin halı yaxşılaşdı. – Bənnasız hörgü hörülməz; Təbibsiz xəstə dirilməz. “Koroğlu”. Əri xəstə üstə getdikdə ya ölü üstə aparıldıqda, o, dükanda oturub alış-veriş edərdi. S.S.Axundov. Bunu görən xəstə Aydını heç yaxına belə buraxmamışdı. H.Seyidbəyli. • Xəstə düşmək, xəstə yatmaq – xəstələnmək, azarlamaq, yorğan-döşəyə düşmək. Xəstə düşdüm, gələn yoxdur üstümə; Qərib öldüm, bikəs öldüm, yad oldum. M.V.Vidadi. Həsrətindən xəstə düşdüm; Eylə dərdə çarə, Ceyran! Aşıq Ələsgər. Bu hadisədən Molla Qasım sarılıq azarına düşüb xəstə yatdı. S.S.Axundov. Xəstə olmaq – xəstə yatmaq, azarlı olmaq, naxoş olmaq. Bəstəri-möhnətdə xəstə olduğum; Gözləri şəhlaya dedin, nə dedi? Q.Zakir. Mən diqqətlə [Məmmədə] baxdım, xəstə olduğuna heç şübhəm yoxdu. C.Cabbarlı. Xəstə salmaq – xəstələndirmək, azarlatmaq, xəstələnməsinə səbəb olmaq. Yar gəlməsə məndən dirilən olmaz; Məni xəstə salan busə dağıdı. Q.Zakir.\n2. məc. Şairanə təşbehlərdə dərdli, qayğılı, mənən üzgün mənasında. Çox edən bimarə xidmət aqibət bimar olur; Leyk könlüm xəstədir ol nərgisi-bimarsız. S.Ə.Şirvani.\n3. məc. Sönük, zəif, cılız, ölgün. Kiçik bir lampanın ziyası evə xəstə və ölgün bir işıq nəşr edirdi. S.Hüseyn.\n4. məc. Bir şeyə həddindən artıq meyil edən, aludə olan; aludə, mübtəla, düşkün. Kino xəstəsi. Futbol xəstəsi. Bilyard xəstəsi.\n5. məc. klas. Yazıq, zavallı, aciz, fağır, bimar. Füzuli xəstəyə düşmən sözü ilə dust cövr eylər. Füzuli. Vidadi xəstəyəm, günlər sanaram; Dərd əhliyəm, qəm hərfini qanaram. M.V.Vidadi. ‣ Xəstə baxıcısı – müalicə müəssisələrində ağır xəstələrə və binanın təmizliyinə baxan kiçik tibb xidmətçisi. xəstəhal sif. [fars. xəstə və ər. hal] Bir qədər xəstə, kefsiz, halsız, nasaz. İyirmi beş bahar görmüş bu adam altmış xəzan keçirmiş qoca kimi yorğun, xəstəhal və ölgün görünürdü. A.Şaiq. // məc. Halsız, ölgün, düşkün. Saqi, tut əlim ki, xəstəhaləm; Qəm rəhgüzərində payimaləm. Füzuli. And olsun Kəbəyə, xəstəhalam mən; Can verməyə səri-kuyin istərəm. Q.Zakir. xəstəhallıq is. Kefsizlik, halsızlıq, düşkünlük, nasazlıq. xəstəxana is. [fars.] Müalicə üçün xəstələrin yatdığı ev, bina, müəssisə. Xəstəni xəstəxanaya qoymaq. – Yaralı hərbi xəstəxanada .. yatmışdı. Ə.Məmmədxanlı. 14 oktyabr – qırx doqquz yaşım... Görüşdük onunla xəstəxanada; Əyləşib dərmanım, dərdim yanaşı; Təklikdən qorxanda təklənir adam. M.Araz. xəstəxanalı sif. Xəstəxanası olan. Xəstəxanalı qəsəbə. xəstə-xəstə zərf Xəstə olduğu halda, azarlı-azarlı, naxoş halda. Xəstə-xəstə qonaqlığa getmək. – Polad Kamilin xəstə-xəstə gördüyü işə məəttəl qaldı. M.Süleymanov. xəstələndirmə “Xəstələndirmək”dən f.is. xəstələndirmək f. Xəstə etmək, xəstələnməsinə səbəb olmaq, azara salmaq, azarlatmaq, naxoşlatmaq. Dünənki külək məni xəstələndirdi. xəstələnmə “Xəstələnmək”dən f.is. xəstələnmək f. Azarlamaq, naxoşlamaq, bir xəstəliyə tutulmaq. Özümü soyuğa verib xəstələndim. – Doğrudan da, keçən il Bakıya, Tahirin yanına gedəndə Gülsənəm arvad xəstələnmişdi. M.Hüseyn. Əvəz kişi oğlunun tər köynək dayandığını görüb dedi: – Bala, səhər ertənin soyuğuna özünü vermə, xəstələnərsən. Ə.Vəliyev. xəstəlik is. Orqanizmin normal həyat fəaliyyətinin pozulması halı; azar, naxoşluq. Göz xəstəlikləri. Sağalmaz xəstəlik. Yoluxucu xəstəlik. – Aygün xəstəlikdən qalxır ayağa; Qaynayır gözündə yenə də həyat. S.Vurğun. [Nuriyyə:] Bilirdim ki, bağırsaq çevrilməsi ağır xəstəlikdir. İ.Əfəndiyev. • Xəstəlik tarixi – müalicəyə başlanan gündən etibarən müalicə edən həkim tərəfindən yazılan və xəstənin vəziyyətini əks etdirən əsas tibbi sənəd. xəstəlikli bax. xəstəməzac. xəstəliktörədən is. Xəstəlik törəməsinə səbəb olan, azar mənbəyi olan, mikrobları yayan. Xəstəliktörədən mikroblar. xəstəliktörətmə is. Xəstəlik törəməsinə, xəstəlik yayılmasına səbəb olma, xəstəlik mənbəyi olma. Virusun xəstəliktörətmə qabiliyyəti. xəstəməzac sif. [ər.] Xəstəliklərə, tez xəstələnməyə mail olan, tez-tez xəstələnən, üzərindən xəstəlik əskik olmayan. xəstəməzaclıq is. Xəstəliyə mail olma; üzərindən xəstəlik əskik olmayan, tez-tez xəstələnən adamın halı. xəşəl bax. xaral. Bir adam ki, .. kömür xəşəllərini dalına şələləyib hıqqana-hıqqana gətirə, ..qalxa-qalxa Müqim bəy Cavanşir kimi bir əsilzadənin mühafizi ola, daha nə üçün vəziyyətindən razı olmazdı. S.Rəhimov. xəşəm is. zool. Şirin sularda yaşayan, yeyilən balıq növü. İldırım qeyzini sel-sel axıdan; Çapaqdan, xəşəmdən, qızıl balıqdan; Rəng alan, dad alan dəli çaylarım.. X.Rza. xəşil is. Suda bişirilib yağ və doşabla yeyilən xəmir xörəyi. Qarğa özünü quş bilir, xəşil özünü aş. (Ata. sözü). [Ağa Kərim xan:] Tez ürəktutan xörəklərdən .. biri xəşildir. N.Vəzirov. ..Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz. Şəhriyar. ‣ Xəşilə döndərmək – bir şeyi (maddəni) duru xəmir (horra) halına salmaq, korlamaq. [Süleyman:] [Gübrəni] aparıb töküblər yağışın altına, döndəriblər xəşilə. M.İbrahimov. Xəşilini çalmaq – öldürmək, işini bitirmək. Xəşilini çıxarmaq – əzibəzişdirmək, sağ yer qoymamaq. Əsgərin gözünü püfləyənin xəşilini çıxardaram. M.S.Ordubadi. xəta is. [ər.] Səhv, yanlışlıq, qələt. Mürəttib xətası. Korrektor xətası. xətbaşı is. Kişilərdə saçın gicgah tərəfdə qulağın qabağında olan hissəsi. [Budaq:] Yeznəm məni görcək yerindən qalxıb içəridə var-gəl eləməyə, arabir sol əli ilə xətbaşını qaşımağa, gah da bığlarını əlləşdirməyə başladı. Ə.Vəliyev. [Şərifzadənin] qısa xətbaşısı əmmaməsinin altından çıxmışdı. P.Makulu. xətçəkən is. xüs. Xətt çəkməyə məxsus alət; cızıqçəkən. Xətçəkəni lazımi hündürlük ölçüsündə saxlamaq üçün masştabı olan hündürlükölçəndən .. istifadə edilir. Ə.Əliyev. xətər is. [ər.]\n1. Təhlükə, qorxu. [Şah öz-özünə:] İndi bütün ümidim vəzirin fərasətinədir, yəqin keçəni görüb mənim xətərdə olduğumu anlar. Ü.Hacıbəyov.\n2. Ziyan, zərər. [Həcər:] Ömrün uzun olsun, Qəhrəman qardaş; Xətər görməyəsən heç zaman, qardaş!.. S.Rüstəm. • Xətər dəymək (gəlmək, toxunmaq) – 1) ziyan dəymək, zərər dəymək. Güclü, doludan taxıla xeyli xətər toxundu. – Səlim bildi ki, belə ovçulardan bu quşlara bir xətər gəlməz. M.Rzaquluzadə. Nə qarajın qapısından asılan qıfıl sındırılıb, nə də maşının açar yerinə bir xətər dəyib. H.Seyidbəyli; 2) fəlakət, bədbəxtlik üz vermək; fəlakətə, faciəyə uğramaq, ziyan dəymək. Mən misal üçün deyirəm ki, iki-üç günlüyə göz-qulaq olaq ki, uşaqlara bir xətər toxunmasın. S.Rəhimov. [Şeyx Amiri qullara:] Dərhal oğlumun izinə düşüb səhraya gedin! Dalınca gəzin, keşiyin çəkin, ona bir xətər dəyməsin. Ə.Məmmədxanlı. Xətər vurmaq – qəsd etmək, ziyan vurmaq; öldürmək. [Qarı Nurəli xana:] İndi sənə bir yağı göz dikibdir, .. xətər vurmaq istəyir. Çəmənzəminli. Xətər yetirən – toxunan, təhqir edən. Qayınata isə arvadı ilə namusa xətər yetirən sözlər icad edib, gəlinə min böhtanlar isnad verirdilər. Çəmənzəminli. Xətər yetirmək – zərər yetirmək, fəlakətə uğratmaq, canına qəsd etmək; vurmaq, yaralamaq. [Eyvaz dəlilərə:] Biz əgər belə şəhərə girsək, Koroğluya xətər yetirərlər. “Koroğlu”. xətərlənmə “Xətərlənmək”dən f.is. xətərlənmək f. Xətər dəymək, zərər, ziyan görmək. // Korlanmaq, xarab olmaq, zədələnmək. Blindajın divarları və tavanı adda-budda xətərlənmişdi. Çəmənzəminli. xətərli sif. Çox qorxulu, çox təhlükəli, təhlükə ilə dolu, xətər gətirə bilən, xatalı. Xətərli səfər. Xətərli yol. Xətərli iş. – [Gülbahar:] Bəlkə xətərli yaradır .. qolunu belə, başına dönüm, çıxart, Əhməd! N.Vəzirov. [Birinci qul Məcnuna:] [Vətənə getmək] hələ mümkün deyil, mərhəmətli ağa, hələ yollar xətərlidir. Ə.Məmmədxanlı. // Zərərli, ziyanlı. xətərlilik is. Qorxulu, təhlükəli olma, xətər gətirmə; təhlükəlilik. xətərnak sif. [ər. xətər və fars. nak] klas. bax. xətərli. Sərsəri basma qədəm eşq təriqinə, Füzuli; Ehtimal eylə ki, qayətdə xətərnak səfərdir. Füzuli. [Mirzə Rza:] Gəzinmə İran adında xətərnak səhralarda, qayıt Firəngistana, Fərhad! C.Cabbarlı. xətərsiz sif. Qorxusuz, təhlükəsiz, xatasız. Xətərsiz iş. Xətərsiz səfər. – [Ataş:] Xalıqverdi əmi deyirdi ki, Turaclı yolu xətərsizdir. Ə.Vəliyev. [İsmayıl kişi Namaza:] Sən bir qədər adam götür, arvad-uşağı xətərsiz yerə apar və özün də orada qal! P.Makulu. // Ziyansız, zərərsiz. xətərsizləşdirmə “Xətərsizləşdirmək”dən f.is. xətərsizləşdirmək f. Xətərsiz etmək, qorxusuz, təhlükəsiz hala gətirmək. [Veysəl] Kəngərlini qorxudub buradan uzaqlaşdırmaq, Ataşın yolunu xətərsizləşdirmək istəyirdi. Ə.Vəliyev. xətərsizləşmə “Xətərsizləşmək”dən f.is. xətərsizləşmək f. Qorxusuz, təhlükəsiz olmaq, əminlik olmaq. Yollar xətərsizləşib. xətərsizlik is. Xətərsiz, qorxusuz olma; təhlükəsizlik, əmin-amanlıq. xətib is. [ər.] Məsciddə xütbə oxuyan din xadimi. Xətib minbərdən yerə düşməmiş, əhali hakimi və xətibi gözləməyərək məsciddən çıxdı. M.S.Ordubadi. // köhn. Gözəl natiq. xətiblik is. Xətib vəzifəsi, xətibin işi. xətir is. [ər.] Hörmət, ehtiram, sayğı; şan-şərəf. Xətrini əziz tutmaq. Xətrini istəmək. – Xətir üçün xəstə yatmazlar. (Ata. sözü). ‣ Xətir qoymaq (saxlamaq) – hörmət eləmək, hörmətini saxlamaq; güzəşt eləmək. Xətri qalmaq – incimək, narazı qalmaq, könlü qırılmaq. Xətri xoş olmaq – ürəyi açılmaq. Xətri(n) istədiyi qədər – bax. ürəyi(n) istədiyi qədər (“ürək”də). Xətrindən keçməmək – bax. üzündən keçə bilməmək (“üz”də). [Xəlfə:] [Dursun] daha Aslan bəyin xətrindən keçmərəm. C.Cabbarlı. Xətrinə dəymək (qıymaq, toxunmaq) – könlünü qırmaq, ürəyinə (qəlbinə) dəymək, toxunmaq. Nə dedim xətrinə dəydi; Üzün məndən niyə döndü? Aşıq Ələsgər. Nə bir nəfər ona “yox” dedi; Nə bir nəfər xətrinə qıydı. R.Rza. Xətrini istəmək – yanında hörməti olmaq, çox saymaq, hörmət etmək, sevmək. İkram əmisi Ağayarın xətrini çox istəyirdi. Ə.Əbülhəsən. Xətrini qırmaq (sındırmaq) – bax. xətrinə dəymək. xətir-hörmət bax. xətir. Xətir-hörmət saxlamaq. Xətir-hörmət gözləmək. Xətirhörmət bilmək. – [Sərvinaz qarı:] Bala, Həsrət, belə şeylərə qol qoyma, yoxsa aralıqda olan bütün xətir-hörmət tökülər. B.Bayramov. xətirli sif. Xətri əziz, hörmətli, hörmət edilən, sayılan, ehtirama layiq, nüfuzlu. Xətirli adam. xətkeş [ər. xətt və fars. ...keş] bax. xətçəkən. Xətkeşlə cızıq çəkmək. – [Gəldiyevin] düz on yeddi gün qələm, xətkeş, pərgar, rezin əlindən düşmədi. Mir Cəlal. xətm is. [ər.]\n1. Bitirmə, qurtarma, sona çatdırma. • Xətm etmək (eləmək) – 1) bitirmək, tamamlamaq, sona çatdırmaq. Billah ki, nə xoş demiş Nizami; Bu babdə xətm edib kəlami. Füzuli; 2) din. oxuyub tamamlamaq, bitirmək (Quranı). Şaşırmış qardaşımı dövrələmiş məktəb uşaqları anama [dedilər:] – Muştuluğumu verin, Abdulla .. Quranı xətm elədi. T.Ş.Simurq. Axşam Quran çıxmış uşaq atasına deyərdi ki, mən sabah Quranı xətm edəcəyəm. H.Sarabski.\n2. hüq. İşi bağlama, qurtarma. • Xətm etmək hüq. – bağlamaq, qurtarmaq. Sübut olmadığından məhkəmə işi xətm etdi. xətmi bax. gülxətmi. [Çöllərdə] nərgiz, nanə, xətmi, nilufər, nə desən taparsan. Mir Cəlal. xətt I. is.\n1. Yazarkən hərfləri təsvir etmə tərzi, yazı yazma xüsusiyyəti; yazı. Gözəl xətt. Uşaq xətti. Tanış xətt. – [Yaqut:] Məktubu açmışdım və uşaq xəttinə oxşar o tanış xətti görərkən yenə əllərim titrəmişdi. Ə.Məmmədxanlı. Reyhanın çox səliqəli; Gözəl, təmiz bir xətti var. M.Dilbazi.\n2. Nazik saqqal. Yumşaq barmaqlar Xəlilin xətt yerindən çənəsinə qədər titrəyə-titrəyə gəzdi. Üzünə isti nəfəs dəydi. İ.Məlikzadə.\n\nII. is. [ər.]\n1. Cızıq. Kağızda dikinə çəkilən xətlərin sayı indi beş idi. Ə.Əbülhəsən.\n2. İki məntəqəni birləşdirən yol. Moskva – Bakı dəmiryol xətti. Moskva – Kiyev hava xətti. Trolleybus xətti. // Teleqraf, telefon rabitəsi qurğuları (məftillər, kabellər və s.); su, kanalizasiya sistemi. Teleqraf xətti. Telefon xətti xarab olmuşdur. Xəlil içəri girib isti su xəttinin üstündəki manometrə nəzər saldı. İ.Məlikzadə. // Elektrik enerjisini nəql etmək üçün qurğular (məftillər, kabellər və s.) sistemi. İki saatdan çox idi ki, kəşfiyyat buruğunda elektrik xətti korlanmışdı. M.Hüseyn. ..Xətdə cərəyan var, işə başlamaq olar. M.Süleymanov. // Yan-yana durmuş şeylərin uzun sırası, bir şeyin arasıkəsilməz sırası. İstehkam xətti. Müdafiə xətti. – Bəhram şah Bərdəsirin mühasirə xəttini yarmağa və Atabəy Məhəmmədə qalib gəlməyə müvəffəq olmayacaqdır.. M.S.Ordubadi.\n3. Bir dövlətin hüdudu, sərhədi və bu sərhəd boyunca olan istehkamlar sırası. Vaqifin yazdığı məktub Qafqaz xəttindəki baş komandan .. vasitəsilə Yekaterinaya göndərildi. Çəmənzəminli. // Vuruşan iki tərəf arasında uzanan yer, döyüş gedən yer. Vuruşmanın qızğın vaxtında rota komandiri Zəhranı çağırdı və tapşırıq verib qabaq xəttə göndərdi. Ə.Vəliyev. Orda mən bilirdim ki, cəbhə xəttinin o tərəfində düşmən durur. H.Seyidbəyli.\n4. Cizgi. Kim olduğunu daha bilmədiyim bu qadını yalnız üzünün xətləri, hal və tövrilə öyrənmək istəyirdim. S.Hüseyn. Baxıram heykələ... mən heyrətdəyəm... Necə yerindədir hər xətt, hər qırış! B.Vahabzadə.\n5. məc. İstiqamət, hərəkət, görüş tərzi. Düzgün xətt. Yanlış xətt. Orta xətt götürmək.\n6. Qan qohumluğu əsasında birləşmiş adamların ardıcıl sırası, əcdadlar, nəsillər sırası. Ata xətti ilə qohumluq. xəttat is. [ər.] Gözəl xətti olan adam, gözəl yazı yazan adam. [Vaqif] ..bir şeir Tiflisin və valinin mədhinə, bir ayrısını da vəliəhdə ithaf olaraq yazdı, üzü göçürülmək üçün özü ilə gətirdiyi xəttata verdi. Çəmənzəminli. xəttatlıq is. Gözəl xətlə yazma sənəti. xətti-hərəkət is. [ər.]\n1. köhn. Döyüşü hazırlama və aparma sənəti, döyüş üsulları; taktika. Düşmənin xətti-hərəkəti. – [Nizami:] Biz, Fəxrəddinin göstərdiyi xəttihərəkətlə irəli getsək, fars və ərəb cahangirlərinin keçmişdə və bundan sonra aparacaqları xətti-hərəkətə kömək vermiş olacağıq. M.S.Ordubadi.\n2. məc. İctimai və siyasi mübarizə üsul və vasitələrinin məcmusu. // Hər hansı məqsədə çatmaq üçün tətbiq edilən üsul və vasitələr, tədbirlər. Salman, “siyasi məsələlər həll olunmasa, maarif məsələsi həll oluna bilməz”, – deyə qəti bir xətti-hərəkət yürüdürdü. Çəmənzəminli. Darülfünun eşiyində və içərisində daima tələbələr dəstədəstə toplaşıb, vermiş olduqları tələbləri, maarif nəzarətinin və darülfünunun müdiriyyətinin xətti-hərəkəti ətrafında müzakirə edirlərdi. T.Ş.Simurq. xəttü xal is. [ər. xətt və fars. xal] klas. Gözəlin sifəti mənasında. Qoymazsan baxmağa xəttü xalına; Tamaşayi-camalını kəsibsən! M.P.Vaqif. Xəttü xalə verib xeyli nəzakət; Siyah zülfü hamısından baş çəkib. Q.Zakir. xətvari sif. Xətt kimi, xəttəoxşar, xətt şəklində. Xətvari yarpaq. xəyal is. [ər.]\n1. Bir şəxsin və ya şeyin insan fikrində, təsəvvüründə təcəssüm edən surəti; təxəyyül. Onun xəyalı heç vaxt gözümün qabağından getmir. // Xəyala, fikrə gələn şeylər; xəyalat. Pəncərənin önündə o, dayanır lal kimi; Gördükləri görünür gözünə xəyal kimi. B.Vahabzadə. Yenə uzaq yollar keçir gözümdən; Yenə min xəyalda, min soraqdayam. N.Xəzri.\n2. Fikir, düşüncə. Xəyalım hürr, can sərbəst, fikrim laübalıdır; Məni azad edən sultani-əqli-nöktədanımdır. M.Hadi. • Xəyal eləmək (etmək) – təsəvvürünə gətirmək, ağlına gətirmək, xəyalına gətirmək, düşünmək, fikir eləmək. Nə xəyal eləyirsən? – Könül titrər, gözüm görməz, əlim tutmaz, ayaq getməz; Görər heyranlığım canan, xəyal eylər ki, təmkindir. Qövsi. Hər axşam Şəban evə gələndə xəyal edirdi ki, Gülsüm həmişəki tək onun qabağına çıxıb əlinə su tökəcək, öz əli ilə qəbrə qoyduğu Gülsümün öldüyünə inanmırdı. Ə.Haqverdiyev. Məşədi Əsgər öz-özünə xəyal etdi ki, həqiqətdə həmin qərib müsafirin çamadanını əlindən qapıb qaçmaq çox asanca işdir. S.M.Qənizadə. Xəyala dalmaq (qapılmaq, getmək) – fikrə getmək, dərin düşüncəyə dalmaq. İndi [Şiraslan] yeni bir xəyala qapılır, sanki kainatla qovuşur... S.Rəhimov. Dərin xəyala dalsan; Mən sükutun olaram. N.Xəzri. Mən .. bəzən də qoca bir kötüyün üstündə oturub xəyala gedirəm. Z.Xəlil. Xəyala gəlmək – 1) yada düşmək, anılmaq, xatırlanmaq, təsəvvürə, fikrə gəlmək, xəyalında canlanmaq. Ol afitabrüxlə keçən günlərim mənim; İndi gəlir xəyalıma hicrində xabtək. S.Ə.Şirvani; 2) ağlına gəlmək, düşünmək. ..Xəyalıma gəldi ki, nökərimiz evi süpürəndə süpürgənin tikanı düşüb fərşin üstünə və batıb qonağın yumşaq yerinə. C.Məmmədquluzadə. Xəyalına gətirmək – xəyalında, təsəvvüründə canlandırmaq, yadına salmaq, xatirə gətirmək, düşünmək, fikrinə, təsəvvürünə gətirmək. Bəndalı xəyalına gətirə bilməzdi ki, adam adama əvəzsiz, pulsuz bir xeyir iş görə. Mir Cəlal. Qarı oturduğu yerdə gözlərini yumub, dumana bürünmüş uzaq günlərini xəyalına gətirdi.. Ə.Məmmədxanlı. Xəyalına girmək – ağlına gəlmək, fikrinə gəlmək, düşündürmək. [Taybuynuz öküz] işə bir az ağır gedəndə yaman sözlərdən, töhmətdən və döyülməkdən başqa bir şey görüb eşitmir, onun ac və susuz qalmağı da bir kəsin xəyalına girmir... F.Köçərli. Xəyalında canlanmaq – təsəvvüründə, hafizəsində canlanmaq, gözünün qabağına gəlmək, təsəvvürünə gəlmək, yadına düşmək. Gələcək Bakı – əməkçi Bakısı xəyalında canlanır. M.S.Ordubadi. Hər gecə əxilər süfrəsi başında gördüyü o müxtəlif qəriblər və kimsəsizlər içərisində yavaş-yavaş bu qocanın da siması [yolçunun] xəyalında canlanırdı.. Ə.Məmmədxanlı.\n3. məc. Arzu edilən, həsrəti çəkilən şey mənasında. Ləbin xəyalı ilə dildə şur olur peyda; Bəli, nəməklə olur, rəsmdir, kəbab ləziz. S.Ə.Şirvani. [Mayanın] ata minmək, atın üstündə yol getmək isə şirin xəyalı idi. M.İbrahimov. • Xəyalından keçmək – fikrindən keçmək, arzusunda olmaq, ürəyindən keçmək. [Hacı Kamyab:] [Fərmanın] xəyalından mənim qızımı almaq keçir. Qoy xəyalplovdan nə qədər yeyəcək, yesin. Ə.Haqverdiyev. // Başa gəlməz, boş xəyaldan ibarət olan şey; xülya. Sevda nədir? Hicran nədir? Bir xəyal! M.Müşfiq. • Xəyal kimi – kölgə kimi, kabus kimi. Doğrusu ... hər zaman gözlərimdə siz; Gəlib durursunuz bir sual kimi; Gah şirin, gah acı bir xəyal kimi. S.Vurğun. Otağı göyümtül papiros tüstüsü bürüdüyündən, adamların siması xəyal kimi dumanlı görünürdü. M.Hüseyn. Dağlarımın başından qalxıb bir qartal kimi; Gəzdim ana yurdumu canlı bir xəyal kimi. R.Rza. xəyalat is. [ər. “xəyalət” söz. cəmi]\n1. Əsli olmadığı halda gözə görünən mövhum surət; həqiqətdə deyil, yalnız xəyalda, fikirdə, təsəvvürdə olan şeylər; xülya, kabus. [Cəlil Məmmədquluzadə] xəyalata uyan idealların gözəlliyi ilə yaşayıb, varlığa tül pərdələr dalından baxan yazıçılardan deyildi. M.İbrahimov.\n2. Fikir, düşüncə; fikirdə, xəyalda olan, arzu edilən şeylər. Yüz sənə bundan əqdəm ata və babalarımızın .. arzu və təmənnalarını, fikir və xəyalatını [Vaqif] yazıb.. F.Köçərli. Əhməd xəyalata o qədər inanmışdı ki, qazanacağı 500 manatın cınqıltısını cibində eşidir və xəyalatı canlandırırdı. B.Talıblı. • Xəyalat eləmək – çox fikir eləmək, çox düşünmək, fikirləşmək, fikrində götür-qoy eləmək. [Xırda xanım:] ..Bol xəyalat eyləmişəm. Bir neçə vaxt işi düzəldib toy fikrinə düşmüşəm.. N.Vəzirov. Xəyalat götürmək – dərin düşüncələrə qərq olmaq, fikir-xəyal götürmək. İnsanı xəyalat götürəndə hər cür nataraş fikirlər adamdan əl götürmür. C.Məmmədquluzadə. Bir neçə vaxt gözümə yuxu getmədi, xəyalat məni götürdü. Ə.Haqverdiyev. Həmzəbəyi xəyalat götürdü. Çəmənzəminli. xəyalçı bax. xəyalpərəst. xəyalçılıq bax. xəyalpərəstlik. xəyalən zərf Xəyalında, fikrində, təsəvvüründə, zehnində; fikrən, zehnən. Xəyalən sənin yanındayam. Xəyalən onun surəti gözümün qabağında canlandı. – Eyvaz dəfələrlə xəyalən Gülşənin qüvvətli əllərini əlinə alıb demişdi.. Ə.Vəliyev. Sənə vətənimdən salam gətirdim; Xəyalən üstünə qanad da gərdim. N.Xəzri. [Ümid] bir an içərisində xəyalən iş sahəsinə getdi. B.Bayramov. xəyalət [ər.] bax. xəyal 1-ci mənada. xəyali sif.\n1. Əslində olmayıb, göz qabağına gətirilən, təsəvvür edilən, xəyalda canlanan; qeyri-həqiqi, qeyri-real. Xanım görmədiyi ölkənin xəyali gözəlliyinə məftun bir halda sözünə davam edirdi. Çəmənzəminli. Bir zaman, doğrudan da, xəyali bir məhəbbətlə sevdiyi qızın iztirab və göz yaşlarına qarşı Səlim biganə və laqeyd baxa bilmədi. M.İbrahimov.\n2. riyaz. Təsəvvür edilən, xəyala gətirilən, uydurulan. ..Xəyali ədədlər müasir riyaziyyatda geniş surətdə tətbiq olunur. Z.Xəlilov. xəyallanma “Xəyallanmaq”dan f.is. xəyallanmaq f. Dərin fikrə, xəyala dalmaq, keçmişləri göz qabağında canlandırmaq; fikirləşmək. Şərifzadə öz-özünə xəyallanır, gözünün altından qarovulçuya baxır, onun mürgüləməsini gözləyirdi. M.Hüseyn. xəyalpərəst sif. və is. [ər. xəyal və fars. ...pərəst] Xəyala, düşüncələrə qapılmağı sevən, ona mail olan; xülyaçı. Xəyalpərəst uşaq gecələr yatağına girdiyi zaman bədbəxt anasını gözləri önünə gətirir. A.Şaiq. // Dalğın. [Firidun] sakit və xəyalpərəst baxışlarla Südabəni, anasını süzür.. M.İbrahimov. Vəli əvvəllər xəyalpərəst və laübalı bir gənc idi. M.Hüseyn. xəyalpərəstlik is. Xəyala, düşüncələrə qapılma; xəyalpərvərlik, real həyatdan uzaqlaşıb fantastika aləminə getmə; xülyaçılıq. Bugünkü vəziyyətin şəklini dəyişmədən xoşbəxtlik məsələsini meydana atmaq xəyalpərəstlikdir, hissiyyatpərvərlikdir, bunların heç birisindən xoşbəxtlik ummaq olmaz. M.S.Ordubadi. xəyalpərvər sif. [ər. xəyal və fars. xəyanətkarlıq is. Xəyanət etmə, ...pərvər] bax. xəyalpərəst. [Xasayoğlu Adiləyə:] Hələ ilk gəncliyində [İlyas] xəyalpərvər idi. Bəzən həddindən artıq öz qüvvəsinə inanardı. Bəzən məyus olub özü öz gözündə məhv olardı. Ə.Məmmədxanlı. Teymur müəllim şirinsöhbət və xəyalpərvər bir gənc idi. Ə.Sadıq. xəyalpərvərlik bax. xəyalpərəstlik. xəyalplov is. Həqiqətdə mümkün olmayıb ancaq xəyalda ola bilən şey; xülya. [Hacı Kamyab:] [Fərman] qoy xəyalplovdan nə qədər yeyəcək, yesin. Ə.Haqverdiyev. Xəyalplov Ələmdarın uzun ayaqlarını yerdən üzdü. S.Rəhimov. xəyanət is. [ər.]\n1. Özünə olan etimaddan sui-istifadə edərək dönüklük etmə; xainlik, xaincəsinə hərəkət, etibarsızlıq. [Sərdar Rəşid] bu xəyanətini həyata keçirmək üçün fürsət tapmayacaqdır. M.S.Ordubadi. Aradan üç ay keçmişdi. Bu üç ay içərisində Şükür kənddə bir çox cinayətlər və xəyanətlər şahidi olmuşdu. S.Hüseyn. [Qartal:] Xəyanət ən böyük bir ordunu belə yıxa bilər. M.Hüseyn. // Düşmən tərəfə keçmə, düşmənə satılma; satqınlıq. Neçə kərə; Tarix endi zirvələrdən dərələrə; Bu hiyləgər xəyanətlər; Tariximin neçə-neçə varağını; ləkələdi, qaraladı. B.Vahabzadə. • Xəyanət etmək (eləmək) – xain çıxmaq, satqınlıq eləmək, satılmaq, etibarsız çıxmaq. Dostuna xəyanət etmək. – [Yusif:] Bu gün bazarda Murad rast gəlib deyir ki, çörək verib bəslədiyin şəxs sənə xəyanət edir. N.Nərimanov.\n2. Namərdlik, vəfasızlıq, etibarsızlıq, dönüklük, əhdi pozma. Sevgilisinə xəyanət etmək. xəyanətçi sif. və is. Xəyanət edən; xəyanətkar, xain. Çünki xəyanətçisiz cümlə müsəlmanlara; Mənzilinizdir səqər, oxutmuram, əl çəkin! M.Ə.Sabir. xəyanətçilik is. Xəyanət etmə, xain olma; xəyanətkarlıq. xəyanətkar sif. [ər. xəyanət və fars. ...kar] Xəyanət edən, xəyanətçi; xain, satqın, etibarsız. [Hüsnübəyim:] Mən ölümdən qorxmuram, ancaq məni o dünyaya xəyanətkar kimi, bişərəf kimi göndərmə, ya rəbb! İ.Məlikzadə. xainlik etmə; xainlik. xəyyat is. [ər.] köhn. Dərzi. Xəyyat bizim əhldən 1-2 nəfərdir ki, çuxa şalvarlardan alahı libas tikmirlər, amma palto, kürk və qeyri libasları tikənlər erməni, rusdurlar ki, yaxşı pul alırlar. “Əkinçi”. Ağ alaçıq, əlvan çadır; Naxış vurubdu xəyyatı. Aşıq Ələsgər. xəz is.\n1. Xəzli heyvanların bədənini örtən tük örtüyü; yun. Dələ xəzi. // Bu cür heyvanların işlənmiş, aşılanmış dərisi. Xəz ticarəti. Xəz tədarükü. – Hər il ovçular yüz milyon manatlarla qiyməti olan xəz dəri, piy, ət, quş tükü və s. məhsul əldə edirlər. M.Rzaquluzadə.\n2. Xəzdən tikilmiş, xəzdən hazırlanmış. Xəz papaq. Xəz yaxalıq. – Kişi çıxardı ki, ağaya yüzlüklər bəxş edərdi, atlar, inəklər vəd edərdilər; ipək abalar, xəz cübbələr verilərdi.. Çəmənzəminli. [Hacı Saleh:] Amma onun atasının sən çöldə qalmışı öz oğlu kimi xəz paltolu saxladığı hamıya məlumdur. S.S.Axundov. [Fatma] xəz palto geyib, başına və boynuna qalın yun şərf bağlamışdı. M.İbrahimov. xəzan is. [fars.] Payızda yarpaqların tökülməsi; yarpaq tökülmə mövsümü; payız. Ərağac zəmilər payızın xəzanına bir bəzək və zinət verirdi. S.Rəhimov. Nə tez xəzan görür çöllər, çəmənlər; Arzular sərt daşa dəyir dünyada; Axşam kor-peşman evə dönənlər; Yaxşı ki səhər var, – deyir, – dünyada. N.Xəzri. // məc. Gənclik təravətinin getdiyi dövr. xəzçi is. Xəz hazırlayan usta; dəriçi. Xəzçilər belə hazırlanmış dəriləri növlərə ayırır, nöqsanlarını düzəldir, sonra onları bir-birinə uyğunlaşdıraraq biçib, geyim halına gətirirlər. “Əmtəəşünaslıq”. xəzəl is.\n1. Payız fəslində budaqlardan tökülən (saralmış) quru yarpaqlar. Qaratoyuq tutmaq üçün at qılından cələ hörüb bağda ağaclar altında çox xəzəl olan yerdə qurardıq. S.S.Axundov. İlyas qızın ayaqları yanında, keçənilki quru xəzəllər üstündə oturub qolunu daşa söykədi. Ə.Məmmədxanlı. • Xəzəl olmaq, xəzələ dönmək – saralıb-solmaq, qurumaq. Payızdır, bağçalar xəzələ dönmüş; Təbiət bir solğun gözələ dönmüş. M.Müşfiq. Niyə xəzəl oldu salxım söyüdlər; Harda görüşəcək sevənlər indi? N.Xəzri. // Məc. mənada. Özü xəzəl olub vaxtsız töküldü; Ömrün baharını duymadı, getdi. S.Vurğun. Səni görmədən ölsəm; Xəzəl olub tökülsəm; Dadlı bahar çağımda. M.Müşfiq. Ömrünün bağçası döndü xəzələ. Biinsaf, bivəfa, yar dedi, getdi. M.Rahim. Xəzəl kimi – solğun, solğunlaşmış, təravətini itirmiş. [Fərman Mələyə:] Bir-iki ildən sonra da xəzəl kimi saralıb solacaqsan. M.İbrahimov. Əjdərin üzü xəzəl kimi saralmış və solmuşdu. S.Rəhman. Budaqda titrəyən son xəzəl kimi; Elə bil ümiddən asılıb ürək... N.Kəsəmənli.\n2. Müqayisələrdə çoxluq, hədsizlik, saysızlıq bildirir. [Bibixanım:] Pul əlində elə bil Şüvəlan bağlarının xəzəlidir. B.Bayramov. • Xəzəl kimi yağdırmaq (səpələmək, tökmək) – sağa-sola xərcləmək, israfçılıq etmək. [Fatmanisə Seyidə:] ..Dua yazdıran kimdir, ruh tutduran kimdir, nəzir də ki xəzəl kimi başından aşağı pulu yağdırırlar. R.Əfəndiyev. Xəzəl kimi yağmaq (səpələnmək, tökülmək) – həddindən artıq, çoxlu, saysız-hesabsız gələn pul haqqında. Onluqdan tutmuş yüzlüyə qədər pullar sazın üstünə xəzəl kimi töküldü. B.Bayramov. xəzəllənmə “Xəzəllənmək”dən f.is. xəzəllənmək bax. xəzəlləşmək. xəzəlləşmə “Xəzəlləşmək”dən f.is. xəzəlləşmək f. Xəzəl olmaq, xəzələ dönmək, saralıb qurumaq, solmaq. xəzəlli sif. Xəzəl tökülmüş, xəzəllə dolu, xəzəllə örtülü, çoxlu xəzəl yığılmış. Xəzəlli cığır. Xəzəlli yol. Xəzəlli bağlar. – Xəzəlli dərələr aşağı buz kimi sular şırıltı ilə axırdı. S.Rəhimov. xəzəllik is. Çoxlu xəzəl tökülmüş, xəzəl yığılmış, xəzəllə örtülmüş yer. Xəzəllikdə dayanmaq. Xəzəllikdə atı saxlamaq. xəzərlər cəm tar. V–X əsrlərdə Aşağı Volqadan Qafqaza və Qara dənizin şimal hissəsinə qədər olan ərazidə dövlət qurmuş türkdilli xalq. xəzinə (=xəznə) is. [ər.]\n1. Pul, cavahirat və s. qiymətli şeylər saxlanılan yer. Cümə axşamları ağanın xəzinəsindən füqəraya pul paylanardı. Ə.Haqverdiyev.\n2. Bir dövlətə məxsus pul, sərvət, torpaq və s. qiymətli vəsaitin hamısı birlikdə. Dövlət xəzinəsi. Xəzinəyə məxsus torpaqlar. Xəzinə malı. – ..Uşqolların xərci dövlət xəzinəsinin öhdəsində idi. C.Məmmədquluzadə.\n3. məc. Mədəni və mənəvi sərvətlərin toplusu. Türk dilində, Azərbaycan şivəsində təzə bir kitabın ədəbiyyat xəzinəmizə daxil olmasını kəmali-iftixar ilə izhar edirik. F.Köçərli. Onlar böyük bir səy ilə xalqının qəhrəmanlıq tarixinə yeni səhifələr yazmış, ya da elm və sənət xəzinəsini parlaq incilərlə zənginləşdirmişlər. M.İbrahimov.\n4. Köhnə Şərq hamamlarında isti su saxlanılan yer, hovuz. [Xortdan:] Bizim hamamların İran qaydası böyük hovuzları var ki, adına xəzinə deyirlər. Ə.Haqverdiyev. Ancaq tağların birinin altında xəzinə olardı. Orada isti su saxlanılardı. H.Sarabski. [Rza bəy:] Əşi, girirəm xəzinəyə, bilmirəm ki, bu içində çimdiyim sudur, neftdir, həlimdir, yoxsa bozbaşdır. Ü.Hacıbəyov.\n5. Keçmişdə tapançada dəstəyin, tüfəngdə qundağın dibçəyində, müasir silahlarda isə patron qoyulan yer. [Həcər] tüfəngi əlinə götürüb onun xəzinəsini açır, diqqətlə buraya baxır və yoxlayırdı. S.Rəhimov. ‣ Xəzinə üstündə oturmaq – çoxlu pul, var-dövlət sahibi olan adam haqqında. [Hacı Murad:] Haradan alım? Deyəsən, xəzinə üstündə oturmuşam. S.S.Axundov. xəznə (=xəzinə) is. [ər.]\n1. Pul, cavahirat və s. qiymətli şeylər saxlanılan yer. Cümə axşamları ağanın xəzinəsindən füqəraya pul paylanardı. Ə.Haqverdiyev.\n2. Bir dövlətə məxsus pul, sərvət, torpaq və s. qiymətli vəsaitin hamısı birlikdə. Dövlət xəzinəsi. Xəzinəyə məxsus torpaqlar. Xəzinə malı. – ..Uşqolların xərci dövlət xəzinəsinin öhdəsində idi. C.Məmmədquluzadə.\n3. məc. Mədəni və mənəvi sərvətlərin toplusu. Türk dilində, Azərbaycan şivəsində təzə bir kitabın ədəbiyyat xəzinəmizə daxil olmasını kəmali-iftixar ilə izhar edirik. F.Köçərli. Onlar böyük bir səy ilə xalqının qəhrəmanlıq tarixinə yeni səhifələr yazmış, ya da elm və sənət xəzinəsini parlaq incilərlə zənginləşdirmişlər. M.İbrahimov.\n4. Köhnə Şərq hamamlarında isti su saxlanılan yer, hovuz. [Xortdan:] Bizim hamamların İran qaydası böyük hovuzları var ki, adına xəzinə deyirlər. Ə.Haqverdiyev. Ancaq tağların birinin altında xəzinə olardı. Orada isti su saxlanılardı. H.Sarabski. [Rza bəy:] Əşi, girirəm xəzinəyə, bilmirəm ki, bu içində çimdiyim sudur, neftdir, həlimdir, yoxsa bozbaşdır. Ü.Hacıbəyov.\n5. Keçmişdə tapançada dəstəyin, tüfəngdə qundağın dibçəyində, müasir silahlarda isə patron qoyulan yer. [Həcər] tüfəngi əlinə götürüb onun xəzinəsini açır, diqqətlə buraya baxır və yoxlayırdı. S.Rəhimov. ‣ Xəzinə üstündə oturmaq – çoxlu pul, var-dövlət sahibi olan adam haqqında. [Hacı Murad:] Haradan alım? Deyəsən, xəzinə üstündə oturmuşam. S.S.Axundov. xəzinəçi is. Xəzinə işçisi, xəzinədar. xəzinədar is. [ər. xəzinə və fars. ...dar]\n1. köhn. Xəzinəyə nəzarət edən məmur.\n2. Hər hansı bir müəssisənin, cəmiyyətin, təşkilatın pul və qiymətli şeylərini qoruyan, pul işlərinə baxan adam; xəzinəçi. Bəli, indi qəzetlərdə Bakı cəmiyyəti-xeyriyyəsi elan edir ki, cəmiyyətə üzv olmaq istəyənlər 5 manatlarını gətirib versinlər cəmiyyət xəzinədarına və qəbzlərini alsınlar. C.Məmmədquluzadə. [Çingiz:] İndilik iki adam bəsdir. Xəlil, sabahın pulunu xəzinədardan istə. Çəmənzəminli. xəzinədarlıq is. Xəzinədar vəzifəsi, xəzinəçilik. Həsən dayısını .. xəzinədarlığa düzəltdi. Qantəmir. xəzli sif. Xəzi olan, xəz qoyulmuş, xəz tikilmiş; yaxası xəzdən olan. [Pərşanın] əynində xəzli qara palto, başında sarı yun şal, ayağında işıldayan uzunboğaz botu vardı. M.İbrahimov. xəzlik is. və sif. Xəzə yarar, xəz üçün olan. Xəzlik dəri. Xəzlik heyvan cinsi. xəzri is. Abşeron yarımadasında şimaldan əsən şiddətli külək. ..Xəzri hardansa buludları qovub gətirmiş, Bakını şiddətli və qısa yağışla sulayandan sonra, birdən xırp kəsilmişdi. M.Hüseyn. Elə bil dəhşətli bir xəzri əsdi, onsuz da dalğalanan dənizi daha da coşdurdu. S.Rəhman. xıx xıx eləmək, uş. zar. – başını kəsmək. [Tapdıq:] “Dovşanın başını xıx elə” – deyib atanın üzünə baxdı. Ə.Vəliyev. xıxıldama “Xıxıldamaq”dan f.is. xıxıldamaq bax. xırıldamaq 1-ci mənada. Geyinməyə ayrı bir libasın yoxdur, Mirzə, – deyə Müqimbəy boğazında xıxıldaya-xıxıldaya güldü. S.Rəhimov. xıxırma (=xıxırtma) “Xıxır(t)maq”dan f.is. xıxırtma (=xıxırma) “Xıxır(t)maq”dan f.is. xıxırmaq (=xıxırtmaq) f. “Xıx-xıx” deyərək dizi üstə çökdürmək, oturtmaq. Dəvəni xıxırtmaq. Qoyunu xıxırtmaq. – [Pristav:] Tatarlar deyirlər ki, qonaq ev sahibinin dəvəsidir, harda istəsə orda xıxırdar. Ə.Abasov. xıxırtmaq (=xıxırmaq) f. “Xıx-xıx” deyərək dizi üstə çökdürmək, oturtmaq. Dəvəni xıxırtmaq. Qoyunu xıxırtmaq. – [Pristav:] Tatarlar deyirlər ki, qonaq ev sahibinin dəvəsidir, harda istəsə orda xıxırdar. Ə.Abasov. xıxlanma “Xıxlanmaq”dan f.is. xıxlanmaq məch. Diz üstə çökdürülmək, oturdulmaq. Məşədi Kazım ağa .. xıxlanmış (f.sif.) dəvə kimi dizləri üstündə yerə çökdü. M.S.Ordubadi. xılxa sif. və is. Geyməyə və ya işlətməyə yaramayan; gərəksiz, yıpranmış, köhnə, cəm-cındır. Xılxaları yığıb atmaq. – Kərimbəy istəyirdi ki, Azərbaycan kəndləri də .. köhnə xılxadan çıxsın. Mir Cəlal. xılxın sif. Sınıq, əzik, sınıq-salxaq, yararsız. Xılxın qab-qacaq. Xılxın ev əşyası. – Nəcəf xılxın nərdivanla dama qalxdı. Q.İlkin. xılt is.\n1. Hər hansı məhlulun, mayenin qabın dibinə çökən və ya ondan ayrılan lazımsız hissəsi. Yağın xıltı. Sirkənin xıltı. – Avtomobil 300 km yol getdikdən sonra süzgəcdə olan xıltı boşaltmaq və gövdəni yumaq lazımdır. Ə.Əliyev.\n2. məc. Olub keçmiş bir hadisədən, işdən sonra insanda iz buraxan xoşagəlməz, ağır hiss, təəssürat. Dincəlmək, nə isə daxilində daş kimi yatan, xılt kimi çöküb qalan anlaşılmaz və dumanlı təəssüratı unutmaq üçün [Firidun] tək-tənha küçələri dolanmağa başladı. M.İbrahimov. xılta bax. xalta. Ova aparılan bu tazıların boynunda xılta olardı. H.Sarabski. xıltalı bax. xaltalı. xıltlı sif. Dibinə xılt çökmüş, xıltı olan. Xıltlı məhlul. xımxırt is. Lazım olan, yararlı xırda şeylər. Xımxırt almaq. Xımxırtını bir yerə yığmaq. xımırçək is. anat. fiziol. Heyvan və insan orqanizmi skeletinin bəzi hissələrini birləşdirən elastiki və möhkəm toxuma. xımır-xımır zərf dan.\n1. Yavaş-yavaş, alçaqdan, sakit-sakit, yavaşdan, özü üçün. [Araz:] O xımır-xımır, pəsdən oxuyan kim idi? – deyə soruşdu. A.Şaiq.\n2. Az-az, azca-azca, tədriclə. Xımır-xımır nə yeyirsən? xına is. Saçı (keçmişdə, habelə köhnə adətcə barmaqları, əlləri, saqqalı) boyamaq üçün işlədilən, həmin bitkinin yarpaqlarından hazırlanan toz halında sarımtraqqırmızıyaçalar maddə; həna. Molla Qurban .. barmaqlarına fındıqça xına yaxmışdı.. M.S.Ordubadi. [Qulu:] Gözümdə qaldı, bir gün oturub saqqalıma xına yaxım. N.Nərimanov. [Vidadi:] Gedək xına qoyaq əllərimizə; Uşaq bizimkidir, mübarək olsun! S.Vurğun. ‣ Bu xına o xınadan deyil, bu xına o xınaya oxşamır – vəziyyətin, şəraitin tamamilə kəskinləşdiyini, ağırlaşdığını, əvvəlkinə oxşamadığını bildirən ifadə. [Tahir yoldaşlarına:] Bərk hazırlaşın, bu xına o xınadan deyil. M.Hüseyn. [Hacının oğlu:] Ağa can, sənə deyirəm, öz hörmətini saxla, yoxsa, bu xına o xınalara oxşamır. P.Makulu. xınaçiçəyi is. bot. Parlaq çiçəkləri olan bir sıra birillik bəzək bitkilərinin adı; balzamin. xınagülü bax. xınaçiçəyi. xınaqoyma is. etnoqr. Toydan qabaq ərə gedən qızın başına, əl-ayağına xınayaxma (qoyma) adəti. Kiçikbəyimi tay-tuşu ilə bərabər gəlin hamamına apardılar, sonra qaşalma və xınaqoyma oldu. Çəmənzəminli. xınalama “Xınalamaq”dan f.is. xınalamaq f. Saça (ələ, saqqala) xına qoymaq. Əlini xınalamaq. – Molla Qurban .. nazik saqqalını təzəcə xınalamışdı. M.S.Ordubadi. xınalanma “Xınalanmaq”dan f.is. xınalanmaq f. Xına qoyulmaq, xına yaxılmaq. xınalatma “Xınalatmaq”dan f.is. xınalatmaq f. Xına qoydurmaq, xına yaxdırmaq. Ayağını xınalatmaq. Barmaqlarını xınalatmaq. – ..Saçlarını xınalatmış (f.sif.), qaş-gözünü təbii görünəcək qədər zərif bir şəkildə düzəltdirmiş Qəmər xanım danışdı.. M.İbrahimov. xınalı sif.\n1. Xına çəkilmiş, xınalanmış, əl-ayağına xına qoyulmuş. Xınalı barmaqlar. – ..Dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. M.İbrahimov. Manqalın işığında qadının xınalı dırnaqları və barmağındakı qızıl üzük işıldadı. İ.Hüseynov.\n2. Xınaya bulaşmış, xına dəymiş. [Münəvvər xanım:] Mənim də o xınalı baş dəsmalımı götür, sabunla isti suda yu. Mir Cəlal. xınayaxdı bax. xınaqoyma. xınayı sif. Xına rəngində olan, xına rənginə oxşar. Xınayı parça. – Gedim, deyirəm, camaatın dəmirin oda qoyum.. Əsgərlərimiz üçün bir az buğda yığaq... Arabir gələndə o biri xınayı çuval var ha, onu verərsiz, apararlar. Ə.Əbülhəsən. Lətif, yazı stoluna dirsəklənib barmaqları ilə xınayı saçını daraqlamış Mərdanovanın ona dikilmiş düşüncəli gözlərində .. böyük bir qayğı hiss etmişdi. H.Seyidbəyli. xıncaxınc sif. Ağzınacan. Xıncaxınc dolu çamadan. xınc-xınc bax. xıncım-xıncım. Bizdən sora kəndlilər Pəri arvadı və uşağını xarabadan çıxartmışdılar. Ancaq biçarə arvadın sağ qılçası dizdən yuxarı xınc-xınc olmuşdu. C.Məmmədquluzadə. xıncım-xıncım zərf Tikə-tikə, xırdaxırda, qırıq-qırıq, parça-parça. Şüşə xıncımxıncım olub töküldü. – [Mindilli:] Yaxşı ki, atmağa qoymadın, yoxsa xıncım-xıncım olardı. S.Rəhman. İndi hər iki təyyarə elə bir sürətlə üz-üzə gəlirdi ki, ikisindən biri qaçmazsa, hər ikisi xıncım-xıncım olacaqdı. M.Rzaquluzadə. • Xıncım-xıncım etmək (eləmək) – tikə-tikə etmək, qırıb tökmək. Qəlpə onun sümüklərini xıncım-xıncım etmişdi. H.Seyidbəyli. xınclanma “Xınclanmaq”dan f.is. xınclanmaq f. Tikə-tikə olmaq, qırıqqırıq olub tökülmək, sınıq-sınıq olmaq. Pəncərələr xınclanıb töküldü. Ə.Cəmil. xır I. is. Bostan. Zəmilər işlənir, toxum səpilir; Qız, qadın əlləşib əkirlər xır. M.S.Ordubadi. Qurbanqulu çox iş sevən bir cavan idi. Sübh hamı qonşularından ertə durub oduna, biçinə, alağa, xıra, bağa gedərdi. T.Ş.Simurq.\n\nII. is. Yiv (tüfəngdə, topda, tapançada). Tüfəngin xırı gedib. xıra is. Dəyməmiş, kal yemiş, qovun. xırçaxırç zərf Adətən dolmaq, doldurmaq feilləri ilə – tamam, ağzınacan. Kisəni xırçaxırç doldurmaq. – Oturanlar oturmuş, asılanlar asılmış, vaqonlar xırçaxırç dolmuşdu. Qantəmir. xırçı is. Bostançı. xırçıldama “Xırçıldamaq”dan f.is. xırçıldamaq f. Xırçıltı səsi çıxartmaq, xırç-xırç eləmək. Yalnız ayaqlarımızın altında xırçıldayan çınqılların şikayətini andıran həzin səslər eşidilirdi. S.Hüseyn. Söz arasında mənə ərəb kəlməsi, farsi lüğəti rast gələndə elə bilirəm çörək yeyəndə dişimin altında xırdaca daş parçası qalıb xırçıldayır. Qantəmir. At yeriyir, arabanın təkərləri daşlı yolda bərk xırçıldayırdı. Q.İlkin. xırçıldatma “Xırçıldatmaq”dan f.is. xırçıldatmaq f. Bir-birinə toxunduraraq xırçıltı səsi çıxartmaq. xırçıltı is. İki bərk şeyin (metal, sümük və s.-nin) bir-birinə toxunmasından çıxan səs. Otaqda tükürpərdici bir xırçıltı eşidildi. P.Makulu. xırçın sif. Çox inadkar, tərs, şıltaq. Xırçın adam. – Yeni on dörd yaşa girmişdi bu yaz; Sarışın, nəşəli, xırçın Gülnaz. M.Müşfiq. // Məc. mənada. ..Dənizin ta göbəyindən qopub gələn xırçın dalğalar fırtınaya tutulmuş gəmini bir top kimi atıb tuturdu. A.Şaiq. xırd bax. xirid. • Xırd eləmək – satmaq. [Abbas:] Bəzirgansan, aç mətahın xırd elə; Qarğalar yükündə nə var deyərlər. “Abbas və Gülgəz”. xırda sif.\n1. Həcmcə, ölçücə, boyca kiçik, balaca. Xırda boy. Xırda əl. Xırda həb. Xırda daş. – ..Zeynal özü ilə ancaq xırda bir dəftərçə götürdü.. B.Bayramov. // Addım haqqında. Əlində qəhvəyi rəngli kiçik redikul, xırda və yeyin addımlarla gedən Lətifə başını yuxarı qaldıranda Tahiri gördü. M.Hüseyn.\n2. Yaşca kiçik, balaca. Xırda qız. Xırda uşaqlar. – Mən İrəvana çatan kimi Hacının xırda oğlu Məşədi Ələkbər çıxdı qabağıma və zor ilə məni apardı evlərinə. C.Məmmədquluzadə. Camaatın içərisində Cavadın diqqətini cəlb edən xırda, sarışın bir oğlan uşağı var idi. Ə.Vəliyev. Bir dəstə xırda uşaq Kamili araya aldı. M.Süleymanov.\n3. məc. O qədər də əhəmiyyəti olmayan, diqqəti cəlb etməyən, ikinci dərəcəli, cüzi. Əvvələn, xırda işlərdən ötrü suda düşən işlər və yüngül tənbehlərin hamısı manifestə düşür. C.Məmmədquluzadə. [Leyla:] Xırda hisslərlə yaşayan insan min il yaşasa da elə kölgədir. B.Vahabzadə.\n4. Maddi imkanları az olan, iqtisadi cəhətcə zəif. Xırda mülkiyyətçi. Xırda təsərrüfatlar. Xırda müəssisələr.\n5. Yüksək, ictimai və ya xidməti vəzifə tutmayan. Xırda məmur. O, idarədə xırda bir vəzifədə çalışır.\n6. Yüngülvari, cüzi. Xırda alver. – [Məlikin] atası xırda alverçi idi.. M.İbrahimov. Aşağı bazarda xırda alış-verişçilər, baqqallar, dərzi və papaqçılar yerləşmişdi. H.Sarabski.\n7. İs. mənasında. Xırda pul (metal ağ və ya qara pul). Zahidoğlu əlini uzadıb xırdanı götürdü və yavaşca cibinə atdı. S.Rəhimov. [Təmraz:] Mehralı, sən zəhmət çəkmə, məndə xırda var. S.Rəhman. [Nəcəf bəy Cavanşir bəyə:] Sən [Bəhruza] nə qədər vermişdin ki, o sənə bu qədər xırda qaytarmışdır. Ə.Məmmədxanlı. xırdaboy (=xırdaboylu) sif. Boyu xırda, balaca, alçaq. Xırdaboylu qız. xırdaboylu (=xırdaboy) sif. Boyu xırda, balaca, alçaq. Xırdaboylu qız. xırdabuynuz (=xırdabuynuzlu) sif. Buynuzları xırda, kiçik (qoyun, keçi və s.). Xırdabuynuzlu heyvanlar. xırdabuynuzlu (=xırdabuynuz) sif. Buynuzları xırda, kiçik (qoyun, keçi və s.). Xırdabuynuzlu heyvanlar. xırdaca sif.\n1. Çox xırda və ya bir qədər xırda; kiçikcə. Xırdaca təpə. Xırdaca göllər. Xırdaca əl. – Təllin ətəyindən bir xırdaca çay axırdı. Bu çayın kənarı gözəl bir çəmən idi. Ə.Haqverdiyev. Balaca şəhərin küçələrini duman bürümüşdü. Xırdaca evlər duman kimi görünürdülər. Çəmənzəminli. Kəndin kənarından getgedə sıxlaşan və iriləşən xırdaca qamışlıq başlanırdı. M.Rzaquluzadə.\n2. Azyaşlı, kiçik, balaca. İndi səkkiz il idi ki, muzdur Məşədi Əsgər Qanlıtəpədə bir arvadı və üç baş xırdaca uşaqları ilə ayda iyirmicə manat məvacibə qənaət edib dolanırdı. S.M.Qənizadə.\n3. Cılız, balaca, nəzəri cəlb etməyən. Qafar yaşı əlliyə yaxın olan xırdaca, arıq bir adamdı. Ə.Əbülhəsən. [Rəşid:] Bu arıq, xırdaca adamın buğlanan çay stəkanını ehtiyatla stolun küncünə uzadan azacıq titrək əlini görürdüm. İ.Hüseynov.\n4. məc. Nərmənazik, incə, zərif. Sallanıban yüz nazıla; Gələn kimin yarıdı bu? Qəddü-qamət nə qiyamət; Xırdaca dilbərdi bu. Aşıq Məhəmməd. Naz ilə gəldin otağa; Leyli nişan, xırdaca qız! Aşıq Əsəd. xırdaca-xırdaca 1. zərf Yavaş-yavaş, az-az, ahəstə-ahəstə, aramla. Xırdaca-xırdaca yağar yağışlar; Vurğun Səməd bu dövranı alqışlar. S.Vurğun. Bayır tərəfdən divarların dibi ilə uzanan sərv ağacları yenə də yavaş-yavaş tərpənir və qırmızı taxtapuşu xırdaca-xırdaca dınqıldadırdı. S.Rəhimov.\n2. sif. Kiçik-kiçik, balaca-balaca (çoxluq bildirir). Xırdaca-xırdaca uşaqlar. – [Nərgiz qocaya:] Amma [anamın] göy donunun üstündə xırdaca-xırdaca çoxlu ağ çiçəklər var. Ə.Məmmədxanlı. xırdaçı sif. Xırda, əhəmiyyətsiz, boş şeylərə həddən artıq əhəmiyyət verən, bu işdə ifrata varan; pedant. Xırdaçı adam. – Köməkçi Xanqulunu itələyib: – Ə, Xanqulu, az xırdaçı ol, – dedi. S.Rəhimov. Bizi ki, sarsıtmaz afaqı səbəblər; Çünki biz; Xırdaçı deyiliz. M.Müşfiq. xırdaçılıq is. Xırdaçı adamın xasiyyəti; pedantlıq. Dəmirov istəyirdi ki, bəzi adamların xırdaçılığından danışıb onları təhsilə, savada və mütaliəyə çağırsın. S.Rəhimov. [Həmzə] indi xırdaçılıq adı verdiyi bu işin də faydasız olacağını hiss edirdi. Ə.Əbülhəsən. xırdadənəli sif. Dənələri xırda olan. Xırdadənəli arpa. xırdadənəvər (=xırdadənəvərli) bax. xırdadənəli. xırdadənəvərli (=xırdadənəvər) bax. xırdadənəli. xırdadiş (=xırdadişli) sif. Dişləri xırda olan. Xırdadiş balıq. xırdadişli (=xırdadiş) sif. Dişləri xırda olan. Xırdadiş balıq. xırdagövdə (=xırdagövdəli) sif. Gövdəsi balaca, xırda olan. Xırdagövdəli bitki. xırdagövdəli (=xırdagövdə) sif. Gövdəsi balaca, xırda olan. Xırdagövdəli bitki. xırdagül (=xırdagüllü) sif. Gülləri xırda, balaca olan; xırda naxışlı. Xırdagül çit. Xırdagüllü ipək. xırdagüllü (=xırdagül) sif. Gülləri xırda, balaca olan; xırda naxışlı. Xırdagül çit. Xırdagüllü ipək. xırda-xırda 1. zərf Yavaş-yavaş, ahəstə-ahəstə, ağır-ağır, aramla. [Qız] hala gəlib, xırda-xırda yataqdan qalxıb yerində oturdu və yemək istədi. (Nağıl). Qıraq tərəfdəki qazmada balaca şam xırda-xırda yanır, kiçik alov burula-burula qalxırdı. S.Rəhimov. Basdı qədəmlərini qum üstə xırda-xırda. B.Vahabzadə.\n2. sif. Kiçik-kiçik, balaca-balaca (çoxluq bildirir). Xırda-xırda ağaclar. Xırda-xırda komalar. – Çox əziyyət ilə saqqalından xırda-xırda kağız parçalarını qoparırdı. Ə.Haqverdiyev. Gülərüzlü bir qadın tez; Qarşıladı qonaqları; Vardı onun bir-birindən; Xırda-xırda uşaqları. M.Dilbazi. Mamırlı daşları üzə çıxan çay qolunda, xırda-xırda gölməçələrdə parlaşan qızıl balıqları gördükdə Qoşqar dünyada hər şeyi unudardı. İ.Hüseynov. xırda-xuruş 1. is. Hər cür xırda şeylər, xırdavat. Xırda-xuruş almaq. – Laçın iki aydan bəri görmədiyi qəsəbənin ayrı-ayrı evlərinə, dükanlarına, xırda-xuruşla bəzənmiş vitrinlərinə baxa-baxa gedirdi. M.Hüseyn.\n2. sif. Xırda, kiçik, əhəmiyyətsiz. Evdə xırda-xuruş söz-sov olar. – Cümrü Ağamalının əhəmiyyəti onun bu xırda-xuruş işlərində deyildi. H.Sarabski. Arvad xeylağı heç boş durmağı sevməz, evin yüzlərcə və qurtarmaq bilməyən xırda-xuruş işləri ilə bütün gün məşğul olub durur. Qantəmir. Bu xırda-xuruş pıçıltılardan sonra yenə sükut edib yad adama tamaşa etməyə başladıq. S.Rəhman. xırdakı is. Xırdalanmış, bölünmüş düyü; xırda düyü. Dolmaya xırdakı qatmaq. “Xırdalamaq”dan f.is. Dərman bitkilərinin tədarükü işi aşağıdakı: toplama, qurutma, xırdalama, saxlama və qablama mərhələlərindən keçir. R.Əliyev. xırdalamaq f.\n1. Bıçaq və ya başqa kəsici alətlə bir şeyi xırda-xırda eləmək, doğramaq, kəsmək, parçalamaq. Əti çəkmək üçün xırdalamaq. Pendiri xırdalamaq. – ..Ətyeyən heyvanın, məsələn, pişiyin dişlərinin hamısı iti bıçaq kimidir. Çünki əti doğramaq, yəni kəsmək ilə xırdalamaq olur. H.Zərdabi. [Nisə xala:] Xanlar, quzunu xırdalama, quyruğu da qoy üstündə qalsın. Qantəmir.\n2. İri pulu öz qiymətinə bərabər olan xırda (kağız və ya metal) pulla dəyişmək. Yüzlüyü xırdalamaq.\n3. məc. Fikri açmaq, təhlil etmək, izah etmək. Sözü xırdalamaq. – Gəlin, bu sözləri xırdalayaq və görək, bu qısa cümlənin arxasında nə gizlənir? xırdalanma “Xırdalanmaq”dan f.is. xırdalanmaq 1. məch. Xırda-xırda edilmək, doğranmaq, tikə-tikə edilmək.\n2. t-siz. Parça-parça olmaq, xırda-xırda olmaq, tlkə-tikə olmaq; ovxalanmaq. Səhərdən bəri lopa-lopa yağan qar indi xırdalanıb şəkər kimi ələnirdi. B.Bayramov.\n3. məch. Öz qiymətinə bərabər xırda (kağız və ya metal) pulla dəyişilmək (iri pul).\n4. məc. Kiçilmək, cılızlaşmaq, əvvəlki bütövlüyünü, dolğunluğunu itirmək. Ot bitər kökü üstə; Yalanmış, bu yalanmış; Babək nəsli gör bu gün; Necə də xırdalanmış! B.Vahabzadə. xırdalaşdırılma “Xırdalaşdırılmaq”dan f.is. xırdalaşdırılmaq məch. Kiçildilmək, balacalaşdırılmaq. xırdalaşdırma “Xırdalaşdırmaq”dan f.is. xırdalaşdırmaq f. Kiçiltmək, balacalaşdırmaq. xırdalaşma “Xırdalaşmaq”dan f.is. xırdalaşmaq f. Balacalaşmaq, kiçilmək, xırda olmaq. Onun yuxusuzluqdan xırdalaşıb qızarmış gözləri dostlarının üzündə gəzir, elə bil onların qəlbinə nüfuz edirdi. M.Hüseyn. Əlikram stolun arxasında yastılanmışdı, yamanca xırdalaşmışdı. B.Bayramov. xırdalayıcı is. Bir şeyi xırdalayan, doğrayan maşın. // Sif. mənasında. Xırdalayıcı maşın. – Bitki materialını toz halına salmaq üçün müxtəlif növ dəyirmanlardan və mürəkkəb quruluşlu xırdalayıcı maşınlardan .. istifadə edilirdi. R.Əliyev. xırdaləçək is. bot. Rütubətli yerlərdə bitən, gövdəsində və yarpaqlarında aşı maddəsi olan bitki. Xırdaləçək .. zibilliklərdə, rütubətli yerlərdə bitir. Gövdələri və yarpaqlarında aşı maddəsi vardır. M.Qasımov. xırdalıq is. Həcmcə, ölçücə, boyca xırda olma; balacalıq, kiçiklik. Naxışların xırdalığı. Əlin xırdalığı. // Balacalıq, kiçiklik (yaşca). Xırdalığına, həm də çox çevikliyinə görə “Ciniş” ləqəbini qazanmış oğlan pərt idi. Ə.Əbülhəsən. xırdameyvə (=xırdameyvəli) sif. Meyvələri xırda, kiçik olan (gilənar, qarağat və s.). Xırdameyvə ağaclar. xırdameyvəli (=xırdameyvə) sif. Meyvələri xırda, kiçik olan (gilənar, qarağat və s.). Xırdameyvə ağaclar. xırda-mırda bax. xırdavat. Xırdamırda satmaq.\n2. top. Hər cür xırda şeylər. Xırda-mırdanı bir küncə yığmaq. // Sif. mənasında. Keşiş xırda-mırda ev şeylərini satıb köçünü yüngül elədi. “Əsli və Kərəm”.\n3. Az, cüzi. Xırda-mırda xərclik. – [Serjant:] İki tümən də xırda-mırda xərcim çıxmışdı. P.Makulu.\n4. Kiçik, əhəmiyyətsiz. Altıncı da xırdamırda oğurluq eləyənlərdir ki, manifestə düşüb azad olublar. C.Məmmədquluzadə. xırda-para sif.\n1. Xırda, kiçik. Köç vaxtı, özün bilirsən ki, xırda-para şeylər çox olur və tərəkəmə əhlində də insaf olmaz, əlinə hər nə gəlsə, ağırlığına, yüngüllüyünə baxmayıb, atır dilsiz-ağızsız heyvanın üstə.. F.Köçərli. [Hacı Novruz:] Xırda-para mülk sahibləri hamısı bizim tərəfimizdə olacaqlar. Ə.Haqverdiyev. // İs. mənasında. Xırda, kiçik şey və s. [Kərbəlayı Məhəmmədvəli:] Ancaq bu qış səkkiz camışım, on dörd inəyim, xırda-paradan başqa, tələf olubdur. N.Vəzirov.\n2. məc. Əhəmiyyətsiz, cüzi, kiçik. İndiyə qədər də [Meşinovun] xırda-para işlərdə ilişib qalmağı yalnız müvəqqəti bir haldır. S.Rəhimov. [Nazlı:] Ancaq, Rövşəncan, bizim burada bəzi xırda-para işlərimiz var. S.Rəhman. xırdasünbül (=xırdasünbüllü) sif. Sünbülləri xırda, balaca. Xırdasünbüllü taxıl. xırdasünbüllü (=xırdasünbül) sif. Sünbülləri xırda, balaca. Xırdasünbüllü taxıl. xırdavat is. Metaldan, sümükdən, dəridən və s.-dən hazırlanan xırda şeylər (kəmər, düymə, daraq və s. kimi). [Kişi:] Əldə xırdavat satmağa üç yüz manat pul düzəldib buraya gəldim ki, mal alıb aparam. S.S.Axundov. [Kişinin] xırdavat satmağından və uzun saqqalından şübhələnmişdilər. Mir Cəlal. xırdavatçı is. Xırdavat mallar satılan yer. Xırdavatçı dükanı. // Xırdavat satan adam. [Cavanşir bəy Nəcəf bəyə:] Mənə xırdavatçılar süfrəsindən pay lazım deyil. Ə.Məmmədxanlı. xırdavatçılıq is. Xırdavatçının işi, peşəsi. Xırdavatçılıq eləmək. xırdayarpaq (=xırdayarpaqlı) sif. bot. Yarpaqları xırda olan. Xırdayarpaqlı kol. Xırdayarpaqlı ağac. xırdayarpaqlı (=xırdayarpaq) sif. bot. Yarpaqları xırda olan. Xırdayarpaqlı kol. Xırdayarpaqlı ağac. xırdım-xırdım bax. xıncım-xıncım. [Salam dayı] ayna tək parıldayan başını aşağı dikib eynəyinin üstündən içəri girmiş adama baxdı. Eynəyinin şüşələri xırdımxırdım olmuşdu. Q.İlkin. xırxalama “Xırxalamaq”dan f.is. xırxalamaq f. Ayağının altına salıb əzmək, əzişdirmək; xırpalamaq. [Kəndlilər] ho... ho... ho – deyib baxmağa başladılar. – Əgər cöngə kişini xırxalayıb öldürməsə?! S.Rəhimov. xır-xır 1. sif. Səsi xırıltılı. Xırxır adam. – Bu çolaq, xır-xır qocanı görəsən niyə cəzalandırmışlar? S.Vəliyev.\n2. is. Xırıltılı səs, xırıltı. Ancaq yabana hürən köpəklərin xır-xırı, hürüşü kəsməkəsmə eşidilirdi. S.M.Qənizadə. xırıldama “Xırıldamaq”dan f.is. xırıldamaq f.\n1. Aydın olmayan, boğuq, tutqun səs çıxarmaq; xırıltı səsi çıxarmaq. Ölmək ölməkdir, xırıldamaq nə deməkdir. (Məsəl). [Dəli:] “uşaqları gözləyin, uşaqları gözləyin” deyə-deyə epileptik adamlar kimi yerə dəydi, xırıldayaraq yuxuya getdi. M.İbrahimov. Əlyarovun üzgözü əyildi. – Nəyi soruşum, nəyi öyrənim? – deyə xırıldadı. M.Hüseyn. Zakir udqundu, özünə yad gələn boğuq, titrək bir səslə xırıldadı. H.Seyidbəyli.\n2. bax. xışıldamaq. Qar xoş bir səda ilə xırıldayır. B.Bayramov. xırıltı is. Boğulan, yaxud çətin nəfəs alan adamın boğazından çıxan spesifik səs; xır-xır səsi. [Dərviş:] Qulağımıza xırıltı gəldi. A.Divanbəyoğlu. [Məstan bəy] boğazındakı xırıltını rəf etmək üçün iki-üç dəfə öskürdü. B.Talıblı. Onun sinəsindən qalxan odlu bağırtılar indi xırıltılara çevrilmişdi. H.Nəzərli. xırıltılı sif. Xırıltı ilə, boğuq, tutqun, xırıldayan. [Yaşlı kişi:] Birdən-birə mənə tanış gələn xırıltılı bir səs qışqırmağa başladı. S.Hüseyn. Kişi oğlunun üzünə baxıb, xırıltılı səslə güldü. İ.Şıxlı. xırım-xırda is.\n1. Çox işlədilən, tez-tez lazım olan hər cür xırda şeylər, ev şeyləri. Xırım-xırdanı yeşiyə yığmaq. – Nərgiz, Nərgizcan! – deyə [Rəşid] cəld irəli addımlayıb Nərminə xanımın xırım-xırdası ilə yüklü qollarını qızına doğru uzatdı. Ə.Məmmədxanlı. Məzlum .. üzünü təmiz qırxdı, xırımxırda şeylərini və skripkasını yerbəyer edib çamadana yığdı. S.Vəliyev. Əsəd kişi .. bu mücrüyə xırım-xırda yığardı və heç kəsin də onunla işi olmazdı. B.Bayramov.\n2. məc. Kiçik, xırda, əhəmiyyətsiz, cüzi. Xırım-xırda işlər. – Oxucularımızdan təvəqqe edirəm inciməsinlər ki, hamam kimi xırım-xırda məsələlər ilə mən onları məşğul edirəm. “Mol. Nəsr.”. Gərək ki, [Həsən] xırım-xırda alver də edirdi. Qantəmir. [Prokuror:] Haradasa, kim isə xırım-xırda oğruları, rüşvətxorları həvəsləndirir, şirnikdirir. M.Hüseyn. xırıp-xırıp is. Heyvanların otu dişlərilə qırparkən çıxan səs. xırlama “Xırlamaq”dan f.is. xırlamaq f. Xır salmaq, başdan-başa bostan eləmək. xırlı I. sif. Yivli (tüfəng, top, tapança).\n\nII. sif.\n1. məh. Varlı, pullu. Xırlı adam.\n2. Köklü, əsaslı, yerində. Sözü deyər – xırlı deyər. (Məsəl). xırlıq I. is. Xır salınmış yer, bostan yeri.\n\nII. is. Çınqıllıq, daşlıq. Xırlıqda ot bitməz. (Ata. sözü). Get-gedə güney yerləri sel yuyub xırlığa çevirdi. S.Rəhimov. xırlı-pırlı zərf dan. Əməlli-başlı, lazımınca, əsaslı surətdə. [Səfər:] Döyülməyinə döyüləcəyəm, qoy xırlı-pırlı, ağıllıbaşlı döyülüm. C.Cabbarlı. xırman is. [fars.]\n1. Dəni sünbüldən ayırma əməliyyatı. ..Xəstə olduğum cəhətə bu yay xırmanım hamıdan geriyə qalmışdı. S.S.Axundov. [Rəşid:] Qurbanqulu uşağı görər-görməz xırman çəkdiyi atı buraxır və quyunun yanına qaçır. T.Ş.Simurq.\n2. Taxılı döymək, təmizləmək və qurutmaq üçün qabaqcadan hazırlanmış dairəvi düz yer, meydança. Atlı Hacı Namazalını xırmandan gəlib apardı nəçərnikin yanına. C.Məmmədquluzadə. Kəndlilər hamısı böyük bir xırmanın yanına yığılmışdı. M.İbrahimov. • Xırman döymək – taxılın dənələrini xüsusi alətlərlə sünbüldən ayırmaq. Danabaş kəndinin kənarında.. Məşədi Ağa kişi on iki yaşlı oğlu Əsəd ilə bahəm xırman döyürlər. C.Məmmədquluzadə. Biçər biçini, arpanı, döyər əkinçi xırmanı; Çuval-çuval döyüb yığar əkinçi arpa-buğdanı. A.Səhhət. [Həsən:] İskəndər də mənim oğlum olub, xırman döyəndə necə kömək eləyir. Ə.Haqverdiyev. Xırman sovurmaq – taxıl dənələrinə qarışmış samanı ayırmaq üçün onu kürəklə havaya sovurmaq. ‣ Xırmanüstü vədə – boş, yalan vədə. xırmanaltı is. Xırman sovrularkən qalan qalıq. Xırmanaltını bir yerə yığmaq. xırmancıq is. Kiçik xırman. xırmançı is. Xırmanda taxıl döyən, xırmanda işləyən adam. Kənardan baxan xırmançılar buraya yüyürür, “ho-ho-hoş” deyib səs-küy salırdılar. S.Rəhimov. İndi sovruq yeli təzəcə qalxdığına görə xırmançılar əlayağa düşmüşdülər. B.Bayramov. xırmandöyən bax. xırmançı. xırmanlıq is. Xırman salmağa, xırman döyməyə yarar yer. Xırmanlıq hazırlamaq. xırnik is. Subtropik və mülayim iqlimli yerlərdə bitən portağalaoxşar iritumlu, ətli, şirin meyvə (canlı dildə buna yanlış olaraq çox vaxt “xurma”da deyilir). xırp təql.\n1. Adətən feillərdən sonra gələrək, onların ifadə etdiyi işin, prosesin birdən, qəfildən, ani olaraq kəsildiyini bildirir. Faytonçunun səmimi, yanıqlı bir səslə oxuduğu gözəl mahnı birdən xırp kəsildi. M.Hüseyn. Kim isə zəncirləri lom ilə yerə atır. Dəzgah xırp dayanır. M.İbrahimov. Qədir xırp kiridi. Heç kəs dinmədi. Mir Cəlal.\n2. Tamam, büsbütün, başdan-başa. [Qafar:] O Püstə arvad xırp yalan deyir. S.S.Axundov. xırpadan zərf dan. Birdən, gözlənilmədən; büsbütün. [Qurban Telliyə:] ..Telli, çağa Yazgülün səsini eşidən kimi xırpadan səsini kəsdi. Ə.Məmmədxanlı. xırpalama “Xırpalamaqdan” f.is. xırpalamaq f.\n1. Boğazından yapışmaq, boğazlamaq. Mehdi qapını döyüb Əsədi çağırdı. Əsəd tələsik qapını açan kimi Nəbi onu xırpaladı. “Qaçaq Nəbi”.\n2. məc. Üzmək, əzmək, əzişdirmək, mənəvi əzab və iztirab vermək. Bu qara düşüncələr onu yorur və pəncəsində əzib xırpalayırdı. A.Şaiq. İslam Tellinin izzəti-nəfsini ayağı altına alıb xırpalamışdı. S.Hüseyn. xırpalanma “Xırpalanmaq”dan f.is. xırpalanmaq məch. Mənəvi əzab və iztirab çəkmək. O, kədərli düşüncələrin ağırlığı altında xırpalanırdı. – [Qönçə:] İndi tamam iki aydır hər gecə əzilir, xırpalanıram. S.Hüseyn. xırsız I. is. Oğru. [Birinci qulam:] Qanlı xırsızlar! İmdi burdan qaçan uğursuzlar! H.Cavid. Qaranlıqda kölgələnmə, gözəl qız! Cilvələnmə xırsızların içində. M.Müşfiq.\n\nII. sif. Xırı (yivi) olmayan. Xırsız tüfəng. xırsızlıq is. Oğruluq. Gördüyünüz bu hərif, xırsızlıqlar yapardı. M.Rahim. xırt təql. Doğranan, sınan, qopan, parçalanan kövrək şeydən çıxan səs; xırç. Qolu xırt eləyib yanına düşdü. xırtaxırt təql. Bıçaqla, dişlə və s. ilə kəsilən, doğranan bərk şeydən çıxan səs (prosesin davamlılığını göstərir). Uşaq qəndi xırtaxırt yeyir. – [Hidayət:] [Əlikram] adamın başını qatlayıb küt bıçaqla xırtaxırt kəsər, uf da deməz. B.Bayramov. xırt-xırt bax. xırtaxırt. [Kərim baba:] Qoyunların xırt-xırt otlamasından gözlərimin qapaqları ağırlaşmışdı. A.Şaiq. [Nadir] utandığından qızarıb başını aşağı dikdi və atların xırt-xırtla (z.) arpa çeynəmələrinə tamaşa etməyə başladı. B.Talıblı. xırtıldama “Xırtıldamaq”dan f.is. xırtıldamaq f. Xırt-xırt səsi çıxartmaq. Quşbaşı qarların ağır-ağır yerə enməsi, ayaqların altında xırtıldaması adama ayrı ləzzət verir. M.Rzaquluzadə. xırtıldatma “Xırtıldatmaq”dan f.is. xırtıldatmaq f. Dişlərilə sındıraraq, doğrayaraq, əzərək yemək, xırtıldada-xırtıldada yemək (bərk, kövrək şeyi). Qazmağı, qəndi xırtıldatmaq. – Soldat da bizim kökü xırtıldatmağımızı eşidib dedi.. S.Vəliyev. xırtıltı is. Sınan, qəlpələnən şeydən çıxan səs. xıs-xıs bax. xısın-xısın. Bir də gördülər ki, adamlar xıs-xıs danışırlar. Nəbi ev yiyəsindən soruşdu.. “Qaçaq Nəbi”. xısıldama “Xısıldamaq”dan f.is. xısıldamaq f. Pıçıltı ilə, çox yavaş səslə, altdan-altdan demək, söyləmək. Dağbaşev Sübhanverdizadənin bu hərəkətindən qorxuya düşdü və onu qucaqlayan kimi: – Kimin? – deyə xısıldadı. S.Rəhimov. Məmməd, yumru alnının altından ifadəsi və hərəkəti güclə seçilən bozaraq gözlərini arada bir ətrafına dolandırıb .. xısıldadı. Ə.Əbülhəsən. xısıltı is. Çox yavaş, gizli danışıq səsi, pıçıltı. Kosa katibin qulağına əyilərək xısıltı ilə: – Öz aramızda, bir iş var, – dedi. S.Rəhimov. [Fərman bəy] bir an dinməyib ətrafı diqqətlə yoxlayandan sonra xısıltı ilə danışmağa başladı. M.Hüseyn. Elə bu vaxt Maral lap yanında bir xısıltı eşitdi. Ə.Əbülhəsən. xısın-xısın zərf Yavaş-yavaş, gizligizli, xəlvəti, altdan-altdan. Səttarın anası hələ xısın-xısın ağlayırdı. P.Makulu. Oradaburada, xısın-xısın danışıb-gülüşən tək-tək adamlar görünürdü. M.Süleymanov. xısınlaşma “Xısınlaşmaq”dan f.is. xısınlaşmaq qarş. Bir-birilə gizli, pıçıltı ilə danışmaq, xısın-xısın danışmaq, pıçıldaşmaq, xəlvəti danışmaq. Molla Qafar, Kərbəlayı Hətəmxan, bir də Hacı Səfiqulu kürklərinə birə düşmüş kimi yaman xısınlaşırlar. S.Rəhimov. [İsmayıl kişinin dəstəsi] yollar üstündəki kəndlərdə dayanıb, tanış-bilişlə görüşür, onlarla xısınlaşır, öz məqsədlərini onlara izah edir, .. üsyan etməyə çalışırdılar. P.Makulu. xış is. Yer şumlamaq üçün ibtidai kənd təsərrüfatı aləti. [Tarverdi] ..xışları, boyunduruqları, cüt qayışlarını yoxlayır, əlavə xış düzəldir, yerə salmaq istəyirdi. S.Rəhimov. ..Dağın lap ətəyində kəndli xışla yer şumlayırdı. B.Bayramov. xış-xış təql. Xışıltı səsi. Zərf mənasında. Xışıltı ilə. Yarpaqlar küçələr boyunca sürünüb gedən boz boğanaq içində xış-xış xışıldayır. Mir Cəlal. ..Yaşıl atlazdan don geyinmiş zəmilər xış-xış xışıldayaraq dalğalanırdı. S.Şamilov. xışıldama “Xışıldamaq”dan f.is. xışıldamaq f. Xışıltı səsi çıxartmaq, xış-xış eləmək. Yay yağışlarından sonra yolların kənarında bitmiş uzun, yaşıl otlar külək əsdikcə dalğalanır və xışıldayırdı. M.Hüseyn. Dənizdən xəfif meh əsir, yarpaqlar xışıldayır, şəhər yatırdı. M.Süleymanov. xışıldatma “Xışıldatmaq”dan f.is. xışıldatmaq f. “Xış-xış” səs çıxartmaq. Arabir xəfif külək əsir, xəzan yarpaqlarını xışıldadırdı. M.Hüseyn. Yaşıl ağaclarda saralan yarpaqların sayı günü-gündən artır, yerə tökülür və ara-sıra əsən yel də bu yarpaqları xışıldada-xışıldada süpürür və küncə-bucağa toplayırdı. T.Ş.Simurq. xışıltı is.\n1. Bir-birinə dəyən, sürtünən şax şeydən və ya axan sudan çıxan xəfif səs, xış-xış səsi. Atlaz xalatların xışıltısı. – Ay qara buludun dalına girdi, yerə qara pərdə çəkildi. Ocağın alovu söndü, meşədə xışıltı artdı. A.Divanbəyoğlu. Xışıltı ilə axan çayın səsi ətrafın sükutuna başqa bir ahəng verirdi. T.Ş.Simurq. Söyüdlü arx yarpaqların incə xışıltısı altında səssizcə axıb gedirdi. İ.Əfəndiyev.\n2. Təngnəfəslikdən törəyən boğuq səs; töyşük. [Sədrin] sinəsindəki xışıltı get-gedə artırdı. B.Bayramov. xışıltılı sif. Xışıltı səsi çıxaran, törədən. Xışıltılı bir yağış meşəyə səpələnməyə .. göylərdə şimşəklə oynamağa başladı. S.Rəhimov. xışırtı bax. xışıltı. xışlama “Xışlamaq”dan f.is. xışlamaq f. Torpağı (yeri) xışla sürmək, şumlamaq. Halbuki Cavahir ev işindən başqa, yəni mal-qaranı görmək, təzək qoymaq, xörək hazırlamaq, çörək yapmaqdan başqa, bağçanı suvarır, yer xışlayır, əkib-biçir, bir sözlə, hər bir işi görürdü. T.Ş.Simurq. xışlanma “Xışlanmaq”dan f.is. xışlanmaq məch. Xışla sürülmək, şumlanmaq. Sahə başdan-başa xışlanmışdır. xışlanmış f.sif. Xışla sürülmüş, şumlanmış. xışma is. Adətən “bir” sözü ilə: bir xışma – ovucdolusu, bir ovuc. Bir xışma ot. Bir xışma buğda. – Qaşıq gəlincəyə qədər səbr etməyib [Ağasəfər] aşdan bir xışma götürdü. Ə.Əbülhəsən. Salam, atından enib qara torpaqdan bir xışma götürdü, baxdı. Mir Cəlal. [Yusif] deməyə söz tapmayıb naxırçı çantasından bir xışma zoğal çıxartdı: – Aç ətəyini, Şahpəri! B.Bayramov. xışmalama “Xışmalamaq”dan f.is. xışmalamaq f.\n1. Qamarlayıb götürmək, ovcu ilə götürmək, ovuclamaq. Əlyarov pulları cəld xışmalayıb stolunun orta siyirməsinə qoydu. M.Hüseyn. Kəndlilər toxumluq buğdanı xışmalayıb dəmyə yerlərə səpəndə şirin bir arzu ilə “ya bəxt” deyərlər. Mir Cəlal. Nərgiz yeni-yeni ələ gələn saçını xışmaladı, gözləri torpağa baxabaxa qaldı. B.Bayramov.\n2. Ovuclayıb əzik-əzik etmək, büzüşdürmək, əzib-tökmək. Hacı Rəsul, müştərisindən daha ağır söz eşitməmək üçün əlindəki qəzeti xışmalayıb ovcunda sıxdı. Mir Cəlal. Firəngiz cibindəki kağızları xışmaladı. B.Bayramov. xızır is.\n1. İlyas peyğəmbərin adı.\n2. məc. Xilaskar. xidmət is. [ər.]\n1. Bir idarədə, müəssisədə və s.-də maaşla qulluq etmə, işləmə, rəsmi vəzifə yerinə yetirmə. • Xidmət etmək – bir idarədə, müəssisədə və s.-də maaşla işləmək, qulluq etmək, rəsmi vəzifə yerinə yetirmək. Qorodovoy Kərbəlayı Zal iyirmi beş ildən artıq polis idarəsində xidmət edirdi. Ə.Haqverdiyev. // Vəzifə, iş. Zeynal ötəyə-bəriyə müraciət edib sabiq xidmətini geri istəyirdisə də, müvəffəq olmayırdı. S.Hüseyn. Xalça fabrikində girib xidmətə; Bağlandı zəhmətə vicdanla Rəna. M.Rahim.\n2. Hərbi vəzifə yerinə yetirmə, ordu sıralarında və ya donanmada qulluq etmə; əsgəri vəzifə. Orduda xidmət. Həqiqi hərbi xidmətə çağırış. – Bu qürbət şəhərdə hərbi xidmətdə olan bir neçə yoldaşla bərabər əlahiddə bir evdə yaşayırdıq, evdə su lüləsi yoxdu, qonşu evdən aldığımız quyu suyunu qaynadıb içirdik. Ə.Məmmədxanlı.\n3. Orduda hərbi məşğələlər, vəzifələr sahəsi, habelə onlara xidmət edən idarələr sistemi. Ordunun tibbi xidmət idarələri. İnzibati xidmət. Kəşfiyyat xidməti.\n4. İstehsalat sahəsi, habelə bir işin xüsusi sahəsinə baxan idarə, təşkilat. Hava xidməti. Qəza-bərpa xidməti. Dəmir yolunun hərəkət xidməti. // Adamların ehtiyaclarını, rahatlığını təmin edən təsərrüfat və ya başqa vasitələr sistemi. Kommunal xidməti. Rabitə xidməti.\n5. Yüksək qiymətə, ada, nüfuza layiq olan hərəkət, fəaliyyət, iş. Vətən qarşısında böyük xidmət. Yubilyarın xidmətləri haqqında danışmaq. – Sənin işin, xidmətin, bir qəhrəmanlıq kimi tarixdə qalacaqdır. R.Rza. [Rəşid:] ..Mən bizim xidmətimiz və mövqeyimiz arasındakı fərqi başa düşürdüm. İ.Hüseynov. • Xidmət etmək (eləmək) – birinin və ya bir şeyin xeyri, səadəti, xoşbəxtliyi, rifahı naminə iş görmək, çalışmaq, əmək sərf etmək. Xidmət göstərmək – bax. xidmət etmək. Mərhum Həsən bəy [Zərdabi] ömrünün əvvəlindən axırınadək .. millət yolunda xidmət göstərməklə camaat içində çox şöhrət qazanmışdı. “Mol. Nəsr.”.\n6. Birinə qulluq göstərmə; birinin ehtiyac və tələbatını təmin etmək üçün görülən iş. Dostcasına xidmət. Öz xidmətini təklif etmək. Əvəzsiz xidmət. Əhaliyə mədənimaarif xidməti. – Mən labüd qaldım bunlara [hamballara] deyim ki, bir surətdə ki, bunlar bizə qulaq asmırlar, bizə bunların xidməti heç lazım deyil. C.Məmmədquluzadə. [Fəxrəddin:] Gözəl Səba! – dedi, – sən məni bu xidmətinlə minnətdar edirsən. M.S.Ordubadi. Kosa bu xidmətin qabağında özünü ömürlük kuryerlik vəzifəsindən azad olmuş sayırdı. S.Rəhimov. • Xidmət etmək (göstərmək) – başqalarının hər hansı bir ehtiyac və tələbatını təmin edəcək iş görmək. Alıcılara yaxşı xidmət etmək. – Əmin qəsrində xəlifə tərəfindən təyin edilən qızıl kəmərli qulamlar, zümrüd və yaqut xalxallı cariyələr və zərinələrə bürünmüş kənizlər Azərbaycan heyətinə xidmət edirdi. M.S.Ordubadi. Tarix göstərir ki, öz zamanında tərəqqiyə xidmət edən əsərlərin ömrü daha uzun olur. M.Hüseyn. Rəşidin atası neft mütəxəssisi olmaq, xalqına kömək, Vətəninə xidmət etmək istəyirdi. Ə.Vəliyev. xidmətçi is.\n1. Zehni və ya istehsalatla bağlı olmayan fiziki əməyin müxtəlif sahələrində maaşla xidmət edən adam; qulluqçu. Fəhlə və xidmətçilər. – Mirzəağa [Cəmiləni] istirahət evinin bir xidmətçisi və ya məsul bir işçisi zənn etdi. S.Hüseyn. Kənd məktəbinin qoca xidmətçisi İmran kişi artırmaya qalxıb qapını döydü. Q.İlkin. // Adamların ehtiyaclarını təmin etməklə məşğul olan, xidmət göstərən şəxs. Xidmətçi qızlar hər sərnişinə ayrıca balaca podnosda və çox təmiz qab-qacaqda yemək paylayırlar. M.İbrahimov.\n2. Ev qulluqçusu (qız, qadın). Məhəmməd Səfi ağa bir az səbir eləyib, xidmətçi qızı [Alının] dalınca göndərdi. Çəmənzəminli. [Ceyran] Eldarın evindəki xidmətçi qadından da bəzi məlumat alır. S.Hüseyn. // Qulluqçu, nökər. Axırda [Cəlilin] nadincliyindən anası da bezar olub, onu bir dükançı yanına xidmətçi qoydu. İ.Musabəyov. [Pəri Bəhrama:] Onu yaxşı bil ki, sən bu evdə xidmətçi kimi bir şeysən. C.Cabbarlı. Əmioğlunun xidmətçisi Məmmədrza uşaqlıqdan bu üç ailə içində yaşadığına görə, hamımız ona bir külfət üzvü kimi baxırdıq. S.S.Axundov. xidmətçilik is. Maaşla bir idarədə və ya bir yerdə xidmət etmə, işləmə; xidmətçinin gördüyü iş. xidməti sif. Xidmətlə, rəsmi vəzifə ilə, işlə bağlı olan. Xidməti işlər. Xidməti ezamiyyət. Xidməti maşın. xidmətkar is. [ər. xidmət və fars. ...kar] Xidmətçi. Sübh çox ertə oyanardı qarı; Durğuzar idi hamı xidmətkarı. A.Səhhət. Nə keşikçilərdən, nə qapıçılardan, nə də sair xidmətkarlardan əsər-əlamət yox idi. M.Rzaquluzadə. xidmətkarlıq is. Xidmətçilik, birinin xidmətində olma. // məc. Qulluq göstərmə, xidmət göstərmə; nökərçilik. xidmətsevən sif.\n1. Yaxşı baxılmağı, yaxşı qulluq edilməyi, yaxşı xidmət edilməyi tələb edən. Çay çox xidmətsevən bitkidir.\n2. məc. Öz işinə, vəzifəsinə həddən artıq can yandıran, lakin ona çox rəsmi yanaşan adam. xiffət is. [ər.] Fikir, dərd, qəm, qüssə; fikir çəkmə. Qaldı mən dilxəstəyə ancaq məlalü xiffətin. S.Ə.Şirvani. Bəsdir mənə verdiyin bu xiffət. Natəvan. [İbrahim:] Gövhərtac .. xiffətdən, qüssədən müqəvvaya dönübdür. Ə.Haqverdiyev. • Xiffət çəkmək – 1) fikir çəkmək, kədərlənmək, qüssələnmək, qəm-qüssə etmək. Dolanım başına, mürüvvət deyil; Bu qədər ki, sənsiz xiffət çəkirəm. Q.Zakir. [İnsan] hər gün görsə də, qəlbinin duymadığı, nəfəsinin ətrini hiss etmədiyi bir adam ondan uzaqlaşandan sonra, qəlbindəki boşluğu görür və gecəgündüz xiffət çəkir. İ.Şıxlı; 2) başqasının fikrini, qayğısını çəkmək. Əzəlindən oldum eşqə dəlalət; Sirr verdim namərdə, etdi ədavət; Yolunda çəkməkdən xiffət, xəcalət; Əriyib bu Cümə çağaya döndü. Molla Cümə. Əzizim, meşə mənsiz; Dağ mənsiz, meşə mənsiz; Qorxuram xiffət çəkə; Yar dərdə düşə mənsiz. (Bayatı). • Xiffət eləmək (etmək) – bax. xiffət çəkmək 1-ci mənada. [Ata:] Ay bala, niyə xiffət eləyirsən, özün bilirsən ki, biz kasıbıq, qohuməqrəbamız və möhkəm arxamız yox, bizə qızmı verərlər? Ə.Haqverdiyev. Qardaşbacı .. dağlar qədər dərdi olan analarını xiffət etməyə qoymurlar. S.S.Axundov. Gənc ömrümün bağında yazım sənsən, gülüm sən; Xiffət edib, sıxılıb, qüssələnmə, gülüm, sən. N.Xəzri. Xiffət gətirmək – kədər-qüssə gətirmək, kədərləndirmək, kədərə-qüssəyə səbəb olmaq. Evlərin təhər-tövründə qəlbə xiffət gətirən bir köhnəlik vardı. Ə.Əbülhəsən. Xiffət vermək – fikir çəkməsinə, dərdlənməsinə, kədərlənməsinə səbəb olmaq, dərdə salmaq, xiffətləndirmək. xiffətləndirmə “Xiffətləndirmək”dən f.is. xiffətləndirmək f. Xiffət çəkdirmək, kədərləndirmək, qəm-qüssə çəkdirmək. xiffətlənmə “Xiffətlənmək”dən f.is. xiffətlənmək f. Xiffət çəkmək, kədərlənmək, qüssələnmək. Oğlunun dərdindən ana çox xiffətləndi. xi-xi-xi! nida. Yavaş gülüş bildirən səs təqlidi. [Allahyar:] Ə, Tarverdi, yaz. – Onun savadı var ki, yaza! Xi-xi-xi. S.Rəhimov. Uşaqlar “xi, xi, xi” edib açılışmağa başladılar. M.İbrahimov. xilaf is. [ər.]\n1. Zidd, əks. [Hakimi-şər:] Ağa Salman, deyirlər, Hacı Qafurun övladı qalıbdır. Sənin bu sözün xilafına isbatın varmı? M.F.Axundzadə. Usta Ramazan adətin xilafına səbirsizlik göstərdi. M.Hüseyn.\n2. Yalan, qeyri-həqiqət. [Vəzir:] Sənin çörəyin mənə qənim olsun, əyər xilaf ərz edirəm. M.F.Axundzadə. [Əmir:] Zeyd, mənim sözüm əmir sözüdür; onda xilaf ola bilməz. Leylanı sənə verərəm. Lakin sən mənə qırx gün möhlət ver. Ü.Hacıbəyov. ‣ Vədi xilaf olmaq – bu və ya başqa səbəbə görə vədini, dediyini yerinə yetirə bilməmək. [Molla İbrahim Xəlil:] Yerdə qalır iyirmi pud, onu da yəhudilər aparsınlar ki, mənim vədim xilaf olmasın. M.F.Axundzadə. Vədinə xilaf çıxmaq – verdiyi sözü, vədi yerinə yetirməmək, yalançı çıxmaq. [Əbülhəsənbəy:] Hərgah vacib işim olmasaydı, heç vaxt mən verdiyim vədəmə xilaf çıxmazdım. M.S.Ordubadi. Lətifə yenə gözlərini qaldırmadan cavab verdi: – Bəli, usta. Qoy vədinə xilaf çıxan utansın! M.Hüseyn. xilafət is. [ər.] tar. Ərəb xəlifələrinin hakimiyyət dövrü; xəlifəlik. // Ərəb istilaları nəticəsində yaranmış, başında xəlifənin durduğu feodal dövlət. xilas is. [ər.] Qurtulma, xilas olma; nicat, qurtuluş. • Xilas etmək – 1) qurtarmaq, nicat vermək. Təhlükədən xilas etmək. Suda boğulanları xilas etmək. – Cəfayə, zülmə bütün nifrət eyləyir aləm; Xilas elə bəşəri zülmdən cəsarət ilə. Ə.Vahid. Yoldaşlarından bir neçəsi onu xilas etməyə yüyürmək istədisə də, nəzarətçi ağacını qaldırıb onlara çığırdı. M.Rzaquluzadə; 2) azadlığa çıxartmaq, azadlıq vermək. Xilas olmaq – qurtulmaq, azad olmaq, nicat tapmaq, canını qurtarmaq. Ölümdən xilas olmaq. Əsarətdən xilas olmaq. – Veylabadın üstə səadət günü doğdu. Şəhər bir böyük bəladan xilas olmuşdur. Çəmənzəminli. [Veysəl] tələdən nə cür xilas olmaq haqqında düşünərkən, qaranlıqdan kimsə soruşdu. Ə.Vəliyev. xilasedici sif. Xilas etmək üçün olan, xilas edən; xilaskar, qurtarıcı. Xilasedici kəmər. Xilasedici qayıq. xilasetmə bax. xilasedici. Xilasetmə ekspedisiyası. Xilasetmə stansiyası. xilaskar sif. [ər. xilas və fars. ...kar] Təhlükədən, ölümdən xilas edən; xilasedici, qurtarıcı. // İs. mənasında. Rüxsarə axırıncı olaraq öz xilaskarını ziyarət etməli, onunla vidalaşmalı idi. S.Rəhimov. Olmazın sarsıntı keçirmiş Mehriban xilaskarının boynuna sarılıb uşaq kimi ağlayır. H.Seyidbəyli. xilaskarlıq is. Təhlükədən, ölümdən xilas etmə, qurtarma, xilas olmasına, qurtarmasına kömək etmə. xilqət is. [ər.]\n1. Yaradılma, yaradılış. Dünyayə gələn getmək üçündür, bu nə qəmdir; Bir fikr elə, bu xilqəti-aləm nə üçündür. S.Ə.Şirvani. Xoşdur xilqətdəki hər gözəlliyi; Ürəkdən duyaraq anlaya bilmək! M.Müşfiq. Minlərcə gözəl olsa da hər millət içində; Olmaz sənə bənzər, gözəlim, xilqət içində. Ə.Vahid.\n2. Birinin təbiətində, yaradılışında olan hal, xüsusiyyət; təbiət, yaradılış. Bu xasiyyət onun xilqətində var. Bu adamın xilqəti belədir. – ..Ürək də qəribə xilqətdir deyən; Bəzən öz istəyi özünə yükdür. M.Araz. xillə is. Bəzi məməli heyvanların (fil, qaban və s.-nin) ağzının kənarındakı iri, möhkəm dişlər. ximer is. [yun.] Əjdahaya bənzəyən, ağzıalovlu heyvan. ximə is. [ər.] Çadır, alaçıq. xingal is. Dama-dama kəsilmiş xəmir parçalarından bişirilən xörək. Sulu xingal. Quru xingal. Qovurma xingal. – Fərrux xingalın hazır olub-olmamağını yoxlamaq üçün o biri otağa keçəndə Molla Qurban durub toqqasını genəltdi. Ə.Vəliyev. ‣ Xingal kimi doğramaq – tikə-tikə doğramaq, tikə-tikə etmək. ..Bizi görən kimi yükləri töküb qaçacaqlar, qaçmasalar, əl açsalar, hamısını xingal kimi doğrayacağam. M.F.Axundzadə. Mənə Bahadıroğlu Xanbaba deyərlər, qoymaram ayağıvuzi ayağıvuzun üstündən götürəsiz, hamıvuzi xingal kimi doğraram. H.Sarabski. xingalxana is. Xingal bişirilib satılan yeməkxana. xingallıq sif. Xingal üçün hazırlanan, xingala yarar. Xingallıq qoyun əti. xinin bax. kinə. İsitmə (malyariya) müalicəsində qiymətli dərman olan kinə (xinin), Cənubi Amerikanın yerli əhalisi olan inklər tərəfindən tapılmışdır. M.Əfəndiyev. Qız yol çantasından kiçik bir qutu, qutunun da içindən sterilizə olunmuş pambıq arasındakı iynəni çıxardıb, Heybətin kürəyinə xinin vurdu. M.Hüseyn. xirələmək f. Bulandırmaq. xirid is. [fars.] Satınalma, alma (mal, şey). • Xirid eləmək (etmək) – 1) satın almaq, pulla almaq (mal, şey və s.). [Əsgər bəy:] Təbrizdə sən bizə də, özünə də xirid elə. M.F.Axundzadə. [Ağa Qurban:] Keçən il getmişdim Nijni yarmarkasına, mal xirid eləyib yola saldıqdan sonra bir neçə gün istirahət üçün qalmaq xəyalına düşdüm. Ə.Haqverdiyev; 2) dan. satıb başdan eləmək. xiridar is. [fars.]\n1. Alıcı, müştəri. Malın xiridarı yoxdur. – Mətaın atma bazarə; Xiridar olmayan yerdə. M.V.Vidadi. Qədrikəmali-hüsnü bilir aşiqi-həzin; Əlbəttə, qədri-zərri xiridar olan bilir. S.Ə.Şirvani. // Məc. mənada. [Zakir] hüsnünə xiridar olandan bəri; Saf cana yetişib ziyan əlindən. Q.Zakir.\n2. məc. Bir şeyin qiymətini bilən, ona lazımi qiymət verə bilən, başa düşən; sərraf. Söz xiridarı. – Hicrana yandı canım, tüstüsüdür dağdakı çən; Canımı hərraca qoydum, de, xiridarı hanı? Şəhriyar. İsi dayının “tərzi-ifadəsi” Məmmədsadığın olduqca xoşuna gəldi. O belə “tərzi-ifadə”nin xiridarı idi. Lakin İsi dayının “tərzi ifadəsi”ni çətin anladı. “Məkruf” sözünü o bilirdi. B.Bayramov. xirqə is. [ər.] köhn.\n1. Cübbənin altından geyilən içi pambıqlı qısa geyim. Əfğan çəkib etdi xirqəsin çak; Səhralərə düşdü zarü qəmnak. Füzuli. [Şah:] Bir yandan da ədavətin kəsrətindən xirqəmin altında bıçaq tutub bu xalıları doğrayırdım. Ə.Haqverdiyev. ..Vaqif isti kürkünü soyundu, nökərlərdən biri onun çiyninə zoğalı çuxasının üstündən samur xəzli ipək xirqə saldı, sonra içəri girdi. Çəmənzəminli.\n2. Dərvişlərin geydikləri uzun üst paltar. Qurbani qurbandı şahın dərinə; Dərviş bilmir xirqə nədi, dəri nə? “Qurbani”. xirtdək is. Nəfəs yolunun yuxarı hissəsi. Əlyarov az qala Teymurun xirtdəyindən tutub boğmaq istəyirdi. M.Hüseyn. [Yusif] sümüyü çıxmış yanağını, xirtdəyini, cəhəngini qanatmışdı. B.Bayramov. ‣ ...Xirtdəyə kimi çıxmaq – lap çox olmaq, həddini aşmaq; boğaza çıxmaq. Qazma planı axsayır, yeni neft yatağı açılır, hər addımda israf xərclər xirtdəyə çıxırdı. M.Süleymanov. [Hətəmov:] İş-gücün xirtdəyə çıxan vaxtı başlamısınız ki, biz səyahətnamə oxumağa gəlmişik. B.Bayramov. Xirtdəyə qədər (kimi) – 1) boğaza qədər. Cavad yoldaşları ilə birlikdə xirtdəyə kimi lehməyə bataraq, qalın meşələrdən keçir, həmişə məqsədə, hədəfə doğru irəliləyir. Ə.Vəliyev. Nəhayət, divar qəzetində buraxılan karikaturada Mirzənin xirtdəyə qədər çaxır çəlləyinə girdiyi göstərilirdi. Mir Cəlal; 2) lap çox, həddindən çox. Xirtdəyi əl(in)də olmaq – taleyi ... əlində olmaq, tamamilə asılı olmaq. [İskəndər kişi:] Ondan sonra [yasavulun] xirtdəyi bizim əlimizdədir. M.Hüseyn. Xirtdəyi ələ keçmək – yaxalanmaq, girə keçmək, ələ keçmək. Xirtdəyindən yapışmaq – sıxışdırmaq, çıxılmaz vəziyyətə salmaq, boğazından yapışmaq. xirtdəkləmə “Xirtdəkləmək”dən f.is. xirtdəkləmək f. Xirtdəyindən tutmaq (yapışmaq), yaxalamaq, boğazlamaq. [Qəssab] oğlan içəri girən kimi, onu xirtdəkləyib basdı yerə. (Nağıl). Səmənnaz qarı qapını açanda atlılardan biri qəfildən onu xirtdəklədi. Ə.Vəliyev. Daldan iki qüvvətli əl [polkovniki] xirtdəklədi. S.Vəliyev. xirtdəkləşmə “Xirtdəkləşmək”dən f.is. xirtdəkləşmək qarş. Bir-birinin xirtdəyindən (boğazından) yapışaraq, dalaşmaq, boğazlaşmaq. xislət is. [ər.] İnsanın təbiətinə məxsus sifət; xasiyyət, təbiət. Xoş xislət. Sərt xislət. – [Şirin Çingizə:] Əşirət dövründə bir ailə başçısının şəxsi xisləti yekə bir nəslə keçmiş və indiyə qədər də davam edir. Çəmənzəminli. Əvət, qəribədir xislətim mənim; Dinlə, uzunsa da söhbətim mənim. M.Müşfiq. xitab [ər.]\n1. Bir şəxsə və ya camaata müraciətlə deyilən sözlər; müraciət. Məcnun ki, eşitdi bu xitabı; Verdi bu əda ilə cavabı. Füzuli. İlimizin hər günü, yaxşı bilirəm ki, mən; Ağsaçlı atalardan xitabdır nəsillərə. S.Rüstəm. Şüşənin altında naşı, lakin həyəcanlı bir xətlə mənə xitab yazılan bir kağız görürəm.. Mir Cəlal. • Xitab etmək (eləmək) – müraciət etmək, üzünü tutaraq söz demək. [Şah] sonra üzün hərəmlərə tutub xitab elədi: Mənim əziz həmfiraşlarım! Mən kəmali-əfsus ilə məcburəm ki, bir yaman xəbər sizə elan edəm. M.F.Axundzadə. Zeynal çox mütəəssir idi. Mehribanın xoş bir şivə ilə ona xitab etməsi həyəcanını artırdı. S.Hüseyn.\n2. qram. Cümlədə kimə işarə edildiyini bildirən, lakin qrammatik cəhətdən cümlə üzvü olmayan söz və ya söz qrupu. Xitabdan sonra nida işarəsi qoymaq. xitabən zərf [ər.] Xitab edərək, üzünü tutaraq, xitabla, müraciətlə. [Müslümbəy] qoca kişiyə xitabən: – Əmi, bu uşaq sənin nəyindir, oğlundurmu? – deyə sual etdi. A.Səhhət. Namiq Kamalın bu şerini Mirzə Süleyman bəy .. beş-on kişi bir yerdə görən kimi, onlara xitabən deklomasiya üsulu ilə söyləyirdi. B.Talıblı. xitabət is. [ər.]\n1. Xətiblik.\n2. Səlis və aydın nitq söyləmə qabiliyyəti. Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir! Ülfətü ünsiyyətə dair xitabət vəqtidir! M.Ə.Sabir. • Xitabət kürsüsü – natiq üçün düzəldilmiş xüsusi hündür yer. Qurban ağır-ağır ayağa durub xitabət kürsüsünə yaxınlaşdı. İ.Şıxlı. Bir stəkan təmiz su; Bir xitabət kürsüsü; Ürəyimin gur səsi; Dalğa-dalğa yayılsın; Yer də, göy də ayılsın! X.Rza. xitabnamə is. [ər. xitab və fars. ...namə] bax. müraciətnamə. Arabir divarlara xitabnamələr yapışdırılır: Ukrayna hökuməti kəndliləri bolşeviklərlə mübarizəyə dəvət edir. Çəmənzəminli. xitam is. [ər.] Bitmə, qurtarma, sona çatma; axır, son, tamam. • Xitam vermək – 1) bitirmək, tamamlamaq, başa vurmaq. Xanəndə yastı balabanla oxuyub gecəyə xitam verərdi. H.Sarabski. Ərşad [Əflatun və Ərəstunun] mübahisəsinə xitam verib birlikdə layihəni hazırladı. S.Rəhimov; 2) hüq. işi bağlamaq, qurtarmaq, xətm etmək. xiyaban is. [fars.] Hər iki tərəfində ağac əkilmiş yer, yol və s. Bağ gözəl bağdır: bir böyük xiyabanı var ki, iki tərəfindən uca çinarlar qalxıb. Ə.Haqverdiyev. Qar hər yeri bürüyən zaman, [uşaqlar] bağın xiyabanlarında qardan top qayırar, onları yumalamağa başlardılar. S.S.Axundov. Bulvarın xiyabanlarında salxım-salxım parlaq işıqlar yandı. H.Seyidbəyli. xiyabanlı sif. Xiyabanı olan, hər iki tərəfi ağaclı. Xiyabanlı park. xiyabanlıq is. Xiyaban olan yer; xiyaban. Şəhərin üst tərəfi xiyabanlıq idi. xiyar is. Qabaq fəsiləsindən olan uzunsov, yaşıl, tumlu bostan meyvəsi. Yayda süfrədə xiyar görünməsə, hamını kədər basar. Ə.Vəliyev. Dağ ətəyində pomidor hələ indi-indi qızarır, tər xiyar nübarını verirdi. B.Bayramov. xiyarək is. tib. Qasıqda limfa vəzilərinin iltihabından törəyən xəstəlik. xiyarlıq is. Xiyar əkilmiş yer, xiyar bostanı. xizək is. Təkər əvəzinə altı sürüşkən qoşa ağac və ya dəmir üzərində qurulmuş qış arabası. [Rus Əhmədin] donan sulardan, buzun üstü ilə arabaların keçməsindən və adamların keçə çəkmə geyib at qoşulmuş xizəklə gəzməsindən olan söhbətlər uşaqlara daha çox xoş gəlirdi. İ.Şıxlı. Uşaqlar da qar yağanda; İşə saldı xizəkləri. M.Dilbazi. • Ayaq xizəyi – qar üzərində hərəkət etmək üçün ayaqlara bənd edilən altı sürüşkən yastı ağac parçaları. xizəkçi is. Xizək sürən, xizək idmançısı. xlor is. [yun. chloros – yaşımtıl-sarı] Texnikada, sanitariyada – zərərsizləşdirici, hərbi işlərdə isə zəhərləyici maddə kimi işlədilən yaşımtıl-sarı rəngli boğucu kimyəvi maddə – qaz. xlorator [yun.] Suyu xlorlaşdırmaq üçün cihaz. xlorlama “Xlorlamaq”dan f.is. xlorlamaq f. Xlor vasitəsilə təmizləmək. Suyu xlorlamaq. xlorlanma “Xlorlanmaq”dan f.is. xlorlanmaq məc. Xlor vasitəsilə təmizlənmək. Suyun xlorlanması. xlorlu sif. Tərkibində xlor olan, xlorla birləşmiş olan. xlorofil [yun.] Bitkilərdə: yarpaqlara, zoğlara yaşıllıq verən və onların karbon turşusunu mənimsəməsinə kömək edən rəngləyici maddə. xloroforma [fr. chloroforme – qarışqa turşusu] Tərkibində xlor olan spesifik qoxulu, şirintəhər, rəngsiz maye – üzvi maddə (ümumi narkoz və ağrıkəsən dərman kimi işlədilir). xloroz [yun.] bot. Bitkilərdə: yarpaqlarda və zoğlarda yaşıl rəngin çatışmazlığından törəyən xəstəlik hal. xoca is. köhn.\n1. Keçmişdə mədrəsədə təhsil alıb başına sarıq sarıyan, cübbə geyən dindar adam və ya din xadimi. İsfahan mülkündən gələn xocalar!; Bu canımda intizarım var mənim. Aşıq Abbas. [Naib:] Böylə fürsət bulunur, sanma, xocam! H.Cavid.\n2. Müəllim, mürəbbi, tərbiyəçi. [Müəllim:] Birisinin xocası siz analar, o birisinin xocası biz müəllimlər. A.Şaiq. xocaxoca is. zool. Bədənini ağlıqaralı tük örtmüş itidimdikli köçəri quş. xof is. [ər.] Qorxu. Qiyamət xofundan, eşq havasından; Əridi, qalmadı yağ ürəyimdə. Aşıq Ələsgər. Bu sözlər Lətifənin qəlbinə soxulmuş tərəddüd və xofu azaltmadı. M.Hüseyn. [Mirzəyev Nazlıya:] Bəs şəriət? Bəs Allah xofu? Heç mollanın sözündən çıxmaq olar? Ə.Məmmədxanlı. • Xof etmək (eləmək) – qorxmaq, vahimələnmək. [Harun:] Düşmənin zoru qabağında könül xof eyləməz. Ü.Hacıbəyov. Mən bu gəlişdən çox xof edirəm, ah! Başqa bir məqsədlə gəlir Bəhram şah. A.Şaiq. [Qızı] həyat elə mübariz, elə dava-dalaş sevən eləmişdi ki, kişilər yanından keçəndə xof eləyirdi. S.Rəhman. Xof götürmək – qorxu götürmək, vahiməyə düşmək, vahimə basmaq, xoflanmaq. Məmməd ayılıb gördü ki, Hindistan padşahının qızı Pərixanım yanındadır. Məmmədi xof götürdü. (Nağıl). Xofa düşmək – qorxuya düşmək, qorxmaq, çəkinmək, sığınmaq, vahiməyə düşmək, xoflanmaq. Mələkə xanım bu sözdən xofa düşdü. “Qurbani”. Mən tamam ömrümdə əgər iki dəfə bərk xofa düşmüşəm, elə biri haman gün idi ki, atlı Hacı Namazalını xırmandan gəlib apardı nəçərnikin yanına. C.Məmmədquluzadə. [Əmiraslan bəy:] Yoxsa gopçu Ədilin sözündən xofa düşmüsünüz? S.S.Axundov. Firəngiz .. bəzən xofa düşüb həyəcan keçirirdi. S.Rəhimov. Xofa salmaq – qorxuya salmaq, qorxutmaq, xoflandırmaq. Oğlundan ayrılmaq [Rüstəmi] xofa salmağa başlayır. S.Rəhimov. Ürəyinə xof salmaq – ürəyinə qorxu salmaq. İkincisi, idarənin qabağındakı maşın [Bayramın] ürəyinə xof salmışdı. Ə.Vəliyev. xof-xətər is. [ər.] Təhlükə, qorxu, təhlükə doğuracaq şey; qada-bəla. Xofxətərdən qurtarmaq. – Hamının qəlbindən xof-xətər getdi və hamı [Məhəmməd Qacarın] qətlindən sonra asudə və arxayın nəfəs aldılar. F.Köçərli. xoflandırma “Xoflandırmaq”dan f.is. xoflandırmaq f. Qorxuya salmaq, vəhmələndirmək, qorxutmaq, hürkütmək; şübhəyə salmaq. xoflanma “Xoflanmaq”dan f.is. xoflanmaq f. Qorxuya düşmək, vəhmələnmək, hürkmək, şübhələnmək. Qaranlıqdan xoflanmaq. – Mirzə Cəmil fəhlələrin ən adi hərəkətindən belə xoflanır, tez-tez polis çağırıb şübhələndiyi adamların yerini ələk-vələk elətdirir. Ə.Vəliyev. Oğlan belə laübali bir kişinin gözlənilməz hərəkətindən və sözündən xoflandı. Mir Cəlal. xoflu sif. və zərf\n1. Xof içində, təlaş içində, şübhə içində; şübhəli. Xoflu adam. – Xain xoflu olar. (Ata. sözü). Şahmar bəy gedəndən bir az sonra Fərhad və Məhərrəm daxil olurlar, xoflu, yavaşdan danışırlar... N.Vəzirov.\n2. Dəhşətli, qorxulu, vahiməli. Pirinin səksəkəli, xoflu baxışından Umudun boğazı tıxandı, tikəsini zorla udub fikirləşdi ki, yəqin indi Pirinin ürəyi yel vurmuş yarpaq təkin titrəyir. İ.Məlikzadə. xoflu-xoflu zərf Qorxa-qorxa, təlaş və həyəcan içində, ehtiyatla. Mağaza işçiləri qəzet parçasına xoflu-xoflu baxıb başlarını buladılar. H.Seyidbəyli. xofluluq is. Xoflu olma halı. [Ataş] [Mirzə Cəmildə] gördüyü hiyləgərliyi, xofluluğu belə yavaş-yavaş unudurdu. Ə.Vəliyev. xofsuz zərf Qorxmadan, çəkinmədən, ehtiyat etmədən. ..Cürətli, mərdanə və xofsuz söz danışmaq, nüfuzu ziyadə bir firqəni tənqid etmək ancaq Seyid kimi danişmənd və süxənvər şairlərin .. və ədiblərin şəninə gəlibdir. F.Köçərli. // sif. Qorxu bilməyən, heç şeydən qorxmayan, çəkinməyən; cəsarətli, ürəkli. Xofsuz adam. xox! (=xux!) dan.\n1. Hədə, qorxu mənasında işlədilən nida. Xux, qorxdum səndən! – [Məşədi Səftər:] Xox, yeyərsiz məni, çox böyük adamlar gəlir. M.Əliyev. [Camal Həsənova:] Bura bax, ey, mənə nə eləyəcəksən? Xux, qorxdum səndən. M.İbrahimov. • Xox (xux) eləmək dan. – “xox” (“xux”) deyərək qorxutmaq. Hidayət, təkəbbürlə yeriyə-yeriyə .. özünü dartan oğlana tərəf əyilib, xox elədi.. B.Bayramov.\n2. məc. Balaca bir şeydən qorxan, hürkən, çəkinən; qorxaq (adətən cəm şəklində işlənir). [Maarif müdiri:] Rüstəm kişi, get bu demaqogiyanı başqasına gəl, mənə yox. Mən sən deyən xoxlardan deyiləm. M.İbrahimov. xux! (=xox!) dan.\n1. Hədə, qorxu mənasında işlədilən nida. Xux, qorxdum səndən! – [Məşədi Səftər:] Xox, yeyərsiz məni, çox böyük adamlar gəlir. M.Əliyev. [Camal Həsənova:] Bura bax, ey, mənə nə eləyəcəksən? Xux, qorxdum səndən. M.İbrahimov. • Xox (xux) eləmək dan. – “xox” (“xux”) deyərək qorxutmaq. Hidayət, təkəbbürlə yeriyə-yeriyə .. özünü dartan oğlana tərəf əyilib, xox elədi.. B.Bayramov.\n2. məc. Balaca bir şeydən qorxan, hürkən, çəkinən; qorxaq (adətən cəm şəklində işlənir). [Maarif müdiri:] Rüstəm kişi, get bu demaqogiyanı başqasına gəl, mənə yox. Mən sən deyən xoxlardan deyiləm. M.İbrahimov. xoxan (=xoxu) is. İfritə (adətən körpə uşaqları qorxutmaq üçün işlədilir). Yum gözünü, xoxu gəlir. – Atalar .. bununla bərabər yenə tamam doğru yola girmədilər .. uşaqların başlarına vurdular, gözlərini qorxutdular, “xoxan gəldi” .. dedilər. “Məktəb”. [Yazgül:] Ay ana, mən də eyməndim, bəlkə xoxanmış. Ə.Məmmədxanlı. xoxu (=xoxan) is. İfritə (adətən körpə uşaqları qorxutmaq üçün işlədilir). Yum gözünü, xoxu gəlir. – Atalar .. bununla bərabər yenə tamam doğru yola girmədilər .. uşaqların başlarına vurdular, gözlərini qorxutdular, “xoxan gəldi” .. dedilər. “Məktəb”. [Yazgül:] Ay ana, mən də eyməndim, bəlkə xoxanmış. Ə.Məmmədxanlı. xokkyy [ing.] Ot və ya buz üzərində şayba və ya top ilə iki komanda arasında oynanılan idman oyunu. ..Xokkey, xizək sürmək, ovçuluq, spininq (stolüstü raket oyunu), boks, avtomoto, su polosu və başqa idman növləri də insan orqanizminə çox yaxşı təsir edir. Ə.Babayev. Mən dözərəm birtəhər, əldən versək tennisi; Basketbolu, xokkeyi, Ancaq ar gəlir mənə; Şeir-sənət yolunda birinci görməyəndə; on min yaşlı ölkəni. X.Rza. xokkeyçi is. Xokkey oyunçusu. Xokkeyçilərin final turniri. xolerik is. [yun.] Nitqində, hərəkətində aydın təzahür edən qızğın hissiyyatlı adam. xolesistit [yun.] tib. Öd kisəsinin iltihabı. xolesterin [yun.] Canlı toxumalarının tərkibində (o cümlədən əsəb toxumasında, öddə, dəri piyində) olan sterin qrupundan üzvi birləşmə, maddə. xonça is. Şirniyyat, meyvə və s. yeməli və ya başqa hədiyyələr qoyulmuş bəzəkli podnos, tabaq və s. Yüzlərlə gözəl cariyələr əllərində əlvan yeməklər dolu xonçalar içəri daxil oldu. M.S.Ordubadi. Bir tərəfdə Aslan bəy qabağında bir neçə xonça oturmuş, Əsəd bəylə söhbət edir. C.Cabbarlı. Hər təmiz süfrədə neçə nemət var; Xonçalar bəzənir rəngbərəng şamla. S.Vurğun. • Xonça kimi – al-əlvan, ala-bəzək, bərbəzəkli. Parçanın xonça kimi gülləri. – Divarı və qapı səqfini örtən qol-budaqlı tənəyin xonça kimi şax yarpaqlarını görəndə barmağını dişlədi. Mir Cəlal. Xonça tutmaq – podnosa müxtəlif şeylər qoyub bəzəmək. Bayram xonçası tutmaq. – Şahvələd gözəl bir xonça tutub bir imansız qarı tapıb xonçanı göndərdi Şahsənəm üçün. “Aşıq Qərib”. Xonça tutub göndərərəm sənin də öz payını; Sən də artır öz əlinlə zəfərlərin sayını! S.Vurğun. // etnoqr. Adətə görə toyda, nişanda içərisinə şirniyyat, paltar, parça-qumaş, qızılgümüş və s. qoyulub bəzədilmiş və üstü qırmızı parça ilə örtülü podnos və s. Qız evinə xonça aparmaq. – Bir ildən sonra oğlan evi qız üçün paltar hazırlayıb qırmızı xonçalara qoyar və qız evinə aparardı. H.Sarabski. Qumru, gəlinin paltarı qoyulmuş xonçanı, başqa arvad isə yer-yemiş olan xonçanı başında aparırdı. Ə.Abasov. Bütün bayramlarda oğlan evindən qız evinə hədiyyələr, xonçalar getməliydi. B.Bayramov. xonsa sif. Hər iki cinsin əlamətləri olan canlı. • Xonsa etmək – axtalamaq. Afrika ölkələrində yaşayan müsəlmanlardan bir qismi azyaşlı, günahsız oğlan uşaqlarını tutaraq rəhmsizliklə xonsa edir və onları müsəlmanlar yaşayan başqa ölkələrdə satırlar. M.F.Axundzadə. xonsalıq is. Xonsa olma, iki cinsin əlamətini daşıma. xor I. [yun.] Hər hansı vokal əsəri bir vaxtda ifa edən oxuyanlar dəstəsi. Xor dəstəsi. Uşaq xoru. – [Müəllif:] Biz də yoldaşlarımızla xor təşkil edirik. T.Ş.Simurq. [Rüstəm kişi:] Briqadir Şirzadın yaxşı səsi var. Xor dərnəyi düzəltməyi ona tapşırmalı. M.İbrahimov. // Kollektiv tərəfindən ifa edilmək üçün yazılmış musiqi pyesi. Xoru çox gözəl ifa etdilər.\n\nII. : xor baxmaq – ikrahla, həqarətlə, alçaq nəzərlə, saymazcasına baxmaq, qiymət verməmək, dəyərsiz saymaq. Xor baxarsan, ac qalarsan. (Ata. sözü). [Əbubəkr ibn Məhəmməd Eldənizin Nizamiyə yazdığı məktubunda] Atam da, əmim də hökumətlərini Azərbaycan xalqının qılıncları kölgəsində qurduqlarına baxmayaraq, bu xalqa xor baxdıqları üçün məhv oldular. M.S.Ordubadi. Faydalı bir zəhmətə heç bir zaman üstdən aşağı xor baxmaq olmaz. S.Rəhimov. xora I. is.\n1. Çalınmış otun yerində bitən təzə ot, bitki və s. Taxıl xorası. Xora sahəsindən suvarma nəticəsində yüksək arpa məhsulu götürmək olar.\n2. Axıra qalan yetişməmiş meyvə.\n\nII. is. tib. Dəri üstündə irinli, xırda yaralar (çox vaxt “yara-xora” şəklində işlənir). Xora basmaq. – Bu plastır (naftalanlı yapışqan plastırı) dərinin xroniki iltihabında, yara və xora üzərinə qoymaq üçün işlənir. R.Əliyev. xoralı sif. Çirkli, irinli yaralar basmış. Xoralı üz. Xoralı əl. – Arxa yaralı, baş xoralı, sinə cərahət; Bu zəhmət ilə cənnəti neylərsən, əmioğlu? M.Möcüz. xorda [chorde – tel]\n1. riyaz. Əyri xəttin iki nöqtəsini birləşdirən düz xətt.\n2. biol. Bəzi heyvanların (məs., balıqların) bel sütunu fəqərəsi. Bağırsağın arxa tərəfindən uzununa yastıqşəkilli xorda ayrılır. M.Axundov. xoreoqrafik sif. Xoreoqrafiyaya aid, xoreoqrafiya ilə bağlı. Xoreoqrafik səhnəciklər. xoreoqrafiya [choreia – rəqs və grapho – yazıram] Rəqs sənəti. Xalq xoreoqrafiyası. Xoreoqrafiya məktəbi. – Hər xalqın incəsənətində özünəməxsus olan milli forması xoreoqrafiya sənətində daha əyani və qabarıq bir surətdə nəzərə çarpır. Ə.Bədəlbəyli. // Balet rəqsləri yaratma və səhnədə göstərmə sənəti. xoreya [choreia – rəqs] tib. Əl-ayağın qeyri-ixtiyari titrəməsindən ibarət əsəb xəstəliyi. xorhaxor zərf Bərk xorultu səsi çıxararaq. [Salman:] Qoy xorhaxor yatanlar sübh tezdən oyansınlar. S.Rəhimov. [Canbalayev Bəyim xalaya:] Səni bu həyətə xorhaxor yatmaq üçünmü qoyublar? İ.Hüseynov. xor-xor təql. bax. xorultu 1-ci mənada. Məcidin xor-xoru Nadiri fikir və xəyalatdan ayıltdı. B.Talıblı. • Xor-xor xoruldamaq – bərk yatmaq, xorultu ilə yatmaq. Məmmədhəsən ağanın anası Xanım xor-xor xoruldayırdı. Çəmənzəminli. ‣ Xor-xor qəlyan – bax. sulu qəlyan (“qəlyan”da). xorist [yun.] Xorda oxuyan, xor artisti. xorlama “Xorlamaq”dan f.is. xorlamaq f. Hürkmək, hürküb çəkilmək. Bəxtiyar pambığı atdı gölə. Gölün suyu o saat köprüyüb qalxdı. Atlar bunu görən kimi, xorruyub geri çəkildilər. (Nağıl). Biz xeyli getmişdik ki, birdən Xanpərinin atı xorladı. Ə.Vəliyev. // Məc. mənada. Güvəc görməyən qazan görəndə xorlayar. (Ata. sözü). // Çəkinmək. xormeyster [yun. xor və alm. meister – usta] Xor dəstəsinin rəhbəri, xor dirijoru. xorna bax. xorultu. Sükutu yalnız Aslanın bərk xorna səsi pozurdu. S.Vəliyev. • Xorna çəkmək – xoruldamaq. Tiryəkkeş bərk xorna çəkdikdən sonra başını qaldırır. A.Şaiq. [Firidun:] Çayçı şagirdinin gətirdiyi bir stəkan tünd çayı içib, üst köynəyini çıxartdı, büküb başının altına qoyaraq, həsirin üstünə uzandı. Bu zaman kəndlilərdən biri uzun bir xorna çəkdi. M.İbrahimov. xort xort düşmək – bax. xurt düşmək (“xurt”da). Qədim dayı yerdə bir az zarıyıb söyləndi, sonra xort düşüb yatdı. S.Rəhimov. xortdan is. Guya gecə qəbirdən xortlayaraq çıxıb yatmış adamların qanını soran, onlara pislik edən qorxunc, dəhşətli mövhum bir vücud. Axırı biçarə ananız sizə deyirdi: – Bala, ağlama, xortdan gələr, səni aparar! C.Məmmədquluzadə. [Əsəd:] Bir adama deməyiniz, qəbiristanda xortdan var... B.Talıblı. // məc. Görünüşcə qorxunc, insanı dəhşətə salan adam haqqında. Xortdandı, çoxandı, qoyma, gəldi! Kirdarı yamandı, qoyma, gəldi! M.Ə.Sabir. xortlama “Xortlamaq”dan f.is. xortlamaq f. Guya dirilmək, dirilib qəbirdən çıxmaq. [Sonanın] qabağına kölgələr, qəbirdən xortlayan ölülər çıxmamışdı. M.İbrahimov. [Ələmdar:] [Məşədi] qırsaqqız oğlu qır-saqqız, elə bil o gorbagor Hacı Abutalıbın özüdür ki, qəbirdən xortduyub... S.Rəhimov. [Molla Kərim:] Ey insan cildinə girmiş şeytani-ləin, söylə, söylə görüm kimsən, nə günahın sahibisən və nə üçün xortdamısan? B.Talıblı. xortuldama “Xortuldamaq”dan f.is. xortuldamaq f. Xortultu səsi çıxartmaq, xort-xort eləmək. Donuz xortuldayır. xortultu is. Donuzların çıxardığı səs. xortum is.\n1. Fillərdə və bəzi başqa heyvanlarda müxtəlif vəzifələr (tənəffüs, iybilmə və s.) icra edən boru şəklində uzanan mütəhərrik ağız və ya burun qismi. Deyən zorlu fil; Tapdağında sürüklənən bir aciz deyil; Bir gün gələr qəzəblənib tutacaq səni; Xortumunda ümmanlara atacaq səni. A.İldırım. // zool. Bəzi onurğasız heyvanların bədənlərinin müxtəlif vəzifələr (ovu tutub boğma, özünü qoruma və s.) icra edən ön hissəsi və ya bu hissədəki fırlar. Zəlinin xortumu. – Boz-qara Qafqaz arısının bədəni başdan-başa tünd bozdur və xortumu uzundur. Bu cins arılar çox sancmır. R.İbrahimov. ..Axşam düşürdü, elə bil, dünyanın bütün ağcaqanadlarını yığıb tökürdülər bura və ağcaqanadlar adamı yandırıb tökən, iynəli xortumlarını işə salırdılar. İ.Məlikzadə. Ağcaqanadlar elə sancırdılar ki, onların xortumu dəyən yer bir saat göynəyirdi. İ.Şıxlı.\n2. tex. Müxtəlif maşınlarda qabağa uzanmış heyvan burnunu xatırladan tutucu hissə. Dəzgahın xortumu. – Torpağın ürəyindən ağrısını çəkir bax; Maşınlar xortumuyla qocaman fillər kimi. S.Rüstəm. Parovozlarla yanaşı olaraq xortumları yuxarı qaldırılmış hündür ekskavatorlar yırğalana-yırğalana irəliləyirdi. Ə.Sadıq. // Nasos və kranlara taxılan brezent, rezin və ya başqa materialdan hazırlanmış uzun boru. Yanğın maşınının xortumu.\n3. Səhra toplarında: lüləni əl ilə hədəfə tuşlamaq üçün top qundağının uzanan arxa hissəsi. Mədəd, yaxında qara xortumu düşmən tərəfə uzanıb duran topa, o yanda ağ qar zəmisində girəcəkləri seçilən qazmalara baxdı. Ə.Əbülhəsən. xortumcuq is. Balaca xortum. Arının xortumcuğu. xortumlu sif.\n1. Xortumu olan. Xortumlu milçək. Xortumlu maşın.\n2. dan. bax. qalife. Dağbaşev ayağa qalxıb əlini xortumlu, göy mahud şalvarının cibinə soxaraq iri addımlarla gəzə-gəzə: – Atasına od vuracağam! – dedi. S.Rəhimov. xortumlular cəm zool. Xortumu olan heyvanlar dəstəsi. xoruldama “Xoruldamaq”dan f.is. xoruldamaq f.\n1. Yuxuda ikən xorultu (xor-xor) səsi çıxartmaq. Bir azdan sonra rəfiq başladı xoruldamağa. Ə.Haqverdiyev. Çay hazırlanmış olduğu vaxt Murad bəy mürgüləyir, Cavad bəy xoruldayaraq yuxulayırdı. T.Ş.Simurq.\n2. məc. Bərk yatmaq, yuxuda olmaq. Bahadır atlar bağlanan yerə gedib, gördü ki, Novruz xoruldayır. N.Nərimanov. Ara-sıra səkinin üstündə və meydanlarda uzanıb xoruldayanlara da rast gəlmək olur. M.İbrahimov.\n3. “Mır-mır” səsi çıxartmaq; mırıldamaq. Pişik bərk xoruldayır.\n4. məc. Mırıldanmaq, deyinmək, donquldanmaq. [Cənnətəli ağa:] Belə iş olarmı, ay camaat, .. həm darımı yesin, həm də mənə xoruldasın. N.Vəzirov. xorultu is.\n1. Xor-xor səsi, yuxuda ikən xoruldayan adamın çıxardığı səs. [Kişilərin] xorultusu hamamı bürümüşdü və qıllı sinələri körük kimi enib qalxırdı. Çəmənzəminli. [Qaraşın] gecənin pozulmaz sükutu arasında iki otaq o yanda atasının xorultusu qulağına gəldi. M.İbrahimov. Çərkəzin xorultusu mışıltıya çevrilmişdi. İ.Şıxlı. // Pişik haqqında. Pişiyin xorultusu.\n2. Mırıltı. [Kərim babanın atası:] ..Çarəsiz mağaraya girdim, bir də ağır bir xorultudan gözlərimi açdım. A.Şaiq. xorum is. Bir dəfə üçün heyvana verilən yem, yem norması, yem miqdarı. Bütün dünya od tutub yansa, bizim ki bir xorum otumuz yanmayacaq? Ə.Vəliyev. xorumlama “Xorumlamaq”dan f.is. xorumlamaq f. Xorum-xorum ayırmaq, paylara bölmək; dəstələmək. Qara camış vən, vələs, ağcaqayın şivlərini əyəndə, Ala dana onların yaşıl yarpaqlarından xorumlayıb ötürürdü. S.Rəhimov. İgidlər var ki, bir gündə yüz bağ otu lay qoruyub xorumlayır, bağlayır. Ə.Vəliyev. xoruz is.\n1. Toyuğun erkəyi. Kənd tamamilə yuxudan oyanmışdısa da xoruzlar səs-səsə verib banlaşırdılar. Ə.Vəliyev. Bütün həyətlərdə kəndin xoruzları banlaşırdı. Ə.Məmmədxanlı. // Toyuq cinsindən bəzi quşların erkəyi. Qırqovul xoruzu. – [Ovçu:] Ancaq bircə şərtim var: təkcə xoruzları vuracayıq. M.Rzaquluzadə.\n2. məc. dan. Dalaşqan, davakar, savaşqan adam haqqında. • Xoruz kimi – 1) sifəti qıpqırmızı, sağlam adam haqqında. Xoruz kimidir; 2) davakar, dalaşqan, döyüşkən (adam). [Hürü:] Nə olacaq, dəli qudurmuş atan təzədən genə çarxı xoruz kimi girib meydana, qoymaz görək dərdimiz nədir? N.Vəzirov. ‣ Xoruz banı – sübh tezdən, alaqaranlıq. Üçüncü xoruz banı gecədən xeyli keçdiyini xəbər verdi. Heç kəs yatmaq istəmirdi. R.Rza. Səhər [yolçu] xoruz banında ayıldı. Ə.Məmmədxanlı. Xoruz banına kimi (qədər) – səhərə kimi, işıqlaşana qədər. Aralarında heç bir inciklik olmayıbmış kimi, ata ilə oğlunun şirin söhbəti xoruz banına kimi uzandı. Ə.Abasov. Xoruz səsi eşitməmiş (eşitməyən) – heç kəsin bilmədiyi, eşitmədiyi, görmədiyi, təptəzə. Sən özün bilirsən ki, mən həmişə elə söz deyirəm ki, qəribə olsun, təzə olsun, heç kəsin eşitmədiyi, bilmədiyi, danışmadığı olsun. Xoruz səsi eşitməmiş söz olsun. “Mol. Nəsr.”. Hər gün bu kimi yeni-yeni xoruz səsi eşitməyən xəbərləri alan telefonçu Əsgər, öz dostlarının qabağında xəcalət çəkməzdi. S.Rəhimov. Xoruza yükləmək, xoruza yük eləmək – var-yoxunu əlindən almaq, müflis eləmək, soymaq. [Ağa Kərim xan:] A gədə, Səfərəli, sənin qəsdin, balam, odur ki, məni xoruza yükləyəsən. N.Vəzirov. [Səlim bəy Nəcəf bəyə:] Gəlmişəm görüm, səni də bir xoruza yükləyə bilərəmmi? Ə.Haqverdiyev. Gör hələ bunları necə xoruza yükləyəcəyəm. S.Rəhimov. Xoruzu qoltuğuna verilmək – qovulmaq, işdən qovulmaq. Müdirin də xoruzu; Verildi qoltuğuna; Peşiman oldu özü; Bu müdir olduğuna. Ə.Cavad. Xoruzun quyruğu görünür – aşkar olur, üstü açılır, görünür (gizli saxlanılmalı olan şey haqqında). [Qərib:] Yox əşşi, burda xoruzun, vallah, quyruğu görünür. Ə.Əbülhəsən. Xoruzunu qoltuğuna vermək – qovmaq, işdən qovmaq. [Xəlfə:] Süleymanı bu vaxtadək heç bir yıxan olmamışdı, [Dursun] elə verdi xoruzunu qoltuğuna.. C.Cabbarlı. xoruzbaz is. Köhnə məişətdə: bir əyləncə kimi döyüşdürmək üçün xoruz saxlayan və bu işlə məşğul olan adam. Məktubunda yazırsan ki, qəsəbənizin əhalisi xoruzbazların, qoçbazların və itbazların əlindən cana-bezara gəlmişdir. “Kirpi”. xoruzbazlıq is. Köhnə məişətdə: döyüşdürmək üçün xoruz saxlama və bir əyləncə kimi xoruz döyüşdürməklə məşğul olma. Mollaxanadan qovulan gündən etibarən uşaq fikrini quşbazlıq, tazıbazlıq, xoruzbazlıq və bu kimi işlərə verərdi. H.Sarabski. xoruzbeçə is.\n1. Cavan xoruz, çolpa. [Aftil Hacı Əhmədə:] Budur, sən hər gün xoruzbeçə yeyirsən, mənim uşaqlarım bir çuxur bulama da tapa bilmir. C.Cabbarlı. [Rüstəm Səkinəyə:] Qaraşı çağır, qoy xoruz-beçədən də üç-dördünü kəssin, çığırtma düzəlt. M.İbrahimov.\n2. məc. Qışqırıqçı, davakar. [Fatma xanım:] Səni öyrədənin ciyəri dağlansın, mənə xoruzbeçə deyirsən! N.Vəzirov. xoruzgöz sif. Yetkin, cavan, yeniyetmə; zirək. Çay aşağı getmərəm; Çadramı yellətmərəm; Xoruzgöz oğlan gərək; Dul kişiyə getmərəm. (Bayatı). [Həcər:] Mənə xoruzgöz, bığıburma .. bir oğlan lazımdır. “Həcər xanım”. xoruzgülü is. bot. Tünd-qonur rəngdə yoğun və qısa kökümsov gövdəsi olan irisalxımlı, sarıçiçəkli çoxillik bitki. Xoruzgülü çoxillik bitki olub, tünd-qonur, yoğun və qısa kökümsov gövdəyə malikdir. Yarpaqlarının kənarı hamardır. Gövdəsinin təpələrində yerləşmiş qızılı sarı rəngli böyük və gözəl çiçəkləri vardır. R.Əliyev. ..Bəhərli qara tut ağaclarının ətrafındakı ləklərdə xoruzgülü, mixəkgülü şitilləri əkilmişdi. İ.Qasımov. xoruzquyruğu bax. xoruzpipiyi. Bir neçə dəqiqədən sonra iki stəkan xoruzquyruğu çay gəldi. M.Hüseyn. xoruzlanma “Xoruzlanmaq”dan f.is. xoruzlanmaq f. Kişilənmək, kəkələnmək, şəşələnmək; qızışmaq, özündən çıxmaq. [Güldəstə:] Hünərindi get, bu sözləri Rzaquluya de. Bizim yanımızda xoruzlanmaq bir çətin iş deyil. N.Vəzirov. Məsələnin nə yerdə olduğunu bilmək istəmədən Qüdrətin üstünə xoruzlanan Mirzəyevi buradakılardan heç birinin görən gözü yox idi. M.Hüseyn. xoruzpipiyi sif. Qırmızı, pürrəng. Qarının buğlana-buğlana gətirdiyi qayğanaqdan doyunca yedilər, onun da üstündən iki-üç stəkan xoruzpipiyi çay içdilər. M.Hüseyn. Üç yoldaş termosdan tökdüyümüz buğlanan tünd “xoruzpipiyi” çaydan içə-içə söhbət edirdik. M.Rzaquluzadə. xorvat is. Yuqoslaviyanın tərkibinə daxil olan Xorvatiyanın əsas əhalisini təşkil edən cənubi slavyan xalqı və bu xalqa mənsub adam. xorvatca sif. və zərf Xorvat dilində. Xorvatca kitab. Xorvatca danışmaq. xosunlaşma is. dan.\n1. “Xosunlaşmaq”dan f.is.\n2. Gizli danışıq, pıçapıç, dedi-qodu. [Qəhrəman:] Ancaq orada xosunlaşma, ümumi işi axsatmaq olmasın. Ə.Vəliyev. xosunlaşmaq f. dan. Heç kəsə eşitdirmədən bir-birilə gizli-gizli, pıç-pıç danışmaq, pıçıldaşmaq. Gün çırtadı, göz qamaşdı; Araz mənlə xosunlaşdı.. Şəhriyar. Əlində çatı, buzovu mala qatan arvadlar bir-birini görən kimi xosunlaşırdılar. İ.Şıxlı. xoş sif. [fars.]\n1. Ürəyəyatan, xoşlandıran, xoşagələn, bəyənilən, yaxşı, gözəl. Xoş xasiyyət. Xoş təbiət. Xoş səda. – [Quşların] ..xoş avazları cütçünü həvəsə gətirdi. S.S.Axundov. [Xədicə] olduqca xoşsöhbət, eyi təbiətli, geniş qəlbli, munis və mehriban bir qız idi. S.Hüseyn. Yazın ilıq nəfəsində; Yasəmənin xoş ətri var.. N.Rəfibəyli. // Ruhu oxşayan, ləzzət verən, səfalı, nəşəli. Xoş bir yel insanı oxşayır, köksünə sirli bir fərəh doldururdu. Çəmənzəminli. Buradan binanın o biri həyətinə xoş bir mənzərə açılırdı. M.Hüseyn. Günortaya qədər ürəkaçan xoş bir hava vardı. M.Rzaquluzadə. // Mehriban, könlü oxşayan, ürəyəyatan. Xoş baxış. – Tanrı səni xoş cəmala yetirmiş; Səni görən aşıq əqlin itirmiş. Qurbani. Eldarın xoş bir əda ilə: – Buyurun, buyurun! – dediyini eşitdim. M.Rzaquluzadə. Mehriban əlində tayqulp uzaqdan xoş dillə sözə başladı. M.Süleymanov. // Gözəl, yaxşı, fərəhli, xoşbəxt. Xoş gələcək. Xoş dövran. Xoş çağ. – Gör dünənim hara, bu günüm hara; Aparır daha xoş gözəl çağlara. B.Vahabzadə.\n2. Xoşa şəklində klas. – bax. xoş halına! Xoşa o aşiqə kim, məclisində yarı ola; Vüsali-yardə fərxəndə ruzigarı ola. S.Ə.Şirvani.\n3. Xoşdur şəklində – yaxşıdır, gözəldir. [Nüşabə:] Belə işlərdə mətanət xoşdur; Hələlik incə siyasət xoşdur. A.Şaiq. Xoşdur səhər nəğməsi; Səhərin oyaq səsi; Axşamın havasından! M.Müşfiq.\n4. Xoşla şəklində zərf – könüllü (olaraq), zorsuz, öz razılığı ilə, öz xoşu ilə. Xoşla iş görmək. – [Daşdəmir İnciyə:] Səni onsuz da Aydəmirə xoşla verməyəcəklər. C.Cabbarlı. [Baxış bəy] istər zorla, istər xoşla ələ saldığı adamların sayını artırmağı özünə xüsusi məharət və şöhrət sanırdı. Ə.Abasov. ‣ Xoş gəldin – 1) biri ilə görüşəndə, bəzən də ayrılanda işlədilən ifadə. Əzizim, səfa gəldin; Xoş gəldin, səfa gəldin; Nə mən öldüm qurtardım; Nə sən insafa gəldin. (Bayatı); 2) çıx get, rədd ol, gedə bilərsən mənasında ifadə. [Yaşlı kişi:] Əgər həmin qulluqçu ikinci dəfə də belə bir unutqanlıq etsə idi, [tacir] haqq-hesabını verməklə “xoş gəldin” deyib qovardı. S.Hüseyn. Xoş gəlibsən (gəlmisən); xoş gəlib, səfa gətirmisən – gələnə söylənilən mehriban salam ifadəsi. [Mirzə Mustafa:] Sən xoş gəlmisən, əzizim, səfa gətirmisən. E.Sultanov. [Yusif:] Xoş gəlibsən, Pərzad nənə. N.Nərimanov. [Nisəbəyim xanım:] Əleykəssalam, xoş gəldin, səfa gətirdin. Əyləş görək, balam, sən hara, bura hara. M.S.Ordubadi. Xoş gəlmək – bax. xoşuna gəlmək. [Asya:] Yox, yox, çox xoş gəlir. Elə ona görə də məni bir sayaq qəm basır, qüssə eləyirəm. Ü.Hacıbəyov. Qocadan eşitdiyi bu tərif Nərgizə elə xoş gəldi ki, burnunu çəkib başını uca tutdu. Ə.Məmmədxanlı. Xoş gördük! – salam ifadəsi. [Atakişi:] Babakişi, sənsən? A kişi, xoş gördük, dayan bir səni qucaqlayım.. C.Cabbarlı. [Gülara:] Xoş gördük, vəfasız dost! İ.Əfəndiyev. [Nisə xanım:] A, xoş gördük Ayaz! Ə.Məmmədxanlı. Xoş halına! – bəxtəvər, bəxtəvər başına (istehza ilə). [Nazlı:] Dayə, – dedi, – xoş halına. Yaxşı ki, o mələk sənin qəlbini viranə bağa döndərməmişdir... Çəmənzəminli. [Gülöyşə Hidayətə:] Vallah, yaxşı oğulsan, xoş halına Çiyələyin. B.Bayramov. Xoş keçmək – çox yaxşı keçmək, şən keçmək, rahat keçmək. Nə xoş keçir bu şən gün; Atlanan gün, düşən gün; Ağlım başımdan oynar; Yar yadıma düşən gün. (Bayatı). Quzu mələr yaylağında; Xoş keçir halı dağların. Aşıq Şəmşir. Xoşa gəlmək – bəyənilmək, ürəyə yatmaq, ləzzət vermək. Kəklik kimi sən qəhqəhə çalanda; Xoşa gəlir o səndəki dil, Cahan! Aşıq Abdulla. Xoşuna (xoşu) gəlmək – bəyənmək, ürəyincə olmaq, ürəyinə yatmaq. [Məşədi İbad:] İndi mən papağımı nə cür qoyum ki, qızın xoşuna gəlsin?.. Ü.Hacıbəyov. Təzə qırmızı donu Nərgizin çox xoşuna gəldi. Ə.Məmmədxanlı. xoşab is. [fars.] Su və şəkərlə bişirilmiş meyvəli şərbət; kompot. Fikirləşirlər ki, həmin pula bir küpə xoşab alsınlar ki, aparıb kənddə satsınlar. “M.N.lətif.” xoşagedən bax. xoşagələn. xoşagetməz sif. və zərf Xoşa gəlməyən, ürəyə yatmayan, arzuedilməz; pis, çirkin. Xoşagetməz hadisə. Xoşagetməz hərəkət. Xoşagetməz səs. xoşagetməzlik is. Xoşa getməmə; xoşagetməz şeyin halı. xoşagələn sif. Ürəyəyatan, insanda xoş əhval-ruhiyyə yaradan, xoş, bəyənilən. Xoşagələn şeir. Xoşagələn parça seçmək. – Qoltuğunda kitablar, körpə qəlbində qəmlər; Qiymət dəftərçəsində xoşagələn rəqəmlər. S.Rüstəm. [Əlikram:] Dil ətdəndir, Şeyda, o qədər xoşagələn söz, fikir demək olar ki... B.Bayramov. // Gözəl, qəşəng, məlahətli. Xoşagələn səs. xoşagəlim (=xoşagəlimli) sif. Gözə xoş gələn, xoşsifət, qanışirin, gözəşirin, yapışıqlı. [Qızın] ağ, xoşagəlim sifəti, qaynar ala gözləri vardır, kiçik burnunun ucu azca yuxarı dikəlmişdir. V.Şıxlı. // Gözəl, qəşəng. Xoşagəlim mənzərə. Xoşagəlim yer. Xoşagəlim səs. xoşagəlimli (=xoşagəlim) sif. Gözə xoş gələn, xoşsifət, qanışirin, gözəşirin, yapışıqlı. [Qızın] ağ, xoşagəlim sifəti, qaynar ala gözləri vardır, kiçik burnunun ucu azca yuxarı dikəlmişdir. V.Şıxlı. // Gözəl, qəşəng. Xoşagəlim mənzərə. Xoşagəlim yer. Xoşagəlim səs. xoşagəlimlilik is. Xoşagəlimli şeyin, ya şəxsin halı; gözəllik, qəşənglik, cazibədarlıq; cazibə, məlahət. xoşagəlməyən bax. xoşagəlməz. [Fərrux və Qurban] tez-tez xoşagəlməyən, ürəkbulandıran xəbər eşidirdilər. Ə.Vəliyev. xoşagəlməz sif. Xoşa gəlməyən, istənilməyən, bəyənilməyən, arzu edilməyən, adamda pis təsir oyadan; xoşagetməz, iyrənc, çirkin. Xoşagəlməz hadisə. Xoşagəlməz hərəkət. – Cahandar ağa Əşrəfin bu işlərə necə münasibət bəsləyəcəyini bilməsə də, hər halda xoşagəlməz, könül bulandıran söhbət eşitmək istəmirdi. İ.Şıxlı. xoşagəlməzlik is. Xoşa gəlməyən şeyin halı; pislik, çirkinlik. xoşahəng sif. [fars.] Aralarında xoş, uyğun ahəng, uyğunluq olan. Xoşahəng səslər. xoşahənglik is. Aralarında xoş ahəng, uyğunluq, müvafiqlik. Boyaların xoşahəngliyi. Avazın xoşahəngliyi. – Bir neçə müxtəlif və əlvan rəngin xoşahəngliyi .. də rəng estetikasına aiddir. A.Qazıyev. xoşaxoş zərf Öz xoşu ilə, istəyərək, həvəslə, ürəklə. Xoşaxoş deyilənə əməl etmək. xoşaxoşluq (=xoşamxoşluq) zərf Öz xoşu ilə, istəyilə, könüllü olaraq, istəyərək. [Sultan bəy:] Süleymanı görsəm deyəcəyəm ki, Əsgərə xəbər versin ki, gəlib qızı götürüb qaçsınlar; yoxsa, görünür ki, xoşaxoşluq ilə getməyəcəkdir. Ü.Hacıbəyov. [Hacı Əli:] Hörmətli ağalar! Məmmədəli Mirzəyə məşrutəni elan etməkdən çətin dərd ola bilməz. O, xoşamxoşluq ilə bu işi etməyəcəkdir. P.Makulu. xoşamxoşluq (=xoşaxoşluq) zərf Öz xoşu ilə, istəyilə, könüllü olaraq, istəyərək. [Sultan bəy:] Süleymanı görsəm deyəcəyəm ki, Əsgərə xəbər versin ki, gəlib qızı götürüb qaçsınlar; yoxsa, görünür ki, xoşaxoşluq ilə getməyəcəkdir. Ü.Hacıbəyov. [Hacı Əli:] Hörmətli ağalar! Məmmədəli Mirzəyə məşrutəni elan etməkdən çətin dərd ola bilməz. O, xoşamxoşluq ilə bu işi etməyəcəkdir. P.Makulu. xoşallanma “Xoşallanmaq”dan f.is. xoşallanmaq f. Bir şeydən xoş təsir duymaq, ləzzət aparmaq, nəşə duymaq, xoş hisslər duymaq. Oğlan yeyə-yeyə qulaq asır, qəlbində xoşallanır, sevinirdi. Çəmənzəminli. Bu şaxtalı gecənin yarısında od onları xoşallandırdı. S.Rəhimov. [Budaq:] Anam əllərini gəzdirdikcə yorğunluğum çıxır, xoşallanırdım. Ə.Vəliyev. xoşalma “Xoşalmaq”dan f.is. xoşalmaq f. Xoş olmaq, yaxşılaşmaq, mülayimləşmək. Bəziləri bu il havaların birdən-birə xoşalıb qızışmasını yazın tez gəlməsi kimi izah edir. M.İbrahimov. xoşam-xoşam bax. xoşaxoşluq. xoşavaz (=xoşavazlı) sif. [fars.] Məlahətli səsi olan, xoşsəsli, gözəl səsli. [Çaqqal:] Dedi kim, ey xurusi-xoşavaz; Düş aşağə, qılaq xudaya namaz. S.Ə.Şirvani. Məşədi İsmayıl xoşavaz bir adamdır və ucadan “Mahur” havasilə “putuluk, fusuluk” oxuya-oxuya küçələri dolanar. C.Məmmədquluzadə. Mən nə bilim qarğa xoşavazmış? Bayquşa bayquş demək olmazmış? M.Möcüz. xoşavazlı (=xoşavaz) sif. [fars.] Məlahətli səsi olan, xoşsəsli, gözəl səsli. [Çaqqal:] Dedi kim, ey xurusi-xoşavaz; Düş aşağə, qılaq xudaya namaz. S.Ə.Şirvani. Məşədi İsmayıl xoşavaz bir adamdır və ucadan “Mahur” havasilə “putuluk, fusuluk” oxuya-oxuya küçələri dolanar. C.Məmmədquluzadə. Mən nə bilim qarğa xoşavazmış? Bayquşa bayquş demək olmazmış? M.Möcüz. xoşavazlıq is. Xoşsəslilik, səsdə məlahət. xoş-beş is. Salamlaşma zamanı birbirindən kef-əhval soruşma. Xoş-beşdən sonra qonaq Ataşın əmisinin adını çəkib ondan gətirdiyi kağızı verdi. Ə.Vəliyev. [Hacı Ağakərim:] Bəs sənin dayına salamın, xoş-beşin hanı, ədəbsiz! S.Rəhman. [Vahidov Şeydaya:] Xoş-beşin sonraya qalsın. Ə.Məmmədxanlı. • Xoş-beş etmək (eləmək) – salamlaşmaq, kef-əhval soruşmaq. [Qoca nəvəsinə:] Ta onda nə durub üzümə baxırsan, xoş-beş elədik, bəsdir, get işində ol, çünki bu dünyada hər şeydən birinci işdir... Ə.Məmmədxanlı. Ağsaqqal həkim tez otağa girdi, Nənəqız ayağa qalxdı və ona xoş-beş elədi. S.Rəhimov. [Müəllim] Büləndlə xoş-beş etdikdən sonra yenə qayıdıb öz işinə məşğul oldu. Ə.Əbülhəsən. xoşbəxt sif. [fars.] Bəxti gətirmiş, taleli, bəxtli, sevinc və rifah içində yaşayan. [Ağca xanım Qaraca qıza:] Ah, sən xoşbəxt uşaqsan. Mənim kimi dustaq olmayıb özün üçün bağda azad gəzirsən. S.S.Axundov. [Hacı:] Bir övrət, bir qızım, iki cavan oğlum, özüm xoşbəxt. C.Cabbarlı. Dünyada sanardım əbədi ömrümü xoşbəxt; Öpsəydim əgər bir də mübarək qədəmindən. Ə.Vahid. // Bəxti gətirən, uğurlu. Xoşbəxt oyunçu. Xoşbəxt adamdır. // Məsud, bəxtəvər, səadətli. [Xaqani:] Mən sənin eşqinlə qanadlanıram; Səninlə özümü xoşbəxt sanıram. M.Rahim • Xoşbəxt etmək – xoşbəxtliyə, səadətə çatdırmaq, səadət vermək, məsud eləmək. Uşaqlarını xoşbəxt eləmək. – [Lütfəli:] Gözəl Şəfiqə, səni sevirəm, məni xoşbəxt elə. İ.Musabəyov. [Muxtar Firəngizə:] Mən heç güman eləmirəm ki, .. böyük vəzifədə olan arvad ərini xoşbəxt eləyə bilsin. B.Bayramov. • Xoşbəxt olmaq – istəyinə çatmaq, arzusu yerinə yetmək, məsud olmaq, ürəyində nisgil qalmamaq. Xoşbəxt ol (olsun, olsunlar) – xoşbəxtlik, səadət arzusu bildirir. [Bəhram:] Sara üçün də bir yaxşı ər tapmağa səy edərəm ki, o da xoşbəxt olsun. C.Cabbarlı. [Vaqif:] Allah başa versin, xoşbəxt olun siz! Belə, kəklik kimi cüt gəzəsiniz. S.Vurğun. [Ana:] Hamının yanında qızlarımı təriflədi: – Ağıllı uşaqlardır. Xoşbəxt olsunlar! M.Hüseyn. Allah xoşbəxt eləsin! – səadət, xoşbəxtlik arzusu. Şükufələnmiş güllər nəsimin dəyməsindən enib-qalxdıqca Gülsümün vidasına cavabən “Get, Allah səni xoşbəxt eləsin!” – deyirdilər. Ə.Haqverdiyev. [Səlim qızına:] Get, qızım, Allah səni xoşbəxt eləsin. C.Cabbarlı.\n2. Xoş, uğurlu. [Dürrətülbağdad:] ..Hazırda möhtərəm Fəxrəddinin gəlməsi ilə özümü Bağdadın ən xoşbəxt qadını hesab edirəm. M.S.Ordubadi. xoşbəxtlik is.\n1. Həyatından son dərəcə məmnunluq, dərin razılıq və sevinc hissi, səadət. Ailə xoşbəxtliyi. Xalqın xoşbəxtliyi. // Bu hissin bu və ya başqa bir şəkildə təzahürü. Əziz balalar! ..Mində birimizin üzünə xoşbəxtlik günü doğub minmin bəlalərdən xilas olub da hazırdakı dərəcəyə çatdıq. N.Nərimanov. Ağabalanın bu xoşbəxtliyinə bütün şagirdlər həsəd aparardı. Çəmənzəminli. [Qətibə:] Bugünkü vəziyyətin şəklini dəyişmədən xoşbəxtlik məsələsini meydana atmaq xəyalpərəstlikdir, hissiyyatpərvərlikdir, bunların heç birisindən xoşbəxtlik ummaq olmaz. M.S.Ordubadi. • Xoşbəxtlik üz vermək – taleyi gətirmək, bəxti gətirmək, bəxti üzünə gülmək. [Tapdıq:] Bəlkə yenə xoşbəxtlik üz verdi. Ə.Əbülhəsən. Qafar Xəlilova 1951ci ildə böyük xoşbəxtlik üz verdi. Ə.Sadıq.\n2. Xoşbəxtlikdən şəklində ara s. mənasında – məmnunluq ifadə edir. Xoşbəxtlikdən, heç kəsə xətər toxunmadı. – Kosa yerə çöküb o tərəf-bu tərəfə boylandı, xoşbəxtlikdən, heç kəs onu görməmişdi. S.Rəhimov. Xoşbəxtlikdən, gəmidə mama tapıldı. S.Vəliyev. Bu dəfə, xoşbəxtlikdən, Zərqələmin anası da qızının uşaq evinə getməsinə razılıq verdi. Ə.Sadıq. xoşbəniz bax. xoşsifət(li). xoşbu (=xoşbuy) sif. [fars.] klas. Xoşiyli, ətirli, rayihəli, ətirsaçan. İstəmən firdos bağinin güli-xoşbusini; Dünya bağında güli-ruxsarin ondan yaxşıdır. Xətayi. Seyr qıl arizini, kim güli-xoşbu kimidir; Bədəni naziktər, sinəsi pərqu kimidir. Aşıq Pəri. xoşbuy (=xoşbu) sif. [fars.] klas. Xoşiyli, ətirli, rayihəli, ətirsaçan. İstəmən firdos bağinin güli-xoşbusini; Dünya bağında güli-ruxsarin ondan yaxşıdır. Xətayi. Seyr qıl arizini, kim güli-xoşbu kimidir; Bədəni naziktər, sinəsi pərqu kimidir. Aşıq Pəri. xoşca zərf Xoş, xoşa gələn tərzdə. Xoşca gülümsəmək. Xoşca danışmaq. Xoşca bir söz demək. xoşçəkim (=xoşçəkimli) sif. Çəkiləndə xoş təsir bağışlayan, ləzzət verən, nəşə verən. Mən də [papirosun] birini eşdim. Doğrudan da, tütün çox ətirli və xoşçəkim idi. M.Rzaquluzadə. xoşçəkimli (=xoşçəkim) sif. Çəkiləndə xoş təsir bağışlayan, ləzzət verən, nəşə verən. Mən də [papirosun] birini eşdim. Doğrudan da, tütün çox ətirli və xoşçəkim idi. M.Rzaquluzadə. xoşdil (=xoşdilli) sif. Dili xoş, şirindilli, ürəyiaçıq. ..Hamı müsəlmanlar sənin kimi .. xoşdil ola idilər. Ü.Hacıbəyov. xoşdilli (=xoşdil) sif. Dili xoş, şirindilli, ürəyiaçıq. ..Hamı müsəlmanlar sənin kimi .. xoşdil ola idilər. Ü.Hacıbəyov. xoşəhval (=xoşəhvallı) sif. [fars. xoş və ər. əhval] Xoşxasiyyətli, xoştəbiət, yumşaq, xoşqılıq, əhvallı. Xoşəhvallı adam. – Mirzə Abbasqulu ortaboylu, xoşsifət, xoşəhval və şirinsöhbət bir kişi idi. M.Tahirli. xoşəhvallı (=xoşəhval) sif. [fars. xoş və ər. əhval] Xoşxasiyyətli, xoştəbiət, yumşaq, xoşqılıq, əhvallı. Xoşəhvallı adam. – Mirzə Abbasqulu ortaboylu, xoşsifət, xoşəhval və şirinsöhbət bir kişi idi. M.Tahirli. xoşəxlaq (=xoşəxlaqlı) sif. Yaxşı əxlaqlı, gözəl xasiyyətli, xoşxasiyyət. Xoşəxlaq adam. – [Rza:] Xoşəxlaq, ünsiyyət sevən, zəhmətə dözən olduğundan heç kəs ondan pis bir söz danışmazdı. M.İbrahimov. xoşəxlaqlı (=xoşəxlaq) sif. Yaxşı əxlaqlı, gözəl xasiyyətli, xoşxasiyyət. Xoşəxlaq adam. – [Rza:] Xoşəxlaq, ünsiyyət sevən, zəhmətə dözən olduğundan heç kəs ondan pis bir söz danışmazdı. M.İbrahimov. xoşəxlaqlılıq is. Xoşəxlaq adamın keyfiyyəti, əxlaq gözəlliyi, əxlaqca yaxşılıq. xoşəməl sif. Təmiz, əxlaqlı. Xoşəməl adam. xoşətir [fars. xoş və ər. ətr] bax. xoşbu(y). xoşfikir (=xoşfikirli) [fars. xoş və ər. fikir] bax. xoşniyyət(li). xoşfikirli (=xoşfikir) [fars. xoş və ər. fikir] bax. xoşniyyət(li). xoşgəldin xoşgəldin eləmək – gələnə “xoş gəldin!” deyərək salamlaşmaq. [Nuriyyə:] Əynində güllü xalat, başında ağ haşiyəli bənövüş kəlağayı, .. yumru bir qadın qabağımıza yeriyərək mənə xoşgəldin elədi. İ.Əfəndiyev. Tahirzadə elə bil çoxdan dayanıb onları gözləyirdi. Xoşgəldin elədi. Mir Cəlal. Qonaq ilə ev sahibi yerlərində oturandan sonra əvvəlcə sərdar qonağa xoşgəldin elədi. P.Makulu. xoşgöftar [fars.] bax. xoşkəlam. xoşgün (=xoşgünlü) bax. xoşgüzəran(lı). xoşgünlü (=xoşgün) bax. xoşgüzəran(lı). xoşgüzəran (=xoşgüzəranlı) sif. [fars.] Güzəranı, həyatı xoş keçən, yaxşı yaşayan. [Hacı Kərim zərgər:] Cənab şair, bərfərz ki, bizim hər birimizdə bir təqsir var ki, sənətindən bəhrəyab olmur, bəs sən niyə öz sənətindən xoşgüzəran deyilsən? M.F.Axundzadə. xoşgüzəranlı (=xoşgüzəran) sif. [fars.] Güzəranı, həyatı xoş keçən, yaxşı yaşayan. [Hacı Kərim zərgər:] Cənab şair, bərfərz ki, bizim hər birimizdə bir təqsir var ki, sənətindən bəhrəyab olmur, bəs sən niyə öz sənətindən xoşgüzəran deyilsən? M.F.Axundzadə. xoşhal sif. [fars. xoş və ər. hal] Halı, əhvalı xoş olan; şad, məmnun, razı. Çox olduqca qəmü dərdim, rəhi-eşq içrə xoşhaləm. Füzuli. [Zeyd:] Harun, bu nə haldır? Söylə, nə əhvaldır? Leyla sənin ilə bir yerdə; Məşğuli-xoşhaldır. Ü.Hacıbəyov. // zərf Mehribanlıqla, mülayim bir tərzdə. Kapitan gözaltı Kəyanə baxdı, onu utandırdığını sezdiyindən, xoşhal dönüb Cumaya əmr etdi. Ə.Əbülhəsən. • Xoşhal etmək (eləmək, qılmaq) – könlünü, xatirini xoş etmək, kefini açmaq, şadlandırmaq. Nədir qılmaz məni xoşhal dilbər bir pəyam ilə; Qəmindən sübh olunca qaldığım bidar bilməzmi? S.Ə.Şirvani. Komediyada oynayan cavanların cümləsi öz rollarını yaxşı yerinə yetirib, tamaşaya cəm olanları ziyadə fərəhnak və xoşhal etdilər. F.Köçərli. [Rüstəm bəy Sofyaya:] Niyə kədərlənməyim ki, gözümün işığı kimi istədiyim bir dilbəri şerimlə xoşhal edə bilmədim. Çəmənzəminli. Xoşhal olmaq – qəlbi, ürəyi açılmaq, sevinmək, şad olmaq. Həkim babanın nəvənəticəsi bu xəbərdən çox xoşhal oldu. S.Rəhimov. Rzanın xoşhal olduğunu görüb, Orxan tərifi bir az da artırdı. İ.Məlikzadə. xoşhallandırma “Xoşhallandırmaq”dan f.is. xoşhallandırmaq f. Fərəh gətirmək, şad etmək, sevindirmək, ürəyini açmaq. Təzəcə biçilib, lay-lay yerə sərilmiş otun xoş ətri palıd ağaclarının kölgəsində oturanları daha da xoşhallandırırdı. Ə.Əbülhəsən. Ətrafdakı hər şey insanı xoşhallandırıb, könlünü açırdı. M.Süleymanov. xoşhallanma “Xoşhallanmaq”dan f.is. xoşhallanmaq f. Kefi açılmaq, ürəyi açılmaq, şadlanmaq, sevinmək. Rüstəm kişi .. səsi eşidib xoşhallandı. M.İbrahimov. Ay sağ ol, – deyə Yusif xoşhallandı. B.Bayramov. Cahandar ağanın paltarı islandı, kişi bundan daha da xoşhallandı. İ.Şıxlı. xoşhallıq is.\n1. Məmnunluq, sevinc, fərəh, ürəyi açılma.\n2. Xoşhallıqla şəklində zərf – çox şad halda, razılıq, məmnunluq hissilə, məmnunluqla. Saçları ağarmağa başlayan Cəmilə çox xoşhallıqla başını tərpətdi və gülümsədi. S.Rəhimov. ..Yusifgil daha bir çox məsələlərdən danışıb razılığa gələndən sonra xoşhallıqla ayrıldılar. B.Bayramov. xoşxasiyyət (=xoşxasiyyətli) sif. [fars. xoş və ər. xasiyyət] Xoş, yumşaq, mülayim, yaxşı xasiyyəti olan. Xoşxasiyyət adam. – [Fərman] həm yaraşıqlı, həm bacarıqlı, həm də xoşxasiyyət adamdı. M.İbrahimov. O, mehriban, gülərüzlü; Xoşxasiyyət bir nənədir. M.Dilbazi. Ələddinin həyat yoldaşı Qızxanım da əri kimi xoşxasiyyət, üzügülər bir qadın idi. H.Seyidbəyli. xoşxasiyyətli (=xoşxasiyyət) sif. [fars. xoş və ər. xasiyyət] Xoş, yumşaq, mülayim, yaxşı xasiyyəti olan. Xoşxasiyyət adam. – [Fərman] həm yaraşıqlı, həm bacarıqlı, həm də xoşxasiyyət adamdı. M.İbrahimov. O, mehriban, gülərüzlü; Xoşxasiyyət bir nənədir. M.Dilbazi. Ələddinin həyat yoldaşı Qızxanım da əri kimi xoşxasiyyət, üzügülər bir qadın idi. H.Seyidbəyli. xoşxasiyyətlilik is. Xoşxasiyyət adamın təbiəti, xasiyyəti; yumşaqlıq, mülayimlik. xoşxassəli sif. [fars. xoş və ər. xassə] bax. xətərsiz. xoşxatir sif. [fars. xoş və ər. xatir]: xoşxatir olmaq – xoşnud olmaq, məmnun olmaq, razı qalmaq, ürəkdən şad olmaq. [Axund:] Sizə, şəxsən aşinalığım yox idisə də, xeyli əhsən demişəm, məmnun, xoşxatir olmuşam. Mir Cəlal. xoşxəbər [fars. xoş və ər. xəbər] bax. xeyirxəbər. ‣ Xoşxəbər olasan! (olasınız!) – bax. xeyirxəbər olasan! (olasınız!). [Qumru:] Xoşxəbər olasan, ay Sayalı xala! Mir Cəlal. xoşxət sif. [fars. xoş və ər. xətt] Yaxşı, gözəl xətti olan. xoşkəlam sif. [fars. xoş və ər. kəlam] Şirindil(li), xoşsöhbət, dilişirin. Əzziyəm, salam səni; Gördüm xoşkəlam səni. Əttar malı deyilsən; Pul tökəm, alam səni. (Bayatı). Göyçəkləri xoşkəlam, həm aşiqə ram; Vacibdi bizə duası Gürcüstanın. S.Ə.Şirvani. xoşqamət (=xoşqamətli) sif. [fars. xoş və ər. qamət] Gözəl boy-buxunu, qədd-qaməti, sərrast bədəni olan; boy-buxunlu. Əla, ey sərvixoşrəftar, xoşqamət, xudahafiz! Edər məşuqdən aşiq, budur adət, xudahafiz! Q.Zakir. xoşqamətli (=xoşqamət) sif. [fars. xoş və ər. qamət] Gözəl boy-buxunu, qədd-qaməti, sərrast bədəni olan; boy-buxunlu. Əla, ey sərvixoşrəftar, xoşqamət, xudahafiz! Edər məşuqdən aşiq, budur adət, xudahafiz! Q.Zakir. xoşqədəm (=xoşqədəmli) sif. [fars. xoş və ər. qədəm] Gəlişi ilə xoşbəxtlik gətirən, uğur gətirən; xeyirli, uğurlu; ayağıyüngül. Başına döndüyüm qasid xoşqədəm; Ərzimi get söylə canana, gəlsin. Aşıq Dilqəm. Oğul! Deyirəm ki, nə xoşqədəmsən; Doğulduğun gündən ağ gündəyəm mən. S.Rüstəm. xoşqədəmli (=xoşqədəm) sif. [fars. xoş və ər. qədəm] Gəlişi ilə xoşbəxtlik gətirən, uğur gətirən; xeyirli, uğurlu; ayağıyüngül. Başına döndüyüm qasid xoşqədəm; Ərzimi get söylə canana, gəlsin. Aşıq Dilqəm. Oğul! Deyirəm ki, nə xoşqədəmsən; Doğulduğun gündən ağ gündəyəm mən. S.Rüstəm. xoşqılıq sif. Xoşxasiyyətli, hamı ilə yola gedən, xoşrəftar. Xoşqılıq adam. – Günəşüzlü, şirinsözlü, xoşqılıq; Ləblərindən axar balı gözəlin. M.P.Vaqif. Otuz beş yaşlarında, ortaboy, xoşqılıq, qəşəng görkəmli Sona qapıda göründü. M.Süleymanov. Ümid necə xoşqılıq; Ümid necə işvəkar; O – bütün qıfıllara; Düşən sirli bir açar. B.Vahabzadə. xoşqılıqlıq is. Xoşxasiyyətlilik, xoşrəftarlıq. xoşlama “Xoşlamaq”dan f.is. xoşlamaq f. Zövqünə uyğun gəldiyi üçün bəyənmək, xoşuna gəlmək, ürəyinə yatmaq. [Gülçöhrə:] Bəs sən məni bir kərə görməklə xoşladın? Ü.Hacıbəyov. [Murad] Nigarı daha kiçik bir qız ikən xoşlamışdı. S.Hüseyn. // Xoşu gəlmək, sevmək, istəmək. [Doktor Qəbzibəy:] Siz hamınız bilirsiniz və görürsünüz ki, mən atı çox xoşlayanam. C.Məmmədquluzadə. Bayquş xaraba, gecəquşu qaranlıq sevən kimi, xain adamlar da xəlvəti xoşlarlar. M.İbrahimov. Balaca Kamal nənəsinin nağıllarını çox xoşlardı. M.Rzaquluzadə. xoşlandırma “Xoşlandırmaq”dan f.is. xoşlandırmaq f. Xoş əhval-ruhiyyə yaratmaq, sevindirmək, fərəhləndirmək, ürəyini açmaq. [Altunbay Solmaza:] Mən də səni daha artıq xoşlandırmaq üçün [Elxanın] füsunkar dilini dibindən kəsdirib atdıracağam. C.Cabbarlı. // Məmnun və razı etmək, həzz vermək, ləzzət vermək. xoşlanma “Xoşlanmaq”dan f.is. xoşlanmaq f. Baxıb həzz almaq, ürəyi açılmaq, sevinmək, fərəh duymaq. Qızın ala gözlərini, şümşad barmağını görən Kəblə Xeyransa xala çox xoşlanır. H.Sarabski. Qayınatasının son sözündən Zöhrə də xoşlanmışdı. Ə.Vəliyev. // Xoşu gəlmək, məmnun olmaq, xoşnud olmaq, ürəyinə yatmaq. O qədər xoşlanıram tüstüsü çıxcaq kababın; Ac pişik tək cumuram şövq ilə birbaşa ətə! M.Ə.Sabir. [Əbülhəsənbəy:] Səttar xanın bu söhbətdən xoşlanmadığını hiss etdim.. M.S.Ordubadi. Bilikli şagirdlərdən; Müəllim çox xoşlanır. M.Seyidzadə. xoşlanmalı sif. Sevinməli, fərəhlənməli, şadlanmalı; xoş, fərəhli. [Cahan:] A balam, ağlamalı günlər keçdi, indi isə sevinməli, xoşlanmalı günlərimiz gəlibdir! Ə.Haqverdiyev. xoşləhcə sif. [fars. xoş və ər. ləhcə] klas. bax. xoşkəlam. Müdir Fəxrəddinə müraciət edib dedi: – Qurban olum, bu qızı danışdırın, çox xoşləhcə qızdır. M.S.Ordubadi. xoşliqa sif. [fars. xoş və ər. liqa] klas. bax. xoşsurət(li). [Lətif şah:] Pəridən xoşliqa, qılmandan əla; Məlayikdən gördüm lütfkar səni. “Lətif şah”. [Tülkü qarğaya:] Nə gözəlsən, nə xoşliqasən sən; Yeri var söyləsəm: – hümasən sən. M.Ə.Sabir. xoşluq is.\n1. Xoşa gələn, ləzzət verən şeyin halı, xoş təsir. Havanın xoşluğu. – Havada xəfif bir sazaq var idisə də, yazın .. ilk yeli bu sazağa bir xoşluq verirdi. Çəmənzəminli. Aydınlığın xoşluğunda; Nə gözəlsən, sonam dəniz! R.Rza. // Məlahət, gözəllik; gözə, qulağa gözəl təsir bağışlayan, ürəyəyatan. Müğənninin səsinin xoşluğu. // Xoş əhval-ruhiyyə, şənlik, fərəh. • Xoşluq gətirmək – fərəh gətirmək, sevinc gətirmək. Bəndalı həmişə evə gələndə bir şənlik, xoşluq gətirərdi. Mir Cəlal.\n2. Xoşluqla şəklində zərf – öz xoşu ilə, yaxşılıqla, öz razılığı ilə; qalmaqalsız, zorsuz. Xoşluqla qəbul etmək. – [Əsgər:] [Gülçöhrə] xoşluq ilə ərə getməyə razı olmadı... Ü.Hacıbəyov. [Müəllim:] Siz də mövqeyinizi xoşluqla buraxmaq istəməyəcəksiniz. S.Hüseyn. [General:] Xoşluqla etməsə, nə gəlib zora? Biz ki gəlməmişik xoşluqla bura! B.Vahabzadə. ‣ Öz xoşluğu üçün – özünə xoş olmaq üçün, öz səadəti üçün, öz xeyri üçün. Öz xoşluğu üçün dünyalarca cinayətlərə səbəb olan bu adam, öz əməllərinin cəzasına çatdırılmışdı. P.Makulu. xoşməzac sif. [fars. xoş və ər. mizac] bax. xoşxasiyyət(li). Yüngül hərəkətli, xoşməzac Zəfərin görünüşü də xeyli dəyişmişdi, o arıqlamışdı. M.Süleymanov. xoşnəvis sif. [fars.] köhn. Yaxşı xətti olan; xəttat. xoşniyyət (=xoşniyyətli) sif. [fars. xoş və ər. niyyət] Niyyəti, məramı, məqsədi yaxşı olan; ürəyində kin, qərəz olmayan, ürəyitəmiz. Novruzəli və usta Zeynallar daxilən çox təmiz və xoşniyyət adamlardır. M.İbrahimov. xoşniyyətli (=xoşniyyət) sif. [fars. xoş və ər. niyyət] Niyyəti, məramı, məqsədi yaxşı olan; ürəyində kin, qərəz olmayan, ürəyitəmiz. Novruzəli və usta Zeynallar daxilən çox təmiz və xoşniyyət adamlardır. M.İbrahimov. xoşniyyətlilik is. Xoş, gözəl niyyət, yaxşı məqsəd güdmə, yaxşılıq etmək niyyətində olma; ürəyitəmizlik. xoşnud sif. və zərf [fars.] Razı, məmnun. Sən pozmusan mənim xoşnud halımı; Abbas sana nə edib, tanrı zalımı? “Abbas və Gülgəz”. [Fərman:] Bircə de görüm, əmim ağa ilə qohum olmaqdan xoşnuddurmu? Ə.Haqverdiyev. [Araz və Günəş] hər şeydə qənaətkar, hər zaman həyatlarından məmnun və xoşnud görünürlərdi. A.Şaiq. [Şah:] Sizi məşrutəçi cavanlar göndəriblər, mən də xoşnudam ki, məmləkətdə belə zəki cavanlar tapılır. C.Cabbarlı. • Xoşnud etmək – razı salmaq, məmnun etmək. Keçmiş vaxtlarda teatr işlərimiz və teatr nümayişlərimiz məni o qədər məmnun və xoşnud eləməzdi, nə qədər ki indi eləyir. C.Məmmədquluzadə. Xoşnud olmaq – razı düşmək, məmnun olmaq. Məndən təki ol xatirin olsun xoşnud; Şadəm ki, salır fələk bu zindanə məni. S.Ə.Şirvani. [Dərviş:] Bu dəliqanlılar məni dərdimin üstündə doğrayıb itlərə atsaydılar, baxtımdan çox xoşnud olardım.. A.Divanbəyoğlu. [Rəşid:] Anası xoşnud olur, zira nə qədər Qurbanquluya təklif etmişdisə də, rədd cavabı almışdı. T.Ş.Simurq. xoşnudluq is. Razılıq, məmnunluq; razı düşmə. Xoşnudluğundadır nəcatım; Ey mənşəi-cövhəri-həyatım! Füzuli. Bir tərəfdən, sağ-salamat sahilə çıxmış olduqlarından doğan xoşnudluq, o biri tərəfdən, taleyi üçün məsul olduğu bölüyü tezliklə toplayaraq artıq limandan uzaqlaşan batalyonu təqib etmək lazım gəldiyi fikri leytenantı dərhal özünə gətirdi. Ə.Əbülhəsən. xoşnudsuzluq is. Narazılıq, məmnunsuzluq. Qadın o saat dəyişildi, gözəl dodaqları büzüldü, qaşlar qalxdı, üzündə bir xoşnudsuzluq ifadəsi duyuldu. Çəmənzəminli. xoşrəftar (=xoşrəftarlı) sif. [fars.] Gözəl rəftarlı, adamlarla yaxşı rəftar edən; ünsiyyətli, mülayim. Cavahir xanımdan aldığı həzz xanın çöhrəsində həkk olunmuş daimi qəzəb izlərini silib aparmış, onu xoşrəftar, mülayim bir süfrə sahibinə çevirmişdi. Çəmənzəminli. Fatma ağıllı, xoşrəftar bir arvad idi. S.S.Axundov. xoşrəftarlı (=xoşrəftar) sif. [fars.] Gözəl rəftarlı, adamlarla yaxşı rəftar edən; ünsiyyətli, mülayim. Cavahir xanımdan aldığı həzz xanın çöhrəsində həkk olunmuş daimi qəzəb izlərini silib aparmış, onu xoşrəftar, mülayim bir süfrə sahibinə çevirmişdi. Çəmənzəminli. Fatma ağıllı, xoşrəftar bir arvad idi. S.S.Axundov. xoşrəftarlıq is. Xoşrəftar olma, rəftarı yaxşı olma; ünsiyyətlilik, rəftarda mülayimlik, münasibətdə xoşluq, yola getmə, ünsiyyət. Bu (1862-ci il) polojeniyanın hökmüncə .. hər iki sinfin (rəiyyətin və ağaların) mabeynində guya bir növ sülh və xoşrəftarlıq binası təsis olundu. F.Köçərli. xoşrəng (=xoşrəngli) sif. [fars.] Xoşagələn rəngi olan, rəngi xoş olan. Xoşrəng parça. Xoşrəng üz. – Hava gözəl olduğundan Gülzarın yanaqları daha da xoşrəng olub duru-al bir rəng almışdı. C.Cabbarlı. Dilbərin zülfi şəbi-yelda, cəmali çilçıraq; Ləbləri xoşrəng, vəsli abidar olsun gərək. M.Möcüz. xoşrəngli (=xoşrəng) sif. [fars.] Xoşagələn rəngi olan, rəngi xoş olan. Xoşrəng parça. Xoşrəng üz. – Hava gözəl olduğundan Gülzarın yanaqları daha da xoşrəng olub duru-al bir rəng almışdı. C.Cabbarlı. Dilbərin zülfi şəbi-yelda, cəmali çilçıraq; Ləbləri xoşrəng, vəsli abidar olsun gərək. M.Möcüz. xoşsəs (=xoşsəsli) bax. xoşavaz(lı). xoşsəsli (=xoşsəs) bax. xoşavaz(lı). xoşsəslilik bax. xoşavazlıq. xoşsifət (=xoşsifətli) sif. [fars. xoş və ər. sifət]\n1. Gözəl, göyçək, xoşsima, qanışirin. Abbas uzunboylu, nazikbədən, ağbənizli, alagözlü, xoşsifət bir uşaq idi. S.S.Axundov. Mən geri çəkilib, bu xoşsifət qadına müdirin stoluna yaxın durmaq üçün yol verdim. T.Ş.Simurq.\n2. məc. Gülərüzlü, xoşrəftar, nəvazişkar; xeyirxah, səmimi. Koroğlu baxdı ki, nalbənd çox xoşsifət bir kişidir. “Koroğlu”. Fərmanı sözün tam mənasında gülərüz və xoşsifət adlandırmaq olardı. Ə.Sadıq. Aslan bu xoşsifət adamları lap ilk gündən sevməyə başladı. S.Vəliyev. xoşsifətli (=xoşsifət) sif. [fars. xoş və ər. sifət]\n1. Gözəl, göyçək, xoşsima, qanışirin. Abbas uzunboylu, nazikbədən, ağbənizli, alagözlü, xoşsifət bir uşaq idi. S.S.Axundov. Mən geri çəkilib, bu xoşsifət qadına müdirin stoluna yaxın durmaq üçün yol verdim. T.Ş.Simurq.\n2. məc. Gülərüzlü, xoşrəftar, nəvazişkar; xeyirxah, səmimi. Koroğlu baxdı ki, nalbənd çox xoşsifət bir kişidir. “Koroğlu”. Fərmanı sözün tam mənasında gülərüz və xoşsifət adlandırmaq olardı. Ə.Sadıq. Aslan bu xoşsifət adamları lap ilk gündən sevməyə başladı. S.Vəliyev. xoşsifətlik is.\n1. Xoşsifət adamın halı.\n2. məc. Üzügülərlik, xoşrəftarlıq, mehribanlıq, nəvazişkarlıq, iltifat. Otağın rahat və uyğunluğundan, qulluqçunun safdil və gözəlliyindən başqa, student üçün bir ayrı məsələ də var: bu da xanımın xoşsifətliyidir. Çəmənzəminli. xoşsima (=xoşsimalı) sif. [fars. xoş və ər. sima] Siması (üzü) xoşa gələn; xoşgörkəm, göyçək, qanışirin. [Əmi] ucaboy, gərdənli, qarasaqqal, xoşsima bir kişi idi. N.Nərimanov. Nəriman böyüdükcə gözəllənib uca boylu, xoşsima, mövzun qədli bir oğlan olmuşdu. Ə.Haqverdiyev. xoşsimalı (=xoşsima) sif. [fars. xoş və ər. sima] Siması (üzü) xoşa gələn; xoşgörkəm, göyçək, qanışirin. [Əmi] ucaboy, gərdənli, qarasaqqal, xoşsima bir kişi idi. N.Nərimanov. Nəriman böyüdükcə gözəllənib uca boylu, xoşsima, mövzun qədli bir oğlan olmuşdu. Ə.Haqverdiyev. xoşsöhbət sif. [fars. xoş və ər. söhbət] Yaxşı müsahib, söhbətcil, söhbətindən ləzzət duyulan. Badisəba xanımın çox xoşsöhbət və zarafatcıl olduğu meydana çıxdı. Çəmənzəminli. [Hüsaməddin:] Əxi Fərrux o qədər sevimli və xoş əqidə, xoşsöhbət bir adamdır ki, mən onunla görüşdüyümün birinci saatında Gəncə ruhanilərindən gördüyüm təhqirləri tamamilə unutdum. M.S.Ordubadi. xoşsurət (=xoşsurətli) bax. xoşsima(lı). xoşsurətli (=xoşsurət) bax. xoşsima(lı). xoştale sif. [fars. xoş və ər. tale] Bəxtli, qismətli, bəxti üzdə olan; uğurlu. Xoştale imişsən ki, bu gün feyzi-hüzurum oldu sənə qismət. M.Ə.Sabir. xoştəb sif. [fars. xoş və ər. təb] Yaxşı təbi olan, istedadlı. ..Bizim də çox böyük, müqtədir və xoştəb milli şairlərimiz olubdur. F.Köçərli. xoştəbiət (=xoştəbiətli) sif. [fars. xoş və ər. təbiət] Yaxşı xasiyyətli, gözəl təbiətli, xoşqılıqlı. Hamı müsəlmanlar sənin kimi xoştəbiət ola idilər. Ü.Hacıbəyov. ..Dürdanə xanım xoştəbiətli, sadə ürəkli, nazik, bir qədər mövhumatçı bir adamdı. Ə.Əbülhəsən. xoştəbiətli (=xoştəbiət) sif. [fars. xoş və ər. təbiət] Yaxşı xasiyyətli, gözəl təbiətli, xoşqılıqlı. Hamı müsəlmanlar sənin kimi xoştəbiət ola idilər. Ü.Hacıbəyov. ..Dürdanə xanım xoştəbiətli, sadə ürəkli, nazik, bir qədər mövhumatçı bir adamdı. Ə.Əbülhəsən. xoştinət (=xoştinətli) sif. [fars. xoş və ər. tinət] klas. bax. xoştəbiət(li). Dedi kim, şəxs olsa xoştinət; Yaxşılıqdan müdam edər söhbət. S.Ə.Şirvani. xoştinətli (=xoştinət) sif. [fars. xoş və ər. tinət] klas. bax. xoştəbiət(li). Dedi kim, şəxs olsa xoştinət; Yaxşılıqdan müdam edər söhbət. S.Ə.Şirvani. xoşüz (=xoşüzlü)\n1. bax. xoşsima(lı). Gecə boylu bir qadındır ağrı çəkərək; Xoşüzlü bir uşaq kimi doğur səhəri. S.Vurğun.\n2. Xoşüzlə şəklində zərf – gülər üzlə, mehribancasına, nəvazişlə. Qonağı xoşüzlə qarşılamaq. Əsgərləri xoşüzlə qarşılamaq. – Zəfər baş geoloqu xoşüzlə qarşılayıb uzaqdan gülə-gülə sözə başladı.. M.Süleymanov. xoşüzlü (=xoşüz)\n1. bax. xoşsima(lı). Gecə boylu bir qadındır ağrı çəkərək; Xoşüzlü bir uşaq kimi doğur səhəri. S.Vurğun.\n2. Xoşüzlə şəklində zərf – gülər üzlə, mehribancasına, nəvazişlə. Qonağı xoşüzlə qarşılamaq. Əsgərləri xoşüzlə qarşılamaq. – Zəfər baş geoloqu xoşüzlə qarşılayıb uzaqdan gülə-gülə sözə başladı.. M.Süleymanov. xoşzahir (=xoşzahirli) sif. [fars. xoş və ər. zahir] Xarici görünüşü gözəl, xoşa gələn, üzdən yaxşı. Xalq məhkəməsinin katibi çolaq Mirzə Mustafa xoşzahir, bədbatin bir adam idi. E.Sultanov. Xoşzahir, bədbatin, vicdansız, alçaq; Necə qıydın, mənə ağlağan dedin? Aşıq Hüseyn. xoşzahirli (=xoşzahir) sif. [fars. xoş və ər. zahir] Xarici görünüşü gözəl, xoşa gələn, üzdən yaxşı. Xalq məhkəməsinin katibi çolaq Mirzə Mustafa xoşzahir, bədbatin bir adam idi. E.Sultanov. Xoşzahir, bədbatin, vicdansız, alçaq; Necə qıydın, mənə ağlağan dedin? Aşıq Hüseyn. xotkar is. tar. Hökmdar, başçı. Hər cümə günündən cümə gününə xotkar qızı Nigar xanım məscidə gedir. “Koroğlu”. İbrət et Ağaməhəmməd xandan, ey kəmtər gəda; Ta həyatın var ikən, nə şahə, nə xotkarə bax! M.P.Vaqif. Nə qızdan başlamısan? Guya bir xotkarın qızıdır! S.Rəhimov. xotkə bax. cürə3. xotuq is. Eşşək balası, qoduq. xov is. Bəzi parçaların, xalça və s. üzərində incə tükcüklər. xovlama “Xovlamaq”dan f.is. xovlamaq f. İpin, sapın xovunu təmizləmək. xovlu sif. Xovu olan, üstü xovla örtülü. Xovlu xalça. Xovlu parça. Xovlu dəsmal. – Xovlu fərməş bir neçə yerdən didilibyeyilmişdi, elə bil güvənin ağzından çıxmışdı, amma hələ rəngini itirməmişdi. İ.Məlikzadə. xovsuz sif. Xovu olmayan. Xovsuz xalçalar qrupuna palaz, kilim, sumaq, cecim, vərni, şəddə, zili daxildir. – Hazırda ən zəngin xovlu və xovsuz xalçalar və xalça məmulatı kolleksiyası Dövlət muzeyindədir. xoy is. [fars.] Xasiyyət, təbiət, xilqət. Atı at yanında bağlarsan, həmrəng olmasa da, həm xoy olar. (Ata. sözü). [Koroğlu:] Bir xələt biçərəm Eyvaz boyuna; İncimərəm xasiyyəti-xoyundan. “Koroğlu”. Əl işin, gül naxışın; Xoyun, xasiyyətin gözəl. Aşıq Ələsgər. xoylandırma “Xoylandırmaq”dan f.is. xoylandırmaq f. Xoylanmasına səbəb olmaq, şübhələndirmək. xoylanma “Xoylanmaq”dan f.is. xoylanmaq f. Şübhələnmək, şəkkə düşmək. [Dərviş:] Qoca kişi əvvəlkindən indi diqqət ilə mənə baxıb məndən xoylanan kimi oldu.. A.Divanbəyoğlu. xozeyin [rus.] Sahib, sahibkar, ağa. [Xəlil:] Salaməleyküm, xozeyinim buraya gəlməyib? N.Vəzirov. [Bir qrup fəhlə:] Lap günü sabah xozeyin özü donluğumuzu artıracaq. M.Hüseyn. xörək is. Bişirilib yeyilən şey, yemək, bişmiş. Ət xörəyi. Xəmir xörəyi. Xörək hazırlamaq. – Xörəyin yeyilməyi iki saat çəkdi... C.Məmmədquluzadə. Hacı Səmədin xörəyin üstündən çay içmək adəti idi. S.S.Axundov. Xarisə qızardılmış qiymədən hazırlanırdı və bütün cah-cəlallı toy məclislərinin süfrəsində birinci və ən vacib bir xörək idi... Ə.Məmmədxanlı. // Plov, aş. Qərənfil xala eyvanın buxarısında qaynayan balaca qazanın ağzını açdı, xörəyin dəmini aldı. Ə.Vəliyev. ‣ ...xörəyi deyil – bacarmaz, ...işi deyil, qabiliyyəti, gücü çatmaz. Məcidin bel tutmağından, dairə boyu gəzişə-gəzişə beli eyni xəttə tez-tez vurmağından Umud başa düşdü ki, kənkanlıq hər adamın xörəyi deyil. İ.Məlikzadə. xörəkbişirən is. Aşpaz. Toya xörəkbişirən dəvət edilib. xörəklik is. Xörəyə məxsus keyfiyyət. [İlham:] Şofer maşını qovsa, xörəkdə xörəklik qalmaz, axı! C.Gözəlov. xörəkpaylayan is. Gələnlərə yemək gətirən aşxana işçisi. Umud xörəkpaylayan caydaq oğlana əl elədi. İ.Məlikzadə. xötək is. Camış balası, balaq. Yetər xötək və buzovları bağlayırdı ki, qaçıb analarını əmməsinlər. Qantəmir. Qoyun, quzu, dana, xötək; Mal-qara da dolur dama. B.Vahabzadə. xristian [yun.]\n1. Xristian dininə mənsub adam, xaçpərəst. [Altun bay:] Sən də, Toğrul, xristian hərif, yaxın gəl.. C.Cabbarlı.\n2. Sif. mənasında. Xristian dini. Xristian kilsəsi. Xristian əhali. – Ətrafı sərvlərlə əhatə olunmuş bir xristian məzarlığı, səhnənin ucunda məzarçıya məxsus bir oda. H.Cavid. xristianlaşdırılma “Xristianlaşdırılmaq”dan f.is. xristianlaşdırılmaq məch. Xristian dini qəbul etdirilmək. xristianlaşdırılmış f.sif. Xristian dini qəbul etdirilmiş, xaçpərəst edilmiş. xristianlaşdırma “Xristianlaşdırmaq”dan f.is. xristianlaşdırmaq f. Hər hansı bir yerdə xristianlığı yaymaq, xristian olmayan xalqları xristian etmək, xaçpərəstliyi qəbul etdirmək. xristianlaşma “Xristianlaşmaq”dan f.is. xristianlaşmaq f. Xristian dinini, adət və ənənələrini, mədəniyyətini qəbul etmək, dönüb xristian (xaçpərəst) olmaq. xristianlaşmış f.sif. Xristian dininin tələblərinə və ənənələrinə uyğunlaşmış, dönüb xristian (xaçpərəst) olmuş. xristianlıq is.\n1. Eramızın birinci əsrində meydana gəlmiş din (bu din yerə enmiş və insanların nicatı üçün bütün əzab və əziyyətləri üzərinə götürmüş insan – İsaya inam əsasında qurulmuşdur); xaçpərəstlik. // Bu dinə mənsubluq.\n2. top. Xristianlar. xrizantem [yun.] Mürəkkəbçiçəklilər fəsiləsindən müxtəlif rəngdə çiçəkləri olan bəzək bitkisi; payızgülü. ..Qəzetlərə sarılmış qərənfil və xrizantem dəstələri açılıb hazırlandı. M.S.Ordubadi. [Lətifə] .. çiçək mağazasına getmiş, diqqətlə seçdiyi qərənfildən, ulduz çiçəklərindən, xrizantemdən bir dəstə bağlatmışdı. M.Hüseyn. xrom [yun. chroma – rəng]\n1. Kimyəvi element; açıq-boz rəngli bərk metal (metal məmulatın üstünü örtmək üçün bərk ərinti). Xromdan metallurgiyada paslanmayan polad, ferrixrom (dəmirlə xromun xəlitəsidir) hazırlanır. M.Qaşqay.\n2. Həmin metalın duzlarında aşılanmış yumşaq, nazik dəri və bu dəridən hazırlanmış. [Nağı:] Usta, sənə bir xrom sapoq mənim boynuma. “Aşıq Ələsgər”. [Qədirin] əynində sürməyi parçadan köynək və şalvar, ayaqlarında yumşaq xromdan uzunboğaz çəkmə vardı. İ.Əfəndiyev.\n3. Xrom turşusu duzlarından alınan sarı boya. xromatik sif.\n1. Xromatizm (1-ci mənada) hadisəsinə əsaslanan. Şüanın xromatik ayrılması.\n2. mus. Xromatizmə (2-ci mənada) əsaslanan, xromatizm nəticəsində əmələ gələn. Xromatik interval. Xromatik yarımton. – Yeddi əsas Azərbaycan ladının 12 pərdəli xromatik qammanın hər bir tonunda qurulması da 84 rəqəmini əmələ gətirir. Ü.Hacıbəyov. xromatizm [yun. chroma (chromatos) – rəng]\n1. fiz. Ağ şüanın müxtəlif rəngli şüalara ayrılma xassəsi.\n2. mus. Səsin yarımtonlar üzrə qalxması və ya enməsi. Səsləri zilləşdirən və ya bəmləşdirən işarələrə xromatizm və ya alterasiya işarələri deyilir. “İbtidai musiqi nəzəriyyəsi”. xromlama “Xromlamaq”dan f.is. xromlamaq f.\n1. Möhkəmlik, davamlılıq və ya yaraşıq vermək üçün metal əşyanın üzərinə xrom çəkmək. Maşın hissələrini xromlamaq.\n2. Xrom duzları ilə işləmək. xromlu sif. kim. tex. Xrom (1-ci mənada) qarışığı olan, tərkibində xrom olan. Xromlu boyalar. Xromlu polad. xromosom (=xromosumlar) [yun. chroma – rəng və soma – cisim] biol. Heyvan və bitki orqanizmlərinin hüceyrə nüvələrində olan və müvafiq surətdə boyadıldıqda aydın surətdə gözə görünən cisimciklər (xromosomlar hüceyrə nüvəsinin lazımi və daimi tərkib hissələridir, hüceyrənin maddələr mübadiləsində və orqanizmlərin əlamət və xassələrinin bir nəsildən başqa nəslə irsən keçməsində fəal iştirak edirlər). xromosumlar (=xromosum) [yun. chroma – rəng və soma – cisim] biol. Heyvan və bitki orqanizmlərinin hüceyrə nüvələrində olan və müvafiq surətdə boyadıldıqda aydın surətdə gözə görünən cisimciklər (xromosomlar hüceyrə nüvəsinin lazımi və daimi tərkib hissələridir, hüceyrənin maddələr mübadiləsində və orqanizmlərin əlamət və xassələrinin bir nəsildən başqa nəslə irsən keçməsində fəal iştirak edirlər). xromosfer [yun. chroma – rəng və spaira – kürə, şar] astr. Günəş tutulan zaman, onun ətrafında qırmızı haşiyə kimi görünən Günəş atmosferi təbəqələrindən biri. xronik sif. [yunancadan] Uzunsürən, çox davam edən; daimi. Xronik xəstəlik. – Qulağın otit adlanan irinli xəstəliyi çox müxtəlif müalicə üsulları ilə müalicə edilməsinə baxmayaraq, çox vaxt nəticəsiz qalıb xronik hala keçir. H.Tağıyev. xronika [yun. chronikos – vaxt]\n1. bax. salnamə.\n2. Siyasi, ictimai və ya ailə hadisələrinin tarixini ardıcıl surətdə təsvir edən rəvayət və ya dramatik əsər.\n3. Qəzetdə, jurnalda yerli xəbərlər şöbəsi. Məhkəmə xronikası. // Kinoda: gündəlik ictimai həyata həsr edilmiş şəkil. xronikaçı is. Qəzet, jurnal, radioteleviziya üçün yerli xəbər və materiallar toplayan qəzet və s. işçisi; müxbir. xronikal [yunancadan] Xronika mahiyyətində olan, xronikadan ibarət olan. xroniki bax. xronik. Spirtli içkilərin müntəzəm içilməsi alkoqolizm kimi xroniki xəstəliyə gətirib çıxarır. xronologiya [yun. chronikos – vaxt və logos] Tarixi ardıcıllıq. [“Hophopnamə”] 1934-cü il çapından fərqli olaraq, bu nəşrdə xronologiya əsas alınmış, əsərlər janrına və yazılma tarixinə görə qruplaşdırılmış, hər fəslin axırında isə “illəri məlum olmayan” əsərlər verilmişdir. M.Məmmədov. xronometr [yun. chronos – vaxt və metreo – ölçürəm] Astronomların, geodeziyaçıların, dənizçilərin işlətdiyi xüsusi dəqiq saat növü. xronometraj [yun. chronos – vaxt və metreo – ölçürəm] Əmək prosesləri müddətinin saniyəölçən vasitəsilə dəqiq ölçülməsi (müəssisələrdə, istehsalatda əməyin normalaşdırılmasında tətbiq olunur). xronometrajçı Xronometraj aparan şəxs. xronometrajlama “Xronometrajlamaq”dan f.is. xronometrajlamaq f. Xronometraj vasitəsilə ölçmək. xronoskop [yun. chronos – vaxt və skopeo – baxıram] Son dərəcə qısa (saniyənin mində birinə qədər) vaxtları ölçmək üçün elektrik saatı. xu is. [fars.] klas. bax. xoy. Çox gözəlsən, amma xuyundur yaman; Baxmazsan üzümə mənim çox zaman. M.P.Vaqif. Duzlu hekayətin, nəməki sözün; Pəsəndidə xülqü xuyun istərəm. Q.Zakir. xub sif. və zərf [fars.] klas.\n1. Yaxşı, gözəl, xoş. Gümüş kəmər xub yaraşır belinə; Yaxası qızıldan düymələnibdi. Aşıq Ələsgər. // Yaxşıca, bərk, əməlli-başlı. Xub yeyibiçdilər. Xub əzişdirdilər.\n2. is. məc. Gözəl, dilbər. [Qərib:] Bir əl vurun, xublar girsin oyuna; Mən qurbanam qamətinə, boyuna. “Aşıq Qərib”. Vaqif səni sevdi xublar içində; Bir taza qonçasan gülzar içində. M.P.Vaqif.\n3. “Yaxşı”, “razıyam” mənasında (razılıq bildirir). [Miraxur:] Xub, Şah Abbas o vəqtdə padşah idi. Hökmü bizə rəvan idi. M.F.Axundzadə. xubluq is. klas. Gözəllik, göyçəklik. [Kərəm:] Camalın xubluğu mat elər şahı; Göylərə dayanır aşığın ahı. “Əsli və Kərəm”. Əl işin, gül naxışın; Xoyun, xasiyyətin gözəl; Xubluğun, yaraşığın; Aldığın baratın gözəl. Aşıq Ələsgər. Nə gözəl çəkilib qəddü qaməti; Xubluğu mahala car, bizə gəldi. Aşıq Hüseyn. xubru sif. [fars.] klas. Gözəlüzlü, göyçək, qəşəng, xoşbəniz. [Hərəmlərin] cümləsindən iki nəfər dilbəri-xubru ki, xilafirizaları ilə şahın hərəmxanəsinə düşmüşdülər, qayət şərm ilə və ahəstə səslə ərz etdilər.. M.F.Axundzadə. Nə kami-dil verər; nə könül yanar; Məgər xubrular savab istəməz? Q.Zakir. xuda is. [fars.]\n1. Allah, Tanrı. Bəlalərdən səni saxlasın xuda; Sən tək gözəl, əldən olmasın cida. M.P.Vaqif. Ey xuda, kim çəkər axırda gülabın bu gülün; Dərdi-sər dəfinə aləmdə bu dərman gülüdür. S.Ə.Şirvani. [Sitarə:] Xuda bilir ki, səni qəlb-safidən sevirəm. C.Cabbarlı.\n2. Xudaya şəklində nida – ay Allah, ilahi (Allaha xitab, müraciət, yalvarış). [Kərbəlayı Qədim:] Xudaya, cəlalına şükür. İndi sənə inanmayanlar sənin qüdrətini öz gözləri ilə gördülər. Ə.Haqverdiyev. [Ana:] Onu jandarmalar gəzir dörd gözlə; Xudaya! Qəribdir, sən onu gözlə! S.Vurğun. “Şükür sənə, xudaya, hələ ki birtəhər süyüşdük” – deyə [Əlləzoğlu] pıçıldadı. İ.Huseynov. xudahafiz nida [fars. xuda və ər. hafiz] “Allah hifz eləsin”, “Tanrı saxlasın” mənasında vidalaşıb ayrılanda deyilir – sağ ol! sağ olun! [Şah:] Dəxi məni axtarmayın ki, görə bilməzsiniz! Xudahafiz! – deyib, taxtdan düşüb hərəmxanəyə rəvanə oldu. M.F.Axundzadə. Bizim bəzi boşboğaz yazıçılarımız da oxşuyurlar haman təbiblərə ki, azarlının nəbzinə baxandan sonra, “xudahafiz” deyib börklərini axtarırlar. C.Məmmədquluzadə. [Əsgər:] Rüstəm bəy, xudahafiz! Məşədi İbad, xudahafiz! Ü.Hacıbəyov. – Onda xudahafiz, – deyə kişi qəzəblə donquldanıb yenə getdi. H.Seyidbəyli. • Xudahafiz eləmək – bax. xudahafizləşmək. Plovdan sonra durdum, xudahafiz elədim... Ə.Haqverdiyev. Teleqrafçı xudahafiz edib getdi. T.Ş.Simurq. xudahafizləşmə “Xudahafizləşmək”dən f.is. xudahafizləşmək f. Xudahafiz (sağ ol) deyib biri-birindən ayrılmaq, sağollaşmaq. [İmran kişi:] Bir az da İsmayıllını dinləyəndən sonra xudahafizləşib, trubkanı yerindən asdı. M.Hüseyn. Aydın başı ilə xudahafizləşib qapıya tərəf getdi. H.Seyidbəyli. Dilbər utana-utana mühəndislə xudahafizləşib, təpəyə qalxmağa başladı. Ə.Sadıq. xudanəkərdə [fars.] “Allah eləməsin”, “iraq olsun” mənasında qorxulu, zərərli bir şey, hadisə haqqında deyilir. [Sultan bəy:] ..Dedim gedim görüm, bəlkə qız, xudanəkərdə, özünə bir xəsər-zad yetirdi. Ü.Hacıbəyov. [Axund:] Neçə gündür, deyirdim ki, ay kişi, nə olubdur ki, Səfər bəy axır zaman heç görünmür, xudanəkərdə, görəsən, bur xəta üz verməyib ki. B.Talıblı. [Dükandarlardan biri:] Elə xəlvətdə, xudanəkərdə, bəlkə də bir iş elədi [Səttar], bu işlərə xan özü əncam çəkməlidir. P.Makulu. xudavənd is. [fars.] klas.\n1. Allah, Tanrı. [Molla Qurban Fərruxa:] Xudavənd təbarək və təala ruzini həmişə artıq eləsin, inşallah. Ə.Vəliyev. • Xudavəndi-aləm (Allahın vəsflərindən biri, dünyanın sahibi, ağası) – Allah. Bu surətdə nə səbəbə xudavəndi-aləm özünün kitabını gətirənlərin dinlərindən bir neçə min il əvvəl belə cürbəcür batil dinlərin meydana çıxmasına razı olmuşdur. M.F.Axundzadə. [Sığırçı:] İndi, əmi, get, bax gör xudavəndi-aləm nə cür gözəllər yaradıb. “Aşıq Ələsgər”.\n2. Xudavənda (bəzən xudaya-xudavənda) şəklində nida – ay Allah! ey Tanrı! (Allaha xitab). Fələk qoymaz ki, ol mahə verim mən canımı bir gün; Xudavənda, bilirsən kim, deyildir himmətim naqis. S.Ə.Şirvani. [Xırda xanım:] Xudavənda, görəsən mənim kimi də dünyada bir bədbəxt varmı? N.Vəzirov. [Mərsiyəxan:] Xudayaxudavənda! Bu nazənin sənəm huriyi-rizvanmı? Çəmənzəminli. xudbin sif. [fars.] Ancaq özünü düşünən, öz mənafeyini hər şeydən yüksək tutan adam; eqoist. Müəllim əvvəldə molla Xəlil ilə mübahisəyə girişmək istəməyirdi, onu xudbin bir adam tanıyırdı. S.Hüseyn. Çox savadlı və çox bilikli, şöhrətpərəst, xudbin, hakimiyyət sevən oğrunun, həris və yalançının öhdəsindən gəlmək çox çətindir. M.İbrahimov. Bütün istedadsız və xudbin adamlar kimi Kərəmov da paxıl və xəbisdir. İ.Əfəndiyev. xudbinlik is. Ancaq özünü düşünmə, özünü istəmə, öz mənafeyini hamıdan yüksək tutma; eqoistlik. Vay cəhalət, vay xudbinlik, siz neçə-neçə müsibətlərə baissiniz? N.Vəzirov. [Cəfər Rüstəmbəyə:] Qardaş, hər kəsin əlinə nə düşdü, gərək xudbinliyi kənara qoyub, yoldaşını da yada salsın.. Çəmənzəminli. Gülnaz lovğa bir xudbinliyi ifadə edən bu sözlərdən tutulub sıxıldı. Q.İlkin. xudmani sif. və zərf [fars.]\n1. Gizli, dostyana, məhrəmanə, məhrəmanə bir şəraitdə başqalarının olmadığı bir şəraitdə. Xudmani söhbət. Xudmani danışıq. – Bəli, mən istəyirəm söhbətimiz xudmani olsun, – deyə, Müqim bəy yan-yörəsinə baxdı. S.Rəhimov.\n2. Ancaq ən yaxın, ən inanılmış adamlardan ibarət. [Qəhrəman:] ..Xudmani bir məclis düzəldərəm. S.Rəhimov. Fevral ayının 12-də Ağa Mirsadıq ağa ikisini də axşam yeməyinə dəvət etdi. Bu çox “xudmani” bir qonaqlıq idi. Bir ev sahibi, iki də qonaq – vəssalam. Qantəmir. // Xəlvəti. [Firidun] xudmani bir bağı və həyəti olan yaxşı bir adama rast gəldi. M.İbrahimov.\n3. Bir ailəyə məxsus, kiçik. Karvansaranın hətta xüsusi çalğıçıları və nəğməçi cariyələri vardı ki, bu və ya digər hücrədə xudmani eyş-işrət məclisi qurulanda nəğməçi cariyələr o məclislərə ruh verir, əvəzində maddi nemətlər kəsb edirdilər. Ə.Məmmədxanlı. xudpəsənd sif. [fars.] Özünü çox bəyənən, özündən çox razı; lovğa, xudbin. Qənbərin bu sözləri məğrur və xudpəsənd Varisdə böyük bir maraq oyatdı. A.Şaiq. Xudpəsənd xan bir zamanlar həmin bəylər, əyanlar qarşısında məğlubiyyətə düçar olduğunu hələ də həzm edə bilməmişdi. Ə.Məmmədxanlı. // İs. mənasında. Öz halını düşünmə tez, xalqın üçün külüng vur; Qeyrətsizi, xudpəsəndi tarix haqlı unudur. S.Vurğun. [Aydın:] Xudpəsənd öz canının dərdinə qalıbmış. H.Seyidbəyli. xudpəsəndlik is. Özünü çox bəyənmə, özündən çox razı qalma; xudbinlik, lovğalıq. [İkinci mühəndis:] ..Mən özüm də nadan bir şəxs olduğumdan [Yaqubun] xudpəsəndliyinə etiraz etməyib, dediklərini bir məlumat olaraq qəbul eləyirdim. B.Talıblı. Öz xudpəsəndlik mərəzi ilə yaşayıb, gözü yan-yörəsini seçməyən Kamilov indi özünü təklənən gördü. S.Rəhimov. [Tahirin] fikrincə hər addımda xudpəsəndliyə qapılmaq, .. narazılıq eləmək faydasız bir işdi. M.Hüseyn. xul (=xulbalığı) is. zool. Əsasən dənizdə yaşayan xırda balıq növü. xulbalığı (=xul) is. zool. Əsasən dənizdə yaşayan xırda balıq növü. xuliqbn [ing. adam adından] Xuliqanlıq edən adam. Nədən qalxışdı xulqanlar; Satıldı pula imanlar; Töküldü bigünah qanlar. M.Ə.Sabir. Qıza sataşmaq istəmişdilər, çığırıb xuliqanların əlindən qaçmışdı. H.Seyidbəyli. Gər deyən olsa ki, xuliqandı bu; İnanmarıq biz ona, böhtandı bu; Gör necə bir modabaz oğlandı bu. Ə.Vahid. xuliqanlıq is. İctimai qayda-qanunu, ümumi nizam-intizamı, əxlaq normalarını pozma hərəkətləri, cəmiyyətə hörmət etməmə; dələduzluq. Xuliqanlıqla mübarizə. – [Cəmilə], özilə həyat yoldaşı olacaq bir adamın klub kimi ictimai bir yerdə cəncəl çıxarıb xuliqanlıq yapmasına bir məna verə bilməyirdi. S.Hüseyn. xumar sif. [ər.]\n1. Süzgün (göz, baxış haqqında). Nə baxırsan pəncərədən; Xumar gözün süzən gözəl?! Aşıq Ələsgər. Qız isə Bahadırı görüb yanından keçərkən, xumar gözlərini Bahadıra süzdürdü. N.Nərimanov. Yüzillik bir ömrü qurban verərdim; Xumar gözlərinə baxsaydım bir an. R.Rza.\n2. Keflilik, məstlik. Xanın bu nərəsinə xumardan sərasimə ayılan qaçaqlar dəhşətdən yerlərində donub qaldılar. M.Rzaquluzadə. • Xumar olmaq – keflənmək, məst olmaq, nəşələnmək. Gecə və gündüz məst xumar olan xəlifə, Əmin ağamın ona göndərdiyi həcvi oxuyub üç gün üç gecə yasa batmışdı. Ə.Məmmədxanlı. xumargöz (=xumargözlü) sif. Gözləri xumar, süzgün olan; süzgünbaxışlı. Xumargözlü qız. – Qara at nalı neylər; Qara göz xalı neylər; Ağlama, xumargözlü balam; Görək, ilahı neylər. (Bayatı). xumargözlü (=xumargöz) sif. Gözləri xumar, süzgün olan; süzgünbaxışlı. Xumargözlü qız. – Qara at nalı neylər; Qara göz xalı neylər; Ağlama, xumargözlü balam; Görək, ilahı neylər. (Bayatı). xumar-xumar zərf Süzgün-süzgün, nazlı-nazlı. Xumar-xumar baxmaq göz qaydasıdır; Lalətək qızarmaq üz qaydasıdır. M.P.Vaqif. Xumar-xumar o baxmağı gözlərin; Yəğmalayıb solu-sağı gözlərin. Q.Zakir. Kim bilir, o xumar-xumar baxışın nə qədər ruha saplanıb qalmış. A.Şaiq. xumarlandırma “Xumarlandırmaq”dan f.is. xumarlandırmaq f. Xumar etmək, məst etmək, bihuş etmək, kefləndirmək. Günorta yerindən əyilmiş qızmar günəş akasiya salxımlarını, qızılgül yarpaqlarını pörtür, havanı bu çiçəklərin adamı xumarlandıran (f.sif.) tünd ətri ilə doldururdu. Ə.Əbülhəsən. xumarlanma “Xumarlanmaq”dan f.is. xumarlanmaq f.\n1. Keflənmək, nəşələnmək, məst olmaq. // Keflilikdən axmaq, süzülmək (göz haqqında). Gülnaz kabab gətirdi. Süfrəyə qoyub qayıtmaq istədi. Mübaşir Məmməd xumarlanan gözlərini onun ala gözlərinə dikdi. M.İbrahimov. Yalan sərxoşluğunda elə xumarlanmışıq; Çaylağı yol, gülü kol, qaranı ağ sanmışıq. B.Vahabzadə.\n2. Nəşələnmək, zövqlənmək, zövq almaq, nazlanmaq. [Yaşlı kişi:] Uzandığım krovatda xumarlanırdım. S.Hüseyn. Bu dadlı laylalardan balaca [qız] xumarlanıb şirin yuxuya getdi. S.S.Axundov. [Tahir] adəti üzrə, yorğan-döşəkdə xumarlanmadan tez qalxıb paltarını geyindi. M.Hüseyn. // Məc. mənada. Qışın səhərində bu qarlar düzü; Günəşdən qızınıb xumarlanırdı. S.Vurğun. Rüstəm kişi atın belinə sıçrayıb dala baxmadan günəş işığı altında xumarlanan çöllərə tərəf sürdü. M.İbrahimov. ..Nazlanıb xumarlanan çay hamının üzünə gülümsəyirdi. S.Vəliyev. xumarlıq is. Məstlik, keflilik; kefli (məst) adamın haləti. Xumarlıq aləmində seyr edən tiryəkilərdən bir neçəsi yatağan ilan kimi gözlərini zorla açırdı. P.Makulu. Gözlərinin xumarı pozdu xumarlığımı; Xumarlığın nəğməsi təranən idi sənin. Şəhriyar. xunxar sif. [fars.] Qaniçən, zalım, cəllad, qandan doymayan; yırtıcı. Xunxar olan əfradi-bəni-növ’ünə daim; Bu vəhşiyü ğürranlarına şükr, xudaya! M.Ə.Sabir. Sən yazırsan mənə, ay molla ki, əşar yazım; Mülkədarı, bəyi və xanları xunxar yazım? Ə.Nəzmi. // Məc. mənada. Gözələ işarə. Neyləmişəm o xunxara; Müttəsil baxar əğyarə; Bir dəm eyləməz nəzzarə; Məni-rüsvaya gözlərin. Q.Zakir. xunxarlıq is. Qaniçicilik, zalımlıq, cəlladlıq, rəhmsizlik, vəhşilik, yırtıcılıq. [Cəmil bəy:] Əcəba insanlarda bu cəlladlıq, bu xunxarlıq nə vaxta qədər davam edəcək! H.Cavid. xuntb [isp. junta – toplanma, birləşmə] İspaniyada və Latın Amerikası ölkələrinin çoxunda ictimai-siyasi təşkilat və birləşmələrin adı; hərbi çevriliş nəticəsində hökumət başına keçən hərbçilər dəstəsi. Yasaq olan bir ölkədə; Qatı zülmət işıqlıqda; nur kölgədə... Buna dözmək? Necə dözmək? Xunta qeyri-qanunidir; Əxlaqsızın törəməsi; bicə dözmək; Necə dözmək? B.Vahabzadə. xurafat is. [ər.] Mövhumat. Zülm nə din bildi, nə dil, nə Vətən; Cəhalət uydurdu İslam adına; Açıqfikirlilər qaçdı ölkədən; Dözməyib cahilin xurafatına. B.Vahabzadə. // məc. Əfsanə, nağıl, uydurma. Və ya ki Şuşədə bir sərsəmin xurafatı; Səhifələr ilə məşğul edər “Füyuzat”ı. M.Hadi. [Bahadır:] Ey ağlını qayıb etmiş qoca, nə üçün bu avam zavallıları belə xurafat ilə aldadırsan? S.S.Axundov. xural is. [monq.] Monqolustanda ali dövlət hakimiyyəti orqanı. xuraman sif. [fars.] klas. Nazla, əda ilə yeriyən, nazlana-nazlana, sallana-sallana yeriyən. Sərvi-azad qədinlə mənə yeksan görünür; Nəyə sərgəştə olan baxsa xuraman görünür. Füzuli. Dilqəməm, qarşıma çıxdı xuraman; Bir şəbi-yeldadə bir mahi-taban. Aşıq Dilqəm. • Xuraman olmaq – naz və əda ilə, nazlı-nazlı, sallana-sallana yerimək. Ey şaxi-gül, ol qaməti-mövzun həvəsindən; Çox sərv bu gülşəndə xuraman olacaqdır. Qövsi.\n2. Sərvi-xuraman şəklində – klassik şeirdə gözəlin epitetlərindən biri. Lütf edibsən, məgər ey bad! Bu gündən böylə; Verəsən bir xəbər ol sərvi-xuramanımdan. Füzuli. Boyu yaraşıqlı, sərvi-xuraman; Əndamıdır ağ gül, sinəsi meydan. M.P.Vaqif. xuraman-xuraman zərf Nazla, əda ilə, sallana-sallana, nazlana-nazlana. Pəri Soltan xuraman-xuraman gəlib, özünü zindanın qapısına yetirdi. (Nağıl). Səs-səsə verəydi həzarə, bülbül; Düşəydi payinə bənövşə, sünbül; Xuraman-xuraman əlində də gül; Gəzəydin hər tərəf bağı, görəydim. Q.Zakir. Səhər vaxtı, yarəb! Nə gördüm ki, canan; Gəlir şadü xəndan, xuraman-xuraman. H.Cavid. xurcun is. İçərisində şey qoymaq üçün adətən yük və ya minik heyvanlarının belindən aşırılan, palaz kimi toxunan, ya da cod parçadan tikilən ikigözlü torba, iri heybə. At belinə xurcun qoymaq. Xurcunu tərkinə salmaq. – [Əhməd] ..başına bir çəllək soyuq su tökülmüş adam kimi kor-peşman yenidən malları bir-bir xurcuna yükləyib [eşşəyə] mindi. B.Talıblı. Tahir isə anasından dolu xurcunu alıb mətbəxə apardı.. M.Hüseyn. Başında çal papaq, çiynində xurcun; İldırım çaxırdı gözündə onun. B.Vahabzadə. xurd-xəşil zərf Əzik-əzik, xıncımxıncım, sağ-salamat yer qalmamış, sınıqsınıq. Amma birdən işdi mən çölə-zada çıxmalı olsam, sən gərək xurd-xəşil olasan. “Koroğlu”. Elə o günü məntəqəyə bütün bilək sümüyü xurd-xəşil olmuş bir yaralı gətirdilər. Ə.Əbülhəsən. [Qarakişi Hümmətə:] Sən öləsən, [Yusif] səni boz atdan elə salacaq ki, qabırğaların xurd-xəşil olacaq. B.Bayramov. • Xurd-xəşil etmək – bərk əzişdirmək, əzik-əzik etmək, bədənində sağ-salamat yer qoymamaq. Mollabacı biçarə mütəəlliməni xurd-xəşil edəndən sonra həyətə çıxdı və üzünü qonşuya tutub, ağzına gələni dedi.. Çəmənzəminli. [Sərnişinlərdən biri:] Dünən Qara şəhərdə qoca bir arvadı tramvay aldı altına, xurd-xəşil elədi. Qantəmir. xurma is. bot.\n1. Subtropik və mülayim iqlimli ölkələrdə bitən, lələkvari yarpaqları çətir kimi olan uca ağac və bu ağacın şirin meyvəsi. Qayada ilan ötər; Bağdadda xurma bitər; Ay qız, elə sallanma; Cavanam, ağlım itər. (Bayatı). [Teybə] ..evə yolu düşəndə Bahadır üçün həmişə fındıq, qoz, saçaqlı konfet, iydə və bəzən xurma gətirərdi. M.Hüseyn.\n2. bax. xırnik. ..Xurma toxumunun qabığı qalın olduğuna onlar bir neçə ildən sonra göyərir, ona binaən onları tez göyərtməkdən ötrü Avropa bağbanları bu toxumların qabığını üsul yarıb sonra əkirlər. “Əkinçi”. xurmalıq is. Xurma ağacları bitmiş yer, xurma ağacları əkilmiş yer; xurma bağı. Gah xurmalıqlar görünür, gah dupduru göllər; Gah qanlı ilkindi; gah alovlu səhər. R.Rza. [Leyli Məcnuna:] Gedək o xurmalıqdakı sərin çeşmədən bir ovuc su içək. Ə.Məmmədxanlı. Qəzənfər .. şəhərin kənarındakı xurmalıqda gizləndi.. S.Vəliyev. xurmayı sif. Xurma rəngində, açıqqəhvəyi. Xurmayı göz. Xurmayı saç. – Həcər gözlərini sildi, geri çəkildi, onun nəzəri Nəbinin divardan asılmış xurmayı papağına sataşdı. S.Rəhimov. xurmayısaç (=xurmayısaçlı) sif. Saçları xurmayı olan. On altı-on yeddi yaşlarında, qamətli, xurmayısaç .. qız, utancaq tərzdə gözlərini yerə zilləmişdi. M.Hüseyn. Bir azdan .. xurmayısaçlı, incəbel, yaraşıqlı bir qız olan Səriyyə .. gəlib çıxdı. İ.Əfəndiyev. xurmayısaçlı (=xurmayısaç) sif. Saçları xurmayı olan. On altı-on yeddi yaşlarında, qamətli, xurmayısaç .. qız, utancaq tərzdə gözlərini yerə zilləmişdi. M.Hüseyn. Bir azdan .. xurmayısaçlı, incəbel, yaraşıqlı bir qız olan Səriyyə .. gəlib çıxdı. İ.Əfəndiyev. xurşid is. [fars.] klas. Günəş. // Klassik şeirdə gözəlin epitetlərindən biri. Xurşidim, xavərim, hilalım sənsən; Şəkərim, şərbətim, zülalım sənsən. M.V.Vidadi. Sən hüsndə xurşidi-fələkdən də gözəlsən; Ya əyri qaşından nəyi artıqdı hilalın. Ə.Vahid. xurşidvəş sif. [fars.] klas. Günəş kimi gözəl, günəş camallı. Qoyma, ey xurşidvəş, gözdən məni şəbnəm kimi. Qövsi. xurt xurt düşmək – bihuş olub sərilmək. Qız xörəyi hazırlayıb bihuşdarını da daxil elədi içinə, gətdi ortalığa. Səlim bir az yeyənnən sora xurt düşdü. (Nağıl). xuruş is. [fars.] Plovla yeyilmək üçün ayrıca bişirilib hazırlanan ət, toyuq, kişmiş və s.-dən ibarət yemək; qara. Balaca nimçələrdə tirmə süfrənin ortasına düzülmüş xuruşlar və yeməklər hamıdan artıq Məşədi Məmmədin diqqətini cəlb edirdi. B.Talıblı. ..Kiçik qazançalarda aş üçün azacıq əvvəl kəsilən üç qoyunun ətindən xuruş [qara] hazırlanırdı. Ə.Əbülhəsən. [Çiyələk] plovun xuruşlarını hazırlamağa girişdi. B.Bayramov. xuşgəbar is. [fars.] Quru meyvə. Xuşgəbar dükanı. – İldə neçə dəfə böyük karvanlar Hacı Səlim Sərdarovun xuşgəbar yüklərini Xorasandan Türküstana gətirirdilər. Ə.Haqverdiyev. [Hacı Seyidin] iki paroxod xuşgəbarı dənizdə batmışdı. Mir Cəlal. xuşgəbarçı is. kohn. Xuşgəbar satan adam. Bakıda iri ticarətlə məşğul olan düyüçülər, xuşgəbarçılar, ipəkçilər, xalçaçılar, qaraneftçilər də az deyildi. H.Sarabski. xuşgəbarfüruş [fars.] köhn. bax. xuşgəbarçı. Mirzə Nəsib .. Xəlilin anasını xatircəm edib yola saldı və Xəlili özü ilə götürüb öz dostu Ağa Hüseyn xuşgəbarfüruşun yanına apardı. Ə.Haqverdiyev. xutor [rus.]\n1. İçərisində sahibinin evi və təsərrüfatı olan ayrıca mülk.\n2. Kazak stanitsalarından köçüb gələnlərin saldıqları kənd. xutorçu is. tar.\n1. Xutor (1-ci mənada) sahibi.\n2. Xutor (2-ci mənada) əhalisindən olan; xutorlu. xutorlu bax. xutorçu 2-ci mənada. xülaseyi-kəlam bax. xülasə 1-ci mənada. Xülaseyi-kəlam, bu işin üstündən tamam üç il keçdi. E.Sultanov. Xülaseyi-kəlam, camaat bir vaxt gözünü açdı, gördü ki, Xudayar bəy katdadı ki, katdadı. C.Məmmədquluzadə. xülasə is. [fars.]\n1. Müxtəsər, bir sözlə, uzun sözün qısası. Xülasə, daha nə deyim, baharın bu gözəl ayında bizim ölkə kimi gözəl ölkə az tapılar.. E.Sultanov. Xülasə, faytonçu yarım saat məni səhra ilə gətirdi. Ə.Haqverdiyev. [Qüdrət:] Xülasə, bədbinləşmək lazım deyil. M.Hüseyn.\n2. Bir əsərin, nitqin və s. qısaca məzmunu, nəticəsi, mahiyyəti. Romanın xülasəsini danışmaq. • Xülasə etmək – qısa məzmununu vermək.\n3. Nəticə, yekun. Əcəba o zavallı qarı altmışillik ömrünün acı fəlsəfəsinin xülasəsi olan o ibarəni neçə dəfə təkrar etmişdi? A.Şaiq. Doğrudur, [Kərbəlayı Əzimin] yanında Dilşadın adını çəkməyirlərdi, amma ümumi məsələdən xülasə çıxarmaq çətin deyildi. T.Ş.Simurq. xüləfa is. [ər.] köhn. Xəlifələr. [Həqiqət:] Mənim şəfəqim Misir fironlarının, Roma qeysərlərinin, Kəyaniyan və Sasaniyan şahənşahlarının, Bəni-Ümməyyə, Bəni-Əbbasiyyə xüləfasının qəsrlərinə, turan və türk xalqlarının qəsrlərinə düşübdür. Ə.Haqverdiyev. xülq is. [ər.] Xasiyyət, təbiət. Sənətkar xülqünə hopmuşdu onun; Təlim-tərbiyənin zövqü, ahəngi. Şəhriyar. xülus is. [ər.] köhn.\n1. Xalislik, saflıq. Hər kəs öpər əlimdən; İzhar edər xülusi.. A.Səhhət.\n2. Səmimilik. Vətən uğrunda, millət eşqində; Bəzli-can et xülusi-niyyət ilə! M.Ə.Sabir. Kişinin ki, əqidəsi möhkəm oldu və xülusü qəlb ilə əlinə qələm aldı, onun ərizəsi daşdan keçər. Ə.Haqverdiyev. xülya [ər.] Xəyal, xəyalət, xamxəyal, fantaziya. Birdən lap qulağının dibində eşidilən qəfil bir qışqırıq Qadiri bu xülyalarından ayırdı. Ə.Əbülhəsən. Haman bu Yalınçaq bəy də Baniçiçəyi almaq xülyasına düşmüşdü. M.Rzaquluzadə. Həmid bu məsud şirin xülyalara o qədər dalır ki, balaca Müslümün başını onun dizinə qoyaraq, yuxuladığını hiss etməyir. Ə.Məmmədxanlı. xülyaçı bax. xəyalçı. xülyaçılıq bax. xəyalçılıq. xülyapərvər (=xülyapərəst) [ər. xülya və fars. ...pərəst] bax. xəyalpərəst. Ögey qardaşı uşaqlarından başqa heç bir kəsi olmayan bu müəllim xəyalpərvər bir adam idi. M.İbrahimov. xülyapərəst (=xülyapərvər) [ər. xülya və fars. ...pərəst] bax. xəyalpərəst. Ögey qardaşı uşaqlarından başqa heç bir kəsi olmayan bu müəllim xəyalpərvər bir adam idi. M.İbrahimov. xülyapərvərlik (=xülyapərəstlik) bax. xəyalpərvərlik. Onlar əksərən xəyalpərəst gənclər, geniş ictimai fəaliyyət meydanı axtaran və həqiqi azadlıq üçün çırpınan gənc tələbələr idi. M.İbrahimov. xülyapərəstlik (=xülyapərvərlik) bax. xəyalpərvərlik. Onlar əksərən xəyalpərəst gənclər, geniş ictimai fəaliyyət meydanı axtaran və həqiqi azadlıq üçün çırpınan gənc tələbələr idi. M.İbrahimov. xüms is. [ər. “beşdə bir”] İslam dinində: varlı adamın öz gəlirinin, qazancının beşdə bir hissəsi miqdarında kasıblara verməli olduğu vergi. Camaatın, xüsusən sərvətdarların xümsü, zəkat və fitrəsi ağanın mübarək əlilə paylanardı. Ə.Haqverdiyev. Fitrə, zəkat, xüms, həcc və Kərbəlanı ziyarət etmək kimi “təkliflərin” hamısı Əhmədin tərəfindən danışıqsız qəbul edilirdi. B.Talıblı. // məc. Klassik şeirdə gözəlin iltifatına, mərhəmətinə işarə. [Həcər xanım:] Olar gözəllərin xümsü, zəkatı; Cavana yetişər, çala yetişməz. Aşıq Ələsgər. xürrəm sif. və zərf [fars.] klas. Şad, şən, qəm-qüssədən uzaq, sevinc, fərəh içində olan (çox zaman şad və xürrəm şəklində işlənir). Böyük xanım şad və xürrəm gümüş podnos içində iki istəkan kəmrəng çay gətirmişdi. M.S.Ordubadi. Hamı şad, xürrəm evinə qayıtdı. N.Nərimanov. Kələyin baş tutmasından şad və xürrəm halda Mahmud bayıra çıxıb evinə qayıdarkən [arvadının] qəflətən çarşabı qoltuğuna vurub yeznəsi ilə getməsini müşahidə edir. B.Talıblı. • Xürrəm olmaq – şad olmaq, sevinmək, fərəh içində olmaq. Xürrəm oluram, o olsa xürrəm; Qəm yetsə ona, mənə yetər qəm. Füzuli. Əhdi dürüst ola, iqrarı möhkəm; Gözündən irağa düşəndə bir dəm; Nə könlü açıla, nə ola xürrəm; Fikri, zikri sənin sarı gərəkdir. Q.Zakir. xüruc is. [ər.] klas. Çıxma, bayıra çıxma. • Xüruc etmək – çıxmaq. .. o İskəndər Rumi idi ki, Məqduniyyə adlı ufaq bir ölkədən xüruc eləmişdi və gəlmişdi Əcəm ölkəsindəki bütün atəşgədələri dağıtmışdı.. Ə.Məmmədxanlı. // Zühur etmə, zahir olma, ortaya çıxma. [Axund:] Yəqin dünyanın axırı və Dəccalın xürucu yaxınlaşıb. Ə.Haqverdiyev. xüsus [ər.]\n1. Xas olma, məxsus olma; məxsusluq, bir şeyə və ya şəxsə aid olma.\n2. Nisbət şəkilçilərlə: xüsusda, xüsusunda – haqqında, barəsində; barədə, dair. Bu xüsusda sonra danışarıq. Bu xüsusda fikriniz nədir? Getmək xüsusunda nə qərara gəldin? – [Dəsturov] hər məsələ xüsusunda hər idarəyə ərizə yazardı. Ə.Haqverdiyev. xüsusən [ər.] zərf Xüsusi olaraq, hamıdan artıq, ən çox, hər şeydən əvvəl, ayrıca, ələlxüsus. Xüsusən ev qulluqçuları, gədə, Almas və qulluqçu qız Pəri o gecə səhərə kimi yatmamışdılar. N.Nərimanov. Bu böyük itki, bu kədərli faciə bütün qohum-qardaşa, xüsusən Atabalaya çox ağır təsir etdi. A.Şaiq. Qumru çox azdanışan, xüsusən müavinlə söz güləşdirməyən bir arvad idi. Ə.Əbülhəsən. xüsusi sif. [ər.]\n1. Ancaq ayrıca bir şəxsin özünə aid olan, özü ilə bağlı olan, özünə xas olan; şəxsi, fərdi. Xüsusi təşəbbüs. Başqasının xüsusi həyatına qarışmaq. – [Məcid Əfəndi:] Yaxşı ki gəldiniz, sizinlə xüsusi bir işim daha var.. H.Cavid.\n2. Şəxsi mülkiyyətlə, fərdi təsərrüfatçılıqla və bundan doğan ictimai-iqtisadi münasibətlərlə bağlı olan. Xüsusi alver. Xüsusi mülkiyyət. Xüsusi təsərrüfat. // Kollektivə, cəmiyyətə, dövlətə və s.-yə deyil, ayrıca şəxsə, sahibkara məxsus olan; şəxsi. Xüsusi mal. Xüsusi kitabxana. Xüsusi ev. Xüsusi maşın. // Ayrı-ayrı şəxslər tərəfindən icra edilən, dövləti xidmət xaricində olan. Xüsusi sifariş. Xüsusi dərs götürmək. Həkimin xüsusi qəbulu var.\n3. Başqalarından fərqlənən, səciyyəvi xüsusiyyəti olan; qeyri-adi. Xüsusi əlamət. Müğənninin səsində xüsusi bir məlahət var. Xüsusi bir əda ilə danışmaq. // Bir şeyin, ya şəxsin fərqləndirici xüsusiyyətini təşkil edən, ancaq müəyyən bir şəxsə, ya şeyə, hadisəyə xas olan; spesifik, səciyyəvi, özünəməxsus. Bəzi dərmanların xüsusi iyi var. İşin xüsusi cəhətlərinə diqqət yetirməli. Bu yeməklərin xüsusi ləzzəti var.\n4. Ancaq müəyyən şəxslər və ya məqsəd üçün olan; məxsusi. Qəzetin xüsusi nömrəsi. Nümayəndələr xüsusi qatarla yola düşdülər. Teatrda xüsusi yerlər. Xüsusi komissiya işə başlamışdır.\n5. Ayrıca götürülmüş, ayrı-ayrı, təsadüfi, qeyri-səciyyəvi, müstəsna. Xüsusi hallarda. Xüsusi faktları qanun kimi götürmək olmaz.\n6. Elm, texnika, sənət və s.-nin hər hansı bir sahəsinə aid olan. Xüsusi təhsil məktəbi. Xüsusi fənlər.\n7. Daha böyük, daha güclü, daha mühüm. Xüsusi bir məhəbbətlə sevmək. Xüsusi qayğı göstərmək. Xüsusi zəhmət tələb edən iş. ‣ Xüsusi müxbir – işlədiyi qəzeti (jurnalı) müntəzəm surətdə informasiya ilə təmin edən qəzet və ya jurnal əməkdaşı. M.Ə.Sabir “Həyat”, “İrşad” və “Tazə həyat” qəzetlərinin Şamaxı üzrə xüsusi müxbiri olmuş, həmin qəzetlərdə müntəzəm surətdə çıxış etmişdir. M.Məmmədov. xüsusilə zərf [ər.] Ələlxüsus, xüsusən. [Mirzə Qədir] əlavə olaraq orasını da bildirdi ki, Nəsir evdə onun qardaşı isə də, həyatda, xüsusilə mətbəəsində qardaşı deyildir. S.Hüseyn. Xüsusilə qaragözlü qız həm maraq, həm də ürkək nəzərlərini Mayaya dikmişdi. M.İbrahimov. Pəncərədən Adilənin çiyni üstündən sıra dağlara tərəf açılan mənzərə bu axşam xüsusilə möhtəşəm idi. Ə.Məmmədxanlı. xüsusiləşmə is.\n1. “Xüsusiləşmək”dən f.is.\n2. qram. Cümlə üzvlərinin bir qisminin xüsusi səs tonu ilə deyilib, məntiqi vurğu ilə o birilərindən fərqlənməsi halı. Cümlənin ikinci dərəcəli üzvlərinin xüsusiləşməsi. – ..Şagirdlər sintaksisi keçərkən öyrənirlər ki, xüsusiləşmələr cümlədəki başqa üzvlərdən intonasiyaca fərqlənir və fasilə ilə ayrılır. “Orta məktəbdə yazı metodikası”. xüsusiləşmək f.\n1. Başqalarından, ümumilikdən ayrılmaq, xüsusi mövqe tutmaq.\n2. qram. Xüsusiləşmə (2-ci mənada) əmələ gəlmək. xüsusiləşmiş f.sif. qram. İntonasiyaya və cümlənin digər üzvlərinə münasibətə görə cümlənin nisbətən müstəqil tərkib hissəsinə çevrilmiş. xüsusilik is. Özünə məxsus olma, özünə aid olma, xüsusi mahiyyət daşıma, fərdi səciyyə daşıma, şəxsi xarakter daşıma. ..Məktubun xüsusiliyini nəzərə alaraq imkan vermişlərdi ki, Kaşani əvvəl özü oxusun. Qantəmir. xüsusiyyət is.\n1. Hər hansı bir şeyi digərindən ayıran səciyyəvi cəhət, əlamət, keyfiyyət, xassə, spesifiklik. Şoran torpaqların xüsusiyyəti. Yaşayış xüsusiyyəti. – “Qorxulu nağıllar”ın bir xüsusiyyəti də odur ki, müəllif heyvanlar aləmindən .. danışır, gənc oxucularını onlarla tanış edir. S.S.Axundov. [Fikrət:] Bizim trestin yarısı dənizdədir. Oranın xüsusiyyətlərini unutmaq olmaz. M.Hüseyn.\n2. Xüsusiyyətçilik. xüsusiyyətçi is. Bir şeyin sahibi, mülkiyyətçi; yiyə, sahibkar. xüsusiyyətçilik is. Yiyə, sahibkar olma, mülkiyyətçilik. xütbə is. [ər.] din. Xətibin minbərdən camaata xitabən söylədiyi nəsihətamiz sözlər, nitq. Əmir İnanc xətibin qulağına pıçıldadıqdan sonra xətib təzə səfərbərlik haqqında bir söz danışmayaraq xütbəsini bitirdi. M.S.Ordubadi. ibadətçi is. İbadətlə məşğul olan İi i azərbaycan əlifbasının on dördüncü hərfi və bu hərflə işarə olunan saitin adı. ianə is. [ər.] köhn. Bir xeyir iş üçün, yaxud ehtiyacı olan bir adam və ya cəmiyyət üçün verilən və toplanılan pul; maddi yardım, kömək. İanə vermək. İanə toplamaq. – [Yaşlı kişi:] Mən .. Hacı Ramazanın Xorasan ac və yoxsulları üçün göndərdiyi min manat ianəsini öz əlimlə ona təslim etmişdim. S.Hüseyn. İanə verənləri mətbuat səhifələrində adbaad elan etmək çətin idi. Mir Cəlal. İanə almaq üçün dükanın qabağına toplaşanların içərisində Oruc da var idi. Ə.Vəliyev. ianəçi is. İanə verən, maddi kömək göstərən, yardım edən. ianət klas. bax. ianə. [Yusif şah:] Dullara və yetimlərə və şillərə və korlara ianət və himayət göstərilsin. M.F.Axundzadə. iaşə is. [ər.]\n1. Yedirmə, yedirib-içirmə.\n2. Qida, yeyəcək, yeyinti. • İaşə müəssisəsi – yeməkxana, aşxana, kafe və s. iaşəçi is. İaşə işləri ilə məşğul olan, yeyinti müəssisəsi işçisi. ibadət is. [ər.]\n1. Dua oxuma, namaz qılma şəklində icra edilən dini ayin. [Molla İbrahimxəlil:] Əgər məni görmək istəsələr, de ki, ustadım .. ibadətdədir. M.F.Axundzadə. Məlum şeydir ki, indiyədək saydığımız ibadətlər ki, növ-növ namazlardan ibarət olsun, məhz ondan ötrüdür ki, insan öləndən sonra, axirətdə mizan-tərəzi qurulanda yaxşı imtahan versin. C.Məmmədquluzadə. • İbadət etmək – dini ayinlərlə məşğul olmaq, dua oxumaq, namaz qılmaq. Adamlar məbudun qarşısında bardaş quraraq dizi üstə oturub ibadət edir, dodaqaltı dua oxuyurlar. M.İbrahimov.\n2. Sitayiş, pərəstiş. • İbadət etmək – sitayiş etmək, səcdə etmək. Oda ibadət etmək. Bütlərə ibadət eləmək. // Məc. mənada. Qiblə deyil, qaşlarına baş əymək; Gecəgündüz mənim ibadətimdir. M.P.Vaqif. Məscidü minbər nə lazım maili-rüxsarına; Qaşların vəqti-ibadət aşiqə mehrabdır. S.Ə.Şirvani. adam, vaxtını ibadətdə keçirən adam. ibadətgah is. [ər. ibadət və fars. ...gah] İçərisində ibadət edilən yer, ibadət yeri, məbəd (məscid, kilsə və s.). [Tahirzadə] burada – cüt minarələri ilə göylərə yüksələn ibadətgahda, zahidlər məclisində imtahan verməli idi. Mir Cəlal. ibadətxana [ər. ibadət və fars. ...xanə] bax. ibadətgah. [Sönməz:] Ərəblər əvvəlləri .. böyük mərkəzlərdəki ocaqlara, ibadətxanalara toxunmurdular. C.Cabbarlı. ibadətkar is. və sif. [ər. ibadət və fars. ...kar] İbadət edən, səcdə edən, səcdəedici. [Ərən:] Mariqeri diz çökərək Sfinks heykəlinin üst səkisində oturan bir qızın ayaqlarını qucuyub ibadətkar bir vəziyyət almışdı. Çəmənzəminli. ibarə is. [ər.]\n1. Kəlam; iki və ya bir neçə kəlmədən ibarət tərkib. Gözlüyümü gözümə taxıb bir yerindən bu ibarəni çətinliklə oxuya bildim. C.Məmmədquluzadə. ..Bir parça əlfaz və ibarələri cənab mütərcim eyni ilə rusdan türk lisanına tərcümə etməkləri ilə əsil mənanı dolaşdırıb çətinə salıbdır. F.Köçərli. Vəkilin hər sözü, hər ibarəsi; Bir tikan çıxarır onun qəlbindən. B.Vahabzadə.\n2. Qəliz, təmtəraqlı, əksərən mənasız, boş söz, ifadə. İbarələr dolu kimi yağar onun ağzından; Otuz dəfə məhəbbətə düçar olmuş azından... S.Vurğun. Əhyələrdə gecə yarısı avam camaat məscidlərə dolub, mollanın ərəbcə dediyi anlaşılmaz ibarələrini dinlər, sonra hər kəs evinə qayıdardı. H.Sarabski. • İbarə satmaq – qəliz, təmtəraqlı danışmaq. ibarəbaz [ər. ibarə və fars. ...baz] bax. ibarəpərdaz. ibarəbazlıq bax. ibarəpərdazlıq. İbarəbazlıq fikrin boşluğuna və bir dərəcədə yoxluğuna dəlalət eləyir. F.Köçərli. ibarəçi bax. ibarəpərdaz. ibarəçilik bax. ibarəpərdazlıq. ibarəli sif. Təmtəraqlı, qəliz, ibarələrlə dolu. İbarəli yazı. – Armudboğaz, şişbığ satıcının belə ibarəli nitqindən baş açmayan Leylək istər-istəməz əsəbiləşdi.. S.Rəhimov. ibarəlilik is. İbarələrlə dolu olma, təmtəraqlılıq, qəlizlik. ibarəpərdaz is. [ər. ibarə və fars. ...pərdaz] Danışığında və ya yazısında qəliz, təmtəraqlı ibarələr işlətməyi sevən adam. ibarəpərdazlıq is. Qəliz və təmtəraqlı ibarələr işlətmək həvəsi, meyli. ibarət [ər.]\n1. Mütəşəkkil, düzəlmiş, tərtib olunmuş. Beş adamdan ibarət heyət. Mütəxəssislərdən ibarət komissiya. Dörd nəfərdən ibarət ailə. Tələbələrdən ibarət komanda. – Nəhayət, Toğrul iraqlılardan ibarət bir dəstə qoşun təşkil etmək və Hüsaməddinin əlində olan qoşunu tərk-silah etdirmək qərarına gəldi. M.S.Ordubadi.\n2. İbarətdir şəklində – eyniyyət bildirir. “Veçer” ibarətdir bir məclisdən ki, axşam vaxtı oraya adamlar cəm olub söhbətə, qiraətə, musiqiyə və yeyib-içməyə məşğul olurlar. C.Məmmədquluzadə. Bu xəndək bir kilometr uzunluğu, qırx metr eni, otuz metr dərinliyi olan nəhəng bir dərədən ibarətdir. Ə.Sadıq. // Mütəşəkkildir. “Uzunqulaqlı” kəndi səkkiz yüz evdən ibarətdir. Ə.Haqverdiyev. Dərə qərbə doğru getdikcə qayalıq, dağlıq, iri və oyuq daşlarla dolu qorxunc yerlərdən ibarətdir. A.Şaiq. • İbarət olmaq – 1) ...mütəşəkkil olmaq, ...düzəlmiş olmaq; 2) ehtiva etmək, ...məzmununu təşkil etmək. [Zeynal] Mehribanı Bakıya gətirdikdən sonra birinci yapdığı iş, onun çadrasını başından atmaq, onu tanış-bilişləri ilə tanış etməkdən ibarət olmuşdu. S.Hüseyn.\n3. klas. bax. ibarə 2-ci mənada. Şeyxə verdi xəbər qiraət ilə; Mədd ilə, çox uzun ibarət ilə. S.Ə.Şirvani. Rusun qədim yazıçıları yazı yazanda elə bir kəlmə və ibarətlər tapıb işlədirdilər ki, xoruz səsi eşitməmiş olsunlar. C.Məmmədquluzadə. “Millət ötrü, ağlayan axırda olur kor”; Məzmunlu məsəldir bu ibarət, uçitellər! M.Ə.Sabir. ibçin bax. ifçin. [Səttar:] Gözlərinin qırağına elə bil qara qaytan tutulub, dırnaqları ibçindir. P.Makulu. iberlər is. [tar.]\n1. İberiyanın əsas əhalisini təşkil edən qədim şərqi gürcü qəbilələri.\n2. Qədim İspaniyada yaşayan bir qrup qəbilənin adı. iblis is. [ər.]\n1. Şeytan. [Odabaşı:] Cəhənnəm əhli iblisi arakəsməyə salıblar. Ə.Haqverdiyev. [Mələk:] Yox kimsədə insafü mürüvvət; İblisəmi uymuş bəşəriyyət?! H.Cavid.\n2. məc. Araqarışdıran, fitnə salan, fitnəkar, hiyləgər. Sanki iblis oynayır bir rol, ona şər əl çalır. Ə.Nəzmi. Yer üzündə nə xəyanət, nə də iblis qalacaqdır. S.Vurğun. iblisanə sif. və zərf [ər. iblis və fars. ...anə] bax. iblisvari. ibliscəsinə bax. iblisanə. iblisləşmə “İblisləşmək”dən f.is. iblisləşmək f. Fəsadlaşmaq, hiyləgər, fitnəkar olmaq. Nə iblisləşmisən? iblislik is. Ara qarışdırma, araya fitnə salma, fəsadçılıq, fitnəkarlıq, hiyləgərlik. iblisvari zərf İblis kimi, şeytan kimi, şeytancasına. Qəşəm şaqqa çəkib iblisvari güldü. S.Rəhimov. ibn [ər.] Oğul (yalnız izafətlərdə işlənir). Əbubəkr ibni-Məhəmmədin göndərdiyi məktubu sizə oxumaq istəyirəm. M.S.Ordubadi. [Şeyx Sənan:] İbni-Məryəm asıldı darə, fəqət; Onu təkrarə varmıdır hacət? H.Cavid. ‣ İbni-adəm klas. – Adəm övladı, insanlar. ibrani is. [ər.]\n1. Qədim yəhudilərin adlarından biri.\n2. Qədim yəhudi dili. ibraz [ər.]: ibraz etmək (eləmək) köhn. – büruzə vermək, aşkar etmək, üzə çıxarmaq, meydana çıxarmaq, göstərmək. [Mirzə Səməd:] Ömrün uzun olsun, deyə minnətdarlıq hisslərini ibraz etmədən çəkinməzdi. Çəmənzəminli. [Bahadır bəy:] Biz türklər öz sədaqətimizi ibraz etməyə hazırıq. C.Cabbarlı. ibrə I. is. [ər.] İynə, mil, əqrəb. Saat ibrəsi. Kompas ibrəsi.\n\nII. is. köhn. Əldətoxunma şal, yun parça. [Xırdaxanım:] Mən də sənə borclu oluram bir dəst şaldan libas ibrə işləməli. N.Vəzirov. [Odabaşı:] Hətta Mirzə Əhməd ağa bir ədəd ibrə şalından canamaz .. qız üçün ənam göndərmişdi. Ə.Haqverdiyev. ibrət [ər.] Ağır, pis bir hadisədən, işdən alınan dərs. Olmuş bizə qismət bu yəqin, ruzi-əzəldən; İbrət bizə yox, halətidünyanı görəndə. Aşıq Aslan. • İbrət almaq (eləmək, götürmək) – bir işdən, hadisədən dərs almaq, özü üçün nəticə çıxarmaq, nümunə götürmək, öyrənmək. Böyüyü döy ki, kiçik ibrət alsın. (Ata. sözü). Gəl, könül, bir ibrət al, bu gərdişi-dövrana bax! M.V.Vidadi. Ey oğul, murdən götür ibrət; Get, ağır işdə işlə qeyrət ilə. M.Ə.Sabir. İbrət dərsi almaq – bax. ibrət almaq. Doğrudur, cənab general! – dedim, 11-ci ilin hadisəsindən biz bir ibrət dərsi alacağıq. M.S.Ordubadi. İşlərə açıq baxıldığı üçün iclas salonunda iştirak edən bütün vətəndaşlar məhkəmənin çıxardığı bu hökmdən bir ibrət dərsi alırlar. (Qəzetlərdən). İbrət dərsi vermək – bax. dərs vermək (“dərs”də). Bu yaramazların kökünü kəsib, hamıya ibrət dərsi vermək lazımdır. M.Hüseyn. İbrət olmaq – bax. dərs olmaq (“dərs”də). [Hacı Qara:] Allah qoysa, sizin ölüm xəbəriniz murova çatar! Bundan sonra qalan yoldaşlarınıza ibrət olar. M.F.Axundzadə. [Musa:] Bu gün sizə öylə bir cəza verməliyim ki, bundan sonra hər kəsə ibrət olsun.. H.Cavid. ibrətamiz sif. [ər. ibrət və fars. ...amiz] İbrət verən, ibrətverici, ibrətli. İbrətamiz hekayə. İbrətamiz nağıllar. – Bu ibrətamiz və riqqətəngiz faciəni [“Otello”nu] ədibi-binəzir Şekspir ziyadə məharətlə tərtib və tənzim edibdir. F.Köçərli. Kərim dayı, dünya görmüsən, saç-saqqal ağartmısan, bizə yaxşı bir şey danış, ibrətamiz bir əhvalat nəql eylə. M.İbrahimov. ibrətxana is. [ər. ibrət və fars. ...xanə] İbrət götürülən yer, tərbiyə evi. [Məmməd:] Xeyr, [teatr] ibrətxanadır. S.S.Axundov. ibrətləndirici bax. ibrətli. ibrətləndirmə “İbrətləndirmək”dən f.is. ibrətləndirmək f. İbrət vermək, ibrət dərsi vermək, pis işdən çəkindirmək. ibrətlənmə “İbrətlənmək”dən f.is. ibrətlənmək f. Bir işdən, hadisədən və s.-dən dərs almaq, özünə nümunə götürmək, özü üçün nəticə çıxarmaq. ibrətli sif. İbrət ola bilən, ibrət verən, ibrət alınmalı, nümunə götürülə bilən, ibrətverici, özü üçün dərs ala bilən. İbrətli hadisə. – Əkbər siz deyən adamlardan olmasa da, özünə görə ibrətli həyat yolu var. Mir Cəlal. ibrətverici bax. ibrətamiz. Şəkillərin arasında ibrətverici və hikmətli şeirlər yazılmışdı. M.S.Ordubadi. ibriq is. [ər.] Su və b. mayelər üçün qulplu və əmzikli qab. [Xəyyam:] Badə ibriqimi qırdın, ya rəb! Dərdimi başdan aşırdın, ya rəb! H.Cavid. ibrişim is. [fars.] İpək iplik. ibtida is. [ər.] Başlanğıc, ilk, əvvəl (intiha ziddi.) Ayın ibtidası. – İnsan, ömrünün ibtidasından intihasına qədər möhtacdır təhsili-ülumə. H.Zərdabi. [Şeyx Sənan:] Bir səfərdir bu, adəta, məchul; Qayə məchul, ibtida məchul... H.Cavid. [Murad] bu məqsədlə 1921-ci ilin ibtidasında Bakıdan çıxmış(dı). S.Hüseyn. // sif. İlk, birinci. Sonanın ibtida müəlliməsi nəhayətdə ağıllı və pedaqoji elminə qabil bir arvad idi. N.Nərimanov. // zərf Əvvəlcə, ən əvvəl, ibtidada. İbtida ustaddan dərsim alanda; Oxuyub yetişdim, ay sinə-sinə. Aşıq Ələsgər. • İbtida etmək (qılmaq) – başlamaq. İbtida eyləyib girdim meydana; Aşıqlar ustadı, görün handadı? Qurbani. ibtidada zərf İlk dəfədə, başlanğıcda, əvvəldə. Ki cahan içrə var eylə işlər; Nəzərə ibtidada xoş görünər. S.Ə.Şirvani. ibtidadan zərf Başlanğıcdan, əvvəlindən, başdan. [Xacə] qəziyyəni ibtidadan intihayədək Yusif şaha nəql etdi. M.F.Axundzadə. İbtidadan eləsəm şərh bu əhvalı əgər: Uzanıb rişeyi-söz, nəzm düşər tulani. S.Ə.Şirvani. ibtidai sif.\n1. Başlanğıca aid, ən əvvəl olan; ilk. Küçələrdə və meydançalarda gördüyünüz yaralılara ibtidai yardım [ediniz]. M.S.Ordubadi.\n2. Hələ mükəmməlləşməmiş, inkişaf etməmiş. İbtidai həyat. – Həsən bəy inkişaf etməmiş, ibtidai və dağınıq təsərrüfatın artıb yüksəlməsinə çalışırdı. M.İbrahimov.\n3. Başlanğıc, ilk, dərəcə etibarilə aşağı. İbtidai siniflər. İbtidai təhsil. – [Qız] .. ibtidai savad kursunu bitirmiş, ali savad kursuna girmək fikrindədir. S.Hüseyn. Aslan kənddə ibtidai məktəbdə oxuduğu zamanlar gecə-gündüz bu xəyallarla yaşayırdı. M.Rzaquluzadə.\n4. Bəşəriyyət tarixinin ən qədim (ilk) dövrlərinə aid olan. İbtidai insanlar. İbtidai mədəniyyət qalıqları.\n5. Hazırkı dövr üçün köhnəlmiş, geri qalmış, ən adi, primitiv. İbtidai adətlər. İbtidai geyimlər. ‣ İbtidai icma quruluşu – bax. icma. ibtidailər is. zool. Birhüceyrəli heyvanlar qrupu. ibtidailik is. İbtidai halda olma, ilk mərhələdə olma. // İlkinlik. ibtidasız sif. İbtidası, başlanğıcı olmayan. ibtila is. [ər.] Bir şeyə xəstəlik dərəcəsində mübtəla olma; mübtəlalıq, düşkünlük. Demək, Ələkbər yoldaş yenə də Hacı xanla qumar oynamış imiş. Onlar ikisi də ibtiladan yaxalarını qurtara bilmirlərdi. M.S.Ordubadi. Mirzağa buna ibtila dərəcəsində adət etmişdi. S.Hüseyn. icab [ər.]: icab etmək kit. – lazım olmaq, lazım gəlmək: vacib, labüd, zəruri olmaq. Həqiqi inqilab nə qədər ki, dedikcə, böyük bir əmrdir, bu böyük əmri yerinə yetirmək üçün də .. amal və əfkarı uca olan adamların meydana çıxması icab edər. Ü.Hacıbəyov. Bunun üzərində danışmaq icab edirdi, halbuki gecə keçdiyindən [müəllimin] yuxusu gəlirdi. S.Hüseyn. icad is. [ər.] Vücuda gətirmə (gətirilmə), yoxdan var etmə (edilmə), yaratma (yaradılma), düzəltmə (düzəldilmə); ixtira (etmə), kəşf (etmə). Radionun icadı. Telefonun icadı. Hürufatın icadı. Yeni icad (yeni çıxmış şey, yeni ixtira). // Uydurma. O necə xəstəlikdir, – dedim, – kimin icadıdır? Mir Cəlal. • İcad etmək (eləmək) – vücuda gətirmək, yoxdan var etmək, yaratmaq. Parlaq günəşin həsrəti ruyinlə gözümdən; Qanyaş axıdıb Dəclələr icad edərəm mən. Heyran xanım. // İxtira etmək. Mən sizin üçün lap təzə bir xörək icad eləmişəm. “Mol. Nəsr.”. O hansı elmdir ki, icad etdi telefonu? M.Möcüz. Yəqin bu ekskavatoru icad edənlər onun ağırlığını, həcminin iriliyini nəzərə alaraq, onunla yükləmək mümkün olmadığını düşünmüşlər. Ə.Sadıq. // Uydurmaq, düzəltmək. [İblis:] Bir qazi olub gah edərim fitnələr icad. H.Cavid. İcad olunmaq (edilmək) – vücuda gətirilmək. ..Övladıma da vəsiyyət edəcəyəm ki, müsəlman dili üçün təzə bir hürufat icad olunmuyunca müsəlmanca bir kəlmə söz də yazmasınlar. C.Məmmədquluzadə. // Uydurulmaq. Möcüzə adamları aldatmaq üçün icad olunmuşdur. Çəmənzəminli. icarə is. [ər.] Müəyyən şərtlər əsasında daşınmaz əmlakın müvəqqəti istifadəyə verilməsi, ya alınması; kirə. İcarə haqqı. İcarə kağızı. İcarə şərtləri. – [Kərbəlayı Qulam:] Hacı, özünüz bilirsiniz ki, mərhum Ağa Heydərin hamamı mənim icarəmdədir. N.Vəzirov. • İcarə etmək – bir yeri müvəqqəti istifadə üçün kirə etmək. Qasım kənddən çox uzaq bir yerdə bir parça torpaq icarə etmişdi. Ə.Sadıq. İcarəyə götürmək – müəyyən şərtlərlə müvəqqəti istifadəyə götürmək. Əhvalat belədir ki, otuz il bundan qabaq bir neçə müsəlman şəhər yerini icarəyə götürüb başlayıblar əkinçilik ilə güzəran eləməyə.. C.Məmmədquluzadə. Məscid sərin olduğuna görə, baqqallar oranı icarəyə götürüb, içinə şey yığırdılar. Çəmənzəminli. İcarəyə vermək – müəyyən şərtlərlə başqasına müvəqqəti istifadəyə vermək. [Həsən:] Sənə yataq icarəyə verən də başını daşın yekəsinə döyüb. Ə.Haqverdiyev. [Salamov:] O yer mənim babamın xırman yeridir, xəzinənin nə ixtiyarı var mənim yerimi icarəyə versin? C.Cabbarlı. Bəy o il torpağını icarəyə verməkdən boyun qaçırdı. M.Hüseyn. icarəçi bax. icarədar. icarədar is. [ər. icarə və fars. ...dar] Birinin mülkünü və s.-ni icarəyə götürən adam. Kişi də hacının yuxarı baş karvansarasının icarədarıdır. P.Makulu. icarədarlıq is. İcarəyə götürmə, kirə etmə. icarələmə “İcarələmək”dən f.is. icarələmək f. İcarəyə götürmək, kirələmək. Torpaq icarələmək. icarələnmə “İcarələnmək”dən f.is. icarələnmək məch. İcarəyə (kirəyə) götürülmək; kirələnmək. Torpaq icarələnib. icarənamə is. [ər. icarə və fars. ...namə] İcarəyə almaq və ya vermək haqqında yazılı sənəd; icarə kağızı. icazə is. [ər.]\n1. İzin, rüsxət, ixtiyar. İcazə almaq. İcazə istəmək. İcazə vermək. – Kargüzar qardaşına toy eləmək üçün icazə alıb, kəndə getmişdi. S.Rəhman.\n2. İcazənamə, icazə vərəqəsi. İcazənizi göstərin. icazəli sif. İcazə verilmiş, rüsxət verilmiş, icazə almış, bir şeyi etməyə icazəsi olan. icazənamə is. [ər. icazə və fars. ...namə] Bir yerə daxil olmaq və ya bir iş üçün verilən icazə vərəqəsi; rüsxətnamə. Bütün müxbirlərin icazənamələri bir yerdə imzalanıb. Ə.Məmmədxanlı. icazəsiz zərf İzinsiz, rüsxətsiz, icazə olmadan, icazə almadan. İcazəsiz danışmaq. İcazəsiz getmək. İcazəsiz götürmək. – Əminə ərindən icazəsiz qızıl verib, iki nəfərin dəvəsini almış(dı). Ə.Əbülhəsən. icazət klas. bax. icazə 1-ci mənada. • İcazət olunmaq – icazə verilmək, izin verilmək. Şah buyurdu ki, .. bu məclisi-xasdır, ona binaən mənim tərəfimdən icazət olunur ki, oturasınız. M.F.Axundzadə. Divan-dərəni bəndə çəkib aldı dübarə; Bu bidət olan əmrə icazət uçitellər. M.Ə.Sabir. icbar is. [ər.] Cəbr etmə, məcbur etmə; öz razılığı, arzusu olmadan bir işə sövq etmə. • İcbar etmək – məcbur etmək. icbari sif. Məcburi. Ümumi icbari təhsil. // İstəməyərək, güclə. icbarilik is. Məcburilik. iclas is. [ər.] Bir məsələni müzakirə etmək üçün hər hansı bir təşkilat üzvlərinin bir yerə yığılması; yığıncaq. Fəallar iclası. Valideynlər iclası. İclas salonu. – O günün sabahı iclasdan əvvəl qurultay binasında təşkil edilmiş .. sərgini gəzərkən Eldar [Ceyrana] yaxınlaşır. S.Hüseyn. [Nuriyyə:] Nazxanımı çağırıb, zalı iclas üçün hazırlamağı tapşırdım. İ.Əfəndiyev. • İclas etmək – bir məsələni müzakirə etmək üçün yığışmaq. İyulun birinci yarısında məclis iclas etdiyi zaman bir avtomaşın siqnal verməyə başlayır. M.İbrahimov. iclasçı is. Məhkəmə iclasında iştirak edən xalq nümayəndəsi. iclasçılıq is. İclasçı işi, iclasçı vəzifəsi. iclasbaz is. [ər. iclas və fars. ...baz] İclası, iclas etməyi çox sevən adam (mənfi mənada işlənir). iclasbazlıq is. Çox iclas çağırma, çox iclas etmə; iclas etməyi, çox iclasa getməyi sevmə (mənfi mənada işlənir). icma is. [ər.]\n1. Qədimdə: hər hansı bir ərazi daxilində yaşayan əhalinin özünüidarə hüququna malik birliyi, təşkilatı. Şəhər icması. Qədim Rusiyada kəndli icması.\n2. köhn. Cəmiyyət, təşkilat, məclis, ittifaq. Dini icma. – Sənət isə ibarət idi alinəsəb, dövlətmənd, ağıllı və insaflı əşxasın icmasından. F.Köçərli. 1915-ci ildən başlayaraq müharibə əleyhinə bir çox icmalarımız oldu. T.Ş.Simurq. • İcma etmək köhn. – bir yerə toplaşmaq, bir məsələni müzakirə etmək üçün yığılmaq, iclas etmək. // köhn. Camaat. [Komediya] ..icmanın bir o qədər xoşuna gəldi ki, pərdənin axırında “afərin” sədası göyə çıxıb, üç-dörd dəfə pərdənin qalxmağını .. əl çalıb tələb edirdilər. F.Köçərli. ‣ İbtidai icma quruluşu – insan cəmiyyətinin ilk ictimai-iqtisadi quruluş forması. icmal is. [ər.]\n1. Qısa məlumat, bir məsələnin ümumi şəkildə qısaca şərhi; xülasə. • İcmal vermək – xülasə etmək. Təfsili-qəminə verdi icmal; Qıldı ona ərzi-surəti-hal. Füzuli.\n2. Qəzetlərdə günün siyasi hadisələrini ümumi şəkildə xülasə edən məqalə, yazı. Qəzetdə dünya hadisələrinə dair icmal vardır. icmalçı is. İcmal yazan jurnalist, icmal müəllifi (bax. icmal 2-ci mənada). icmalən zərf [ər.] köhn. Qısaca, müxtəsər, xülasə şəklində. icra is. [ər.] Bir işin, qərarın, hökmün və s.-nin yerinə yetirilməsi, həyata keçirilməsi. İcranı yoxlamaq. Göstərişin icrasına çalışmaq. – [Yusif şah] naçar ümuri-səltənətin icrasına iqdam etdi. M.F.Axundzadə. Balacayev bu gün Gülöyşə vasitəsilə Rüxsarəyə tapşırıq verməyi və sonra da belə bir şahidin iştirakı ilə icrasını yoxlamağı qərara almışdı. S.Rəhimov. • İcra etmək – yerinə yetirmək, həyata keçirmək, əməl etmək. [Dursun] öhdəsinə mühəvvəl olan işləri qeyrətlə icra edirdi. A.Şaiq. İstər arvadı Nigar, istər çocuqları [Muradın] bütün əmr və tələblərini düşünmədən icra edər, onun sözündən çıxmazdılar. S.Hüseyn. ‣ İcra vərəqəsi hüq. – məhkəmənin hökmünü və ya qərarını həyata keçirmək üçün sənəd. icraçı is.\n1. Bir qərarı, hökmü, əmri, göstərişi icra edən, əməli surətdə yerinə yetirən, həyata keçirən adam. Hüsaməddin kimi adamlar onun fikrinin icraçılarıdır. M.S.Ordubadi. // Sif. mənasında. [Yunis] əvvəl icraçı mühəndis, ..sonra trestin baş mühəndis müavini vəzifəsində işləmişdi. Mir Cəlal.\n2. Bədii (musiqi, ədəbi və s.) əsərin ifaçısı. [Rəşid] ümumittifaq özfəaliyyət icraçıları baxışında birincilik qazanmışdır. M.Rzaquluzadə. ‣ Məhkəmə icraçısı – icra vərəqəsinə əsasən məhkəmə qərarını həyata keçirən məhkəmə işçisi. icraedici bax. icraçı. İcraedici orqanlar. icraiyyə icraiyyə komitəsi – hökumət qərarlarını həyata keçirmək, bir şeyi əməli surətdə idarə etmək vəzifəsini həyata keçirən orqanların adı. Rüstəm kişi .. rayon icraiyyə komitəsi sədrinin yanına getməyi qərara aldı. M.İbrahimov. İcraiyyə komitəsinin binası qarşısında durmuş iki minik maşını qardan seçilmirdi. Q.İlkin. icrakom is. [ər. icra və fr. comite] İcraiyyə komitəsinin qısaldılmış adı. İcrakomun sədr müavini qırmızı karandaşı naxışlı qələmdandan çəkib, vacib görkəm aldı. B.Bayramov. icrasız sif. və zərf Yerinə yetirilməmiş, əməl edilməmiş, həyata keçirilməmiş. Evdə uşaq heç bir rejimə tabe olmadan yaşayarsa, məktəbin verdiyi tapşırıqlar da icrasız qalar. “Az. qad.” icrət is. [ər.] köhn.\n1. Görülən iş üçün verilən haqq (pul), muzd (maaş), zəhmət haqqı. [Hacı Rəcəbəli:] Ağa Mərdan, uşaqların icrətini məlum elə! M.F.Axundzadə. Vəliquluya və Zibaya Xudayar bəy o qədər icrət təyin elədi ki, Zeynəb acından ölməsin.. C.Məmmədquluzadə.\n2. İcrətlə şəklində zərf – görülən iş üçün zəhmət haqqı alaraq; muzdla, maaşla, pulla. İcrətlə işləmək. – Sabahı günü üç nəfər adam icrətlə tutub qəzalara göndərdi ki, Haqq Mövcudun ölüsünü, ya dirisini tapıb gətirsinlər. Ə.Haqverdiyev. Gülzar bəzən qonşuları üçün icrətlə çalışırdı. C.Cabbarlı. ictihad is. [ər.] klas.\n1. Cidd-cəhd, var gücü ilə çalışma, səy etmə, çalışıb-çapalama. • İctihad etmək köhn. – gücü çatdıqca çalışmaq, səy etmək, əlləşmək. ..Elə güman eliyirdim ki, bunların içində yenə heç olmasa minlərcə tapılar ki, elm, fənn və maarif aləmində ictihad edib hər biri öz milləti və vətəninin iftixarına bais olublar. C.Məmmədquluzadə. Yaxud, de görüm, müdiri“Kəşkül”; Ünsizadə Səidi-məqul; Etdikləri ictihadə nisbət; Millətdən alır bu gün də qiymət. M.Ə.Sabir.\n2. din. Müctəhidin əhkam və hadisələrdən məna, hökm çıxarması və çıxardığı məna. [Molla Bağır:] Məsələn, onun əqidəsi ilə guya ictihad lazım deyil və xüms və imammalı vermək xilafdır və guya üləma fövt olan müctəhidin rəyində qalmağı o cəhətdən avama caiz görmürlər ki, özlərinin bazarı rəvac olsun. M.F.Axundzadə. ictimai sif. [ər.]\n1. İnsan cəmiyyətinə aid olan. İctimai quruluş. İctimai inkişaf qanunları. // Cəmiyyətdə insanların həyat və münasibəti ilə bağlı olan, cəmiyyətdə cərəyan edən, cəmiyyətdə törəyən, cəmiyyətin həyatına aid olan. İctimai həyat. İctimai sığorta. İctimai münasibətlər. İctimai mənafe. İctimai tərəqqi. İctimai vəziyyət. – Bunların hamısını nəzərə alıb, biz bir neçə Badkubə müəllimləri açıq və sadə dil ilə yazılmış tərbiyə və təlim üsulundan, ədəbiyyatdan və ictimai məişətdən bəhs edən aylıq bir jurnal nəşr etməyə şüru etdik. C.Məmmədquluzadə. “Molla Nəsrəddin” çürümüş, köhnə, yaramaz .. həyat və ictimai əlaqələrin hərtərəfli və öldürücü tənqidçisidir. M.İbrahimov. // Cəmiyyətin siniflərə, qruplara bölünməsi ilə əlaqədar olan. Əhalinin ictimai tərkibi. İctimai mənşə. İctimai qruplar. İctimai ziddiyyətlər.\n2. Kollektivin siyasi, mədəni, həmkarlıq və s. ehtiyaclarına könüllü xidmətlə bağlı olan. İctimai iş. İctimai vəzifə. İctimai təşkilatlar. İctimai tapşırıq.\n3. Hamıya, bütün cəmiyyətə məxsus olan; kollektiv, ümumi, ellik. İctimai gəlir. İctimai mülkiyyət. – [Ziba] hər zaman Əsmərin halına acıyar, onu özü ilə .. ictimai yerlərə çəkməyə çalışardı. S.Hüseyn. ictimailəşdirilmə “İctimailəşdirilmək”dən f.is. İstehsal vasitələrinin ictimailəşdirilməsi. Torpağın ictimailəşdirilməsi. ictimailəşdirilmək məch. Fərdilikdən, xüsusilikdən çıxarılıb, cəmiyyətin, kollektivin ixtiyarına verilmək; ümumiləşdirilmək, ellikləşdirilmək. ictimailəşdirilmiş f.sif. Fərdilikdən, xüsusilikdən çıxarılıb, cəmiyyətin, kollektivin ixtiyarına verilmiş; ümumiləşdirilmiş, ellikləşdirilmiş. İctimailəşdirilmiş təsərrüfatlar. İctimailəşdirilmiş torpaqlar. “İctimailəşdirmək”dən f.is. ictimailəşdirmək f. Dağınıq, fərdi, xüsusi təsərrüfatı, istehsal vasitələrini, təsərrüfat obyektlərini və s.-ni ictimai kollektiv, təsərrüfat halına gətirmək; ümumiləşdirmək, ellikləşdirmək. İstehsal alət və vasitələrini ictimailəşdirmək. Torpağı ictimailəşdirmək. ictimailəşmə “İctimailəşmək”dən f.is. ictimailəşmək f. Fərdilikdən, xüsusilikdən çıxıb ümumiləşmək, cəmiyyətin mülkiyyətinə keçmək, ellikləşmək. ictimailik is. İctimai xarakterdə olma; ümumilik, kollektivlik. ictimaiyyat is. [ər.] Cəmiyyət və onun inkişafından bəhs edən elm. İctimaiyyat dərsi. İctimaiyyat müəllimi. – İctimaiyyat dərnəyi rəhbəri [Ənisənin] .. müraciətini çox soyuq qarşılamışdı. S.Hüseyn. ictimaiyyət is. [ər.] Cəmiyyətin qabaqcıl dairələri, qabaqcıl hissəsi. Elmi ictimaiyyət. İctimaiyyətin fikri. İctimaiyyətin diqqətini cəlb etmək. // Ümumiyyətlə, cəmiyyət. Demək, bu məsələ əxlaq və ictimaiyyət ilə əlaqədardır. A.Şaiq. ictimaiyyətçi is. İctimai işlərdə, ictimai həyatda fəal iştirak edən adam. // Sif. mənasında. İctimaiyyətçi qadınlar. – [Səmayə] özü bir yaxşı ictimaiyyətçi qızdı, Heydərov onu al dillə aldadıb yoldan çıxartmışdır. Mir Cəlal. ictinab is. [ər.] klas. Çəkinmə, saqınma, uzaqlaşma, uzaq durma. Fürsəti fövt etmək olmaz, gözləyir əğyarlar; Onların bədgularından ictinabın vaxtıdır. Aşıq Qurban. A kişi, mənim bu Gəncə şəhərində bir rəfiqim var, .. adını qoyub müəllim, heç bir zaddan ictinabı yox. “Mol. Nəsr.” [Sitarə:] Naməhrəmə üzümü göstərməkdən ictinabə məcburəm. C.Cabbarlı. • İctinab etmək (qılmaq) – çəkinmək, saqınmaq, uzaq durmaq. Dersən ki, xublərdən kəs mehrin, ictinab et; Yaxşılar ilə, zahid, yaxşımıdır yamanlıq? Qövsi. Hər nə etsən, et və lakin etmə meydən ictinab... M.Ə.Sabir. icz klas. bax. əcz. Tənha qalıb etdi naleyi-zar; Dərdü qəmə qıldı iczin izhar. Füzuli. Ətalət mayeyi-iczü kədərdir. M.Ə.Sabir. Ey milləti cəhalətə vadar edən axund; Hər dürlü fəqrü iczə giriftar edən axund! Ə.Qəmküsar. iç is.\n1. Bir şeyin içərisi, daxili, iç tərəfi. Əvvəl evin içi, sonra çölü. (Ata. sözü). Mağaranın içi yumşaq ağac qabıqları ilə döşənmişdi. A.Şaiq. Əşrəf yavaşcadan sürünüb kola yaxınlaşdı, əli ilə kolun içini yoxladı. S.Rəhman. // Bir şeyin ortası, arası. Otların içində uzanmaq. – [Məşədi İbad:] Sən kimi bir gözəli; Bağın içində görəsən. Ü.Hacıbəyov. // Qapalı, örtülü, ya oyuq olan şeylərin boşluğu. Qutunun içi. Tabağın içi.\n2. İnsan və heyvanların döş və qarın boşluğunda yerləşən üzvlər; içalat. Musa kişi toğlunun içini təzəcə çıxarıb, Gülnazın əlindəki mis qaba qoymuşdu ki, həyət qapısı döyüldü. M.İbrahimov. • İç qovurması – cızbız. İçə qonaq eləmək. İç yağı – bağırsaqları örtən piy təbəqəsi.\n3. Məğz, ləpə, özək (qabıqlı meyvələrdə). Badam içi. İçi çürük qoz.\n4. məc. Bir şeyin daxili və gizli, görünməz cəhəti; batin. İçim özümü yandırır, çölüm özgəni. (Məsəl).\n5. İçdən, içindən şəklində zərf – könüldən, ürəkdən, səmimi-qəlbdən. İçdən gələn sözlər. İçdən arzu etmək. – Anası guya şikayət edər kimi oğlunun saydığı bu sifətlərinə içindən sevinir, fərəhlənir, bir parça da lovğalanırdı. Qantəmir.\n6. İçində şəklində zərf – 1) daxilində, içərisində. Evin içində. Quyunun içində. Hovuzun içində. – İnsan nəfəs alanda onun ağzından və burnundan çıxan hava bədənin içində xarab olmuş havadır. H.Zərdabi; 2) ...ərzində, ...zərfində, ...müddətində, ...içərisində. Bir qız gördüm biçində; Sarı sünbül içində; Burda bir toy olacaq; Gələn ayın içində. (Bayatı). Bir neçə il bundan əqdəm Danabaş kəndində bir uşaq məktəbə gedən günün sabahısı uşağın atasının yeddi qoyunu bir gecənin içində çərləyib ölür. C.Məmmədquluzadə. [Cahanın] qoçaqlığını ondan bil ki, bu yaşında üç-dörd ayın içində savadlandı. Ə.Haqverdiyev; Düşünürəm: – Nə qazandım; Otuz yeddi il içində? B.Vahabzadə; 3) ...arasında, ...içərisində, ...sırasında. Vaqif səni sevdi xublar içində; Bir təzə qönçəsən gülzar içində. M.P.Vaqif. [Mərcan bəy:] Mənim təzə arvadım hələ üzün mənə göstərməyibdir və söz veribdir ki, qonaqların içində üzünü mənə göstərsin. Ü.Hacıbəyov. Kamal da bu gənc modelçilər içində idi. M.Rzaquluzadə; 4) bir şeyin çoxluğunu, artıqlığını, yaxud hansı vəziyyətdə baş verdiyini bildirir. Qızdırma içində sayıqlamaq. Tər içində olmaq. – Ehtiyac içində böyütdü onu; Böyütdü atalı, yetim oğlunu. B.Vahabzadə. Həyətdə hər şey nur içində üzürdü. Ə.Vəliyev. // ...içinə şəklində – ...arasına, ...içərisinə. Nəçərnik öz qonaqları ilə çıxdı camaatın içinə. C.Məmmədquluzadə. ...içindən şəklində – ...ortasından, ...arasından. Maşın kəndin içindən keçdi. // İçimizdə şəklində – aramızda, sıramızda. İçimizdə pis adam yoxdur.\n7. sif. İçəridəki, daxili. İç qapı. İç qabıq. • İç qala – böyük qalanın içindəki kiçik qala; qalaça, ərk. ‣ İç üzü – bir şəxsin hələ heç kəsə məlum olmayan siması, xüsusiyyəti, mahiyyəti və s. keyfiyyəti. İç üzünü açmaq. İç üzünü bilmək. – Məşədi Kazım ağa isə öz məqsədini bildirmək və özünün iç üzünü açmaq istəmirdi. M.S.Ordubadi. // Bir şeyin həqiqi mahiyyəti, batini, gözə görünməyən daxili cəhəti, halı. [Səyavuş:] Heç yalan deyilmiş anamın sözü; Başqa imiş sarayların iç üzü. H.Cavid. [Nadir] sanki ayla danışıb, bütün bu sirlərin iç üzünü ondan bilmək istəyirdi. B.Talıblı. İçi getmək – çox arzu etmək, son dərəcə istəmək, can atmaq, bir şeyin həsrətində olmaq. İçi gülmək – ürəyində şad olmaq, məmnun olmaq, candan sevinmək, hiss etdirmədən sevinmək. Ağsaqqallardan biri: – Kərbəlayı, bizim də məqsədimiz elə sənsən. Yoxsa Safo azaylansa da, bu qohumluqdan içi gülür. S.Rəhimov. İçi içini kəsmək – bax. içi içini yemək. [Hacı Əhməd:] ..Dünən camaat o qərarı çıxaranda mənim içim içimi kəsirdi. C.Cabbarlı. İçi içini yemək – arzusunu yerinə yetirə bilmədiyi üçün çox üzülmək, həyəcan və iztirab keçirmək. İçi qan ağlamaq – halını büruzə vermədiyi halda, çox həyəcan və iztirab keçirmək. İçi üzülmək – aclıqdan üzülmək, əldən düşmək. Saat yeddiyə işləyirdi, lap içim üzülmüşdü. Mir Cəlal. İçindən qovrulmaq (qırıla-qırıla qalmaq) – acığını, hirsini və ya başqa bir hissini üzə verə bilmədiyi üçün çox əzab və iztirab keçirmək. Qumrunun mərmər kimi ağ vücudunu gördükcə atlı içindən qovrulur. Mir Cəlal. Zeynal bəy içindən qırıla-qırıla qaldı. M.Hüseyn. İçini arıtlamaq (arıtmaq) – bax. boğazını arıtlamaq (“boğaz1”da). Bu vaxt molla Qafar içini arıtlaya-arıtlaya (z.) daxil oldu. S.Rəhimov. Bekar arvad ilə qabaq-qabağa oturub yeyir, içini arıdıb deyirdi: – Ye getsin, ay çörəkçi qızı! Mir Cəlal. İçini çəkmək – 1) dərindən nəfəs almaq, köks ötürmək. Qız dərindən içini çəkərək düşünməyə başladı. A.Şaiq; 2) həyəcanını, iztirabını, heyrətini dərin bir nəfəs çəkərək, büruzə vermək. Məsmə heyrətlə içini çəkdi: – Bu nə deyir, lap küfr danışır, Mirzə qardaş! Mir Cəlal. [Səməd] gəlinin qəfildən necə diksindiyini, hətta heyrətlə içini çəkdiyini hiss etdisə də, buna məna vermədi. İ.Hüseynov; 3) hıçqırıb ağlamaq. Mülayim xala içini çəkib ağladı. S.Rəhimov. Əminə ufuldaya-ufuldaya bir az susub durdu, sonra birdən içini çəkib, ağlamağa başladı. Ə.Əbülhəsən. İçini gəmirmək – bax. içini yemək 1-ci mənada. İntiqam hissi canavar kimi Gəldiyevin içini gəmirirdi. Mir Cəlal. İçini yemək – 1) acıq çəkmək, dərd çəkmək; dərd, qəm, qüssə içində qovrulmaq. Qadın bu dərd ilə içini yedi; Bir axşam varlığa əlvida dedi. S.Vurğun. Sərhəng Səfai isə gözünü mütəmadiyən baxışmaqda olan Şəmsiyyə və Şahpurdan çəkə bilmir və içini yeyirdi. M.İbrahimov; 2) çox qalmaqdan, ya da çox dəyməkdən içi boşalmaq (qarpız haqqında). içalat bax. iç 2-ci mənada. Qoyunun içalatı. – [Canavar] yazığın içini, içalatını elə aparmışdı ki, quruca qəfəsəsi qalmışdı. S.Rəhimov. Məşədi Şərif içalatı iri bir səbətə qoyub həyətə salladı. Ə.Vəliyev. içdirilmə “İçdirilmək”dən f.is. içdirilmək icb. İçməyə məcbur edilmək. içdirmə “İçdirmək”dən f.is. içdirmək bax. içirtmək. içəiç zərf dan. Ara vermədən, dalbadal içmə (çoxları). içəri 1. zərf Daxilə, daxildə. İçəri itələmək. İçəri gəl. İçəri buraxmaq. – Şah rüsxət verdi, münəccimbaşı çıxmamış Xacə Mübarək içəri girib ərz elədi.. M.F.Axundzadə. [Sara xanım:] ..Gəlib çıxaram, tıqqıldadaram qapını, açarlar, girərəm içəri.. Qantəmir. Hənifə qazanı içəri gətirib yerə qoydu, ətəyi ilə sininin üstünə tökülmüş külü sildi. İ.Hüseynov.\n2. bax. iç 1-ci mənada. Evin içəri otaqlarının birisində (əndərunda) Rəna ilə anası yaşayırdı.. E.Sultanov.\n3. İsmin yönlük, yerlik, çıxışlıq hal şəkilçiləri ilə – 1) arasına, arasında, arasından. Meşənin içərisinə getmək. Uşaqların içərisində biri çox zirəkdir. Kitabların içərisindən ancaq birini seçdim. – ..Bu iki çiçək bu ailələr içərisinə girməklə, onlarda bir yenilik, şadlıq əmələ gətirdisə də, digər tərəfdən, nifaqa və ondan törəyən faciəli hadisələrə də səbəb oldu. S.S.Axundov. Sən qoçaqlar içində qoçaqsan gözlərimdə; Ürəyi alov dolu bir dağsan gözlərimdə. S.Rüstəm. Kimsəsizlər içərisində .. bu qocanın da siması .. canlanırdı. Ə.Məmmədxanlı; 2) ərzində, müddətində, zərfində. Dörd-beş aylıq bir zaman içərisində onunla belə üz-üzə gəlmədiyim birinci kərə vaqe olurdu. S.Hüseyn. ‣ İçəri atmaq dan. – birdən içmək, başına çəkmək. Mirzə Kəmtər də, sanki müsahibindən geri qalmamaq üçün, stəkanında qalan arağı içəri atdı.. Mir Cəlal. İçəri salmaq məc. – mənimsəmək. İçəridən qovrulmaq – ürəyində bərk hirslənmək, acığından qovrulmaq. [Məhbusi] mister Tomasın hədələrini, qaş-qabağını yadına salır, içəridən qovrulurdu. M.İbrahimov. İçəri(yə) ötürmək – 1) yemək, udmaq. [Əmiraslan baba] .. ağ lavaşı yarı bölərək, arasını balla doldurdu və bir göz qırpımında nər kimi içəriyə ötürdü. S.Rəhimov; 2) bax. içəri salmaq. içhaiç zərf Bir başdan içmə, ara vermədən içmə, çoxlu içmə; içəiç (çoxları haqqında). İçhaiç başlandı. içiboş sif. İçərisi boş olan, içində heç bir şey olmayan; oyuq. İçiboş gövdə. İçiboş buynuz. içici bax. içkiçi. iç-içalat bax. içalat. [Mürşüdoğlu] qoca əli ilə iç-içalatı söküb çıxardıb qanlı biləklərini yudu. S.Rəhimov. içilmə “İçilmək”dən f.is. içilmək “İçmək”dən məch. Xörəyin üstündən çay içildi. Qabdakı su içilib qurtarmışdı. – [Kərəm:] Qəribin boynuna kəfən biçilməz; Əcəl camı çox acıdı, içilməz! “Əsli və Kərəm”. Nə qədər şirindir bu ləziz nemət! Şərbət tək içilir bu yolda qəm də. S.Vurğun. içim Adətən “bir” sözü ilə – bir dəfə içməyə kifayət edəcək qədər. Bir içim şərab. – [Ahıl qadın:] Evdə bir içim su yoxdur. Ə.Haqverdiyev. Tapılmır bir içim su evdə, insaf eylə, az sərf et. M.Möcüz. Yusif bir içim su üçün gəldiyi evlə də maraqlanmaya bilməzdi. Mir Cəlal. içimlik is.\n1. İçməyə yararlı, içmək üçün olan, içməli. İçimlik su.\n2. Saylarla miqdar bildirir. Bir içimlik su. İki içimlik şərab. için-için zərf\n1. Gizlin, heç kəsə hiss etdirmədən; içində, ürəyində, qəlbində. Fərhad özlüyündə bu sözlərə için-için gülürdü. Ə.Vəliyev.\n2. Yanıqlı-yanıqlı, yana-yana, acı-acı. Ağlar da için-için edər ah: – Bu körpəmə sən şəfa ver, Allah! A.Şaiq. Həcər isə birdən körpə uşaq kimi için-için hıçqırmağa başladı. S.Rəhimov. // Ürəyində, başqalarına sezdirmədən, gizli. Atırvan ordusu pozulmadı və İman qülləsi .. düşmənlərə qarşı için-için kin bəslədi.. Çəmənzəminli. [Durna] içiniçin yandığını aydınca hiss etdiyi bu qadındakı səbrə heyrət edirdi. İ.Əfəndiyev. içirdilmə “İçirdilmək”dən f.is. içirdilmək “İçirtmək”dən məch. Dərman içirdilmək. İçki içirdilmək. içirmə “İçirmək”dən f.is. içirmək bax. içirtmək. Solğun dodağından cami-sevdanı; İçirmişdir mənə saqiyiəzəl. Ə.Cavad. içirtdirmə “İçirtdirmək”dən f.is. içirtdirmək icb. Başqası vasitəsilə içdirmək, içməyə məcbur etmək. içirtmə “İçirtmək”dən f.is. içirtmək f.\n1. İçməyə sövq və ya məcbur etmək; içdirmək. Su içirtmək. – Əzizim, qandı ürək; Yar sözün dandı ürək; Şirin şərbət içirtdin; Nədən bəs yandı ürək? (Bayatı). Bir əlində sudur, bir əlində od; Gah verib içirdər, gah yaxar gedər. Molla Cümə. [Mirzənin] böyük oğlu təbib bir yanında əyləşib, tez-tez atasının sinəsinə yaş məhrəba salırdı, lazım olduqca dərman içirdirdi. Ə.Haqverdiyev.\n2. İçki verib kefləndirmək, sərxoş etmək; keflənməsinə səbəb olmaq. Onu kim içirdibdir? içki is. İçilən spirtli mayelər. Spirtli içkilər. Şirin içkilər. – Bir müsəlman ki bir rus məclisinə düşərdi, öldürsəydin də, bir qətrə içki dilinə vurmazdı. C.Məmmədquluzadə. Axır vaxtlarda Yusif əlinə düşən pulu içkiyə verib, tez-tez məst olurdu. S.S.Axundov. içkiçi sif. Spirtli içkiləri həddindən artıq içən, içki düşkünü; əyyaş. Allah, Allah! Kimdi oğru, kimdi oğru saxlayan; Bu pristav içkiçi yerinə culfanı tutar. Molla Şükür. Varis böyüdükcə əxlaqsız, içkiçi və qumar düşkünü bir gənc olurdu. A.Şaiq. içkili sif. İçki içilən, içki olan. İçkili məclis. İçkili qonaqlıq. – [Nəbi:] Cəbi, bu gecə bizdə böyük qonaqlıq var: oxuyanlı, çalanlı, içkili. S.S.Axundov. içkisiz sif. Spirtli içkilər olmayan, içilməyən. İçkisiz məclis. içqovurması is. Qoyun içindən hazırlanmış qovurma. içli sif. Astarlı, astarı olan. İçli yorğan. İçli çul. içlik is.\n1. xüs. Bir şeyin içərisinə qoyulan, keçirilən, salınan şey.\n2. Hər hansı bir şeyin iç tərəfinə tikilən şey; astar. İçlik keçə. – ..Döyülən keçə qəliblərindən orada tezcə yeni-yeni alaçıqlar düzələr, his bağlamış köhnə alaçıq keçələri isə endirilib, çullara içlik, ya ulaqlara palan salınardı. S.Rəhimov. içmə “İçmək”dən f.is. içmək f.\n1. Maye bir şeyi udmaq. Su içmək. Dərman içmək. Şərbət içmək. – Yarım saata kimi ağalar və xanımlar çay içməyə və söhbətə məşğul oldular. C.Məmmədquluzadə. Stol üstündəki qrafindən stəkana su töküb içdim. A.Şaiq. // Məc. mənada. Yar ki yara həsrət ilə qovuşdu; Dodaq busə içər, dil ləzzət çəkər. Aşıq Ələsgər. Eşqin çeşməsindən bir damcı içdim; Axdı sellər qədər gözümün yaşı. B.Vahabzadə.\n2. Eyni mənada spirtli içkilər haqqında: sərxoşluq etmək, əyyaşlıq etmək. Eylədik tövbə, əgər göz görə pünhan içdik. Qövsi. Bu sözdən Qaraca qız əsla şad olmadı, çünki bilirdi ki, [Yusif] oraya içməyə gedir. S.S.Axundov. İçmək Cümşüd bəyi xarab etdi, o qədər içirdi ki, bir saat da sərxoşluqdan ayıq olmurdu. E.Sultanov. • Sağlığa (sağlığına) içmək – birinin şərəfinə badə qaldırmaq. [Əsgər:] Sağ ol, Məşədi İbad! Sağlığına içirəm. Ü.Hacıbəyov.\n3. Sulanmaq, su verilmək. Ağaclar su içdi. Torpaq su içdi. – [İsgəndərzadə:] Sən də get, arxayın ol, sabah bağın su içər. Ə.Haqverdiyev. içməli sif. İçməyə yararlı; şirin. İçməli su. // Tamlı, dadlı. İçməli şərbətlər. İçməli mədən suları. – Buranın yerindən, havasından əlavə, suyu çox içməlidir. Ə.Haqverdiyev. içrə qoş. köhn. klas. İçində, içərisində. Bağ içrə. Ev içrə. – Mən bülbüli-baği-firqətəm, zar; Amma qəfəs içrəyəm giriftar. Füzuli. Çoxdur cahan içrə nazənin dilbər; Özümə münasib yarı istərəm. Qurbani. Vərəq-vərəq dilü can hicrin içrə odlandı. X.Natəvan. Böylə həyat içrə yüzdən çox yaşar; Zəhmətkeş dehqanı bizim dağların. S.Vurğun. içsiz sif. İçi olmayan, içi boş; ləpəsiz. İçsiz fındıq. // İçi, astarı olmayan. İçsiz çul. idarə is. [ər.]\n1. Hər hansı bir iş (dövləti, elmi, ictimai, ticarət, təsərrüfat və s.) sahəsinə baxan, müəyyən ştatı, müdiriyyəti olan təşkilat. Dövlət idarələri. Elmi tədqiqat idarəsi. Mərkəzi statistika idarəsi. İctimai idarələr. Sığorta idarəsi. – Mehriban zavod idarəsinin uzun, işıqlı dəhlizi ilə gedib sola döndü. H.Seyidbəyli. Rüstəm kişi paltosunun ətəyini yellədə-yellədə özünü maarif idarəsindən çölə atdı. M.İbrahimov. // Həmin təşkilatın və ya orqanın yerləşdiyi bina. İdarə saat 9-da açılır. İdarəyə getmək. İdarədə bu gün növbətçi kimdir? – Keçmiş vaxtlarda dəftərxanalarda qulluqçulardan gündə biri idarə bağlandıqdan sonra qalıb, təcili məktubları, teleqramları qəbul edərdi. Ə.Haqverdiyev. Ağayar donquldana-donquldana idarədən çıxanda, əvvəl raykoma getmək istədi. Ə.Əbülhəsən.\n2. Rəhbərlik etmə, rəhbərlik, başçılıq. • İdarə heyəti – hər hansı bir idarənin, təşkilatın və s.-nin başında duran seçkili orqan. Azərittifaqın idarə heyəti. – Qulu iki dəfə döşünü qabardıb idarə heyəti adından [İmi ilə Cimiyə] irad tutdu. İ.Əfəndiyev. Həmin gün Səməd idarə heyətinin iclasını çağırmışdı. İ.Hüseynov. İdarə etmək – 1) rəhbərlik etmək, başçılıq etmək, dolandırmaq. Dövləti idarə etmək. Ölkəni idarə etmək. Təsərrüfatı idarə etmək. // Müdirlik etmək, rəislik etmək, bir idarənin başçısı olmaq. İnstitutu idarə etmək. – Çaparxananı idarə edən Rəhim bəy tamam qəzada “Gödək Rəhim bəy” adı ilə məşhur idi. Ə.Haqverdiyev. Toy gecələrini idarə edənə sərpayı deyərdilər. H.Sarabski; 2) dirijorluq etmək. Orkestri idarə etmək. Xoru idarə etmək; 3) hər hansı vasitələrdən, mexanizmlərdən, cihazlardan və s.-dən istifadə edərək, bir şeyin işini, hərəkətini nizama salmaq, müəyyən tərəfə yönəltmək, istiqamətləndirmək. Parovozu idarə etmək. Avtomatı idarə etmək. Gəmini idarə etmək. Ekskavatoru idarə etmək. – Qazıma zamanı buruğu və qazıma prosesini mütəxəssis qazıma ustası idarə edir. S.Quliyev; 4) yetmək, çatmaq, kifayət etmək, dolandıra bilmək, ödəmək. Ailəsini güclə idarə edir. Bu vəsait tələbatı idarə etməyəcək.\n3. Qrammatikada: tabeedici sözün tələbinə görə tabe sözün müəyyən hallara düşüb dəyişməsi. İdarə əlaqəsi. idarəçi 1. is. İdarə edən, rəhbərlik edən, müdir.\n2. sif. Evi yaxşı idarə edən, qənaətçi, qənaətcil, təsərrüfatçı, israfçı olmayan; idarədar. İdarəçi qadın. – Rəmziyyə onun ruhuna uyğun, idarəçi, həmin gözəl bir qız idi. A.Şaiq. idarəçilik is. Rəsmiyyətçilik, quru rəsmiyyət. Təchizat təşkilatlarının işində də idarəçilik halları çoxdur. (Qəzetlərdən). idarədar [ər. idarə və fars. ...dar] bax. idarəçi 2-ci mənada. idarədarlıq is. köhn.\n1. Evi yaxşı idarə etmə, qənaətçilik.\n2. bax. idarəçilik. O fikirləşirdi: – Bəzi yerlərdə bəzi mühərrirlər kağızpərəstliklə idarədarlığa nədənsə hörmət bəsləmirlər. Mir Cəlal. idarəedən f.sif. dilç. İdarə əlaqəsində tabeedici tərəf (söz). idarəedici is.\n1. İdarə edən, başçılıq edən, rəhbərlik edən, rəhbər. İdarəedici partiya.\n2. tex. İşlədən, hərəkətə gətirən, bir mexanizm və s.-nin hərəkətini, işini nizama salan. İdarəedici mexanizm. İdarəedici sistem. idarələnən bax. idarəolunan 1-ci mənada. İdarələnən qurğu. idarələnmə “İdarələnmək”dən f.is. idarələnmək f. İdarə edilmək, hərəkəti, işi idarə olunmaq. idarələrarası is. Müxtəlif idarələr arasında olan, aparılan, cərəyan edən. İdarələrarası yazışma. idarəli sif.\n1. İdarə edəni, başçısı olan.\n2. bax. idarəçi 2-ci mənada. idarəolunan sif.\n1. Hərəkəti, işi idarə oluna bilən. İdarəolunan raket. İdarəolunan təyyarə. İdarəolunan mərmi.\n2. qram. İdarə əlaqəsində tabe tərəf. idarəsiz sif.\n1. Rəhbəri, başçısı, idarə edəni olmayan. İdarəsiz ailə.\n2. İsrafcıl, qənaətə riayət etməyən. idbar [ər.]\n1. sif. Çirkin, kifir, eybəcər. Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi; Vaqqıldama bayquş kimi, idbar dilənçi. M.Ə.Sabir. Mahmuda atası öləndən sonra yalnız bir bacı qalmış ki, o da indi kifirin və idbarın biridir və heç kəs də onu almaq istəməyir. B.Talıblı.\n2. is. klas. Bəxtsizlik, talesizlik, uğursuzluq, düşkünlük, tale dönüklüyü (iqbal ziddi). Getdi başından, könül, ol sərv qəddin sayəsi; Ağla kim, idbarə təbdil oldu iqbalın sənin. Füzuli. Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çıraq; Gecəki iqbalı gör, gündüzdəki idbarə bax! M.P.Vaqif. Nəql edim bir-bir sənə mən hər yerin əhvalını; Bax, düşün, gör onların idbarını, iqbalını. Ə.Qəmküsar. idbarlıq is. Çirkinlik, kifirlik, eybəcərlik. iddə (=iddət) is. [ər.] köhn. din. Ərindən boşanan və ya əri ölən qadının təkrar ərə gedə bilməsi üçün şəriətcə gözləməli olduğu vaxt (100 gün). Şərəbanının iddəsi tamam olmamışdı, xalamgil getdilər, övrəti gətirdilər, əri Hacı Ramazana tapşırdılar.. C.Məmmədquluzadə. [Kərbəlayı Qubad:] Bax, sən bu güncə talağını ərindən al, sonra bir üç ay on gün gözlə, iddən çıxsın. Ü.Hacıbəyov. iddət (=iddə) is. [ər.] köhn. din. Ərindən boşanan və ya əri ölən qadının təkrar ərə gedə bilməsi üçün şəriətcə gözləməli olduğu vaxt (100 gün). Şərəbanının iddəsi tamam olmamışdı, xalamgil getdilər, övrəti gətirdilər, əri Hacı Ramazana tapşırdılar.. C.Məmmədquluzadə. [Kərbəlayı Qubad:] Bax, sən bu güncə talağını ərindən al, sonra bir üç ay on gün gözlə, iddən çıxsın. Ü.Hacıbəyov. iddia is. [ər.]\n1. Tələb. [Ağamərdan:] Siz də mənim yerimə razı olub, hakimi-şər yanına adam göndərib bildiribsiniz ki, Hacı Qafur tapşırdığı pulu onun bacısına verməsin ki, onunla iddianız var. M.F.Axundzadə. • İddia etmək (eləmək) – tələb etmək, istəmək. ..O səbəbə Xudayar bəy Zeynəbi boşamazdı ki, qorxurdu şərir adamların birisi Zeynəbi ala və başlaya Xudayar bəydən səğirlərin mal-mülkünü iddia eliyə. C.Məmmədquluzadə. Səfər qardaşının qanını bütün kənddən iddia edirdi. S.S.Axundov.\n2. Haqlı-haqsız bir fikrin üstündə inad etmək, bir şeyi başqalarına da qəbul etdirməyə çalışmaq. Mirzə Cəlil iddia edirdi ki, Pəri arvadın dili baldan şirin, xasiyyəti çox mülayimdir. Ə.Vəliyev.\n3. Özünə isnad etdiyi bir keyfiyyətin, sifətin başqaları tərəfindən də qəbul və təsdiqinə çalışma, özü haqqında böyük fikirdə olma. İddiası böyükdür. Böyüklük iddiasında olmaq. Çirkin olduğu halda gözəllik iddiasındadır. İgidlik iddiasında olmaq. – Seyr edib boş iddiadan başqa bir şey görmədim. H.Cavid. İddiaya (...iddiasına) düşmək – ...xəyalına düşmək, xəyalında olmaq, ...xəyalından keçmək, ...iddiasında olmaq. Firontək iddiayə düşsəm nə əcəb; Çox zövqlidir abü havası Misrin. S.Ə.Şirvani. Bu bir Allah vergisidir ki, hər qələm əhlinə nəsib olmaz, hər ədiblik iddiasına düşəni məsud qılmaz. F.Köçərli. [Nemət kişi:] Bu cür qəhrəmanlıq iddiasına düşənin yəqin kəlləsi boşdur. M.Hüseyn.\n4. Lovğalıq, təşəxxüs, təkəbbür, özünü yüksək tutma. • İddia eləmək (satmaq) – lovğalanmaq, təşəxxüslənmək. İddia eləmə, Vahid, quru bir canın var; Onu da sən gərək öz yarına qurban edəsən. Ə.Vahid. ‣ İddiası yerə-göyə sığmamaq – çox lovğa, təşəxxüslü, özü barəsində çox böyük fikirdə olan adam haqqında. [Salmanın] ağardığını, əl-ayağa düşdüyünü görən Şirzad düşündü: iddiası yerə-göyə sığmırsa da, özü yaman qorxaqdır. M.İbrahimov. iddiaçı is.\n1. Birindən iddiası olan, bir şeyi istəməyə, tələb etməyə əsası olan adam.\n2. Böyük iddiası olan adam, özü haqqında böyük fikirdə olub, bunun başqaları tərəfindən də qəbul edilməsinə çalışan adam. iddialanma “İddialanmaq”dan f.is. iddialanmaq f. Təşəxxüslənmək, özünə güvənmək, lovğalanmaq. iddialı sif. Özü haqqında böyük fikirdə olan, təkəbbürlü, təşəxxüslü, özünə çox güvənən, lovğa. İddialı adam. İddialı oğlandır. – Nə soxulmusan araya, a başı bəlalı fələ? Nə xəyal ilə olubsan belə iddialı, fələ?! M.Ə.Sabir. Naqis olsa belə əqli, kamalı; Onu görərsiniz çox iddialı. S.Rüstəm. iddialılıq is. Özü haqqında böyük fikirdə olma; mütəkəbbirlik, təşəxxüslük, lovğalıq, özünə çox güvənmə. iddiasız sif.\n1. Heç bir iddiası, tələbi olmayan. İddiasız qız. – Qaraş üzüyola, başıaşağı, söz qaytarmayan, həlim xasiyyətli idi. Belə adama gərək özü kimi yumşaq və iddiasız arvad tapasan. M.İbrahimov.\n2. Sadə, təkəbbürsüz, təvazökar. İddiasız adam. iddiasızlıq is.\n1. İddiası, tələbi olmama.\n2. Sadəlik, təkəbbürsüzlük, təvazökarlıq. ideal is. [fr.]\n1. Ən yüksək məqsəd; qayə, amal. Yüksək ideallar uğrunda mübarizə. – Yazıçının yüksək idealı işıqlı bir ulduz kimi bizi irəliyə səsləyir. M.Arif. [Kərim xan Xavərə:] Mənim idealım gələcək gündür, biz o günə çatacağıq. M.İbrahimov. [Hüseyn:] ..Səhnə mənim məqsədim, idealım və qəlbimdir. S.Rəhman.\n2. Bir şeyin ən gözəl, ən yaxşı, ən mükəmməl nümunəsi. İndi Bakı [gənclər] üçün işıq və bilik mənbəyi olmuşdur, hamısı buraya ideal kimi baxır. M.Hüseyn. idealist is. [fr.]\n1. İdealist fəlsəfə tərəfdarı. İdealist sistemlər. Fəlsəfə tarixində obyektiv idealist təlimlər ilk əvvəl Şərqdə meydana gəlmişdir.\n2. Həqiqəti ideallaşdıran, malik olmadığı sifətləri ona isnad edən adam: xəyalpərəst.\n3. İdealizmə aid olan, idealizm mahiyyətində olan. İdealist fəlsəfə. İdealist görüşlər. idealistcəsinə zərf İdealist nəzəriyyə əsasında, idealist kimi, idealistə xas bir şəkildə. Məsələni idealistcəsinə izah etmək. idealistlik is. İdealizm mahiyyətində olma, idealizmə aid olma, idealist ruhda olma; xəyalpərvərlik, xülyaçılıq. idealizə [fr.]: idealizə etmək – bir şeyi, həqiqətdə olduğundan daha yaxşı bir şəkildə təsvir etmək, göstərmək; əsassız yerə şişirtmək, tərifləmək, ideal bir şey kimi qələmə vermək; ideallaşdırmaq. Axundov nəinki çarizmə, hətta müəyyən dərəcədə idealizə etdiyi Qərb tərəqqisinə, burjua cəmiyyətinə də gözüyumulu yanaşmır. M.İbrahimov. idealizm is. [fr. əsli yun.]\n1. Ruhi olanın, qeyri-maddinin birinciliyi və maddi olanın ikinciliyi prinsiplərindən çıxış edən fəlsəfi cərəyan. Obyektiv idealizm. Dialektik idealizm. Qədim dövr idealizmi. İdealizm şüuru təbiətdən təcrid edilmiş şəkildə nəzərdən keçirir.\n2. Həqiqəti idealizə etmə, ideallaşdırma. ideallaşdırılma “İdeallaşdırılmaq”dan f.is. ideallaşdırılmaq məch. İdealizə edilmək (bax. idealizə). ideallaşdırma “İdeallaşdırmaq”dan f.is. ideallaşdırmaq f. İdealizə etmək (bax. idealizə). identik sif. [lat.] Eyni, birmənalı. ideoqrafik sif. dilç. İdeoqrafiyaya əsaslanan, ideoqrafiyaya aid olan. İdeoqrafik yazı. ideoqrafiya [yun.] dilç. İdeoqramlar vasitəsilə yazı. ideoqram [yun.] dilç. Bu və ya digər dildə səsləri deyil, bütöv məfhumu ifadə edən şərti yazı işarəsi. ideologiya is. [yun.] İctimai şüurun müxtəlif formalarında – fəlsəfədə, siyasətdə, hüquqda, əxlaqda, incəsənətdə, dində ifadə olunan ideyalar, təsəvvürlər, məfhumlar sistemi; məfkurə. Milli ideologiya. Azərbaycançılıq ideologiyası. İdeologiya sahəsində qazanılmış uğurlar. ideoloji sif. İdeologiyaya aid olan, ideologiya ilə bağlı olan; məfkurəvi. İdeoloji məsələ. İdeoloji mübarizə. İdeoloji iş. İdeoloji cəhətdən düzgün. – Çox tez bir zamanda “Molla Nəsrəddin” ideoloji, ədəbi sahədə .. demokratizmin həqiqi mərkəzi oldu. M.İbrahimov. ideoloq is. Hər hansı bir ictimai sinfin, qrupun, cərəyanın ideologiyasını ifadə və müdafiə edən adam. Proletariatın ideoloqları. Qərb ideoloqları. ideya [yun.]\n1. İnsan şüurunda varlığı (həqiqi və ya yanlış şəkildə) əks etdirən və onun bizi əhatə edən mühitə münasibətini ifadə edən anlayış, təsəvvür.\n2. Dünyagörüşünün əsas və ən mühüm prinsipi; məfkurə, məslək, əqidə. İdeya mübarizəsi. İdeya silahı. Qabaqcıl ideyalar. – Yeni Azərbaycan ədəbiyyatında demokratik ideyalar realizm üslubu ilə doğur. M.İbrahimov.\n3. Fikir, qayə, məqsəd. Sülhü qorumaq və möhkəmləndirmək ideyası. İdeyanı həyata keçirmək. – [Aslan:] Demək, sən çox kiçik qəlbli adammışsan. İdeyan da yeməkmiş. S.Vəliyev. // Bir şeyin əsas və başlıca məqsədi. Romanın əsas ideyası. Pyesin ideya məzmunu. ideyacıq isteh. “İdeya”dan kiç. Vecsiz, mənasız, boş ideya, fikir. ideyalı sif. Qabaqcıl ideyası olan, bu ideyalar uğrunda mübarizə edən, bunları təbliğ edən, yayan. Yüksək ideyalı əsərlər. – İstər “Əhvalatlar”, istərsə “Poçt qutusu” dərin ideyalı, yüksək sənət əsərləridir. M.İbrahimov. // Qabaqcıl ideyalar uğrunda mübarizə edən, öz həyat və fəaliyyətində onlara əsaslanan. İdeyalı adam. Təbliğatçı yüksək ideyalı və çox hazırlıqlı olmalıdır. ideyalılıq is. Yüksək, qabaqcıl ideyada olma. Milli ədəbiyyatın yüksək ideyalılığı. İncəsənət əsərlərində yüksək ideyalılıq uğrunda mübarizə. ideyasız sif. İdeyası olmayan, ideyadan məhrum; prinsipsiz. İdeyasız əsər. // Məsləksiz, məfkurəsiz, qayəsiz. ideyasızlıq is. Məfkurəsizlik, qayəsizlik, məsləksizlik. idxal is. [ər.]\n1. Daxil etmə, daxil edilmə.\n2. Bir ölkəyə başqa ölkələrdən mal gətirilməsi (ixrac müqabili). Xaricdən mal idxalı. Dərman maddələrinin idxalı. // Ölkəyə gətirilən malların ümumi miqdarı, yaxud ümumi dəyəri. İdxal ixracdan azdır. idxalat is. [ər. “idxal” söz. cəmi] Bir ölkəyə başqa ölkələrdən gətirilən mal, məhsulat və s. (ixracat müqabili). idxalatçı is. xüs. Xaricdən mal gətirən. İdxalatçı dövlət. idi Qoşulduğu sözü keçmiş zamana bağlayaraq ona hekayə mənası verən bağlama. Onun bir məqsədi var idi. Mən dözməli idim. Bura sahil idi. Bərk çovğun idi. – Qızın paltarı qiymətli parçadan olmasa da, təmiz idi, səliqəli idi. M.S.Ordubadi. [Kərim baba:] Qışlaqda idik, payızın aydınlıq gecəsi idi. A.Şaiq. [Muradın] saçlarını ağardan yarım əsrlik bir həyat idi. S.Hüseyn. idillik sif.\n1. əd. İdilliya mahiyyətində olan, idilliya tərzində olan. İdillik janr.\n2. kin. İdilliyada olduğu kimi; dinc, sakit, qayğısız. ..Həyatı hər növ ziddiyyətdən uzaq və idillik halda təsvir etməyə çalışan yazıçı həqiqi, bədii istedaddan məhrumdur. (Qəzetlərdən). idilliya [yun.]\n1. əd. Kənd əhalisinin təbiət ağuşunda asudə və sakit həyatını təsvir edən kiçik poetik əsər. Feokritin zəngin ədəbi irsindən ancaq bir şeir külliyyatı qalmışdır ki, o da otuz idilliyadan və iyirmi üç epiqramdan ibarətdir. Ə.Sultanlı.\n2. kin. Dinc, sakit, qayğısız həyat. idiom is. [yun.] dilç. Yalnız müəyyən bir dilə xas olan və mənası tərkib hissələrini təşkil edən sözlərin ayrı-ayrılıqda götürülən mənası ilə düz gəlməyən, parçalanmayan söz birləşməsi; ifadə, ibarə, təbir; məs.: baş sındırmaq, gözü doymamaq, gözünün odunu almaq. idiomatik sif. İdiom xarakterində olan, idiomatikaya aid olan. İdiomatik ifadə. idiombtika dilç.\n1. İdiomlar haqqında elm.\n2. Bir dildə olan idiomların məcmusu. Azərbaycan dilinin idiomatikası. idiot [yun.] Anadangəlmə kəmağıl adam, gic. idiotcasına zərf İdiot kimi, gic kimi, gic-gic. İdiotcasına hərəkət etmək. İdiotcasına danışmaq. idiotizm (=idiotluq) is. Anadangəlmə kəmağıllıq, giclik. idiotluq (=idiotizm) is. Anadangəlmə kəmağıllıq, giclik. idiş is. dilç. Şərqi və Mərkəzi Avropa yəhudilərinin, əsasını alman dialektləri təşkil edən dili. idman is. [ər.] Orqanizmi inkişaf etdirmək və möhkəmləndirmək məqsədini güdən bədən mümarisələri (hərəkətləri). İdman məşğələləri. İdman oyunları. İdman meydançası. İdman ustası. – Gündüzlər dərslərə, idmana, oynamağa və sair işlərə məşğul olaraq, belə məişətin ağırlığını bir o qədər hiss etməyirdim. S.S.Axundov. Ancaq bircə nəfər kim idisə, həyətdə .. idman eləyirdi. Mir Cəlal. idmançı is. və sif. İdmanla məşğul olan (adam). İdmançılarımız birinciliyi qazandılar. İdmançı oğlan. – Bu halında [Məcid] sanatoriya həyətlərində, uşaq meydançalarının qapısında qoyulan idmançı heykəllərinə bənzəyirdi. Mir Cəlal. Qara müəllim Lətifin yaxşı bir idmançı olacağına inanırdı. H.Seyidbəyli. idmançılıq is. İdmanla məşğul olma. idrak is. [ər.]\n1. Dərk etmə, bilmə; dərk etmə qabiliyyəti. [Şeyx Sədra:] Buna idrakınız varırmı sizin? Sizcə məchul qədri şeyxinizin. H.Cavid. İdrak ilə vurduğum çəkicimin səsindən; Çatlayır divarları qaranlıq zindanların. Ə.Cavad. Bütün bunları 20 yaşına daxil olan Ulduza həyat təcrübəsi deyil, sevən qəlbin, böyük məhəbbətin idrak qüvvəsi öyrədirdi. Ə.Məmmədxanlı. // Dərrakə, fəhm, şüur, anlaq. Ər ilə arvadın arasında olan əlaqəyə diqqət yetirdikdə görürük ki, bunların mabeynində təfavüt – əql, fəhm və idrak daha da artıq dərəcədədir. F.Köçərli. Həkimül-mülkün keyimiş idrakı vəziyyəti dərk edəcək halda deyildi. M.İbrahimov. • İdrak etmək klas. – dərk etmək, anlamaq. Hər xəyalın idrak edən; Könül güzgüsün pak edən. Əmani. Mən idrak etmədim dünyaya gəlməkdən nədir hikmət.. M.Hadi. Qul olduğunu edincə idrak; Hürriyyətin istəmişdi bibak. A.Səhhət.\n2. fəls. Obyektiv aləmin qanunauyğunluqlarının şüurda dərk edilməsi. İdrak nəzəriyyəsi. Dialektik idrak üsulu. idraklı sif. İdrakı olan, dərrakəli, ifadə is. [ər.]\n1. Anlatma, izah etmə, fəhmli, düşüncəli, şüurlu. Bu ayda bizim təşkilat ibtidai bir haldan çıxıb .. idraklı, müntəzəm, mübariz bir təşkilat şəklinə keçir. M.S.Ordubadi. [Gülnisə:] Sən idraklı olduğun üçün bilirdim ki, sözümü tez anlayacaqsan. C.Cabbarlı. idraklıq is. Dərrakəlilik, fəhmlilik, düşüncəlilik. idraksız sif. İdrakı olmayan, dərrakəsiz, fəhmsiz; düşüncəsiz, şüursuz. [Provokasiyaya] qurban olmuş idraksız .. ermənilər isə müsəlmanları gülləyə basırdılar. M.S.Ordubadi. [Elxan:] [Solmaz] idraksız bir kütlənin səfil qorxaqlığına qurban olub gedir. C.Cabbarlı. idraksızlıq is. Dərrakəsizlik, fəhmsizlik, şüursuzluq, düşüncəsizlik. Bizim idraksızlığımız, təşkilatsızlığımız da düşmənlərimizə yardım verir. M.S.Ordubadi. iena Yaponiyada pul vahidi. ifa is. [ər.]\n1. Bir işi icra etmə, həyata keçirmə, yerinə yetirmə. • İfa etmək – 1) yerinə yetirmək, əda etmək. – Mən özümə aid vəzifələri vaxtında ifa etməyə söz verirəm. M.S.Ordubadi. [Ənisə] öhdəsinə alacağı vəzifəni müvəffəqiyyətlə ifa edə bilərdi. S.Hüseyn; 2) dinlənilmək və ya tamaşa edilmək üçün çalmaq, oxumaq, göstərmək (incəsənət əsərini). Rol ifa etmək. Rəqs ifa etmək. – Arzu qız atasının arzularını bəstələyir, bir müddət sonra pianoda ifa edir, Əhməd isə dinləyirdi. S.Rəhimov. Hündürboy və çox diribaş olan Mürsəl qoçu Əsgər rolunu ifa edirdi. Ə.Sadıq. ifaçı is. Hər hansı bir incəsənət (dram, ədəbi, musiqi) əsərini ifa etmək üçün çıxış edən adam. Musiqi ifaçılarının müsabiqəsi. Gözəl ifaçı. Müxtəlif rolların ifaçısı. – Xalq çalğı alətlərində çalan ifaçıların 1939-cu ildə birinci ümumittifaq baxışı təşkil olunmuşdu. Ə.Bədəlbəyli. ifaçılıq is. Hər hansı bir musiqi əsərini, yaxud dramatik rolu yaradıcılıqla ifa etmə. İfaçılıq məharəti. İfaçılıq xüsusiyyəti. – Mirzə Sadıq tarın səsinin xeyli artmasına müvəffəq oldu və tarda ifaçılıq mədəniyyətini yüksək bir mərhələyə qaldırdı. Ə.Bədəlbəyli. aydın və açıq söyləmə, demə, izhar etmə; izah, şərh, bəyan. Yazılı ifadə (yazı ilə bildirmə). Şifahi ifadə (ağızdan anlatma). İfadə tərzi. – Bu sualın ahəngi içərisində nə kimi ifadələr olduğunu Zeynal çox yaxşı anlamışdı. S.Hüseyn. • İfadə etmək – demək, söyləmək, izhar etmək, bildirmək, anlatmaq. Halını ifadə etmək. Fikrini ifadə etmək. – Ləfz edərsə ifadə mənanı; Sərf edər əhli-mərifət anı. S.Ə.Şirvani. Cavan müəllim bu sözləri dedikdən sonra ürəyi dolu olan, lakin bunları ifadə etməyə söz tapa bilməyən adamlar kimi susdu. M.Rzaquluzadə. İfadə olunmaq – söylənmək, deyilmək, izah edilmək. Yazıçının nəsri də onun jurnalistika və dramaturgiyasında ifadə olunan ictimai ideyaları əxz etdirir. M.İbrahimov.\n2. Bir şeyin xarici təzahürünü, inikasını təşkil edən şey. Qiymət dəyərin pulla ifadəsidir. Hörmət ifadəsi. Səmimiyyət ifadəsi.\n3. dilç. Söz, söz birləşməsi; ibarə, fraza. Frazeoloji ifadə. İdiomatik ifadə. İfadələr lüğəti. Anlaşılmaz ifadə. Obrazlı ifadə. – Şirmayı Səməd Vurğunun odla suyun təzadını vermək üçün bu ifadəni işlətdiyinə əmin idi. M.Hüseyn.\n4. Şagirdlərin öz sözləri ilə yazdıqları mətn. İfadə yazmaq.\n5. hüq. Məhkəmədə məsələni aydınlaşdırmaq üçün şahidin sorğu-suala verdiyi şifahi və ya yazılı cavabı; məlumat, izahat. Bəlli idi ki, məhkəmə Tahirzadə kimi mötəbər bir şahidin ifadəsini asanlıqla ayaqlaya bilməyəcək. Mir Cəlal. • İfadə almaq – şahidi və ya müttəhimi dindirmək. İfadə vermək – məhkəmədə şahidlik etmək, sorğusuala şifahi və ya yazılı cavab vermək.\n6. İnsanın daxili halını əks etdirən əlamət (üzdə, gözdə və s.-də). Üzünün ifadəsi. Gözlərinin ifadəsi. – Nə gözəldir, nə təmizdir; İfadəsi bu gözlərin. N.Rəfibəyli. Melodiya qurtarır. Firuzə valı götürüb, yanında oturan və üzündəki ifadədən fikri uzaqlarda olduğu görünən Sərvinaza uzadır. İ.Əfəndiyev. Əmrahovun simasında da ciddi ifadə göründü. Q.İlkin. ifadəçi is. İfadə edən, əks etdirən, təmsil edən. M.F.Axundovdan sonra ən böyük demokrat, bu yeni keyfiyyətli demokratizmin ədəbiyyat sahəsində böyük ifadəçisi C.Məmmədquluzadə (Molla Nəsrəddin) oldu. M.İbrahimov. ifadələndirilmə “İfadələndirilmək”dən f.is. ifadələndirilmək məch. İfadə edilmək, əks etdirilmək. ifadələndirmə “İfadələndirmək”dən f.is. ifadələndirmək f. İfadə etmək, əks etdirmək. ifadələnmə “İfadələnmək”dən f.is. ifadələnmək məch. İfadə olunmaq, əks olunmaq, öz əksini tapmaq. ifadəli sif. Yaxşı və aydın ifadə edən. İfadəli nitq. İfadəli danışıq. İfadəli yazı. İfadəli (z.) oxumaq. – Qız atasının dediklərini çox ifadəli bir dillə yazmışdı. M.Hüseyn. // Daxili keyfiyyətləri, təəssüratı və s. əks etdirən. İfadəli baxışlar. İfadəli surət. ifadəlilik is. İfadəli olma, yaxşı və aydın ifadə etmə. Dilin, üslubun ifadəliliyi. Balerinanın hərəkətlərindəki ifadəlilik. ifadəsiz sif. İfadəcə zəif, təsirsiz. İfadəsiz nitq. // Heç bir şey ifadə etməyən, heç bir şey əks etməyən. İfadəsiz gözlər. ifadəsizlik is. İfadəcə zəiflik. Nitqin ifadəsizliyi. Üslubun ifadəsizliyi. // Heç bir şey ifadə etməmə. ifçin zərf məh. Tam surətdə, tamam, bütün, hamısını. Atı ifçin nallamaq. – Qıratı ifçin yəhərləyib, Koroğlunun qabağına çəkdilər. “Koroğlu”. Yanında balası o haçadırnaq; Əlvan çiçəkləri ifçin yolardı. H.K.Sanılı. iffət is. [ər.] Saflıq, təmizlik, irz, namus, həya, əxlaq. [Maral:] Hər iki tərəfim təhlükəli uçurum... Burada qalsam, Turxan bəyin murdar nəfəsi, qoşulub qaçarsam, namus, iffət məsələsi.. H.Cavid. iffətli sif. Namuslu, ismətli, həyalı; təmiz, saf. İffətli qız. İffətli gəlin. – Zəmanənin “xarab” bir vaxtında nəcib, gözəl, həyalı, iffətli və ismətli bir qız tapmaq çox da asan deyildi. S.Hüseyn. iffətsiz sif. Namussuz, ismətsiz, həyasız, abırsız. İffətsiz qadın. iflas is. [ər.]\n1. Bankın, tacirin və s.-nin borc iltizamlarını vaxtında ödəyə bilməməsi nəticəsində müflis olması, sınıq çıxması. Bankın iflası. Tacirin iflası. • İflas etmək (olmaq) – müflis olmaq, sınıq çıxmaq, var-yoxu əlindən çıxmaq. Gülara xanım iflas olub, son dərəcə kasıb düşmüş bir bəy ailəsindəndir. S.Rəhman.\n2. məc. Hər hansı bir ictimai fəaliyyətdə, yaxud şəxsi həyatda tam uğursuzluq, müvəffəqiyyətsizlik. Siyasi iflas. Təcavüzkarlıq siyasətinin iflası. • İflasa uğramaq – iflas etmək, puça çıxmaq, heç bir nəticə verməmək, müvəffəqiyyətsizliyə uğramaq. iflic is. [ər.]\n1. Orqanizmin hər hansı bir hissəsini və ya üzvünü normal fəaliyyətdən qoyan xəstəlik. İflic olmaq. İflic vurmaq. İflic tutmaq. Beyin iflici. // Bu xəstəliyə tutulmuş (adam). Neçə illərdir iflicdir.\n2. məc. Fəaliyyətsizlik, durğunluq, hərəkətsizlik. [Məhərrəm əmi:] İnan ki, o mələk sandığınız zəhərli ilanlar bir gün sizi iflic, yaramaz və eybəcər qoyacaq. A.Şaiq. iflim-iflim zərf dan. Tikə-tikə, parçaparça. [Gülpəri:] Deyir, Tarıqulunun cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər. Ə.Haqverdiyev. ifna is. [ər.] klas. Yox etmə, puç etmə, məhv etmə, tələf etmə. Nə qəm, uğratsa da bir gün məni ifnayə zaman; Mən gedərəmsə, məramım yenə dünyadə durar. M.Ə.Sabir. Bu illətin Allaha qalıb bircə davası; Uğratdı bizi büsbütün ifnaya bizim qız. Ə.Nəzmi. ifraq is. [ər.] köhn.\n1. Qəlibə tökmə, qəlibə axıtma. // Müəyyən qəlibə salma.\n2. Qaydaya salma. ifrat is. [ər.] Bir şeyin son həddi, bir şeyi son həddə çatdırma, mübaliğəyə varma, həddi keçmə. İfrat dərəcə (son hədd). İfrat tədbirlər. – Hər işin ifratı vəziyyəti dəyişə bilər. M.S.Ordubadi. // sif. Qəti, barışmaz. Nə qədər ki əmisi onu təhsildən ayırmayır, cəbrən evləndirmirdi, Fərhadda belə ifrat fikirlər yox idi. Ə.Haqverdiyev. // sif. Çox, həddən ziyadə, son dərəcə. İfrat qüvvətli. İfrat tamahkar. • İfrat etmək (eləmək) – hüdudu keçmək, həddi keçmək, mübaliğə etmək. İfrata varmaq – bax. ifrat etmək. Əlyarov əmisi oğlunun ifrata vardığını görüb, bu söhbəti başqa adamların eşitdiyindən qorxmuş kimi, ürkək nəzərlərlə ətrafına baxındı. M.Hüseyn. ifratçı is. İfrata meyil edən, bir işdə ifratçılıq edən. ..Bütün ifratçılarımıza tövsiyəmiz budur ki, işə əhəmiyyət nəzəri ilə baxsınlar. Ü.Hacıbəyov. ifratçılıq is. İfrata varma, ifrata meyil, bir işdə ifrat tədbirlərə əl atma. ifraz is. [ər.] fiziol. Orqanizmin bir yerindən (yaradan və s.-dən) bir şey (maye) çıxma, axma. Narzan mədə şirəsinin ifrazını artırır. Ə.Əliyev. • İfraz etmək – ayırmaq, axıtmaq, dışarı çıxarmaq. Yaranın ifraz etdiyi irin. ifrazat is. [ər. “ifraz” söz. cəmi] fiziol. Bədənin ifraz etdiyi maddələr. İrinli ifrazat. // Nəcis. ..İnsanın və heyvanın bədənindən bayıra çıxan şeylərdə (ifrazatda) həmişə mikroblar vardır. N.Nərimanov. ifrazetdirici sif. fiziol. İfraza səbəb olan. İfrazetdirici dərmanlar. ifrit is. [ər.]\n1. İblis, şeytan, cin. [Padşah:] Yalan danışma, ifrit, sən bilməyirsən, mən bilirəm. Ə.Haqverdiyev.\n2. Çox sərt, amansız, qəddar adam haqqında. • İfrit kəsilmək – bərk acıqlanmaq, amansız olmaq, qəzəblənmək. O gün Dursun ifrit kəsilmişdi. A.Şaiq. ifritə is. və sif. [ər.] dan. Çox çirkin, bədheybət, bədləkər, kifir (qadın haqqında). İfritənin biridir. // Araqarışdıran, pislik edən, fitnəkar qadın haqqında. Elə qarı qapını örtcək dəyişilib oldu bir küpəgirən ifritə, cadu. (Nağıl). O ifritə qadının alçaq fitnəsini hamımız başa düşdük. M.Hüseyn. [Yusif:] ..[Səməd] mən istəyirəm bu ifritə [Qaradonlu] sənin qanını qaraltsın. İ.Hüseynov. // Söyüş mənasında. [Padşah:] Yalan danışma, ifritə! Sən bilmirsən, mən bilirəm. Ə.Haqverdiyev. ifritəlik is. Həddən artıq çirkinlik, eybəcərlik, bədheybətlik, bədləkərlik. ifşa is. [ər.] Faş etmə, aşkara çıxarma, meydana çıxarma, üstünü açma. • İfşa etmək – faş etmək, üstünü açmaq, üzə çıxarmaq, meydana çıxarmaq, açıb göstərmək (birinin cinayətini, gizli niyyətini və s.-ni). Düşmənin hiyləsini ifşa etmək. – Çar hökuməti və onun nümayəndəsi olan Hacısəməd xanın siyasətini ifşa etməli idik. M.S.Ordubadi. “Ölülər” .. ümumiyyətlə, cəhaləti, geriliyi, ikiüzlülüyü və yalanı ifşa edir.. M.İbrahimov. Qəhrəman .. tayfabazlıq salanları kütlənin əli ilə ifşa etmişdi. Ə.Vəliyev. ifşaçı is. Birinin cinayətinin, hiyləsinin, pis niyyətinin üstünü açan, ifşa edən, aşkara çıxaran, açıb göstərən adam. ifşaçılıq is. İfşa etmə, ifşa ilə məşğul olma. ifşaedici sif. İfşa edən, faş edən, üstünü açan, aşkara çıxaran, açıb göstərən, ifşa mahiyyətində olan. İfşaedici sənədlər. İfşaedici dəlillər. – Bakı komitəsi çar hökumətinin avqust ayındakı xəyanətini ifşaedici bir proklamasiya buraxdı. M.S.Ordubadi. ifşaedicilik is. İfşa etmə, ifşa mahiyyətində olma. iftadə f.sif. [fars.] klas. Düşkün, mübtəla. Bu fəxr yetər kim mənə, iftadeyi-eşqəm; Sal başıma bir sayə hümayi-kərəmindən. Ə.Vahid. iftadəlik is. Düşkünlük, mübtəlalıq. İftadəliyim gör, etmə ehmal; Rəhm et, bir əyaq ilə əlim al! Füzuli. iftar is. [ər.] din. Oruc açma, oruc açdıqda yeyilən yemək. Xavərimsə bu gün oruc tutmuş olduğundan, axşam üçün iftar tədarükü görürdü. T.Ş.Simurq. • İftar açmaq (yemək) – oruc açmaq. Axund iftarı yeyib, təsbehi alır əlinə, başlayır hesablamağa. Ə.Haqverdiyev. Tacir qızı isə: – Axund oruc idi, bir saat bundan əvvəl iftarını açıbdır. – dedi. M.S.Ordubadi. // Oruc açma vaxtı, gün batanda. Molla cavabında deyir: – Niyə ayıb olur ki, iftar vaxtıdır da.. “M.N.lətif.” İftara bir az qalanda mömin müsəlmanlar təsbeh çevirə-çevirə, dodaqları duanı vird eləyəndə, ürəkləri də plov çağırır. C.Məmmədquluzadə. Bu top orucluqdan orucluğa, bir dəfə obaşdan, bir dəfə iftarda atılardı. P.Makulu. iftarlıq is. din. İftar (oruc açma) üçün hazırlanan yemək(lər). iftixar is. [ər.]\n1. Fəxr, fəxr etmə. Bu gündən belə İran əhli öz millətləri ilə iftixara haqlıdır. Ü.Hacıbəyov. “Molla Nəsrəddin” bizim inkişaf tariximizdə, xalqımızın ictimai həyatında çox mühüm və iftixara layiq bir hadisədir. M.İbrahimov. // Qürur hissi. [Barxudar] qayıdan gün öz adını ümumi iclasın qətnaməsində oxuyanda sevincindən, heyrətindən, ya iftixarındanmı, nədənsə rəngi qızardı. Mir Cəlal. Bayram kişi aydın seçilən iftixar hissi ilə bu meyvələri göstərib dedi.. M.Rzaquluzadə. // Fəxr edilməli, fəxr edilməyə layiq şəxs. Füzuli Azərbaycan xalqının iftixarıdır. – Mirzə Valeh bu evin mötəbər siması, məclislərin iftixarı olmuşdu. S.Rəhimov. • İftixar etmək – fəxr etmək. [Abas:] Mən də, ac, yoxsul bir həyatdan belə bir dərəcəyə yüksəldiyimə iftixar edirəm. M.İbrahimov. // Təkəbbür, qürur, qürrələnmə. Politikadır hər işləri, alışları-verişləri; Olarda bir əməl fəqət quru, boş iftixarı gör! M.Ə.Sabir.\n2. İftixarla şəklində zərf – qürurla, fəxrlə, iftixar hissi ilə. Keçir bizim qəhrəmanlar; Alay-alay, iftixarla. S.Vurğun. Yusif mütəxəssis üzümçüyə məxsus iftixarla dedi: – Odur, o dərə araları üzüm üçün qızıldır. B.Bayramov. iftixarlanma “İftixarlanmaq”dan f.is. iftixarlanmaq f. İftixar etmək, fəxr etmək, qürrələnmək, öyünmək. iftira is. [ər.] Böhtan, şər. Xülasə, qalan yüz on beş kağız da bu məzmunda növnöv iftira və yalan. C.Məmmədquluzadə. İki tərəf bir-birinə olmazın böhtan və iftirasını, olmazın həyasız hərəkətlərini isnad verirdilər. Çəmənzəminli. Səttarzadə başını tovladı: – Siz məni doğma qızım ilə ləc salmaq istəyənlərin iftirasına uymayın! Mir Cəlal. • İftira etmək – böhtan atmaq, şər atmaq. iftiraçı is. İftira edən, böhtan atan, böhtançı. iftiraçılıq is. Başqalarına şər atma, böhtan demə, böhtançılıq. İftiraçını ifşa etmək. igid sif. Bir işdə, döyüşdə qoçaqlıq, cəsarət, qəhrəmanlıq, mərdlik göstərən; cəsur, qoçaq. İgid oğlan. İgid qız. – Rövşən Rüstəm kimi igid, yeniyetmə, cavan bir oğlan idi. “Koroğlu”. [Fitnə:] ..Mənzər igid pəhləvandır; Həm də gözəl bir insandır. A.Şaiq. Dayanmışdır keşikdə; İgid, qəhrəman Bakı; Əziz, mehriban Bakı. R.Rza. // İs. mənasında. Gülü biçənə qurban; Suyun içənə qurban; Dünyada igid çoxdur; Candan keçənə qurban. (Bayatı). Qaralar geymə gəl, sevimli canan; İgidə meydanda ölmək şərəfdir. M.Rahim. igidcə (=igidcəsinə) zərf Qəhrəmancasına, mərdanə, qorxmadan, igid kimi. İgidcəsinə çarpışmaq. İgidcə vuruşmaq. – Ah, adəmmi olmayan hünəri; Qorxmayın həp, igidcə qalxışınız. A.Şaiq. igidcəsinə (=igidcə) zərf Qəhrəmancasına, mərdanə, qorxmadan, igid kimi. İgidcəsinə çarpışmaq. İgidcə vuruşmaq. – Ah, adəmmi olmayan hünəri; Qorxmayın həp, igidcə qalxışınız. A.Şaiq. igidlənmə “İgidlənmək”dən f.is. igidlənmək f. Özünü igid kimi, qorxmaz kimi göstərmək. igidləşmə “İgidləşmək”dən f.is. igidləşmək f. İgid olmaq, cəsarətli olmaq, daha da ürəkli olmaq; igidlənmək. igidlik is. Qoçaqlıq, qəhrəmanlıq, rəşadət. Duman dağa pərdədir; Göydə deyil, yerdədir; Ağalıq dövlət olsa; İgidlik hünərdədir. (Bayatı). [İsgəndərin] igidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayıbərabəri yox idi. Ə.Haqverdiyev. Müəllimlər qəhrəman əsgərlərin cəbhədəki igidliyi haqqında şagirdlərə maraqlı söhbətlər edib onları ruhlandırdılar. Ə.Vəliyev. • İgidlik göstərmək (etmək, eləmək) – rəşadət göstərmək, qəhrəmanlıq etmək, qoçaqlıq eləmək. Otuzunda kəklik kimi səkərsən; İgidlik eləyib qanlar tökərsən. “Koroğlu”. [Şiraslan:] Əgər atası Vətən yolunda igidlik etməsəydi, haradan onun adı qalar, ona belə qızıl ulduzla bərabər böyük bir orden və ayrıca fərman verilərdi. S.Rəhimov. igidölmüş sif. və is. dan. Qarğış, nifrin kimi işlənən sözdür. iğfal [ər.]: iğfal etmək – qəflətə salmaq, qəflətdə buraxmaq; aldatmaq, fikrini yayındırmaq, yuxulatmaq. [Şah:] Zira dili çox itidir, yenə də sizi iğfal edər. C.Cabbarlı. [Gənc:] Zeynal [Mehribanı] aldadıb iğfal etmək məqsədi ilə yalan danışmağa təşəbbüs etməsin. S.Hüseyn. iğtişaş is. [ər.] Qarğaşalıq, qarışıqlıq, hərc-mərclik. İstanbulda 31 martda vaqe olan iğtişaşın nəticəsidir ki, bütün Türkiyənin hər bir nöqtəsində bahalıq üz verdi. C.Məmmədquluzadə. Hətta iğtişaş zamanı böyük-böyük qəzalara düçar olanda bir dəfə də [Hacı Qasımın] qızı üzünü açmağa razı olmamışdı. E.Sultanov. Hər yerdə iğtişaş, hər yerdə üsyan; Alovlu nəğmələr ucalır göyə. S.Rüstəm. • İğtişaş qalxmaq (düşmək) – hərc-mərclik düşmək, qarışıqlıq düşmək, şuluqluq düşmək. Deyirlər ki, Teymurləngin hakimiyyəti illərində bir şəhərdə böyük bir iğtişaş qalxır. “M.N.lətif.” [Nəcmi:] Bu vaxta kimi əlbir-dilbir, asayişlə yaşayan .. bu dinc camaatın arasına nə üçün iğtişaş düşsün? Ə.Əbülhəsən. iğtişaşçı is. İğtişaş, hərc-mərc törədən, asayişi, əmin-amanlığı pozan, şuluqluq salan; araqarışdıran, fitnəkar, fəsadçı. iğtişaşlı sif. Qarışıq, nizamsız, hərcmərc. İğtişaşlı yer. İğtişaşlı şəhər. ihanət is. [ər.] klas. Haqsız təhqir, haqsızlıq. Çox yetər əğyardən cövrü ihanət könlümə. M.P.Vaqif. Aşmışdı hələ həddini kəndlərdə rəzalət; Hər yanda təcavüzdü, ihanətdi, həqarət! Ə.Nəzmi. ihatə bax. əhatə. Qalıbdır firqeyi-islam dalda cümlə millətdən; İhatə eyləyiblər başqalar elm ilə dünyanı. S.Ə.Şirvani. Qanlı şəhər görünməyir, etmiş ihatə çən, duman. Ə.Nəzmi. ixlas is. [ər.]\n1. Səmimi və qərəzsiz məhəbbət, ürəkdən gələn sədaqət; səmimiyyət, sidq. [Nuxalılar:] Bizim ixlasımızın nisbəti Molla İbrahimxəlilə görə sair kimsələrin ixlasına bənzəməz. M.F.Axundzadə. [Mirzə Həbib:] Özünüz bilirsiniz ki, mənim nə mərtəbədə sizə ixlasım var. N.Vəzirov. Böyüyün kiçiyə iltifat və mərhəməti, kiçiyin də böyüyə qarşı ixlas və hörməti vardı. S.Hüseyn.\n2. İxlasla, ixlas ilə şəklində zərf – sədaqətlə, səmimi qəlblə, ürəkdən. [Mirzə Möhsün:] ..Saqqalımın tükünü dövləti-aliyyənin xədəmatında ixlas ilə ağartmışam. M.F.Axundzadə. [Kəndli:] Sizə məlumdu ki, mən on yeddi ildi ki, .. ixlas ilə qulluq eləyirəm. C.Məmmədquluzadə. ixlaskar sif. [ər. ixlas və fars. ...kar] Sədaqətli, sadiq, ixlas edən, səmimi. ixlaskarlıq is. Sədaqət, səmimiyyət, səmimi məhəbbət. ixlaskeş sif. [ər. ixlas və fars. ...keş] köhn. bax. ixlaskar. [Teymur ağa:] Bəylər və xanın çoxusu mənim atamın yaxşılıqları səbəbinə mənə ixlaskeşdir. M.F.Axundzadə. ixlaskeşlik köhn. bax. ixlaskarlıq. ixrac is. [ər.]\n1. Çıxarma, uzaqlaşdırma. • İxrac etmək – çıxarmaq, uzaqlaşdırmaq. İxrac olmaq – xaric olmaq, ixrac edilmək, çıxarılmaq.\n2. iqt. Satış üçün xarici ölkələrə göndər(il)mə (idxal əksi). İxracı gücləndirmək. Neft ixracı. Taxıl ixracı. // Xarici bazara göndərilən malın ümumi dəyəri və ya həcmi, həmçinin malın özü; ixracat, eksport. • İxrac etmək – satış üçün xarici bazarlara göndərmək. Xarici bazarlara mal ixrac etmək. Respublikamız bir çox xarici ölkələrə neft avadanlığı ixrac edir. ixracat [ər. “ixrac” söz. cəmi] bax. ixrac 2-ci mənada. İxracat ildən-ilə artır. ixracatçı is. İxrac edən, xarici ölkələrə mal göndərən ölkə. Birma dünyanın böyük düyü ixracatçısı hesab olunur. (Qəzetlərdən). ixtilaf is. [ər.] Fikir ayrılığı və bunun nəticəsində doğan ziddiyyət, uymamazlıq, mübahisə. ..Həqiqət axtarılan yerdə mütləq ixtilaf olur. C.Məmmədquluzadə. [Rəhim bəy] Məşədi bəylə ixtilafını biryolluq həll etmək bəhanəsi ilə qardaşı evinə getdi. M.Hüseyn. • İxtilaf salmaq (çıxarmaq) – ikitirəlik salmaq; mübahisə, münaqişə, ziddiyyət törətmək. ixtilaflı sif. Mübahisəli, münaqişəli, mübahisəyə səbəb olan. İxtilaflı məsələ. – Kənd şurası belə ixtilaflı məsələni həll edə biləcək halda deyildi.. S.Hüseyn. ixtilaflılıq is. İxtilaflı, mübahisəli olma. ixtilafsız 1. sif. Mübahisəsiz, münaqişəsiz. İxtilafsız məsələ.\n2. zərf İxtilaf olmadan, heç bir mübahisə, münaqişə olmadan. Məsələ ixtilafsız həll olundu. ixtilafsızlıq is. İxtilafın, mübahisənin, münaqişənin olmadığı hal. ixtilal is. [ər.] Qarışıqlıq, qarğaşalıq, hərc-mərclik, iğtişaş. Cahan müharibəsi, .. sonra Zaqafqaziyada baş verən ixtilal və qarışıqlıqlar... Bu zamanlarda mən Bakıda deyildim. S.Hüseyn. • İxtilal törətmək (salmaq) – qarışıqlıq salmaq; hərc-mərclik, qarışıqlıq, iğtişaş törətmək. [Qubernator:] Onlar Rusiyanın taxt-tacına qarşı ixtilal törətmək istəyirlər. C.Cabbarlı. ixtilalçı is. İxtilal törədən, hərcmərclik, qarışıqlıq, pozğunluq salan. [Əbu Übeyd:] Ölkənin bütün ixtilalçı ünsürləri əldən qaçırıldı. C.Cabbarlı. ixtilat is. [ər.] klas. Oturub-durma, görüşüb əlaqə saxlama, qaynayıb-qarışma. Nə bir fərəhi, nə bir nişanı; Nə kimsə ilə bir ixtilatı. Füzuli. // Söhbət. İxtilatın şirin, sözün məzəli; Şəkər gülüşündən canlar təzəli. M.P.Vaqif. • İxtilat etmək (qatmaq) – söhbət eləmək, söhbətləşmək. Qadir Allah səbəb salıb araya; Sevdiyim, ixtilat qatmaq çağıdır. Q.Zakir. Mən oturub səninlə yaxın, qabaq-qabağa; İxtilat etmişəm söz çəkəndə sabaha. R.Rza. Şagird ilə ustad gecə keçənə qədər ixtilat etdilər, çay içdilər. Ə.Məmmədxanlı. // Kiçik toy məclisi, xudmani söhbət məclisi. Bizi bu axşam ixtilata çağırıblar. – [Nurcahan xala:] Ay kişi! Mən nə eyləyim?. Yetimlərinin başlarını, əndamlarını yumağa getmişdim də. Toya, qonaqlığa, ixtilata getməmişdim ki? H.Sarabski. ixtilatçı sif. İxtilat etməyi sevən, söhbət etməyi sevən; söhbətcil. İxtilatçı qadın. ixtiol [yun.] əcz. Bəzi dəri xəstəliklərində istifadə edilən sürtmə dərmanı. ixtiologiya [yun. ichthys və lat. logos-dan] Zoologiyanın balıqlardan bəhs edən şöbəsi. Xüsusi kitabxanada ixtiologiyaya aid hər cür məlumat almaq mümkün olacaq. (Qəzetlərdən). ixtioloq [yun. ichthys və lat. logosdan] İxtiologiya mütəxəssisi. ixtira is. [ər.]\n1. Yaradıcı iş nəticəsində keçmişdə məlum olmayan yeni bir şey tapma, kəşf etmə, yaratma, icad etmə. Parovozun ixtirası. Radionun ixtirası. Elektron maşınlarının ixtirası. – [Fərhadoğlu:] Belə olsun ki, bizim xalqı sevən alimlərin elmi ixtiraları yarımçıq qalmasın. S.Rəhimov. Zəmanəmiz söz zəmanəsi deyil, fənn zəmanəsi, ixtira zəmanəsidir. Mir Cəlal. • İxtira etmək (eləmək) – yaradıcı surətdə çalışaraq, keçmişdə məlum olmayan yeni bir şey yaratmaq, icad etmək, düzəltmək. Yeni maşın ixtira etmək. // Əsasını qoymaq, yaratmaq. Bu qəzet kim olub cahanda buna; Bunu kim ixtira edib, aya? S.Ə.Şirvani. [Yaşar] bu vaxta qədər dörd ixtira eləmişdir. C.Cabbarlı. // Yeni ixtira edilmiş şey, ixtiraçının yaradıcı əməyinin məhsulu olan şey; kəşf. İyirminci əsrin ixtiraları. Mühəndisin yeni ixtirası. – ..Baxmetyevin ixtirasının əsli budur ki, cəmi heyvanat bir dərəcə donmaq halına çatanda yarıdiri olurlar, yarıölü olurlar.. C.Məmmədquluzadə.\n2. dan. məc. Uydurma, qondarma. Bu söz sənin ixtirandır. • İxtira etmək məc. – uydurmaq, qondarmaq. [Dostum] tüfəngləri tərifləyib, ixtira etməyi xoşlardı. M.Rzaquluzadə. ixtiraçı is. Bir şeyi ixtira edən adam. [Məmməd:] Dedilər ki, [Usta Səməd] indi böyük bir ixtiraçıdır. C.Cabbarlı. Həsən boş vaxtlarını gənc ixtiraçılar və xor dərnəklərində keçirirdi. H.Seyidbəyli. ixtiraçılıq is. İxtiraçının fəaliyyəti, yaradıcılıq işi. İxtiraçılıq sahəsində böyük işlər. İxtiraçılıqla məşğul olmaq. İxtiraçılıq bürosu. ixtisar is. [ər.]\n1. Qısaltma, azaltma. • İxtisar etmək – 1) qısaltmaq, azaltmaq. Məqaləni ixtisar etmək. Əsərin fəsillərindən birini ixtisar etməli. // Müxtəsər etmək, qısaltmaq. Mənimlə, Tanrı üçün, sözdə ixtisar et, kim; Uzun fəsanəyə, vaiz, dilü dəmaq gərək. Qövsi; 2) miqdarca, sayca azaltmaq. Ştatları ixtisar etmək. Xərcləri ixtisar etmək; 3) işdən azad etmək (ştatların azalması münasibəti ilə). Bir neçə işçini ixtisar etmək lazımdır. İxtisar olunmaq – azaldılmaq (miqdarına, həcminə görə). İxtisara düşmək – 1) bax. ixtisar olunmaq. Məqalənin axırı ixtisara düşdü; 2) ştatların azalması ilə əlaqədar olaraq işdən azad edilmək. İxtisara salmaq – bax. ixtisar etmək. Tresti kəsirdən qurtarmaq üçün, birinci növbədə, müşavirə və nitqləri ixtisara salmaq lazımdır. M.Hüseyn. [Vahidov:] Sabahdan gərək yuxumu əlli faiz ixtisara salam. Ə.Məmmədxanlı.\n2. riyaz. Kəsirdə: sürəti və məxrəci eyni ədədə bölüb azaltma, kiçik ədədlə vermə.\n3. İxtisarla şəklində zərf – müxtəsər, gödək, qısa, ixtisar şəklində. Məqaləni ixtisarla vermək. ixtisarən zərf [ər.] İxtisar yolu ilə, ixtisar şəklində, ixtisar edərək, qısaldılaraq. ixtisarlama “İxtisarlamaq”dan f.is. ixtisarlamaq f. İxtisar etmək, azaltmaq, qısaltmaq. ixtisarlanma “İxtisarlanmaq”dan f.is. ixtisarlanmaq məch. İxtisar edilmək, azaldılmaq, qısaldılmaq. ixtisas is. [ər.] Elmin, texnikanın, sənətin, yaxud incəsənətin ayrıca sahəsi. O, mühəndis ixtisasını seçmişdir. – [Fərman] yenicə imtahan verərək, maşinist ixtisasını qazandığından sevinirdi.. Ə.Sadıq. // Xüsusi hazırlıq nəticəsində əldə edilmiş bilik, sənət, peşə. İxtisasını artırmaq. Qazmaçı ixtisası. İxtisası üzrə işləmək. – [Ənisənin] əmək bursasında bir ixtisası olmadığı üçün qeyd etməyirdilər. S.Hüseyn. Kamal orta məktəbi əla qiymətlə bitirmişdi, .. gələcək ixtisas barəsində düşünürdü. M.Rzaquluzadə. [Sehrbaz] ixtisasının bütün sirlərini böyük həvəslə öz zirək köməkçisinə öyrədirdi. S.Vəliyev. ixtisaslandırılma “İxtisaslandırılmaq”dan f.is. ixtisaslandırılmaq bax. ixtisaslaşdırılmaq. ixtisaslandırma “İxtisaslandırmaq”dan f.is. ixtisaslandırmaq bax. ixtisaslaşdırmaq. ixtisaslanma “İxtisaslanmaq”dan f.is. ixtisaslanmaq f. İxtisas əldə etmək, sənət öyrənmək. ixtisaslaşdırılma “İxtisaslaşdırılmaq”dan 1-ci mənada. f.is. İstehsalatın ixtisaslaşdırılması. ixtisaslaşdırılmaq məch.\n1. Yalnız bir xüsusi sahədə işləmək və ya istifadə olunmaq üçün uyğunlaşdırılmaq, hazırlanmaq. Cərgələr arasını becərən traktorlardan istifadə edilməsi işi ixtisaslaşdırılmalıdır. “Pambıqçılıq”.\n2. İxtisas öyrədilmək, mütəxəssis edilmək. f.sif. Yalnız müəyyən sahəyə xidmət etmək üçün uyğunlaşdırılmış, hazırlanmış, düzəldilmiş. İxtisaslaşdırılmış mağaza. ixtisaslaşdırma “İxtisaslaşdırmaq”dan f.is. İxtisaslaşdırma aparmaq. ixtisaslaşdırmaq f.\n1. Elmin və ya texnikanın hər hansı bir sahəsinə aid ixtisas vermək, bilik vermək, mütəxəssis etmək. Aspirantları yarımkeçiricilər sahəsində ixtisaslaşdırmaq. Tələbələri XIX əsr ədəbiyyatı sahəsində ixtisaslaşdırmaq.\n2. Yalnız bir xüsusi sahədə işləmək və ya istifadə olunmaq üçün uyğunlaşdırmaq, hazırlamaq. ixtisaslaşma “İxtisaslaşmaq”dan f.is. ixtisaslaşmaq f. Müəyyən bir sahədə ixtisas qazanmaq; mütəxəssisləşmək. Neft üzrə ixtisaslaşmaq. Üzvi kimya sahəsində ixtisaslaşmaq. Lüğətçilik sahəsində ixtisaslaşmaq. ixtisaslı sif. Müəyyən sahədə ixtisası olan; təcrübəli. İxtisaslı işçilər. İxtisaslı kadrlar. – [Həyat:] Kolxoz .. başında ixtisaslı adamlar durmalıdır. M.İbrahimov. // Xüsusi bilik, hazırlıq tələb edən. İxtisaslı əmək. ixtisassız sif. Heç bir ixtisası olmayan, heç bir xüsusi hazırlıq keçməmiş. İxtisassız işçi. ixtisassızlıq is. Heç bir ixtisası, xüsusi hazırlığı olmama. ixtiyar I. is. [ər.]\n1. Öz arzusu və iradəsi; öz iradə və arzusu ilə hərəkət etmə. İxtiyar özündədir. Öz ixtiyarı ilə. İxtiyarına buraxmaq. // Bir şeyə hüququ çatma, bir şeyi etməyə, sərəncam verməyə haqqı, səlahiyyəti olma; haqq, hüquq, səlahiyyət. Bunun ixtiyarı kimdədir? Bunu etməyə ixtiyarı yoxdur. – İxtiyar sənindir, vəfalı dilbər; Mən sənin xətrinə dəyən deyiləm. “Qurbani”. Xalqın malının, canının, külfətinin ixtiyarı özündə deyildi. Ə.Haqverdiyev. ..Ancaq kapitan onları başa saldı ki, özü arzu etsə də, buna ixtiyarı yoxdur. M.Rzaquluzadə. // Sərəncam. Odur ki, haman yer [Cəlilin] ixtiyarında idi. İ.Musabəyov. [Yaşlı kişi:] Qapının açarı tamamilə mənim ixtiyarımda idi. S.Hüseyn. • İxtiyar almaq – icazə almaq, rüsxət almaq. // Hüquq əldə etmək. Norveç qəzetləri yazırlar ki, vəkil seçmək üçün arvadlar ixtiyar aldılar. C.Məmmədquluzadə. İxtiyar etmək köhn. – seçmək, üstün tutmaq, tərcih etmək. Nola Təbrizi gər Qövsi behiştə ixtiyar etsə; Kim onun xaki-payi sürmeyi-çeşmi-İsfahandır. Qövsi. [Şah Abbas:] Ona binaən labüdəm ki, təlağınızı verib cümlənizi azad edim ki, hər kəsə meyliniz olsa, onu ixtiyar edəsiniz. M.F.Axundzadə. Münəvvər isə məcburən .. bozarmış anasının qabağına düşüb getməyi ixtiyar etmişdi. M.S.Ordubadi. İxtiyar işlətmək – sərəncam vermək, göstəriş vermək, böyüklük etmək, icazə vermək. [Qoca:] Biz sənə ixtiyar işlədə bilmərik. A.Divanbəyoğlu. İxtiyar sahibi köhn. – 1) bir şey haqqında hökm etməyə, sərəncam verməyə hüququ, səlahiyyəti olan adam. O zaman bir ixtiyar sahibi “asaram” desəydi, bil ki, asar, “kəsərəm” desəydi, kəsər, sürgün deyə hökm çıxarsaydı, sürgün edərdi. S.Rəhimov; 2) öz iradəsi ilə hərəkət edən, ixtiyarı özündə olan. İxtiyar verilmək – icazə verilmək, rüsxət verilmək. Rusiyanı dalğalandıran 1905-ci il inqilabından sonra .. senzor tərəfindən ixtiyar verilməyən kitablar da mətbuat aləminə buraxıldı. T.Ş.Simurq. İxtiyar vermək – icazə vermək, rüsxət vermək. ..Kağızpaylayana ixtiyar vermişik ki, müştərilərimizdən qabaqca bir şey almayınca onların jurnalını aparıb verməsin. “Mol. Nəsr.”. İxtiyarı əlində olmaq – bir şeyi etməyə hüququ çatmaq; haqqı, hüququ olmaq. [Əsgər] hiss edirdi ki, ixtiyarı tamamilə öz əlindədir. S.Hüseyn. İxtiyarı getmək – öz hüququndan, haqqından məhrum olmaq, heç bir şeyə ixtiyarı qalmamaq. Günbəgün əksilib şövkəti, şanı; İxtiyarı gedən bəs ağlamazmı? M.V.Vidadi. İxtiyarı ilə, öz ixtiyarı ilə – öz xoşu ilə, öz məsləhəti ilə. Aşiqəm, zahid, məni məzur tut ki, hiç kim; İxtiyar ilə vidai-əqlü iman eyləməz. Qövsi. Nə ixtiyarın (ixtiyarım) var – ixtiyarın (ixtiyarım) yoxdur, nə cürətlə. [Məşədi İbad:] Sənin nə ixtiyarın var ki, mənim adaxlımın adını çəkirsən? Ü.Hacıbəyov ...ixtiyarına buraxmaq (vermək) – sərəncamına vermək. Konsulxananın avtomaşınını könüllü yığmaq üçün seçilmiş komisyonun ixtiyarına buraxmışdıq. M.S.Ordubadi. Öz ixtiyarına qoymaq – özbaşına buraxmaq, imkan vermək, mane olmamaq. Anasıyçın ağlayan körpə uşaq olardım; Qoysaydılar məni öz ixtiyarıma.. N.Rəfibəyli.\n2. Qüvvət, güc, taqət. İxtiyarı yoxdur yerindən qalxsın. – Nagahdan gözlərim görəndə səni; Qalmadı canımda ixtiyar, gəlin! M.P.Vaqif. [Balaqardaş:] Dura bilməyirəm, ixtiyarım yoxdur.. N.Vəzirov. • İxtiyarı (əlindən) getmək (üzülmək) – taqətsiz olmaq, gücdən düşmək, əldən düşmək. Deyibdanışmağa gəlmir heç varı; Üzülübdür ixtiyarı Həsənin. Aşıq Həsən. [Zabit:] ..Gözümün içinə elə baxdı ki, varımdan yox oldum, ixtiyarım əlimdən getdi.. E.Sultanov. İxtiyarı(nı) əlindən almaq – üzmək, taqətdən salmaq. Əmani bulsa şeydayı tən irməz; Alıbdır eşq əlindən ixtiyarı. Əmani.\n\nII. sif. [ər.] Qoca, yaşlı; pirani. İxtiyar kişi. – İxtiyar qadın iki kərə gəlib nahar hazır olduğunu söylədi. M.S.Ordubadi. Mehribanın atası, ixtiyar bir adam olmasına baxmayaraq, çox da avam deyildi. S.Hüseyn. [Misxetdə] qonşum – bir ixtiyar, əlil rus zabiti ilə tanış oldum. E.Sultanov. • İxtiyar olmaq – qocalmaq. İxtiyar olmuş könüllər oldular yeksər cavan; Əlaman bu müstəbidlərdən, ilahi, əlaman! Ə.Qəmküsar. // İs. mənasında. Qızlar, gəlinlər sevinir, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi. C.Cabbarlı. Kəndin ixtiyar və ağsaqqalları yavaş-yavaş məscidə tərəf gedirdilər. S.Hüseyn. // məc. Qədim, dünyagörmüş. İxtiyar dağların döşündə meşə; Qayalar yüksəkdən baxır keçmişə. S.Vurğun. ixtiyarat is. [ər. “ixtiyar” söz. cəmi] bax. ixtiyar1. Əlbəttə, milləti qorumaq, onun malını, mülkünü saxlamaq üçün, müvəqqəti də olsa, ixtiyarat lazımdır. S.Rəhimov. Hacının özünün, var-dövlətinin ixtiyaratı .. [Münəvvərdə] idi! Mir Cəlal. ixtiyari sif. [ər.] İnsanın öz iradə və arzusu ilə olan, baş verən; məcburi olmayan, iradi (qeyri-ixtiyari ziddi). İnsan üçün səciyyəvi olan ixtiyari hərəkətlər şüurlu surətdə qarşıya qoyulmuş məqsədlə icra olunur. M.Məhərrəmov. ixtiyarilik is. İxtiyari olma; öz iradə və arzusu ilə olma, baş vermə; qeyri-məcburilik, könüllülük, iradilik. ixtiyarlaşma “İxtiyarlaşmaq”dan f.is. ixtiyarlaşmaq f. Qocalmaq, yaşa dolmaq. ixtiyarlıq is. Qocalıq, piranilik. [Xəyyam:] İxtiyarlıq nə uğursuz əngəl; Nə tühaf, yetmişə gəlmiş də yaşım. H.Cavid. ixtiyarsız 1. zərf Özündən asılı olmayaraq, özü istəmədən; qeyri-iradi, qeyriixtiyari. İxtiyarsız ağlamaq. İxtiyarsız demək. İxtiyarsız gülmək. – Bostan əkdim xiyarsız; Günüm keçdi biyarsız; Yuxuda səni gördüm; Ayıldım ixtiyarsız. (Bayatı). Rüxsarə xanım ixtiyarsız üzünü açdı. T.Ş.Simurq. Tofiq ixtiyarsız olaraq dönüb dala baxdı. M.Rzaquluzadə.\n2. sif. Hüquqsuz, ixtiyarı olmayan. ixtiyarsızlıq is. Heç bir şeyə ixtiyarı, hüququ olmama; hüquqsuzluq. ikebana is. [yun.]\n1. Gülbağlama sənəti.\n2. Süni ağac və ya gül. ikən bağ. Qoşulduğu söz və ya tərkibdə çağ, zaman, yaxud hal-vəziyyət bildirir. Ol sərvin ayağı bağlı oldu; Azadə ikən adaqlı oldu. Füzuli. Tifli-məsum ikən günah etdin; Kəndi vicdanını təbah etdin. M.Ə.Sabir. [Murad] Nigarı daha kiçik bir qız ikən xoşlamışdı. S.Hüseyn. iki miqd. s.\n1. Birdən sonra gələn ədəd –\n2. İki dəfə iki. Dörddən iki çıxmaq. // Miqdarca iki bildirir. İki kitab. İki otaq. İki qardaş. İki yoldaş. – Söhbətin bu yerində çayçı Qurban iki stəkan limonlu çay gətirdi. H.Nəzərli. [Rəşid:] [Bəyim xala] cəmi-cümlətanı iki kərə mənim suallarıma bir qədər təfərrüatla cavab vermişdi. İ.Hüseynov.\n2. dan. Bir neçə, çox az mənasında. İki sözü bir-birinə qoşa bilmir. İki kəlmə ilə başa salmaq. İki dəqiqə vaxtınızı alacağam. – [Qəhrəman:] İki dəqiqə keçməmiş .. otaqdan əvvəlcə dəhşətli və sonra zarıltıya çevrilən bir səs eşitdim. H.Nəzərli.\n3. Beşballı sistemdə şagirdin, tələbənin müvəffəqiyyətini göstərən nömrə; “pis”. 2 almaq. Heç 2-yə cavab verə bilmədi. ‣ İki ayağını bir başmağa təpmək – bax. iki ayağını bir başmağa dirəmək (“ayaq ”da). [İbad:] Deyir, bəs dünən [Almaz] iki ayağını təpmişdi bir başmağa? C.Cabbarlı. İki bədəndə bir ürək – sevgililər haqqında. İki cüt bir tək – çox az. İkidə bir – yarı. İki daşın arasında – çox namünasib vaxtda, tələsik. İki gözü – ən əzizi, ən istəklisi. İki gözünü bir deşikdən çıxartmaq – bax. gözünü çıxartmaq 1-ci mənada (“göz”də). [Gülsənəm:] [İmran] əgər görsə ki, biri camaata ziyan verir, onun iki gözünü bir deşikdən çıxarar. M.Hüseyn. İki güləşənin biri yıxılar məc. – çəkişən, vuruşan iki tərəfdən birinin məğlub olması mənasında. [Kim isə:] İki güləşənin biri yıxılacaq. M.Hüseyn. İki könül bir olmaq – birləşmək, sevişmək mənasında. Əzizim, dalda yeri; Yel tutmaz dalda yeri; İki könül bir olsa; Tez tapar dalda yeri. (Bayatı). İki yanına göz gəzdirmək – hər tərəfinə, ətrafına baxmaq. Xəlil iki yanına göz gəzdirdi. M.Hüseyn. İkidə-birdə – tez-tez. İkidənbirdən – heç (bir şeyin, hadisənin olmadığını bildirir). İkidən-birdən sizə gələnəm? – [Kərbəlayı:] Adə, ikidən-birdən qəzet alanam? M.Hüseyn. Heç ikidən-birdən gəlib deyibsənmi ki, Zərəfşan, Kərim dayının haqqında belə deyirlər, nə qayıraq?.. İ.Hüseynov. iki-iki zərf\n1. Hər birinə, yaxud hər dəfəsinə iki. İki-iki alma vermək. İki-iki düzmək. İki-iki ayırmaq.\n2. İkisi yan-yana, ikisi bir yerdə, birgə, bərabər. İki-iki durmaq. İki-iki oturmaq. iki... – bu sayla əlaqədar olan bir sıra mürəkkəb sözlərin birinci tərkib hissəsi; məs.: ikibaşlı, ikimotorlu, ikiotaqlı, ikiyerli. ikiadamlıq sif. İki adam üçün olan, iki adam yerləşə bilən; ikinəfərlik. İkiadamlıq çarpayı. İkiadamlıq loja. ikiadlı sif. İki ad daşıyan, iki adı olan. ikiağızlı sif. Hər iki tərəfi kəsən, iki tiyəsi olan. İkiağızlı bıçaq. İkiağızlı xəncər. – [Ələmdar:] Bu ikiağızlı qılıncımla onu qiymə-qiymə doğraram! S.Rəhimov. İkiağızlı qılınclar havada bərq vurub sağısolu biçir. Ə.Məmmədxanlı. ikiaktlı sif. bax. ikipərdəli. ikiarşınlıq sif. İki arşın uzunluğunda olan. ikiarvadlı sif. köhn. İki arvadı olan, iki arvad saxlayan. [Zeynal] tamamilə ikievli, ikiarvadlı idi. S.Hüseyn. // İki qadın olan. İkiarvadlı ev süpürülməmiş qalar. (Məsəl). // İs. mənasında. [Gülsabah Məşədi Qədimə:] Hələ orada da sənin kimi ikiarvadlılardan danışırlar. T.Ş.Simurq. ikiarvadlılıq is. köhn. İki arvadı olma, iki arvad saxlama. Məşədi Qədimin ikiarvadlılığı çoxdan deyildi. T.Ş.Simurq. [Ceyran] ümumiyyətlə, kənd kişilərini ikiarvadlılıqda töhmətləndirirdi. S.Hüseyn. ikiatlı sif. İki at qoşulmuş. İkiatlı araba. İkiatlı fayton. ikiatomlu sif. kim. İki atomdan ibarət olan. İkiatomlu birləşmə. ikiavarlı sif. İki avarı olan; qoşaavarlı. İkiavarlı qayıq. ikiayaqlı sif.\n1. İki ayağı olan.\n2. məc. dan. İnsan mənasında epitet kimi işlənir. [Xortdan:] Tehranda bir nəfər ikiayaqlı qalmadı. Ə.Haqverdiyev. ikiaylıq sif.\n1. İki ay davam edən və ya davam etmiş. İkiaylıq ezamiyyət. İkiaylıq məzuniyyət. İkiaylıq kurslar. // İki aydan bir nəşr olunan, çıxan (jurnal, qəzet və s).\n2. Yaşı iki aydan ibarət olan. İkiaylıq uşaq. ikibarmaqlı sif. Əlində, ya ayağında ancaq iki barmağı olan. ikibaşa zərf Hər iki tərəfə, hər iki başa. Maşını ikibaşa danışmaq. ikibaşlı sif.\n1. İki başı (ucu, qurtaracağı) olan. İkibaşlı ağac.\n2. İki başı olan. İkibaşlı heyvan. – [Dərviş:] Dünyamız dərə-təpəli, dərin-dərin quyulardır; qanxor, rəhmsiz, ikibaşlı əjdahalar, – deyib bağırırıq. A.Divanbəyoğlu.\n3. Hər iki tərəf üçün, həm o tərəfə, həm bu tərəfə. İkibaşlı bilet. İkibaşlı teleqram. – Laəlac qalıb, götürüb Kislovodskiyə ikibaşlı tel vurub bu barədə məsləhət soruşdum. C.Məmmədquluzadə. • İkibaşlı qohum olmaq – qız verib, qız almaq. [Əsgər:] Bax, bəy, indi ki mənimlə qohum olmaq istəyirsən, gəl ikibaşlı qohum olaq. Ü.Hacıbəyov. [Gövhər:] Deməli, sən bizimlə ikibaşlı qohum olmaq istəyirsən? S.Rəhman.\n4. məc. İkimənalı, ikitərəfli, iki cür başa düşülə bilən; aydın, konkret olmayan, dumanlı. [Dəli Həsən dedi:] Koroğlu, sözün bir az ikibaşlıdı. “Koroğlu”. Pərşan Qızyetərin Salmanı bəyənmədiyini, sözlərinin ikibaşlı (z.) olduğunu bilirdi. M.İbrahimov. Nərminə Şahmarın dediyi ikibaşlı sözün mənasını anladığı üçün ikibaşlı (z.) da cavab verdi. B.Bayramov. ‣ İkibaşlı qartal – çar Rusiyasının dövlət gerbi – üzərində qartalın iki baş şəklində təsviri (ümumiyyətlə çarlıq simvolu). Fəqət məzlumlar qanına boyanmış ikibaşlı qartal çox davam edə bilməzdi. H.Nəzərli. ..İkibaşlı qartal ilə “cümlə cahanı titrədən” imperiyanın sadiq nökəri Müqim bəy, rütbə etibarilə yüksəlmiş olsa belə, bu təzə qulluğunda nə zövq, nə də nəşə tapırdı. S.Rəhimov. Bu zamandan III İvan .. qədim Vizantiya dövlət nişanı olan ikibaşlı qartalı öz dövlətinin nişanı kimi qəbul edir. M.İbrahimov. İkibaşlı zərərə düşmək – bir şeyin üstündə iki dəfə xərcə düşmək, iki dəfə pul xərcləməli olmaq. ikibəndli sif. əd. İki bənddən ibarət olan. İkibəndli şeir. ikibətnlilər is. zool. Kisəli məməli heyvanlar ailəsindən kisəli siçanlar fəsiləsi. ikibir say. İki-iki, cüt-cüt. Yolçular çarəsiz qalıb nagah; İkibir, üçbir oldular həmrah. H.Cavid. Qocalar bir-birindən soruşur, ikibir, üçbir gəlir və torpaq şöbəsinə çıxırdılar. S.Rəhimov. İndi tez-tez sağsağan, qarğa, tək-tək, ikibir, üçbir uçuşan göyərçinlərə rast gəlirik. M.Rzaquluzadə. ikiboğazlı sif. İki boğazı olan (bax. boğaz1 2-ci mənada). İkiboğazlı şüşə. ikibucaqlı sif. İki bucağı olan. ikibuynuz (=ikibuynuzlu) bax. qoşabuynuz(lu). ikibuynuzlu (=ikibuynuz) bax. qoşabuynuz(lu). ikicanlı sif. Hamilə, boyudolu. İkicanlı qadın. – Getdin ora bircanlı, qayıtdın ikicanlı; Dərdin bir idi, indi min oldu, a zavallı. M.Möcüz. • İkicanlı olmaq – hamilə olmaq. Ay keçdi, il keçdi bundan; İkicanlı oldu Gülyaz. A.Şaiq. Ağamehdi Tiflisdə iki il yaşadı, üçüncü ilə dönəndə qayınanası Xanpəri vəfat etdi, Gülnaz da ikicanlı oldu. E.Sultanov. // Boğaz. Yaz ağzı Molla bazardan bir ikicanlı keçi alır ki, südü ilə uşaqlarını dolandırsın. “M.N.lətif.” ikicanlılıq is. Hamilə olma, boynunİKİÇİN zərf dan. İkicərgə. Ləməyə ikiçin da uşaq olma; hamiləlik. // Boğazlıq. ikicə say. İki. Əmrah ağzı üstə qapandı, yalnız ikicə dəfə hönkürdü. M.Hüseyn. Bayaqdan bəri [Zərintac xanım] cəmi ikicə dəst ürəyinə yatan paltar götürüb kənara tullaya bilmişdi. S.Rəhimov. Lakin ikicə gün sonra darülfünunda baş verən bir hadisə göstərdi ki, artıq onda bir xasiyyət olmuş bu qızğınlığı soyutmaq qeyri-mümkündür. M.İbrahimov. // Yalnız iki, təkcə iki, ancaq iki. [Cəfərqulu] bu dəfə ikicə gün qalıb qayıtdı. Qantəmir. İkicə tikə alandan sonra Cəlil bəy əlini dizlərinə silib dedi.. S.Rəhman. Zeynalın verdiyi şəklə baxandan sonra Mülayim arvad ikicə günün içində şam kimi ərimişdi. B.Bayramov. ikicərgə zərf İki cərgə halında. İkicərgə oturmaq. Kitabları ikicərgə yığmaq. ikicərgəli sif. k.t. Cərgəsi iki olan, iki cərgədə, sırada düzülmüş, iki cərgədən ibarət. İkicərgəli əkin. İkicərgəli çay bitkisi zolaqları. ikicərgəlilik is. İki cərgədən ibarət olma, iki cərgədə düzülmə. ikicildli sif. İki cilddən ibarət olan. İkicildli lüğət. İkicildli əsər. ikicildlik 1. bax. ikicildli.\n2. is. İki cilddən ibarət kitab. Sabirin əsərlərinin ikicildliyi. ikicinsiyyətli sif. biol. Erkək və dişi cinsiyyət əlamətlərini özündə birləşdirən; xonsa. İkicinsiyyətli orqanizm. // bot. Bir çiçəkdə həm dişicik, həm də erkəkcik olan. İkicinsiyyətli bitkilər. // zool. Həm erkək, həm də dişi cinsi orqanları olan. İkicinsiyyətli heyvanlar. ikicinsiyyətlilik is. biol. İkicinsiyyətli orqanizmin hal və keyfiyyəti. ikicinsli bax. ikicinsiyyətli. İkicinsli heyvanlar. İkicinsli bitkilər. – Turşəng fəsiləsi(nin) nümayəndələri otlardır; çiçəkləri müntəzəm, ikicinslidir. M.Qasımov. ikicinslilik bax. ikicinsiyyətlilik. ikiçarxlı sif. Qoşa çarxı (təkəri) olan. [Zakir] bir səhər ikiçarxlı arabasını götürüb həyətdə sürürdü. H.Seyidbəyli. ikiçəyirdəkli sif. İki çəyirdəyi olan. İkiçəyirdəkli meyvə. əlvan zərli çini kasa və boşqab düzərdilər. H.Sarabski. ikidayaqlı sif. İki dayaq üzərində dayanan, iki dayağı olan. İkidayaqlı dəzgah. ikidəstəli sif. İki dəstəsi, tutacağı olan, qulpu olan. İkidəstəli mişar. ikidırnaqlı zool. bax. qoşadırnaqlı. ikidibli sif. İki dibi olan. İkidibli qab. ikidilli sif.\n1. Eyni dərəcədə iki dildə danışan, məişətdə iki dildən istifadə edən. İkidilli xalq.\n2. İki dildə tərtib edilmiş. İkidilli lüğətlər.\n3. məc. Qeyri-səmimi, ikiüzlü, aldadıcı, yalançı. Yaz günündə qar olmaz; Söyüd qalxar, bar olmaz; İkidilli gözəldə; Əhdə etibar olmaz. (Bayatı). Yox böylə ikidilli, yaman üzlü cəfakar; Bir zərrə utanmaz! M.Ə.Sabir. ikidillilik is.\n1. Eyni dərəcədə iki dilin işlənməsi. Əhalinin ikidilliliyi.\n2. İki dili yaxşı bilmə və işlətmə. ikidişli sif. İki (bir cüt) dişi olan. İkidişli yaba. ikidişlilər cəm zool. Okeanlarda yaşayan, əti zəhərli kirpiyə bənzəyən balıq. ikidivarlı sif. İki divarı olan. İkidivarlı kamera. ikidorlu sif. dəniz. İki doru olan. İkidorlu gəmi. ikidüymə (=ikidüyməli) sif.\n1. İki düymə ölçüsündə olan. İkidüymə mıx. İkidüymə taxta.\n2. İki düyməsi olan. İkidüyməli pencək. ikidüyməli (=ikidüymə) sif.\n1. İki düymə ölçüsündə olan. İkidüymə mıx. İkidüymə taxta.\n2. İki düyməsi olan. İkidüyməli pencək. ikielektrodlu sif. fiz. Hər iki ucunda elektrod olan, iki elektrodu olan. İkielektrodlu keçirici. ikielementli sif. Tərkibi iki elementdən (ünsürdən) ibarət olan. İkielementli maddə. ikievcikli I. is. bot. İkievcikli bitkilər sinfinin adı.\n\nII. sif. bot. Erkək və dişi çiçəkləri müxtəlif fərdlərdə yerləşən (bitkilər haqqında). Püstə .. ikievli bitkidir, yəni bir ağacda ancaq erkək, digər ağacda isə ancaq dişi çiçəkləri olur. İ.Axundzadə. ikievli I. sif. dan. köhn. İki evi, arvadı, ailəsi olan. İkievli kişi. – [Zeynal] tamamilə ikievli, ikiarvadlı idi. S.Hüseyn.\n\nII. bax. ikievcikli. ikievlilik is. dan. köhn. İkievli adamın ikihakimiyyətlilik is. Bir ölkədə hal və vəziyyəti. ikiəlli zərf Hər iki əllə, iki əlin iştirakı ilə, hər iki əlini işlədərək. İkiəlli tutmaq. İkiəlli yığmaq. – [Hacı Mehdi:] Guya məni qalxızıb ikiəlli vurdular yerə. Ə.Haqverdiyev. [Cəfər:] Elə bunu deməyimi gördüm, anam başıma ikiəlli qapaz salıb, başladı məni qarğışlamağa. E.Sultanov. [Aşıq Camal] ikiəlli ustadının əlindən tutub dodaqlarına qaldırdı, hörmətlə qocanın əlini öpdü. Ə.Məmmədxanlı. ikiərli sif. Eyni zamanda iki əri olan. ikiərlilik is. Eyni zamanda iki əri olma. ikiəsrlik sif. İki əsr (iki yüz il) tarixi olan, iki əsr davam edən. İkiəsrlik müstəmləkə. İkiəsrlik ayrılığın sonu gəldi. ikifamiliyalı sif. İki familiyası olan, iki familiya daşıyan. ikifazalı sif. fiz. İki fazası olan. ikifikirli sif. Müəyyən qərara gələ bilməyən, tez-tez fikrini dəyişən; mütərəddid. İkifikirli adam. ikifikirlilik is. Tez-tez fikrini dəyişmə, iki fikirdə olma. ikigavahınlı sif. İki gavahını olan. İkigavahınlı kotan. ikigövdəli sif. tex. İki gövdəsi olan. ikigöyərtəli sif. dəniz. İki göyərtəsi olan. İkigöyərtəli gəmi. ikigözlü sif. İki gözü olan, iki hissədən ibarət. İkigözlü miz. İkigözlü qutu. İkigözlü dükan. ikigünlük sif.\n1. İki gün vaxt tələb edən. İkigünlük iş qalıb. // İki gün sürən, iki gün davam edən. İkigünlük möhlət. İkigünlük səyahət. // İki günə çatan, iki gün üçün kifayət edən. İkigünlük azuqə.\n2. Doğulmasından iki gün keçmiş. İkigünlük uşaq. ikigüvənli bax. ikihürgüclü. ikigüzgülü sif. İki güzgüsü olan. İkigüzgülü şifoner. ikihaça (=ikihaçalı) sif. və zərf İki haçası olan, iki yerə ayrılan. • İkihaça(lı) olmaq – şaqqalanmaq, iki qola ayrılmaq. Bir cida boyu qalxmış günəş çayın ikihaçalı olub axan sularında çimir, dağdan əsən sərin külək qızların saçları ilə oynayırdı. S.Rəhman. eyni zamanda iki hakimiyyətin olduğu vəziyyət. ikihaçalı (=ikihaça) sif. və zərf İki haçası olan, iki yerə ayrılan. • İkihaça(lı) olmaq – şaqqalanmaq, iki qola ayrılmaq. Bir cida boyu qalxmış günəş çayın ikihaçalı olub axan sularında çimir, dağdan əsən sərin külək qızların saçları ilə oynayırdı. S.Rəhman. eyni zamanda iki hakimiyyətin olduğu vəziyyət. ikihecalı sif. dilç. İki hecadan ibarət. İkihecalı söz. ikihədli sif. riyaz. İki həddi olan, iki həddən ibarət olan. ikihəftəlik sif. İki həftə davam edən, iki həftə müddətinə. İkihəftəlik məzuniyyət. İkihəftəlik maaş. ikihərəkətlilər is. zool. Yer altında yaşayan qurda bənzər kərtənkələ fəsiləsi. ikihissəli sif. İki hissədən ibarət olan. İkihissəli əsər. ikihökumətlilik bax. ikihakimiyyətlilik. ikihürgüclü sif. İki hürgücü (güvəni) olan. İkihürgüclü dəvə. ikixətli sif. Qoşaxətli, qoşa cızıqları olan. İkixətli dəftər. ikiilçi is. Bir sinifdə iki il oxuyan. İkiilçi şagird. ikiillik sif.\n1. İki il davam edən və ya davam etmiş. İkiillik kurs. İkiillik ezamiyyət. İkiillik dövr. İkiillik səfər.\n2. Yaşı iki il olan, iki yaşında olan; ikiyaşar. İkiillik dana.\n3. bot. Tam inkişafı (cücərməyə başlamaqdan toxumlarının yetişməsinə qədər) iki vegetasiya dövrü tələb edən və toxumları yetişdikdən sonra məhv olan. İkiillik bitkilər. ikikameralı sif. tex. İki kamerası olan. İkikameralı soba. ikikanallı sif. rad. İki kanalda işləyən, iki kanalda veriliş verən, yaxud iki kanalda verilən televiziya verilişlərini qəbul edən. ikikəsicidişlilər is. zool. Avstraliyada yaşayan kisəli heyvanlar dəstəsi. ikikiloqramlıq 1. sif. İki kiloqram ağırlığında olan, iki kiloqram tutan.\n2. İs. mənasında. İki kiloqram ağırlığında olan çəki daşı. ikikilometrlik sif.\n1. İki kilometr uzunluğunda olan, məsafəsi iki kilometr olan. İkikilometrlik yol.\n2. coğr. Santimetrdə iki kilometr miqyası olan. İkikilometrlik xəritə. ikikonuslu sif. İki konusu olan. ikiqanadlı sif. Bir cüt qanadı olan, iki qanadı olan; qoşaqanadlı. İkiqanadlı təyyarə. ikiqanadlılar is. zool. Bir cüt qanadı ikiqulplu sif. İki qulpu (dəstəsi) olan. olan həşərat dəstəsi; qoşaqanadlılar, cütqanadlılar. Mozalanlar ikiqanadlılar dəstəsinə mənsubdur. ikiqapaqlı is. zool. Üst qabığı iki qapaq şəklində olan molyusk. ikiqat 1. sif. Bir-birinə uyğun, yaxud yekcins iki hissədən ibarət. İkiqat parça. İkiqat pəncərə. – [Şahsənəm xala] çadrasını ikiqat eləyib atdı başına.. E.Sultanov. Sərəncam bacı başında ikiqat çarşab oğlunu dolandırıb gəzdirirdi.. Çəmənzəminli. Çamadanın dibi ikiqat idi. S.Rəhman.\n2. zərf İki dəfə çox, iki dəfə artıq. [Hacı Fərəc:] ..Təzə müştərilər çıxıb, ikiqat qiymət verməyə hazırdırlar.. N.Vəzirov. Bu göyərçin mənim üçün ikiqat əzizdir.. M.Rzaquluzadə. ‣ İkiqat etmək – bir şeyi bir-birinə uyğun tərzdə qatlamaq, bükmək. Kəlağayını ikiqat edib başına örtdü. – [Cəfərqulu] başından papağını çıxardıb ikiqat edəndən sonra alnının tərini sildi və bu cür sözə başladı. Qantəmir. İkiqat olmaq (əyilmək, bükülmək) – 1) təzim etmək, əyilərək salam vermək. İkiqat olub ədəblə bəyə baş vurardı kasıb; Var idi vəfalı kasıb, var idi həyalı fələ! M.Ə.Sabir; 2) yaltaqlanmaq, alçalmaq, baş əymək. Havaxtadək olacağıq ikiqat. Q.Zakir. [Ramazan:] İndi elə vaxt deyil ki, buruq ustası olmaq üçün otuz-qırx il külüng çalasan, onun-bunun qabağında ikiqat əyiləsən. M.Hüseyn; 3) əyilmək, bükülmək, belini əymək. Mahmud əmi ikiqat bükülüb bir neçə dəfə başını gah daşın bu böyrünə, gah o böyrünə sallayıb diqqətlə haman nöqtəyə baxırdı. B.Talıblı. ikiqatlı sif.\n1. İki qatdan ibarət olan. İkiqatlı parça. İkiqatlı sap.\n2. İki mərtəbəsi olan, ikimərtəbəli. İkiqatlı bina. – Qarşıda ikiqatlı bir ev görünürdü. S.Hüseyn. ikiqəlsəməlilər is. zool. Bir cüt qəlsəməsi olan başayaqlı molyusklar yarımsinifinin adı. ikiqəpiklik is. İki qəpik dəyərində olan metal pul. ikiqıçlı bax. ikiayaqlı. ikiqiymətli bax. ikirəqəmli. ikiqollu sif. İki qolu olan (bax. qol1 5-ci mənada). İkiqollu çay. İkiqulplu qab. İkiqulplu qazan. ikilampalı sif. İki lampası olan, iki lampa ilə işləyən. İkilampalı radio aparatı. ikilaylı sif.\n1. İki laydan (qatdan, təbəqədən) ibarət olan.\n2. bax. ikitaylı. İkilaylı qapı. ikiləçəkli sif. bot. İki ləçəyi olan. İkiləçəkli çiçək. ikiləmə 1. “İkiləmək”dən f.is.\n2. k.t. İki dəfə əkilmiş eyni yer. İkiləmə əkin. ikiləmək f.\n1. Bir şeyi, bir məsələni iki hissəyə bölmək.\n2. İki eləmək, qoşalaşdırmaq, cütləşdirmək, bir şeyin üstünə birini də artırmaq. Ay qız, gözün aydın, ikiləmisən ki, adı nədir? Mir Cəlal. // Bir işi iki yol görmək. ikilənmə “İkilənmək”dən f.is. ikilənmək 1. məch. İki edilmək, qoşalandırılmaq, bir şeyin üstünə biri də əlavə edilmək.\n2. bax. ikiləşmək. ikiləpəli sif. bot. İki ləpəsi olan. İkiləpəli bitkilər. ikiləpəlilər is. bot. Toxumu iki ləpədən ibarət olan bitkilər fəsiləsinin adı. ikilətmə “İkilətmək”dən f.is. ikilətmək f. Sayını iki eləmək; cütləşdirmək. Paltarı ikilətmək. ikiləşdirmə “İkiləşdirmək”dən f.is. ikiləşdirmək bax. ikilətmək. ikiləşmə “İkiləşmək”dən f.is. ikiləşmək f.\n1. İki olmaq, bir cut olmaq; qoşalaşmaq. Qızlar ikiləşib getdilər.\n2. İki yerə ayrılmaq, şaqqalanmaq. // məc. İki cür olmaq, iki tərəfə meyil etmək, bütövlüyünü itirmək, ziddiyyətli olmaq. ikili zərf\n1. İkisi bir yerdə, ikilikdə. İkili yaşamaq. İkili getmək. – [Zeynalın] fikrində vardı ki, əvvəlcə bu ayrılmaq məsələsini, soyuqqanlılıqla bir yerdə ikili qonuşub, çocuqlarının müqəddəratını öz aralarında həll etsinlər. S.Hüseyn.\n2. Çox vaxt bir-birinə zidd iki müxtəlif keyfiyyəti ehtiva edən; ziddiyyətli. ikilibaşlı zərf dan. Əvvəl-axır, gectez, nə cür olursa olsun, hər halda, necə olsa, mütləq. İkilibaşlı bu işi görməlisən. ikilik 1. sif. İki rəqəmi ilə işarə olunan, ikinci sıra s.\n1. Birincidən sonra gələn. nömrələnən, ölçülən və s. İkilik taxta. İkilik mıx.\n2. is. İki xalı olan oyun kağızı. İkilik atmaq. Xaç ikilik.\n3. is. İkitirəlik, ziddiyyət. Bu aralıq həyatda bir ikilik törənmişdi. C.Cabbarlı. [Kəbusey:] Zərdüştilər yaradılışda ikilik olduğuna inanırlar. Çəmənzəminli.\n4. is. İkitərəflilik, iki tərəfə meyil. ikilikdə zərf İkisi bir yerdə, iki nəfər birlikdə, üçüncü şəxsin iştirakı olmadan. Məsələni ikilikdə danışarıq. – Heç vaxt [Bəşir sözündən] qaça bilməz, burada ikilikdə qət etmişik. S.S.Axundov. Onları ikilikdə buraxsan, bülbül kimi dil açıb ürək dastanlarını, kim bilir, necə mənalı və dadlı sözlərlə danışardılar. Mir Cəlal. ..Teymurla Güldəstə ikilikdə qalmışdılar. H.Seyidbəyli. ikilitrlik sif. İki litr ağırlığında olan, iki litr tutan. İkilitrlik qab. ikilülə (=ikilüləli) sif. İki lüləsi olan; qoşalülə. İkilüləli tüfəng. ikilüləli (=ikilülə) sif. İki lüləsi olan; qoşalülə. İkilüləli tüfəng. ikimanatlıq sif. İki manata dəyən, iki manat qiymətində olan. İkimanatlıq parça. İkimanatlıq vaz. ikimetrlik sif. İki metr uzunluğunda olan. İkimetrlik taxta. ikiməhsullu sif. k.t. İldə iki dəfə məhsul verən. İkiməhsullu bitkilər. ikimənalı sif.\n1. dilç. İki mənası olan, iki məna verən. İkimənalı söz. İkimənalı ifadə.\n2. Eyhamlı, üstüörtülü, pərdəli, iki cür başa düşülə bilən. Pərdəli, ikimənalı danışıqlardan da xoşum gəlməz. Ə.Vəliyev. ikimənalılıq is. İki mənaya malik olma. Sözün (ifadənin) ikimənalılığı. ikimənzilli sif. İki mənzildən ibarət olan. İkimənzilli ev. ikimərtəbə (=ikimərtəbəli) sif. İki mərtəbəsi olan, ikiqat(lı). Ağamehdinin mülkü gözəl mülklərdən birisi idi: içində ikimərtəbəli imarət, aynabənd otaqlar, fəvvarəli hovuzlar, cənnət guşəsi kimi böyük bir bağça.. E.Sultanov. İkimərtəbə, qəşəng bir evin qapısını qorxa-qorxa döydülər. S.Rəhman. ikimərtəbəli (=ikimərtəbə) sif. İki mərtəbəsi olan, ikiqat(lı). Ağamehdinin mülkü gözəl mülklərdən birisi idi: içində ikimərtəbəli imarət, aynabənd otaqlar, fəvvarəli hovuzlar, cənnət guşəsi kimi böyük bir bağça.. E.Sultanov. İkimərtəbə, qəşəng bir evin qapısını qorxa-qorxa döydülər. S.Rəhman. ikimil (=ikimilli) sif. İki mili olan. İkimilli dəftər, kağız. ikimilli (=ikimil) sif. İki mili olan. İkimilli dəftər, kağız. ikimotorlu sif. İki motoru olan, iki motorla işləyən. İkimotorlu təyyarə. İkinci sinif. İkinci cərgə. Kitabın ikinci cildi. – [Qəhrəman:] İkinci gün şəhərdə olduqca şiddətli bir vuruşma gedirdi. H.Nəzərli. Birinci addımda lovğalananlar; İkinci addımda yıxılacaqdır. S.Vurğun.\n2. Keyfiyyətcə birincidən aşağı. İkinci növ çay. İkinci dərəcəli kayut. İkinci dərəcəli mal.\n3. Ən əsas (ən mühüm, ən vacib) hesab edilməyən. İkinci planda duran məsələ. O biri məsələlər ikinci plana keçirildi. // Əsas olmayan, köməkçi partiyanı ifa edən. İkinci skripka. İkinci rollarda çıxış etmək.\n4. Əsası, birincini əvəz edən. İkinci vətən. – İkinci atamın icazəsi ilə rus dilini öyrənmək üçün bu məktəbə girib, bir il burada təlim alıb çıxdım. F.Köçərli. Ögey saymayırdı əsla özünü; Sevirdi ikinci anasını da. M.Rahim. ikincilik is. İkinci yeri tutma, ikinci yerdə olma. Gülşən bilirdi ki, bildir rayon yarışlarında Qəmər yüyürməkdə birincilik, tullanmaqda ikincilik qazanmışdır. Ə.Vəliyev. ikincisiz sif. İkincisi olmayan, əvəzsiz, tayı, bərabəri olmayan. [Xaspolad:] [Oqtay] Azərbaycan səhnəsinin doğma anası olan ikincisiz böyük bir sənətkar, sarsılmaz, fədakar bir sənət mübarizidir. C.Cabbarlı. ikindi zərf Günün günorta ilə axşam arasındakı ikinci yarısı, günbatana yaxın hissəsi. İkindi çağı idi. Obada “Dursunu ayı basmış”, – deyə səs qopdu. A.Şaiq. Səfalı atlıları kənddən çıxanda ikindi vaxtı idi. T.Ş.Simurq. ikinəfərlik bax. ikiadamlıq. ikinövbəli sif. İki növbədə görülən, iki növbəsi olan. İkinövbəli iş. ikioxlu sif. xüs. İki oxu olan. İkioxlu maşın. İkioxlu yük avtomobili. ikiotaqlı sif. İki otaqdan ibarət. İkiotaqlı mənzil. – ..[Tahir] ikiotaqlı təzə mənzilində cəmisi bir həftə qalmışdı. M.Hüseyn. [Həsrət:] Nəcəfalı əmi, güman eləyirəm ki, yaza qədər həkim məntəqəsi üçün ikiotaqlı bir bina tikə bilərik. B.Bayramov. ikiölçülü sif. xüs. İki ölçü ilə təyin edilən. ikiövrətli köhn. bax. ikiarvadlı. ikiövrətlilik köhn. bax. ikiarvadlılıq. [Hacı Mehdi:] A kişi, bu ikiövrətlilik qəribə yaman şey imiş. Ə.Haqverdiyev. ikipalatalı sif. İki qanunverici palatadan ibarət olan. İkipalatalı parlament. ikipartiyalı sif. İki partiyası olan. • İkipartiyalı sistem – ölkədə inhisarçı kapitalın, hakimiyyət başında bir-birini əvəz edən iki partiyanın mövcud olması. ikipartiyalılıq is. Hökumət başında bir-birini əvəz edən iki siyasi partiyanın mövcud olduğu sistem. ikipəncərəli sif. İki pəncərəsi olan. İkipəncərəli otaq. ikipərdəli sif. İki hissədən, iki pərdədən ibarət olan. İkipərdəli pyes. ikipərli sif. İki pəri olan. İkipərli üzgəc (balıqda). ikipilləli sif. İki pilləsi olan. İkipilləli pilləkən. ikiplanlı sif. İki tərəfi, iki planı olan; iki planda yerləşmiş. İkiplanlı şəkil. ikiprizmalı sif. riyaz. Daxilində iki prizma olan. İkiprizmalı cihaz. ikipudluq sif. köhn. İki pud ağırlığında olan. İkipudluq daş. İkipudluq yük. // İki pud tutan. İkipudluq kisə. // İs. mənasında. İki pud ağırlığında olan daş. ikirəqəmli sif. riyaz. Rəqəmi iki olan. İkirəqəmli say. ikirəng (=ikirəngli) sif. İki rəngi olan, iki rəngdə boyadılmış; iki rəng verən, iki rəngə çalan. İkirəngli fincan. İkirəngli parça. ikirəngli (=ikirəng) sif. İki rəngi olan, iki rəngdə boyadılmış; iki rəng verən, iki rəngə çalan. İkirəngli fincan. İkirəngli parça. ikirənglilik is. İki rəngdə olma, ikirəngli şeyin halı. ikisaatlıq sif. İki saat davam edən və ya davam etmiş, iki saat üçün müəyyən edilmiş; iki saat vaxt tələb edən. İkisaatlıq iş. İkisaatlıq yol. İkisaatlıq tənəffüs. ikisaplı sif. İki dəstəsi, iki əl yerisi olan. İkisaplı mişar. ikisəsli sif. mus. İki səsdə oxunan, iki səs üçün yazılmış. İkisəsli nəğmə. İkisəsli xor. ikisətirlik sif. İki sətirdən ibarət. İkisətirlik yazı. ikisilindrli sif. xüs. İki silindri olan. İkisilindrli maşın. ikisimli sif. mus. İki simi olan (çalğı aləti). ikisinifli sif. köhn. İki sinfi olan. İkisinifli ibtidai məktəb. ikisormaclılar is. zool. Yastı qurdlar dəstəsi. ikişahılıq is. 10 qəpiklik sikkə (pul). ikişəkilli sif. İki şəkli olan. İkişəkilli pyes. ikişər say. İki-iki, cüt-cüt, qoşa-qoşa. Otağın divarları uzunu düzülmüş taxta pillələrdə ikişər cərgə oturmuş şagirdlərdən, yuxarı pillədəkiləri kitab, aşağıda oturanları “Çərəkə” oxuyan idilər. T.Ş.Simurq. // Hər birinə və ya hər dəfəsində iki. Hərəsinə ikişər manat düşdü. ikişər-ikişər zərf İki-iki, cüt-cüt, qoşaqoşa. Bu sırada mürəttiblər birər-birər, ikişər-ikişər, kirli iş əlbisəsində daxil olurlar. H.Cavid. ikitağlı sif. İki tağı olan, iki tağdan ibarət. Qarşıdakı ikitağlı böyük pəncərədən gur işıq içəri dolurdu. M.İbrahimov. ikitaxta I. sif. köhn. İki taxtadan ibarət. İkitaxta tuman. İkitaxta yorğanüzü.\n\nII. sif. İki pillədən ibarət; ikipilləli. İçəri girən kimi enli ikitaxta pilləkən qəşəngliyi, təmizliyi və zərifliyi ilə nəzəri cəlb edirdi. Ə.Vəliyev. ikitaktlı sif. mus. İki takt davam edən, iki takta uyğun olan. İkitaktlı pauza. ikitarlalı sif. k.t. İkitarlalıq üsulu ilə bağlı olan. İkitarlalı əkin sistemi. İkitarlalı təsərrüfat. ikitarlalıq is. k.t. Hər il torpağın yarısını heriyə qoymaq qaydası ilə aparılan torpağı becərmə üsulu. ikitaylı sif. İki tərəfli (laylı), iki tayı olan. İkitaylı darvaza. İkitaylı pəncərə. – Ziyafət salonunun böyük və ikitaylı qapısı birdən açıldı. M.S.Ordubadi. ikitelli bax. ikisimli. ikitəbəqəli sif. İki qatdan, iki təbəqədən, iki laydan ibarət olan. İkitəbəqəli torpaq. ikitəbəqəlilik is. İkitəbəqəli şeyin hal və keyfiyyəti. ikitəkərli bax. ikiçarxlı. ikitənəffüslülər is. zool. Həm qəlsəmələri, həm də ciyərləri ilə tənəffüs edən balıqlar dəstəsi. ikitərəfli sif.\n1. İki tərəfi olan. İkitərəfli cisim. İkitərəfli qapı.\n2. İki istiqamətdə gedən, iki tərəfdən baş verən. İkitərəfli küçə hərəkəti. İkitərəfli top atəşi. İkitərəfli sətəlcəm. – Kişinin məhəbbəti tamamilə ona keçdi, Fatma bilmərrə nəzərdən düşdü, hər gün ikitərəfli (z.) döyülüb söyüldü. Çəmənzəminli. Bütün yollar ikitərəflidir, həm qabağa gedir, həm də dala qayıdır. M.İbrahimov. // Hər iki tərəfə işləyən, hərəkət edən, fəaliyyət göstərən. İkitərəfli rabitə xətti.\n3. Hər iki tərəfin razılığı ilə olan, hər iki tərəf üçün məcburi olan; qarşılıqlı. İkitərəfli müqavilə. İkitərəfli saziş.\n4. İki tərəfə, iki yana. [Musanın nəvəsi] başını ikitərəfli (z.) daradı, belini düymələdi. Qantəmir.\n5. bax. ikibaşlı 1 və 3-cü mənalarda. ikitərkibli sif. Tərkibi iki ünsürdən ibarət olan, cüttərkibli. İkitərkibli cümlə. ikitirəlik is. Bir-birinə zidd iki dəstəyə ayrılma; təfriqə, nifaq, çəkişmə. • İkitirəlik düşmək – nifaq düşmək, arasında ədavət düşmək. O, araya ikitirəlik düşə biləcəyindən qorxurdu. İkitirəliyə lap tezliklə son qoymaq olardı. İkitirəlik salmaq – nifaq salmaq, təfriqə salmaq, ziddiyyət yaratmaq, araya ədavət salmaq. Eyni zamanda bu məsələnin İran demokratları arasında ikitirəlik salmaq qorxusu da vardır. M.S.Ordubadi. [Allahverdi:] İkitirəlik salıblar, nə o yandan bu yana bir adam keçə bilir, nə bu yandan o yana. C.Cabbarlı. Kəndə ikitirəlik salıb; Pirəli etdi; İstəyincə paşalıq. M.Rahim. ikitoxumlular bax. ikiləpəlilər. ikitonluq sif.\n1. İki ton ağırlığında şey tutan. İkitonluq yük maşını.\n2. İki ton ağırlığında olan. İkitonluq yük. – Misirli qardaş addımladı; Çiynində Xeops ehramının ikitonluq daşı. O.Sarıvəlli. iki-üç say. Bir neçə, iki və ya üç. İki-üç arşın dərində geniş bir qazma idi. H.Nəzərli. Alaçıqların yanında dizlik geymiş, belinə şal bağlamış iki-üç qadın tərpənirdi. M.İbrahimov. Qalın duman ətrafı elə bürümüşdü ki, iki-üç addımlıqda göz-gözü görmürdü. Ə.Vəliyev. ikiüzlü sif.\n1. Üzü ilə astarının rəngi, naxışı və s. bir cür olan, hər iki üzü, hər iki tərəfi bir cür olan. İkiüzlü parça. – Ağ çuxalı, ağ arxalıqlı, ikiüzlü Buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş kəmərli Mirzə Səfəri hamı tanıyırdı. Ə.Haqverdiyev.\n2. tex. İkiyanlı, ikisəthli. İkiüzlü cisim.\n\nII. sif. Üzdə bir cür, dalda başqa cür danışan, hərəkət edən; riyakar, qeyrisəmimi. İkiüzlü adam. – Siz bağışlayın, yoldaş Mədəd, bu Tanrıverdi xalis ikiüzlüdür. S.Rəhimov. [Səmirə:] Mənim kimi bir qadın hesabla gərək Səidə xanıma nifrət edəydi, onu ikiüzlü sayaydı. M.Hüseyn. // İs. mənasında. İkiüzlünün biridir. – İfşa edildikcə ikiüzlülər; Dünya al geyinib toybayram eylər. M Rahim. ikiüzlülük is. Özünü üzdə bir cür, dalda isə başqa cür göstərmə; riya, riyakarlıq. İkiüzlülük etmək. – Dünyada saxtalığı, ikiüzlülüyü, riyanı və hiyləni sevməyən təmiz və səmimi bir şey varsa, o da sevgidir. M.S.Ordubadi. [Rəşid:] Fikirləşdim ki, bax bu dəqiqə başını qaldırıb hər iki tərəfə xidmət göstərən Bəkiri ikiüzlülükdə və fırıldaqçılıqda təqsirləndirə bilər. İ.Hüseynov. ikiüzvlü bax. ikihədli. ikivalentli sif. kim. İki valentdən ibarət olan. ikiverstlik sif.\n1. İki verst uzunluğunda olan. İkiverstlik məsafə. İkiverstlik yol.\n2. İki verst miqyaslı. İkiverstlik xəritə. ikiyanlı sif. İki yanı olan. ikiyaruslu sif. İki yarusu olan. İkiyaruslu teatr zalı. ikiyaşar sif. İki yaşında olan, ikiyaşlı. İkiyaşar dana. – Qulanlar böyüyüb ikiyaşar (z.) olmuşdular. “Koroğlu”. ikiyaşlı bax. ikiyaşar. ikiyerli bax. ikiadamlıq. ikizirvəli sif. İki zirvəsi (təpəsi, başı) olan. ikmal is. [ər.] Tamamlama, bitirmə, qurtarma, mükəmməlləşdirmə. Darülədəbin bilməliyiz qədrini, millət! İkmalına göstərməli olduqca həmiyyət. M.Hadi. Bu gənc yeddi il idi ki, Parisdə tibb fakültəsini ikmal üçün sevgili vətənindən ayrı düşmüşdü. S.S.Axundov. • İkmal etmək – tamamlamaq, axıra çatdırmaq, bitirmək, qurtarmaq. Təlim və tədris ana dilində icra olunan məktəbi-ibtidaini ikmal etdikdən sonra, şagirdi rus edadiyyələrinə, yəni gimnaziyaya, realni [məktəblərə] təbiidir ki, qəbul etməzlər. Ü.Hacıbəyov. [Varis:] ..Mən varlı olduğum halda, orta məktəbi ikmal edib bu şapkanı qoya bilmədim. A.Şaiq. İkmala yetirmək – bax. ikmal etmək. ikona [yunancadan] Xristianlarda: Allahın, yaxud övliyaların şəkli. ikrah is. [ər.] İyrənmə, çimçişmə, diksinmə, nifrət. Bu bədheybət adam xanın gözünə sataşdıqda sanki xanda ona qarşı bir ikrah hissi əmələ gəldi. Çəmənzəminli. O, üz-gözünə boya vuranda və səliqəli geyinəndə, sədrinə xoş gəldiyini bilsə də, ürəyində çoxdan bəri ona qarşı qüvvətli bir ikrah hissi duyur. M.Hüseyn. // İyrəndirmə, nifrətləndirmə. [Şeyx Sədra:] Xayır, artıq bu pək fəna təhqir; Səni ikrah üçün bu bir tədbir.. H.Cavid. • İkrah etdirmək – iyrəndirmək, çimçişdirmək, diksindirmək, nifrət oyatmaq. [Sevda:] Çirkinliyim etdirməsin ikrah; Könlüm səni öpmək dilər. H.Cavid. İkrah etmək (eyləmək, olmaq, qılmaq) – iyrənmək, nifrət etmək, zəhləsi getmək. Zahida, sən fariq ol, ahimdən ikrah eyləmə; Kim, mənim bağrımda çoxdur qəmzələrdən yarələr. Xətayi. Gəz bir neçə gün mənimlə həmrah; İnsan deyib etmə məndən ikrah. Füzuli. Xah yüz döndərsən ondan, xah ikrah eyləsən; Axır, ey əbrukaman, Qövsi sənə qurban olur. Qövsi. İkraha gəlmək – bax. ikrah etmək. ..Bu hadiseyiəlimənin dəhşəti bütün aləmə əsər etdi, hamı nifrət və ikraha gəldi. Ü.Hacıbəyov. ikram is. [ər.] Hörmət, sayğı, əzizləmə, ehtiram, hörmət göstərmə. Xalqın işi bizlərə ikram idi; Ax, necə kef çəkməli əyyam idi. M.Ə.Sabir. O, Hicazdan dönüb keçən axşam; Vardı Bağdadə, gördü çox ikram. H.Cavid. • İkram etmək (qılmaq) – hörmət etmək, sayğı göstərmək, əzizləmək, ehtiram etmək. Tuba görsə ikram eylər, baş əyər; Bu gözəl boy ilən, ilən sənə! M.P.Vaqif. İkram edər ol gül mənə əğyar yanında; Ta etsin özünü sevgili hər xar yanında. S.Ə.Şirvani. iks is.\n1. Latın əlifbasının iyirmi dördüncü hərfi (Ç).\n2. riyaz. Məlum olmayan və “Ç” hərfi ilə işarə olunan kəmiyyət.\n3. məc. Məlum olmayan və ya adı çəkilmək istənilməyən şəxsə işarə. iksir is. [ər. əsli yun.] Vaxtilə yalançı kimyagərlərin xariqüladə bir qüvvə və təsirə malik olduğunu zənn etdikləri mövhum bir maddə. [Hacı Kərim:] [Molla İbrahimxəlil kimyagər] məsələn, bir zad dürüst edibdir ki, adına iksir deyirlər. Bir misqal ondan bir batman misə vurur, xalis gümüş olur. M.F.Axundzadə. Halbuki ağalar bütün ömrlərini buna sərf edirlər ki, iksir vasitəsilə bir şeyi döndərib özgə bir şey eləsinlər. C.Məmmədquluzadə. [Xortdan:] ..Mirzə Qoşunəli Təbrizi adında bir möhtərəm şəxs iksir qayırmaqla məşğuldur. Ə.Haqverdiyev. // məc. Əlac, dava mənasında. ‣ Həyat iksiri – insanın ömrünü uzatmaq, cavanlığını mühafizə etmək üçün qədim kimyagərlərin tapmaq istədiyi sehrli içki. iktifa is. [ər.] Kifayətlənmə, qane olma. • İktifa etmək (eləmək) – 1) kifayətlənmək, qane olmaq. [Hatəmxan ağa:] Niyə başa düşmədin, balam, çox arvad almaq ibarətdir ondan ki, bir kişi bir arvada iktifa etməsin. M.F.Axundzadə. [Rüstəm bəy:] [Nemət] cəld geyinib, bir stəkan çay ilə iktifa edib evdən çıxdı. Çəmənzəminli. Kim bilir ki, Tükəzban bununla iktifa eləməyib, nərdivanın yuxarı pillələrinə dırmaşmaq niyyətinə düşəcək. B.Talıblı; 2) kifayət etmək, bəs olmaq. Yoxsa ki, etməz quru söz iktifa; İş gərək olsun, nə əbəs iddia. A.Səhhət. iqamət is. [ər.] Sakin olma, oturma, bir yerdə yaşamaq üçün qalma, qərar tutma. Mümkün degil, Füzuli, cahanda iqamətin; Bihudə sən bu mərhələdə məskən eylədin. Füzuli. O, Azərbaycanın Danaqırt qəsəbəsində təvəllüd edib, doqquz yaşa qədər orda iqamətlə, sonralar Bağdada müvasilət etmişdi. C.Məmmədquluzadə. • İqamət etmək – bir yerdə sakin olmaq, məskən salmaq, qərar tutmaq, oturmaq. Həmin günün axşamı Tiflisdə iqamət edən Zaqafqaziyanın şeyxülislamı rus dilində bu məzmunda bir teleqram aldı. E.Sultanov. ..[Mehriban] Ağdamda iqamət edən atasına teleqraf çəkdirib, onu Bakıya çağırmaqla çocuqlarının məsələsini həll edəcəkdi. S.Hüseyn. iqamətgah is. [ər. iqamət və fars. ...gah] İqamət yeri, oturulan yer, məskən. [Ata:] Müqəddəs qanuna görə iqamətgahı kim verəcək? Çəmənzəminli. // Hökumət və ya dövlət başçısının, habelə yüksək vəzifə sahibi olan şəxslərin sakin olduqları yer. Prezidentin iqamətgahı. – [İbni-Salam:] Durmayıb birbaş mənim iqamətgahıma çapın. Ə.Məmmədxanlı. iqbal is. [ər.] Bəxt, tale; bəxti gətirmə. Sənsən mənim ayım, günüm, hilalım; Dövlətim, iqbalım, cahım, cəlalım. M.P.Vaqif. Tam iki aydır ki, tale, iqbal, ümid .. hər şey, məncə, məhv olub bitmiş.. H.Cavid. Gah onun, gah bunun üzünə güldü iqbal. B.Vahabzadə. • İqbalı dönmək – bəxti gətirməmək; bəxti, taleyi dönmək. Həmdülillah, dönüb iqbalı bizim tazələrin; Qarışıb yenə əhvalı bizim tazələrin. Ə.Nəzmi. İqbalı gətirmək – bəxti gətirmək. [Bayram:] Ümid yoxdur, iqbalım gətirməyəcək, Zalxa etdiyi vədəni bitirməyə cürət edə bilməyəcək. M.F.Axundzadə. iqdam is. [ər.] Bir işə səbatla təşəbbüs etmə, başlama. • İqdam etmək – təşəbbüs etmək, başlamaq, girişmək. [Ağa Salman:] Xanım, mən məhz sənin xatirin üçün bu işə iqdam edirəm. M.F.Axundzadə. Seyyid, ol mah sənin qətlinə iqdam etdi; Gedib öz çarəni qıl, eylədim elam sənə. S.Ə.Şirvani. [Bəhram:] Bəhram, qorx! Qorx öz vicdanından! Sən ki Saranın xatiri üçün bu işə iqdam etmişdin, nə tez sovuşdun? C.Cabbarlı. iqdamat [ər. “iqdam” söz. cəmi] kit. bax. iqdam. Belə bir iqdamatın iki qisim gözəl nəticəsi ola bilər. C.Məmmədquluzadə. Siz gərək iqdamata başlamaqdan əvvəl mənimlə danışaydınız. M.S.Ordubadi. iqlim is. [ər.]\n1. Bir ölkənin, bir yerin meteoroloji şəraitinin (havası, suyu və s.) xüsusiyyətləri, ab-havası. Kontinental iqlim. Mötədil iqlim. Azərbaycanın aran yerlərinin iqlimi. Soyuq iqlim. – Göyərti şərait yaradıldığı təqdirdə, təzə düşdüyü hər iqlimə uya bilər. Ə.Əbülhəsən. Hər yer bağbağat olacaq, ölkəmizin iqlimi dəyişiləcəkdir. Ə.Sadıq. Görürəm Mingəçevir yanır bir çıraq kimi; Gülür Milin, Muğanın təbiəti, iqlimi. Ə.Cəmil.\n2. klas. Ölkə, məmləkət. Qəmindir könlümün təxtində sultan; Bir iqlimə iki sultan gərəkməz. Nəsimi. Ya bu iqlimdən başın al, get; Yoxsa başın götür, hüzuruma yet! Füzuli. İqlim-iqlim gəzməyi var; Hər havaya dözməyi var; İnsanın da, ürəyin də. S.Vurğun. “İqlimləşdirilmək”dən f.is. iqlimləşdirilmək məch. Yeni iqlim şəraitinə, yeni mühitə alışdırılmaq. iqlimləşdirmə “İqlimləşdirmək”dən f.is. Toxumdan alınan bitkilər gec meyvəyə düşür və müxtəlif keyfiyyətli olur. Sitrusların bu qayda ilə çoxalmasından iqlimləşdirmə (akklimatizasiya) və yeni sortlar əldə etmək məqsədi ilə istifadə edilir. İ.Axundzadə. iqlimləşdirmək f. Yeni iqlimə uyğunlaşdırmaq, yeni mühitə alışdırmaq (heyvanları, bitkiləri). iqlimləşmə “İqlimləşmək”dən f.is. iqlimləşmək f. Yeni iqlim şəraitinə, yeni mühitə uyğunlaşmaq, alışmaq. iqna [ər.]: iqna etmək klas. – qane etmək, qənaətləndirmək, qənaətbəxş olmaq; razı etmək. [Qız:] [Nizamüddövlənin adamları] hər gün gəlib, məni iqna etmək istəyir, qandırırdılar. S.Hüseyn. iqrar is. [ər.]\n1. Dil ilə söyləmə, ifadə etmə, dili ilə təsdiq etmə, etiraf. // Öz sözündə, əhdində möhkəmlik, dayanıq, səbat, sədaqət, vəfa. Əhdi dürüst ola, iqrarı möhkəm; Fikri-zikri sənin sarı gərəkdir. Q.Zakir. Aşinələr ixtilatında sədaqət görmədim; Beyəti-iqrari-imani-dəyanət görmədim? M.P.Vaqif. • İqrar vermək – söz vermək, əhd etmək. Əvvəl mənə iqrar verib duran yar; Yandırdın dünyada atəşə məni. Aşıq Əmir. İqrarından dönmək – sözündən dönmək, əhdindən qaçmaq, əhdinə vəfa etməmək. Gətirmədi əhdü iqrarı yerinə; Dilbər iqrarından döndü, neyləyim. Aşıq Kərim.\n2. Təsdiq, etiraf, qəbul. Bilmirəm siz məndən nə kimi xəyanətlərimin iqrarını tələb edirsiniz. M.S.Ordubadi. • İqrar etmək – boynuna götürmək, qəbul etmək, etiraf etmək, öz dili ilə təsdiq etmək. [Molla İbrahimxəlil:] Camaat, bilin və agah olun ki, Mirzə Fətəli öz kafirliyini iqrar etdi. Ə.Haqverdiyev. Mən .. iqrar eləyirəm ki, doğrudan da, müsəlmanlar silahlanırlar.. C.Məmmədquluzadə. Özünün iqrar etdiyinə görə tay-tuşları gecə kurslarında da olsa, oxuyub savadsızlıqlarını ləğv etdilər. Ə.Vəliyev.\n3. Qərar, qənaət, hökm. Hükəmanın da iqrarı bunadır ki, başın çanağı nazikləşib kiçildikcə, beyin də zəifləşməyə və kiçilməyə başlayır. C.Məmmədquluzadə. iqrarsız sif. Dəyanətsiz, öz sözündə, vədində, qərarında sabit olmayan. Vaqif sevdi bir iqrarsız bivəfa; Badə getdi tamam çəkdiyi cəfa. M.P.Vaqif. iqrek 1. Latın əlifbasının axırıncıdan əvvəlki hərfi (γ).\n2. riyaz. X, Z hərfləri ilə yanaşı olaraq, həmin hərflə işarə olunan məchul kəmiyyət.\n3. məc. Naməlum, yaxud adı çəkilmək istənilməyən şəxsə işarə. iqta is. [ər.] köhn.\n1. Bağışlanmış və ya icraya verilmiş yer.\n2. Malikanə. iqtibas is. [ər.] Bir sözü, cümləni və ya fikri eynilə və ya məzmunca başqasının əsərindən alma, götürmə. • İqtibas etmək – götürmək, almaq (fikri, sözü və s). iqtidar is. [ər.]\n1. Qüvvət, taqət, güc. Yeriməyə iqtidarı yoxdur. Danışmağa iqtidarı çatmır. – Bura adətən can verən əsirlər, ayağı üstündə durmağa iqtidarı olmayanlar gətirildiyi üçün, bu “ölüm hücrələrinin” keşiyi zəif idi. Ə.Məmmədxanlı.\n2. Qüvvəsi çatma, gücü çatma, imkanı olma. Zeynal nəinki borclarını verib təmizləmək və ya arvadına və çocuqlarına paltar və ayaqqabı almaq iqtidarında deyildi, hətta gündəlik xərcə də para yetirə bilməyirdi. S.Hüseyn. Baş leytenant öz bölüyü ilə hər vaxt hər bir əmrin öhdəsindən gəlmək iqtidarına malikdir. Ə.Əbülhəsən. // Güc, səlahiyyət, etibar. Getdi şənimiz, etibarımız; Varmı rütbəmiz, iqtidarımız? M.Ə.Sabir. İqtidarın, malın, pulun çoxdur; Xalqa ondan vəli kömək yoxdur. A.Səhhət. iqtidarlı sif.\n1. İqtidarı olan, gücü çatan; güclü, qüvvətli.\n2. Bacarıqlı, qabiliyyətli, qüvvətli. İqtidarlı yazıçı. – “Məktubati-Şeyda bəy” sərlövhəsi ilə yazdığı “Müəllimlər iftixarı” və “Gəlinlər həmayili” adlı kitabçalar Qənizadənin iqtidarlı bir ədib olduğunu bildirir. F.Köçərli. iqtidarsız sif. İqtidarı olmayan, gücü çatmayan; qüvvətsiz, gücsüz. // Bacarıqsız. iqtidarsızlıq is. Qüvvətsizlik, gücsüzlük. // Bacarıqsızlıq. iqtisad is. [ər.] bax. iqtisadiyyat 1-ci mənada. Uca mədəniyyət yüksək iqtisaddan asılıdır. M.S.Ordubadi. • Siyasi iqtisad – bəşər cəmiyyəti inkişafının müxtəlif pillələrində ictimai istehsalı və onun paylaşdırılması qanunlarını öyrənən elm. iqtisadçı is.\n1. bax. iqtisadiyyatçı.\n2. tar. siyasi. İqtisadçılıq tərəfdarı (bax. iqtisadçılıq). iqtisadçılıq is. tar. siyasi. XIX əsrin axırlarında – XX əsrin əvvəllərində Rusiya sosial-demokrat hərəkatında opportunist cərəyan (bu cərəyan tərəfdarlarının fikrincə, fəhlə sinfi ancaq öz iqtisadi vəziyyətini yaxşılaşdırmaq uğrunda mübarizə aparmalı, mütləqiyyətlə siyasi mübarizəni isə burjuaziyanın öhdəsinə buraxmalı idi). iqtisadi sif. İqtisadiyyatla bağlı olan, təsərrüfata aid olan. Ölkələr arasında iqtisadi əlaqə. İqtisadi məsələ. İqtisadi böhran. İqtisadi qanunlar. İqtisadi həyat. – “Kəşkül” hər məsələdən yazırdı, iqtisadi, ictimai, siyasi, ədəbi mövzuları işıqlandırırdı. M.İbrahimov. Xalq təsərrüfatımızın ümumi inkişafında yaylaqlarımızın, mədən-müalicə sularımızın, kurortlarımızın iqtisadi əhəmiyyəti böyükdür. Ə.Vəliyev. // İqtisadiyyatın öyrənilməsi ilə bağlı olan. İqtisadi jurnal. İqtisadi coğrafiya. İqtisadi ədəbiyyat. İqtisadi tədqiqat. ‣ Yeni iqtisadi siyasət iqt. – Sovet Rusiyasında keçid dövründə proletar diktaturasının həyata keçirdiyi təsərrüfat siyasəti (sosializm qurulması mənafeyinə xidmət edən bu siyasət dövründə hakim mövqelər dövlət əlində olmaqla, kapitalizmə və azad ticarətə yol verilirdi). iqtisadiyyat is. [ər. “iqtisad”dan]\n1. Hər hansı bir ictimai quruluşun, cəmiyyətin istehsal qüvvələrinin inkişafına uyğun olan istehsal münasibətlərinin məcmusu. İqtisadiyyatımızın durmadan tərəqqisi mədəniyyətimizin misilsiz yüksəlməsinə səbəb olmuşdur. İ.Əfəndiyev.\n2. Hər hansı bir ölkənin, rayonun və s.nin təsərrüfatının vəziyyəti. Respublikamızın iqtisadiyyatı. Şimal rayonlarının iqtisadiyyatı. // Təsərrüfatın hər hansı bir sahəsinin maliyyə və maddi cəhətdən quruluşu, vəziyyəti. Nəqliyyat iqtisadiyyatı. Ticarət iqtisadiyyatı.\n3. Xalq təsərrüfatının hər hansı bir sahəsinin maliyyə və maddi tərəfini öyrənən elm. İqtisadiyyatdan dərslik. İqtisadiyyata dair mühazirə. iqtisadiyyatçı is. İqtisadiyyat, iqtisadiyyat elmləri mütəxəssisi. iqtiza is. [ər.] klas. Lüzum, lazım olma, zəruriyyət, vaciblik. // Ehtiyac, hacət. Hala məgər iqtizayi-dövran; Oldur ki, ola o gənc pünhan. Füzuli. • İqtiza etmək – 1) tələb etmək, lüzumlu etmək, vacib etmək, ehtiyac doğurmaq. Aciz, yazıq bəşərlərə rəhm etməyən qəza; Səndən məni ayırmağı da etmiş iqtiza. A.Səhhət; 2) müsaidə etmək, imkan vermək. Əgər onların gündüzləri vaxtları iqtiza etmir, bəs axşamlar niyə təşrif gətirmirlər? C.Məmmədquluzadə. İqtizasına görə – bax. iqtizasınca. iqtizasınca zərf klas. Tələbinə görə, bacarığına görə, ehtiyacına görə. Hər bir şair öz qəlbinin və təbinin iqtizasınca göy üzündə qatar ilə uçan durnalara öz halidilini ərz qılır. F.Köçərli. il is.\n1. Yer kürəsinin Günəş ətrafında bir dəfə dövr etdiyi müddət (yanvarın 1dən başlayaraq hesablanan 12 aylıq dövr). Yerin günəş ətrafında tam hərəkəti bir il çəkir. Bir ilin uzunluğu 365 və ya 366 gündür. – İlin hər fəslinin bir hüsnü var, amma qışın ləzzəti bir özgədir. C.Məmmədquluzadə. // Hər hansı bir gündən başlayaraq hesablanan 12 aylıq bir müddət. Hadisədən iki il keçmişdir. Bir ildən sonra 10 yaşı tamam olacaq. Dörd il bir şəhərdə yaşamaq. Bir il səfərdə olmaq. – [Tapdıq:] On ildi bu fürsəti güdürdüm; Ey şux, gözüm ki səndədir bil. C.Cabbarlı. Baratın Bakıya gəldiyi vaxtdan beş il keçirdi. M.Hüseyn.\n2. Cəm şəklində: tərkibdə sıra sayları ilə onillik müddətləri göstərir. Doxsanıncı illər. Altmışıncı illər ədəbiyyatı.\n3. Cəm şəklində: müəyyən zaman, dövr bildirir; dövr, zəmanə. Müharibə illəri. Uşaqlıq illəri. Məktəb illəri. – Yenə bahar gələndə; Volqada axırdı buz; Lakin illər ağırdı; Günlər yaman uğursuz. R.Rza. [Əntiqənin] atası qarışıqlıq illərində yatalaqdan ölmüşdü. Mir Cəlal.\n4. astr. Günəş ətrafında hər hansı planetin dövr müddəti. Mars ili. ‣ İl dolanmaq – on iki ay bitmək, qurtarmaq, il başa çatmaq. Qış getdi, qar gəlmədi; Nə də bahar gəlmədi; İl dolandı, ay ötdü; Gözlədim, yar gəlmədi. (Bayatı). Ay keçər, il dolanar. Sənin adın məğribdən məşriqətən bütün dünyada məşhur olar. “Koroğlu”. Günlər keçdi, .. il dolandı.. M.Rahim. İl gecə – qurtarmaq bilməyən, uzun (“uzun gecə” mənasında). Bağrımı çatlatdılar; Sinəmi oxlatdılar; İl gecəni sübhə tək; Bircə məgər yatdılar?! M.Ə.Sabir. İl keçdikcə – zaman ötdükcə, bir neçə il keçdikdən sonra, vaxtilə. İl keçdikcə unudulacaqdır. İl keçdikcə ağıllanacaqdır. İl uzunu – on iki ay müddətində, bütün ili, bütün il ərzində. [Həsən:] Gərək il uzunu işimi-gücümü, dükanımı buraxıb divana yol döyəydim. Ə.Haqverdiyev. İl uzunu dərdini çəkməkdəyəm; Aylar ilə göz yaşı tökməkdəyəm. Ə.Nəzmi. İl vermək – xalq adətincə, ölən adam üçün ili tamam olduqda ehsan vermək. İldən-ilə, illərdən-ilə – hər il, il keçdikcə, ilbəil, durmadan. Çay dediyi sözlər yerini aldı; İldən-ilə gölün suyu azaldı. A.Səhhət. Şəhərdən kəndə gələn çarpayıların, çəngəl-bıçağın, stol-kürsünün sayı ildənilə artır. İ.Əfəndiyev. Bəhəri çox verir bağ ildən-ilə. M.Dilbazi. İl-ildən – ildən-ilə, ilbəil. Azaldı il-ildən bağın meyvəsi; Torpağın hünəri, suyun qüvvəsi. M.Dilbazi. İllər ayrısı olmaq – uzun illər bir-birindən ayrı düşmək, ayrı yaşamaq, bir-biri ilə görüşməmək. Mən aşıq, ellər ayrısı; Şanə tellər ayrısı; Bir gününə dözməzdim; Oldum illər ayrısı. (Bayatı). İllər ayrısıyıq, fürsət düşəndə; Çəkilib pünhana üzün bürümə! Aşıq Ələsgər. Tədris ili (akademik il) – bir yay tətilinin axırından o biri yay tətilinin əvvəlinə qədər olan dərs məşğələləri dövrü. Uzun illər – həmişə, daim, illər boyunca. Sülh carçısıyıq biz uzun illər, bilir aləm; Sülh şairə, sülh fəhləyə, sülh xalqa gərəkdir. S.Rüstəm.Yeni il – 1 Yanvar günü. Yeni ili təbrik etmək. Yeni il şənliyində iştirak etmək. Yeni iliniz mübarək! ilac klas. bax. əlac. Çak görüb köksümü, qılma ilacım, təbib; Zaye olar mərhəmin, məndə bitər yarə yox. Füzuli. Kimsənədən olmadı dərdinə, Seyyid, ilac; Eyləmə hər nakəsə halını əfsanə ərz. S.Ə.Şirvani. Vazeh bu ki xəstədir məzacın; Ya rəb, kim edər sənin ilacın? M.Ə.Sabir. ilacsızlıq bax. əlacsızlıq. Güllər .. acı bir ilacsızlıq içində qalıb, pianinosunun arxasına keçirdi. İ.Əfəndiyev. [Bülənd] ilacsızlıqla (z.) Çimnaza və Nazlıya baxdı. Ə.Əbülhəsən. ilahə is. [ər.] Antik mifologiyada və bəzi dinlərdə; qadın cinsli allah. Qədim Yunanıstanda şüəra sinfi bir qissə və hekayət yazmaq istədikləri əsnada “Muza” adlı teatr ilahəsinə rücu edib ondan kömək və mədəd dilərdilər. F.Köçərli. [Qızlar:] Çıxar Olimpə şadman; Ən işvəkar ilahələr. H.Cavid. Biri deyir ki, sənət təbiətin səsidir; Biri deyir ki, sənət eşqin ilahəsidir. B.Vahabzadə. // Canan, məhbubə, məşuqə, dilbər; eşq pərisi. [İlyas] bahar möcüzələrinin qolları arasına girərək bələyindən çıxmış şeir ilahəsinin qolları arasında nazlanırdı. M.S.Ordubadi. ilahi I. sif. din. [ər.]\n1. Allaha mütəəlliq, Allaha məxsus, Allaha aid, Allah tərəfindən verilmiş; qeyri-bəşəri. İlahi hikmətlər xəzinəsi. – [Şeyx Sənan:] Bu ilahi sükuta qarşı, Xumar; Həp mələklər olur pərəstişkar. H.Cavid.\n2. is. Allah. Bu dağlar ahı neylər; Başım külahı neylər; Sən ordan bax, mən burdan; Görək ilahi neylər. (Bayatı). O gözəllik ilahidən verilmiş; Əvvəldəndi gözlərinin qarası. Aşıq Əmrah. // məc. Qeyri-maddi, qeyricismani, ruhani, mənəvi. İlahi məhəbbət. İlahi eşqin tərənnümü. – Budur! “Leyli Məcnun” – böyük sənətdir! Nə qədər ilahi bir məhəbbətdir! S.Vurğun. // məc. Təmiz, pak. Nə qədər ilahi bir insansınız; Mənə qardaşdan da mehribansınız. S.Vurğun.\n3. məc. Xariqüladə, misilsiz, tayı-bərabəri olmayan, məftunedici. İlahi gözəllik. İlahi səs. – [Nizami:] Dostlar, hamınızı inandıra bilərəm ki, Bərdənin bu ilahi gözəlliyi məni heyran etmişdir. M.Hüseyn. Bu, əfsanə və nağıllarda söylənən cənnət bağından, ilahi məxluqlardan gələn səs kimi bakir, gözəl və xoş idi. Mir Cəlal.\n\nII. nida. Ey Allah, ay Allah (Allaha xitab, yalvarış). İlahi, bülbülə olsun həmişə gül həmdəm; Müdam o xəstə dilin gülşəni, baharı ola. S.Ə.Şirvani. Daşqəlbli insanları neylərdin, ilahi? M.Ə.Sabir. Qəmin əlində, ilahi, dönüb ürək qanə. M.Hadi. [Ana:] İlahi, üç nəfər yetim balamı sənə tapşırıb gedirəm. C.Cabbarlı. ilahiləşdirilmə “İlahiləşdirilmək”dən f.is. ilahiləşdirilmək məch. Xariqüladə, ilahi bir qüvvə edilmək, Allah sifəti verilmək, Allah sayılmaq. // Allah kimi yüksəldilmək, təqdis edilmək, Allah kimi qarşısında səcdə edilmək. Təbiət güclərinin ilahiləşdirilməsi. – İlahiləşdirilmiş, mələk simalı, əl çatmayacaq dərəcədə uzaq, xəyali gözəlin yerini sadə, təbii, həqiqi gözəllər tutur. M.İbrahimov. ilahiləşdirmə “İlahiləşdirmək”dən f.is. ilahiləşdirmək f. Allah saymaq, Allah sifəti vermək. // Allah kimi yüksəltmək, qaldırmaq, təqdis etmək, Allah kimi qarşısında səcdə etmək. Qədim insan odu ilahiləşdirir, ona tapınırdı. ilahilik is.\n1. Ülvilik, müqəddəslik, yüksəklik. [Yaşlı kişi:] Mən bu səslərdə bir ülviyyət, bir ilahilik görürəm. S.Hüseyn.\n2. məc. Son dərəcə gözəllik, füsunkarlıq. ilahiyyat is. [ər.] Dini ehkamlardan bəhs edən sxolastik elm; din elmləri. ilahiyyatçı is. İlahiyyatla məşğul olan adam, ilahiyyat alimi. ilaxır [ər.] (ixtisarı i.a.). Sıra ilə adları çəkilən şeylərin axırında yazılır, ya deyilir və onları davam etdirmək mümkün olduğunu bildirir. Həmin [kitabdakı] nümunələrin arasında saat, .. kəllə qənd, ağızlıq, kitab, çeşmək və ilaxır kimi şeylərin də şəkilləri vardır. F.Köçərli. ilan is.\n1. Bədəni uzun və qıvrılan ayaqsız, adətən zəhərli dişləri olan sürünən heyvan. Zəhərli ilan. Xallı ilan. – İlanın ağına da lənət, qarasına da lənət. (Məsəl). ..Ağabala dərviş gürzə ilanları bazar dalına töküb oynadırdı. Ə.Qəmküsar. [Eyvaz kişi] özünü itirmədi, sağ əli ilə sol qoluna dolanan ilanın boğazından tutub gücü gəldikcə çayın içinə atdı. Ə.Vəliyev. • İlan çalmaq – ilan vurmaq. Bəziləri də deyirdilər ki, Qara Məliki ilan çalıb öldürüb. M.S.Ordubadi.\n2. məc. Məkrli, xain, acıdil, kinli adam haqqında. [Knyaz:] Sən də dəf ol ki, hövsələm bitdi; İkiniz bir ilansınız, nankor! H.Cavid. [Sona:] Məni o qara ilan Kamran aldatdı. H.Nəzərli. [Vaqif:] Basma ayağını bizim torpağa; İlandan, əqrəbdən yar ola bilməz. S.Vurğun.\n3. məc. İlan kimi qıvrılan, uzanan şey haqqında. İlan yolu. – [Ələmdar] ilan tatarısını göydə tovlayıb, adam olanın boynuna dolayırdı. S.Rəhimov. ‣ İlan ağzından qurtarmaq – çox təhlükəli, ağır, çətin, çıxılmaz vəziyyətdən qurtarmaq. İlan ağzından qurtulan quş (qurbağa) kimi – çox təhlükəli, ağır, çıxılmaz vəziyyətdən qurtaran adam haqqında. Rübabə qapını bərk itələmiş, ilan ağzından qurtulan quş kimi qaçmışdı. Mir Cəlal. İlan çalmış kimi, elə bil ilan çaldı – bax. ilan vurmuş kimi 2-ci mənada. ..Qara çadralı qız ilan çalmış kimi yerindən sıçradı. Ə.Məmmədxanlı. İlan dili çıxartmaq, ilan kimi dil çıxartmaq – acizanə yalvarmaq, yazıq-yazıq xahiş etmək, yalvarıb-yaxarmaq. [Güləndam:] Yusif bəy ilan dili çıxardır, elə zarıyır, elə zarıyır, adamın yazığı gəlir. N.Vəzirov. Həmzə .. Veysin qabağında gərək ilan kimi dil çıxarda, arvad kimi göz yaşı tökə idi. Ə.Əbülhəsən. İlan əlindən qurtarmaq – birini zülmdən, əziyyətdən, istismardan azad etmək. Bir kimsə tapılmaz yetə savaba; Qurtara fəqiri ilan əlindən. Q.Zakir. İlan gözü kimi – çox az, çox zəif, hissedilməz. [Veys] astaca ora yaxınlaşdıqda ilan gözü kimi işıq süzüldüyünü sezib, qulağını qapıya dayayaraq qulaq asdı. Ə.Əbülhəsən. İlan mələyən – çox isti, quraq və susuz. İlan mələyən çöllər. İlan vuran ala çatıdan qorxar məsəl – başına gəldiyi üçün çox ehtiyatlı, tədbirli hərəkət edən adam haqqında. [Hacı Əhməd:] O səbəbə ki ilan vuran ala çatıdan qorxar. C.Cabbarlı. İlan vurmuş kimi – 1) əziyyətdən, ağrıdan çapalayan, qovrulan adam haqqında. Ala pişik bığlarını eşərək yerin ortasında yatmışdı, çünki bu gecə Kosanın yuxusu ilan vurmuş kimi kəsilmişdi. S.Rəhimov; 2) birdən sıçrayaraq, dik atılaraq, hövlnak. Yasavulbaşı ilan vurmuş kimi yerindən sıçradı. M.Rzaquluzadə. İlana ağı vermək – xəlvəti, əl altından təhrik etmək, gizlindən öyrədib qızışdırmaq. İlanın quyruğunu basmaq – birini qəzəbləndirmək, hirsləndirmək. [Hacı Tağı:] İndi adam vurub öldürmək vaxtı deyil, ilanın quyruğunu niyə basaq? Ə.Əbülhəsən. Dili ilanı yuvadan çıxardır – bax. dil1. Elə bil ilan qovub – çox tələsik, təngnəfəs, nəfəsi qaralmış halda. [Əziz] hər gecə səhər alaqaranlığında elə gəlir ki, elə bil uşağı ilan qovub. Ə.Məmmədxanlı. ilanbalığı is. zool. Dəyirmiağızlılar sinfindən ilanabənzər ibtidai onurğalı heyvan. ilanbaşıotu is. bot. Alp zonasında daşlı yamaclarda bitən boz tükcüklərlə örtülü çoxillik ot bitki. İlanbaşıotu .. bəzən zibilli yerlərdə bitir. Tərkibində limon iyli ətirli yağ, .. “A” provitamini vardır. M.Qasımov. ilancıq I. is. Kiçik ilan, ilan balası.\n\nII. is. dan. Ayaqda, qolda yara şəklində baş verən sümük vərəminin xalq arasında adı. ilan-çayan top. İlan, əqrəb kimi sancan heyvanlar. Səfər kişi bir-bir barmaqlarını qatlayaraq saydı: – İlan-çayandan xəbəriniz varmı? Mir Cəlal. [Bəkir dedi:] Yaxşı-yaxşı yat, ilan-çayan başınızdan çıxsın. İ.Hüseynov. ilan-çayanlı sif. İlan və əqrəb kimi heyvanlar çox olan yer. Mərkəzdən uzaq, ..kol-koslu, ilan-çayanlı bir düzdə Güllücə kəndi bina olmuşdu. S.S.Axundov. ilan-qurbağa 1. top. Cürbəcür sürünən heyvanlar; həşərat.\n2. sif. dan. məc. Pis, oxunması mümkün olmayan, cızma-qara, anlaşılmaz. İçəridən ilan-qurbağa xətti ilə yazılmış qəribə yazılar meydana çıxdı. S.Rəhman. ilanlı sif. İlan çox olan, ilan yaşayan. İlanlı yer. – İlanlı çöllərdə şəhərlər saldıq; Dəyişdik dünyanın xəritəsini. S.Vurğun. ilanlıq is. İlan çox olan yer. ilanotu is. bot. Gövdəsi buğum-buğum, quraqlığa davamlı çoxillik ot (yem bitkisi kimi istifadə olunur). ilanoynadan is. İlanı müxtəlif üsullarla özünə ram edib, onunla tamaşa göstərən adam. Dolanır bağrını ilanoynadan; Bir də ki dərvişlər əlində kəşkül. M.Rahim. ilansayağı bax. ilanvari. İlansayağı yol dağların döşündən burularaq, kəmər kimi aşağıya doğru enir.. M.İbrahimov. ilansoğanı is. bot. Yumurtavari başlıqlı və salxımşəkilli qısa saplaqlı çiçəkləri olan soğanaqlı çoxillik bitki. ilanüzümü is. bot. Qırmızı meyvəli yabanı kol bitki və onun meyvəsi. ilanvari sif. İlan kimi, ilana oxşar; qıvrılıb uzanan, əyri-üyrü. İlanvari boru. İlanvari yol. – Bir neçə gün sonra Telli balkonda durub getdikcə incələşib gözdən itən ilanvari kənd yoluna baxırdı. S.Hüseyn. ilanyeyən is. zool. Qartallar fəsiləsindən ilan yeyən quş. ilanyolu sif. Qıvrılıb uzanan, əyriüyrü, dolanbac. İlanyolu (z.) dağa çıxdıq. ilaşırı zərf Hər ildən bir. İlaşırı istirahət yerini dəyişmək. ilavə bax. əlavə. ilbəil zərf İldən-ilə, il keçdikcə. Tuf belə dövrana ki, bədtər olur; Seyri-fələk, dövri-zaman ilbəil. M.Ə.Sabir. Dəyişir ilbəil mənim zahirim; Məsləkim, əqidəm dəyişmir ancaq. B.Vahabzadə. ilbiz is. zool.\n1. Əksərən balıqqulağına oxşar bərk çanaq içərisində yaşayan yumşaq bədənli molyusk. Tənək və sədəf ilbizlərinin öyrənilməsindən aydın oldu ki, yumşaq bədənləri çanaq içərisinə alınmış heyvanlara ilbiz deyilir. “Zoologiya”. Ancaq arabir ilbizlər bir-birinə səs verib fit çalırdı. C.Cabbarlı.\n2. məc. Adamsancan, xəlvəti, əlaltından iş görən adam haqqında. İlbizin biridir. ilbizlik is.\n1. İlbiz çox olan yer. Evin dalı ilbizlikdir.\n2. məc. Adam sancma, əlaltından, gizlindən iş görmə. İlbizlik etmək. ildən-ilə zərf Hər il keçdikcə, getdikcə. Vətənimizin qüdrəti ildən-ilə artır. ildırım is. Havada yığılmış atmosfer elektrikinin çox vaxt əyri-üyrü zolaq şəklində ani parıltısı. İldırım çaxmaq. İldırım vurmaq. – [Almaz:] Bax gör, ildırım necə vurur! C.Cabbarlı. Eyni anda ildırım. çaxıb sel-su axan çölü gündüz kimi işıqlandırdı. İ.Əfəndiyev. ‣ İldırım kimi – çox tez, çox iti, çox cəld, çox sürətlə. İldırım kimi qaçmaq. – At qaratikanlığı yarıb, ildırım kimi süzüb, ilxıçının yanında dayandı. “Koroğlu”. Tamaşa qorxunc bir qəhqəhə çəkərək ildırım kimi çaya tərəf qaçır. S.S.Axundov. Hüseyn pilləkənləri ildırım kimi yuxarı qalxdı. S.Rəhman. İldırım sürəti ilə – çox iti, çox sürətlə, çox tez, çox cəld. İldırım sürəti ilə hərəkət etmək. – [Çopo:] ..[Quzatayın] ordunun qüvvəli bir hissəsini götürərək qarşı dağın arxasına çəkilməsi xəbəri ildırım sürəti ilə yayılmağa başladı. Çəmənzəminli. Buludlar arxasında daldalanıb .. fürsət gözləyən üç “M-109” birdən ildırım sürəti ilə şığıdı. Ə.Vəliyev. İldırım vurmuş kimi – bax. ildırım kimi. İldırım vurmuş kimi yerindən sıçradı, qalxdı. H.Nəzərli. Elə bil ildırım (kimi, təki) vurdu – bərk, şiddətli təsir, sarsıtma mənasında. Şahsənəm bu sözü Qəribdən eşidən kimi elə bil onu ildırım vurdu. “Aşıq Qərib”. [Gülçöhrə:] [Arşınmalçının] gözü gözümə sataşanda, elə bil ki, ildırım kimi məni vurur. Ü.Hacıbəyov. Bu söz ildırımtək onları vurdu; Bağrını kababdan betər qovurdu. H.K.Sanılı. İldırım sipəri – binanı, qurğunu və s.-ni ildırım zərbəsindən qorumaq üçün yerlə birləşdirilmiş şaquli metallik mil şəklində qoruyucu. Üstünə ildırım düşsün (çaxsın) – qarğış, nifrin ifadəsi. [Fatma xanım:] Ay səni öyrədənin üstünə ildırım düşsün! N.Vəzirov. ildırımlı sif.\n1. Çox vaxt ildırım çaxan. Ətəyində dalğalanan heyvanlar; İldırımlı dağlar, çöllər bizimdir! A.Şaiq. Çoban Fərzəlidən əli üzülən, Dəli dağın ildırımlı gecəsini xatırlayan Alagöz hıçqıra-hıçqıra otağın küncünə çəkildi. S.Rəhimov.\n2. məc. Təşbehlərdə: parlayan, işıqsaçan, ehtiraslı, iti mənasında. Əsir qızın ildırımlı gecələri andıran qara gözlərində .. [şair] həyatının yeni bir məna ilə titrədiyini gördü. Ə.Məmmədxanlı. ildız bax. ulduz. ildönümü is. Hər hansı bir tarixi və b. hadisədən daha bir il keçdiyini göstərən gün. Müharibənin ildönümü. Şairin ölümünün ildönümünə həsr olunmuş gecə. ilə ( ixtisarı ...la, ...lə) qoş. Qoşulduğu sözlə bəzən (samitlə qurtaranda) bitişik, bəzən də (saitlə qurtaranda) ayrı yazılıb aşağıdakı mənalarda işlənir: a) vasitə mənası bildirir. Qarovulçu, kvadrat şəkilli bir taxta ilə yeraltı daxmanın qapısını bağlayır. M.İbrahimov. Murtuzayev arvadı Yavəri barmağı ilə eyvana çağırıb tapşırıq verdi. S.Rəhimov; b) birgəlik bildirir. Atamla anam. Dayısı ilə xalası; c) işin birlikdə görüldüyünü bildirir. Qurban ilə Məsmə xala bir qədər söhbət elədilər. S.Rəhman. Eyvazla Gülşən Xanpərinin yanına getdilər. Ə.Vəliyev; ç) hərəkətin müəyyən məkan boyunca icra olunduğunu, davamını bildirir. Bağların arası ilə uzanan bir yolla gedirdim. S.Hüseyn. Qocaman palıd meşəsinin arası ilə eşilən qarlar havaya dikəlir, ağacların başından yuxarılara sovrulurdu. S.Rəhimov. Kim isə .. hasar dibi ilə irəliləyirdi. Ə.Məmmədxanlı; d) iş və hərəkətin tərzini bildirir. Dostum Ağabəy əllərini heyrətlə bir-birinə çırpdı. A.Şaiq. Gilasın fərəhi artır, gözləri sevinclə parlayırdı. Mir Cəlal. ilələbəd zərf [ər.]\n1. Həmişə, daima, nəhayətsiz, sonsuz olaraq.\n2. Heç bir vaxt, bir daha, qətiyyən, əbədən. İlələbəd sizə ayaq basmaram. ilən “İlə” sözünün qədimi forması. Aşıq gəlir saz ilən; Ördək ilən qaz ilən; Yar məni yola saldı; Evdən ərkinaz ilən. (Bayatı). Çox baxdığına, qəmzə ilən bağrın əzərsən; Hər kimə ki baxmazsan, onunla nəzərin var. Füzuli. Mərdlər ilən gəz ki, vəfadar olur; Nakəslərə yoldaş olan xar olur. M.V.Vidadi. iləri bax. irəli. [Balaqardaş:] Kababdan iləri bir az çörək-pendir .. gətir, qoçaq! N.Vəzirov. Mən də evdən apardığım saxsı çanağı iləri sürdüm. M.S.Ordubadi. Bu dəfə köksünü vermiş iləri. S.Vurğun. ilgək is.\n1. Paltarın yaxasında, qolunda, cibinin ağzında və b. yerində düyməni və ya qarmağı keçirmək üçün sapdan, qaytandan düzəldilən balaca yarıq və ya halqa; düymə yeri. Fabrikdə işləyən qızlar hər düyməni, hər ilgəyi diqqətlə tikir, paltarın möhkəm olmasına çalışırlar. “Az. qad.”.\n2. Rəsmi paltarın yaxasında rəngli sırma. [Zəhranın] əynində boz şineli, şinelin yaxasında, yaşıl rəngli ilgəklərin üstündə qoşa kubiklər vardı. Ə.Vəliyev.\n3. bax. ilmə. 1-ci mənada [Səltənət] xalçanı açıb diqqətlə hər şəklinə, hər naxışına, hər ilgəyinə bir də baxdı. Mir Cəlal. ilgəkləmə “İlgəkləmək”dən f.is. ilgəkləmək f. İlgək vurmaq, ilgək açmaq. ilgəklənmə “İlgəklənmək”dən f.is. ilgəklənmək f. İlgək tikilmək, ilgək vurulmaq, ilgək açılmaq. Köynəyin yaxası ilgəklənib. ilgəkli sif.\n1. İlgəyi olan. İlgəkli yaxa.\n2. Halqa şəklində düyünlənmiş. İlgəkli ip. – Kapitanın yanındakı qarabuğdayı uşaq qayığın baş tərəfindəki ucu ilgəkli uzun və yoğun kəndiri kəmənd kimi atdı və dairəyə keçirdi. M.Hüseyn. ilgəkşəkilli sif. İlgəyə oxşar, ilgək kimi. ilgəkvari bax. ilgəkşəkilli. ilğar is. qəd. Ansızın hücum, basqın, düşmən torpağına süvari hücumu. • İlğar etmək – ansızın hücum etmək, basqın etmək. ..Cərrah ibni-Əbdüllah iyirmi beş min nəfər ləşkər ilə üzərinizə ilğar edirlər, qafil olmayasınız. “Dərbəndnamə”. ilğım is. məh. Quru (susuz) çöllərdə buxarın yerə yayılıb uzaqdan su kimi görünməsi hadisəsi; sərab. Bizim Əmirxan da ilğımlar kimi; Gah gözə görünür, gah qaçır gözdən. S.Vurğun. Mən ilğımın nə olduğunu coğrafiya dərsində oxumuşdum.. İ.Əfəndiyev. Dərənin hündürlərində, yanıb bozarmış güneylərdə duman kimi qatı ilğım qaynayırdı. İ.Hüseynov. ilhaq is. [ər.] Bitişdirmə, birləşdirilmə, qatma, qatılma; əlavə etmə, əlavə edilmə; qoşma, qoşulma. • İlhaq etmək – birləşdirmək, bitişdirmək, qatmaq. İlhaq edilmək (olunmaq) – birləşdirilmək, qatılmaq. Xəlifə Qızıl Arslanın məhv edilməsi nəticəsində Aran və Şimali Azərbaycanın Şirvana ilhaq olunması ilə də razılaşır. M.S.Ordubadi. ilhaqçı is. Zorla bitişdirən, qəsbkar, qəsbkarlıq siyasəti yeridən. ilham is. [ər.]\n1. Yaradıcılıq zamanı özünü göstərən ruhlanma halı, yaradıcı fikrin yüksəlişi; ruhlanma, təb. Baxdıqca nur əmən bu yeni elə; Sənətin ilhamı açar qolqanad. A.Şaiq. Mən ilhamı bir dost kimi; İmdadıma çağırmışam. R.Rza. Sənətimə can-qan gətirən, ilhamıma uçuş verən balamla fəxr elədim. B.Bayramov. • İlham almaq – bir şeydən ruhlanmaq, vəcdə gəlmək, yaratmaq üçün ondan qüvvə almaq, təbə gəlmək. Yenə yaşıl don geyinmiş çəmənlər gülür; Təbiətdən ilham alıb ötür qumrular. S.Vurğun. Barmağın gəzdikcə pərdələrdə, mən; Min ilham almışam o nəğmələrdən. Z.Xəlil. İlham vermək – ruhlandırmaq, yaratmaq üçün qüvvə vermək, vəcdə gətirmək, şövqləndirmək. Ey müqəddəs həyat! Müqəddəs insan! Sana ilham verən yalnız ürəkdir. S.Vurğun. Bu, Bayram kişinin şair təbinə yeni bir ilham verdi. M.Rzaquluzadə. İlhama gəlmək – bax. ilham almaq. Şair öz şerinə ilhama gəlib can versə; Şeri bir inci kimi aləmi, dünyanı gəzər. S.Rüstəm. Əli içdikcə ilhama gəlib danışan adamlardan idi. M.İbrahimov. O, yenə düşünüb ilhama gəldi; Elə bil meşələr salama gəldi. H.Arif.\n2. İlhamla şəklində zərf – böyük həvəslə, ruh yüksəkliyi ilə, ehtirasla, coşqun. İlhamla danışmaq. – Bizim ədəbiyyatımızda humanizm coşqun ilhamla tərənnüm edilmişdir. ilhamçı is. İlham verən, ruhlandıran, şövqləndirən, ruh və yaradıcılıq qüvvəsi verən şəxs. Odur ilhamçısı şerin, sənətin.. S.Vurğun. ilhamlandırma “İlhamlandırmaq”dan f.is. ilhamlandırmaq f. İlham vermək, ilham oyatmaq, şövqləndirmək, ruhlandırmaq. ilhamlanma “İlhamlanmaq”dan f.is. ilhamlanmaq f. İlhama gəlmək, vəcdə gəlmək, ruhlanmaq. Gözəl mənzərə şairi ilhamlandırır. ilhamlı sif. Coşqun, ehtiraslı, ilhamla dolu. İlhamlı şair. – S.Vurğunun dərin ilhamlı lirikası, xalq ruhunun əzəmətini ifadə edən tarixi dramları, .. epik poemaları mədəniyyətimizin qızıl fonduna daxil olmuşdur. M.Hüseyn. ilhamverici sif. İlham verən, ruhlandıran, şövqləndirən. İlhamverici surət. İlhamverici gözəllik. ilxı is. At sürüsü. Alı kişi neçə illər idi ki, Həsən xana ilxı otarırdı. “Koroğlu”. Nəbi .. yal-yamacı bürüyən sürülərə, naxırlara, ilxılara .. tamaşa edirdi. S.Rəhimov. ilxıbaşı bax. ilxıçı. ilxıbaşılıq bax. ilxıçılıq. ilxıçı is. İlxı çobanı. ilxıçılıq is. İlxıçının işi, peşəsi. Alı kişi nə qədər ilxıçılıq eləmişdi, belə şey görməmişdi. “Koroğlu”. ilıq sif.\n1. Azacıq isti, nə soyuq, nə isti, hərarətcə mülayim. İlıq su. – Bayırda ilıq bir bahar havası tənəffüs edilirdi. S.Hüseyn. İlıq günəş lopa-lopa buludların arasından üzünü göstərib, havanı qızdırmağa, yeri qurutmağa başlamışdı. Ə.Əbülhəsən. Günəşin ilk ilıq şüaları sularda oynaşırdı. S.Vəliyev.\n2. Tamam bişməmiş, bərk bişməmiş, yarımmaye halında bişmiş. İlıq yumurta.\n3. məc. şair. Hərarətli, oxşayıcı, nəvazişli, mehriban, xoş. Bu kəlmələrdə xalqın ilıq nəfəsi vardır; Qalib yeni dünyanın ölməyən səsi vardır. R.Rza. Bu zərbələrdən duyduğu ağrılar da .. [Buğaca] anasının ilıq ipək busələri kimi dadlı gələrdi. M.Rzaquluzadə. [Bəyim xalanın] ilıq təbəssümündə, yorğun baxışlarında bir məzəmmət duyurdum. İ.Hüseynov. ilıqlanma “İlıqlanmaq”dan f.is. ilıqlanmaq bax. ilıqlaşmaq. ilıqlaşma “İlıqlaşmaq”dan f.is. ilıqlaşmaq f. Azca qızmaq, ilıq olmaq, istilənmək, soyuqluğu getmək. Dənizin suyu ilıqlaşıbdır. – Hava necə isti idisə də, su tamam ilıqlaşmışdı. M.Hüseyn. ilıqlatma “İlıqlatmaq”dan f.is. ilıqlatmaq f. Azca qızdırmaq, istilətmək, ilıq hala gətirmək. ilıqlıq is. İlıq şeyin halı; hərarətcə mülayimlik, azca istilik. Yağış mövsümü hələ başlamamışdı. İstilər çəkilmişdi, lakin havada xoş bir ilıqlıq var idi. Çəmənzəminli. ilıqtəhər sif. Azacıq isti, ilıq halda olan. ilınma “İlınmaq”dan f.is. ilınmaq f. dan.\n1. İlıqlaşmaq, azacıq qızmaq.\n2. İlıq bişmək (yumurta). ilıtma “İlıtmaq”dan f.is. ilıtmaq f. dan. Azacıq qızdırmaq, ilıq eləmək. Maya suyu ilıtdı, dolçanı doldurdu. S.Rəhimov. ilik is.\n1. İnsanın, həmçinin onurğalı heyvanların sümüyü içərisində olan yağaoxşar yumşaq maddə. [Rizvanın] iliklərində buz kimi bir uçunma gəzməyə başladı. S.Rəhimov.\n2. məc. Təşbehlərdə: ağ, zərif, lətif. ..Leylək də arıq dəvə kimi diz çökdü, üzüyü Zərintac xanımın ağ ilik barmaqlarının birinə keçirdi. S.Rəhimov. Nazik əllərində ilik kimi ağ barmaqları görünürdü. Ə.Vəliyev. ‣ İliyinə işləmək, iliyinə-damarına (qədər) işləmək (keçmək) – çox dərin təsir etmək, nüfuz etmək. Soyuq hava adamın iliyinə işləyirdi. M.Hüseyn. Şaxta [qadının] iliklərinə işləyir. Ə.Məmmədxanlı. Gah narın, iliklərə işləyən bir çiskin saatlarla davam edir. M.Rzaquluzadə. İliyinə-sümüyünə qədər işləmək (keçmək) – bax. iliyinə işləmək, iliyinə-damarına (qədər) işləmək (keçmək). ilikli sif. İçində ilik olan. İlikli sümük. iliksiz sif. İçində ilik olmayan. İliksiz sümük. ilim-ilim ilim-ilim itmək, ilim-ilim getmək – tamamilə yox olmaq, yoxa çıxmaq, izsiz itmək. Göy üzü kilim-kilim; Yar itdi ilim-ilim; Kəsin düşmən dilini; Doğrayın dilim-dilim. (Bayatı). Laçın seydgaha qılanda güzar; İlim-ilim itər bayquş, yapalaq. Q.Zakir. Alagözlü gəlin Göygölü düşünürəm; Bu yerlərdən ilim-ilim itib qaçan; Azarı, ölümü düşünürəm. N.Rəfibəyli. İlimilim itirmək – 1) səsi bir daha gəlməyəcək yerlərə, uzaqlara göndərmək, uzaqlaşdırmaq; sürgünə, həbsə göndərmək. O atın ölümünü məndən gördün, məni ilim-ilim itirdin. Mir Cəlal; 2) yox etmək, yoxa çıxarmaq, öldürtmək. ilinmə “İlinmək”dən f.is. ilinmək f. məh. Azca qızmaq, ilıq olmaq. Yazda çayın suyu ilinir. ilişdirilmə “İlişdirilmək”dən f.is. ilişdirilmək məch.\n1. İlişik hala salınmaq, taxılmaq, keçirilmək, bənd edilmək.\n2. məc. Bərk vurulmaq, çəkilmək. ilişdirmə “İlişdirmək”dən f.is. ilişdirmək f.\n1. Bir şeyi başqa bir şeyə keçirib bənd etmək, taxmaq; bir şeyi çəngəl, mıx, düymə və s. bu kimi şeylərlə tutdurmaq. Hacı Aslan çuxasının ətəklərini qurşağına ilişdirib, qoçu dəstəsinin qabağında o tərəf-bu tərəfə fırlandı. M.S.Ordubadi. [Məmməd xan:] [Balacayev] əyninə ağ xalat geymiş, .. gözlərinə ağ dəmir saplı eynək ilişdirmişdi. S.Rəhimov. Yusif, fənəri al, bu biri mıxa ilişdir. P.Makulu. // Bağlamaq, bənd etmək. Atı bir yerə ilişdir. İpin ucunu ağaca ilişdirmək. // Dolaşdırmaq, dolaşıq salmaq.\n2. Güllələri, patronları dalbadal lüləyə verməmək. Yaxşı tüfəngdir, hayıf ki, hərdən ilişdirir.\n3. məc. Bərk vurmaq, çəkmək (sillə, yumruq, təpik və s.). Gözünə döndüyüm, faytonu tərpədib bunun böyründən nə tövr ilişdirdisə, təpəsi üstə getdi lığın içinə, ürəyi getdi. Ə.Haqverdiyev. Telli bütün acığını [pişikdən] çıxarmaq istəyirdi. Ayağı ilə ona bir təpik ilişdirdi. S.Hüseyn. Qadın .. [qarovulçuya] bir neçə sərt söz söylədi və nəhayət, bir yumruq ilişdirdi. Çəmənzəminli.\n4. dan. (Birisinin) işini qarışdırmaq, pis bir əngələ salmaq, dolaşığa salmaq, dolaşdırmaq. Onu yamanca ilişdirdilər. ilişik 1. sif. Düyün, pırtlaşıq, ilişmiş şeyin halı. İlişik ip. İlişik məftil. // İs. mənasında. Bayaqdan yazıq qadın neçə dəfə məftili ilişikdən qurtarıb. Mir Cəlal.\n2. məc. Dolaşıq, qarışıq. İlişik fikirlər.\n3. is. Münasibət, əlaqə, asılılıq. Onunla heç bir ilişiyim yoxdur.\n4. is. Əngəl, maneə. İşimdə heç bir ilişik yoxdur. • İlişiyə düşmək – əngələ düşmək, pis bir işə dolaşmaq. ilişikli 1. sif. İlişiyi olan (bax. ilişik 2-ci mənada). İşi ilişikli (z.) qoyma.\n2. Əngəlli, dolaşıqlı. İlişikli iş. ilişiksiz sif.\n1. İlişiyi olmayan.\n2. məc. Əngəlsiz, maneəsiz, qolay. Cabbarlının .. qısa yaradıcılıq yolu heç də hamar və ilişiksiz olmamışdır. M.Arif. ilişkən sif. İlişən, dolaşan; əl-ayağa, paltara yapışan, sancılan. İlişkən cücü. İlişkən ot. – Balaca Sabir sərt və ilişkən bir şeyin döşündə gəzdiyini görüb gözlərini açdı. S.Rəhimov. ilişkənlik is. İlişkən şeyin hal və xassəsi, ilişmə, yapışma xasiyyəti. ilişmə 1. “İlişmək”dən f.is.\n2. məc. Maneə, əngəl, ilişik. Səkkiz nəfərlik təmir mexaniki briqadam var, harada bir ilişmə oldu, göndərirəm. Mir Cəlal. ilişmək f.\n1. Taxılmaq, taxılıb qalmaq, bir şeyə keçib qalmaq. [İlyasın] saçlarına quru ot və saman çör-çöpləri ilişmişdi. Ə.Məmmədxanlı. // Qarmaq, mıx kimi iti bir şeyə keçmək. Paltarım mıxa ilişdi. – Çəpərdən hoppananda dəsmal tikana ilişdi. Mir Cəlal. Tez geri hərləndim, amma quş doğrudan da kola ilişmişdi. M.Rzaquluzadə.\n2. Bir şeyə toxunmaq, dəymək, ayağı dolaşmaq. Ayağı daşa ilişmək. Qapıya ilişmək. – Nabələd əcnəbi hündür səkilər üstündən bir neçə qədəm yüyürdüyündən ayaqları pilləkənlərə ilişdi. S.M.Qənizadə. Qaraca qızın sağ ayağı kola ilişib qanadı. S.S.Axundov. Nadir kola ilişib yıxıldı. İ.Əfəndiyev.\n3. Dolaşıq düşmək, dolaşmaq, qarışmaq, bir-birinə keçmək, ilişmiş kimi ayrılmamaq. Həmişə radio xətti ilişir telefon xəttinə, dəstəyi qulağına götürəndə, ya son xəbərlər eşidirsən, ya da ki muğamat. “Kirpi”. • İlişib qalmaq – bir yerə, bir şeyə dirənərək və ya toxunaraq, maneəyə rast gələrək durmaq, hərəkət etməmək. Su ilə üzən ağaclar daşlara ilişdi.\n4. Bir yerdə bənd olub qalmaq, ləngimək, ilişib qalmaq. [Mirzədadaş:] ..Sən get evə dəy, mən də gedim görüm, arvad süfrəni açıbdırmı? Bax, artıq ilişmə ha... N.Vəzirov. • İlişib qalmaq – 1) getdiyi və ya keçdiyi bir yerdə müvəqqəti olaraq qalmalı və ya yaşamalı olmaq. [Mirzə:] ..Elə olsun ki, gəlsin, görsün ki, şirni də içilib, tamam olub, ondan sonra ilişib burada qalasıdır. Ə.Haqverdiyev. İndiyə qədər də ..[Meşinovun] xırda-para işlərdə ilişib qalmağı yalnız müvəqqəti bir haldır. S.Rəhimov; 2) məc. maneəyə rast gələrək çıxa bilməmək, qalmaq. Qulu öskürdü. Sanki boğazında sümük ilişib qaldı. M.İbrahimov. Qarının dodaqları titrədi. O, nə isə xəbər almaq istədi, amma sözləri boğazında ilişib qaldı. M.Hüseyn. Rəşid isə dodaqlarında ilişib qalmış çaşqın bir təbəssümlə gah Nərgizə, gah Nərminə xanıma baxaraq nə edəcəyini bilmirdi. Ə.Məmmədxanlı.\n5. məc. Sataşmaq, öcəşmək. Uşağa ilişmək. Hər şey üçün adama ilişmə!\n6. məc. Bənd olmaq, gözü tutmaq, istəmək. Bir gözələ ilişmək.\n7. məc. dan. Acgözlüklə yeməyə başlamaq. Qız, uşaqları ovudub getdi, ortalığa çörək qoydu. Şahzadə Mütalib də bir tərəfdən ilişdi çörəyə. (Nağıl). Molla baqqaldan bu sözü eşitcək ilişir kişmiş-noxuda. “M.N.lətif.” ilitmə “İlitmək”dən f.is. ilitmək f. məh. Qızdırmaq (suyu, xörəyi, çayı və s.-ni). Kərim də bu uşağa yenə ata kimi öz qüvvətli qollarını açdı, onu öz komalarına gətirdi, əvvəlki kimi ocaq işıldatdı, su ilitdi, onu saxladı. S.Rəhimov. ilk sif.\n1. Birinci, əvvəlinci, ən əvvəl olan, ən qabaq (son qarşılığı). İlk uşaq. İlk təəssürat. İlk əsər. İlk sıra. – [Səmirə:] İlk günlərdə öz xəstəliyimdən çox, palatada uzanmış yoldaşlarımın vəziyyəti ilə maraqlanırdım. M.Hüseyn. Pambıq yığımının ilk günü tamam bir bayrama çevrilmişdi. İ.Əfəndiyev. • İlk bahar – bax. bahar. // Lap birinci, lap əvvəl. Onun təpəsində ilk gündən mənim; Buludlar içində durur məskənim. M.Rahim. Əşrəf Nazlını ilk görən günü sevdi. S.Rəhman. // Əvvəl, başlanğıc, ibtida. Dünyada hər könül yüksəliş arar; Varlığın nə ilki, nə axırı var. S.Vurğun.\n2. Başlıca, əsas, ən vacib, ən mühüm. Elimin olsa da aslan ürəyi; Ehtiyatdır igidin ilk bəzəyi. A.Şaiq.\n3. İlki şəklində – ananın ilk uşağı, övladı. Hər kimin ilki dursa, mülkü də durar. (Ata. sözü). [Diyar kişi:] İlkim oğul olsaydı, indi mən də kəndin ən varlı adamı idim. Ə.Məmmədxanlı. Bahadır ilkiydi Rüstəm kişinin; Qamətdə, cüssədə sanki özüydü. B.Vahabzadə. ‣ İlk baxışda (nəzərdə) – 1) əvvəlcə. [Muradın] ilk baxışda gözlərinə inanmağı gəlmədi... “Bəlkə azmışam”, – deyə zənn etdi. S.Hüseyn; 2) baxan kimi, görən kimi. Öylə bir incə şeirsən ki, sana; Ürəyim ilk baxışda bağlandı. A.Şaiq. Ormanlar içində durur Talıstan; Ona ilk baxışda vurulur insan!.. S.Vurğun. İlk baxışdan – dərhal, üzünə baxan kimi. Qarının yanındakı ağbəniz cavanın naxoş olduğu ilk baxışdan məlum idi. Mir Cəlal. İlk dəfə – birinci dəfə, əvvəlinci dəfə. Əsmər həyatında ilk dəfə olaraq əsəbiləşmişdi. S.Hüseyn. Həyata ilk dəfə baxandan bəri; Göz yaşı görməmiş ala gözləri. S.Vurğun. Elçinin və xüsusilə, ova ilk dəfə gəlmiş Tofiqin səbri tükənmişdi. M.Rzaquluzadə. İlk əldə – birinci növbədə, hər şeydən qabaq, dərhal. Mənim ilk eşqimi, ilk əldə haman; Gömdülər, bilmədim amma nərəyə! Ə.Cavad. İlk öncə – ən birinci olaraq, əvvəlcə. Mən gurultu qoparmağı ilk öncə; Alov gözlü şimşəklərdən öyrəndim. M.Müşfiq. İnsanlar dəstə-dəstə köçüb Taxça-Taşa; İlk öncə düşündülər: məktəbsiz şəhər olmaz. S.Rüstəm. İlk söz – giriş, giriş sözü, başlanğıc, müqəddimə. ilkcə sif. və zərf Ən birinci, ən əvvəl: hamıdan qabaq. ilkin 1. zərf İlk olaraq, birinci olaraq, ilk dəfə, birinci dəfə. Gözümü dünyaya açanda ilkin; Anamı görmüşəm, səni görmüşəm. S.Rüstəm. Bulağın suyundan ilkin içmək şərəfini qırx cavana verirlər. R.Rza. Elə bil ki, ilkin gördüm; Kainatda günəşi. N.Rəfibəyli.\n2. sif. İlk, birinci. İlkin məlumat. İlkin tanışlıq. – Ana, ana! Bu kəlməcik hər körpənin ən ilkin; Öyrəndiyi bir kəlmədir, əmdiyi süddən şirin. A.Şaiq. Etiraf edənin hər sözü min-min; Səhər günəşinin ilkin nurudur. B.Vahabzadə. ilkinci sıra s. Birinci. ilkindi bax. ikindi. [Molla İbrahimxəlil:] Molla Həmid, Nuxadan yola düşən adamlar, Şeyx Salahın yazmağına görə, gərək bu gün ilkindi çağı buraya yetişsinlər. M.F.Axundzadə. İlkindi çağıydı. Əşrəf yoldaşları ilə bərabər salonda dərs hazırlarkən mürəbbi qapını açaraq, “Əşrəf!” – deyə bağırdı. A.Şaiq. Mən hər ilkindi çağı üfüqlərə baxanda; Canlanırsan gözümdə, bir bənövşə yaxanda. R.Rza. ilqar is. [ər. “iqrar”dan]\n1. Söz vermə, əhd, vəd, vəfa. İlqarından dönən namərddir. (Ata. sözü). [Koroğlu:] Üz tutmuşam, bu diyara gəlmişəm; Çənlibeldən bir ilqara gəlmişəm. “Koroğlu”. Biz ki ilqar keçirmişik aradan; Amin desək, tez düzəldər Yaradan. Aşıq Ələsgər. Gün çıxar, əriyər dağların qarı; Pozulmaz dostların əhdi, ilqarı.. N.Rəfibəyli. • İlqar almaq – söz almaq, vəd olmaq, əhd bağlamaq. Dəfələrlə bulaq başında onunla görüşmüş, sevişmiş və ondan, öz istilahlarınca, ilqar almışdı. A.Şaiq. İlqar vermək – söz vermək, vəd etmək, əhd etmək. Yüz il keçsə öz yarımdan dönmərəm; İlqar verdim, ilqarımı danmaram. Qurbani. İlqarına düz çıxmaq – verdiyi sözün, əhdin üstündə durmaq, sözünə sadiq olmaq, vəfalı çıxmaq. Seyran ilqarına düz çıxıb, yoldaşını satmadı. M.Hüseyn. İlqarından dönmək – verdiyi sözə əməl etməmək, əhdini pozmaq, vəfasız çıxmaq. Abas ağlar zarı-zarı; Getməz könlümün qubarı; İlqarından dönən yarı; Tanrı tezbazar eyləsin! Aşıq Abas.\n2. məh. Hörmət mənasında. Uşağa buyuranın ilqarı olmaz. ilqarlı sif. İlqarında möhkəm, sözünün üstündə duran, əhdinə əməl edən; vəfalı. Gedirdim yaraq ilə; Ot biçdim oraq ilə; Bir ilqarlı gözəli; Gəzirəm çıraq ilə. (Bayatı). ilqarsız sif. Əhdini pozan, sözündə durmayan, vəfasız. Su gələr, asta gedər; Astabaasta gedər; İlqarsız qız yanına; Sağ olan xəstə gedər. (Bayatı). Sən yaxşıya can de, xaini dağla; İlqarsız adamın nitqini bağla. Aşıq Şəmşir. illa əd. [ər.] klas.\n1. İstisna bildirir: ...dən başqa, ...dən savayı. Cismində yox özgə dərdə tabı; İlla qəmi-eşq iztirabi. Füzuli. Əvət, hər şey para ilə əldə edilir; İlla fəzilət və insaniyyət! H.Cavid. • Və illa klas. – bundan başqa. Və illa min-min illər keçər ki, bu murad hasil olmaz. M.F.Axundzadə. Və illa hər bir mövcudatın bir müəyyən təklifi vardır.. C.Məmmədquluzadə.\n2. Yoxsa, əks halda. [Durnalar] ahəstə keçib getsinlər və illa, şahin və laçın duyuq düşüb, onların sürbəsini dağıdar və qızıl qana boyar. F.Köçərli.\n3. Bəzən “da” ədatı və “ki” bağlayıcısı ilə – xüsusən, ələlxüsus. illah (=illah da) [ər. “illa”dan] dan. bax. illa 3-cü mənada. [Gülsənəm:] Yaxşı dedin qoydun? Bizim tövlələrdə yanan [elektrik] adamın gözlərini qamaşdırır. İllah da ki mənim kimisinin. M.Hüseyn. İllah da ona görə ağır oldu ki, Əntərzadə özünü mərkəz adamı sayırdı. Mir Cəlal. • İllah etmək (eləmək) dan. – and vermək, yalvarmaq, təkid etmək, çox çalışmaq. Ha illah elədik, Kəmalədən söz çıxara bilmədik. M.Hüseyn. [Əhməd:] Hacı, inadı var, xahiş eləyərsən oxumaz, nə illah eləyirsən oxumayanda oxumaz! İnaddı! Mir Cəlal. Hərçi illah elədi(lər) dan. – nə qədər çalışdı(larsa), səy etdi(lərsə), əlləşdi(lərsə). Vəzir, vəkil yığılıb münəccim çağırdılar, hərçi illah elədilər, yuxunu yozub bir yana çıxarda bilmədilər. (Nağıl). illah da (=illah) [ər. “illa”dan] dan. bax. illa 3-cü mənada. [Gülsənəm:] Yaxşı dedin qoydun? Bizim tövlələrdə yanan [elektrik] adamın gözlərini qamaşdırır. İllah da ki mənim kimisinin. M.Hüseyn. İllah da ona görə ağır oldu ki, Əntərzadə özünü mərkəz adamı sayırdı. Mir Cəlal. • İllah etmək (eləmək) dan. – and vermək, yalvarmaq, təkid etmək, çox çalışmaq. Ha illah elədik, Kəmalədən söz çıxara bilmədik. M.Hüseyn. [Əhməd:] Hacı, inadı var, xahiş eləyərsən oxumaz, nə illah eləyirsən oxumayanda oxumaz! İnaddı! Mir Cəlal. Hərçi illah elədi(lər) dan. – nə qədər çalışdı(larsa), səy etdi(lərsə), əlləşdi(lərsə). Vəzir, vəkil yığılıb münəccim çağırdılar, hərçi illah elədilər, yuxunu yozub bir yana çıxarda bilmədilər. (Nağıl). illərlə (=illərcə) zərf Bir çox illər boyu, bir neçə il, illər uzunu, illər ərzində. İllərlə bir iş üzərində işləmək. İllərlə yol gözləmək. İllərlə təcrübə əldə etmək. – Hər kimin ağı qara isə utansın, a balam! Bəlkə illərcə yatanlar bir oyansın, a balam! M.Ə.Sabir. Bəlkə illərcə dayansan nazına; Sadə bir kərrə gülümsər o sana. H.Cavid. İllərcə dayandın arxan divarda; Hər gələn yolçuya dəhşətlə baxdın. M.Müşfiq. illərcə (=illərlə) zərf Bir çox illər boyu, bir neçə il, illər uzunu, illər ərzində. İllərlə bir iş üzərində işləmək. İllərlə yol gözləmək. İllərlə təcrübə əldə etmək. – Hər kimin ağı qara isə utansın, a balam! Bəlkə illərcə yatanlar bir oyansın, a balam! M.Ə.Sabir. Bəlkə illərcə dayansan nazına; Sadə bir kərrə gülümsər o sana. H.Cavid. İllərcə dayandın arxan divarda; Hər gələn yolçuya dəhşətlə baxdın. M.Müşfiq. illət is. [ər.]\n1. Xəstəlik, azar. Mən zaminəm ki, olmaya bir illət ilə fövt; Hər xəstəyə dava edələr gər şərab ilə. S.Ə.Şirvani. Bu illətin Allaha qalıb bircə davası. Ə.Nəzmi. [Qurban:] Məsələ küləkdə deyil, professor, görünür, o qəndil ağaclarının özündə bir illət var. Ə.Məmmədxanlı. // Cismani nöqsan, qüsur. [Şeyx Mərvan:] İştə çirkinlik öylə bir illət; Ki, dəmadəm qazandırır nifrət. H.Cavid.\n2. Bir şeyə səbəb olan hal, əsil səbəb. Ucuzdur, var illəti; Bahadır, var hikməti. (Ata. sözü). Millətimizin ehtiyacı, qüsur və nöqsanımızın illəti, dalda qalmağımızın səbəbi nədə isə, gərəkdir dürüst təhqiq və tədqiq oluna. F.Köçərli. Lakin ondan da övladı olmadı, buna Xədicə artıq şad idi, çünki illəti ərində görürdü. S.S.Axundov.\n3. Məqsəd, arzu, niyyət. Aşıq, nədir illətin? Ürəkdə var niyyətin; Məni heyran qoyubdur; Şirin sözün, söhbətin. (Bayatı). Dedik, qoy yaşasın, nə minnəti var? Bəlkə çil toyuğun bir illəti var! S.Vurğun. illətli sif.\n1. Bir illətə (xəstəliyə, azara) mübtəla olan; xəstə. ..[İflic] azarına mübtəla olan bir bədənin məriz və illətli hissəsi salamat olan hissəsinə kömək əvəzinə ağırlıq və əziyyət yetirir.. F.Köçərli. // Cismani nöqsanı, qüsuru olan.\n2. Bir səbəbi, illəti olan. illətsiz sif. Səbəbsiz. [Şeyx Sənan:] Ah, Xumar, Xumar! Niyə gəldin? Deyil bu, illətsiz; Məni məhv eləməkmi niyyətiniz? H.Cavid. illik sif.\n1. Bir il davam edən və ya davam etmiş. İllik ezamiyyət. İllik fəaliyyət. İllik gəlir. İllik orta temperatur. // Bir il üçün nəzərdə tutulmuş, bir il üçün hesaba alınmış. İllik hesabat. İllik tapşırıqlar yerinə yetirilmişdir. – Tahir bir neçə gün əvvəl illik planı doldurduqlarını söylədi. M.Hüseyn. [Usta Qəzənfər:] Dəniz neftçiləri illik planı vaxtından əvvəl yerinə yetiriblər. Z.Xəlil. // İldə bir dəfə çıxan, ildə bir dəfə olan. İllik məcmuə. Akademiyanın illik yığıncağı.\n2. Bir yaşında. İllik bala. – Siz sərv kimi sərkəş olub böylə boy atdız; İllik beçətək banlayaraq xalqı oyatdız. M.Ə.Sabir. ...illik – ilin sayını bildirən mürəkkəb sözlərin ikinci tərkib hissəsi; məs.: beşillik, üçillik, ikiillik. illüminator is. [lat.] Hava və su nəqliyyatı vasitələrində şüşəli pəncərə. illüstrasiya [lat.] Kitabın mətni ilə əlaqədar olan və bu mətnin izahına kömək edən şəkil. Jurnalın beşinci nömrəsində dərc olunmuş “Məclisi-ədəb” şəkli müsəlmanlarda susmanın, mütiliyin və tam sükutun nə qədər uca bir mərtəbədə tutulduğunu göstərən ən yaxşı illüstrasiyadır. F.Köçərli. Kitab illüstrasiyası janrı sərgidə olduqca zəif təqdim olunmuşdur. (Qəzetlərdən). illüstrativ sif. [lat.] Əyani. Lüğətdə illüstrativ material. // İllüstrasiyaya aid, illüstrasiya məqsədi daşıyan. illüstrator [lat.] Kitabın mətninə dair şəkillər çəkən rəssam; kitab rəssamı. illüzionist [fr. illusion-dan]\n1. İllüzionizm (1-ci mənada) tərəfdarı.\n2. Müxtəlif və mürəkkəb üsul və vasitələrin köməyi ilə cürbəcür fokuslar göstərən sirk artisti; gözübağlıca. illüzionizm is. [fr.]\n1. Maddi aləmin illüziyadan – yanlış təsəvvürlərdən başqa bir şey olmadığını iddia edən, elmə zidd, idealist fəlsəfi görüş.\n2. Sehrbazlıq, gözbağlıcalıq. illüziya [fr.] Olmayan bir şeyi həqiqi bir şey kimi qəbul etmə; yanlış, səhv təsəvvür; xəyal. [Teatr direktoru:] Çünki biz səhnədə bəzən boyalar vasitəsilə illüziya yaradırıq, alaqapı isə möhkəm materialdan düzəlir. M.Hüseyn. // Boş ümid, xam xəyal. Bunların hamısı illüziyadır. ilmə is.\n1. Toxunma şeylərin (xalça, corab, parça və s.-nin) ayrı-ayrı halqaşəkilli düyünləri. İlmə salmaq. İlmə vurmaq. – Ustabaşı kənarda durub .. təlimat verir, qabarlı əllər ilmə düyürdü. Çəmənzəminli. Qız keçib dəzgah arxasında oturdu, barmaqları ilk ilmələri vurarkən gözlərində dərhal, bir zaman nanəli dərədə gördüyü çiçəklərin xəyalı hərəkətə gəlib canlandı. Ə.Məmmədxanlı. Onun hər ilməsində, hər xalında və hər gülündə Hikmətin ağ və möhkəm barmaqları görünürdü. Mir Cəlal.\n2. Kisə kimi şeyləri açıb-bağlamaq, asmaq üçün qaytan. Ondan çantanın ilməyini qoluna taxmağı xahiş etdi. Ə.Əbülhəsən. // bax. ilgək 1-ci mənada. Yaxamın ilməsi yox; Qırılıb düyməsi yox: Məni qoyub gedəli; Üzümün gülməsi yox. (Bayatı). ilmək is.\n1. Asanlıqla açılan düyün. Mustafa bəy örtüyü götürdükdə bir dənə ilmək hörülmüş kəndir görür. Ə.Haqverdiyev. ..Belindən qayışını açıb bir ucunu onun buynuzuna ilmək kimi salıb çəkdi. M.Rzaquluzadə.\n2. bax. ilmə. Səltənət bu şəkillərə vurduğu hər ilmək, hər xal üstündə əsmişdi. Mir Cəlal. ilməkləmə “İlməkləmək”dən f.is. ilməkləmək f.\n1. İlməyə keçirmək, ilməyə bənd etmək.\n2. İlmək vurmaq. ilməklətmə “İlməklətmək”dən. f.is. ilməklətmək icb. İlməklə bağlatmaq, ilməyə bənd etdirmək. ilməkli sif. İlmək vurulmuş, ilməyi olan. İlməkli ip. il-müdam zərf Daim, həmişə. Həsrətindən sızıldaram sübhü şam; Cism xəstə, gözü yaşlı il-müdam. Aşıq Nəbi. Arizdən Məcnunə tez yetir pəyam; Nə dolanır səhralarda il-müdam. Aşiq Ariz. iltica is. [ər.]\n1. Sığınma, birinin yanına qaçıb himayə istəmə, pənah gətirmə. [Fərhad:] Mən ömrümdə bir kəsə yalvarmadığım halda, namusum yolunda iltica dili açaraq sizə yalvarıram. C.Cabbarlı. [Sarıköynəyin] gözlərinin dərinliklərində rica ilə qarışıq bir iltica xahişi var idi. S.Hüseyn. • İltica etmək (eyləmək, gətirmək) – pənah gətirmək, sığınmaq, himayə istəmək. Dərgahına saqi eylər iltica; Baş əyər sürahi, piyalə sənə. Q.Zakir. [Xanım:] Siz bilirsiniz ki, mən onun xanımı deyiləm, zatən aramızda iyirmi yaş fərq var. Ancaq bir parça çörək üçün evinə iltica etmişəm.. Çəmənzəminli.\n2. məc. Xahiş, rica, yalvarış. Aşıq-məşuq olub, qəlbi yanmasa; Bir bu qədər ilticayə düşərmi? Aşıq Ələsgər. Uzun ilticadan sonra Babaxan qızı inandırmışdı. Mir Cəlal. • İltica etmək (eləmək) – xahiş etmək, rica etmək. Məşədi Əsgər təcilən.. [müsafirə] tərəf yan alıb, çamadanını aparmaq üçün öz dili ilə ona iltica etdi. S.M.Qənizadə. ..Mirzə Fətəli əziz və mehriban dayısının ayağına düşüb, ondan .. iltica eləyir ki, onu qulluğa qoysun. F.Köçərli. iltifat is. [ər.]\n1. Lütfkarlıq, lütf, mərhəmət, etina. Vardır şirin-şirin xoş ixtilatın: Nə fayda Vaqifə yox iltifatın. M.P.Vaqif. Kəsmə iltifatın qul Ələsgərdən; Kərəmli sultanım, getmə, amandı. Aşıq Ələsgər. [Eldar:] Mən ağlımı itirmişəm, mənim iztirablarımı sənin ancaq belə iltifatların azalda bilər. S.Hüseyn. // Hörmət, ehtiram, hüsntəvəccöh, gülər üz göstərmə, xoş münasibət. Qarı Aqilin ürək tərpədən iltifatına qarşı indi heyran-heyran baxır. S.Rəhimov. Cəmil utandığından cavab verə bilməyir, yalnız gülümsəyirdi. Sara isə müdirin iltifatından razı idi. Mir Cəlal. • İltifat etmək (eləmək, göstərmək və s.) – 1) mərhəmət etmək, xeyirxahlıq göstərmək, yaxşılıq etmək, mərhəmət edib vermək. Sən belə hərgah mənə qəmxar isən; Bir qədər ip tap, mənə qıl iltifat. A.Səhhət; 2) xoş üz göstərmək, hörmət göstərmək, lütf etmək. Nayib Cəfər bizə iltifat elədi və oturmağa yer göstərdi. C.Məmmədquluzadə. [Mozalan bəy:] Hacı mənə həqiqət artıq iltifat eylədi. Ə.Haqverdiyev. İltifat buyurmaq köhn. – bax. iltifat etmək. [Cəfər:] Bağışlayın, yoldaşlar. Sizdən bir ricam var. Biletiniz varsa, bir naharlıq iltifat buyurun. Çəmənzəminli. Əgər bu növ kəşfiyyatçılardan biri iltifat buyurub türk qadınlığına da balaca bir nəzər salsa idi, .. biz də bu gün seçki zamanında Tükəzban xalanı meydanda tək qoymazdıq. B.Talıblı. ‣ İltifatın(ız) artıq olsun! – təşəkkür bildirir (bəzən kinayə yerində işlənir). [Vəli:] Bəy, iltifatın artıq olsun. Ü.Hacıbəyov. [Nəriman:] Çox sağ ol, Qərənfil! İltifatın artıq olsun! İ.Əfəndiyev. [Sevinc:] İltifatın artıq olsun, biz sənin çörəyini yemirik. Z.Xəlil. iltifatkar [ər. iltifat və fars. ...kar] bax. iltifatlı. iltifatkaranə zərf [ər. iltifat və fars. karanə] köhn. İltifatla, hörmətlə, hüsntəvəccöhlə, gülər üzlə, xoş üzlə. İltifatkaranə qəbul etmək. iltifatkarlıq bax. iltifatlılıq. iltifatlı sif.\n1. İltifatla olunan (edilən). İltifatlı münasibət.\n2. İltifat edən, hüsn-təvəccöh göstərən, xoş sifət, lütfkar. iltifatlılıq is. İltifatlı olma, iltifat göstərmə, lütfkarlıq. iltifatsız sif. İltifatı olmayan, iltifat göstərməyən (etməyən), üz göstərməmə, xoş üz göstərməmə; hörmətsizlik. iltifatsızlıq is. İltifat göstərməmə, xoş üz göstərməmə; hörmətsizlik, nəzakətsizlik. iltihab is. [ər.] tib. Bədənin bir yerində qızdırma, şiş, qızartı şəklində təzahür edən xəstəlik prosesi. Ağ ciyər iltihabı. İltihab prosesi. Boğazında iltihab var. iltihablaşma tib.\n1. “İltihablaşmaq”dan f.is.\n2. İltihab əmələ gəlmə, iltihab prosesi. Mədənin selikli qişası spirtin təsirindən şiddətli qıcıqlandığından iltihablaşma əmələ gəlir ki, bu da qidanın həzmində iştirak edən vəzilərin işini pozur. “Az. qad.”. iltihablaşmaq f. tib. İltihab əmələ gəlmək. iltimas is. [ər.] Xahiş, rica. Mən yüzbaşının iltimasına görə bu kağızı cırıram. C.Məmmədquluzadə. Çoxlar getdi iltimasa, gəlmədin; Vaqif öldü, neçin yasa gəlmədin? M.P.Vaqif. Əslində Qədirin nə üçün sarınmağını bilməyən ağsaqqallar iltiması dərhal qəbul etdilər. Mir Cəlal. • İltimas etmək (eləmək) – xahiş etmək, rica etmək, minnət eləmək. Koroğlu iltimas eylər; Bala, incitmə Qıratı! “Koroğlu”. Obanın ahılcahılı Kərəmdən bir az oxumasını iltimas elədilər. “Əsli və Kərəm”. İltimas eylərəm, gedən canlara; Dost-düşmən içində yar oynamasın. Aşıq Ələsgər. iltimasçı is. İltimas edən, minnətçi. [Usta Zeynal Qurbana:] ..De ki, ay kafir oğlu kafir, burada nə bir o qədər iş var ki, sən mənim sözümə inanmayıb, Hacı Rəsulu iltimasçı salırsan. C.Məmmədquluzadə. iltisaqi [ər.]: iltisaqi dillər dilç. – sözün kökünü dəyişdirmədən, ona şəkilçilər artırılmaqla yeni formalar və ya yeni sözlər düzəldilən dilləri; məs.: türk dilləri, fin-uqor dilləri. Azərbaycan dili iltisaqi dillərdəndir. iltisaqilik is. dilç. İltisaqi dilin xüsusiyyəti, keyfiyyəti. Türk dillərinin iltisaqiliyi. iltizam is. [ər.]\n1. Bir işin yerinə yetirilməsini lazım bilmə, özü üçün borc hesab etmə, boynuna götürmə, öhdəsinə götürmə.\n2. köhn. Qrammatikada: iş, hal və hərəkətin söz söylənən vaxtdan sonra icrasının lazım olmasını göstərən feil forması; lazım forması.\n3. bax. iltizamnamə. iltizamçı is. köhn. Bir şeyi öhdəsinə götürərək, yerinə yetirəcəyi haqqında dilindən kağız vermiş adam. iltizamnamə is. [ər. iltizam və fars. namə] Mütləq yerinə yetirməyi tələb edən yazılı vəd, öhdəçilik kağızı. İltizamnamə vermək (dilindən kağız vermək). – Şübhəsiz ki, belə bir iltizamnaməni imza etmək hər kəs üçün çətin idi. M.S.Ordubadi. [Səlim:] Sən burada idarənizin müdiri yoldaş Möhsünzadəyə bir iltizamnamə yazıb verərmisən ki, hər ay maaşından bu pulu Mehribana versin? S.Hüseyn. ilyarası is. Sağalması uzun sürən və sağalandan sonra (adətən üzdə) yeri qalan yara. [Bəyin] çənəsinin yanları .. yanağında ilyarası, qırışıqlar, çal-çarpaz cizgilər arasında bürüşmüşdü. Mir Cəlal. ima is. [ər.] klas. İşarə, kinayə, eyham, him, örtülü məna. O dalğın gözlərə baxdıqca ruhim eylər istila! O gözlər hər baxışda fikrə yüz min rəmz edər ima! H.Cavid. [Studentin] yoldaşları adət üzrə ondan “Ev sahibi xanım gözəldirmi?” – deyə ima ilə soruşduqda, ciddi cavab verdi. Çəmənzəminli. Eşqimin bir başqa iması yoxdur; Onun haqqa tapan imanı aydın. Ə.Cavad. imajinist is. ədəb. İmajinizm tərəfdarı. imajinizm [fr.] XX əsrin əvvəllərində rus poeziyasında ədəbi yaradıcılıqda ideyalılığı rədd edən formalist cərəyanlardan biri. imalə I. is. [ər.]\n1. Mədəni süni surətdə təmizləmək məqsədi ilə düz bağırsağa maye daxil etmə. İmalə etmək.\n2. Bu mayeni düz bağırsağa yeridən alət.\n\nII. is. [ər.] ədəb. köhn. Əruz vəznində yazılmış şeirlərdə: qısa oxunması lazım gələn hərəkənin vəznə uyması üçün qeyri-təbii olaraq uzadılmasından ibarət vəzn nöqsanı. imam is. [ər.]\n1. Müsəlmanlarda: camaat namazına başçılıq edən, habelə bir məhəllədə nikah, ölüm və s. dini işlərə baxan ruhani. İmamə ixtiyarın vermə, hərgiz uyma təkbirə: Özün kim faili-muxtarsan, biixtiyar olma. S.Ə.Şirvani. [Məşədi:] Bunun evini yıxıb, bu halətə salan imam oldu. Ə.Haqverdiyev. Mən sözümü qurtarmamışdım ki, məhəllənin imamı Şeyx Mirhadi içəri girdi. Qantəmir.\n2. Məzhəb və ya təriqət başçısı. // Şiə məzhəbi başçısı sayılan Əli və onun övladlarına verilən ad. İmam üçün ağlayan gözdən olar. (Ata. sözü). [Molla Kazım:] Deyirlər, oruc nahaq, namaz nahaqdır. İmam təziyyəsi nahaqdır. Ə.Haqverdiyev. [Molla Xəlil:] Sən imamların bacılarını, qızlarını yadına sal, səbr elə!.. S.Hüseyn.\n3. Bəzi kiçik ərəb dövlətlərində dövlət başçısı. imamcümə is. [ər.] din. Cümə günləri camaat namazına başçılıq edən ruhani. [İsmayıl:] Təbriz böyük şəhərdir, savadlı imamcümələr var. P.Makulu. imamət is. [ər.] din. İmamlıq. Vaxta ki, ona imamət verilib, o hər şeyi bilər. Ə.Haqverdiyev. imamlıq is. din. İmam vəzifəsi, imam rütbəsi. İmamlıq etmək. imamzadə is. [ər. imam və fars. ...zadə] İmamların, övliyaların və onların övladlarının basdırıldığı yer; ziyarətgah. [Gövhərtacın anası:] Dünən mən gedib imamzadədə şam yandırdım. Ə.Haqverdiyev. Bu on beş il ərzində yer qalmadı – pir, imamzadə, ocaq, ziyarət qalmadı ki, Münəvvər xanım baş vurmasın.. Mir Cəlal. [Molla:] Bu saat camaat özündən çıxmışdır, dəstələr təşkil edərək imamzadəyə gedir. P.Makulu. iman is. [ər.]\n1. İnanma, dərin inam. [Nüşabə:] Sənə qəlbimdə bir iman vardı; Könlümü şübhə, tərəddüd sardı. A.Şaiq. [Kərimxan:] Hələ də öz imanında möhkəm qalmaq istəyirdi. M.İbrahimov. // İslamiyyətdə: dinə, Allahın birliyinə, peyğəmbərlərə inanma və bunu dillə iqrar etmə; etiqad. Dil zülfilə rüxsarüvə çün qıldı təmaşa; Avarə qalıb küfr ilə iman arasında. Heyran xanım. Bu isə bəs o ləinin də işi qullabıdır; Dini, imanı danıb, yoldan azıbdır, babıdır. M.Ə.Sabir. [Müridlər:] Şeyximiz atdı hökmiQuranı; Şeyximiz satdı dini, imanı. H.Cavid. • İman etmək (bəsləmək, gətirmək) – inanmaq. Beləliklə, [İldırımzadə] Dəmirova .. dərin bir iman bəslərdi. S.Rəhimov. İman əhli – dinə inanan, dini ehkamlara riayət edən, etiqadlı. Dünya görmüş adam (özü də iman əhlinə oxşuyurdu) yenə bir dərin ah çəkib dedi.. C.Məmmədquluzadə. İmana gəlmək – 1) islam dinini qəbul etmək, dönüb müsəlman olmaq (qeyri-müsəlman haqqında). Üzünü görsə əgər gəbrlər imana gələr; Küfrdən əl götürüb rahimüsəlmanə gələr. Q.Zakir. Biçarə Kərimi salma nəzərdən; Əgərçi kafirəm, gəldim imana. Aşıq Kərim; 2) məc. xeyli xahişdən, inandırmadan, təkiddən, səydən sonra razı olmaq, qəbul etmək. İmana gəlmir ki, gəlmir. İmana gətirmək – 1) təbliğat və s. yolu ilə birinə müsəlmanlığı qəbul etdirmək; 2) məc. xeyli xahişdən, inandırmadan, təkiddən, səydən sonra razı olmasına, bir şeyi qəbul etməsinə nail olmaq. İmandan çıxmaq – dindən çıxmaq, dini ehkamları pozmaq. İmanı kamil olmaq – 1) imanı, etiqadı, əqidəsi təmiz olmaq; 2) məc. məqsədinə, məramına çataraq rahat olmaq. O mehrabü minbər qaşlara mail; Olmayanın olmaz imanı kamil. Q.Zakir. [Əsgər Süleymana:] Hərgah bir işi də bilsən, onda imanım kamil olar. Ü.Hacıbəyov. İmanını satmaq – yalandan şahidlik etməklə əqidəsini, məsləyini birinə qurban etmək, satılmaq. İmanını satıb, əppəyinə qatıq eləyir. (Ata. sözü). [Rüstəm bəy:] ..Bax imanımı belə satmışam. S.S.Axundov. İmanını tərəziyə qoymaq – alverdə müştərini aldatmaq, çəkidə aldatmaq. Baqqal qoyar tərəziyə imanın. Q.Zakir. İman-güman – şübhə, zənn, güman. Əntiqə Hacı Rəsulun nəyinə lazımdır? Burada iman-güman çox yerə gedə bilər. Mir Cəlal. Allah imanını kamil eləsin – birinə xeyir-dua məqamında. [Kərbəlayı Xeyransa:] A...a...a... balam, Allah imanını kamil eləsin, ay Məşədi Püstə bacı, mənim heç yadımda yoxdu. H.Sarabski. Sahibiiman – bax. iman əhli. Yox yeni bir dinə yəqinim mənim; Sahibi-imanəm, a şirvanlılar! M.Ə.Sabir.\n2. İmanla şəklində zərf – etiqadla, inanaraq. Mən sizə imanla vermişəm könül.. A.Şaiq. imanlı sif. Dinə inanan, dindar. // İnsaflı. Amma bu qarı çox imanlı qarı idi. “Əsli və Kərəm”. imansız sif.\n1. Dinsiz, Allahsız, etiqadsız; kafir. // İs. mənasında. [Bəndalı:] Görmürsən bu imansızları, bu saqqalı qana bulanmışları! Mir Cəlal.\n2. məc. Mərhəmətsiz, insafsız, qəddar. Dinsizin öhdəsindən imansız gələr. (Ata. sözü). Yaman imansız kişidir, maşını saxlatdı, dedi: – Düş yerə.. M.İbrahimov. [Yunis:] Əgər sən bilsəydin ki, xalacan, o Yaqutun anası necə imansız arvaddır, sənin də qanın qaralardı. Ə.Məmmədxanlı. imansızcasına zərf İnsafsızlıqla, mərhəmətsizcəsinə, amansızcasına, qəddarcasına. imansızlıq is.\n1. Dinsizlik, kafirlik.\n2. məc. Mərhəmətsizlik, insafsızlıq, qəddarlıq, amansızlıq. imarət is. [ər.] Böyük və qəşəng bina, ev; mülk, tikili. [Mirzə Kərim:] Gərək sizin hər birinizin daxmalar əvəzinə gözəl imarətiniz olsun. Ə.Haqverdiyev. Ağalıq evi təzə qayda ilə tikilmiş ikimərtəbə gen-bol bir imarət idi. S.S.Axundov. imdad is. [ər.] Kömək, yardım; darda qalmış bir adamın köməyinə yetişmə, dadına yetmə. Koroğlunun dəlilərdi imdadı; Qılınc çəkdi, hasil ola muradı. “Koroğlu”. Görüşdülər, öpüşdülər o qəhrəmanlar; Birbirinin xilaskarı, imdadı kimi. S.Vurğun. [Qız] əlləri ilə oğlanın iri çiyinlərinə elə ilişmişdi ki, deyərdin, bundan nə isə kömək, imdad gözləyir. Mir Cəlal. • İmdad etmək (eləmək, qılmaq) – kömək etmək, dadına yetmək. Könül şəhrin çalıb yəğmaladı qəm ləşkəri, Zakir; Neçin imdad qılmaz, bəs deyirdin padişahım var. Q.Zakir. Çün natəvanü zarü zəifəm firaqdən; Bu gün də yar etməsə imdad, ağlaram. X.Natəvan. Sən könül fürsət tapıb ol yarə qurban, kim sənə; Gər əlimdən gəlsə, billah, mən də imdad eylərəm. S.Ə.Şirvani. İmdada qoşmaq – bax. imdadına qoşmaq (yetmək). [İblis:] Heyhat, olamaz dərdinə bir kimsədən imdad; İmdadə qoşar, qoşsa fəqət ah ilə fəryad. H.Cavid. İmdada yetirmək – köməyə çatdırmaq, dada yetirmək. Çünki hicran ələmi saldı məni zindanə; Ey əcəl, rəhm elə, sən özün imdada yetir. Heyran xanım. İmdaddan düşmək – gücdən düşmək, əldən düşmək, qocalmaq. O, imdaddan düşüb, heç bir şeyə yaramır. İmdadı kəsilmək – hər şeydən ümidi kəsilmək, köməksiz qalmaq. Oğlu öldü, imdadı kəsildi. İmdadına qoşmaq (yetmək, çatmaq, gəlmək) – bərk ayaqda, çıxılmaz vəziyyətdə qalmış bir adamın dadına çatmaq, köməyinə gəlmək. [Gülsənəm:] Səndən başqa bizim imdadımıza yetən yoxdur. S.S.Axundov. [Kimon:] Çatdı imdadına bu qız, ey xan! A.Şaiq. imdadsız sif. Köməksiz, yardımsız. • İmdadsız qalmaq – köməksiz qalmaq, tək qalmaq, əli heç kəsə çatmamaq. imdadsızlıq is. Köməksizlik, çarəsizlik. imdi bax. indi. Bu çərxi-fələk tərsinə dövran edir imdi. M.Ə.Sabir. [Sabbah:] Saqın, imdi sizə verməm sevgili Xəyyamı. H.Cavid. imdicə bax. indicə. iməci is. İməcilikdə iştirak edən adam. Həyətdə iri palazlar döşəmiş, iməcilər çağırmışdı. A.Şaiq. • İməci olmaq – birinə kömək etmək məqsədi ilə görülən faydalı işdə iştirak etmək. [Ballının] bildirə kimi atası kəndin naxırını otarar, anası qapılarda iməci olub, onun-bunun hanasını toxuyardı. Ə.Vəliyev. iməcilik is. Könüllü olaraq və zəhmət haqqı almadan ictimai-faydalı bir işi, tapşırığı kollektiv surətdə, elliklə yerinə yetirmə. Bu iməcilik böyük bir əmək bayramına dönmüşdü. Burada hər millətdən çalışan vardı. B.Talıblı. Gənclərin gücü ilə bir neçə dəfə iməcilik keçirilib, idman meydanı düzəldi. Ə.Sadıq. Nahiyənin rəhbərləri bu cümə iməcilik təşkil edib, dərənin üstündən körpü salırdılar. Ə.Əbülhəsən. • İməcilik etmək – birinə kömək məqsədi ilə bir işi birlikdə görmək, elliklə köməkləşib yerinə yetirmək. Lakin yetimin uşaqlığını camaat nəzərə alaraq, hər il iməcilik edib onun əkininə, biçininə kömək edərdi. Çəmənzəminli. imək iməyə düşmək – iməkləməyə başlamaq. İməyə düşən uşaq .. yəhərin qaşından tutdu. S.Rəhimov. iməkləmə “İməkləmək”dən f.is. iməkləmək f. Əllər və dizlər üzərində hərəkət etmək. Nə isə, vaxt yetişdi, gərək uşaq iməkləsin, yerisin, gülsün, danışsın, şad olsun.. N.Nərimanov. [Atakişi:] Ay sənə qurban inəklər; Bu balam haçan iməklər. C.Cabbarlı. Əllərin qurtardı iməkləməkdən; Ayağın yer tutdu, a qızım, sənin. B.Vahabzadə. // Üzüqoylu sürünə-sürünə hərəkət etmək, yerlə sürünmək. Dəyirman üstə ləklər; Çırmanıb ağ biləklər; Oğlan qızdan ötəri; Dizi-dizi iməklər. (Bayatı). [Döyüşçülər] bəzən uşaq kimi iməkləyir, bəzən də şahin kimi uçurdular. Ə.Vəliyev. iməklətmə “İməklətmək”dən f.is. iməklətmək f. Uşağın iməkləməsinə kömək etmək, iməkləməyə öyrətmək. imha is. [ər.] Məhv etmə, tələf etmə. Bunların içindəki müzürr mikrobların imhası üçün oralar hər gün .. dezinfeksiya olunaraq, son dərəcə pak və təmiz saxlanmaqdadır.. T.Ş.Simurq. imic is. [ing.]\n1. Fikri surət, fikri təsəvvür.\n2. Rəmz, simvol. imir is. məh. Şah arı. imirçimə “İmirçimək”dən f.is. imirçimək f. dan. İylənmək, xarab olmağa başlamaq, turşumaq, ağırlaşmaq. Qatıq imirçiyib. Pendir imirçiyib. imirçimiş f.sif. dan. Ağırlaşmış, xarab olmuş, turşumuş, iylənmiş. İmirçimiş yağ. imiş Qoşulduğu sözü keçmiş zamana bağlayaraq ona rəvayət mənası verən bağlama. Şəhər çox böyük imiş. Onun qisməti belə imiş. – Hər kəs [Zeynala] adi bir idarə məmuru kimi baxır imiş. S.Hüseyn. C.Məmmədquluzadənin təsvirinə və tarixi sənədlərə görə o zaman Azərbaycan dilində qəzet çıxarmaq çox çətin məsələ imiş. M.İbrahimov. Ancaq indi Kərimə əyan oldu ki, bura nə imiş. Mir Cəlal. imitasiya [lat.]\n1. Oxşatma, bənzətmə; bir şeyin saxtasını düzəltmə. Mərmər imitasiyası (mərmərə oxşadılmış şey). Dəri imitasiyası (dəriyə oxşadılmış material).\n2. mus. Musiqi motivinin bir interval yuxarı və ya aşağı olaraq başqa səslə təkrarı; təqlid. Çox zaman əsas melodiya ardıcıl olaraq başqa səslərdə ya eyni ilə, ya da döndərmə yolla təkrar edilə bilər. Polifonik musiqidə çox intişar tapan bu üsula imitasiya (təqlid) deyilir. Ə.Bədəlbəyli. imkan is. [ər.]\n1. Hər hansı şərait daxilində bir işin həyata keçirilə bilməsi, mümkünlük, mümkün olma. Nə dildə olsa olsun elm olsun xəlqi-aləmdə; Deyildir bir dilə məxsus, var hər dildə imkanı. S.Ə.Şirvani. ..Kömək etmək imkanı əldə ikən, bu vəzifədən boyun qaçırmaq .. insanlıq sifətini itirmək deməkdir. M.S.Ordubadi. ..Asanlıqla odun gətirməyə imkan vardı. Ə.Əbülhəsən. // Əlverişli şərait. • İmkan gözləmək – bir işi həyata keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləmək, fürsət gözləmək. İmkan olmamaq – mümkün olmamaq, müyəssər olmamaq. Səni görsəm özüm ilə həsədimdən ölərəm; Bu səbəbdən mənə vəslin dəxi imkan olmaz. S.Ə.Şirvani. İmkan tapmaq – bir işi həyata keçirmək üçün əlverişli yol tapmaq, fürsət tapmaq. [Qaçaqlar] kütləvi talana imkan tapa bilmədilər. M.S.Ordubadi. [İnsanlar] boğazlarına keçmiş fəlakət zəncirini qırıb atmağa heç bir yol və imkan tapa bilmirdilər. Ə.Abasov. İmkan verməmək – mane olmaq, yol verməmək, qoymamaq. İmkan yaratmaq (vermək) – bir işi həyata keçirmək üçün əlverişli şərait yaratmaq, yol vermək. Ayıq ol, döyüşə yaratma imkan; Hər kiçik iş üçün tökülməsin qan. A.Şaiq. Qadınına gəldikdə onun yaşaması üçün geniş imkan yaratmalısan. M.S.Ordubadi. İmkan yoxdur – mümkün deyil, ola bilməz, imkan xaricindədir.\n2. Bir şeyin həyata keçməsinə kömək edən əlverişli şərait. Maddi imkanlar. Yaşamaq, çalışmaq, oxumaq üçün hər cür imkan və şərait yaranmışdır. – Təsərrüfatın daxili imkanlarından geniş istifadə edilir. (Qəzetlərdən). // İqtidar, qüvvə, vəsait. Mirzə Səfərin vəziyyəti mənə aydın məlumdur və uşaqlarını öz xərci ilə oxutmağa onda imkan var. Ə.Haqverdiyev. ‣ İmkan daxilində – nə qədər imkan varsa, güc çatdığı qədər. ..İmkan daxilində bəzi ədəbi mülahizələr söyləmək istəyirəm. S.Rəhimov. İmkan xaricində olmaq – mümkün olmamaq, həyata keçirməyə güc, bacarıq çatmamaq, bacara bilməmək. ..O zamankı dünyanın ən böyük paytaxtını piyada gəzmək imkan xaricində idi. M.S.Ordubadi. imkanlı sif. İmkanı olan, mümkünü olan, iqtidarı olan. imkansız sif.\n1. İmkanı olmayan, mümkünü olmayan. İmkansız adam.\n2. İmkansızdır şəklində – mümkün deyil, qeyri-mümkündür, çox çətindir. Xəstəliyin əlacı imkansızdır. Öhdəsindən gəlmək imkansızdır. • İmkansız olmaq – mümkün olmamaq. Əhali o qədər qəzəblənmişdi ki, onların qabağını almaq imkansızdı. P.Makulu. imkansızlıq is. Qeyri-mümkünlük, mümkün olmama, imkan olmama, çox çətin olma; bir işin yerinə yetirilməsi üçün imkan və şərait olmadığı hal. Gözəl Təliə, insanı bu qədər düşünməyə məcbur edən yeganə bir şey vardısa, o da imkansızlıqdır. M.S.Ordubadi. imla is. [ər.]\n1. Hər bir ədəbi dil üçün qəbul edilmiş vahid və düzgün yazı sistemi; orfoqrafiya. • İmla qaydaları – hər hansı bir dildə düzgün yazma qayda və üsulları. İmla dərsi. İmla xatası. – Möhtərəm ədibimiz ingilislərin imlasının adını qoyur “əcib”, amma bizim imlaya heç olmasa “bir az əcib” də demək istəmir. C.Məmmədquluzadə.\n2. Şagirdlərə orfoqrafiya vərdişlərini və savadlı yazmağı öyrətmək məqsədi ilə onlara deyib yazdırma işi. • İmla demək – deyib yazdırmaq, diktə etmək. Müəllim imla deyir, uşaqlar da qələmlərini mürəkkəbə batırıb başlarını yana əyərək yazırdılar. M.Arif. immanent sif. [latıncadan] kit. Bir şeyin və ya hadisənin daxilən öz təbiətinə xas olan, ondan doğan; daxili. Kapitalist istehsalının immanent qanunları. immiqrant is. [lat.] Mühacir, bir ölkədən köçüb başqa ölkədə yaşayan. immon is. [latıncadan] tib. biol. Yoluxan xəstəliklərə və müəyyən zəhərlərə qarşı qorunma qabiliyyəti olan. İnsanın ömrü ərzində keçirdiyi müxtəlif xəstəliklərin nəticəsində onun qanında həmin xəstəlik törədən mikroblara qarşı xüsusi immun – bioloji maddələr əmələ gəlir ki, bunlar da orqanizmi eyni bir xəstəliklə ikinci dəfə xəstələnməkdən qoruyur. H.Tağıyev. immunitet [latıncadan] tib. biol. Orqanizmin yoluxma xəstəliyinə tutulmamaq qabiliyyəti. immunizasiya [lat.] tib. biol. İmmunitet yaratma (bax. immunitet). immunluq is. tib. biol. Yoluxucu xəstəliklərə və bəzi zəhərlərə qarşı qoruna bilmə qabiliyyəti. imperator [lat.] Padşahın, hökmdarın ən yüksək titulu və bu titulu daşıyan şəxs; padşah. [Bağır xan:] Siz imperator zabitini soymaqmı istəyirsiniz? E.Sultanov. imperatorluq is.\n1. İmperatorun titulu, adı. // İmperatorun hökmdarlıq etdiyi dövr, müddət.\n2. Bir imperatorun idarəsi altında olan dövlət, ölkə; hökmdarı imperator titulu daşıyan dövlət. Roma imperatorluğu. – III Dövlət duması çar imperatorluğunun tərkibinə daxil olan millətlərin ən ibtidai hüququnu daha artıq məhdud edən bir sıra qanunlar keçirtdi. “SSRİ tarixi”. imperatriçə is.\n1. İmperatorun arvadı.\n2. Qadın imperator. imperial [lat.] köhn. 10 manatlıq rus qızıl pulu (1755-ci ildən); 1897-ci ildən sonra (inqilaba qədər) 15 manat dəyərində olan qızıl pul. Pinəçilər bafta taxar boynuna; İmperial tökər vərəq oynuna. Q.Zakir. [Xonça qabının] içinə oğlan evi bir əlbəsəlik ipək parça, iki imperial və onun əmsalı bir şey qoyub qaytaracaqlar. R.Əfəndiyev. [Muzdur] iki yüz imperialın neçə manat olduğunu ha çalışdısa, hesab edə bilmədi. S.M.Qənizadə. imperialist [fr.]\n1. İmperializm və təcavüz siyasəti yürüdən inhisarçı kapitalın nümayəndəsi olan iri kapitalist. Müharibə qızışdıran imperialistlər.\n2. İmperialist monopoliyalar. imperializm [fr.] Kapitalizmin XIX əsrin axırında və XX əsrin əvvəlində daxil olduğu ən yüksək və axırıncı mərhələsi; iri inhisarlarla səciyyələndirilən xammal mənbələri və xarici bazarlar uğrunda özgə ölkələri tutmaq, özgə xalqları istismar etmək, dünyanı yenidən bölüşdürmək üçün böyük kapitalist ölkələri arasındakı müharibə siyasəti. imperiya [lat.]\n1. Başında imperator duran monarxist dövlət.\n2. İri imperialist müstəmləkəçi dövlət. Britaniya imperiyası. – 1905-ci il inqilabı Rusiya imperiyasında yaşayan bütün xalqların həyatında yeni dövr açdı. M.İbrahimov. impiçment is. [ing.]\n1. Vəzifəsindən kənarlaşdırma.\n2. Mühakimə etmək. import [ing. əsli lat.] bax. idxalat. impotensiya is. [lat.] Cinsi gücsüzlük. impressario is. [ital.] Konsert, tamaşa, qastrollar təşkil edən işbaz. impressionist [fr.]\n1. İmpressionizm tərəfdarı olan rəssam, musiqiçi, yazıçı.\n2. İmpressionizm mahiyyətində olan, impressionizm üçün səciyyəvi olan; şəxsi təəssürat və əhval-ruhiyyəyə əsaslanan. İmpressionist əsər. İmpressionist musiqi. Ədəbiyyatda impressionist meyillər. impressionizm [fr.] XIX əsrin ikinci yarısında burjua incəsənətində meydana gəlmiş cərəyan (bu cərəyan tərəfdarları realizmi rədd edir, ictimai məsələlərdən qaçır, əsərlərində şəxsi əhval-ruhiyyə və təəssüratlarını verməyə çalışır və məzmunun zərərinə olaraq formaya həddindən artıq fikir verirdilər). improvizasiya [lat.] Hazırlaşmadan şeir, ya nitq söyləmə, hava oxuma və ya musiqi çalma; irtical. Vəznsiz musiqiyə bunlar daxildir: ladlar üzərində vokal və çalğı gəzişməsi (improvizasiya). Ü.Hacıbəyov. improvizator [lat.] İmprovizasiya qabiliyyəti olan adam: hazırlaşmadan şeir və ya nitq söyləmək, musiqi yaradıb çalmaq qabiliyyəti olan adam. Mahir improvizator. improvizatorluq is. İmprovizasiya qabiliyyəti; hazırlaşmadan döşdən şeir, nitq söyləmək, musiqi yaradıb çalmaq. impuls [lat.] kit.\n1. Hər hansı bir hərəkəti doğuran daxili səbəb, təkan. Yaradıcılıq impulsu. İradə impulsu.\n2. fiz. Cismin kütləsi ilə sürətinin hasilinə bərabər olan hərəkət miqdarı. imrəndirmə “İmrəndirmək”dən f.is. imrəndirmək f. Həvəsləndirmək, tamaha salmaq, tamahsılandırmaq. imrənmə “İmrənmək”dən f.is. imrənmək f. Həvəslənmək, tamaha düşmək, iştahaya gəlmək, ağzı sulanmaq; arzu və həvəs oyanmaq. imrik is. məh. Əzilmiş, döyülmüş şeyin içində qalan iri dənəsi. İmrik duz. imrikləmə “İmrikləmək”dən f.is. imrikləmək f. məh. Buğda, duz və bu kimi şeyləri tam döyməmək, narın etməmək. Duzu imrikləmək. Arpanı imrikləmək. imriklətmə “İmriklətmək”dən f.is. imriklətmək bax. imriklətdirmək. Yarma xəşili bişirmək üçün buğdanı imriklətmək. imsik sif. İy bilən, iyi tez duyan. İmsik adam. imsiləmə “İmsiləmək”dən f.is. imsiləmək f. məh. İyləmək, qoxulamaq, iy almaq. Külək də ac it kimi vurnuxur o küçədən bu küçəyə; Qapıları, divarları imsiləyir. R.Rza. İmsilədi o, havanı; Buynuzunu sürtdü daşa. Z.Xəlil. imsilənmə “İmsilənmək”dən f.is. imsilənmək f. İy duymuş kimi oraburanı iyləmək. Sallayıb başını imsilənərək; Qapının ağzında gərnəşir köpək. S.Vurğun. imtahan is. [ər.]\n1. Hər hansı bir fənn üzrə keçirilən yoxlama sınağı. Yaz-yay imtahanları. İmtahana hazırlaşmaq. İmtahan komissiyası. – İmtahan məclisi qurulmuşdur; Zalda skamyalar qoyulmuşdur. A.Səhhət. İmtahan söhbəti indi hər yerdə ən şirin söhbətdir. Mir Cəlal. ..Səhər saat doqquzda riyaziyyatdan yazılı imtahan başlandı. İ.Əfəndiyev. • İmtahan eləmək (etmək) – hər hansı bir fənn üzrə tələbənin, şagirdin biliyini yoxlamaq. Tələbələri imtahan etmək. – Dərs demək istəyirəm; İmtahan edin məni. B.Vahabzadə. İmtahan vermək (tutmaq) – hər hansı fənn üzrə yoxlama sınağından keçmək. Elm öyrən, imtahan ver; Öz fəzlini nişan ver. M.Ə.Sabir. “Həblülmətin” yazır ki, Firəngistanda birisi ki istəyir alim ola, gərək gecələr yatmayıb zəhmət çəkə, elm oxuya, bir klasdan o biri klasa keçə, axırda imtahan tuta və şəhadətnamə ala. C.Məmmədquluzadə. [Qəhrəman] imtahan verib təzə açılan darülmüəlliminə daxil oldu. S.Rəhimov.\n2. məc. Sınaq, sınama, yoxlama, sınaqdan keçirmə. Məni zındıq oxurlar cümlə aləm əhli, lakin mən; Mücərrəd cövhərəm kim, imtahana ehtiyacım yox. S.Ə.Şirvani. • İmtahan ayağında – gərgin zamanda, çətin vəziyyətdə, bərk ayaqda, sınaqda. Ellərin qarşısında imtahan ayağında; Rəvamıdır mən solum açılmamış çiçək kimi. S.Rüstəm. İmtahan eləmək – sınamaq, yoxlamaq, sınaqdan keçirmək, təcrübə eləmək. Eşq əhli məhəbbət etsə izhar; Əvvəl onu imtahan edər yar. Füzuli. Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm; Fəda olum sənə, gəl, eylə imtahan, ölürəm. X.Natəvan. [Qətibə:] Mən bu gözəllik vasitəsilə iqbalımı bir daha imtahan edəcəyəm. M.S.Ordubadi. İmtahana çəkmək – bax. imtahan eləmək. Sən demə, əmisi doğrudan da İbrahimi imtahana çəkmək istəyirmiş ki, görsün İbrahim nə deyəcək. (Nağıl). Qədim əyyamda bir qıza elçi gəlsəydi, o qızı bir neçə imtahana çəkərdilər. R.Əfəndiyev. [Hacı Murad:] Yaxşısı budur ki, elə bu saat imtahana çəkim. S.S.Axundov. İmtahana düşmək – yoxlanmaq, sınanmaq, sınaqdan keçirilmək. Eldən yana düşmüşəm; Nahaq qana düşmüşəm; Yar məni bərkə çəkib; İmtahana düşmüşəm. (Bayatı). İmtahandan çıxmaq – sınaqdan yaxşı çıxmaq, yoxlamadan keçmək. Qorxub çəkilmədik ölümdən, qandan; Çıxdıq illər boyu çox imtahandan. S.Vurğun. Dostluq var ki, zamanın imtahanından çıxa bilmir. R.Rza. Hər şeyə qadir insan; Yer üzündə beləcə; Çıxdı min imtahandan. B.Vahabzadə. // məc. Həyati çətinliklər, ağır günlər. İrəlidə hələ böyük imtahanlar var. S.Vəliyev. imtahanedici sif.\n1. İmtahan edən, imtahan qəbul edən. İmtahanedici komissiya.\n2. məc. Sınayıcı, yoxlayıcı, sualedici. Polad bir dəqiqə Məşədi bəyə imtahanedici gözlərlə baxdı, sonra ətrafına boylanaraq, otaqda özlərindən başqa heç kim olmadığını görüb dedi.. M.Hüseyn. imtahanqabağı sif. İmtahan qarşısında olan, imtahan başlanmamış. İmtahanqabağı hazırlıq. İmtahanqabağı mühazirələr. imtahansız zərf İmtahan vermədən, imtahan olmadan. İmtahansız qəbul olunmaq. İmtahansız sinifdən-sinfə keçmək. imtina [ər.]: imtina etmək – boyun qaçırmaq, çəkinmək, istəməmək, rədd etmək. Yeməkdən imtina etmək. Qonaqlıqdan imtina etmək. – Rzaqulu xan səfarət ümurunda təcrübəm yox deyə, səfarətdən büsbütün imtina edirdi. M.S.Ordubadi. Mehriban açıqdanaçığa çocuqlarından imtina edirdi. S.Hüseyn. Bir neçə gün sonra Ulduza müalicə və istirahət üçün arxaya getmək təklif edildikdə, o imtina etdi. Ə.Məmmədxanlı. // Könüllü olaraq əl çəkmək. Bu xəzinədən imtina etmək üçün azmı cəsarət lazım idi? S.Vəliyev. imtiyaz is. [ər.]\n1. Müstəsna hüquq. // Üstünlük, güzəşt. Müharibə əlillərinə verilən imtiyazlar. – Məsmə, bir ittifaq üzvünün istifadə edə biləcəyi bütün hüquq və imtiyazlardan istifadəyə çalışır. S.Hüseyn.\n2. iqt. Ölkə daxilində sənaye müəssisələri yaratmaq, onları işlətmək, mədən çıxarmaq və s. üçün dövlət tərəfindən ayrı-ayrı şəxslərə, şirkətlərə və ya xarici firmalara verilən hüquq. Dəmiryolu çəkmək üçün imtiyaz. imtiyazlı sif.\n1. İmtiyazdan istifadə edən, imtiyazı olan, müstəsna hüququ olan (bax. imtiyaz 1-ci mənada). ..Əgər Qafqaz [Finlandiya] kimi imtiyazlı və həm müstəqil bir ölkə olsaydı, ana dilində açılmış məktəblərdən arzu olunan [nəticə] və məhsulatı bilatərəddüd gözləmək olardı. Ü.Hacıbəyov.\n2. Güzəştli. İmtiyazlı şərtlər. İmtiyazlı dəmiryol bileti.\n3. Müstəsna hüquqlardan istifadə edən, yuxarı siniflərə mənsub olan; seçilmiş. Bütün imtiyazlı təbəqələrin ləğvi. – Kasıbın toyuna seçilmiş, imtiyazlı mənsəb, sərvət sahibləri çağırılmazdı. H.Sarabski. imtiyaznamə is. [ər. imtiyaz və fars. namə] İmtiyaz kağızı, imtiyaz müqavilənaməsi (bax. imtiyaz 2-ci mənada). imtiyazsız sif. Heç bir imtiyazı, xüsusi və müstəsna hüququ olmayan. imtizac [ər.]\n1. Qarışma, qarışa bilmə, bir neçə maddənin qarışıb bir maddə əmələ gətirməsi. Kimyəvi imtizac.\n2. Bir-birinə uyğun gəlmə, bir-biri ilə tutma, bir-biri ilə qaynayıb-qarışma; uyğunluq, ahəng. Rənglərin imtizacı.\n3. məc. köhn. Bir-biri ilə uyuşma, yola getmə, keçinmə. Aralarında imtizac yoxdur. imza is. [ər.]\n1. Bir məktubun, sənədin və s.-nin altında öz dəst-xətti ilə adını və ya familiyasını yazma, qol çəkmə, qol qoyma; qol. Fəxrəddinin və Ələddinin imzası ilə şəhərə belə bir bəyannamə buraxılmışdı. M.S.Ordubadi. [Gəldiyev] direktor gələndə kağızları kargüzara verdi, imza üçün göndərdi. Mir Cəlal. • İmza etmək (atmaq) – imzalamaq. Sənədləri imza etmək. Çeki imza etmək. – [Musa:] İmza da atmıram, pul da almayacağam. S.Rəhman. Elmar kağıza imza ataraq Laləyə verir. İ.Əfəndiyev.\n2. Təxəllüs, ləqəb mənasında. C.Məmmədquluzadə “Molla Nəsrəddin” imzası ilə müntəzəm surətdə felyetonlar, baş məqalələr dərc edirdi. M.İbrahimov. imzalama “İmzalamaq”dan f.is. imzalamaq f. Altında öz familiyasını (ya adını) yazmaq, öz imzasını qoymaq, qol çəkmək. Kərbəlayı Xəlil .. teleqrafçının verdiyi kağızı türkcə imzaladı və teleqrafçıya qaytararaq iki şahı da pul verdi. T.Ş.Simurq. Sərvərov əmri götürüb imzaladı. Mir Cəlal. [Bənövşə:] Komissiya aktı imzaladı. Tez köçün. S.Rəhman. imzalanma “İmzalanmaq”dan f.is. imzalanmaq məch. İmza edilmək, qol çəkilmək, qol qoyulmaq. Müqavilə imzalandı. – Əmrnamə yazılmış və Balacayev tərəfindən imzalanmışdı. S.Rəhimov. imzalanmış f.is. İmza edilmiş, qol qoyulmuş, qol çəkilmiş. İmzalanmış qərar. İmzalanmış kağızlar. – [Sabirin] sabiqdə bəzi müstəar adlar ilə imzalanmış abdar, xoşməzmun və mövzun kəlamları “Molla Nəsrəddin” səhifələrində dərc olunub. F.Köçərli. imzalatdırma “İmzalatdırmaq”dan f.is. imzalatdırmaq bax. imzalatmaq. imzalatma “İmzalatmaq”dan f.is. imzalatmaq icb. Qol çəkdirmək, imza etdirmək. Baş mühasib .. içəri girdi, əlindəki sənədləri idarə müdirinə imzalatdırıb qapıya yaxınlaşırdı ki, Surxay soruşdu.. M.Süleymanov. imzalı sif. Qol çəkilmiş, imzalanmış, imza ilə təsdiq edilmiş. İmzalı məktub. İmzalı sənəd. imzasız sif. Altında imza olmayan, imza edilməmiş, qol çəkilməmiş. İmzasız məktublar. inabət is. [ər.] köhn. Tövbə, tövbə etmə. inad 1. sif. Əsassız olaraq dediyini yeritməyə çalışan, heç bir güzəştə getmək istəməyən; tərs, höcət. İnad adam. İnad xasiyyət. – [Qulu] xəsis, tamahkar, heç bir şeyə güzəştə getməyən, tərs və inad bir adam idi. A.Şaiq. [Böyükxanım:] Bax, özün bil, teleqram edərəm gəlsinlər! Amma Qulam xan da inadın birisidir. M.S.Ordubadi. • İnad etmək (eləmək) – 1) sözünün üstündə durmaq, israr etmək, sözündən geri çəkilməmək; 2) tərslik etmək, höcət göstərmək, öz dediyini yeritməyə çalışmaq. Gülsəhər inad eləyir, Dildar isə hədə-qorxu gəlirdi. Ə.Vəliyev. İnad göstərmək – əzmli olmaq, dəyanət göstərmək, əzmindən dönməmək, sözünün üstündə durmaq, dediyindən əl çəkməmək. Doktor Qəbzi bəy yay zamanı Xansaray yaylağına gəlməməkdə elə bir inad göstərdi ki, hətta onun öz yavuq qohum-əqrəbası da bu işə məəttəl qalmışdılar. C.Məmmədquluzadə. İnad yeritmək – bax. inad etmək. [Həmzə:] [Səriyyə] də bizim ilə inad yeritsə, onda gərək bizə papaq haram olsun. C.Cabbarlı. İnada durmaq – bax. inad etmək. İnada düşmək – acığa düşmək, tərslik etmək, tərsliyi tutmaq. ..Əgər mənim uşaqlarımın biri inada düşüb, məni qəsd ilə incitmək istəyir, qoy burada bir söz deməyim.. C.Məmmədquluzadə. İnadı yerə qoymaq – inadından, tərsliyindən əl çəkmək, razı olmaq. [Hacı:] Sən olasan Allah, ay Sərdar, – dedi, – bu inadı yerə qoy, bu işlərə bir əncam çək! P.Makulu. // İs. mənasında. İnad adam, tərs adam, höcət adam. Gülsabahın atası çox inad adamdı. Ə.Vəliyev. [Əhməd:] Hacı, inadı var, xahiş eləyərsən, oxumaz. Nə illah eləyirsən, oxumayanda oxumaz! İnaddı! Mir Cəlal.\n2. is. Əzm, dəyanət, səbat; əzmindən dönməmə. Belə hadisələr bizim inadımızı daha da artırmalıdır. H.Nəzərli. Yerli əhalinin inadından .. qəzəblənmiş şah vəziri Taygöz Yusifi çağırıb kimsəyə aman verməməyi ona əmr etdi. İ.Əfəndiyev.\n3. İnadla şəklində zərf – mətanətlə, əzmlə, səbatla. İnadla mübarizə etmək. – O deyir: – Mənimdir bu ana torpaq; Vuruşur inadla əlində yaraq. M.Rahim. ..Məhsuldar çöllər yorulmadan və inadla çalışan insanlarla doludur. M.İbrahimov. Tez-tez çay keçmək nə qədər yorucu olsa da, onlar inadla irəliləyirdilər. Ə.Vəliyev. inadcıl bax. inadkar. Hər şeydə möhkəm, sözünün üstə duran, inadcıl, amansız olan Baxış bəyin bir zəif cəhəti vardı: çox şorgöz idi. Ə.Abasov. inadcıllıq bax. inadkarlıq. inadçı bax. inadkar. [Mehribanın] nöqsanı yalnız savadsızlığı, eyni zamanda inadçı əsəbiliyi idi. S.Hüseyn. inadçılıq bax. inadkarlıq. Qaraca qızın təbiətində inadçılıq vardı.. Yusifdən nə qədər kötək yeyirdisə də, yenə tərsliyindən əl götürməzdi. S.S.Axundov. inadedici bax. inadkar. inadkar sif. [ər. inad və fars. ...kar] İnad, inadcıl, tərs, dediyindən əl çəkməyən. Polis və qoşunun təzyiqinə baxmayaraq, qəhrəman və inadkar fəhlələr mədən dairəsindən çıxmadılar. M.S.Ordubadi. Şair ən inadkar bir çocuq kimi; Endi xəyalının dərinliyinə. S.Vurğun. Səlimnaz arvad [oğlunun] inadkar olduğunu çoxdan bildiyi üçün, daha təkid eləmədi, gəlib oğlu ilə yanaşı yeriməyə başladı. M.Hüseyn. inadkarcasına zərf Tərslik edərək, inad göstərərək, dediyindən əl çəkməyərək. İnadkarcasına demək. – Həbib Mədədin fikri ilə razı idi. Ancaq inadkarcasına öz sözlərini təkrar edirdi.. Ə.Vəliyev. inadkarlıq is.\n1. İnadkar adamın xasiyyəti; tərslik, inad. İnadkarlıq etmək. – Qızın inadkarlığı; Çox ağır gəldi ona. B.Vahabzadə.\n2. Sözünün üstündə durma, əzmindən dönməmə; dəyanət, səbat. inadlı sif.\n1. Tərs, höcət, kəc, inadcıl, dediyindən əl çəkməyən. Mehriban inadlı bir qız idi. S.Hüseyn. Çoxlarının bezdiyi və uzaq qaçdığı inadlı, şıltaqçı və ağlağan uşaqları Nazimə sanki əfsun ilə ələ alır(dı). Mir Cəlal.\n2. Əzmli, dəyanətli, səbatlı, qətiyyətli. İnadlı mübarizə. İnadlı müqavimət. inadlılıq is.\n1. İnadlı adamın hal və keyfiyyəti; inadcıllıq.\n2. İşində və ya sözündə dəyanət, möhkəmlik, dayanıqlıq, əzm. inaq is. tib. Uşaqlarda qırtlağın iltihabı. İnaq olmaq. • İnaq(ını) vurmaq – keçmişdə xalq arasında: inaq olmuş uşağın başını yüngülcə çərtmək. inaqlı sif. İnaq xəstəliyinə tutulmuş. İnaqlı uşaq. inauqurasiya is. [ing.] Prezidentin rəsmən öz vəzifəsinə başlaması münasibəti ilə bağlı keçirilən mərasim. inam is.\n1. İnanma, etibar. İnam olmayan yerdə iman olmaz. (Ata. sözü). İlk müvəffəqiyyət məndə inam və ruh yüksəkliyi doğurdu. A.Şaiq.\n2. İnamla şəklində zərf – bir şeyə ürəkdən inanaraq, özünə inanaraq, özünə güvənərək, əzmlə, mətanətlə, qətiyyətlə, dönmədən. İnamla cavab vermək. İnamla irəliləmək. – O, sözlərini böyük bir inamla deyib qurtararkən sakit gözləri parıldadı. M.Hüseyn. Qəhrəman məktəbdə dərin bir inamla çalışır. S.Rəhimov. Mən inamla irəliləyən Rəşidi addım-addım izləyirdim. M.Rzaquluzadə.\n\nII. [ər.] bax. ənam. [Məstəli şah:] Xanım, divlərin əlmuzdunu, inamını kərəm edin! M.F.Axundzadə. • İnam etmək (eyləmək) – bax. ənam eləmək (“ənam”da). İnam edibən ona bəsi mal; Leyli tələbinə qaldı irsal. Füzuli. O ki bizə meyvə inam eyləmiş; Vaqif ona peşkəş sərin göndərmiş. M.P.Vaqif. Söylədilər bəs ona inam edək; Töhfeyi-layiq ona ikram edək. S.Ə.Şirvani. inamlı sif. İnamı olan, qətiyyətli, əmin, arxayın, xatircəm. Onun ilıq səsi, inamlı səsi; Şəfəqi, şöləsi, məhrəm nəfəsi; Mənə qüvvə verdi, gəzdim, dolandım.. Ə.Cavad. [Fərhadoğlu] ağır və inamlı addımla gəzib əlini yenə Əmiraslan babanın çiyninə qoydu. S.Rəhimov. İnamlı və şad bir nəzərlə dostumun üzünə baxdım. M.Rzaquluzadə. inamsız sif. İnamı olmayan, inanmayan, etibar etməyən. inamsızlıq is. İnam olmama, etibar olmama; inam, etibar yoxluğu. inandırıcı sif. və zərf İnandıran, qaneedici, sübutlu, əsaslı, tutarlı. İnandırıcı dəlillər. İnandırıcı sübut. – C.Məmmədquluzadə Novruzəlilərin ürəkdağlayan, yazıq, ağır və köməksiz həyatlarını çox təbii və inandırıcı təsvir edir. M.İbrahimov. Şeydanın həm elmi əsasları, həm də fərziyyələri [Qədirə] çox inandırıcı görünürdü. M.Hüseyn. inandırıcılıq is. Qaneedicilik, sübutluluq, əsaslılıq, tutarlılıq. Dəlillərin inandırıcılığı. Faktların inandırıcılığı. inandırılma “İnandırılmaq”dan f.is. inandırılmaq “İnandırmaq”dan məch. inandırma “İnandırmaq”dan f.is. inandırmaq f. İnanmasına nail olmaq, inanmasına çalışmaq, birində bir şey haqqında inam yaratmaq; qane etmək. Haqlı olduğuna inandırmaq. Vəziyyətin düzələcəyinə inandırmaq.– Füzuli, eşqə mühlik derdim, ol məhvəş inanmazdı; Bihəmdüllah ki, can vermək təriqilə inandırdım. Füzuli. Mən məzarında şəm yandırıram; Yarımın ruhunu inandırıram. S.Ə.Şirvani. Arvad məni inandırır ki, bir çox ac itlər və heyvanlar öz rizqlərini zibildə tapırlar, onları doydurmaq da savabdır. C.Məmmədquluzadə. inanıqlı bax. inandırıcı. inanılacaq sif. İnanıla bilən, doğru şey kimi qəbul edilə bilən; etibar edilə bilən. İnanılacaq adam deyil. inanılma “İnanılmaq”dan f.is. inanılmaq məch. Etibar edilmək; doğru deyə qəbul olunmaq, doğru nəzəri ilə baxılmaq. inanılmaz sif. İnanılması mümkün olmayan, etibar edilməz, ağlabatmaz. Bu sözlər əvvəlcə mənə inanılmaz (z.) göründü. M.Rzaquluzadə. inanılmazlıq is. İnanılması mümkün olmama, etibar edilə bilməmə. inanılmış f.sif. Etibarlı, etibar edilə bilən, etibara layiq. İnanılmış adam. inanma “İnanmaq”dan f.is. inanmaq f.\n1. Bir işin, sözün və s.-nin yəqinliyinə, doğruluğuna qəti əmin olmaq, arxayın olmaq, yəqin etmək. Gülnaz çölə həmişə Laçınla yanaşı gedər, onun əlliayaqlı olduğunu görüb, bacarığına ürəkdən inanardı. M.Hüseyn. Qapı döyənin Firidun olduğuna inanan Gülnaz onun sözlərini eşitmədi. M.İbrahimov. Bu sözdən sonra Nisə xala inandı. Mir Cəlal. • İnanmağı gəlməmək – bir şeyin doğruluğuna, yəqinliyinə şübhə etmək, inana bilməmək. Hatəmin inanmağı gəlmədi. Mir Cəlal.\n2. Həqiqət bilmək, doğru bilmək, gerçək bilmək. Adam hər deyilənə inanmaz. Hər cür şayiəyə inanma! Mən onun hər sözünə inanırdım. – Dəhənin dilbərimin çeşməyiheyvan dedilər; Kim inanır bu sözə, gözgörə böhtan dedilər. S.Ə.Şirvani. [Süleyman bəy:] ..Təvəqqe edirəm ki, mənə etibar edib sözümə inanasan. Ü.Hacıbəyov. [İmamverdi Nurəddinə:] ..İndi get, mən də görüm, nə çarə tapıram, ancaq sərvaxt ol, Əmiraslanın sözünə əsla inanma. S.S.Axundov.\n3. Etibar etmək, bel bağlamaq. Ona çox da inanmaq olmaz. Xalqa inanmaq lazımdır. Dənizin sakitliyinə inanma.\n4. Ümid etmək, ümidvar olmaq, yəqin etmək, əmin olmaq. Kəsiləcək yer üzündən, inanıram mən; Müsibətin, fəlakətin ilan nəfəsi. S.Vurğun.\n5. din. Etiqad etmək, iman gətirmək. Dinə inanmaq. // Mövcud olduğuna qane olmaq. Taleyə inanmaq. Yuxuya inanmaq.\n6. İnanmıram şəklində – şübhə bildirir. İnanmıram, o, bu gün gələ. İnanmıram, yağış yağsın. inanmalı sif. İnanılacaq, etibarlı, bel bağlamalı olan, sədaqətli. O, inanmalı adamdır. • İnanmalı olmaq – inanmağa, qane olmağa, yəqin etməyə məcbur olmaq. Keçdiyimiz yerlərdəki vəziyyəti göz önünə gətirib bunlara inanmalı oldum. M.Rzaquluzadə. inanmaz sif. Heç bir şeyə inanmayan, inandırıla bilməyən. İnanmaz adam. inayət is. [ər.] klas. Mərhəmət, rəhm, iltifat, şəfqət, yaxşılıq. Az eyləmə inayətini əhli-dərddən; Yəni ki çox bəlalərə qıl mübtəla məni! Füzuli. [Mələk:] Yarəb, azacıq lütfü inayət! Qəhr olmada artıq bəşəriyyət. H.Cavid. // Səy, qeyrət, cəhd, hümmət. • İnayət etmək (qılmaq) – kömək etmək, qayğı göstərmək, iltifat göstərmək. Bizə çox kişvər, vilayətlər; Etdilər lütflər, inayətlər. M.Ə.Sabir. [Kəndli:] Çox sağ ol, Həsən əmi, böyük inayət elədin. Ə.Haqverdiyev. [Səlma:] İnayət qıl, yox başqa bir havadar; Yalnız varım-yoxum tək bir oğlum var. H.Cavid. incə sif.\n1. Zərif işlənmiş, nəfis, qəşəng. İncə qolbaq. İncə naxış. – Stolun kənarında krovatların yanında kifayət qədər incə sandalyalar düzülmüşdü. C.Məmmədquluzadə. Tacirin iddiasına görə, o günə qədər Bağdada bu qədər incə xələt gəlməmişdi. M.S.Ordubadi. // Nazik, zərif. İncə barmaqlar. Üzdə incə cizgilər. İncə qaşlar. – Gözəllərin gərək incə belləri; Qənddən, nabatdan şirin dilləri. Qurbani. Əcəb qurşanıbdı incə belinə; Gümüş kəmər, qəddidala yaraşır. Aşıq Ələsgər. // Çox kiçik, çox xırda, zorla seçilən, fərqləndirilən. İncə fərq. Sözün incə məna çalarları. İncə təfərrüat.\n2. məc. Mehriban, mülayim, həssas, riqqətli. İncə xasiyyət. İncə ürək. İncə ruh. – Həyatda yaranan hisslərdən ən incəsi, ən kəskini analıq hissidir. S.Rəhman. O qanadlı gəncin sadə; Təmiz, incə ruhu vardı. N.Rəfibəyli.\n3. məc. Üstüörtülü, pərdəli, tez sezilməyən, gizli. İncə mətləb. İncə istehza. – Sualın ahəngində incə bir istehza oxunurdu. M.Hüseyn.\n4. məc. Ən incəlikləri duyan, qavrayan, dərk edən, dəqiq. İncə ağıl. İncə zehin. incə-incə sif. və zərf Zərif, qəşəng, incə. İncə-incə çiçəklər. İncə-incə əllər. – İncəincə yarpağı var; Kölgələrdə bitib açar; Bənövşənin ətir dolu; Dəstəsini kim unudar? M.Dilbazi. // Kiçik, xırda. Mirzağa ortaya düşərək incə-incə addımlarla boynunu, çiynini büzüb özünü süzərək oynayır. S.Hüseyn. incəbel (=incəbelli) sif. Beli nazik, zərif. İncəbel qız. – Nigar xanım qabaqda, qırx incəbel qız da dalda dükana tərəf gəlirdi. “Koroğlu”. Böyük qız ucaboylu, incəbelli .. bir gözəl olduğunu sübut edirdi. S.S.Axundov. Bir azdan xurmayı saçlı, incəbel, yaraşıqlı bir qız olan Səriyyə .. gəlib çıxdı. İ.Əfəndiyev. incəbelli (=incəbel) sif. Beli nazik, zərif. İncəbel qız. – Nigar xanım qabaqda, qırx incəbel qız da dalda dükana tərəf gəlirdi. “Koroğlu”. Böyük qız ucaboylu, incəbelli .. bir gözəl olduğunu sübut edirdi. S.S.Axundov. Bir azdan xurmayı saçlı, incəbel, yaraşıqlı bir qız olan Səriyyə .. gəlib çıxdı. İ.Əfəndiyev. incədən-incəyə zərf Bütün təfərrüatı ilə, hərtərəfli, nöqtəsinə qədər. İncədənincəyə öyrənmək. – ..Bizim xalq dilini, xalq şerini dərindən duymuşdu, sevmişdi, aşıq şerinin qayda-qanunlarını incədən-incəyə mənimsəmişdi. M.İbrahimov. incələnmə “İncələnmək”dən f.is. incələnmək bax. incələşmək. incələşdirilmə “İncələşdirilmək”dən f.is. incələşdirilmək məch. Daha incə, daha zərif edilmək; nazikləşdirilmək. incələşdirmə “İncələşdirmək”dən f.is. incələşdirmək f. Daha incə, daha zərif etmək; nazikləşdirmək. incələşmə “İncələşmək”dən f.is. incələşmək f.\n1. Get-gedə incə olmaq, zərifləşmək. Qız böyüdükcə incələşirdi. – Mənalı səslərinlə, şerim, incələş; Bir kaman kimi. M.Müşfiq.\n2. Getdikcə nazikləşmək, daralmaq. Bir neçə gündən sonra Telli balkonda durub getdikcə incələşib gözdən itən ilanvari kənd yoluna baxırdı. S.Hüseyn. incələtdirmə “İncələtdirmək”dən f.is. incələtdirmək bax. incələtmək. incələtmə “İncələtmək”dən f.is. incələtmək icb. Daha da incə, zərif etmək; naziklətmək. incəlik is.\n1. Zəriflik, nəfislik, qəşənglik, gözəllik. Dərinin incəliyi. Naxışın incəliyi. – Bu sənətdə işlənilən incəlik; Yalnız qadınlara məxsus nemətdir. A.Şaiq. Səni kim yaratdı böylə alyanaq; Kiçik yarpağında incəliyə bax! N.Rəfibəyli. // Naziklik. Belin incəliyi. Parçanın incəliyi.\n2. Ən xırda təfərrüat, bir şeyin ən spesifik cəhəti və ya cəhətləri (bu mənada çox vaxt cəm şəklində işlənir). Riyaziyyatın incəlikləri. – Qorki insan qəlbinin incəliklərini böyük həssaslıqla duyub, məharətlə ifadə etməyi bacaran bir sənətkar idi. R.Rza. Onlar Teymurun xasiyyətindəki bütün incəliklərə bələd olmuşdular. H.Seyidbəyli.\n3. Riqqət, şəfqət. Bir şeylər söyləyir, onun sözündə; Könül bir incəlik duyar axşamlar. Ə.Cavad. İcazə versəniz danışaram mən; O qız xəyalının incəliyindən. S.Vurğun. incəlmə “İncəlmək”dən f.is. incəlmək f.\n1. Arıqlamaq, zəifləmək, üzülmək. Füzuli zülfünə bağlandı, əmma öndə incəldi; Ki, guya zəf onu həm zülfünə bir tari-mu eylər. Füzuli. Jurnal, qəzetə, hərzəvü hədyan oxumaqdan; İncəldi uşağım. M.Ə.Sabir. // Nazikləşmək, zərifləşmək, daha incə olmaq. Çəltiklər dirçəlibdir; Sünbüllər incəlibdir; Bu gün qəribə toy var; Bizə gəlin gəlibdir. (Bayatı). Elyar oxuduqca incəlir səsi; Məclis sükut edir ona hörmətlə. S.Vurğun.\n2. Kövrəkləşmək, yumşalmaq. [Elxan:] Ürəyim çocuq kimi incəlmiş; Nəhayət, səni tapdım. C.Cabbarlı. incəltmə “İncəltmək”dən f.is incəltmək f.\n1. Daha incə bir hala salmaq.\n2. Arıqlatmaq, zəiflətmək, üzmək, incəlməsinə səbəb olmaq. Az qala ki, sənin həsrətin bizi; İncəldibən üzə, qurban olduğum. M.P.Vaqif. Ay nazənin, dərdin mənim canımı; Az qalıb incəldə, ay üzə-üzə. Aşıq Ələsgər. Eşqə düşənləri axırda bu dərd; Əridər, incəldər, natəvan eylər. Aşıq Bəyim.\n3. Bir şeyi yonub, rəndələyib incə etmək, naziklətmək, nazikləşdirmək. Taxtanı incəltmək. incəsənət is. Obyektiv varlığın bədii surətlərdə yaradıcı surətdə əks etdirilməsi, bədii yaradıcılıq fəaliyyəti, gözəl sənətlər, nəfis sənətlər. İncəsənət əsərləri. XIX əsr incəsənəti. İncəsənət muzeyi. İncəsənət xadimləri. İncəsənət ongünlüyü. // Bədii yaradıcılıq sahələrindən biri. Təsviri incəsənət. Kino incəsənətlərin ən kütləvi formasıdır. – Mən bu gün bir daha qadının incəsənət işlərində kişilərdən daha yüksəkdə durduğunu gözümlə gördüm. M.S.Ordubadi. incəvara ara s. məh. Yaxşı ki, xoşbəxtlikdən. Dedim ki, pristava xəbər verəcək, .. incəvara, olmadı. S.Rəhimov. Bu hiyləgər hərif, incəvara, köhnə adamları aldada bilirdi.. E.Sultanov. inci is.\n1. Bəzi molyuskların balıq-qulaqlarından çıxarılan ağ və ya çəhrayı (nadir hallarda qara) rəngli dənələr şəklində qiymətli sədəf maddəsi; mirvari, dürr. // Həmin maddədən hazırlanan qiymətli qadın bəzəyi (muncuq). Nə göyçək yaraşır, nə xoş görünür; Mina, inci kəmər bel arasında. Q.Zakir. [Qətibə] baş örtüsünün qarşısına almaz, yaqut və incilərdən düzülmüş bir cıqqa taxmışdı. M.S.Ordubadi. Ləpələrin qucağında dolaşdım axşam-səhər; Gözlərimi qamaşdırdı dibindəki incilər. B.Vahabzadə.\n2. məc. Çox qiymətli şey haqqında. Yığır öz əliylə torpaq altından; Yerdə gizlədilmiş o inciləri. S.Vurğun.\n3. məc. Təşbehlərdə: saflıq, təmizlik parlaqlıq mənasında. İnci tər. – Sıçrayarkən işıldayar damcılar; San saçılar mirvaridlər, incilər. A.Səhhət. Yenə ay işığında qumlar sanki incidir. N.Rəfibəyli. ..Məxmər otların arasından büllur sular süzülür, qönçələrə, düyməçələrə parlaq incilər düzülürdü. M.Rzaquluzadə. // Eyni mənada dişlər haqqında. Dəhanın sədəfdir, dişlərin inci; Sanasan ağzın püstədir, ay qız! M.P.Vaqif. Bir xoş yerişlinin, inci dişlinin; İncə baxışlının, tər qumaşlının; Bir allı, güllünün dağı məndədir. Aşıq Rəcəb. Rozanın dodaqları qaçdı, qaranlıqda onun ağ, inci dişləri parıldadı. S.Rəhimov. ‣ İnci kimi (təki) – kiçik, təmiz və düzgün. Aygün oxuduqca nəzər saldı ki; İncitək düzülmüş sözlər yanaşı. S.Vurğun. ..Çobanın təkcə gözləri, bir də inci kimi düzülmüş saf dişləri ağarırdı. İ.Hüseynov. incibalığı is. zool. Sazan fəsiləsindən pullu kiçik balıq. inciçiçəyi is. bot. Xırda ağ çiçəkləri olan ətirli çoxillik bitki (dərman bitkisi kimi istifadə olunur). incidilmə “İncidilmək”dən f.is. incidilmək məch.\n1. Əziyyət verilmək, əzab verilmək.\n2. Küsdürülmək, ürəyi sındırılmaq. [Aqil] Gülnazın kimin tərəfindən isə incidildiyini güman edib dalınca yüyürdü. Q.İlkin. incik sif. İncimiş, küsmüş, rəncidə, ürəyi sınmış. İncik baxış. İncik sual. – Tükəz qarı incik səsini ucaltdı. S.Rəhimov. // Zərf mənasında. Şirzad Pərşanın belə incik ayrılıb getməsindən qorxdu. M.İbrahimov. [Maral və Kəyan] incik ayrılmışdılar. Ə.Əbülhəsən. Şahpərinin son ümidi də puça çıxdı. O, incik halda dilləndi. B.Bayramov. • İncik olmaq – incimək, küsmək, könlü sınmaq. Əzizim, gülşən olmaz; Bir güllə gülşən olmaz; Dost dostdan incik olsa; İnciyər, düşmən olmaz. (Bayatı). [Teymur ağa:] ..Xub, mən vəzirə nə eləmişəm ki, məndən incik olubdur? M.F.Axundzadə. İncik salmaq – incitmək, küsdürmək, qəlbini qırmaq. incikli bax. incik. Zinhar, şikayət etmə məndən; İncikli hekayət etmə məndən! Füzuli. inciklik is. İncimə, küsü, aradəymə, küsüşmə, narazılıq. [Dəlilər] yedilər, içdilər, keflər kökəldi, damağlar cağ oldu, inciklik yaddan çıxdı. “Koroğlu”. Mirzə Süleyman atasını çox sevirdi və sağ olan vaxtında nə qədər inciklik vardısa, indi hamısını əfv edərdi.. B.Talıblı. Səttarzadə ailədə söz-sov, ovqattəlxlik görmüşdü, hətta bərk inciklik də xatırlayırdı. Mir Cəlal. • Araya inciklik salmaq – bir-birindən incitmək, küsüşdürmək, narazılıq salmaq. [Hacı Murad:] Onlar istəyir ki, ata-oğul arasına inciklik salıb nəfbərdar olsunlar. S.S.Axundov. İnciklik düşmək, araya inciklik düşmək – bir-birindən incimək, narazılıq düşmək. [Salman:] Yoxsa neçə ilin ayrılığından sonra istəyirsən, aramıza inciklik düşsün? Ə.Haqverdiyev. // İnciməyə səbəb olan hal, iş. [Vəzir:] Bu gün mənə hər tərəfdən inciklik üz verir. M.F.Axundzadə. incil is. [ər.] Bibliyanın, İsanın həyat və təlimi haqqındakı əfsanələrdən bəhs eləyən və xristian dininin əsasını təşkil edən hissəsi. Bu əməl harda yazılıb? İncilə, Qurana baxın! Aşıq Ələsgər. [Dərviş Şeyx Sənana:] Əvət, Quran, Zəbur, İncilü Tövrat; Birər röya ki, zor təfsiri, heyhat! H.Cavid. incilmək bax. incəlmək. Əzizim, ay incilər; Yox sizə tay, incilər; Sənə baxan gözlərim; Günü-gündən incilər. (Bayatı). incimə “İncimək”dən f.is. incimək f.\n1. Əziyyət çəkmək, ağrı hiss etmək. Eşqin yolunda qəm verə üz, aşiq inciməz. S.Ə.Şirvani. [Şeyx Səlim] ..varlığını hiss etmirdi, çünki ona daş dəydikdə belə, deyəsən, incimir və qırçınmırdı. M.S.Ordubadi. İncimiş, yorulmuş Gülara artıq harayının heç bir yerə çatmayacağını görüb ala gözlərindən yaş ələməyə başladı. Ə.Vəliyev.\n2. Küsmək, qəlbi qırılmaq, sınmaq. Neyləmişəm inciyibsən; Yenə, ey gülbədən, məndən? Q.Zakir. [Hacı Əhməd Almaza:] Ancaq bacıqızı, uzun sözün qısası, biz səndən incimişik. C.Cabbarlı. ..Həmyerlisi [Səməddən] qonaqlıq vermədiyinə görə incimədi. İ.Hüseynov. incinar [rus. injener sözünün canlı dildə təhrif edilmiş forması] bax. mühəndis. İncinar oldu Qasım bəy, bizə çox verdi əzab; Həq evin yıxsın onun, etdi bizi xanəxərab. S.Ə.Şirvani. [Sultan bəy:] Yoxsa bu incinar-mincinar, doxtur-moxtur, vəkilməkil, uçitel-muçitellərlə mənim işim olmaz. Ü.Hacıbəyov. [İmran:] [Suğra] qoy gedib incinardan, ağranomdan olsun. M.Hüseyn. incinarlıq [“injener” sözündən] bax. mühəndislik. İncinarlıq özü bir elmdi, bihəddü hesab. S.Ə.Şirvani. incinmək klas. bax. incimək. Gerçək möhübbə cövrü cəfa çünki yar edər; Neyçün cəfadan incinə, qəmdən məlul ola. Nəsimi. İncinmə ki, səndən oldu təqsir. Məsihi. Məndən incinibdir ol üzü alım; Heç bilmənəm könlün ta nə ilə alım. Aşıq Maqsud. incişmə “İncişmək”dən f.is. incişmək qarş. Bir-birindən incimək, küsüşmək, araları dəymək. incitmə “İncitmək”dən f.is. incitmək f.\n1. Əziyyət vermək, əzab vermək, işgəncə etmək. Nəbi özündən sonra Mehdini incidəcəklərini düşünür. “Qaçaq Nəbi”. // Yormaq, əldən salmaq, üzmək. Koroğlu iltimas eylər; Bala, incitmə Qıratı! “Koroğlu”.\n2. Ağrıtmaq, əziyyət vermək. [Harun:] İncidir yaralarım, yoxdur ümidim özümə. Ü.Hacıbəyov. ..Ayaqlarım yalın olduğuna görə yolun quru kəsəkləri məni incitdi və mən də üst tərəfdə tapdalanmamış bir cığıra düşdüm. A.Divanbəyoğlu.\n3. Narahat etmək, narahatlığına səbəb olmaq. Bundan savayı, Bahadırı incidən o oldu ki, vaxtında gedib Tiflisə çatmayacaqdır. N.Nərimanov. Hava sakit olduğundan təyyarəmiz süzüb gedir, heç kəsi incitmirdi. M.İbrahimov. [Körpənin] ağlaması da Gülaranı darıxdırır, incidirdi. Ə.Vəliyev.\n4. Küsdürmək, xatirini qırmaq, qəlbinə toxunmaq, narazı salmaq. Şəkilləri çəkmək cəhətindən min doqquz yüz doxsan doqquz mollanı özümüzdən incitmişik. C.Məmmədquluzadə. Fəqət səni burada yalnız bir kəlmə ilə incidəcəyəm.. H.Nəzərli. Osa ömrü boyunca incitmədi bir kəsi. B.Vahabzadə. indeks [lat.]\n1. Bir şeyin adları yazılmış siyahısı; adlar siyahısı. Çıxmış kitabların indeksi. Malların indeksi.\n2. iqt. Hər hansı bir iqtisadi hadisənin ardıcıl dəyişmələrini faizlə ifadə edən rəqəm göstəricisi. Əmək məhsuldarlığı indeksi. Əmək haqqı indeksi. Qiymət indeksi.\n3. riyaz. Riyazi ifadəyə daxil olan hərfin sağ tərəfində (adətən altında) yazılan rəqəm və ya hərf; məs.: A2, Xp.\n4. xüs. Kitabxana təsnifində: kitab qisimlərini göstərən, adətən rəqəmlər və ya hərflər şəklində olan şərti işarə. indeksli sif. İndeksi olan. indeterminist [lat.] fəls. İndeterminizm tərəfdarı. indeterminizm [lat.] fəls. Təbiət və cəmiyyətdə baş verən hadisələrin qanunauyğunluğunu və səbəbiyyətini inkar, insan iradəsinin mütləq “azadlığını”, yəni onun heç bir şeydən asılı olmadığını iddia edən idealist görüş. indən indən belə, indən sonra – bu andan etibarən, bundan sonra. İndən belə ayıq ol! – Yolun çox gözlədim, axır gəlmədin; Yoxdur indən belə etibar sənə. Aşıq Pəri. // Daha, artıq. Yetişibsən, indən belə yaraşmaz; Yadlar ilə deyib-danışmaq sənə. Q.Zakir. indi zərf\n1. Hazırda, bu anda, hazırkı vaxtda, bu saat, əlan. İndi gəldi. İndi gedəcəyəm. Görəsən, indi o haradadır? – Dağlar, sənin ilə həmdəm olmadım; Əsirgərsən indi qarı da məndən. Qurbani. Dedi xatun ki: – Söylə, ey fərzənd; Noldu kim, olduq indi dövlətmənd? M.Ə.Sabir. // Bu saat, tez. Sel axar, mələr gələr; Dağ-daşı dələr gələr; Düşmən gəldi, indi gör; Başıma nələr gələr. (Bayatı). [Əsgər Gülçöhrəyə:] ..İndi sən get evə, yoxsa bizi görərlər, xudahafiz. Ü.Hacıbəyov. İndi nazirlər qarşı-qarşıya oturmuşdu. S.Hüseyn. // Əvvəlki vəziyyətə, şəraitə, keyfiyyətə qarşılıq mənasında. İndi mən o adam deyiləm. İndi o çox ağıllanmışdır. İndi adam lazımdır ki, bu işi boynuna götürsün.\n2. Başqa mətləbə, mövzuya, məsələyə keçdikdə işlənir. İndi o biri söhbətə keçək. İndi mən sizi yeni əsərlərlə tanış edəcəyəm. ‣ İndi də – 1) hələ də. [Səmirə:] Bu zəifliyim üçün indi də özümü danlayıram. M.Hüseyn; 2) indi, bu dəfə. İndi də onun sözlərində elə bir məna görməyən qızlar cavab qaytarmadılar. İ.Hüseynov. İndi ki – bir halda ki, madam ki, əgər. İndi ki sən gedirsən, mən getmirəm. – [Yaşlı kişi:] İndi ki sən sözündə israr edirsən, get, özünü imamın qəbrinə bağlayıb, Çopur üçün ağla, – dedim. S.Hüseyn. [Gülçöhrə:] Ay ata, indi ki sən istəyirsən mən ərə gedim, qoy onda öz istədiyimə gedim. Ü.Hacıbəyov. indi-indi zərf Yenicə, təzəcə, lap bu saat. Tamaşaçılar indi-indi zala yığılmağa başlamışlar. – Məryəm indi-indi oxumuş, irəliləmiş bir cəmiyyət qızı idi. C.Cabbarlı. Camaat indi-indi dağdan-daşdan qayıdır. Ə.Məmmədxanlı. İndi-indi atasının təklifi .. [Rübabəni] odlandırır, təhqir edirdi. Mir Cəlal. indicə zərf Bu saat, bu dəqiqə, bu anda. İndicə getdi. İndicə gələr. İndicə yola saldım. – [Cəlal:] Yox, canım, – dedi, – kişinin babalın yumayın. İndicə küçədə rast gəldik. Çəmənzəminli. Biçarə muzdurun damarları qurudu ki, indicə yaranalın buyuruğu ilə Həsənəli bəy onu tutub qazamata göndərəcəkdir. S.M.Qənizadə. Günün şöləsindən parladıqca qar; Deyirsən: – İndicə əriyəcəkdir. H.Arif. indicə-indicə zərf İndi-indi, təzə-təzə, təzəcə, yenicə. Atovun goru üçün, boşla bu tifli başına; İndicə-indicə ancaq yetir on bir yaşına. M.Ə.Sabir. indidən zərf\n1. Bu vaxtdan, bu andan, bu gündən, bu dəqiqədən, qabaqcadan. İndidən hazırlıq görmək lazımdır. – Rüstəm kişi elə indidən müavini itaətdə saxlamağı qərara aldı. M.İbrahimov. // Fürsət varkən, imkan varkən, nə qədər ki gec deyil. Hər kəs dünyanın təqazasına bir az bələddirsə, indidən gərək yəqin eliyə ki, Ordubad cəhaləti Əylis mədəniyyətinin qabağında dayana bilməz. C.Məmmədquluzadə.\n2. Tezdən, ertədən, vaxtından əvvəl. İndidən niyə gəlmisən? indiferent sif. [lat.]\n1. Qeyri-müəyyən, laqeyd, etinasız.\n2. Boş, əhəmiyyətsiz.\n3. fiz. Neytral. indikator [lat.]\n1. tex. Fiziki kəmiyyətləri (təzyiqi, yükü və i.a.) təyin etmək üçün işlədilən bir sıra cihazların adı. Elektrik ehtizazları indikatoru.\n2. Kimyəvi reaksiyanın sonunu (rəngin dəyişməsi, çöküntü və s. üzrə) bildirən maddə (reaktiv). Reaksiyaların sonunu bildirmək üçün əlavə edilən maddəyə indikator (yəni göstərici) deyilir. H.Şahtaxtinski. indiki sif. Hazırkı, hazırda mövcud olan, hazırkı zamana aid olan; müasir. İndiki insanlar. İndiki dövr. İndiki ədəbiyyat. İndiki şərait. // Budəfəki. Cəbi həmişə anasına baxırdı, fəqət indiki baxışda bir atəş, bir elektrik qüvvəsi var idi. N.Nərimanov. Heç zaman qəm-qüssə indiki qədər ürəyimi sıxmamışdı. İ.Əfəndiyev. indiqo [isp.]\n1. Kimyəvi üsulla əldə edilən tünd-sürməyi boya maddəsi (keçmişdə bitkilərin şirəsindən hasil edilirdi).\n2. dan. Tünd-sürməyi yun parça. Katibin .. indiqodan tikdirdiyi üst köynəyi çəkilib, dal tərəfdən bir yerə yığıldığı üçün, enli toqqanın sarı dəmiri üzərindəki beşguşə ulduz açıq görünürdü. Ə.Vəliyev. indilik zərf\n1. Hələlik, indiki halda, indiki vaxt üçün, hazırkı zamana görə. İndilik bu bəsdir. – İndilik hamı lazım deyil. Bir-iki nəfər öhdəsinə götürsə kifayətdir.. T.Ş.Simurq. İndilik bu danışıqları buraxsaq yaxşıdır. H.Nəzərli. İndilik tikintidə günəmuzd işləmək olar. Mir Cəlal.\n2. İs. mənasında. İndiki hal, hazırkı vəziyyət. [Kərim baba:] [Qızıl itin] bir qardaş qədər mənə yaxşılığı keçmişdir. Sən bunun indiliyini görürsən. A.Şaiq. indilikdə zərf İndiki vaxtda, indiki şəraitdə, hələlikdə, hal-hazırda, hələlik. Möhtərəm “Rəhbər”in bu təvəqqeini biz indilikdə əmələ gətirə bilmərik.. C.Məmmədquluzadə. [İsmayıl:] ..İndilikdə klubun müdirliyini Yusif yoldaşa tapşırırıq. Mir Cəlal. indiyədək (=indiyəcən) zərf Bu ana qədər, bu vaxta qədər, bu günə kimi. ..Keçən il Bakıda yığılan qırx beş min manatdan indiyədək bircə nəfər müsəlman acının qarnı doymayıb. C.Məmmədquluzadə. Gülbadam uşaqlıqdan indiyədək tamam başından keçəni göz qabağına gətirib, indi əri Məşədi Allahverənin yuxusuna öz yanında gülərdi. N.Nərimanov. İndiyəcən göydən gurultudan başqa bir kəsə bir cavab gəlməmişdi ki, Münəvvərə də gələ idi. Mir Cəlal. indiyəcən (=indiyədək) zərf Bu ana qədər, bu vaxta qədər, bu günə kimi. ..Keçən il Bakıda yığılan qırx beş min manatdan indiyədək bircə nəfər müsəlman acının qarnı doymayıb. C.Məmmədquluzadə. Gülbadam uşaqlıqdan indiyədək tamam başından keçəni göz qabağına gətirib, indi əri Məşədi Allahverənin yuxusuna öz yanında gülərdi. N.Nərimanov. İndiyəcən göydən gurultudan başqa bir kəsə bir cavab gəlməmişdi ki, Münəvvərə də gələ idi. Mir Cəlal. indoneziyalı is. İndoneziya əhli, malay xalqına mənsub adam. induizm [sanskr.] Hindistanda: eramızın V əsrində brəhmənizm və buddizm əsasında təşəkkül tapmış hakim din. induksiya [lat.]\n1. mənt. Ayrı-ayrı, xüsusi təsadüflərdən ümumi nəticələr çıxarma üsulu.\n2. fiz. Maqnit sahəsinin təsiri ilə və ya yüklü elektrik cisminin yaxınlaşması ilə hər hansı bir keçiricidə elektrik və maqnit enerjisinin əmələ gəlməsi.\n3. fiziol. Sinir sistemində oyanma ilə ləngimə (tormozlama) prosesləri arasındakı əlaqə, birinin digərindən asılı olaraq meydana gəlməsi prosesi. induksiyalanma “İnduksiyalanmaq”dan f.is. induksiyalanmaq f. xüs. İnduksiyaya çevrilmək, induksiya əmələ gəlmək. inersiya [lat.] fiz. Düz xətt üzrə hərəkətdə olan cismin öz müntəzəm hərəkətini, sükunətdə olan cismin isə öz sükunətini xarici bir qüvvə müdaxilə etmədikcə mühafizə etmə xassəsi; ətalət. İnersiya qüvvəsi. inək is.\n1. Süd verən iri ev heyvanı, öküzün dişisi. Südlü inək. Qısır inək. İnək qatığı, qaymağı (inək südündən hazırlanan qatıq, qaymaq). – Rəna dərhal qollarını çırmayıb inəyi sağmaq üçün getdi. M.S.Ordubadi. ..Evin sağındakı qocaman qoz ağacı yanında inək mələdi. M.Hüseyn.\n2. vulq. Çox kök, yöndəmsiz qadın, yaxud qorxaq və ya küt adam haqqında. ‣ İnək kimi sağmaq – özü üçün gəlir mənbəyi etmək, müntəzəm surətdə birinin pulunu, varını əlindən almaq, sorub çəkmək, istismar etmək. Bir sözlə, Molla Qasım Güllücə kəndini inək kimi sağıb yeyirdi. S.S.Axundov. // İstismar etmək. Hər il inək kimi sağılan torpaq gücdən düşmüşdü. (Qəzetlərdən). inəkçi is. İnək saxlayan; inəyəbaxan. inəkçilik is. İnək yetişdirib saxlama. İnəkçiliyi inkişaf etdirmək. inəkəmcəyi is. İri, uzunsov, qırmızıya çalar gilələri olan üzüm növü. inəkli sif. İnəyi olan. Qonşunu iki inəkli istə ki, özün də bir inəkli olasan. (Ata. sözü). inəknoxudu is. bot. Paxlalılar fəsiləsindən birillik və ya çoxillik ot bitkisi (yem bitkisi kimi istifadə olunur). inəkotaran bax. naxırçı. inəkotu is. bot. Xalq təbabətində istifadə edilən çoxillik bitki. İnəkotu çoxillik bitki olub, təxminən bir metr hündürlüyündə qol-budaqlı gövdəyə malikdir. Laləyə oxşar çılpaq, tünd-yaşıl və böyük yarpaqları uzun saplaqlar üzərində yerləşmişdir. R.Əliyev. inəksağan sif. İnəkləri sağan və onlara qulluq edən işçi; sağıcı. inəksiz sif. İnəyi olmayan, inək saxlamayan. İnəksiz kəndlilər. inəyəbaxan bax. inəkçi. infarkt [lat.] tib. Spazma və ya başqa səbəblər üzündən damarlarda qan cərəyanının kəsilməsi nəticəsində bədənin hər hansı bir üzvünün toxumalarında əmələ gələn ölgünlük. İnfarkt olmaq. Ürək damarları infarktı. infeksion sif. [lat.] İnfeksiyanın törətdiyi, yoluxucu. İnfeksion xəstəliklər. infeksiya [lat.] tib. Yoluxucu xəstəlik törədən mikroorqanizmin orqanizmə girməsi, yoluxma; mikrob. infinitiv [lat.] bax. məsdər. inflyasiya [lat.] iqt. Kağız pulların əmtəə tədavülü tələbindən artıq buraxılması nəticəsində qiymətdən düşməsi. informasiya is. [lat.]\n1. Məlumatlar məcmusu.\n2. İnformasiya anlayışlarından biri. infraqırmızı [lat. infra və qırmızı]: infraqırmızı şüalar fiz. – spektrin görünən qırmızı kənarından daha uzağa yayılan gözlə görünməyən hissəsi. Raketdə .. Yerin və Yer atmosferinin infraqırmızı şüalarını müəyyən etmək üçün cihazlar qoyulmuşdur. (Qəzetlərdən). infrasəs [lat. infra və səs] fiz. Havada və başqa mühitdə olub, insan qulağının qavraya bilmədiyi alçaq tezlikli titrəyişlər. ingilis is. İngiltərənin əsas əhalisini təşkil edən, Hind-Avropa dillərindən birində danışan xalq və bu xalqa mənsub adam. ingiliscə 1. sif. və zərf İngilis dilində. İngiliscə kitab. İngiliscə danışır. İngiliscəazərbaycanca lüğət.\n2. is. İngilis dili. İngiliscəni yaxşı bilir. ingilispərəst is. İngilis millətini, onun mədəniyyətini, adət və üsullarını sevən adam; İngiltərəyə və ingilislərə hüsnrəğbət bəsləyən adam. ingilispərəstlik is. İngiltərəyə, ingilis millətinə, onun mədəniyyət və adətlərinə pərəstiş etmə; ingilis pərəstişkarlığı. inhalyasiya [lat.] tib. Buxar, qaz və ya toz halına salınmış dərman maddələri ilə nəfəs alma vasitəsilə yuxarı nəfəs yollarının müalicəsi. Təbabətdə ətirli yağlardan müxtəlif məqsədlər üçün istifadə edilir. Bunların bəzisi boğaz-burun xəstəliklərində inhalyasiya məqsədi ilə işlədilir. R.Əliyev. inhalyator [lat.] tib.\n1. İnhalyasiya cihazı.\n2. İnhalyasiya otağı. inhalyatori [lat.] tib. İnhalyasiya otağı; inhalyasiya üçün xüsusi yer. inhilal is. [ər.] köhn.\n1. Açılma (düyün).\n2. Dağılma, bir-birindən ayrılma. inhiraf is. [ər.]\n1. klas. Dönmə, sapma, kənara qaçma, başqa tərəfə meyiletmə, qaçma. Gər doğru isə vəfadə lafın; Məndən nə üçündür inhirafın? Füzuli.\n2. xüs. Bir tərəfə meyil, istiqamətini dəyişmə, meyillənmə. Maqnit əqrəbinin inhirafı. Milin inhirafı. – Ağırlıq mərkəzindən asılmış bir maqnit əqrəbi götürsək, əqrəb bir qədər titrədikdən sonra maqnit meridianı müstəvisində yerləşəcək və eyni zamanda üfüqi səth ilə bucaq təşkil edəcəkdir. Buna maqnit inhirafı və ya sadəcə olaraq inhiraf deyilir. “Ümumi fiziki coğrafiya”. inhisar is. [ər.] iqt.\n1. Bir malı istehsal etmək və ya satmaq, yaxud ondan istifadə etmək hüququnun bir şəxsə, müəssisəyə, dövlətə məxsus olması; monopoliya. Xarici ticarət inhisarı. Neft inhisarı. Dövlət inhisarı.\n2. İqtisadiyyatın hər hansı bir sahəsində hakim mövqeləri tutmaq və ən çox qazanc əldə etmək məqsədi ilə kapitalın təmərküzləşdirilməsi əsasında yaradılan iri kapitalist birləşməsi; monopoliya. İnhisar birləşmələri. inhisarçı 1. sif. Təsərrüfatın hər hansı bir sahəsində inhisar hüququndan istifadə edən. İnhisarçı şirkətlər. İnhisarçı trestlər.\n2. is. İnhisarçı kapital nümayəndəsi olan iri kapitalist. inhitat is. [ər.] kit.\n1. Düşmə, aşağı enmə, alçalma.\n2. Geri getmə, tənəzzül, düşkünlük. Bir müəyyən qanun üzrədir həyat; Bir doğuş, bir təkamül, bir inhitat. A.Səhhət. Ənisə islam mədəniyyətinin inhitatı səbəblərini araşdırıb izah edirdi. S.Hüseyn. inikas is. [ər.]\n1. Bir yerə dəyib geri qayıtma, əksetmə; surətin şüşəyə, suya və ya başqa parlaq bir şeyə dəyib orada əks olunması. Ayın dənizdə inikası. // Səsin dağa, qayaya və ya başqa bir maneəyə çarpıb oradan çıxmış kimi geri qayıtması. Səsin inikası. • İnikas etdirmək – əks etdirmək, göstərmək. İnikas etmək – əks etmək.\n2. fəls. Xarici aləmin surətlər şəklində xəyalımızda canlanması. inildəmə “İnildəmək”dən f.is. inildəmək f.\n1. Bərk ağrı, əziyyət, ruhi iztirab və s. nəticəsində yavaşca, ağlar kimi həzin səs çıxarmaq; zarımaq, sızıldamaq. Yaralı inildəyir. – Yatır, inildəyir, durub boylanır; Bir neçə yerindən yaralı gördüm. Aşıq Ələsgər. Bir əllərimi al-qırmızı boyayan qana, bir də otlar üstündə inildəyəinildəyə (z.) sürünən o kiçik heyvana baxdım. A.Şaiq.\n2. məc. Məruz qaldığı bir hadisənin və ya vəziyyətin ağırlığından sızıldayıb şikayətlənmək; ruhdan düşmək, bədbinlik göstərmək. ..Rüstəm həmişə əllərinə güvənmiş və inildəməmişdi. S.Rəhimov.\n3. məc. Həzin, yanıqlı musiqi, nəğmə səsi haqqında; ümumiyyətlə, insanda hüzn və kədər oyadan səs haqqında. Kaman inildəyir. // Yazıq-yazıq mələmək. Dağda maral xoş mələr; Xoş inildər, xoş mələr; Sənsiz bir ah çəkərəm; Dağ inildər, daş mələr. (Bayatı). [Dərviş:] Könlüm yaralı maral kimi inildəyirdi. A.Divanbəyoğlu. inildəşmə “İnildəşmək”dən f.is. inildəşmək qarş. İnildəmək, inilti səsi çıxarmaq, yazıq-yazıq mələmək (çoxları haqqında). Qoyunlar da toplaşıb inildəşdi, mələşdi, sanki əlibıçaqlı qəssabı görüb ağlaşdı. S.Rəhimov. inildətmə “İnildətmək”dən f.is. inildətmək icb. İnildəməsinə səbəb olmaq, zarıtmaq. // Çox əziyyət vermək. inilti is. İnləmə səsi, həzin, yanıqlı səs; zarıltı, sızıltı. Çinarlıqda yalnız başıma gəzdim; Bu halda incə bir inilti sezdim. H.Cavid. Qulaqlarımda Qonçanın iniltiləri, çığırtıları, yalvarışları eşidilirdi. S.Hüseyn. Bu ağlayış və inilti səslərindən çəkilən sədlər onları saxlamağa qadir deyildir. Ə.Məmmədxanlı. // məc. Ümumiyyətlə, təsirli, yanıqlı, həzin, şikayətli səs. Bülbülün səsi də anasını körpəlikdə itirmiş bir uşağın iniltisi qədər qəmgin və kədərlidir. M.S.Ordubadi. Uşaqların bağırtısı, qızların, gəlinlərin çalğısı, yastıbalabanların həzin iniltisi bir-birinə qarışmışdı. C.Cabbarlı. Oradan-buradan gecəquşularının iniltiyə bənzər ulamaları eşidilirdi. M.Rzaquluzadə. iniltili sif. İnilti ilə dolu, şikayətli. Nəhayət, nənəsinin ardı-arası kəsilməyən iniltili çağırışı Cəmili yuxudan ayıltdı. S.Rəhimov. inir-inir inir-inir inləmək – inilti səsi çıxarmaq, inildəmək. ..Ağaclar inirinir inləyir, külək qarşısında ta kötüklərinə qədər əyilir, doğrulurdu. A.Şaiq. inişil zərf Keçən ildən qabaqkı il. İnişil Aşqabada getmişdim. İnişil yayı kənddə keçirmişdik. – [Qərənfil:] İnişil təşəbbüs qaldırdınız ki, hamam tikək, hələ hörgüsü bir arşın qalxmayıb. İ.Əfəndiyev. [Minayə:] İnişil biz hər qutudan iyirmi səkkiz kilo barama verməliydik. İ.Hüseynov. inişilki sif. Keçən ildən qabaqkı il olan, inişil baş vermiş. İnişilki hadisə. – Xüsusən inişilki dağ köçü bütün təfərrüatı ilə [Laçının] xəyalında canlandı. M.Hüseyn. injektor is. [fr.] Su vurmaq üçün şırnaqlı nasos. injener [fr.] bax. mühəndis. injenerlik bax. mühəndislik. inkar is. [ər.] Tanımama, rədd etmə, qəbul və təsdiq etməmə, danma. İkidir gərçi pəriçöhrələrin güftarı; Bir imiş bunların iqrarı ilə inkarı. Qövsi. • İnkar etmək (eləmək, qılmaq) – bir şeyin varlığını, doğruluğunu və s.-ni qəbul və təsdiq etməmək, rədd etmək, danmaq. Nainsaf köhnəpərəstlər mədəniyyətin və maarifin mənfəətlərini inkar edirlər. C.Məmmədquluzadə. Sən olmasan verməzdim mən eşqə bir məna; Bu yolda sən mana rəhbərsən, eyləməm inkar. H.Cavid. Güldəstə Güldəstə olduğunu bir daha inkar elədi. H.Seyidbəyli. // hüq. Özünə qarşı irəli sürülən və isnad edilən bir şeyi qəbul etməyib rədd etmək, danmaq. Günahını inkar etmək. ‣ İnkarı inkar fəls. – təbiətin, cəmiyyətin və təfəkkürün dialektik inkişafı prosesində yeninin törənməsi ilə tarixi ardıcıllıq arasındakı vəhdəti ifadə edən əsas qanunlardan biri. inkaredici sif. İnkar edən, rədd edən, danan, qəbul və təsdiq etməyən. İnkaredici dəlillər. – “Molla Nəsrəddin” realizmi və satirası yenə də öz inkaredici, ifşaedici xüsusiyyətlərini saxlayır. M.İbrahimov. inkaredilməz sif. İnkar edilə bilməyən, rədd edilə bilməyən, inandırıcı, şəksiz. İnkaredilməz həqiqət. İnkaredilməz fakt. inkaredilməzlik is. İnkar edilə bilməmə, inandırıcılıq, şəksizlik. Faktların inkaredilməzliyi. inkassator [ital.] Əsasən idarə, müəssisə xaricində kassalarda toplanmış pulu sənədlər üzrə qəbul etməklə və pul verməklə məşğul olan kassir. [Cinayətkarlar] həmin əmanət kassasından pul aparmağa gələn inkassatoru oğurlamışdılar. H.Seyidbəyli. inkassatorluq is. İnkassatorun işi, vəzifəsi. İnkassatorluq etmək. inkir-minkir is. [ər.] Dini etiqadlara görə, qəbirdə ölünü sorğu-sual edən iki mələk. Çox zaman qurduğum cələdəki quşlar yerinə gözlərimə anamın dəhşətli təsvir etdiyi, əllərində odlu kösövlər olan inkirminkir görünürdü. M.İbrahimov. [Beşaçılanlı adam:] Vaxtı keçirməyin, inkir-minkir özü soruşacaq. Mir Cəlal. inkisar is. [ər.]\n1. Qırılma, sınma. // fiz. köhn. İşıq şüalarının şəffaf bir şeyin içindən keçərkən sınması, istiqamətini dəyişməsi.\n2. məc. Qəlbi qırılma, ürəyi sınma, incimə, xatirinə dəymə. ‣ İnkisari-xatir (qəlb) – könlü sınma (qırılma), ürəyi sınma. İnkisari-xəyal – gözlədiyi ümidlərin, arzuların boşa çıxması dolayısı ilə insanda doğan məmnuniyyətsizlik hissi; məyusluq, ümidsizlik. Görünür ki, Fərhadı inkisari-xəyala salan ən əsas fakt rəiyyətin halı deyil, özünün çıxılmaz vəziyyəti, gücsüzlüyü, əmisinin arzularına oyuncaq olmasıdır. Ə.Haqverdiyev. ..Paşa atasını inkisari-xəyala uğratmamaq üçün onun sözlərini ucadan təsdiqlədi. M.Hüseyn. Küçəyə çıxdıqda, zülmət içində addımladıqda ani bir inkisari-xəyal məni aldı. Mir Cəlal. inkişaf is. [ər.] İrəliyə doğru tərəqqi etmə, artma, yüksəlmə; tərəqqi, yüksəliş. Ölkənin inkişafı. Sənayenin inkişafı. Kənd təsərrüfatının inkişafı. – Həsən bəy Zərdabi Azərbaycanı feodal geriliyindən qurtarıb yeni yola, Avropa inkişafı yoluna çıxarmaq istəyirdi. M.İbrahimov. • İnkişaf etdirmək – 1) irəlilətmək, tərəqqi etdirmək, yüksəltmək. Kütlələrin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək. Respublikada üzümçülüyü inkişaf etdirmək; 2) kamilləşdirmək, təkmilləşdirmək, daha da artırmaq, daha da yaxşılaşdırmaq, möhkəmləndirmək, qüvvətləndirmək. Səsini inkişaf etdirmək. Əzələləri inkişaf etdirmək. Hafizəni inkişaf etdirmək. İnkişaf etmək – 1) tərəqqi etmək, irəliləmək, artmaq, yüksəlmək, genişlənmək. İncəsənətimiz olduqca inkişaf etmişdir; 2) kamilləşmək, yetkinləşmək, artmaq. Axır zamanlar o, xeyli inkişaf etmişdir; 3) böyümək, yetişmək, möhkəmlənmək, qüvvətlənmək. İdman nəticəsində əzələləri olduqca inkişaf etmişdir. İnkişaf etmiş – 1) yüksək səviyyəyə çatmış, sənaye, mədəniyyət və s. cəhətdən çox irəli getmiş, tərəqqi etmiş. İnkişaf etmiş ölkələr; 2) yetkinləşmiş, yetişmiş, kamilləşmiş, görüş dairəsi geniş, geniş məlumatlı; mədəni, hər cəhətdən yetkin. İnkişaf etmiş adam. inkişafsız sif. Olduğu kimi qalan, artmayan, irəliləməyən, kamilləşməyən, inkişaf etməyən. İnkişafsız (z.) qalmaq. inkubasiya [lat.]\n1. tib. Xəstəliyin yoluxucu andan birinci əlamətlərinin görünməsinə qədər çəkən gizli dövrü.\n2. k.t. İnkubatorda süni cücə çıxarılması. inkubator is. [lat.] Yumurtadan süni surətdə (külli miqdarda və ilin istənilən fəslində) cücə çıxarmaq üçün cihaz. – İnkubator elə bir cihazdır ki, bu cihaz içərisində yumurta rüşeyminin inkişafı üçün lazım olan bütün şərait vardır. “Zoologiya”. inkvizisiya [lat.] tar.\n1. Düşmənləri ilə ən vəhşi və amansız üsullarla mübarizə etmək üçün katolik kilsəsinin XIII əsrin əvvəlində təşkil etdiyi məhkəmə-polis təşkilatı. Orta əsrin bir çox məşhur alimləri inkvizisiya tonqallarında yandırılmışdır. İnkvizisiya qurbanları.\n2. məc. İşgəncə, əzab, zülm. inkvizitor [lat.]\n1. tar. İnkvizisiya məhkəməsinin üzvü (bax. inkvizisiya 1-ci mənada).\n2. məc. Zalım, cəllad. inkvizitorluq is. Zalımlıq, cəlladlıq, amansızlıq, zülmkarlıq. inqa (=inqa-inqa) təql. Körpə uşaqların ağlamaq səsi. İnqa-inqa deyib sevinir çağa; Bir ana qəlbində gülür kainat. S.Vurğun. Çağanın ilk inqasından Gülsənəm ağrı və qorxunu unudaraq, nazlı bir təbəssümlə üzünü o tərəfə çevirib gizlətdi. S.Rəhimov. inqa-inqa (=inqa) təql. Körpə uşaqların ağlamaq səsi. İnqa-inqa deyib sevinir çağa; Bir ana qəlbində gülür kainat. S.Vurğun. Çağanın ilk inqasından Gülsənəm ağrı və qorxunu unudaraq, nazlı bir təbəssümlə üzünü o tərəfə çevirib gizlətdi. S.Rəhimov. inqilab is. [ər.]\n1. Zorakı ictimai çevriliş; dövlət hakimiyyətinin hakim sinfin əlindən başqa sinfin əlinə keçməsi. 1905-ci il inqilabı. Burjua inqilabları. İnqilab illəri. – Rusiya inqilabının bərəkətindən törəyən azadlıqların biri də vicdan azadlığıdır. C.Məmmədquluzadə. [Yaşlı kişi:] Dünya hadisələri ilə, İranda başlayan inqilab hərəkatı ilə maraqlanırdım. S.Hüseyn.\n2. Hər hansı bir elm sahəsində, texnikada, incəsənət və s. sahəsində əsaslı dəyişiklik. Mədəni inqilab. – Sonra bir həkim çıxdı, yaş dəsmal üsulunun elm aləmində bir inqilab olduğunu söylədi. Mir Cəlal.\n3. klas. Dəyişiklik, dəyişkənlik. Şahiddir ona bu inqilabın; Kim, aşiqisən bir afitabın. Füzuli. Yarəb, bugünkü məclisimiz xoş keçir bizim; Bu məclisi-məhəbbətə göstərmə inqilab. S.Ə.Şirvani. inqilabbaz sif. və is. [ər. inqilab və fars. ...baz] kin. Yalandan özünü inqilabçı göstərən, inqilabla oynayan, inqilabdan öz məqsədləri üçün istifadə edən. Eserlər, menşeviklər; İnqilabbaz vəzirlər; Hər tərəfdə .. gəzirlər. R.Rza. inqilabbazlıq is. kin. İnqilabbazın işi, hərəkəti. inqilabçı 1. is. İnqilab hərəkatı iştirakçısı, inqilab xadimi.\n2. İnqilabi ideyalar daşıyan, inqilabi ruhda olan. Arazla bir gündə həbsxanadan 80-ə yaxın inqilabçı fəhlə azad edilmişdi. A.Şaiq. Altı aydan artıq idi ki, Puan Qay Kanton inqilabçı ordusunda şücaətlə dava edirdi. S.S.Axundov. Üsyan alovları inqilabçı işçikəndlilər qanı ilə söndürüldü. H.Nəzərli.\n3. məc. Hər hansı bir elm sahəsində, texnikada və s.-də yenilik, çevriliş yaradan şəxs. inqilabçılıq is. İnqilabi ruhda olma, inqilabi hərəkatda iştirak etmə; inqilabçının fəaliyyəti, işi, peşəsi. Fəhlə sinfinin inqilabçılığı. inqilabi sif.\n1. İnqilaba aid olan, inqilab mahiyyəti daşıyan, inqilab ruhlu. İnqilabi bayram. İnqilabi himn. İnqilabi mahnılar. – “Molla Nəsrəddin” inqilabi demokratizmin ifadəçisi və mərkəzi idi. M.İbrahimov. Texnoloji institutda çoxdan bəri inqilabi əhval-ruhiyyə kök salmağa başlamışdı. M.Hüseyn.\n2. İnqilab ideyalarını ifadə edən; inqilabçı. İnqilabi sinif. İnqilabi xadim. İnqilabi ordu. İnqilabi qüvvələr. // İnqilabı həyata keçirməyə doğru yönəldilmiş, inqilab yaratmaq məqsədini daşıyan. İnqilabi mübarizə. İnqilabi çıxış. İnqilabi çevriliş. – İnqilabi hərəkatın getdikcə güclənməsi çar mütləqiyyətini qorxutmuşdu. A.Şaiq. // İnqilab nəticəsində meydana gəlmiş, inqilabın yaratmış olduğu. Fəhlə sinfinin inqilabi diktaturası. İnqilabi qanunlar. İnqilabi təşkilatlar. İnqilabi hökumət. inqilabiləşdirici sif. İnqilab mahiyyəti, inqilab ruhu verən, inqilabiləşdirən. Fəhlə hərəkatının inqilabiləşdirici qüvvəsi. inqilabiləşdirilmə “İnqilabiləşdirilmək”dən f.is. inqilabiləşdirilmək məch. İnqilabi ruhda dəyişdirilmək, inqilabi mahiyyət verilmək. inqilabiləşdirmə “İnqilabiləşdirmək”dən f.is. inqilabiləşdirmək f. İnqilabi ruhda hazırlamaq, inqilabi hərəkata çevirmək, inqilabi xarakter vermək, inqilabi ideyaları yaymaq, inqilabi ruhda tərbiyələndirmək. inqilabiləşmə “İnqilabiləşmək”dən f.is. inqilabiləşmək f. İnqilabi ideyaları dərindən dərk etmək, mənimsəmək. inqiraz is. [ər.] Sonu kəsilmə, bitmə, sönmə, məhv olma. • İnqiraz etmək – sonu kəsilmək, bitmək, məhv olmaq. İnqirazialəm klas. – qiyamət. [Əhməd:] ..Heç fikir eyləmə, kişi, Allah qoysa, ona tövbələmə verdirəcəyəm ki, inqirazi-aləmə kimi dadı damağından getməsin. N.Vəzirov. inqrediyent is. [lat.] Mürəkkəb birləşmənin və ya qarışığın tərkib hissəsi. inquş is. Çeçenlərə yaxın olan Şimali Qafqaz xalqlarından biri və bu xalqa mənsub adam. İnquş dili. İnquş mahnıları. inquşca zərf və sif. İnquş dilində. İnquşca öyrənmək. İnquşca danışmaq. inləmə “İnləmək”dən f.is. inləmək bax. inildəmək. [Ərən:] Günəş çıxandan batana qədər ağır işdən inləyən qullar Mariqerini sevinclə qarşıladılar. Çəmənzəminli. İnlədikcə azalmır; Dərdlərimiz daha da; Ürəkdə göz-göz olur. B.Vahabzadə. İlk eşqim yuxutək çəkildi göyə; Könlümün sazında inlədi bir sim. H.Arif. inlətmə “İnlətmək”dən f.is. inlətmək bax. inildətmək. [İnci:] ..Köksümün içində çarpan ürəkdir; Məni də inlədən tək bir diləkdir. A.Şaiq. [Elxan:] Bu səs bir xatirat mizrabı kimi qəlbimin bütün tellərini inlətdi. C.Cabbarlı. Vermişlər səssəsə xanəndə və tar; İnlədir dağları şikəstə, qatar. H.K.Sanılı. inləyiş is. İnilti, inləmə. İnləyirsən, o inləyiş nə üçündür, qafilsən; Bilmədinmi hansı sinfin mədfənidir o məskən? M.S.Ordubadi. innab is. [ər.]\n1. Açıq-sarı çiçəkləri olan, quraqlığa davamlı ağac və bu ağacın qırmızı qabıqlı, bərk çəyirdəkli xırda, şirin meyvəsi.\n2. Klassik şeirdə qırmızılıq mənasında tərkiblərdə işlənir; məs.: şərbəti-innab (qırmızı şərbət), ləbi-innab (qırmızı dodaq). ..Dərdi-eşqdə bununçun ləbi-innab gərək; Bir belə dərdi nə Loğman, nə Əflatun istər. Aciz. Mən özüm bilirəm şərbəti-innab; Dəfi-hərarəti-cigərdir mənə. Q.Zakir. innabı I. sif. İnnab rəngində, qırmızı. İnnabı parça. – Simi-zənəxdandı, mirvaridəndan; İnnabı ləbləri can dərmanıdı. Aşıq Ələsgər. [Buğacın] ayağında gen innabı şalvar .. var idi. M.Rzaquluzadə.\n\nII. is. mus. Azərbaycan xalq oyun havalarından birinin adı. innablıq is. İnnab ağacları əkilmiş yer. Bağ başdan-başa innablıqdır. innervasiya is. [lat.] anat. Bədənin və ya toxumanın qeyri-bərabər elementlərlə təchizi. insaf is. [ər.]\n1. İnsanda vicdan və ədalət hissi, öz hərəkətləri üçün mənəvi məsuliyyət hissi; vicdana müvafiq hərəkət. İnsaf dinin yarısıdır. (Ata. sözü). Bəylərin bəyisən, xanların xanı; Unutma insafı, satma imanı.. Aşıq Ələsgər. İnsafımın və vicdanımın yanında məsul olaram, əgər yalan desəm ki, təqribən yarım saat mənim təamım çəkdi.. C.Məmmədquluzadə. // Rəhm, mürüvvət, şəfqət, ədalət. İnsaf xoşdur, ey eşq, ancaq məni zəbuni et; Ha böylə möhnət ilə keçsinmi ruzigarım? Füzuli. Könlündə qalmadı insaf əsəri; Dürdanənin qəlbi sal buza döndü. M.Rahim. Məsmənin qəlbini dağlayan fələkin “çərxi çevrilmiş”, fələkin zərrə qədər insafı, mürüvvəti yoxmuş! Mir Cəlal. • İnsaf deyil – rəva deyil, insafa müğayirdir. [Məmməd:] Yox, bu insaf deyil ki, bu cür nəcib heyvanın leşini mən bu çöldə dəfn etməmiş gedim.. E.Sultanov. İnsaf etmək (eləmək) – rəhm etmək, mərhəmət göstərmək, ədalətlə yanaşmaq. Ömür keçdi, insaf elə, sevdiyim; Nə müddətdi dərdü möhnət çəkirəm. Q.Zakir. Vəfa rəsmin tutub gəl, ey pəri, cövrü cəfadan keç; Əgər adəmsən, insaf et, bu vəzi-narəvadən keç. S.Ə.Şirvani. İnsaf görmək – vicdanı qəbul etmək, rəva görmək. İnsafa gəlmək (düşmək) – rəhmə gəlmək, insaf eləmək; haqsızlıq etməkdən vaz keçmək, mərhəmət etmək. Eləmi qaldı səbir; Qovğadı, qaldı səbir; Nə yar insafa gəldi; Nə məndə qaldı səbir. (Bayatı). İnsafa gəl, aman! Məni məhv etdi intizar; Səbrim tükəndi, yox qəmihicranə taqətim. H.Cavid. İnsafa gətirmək – rəhmə gətirmək, ürəyində mərhəmət oyatmaq. İnsafdan çıxmaq – haqsızlıq, ədalətsizlik etmək, birinin haqqını pozmaq, insaf və vicdana müğayir hərəkət etmək. İnsafı itirmək – bax. insafdan çıxmaq. İnsafı yol verməmək – insafı, vicdanı rəva görməmək, insaf görməmək, rəva görməmək. Doğrusu, belə bir nazənin sənəmin sumkasının boş olmasına insafım yol vermədi. Ə.Haqverdiyev. [Dəmirçi Rzaya:] ..Səni beş qrana işlətməyə insafım yol vermir, artığa da gücüm çatmaz.. M.İbrahimov. Allah ... insaf versin – ədalətli, insaflı olmağa dəvət. [Qurban:] Allah Zərnigar qarıya insaf versin. Ə.Haqverdiyev.\n2. İnsafla şəklində – düzlüklə, ədalətlə, vicdanla. Dünyada hər nə cür və xariqüladə bir məsələ bəsirət və insafla müzakirə olunsa, şəksiz, həqiqət tərəfi axtarılar. C.Məmmədquluzadə.\n3. İnsafdır(mı) şəklində – rəvadırmı, insafa, vicdana, ədalətə uyan şeydirmi? İnsafdırmı, Bəlli Əhməd tutula; Qolac qolu dal gərdənə çatıla. “Koroğlu”. insafən zərf [ər.] İnsafla deyilsə, düzü deyilsə, həqiqətdə (təsdiq bildirir). İnsafən o, yaxşı işçidir. İnsafən yaxşı uşaqdır. – İnsafən [Murad bəydə] padşah cəlalı vardı. Qantəmir. ..Gülər insafən ən gözəl bir qız idi. C.Cabbarlı. Bu gözəllik ki sənin var, gözəlim, insafən; Nə mələkdə, nə pəridə, nə bir insandə olur. Ə.Vahid. insaflı sif. İnsafı olan, insafla iş görən. İnsaflı adam. – [Vəli bəy:] Çox insaflı adamsan, mən çalışmağımı hesab etmirəm, çünki dost dost yolunda canını da qoyar. S.S.Axundov. Qoy Mehribanın Zeynal ilə Naşada verdiyi bu sualı hər bir insaflı kişi özünə versin. S.Hüseyn. insafsız sif.\n1. İnsaflı olmayan, mürüvvətsiz; zalım, qəddar, rəhmsiz. İnsafsız günəş də ki batmaq bilmirdi. E.Sultanov. İnsafsız, avam bir adam olan əmim arvadı iri mis səhəngi çiynimə verib səhərdən axşama qədər mənə ayaqyalın, başıaçıq su daşıtdırardı. İ.Əfəndiyev. // Zərf mənasında. [Orxan:] Məndə artıq can qalmamış, Mərhəmət; Mərhəmət qıl, insafsız olma, İsmət! H.Cavid.\n2. Vicdansız, şərəfsiz. Zeynəbin özü Məcidə xəbər verdiyini Nadir indi güman etdi və hər ikisi tərəfindən belə insafsız (z.) bir tərzdə aldandığına acıdı. B.Talıblı. // İs. mənasında. Bilmirəm bu yanlış məlumatı gözəl qıza hansı bir insafsız xəbər vermişdir. M.S.Ordubadi. Sərt oldu rəftarı o insafsızın; Dərslərinə vaxtı qalmadı qızın. M.Rahim. insafsızca (=insafsızcasına) zərf Rəhmsizcəsinə, amansızcasına, vəhşicəsinə. [Ərəblinskini] insafsızcasına döymüşdülər. S.Rəhimov. // Vicdansızcasına, haqsızcasına, həyasızcasına. Onu insafsızcasına aldatmışlar. insafsızcasına (=insafsızca) zərf Rəhmsizcəsinə, amansızcasına, vəhşicəsinə. [Ərəblinskini] insafsızcasına döymüşdülər. S.Rəhimov. // Vicdansızcasına, haqsızcasına, həyasızcasına. Onu insafsızcasına aldatmışlar. insafsızlıq is. Rəhmsizlik, mürüvvətsizlik; zalımlıq, qəddarlıq. // Vicdansızlıq, ədalətsizlik, haqsızlıq; vicdansız, haqsız hərəkət. • İnsafsızlıq etmək – ədalətsiz, vicdansız hərəkət etmək, haqsızlıq etmək. Veys haqqında insafsızlıq etdiyi başqa bir tərəfdən də Çimnaza ağır gəlirdi. Ə.Əbülhəsən. insan is. [ər.]\n1. Adam, bəşər. Ey mələksima ki səndən özgə heyrandır sana; Həq bilir, insan deməz, hər kim ki insandır, sana. Füzuli. Ancaq onu da bilməmiş deyilsən ki, insan mələk deyil. M.Hüseyn. İnsan özü qocalsa da; Ürəyi yüz yaşında da qocalmayır. B.Vahabzadə.\n2. İnsaniyyətli, vicdanlı adam. Çox insan adamdır. – Murad kişi bağbandır; Çox mehriban insandır. M.Rahim. ‣ İnsan oğlu – adam, insan. İnsan oğlu, uzaqlaşma, gəl yaxın; Başqa yerdən alınmasın sorağın. M.Müşfiq. insanabənzər sif. İnsana oxşayan, adama oxşayan, insanı xatırladan. ‣ İnsanabənzər meymunlar zool. – qorilla, gibbon, oranqutanq və şimpanzenin mənsub olduğu meymunlar fəsiləsinin adı. Qədim insanabənzər meymunlar hələ meşələrdə yaşadıqları dövrdə onların əlləri və ayaqları ağac həyatına əlverişli surətdə uyğunlaşmışdı. M.Axundov. insancasına zərf və sif. İnsana yaraşan tərzdə, insana layiq, insan kimi. İnsancasına rəftar. İnsancasına münasibət. İnsancasına hərəkət etmək. insandanqaçan bax. adamdanqaçan. insangiriz [ər. insan və fars. ...giriz] bax. insandanqaçan. insani sif. [ər.] İnsana xas olan, insana aid olan; bəşəri. Yüksək insani ləyaqət. – Cabbarlının qəhrəmanları nəcib insani hisslərə malikdirlər. M.Arif. Veysin yaxşı evdə rahat və gözəl yaşamaq meyli ən insani meyildir. Ə.Əbülhəsən. insaniyyət is. [ər.]\n1. top. Bütün insanlar, bəşəriyyət, insan övladı, insan cəmiyyəti. [Abdulla bəy Asi və S.Ə.Şirvaninin] də məslək və əqidəsi və baş arzuları ümumi bəşərin və insaniyyət aləminin səadətidir. F.Köçərli. [Əli:] Din bir əmri-vaqe olaraq, insaniyyətlə bərabər doğmuş və əsrlərdən bəri dolanbac tarix yollarında onu təqib edir. Çəmənzəminli.\n2. İnsanpərvərlik, insanlıq, insana yaraşan sifət və fəzilətlər, mürüvvət. Bu zəhmətlər şərh olunmaz, uzundur: İnsaniyyət həp bunlara mədyundur. A.Səhhət. Həbib Gözəlin evində hərarət, körpələrində ünsiyyət, özündə mərhəmət gördüyü kimi, Gözəl də Həbibdə insaniyyət, mehribanlıq hiss edirdi. Ə.Vəliyev. insaniyyətpərvər [ər. insaniyyət və fars. ...pərvər] bax. insanpərvər. ..Fərhad oxumuş olduğu üçün [Aslan] onu özündən daha mərhəmətli, insaniyyətpərvər və safdil ədd edirdi. C.Cabbarlı. insaniyyətpərvərlik bax. insanpərvərlik. [Məktubda belə yazılmışdı] “..Daima insaniyyətpərvərlikdə və qan qardaşlığına himmət göstərmənizi arzu edirik..”. Ə.Əbülhəsən. insaniyyətsiz sif. İnsaniyyəti, insanlığı olmayan, insanlıq sifət və fəzilətlərindən məhrum; mürüvvətsiz, vicdansız. İnsaniyyətsiz adamdı. insaniyyətsizlik is. İnsaniyyəti, insanlığı olmayan adamın hal və sifəti; mürüvvətsizlik, vicdansızlıq. insanlıq is.\n1. top. Bəşəriyyət, insanlar. Sən mükafatını insanlığa xidmətdə ara; Əbədi zövqü, təsəllini həqiqətdə ara. A.Səhhət. Dünyada səfalət və fəlakət yalnız insanlığın yoxsul qisminə nəsib imiş. A.Şaiq. İnsanlığa Tusilər, Səbuhilər verdik biz; Şerimizin qüdrəti bir dənizdir, bir dəniz. R.Rza. Qoy bütün insanlıq səcdənə gəlsin; Ey şəhid qanından qızaran bayraq! B.Vahabzadə.\n2. məc. İnsanpərvərlik, əsil insana xas olan sifət və fəzilətlər; mürüvvət. Kim ki insanı sevər, aşiqi-hürriyyət olur; Bəli, hürriyyət olan yerdə də insanlıq olur. M.Ə.Sabir. Yox kimsədə mərhəmətlə vicdan; İnsanlığı həp unutdu insan. H.Cavid. Rəşidin bu insanlığını və hümmətini hər kəs bildi. İ.Musabəyov. • İnsanlıq sifətini itirmək – ədalətsiz, qeyri-vicdani iş görmək, insan adına layiq olmayan hərəkətlərə yol vermək. Kömək etmək imkanı əldə ikən bu vəzifədən boyun qaçırmaq insanlıq sifətini itirmək deməkdir. M.S.Ordubadi. insanpərvər sif. [ər. insan və fars. ...pərvər] İnsanları sevən, insanlara məhəbbət bəsləyən; humanist. İki ağıllı, aydın fikirli, nəcib və mədəni gəncin .. faciəsində böyük demokrat və insanpərvər ədibin ictimai ədalətsizliyə qarşı qüvvətli etirazı meydana çıxır. M.Arif. insanpərvərcəsinə bax. insancasına. insanpərvərlik is. İnsanları sevmə, insanlara məhəbbət bəsləmə, onlara kömək etməyə hazır olma; humanizm. ..Azərbaycan xalqının müqəddəs insanpərvərlik duyğuları həmişə ətirli bir çiçəyi andıran “Əsli-Kərəm” dastanında öz ifadəsini tapmışdır. M.İbrahimov. Səməd Vurğunun insanpərvərliyi .. yeni və yüksək idealların ifadəsidir. M.Arif. insansevən (=insansevər) bax. insanpərvər. insansevər (=insansevən) bax. insanpərvər. insansevərlik bax. insanpərvərlik. insansevməz sif. Adamdanqaçan, insanlara məhəbbəti olmayan, adamları sevməyən. insansevməzlik is. İnsanlara qarşı nifrət, adamlara qarşı kin; insanları sevməmə. insansız sif. İnsan olmayan, insan yaşamayan; adamsız. İnsansız yerlər. – ..İnsansız təbiət Mirzəyə sanki həmlə edirdi. S.Rəhimov. // Zərf mənasında. Bilirsən ki, sən; Günəşsiz, insansız yaşamadım mən!.. Z.Xəlil. ins-cins is. [ər.] “Üns” (insan) və “cins” sözlərinin dəyişilmiş şəkli olub, “bəşər, insan, canlı” mənasında işlənir. Məhbusi hələ bu vaxta qədər .. [Tehranda] qapıçıdan başqa bir ins-cinsə rast gəlməmişdi. M.İbrahimov. ..Əjdər ətrafa nəzər saldı, inscins yox idi. S.Rəhman. insolyasiya is. [lat.] Günəş radiasiyası. inspektor is. [lat.]\n1. Hər hansı bir sahədə işlərin düzgün aparılması və qanunlara düzgün əməl edilməsi üzərində nəzarət edən vəzifəli şəxs; nəzarətçi. Maliyyə inspektoru. Sanitar inspektoru. Maarif şöbəsinin inspektoru. – Bir gün dərs zamanı dərslərimizin gedişini yoxlamaq üçün Tiflisdən məktəbə nəzarət etməyə gəlmiş Qafqaz Maarif Dairəsi baş inspektoru Slavinski sinfə daxil oldu. T.Ş.Simurq. Qəhrəman istəyirdi ki, bütün məktəb inspektorun nəzərində yaxşı çıxsın. S.Rəhimov. [Müəllim:] Görürsünüz, balam, odur, yamacdan aşağı düşən inspektordur. Mir Cəlal.\n2. Bolşevik inqilabından əvvəl məktəb direktorunun tərbiyə və tədris işlərinə baxan müavini. Hər bir şeydən əvvəl, cənab inspektor bunu özünə vacib gördü ki, realnı şkolada müsəlman uşaqlarının arasına “sünni-şiə” ədavəti salsın. C.Məmmədquluzadə. inspektorluq is. İnspektor vəzifəsi. İnspektorluq etmək. İnspektorluğa təyin olunmaq. instansiya is. [lat.] Vəzifə pillələri. instinkt [lat.]\n1. biol. Canlıların, daxili və ya xarici mühitin dəyişməsinə cavab olaraq anadangəlmə, qeyri-şüuri və qeyriiradi məqsədəuyğun hərəkət etmə və ya iş görmə qabiliyyəti; sövqi-təbiyyə. Özünü mühafizə instinkti.\n2. Qeyri-şüuri, qeyri-iradi, önüalınmaz həvəs, hiss, duyğu. [Əhməd] instinktlə qan ləkəsi olub-olmadığını bilmək üçün əlinə və üst-başına diqqət etdi. Ə.Əbülhəsən. instinktiv sif. [lat.]\n1. biol. İnstinktə aid olan, instinktdən törəyən (bax. instinkt 1-ci mənada). Arıların şan və ya quşların yuva tikməsi, quşların isti ölkələrə köçmələri instinktiv hərəkətlərə misal ola bilər. “Psixologiya”.\n2. Qeyri-iradi, qeyri-şüuri. İnstinktiv hərəkət. institut [lat.]\n1. Bəzi elmi-tədqiqat idarələrinin adı. Dilçilik institutu. Elmi tədqiqat institutu.\n2. Bolşevik inqilabından əvvəl: imtiyazlı siniflərdən olan qızlar üçün qapalı orta məktəb. Dünən cənab şeyxülislam “institut” məktəbində müsəlman qızlarının birindən soruşub ki: “Pəs niyə anan bu gün məktəbə gəlmədi?” C.Məmmədquluzadə.\n3. hüq. İctimai münasibəti, yaxud biribiri ilə bağlı olan münasibətləri nizama salan hüquq normalarının məcmusu. // İctimai quruluşun bu və ya başqa forması. instrumental sif. [lat.] Müxtəlif musiqi alətlərində ifa olunan musiqi alətlərində çalınmaq üçün yazılmış. İnstrumental musiqi. – Sonata müəyyən ideya və məzmun əsasında bəstələnən mürəkkəb instrumental musiqi əsəridir. Ə.Bədəlbəyli. instrumentalçı is. mus. Hər hansı bir musiqi alətində çalan çalğıçı. Xanəndə və instrumentalçılardan ibarət ansambl. – Qurban Pirimov bir instrumentalçı olmaqla bərabər, Azərbaycan vokal musiqisinin bütün incəliklərini çox yaxşı bilən bir sənətkar [idi]. Ə.Bədəlbəyli. instrumentovka [rus.] mus.\n1. Bir musiqi əsərinin orkestr və ya instrumental ansambl tərəfindən çalınmaq üçün uyğunlaşdırılması. İnstrumentovkada orkestrovka – orkestr üçün yazılan əsərdə səslərin ayrıayrı musiqi alətləri arasında bölüşdürülərək tərtib edilməsi(dir). Ə.Bədəlbəyli.\n2. Musiqi nəzəriyyəsinin, ayrı-ayrı musiqi alətlərinin xüsusiyyətlərindən və orkestrdə onların bir-birinə uyması prinsiplərindən bəhs edən şöbəsi. insulin [lat.] əcz. Heyvanların mədəaltı vəzilərindən alınan hormon (orqanizmdə karbohidrat mübadiləsində iştirak edir). [Həkim:] Diabetsən; Özünlə insulin götür; Hara getsən. R.Rza. insult is. [lat.] Beyin qan damarlarının kəskin pozulması. inşa is. [ər.] köhn.\n1. Qayırma, yaratma, qurma, vücuda gətirmə, tikmə. Gəmi inşası. Mədən inşası. – Xəndəkdə qazıntı işləri qurtarandan sonra, dörd iri borunun inşasına başlanacaqdı. Ə.Sadıq. • İnşa etmək – qurmaq, yaratmaq, quraşdırmaq, qayırmaq. Fərdi evlər birtipli layihələr üzrə inşa edilir. (Qəzetlərdən). Sadıq ilə Rəhilə bir kömürçü çocuqları idilər. Ormanda .. inşa edilmiş bir külbədə sakin olurlardı. C.Cabbarlı. [Qulam müəllim:] ..Qoy bu qızlardan birisi xəstələrimizə şəfa versin, .. o birisi də bizim bu dağlı məhəlləsində yeni-yeni binalar inşa etsin. S.Rəhimov.\n2. Qələmə alma, bir mətləbi ədəbi şəkildə ifadə etmə, yazma. [Bahadır:] İnşa yazanlarımıza baxırsan, “əlfazlar” o qədər gözlərini kor edib ki, əsli məqsudu yaddan unudublar. N.Nərimanov. • İnşa etmək – qələmə almaq, bir mətləbi ədəbi şəkildə ifadə etmək, əsər yazmaq. Vamberi ismində bir [alman] ki müsəlman vilayətlərində səyahət edib, indi “İslam” adlı bir kitab inşa edib. “Əkinçi”. [Vaqif] Ağa Məhəmməd şahın Şuşa qələsində qətlə yetişməyi barəsində bu şeirləri inşa edib, Molla Vəliyə göndərmişdi. F.Köçərli. Şair cənabları da Münəvvər xanımın gözəlliyinə dair bir yaxşı qəzəl inşa etdi. M.S.Ordubadi. // Şagirdlərin təfəkkürünü və yaradıcılıq təsəvvürlərini, yazmaq qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə aparılan sərbəst yazı işi. [Zəki əfəndi:] Biz sənə burada bir tema verərik və burada bizim gözümüzün qabağında haman temaya bir inşa yazarsan. C.Məmmədquluzadə. Diktə və inşa kimi yazı qisimlərini köhnə məktəb bilməzdi. F.Ağazadə. [C.Cabbarlı] nəinki imlanı, hətta inşanı da səhvsiz yazırdı, müəllimlər də onu tərifləyirdilər. M.Arif.\n3. Keçmişdə: məktublaşma üsullarını öyrətmək üçün müxtəlif məktub, təbriknamə, təziyənamə, ərizə, müqavilənamə və s. nümunələri olan kitab, məcmuə. inşaat is. [ər. “inşa” söz. cəmi] Tikinti, tikinti işləri. İnşaat materialı. İnşaat mühəndisi. İnşaat idarələri. – [Rüstəm kişi:] ..Dağılışın hərə öz işinə. Biz də elə yaxındakı inşaatdan başlayaq, mədəniyyət evi tikirik. M.İbrahimov. İnşaat briqadasının üzvləri də, .. İmanovla Tahir də bu qayığa minib yola düşdülər. M.Hüseyn. inşaatçı is. İnşaat işləri ilə məşğul olan adam, bina və s. tikən. Əməkdar inşaatçı (fəxri adı). // İnşaat işçisi. O gün dünyanı bürüyən, bu göyün üst qatlarına qalxan şənlik və sevinc səslərini .. inşaatçılar, metalçılar şəhərində də eşitmək olardı. Mir Cəlal. İnşaatçıların çoxu mövsüm işçilərindən: torpaqqazanlar, bənnalar və dülgərlərdən ibarət idi. Ə.Sadıq. // Sif. mənasında. İnşaatçı mühəndis. inşad is. [ər.] şair. Bir ədəbi parçanı yüksək səslə və gözəl bir əda ilə oxuma; deklamasiya. • İnşad etmək (eləmək) – şeir demək, şeir yazmaq. Şairim! Seyr elə ətrafı, təbiət nə gözəl; Bax mənim hüsnümə, inşad elə bir dadlı qəzəl. A.Səhhət. Hər kəs inşad eyləmişdir bir kitab; Ta ki izhar eyləsin bir inqilab. H.Cavid. Şair deyiləm, vəzn ilə şeir eyləyim inşad; Ancaq yazıram, xalq arasında qazanım ad. C.Cabbarlı. inşallah ara s. [ər.] “Allah qoysa”, “Allah deyən olsa”, “Allah istəsə”, “Allahın iradəsi olsa” mənalarında xeyir-dua, dilək təbiri. [Mozalan bəy:] Sabah saat xoşdur, inşallah, günorta maşını ilə yola düşərsiniz. Ə.Haqverdiyev. [Ocaqqulu:] Ağa, – dedi, – Tiflis pis deyil, inşallah, daha da yaxşı olar. Çəmənzəminli. [Səfər bəy:] Heç qorxma, inşallah, salamat qurtararıq. Qənbərqulu, get, qızı gətir, aparaq. B.Talıblı. // Bəzən istehza məqamında işlənir. [Məşədi İbad:] Görəsən, bunların hamısının hamam pulunu, inşallah, mən verəcəyəm? Ü.Hacıbəyov. inteqral [lat.] riyaz. İntəhasız dərəcədə kiçik hissələrin məcmusu kimi götürülən tam kəmiyyət. inteqrallama “İnteqrallamaq”dan f.is. inteqrallamaq f. riyaz. Verilmiş kəmiyyətin inteqralını tapmaq. inteqrallayıcı bax. inteqrator. inteqrasiya is. [lat.] Əlahiddə hissələrin tamda birləşməsi haqqında sistemlər nəzəriyyəsi anlayışı və bu nəzəriyyənin obyekti olan təbii və ya ictimai proseslər. inteqrator xüs. Avtomatik hesablama aparatı. inteligent (=intelligent) [lat.] Ziyalı təbəqəsinə mənsub adam (bəzən istehza yerində işlənir). Bu inteligentlərin sözün gətirmə heç aralığa; Oları görmək istəsən, şərabı gör, qumarı gör! M.Ə.Sabir. [Rüstəm bəy Məşədi İbada:] ..Birisi qəzetəçi Rzadır ki, tanıyırsan. Biri də .. inteligent Həsəndir ki, onu tanımazsan. Ü.Hacıbəyov. intelligent (=inteligent) [lat.] Ziyalı təbəqəsinə mənsub adam (bəzən istehza yerində işlənir). Bu inteligentlərin sözün gətirmə heç aralığa; Oları görmək istəsən, şərabı gör, qumarı gör! M.Ə.Sabir. [Rüstəm bəy Məşədi İbada:] ..Birisi qəzetəçi Rzadır ki, tanıyırsan. Biri də .. inteligent Həsəndir ki, onu tanımazsan. Ü.Hacıbəyov. inteligentlik (=intelligentlik) is. Ziyalılıq. [Musanın nəvəsi] gedib Qori seminariyasına girdi. Bir il də orada oxudu, onun əsil intelligentlik həyatı da bu tarixdən başladı. Qantəmir. intelligentlik (=inteligentlik) is. Ziyalılıq. [Musanın nəvəsi] gedib Qori seminariyasına girdi. Bir il də orada oxudu, onun əsil intelligentlik həyatı da bu tarixdən başladı. Qantəmir. intendant [fr.] hərb. Orduda və ya qoşun hissələrində təsərrüfat işlərinə baxan hərbi qulluqçu. İntendant vəzifəsi. ‣ İntendant xidməti – silahlı qüvvələrin təsərrüfat və təchizat işlərinə baxan idarələr sistemi. intendantlıq is.\n1. Ordunun təchizat və təsərrüfat işlərinə baxan hərbi idarə.\n2. İntendant vəzifəsi. İntendantlıq etmək. intensiv sif. [lat.] Gərgin, güclü, qızğın. İntensiv iş. – Üçpərli balta ilə işlərkən quyuda gilli məhlulun cərəyanı da nisbətən intensiv (z.) olmalıdır ki, külli miqdarda qazılmış süxur tamamilə qaldırılsın və quyunun dibi təmiz olsun. S.Quliyev.\n2. Daha böyük səmərə verən, daha məhsuldar. İntensiv üsul. • İntensiv kənd təsərrüfatı – istifadə olunan torpaq sahəsinin hər bir vahidinə böyük xərc və səy qoyma əsasında qurulmuş kənd təsərrüfatı istehsalı sistemi. intensivləşdirilmə “İntensivləşdirilmək”dən f.is. İş üsullarının intensivləşdirilməsi. intensivləşdirilmək məch. Daha intensiv (məhsuldar, səmərəli) edilmək, intensivliyi daha da artırılmaq. intensivləşdirmə “İntensivləşdirmək”dən f.is. intensivləşdirmək f. Daha intensiv etmək, intensivliyini artırmaq, daha məhsuldar, daha səmərəli etmək. Kənd təsərrüfatını intensivləşdirmək. İstehsal proseslərini intensivləşdirmək. intensivlik is.\n1. Səmərəlilik, məhsuldarlıq. Əməyin intensivliyi.\n2. Gərginlik, qızğın fəaliyyət. interes [lat.] dan. bax. mənafe. Bu işdə onun heç bir interesi yoxdur. – [Əlisəfa:] Mənim bunda bir interesim yoxdur. S.Hüseyn. interlüdiya [ital.] mus. Bir musiqi əsərinin hissələri arasında çalınan və onları bir-birinə bağlayan başqa kiçik musiqi pyesi və ya parçası. intermediya [ital.]\n1. Dram və ya opera tamaşasının pərdələri arasında göstərilən kiçik komik səhnə və ya pyes.\n2. mus. bax. interlüdiya. intermesso [ital.] mus. Sərbəst formalı kiçik instrumental pyes, bəzən operanın ortasında orkestr tərəfindən çalınan kiçik müstəqil musiqi pyesi. Sevgilisi Aşıq Qəribdən ayrı düşmüş Şahsənəmin hicran kədərləri, R.Qliyerin “Şahsənəm” operasının üçüncü pərdəsində orkestrin müşayiəti ilə skripkanın çaldığı solo (çargah) ilə ifadə edilir. Bu da intermesso formasıdır. Ə.Bədəlbəyli. internasional [fr.]\n1. bax. beynəlmiləl. [Tofiq:] A kişi, eşqin nə ruscası, nə azərbaycancası! Eşq internasionaldır. M.İbrahimov.\n2. tar. Beynəlmiləl proletar himninin və Sovet İttifaqı Kommunist Partiyası himninin adı. internasionalist [fransızcadan] bax. beynəlmiləlçi. internasionalizm [fr.] bax. beynəlmiləlçilik. Humanizm, xəlqilik, internasionalizm C.Məmmədquluzadənin yaradıcılığının ana xəttidir, canıdır. M.İbrahimov. internat [lat.]\n1. Məktəb yanında şagirdlər üçün ümumi yataqxana.\n2. Şagirdlərin oxuyub yaşadıqları qapalı məktəb. Cari dərs ilindən etibarən şəhərdə internat təşkil edilmişdir. (Qəzetlərdən). internet [lat. inter – ...arasında və ing. net – şəbəkə] Bütün dünyada milyonlarla kompyuter vahid informasiya sisteminə birləşdirilən, elmi bilgilərin, işgüzar, əyləncəli və b. məlumatların azad mübadiləsi üçün ən geniş imkanlara malik olan qlobal kompyuter şəbəkəsi. İnternet səhifələrində yer alan materiallar. İnternetə qoşulmaq. İnternet vasitəsilə məktublaşmaq. interval [lat.]\n1. Bir şeyi digərindən ayıran ara, aralıq, məsafə. İntervalı gözləmək.\n2. mus. fiz. Eyni zamanda və ya bir-birinin ardınca çıxarılan iki səs arasındakı yüksəklikcə fərq. Əgər əsas not ilə yardımçı böyük sekunda intervalı əmələ gətirirsə, o zaman daha yaxşı təsir yaratmaq üçün yardımçı not yarım ton alçaldılır. Ü.Hacıbəyov. interyer [fr.]\n1. arxit. Binanın, mənzilin memarlıq və bədii cəhətdən tərtiblənmiş daxili hissəsi. Metro stansiyasının interyeri. Yaşayış mənzilinin interyeri.\n2. sənət. Binanın, mənzilin daxili sahəsini təsvir edən şəkil, rəsm. intəha is. [ər.] Son, axır, nəhayət, qurtaracaq. Məndən ötrü bu şadlığın intəha və əvəzi yox idi. T.Ş.Simurq. intəhası ara s. Axırı, qurtaranı, nəhayət, xülasə. ..İntəhası, iki-üç saat vaxt kifayətdir. C.Məmmədquluzadə. İntəhası, dava var uzun olur, qısa olur, sənə yaxın, ya uzaq olur. Mir Cəlal. [Daşdəmir:] Allah eləməsin, ay Sərvinaz nənə, intəhası, mən burda az oluram, yaylaqdan yeni gəlmişəm. B.Bayramov. intəhasız sif. Sonu, axırı olmayan, nəhayətsiz, sonsuz. Bir gecə azarın intəhasız şiddətində şeyx gördü ki, qapı açıldı və Gülsüm daxil olub qapının arasında dayandı. Ə.Haqverdiyev. [Qarı:] Əhməd qızını intəhasız, hədsiz-hesabsız sevibdir. A.Divanbəyoğlu. Şirvan düzü intəhasız bir dəniz kimi görünürdü. Ə.Vəliyev. intəhasızlıq is. Sonsuzluq, nəhayətsizlik; sonu, axırı olmama. [Nuriyyəyə] elə gəlirdi ki, dünyada zaman, məkan deyilən şey yoxdur, bizim əqlimizin dərk edə biləcəyi əbədi bir boşluq, bir intəhasızlıq var. İ.Əfəndiyev. intiba is. [ər.] Bir şeyin zehində buraxdığı iz, təəssürat. Məryəm Bakıdan gəldiyi bir neçə gün müddətində gəzib tanış olduğu yerlərdən aldığı ilk intibaları xatırlayır(dı). M.Hüseyn. Cabbarlının əsərlərini oxuyarkən və ya onlara tamaşa edərkən bizdə nə qədər xoş və gözəl hisslər, fikirlər, yeni intibalar artır. M.Arif. intibah is. [ər.] Oyanış, oyanma, canlanma, dirçəlmə, yenidən yüksəliş. Azərbaycan ədəbiyyatının intibah dövrü. Milli intibah yolu. ‣ İntibah dövrü tar. – XV–XVI əsrlərdə Avropada elm və incəsənətin çiçəklənməsi dövrü. XVI əsrin axırıncı on ilində, intibah dövrünün sonunda İtaliyada meydana gəlmiş ilk opera əsərləri üçün müəlliflər xüsusi instrumental müqəddimə bəstələməzdilər. Ə.Bədəlbəyli. intibahnamə is. [ər. intibah və fars. namə] Təbliği məzmunda olub, əksərən gizli çap edilərək kütlələr arasında yayılan vərəqə; bəyannamə. İnqilabi intibahnamə. – Nəsir .. bolşevik intibahnaməsi çap etdiyi üçün həbsxanada yatırdı. S.Hüseyn. ..İntibahnamələr .. çar hakimiyyətinə, burjuaziyaya qarşı mübarizəyə qalxmış fəhlə sinfinin iradəsini .. möhkəmlədirdi. M.Hüseyn. [Dəmir Ataşa:] Gətirdiyim intibahnamələri .. yayaq, camaat öz firqəsinin səsini eşitsin. Ə.Vəliyev. intiha bax. intəha. Əmaninin dilrübası; Əzəldən rəhnüması; İntihayi-müddəası; Sənsən canımın cananı. Əmani. [Xacə] qəziyyəni ibtidadan intihayədək Yusif şaha nəql etdi. M.F.Axundzadə. intihar is. [ər.] Özünü öldürmə. [Zəmanə] ..o qədər o biçarəni əzdi ki, axırda onu ya intihara, ya qara torpaq altına girməyə məcbur etdi. C.Cabbarlı. İndi onun simasında intihara qərar vermiş kimi küt bir durğunluq vardı. Mir Cəlal. • İntihar etmək – özünü öldürmək. Yar-yoldaşlarından ar edəcək; Bəlkə axırda intihar edəcək. A.Səhhət. [Zeynal:] Mən intihar etmək ərəfəsindəyəm. S.Hüseyn. [Münəvvər:] Mənim əməlim yarımçıq qaldığı üçün dünyada qalmağı istəmirəm, bu dərdlər məni öldürəcəkdir, yainki intihar edəcəyəm. M.S.Ordubadi. intixab is. [ər.] Seçmə, seçib ayırma. [Qoca:] ..Hökmdar intixabında da atanın iştirakı və meyli təqdis olunardı. Çəmənzəminli. [Səmirə:] Məni bu saat ən çox həyəcanlandıran başqa bir şeydir: müvazinətini itirib, intixabında yanılmayasan. M.Hüseyn. • İntixab etmək (eləmək) – seçmək. [Cəmilə] özünə həyat yoldaşı intixab etmək ərəfəsində idi. S.Hüseyn. C.Məmmədquluzadə böyük rus komedioqrafını şüurlu olaraq özünə müəllim intixab etmişdi. M.İbrahimov. İntixab olunmaq (edilmək) – seçilmək. Bəzi də, heç bir sənətin sahibi olmayıb, camaat arasında gəzən və camaat içində bəzi məmuriyyətlərə intixab olunmaq axtaran şəxslərdir. C.Məmmədquluzadə. Nümayəndələr intixab olunduğu zaman Fəxrəddin də nümayəndə heyətinin sədri seçildi. M.S.Ordubadi. intiqal is. [ər.]\n1. Bir yerdən başqa yerə keçmə, yerini dəyişmə. • İntiqal etmək – köçmək, başqa yerə keçmək, yerini dəyişmək. [Çopo:] Zatən ənənə nəsillərdən intiqal etmiş kollektiv bir ağıl deyilmi? Çəmənzəminli.\n2. Mexanizmlərdə: açma əməliyyatını yerinə yetirən xüsusi qurğu. intiqam is. [ər.] Özünə pislik edənə pislik etmə arzusu və işi; qisas, qisas alma, heyif alma, əvəzə əvəz; öc. [İsmət:] Ah, fəqət intiqam dilərsə Orxan; İsmət xoşbəxt ikən olur bağrı qan. H.Cavid. Eşqin intiqamı yaşar hər zaman.. S.Vurğun. Bu ki faciədir... faciəmizi; Niyə çevirmirik intiqama biz? B.Vahabzadə. • İntiqam almaq (çəkmək) – heyfini almaq. [Molla Xəlil] aradığını bulmuş, müəllimdən yaxşı intiqam alacaqdı. S.Hüseyn. [Şeyda:] İnan ki, əfv etmək intiqam almaqdan daha müdhişdir. H.Cavid. [Ovçu anasına:] Mövhumat çəngəlində mənə olan sevgilimin intiqamını almalıyam. Ə.Məmmədxanlı. İntiqamını yerdə qoymamaq – intiqamını almaq, əvəzini çıxmaq. intim [fr.] kit.\n1. Dəruni, içdən gələn, səmimi. İntim lirika yenə qüvvətli vətənpərvərlik motivləri ilə çarpazlaşır. M.Hüseyn. Füzulinin intim duyğuları tərənnüm edən şeirlərində də, lirikasında da zəmanəsinin ruhu, fəlsəfəsi, əxlaqi görüşü və təsəvvürləri əks etmişdir. M.İbrahimov.\n2. Gizli, məhrəmanə. [Tahirə] elə gəlirdi ki, sevgilisi öz narazılığını yalnız intim bir şəraitdə söyləyəcək və Tahirdən ciddi bir haqq-hesab almamış əl çəkməyəcək. M.Hüseyn. intişar is. [ər.] Yayma, yayılma. Amma [nə] hasil mənim bu yazdığım mətalibdən ki, onların intişarı mümkün deyil. M.F.Axundzadə. // Nəşr olunma, çıxma, çap edilmə. “Molla Nəsrəddin” məcmuəsi 1906-cı ildən intişara başladı. • İntişar etdirmək – yaymaq. Əjdərlə .. bu çap olunmuş ədəbiyyatı intişar etdirmək işində əsas rolu oynayırdı. S.Rəhman. İntişar etmək – yayılmaq. Əziz balalar! ..Məktəb vasitəsilə öyrəndigimiz elmləri, fənləri insanlar arasında intişar etmək fikrində bulunduq. N.Nərimanov. Onun [akasiyanın] açmış ağ çiçəklərindən xoş bir iy intişar edirdi. S.Hüseyn. Xalq musiqi yaradıcılığının ən çox intişar edən janrı mahnılardır. Ə.Bədəlbəyli. intizam is. [ər.]\n1. Nizam və qayda, səliqə, tərtib. [Yemək odasında] evini və ailəsini sevən bir qadın intizam və səliqəsi müşahidə edilirdi. S.Hüseyn. [Oğlan:] Bizim evimizdə intizam və ölçü altına girə biləcək heç bir şey yoxdur. M.S.Ordubadi. • İntizama salmaq – nizama salmaq, qaydaya salmaq, səliqəyə salmaq.\n2. Hər hansı bir kollektivin bütün üzvlərinin tabe olması məcburi olan möhkəm qayda, qanun; nizam. Əmək intizamı. Hərbi intizam. Şüurlu intizam tərbiyəsində inandırma üsulu böyük rol oynayır. – ..Məktəb öz intizamı, dərs keyfiyyəti, ictimai, faydalı işləri ilə şöhrət qazanmağa başladı. S.Rəhimov. [Müəllim Fərmana dedi:] Əgər orduya alınan gənclər sizin kimi düşünsə, orduda intizam ola bilərmi? Ə.Sadıq. • İntizama salmaq – nizam və intizama tabe etmək. [Çopo:] Bunları [iskitləri] yalnız igid bir sərkərdə intizama sala bilər. Çəmənzəminli. intizamlı sif. İntizama ciddi surətdə riayət edən, qayda və qanuna əməl edən. İntizamlı şagird. İntizamlı işçi. İntizamlı döyüşçü. intizamlılıq is. İntizamlı olma, nizam və intizamı gözləmə. intizamsız sif.\n1. İntizama, qayda-qanuna riayət etməyən. İntizamsız işçi. İntizamsız şagird. – [Qoşqar:] Bilirsiniz ki, mən intizamsız adam deyiləm.. İ.Hüseynov.\n2. Qayda-qanunsuz, tərtibsiz, nizamsız, pozuq, qarmaqarışıq. İntizamsız qoşun. intizamsızlıq is.\n1. Nizam və intizamın olmadığı hal, nizam və intizama riayət etməmə. Ən geridə qalan bu bölüyün zəif cəhətləri intizamsızlıq, qeyri-mütəşəkkillikdir.\n2. Qarmaqarışıqlıq, tərtibsizlik, səliqəsizlik, nizam və qayda olmaması. intizar is. [ər.] Həsrət içərisində gözləmə, səbirsizliklə gözləmə. Neçə rəfiqimüvafiqlə əlləşib içə mey; Nə kəsri-məclisimeydən, nə intizarı ola. S.Ə.Şirvani. On beş gün ayrılıq on beş il keçdi; Öldürdü intizar, gözüm yoldadır. Ə.Cavad. İntizar və səbirsizlik yenidən başlandı. Qantəmir. Qurtardı həsrət də, xoş intizar da. B.Vahabzadə. • İntizar çəkmək – bax. intizar qalmaq. Aşıq saza nə qaldı? Ərzəm yazana qaldı; Bülbül intizar çəkər; Görək yaza nə qaldı? (Bayatı). Tülui-mahtab üçün çəkərdim; Dəmadəmdən gecə çox intizarı. Əmani. Adamlar bu saat nəsə bir şey olacaq gümanı ilə intizar çəkirdilər. Mir Cəlal. // Gözləmək. Dağlara çıxmağa həkim qoymayır; İntizar çəkməsin dağ çiçəkləri. N.Rəfibəyli. İntizar qalmaq – nigaran olmaq, nigarançılıqla gözləmək. [Sara Bəhrama:] Bilmirsənmi ki, əmin qızı sənsiz darıxır, həm də intizar qalmışdım. C.Cabbarlı. İntizar qoymaq – gözləməyə məcbur etmək, nigaran qoymaq, gözlətmək. Zülfün tök belə, dilbər; Tumar çək telə, dilbər; Yetər intizar qoydun; Dolan gəl belə, dilbər. (Bayatı). Dedin ki, qoymaram aləmdə intizar səni. S.Ə.Şirvani. İntizar olmaq – bax. intizar qalmaq. Oldular intizar bir saat yarım. H.K.Sanılı. İntizara yetməmək – intizarını çəkdiyini görə bilməmək. Ölürəm qəlbimdə yar nişanası; Gözüm yolda intizara yetmədi. Aşıq Ələsgər. İntizardan qurtarmaq – nigarançılıqdan qurtarmaq, arzusu yerinə yetmək, rahatlanmaq. Bayatı səsi içəri dolanda Pərşan intizardan qurtarmış kimi dərindən sinəsini ötürdü. M.İbrahimov. İntizarında qalmaq, intizarını çəkmək – birini həsrətlə, yaxud nigarançılıqla gözləmək. [Leyla:] Bütün gün intizarında, gözüm həsrətdə qalmışdım. Ü.Hacıbəyov. [Sultan:] Dünyada şad xəbərin intizarını çəkməkdən böyük zövq ola bilməz, qardaşoğlu! İ.Hüseynov. intizarçılıq is. dan. Səbirsizliklə gözləmə, intizar çəkmə, gözü yolda qalma; nigarançılıq. intizarlı sif. şair. Həsrətli, nigaran, intizarla dolu, intizar ifadə edən. Göyərib bağça, nanə; Bağ nanə, bağça nanə; İntizarlı gözlərim; Doyunca bax cananə! (Bayatı). Məsmə arvadın başında intizarlı fikirlər bir-birini təqib edirdi. Mir Cəlal. İntizarlı dəqiqələr zindandan ağır, illərdən uzun olsa da, başa çatırdı. B.Bayramov. intonbsiya is. [lat.] dilç.\n1. Səs tonunun ucalıb-alçalması; ton, tələffüz xüsusiyyəti.\n2. Musiqi alətində çalarkən, yaxud oxuyarkən tonun düzgün və ya yanlış səslənməsi. intriqa [fr.]\n1. Bir məqsədə (adətən pis məqsədə) yetmək üçün əlaltından görülən iş; hiylə, fitnə. İntriqa aparmaq. İntriqa qurbanı. – ..Təbriz şəhəri irticanın və siyasi intriqaların mərkəzinə çevrildi. M.S.Ordubadi. [Tələbə:] Bir də, mən intriqa bilən adam deyiləm.. Qantəmir. [Yusif:] Deyirlər, sədrin əleyhinə intriqa düzəldirsən. B.Bayramov.\n2. ədəb. Roman və ya dramda əsas hadisələrin çox dolaşıqlığı və gərginliyi cəhətdən fərqlənən süjet xətti, mövzunun düyünü. intriqbn (=intriqaçı) is. İntriqa ilə məşğul olan adam. İntriqanın biridir. intriqaçı (=intriqbn) is. İntriqa ilə məşğul olan adam. İntriqanın biridir. intuisiya [lat.]\n1. Bir şeyin mahiyyətini incədən-incəyə duyma qabiliyyəti; duyğu.\n2. Fəlsəfədə: varlığı təcrübə və məntiqi nəticələrin köməyi ilə deyil, bilavasitə anlama, dərk etmə qabiliyyəti. İntuisiyanın psixoloji mexanizmi. Spinozanın fəlsəfəsində intuisiya böyük yer tutur. invalid [lat.] bax. əlil. İnvalidlərin nümayəndəsi bilib ona tribunada yer vermişdilər. Mir Cəlal. invar is. [ing.] Dəmir xəlitəsi. invariant is. [lat.] Düşdüyü mühitdən asılı olmayan. inventar [lat.]\n1. Bir müəssisəyə, idarəyə, təşkilata məxsus olan avadanlığın, ləvazimatın və s.-nin məcmusu. Kənd təsərrüfatı inventarı. Xəstəxana inventarı. Zavod inventarı.\n2. Həmin ləvazimatın, avadanlığın siyahısı. İnventar tərtib etmək. Kitabları inventara daxil etmək. ‣ Canlı inventar – mal-qara. Cansız inventar – alətlər, nəqliyyat vasitələri, avadanlıq və s. inventarizasiya [lat.] Siyahıyaalma, siyahıyaalınma, inventara daxil etmə (edilmə). İnventarizasiya siyahısı. İnventarizasiya komissiyası. // Hər hansı müəssisəyə, idarəyə, təşkilata məxsus olan şeylərin yerində olub-olmadığını hesablama və siyahısını tutma yolu ilə yoxlanması. Kitabxana fondunun inventarizasiyası. inversiya [lat.] dilç. ədəb. Qrammatik hadisə və ya üslubi üsul olaraq, cümlədə sözlərin adi sırasının dəyişdirilməsi. inyeksiya [lat.] tib. Dəri altına iynə ilə dərman yeritmə. inzibatçı is. İdarə edən, idarə başçısı; özünə tabe olan idarə və ya müəssisədə yaxşı nizam və intizam yaratmış müdir. Nəriman onu inzibatçı kimi tanımışdı. Mir Cəlal. [Zakir] yaxşı bir mühəndis olmaqla bərabər, yaxşı da inzibatçıdır. H.Seyidbəyli. İnzibatçı Qulam müəllimin xahişinə əməl etdi. S.Rəhimov. // Məsul sərəncamçı. inzibatçılıq is. Konkret rəhbərlik əvəzinə quru əmr və sərəncam verməklə idarə etmə. [Qəhrəman:] Qəti surətdə inzibatçılığa, hay-küyə yol vermək olmaz. Ə.Vəliyev. inzibati sif.\n1. Nizam-intizama aid olan, nizam və intizamı nəzərdə tutan qanunlara uyğun olan, bir idarənin intizam qanunlarına tabe edilən. İnzibati tədbirlər. İnzibati cəza. • İnzibati yolla hüq. – icra orqanlarının sərəncamı ilə. İnzibati yolla cəzalandırmaq. İnzibati yolla sürgün etmək. İnzibati yolla cərimələndirmək.\n2. İdarə sisteminə, icraedici hökumət orqanlarına aid olan. İnzibati idarələr. İnzibati mərkəz. İnzibati xəritə. İnzibati vahid. – Şərur və İrəvan qəzaları inzibati idarələri şikayətlə dolu idi. E.Sultanov. ‣ İnzibati hüquq – daxili idarə sahəsində dövlət fəaliyyətinin qayda və üsullarını müəyyən edən hüquq normaları. inziva is. [ər.] klas. Xəlvət bir yerə çəkilib adamlardan uzaqlaşma, xarici aləmlə əlaqəsini kəsmə. • İnzivaya çəkilmək – bir guşəyə çəkilib, dünya ilə əlaqəsini kəsmək. [Süleyman] deyərdi ki, rəvayətə görə, .. onun övladından biri başını götürüb qaçmış.. Bu Abşeronda, sahildə, qayalıqlarda inzivaya çəkilmiş. Hər kəsdən uzaq həyat sürmüş və ölmüşdür. Ə.Məmmədxanlı. Onun sonsuz dərdləri yetişmədi davaya; O qayıdıb evinə çəkildi inzivaya. B.Vahabzadə. ion is. [yun.] fiz. Elektriklə yüklənmiş atom və ya atom qrupu. ionizasiya [yun.] bax. ionlaşma və ionlaşdırma. ionlaşdırıcı sif. fiz. İon əmələ gətirən, ionun meydana gəlməsinə səbəb olan. İonlaşdırıcı amil. ionlaşdırılma “İonlaşdırılmaq”dan f.is. ..Havanın süni ionlaşdırılmasına, ondan profilaktika və müalicə məqsədləri üçün istifadə olunmasına maraq artmışdı. (Qəzetlərdən). ionlaşdırılmaq məch. fiz. İon əmələ gətirilmək. ionlaşdırma “İonlaşdırmaq”dan f.is. ionlaşdırmaq f. fiz. İon əmələ gətirmək, ion doğurmaq, ion törətmək. Qazı ionlaşdırmaq. Havanı ionlaşdırmaq. ionlaşma is. fiz. Hər hansı mühitdə ionların meydana gəlməsi. Qazların ionlaşması. ionlu sif. fiz. İonu olan. İonlu reaksiya. ip is.\n1. Uzun pambıq, kətan, yun və s. liflərindən eşilib hazırlanan və əsasən bağ kimi işlədilən məmul. İplə bağlamaq. Tayları iplə sarımaq. – [Ağa:] Gördüm yeşiyin ipi qırılıb. Molla Nəbiqulu yeşiklə bərabər ağacdan uçub, düşüb Qasımın otağının üstünə. Ə.Haqverdiyev. // məc. Buxov, cidar, əl-ayağı bağlayan şey mənasında. [Koroğlu dedi:] Qırılar zəncirlər, iplər; Nər atılar meydana indi. “Koroğlu”.\n2. Pambıq iplikdən toxunmuş. Çarıq bağlarından, uzunboğaz rəngli ip corablarından bəlli idi ki, ananın əzizidir. Mir Cəlal. • İp vurmaq – toxumaq (iplə). Torun ipini vurmaq. Corab ipi vurmaq. – Ömrünü susmaq və başını aşağı salaraq məkik atmaqla, ip vurmaqla keçirən şərbaflar və muzdurlar yavaş-yavaş səsini qaldırıb “urreyy” çığırdı. Ə.Əbülhəsən. ‣ İpə (ipə-sapa) yatmamaq (gəlməmək) – heç bir nəsihət götürməyən, söz eşitməyən, yaxud heç bir nizam və intizama uyuşmayan adam haqqında. Padşah nə qədər dəlil-dəlalət elədi, Qəmər ipə-sapa gəlmədi ki, gəlmədi. (Nağıl). Uşaq oynayar, gülər; Xəstə deyilsə əgər; Bəzisi sakit olar; Bəzisi ipə yatmaz. R.Rza. İpə-sapa düzmək (düzülmək) – fikrin, sözlərin düzgün, səlis, rəvan ifadə edilməsi haqqında. Fikirlər cərgə-cərgə ipə-sapa düzüldü; O, iztirab əlində üzüldükcə, üzüldü. B.Vahabzadə. İpə-sapa yatmaq (gəlmək) – yola gəlmək, söz eşitmək, nəsihət qəbul etmək. [Hümmətyar:] [Xanpəri] ancaq iki ildir daha o adam deyildir. İndi, necə deyərlər, ipə-sapa yatır. Ə.Vəliyev. ...ipinə (ipinin üstünə) odun yığmaq olmaz – etibarsız, sözünün üstündə durmayan, mütərəddid adam haqqında. Xan Fətəlinin adını eşitcək təkrar qəzəbləndi: – Onun sözünü danışma! – dedi, – onun ipinin üstünə odun yığmaq olmaz! Çəmənzəminli. İpini boşaltmaq (buraxmaq) – sərbəstlik vermək, pis hərəkətlərinə göz yummaq, qabağını almamaq, başlıbaşına buraxmaq. Uşağın ipini lap boşaltmısan ha. İpini çəkmək (yığmaq, yığışdırmaq) – pis yoldan, pis əməldən qaytarmaq, qabağını almaq, həddini göstərmək, intizama çağırmaq. [İmamzadə:] Sən bunların ipini yığışdıra bilməsən, hər cür xata baş verə bilər. Q.İlkin. Boğazına ip salmaq – boğub öldürmək. İslamın fikrinə gəlmişdi ki, Tellini xoş dillə alıb qışlağa gətirsin, sonra bir gecə boğazına ip salıb boğsun. S.Hüseyn. ipçin bax. ifçin. ipək 1. is. Tut yarpaqları ilə bəslənən barama qurdlarının əmələ gətirdiyi çox incə və parlaq tellər və bu tellərdən toxunan qiymətli parçalar. [Əsgər:] Çit, ipək, məxmər, bafta, tafta – hər şeyim var. Ü.Hacıbəyov. Bir yığın tüllərə və ipəklərə bürünmüş qızlar gələr, oynarlar. H.Cavid. Buranın [Çalusun] bollu düyüsü və məşhur ipəyi vardır. M.İbrahimov.\n2. Sif. mənasında. İpəkdən hazırlanmış, ipəkdən tikilmiş (toxunmuş). İpək paltar. İpək köynək. İpək pərdə. – Onlar ipək xalçalar döşənmiş aynalı pilləkənlərdən yuxarı çıxıb .. böyük salona girdilər. M.S.Ordubadi. Nazlı əynindəki tünd-şabalıd rəngli ipək köynəyini çıxartdı.. S.Rəhman. ‣ İpək kimi – 1) çox incə, parlaq, yumşaq. İpək kimi saçları var. – Tüklərindir ipək kimi parlaq; Bədnəzərdən vücudun olsun iraq! M.Ə.Sabir. Of, nə yamandır o süzgün baxışlar; Ey ipək telləri zərəfşan gəlin! H.Cavid; 2) məc. mülayim, xoşrəftarlı, yumşaq. İpək kimi xasiyyət. – Deyir Məşədi bəy, alnında vüqar; Onun ipək kimi təbiəti var! S.Vurğun. ipəkaçan bax. ipəkəyirən. İpəkaçan zavodlarda əvvəlcə baramaların üzərində olan tiftikləri, sonra isə nazik ucları ayırırlar. “Əmtəəşünaslıq”. [Qonça:] Rəştdə ipəkaçan dəzgahımız vardı. S.Hüseyn. ipəkçi 1. is. İpəkçilik mütəxəssisi, baramaçılıq mütəxəssisi; baramaçı.\n2. köhn. İpək satan, ipək taciri. Bakıda iri ticarətlə məşğul olan düyüçülər, xalçaçılar, ipəkçilər .. də az deyildi. H.Sarabski.\n3. Sif. mənasında. Barama yetişdirməklə məşğul olan, baramaçı. İpəkçi təsərrüfat. ipəkçilik is.\n1. Barama qurdundan ipək hasil etmə işi; baramaçılıq. İpəkçiliklə məşğul olmaq. – [Qonça:] [Ataş] ipəkçiliklə məşğul olurdu. S.Hüseyn. Burada [Rəştdə] ipəkçilik geniş yayılmışdır. M.İbrahimov.\n2. Bu işlə məşğul olan təsərrüfat. İpəkçilik təsərrüfatı. ipəkəyirən sif. İpəyi açan, ayıran, təmizləyən. İpəkəyirən maşın. ipəkxana is. köhn. İpək karxanası, ipək emalatxanası. ipəkqurdu bax. baramaqurdu. İpəkqurduları böyüyüb yaşa çatdıqdan sonra, ipək sarımaq üçün tel buraxmağa başlayırlar. A.Quliyev. ipəkli sif. İpək qarışığı olan, içərisində ipək olan. İpəkli parça. ipəktoxuyan sif. İpəkdən parça toxuyan. İpəktoxuyan maşın. – ..İpəktoxuyan kombinatda yüzlərlə ixtisaslı fəhlə çalışır. S.Rəhman. ipəyatmaz sif. və is. Heç bir üsul və qaydaya, nizam və intizama uyuşmayan, heç bir nəsihət və söz qəbul etməyən (adam), tərs (adam). ipəyatmazlıq (=ipəyatmamazlıq) is. İpəyatmaz adamın hal və keyfiyyəti; tərslik. ipəyatmamazlıq (=ipəyatmazlıq) is. İpəyatmaz adamın hal və keyfiyyəti; tərslik. ipəyirən sif. İpi açıb təmizləyən və əyirən. İpəyirən maşın. ipləmə 1. is. dan. Dəlisov, dəlibaş, dəli. İpləmənin biridir. O, lap ipləmə imiş. // Sif. mənasında. Zəncirlə, iplə bağlanmalı olan; zəncirləmə. İpləmə dəli.\n2. “İpləmək”dən f.is. ipləmək f. İplə bağlamaq, iplə sarımaq. Yükü ipləmək. Yeşiyi ipləmək. iplik is.\n1. Pambıq lifindən hazırlanan möhkəm, davamlı sap. Pambıq iplik. – Uşağın iki əlinin baş barmaqlarını iplik ilə birbirinə bağlayıb sonra ipliyi kəsirlər. Ə.Haqverdiyev. [Ayna:] Budur, boyatmaq üçün iplik aparıram. Ə.Məmmədxanlı.\n2. Sif. mənasında. Həmin sapdan toxunmuş, hazırlanmış. İplik tor. – Ala iplik çuvalları heç kəs tanımır, hamı mat qalıb çiynini çəkirdi. B.Bayramov. ‣ İplik kimi dolaşmaq – qarışmaq, birbirinin içinə keçmək. Hatəm dayı .. təpələr arasında iplik kimi dolaşıq düşən cığırlara baxırdı. Mir Cəlal. iplikxana is. İplik karxanası, iplik fabriki. iplikli sif. Xalis yun deyil, iplik qarışığı olan, iplik qarışıq toxunmuş. İplikli parça. ipoteka is. Müavinət, girov qoyulmuş əmlak. ippodrom is. [yun.] Cıdır meydanı. iprənmək f. İyrənmək, kiməsə, nəyəsə nifrət etmə. iprit [Belçikada İprit şəhərinin adından] kim. Xardal qoxuyan zəhərli qaz; dəridə irinli yara əmələ gətirən və orqanizmi bütünlüklə zəhərləyən davamlı zəhərləyici maddələrdən biri. ipsiz sif.\n1. Başına ip salınmamış, başı iplə bağlanmamış, açıq buraxılmış.\n2. məc. dan. Öz hərəkətlərində həddhüdud bilməyən qaba, qanmaz adam haqqında. İpsizin biridir. ipvari sif. İpə oxşar, ip kimi. irad I. is. [ər.] Söyləmə, demə, danışma. • İrad eləmək (etmək) – demək, söyləmək. İngiltərə vaizi Ser Deterdinq öz moizələrinin birində irad edirmiş ki, dünyada neft iki qisimdir. C.Məmmədquluzadə. [Xarrat:] Əfəndim, irad etdiyim bu sözlər xilafi-həqiqət ki deyildir? T.Ş.Simurq. [Kərəmov:] Orada nitq irad elədi, qəzetə düşdü, indi də budur, qayıdır, deməli, təzədən düşəcəyik işə. S.Rəhman.\n\nII. is. [ər.] Nöqsan, kəsir, eyib, qüsur. • İrad eləmək (tutmaq, saymaq) – nöqsan tutmaq, kəsrini, eybini demək. Hicran edibdi könlümü bərbad, ağlaram; Çoxlar tutar bu halıma irad, ağlaram. X.Natəvan. ..Böyüklərə irad tutmaq özü bir xatadır. C.Məmmədquluzadə. Dilara .. gülə-gülə anasına irad tutmuşdu.. M.İbrahimov. iradcıl sif. Hər şeyə irad tutmağı, irad tapmağı sevən. İradcıl adam. iradçı sif. Hər şeyə irad tutan, hər şeydə bir nöqsan, eyib, qüsur tapmağa çalışan. İradçı adam. iradçılıq is. Hər şeydə irad tutma, hər şeydə bir nöqsan, eyib, qüsur tapmağa çalışma. iradə is. [ər.]\n1. İnsan psixikasının, insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq, arzu və istəklərini həyata keçirmək qabiliyyətində təzahür edən xüsusiyyətlərindən biri. İradə qüvvəsi. İradə zəifliyi. – [Doktor:] ..Hər çətinliyi ortadan qaldıran iradədir. A.Şaiq. Min bir əzaba dözdün, iradən sarsılmadı; Qəlbindən hicran yükü daş kimi asılmadı. S.Rüstəm. Əjdər Mirzə Hüseynin sözlərində böyük iradə və inam olduğunu hiss edirdi. S.Rəhman. // Bir şeyi əldə etmək üçün göstərilən səy, cəhd, qeyrət, inad. [Səbirə:] Birdən zərfi əlimdə gördüm. Qaytarmağa iradəm çatmadı. M.Hüseyn.\n2. İstək, arzu, könül, tələb. İradəsini yerinə yetirmək.\n3. köhn. Əmr, hökm, fərman. // Niyyət, məram. [Vəzir:] A kişi, padşahın iradəsi budur ki, sənin qızını alsın, razısanmı? Ü.Hacıbəyov. • İradə etmək (buyurmaq) köhn. – əmr vermək, hökm etmək, buyurmaq. Pəs o biri rəfiq iradə etdi ki, daxil olsun, onun da halı bu qərar ilə oldu. M.F.Axundzadə. iradəli sif. Möhkəm iradəyə, xarakterə sahib olan (bax. iradə 1-ci mənada). İradəli oğlan. – [Günəş] nəzakətli, ciddi və iradəli bir qadın olmuşdu. A.Şaiq. Zeynəb .. ədəbiyyatımızda yaranmış iradəli qadın surətlərindəndir. M.İbrahimov. Həcər qızının möhkəm iradəli olduğunu bilirdi. Ə.Vəliyev. iradəlilik is. Möhkəm iradəyə malik olma, iradəcə möhkəmlik; səbatlılıq. iradəsiz sif. İradəsi olmayan, iradəsi zəif, qətiyyətsiz. Zeynal iradəsiz bir gəncdi. S.Hüseyn. iradəsizlik is. İradəsi olmayan adamın hal və keyfiyyəti; iradə zəifliyi, qətiyyətsizlik. Toğrul artıq hökumət işlərindəki dəyərsizliyini və həddindən artıq zəiflik və iradəsizliyini göstərdi. M.S.Ordubadi. [Mahmud] iradəsizlik etsə, özünü məhv edə bilər. Z.Xəlil. iradət [ər.] klas. Arzu, istək, könüldən gələn razılıq. Öz iradəti ilə (öz razılığı ilə). – Hüsn afəti-eşq olub dəmadəm; Gəldikcə iradət oldu möhkəm. Füzuli. Durmuşam eyni iradətlə yenə; Baxıram kuyinə həsrətlə yenə. M.Ə.Sabir. [Mirzə Bəylər:] Bir az məhəbbətə sədaqətim var; Şövq ilə həvəsə iradətim var. Aşıq Ələsgər. iradi sif. İradəyə aid, iradədən asılı olan, iradə ilə bağlı olan; ixtiyari. İradi hərəkət. iradsız sif. Heç bir iradı, nöqsanı olmayan; nöqsansız, qüsursuz, eyibsiz. İradsız iş. İradsız əsər. İradsız adam olmaz. iradsızlıq is. Nöqsansızlıq, qüsursuzluq, eyibsizlik. iraq zərf Uzaq, uzaqda. İraq olmaq. İraq durmaq. – Gül əkdim, şaxta vurdu; Nə yaman vaxtda vurdu; Bimürvət ovçu məni; Yardan iraqda vurdu. (Bayatı). Mürği-ruhum getməz səndən irağa. Aşıq Ələsgər. • İraq düşmək – uzaq düşmək, ayrılmaq, uzaqda olmaq. [Bahadır] gördü ki, Sonadan xeyli iraq düşübdür. N.Nərimanov. İraq eləmək – uzaqlaşdırmaq, uzaq eləmək. Çıxardaq məmləkətdən; Ölkədən iraq eyləyək! Aşıq Ələsgər. İraq olmaq – uzaq olmaq, uzaq düşmək. Elə bilsin padşahi-zamandır; Hər kim iraq olur, müxtəsər, səndən. Q.Zakir. Müddətdi gözümdən olubdu iraq; Əridib ürəyim dərdü qəm, fəraq. Aşıq Ələsgər. Gözümdən bir an da iraq olmadın; Mən sənə hər yerdə Vətən deyirəm. S.Rüstəm. // sif. Uzaq. Uzaq ölkələrə, iraq ellərə; Axışan buludlar, axan buludlar! N.Rəfibəyli. // İs. mənasında. Uzaq yer. Yolum oldu iraqlar; Çiynim kəsdi yaraqlar; Ayrılıq məlum oldu; Mən ağlaram, yar ağlar. (Bayatı). İraq, iraq candan, iraq olsun – uzaq olsun, Allah göstərməsin (qorxulu, zərərli, arzuedilməz bir şey, hadisə haqqında deyilir). [Gülsüm xala:] Buy, bu nə sözdür deyirsən, a qadasın aldığım, iraq canından, Allah eləməsin ki, Şirin qiyamətə kimi yatsın.. E.Sultanov. [Səriyyə xala:] İraq candan, [uşaqlar] dilənçiyə oxşayırdılar. M.İbrahimov. [Kiçikxanım:] Allah eləməsin, iraq candan! – deyə onun əlini sıxdı və tələsirmiş kimi ayrılıb getdi. Mir Cəlal. iraqlaşdırılma “İraqlaşdırılmaq”dan f.is. iraqlaşdırılmaq məch. Uzaqlaşdırılmaq. iraqlaşdırma “İraqlaşdırmaq”dan f.is. iraqlaşdırmaq f. Uzaqlaşdırmaq. iraqlaşma “İraqlaşmaq”dan f.is. iraqlaşmaq f. Uzaqlaşmaq. iraqlıq is. Uzaqlıq, uzaqda olma. Mənim qanıma girmə, ey pəri, kim; İraqlıqdan gözüm qan ağlar oldu. Kişvəri. iranlı is. və sif. İran əhalisindən olan; İran vətəndaşı, İran təbəəsi. iranşünas is. [fars.] İranşünaslıq mütəxəssisi. iranşünaslıq is. İran dilləri və mədəniyyətini öyrənən elmlərin məcmusu; İran filologiyası. irbis is. zool. Qar bəbiri, pişikkimilər fəsiləsindən məməli yırtıcı heyvan. irçal dan. bax. riçal. Armud irçalı .. indi istədiyin qədər taparsan. Ə.Əbülhəsən. irçə is. məh. Qəlib. Zərgər irçəyi. irdələmək f. məh. Təmizləmək, arıtmaq. Taxılı irdələmək. Meyvəni irdələmək. irəli zərf\n1. Hərəkətin istiqamətinə görə qabağa, qabaq tərəfə (geri əksi). İrəli yerimək. İrəliyə addımlamaq. İrəli çıxmaq. İrəli sürmək. – Qaraca qız isə irəli gəlib öz dostunun zəhərlənmiş qanını sorur. S.S.Axundov. Kəhər yerindən dördnala sıçrayıb dırnağının altından palçıq topaları səpələyəsəpələyə irəli cumdu. M.İbrahimov. • İrəli vermək – 1) qabağa vermək, qabağa uzatmaq. Tüfəngi irəli vermək; 2) qabağa itələmək, qabağa çıxartmaq. Uşağı irəli verdim. // Sif. mənasında. Qabaq, ön. Məktəbin irəli tərəfi güllükdür. // İrəlidəki şəklində – öndə olan, qabaqda olan. İrəlidəki dəstə sürətlə qaçırdı. // Qabaq tərəfə, qabağa (bəzən irəliyə şəklində). Ürkə tövşüyə-tövşüyə su içmək üçün başını irəli uzadanda silah səsindən diksinib qulaqlarını şəklədi. M.Hüseyn. Sal daşının dibindən irəliyə bir qoşalülə çıxmışdı.. M.İbrahimov. Qırmızı alov irəli hücum edir, pəncələnmiş buğda dərzlərini yandırıb məhv edirdi. Ə.Vəliyev. // İrəlidən şəklində – qabaqdan, öndən, qarşıdan. İrəlidən arıq tülküyə bənzəyən alış-verişçilər qaban kimi gümrahlanıb don-don donquldanırdılar. E.Sultanov.\n2. Əvvəl, qabaq. Fərəhimdən ölərəm gər səni birdən görsəm; Gəlməyindən irəli eylə xəbərdar məni. S.Ə.Şirvani. [Allahqulu:] O məndən bir-iki saat irəli gəlibdir. N.Vəzirov. // Tez. Hamıdan irəli gəldi. • Bundan irəli – 1) ...əvvəl, ...qabaq. Yetmiş il bundan irəli bina olunan Naxçıvan hamamlarının xəzinəsinin suyu yeddi ildə bir dəyişilir. C.Məmmədquluzadə. İndiki işləri görəndə on bir il bundan irəli olan bu əhvalat yadıma düşür.. Qantəmir; 2) keçmişdə, keçmiş zamanda, əvvəllər, qabaqlar. Bundan irəli arvadlar ərləri ilə fəxr edirdilər. Ə.Vəliyev. // İrəlilər, irəlilərdə şəklində – keçmişdə, qabaqlar, əvvəllər. [Qurban:] Qarı nənə, bayaq dedim, irəlilər ar eləyirdim. Ə.Haqverdiyev. [Cahangir ağa:] İrəlilərdə mən də sənin kimi eşitmişdim. S.S.Axundov.\n3. İrəlini şəklində – gələcəyi, sonranı, qabağı, gələcək zamanı (dövrü, şəraiti və s.-ni). İrəlini nəzərə almaq. İrəlini düşünmək. Rəhbərlik etmək üçün irəlini görmək lazımdır. // İrəlidə şəklində – 1) qabaqda, öndə, qarşıda; 2) qabaqda, sonra. Bu xüsusda söhbət irəlidə gedəcəkdir. – İrəlidə Mərdəkanın işıqları fərq edilirdi. S.Hüseyn. Birinci gün olduğu kimi yenə də Cavad irəlidə gedir, döyüşçüləri ruhlandırırdı. Ə.Vəliyev. // Gələcəkdə, qarşıda. İrəlidə Səmədi tamamilə yeni bir həyat, yeni işlər, yeni qayğılar gözləyirdi. ‣ İrəli atmaq – ortalığa atmaq, irəli sürmək, müzakirəyə qoymaq. Onu gözəl tanıyır və həmişə qabaqda getdiyini, yeni təşəbbüslər irəli atdığını yaxşı bilirdilər. İrəli düşmək – 1) bir işdən qazanc əldə etmək, xeyir görmək, mənfəət götürmək. Hacı Sultan isə yalnız daşgərdişindən gündə qırx-əlli pud irəli düşürdü. S.Hüseyn; 2) başqasından daha tez hərəkət etmək, müvəffəqiyyət əldə etmək, qabaqlamaq. O, məndən irəli düşdü. İrəli çəkilmək – başqalarının arasından seçilib daha məsul işə, vəzifəyə təyin edilmək. [Sara] xalq məhkəməsində bir il qulluq etdi, irəli çəkildi. Mir Cəlal. İrəli çəkmək – 1) başqalarının arasından seçib daha məsul işə, vəzifəyə qoymaq. Onu məktəb müdiri vəzifəsinə irəli çəkmişdilər; 2) ortaya atmaq, irəli atmaq. Müəllim Tellinin irəli çəkdiyi şəriət məsələsini təhlil etmək istəyirdi. S.Hüseyn. İrəli getmək – 1) irəliləmək; 2) daha mütərəqqi fikirlər irəli sürmək. C.Məmmədquluzadə bəzi ictimai hadisələrin anlayışında çox irəli gedir. M.İbrahimov; 3) inkişaf etmək, tərəqqi etmək, artmaq. [Bədirnisə:] Bu, çox yaxşı qızdır. Kənddə qadınların irəli getməyinə çox can yandırandır. Mir Cəlal. [Məmməd:] Sən təsəvvür edirsənmi, beş-on ilin içərisində elm nə qədər irəli gedib? Ə.Əbülhəsən. İrəli gəlmək – 1) əmələ gəlmək, yaxşılaşmaq, düzəlmək. Uşaq günbəgün irəli gəlir. – [Baloğlan:] Daha bal da yesə, irəli gəlməz. C.Cabbarlı; 2) törəmək, doğmaq, meydana çıxmaq, baş vermək. Nöqsanlar diqqətsizlikdən irəli gəlmişdir. – [Bəypolad:] Cəsarətimin əfv ediləcəyinə əminəm, çünki səmimiyyətdən irəli gələn qüsurlar əfv edilir. H.Cavid. İrəli sürmək – müzakirə, məlumat və s. üçün təklif etmək, ortaya atmaq. İttiham irəli sürmək. Tezis irəli sürmək. Namizədlər irəli sürmək. İrəlidə getmək – 1) qabaqcıl olmaq, birinci yeri tutmaq, başqalarını ötüb keçmək. Yarışda irəlidə getmək; 2) yol göstərmək, başçılıq etmək, qabaqda getmək. Birinci gün olduğu kimi yenə də Cavad irəlidə gedir, döyüşçüləri ruhlandırırdı. Ə.Vəliyev. irəlicə zərf Qabaqca, öncə; irəlicədən. İrəlicə kim dedi? irəlicədən zərf Qabaqcadan, əvvəlcədən. Gəlməyəcəyini irəlicədən bildirdi. İclas gününü irəlicədən bildirmək. irəlidəki zərf\n1. Qabaqda olan, öndə olan; qabaqdakı, öndəki. İrəlidəki yol. İrəlidəki ev. İrəlidəki adam. – Keşlə yaxınlığında qatarımız dayanmağa məcbur oldu; irəlidəki qatar qəzaya uğramışdı.. S.Hüseyn.\n2. Sonra gələcək, növbəti. İrəlidəki dayanacaqda sərnişinlərdən çoxu düşdü. Q.İlkin. irəlidən zərf\n1. Qabaqdan, qabaq tərəfdən, öndən, qarşıdan. İrəlidən bir atlı çıxdı.\n2. Qabaqcadan, irəlicədən. İrəlidən xəbər vermək lazımdır. irəli-geri zərf\n1. Bir tərəfdən o biri tərəfə, bu başdan o başa və əksinə; dalaqabağa. Qaldırıcı maşınların yüz metr hündürlüyündə polad vışkaları .. irəli-geri hərəkət edir. (Qəzetlərdən).\n2. Başlanğıc-son, əvvəl-son. Kitabı irəligeri vərəqləmək. ‣ İrəlisini-gerisini düşünmək (işin və s.nin) – bir məsələni, işi və s.-ni hərtərəfli təhlil etmək, ətraflı düşünmək, götür-qoy etmək, nə kimi nəticələr verəcəyini nəzərə almaq. [İbrahim xan:] Bu adam [Fətəli xan] işin irəlisini-gerisini düşünmür? – deyə Vaqifə müraciət etdi. Çəmənzəminli. irəliki sif. Qabaqkı, (bundan) əvvəlki, ...əvvəl olmuş; keçmiş. İrəliki məqalələrimizdən “Tərəqqi”nin hörmətli oxucuları gördülər ki, əsillərindən o dərəcədə uzaqda və kənarda durmayıblar. F.Köçərli. [Hafizə xanım:] De görüm bəy irəliki arvadına puldan-zaddan göndərir, yoxsa yox? Ə.Haqverdiyev. [Hacı Murad:] ..Amma irəlidəki arvaddan beş oğlu var, dörd də ay kimi qızı. S.S.Axundov. irəliləmə 1. “İrəliləmək”dən f.is.\n2. İrəliləyiş, yüksəliş, tərəqqi, inkişaf. Xalq ədəbiyyatının dilində də böyük bir irəliləmə görünürdü. M.İbrahimov. irəliləmək f.\n1. Qabağa doğru hərəkət etmək, irəli getmək, yerimək. Maşın evə doğru irəliləyirdi. O, yoldaşına tərəf irəlilədi. – [Ceyran] ağır və yorğun addımlarla irəliləyirdi. S.Hüseyn. [Qəhrəman:] Bizimkilər irəliləyəndə mən yoldaşlarımla bir az asudə nəfəs alırdıq. H.Nəzərli. Tahir evlərdən bir az kənar yol tutub, tanış həyətlərə göz gəzdirir, qohum-əqrəbaya rast gələcəyini düşünə-düşünə irəliləyirdi. M.Hüseyn.\n2. Tərəqqi etmək, inkişaf etmək, müvəffəqiyyət qazanmaq, artmaq. ..Tənqid realizm .. metodu ilə irəliləməyimizdə günəş kimi zəruridir. S.Rəhimov. irəlilətmə “İrəlilətmək”dən f.is. irəlilətmək f.\n1. Durduğu yerdən bir qədər qabağa itələmək, qabağa çəkmək. Stulu bir az irəlilətmək.\n2. İnkişaf etdirmək, tərəqqisini sürətləndirmək. “Molla Nəsrəddin” nəinki Azərbaycan ədəbiyyatını, həm də Azərbaycan jurnalistikasını böyük bir təkanla irəlilətdi. M.İbrahimov. irəliləyiş is. İrəliləmə, tərəqqi, inkişaf, irəliyə doğru hərəkət, nailiyyət, yüksəliş. Bu tayda isə müqayisəolunmaz dərəcədə böyük irəliləyiş olmuşdur. M.İbrahimov. Altı ay çəkmədi, məktəbdə böyük bir irəliləyiş göründü. Mir Cəlal. irəlilik is. Hər hansı bir işdə irəlidə olma, irəlidə getmə; qabaqcıllıq, tərəqqi, inkişaf. irəm is. [ər.] Şamda, yaxud Yəməndə olduğu rəvayət edilən əfsanəvi bir bağçanın adı olub klassik ədəbiyyatda və folklorda “behişt, cənnət” mənasında işlənmişdir. Xoş nəğmələnib bülbüli-şeyda ötər oldu; Açıldı irəmlər. M.V.Vidadi. irəmə is. Yer səthindən azacıq hündür olan yer; təpə, dikdir. İrəmələr, ay irəmələr; Qoynunda kəkliklər mələr. (Mahnı). ..İrəmələrdəki kəklik, taxılların içindəki turac və bildirçin .. nadir quşlardır. Ə.Vəliyev. Doluxsunmuş buludlara qan çilənir elə bil; Dalır axşam sükutuna o irəmə, o sahil. Ə.Cəmil. irəş məh. bax. anac 1-ci mənada. İrəş toyuq. irəşmə (=irəşt) is. Atın başına bağlanan nazik ip. Bir az gedəndən sonra Süleyman atının irəştini düzəltmək bəhanəsi ilə düşüb geridə qaldı və quldur getdi qabağa. Ə.Haqverdiyev. Oğlan yəhərin qaşına bağlanmış uzun irəşməni açdı, atı yedəkləyib dəyədən uzaqlaşdı. M.Hüseyn. irəşt (=irəşmə) is. Atın başına bağlanan nazik ip. Bir az gedəndən sonra Süleyman atının irəştini düzəltmək bəhanəsi ilə düşüb geridə qaldı və quldur getdi qabağa. Ə.Haqverdiyev. Oğlan yəhərin qaşına bağlanmış uzun irəşməni açdı, atı yedəkləyib dəyədən uzaqlaşdı. M.Hüseyn. irfan is. [ər.]\n1. Bilik, məlumat; oxumaq və zehin işlətmək nəticəsində hasil olan yetkinlik, kamillik.\n2. Mədəniyyət, maarif. İndidən tərbiyə qıl baği-dili; Bitsin ol bağçada irfan güli. M.Hadi. Qanan kim, qandıran kim, nəşriirfan eyləyən kimdir. M.Ə.Sabir. Bir söylə görüm, məktəbi-irfan nəyə lazım? Təhsili-ədəb, dərsi-dəbistan nəyə lazım? M.S.Ordubadi. irfidə is. Açılmış kündəni təndirə yapmaq üçün alət. irgənci sif. İyrənc. iri sif.\n1. Həcmcə, ölçücə, cüssəcə böyük, yekə; cüssəli, həcmli. İri qazan. İri bədən. İri əl. İri uşaq. İri fındıq. – [Xanım] uzun, mütənasib boylu, sağlam bədənli, iri qara gözlü bir qadın idi. H.Nəzərli. [İzzət qarı və Qumru] obaya çatarkən çobanlar ayağa qalxıb iki iri daş gətirdilər. Ə.Məmmədxanlı. // Böyük, geniş, vüsətli. İri zal. İri həyət.\n2. Sayca çoxlu, külli miqdarda olan. İri dəstə. İri qoşun birləşməsi. • İri addım – geniş addım. İri bloklar xüs. – bina tikilişində istifadə edilən çox böyük həcmli beton daşlar. İri kapital – 1) böyük müəssisələrin sahibləri və inhisarları; 2) çox külli miqdarda pul. İri məbləğ – çoxlu pul. İri mülkədar (sənayeçi, tacir və i.a.) – böyük ölçüdə xüsusi mülkiyyətə sahib olan mülkədar (sənayeçi, tacir və i.a.). İri pul – üstündə böyük dəyər yazılmış pul. iribaş (=iribaşlı) sif. Başı iri olan. İribaşlı adam. İribaş soğan (turp). iribaşlı (=iribaş) sif. Başı iri olan. İribaşlı adam. İribaş soğan (turp). iribaşlılıq is. Başı iri adamın, ya heyvanın halı. iribədənli sif. Bədəni iri olan, bədəncə yekə. İribədənli adam. iriburun (=iriburunlu) sif. Burnu iri olan. iriburunlu (=iriburun) sif. Burnu iri olan. iribuynuzlu sif. Buynuzları iri olan. İribuynuzlu camış. iricə sif. Çox iri, yaxud nisbətən iri. İricə ağac. İricə daş. iriçiçək (=iriçiçəkli) sif. Çiçəkləri iri olan. İriçiçək üskükotu. iriçiçəkli (=iriçiçək) sif. Çiçəkləri iri olan. İriçiçək üskükotu. iridanəli sif. Danələri iri olan. İridanəli mirvari. – Qətibə .. iridanəli inci çıxarıb, Səba xanımın boynuna salaraq: – Bunu Bağdadda sənin adına almışam, – dedi. M.S.Ordubadi. iridənli sif. Dənləri iri olan. İridənli darı. İridənli buğda. iridırnaqlı sif. Dırnaqları iri olan. iridiş (=iridişli) sif. Dişləri iri olan. İridişli çarx. İridiş daraq. iridişli (=iridiş) sif. Dişləri iri olan. İridişli çarx. İridiş daraq. iridodaqlar is. zool. Xanıbalığıkimilər dəstəsindən əlvan rəngli dəniz balıqları fəsiləsi. irigövdəli sif. Gövdəsi iri olan. İrigövdəli ağac. – Meşənin ətəyindən, təkəmseyrək kolların arasından qara paltarlı, irigövdəli bir arvad çıxdı. İ.Hüseynov. irigöz (=irigözlü) sif. Gözləri iri olan. İrigöz qız. İrigöz oğlan. – Bunların [əcnəbilərin] arasında ucaboylu, irigözlü, buğdayısifət bir gənc vardı. Çəmənzəminli. İrigöz, yastıburun Validənin görüşü hamıya mane olur. H.Seyidbəyli. irigözlü (=irigöz) sif. Gözləri iri olan. İrigöz qız. İrigöz oğlan. – Bunların [əcnəbilərin] arasında ucaboylu, irigözlü, buğdayısifət bir gənc vardı. Çəmənzəminli. İrigöz, yastıburun Validənin görüşü hamıya mane olur. H.Seyidbəyli. irigözlülük is. İrigözlü adamın halı. iri-xırda sif. Hər cür, hər boyda, hər ölçüdə, hər həcmdə. Ağacda iri-xırda nə meyvə vardısa, töküldü. irikalibrli sif. xüs. Kalibri adi kalibrdən böyük olan; çapı, ölçüsü böyük olan. İrikalibrli pulemyot. irikök (=iriköklü) sif. Kökü iri olan. İrikök çuğundur. iriköklü (=irikök) sif. Kökü iri olan. İrikök çuğundur. iriləmə “İriləmək”dən f.is. iriləmək f. Həcmcə, ölçücə böyütmək, iri eləmək. Kündələri iriləmək. irilənmə “İrilənmək”dən f.is. irilənmək f.\n1. Həcmcə, ölçücə, cüssəcə böyümək, yekələşmək. Meyvələr irilənib. Ağaclar irilənib.\n2. Böyümək, boya-başa çatmaq. Uşaq daha irilənib. – [Ağanın] başı üçün, o irilənəndə qoymaz ki, bu dünyada bir canlı-cinli də yel olub Soltan ağanın yanından belə ötsün. S.Rəhimov.\n3. məc. Geniş açılmaq (göz haqqında). Məşədinin alışan balaca gözləri irilənib pərpər çaldı. S.Rəhimov. Sultanın iri gözləri elə bil bir az da iriləndi. İ.Hüseynov. iriləşdirilmə “İriləşdirilmək”dən f.is. iriləşdirilmək məch. İri hala salınmaq, həcmcə, ölçücə böyükləşdirilmək. iriləşdirmə “İriləşdirmək”dən f.is. iriləşdirmək f. Həcmcə, ölçücə iri hala salmaq, irilətmək, böyütmək. iriləşmə “İriləşmək”dən f.is. iriləşmək f. Daha iri olmaq; həcmcə, ölçücə, cüssəcə daha da böyümək; yekələnmək, irilənmək. Meyvələr gündən-günə yetişib iriləşir. – [Fərmanın] ortaboylu nazik vücudu getdikcə iriləşir, bədənindəki uşaq kövrəkliyi daha az hiss olunurdu. Ə.Sadıq. Göy yerə töküləcəkmiş kimi müdhiş bir gurultu qopdu. Əvvəl xırda, get-gedə iriləşən quşbaşı dolu yağdı. M.Rzaquluzadə. irilətmə “İrilətmək”dən f.is. irilətmək bax. iriləşdirmək. irili-xırdalı sif.\n1. Böyüklü-kiçikli, hər yaşda, böyük və kiçik. Körpünün üstü cırcındıra bürünmüş irili-xırdalı uşaqlarla dolu idi. M.Rzaquluzadə.\n2. Həm iri, həm xırda; həm böyük, həm kiçik. Səhər tezdən yola çıxdıq. Nügədinin kölgəlik yollarını aşıb irili-xırdalı kəndlərdən keçdik. R.Rza. ..Bir səhər Qumru yuxudan ayılarkən, artıq dəzgahını bir yığın irili-xırdalı yumaqlarla bəzənmiş gördü. Ə.Məmmədxanlı. irilik is. İri şeyin hal və keyfiyyəti; böyüklük, yekəlik. Dənin iriliyi. Başın iriliyi. Bu irilikdə qoz görməmişəm. – [Hacı Murad:] Bu irilikdə mirvari .. heç Xəta padşahının xəzinəsində də tapılmaz. S.S.Axundov. irin is. [ər.] tib. Bədənin hər hansı bir yerində toxumaların iltihabı nəticəsində əmələ gələn yaşıl və sarıya çalan pis qoxulu qəliz maddə; yara çirki. Yaradan irin axmaq. Çiban irini. irinlədici sif. İrin əmələ gəlməsinə səbəb olan, irin törədici. İrinlədici maddə. İrinlədici bakteriya. irinləmə “İrinləmək”dən f.is. irinləmək f. İrin əmələ gəlmək. Yara irinləyib. irinlətmə “İrinlətmək”dən f.is. irinlətmək f. İrinləməsinə səbəb olmaq, irin törətmək. irinli sif. İrini olan, irin yığılmış, irin axan. İrinli yara. İrinli çiban. irinlilik is. İrinli yaranın halı. irinverən sif. İrinli. İrinverən yara. iris [yun.] Şokolad rəngli kubiklər şəklində konfet növü. irisifət (=irisifətli) sif. Sifəti, üzü iri olan. İrisifət oğlan. irisifətli (=irisifət) sif. Sifəti, üzü iri olan. İrisifət oğlan. irişdirilmə “İrişdirilmək”dən f.is. irişdirilmək məch. Bir-birinə çatdırılmaq, bir-biri ilə qovuşdurulmaq, yetişdirilmək. irişdirmə “İrişdirmək”dən f.is. irişdirmək f. Yetişdirmək, çatdırmaq, qovuşdurmaq. irişilməz sif. Yetmək, çatmaq, mümkün olmayan; əlçatmaz. Mən ağ bir göyərçin olsaydım; Əngin, irişilməz üfüqlərdə yaşardım. H.Cavid. [Güllər] pianinosu arxasında .. irişilməz xəyallara dalaraq saatlarla çalırdı. İ.Əfəndiyev. Planetlər, uçulub dağılan o dəhşətli uzaqlıqlar daima mənə qədim bir əfsanə kimi gözəl və irişilməz görünürdü. Ə.Məmmədxanlı. irişmə I. “İrişmək”1dən f.is.\n\nII. “İrişmək”2dən f.is. irişmək I. f. Çatmaq, yetişmək. Bahar oldu, açıldı yüzündən pərdə gülzarın; İrişdi qönçənin dövrü, zamanı qalmadı xarın. Nəsimi. Doğulduğu gecədən irişincə bu günə; Yollarda yonca kimi böyüdü öz-özünə. Ə.Cavad.\n\nII. f. dan. Boş-boş gülmək, hırıldamaq; dişlərini ağartmaq. Ramazanov mənə yaxınlaşdı, məni tanıyıb, yalandan irişdi. S.Rəhman. Fərman Əhmədin üzünə mənalı-mənalı baxıb irişdi: – Ay lopabığ, yəqin oğurluq ətidir. Ə.Abasov. Mən də malları gündə dörd dəfə suya gətirəcəyəm, – deyə Yusif irişdi. B.Bayramov. irişə-irişə zərf Dişlərini ağardıb güləgülə, boş-boş gülə-gülə. [Vəli irişə-irişə:] Mən bilirəm, sən nə istəyirsən.. Ü.Hacıbəyov. Molla Qurban salam verəndə Fərrux diksinib başını qaldırdı və irişə-irişə dedi.. Ə.Vəliyev. Cılız, gödəkboy Əliqulu xoşa getmək üçün irişə-irişə dedi.. M.Süleymanov. iriyanaq (=iriyanaqlı) sif. Yanaqları iri olan. İriyanaqlı uşaq. iriyanaqlı (=iriyanaq) sif. Yanaqları iri olan. İriyanaqlı uşaq. iriyarpaq (=iriyarpaqlı) sif. Yarpaqları iri olan. İriyarpaqlı ağac. iriyarpaqlı (=iriyarpaq) sif. Yarpaqları iri olan. İriyarpaqlı ağac. irkilmək f. məh. Ürkmək. Dəmirqaya əvvəl baxışda irkildi. H.Nəzərli. irq is. [ər.] Mənşə və bəzi irsi xüsusiyyətlərinə (saçlarının, dərilərinin rənginə, başlarının quruluşuna və s.) görə bir olan tarixən təşəkkül tapmış insanlar qrupu. Burada ağ irqdən qızlar var idi, yaşları çox az idi, ən çox yaşlı olanları 10 yaşdan artıq olmazdı. M.S.Ordubadi. // Heyvan və bitki təsnifatını bildirmək üçün bir termin kimi də işlənir. irqa is. bot. Qızılgül fəsiləsindən dağlıq və qayalıq yerlərdə bitən kol bitki. İrqa 2 metrə qədər hündürlükdə, qışda yarpağı tökülən koldur. May ayında çiçəkləyir. Əvvəl qırmızı, sonra qara rəngli olan meyvəsi avqust ayında yetişir. H.Qədirov. irqçi is. İrqçilik tərəfdarı. irqçilik is. “Yüksək” və “aşağı”, “kamil” və “qeyri-kamil” insan irqləri olması fikrinə əsaslanan ifrat mürtəce, elmə zidd nəzəriyyə və siyasət; irqlər (xalqlar) arasında nifaq və ədavət salma. İrqçilik siyasəti. irqi sif. İrqə aid olan. İrqi əlamətlər. İrqi ayrı-seçkilik (müstəmləkəçilərin ağ irqə mənsub olmayan xalqların hüququnu tapdalaması). irlandiyalı is. İrlandiya əhalisindən olan, İrlandiya vətəndaşı. irmaq is. Çay. Onda ki ağ omuzlara töküldü saçlar; Əsdi yarpaq, coşdu irmaq, güllər oynadı. C.Cabbarlı. Qatıldım bu yerdə əyləncələrə; Anlamış hər irmaq, bilmiş hər dərə. M.Müşfiq. Siz hey könlüm kimi coşan irmaqlar; Günahsız göz yaşım sel kimi axar. S.Rüstəm. irmək I. f. Çatmaq, yetişmək, irişmək. Mən Cüməyəm, bir murada irmədim; Ha ki cəfa çəkdim, səfa sürmədim. Molla Cümə. Kənd həyatının qoyduğu və mənim indi də ağlım irmədiyi bu adətə istər-istəməz tabe olmağa məcbur idik.. Qantəmir. Füzuli kamına qəlbən irmədi; Sevdiyi telləri öpüb hörmədi. M.Rahim.\n\nII. is. Adətən mal-qaraya verilən iri və yaxşı əzilməyən buğda, arpa unu. // Narın kəpək. irpə bax. ürpə. • İrpə getmək – ürpərmək. ..Bir qoca qarı öz gəlini ilə bulaqda mənə rast gəldi, gəlin mən tərəfə baxmadı, baxmağı o yana dursun, hələ bədəni irpə getdi. A.Divanbəyoğlu. irrasionbl sif. [lat.]\n1. fəls. Fəlsəfədə: ağılla dərk edilə bilməyən, məntiqə uymayan, məntiqcə izah edilə bilməyən.\n2. riyaz. Nə tam, nə də kəsr ədədlərlə ifadə oluna bilməyən, vahidlə ölçülə bilməyən. Sıfır, müsbət və mənfi kəsr və tam olmayan ədədlərə riyaziyyatda irrasional ədədlər deyilir. Z.Xəlilov. irrasionalizm [lat.] Fəlsəfədə: obyektiv varlığı irrasional hesab edən və elmi, məntiqi idrakı inkar edən cərəyan. irrasionallıq is. Ağılla dərk edilə bilməmə, məntiqə uymama, məntiqcə izah edilə bilməmə. irriqbsiya [lat.] k.t. Rütubəti az olan torpaqların məhsuldarlığını artırmaq üçün onların süni surətdə suvarılması. İrriqasiya qurğuları. irs is. [ər.]\n1. Sahibinin ölümündən sonra başqasının (övladın və ya yaxın qohumların) ixtiyarına keçən mal, mülk və s. miras. İrs almaq. İrs çatmaq. – [Gülsabah:] Xanım, qardaşın arvadının məgər irsdə payı var? M.F.Axundzadə. ..Məlum oldu ki, bir qədər pul, bir ev atasından və on iki manatlıq cavahirat və ev şeyi də anasından Nurəddinə irs qalıb. S.S.Axundov. // Valideyndən övlada keçən cismani və ya ruhi keyfiyyət, hal. [Hacı Nuru şair:] Kamal ata kürkü deyil ki, irs ilə övlada yetişə. M.F.Axundzadə.\n2. Əvvəlki dövrlərdən, əsrlərdən, böyük şəxsiyyətlərdən qalmış mədəniyyət əsəri. Nizaminin ədəbi irsi. Cabbarlı irsi. – Fəxrəddin .. xələtin yalnız nəfis və incə olması ilə deyil, onun tarixi bir irs olduğu ilə maraqlandı. M.S.Ordubadi. Azərbaycan .. ədəbiyyatşünaslığı Molla Nəsrəddinin ədəbi irsinə daha dərindən yanaşmalıdır. M.İbrahimov. irsal is. [ər.] klas. Göndərmə, yollama. • İrsal etmək (qılmaq) – göndərmək, yollamaq. Ənam edibən ona bəsi mal; Leyli tələbinə qıldı irsal. Füzuli. Alıb irsal qıllam nəqdi-can ilə nə əmr etsən; Buyur, hər xidmətin vardır bizə nisbət, xudahafiz! Q.Zakir. Bu yerdən ötəri bir para əhval xidmətinə yazıb etmişəm irsal. M.F.Axundzadə. irsal-mərsul [ər.] köhn. Yazışma, məktublaşma, bir-birinə məktub göndərmə. • İrsal-mərsul etmək, irsal-mərsula girmək – yazışmaq, məktublaşmaq, məktub göndərmək. [Ağa Məhəmməd xan:] Gürcüstan valisi İrakli bir yandan Rusiya dövləti ilə irsal-mərsulə girib, istəyir müstəqil padşah olsun. Ə.Haqverdiyev. irsən zərf [ər.] İrsi olaraq, irs yolu ilə, ata-anadan keçərək. Lamarka görə, həyat şəraitinin təsiri ilə baş verən dəyişmələr irsən nəslə keçir. M.Axundov. irsi sif. [ər.]\n1. Miras olaraq qalan, miras yolu ilə keçən. İrsi torpaq. İrsi mülk.\n2. İrs olaraq ata-anadan keçən, nəslən keçən. İrsi xasiyyət. İrsi xəstəliklər. – Tərbiyə işi nəsli və irsi bir iş deyildir. M.S.Ordubadi. [Müəllim:] Bəlkə, dedim, qadının bu xasiyyəti irsidir, nəsildən gəlmədir. Mir Cəlal. irsilik is. İrs olma, irsdən gəlmə, irsi hal. irsiyyət is. [ər.]\n1. Orqanizmin öz əcdadından almış olduğu təbii xüsusiyyətlərin məcmusu.\n2. Canlı orqanizmin öz fiziki və psixi xüsusiyyətlərini nəslinə keçirmə hadisəsi. İrsiyyət haqqında nəzəriyyə. – Cürbəcür bioloqlar cinsiyyət və irsiyyət haqqında cildcild elmi əsərlər yazmışlar. M.Rzaquluzadə. irşad is. [ər.] klas. Doğru yol göstərmə, doğru yola çəkmə, qəflətdən oyatma. İrşadını bilmədim qənimət; Yüz vay ki, fövt olundu fürsət. Füzuli. Döydülər, söydülər, əl çəkmədim irşadımdan. A.Səhhət. • İrşad qılmaq klas. – doğru yola gəlmək, qəflətən oyanmaq. Firqətin dövründə çəkdim möhnətü cövrü cəfa; İmdi vəslin yoluna irşad qılmaq vaxtıdır. Xətayi. İrşad etmək klas. – doğru yola çəkmək, qəflətdən oyatmaq. Sən onların dinini bir tərəfə qoy və onların batil olması haqqında heç bir söz söyləmə və beləliklə, onları irşad etməyə başla. M.F.Axundzadə. ..Kənarda durmaqla millətin ehtiyacını və dərdü halını bilmək olmaz və .. ona kömək vermək, dərdinə əlac tapmaq və onu haqqa irşad etmək qeyrimümkündür. F.Köçərli. irtibat is. [ər.] Rabitə, əlaqə, bağlılıq. ..Bizim səadətimizlə yoldaşımızın səadəti arasında böyük bir irtibat vardır. Ü.Hacıbəyov. ..Məruf bir zat Azərbaycana gəldi, qeyri-rəsmi bir irtibat yaratdı. M.İbrahimov. irtibatçı is. hərb. Rabitəçi, rabitə əsgəri. ..Arada bir irtibatçısından öyrəndi ki, .. top da hələ yaxşı müqavimət göstərməkdədir. Ə.Əbülhəsən. irtibatsız sif. Rabitəsiz, rabitəsi, əlaqəsi olmayan, bir-birinə uyğun gəlməyən, bir-biri ilə bağlı olmayan. [Gülzarın] sözləri irtibatsız və nizamsız olduğu üçün, bəlkə məntiqsiz yerləri də var idi. C.Cabbarlı. irtica is. [ər.] Dövrü keçmiş hakim siniflərin ictimai tərəqqiyə qarşı siyasi, iqtisadi və ideoloji müqaviməti; cəmiyyətin inkişafına mane olan keçmiş köhnə üsul və qaydaları mühafizə və ya bərpa etmək cəhdləri. Təbriz şəhəri irticanın və siyasi intriqaların mərkəzinə çevrildi. M.S.Ordubadi. Qara və amansız irtica qanlı intiqam şənlikləri yapdı. H.Nəzərli. Çarizm və .. irtica meydan sulasa da, müvəqqəti məğlubiyyət inqilabçıları ruhdan salmadı. M.İbrahimov. irticaçı is. Siyasi irtica tərəfdarı, mədəniyyət və tərəqqi düşməni. irticaçılıq is. İrtica tərəfdarlığı, irtica siyasəti yeritmə, ictimai tərəqqiyə və mədəniyyətə düşmənlik. irtical is. [ər.] Qabaqcadan düşünmədən sinədən şeir və ya söz söyləmə; bədahət. irticalən zərf [ər.] Qabaqcadan düşünmədən, sinədən; bədahətən. [Çopo:] İrticalən söylədiyi şeirdən [Milnirin] şair olduğu meydana çıxdı. Çəmənzəminli. irticapərəst [ər. irtica və fars. ...pərəst] bax. irticaçı. irticapərəstlik bax. irticaçılıq. irtihal is. [ər.] köhn.\n1. Yüksəlmə, yuxarı qalxma.\n2. Tərəqqi etmə, inkişaf etmə.\n3. Yüksəklik. irtikab is. [ər.] köhn. Günah iş görmə, günaha batma, pis və ya qadağan edilmiş bir iş görmə. • İrtikab etmək – günah iş görmək, qadağan edilmiş pis bir iş görmək. Niyə verdin fənayə doğruluğu; İrtikab eylədin bu oğruluğu? M.Ə.Sabir. irtmək is. Heyvanların quyruqlarının dibindəki sümük və bunun buğumu. // Quyruq. At irtməyini əyri tutur. – Keşnişlə, yemliklə bəzənib təpə; Ağ irtmək ceyranı edərdi qonaq. H.K.Sanılı. Dizlərini yerə qoyub irtməklərini oynada-oynada, analarının döşünü dümsükləyə-dümsükləyə əmişən quzular göy otun üstünə səpələnmişdilər. R.Rza. irtməkləmə “İrtməkləmək”dən f.is. irtməkləmək f. Heyvanın irtməyindən yapışmaq. Dananı irtməkləmək. Atı irtməkləmək. irz is. [ər.] Namus, ismət, iffət, şərəf (çox vaxt namus sözü ilə birgə işlənir). Xain olsaq əgər bu dünyadə; İrzü namusumuz gedər badə. M.Ə.Sabir. [Piri baba:] Hansı bir rəiyyət qızının irz və namusuna ağalar toxunmamışdır. S.S.Axundov. irzsiz sif. İrzi, namusu olmayan; abırsız. İrzsiz adam. isabət is. [ər.]\n1. Hədəfə çatma, hədəfə dəymə, hədəfə yetişmə. • İsabət etmək – dəymək, çatmaq. Tapança bir daha partlar, [güllə] Əşrəflə Musanın arasında duran Rozanın köksünə isabət edər. H.Cavid. isa-musa (=isaq-musaq) is. Yaz, yay gecələrində həzin səslə oxuyan bir quş. Uzaqlarda isa-musa quşunun səsi eşidilirdi. Ə.Vəliyev. Yalnız isaq-musaq yorulmadan səslənir. Ə.Əbülhəsən. Haradasa isaq-musaq quşları bir-birini səsləyir, yerinə girən kimi dərin yuxuya getmiş Aşıq Cəlal rahat-rahat nəfəs alırdı. Ə.Məmmədxanlı. isaq-musaq (=isa-musa) is. Yaz, yay gecələrində həzin səslə oxuyan bir quş. Uzaqlarda isa-musa quşunun səsi eşidilirdi. Ə.Vəliyev. Yalnız isaq-musaq yorulmadan səslənir. Ə.Əbülhəsən. Haradasa isaq-musaq quşları bir-birini səsləyir, yerinə girən kimi dərin yuxuya getmiş Aşıq Cəlal rahat-rahat nəfəs alırdı. Ə.Məmmədxanlı. isbat is. [ər.] Sübut; əsaslandırma, sübut etmə. Ey Füzuli, mən qənaət mülkünün sultanıyam; Səltənət isbatı əynimdə pəlasifəqr bəs. Füzuli. Tez verəsən bu sözlərin isbatın: Nədəndi binası abi-həyatın? Aşıq Ələsgər. • İsbat etmək (eləmək) – sübut etmək. Yalanı kürsüyə mindirir qəni; Ac eyləyə bilməz doğrunu isbat. Q.Zakir. İndi cəmi qəzetlər başlayıblar sultanın vətəninə göstərdiyi düşmənçiliyi isbat eləməyə. C.Məmmədquluzadə. Çox ömr eləyib, çox da hünər etmişəm isbat; Bu dari-cahanda. M.Ə.Sabir. İsbat olmaq – sübut olmaq, sübuta yetmək. İsbat olunmaq – sübut olunmaq. İsbata yetirmək – sübut etmək, qəbul etdirməyə çalışmaq. ..[Xanpəri] dəlil-sübut gətirir, dediklərini isbata yetirir, sözlərini doğruluğa çıxarırdı. Ə.Vəliyev. İsbata keçməmək – sübuta yetməmək, sübut edilə bilməmək, qəbul olunmamaq. Ərzə verdik keçən qubernatə; Keçmədi, heyf, ərzə isbatə. S.Ə.Şirvani. İsbati-vücud köhn. – varlıq, varlığını göstərmə, mövcud olduğunu göstərmək üçün bir yerdə görünmə. [Fərhad:] Bəli, doğrudan da sizin isbati-vücudunuzla daha da gözəlləşən təbiət mütləq məni ah çəkməyə məcbur etdi. C.Cabbarlı. İsbativücud etmək köhn. – şəxsən olmaq, iştirak etmək. Hər bir ziyafətdə Mirzə Səfər isbativücud edərdi. Ə.Haqverdiyev. Qarabağ pambıq bəylərinin, demək olar ki, hamısı bu məclisdə isbati-vücud edirdi. Ə.Vəliyev. isbatlı sif. dan.\n1. Sübutlu, sübut olunmuş, dəlilli.\n2. Layiqli, görkəmli, yararlı. İsbatlı adam. İsbatlı paltar. • İsbatlı olmaq – layiqli olmaq, yaramaq. Çoxları da yüngül, isbatlı olsun deyə, İlyasa tikməli ipək yaylıqlar hazırlamışdılar.. Mir Cəlal. isbatsız sif. dan. Layiqsiz, görkəmsiz, yararsız. İsbatsız pay. İsbatsız geyim. isbirə is. Xırda sızaqlar şəklində səpgi. Ağız isbirəsi. Boğaz isbirəsi. isbirəli sif. İsbirəsi olan. isə bağl.\n1. Qarşılıq bildirən bağlayıcılardan olub, əksərən tabesiz mürəkkəb cümlə tərkibindəki cümlələri və bəzən həmcins üzvləri bağlayır. Onlardan biri həkim, o birisi isə mühəndisdir. Onun işi çox, vaxtı isə azdır. – Xoruzlar banlaşır, [Turab] isə yata bilmirdi. M.Hüseyn. ..Sədr ilə Eyvaz stolun bir tərəfində, Gülşən isə o biri tərəfində oturmuşdu. Ə.Vəliyev.\n2. “Əgər”, “hərgah” mənasında ədat yerində işlənir. [Cəllad:] Pək suçlu isəm, görməli məzur; Aclıq məni etmiş buna məcbur. H.Cavid. // Qeyri-müəyyənlik bildirir. Bu sözləri harada isə oxumuşam. Onu harada isə görmüşəm. – Ara-sıra haradan isə vahiməli bayquş səsi gəlirdi. M.İbrahimov. Yoldaşım göy otun üzərində uzanıb əlindəki tüfənglə haranı isə nişan almaq istəyirdi. S.Şamilov. // Halbuki. Biz onu burada gözləyirik, o isə çıxıb gedib. – Yusif isə ancaq bu görüşməyin barəsində fikir edirdi. N.Nərimanov. isəvi is. və sif. [ər.] köhn. İsa dininə mənsub adam; xristian, xaçpərəst. [Papas Şeyx Sənana:] Heç bu mümkünmü isəvi bir qız; Bir müsəlmanə varsın. Anladınız!.. H.Cavid. isəvilik is. köhn. İsa dininə mənsub olma; xristianlıq, xaçpərəstlik. isfahan is. [xüs. is.-dən.] mus. Azərbaycan klassik muğamlarından birinin adı. 12 əsas muğam bunlar idi: üşşaq, nəva, busəlik, rast, əraq, isfahan, zirəfkənd, büzürg, zəngulə, rəhavi, hüseyni və hicaz. Ü.Hacıbəyov. isfəndan is. Ağcaqayın. ishal is. [ər.] tib. Mədə pozğunluğu, qarnı işləmə, ayaqyoluna düşmə. İnsanlar bəzi bitkilərin ishal törətdiyini, bəzilərinin isə qusduruculuğunu görür və sonradan bundan istifadə edirdilər. M.Əfəndiyev. ishalotu bax. əzvay 1-ci mənada. Parklarda, bağçalarda, bağlarda, mənzillərimizin pəncərələrində aloe bitkisinə teztez rast gəlirik. Bu bitkiyə xalq arasında “əzvay”, “ishalotu”, bəzən isə “yüzildənbir” deyirlər. (Qəzetlərdən). isırqa is. tib. Boğazda, qulaq ardında səpgili dəri xəstəliyi. isim is. [ər.]\n1. köhn. Ad. Hökmün Malik Əjdər, ismindir Ədhəm: Didələrim qan-yaş tökər dəmadəm. Aşıq Abas. [Rəcəbli:] İsminiz nədir? [Mirzə Heydər:] İsmim Heydərdir. Ə.Haqverdiyev. [Zabit:] Orada isimləri yazılı məhbusları bənə təslim etməlisən. H.Nəzərli.\n2. Qrammatikadan: canlı və cansız əşyaların adlarını bildirən nitq hissəsi. • İsmicəm köhn. – toplu mənalı isim. İsmi-xas köhn. – xüsusi isim. ‣ İsmi-əzəm – nağıllarda: sehirli dua adı, tilsim duası. Qız Məlikməmmədə dedi: – O səni bu günə salan adamdı. Düz qırx gündü ki, mən onnan çırpışıram. Axırda mən ismiəzəm oxuyub onu yatırtmışam. (Nağıl). İsmi-şəb – hərbi xidmətdə, yaxud gizli şəraitdə öz adamlarını tanımaq üçün tətbiq edilən və ancaq əlaqədar şəxslərin bildiyi gizli şərti söz, ya ifadə; parol. Şeypur çalınandan sonra küçələrə ancaq ismi-şəb bilən adamlar çıxa bilərdi. P.Makulu. İsmişərif köhn. – əsil mənası “şərəfli ad” olub, keçmişdə birinin adını soruşduqda hörmət üçün işlənərdi, indi çox vaxt zarafat və ya kinayə ilə deyilir. İsmi-şərifiniz nədir? – ..İki il keçmiş kənddə şura seçkisi başlananda, şura sədrliyinə qoyulan namizədlərin siyahısında Tükəzban xalanın da ismi-şərifi yad olunmuşdu. B.Talıblı. isimləşmə “İsimləşmək”dən f.is. isimləşmək f. İsim kimi işlənmək, isim yerini tutmaq, əşyalaşmaq. isindirmə “İsindirmək”dən f.is. isindirmək f.\n1. Qızdırmaq. Suyu isindirmək. Evi isindirmək. // Məc. mənada. Mən səni ürəyimdə; İsindirən bir qızam. M.Rahim.\n2. məc. Özünə öyrətmək, özünə alışdırmaq, isinişdirmək, bağlamaq. Dursun birinci gündən yalnız Güllüsünü özünə isindirmək, onu özünə ram etməkdən başqa bir şey düşünməyirdi. A.Şaiq. isinikli sif. Tez isinişən, tez alışan, tez öyrəşən, istiqanlı. İsinikli uşaq. – [Bənövşə:] İsinikli adamsan, səndən incimək olmaz. M.İbrahimov. isinişdirilmə “İsinişdirilmək”dən f.is. isinişdirilmək məch. Özünə alışdırılmaq, özünə öyrədilmək. isinişdirmə “İsinişdirmək”dən f.is. isinişdirmək bax. isindirmək 2-ci mənada. Qız uşağını da öyrətmək, isinişdirmək olar. Mir Cəlal. isinişmə “İsinişmək”dən f.is. isinişmək 1. qarş. Bir-birinə alışmaq, bir-birinə öyrəşmək, bir-birinə bağlanmaq.\n2. f. Öyrəşmək, alışmaq, bağlanmaq. ..Zira ki [Əzim] hər kəsdən qaçır, kimsəyə isinişmək istəmirdi. A.Şaiq. [Dərviş:] Dayı, bir az da qal, şəhər məişətinə isinişərsən. A.Divanbəyoğlu. Bəli, anamız kimi isinişmişik biz ona. B.Vahabzadə.\n3. f. Hamı bir yerdə qızınmaq. isinmə “İsinmək”dən f.is. isinmək f.\n1. Qızmaq, hərarəti artmaq. Gün çıxdı, hava isindi. – Axır o ola bilər ki, dəmir isinər, isinər, axırda yavaş-yavaş başlar qızarmağa. C.Məmmədquluzadə. Birdən [Cavadın] keçə çəkməli ayağı isindi. O, ayağına baxdı. Yaralanmışdı. Ə.Vəliyev. Qış çıxır və havalar yavaş-yavaş isinməyə başlayırdı. S.Şamilov.\n2. Qızınmaq, istilənmək. Sobanın qabağında isinmək. – Keçək, bir az içəridə isinək. H.Seyidbəyli. O, əvvəl çay qoydu, isinsin deyə; Sonra da baxaraq bir az güzgüyə; Seyrək saçlarını daradı yana. Z.Xəlil.\n3. məc. Nəvaziş görmək, oxşanmaq. ..[Firiduna] elə gəlirdi ki, qadın nəvaziş və məhəbbəti ilə isinməyən bir qəlb səadətdən məhrumdur. M.İbrahimov. Ana qucağında isinərkən, mehriban əllərlə oxşanarkən .. heç bir şey sənin üçün qorxulu deyil. Mir Cəlal. Qüvvətimiz, ümidimiz, arzularımız bu məhəbbətlə isinmişdir – bu məhəbbət analarımızın ilk öpüşündən ürəyimizə axmışdır. Ə.Məmmədxanlı.\n4. məc. İsinişmək. Əvvəlləri [Arazgil] doktor Şamilə bir o qədər isinə bilmirdi. A.Şaiq. Polkovnik bizə tez isinmişdi. M.Hüseyn. Axşamdan bəri [müəllimlə] xeyli söhbət etmiş və iki köhnə dost kimi bir-birimizə isinmişdik. M.Rzaquluzadə. isitmə 1. “İsitmək”dən f.is.\n2. Qızdırma, titrətmə-qızdırma, malyariya. Ağcaqanadın müxtəlif növləri isitmə törədicilərini insana keçirir. isitmək f.\n1. İsti eləmək, isti hala gətirmək, qızdırmaq. Suyu isitmək. Xörəyi isitmək. – Toxta, balacığım, qoy donmuş canını bir isidim. S.S.Axundov. Tahir motoru isidib işə salanda [qızı] bir də səsləməyə məcbur oldu.. M.Hüseyn. // İstilik vermək, öz hərarətini vermək, qızdırmaq. [Günəş] şüaları insana xoş gəlir, canını isidirdi. M.İbrahimov. İlıq may günəşi .. tarlaları isitmişdi. Ə.Vəliyev. // Məc. mənada. [Qızın] atəşli gözləri məni yenidən isitdi. Çəmənzəminli. Acizdir önündə qoca təbiət; İsidir qəlbini mehrü məhəbbət. M.Rahim. İsitsin dostları ilıq nəfəsim; Könül rübabını min teldən çalır. N.Rəfibəyli.\n2. Bədənin hərarəti artmaq (xəstəlik nəticəsində). Xəstə isidib. Bərk isitmişəm. // dan. İsitmə xəstəliyi keçirmək, titrədibqızdırmaq. Uşaq isidir.\n3. məc. Möhkəmlətmək mənasında. Möhlətov öz yerini isidəndən sonra, şəxsi planlarını həyata keçirmək vaxtının çatdığını yəqin etdi. Mir Cəlal. isitməli sif.\n1. İsitmə xəstəliyi olan, isitmə çəkən, titrədib-qızdıran. İsitməli adam. // İs. mənasında. İsitməlilərə kinə iynəsi vurmaq. İsitməlilərə məxsus palata.\n2. İsitmə xəstəliyi yayılmış. İsitməli yerlər. isitməli-isitməli zərf Qızdırmalı halda, qızdırma içində. iskamya (=iskəmlə) [fr. “escabelle”dən] köhn. bax. skamya. Bəli, Frebel üsulu ilə qayrılan məktəb iskamyalarını bir-iki dəqiqənin ərzində çəkdilər kənara. C.Məmmədquluzadə. Bir səhər bir müəllim məktəbin həyətində olan iskamyanın üstündə oturub hər iki tərəfinə almalar düzmüşdü. “Məktəb”. Tələbələr yarımişıq daxmada rast gələn ilk iskəmlədə uzanıb yuxuya getdilər. Çəmənzəminli. iskəmlə (=iskamya) [fr. “escabelle”dən] köhn. bax. skamya. Bəli, Frebel üsulu ilə qayrılan məktəb iskamyalarını bir-iki dəqiqənin ərzində çəkdilər kənara. C.Məmmədquluzadə. Bir səhər bir müəllim məktəbin həyətində olan iskamyanın üstündə oturub hər iki tərəfinə almalar düzmüşdü. “Məktəb”. Tələbələr yarımişıq daxmada rast gələn ilk iskəmlədə uzanıb yuxuya getdilər. Çəmənzəminli. iskələ is. [ital.] Dənizdə, göldə gəmilərin yanaşması üçün körpü. Qaraşəhər iskələsində yan-yana durmuş qayıqlar dolur, boşalırdı. A.Şaiq. Paroxodun hərəkətinə yarım saat qalmış [Sarıköynəyi] evdən alıb iskələyə gətirdim. S.Hüseyn. // Bu cür körpüləri olan şəhər. ..Murmansk yalnız iskələ deyil, o, balıq və meşə sənayesi, dəri emalı, gübrə istehsalı ilə .. dünyada məşhurdur. Mir Cəlal. iskəncə is. Xışı boyunduruqla birləşdirən ağac. iskəncəbi is. [fars.] Şirni ilə sirkənin qarışdırılmasından hazırlanan şərbət. Hətta namaz vaxtı da mömin müsəlmanın fikri və zikri dolu olar iskəncəbi ilə, lumulu çay ilə. C.Məmmədquluzadə. Buzlu şərbət, iskəncəbi qonaqların sevimli içkiləri idi. M.S.Ordubadi. iskənə is. Dayaz oyuqlar açmaq, kəsmək, yonmaq və təmizləmək üçün yastı polad alət. iskənələmə “İskənələmək”dən f.is. iskənələmək f. İskənə ilə oyuq açmaq, yaxud yonmaq. iskənələnmə “İskənələnmək”dən f.is. iskənələnmək məch. İskənə ilə oyuq açılmaq. iskitlər bax. skiflər. [Çopo:] ..SərİSLAHATÇI is.\n1. İslahat aparan adam; kərdəsiz iskitlər qoyun sürüsü kimidir. Çəmənzəminli. isladılma “İsladılmaq”dan f.is. isladılmaq məch. İslaq hala gətirilmək, yaş edilmək. isladılmış f.sif. İslaq hala salınmış, yaş edilmiş. // Canına su və ya başqa maye hopdurulmuş. islah is. [ər.] Qüsur və nöqsanlarını aradan qaldıraraq yaxşı hala salma, yaxşılaşdırma, düzəltmə, yaxşılaşdırılma, düzəldilmə, düzəlmə. Həzrət Əşrəf bilir ki, maarif, nəqliyyat, ziraət, ticarət və sair işlərimizin islaha böyük ehtiyacı vardır. M.S.Ordubadi. İndi ki sən gördün özün-özünü; İslah yolundasan, oğlan, sən demək. B.Vahabzadə. • İslah etmək – düzəltmək. [Qüdrət:] Məncə, şərtlərdə qüsur yoxdur, qüsuru şəxsən özünüzdə axtarıb tapsanız və onu tezliklə islah etsəniz, həm biz qazanarıq, həm də siz. M.Hüseyn. Müəllimə fikrə gedir; Şagirdinə “iki” yazıb; Nöqsanını islah edir. M.Dilbazi. İslah qılmaq köhn. – bax. islah etmək. Bari xudaya, özün islah qıl; Ta edələr pirü cavan sülh, sülh. M.Ə.Sabir. ‣ İslah evi – cinayətkarları islah etmək üçün xüsusi yer; dustaqxana. Bu danışıqdan sonra hökumət məmurları şəhərə döndülər, dustağı da şəhər islah evinə keçirdilər. E.Sultanov. İslah evi şəhərin bir kənarında, rayon milis idarəsinin yaxınlığında idi. S.Rəhimov. islahat is. [ər. “islah” söz. cəmi] Bir şeyi yaxşılaşdırmaq məqsədi ilə edilən əsaslı dəyişiklik. Əlifba islahatı. Pul islahatı. – ..Biz camaat işlərinə qatışıb islahat əmələ gətirmək istədikdə iki məqsədin dalına düşürük.. Ü.Hacıbəyov. Rzaqulu xanın İranda başlamaq istədiyi islahat ən əvvəl öz atasından qalmış 60 para kəndlərindən başlandı. M.S.Ordubadi. Artıq burada biz bütün islahat və tərəqqi planlarında Azərbaycanın yad edildiyini görürdük. M.İbrahimov. ‣ İslahatdan düşmək dan. – yararsız hala düşmək; kardan düşmək: yıpranmaq. Ayaqqabı islahatdan düşüb. Pencək islahatdan düşüb. Əlcək islahatdan düşüb. İslahatdan salmaq dan. – tamam korlamaq, yararsız hala salmaq, əldən salmaq. Paltarını islahatdan salıb. reformator. [Rüstəm bəy:] Lüter və Kalvin kimi din islahatçıları olmuş. Yeni din uyduran olmamışdır. Çəmənzəminli. [Nərimanov] Nadirin simasında öz dövrünün islahatçı qəhrəmanını yaratmağa çalışmışdır. M.Arif.\n2. İslahatçılıq (reformizm) tərəfdarı; reformist. İslahatçılar qanadı. islahatçılıq is. İnqilabi, sinfi, siyasi mübarizəni inkar edərək, xırda islahatla kifayətlənmə siyasəti; reformizm. islahedici sif. Düzəldən, yaxşılaşdıran, yaxşı hala salan. İslahedici tədbirlər. İslahedici gülüş. islahedilməz bax. islaholunmaz. islahedilməzlik bax. islaholunmazlıq. islahxana [ər. islah və fars. xanə] bax. islah evi (“islah”da). islaholunmaz sif. İslah edilə bilməyən, düzəlməsi çətin olan. İslaholunmaz adam. islaholunmazlıq is. İslah edilə bilməmə, düzəldilə bilməmə; islah oluna bilməyən adamın hal və keyfiyyəti. islahpəzir sif. [ər. islah və fars. ...pəzir] köhn. İslah oluna bilən, düzəlməsi mümkün olan. islaq sif. Yaş, sulu, nəm, suda qalıb və ya üstünə su tökülüb islanmış. İslaq paltar. İslaq torpaq. İslaq yarpaqlar. – Şən qəhqəhələrlə islaq otların arasından [Aslan bəylə Qəmər] çiyələk dərib yeyirdilər. A.Şaiq. Ayna islaq başını Ayazın döşünə qoydu. Ə.Məmmədxanlı. // Suda qalıb yumşalmış. İslaq gön. Gönü islağa qoymaq. Düyü islağa qaldı. islaqlıq is. İslaq şeyin halı; yaşlıq, nəmlik, rütubətlilik. islam is. [ər.] VII əsrdə Məhəmməd peyğəmbər tərəfindən təsis edilmiş din; müsəlmanlıq. ..İslam dininin aydın əsas mətni olan Qurani-Məcid .. həm də tanınmış peyğəmbərlərin və kəramət başçılarının əhvalatını əhatə edir. A.Ə.Axundzadə. // Müsəlman. İslam aləmi. islamiyyət is. [ər.] İslam dini; müsəlmanlıq. Azərbaycanlılar hələ islamiyyətdən daha əvvəl .. öz azadlıq yollarında bitən maneələri məhv etməklə məşğul olmuşdu(lar). M.S.Ordubadi. [Naşad:] Bu, böyük bir ixtiyardır ki, islamiyyət biz kişilərə vermişdi. S.Hüseyn. islamlıq is. İslam dininə mənsub olma; müsəlmanlıq. [Sönməz:] [Ərəblər] xalqı .. islamlığa çevirir, iman gətirməyənin dilini kəsirlər. C.Cabbarlı. island (=islandiyalı) is. İslandiya əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Danimarka ağalığı islandların milli inkişafını xeyli ləngitdi. İslandiyalılar Norveçdən köçüb gəlmiş qədim skandinaviyalıların nəsilləridir. islandiyalı (=island) is. İslandiya əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Danimarka ağalığı islandların milli inkişafını xeyli ləngitdi. İslandiyalılar Norveçdən köçüb gəlmiş qədim skandinaviyalıların nəsilləridir. islandca sif. və zərf İsland dilində. İslandca danışmaq. İslandca kitab. islanma “İslanmaq”dan f.is. islanmaq f. İslaq hala gəlmək. Yağışa düşüb islanmaq. Suya düşüb islanmaq. – Əzizim, gülüstana; Şeh düşüb gülüstana; Qorxuram göz yaşımdan; Qoynunda gül islana. (Bayatı). Az keçdi, yenə güclü yağış başladı başdan; Bir anda bahar paltarım islandı yağışdan. S.Rüstəm. Saman və ot tayaları, qalın kol-kos, yaşıl ağaclar islandıqca, havanı xoş bir ətirlə doldururdu. M.İbrahimov. // Suyun və ya başqa bir mayenin təsiri ilə yumşalmaq, sərtliyini, diriliyini itirmək, canına hopmaq. Gəldiyev gələn kimi düyü islanar, qazan asılardı. Mir Cəlal. islanmış f.sif. İslaq hala gəlmiş. Anam gecəki yağışdan islanmış şeyləri Ayrım qızının köməyi ilə alaçıqdan çıxara-çıxara: – Allah kəssin belə yaylağı. A.Şaiq. Şehli çəmənlərdə qaçdığım anlar; Yadıma islanmış tellərim gəlir. M.Dilbazi. İsgəndər kişi tərdən islanmış dəsmalını dizinə sərmişdi. İ.Hüseynov. // İs. mənasında. məc. İslanmışın sudan nə qorxusu?! (Məsəl). ‣ İslanmış cücə kimi – bütün su içində olan, üst-başı başdan-başa islanmış adam haqqında. ..Arıq adam islanmış cücə kimi büzüşüb danışdığına peşman oldu. M.Hüseyn. islatma “İslatmaq”dan f.is. islatmaq f.\n1. Yaş eləmək, islaq hala gətirmək. İndi [Xədicənin] gözlərindən sakitcə axan yaşlar yanaqlarını isladıb axır... axır... bir dürlü bitmək bilməyirdi. S.Hüseyn. Çatıldı qaşların, darıldın mənə; İslatdı jalələr nazik bədəni. Ə.Cavad. Gözlərindən tökülən isti yaşlar isə onun açıq sinəsini islatdı. H.Nəzərli.\n2. Su çiləyib, su vurub yaşlatmaq, nəmlətmək. Kərbəlayı Qulu usta Ağabalanın uzun papağını çıxartdı və başını su ilə islatdıqda bir neçə suallar elədi. Çəmənzəminli.\n3. İslanmaq üçün suya (və s. məhlula) qoymaq, suda saxlamaq. Düyü islatmaq. Paltar islatmaq. – Böyük tabaqlara buğda töküb isladardılar. H.Sarabski. Qərənfil ilə Yasəmən çiyid islatmaq üçün kənddə qalmışdı. Ə.Vəliyev.\n4. məc. dan. Döymək, kötəkləmək, əzişdirmək. Sair şeyxlər duyuq düşüb haman maralı lazımınca islatdılar. Ə.Haqverdiyev. Bir neçə dəfə biçarəni bu sayaq isladıb döydülər və döydükcə deyirdilər: – Əl çəkəcəksən bizim yaxamızdan? E.Sultanov. ‣ Boğazını islatmaq – bax. boğaz1. islıq is. Fit, fışqırıq. Ancaq .. gəmilərin son islıqları .. eşidilirdi. M.S.Ordubadi. Düşmən tərəfdən gələn güllələr islıq çalaçala başı üzərindən uçuşur. H.Nəzərli. Hər baxışda bir sevinc; Hər dodaqda bir islıq. M.Müşfiq. Birdən şəhərli papağının dalını qaldıraraq islıqda “Çobanı” çalmağa başladı. İ.Əfəndiyev. ismarış is. Tapşırıq. Aşıq sazla dediyi kimi, sözlə də Məhbub xanımın ismarışını Koroğluya yetirdi. “Koroğlu”. Padşah zənəninə ismarış göndərir ki, hələ bir neçə vaxt qalsın orda, uşağın bir sümüyü bərkisin, gələr, gənə bir qəzavü qədər üz verər. (Nağıl). // Sifariş. ismarlama “İsmarlamaq”dan f.is. ismarlamaq f.\n1. Tapşırmaq. Dəvənin dizini bağla, Allaha ismarla. (Ata. sözü). Rəhmətlik son nəfəsində əllərimi tutub dedi: – Gülcahan, Əşrəfi sənə, səni də Allaha ismarladım.. A.Şaiq. Bir söz ismarlamış bəlkə yar eli; Nədən anlaşılmaz quşların dili? Ə.Cavad.\n2. Sifariş etmək, bir şey etməyi tapşırmaq. Dərziyə bir palto ismarladım. – Həsən qulluqçunu çağırdı, çay ismarladı. Çəmənzəminli. ismarlanma “İsmarlanmaq”dan f.is. ismarlanmaq məch. Tapşırılmaq. // Sifariş edilmək. ismarlatmaq “İsmarlamaq”dan icb. ismət is. [ər.] Namus, irz, həya, abır, pərdə. Arvadın isməti, ərin izzəti. (Ata. sözü). Qorxum bu ki ismət ola pamal; Fərmanə müvafiq olmaya hal. Füzuli. [Gövhər xanım:] ..İndiyədək abır, ismət saxladıb məni.. N.Vəzirov. [Hatəmxan ağa:] Heç sənə müsəlmanın ismətinə toxunmaq yaraşırmı? Ə.Haqverdiyev. // Məsumluq, təmizlik. ismətli sif. Namuslu, həyalı, abırlı, əxlaqlı, təmiz, məsum. – Gülzarın namuslu və ismətli (z.) olduğu xüsusi bir tərzdə dillərdə dolaşırdı. C.Cabbarlı. Zəmanənin xarab bir vaxtında nəcib, gözəl, həyalı, iffət və ismətli bir qız tapmaq çox da asan deyildi. S.Hüseyn. Hakim təbəqələr pul və dövlət gücünə harınlıq edərək nə qədər ismətli və həyalı ailələri dağıtmışlar. M.İbrahimov. ismətlilik is. Namusluluq, həyalılıq, abırlılıq, əxlaqlılıq, əxlaq təmizliyi. // Məsumluluq, günahsızlıq. ismətsiz sif. İsmətini itirmiş, namussuz, abırsız, həyasız, şərəfsiz, üzündə pərdə olmayan. ..Mənim sözüm budur ki, ümumiyyətlə, heç bir millətin barəsində demək olmaz ki, filan millətin övrətləri bietibar və ismətsizdir. “Mol. Nəsr.”. ismətsizlik is. İsməti, abırı, həyası olmama; abırsızlıq, həyasızlıq. isnad [ər.]: isnad etmək (vermək) – bir şeyi bir şəxsə və ya bir yerə və s.-yə aid etmək, nisbət vermək, bağlamaq; üstünə atmaq mənalarını bildirir. Zülfi-müşkininə dil verdim, o, qanım tökdü; Bu xəta düşdü özündən, mənə isnad etdin. S.Ə.Şirvani. İki tərəf bir-birinə olmazın böhtan və iftirasını, olmazın həyasız hərəkətlərini isnad verirdilər. Çəmənzəminli. isnadən [ər.] köhn. ...əsasən, ...görə, isnad edilərək. Alınan xəbərlərə isnadən... Əldəki sənədlərə isnadən demək olar ki... ispan is. İspaniyanın əsas əhalisini təşkil edən, roman dillərindən birində danışan xalq və bu xalqa mənsub adam. İspan musiqisinin janr xüsusiyyətləri. İspan ədəbiyyatının görkəmli nümayəndələri. İspan dilinin ilk qrammatikası 1492-ci ildə yaradılmışdır. ispanaq is. bot. Qısa yeməli yarpaqları olan birillik tərəvəz bitkisi. İspanaq iki növdür: ev və vəhşi (çöl) halda bitən ispanaq. İspanaqları ətə qatıb, müxtəlif xörək bişirməyə sərf edirlər. A.Quliyev. ispanca sif. və zərf İspan dilində. İspanca kitab. İspanca-latınca lüğət. İspanca danışmaq. ispaniyalı is. İspaniya əhalisindən olan, İspaniya vətəndaşı. ispbnka [rus.] tib. 1918-1919-cu illərdə əvvəlcə İspaniyada baş verib, sonralar başqa ölkələrə yayılmış qrip xəstəliyinin bir növü. ispolkum [rus. ispolnitelğnıy komitet söz. ixtisarı] tar. dan. İcraiyyə komitəsi (canlı dildə bəzən həmin komitənin sədri mənasında). [Qızyetər:] A Fatmanisə, nə olar gedib bir ispolkoma xəbər verib, onlardan bir səhih əhval alasan. Ə.Haqverdiyev. [Kəndli:] Dedim heç belə bir iş olmaz, getdim nahiyəyə, ispolkoma dedim, dedi ərizə ver. T.Ş.Simurq. israf is. [ər.] Artıq və lazımsız yerə xərcləmə, sərf etmə, işlətmə, dağıtma, puç etmə. İsraf haramdır. (Ata. sözü). Atasının bu qədər yersiz israfı və belə faciəli ölümü Əşrəfi çox düşündürürdü. A.Şaiq. Yoxlama zamanı Toğrulun xəzinədən israf xərclədiyi və qiymətli şeyləri mənimsədiyi meydana çıxdı. M.S.Ordubadi. // İsrafla, israf ilə şəklində – artıqlaması ilə, artıq olaraq. Sərf etdi ciyər qanını israf ilə çeşmim; Bilməz ki, bu gün qanla pərişan olacaqdır. Qövsi. • İsraf etmək (eləmək) – 1) artıq və lazımsız yerə sərf etmək, xərcləmək, işlətmək, dağıtmaq. Belə məlum olur ki, israf eləyirsiniz. Yoxsa mən heç vaxt inana bilmənəm ki, bir boçka su əlli iki nəfər fəhləyə kifayət eləməyə. C.Məmmədquluzadə; 2) özünə inanılıb tapşırılmış pulu, malı və s.-ni qanunsuz olaraq öz şəxsi məqsədləri üçün xərcləmək, sərf etmək. israfcıl bax. israfçı 1-ci mənada. israfcıllıq bax. israfçılıq 1-ci mənada. israfçı is.\n1. İsraf edən, israfa yol verən; bədxərc.\n2. Özünə inanılıb tapşırılmış pulu, malı və s.-ni israf edən adam. israfçılıq is.\n1. İsrafa yol vermə, artıq və lazımsız yerə xərcləmə, dağıtma. İsrafçılıq etmək.\n2. Özünə inanılıb tapşırılan pulu, malı və s.-ni israf etmə, öz məqsədləri üçün xərcləmə, sərf etmə. Balacayevi böyük bir dəhşət bürüdü. Onun boynuna üç təqsir sarınmışdı – “saxtakarlıq, israfçılıq və qatillik!” S.Rəhimov. israğagün zərf Srağagün. [Şəhrəbanı issilıq is. məh. Yayda istinin təsirindən xanım:] İsrağagün aşnası zərdablı Qurban bəyə kağız yazırdı ki, Şamaxı cəngilərinin vədəsini alsın, toya göndərsin. M.F.Axundzadə. [Ana:] İsrağagün də aləmi gəzdim, bir çimdik çay tapa bilmədim. S.Rəhman. israğagünkü sif. Srağagün olmuş (baş vermiş). İsrağagünkü hadisə. israillilər is. tar.\n1. Qədim yəhudi tayfalarının ümumi adı. İsraillilərin çoxu Assuriyanın uzaq əyalətlərinə köçürülmüşdü. – [Xanburabi:] İsraillilər .. Yeqovu .. yaradılışın ağası zənn edirlər. Çəmənzəminli.\n2. İsrail dövlətinin əhalisi. israr [ər.]\n1. is. Dediyi sözün, tələb etdiyi şeyin, irəli sürdüyü fikir və ya iddianın üstündə durma, təkid göstərmə, dediyindən dönməmə; inad, təkid. Bəsdir, dəxi millət qəmini eyləmə təkrar; Olmaz belə israr! M.Ə.Sabir. Rəmziyyə nə qədər danışdısa, Əhməd qəbul etməyib israrında davam etdi. A.Şaiq. Məhkəmənin israrına görə Molla Xəlil etiraf etdi ki, qadını gözü ilə görməmiş, fəqət qulağı ilə eşitmişdir. S.Hüseyn. • İsrar etmək – dediyi sözün, tələb etdiyi şeyin, irəli sürdüyü fikir və ya iddianın üstündə durmaq, dediyindən dönməmək, təkid göstərmək. [Bəhram:] Pəri!.. Elə bil ki, bir qulluqçudur, evdə saxlamısınız, fəqət israr edirsənsə, əlbət ki, sözünü sındırmıram. C.Cabbarlı. Qadınlar eylədi sözündə israr; Töküb göz yaşını, qıldı ah-zar. H.K.Sanılı.\n2. İsrarla şəklində zərf – təkidlə, inadla. Kimdən şübhələnirsiniz? – deyə jandarm zabiti israrla soruşdu. M.Hüseyn. israrlı sif. Sözünün üstündə israr edən, dediyindən dönməyən; inadlı. isrif is. məh. Qənaətçilik, haqq-hesabını bilmək. issız sif. Heç bir insan yaşamayan, əhalisiz, boş, xali, şenliksiz. [Knyaz:] Həp düşündükcə boğar ruhu soyuq; Qaba, issız və dərin bir boşluq. H.Cavid. Səhərə yaxın issız və səssiz aləm oyanmağa başlayır. M.S.Ordubadi. issızca bax. issız. [Gənc çadırçı:] O parlaq möhtəşəm kaşanələrdən; Bu gün issızca bir viranə qaldı. H.Cavid. issızlıq is. Boşluq, xalilik, adamsızlıq, tənhalıq. bədəndə əmələ gələn qırmızı səpgi, qızartı. İssilıq tutmaq. istedad is. [ər.]\n1. Fitri qabiliyyət, bir şeyi tez mənimsəmə qabiliyyəti; zəka, talant. Şairlik istedadı. – Ey Füzuli, müttəsil dövran müxalifdir mana; Qaliba ərbabi-istedadı dövran istəməz. Füzuli. [Fitnə:] Dünyada istedad, hər böyük hünər; Daima vərdişlə inkişaf edər. A.Şaiq.\n2. İstedadlı adam, istedad sahibi. Bəşərin ən böyük istedadları elmdə Tanrının yaratdıqlarının ifadəsini görmüşlər. – [Aydın:] Ancaq Vurğunun bir misrasını yazmaq üçün gərək onun kimi nadir istedad olasan. M.Hüseyn.\n3. Bir şeyi etmək imkanı, bacarığı; qabiliyyət. İstedadı çatmamaq. – Sanki [Murad] vətəndaşlıq hüququnu itirmiş, yaşamaq istedadını qeyb etmişdi. S.Hüseyn. istedadlı sif. İstedadı, fitri qabiliyyəti olan; talantlı. İstedadlı bəstəkar. – Azərbaycan mətbuatı tarixində [C.Məmmədquluzadə] böyük və istedadlı bir jurnalistdir. M.İbrahimov. [Direktor:] İstedadlı gəncləri yetişdirmək lazımdır. İ.Əfəndiyev. // Hər şeyi tez qavrayan, tez əxz edən. İstedadlı uşaq. – Varis aşağı siniflərdə ciddi və istedadlı bir şagird kimi görünürdü. A.Şaiq. istedadlılıq is. İstedadlı adamın hal və keyfiyyəti. Onun istedadlılığına söz ola bilməz. istedadsız sif. İstedadı olmayan. İstedadsız adamlar onsuz da özlərinə yol tapırlar. istedadsızlıq is. İstedadı, qabiliyyəti, bacarığı olmama; qabiliyyətsizlik, bacarıqsızlıq. istefa is. [ər.] Öz xoşu ilə vəzifəsindən, işindən çıxma, əl çəkmə. Mitinqçilər istefa tələb edirlər. • İstefa vermək, istefaya çıxmaq – öz xoşu ilə vəzifəsindən, qulluğundan əl çəkmək, çıxmaq. [Almaz:] Mən deyərdim ki, bir vətəndaş kimi [Baloğlan] öz nöqsanlarını bilib istefa versin. C.Cabbarlı. İblisi cəhənnəm əhli bir növ cana gətirmişdi ki, binəva az qalmışdı, istefa verib qulluqdan çıxsın... Ə.Haqverdiyev. istefalı sif. İstefada olan, istefa vermiş. İstefalı general. istehkam is. [ər.] hərb. Düşməndən qorunmaq məqsədi ilə düzəldilən səngər, sədd, qala, divar və s. müdafiə tikintiləri. Sahil istehkamları. İstehkamda gizlənmək. – Ay buludun arxasında gizlənmiş, istehkam boyu bir çox kölgələr səssiz-səmirsiz gəzinirlər.. H.Nəzərli. [Naçalnik:] Dostum, qoy sənintək vuruşsun hamı; Əldən buraxmayın bu istehkamı! S.Rüstəm. • İstehkam hissəsi – istehkamçılardan ibarət hərbi hissə. İstehkam hissəsi səngər qazırdı. – İstehkam hissələrinin əlində kifayət qədər vəsait olmurdu. Mir Cəlal. istehkamçı is. hərb. İstehkam hissələrində qulluq edən hərbi xidmətçi; istehkam qurma mütəxəssisi. // İstehkam işləri ilə məşğul olan, istehkam hissəsində qulluq edən. .. İstehkamçı zabitin, nəsə inşaat mütəxəssisi olduğunu zənn edir, öz yanına işə çağırmağa çalışırdı. Mir Cəlal. istehkamlı sif. Müdafiə üçün istehkamları, lazımi hərbi tikintiləri olan. İstehkamlı yer. İstehkamlı sahil. istehlak is. [ər.] Tələbatı, ehtiyacı təmin etmək üçün işlətmə, sərf etmə, istifadə etmə, işlədərək sərf etmə, yox etmə. İctimai istehlak fondları. • İstehlak etmək – ehtiyacı, tələbatı təmin etmək üçün işlətmək, sərf etmək, istifadə etmək. ‣ Əmtəənin istehlak dəyəri iqt. – əmtəənin alıcının bu və ya digər ehtiyacını ödəmə qabiliyyəti. İstehlak kooperasiyası – istehlak ehtiyaclarını təmin edən kooperasiya. istehlakçı is. iqt.\n1. Hər hansı istehsalatın məhsulundan istifadə edən, bu məhsulatı işlədən şəxs və ya təşkilat.\n2. Alıcı. Geniş istehlakçı kütləsi. istehsal is. [ər.] Hasil etmə, hazırlama, əldə etmə. Elektrik enerjisi istehsalı. Çuqun istehsalı. Maddi nemətlər istehsalı. İstehsalın ictimai xarakteri. • İstehsal etmək – hasil etmək, hazırlamaq. İstehsal qüvvələri – maddi nemətlərin istehsalına xidmət edən alətlər, istehsal alətlərini hərəkətə gətirən və maddi nemətlərin istehsalını həyata keçirən insanlar. İstehsal müəssisəsi – zavod, fabrik, karxana. Mən də bir ağacın kölgəsində oturub, o böyük istehsal müəssisəsinə baxır, onun keçmiş halı ilə indiki halını müqayisə edirdim. S.Hüseyn. İstehsal münasibətləri – maddi nemətlərin ictimai istehsalı prosesində insanlar arasında əmələ gələn münasibət və əlaqələr. İstehsal vasitələri – istehsal prosesində işlədilən, onun maddi əsasını təşkil edən vasitələr. [Almaz:] ..Buna görə də əmək kollektivləşməli və istehsal vasitələri kollektivin əlində olmalıdır. C.Cabbarlı. istehsalat is. [ər.]\n1. Sənaye müəssisəsi, fabrik, zavod, karxana və s. İstehsalatda çalışmaq. İstehsalat qabaqcılları. – İstehsalatda usta sözü kəsərli sözdür. Mir Cəlal. // İstehsalatla bağlı olan. İstehsalat təlimi. İstehsalat təcrübəsi. İstehsalat müşavirəsi.\n2. İstehsal olunan şeylər, hasil edilən mallar, məhsullar, məhsulat. istehsalatçı is. İstehsalatda işləyən şəxs. Yaxşı istehsalatçı. İnstitutun axşam şöbəsinə xeyli istehsalatçı qəbul edilmişdir. istehsalçı is. İstehsal edən, hazırlayan adam. istehza is. [ər.]\n1. Ələ salma, rişxənd etmə, masqaraya qoyma; masqara. Tövsiyənin son cümləsində qürurdan çox incə bir istehza duyulurdu. M.Hüseyn. Tahirzadənin üzündə istehzanı andıran bir təbəssüm oynadı. Mir Cəlal. Qoca sanki öz acı istehzasından özü kövrələrək yaşarmış gözlərini kənara çevirdi. Ə.Məmmədxanlı. • İstehza etmək – ələ salmaq, masqara, rişxənd etmək. Ona elə gəldi ki, məktəbə götürmək əvəzinə bu adamlar ona və onun anasına istehza edirlər. S.Rəhman. İstehzaya qoymaq – bax. istehza etmək. Tahir .. briqadanı bir həftədən çox işsiz gəzməyə məcbur eləyənləri istehzaya qoyurdu. M.Hüseyn. İstehzaya salmaq – istehza üçün hədəf etmək. Rzaqulu xan Böyükxanıma acıqlanıb deyirdi: – Məni bu firəng uşaqlarının istehzasına salma. M.S.Ordubadi.\n2. “ilə” qoşması ilə – ələ salaraq, rişxəndlə, masqara ilə. İstehza ilə gülmək. İstehza ilə cavab vermək. – [Rəşid:] Mən istehza ilə danışmaq fikrində deyiləm. H.Nəzərli. [Zabit] kibrit sönən kimi balıqçı paltarında olan adamları bir də istehza ilə süzərək əli ilə işarə etdi. Q.İlkin. Sultan acığını güclə boğaraq istehza ilə qımışdı. İ.Hüseynov. istehzaedici bax. istehzalı. istehzalı sif. İstehza bildirən, istehza ifadə edən. İstehzalı söz. İstehzalı gülüş. – Kənardan İblisin mənalı və istehzalı qəhqəhələri eşidilir. H.Cavid. ..Dodaqları ucunda istehzalı bir təbəssüm göründü. H.Seyidbəyli. istehzayana bax. istehzalı. Sitarə .. hələ bir qədər istehzayana nazlarla Mansurun yaralarına duz səpirdi. C.Cabbarlı. istemal is. [ər.] İşlətmə, istifadə etmə, tətbiq etmə. [Mirzə:] On gün ki siz dərman istemalına məşğul olacaqsınız, o gərək gecə və gündüz sizin yanınızda olsun. Ə.Haqverdiyev. • İstemal etmək – işlətmək, istifadə etmək, tətbiq etmək. [Mirzə:] Sabah dərmanı özünüzlə götürüb apara bilərsiniz və orada axund Ağa mollanın təhti-tərbiyəsində istemal etməyə məşğul olarsınız. Ə.Haqverdiyev. İstemal olunmaq (edilmək) – işlədilmək, istifadə edilmək, tətbiq edilmək. O yerdə ki söz düşəndə gərək “millət” sözü danışıla, orada “əşxas” ləfzi istemal olunur. C.Məmmədquluzadə. isterik [yun.] bax. isteriyalı. İsterik boğulma. İsterik pozğunluqlar. isterika [yun.] Qıc olma, bəzən gah gülmə, gah ağlama şəklində təzahür edən ürəkkeçmə. isteriya [yun. hystera – uşaqlıq] tib. Psixika, hərəkət sferası, həssasiyyət və s. cəhətdən bir sıra müxtəlif pozğunluqlar şəklində təzahür edən funksional əsəb xəstəliyi. İsteriyada hərəki, senzor, vegetativ və psixi pozğunluqlar qeyd olunur. isteriyalı sif. İsteriya xəstəliyi olan. İsteriyalı adamlar əmək fəaliyyətini itirmirlər. istədikcə zərf Doyunca, ürəyi istəyən qədər. istək is. Arzu, dilək, murad; yerinə yetirilməsi (başqası tərəfindən) arzu edilən şey. İstək gözdə olar. (Məsəl). [Şeyx Sənan:] İstəyim yalnız iştə bir şəfqət; Bir təbəssüm o hüsni-dilbərdən. H.Cavid. İstəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq. S.Rüstəm. Sanki cavanlaşdı yüz il bədənim; Gözümdə qalmadı istəyim mənim. Z.Xəlil. • İstəyinə çatmaq – arzusuna, muradına çatmaq, istədiyinə, arzu etdiyinə nail olmaq. Öz istəyi ilə – öz arzusu ilə, öz xoşu ilə, öz könlü ilə. istəkan [rus.] Stəkan. Dərviş bir-iki istəkan çay içəndən sonra mənim sualıma cavab verdi. A.Divanbəyoğlu. Böyükxanım şad və xürrəm gümüş podnos içində iki istəkan kəmrəng çay gətirmişdi. M.S.Ordubadi. Mahirə istəkanı irəli çəkdi, çayını içdi. M.Hüseyn. istəkli 1. is. Sevgili. [Fərman:] Ata, mənə dövlət lazım deyil, .. mənə ancaq öz istəklim lazımdır. Ə.Haqverdiyev. [Səriyyə:] Neçə illər idi ümid edir idim ki, gələcəkdə Rüstəm əmim oğlu istəklim ilə bəxtiyar yaşayacağam. C.Cabbarlı. Gül ey doğma Vətənimin; İstəklisi, yetirməsi; Oyna, sevin, biz dinləyib; Fərəhlənək bu şən səsi. M.Dilbazi.\n2. sif. Əziz, sevimli, mehriban, ən çox istənilən. İstəkli adam. İstəkli övlad. – Qaşların qarasından; Xal düşüb arasından; Adam da əl çəkərmi; İstəkli balasından? (Bayatı). Yazıq qızcığaz istəkli dostu Qaraca qızla görüşə bilmədi. S.S.Axundov. Varaz istəkli oğlunun çox ağıllı bir gənc olduğunu yaxşı bilirdi. M.Hüseyn. istəklilik is. İstənilmə, sevilmə; sevgi münasibəti. istəksiz zərf\n1. Könülsüz, istəmədən, həvəssiz. İstəksiz getmək. İstəksiz danışmaq.\n2. Məhəbbətsiz. istəksizlik is. Könülsüzlük, könüldə istək olmaması; məhəbbətsizlik. istəmə “İstəmək”dən f.is. istəmədən zərf İstəmədiyi, arzu etmədiyi halda; ürəksiz, könülsüz. İstəmədən almaq. İstəmədən getmək. // Qeyri-iradi, özü istəmədən, istəməyərək. istəmək f.\n1. Arzu etmək, ürəyindən keçirmək, bir şeyin qəsd və niyyətində olmaq, ürəyində bir istək duymaq. – Bala, mən gördüm ki, sən bir yeniyetmə yaxşı oğlansan, istədim sənə maya verəm.. “Koroğlu”. İstəyir cənnəti zahid bu qədər hiylə ilə; Əbləhin fikrini gör, dildə təmənnasına bax! S.Ə.Şirvani. [Süleyman:] Əsgərin dediyi odur ki, səninlə qohum olmaq istəyir. Ü.Hacıbəyov. // Bir şeyə ehtiyac hiss etmək. Ürəyim yaman su istəyir. Bir məqalə yazmaq istəyirəm. Ondan bir xoş söz eşitmək istəyirəm. • İstədiyi kimi – özü bildiyi kimi (həm müsbət, həm mənfi mənada işlənir). İstədiyi kimi hərəkət etmək.\n2. Sevmək, məhəbbət yetirmək, əzizləmək. Ana oğlunu çox istəyir. [Nazlı:] Ana, axı sən bilirsən, mən Sara bacımı nə qədər istəyirəm. C.Məmmədquluzadə. Deyə bilərəm, Usta Ağabala Axund Ələsgər ağanı dünyada hamıdan çox istəyirdi. Çəmənzəminli. Gözəl Bayramı istəyib gəlmişdi. O, kasıb olsa da, namuslu oğlandı. M.Hüseyn. // Ummaq. Könül istər, əl çatmaz. // Qeydinə qalmaq, sevmək. Məsləkini istəyən öz canından keçməli; Öz canını istəyən vicdanından keçməli. B.Vahabzadə.\n3. Xahiş etmək, rica etmək, təmənna etmək. Novruz gözlərini ovuşdura-ovuşdura açıb: – Nə var, nə istəyirsiniz? – deyib sual etdi. N.Nərimanov. [Əsgər:] Deyin görüm, gözəl xanımlar, nə istəyirsiniz. Ü.Hacıbəyov. // Özünə verilməsini və ya bir işin görülməsini söyləmək; tələb və ya xahiş etmək. Ondan bir şey istədik, vermədi. – Həkim Cinayətov haqq-hesab dəftərçəsini istədi. Mir Cəlal. // Möhtac olmaq, lüzum və ehtiyac hiss etmək, tələb etmək. Əkin su istəyir. // Diləmək. İmdad istəmək. Yardım istəmək. – Kimə kim, dərdimi izhar qıldım, istəyib dərman; Özümdən həm bətər bir dərdə onu mübtəla gördüm. Füzuli.\n4. Çağırmaq, çağırtdırmaq. Yusif şah baxıcıları hüzuruna istəyib dedi ki: – Hakimivilayətlərə mənim tərəfimdən elan edərsiniz ki, .. xalqı talayıb-dağıtmasınlar. M.F.Axundzadə. [Xudayar bəy:] Məhəmmədhəsən əmi, tez oğlanı göndər, pəyədən eşşəyi çıxartsın, .. minəcəyəm şəhərə, nəçərnik istəyibdir. C.Məmmədquluzadə. // Aramaq, axtarmaq, soruşmaq. Kimi istəyirsiniz? Telefonla sizi istəyirlər.\n5. Öz adamına almaq, evləndirmək üçün (yaxud özü üçün) xahişlə birinə müraciət etmək. Qohumdan qız istəmək. Ana oğlu üçün qız istəyir. – [Ağcaxanım:] Qədeş!.. Bizim qızı Hacı Abtalıbın oğlu üçün istəyirlər. H.Sarabski.\n6. “Bir” sözü və şəxs sonluqları ilə tərəddüd, qətiyyətsizlik bildirir. Bir istədim durub gedəm. Bir istədim durub ona cavab verəm. – [Mehriban] bir istədi ki, [Zeynalı] çəkib irəli sürüsün, gücü çatmadı. S.Hüseyn.\n7. İstəməz şəklində – hacət yoxdur, lüzumu yoxdur, ehtiyac yoxdur, bəsdir, kifayətdir. [Səlimə:] – Ay Qurban, gəlsənə bir az su gətirim, ayaqlarını yuyum. – İstəməz, lazım deyil. Ə.Haqverdiyev. [Səlim:] İstəməz başqa laf! Söylə, açıq söylə, hər nə var, söylə. H.Cavid. ‣ ...istər ki... – 1) istərsə, fərqi yoxdur, qoy lap... İstər ki çölə töksün...; 2) ...gərəkdir, ...haradadır. Oğul istər ki... istəməz ki... – heç olmasa... istəməli sif. İstənilməyə, sevilməyə layiq; xoşqılıq, mehriban, üzügülər; qanışirin. İstəməli qız. İstəməli uşaq. – Lap üçdörd yaşından bu şirindilli, istəməli qızın ayağı karxanaya açılmış, usta ilə dostlaşmağa başlamışdı. Ə.Əbülhəsən. istənilmə “İstənilmək”dən f.is. istənilmək “İstəmək”dən məch. istənmə “İstənmək”dən f.is. istənmək bax. istənilmək. istər bağl. Sintaktik vəzifəsinə görə həm həmcins üzvləri, həm də cümlələri birbirinə bağlayır – gərək, həm. [Səlim:] Orxan, istər xan olsun, istər sultan; Haqsızlıq əfv olunmaz heç bir zaman. H.Cavid. [Zeynal] istər evdə, istər tanış-bilişlərin məclislərində tar çalar, eyni zamanda özünün yazdığı şeirləri oxuyardı. S.Hüseyn. İstər “Əhvalatlar”, istərsə “Poçt qutusu” dərin ideyalı, yüksək sənət əsərləridir. M.İbrahimov. İstəyirdim ki, birisi ilə oturub dərdləşəm, istəyirdim ki, – istər tanış olsun, istər qeyritanış, – hamıya söz deyib söz eşidəm... Ə.Məmmədxanlı. // “Fərqi yoxdur” mənasında. İstər gəlsin, istər gəlməsin. istər-istəməz zərf Yarımkönül, ürəksiz, könülsüz, özü istəmədiyi halda, istəmədən. [Gülbadam] ağ donunu geyindi, əsnədi, istər-istəməz ayağa durdu. N.Nərimanov. Fatma .. istər-istəməz uşaqlara izin verdi. S.S.Axundov. Mehriban istər-istəməz ayağa qalxıb yerini Cəmiləyə verdi. H.Seyidbəyli. istətmə “İstətmək”dən f.is. istətmək icb. Bu və ya başqa bir vasitə ilə bir şeyi başqasına sevdirməyə çalışmaq; birinin hüsn-rəğbətini, sevgisini qazanmağa çalışmaq. Güclə özünü istədə bilməzsən. istəyə-istəməyə bax. istər-istəməz. İstəyə-istəməyə getməli oldu. – Mehriban istəyə-istəməyə razı oldu. S.Hüseyn. isti 1. sif. Qızdırılmış, isidilmiş, hərarəti artırılmış (soyuq qarşılığı). İsti otaq. İsti ütü. İsti süd. – Hənifə bir əlində tas, o biri əlində isti su ilə dolu vedrə və dolça, tövşüyə-tövşüyə içəri girdi. İ.Hüseynov.\n2. is. Xəstəlik halında bədəndə yaranan hərarət, istilik. Xəstənin istisi qalxmışdır. – İstisini ölçüb dərhal; Ana deyir: – Dincəl bir az. M.Dilbazi. [Salama] elə gəldi ki, sinəsindən isti qalxır.. Mir Cəlal.\n3. sif. İstilik verən, yandırıcı, qızğın. İsti günəş. İsti şüa. – ..Turab Xəzər dənizindən qalxan od kimi isti günəşdən yorğun gözlərini açdı. M.Hüseyn. Əsla məni döyməsin; İsti günəş, sərt külək. Z.Xəlil. // Hava haqqında. İsti gün. İsti hava. – Nə gözəldir dolaşmaq isti yay fəsilləri; Bu sərin sahilləri. M.Müşfiq. Avqustun ortaları olduğundan hava çox isti idi. İ.Əfəndiyev. İsti yay günləri də Tapdığın intizarını anlayıb tez gəlib keçdi. Ə.Vəliyev. // Mülayim iqlimi olan. İsti ölkələr (cənub ölkələri). // is. Bərk qızmış hava; hərarət, istilik. Heç kəs nə qapıda, nə küçənin bir yanında görünmür. Yəqin ki, istinin zərbindən hərə bir kölgə yerə pənah gətirib. C.Məmmədquluzadə. [Məşədi Qəzənfər:] Yazın istisində harada sərinləyə bilərsən? Ü.Hacıbəyov. Dözülməz isti insanı taqətdən salırdı. Ə.Sadıq. // Cəm halında: istilər – havanın qızmağa başlaması. İstilər düşdü. İstilərin başlanmasına az qalıb. – İstilər düşdükcə başını qaldırıb canlanmış cürbəcür həşərat və milçəklər bu gecə sanki qəsdən daha çox fəaliyyət göstərirdi. M.İbrahimov.\n4. sif. Bədəni soyuqdan yaxşı qoruyan; yun. İsti köynək. İsti paltar. İsti corab. – Gecələr yatmayıb hər bir qoçağa; İsti paltar tikdi gəlinlər, qızlar. S.Vurğun. [Zəhranın] ayağında dizdən əsgər çəkməsi, başında isti papağı vardı. Ə.Vəliyev.\n5. sif. məc. Hərarətli, mehriban, nəvazişli, oxşayıcı, səmimi. Şux səslərlə dolu isti yuvalar; Daşqın çaylar, durğun göllər bizimdir.. A.Şaiq. Bircə nöqsan tapmayaraq övladının varlığında; Bir can kimi bəsləmişdir məni isti qucağında. S.Rüstəm. [Gülcamal:] Məmmədin səsinə oxşayır bu səs; Onun nəfəsidir bu isti nəfəs! Z.Xəlil. ‣ İsti basmaq – bir işdən, sözdən, hadisədən və s.-dən çox mütəəssir olub özünü istilənmiş kimi hiss etmək. İsti çalmaq – bax. isti basmaq. Bu səsdən məni bir isti çaldı, hərarət bütün bədənimi mum kimi yumşaltdı. Mir Cəlal. İsti vurmaq – günəşin şiddətli təsirindən süstləşmək, əzgin və ya bayğın hala gəlmək. Gorus dağının qaşında Nəbini isti vurur, bir kölgəlik tapıb uzanır. “Qaçaq Nəbi”. İsti yer – sakit, rahat, qazanclı, gəlirli iş, vəzifə, mənasında. O gah getmək istədi, gah da isti yerini soyutmaqdan qorxdu. Mir Cəlal. İsti-soyuq dadmaq (görmək, bilmək və s.) – bax. bərkə-boşa düşmək (“bərk-boş”da). [Məsum kişi:] ..Oxuyanda nə olar, – deyirdi, – uşağın birisidir. Dünyanın işlərini nə qanır. İsti-soyuq dadmayıb. Mir Cəlal. Durna bacı dünyanın isti-soyuğunu yaxşı bilən adamlardan idi. Ə.Sadıq. istiarə is. [ər.] ədəb. Sözlərin, ifadələrin hər hansı bir təşbeh, bənzəyiş, müqayisə əsasında məcazi mənada işlənməsindən, yəni bir şeyə (hadisəyə) başqa bir şeyin (hadisənin) səciyyəvi əlamətinin keçirilməsindən ibarət bədii tərz; metafora; məsələn, şücaətli adama – aslan, şir; hiyləgər adama – tülkü deyilməsi kimi. Sadə istiarə. Mürəkkəb istiarə. Fikrin istiarə yolu ilə ifadəsi. – Yazıçıların sənətkarlıq xüsusiyyətlərindən asılı olaraq istiarə müxtəlif, rəngarəng şəkillərdə yaradılır. Ə.Mirəhmədov. istibdad is. [ər.]\n1. Özbaşınalığa və zorakılığa əsaslanan idarə üsulu. Çar zamanı idi, istibdadın ən şiddətli, ən qızğın vaxtı idi. E.Sultanov. Beşinci il; Qanlı bazar; İstibdadın mənhus əli; Hər tərəfdə iz buraxır. R.Rza.\n2. Zülm. Artıq bu rəzalət çəkilməz; Bu istibdadə təhəmmül edilməz. H.Cavid. Yoldaşlar, istibdad pəncəsində inləyən yüz minlərcə işçilər baş qaldırmadadır. Çəmənzəminli. İstibdad dünyasından..; Odların, alovların üstündən addadıq biz. S.Rüstəm. istibdadçı is. Zalım, qəddar, qaniçən. isticə sif.\n1. İsti, lazımınca isti. İsticə otaq. İsticə paltar. – İsticə lavaşım var; Hər gecəyə aşım var; Demə, dədəm yerdəsən; Ancaq əlli yaşım var. M.Ə.Sabir. Var isticə ölkələr; Qışda bizə xoş gələr. A.Səhhət. Qorodovoy qış günəşinin isticə şüası altında laqeydanə xoruldayırdı. Çəmənzəminli.\n2. məc. Rahat, əlverişli, mənfəətli. Elm və maarif kəsb edənlərimizin ümdə arzusu özlərini şəhərə salıb, isticə və mənfəətli qulluq tapmaqdır. F.Köçərli. istifadə is. [ər.] Faydalanma, fayda götürmə. // Faydalı (səmərəli) surətdə işlətmə. • İstifadə etmək – faydalanmaq. Vəqtdən daim istifadə edin; Elm təhsilini iradə edin. M.Ə.Sabir. Ağca xanım atasının belə mehriban rəftarından istifadə edərək .. divanın altına baxdı və Qaraca qızı orada görməyib mat qaldı. S.S.Axundov. Azadlığın nemətlərindən istifadə etməyi, bərabərliyin imtiyazlarından bəhrəyab olmağı bacarmaq lazımdır. M.İbrahimov istifadələnmə “İstifadələnmək”dən f.is. istifadələnmək f. Faydalanmaq, fayda götürmək, qazanmaq, mənfəətbərdar olmaq. istifadəli sif. İstifadə olunan (oluna bilən), istifadəyə yararlı. İstifadəli yerlər. istifadəlik sif. İstifadə etmək (işlətmək, tətbiq edilmək) üçün olan, istifadəyə (işlənilməyə, tətbiq edilməyə) yarar. istifadəsiz sif. və zərf İstifadə olunmayan, işləksiz qalmış, fayda götürülməyən. İstifadəsiz torpaqlar. İstifadəsiz qalmaq. istiğfar is. [ər.] din. Allaha yalvararaq günahlarının bağışlanmasını istəmə, “əstəğfürullah” deyərək peşmanlığını bildirmə, tövbə etmə. • İstiğfar etmək (qılmaq) – Allaha yalvararaq günahlarının bağışlanmasını istəmək, “əstəğfürullah” deyərək tövbə etmək. [Molla Zaman:] İstiğfar elə, arvad, istiğfar elə, günaha batdın. Ə.Haqverdiyev. Bu minval ilə günahkar muzdur özünün bəd əməlindən peşman olub, istiğfar edə-edə yerindən qalxdı. S.M.Qənizadə. İstiğfar eylə, adam ağzına gələni danışmaz. H.Nəzərli. istihalə is. [ər.] Bir haldan başqa hala keçmə. istixarə is. [ər.] din. Görüləcək bir işin uğurlu olub-olmayacağını qabaqcadan bilmək üçün Quran və ya təsbehlə yoxlama ayini. • İstixarə etmək (etdirmək) – istixarə ayini icra etmək (etdirmək). [Məşədi İbad:] Mən bu gün istixarə elətdirərəm, bu xoş günlərin birində toyumuzu başlarıq. Ü.Hacıbəyov. Fikr edirik biz də bir iş başlayaq; Eyləyirik istixarə, bəd gəlir. Ə.Nəzmi. [Kiçik xan:] Qoca, bir istixarə et! – dedi, – görək bu səfər uğurludur, ya uğursuz. S.Rəhimov. isti-isti zərf\n1. Qaynar halda, isti halda, soyumamışkən. [Səlimnaz xanım:] İstiisti bu çayı iç, bəlkə tərləyəsən. N.Vəzirov. [Ələmdar] .. buğlana-buğlana, cızhacızla qovrulan cızbızdan isti-isti ötürdü. S.Rəhimov.\n2. məc. Təxirsiz, gecikmədən, dərhal, əlüstü, o saat, təzə-təzə. İsti-isti işin üstünə düşmək. Məsələni isti-isti həll etmək. – Dəmiri isti-isti döyərlər. (Ata. sözü). istiqamət is. [ər.]\n1. Bir şeyin hərəkət xətti, hərəkətin yönəldiyi cəhət, səmt, tərəf. İnsanlar təbiəti istədikləri istiqamətdə dəyişdiriblər. Adamlar müxtəlif istiqamətlərə yollandılar. – Nəhayət, qadın birdən-birə istiqamətini dəyişib, üzüaşağı Dəclə sahilinə tərəf getməyə başladı. M.S.Ordubadi. • İstiqamət almaq (götürmək) – müəyyən bir tərəfə, səmtə doğru yönəlmək, üz tutub getmək. Bir göz qırpımında düşmən tankı artıq ön atəş xəttini keçmiş, .. batalyon komanda məntəqəsi yerləşən təpəyə doğru istiqamət almışdı. Ə.Məmmədxanlı.\n2. məc. Hər hansı bir fəaliyyətin, işin, hadisənin və s.-nin inkişaf xətti. Səyahətin istiqaməti. Elmin başlıca istiqaməti. – Respublikada neft axtarışının istiqaməti haqqında qızğın mübahisələr gedirdi. M.Süleymanov.\n3. İctimai, siyasi, elmi və s. cərəyan. ..Səlimi tamamilə başqa bir istiqamətin adamı idi. M.İbrahimov. • İstiqamət vermək (göstərmək) – istiqamətləndirmək, yönəltmək, yol göstərmək. Din düşüncəsi tarix boyu cəmiyyətin mənəvi inkişafına istiqamət veribdir. istiqamətləndirici bax. istiqamətverici. İstiqamətləndirici məsləhətlər. istiqamətləndiricilik is. İstiqamət vermə, yönəltmə, yol göstərmə. ..Burada böyük bir qüvvənin təşkilatçılıq, istiqamətləndiricilik qüdrətinin hakimiyyəti duyulur. Mir Cəlal. istiqamətləndirilmə “İstiqamətləndirilmək”dən f.is. istiqamətləndirilmək məch. İstiqamət verilmək, yönəldilmək. istiqamətləndirmə “İstiqamətləndirmək”dən f.is. istiqamətləndirmək f.\n1. İstiqamət vermək, yönəltmək. Müəllim şagirdin diqqətini əsas məsələyə istiqamətləndirməlidir.\n2. Yoluna qoymaq, qaydaya salmaq, təşkil etmək. İşi düzgün istiqamətləndirməli. istiqamətlənmə “İstiqamətlənmək”dən f.is. istiqamətlənmək f.\n1. İstiqamət almaq, yönəlmək; bir səmtə, bir tərəfə üz tutub getmək, yollanmaq. Maşın şimala doğru istiqamətləndi.\n2. məc. Təşkil olunmaq, yoluna düşmək, düzəlmək, qaydaya düşmək. istiqamətli sif.\n1. İstiqaməti olan, müəyyən istiqamətdə inkişaf edən (etdirilən).\n2. məc. Qarşısına müəyyən məqsəd qoyaraq ardıcıl surətdə onun dalınca gedən; əzmli. Ağahüseyn Xəlilin üzündən öpüb dedi: – Oğlum, sən ki belə istiqamətli oğlansan, Allah sənin başından tökəcək. Ə.Haqverdiyev. istiqamətsiz sif. İstiqaməti müəyyən olmayan, səmti, tərəfi təyin edilməmiş. [Qədir] küçəyə çıxdı, istiqamətsiz (z.) yerişlə gəzindi. Mir Cəlal. istiqamətverici sif.\n1. İstiqamət verən, yönəldici. İstiqamətverici qüvvə.\n2. məc. Yol göstərən, istiqamət verən, rəhbər, təşkilatçı. Cəmiyyətin rəhbər və istiqamətverici qüvvəsi. istiqanlı sif.\n1. Qanı isti olan. İstiqanlı heyvanlar. Balina istiqanlı heyvandır.\n2. məc. Çox ünsiyyətli, adamayovuşan, mehriban, üzügülər. İstiqanlı uşaq. İstiqanlı adam. – Əsasən çox istiqanlı olan bu gənc, komandirlə soyuqqanlı danışırdı. Ə.Vəliyev. istiqanlılıq is.\n1. Mehribanlıq, səmimilik, üzügülərlik. Kərim bunu yaxşı bir dostluq istiqanlılığı kimi qiymətləndirirdi. İ.Əfəndiyev.\n2. Coşqunluq, dəliqanlılıq. ..Gələcək qohumluğu möhkəm əsaslar üstündə qurmaq üçün o, .. Səliminin tərzi-təfəkkürünü dəyişməli, cavanlıq və istiqanlılıqdan doğan bəzi hərəkətlərini təshih etməli idi. M.İbrahimov. istiqbal is. [ər.]\n1. Gələcək. Oğlanlarının istiqbalı haqqında da Hacı Vəlinin müəyyən planları və prinsipləri var idi. Çəmənzəminli. [Nümayəndə:] Yaşasın Şərq qadını və onun parlaq istiqbalı! Ə.Haqverdiyev.\n2. Gələn adamın qarşısına çıxma; qarşılama. Atabəy Məhəmməd qardaşları üçün böyük bir istiqbal təntənəsi düzəltdi. M.S.Ordubadi. • İstiqbal etmək – qabağına çıxmaq, qarşılamaq, gələni qəbul etmək. Görcəyin bizləri o sahibi-mal; Çıxıban dişrə etdi istiqbal. S.Ə.Şirvani. Hacı Səlimin qaynı onu təziyə üçün gəlmiş qohumu qəbul edəntək istiqbal edib, bir neçə gün ehtiram ilə müsafir saxladı. Ə.Haqverdiyev. Əhməd .. qayıdanda .. necə istiqbal edəcəklərini də xəyalından keçirirdi. B.Talıblı. İstiqbala çıxmaq – gələn adamın qabağına çıxmaq, qarşılamaq. Livarcanın ağası Hacı xan iki oğlanları və nökərləri ilə bərabər bizim istiqbalımıza çıxmışdı. M.S.Ordubadi.\n3. köhn. Qrammatikada: gələcək zaman felinin adı. istiqbalçı is. və sif. Gələnin və ya gələnlərin qabağına çıxan, qarşılayan, istiqbal edən (adam). Qadınların istiqbalçı qafiləsi təxti-rəvan və kəcavələrdə gedir və hər kəsin diqqətini özünə cəlb edirdi. M.S.Ordubadi. istiqlal is. [ər.] Müstəqillik, istiqlaliyyət. Bu qədər çətinlik və məhrumiyyətə baxmayaraq, Azərbaycan xalqının istiqlala olan ümidləri sönməmişdi. M.S.Ordubadi. Çox sevirik canımızdan; Ətimizdən, qanımızdan; Bizim böyük istiqlalı. S.Vurğun. istiqlaliyyət is. [ər.]\n1. Siyasi müstəqillik; başqalarından asılı olmayıb, özbaşına yaşama; siyasi azadlıq. Milli istiqlaliyyət. İstiqlaliyyət qazanmaq. Vətənin istiqlaliyyətini qorumaq.\n2. məc. Müstəqillik, azadlıq. Kəndlilərindən başlayaraq ziyalılarına qədər bir söz deyir: – Azərbaycanın istiqlaliyyət məsələsi həyat məsələmizdir. M.S.Ordubadi. Rəşid inanırdı ki, Süsən kimi mənəvi istiqlaliyyətini saxlayan insanlar ömürlərində yalnız bir dəfə, yalnız birini sevirlər. M.Hüseyn. istiqlaliyyətpərvər sif. [ər. istiqlaliyyət və fars. ...pərvər] Öz vətəninin, öz xalqının istiqlaliyyətini, siyasi azadlığını istəyən, sevən, onun uğrunda mübarizə edən. istiqlaliyyətpərvərlik is. Öz vətəninin istiqlaliyyətini, siyasi azadlığını istəmə, sevmə. istiqrar is. [ər.] köhn.\n1. Qərar tutma, yerləşmə.\n2. Sabitləşmə, aydınlaşma. istiqraz is. [ər.] Borc alma, borc pul alma, borc alınan pul. ‣ Dövlət istiqrazı – borc əsasında olaraq əhalinin pul vəsaitinin dövlət büdcəsinə cəlb edilməsi forması. Üçfaizli dövlət istiqrazı. İstiqraz vərəqəsi. istil I. is. məh. Çəltik əkininin suvarılmasında istifadə edilən su anbarı.\n\nII. is. məh. köhn. 400 qramlıq çəki daşı. Sən ora səpmişdin bir istil darı; Ümidliydin ondan bir tağar olsun. Aşıq Ələsgər. istila is. [ər.]\n1. Bir ölkəni zorla alma, ələ keçirmə, tutma. Qızıl Arslanın əcnəbi istilasına qarşı başladığı mübarizə yuxarıdakı fikrimizə tamamilə müvafiqdir. M.S.Ordubadi. • İstila etmək – bir ölkəni zorla ələ keçirmək, işğal etmək, tutmaq. Ölkələr istila etmək.\n2. məc. Qaplama, tutma. • İstila etmək – qaplamaq, tutmaq. Ənisənin qaşları çatıldı, yanaqlarını bir qırmızılıq istila etdi. S.Hüseyn. istilaçı is. İstilaçılıq siyasəti yeridən, istila edən; qəsbkar, işğalçı. Xarici istilaçılar. istilaçılıq is. Özgə torpağını, başqa ölkələri zorla ələ keçirmə, tutma, qəsb etmə; işğalçılıq, qəsbkarlıq. İstilaçılıq siyasəti. istilah is. [ər.] köhn. Termin. [Mirzə Rəhim ağa:] Bala, mən fanatizmin mənasını bilmirəm. .. Bu sözlər firəngiməabların təzə istilahlarıdır. M.S.Ordubadi. Aydının fikrincə, şair adi və şablon sözdən qaçıb, təzə bir istilah yaratmışdı. M.Hüseyn. istiləmə “İstiləmək”dən f.is. istiləmək bax. istiləşdirmək. istiləndirilmə “İstiləndirilmək”dən f.is. istiləndirilmək məch. İsti edilmək, qızdırılmaq, hərarəti artırılmaq, isidilmək. istiləndirmə “İstiləndirmək”dən f.is. istiləndirmək f. İsti etmək, qızdırmaq, isitmək, hərarətini artırmaq. istilənmə “İstilənmək”dən f.is. istilənmək f. Qızmaq, qızışmaq, isinmək. Hava istilənib. Su gün altında istilənibdir. // qayıd. Özünü, bədənini, canını qızdırmaq. Ocağın qabağında istilənmək. // İstidən bihal olmaq. istiləşdirilmə “İstiləşdirilmək”dən f.is. istiləşdirilmək məch. İstiliyi artırılmaq, daha da qızdırılmaq (isidilmək). istiləşdirmə “İstiləşdirmək”dən f.is. istiləşdirmək f. Daha isti hala salmaq, istiliyini artırmaq; qızdırmaq, isitmək. Otağı istiləşdirmək. Suyu istiləşdirmək. istiləşmə “İstiləşmək”dən f.is. istiləşmək f. İstiliyi artmaq, temperaturu artmağa başlamaq; daha da qızmaq, isti olmaq. Yayın son ayı idi. Peterburqun havası istiləşmişdi. Çəmənzəminli. Gecələri yatmaq mümkün deyil, hava xeyli istiləşib, bu şoğərib taxtabitiləri də bir yandan!.. C.Məmmədquluzadə. Havalar get-gedə istiləşdiyi üçün çayların suyu çox artmışdı. S.Hüseyn. istilətmə “İstilətmək”dən f.is. istilətmək icb. İstiləndirmək (başqası vasitəsilə). istilik is.\n1. fiz. Cismin hissəciklərinin (atomlarının, molekullarının və s.-nin) qeyrimüntəzəm hərəkəti nəticəsində əmələ gəlib, onun qızması şəklində təzahür edən enerji növü. İstilik vahidi. Ərimə istiliyi. Kimyəvi enerjinin istiliyə çevrilməsi.\n2. Bir şeyin qızğınlıq halı; isti, yaxud qızdırılmış şeydən çıxan hərarət. Havanın istiliyi. Sobanın istiliyi. Günəş şüasının istiliyi. – [Əbülhəsən bəy:] Alnımda bir istilik hiss edər-etməz gözlərimi açdım.. M.S.Ordubadi. ..Toğluların yumşaq yunu və istiliyi sanki Qulunun əlini qıcıqlayırdı. M.İbrahimov.\n3. Qızdırma, hərarət, temperatur. Xəstənin istiliyi normaldır. – [Qəhrəman] uşağın istiliyini ölçür, gözlərinə yuxu gəlmirdi.. S.Rəhimov. Oğlunun istiliyini görən ana gözlərinə dəm verir. Ə.Vəliyev. • İstilik gəlmək (basmaq) – hərarəti qalxmaq, bədəni qızmaq. Soyuqdan əsən bədənə ani bir istilik gəldi.\n4. məc. Mehribanlıq, səmimiyyət hissi; hərarət. Öz məsum təbəssümü ilə hamını sevindirən Aslan evdəki soyuqluğu tamamilə həyətə qovmuş, qocaların və anasının ürəyinə xoş bir istilik gətirmişdi. Ə.Vəliyev. istilikkeçirən is. fiz. İstilikkeçirmə qabiliyyətinə malik olan. İstilikkeçirən cisimlər. istilikkeçirmə is. fiz. Cisimlərin istiliyi keçirmə xassəsi (qabiliyyəti). istiliktörədici sif. fiz. İstiliktörətmə qabiliyyətinə malik olan. istiliktörədicilik bax. istiliktörətmə. istiliktörətmə is. fiz. İstilik yaratma, istilik vermə qabiliyyəti. istimdad is. [ər.] köhn. İmdad göstərmə, yardıma (köməyə) çağırma. Sönük vücudu saçar hər dəm atəşin fəryad; Fəqət nə çarə! Əsərsiz bütün bu istimdad. H.Cavid. O baxışlarda çırpınan ruhum; Dilənir gözlərindən istimdad. A.Şaiq. Onların iltimas və istimdadına kimsə cavab vermirdi. M.İbrahimov. istinad is. [ər.] Dayanma, əsaslanma, söykənmə. İstinad nöqtəsi (əsaslanacaq, söykənəcək, dayaq ola biləcək şey). • İstinad etmək – 1) arxalanmaq, bir şeyi dayaq, kömək hesab etmək. Hökumət ancaq xalqın arzu və iradəsinə istinad etməlidir. M.S.Ordubadi; 2) öz müddəalarını, fikrini və s.-ni sübut etmək üçün məntiqi dəlil kimi əsas götürmək. Qabaqcıl nəzəriyyəyə istinad etmək. istinadən zərf [ər.] rəs. köhn. İstinad edərək, əsaslanaraq, arxalanaraq, dəlil tutaraq. Mövcud qərarlara istinadən... Mənbəyə istinadən... istinadgah is. [ər. istinad və fars. ...gah]\n1. Sığınacaq, daldalanacaq yer; pənahgah. // İstinad nöqtəsi. [Nəcəf] düşmənin ən qabaq və ən son istinadgahında dayanmışdır. Mir Cəlal.\n2. məc. Arxa, kömək, dayaq, istinad ediləcək qüvvə. [Qəhrəman] Azərbaycan kəndlilərinin dayağı, istinadgahı olan Bakıya gedirdi. Ə.Vəliyev. Səmədin yeganə ümidi, istinadgahı Sultan idi. İ.Hüseynov. istintaq is. [ər.] hüq. Cinayətlə əlaqədar məsələni aydınlaşdırmaq üçün aparılan sorğu-sual; söylətmə, soruşma, dindirmə, ifadə alma (müttəhimdən, şahiddən). Zeynal başını aşağı salmışdı. İlk istintaqda söylədiyi bir sözü dana bilməyəcəkdi. S.Hüseyn. İstintaq qurtardı, divan quruldu; Yeyən kim, tələyə düşən kim oldu. B.Vahabzadə. İstintaq xeyli uzandı. S.Şamilov. • İstintaq etmək (eləmək) – dindirmək, soruşmaq, ifadə almaq (müttəhimdən, şahiddən). Qalındodaq, çalsaqqal bir rəis [Əjdəri] düz yarım saat istintaq elədi. S.Rəhman. [Cahangir:] ..Mən Sadıqovun adamlarını istintaq edirdim. İ.Əfəndiyev. İstintaq olunmaq – dindirilmək, soruşulmaq, ifadə alınmaq. O, il yarıma qədər müxtəlif dustaqxanalarda istintaq olunmadan qalmışdır. M.S.Ordubadi. istintaqçı is. hüq. İstintaq aparan ədliyyə işçisi; müstəntiq. istiot is.\n1. bot. Tropik bitki və onun dadı kəskin yandırıcı dənələr şəklində olan meyvəsi. Qara istiot. – İstiot cinsinin qara istiot növü. Cənub-Şərqi Asiyanın tropik ölkələrində və Malay adalarında bitən, sarmaşan bitkidir. M.Qasımov.\n2. Bibər. Acı bibər. Bolqar bibəri.\n3. Həmin bitkilərin toxumlarından toz halında hazırlanan ədviyyə. Xörəyə istiot vurmaq. Bozbaşın istiotu çoxdur. – Gülşən qazanın qapağını qaldıranda istiot və toyuq ətinin iyi budkanı bürüdü. M.Süleymanov.\n4. məc. Tündlük, acılıq, kəskinlik, hirs, qəzəb mənasında. Amma mən deyirəm ki, belə millətpərəstliyin istiotu bir az çoxdur, az qalır adamın ağzını yandırsın. C.Məmmədquluzadə. [Gödək kişi] dik-dik Qədirin üzünə baxdı. İstiot kimi tünd cavab verdi. Mir Cəlal. ‣ İstiot dadmaq – bərkə-boşa düşmək, həyatın acılıqlarını dadmaq, ağır günlər keçirmək. [Salman kişi:] Siz xoşbəxt adamlarsınız, .. istiot dadmamısınız, .. hər şeyin hazırına gəlibsiniz. Mir Cəlal. istiotqabı is. İçinə istiot tökülən qab. istiotlama “İstiotlamaq”dan f.is. istiotlamaq f. Üstünə istiot səpmək, istiot vurmaq. Xörəyi istiotlamaq. Əti istiotlamaq. istiotlanma “İstiotlanmaq”dan f.is. istiotlanmaq məch. Üstünə istiot səpilmək, istiot vurulmaq. istiotlanmış f.sif. Üstünə istiot səpilmiş, istiot vurulmuş. istiotlu sif. Tərkibində istiot olan; istiot qatılmış. İstiotlu xörək. İstiotlu halva. istiotluq is. İstiot əkilmiş yer. istiölçən is. Termometr. Üç yüz il bundan əvvəl ağıllı və elmli insanlar bir [alət] icad etdilər ki, bununla istilik də ölçmək mümkün oldu. Bu alətin adını “termometr”, “mizanülhərarə”, yəni “istiölçən” qoydular. H.Zərdabi. istirahət is. [ər.] Dincəlmə, rahatlanma; dinclik, rahatlıq. [Odunçu:] Bu nə gündür, nə dirilikdir ki, heç bir istirahət yox. Ü.Hacıbəyov. [Qulu:] Hər gün saat birdən üçə qədər .. istirahət saatlarıdır. İ.Əfəndiyev. Bura [pəncərə qabağı] Sultanın bir növ istirahət yeri idi. İ.Hüseynov. • İstirahət etmək (eləmək) – dincəlmək, rahatlanmaq, yorğunluğunu almaq, dincini almaq. [Əhməd atasına:] İndi sən əyləş burada, nə qədər kefindir istirahət elə. Ə.Haqverdiyev. İmtahandan sonra adam istirahət etmək istəyir. H.Seyidbəyli. İstirahət evi – zəhmətkeşlərin istirahətinə xidmət edən səhiyyə müəssisəsi. Bizim aramızda Şuşa istirahət evlərindən qayıdan işçiləri .. olduğu kimi, yeddi-səkkiz nəfər gənc tələbə .. vardı. S.Hüseyn. [Dostum:] Hələ bundan başqa, istirahət evlərində, sanatoriyalarda istirahət edənlər nə qədərdir.. M.Rzaquluzadə. İstirahət günü – işdən azad gün. Mənim bu gün istirahət günüm olduğu üçün işləməyəcəyəm. H.Nəzərli. [İnci:] İstirahət günü arvadını gözüyaşlı qoyub buralarda hərlənməzsən. S.Rəhman. istirahətcil sif. Daima istirahət etməyə, özünə baxmağa vərdiş edən, işləməyi sevməyən. İstirahətcil adam. istirahətgah is. [ər. istirahət və fars. ...gah] tənt. Dincəlinən, rahatlanan, istirahət edilən yer. [Cəmil bəy:] Mənim təbibim əcəl, istirahətgahım da məzarıstandır. H.Cavid. ‣ Əbədi istirahətgah tənt. – qəbir. Minlər, on minlərlə insanların əbədi istirahətgahları olan bu möhtərəm, müqəddəs məkan tamamilə dağılmış, onun yerində bağ, park salınmışdı. S.Hüseyn. istirahətxana is. [ər. istirahət və fars. xanə] bax. istirahətgah. istirahətqabağı zərf İstirahətdən qabaq, əvvəl. istirahətlənmə “İstirahətlənmək”dən f.is. istirahətlənmək f. Dincəlmək, rahatlanmaq, istirahət etmək, yorğunluğunu (dincini) almaq. Hər dəfə öküzləri açıb çəmənə buraxırdıq, onlar da bir az dincəlir və kövşək çalırdı. Biz də istirahətlənirdik. T.Ş.Simurq. istirahətli sif. Rahat, iztirabsız. ..Hər kəsə istirahətli bir həyat təmin eləmək ən böyük məfkurə hesab edilir. Çəmənzəminli. istirahətlik is. dan. İstirahət, rahatlıq, dinclik. Heç bir istirahətliyi yoxdur. istirahətsizlik is. Narahatlıq, rahatsızlıq; istirahət etməmə. [Xosrovbəylinin dayısı] öz səfərindən, dəmir yolundakı istirahətsizliklərdən şirin-şirin danışırdı. Mir Cəlal. istirham is. [ər.] Yalvarma, mərhəmət istəmə, rica etmə. istisqa is. [ər.] tib. Bədənin müxtəlif boşluqlarına su toplanma xəstəliyi. [İkinci ərizəçi:] Xan, başına dönüm, bunun qardaşı mühlik istisqa mərəzinə mübtəla idi. M.F.Axundzadə. istismar is. [ər.]\n1. Hər hansı bir əməli məqsəd üçün sistematik istifadə etmə, faydalanma, işlətmə. Neft quyularının istismarı. Təbii sərvətlərin istismarı. – Lakin Nobelin bütün o inadlı səylərinə baxmayaraq, Şibayev də adaya pəncəsini ilişdirdi, o da tələsik bir-iki quyu qazdırıb istismara başladı. Ə.Məmmədxanlı. • İstismar etmək – işlətmək, istifadə etmək, faydalanmaq. İstismara verilmək – işlənməyə (istifadəyə) başlanmaq. Mexanikləşdirilmiş üsulla ilk neft quyusu Azərbaycanda 1871-ci ildə .. qazılıb istismara verilmişdir. S.Quliyev. Sabah sex istismara verilməli idi. H.Seyidbəyli.\n2. İstehsal vasitələri üzərində xüsusi mülkiyyət sayəsində insanların bir qisminin başqalarının əmək məhsulunu mənimsəməsi. İstismarın son dərəcəyə çatdığını, zəhmət şəraitinin qabalığını, fəhlənin rütubətli zirzəmilərdəki fəryadını bizdən başqa da hiss edənlər vardır. M.S.Ordubadi. Hər kəs zəhmət və istismarın nə olduğunu indicə anlamağa başlayır. H.Nəzərli. • İstismar etmək – başqasının zəhmətini, məhsulunu mənimsəmək, amansızcasına özü üçün işlətmək. İstismar olunmaq – zəhmətinin məhsulu amansızcasına mənimsənmək. Fəhlələr amansız surətdə istismar olunurdu.. H.Nəzərli. istismarçı is.\n1. Başqasının zəhmətini, məhsulunu mənimsəyən, özgəsini istismar edən. // Sif. mənasında. İstismarçı siniflər. İstismarçı cəmiyyət. – “Əkinçi” istismarçı və tüfeyli təbəqələri kəskin tənqid etməkdən çəkinmirdi. M.İbrahimov.\n2. xüs. Neft quyuları qazılıb qurtardıqdan, yaxud başqa sənaye müəssisələri tikilib qurtardıqdan sonra onları istismar üçün hazır hala salan fəhlə. İstismarçı briqada. istismarçılıq is. Başqasını insafsızca işlədərək, zəhmətinin məhsulunu mənimsəmə; istismar etmə. istisna is. [ər.] Ümumi qaydadan çıxarma, ayırma. İstisna təşkil etmə. İstisna olmaq şərti ilə. • İstisna etmək – ümumi qaydadan kənarda buraxmaq, xaric etmək; çıxmaq. İstisna etməmək – ümumi qaydadan kənarda buraxmamaq, ümumi qaydadan xaric etməmək (çıxmamaq). istisnalıq is. Ümumi qaydadan kənarda olma, istisna təşkil etmə. istisnasız sif. İstisna etmədən, heç birini ümumi tərkibdən ayırmadan, heç birini kənarda buraxmadan (çıxmadan), bütünlükdə. İstisnasız olaraq hamı yığıncağa gəlməlidir. isti-soyuq is.\n1. İsti və soyuq hava və onun təsiri. Özünü isti-soyuqdan qorumaq. – [Səlim bəy:] İsti-soyuqçün deyil başındakı bu papaq. S.Rüstəm. [Səlbi:] Oruc, papağı başa isti-soyuqçün qoymurlar, namus üçün qoyurlar. Ə.Vəliyev.\n2. məc. Hər cür şərait, vəziyyət, hal, keyfiyyət. İsti-soyuq görmək. İsti-soyuqda olmaq. – O, .. hamı ilə qaynayıb-qarışan, istisoyuqdan qorxmayan, möhkəm, dözümlü bir oğlan idi. M.Rzaquluzadə. istisu is.\n1. Xalq arasında isti müalicə suları çıxan yerə verilən ad. Yayda İstisuya getmişdik. – [Hacı Mehdi:] Amma, gərək, övrət İstisudan gələnədək iş tamam ola. Ə.Haqverdiyev.\n2. Azərbaycanda çıxan müalicə sularından birinin adı. istitörətmə bax. istiliktörətmə. İstitörətmə qabiliyyəti. istivurma is. tib. Çox isti havada günəşin təsirindən beyin mərkəzlərinin zədələnməsi; günvurma. istorioqrafiya [yun. istoria və grapho]\n1. Tarix haqqındakı biliklərin inkişafını öyrənən elm, tarixşünaslıq.\n2. Hər hansı bir dövrdə meydana gəlmiş, yaxud bu və ya digər dövrə və ya problemə həsr olunmuş tarixi əsərlərin məcmusu; tarixi mənbələr, tarixi biblioqrafiya. Sovet dövrünün istorioqrafiyası. isveç (=isveçli) sif. və is. İsveç əhalisindən olan. isveçli (=isveç) sif. və is. İsveç əhalisindən olan. isveçrəli sif. və is. İsveçrə əhalisindən olan. iş is.\n1. Fəaliyyət, çalışma, zəhmət, əmək. Əqli iş. Fiziki iş. İş görmək. Elmi iş. İşlə məşğul olmaq. – İş insanın cövhəridir. (Ata. sözü). İş rəncbərin, güc öküzün, yer özününkü; Bəyzadələri, xanları neylərdin, ilahi! M.Ə.Sabir. İş nə qədər qızğın və həvəslə getsə də, nəhayət, ev adamı çəkir. M.İbrahimov. // Məşğuliyyət, məşğələ, bir şeylə baş qarışma. Bu saat işim var, gələ bilmərəm. Faydalı bir işlə məşğul olmaq. // İdarədə, müəssisədə və s.-də işləmək üçün təyin edilmiş vaxt, müddət. İşdən sonra gələrsən. İşdən sonra istirahət. İş qurtardı.\n2. Bir şey yaratmaq, hazırlamaq, düzəltmək üçün göstərilən hər cür fəaliyyət, istehsal fəaliyyəti (bu mənada çox vaxt cəm halında işlənir). Suvarma işləri. Yol işləri. Tikinti işləri. – Bakıda nəqliyyat işləri yarıtmaz idi. A.Şaiq. [Göyçək] yayın isti günlərində Tapdığı kürəyinə şələləyib, çöl və ev işlərini görür, onu yerə qoymurdu. Ə.Vəliyev.\n3. Bir idarə və ya müəssisədə çalışma, xidmət etmə, qulluq etmə; xidmət, vəzifə, qulluq. İşə girmək. İşdən çıxarmaq. Müəllimlik işi. Həkimlik işi. – Hərgah məni bir yerə işə qoymaq istəsəniz, hər barədə xatircəmlik verə bilərsiniz. M.S.Ordubadi. Göyçək həyətin ortasında Tapdığı şirin gəzdirdiyi vaxt Qaçay işdən gəldi. Ə.Vəliyev. Tahir gəlib .. çatdıqda, ikinci [növbə] çoxdan işə girmişdi. S.Rəhman.\n4. Bir şeyin hərəkət halında olması, enerjinin bir haldan başqa hala keçməsi prosesi; fəaliyyət. Maşının fasiləsiz işi.\n5. Vəzifə, borc. Vətəni müdafiə etmək bütün vətəndaşların işidir. Sülhü müdafiə etmək bütün dünya xalqlarının işidir.\n6. Hər hansı bir hadisə, faktla əlaqədar olan inzibati, məhkəmə təhqiqatı; mühakimə prosesi. Məhkəmədə işə baxmaq. İşə yenidən baxılacaq. Cinayət işi. – [Səfər bəy:] ..İki gündən sonra Cabbarın işinə baxacaqlar, əgər məhkəmədə biz işi uduzsaq, sən də zərərdidə olarsan. B.Talıblı. // Cəza və ya təsir tədbiri olaraq icbari əmək, məhkəmə cəzası. • İş kəsmək (vermək), iş kəsilmək (verilmək) – məhkəmə tərəfindən cəza vermək (verilmək). İslam bu barədə çox düşündü. Əgər Telli ilə müəllimi bir yerdə öldürsə, güllələnməsə belə, ona on il iş verəcəklərdi. S.Hüseyn. Kim deyərdi ki, lüt bir rəncbərə iş kəsməkdə qəza məhkəməsi bu qədər götür-qoy eləməli olacaq? Mir Cəlal.\n7. Bir şəxsə, hadisəyə, məsələyə və s.yə aid olan sənədlər toplusu. İş qovluğu. Katib işləri açıb baxdı. – [Gəldiyev] qantər içində Vahidin işini tapmağa cidd-cəhd elədi. Mir Cəlal.\n8. Adətən cəm şəklində: xidmət, idarə, müəssisə ilə bağlı olan məsələlər, məşğələlər və s. Cari işləri müzakirə etmək. İşləri təhvil vermək. Xidməti işlər. // Bir sıra mürəkkəb idarə adlarının tərkibində işlənir. Xarici İşlər Nazirliyi.\n9. Əsər, əmək məhsulu. Elmi iş yazmaq. Bu kitab şairin son işi oldu. Muzeyin otaqlarının birində rəssamın işləri nümayiş edilirdi.\n10. Keyfiyyət, yaxud hazırlanma üsulu, qaydası. Gör, nə qəşəng işdir! Qaba iş. Əla iş. Sifarişlə görülən iş. Atüstü iş.\n11. Əməl, hərəkət. Bu onun işidir. Bu, yaxşı iş deyil. – [Qulu:] Xülasə, nə deyim, bu zamanın cahıllarının işini anlamaq çətindir. N.Nərimanov. [Molla Bacı:] Gündə ərə gedirəm, yaxşı edirəm, bidət iş görmürəm ki... Çəmənzəminli. Çoban baba təəssüflə dedi: – Ay Rüstəm, mən səni ağıllı bir adam bilirdim, bu nə işdir tutmusan? M.İbrahimov.\n12. Əməli fəaliyyət, feil, hərəkət (fikir, söz müqabili). İndi söz yox, iş lazımdır. Sözdən işə keçmək. Söhbət çoxdur, iş isə az.\n13. Fəaliyyətin nəticəsi, səmərəsi. Bu, uzun əsrlərin işidir.\n14. Münasibət, əlaqə, aidiyyət, dəxli olma. Onun bizimlə nə işi var?\n15. Hadisə, əhvalat, qəziyyə. Bu, keçmişin işidir. Mən dünən maraqlı bir işin şahidi oldum. Başıma dünən bir iş gəlib. – Ürəyimə dammışdı ki, Dəmirçioğlunun başında bir iş var. “Koroğlu”.\n16. Vəziyyət, hal. İşi fəna olmaq. Cəbhədə iş yaxşıdır. – [Məşədi İbad:] İndi gördünüzmü iş nə haldadır? Ü.Hacıbəyov.\n17. Bacarıq, gücü çatma, bacarma, əlindən gəlmə. Bu onun işi deyil (əlindən gəlməz).\n18. Şey, hadisə. Bu böyüklükdə daşı qaldırmaq asan iş deyil. Təbii işdir ki... Tərslik pis işdir. Aydın işdir. Belə də iş olar?\n19. fiz. Hərəkət edən cismin müqaviməti rəf etməsi. İş vahidi.\n20. İşdi(r) şəklində – bəlkə, birdən, əgər, təsadüfən, ola bilsin, ola bilər. İşdir, yolun düşsə, bizə gəl. İşdir, öyrənsən, bizə də bildir. İşdi, birdən gəlməsə... – Molla fikirləşir ki, bir eşşək yükü xiyar götürüb Teymurləngə aparsın, bəlkə, işdi, rəhmə gəldi, bir yaxşı hədiyyə verdi. “M.N.lətif.”. İşdir, ayrı düşsək bir-birimizdən; Yığılın hamınız səhər lap tezdən. H.K.Sanılı. ‣ İş açmaq – 1) başlamaq, bir işə təşəbbüs etmək, bir iş görmək niyyətində olmaq. İstəyirik bir iş açaq, filməsəl; Söyləşirik biriki il laəqəl. M.Ə.Sabir; 2) zəhmətə salmaq, xoşagəlməz işə salmaq. Dayanan yerdə iş açdın! – ..İkram atasının baxışından anlamışdı ki, valideyn üçün əməlli-başlı iş açmış, onların ağrıyan başına dəsmal bağlamışdı. Ə.Əbülhəsən. İş adamı – vaxtını boş keçirməyən, daim fəaliyyətdə olan, işbacaran, işləməyi sevən adam haqqında. İş (işi, işimiz, işləri) Allaha qalıb – çətin, ağır, çıxılmaz vəziyyət haqqında. Axır ki işlərimiz lap Allaha qalıb. C.Cabbarlı. İş aparmaq – iş görmək, işləmək, çalışmaq, fəaliyyət göstərmək. İş apar, baş gedərsə, qoy getsin; Ad qalır, bəs deyilmi, millət ilə? M.Ə.Sabir. ..Bu gunə iş aparmaq olmaz. Ü.Hacıbəyov. İş aşırmaq – düzəltmək, yoluna qoymaq, başa çatdırmaq, öhdəsindən gəlmək. Pəs elədə, yəqin, qlava bu işin üstünə düşüb, hər yolnan olmuş olsa, bu işi aşıracaq. C.Məmmədquluzadə. İş(i) aşmaq – iş(i) yerinə yetmək, düzəlmək, həyata keçmək, baş tutmaq, başa gəlmək. [Məhərrəm:] Canım, güc ilə iş aşmaz. Bir toyuğu güc ilə tutmaq olmaz. C.Cabbarlı. İş başına keçmək – rəhbər vəzifə tutmaq, rəhbər işə keçmək. İş başında – vəzifə başında, vəzifəni yerinə yetirərkən. Bir səs deyir: – Ey yaramaz! İş başında yatmaq olmaz! R.Rza. İş başında olmaq – rəhbərlik etmək, idarə etmək, başçı olmaq, rəhbər vəzifə tutmaq. [Növrəstə:] İndi qadınlar da iş başındadır. Ə.Haqverdiyev. İş burasında(dır) ki... – bir şeyin səbəbini, mahiyyətini bildirir. [Molla Xəlil:] İş burasında idi ki, qalibiyyətinə xatircəm deyildi. S.Hüseyn. Ancaq iş burasında idi ki, Cuma o arvaddan qorxurdu. Ə.Əbülhəsən. İş çıxmaq – 1) gözlənilməyən bir iş ortaya çıxmaq, bir hadisə üz vermək. Durduğum yerdə bir iş çıxdı; 2) səmərəsi olmaq, faydası olmaq, kar çıxmaq. Nə qılıncdan kar aşmadı, nə nizədən iş çıxmadı, nə əmuddan murad hasil olmadı. “Koroğlu”. İş düşmək – 1) bir hadisə üz vermək, bir iş çıxmaq. [Pəri xanım:] Ay Sona! Neçə vaxtdır ha yığışıram, bircə səni görməyə gəlim, amma görürsən iş düşür. Ə.Haqverdiyev; 2) fürsət düşmək. [Mərcan bəy:] Nəzir eyləmişəm, iş düşsə, arvadı boşayam, çünki başqa əlacı yoxdur, boşamasam, çatlaram. Ü.Hacıbəyov. İş düzəlmək – istənilən, arzu edilən bir şeyin yerinə yetməsi, həyata keçməsi, düzəlməsi, baş tutması haqqında. [Murad:] Yusif! Muştuluğumu ver, iş düzəlibdir. N.Nərimanov. [Əsgər:] Aha, xalamın da işi düzəldi! Əcəb! Ü.Hacıbəyov. İş düzəltmək – adamlara xeyirxahlıq göstərmək, bir işin düzəlməsinə, baş tutmasına kömək etmək, vasitə olmaq. [Məşədi İbad:] Çox sağ olun, çox razıyam mən; Zəhmət çəkib iş düzəltdiniz. Ü.Hacıbəyov. İş görmək – 1) işləmək, müəyyən bir işlə məşğul olmaq, bir şey üzərində çalışmaq, zəhmətlə məşğul olmaq. [Qoca:] Yox, qızım, bu gün heç bir iş görməmişəm. Ə.Məmmədxanlı; 2) hərəkət etmək. [Məhəmmədağa:] Biz gərək həmə vaxt [qanun] ilə .. iş görək. N.Nərimanov. İş günü – idarədə, müəssisədə və s.-də işləmək üçün müəyyən edilmiş vaxt, müddət. Yeddisaatlıq iş günü. İş içində iş var – şübhəli, müəmmalı iş, hadisə və s. haqqında. Deyəsən, iş içində iş var. – [Salamov:] Əgər həqiqətdə onun Nikolayla davası var, bəs bura nə üçün gəlib, Fitilbörkə getsin də, bəs görünür ki, iş içində iş var. C.Cabbarlı. İş işdən keçmək – artıq olub bitmiş, buna görə də düzəlməsinə, islahına vaxt, imkan olmayan iş haqqında. [Pərzad:] Sən qurtaranadək iş işdən keçər. M.F.Axundzadə. Professor Süleyman bəy qəti cavab verdi ki, daha iş işdən keçib. C.Məmmədquluzadə. [Pərzad:] Əbəs yerə, Yusif bəy, arvad sözünə inanma, başına çarə qıl ki, iş işdən keçibdir. N.Nərimanov. İş işləmək – iş görmək (ziyan, zərər vurmaq mənasında). Ay çıxdı, düzə düşdü; Qıvrım tel üzə düşdü; Fələk bir iş işlədi; Ayrılıq bizə düşdü. (Bayatı). İş keçməmək, işi keçməmək – başqasının köməyi olmadan düzəlməmək, başa gəlməmək, görülə (görə) bilməmək. O olmasa iş keçməz. – ..Axırda bildim ki, müsəlman yazıçısı avama xoş gələn sözü yazmasa, işi keçməz. C.Məmmədquluzadə. [Nurcahan:] Sizə məlumdu, bizim şəhərdə nə qədər qız gedir, mənsiz iş keçmir. N.Vəzirov. İş qüvvəsi iqt. – bir şeyin yaradılmasına, istehsal edilməsinə yönəldilən əmək, qüvvə. İş sahibi – özü üçün başqasına iş gördürən adam. Bənna, fəhlənin xörəyini də iş sahibi verərdi. Mir Cəlal. İş tutmaq – iş görmək, bir işlə məşğul olmaq, işləmək. [Şərəfnisə xanım:] İtil cəhənnəmə deyirəm, əlimdə işim var, qoy işimi tutum! M.F.Axundzadə. [Cəlil] anasına iş tutmağa daha çox mane olduğu üçün anası Zəhra onu .. aparıb, məscid məktəbinə qoydu. İ.Musabəyov. [Ballı:] Hər halda yaxşı iş tutmamısan, bala! İ.Əfəndiyev. İş üstə qoymaq – öyrətmək, təhrik etmək. İş üstündə – iş görən zaman, iş vaxtı, işlərkən, işdə. Öküz qıyar canını; Bilməz qamçı sayını; Qayış çəkən qaşqa kəl; İş üstündə tanını. (Bayatı). İş var – gizli, müəmmalı, şübhəli, üstüörtülü məsələ, şey haqqında. [Səlim:] İsmət, inan, qaldım şübhə içində; Cavab ver, sonra get, bir iş var səndə. H.Cavid. Əkbər dərhal anlardı ki, iş var. Mir Cəlal. İş vurmaq – pislik etmək, ayağından çəkmək. İşçi qüvvəsi – fəhlə. İşdən (işindən) qoymaq – işinə mane olmaq, işləməyə qoymamaq, işdən ayırmaq. Gəldim, səni işdən qoydum. – Həm ürəyim yanır, həm də sən məni işimdən qoyursan. “M.N.lətif.”. ...işdən çıxıb – fırıldaqçı, kələkbaz, çox macəralar keçirmiş adam haqqında. O, min işdən çıxıb. İşdən düşmək – köhnəlmək, dağılmaq, xarab olmaq, daha heç bir şeyə yaramamaq. ..Getmək istəyirdi, lakin ayaqqabıları tamamilə işdən düşmüşdü. M.S.Ordubadi. [Hücrə] evlərdə işlənib, işdən düşmüş köhnə həsirlər ilə döşənər, həsirlərin altı tozla dolu olardı. H.Sarabski. Əsgər işdən düşmüş çəkmələrini göstərdi. Mir Cəlal. İşə (bir işə) yapışmaq – özünə bir məşğuliyyət tapmaq, bir işlə, bir sənətlə məşğul olmaq. İşə can verməmək – tənbəllik etmək, ürəkdən işləməmək, işə can yandırmamaq. İşə can yandırmaq – ürəkdən işləmək, qabiliyyətini, bacarığını iş üçün əsirgəməmək. Müdirin otağındakı səliqəsizlik, narazı rəftar və danışığı işə can yandırmadığını göstərirdi. M.İbrahimov. İşə düşmək – 1) hərəkət etmək, işləməyə başlamaq. Mühərrik işə düşdü. Dəzgah işə düşdü. Stansiya işə düşdü; 2) işə salınmaq. Çox deyib az eşitdikdən sonra, çubuqla falaqqa işə düşərdi. H.Sarabski. Arşın, girvənkə, tərəzi yenə möhkəm işə düşmüşdü. S.Vurğun; 3) xataya düşmək, çətinliyə düşmək, dolaşmaq, pis nəticələnə biləcək hadisəyə rast gəlmək. [Telli:] Bəy, əcəb işə düşdüm! Ü.Hacıbəyov. [Aslan bəy:] Siz öləsiz, işə düşmüşəm, bu qotur nalbənd güclən deyir: – Gərək səni soyam. N.Vəzirov. Əcəbcə işə düşdük, – deyib güldüm özümə.. S.Rüstəm. İşə girişmək (girmək, qapılmaq) – həvəslə işə başlamaq, ciddi işləməyə başlamaq. El-oba Nəbini öz gözünün didəsi kimi qoruyub saxlasa da, .. şeytan-şuğul bu qızıl vədindən ötrü işə girişirdi. S.Rəhimov. Bu sözlərdən sonra dostlar işə girişdilər. M.Rzaquluzadə. İşə qarışmaq – müdaxilə etmək, işin gedişinə təsir etmək. Qoca keşikçinin işə qarışmağına ehtiyac qalmadı. M.Hüseyn. Bəndalının ən böyük təsəllisi Tahirzadənin bu işə qarışması – şahid durması idi. Mir Cəlal. İşə pər qatmaq – bir işin qaydası ilə getməsinə mane olmaq, düzəlmək üzrə olan bir işi cürbəcür yollarla pozmaq, düzəlməyə qoymamaq. İşə salmaq – 1) hərəkətə gətirmək, işlətməyə başlamaq, işlətmək. Nəbi cəld özünə bir səngər tapıb daldalanandan sonra, aynalı tüfəngi işə salır. “Qaçaq Nəbi”. Şofer maşını işə salanda motorun gurultusu top gülləsi kimi Rüstəmin başında partladı. M.İbrahimov; 2) dolaşdırmaq, xataya düşməsinə səbəb olmaq. [Mahmud bəy:] ..Kərbəlayı Qulam xəbər verib, o xəbərə görə sizi işə salıblar.. N.Vəzirov. [Güllü:] Bax, amandı, Mirzə, məni işə salarsan. Ə.Haqverdiyev. İşə soyuq baxmaq – işə laqeyd münasibət bəsləmək, məsuliyyətsiz yanaşmaq, səhlənkarlıq etmək. İşə tul vermək – işi uzatmaq, ləngitmək. [Niyaz bəy:] Yusif, necə ki mən eşitmişəm, işə tul verməyinizdən narazıdır. N.Nərimanov. İşə yapışmaq – bax. işə girişmək. Çimnaz arvad evi yır-yığış etməklə, işə yapışmaqla birtəhər başını qarışdırmaq .. istəyirdi. Ə.Əbülhəsən. İşə yaramaq (keçmək) – bir şeyə gərək olmaq, lazım olmaq, istifadə edilə bilmək; faydası olmaq, xeyri olmaq; kara gəlmək. Alınan şeylər işə yaradı. – [Usta Məhəmməd:] ..Elə onun gülləsindən qolum şikəst oldu, indi də işə yaramır. Çəmənzəminli. ..Son zamanlar tələbəlik çox da işə keçmədiyi üçün Kərim yekə ilmək papağı dəyişib, ikiüzlü bir papaq qoymuş(du).. C.Cabbarlı. [Fəridə:] Bizim seçdiyimiz gözəllər işə yaramır. Ə.Məmmədxanlı. İşi axsamaq – geri qalmaq, çatdıra bilməmək, işi yaxşı getməmək. İşimiz hələ də axsayır. İşi avand olmaq – işi uğurlu olmaq, işi baş tutmaq, arzusuna, məqsədinə çatmaq, işi müvəffəqiyyətli olmaq. [Yusif:] Sən də mənə tərəf cadu edərsən ki, mənim işim avand olsun. N.Nərimanov. İşi başından aşmaq – həddindən artıq işi olmaq, bərk məşğul olmaq. İşi bitmək – müvəffəqiyyətsizliyə uğramaq, iflas etmək, uğursuzluqla qurtarmaq, düzəlməsinə heç bir ümid yeri qalmamaq. İşi dəymək – işə mane olmaq, əngəl törətmək. İşi düşmək – hər hansı bir münasibətlə müraciət etməli olmaq, birindən bir şey xahiş etmək, birinin köməyinə ehtiyacı olmaq. Adamın adama işi düşər. – Gün olmaz ki, onun mənə işi düşməsin. C.Məmmədquluzadə. Bir işim, ay qonşu, düşübdür sənə; Sən tanrı, qandır səbəbin bir mənə. A.Səhhət. İşi düyünə düşmək – çətinlik qarşısında qalmaq, dolaşıb qalmaq, çıxış yolu tapa bilməmək. Beləliklə də, Nənəqızın işi düyünə düşmüşdü. S.Rəhimov. İşi düz gətirmək – işi istədiyi kimi getmək, müvəffəqiyyət qazanmaq. İşi düz gətirməmək – işində müvəffəqiyyətsizliyə, çətinliklərə rast gəlmək, işi istədiyi kimi getməmək. Bu gün səhərdən Rüstəm kişinin işi düz gətirmirdi.. M.İbrahimov. İşi düz olmaq – heç bir əngəl, maneçilik olmamaq, hər bir şey istənilən qaydada olmaq. [Əsgər:] Allaha şükür, mal-dövlət hamısı var, .. bununla adamın işi düz olmur, ürəyi toxtamır. Ü.Hacıbəyov. İşi gətirmək – xeyir görmək, qazanmaq, fayda görmək, bəxti gətirmək, işi uğurlu olmaq. Rüstəmin işi gətirəndə həmişə köklənmiş tar kimi səslənirdi. M.İbrahimov. İşi qatışmaq (pırtlaşmaq) – bax. işi düyünə düşmək. İşi müşkülə düşmək – bax. işi düyünə düşmək. Vay, vay, nə yaman müşkülə düşdü işim, Allah; Fəryadıma yet kim, yanıram atəşə, billah! M.Ə.Sabir. İşi olmamaq – 1) dəyməmək, toxunmamaq, qarışmamaq, heç bir münasibət göstərməmək. Uşaqda işin olmasın. Onda işin olmasın; 2) əlaqəsi olmamaq, xoşu gəlməmək, xoşlamamaq, sevməmək. [Sultan bəy:] Yoxsa bu incinar-mincinar, doxtur-moxtur, vəkilməkil ilə mənim işim olmaz. Ü.Hacıbəyov. Cabbarın şit hərəkətlərlə, ədabazlıqla işi olmazdı. İ.Əfəndiyev. İşi sahmanlamaq – yerbəyer etmək, qaydaya salmaq, düzəltmək. Hey, yazıq arvad işi sahmanlayır; Gah Fatını, gah Sadığı yanlayır. M.Ə.Sabir. İşi şuluq (fırıq) olmaq – 1) işinin üstü açıldığı üçün təhlükə, ağır məsuliyyət, cəza gözləmək. ..İndi mənim işim şuluqdur, ya dar ağacından asarlar, ya güllələyərlər. M.Hüseyn; 2) ümumiyyətlə, ağır vəziyyətdə olmaq, həyatı təhlükə qarşısında olmaq. İşi tutmaq – bax. işi gətirmək. Sizə rast gəldiyim üçün işim tutmadı. “M.N.lətif.” Üç-dörd ilin ərzində Rəhimin işi tutub, yaxşı qazanmışdı. S.S.Axundov. İşi yaş olmaq – vəziyyəti pis olmaq, uğursuzluğa, müvəffəqiyyətsizliyə uğramaq; qorxulu vəziyyət içərisində olmaq. İşləri yaşdı, qoymayın! Lap danabaşdı, qoymayın! Qırıldı, qaçdı, qoymayın! M.Ə.Sabir. Molla! İşim yaşdı, yazım, yazmayım? Huşü başım çaşdı, yazım, yazmayım? Ə.Nəzmi. İşi yeritmək – məqsədə çatana kimi əl çəkməmək, fəaliyyətini davam etdirmək. [Hacı Əhməd:] Bir iynəmə kimi sataram, işi yeridərəm. C.Cabbarlı. İşim (işin) yoxdur – qarışmıram (qarışma), mənə (sənə) dəxli yoxdur. Siz [institutda] on beşiyirmi yaşında müsəlman qızları ilə görüşdünüz və danışdınız, onda işim yoxdur, amma söz burasındadır ki, danışdınız. C.Məmmədquluzadə. İşin içindən çıxmaq – hər hansı bir yolla çətin, mürəkkəb vəziyyətdən çıxmaq. Ər-arvad çənə-boğazda, mollanı fikir götürür ki, işin içindən necə çıxsın. “M.N.lətif.” [Rəhim xan:] [Sitarə] məşrutəçinin qızıdır, deyə, işin içindən çıxarsan. C.Cabbarlı. Demək, Mirzə Qədir Nəsirin evlənmək xərcini verməklə işin içindən çıxa bilməyirdi. S.Hüseyn. İşin (işlərin) başı – əsas səbəbkar. [Salman bəy:] Arvadın dilini Allah da bilməz, yenə işlərin başı sənsən. N.Vəzirov. [Qız:] Dədəm də həmişə nənəmi döyür ki, işlər(in) başı sənsən. Çəmənzəminli. İşin qabağına kötük itələmək – bir işə mane olmağa, əngəl törətməyə, qarşısını almağa çalışmaq. Ancaq işin qabağına kötük itələyənlərə toxunmaq istəmirlər. M.Hüseyn. İşin olanı – həqiqət, gerçək, fakt. İşin olanı budur ki, söylədim. İşin(iz) olmasın – toxunma(yın), qarışma(yın), baş qoşma(yın). [Mirzə Salman:] Mənim kağızlarımla işin olmasın. S.Rəhman. İşin ucunu (çəmini) tapmaq – işin yolunu tapmaq, işə öyrəşmək, çətinlikləri aradan qaldırmağı öyrənmək. Ay balam, niyə Allahın gözündən düşmüsən, bir holavarla, qoy öküz işin çəmini tapsın.. S.Rəhimov. [Usta Murtuz:] [Şagird] tikintinin fəndini öyrənsə, işin çəmini tapsa, ustaların əlini taxtaya bağlayacaq. Mir Cəlal. İşin üstündə olmaq – idarə etmək, rəhbərlik etmək, dolandırmaq (toyda, yasda, məclisdə və s.də). İşini bilən – öz xeyrini, mənfəətini güdən, tədbirli adam haqqında. Molla Xəlil işini bilən bir adam idi. S.Hüseyn. İşini bitirmək məc. – öldürmək. [Həsənağa:] Hamısından yaxşısı, bunu mənə tapşırın, bu gecə gedib işini bitirim. M.S.Ordubadi. Nəriman .. bu adamın .. əllərini tutdu, dizi ilə boğazını basdı, işini bitirdi. Mir Cəlal. İşini gör! İşinə var! İşində ol! – əhəmiyyət vermə, fikir vermə, işin yoxdur. Yeri ey bivəfa, işinə var sən; Ömrümüzə xələl qatdığın yetər. Q.Zakir. İşini görmək – öz təsirini göstərmək. [Gültəkin:] Aydıncığım, təlaş gecdir, artıq hər şey keçmiş, .. zəhər işini görmüşdür. C.Cabbarlı. İşini qatmaq – bax. işini bitirmək. İşini möhkəm tutmaq – görəcəyi işin nəticəsini göz qabağına alaraq tədbirli hərəkət etmək, hərtərəfli düşünüb hərəkət etmək. İş(lər)i yoluna qoymaq – işi qaydaya salmaq, yerbəyer etmək, nizama salmaq. [Nadir bəy:] Əlimdəki işləri yoluna qoya bilsəydim, artıq burada durmazdım. H.Cavid. Özünə iş açmaq, özünü işə salmaq – düşünməməzlik nəticəsində özünü çıxılmaz vəziyyətə, dolaşığa, xatalı işə sövq etmək. Dinməli və mübahisəyə girişməli vaxt deyildi, Kosa .. özünə iş açmışdı. S.Rəhimov. [Camal:] Öz-özümü işə salmadım? S.Rəhman. işan is. Ruhani, din xadimi, molla. Yazdığıma yalan-palan qatmaram; İşan kimi rüşvət pula yatmaram. M.Ə.Sabir. Hər gün itib-batmadadır xanları; Mollaları, şeyx və işanları. Ə.Nəzmi. işarantı is. Uzaqdan görünən işıq nöqtəsi; işıqucu. işarası zərf İşin arası, iş görülən zaman. İşarası evə qaçmaq. işarə is. [ər.]\n1. Əlamət, nişanə, iz. Övrətlərimizin indiki əhvalını nəzərə alsaq, .. bir işarə də tapa bilmərik ki, arvadlarımızın hüququ kişilər tərəfindən pozulmuş ola. C.Məmmədquluzadə. // Rəmz, emblem. Oraq kəndliyə, çəkic də fəhləyə işarədir. S.Rəhimov.\n2. Bir şeyi qaş-göz, əl, barmaq və s. ilə göstərmə, anlatma, bildirmə, him-cim. Aşıq Cünun işarədən başa düşdü ki, sirri gizlin saxlamaq lazımdı. “Koroğlu”. Arvadın işarəsi ilə nökərləri içəri daxil olub, padşahın qollarını bərk bağlayıb zindana salırlar. (Nağıl). • İşarə etmək (vermək) – bir şeyi əl, qaş-göz və s. ilə bildirmək, göstərmək, anlatmaq. Nəbi özünü karlığa vurub, ona yaxın gəlməsini əli ilə işarə edir. “Qaçaq Nəbi”. Ey ruhi-rəvan, mən edərəm can sənə təslim; Gər guşeyi-əbru ilə etsən sən işarə. S.Ə.Şirvani.\n3. Siqnal, xəbərdarlıq. Şübhəsiz ki, mən Qızıl Arslanın bir işarəsindən asılıyam. M.S.Ordubadi. • İşarə vermək – siqnal vermək. Münsif heyəti başçısı əlindəki kiçik qırmızı bayraqla işarə verdi. M.Rzaquluzadə. Gəmi harada olursa olsun, radiomayakın verdiyi işarələrlə öz istiqamətini təyin edə bilər. “Radiolokasiya”.\n4. Kinayə, eyham. İşarə ilə bildirmək. • İşarə vurmaq – sözü, fikri üstüörtülü, eyhamla demək, bildirmək. Tahir bu xüsusda Cəmilə işarə vurmaq istəyirdisə də, usta Ramazanın duyuq düşəcəyindən çəkinir, dinmirdi. M.Hüseyn. Telli arvadın Qaraşa işarə vurduğu aydın idi. M.İbrahimov. O, mənim nəyə işarə vurduğumu duyurdu. İ.Əfəndiyev. ‣ İşarə anlayan – tez başa düşən, arif. Kişi dövlətinə pasiban gərək; İşarə anlayan, söz qanan gərək. Q.Zakir. İşarəyə bənd olmaq – hazır vəziyyətdə gözləmək, əmrə müntəzir olmaq. Üsyançılar işarəyə bənddirlər. – Qoca mürəttib kiçik bir işarəyə bənddi. M.Hüseyn. Durğu işarələri – bax. durğu. işarələmə “İşarələmək”dən f.is. işarələmək f. İşarə vurmaq. // İşarə (nişan) qoymaq. işarələnmə “İşarələnmək”dən f.is. işarələnmək məch. İşarə qoyulmaq (vurulmaq). // Nişan qoyulmaq (vurulmaq). işarəli sif.\n1. Başqalarından ayrılmaq üçün işarə (nişan) qoyulmuş, işarəsi olan. İşarəli səhifə. İşarəli qab.\n2. məc. Üstüörtülü, kinayəli, eyhamlı. İşarəli söz. İşarəli danışıq. – O vaxtdan sonra Leylək Ələmdar Müqim bəy Cavanşirlə az görüşməmiş, onların arasında işarəli danışıqlar az olmamışdı.. S.Rəhimov. işarəsiz sif. İşarəsi olmayan, işarə (nişan) qoyulmamış. işarət bax. işarə. Bir yar ki dərd bilər olsa; Göz-qaş işarəti neylər? Aşıq Abas. İşarət elədim, dərdimi bildi; Gördüm həm gözəldi, həm əhli-dildi. Aşıq Ələsgər. Qonaq çadranın altından başını bulayıb, əli ilə işarət elədi ki, yox belə iş olmaz. E.Sultanov. işarma “İşarmaq”dan f.is. işarmaq f. Xəfifcə işıldamaq, işıq vermək. [Xudayar bəyin] papağının altdan gözləri elə işarır ki, adamın canına vahimə oturur. C.Məmmədquluzadə. ..Bağın qapısında yanan lampa .. işarırdı. M.S.Ordubadi. Hisli dirəkdən asılmış neft çırağı tövlənin dibində tüstülənə-tüstülənə işarırdı. Ə.Abasov. // Parlamaq, işıldamaq. Sarmaşıq zoğutək qıvrım sallanan; Buruq saçlarında işarır yağış. B.Vahabzadə. işartı bax. işarantı. işartma “İşartmaq”dan f.is. işartmaq bax. işıqlandırmaq. O, sanki ümidlərini işardan bir qüvvə ardınca getdi. Mir Cəlal. işbacaran (=işbilən) sif. Bacarıqlı, təcrübəli, qabiliyyətli, əlindən iş gələn. [Kətxuda] bilirdi ki, İnmirə camaatının şəhərdə yaxşı işbilən, oxumuş adamları vardır. N.Nərimanov. [Məcid:] Mənə də bir dənə işbilən arvad lazım idi.. B.Talıblı. [Böyük oğul:] Qonşumuz Kəblə Hüseynqulu da işbilən adamdır. Qantəmir. // İs. mənasında. [Müəllim:] Nə qədər olsa, işbilənlərin çoxusu: alimlər, incinerlər hamısı şəhərdə yaşayırlar. Ə.Haqverdiyev. Naznaz bu fikirdə idi ki, Qaraşın yaxşı gələcəyi var, ağıllıdır, ağırdır, işbiləndir, sağlam və gəncdir. M.İbrahimov. işbilən (=işbacaran) sif. Bacarıqlı, təcrübəli, qabiliyyətli, əlindən iş gələn. [Kətxuda] bilirdi ki, İnmirə camaatının şəhərdə yaxşı işbilən, oxumuş adamları vardır. N.Nərimanov. [Məcid:] Mənə də bir dənə işbilən arvad lazım idi.. B.Talıblı. [Böyük oğul:] Qonşumuz Kəblə Hüseynqulu da işbilən adamdır. Qantəmir. // İs. mənasında. [Müəllim:] Nə qədər olsa, işbilənlərin çoxusu: alimlər, incinerlər hamısı şəhərdə yaşayırlar. Ə.Haqverdiyev. Naznaz bu fikirdə idi ki, Qaraşın yaxşı gələcəyi var, ağıllıdır, ağırdır, işbiləndir, sağlam və gəncdir. M.İbrahimov. işbaz is. Özünü yalandan işgüzar göstərən adam. işbazlıq is. İşin prinsipial, ictimai-siyasi cəhətini nəzərə almayan, zahiri işgüzarlıq. işcil sif. İşləməyi sevən; zəhmətsevən, işgüzar, çalışqan, işlək. – Pah! İnsan da belə işcil olar? Əjdaha kimidir! Mir Cəlal. [Kərim:] İşcil olmasına söz yoxdur. İ.Əfəndiyev. // İs. mənasında. Hər sahədə bir dalğa və hər daş; İşcilə qurur bir yeni aləm. M.Müşfiq. işcillik is. Zəhməti, işi sevmə; çalışqanlıq, işgüzarlıq. işçi is.\n1. Zehni və fiziki əməyin hər hansı bir sahəsində çalışan adam. Fəal işçi. Qabaqcıl işçilər. – Mirzağa onu istirahət evinin bir xidmətçisi və ya məsul bir işçisi zənn etdi. S.Hüseyn. // Hər hansı bir müəssisədə, idarədə xidmət edən, çalışan adam. Ticarət işçisi. Poçt işçisi. Elmi işçi. – Qoçularla əlbir olan polis işçiləri özlərini görməməzliyə vururdular. A.Şaiq. Milis işçisi də qayğı göstərib onu ötürmək qərarına gəlmişdi. H.Seyidbəyli.\n2. Fəhlə. İşçilərlə kəndlilərin ittifaqı. [Eyvaz:] Mənim həqiqət sandığım kitabda .. işçi var, fabrikant var. C.Cabbarlı. Mən işçi firqəsi nümayəndəsiyəm. H.Nəzərli. ‣ İşçi qüvvəsi – fəhlələr, işçilər. Bu işi görmək üçün işçi qüvvəsi lazımdır. İşçi qüvvəsi çatışmır. Mexaniki qüvvə ilə görülməsi mümkün olmayan işlər üçün .. əlavə işçi qüvvəsi verilmişdi. işçi-kəndli top. Fəhlə və kəndli, zəhmətkeş, əməkçi. [Mirzə Həsən:] İndi təzə hökumət gözlənir, zəhmətkeşlər hökuməti, işçi-kəndli hökuməti. Ə.Haqverdiyev. [Hadı lələ:] Onların fikri işçi-kəndli sinfini azad etməkdir. S.S.Axundov. Bu hadisədən iki gün sonra .. işçi-kəndli qadınlar qurultayı açıldığından Məsmənin o axşam məruzəsi var imiş. S.Hüseyn. işdək is. dan. İş, əməl, gizli iş, kələk. [Namaz:] Mənim əlimin altında çox adamların işdəkləri var. Ə.Haqverdiyev. [Dərviş:] Dünyanın .. işdəkləri çarpaz şəkillidir. A.Divanbəyoğlu. işemiya is. [yun.] tib. Yerli qan azlığı; toxumalara lazımı qədər qanın çatmaması. Mərkəzi sinir sistemi və ürək əzələsi işemiyaya daha tez tutulur. işəgələn bax. işəyarayan. işəmuzd is. iqt. Fəhləyə gördüyü işin (istehsal etdiyi məmulatın) miqdarına görə verilən əmək haqqı. İşəmuzd əmək haqqı. işəmuzdçuluq is. iqt. Müəssisələrdə işəmuzd əmək haqqının tətbiqi. işəyararlılıq is. İşəyarar şeyin hal və keyfiyyəti. işəyarayan (=işəyarar(lı)) sif. Yararlı, lazımlı, gərəkli; fayda verə bilən. İşəyarar şey. işəyarar (=işəyararlı) (=işəyarayan) sif. Yararlı, lazımlı, gərəkli; fayda verə bilən. İşəyarar şey. işəyararlı (=işəyarar) (=işəyarayan) sif. Yararlı, lazımlı, gərəkli; fayda verə bilən. İşəyarar şey. işgəncə is. [fars.] Vəhşi və amansız üsullarla verilən cismani əzab. [Qətibə:] [Hüsaməddin] azacıq bir işgəncə nəticəsində bizim bütün sirlərimizi Qızıl Arslana verəcəkdir. M.S.Ordubadi. Gör necə vermiş rəiyyət bəylə pəncə-pəncəyə; Kəndliyə, rəncbərlərə bax, bir olan işgəncəyə. Ə.Qəmküsar. [Qaragün:] [Şübhəli adamı] sabaha qədər işgəncələrlə dindirdim. M.Rzaquluzadə. // Ümumiyyətlə, əzab, əziyyət, zülm. Burdan uzaq Gəncədir; Zülfün pəncə-pəncədir; Ölüm bir dəfəlikdir; Ayrılıq işgəncədir. (Bayatı). Nəyə gərək bahar, – dedim, – nəyə gərək əyləncə; Qan qardaşım zalımlardan görürkən min işgəncə. S.Rüstəm. Gülnaz və Səriyyə xala gecə yarısı, ayyarımlıq dözülməz əzab və işgəncədən sonra ilk dəfə rahat yataraq yuxuya getdiyi zaman [Səadət] hələ gəlməmişdi. M.İbrahimov. • İşgəncə etmək (vermək) – əzab vermək, əziyyət vermək, çox incitmək. [Xacə Nizam:] Mən də bir xeyli üzüldüm o gecə; Etdilər öncə bir az işgəncə. H.Cavid. Necə ola bilər ki, ata-ana öz yeganə övladına bu qədər işgəncə versin?! İ.Hüseynov. işgəncəli sif. Əzablı, əziyyətli, ağır, dözülməz; əzab və əziyyətlə dolu. Bizim gözlərimiz önündən uzun, işgəncəli bir insan həyatı gəlib keçir. M.Hüseyn. işgənə is. [fars.] Yarıbişmiş yağlı ətin, toyuğun suyu. // Hələ cızdaq halına gəlməmiş sulu quyruq tikələrindən ibarət yemək. Qovurma, kabab, işgənə, cızdaq iyi küçəni, meydanı, meşəni bürüyürdü. Mir Cəlal. işgil I. is. məh. dan.\n1. Cəftə, qarmaq. [Kosa] .. şüşənin sınıq yerindən əlini içəriyə saldı və işgili tərpətdi. S.Rəhimov.\n2. Arabanın qolu ilə boyunduruğu birləşdirən nazik ağac. // Arabanın təkəri çıxmamaq üçün oxunun ucuna keçirilən ağac parçası.\n\nII. is.\n1. Zənn, şübhə, güman.\n2. Çətinlik, maneə, əngəl, çətin vəziyyət. İşgildən çıxmaq. • İşgil olmaq (törətmək) – mane olmaq, əngəl yaratmaq. İşgil törətmək onun köhnə peşəsidir. İşgilə düşmək – çətinliyə, çətin vəziyyətə düşmək. İşgilə salmaq – əngələ salmaq. Ol badəni kim, əqlimi başdan aparıbdır; Sandın məni, mən sadədili işgilə saldın. Qövsi.\n3. məc. Çatışmazlıq, nöqsan, əngəl. [Mirzə Dadaş:] Camaat, görürsünüz ki, bu oğlanın başında bir balaca işgil var. N.Vəzirov. işgilbaz sif. məh. Hiyləbaz, kələkbaz, fırıldaqçı. İşgilbaz adam. işgilləmə I. “İşgilləmək1”dən f.is.\n\nII. “İşgilləmək2”dən f.is. işgilləmək I. f. məh. İşgil salmaq, işgil keçirmək. Arabanı işgilləmək.\n\nII. f. Bir işin düzəlməsinə mane olmaq, əngəl törətmək, pər qatmaq. işgilli I. sif. məh. İşgili olan, işgillə bağlanmış, cəftələnmiş. İşgilli qapı.\n\nII. sif. Əngəlli, çətin, şübhəli. İşgilli iş. iş-güc bax. iş 1 və 3-cü mənalarda. Oğul, işin-gücün bu vaxtında bilmirəm gedim, necə gedim, getməyim, necə getməyim. “Aşıq Ələsgər”. [Hacı Murad:] Oğul, .. yenə irəliki kimi işə-gücə get. S.S.Axundov. Deyib-danışaram şümşad boyundan; İşindən-gücündən, təzə toyundan. M.Rahim. • İşdən-gücdən eləmək – avara qoymaq, işindən ayırmaq. İşdən-gücdən olmaq – hər hansı bir səbəbə görə işindən avara olmaq, işini buraxmağa məcbur olmaq, heç bir iş görə bilməmək. [Qulu:] Bu da kasıb oğlandır, neçə gündür işdən-gücdən olubdur. N.Vəzirov. İşə-gücə yaramaq – xeyir vermək, köməyi dəymək, kara gəlmək, işə yaramaq. Bu zaman üç oğlundan heç birisi nə .. toxum daşıyır, nə də bir saxsı su gətirib işəgücə yarayırdı. S.Rəhimov. İşini-gücünü buraxmaq – heç bir işlə məşğul olmamaq, işindən əl çəkmək, avaralanmaq. [Əsəd bəy:] ..Gələn gündən işin-gücün buraxmış, bir tüfənglə ora-buranı gəzir. C.Cabbarlı. işgüzar sif.\n1. Bacarıqlı, işbacaran, işdə təcrübəsi olan. İşgüzar müdir. – Burada gözə dəyən hər şey otaq sahibinin işgüzar bir adam olduğunu göstərirdi. M.Hüseyn. Əbil .. Muxtar Zeynalovu işgüzar və gözütox bir adam kimi tanıyırdı. Ə.Vəliyev. [Nuriyyə:] Sədriniz işgüzar adama oxşayır. İ.Əfəndiyev. // Zəhmətsevən, işləyən, işcil, işləməyi sevən, təşəbbüskar. Qoçaq və işgüzar qızlardan olduğuna görə, qayınatası Mələkdən əl çəkməyib on üç yaşından kiçik oğluna nikah etdi. A.Divanbəyoğlu. Küçə sürətlə ora-bura gedən işgüzar adamlarla dolu idi. S.Rəhman.\n2. Əməli əhəmiyyəti olan, iş üçün faydası olan; ciddi. İşgüzar səfər. Konfrans işgüzar (z.) şəraitdə keçdi. – [Mayor:] Cavanşir bəylə işgüzar söhbətimiz var. Ə.Məmmədxanlı. işgüzarlıq is. İşgüzar olma; zəhmətsevərlik, işcillik, təşəbbüskarlıq, bacarıqlılıq. Bülənd zarafatyana otağa rişxənd etməklə bərabər, anasının belə işgüzarlığına təəccüb etmişdi. Ə.Əbülhəsən. İşgüzarlıq mühüm iradi keyfiyyətlərdən biri olub, başlanan hər hansı bir işi .. tədriclə, ardıcıl olaraq axıra qədər icra etməkdir. “Psixologiya oçerkləri”. işğal is. [ər.] Hər hansı bir dövlətin hərbi qüvvələri tərəfindən başqa dövlətin torpağının tutulması. Aprel işğalı. – Azərbaycan Atabəylərinə məxsus torpaqlar tamamilə xarəzmlər, İraq və iranlıların işğalı altında idi. M.S.Ordubadi. • İşğal etmək – 1) tutmaq, zorla soxulmaq. Özgənin torpaqlarını işğal etmək; 2) köhn. məşğul etmək. Əski xatirələr fikrimi işğal etmişdi. S.Hüseyn. Məcidin təbrik etməyi Nadiri bir az düşündürdüsə də, amma qəlbini işğal edən hissiyyatın bu tezliklə bu rəngə girməsinə .. əhəmiyyət vermədi. B.Talıblı. işğalçı is. Özgə torpaqlarını zorla tutan, işğalçılıq siyasəti yeridən (adam, dövlət və s.). Yadelli işğalçılara qarşı mübarizə aparmaq. – [Uluq bəy:] Elə dərs verərik işğalçılara; Bir də üz çevirməz bu şən diyara. A.Şaiq. Azərbaycan xalqı heç bir zaman yadelli işğalçılara boyun əyməmiş, heç bir zaman öz mənliyini, öz milli vüqarını itirməmişdir. İ.Əfəndiyev. işğalçılıq is. İşğal siyasəti yürütmə; istilaçılıq. İşğalçılıq siyasəti. işığadavamlı sif. İşığın təsiri ilə dəyişməyən, işıq təsir etməyən, işıqdan qorxmayan. İşığadavamlı boyalar (rənglər). işığadavamlılıq is. İşığadavamlı şeyin hal və keyfiyyəti. Rənglərin işığadavamlılığı. işığahəssas sif. İşığa həssas olan, işıqdan təsirlənən. İşığahəssas kağız. İşığahəssas sinirlər. işığahəssaslıq is. İşığa həssas olma xassəsi, işığa həssas olma. işıq is.\n1. Ətrafı işıqlandıraraq, onu gözlə görünəcək hala salan şüa enerjisi; nur, ziya. Gün işığı. Ay işığı. Lampa işığı. Fənər işığı. İşıq şüası. – Yağışın arasında küçələrdə yanan elektrik işıqları tutqun bir ziya nəşr edirdilər. S.Hüseyn. Şam işığında bir dəstə kefli Cumanın nəzərini cəlb etdi. Ə.Əbülhəsən. Qapı aralandı və içəridən ağ qarın üstünə sarımtıl-qırmızı bir işıq zolağı düşdü. Q.İlkin. • İşıq almaq məc. – 1) qüvvət almaq, ilham almaq; 2) daha qüvvətli işıq mənbəyi vasitəsilə işıqlanmaq. Huri, mələk ola bilməz sənə tay; İşıq alır camalından ərşdə ay. Aşıq Mirzə. İşıq olmaq – işıqlanmaq, nurlanmaq. Söz deyən aşiq oldu; Elə yaraşıq oldu; Bu gün yar bizə gəldi; Evimiz işıq oldu. (Bayatı). İşıq saçmaq – şüalanmaq, ətrafa işıq vermək, işıq yaymaq. Tində yanan bir fənər ətrafa zəif işıq saçırdı. S.Rəhman. İşıq salmaq – 1) işıqlandırmaq, nurlandırmaq. On dörd gecəlik ay qayalara işıq salıb, vahiməli kölgələr təşkil edirdi. H.Nəzərli. Bəzən olur həyatımın dağlarını duman alır; O gün sənin titrək laylan yollarıma işıq salır. Ə.Cavad; 2) parıldamaq, şəfəq saçmaq, bərq vurmaq. Üzüyün qaşı işıq salır. – [Salamov:] Bunlar [brilyantlar] başqa şeydir, əntiqə şeydir, qaranlıqda işıq salır. C.Cabbarlı. İşıq vermək – 1) işıqlandırmaq, işıq saçmaq, nurlandırmaq. Ay doğdu işıq verdi; Yara yaraşıq verdi; Sinəndən doğan ulduz; Gözümə işıq verdi. (Bayatı). [Pərşan] göylərin axşam parıltısında halələnmiş ay kimi işıq verirdi. M.İbrahimov; 2) məc. qüvvət vermək. Milyonların gücünü bir məqsədə yönəltdin; İşıq verdin gözünə, qüvvət oldun qoluna. R.Rza. İşıqdan düşmək – 1) işığı azalmaq, parıltısı sönmək, zəifləmək. Dan yeri yenicə sökülürdü, .. ay və ulduzlar günün parlaq şüaları qarşısında işıqdan düşüb, sönük bir halda gözdən itirdilər. Çəmənzəminli; 2) qüvvətdən düşmək, zəifləmək (göz haqqında).\n2. Günün hər hansı bir vaxtı üçün səciyyəvi olan aydınlıq. Gündüz işığı. Sabah işığı. Axşam işığı (alaqaranlıq). // Dan yeri, şəfəq. Sabahın işığı süzdü içəri; Dostlara göstərdi doğan səhəri. M.Rahim. Üfüqdə səhər şəfəqinə bənzər bir işıq parıldayır. M.Rzaquluzadə.\n3. Lampa, fənər, şam və s. işıq mənbəyi mənasında. İşığı yandırmaq. İşığı keçirmək. İşığı irəli tut. – Nüşapəri xanımın ürəyinə şək damdı, işığı tutub, ona tərəf üz qoydu getməyə. (Nağıl). ..Otağımdakı işığı keçirəndə xəfif, qırmızı bir parıltının pəncərə şüşələrində titrədiyini görürdüm. Ə.Məmmədxanlı.\n4. İşıq çıxan yer, işıq yer, işıq düşən yer, işıqlanmış yer. Dalı işığa tərəf durmaq. Dərmanı işığa qoyma.\n5. məc. Ağ gün, aydınlıq, xoşbəxtlik, fərəh mənasında. İşığa çıxasan.\n6. məc. Maarif, mədəniyyət, ürfan, tərəqqi mənasında. İndi gənclik Bakını sevir. İndi Bakı onlar üçün işıq və bilik mənbəyi olmuşdur. M.Hüseyn. İşıq, nur mənbəyi gözəl yurdumuz; Getdiyin yollara nurlar səpələr. N.Rəfibəyli. • İşıqdan qorxan – maarifdən qorxan, maarif düşməni, tərəqqi düşməni; cəhalətpərəst. ..İşıqdan qorxan və millətin ayılmağından xof və əndişə edən mülkədar, bəylərin və ağaların mərhəmətindən [kənd camaatı] bir növ əxlaqsız olublar. F.Köçərli.\n7. məc. Aydınlıq, təmizlik mənasında. Dağlar başı işıqdır; Gün dağa yaraşıqdır; Qaynanam məni sevmir; Oğlu mənə aşıqdır. (Bayatı). ‣ İşığı düşmək – çox gözəl, göyçək, ağbəniz qadın (qız) haqqında. Qız o qədər gözəldi ki, işığı düşürdü çəmənə, qazlar ürküb otlaşmırdılar. (Nağıl). İşıq müalicəsi – işıq şüalarının (günəş, ya süni işıq mənbəyindən çıxan şüaların) müalicə məqsədi ilə tətbiqi. İşıq siqnalı – işıq vasitəsilə verilən siqnal, işarə. İşıq üzü görməmək, işıq üzünə həsrət qalmaq – daima qapalı bir yerdə oturub, açıq havaya çıxmamaq, ya çıxa bilməmək. Göz verib işıq verməmək – bax. göz. Gözünə işıq gəlmək – bax. göz. işıqhaişıq (=işıqhaişıqda) zərf Dan yeri sökülməyə başlayanda, hava işıqlaşmağa başlayanda. İşıqhaişıqda qara damın hisli bacasından içəri işıq düşdü. S.Rəhimov. işıqhaişıqda (=işıqhaişıq) zərf Dan yeri sökülməyə başlayanda, hava işıqlaşmağa başlayanda. İşıqhaişıqda qara damın hisli bacasından içəri işıq düşdü. S.Rəhimov. işıqlandırıcı sif. Ətrafı işıqlandıran, süni işıqlandırmağa məxsus. İşıqlandırıcı cihaz. İşıqlandırıcı raket. işıqlandırılma “İşıqlandırılmaq”dan f.is. işıqlandırılmaq məch.\n1. İşıq edilmək, elektrik işığı çəkilmək. [Əhməd:] Bütün kəndlərimiz başdan-başa işıqlandırılsın. S.Rəhimov.\n2. məc. Şərh etmək, şərh edilmək; aydınlaşdırılmaq. Məsələ mətbuatda işıqlandırılmışdır. işıqlandırma “İşıqlandırmaq”dan f.is. işıqlandırmaq f.\n1. İşıq eləmək, işıq salıb aydın etmək, görünəcək hala salmaq. Tapdıq axır Lizalartək necə cananələri; Çilçıraqlarla işıqlandırırıq xanələri. M.Ə.Sabir. Fərhad bəy qabaqda gedirdi. Kürəyinin ortasını ay işığı işıqlandırırdı. Qantəmir. Sahil boyu düzülmüş fənərlərin əksi dənizdə gəzən yelkənli qayıqları işıqlandırırdı. S.Rəhman. // Bir şeyin işığını müəyyən səmtə, yerə və s.-yə yönəltmək. Evin küncünü işıqlandırmaq. Üzünü işıqlandırmaq. // Elektrik işığı ilə təmin etmək, işıq çəkmək. Küçələri işıqlandırmaq. Parkı işıqlandırmaq.\n2. məc. Canlandırmaq, isindirmək, hərarətləndirmək, ruhlandırmaq. [Komandirin] qaradinməz sifətini xəfif bir gülüş işıqlandırırdı. Ə.Vəliyev.\n3. məc. İzah etmək, təsvir etmək, yazmaq, göstərmək, şərh etmək. Nömrədə əsas məsələləri işıqlandırmaq. Nitq mədəniyyəti məsələlərini qəzetdə geniş işıqlandırmaq lazımdır. – “Kəşkül” hər məsələdən yazırdı, iqtisadi, ictimai, siyasi, ədəbi mövzuları işıqlandırırdı. M.İbrahimov. işıqlanma “İşıqlanmaq”dan f.is. işıqlanmaq f.\n1. İşıq olmaq, aydınlaşaraq görünə bilmək, işıqla dolmaq. [Park] yalnız yeni çıxmaqda olan ayın ziyası ilə xəfifcə işıqlanmışdı. S.Hüseyn. Gecə tonqal yanardı; Qazma işıqlanardı. M.Seyidzadə. // Məc. mənada. Cahan işıqlanacaq sülh ilə, səadət ilə. Ə.Vahid.\n2. Səhər açılmağa başlamaq, dan yeri sökülmək. (Bu mənada çox vaxt “hava” sözü ilə). Gözlərimi açdım, gördüm hava təzə işıqlanır. C.Məmmədquluzadə. İndi də ki saat dörddür, hələ işıqlanmayıb. Ə.Haqverdiyev. Hacı Qasım işıqlanmamışdan qabaq yuxudan oyandı.. E.Sultanov. Hava işıqlanana oxşamırdı. Mir Cəlal.\n3. məc. Hər hansı bir hissin təsiri ilə üzündə, gözlərində sevinc əlaməti zahir olmaq, ruhlanmaq, canlanmaq. Qarı pulu görən kimi gözləri işıqlanıb dedi: – Mənim gözüm üstə! “Aşıq Qərib”. Bu səsləri Lütfəli eşidən kimi .. şadlığından işıqlanıb güldü. İ.Musabəyov. işıqlaşma “İşıqlaşmaq”dan f.is. işıqlaşmaq f.\n1. İşıqlanmaq, daha işıq olmaq, işığı artmaq. Deyəsən, hava bir az işıqlaşan kimi olmuşdu. M.Rzaquluzadə.\n2. bax. işıqlanmaq 2-ci mənada. Nə yerdə bir ocaq, nə göydə bir şam! Göz-gözü görməyir .. işıqlaşanda. Ə.Cəmil. Kotançılar işıqlaşanda qalxır.. B.Bayramov. Gün çıxmamış olsa da, hava işıqlaşırdı. M.Süleymanov. işıqlatma “İşıqlatmaq”dan f.is. işıqlatmaq bax. işıqlandırmaq. Əziz balalar! ..Zəmanənin təqazasi, daha doğrusu, hürriyyətin günü biz gedən qaranlıq, məşəqqətli yolları işıqladıb asan etdi. N.Nərimanov. Düşərgədə işıqlat sən də yaşıl bağları. M.Rahim. Ay çıxıb bağçanı işıqlatmışdı. Ə.Məmmədxanlı. // Məc. mənada. Onun qoca simasını; İşıqlatdı bir məna. N.Rəfibəyli. Ay kimi Füzuli də; İşıqlatdı hər yeri. B.Vahabzadə. işıqlı sif.\n1. Güclü işıq verən, işıq saçan, işığı yaxşı olan, parlayan. İşıqlı lampa. – Havanın üzü ləkəsiz olduğu üçün işıqlı ulduzlar ötədə-bəridə fərq edilirdi. S.Hüseyn. Ay işıqlı, göy ulduzlu, yol aydın; Könlüm evi çıraqbandır bu gecə. R.Rza.\n2. Yaxşı işıqlandırılmış, işıqla dolu, çox işıq düşən. İşıqlı otaq. İşıqlı salon. – Sarayın geniş, işıqlı, yaraşıqlı foyesində neft qabaqcıllarının .. şəkilləri vurulmuş böyük şərəf lövhəsi var idi. M.Rzaquluzadə. Mehriban .. uzun, işıqlı dəhliz ilə gedib sola döndü.. H.Seyidbəyli.\n3. Şəffaf, parlayan, təmiz, ləkəsiz. İşıqlı şüşə. İşıqlı səma. – Xoşladığım bir gecə; yerlər, göylər işıqlı; Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı. M.Müşfiq. Elə bil çayın suyu aya qədər ucalmaq, aydın səmanın işıqlı sifətini öz bulaşığına boyamaq istəyirdi. Ə.Vəliyev.\n4. məc. Fərəhli, məsud, xoşbəxt. İşıqlı gələcək. İşıqlı günlər. – Bir işıqlı dünya var – haqq-ədalət dünyası! Ə.Cəmil. // məc. Yaxşı, gözəl, nəcib. Həyatın işıqlı və qaranlıq cəhətləri.\n5. məc. Açıq, aydın, parlaq (fikir, ağıl haqqında). [Zeyd:] Qeys işıqlı bir zəkadır, cəhalət ona məcnun damğası vurur. Ə.Məmmədxanlı. ‣ İşıqlı dünya – yaşadığımız dünya, aləm. Nağıllarda Simurq quşu qəhrəmanı qaranlıq dünyadan işıqlı dünyaya çıxarır. – Dərviş ucaboylu, arğaz, uzunsaçlı və saqqallı idi. Gözlərindən və üzündən bunun yuxu və məşəqqət və işıqlı dünyada cəhənnəm oduna düçar olduğu görünürdü. A.Divanbəyoğlu. işıqlıq is.\n1. İşıqlı şeyin halı, işıqlanma dərəcəsi. Lampanın işıqlığı. // İşıq, parlaqlıq.\n2. Adətən kənd evlərində, daxmalarda, pəyədə, tövlədə və s.-də işıq gəlmək üçün yer, balaca pəncərə. ..Daxmanın bir tayqanad qapısı, bir də divarın başında xırda bir işıqlığı vardı. S.Rəhimov.\n3. məc. Maarif, mədəniyyət, elm, ürfan. • İşıqlığa çıxmaq məc. – 1) maariflənmək, mədəniləşmək. Əziz balalar! ..Bizim qaranlıqdan işıqlığa çıxmağımıza mane olurdular. N.Nərimanov; 2) xoşbəxt olmaq, xoşbəxtliyə çıxmaq. İşıqlığa çıxasan (çıxasınız) – xoşbəxtlik, səadət, yaxşı gün arzusu. [İmran:] Ay səni görüm, işıqlığa çıxasan! M.Hüseyn. işıqotu is. bot. Dağlıq yerlərdə, çəmən və kolluqlarda bitən çoxillik ot-bitki. işıqölçən is. fiz. Hər hansı işıq mənbəyinin gücünü ölçmək üçün cihaz; fotometr. işıqsaçan sif.\n1. Özündən işıq verən, işıq şüaları buraxan; ətrafı işıqlandıran. İşıqsaçan cisimlər. İşıqsaçan bomba.\n2. məc. Nurlandıran, nursaçan. [Sevil:] Mədəniyyət sarayı mədəniyyətin sönməz ocağı, ətrafa işıqsaçan bir mayakdır. S.Rəhimov. işıqsevən sif. bot. Günəş tutan, işıqlı, açıq yerləri sevən. İşıqsevən bitkilər. İşıqsevən ağaclar. işıqsız sif.\n1. İşığı olmayan, yaxud yaxşı işıq düşməyən. İşıqsız otaq. // zərf İşıq olmadan, lampa yandırmadan; qaranlıqda. Niyə işıqsız oturmusan? // məc. Cansız, həyat işartısı olmayan, ölgün, zəif. İşıqsız göz.\n2. məc. Nadan, cahil, hüquqsuz, sevincsiz. C.Məmmədquluzadə öz realist qələmi ilə Azərbaycan qadınlığının .. işıqsız, yazıq və qul həyatını qüdrətlə təsvir etmişdir. M.İbrahimov. işıqsızlıq is.\n1. İşıq olmadığı hal və vəziyyət.\n2. məc. Cəhalət, mədəniyyətsizlik, nadanlıq. işıqucu bax. işıqyeri. Qoca usta yalnız Tahirin deyil, işıqucu gördüyü hər bir şagirdinin üstündə mehriban bir ata kimi əsməyə çoxdan adət eləmişdi. M.Hüseyn. işıqverici 1. sif. İşıqsaçan.\n2. is. İşıqlandırıcı cihaz. Bütün işıqvericilər lampa malları qrupuna aiddir. işıqyeri is. Ümid yeri, ümid verən şey. İkinci səbəb o idi ki, Mehdiqulunun umacağı vardı, işıqyeri görünürdü. Mir Cəlal. işıldağ is. məh. Dəniz kənarında ən hündür və görüş dairəsi geniş olan yerdə tikilmiş nişangah, mayak. işıldaquş is. zool. Qaranlıqda parıldayan cücü. Əyilən yarpağında titrəyərək; Qonmaq istər .. işıldaquş min-min. R.Rza. işıldaquyruq is. zool. Sərçəkimilər dəstəsindən parlaq, al-qırmızı quyruğu olan quş. işıldama “İşıldamaq”dan f.is. işıldamaq f. İşıq vermək, işıq saçmaq. Yerlərdə işıldamır nə bir şam, nə bir ocaq; Göylərdə eşidilir ölüm nərəsi ancaq. Ə.Cəmil. Elektrik lampaları axşamın boz dumanları içərisində sönük bir parıltı ilə işıldayırdı. Q.İlkin. // Parlamaq, parıldamaq, bərq vurmaq. Üzüyün qaşı işıldayır. Şüşə işıldayır. – Hər işıldayana qızıl deməzlər. (Ata. sözü). Vaqif yağışdan sonra təmizlənib işıldayan otlara və çiçəklərə baxır, zövqlənirdi.. Çəmənzəminli. Manqalın işığında onun xınalı dırnaqları və barmağındakı qızıl üzük işıldadı. İ.Hüseynov. işıldatma “İşıldatmaq”dan f.is. işıldatmaq f.\n1. Bir şeyi silməklə, yaxud üzərinə bir şey çəkməklə, sürtməklə parıldatmaq. Şüşələri işıldatmaq. Döşəməni işıldatmaq. – Kəndə yetişəndən sonra Almaz uzunboğaz çəkməsini keçi piyi ilə yağlayıb işıldadır. S.Rəhimov.\n2. Parlatmaq, parıldatmaq. Canavarlar bu yerləri hələ də adamsız sayaraq, gecələr çadırların ətrafında dolanır və alovlu gözlərini işıldadaraq, öz ruzilərini gözləyirdilər. Ə.Sadıq. işıl-işıl işıl-işıl işıldamaq (parlamaq, parıldamaq) – par-par parıldamaq. Pişiyin gözləri qaranlıqda işıl-işıl işıldayır. Üzüyün qaşı işıl-işıl parıldayır. – Dağlar, çəmənlər geyinir al, yaşıl; Yerlər, göylər parıldar işılişıl. H.Cavid. Ay aydınlıq; ulduzlar da; Parlayırdı işıl-işıl. M.Dilbazi. işıltı is. Zəif işıq. Nə işıltı, nə də çıraq, nə bir qara daxma var; Hər yer bütün qalın qar. A.Səhhət. Enirəm qazmaya... Qazma soyuq, dar; Od-ocaq yoxsa da, bir işıltı var. Ə.Cəmil. Qar getdikcə daha şiddətlə yağır, solğun bir işıltı axşam qaranlığında əks edirdi. Ə.Məmmədxanlı. // Uzaqdan görünən işıq nöqtəsi. Hər iki yanda bir çağırımlıqda göz qırpan işıltı görünürdü. M.Rzaquluzadə. • İşıltı gəlmək – işıq görünmək, işıq seçilmək. Yolçu qapı tərəfdən bir işıltı gəldiyini görüb, yavaş addımla yaxınlaşdı. S.Rəhman. Uzaqlardakı kəndlərdən alaseyrək işıltı gəlirdi. S.Rəhimov. işıltılı sif. İşıltısı olan, işıldayan, parıldayan. Rza bəy nədənsə hirslənib, geri daranmış və ortadan ikiyə bölünmüş işıltılı saçlarını qarışdırdı. Ə.Vəliyev. işırğan is. bot. Toxumları ədviyyə kimi işlədilən bir bitki. İşırğan bal verən bitkidir. işkəmbə is. [fars.] Gövşəyən heyvanların ikinci mədəsi. Gövşəyən heyvanlarda udulan yem işkəmbəyə daxil olaraq yumşalır, qarışır, əzilir. “Ümumi zootexniya”. işlədici is.\n1. xüs. İşlədən, hərəkətə gətirən, işə salan.\n2. bax. işlətmə 2-ci mənada. İşlədici dərmanlar. işlədilmə “İşlədilmək”dən f.is. Maşınların işlədilməsi. işlədilmək məch.\n1. İstifadə edilmək, tətbiq edilmək, hərəkətə gətirilmək, işə salınmaq. Cihazların işlədilmək qaydası.\n2. Danışıqda, yazıda istifadə edilmək. Danışıqda qəliz sözlər işlədilməməlidir. Onun məqaləsində çoxlu termin işlədilmişdir.\n3. Sərf edilmək, istehlak edilmək. Kağızın hamısı işlədilmişdir.\n4. İşləməyə məcbur edilmək, yaxud bir işdə istifadə edilmək, iş gördürülmək. İxtisası üzrə işlədilmək. işlək I. sif.\n1. Zəhməti, işləməyi sevən, çox işləyən, daim işləyən, vaxtını işdə keçirən; fəal, çalışqan. İşlək adam. Bu yerlərin camaatı işləkdir. – İşlək keçəl ərə gedər, pinti gözəl gora. (Ata. sözü). Qızxanım əri kimi işlək, xoşxasiyyətli, namuslu bir qadın idi. S.S.Axundov. [Əliqulu:] ..Siz Əhməd Soltanzadə kimi işlək adamı bəyənmirsiniz. M.Süleymanov. // Zəhmətkeş, fəhlə. Qarı bir qədər susduqdan sonra: – Bəli, oğul, – dedi, – ..o dustaq isə, bala, istəyir ki, işlək adamlar, fəhlələr heç olmasa günbatanda evlərinə qayıtsınlar.. Ə.Məmmədxanlı.\n2. Çox işləyən, gediş-gəlişli, hərəkət çox olan. İşlək küçə. İşlək yol.\n3. İşləyən, iş görmək üçün olan, iş görən, təsərrüfatda istifadə olunan. İşlək heyvanlar. İşlək at. – İşlək malı öyərlər; Tənbəlini söyərlər; Öküz cütə getməsə; Qaşqasına döyərlər. (Holavar).\n4. tex. İşləyən, hərəkət edən, ya hərəkət etdirici. İşlək boru. İşlək çarx. – Buruğun ortasında qoyulmuş rotor fırlanaraq, kvadrat işlək boru vasitəsilə quyudakı qazıma kəmərini də fırladır və beləliklə, hərəkət baltaya keçirilir. S.Quliyev. // Saz (maşın və s. haqqında).\n\nII. is. dan. bax. işdək. [Leylək Ələmdar] yırğalana-yırğalana Müqim bəy Cavanşirin həyətinə girəndə birdən-birə çar pristavını görüb, özünün bütün işləklərini xatırladı. S.Rəhimov. [Anam:] Qoymursan bu tramvay altında qalmışın işləklərini bildirəm. Mir Cəlal. işləmə I. “İşləmək”dən f.is.\n\nII. is.\n1. İynə və s. ilə parça üzərində işlənmiş bəzək, naxış. Güləbətin işləmələr bəzi geyimlərin, araqçın, saatqabı, pul kisəsi, daraqqabı və başqa məişət şeylərinin üzərində görülür. “Azərbaycan xalq sənəti”. // Həkk edilmiş, qazılmış, oyulmuş naxış, şəbəkə və s. Sola və sağa açılan qapıların yanında ləmə kimi divara qazılmış, dördkünclü işləmələr vardı. M.İbrahimov. // Kağızdan kəsilmiş bəzək. Qəfəsələr üstünə; Salmaq üçün kağızdan; İşləmələr qayırdı. B.Vahabzadə.\n2. bax. işləməli. İşləmə dəsmal. işləmək f.\n1. İş görmək, bir işlə məşğul olmaq, çalışmaq, əməyini tətbiq etmək. Tarlada işləmək. Əkində işləmək. Evdə işləmək. Axşamlar işləmək. – O saat bilinirdi ki, sədr arabaçının vicdanla və hamıdan yaxşı işlədiyinə tamamilə arxayın idi. M.Hüseyn. Şərəfoğlu Muğanda iki dəfə uzun müddət yaşayıb işləmişdi. M.İbrahimov. İşçilər istiyə baxmadan od kimi işləyirdilər. Mir Cəlal. // Bir yerdə xidmət etmək. Məktəbdə işləmək. Zavodda işləmək. Harada işləyirsən? – [Həsənağa:] Baxım görüm nəyə ləyaqətləri var, bir əməlli qulluğa qoyum işləsinlər, sən də bir qədər istirahət elə. Ə.Haqverdiyev. Əziz Narıncın maarif şöbəsində işlədiyini bilirdi. S.Rəhman. // dan. Bir vəzifə daşımaq, bir peşədə çalışmaq, ...vəzifəsini yerinə yetirmək. Mexanik işləmək. Mühasib işləmək. İdarədə katib işləyir. – Bir gün Məşədibəy vaxtı ilə mühəndis işlədiyi Bayıl elektrik stansiyasından tanıdığı fəhlə dostu ilə küçədə təsadüfən qabaqlaşdı.. M.Hüseyn.\n2. Çalışaraq yaratmaq, hazırlamaq, mükəmməlləşdirmək, yaxud tədqiq etmək, yaradıcı əməklə məşğul olmaq (çox vaxt “üzərində” sözü ilə). Öz rolu üzərində işləmək. Dissertasiya üzərində işləmək. Yazıçı yeni əsər üzərində işləyir. • Öz üzərində işləmək – öz biliyini, səviyyəsini, təcrübəsini artırmaq üçün daim məşğul olmaq, çalışmaq. // Bir şeyi islah etmək üçün üzərində düşünmək. Əsərin üzərində çox işləmək lazımdır.\n3. Müntəzəm surətdə öyrətməklə, yetişdirməklə, tərbiyələndirməklə məşğul olmaq. Kadrlarla işləmək. Uşaqlarla işləməyi bacarmaq lazımdır.\n4. Hər hansı alət, cihaz, maşın və s. vasitəsilə iş görmək. Maşınla işləmək. İynə ilə işləmək. Çəkiclə işləmək.\n5. Bədən üzvlərinin fəaliyyəti haqqında. Ürəyi işləmək. Nəbzi zəif işləyir. Mədəsi yaxşı işləmir. – Məmməd kişinin beyni maşın dəyirmanı kimi işləməyə başladı. S.Rəhman. Sanki, Fərhadın ürəyi elə bu an işləməyə, onun vücudu bu dəqiqə hərəkət etməyə başladı. Ə.Vəliyev.\n6. Hərəkətdə olmaq, dayanmadan iş görmək (maşın və s. haqqında). Maşın işləyir. Telefon işləyir. Saat düz işləyir. // Müəyyən istiqamət üzrə müntəzəm gedib-gəlmək. Bu küçədən avtobus işləyir. // Saat haqqında. Saat 2-yə işləyir. – Nəhayət, saat birə on beş dəqiqə işləmiş Səlimi gəldi. M.İbrahimov. [Rəis:] Daha bəsdir, – dedi, – qalanını səhər hesablarıq, saat birə işləyir. İ.Əfəndiyev.\n7. Hər hansı bir material və s. vasitəsilə hərəkət etmək, hərəkətdə olmaq. Parovoz daş kömürlə işləyir. Motor benzinlə işləyir.\n8. Açıq olmaq, fəaliyyətdə olmaq, xidmət göstərmək. Poçt bütün günü işləyir. Kitabxana həftənin bütün günlərində işləyir. Teatr bu gün işləmir.\n9. Prosesi davam etmək, uzanmaq (xəstəlik, yara və s. haqqında). Əlinin yarası işləyir. – Yara işləyib sim eləmiş, iki ay onu ibadətdən qoymuşdu. Mir Cəlal.\n10. Həkk etmək, qazımaq, yaxud naxış vurmaq, bəzək vurmaq. Qabın üstünü işləmək. Köynəyin yaxasını işləmək. – Xəncəri işlə, yolla; Üstün gümüşlə, yolla; Mənə beş alma göndər; Birini dişlə, yolla. (Bayatı).\n11. Bir şeyin içərisinə keçmək, dərinləşmək. Güllə bədəninə xeyli işləyib. // Təsir etmək, keçmək, girmək, yerimək (çox vaxt “iliyinə” sözü ilə). Soyuq adamın iliklərinə işləyir. – Səhər ayazı hətta sağ adamın iliyinə işləyirdi. M.Hüseyn. İndi ruhuna dolan qorxu və təlaşla bərabər, qızın vücuduna soyuq işləyir, o titrəyir, lakin hələlik özünü saxlayırdı. Ə.Məmmədxanlı. Sabah ertənin soyuğu çılpaq insanların iliyinə qədər işləyirdi. Ə.Vəliyev. // Girmək, nüfuz etmək. Su torpağın dərinliklərinə işləmişdi.\n12. məc. Təsiri olmaq, hökmü çatmaq, nüfuzu çatmaq. Sayalının kağız-baratsız, qolsuz, möhürsüz hökmü dəmir yolundan Kürün qırağına qədər işləyirdi. Mir Cəlal.\n13. Açılmaq, atılmaq. Lakin çıxar-çıxmaz bir-birinin ardınca iki güllə işlədi. T.Ş.Simurq.\n14. məc. Təsvir etmək, izah etmək, göstərmək. Yazıçı əsərdəki surətləri diqqətlə işləmişdir.\n15. Etmək, yol vermək, görmək. İşlədiyi ağır cinayətlərin dəhşətli xofundan təntiyən Ələmdar toqqasını açdı. S.Rəhimov. Son zaman Rüstəm kişi oğlunun tora düşməsindən, pis bir günah işləməsindən qorxurdu. M.İbrahimov.\n16. İşlək olmaq, gediş-gəlişli olmaq. Bu yollar işləməsin; Bəzirgan qışlamasın; Mən sevdim, sən apardın; Tanrı bağışlamasın. (Bayatı).\n17. Bir sıra isimlərlə yanaşı, mürəkkəb feil və ifadələr düzəldilir; məs.: ağzı işləmək, başı işləmək, fikri işləmək. işləməli sif. İynə və s. ilə üzərinə bəzək, naxış vurulmuş naxışlı, bəzəkli. İşləməli köynək. İşləməli dəsmal. – [Sona xanımın] tafta köynəyi, güləbətin işləməli başmağı, .. nəyi, nəyi yox idi?! Qantəmir. Yubiley günlərində deyirdim: Səməd, döşü işləməli, qolu naxışlı; Təzə köynəyini geyəsən gərək! O.Sarıvəlli. Qızıl işləməli kuzələr dolduruldu. İ.Əfəndiyev. işlənilmə “İşlənilmək”dən f.is. işlənilmək bax. işlənmək. işlənmə “İşlənmək”dən f.is. işlənmək məch.\n1. Sərf edilmək, istifadə edilmək, işlədilib qurtarmaq. Materialların hamısı işləndi.\n2. Emal olunmaq, düzəldilmək, hazırlanıb lazımi şəklə salınmaq.\n3. Danışıqda, yazıda tətbiq edilmək, istifadə edilmək. Bu söz köhnəlmişdir, indi işlənmir. – Taqımdan ancaq bir-iki nəfəri sözün belə ikibaşlı işləndiyini anlayıb güldü. Ə.Əbülhəsən.\n4. Qazılmaq, həkk edilmək, yaxud bəzək vurulmaq; naxışlanmaq. Divarda müxtəlif əfsanə və macəralar işlənmişdi. S.Rəhimov.\n5. Üzərində iş aparılmaq, üzərində işlənib təkmilləşdirilmək, yaxşılaşdırılmaq. Əsər üzərində bir qədər işlənməyi tələb edir. işlənmiş f.sif.\n1. Çox istifadə edilmiş, çox işlənməkdən köhnəlmiş; nimdaş. İşlənmiş palaz. İşlənmiş qab. – Aylar ilə işlənmiş mahud külahı dala tərəf sürüşmüşdü. A.Divanbəyoğlu. Pərşan əlinə keçən işlənmiş süfrəni stolun üstünə salanda Rüstəm kişi acıqlandı.. M.İbrahimov.\n2. Üzərində naxış qazılmış, həkk edilmiş, yaxud naxışlanmış, bəzək vurulmuş. İşlənmiş dəsmal. İşlənmiş kəmər. Zərlə işlənmiş cild. – [Çopo:] Altun dəstəkli, incə tikişlərlə işlənmiş qapıdan içəri girdim. Çəmənzəminli.\n3. Təkmilləşdirilmiş, mükəmməlləşdirilmiş, işlənib qaydaya salınmış, düzəldilmiş. Üzərində işlənmiş əsər. // Üzərində iş aparılmış, tədqiq edilmiş, öyrənilmiş, hərtərəfli düşünülmüş. Yaxşı işlənmiş mövzu. işlərbaşı sif. Əsas səbəbkar, əsas günahkar, əsas işi görən. [Mütəəllimə:] Dədəm də həmişə nənəmi döyür ki, işlərbaşı sənsən. Çəmənzəminli. işlətdirilmə “İşlətdirilmək”dən f.is. işlətdirilmək “İşlətdirmək”dən məch. işlətdirmə “İşlətdirmək”dən f.is. işlətdirmək icb. İşləməyə məcbur etmək. işlətmə 1. “İşlətmək”dən f.is. [Murad] ömrünün bir qismini Xəzər dənizində mexaniklikdə keçirdiyi üçün motor işlətməni bilirdi. S.Hüseyn.\n2. is. Mədəni, bağırsaqları təmizləmək üçün işlədilən, istifadə edilən dərman. Xəstəyə işlətmə vermək. // Sif. mənasında. İşlətmə yağı. İşlətmə dərmanı. – Bitki mənşəli işlətmə maddəsinə malik həblər üçün tibbi sabun yaxşı formavericidir. “Dərman növləri”. işlətmək f.\n1. İş gördürmək, işlə məşğul etmək, iş görməyə məcbur etmək; çalışdırmaq. Fəhlə işlətmək. Uşağı işlətmək. Qızı uşaqlıqdan işlətmək.\n2. Bir şey üçün istifadə etmək; faydalanmaq. Ən uşaqlıqdan möhnətə adət etmiş Məşədi Əsgər gəmiçilik işinə mahir olduqda özü üçün bir barkas alıb işlətməyə şüru etdi. S.M.Qənizadə. Gülsənəm arvad təknə əvəzinə işlətdiyi alümin ləyəni stulla bərabər yerindən götürüb, .. qız əhvalatını açıb danışdı. M.Hüseyn. Fərmanın qoçaqlığı orasındadır ki, o, mürəkkəb maşını işlətməyi artıq mənimsəyibdir. Ə.Sadıq.\n3. Tətbiq etmək, işə salmaq. Siyasət işlətmək. Fənd işlətmək. Hiylə işlətmək. – Koroğlu qayıtmaz, tufan salmasa; Cida işlətməsə, qılınc çalmasa. “Koroğlu”. Molla Qasım anladı ki, .. hər nə kələyi varsa, işlədə biləcəkdir. S.S.Axundov. Böyük yazıçı vəfat etdiyi günə qədər qələmini işlətdi. M.İbrahimov.\n4. Sərf etmək. Pulu qənaətlə işlətmək. – Cəm oluruq bir məclisə yüz nəfər; İşlədirik neçə batman çay, şəkər. Ə.Nəzmi. // İçmək, qəbul etmək, yaxud içmək və ya yemək kimi istifadə etmək. Sirkəni artıq işlədənin bədəni zəif olur. H.Zərdabi. [Professor:] Bu dərmanları vaxtında işlət.. Qantəmir.\n5. Danışıqda, yazıda tətbiq etmək, istifadə etmək. Qəliz ibarələr işlətmək. – Hələ .. ruslar, polyaklar və qeyrilər bizə görə öz dillərini və yazılarını çox işlədirlər.. C.Məmmədquluzadə. [Səmirə:] Orta məktəbdə oxuyarkən bizim hamımızın işlətdiyi bu dəbdə bəzi ifadələr indi məndə parodiya təsiri buraxırdı. M.Hüseyn.\n6. Adətən “qarnını” sözü ilə – ifraz prosesini qaydaya salmaq, yaxud əksinə, ayaqyoluna salmaq. işlətməli sif. İşlətmək, sərf etmək, ehtiyacı rəf etmək üçün olan; işlətmək üçün ayrılmış (saxlanmış, təyin edilmiş). işli sif.\n1. İşi olan, işlə təmin olunmuş.\n2. məc. Ürəyində kinli sözü, mətləbi olan. O, işli adama oxşayırdı. işli-güclü sif. Əlindən hər iş gələn, bacarıqlı, zəhməti, işi sevən. O, işli-güclü qızdır. işli-peşəli bax. işli-güclü. işmək bax. eşmək. işməkli bax. eşməkli. [Xırdaxanım:] ..Mən də sənə borclu oluram bir dəst şaldan libas ibrə işməkli.. N.Vəzirov. iş-peşə is. Sənət, peşə, iş-güc. Ögey ana o gündən Fatmaya gündə bir küllü kömbə verib, darağnan yun daramağı ona işpeşə elədi. (Nağıl). Gecə-gündüz işin-peşən yoxmudur? Çəkilməzsən bir dəqiqə arxamdan. Ə.Cavad. işraqilik [ər. işraqiyyə – şəfəq, parıltı] Orta əsrlərdə müsəlman ölkələrində yayılmış fəlsəfi cərəyan. İşraqilik fəlsəfəsi. İşraqiliyə görə kölgələr işıqlarla yanaşı daima mövcuddur. işrət is. Kef, eyş-işrət; içki içmə. Əyyami-zimistan keçdi, sevdiyim; Dur, seyr eylə, işrət baharıdır bu!.. Q.Zakir. Biz bir neçə kamança, tar tapmışıq; Burda bir işrət məclisi qurmuşuq. A.Səhhət. Bu gecə oğlu Mürsəlin toy məsləhəti gecəsi olmaqdan artıq, onun üçün kef və işrət məclisi idi. A.Şaiq. • İşrət etmək (eləmək) – əylənmək, kef çəkmək. Xeyr olsun, hər kəs yığnağındadır; Onlar ilən zövqü işrət eylərsən. M.V.Vidadi. Hanı o mah ilə mən işrət etdiyim gecələr. S.Ə.Şirvani. Bir gecə Otellonun bədxahları qızın atasını yuxudan oyadıb, ona xəbər verirlər ki, sənin qızın ismət və həyanı unudub, qara ərəb ilə işrət etməkdədir. F.Köçərli. işrətli sif. Kef büsatı qurulmuş, kef üçün düzəldilmiş. [Lətif şah:] Dost bağında, gəldim, lələ! İşrətli divanı gördüm. “Lətif şah”. işsevən sif. İşləməyi, çalışmağı sevən; işcil. İşsevən adam. işsiz sif.\n1. Daimi işi, iş yeri və maaşı olmayan. İşsiz fəhlələrin nümayişi. – [Mehriban ərinin] işsiz (z.) qaldığı günlərində aclığını, çılpaqlığını açıb söyləmədiyi kimi bir çox qış gecələrini yanacaqsız keçirmiş, şikayət etməmişdi. S.Hüseyn. // İs. mənasında (adətən cəm şəklində). İşsizlər ordusu.\n2. Bikar, avara, veyl, heç bir işlə məşğul olmayan. Küçələr və körpünün qarşısı işsiz camaatla dolmuşdu. M.S.Ordubadi. // Zərf mənasında. Heç bir işlə məşğul olmadan, avara-avara, veyl-veyl. İşsiz gəzmək. İşsiz küçələri dolaşmaq.\n3. zərf Hərəkətsiz, istifadəsiz, boş-bekar. ..Kitayda yapon malını baykot eləyib, karxanalarını işsiz qoyublar. C.Məmmədquluzadə. işsiz-gücsüz bax. işsiz 2-ci mənada. işsizlik is.\n1. Bir yerdə işsizlərin, daimi maaşı olmayan adamların mövcud olduğu hal. Kütləvi işsizlik halları. İşsizliyin xroniki hal alması.\n2. İşsiz adamın hal və vəziyyəti. Bir yandan işsizlik, parasızlıq, .. bir yandan da sənət eşqi, təbin coşqunluğu və qanın oyanması Baxışoğlu Həsəni rahat buraxmayıb, ruhuna əziyyət verirdi. B.Talıblı.\n3. Bikarlıq, görüləcək işin olmaması; məşğuliyyətsizlik. İşsizlikdən hər gün sahil boyu ilə bir qədər yol gedər və ya da ormana girib gəzməklə, özümü əyləndirərdim. S.Hüseyn. Student qapının arasından: – Xırda hekayələr olsa, çox məmnun olaram, – dedi, – yoxsa işsizlikdən darıxıram. Çəmənzəminli. işsiz-peşəsiz bax. işsiz-gücsüz. [Murad] Bakıda olurkən işsiz-peşəsiz bulunmayırdı. S.Hüseyn. iştah (=iştaha) is. [ər.]\n1. Yemək istəmə, yeməyə meyil, yemək arzusu. Təmiz hava adamın iştahasını artırır. – İştaha diş altındadır. (Məsəl). ..Yazırsan ki, iştaham azalıb, belə ki, sübh vaxtı bozbaş yeyəndə, axşam azanı deyiləndə kabab yeyirəm.. C.Məmmədquluzadə. [Qurban:] Neyləyim, Allah plovu bir adama verir, iştahı bir ayrısına. Ə.Haqverdiyev.\n2. məc. Arzu, istək, həvəs. Müftə pulları alıb cibinə dolduranda [onun] iştahası daha da artdı. “Kirpi”. • İştah(a) ilə, iştahla – 1) həvəslə, ləzzətlə, acgözlüklə. İştahla yemək. – [Oruc] tütək çalırkən qoyunlar iştah ilə ot otlar, arabir qulaqlarını qırparaq o səsi dinlərdi. A.Şaiq. Nəcəf iştaha ilə yeyir, xalasının ona etdiyi yaxşılıqlardan uzun-uzadı danışırdı. Q.İlkin; 2) məc. arzulu, həvəsli, həsrətkeş. Pulsuz, lakin iştahalı tamaşaçı sovuşmaq istəmir. Mir Cəlal. ‣ İştahası açılmaq – yemək arzusu daha da artmaq, daha da iştahalanmaq, yemək istəmək. [Bərbərzadə:] Həmişə bu yoldaşla söhbət eyləyəndən sonra, mənim iştaham açılır. S.Rəhimov. İştahası böyük olmaq – çox böyük şeylər ummaq, imkanı, ləyaqəti xaricində olan şeylərin arzusunda olmaq. [Teymur:] Yox, aşna, iştahan çox böyükdür. İnanmıram, bu qədər verə. “M.N.lətif.”. İştahası çəkmək – ürəyi istəmək, meyli olmaq. İslam gülə-gülə yavaş səslə [Telliyə] deyirdi: – Ay qız, gic olma!.. Çox vaxt adam yağlı plovdan çiyrənər, iştahası soğançörək yemək çəkər. S.Hüseyn. İştahası küsmək (bağlanmaq, pozulmaq, tutulmaq) – bu və ya başqa bir səbəb üzündən yemək istəməmək, yeməkdən qalmaq, ürəyi heç bir şey istəməmək. Qarabaş bildi ki, Əhmədin fikri Pəri Soltanı narahat eləyib, iştahı bağlanıb. (Nağıl). [Qurban:] Di yaxşı, gəl götür, iştahım tutulub, yeyə bilmirəm. Ə.Haqverdiyev. iştaha (=iştah) is. [ər.]\n1. Yemək istəmə, yeməyə meyil, yemək arzusu. Təmiz hava adamın iştahasını artırır. – İştaha diş altındadır. (Məsəl). ..Yazırsan ki, iştaham azalıb, belə ki, sübh vaxtı bozbaş yeyəndə, axşam azanı deyiləndə kabab yeyirəm.. C.Məmmədquluzadə. [Qurban:] Neyləyim, Allah plovu bir adama verir, iştahı bir ayrısına. Ə.Haqverdiyev.\n2. məc. Arzu, istək, həvəs. Müftə pulları alıb cibinə dolduranda [onun] iştahası daha da artdı. “Kirpi”. • İştah(a) ilə, iştahla – 1) həvəslə, ləzzətlə, acgözlüklə. İştahla yemək. – [Oruc] tütək çalırkən qoyunlar iştah ilə ot otlar, arabir qulaqlarını qırparaq o səsi dinlərdi. A.Şaiq. Nəcəf iştaha ilə yeyir, xalasının ona etdiyi yaxşılıqlardan uzun-uzadı danışırdı. Q.İlkin; 2) məc. arzulu, həvəsli, həsrətkeş. Pulsuz, lakin iştahalı tamaşaçı sovuşmaq istəmir. Mir Cəlal. ‣ İştahası açılmaq – yemək arzusu daha da artmaq, daha da iştahalanmaq, yemək istəmək. [Bərbərzadə:] Həmişə bu yoldaşla söhbət eyləyəndən sonra, mənim iştaham açılır. S.Rəhimov. İştahası böyük olmaq – çox böyük şeylər ummaq, imkanı, ləyaqəti xaricində olan şeylərin arzusunda olmaq. [Teymur:] Yox, aşna, iştahan çox böyükdür. İnanmıram, bu qədər verə. “M.N.lətif.”. İştahası çəkmək – ürəyi istəmək, meyli olmaq. İslam gülə-gülə yavaş səslə [Telliyə] deyirdi: – Ay qız, gic olma!.. Çox vaxt adam yağlı plovdan çiyrənər, iştahası soğançörək yemək çəkər. S.Hüseyn. İştahası küsmək (bağlanmaq, pozulmaq, tutulmaq) – bu və ya başqa bir səbəb üzündən yemək istəməmək, yeməkdən qalmaq, ürəyi heç bir şey istəməmək. Qarabaş bildi ki, Əhmədin fikri Pəri Soltanı narahat eləyib, iştahı bağlanıb. (Nağıl). [Qurban:] Di yaxşı, gəl götür, iştahım tutulub, yeyə bilmirəm. Ə.Haqverdiyev. iştahaçan (=iştahaaçan) sif. İştaha gətirən, iştaha artıran, yemək həvəsi oyadan. İştahaaçan dərman. İştahaaçan yeməklər. – Mübaşir Məmməd israr etdi: – Abcosuz o əti yemək haramdır. ..Gərək iştahaaçan, qızışdıran bir şey olsun ki, yeyə biləsən.. M.İbrahimov. [Sultan Səmədə:] Buralarda ol, gedək evə, sənin üçün sarımsaqlı, iştahaaçan şey bişirtdirim. İ.Hüseynov. iştahaaçan (=iştahaçan) sif. İştaha gətirən, iştaha artıran, yemək həvəsi oyadan. İştahaaçan dərman. İştahaaçan yeməklər. – Mübaşir Məmməd israr etdi: – Abcosuz o əti yemək haramdır. ..Gərək iştahaaçan, qızışdıran bir şey olsun ki, yeyə biləsən.. M.İbrahimov. [Sultan Səmədə:] Buralarda ol, gedək evə, sənin üçün sarımsaqlı, iştahaaçan şey bişirtdirim. İ.Hüseynov. iştahgətirən (=iştahagətirən) (=iştah(a)gətirici) bax. iştah(a)açan. iştahagətirən (=iştahgətirən) (=iştah(a)gətirici) bax. iştah(a)açan. iştahgətirici (=iştahagətirici) (=iştah(a)gətirən) bax. iştah(a)açan. iştahagətirici (=iştahgətirici) (=iştah(a)gətirən) bax. iştah(a)açan. iştahlandırma (=iştahalandırma) “İştah(a)landırmaq”dan f.is. iştahalandırma (=iştahlandırma) “İştah(a)landırmaq”dan f.is. iştahlandırmaq (=iştahalandırmaq) f. İştaha gətirmək, iştaha oyatmaq, yemək həvəsini artırmaq. Xörəyin ətri adamı iştahlandırırdı. – Təzə çörəyin ətri həyətdə oturanları iştahlandırırdı. S.Şamilov. iştahalandırmaq (=iştahlandırmaq) f. İştaha gətirmək, iştaha oyatmaq, yemək həvəsini artırmaq. Xörəyin ətri adamı iştahlandırırdı. – Təzə çörəyin ətri həyətdə oturanları iştahlandırırdı. S.Şamilov. iştahlanma (=iştahalanma) “İştah(a)lanmaq”dan f.is. iştahalanma (=iştahlanma) “İştah(a)lanmaq”dan f.is. iştahlanmaq (=iştahalanmaq) f. Yeməyə həvəs oyanmaq, iştahaya gəlmək. iştahalanmaq (=iştahlanmaq) f. Yeməyə həvəs oyanmaq, iştahaya gəlmək. iştahlı (=iştahalı) sif. Yaxşı iştahası olan, yeməyi iştaha ilə, həvəslə yeyən. İştahalı adam. iştahalı (=iştahlı) sif. Yaxşı iştahası olan, yeməyi iştaha ilə, həvəslə yeyən. İştahalı adam. iştahsız (=iştahasız) sif. İştahası olmayan, qarnı tox olmadığı halda yeməyə istəyi olmayan. Telli balaca qızdır; Yeməyə iştahsızdır. M.Dilbazi. // zərf Yemək istəmədən, yeməyə istəyi olmadığı halda; meyilsiz, həvəssiz, könülsüz. Xörəyi iştahasız yemək. – Mirzə iştahasız nahar yeyib yatmaq istədi, hərçi çalışdı yuxusu gəlmədi. Ə.Haqverdiyev. iştahasız (=iştahsız) sif. İştahası olmayan, qarnı tox olmadığı halda yeməyə istəyi olmayan. Telli balaca qızdır; Yeməyə iştahsızdır. M.Dilbazi. // zərf Yemək istəmədən, yeməyə istəyi olmadığı halda; meyilsiz, həvəssiz, könülsüz. Xörəyi iştahasız yemək. – Mirzə iştahasız nahar yeyib yatmaq istədi, hərçi çalışdı yuxusu gəlmədi. Ə.Haqverdiyev. iştahsızlıq (=iştahasızlıq) is. İştaha olmaması, yemək istəməmə, yeməyə həvəs olmadığı hal. iştahasızlıq (=iştahsızlıq) is. İştaha olmaması, yemək istəməmə, yeməyə həvəs olmadığı hal. iştə əd. [türk.] Budur, bax. Ey əzizidilü can, ey fərəhi-qəlbi-məlul! Edərəm, iştə, bu təklifini şükranla qəbul! A.Səhhət. Görürsünüz, fövqəladə hadisə, iştə, bu idi.. S.Hüseyn. iştibah is. [ər.]\n1. Şübhə, şəkk; şübhə etmə, şəkk etmə. Sən o deyilmidin, dedin: dumdur ümidgahımız? Mən demədimmi, var buna dumduru iştibahımız? M.Ə.Sabir. • İştibah doğurmaq – şübhə doğurmaq. İştibah etmək – şübhələnmək, şübhəyə düşmək. İştibaha salmaq – şübhəyə salmaq, şübhə oyandırmaq; şəkləndirmək, şübhələndirmək. O ki qaldı Dilşadın məsələsinə, zənnimcə, Fəxrəddini iştibaha salmamaq üçün Dilşadı həbsdən azad etməliyik. M.S.Ordubadi.\n2. İştibahla şəklində zərf – şübhə ilə. [Oğlan] qəribə bir iştibahla uzunburun, sallaqbığ, qırışsifət, uzunqılça adama nəzər saldı.. S.Rəhimov. iştirak is. [ər.] Bir işdə başqaları ilə birlikdə fəaliyyət göstərmə, iş görmə. [Qadın:] Mənim bu səyahətdə iştirakım möhtərəm ağamızı məmnun buraxdımı? M.S.Ordubadi. Mollanəsrəddinçilər xalq kütlələrinin iştirakı olmadan milli intibah təsəvvür etmirdilər. M.İbrahimov. // Şərik olma, ortaq olma; şəriklik, ortaqlıq (şəriklik) etmə, bir şeydə payı olma. • İştirak etmək – bir işin icrasında başqaları ilə birlikdə fəaliyyət göstərmək, bir işin icraçısı olmaq. Məhkəmə açıq olacaq və bütün hərbi xidmətçilər iştirak edəcəklər. H.Nəzərli. Şəhərdə ilk dəfə olaraq bayramda təyyarə modelçiləri də iştirak edirdilər. M.Rzaquluzadə. // Bir şeydə payı olmaq, şərik olmaq, ortaq olmaq. Səhmdarlar cəmiyyətində iştirak etmək. iştirakçı is. Bir işdə iştirak edən adam. Dərnək iştirakçısı. Müşavirə iştirakçıları. Qurultay iştirakçıları. – Çalğıçılar xüsusi həvəs göstərir, o biri iştirakçılar əl çalırdı. M.İbrahimov. Böyük bir yarımdairə halında toplaşmış iştirakçı və tamaşaçılar kütləsinin mərkəzində masa qoyulmuşdu. M.Rzaquluzadə. iştirakçılıq is. hüq. İştirak etmə. // Ortaqlıq, şəriklik. iştiyaq is. [ər.] klas. Şövqündə olma, həsrətində olma, həsrətini çəkmə; şövq, həvəs, şiddətli arzu, həsrət. Saraldı mehrtək yüzüm cəmalın iştiyaqindən. Kişvəri. Eylərəm hər yerdə sənin sorağın; Gündən-günə artar bil iştiyaqın.. Qurbani. Seyr edin iştiyaqü həsrət ilə; Bu gözəl lövhə sonra düşməz ələ. H.Cavid. Bu dəfə Sitarə Mənsurun məhəbbətinə bənd olub, iştiyaqında gəzir idi. C.Cabbarlı. • İştiyaq(ını) çəkmək – həsrətini çəkmək, həsrətində olmaq. Nə müddətdi iştiyaqın çəkirdim; Şükür həqqə, pərizada gedirəm.. Q.Zakir. Didarına mən müştaqəm, mən müştaq; Vəqtü bivəqt çəkməkdəyəm iştiyaq. Aşıq Hüseyn. İştiyaqa düşmək – şövqə düşmək, həvəsə düşmək. Aşiqləri iştiyaqə düşdü; Hər kəs ayılıb qabağə düşdü. M.Ə.Sabir. [Ziba:] Axır o izdihamlı şəhərdən çıxandan, atamın arxasınca buraya gələndən sonra niyə mən bu fikrə, bu iştiyaqə düşdüm? S.Rəhimov. iştüx (=iştük) is. məh. Ağız sözü, uydurma, düzəltmə, yalan. Bunlar hamısı iştükdür. – Kim deyir ki, o, bu gün Danabaş kəndində deyil, xeyr, bunlar hamısı iştüx sözdü. C.Məmmədquluzadə. iştük (=iştüx) is. məh. Ağız sözü, uydurma, düzəltmə, yalan. Bunlar hamısı iştükdür. – Kim deyir ki, o, bu gün Danabaş kəndində deyil, xeyr, bunlar hamısı iştüx sözdü. C.Məmmədquluzadə. işvə is. [ər.] Naz, qəmzə, işvə, cilvə; qəmzəli baxış. Dağ başından yar aşar; Yar dolanar, yar aşar; İşvə, qəmzə, bir də naz; Tək bir sənə yaraşar. (Bayatı). Belə işvə, belə qəmzə, belə naz; Belə qamət, belə gərdən olurmu? Q.Zakir. Nazı çox, qəmzəsi bol, kibri də var dilbərimin; Baxmamaq işvəsidir aşiqə taci-sərimin. Ə.Nəzmi. • İşvə satmaq – naz-qəmzə eləmək. Maralın, ceyranın min işvə satır; Su göndər bu yerdə yanana, dağlar! S.Vurğun. Al-yaşıl geyinib seyrana çıxmış; İşvə satır güllü yaza gözəllər. Aşıq Ağalar. işvəbaz sif. [ər. işvə və fars. ...baz] İşvə edən, işvəkar, nazlı. işvəbazlıq is. İşvə, naz-qəmzə etmə xasiyyəti. işvəkar sif. [ər. işvə və fars. ...kar] Öz qəmzəli baxışları ilə kişiləri məftun edən; işvəli, qəmzəli. [Zeynəb xanım] Alış bəyi görüncə qaşlarını qaldırdı, fitnəli gözlərini süzdü və işvəkar bir səslə qulluqçuya dedi: – Ovçuluq gözəl şeydir. Çəmənzəminli. Müəyyən bir məqsədlə kişilərə yanaşan işvəkar qadın ən möhkəm iradəli şəxslərə belə sevginin zəhrini aşılaya bilər. M.S.Ordubadi. Şux və işvəkar ərəb qızları gələr və xaqanla əylənərlər. H.Cavid. // İs. mənasında. Dilbər. [Arif İblisə:] Bir afətə, bir nigarə uydum; Bir qəmzəli işvəkarə uydum. H.Cavid. Bütün ətrafə min bəzək saçılır; Durma gəl, nazlım, işvəkarım, gəl! S.Rüstəm. işvəkaranə zərf [ər. işvə və fars. karanə] İşvə ilə, nazla, naz-qəmzə ilə. İşvəkaranə yerimək. işvəkarlıq is. İşvə satma, naz satma; naz-qəmzə. İşvəkarlıq etmək. işvəli sif. Nazlı, qəmzəli, cilvəli, şux, dilbər. İşvəli qız. İşvəli gəlin. İşvəli təbəssüm. – Ah sevgili nigar, sən qal indi! Ey işvəli yar, sən qal indi! Xətayi. Dolanım başına, ey nazlıca yarım, bəri bax; İşvəli, qəmzəli, çəm-xəmli nigarım, bəri bax. S.Ə.Şirvani. Əminə iyirmi yaşında idi, gözləri anasınınkı kimi sakit və kədərli deyildi, oynaq və işvəli idi. S.Rəhman. it is.\n1. Canavar, tülkü kimi heyvanların mənsub olduğu yırtıcı məməli heyvanların xüsusi fəsiləsinə mənsub ev heyvanı. Çoban iti. Həyət iti. Ov iti. – İt, qulağını kəsəndən qorxar. (Məsəl). Hərdən it hürüşməsi, səsküy eşidilməsəydi, yarım kilometrlikdə böyük bir kəndin yerləşdiyini bilmək olmazdı. İ.Hüseynov.\n2. məc. Bədxasiyyət, acıdil, davakar, söyüşkən, rəftarsız adam haqqında (çox zaman “kimi” qoşması ilə işlənir). İt kimi rəftar edir. // Söyüş kimi işlənir. [Sultan bəy:] ..İtin birisi qapıma gəlib qızımı özünə bənd eləyir, belə də binamusluq olar?! Ü.Hacıbəyov. ‣ İt də getdi, ip də dan. – hər şey əlindən çıxdı, hər şeydən əli üzüldü, bütün ümidlər boşa çıxdı. İt dəftərində adı yoxdur dan. – çox hörmətsiz, sayılmaz, avara, işsizgücsüz adam haqqında. [Aslan:] [Oqtayın] it dəftərində adı yoxdur. C.Cabbarlı. İt günü çəkmək dan. – çox pis, çox ağır həyat keçirmək; əziyyət, məhrumiyyət içində yaşamaq. İt kökündə – bax. it günündə. İt günündə, it diriliyində dan. – 1) çox pis halda, çox pis vəziyyətdə, çirk, natəmiz. Bir para uşaqlar olur ki, əsgilər, kirlər içində ortalıqlarda fırlanırlar. İt günündə, it diriliyində yaşayırlar. “Məktəb”; 2) yorulmuş, incimiş, əldən düşmüş. İt günündə gəlib çıxdılar. İt ilində – çoxdan, çox uzaq keçmişdə, yaddan çıxmış bir vaxtda. İt ilində olan iş. – [Osman:] Bir də, İsgəndərin bizə nə dəxli var, ey? İt ilində babası körpüdən keçəndə, mənim babamın böyrünə dəyib. M.Hüseyn. İt yiyəsini tanımır dan. – həddindən artıq adam, basabas, qələbəlik olan yer haqqında. Pristavın həyətində it yiyəsini tanımırdı, səsdən, qilü-qaldan qulaq tutulurdu. C.Məmmədquluzadə. İtdən alıb itə vermək dan. – bax. itdən əskik eləmək. Əfrasiyab xan dişinin dibindən gələni Lələşə dedi, onu itdən alıb itə verdi.. S.Rəhimov. İtdən biabır etmək dan. – bax. itdən əskik etmək. [Səkinə xanım:] ..Özüm onu çağırıb beş yüz söyüş üzünə qarşı deyərəm. Onu itdən biabır edərəm. M.F.Axundzadə. İtdən əskik etmək dan. – bax. itin sözünü demək. İtə dönmək dan. – bərk hirslənmək, qeyzlənmək, hamını acılamaq. Vəznəli kişi .. sonra, yenə itə dönmüşdü. Mir Cəlal. İtin dilini bilir zar. – bic, çoxbilmiş adam haqqında. İtin dilini bilir, cəhənnəmin yolunu. (Ata. sözü). İtin dişi, motalın dərisi dan. – mənə dəxli yoxdur, mənə nə var, özləri bilər. [Allahqulu:] İtin dişi, motalın dərisi! O Sirat, o da düşmənləri! Ə.Əbülhəsən. İtin sözünü demək dan. – təhqir edərcəsinə ağır, pis sözlər demək, tamamilə abırdan salmaq. O görürdü ki, qabağında heç kəsin cınqır çəkməyə cəsarət etmədiyi kişiyə itin sözün deyirlər, başını qaldırıb cavab da vermir.. Mir Cəlal. İtinə tök dan. – həddindən çox, lap çox, bol. [Molla Nəsrəddin:] Bizim kənddə elə saraylardan o qədər var ki, itinə tök. “M.N.lətif.”. A kişi, iş adama qalsa, sənə o qədər adam verim ki, lap itinə tök. C.Cabbarlı. İtlə çıxarmaq (qovmaq) – təhqir edib, söyüb, abır verib qovmaq. [Nəcəfbəy Süleyman bəyə:] ..Mənim qapıma ayağın düşər, səni it ilən çıxardaram. Ə.Haqverdiyev. İtlə pişik kimi (dolanmaq) – bir-biri ilə yola getməyən, bir-biri ilə daim dava edən adamlar haqqında. Ağzında Ayrım qızı deyirsən, necə dolanacağıq, it ilə pişik kimi. A.Şaiq. Çimnaz arvad demişkən, bu Nazlı ilə Veys itlə pişik kimi dolanmaqlarına baxmayaraq, bu qəsəbədə bir-birini ən çox istəyən bacı-qardaşdı. Ə.Əbülhəsən. Başına it oyunu açmaq (gətirmək) – bax. baş. ...kimin iti tutub – ...kim sancıb, ...kim toxunub, ...kim xətrinə dəyib. [Lələşov Balacaxanıma:] Mən bilmirəm yenə də bu gün səni kimin iti tutubdur, qız! S.Rəhimov. ...nə iti (itim) azıb? dan. – ...nə işi (işim) var, ...nəyinə (nəyimə) lazımdır, ...nəyinə (nəyimə) gərək. [Şəhrəbanı xanım:] Firəngdə onun nə alıb-verəcəyi var? Parijdə onun nə iti azıbdır? M.F.Axundzadə. [Məsmə:] Deməzlərmi, ay filan-filan olmuşun qızı, bir tikə uşağın şəhərlərdə, hacıların qapısında nə iti azmışdı? Mir Cəlal. itaət is. [ər.]\n1. Tabe olma, boyun əymə, sözə qulaq asma, göstərişə əməl etmə; tabelik. Ata-anaya itaət. Böyüyə itaət. – [Qaplan:] Əmrinə itaət bir vəzifədir; Verdiyin hər fərman bizə töhfədir. A.Şaiq. Çay üstündə qazı həmçinin vəz edib böyüyün kiçiyə məhəbbəti, kiçiyin böyüyə itaəti barəsində uzun bir söhbət elədi. Ə.Haqverdiyev. Bu səsdə itaət tələb edən bir güc var idi. H.Seyidbəyli. • İtaət etmək (eləmək, qılmaq) – tabe olmaq, əməl etmək, sözə qulaq asmaq. Zeynəb oğlundan .. razıdır. Ondan ötəri ki, Vəliqulu o itaəti ki anasına eləyir, bəlkə atasına eləməzdi. C.Məmmədquluzadə. [Soltan bəy:] Qızım, inad olma, atan nə deyir sən də ona itaət elə. Ü.Hacıbəyov. [Şeyx Sənan:] Get, babandır, Xumar, itaət qıl; Hər nə əmr etsə, dinlə, hörmət qıl! H.Cavid. İtaətdə durmamaq – tabe olmamaq, sözə qulaq asmamaq, özbaşına hərəkət etmək. İtaətdə olmaq – birinin tabeliyində, əmrində, hakimiyyəti altında olmaq. İtaətdən çıxmaq – itaətsizlik etmək, tabe olmamaq; sözə, əmrə, göstərişə əməl etməmək, qulaq asmamaq, başlı-başına hərəkət etmək. [Hacı Murad:] ..Qız mənim itaətimdən çıxa bilməz. S.S.Axundov. İtaətdən çıxan əsgər; Alar ölüm cəzasını. R.Rza.\n2. İtaətlə şəklində zərf – müti bir surətdə, itaət edərək; müticəsinə, ehtiramla. Girdman adı gələndə, hamı hörmətlə və itaətlə baş əydi. M.Hüseyn. Soltanı qarabaşlar itaətlə dinlədi. M.Rahim. itaətkar sif. [ər. itaət və fars. ...kar] bax. itaətli. Şərif ki hər zaman .. [Molla Xəlilin] müti və itaətkar bir müridi idi, bütün bayır işlərini ona gördürərdi. S.Hüseyn. ..Qaraqaşlı Davudun səliqəli, itaətkar, həvəsli işi ustanın xoşuna gəlirdi. Mir Cəlal. itaətkarcasına zərf [ər. itaət və fars. karanə] İtaətlə, müticəsinə. itaətkarlıq is. İtaət etmə, tabe olma; hər əmrə, sözə, göstərişə sözsüz əməl etmə; mütilik, ehtiram. [Nuriyyə:] Mən [Muradın] dəvətini qeyri-şüuri bir itaətkarlıqla (z.) qəbul etdim. İ.Əfəndiyev. itaətli sif. İtaətdən çıxmayan, tabe olan, itaət edən; müti, intizamlı. [İblis:] Heç maraq etmə, əmin ol, o mənim ən itaətli qulumdur daim. H.Cavid. itaətlilik bax. itaətkarlıq. itaətsiz sif. İtaət etməyən, tabe olmaq istəməyən, sözə qulaq asmayan; dikbaş, intizamsız. İtaətsiz uşaq. itaətsizlik is. İtaət etməmə, boyun əyməmə, tabe olmama, sözə qulaq asmama; hörmətsizlik, intizamsızlıq. Qızının belə itaətsizliyi İmamverdiyə artıq dərəcədə təsir etmişdi. S.S.Axundov. Min ilin əzilmiş rəncbəri sanki qəbirdən qalxıb mülkədarla vuruşur, əlinə götürdüyü yabanı, odlu silahı yerə qoymaq istəmir, itaətsizlik hər səmti bürüyür. S.Rəhimov. • İtaətsizlik etmək (göstərmək) – itaət etməmək, tabe olmamaq, sözə qulaq asmamaq, üzə durmaq, hörmətsizlik göstərmək. Hələ arvadı Nigar açıqdan-açığa ona itaətsizlik edir, özünü yaxşı aparmayırdı. S.Hüseyn. italiyalı bax. italyan. italyan is. İtaliyanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. İtalyan musiqisi. İtalyan operası. İtalyan dili Roma imperiyasının süqutundan sonra, latın xalq dili zəminində inkişaf etmişdir. italyanca sif. və zərf İtalyan dilində. İtalyanca-rusca lüğət. İtalyanca danışmaq. İtalyanca söz sırası sərbəstdir. // is. İtalyan dili. İtalyancanın başlıca fonetik və morfoloji xüsusiyyəti, əsasən, saitlə bitməsidir. italyançılıq is. köhn. Musiqi əsərlərində, əksəriyyətlə operada italyan musiqisi üsullarının tətbiqi. itarısı is. zool. Yuvasını yerdəki deşiklərdə quran bozaçalar rəngli arı növü. itbalığı is. zool. Uzunsov başlı, əti yeyilməyən balıq növü. it-bat it-bat düşmək – itmək, yoxa çıxmaq, yox olmaq. İt-bat eləmək – yox etmək, aradan götürmək, məhv etmək. Qarı qollarını çırmalayıb, Məlik vəzirin arvadını doğuzdurdu, gördü ki, bu bir oğlan doğdu ki, eynən Yusifi-Kənan. İstədi uşağı it-bat eləyə, baxıb gördü ki, adam çoxdu.. (Nağıl). İt-bat olmaq – yox olmaq, yoxa çıxmaq, aradan qalxmaq, məhv olmaq. itbaz is. İt saxlamağı, itlə məşğul olmağı sevən adam. [Koxa:] Səlim bəy itbazdır, tazıları var; Hər səhər onları hey öpüb yalar. S.Rüstəm. [Məktubunda] yazırsan ki, qəsəbənizin əhalisi xoruzbazların, qoçbazların və itbazların əlindən cana-bezara gəlmişdir. “Kirpi”. itbazlıq is. İt saxlama, itlə məşğul olma. Mollaxanadan qovulan gündən etibarən uşaq fikrini qoçbazlıq, bildirçinbazlıq, itbazlıq və bu kimi işlərə verərdi. H.Sarabski. itboğan is. bot. bax. novruzgülü. İtboğanın bəzi növləri dekorativ bitki kimi becərilir. itburnu is. bot. Qızılgül fəsiləsindən tikanlı kol bitki və onun qırmızı meyvəsi. İtburnu kolu. İtburnu gülü. – İtburnu – qışda yarpağı tökülən, iki metrə qədər hündürlükdə, tikanlı koldur. May ayında çiçəklənir, meyvəsi vitaminlə zəngindir, sentyabrda yetişir. H.Qədirov. itçi is. İt saxlayan, it yetişdirməklə məşğul olan adam. itçilik is. İt saxlamaqla, it yetişdirməklə məşğul olma. itdamı is.\n1. İt saxlanan yer.\n2. məc. Qaranlıq, kiçik, yaşayışa yaramayan, natəmiz yer. Bura ev deyil, itdamıdır. itdirsəyi is. Kirpik diblərində piy vəzilərinin irinli iltihabı; sızanaq. Gözünə itdirsəyi çıxmaq. İtdirsəyini sıxdıqda, göz yuvasının fleqmonasına səbəb ola bilər. itəbaxan is. Ov və ya xidmət itlərinə baxan adam. itələyici is. tex. İşləmə zamanı mexanizmin müəyyən hissələrinin vəziyyətini təkanla dəyişdirən qurğu. itələmə “İtələmək”dən f.is. itələmək f.\n1. Kəskin, ani bir hərəkətlə, təkanla bir şeyə toxunmaq. [Əmiraslan:] ..Nurəddin su çəkdiyi halda daldan itələyib suya salacağam. S.S.Axundov. Rüstəm kişi Telli arvadın yaxasından itələyib keçmək istədi. M.İbrahimov. [Ağca] ikiəlli Gəldiyevi itələdi, içəri salıb qapını bərk çırpdı. Mir Cəlal.\n2. Təkanla bir şeyi bir tərəfə doğru hərəkət etdirmək, yerini dəyişməyə məcbur etmək, yerindən tərpətmək. Arabanı dala itələmək. Stolları yana itələmək. – [Telli] bir hadisə üz verdiyi təqdirdə, bu saman torbasını irəliyə itələməklə müəllimin otağına yol açar, onu öz harayına çağıra bilərdi. S.Hüseyn. // Bir şeyi əli ilə və ya başqa bir şeylə özündən geriyə çəkmək, kənar etmək. Mollanın oğlu qızılı əli ilə itələyir. “Mol. Nəsr.”. Axund qəlyanı kənara itələyib dizi üstə qalxdı. Mir Cəlal.\n3. Soxmaq, yeritmək, daxil etmək. Neştəri yaraya itələmək.\n4. məc. Təhrik etmək, sövq etmək, sürükləmək, bir şeyi etməsinə səbəb olmaq. Cinayətə itələmək. itələnmə “İtələnmək”dən f.is. itələnmək “İtələmək”dən məch. itələşmə “İtələşmək”dən f.is. itələşmək qarş. Bir-birini itələmək. Bəzi adamlar kəndin içində əyri-üyrü yolla qaçışır, bir çoxu yenə də bir-birinə toqquşub itələşir və həyətə doluşurdu. S.Rəhimov. itgə is. dan. Qızılquş və qırğı balalarına xalq arasında verilən ad. itxiyarı is. bot. Zibilli yerlərdə bitən, xiyara bənzər çoxillik yabanı bitki. İtxiyarı, yetişmiş meyvəyə toxunduqda saplağından qopur, içərisindəki acı maye ilə birlikdə toxumu ətrafa yayılır. iti 1. sif. Yaxşı itilənmiş, kəskin, çox kəsici. İti bıçaq. İti balta. İti ülgüc. İti qılınc. // Ucu şiş, batıcı, deşici. İti ox. İti tikan. – ..Heç bir zaval görməyəcəyini [pişik] hiss etdi, iti caynaqlarını qabırğaya ilişdirdi. İ.Hüseynov.\n2. sif. Getdikcə sivriləşən, ucu sivri, şiş. Boz mərmərdən qayrılmış yazı cihazının üstündə iti (z.) qəddənmiş rəngli qələmlər görünürdü. M.Hüseyn.\n3. zərf və sif. Çox sürətli; tez, cəld, bərk çaparaq. İti sürmək. İti yerimək. İti danışmaq. – [Səməd] əllərini solmuş çuxasının qollarına qoyub, .. küçənin ortası ilə iti ötür. Çəmənzəminli. Ancaq Məzlum üsulluca restoranı tərk etdi, iti addımlarla buradan uzaqlaşdı. E.Sultanov. ..[Səmədin] beyni elə bil əvvəlkindən də iti işləməyə başlamışdı. İ.Hüseynov. // Sürətlə axan. İti su. İti çay.\n4. sif. məc. Kəskin, nüfuzedici, çox təsirli. İti söz. İti baxış. İti səs. – Onun iti nəzərləri geniş üfüqlərə nüfuz edir. M.Hüseyn. İşlədi knyazın geniş qəlbinə; Aşığın ox kimi iti sözləri. M.Rahim. Bahadır öz gur və iti səsi ilə çağırdı.. S.Rəhman. // Çox şiddətli, bərk. İti çovğunlardan sonra yaz fəsli gəldi. N.Nərimanov.\n5. sif. məc. Tez qavrayan, tez başa düşən; fəhmli, qabil. İti ağıl. İti zehni var. – Onun hazırcavablığı və açıqlığı, iti fikir sahibi olması bizə nə qədər xoş gələrdi.. M.İbrahimov. iti-iti zərf Sürətlə, cəld, tez-tez. İti-iti axmaq. İti-iti yazmaq. İti-iti danışmaq. – Tramvay sürətini artırdıqca [Tahirin] də fikri iti-iti işləməyə başlayırdı. M.Hüseyn. itiaxan sif. Sürətlə axan, tez axan. İtiaxan çay. itibaxışlı sif. Baxışı kəskin, baxışından zirəklik, əzmkarlıq duyulan. İtibaxışlı oğlan. – ..Onların içində bir nəfər qarayanız, itibaxışlı, sakitduruşlu bir gənc vardı. Mir Cəlal. itibucaq (=itibucaqlı) is. riyaz. İti bucağı olan həndəsi fiqur. // Buna oxşar hər hansı bir şey. İtibucaqlı daş. itibucaqlı (=itibucaq) is. riyaz. İti bucağı olan həndəsi fiqur. // Buna oxşar hər hansı bir şey. İtibucaqlı daş. itiburun sif. Burnu sivri, şiş, iti. İtiburun adam. İtiburun çəkmə. itibuynuz (=itibuynuzlu) sif. Buynuzu iti olan. İtibuynuzlu qoç. İtibuynuzlu çəpiş. – Biri var idi, biri yox idi, bir itibuynuz ala keçi var idi. (Nağıl). itibuynuzlu (=itibuynuz) sif. Buynuzu iti olan. İtibuynuzlu qoç. İtibuynuzlu çəpiş. – Biri var idi, biri yox idi, bir itibuynuz ala keçi var idi. (Nağıl). iticə 1. sif. Çox iti. İticə bir bıçaq.\n2. zərf Çox iti, çox sürətli. İticə yerimək. itidəmir is. xüs. Aşılanacaq gönün, dərinin üzərindəki ət qalıqlarını təmizləmək üçün ağzıiti dəmir alət. itidırnaqlı sif. Dırnaqları iti, sivri olan. İtidırnaqlı quş. – Görsəydi havada itidırnaqlı; Yırtıcı dimdikli, qarmaqayaqlı; ..Vurardı başına ürəyindən qan. H.K.Sanılı. itidişli sif. Dişləri iti olan. İtidişli çarx. İtidişli it. – [Ana:] [Buğacı] itidişli qaplanlara qapdırdınsa, gizlətmə, de! M.Rzaquluzadə. itik bax. itki. Qonşu qonşunun itiyini bayatı çağıra-çağıra tapar. (Ata. sözü). Bu böyük itik, bu kədərli faciə .. ata-balaya bir vurğun kimi təsir etdi. A.Şaiq. [Pəri:] [Mirzə] sənin axtardığın itik bizdə tapılmaz. • İtiyi itmiş – bir şeyi itmiş, bir şeyi itirmiş. [Hacı Səfiqulu Şamoya:] Əşi, buralarda nə gəzirsən? – dedi, – itiyi itmiş adam kimi, xəlvəti-xəlvəti? S.Rəhimov. itigedən sif. İti sürətli, çox sürətli gedən. itigörən sif. Gözdən iti olan. İtigörən adam. itigöz (=itigözlü) sif.\n1. Gözü iti, tez görən, ən incə şeyi görən. İtigözlü adam. – Onu, o itigözlü, girdə və gülərüzlü müəllimi kim tanımır, kim əzizləmir? Mir Cəlal.\n2. məc. Sayıq, huşyar, həssas, diqqətli. itigözlü (=itigöz) sif.\n1. Gözü iti, tez görən, ən incə şeyi görən. İtigözlü adam. – Onu, o itigözlü, girdə və gülərüzlü müəllimi kim tanımır, kim əzizləmir? Mir Cəlal.\n2. məc. Sayıq, huşyar, həssas, diqqətli. itigözlülük is. İtigözlü adamın hal və keyfiyyəti; ən incə şeyi görmə qabiliyyəti. itikçi is. İtiyini gəzən, axtaran adam. İtikçinin acığı dabanından çıxar. (Məsəl). itikli sif. Bir şey itirmiş, mühüm bir şeyi itmiş. [İlyas] vaqonlara girib itikli adamlar kimi hamını bir-bir nəzərdən keçirirdi. Mir Cəlal. itilələk sif. Lələkləri iti olan. itiləmə “İtiləmək”dən f.is. itiləmək f.\n1. Kəsici alətləri bülövə, çarxa, qayışa və s.-yə çəkməklə yaxşı kəsər hala gətirmək, kəskin etmək. Bıçağı itiləmək. Baltanı itiləmək. Qayçını itiləmək. – Usta Hüseyn əllərini ətəklərinə silib götürdü ülgücü və başladı daşın üstə çəkib itiləməyə. C.Məmmədquluzadə. // Hər hansı bir şeyin ucunu şiş, iti, sivri hala salmaq. Ağacın ucunu itiləmək.\n2. məc. Qızışdırmaq, ürəkləndirmək, öyrətmək. Səlim bəy hampalarnan bəyləri itiləyib dağıtdı kəndlərə. “Qaçaq Nəbi”.\n3. məc. Kəskinliyini, təsir gücünü artırmaq, gücləndirmək. Onlar özləri üçün nüfuz qazanmağa, istismar silahını itiləməyə çalışırlar. M.S.Ordubadi. itilənmə “İtilənmək”dən f.is. itilənmək məch. İti hala gətirilmək, kəskinləşdirilmək. Burada xəncərlər sulanır, itilənir, hər cür tüfənglər yoxlanır.. Mir Cəlal. itiləşdirilmə “İtiləşdirilmək”dən f.is. itiləşdirilmək məch. Daha iti edilmək, daha kəsərli hala salınmaq. itiləşdirmə “İtiləşdirmək”dən f.is. itiləşdirmək f.\n1. Daha iti etmək, daha iti hala gətirmək.\n2. məc. Kəskinləşdirmək, daha kəskin etmək. itiləşmə “İtiləşmək”dən f.is. itiləşmək f. Daha iti olmaq, daha kəskin olmaq. [Bəndalının] yanaqları qızarmış, sümüyü bərkimiş, vücudu möhkəmlənmiş, baxışı itiləşmişdi. Mir Cəlal. İtiləşib dilləri; Kitabla cavab verir; Sualına hər biri. B.Vahabzadə. itilətdirmə “İtilətdirmək”dən f.is. itilətdirmək icb. İtilətmək (başqası vasitəsilə). Bıçaqları itilətdirmək. Ülgücləri itilətdirmək. itilətmə “İtilətmək”dən f.is. itilətmək “İtiləmək”dən icb. itiləyici sif. İtiləyən, kəskin hala salan. itilik is.\n1. İti şeyin hal və keyfiyyəti; kəsicilik. Bıçağın itiliyi. Baltanın itiliyi.\n2. Sürətlilik, tezlik, cəldlik. Sürətin itiliyi. Yerişin itiliyi. Axının itiliyi.\n3. məc. Kəskinlik. Ağlın itiliyi. – Mən bu cavan oğlanın gözlərinin itiliyinə .. heyran qaldım. M.Rzaquluzadə. itilmə “İtilmək”dən f.is. itilmək f. dan.\n1. Çıxıb getmək, rədd olub getmək, uzaqlaşmaq, gözdən yox olmaq: getmək. [Tükəz:] Kişi, dəli olubsan! Mən evimdən hara itiləcəyəm? M.F.Axundzadə. [Əbdürrəhman bəy:] ..Əbdürrəhim, sən atanın goru, tez bir çubuq gətir ver, durum itilim buradan.. N.Vəzirov.\n2. Əmr şəklində: itil, itil cəhənnəmə şəklində – rədd ol! çıx bayıra! çəkil get! [Soltan bəy Əsgərə:] Tez ol, itil buradan! Ü.Hacıbəyov. [Nəcəf bəy Süleyman bəyə:] İtil bu saat mənim evimdən! Ə.Haqverdiyev. [Qumru:] İtil buradan, bir qıy çəkərəm, dünya yığılar. Mir Cəlal. itirilmə “İtirilmək”dən f.is. itirilmək “İtirmək”dən məch. itirmə “İtirmək”dən f.is. itirmək f.\n1. Diqqətsizlik üzündən harada isə salmaq, yaxud məlum olmayan yerə qoymaq, hara qoyduğunu bilməmək. Açarı itirmək. – ..Mən .. gördüm, pullarını itirmişdi, bütün ciblərini axtardı, çevirdi, axırda birindən tapdı. C.Cabbarlı. // Qeyb etmək, əlindən çıxarmaq. ..Sevdiyi qızı həmişəlik itirə biləcəyi fikri [gənci] dəli edə bilərdi. Ə.Əbülhəsən. 2 məc. Məhrum olmaq, qeyb etmək. Oğlunu itirmək. Ərini itirmək. Dostunu itirmək. – Zəhra analarını itirmiş bu üç qızın halını, ürək parçalayan səmimi göz yaşlarını görərək ixtiyarsız gözləri yaşardı. S.Hüseyn. • Ata-anasını (ata və anasını) itirmək – yetim qalmaq. Lap balaca yaşlarında o, ata və anasını itirmişdi. M.İbrahimov.\n3. Malik olduğu əvvəlki keyfiyyətindən məhrum olmaq. Təravətini itirmək. Danışıq qabiliyyətini itirmək. İşləmək qabiliyyətini itirmək. – Araba yolunun kənarlarındakı qanqal və sirkanlar yaşıl rəngini çoxdan itirib bozarmışdı. M.İbrahimov. Sonradan kor olanlar gün işığından danışan kimi [Səttarzadə] də itirdiyi cavanlığından həsrətlə danışır. Mir Cəlal.\n4. Hədər yerə, mənasız, səmərəsiz sərf etmək. Boş-boşuna pul itirmək. – Dünənki aydın havada Cavanşir qəsəbəsindən çıxmaması, günü hədər itirməsi Zərrintac xanımı ağrıdır. S.Rəhimov.\n5. Yox etmək, yoxa çıxarmaq. Deyərəm, nökərlər başını kəsər; İtirərlər, qalmaz səndən bir əsər! H.K.Sanılı. // Qovmaq, rədd etmək.\n6. məc. Örtmək, gizlətmək. Bu gün [Salmanın] paltarı bədəninin yastı-yapalaqlığını bir qədər itirirdi. M.İbrahimov.\n7. bax. itirtmək. [Əhməd:] ..Hərgah Cabbar bəy razı olsa, mən onun oğlunu bir gündə bu vilayətdən itirrəm. N.Vəzirov.\n8. Köməkçi feil kimi isimlərlə yanaşı işlədilərək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ağlını itirmək, başını itirmək, özünü itirmək, huşunu itirmək. itirtdirmə “İtirtdirmək”dən f.is. itirtdirmək bax. itirtmək. itirtmək icb. Yox etmək, yoxa çıxartmaq, məhv etmək (başqasının vasitəsilə). // Rədd etmək, uzaqlaşdırmaq (başqasının vasitəsilə). itiş bax. itik. itiuc (=itiuclu) sif. Ucu iti (şiş, sivri) olan. İtiuclu qüllə. itiuclu (=itiuc) sif. Ucu iti (şiş, sivri) olan. İtiuclu qüllə. itiyarpaq (=itiyarpaqlı) sif. Ucu iti olan (yarpaq). İtiyarpaqlı ağac. itiyarpaqlı (=itiyarpaq) sif. Ucu iti olan (yarpaq). İtiyarpaqlı ağac. itki is.\n1. İtirilmiş şey. İtkisi olmaq.\n2. məc. Ölüm. Bu böyük itki, bu kədərli faciə bütün qohum-qardaşa .. çox ağır təsir etdi. A.Şaiq. Rəiyyət Rüstəmin ailəsi bu ağır itki üçün .. matəm və yas saxladı. S.Rəhimov.\n3. Döyüş zamanı sıradan çıxmış əsgər və ya döyüş sursatı; zayiat. Döyüşdə düşmən çoxlu itki vermişdir. – Tapdıq hələ taqımın başqa nə kimi itkisi olduğunu bilmirdi. Ə.Əbülhəsən.\n4. Ziyan, zərər; zay olma, xarab olma. Məhsul toplanışında itkiyə yol verməməli. Təsərrüfatda hər cür itkinin qarşısını almalı. – Əziz görmüşdü ki, soyuqda, qarda, şaxtada yığılan pambığın çox itkisi olur. Ə.Vəliyev. • İtkiyə düşmək – ziyan çəkmək, zərərə düşmək. itkin sif. İtmiş; xəbərsiz, soraqsız yox olan, yoxa çıxan. Öldü Ziyad xanım, Mahmudum itdi; O itkin Mahmudun atasıyam mən. Aşıq Kərəm. // İs. mənasında. Bir mürüvvət eylə, alagöz şahım! Bir qərib itkinəm, yoxdur pənahım. Aşıq Rəcəb. • İtkin düşmək – 1) xəbərsiz, soraqsız itmək, yox olmaq. [Dərviş:] ..Məni nahaq yerə dolaşdırdılar, durmadım, itkin düşdüm. A.Divanbəyoğlu. İtkin düşdüyümü zənn edib, anama məktub yazacaqlar. Mir Cəlal; 2) yox olmaq, itmək, aralıqda itib-batmaq. Qiymətli əsərlərin itkin düşməsi, məncə, sizin kimi böyük rəssamı daha çox həyəcanlandırmalıdır. M.Hüseyn. İtkin getmək – bax. itkin düşmək 1-ci mənada. İtkin olmaq – yox olmaq, itmək, itib-batmaq. Ölsün, itkin olsun belə əğyarı; Gəzməsin arada yaman, bəri bax. M.P.Vaqif. Ol keçən dəmləri hanı Zakirin; İtkin olub adı-sanı Zakirin. Q.Zakir. İtkin salmaq – itkin düşməsinə səbəb olmaq. itkinlik is. İtkin adamın halı; itib-batma, xəbərsiz-soraqsız yox olma. Oğlunun itkinliyi anaya böyük dərd oldu. itkisiz zərf\n1. Ölüm, tələfat, zayiat olmadan, itki vermədən. Bir dəstə rus soldatı yapon batalyonunun qarşısını almış və alayların itkisiz geri çəkilməsinə çalışmışdılar. H.Seyidbəyli.\n2. İtkiyə yol vermədən (bax. itki 4-cü mənada). Məhsulu vaxtında və itkisiz yığmaq üçün lazımi tədbirlər görmüşlər. itqılıq sif. dan. Bədxasiyyət, rəftarsız, heç kəslə yola getməyən. İtqılıq adam. – Veys acıdil və itqılıq olduğundan arvaduşaqdan heç biri ağacın dibinə gəlməzdi. Ə.Əbülhəsən. itqırdı itqırdı salmaq dan. – araya dava salmaq, qarmaqarışıqlıq törətmək. Gərçi itqırdı salıb çoxların etdi ixrac; Leyk bundan belə olmaz qəmi-pünhanə ilac. S.Ə.Şirvani. it-qurd top. dan. Tanınmayan, bilinməyən adamlar; yararsız, dəyərsiz adamlar mənasında təhqiramiz söz. Dərənin itiqurdu yığılıb bir yerə məsləhət edirlər. Ə.Haqverdiyev. [Şiraslan:] İtə-qurda dil açırsan, yalvarırsan, sonra da məlum olur ki... M.Süleymanov. itləşmə “İtləşmək”dən f.is. itləşmək dan. qarş. Didişmək, çeynəşmək, bir-birini qapmaq. itlik is. İtə məxsus xasiyyət və hal. İt itliyini tərgitsə də, sümsünməyini tərgitməz. (Ata. sözü). itmam is. [ər.] klas. Tamamlama, sona yetirmə, axıra çatdırma, bitirmə. • İtmama yetirmək, itmam vermək (etmək) – tamamlamaq, qurtarmaq, bitirmək. Tarix nəvisi hali-əyyam; Bu qissəyə böylə verdi itmam. Füzuli. [Teymur ağa:] Bir neçə fikrim var, gərəkdir əvvəl onları itmama yetirəm. M.F.Axundzadə. İtmama yetmək (çatmaq) – axıra çatmaq, bitmək, qurtarmaq. Sözləri yetməmişdi itmamə; Ki uzaqdan göründü bir boğanaq. A.Səhhət. itmə “İtməkdən” f.is. itmək f.\n1. Yoxa çıxmaq, qeyb olmaq. [Koroğlu:] Nigar, Düratın itməyi; Yandırır məni, yandırır. “Koroğlu”. // Azmaq, azıb qalmaq, başqa yerə düşmək. [Səriyyə və uşaqlar] bu qarışıqlığın, bu qaynar bataqlığın içində itməkdən qorxaraq, bərk-bərk bir-birinin əlindən tutur(lar). M.İbrahimov. • Gözdən itmək – görünməmək, görünməz olmaq, çəkilmək, yox olmaq. Bağır həmişə gülümsəyəndə gözünün qarası itərdi. Çəmənzəminli. Şirzad yavaş-yavaş addımlayaraq yastı-yapalaq kənd evlərinin arasında itdi. M.İbrahimov. // Gizlənmək, örtülmək. Ay buludlar altında itdi. • İtibbatmaq – 1) yox olmaq, yoxa çıxmaq, məhv olmaq, itmək. O gedən uşaq itib batdı. – Hər gün itib-batmadadır xanları; Mollaları, şeyx və işanları.. Ə.Nəzmi; 2) görünməz olmaq, gözdən itmək, yox olmaq. Yolun alt-üstündəki kövşənlərdə küləş göy otun içində itib-batmışdı. Ə.Vəliyev. O, bəzən dalğaların arasında itib-batır, sanki bir müddət suyun altı ilə gedir. M.Rzaquluzadə. [Carçıyevin] gözləri qırışlar arasında daha da kiçilib, dərin çuxurlarda itib-batdı. İ.Hüseynov; 3) tamamilə yox olmaq, puç olmaq, heç bilinməmək. [Rüstəm:] Mənim ağlım belə kəsir ki, sənin savadın gərək itibbatmasın. S.Rəhimov. İtib getmək – 1) başqa şeylər içərisində, arasında qeyb olmaq. Hər şey dəniz kimi bərq vuran bir sərab içində itib gedirdi. İ.Əfəndiyev; 2) bir yerə gedib qayıtmamaq, yoxa çıxmaq. İki saatdır hara itib getmisən? 3) yox olmaq, yoxa çıxmaq. Pirkətanqulu pirinin şöhrəti və nüfuzu xalqın içində yavaş-yavaş bilmərrə itib getdi. E.Sultanov. İtib yox olmaq – yoxa çıxmaq. [Dostəli:] Tamam neçə aydır ki, şəhərimizin adamları itib yox olur. Ü.Hacıbəyov.\n2. Əvvəlki keyfiyyəti yox olmaq. Yuyulandan sonra parçanın rəngi itib. Yaşa dolduqca gözün nuru itir. – Amma gənclik keçəndən, qocalıq gələndən, bədəndə təravət itəndən .. sonra, elə bil [Mirzə Cavadın] isti başına soyuq su töküb qəflətdən ayıltdılar. Mir Cəlal.\n3. məc. Puç olmaq, heçə çıxmaq, hədər getmək, boşa çıxmaq. Vaxtım itir. Yaxşılıq itməz. Əməyi itmək. – Bizim dünyamızda itməz zəhmətin; Həyatın qəlbidir şerin, sənətin! S.Vurğun.\n4. məc. İçində sözü ilə: ...içində itmək – bir şeyin bolluğunu, çoxluğunu bildirir. Qızıl içində itmək. İpək içində itmək. – Müqim bəy vurnuxur, zər-ziba içində itən Zərintac xanımın mərhəmətini qazanmaq istəyirdi. S.Rəhimov. itmil sif. məh. Şiş, sivri. Ağacın ucu itmildir. itmilçəyi is.\n1. zool. İri, sancan milçək.\n2. məc. Adama yapışıb əl çəkməyən birisi haqqında. İtmilçəyi kimi yapışmaq. itmilləmək f. məh. Dəmirin və ya ağacın ucunu şiş etmək, sivriləşdirmək, itiləmək, nazikləşdirmək. Nizəni itmilləmək. Oxu itmilləmək. itotu is. bot. Quru və zibilli yerlərdə bitən bitki. İtotu .. quru və zibilli yerlərdə bitir. Bütün hissələri gönü aşılamaq üçün yararlıdır. M.Qasımov. itoynadan sif. dan. Zarafatcıl, başqasına sataşmağı sevən (adam). [Səməd:] Bəs eşitməmisiniz ki, Yusifə itoynadan Yusif deyirlər? İ.Hüseynov. itsarımsağı is. bot. Yabanı sarımsaq, sarımsağa oxşayan yabanı bitki. itsoğanı is. bot. Zəhərli yabanı soğan, soğana oxşayan yabanı bitki. ittifaq I. is. [ər.]\n1. Ayrı-ayrı şəxslərin, qrupların, cəmiyyətlərin, siniflərin sıx birləşməsi, rabitəsi. Fəhlələrlə kəndlilərin ittifaqı. Xalqların qardaşlıq ittifaqı. // Ümumiyyətlə, birlik, söz birliyi, həmrəylik. Hər işdə çü ittifaq xoşdur; Ağacdə pərü budaq xoşdur. Xətayi. İttifaq və ittihad çox gözəl işdi. “Mol. Nəsr.”. Susdu bülbüllərin nədən, orman?! Pozdumu ittifaqını o xəzan? A.Şaiq. • İttifaq eyləmək köhn. – 1) birləşmək, söz bir eləmək. İttifaq eyləyib diliranə; Durdular kim müqabil aslanə. S.Ə.Şirvani; 2) ünsiyyət yaratmaq, yaxınlaşmaq. Sevdiyim məni dağ eylər; Qeyrilə ittifaq eylər. Q.Zakir.\n2. Birlikdə hərəkət etmək və başqa məqsədlər üçün dövlətlər, təşkilatlar arasında dostluq sazişi; birləşmə. Diplomatik ittifaq. Hərbi ittifaq. Ticarət ittifaqı. • İttifaq bağlamaq – aralarında birlik yaratmaq, birləşmək, söz birliyi etmək. İttifaqa girmək – əlbir olmaq, əlaqəyə girmək, birgə iş görmək üçün birləşmək.\n3. Bir ümumi ali hakimiyyəti olan bir neçə dövlətin, ərazinin, xalqın, tayfanın və b.-nın dövlət birləşməsi. Qəbilələr ittifaqı. Avstraliya ittifaqı.\n4. İctimai təşkilat, birlik. Həmkarlar ittifaqı. Yazıçılar ittifaqı. Rəssamlar ittifaqı. – Məsmə bir ittifaq üzvünün istifadə edə biləcəyi bütün hüquq və imtiyazlardan istifadəyə çalışır. S.Hüseyn. [Qəhrəmanı] bütün müəllim yoldaşları ittifaq sədri seçdilər. S.Rəhimov.\n5. İttifaq ilə, ittifaqla şəklində zərf – bax. ittifaqən1. İttifaqla hərəkət etmək. Qərar ittifaqla qəbul edildi. – Hər bir taifə bir sayaq ilə; Çatdı izzətə ittifaq ilə. M.Ə.Sabir.\n\nII. is. [ər.] Qəziyyə, vəqə, əhvalat, hadisə. [Əsgər bəy:] Amma, mən ölüm, inciməyin, yoldaş arasında belə ittifaqlar çox olar. Ə.Haqverdiyev. [Aslan:] Mən bu az ömrümdə nə qədər bədbəxt ittifaqlar görmüşəm. İ.Musabəyov. • İttifaq düşmək (olmaq) – bir hadisə, qəza, iş baş vermək. [Nuxulular:] Hələ ki belə ittifaq düşübdür, biz bilməmişik, indi bunun çarəsi nədir? M.F.Axundzadə. [Cahangir ağa:] Xoca Bəhmənlidə, görəsən, nə ittifaq olub? Ə.Haqverdiyev. [Fəxrəddin bəy:] Bircə de görüm, Səadət səlamətdirmi, nə iş ittifaq düşüb? N.Vəzirov. // Təsadüf, fürsət, məqam, imkan, vaxt. [Ağa Kərim xan:] ..Mənim ixtiyarım yoxdur, belə gözəl ittifaqda onu ərə verəm, ha? N.Vəzirov. Qohumlarda birinin oğlu və o birinin qızı doğulan ittifaqlarda da bu uşaqları beşikkəsmə ad edirlər. R.Əfəndiyev. • İttifaq düşmək – təsadüf düşmək, fürsət ələ keçmək, imkan olmaq. Birdən ittifaq düşdü ki, usta Ağabala .. Ağa Ələsgər ilə gəzməyə çıxdı. Çəmənzəminli. Süleyman bu sözü eşidən kimi təəccüb barmağını dişləyib dedi: – Bəli, dünyada belə işlərə çox ittifaq düşər. Ə.Haqverdiyev. ittifaqarası bax. ittifaqlararası. ittifaqən I. zərf Birləşərək, birgə, həmrəyliklə, yekdilliklə.\n\nII. zərf Təsadüfən, gözlənilmədən, birdən. [Hacı Mehdi:] İttifaqən külək övrətin çadrasını başından atdı. Ə.Haqverdiyev. [Rəşid:] İttifaqən Qurbanqulunun bacısı azarlayır. T.Ş.Simurq. İttifaqən bu gün Cahanın nə atası və nə qardaşı ilə anası evdə var idi. İ.Musabəyov. ittifaqlararası sif. İttifaqlar arasında aparılan, ittifaqlar arasında olan. İttifaqlararası saziş. ittihad is. [ər.] köhn.\n1. Birləşmə, birlik, ittifaq. Sən o deyilmidin, dedin: – Var bizim ittihadımız? Mən də yadında var, dedim: – Yox buna etimadımız. M.Ə.Sabir. // Həmfikirlik, yekdillik, həmrəylik, əlbirlik. • İttihad etmək – birləşmək, birlik, ittifaq yaratmaq, həmrəy olmaq, həmfikir olmaq. Doğru bir ittihad etməsək biz; Birliyə etiqad etməsək biz; Bizdə şərti-üxüvvət olurmu? M.Ə.Sabir.\n2. İttihad ilə, ittihadla şəklində zərf – birləşərək, birlikdə, həmrəyliklə, yekdilliklə, ittifaqla. İttihad ilə, ittifaq ilə; Üzünü hər məkanda ağ eylə. S.Ə.Şirvani. Xülasə, İnmirə məhəlləsinin camaatı .. artıq dərəcədə cidd-cəhd edər və öz arasında böyük ittihadla iş görərdi. N.Nərimanov. Bir-birimizə piyalə, qədəhi; İttihad ilə uzatdıq bu gecə! Ə.Nəzmi. ithaf (=ittihaf) is. [ər.] Hədiyyə etmə, töhfə vermə; hədiyyə, töhfə. Ürəyin ürəyə öz ithafını; Ayrı bir mətləbə yozmaq olarmı? B.Vahabzadə. • İt(ti)haf etmək – bağışlamaq, hədiyyə etmək, vermək, həsr etmək. Şair bu poemanı böyük Üzeyir bəyin işıqlı xatirəsinə ithaf edib. – Aşıq, Bəsti Bağırovaya və onun yoldaşlarına ithaf etdiyi şeri oxumağa başladı. Ə.Sadıq. ittihaf (=ithaf) is. [ər.] Hədiyyə etmə, töhfə vermə; hədiyyə, töhfə. Ürəyin ürəyə öz ithafını; Ayrı bir mətləbə yozmaq olarmı? B.Vahabzadə. • İt(ti)haf etmək – bağışlamaq, hədiyyə etmək, vermək, həsr etmək. Şair bu poemanı böyük Üzeyir bəyin işıqlı xatirəsinə ithaf edib. – Aşıq, Bəsti Bağırovaya və onun yoldaşlarına ithaf etdiyi şeri oxumağa başladı. Ə.Sadıq. ittiham is. [ər.] Birinə qarşı irəli sürülən günah, təqsir, suç. Bu sözlər bir ittiham kimi səsləndi. – Sən bu ittihamı öz üzərindən nə kimi bir sübutla götürə biləcəksən? M.S.Ordubadi. Hacı bu ağır ittihamın təsirini yoxlayan kimi bir qədər susdu, ətrafına baxındı.. Mir Cəlal. • İttiham edilmək – təqsirləndirilmək, günahlandırılmaq, müttəhim edilmək, suçlandırılmaq. Qalınqaş oğlan depoda çalışan və tətildə ittiham edilib həbsə atılan Namazoğlu Qiyas idi. Mir Cəlal. İttiham etmək – təqsirləndirmək, günahlandırmaq, müttəhim etmək, suçlamaq. Prokuror vətəndaş Yaşarı ittiham etməkdən boyun qaçırır. C.Cabbarlı. Mürtəce dairələr və xarici mənbələr Azərbaycan demokratlarını .. ittiham etməyə başladılar. M.İbrahimov. ittihamçı is. Məhkəmədə müqəssiri ittiham edən şəxs. Dövlət ittihamçısı (prokuror). İctimai ittihamçı. – Məhkəmə ittihamçısı stolun dalında duraraq müttəhimlər kürsüsündə oturan gəncin təqsirlərini oxuyur. M.S.Ordubadi. ittihamkar sif. [ər. ittiham və fars. ...kar] İttihamedici, təqsirləndirici, günahlandırıcı. [Surxay] öz dostuna qarşı ittihamkar mühakimələr yürüdürdü. ittihamnamə is. [ər. ittiham və fars. namə] hüq. Müttəhimə verilən təqsirnamə, ittiham vərəqəsi. ittikanı is. bot. Aran yerlərdə yayılmış tikanlı kol; keçibuynuzu. Keçibuynuzu və ya ittikanı 2 metrə qədər hündürlükdə, qışda yarpağı tökülən koldur. H.Qədirov. itüzümü is. bot. Üzümə bənzər qırmızı meyvəsi olan, tikanlı, yabanı kol-bitki və onun meyvəsi. ityatmaz sif. vulq. Çox pis, çox bərbad, insana layiq olmayan, natəmiz. İtyatmaz dam. İtyatmaz yer. – [Xortdan:] Axırda cındır, ityatmaz fayton tapıb, ona yanaşıb faytonçuya deyərdi.. Ə.Haqverdiyev. ityerişi is. dan. Xırda sürətli addım. İtyerişi (z.) yerimək. iy I. is. Maddələrin, şeylərin burun qişasının xüsusi sinirlərinə təsir etmə xassəsi. Kəskin iy. İy duymaq. Onun burnu yaxşı iy bilir. – Güllərin ətri otların iyinə qarışıb, ətrafa saçılmaqda idi. T.Ş.Simurq. Həyəti götürən soğan, qovurma, zəfəran iyi adamı valeh edirdi. Mir Cəlal. ‣ İy almaq – 1) harada olduğunu duymaq, izinə düşə bilmək, axtarıb tapmaq. ..Jandarm idarəsi iy almaqda ov tulasından belə həssasdı. M.Hüseyn. İyinizi alıblar! Ceyran çox həssas heyvandır, – deyə Almurad baba bizi başa saldı. İ.Əfəndiyev; 2) xörək, gül və ya xarab olan bir şeyin qoxusunu hiss etmək. ..Leylək bir qədər gedəndən sonra, cızbız iyi aldı. S.Rəhimov. İy çəkmək – bax. iy almaq. İy çəkirlər tulatək ta ki, görüb harda var aş; Kimdə var ağca plov, hər gecə yağlı bozbaş. S.Ə.Şirvani. Burada Zeynal dayanıb, burnunu sağa-sola döndərərək iy çəkdi. Ə.Əbülhəsən. İy götürmək (basmaq) – hər tərəfə iy yayılmaq. İy vermək – 1) iylənmək, qoxumaq. Ət iy verir; 2) dan. üstüörtülü, eyhamlı, ikibaşlı söz, danışıq haqqında. Sənin sözün iy verir. İy(i) burnundan getməmək – xoş qoxulu bir şeyin ətrini daim hiss etmək, duymaq. Sən bu yerin canısan; Sultanısan, xanısan; İyin burnumdan getməz; Təbrizin reyhanısan. (Bayatı).\n\nII. is. Pambıqdan, yundan və s.-dən iplik əyirmək üçün ortası şiş, iki ucu sivri ağac alət. Qərənfil bacı gözünü əlindəki iydən çəkib hirsli-hirsli .. baxdı.. İ.Əfəndiyev. [Tapdıq] bir gün tezdən anasından xəbərsiz durub tağalağı iyin üstündən çıxartdı, cibinə qoydu. Ə.Vəliyev. İndi cəhrə uğuldayır, uğuldadıqca yun əlçim eşilib sapa dönərək iyə toplanırdı. Ə.Əbülhəsən. iybilmə is. İyləri duyma qabiliyyəti. iycil sif. ovç. İyi tez hiss edən, iyi tez duyub ov dalınca düşən. İycil it. – Hiyləgər düşmən iycil tula kimi işi duymuşdu. Ə.Vəliyev. iydə is. bot. İsti yerlərdə bitən, ətirli çiçəkləri olan ağac və bu ağacın dərisi sərt, əti ağ un halında olan meyvəsi. İydə 8-10 metrə qədər, bəzən alçaqboylu, qışda yarpağı tökülən ağacdır. Çiçəkləri ətirlidir, mayda açılır, meyvəsi avqustda yetişir və yeyilir. H.Qədirov. Faytonumuz yenə də iydə ağaclarının kölgəsi ilə örtülmüş çala-çuxur yollarla gedirdi.. M.S.Ordubadi. İydənin ətri indi daha kəskin duyulurdu. İ.Əfəndiyev. iydəli sif. İydə ağacları olan. İydəli bağ. iydəlik is. İydə ağacları əkilmiş yer. Odur, kölgəsi var iydəliklərin: Ərinmə, sevgilim, dur gedək, vaxtdır. S.Vurğun. ..Dəyirmanın üst tərəfindəki iydəlikdən bir dəstə qadın çıxdı. S.Şamilov. iyyn is. [yap.] Yaponiyanın pul vahidi. iyerarxiya is. [yun.] Bütöv bir sistemin hissələrinin aşağıdan yuxarıya tabeçilik əlaqəsi əsasında düzümü, yerləşməsi. iyham bax. eyham. iyimə “İyimək”dən f.is. iyimək bax. iylənmək. iyimiş I. f.sif. Qoxumuş, üfunətli, pis iy verən. İyimiş balıq.\n\nII. is. bot. Dağlıq yerlərdə bitən pis iyli bir kol-ağac. iyir is. bot. Bataqlıq zanbağı. iyirmi say. On doqquzdan sonra gələn say – 20. İyirmi manat. İyirmi ədəd. İyirmi gün. – Hələ işin başlanmasına iyirmi dəqiqə var.. M.Hüseyn. iyirmi-iyirmi zərf Hər birinə, yaxud hər dəfəsinə iyirmi. Əsgərləri iyirmi-iyirmi düzmək. Uşaqları iyirmi-iyirmi ayırmaq. iyirmi... – bu sayla əlaqədar olan bir sıra mürəkkəb sözlərin birinci tərkib hissəsi; məs.: iyirmibeşlik, iyirmiqəpiklik. iyirmibeşlik 1. is. İyirmi beş manatlıq kağız pul. İyirmibeşliyi xırdalamaq.\n2. sif. İyirmi beş nömrəli. İyirmibeşlik lampanın şöləsi naqanın qara sümük zağlı lüləsini, topunu işıqlatdı. Ə.Əbülhəsən. Səqfdən asılan iyirmibeşlik bir lampa buranı güclə işıqlandırırdı. P.Makulu.\n3. sif. İyirmi beş ədəd tutan. [Qurban:] Al bu pulu, bu saat yüyür, bir paçka iyirmibeşlik papiros al. Ə.Haqverdiyev. iyirmicə say. Ancaq iyirmi, yalnız iyirmi. İndi səkkiz il idi ki, muzdur Məşədi Əsgər Qanlıtəpədə bir arvadı və üç baş xırdaca uşaqları ilə ayda iyirmicə manat məvacibə qənaət edib dolanırdı. S.M.Qənizadə. Cəmisi iyirmicə kilometr aralı çay axır, ancaq biz gərək o dərədən, bu dağdan damcı-damcı su yığaq.. İ.Hüseynov. // Bəzən təyin etdiyi sözə böyüklük, çoxluq mənası verir. Zarafat deyil, parçaya iyirmicə manat pul vermişəm. iyirmigünlük sif. İyirmi gün sürən və ya sürmüş. İyirmigünlük ezamiyyət. İyirmigünlük gəzinti. // İyirmi gün vaxt tələb edən. İyirmigünlük işimiz qalıb. iyirmiillik sif.\n1. İyirmi il davam etmiş. Dostluqlarının iyirmiillik tarixi var. İyirmiillik bir dövr. İyirmiillik mübarizə.\n2. İyirmi illiyə həsr olunmuş; iyirmi ilin tamam olması ilə əlaqədar olan. İyirmiillik yubiley. iyirmiqəpiklik 1. sif. İyirmi qəpik qiyməti olan, iyirmi qəpiyə dəyən. İyirmiqəpiklik kitabça.\n2. is. Dördşahılıq metal pul. İyirmiqəpikliklər yerə töküldü. iyirmilik sif.\n1. köhn. İki onluqdan ibarət pul. Dostum, iyirmilikdən qalan beş manatı neylədin? Mir Cəlal.\n2. İyirmi nömrəli. iyirminci “İyirmi”dən sıra s. İyirminci sıra. İyirminci otaq. İyirminci il. İyirminci əsrin ilk onillikləri. – [Qəhrəman:] İyirminci ildə bu şəhərdə üsyan olduğunu bilirsiniz? H.Nəzərli. iyitmə “İyitmək”dən f.is. iyitmək bax. iylətmək. iyləmə “İyləmək”dən f.is. iyləmək f.\n1. Burunla nəfəs çəkərək, bir şeyin qoxusunu duymağa çalışmaq, qoxulamaq. Arxın suyun kəs, doldu; Bağda gülün dəst oldu; Yara bir gül göndərdim; İyləyincə məst oldu. (Bayatı). [Bəhram:] Mən qızdırmalı kimiyəm. Bu çiçəkləri iyləyim, bəlkə bir az təskin tapım. C.Cabbarlı. İncimə, o gülü canan iyləsin; O da bir gözəlin al yanağıdır. M.Rahim.\n2. məc. Öyrənib bilməyə çalışmaq, arayıb yoxlamaq, hər yerə baş soxmaq, axtarıb araşdırmaq. iyləndirmə “İyləndirmək”dən f.is. iyləndirmək bax. iylətmək. iylənmə “İylənmək”dən f.is. iylənmək f. Qoxumaq, iy vermək, xarab olmaq, ağırlaşmaq, üfunətlənmək. Ət iylənmişdir. Pendir iylənmişdir, yemək olmur. iylənmiş f.sif. Qoxumuş, xarab olmuş, ağırlaşmış. İylənmiş balıq. – ..Get iylənmiş qatığını satmağa! – baqqala belə cavab verib, dəli Səməd adamların arasında itdi. Çəmənzəminli. iyləşmə “İyləşmək”dən f.is. iyləşmək qarş. Bir-birini iyləmək, qoxulamaq. – ..İtlər bir-birindən çəkinəçəkinə burun-buruna iyləşdilər. M.Rzaquluzadə. iylətmə “İylətmək”dən f.is. iylətmək icb.\n1. Bir şeyi çox saxlayıb qoxutmaq, xarab etmək, köhnəltmək, çürütmək, iylənməsinə səbəb olmaq. Pendiri çox saxlayıb iylətmək. Balığı iylətmək.\n2. Qoxulatmaq. Çiçəyi hamıya iylətmək. iyli sif. Müəyyən iyi, qoxusu, ətri olan. Bu dağların meşəsi; İylidir bənövşəsi; Könülsüz gedən qızın; Ağlamaqdır peşəsi. (Bayatı). iynə is.\n1. Tikiş tikmək üçün bir ucu sivri, digər ucu isə sap keçirilmək üçün deşikli metal milcik. Tikiş iynəsi. Maşın iynəsi. – Yusif Sərrac iynəsi əlində başını yuxarı qovzadı. M.F.Axundzadə. ..Gözəl ufuldadı, fikri Pəri nənədə olduğundan əlinə iynə batmışdı. M.Hüseyn. • İynə vurmaq (çalmaq) – tikiş tikmək, tikiş tikməklə məşğul olmaq. Sərdar evlərinin qabağında bir daxmaya girib, işi səhərdən axşama kimi başaşağı iynə vurmaqdadır. C.Məmmədquluzadə. Dilşad böyüyəcək, anası kimi mətbəxdə yerdə oturub xörək bişirmək, teşt içində paltar yumaq, dizi üstündə iynə çalmaqdan başqa artıq bir şey bilməyəcək.. T.Ş.Simurq.\n2. Hər hansı bir xəstəliyə əks-təsir etmək və onun qarşısını almaq məqsədi ilə dəri altına dərman yeritmək üçün tibdə işlənən alət. Həkim iynəni qaynadıb, Tahirin yumşaq ətinə .. vurdu. M.Hüseyn. // dan. Həmin alətlə bədənə yeridilən maye (dərman). Penisillin iynəsi. Qan iynəsi. Qlükoza iynəsi. • İynə vurmaq – müalicə məqsədi ilə tibb iynəsi vasitəsilə bədənin bir yerinə dərman yeritmək. Səhiyyə şöbəsinin əmri ilə uşaqlara iynə vururduq. Mir Cəlal.\n3. Müxtəlif məqsədlər üçün metaldan qayrılmış ucu iti incə milcik. Patefon iynəsi.\n4. Bəzi böcəklərdə sancan üzv. Arı iynəsi.\n5. Bəzi heyvanların bədənini örtən tikanlar. Kirpinin bədəni iynələrlə örtülüdür.\n6. Şam ağacı kimi ağacların yarpağı. Şam ağacının iynələri. // Tikan (bəzi bitkilərdə).\n7. Ümumiyyətlə, ucu şiş, batan şeylər haqqında. Buz iynələri.\n8. məc. Toxunan söz, acı söz. Hər sözü tənədir, bir top iynədir. A.Şaiq. Müəllimin sözlərində zəhərli iynələr olduğunu molla Xəlil hiss edirdi. S.Hüseyn. ‣ İynə ağzından çıxmış – təzəcə tikilmiş (paltar). İynə atmağa yer yox idi – bax. iynə atsan yerə düşməz. – Küçədə iynə atmağa yer yox idi. M.Hüseyn. İynə atsan yerə düşməz – çox tünlük, qələbəlik, son dərəcə çox adam olan yer haqqında. Bazarda adam əlindən iynə atsan yerə düşməzdi. – Kiçik stansiyada iynə atsan yerə düşməz. S.Şamilov. İynə batırana şiş (biz) batırmaq – üstəlik əvəz çıxmaq, daha çox pislik etmək. İynə ilə gor qazımaq – çox böyük zəhmət və əziyyət tələb edən çətin və ağır işlə məşğul olmaq. [Şeyda Araza:] ..Orada bağ salmaq, əkin becərmək iynə ilə gor qazımaqdır. A.Şaiq. İynə itsə tapılar – çox işıqlı yer haqqında. İynə salmağa (düşməyə) yer yoxdur – bax. iynə atsan yerə düşməz. İynə ucu boyda – son dərəcə kiçik şey haqqında. İynə üstə (üstündə) oturan kimi – çox həyəcan, təlaş keçirmə, təlaş içində olma, narahat olma. ..Gəray ağa müsahibi Ağaxanla dərdləşir, iynə üstündə oturan kimi bir yerdə qərar tuta bilmirdi. S.Rəhimov. İynədən sapa qədər – hər şey, hər nə varsa, başdan-başa. İynədən sapa qədər götürmək. – Xalıqverdinin evi iynədən sapa qədər axtarıldı. Ə.Vəliyev. İynəsi tikiş tutmaq – arzusu yerinə yetmək, işi düzəlmək, bəxti gətirmək. İynəyə qədər (kimi) – ən kiçik, ən cüzi şeyə qədər, başdanbaşa, hamısı. İynəyə qədər hər şeyi yığıb aparmaq. Elə bil iynəsi itib – aralıqda vurnuxan, ora-buranı axtaran, qurdalanan adam haqqında. iynəburnu is. Şirin, qırmızı, sivriuclu çəyirdəyi olan gavalı növü. iynəcik is. Kiçik iynə. iynədiş sif. İti, nazik dişləri olan. İynədiş adam. iynədoğan is. zool. Sürətlə uçan kiçik bir quş. Uşaqlar bağdan iynədoğan tutmuşlar. iynəqabı (=iynədan) is. İynə qoymaq üçün balaca qutu. iynədan (=iynəqabı) is. İynə qoymaq üçün balaca qutu. iynələmə “İynələmək”dən f.is. iynələmək f.\n1. İynə batırmaq, ucu şiş bir şey batırmaq; sancmaq.\n2. İynə ilə bədənə dərman yeritmək, iynə vurmaq. [Uşaq dedi:] Doktor, məni də iynələ! Mir Cəlal.\n3. İynə ilə tikmək, yamamaq və s. Yorğanın cırığını iynələmək.\n4. Sancaqlamaq, bir-birinə bənd etmək, rəbt etmək. Kağızları iynələmək.\n5. məc. Sancmaq, acılamaq, qəlbinə toxunmaq, toxunan sözlər demək. [Əlyarov:] Düzələn adam deyil. Əvvəldən vardı hüsncamalı, indi olub dəli Bayramalı! – deyə o yenə Xəlili iynələdi. M.Hüseyn. Gülşən Eyvazı sevdiyini nə qədər gizlətsə də, qızlar bunu duyur, Gülşəni iynələməyə çalışırdılar. Ə.Vəliyev. iynəli sif.\n1. İynəsi olan (bax. iynə 3, 4, 5 və 6-cı mənalarda).\n2. məc. Kinayəli, istehzalı, qəlbə toxunan, acı. [Əşrəf] Zəkinin iynəli sözlərini xatırladıqca nəşəsizliyi daha da artır. A.Şaiq. [Müqim bəy Cavanşirə:] Axı, mən heç bilmirəm, bu iynəli sözlər haradan sənin beyninə giribdir. S.Rəhimov. Güldüm, dedim: – Nə yaman; İynəli diliniz var; Uşaqlar, ay uşaqlar! R.Rza. iynəşəkilli bax. iynəvari. iynəvari sif. İynə kimi, iynəyə oxşar, ucu şiş. İynəvari yarpaq. iynəyarpaq (=iynəyarpaqlı) sif. Yarpaqları iynə şəklində (şiş, iti) olan. İynəyarpaqlı ağac. Azərbaycanın yalnız bəzi meşələrində iynəyarpaqlı ağaclara rast gəlmək olar. – Adi şam növü iynəyarpaqlı və qarışıq meşələrdə ən geniş yayılmış şam növüdür. H.Qədirov. iynəyarpaqlı (=iynəyarpaq) sif. Yarpaqları iynə şəklində (şiş, iti) olan. İynəyarpaqlı ağac. Azərbaycanın yalnız bəzi meşələrində iynəyarpaqlı ağaclara rast gəlmək olar. – Adi şam növü iynəyarpaqlı və qarışıq meşələrdə ən geniş yayılmış şam növüdür. H.Qədirov. iynəyarpaqlılar is. bot. Həmişəyaşıl və yarpaqları iynə kimi şiş və ya inkişaf etməmiş halda olan çılpaqtoxumlu ağaclar və kollar sinfinin adı. iyrənc sif.\n1. Özünə nifrət doğuran, ikrah doğuran, qətiyyən xoşa gəlməyən, mənfur, çox çirkin. [Zeynalın] üzü olduqca iyrənc bir hal almışdı. S.Hüseyn. Salman havalanıb pörtərək, eybəcər və iyrənc şəklə düşdü. M.İbrahimov. [Casus] bayquş kimi boyunsuz, bədəninə görə yekə, lakin mütəhərrik başını əcaib və iyrənc (z.) bir surətdə hərləyib, .. qapıya baxdı. M.Rzaquluzadə.\n2. məc. Rəzil, yaramaz, alçaq, mənfur. ..Mən sənə söz verirəm, artıq bu iyrənc yolu təqib etməyəcəyəm. M.S.Ordubadi. “Şamdan bəy” komediyasında da yazıçı bizi keçmişin iyrənc tiplərindən birisi ilə tanış edir. M.Arif. iyrənclik is. İyrənc şeyin hal və keyfiyyəti; çirkinlik. // İyrənc şey, iyrənc hərəkət; rəzalət, yaramazlıq, alçaqlıq. Atamgil həyətdəki iyrəncliyi görən kimi söhbəti kəsdilər. Ə.Vəliyev. iyrəndirmə “İyrəndirmək”dən f.is. iyrəndirmək f. İyrənməsinə, nifrətinə səbəb olmaq, ikrah etdirmək, çiyrəndirmək. iyrənmə “İyrənmək”dən f.is. iyrənmək f. Məzac qəbul etməyən, xoşa gəlməyən şeydən ikrah etmək, diksinmək, nifrət etmək, görə bilməmək, çiyrənmək. İyrənmişəm ağzının suyundan; Qatran qoxusu gəlir buyundan. M.Ə.Sabir. ..Zeynəb Xudayar bəydən elə iyrənirdi, necə ki, insan qurbağadan iyrənər. C.Məmmədquluzadə. Mən dünyada hər şeydən artıq yaltaq adamlardan iyrənirəm. M.S.Ordubadi. iysiz sif. Heç bir iyi, ətri olmayan. İysiz çiçək. iysizlik is. Heç bir iyi, ətri olmayan şeyin hal və keyfiyyəti. iyşəkilli bax. iyvari. iy-toz iyi-tozu qalmamaq – əsərəlaməti qalmamaq, heç bir izi qalmamaq, tamam yoxa çıxmaq, izsiz itmək. Vaxtilə gördüyün şeylərin iyi-tozu qalmayıb. – [Sultan bəy:] Qoy bir o arşınmalçı gözümə görünsün, ona mən bir patron çaxım ki, iyi-tozu qalmasın. Ü.Hacıbəyov; iyi-tozu görünməmək – qətiyyən hiss olunmamaq, varlığından heç bir əsər-əlamət olmamaq. Burada da onların iyi-tozu görünmür. iycl [lat.] Təqvim ilinin yeddinci ayı. İyul ayının axırında Dilicanın ətrafındakı yaylaqlarda sakin olan el-oba bir vaxtda dolur Dilican dərəsinə. F.Köçərli. Göydən yerə od yağdıran iyul günəşi çoxdan günorta yerinə qalxmış, hətta bir az da qərbə sarı əyilmişdi.. M.Hüseyn. iycn [lat.] Təqvim ilinin altıncı ayı. İyun gecəsi sərinləşdikcə, elə bil [İkram] üşüyür, boynunu içinə çəkib getdikcə daha çox büzüşürdü. Ə.Əbülhəsən. Bayırda gözəl ilıq dağ yerlərinə məxsus yüngül təravətli bir iyun sabahı açılırdı. M.Rzaquluzadə. iyvari sif. İyə oxşar, iy kimi. İyvari ağac. İyvari mil. iz is.\n1. İnsan və ya heyvan ayağından səth üzərində qalan nişanə; ləpir. Canavar izi. Qarın üstündə dovşan izi var. – Talada quzu gördüm; Bir maral izi gördüm; Endim bulaq üstünə; Sevdiyim qızı gördüm. (Bayatı). Dəvə ləpirindən, ayaq izindən; Yolların sinəsi oyuq-oyuqdur. R.Rza. Un ələnmiş kimi ağımtıl, sarı şoran torpağın üzərində təzəcə ceyran izləri aydın görünürdü. M.Rzaquluzadə. // Bir şeyin hərəkətindən sonra səth üzərində qalan çuxurluq, xətt, şırım, əlamət və s. Maşın izi. – Abşeron yarımcəzirəsinin dərya kənarında olan daşları üstə araba çərxlərinin izi görünməkdədir. H.Zərdabi.\n2. Hər hansı bir şeydən qalan və onun keçmiş varlığına şəhadət edən nişanə, əsər, qalıq, əsər-əlamət. O gözdə incə bir sirr var, bilinməz; O necə baxışdır, izi silinməz. A.Şaiq. ..Qocalığın mənfur izlərini təşkil edən qırışıqları ən əla kirşanlar və boyalar örtə bilməsə də, şamların işığı lazımınca örtə bilər. M.S.Ordubadi. Daşlarda, qayalarda izi qaldı; Uzaqlaşan hər əsrin. O.Sarıvəlli. // Ümumiyyətlə, bir hadisənin, keyfiyyətin və s.-nin olmasına şəhadət edən hal, əlamət, nişanə, qalıq. Cinayətin izləri. Müharibənin izləri. – Hüseynəli əminin söhbətləri mənə böyük bir xəyanətin izlərini nişan verirdi. M.S.Ordubadi. Xəlilin üzündəki təbəssüm izləri silinib getdi. M.Hüseyn. Analar mübariz sıraya dursun; Dünyadan qan izi kəsilsin deyə. N.Rəfibəyli.\n3. Yol. [Hafizə xanım Qurbana:] Yolundan, izindən azma! Ə.Haqverdiyev. [İblis:] Hakim o sənin hissinə, idrakinə .. əfsus! Ayrılsan izindən olur əğyar ilə mənus. H.Cavid. ‣ İz açmaq, iz buraxmaq – 1) yeri qalmaq, özündən sonra əlaməti qalmaq. Amma o, yenə də daş kimi hərəkətsiz qaldı. Birdən üçüncü qamçı alnında qara bir iz buraxdı. M.Hüseyn. Qan [Cavadın] keçə çəkməsindən axaraq qar üzərində iz buraxırdı. Ə.Vəliyev. Alnında izlər açdı əzabları xış kimi; İnlədi çöldə bitən yaralı qamış kimi. B.Vahabzadə; 2) dərin təsir etmək, dərin intiba buraxmaq. [Yaralı zabit:] Hələ sən, ah, sən! Sənin kədərin; Məndə bir iz buraxdı xeyli dərin. H.Cavid. Qızla anası arasında olan bugünkü söhbət Dilbərin xatirində dərin iz buraxdı. Ə.Sadıq. İz azdırmaq – 1) əsas məsələdən, mətləbdən, fikirdən yayındırmaq, uzaqlaşdırmaq. Qorxmazın izahatından sonra Saleh öz-özünə bu cür nəticə çıxartdı: – Əvvəlki suallar, nə təhər deyirlər, iz azdırmaq üçün imiş, əsil mətləb axırıncısıdır? Ə.Vəliyev; 2) bax. iz itirmək. İz itirmək, izi itirmək – bir cinayətin, hadisənin, işin üstü açılmamaq üçün əlamət və nişanələrini yox etmək, ört-basdır eləmək, gizlətmək. Buna görə də əhali öz qorxusundan küçədəki meyitləri toplayıb quyulara tökməklə izi itirmək istəmişlər. M.S.Ordubadi. İz izləmək – izini axtarmaq. Çıxım gədiklərdən, izin izləyim; Ucalardan alçaqları gözləyim. “Koroğlu”. İzə düşmək – yoluna düşmək, yolunu tapmaq. Çıxıbdır düzə ceyran; Düşübdür izə ceyran; Çox tərlan ovlamışam; Görünmür gözə ceyran. (Bayatı). İzi itirilmək – yox edilmək, məhv edilmək, əlli-ayaqlı itirilmək. Camaatın halına ağlayan, onun dərdinə dərman axtaranların nəsli kəsilir, izi itirilirdi. H.Sarabski. İzinə düşmək – bir şeyin olduğu yeri öyrənib bilmək, bir şeyin bu və ya digər yerdə olduğunu təsdiq edən məlumat əldə edərək, onun dalısınca getmək. Müqim bəy izinə düşdüyü işi açmamış, .. heç zaman məsələni örtülü qoyub əl götürmək istəmirdi. S.Rəhimov. [Qurd Kərim:] Zindandan qaçmışam bu dağlara mən; İzimə düşərək tutdular məni. S.Rüstəm. [Ovçunu] [dağlara] aşağıdan qalın aran meşələrində izinə düşdüyü bir maral çəkib gətirmişdi. Ə.Məmmədxanlı. İzini azdırmaq – bax. iz azdırmaq. ..Ola bilsin ki, .. izləyən var. Yəqin izini azdırmaq istəyir. Ə.Məmmədxanlı. İzini itirmək – 1) bax. izi itirmək; 2) qəsdən çaşdırmaq, sapdırmaq, izini azdırmaq. İzini tutmaq – izi ilə getmək, təqib etmək. [Pəridux xanım] atın ləpirinin izini tutub, birbaş gəlib çıxdı çarhovuzun qırağına. (Nağıl). Uşaqlar izi tutub getməyə başladılar. İ.Əfəndiyev. Nə izi var, nə tozu – varlığına dəlalət edən heç bir əsər, heç bir əlamət, heç bir nişan yoxdur. izafə bax. izafi. Mən şairin evinə xəbər vermədən getmişdim, çünki ona izafə xərc vermək istəməmişdim. M.S.Ordubadi. [Məhərrəm bəy:] Bəli, bir çox bu kimi izafə xərclər aramızda adət olmuşdur. S.S.Axundov. izafət is. [ər.] dilç. Təyini söz birləşməsi. izafi sif. [ər.] Artıq, əlavə. İzafi xərc. İzafi söz. – [Mirzə Salman:] Amma hər birisinə yarım milyondan artıq izafi xərc eləmişik. S.Rəhimov. ‣ İzafi dəyər iqt. – muzdlu fəhlənin əməyi ilə onun öz iş qüvvəsinin dəyərindən artıq yaradılan və kapitalist tərəfindən havayı mənimsənilən dəyər. izah is. [ər.] Bir fikri, əsəri və s.-ni yazılı və ya şifahi şəkildə aydınlaşdırma, anlatma, şərh etmə, bəyan etmə; şərh, bəyan. [Arif:] Artıq yetişir, anladım, izahə nə hacət; Qarşımdakı İblis imiş, eyvah, nə dəhşət! H.Cavid. İndi daha Fatmanın nə suala, .. nə də Sadıq kişinin izahına ehtiyacı qalmışdı. Mir Cəlal. [Rəşid dedi:] ..Dediyim sirrin izahı məhz həmin gündən başlandı. İ.Hüseynov. • İzah etmək – anlatmaq, şərh etmək, açmaq, bəyan etmək. Məsələni izah etmək. Kitabın çətin yerlərini izah etmək. – Komissar hadisəni izah etdi. M.Rzaquluzadə. izahat is. [ər. “izah” söz. cəmi] Bir məsələni, sözü və s.-ni ətraflı surətdə aydınlaşdırma, şərh etmə, bəyan etmə; müfəssəl izah. İzahata ehtiyac yoxdur. – Bütün bu yuxarıdakı izahat bizi inandırır ki, cənab Şirvanski “Vətən dili” kitabına qiymət verərkən zəhmət çəkib onun məzmunu ilə lazımi qədər tanış olmamış... F.Köçərli. Qulam müəllim artıq bir izahata girişmək istəmədi. S.Rəhimov. // Bir işin, hərəkətin, hadisənin və s.-nin səbəblərini izah edən yazılı məlumat. Hadisə haqqında izahat təqdim etmək. • İzahat vermək – şifahi və ya yazılı surətdə ətraflı şərh etmək, aydınlaşdırmaq, məlumat vermək. Hacı Manaf izahat verməyə başladı.. S.Hüseyn. Başqa bir otağa girdilər, müdir izahat verərək dedi: – Bu qızlar məzhəkəçilik və nədimlik öyrənmiş qızlardır. M.S.Ordubadi. Eldar sözə qarışıb, onun dediklərini təsdiq etdi və mənə izahat verdi.. M.Rzaquluzadə. izahatçı bax. izahçı. izahatçılıq bax. izahçılıq. izahçı is.\n1. Muzeylərdə, sərgilərdə və s.-də baxmaq üçün qoyulmuş şeylər haqqında gələnlərə məlumat verən işçi.\n2. Təfsirçi, şərhçi. izahçılıq is. İzahçının işi, vəzifəsi. izahedici sif. Aydınlaşdıran, izah edən, şərh edən, izahat mahiyyətində olan. İzahedici məlumat. – Ancaq verdiyim izahedici suallara Ağarəhim çox qəşəng cavablar verdi. S.Rəhman. izahedilməz sif. İzah edilə bilməyən, anlaşılmaz, müəmmalı, qəribə. İzahedilməz hərəkət. İzahedilməz hiss. izahlı sif. Sözləri izah edən, onların mənalarını açan. İzahlı lüğət. İzahlı mətn. izahsız sif. İzahı, şərhi olmayan, izahı verilməmiş. İzahsız mətn. İzahsız lüğət. izaxtaran bax. iztapan. izal [ər.]: izal(ə) olmaq nifr. – rədd olmaq, çəkilib getmək. Cəbi qapını açıb mayora dedi: – Ağa, izal olun! N.Vəzirov. [Əli dayı:] [Şah] izalə olur, ancaq bizim arxalandığımız sərbazları da özü ilə aparır. P.Makulu. izçi bax. iztapan. // Bir şeyin izinə düşüb axtaran. izdiham is. [ər.] Bir yerə çoxlu camaat yığılması, çox qələbəlik, böyük camaat kütləsi. Cümə günü olduğu üçün hər tərəfdə böyük bir izdiham vardı. S.Hüseyn. Körpüdə izdiham çox idi.. T.Ş.Simurq. Adamın ucu-bucağı yox idi, izdiham sel kimi axırdı. C.Cabbarlı. // Çoxlu adam yığılmış yer, tünlük, basırıq, qələbəlik. Sabahdan Mehdi bəyin evində böyük izdiham var idi. Çünki Şəban Gülsümü onun evinə gətirmişdi. Ə.Haqverdiyev. izdihamlı sif. Qələbəlik, tünlük, basırıq, çoxlu adam olan. İzdihamlı yer. İzdihamlı mitinq. – [Ceyran:] ..İzdihamlı şəhər küçələrində səndən qaçmağım qorxudan deyildi. S.Hüseyn. Arvad nədir, belə izdihamlı yer nədir? T.Ş.Simurq. Yunis həyət qapısından şəhərin geniş, izdihamlı küçələrinə çıxdı. Mir Cəlal. izdihamlılıq is. Çoxlu adam olan, qələbəlik yerin halı; gurultululuq. izdivac is. [ər.] kit. köhn. Evlənmə. Bu izdivac hər iki tərəfin əqidəsincə faydalı idi. Ə.Haqverdiyev. Şəmsiyyə ilə Səliminin izdivacı [Həkimülmülkə] siyasi cəhətdən də lazım idi. M.İbrahimov. • İzdivac etmək kit. köhn. – evlənmək. iz-əlamət bax. iz 2-ci mənada. • İz(i)-əlamət(i) qalmamaq (olmamaq, görünməmək) – varlığına dəlalət edən heç bir şey, heç bir əlamət, heç bir nişanə qalmamaq. [Leylək Ələmdar] ağası ilə birlikdə bütün həyəti, bağçanı bir-birinə vurdu, ancaq Alagözdən heç bir iz-əlamət görünmədi. S.Rəhimov. // Yox olmaq, məhv olmaq, ortadan silinib getmək. iz-əsər bax. iz-əlamət. • İz(i)əsər(i) qalmamaq (olmamaq, görünməmək) – bax. izi-əlaməti qalmamaq (olmamaq, görünməmək) (“iz-əlamət”də). izhar [ər.]\n1. Aşkar etmə, meydana çıxarma, göstərmə, bəlli etmə, bildirmə. // Bəlli, aydın, məlum. Bir gülüzlü nigar, sərvi-xoşrəftar; Cümlə xalqa izhar, bəllidi adı. Aşıq Saleh. • İzhar etmək (eləmək, qılmaq) – zahirə çıxarmaq, aşkar etmək, açmaq, bəlli etmək, bildirmək. Kimə kim, dərdimi izhar qıldım, istəyib dərman; Özümdən həm bətər bir dərdə onu mübtəla gördüm. Füzuli. Qorxudan başımıza gələn macəranı heç kəsə izhar eləmədik. C.Məmmədquluzadə. Necə hər gizlini mən eyləyib izhar, yazım; Qorxmayıb Qaxqulu bəydən elə təkrar yazım? Ə.Nəzmi.\n2. köhn. Bir sıra birləşmələrin birinci tərkib hissəsi; məs.: izhari-nifrət, izhari-təəssüf, izhari-təşəkkür və s. Budur qonşularımızın hal həyatda olan şair və ədibləri haqqında etdiyi izhari-məhəbbət və müvəffəqiyyət və izhari-sədaqət və xülusiyyət! F.Köçərli. [Mürtəcelər] fikirsiz və mütaliəsiz qiyam barəsində izhari-nəzər edib, öz keçəcəklərini unudublar. M.İbrahimov. • İzhari-nifrət etmək (bildirmək) köhn. – öz nifrətini izhar etmək, bildirmək. [Məşədi İbad:] Bax, elə yaz ki, xalq oxuyub Rüstəm bəyə izhari-nifrət eləsin. Ü.Hacıbəyov. İzhari-təəssüf etmək köhn. – öz təəssüfünü bildirmək. İzhari-təşəkkür etmək – öz təşəkkürünü bildirmək. Məcmuəmizin açılmağı barəsində .. teleqram və məktub göndərənlərdən nəhayət dərəcədə məmnun olub, bizi yada salanlara izhari-təşəkkür edirik. “Mol. Nəsr.” izin is. [ər.] İcazə, rüsxət. İzin istəmək. İzin vermək. – Ələsgərəm, eşq oduna qalannam; İzin versən, yar, başına dolannam. Aşıq Ələsgər. İki ay bundan qabaq naçalnikdən izin alıb getmişdim kəndimizə anamın ziyarətinə. C.Məmmədquluzadə. Aman bacım, izin ver, gedim, görüm mən onu; Könlümün ilk dostunu. B.Vahabzadə. izincə zərf İzi ilə, ardınca, arxasınca, təqib edərək. Birinin izincə getmək. – Vahid bələd adam kimi dala baxmadan, atası da onun izincə yüyürdü. Mir Cəlal. izinli sif.\n1. İcazəli, icazəsi olan, icazə (izin) almış, rüsxətli.\n2. İcazə verilən, izin verilən, yol verilən. izinsiz zərf İcazəsiz, icazə olmadan, icazə verilmədən. Bəzi vaxt atasından və qardaşından izinsiz yadların toylarına anası öz qızını göndərərdi. R.Əfəndiyev. [Qulu:] Özün buyurubsan ki, izinsiz sənin otağına girməyim. S.S.Axundov. Verdiyev vacib iş üçün gələn tövr ilə izinsiz içəri girdi. Mir Cəlal. izləmə “İzləmək”dən f.is. izləmək f.\n1. Birinin izi ilə, ardınca getmək, təqib etmək, izinə düşmək. – [Xəyyam:] Yox, oxşayacaq ruhumu bir zərrə səadət; İzlər məni hər dürlü fəlakət. H.Cavid. Sarıbəniz uşaqlar həyəcanla bu məhbusları izləyirdilər. S.Vəliyev. Mən inamla irəliləyən Rəşidi addım-addım izləyirdim. M.Rzaquluzadə.. // İzinə düşüb axtarmaq, aramaq. Oğrunu izləmək. – Böyük bir mahalın divanı yerindən tərpənib Nəbini izləməyə başlamışdı. S.Rəhimov. // Göz qoymaq, güdmək. Üstü örtülü səbətlərdən şübhələnmiş polis xəfiyyəsi, uzaqdan-uzağa Qulam dayını izləyirdi. M.Hüseyn. Maya daha diqqətlə ərini izləyərək, onda başqa bir qadın iyini duyduqda sarsılmışdı. M.İbrahimov. [Teymur Zərifəyə deyir:] Biz illər uzunu sənin həyatınla maraqlanmış, hər addımını izləmişik. H.Seyidbəyli.\n2. məc. Birinin yolu ilə getmək, onun yolunu davam etdirmək, dalınca getmək. Bir dramaturq olaraq [Ü.Hacıbəyov] məhz M.F.Axundov və C.Məmmədquluzadənin dramaturji üslubunu izləyərək .. misli görünməmiş komediyalar yazmışdır. Ə.Sultanlı.\n3. məc. Təqib etmək, göz qoymaq, müntəzəm tanış olmaq. Gündəlik mətbuatı izləmək. – Firidun .. diqqətlə qəzetləri izləyirdi. M.İbrahimov. izlənmə “İzlənmək”dən f.is. izlənmək məch. Təqib olunmaq. .. Polis idarəsi tərəfindən izləndiyini və ələ düşəcəyini görüb ailəsi ilə bərabər İspaniyaya köçdü. S.Vəliyev. izlətdirmə “İzlətdirmək”dən f.is. izlətdirmək bax. izlətmək. izlətmək icb. İzi ilə tapdırmaq. izoxət is. [yun. isos və ər. xətt] geofiz. Coğrafiya xəritəsində: müəyyən fiziki kəmiyyət (təzyiq, temperatur, rütubətlilik və s.) göstəricisi olan yerləri birləşdirən xətt. izolə izolə etmək tex. – hər hansı elektrik məftilinin üstünü müxtəlif vasitələrlə örtmək yolu ilə bunları xarici mühit ilə təmasdan qorumaq. Elektrik məftilini izolə etmək. Kabeli izolə etmək. izoləedici sif. tex. İzolyasiya edən, ayıran, izolyator. İzoləedici materiallar. izolyasiya [fr.] tex.\n1. İzolə edən material; izolə edən qurğu, cihaz və s. İzolyasiya materialları. – Sarınmış naqillərin izolyasiyaları pambıq, iplik, ipək, .. şüşə və s. materiallardan hazırlanır. P.Rüstəmzadə.\n2. bax. izolə. izolyasiyalı sif. tex. İzolyasiyası olan. İzolyasiyalı məftil. izolyator [fr.]\n1. elektr. Elektrik keçirməyən material, maddə. İzolyator zavodu.\n2. elektr. Elektrik məftillərini bənd və izolə etmək üçün rolik, fincan. Yüksək voltlu izolyator. Asma izolyator.\n3. tib. Yoluxucu xəstəliyi olan xəstələri və dəliləri saxlamaq üçün xüsusi otaq, bina (xəstəxanada və s.-də). izomerlər [yun.] kim. Kimyəvi tərkibi və molekulyar çəkisi eyni, lakin fiziki və kimyəvi xassələri isə başqa-başqa olan kimyəvi birləşmələr. Bu kimi eyni tərkibə malik müxtəlif xassəli və müxtəlif quruluşlu maddələrə izomer maddələr deyilir. M.Mövsümzadə. izotoplar [yun.] xüs. Eyni kimyəvi element atomlarının radioaktivliyə və atom çəkisinə görə bir-birindən fərqlənən formaları. Radioaktiv izotoplar. Uran izotopları. – Alimlər radioaktiv izotopların köməyi ilə pambıqdan müxtəlif parçalar almaq üçün səmərəli üsullar hazırlamışlar. (Qəzetlərdən). izsiz 1. sif. İzi olmayan; heç bir iz, nişanə, əlamət, əsər qalmamış. İzsiz yol. – Keçib izsiz yerlərdən; Apara billəm xəbər. M.Seyidzadə.\n2. zərf Heç bir iz buraxmadan, özündən sonra heç bir iz qoymadan. İzsiz yox olmaq. Heç bir şey izsiz keçib gedə bilməz. izsiz-soraqsız bax. izsiz 1-ci mənada. izsiz-tozsuz bax. izsiz-soraqsız. iztanıyan (=iztapan) is. və sif. Yaxşı iz tanıyan, iz ilə tapan; ləpirçi, izçi. İztapan ovçu. İztapan kəşfiyyatçı. İztapan tula. – Tülkü və xüsusən qurd ovuna çıxarkən, ovçu soyuqqanlı və cürətli, mahir iztapan olmalıdır. M.Rzaquluzadə. iztapan (=iztanıyan) is. və sif. Yaxşı iz tanıyan, iz ilə tapan; ləpirçi, izçi. İztapan ovçu. İztapan kəşfiyyatçı. İztapan tula. – Tülkü və xüsusən qurd ovuna çıxarkən, ovçu soyuqqanlı və cürətli, mahir iztapan olmalıdır. M.Rzaquluzadə. iztirab is. [ər.] Təlaş, təşviş, daxili həyəcan, narahatlıq, mənəvi əziyyət, nigarançılıq. Böylə əldən getdiyim gər bilsə yar əldən gedər; İztirabım görsə bəhri-bikənar əldən gedər. Qövsi. [Arif Xavərə:] Sorma, heç sorma, nazənin Xavər! Məni məhv etdi iztirabü kədər. H.Cavid. [Mehribanın] qəlbinin iztirablarını ovunduracaq bir arxadaşa nə qədər ehtiyacı vardı. S.Hüseyn. • İztirab etmək – həyəcanlanmaq, narahat olmaq, təşviş etmək. Etmə, canım, iztirab; Tələsmə, çox ertədir. A.Səhhət. İztirab keçirmək (çəkmək) – mənəvi əzab çəkmək, həyəcan keçirmək, narahatlıq içində olmaq. ..Simasından onun hirs, əsəbilik və dərin bir iztirab keçirdiyini görmək olardı. S.Rəhimov. Yaxın günlərdə buraya [kameraya] atılan Qədir hamıdan artıq iztirab çəkirdi. Mir Cəlal. İztirab vermək – bax. iztiraba salmaq. Məni hərdəm yada sal, qadan alım; Rəhm elə, yar, vermə bunca iztirab. “Abbas və Gülgəz”. İztiraba düşmək – təşvişə düşmək, həyəcana düşmək, əsəbiləşmək, narahat olmaq. Xubani-hərəm gördülər ki, bir qəribə iş üz verdi, çox xof və iztiraba düşdülər. M.F.Axundzadə. İndi neçə saat idi ki, əri getmişdi. Gec gəldiyindən arvad iztiraba düşüb vurnuxurdu. Ə.Haqverdiyev. İztiraba salmaq – təşvişə salmaq, narahat etmək. Bu isə məni iztiraba salırdı. S.S.Axundov. iztirablı sif. Təşvişli, həyəcanlı, əzablı, əziyyətli, ağır; əzab və əziyyətlə dolu. İztirablı günlər keçdi. – Xalıqverdi iztirablı və intizarlı dəqiqələr keçirir, nigarançılığı hər an artırdı. Ə.Vəliyev. Leyla dəri yumağını coşqun bir hərəkətlə köksünə basıb, iztirablı bir intizar içərisində dayandı. Ə.Məmmədxanlı. iz-toz bax. iz 2-ci mənada. [Yasəmən:] Yadınızdadırmı, biz oxuyanda bunların heç izi-tozu da yox idi. S.Rəhman. • İzi-tozu qalmamaq (olmamaq, görünməmək) – bax. iz(i)-əlamət(i) qalmamaq (“iz-əlamət”də). [Fatma xala:] Deyirlər əfəndi deyib ki, bu yaxında [Allah] bu yəcuc-məcuca bir toy tutsun ki, bunların heç izi-tozu qalmasın. Ə.Əbülhəsən. İzinitozunu itirmək – 1) bir şeydən, hadisədən heç bir iz qoymamaq, heç bir əsər-əlamət qoymamaq, tamamilə yox etmək, yoxa çıxarmaq. Bir adam ki ağasının Məkkə qurşağını boğazına dolaya, gecənin qaranlığında onun izini-tozunu itirə, var-yoxunu sil-süpür eləyə, .. daha nə üçün vəziyyətindən razı olmazdı. S.Rəhimov; 2) bir cinayətin, işin üstü açılmamaq üçün onu ört-basdır etmək; izini itirmək. izzət is. [ər.] Hörmət, şərəf, etibar. Arvadın isməti – ərin izzəti. (Ata. sözü). Gər çox istərsən, Füzuli, izzətin, az et sözü; Kim çox olmaqdan qılıbdır çox əzizi xar söz. Füzuli. Nəbati istəməz sənsiz dünyanı; İzzəti, hörməti, şövkəti, şanı. Nəbati. [Teymur ağa:] Məyər xan ona verdiyi ixtiyar və izzət bəs deyil? M.F.Axundzadə. [İmran:] ..Bunlar hansı dağı qoyub dağ üstə; Neçindir bu hörmət, izzət onlara! B.Vahabzadə. izzəti-nəfs is. Heysiyyət, mənlik hissi, şərəf. İzzəti-nəfsini qorumaq. İzzətinəfsinə toxunmaq. – Qadınlarda şərəf və izzəti-nəfs daha yüksəkdir. M.S.Ordubadi. Ayrım qızı .. naxır sahiblərinin töhmət və məzəmmətlərini izzəti-nəfsinə sığışdıra bilmədiyindən Kərim babanın arxasınca hər gün söylənərdi. A.Şaiq. Mənim bu sifarişim nə qədər səmimi olsa da, yenə də Fərhad bəyin izzəti-nəfsinə toxunmuşdu. Qantəmir. izzəti-şərəf is. Hörmət, şərəf, etibar, yüksəklik. Ailənin izzəti-şərəfini qorumaq. izzətli sif. Hörmətli, şərəfli, əziz, izzət sahibi. Jj j azərbaycan əlifbasının on beşinci hərfi. bax. je. jaket is. [fr.] Qısa qadın üst paltarı. Jaket geymək. Jaket isti saxlayır. – Jaketinin altından yaxalığı salınmadan geydiyi köynəyin yaxası nəzəri-diqqəti cəlb edirdi. S.Hüseyn. [Firuzə] əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı. İ.Məlikzadə. Əynindəki zolaqlı qırmızı jaket [Şahnazın] köksünü sıxırdı. İ.Şıxlı. jalə is. [fars.]\n1. Şeh, şəbnəm. Güldü gül, açıldı nərgiz, lalə doldu jalədən. Füzuli. Bitir çəməndə lalələr, əlində al piyalələr; Səhər zamanı dür kimi düşər ot üstə jalələr. A.Səhhət. Səhər zamaniydi, əsərkən yellər; Düşərkən jalələr oyatdı səni. Ə.Cavad.\n2. məc. Göz yaşı mənasında. Çün gəldi özünə, qıldı nalə; Yağdırdı xəzanı üzrə jalə. Füzuli. Zaman silər ürəklərdən naləni; El unudar göz yaşını, jaləni. S.Rüstəm. jalüz is. [fr.] Nazik materiallardan qayrılan qat-qat pəncərə pərdəsi. jandarm (=jandarma) is. [fr.]\n1. Jandarmeriyada xidmət edən polis məmuru. ..Əziz bəy jandarma gücü ilə bizi əsir kimi dübarə Hacıxoşoya qaytarıb.. C.Məmmədquluzadə. [Birinci işçi:] Nikolay taxta çıxıb gəlsə yarın; Ona jandarma olurdun.. H.Cavid. Jandarm zabitinin qan beyninə vurdu. M.Hüseyn. jandarma (=jandarm) is. [fr.]\n1. Jandarmeriyada xidmət edən polis məmuru. ..Əziz bəy jandarma gücü ilə bizi əsir kimi dübarə Hacıxoşoya qaytarıb.. C.Məmmədquluzadə. [Birinci işçi:] Nikolay taxta çıxıb gəlsə yarın; Ona jandarma olurdun.. H.Cavid. Jandarm zabitinin qan beyninə vurdu. M.Hüseyn. jandarmalıq bax. jandarmeriya. jandarmeriya [fr.] Çar Rusiyasında və burjuaziya ölkələrində siyasi mühafizə və inqilabi hərəkata qarşı mübarizə üçün xüsusi polis qoşunları. Bu adam .. çar jandarmeriyasından böyük bir mükafat deyil, ağır bir cəza alacaqdır. M.S.Ordubadi. janr [fr.]\n1. İncəsənətin hər hansı bir sahəsində süjet və üslub cəhətdən səciyyəvi olan əsərlər növü. Roman janrı. Epik janr. // Məişət mövzusunda çəkilən şəkil. Sərgidə nümayiş etdirilən əsərlər janr və mövzu etibarilə rəngarəngdir. (Qəzetlərdən).\n3. Üslub, tərə. Janr, musiqi sənətində ümumi əlamətlər əsasında toplanmış əsərlərin formasına deyilir. Ə.Bədəlbəyli. janrist [fr. genre-dən] Məişət mövzusunda şəkillər çəkən rəssam. jarqon [fr.] dilç. Ümumxalq dilindən ayrılan və öz spesifik söz və ifadələri ilə ondan fərqlənən müəyyən ictimai və ya peşəkar qrupunun danışdığı dil. // Yalnız müəyyən ictimai qrup içərisində başa düşülən şərti dil. je “J” hərfinin və bu hərflə işarə olunan samitin adı. jelatin [fr.] Məhlulu soyudulduqda həlməşik hala keçən üzvi zülali maddə (texnikada, fotoqrafiyada, təbiətdə və s.-də işlənir). jelatinləşdirilmə “Jelatinləşdirilmək”dən f.is. jelatinləşdirilmək məch. kim. Üzvi zülali maddənin məhlulunu soyutmaqla həlməşik halına salınmaq. jelatinləşmə “Jelatinləşmək”dən f.is. jelatinləşmək f. kim. Üzvi zülali maddənin məhlulu soyuyaraq həlməşik halına düşmək. jele is. [fr.] Meyvə şirələrindən hazırlanan həlməşik desert yeməyi. jelonka is. köhn. [rus] Keçmişdə: quyulardan neft çıxarmaq üçün işlədilən vedrəyə oxşayan uzunsov qab. Nefti quyudan jelonka deyilən iri dəmir qablarla çıxarırlar. A.Şaiq. [Fəhlələr:] Ağa, jelonka düşdü quyunun içinə. A.Səhhət. jelonkaçı is. köhn. Keçmişdə jelonka ilə quyudan neft çəkən fəhlə. jelonkaçılıq is. köhn. Jelonka ilə quyudan neft çəkən fəhlənin işi, peşəsi. jenşen [çin.] bot. Uzaq Şərqdə bitən və kökündən təbabətdə istifadə edilən ot bitkisi. Vətəni Uzaq Şərq olan jenşen bitkisinin kötüyündə qiymətli dərman maddəsi olur. jest [fr.]\n1. Əl-qol hərəkəti.\n2. məc. Nəzərə çarpdırmaq üçün görülən iş, edilən hərəkət. jeton [fr.]\n1. Metal nişan; medal.\n2. Metal marka. Kassadan alınan çeki – dəmir jetonu avtomata salmaq lazımdır. jilet [fr.] Pencək və s. altından geyilən qısa, qolsuz və yaxasız geyim. Hər kəs yaxalığını, vizitkasının ətəklərini, jiletinin düymələrini sahmanladı. M.S.Ordubadi. Teymur müəllim balaca, arıq bir kişi idi. Əyninə köhnə modalı məxmər jilet geyər, başına araqçın qoyardı. Ə.Sadıq. jiletka bax. jilet. Rzaqulu xan bütün əlbisəsini töküb, şiddəti-hərarətdən fəqət bir jiletka ilə oturub, İran kəndlilərinin üryanlığını təsvir edirdi. M.S.Ordubadi. jiletli sif.\n1. Jileti olan. Jiletli kostyum.\n2. Jilet geymiş, əynində jilet olan. Jiletli kişi. jiletlik sif. Jilet üçün yarayan. jiro is. [ital.]\n1. Nağd olmayan hesab növü.\n2. Həvalə qeydi, indossament. jironda [fr.] tar. XVIII əsrdə Fransa burjua inqilabı dövründə iri burjuaziyanın mənafeyini əks etdirən və əksinqilab tərəfinə keçmiş olan siyasi qruplaşma [Fransanın Jironda (Dironde) departamentinin adından]. jirondist [fr. Dironde-dən] tar. Jironda partiyasının üzvü, jironda tərəfdarı. jirovka [rus. ital. giro-dan] mal. Qarşılıqlı borcun ödənilməsi haqqında haqqhesab əməliyyatı və bu əməliyyat üçün əsas olan sənəd. jitiye is. [rus.] Müqəddəslərin tərcümeyi-halı. jmıx is. [rus.] Yağlı bitkilərin yağı çıxarılmış toxumlarının qalığı. Jmıx unu (üyüdülmüş, un halına salınmış jmıx). – Çiyidin yağı çıxarıldıqdan sonra yerdə qalan maddədən hazırlanan jmıxda 40-43% zülali maddə və müəyyən miqdarda yağ olduğundan heyvanlar üçün çox yaxşı yemdir. M.Qasımov. jmıxdoğrayan sif. və is. k.t. Jmıxı doğrayıb xırdalayan (maşın). jokey [ing.] Cıdırda, çapışmada peşəkar sürücü, minici. İstəyir ki, belindəki; Yarışlarda nəmər alan jokey deyil; Vuruşlarda zəfər çalan igid olsun! B.Vahabzadə. jonqlyor [fr.] Əlləri ilə bir neçə şeyi məharətlə atıb-tutan sirk artisti. jonqlyorluq is.\n1. Jonqlyorun (sirk artistinin) işi, peşəsi. 2 məc. Hoqqabazlıq. Jonqlyorluq etmək. julik [rus.] Xəspuş, cibgir, oğru; fırıldaqçı. [Həsən:] Adlarını ağa qoyublar, hamısı julikdirlər, julik!.. Ə.Haqverdiyev. Hanı o .. dükançı Hüseyn? Ədə, o yaman julik, yaman adam.. A.Şaiq. [Nemətullayev:] Hərçənd siz [Qiyasəddin] biz kooperatoru kişi hesab eləmirsiniz, ancaq biz də kişiyik, biz julik deyilik. S.Rəhimov. Çıxdı səd heyf, əlimizdən ol ədalət kani; O juliklər yatağı, köhnə Quba meydani. Ə.Vahid. juliklik is. Xəspuşluq, cibgirlik, fırıldaqçılıq. jurnal [fr. journal]\n1. Kitabça şəklində nəşr edilən dövri məcmuə. Aylıq jurnal. Tibb jurnalı. Moda jurnalı. Ədəbiyyat jurnalı. – Bu axır vaxtlarda müsəlman qəzetləri və müsəlman jurnalları övrətlərimizə dair bir para məqalələr yazıblar. C.Məmmədquluzadə. Masanın üstündə gözlük, qələmdan; Qəzetlər, jurnallar, cild-cild kitablar. B.Vahabzadə.\n2. Hadisələri və s.-ni müntəzəm surətdə qeyd etmək üçün dəftər, ya kitab. Məktəb jurnalı. Növbə jurnalı. – Müəllim jurnalını götürüb getdi, biz də kitablarımızı sinifdə buraxıb küçəyə çıxdıq. T.Ş.Simurq. jurnalist [fr. journal-dan] Jurnalistika ilə məşğul olan peşəkar ədəbi işçi. Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyov eyni zamanda məşhur bir jurnalist olmuşdur. – Azərbaycan mətbuatı tarixində [C.Məmmədquluzadə] böyük və istedadlı bir jurnalistdir. M.İbrahimov. jurnalistik bax. jurnalistlik. jurnalistika [fr. journal-dan]\n1. Jurnallarda, qəzetlərdə ədəbi-publisistik fəaliyyət. Jurnalistika ilə məşğul olmaq. – “Molla Nəsrəddin” birinci olaraq bizdə satirik xarakter daşıyan jurnalistika məktəbi yaratmışdır. M.İbrahimov.\n2. top. Dövri nəşrlərin məcmusu. Azərbaycan jurnalistikası. jurnalistlik is. Jurnalistika ilə məşğul olma, jurnalistin işi, peşəsi. C.Məmmədquluzadənin 40 ilə yaxın ədəbi və 20 ildən artıq davam edən jurnalistlik fəaliyyəti “imperializm və proletar inqilabları” dövrünə təsadüf edir. M.İbrahimov. jüri [fr. jury] Konkurslarda, yarışlarda, sərgilərdə və s.-də mükafat təyin edən mütəxəssislər heyəti; həkəm. [Kamil:] ..Mən jürinin üzvüyəm, konkursda iştirak edə bilmərəm. M.Süleymanov. [Qurban Pirimov] respublikanın bir çox olimpiadalarında jüri heyətinin üzvü olmuşdur. Ə.Bədəlbəyli. Kk k azərbaycan əlifbasının on altıncı hərfi. bax. ke. kabab is. [ər.] Köz üstündə şişdə, yaxud od üzərində tavada doğranmış ətdən, balıqdan bişirilmiş xörək. Kabab bişirmək. Kababa qonaq etmək. Kabab çəkmək (tikə ətləri şişə keçirmək). – Kababı köz öldürər; İgidi söz öldürər. (Ata. sözü). ..Evin dalında Şaqqulu manqalın üstə kabab bişirirdi. Çəmənzəminli. [Səmədin] burnuna xoş, ağız sulandıran kabab iyi dəydi. İ.Hüseynov. ‣ Kabab etmək (ciyərini, ürəyini) klas. məc. – yandırmaq, yaxmaq. Odlara salıb fəraqət əhlin; Yaxub cigərin kabab edən eşq! Xətayi. Könül, uyma bivəfayə; Axır səni xarab eylər; Salıb eşqin atəşinə; Cigərini kabab eylər. Q.Zakir. Kabab olmaq (ürəyi və s.) – od tutub yanmaq, alışıb-yanmaq. Ürəyi kabab oldu. – Atəşi-eşqində dil kabab olmuş; Dolanır, çevrilir pərvanələnmiş. M.V.Vidadi. Füqəralar yanıbən zülm oduna oldu kəbab. S.Ə.Şirvani. Kababa dönmək məc. – yanmaq, yaxılmaq. [Umud:] Dilin də yoxdu? Qalx yuxarı. Əslidən soruş. Denən dədəmin ciyəri kababa dönüb. İ.Məlikzadə. kababçı is. Kababxanada işləyən adam. [Vəli:] Yoxsa öz oynamağın barəsində kababçı Həsən kimi böyük bir tənqidçinin rəyini soruşmaq istəyirdin? Ə.Haqverdiyev. // Sif. mənasında. Kababçı dükanı. kababçılıq is. Kababçı peşəsi. Əhalinin bir qismi də xırda ticarətlə – çayçılıq, kababçılıq, həlimaşıçılıq, bəzzazlıqla məşğul olardı. H.Sarabski. kababçilov is. Xuruşu kabab olan çilov. Təbrizdən yeni gələn bir tanış deyirmiş ki, Həsəni Təbrizdə gördüm, məni kababçilova qonaq etdi. Qantəmir. kababxana is. [ər. kəbab və fars. ...xanə] Kabab bişirilib satılan ictimai iaşə müəssisəsi. Piri maşını gölün qırağındakı kababxananın qabağında saxladı. İ.Məlikzadə. kabablı sif. Kabab olan, kababla yeyilən, yanında (içərisində) kababı olan. [Yarməmməd:] Möhtərəm sədrin kabablı çörəkdən xoşu gəlir. M.İbrahimov. kabablıq sif. Kabab bişirmək üçün yarayan. Kabablıq ət. – [Qəmər:] Əti kabablıq (z.) doğrayıb duzlayacaqsan. S.S.Axundov. [Mirzə Qulam:] Bizim bu oğlana bir dörd kilo kabablıq erkək əti ver! Mir Cəlal. kabalistika is. [qədim yəhudi dilində – rəvayət]\n1. Mistik təsəvvürlər və mərasimlər.\n2. məc. Anlaşılmaz, dolaşıq, müəmmalı. kabardalı köhn. bax. kabardin. Soyuq və boranlı bir gecədə məzkur abxazlının süd qardaşı kabardalı Səfər bəy ona qonaq olur. F.Köçərli. kabardin is. Kabarda-Balkariyanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsubadam. Kabardin dili. Kabardin ədəbiyyatı. kabardincə sif. və zərf Kabardin dilində. Kabardincə kitab. Kabardincə danışmaq. kabare [fr.] Estradası olan restoran, kafe. kabel [holl.] Elektrik enerjisini, səs siqnallarını nəql etmək üçün üstü hermetik örtülü məftil. Elektrik kabeli. Dəniz teleqraf kabeli. Telefon kabeli. Sualtı kabel. kabinet [fr.]\n1. Evdə zehni işlə məşğul olmaq üçün xüsusi otaq; iş otağı. Advokat Əlabbas bəy kabinetində əyləşib çay içirdi. Ə.Haqverdiyev. Sərdar Rəşid .. kabineti boşaltdı. M.S.Ordubadi.\n2. İdarə və müəssisələrdə məsul şəxslərin məşğuliyyəti üçün ayrılmış otaq. Direktorun kabineti. – Mən [müdirin] kabinetinə girəndə, şöbə müdirlərini toplayıb nə barədə isə danışırdı. M.Hüseyn. Birinci katibin kabinetindən eşidilən zil qışqırtı Səmədi diksindirdi. İ.Hüseynov.\n3. Kabinet üçün mebel komplekti. Köhnə stildə kabinet.\n4. Xüsusi məşğələlər üçün müvafiq avadanlıqla təchiz edilmiş ayrıca otaq (məktəblərdə, elmi tədqiqat müəssisələrində və s.-də). Fizika kabineti. Kimya kabineti. İdman kabineti. // Xüsusi olaraq təchiz edilmiş müalicə otağı. Rentgen kabineti. Tibbkosmetika kabineti.\n5. Restoranlarda və əyləncə yerlərində ümumi zalda oturmaq istəməyənlər üçün ayrılmış xüsusi otaq. Nişanlısının Nəsir bəyin oğlu ilə .. restorana girən görüb, o da daxil oldu. Qulluqçudan bunların tutduğu kabineti bilib, gəlib qapını döydü. Ə.Haqverdiyev.\n6. Hökuməti təşkil edən nazirlər heyəti; hökumət. Kabinetin dəyişməsi. Yeni kabinet. Kabinet böhranı. ‣ Kabinet adamı, alimi və s. – həyat və praktika ilə canlı əlaqəsi olmayan adam, alim və s. haqqında. Kabinet royalı – kiçik royal. kabinetçilik is. isteh. Canlı həyatdan uzaq düşmə; kabinetdə qapanıb real həyatdan xəbərsiz qalma, mücərrədliyə meyil; nəzəriyyəbazlıq. kabinə [fr.]\n1. Budka şəklində kiçik otaq. Səsvermə kabinəsi. Pilot kabinəsi. Yük maşınının kabinəsi. Telefon kabinəsi. – Endi qəhrəmanım səmadan yerə; Çıxdı kabinədən, daldı göylərə. M.Rahim. Mədəd zor-güc Gülşəni kabinədə oturtdu. Ə.Vəliyev.\n2. bax. kabinet 2-ci mənada. Nazir onları öz kabinəsində qəbul etdi. S.Hüseyn. Səhnədə müstəntiqin kabinəsi qarşısındakı otaq göstərilir. S.Rəhman.\n3. bax. kabinet 6-cı mənada. [Hacı Səməd xanın] yerinə Tehran kabinəsinin məsləhəti ilə müavini Sərdar Rəşid təyin olundu. M.S.Ordubadi. kabinka [rus.] Kiçik kabinə (1-ci mənada). [Fərman] indi ekskavatorun kabinkasında oturaraq, iri maşını hərlədiyi halda, qızla olan ilk görüşünün təfsilatını xəyalında canlandırırdı. Ə.Sadıq. Cuma kabinkada şofer qızı da gördü. Ə.Əbülhəsən. kabotaj [fr.] dəniz. Hər hansı dövlətin bir dənizdəki sahilboyu gəmiçiliyi. kabotajçı is. dəniz. Kabotaj gəmisində işləyən dənizçi. kabriolet is. [fr.] Biratlı, sürətli, ikitəkərli, yüngül araba.\n2. Açılıb-örtülən yüngül avtomobilin örtüklü kuzovu. kabus is. [ər.] Qarabasma. Lakin bu, yuxu deyil, kabus idi. Ə.Əbülhəsən. // Kölgə. Küçələri, evləri taun gəzir birbəbir; Bir qara kabus kimi o hər yerə baş çəkir. B.Vahabzadə. // Qorxulu yuxu, dəhşətli yuxu. // Xəstə təxəyyüllü və ya mistikaya qapılmış adamın gözünə görünən şey, xəyalən təsəvvürə gələn surət. [Qönçə:] Biri kabus kimi içəri girib qapını qapadı. S.Hüseyn. İndi də [xan] kabusdan qurtarmayıb, oğlunun hər bir hərəkətindən diksinir, yuxu ilə oyaqlıq arasında idi. M.Rzaquluzadə. kadet I. [fr.] Çar Rusiyasında: qapalı orta hərbi məktəb müdavimi. Hələ baqidir yerində; Köhnə qaydalar, adətlər; Hələ küncbucaq gəzir; Yunkerlər, kadetlər. R.Rza. • Kadet korpusu – 1918-ci il inqilabından qabaqkı Rusiyada: zadəgan oğlanlarını zabitlik xidmətinə hazırlamaq üçün qapalı orta hərbi məktəb.\n\nII. [rus.] 1905-ci ildə çar Rusiyasında yaradılmış, imperialist burjuaziyanın başlıca partiyası olan konstitusion-demokratik partiyanın üzvü, ya tərəfdarı. kadmium [lat.] kim.\n1. Sink filizlərinin tərkibində olan gümüşü-ağ yüngül metal; kimyəvi element.\n2. Müxtəlif çalarları olan süni sarı boya. kadr I. [fr.] Kino və ya fotolentində ayrıayrı şəkil, səhnə. Kinolentində şəkil hərəkətsiz kadrlardan ibarətdir. // Kinofilmindən ayrıca bir səhnə, epizod.\n\nII. [fr.]\n1. Qoşun hissələrinin sülh zamanı tərxis edilməyən daimi heyəti. Ordu kadrları. Kadr qoşunları.\n2. Hər hansı bir müəssisənin, idarənin, təşkilatın hazırlıqlı, ixtisaslı işçilərinin əsas heyəti (bu mənada adətən cəm şəklində işlənir). – Doktor Balacayev bu rayonda illər boyu səmərəli çalışmış, Gülöyşə kimi bir çox yerli kadrlar yetişdirmişdi. S.Rəhimov. ‣ Kadr şöbəsi – müəssisənin və ya idarənin işçi tutmaq, işdən çıxarmaq və s. ilə məşğul olan şöbəsi. Konduktor Kazımı kadr şöbəsinə çağırıb dedilər: – Sabahdan sən qatarda müfəttiş olacaqsan. Mir Cəlal. kadril [fr.] Cüt-cüt oynanılan altı qısa fiqurdan ibarət rəqs və bu rəqsin musiqisi. Arkadi kənara çəkildisə də, hey Odinsovaya baxır və kadril oynadıqları zaman belə gözünü ondan çəkmirdi. Turgenevdən. kafe [fr. əsli ər. qəhvə] Qəhvə, çay, qəlyanaltı və s. satılan kiçik restoran. – “Novbahar” kafesində Məhbusi [Kərimxanı] gözləyəcəkdi. M.İbrahimov. Verib Qarabağı Bakıya qaçdıq, Bakıda “Qarabağ” kafesi açdıq. B.Vahabzadə. kafedra [yun.]\n1. Auditoriyalarda mühazirəçi və ya natiq üçün hündür yer; xitabət kürsüsü. Salonu ağzına almış gurultular arasında Ruqiyyə kafedranın dalına keçdi. Mir Cəlal.\n2. Ali məktəblərdə: məzmunca bir-birinə yaxın olan fənlərdən dərs deyən müəllimlərin və ya tədqiqatçıların birləşməsi. Fizika kafedrası. Dilçilik kafedrası. Tarix kafedrası. // Ali məktəbdə bir fəndən, yaxud məzmunca bir-birinə yaxın fənlərdən dərs deyən və ya elmi tədqiqat işi aparan müəllim və ya tədqiqatçılar heyəti. Kafedra iclası. kafel [alm.]\n1. Üzərinə şir çəkilmiş çox nazik kərpic; kaşı. Kafel zavodu. Kafel ustası. – [Dadaşov:] Bilirəm ki, rayonda neçə adama kafel, parket filan satıb... İ.Məlikzadə.\n2. Kafel vurulmuş, üzərinə kafel çəkilmiş; kafeli olan. Kafel divar. Kafel soba. kafelçi is. xüs.\n1. Kafel hazırlayan, kafel qayıran usta, fəhlə.\n2. Kafel (kaşı) çəkən usta. kafelli sif. Üzünə kafel (kaşı) çəkilmiş. Kafelli divar. Kafelli mətbəx. kafeşantan [fr.] Adətən bayağı tamaşalar göstərmək üçün açıq səhnəsi olan kafe, ya restoran; kefxana. [Rüstəm:] O xanımları ki mən Parisin kafeşantanlarında görmüşəm, sən görsən Məcnunə dönüb biyabanə düşərsən. Ə.Haqverdiyev. kafər klas. bax. kafir. Səni qoyub, bütə eylər ibadətin kafər; Əzabi-duzəxə ol vəchdən olur qabil. Füzuli. Bu qarə gün ki mənim başıma hicrində gəlib; Həqq nəsib eyləməsin kafərə, ey badi-səba! S.Ə.Şirvani. Bayram günü islam olan şad olu; Mən qəmgin olmaqda kafər olmuşam. Aşıq Ələsgər. kafi sif. [ər.]\n1. Kifayət edən, bəs edən, tələbi təmin edən. Kafi qədər. Kafi məbləğ. // Zərf mənasında. Tələbə məclisi nizama saldı, lakin söylənən sözlər heç kəsi kafi dərəcədə məmnun etmədi. Çəmənzəminli. [Qafar:] Məgər sansız evlərin kirayəsi ona kafi deyil ki?.. S.S.Axundov. • Kafi olmaq – yetmək, bəs olmaq, kifayət etmək. Tahir bu aləmin gözəlliyini başqasına da sevdirmək üçün sadə, tez-tez işlənən, adi sözlərin kafi olmadığını yalnız indi başa düşdü. M.Hüseyn.\n2. İs. mənasında. Tələbənin, şagirdin biliyinə verilən ən aşağı müsbət qiymət. Riyaziyyatdan “kafi” almaq.\n3. Xəbər şəkilçisi ilə: kafidir – bəsdir, yetər, kifayətdir. [Roza:] Mənzilimiz böyükdür, beş otaq bizə kafidir, ancaq ... burada mənim istədiyim süs yoxdur. Çəmənzəminli. kafilik is. Kifayət etmə, kafi olma; bəslik. kafir sif. [ər.]\n1. Müsəlman olmayan, islam dininə etiqad etməyən; qeyri-müsəlman. // İs. mənasında. Kafir olsaydı əgər rəhmə gələrdi, gözəlim; O qədər ki, sənə mən dərdimi izhar elədim. Şəhriyar. • Kafir olmaq – başqa dinə keçmək (müsəlman haqqında). [Şeyx Hadi:] Şeyx Sənan, o şəmsi-aləmtab; Oldu kafir, xaç asdı, içdi şərab. H.Cavid. // Keçmişdə mütərəqqi fikir sahiblərinə, dinə tənqidi yanaşan və ya inanmayan şəxslərə verilən ad; dinsiz, laməzhəb. Bu fikir köhnə müsəlmanların fikrinə oxşayır: “Rusca danışdın kafirsən, furajka qoydun, kafirsən”. M.S.Ordubadi. // dan. Söyüş mənasında (çox vaxt “kafir oğlu kafir” şəklində). Bu kafir oğlu kafir qoşunu qırdı, qurtardı. “Koroğlu”. [Hacı Fərəc:] Vermə məni kafir əlinə, bir növ məni qurtar. N.Vəzirov. [Həmzə:] Adə, necə, kafir oğlu kafir, qız qaçıb? C.Cabbarlı. // Bəzən zarafatla: Ay kafir!\n2. dan. Canavar, ilan kimi heyvanların evfemistik adı. [Dursun:] Az qala kafir məni boğmuşdu, – deyə, qalabalığa qarışdı. A.Şaiq. Niyə, ay kişi, olmaya yenə kafir çaldı? S.Rəhimov. [Həsənəli:] Köməyə gəlin! ..Kafir məni öldürdü. M.İbrahimov. kafircəsinə zərf İnsafsızcasına, zalımcasına. kafirlik is.\n1. Allahı inkar etmə; müşriklik, dinsizlik, küfr.\n2. məc. dan. Zalımlıq, insafsızlıq mənasında. kaftan is. köhn. Uzunətəkli qədim kəndli paltarı; don. Cəfər Bərməki məclislərinin daimi iştirakçısı olan xorasanlı əyanlar qara kaftanlarını çıxardıb kimi ağ, kimi yaşıl geyindi. Ə.Məmmədxanlı. kaftanlı sif. köhn. Əyninə kaftan geymiş. Kaftanlı kəndli. kaftar is.\n1. zool. Səhra və yarımsəhra yerlərdə yaşayan və başlıca olaraq leş yeməklə keçinən yırtıcı məməli heyvan; goreşən. [Pəri nənə:] ..Keçmişdə bizim qədim qışlağa bir kaftar dadanmışdı. S.Rəhimov.\n2. məc. dan. Qoca, çirkin, idbar adam haqqında (bəzən “qoca” sözü ilə söyüş məqamında). [Gülnaz və Sənəm Məşədi İbada:] Qoca kaftar, sənə on beş yaş olan qız nə gərək? Ü.Hacıbəyov. [Bədircahan:] ..Sənin adın çəkiləndə, a kaftar, Züleyxa xanımın qusmağı gəlir. N.Vəzirov. kaftarkus 1. bax. kaftar 2-ci mənada. [Fərzəli:] Görmürsən bu kaftarkusu, necə bu Alagöz qızın üstünə xoruzlanır? S.Rəhimov.\n2. is. Keçmişdə el arasında məzhəkəli oyun növü. kaftarlaşma “Kaftarlaşmaq”dan f.is. kaftarlaşmaq f. dan. Qocalmaq, qocalıqdan siması dəyişmək, qocalıb əldən düşmək. kaftarlıq is. dan. Qocalıq, qocalıb əldən düşmə. kafur is. [ər.] Həmin adda ağacın kitrəsindən alınan, təbabətdə və texnikada işlədilən kəskin və spesifik qoxulu maddə. • Kafur ağacı – Çin, Yaponiya və Hindistan kimi Asiya ölkələrində bitən, dəfnəyə bənzər həmişəyaşıl ağac. Bizlərdə meyit yuyanda iştənən kafur Hindistan dəryasının cəzirələrində bitən kafur ağacının budaqlarının içində hasil olur. “Əkinçi”. Kafur yağı – təbabətdə işlənən bitki yağında həll olunmuş kafur məhlulu; kamfora. [Mələk Kərəmə:] Kamfora vuracağam. Buna keçmişdə kafur yağı deyərdilər. M.İbrahimov. kafuri sif. [ər.] Kafura aid olan, tərkibində kafur olan. kağız is.\n1. Üzərində yazı yazılan, yazı çap edilən, rəsm çəkilən, yaxud başqa məqsədlər üçün işlədilən, ağac kütləsindən və s.-dən hazırlanan xüsusi material. – Pul qalmadı, baxmışam hesabə; Getdi qələmə, kağız, kitabə. M.Ə.Sabir. Susuram önündə o şeriyyətin; Ürəyim dolsa da, ağ qalır kağız. M.Araz. • Divar kağızı – evin divarlarına çəkilən üzü naxışlı və ya şəkilli kağız. Papiros (cığara) kağızı – tütün bükmək üçün zərif, yumşaq kağız növü. Sumbata kağızı – bax. sumbata. Suçəkən (suqurulayan) kağız – bax. suçəkən. Şirli kağız – şəkil çəkmək və ya yazı yazmaq üçün üzəri parlaq maddə ilə örtülü kağız növü. // Həmin materialın bir vərəqi, bir parçası. Bir kağız ver, ərizə yazım. – [Mirzə Səfər] stulda əyləşib, qarşısına bir vərəq kağız qoyub, qələm götürdü. Ə.Haqverdiyev. [Mirzə Mehrəli] kağızı dizinin üstə sıxışdıraraq gözlüyün üstündən baxa-baxa yazdı.. Çəmənzəminli. Oturmuş qapıda məktəbli bir qız; Əlində bir qələm, bir parça kağız. S.Vurğun.\n2. Məktub. Kağız yazmaq. Kağız göndərmək. – [Mərcan bəy:] Üçüncü dəfə gördüm, tab gətirə bilmədim və bu kağızı sənə yazdım. Ü.Hacıbəyov. Qoy qara kağızım olsun; O kitab dostlara, tanışlara. M.Araz.\n3. Rəsmi mahiyyətdə olan hər cür yazılı sənəd. Yaş kağızı. İşıq kağızı. Mərkəzdən kağız gəldi. – [Məmmədcəfər:] Bu birinci kağızlar ki görürsən, qardaşlarımdan ayrılıq kağızlarımdır. Qantəmir. [Gəldiyev] direktor gələndə kağızları kargüzara verdi, imza üçün göndərdi.. Mir Cəlal. // Təliqə. [Aslan bəy:] Qulu, o yerin kağızını aldınmı? Tapşırmışdım hazır eləsinlər. N.Vəzirov. // İltizamnamə. Dilindən kağız vermək. // Arayış, yazılı məlumat. Məmməd Həsənoviç bir məsələ üçün yüz yerdən kağız istərdi.. M.İbrahimov.\n4. Adətən cəm şəklində: kağızlar – qiymətli kağızlar (aksiya, istiqraz, banknot və s). Kağızlar qiymətdən düşür.\n5. Qumar oynamağa məxsus xüsusi surətdə hazırlanmış kağız parçaları topası; kart. Kağızı kim paylayacaq? Kağızı kəsmək.\n6. sif. mənasında. Kağızdan hazırlanmış, kağızdan düzəldilmiş. Kağız kisə. – Qoltuqlarında kağız qovluğu və ya portfel olan çinovniklər, vəkillər girib-çıxırdılar. T.Ş.Simurq. • Kağız pul – kağızdan kəsilmiş pul, kredit bileti. Xəlilin atasından bir balaca, iki otaqdan ibarət ev və iyirmi iki manat kağız pul qalmışdı. Ə.Haqverdiyev. [Məşədi] gündən-günə qiymətdən düşən kağız pulun müqabilində gündən-günə qiymətə minən dupduru qızıl alırdı. S.Rəhimov. ‣ Kağız kimi – ağappaq, qar kimi, lap ağ. Kağız kimi ağarmaq – rəngi qaçmaq (çəkilmək), sifəti ağappaq olmaq. Gövhər qarı gizlincə Şahnaza baxdı. Qızın rəngi kağız kimi ağarmışdı. İ.Şıxlı. Kağız üzərində qalmaq – həyata keçməmək (keçirilməmək), yerinə yetirilməmək, icra olunmamaq. Kağızını almaq dan. – boşanmaq. Kağızını vermək dan. – boşamaq. [Güllü:] Kağızımı ver, kəbinim halal, canım azad. Ə.Haqverdiyev. Dilindən kağız vermək – rəsmən öhdəsinə götürmək. kağızbadam is. Nazik qabıqlı badam növü. kağızçılıq is. dan. Heç bir ehtiyac olmadan çoxlu, müxtəlif kağızlar yazmaqla məsələnin həllini qəsdən uzatma; süründürməçilik, bürokratçılıq. kağızı sif. Nazik qabıqlı. Kağızı qoz. – Həvəslə dedi Bəhram: – Mən ancaq kağızı badam; Bir də hulu əkmişəm. M.Rahim. kağız-kuğuz top. dan. Yazılı kağızlar, yaxud lüzumsuz kağızlar. Qarı elə elədi ki, söhbət Mirzə Mustafanın başından fikrini dağıtdı, kağız-kuğuzunu yığışdırıb qoydu şkafa, dəftərxanasının qapısını bağlayıb getdi evinə. E.Sultanov. [Xəlil:] ..Otaqları elə silibsüpürüb aparıbdır ki, kağız-kuğuzdan savayı bir şey qalmayıbdır. N.Vəzirov. Şahmar yavaş-yavaş kağız-kuğuzu, cədvəlləri yığışdırır, kitabları üst-üstə qoyurdu. B.Bayramov. kağız-qələm is. Kağız və qələmdən ibarət yazı ləvazimatı; kağız və qələm. [Sərvər Məşədi İbada:] Tez ol, bir kağızqələm götür! Ü.Hacıbəyov. [Sara:] Əbdül əmi, bir az mənə kağız-qələm ver! C.Cabbarlı. Vaxt olur götürüb kağız-qələmi; Qaçmaq istəyirəm Yer kürrəsindən. M.Araz. kağızlama “Kağızlamaq”dan f.is. kağızlamaq f. Üzərinə kağız yapışdırmaq, kağız çəkmək. Divarları kağızlamaq. kağızlanma “Kağızlanmaq”dan f.is. kağızlanmaq məch. Üzərinə kağız yapışdırılmaq, kağız çəkilmək. Divarlar kağızlanmışdır. kağızlanmış f.sif. Üzərinə kağız yapışdırılmış, kağız çəkilmiş. Kağızlanmış otaq. kağızlaşma “Kağızlaşmaq”dan f.is. kağızlaşmaq qarş. Məktublaşmaq, birbirinə məktub yazmaq. Çoxdandır onunla kağızlaşmıram. – [Əbdüləli:] Biz onunla kağızlaşırdıq. S.Rəhimov. kağızlatmaq icb. Üzərinə kağız çəkdirmək, kağız yapışdırtmaq. Divarı kağızlatmaq. kağızlı sif. Kağızı olan, əlində kağızı (rəsmi sənədi) olan (bax. kağız 3-cü mənada). kağızpaylayan is. dan. Kuryer. // Poçtalyon. Kağızpaylayana ixtiyar vermişik ki, müştərilərimizdən qabaqca bir şey almayınca onların jurnalını aparıb verməsin. “Mol. Nəsr.” kağızpərəst is. Kağızlara, işin rəsmi cəhətinə həddindən artıq əhəmiyyət verən adam; rəsmiyyətçi (bax. kağız 3-cü mənada). kağızpərəstlik is. Quru rəsmiyyətçilik, işin mahiyyətinə deyil, rəsmi cəhətinə həddindən artıq fikir vermə. kağızsız 1. sif. Kağızı olmayan (bax. kağız 3-cü mənada).\n2. zərf Kağızı, rəsmi sənədi olmadan, yaxud iltizamnaməsiz, qəbzsiz, dilindən kağız vermədən. [Hacı Murad] çox adama pulu kağızsız vermişdi. S.S.Axundov. kah (=kaha) is. məh. Qayalıqda, dağda təbii və ya süni oyuq; mağara. Bədircahanın evinin sağ tərəfində, qayanın ortasında üç kaha var çox dərin. N.Vəzirov. Bir həftə qabaq yuxarıdan gələn bir sürü soyğunçu kəndi alt-üst elədi, canını qurtaran qaçıb meşələrdə, kahalarda gizləndi. Ə.Məmmədxanlı. kaha (=kah) is. məh. Qayalıqda, dağda təbii və ya süni oyuq; mağara. Bədircahanın evinin sağ tərəfində, qayanın ortasında üç kaha var çox dərin. N.Vəzirov. Bir həftə qabaq yuxarıdan gələn bir sürü soyğunçu kəndi alt-üst elədi, canını qurtaran qaçıb meşələrdə, kahalarda gizləndi. Ə.Məmmədxanlı. kahal sif. [ər.] dan. Başısoyuq, tənbəl, ağırtərpənən. Qaragözov ayağa qalxdı: – Elə bilirsiniz ki, müalicə işinə təkcə siz kahalsınız? Mir Cəlal. kahalıq is. Çoxlu kaha olan yer (qayalıq, dağ və s.). kahallıq bax. kahıllıq. Demə fərraşların kahallığından yolda dustaqların biri əkilibmiş. “M.N.lətif.” kahı is. bot. Yaşıl-ağımtıl yarpaqları və kökü çiy yeyilən kələməoxşar birillik tərəvəz bitkisi. Yavaş-yavaş dəyər, yetər ləzzətli, dadlı meyvələr; Gilasü, albalı, kahı, xoş iyli sarı heyvalar. A.Səhhət. kahıl sif. dan. Başısoyuq, tənbəl, ağırtərpənən, işə can yandırmayan. kahıllaşma “Kahıllaşmaq”dan f.is. kahıllaşmaq f. dan. Tənbəlləşmək, atilləşmək, ağırlaşmaq. kahıllıq is. dan. Başısoyuqluq, tənbəllik, atillik. • Kahıllıq etmək – tənbəllik etmək, başısoyuqluq etmək, ərinmək. kahil [ər.] bax. kahıl. Kimə olsan müsahib, ey cahil; Olur əlbəttə tənbəlü kahil. Füzuli. Əvvələn, ümdeyi-mətləb bu ki, şəhr əhli tamam; Tənbəlü kahilü bihimmətü nadan, mənə nə?! M.Ə.Sabir. kahin is. [ər.] Qədim misirlilərdə, israillilərdə qeybdən xəbər verən ruhani. kahinanə zərf [ər. kahin və fars. ...anə] köhn. Kahin kimi, qeybdən xəbər verərcəsinə. kahinlik is. Kahinin işi, peşəsi. // Qeybdən xəbər vermə iddiasında olma. kainat is. [ər.]\n1. Bütün dünya sistemi (Yer, göy, ulduzlar və b. varlıqların məcmusu). Günəş kainatda mövcud olan saysızhesabsız ulduzlardan biridir. – [Qadın:] Yer, göy – bütün kainat bir xoş səda olaraq məni oxşayır, eyni zamanda da için-için inlədirdi.. Çəmənzəminli. Mənə elə gəldi ki, bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş; Nə bu ucsuz-bucaqsız, gözəl kainat olmuş. M.Müşfiq.\n2. Dünya, aləm, bütün yer üzü, bütün varlıq. [Almaz:] Deyirlər ki, səmimi eşqin ürəyi geniş olar. Orada kainat belə yerləşər. C.Cabbarlı. Göyləri sarsıdan bu qorxunc gurultudan bütün kainat titrədi. H.Nəzərli. kakadu is. [alm.] Malayya tutuquşusu. kakao [isp.]\n1. Toxumundan şokolad hazırlanan tropik bitki. Həmişəyaşıl tropik ağac olan kakao bitkisinin kənarı bütöv böyük yarpaqları vardır. R.Əliyev.\n2. Həmin ağacın üyüdülmüş toxumu. // Həmin toxum tozundan hazırlanan qidalı şirin içki. Bir stəkan kakao. Uşaqlara kakao verdilər. – İkilikdə yuxarı getdilər, kafedə oturub kakao içdilər. M.Süleymanov. kakil [fars.] klas. bax. kəkil. Gah yad zülfün eyləyirəm, gah kakilin; Bir fikri etməmiş, dilə fikri-digər gəlir. S.Ə.Şirvani. Ey alnın ay, üzün günəş, ey qaşların kəman; Ceyran gözün, qarışqa xətin, kakilin ilan. M.Ə.Sabir. kaktus [lat.] bax. maldili. kaqor [coğr. addan] Qırmızı desert şərabı. kal sif.\n1. Dəyməmiş, yetişməmiş, göy. Kal yemiş. Kal tut. Kal alça. – [Hurizadın] ..tükləri məzəli bir rəng alar – gah qarğıdalı saçağına, gah da kal qarpıza bənzər. Çəmənzəminli. Nəbi güllə atsa düzdə, ya dikdə; Tağlar meyvəsini yerə kal salar. M.Rahim. // İs. mənasında. Əriyin kalı. – İyid nərəsindən, güllə səsindən; Dəyməmiş tökülür kalların, dağlar! Aşıq Ələsgər.\n2. məc. Hələ yetişməmiş, inkişaf etməmiş. Almaniyanın İngiltərə-Fransa-Rus əleyhinə düzəltdiyi cahangirlik təşkilatı da hələ uşaqdır, kaldır, yetişməmişdir. M.S.Ordubadi. Bax, bu yerlərdə adamlar dəyişir; Kal (z.) gələn burda dəyir, tez yetişir. S.Rüstəm.\n3. məc. Tutqun, boğunuq (səs haqqında). [Vəkil] kal səsi ilə Nemətə yer göstərdi. Çəmənzəminli. Əsgərin qulağında Əlyarın kal səsi eşidildi. S.Rəhimov.\n4. məc. dan. Kütbeyin, gecanlayan. Kal adam. – Yaş yetirib kal oldunuz; Görə-görə kor oldunuz; Dinə-dinə lal oldunuz; Səbrinizə heyrətdəyik; Siz dözümdə fil oldunuz. B.Vahabzadə. ‣ Yuxudan kal oyanmaq – lazımınca yatıb yuxusunu almamaq, yuxudan yarımçıq durmaq. [Səttar:] Əşi, yuxudan kal oyanıb gözümü açıram, görürəm, gün təzəcə çırtlayır. Ə.Əbülhəsən. kala I. is. Üzəri liflə örtülmüş, pambıq çiyidi.\n\nII. is. məh. Böyük şüşə qab, iri şüşə banka. kalafa is.\n1. Dağılmış tikintinin qalığı, dağılmış yer; xarabalıq. Kənd yıxılsa, kalafasından məlum olar. (Ata. sözü).\n2. İri deşik (divarda və s.-də); iri çuxur, oyuq. Qaralır daxmanın kalafa yeri; Dəstə şərqisilə çəkilir geri. S.Vurğun.\n3. məh. Quyu. ‣ Bir kalafa sümükdür – çox arıq adam haqqında. kalafaağız sif. zar. Çox iri ağzı olan. kalafalıq is. Kalafası olan; xarabalıq. [Qatır Məmməd] evlərinin kalafalığında bir daşın üstündə oturub, .. dərin sükuta getdi. “Qatır Məmməd”. kalağay (=kalağayı) bax. kəlağayı. Bu diyarda kalağay yox, kətan yox. M.P.Vaqif. Başında Herat kalağay, paltarları darayıdı. Aşıq Ələsgər. Gözəl surət sahibi olan bu qadın qara paltar geymiş, başına yaşıl-ağ ipək kalağayı salmışdı. T.Ş.Simurq. kalağayı (=kalağay) bax. kəlağayı. Bu diyarda kalağay yox, kətan yox. M.P.Vaqif. Başında Herat kalağay, paltarları darayıdı. Aşıq Ələsgər. Gözəl surət sahibi olan bu qadın qara paltar geymiş, başına yaşıl-ağ ipək kalağayı salmışdı. T.Ş.Simurq. kalambur [fr.] Cinas. kalan sif. dan. Varlı, pullu, cibi dolu. Oğlan yəqin kalan idi... S.Rəhman. Qonşum bu məclisə yalnız puldan kalan adamları çağırır. S.Rüstəm. kalava is. məh. Dərə. kalba dan. köhn. bax. kərbəlayı. Nə xortlayaydı bu şəkil ilə Molla Nəsrəddin, ey kaş; Nə kalba səbzalılarda bu xofü-vəhşət olaydı. M.Ə.Sabir. kalendar [lat.] bax. təqvim. Divarımdan asılı kalendardan hər gecə; Bir döyüş və bir zəfər yarpağını cırıram. S.Rüstəm. • Kalendar plan – kalendar (təqvim) üzrə müəyyən edilən plan. Klubun kalendar planı hamıya məlumdur. Mir Cəlal. kaleydoskop [yun.]\n1. Əldə fırlatdıqda tez-tez dəyişən, rəngli naxışlar göstərən, boruşəkilli optik cihaz (oyuncaq).\n2. məc. Hadisələrin, şəxslərin və s.-nin ardı-arası kəsilmədən dəyişməsi. Əgər “Ağa Məhəmməd şah Qacar” faciəsi kaleydoskop isə, görünür ki, cənab tənqidnəvis bu ləfzin nə olduğunu layiqincə düşünməyib, fəqət bir xarici ləfzi, heç məhəli olmayaraq istemal etmişdir; çünki cəmi tarixi faciələr kaleydoskopdurlar. Ə.Haqverdiyev. kalım is. etnoqr. Orta Asiyada: evlənərkən oğlanın qızın ata-anasına verməli olduğu pul, mal və s.; başlıq və bu adətin özü. kalış is.\n1. bot. Yarpaqları iti, uzun, yumşaqbuğumlu, qamışa oxşar bitki. Kalış yeyib zəhərlənmək (mal-qara haqqında). – Bostanın ətrafını kalış basmışdı. İ.Şıxlı.\n2. məh. Göy, təzə (soğan haqqında). Kalış soğan, qırmızı turp, müxtəlif göyərti iştaha ilə yeyilirdi. Ə.Vəliyev. kalışlıq is. Çoxlu kalış bitən yer. [Rüstəm kişi] kalışlığın arasındakı qarpızlardan birini götürüb geri qayıtdı. İ.Şıxlı. kalibr [fr.]\n1. xüs. Silah lüləsi diametrinin ölçüsü; çap. Kalibri böyük toplar. // Mərmi və ya güllənin diametri.\n2. tex. Kütləvi istehsal olunan şeylərin dəqiq, müəyyən ölçüsü.\n3. tex. Məmulatın ölçüsünü, formasını və s. yoxlamaq üçün ölçü aləti. kalibrləmə “Kalibrləmək”dən f.is. kalibrləmək f. tex.\n1. Bir şeyin kalibrini ölçmək və ya yoxlamaq, bir şeyə lazımi kalibr vermək. Relsləri kalibrləmək.\n2. Ölçü alətlərinin bölgü dərəcələrini yoxlamaq. Termometri kalibrləmək. kalibrlənmə “Kalibrlənmək”dən f.is. kalibrlənmək məch. tex. Kalibrləmə işi aparılmaq, bir şeyin kalibri ölçülmək, yoxlanmaq. kalibrlənmiş f.sif. tex. Kalibri yoxlanmış (ölçülmüş), lazımi kalibr verilmiş. kalibrləyici sif. xüs. Kalibrləmə işi ilə məşğul olan işçi (bax. kalibr 2-ci mənada). kalibrli sif. xüs. Müəyyən kalibrdə olan, müəyyən ölçüsü olan, qəbul edilmiş kalibrə uyğun olan. Müxtəlif kalibrli toplar. kalibrölçən is. tex. Kütləvi istehsal olunan ölçü cihazlarının dəqiq kalibrini müəyyən etmək üçün ölçü aləti (əndazə, qəlib və s). kalium [lat. əsli ər. əlkali] kim. Qələvi filizlər qrupundan gümüşü-ağ rəngli metal – kimyəvi element. kaliumlu sif. kim. Kalium qarışdırmaqla hazırlanmış, tərkibində kalium olan. Kaliumlu duzlar. kalka [fr.]\n1. Çertyojlardan, yaxud şəkillərdən dəqiq surət çıxartmaq üçün xüsusi üsullarla hazırlanmış nazik şəffaf kağız və ya parça.\n2. Çertyojun və ya şəklin həmin material üzərində çıxarılmış surəti.\n3. dilç. Başqa bir dildəki söz, ya ifadəyə təqlid və ya hərfi tərcümə yolu ilə düzəldilən söz və ya ifadə. Kalka düzəltmək. Kalka üsulu. “Otbiçən” rusca “senokos” sözünün kalkasıdır. kalkulyasiya [lat.] Malın maya və satış qiymətinin hesablanması. Malın kalkulyasiyası. Kitabın kalkulyasiyası (kitabın dəyərini müəyyən etmək üçün mətbəə işarələrinin hesablanması). kalkulyasiyaçı is. Kalkulyasiya ilə məşğul olan mühasibat işçisi; kalkulyator. kalkulyator [latıncadan] bax. kalkulyasiyaçı. kallaşma “Kallaşmaq”dan f.is. kallaşmaq f. Səsi tutulmaq, boğunuq hala düşmək. Kallaşa-kallaşa karlaşır insan; İçinin səsini çölü eşitmir... M.Araz. kallaşmış f.sif. Boğuq, tutqun (yalnız səs haqqında). Əminə .. yuxusuzluqdan kallaşmış səslə dedi: – İkidir, üçdən beş dəqiqə işləyib. İ.Məlikzadə. kallıq is.\n1. Yetişməmiş meyvənin, məhsulun halı. Almanın kallığı. Üzümün kallığı.\n2. məc. dan. Kütbeyinlik, kütlük, korazehinlik, qanmazlıq. Atlıxan Orxanın kallığına, keyliyinə təəccüblənirmiş kimi çiynini çəkdi. İ.Məlikzadə. • Kallıq etmək – qanmazlıq etmək, düşüncəsiz hərəkət etmək. kalliqraf [yun.] bax. xəttat. kalliqrafik [yun.] Kalliqrafiyaya aid. • Kalliqrafik xətt – gözəl, aydın, düz xətt (yazı). kalliqrafiya [yun.] bax. xəttatlıq. kalmık is. Rusiya Federasiyası tərkibində Kalmık MR-in əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. XVII əsrin 30-cu illərində Aşağı Volqada kalmıklar meydana çıxdılar. Kalmıkların nəsilləri oyratlardır. kalmıkca sif. və zərf Kalmık dilində. Kalmıkca kitab. Kalmıkca danışmaq. kalorimetr [lat. ca1or – isti və yun. metreo – ölçürəm] İstilik miqdarını ölçən cihaz. kalorimetriya [lat. calor – isti və yun. metreo – ölçürəm] Fizikanın müxtəlif cisimlərin istilik tutumunu ölçməklə məşğul olan sahəsi. kaloriya [lat.] İstilik ölçüsü vahidi. • Böyük kaloriya – bir kiloqram suyun hərarətini bir dərəcə artırmaq üçün lazım olan hərarətin miqdarı. Kiçik kaloriya – bir qram suyun hərarətini bir dərəcə artırmaq üçün lazım olan hərarətin miqdarı. // Hər bir qidanın insan orqanizmində yaratdığı istilik enerjisinin miqdarı. Bəzi qidalarda kaloriya azdır. kaloriyalı sif. Kaloriyası çox olan. Kaloriyalı qidalar. kaloriyalılıq is. İstilik doğurma qabiliyyəti; bir şeydə olan kaloriyanın (istiliyin) miqdarı. Yanacağın kaloriyalılığı. Xörəyin kaloriyalılığı. kalseks [lat.] əcz. Xlorlu kalsium və urotropin duzu (qripin qabağını almaq üçün dərman kimi işlənir). kalsium [lat.] kim. Əhəngdaşı, mərmər və s. tərkibində olan gümüşü-ağ rəngli metal – kimyəvi element. kalta bot. bax. sunərgizi. Azərbaycanın dağ-meşə qurşağının bataqlıq yerlərində bitən kalta (sunərgizi) cinsinin .. bişirilib qurudulmuş köklərindən fəsəli bişirmək olur. M.Qasımov. kalvil [fr. xüs. addan] Sarımtıl alma növü. Kalvil alması. kalvinist [xüs. addan] Kalvinizm məzhəbinə mənsub adam. kalvinizm [xüs. addan] XVI əsrdə İsveçrədə Kalvin adlı şəxs tərəfindən təsis edilmiş protestant məzhəblərindən biri. kam I. is. [fars.]\n1. Arzu, məqsəd, məram, murad. Neçə ildir gözümüzü Mürsəlin toyuna dikmişik, bu bizim üçün böyük kamdır... A.Şaiq. Zaman bizdən kam alıbdır; Daha ürək qocalıbdır; Bizdən ancaq ad qalıbdır; Nə sən gülsən, nə mən bülbül. B.Vahabzadə. • Kam almaq – 1) bax. kama yetmək (yetişmək, çatmaq). Fərhad, Məcnun, Kərəm kamın almadı; Bir Yusifi sevdiyinə yetirdin. Molla Cümə. Biz də muradımızca fələkdən kam alaydıq; Sizə qonşu olaydıq. M.Müşfiq; 2) intiqam almaq, əvəz olaraq birinin fəlakətinə sevinmək. Kam bulmaq köhn. – bax. kam almaq 1-ci mənada. Fəsli-bahar gəldi, könül, şad, kam bul! Q.Zakir. Kam vermək – arzusuna, kamına yetirmək. Xəstədir, Qövsi, təbibin, dərd bilmək çağıdır; Çarə qılmaq, kam vermək, könül almaq çağıdır. Qövsi. Kama yetirmək – arzusuna çatdırmaq. Kama yetmək (yetişmək, çatmaq) – arzusuna nail olmaq, məqsədinə çatmaq. Deyin sərvi-güləndama; Öldürsün, yetişsin kama. Q.Zakir. [Mirzə Rza:] [Nəsrəddin şahı] öldürdüm, indi kama yetişdim! C.Cabbarlı. Yoxsa yetməyəcək kamına şair; Quru bir taxtanı simsiz çalacaq? S.Vurğun. Kami-dil klas. – ürək arzusu. Şükr Seyyid, gedirəm kami-dil ilə bu səhər. S.Ə.Şirvani. Kamı gözündə qalmaq – arzusuna çatmamaq, arzusu ürəyində qalmaq. Gözündə qalmasın insanın kamı. Z.Xəlil.\n2. klas. Ləzzət, zövq. • Kam vermək – zövq vermək, ləzzət vermək. Açdın dəriiltifatü ənam; Verdin gərəgincə hər kəsə kam. Füzuli. Kam götürmək – zövq almaq, ləzzət almaq. [Qadın:] İkicə nəfər belə balam olaydı, hərəsini bir məktəbə qoyaydım, hər gün birinin yanına gedib baxanda kam götürəydim. Mir Cəlal.\n3. Kamınca, kamımca şəklində köhn. – ürəyincə, ürəyimcə; istədiyin kimi, istədiyim kimi. Seyyid, təhəmmül et şəbi-hicranə, çəkmə ah; Bir gün olur ki, kamınca ruzigar olur. S.Ə.Şirvani. Yüz il yaşayıb bircə gün ömrümdə fələkdən; Kamımca mədar olmasa, mən neyləyə billəm? Ə.Vahid.\n\nII. is.: kamına çəkmək – udmaq. Əjdaha itaət edib cəhənnəmi çəkdi kamına. Ə.Haqverdiyev. İkibaşlı əjdaha kimi [sel] ağzını açıb, bizi kamına çəkmək istəyirdi. S.Rəhimov. kamal is. [ər.]\n1. Kamillik, yetkinlik.\n2. Elm, ürfan, fəzilət. [Hacı Nuru şair:] Atan oxumuşdu, kamalı var idi. M.F.Axundzadə. Ana gərək övladına kamal işığını bağışlasın. C.Məmmədquluzadə. • Kamala çatmaq (yetmək, yetişmək) – yetkinləşmək, yetkinlik dövrünə çatmaq; kamilləşmək, təkmilləşmək. Bədəsillər çətin yetər kamala; Əgər ki, oxuya üzündən məni. Q.Zakir. Bəlkə də yetməmiş dünya kamala; Bəlkə də görməyir bu dəhşətləri. S.Vurğun. [Əliş Gülcamala:] Sonra da Gəncədə məktəbə getdik; Bir yerdə oxuyub kamala yetdik. Z.Xəlil. // Nöqsansızlıq, mükəmməllik, tamamlıq, bitkinlik. Kamala yetirmək – yetişdirmək, dərs vermək, yetkinləşdirmək. Vaqif kimi molladan dərs almısan; Gər yetirsin səni kamalə, Yetər. M.P.Vaqif.\n3. Ağıl, zəka, dərrakə. Kamil insan kamalından bəlli olar. (Ata. sözü). Ələsgər söyləyə söz müxtəsərin; Ağlı kamil ola, kamalı dərin; Hamı bir ağızdan deyə “afərin!” Aşıq Ələsgər. • Kamal sahibi – ağıllı, dərrakəli (adam). Gün kimi neməti-xubluqda kamal sahibidir. M.P.Vaqif. Kamalı (kamaldan) azmaq – ağlını itirmək, dəli olmaq. Mahitəmamə eylədi nisbət camalını; Nöqsanı var ki, Seyyid azıbdır kəmaldən. S.Ə.Şirvani. // İnsan ömrünün yetkinlik dövrü.\n4. İzafət tərkiblərində: qoşulduğu sözə bitkinlik, tamlıq, mükəmməllik mənası verir; məs.: kamali-ehtiramla (tam ehtiramla, artıq ehtiramla), kamali-ləzzətlə (böyük ləzzətlə), kamali-diqqətlə (tam diqqətlə, böyük diqqətlə). – ..Əgər bəzi şəxslərə həmin məsələ [papaq məsələsi] əhəmiyyətsiz və xırda bir məsələ görsənsə, biz kamali-cürətlə deyə bilərik... C.Məmmədquluzadə. [Səlim] kamali-etidalla gözləyirdi ki, [Mehriban] ağlayıb ürəyini boşaltsın. S.Hüseyn. ..Kamaliehtiramla [Hacı Qambay və Məşədi Heybətə] salam verdim. Qantəmir. ‣ Kamal attestatı – tam orta məktəbi qurtarmaq haqqında attestat. kamalınca zərf köhn. Lazımi dərəcədə, mükəmməl surətdə, kifayət qədər; lazımınca. Bu vaxtadək nə Qasım bəy Zakirin və nə Hacı Seyid Əzim Şirvaninin tərcümeyi-halları və əşarü asari kamalınca öyrənilməyib. F.Köçərli. kamallanma “Kamallanmaq”dan f.is. kamallanmaq f. Əqlən kamilləşmək, yetkinləşmək. kamallı sif. Kamal sahibi olan; ağıllı, tərbiyəli, mərifətli. Kamallı uşaq. – [Şərəfnisə xanım:] Nə sözdür ki, sənin kimi cavan, kamallı oğlan Tiflisdə qulluq tapmaz? M.F.Axundzadə. [Hacı:] Oğlanlarım, ağıllı olun, kamallı (z.) olun, gəlinlər sizi birbirinizdən ayırmasın. Qantəmir. Mən sənin gözlərindən görürəm, kamallı balasan, ancaq kimə nə fayda?! S.Rəhimov. kamallılıq is. Əqli cəhətdən kamillik, yetkinlik, bitkinlik. kamalsız sif. Ağlı-kamalı olmayan, əqli cəhətdən kamil olmayan; mərifətsiz. [Qadın:] Cənab, belə sözləri nə üçün buyurursunuz? .. Mən onlara ağılsız, qabiliyyətsiz, kamalsız deyə bilmərəm. Ə.Haqverdiyev. kaman is. [fars.]\n1. bax. kamança. Nə qədər dərdlidir o qırıq kaman; Şikayət eyləyir öz dünyasından. S.Vurğun. Söylədik qan ağlayan Araza dərdimizi. S.Rüstəm. Sular üstə yayılır; Tar səsi, kaman səsi. İ.Səfərli.\n2. Oxatan yay. Ox atılır, sanki kaman səslənir; Saheyi-meydanda vurur tək səbir. M.Ə.Sabir. Nişançılar dərhal kamanlarını çiyinlərindən çıxarıb, xurma ağacları içərisinə yüyürdülər. Ə.Məmmədxanlı. ‣ Kaman kimi əyilmək məc. – beli əyilmək (bükülmək), ikiqat olmaq. Kaman kimi (tək) əymək məc. – belini əymək. Eləmi deyər məni; Yadlara deyər məni; Ayrılıq uzun olsa; Kamantək əyər məni. (Bayatı). Kamana dönmək – bax. kaman kimi əyilmək. Əziziyəm çəkməkdən; Qəlyan alıb çəkməkdən; Qəddim kamana döndü; Qürbət dərdi çəkməkdən. (Bayatı). Qaşı kaman şair. – bax. kamanqaş(lı). Qaşları kaman, ay qız; Apardın iman, ay qız; Dedim, hara gedirsən? Oldun bədgüman, ay qız! (Bayatı). Müjganların oxdu, qaşların kaman; Gözlərin qəsd edər cana, Gülpəri! Aşıq Ələsgər. [Sultan bəy:] Aman, aman, oy, qaşı kaman, oy! Gəl alım, maralım, dilbilməz! Ü.Hacıbəyov. kamança is. [fars.] Alt tərəfi diz üstünə qoyulub yayla çalınan musiqi aləti; kaman. Kamança çalmaq. Kamança kirişi. – Məclisin dalından kamança səsi eşidilir. Ə.Haqverdiyev. Alqışlar altında endi səhnədən; Yenidən kamança dindi səhnədən. B.Vahabzadə. kamançaçalan (=kamançaçı) is. Kamançada çalan çalğıçı. Tarzən ilə kamançaçı məharətlə çalır, qavalvuran oğlan isə boğazını arıtlayıb oxumağa hazırlaşırdı. M.Hüseyn. Rəşid, eyni zamanda ən coşqun bir ovçu, ən mahir bir kamançaçıdır. M.Rzaquluzadə. kamançaçı (=kamançaçalan) is. Kamançada çalan çalğıçı. Tarzən ilə kamançaçı məharətlə çalır, qavalvuran oğlan isə boğazını arıtlayıb oxumağa hazırlaşırdı. M.Hüseyn. Rəşid, eyni zamanda ən coşqun bir ovçu, ən mahir bir kamançaçıdır. M.Rzaquluzadə. kamançaçılıq is. Kamança çalma sənəti. kamançalan bax. kamançaçalan. Kamançalan kimdir o? – Bəxtiyar! Küləkmi, ya simdir o? – Bəxtiyar! R.Rza. kamançı is. bax. kamançaçı. kamandar is. [fars.] köhn.\n1. Oxatan, mahir atıcı. Kamandar atar oxunu; Al eylədim mən çoxunu. “Koroğlu”. Kamil kamandardı, atıb-vurandı; Qovğa günü igidləri yıxandı. Aşıq Ələsgər.\n2. Qədimdə ağasının yanınca ox-yayını gəzdirən xidmətçi. kamandarlıq is. köhn. Kamandarın işi, vəzifəsi. kamanə is. [fars.] köhn. Kamanın, kamançanın yayı. Mehrabi-qaşın fikri bu xəm qəddimi, ey məh; Döndərdi qaşın kimi kamanə, ölürəm mən. Ə.Vahid. kamanqaş (=kamanqaşlı) sif. şair. Qaşları kaman (yay) şəklində olan. Harda görsəm şux kamanqaşlını; İstərəm canımı qurban eyləyim. M.P.Vaqif. Ey kamanqaşlı, məni yarələdi qəmzən oxu; Zülfünü bas yarama, qoyma məni qan apara. S.Ə.Şirvani. kamanqaşlı (=kamanqaş) sif. şair. Qaşları kaman (yay) şəklində olan. Harda görsəm şux kamanqaşlını; İstərəm canımı qurban eyləyim. M.P.Vaqif. Ey kamanqaşlı, məni yarələdi qəmzən oxu; Zülfünü bas yarama, qoyma məni qan apara. S.Ə.Şirvani. kambağı is. Atın dalındakı yükü bağlamaq üçün ip. kambala [fin.] zool. Gözləri başının bir tərəfində olan yastı balıq. kameliya is. [fr.] Tüklü yarpaqları və iri gözəl gülləri olan ağac; gül adı. kamera I. [lat.]\n1. Bəzi idarələrdə xüsusi məqsədlər üçün ayrılmış otaq. Dezinfeksiya kamerası. Əl baqajı kamerası.\n2. Həbsxanada dustaqların salındığı otaqlardan hər biri. Kameraya ağır bir sükut çökdü. M.Hüseyn. Dünya bir an içində; Kameraya çevrilib, necə balacalandı; Soyuq tər basdı məni; Dedim, dar ağacından öz dilim asdı məni. B.Vahabzadə.\n3. tex. Hər hansı bir cihazın, maşının, qurğunun içindəki qapalı boşluq. Peçin kamerası. Sıxılmış hava kamerası.\n4. Fotoaparatın, plastinka ya plyonka qoyulan, işıq keçməyən içəri hissəsi.\n5. Şinin, topun içərisinə hava doldurulan rezin kisəsi. Avtomobil şininin kamerası. Futbol topunun kamerası.\n\nII. : kamera musiqisi – bir və ya bir neçə ifaçı üçün yazılmış musiqi əsəri. Kamera musiqisi əslində kiçik binalarda ifa edilmək üçün yaradılan vokal və instrumental əsərlərdən ibarət olur. Ə.Bədəlbəyli. Kamera konserti – kamera musiqisi əsərlərindən ibarət konsert. kameral [fr.]: kameral işləri, kameral işləmə – ekspedisiya və çöl-axtarış işləri zamanı toplanmış materialların laboratoriyada, kabinədə işlənməsi. Dialektoloji ekspedisiya materiallarının kameral işlənməsi. kameralı sif. tex. Kamerası olan (bax. kamera1 3-cü mənada). Kameralı peç. Kameralı şlüz. kamerayamayan is. dan. xüs. Deşilmiş avtomobil kameralarını vulkanizasiya üsulla yamayan usta; vulkanizator. kamerton [alm.] Çalğı alətlərini, habelə xor oxuyarkən səsindən əsas ton kimi istifadə edilən, bərk cismə toxundurulduqda müəyyən yüksəklikdə səs çıxaran haçaşəkilli kiçik polad alət. kamfora [lat. əsli yun.] bax. kafur. kampaniya [ital.]\n1. Ümumiyyətlə, bir Kamfora spirti. – [Mələk Kərəmə:] Kamfora vuracağam. Buna keçmişlərdə kafur yağı deyərdilər. M.İbrahimov. kamışit [rus. əsli qamış-dan] xüs. Plitə şəklində preslənmiş qamışdan hazırlanan tikinti materialı. Kamışit zavodu. kamil sif. [ər.]\n1. Nöqsansız, qüsursuz, bitkin, tam, mükəmməl. Kamil əsər. – Cəmali-batinim kamildi, yox bir zərrə nöqsanı; Nə qəm, ey mahi-bimehrim, gər olsa surətim naqis. S.Ə.Şirvani. Olum sadağası bu gözəllərin; Mərifətdə kamil, kamalda dərin. Aşıq Ələsgər.\n2. Kamala yetmiş, kamilləşmiş, yetkin. Kamil usta. Kamil sənətkar. // Təcrübəli, mahir. Yanmaqda kamildir, odda səməndər; Mən özüm bu yolun mərdanəsiyəm. Q.Zakir. Maşallah, nə yaxşı qabilsən; Bağçabanlıqda xeyli kamilsən. A.Səhhət. // İs. mənasında. Bu hələ kamilləri; Gör nədir cahilləri. (Ata. sözü). [Əziz bəy:] Xeyr, hazır deyil, axtarırıq ki, bir kamil tapaq, vəkil tutaq. M.F.Axundzadə. Cəng əhməqlə eyləməz aqil; Əqli başında olsa gər kamil. S.Ə.Şirvani. kamilcə sif. Kamil, mükəmməl, tam, tamam-kamal. kamilən zərf [ər.] Tamamilə, bütünlüklə, tamam-kamal. kamilləşdirilmə “Kamilləşdirilmək”dən f.is. kamilləşdirilmək “Kamilləşdirmək”dən məch. kamilləşdirmə “Kamilləşdirmək”dən f.is. kamilləşdirmək “Kamilləşmək”dən icb. kamilləşmə “Kamilləşmək”dən f.is. kamilləşmək f. Kamil olmaq, kamala yetişmək; yetkinləşmək. Türk xalqlarının söz sənəti qarşılıqlı mədəni-ədəbi əlaqələr sayəsində zənginləşib kamilləşəcəkdir. (Qəzetlərdən). kamillik is. Bitkinlik, mükəmməllik, yetkinlik. Kamilliyə çatmaq. – Formanın kamilliyi və əsərin bütün ünsürləri arasındakı bədii vəhdətə gəldikdə isə “Ölülər” Azərbaycan dramaturgiyasının şah əsəri sayıla bilər. M.İbrahimov. cəbhədə keçirilən hərbi əməliyyat, müharibə, hərbi yürüş, hərbi səfər. // Hərbi dəniz donanmasının aramsız üzüş və yürüş dövrü. // məc. Sözlə, yazı ilə hücum; mübarizə. ..Tiflisdə .. nəşr olunan “Tiflisski listok” adlı bir qəzetdə türk mətbuatının ziddinə bir böyük kampaniya açılmışdı. C.Məmmədquluzadə. Mədəniyyət uğrunda çalışmaq birgünlük, biraylıq kampaniya deyil, daimi işdir. Ə.Sadıq.\n2. məc. Hər hansı bir mühüm ictimai-siyasi və ya təsərrüfat tədbirini həyata keçirmək üçün müəyyən dövrdə aparılan işlər. Seçki kampaniyası. Pambıq yığımı kampaniyası. – [Kosaoğlu:] Sən yaz əkin kampaniyasının qızğın vaxtında sabotajlıq eləyirsən?! İ.Şıxlı. kampaniyaçılıq is. İctimai və ya istehsal işində sistemsizlik, plansızlıq. Kampaniyaçılıqla mübarizə. kamran sif. [fars.] klas. Kamına (arzusuna, muradına, məqsədinə) çatan; xoşbəxt, bəxtiyar. Rəvadı bunca çəkim firqətin, axir; Vüsal günləri, ey dust, kamran mən idim.. X.Natəvan. • Kamran etmək (eyləmək) – kamına (arzusuna, muradına, məqsədinə) çatdırmaq, xoşbəxt etmək. Kamran olmaq – kamına (arzusuna, muradına, məqsədinə) çatmaq, xoşbəxt olmaq. İnan, əlbəttə, bir zaman olacaq; Əhli-eşq onda kamran olacaq. A.Səhhət. kamranlıq is. klas. Xoşbəxtlik, bəxtiyarlıq. Əyyamdən umma mehribanlıq; Bir neçə gün olsa kamranlıq. Əmani. kamsız 1. sif. Kamına yetişməmiş; məqsədinə, arzusuna çatmamış.\n2. zərf Kamına (məqsədinə, arzusuna) yetişmədən. Kamsız qalmaq. kamsızlıq is. Kamına, məqsədinə, arzusuna çatmamaq. kamuflyaj is. [fr.] Müəyyən obyekti gizlətmək üçün onları çeşidli rənglərlə boyama, alalama. kamvol [alm.] xüs.\n1. Zərif daranmış. Kamvol yun. // Belə daranmış yundan hazırlanmış. Kamvol parça.\n2. Belə yundan zərif parça hazırlayan. Kamvol kombinatı. kamyab is. [fars.] klas. Kamına, arzusuna çatan; xoşbəxt, bəxtiyar. • Kamyab olmaq – 1) kamına çatmaq, xoşbəxt olmaq. Aləm oldu şad, bülbül vəsli-güldən kamyab. S.Ə.Şirvani; 2) kam almaq. Alçaq ürəklər olmaya mövtinlə kamiyab; Ruhun da, heykəlin də, məzarın da inqilab! M.S.Ordubadi; 3) fayda götürmək, bəhrəsini götürmək; faydalanmaq. [Kök pişiklər arıq pişiyə deyirlər:] Aşü plovdan oluruq kamyab; Yağlı fətirlər yeyirik, həm qutab. S.Ə.Şirvani. [Nəcəf bəy:] Biri, görürsən, sübhdən axşamadək qarışqa kimi çalışır, .. öz zəhmətinin meyvəsindən kamyab olmayır. Ə.Haqverdiyev. kamyablıq is. köhn. Arzusuna çatma; xoşbəxtlik, bəxtiyarlıq. Xülasə, ədalət hökmranlığında qurdlar quzu ilə otlayırdı, ümumi xoşbəxtlik, ümumi kamyablıq bərpa idi. Çəmənzəminli. kan is. [fars.] klas. Mədən yeri, mədən. Hər kanda əgərçi ləl çoxdur; Bir ləl ki, layiq ola, yoxdur. Füzuli. // məc. Mənbə, məxəz mənasında. Söylədi zahid: ey vəfa kanı! Bir qızım var ki, bu cahan canı. S.Ə.Şirvani. Onun üçün göz çəkmərəm gözündən; Müştaqəm, ey şəkər kanı, mən sənə. M.P.Vaqif. // Eyni mənada bəzi tərkiblərdə işlənir. Kani-hümmət, kani-qeyrət, kani-şəfqət bizlərik. C.Cabbarli. kanal [lat.]\n1. Dəniz, çay və göllər arasında gəmilərin gedib-gəlməsi, habelə suvarma, hidrotexniki və s. məqsədlər üçün çəkilmiş süni su yatağı. Kanal çəkmək. Samur-Abşeron kanalı. Suvarma kanalı. – [Tahir:] Mingəçevirdən böyük kanal ayrılacaq. M.Hüseyn. Dəli çaydan səhraya kanallar çəkiləndə; Torpağı əridəndə nəfəsi motorların; Mən də ordaydım, bəli. S.Rüstəm.\n2. tex. Hər hansı bir şeyin içində boru şəklində dar uzun boşluq. Top kanalı. Kabel kanalı.\n3. anat. bax. yol 5-ci mənada.\n4. bax. yol 6-cı mənada. Cürbəcür kanallardan istifadə etmək. kanalcıq is. Kiçik kanal, dar kanal. Süxurları təşkil edən dənələr arasında çoxlu xırda boşluqlar var. Bu boşluqlar bir-biri ilə birləşib uzun kanalcıqlar əmələ gətirir. kanalizasiya [fr.] tex. Çirkli suların axıb getməsi və təmizlənməsi üçün boru və yeraltı kanallar və b. sanitar texniki qurğular sistemi. Kanalizasiya sistemi. Kanalizasiya çəkmək. Kanalizasiya idarəsi. kanalizasiyaçı is. Kanalizasiya işçisi. kanalizasiyalı sif. Kanalizasiyası olan. Kanalizasiyalı şəhər. kanalizasiyasız sif. Kanalizasiyası olmayan. Kanalizasiyasız məhəllə. kanalizator [fr.] xüs. Kanalizasiya işləri mütəxəssisi. kanape [fr.] köhn. Söykənəcəkli taxt, divan. Böyükxanım otağın yuxarı başında kanape üzərində uzanaraq ayağının birisini qaldırıb digərinin üstünə qoymuşdu. M.S.Ordubadi. Midhəd əfəndi bihuş olaraq kanapenin üzərinə sərildi.. Çəmənzəminli. kanarya [coğr. addan] Otaqda qəfəsdə saxlanılan açıq-sarı rəngli oxuyan quş; sarıbülbül. kanat [rus.] Liflərdən və ya məftillərdən eşilmiş çox möhkəm yoğun ip (kəndir); buraz. Polad kanat. ‣ Kanat yol – bax. yol. kanatçı is. xüs. Kanat hazırlayan fəhlə. kanatçılıq is. Kanatçının işi, peşəsi. kandar is. Qapı ağzı; astana. Mən otağımın kandarında durub baxırdım. T.Ş.Simurq. Açdı Baba müəllim pəncərəni bir anda; Gördü biri yıxılıb qapının kandarında. B.Vahabzadə. ‣ Kandarına ayaq basmamaq – bir yerə daha gəlməmək. [Canbalayev:] Mənim oğlum sənin evinin kandarına ayaq basmamalıdır. İ.Hüseynov. kanifol [lat. colophonia] İynəyarpaqlı ağacların kitrəsindən hasil edilən, şüşəyəoxşar kövrək maddə (sənayedə yapışqan və izolyasiya materialı kimi, habelə çalğı alətlərinin yayına çəkmək üçün işlədilir). Kanifol fabriki. kanifollama “Kanifollamaq”dan f.is. kanifollamaq f. Çalğı alətinin yayına kanifol çəkmək. Skripkanın yayını kanifollamaq. kanifollanma “Kanifollanmaq”dan f.is. kanifollanmaq məsh. Kanifol çəkilmək (çalğı alətinin simlərinə). kanistr is. [ing.] Maye tökmək üçün germetik ağızlı qab. kankan is. [fars.] köhn. Əl ilə quyuqazan; quyuçu. Kankanın vəsiyyəti qızıl öküzdür. (Ata. sözü). [Məmməd:] Atam kankan idi, amma acından ölməmək üçün arpa əkirdi. C.Cabbarlı. Əzablar içində bağrı qan oldu; Çox gəzib, axırda bir kankan oldu. M.Rahim. kankanbaşı is. köhn. Kankanların başçısı. Qoca kankanbaşı son nəfəsində bərk dolub qəhərləndi. S.Rəhimov. kankanlıq is. Kankanın işi, sənəti, peşəsi; quyuçuluq. [Məşədi Hənifə] yayda biçinə gedər, qışda kankanlıq edər, payız vaxtı karxanalarda günəmuzd kərpic kəsərdi. Mir Cəlal. [Qulaməli] özü kankanlıq edib quyu qazdı. Ə.Sadıq. kanoe [isp.] Xüsusi tipli idman qayığı (bu qayıqda bir diz üstə durub sərbəst avarla avar çəkilir). kanonada [fr.]\n1. Toplardan tez-tez və ardıcıl açılan atəş.\n2. Top atəşlərinin və mərmi partlayışlarının uzaqdan eşidilən səsi. kanoner [fr. canoniere-dən]: kanoner qayığı – bax. kanonerka. kanonerka [fr.] Dənizin sahilboyu ərazilərində, çaylarda və göllərdə hərbi əməliyyat aparmaq üçün döyüş gəmisi; kanoner qayığı. Raket silahının inkişafı ilə əlaqədar kanoner qayığının rolu xeyli azalmışdır. kanselyariya [lat.] bax. dəftərxana. [Məmmədcəfər] kanselyariyada oturanda başını çox vaxt dala əyərdi. Qantəmir. kansler [alm.] Bəzi dövlətlərdə yüksək vəzifəli şəxslərə verilən ad və bu adı daşıyan şəxs. // Almaniyada baş nazir. kantata [ital.]\n1. Musiqinin müşayiəti ilə xorla və tək oxunan, adətən təntənəli mahiyyət daşıyan böyük musiqi əsəri. “Füzuli” kantatası. – Simfonik vokal əsərlər formasından biri də kantatadır. Ə.Bədəlbəyli.\n2. Təntənəli xor havası.\n3. Hər hansı bir təntənəli hadisə münasibətilə yazılmış qədim lirik şeir. kanton [fr.] Bəzi xarici ölkələrdə inzibati-ərazi bölgüsü. kanyon is. [isp.] Sıldırımlı dar dərə. kap is. məh. Qarğıdalı, alma və b. meyvələrin yeyilməyən hissəsi, qalığı. kapella [orta lat.] mus. Müğənnilərdən və musiqi alətlərində çalan çalğıçılardan ibarət ansambl. Banduraçılar kapellası. // Müğənnilərdən ibarət xor. Dövlət Akademik Kapellası. kapelmeyster [alm.] Keçmişdə dirijora verilən ad. // Hərbi orkestr dirijoru. kapelmeysterlik is. köhn. Dirijorluq. kapillyar [lat.] anat. Ən kiçik, incə qan damarı. Kapillyar damarlar. kapital [lat. capitalis-dən]\n1. iqt. Sahibinə, muzdlu fəhlələri istismar yolu ilə izafi dəyər gətirən dəyər (sərmayə, istehsalat vasitələri və s.). Maliyyə kapitalı. Sənaye kapitalı. – Sorulub Bakının şah damarları; Nobel banklarında kapital oldu. M.Araz. // top. Kapitalistlər, burjua sinfi, kapitalizm. Kapital ölkələri. Kapital ilə zəhmətin mübarizəsi. Kapital hakimiyyəti. Beynəlxalq kapital. – Basmış kapitalın ürəyini yağ; Gənclik sürətindən qalmış ayağı. S.Vurğun.\n2. Sərmayə, sərvət, dövlət, mal-mülk, əmlak.\n3. dan. Çoxlu miqdarda pul.\n4. məc. Ümumiyyətlə, ən dəyərli, ən qiymətli, ən əhəmiyyətli şey. ‣ Kapital qoyuluşu – əsaslı inşaat üçün buraxılan pullar. kapitalist is.\n1. Kapitalizm cəmiyyətində hakim sinfin nümayəndəsi, muzdlu fəhlələri istismar edən kapital sahibi.\n2. bax. kapitalizm 2-ci mənada. Kapitalist istehsal üsulu.\n3. köhn. Çox varlı, dövlətli adam; sərmayədar. kapitalizm [lat.]\n1. İstehsal vasitələri üzərində xüsusi mülkiyyətə və muzdlu əməyin istismarına əsaslanan ictimai-iqtisadi formasiya. Marksın “Kapital” əsərində kapitalizmin iqtisadi qanunlarının elmi təhlili verilmişdir.\n2. Kapitalizm prinsipləri əsasında qurulmuş, kapitalizmə xas olan. Kapitalizm cəmiyyəti. Kapitalizm istismarı. kapitallaşdırılma “Kapitallaşdırılmaq”dan f.is. kapitallaşdırılmaq məch. iqt. Kapitala çevrilmək. kapitallaşdırma “Kapitallaşdırmaq”dan f.is. kapitallaşdırmaq f. iqt. Kapitala çevirmək. kapitallaşma “Kapitallaşmaq”dan f.is. kapitallaşmaq f. iqt. Kapitala çevrilmək. kapitan [fr.]\n1. Orduda: baş leytenant rütbəsindən sonra gələn zabit rütbəsi, habelə bu rütbəni daşıyan şəxs. Komandir, Əliyev adlı bir azərbaycanlı kapitan idi. Mir Cəlal.\n2. Gəmi komandiri, rəisi. Gəmi kapitanı. Kapitan köməkçisi. – Dalğalar qayığı nə qədər sağa-sola çırpdısa da kapitanın halına təfavüt eləmədi. M.Hüseyn. Kapitan gəminin nə qabağa, nə dala getməsinin mümkün olmadığını deyib, lövbər atılmağını əmr etdi. Ə.Haqverdiyev.\n3. İdman komandasının başçısı. Futbol komandası kapitanı. ‣ Kapitan-leytenant – donanmada baş leytenantdan sonra gələn zabit rütbəsi və bu rütbədə olan şəxs. kapot [fr.]\n1. köhn. Evdə geyilən xalata oxşar enli qadın paltarı. Maşa şalına büründü, isti kapot geyindi, öz mücrüsünü götürüb dal qapıya çıxdı. Puşkindən.\n2. Müxtəlif mexanizmlərdə (məs.: avtomobildə, təyyarədə) açılıb-bağlanan metal örtü. kapral [fr.] köhn. hərb. Bəzi ölkələrin ordularında və XVII əsrdən XIX əsrin birinci yarısına qədər rus ordusunda kiçik komanda heyətinə məxsus hərbi rütbə və bu rütbəni daşıyan şəxs; onbaşı. [P.A.Qrinyov] evdən çıxmaq üzrə ikən qapı açıldı; kapral içəri girib, .. qala ətrafında naməlum adamların dolaşdığını xəbər verdi. Puşkindən. kapriççio (=kapriçço) [ital.] mus. Sərbəst və oynaq musiqi əsəri. Fikrət Əmirovun “Azərbaycan” kapriççiosu. kapriçço (=kapriççio) [ital.] mus. Sərbəst və oynaq musiqi əsəri. Fikrət Əmirovun “Azərbaycan” kapriççiosu. kapron [xar.] Süni lif növü. Kapron istehsalı. // Kaprondan hazırlanmış. Kapron corab. Kapron tor. Kapron ip. kapsul I. [lat.] əcz. Birdəfəlik dərman dozası üçün jelatindən, kağızdan və s.-dən qayrılmış, mədədə tez həll olunan qovuqcuq.\n\nII. [fr.] Piston (patronda, distansiya borucuqlarında və s.-də). kapsullu I. sif. Kapsula qoyulmuş. Kapsullu dərman.\n\nII. sif. Kapsulu olan. Kapsullu tüfəng. kaptaj [fr.] xüs.\n1. Yer altından çıxan mədən suyunun, yaxud qazın torpağa hopmasının, axarkən çirklənməsinin qarşısını almaq və onlardan daha səmərəli istifadə məqsədilə onların boru, quyu və s. qurğu içinə alınması.\n2. Mədən suyu, qaz və s. çıxan yerin üstündə qurulan qurğu. kaptenarmus [fr.] köhn. Hərbi hissədə silah, ərzaq və sursata baxan şəxs. kapyuşon [fr.] Üst paltara bənd edilmiş başlıq. kar I. sif. Eşitmək qabiliyyətini tamamilə və ya qismən itirmiş. Kar kişi. Bir qulağından kar. Anadangəlmə kar. – [Cahangir:] Qışqırmayın, mən kar deyiləm! İ.Əfəndiyev. // İs. mənasında. Qulağı eşitməyən adam. Karın könlündəki. – Kar iki dəfə gülər. (Ata. sözü). // məc. Laqeyd, heç bir şey eşitmək istəməyən adam haqqında. Elə bil kardır, söz eşitmir. ‣ Kar samit dilç. Səs tellərinin iştirakı olmadan tələffüz edilən samit.\n\nII. is. [fars.]\n1. İş, peşə, məşğələ. Nə karın sahibidir? Hansı kar yiyəsidir? – Qoç Koroğlu öz karında; Yalan olmaz ilqarında. “Koroğlu”. Qoy mən tox olum, özgələr ilə nədi karım. M.Ə.Sabir. Yox quru fəxr eləməkdən bizə hərçəndi səmər; Karımız yox, əlimizdən nə gəlir özgə hünər? Ə.Nəzmi.\n2. Təsir. Zəxmi-sitəmin olmadı bu Seyyidə kari; Səd heyf, səd əfsus, günahkar ölürəm mən. S.Ə.Şirvani. ‣ Kar aşmamaq – nəticə hasil olmamaq, işə yaramamaq, bir nəticə çıxmamaq. Nə qılıncdan kar aşmadı, nə nizədən iş çıxmadı. “Koroğlu”. Bülbül dedi: – Bunlar ilə kar aşmaz; Bu baş-qulaq kamançaya yaraşmaz. A.Səhhət. Özgəyə ümid olmaq; Bizim üçün yaraşmaz; Özgənin köməyilə; İnsan üçün kar aşmaz. B.Vahabzadə. Kar etmək (eləmək) – təsir etmək, təsirini göstərmək. Arsıza bir sillə kar eləməz. (Ata. sözü). Xudayar katdaya aclıq çox kar eləmişdi. C.Məmmədquluzadə. [Hacı Murad:] Sənə söz kar eləmir. S.S.Axundov. Kar gətirmək – işə yaramaq, xeyir gətirmək. Kar görmək – bax. kara gəlmək. [Əsir:] Nə qədər qışqırdı, nərə vurdu, qoşun kar görə bilmədi. Ə.Haqverdiyev. Əbişin gözləri çanağından çıxmaq dərəcəsinə gəlmişdi. O, kar görməyən top açarları qaldırıb [yerə] çırpdı.. S.Rəhimov. Kar salmaq – bax. kar etmək. Padşahın gözləri tutulur, .. təbib, dərman qalmır, hamısını eləyirlər, kar salmır ki, salmır. (Nağıl). Amma [molla] hər nə deyirsə, heç biri kar salmır. “M.N.lətif.” Kar vermək – əlverişli olmaq, işə yaramaq, faydası olmaq. [Xırdaxanım:] Nurcahan, bizə yatmaq kar verməz. N.Vəzirov. Kara düşmək – bax. kara gəlmək. Kara gəlmək – işə yaramaq, lazım olmaq; köməyi, xeyri dəymək. [Molla Kazım:] Camaatın karına gəlirəm. Ə.Haqverdiyev. Usta Qiyas bir bükülü pulu [Kərimin] qabağına qoyur: – Kasıb yaşayırsan, kara gələr. M.İbrahimov. Kardan düşmək – işdən düşmək, yararsız hala gəlmək. İşləməyən kotan pas atar və kardan düşər.. M.İbrahimov. Karına gəlmək – işinə yaramaq, köməyi olmaq. [Rüstəm:] Pristav yox, kətxuda da yox, adam döyən, camaat incidən yox, camaatın karına gələn bir adam olsun. S.Rəhimov. Söhbət lampa şüşəsinə çatanda mən tavandan sallanan elektrik lampasını göstərib soruşdum: – Niyə, bu, karınıza gəlmir? R.Rza. karabin [fr.] Qısalüləli tüfəng. [Səttarxan] qısaqundaqlı bir Avstriya karabini götürmüşdü. P.Makulu. karabinyer [fr.]\n1. Keçmişdə Qərbi Avropada və XIX əsrin ortalarına qədər Rusiyada: karabinlə silahlanmış xüsusi hərbi hissələrə mənsub əsgər.\n2. İtaliyada: jandarm. karagələn sif. İşə yarayan; köməyi, xeyri dəyən, gərəkli. Karagələn adam. – Qədir paketin birisini açdı və dedi: – [Bayram] karagələn adamdır. Ə.Vəliyev. karaim is. Krımda və Litvada, habelə Polşada yaşayan türkdilli xalq və bu xalqa mənsub adam. karamel [fr.] Şəkər və patkadan hazırlanan ətirli, rəngli konfet növü. İçli karamel. Karamel konfeti. Karamel fabriki. karandbş is. [rus. əsli “qara daş” sözündən] Yazı yazmaq, şəkil və cizgi çəkmək üçün taxtaya geydirilmiş nazik qrafit, yaxud quru boyaq çubuğu. Qara karandaş. Qırmızı karandaş. Karandaşla yazmaq. – Çernil, qrafit, pero, karandaş; İcad edəni olaydı şil, kaş! M.Ə.Sabir. Xətayinin qılıncını suvardım; Məmməd Araz karandaşı göyərdi. M.Araz. karantin [fr.]\n1. Yoluxucu xəstəliklərin daha da yayılmasının qarşısını almaq üçün xəstələrin və onlarla təmasda olmuş şəxslərin müvəqqəti təcrid edilməsi. Karantin qoymaq. Karantində olmaq (saxlamaq). Karantin müddəti.\n2. Epidemiya olan yerdən gələn şəxsləri, gəmiləri və malları yoxlamaq üçün səhiyyə məntəqəsi. karastı is.\n1. Bir şey qayırmaq üçün lazım olan əl aləti. Qonşuya karastı verməyən məhşərə qolsuz gələr. (Ata. sözü). Bütün emalatxanaların maşın və karastıları dağılmışdı. M.S.Ordubadi. Dəmirçi gətirdiyi karastılarla Həmzənin mağazasının enli, qalınpolad qurşağını, kilidlərini qoparmağa başladıqda Zeynal astadan Veysə dedi. Ə.Əbülhəsən.\n2. dan. Silah. karat is. [ərəbcədən] xüs. Qiymətli daşların 200-206 mq-a bərabər çəki ölçüsü. karate is. [lat.]\n1. Özünü müdafiə sistemi.\n2. Güləş növü. karatlıq sif. Saylara qoşularaq karatın miqdarını göstərir (bax. karat). İki karatlıq brilyant. – Bu təntənəyə İran şahzadəsi .. 12 karatlıq bir brilyant üzüyü də .. satıb xərc etmişdi. M.S.Ordubadi. karbid [lat. carbo – kömür və yun. eidos növ] kim. Karbonun bəzi metal və metalloidlərlə birləşməsi. Dəmir karbidi. • Karbid lampası – suyun kalsium karbidə təsiri nəticəsində alışan asetilenlə yanan lampa. karbol [lat.]: karbol turşusu – spesifik iyi olan zəhərli dezinfeksiya maddəsi – fenol karbol məhlulu. karbon [lat.] Təbiətdə bütün üzvi maddələrin ən mühüm tərkib hissəsi olan kimyəvi element. Radioaktiv karbon. Sulu karbon. – Canlının bədənini təşkil edən kimyəvi elementlər içərisində mühüm yer tutan elementlərdən biri karbondur. M.F.Axundzadə. karbonar (=karbonari) [ital. carbonaro] XIX əsrin əvvəllərində İtaliyada meydana gəlmiş, yadellilərin zülmünə qarşı və İtaliyanın birləşməsi uğrunda mübarizə aparan gizli cəmiyyətin üzvü. karbonari (=karbonar) [ital. carbonaro] XIX əsrin əvvəllərində İtaliyada meydana gəlmiş, yadellilərin zülmünə qarşı və İtaliyanın birləşməsi uğrunda mübarizə aparan gizli cəmiyyətin üzvü. karbonat [lat.]\n1. kim. Karbon turşusu duzu (soda, potaş və s).\n2. kim. geol. Tərkibində karbon turşusu olan mineralların adı.\n3. xüs. Xırda dənəli qara almaz (quyu qazma, cilalama və s. işlərdə işlənir). karbonatlı sif. xüs. Tərkibində karbonat olan. Karbonatlı süxurlar. karbonatlılıq is. xüs. Bir şeydə (süxurda və s.-də) olan karbonatın dərəcəsi. Torpağın karbonatlığı. karbonlaşdırılma “Karbonlaşdırılmaq”dan f.is. karbonlaşdırılmaq məch. xüs. Karbon hopdurulmaq, karbon qazı ilə doyuzdurulmaq. karbonlaşdırma “Karbonlaşdırmaq”dan f.is. karbonlaşdırmaq f. xüs. Karbon qazı hopdurmaq, karbon qazı ilə doyuzdurmaq. karbonlu sif. xüs. Tərkibində karbon olan, karbon qarışdırılmış. karbürasiya [fr.] xüs. Daxili yanacaqlı mühərriklərdə duru yanacaq ilə havanın qarışmasından yanacaq qatışığı əmələ gəlməsi. Karbürasiya etmək. karbürator [fr.] xüs. Daxilində karbürasiya əmələ gələn cihaz (daxili yanacaqlı mühərriklərdə). karbüratorlu sif. Karbüratoru olan. Karbüratorlu motor. kardinal [lat.] Katolik kilsəsində yüksək (papadan sonra birinci) ruhani rütbəsi, habelə bu rütbəni daşıyan şəxs. Kardinal rütbəsi. kardinallıq is. Kardinal rütbəsi, vəzifəsi. kardioqraf [yun. kardia – ürək və grapho – yazıram] xüs. Ürək fəaliyyətini yazmaq üçün cihaz. kardioqrafiya [yun. kardia – ürək və grapho – yazıram-dan] tib. Kardioqraf vasitəsilə ürək fəaliyyətinin yazılması. kardioqram [yun. kardia – ürək və gramma – yazı] xüs. Ürək fəaliyyətinin qrafik təsviri. kardiologiya [yun. kardia – ürək və logos – elm] Tibb elminin ürək xəstəliklərini tədqiq edən bölməsi. kardioloji sif. tib. Ürəyə aid olan. // Ürək xəstəliklərinin müalicəsi üçün olan. Kardioloji sanatoriya. kardioloq [yun. kardia – ürək və logos – elm-dən] Ürək xəstəlikləri mütəxəssisi olan həkim. karel Kareliyanin əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Karel dili. Karel ədəbiyyatı. karet (=kareta) [pol.] köhn. Hər tərəfi örtülü, dördtəkərli, at qoşulan, yaylı minik arabası. Atın köhləni ancaq minik üçün və ya müzəyyən faytonlara və karetalara qoşulmaq üçün saxlanılır. Ə.Haqverdiyev. [Ana:] Qızım karet içində, üzündə duvaq, yanında sağdışı, soldışı otursun. A.Şaiq. Aparsın mənzilə bizi kareta; Orda bir gecəlik qonağım ol sən. S.Vurğun. Şaxtalı küçələrdən keçirdi karetalar. R.Rza. kareta (=karet) [pol.] köhn. Hər tərəfi örtülü, dördtəkərli, at qoşulan, yaylı minik arabası. Atın köhləni ancaq minik üçün və ya müzəyyən faytonlara və karetalara qoşulmaq üçün saxlanılır. Ə.Haqverdiyev. [Ana:] Qızım karet içində, üzündə duvaq, yanında sağdışı, soldışı otursun. A.Şaiq. Aparsın mənzilə bizi kareta; Orda bir gecəlik qonağım ol sən. S.Vurğun. Şaxtalı küçələrdən keçirdi karetalar. R.Rza. karə [fars.]: nə karəsən? – nəçisən? nə işin sahibisən? [Gənc:] Kimsən, nə karəsən, bilmirəm, mənim sirrimə əl aparma! Çəmənzəminli. Nəkarədir – nəçidir, kimdir, nə ixtiyarı var, nə haqqı var. Nə Leyli sən kimi olmuş, nə mən kimi Məcnun; Nəkarədir gəlib onlar bizə bərabər ola?! Ə.Vahid. kargah is. [fars.] Xalça, palaz və s. toxumaq üçün çərçivə şəklində qurğu; hana, dəzgah. • Kargah toxumaq – hanada xalça, palaz və s. toxumaq. Yar durub kargah toxuyur; Nəfəsi ənbər qoxuyur. Aşıq Əli. kargər is. [fars.] köhn. Fəhlə, əmələ, işçi. Atam əllaf, babam dülgər idi; Qardaşım culfa, əmim kargər idi. M.Ə.Sabir. [Biluri:] Həqiqət və namus ancaq rəncbərdə və kargərin həyatında qalıb, heyif ki, onların da ürəyi əli kimi kobuddur. M.İbrahimov. // Usta köməkçisi. kargir is. [fars.] köhn. Təsir, əlac. • Kargir olmaq – təsir etmək, əlac etmək. Bir gün də miraxur gəlib xəbər verdi ki, xanın çox istədiyi kürən atı bir sancı tutub, hər nə edilirsə, kargir olmur. Ə.Haqverdiyev. kargüzar is. [fars.] İdarə və s.-də dəftərxana işlərini aparan xidmətçi; işlər müdiri. Kargüzarı çağırıb, onlara vəzifə verəcəyini düşünərək tələbələr çox məmnun oldular. A.Şaiq. Kargüzar olmusan, müxbir olmusan; Ey qoca müəllim, ey möhkəm insan! M.Müşfiq. Kargüzar, qardaşına toy etmək üçün icazə alıb kəndə getmişdi. S.Rəhman. kargüzarxana is. [fars.] köhn. kit. Dəftərxana. Molla əmi, .. bizim kargüzarxanamız keçəcəkdə də vətənə çox xidmət edib. C.Məmmədquluzadə. kargüzarlıq I. is. Kargüzarın işi, məşğuliyyəti, vəzifəsi. Kargüzarlıq vəzifəsi. // Dəftərxana işləri. • Kargüzarlıq etmək – dəftərxana işlərini aparmaq.\n\nII. is. köhn. Kömək, yardım. • Kargüzarlıq etmək (buyurmaq) – kömək etmək. [Əhməd:] ..Gərək siz bu bəyə lazımınca kömək edəsiniz, işlərinə kargüzarlıq buyurasınız. N.Vəzirov. karxana is. [fars.]\n1. köhn. Fabrik, zavod, emalatxana. Çit karxanası. – Kitayda yapon malı baykot edilib, yapon karxanalarını işsiz qoyublar. C.Məmmədquluzadə. Hər səhər günçıxanda karxana irili-xırdalı yüzlərlə oğlan və qız uşağı ilə dolurdu. Ə.Məmmədxanlı. İmaməlini xalça karxanasına şagird qoymuşdular. Ə.Sadıq.\n2. Daş çıxarılan yer (adətən “daş karxanası” şəklində). Siz hər gün limana gələn gəmilərin sayını öyrənib, balaca bir kağıza yazarsınız, sonra şəhərin kənarındakı daş karxanasına göndərərsiniz. M.Hüseyn.\n3. Əhəng yandırılan yer. karxanaçı is. köhn. Karxana sahibi. Karxanaçı “qibleyi-aləm” sözünü eşidəreşitməz titrəməyə başladı. Çəmənzəminli. karxanaçılıq is. köhn. Karxana sahibliyi. karıxdırıcı sif. Karıxdıran, fikri çaşdıran. Karıxdırıcı vəziyyət. Karıxdırıcı sual. karıxdırılma “Karıxdırılmaq”dan f.is. karıxdırılmaq “Karıxdırmaq”dan məch. karıxdırma “Karıxdırmaq”dan f.is. karıxdırmaq icb. Çaşdırmaq, fikrini çaşdırmaq. Gözləmədiyi bu atəş düşməni elə karıxdırdı ki, .. yerə sinmək belə yadına düşmədi. Ə.Əbülhəsən. [İsmayıl:] Heç olmasa iki dəstəyə bölünüb, onları iki tərəfdən karıxdırmalıyıq. P.Makulu. karıxma “Karıxmaq”dan f.is. karıxmaq f. Çaşmaq, çaşıb qalmaq, özünü itirmək, nə edəcəyini, nə deyəcəyini bilməmək. Məmmədhəsən əmi lap karıxdı.. C.Məmmədquluzadə. Evdən çölə çıxdı Sona darıxmış; Yolun o tayına keçdi karıxmış. H.K.Sanılı. Heç vaxt karıxmayan bir müəllimin; Ağzında ilk dəfə dolaşır sözü. H.Arif. karikatur [ital.]\n1. Bir şəxsi və hadisəni qəsdən gülünc surətdə təsvir edən şəkil. Gülməli karikatura. – Qəzetin birinci səhifəsində çəkilmiş karikaturada ağ bir qoyun göy çəmənlikdə ot qırpırdı, amma sağında və solunda iki boz qurd şöngüyüb göz-gözə oturmuşdu.. Ə.Məmmədxanlı. [Rəssam:] Mən [Şahinin] karikaturasını çəkməsəm, adımı dəyişib rəngsaz qoyaram. S.Rəhman. // İncəsənətin digər növləri vasitəsilə verilən bu cür şəkil, habelə bu mahiyyətdə olan əsərlər haqqında. Bu təsvir deyil, karikaturadır.\n2. Bir şeyin gülünc, miskin bənzəri (adətən müqayisə məqamında). Hitler Napoleonun karikaturasıdır. M.Hüseyn. karikaturalaşdırılmaq “Karikaturalaşdırılmaq”dan f.is. karikaturalaşdırılma məch. Karikatura halına salınmaq, gülünc şəkildə təsvir edilmək (göstərilmək). karikaturalaşdırma “Karikaturalaşdırmaq”dan f.is. karikaturalaşdırmaq f. Karikatura şəklinə salmaq, gülünc şəkildə təsvir etmək (göstərmək). karikaturçu is. Karikatura çəkən rəssam. karikaturçuluq is. Karikaturaçının işi, sənəti, karikatura çəkmə. karikaturlu sif. Karikaturası olan, karikatura çəkilmiş. Karikaturalı jurnal. – [Dilbər] kənd məktəbindəki rəsm müəlliminin köməyi ilə həftədə bir nömrə şəkilli, karikaturalı iri qəzet hazırlayıb çardaqdan asırdı. Ə.Sadıq. kariyes is. [lat.] Sümüyün və ya dişin iltihablı dağımı, çürüməsi. karkas [ital. carcassa] Bina və s.-nin dəmirdən düzəldilən gövdəsi, skeleti. Çoxmərtəbəli evin karkası. // Parçadan düzəldilən bəzi məmulatların məftil skeleti, əsası. Abajurun karkası. kar-kor is. Həm qulağı eşitməyən, həm gözü görməyən adam. karkün sif. [fars.] köhn.\n1. İşcil, işlək, işləyən, işgüzar, işbacaran. [Fərmanın] qəsdi özünün karkün olmasını həm əmisinə, həm də Gövhərtaca göstərmək idi. Ə.Haqverdiyev. ..Babakişi çox karkün adam idi. S.Rəhimov.\n2. Başqasına əl tutan, kömək edən, işə yarayan. Karkün adam. karkünlük is. köhn. İşcillik, işləklik, işgüzarlıq. İçəriyə qoltuğu portfelli, üzündəngözündən süni karkünlük tökülən bir tələbə girdi. Çəmənzəminli. kar-lal is. Həm eşitmək, həm də danışmaq qabiliyyətindən məhrum adam. Karlallar məktəbi. karlaşma 1. “Karlaşmaq”dan f.is.\n2. dilç. Səs tellərinin iştirakı olmadan tələffüz edilmə. karlaşmaq f.\n1. Kar olmaq, eşitmək qabiliyyətini itirmək.\n2. dilç. Səs tellərinin iştirakı olmadan tələffüz edilmək. karlı sif.\n1. Yararlı, işəyarar, karagələn. Karlı adam. – Bu davada onlardan on nəfərdən çox karlı adam ölmüşdü. “Qaçaq Nəbi”. Tapançalardan hansı daha karlıdır? A.Şaiq. // məc. Güclü, böyük, möhkəm, bərk, təsirli. Karlı yara. Karlı yumruq. Karlı söz. – Gec kəsər, karlı (z.) kəsər; Bir məzlumun ahı səni. (Ata. sözü).\n2. Xeyirli, faydalı, qazanclı, istifadəli. [Qədir:] Cibim boş, ümid yerim yox! Zəmanə şuluqluq, .. bir karlı iş yox, filan yox! Mir Cəlal.\n3. İşbacaran, işgüzar; daha bacarıqlı, daha işlək. Həcərin karlı qardaşları vardı. “Qaçaq Nəbi”. [Rzaqulu:] ..Bir azca hələ bəlkə mən ondan karlıyam da. Nöşün o olsun, mən olmayım? N.Vəzirov. karlıq is. Eşitmə qabiliyyətinin olmaması və ya nöqsanlı olması. Dil açmada karlıq da gedər, korluğumuz da; Çünki lallığımız doğmuş idi karlığımızdan. Şəhriyar. • Özünü karlığa vurmaq (qoymaq) – özünü kar kimi, eşitməyən kimi göstərmək. Nəbi özünü karlığa vurub, ona yaxın gəlməsini əli ilə işarə edir. “Qaçaq Nəbi”. karlılıq is. İşə yararlıq, gərəklilik, faydalılıq. karnaval [ital.] Çox vaxt açıq havada oyunlarla, rəqslərlə, maskalarla və xüsusi geyimlərlə keçirilən xalq şənliyi – maskarad. karniz [alm. əsli ital.]\n1. memar. Divarın yuxarı hissəsini tamamlayan, yaxud qapı, pəncərə üstündən uzanan horizontal çıxıntı. Üz tutdum o yüksək saraya doğru; Çıxdım pilləkəndən üzüyuxarı; Karnizlər tökülüb diş-diş görünür; Bizdəki qəflətə sanki o gülür. Şəhriyar.\n2. Pəncərə və ya qapı üstündən pərdə asmaq üçün divara bənd edilən metal və ya ağac mil. karotin is. [lat.] “A” vitamini. karp zool. Üstündə iri, tünd-qızılı pulları olan, şirin su balığı. karpkimilər cəm zool. Əsasən şirin sularda yaşayan balıqlar (məs.: çəki, çapaq və s.) ailəsi. karsala sif. dan.\n1. Qulağı ağır eşidən.\n2. Key, huşsuz, duyğusuz; zehni kütləşmiş, korazehin. karsalalıq is. dan.\n1. Qulağı ağır eşitmə.\n2. Keylik, huşsuzluq, duyğusuzluq; zehinsizlik, korazehinlik. karsalama “Karsalamaq”dan f.is. karsalamaq f. dan. Qulağı bir qədər karlaşmaq, qulağı ağır eşitməyə başlamaq. karsaz sif. [fars.] köhn. İş görən, işbacaran, bacarıqlı, işgüzar. karsazlıq is. köhn. İşcillik, bacarıqlılıq, işgüzarlıq. • Karsazlıq etmək (eləmək) – 1) işə yaramaq, kömək etmək, yararlıq göstərmək, xeyri olmaq; 2) kömək etmək, yardım etmək. [Məşədi Tağı:] ..Allah qoysa, sizə çox-çox karsazlıq edəcəyəm, ancaq bir dəfə lazımınca səy eləyin. N.Vəzirov. O da kimə əlli manat, yüz manat barama vaxtına, buğda vaxtına, ya üzüm vaxtına pul karsazlıq eləyərdi. Ə.Haqverdiyev. karser [lat.] Müqəssirin müvəqqəti saxlandığı biradamlıq otaq. Karserə salmaq. karsız sif. Gərəksiz, işə yaramayan. Bağçasız, bağsız dağlar; Dumansız, qarsız dağlar; Mən sizə arxalandım; Siz olduz karsız (z.), dağlar! (Bayatı). Mən hərdən oturub fikirləşirəm və bu əqidəyə gəlirəm ki, bizim çoxumuzu bədbəxt edən karsız, vecsiz və xeyirsiz qohumlarımızdır. Ə.Vəliyev. karsızlıq is. Gərəksizlik, işə yaramama. ..Çox ittifaqlarda inspektor, direktor .. [müəllimlərin] tənbəlliyindən və karsızlığından şikayət edirlər. F.Köçərli. Çəpəl fəndinin karsızlığını, bu müvəffəqiyyətsizliyini onunla izah edirdi ki, bəyin inamı düz deyil. Mir Cəlal. • Karsızlıq etmək – zəiflik göstərmək, heç bir təsir göstərə bilməmək. kart [alm. əsli ital.]\n1. Hər birinin dörd növü olmaqla, üzərindəki şəkil və işarələrlə bir-birindən fərqlənən qumar kağızlarının hər biri, qumar kağızı. Kart vermək. Kart almaq. Kart paylamaq. – Mehriban səfillər, kefləri çağdır; Kart masa üstündə daraqdaraqdır. M.Müşfiq.\n2. Həmin kağızlarla oynanılan oyun. Kart oyunu. Kartda udmaq. Kartda bəxti gətirmək. Kart oynamaq. • Kart çəkmək – oyun zamanı kartların içərisindən bir və ya bir neçəsini çəkib götürmək. Kart vurmaq – kartla oyun (qumar) oynamaq. [Nəbi:] [Bəylər] çox vaxt gecəni gündüzə qatıb o biri günə kimi kart vururlar. S.S.Axundov. ‣ Kart basmaq – aldatmaq, hiylə işlətmək, kələk gəlmək. karteç is. [rus.]\n1. İçi xırda güllələrlə doldurulmuş top mərmisi.\n2. İri qırma. kartel [fr.] iqt. Birlikdə öz ticarət və istehsal müstəqilliyini saxlayan inhisar formalarından biri. Kartel şəraitində birləşmiş müəssisələr öz ticarət və istehsal müstəqilliyini saxlayır. kartelləşdirilmə “Kartelləşdirilmək”dən f.is. kartelləşdirilmək məch. iqt. Kartel şəklində birləşdirilmək, birləşdirilərək kartel düzəldilmək. kartelləşdirmə “Kartelləşdirmə”dən f.is. kartelləşdirmək f. iqt. Birləşdirib kartel düzəltmək, kartel şəklində birləşdirmək (sənaye müəssisələrini). karter is. [ing.]\n1. Mexanizmi zədədən və tozdan qoruyan qurğu.\n2. İçində mexanizm yerləşən metal qutu. kartoçka [rus.]\n1. Üzərində bir şey yazmaq üçün düzbucaq şəklində kəsilmiş qalın kağız, ya karton vərəqəsi (kartoteka vahidi kimi). Kataloq kartoçkası. Kartoteka beş min kartoçkadan ibarətdir.\n2. dan. Kiçik ölçüdə fotoşəkil. Foto kartoçkası. – [Zabit:] Yenə şübhən qalmışsa, al bax, [Arazın] jandarm idarəsində çəkilmiş əksi, – deyə kartoçkanı ona verdi. A.Şaiq.\n3. Bilet və ya vərəqə şəklində vəsiqə. Üzvlük kartoçkası. Müxbir kartoçkası. – ..O biri günü, günorta zamanı mənzilə qayıdıb, masamın üstündə bir vizit kartoçkası tapdım: “Cəlil Məmmədquluzadə – “Molla Nəsrəddin” məcmuəsinin redaktoru”. Ə.Haqverdiyev.\n4. köhn. Norma üzrə ərzaq və s. almaq üçün kəsilmə talonu olan blank. Çörək kartoçkası. Ərzaq kartoçkası. Kartoçka bürosu. kartof is. [alm.]\n1. Yumrusu torpağın altında yetişən, nişasta ilə zəngin bitki.\n2. Həmin bitkinin qida kimi işlədilən yumrusu. – Evin xanımı tez o tərəfə keçib balaca boşqaba bir-iki parça qızardılmış kartof qoydu. M.Hüseyn. Arvad soyduğu kartofu bir yana qoyub, təəccüblə Qəribova yaxınlaşdı. S.Rəhman. • Kartof unu – kartofdan hazırlanan nişasta. kartofçıxaran is. k.t. Kartofu yerdən çıxarmaq üçün maşın. // Sif. mənasında. Kartofçıxaran aqreqat. kartofçu is. Kartof əkib-becərməklə məşğul olan adam. kartofçuluq is. Kartof əkib-becərməklə məşğul olma. kartofdoğrayan is. Kartof doğrayan maşın və s. // Sif. mənasında. Kartofdoğrayan bıçaq. kartofəkən is. k.t.\n1. Kartof əkmək üçün işlədilən maşın və s. // Sif. mənasında. Kartofəkən aqreqat.\n2. Kartof yetişdirməklə məşğul olan. Kartofəkən rayonlar. kartofkimilər cəm bot. Kartof və ona bənzər bitkilərin daxil olduğu fəsilə. kartofsoyan is. Kartofun qabığını soymaq üçün xüsusi alət (bıçaq). // Sif. mənasında. Kartofsoyan bıçaq. kartoftəmizləyən bax. kartofsoyan. kartofyığan bax. kartofçıxaran. Kartofyığan kombayn. kartoqraf [alm. karte və yun. grapho] Coğrafiya xəritələri çəkən mütəxəssis; xəritəçi. kartoqrafik sif.\n1. Kartoqrafiyaya aid. Kartoqrafik işarələr.\n2. Coğrafiya xəritələrinin hazırlanması ilə əlaqədar olan. Kartoqrafik işlər. Kartoqrafik material. kartoqrafiya [alm. karte və yun. grapho-dan] Coğrafiya xəritələri düzəltmək üsulundan bəhs edən elm, habelə bu xəritələrin tərtibi. kartoqram [alm. karte və yun. gramma] xüs. Müəyyən hadisəyə aid statistik məlumatı kağız üzərində qrafik şəkildə, əyani surətdə göstərən xəritə. Kartoqram düzəltmək. karton [fr. əsli ital.] Xüsusi qaydada hazırlanmış qalın bərk kağız. // Kartondan düzəldilmiş. Karton qutu. kartonçu is. Karton və ya kartonaj hazırlamaqla məşğul olan fəhlə. kartonaj [fr.] Kartondan qayrılan xırda şeylər. Kartonaj emalatxanası. kartonajçı is. Kartondan müxtəlif şeylər qayıran usta. kartoteka [alm. karte və yun. theke]\n1. is. Müəyyən sistem üzrə yığılmış məlumat ya uçot mahiyyətli kartoçkalar toplusu. Kartoteka şkafı. Kitabxana kartotekası. Lüğət kartotekası.\n2. top. Bu kartoçkaları saxlamaq üçün qutular. kartotekaçı is. Kartotekaya baxan, kartoteka işləri ilə məşğul olan işçi. kartoşka [rus.] dan. bax. kartof. Hədiyyə qızarmış kartoşka gətirib, uşağın qabağına qoydu. Mir Cəlal. kartvellər cəm Gürcülərin və onlara yaxın olan Qafqaz xalqlarının (lazların, minqrellərin və svanların) ümumi adı. karusel [ital.] Üstündə oturub əylənmək üçün at, araba, qayıq və s. şəklində minik yerləri olan, hərlənən qurğu; fırlanqıc. Fırlanır karusel bir təkər kimi; Daima fırlanan, dönən yer kimi. B.Vahabzadə. karvan is. [fars.]\n1. Bir-birinin ardınca sıra ilə hərəkət edən yüklü heyvan (əsasən dəvə) dəstəsi (qatarı); qafilə. İt hürər, karvan keçər. (Ata. sözü). Mağıl keçən vaxtlar dəvə karvanları düzülürdü yola, ticarət malını yükləyirdik dəvələrə.. C.Məmmədquluzadə. Bizim karvanımız beş çarvadar atından ibarət idi. S.Hüseyn. • Karvan bağlamaq – sıraya düzülmək, dəstə düzəltmək. Yenicə işə qoşulmuş bal arıları çiçək üçün yaxındakı meşəyə karvan bağlamışdılar. Ə.Vəliyev. Karvan çapmaq (vurmaq, soymaq, dağıtmaq, kəsmək) köhn. – yoldan gəlib keçən yüklü karvanları soymaq, soyğunçuluq etmək. Kəsdim yollar, vurdum karvan; Çəkib soydum çox bazirgan. “Koroğlu”. [Heydər bəy:] Hər həftədə, hər ayda bir karvan çapmaq olurdu. M.F.Axundzadə. [Məmmədağa:] Ömər nəhayətdə ağıllı və kamallı oğlandır, amma bunun ilə belə atasının xoşuna gəlmir, zira ki, adam öldürməyir, quldurluq etməyir, karvan kəsmir. N.Nərimanov. Karvan çəkmək – karvanı idarə etmək, karvana başçılıq etmək. Darğa lələş .. bu çətin yoldan şəhərə karvan çəkərdi. S.Rəhimov. Karvan yolu köhn. – keçmişdə karvanların işlədiyi yol. Sinəsi gül rəngli tala doludur; Bu çöllər ən qədim karvan yoludur. S.Vurğun.\n2. məc. Toplu halında bir-birinin ardınca, sıra ilə hərəkət edən şeylər haqqında. Təyyarə karvanı. Maşın karvanı. Gəmi karvanı. – Dolanır göyləri bulud karvanı; Bürüyür düzləri Kürün dumanı. H.K.Sanılı. Fəza yollarında baş alıb gedən ulduzlar karvanı ağır-ağır yüksəlir, getdikcə böyük bir boşluqda qərq olaraq, tamamilə gözdən itirdi. Ə.Məmmədxanlı.\n3. məc. klas. Gəlib keçən şey haqqında (“bu dünyadan köçmə” mənasında). Bahar yetməkdədir, Qövsi, gözün aç, qönçə tək uyma; Yetişər köçməyə növbət sənə həm, karivandır bu. Qövsi. karvan-karvan sif. Karvan kimi, qatarqatar, dəstə-dəstə. Karvan-karvan göydən ulduzlar keçir; Öz bəxtinə hər kəs bir ülkər seçir. S.Vurğun. Süzülür göy üzündə buludlar karvan-karvan. M.Seyidzadə. karvanbaşı is. köhn. Karvana başçılıq edən adam; karvançı. Karvanbaşı üstündə mürgülədiyi birinci dəvənin üstündən sıçrayaraq tələsik onu cilovundan tutub yola çəkir və maşının yanından keçirirdi. M.İbrahimov. Karvanbaşı, qocalmışam, karvanını aramla çək; Çəkirəm dünya dərdini, çiynimdən qurğuşun gedir. Şəhriyar. karvanbaşılıq is. köhn. Karvana başçılıq etmə, karvanbaşının işi və vəzifəsi. karvançı is. köhn.\n1. Karvanla yük daşıyan adam.\n2. Karvan başçısı, karvanı idarə edən şəxs; karvanbaşı. İbn Mingə qulaqlarına inanmadı, karvanbaşı olduğu bir karvanda karvançı bir oğlanın üzəngisini tutmaq onun üçün çox ağır və dözülməz bir cəza idi.. Ə.Məmmədxanlı. karvançılıq is. köhn.\n1. Karvanla yük daşıma peşəsi.\n2. Karvana başçılıq etmə; karvanbaşılıq. karvanqıran is.\n1. Zöhrə (ulduz). Öksüz taleyim tək gecikdin nədən? Karvanqıran doğdu, görünmədin sən. C.Cabbarlı. Buludun pərdəsi sıyrıldı bir az; Göydə Karvanqıran gümüşü qotaz. R.Rza.\n2. məh. Dağdan əsən soyuq külək, dağ küləyi. karvanqovan sif. Çox şiddətli külək, qasırğa haqqında. İncə ətir yayırdı bağçadakı çiçəklər; Uzaqdı bu həyətdən karvanqovan küləklər. S.Rüstəm. karvansara is. [fars.]\n1. Özgə yerlərdən gələn karvanların və yolçuların müvəqqəti qalması, qoşqu heyvanları və minik vəsaitinin saxlanması üçün böyük həyəti olan xüsusi bina. [Qərib] küçələrdə gəzə-gəzə bir adam axtarırdı ki, karvansaranı soruşsun, bir də gəlib bir meydana çıxdı. “Koroğlu”. [Yusif şah] əmr elədi ki, hər yerdə yollar təmir olunsun və lazım məqamlarda və mənzillərdə körpülər və karvansaralar tikilsin. M.F.Axundzadə.\n2. məc. zar. Qonağı, gəlib-gedəni çox olan yer haqqında. Ev dönüb karvansaraya.\n3. mən. Böyük, geniş yer mənasında. Araba karvansara kimi böyük bir həyətə girdi. A.Şaiq.\n4. məc. dan. Yoxsul, kasıb, içində müxəlləfatı, dir-dirriyi olmayan mənzil haqqında. Evi karvansaraya oxşayır. karvansaraçı is. köhn. Karvansara sahibi, karvansara saxlayan adam. Bu şəhərin Yuxarıbaş deyilən məhəlləsində Kərbəlayı Kazım adlı bir karvansaraçı var idi. P.Makulu. Bu saat karvansaraçıya deyim, onları oyatsın. Nə qədər yükünüz var çatın! Q.İlkin. karvansaraçılıq is. köhn. Karvansaraçının peşəsi, karvansara saxlama. Karvansaraçılıq etmək. karvanvuran is. köhn. Yoldan gəlib keçən karvanları soyan; yolkəsən, quldur, çapovulçu. karvanyolu is. bax. kəhkəşan. karyer is. [fr.] Karxana. Daş karyerası. Qum karyerası. karyera [fr. carriere] Xidməti və ya başqa fəaliyyət sahəsində irəliləmə, şöhrətlənmə, tanınma; mənsəb, şöhrət. [Sultan:] Bizim bir para cavanlarımızın evini yıxan, bax, elə bu karyera həvəsidir. İ.Hüseynov. karyerist [fr. carriere-dən] Karyerasını hər şeydən üstün tutan adam; mənsəbpərəst, şöhrətpərəst. Ona baxar, nəğmə deyər qızların gül dodağı; Karyeristin açılmayır tutqun qaşı, qabağı. S.Vurğun. karyerizm [fr.] Mənsəbpərəstlik, şöhrətpərəstlik. kasa is. [fars.]\n1. Çini, büllur, saxsı və ya metaldan qayrılmış ağzıgen qab. Mis kasa. Çini kasa. Kasaya xörək tökmək. Bir kasa su. – Axşam çay ortalığa gələndə gənə bir kasada qaynar süd ortalığa gəldi. C.Məmmədquluzadə. Kənd uşaqları əllərində badya, mis kasa dərəyə enirdilər. A.Şaiq.\n2. Baş sümüklərinin, beyni əhatə edən yuxarı hissəsi. Beyin kasası.\n3. Qaşıq və ona bənzər şeylərin çuxuru. Qaşıq kasası. Çömçə kasası. Tarın kasası.\n4. bot. bax. kasacıq 2-ci mənada. Kasasını açır zanbaq; Xoş bir ətir saçır zanbaq. M.Dilbazi. ‣ Kasa rəqsi – içi su ilə dolu kasalarla ifa edilən xalq rəqsi. [Şahin:] Mənim orijinal bir nömrəm var. O da kasa rəqsidir; kasaları su ilə doldurub bir podnosa düzürəm və başıma qoyub rəqs eləyirəm. S.Rəhman. ...kasası daşmaq (dolmaq) – bir şeyin son həddini göstərir. Əvvəl bu fələk cümlədən əymişdi damağı; Qəm kasəsi daşdı. M.Ə.Sabir. [Gövhər xanım:] Daha bəsdir! Səbir kasam dolub daşmış. S.S.Axundov. kasacıq is.\n1. Kiçik kasa, balaca kasa.\n2. bot. Açma dövründə çiçəyin xarici örtüsü; kasa. Tam çiçəkdə kasacıq, taccıq, erkəkcik və dişicik olmalıdır. M.Qasımov. kasad [ər.]\n1. sif. Ticarətdə: mala tələb olmadığı, müştəri tapılmadığı, onun satılmadığı hal; alış-verişdə durğunluq, rəvacsızlıq. [Hacı Qara:] Bu kasad bazarda mənim bir şahı qazancım yoxdur, abbasını hardan alıram, sənə verim? M.F.Axundzadə. • Kasad etmək (eləmək) – alıcıdan, müştəridən məhrum etmək; satılmamasına, alınmamasına, yayılmamasına səbəb olmaq. Kasad olmaq – bax. kasadlaşmaq.\n2. is. Qıt(lıq), qəhət(lik), azlıq, çatışmazlıq. kasadlanma “Kasadlanmaq”dan f.is. kasadlanmaq bax. kasadlaşmaq. kasadlaşdırma “Kasadlaşdırmaq”dan f.is. kasadlaşdırmaq f. Kasad etmək, azaltmaq, qıtlıq törətmək, yoxa çıxartmaq. kasadlaşma “Kasadlaşmaq”dan f.is. kasadlaşmaq f.\n1. Kasad olmaq; müştərisi, alıcısı olmamaq; malları satılmayıb qalmaq, alış-verişdə durğunluq əmələ gəlmək (çox vaxt “bazar(ı)” sözü ilə). Bazar gəldikcə kasadlaşır, camaat dindən-məzhəbdən çıxır, üləmaya etina eləmir. Ə.Haqverdiyev. Kərbəlayının bazarı hər gün kasadlaşırdı. M.Hüseyn.\n2. Qıtlaşmaq, qəhətləşmək, yoxa çıxmaq. kasadlıq is.\n1. Ticarətdə malın satılmadığı, işə getmədiyi, müştərisi olmadığı vəziyyət; rəvacsızlıq, alış-verişdə durğunluq, böhran. Tərəkəmə şəhərdən çəkilib getmişdi, bazar bərk kasadlıq idi. Çəmənzəminli. [Həsən:] Bazarın kasadlığı ovqatımı təlx edib. Ə.Haqverdiyev. [Qafar:] Bu kasadlıq vaxtında mən səni üç ziyarətə necə aparım? S.S.Axundov.\n2. Qıtlıq, qəhətlik. Başlanır illərin kasadlıq ili; Muğanın başına dünya dar olur. S.Vurğun. • Kasadlıq çəkmək – qıtlıq, qəhətlik keçirmək.\n3. Kasıblıq, yoxsulluq, ehtiyac mənasında. Ağardı saçların, ömrün də yarı; Kasadlıq keçirir şerin bazarı. S.Vurğun. • Kasadlığa düşmək – kasadlıq çəkmək, yoxsul olmaq. kasamas is. [fars.] Qatıq. kasbsiya is. [lat.] hüq. Qanuni qüvvəyə minməmiş məhkəmə qərar və hökmlərindən şikayət. // Yuxarı məhkəmə orqanları tərəfindən bu şikayətə baxılması. kasaşəkilli bax. kasavari. kasaşəkillilik bax. kasavarilik. kasavari sif. Kasa şəklində, kasaya oxşayan; kasaşəkilli. kasavarilik is. Kasa şəklində olan şeyin halı; kasaşəkillilik. kaset is. fr. Fotoplyonka, maqnitofon, video yazıları üçün qoruyucu qutular. kasıb sif. [ər.]\n1. Heç bir var-dövləti olmayan, ehtiyac içində yaşayan adam, yoxsul (varlı, dövlətli əksi). Kasıb adam. – Kasıbdı, bayquşdu, yoxdu bir zadı; Heyif zəhmətinə, haqqı-sayına. Aşıq Ələsgər. Müsəlmanlar kasıbdırlar, qeyri millətlərdən çox kasıbdırlar və bunun da səbəbi odur ki, müsəlmanların xərci çoxdur. C.Məmmədquluzadə. Bilirəm kasıb oğlanlarsınız, mənim əlimdəki qızlara evlənib onların nazını çəkə bilməzsiniz. M.S.Ordubadi. // İs. mənasında. Kasıbı dəvə üstündə böv vurar. (Məsəl). Varlı, kasıb bu dünyadan köçərlər; Yaxşını, yamanı görüb seçərlər. “Koroğlu” • Kasıb düşmək – yoxsullaşmaq, kasıblaşmaq. [Məşədi Səttar] axır kasıb düşüb evini satdı. Ə.Haqverdiyev. [Dilara Bəhruza:] İndi birdən-birə kasıb düşmüş Dilaraya əfsanələr dünyası vəd edirsən! Ə.Məmmədxanlı.\n2. Yoxsul, kasıbyana, kasıbvari; yoxsulvari. Bir azdan sonra kasıb bir süfrə açıldı. A.Şaiq. [Vidadi:] Kasıb komacığım özümə yetər; Burda yazılmışdır yüzlərlə əsər. S.Vurğun.\n3. məc. Zəif, naqis, qüsurlu. Ağıldan kasıb. Bilikdən bir az kasıbdır. – Bəlkə bu dil çox kasıbdır; Qucağına sığışmayır; Əsrin böyük fikirləri?.. B.Vahabzadə.\n1. bax. kasıbvari, kasıbyana. [Alı kişinin] kasıbca süfrəsi həmişə dostların qabağında açıq olardı. “Koroğlu”.\n2. sif. məc. Kiçik, balaca, az. Canı var süddən bayaz; Kasıbca boydan bir az. Ə.Cavad. kasıbçılıq dan. bax. kasıblıq. [Kərbəlayı Abdulla] ..bir balaca dükanın qabağında piti düzüb kasıbçılıq edir. C.Məmmədquluzadə. Kasıbçılıq [Tükəzban] üçün çətin bir iş deyil idi. B.Talıblı. kasıbfəndi sif. Kasıba yarayan, kasıba əl verən, kasıb üçün münasib olan. [Hüseynəli xan:] Mənim qızım .. oxumuş qızdır, sənə yaramaz. Sən bir çölçü babasan, sənə bir kasıbfəndi qız gərək. N.Vəzirov. kasıbkar bax. kəsbkar. [Fatmanın əri:] Mən kişini tanıyıram, öz işində kasıbkar bir adamdır. Amma oğlu bir az dələduzdur. Çəmənzəminli. kasıbkarlıq bax. kəsbkarlıq. [Kazım:] Bu saat başını salamat saxlamaq istəyirsənsə, başını aşağı sal, kasıbkarlığına qurşan, bu tifilləri saxla. Çəmənzəminli. kasıb-kusub top. dan. Kasıb, yoxsul adamlar, füqəra. Tiflisin bütün lampaları yandı, kasıb-kusub evinə çəkildi. “Aşıq Qərib”. [Bədəl:] Amma kasıb-kusubla gərək heç kəsin işi olmasın. Ə.Haqverdiyev. [Sara bibi:] Onsuz da kasıb-kusub arvadı kənd yerində çadra örtmür. Qantəmir. kasıblama “Kasıblamaq”dan f.is. kasıblamaq f. Kasıblığa düşmək; dövləti, varı əlindən çıxmaq; yoxsullaşmaq. kasıblaşdırılma “Kasıblaşdırılmaq”dan f.is. kasıblaşdırılmaq məch. Kasıb hala salınmaq; yoxsullaşdırılmaq. kasıblaşdırma “Kasıblaşdırmaq”dan f.is. kasıblaşdırmaq f. Kasıblaşmasına səbəb olmaq; yoxsullaşdırmaq. kasıblaşma “Kasıblaşmaq”dan f.is. kasıblaşmaq f. Var-yoxu əlindən çıxıb, kasıb hala düşmək, ehtiyaca düşmək; yoxsullaşmaq. kasıblıq is.\n1. Kasıbın hal və vəziyyəti; yoxsulluq. Kasıblıq eyib deyil, oğurluq eyibdir. (Ata. sözü). Kasıblığın evi yıxılsın! İndiyə kimi [Məhəmmədhəsən əminin] qolunu, qıçını bağlayıb, qoymur bir yana tərpənsin. C.Məmmədquluzadə. • Kasıblıq etmək, kasıblıqla məşğul olmaq – yaşamaq üçün minimum qazanc, gəlir verən bir peşə (iş) ilə məşğul olmaq. Bizim məscidin dalında, qapının səkisində əlli-əlli beş yaşında bir kişi oturub kasıblıq edir. C.Məmmədquluzadə. [Bədəl:] Qardaşlar, az keçər ki, hamımız genə evlərimizə qayıdıb kasıblığımızla məşğul olarıq. Ə.Haqverdiyev. • Kasıblığa düşmək – əvvəlki varından məhrum olmaq, əli aşağı düşmək.\n2. Yaşamaq üçün minimum qazanc verən bir peşə, sənət və ya iş. [Namaz:] Mənə izin ver, gedim, özüm üçün bir kasıblıq tapım. Ə.Haqverdiyev. [Muzdur] Allah-talaya şükür edib, təzədən kasıblığa qədəm qoydu. S.Qənizadə. [Yaşlı kişi:] Neçin qardaşını işindən, kasıblığından avara salırsan? S.Hüseyn. kasıbvari (=kasıbyana) zərf Kasıba layiq, kasıba müvafiq, kasıbın gücü, imkanı çatdığı qaydada; kasıbca. Kasıbyana (s.) süfrə. Kasıbyana yaşayır. kasıbyana (=kasıbvari) zərf Kasıba layiq, kasıba müvafiq, kasıbın gücü, imkanı çatdığı qaydada; kasıbca. Kasıbyana (s.) süfrə. Kasıbyana yaşayır. kaska [fr. casque, əsli isp.] Əsasən metaldan olan baş geyimi; dəbilqə, taskülah. Zabitin kaskası on addım kənara dığırlandı. Mir Cəlal. kaskadyor is. [fr.] Kino çəkilişlərində artistin mürəkkəb hərəkətlərini yerinə yetirən əvəzedici. kasni is. [fars.] bot. Xalq təbabətində işlədilən incə yarpaqlı, mavi çiçəkli bitki. • Kasni arağı – bu bitkinin çiçəklərindən çəkilmiş, xalq təbabətində işlənən cövhər. kassa [ital.]\n1. Pul, qiymətli kağızlar və s. saxlamaq üçün yeşik, şkaf, sandıq. Dəmir kassa. Kassanı açmaq. Kassanı bağlamaq.\n2. İdarələrdə, müəssisələrdə pul qəbul etmək, saxlamaq, vermək, bilet satmaq və s. üçün xüsusi şöbə. Dəmir yol kassası. Teatr kassası. Kassadan pul almaq. – Hələ kassa açılmamışdır. S.Hüseyn. Hamı müsafirlər kassa qabağına toplandılar. T.Ş.Simurq. Kassanın qabağı bomboş idi. S.Rəhman.\n3. Müxtəlif kredit idarələrinin adı. Əmanət kassası. – Əmanət kassası deyil uşaqlar; Xərcindən kəsərək qazanc görəsən. B.Vahabzadə.\n4. İdarə və ya müəssisənin nağd pulu. Kassanı yoxlamaq. Kassanı təhvil vermək. Kassa dəftəri.\n5. köhn. Mətbəədə yuvacıqlara (gözlərə) bölünmüş şrift (hürufat) qutusu. [Mürəttib] sürətlə kassanın yuvacıqlarından xırda şriftləri yan-yana düzür. S.Rəhman. ‣ köhn. Qarşılıqlı yardım kassası – üzvlük haqqı şəklində toplanılan vəsaitdən maddi yardım göstərmək üçün işçilərin könüllü təşkilatı. kassir [ital.] Pul, qiymətli kağızlar qəbul edən və verən, habelə bilet satan işçi, kassa müdiri. Kassirə pulu verib, iki bilet aldım. Kassir vəzifəsində çalışmaq. – Hacının halı fövrən dəyişdi. Kassiri qeyzli çağırıb buyurdu ki, “komandirə” on manat versin. Ə.Haqverdiyev. kassirlik is. Kassirin işi, vəzifəsi. Kassirlik etmək (kassir vəzifəsində çalışmaq). kasta [port. casta] Hindistanda və Şərqin bəzi başqa ölkələrində: əsli-nəsəbi, ata-baba peşələri və hüquqi vəziyyətləri cəhətindən bir-biri ilə bağlı olan qapalı ictimai qrup, təbəqə, silk. // məc. Qapalı ictimai qrup, dəstə. kastaçılıq is. Kasta qapalılığı, silki və ya peşəkarlıq cəhətdən qapalılıq. kastanyet [isp.] Barmaqlara taxılaraq rəqs zamanı musiqi vəzninə uyğun surətdə şıqqıldadılan şaxşax. kastet [fr. casse-tete – başını əz] bax. beşbarmaq 1-ci mənada. kaş əd. [fars.] Bəzən “ki” bağlayıcısı ilə birlikdə işlənib, fövqəladə arzu, həsrət, yaxud təəssüf və peşmançılıq bildirir. Kaş tez gələydi. Kaş elə deməyəydim. Kaş ki, gəlməyəydim. – Parə-parə könlümün suzidərunə tabı yox; Göz yolunda qətrə-qətrə qan olub çıxsaydı kaş! Füzuli. [Mirzə Fətəli:] Kaş hamı belə olaydı. Ə.Haqverdiyev. kaşalot [fr. cachalot, əsli port.] zool. Kitlər qrupundan məməli iri dəniz heyvanı. kaşanə is. [fars.] Qəsr, saray, imarət. Hələlik tullamışıq xaneyi-viranələri; Dolanıb kişvəri-Tiflisdə kaşanələri. M.Ə.Sabir. O demişdir: – Mənim komam; Möhtəşəmdir min saraydam; Kaşanələr, xanimanlar; Edə bilməz onu əvəz. B.Vahabzadə. kaşı is. [İranda Kaşan şəhərinin adından]\n1. Üzərinə parlaq şirdən naxış çəkilmiş gil çini qab. Burda bir naşı ağlar; Əlində kaşı ağlar; O evdən cavan gedə; Divarı, daşı ağlar. (Bayatı). Dedim bu dünyada bir toy qurulsun; Mey dolu al kaşı yadıma düşdü. M.Rahim.\n2. Adətən, divarların xarici səthinə bəzək üçün vurulan üzü naxışlı çini. Üzərinə kaşı çəkilmiş divar. – Bayırı kaşı, çini; İçərisi toyuq hini. (Ata. sözü). Şuşanın kaşıdan göy məscidləri; Yarış meydanları, cıdır düzləri; Ulu Pənah xanın ayaq izləri; Görən, bizim üçün darıxmırmı bəs? B.Vahabzadə. kaşılı sif. Kaşı ilə örtülmüş, üzərinə kaşı vurulmuş. Kaşılı soba. – Xurma ağacları kökündən qopub yıxılır, mərmər saraylar yerlə yeksan olur, mavi kaşılı minarələr uçulur, ağ şəlalə qaralıb qıvrılır, üfüqü zülmət pərdəsi bürüyür. Ə.Məmmədxanlı. kaşne [fr. cache-ner] Palto altından boyuna sarılan uzunsov parça. katakomba is. [ital.] Süni və ya təbii mənşəli yeraltı labirintlər. katalitik sif. [yun.] kim. Katalizlə bağlı olan, kataliz təsirinə aid olan. Katalitik proses. kataliz [yun. katalysis] kim. Katalizatorların təsiri ilə kimyəvi reaksiyanın törəməsi və ya sürətinin dəyişməsi. katalizator [yun.] Kimyəvi reaksiyaları özü dəyişmədən sürətləndirən və ya yavaşıdan maddə. kataloq [yun.] Müəyyən qayda üzrə tərtib edilmiş şeylərin (kitabların, əlyazmalarının, muzey eksponatlarının və s.) siyahısı. Kitabxana kataloqu. Sərgi kataloqu. Texniki ədəbiyyat kataloqu. Kataloq otağı. Kataloqa salmaq. – [Nuriyyə:] Balaca bir kataloq düzəltmək üçün kitabları yenidən siyahıya aldım. İ.Əfəndiyev. kataloqçu is. Kataloq tərtibçisi. katar [yun.] tib. Hər hansı bir bədən üzvünün (məs.: boğazın, burnun, ciyərin, mədənin və s.) selikli qişasının iltihabı. ..Mədəsi katar olan şəxslər düşərgədə sağalır.. S.Vəliyev. katarakt [yun. katarraktes – şəlalə] tib. Göz büllurcuğunun görmə qabiliyyətinin zəifləşməsinə və korluğa səbəb olan donuqlaşması (xalq arasında buna “mirvari suyu” deyilir). kataraktlı sif. tib. Kataraktası olan. Kataraktlı göz. katbin is. köhn. Kənarları xəzli qadın paltarı. [Məşədi Xonku] köhnə katbini sandıqdan çıxardıb, xəzlərini güvədən təmizləmişdi. Çəmənzəminli. kateqoriya [yun.]\n1. fəls. Maddi aləmin, varlığın ən ümumi və mühüm xassə və münasibətlərini əks etdirən məfhum. Səbəbiyyət kateqoriyası. Zəruriyyət kateqoriyası. Materiya fəlsəfi kateqoriyadır.\n2. Elmi terminologiyada: hadisələrin, əşyanın dərəcəsini, yaxud onların əlamətlərinin ən ümumi xüsusiyyətlərini göstərən məfhum. Qrammatik kateqoriyalar.\n3. Dərəcə. kateqoriyalı sif. Bu və ya digər kateqoriyaya aid olan; kateqoriyası (dərəcəsi) olan. Müxtəlif kateqoriyalı quyular. Kateqoriyalı idmançı. kater [ing. katter] Yaxın məsafələrdə işləmək üçün motorlu və ya yelkənli kiçik gəmi. Zirehli kater. Yedək kateri. Motorlu kater. Torpeda kateri (torpedalarla silahlanmış kater). – Katerə oturub Neft daşlarından uzaqlaşdıq. M.İbrahimov. Əgər fəhlələr sürətlə gedən katerə minsəydilər, Qara daşlarla liman arasındakı məsafəni beş saata qət edə bilərdilər. M.Hüseyn. Şırım salır sularda; Sürətlə gedən kater. Ə.Cəmil. katerçi is. Katerdə xidmət edən matros. katet [yun. kathetos] riyaz. Düzbucaqlı üçbucaqda düz bucağı əmələ gətirən tərəflərdən biri. kateter [yun.] tib. Dərman yeritmək, yumaq və ya boşaltmaq üçün bədən boşluqlarına və ya kanallarına yeridilən boru; zond. Kateter salmaq. Kateter qoymaq. katib is. [ər.]\n1. İdarənin, müəssisənin, təşkilatın və ya bir şəxsin yazı-pozu işlərini aparan adam. Dəftərxana katibi. Məhkəmə katibi. İdarə katibi. Yerli komitə katibi. – Katib fərmanı oxuyandan sonra qiymətli bir xələt gətirib vəliəhdin çiyninə saldılar. M.S.Ordubadi.\n2. İclasın, yığıncağın və s.-nin protokolunu yazan şəxs. İclasın katibi.\n3. Hər hansı bir təşkilatın seçilmiş rəhbəri. Katib dəstəyi qaldırıb, bir an qulaq asdıqdan sonra soyuqqanlıqla dedi: – Bəli, buraxın gəlsinlər. Q.İlkin.\n4. Hər hansı bir idarənin təşkilat və icra şöbəsinin başında duran şəxs. Qəzet redaksiyası katibi. Jurnalın katibi.\n5. köhn. Yazan, yaxşı qələmi olan. Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar. Füzuli. Mən aşıq, yaza dərdim; Katib yox, yaza dərdim; Fəqir bülbüllər kimi; Qalıbdır yaza dərdim. Sarı Aşıq. ‣ Dövlət katibi – ABŞ-da xarici işlər nazirinin adı. Elmi katib – elmi idarənin cari işlərinin təşkilinə cavabdeh olan şəxs. İnstitutun elmi katibi. katibə is. [ər.] Qadın (qız) katib. Qüdrətin qarabuğdayı katibəsi sürətlə şığıyıb içəri girdi. M.Hüseyn. Narınc çox kobud bir şəkildə katibəyə cavab verdi.. S.Rəhman. katiblik is.\n1. Katib vəzifəsini aparma. İlk təşkilat işlərini aparmaq üçün Abdulla Şaiq, Salman Mümtaz və məndən ibarət olan üçlük təşkil edilmişdi. Katiblik mənim öhdəmə buraxılmışdı. A.Səhhət.\n2. Hər hansı bir təşkilatın, idarənin təşkilat və icra mahiyyətində olan, cari işlərini aparan şöbəsi. Birləşmiş Millətlər Təşkilatının katibliyi. // top. Bu cür şöbənin işçilər heyəti.\n3. top. Protokol işlərini aparmaq, qərarlar hazırlamaq və s. üçün yığıncaqda, konfransda və s.-də seçilən şəxslərdən ibarət heyət. Nümayəndələr konfransın rəyasət heyəti və katibliyini seçdilər. – [Rza Qəhrəmani Firidunə:] Buyur, əzizi-mən, gör gələcəkdə yeni dövlətin vəziri olsan, məni katibliyə götürərsənmi? – deyə zarafat etdi. M.İbrahimov. katod [yun. kathodos] fiz. Mənfi yüklü elektrod (anod əksi). • Katod lampası – elektromaqnit titrəyişləri əmələ gətirmək, yaxud onları gücləndirmək üçün cihaz. katodlu sif. Katodu olan. Katodlu lampa. katulik [lat. əsli yun.] Katoliklərə, katolisizmə aid olan, mənsub olan. Katolik keşişi. Katolik məzhəbi. – ..Katolik kilsəsində hətta ibadəti də musiqi səsi ilə əmələ gətirirlər. C.Məmmədquluzadə. katoliklik is. Katolik məzhəbinə mənsub olma, katolisizmə mənsubiyyət; katolisizm. katolikos [yun.] Kilsə başçısının (patriarxının) titulu. katolisizm [yun.] Başında Roma papası duran qərbi xristian məzhəbi. katorqa is. [yun.] tar.\n1. Son dərəcə sərt bir şəraitdə ağır icbari iş, sürgün və həbs şəklində verilən cəza, habelə sürgün edilmiş cinayətkarlar üçün icbari iş yeri. Katorqaya məhkum edilmək. Katorqaya göndərilmək. Katorqadan qaçmaq. – ..Amma ağır tənbehlərin, yəni Sibirə və katorqaya düşənlərin müddətinin bir hissəsi qalır, bir hissəsi bağışlanır. C.Məmmədquluzadə. Katorqa cəzası – insanları diri-diri qəbrə gömmək üçün idi. M.Hüseyn.\n2. məc. Çox ağır həyat şəraiti və ya zəhmət haqqında. katta is. dan. bax. kətxuda. Kattanı gör, kəndi çap. (Ata. sözü). Müxtəsərin deyir Aşıq Ələsgər; Koxanın, kattanın zatı çıxmışdı. Aşıq Ələsgər. Bu [şəxs] Danabaş kəndinin kattası Xudayar bəydi. C.Məmmədquluzadə. ‣ Katta danışmaq – yekə-yekə danışmaq. kattalıq dan. bax. kətxudalıq. İndi iki il olar ki, Xudayar bəy Danabaşda kattalıq eləyir. C.Məmmədquluzadə. katyuşa [rus. xüs. addan] dan. 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı avtomobildə qurulmuş reaktiv minaatan silahın zarafatyana adı. Mən od-alov yağdırdım katyuşatək dilimdən. S.Rüstəm. kauçuk [ing. əsli isp.] Bəzi tropik bitkilərin şirəsindən, yaxud zavod üsulu ilə süni alınan elastik maddə (bu maddədən rezin istehsal edilir). Təbii kauçuk. Sintetik kauçuk. Kauçuk zavodu. // Kauçukdan qayrılmış. Kauçuk boru. kauçuklu sif. Tərkibində kauçuk olan. Kauçuklu bitkilər. kaustik sif. [yunancadan] kim. Yeyici, yandırıcı. Kaustik maddələr. • Kaustik soda – sabun istehsalında, toxuculuq işlərində tətbiq edilən kimyəvi maddə. kavaler I. [fr. cavalier] köhn. Qadınla birlikdə rəqs edən, yaxud cəmiyyətdə, qonaqlıq və s.-də onu məşğul edən, əyləndirən kişi. ..Kavalerlər cürətlənib xanımların yanında yer tutdular. Puşkindən. // köhn. Pərəstişkar.\n\nII. [lat.] Hər hansı bir ordenlə təltif olunmuş adam. Kutuzov ordeni kavaleri. kavalerlik is. Kavaler olma (bax. kavaler). Kavalerlik etmək. – [Əsgər bəy:] Bəli, sənin kavalerliyinə söz yoxdur. Ə.Haqverdiyev. kavatina [ital.] mus. Operada: kiçik lirik ariya. Məhz operaya xas olan ayrı-ayrı formalara daha çox müraciət edilir: məsələn, ariya, ariozo, kavatina. Ə.Bədəlbəyli. kaverna [lat.] tib. Xəstəlik üzündən canlı orqanizm toxumalarının dağılması nəticəsində bədən üzvlərində (məs.: vərəm xəstəliyində ciyərdə) əmələ gələn boşluq. kavernalı sif. tib. Kavernası olan (bax. kaverna). Kavernalı ciyər. kayut (=kayuta) [holl.] Gəmilərdə sərnişinlər və ya komanda heyətinə mənsub şəxslər üçün ayrıca otaq. [Ağaverdi qəzeti] eləcə kayutunda buraxıb vaxta gedir. S.Hüseyn. Kəyan buradan uzaqlaşıb, öz bölüyünün yerləşdiyi kayuta yönəldi. Ə.Əbülhəsən. kayuta (=kayut) [holl.] Gəmilərdə sərnişinlər və ya komanda heyətinə mənsub şəxslər üçün ayrıca otaq. [Ağaverdi qəzeti] eləcə kayutunda buraxıb vaxta gedir. S.Hüseyn. Kəyan buradan uzaqlaşıb, öz bölüyünün yerləşdiyi kayuta yönəldi. Ə.Əbülhəsən. kazak 1. tar. XV-XVII əsrlərdə Rusiyada: feodal və mülkədarların zülmündən ucqarlara (Don, Yaik, Zaporojye) qaçıb azad olmuş təhkimli kəndlilərə, nökərlərə və şəhər yoxsullarına mənsub adam. XVI əsrdə rus dövlətinin hüdudunda, Donətrafı düzənlərdə çoxlu azad kazaklar yaşayırdı. Bunlar, əsasən, feodalların zülmündən qaçmış kəndlilər və nökərlər idi.\n2. İnqilabdan qabaq Rusiyada: XVIII əsrdən başlayaraq imtiyazlı şərtlərlə torpaqdan istifadə müqabilində xüsusi qoşun hissələrində xidmət etməli olan Don, Kuban, Terek, Orenburq və b. vilayətlərdə doğulmuş adam; hərbi silk nümayəndəsi. // Həmin vilayətlərin əhalisindən düzəlmiş hərbi hissələrdə (adətən süvari qoşunlarda) öz atları və əsləhəsi ilə xidmət edən əsgər. Kazak süvariləri. – İrəvanda Cəfərabad məhəlləsində oturan kazak qoşunları iyunun ikisində Kənargir dağına, yaylağa gedəsi idilər. C.Məmmədquluzadə. // İnqilabdan əvvəl Rusiyada: inqilabi hərəkatı boğmaq, fəhlə tətillərini yatırmaq üçün istifadə edilən xüsusi süvari qoşunların əsgəri. Yanlarında çapar, kazak, yüzbaşı; Daşınır Hacının əmliyi, aşı. H.K.Sanılı. Keçmişdə kəndə pristav gələndə atlı kazaklar pristav düşən evin yüz metrliyinə adamları buraxmazdılar. Ə.Sadıq.\n3. Keçmiş hərbi vilayətlərdə doğulmuş şəxs, kəndli. Don kazakları. Terek kazakları. kazakxana is. köhn. Kazakların yaşadığı qışla, kazarma. Kazak zabitləri tək-tək, cüt-cüt kazakxanaya gəlməyə başladılar. P.Makulu. kazaklıq is. tar. Kazakın işi, məşğuliyyəti (bax. kazak 2-ci mənada). kazarma [fr. əsli ital.] Hərbi hissələri yerləşdirmək üçün xüsusi bina; qışla. Əsgər kazarması. // köhn. Fabrik və ya zavod yanında fəhlələr üçün ümumi yataqxana. Fəhlə kazarmaları çox çirklidir, darısqaldır. Bir kiçik kazarmada altmış fəhlə yerləşmişdir. M.S.Ordubadi. Fəhlələrdən bir neçə nəfəri Qurbanın qanlı cənazəsini kazarmaya gətirirlər. M.İbrahimov. // dan. Şablon üzrə tikilmiş yaraşıqsız, görkəmsiz ev, bina haqqında. Bu ev lap kazarmaya oxşayır. Bu bina lap kazarmadır. kazein [lat.] kim. Süd çürüdükdə onun tərkibində əmələ gələn mürəkkəb zülali maddə (kəsmik və pendirlərin əsas tərkib hissəsi). // Noxudun, soyanın tərkibində olan zülal maddəsi. • Kazein boyası – tərkibində kazein olan müxtəlif rəngli boya. Kazein boyaları binanın iç və bayır tərəflərini rəngləmək üçün işlədilir. A.Quliyev. kazino [ital.] Şəhər kənarında və kurortlarda restoranları, qumarxanaları olan kef yeri. O gecə Əşrəf Əhmədi də özü ilə bərabər kazinoya aparmışdı. A.Şaiq. ..Lütfəli də fürsəti fövtə verməyib [Cəlilə] dedi ki, dur gedək kazinoya, qəhvə içək. İ.Musabəyov. ke “K” hərfinin və bu hərflə işarə olunan samitin adı. kecinmək bax. geyinib-kecinmək. Aşıq Cünun geyindi, kecindi, pul götürdü, qızıl götürdü, sazını da çiyninə salıb yola düzəldi. “Koroğlu”. [Nəriman:] Sən demə [qız] geyinirmiş, keçinirmiş. Mir Cəlal. keçdi-keçdi is. Qaçış yarışı (uşaq oyunu). Keçdi-keçdi oynamaq. keçə 1. is. Yunu döyüb basmaqla hazırlanan sıx qalın material. Keçə parçası. Alaçıq keçəsi. [Dərviş:] Ruqiyyə bir köhnə keçə üstündə, bir köhnə cırıq kilimdə yatırdı. A.Divanbəyoğlu. Göyçək bacı sevincək halda eyvana naxışlı bir keçə saldı. Ə.Vəliyev. Keçə atmaq (basmaq) – yundan keçə hazırlamaq. Gərək yadındadır, rəhmətlik dədən; Bükülmüşdü beli keçə atmaqdan. S.Vurğun. // Bu cür materialdan tikilmiş, hazırlanmış. Keçə papaq. Keçə alaçıq. – Nabat xanım gecə paltarına bürünmüşdü, .. ayağında nazik və səssiz bir keçə başmağı vardı. M.S.Ordubadi.\n2. məc. sif. mənasında. Daranmamış, yapıxmış, bir-birinin içinə girmiş (saç haqqında). Keçə saç. keçəatan (=keçəbasan) bax. keçəçi 1-ci mənada. keçəbasan (=keçəatan) bax. keçəçi 1-ci mənada. keçəbiçən is. Keçəni biçib, müxtəlif şeylər hazırlayan usta. keçəcək is. dan.\n1. Keçmiş zaman, keçmiş (gələcək əksi). [Şamama Cadu:] Adına qurban olum, xanım, başına dönüm, keçəcəyini pis görürəm, amma gələcəyin yaxşıdır. Ə.Haqverdiyev. ..Millətin keçəcək və istiqbalını, nicat və səadətini şairanə və ədibanə nəzmə çəkmək, əbnayi-millətin təlim və tərbiyəsinə, ruhani məişətinə qulluq eləmək, əlbəttə, böyük hünərdir. F.Köçərli.\n2. Dolanacaq, güzəran. Keçəcəyi o qədər də yaxşı deyil.\n3. Asılılıq. Mənim ondan nə keçəcəyim? keçəçi is.\n1. Yundan keçə hazırlayan, keçə atan usta; keçəatan, keçəbasan. [Keçmişdə] Bakıda ümumiyyətlə peşəkarlar: keçəçi, dabbağ, dərzi .. və sairə çox olardı. H.Sarabski.\n2. Keçə hazırlanan və satılan dükan və s. keçəçilik is. Keçəçinin sənəti, peşəsi, məşğuliyyəti. [Şah:] Maldan, mülkdən qəni bir padşah; Keçəçilik sənətin etmiş özünə bir pənah! Ü.Hacıbəyov. keçəxana bax. keçəçi 2-ci mənada. keçəl sif.\n1. Baş dərisinin xəstəliyi nəticəsində başının tükü tökülmüş. Keçəl adam. Keçəl uşaq. // İs. mənasında. Başı keçəl olan adam. Keçəl suya gedən deyil. (Məsəl).\n2. is. Tüksüz başın vəziyyəti, görünüşü. Uzunsov başının yan tərəfi parıldayan tələbə də utanıb susdu, keçəlinə gülürdülər. M.Hüseyn. • Keçəl olmaq – bax. keçəlləşmək.\n3. məc. Ot bitməyən, çılpaq, daz. Dibində su tapdım – şərbətə bənzər; Keçəl yoxuşların, qozbel diklərin. M.Araz. keçəlbaş sif. Başı keçəl (daz) olan. Keçəlbaş oğlan. keçələkərkəs is. zool. Dağlıq yerlərdə yaşayan, leş və cəmdək yeyən şığıyıcı, caynaqlı quş; toğlugötürən, kərkəs. keçələşdirmə “Keçələşdirmək”dən f.is. keçələşdirmək f. Keçə kimi etmək, tüklərini bir-birinə qarışdırmaq; codlaşdırmaq. keçələşmə “Keçələşmək”dən f.is. keçələşmək f. Tükləri bir-birinin içinə girib, keçə kimi olmaq, keçə kimi ayrılmaz olmaq, yapıxmaq; codlaşmaq. keçələt is. məh. Keçmə, addama yeri. Arxın (çayın) keçələti. keçəlləmə “Keçəlləmək”dən f.is. keçəlləmək bax. keçəlləşmək. Quraqlıqdan ağaclar keçəlləmişdir. keçəlləşmə “Keçəlləşmək”dən f.is. keçəlləşmək f.\n1. Baş dərisinin xəstəliyi nəticəsində başının tükü tökülmək, keçəl olmaq. // Dazlaşmaq, daz olmaq.\n2. məc. Ot bitməmək, daz olmaq; çılpaqlaşmaq. keçəlləşmiş f.sif. Keçəl olmuş, başının tükü tökülmüş. // məc. Dazlaşmış, çılpaqlaşmış. – Tula keçəlləşmişdi, adda-budda yerlərdə belinin tükü tökülmüşdü. İ.Məlikzadə. keçəllik is\n1. Başdan tükü tökən dəri xəstəliyi. Keçəllik basmaq. // bayt. Heyvanlarda dəri xəstəliyi nəticəsində tükün tökülməsi. Keçəllik nəticəsində heyvanların tükləri tökülə bilər.\n2. Başda tük olmadığı hal; dazlıq.\n3. məc. Bitkisizlik, çılpaqlıq. Çölün keçəlliyi. keçən 1. “Keçmək”dən f.sif.\n2. sif. Bundan əvvəlki, ötən, cari, axırıncı, sonuncu. Keçən il. Keçən həftə. – Elədimi su yazda; Axar, gedər su yazda; Mən yarı görməmişəm; Keçən yaz da, bu yaz da. (Bayatı). Keçən bazar ertəsi günü firqə klubunda teatr konfransı çağırılmışdı. C.Məmmədquluzadə. [Zeynalın] keçən gün əli hər yerdən üzülüb, öz dərdini Şərifzadəyə açıb söyləmişdi. S.Hüseyn.\n3. sif. Keçmiş, keçib getmiş, vaxtilə olmuş. Keçən günə gün çatmaz. (Ata. sözü). [Səfi:] Ağlaya-ağlaya düşdü yollara; Gələn dərdi, keçən dərdi, yol dərdi. “Əsli və Kərəm”. Cahandan getdi gileyli; Keçən dövrana bir baxmaz. Q.Zakir. // Keçən gün, keçmiş hadisə. Keçənə güzəşt deyərlər. (Məsəl).\n4. Keçənlərdə şəklində zərf – keçmişdə. Ürək deyir: Zaman, keçmə, amandur; Keçənlərdə gözüm var, bir dayan, dur! Şəhriyar. Keçənlərdən şəklində – keçmişdən. [Gənc çadırçı:] Keçənlərdən bizə əfsanə qaldı; Sönüb cəmşidi-cəm peymanə qaldı. H.Cavid. Keçənlər şəklində – keçmiş, olmuş şeylər. Gəl qardaşım, keçənləri; Yada salaq dönədönə. B.Vahabzadə. // Eyni mənada bəzən “bu” sözü ilə. Bu keçənlərdə ingilis əfsər (zabit)ləri Misirdə nə səbəbdən isə güllələr atıb, məhəlli əhalidən bir neçəsini vurubdurlar. Ü.Hacıbəyov. ‣ Keçən yeri olmamaq – heç bir güzəşt edilə bilməyəcəyini bildirir. Məmmədbağırın keçən yeri yox idi. S.Hüseyn. keçəpapaq (=keçəpapaqlı) sif. Başında keçədən papaq olan. Keçəpapaq kişi. keçəpapaqlı (=keçəpapaq) sif. Başında keçədən papaq olan. Keçəpapaq kişi. keçəri sif. Müvəqqəti, ötəri, keçici, keçib-gedən. Dünyanın sevinci də; kədəri də ikidir; Biri yüngül, keçəri; xəfif dumana bənzər. R.Rza. keçətəpən bax. keçəçi 1-ci mənada. keçi is. Süd, yun, ət verən buynuzlu ev heyvanı. Keçi əti. Keçi südü. Keçi balası (çəpiş). Anqara keçisi (çox zərif yunlu keçi cinsi). – Keçinin əcəli çatanda çobanın çomağına sürtünər. (Ata. sözü). Necə bulandırıb keçi bu çayı? Keçi aşağıda, qurd yuxarıda! B.Vahabzadə. // məc. Çox dəcəl, oynaq uşaq haqqında. • Keçi kimi – keçinin hərəkətlərinə təşbeh. [Səkinə Pərşana:] Gəl, gəl, gedək gəlinimizə çığırtmadanzaddan bişirək, görsün ki, ağlamaqdan, keçi kimi o yan-bu yana tullanmaqdan başqa bir şey də əlindən gəlir. M.İbrahimov. [Tükəzban xala Zeynəbə:] Sənin əlindən çal-çəpər də qalmadı. Keçi kimi, hara gəldi dırmaşırsan. Ayaq basmadığın yer yoxdur. İ.Şıxlı. ‣ Keçini bostana buraxmaq zar. – bir adamı böyük zərər yetirə biləcəyi yerə buraxmaq. keçiayaq sif. dan. Ayaqları keçi ayağı kimi nazik olan. Keçiayaq qız uşağı. keçici sif.\n1. Hər hansı bir yarışda və s.də yeni qaliblərə, birincilik qazananlara verilən. Keçici kubok. – O kimdir külüngü dağ kimi vurur? Keçici bayraq da yanında durur? S.Vurğun. Görünür qabaqda keçici bayraq; Onun yarış adlı şüarı vardır. H.Arif.\n2. Müvəqqəti, ötəri. Keçici yağış. Keçici sevinc. Keçici həvəs. – Bu qara gün keçicidir, bir gün bitər, inləmə; Bağçamızda sarı bülbül yenə ötər, inləmə. A.İldırım. [Bəxtiyar:] Yox, Cəlal, bu qədər hissə qapılmaq; Gəncliyin keçici hissidir, ancaq. S.Vurğun.\n3. Bir neçə il davam edən, keçən ildən qalan, gələn ilə qalan. Keçici mövzu. Keçici məbləğ.\n4. Yoluxucu, yoluxan, keçən. Keçici xəstəlik. keçicilik is. Keçici şeyin hal və keyfiyyəti. Xəstəliyin keçiciliyi. keçid is.\n1. Bir yerdən başqa yerə keçmək üçün yol; keçəcək, keçiləcək yer. Dağ keçidi (iki dağ arasında olan dar boğaz). Çay keçidi (çayın at ya ayaqla keçilə bilən nisbətən dayaz yeri). – Keçid başından bəlli olar. (Ata. sözü). [Əmiraslan ağa:] Heydər bəy! ..Uçurum dərəsinin keçidini kəs! S.S.Axundov. Keçidlərdə baş-başa verən adamlar isə əlləri ilə aşağıları göstərərək bir-birinə nə isə deyirdilər. A.Şaiq.\n2. Bir vəziyyətdən (keyfiyyətdən) başqa vəziyyətə (keyfiyyətə) keçmək üçün olan; aralıq. Keçid dövrü. Keçid mərhələ. keçidli sif. Keçidi olan, keçmək üçün yolu olan (bax. keçid 1-ci mənada). Keçidli dağ. keçiqıran is. dan.\n1. Martın axırlarında olan bərk soyuq. // Ümumiyyətlə, soyuq.\n2. Martın sonu və aprelin birinci yarısı. keçiqulağı is. bot. Çiçəklərindən xalq təbabətində istifadə olunan ot bitkisi. keçiliş is. Keçmək işi. keçilmək “Keçmək”dən məch. Xeyli məsafə keçilmişdir. Körpü keçilmişdi. Mərz keçildi. Dərslər iki növbədə keçilir. – ..Musiqi və rəqs salonuna keçildi. M.S.Ordubadi. Müəllim olmadığından, kənd məktəbində dörd aydan bəri rus və alman dili keçilmirdi. M.İbrahimov. keçilməz sif.\n1. Keçmək, hərəkət etmək, getmək, addamaq qeyri-mümkün və ya çətin olan. Keçilməz cəngəllik. Keçilməz dağ. – Allah özü bilir ki, o keçilməz meşələrdə, o çıxılmaz qayalarda Aydəmir bircə sənin xəyalınla yaşayır. C.Cabbarlı. Qatar keçilməz yolları oraq kimi kəsib-biçdi; Qarşı gəldikcə daş-qaya bir ox kimi dəlib keçdi. H.Cavid. Düzülmüş yan-yana daşlı təpələr; Qurulmuş keçilməz təbii səngər. H.K.Sanılı. // Hər hansı bir səbəbə görə keçilməsi, addanması çətinləşmiş. Çaylar daşmış, yollar keçilməz (z.) olmuşdu. – Biz uca qayalar aşdıq; Keçilməz yollardan keçdik. Z.Xəlil.\n2. məc. Son dərəcə yaxşı, gözəl, ürəyə yatan, cəlbedici şey haqqında. [Bəypolad Cəmil bəyə:] Amma sizin bağçanın çiçəklərindən də keçilməz ha! H.Cavid.\n3. məc. Bağışlanmaz, bağışlanması mümkün olmayan, əfvedilməz. Keçilməz günah. keçilməzlik is.\n1. Keçilməsi mümkün olmayan, yaxud çətin olan yerin halı. Kim isə – qibtələr yaşasın – deyə; Yalan bir varlığa heykəllər qurur; Kiminsə yolunu keçilməzliyə; Yönəltmək naminə tərif yoğurur. M.Araz.\n2. məc. Bağışlanmaz, bağışlanması mümkün olmama, əfvedilməzlik. keçiməməsi is.\n1. bot. Zınqırovçiçəklilər fəsiləsindən ot bitkisi.\n2. Azərbaycan oyun havalarından birinin adı. Təkçalma, uzundərə, keçiməməsi havası ilə gənclər oynayanda yoldaşları onların başına kağız pul (əsginas) şabaş tökərdilər. H.Sarabski. [Əhli məclisdən birisi:] Padşah sağ olsun, ərzim var! Təvəqqe edirəm ki, burada bir keçiməməsi çalınsın və Xudadad bəy də durub oynasın! Ü.Hacıbəyov.\n3. İri uzunsov gilələri olan üzüm növü. keçindirmə “Keçindirmək”dən f.is. keçindirmək icb. Keçinməsinə, dolanmasına, yaşamasına vasitə olmaq; kömək etmək; dolandırmaq, yaşatmaq. [Mirzə Qədir Nəsirə] ailəsini keçindirə biləcək bir maaş da təyin etməli idi. S.Hüseyn. keçinəcək is. Güzəran, dolanacaq. Keçinəcəyin necədir? keçinmə I. “Keçinmək1”dən f.is.\n\nII. “Keçinmək2”dən f.is. keçinmək I. f.\n1. Dolanmaq, yaşamaq, güzəran etmək, baş saxlamaq. Birtəhər keçinirəm. – Kərim baba naxırı saxladığı, otardığı üçün aldığı cüzi aylıq ilə keçinərdi. A.Şaiq. [Məsmənin] maaşı da yaxşı imiş. Firavanlıq ilə keçinir imiş. S.Hüseyn.\n2. Birisi ilə (istər-istəməz) dinc yaşamaq, yola getmək; yola vermək. Çocuqlarına qarşı bəslədiyi məhəbbət Mehribanı məcbur edirdi ki, Zeynalın “işlərinə” qatlaşıb, bir növ ilə keçinsin. S.Hüseyn. Belə bir vəziyyət içərisində katib Sübhanverdizadə ilə bir növ keçinməyi qərara aldı. S.Rəhimov.\n\nII. f. Ölmək. ..Amma anam onların köçməyini eşitcək qurtaracaq, yəqin bil ki, haman dəqiqə keçinəcək. C.Məmmədquluzadə. Səhər üzü idi, dağlardan əsən sübh küləyinin nəfəsi [şairi] üşüdür, Afaq isə artıq keçinirdi. Ə.Məmmədxanlı. keçiotaran is. Keçi çobanı. keçirici is. fiz. Elektrik cərəyanını, səsi, istiliyi və s.-ni öz daxilindən keçirən cisim; naqil. Elektrik keçiricisi. Maqnit keçiricisi. keçiricilik is. fiz. İstiliyi, səsi, elektrik cərəyanını və s.-ni keçirmə qabiliyyəti. Maqnit dövrəsinin keçiriciliyi. keçirilmə “Keçirilmək”dən f.is. keçirilmək “Keçirmək”dən məch. Başqa işə keçirilmək. İşçilər yeni sahəyə keçirildi. Açara zəncir keçirilmək. Qərarlar həyata keçirildi. Xərclər idarənin hesabına keçirildi. İşıqlar keçirildi. Ocaqlar keçirilmişdi. Hərbi təlim keçirilmək. Məsələ iclasın müzakirəsinə keçirildi. Məqalə elmi şuradan keçirildi. keçirim I. bax. keçid 1-ci mənada. [Koroğlunun dəliləri] necə deyərlər, aşırım aşdılar, keçirim keçdilər. “Koroğlu”.\n\nII. is. fiz. Elektrikkeçirmə, nəqletmə xassəsi. keçirimli sif. fiz. Keçirimi olan (bax. keçirim2). Yüksək keçirimli polad. keçirimlilik is. fiz. Elektrikkeçirmə qabiliyyəti. keçirmə I. “Keçirmək1”dən f.is.\n\nII. “Keçirmək2”dən f.is. keçirmək I. f.\n1. Yönəldərək, istiqamətləndirərək bir yerdən keçib getməsinə, ya bir yerə keçməsinə kömək etmək, ya keçməyə məcbur etmək. Qonaqları yuxarı başa keçirmək. Mal-qaranı çaydan (meşədən, körpüdən) keçirmək. Sərhəddən qoşun keçirmək. – Rüstəm kişi maşını kəndarası küçələrdən keçirib, palçıqlı araba yoluna çıxdı. M.İbrahimov. // Yanınca, yaxud qucağında, dalında bir şeyin içərisindən o biri tərəfə aparıb çatdırmaq. Uşağı çaydan keçirmək. Küçənin o biri səkisinə keçirmək.\n2. Taxmaq, geydirmək. Barmağa üzük keçirmək. Pəncərənin çərçivəsini keçirmək. İynəyə sap keçirmək. Qol-qola keçirmək. Çəkməni ayağına keçirmək. Yorğana üz keçirmək.\n3. Başqa işə, xidmətə, yerə təyin etmək, qoymaq. Kiçik elmi işçi vəzifəsinə keçirmək. Uşağı musiqi məktəbinə keçirmək. Ayrı işə keçirmək. Futbol komandasını “B” qrupuna keçirmək.\n4. Maşının və s.-nin iş üsulunu, xarakterini dəyişdirmək. Zavodu yeni iş üsuluna keçirmək. Təsərrüfat hesabına keçirmək.\n5. Həyata keçirmək, yerinə yetirmək, icra etmək. İclas keçirmək. Müsabiqə keçirmək. Əkin kampaniyası keçirmək. Hərbi manevr keçirmək.\n6. Yazmaq, aid etmək, daxil etmək. Məbləği bir hesabdan başqa hesaba keçirmək. // Bir şeyi (mülkü, hüququ və s.) rəsmi yolla başqasına vermək, onun adına yazdırmaq. Evi oğlunun adına keçirmək.\n7. Bir şəxsin duyduğu həyəcan və s. hissləri bildirir. İztirab keçirmək. – Çox cavan idim, həyəcan keçirirdim. A.Şaiq. Azər Mərəndi mütərəddid bir hal keçirirdi. M.İbrahimov. Cavahirin keçirdiyi həyəcan Teymuru da get-gedə həyəcanlandırırdı. H.Seyidbəyli.\n8. Bir müddət bir yerdə yaşamaq, olmaq, qalmaq. Uşaqlığını kənddə keçirmək. Ömrünü fəhləlikdə keçirmək. Köçəri həyat keçirmək. – Düşündüm, düşündüm, axırda gecəni bir qaya altında keçirmək üçün yavaş-yavaş dağa dırmaşdım. A.Şaiq. [Turxan bəy:] [Cəmil bəy] ..Borjoma gəlmiş, yorğunluğunu çıxarmaq üçün yazı orada keçirəcəkmiş. H.Cavid. // Bir şəxsin halını, vəziyyətini bildirir. Ağır həyat keçirmək. Gününü xoş keçirmək. Bütün günü başağrısı ilə keçirmək. // Vaxtının bir hissəsini bu və ya başqa bir şeyə həsr etmək və ya istifadə etmək. Vaxtını şən keçirmək. Bütün vaxtını məşğələlərdə keçirmək. Vaxtının çoxunu işdə keçirmək.\n9. xüs. Keçiricilik (istilik, elektrik, səs və s.), keçirmə qabiliyyətinə malik olmaq. Metal istilik keçirir. İzolyatorlar elektrik keçirmir.\n10. məc. Ötürmək, sovuşdurmaq. Rüstəm kişi Qara Kərəmoğlunun sözünü zarafatla keçirmək istədi. M.İbrahimov.\n11. məc. Çəkmək, görmək, başına gəlmək. Xəstəlik keçirmək.\n12. Qəbul etdirmək, təsdiq etdirmək; bir şeyin qəbuluna, təsdiqinə, tətbiqinə nail olmaq. Məsələni iclasdan keçirmək. Təklifi keçirmək. Layihəni keçirmək.\n13. İsimlərlə yanaşı işlədilib, mürəkkəb feil və ifadələr düzəldilir; məs.: qılıncdan keçirmək, gözdən keçirmək, fikrindən keçirmək, nəzərdən keçirmək.\n\nII. f. Söndürmək. İşığı keçirmək. Ocağı keçirmək. Tonqalı keçirmək. – Telli lampasını keçirib yatağına uzanmışdı. S.Hüseyn. [Xasay] gah taxılı yolub atır, gah taxılın içindəki qatır-quyruğu ilə alovu döyüb keçirirdi. Ə.Vəliyev. keçirtmə “Keçirtmək”dən f.is. keçirtmək bax. keçirmək1. Bülbül, keçirtmə bağda qəflətdə ömrünü. S.Ə.Şirvani. Keçənlərdə Qafqaz kəndlərindən birində bir neçə vaxt günlər keçirtdim. N.Nərimanov. [İkinci qadın:] Gərək bacardıqca seçkidə çox qadın keçirdək. Ə.Haqverdiyev. keçisaqqal (=keçisaqqallı) sif. Seyrək və uzun saqqalı olan. Keçisaqqal, çəlimsiz bir tələbə aramla deyirdi.. Çəmənzəminli. // İs. mənasında. Uşaqların “keçisaqqal” deyə ələ saldıqları bu adamların sayı tədricən artdı. İ.Şıxlı. keçisaqqallı (=keçisaqqal) sif. Seyrək və uzun saqqalı olan. Keçisaqqal, çəlimsiz bir tələbə aramla deyirdi.. Çəmənzəminli. // İs. mənasında. Uşaqların “keçisaqqal” deyə ələ saldıqları bu adamların sayı tədricən artdı. İ.Şıxlı. keçmə I. “Keçmək1”dən f.is.\n\nII. “Keçmək2”dən f.is. keçmək I. f.\n1. Hərəkət edərək, yeriyərək, addımlayaraq irəliləmək, yer dəyişmək, ötüb getmək. Yolla keçmək. Səki ilə keçərkən yoldaşımı gördüm. – Küçə ilə bir hambal, bir tay dalınca keçir. C.Məmmədquluzadə. [Kərim xan] Tehranın sakitləşməyə başlayan küçələrindən keçərkən uzun müddət fikri Xavərdən ayrılmadı. M.İbrahimov. // Bir sahənin, yerin içindən, ortasından ötüb getmək. Meşədən keçmək. Kənddən keçmək. – Küçə qapısından girərkən uzun, qaranlıq bir dalanı keçib öz otağıma gedərdim. S.Hüseyn. Biz də arxalarından qaçıb yetişdik, dərəni keçdik, kiçik bir cığırla meşəyə doğru dikləndik. A.Şaiq. // Ayaq və ya miniklə ötüb keçmək, yeriyərək bir şeyi arxada buraxmaq. Tahirzadə tozlu, üfunətli yerlərdən keçərək daş döşəməli yoxuş küçə ilə dikləndi. Mir Cəlal. // Sərhəd, mərz və s.-ni addamaq, aşmaq, addayıb keçmək. Mərzi keçmək. – Bilirsən də, dünən qoşunlarımız Almaniyanın sərhədini keçdi!.. M.Hüseyn. Atəş halqasını keçmişlər artıq; Zülmətin əlində boğulmaz işıq! M.Rahim. // Bir şeyin üstü və ya içi ilə yeriyərək, gedərək onu arxada buraxmaq. Tuneldən keçmək. – Keçmə namərd körpüsündən, qoy aparsın su səni. (Ata. sözü). Biz Acı körpüsünü keçib şose yolu idarəsinə çatana qədər iki yerdə vəsiqələrimizi gözdən keçirdilər. M.S.Ordubadi.\n2. Yaşadığı, olduğu yeri dəyişmək, öz yerini dəyişmək. Nəbi .. Naxçıvan səmtində olan Keçili yaylağına keçir. “Qaçaq Nəbi”. [Çopo:] Yaşayış şəraiti fənalaşdığı üçün Cəməsb ailəsini və əqrəbalarını götürərək Aran ölkəsinə keçir. Çəmənzəminli. // Vəzifəsini, sənətini, işini, yaxud iş yerini, oxuduğu yeri dəyişmək. Başqa işə (vəzifəyə) keçmək. Tarix fakültəsinə keçmək. // Bir sinfi (kursu) bitirərək sonrakına daxil olmaq. Universitetin üçüncü kursuna keçmək. 10-cu sinfə keçmək. – ..Firəngistanda birisi ki istəyir alim ola, gərək gecələr yatmayıb zəhmət çəkə, elm oxuya, bir klasdan o biri klasa keçə. C.Məmmədquluzadə. Eldar beşinci sinfi bitirib altıya keçir. İ.Əfəndiyev.\n3. Olduğu yeri tərk edib başqa yerə çəkilmək, girmək, daxil olmaq, içəri girmək. Kabinetə keçmək. Zala keçmək. – Telli öz otağına keçib, müəllimin otağındakı söhbəti dinləməyə başladı. S.Hüseyn. Qarı mən sarıdan arxayın olub, öz otağına keçdi. M.Hüseyn.\n4. Birisini tərk edərək başqasına qoşulmaq, onunla birləşmək. Düşmən tərəfinə keçmək. Başqa cəbhəyə keçmək. // Dinini, əqidəsini dəyişib yeni din, əqidə qəbul etmək.\n5. dan. Bir təşkilata, dərnəyə qəbul olunmaq, daxil olmaq, girmək, üzv olmaq. Partiyaya keçmək.\n6. Tərzi-hərəkətini dəyişmək, başqa cür hərəkət etməyə başlamaq. Müdafiədən hücuma keçmək. Qabaqcıl iş üsullarına keçmək. // Bir şeyin yerinə başqasını tətbiq etməyə başlamaq. Ciddi pəhrizə keçmək. Müsahibim birdən rus dilinə keçdi.\n7. Bir məsələni, işi bitirib, yaxud yarımçıq qoyub başqasına başlamaq. Daha yüngül işə keçmək. Məruzə bitdikdən sonra müzakirələrə keçdilər.\n8. Yer tutmaq, bir yerdə qərar tutmaq, dayanmaq. Məruzəçi tribunanın dalına keçdi. Usta dəzgahın arxasına keçdi.\n9. Müəyyən həddi ötmək, ötüb keçmək. Saat on biri keçmişdi. S.Hüseyn. Dilara saatına baxdı, vaxt keçdikcə ürəyinin döyüntüsü artırdı.. M.İbrahimov. Vaxt keçir, artıq; Çökəcək dağlara yenə qaranlıq. Z.Xəlil. // Ötüb-keçmək, başa çatmaq (vaxt haqqında). Günlər keçir, həftələr dolanır, aylar başa çatır. “M.N.lətif” [Hacı:] Keçir əyyam, günü-gündən çoxalır dövlətü-malım. C.Cabbarlı. • Gəlib keçmək – ötmək. Şaxta vurmayacaq göy zəmiləri; Qış gəlib keçəcək bir bahar kimi. S.Vurğun.\n10. Cərəyan etmək, müəyyən müddət bir yerdə qalmaq, olmaq. ..Dabbağ qəribə bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdə keçmişdi. M.İbrahimov.\n11. Davam etmək, olmaq. Bir neçə il idi ki, quraqlıq keçdiyindən ayrımların əkin və biçini əmələ gəlmirdi. A.Şaiq.\n12. Məşğul olmaq, öyrənmək. Onlar şəhid olub millətimizə; Cəsarət dərsini təlim keçdilər. B.Vahabzadə.\n13. Davam edərək müəyyən nəticə ilə bitmək, sona çatmaq. Mitinq çox gurultulu keçdi. İmtahanlar müvəffəqiyyətlə keçdi. Məşğələ çox maraqlı keçdi. – Aşağı siniflərdə birinci dərslərim pis keçmədi. A.Şaiq. [Sevinc Elçinə:] Məncə, iclas çox yaxşı keçdi. Z.Xəlil.\n14. Bir şeyin (oxumağın, təlimin, müalicənin və s.) müddətini başa vurmaq, yerinə yetirmək. Hərbi xidmət keçmək. Kurs keçmək. Təcrübə keçmək. Müalicə kursu keçmək.\n15. Oxumaq, öyrənmək. Dərs keçmək.\n16. İrəlidə olmaq, ötmək. • Bir-birini keçmək – bir-birini ötmək üçün yarışmaq. Qara Kərəmoğlu ilə [Rüstəm] yalnız .. kimi bir-birini keçmə həvəsi ilə yarışa girirdilər. M.İbrahimov. // məc. Ötmək, ötüb keçmək, geriyə buraxmaq. Şagird ustasını keçdi. O bizi çoxdan keçib.\n17. Uçub getmək, uçaraq ötmək. Bir dəstə quş damın üstündən keçdi. – Hərdənbir kəndin üzərindən durna dəstələri .. keçirdi. Ə.Məmmədxanlı.\n18. Yox olmaq, çəkilmək. Üzündəki təbəssüm işartısı birdən keçdi. Başının ağrısı keçdi. Uşağın qızdırması keçdi. – Tərəddüdüm çox tez keçdi. M.S.Ordubadi. // Kəsmək, kəsilmək, dayanmaq, nəhayətlənmək. Axşamdan yağan yağıntı keçdi. Fırtına keçdi.\n19. Birisinin sərəncamına, ixtiyarına verilmək, birisinə çatmaq, onun malı olmaq. Mülk varislərin ixtiyarına keçdi. – Əksərən də vaxtında borclarını verə bilməzdilər öz yerləri Əmiyə keçərdi. N.Nərimanov.\n20. məc. Birindən o birinə sirayət etmək (adət, ənənə, xasiyyət və s. haqqında). Bu xasiyyət ona kimdən keçmişdir? – Anasının dediyinə görə, musiqi və şeir həvəsi [Şirzada] atası Qasım Kəngərlidən keçmişdir. M.İbrahimov. // Eyni mənada xəstəlik haqqında. Qızılca uşağa keçdi. // Yayılmaq, başqalarını əhatə etmək. Yanğın qonşu evlərə keçdi.\n21. məc. Təsir etmək, nüfuz etmək, işləmək. Şaxta (soyuq) adamın iliyinə keçir.\n22. Yoxlamaya, müayinəyə və s. uğramaq. Karantindən keçmək. Müayinədən keçmək. Attestasiyadan keçmək.\n23. məc. Bağışlamaq, sərfi-nəzər etmək, əfv etmək. Mənə etdiyin pislikdən keçirəm. Günahından keçmək.\n24. məc. Müzakirə, səsvermə nəticəsində qəbul olunmaq, təsdiq edilmək, seçilmək. Bir səslə keçmək. Səsvermədən keçməmək. Namizəd keçmədi. – [Zeynəb deyir:] Xeyr, yoxsullar iclasında keçibdir, gərək otaqları boşaldasan. Qantəmir.\n25. Dəyişmək (paltar, geyim və s. haqqında). Qış paltosuna keçmək. Papağa keçmək. Yay paltarına keçmək. Qış formasına keçmək (hərbi ifadə).\n26. məc. Güzəşt etmək, bağışlamaq, əvəzini istəməmək, vaz keçmək, sərfi-nəzər etmək. Haqqından (iddiasından) keçmək. – [Ağa Mərdan:] Amma Hacı Qafurun arvadı otuz min tüməndən keçir. M.F.Axundzadə. İndidən bunu nəzərə almalıdır ki, bu saat zəngəzurluların nəfi üçün beş manatdan, üç manatdan keçmək bizdən ötrü artıq ziyan edə bilməz. Ü.Hacıbəyov. // Fəda etmək, əl çəkmək. Mənafeyindən keçmək.\n27. Yaramaq, qüvvədə olmaq, təsirdə olmaq. Köhnə pullar indi keçməz. Onun hökmü daha keçmir.\n28. İnkar formasında: keçməmək, keçə bilməmək – birinə hörməti olduğuna görə onun xilafına iş görməmək. [Səfər bəy:] Görünür ki, Qonça xanıma [Molla Abış] özü də vurulubdur. Ancaq məndən keçə bilməyir. B.Talıblı.\n29. Keçib, keçibdir, keçmişdir şəklində – olub-bitmiş bir iş, hadisə və s. haqqında (adətən güzəşt mənasında işlənir). [Hüseynqulu bəy:] Gəldim də..., heç, daha keçibdir. Ü.Hacıbəyov. Qardaşım, ondan keçibdir. M.S.Ordubadi.\n30. Keçib-getmək şəklində – 1) ötübgetmək. Keçib-gedən yolçunu öz yolundan eylərsən. Ə.Cavad. Geri qayıtmağa tənbəllənib, usta [Ağabala] bir təhər .. keçib-getdi. Çəmənzəminli. Xədicəgilin faytonları buradan keçib-gedəcəkdi. S.Hüseyn; 2) yox olmaq, silinib getmək, yaddan çıxmaq, unudulmaq. [Toğrul:] Bunların hamısını bir tərəfə qoy, mənə tənə vurma, bu yəhərin üstündə çox pəhləvanlar oturubdur. ..Bunların hamısı keçib-gedər, sən də keçib-gedəcəksən. M.S.Ordubadi.\n31. Bir sıra isimlərdən sonra gələrək mürəkkəb fel və ifadələr düzəldilir; məs.: başından keçmək, canından keçmək, pisliyi keçmək, ələ keçmək.\n\nII. f. Sönmək. Lampa keçdi. Qaz keçdi. – Od yandı, odu keçdi; Qəlyanın odu keçdi; Aç gözün, qafil ovçu; Maralın, odu, keçdi. (Bayatı). Elə bil həyatın nəbzi son zərbəsini vurdu, çıraq keçdi. Ə.Məmmədxanlı. keçmiş I.\n1. f.sif. Ötən, keçən, ötmüş. Keçmiş gün. Keçmiş dövr. – Keçmiş vaxtlarda dəftərxanalarda qulluqçuların gündə biri idarə bağlanandan sonra qalıb, təcili məktubları, teleqramları qəbul edərdi. Ə.Haqverdiyev. [Mirzağa] hər zaman şikayət edər, keçmiş günləri xatırlar, onların geri qayıtmasını arzu edərdi. S.Hüseyn. [Araz] keçmiş zamanlardan edilən söhbətlərə qulaq asmaqdan doymaq bilmirdi. A.Şaiq. // Əvvəlki, bundan qabaq olmuş. Keçmiş həyat. Keçmiş səhvləri yada salmaq. – Gurultu içində keçmiş həyatım; Mədəndə açılmış qolum, qanadım. M.Müşfiq. // Bundan əvvəlki, vaxtilə vəzifə tutmuş, sabiq; əvvəlki vəziyyətini, rolunu, əhəmiyyətini itirmiş. Keçmiş müdir. Keçmiş əməkdaşlarımız.\n2. İs. mənasında. Olub getmiş zaman, ötüb keçmiş zaman, ötüb getmiş vaxt, keçmişdəki həyat, hadisələr. Keçmişi unutmaq. Keçmişə bir nəzər. Uzaq keçmiş. – Nurəddin fikrə getdi. Bütün keçmiş gözünün qabağından bir-bir gəlib keçdi. S.S.Axundov. Keçmişin taleyi sönmüş bu gecə; İşçilər aslana dönmüş bu gecə. M.Müşfiq. Keçmiş – dünən olsa belə; O – uzaqdır, gəlməz ələ. B.Vahabzadə.\n3. Zərf mənasında. Müəyyən vaxt keçdikdən sonra olmuş, baş vermiş. Günortadan 3 saat keçmiş gəlib çıxdı. Hadisədən iki gün keçmiş xəbər çatdı. – Bir il keçmiş klubda preferans oynayarkən təsadüfən Həsən bəyə rast gəldim. B.Talıblı.\n4. Keçmişlər şəklində is. mənasında – keçmiş zaman, dövr (qeyri-müəyyənlik bildirir). Qeyrilərini bilmirəm, mən indi keçmişlərə nisbətən hər dəfə teatrdan evimizə şad və xürrəm gedirəm. C.Məmmədquluzadə. Keçmişlərdə birisi gəlib bir on beş gün qalıb, molla olub gedirdi. Ə.Haqverdiyev. Gələcəyi düşündü, keçmişləri çox andı; O gəlib iki yolun ayrıcında dayandı. B.Vahabzadə. ‣ Keçmiş zaman qram. – iş və ya hərəkətin keçmişdə icra olunduğunu bildirən fel forması. Şühudi keçmiş zaman. Nəqli keçmiş zaman. Keçmiş ola! – “artıq əhəmiyyəti yoxdur”, “vaxtı keçmişdir” mənalarında ara söz kimi işlədilir. [Şeyx Sədra:] Hər kimin qəlbi korsa, keçmiş ola! Şeyx Sənanı anlamaz əsla. H.Cavid.\n\nII. f.sif. Sönmüş, söndürülmüş. Keçmiş ocaq. Keçmiş lampa. – Keçmiş kösövü zor ilə yerə vuranda qığılcım saçılan kimi, dərvişin gözləri məşəlləndi. A.Divanbəyoğlu. kef is. [ər.]\n1. Ruhi və ya səhhətcə vəziyyət; hal, əhval. Kefin necədir? Kefini soruşmaq. Bu gün kefim yaxşı deyil. – Böyükxanım Qulamxanın kefini pərt görüb danışdırmağa cürət etmirdi. M.S.Ordubadi. [Kərbəlayı Qubad:] Ağanın kefi, əhvalı necədir? Ü.Hacıbəyov.\n2. Xoş əyləncə, xoş vaxt keçirmə; nəşə. Kef məclisi. Hər kəs öz kefində. – İş zamanı hamı işdə, məşq zamanı hamı məşqdə, kef zamanı hamı kefdə olardı. “Koroğlu”. ..Bir elə vaxt olmayıb ki, Vəliqulu .. kefə məşğul olsun. C.Məmmədquluzadə. [Məsud:] Haqdı əfəndilər: Kef vaxtında kef, iş vaxtında iş! Anlaşıldımı? H.Cavid.\n3. Arzu, həvəs, istək, meyil, könül mənasında. Kefinə görə danışır. Kefi istəyən kimi hərəkət edir. – [Sadıq:] Ay arvad, səni çöldən tapmamışam, hara kefindir aparım. Mir Cəlal. [Usta Qəzənfər:] Kefin nə vaxt istəsə, buyur gəl. Z.Xəlil.\n4. Kefidir (kefimdir) şəklində dan. zar. – bəxti (bəxtim) gətirib, işi (işim) düzəlib. Dövlətli qoca kişilərin kefidir, ha! C.Məmmədquluzadə. ‣ Kef etmək (eləmək) – bax. kef(ini) çəkmək. Ala gözlüm, səndən ayrı düşəli; Hicranın qəmiylə kef eyləmişəm. Aşıq Ələsgər. [Bəhram:] Bu gün yerindədir nəşəm; Yaman olmaz bir kef etsəm. A.Şaiq. Kef havasına – özü istədiyi kimi, öz kefi ilə. Qərəz bütün dövlət, camaat diriliyinin yaraları olan çinovniklər pəncəsindən qurtarıb, millət özü hökm sürən olur və buna görə nahaq yerə döymək, rüşvət almaq, kef havası ilə iş görmək filan-heç biri mümkün olmur. Ü.Hacıbəyov. Kef vermək – ləzzət vermək, nəşələndirmək, şənləndirmək, əyləndirmək. [Sevdim:] Aşıq, bu gecə bizə gərək elə kef verəsən ki, bir il dadı damağımızdan getməyə. Ə.Vəliyev. [Xan:] [Burlaxatunu] gətirin gəlin, bizə şərab paylasın, kef versin! M.Rzaquluzadə. Kef yeri köhn. – kef çəkmək, nəşələnmək üçün xüsusi yer, bina və s.; ümumxana. Minlərcə xəlvətxanalar, meyxanalar və kef yerləri mövcuddur. M.S.Ordubadi. Kef(in)dən qoymaq (eləmək) – nəşədən, büsatdan, səfadan məhrum etmək, nəşəsini pozmaq. Kef(ini) çəkmək – şənlənmək, zövq almaq, vaxtını xoş, nəşə ilə keçirmək. Aparıb ver şərabə, nuş eylə; Məst olub, kef çəkib, xüruş eylə. S.Ə.Şirvani. [Barat Şərifə:] Mən? Mən [Almazın] yanında kef çəkmişəm? C.Cabbarlı. Kef(ini) sürmək – kef çəkmək, kefdə olmaq, kefə baxmaq. Ovucovuc pulları alıb doldurur cibinə, kefini sürür. S.Rəhman. [Əliş:] Mən axmaq deyiləm, gələm yer əkəm; Bəylər kef sürələr, mən zəhmət çəkəm. Z.Xəlil. Kefdə olmaq – bax. kef(ini) çəkmək. Zərnigar baxıb gördüm ki, bağbanın oğlu Murquz bunun bağında bir qıznan kefdədi. (Nağıl). Kefdən düşmək – bax. kefi pozulmaq. Kefə baxmaq – vaxtını kefdə keçirmək, əylənmək. Əyləndim, baxdım kefə; Gürcülərin toyunda. Ə.Cavad. Olmazmı bir maşında gedib düşək bir evə; Gəzək restoranları, baxaq bir yerdə kefə! S.Rüstəm. Kefə batmaq – kef içində olmaq, kef çəkmək. Kefi açılmaq – şadlanmaq, könlü açılmaq, fikri dağılmaq, əhvalı yaxşılaşmaq. Hovuza girən qaşqabaqlı çıxmazdı, qəmgin adam da oraya girsəydi, kefi açılardı. Çəmənzəminli. [Gülpəri Nurəddinə:] Dərslərin qurtarandan sonra da yoldaşlarını götürüb gəzməyə get ki, kefin açılsın. S.S.Axundov. Kefi ala dağda olmaq – bax. kefi kök olmaq. Firidun dörd ildir nər kimi vuruşur, bu saat onun kefi ala dağdadır. M.Hüseyn. Kefi duru olmaq – bax. kefi durulmaq. Kefi durulmaq – 1) bax. kefi açılmaq. Kefin durulanda, könlün olanda; Bizə gələn ayaqların var olsun. Xəstə Qasım. ..Dalğaların ağ köpükləri çoxalanda elə bil onun kefi durulub könlü açılır. M.Hüseyn; 2) keflənmək, nəşələnmək (içkidən). Məclis quruldu, keflər duruldu; Saqi dolandı, ruh təzələndi. “Koroğlu”. [Əliş Əzizə:] İştahan çəkirsə, mən ölüm, bir vur; Vuranda adamın kefi durulur. Z.Xəlil. Kefi gəlmək – birdənbirə həvəsə gəlmək, əhvalı yaxşılaşmaq. Keçən gün bazarda bir karvansaranın qabağında bir rəfiqimlə söhbət etdikdə birdən kefim gəldi, başladım bu misranı oxumağa. N.Vəzirov. Kefi istəmək – arzulamaq, arzusunda olmaq. ..Xudayar bəyin əlində yekə dəyənək var, nə vaxt kefi istəyir qaldırır, nə vaxt kefi istəyir endirir. C.Məmmədquluzadə. Kefi istəyəndə – istədiyi vaxt, ürəyi istəyəndə. Kefi kök (kefi kök, damağı çağ) olmaq – şad, nəşəli, sevinc içərisində olmaq, əhvali-ruhiyyəsi yaxşı olmaq, dərdi-qəmi olmamaq. [Məşədi İbad:] Sənin dövlətindən kefim çox kökdür. Ü.Hacıbəyov. Bu gün Əsgər ağanın kefi kök idi, heç bir təzə [vergi] icad eləmək fikrində deyildi. S.Rəhman. Kefi kök olanda aşıq, şübhəsiz; Ya nişandan gəlir, ya toydan gəlir. H.Arif. Kefi kökəlmək – bax. kefi açılmaq. Əlimərdan evinə gəldi, yedi, içdi, kefi kökəldi. (Nağıl). [Musanın nəvəsi ilə atasının dostunun] kefləri kökəldi. Qantəmir. Kefi qalxmaq – bax. kefi kökəlmək. Kefi qalxdı, fikri duruldu, öz-özünə səbəbsiz yerə gülməyə başladı. S.Rəhman. Kefi qarışmaq (qarışıq olmaq) – bax. kefi pozulmaq. Günlərin bir günü Ülkər Kövkəb xanımla kefdə idi. Birdən-birə onun kefi qarışdı. (Nağıl). Bəbir bəyin də kefi qarışıq idi. Mir Cəlal. Kefi olmamaq – 1) əhvalı yerində olmamaq. Adamın kefi olmayanda da şəkil çəkdirməyə gələr? S.Vəliyev; 2) özünü xəstə kimi hiss etmək, balaca xəstə olmaq. Uşağın kefi yoxdur. Kefi özündə olmamaq – 1) özünü yaxşı hiss etməmək; 2) əhvalı pozğun olmaq. ..Kefi özündə olmadığını, nə isə, çox gərgin düşündüyünü Şəmsiyyə [Hikmət İsfahaninin] simasından bildi. M.İbrahimov. Kefi pozulmaq – ovqatı təlx olmaq, pərt olmaq, nəşəsi qaçmaq. Həkimülmülk pis bir vəziyyətə düşdü. “Yox” desə, Hikmət İsfahaninin kefi pozulacaq və bəlkə, tərsliyə salıb, Mazəndəran malikanəsini verməyə razı olmayacaqdı. M.İbrahimov. Kefi saz (kefi saz, damağı çağ) olmaq – bax. kefi kök (kefi kök, damağı çağ) olmaq. Ellərin kefi sazdır; Bu yaz bir başqa yazdır. M.Müşfiq. Əhmədin kefi saz, damağı çağdır. Mir Cəlal. Kefi sazalmaq – bax. kefi kökəlmək. Görürsən nənəm ilə bir saat oturanda necə kefi sazaldı? Mir Cəlal. Kefi yerində olmaq – normal vəziyyətdə olmaq. Kefi yuxarı olmaq – bax. kefi kök olmaq. [Qaçay:] Bu gur işıq o deməkdir ki, Mahmud evdədir və kefi çox yuxarıdır. Z.Xəlil. Kefimin o vaxtı deyil – vəziyyətim, halım, əhvalım yaxşı deyil. [Odabaşı Xudayar bəyə:] A kişi, sən Allah, zarafat eləmə. Mənim kefimin o vaxtı deyil. C.Məmmədquluzadə. Kefindən qalmamaq – daim kef, nəşə içərisində yaşamaq. Kərim baba heç bir şeyə əhəmiyyət verməyib, nəşəsindən, kefindən qalmazdı. A.Şaiq. O ki özü, dünyanın; Bir kefindən qalmayıb. N.Rəfibəyli. Kefinə bax – necə istəyirsən, özün bil. Öz kefinə bax, kişi, dad ver, dad al! Qoy babalın boynuma, get, arvad al! M.Ə.Sabir. Kefinə buraxmaq – özbaşına buraxmaq, istədiyi kimi hərəkət etməyə imkan vermək. [Qızıl Arslan:] Lakin bu dəfə sizi əvvəlki kefinizə buraxmayacağam. M.S.Ordubadi. Kefinə dəymək – ürəyini sındırmaq, ürəyinə dəymək. Qəssab Alı fikirləşdi ki, [Koroğlu] belə danışır, bunun kefinə dəyib, Eyvazı əlindən almaq heç kişilikdən deyil. “Koroğlu”. Kefinə dəymə, söyə ya sənə, ya qardaşına. M.Ə.Sabir. [Tükəzban xala:] Cavandır, kefinə dəymə... Şəhər yerinin adəti budur. Qantəmir. Kefinə soğan doğramaq – qanını qaraltmaq, nəşəsini qaçırmaq, dilxor etmək. [Miri:] ..Canım, kefimizə soğan doğrama! M.Hüseyn. Yavərin oynaq gözlərində bir ocağın nuru var, üzündə bir dünyanın sevinci var – bu anında onun kefinə soğan doğramaq insafdan, kişilikdən deyil. İ.Məlikzadə. Kefinə toxunmaq – bax. kefinə dəymək. Bu söz .. Molla Məmmədəlinin kefinə toxundu. S.Rəhman. Kefinə yatmaq (gəlmək) – xoşuna gəlmək, ürəyindən xəbər vermək. Kefini açmaq – fikrini, qəmini, kədərini, dərdini dağıtmaq; nəşələndirmək. Aşığı görəndə Mahmud bəy çox sevindi ki, bunu bir az oxutdurub kefini açsın. “Qurbani”. Əlisa, hirslənmiş ağsaqqal həkimin kefini açmağa çalışdı. S.Rəhimov. Kefini durultmaq – bax. kefini açmaq. Kefini kök eləmək (saxlamaq) – 1) nəşələndirmək, ruhlandırmaq, şadlandırmaq. [Çoban:] Oğlan, əhvalatdan mən də indi xəbərdar oldum.. Pəri cadunun yanında öz kefini kök saxla. Ə.Haqverdiyev; 2) kefini kök elə! (et!) şəklində – təskinlik məqamında və ya kinayə ilə “darıxma, fikir etmə” mənasında. Kefini qarışdırmaq – bax. kefini pozmaq. Əgər xəbər alsan Molla Səfini; Doğrudürüst qarışdırıb kefini. Q.Zakir. Kefini pozmaq – əhvalını pozmaq, kədərləndirmək, qanını qaraltmaq, nəşəsini dağıtmaq. Kefini heç pozma, Vətən qardaşı; Əzilər dediyin ilanın başı. S.Vurğun. Havanın pozulması Zərrintac xanımın da kefini pozdu. S.Rəhimov. Nə kefdəsən? – birisinin əhvalının, səhhətinin, güzəranının necə keçdiyini soruşarkən işlədilən ifadə. Cümşüd bəy dedi: – Salaməleyküm, qonşu, nə kefdəsən? E.Sultanov. Öz kefində olmaq (gəzmək) – başı kefə qarışmaq, kefdə olmaq. Quşlar öz keflərində idilər. A.Divanbəyoğlu. Hərə öz kefində idi. S.Rəhman. Xanımlar öz keflərində idilər, gülmək, danışmaq öz qaydası ilə davam edirdi. Ə.Vəliyev. Öz kefinə – 1) istədiyi kimi, özü bildiyi kimi; 2) nəşə ilə, nəşələnə-nəşələnə, şənlənə-şənlənə. Cavan, eşşəyin noxtasını boşlayıb, onu özbaşına buraxdı, eşşək harın yorğa yerişlə öz kefinə gedirdi.. E.Sultanov. Öz başlarına buraxılmış atlar öz kefləri ilə addımlayırdılar. S.Rəhimov. kefal [yun.] zool. Yanlardan basıq, uzun bədəni olan dəniz balığı. kefalkimilər cəm. zool. Kefal və bəzi başqa balıqların daxil olduğu fəsilə. kefcil bax. kefçi. Bu adamın hərəkətindən və simasından gəncliyində çox igid və kefcil bir dəliqanlı olduğu anlaşılırdı. A.Şaiq. Əziz əyri-əyri Zeynala baxdı. Bu baxışlarından hiss edilirdi ki, onun bu qırmızısifət, kefcil oğlandan o qədər də xoşu gəlmir. Ə.Əbülhəsən. kefcillik is. Kef çəkməyi sevmə, vaxtını kefdə keçirmə, içkiyə aludəlik. [Mirzə Cəmil:] [Paşa bəyi] öldürsə, elə bu kefcillik öldürəcək. Ə.Vəliyev. kefçi is. və sif.\n1. Vaxtını kefdə keçirən, kef çəkməyi sevən adam; kefcil. ..Teymur ağa həm məşhur kefçi, həm də nüfuzlu və vurubyıxan cavanlardan idi. M.S.Ordubadi.\n2. məc. Öz danışığı, hərəkəti ilə başqalarının kefini açan, başqalarını əyləndirən adam haqqında. kef-damaq bax. kef 2-ci mənada. ‣ Kef(də)-damaqda olmaq – bax. kefdə olmaq (“kef”də). O vaxt xanların dəmi hələ saz idi, xanlar gələcəklərini bilməyib, öz keflərində-damaqlarında idilər. E.Sultanov. Kefə-damağa baxmaq – bax. kefə baxmaq (“kef”də). Əziziyəm bu dağa; Bu bağçaya, bu dağa; Aş barıdan, dolan gəl; Baxaq kefədamağa. (Bayatı). Kefi-damağı kökəlmək – bax. kefi kökəlmək (“kef”də). ..Biləndər dilləndiyi zaman, Səməndər kefi-damağı kökəlmiş halda ucadan güldü. M.Hüseyn. kef-əhval bax. kef 1-ci mənada. [Kərbəlayı Qubad:] Ağanın kefi-əhvalı necədir? Ü.Hacıbəyov. Tahir .. həm Nərgizin özünün, həm də ata-anasının kefini-əhvalını soruşdu. M.Hüseyn. kefxana is. [ər. kef və fars. xanə] Kef çəkilən yer, kef yeri. kefir is. Qatığa oxşar, süddən qatı qidalı içki. kefləndirilmə “Kefləndirilmək”dən f.is. kefləndirilmək məch. İçki və s. içirdilib kefli edilmək; sərxoşlandırılmaq. kefləndirmə “Kefləndirmək”dan f.is. kefləndirmək icb. İçki və s. içdirib kefli etmək; sərxoşlandırmaq. keflənmə “Keflənmək”dən f.is. keflənmək f. İçib məst olmaq, kefli hala düşmək; sərxoşlanmaq. [Mozalanbəy:] Gördüm qarabağlıdır, bərk keflənib. Ə.Haqverdiyev. [Qonaqlar] tamamilə keflənməmişdilərsə də, yarımsərxoş bir halda bulunurdular. S.Hüseyn. Çoxları mey içdi meyxanələrdə; Kefləndi, amma ki, Xəyyam olmadı. M.Rahim. kefli sif.\n1. İçki içərək keflənmiş; sərxoş. Kefli adam. – Rəşid bəy bərk kefli idi, ona görə də nə dil aça bildi, nə bir söz dedi, ancaq zarıldayıb zıqqıldayırdı. E.Sultanov.\n2. bax. kefçi 2-ci mənada. kefli-damaqlı bax. kefçi 2-ci mənada. Biri kefli-damaqlı; Birinin ömrü boyu; Nəsibi hicran oldu. H.Arif. kefli-kefli zərf Kefli halda, sərxoş halda. keflilik is. Kefli adamın halı; sərxoşluq, məstlik. kefsiz sif.\n1. Yüngül xəstə, naxoş, azarlı. O dəm deyir biri dustaqların: – Bəradərlər! Nə var, neçün belə kefsiz, fikirlisiz yeksər? A.Səhhət. • Kefsiz olmaq – bax. kefsizləmək 1-ci mənada. Gülpəri bir qədər kefsiz olduğu üçün axşamdan yatmışdı. S.Hüseyn.\n2. məc. Kədərli, qəmgin, halı pərişan, məyus, pərt. Niyə belə kefsizsən? – Nəbigil İsmayılın tutulmasından çox kefsiz (z.) oldular. “Qaçaq Nəbi”. [Gülnaz:] Sərvər, bu gün səni çox kefsiz (z.) görürəm, nə olub məgər? Ü.Hacıbəyov. kefsizcəsinə zərf Kefsiz halda, kefsiz bir tərzdə, qəmgincəsinə, pərişancasına. Bir gün işdən qayıdan zaman Cəmilə xanım kefsizcəsinə Əhmədi qarşıladı. S.Rəhimov. kefsizləmə “Kefsizləmək”dən f.is. kefsizləmək f.\n1. Yüngül xəstələnmək, naxoşlamaq, azarlamaq. Uşaq kefsizləyib.\n2. məc. Kədərli və pərişan olmaq, qəmginləşmək, məyuslaşmaq. [Zərrintac xanım:] ..Həftəbaşı .. ərinin kefsizləməyini istəmir. S.Rəhimov. kefsizləndirmə “Kefsizləndirmək”dən f.is. kefsizləndirmək icb.\n1. Yüngül xəstələnməsinə, naxoşlamasına, azarlamasına səbəb olmaq. Uşağı soyuğa verib kefsizləndirmək.\n2. məc. Kədərləndirmək, pərişan etmək, qəmginləşdirmək, məyus etmək. Xəbər onu kefsizləndirdi. kefsizlik is.\n1. Azca xəstəlik, naxoşluq.\n2. məc. Əhval pozğunluğu; pərişanlıq, qəmginlik, məyusluq, pərtlik. Arvad Zeynalı bu axşam kefsiz gördü, lakin bu kefsizliyə ayrıca məna vermədi. Çəmənzəminli. [Gülsənəm] kefsizliyinin səbəbini xəbər alanlara çox könülsüz cavab verirdi. M.Hüseyn. keks [ing. cake, cəmi cakes] Yumurta, şəkər vurulmuş, kişmişli xəmirdən bişirilən, şirin çörək növü. Qozlu keks. keql I. [alm.] Müəyyən qaydada düzülmüş çəlikləri ağac şarla vurub yıxmaqdan ibarət oyun. Keql oynamaq. // Həmin oyunda işlədilən çəliklər.\n\nII. [alm.] Mətbəə hürufatı ölçüsü. keltlər cəm. Qədim zamanlarda Qərbi Avropada yaşamış tayfalardan biri. • Kelt dilləri – Hind-Avropa dilləri ailəsi qruplarından biri. kenquru [ing. əsli Avstraliya dilindən] zool. Qabaq ayaqları qısa, dal ayaqları uzun, hoppana-hoppana gəzən, hərəkət edən kisəli heyvan (Avstraliya və Yeni Qvineyada yayılmışdır). kepka [rus. əsli fr.] Günlüyü olan yumşaq kişi baş geyimi. Drap kepka. Qara kepka. Kepkasını çıxarmaq. – Nimdaş kepkasını çıxardıb yaş əlini başının dazına çəkəndə Bağırın canına bir sərinlik yayıldı. İ.Məlikzadə. Dama-dama kepkamdan; zolaq-zolaq köynəyimdən; bir də ləng yerişimdən; tanıyarsan məni. R.Rza. kepkalı sif. Başında kepka olan, başına kepka qoymuş. Kepkalı oğlan. keramika [yun.] Dulusçuluq məmulatı; saxsı istehsalı; dulusçuluq. Keramika istehsalı. keratin [yun. keras – buynuz] Buynuz, yun, lələk, saç və s.-də olan zülali maddə. keratit [yun. keras – buynuz] tib. Gözün buynuz qişasının iltihabı. keroqaz [rus.] Ağ neftlə yanan qızdırıcı cihaz – səssiz primusun bir növü. keşakeş [fars.] bax. keşməkeş. Tab etməyib keşakeşi-sevdayə; Fərhad dağa qaçdı, Məcnun səhrayə. Q.Zakir. keşik is. Qarovul, güdük; qoruma. • Keşik çəkmək – 1) qarovul çəkmək, bir obyekti qorumaq. Dəlilər .. dağın dörd tərəfində keşik çəkərdi. “Koroğlu”. [Əbdül:] Məni malların keşiyini çəkmək üçün qoyublar. C.Cabbarlı. [Gənclər] şəhərin, insanların keşiyini çəkirlər. H.Seyidbəyli. // Məc. mənada. Lay-lay beşiyim, lay-lay; Evimeşiyim, lay-lay; Sən get şirin yuxuya; Çəkim keşiyin, lay-lay. (Layla). [Muxtar dayı Nərgizin anasına:] İki əsgər kimi [Nərgizin] sağında-solunda dayanıb keşiyini çəkəcəyik. Ə.Məmmədxanlı; 2) məc. dayanıb gözləmək, izləmək, güdmək. Səhərdən burada keşik çəkirəm. – Ağcaqız bir tərəfdə bunların keşiyini çəkməkdə olsun. “Aşıq Qərib”. Keşikdə durmaq (dayanmaq, olmaq) – bax. keşik çəkmək. Qalmışam eşikdə mən; Bir qızıl beşikdə mən; Yar bağçaya gələndə; Duraram keşikdə mən. (Bayatı). Keşiyində durmaq (dayanmaq) – qoruyub müdafiə etmək. Vətənin keşiyində durmaq. – Yuxusunu alan Həcər də gün çırtlar-çırtlamaz yerindən qalxıb ərinin keşiyində dayandı. S.Rəhimov. ..Burada sərhədin keşiyində duranlar .. yalnız rəsmi sərhədçilər deyil. M.Rzaquluzadə. keşikçi is. Adətən silahlı surətdə keşik çəkən, mühafizə edən, qoruyan adam; qarovulçu. Keşikçilər Eyvazgili aparıb saldılar dama. “Koroğlu”. Bir-iki nökər yüyürüb, şəhər qapısı keşikçilərinə xəbərə getdi. Çəmənzəminli. Kənd içində .. batalyon keşikçisindən başqa kimsə görünmürdü. Ə.Əbülhəsən. // Məc. mənada. ..Gecələr bu dilrübanın keşikçisi, gündüzlər qulu oldum. A.Divanbəyoğlu. keşikçibaşı is. köhn. Keşikçilərin başçısı, böyüyü. Keşikçibaşıya xəbər verdilər. M.S.Ordubadi. keşikçilik is. Keşikçinin işi, vəzifəsi; qarovulçuluq. keşikxana is. Keşikçilərin olduğu, yerləşdiyi bina; qarovulxana. Onların dalınca sarayın keşikxana qulamları çıxdı. P.Makulu. keşiş is. Xristianlarda: yepiskop ilə dyakon arasında ruhani rütbəsi və bu rütbəni daşıyan ruhani. [İblis Arifə:] İç də, bax, sonra duyarsan nə imiş; Ən gözəl töhfə, keşiş göndərmiş. H.Cavid. Ədalətin şərbətinə; İlk dəfə kim zəhər qatdı? Keşişləri, Həmzələri; Kim yaratdı; Nə yaratdı? B.Vahabzadə. keşişlik is. Keşişin vəzifəsi, işi. Keşişlikdən çıxdın, ermənilikdən ki çıxmamısan. (Ata. sözü). [Keşiş:] Bu axundluqla keşişliyi boynumuza qoyub, dünyanı bizə haram eləyiblər... Çəmənzəminli. keşişsifət sif. Keşiş kimi uzun saqqalı olan; görünüşcə, qiyafəcə keşişə oxşayan. Hamı boynu zəncirli, keşişsifət, uzun çalsaqqal, qarapaltar kişinin ağzından çıxacaq hökmün necə olacağına müntəzir idi. Mir Cəlal. keşkə is. məh.\n1. Dərinin üzərində əmələ gələn ərp. Əli keşkə atıb.\n2. Quru meyvənin üstündə şəkərdən əmələ gələn ağ qat. Əncir qurusu keşkə atıb. keşkəl is. məh.\n1. Əkin yerinə çəkilən kiçik su arxı. Dar bir su keşkəlinin yanındakı dəyədə atlarını saxladılar. S.Rəhman.\n2. Kiçik çay və ya arxın üstündən keçmək üçün uzadılmış tir, ağac. keşkələnmə “Keşkələnmək”dən f.is. keşkələnmək f. məh. Keşkə atmaq, üstü qabıq tutmaq. keşkəli sif. məh. Keşkə atmış, keşkəsi olan. Keşkəli əncir qurusu. keşməkeş is. [fars.] Çəkhaçək, çəkişmə, dartışma. keşniş is. Yeyilən, xörəyə tökülən xoşiyli göyərti növü. İki dəstə keşniş. Xörəyə keşniş tökmək. Keşniş doğramaq. – Bədnal atı nallıyan vaxtda yumşaltmaqdan ötrü məsləhət edirlər ki, bir dəsmala bir neçə damcı keşniş ətri töküb onun burnuna tutsunlar. “Əkinçi”. key sif. Hissiz, duyğusuz, süst; cansız kimi. Key adam. Key (z.) olmaq. – Biçarə kişi, qanmağa başın hələ keydir; Axır mənə bir söylə görüm, elm nə şeydir? M.Ə.Sabir. Durna key bir qorxu ilə ananın gözlərinə baxdı.. İ.Əfəndiyev. key-key zərf Key halda, süst halda. Tarıverdi yerə düşüb, key-key Məcidin qabağına yeridi. S.Rəhimov. keybənd is. Üzü hamar, astarı tüklü saya palaz növü. [Dərviş:] Qoca arvad bir kilim, bir keybənd gətirdi. A.Divanbəyoğlu. keyf bax. kef. [Əliməmməd:] Neçə belə bayramlar görək, keyfimiz kök, damağımız çağ olsun! Çəmənzəminli. O mühəndis qıza, o doktor qıza; Mən də şeir yazım keyfim gələndə. M.Müşfiq. keyfiyyət is. [ər.]\n1. Bir şey və ya şəxsi başqasından fərqləndirən xüsusiyyət, əlamət (əsasən, müsbət xüsusiyyət, əlamət). İnsanın ən yaxşı keyfiyyəti. – Yoxsa bu keyfiyyətə rah neçin verməyir? Gah verir filməsəl, gah neçin verməyir? M.Ə.Sabir.\n2. Bir şeyin dəyərlik, yararlıq, ləyaqət dərəcəsi. Hər yerdə kəmiyyət, keyfiyyət barəsində danışıq gedirdi. S.Hüseyn. Dərs keyfiyyəti uğrunda ciddi mübarizə aparırlardı. S.Rəhimov.\n3. Fəlsəfədə: əşyanı, hadisəni və ya prosesi, onun başqa şey deyil, məhz özü olduğunu müəyyənləşdirən xüsusiyyət. Kəmiyyət və keyfiyyət. Kəmiyyətin keyfiyyətə keçməsi qanunu (dialektikanın əsas qanunlarından biri).\n4. Qəziyyə, vəziyyət, hadisə. [Hacı Nuru şair:] Hələ bir qulaq asın, [şeri] oxuyum, görün bu keyfiyyəti necə bəlağət və fəsahətlə bəyan etmişəm. M.F.Axundzadə. Çünki qarı bildi bu keyfiyyəti; Özgə sayaq oldu onun niyyəti. A.Səhhət. Səhər qızın atası, Hacı Əbdüləzimin dükanına gedib keyfiyyəti söylədi. Ə.Haqverdiyev. keyfiyyətcə sif. Keyfiyyətinə görə fərqlənən. Keyfiyyətcə yaxşı mal. Keyfiyyətcə pis mal. keyfiyyətli sif.\n1. Müəyyən keyfiyyətə malik olan. Yaxşı keyfiyyətli. Orta keyfiyyətli.\n2. Keyfiyyətcə yüksək olan; yaxşı, əla. Keyfiyyətli mal. Keyfiyyətli polad. keyfiyyətlilik is. Müəyyən keyfiyyətə malik olan şey və s.-nin xüsusiyyəti, halı. keyfiyyətsiz sif. Keyfiyyəti pis olan; pis, alçaq. Keyfiyyətsiz mal. Keyfiyyətsiz material. keyfiyyətsizlik is. Keyfiyyətsiz şey və s.-nin xüsusiyyəti, halı. keyidici bax. keyləşdirici. Keyidici dərman. keyikdirilmə “Keyikdirilmək”dən f.is. keyikdirilmək bax. keyləşdirilmək. keyikdirmə “Keyikdirmək”dən f.is. keyikdirmək bax. keyləşdirmək. keyikmə “Keyikmək”dən f.is. keyikmək bax. keyimək. keyimə “Keyimək”dən f.is. keyimək f.\n1. Hərəkət qabiliyyətini itirmək, qurumaq, çəng olmaq, keyləşmək. Hatəm xanın qolu keyiyib dondu, onun gözü pər-pər çaldı. S.Rəhimov. [Səlbinin] ayağı elə keyimişdi ki, barmaqlarını kəssəydilər xəbəri olmazdı. Ə.Vəliyev.\n2. məc. Hiss və dərk etmə qabiliyyətini itirmək, donub qalmaq, quruyub qalmaq; kütləşmək, süstləşmək. Şeir adı eşidəndə cəmi vücudum keyidi, başım fırlanmağa başladı. Çəmənzəminli. Yenə güllə atılırdı, lakin Tərlanın qulaği keyimişdi. M.Hüseyn. // məc. Azalmaq, zəifləmək, keçmək. Ağrısı bir az keyimişdi. keyimiş f.sif.\n1. Hərəkət qabiliyyətini itirmiş, çəng olmuş; qurumuş. Keyimiş əl. – Talıb xanla yasavul üzüyuxarı qalxıb, qapıdan bir az aralıda keyimiş halda yerə düşdülər. S.Rəhimov. [Qızın] keyimiş dizləri sanki hissini itirmişdi. Mir Cəlal.\n2. məc. Keyləşmiş, süstləşmiş, kütləşmiş, donub qalmış. Həkimülmülkün keyimiş idrakı vəziyyəti dərk edəcək halda deyildi. M.İbrahimov. keyişmə “Keyişmək”dən f.is. keyişmək bax. keyimək. Qədir həm yorulmuş, həm də qıçları sanki tutulmuş, keyişmişdi. Mir Cəlal. keyitmə “Keyitmək”dən f.is. keyitmək bax. keyləşdirmək. Həyəcanlı sözlər soyuq su damlaları kimi Zibeydənin üzərinə tökülüb, onu keyitdi. Çəmənzəminli. Həkimin verdiyi ağır xəbər elektrik cərəyanı kimi [qızın] qəlbinə çarpıb, bütün əsəblərini keyitmişdi. İ.Əfəndiyev. keyləşdirici sif. Keyləşdirən, key edən, hissizləşdirən. Keyləşdirici iynə (dərman). – Yerli təsir göstərmək üçün [dərmanlara] antiseptik, büzücü, keyləşdirici, ağrıkəsici və başqa maddələr daxil edirlər. R.Əliyev. keyləşdirilmə “Keyləşdirilmək”dən f.is. keyləşdirilmək məch. Key edilmək; hissizləşdirilmək. keyləşdirmə “Keyləşdirmək”dən f.is. keyləşdirmək f.\n1. Key hala salmaq; hissizləşdirmək. İynə vurub əti keyləşdirmək.\n2. məc. dan. Keyləşməsinə, süstləşməsinə, donub qalmasına səbəb olmaq; sarsıtmaq. Bu xəbər onu keyləşdirdi. keyləşmə “Keyləşmək”dən f.is. keyləşmək bax. keyimək. Gülnaz, hiss və duyğuların keyləşdiyi, ilk məhəbbətin açılmadan solduğu, ümidsizlik içərisində daşa dönmüş qəlbini ərbaba verdi. M.İbrahimov. Sənubər başı keyləşənə .. qədər oxudu. B.Bayramov. keylik is.\n1. Keyləşmiş, hissizləşmiş şeyin halı. Əlin keyliyi.\n2. məc. Süstlük, kütlük, hissizlik. Şirin özündə bir keylik hiss edirdi. İ.Əfəndiyev. keysu is. [fars.] klas. Uzunsaç, zülf, hörük. Belə türrə, belə keysu, – belə saç; Belə qəmzə, belə qaşü göz olmaz. Q.Zakir. Firqətindən qara bağrım olub su; Alıbdır qərarım o zülfü keysu. Aşıq Məhəmməd. kəbə is. [ər.]\n1. Məkkədə müsəlmanların müqəddəs saydıqları bina – qibləgah. Ey həqqi hər yerdə hazırdır deyən əgrinəzər; Bəs nə mənada seçərsən Kəbədən bütxanəni? Nəsimi. [Şeyx Nəim:] Eylədin Kəbə qarşısında yəmin; O bu gün məhv olurmu bir qız için? H.Cavid. // məc. Əsas, mərkəz. Mərhum Molla Tarqulu həmişə deyərdi ki, Danabaş kəndi yer üzünün Kəbəsidir, yəni mərkəzidir. C.Məmmədquluzadə.\n2. məc. Ən əziz, ən istəkli, ən müqəddəs sayılan şey haqqında. [İmran:] Onun Kəbəsi mücrüdür ki, gündə yeddi dəfə başına dolansın. S.S.Axundov. kəbin is. [fars.] köhn.\n1. Evlənmə əsnasında kişi (oğlan) tərəfindən qadına (qıza) vəd edilən nikah bahası; başlıq, mehr. [Mərcan bəy:] ..Qabaqda axmaqlıq edib, kəbin pulunu beş min manat yazdırmışam. Ü.Hacıbəyov. Arvad bədbəxt olub atası evində qalardı. Atası da axund otağında, divanxanalarda kəbin və talaq davası edərdi. H.Sarabski.\n2. İzdivac, nikah; evlənmənin qanuni şəklə salınması. Kəbin əhvalatını bitirməkdən ötrü əvvəlcə mənim bu əqdim .. qeyd olunmalı idi. T.Ş.Simurq. • Kəbin kağızı – kəbin şərtlərinin yazıldığı kağız, evlənmə haqqında şəhadətnamə. Hər birisi ki razı olsa, onda gərək dübarə Abbas Məhəmməd oğluna nikah oxuna və kəbin kağızı yazıla.. M.F.Axundzadə. Kəbin kağızını almamış gəlini bayıra çıxarmazdılar. H.Sarabski. Kəbin kəsdirmək – evlənməsini müvafiq mərasimlə qanuni şəklə saldırmaq. [Ağamehdi] .. kəbin kəsdirdi və [Gülnazı] götürüb öz evinə apardı. E.Sultanov. Kəbin kəsmək – evlənmə ayini icra etmək, evlənməyi qanuni şəklə salmaq, nikah kəsmək. İrəvanda bir belə mirzənin hətta kəbin kəsdiyini görmüşəm. Ə.Haqverdiyev. Kəbinini kəsmək – ərə getməsini qanuni şəklə salmaq. [Molla Səfi:] Pəh, bu olmadı ha! Mənə deyən gərəkdi, həpənd, bu nə şəriətbazlıqdı... Kəbinini kəsəydin qurtaraydı gedəydi... N.Vəzirov. Kəbinini vermək – boşamaq, talağını vermək. [Şamama cadu:] Onun da fikrini çəkəcəksən? Bir yüz manat puldur, onun kəbinini verib, başından rədd elərsən, gedər işinə. Ə.Haqverdiyev. ‣ Kəbin(lər)i göydə kəsilib – evlənmələri tam zəruridir. Əmiqızı ilə əmioğlunun kəbini göydə kəsilib. (Məsəl). [Allahqulu Çimnaza:] Sən də çalış, Sonanı Büləndə gəlin gətir, bir-birini onlar çox istəyirlər. Hər cəhətdən də babdırlar. Belələri üçün deyiblər ki, kəbinləri göydə kəsilib! Ə.Əbülhəsən. Kəbinim halal, canım azad! köhn. – adətən qadının məcburiyyət üzündən ərindən boşanmaq arzusunu bildirən ifadə. [Güllü:] Kağızımı ver, kəbinim halal, canım azad! Ə.Haqverdiyev. [Mərcan bəy Kəblə Qubada:] Amma əgər sən bir iş görə bilsən ki, arvadım mənə deyə: kəbinim halal, canım azad və məndən çıxıb gedə, onda sənə iki min manat nağd pul verərəm. Ü.Hacıbəyov. Kəbininə kəsilmək məc. – daim boynunda olmaq, boynuna qoyulmaq (bir iş, vəzifə). kəbinli sif. Kəbini olan; qanuni. [Səkinə xanım:] [Zeynəb] qardaşıma kəbinli arvad deyil idi ki, irs apara. M.F.Axundzadə. [Bahadır:] A kişi, nə deyirsən? Kəbinli qızı da qaçırmaq olurmu? N.Nərimanov. ..Zeynəb, Allaha şükür, dul övrətdi, heç kəbinli də deyil. C.Məmmədquluzadə. kəbinlilik is. Kəbinli olma, kəbini olma, nikahlılıq. kəbinsiz sif. Kəbini olmayan, rəsmi nikahı olmayan; qeyri-qanuni. Kəbinsiz arvad. – [Qaçay:] Onsuz da Pənah çoxdan tutulmalı idi. Lap Əntiqəni evlərinə kəbinsiz aparan günü... İ.Məlikzadə. kəbinsizlik is. Rəsmi nikahın olmadığı hal; nikahsızlıq. kəbir sif. [ər.] klas. Böyük. // İs. mənasında. [Koroğlu:] Qol-qola bağlayın, tutun əsiri; Səğirin kəbirə qatın, gətirin! “Koroğlu”. kəbleyi köhn. “Kərbəlayı” sözünün canlı dildə işlənən forması (bax. kərbəlayı). [Səfərəli:] Kəbleyi! Sən başa düşmürsən. H.Nəzərli. kəbutər is. [fars.] klas. Göyərçin. Bir damdə gördü bir kəbutər. Füzuli. Neçə müddət qərq oldular tufana; Əmr etdi, kəbutər gəzdi hər yana. Aşıq Ələsgər. kəc I. sif. [fars.]\n1. Əyri. Qoy börkünü kəc qaşının üstünə, fırılda; Kəndin kimi bir lotiyimeydanını görcək. M.Ə.Sabir. İri, tutqun gözü, acıqlı qaşı; Etinasız, qürurlu, kəc baxışı. A.Səhhət. Kəc baxmaq – əyri baxmaq, pis niyyətlə baxmaq, pis gözlə baxmaq, etibarsızlıq göstərmək. Ustadına kəc baxanın gözlərinə qan damar. (Ata. sözü). [Mirsadıq:] Hərgah başınızdakı papaqdırsa, sizi ona and verirəm, mənim arvad-uşağıma kəc baxmayın. M.S.Ordubadi. Qorxmamışıq dost görünən düşmənlərin qınağından; Toy tutmuşuq kəc baxanın göyünə də, ağına da. R.Rza.\n2. Tərs, höcət. Kəc adam. – [Qapıçı:] Yaxşı tanıyıram kəc Əxistanı; Ya məni boğazdan çəkdirər dara; Ya da ki, saldırar daş zindanlara. M.Rahim. • Kəc başlamaq – tərsliyə başlamaq, inad eləmək, ziddinə getmək, əksinə hərəkət etmək. [Məmişov:] Sən ki mənimlə kəc başladın, mən də məsələni yuxarılara keçirərəm. M.İbrahimov. Kəc danışmaq – əksinə danışmaq, tərs-tərs danışmaq.\n\nII. bax. gəc. kəcavə is. [fars.] Keçmişdə Şərqdə: səfərə çıxan adlı-sanlı adamlar üçün minik heyvanlarının, adətən, dəvənin üstündə düzəldilən örtülü yer. Nigar xanımı atdan düşürüb, kəcavəyə mindirdilər. “Koroğlu”. [Fazil:] ..Bu vilayətdə olan dəli kişilərin övrətləri .. gərək öz ərlərinin qardaşlarına siğə olub bu kəcavələrə əyləşsinlər. C.Məmmədquluzadə. Qadınların istiqbalçı qafiləsi taxt-rəvan və kəcavələrdə gedir və hər kəsin nəzərini özünə cəlb edirdi. M.S.Ordubadi. kəcbin sif. [fars.] köhn.\n1. Çəpgöz, qıyıqgöz, çaş. Kəcbin adam.\n2. məc. Əyri gözlə baxan, hər şeyi əyri görən, yaxşı bir şey görməyən, xeyirxah olmayan. [Böyükxanım] şəhla gözlərin insaniyyətcə nə qədər kəcbin olduğunu düşünmüşdü. M.S.Ordubadi. kəcbinlik is. köhn.\n1. Çəpgözlük, çaşlıq.\n2. məc. Pis nəzərlə baxma, hər şeyi tərs görmə, heç bir yaxşı şey görməmə. kəcqabırğa sif. və is. dan. Tərs, inadcıl, höcət. Kəcqabırğa adam. – Mən onun ağzı xeyrə açıldığını görməmişəm. Zalım oğlu kəcqabırğadır. Mir Cəlal. kəclik is.\n1. Qıyqaclıq, çəplik.\n2. Tərslik, höcətlik. Dediyim sözümdə mən yenə varam; Məndə kəclik də var, mərdanəlik də. Ə.Vahid. kəcmədar sif. [fars. kəc və ər. mədar] klas. Birisinin istək və arzusunun əksinə hərəkət edən; nəhs. ..Mansur axırıncı dəfə fələkdən şikayət etmək üçün ağlar gözlərini göyə dikib tutqun və dilsuz kəlmələrlə təkəllümə başladı: – Kəcmədar dövran! C.Cabbarlı. kəcpapaq sif.\n1. Papağını yan qoyan.\n2. məc. Forslu, qürrəli. Kəcpapaq oğlan. kəcrəftar rif. [fars.] Pis rəftarlı, rəftarı olmayan, yola getməyən. // məc. Nəhs, tərs, uğursuz. Ey Vidadi, gərdişi-dövranikəcrəftarə bax; Ruzigarə qıl tamaşa, karə bax, girdarə bax. M.P.Vaqif. kədər is. [ər.] Qəm, qüssə, dərd, ruhi iztirab. [Maral:] Uff, bəxtiyarlıq içində ölmək, kədərlər, üzüntülər içində yaşamaqdan min qat xeyirli imiş... H.Cavid. Neçəsində fərəhim var; Neçəsində kədərim var. B.Vahabzadə. Səmədin ürəyini sonsuz bir kədər və ümidsizlik doldurdu. İ.Hüseynov. // Kədərlə şəklində zərf – qəmli, qüssəli, dərdli. Kədərlə başını aşağı dikmək. Kədərlə cavab vermək. – Azərbaycanda sevinc və şadlığa səbəb olan bu xəbər Həmədanda böyük bir kin və kədərlə qarşılandı. M.S.Ordubadi. kədəravər sif. [ər. kədər və fars. ...avər] klas. bax. kədərləndirici. [Aslan] zəifləmişdi, qırışıq üzünü tük basmışdı, kədəravər bir görkəm almışdı. C.Cabbarlı. kədərəngiz sif. [ər. kədər və fars. ...əngiz] klas. bax. kədəravər. Torpaqların üzərinə sərilmiş əlvan güllərin görünüşü qanlı bir otağın görünüşü qədər kədərəngizdir. M.S.Ordubadi. kədərləndirici sif. Kədər gətirən, qüssə gətirən; qəmləndirən, qüssələndirən. Kədərləndirici hadisə. Kədərləndirici xəbər. Kədərləndirici mənzərə. kədərləndiricilik is. Kədər gətirmə, kədər vermə. kədərləndirilmə “Kədərləndirilmək”dən f.is. kədərləndirilmək məch. Qəmləndirilmək, qüssələndirilmək, məyus edilmək, dərd (kədər) verilmək. kədərləndirmə “Kədərləndirmək”dən f.is. kədərləndirmək f. Kədərli etmək, qəmləndirmək, qüssələndirmək, çox məyus etmək. Xəbər onu kədərləndirdi. Uşağın xəstəliyi ananı kədərləndirdi. – Bu .. kişinin sonsuzluğu Ataşı istər-istəməz kədərləndirirdi. Ə.Vəliyev. [Elçin Sevincə:] İndi mən buraya gələndə eşitdiyim bir səs məni çox kədərləndirdi. Z.Xəlil. kədərlənmə “Kədərlənmək”dən f.is. kədərlənmək f. Kədərə batmaq, qəmlənmək, qüssələnmək, çox məyus olmaq. Bu xəbərdən kədərləndi. Oğlunu görə bilmədiyi üçün kədərləndi. – Sabir düşünür, kədərlənir, dərslərini hazırlamağa çalışırdı. S.Rəhimov. Səfər kişi bu sözdən kədərlənmiş kimi köksünü ötürdü. Mir Cəlal. kədərli sif. Qəmgin, dərdli, mükəddər, hüznlü. Kədərli ana. – Kədərli bir qəlbin yanıq fəğanı; Yandırır ürəyi daşdan olanı. Ə.Cavad. Doğrudan da qız çox düşkün və kədərli idi. M.İbrahimov. // Kədər ifadə edən. Kədərli gözlər. Kədərli səs. Kədərli sifət. // Kədər verən, kədər gətirən, qəmgin edən; kədərlə dolu. Kədərli xəbər. Kədərli hekayə. – Bu böyük itki, bu kədərli faciə bütün qohum-qardaşa, xüsusən Atabalaya çox ağır təsir etdi. A.Şaiq. kədərlilik is. Kədərli adamın hal və vəziyyəti; qüssəlilik, qəmlilik, dərdlilik. kədərsiz sif. Kədəri olmayan, qəmsiz, qüssəsiz, dərdsiz. Kədərsiz adam. // məc. Şən, qayğısız, məsud. Kədərsiz həyat. – Nadir bulunur bizdə bulud, sis; Şən ruhumuzun üfqü kədərsiz. H.Cavid. kədərsizlik is. Kədərsiz adamın halı; qəmsizlik, qüssəsizlik. kəf is. [fars.] Köpük (od üstündə bişən xörək və s.-də). Xörəyin kəfini götürmək. Sabun kəfi. – Qazan daşdı, kəfın al; Qaynadıqca kəfin al. (Bayatı). Mən əti doğrayıb qurtaranda Gülqədəm düyünün kəfini yığırdı. Ə.Vəliyev. ‣ Kəf getmək dan. – oğurlamaq, çırpışdırmaq, qoparmaq. Kəf gəlmək – hiylə işlədərək aldatmaq, kələk gəlmək. Gərək bu xəzinədardan göz olum ki, müştərilər bizim bu başısoyuğa kəf gəlməsinlər. “Kirpi”. Kəfə getmək – araya salıb mənimsəmək, özünə götürmək. [Salamov:] Adə, Bahadır bəy, sən ərinin yanında sırğalardan balaca söhbət sal, yoxsa qızıl sırğaları kəfə gedər, əri bilməz. C.Cabbarlı.\n\nII. bax. kəfə. Əlinin kəfi qabar çalıb. kəfə is. [ər.] Ovuc, əlin içi, aya. Bir az kənarda bir övrət çömbəlib və çənəsini hər iki əlinin kəfəsinə qoyub qaşqabaqla Əhmədin ağlamasına tamaşa edirdi. C.Məmmədquluzadə. kəfən is. [ər.]\n1. Meyitin sarındığı ağ, bez. Kəfən oğrusundan adamlıq ummazlar. (Ata. sözü).\n2. Keçmişdə: zəvvarların, dindar, mövhumatçı müsəlmanların dini ayinlər zamanı geydikləri kəfənə oxşar uzun ağ paltar.\n3. məc. Ölüm rəmzi kimi. Azəri torpağı son kəfənimdi; Doymaram bu qara bezimdən mənim. M.Araz.\n4. məc. Ağ örtük. Göylər matəmlilər kimi qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdür. A.Şaiq. ‣ Kəfəni saralmamış – ölümündən az müddət keçmiş. Kəfəni yırtmaq – ağır, təhlükəli xəstəlikdən qurtarmaq (durmaq). [Şofer:] Qardaşım .. özü də yaralanıb, xəstəxanaya düşüb, amma yenə kəfəni yırtıb çıxıbdır. M.Hüseyn. Kəfənini boynuna (boğazına) dolamaq (salmaq) – cəsarətlənmək, ürəklənmək, özündən güclü bir adamla mübarizəyə girişmək. İskəndər kişi kəfənini boğazına dolamışdı. Qorxularından cınqırını çəkməyən adamlar, qocanın mərdliyinə heyran qalmışdılar. M.Hüseyn. kəfənləmə “Kəfənləmək”dən f.is. kəfənləmək f. Meyiti kəfənə bürümək, kəfənə tutmaq. Səlim [qocanı] mafəyə qoydu, yudu, kəfənnədi, həmin dediyi gül ağacının dibində basdırdı. (Nağıl). [Vəzir:] Kənarda bir meyit var idi, götürdük. Gətirib kəfənlədik və qəbrə qoyduq. Çəmənzəminli. kəfənlənmə “Kəfənlənmək”dən f.is. kəfənlənmək məch. Kəfənə bürüdülmək, kəfənə tutulmaq. kəfənli sif.\n1. Kəfəni olan; kəfənlənmiş. Kəfənli meyit.\n2. köhn. Boynuna kəfən salmış, kəfən geymiş (bax. kəfən 2-ci mənada). Ağ kəfənli adamlar zikr deyib, başlarını gorda ilə yarırdılar. Çəmənzəminli. Arxadan sükut içərisində kəfənli zəvvarlar gəlirlər. Ə.Məmmədxanlı. kəfənlik is. Kəfənə yarar, kəfən üçün işlədilən parça. Pambığın hər qozası düşmənə; Olmalı bir kəfənlik. R.Rza. Kimsə qara gün üçün yaxdanda saxladığı kəfənliyini gətirdi, meyiti kəfənləyib cənazəyə qoydular və üstünə kəlağayı örtdülər. İ.Şıxlı. // Sif. mənasında. Ana .. səliqə ilə qatlayıb özü üçün saxladığı kəfənlik ağa baxdı. Ə.Əbülhəsən. kəfənsiz sif. Kəfəni olmayan, kəfənlənməmiş. Kəfənsiz meyit. // Zərf mənasında. Meyiti kəfənsiz (z.) basdırmaq. – Meynələrində qora; İlişdim, düşdüm tora; Səni mənnən eləyən; Kəfənsiz getsin gora. (Bayatı). Qoxudu dağ-dərə barıtdan, qandan; Kəfənsiz cəsədlə doldu biyaban. Şəhriyar. kəffarə is. [ər.] Dindarların, öz günahlarını bağışlatmaq ümidi ilə verdikləri sədəqə, tutduqları oruc və s. Mənə meydən keçən gün tövbə verdi şeyx, ey Seyyid; Bu gün mən də alıb mey, şeyx üçün kəffarə göndərdim. S.Ə.Şirvani. • Kəffarə vermək – müsəlmanlarda: günahı yumaq üçün bir şey (sədəqə) vermək. [Çiçək xanım:] Sənin sifətini görən sill tapar, gərək kəffarə versin. N.Vəzirov. kəfgir is. [fars.]\n1. Xörəyin kəfini götürmək, plov çəkmək və s. üçün işlədilən deşik-deşik alət, böyük qaşıq. [Çayçı] əlində kəfgir gah plov qazanına baxır, gah tavaya nəzər yetirirdi. M.İbrahimov. Göyçək arvad əlində kəfgir aş süzürdü. Ə.Vəliyev.\n2. Yuxarı ucu hərəkətsiz bir nöqtəyə bərkidilmiş yellənən mil, ox (divar saatlarında). Divar saatının kəfgiri. – Kərimbəy .. kəfgiri ahəstə-ahəstə hərəkət edən .. saata baxdı. Mir Cəlal. İri mis kəfgir ağır-ağır çıqqıldayırdı. Q.İlkin.\n3. Duşun, susəpənin deşik-deşik olan hissəsi. Su, kəfgirin yekə bir deşiyindən fışqıraraq töküldü. M.Hüseyn. kəfgirli sif. Kəfgiri (2 və 3-cü mənalarda) olan. Kəfgirli saat. Kəfgirli susəpən. – Katibə xala kəfgirli divar saatına, sonra öz qiymətli qol saatına baxdı. S.Rəhimov. Qoca .. ağzı kəfgirli aftafa ilə güllərəçiçəklərə, su verirdi. M.Hüseyn. kəfləmə is. dan. Toz halında dərman. Kinə kəfləməsi. kəflənmə “Kəflənmək”dən f.is. kəflənmək f. Qaynadılan zaman köpüklə örtülmək. Ət kəfləndi. kəfli sif. Kəfi olan, köpüyü olan; köpüklü. Kəfli dolma. kəfrəm is. məh. Mitil. [Ataş Əsgər bəyə:] Döşəklərin yununu boşaldıb, yorğanların kəfrəminə baxdıran kimdir? Ə.Vəliyev. kəfrəmli sif. Kəfrəmi olan; mitilli. kəhər sif. Açıq-şabalıdı rəng (at haqqında). Qurbanəli bəyin nökəri bir kəhər atın çilovundan yapışıb bir az kənarda dolandırırdı. C.Məmmədquluzadə. Kişnəyəcək qaşqa, kəhər atım mənim; Xallı toplan ayağına dolaşacaq; Kənd qızları təzə xəbər danışacaq. M.Araz. // İs. mənasında. Həmin rəngdə olan at. Kəhərə minmək. Kəhəri çapmaq. – Kəhərin sinə bəndi; Ovçunun binə bəndi; Mən dərddən qaçaq oldum; Dərd məndə binələndi. (Bayatı). kəhildəmə “Kəhildəmək”dən f.is. kəhildəmək f. məh. Çətinliklə, tövşüyə-tövşüyə nəfəs almaq; ləhləmək, tövşümək. Tövlənin qapısı açıldı və cahıllar kəhildəyə-kəhildəyə (z.) atları töyləyə çəkib, kişmiş taylarını sürüyüb saldılar tövlənin bucağına. C.Məmmədquluzadə. Kişi kəhildəyib yerində eşələndi, kürəkləri bir də səslənib xırtıldaşanda nəfəsi genişləndi. B.Bayramov. kəhilti is. Dərindən nəfəs alarkən çıxarılan səs. kəhkəşan is. [fars.] şair. Gecələr göy üzündə ağ yol şəklində görünən ulduzlar topası; hacılar yolu, süd yolu. Kəhkəşan südlü nəhri andıraraq; Əzəli bir kitab oxurdu mana. H.Cavid. Hər ulduzun yeri var kəhkəşanlar içində; Hər nəhrdən su vardır göy ümmanlar içində. R.Rza. kəhrəba is. [fars.] Müxtəlif xırda bəzək şeyləri qayrılan qatranlı şəffaf, sarı və ya sarı-qonur rəngli bərk maddə. Kəhrəbadan qayrılan muncuq. Kəhrəbadan bilərzik. // Həmin maddədən qayrılmış bəzək (şeyi). Gümüş biləklərin, bəyaz qolların; Sarı kəhrəbası, hayıf ki, yoxdur. M.P.Vaqif. [Bülənd] bir hərəkətlə Nazlının boynundakı kəhrəbaların və muncuqların hamısını dartıb qopardı.. Ə.Əbülhəsən.\n2. Kəhrəbadan qayrılmış. Kəhrəba qolbaq. Kəhrəba müştük. – [Molla Sadıq] sarı kəhrəba təsbehinin qoz boyda dənələrini şaqqıldatdı. İ.Şıxlı.\n3. məc. Təşbehlərdə. Kəhrəba kimi qaymaq. Kəhrəba kimi un. – Dönmüş kəhrəbaya sular xəzəldən; Əlində cam tutmuş ruzgar xəzəldən.. M.Müşfiq. Sevil açdığı süfrəni daha da zənginləşdirir, yağlı süd, qalın qaymaq, sarı kəhrəbanı andıran şit kərə və pendirlə doldururdu. S.Rəhimov. kəhrəbalı sif. Kəhrəbası olan, kəhrəba ilə bəzədilmiş, kəhrəbadan düzəldilmiş. Kəhrəbalı bilərzik. kəhrimə “Kəhrimək”dən f.is. kəhrimək f. məh. Qocalmaq, qartlamaq. Sümüyü kəhrimiş adam. Ağac kəhrimişdir. kəhriz is. [fars.] Yeraltı su yolu, su kəməri. Dərədə kəhriz suyu ilə işləyən stansiyanın təzə binası ağarırdı. M.Hüseyn. Yalnız qoşa kəhrizin böyründən gələn araba yolu ilə bir avtomobil sürətlə .. gəlirdi. Mir Cəlal. • Kəhriz vurdurmaq (saldırmaq, çıxartdırmaq) – suyu quyu vasitəsilə yer üzünə çıxartdırmaq. ..Hər dəfə müsəlmanların müsəllaya çıxmaqları ilə Allah yağış yağdırsa, dəxi bundan sonra bir kəs dəli deyil ki, arx çıxartsın, .. kəhriz vurdursun.. C.Məmmədquluzadə. kəhrizli sif. Kəhrizi olan. Kəhrizli bağ. – [Gəray ağa] ..fikrən öz kəhrizli mülklərinə, Qarabağa qayıdır, Müqim bəyin qarasınca mırıldanırdı. S.Rəhimov. kəhrizşeytanı is. zool. Qarınayaqlılar fəsiləsindən dayaz sularda, kəhrizlərdə yaşayan canlı. kəkə sif. Danışarkən kəkələyən; kəkov. Kəkə uşaq. Anadan kəkə (z.) doğulmaq. kəkələmə 1. “Kəkələmək”dən f.is. Onun danışanda kəkələməsi və adı Qəhrəmana sabiq yoldaşı Meracı xatırladırdı. Ə.Vəliyev.\n2. Danışarkən bəzi səsləri qeyri-iradi olaraq dəfələrlə təkrar etməkdən ibarət nitq nöqsanı. kəkələmək f.\n1. Danışarkən bəzi səsləri qeyri-iradi təkrar edərək çətinliklə danışmaq. Qızı elçilər danışdırırlar ki, görsünlər, qız kar deyil, eşidirmi, lal deyil və kəkələmir. R.Əfəndiyev. // məc. Nə deyəcəyini bilməyib dili çaşmaq, dili söz tutmamaq, qırıq-qırıq danışmaq. Nəsrəddin başlayır kəkələməyə.. “M.N.lətif.” Burada müqəssir kəkələdi və cavab verə bilmədi. H.Nəzərli.\n2. bax. kəkələnmək. kəkələyə-kəkələyə zərf Kəkələyərək, dili dolaşa-dolaşa, çaşa-çaşa, dili topuq çalaçala. Nə kəkələyə-kəkələyə danışırsan? – Laçının əmisi kəkələyə-kəkələyə deyirdi. M.Hüseyn. kəkələnmə “Kəkələnmək”dən f.is. Rüstəm kişinin yaşına layiq olmayan şəkildə xoruzlanıb kəkələnməsi Qoşatxana əvvəlcə pis təsir etsə də, getdikcə mənasız və gülünc görünməyə başlayırdı. M.İbrahimov. kəkələnmək f. Xoruzlanmaq. Bizi heç bir vaxt aldada bilməzsiniz, – deyə .. polis xəfiyyəsi kəkələndi. M.Hüseyn. ..Çar məhkəməsinin məmurları bir vaxt Rüstəmin qara damını eşmiş, yararlı bir şey tapmadıqları üçün Rüstəmin üstünə kəkələnmişdilər. S.Rəhimov. [Şahpəri:] Bura bax! Özün də mənim üstümə kəkələnmə! B.Bayramov. kəkəlik is. Kəkə adamın halı; kəkovluq. Kəkəliyindən utanmaq. kəkəmə “Kəkəmək”dən f.is. kəkəmək bax. kəkələmək. kəkil is. [fars.]\n1. Bəzi quşların başında topa şəklində tük. Fərənin kəkili. Göyərçin kəkili. // At və bəzi başqa heyvanların qulaqları arasından sallanan tük topası. Qara atın kəkili; Tel-tel olub tökülü; Hər yetənə yar desən; Yar bacadan tökülü. (Bayatı). [İlyas Adiləyə:] Axırda ərk ilə [atın] kəkilindən tutub dartdım. Ə.Məmmədxanlı.\n2. Kişilərdə: alına tökülən saç. Kəkilini üzünə tökmək. Papağın altından kəkili görünür. – Kəkilə bax, kəkilə; Kəkil üzə tökülə; Qiyamət o gün qopar; Yar gözümdən çəkilə. (Bayatı). // Qırxılmış başın ortasında saxlanan tük topası. Uşağın başında kəkil saxlamaq. – [Cümrü Ağamalının] başının ortasında kəkili olardı. H.Sarabski. kəkilbaş sif. dan. Başında kəkili olan; kəkilli. Kəkilbaş oğlan. kəkilbaz is. və sif. [fars.] Kəkil qoymağı, kəkil saxlamağı sevən adam. Kəkilbaz oğlan. – [Əhməd:] Nədən ötrü məni axtarırsan, ay hiyləbaz, kəndirbaz, oyunbaz, kəkilbaz. N.Vəzirov. kəkilcik is. Balaca kəkil, kiçik kəkil. kəkildaraq is. məh. Şanapipik. kəkkildək zool. bax. çəkçəki. Biçənəklərdə kəkkildəklər qaqqıldaşır. kəkilli sif.\n1. Kəkili olan. Kəkilli fərə. – Kəkilli durnalar hey qatar-qatar; Qaqqıldaşıb keçir, açılmış bahar. R.Rza. ..Kəkilli boz torağaylar hərəni öz dilində qarşılayırdılar. M.Rzaquluzadə.\n2. Başında kəkil saxlamış, kəkil qoymuş. Kəkilli uşaq. kəkkilti is. Kəkliyin çıxardığı səs. Kəkliyin kəkkiltisi eşidilirdi. kəklik I. is. Toyuq cinsindən əlvan tüklü çöl quşu. Çil kəklik. Ağ kəklik. – Çoban oxur, çalır, dağlar səslənir; Nə anladır o kəkliklər turaca? A.Şaiq. Hava işıqlaşanda kolluqlardan bildirçin, turac, kəklik pırıldaşıb qalxdıqca [bəylər] alıcı quşları buraxıb ovlayırdılar. M.Rzaquluzadə. • Kəklik kimi – cilvəli hərəkət haqqında. Otuzunda kəklik kimi səkərsən; İgidlik eləyib qanlar tökərsən. “Koroğlu”. Rəqqasə də kəklik kimi süzüb gedir çəmənliyə; Hər könüldən bir səs gəlir, “ölməmişəm, sağam!” – deyə. S.Vurğun. Ötmə kəklik kimi min naz ilə əlvan geyinib; Bizim ətrafa da, olmazmı ki, pərvaz edəsən? Ə.Vahid. ‣ Kəkliyi azmaq (əsli gəyiriyi azmaq) – bax. gəyirik.\n\nII. bax. kəkil. Bəy .. [atın] kəkliyini sığalladı. M.Hüseyn. kəklikotu is. bot. Qırmızı, bənövşəyi rəngli xırda çiçəkləri olan, gövdəsi yerlə sürünən çoxillik bitki. Kəklikotunun al çiçəyinin, demi yarpızının ətrini gövşənə yayan xoş və təmiz səhər mehi sanki [Nəbiyə] qüvvət verirdi. Ə.Abasov. [Sərvinaz qarı:] Qaşıqla kəklikotu çayını da üstündən iç, bəlkə də tərləyəsən, ağrı-acın canından çıxa. B.Bayramov. kəkotu bax. kəklikotu. Kəkotuların iyi hər tərəfə yayılırdı. Ə.Vəliyev. Bir kəkotu, bir də ağ boymadərən; Olsa, bircə gündə dirilərəm mən. B.Vahabzadə. kəkov is. dan. Kəkələyən adam; kəkə. Kəkov adam. Kəkov uşaq. kəkovlama “Kəkovlamaq”dan f.is. kəkovlamaq dan. bax. kəkələmək. Uşaq kəkovlayır. kəkovluq dan. bax. kəkəlik. kəkrə (=kəkrəotu) is. bot. Əsasən dəvələrin yediyi yabanı acı ot bitkisi. kəkrəotu (=kəkrə) is. bot. Əsasən dəvələrin yediyi yabanı acı ot bitkisi. kəl is.\n1. İş heyvanı kimi istifadə edilən camışın erkəyi. Kəl arabası. – Var bu kənddə yenə elə yoxsullar; Nə cütü var, nə kotanı, nə kəli. A.Səhhət. [Cavan oğlan] nazik gərməşov saplı şallağını tərpədib kəlləri hayladı. Ə.Vəliyev.\n2. Əsasən dağlarda və meşələrdə yaşayan çöl heyvanı (bəzən “dağkəli” şəklində). Kəl ovuna çıxmaq. Kəl vurmaq.\n3. məc. Yekə, qüvvətli, güclü, zorba adam haqqında. Kələ oxşayır. Lap kəldir. kəlağayı is. Müxtəlif rəngli, haşiyəli, nazik qadın ipək baş örtüyü. Ağ kəlağayı. Kəlağayı örtmək. – Kəlağayı əlvan, qəsəbə qıyğac; Altından cunası, hayıf ki, yoxdur. M.P.Vaqif. Qız Ağamehdini görən kimi başını örtdü, kəlağayısını çəkdi üzünə, çəkildi daxmanın bir bucağına. E.Sultanov. kəlağayıçılıq is. Kəlağayı toxuma sənəti. kəlağayılı sif. Başına kəlağayı örtmüş, başında kəlağayı olan. Kəlağayılı qız. Kəlağayılı qadın. – Elin kəlağayılı gözəl gəlini. S.Vurğun. kəlağayıtoxuyan (=kəlağayıçı) is. Kəlağayı toxumaqla məşğul olan adam, usta. kəlağayıçı (=kəlağayıtoxuyan) is. Kəlağayı toxumaqla məşğul olan adam, usta. kəlam is. [ər.] Söz. Söz kəlam bişirər ağız kürrədə; Dəyər öz başına – dəyənək olsa... M.Araz. // Hikmətamiz, nəsihətamiz söz (ifadə). Füzulinin kəlamı. Ataların kəlamı. – Müəllimin kəlamı; Al, saxla ehtiramı. M.Ə.Sabir. [Qoca:] Ellərə təsəlli verən bu kəlam Nizaminin kəlamıdır.. Ə.Məmmədxanlı. // Danışıq, söhbət. Əvvəl taam, sonra kəlam. (Ata. sözü). kəlbətin is. [ər. kəlbəteyn – ikidişli it] Mıx və s. dartıb çıxarmaq, bir şeyi tutmaq, məftil kəsmək və s. üçün ikiağızlı maşaşəkilli metal alət. Dülgər kəlbətini. Montyor kəlbətini. – [Usta Həsən:] Ay Hacı, dəllək nədir? Çağıracaqsan, gəlib bir at kəlbətinini salacaq dişinə, dartıb əngini də dişinin üstündə çəkəcək. Ə.Haqverdiyev. Qurd .. onu küt kəlbətin kimi sıxıb qançır etmişdi. M.Rzaquluzadə. ‣ Kəlbətinlə (sözü, cavabı və s.) çəkmək (qoparmaq) – danışmağa, cavab verməyə məcbur etmək. Xəstəxanada yatırdı, günaşırı balaca Səttarla xəstəxananın koridorlarında tibb bacılarının əl-ayağına dolaşırdıq və ağızlarından kəlbətinlə bir-iki söz qopardırdıq. Ə.Məmmədxanlı. kəlçə is. Camış balası. Kəlçəni əmizdirmək. – Telli inək və camışı sağıb qurtardı. Kəlçə və dananı çəkib bağladı. Ə.Vəliyev. kələ is.\n1. Cins artırmaq üçün saxlanılan axtalanmamış, burulmamış, cinslik kəl.\n2. məc. vulq. Oynaş, aşna (kişi haqqında). Gülöyşə bu qadına tərəf pis-pis baxıb: – Mələk olmasa, heç belə kələk olarmı? – dedi, – dalına bir o qədər kələ, buğa toplaya bilərmi? S.Rəhimov. kələbək bax. kəpənək. [Həsən Səbbah:] Bax, doğdu günəş, güldü çiçəklər; Seyr et, nə gözəl şən kələbəklər! H.Cavid. Əlvan rəngə çalan dağların üstündə üzən yelkənlər ağ qanadlı kələbəklər kimi titrəyətitrəyə gedirdi. M.S.Ordubadi. Qar parçaları havada ağ kələbəklər kimi uçuşur. S.Hüseyn. kələçə is. məh. Balaca kələ. kələf is.\n1. Yumru şəkildə sarınmış sap, iplik, məftil və s.; yumaq. Yumşaq sap kələfi. İp kələfi. Kələf sarımaq. – [Üçüncü qız:] Qarı nənə, yunu əyirdim. Kələfi yumaqlayıb qurtardım. M.Dilbazi.\n2. məc. Dolaşıq şey haqqında. [Fərhad] fikirləşdikcə fikri uzandı və düyün düşmüş fikir kələfi açılmağa başladı. Ə.Vəliyev. Diksinib qaçıram; qafiyələrin dolaşıq kələfindən. R.Rza. ‣ Kələf dolaşmaq – çıxılmaz, çətin, dolaşıq vəziyyət yaranmaq. [Süleyman:] ..Kələf yaman dolaşdı. M.İbrahimov. [Camal:] Nə xəbər verəydim, kələf elə dolaşıb ki... S.Rəhman. Kələf kimi (təki) – dolaşıq, pırtlaşmış, qarışıq. Kələfi dolaşdırmaq – bir şeyi qarışdırmaq, dolaşdırmaq, daha çətin vəziyyətə salmaq. Göründüyü kimi, bütün kələfi dolaşdıran ovurtdaq hesabdar cənabı idi. S.Rəhimov. Kələfi qarışmaq – vəziyyəti xarablaşmaq, ağırlaşmaq, əhvalı daha da pozulmaq. O, dörd gün belə bir qızdırma içində yatdı, beşinci gecəsi onun kələfi qarışdı, səhərə yaxın keçindi. S.Rəhimov. Kələfin ucu açılmaq – bir işin səbəbi müəyyənləşmək, izi, kökü tapılmaq, məlum olmaq. Kələfin ucunu itirmək – pis vəziyyətə düşmək, hadisələrdən baş açmamaq, nə edəcəyini bilməmək, dolaşıb qalmaq. Kələfin ucunu tapmaq (ələ keçirmək) – bir işin izinə düşüb kökünü, səbəbini tapmaq, müəyyənləşdirmək. [Sərhəngə] elə gəldi ki, müxtəlif iplərin bir-birinə ilişdiyi nöqtə, kələfin ucu əlinə keçmişdir. M.İbrahimov. Pristav kələfin ucunu tapmaq üçün zəmi sahibi olan Camalı həbs eləyib, strajniklərin qabağına qatdı. Ə.Abasov. İpək kələfinə döndərmək – yumşaltmaq, xasiyyətini həlimləşdirmək, rəftarını yaxşılaşdırmaq. kələfçə is.\n1. İp, sap dolamaq və ya dolanmış ipi sarğıdan açmaq üçün alət; sarğac, fırlanqıc. İtirmişəm kələfçənin başını; Tapanmıram üzüyümün qaşını.. Şəhriyar.\n2. Kələf. ‣ Kələfçəsi qarışmaq – işi çətinləşmək, dara düşmək. Kələfçəsi pırtlaşıq (pırtlaq) düşmək – bax. kələfçəsi qarışmaq. İşi çəlpəşik olan, kələfçəsi pırtlaq düşən, dardan qurtarmaq istəyənlər .. gəlib [Sayalını] tapardılar. Mir Cəlal. kələfləmə “Kələfləmək”dən f.is. kələfləmək f. İri və ya sapı dükçədən açıb pırtlaşmamaq üçün kələfçəyə və ya dizə dolamaq, kələf şəklinə salmaq; yumaqlamaq. kələflənmə “Kələflənmək”dən f.is. kələflənmək məch. Kələfçəyə və ya dizə dolanaraq kələf şəklinə salınmaq; yumaqlanmaq. kələk is. Hiylə, fırıldaq, badalaq, biclik, fənd, aldatma. Kələk ilə gələn külək ilə gedər. (Ata. sözü). [Süleyman:] Öyrən bu kələyi, arvadı tap, tez toy elə! Ü.Hacıbəyov. [Mustafa bəy:] Mirzə Kərim, bunlar hamısı sənin kələyindir. Ə.Haqverdiyev. ‣ Kələk gəlmək – yalan sözlərlə, hiylə ilə aldatmaq, fırıldaq işlətmək. [Nəbi:] Mehdinin əlindən dad edər fələk; Naçalniklər mənə gəlirlər kələk. “Qaçaq Nəbi”. [Salamov:] Adə, .. sən də mənə kələk gəlirsən? C.Cabbarlı. Kələk işlətmək – bax. kələk gəlmək. [Hacı Mehdi:] Hər nə kələyin var, işlət. Ə.Haqverdiyev. Molla Qasım anladı ki, belə camaatın içində hər nə ki, kələyi varsa, işlədə biləcəkdir. S.S.Axundov. Kələk qurmaq – biclik işlətmək, hiylə düzəltmək. Lakin o yerlərdə gedir, durmayır; Bir elə layiqli kələk qurmayır. M.Ə.Sabir. [Cahan:] Bizə də sən qur kələk, sən qur kələk, sən qur kələk. Ü.Hacıbəyov. [Hacı Fərəc:] Ziynət xanımı görmək üçün nə kələk qurdumsa, zalım qızı elə dəlillər gətirdi ki, qaldım məəttəl. N.Vəzirov. Kələyə düşmək – tora düşmək, hiyləyə aldanmaq, işə düşmək. [Hacı Murad:] Seyidin kələyinə düşüb cəmi dövlətini məscidə vəqf etmişdir. S.S.Axundov. Əcəb kələyə düşdük, əcəb qaldıq xatada. S.Rüstəm. Kələyə salmaq (qoymaq) – cəncəl işə salmaq. [Gülçöhrə:] Əsgər bizi kələyə qoyub, sənin acığına və mənim əzabıma səbəb oldu. Ü.Hacıbəyov. Kələyi baş tutmamaq – hiyləsi həyata keçməmək, boşa çıxmaq. [Məşədi İbad:] Lotular pul söhbətini eşidib qaçdılar. Yox, mənim kələyim baş tutmadı. Ü.Hacıbəyov. Kələyi kəsilmək – üzülmək, əldən düşmək. Kələyini kəsmək – son dərəcə yormaq, incitmək, əldən salmaq, çox əziyyət vermək, üzmək. Yol kələyimizi kəsdi. – [Əhmədov:] Çadırdan, brezentdən tap, yoxsa bu gün bizim kələyimizi kəsər. Mir Cəlal. Kələyinin üstü açılmaq – hiyləsi, bicliyi, fırıldağı aşkara çıxmaq, bəlli olmaq, baş tutmamaq. [Əsgər:] Zərər yoxdur, bir-iki saatdan sonra mənim kələyimin üstü açılar, onda qız da sevinər, mən də sevinərəm. Ü.Hacıbəyov. kələkbaz sif.\n1. Hiyləgər, bic, fəndgir, fırıldaqçı. Qış dolanar, yaz olar; Göldə ördək, qaz olar; Hər nə desən qıza de; Gəlin kələkbaz olar. (Bayatı). [Qarı Haşimiyə:] İndi ki [Məcnun] kələkbaz kor kimi bizim obaya gəlir, sən də hiyləyə hiylə ilə müqabilə et, oğlum! Ə.Məmmədxanlı. // Zarafatla işlədilir. Ay kələkbaz! – [Əsgər:] Halal olsun Süleyman; Sən nə kələkbazsan, şeytan! Ü.Hacıbəyov.\n2. Zarafatçı, masqaraçı, məzəli adam haqqında. kələkbazlıq is. Biclik. Hiyləgərlik, fəndgirlik. Üzündən kələkbazlıq tökülür. – Ən nəhayət, çıxılmaz vəziyyət Sərvəri kələkbazlığa məcbur edir. Ə. Sultanlı. kələkçi is. Kələkbaz. kələkçilik is. Kələkbazlıq. kələkə is. məh. Yeni doğmuş heyvanın ağuz südünün bişmişi. kələkləmə “Kələkləmək”dən f.is. kələkləmək f. dan. Kələk gəlmək, aldatmaq. [Məşədi İbad:] Görüm hamamçını bir növ kələkləyə bilərəmmi? Ü.Hacıbəyov. kələ-kötür sif.\n1. Üstü hamar olmayan, nahamar; girintili-çıxıntılı (səth haqqında). Kələ-kötür divar. Kələ-kötür daş. – İri kələ-kötür ətəkləri qaratikan kolları ilə döşənmiş dağlar arasında yuxarı qalxdıqca təbiət və hava bütün başqalaşır. A.Şaiq. ..Qayıq fənər işığında aydın görünən boz, kələ-kötür qayaların üç-dörd addımlığında idi. M.Hüseyn.\n2. Qaba, kobud, yöndəmsiz, yaraşıqsız, biçimsiz. Kələ-kötür əl. – Dəmirçioğlu baxdı ki, [Koroğlu] bir yekəpər, kələ-kötür adamdı, üz-gözündən zəhm yağır. “Koroğlu”. O barmaqların hamısı, bir-birinə oxşayan kələkötür barmaqlardır. M.S.Ordubadi. // Düzgün olmayan, əyri-üyrü, biçimsiz. Kələ-kötür hərflər və əyri xətlərlə adi şagird dəftərinin dörd vərəqini tutan bu kağız imzasız idi. M.İbrahimov. Bir də ki, kələ-kötür xətlə yazılmış sözləri oxuyub, xeyir xəbər olduğunu gördüm. H.Seyidbəyli.\n3. məc. İncəlikdən məhrum; qaba, kobud. [Kərəmov:] Axır zamanlar bir az sən də kələkötür (z.) danışmağa başlamısan. S.Rəhman.\n4. məc. Əzablı, əziyyətlə dolu, ağır, əziyyətli. [Firidun] ömrünün kələ-kötür və tikanlı keçmişini deyil, min bir xəyal və ümidlə dolu gələcəyini düşünürdü. M.İbrahimov. “Kələkötürləşdirmək”dən f.is. kələ-kötürləşdirmək f.\n1. Kələkötür etmək.\n2. məc. Qabalaşdırmaq, kobudlaşdırmaq. “Kələkötürləşmək”dən f.is. kələ-kötürləşmək f.\n1. Kələ-kötür olmaq.\n2. məc. Qabalaşmaq, kobudlaşmaq. kələ-kötürlük is. Kələ-kötür şeyin hal və vəziyyəti. Yolun kələ-kötürlüyü. Xəttin kələ-kötürlüyü. kələksiz 1. sif. Hiyləsiz, düz.\n2. zərf Kələk işlətmədən, kələk qurmadan. kələm is. Yarpaqları xörəyə işlənən bostan bitkisi. Bir baş kələm. Kələm dərmək. – Bazara turp, kök, kələm, soğan gələr satılmağa; Küləkli qar, yağış yağar uzun-uzadı yaylağa. A.Səhhət. • Baş kələm bot. – kələmin iri yarpaqlar şəklində açılan növü. 2 kq baş kələm almaq. Daş kələm bot. – xörəyə işlənən yoğungövdəli kələm növü. Dəniz kələmi bot. – xörəyə qatılan və müalicə məqsədi ilə işlədilən dəniz yosunu. Dəniz kələmi konservi. Gül kələm bot. – gül şəklində olan kələm növü. Gül kələmi doğramaq. // Həmin tərəvəzdən hazırlanmış xörək. Kələm şorbası. ‣ Kələm suyu – borşa zarafatla verilən ad. Canım, Allahın kələm suyu – borşu istəyirsən, içindən sosiska çıxır. S.S.Axundov. kələmat [ər. kəlimat – “kəlmə” söz cəmi] Kəlmələr, sözlər. Oxunur məclisdə xoş kələmatı; Ox kimi bağrını dələr, ağlarsan. M.V.Vidadi. [Müsyö Jordan:] İndi də mənim ilə durub-oturmaqdan bir para kələmatı hifz edibdir. M.F.Axundzadə. kələmbaş sif. dan. Girdə, yekə başı olan (adam haqqında). Kələmbaş adam. kələmdolmalıq sif. və is. Kələmdolması bişirməyə yarar yarpaqları olan baş kələm. Kələmdolmalıq kələm. kələmdolması is. Kələm yarpaqlarına bükülmüş, döyülmüş ət və s.-dən hazırlanan xörək. Kələmdolması bişirmək. – Bu beş ilin müddətində “Nicat” xüsusunda bu tərifləri eşidəndən sonra bir neçə kələmdolması yeyib bərk yuxuya getdim.. C.Məmmədquluzadə. [Qurban:] Niyaz axşam bizə gəl, səni bir yaxşı kələmdolmasına qonaq eləyim. Ə.Haqverdiyev. ..Tükəzban əvvəlcə nəvəsinin, sonra da gəlininin boşqabına kələmdolması çəkdi. M.Hüseyn. kələmqurdu is. zool. Kələmə ziyan verən və onun içində olan həşərat (qurd, cücü). kələmlik is. Kələm əkilmiş yer. Kələmliyi sulamaq. kələntər is. qəd. Şəhərin inzibati işlərinə baxan vəzifəli şəxs. [Bazarbaşı:] Hacı ağanın qədrini bilməyənlər də vardır, .. məsələn, bizim kələntər. P.Makulu. kələntərlik is. tar.\n1. Kələntərin vəzifəsi, işi.\n2. Kələntərin idarəsi altında olan ərazi. kələz is. zool. Sürünənlər sinfinə aid olan, daşlıq və qayalıq yerlərdə yaşayan iri kərtənkələ növü. Kələz ilən, əqrəb ilən, mar ilən; Ağzınadək qəbrin dolar, ağlarsan. M.V.Vidadi. kəlik is. [fars.] Dəyməmiş, yetişməmiş, kal qovun, yemiş. Bostançının sovqatı kəlik olar. (Ata. sözü). // Qovunun, yemişin qabığı yaşımtıl, əti isə bərk olan növü. Uşağın qucağına üç-dörd kəlik verib evə göndərdim.. Ə.Vəliyev. kəlisa bax. kilsə. Harda olsan, dövlətididarın olsun cilvəgər; Arifə məqsəd nə məscid, nə kəlisadır, qərəz. S.Ə.Şirvani. Dəstəmaz eylədiyin çeşmə müsəlman qanıdır; Bilmirəm hansı kəlisada nəmaz eyləmisən. Şəhriyar. kəllahı sif. və zərf dan. Özbaşına, azad, sərbəst, özü istədiyi kimi. Kəllahı adam. Kəllahı dolanmaq. – Adam var, çölləri gəzər kəllahı; Adam var, tanımaz gözəl Allahı. “Abbas və Gülgəz”. kəllə is. [fars.]\n1. Baş. Kəlləsindən vurmaq. – Ox atma sən bu daşa; Bu qayaya, bu daşa; Düşməni elə vur ki; Kəlləsindən bud aşa. (Bayatı). Misri qılınc kəllələri kəsəndə; Bağırsaqlar cəmdəklərə dolana. “Koroğlu”. Kəllə vurmaq – başı ilə vurmaq. Qurd atıldı meydana; Vuruşdular doyunca; Keçi kəllə vurunca; Qurd bulaşdı al-qana. M.Müşfiq. // Başın təpə hissəsi, ortası. İşıqda kəlləsi parıldayırdı.\n2. Əti çürüyüb tökülmüş baş sümüyü; qafa tası; qafa. Skeletin kəlləsi. Mamontun kəlləsi. – [Xəyyam:] Bir böyük quş qonaraq bürcünə gördüm Tusun; Süzərək kəlləsini pəncədə Keykavusun. H.Cavid. [Həyat:] Sən lap filosof olmusan. Hamlet kimi çürümüş kəllələrlə danışmaq istəyirsən. M.İbrahimov. • Kəllə qutusu – bax. qafa tası (“qafa”da).\n3. bax. kəlləpaça. Kəllə bişirmək. Kəllə yemək.\n4. Bir şeyin ən yuxarı hissəsi, təpəsi; zirvə. Divarın kəlləsi. Ağacın kəlləsi. – Ay getgedə qarşıdakı uca dağın kəlləsinə sancılıb gizlənməyə başlayırdı. H.Nəzərli. [Rüstəmin] gözləri qabağında .. Qəhrəmanın quşqonmaz ağacların kəlləsinə çıxmağı canlandı. S.Rəhimov.\n5. məc. dan. Ağıl, kamal, şüur mənasında. Kəlləsi yoxdur. Kəlləsi işləmir. // məc. dan. Çox ağıllı, başlı adam haqqında. Yaman kəllədir.\n6. Konus və ya yuvarlaq şəkildə istehsal olunan şey. İki kəllə pendir. – [Sultan bəy:] Elə hamı mən deyəni deyir: bir hallıcabolluca dul arvad ola ki, bir nəfər molla, üç manat pul və bir kəllə qənd ilə iş tamam ola. Ü.Hacıbəyov. [Cavad:] O günlər Məşədi Babanın qızının kəbini kəsiləndə iki xalvar buğda, .. bir kəllə qənd və bir girvənkə çay gətirmişdilər. B.Talıblı.\n7. sif. mənasında. Baş, başda olan; kənar. Kəllə pəncərə. – [Nuriyyə:] Qərənfil bacı məni pəncərələri qərbə baxan kəllə otağa apardı. İ.Əfəndiyev. Eyvanın kəllə sütununun qabağında qoyulmuş bədənnüma güzgünün qabağında Ağazal özünə axırıncı sığalı da verdi. Ə.Əbülhəsən. Həyətinə sal daşı döşənmiş ev iki kəllə, bir orta otaqdan ibarətdir. Ə.Vəliyev.\n8. məc. dan. Kobud, qaba, kimsəyə boyun əyməyən adam haqqında. Kəllə uşaq. Çox kəllədir. Kəllə (z.) danışır.\n9. bax. zenit 1-ci mənada. Avqust günəşi düz kəllədə idi. Ə.Əbülhəsən. ‣ Kəllə-kəlləyə gəlmək (durmaq) – üzüzə gəlmək, döyüşmək, vuruşmaq, toqquşmaq. Tanklar qabaqlaşdı. Elə bil, iki qoç kəllə-kəlləyə gəldi. Ə.Vəliyev. // məc. Mübarizə aparmaq. Zəngəzur naçalniki Səlim bəylə kəllə-kəlləyə gələn, .. adı dillər əzbəri həmin igid Həcəri deyirəm! S.Rəhimov. [Fərman] hər gün öz maşınına əyləşərək dağlarla kəllə-kəlləyə gəlirdi. Ə.Sadıq. Kəlləni ağartmaq – bax. kəlləni yerə qoymaq (atmaq) 2-ci mənada. Kəlləni yastığa atmaq (qoymaq) – bax. kəlləni yerə qoymaq (atmaq) 1-ci mənada. At kəlləni yastığına, yaxşı uzan, yaxşı yat; Mən dinsəm də, dinməsəm də, keçinəcək bu həyat. S.Vurğun. Kəlləni yerə qoymaq (atmaq) – 1) yıxılıb yatmaq, yuxulamaq; 2) məc. ölmək. Baxış bəy: – Dava nədir, ay pristav, – dedi, – alnına gülləni vurarlar, kəlləni birdəfəlik qoyarsan yerə. Ə.Abasov. Gözü (gözləri) kəlləsinə çıxmaq – bax. göz. Axundun gözləri çıxır kəlləsinə. “M.N.lətif”. [Mərdan:] ..Yoxsa səni o qədər boğaram ki, gözlərin çıxar kəllənə dana gözləri kimi. N.Vəzirov. kəlləbəkəllə kəlləbəkəllə gəlmək – bax. kəllə-kəlləyə gəlmək (durmaq) (“kəllə”də). kəlləçarx is. [fars.] Neft buruqlarının və qüllə şəkilli başqa qurğuların təpəsində olan qaldırıcı çarx. Dolamaçarxın kəlləçarxı. – Vışkaların təpəsində fırlanan kəlləçarxların cırıltısı eşidilmirdi. M.S.Ordubadi. Buruqların şam ağacı kimi səmaya yüksəlməsi, başlarında qurulmuş kəlləçarxın fır-fır fırlanıb quyulardan neft dartması .. əzəmət təşkil edirdi. B.Talıblı. ‣ Kəlləçarxa vurmaq – bir iş və ya hərəkətdə son həddə, ifrat dərəcəyə varmaq; həddini aşmaq. [Mirzə Cəlil:] [Ataş] özbaşına qalsa, kəlləçarxa vurar, yatan itləri də oyadar. Ə.Vəliyev. kəlləçarxçı is. dan.\n1. Kəlləçarxda işləyən fəhlə.\n2. Çox yüksəklərdə işləməyi bacaran fəhlə, usta. kəlləgöz sif.\n1. Nağıllarda: gözü kəlləsində olan (canlı); təpəgöz. Qəhrəman altıayaq, kəlləgöz atını sürüb, İbrahimi də aldı tərkinə. (Nağıl).\n2. məc. Hirsli, tez qızışan, qəzəbli. [Şiraslan:] Bir az belə, bir təhər adamdır, kəlləgözdür.. M.Süleymanov. kəlləgözlük is. dan. Tez hirslənən, tez qızışan adamın xasiyyəti; hirslilik. kəllələmə “Kəllələmək”dən f.is. kəllələmək f.\n1. Kəllə ilə döyüşmək, kəllə ilə vurmaq. Qoçlar bir-birini kəllələdilər.\n2. məc. Qəsdən incitmək. kəllələşmə “Kəllələşmək”dən f.is. kəllələşmək 1. qarş. Kəllə ilə vuruşmaq, kəllə ilə döyüşmək. Qoçlar kəllələşdi.\n2. bax. kəllələmək 2-ci mənada. kəlləli sif. dan. zar. Başlı, ağıllı. kəlləlik is.\n1. Çərçivənin üst uclarını birləşdirən gödək ağac. Kəlləlik kəsmək. Kəlləlik düzəltmək.\n2. Bir şeyin kəllə (üst) tərəfini təşkil edən hissəsi.\n3. məc. Tərslik, yekəbaşlıq. Kəlləlik (z.) etmək. Kəlləlik (z.) göstərmək.\n4. məh. Qapının üstündə olan pəncərə. kəlləmayallaq zərf\n1. Başı aşağı, ayaqları yuxarı halda. Kəlləmayallaq yıxıldım. Kəlləmayallaq olmaq. – Ola bilər ki, .. kəlləmayallaq divarın üstündən yıxılıb düşə. C.Məmmədquluzadə. Kəlləmayallaq aşmaq (gəlmək) – başıaşağı uçmaq, yıxılmaq, enmək. [Yarməmməd Naznaza:] Yapışdım iki qıçından, şalban kimi kəlləmayallaq aşdı. M.İbrahimov. [Şofer:] Tüfəng açıldı. Özüm də təpmənin şiddətindən kəlləmayallaq qayığın dibinə aşdım. M.Rzaquluzadə. // Tərsinə, başıaşağı. Stulları kəlləmayallaq qoymaq. kəlləpaça is. [fars.]\n1. Kəsilmiş qoyun və ya keçinin başı və ayaqları. Kəlləpaça bişirmək. Kəlləpaça almaq. – Qazı durdu ayağa, ocağı yandırdı, kəlləpaçanı saldı çölməyə. (Nağıl).\n2. aşp. Qoyun və ya keçinin kəlləsi və ayaqlarından bişirilən duru xörək; başayaq. Sirkə-sarımsağını hesab edən kəlləpaça yeməz. (Ata. sözü). [Zərbəli:] Yaxşı lətif piti var, küftəbozbaş, kəlləpaça var, kotlet var. Ə.Haqverdiyev. kəlləpəz is. [fars.] köhn.\n1. Kəlləpaça bişirib satan adam. Səfər günü Xəlil əmisi kəlləpəz İmanı gətirib, evlərinə hayan qoyub, anası və bacısı ilə ağlaya-ağlaya vida etdi. Ə.Haqverdiyev.\n2. Kəlləpaça bişirilib satılan dükan və s. Bura sərraf dükanı deyil, kəlləpəz dükanıdır. “M.N.lətif”. kəlləpəzlik is. köhn. Kəlləpaça bişirmə sənəti. kəlmə is. [ər.]\n1. Söz. Qurban mollanın ağzından çıxan kəlmələri yeyəcəkmiş kimi .. onu dinləyirdi. A.Şaiq. [Səfərəli:] Bizim İstanbulda böylə kəlmələr işlənməz. H.Nəzərli. [Fərman müəlliminin] ..dediklərini mənimsər və rusca hələ zəif bilməsinə baxmayaraq, kəlmələri bir-birinə quraşdıraraq sualı sual dalınca verərdi. Ə.Sadıq. • Kəlmə(si)kəlməsinə – bax. kəlməbəkəlmə. Kəlməkəlməsinə xəbər vermək. // İfadə, ibarə.\n2. Saylarla: bir, iki, üç və i. a. kəlmə – bir neçə söz, az söz, qısaca. Mehriban iki kəlmə ilə yenə içə bilməyəcəyini və içmək istəmədiyini bildirdi. S.Hüseyn. [Qəhrəman:] Bu iki gündə nə ev sahibi xanım ilə, nə də qulluqçu ilə bir kəlmə danışmaq ehtiyacımız olmadı. H.Nəzərli. [Xalıq:] Bəli, mənəm, dayan, səninlə iki kəlmə sözüm var. S.Rəhman.\n3. Kəlmə və ya kəlmeyi-şəhadət din. – müsəlmanlığın əsas rəmzi olan “lailahə illəllah, Məhəmmədün-rəsullüllah” ifadəsi (islam dininə görə hər bir müsəlman yatmazdan qabaq və ya ölərkən və yaxud başqa hallarda bu ibarəni söyləməklə müsəlman olduğunu göstərir). Sirat, sual qabaqdadı, nə damaqdı dünyada; Kəlmeyi-şəhadət lazımdı ölən vaxtı dünyada. Aşıq Ələsgər. [Arvad:] Ay kişi, ..səni görüm öləndə dilin kəlməyə gəlməsin, sən bəyəm qoyursan ki, mən bilim nə iş görürəm? H.Sarabski. ‣ Kəlmeyi-şəhadətini demək (oxumaq, söyləmək, yada salmaq, dilinə gətirmək) – ölümünü gözü qabağına almaq, ölməyə hazırlaşmaq. Uzaqdan diqqət edirsən ki, görüm, əgər [atlıların] başında papaq var, kəlmeyi-şəhadətimi oxuyum. C.Məmmədquluzadə. Bu sözləri xatırına gətirib Molla Tanrıverdi başladı .. kəlmeyi-şəhadətini oxumağa. E.Sultanov. Kəlmə kəsmək – danışmaq. Maral bir daha Cuma ilə kəlmə kəsməyib getdi. Ə.Əbülhəsən. Hesabını başa düşən Qarakişi daha bir kəlmə də kəsmədi. B.Bayramov. [Rəşid:] ..Ancaq ömrümdə görməmişdim ki, Qara Canbalayev, ya da Gövhər xanım mənimlə kəlmə kəssin. İ.Hüseynov. Kəlmə verib kəlmə almaq – bax. kəlmə kəsmək. [Qoca qarı:] Mən gəlin gedəndə ondan da kiçik idim, qaynanamla kəlmə verib kəlmə alanda üzüm qızarardı. Qantəmir. kəlmə-kəlmə zərf Ayrı-ayrı sözlərlə, hər sözü ayrıca. Kəlmə-kəlmə tərcümə etmək. Kəlmə-kəlmə diktə etmək. – Əzizim, kəlməkəlmə; Sözü de kəlmə-kəlmə; Oturaq xəlvət evdə; Danışaq kəlmə-kəlmə. (Bayatı). “Əlif”in hökmüylə, “cim” fərmanıyla; Ara kəlmə-kəlmə, dağıt “əmmə”ni. Aşıq Ələsgər. kəlməbaşı zərf Hər sözün başında; tez-tez. Dırnaqları manikürlü, dodaqları qırmızı; Kəlməbaşı deyir ki: “Mən el qızıyam, el qızı”. S.Rüstəm. Ya mənim ingiliscəm; tərcüməyə möhtacdır; ya o, keydir; Elə “ay si” deyir; “Yes” deyir; kəlməbaşı “okey” deyir. R.Rza. kəlməbəkəlmə zərf Bir-bir, kəlmələrlə, sözbəsöz. Kəlməbəkəlmə oxumaq. Kəlməbəkəlmə yazmaq. kəlməcik “Kəlmə”dən kiç. kəlməlik sif. Saylarla işlənib sözün miqdarını bildirir. Səməd səbr edə bilməyib bir neçə kəlməlik məktub yazdı. İ.Hüseynov. ..Bəlkə həyatla ölüm haqqında; üç kəlməlik bir əfsanə dedi. R.Rza. kəltən is. məh. İri kəsək. Dişli malalar iri kəltənləri əzib xırdalayır. – Əkbər kəltəni.. Məşədi Hüseynin kəlləsinə çırpmaq istəyəndə Müslüm qoymadı. Mir Cəlal. kəltənli sif. məh. Kəltəni olan; kəsəkli. Kəltənli yer. Kəltənli tarla. kəm I. sif. və zərf [fars.]\n1. Az. Yağış yağdı, nəm qaldı; Qəlyan keçdi, dəm qaldı; Bağçada bar bol idi; Dolu vurdu, kəm qaldı. (Bayatı). [Usta Kərbəlayıya:] Etiqadın kamildir, ruzin kəm! Çəmənzəminli. • Kəm etmək (qılmaq) köhn. – azaltmaq, əskiltmək, əskik etmək. Ol ləhzə həm etmə şəfqətin kəm. Füzuli. Kəm gəlmək – əskik olmaq, əskik gəlmək, çatmamaq. Onda kəm gələn qızılı Ələmdar bu uğultulu şəhərin harasından tapa bilərdi? S.Rəhimov. Kəm olmaq – azalmaq, çatışmamaq, kifayət etməmək. // Əskik olmaq. Evlər yıxan ola daneyi-xalı; Bir dəm kəm olmaya məndən xəyalı. Qurbani. [Sayalı:] İltifatın kəm olmasın! Mir Cəlal.\n2. Nöqsanlı, az, çatışmayan. Aşıq deyər Əlidən; Sözün başlar bəlidən; Ağlı kəm canana bax; Küsübdür mən dəlidən. (Bayatı). Ağıldan kəm, huşdan çaşqın, dil qanmaz; Şərm etməz qonaqdan, ölməz, usanmaz. Aşıq Ələsgər. // Alçaq, rəzil, yaramaz, pis. Var mərdə qul ol, aşıq; Kərəm umma kəm ərdən. Sarı Aşıq.\n3. məc. Pis, qaba, kobud, xoşagəlməz. Qəzəblənmiş sərkar Alagözü təzəcə yanan lampa işığında başdan-ayağa süzüb: – Sən çox kəm danışırsan, xanım! A.Şaiq.\n4. Aşağı, əskik. Key nəşeyi-eşqdən vuran dəm! Məcnunu sağınma Leylidən kəm! Füzuli. Mənim yarım deyil ol Kəbədən kəm. M.P.Vaqif. ‣ Kəm baxmaq – pis nəzərlə baxmaq, əyri baxmaq, kəc baxmaq. Mən fələkə neylədim; Fələk mənə baxdı kəm? H.K.Sanılı. Mən yazığın yenə yatıbdır baxtı; Kəm baxdı dostuna, evini yıxdı. Aşıq Hüseyn. Ona görə bu dostluğu kəsmişəm; Kəm baxırsan üzbəüzə gələndə. Aşıq Əziz. Kəm tutmaq – saymamaq, etinasızlıq göstərmək. Tutma kəm, kim çox kərəmdir həm əzimü-şan sənə; Fəxr qıl, kim padişahlardan gəlir paşaya kürk. M.P.Vaqif. Qəmin kəm – “eybi yoxdur, fikir eləmə, düzələr”, yaxud “bəxtindir” mənalarında. [Əlibaba:] Axtar, nəçənnik, taparsan, qəmin kəm. H.Seyidbəyli.\n\nII. is. Yüyənin atın ağzına keçirilən dəmir hissəsi; cövzə. Atın kəmini tutmayan yolda piyada qalar. (Ata. sözü). kəm... [fars.[. Mürəkkəb sözlərin azlıq mənasında olan birinci tərkib hissəsi; məs.: kəmsavad, kəmetina, kəmağıl və s. kəmağıl sif. [fars. kəm və ər. əql] Ağlı az, ağıldan zəif. Kəmağıl adam. kəmağıllıq is. Ağıl azlığı, ağlı çatışmazlıq; giclik. Kəmağıllıq etmək. kəmal bax. kamal. Yəni ki, gətir kəmalə zövqüm; Gündən-günə qıl ziyadə şövqüm. Füzuli. Hər aşiqin ki, sən kimi bir məhcəmalı yox; Nöqsanı var ki, eşqinə əsla kəmalı yox. S.Ə.Şirvani. Elə bil ağladın, canım dağladın; İtirdim kəmalım sən ağlayanda. Molla Cümə. // kit. Bir sıra izafət tərkiblərində təyin etdiyi şeyin təkmilliyini, bitkinliyini, tamlığını, çoxluğunu bildirir, məs.: kəmali-diqqətlə – tam diqqətlə, son dərəcə diqqət yetirilərək; kəmali-qayda ilə – qaydasınca, tamamilə. kəmali-qeyrətlə – çox qeyrət göstərilərək, çox çalışaraq; – Kəblə Novruzqulu kəmali-qayda ilə palçığa oturur. H.Sarabski. kəmalınca bax. kamalınca. kəman bax. kaman. Kəmanə dönübdü qaməti-mövzun; Əhvalını fələk edib digərgun. Q.Zakir. Ey alnın ay, üzün günəş, ey qaşların kəman; Ceyran gözün, qarışqa xətin, kakilin ilan. M.Ə.Sabir. kəmandar bax. kamandar. Nə kəmandarsan, ey məh ki, atıb qəmzə oxun; Yıxdığın seyddə nə zəxm, nə peykan görünür. Füzuli. kəmbaha sif. [fars.] köhn. Ucuz, qiymətsiz, dəyəri az. Kəmbaha paltar. kəmbəxt sif. [fars.] Bəxtsiz, talesiz. kəmbəxtlik is. Bəxtsizlik, talesizlik. kəmcürət sif. [fars. kəm və ər. cürət] Az cürətli (cəsarətli), cürətsiz, cəsarətsiz, qorxaq. – Gözəlin bəzisi bədniyyət olur; Qədrbilməz olur, bihürmət olur; O ki bir parası kəmcürət olur; Çətin ələ düşər dilavər gözəl. Q.Zakir. ..Bizim tüccarlar mərhum Mirzə Fətəlinin Hacı Qarası kimi aciz, qorxaq və kəmcürət olur(lar).. F.Köçərli. // İs. mənasında. Cürətli şəhər alar; Kəmcürət küncdə qalar. (Ata. sözü). [Seyid:] Pah, oğlan, bəs sən belə kəmcürətmişsən? Mən səni belə bilmirdim... E.Sultanov. kəmcürətlilik is. Cürət, cəsarət azlığı; cürətsizlik, cəsarətsizlik, qorxaqlıq. Burada kəmcürətliliyimiz aşkara çıxır. C.Məmmədquluzadə. kəmçə is. [fars.] bax. malakeş 2-ci mənada. kəmçənə sif. məh. Alt çənəsi gödək. Kəmçənə quzu. kəmçik 1. is. Çatışmayan hissə, parça, şey.\n2. sif. Tam olmayan, yarımçıq. Kəmçik ay. Kəmçik parça (ağız-ağıza qatladıqda kənarları bir-birinə düz gəlməyən parça). kəmetibar sif. [fars. kəm və ər. etibar] Etibarsız, etibarı az olan, etibarı olmayan, etibar edilə bilməyən. Kəmetibar adam. kəmetiqad sif. [fars. kəm və ər. etiqad] klas. Etiqadı olmayan, etiqadı az olan; etiqadsız. kəmetiqadlıq is. Etiqadı az olma; etiqadsızlıq. kəmetina sif. [fars. kəm və ər. etina] Etinasız, diqqətsiz. Həmişə kəmetina Zeynal bu gecə hər şeyə diqqət ilə baxıb, hər bir hənirtiyə məna verməyə başladı. Çəmənzəminli. Müavini kəmetina vəziyyətini pozmayaraq əyləşdi. B.Bayramov. kəmetinalıq is. Etinasızlıq, diqqətsizlik. Zeynəb də Nadirin kəmetinalığını gördükdə sakit oturub, gözlərini qırpmayaraq otağın bucağında asılmış tüfəngin çaxmağına baxırdı. B.Talıblı. Bu nazənin gözəlin yaxşı dilgüşalığı var; Heyif, öz aşiqinə çox kəmetinalığı var. Ə.Vahid. • Kəmetinalıq etmək (göstərmək) – etinasızlıq göstərmək. Hətta arvadlar da kəmetinalıq etməyib, darvazaların arasından kərbəlayıya təhqiqlə nəzər yetirirdilər. Çəmənzəminli. kəmədəb sif. [fars. kəm və ər. ədəb] köhn. Ədəbsiz, biədəb. Kəmədəb uşaq. kəmədəblik is. Ədəbsizlik, tərbiyəsizlik, biədəblik. kəmənd is.\n1. Qədim müharibələrdə düşməni tutmaq üçün uzaqdan atılan ucuilməkli uzun ip. [Dəmirçioğlu] axırda belindən kəməndini açıb, qayaya atdı. “Koroğlu”. // Ovda heyvanı və ya xam atı tutmaq üçün işlədilən həmin ip. [Dərviş:] Bir dəfə xam at tuturduq, at Ruqiyyənin yanından keçən zaman Ruqiyyənin əlindən kəmənd çıxdı. A.Divanbəyoğlu. Beyrək qulaylanıb kəməndi atdı. M.Rzaquluzadə. // İlmək, bağ, düyün. • Kəməndə düşmək – 1) kəməndlə tutulmaq (at və s. haqqında). Göy ürkəyə kəmənd atdılar. At kəməndə düşdü. Ə.Vəliyev; 2) məc. tora düşmək.\n2. klas. Şairanə təşbehlərdə gözəlin saçına, zülfünə işarə. O tari-zülfə əsirəm, şikayətim çoxdur; Özüm kəməndinə bağlanmışam iradə ilə. S.Ə.Şirvani. • Kəmənd kimi – şairanə təşbehlərdə. Kəmənd kimi tökülübdür gərdənə; Dönübdür sərasər şahmara tellər. M.P.Vaqif. ‣ Kəməndə keçmək (düşmək) – ilişmək, dolaşmaq, tora düşmək, hiylənin qurbanı olmaq. [Qulu:] Qoca elə kəməndə keçməyib ki, qurtara bilsin. N.Vəzirov. Kəməndə salmaq – tora salmaq, hiylə ilə tutmaq. Çərxifələk saldı məni kəməndə; Buların oduna düşmüşəm mən də. Aşıq Ələsgər. Şirin söz ilə saldı o, ahunu kəməndə. M.Ə.Sabir. [Təlxək əcinnə:] Xoş gördük, ay mənim gülüm! Yenə kimi kəməndə salıbsan? Ə.Haqverdiyev. kəməndçi is. Ovda heyvanları (atları) kəməndlə tutan adam. kəməndləmə “Kəməndləmək”dən f.is. kəməndləmək f.\n1. Kəməndə salmaq; kəməndə keçirmək, kəməndlə tutmaq.\n2. məc. Özünə ram etmək, əl-qolunu bağlamaq, əsarət altına almaq. Qumru qaçmaq, onu kəməndləmək istəyənlərin əlindən qurtarmaq istəyirdi. Mir Cəlal. kəməndlənmə “Kəməndlənmək”dən f.is. kəməndlənmək məch.\n1. Kəməndə salınmaq, kəməndə keçirilmək, kəməndlə tutulmaq.\n2. məc. Əl-qolu bağlanmaq, əsarət altına alınmaq. kəmər I. is. [fars.]\n1. bax. qayış 1-ci mənada. Kəməri qırılmaq. Təzə kəmər almaq. Belinə kəmər bağlamaq. // Paltar, palto və s.-də belə sarınan uzun ensiz parça; belbağı. Paltonun kəməri. Paltarın kəmərini açmaq. • Kəmər yeri – kəmər bağlanan yer; bel. Şal qarının çiynindən yavaş-yavaş sıyrılıb kəmər yerinə qədər düşdü. M.Hüseyn. // Keçmişdə paltarın üstündən belə bağlanan qızıl, gümüş və s. ilə bəzədilmiş belbağı, qurşaq; təkbənd. Qızıl kəmər. Enli kəmər. – Aşıq oldum telə, qız; Kəmər bağla belə, qız; Yarı gücnən tapmışam; Ana doğmaz belə qız. (Bayatı). [Səlma:] İştə gümüş kəmər! Həm də yepyeni; Sonra yenə məmnun eylərəm səni. H.Cavid. Bəyin enli kəmərindən gümüş qınlı iri bir xəncər sallanırdı. S.Rəhimov. // Tüfəng qayışı. ..Həcər təkrar papağı başına qoydu, əlini aynalıya atdı, kəməri çiyninə aşırdı. S.Rəhimov. // Patrondaş mənasında. [Qoca:] Tüfəngi doldurub aldım əlimə; Kəməri bağladım qoşa, belimə. “Qaçaq Nəbi”. // Ümumiyyətlə, bir şeyin belinə bağlanan, sarınan, dövrələnən ip, qurşaq, çənbər və s. Çəlləyin kəməri. – Aləm bayram içində idi. Böyük binaların belindən qırmızı kəmər çəkilmişdi. Mir Cəlal. ‣ Kəmər bağlamaq məc. – əmrə hazır vəziyyətə gəlmək; hazır, amadə olmaq. Kəmər kimi – düz və uzun. Kəmər kimi cığır. – İlansayağı yol dağların döşündən burularaq kəmər kimi aşağıya doğru burulur. M.İbrahimov. Kəmərin altı boş olmaq – ac olmaq, acımaq. Kəmərin altını bərkitmək zar. – doyunca yemək, doymaq.\n\nII.\n1. tex. İçərisindən su, neft, qaz və s. axıtmaq üçün metal və ya saxsı boru. Neft kəməri. Su kəməri. Qaz kəməri.\n2. zool. Soxulcanın bədəninin qabaq tərəfində qalınlaşmış hissə.\n\nIII. arxit. Qapı, pəncərə və s. üstündə yarımdairə (qövs) şəklində tağ. Qədim incəsənətimiz haqqında qiymətli material verən abidələr içərisində tunc kəmərlər xüsusilə maraqlıdır. “İncəsənət”. // Qövs şəklində tikili. Körpü kəməri. kəmərbənd is. [fars.] Belbağı, kəmər, qurşaq. Oğlan gəlir enişdən; Kəmər-bəndi gümüşdən. (Bayatı). kəmərbəstə sif. və zərf [fars.] köhn. Əmrə müntəzir, xidmətə hazır; amadə. [Əzim bəy:] Olar həmin xidmət üçün kəmərbəstədirlər. M.F.Axundzadə. • Kəmərbəstə durmaq köhn. – əmrə müntəzir olmaq, hazır durmaq. [Məhəmməd Qacar] tamam İrana qiblə idi və cümlə xəlayiq onun itaətində böyük xovf ilə kəmərbəstə durmuşdular, hənuz sübh olmamış qəflətən söndü. F.Köçərli. kəmərçin is. [fars.] Beli çinli (belinə rezin və ya bağ keçirilib çinlənmiş) qadın tumanı. Kəmərçin geymək. Kəmərçin tikmək. – Mütrüblər təzə kəmərçinlər geyir, saqilər piyalələri hazırlayır, rəqqasələr zinətlərini üstlərinə tökürdülər. M.S.Ordubadi. [Zərrintac] gödək paltodan çıxan uzun kəmərçininin qabağını əlində dəstələyib faytona əyləşdi. S.Rəhimov. kəmərləmə “Kəmərləmək”dən f.is. kəmərləmək f.\n1. Kəmərindən yapışmaq, belindən yapışmaq, yerə yıxmaq, kəmərindən (belindən) yapışıb yerə yıxmaq (vurmaq). Pəhləvan rəqibini kəmərlədi.\n2. Əhatə etmək, dövrələmək, dövrəyə almaq. Kəndi bir tərəfdən Zəyəm çayı, o biri tərəfdən isə Sarım arxı kəmərləyərək üzük qaşı kimi dövrəyə almışdır. kəmərlənmə “Kəmərlənmək”dən f.is. kəmərlənmək məch.\n1. Belindən tutulmaq, tutulub yerə vurulmaq.\n2. Dövrəyə alınmaq, əhatə olunmaq; dövrələnmək. Kənd yarğanla kəmərlənmişdir. kəmərli I. sif.\n1. Belinə kəmər, qayış, belbağı və s. bağlamış; qurşaqlı. Ağ çuxalı və ağ arxalıqlı, ikiüzlü Buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş kəmərli Mirzə Səfəri hamı tanıyırdı. Ə.Haqverdiyev. Əmin qəsrində xəlifə tərəfindən təyin edilən qızıl kəmərli qulamlar, zümrüd və yaqut xalxallı cariyələr və zərinələrə bürünmüş kənizlər Azərbaycan heyətinə xidmət edirdi. M.S.Ordubadi. // Belinə kəmər tikilmiş, belində kəməri olan. Kəmərli paltar. – ..Təzə uzunboğaz çəkmələrdə, qalife şalvarda və iki döş cibi olan beli kəmərli, yaxalıqlı köynəkdə Şirzad yaraşıqlı idi. M.İbrahimov.\n2. Belində qurşaq, kəmər və s. olan; çənbərli. Kəmərli çəllək.\n\nII. sif. zool. Kəməri olan (bax. kəmər2 2-ci mənada). Soxulcanların arasında qırmızımtıl kəmərli olanlarını tapıb, kəmərin 32-ci halqa ilə 37-ci halqa arasında yerləşdiyinə fikir verməli. C.Cəbrayılbəyli.\n\nIII. sif. Üzərində kəmər kimi çıxıntısı olan; tağlı. Kəmərli pəncərə. kəmfürsət sif. [fars. kəm və ər. fürsət] Tündxasiyyət, tündməcaz, tez özündən çıxan, kəmhövsələ. Kəmfürsət adam. – [Amaliya] Otellodan əhvalı bilib, başlayır onu danlamağa və ağzına gələn sözləri kəmfürsət ərəbin haqqında söyləməyə. F.Köçərli. Camaat arasında [Salmanın] nanəcib, kəmfürsət, bədxah olmasından gizlin-gizlin, yavaş-yavaş, lakin mütəmadiyən danışıq gedirdi. M.İbrahimov. // İs. mənasında. [Məlikə:] Biganə əgər olmasa, tez vəslə yetərdik; Kim xeyr görüb düşməni kəmfürsət olanda? Ə.Vahid. kəmfürsətlik is. Tündxasiyyətlik, tündməcazlıq, tez özündən çıxma; hövsələsizlik. Həbibə xala dilləndi: – Almaq istəyir, çox kəmfürsətlik eləyir, ay oğul. Mir Cəlal. kəmhövsələ sif. [fars. kəm və ər. hövsələ] Hövsələsi olmayan, hövsələsiz, səbirsiz, tez əsəbiləşən. [Məşədi İbad:] O cürə evdə böyüyən qız bir az kəmhövsələ olar. Ü.Hacıbəyov. • Kəmhövsələ olmaq – hövsələsizlik, səbirsizlik göstərmək, əsəbiləşmək. [Kərbəlayı Rəcəb:] Hacı! Dərdin alım, nöşün belə kəmhövsələ olmusan? N.Vəzirov. [Nəcəfalı:] A bala, kəmhövsələ olma, axırını gözlə! B.Bayramov. kəmhövsələlik is. Hövsələsizlik, səbirsizlik. • Kəmhövsələlik etmək – bax. kəmhövsələ olmaq (“kəmhövsələ”də). [Səkinə xanım:] Niyə belə kəmhövsələlik edirsən? M.F.Axundzadə. kəmxörək sif. [fars.] köhn. Az yeyən, azca yeməklə doyan. Kəmxörək adam. – Hüseyn Kürd on beş yaşına təzəcə çatmışdı. Amma çox zəif, kəmxörək bir adam idi. (Nağıl). [Əliqulu:] Xeyr, ağa, çox kəmxörəyəm. S.S.Axundov. kəmxörəklik is. Az yeyən adamın hal və keyfiyyəti. kəmiltifat [fars. kəm və ər. iltifat] bax. iltifatsız. Kəmiltifat olmaq. kəmiltifatlıq bax. iltifatsızlıq. kəminə sif. [fars.] klas. Həqir, miskin, aciz, zavallı, yazıq. Miskin Füzuliyəm ki, sənə tutmuşam üzüm; Ya bir kəminə qətrə ki, ümmanə yetmişəm. Füzuli. Əzim bəy pişxidmətbaşı cavab verdi ki: – Biz sizin kəminə nökərləriniz pişxidmətlərik, mən buların rəisiyəm, bular da mənə tabedirlər. M.F.Axundzadə. kəmiştaha sif. [fars. kəm və ər. iştəha] İştahası az olan; iştahasız; Kəmiştaha uşaq. kəmiyyət is. [ər.]\n1. Miqdar, qədər, say, ədəd. Hər yerdə kəmiyyət, keyfiyyət barəsində danışıq gedirdi. S.Hüseyn. Tək kəmiyyətə deyil, keyfiyyətə də fikir verməli!\n2. fiz. riyaz. Ölçmək və hesablamaq mümkün olan hər şey. Sonsuz kiçik kəmiyyət. Naməlum kəmiyyət. Dəyişən kəmiyyət. Sıfıra bərabər kəmiyyət. Məchul kəmiyyət.\n3. fəls. Xarici aləmin əşya və hadisələrini miqdar, həcm, inkişaf dərəcəsi cəhətdən səciyyələndirən fəlsəfi kateqoriya. Kəmiyyətin keyfiyyətə keçməsi qanunu. Kəmiyyət dəyişmələri.\n4. dilç. Səsləri tələffüzetmə müddəti. Kəmiyyətə görə səslər uzun və qısa olur. kəmiyyətcə sif. və zərf Kəmiyyətə görə; sayca, miqdarca. Kəmiyyətcə artım. kəm-karastı top. [fars.] dan.\n1. Bir sənətdə, peşədə, işdə lazım olan alətlər. Dülgər kəm-karastısı. – [Veys:] Bütün kəmkarastılarını alıb verək yoxsul şərbaflar işləsinlər. Ə.Əbülhəsən.\n2. Silah, yaraq. [Məşədi Kazım:] Pişto və sair kəm-karastını götürmüşdür. M.S.Ordubadi. kəm-kəm zərf [fars.] Az-az, yavaşyavaş, asta-asta. Lakin saqın, ölüm günü kəm-kəm yaxınlaşır. Ə.Nəzmi. kəm-kəsir is. [fars. kəm və ər. kəsr] Çatışmayan cəhət, nöqsan, qüsur, çatışmazlıq. [Tükəzban:] Heç bir zaddan kəm-kəsir yoxdur. S.S.Axundov. [Aşıq Alı Ələsgərə:] – Oğul, sözdərin də xoşuma gəldi, oxumağın da, saz çalmağın da. Az kəm-kəsirin var. “Aşıq Ələsgər”. // sif. Çatışmayan. [Musanın nəvəsi] o gündən işə başladı. Bakıdan bəzi kəm-kəsir şeylərini aldı. Qantəmir. kəm-kəsirli sif. Kəm-kəsiri olan; nöqsanlı, qüsurlu. kəmləmə “Kəmləmək”dən f. is. kəmləmək f. Xəlbirləmək. kəmlənmə “Kəmlənmək”dən f.is. kəmlənmək məch. Xəlbirlənmək. kəmlik is. Azlıq, yoxluq, əskiklik, çatışmazlıq. kəmmaya sif. [fars. kəm və ər. mayə]\n1. köhn. Mayası az, pulu az; kasıb, yoxsul. Kəmmaya tacir.\n2. məc. Ağıldan kasıb, ağılsız, gic. [Bəy:] Doğrudan da belə imiş. Nə kəmmaya adam imişsiniz. Mir Cəlal. kəmmayalıq is. Ağıldan kasıblıq, ağılsızlıq, giclik. kəmməhəl sif. [fars. kəm və ər. məhəl] Adama məhəl qoymayan, diqqət yetirməyən, saymayan, etinasız. • Kəmməhəl olmaq – saymamaq, etinasız olmaq, soyuqluq, etinasızlıq göstərmək. Xubların yaxşısı olmaz kəmməhəl; İşarə edən tək gələr əlbəəl. Q.Zakir. ..Kənd müəllimlərinin .. öz peşələrinə bu qədər süst, kəmməhəl və kəmetina olmaqlarına ümdə səbəb onların həddən ziyadə az məvacib almaqlarıdır. F.Köçərli. ..Nəbini də çağırmışdılar. Bir az kəmməhəl olub, o da getmək istəmədi. S.Rəhimov. kəmməhəllik is. Etinasızlıq, saymazlıq, soyuqluq. kəmrəng sif. [fars.] Rəngi az, açıq, rəngsiz. Böyükxanım şad və xürrəm, gümüş podnos içində iki stəkan kəmrəng çay gətirdi. M.S.Ordubadi. kəmsavad sif. [fars. kəm və ər. səvad] Savadı az, azsavadlı, az oxumuş, savaddan kəm. [Mədəd:] Sən kəmsavad, haqq-hesabdan nə sənin başın çıxır, nə də mənim. İ.Əfəndiyev. [Qədir:] Mən kəmsavad adamam, nə danışım a bala, heç özüm də bilmirəm. Ə.Sadıq. kəmsavadlıq is. Azsavadlılıq, savadı az olma. kəmsər zərf [fars.] dan. köhn. Ağıldan kəm, kəmağıl, ağılsız. kəmsər-kəmsər zərf dan. köhn. Axmaq-axmaq, gic-gic. [Gülxanım Alı kişiyə:] Ay üstünə od tökülsün, nə ilə oxutmaq istəyirsən, .. kəmsər-kəmsər danışma. “Qatır Məmməd”. kəmsik I. is. İtin boynuna bağlanan ip, xalta. [Güləli] ..Ala iti kəmsiyindən açıb yanına aldı, ulu babasından qalan çaxmaqlı tüfəngi də çiyninə saldı. S.Rəhimov. ‣ Kəmsiyini çeynəmək (gəmirmək) – hirsindən boğulmaq, son dərəcə hirslənmək, qəzəblənmək, intiqam üçün fürsət axtarmaq. Fərəc bəyin hirsi daha da çoxalır. Bığlarının ucunu ağzına salıb kəmsiyini gəmirən it kimi çeynəməyə başlayır. Ə.Vəliyev. Kəmsiyini qırmaq – həddini aşmaq, həddini keçmək. Başına kəmsik salmaq (keçirmək) – çox incitmək, zülm etmək, əziyyət vermək. [Naçalnik:] Vallah, dağda atanızı yandıracağam, başınıza kəmsik salacağam. “Qaçaq Nəbi”.\n\nII. is. dan. Çatışmayan, əlavə edilməli olan hissə, parça. Kəmsiyi var. kəmsikləmə “Kəmsikləmək”dən f.is. kəmsikləmək f.\n1. Başına, boğazına kəmsik keçirmək, kəmsik salmaq, xaltalamaq; başı kəmsikli halda yanınca aparmaq.\n2. məc. Noxtalamaq, yüyənləmək. kəmsikli sif. Kəmsiyi olan, boynuna kəmsik salınmış; xaltalı. Kəmsikli it. kəmşirin sif. [fars.] Azacıq şirin, normadan az şirnisi olan. Kəmşirin nar. Kəmşirin şərab. – Çayımız kəmşirin, çörək yavan; Kağızlar qam-qam, top-top. R.Rza. kəmşirinlik is. Kəmşirin şeyin hal və keyfiyyəti. kəmşüur sif. [fars. kəm və ər. şüur] Şüuru az, şüursuz, dərrakəsiz. Olmayıram mən qəyur dərdə nişan olmağa; Mən oluram kəmşüur, sahibi-şan olmağa. C.Cabbarlı. kəmşüurluq (=kəmşüurluluq) is. Şüur azlığı, şüurun çatışmazlığı; şüursuzluq, dərrakəsizlik. kəmşüurluluq (=kəmşüurluq) is. Şüur azlığı, şüurun çatışmazlığı; şüursuzluq, dərrakəsizlik. kəmtale sif. [fars. kəm və ər. tale] Talesiz, taleyi (bəxti) gətirməyən. Kəmtale adam. kəmtalelik is. Talesizlik, bəxtsizlik. kəmtər (=kəmtərin) sif. [fars.] klas. Alçaq, aşağı; aciz, yazıq, miskin. Leyli deməyin ki, nazənindir; Bir tirə kənizi-kəmtərindir. Füzuli. İbrət et Ağa Məhəmməd xandan, ey kəmtər gəda. M.P.Vaqif. [Hacı Kamyab:] Xan, mən sizin kəmtərin nökərinizəm. Ə.Haqverdiyev. kəmtərin (=kəmtər) sif. [fars.] klas. Alçaq, aşağı; aciz, yazıq, miskin. Leyli deməyin ki, nazənindir; Bir tirə kənizi-kəmtərindir. Füzuli. İbrət et Ağa Məhəmməd xandan, ey kəmtər gəda. M.P.Vaqif. [Hacı Kamyab:] Xan, mən sizin kəmtərin nökərinizəm. Ə.Haqverdiyev. kəmyek sif. və is. [fars.]\n1. Əsas miqdardan az, əskik, bir az çatışmayan. Çəkidə kəmyeki düzəltmək.\n2. Hicri təqvimdə 29 gündən ibarət ay. Ayın kəmyeki var. Kəmyek ay. kən is. Döşəmənin altına qoyulan tir, şalban. kənaf [lat. cannabis-dən] bot. Saplağından kəndir alınan bitki. kənaflıq is. Kənaf bitkisi əkilmiş yer, sahə. kənar [fars.]\n1. bax. qıraq 1-ci mənada. Çayın kənarı. Yolun kənarı. – ..Bir həyətdə bir müsəlman arvadı arxın kənarında qab yuyurdu. C.Məmmədquluzadə. Kəndin kənarından get-gedə sıxlaşan və iriləşən qamışlıq başlanırdı. M.Rzaquluzadə.\n2. sif. Yad, özgə, başqa. Cuma evdə kənar adam olmadığını bildi. Ə.Əbülhəsən.\n3. is. Özgə yer, tamamilə başqa yer; xaric. Kənardan gəlmiş adam. – [Koroğlunun] bir belə xasiyyəti var ki, kənar yerlərdən gələn karvanları soymur. “Koroğlu”. [Müdir:] Mən kənardan gəlmiş bir adamam, başım ancaq məktəbin işlərinə məşğuldur. Ə.Haqverdiyev.\n4. is. Ətraf, yan. Rüstəm ayağa qalxdı, evin kənarına səpələnmiş çırpını topladı, həyətdə gur bir ocaq qaladı. S.Rəhimov.\n5. sif. və zərf Mərkəzdən uzaq, qıraq. Kənar ev. Kənar tikili. Kənar məhəllə. – Kənarda bir dükan görsənir. C.Məmmədquluzadə. Xavər on-on beş addım kənardakı dükanın piştaxtasına söykənərək mürgüləyən qoca çörəkçiyə yanaşdı. M.İbrahimov.\n6. zərf Çox vaxt yerlik halda: kənarda – uzaqda, aralı. Daşlıca azı kənddən beş verst kənarda, bağ-bağatlı yolların ayrıcında bir yer idi. Mir Cəlal.\n7. is. Məhəccər, sürahi mənasında. Mehriban əllərini balkonun kənarına dayamış olduğu halda gözü küçəyə baxırdısa da fikri və xəyalı uzaqlarda idi. S.Hüseyn. ‣ Kənar etmək (eləmək) – 1) uzaqlaşdırmaq, rədd etmək. ..Lazımdır mikrobları millətin bədənindən kənar eləmək. C.Məmmədquluzadə. Çünki Qızıl Arslan məlikəyə evlənmək üçün Azərbaycan xalqının sevdiyi vəliəhdi kənar edib, məlikənin oğlunu vəliəhd təyin edə bilməzdi. M.S.Ordubadi; 2) qovmaq, çıxarmaq (işdən, məktəbdən və s). ..Axırda [Cəlilin] əlindən molla təngə gəlib onu məktəbdən kənar elədi. İ.Musabəyov; 3) atmaq, götürmək. [Şah Sitarəyə:] Sənə hökm edirəm, kənar et örtüyü! C.Cabbarlı. Kənar gəzmək (dolanmaq) – əlaqəni kəsmək, özünü uzaq tutmaq, yaxınlıq göstərməmək, uzaq olmaq. Əlində fənər gəzər; Gəzdikcə yanar gəzər; Bir kəs ki, yoxsul olsa; Dost ondan kənar gəzər. (Bayatı). [Qurbani:] Səbəb nədi məndən kənar gəzirsən? Sirrsözün yadlara deyən deyiləm. “Qurbani”. Qafil! Dolanma gəl, eşqdən kənar; Ən böyük musiqi canan səsidir. S.Vurğun. Kənar olmaq – uzaqlaşmaq, özünü uzaq tutmaq. [Dərviş Şeyx Sənana:] Əgər fövqəlbəşər olmaq dilərsən; Kənar ol daima cinsi-bəşərdən. H.Cavid. [Mansur xan:] Burada dəxi dayanmayıb, kənar olub tez gedin. C.Cabbarlı. Kənar(a) atmaq – 1) bir yana tullamaq, atmaq. Arvad əlində toxuduğu corabı kənara atıb, qalxıb ərinin başı altına bir mütəkkə qoydu. Ə.Haqverdiyev. ..Zərintac xanım bəzəkli yorğanı üstündən kənara atdı, atılıb çarpayısından yerə düşdü. S.Rəhimov; 2) məc. unutmaq, yaddan çıxarmaq, əlaqəni kəsmək, məhəl qoymamaq. Qul Abbası nə kənara atmısan; Hərcayilə ülfətini qatmısan.. Aşıq Abbas; 3) məc. əhəmiyyət verməmək, sərf-nəzər etmək, bir tərəfə buraxmaq. Mən təklif edirəm ki, müraciətnamə məsələsini tamamilə kənara ataq. M.S.Ordubadi. Kənar(a) düşmək – uzaq düşmək, uzaq olmaq, əlaqəsi kəsilmək. Müşküldü mən kənara düşüm kuyi-yardən.. Natəvan. Talasından kənar düşərsə ceyran; Gəzər yoldaşları bir zaman heyran. M.Rahim. Kənara çəkilmək – uzaqlaşmaq, kənar olmaq, bir yana çəkilmək. Kəndlilərin bir neçəsi çıxdı eşiyə və bir neçəsi oturduğumuz töylədə olan atlardan bir neçəsini yəhərləyib çəkildilər kənara. C.Məmmədquluzadə. Həbib bəy özünü göstərməmək üçün bir kənara çəkildi. S.Rəhman. Kənara çəkilmə, bil ki, bu gündən; Bu gün mənə varsa, sabah sənə var. B.Vahabzadə. Kənara çəkmək – bir tərəfə çəkmək, qırağa çəkmək, bir tərəfə aparmaq. Cantək səni kənarə çəkər pullu dayilər; Hər yerdə az deyil səni mehman edən, çocuq! M.Ə.Sabir. Kənara çıxmaq – 1) əsas işdən, məsələdən və s.-dən uzaqlaşmaq. Mövzudan kənara çıxmaq; 2) bir qədər aralanmaq, azacıq uzaqlaşmaq. Xaspolad dəstədən kənara çıxıb əsgəri kazarmaya doğru getdi. M.Hüseyn. Kənara tullamaq – bax. kənara atmaq. Keçən sərgüzəşti tulla kənara; Bihudə hekayət zamanı deyil. Q.Zakir. Şaqqulu ağ parçanı kənara tullayıb, gəlinin üzünü görcək cəld geri çəkildi.. Çəmənzəminli. Kənarda qalmaq – 1) bax. kənarda durmaq. [Zeynal:] Mehriban, – dedi, – özün etiraf edirsən ki, sənin bizdən kənarda qalmağın münasib deyil. S.Hüseyn; 2) məc. Unudulmaq, yaddan çıxmaq. Qaldı bütün kənarda; Can verənlər, ölənlər. Ə.Cavad. // İştirak etməmək (bir işdə). Bir nəfər də olsun gənc pambıqçı yarışdan kənarda qalmamışdır. ...kənarda (kənara) qalsın – ...bir tərəfdə (yanda) qalsın (bir şeydən sərf-nəzər etmək mənasında). Hələ açıq gəzmək kənarda qalsın.. S.S.Axundov. [Akif:] İşin çətinliyi bir kənara qalsın.. M.İbrahimov. Kənarda durmaq – qarışmamaq, müdaxilə etməmək, iştirak etməmək. İşdən kənarda durmaq. ...kənarda dursun – bax. ...kənarda qalsın. [Leyla xanım:] ..Ancaq qoy bu söhbət dursun kənarda. N.Vəzirov. Kənardan baxan – hadisəyə tamaşa edən; görən; seyrçi. Kənardan baxan nə deyər? – Kənardan baxan əcnəbilər bizə deyirlər. C.Məmmədquluzadə. Yandı əhvalına kənardan baxan; Doğdu ürəklərdə min şəfqətli hiss. M.Rahim. kənarə is. [fars.] köhn.\n1. Kitab səhifələrinin kənarındakı yazı.\n2. Haşiyə, qıraq, çərçivə. Xalçanın kənarəsi. Kəlağayının kənarəsi.\n3. Evin ortasına salınmış böyük xalçanın, gəbənin ətrafına, divar dibinə salınan kiçik xalça.\n4. Nəhayət, son, hədd. Gör nə mühitdir, könül, yoxdur anın kənarəsi. Nəsimi. Yaşım suyu oldu varə-varə; Bir bəhr ki, yox ona kənarə. Füzuli. kənarəli sif. Kənarəsi olan; haşiyəli. Kənarəli kəlağayı. kənarlaşdırılma “Kənarlaşdırılmaq”dan f.is. kənarlaşdırılmaq məch. Kənar edilmək, uzaqlaşdırılmaq. kənarlaşdırma “Kənarlaşdırmaq”dan f.is. kənarlaşdırmaq f. Kənar etmək, uzaqlaşdırmaq. Müfəttiş hesabdarı əli ilə kürsüdən kənarlaşdırıb, onun yerində əyləşdi. S.Rəhimov. kənarlaşma “Kənarlaşmaq”dan f.is. kənarlaşmaq f. Kənar olmaq, uzaqlaşmaq. kənarsız sif. Ucu-bucağı olmayan, nəhayətsiz, sonsuz. Ay çıxıbdı kənarsız; Niyə məni qınarsız? Açıb desəm dərdimi; Od tutarsız, yanarsız. (Bayatı). kənd is. Əhalisi, əsasən, kənd təsərrüfatı ilə məşğul olan yaşayış məntəqəsi. Böyük kənd. Kiçik kənd. – Koroğlu həftədə .. bir özü Qıratı minib ətraf kəndlərə, şəhərlərə çıxardı. “Koroğlu”. Mənim adım Xəlil və yoldaşımın adı Sadıqdı. Hər ikimiz Danabaş kəndində anadan olmuşuq. C.Məmmədquluzadə. Yeddi kənd, üç şəhər görürəm ancaq; Bu dağın başından bir baxışla mən. B.Vahabzadə. // Kənd yeri, habelə kənd əhalisi. Şəhərlə kənd arasında olan ziddiyyəti aradan qaldırmaq. • Kənd salmaq – yaşayış yeri düzəltmək, yeni kənd bina etmək. [Canpolad:] Bu kənd salınandan bu günə qədər oğurluq hadisəsi görünməyibdir. M.S.Ordubadi. Kənd Soveti köhn.– kənd yerlərində Sovet hökumətinin yerli orqanı. Kənd Soveti iclası. Kənd Sovetinin sədri. Kənd Şurası köhn. – bax. Kənd Soveti. [2-ci qadın:] Elə səni kənd Şurası sədrliyinə namizəd seçmişik. Ə.Haqverdiyev. ..Güllücə kəndində də kənd Şurası düzəlib, yeni şura yaşayışı başlandı. S.S.Axundov. Kənd təsərrüfatı – xalq təsərrüfatının əkinçilik, heyvandarlıq və meşəçiliyi əhatə edən sahəsi. Kənd təsərrüfatı qabaqcılları. Kənd yeri – kənd salınmış yer; kənd. Qorxma, kənd yerində çoxdur qoçaqlar; Hər daşın dibində bir Koroğlu var. S.Vurğun. ...kənd Bir sıra türk dillərində mürəkkəb kənd, qəsəbə və s. yaşayış məntəqələri adlarının ikinci tərkib hissəsi; məs.: Hacıkənd, Daşkənd, Yarkənd, Qasımkənd, Qonaqkənd. kənd-kənd bax. kəndbəkənd. Öldürər bu dərd məni; Doğrayar bənd-bənd məni; Yarım vəfalı olsa; Axtarar kənd-kənd məni. (Bayatı). kəndarası sif. Kəndlərin arasında olan, yerləşən, salınan. Biz kəndarası yolları da düzəldirik. S.Rəhimov. ..Rüstəm kişi maşını kəndarası küçələrdən keçirib palçıqlı araba yoluna çıxardı. M.İbrahimov. [Yusifin] nəzəri itib-batmaqda olan kəndarası yollara sataşdı, köksünü dərindən ötürdü. B.Bayramov. kəndaşırı zərf Kəndləri keçərək. Kəndaşırı şose yoluna çıxmaq. kəndbəkənd zərf Bir kənddən o biri kəndə, bir-bir kəndləri gəzərək, bir-bir kəndlər üzrə; kənd-kənd. Kəndbəkənd dolaşmaq. – Vəkillər .. kəndlilərin adlarını, acların sayını və istədikləri pulun qədərini adbaad, kəndbəkənd, hamısını təfsilən yazıb yekə-yekə kitablar bağlamışdılar. C.Məmmədquluzadə. Hacı Rüstəmin atası .. xırman zamanında gedib, kəndbəkənd gəzib nisyə yığardı. Ə.Haqverdiyev. kəndcik is. Kiçik kənd. kəndciyəz “Kənd”dən oxş. Göy yamacın ətəyində kəndciyəz; Dörd yanında dalğalanır tarlalar. A.Şaiq. İki il əvvəl buraxıb getdiyi həmin kəndciyəzdə onun yoluna göz dikib, onun ümidi və arzusu ilə yaşayan iki göz var idi. H.Nəzərli. İndi bu .. kəndciyəz Dilara üçün Bakı qədər əzizdir. Ə.Məmmədxanlı. kəndçi bax. kəndli 1-ci mənada. Kəndçi qız. Kəndçi paltarı. – Şəhər stansiyasından dəmir yol bileti alaraq vağzala gedən motalpapaq iki kəndçi çiynində xurcun gəlib mənim yanımda dayandılar. Qantəmir. [Qoşatxan:] Həsən bəy hələ həştad il əvvəl demişdi ki, müəllim gərək çıraq kimi yanıb, kəndçinin yolunu işıqlandırsın. M.İbrahimov. kəndçilik bax. kəndlilik. Qədir malqarasını satıb kəndçilik etməkdən əl çəkmiş və qulluqçu olmağı qərara almışdı. Ə.Sadıq. kəndxuda bax. kətxuda. Belə bir məsələ üçün kəndxuda hər iki məhəllədən adam çağırardı, vəkillər dəvət edərdi. N.Nərimanov. [Allahverdi:] Naçalnikə ver, pristava ver, uryadnikə ver, kəndxudaya ver, yüzbaşıya ver, köməkçiyə ver, miraba ver, ver... ver... ver... C.Cabbarlı. kəndxudalıq bax. kətxudalıq. Görünür ki, elə o vaxtdan kəndxudalıqda gözü var imiş. “M.N.lətif.” kəndi I. is. İçində taxıl, un və s. saxlamaq üçün taxta, yaxud palçıqdan qayrılmış qab. Buğda kəndisi. Un kəndisi. Bir kəndi arpa. – Kənd arvadları qışın tədarükünü qurtarırdı: kimisi hazırladığı unu kəndiyə doldurur, kimisi yarmanı kisəyə yığır, kimisi .. kudu və balqabaqları gizlədirdi. M.İbrahimov.\n\nII. köhn. bax. öz. Olsa məhbublərin eşqi cəhənnəm səbəbi; Hur-qılmanı qalır kəndisinə rizvanın. Füzuli. Qoy börkünü kəc qaşının üstündə, fırılda; Kəndin kimi bir lotiyi-meydanını görgəc. M.Ə.Sabir. [Zeynal] bir zamanda ki, Novruz bəylə getməmişdir, kəndisini aldadıb yalan söyləməsindən məqsədi nə idi? S.Hüseyn. kəndir is. Kənaf və ya çətənə liflərindən hazırlanan yoğun, ya nazik ip, ümumiyyətlə, ip. Tay kəndiri yoğun olar, çarıq kəndiri nazik. (Məsəl). [Ayı balalarının] boyunlarına kəndir bağlayıb kəndə gətirirdilər. A.Şaiq. [Murad:] Canım, .. bir kəndir gətirin, sarıyın əl-ayağını. C.Cabbarlı. kəndirbaz is.\n1. İp üzərində gəzmək və atılıb-düşməklə cürbəcür oyunlar göstərən adam; canbaz. Kəndirbazların çıxışı. – Qız uşağını özbaşına buraxsan, .. kəndirbaza ərə getmək istər. M.S.Ordubadi. [Rəqslərin] ahəngi altında oynayana və atılıb-düşənə rüstümbaz və ya kəndirbaz deyərlər. H.Sarabski. // Bu cür ip üstündə nömrələr göstərən sirk artisti; akrobat.\n2. məc. Hoqqabaz, oyunbaz. [Əhməd:] Nədən ötrü məni axtarırsan, ay hiyləbaz, kəndirbaz, oyunbaz, kəkilbaz? N.Vəzirov. [İsmayıl:] ..Əntərzadə bir maarif işçisi deyil, xaliscə bir kəndirbazdır. Mir Cəlal. kəndirbazlıq is.\n1. Kəndirbazın peşəsi, sənəti, məşğuliyyəti; akrobatlıq, canbazlıq.\n2. məc. Hoqqabazlıq, oyunbazlıq. [Kərbəlayı Qulam:] ..Allaha şükür, bir-birimizi yaxşı tanıyırıq, kəndirbazlıq nə lazım, atam? N.Vəzirov. • Kəndirbazlıq etmək (çıxarmaq) – oyunbazlıq etmək, hoqqabazlıq etmək. Bəs bu Nemətullayev burada nə kəndirbazlıq çıxardır? S.Rəhimov. kəndirqayış sif. Bərk, möhkəm. • Kəndirqayış kimi – bərk-bərk. Qırsaqqız Xoca Əzizi elə tutdu, elə tutdu ki, kəndirqayış kimi. “Koroğlu”. Kəndirqayış olmaq – tutub (yapışıb) buraxmamaq. ..Oğlan oldu kəndirqayış, qızdan əl çəkmədi ki, çəkmədi. (Nağıl). kəndistan is.\n1. Kənd, kənd yeri. [Vaqif:] Xeyr, yanıldınız, ona dil verən; Kəndistan yeridir, bəli, kəndistan. S.Vurğun. [Hacı Rəsul:] Belə də səs, belə də məlahət olarmı? Düşünürsən ki, [Əntiqə] bəşər cinsi deyil nədi, özü də kəndistan yerində. Mir Cəlal. ..Daima qardaşdır Bakı kəndistan. Z.Xəlil.\n2. Kənd əhli, kəndlilər. [Nizami:] Mən istəyirəm ki, min il bundan sonra da bir nəfər Gəncə üsyanının tarixini oxuduğu zaman desin ki, “üsyan olduqca ağıllı, düşüncəli və tədbirli bir surətdə təşkil edilmiş üsyan idi. Orada yalnız şəhər xalqı deyil, bütün kəndistan da iştirak etmişdi”. M.S.Ordubadi. kəndistanlı is. köhn. Kəndistanda yaşayan adam; kəndli. [Şahbəy:] Biz ki kəndistanlıyıq.. Ə.Əbülhəsən. kənd-kəsək top. dan. Kənd və ona yapışıq yer. Kənd-kəsəyə bələd olmaq. – [Hacı Bayram:] Bəy deyiləm, rəiyyətim yox, kənd-kəsəyim yox. Ə.Haqverdiyev. [Məhərrəm bəy:] ..Kənd-kəsəyi dolandıra bilmirəm. S.S.Axundov. Kənddə-kəsəkdə başıpapaqlı qalmayıb, hamısını yığıblar. Çəmənzəminli. kəndli is.\n1. Kənddə yaşayan və əsas peşəsi kənd təsərrüfatı olan adam; kənd əhli, kəndçi. Ceyranın əri Eldar adlı kəndli bir gənc imiş. S.Hüseyn. [Nizami] ..qoca kəndlinin şum kənarında açdığı süfrə başında nahar edirdi. Ə.Məmmədxanlı. • Təhkimli kəndli – bax. təhkimli.\n2. Bir kənddən olan adamlardan hər biri; yerli. Mənim kəndlim. Öz kəndlimdir. – [Rəşid:] Qurbanqulunun atası və babası bizim kəndli olmuşlardır. T.Ş.Simurq. kəndli-kəsəkli top. dan. Kəndli. kəndli-kütlü top. Keçmişdə bəzən kəndliyə, kəndlilərə ikrahla, saymazyana verilən ad. [Əminə Dürdanəyə:] Səndən olsaydı, çoxdan bu dövləti paylamışdın kəndlikütlüyə.. Ə.Əbülhəsən. kəndlilik is. Kəndli peşəsi, işi; əkinçilik. Bu zaman Cəlil istəyirdi ki, bu yeri satıb özü üçün bir dükan açsın və canını kəndlilikdən qurtarsın. İ.Musabəyov. kəndsayağı sif. və zərf Kənd tipində, kənd tərzində, kənd qaydası ilə, kənddə olduğu kimi. Kəndsayağı ev. – Kəndsayağı bəzənmiş evdə həmin adamla ev sahibi söhbət edirdi. Q.İlkin. kəndyanı sif. Kəndin yaxınlığında olan, kəndin yanında yerləşən. Kəndyanı otlaq. kənək sif.\n1. Ləpəsi çətin çıxan. Kənək qoz.\n2. məc. Çətinliklə başa gələn, həyata keçən. Kənək iş. – Yazıb pozduğum və şagird dəftərindən qopartdığım vərəqlər stol üstündə qalaqlanmışdı və nəhayət işıq ucu görünmüşdü, kənək tənliyin kor düyünü açılmışdı.. Ə.Məmmədxanlı.\n3. məc. Əlindən yaxşılıq gəlməyən, çətinliklə bir iş düzəldən; tərs, inad, inadkar, inadcıl. Kənək adam. – Uçan bir quş kənəkdir; İşi tamam kələkdir; Dəyirmana can verər; Xırmana da gərəkdir. (Bayatı). kənəklik is.\n1. Ləpəsi çətin çıxan qoz və s.-nin keyfiyyəti.\n2. Kənək adamın xasiyyəti; tərslik, inadkarlıq, inadcıllıq. Kənəklik eləmək. kəngiz is. bot. Kökü yanacaq kimi işlədilən, qış otlaqlarında yayılan bitki növü. Camaatın içindən bir dəstə dilmancın yanına yeriyib başladılar and içməyə ki, Məhəmmədəli kətdə deyil, gedib, çöldən kəngiz gətirib satsın. C.Məmmədquluzadə. kəngizlik is. Kəngiz çox olan yer, kəngiz bitən yer, sahə. kəniz is. [fars.] köhn.\n1. Xidmətçi qız, qulluqçu. Evin kənizi. – Bir gün Mehriban Soltanın kənizlərinə xəbər gəldi ki, filan küçəyə bir bazirgan gəlib. “Lətif şah”. [Hacı Kamyab:] Xan, mən sizin kəmtərin nökərinizəm, qızım da kənizinizdir. Ə.Haqverdiyev. [Yetər:] Mən ölənəcən Dilbər xanımın kəniziyəm, kənizi. N.Vəzirov. // Qədimdə: kölə kimi bağışlanan qız (qadın), qul qız (qadın); cariyə. Çaydır, dənizdir; Quldur, kənizdir; Balam hər nədir; Mənə əzizdir. (Bayatı). Taxtın iki tərəfində xəlifənin iki nəfər sevimli kənizi durub xəlifəyə yelpik çəkirdilər. M.S.Ordubadi. Şairin qəzəllərinə məftun olmuş Dərbənd əmiri onu bu xaraba kənddən öz sarayına dəvət edir və ən gözəl kənizini ona hədiyyə göndərir. Ə.Məmmədxanlı. kənizlik is. köhn.\n1. Qulluqçuluq. [Günay:] Qoy qismətim qürbətdə kənizlik olsun, amma Barsisim, körpə quzum ac qalmasın, böyüsün boya-başa çatsın. Ə.Məmmədxanlı.\n2. Qədimdə: satılan və ya bağışlanan qızın ya qadının vəziyyəti; cariyəlik. Kənizlikdən azad etmək. kənkan bax. kankan. Bir az keçdi, bir neçə kömürçü, kənkan göründü. Çəmənzəminli. [Suraxanskinin] oxumağı da quyu dibindəki kənkan səsinə oxşayırdı. Ə.Haqverdiyev. Əzablar içində bağrı qan oldu; Çox gəzib axırda o, kənkan oldu. M.Rahim. kəpək is.\n1. Un ələndiyi zaman ələk üstündə qalan buğda və s.-nin qabıq qırıntıları. Arpaya qatsan at yeməz; Kəpəyə qatsan it yeməz. (Ata. sözü).\n2. Ağac, taxta mişarlandığı zaman tökülən xırda ovuntu. Söz nadan dilində qəpiyə dəyməz; Dəyməz, su üzündə köpüyə dəyməz; Dəyməz, heç bir ovuc kəpəyə dəyməz.. M.Araz.\n3. Başda və heyvan tüklərinin dibində əmələ gələn qovaq. Başında kəpək olmaq.\n4. bax. kövrək 1-ci mənada. Kəpək alma. Kəpək heyva. kəpəkləmə “Kəpəkləmək”dən f.is. kəpəkləmək f. Kəpək vurmaq, kəpək qatmaq. Samanı kəpəkləmək. kəpəklənmə “Kəpəklənmək”dən f.is. kəpəklənmək f.\n1. Kəpək əmələ gəlmək, qabıq vermək. Başı kəpəklənir.\n2. Kəpək kimi boş olmaq. Heyvalar kəpəklənmişdir. kəpəkli sif.\n1. Kəpəyi olan, ələnməmiş. // Çoxlu kəpəyi olan. Kəpəkli un.\n2. Başında və tüklərinin dibində kəpək, qovaq olan. Kəpəkli baş.\n3. Kövrək, kəpək kimi boş olan. Kəpəkli alma. kəpəklilik is. Kəpəyi olan un və s.-nin keyfiyyəti; kəpəyi olma. Unun kəpəklilik dərəcəsi. kəpənək is. Bədən və qanadları toz kimi incə pullarla və cürbəcür rənglərlə bəzənmiş dördqanadlı böcək. ..Bir gözəl kəpənək gəlib Ağca xanımın oturduğu skamyanın üstünə qondu. S.S.Axundov. ..Quşların bir paraları oxumaqda, o biri paraları uçub özləri üçün yem gəzməkdə və kəpənəklər çiçəklərin başına qonmaqda idilər. A.Divanbəyoğlu. Dünya bahar, ömrün yolu gül-çiçək; Uçur güldən-gülə, qonur kəpənək. R.Rza. // Pərvanə. kəpənəkvari sif. Kəpənək şəklində olan, görünüşcə kəpənəyə oxşar, kəpənək kimi. Kəpənəkvari bant. kəpəng is. Zirzəmi qapısı, altdan yuxarı açılan qapı; lyuk. Zirzəmi kəpəngi. kəpitkə is. xüs. [rus. “konopatitğ” sözündən] Deşikləri, araları tutmaq üçün (əsasən gəmidə) işlədilən kəndir və s. lifləri. kəpitkələmə “Kəpitkələmək”dən f.is. kəpitkələmək f. xüs. dan. Kəpitkə ilə qapamaq, kəpitkə tıxamaq (bax. kəpitkə). Deşikləri kəpitkələmək. kəpitkələnmə “Kəpitkələnmək”dən f.is. kəpitkələnmək məch. xüs. dan. Kəpitkə ilə qapanmaq, kəpitkə ilə tıxanmaq, bərkidilmək (bax. kəpitkə). kərahət is. [ər.] İyrənmə; nifrət hissi, xoşa gəlməmə; ikrah. kərahətli sif. İyrəndirici, nifrət doğuran, ikrahlı. kəramət is. [ər.]\n1. Alicənablıq, xeyirxahlıq, mərhəmət, səxavət, lütfkarlıq. ..Bəlkə ağanın fəzilətinin kəramət və mərhəmətindən mənim həmşəhərlilərim bibəhrə qalmasınlar. C.Məmmədquluzadə. Kəramət etmək (qılmaq, buyurmaq) köhn. – lütf etmək, bağışlamaq, vermək. [Pəri xanım Vəzirə:] Allah sənə, qızım Şölə xanımdan bir oğlan kəramət eləsin. M.F.Axundzadə. Kəramətə gəlmək – səxavətə gəlmək, əliaçıqlıq göstərmək; lütf etmək.\n2. köhn. Müsəlmanların təsəvvürünə görə, övliyalardan, Allahdan və b. müqəddəslərdən sadir olan bəzi xariqüladə işlər, ecazkar qüvvə, möcüzələr. Pir mənimdir, kəramətini bilirəm. (Ata. sözü). Ağlamaq möminin əlamətidir; Nəbinin dininin xoş adətidir; Əgər bilsən həqqin kəramətidir; Ta gedincə nuri bəsər ağlarsan! M.V.Vidadi. [Xortdan:] Bu pirin kəramətinin nədən ibarət olduğu adından anlaşılır. Ə.Haqverdiyev. kəramətli sif.\n1. Kəramət sahibi, kəraməti olan; mərhəmətli, xeyirxah, lütfkar.\n2. köhn. Möcüzəli, ecazkar. O vaxtdan mənim ağzım olub kəramətli. “M.N.lətif.” Sultanlara, xaqanlara baş əyməyən əsla; Dərviş kəramətli qələndər yenə varmı? Ə.Vahid. kəramətlilik is. Kəramət sahibi olma; mərhəmətlilik, xeyirxahlıq, lütfkarlıq. kərbəlayı is. [İraqda imam Əlinin qəbri olan Kərbəla şəhərinin adından] din. Həmin şəhərə gedib müqəddəs yerləri ziyarət edən adama verilən ad. Möhtərəm adamlara kərbəlayı, məşədi, hacı, xozeyin, fəqət ən böyük adama bu məhəllədə əmi deyirdilər. N.Nərimanov. [Şofer:] Keçmişdə asan yollarla müftə pul qazanan hacılar, kərbəlayılar çox idi. M.Rzaquluzadə. kərçə bax. kərə2. Kərçə qoyun. kərdə bax. kərdi1. Kərdədə, mərzdə nanə; Yaman göz odda yanə. (Ata. sözü). kərdi I. is. Lək. İki kərdi soğan əkmək. Kərdiləri sulamaq. – Tank şumlayan həyətlərin kərdisində; Öz yemini; Külə dönmüş pərdisində; Yuvasını itiribdir. M.Araz. Bu baxçada aş tərəsi əkərdik; Hey su açıb kərdiyə göz dikərdik. Şəhriyar.\n\nII. is. bot. Şaftalı növü. kərdiyar məh.\n1. is. Arpa ilə buğda qarışığı. Arabadakı kərdiyar taxıl onların üzərinə səpələndi. S.Rəhimov. [Qarı:] Təzə buğdanı paylamayıblar, qabağında ölüm! Bu, bildirki kərdiyardı. M.Hüseyn.\n2. sif. mənasında. Dağınıq, çalpaşıq, dolaşıq. Kərdiyar iş. Kərdiyar söz. kərə I. is. Nehrədən yeni çıxmış, əridilməmiş yağ; şit yağ. Camış kərəsi. İnək kərəsi. – Mal mənimdir, belə yeyirəm; Əritmirəm, kərə yeyirəm. (Ata. sözü). Buyur zəhmət çək, atından düş yerə; Varımızdır qımız, çörək, bal, kərə. A.Səhhət. Qızxanım nənə süfrəyə kərə, qoyun qatığı və təzə pendir qoydu. İ.Əfəndiyev.\n\nII. sif.\n1. Qulaqları çox qısa, dımıq, kərçə (qoyun haqqında). Bu anda [Səmədin] gözü başqa bir kəndlinin sağdığı kərə qoyuna sataşdı. M.Hüseyn.\n2. kin. Başı qırxılmış (adam haqqında). Kərə oğlan.\n\nIII. zərf [ər.] Dəfə. İki kərə iki elər dörd. Adama neçə kərə deyərlər. İki kərə getmək. Bir kərə görmək. – Adam adamı bir kərə aldadar. (Ata. sözü). [Müəllim:] Mən sizə bir kərə də demişdim ki, bizim yollarımız başqabaşqadır. S.Hüseyn. • Bir kərə – heç. Görmədik dünyada bir kərə ağ gün; Ciyərimiz yara, sinəmiz dügün! H.K.Sanılı. kərəci is. Bir neçə adamlıq dorlu qayıq. Gəmi, qayıq, kərəci də, kolaz da; Məni heç vaxt incitməmiş bir az da. A.Səhhət. Gecənin qaranlığı şərisində Lənkrud çayı ilə aşağı doğru axan kərəcidə .. oturub dalğın və mükəddər bir halda düşünürdüm. S.Hüseyn. kərəcivan is. məh. Kərəci sürən, kərəcidə işləyən adam; qayıqçı. kərəcivanlıq is. məh. Kərəcivanın işi, peşəsi, məşğuliyyəti; qayıqçılıq. Sarıköynək özünü suya atırsa da öldürə bilməyir. Onu, kərəcivanlıq edən indiki əri ölümdən xilas edir. S.Hüseyn. kərəm I. is. [ər.] köhn. Lütf, mərhəmət, inayət. Kərəm eyləmək. – [Ağa Heydər:] Xudaya, şükür kərəminə! Balalarım, gəlin sizi bağrıma basım. N.Vəzirov. • Kərəm et (qıl) (yalvarış yaxud nəzakət bildirən əski ifadə) – 1) mərhəmət et, rəhm göstər, lütf et. Saqi, kərəm eylə, cam gəzdir; Tutma qədəhi, müdam gəzdir! Füzuli. Ey gözəllər şahı, kərəm et mana; Baxmagilən hərgiz əğyardan yana. M.P.Vaqif; 2) verin, ödəyin. [Məstəli şah:] Xanım, divlərin əlmuzdunu, ənamını kərəm edin! M.F.Axundzadə. Kərəm sahibi (əhli) köhn. – lütfkar, rəhmdil, mərhəmətli, insaflı, alicənab adam haqqında. Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər; İşlənən işlərdə əhkamü ləyaqət görmədim. M.P.Vaqif.\n\nII. “Kərə3” sözünün canlı danışıq dilində işlənən yanlış forması. [Sərçə] üç kərəm balasın suva basıb, alıb tazadan dimdiyinə apardı. (Nağıl). [Böyükxanım:] Bir kərəm sənin yanında üzüaçıq dayanmışammı, səsimi eşitmisənmi? C.Cabbarlı. kərəmi is. mus. Azərbaycan aşıq havalarından birinin adı. Balabançı genə durub gəlir Aşıq Cəfərin yanına, Aşıq Cəfər kərəmi oxuyur. Ə.Haqverdiyev. kərəmli sif. Mərhəmətli, lütfkar, insaflı, rəhmli. Könül qəmgin, ürək dərdli, vərəmli; Səni gördüm səxavətli, kərəmli. Aşıq Ələsgər. Kərəmli padşah, rəhm eylə mana; Al mənim könlümü, yetir canana. Aşıq Rəcəb. kərəmlilik is. Lütfkarlıq, mərhəmətlilik, alicənablıq. kərəmsiz sif. İnsafsız, mərhəmətsiz, rəhmsiz. Səxavət olmayan kəsdə şücaət feli nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi. kərən is. məh. Yonulmamış yoğun ağac, dirək, iri kötük. Evin kərəni sınmışdır. – El yığılsa, kərən sındırar. (Ata. sözü). El bir olsa dağ oynadar yerindən; Söz bir olsa zərbi kərən sındırar. A.Tufarqanlı. Kərəni, pərdəsi hörümçək toru; Deyirlər, kasıbın bilinməz goru. S.Vurğun. • Kərənə dönmək – şişmək. Ayağı kərənə dönübdür. kərənay is. [fars.] köhn.\n1. Nəfəslə çalınan uzun boru şəklində qədim musiqi aləti (adətən təntənələrdə, qələbə bayramlarında çalınardı). Kərənayi-şadiyanə başlandı çalınmağa. M.F.Axundzadə. Vəliəhd atın üstünə qalxdığı zaman yüzlərcə təbil, kərənay və şeypurlar səsləndi. M.S.Ordubadi.\n2. Hislik, dudkeş. kərənayxana is. [fars.] köhn. Kərənayların birdən çalması. Günəş Həməl bürcünə yaxınlaşdığı dəqiqədə .. vurulan kərənayxana Novruz bayramı mərasiminin başlandığını xəbər verdi. M.S.Ordubadi. kərənti bax. dəryaz. ..Merac yenə də kərəntini götürüb ot çalmağa başladı. Ə.Vəliyev. [Şamxal] kərəntini çiyninə alıb, pəncərəsi Kürə baxan evlərinin qənşərindəki cığırla asta-asta yuxarı qalxdı. İ.Şıxlı. kərəntiçi is. Kərənti ilə ot çalan adam; dəryazçı. kərəntiçilik is. Kərəntiçinin işi, peşəsi; dəryazçılıq. kərəntiləmə “Kərəntiləmək”dən f.is. kərəntiləmək bax. dəryazlamaq. kərəntilənmə “Kərəntilənmək”dən f.is. kərəntilənmək bax. dəryazlanmaq. kərəntilik is. Hər dəfədə kərəntinin ağzına gələn miqdar (adətən saylarla). Bir kərəntilik ot. kərəskə is. k.t.\n1. Qoyun damının bir tərəfində quzular üçün ayrılmış yer. Qamışdan düzəldilmiş kərəskə.\n2. bax. arxac. kərəviz is. bot. Çətirçiçəklilər fəsiləsindən 1-2 illik ot-bitki. İki dəstə kərəviz. Xörəyə kərəviz doğramaq. kərəyağı bax. kərə1. kərgədan is. [fars.] zool. Başının qabaq tərəfində bir, ya iki buynuzu olan. Asiyada və Cənub-Şərqi Asiyada yaşayan otyeyən, məməli iri heyvan. Bir keçi qaçıban qurtulsa qurddan; Baxar buynuzuna kərgədan olu. “Koroğlu”. El kömək duranda qula, yoxsula; Onu şir, kərgədan, fil yıxa bilməz. Aşıq Şəmşir. kərim sif. [ər.] Kərəm və səxavət sahibi, lütf və ehsan sahibi, inayətkar; kərəmli, mərhəmətli (çox vaxt Allaha verilən sifətlərdən biri kimi). Ahla-vayla çıxar kasıbın canı; Ölənəcən deyər: – Allah kərimdir. (Ata. sözü). Dəmirçioğlu hey çağırdı kərimi; Dost yolunda qoymuş idim sərimi. “Koroğlu”. kərimlik is. Lütfkarlıq, inayətkarlıq; lütf, kərəm, inayət. [Güllü:] İndi sən acından ölməklə Allah kərimlikdən düşəcək? Ə.Haqverdiyev. kərişkə is. İçi dəlik ağaca geydirilən, ensiz, yastı, gödək, iti polad tiyəsi olan dülgər aləti. kərkə is. zool. Şirin sularda yaşayan, diri bala doğan balıq. kərkəs is. [fars.] zool. bax. keçələkərkəs. Qara kərkəs. Leş kərkəsi. Ağbaş kərkəs. – [Səfər:] Ancaq arabir havada nəş arzusunda gəzən kərkəslərdən savay bir canlı görünmür. Ə.Haqverdiyev. kərki is. Aşağı çevrilmiş enli tiyəsi olan uzunsaplı, yonucu (kəsici) alət. Kərki ağacı yastısına yonar, balta dikinə. (Məsəl). Kərki olub öz tərəfinə yonma; Ərrə ol, iki tərəfə yon. (Ata. sözü). Əlisa .. yarıehtiyatla hərlənib qazmadüsər, bel, balta, kərki, mişar və qeyri karastı toplanmış anbara girdi. S.Rəhimov. // Kərkiyə oxşayan şey haqqında. [Soldatın] tükləri qarışıq, sallaq idi, bunların arasından kiçik kərki çənəsi güclə gözə dəyirdi. Ə.Əbülhəsən. kərkiləmə “Kərkiləmək”dən f.is. kərkiləmək f. Kərki ilə yonmaq. Taxtanı kərkiləmək. Ağacı kərkiləmək. kərkilənmə “Kərkilənmək”dən f.is. kərkilənmək məc. Kərki ilə yonulmaq. Ağac kərkilənmişdir. kərkincək is. zool. Kiçik şahin; tərlan, qızılquş. kərmə bax. gərmə2. [Kəndlilər] qorxularından uşaqları kərmə qalaqlarının içində gizlədib .. deyiblər ki, bizim kənddə heç qədimdən uşaq olmaz. C.Məmmədquluzadə. Şeylərin bir qismini samana və kərməyə, bir hissəsini yağa və pendirə dəyişdik. Ə.Vəliyev. kərpic is. Düzbucaq şəklində qəliblənmiş (bişmiş və ya çiy) gildən hazırlanan tikinti materialı. Kərpic istehsalı. Kərpic kəsmək. Çiy kərpic. Bişmiş kərpic. Qırmızı kərpic. – Bu qala bizim olaydı; Kərpici qızıl olaydı; Yara qonaq gedəndə; Gecələr uzun olaydı. (Bayatı). [Yolçu] şəhər yolundan dönərək kərpic zavoduna yol alır. Mir Cəlal. // Kərpicdən tikilmiş, kərpic döşənmiş. Kərpic ev. Kərpic döşəmə. Kərpic divar. – İmran kişi atını ağaca bağlayıb, kərpic cığırla kolxoz idarəsinə yanaşdı. M.Hüseyn. // dan. Kərpic şəklində olan, kərpicə oxşayan. Kərpic çörək. kərpicarası sif. Tikintidə kərpiclərin arasında olan. Kərpicarası boşluq. Kərpicarası məsafə. kərpicatan is. Tikintidə aşağıdan yuxarıya (bənnaya) kərpic verən (atan) fəhlə; kərpicverən, kərpicçi. kərpicbağlama is. xüs. Tikinti işində kərpicləri düzmə üsulu. kərpicçi is.\n1. Kərpic kəsməklə məşğul olan adam.\n2. bax. kərpicatan. kərpicçilik is. Kərpicçinin sənəti, işi, peşəsi. Kərpicçilik etmək. kərpicxana is. Kərpic hazırlanan, kəsilən yer; kərpic karxanası. kərpici sif.\n1. Bişmiş kərpic rəngində olan; qırmızı. Kərpici parça. Kərpici maşın. Kərpici şal. – Qırıq pəncərələrinin hərəsinin yanında bir dəmir çarpayı qoyulmuş, üstü qırmızı kərpici adyallarla örtülmüşdü. M.İbrahimov.\n2. Kərpic şəklində olan; dama-dama. Aslan .. kərpici dəftərdə süpürgə tüklü bir dəvə .. və bir göyçək dəvə balası çəkdi.. S.Rəhimov. Şəhərin bütün küçələri ya asfaltla, ya da kərpici qara daşlarla döşənmişdir. M.İbrahimov. kərpickəsən sif. Gildən qəlib vasitəsilə kərpic kəsən, hazırlayan. Kərpickəsən fəhlə. – Nazim çıxıb fikirlərini dedi, kərpickəsən maşının modelini, hərəkət cədvəlini də gətirib göstərdi. Mir Cəlal. // İs. mənasında. Təbib də, alim də, kərpickəsən də; Qəlbində yaşadır o böyük günü. S.Vurğun. kərpicqurudan sif. Kərpiclərin qurudulması üçün hazırlanmış (bina, tikinti). Kərpicqurudan anbar. kərpicli sif. Kərpicdən tikilmiş, ya kərpic döşənmiş. Kərpicli küçə. – Qara çiy kərpicli binanın üst balkonunda Həcər aynalını bir parça ağ əsği ilə silib təmizləyirdi.. S.Rəhimov. kərpicverən bax. kərpicatan. kərrat [ər. “kərrə” söz cəmi] köhn.: kərrat ilə – dəfələrlə. Şəhərin böyükləri və başbilənləri kərrat ilə biçarə əhalini məsləhət və məşvərətə toplayırlar. F.Köçərli. [Bahadır] ixtiyarsız Yusifi qucaqladı, sonra Sonanın əllərini tutub kərrat ilə öpdü. N.Nərimanov. Sübhanverdizadə yazdığını kərrat ilə oxudu və son dərəcədə bəyəndi. S.Rəhimov. kərrə [ər.] bax. kərə3. Bir kərrə düşəndə xəbər al badi-səbadan; Saçın həvəsi gör ki, məni saldı nə halə. M.P.Vaqif. [Gülçöhrə:] Bəs sən məni bir kərrə görməklə xoşladın? Ü.Hacıbəyov. [Həmzə:] Adə, bir kərrə de, qız razıdır, vəssalam! C.Cabbarlı. kərt is. Ağac parçasının iki yoğun yeri arasında çuxur, ya qazılmış nazik yer. kərtənkələ is. zool. Uzunsov bədənli, uzun quyruqlu, üstü sərt pulcuqlarla örtülü, iki cüt qısa və zəif ayağı olan sürünən heyvan. Orta məktəbin zoologiya kursunda sürünənlər bəhsində kərtənkələ, ilan, tısbağa və timsahlar haqqında qısa məlumat verilir. C.Cəbrayılbəyli. // məc. Aciz, əlsizqolsuz adam haqqında. [Elxan:] Aqşin, Aqşin, unutma ki, mən udula biləcək bir kərtənkələ deyiləm. C.Cabbarlı. Molla dayı! Oğluma bax sən hələ; Gör nə deyir bircə bu kərtənkələ. Ə.Nəzmi. // məc. Hiyləbaz, əl altından iş görən adam haqqında. İlana ağı verən kərtənkələ. (Məsəl). [Nüşabə:] Ey kərtənkələ, gəl hiyləni burax! Gözünü gizləmə, üzümə dik bax! A.Şaiq. [Rüstəm:] Hara gedirəm, bu kərtənkələ [Qoşatxan] qabağıma çıxır. M.İbrahimov. kərtik is. Kəsici alətlə ağacda, taxtada və s.-də açılan diş, çərtik, nişan. kərtilmə “Kərtilmək”dən f.is. kərtilmək məch. Üzərində kəsici alətlə kərtik açılmaq. Şalban kərtildi. kərtləmə “Kərtləmək”dən f.is. kərtləmək bax. kərtmək1. kərtlənmə “Kərtlənmək”dən f.is. kərtlənmək bax. kərtilmək. kərtmə “Kərtmək1”dən f.is. kərtmək I. f. Kərt, kərtik açmaq. Ağacı kərtmək (ağaca kərt vurmaq, diş-oyuq açmaq).\n\nII. is. Kir, pasaq, çirk, qartmaq. kəs əvəz. [fars.] Şəxs, adam, kimsə. Səxavət olmayan kəsdə şücaət feli nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi. O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlayıb, bəzi bəhanələr ilə məndən qaçıb gedirlər.. C.Məmmədquluzadə. [Məstur:] Yad kəsə bağlıdır bütün yollar; Buna, zənnimcə, bircə tədbir var. A.Şaiq. • Bir kəs – bir adam, kimsə. [Leyla:] Bir kəsim varsa mənim; Harun, yenə sənsən və sən. Ü.Hacıbəyov. [Leyla xanım:] Bir kəs yoxdur, qardaş, təkəm.. N.Vəzirov. [Hacı:] Baxdım, yox idi yaxında bir kəs; Gəldi qulağıma bir həzin səs. C.Cabbarlı. Heç kəs – kimsə, heç kim, bir nəfər də, bir adam da. Otaqda heç kəs yoxdur. Küçələrdə heç kəs yox idi. Heç kəsə bir söz demə. – [Hacı Murad:] ..Heç kəsi buraya qoymazsan. S.S.Axundov. Nə qədər ki, Cavahir atasının evində idi, heç kəs bunun işini təqdir etməyirdi. T.Ş.Simurq. Hər kəs – 1) hər bir adam, hər biri, hər şəxs. Hər kəsdən bacarığına görə, hər kəsə tələbinə görə. // Hamı. Oğul atasının təbiətini hər kəsdən yaxşı bilirdi. S.Rəhimov; 2) kim, hər kim. Xalq ilə hər kəs necə rəftar edər; Haqq onu ol dərdə giriftar edər. A.Səhhət. Hər kəs baxıb həqiqətdə, əncir ağacının dibində şamın yandığını görürdü.. Ə.Haqverdiyev. kəsad bax. kasad. kəsafət is. [ər.]\n1. Natəmizlik, çirkinlik, kirlilik; çirk. [Səlim:] [Zeynalın] çamur və kəsafətini yumaq üçün bir neçə vedrə su lazımdır. S.Hüseyn.\n2. bax. kəsiflik. kəsafətli sif. Çirkli, kirli. Dükan olduqca hisli, kirli, kəsafətli idi, burada nəfəs almaq belə mümkün deyildi. M.S.Ordubadi. [Qonağın] kəsafətli boynu və yaxası nəzərdiqqəti cəlb edirdi. S.Hüseyn. kəsalət is. [ər.] Fəaliyyətsizlik, hərəkətsizlik; ölgünlük, süstlük, əzginlik, kefsizlik. Çox yatmaq kəsalət gətirər. (Ata. sözü). Bu nə heyrət, bu nə xəcalətdir; Səndə, axır, bu nə kəsalətdir? S.Ə.Şirvani. Nə kəsalətlə iş görürsən sən; Niyə bunca ağır hörürsən sən? M.Ə.Sabir. Dağıldı qəmləri, üzləri güldü; Bayaqkı kəsalət tamam töküldü. H.K.Sanılı. • Kəsalət basmaq – ağırlaşmaq, süstləşmək, tənbəllik basmaq. Hacı Mirzə Əhməd ağadan ayrılandan sonra məni bir kəsalət basıb, daha cənnəti səyahət etmək həvəsindən düşdüm. Ə.Haqverdiyev. kəsalətli sif. Ölgün, süst, kədərli, soyuq. Məclisimiz çox kəsalətli və kədərlidir, – dedi. M.S.Ordubadi. Uryadnik Qulu .. kəsalətli gözlərini Zeynal bəyə döndərdi.. Çəmənzəminli. kəsalətlilik is. Ölgünlük, süstlük, soyuqluq. kəsb is. [ər.]\n1. Çalışıb qazanma və bunun nəticəsində əldə edilən qazanc, gəlir. Atanın kəsbi oğula halaldır. (Ata. sözü). [Tarverdi:] Belə adamlar da var dünyada? Yaxşı, kəsbimiz nədir? M.F.Axundzadə. İsmayılov .. öz kəsbi ilə özünü və ailəsini bir növ dolandırırdı. Ə.Haqverdiyev. • Kəsb etmək (qılmaq) – 1) çalışıb qazanmaq, gəlir götürmək. Derlər otur evdə, nədim kasibəm; Kəsb eləməzsəm, qazana bilmirəm. M.Ə.Sabir; 2) əldə etmək, qazanmaq, öyrənmək. Hər vilayətdə var beş-on məktəb; Edirik kəsb onda elmü ədəb. S.Ə.Şirvani. Getdikcə Mehman daha artıq iş təcrübəsi kəsb edir, ciddiyyətlə işə girişirdi. S.Rəhimov. Mehriban üçün həyat yeni böyük bir məna kəsb etməyə başlayırdı. H.Seyidbəyli.\n2. bax. kəsbkarlıq. [Hacı Qara:] A qardaş, mən dinc, farağat, kəsb əhliyəm. M.F.Axundzadə. Hansı bir kəsbə yanaşdım ki, yar olsun tale; Sən çıxıb qarşıma, hər ləhzədə oldun mane. A.Səhhət. [Məşədi Əsgər] hələ on iki yaşında olduğu halda kəsb üçün Bakıya gəlib, neft gəmilərinin birisində muzdurluğa başlamışdı. S.Qənizadə. • Kəsb etmək köhn. – yaşamaq üçün bir sənət, peşə, işlə məşğul olmaq. Kəsb etmədi, cib kəsmək adət etdi; Quldur oldu, ev kəsdi, qarət etdi. A.Səhhət. kəsbkar is. [ər. kəsb və fars. kar] köhn.\n1. Peşə, sənət, iş, məşğuliyyət. Yenə də xalqı torpağından, tarlasından, kəsbkarından ayırmaq lazım gələcəkdir. M.S.Ordubadi. Hərənin bir peşəsi, kəsbkarı var. Mir Cəlal.\n2. Kəsbkarlıqla məşğul olan adam; zəhmətkeş, əməkçi. kəsbkarlıq is. Yaşamaq üçün pul qazanmaq məqsədilə bir işlə, bir peşə ilə məşğul olma; məşğuliyyət, sənət, peşə. Kəsbkarlıqdan əlin çıxdı, usan! Ər olan yerdə, görüm yox olasan! M.Ə.Sabir. [Tacir Məcnuna:] Burax atın cilovunu, yolçapan! Halal kəsbkarlığım oğurluq niyə olur? Ə.Məmmədxanlı. • Kəsbkarlıq etmək (eləmək) – yaşamaq üçün bir işlə, bir peşə ilə məşğul olmaq. [Hacı:] Ay müsəlmanlar, axı bu nə işdir, niyə qoymursunuz kəsbkarlığımızı eləyək? Mir Cəlal. kəsdirilmə “Kəsdirilmək”dən f.is. kəsdirilmək “Kəsdirmək”dən məch. kəsdirmə “Kəsdirmək”dən f.is. kəsdirmək 1. icb. Başqasına kəsmək işi gördürmək. Şalbanın başını kəsdirmək. Ağacı kəsdirmək. İtin quyruğunu (qulağını) kəsdirmək. Meşəni kəsdirmək. Meynələri kəsdirmək. – [Səfər bəy:] Kəsdirəcəyəm qoyunu, bişirdəcəyəm kababı. B.Talıblı. [Səkinə Rüstəmə:] Özün deyirsən ki, stol açacağam, qoyun kəsdirəcəyəm, düyü islatdıracağam. M.İbrahimov.\n2. f. Bir yerdə dayanıb gözləmək, dayanıbdurmaq, durub əl çəkməmək. Aslan isə, vaxt keçir, deyə, obaşdan gedib vağzalı kəsdirib oturdu. C.Cabbarlı. [Zərifə:] Sabah tezdən maarif şöbəsinin qapısını kəsdirdim. T.Ş.Simurq. Nədənsə [Hacı Sultanı] yenə nikbət tutdu. Alacaqlılar qapısını kəsdirdilər. S.Hüseyn. • Yanını kəsdirmək – birinin yanından əl çəkməmək, daim yanında olmaq. Xəstənin yanını kəsdirmək. – [Ağcaqız:] Şahsənəm düz bir saatdır ki, kəsdirib yanını, ayılmayırsan. “Aşıq Qərib”. [Kərəm:] Kəsdirəydim yastığının yanını; Bir tutaydım kirpiyinin sanını. “Əsli və Kərəm”. Qulu səhər tezdən mədənin yanını kəsdirmişdi. A.Şaiq.\n3. icb. Verməyə qoymamaq, davam etdirməyə mane olmaq, icazə verməmək, saxlamaq. Təqaüdünü kəsdirmək. Qazı (suyu, işığı) kəsdirmək.\n4. icb. Sifarişlə bir şey hazırlatmaq. [Koroğlu:] Əzəldən bilsəydim sənin halını; Əşrəfidən kəsdirərdim nalını. “Koroğlu”.\n5. icb. Biçdirmək. Paltarlarını kəsdirmək.\n6. icb. Çəpərlətmək, hasarlatmaq, aranı çəpər (hasar, barı) ilə böldürmək. Aranı kəsdirmək.\n7. f. Qəti qərara gəlmək; müəyyənləşdirmək. Ezamiyyətə getməyi kəsdirdi. – Beləcə aydın bir mühakimədən sonra Qurbanlı öz aləmində Ruhnəvazla evlənməyi kəsdirdi. Çəmənzəminli. // Təxmin etmək, başa düşməyə çalışmaq. İndi o və mən bir-birimizin gözlərinə baxıb, kimin sözə başlayacağını kəsdirmək istəyirdik. H.Nəzərli.\n8. f. köhn. Sünnət etdirmək. Uşağı kəsdirmək. ‣ Kəsdirə bilməmək – müəyyən edə bilməmək, qətiləşdirə bilməmək; təxmin edə bilməmək, qərara gələ bilməmək. Ulduz bunun nə demək olduğunu, hara düşdüyünü kəsdirə bilmədi. Ə.Məmmədxanlı. Qız .. [Adiləyə] nə cavab verəcəyini, onunla nə tərzdə danışacağını kəsdirə bilmədi. Q.İlkin. kəsə 1. sif. Ən yaxın, ən qısa. Kəsə cığır. – [Qız] cəld taxçadan cunayı yaylığını götürüb özünü çölə saldı, kəsə yolla meşəyə doğru yüyürməyə başladı. Ə.Məmmədxanlı. Bir azdan zəmilər arası ilə salınmış tozlu kəsə yolda bir yük maşını göründü. Q.İlkin. Dağların başından aşdı piyada; Yolu kəsə getdi, yolu qısaltdı. B.Vahabzadə. • Kəsə gəlmək – kəsə (qısa) yolla gəlmək. Bu dağdan kəsə gəldi; Yolları kəsə gəldi; Sübhün səsi ucaldı; Ellər də səsə gəldi. (Mahnı).\n2. zərf Qısa, müxtəsər, yığcam. Kəsə danışmaq. – [Hümmət:] Təbliğat yox, Yusif, sözümə kəsə cavab ver. B.Bayramov. • Kəsə eləmək – qısaltmaq, qısa eləmək, müxtəsər eləmək. [Şahmar] ona görə də söhbətini kəsə eləyib, ev sahiblərinin harada olduğunu soruşmaq istədi. B.Bayramov. kəsəb is. köhn. Müxtəlif alətləri qoymaq üçün dəridən və s.-dən düzəldilən, xüsusi gözləri olan qab, alət. Kərbəlayı Qulu qurtarıb ülgücü belindəki qayış kəsəbinə qoydu. Çəmənzəminli. kəsəbə is. [ər. “kasib” söz cəmi] köhn. Zəhmətkeş, fəhlə, peşəkar, sənətkar; ümumiyyətlə, kəsbkarlıqla dolanan adam. Hər vilayətdə var beş-on kəsəbə; Əlli min seyyidü axund, tələbə. S.Ə.Şirvani. kəsəbəlik is. köhn. Fəhləlik, peşəkarlıq, sənətkarlıq, kəsbkarlıq. kəsək is. Quruyub bərkimiş palçıq yumrusu. Kəsəkləri əzmək. – Kəsək oturub daş üçün ağlayır. (Ata. sözü). Ayaqlarım yalın olduğuna görə yolun quru kəsəkləri məni incitdi. A.Divanbəyoğlu. Tahirlə yanaşı gedən İmran kişinin ayaqları kəsəklərə dəydikcə elə bil daşa dəyirdi. M.Hüseyn. • Kəsək kimi – bərk. Kəsək kimi quru cad çörəyi [Arazı] doyurmadı. A.Şaiq. Varlığı daş kimi, kəsək kimi sərt; Bir insan eşqilə gülməyənlər var. S.Vurğun. kəsəkdöyən is. Kəsək əzən alət. Kəsəkdöyənlə kəsəkləri əzmək. – Qurutəzən, kəsəkdöyən, öz malımızdır, dustan! O qəviheykəl qazan Samü Nəriman malıdır. M.Ə.Möcüz. kəsəkəs is. Kütləvi qırğın, qılıncdan keçirmə. Lələ yerin Arqalı; Mələməz ay arqalı; Kəsəkəs meydanında; Namərd qaçar, ər qalı. (Bayatı). Eləysə, ah, eləysə, bəs bu kəsəkəs neçin? Qılınc verib əlinə şahla sultan bəs neçin? B.Vahabzadə. kəsək-küsək top. Kəsək-kəsək halında olan torpaq. [Maya:] Tülkü, çaqqal mənə nə edəcək? Nə çox kəsək-küsək, götürüb çırparam təpəsinə. M.İbrahimov. kəsəkləşmə “Kəsəkləşmək”dən f.is. kəsəkləşmək f. Kəsək olmaq, kəsəyə çevrilmək, qalıb kəsək halında bərkişmək. Palçıq qalıb kəsəkləşdi. kəsəkli sif. Kəsəyi çox olan, kəsəklə dolu, kəsəklərlə örtülü. Kəsəkli yol. – ..Tehrandan gələn boz maşın Qəzvinin tozlu və kəsəkli küçələrinə daxil oldu. M.İbrahimov. Bayram .. kəsəkli cığıra burulanda yaxın evlərdən qalxan itlər ağız-ağıza verib hürüşdülər. M.Hüseyn. kəsəklik is. Kəsək çox olan yer (yol və s). kəsən f.is. hənd. Əyrini iki və ya bir neçə nöqtədə kəsən düz xətt. • Kəsən (kəsici) diş(lər) – ağzın ön tərəfində olan ön diş(lər). kəsər is.\n1. Hər hansı bir kəsici alət. Atam hazırlanır əlində kəsər; Toyuq banlayanda başı kəsilər. S.Vurğun. // Soyuq silah. Yoxdur onun əllərində; Heç bir kəsər, heç bir silah. M.Dilbazi.\n2. Kəsmə qabiliyyəti; kəsicilik, itilik. Bıçaqda kəsər qalmayıb. – Zavallı, silahsız və kimsəsiz həbəşlərin boynunda faşist cəlladları öz qılıncının kəsərini yoxlayırdı. M.İbrahimov.\n3. məc. Təsir qüvvəsi; güc, qüvvət. Sözün kəsəri yoxdur. – Ala gözlərində kəsər qalmadı; O şaqraq səsindən əsər qalmadı. Ə.Cavad. [Tərxan:] Hanı onlarda o kəsər, o hünər? Yüzünü bir əliağaclı yenər. A.Şaiq.\n4. Kəsərlə şəklində zərf – qətiyyətlə. Muxtar da eyni qətiyyət və kəsərlə Gəldiyevin üzünə baxdı və dedi.. Mir Cəlal. ‣ Kəsərdən düşmək – 1) kütləşmək, korşalmaq. Dəhrə kəsərdən düşüb, itiləmək lazımdır; 2) məc. təsirini itirmək, gücdən (təsirdən) düşmək, təsiri olmamaq, öz kəskinliyini itirmək. Sözü kəsərdən düşüb. kəsərli sif.\n1. Yaxşı kəsən, iti. Kəsərli alət. Kəsərli bıçaq. Kəsərli xəncər. – Ortadan kəsərli, qəbzəsi qanlı; İstərəm indidən çalhaçal ola! “Koroğlu”.\n2. Düz vuran, yaxşı atan. Kəsərli tapança. – Kəsərli silah quldurun əlinə keçəndə, vay doğru və düz vətəndaşların halına! M.İbrahimov. Mən, cavan oğlanın belə kəsərli tüfənginin nə tüfəng olduğunu bilmək üçün alıb baxdım. M.Rzaquluzadə.\n3. məc. Təsirli, kəskin, inandırıcı. Kəsərli danışıq. Kəsərli nitq. Kəsərli dəlil. – Qələmin axtarır ayrı bir peşə; Elə ki, kəsərli söz tapa bilmir. M.Araz. ‣ Kəsərli nəfəs – gəlişindən, danışığından yaxşılıq gözlənilən adam haqqında. Deyirlər sənin çox kəsərli nəfəsin var. “M.N.lətif”. [Qızlar:] Səni görüm, nəfəsin kəsərli olsun. Mir Cəlal. kəsərlilik is.\n1. Kəsərli olma; itilik. Baltanın kəsərliliyi.\n2. məc. Təsir, güc, kəskinlik. Sözün kəsərliliyi. kəsərsiz sif.\n1. Kəsəri olmayan, iti olmayan; küt. Kəsərsiz balta.\n2. məc. Gücü, təsiri olmayan və ya az olan. Kəsərsiz söz. Kəsərsiz tənqid. – Onlar oynadıqca istedadıyla; Əql evi boş olur, sözü kəsərsiz; Döşünə döysə də alim adıyla; Yaşayır əsərsiz, ölür əsərsiz... S.Vurğun. kəsərsizlik is.\n1. Kəsəri, itiliyi olmama; kütlük.\n2. məc. Gücü, təsiri olmama və ya az olma. Tənqidin kəsərsizliyi. kəsərti is. Kəsər, alət (bıçaq, balta, xəncər və s.). Yanında bir kəsərti yoxdur. kəsəsinə zərf Kəsə yolla, qısa yolla. Kəsəsinə getmək. kəsəyən is. zool. Qabaq dişləri yaxşı inkişaf etmiş, gəmiricilər dəstəsindən çölsiçanı. Anbar kəsəyənsiz olmaz. (Ata. sözü). Bir tısbağa, bir kəsəyən, bir qarğa; Yoldaş olmuşdular bundan qabağa. Q.Zakir. kəshakəs is.\n1. Kütləvi şəkildə kəsmə, doğrama: qırıb-tökmə, kəsib-tökmə.\n2. məc. dan. Ağalıq etmə, vurub dağıtma, hökmranlıq (yalnız mənfi mənada). Bu xəbər açıqcasına hacının yüzbaşılığından, kəshakəs vaxtından verilirdi. Mir Cəlal. Oğrular, əyrilər kəshakəsdədir: Tale cəllad kimi hər gün qəsdədir. H.Arif. kəsici sif.\n1. Kəsən, kəsə bilən hər şey. Kəsici alət. Kəsici maşın. // İti, itilənmiş, yaxşı kəsən. Kəsici mişar. • Kəsici dişlər – ağızın qabaq tərəfində olub yeyiləcək şeyi kəsən dişlər. // İs. mənasında. Kəsən alət. Kəsicini itiləmək.\n2. məc. Şiddətli, bərk, çox təsirli. Kəsici külək (şaxta). – Qılınc kimi kəsici şaxtanın şiddətilə; İştə çürük bir ağac cansız uzandı yerə. M.Müşfiq. Havada kəsici bir sazaq olduğundan dəmir peçi də qalatdırmışdım. M.İbrahimov. kəsicilik is.\n1. Kəsici şeyin hal və keyfiyyəti; itilik.\n2. məc. Şiddət, təsirlilik, təsir qüvvəsi. kəsif sif. [ər.]\n1. Qalın, qəliz, qatı, qeyrişəffaf, tutqun. Gilanın üzərində qalın bir sis, günəşin ziyasına mane ola biləcək kəsif bir kölgə vardı. S.Hüseyn. Ətrafı kəsif bir duman bürüdü. H.Nəzərli.\n2. Ağır, boğuq, nəfəsi çətinləşdirən; ağır və pis qoxuyan; kəsafətli. Firidun məhbəsin ağır və kəsif havasına heç cür alışa bilmirdi. M.İbrahimov. Adamların burnunu və boğazını acışdıran kəsif çürüntü iyi ətrafı bürümüşdü. P.Makulu. [Xəlil Mirzə] maxorka tüstüsündən və kəsif havadan bir dəqiqə də olsun çimir eləyə bilmədi. Q.İlkin.\n3. Natəmiz, pinti. kəsifləşdirilmə “Kəsifləşdirilmək”dən f.is. kəsifləşdirilmək məch. Qəlizləşdirilmək, qatılaşdırılmaq, tutqunlaşdırılmaq. kəsifləşdirmə “Kəsifləşdirmək”dən f.is. kəsifləşdirmək f. Kəsifliyini artırmaq, kəsif etmək; qatılaşdırmaq, qəlizləşdirmək, tutqunlaşdırmaq. kəsifləşmə “Kəsifləşmək”dən f.is. kəsifləşmək f. Kəsif olmaq, kəsifliyi artmaq; qatılaşmaq, tutqunlaşmaq, qəlizləşmək. Kəsifləşən (f.is.) qaranlıqda onlar artıq ağır-ağır qalxır, çox vaxt qarşılarına çıxan meşəliklərdə cığırı itirirdilər. Ə.Məmmədxanlı. Axşamın məxmər qaranlığı getdikcə kəsifləşir. İ.Əfəndiyev. kəsiflik is. Qatılıq, qəlizlik, tutqunluq; qeyri-şəffaflıq. Havanın kəsifliyi. kəsik 1. sif. Kəsilmiş halda olan, iti bir şeylə kəsilib yaralanmış, cızılmış. Kəsik üz. Kəsik dəri. – Şaxta kəsik yerə daha bərk təsir edir. Mir Cəlal.\n2. sif. Kəsilmiş, kəsilib götürülmüş, kəsilib atılmış. Kəsik barmaq (bilək). – Kəsik baş söyləməz. (Məsəl). [Əvvəlinci:] Malların əgər nişanları lazımsa deyim: – Birinin buynuzu qaradır, özü də arıq, qulağı kəsikdir.. N.Nərimanov. [Qızıl it] ..kəsik qulaqlarını oynadaraq qalın, boğuq səsi ilə hürər, nəşəmi pozardı. A.Şaiq. Kəndin qənşərinə çatanda Ataşın gözü birdən boz eşşəyin kəsik qulağına sataşdı.. Ə.Vəliyev.\n3. sif. Kəsilib qısaldılmış, gödəldilmiş. Kəsik hörük. – [Qızın] sarı kəsik saçı xələtin yaxasına tökülmüşdü. Ə.Əbülhəsən.\n4. is. Yarıq, kəsilmiş, tikilməyib açıq qoyulmuş yer (paltar və s.-də). Pencəyin kəsiyi. Tumanın kəsiyi.\n5. is. Bir şeyin yaralaya (kəsə) biləcək qırığı, sınığı, parçası, tikəsi, hissəsi. Stəkan kəsiklərini yığmaq. Şüşə kəsiyi. // Qırıq, tikə, kəsilmiş parça. Ağac kəsiyi. – Ağa əlini yanına atıb odun kəsiyini götürdü. S.Rəhimov.\n6. sif. Qırıq, kəsik-kəsik, uzun sürməyən, davam etməyən. Kəsik fit. Kəsik səs. – ..Ağılların qapısını kəsmiş itlərin kəsik hürüşləri gecənin qara pərdəsini yırtıb uzağa gedirdi. M.İbrahimov. Salon sakit, fəqət hərdən; Gəlir kəsik hıçqırıqlar. B.Vahabzadə.\n7. is. xüs. Boru və s. şeylərin kəsilmiş yeri. Borunun kəsiyi.\n8. is. tar. Çar Rusiyasında 1861-ci ildə təhkimçilik hüququ ləğv edildikdən sonra kəndlilərə verilən kiçik torpaq hissəsi; nadel.\n9. sif. məc. dan. Sahibsiz, başsız, yiyəsiz (uşaq, qadın haqqında). Kəsik uşaq. Kəsik qız. Kəsik qadın. // İs. mənasında. Öz kəsiyimizdir. kəsik-kəsik zərf Qırıq-qırıq, ara verərək, aramla. Ancaq məhkəmə salonundan bu qayda ilə çıxan kəsik-kəsik xəbərlər heç kəsi təmin edə bilməyirdi. T.Ş.Simurq. .. [Uşaq] kisədən bir ovuc dən götürüb həyətə səpdi və kəsik-kəsik fit verdi. M.Rzaquluzadə. Hardasa lap yaxında, deyəsən buxarının yanında, divardakı yarıqlardan birində gizlənmiş qarafatma kəsik-kəsik oxumağa başladı. İ.Şıxlı. • Kəsik-kəsik etmək (eləmək) – doğramaq, parçalamaq, hər tərəfini (yerini) kəsmək. Parçanı kəsik-kəsik eləmək. Şüşə əlimi kəsik-kəsik etdi. kəsik-küsük top. dan. Kəsiklər, kəsik parçalar. kəsikli sif. Kəsiyi olan. Kəsikli pencək. kəsiklik is. Kəsik şeyin halı, kəsikli olma. kəsiksaç (=kəsiksaçlı) sif. Saçı kəsilmiş, qısaldılmış, gödəlmiş. Kəsiksaç qadın. – Ağ xələtli, kəsiksaç bir qız, əlində kiçik bir yol çantası maşından düşdü. M.Hüseyn. kəsiksaçlı (=kəsiksaç) sif. Saçı kəsilmiş, qısaldılmış, gödəlmiş. Kəsiksaç qadın. – Ağ xələtli, kəsiksaç bir qız, əlində kiçik bir yol çantası maşından düşdü. M.Hüseyn. kəsili sif. Kəsiyi olan; kəsilmiş. Kəsili qol. kəsiliş is. Kəsilmə tərzi; kəsilmə. Layın geoloji kəsilişi. – Sahənin geoloji kəsilişi müəyyən edilmiş mexaniki xassələr vasitəsilə dəqiqləşdirilir. S.Quliyev. kəsilişmə “Kəsilişmək”dən f.is. kəsilişmək qarş. Hesablarını bitirmək, bir-biri ilə hesablaşıb, şərtləşib qurtarmaq; üzülüşmək. kəsilmə “Kəsilmək”dən f.is. Cəlil ceyranın kəsilməsinə razı olmadı. M.Hüseyn. Planın dolmamasının səbəbi tez-tez elektrik enerjisinin kəsilməsi olmuşdu. Ə.Əbülhəsən. kəsilmək 1. “Kəsmək”dən məch. Taxta kəsildi. Barmağı kəsilmək. Qardan yol kəsilmişdir. Qoyun kəsilmək. Telefon (qaz) kəsildi. Meynələr kəsilib. Kərpic kəsilmək. Pul kəsilmək.\n2. f. Bitmək, qurtarmaq, sakitləşmək. Molla gəlib mağaraya çatana qədər yağış kəsilir. “M.N.lətif.” Həmin saat külək və qar kəsildi. M.Rzaquluzadə. // Daha eşidilməmək, gəlməmək (səs və s. haqqında). Quşlar uçdu, əkildi; Vay, səsləri kəsildi. A.Səhhət. Doğrudan da azca keçməmiş qanlı boğuşma və hürüşmələr yavaşıdı və nəhayət kəsildi. M.İbrahimov. Mahnı kəsildi, küçədə sükut əmələ gəldi. S.Rəhman. // Sona çatmaq, qurtarmaq, bitmək. Müharibə kəsildi. Mübahisə kəsildi. // Kəsmək, toxtamaq. Ağrı kəsildi. Yaranın qanı kəsildi.\n3. məch. köhn. Sünnət edilmək.\n4. məch. Cəza təmin edilmək. Cərimə kəsilmək. – [Əsəd bəy:] Aydəmirə vur-tut beş il kəsilmişdir. C.Cabbarlı. • İş kəsilmək – məhkəmənin hökmü ilə müqəssirə müəyyən il həbs cəzası verilmək. [Bəhmən Xəlilə:] Niyə sənə bu qədər iş kəsiblər? Səkkiz il çox deyil? İ.Məlikzadə.\n5. məch. Yarılmaq, oğurlanmaq. Ev kəsilib.\n6. məch. dan. İmtahanda hər hansı bir fəndən pis qiymət almaq, imtahandan keçməmək. İmtahandan kəsilmək. Kimyadan kəsilmək.\n7. f. Məhrum olmaq (qalmaq), tamamilə tükənmək. Taqəti kəsilmək. İştahası kəsilmək. Südü kəsilmək. – Babək əlində şam, təkbaşına ağır və yorğun addımlarla Cavidan qəsrinin yeraltı qatına düşdü. Zirzəmiyə enən daş pilləkən başında sanki taqəti kəsildi.. Ə.Məmmədxanlı. // Bir şeydən qalmaq, artıq edə bilməmək. Yeməkdən kəsilmək.\n8. Bir sıra isimlərlə birləşərək mürəkkəb fel və ifadələr düzəldilir; məs: ayağı kəsilmək, əli kəsilmək, çarəsi kəsilmək, düşmən kəsilmək. kəsilə-kəsilə zərf Sıxıla-sıxıla, utanautana, çəkinə-çəkinə. Kəsilə-kəsilə cavab vermək. – Kəsilə-kəsilə danışır Gülnaz: – Xanlıqda işləyib, olmuşdum pərvaz. H.K.Sanılı. ‣ Kəsilə-kəsilə qalmaq – bir şey edə bilmədiyi üçün daxili əzab və iztirab keçirmək, qovrula-qovrula qalmaq. Məktubu oxuduqda qanım başıma vurdu, kəsilə-kəsilə qaldım. M.S.Ordubadi. kəsim is.\n1. Kəsmək işi; kəsmə, kəsiliş, kəsiş.\n2. Biçim, tərz, şəkil. Gözüm qaldı siyah teldə; Bülbül öldü meyli güldə; Bir kəsim yox qürbət eldə; Sən mana qəmxar ol, yaylaq! Aşıq Ələsgər.\n3. Kəsilmiş, müəyyən edilmiş, qərarlaşdırılmış, təyin edilmiş miqdar, norma. kəsinti is. Kəsilmiş parça; qırıntı, qırıq. Ağac kəsintisi. – [Xanpərvər bəyim:] ..Elə adamlara mən qızımın kəsinti dırnağını da qıymaram verim! N.Vəzirov. kəsir I. is. [ər.]\n1. Nöqsan, çatışmazlıq, çatışmayan cəhət, şey; naqislik, əgər-əskik. İşdə kəsir çoxdur. Tərbiyə işindəki kəsir. – [Gülzar:] .. Hər şeyim var, şükür Allaha, heç bir zaddan kəsirim yoxdur. S.S.Axundov. Bir nəğmə qoşmadım hələ mən sənə; Dağlar bunu mənə kəsir sanmasın. B.Vahabzadə. // Planın və s.-nin yerinə yetirilməsində natamamlıq, gerilik, naqislik, çatışmazlıq. Tresti kəsirdən qurtarmaq üçün birinci növbədə müşavirə və nitqləri ixtisara salmaq lazımdır. M.Hüseyn. Pambıq planını kəsirdə qoymayacağıq. Mir Cəlal.\n2. Zərər, ziyan: çatışmayan hissə, əskik. [Cavahir:] Bikə dedi ki, .. Ağcanın ürəyi sınıqdı. Onun taylarının dörd-beş uşağı var... Sandığım doludu, qızın heç nədən kəsiri yoxdu. İ.Məlikzadə.\n3. Kəsirlə şəklində zərf – natamam şəkildə, tam olmayaraq, tələb olunandan az. Tapşırığı kəsirlə yerinə yetirmək.\n\nII. bax. kəsr. kəsirli sif.\n1. Çatışmayan, natamam cəhəti olan, normadan az olan. // Nöqsanlı, əskik, naqis.\n2. Zərərli, ziyanlı. kəsirlilik is. Nöqsanlılıq, naqislilik. kəsirsiz sif. Kəsri olmayan; nöqsansız, qüsursuz. kəsirsizlik is. Nöqsansızlıq, tamlıq. kəsişmə “Kəsişmək”dən f.is. kəsişmək 1. f. Bir nöqtədə bir-birini kəsmək, bir-birinin üstünə düşmək. Məftillərin kəsişdiyi yer. Dəmiryol xətləri kəsişmir. Yolların kəsişdiyi nöqtədə. – Tavandan təkəmseyrək elektrik fanarları asılmışdı. Onların içində ildırım zolaqları kimi kəsişən işıq telləri şəhərin elektrik stansiyasının motor səsinə uyğun olaraq gah şiddətlənir, gah da öləziyirdi. İ.Şıxlı.\n2. f. riyaz. Bir-birini qət etmək, kəsmək. Kəsişən (f.is.) xətlər.\n3. qarş. məc. Razılığa gəlmək, müəyyən bir qərara gəlmək; razılaşmaq, uzlaşmaq. Qiymətdə kəsişmək. – [Hacı Rüstəm] bazara gündə yüz taks qoysunlar, danışıb kəsişməsə idi, yarım girvənkə soğan da almazdı. Ə.Haqverdiyev. kəski I. is. tex. Kəsici ağzı olan, kəsməyə yarayan alət, həmçinin bu alətin əsas kəsən hissəsi; kiçik balta.\n\nII. is. köhn. Qaçaq-quldur tərəfindən çıxış yolu tutulmuş yer. Kəskiyə düşmək. Kəskidən qurtarmaq. kəskin sif.\n1. İti. Kəskin qılınc. – Meydan görmüş atı olsa; Zülfüqarı kəskin olur. “Koroğlu”. Müharibə günündə kəskin bir silah olur; Mənim əlimdə qələm. S.Rüstəm.\n2. məc. Şiddətli, güclü, təsiredici. Havada kəskin şaxta olmasa da, soyuq bir külək vardı. M.İbrahimov.\n3. Çox güclü, şiddətli. Fərş eylədiyim sinəmi hər gün qədəmində; Kəskin təməim süfrədəki nanın üçündür. M.Ə.Sabir. Onun solğun yanaqlarında qəribə bir qızartı, gözlərində isə kəskin parıltı qaynayırdı. Ə.Əbülhəsən.\n4. Hiss orqanlarına güclü təsir edən; qıcıqlandırıcı. Kəskin qoxu. Ətrin kəskin iyi. Günəşin kəskin şüaları. // Güclü, çox bərk. Kəskin ağrı. Kəskin sızıltı. // Sürətlə və güclü keçən, daimi olmayan (xəstəliklər haqqında).\n5. məc. Aydın, olduqca yaxşı nəzərə çarpan, görünən. Üzün kəskin cizgiləri. Kəskin boya. Kəskin nəzərə çarpmaq. // Birdən-birə baş verən, çox böyük, ciddi. Kəskin dəyişiklik. Havalar kəskin surətdə soyudu.\n6. Gərgin, ağır. Kəskin vəziyyət. Münasibət kəskindir.\n7. məc. Qaba, kobud, nəzakətsiz, incəlikdən məhrum. Kəskin cavab. Kəskin söz (ifadə). Çox kəskin (z.) danışmaq. // məc. Sərt, amansız, qəti, təsirli. Kəskin tənqid. Əsərə kəskin rəy vermək.\n8. məc. Nüfuzedici, iti. Kəskin baxış. – Kəskin nəzərlə baxmaq.\n9. məc. Çox inkişaf etmiş, çox incə, çox həssas; iti (qulaq, göz, hafizə və s. haqqında). Çox kəskin hafizəsi var. // məc. Ağıl, zəka, idrak haqqında. Kəskin zəkası var. Uşağın çox kəskin zehni var.\n10. məc. Qəti, tərəddüdsüz. Məsələ kəskin (z.) qoyulur. – Araz bu sözləri o qədər qəti və kəskin bir səslə dedi ki, Əlisəfa .. artıq bir söz demədi. A.Şaiq. Gözəl simalı, qəti baxışlı və kəskin sözlü bu gənc hamının hüsntəvəccöhünü qazandı. Çəmənzəminli. kəskinləşdirilmə “Kəskinləşdirilmək”dən f.is. kəskinləşdirilmək “Kəskinləşdirmək”dən məch. Məsələ (vəziyyət) daha da kəskinləşdirilmişdir. kəskinləşdirmə “Kəskinləşdirmək”dən f.is. kəskinləşdirmək f. Daha da kəskin etmək; gərginləşdirmək. Münasibəti kəskinləşdirmək. kəskinləşmə “Kəskinləşmək”dən f.is. kəskinləşmək f.\n1. İtilənmək.\n2. məc. Daha da şiddətlənmək, artmaq, güclənmək. Şaxta bir az da kəskinləşmişdi. M.İbrahimov.\n3. məc. Daha da kəskin olmaq, gərgin olmaq; gərginləşmək. Münasibətləri kəskinləşdi. kəskinlik is.\n1. Kəsici şeyin xassə və keyfiyyəti; itilik. İnsan, qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz. M.S.Ordubadi.\n2. Kəskin şeyin hal və keyfiyyəti, xassəsi. Qoxunun kəskinliyi. Ağrının kəskinliyi. Vəziyyətin kəskinliyi. Cavabın kəskinliyi. Tənqidin kəskinliyi. Sözün (ifadənin) kəskinliyi. Soyuğun (küləyin) kəskinliyi. Şüanın kəskinliyi. Zəkanın (zehnin) kəskinliyi. Hafizənin kəskinliyi.\n3. Kəskinliyi ilə şəklində (bəzən “bütün” sözü ilə) zərf mənasında – çox güclü surətdə, aydın surətdə, kəskin surətdə. [Qətibə Nizaməddinə:] Çox təəssüf edirəm ki, mən Hüsaməddinlər kimi avam və sadə adamlarla iş görürəm. İnsan, qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz. M.S.Ordubadi. kəsmə I.\n1. “Kəsmək”dən f.is. [Cahangir ağa:] Pəricahan, atanın bizim tərəfə gəlməyinə ümidim yoxdur, çünki həmişə buyurmada, vurmada, kəsmədə ömür sürmüş. S.S.Axundov. • Kəsmə əlifba – tədris məqsədi ilə müxtəlif formalarda kəsilmək üçün düzəldilmiş əlifbadan ibarət əyani vasitə. Bəzi məktəblərimizdə uşaqlar hərfi tanıya bilmir, kəsmə əlifba üzərində işləmirlər. M.İbrahimov. Kəsmə yol (cığır) – kəsə yol, yaxın yol, ən qısa yol. Nəbi atını minib başqa kəsmə yollarla özünü yoldaşlarına yetirir. “Qaçaq Nəbi”. [Dursun:] Bu yolların qurdu deyilmiyəm? Kəsmə cığır ilə gedərəm! – dedi. A.Şaiq. [İkinci işçi:] Gəl buradan kəsmə yol ilə gedək, evə tez yetişərik. S.Rəhman.\n2. Sif. mənasında. Kəsilmiş, kəsik. Göstərdilər Xaqana; Kəsmə telli bir qızı. Ə.Cavad.\n\nII. bax. kəsməşikəstə. İndi bir kəsmə hava çalın. Çəmənzəminli.\n\nIII. is. Alçaq növlü xırda düyü. // Xırda dənli yarma, yarma ovuntusu. kəsməcə zərf Kəsib bəyənmək şərti ilə (qovun-qarpız haqqında). Kəsməcə satmaq. Kəsməcə almaq. kəsmək f.\n1. Kəsərti vasitəsilə bütövdən bir hissə ayırmaq; bölmək, parçalamaq. Çörəyi kəsmək. Ağacın budağını kəsmək. İpi kəsmək. – [Koroğlu] durnanın telindən bir dəstə kəsib, Eyvazın papağına sancdı. “Koroğlu”. Mağaza sahibi iki arşın yarım ölçüb kəsdi, sonra kağıza qoyub Bahadıra verdi.. N.Nərimanov. [Çingiz:] Cəbi lələ, get. Piri babanın təriflədiyi balından kəs, yeyək. S.S.Axundov. // Öz vəzifəsini görmək (kəsici, iti şey haqqında). Bıçaq yaxşı kəsir. Balta kəsmir.\n2. Kəsən alətlə yarmaq, yaralamaq. Əlini kəsmək. Barmağını kəsmək. // Kəsən alətlə ucunu almaq, kəsib götürmək. Saç kəsmək. Dırnaq kəsmək. // Kəsib atmaq, kəsib götürmək (cərrahiyyə əməliyyatı zamanı). Sağ qıçını kəsmək. Baş barmağını kəsdilər. – Mən çox ağır yaralanmışdım, sağ qolumu dibindən kəsmək qorxusu vardı. S.Hüseyn. Şərəfoğlunun qarnını yarmış, bağırsağını kəsib tikmişdilər. M.İbrahimov. // Boğazlamaq, başını bədənindən ayırmaq. Toyuq kəsmək. Qoyun kəsmək. – [Qaraçılar] quzunu kəsib damaqla yeməyə başlayırlar. “Qaçaq Nəbi”. [Hacı Murad:] ..Kim sənə izin veribdir ki, toyuq kəsirsən? S.S.Axundov. Məmməd kişi həyətdə təzəcə kəsdiyi qoyunu şaqqalayırdı. S.Rəhman. // Təkərləri ilə üzmək, kəsib aralamaq (qatar, tramvay və s. haqqında). Tramvay oğlanın sol qıçını kəsdi. • Bir-birini kəsmək – kəsişmək, birbirinin üstündən keçmək. Bir-birini kəsən, istiqaməti seçilməyən təkər izləri, deyəsən, dünənkilərdir. Mir Cəlal.\n3. Bədəni sıxan bir şeydən ağrı hiss etmək. Rezin ayağımı kəsir. Toqqa belimi kəsir. – [Həmzə] yüyəni qorxudan elə dartır ki, dəhnə az qalır atın cövzələrini kəssin. “Koroğlu”.\n4. Qısaltmaq, gödəltmək. Saçını kəsmək. Paltarın ətəyindən kəsmək.\n5. Şiddətli təsir etmək, kəskin ağrı vermək, göynətmək. Şaxta kəsir. Soyuq adamı kəsir. – [Sevər:] Fəqət soyuq məni kəsmiş, dilim tutmur, danışdırmayın! C.Cabbarlı. Qışın dondurucu bir günü idi. Soyuq qılınc kimi kəsirdi. A.Şaiq. Sazaqlı bir sabah idi, yel adamı kəsirdi. Çəmənzəminli.\n6. Dayandırmaq, saxlamaq, son vermək, daha davam etdirməmək. [Nurəddin] ağlamağını kəsib xəyala getmişdi. S.S.Axundov. Sarxan bir an üçün atəşi kəsdi. M.Hüseyn. Uşaq qorxusundan dərhal ufultusunu kəsdi. Mir Cəlal. • Qabağını kəsmək – qarşısına çıxmaq, getməyə qoymamaq, dayandırmaq. Korun qabağını əliağaclı kəsməzlər. (Ata. sözü). ..Dilənçi qabağımızı kəsib pul istədi. M.S.Ordubadi.\n7. Daha verməmək, məhrum etmək, istifadəsini dayandırmaq. Qazı kəsmək. Suyu kəsmək. İşığı kəsmək. Telefonu kəsmək.\n8. Bir yeri tutub dayanmaq. Qapını kəsib durmaq. – Şəhərin dərvişləri, dilənçiləri, seyid və mollaları tamamilə yolun sağını və solunu kəsmişdi(lər). M.S.Ordubadi.\n9. Ara vermək, dayanmaq, sakitləşmək. Sulu qar kəsmişdi. Ə.Əbülhəsən. Axşamdan əsməyə başlayan külək sübhə yaxın birdən kəsdi. Ə.Məmmədxanlı. // Sakitləşdirmək, dayandırmaq, nəhayət vermək. Yüngül, sərin meh əsir; Yağmuru birdən kəsir. A.Səhhət.\n10. Örtmək, mane olmaq, qabağını tutmaq. Enməyə başladı Boranlı dağı; Qayalıq, ağaclıq kəsmişdi yolu. A.Şaiq. Günəş qabağını kəsən buludlarla vuruşurdu. S.Rəhimov.\n11. Kəsici bir şeylə öldürmək. [Məhbuslar:] Bir-bir kəsəcək, ağa dərviş, bizi Məstavər. Ü.Hacıbəyov. – Ay dayı, görəsən nə olar ona? – Kimə? – Bu, Hacını kəsən Osmana? H.K.Sanılı.\n12. Cəza təyin etmək, cəza vermək. Tənbeh kəsmək. İş kəsmək. – [İsmayıl:] Kərimə yeddi il Sibir kəsdilər, göndərdilər getdi. Ə.Haqverdiyev. Cəfərqulu əvvəlcə güman etmişdi ki, .. ədalətlə işə baxıb bəyə qisas kəsəcəklər. Qantəmir.\n13. Qırmaq, doğramaq. [Kəndli:] Ağa, mənim öz əlimlə əkib-becərdiyim badamlığı kəsirlər. Mir Cəlal. // Ağacın, meynənin və s.-nin quru və artıq hissələrini qırmaq; budamaq. Meynələri kəsmək.\n14. Hər hansı bir səbəbə görə tutmaq, saxlamaq, verməmək (əmək haqqının, maaşın bir hissəsini, ya hamısını). Maaşını kəsmək. // Qət etmək, üzmək (əlaqəni, münasibəti). Nədənsə kəndlilər [Hacı Sultanla] alışverişlərini kəsdilər. S.Hüseyn.\n15. Qəlibə tökmək və ya döyməklə hazırlamaq. Kərpic kəsmək. // Pul haqqında. Pul kəsmək.\n16. Boyuna, bədəninə görə ölçüb biçmək. Paltar kəsmək. Kostyum kəsmək.\n17. Çəpərləmək, hasarlamaq, ayırmaq, aranı hasar (barı, arakəsmə) ilə bölmək. Otağı ortadan kəsmək.\n18. Bir işi görüb başa çatdırmaq, tamamlamaq. Xana kəsmək. – Qərənfil xala corabların ikisinin də dabanını toxuyub kəsdi. Ə.Vəliyev.\n19. Oğurlamaq, yarmaq. Ev kəsmək. – Bir gün lotubaşı dedi ki, gəlin gedək, padşahın xəzinəsini kəsək. “Aşıq Qərib”.\n20. Qarşısını almaq, toxtatmaq, dayandırmaq. Ağrını kəsmək. Əlinin qanını kəsmək. Qızdırmanı kinə kəsər.\n21. məc. dan. Ürəyindən keçmək, ürəyində sevmək, istəmək, meyli olmaq. Yalan yoxdu, bir az səndən kəsirəm; O səbəbdən məhlənizdə əsirəm. Aşıq Ələsgər. [Qarı:] Olmaya baldızından kəsirsən? – dedi. S.Rəhimov.\n22. məc. dan. Ağır təsir etmək, çox toxunmaq, yandırmaq. Bu söz məni kəsdi.\n23. köhn. Sünnət etmək. Uşağı kəsmək.\n24. dan. Pis qiymət vermək (imtahanda və s.-də). Tələbəni kəsmək. Ədəbiyyatdan kəsmək.\n25. Bir sıra isimlərlə birləşdirilərək, mürəkkəb feil və ifadələr düzəldilir; məs.: ayağını kəsmək, gözünü kəsmək, dil kəsmək, sözünü kəsmək, ətini kəsmək. kəsmə-kəsmə zərf Aramla, qırıq-qırıq. Bayaqdan qızışan Balaxanım kəsmə-kəsmə danışdı. S.Rəhimov. Cəmil əlindəki dəyənəyi yerə uzatdı, üzünü məruzəçi gəncə tutaraq kəsmə-kəsmə dedi. Mir Cəlal. kəsməşikəstə is. mus. Azərbaycan xalq havalarından birinin adı. Bütün şənlikdə [Güləlioğluna] bərabər kəsməşikəstə deyən tapılmazdı. M.Hüseyn. kəsmət is. məh. Təqaüd, pensiya. Kəsmət kəsmişdi sultan doqquz axça onunçün.. B.Vahabzadə. kəsmik is. Südü qıcqırdaraq zərdabı çıxarılmaqla hazırlanan ağartı; axtarma. kəsmikləşdirilmə “Kəsmikləşdirilmək”dən f.is. kəsmikləşdirilmək məch. Kəsmik halına salınmaq (süd haqqında). Süd kəsmikləşdirildi. kəsmikləşdirmə “Kəsmikləşdirmək”dən f.is. kəsmikləşdirmək icb. Kəsmik halına saldırmaq, kəsmik etmək (südü). Südü kəsmikləşdirmək. kəsmikləşmə “Kəsmikləşmək”dən f.is. kəsmikləşmək f. Kəsmik halına düşmək. Süd kəsmikləşdi. kəsr is. [ər.] riyaz. Vahidin müəyyən hissəsini göstərən ədəd. Adi kəsr. Onluq kəsr. kəsrə is. [ər.] Ərəb əlifbasında “i” saitini əvəz edən və hərfin altında qoyulan “Q” işarəsinin adı; zir. kəsrət is. [ər.] Çoxluq. Şəhərin havasının qəlizliyindən, tozundan, zəhmətinin kəsrətindən bir qədər asudələşmək və yorulmuş bədənimi köhnə halətinə gətirmək üçün kəndə rəvan oldum. Ə.Haqverdiyev. Münəvvər xanım kəsrəti-ələmdən bilməyirdi nə danışsın. M.S.Ordubadi. Gülzar eşq və həvəsin kəsrətindən özünü tamamilə itirib, bir əlini Fərhadın dizi üstə və bir əlini o biri tərəfə uzadıb yerə uzandı. C.Cabbarlı. kəsrətli sif. Çox, çoxlu, bollu; saysızhesabsız: Qüvvətlidir Şərq əhli, həm kəsrətli; Saqın, qardaş, davran çox ehtiyatlı. A.Səhhət. kəsri [ər.] bax. kəsrli. kəsrli sif. riyaz. Təkcə tamlardan ibarət olmayan, kəsri olan. Kəsrli ədəd. kəstanə is. [əsli yun.] Şabalıd. [Xədicənin] nəzər-diqqətini cəlb edən bir işi vardısa, o da həddindən fəzlə gur kəstanə rəngli saçları idi. S.Hüseyn. [Muxtarla xanımı] ..yasəmən və kəstanə çiçəklərinin rayihəsi əhatə etdi. Çəmənzəminli. • Kəstanə rəngi – tünd-qəhvəyi (şabalıdı) rəng. kəşf is. [ər.]\n1. Əvvəlcə məlum olmayan bir şeyi tapıb meydana çıxarma. İbtidai insanlar tərəfindən odun kəşfi. Amerikanın kəşfi. Yeni neft yataqlarının kəşfi. – [Fərhadoğlu:] Biz bu mədən sularının kəşfində böyük həyat mənası axtarırıq! S.Rəhimov. Geoloqlarımız ən dərin təbəqələrin kəşfi üçün lazımi tədqiqat aparırlar. M.Hüseyn. // Tədqiqat, axtarışlar nəticəsində tapılmış, aşkara çıxarılmış şey. Elmi kəşf. Texnika sahəsində yeni kəşf. • Kəşf edilmək (olunmaq) – “kəşf etmək”dən məch. Kitabla kəşf edilir; Qiymətli dəfinələr. M.Seyidzadə. Kəşf edə bilməmiş alimlər bunu; İnsan varlığının ilk duyğusunu. S.Vurğun. Kəşf etmək – tədqiqat, axtarışlar, müşahidələr nəticəsində tapmaq, aşkar etmək, meydana çıxartmaq, açmaq, müəyyən etmək. Kəşf etdiyim zaman bir yeni qaynaq; Sinəmdə çırpışan ləkəsiz ürək; Açılır gül kimi fərəhlənərək. R.Rza. // məc. Bilmək, duymaq, hiss etmək, başa düşmək. Dibi görünməyən ümman göstərin; Baş vurum; Kəşf edim dərinliyini. B.Vahabzadə. Kəşf qılmaq köhn. – axtarıb tapmaq, müəyyən etmək. Kərəmin Əsli ilə yaz vəslin; Kəşf qıl Əsli xanımın əslin. S.Ə.Şirvani. Kəşf olmaq – aşkar olmaq, açılmaq, məlum olmaq. Heç fayidəbəxş olmadı tədbirlərim, heyf! Kəşf oldu bütün aləmə təqsirlərim, heyf! M.Ə.Sabir.\n2. Kəşfiyyat. Kəşfə göndərdiyim adamlar qayıdıb Laçının dediklərinin doğru olduqlarını söylədilər. H.Nəzərli. kəşfiyyat is. [ər. “kəşf” söz. cəmi]\n1. Hər hansı bir məlumat əldə etmək məqsədilə aparılan tədqiq, ya yoxlama işləri. Faydalı qazıntılar kəşfiyyatı. Neft kəşfiyyatı. – [Sadıqzadə:] Bax, bütün bu arada buruqlar qoyulacaq, kəşfiyyat işləri başlanacaq, Turşsu, İstisu, başqa-başqa şəfa qaynaqlarının bitib-tükənməz mənbələri elmi əsaslar üzrə öyrəniləcəkdir. S.Rəhimov. [İnşaatçılar “Gəmilər ada”sında] ilk kəşfiyyat quyusunu qazacaq adamlar üçün baza yaratmağa – dəmir sütunlar üzərində bir ev tikməyə gəlmişdilər. Ə.Sadıq.\n2. Düşmənin yerini və qüvvəsini müəyyən etmək üçün əsgəri qrup tərəfindən aparılan əməliyyat. İldırım kəşfiyyatdan qayıdanda, hər gecə; Qoltuğundan bir şəkil çıxarırdı gizlicə. S.Rüstəm. Cavadın qabaqcadan göndərdiyi kəşfiyyat dəstəsi bu top hazırlığının gurultusu altında düşmən cərgələrinə yaxınlaşmışdı. Ə.Vəliyev.\n3. Başqa dövlətlərin iqtisadi və siyasi durumu, onların silahlı qüvvələrinin vəziyyəti haqqında məlumat əldə etmək məqsədilə xüsusi dövlət orqanları tərəfindən həyata keçirilən tədbirlərin məcmusu, bu cür məlumat toplamaqla məşğul olan adamlar, təşkilat. Kəşfiyyat orqanları. kəşfiyyatçı is.\n1. Kəşfiyyata göndərilmiş, kəşfiyyatda olan hərbi qulluqçu (bax. kəşfiyyat 2-ci mənada). Saday hissənin ən məşhur kəşfiyyatçılarından biri sayılırdı. M.Hüseyn. Vəziyyətdən aydın idi ki, Orucov alman kəşfiyyatçısı ilə tutaşmışdır. Mir Cəlal.\n2. Kəşfiyyat işçisi, agenti (bax. kəşfiyyat 3-cü mənada). Düşmən kəşfiyyatçısı.\n3. Kəşfiyyatla məşğul olan adam (bax. kəşfiyyat 1-ci mənada). Qasid Nərcə kəndinin yanından keçərkən, Fəxrəddinin ordusundan göndərilən kəşfiyyatçılardan Dəmirə rast gəldi. M.S.Ordubadi. kəşfiyyatçılıq is. Kəşfiyyatçının işi, sənəti. Teymur müəllim .. öz maraqlı hekayələri ilə şagirdlərin qəlbində səyyahlığa, kəşfiyyatçılığa böyük həvəs oyatmışdır. Ə.Sadıq. kəşkül is. [fars.] köhn. Hind qozunun qabığından qayrılıb dərviş və qələndərlərin əllərində gəzdirdikləri və diləndikləri şeyləri içinə qoyduqları qab. Nökər isə dərvişə yaxınlaşıb bir tümən onun kəşkülünə atdı. M.S.Ordubadi. Boynundan bir çox kiçik və iri muncuqlar asmış bir dərviş .. kəşkülünü yoldan keçən adamlara tərəf uzadıb pul istədi. A.Şaiq. [Dərviş Yədulla] sonra xırmanın içinə yeriyib Hətəmxana tərəf kəşkülünü uzatdı. S.Rəhimov. kəşmir (=kəşmiri) bax. kişmir(i). ..Artırır zər, tafta, tül o cəlalı; Zəri, tirmə, atlas, həm kəşmir şalı. Şəhriyar. kəşmiri (=kəşmir) bax. kişmir(i). ..Artırır zər, tafta, tül o cəlalı; Zəri, tirmə, atlas, həm kəşmir şalı. Şəhriyar. kətan is. [ər.]\n1. Saplağından toxunmaya yarar lif, toxumlarından isə yağ əldə edilən ot-bitki. Kətan əkini. Kətan tarlası. Yabanı kətan. Kətan toxumu. Kətan cecəsi. – Mənsiz kətan, kəndir verməz zəmilər; Çadırsız, yelkənsiz qalar gəmilər. A.Səhhət. // Bu bitki liflərindən hazırlanan parça. Kətan köynək. Kətan döşəkağı. Kətan dəsmal. – [Mirzənin] kiçik oğlu qardaşının əmrlərinə itaət edirdi: əczaxanaya getmək, həkim yanına yüyürmək, kətan islatmaq və sairə. Ə.Haqverdiyev. [Ana] qızının çarpayısı üzərinə əyilib alnındakı yaş kətanı düzəldirdi. M.Hüseyn. kətançı is Kətan əkib becərməklə məşğul olan adam. kətançılıq is. Kətan əkib becərmə işi. kətə is. I. Göyərti qutabı. [Mahmud:] Bir kətəyə bax, şit yağı da basıblar arasına, adamın ağzının suyu axır. Ə.Haqverdiyev. [Qarı:] Anam mənə dedi ki, qızım, səhərdən dur, üzünü yu, adla o taydakı bulaq başından pencər yığ gətir, kətə salaq. S.Rəhimov. kətəbə bax. kitabə. [Mirzə] çinilər ilə müzəyyən, divarlarında əlvan kətəbələr asılmış .. bir otağa daxil oldu. Çəmənzəminli. kətəməz is. Yeni doğmuş heyvanın ilk südündən bişirilmiş yemək.\n2. Xəmirinə süd, şəkər, yumurta, yağ qatılaraq bişirilən girdə şirin çörək. kətxuda is. tar. Keçmişdə Azərbaycan kəndlərində əhali tərəfindən seçilən və kəndin inzibati işlərini idarə edən şəxs. [Atlıların başçısı ev sahibinə:] Zəncandan gəlirik, ey kətxuda, yolda yubandıq. Dağlarda çovğundur. İzin ver, bu gecəni sənin kəndində, sənin evində qalaq. Ə.Məmmədxanlı. kətxudalıq is. Kətxudalıq vəzifəsi, işi. kətil is.\n1. Söykənəcəyi olmayan sadə stul, kürsü; taburet. ..Şərəfoğlu ağ kətili taxtın yanına çəkib, əlini Rüstəm kişinin başına qoydu. M.İbrahimov. Bucaqda yükün bir tərəfində paltar-palaz, qab-qacaq, o biri tərəfində kətil üstündə radio cihazı qoyulmuşdu. R.Rza. Qapının qabağında, kiçik bir kətilin üstündə bir arvadın oturub çubuq çəkdiyini gördü. S.Rəhman.\n2. Divar hörgüsündə daş və ya kərpiclər arasına, yaxud pəncərə divarlarının üstünə qoyulan dirək parçası, ağac. kətmən is. Alaq vurmaq, torpağı yumşaltmaq üçün kənd təsərrüfatı aləti. Qızlar, gəlinlər də çiynində kətmən; Deyib gülə-gülə dağıldı çölə. S.Vurğun. Qışın şaxtasında, boranında, yayın göydən od ələyən uzun günlərində bu qızlar kətməni, beli əllərindən buraxmadılar. Ə.Əbülhəsən. • Kətmən vurmaq – kətmənlə işləmək. Heç kim [Gülşənlə] kətmən vura bilməzdi. Ə.Vəliyev. kətmənçi sif. Kətmənlə işləyən adam, qadın. Kətmənçi dəstəsi. kətmənləmə “Kətmənləmək”dən f.is. ..Pambığın yavaş-yavaş çiçək açmasına baxmayaraq, hələ kətmənləmə qurtarmamışdı. İ.Şıxlı. kətmənləmək f. Kətmənlə alağı təmizləmək, yaxud kəsəkləri xırdalamaq, torpağı yumşaltmaq. Sahəni kətmənləmək. kətmənlənmə “Kətmənlənmək”dən f.is. kətmənlənmək məch. Kətmənlə vurulmaq (alaq), yumşaldılmaq (torpaq). kətmənlətdirmə “Kətmənlətdirmək”dən f.is. kətmənlətdirmək bax. kətmənlətmək. kətmənlətmə “Kətmənlətmək”dən f.is. kətmənlətmək icb. Kətmənlə alağı vurdurmaq, torpağı yumşaltdırmaq. kəvakib [ər. “kövkəb” söz cəmi] klas. Ulduzlar. Zülmət ziyayə oldu qalib; Yandırdı məşailin kəvakib. Füzuli. Bütün kəvakibi birbir öz adları ilə sayırlar; Ki, seyr edir hərəsi hər zaman bu boyda, bu boyda. M.Ə.Sabir. kəvələ is. zool. Bataqlıqda yaşayan uzundimdik quş. kəvər is. bot. Nazik, uzun yarpaqlı, yeyilən və xörəyə qatılan acıtəhər göyərti. Dovğaya kəvər qatmaq. İki dəstə kəvər. – Ənvər ləzzətli dolmanı iştaha ilə yeyir, kəvərdən, turpdan tez-tez götürüb ağzına qoyurdu. Ə.Vəliyev. kəyan is. [fars.] klas. İran şahlarına verilən ümumi ad. [Nüşabə:] Bu kəyan bayrağı, bu da bir tuğra; Keyqubad möhrü də vurulmuş bura. A.Şaiq. kəzzab is. [ər.] köhn. Yalançı, yalan danışan. kırıxma “Kırıxmaq”dan f.is. kırıxmaq bax. karıxmaq. Ya nə vicdanə digər bir işə çulğaşdı yetim; Hərə bir hoqqa çıxartdız, kırıxıb çaşdı yetim. M.Ə.Sabir. Sənin kimi mən də bir az kırıxdım. R.Rza. ki I. bağl.\n1. Baş cümlə ilə budaq cümlələri bir-birinə bağlayır. Elə yavaş danışır ki, eşitmək olmur. Elə dumandır ki, göz gözü görmür. – Səkinə yaxşı bilirdi ki, son zamanlar qızının .. nəbzi əvvəlkilər kimi vurmur. M.İbrahimov. Orasını da deməliyik ki, Murad Bayramın üstünə yaman düşmüşdü. Ə.Vəliyev.\n2. Bağlayıcı vəzifəsini görən bir sıra sözlərə (ki, necə, hansı, niyə və s.) qoşularaq, onlarla sonrakı sözlər arasında əlaqəni daha da qüvvətləndirir. Necə ki, dedim. Kim ki, cavab verdi...\n3. Bəzi modal sözlərdən (yəqin, görünür, əlbəttə, gərək, guya və s.) sonra gələrək, ehtimallıq, zərurilik və gerçəklik məzmununun cümlələrin ikinci hissəsinə keçməsi üçün şərait yaradır. Yəqin ki, mənim qarama hirslənib getdiniz. İ.Əfəndiyev. Gərək ki, məktəbdən gəlmişdi. Mir Cəlal.\n4. Feldən sonra gələrək, başqasının nitqini ifadə etməyə xidmət edir. Bir dəfə Güllü mənə demişdi ki, qızım, sənin bu dünyada bir xoşbəxtliyin var.. İ.Əfəndiyev.\n5. Ədatlardan sonra işlənərək, ədatla birlikdə cümləni və ya onun müəyyən hissəsini qüvvətləndirməyə xidmət edir. İndi ki bu mənim pulumu görüb, bu qədər əziyyətə düçar olub, belə adamlar vəfalı olarlar. (Nağıl). İndi ki sən xahiş edirsən, qızın pulunu keçərəm. Mir Cəlal.\n6. Müxtəlif sözlərdən sonra gələrək həmin sözlərin mənasını qüvvətləndirir. Yaxşı ki dəvət etmişik. – Bu ki mənim əlimdə su içmək kimi bir şeydi. (Nağıl). Mən ki damdan, bacadan baxmaz idim; Su kimi hər tərəfə axmaz idim. M.Ə.Sabir.\n7. Sadə bağlayıcı, qoşma, ədat, feli bağlama, işarə əvəzliyi və s.-dən sonra gələrək, mürəkkəb bağlayıcı əmələ gətirir; məs.: ancaq ki, ona görə ki, yaxud ki, bunun üçün ki, indi ki, odur ki.\n\nII. Aşağıdakı mənalarda və hallarda işlədilən ədat.\n1. Sual cümlələrinin sonunda gələrək, xəbərə aid olur, xəbərin və ya ümumiyyətlə, cümlənin mənasındakı sualı qüvvətləndirir. Ay Xanpəri, daha biz niyə dayanmışıq ki? M.Hüseyn. Burada təəccüblü nə var ki? S.Rəhimov. Ay bala, bir yerin ağrımır ki? Mir Cəlal.\n2. Əvəzliklərdən sonra gələrək, onu başqa sözlərdən fərqləndirir, daha çox nəzərə çarpdırır. [Fuad:] Sən ki mənim nişanlımsan? C.Cabbarlı. Bunu ki bizlərdə hamı bilir. S.Rəhimov. O ki yaxşı adamdır, usta! Mir Cəlal.\n3. Cümlənin sonunda etiraz məqamında işlədilir. Bu olmadı ki. M.S.Ordubadi. Mən uşaq-zad deyiləm ki. M.Hüseyn.\n4. Əsasən cümlələrin sonunda kinayə məqamında işlədilir. Bizlərdə südü stəkanla içməzlər. Bura şəhər-zad deyil ki. M.Hüseyn. Hamı bu cür ola bilməz ki. Ə.Vəliyev.\n5. Gözlənilməz bir hadisə baş verdiyi zaman əmələ gəlmiş vəziyyəti bildirmə məqamında işlədilir. Kişi yenə də məni yaxaladı ki... S.Rəhimov. [Sadıq:] Ay aman, bu da gəlib çıxdı ki... S.Rəhman.\n6. Kinayə, istehza və ya etiraf məqamında işlədilir. O lap uşaqdır ki. – [Salmanov:] Gəlsin, ondan qorxmuram ki. S.Rəhman. kibernetika is. [yun.] İdarə sistemləri, üsul və vasitələri haqqında elm. kibr is. [ər.] Özünü hamıdan üstün tutma, başqalarına yüksəkdən baxma; lovğalıq, məğrurluq; lovğalanma, qürurlanma, təşəxxüs. Nazı çox, qəmzəsi bol, kibri də var dilbərimin. Ə.Nəzmi. Kibridən qəlbində bərkitmə barı; Top dəyər, dağılar bürcü, hasarı. Aşıq Ələsgər. kibrlə zərf Lovğalıqla, lovğa-lovğa, qürurla. Kibrlə danışmaq. Kibrlə gülmək. – Bünyad başqa vaxt olsaydı .. kibrlə susub durmazdı. Ə.Əbülhəsən. ..Şah kibrlə gülümsədi. İ.Əfəndiyev. kibrit is. [ər.] Od almaq üçün ucunda kükürd olan nazik çubuq. Kibrit qutusu. – Azad kibrit işığında onun sarı bənizini, tutqun firuzə gözlərini, hətta üzündəki çilləri bulaşıq bir şəkildə zor-güc seçə bildi. A.Şaiq. Uzaqda alışan bir kibritin də; Qoxusu burnunda duyulacaqdır. M.Araz. • Kibrit çəkmək – ucu kükürdlü kibrit çubuğunu bir şeyə çəkib alışdırmaq. Əhməd qapıya yaxınlaşdı. İtələyib taybatay açdı. Kibrit çəkib çırağı yandırdı. İ.Şıxlı. kibritqabı is. Kibrit çöpləri qoyulan balaca qutu. // Həmin qutunun üstünə geydirilən metal və s. materialdan qapaq. kibrlənmə “Kibrlənmək”dən f.is. kibrlənmək f. Kibrli olmaq; lovğalanmaq, təşəxxüslənmək. kibrli sif. Lovğa, təşəxxüslü. [Zabit] nəzərini Şirəlinin dodaqlarından ayırıb kibrli bir hal aldı. M.Hüseyn. [Qoca həkimin] təbəssümündəki acı və kibrli hal gənc qadını titrətdi. İ.Əfəndiyev. kibrlilik is. Kibrli adamın hal və keyfiyyəti; lovğalıq, məğrurluq, təşəxxüslük. kicəmə “Kicəmək”dən f.is. kicəmək f. Öcəşmək, sataşmaq. [Məşədi İmamqulu:] Ədə, bəlkə darvazanın qabağında uşaqlarla kicədin, orada düşdü? Çəmənzəminli. kiçicik sif. Olduqca kiçik, çox kiçik. Kiçicik otaq. Kiçicik qab. Kiçicik qutu. – Gülzar kiçicik əllərini irəli uzatmış, həyəcan içində nəticəni gözləyirdi. C.Cabbarlı. Bu bülbül kiçicik vücudunu sarsıdan, hər nəfəsində ürəyinin bir parçacığı qopurmuş kimi yanıqlı hıçqırıqlarla dolu nəğməsi ilə nə deyirdi? M.Rzaquluzadə. kiçik sif.\n1. Həcmcə, ölçücə balaca; xırda (böyük müqabili). Kiçik əl. Kiçik göz. Kiçik otaq. Kiçik qab. Kiçik kitab. – Qapıçı kiçik pəncərədən [Nəbinin] nə istədiyini xəbər alır. “Qaçaq Nəbi”. Kiçik və yoxsul daxmasının səkisi üzərində ortaboylu, sağlam, yaşlı bir adam oturmuşdu. A.Şaiq.\n2. Kəmiyyətcə, sayca, miqdarca çox olmayan; az. Kiçik bölmə. Kiçik dəstə. – Beləliklə, tikintidə kiçik bir özfəaliyyət dərnəyi yarandı. İ.Əfəndiyev.\n3. Azyaşlı, balaca. Evin kiçik uşağı. – Anaxanım kiçik balasını öz ana qanadları altına alıb böyütməyə başladı. A.Şaiq. Pəncərəm önündən hər səhər tezdən; Məktəbə gedirsən, a kiçik dostum! N.Rəfibəyli. // Yaşca o birindən balaca olan. Kiçik bacı. Kiçik qardaş. – İki gündən sonra Səfərin anasına sifariş göndərdilər ki, böyük qız ərə getməyincə kiçik qızı atası heç kəsə verməyəcək... Ə.Haqverdiyev. Qoçaq və işgüzar qızlardan olduğuna [görə] qayınatası Mələkdən əl çəkməyib on üç yaşında kiçik oğluna nikah etdi. A.Divanbəyoğlu. // İs. mənasında. Böyüklə böyükdür, kiçiklə kiçik. (Məsəl). Pəncərədə üzüm var; Ana, sənə sözüm var; Qonşu oğlanlarının; Kiçiyində gözüm var. (Bayatı). Kiçiklər böyüklərin dalınca gəzir; Və həmişə başıaşağı. R.Rza. Elə bir zamandan danışıram ki, böyüklərin xatirəsində çox yaxşı qalıb, kiçiklərin isə ağlına gəlməz. S.Rəhman. • Kiçikdən böyüyə qədər – yaşdan asılı olmayaraq; hamı. Kiçikdən böyüyə qədər bütün ailə toya gəlmişdi.\n4. məc. Əhəmiyyətsiz, cüzi, yüngülvari. Kiçik bir hadisə. Kiçik bir mübahisə. Kiçik bir məsələ. – [Firidun:] Kiçik bir xata böyük bəlalar törədir. M.İbrahimov. Qoca mürəttib kiçik bir işarəyə bənddi. M.Hüseyn.\n5. Vəzifəcə, rütbəcə, dərəcəcə aşağı. Kiçik elmi işçi. Kiçik zabit. – Bizim aramızda Şuşa istirahət evlərindən qayıdan işçi və kolxozçular olduğu kimi, yeddi-səkkiz nəfər gənc tələbə, bir nəfər də kiçik komandir vardı. S.Hüseyn. // İs. mənasında. Kiçiklərin böyüməsi çətin işdi; “Böyüklərin” kiçilməsi; çox asandı. M.Araz. kiçikcə sif. Çox kiçik, yaxud bir qədər kiçik. Məhlədə bitər söyüd; Yarpağı gömgöy söyüt; Kiçikcə bir yar sevdim; Xudam, sən özün böyüt. (Bayatı). kiçikcik bax. kiçicik. [Müqim bəy:] Gəl, mirzə, .. aramızdakı hər hansı kiçikcik ixtilafı bir kənara buraxıb qardaş olaq. S.Rəhimov. kiçiklənmə “Kiçiklənmək”dən f.is. kiçiklənmək f. Yaltaqlıq etmək, yaltaqlanmaq, başqalarının qarşısında əyilmək, əskilmək. kiçikləşmə “Kiçikləşmək”dən f.is. kiçikləşmək f. Kiçik olmaq, kiçilmək. kiçikli-böyüklü is. Hamı, hamısı. kiçiklik is.\n1. Həcmcə, ölçücə balacalıq, xırdalıq. Otağın kiçikliyi. Tarlanın kiçikliyi.\n2. Kəmiyyətcə, sayca, miqdarca, cüzilik, azlıq. Dəstənin kiçikliyi. Dərnəyin kiçikliyi.\n3. Yaşı az olma; azyaşlılıq, balacalıq. Kiçikliyinə baxma, çox zirəkdir. // Kiçiklikdən şəklində – balacalıqdan, uşaqlıqdan. [Əzim dayının] uca bir budaqdan digər bir budağa sürətlə elə atılışı var idi ki, bu cürət və çevikliyi ancaq ta kiçiklikdən idman görmüş .. uşaqlarda görmək olur. A.Şaiq.\n4. məc. Əhəmiyyətsizlik, cüzilik, yüngülvarilik. Məsələnin kiçikliyi.\n5. Vəzifəcə, rütbəcə aşağı olma. Vəzifənin kiçikliyi. ‣ Kiçiklik etmək – özünü aşağı tutmaq, böyüyə hörmət etmək, ehtiram göstərmək. Kiçikliyində qalmaq – bax. kiçiklik etmək. [Nəsir] ..öz kiçikliyində (qalır), ehtiramını yenə əvvəlki kimi saxlayırdı. S.Hüseyn. kiçikraq müq. dər. köhn. Bir qədər kiçik. kiçiktəhər bax. kiçikraq. kiçikyaşlı sif. Yaşı az, uşaq yaşlarında olan; uşaq. Kiçikyaşlı uşaqlar. – [Cəfər əmi] dünyada hər şeydən artıq iki vücudu sevər və xidmət edərdi: kiçikyaşlı qızı Yemənciyi, bir də qırğısını. H.Nəzərli. Məktəbdə kiçikyaşlı uşaqların konserti idi. Mir Cəlal. kiçildici sif. Görünən şeylərin şəkillərini kiçildən. Kiçildici şüşə. kiçildilmə “Kiçildilmək”dən f.is. kiçildilmək məch. Kiçik edilmək; balacalandırılmaq. kiçilən f.sif. riyaz. Sonsuz miqdarda çıxılan rəqəm; azalan. kiçilmə “Kiçilmək”dən f.is. kiçilmək f.\n1. Həcmcə, miqdarca, ölçücə daha kiçik olmaq; azalmaq, balacalaşmaq, xırdalanmaq. ..Başın çanağı nazikləşib kiçildikcə beyin də zəifləməyə və kiçilməyə başlayır. C.Məmmədquluzadə. // Getdikcə kiçik görünmək, balacalaşmaq. Müəllim uzaqlaşdıqca kiçilir, kiçildikcə fərq edilməyəcək bir hal alırdı. S.Hüseyn. Çox keçmədi [Bəndalı] bir nöqtə kimi kiçildi, gözdən itdi. Mir Cəlal. Gedir, gedir, nəhayət; Kiçilir bir xal kimi. M.Rahim.\n2. məc. Vəzifəcə, rütbəcə alçalmaq; hörmətdən, nüfuzdan düşmək. [Xacə Nizam:] Sən kiçilsən də, böyüsən də; Hətta qopsa zülmət; Yenə parlar o zəka!.. H.Cavid.\n3. məc. Yaltaqlanmaq, özünü alçaltmaq, alçalmaq. O, divanxanada hər kəsə kiçilir, hər kəsin üzünə gülür.. H.Nəzərli. kiçiltmə 1. “Kiçiltmək”dən f.is.\n2. Qrammatikada: isimlərdə şeylərin həcm etibarı ilə kiçilməsini və sifətlərdə keyfiyyətcə azlığı göstərən. Kiçiltmə şəkilçiləri. Kiçiltmə dərəcəsi. kiçiltmək f.\n1. Balacalatmaq, daha kiçik etmək, azaltmaq, ixtisar etmək (miqdarca, sayca, həcmcə və s.).\n2. Vəzifəcə aşağı salmaq. Amma birdən çıxarsalar işdən səni; Kiçiltsələr vəzifəni; Səni yolda görsə belə; Əsla nəzər salmayacaq. Z.Xəlil.\n3. məc. Hörmətdən salmaq; alçaltmaq. Hansı bir yazıçı olur olsun, nə onu qərəzkarlıqla kiçiltmək, nə də qəsdən şişirdib böyütmək olmaz. S.Rəhimov. kif is. Çürüyən və ya nəm şeylərin üstündə nazik qat şəklində əmələ gələn yüngül, yumşaq mikroskopik göbələkciklər. Qoca gözlərini açanda özünü .. kif qoxuyan bir zirzəmidə gördü. M.Rzaquluzadə. • 1) Kif atmaq (bağlamaq, basmaq, tutmaq) – üstü kiflə örtülmək, kiflənmək. Çörək kif atıb. Sirkəni kif basıb; 2) bax. kiflənmək 2-ci mənada. kifayət zərf [ər.]\n1. Yetər, kafi, bəs olma. Deyirlər, çox ardır yüz il, əlli il; İnsana bir ömür kifayət deyil. B.Vahabzadə. • Kifayət qədər – lazımınca, lazımi qədər, bəs olduqca. [Qurban] yolda yeriyərkən düşünürdü: – Xoşbəxt adam, kifayət qədər pul toplamış, indi də gedib uşaqlarına qovuşacaqdır. A.Şaiq. [Tahir] ikiotaqlı təzə mənzilində cəmisi bir həftə qalmışdı, hələ də buraya kifayət qədər isinişməmişdi. M.Hüseyn. Sultan ciddi nüfuzedici bir ahənglə, özü də kifayət qədər məntiqlə danışırdı. İ.Hüseynov. Kifayət etmək – 1) bax. kifayətlənmək. Mirzə öz maaşına kifayət edib bir qəpik də olsun rüşvət almazdı. Ə.Haqverdiyev; 2) çatmaq, yetmək, bəs olmaq. Şərt deyildir yatıbduram yanında; Gendən baxmaq mənə kifayət eylər. M.P.Vaqif. [Bədircahan:] ..Dəxi mənə artıq şey lazım deyil, bir beş-altı manat kifayət edər. N.Vəzirov. Kifayətə yetmək köhn. – razı düşmək, təmin olunmaq, kifayətlənmək. [Sitarə:] Bu çərxdən gərək yetə hər kəs kifayətə. C.Cabbarlı. Kifayət olmaq – bax. kifayət etmək 2-ci mənada.\n2. Kifayətdir (şəklində) – yetər, çatar, bəsdir. [Aslan bəy:] Bircə yaylım atılarsa, kifayətdir.. C.Cabbarlı. Bir könülə kifayətdir bir mənalı məhəbbət; İki qəlbi əyləndirmək xəyanətdir, sevgilim! S.Rüstəm. // Əmr mənasında – yetər! bəsdir! kifayət edər! Kifayətdir, buraxın söhbəti! kifayətləndirici sif. Kifayət qədər yaxşı verilən tələblərə cavab verən; kafi. // Kifayətləndirək razı edən, təmin edən; qaneedici. Kifayətləndirici cavab. kifayətləndirmə “Kifayətləndirmək”dən. f.is. kifayətləndirmək f. Razı salmaq, qane etmək, təmin etmək. kifayətlənmə “Kifayətlənmək”dən f.is. kifayətlənmək f.\n1. Özünü təmin olunmuş hesab etmək, razı qalmaq, qane olmaq; qənaətlənmək. Bu cavabla kifayətlənmək olar.\n2. Müəyyən bir çərçivədə qalmaq, bir şeyi kafi hesab etmək. Bir töhmətlə kifayətlənmək olar. – [Rəsul] gördü ki, bu zalımlar udduqları pullarla kifayətlənməyib, üstəlik yatdıqları yorğan-döşək və balışları da aparmışlar. “Aşıq Qərib”. Ancaq Cəmilə, yalnız [Mirzağanın] üzünə gülümsəməklə kifayətləndi. S.Hüseyn. kifayətsiz sif. Ehtiyacı ödəməyən, çatışmayan, kifayət etməyən. kifayətsizlik is. Ehtiyacı ödəməmə, çatışmama, kifayət etməmə. kifir sif.\n1. Çirkin, eybəcər. Kifir qadın. Kifir uşaq. – [Sənəm:] Nə kifir kişidir, ay Allah! Ü.Hacıbəyov. [Qumru:] Bəy olanda nə olar, başıbatmış nə qədər də kifirdir. Mir Cəlal.\n2. məc. Pozğun, yaramaz, ləyaqətsiz, murdar. kifirlənmə “Kifirlənmək”dən f.is. kifirlənmək bax. kifirləşmək. kifirləşmə “Kifirləşmək”dən f.is. kifirləşmək f. Gözəlliyini itirmək, eybəcərləşmək, çirkinləşmək. Qız böyüdükcə kifirləşirdi. kifirlik is. Eybəcərlik, çirkinlik. Üzündən, gözündən kifirlik daşır; Deyəsən, qəlbində qurdlar oynaşır. S.Vurğun [Ələkbər:] Yox canım, Qumru hara, belə kifirlik, neybətlik hara! Mir Cəlal. kiflənmə “Kiflənmək”dən f.is. kiflənmək f.\n1. Üzü kiflə örtülmək, kif atmaq, kif bağlamaq. Qərənfil xala Camal əmiyə dörd iri fətir uzadaraq: – Bunları təktək qoy, çünki çim süddə yoğurmuşam, kiflənə bilər. Ə.Vəliyev.\n2. məc. Uzun müddət bir yerdə qalmaq, xarab olmaq, inkişafdan qalmaq. kiflənmiş f.sif. Kif bağlamış, kif basmış, kifdən xarab olmuş. Kiflənmiş çörək. Kiflənmiş pendir. – Rütubətli, kiflənmiş qaranlıq otaqda tavandan tökülən damcıların səsi eşidilirdi. Ə.Əbülhəsən. kiflətmə “Kiflətmək”dən f.is. kiflətmək t-li. Kiflənməsinə səbəb olmaq, kifləyib xarab etmək. kifli sif. Kifi olan, kif iyi verən, kif bağlanmış. [Sayalının] ..kifli, üfunətli düyünçələrində .. nə desən tapılardı. Mir Cəlal. kifsimə “Kifsimək”dən f.is. kifsimək bax. kiflənmək. Belə vaxtlarda idarənin pəncərələri açılır, kifsimiş kağız qoxusu küçəyə yayılırdı. Mir Cəlal. kifsinmə “Kifsinmək”dən f.is. kifsinmək bax. kiflənmək. kift is. [fars.] köhn. Sifilis. Bir çox söhbətdən sonra məlum olur ki, Məşədi Allahverən bir vaxt kift azarına mübtəla olubmuş. N.Nərimanov. kilə is.\n1. Altı kiloqrama bərabər köhnə ağırlıq ölçüsü. İki kilə arpa.\n2. İkigözlü taxta tərəzi. kilid is. [fars.]\n1. Qıfıl. Asma kilid. – Siyirmə kilidlər biləkdən yoğun; Asılmış qıfıllar buğunbəbuğun. H.K.Sanılı. Dağa çıxaq, düzə enək, göyə dırmanaq; Yolumuzun kilidi bir, açarı birdir. M.Araz.\n2. Qapını bağlamaq üçün dalına keçirilən uzun dəmir və ya ağac parçası. kilidləmə 1. “Kilidləmək”dən f.is.\n2. bax. qıfılbənd 2-ci mənada. [Muzdur] saz çalmasa da, çalğı tanıyan, havacatdan, gözəlləmədən, kilidləmədən, deyişmədən başı çıxan bir oğlandı. Ə.Əbülhəsən. kilidləmək f. Kilidlə bağlamaq. Əmiraslan .. Nurəddini çomaq ilə döyüb anbara saldı və ağzını kilidləyib getdi. S.S.Axundov. Məşədibəy birdən qalxıb kabinetinin qapısını kilidlədi. M.Hüseyn. Şəkər qapını tez kilidləyib həkimin arxasınca getdi. B.Bayramov. kilidlənmə “Kilidlənmək”dən f.is. kilidlənmək məch.\n1. Kilid vurulmaq, kilidlə bağlanmaq. Qapı kilidlənmişdi. – Evin qapısı dışarıdan kilidlənmişdi. M.Hüseyn.\n2. məc. Bərk, möhkəm qapanmaq; açılmamaq. Göz qapaqları kilidlənmək. – ..[Mehribanın] dişləri kilidlənmiş, əl-ayağı quruyub əsdiyi halda qorxunc və vəhşi bir səslə çığırırdı. S.Hüseyn. İdrak da boğular, söz də, sənət də; Ağıl kilidlənər dildə, dodaqda; Azadlıq olmayan bir məmləkətdə; Nadan başda gəzər, aqil ayaqda. B.Vahabzadə.\n3. məc. Bağlanmaq, tutulmaq. Qurtuluş yolları kilidləndi bax... R.Rza. kilidlətmə “Kilidlətmək”dən f.is. kilidlətmək icb. Kilidlə bağlatmaq. Qapıları kilidlətmək. kilidli sif. Kilid vurulmuş, kilidlə bağlanmış; bağlı. Kilidli qapı. Darvaza kilidlidir. – Balacayev əlini stola atıb güclə ayağa qalxdı. Qapı kilidli idi. S.Rəhimov. kilim is. [fars.] Yun və ya pambıqdan toxunan zolaqlı, xovsuz palaz növü. Kilimə bürün, el ilə sürün. (Ata. sözü). Qadınların kimisi yun darayır, ip əyirir, kimisi xana qurub kilim toxuyurdu. A.Şaiq. kilimarası is. Qədim xalq oyun növü. kilimçə is. Balaca kilim. [Yasavulu] qaldırıb pəncərənin qabağında, üzərinə sürtük kilimçə salınmış, qılçaları laxlayan çarpayının üstünə uzatdılar. S.Rəhimov. kilimçi is. Kilim toxuyan və ya satan adam. kilimçilik is. Kilimçinin işi, peşəsi, sənəti. kilkə I. is.\n1. Bir-birinə qarışmış, dolanmış, pırtlaşıq saç, tük, yun, sap, ip və s. Saçı kilkə kimi pırtlaşmaq. – İkinci qız Nərgizə: – Dayan, bu saat sənin kilkələrini yolaram. Ə.Məmmədxanlı. Qarı Mahmudun kilkə kimi pırtlaşmış zil qara saçlarına baxıb dedi.. Ə.Əbülhəsən. // Sif. mənasında. Kilkə saç. – Qarının xınadan qızartdıq kilkələrinə elə bil heç vaxt daraq dəyməmişdi. Ə.Məmmədxanlı.\n2. Yun və ya saç darandıqda ondan çıxan qırıntı. Yun atıldıqca didilir, kilkəsi çıxır.\n3. Mürəkkəbqabı, qəlyan və s.-nin içərisinə qoyulan tük.\n\nII. is. [rus.] zool. Siyənəkkimilər ailəsinə mənsub xırda balıq növü. kilkəbaş sif. dan. Daim saçları pırtlaşıq olan. Kilkəbaş qız. kilkələnmə “Kilkələnmək”dən f.is. kilkələnmək f. Kilkə düşmək, düyün düşmək, pırtlaşmaq. [Arvadın] saçları pırtlaşıb kilkələnmiş, üstü-başı parça-parça olmuşdu. (Qəzetlərdən). kilkələşmə “Kilkələşmək”dən f.is. kilkələşmək 1. bax. kilkələnmək.\n2. qarş. Bir-birinin kilkəsini yolmaq; saçlaşmaq. kilkəli sif. Kilkəsi olan (saç, yun və s. haqqında). Kilkəli baş. – Ancaq Aqil üçün, bənizinə yeni qan gələn zəif vücudlu, sarı kilkəli körpəni tərpətmək dağlar qədər ağır gəlirdi. S.Rəhimov. kilkəsaç sif. Saçı kilkəli, pırtlaşıq. Kilkəsaç uşaq. Kilkəsaç qız. kilkəşik sif. Dolaşıq, pırtlaşıq, qarışıq. kilo bax. kiloqram. [Qədirin] yüz on səkkiz kilo ağırlığı olduğuna baxmayaraq, toylarda tərəkəmə oynayır, atı qızğın çapaçapa duşüb minirdi. İ.Əfəndiyev. kilo... [fr.] Ölçü sistemində min kiçik vahidi ifadə edən mürəkkəb adların birinci hissəsi; məs.: kiloqram, kilometr, kilovat. kiloqram [fr. kilo və yun. gramma] 1000 qrama bərabər çəki ölçüsü. kiloqramlıq is.\n1. Bir kiloqram ağırlığında olan çəki daşı. Kiloqramlığı tərəziyə qoymaq. Kiloqramlığı bəri ver.\n2. Saylardan sonra gələrək şeyin neçə kiloqramdan ibarət olduğunu bildirir. 5 kiloqramlıq ət. kiloqrammetr [fr. kilo, yun. gramma və metron] 1 kiloqram ağırlığında cismi 1 metr yüksəkliyə qaldırmaq üçün görülən işin ölçü vahidi. kilometr [fr. kilo və yun. metron] 1000 metrə bərabər, məsafəsi 1000 metr olan uzunluq ölçüsü. Rüstəmin yaşadığı Səfalı kəndinin dəmir yolu ilə 20 dəqiqəlik, dəmir yolundan sonra da 2 kilometr yolu var idi. T.Ş.Simurq. Buradan Güneyqışlağa neçə kilometr olduğunu bilmirdim. İ.Əfəndiyev. kilometraj [fr. kilo və metrage] Kilometrlə göstərilən məsafə. kilometrlik is. Saylardan sonra gələrək məsafənin neçə kilometrdən ibarət olduğunu bildirir. Gorusun bir neçə kilometrliyində Nəbi Qarabağa gedən tacirlərə rast gəlir. “Qaçaq Nəbi”. Fərmanın qış binası kəndin on kilometrliyində yerləşmişdi. İ.Əfəndiyev. kilovat [fr. kilo və ing. xüs. is.-dən] fiz. 1000 vata bərabər olan elektrik cərəyanının güc vahidi. kilovat-saat [fr. kilo ing. xüs. is. və ər. saat] fiz. 1 kilovat gücündə elektrik cərəyanının 1 saat ərzində gördüyü işə bərabər olan elektrik cərəyanı vahidi. kilsə is. [əsli yun.] Xristian ibadətgahı, məbədi. Seçilir qülləli, uca kilsələr; Qələbə tağları baxır göylərə; Bəlkə bir binanı silkələsələr; Bir şəhər işığı tökülər yerə. M.Araz. Kilsə başı zəng olur; Səsdən adam dəng olur; Tutaydım könül quşun; Görəydim nə rəng olur. (Bayatı). // Xristianlarda: din işləri ilə, dini həyatla məşğul olan təşkilat; dini təriqət, məzhəb. Pravoslav kilsəsi. Katolik kilsəsi. kim I. əvəz.\n1. Cümlədə sual mənasında işlənib, insan adlarını və insan təsəvvürü verən varlıqların adlarını əvəz edir; hansı adam. Kim gəlib? O sözü kim dedi? Bu gün kim növbə çəkəcək? – Uşaq mənimdir, baba, dəxli nədir sizlərə? Kim sizi qəyyum edib hökm edəsiz bizlərə? M.Ə.Sabir.\n2. İki və daha artıq cümləni qarşılaşdırdıqda bölgü bildirmək üçün işlədilir. Kim ölə, kim qala. (Ata. sözü). [Zinyət xanım:] Nə bilmək olar kim öləcək, kim qalacaq. N.Vəzirov. Görüşən, ayrılan kim, vidalaşan kim. Mir Cəlal.\n3. İnkarlıq bildirən fellərlə işlənib, “heç kəs” sözünü əvəz edir. Kim duymamış ilıq səhərlərin dadını? R.Rza.\n4. “Hər kəs” sözünü əvəz edir. Kim baxarsa kəc bir gün belə; Şərəfsiz olacaq ömrünün sonu. M.Rahim. Xıdırlı kəndində bir qayda var. Gecə əvvəlcə kimin qapısını döysən, gərək orada gecələyəsən. S.Rəhman.\n5. “Adam”, “tanış”, “qohum”, “dost” mənalarında işlənib, inkar feli cümlələrdə təsdiq, təsdiq feli cümlələrdə inkar məzmunu yaradır. Burada sənin kimin var? Onun kimi yoxdur? – Yazıq bir qızam, kimim vardır? M.S.Ordubadi.\n6. Cümlədə müəyyən şəxslər haqqında eyham və işarə məzmunu ifadə edir (əsasən cəmdə işlədilir). [“Molla Nəsrəddin”] erməni-müsəlman qırğınının kimlər tərəfindən və nə üçün yaradıldığını ifşa etməkdə böyük rol oynamışdır. M.İbrahimov.\n7. Kimlərdənsən, kimlərdəndir və s. şəklində – “hansı nəsildənsən” (“nəsildəndir”), “qohumların (qohumları) kimdir” və s. mənalarında sual məqamında işlədilir. Ay bala, kimlərdənsən? Qız kimlərdəndir? ‣ Heç kim – heç kəs, heç kimsə. Küçələrdə heç kim gözə dəymirdi. M.Hüseyn. Hər kim – hər kəs. Hər kim bu kəndə təzə gəlmiş olsaydı, iki məhəllənin bir-birindən seçilmədiyini görərdi. N.Nərimanov. Kim bilsin (bilə, bilir) – “heç kəs” mənasında ara söz kimi işlədilir. [Məmməd:] Arvad, ölüm ki var yuxu kimi bir şeydir, kim bilir, bəlkə bu gün, sabah düşüb öldüm. “Aşıq Qərib”. [Nökər] ancaq təşəxxüs üçün, kim bilsin, hansı yaranalın köhnə paltarını geyinibdir. S.Qənizadə. Kim bilir, bəlkə də Mahru onu gözəl və yaraşıqlı bir gənc olduğu üçün sevirdi. M.S.Ordubadi. Kim ki – o şəxs ki, o adam ki. Kim ki insanı sevər aşiqihürriyyət olur; Bəli, hürriyyət olan yerdə də insanlıq olur. M.Ə.Sabir. Kim ki zəhmət çəkmədən, havayı yeyib, onun-bunun əməyilə dolanır, nəinki öz xalqının, öz vətəninin qanını soran bir tüfeylidir, həm də bütün bəşəriyyətə zərər vurur. M.İbrahimov. Kim kimədir! – hərc-mərclikdir, qarışıqlıqdır, dolaşıqlıqdır, özbaşınalıqdır. [Atasının dostu:] Bəlkə bir növlə dükanımızı əldə saxlayaq. Kim kimədir? Qantəmir.\n\nII. klas. Bax ki. Xoş ol kəsə kim; Vel dolanıb, dağda çobandır; Asudə hamandır. M.Ə.Sabir. kimi I. qoş.\n1. Bənzətmə və müqayisə bildirir. Ürəyi nanə yarpağı kimi əsir. – [Sultan bəy:] Mən bəy balası kimi qızımı arşın mal satana verəcəyəm? Ü.Hacıbəyov. Sanki göylərdə uçan quş kimiyəm; Sanki yerdən uçurulmuş kimiyəm. M.Müşfiq.\n2. Ani zaman bildirir. Məktubu alan kimi gəl. – [Əsgər:] Gözüm səni görən kimi qəlbim sevindiyimdən çırpınmağa başladı. Ü.Hacıbəyov. Qız gözünü açan kimi yan-yörəsinə baxdı. M.İbrahimov. Səni görən kimi, a şirin üzlüm; Nədən tuti dilim mənim lal olur? M.Rahim.\n3. Yer, ya zaman həddini bildirir – ...qədər, ...dək. Evə kimi bir yerdə getdik. – Rəsul bir saata kimi pinəçi dükanının qabağında durub pinəçilərə baxdı. “Aşıq Qərib”. Fəraqdən gecələr yatmaram sabaha kimi.. X.Natəvan. [Fatma xanım:] ..Mən bu gecə sabaha kimi can vermişəm. N.Vəzirov.\n\nII. əvəz. Bəzisi, kimisi (adətən iki və ya bir neçə cümlə qarşılaşdırıldıqda bölgü bildirmək üçün işlənir). Kimi xörək yeyir, kimi içir, kimi qəlyan, ya çubuq çəkir. Ə.Haqverdiyev. Kimi corab gətirdi; Kimi əlcək yetirdi. M.Rahim. Kiminin rüşvətxorluğu, qohumbazlığı, kiminin xəsisliyi, bəzisinin nadanlığı tənqid olunurdu. Mir Cəlal. kimicə dan. bax. kimi1. On ikicə sinni qızın var tamam; Öz nəvəm Əsmər kimicə, vəssalam. Ə.Nəzmi. kimisi bax. kimi2. Hərə bu səsi bir cür qarşıladı; kimisi polis müdirinə yumruq göstərir, kimisi barmağı ilə hədələyir, kimisi ağacla qorxudur, kimisi gülür, kimisi də “kəs səsini!” – deyə bağırırdı. M.S.Ordubadi. Kimisi səngər qazır; Kimisi məktub yazır. B.Vahabzadə. kim-kimsə (=kim-kimsənə) is. Yaxın adam, dostaşna, qohum, qohum-əqrəba. Mənim səndən özgə yoxdur bir kəsim; Yüz kimin-kimsənən o ki var sənin. Q.Zakir. Yəqin Həpir ağıllanıb, kamil adam olub, bir də ki, .. şəhərdə kimkimsəsi yoxdur. Mir Cəlal. kim-kimsənə (=kim-kimsə) is. Yaxın adam, dostaşna, qohum, qohum-əqrəba. Mənim səndən özgə yoxdur bir kəsim; Yüz kimin-kimsənən o ki var sənin. Q.Zakir. Yəqin Həpir ağıllanıb, kamil adam olub, bir də ki, .. şəhərdə kimkimsəsi yoxdur. Mir Cəlal. kimoqraf [yun. kyma – dalğa və grapho – yazıram]\n1. Müxtəlif fizioloji proseslərin qrafik qeydi üçün cihaz.\n2. Eksperimental fonetikada: səs əyrisini qeyd edən cihaz. kimono [yap.]\n1. Yaponlarda xalat şəklində milli kişi və qadın geyimi.\n2. Qolu xüsusi şəkildə biçilmiş qadın paltarı. kimsə 1. əvəz. Məlum olmayan şəxs, adam. Səxavət olmayan kəsdə şücaət feli nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi. Vaqif, bir kimsə ki bizdən yaşına; Yəqin bil ki, bizlən olmaz aşina. M.P.Vaqif.\n2. Heç kim, heç kəs, heç bir adam, heç biri. Kimsə onun qabağına çıxa bilməz. Kimsəyə boyun əyməz. Kimsə gəlmədi. Kimsəni görmədim. – Bəs ki verməz yuxu göz açmağa fürsət kimsəyə; Sübh gün şənilə hər gün çeşmi-bidar axtarır. Qövsi. Kimsə bilməz ki, neçə yardən oldum məyus. S.Ə.Şirvani. Həyətdə kimsə yoxdu. S.Hüseyn.\n3. Kimsədən şəklində – heç kimdən, heç kəsdən, heç bir adamdan. Kimsədən minnət götürməz. – Kim olduğumuzu yəqin ki, kimsədən soruşmadan bilirlər. M.İbrahimov. kimsənə əvəz. köhn. Bir adam, bir kəs, kimsə, bir şəxs. Yetişməz dadına heç bir kimsənə; Qalarsan naəlac, naçar, ağlarsan. M.V.Vidadi. Zalım fələk xub susayıb qanıma; Bir kimsənə yoxdur gələ yanıma. Q.Zakir. kimsəsiz sif.\n1. Heç kəsi (yaxın qohumu, arxası, köməyi) olmayan; adamsız. Kimsəsiz uşaq. Kimsəsiz qadın. – [Araz] kimsəsiz, tək bir adam idi. A.Şaiq. Bu gün Hüseyn artıq arxasız və kimsəsiz bir yetimdir. S.Rəhman. // İs. mənasında. Hər gecə əxilər süfrəsi başında gördüyü o müxtəlif qəriblər və kimsəsizlər içərisində yavaş-yavaş bu qocanın da siması [yolçunun] xəyalında canlanırdı.. Ə.Məmmədxanlı.\n2. İnsan yaşamayan, boş, adamsız, tənha. Kimsəsiz yerlər. – Öz kimsəsiz torpağına baxdı Füzuli; Bir sönməyən şimşək oldu, çaxdı Füzuli. Ə.Cavad. Səməd .. uzaqdan görünən kimsəsiz tarlalara baxdıqca ürəyi sıxılırdı. İ.Hüseynov. kimsəsizlik is.\n1. Kimsəsiz adamın halı; təklik, adamsızlıq. Bu gözlənilməz sədəqə Sürəyyanın ürəyini kimsəsizliyin dərin acısı ilə doldurdu. Ə.Məmmədxanlı. Dahi şairin böyük arzularla dolu qəlbi ümidsizliklə, kimsəsizliklə (z.) boşalmışdı. Mir Cəlal.\n2. məc. Tənhalıq, adamsızlıq. kimya [ər. əsli yun.]\n1. Maddələrin quruluşunu, habelə onların qarşılıqlı olaraq bir haldan digər hala keçməsini öyrənən elm. Nəzəri kimya. Kimya dərsliyi.\n2. Bir şeyin keyfiyyətcə tərkibi. Neft kimyası. Qan kimyası.\n3. məc. klas. Hikmət, qüdrət. kimyaçı is.\n1. Kimya mütəxəssisi.\n2. Kimya sənayesi işçisi. kimyagər is. [ər. kimya və fars. ...gər]\n1. köhn. bax. kimyaçı 1-ci mənada. M.F.Axundzadənin “Molla İbrahimxəlil kimyagər” komediyası. – Qız nə iş görür? – O da kimyagərdir. İ.Əfəndiyev.\n2. Keçmişdə: guya hər şeyi qızıla çevirmək sirr və sənətini bilmək iddiasında olan rəmmal. Lalərəng etdi gözüm qan ilə xakidərini; Kimyagərdir, edər gördüyü torpağı qızıl. Füzuli. Bunlar hamısı keçəndən sonra, bu otuz doqquz nömrədə min doqquz yüz doxsan doqquz rəmmal, kimyagər, quşbaz .. şəkli çəkmişik. C.Məmmədquluzadə. kimyagərlik is.\n1. Kimyaçılıq.\n2. isteh. Hər şeyi qızıla çevirmək iddiası və bu iddiada olan adamın halı. [Zahidoğlu:] Deyəndə ki, .. burada kəşflər etmək olmaz, Fərhadoğlu üstümüzə bağırır, kimyagərliyə qurşanır. S.Rəhimov. kimyalaşdırılma “Kimyalaşdırılmaq”dan f.is. kimyalaşdırılmaq “Kimyalaşdırmaq”dan məch. kimyalaşdırma “Kimyalaşdırmaq”dan f.is. kimyalaşdırmaq f. Kimyanın və maddələri kimyəvi üsulla işləmə üsullarının nailiyyətlərini texnikada, sənayedə və kənd təsərrüfatında tətbiq etmək. Kənd təsərrüfatını kimyalaşdırmaq. kimyəvi sif. [ər.]\n1. Kimyanın tədqiq etdiyi hadisə və proseslərə aid olan, kimyanın obyekti olan. Kimyəvi element. Kimyəvi reaksiya. Suyun kimyəvi təhlili. Qanın kimyəvi tərkibi.\n2. İstehsalatda kimya üsullarının tətbiqi və bu üsullarla maddələr hazırlanması ilə əlaqədar olan. Kimyəvi gübrələr. Kimyəvi maddələr. Ağacın kimyəvi üsulla işlənməsi.\n3. Sənayedə kimya üsulları ilə hazırlanan maddələrin hərbi məqsədlərlə tətbiqi ilə əlaqədar olan. Kimyəvi silah. Kimyəvi mərmi. kin is. [fars.] Gizli ədavət hissi. Kin bəsləmək. Kin saxlamaq. Kini soyumaq. Qəlbində kin oyanmaq. – Süzdü rəssam onu altdanyuxarı; Saçaraq gözləri kin dalğaları.. H.Cavid. [Əminə:] Məni tanımır, ehtimal ki, bu hekayəni görüb mənə kin və qərəz bağlasın. Qantəmir. Şəfiqənin gülüşündə kin yox idi. Ə.Məmmədxanlı. kinayə is. [ər.]\n1. Üstüörtülü, dolayı məna verən söz və ya ifadə. [Gülsabah Mirzə Camala:] Mən artıq bu acı kinayələrdən usandım, öldüm, məni öldür. C.Cabbarlı. [Tahirə] baxır, deyəsən, o da Cəmilin kinayəsində həqiqət olduğunu təsdiq edərək istehzalı bir təbəssümlə gülürdü. M.Hüseyn. • Kinayə etmək – kinayə təriqi ilə söyləmək, işarə etmək. ..Şair Nəim “Füyuzat”ın 9-cu nömrəsində nəyə kinayə edibdirsə, özü bilər, ancaq bizim indiki əhvalımızı çox gözəlcə təsvir edib.. Ü.Hacıbəyov. // Üstüörtülü, toxunan söz. Bu kinayələr, görəsən, kimə aiddir?\n2. ədəb. Bir şəxs və ya şey haqqında olan həqiqi fikir, təsəvvürü yalandan əks şəkildə ifadə edən söz, ibarə.\n3. “ilə” qoşması ilə zərf – məsxərə ilə, kinayəli-kinayəli. Kinayə ilə danışmaq. Kinayə ilə süzmək. kinayəli sif.\n1. İçində kinayə olan (bax. kinayə 1-ci mənada). Kinayəli söz. Kinayəli baxış. – Bu, eyhamla deyilmiş kinayəli sözlər qocaları yerindən oynatdı. R.Rza. Mirzə ani bir sükutdan sonra kinayəli sözlərini dedi. Mir Cəlal.\n2. Rişxəndli. [Xortdanın] qaçmağını gördükdə Molla Kərimdən kinayəli bir qəhqəhə çıxdı. B.Talıblı. kindar [fars.] bax. kinli. kindarlıq bax. kinlilik. kinematoqraf [yunancadan]\n1. Hərəkət edən obyektlərin şəklini işığa həssas plyonkaya çəkmək, habelə bunları ekranda göstərmək üçün aparat; bu aparatın tətbiqinə əsaslanan tamaşa.\n2. bax. kinematoqrafiya. kinematoqrafçı is. Kinematoqrafiya işçisi, kino mütəxəssisi. kinematoqrafçılıq is. Kinematoqrafın işi, peşəsi, sənəti. kinematoqrafiya [yun. kinema və grapho] Kinofilmlər hazırlamaq və onları nümayiş etdirmək sənəti. Azərbaycan kinematoqrafiyası. // Sənayenin kinofilmlər istehsal edən sahəsi. Kinematoqrafiya müəssisələri. kineskop [yun. kineo və skopeo] Televiziyaya tətbiq edilən qəbuledici, elektrik şüa borusu. kinetik sif. [yun.]\n1. Kinetikaya aid olan.\n2. Hərəkətə aid olan, hərəkətlə bağlı olan. • Kinetik enerji – hərəkət enerjisi, cismin hərəkətindən asılı olan enerji ehtiyatı. kinetika [yun.]\n1. Nəzəri mexanikanın dinamikanı və statikanı qavrayan şöbəsi.\n2. Fiziki kimyanın, kimyəvi proseslərin sürət və mexanizmini öyrənən hissəsi. kinə is. əcz. Kinə ağacının qabığından hasil edilən acıdadlı ağ toz dərman; isitmə dərmanı. Kinə atmaq. – [Heybət:] Dünən yaxşı idim, Xəlil dayı, heç nahaq yerə kinəni içmədim. M.Hüseyn. kin-küdurət bax. kin. kinli sif. Kin saxlayan. Kinli adam. – Dəvə kinli (z.) olar. (Ata. sözü). [Xalq] düşməninə qarşı kinli, inadlı, dostlarına qarşı olduqca mehriban və səmimidir. M.S.Ordubadi. Mehriban başını qaldırdı, kinli bir nəzərlə [Zeynala] baxdı. S.Hüseyn. Gənc və gözəl Səadətin nənəyə qarşı bu qədər acıqlı və kinli (z.) olmasının səbəbi nə idi? İ.Əfəndiyev. kinli-kinli zərf Kinli halda, kinli bir tərzdə; qəzəbli. Yamacın yetimçəsi mənə qalmayıb, – deyə [Əlləzoğlu] kinli-kinli söylənirdi. İ.Hüseynov. kinlilik is. Kin saxlama, gizli ədavət bəsləmə, ürəyində kinsaxlama xasiyyəti. kino [yun. kinema – hərəkət edən]\n1. bax. kinematoqrafiya. Hələ 1927-1928-ci illərdə Cabbarlı kino sənəti ilə maraqlanmağa başlamışdı. M.Arif.\n2. dan. bax. kinofilm. Kino göstərmək. – Saat iki olar; Uşaqlar üçün televizor; Kino verəcək bu gün. M.Rahim. Bütün tərsliyinə baxmayaraq, [Musa] ömründə bir kino tamaşası buraxmazdı. İ.Əfəndiyev.\n3. bax. kinoteatr. [Səlim və Mehriban] sonra bulvardakı “Yeni kənd” kinosuna gedib hazırkı həyatdan alınmış faciəyə tamaşa etmişlərdi. S.Hüseyn. [Firidun] [Südabənin] yenə kinoya getməyə, yaxud gəzməyə çıxmağa gəldiyini güman etdi. M.İbrahimov. • Kino budkası – kinoaparat və kinomexanik üçün xüsusi yer, budka. kino... [yun.] Kinematoqrafiya ilə bağlı olan mürəkkəb sözlərin birinci tərkib hissəsi; məs.: kinoxronika, kinojurnal, kinooçerk, kinooperator. kinoaktyor [yun. kine və fr. acteur] Kinofilmlərdə çəkilən artist. kinoaktrisa [yun. kine və fr. acteur] Kinofilmlərdə çəkilən aktrisa. kinoaparat [yun. kine və lat. apparatus] Kinofilmləri göstərmək üçün aparat. kinoartist [yun. kine və fr. artiste] bax. kinoaktyor. kinoatelye [yun. kine və fr. atelier] Kinofilmləri çəkmək üçün xüsusi bina, atelye. kinodrama [yun. kine və drama] Drama əsasında çəkilmiş film. kinodramaturgiya [yun. kine və dramaturgia] Kinematoqrafiya vasitələri ilə nümayiş etdirilmək üçün yazılan ədəbi əsərlər (bir janr kimi). kinodramaturq [yun.] Kino (2-ci mənada) üçün ssenari yazan yazıçı, dramaturq. kinofabrik [yun. kine və lat. fabric] Kinoşəkillər istehsal edən müəssisə, iri kinostudiya. kinofaciə [yun. kine və ər. faciə] Faciə əsasında çəkilmiş kinofilm. kinofestival [yun. kine və lat. festival] Ümumi bir mövzuya həsr edilmiş kinofilmlərin, yaxud hər hansı bir ölkənin ən yaxşı kinofilmlərinin göstərilməsi. kinofilm [yun. kine və ing. film – lent] Ekranda göstərilmək üçün kinoşəkil. “Leyli və Məcnun” kinofilmi. kinoxronika [yun. kine və chronikos] Mövzusu cari həyatdan alınmış kinofilm və ya kinojurnal. // Kino incəsənətinin, gündəlik həyatın ayrı-ayrı hadisələrini əks etdirməklə bağlı olan janrı. kinojurnal [yun. kine və fr. journal] Gündəlik həyatdan ayrı-ayrı epizodları, səhnələri nümayiş etdirən qısametrajlı kinofilm. kinokadr [yun. kine və fr. kadre] Kino lentində olan kadrlardan hər biri. kinokomediya [yun. kine və komodia] Kino sənəti janrlarından biri; gülməli məzmunlu kinofilm. kinoqurğu is. Kinofilmləri göstərmək üçün qurğu (cihazlar, aparatlar və s.). kinolaşdırılma “Kinolaşdırılmaq”dan f.is. kinolaşdırılmaq məch. Hər hansı bir rayonda, yerdə kinoteatrlar və səyyar kinolar təşkil edilmək, kino şəbəkəsi yaradılmaq. kinolaşdırma “Kinolaşdırmaq”dan f.is. Kinolaşdırma işləri genişlənmişdir. kinolaşdırmaq f.\n1. Hər hansı bir rayonda, kənddə, qəsəbədə və s.-də daimi surətdə kinofilmləri göstərmək üçün kinoteatrlar və səyyar kinolar təşkil etmək, kino şəbəkəsi yaratmaq. Kəndi kinolaşdırmaq. Məktəbləri (klubları) kinolaşdırmaq.\n2. Bir əsəri kinoya çəkmək üçün uyğunlaşdırmaq, kinoya çəkmək. Povesti kinolaşdırmaq. kinolaşma “Kinolaşmaq”dan f.is. Kəndin kinolaşması. kinolaşmaq f. Kinofilmləri nümayiş etdirmək üçün lazımi avadanlıqla təmin etmək, edilmək. Kənd kinolaşdı. kinolent [yun. kine və ital. lenta] Kinofilmin ayrıca nüsxəsi, surəti. kinomexanik [yun. kine və mechanike] Kinofilmləri nümayiş etdirən, kinoaparata xidmət edən mexanik. kinomexaniklik is. Kinomexanikin işi, sənəti, ixtisası. kinomontaj [yun. kine və lat. montage] Çəkilmiş ayrı-ayrı kinokadrların müəyyən ardıcıllıqla bir-birinə calanması, quraşdırılması. kinooçerk [yun. kine və rus. oçerk] Oçerk əsasında çəkilmiş film. kinooperator [yun. kine və lat. operator] Kinofilmləri çəkən mütəxəssis. kinooperatorluq is. Kinooperatorun işi, sənəti, məşğuliyyəti, ixtisası. kinopovest [yun. kine və rus. povest] Povest əsasında çəkilmiş film. kinorejissor [yun. kine və fr. regisseur] Kinofilmlərin quruluşçusu olan rejissor. kinorejissorluq is. Kinorejissorun işi, sənəti, ixtisası. kinoseans [yun. kine və fr. seanse] Kinofilmlərin müəyyən proqramının nümayiş etdirilməsi üçün ayrılan vaxt. kinossenari [yun. kine və ital. scenario] Əsasında kinofilm çəkilən ədəbi əsər. ..Cabbarlı “Hacı Qara” komediyasının kinossenarisini yazmış, filmin çəkilişində yaxından iştirak etmişdi. M.Arif. kinossenarist (=kinossenariçi) is. Kinossenari yazan yazıçı; kinodramaturq. kinossenariçi (=kinossenarist) is. Kinossenari yazan yazıçı; kinodramaturq. kinostudiya [yun. kine və ital. studio – səy, çalışma] Kinofilmlər istehsal edilən müəssisə. Kinostudiya yeni bir filmin ayrıayrı hissələrini çəkmək üçün dağlara bir ekspedisiyaya hazırlaşırdı. İ.Əfəndiyev. kinoşəkil [yun. kine və ər. şəkl] bax. kinofilm. Əmiraslan baba .. Turşsuyun da tanınmasını, belə kinoşəkillərə düşməyini, şöhrət qazanmağını istəyirdi. S.Rəhimov. kinoşünas [yun. kine və fars. ...şünas] Kinoşünaslıq sahəsində çalışan alim. kinoşünaslıq is. Kino incəsənəti haqqında elm. kinoteatr [yun. kine və teathro] Kinofilmləri tamaşaçılara göstərmək üçün xüsusi bina. “Nizami” kinoteatrı. – Qadınlar üçün kinoteatr təşkil edilmişdi. M.S.Ordubadi. kinsiz sif. Kini olmayan, ürəyində kin saxlamayan. Kinsiz adam. kiosk [fr. kiosque, əsli köşk] Xırda alver, cürbəcür arayışlar vermək və s. üçün kiçik tikili; pavilyon. Gül kiosku. Su kiosku. Qəzet kiosku. kioskçu is. Kioskda satıcı. kip zərf\n1. Bir-birinə sıx, yaxın. Nə uzun, nə gödək, münasib gərək; Ağzı, burnu nazik, dodaq kip gərək. Aşıq Ələsgər.\n2. Möhkəm, bərk. Kip bağlamaq. Kip sıxmaq. Sarğı kip olmalıdır. – Qapı ehmalca çəkilib çərçivəsində kip oturdu. İ.Hüseynov. kipcə zərf Çox kip, möhkəm, sıx. Qapını kipcə örtmək. – O, xəz yaxalı qara paltosunu düymələdi, papağını öz səliqəsinə görə başına kipcə yerləşdirdi. Ə.Əbülhəsən. kipcək bax. kipkəc. kipkəc 1. is. Mexanizmin hərəkət edən hissələrinin ətrafında açıq qalan yerləri sıxsıx qapayan və mayenin, buxarın, ya qazın sızıb çıxmasının qarşısını alan detal. Su nasosu gövdədən, pərli çarxdan, valcıqdan və kipkəclərdən ibarətdir. Ə.Əlizadə.\n2. sif. məh. Ortabab, orta vəziyyətdə olan, nə enli, nə dar; yığcam. Kipkəc ev. kipkəcli sif. Kipkəci olan. Kipkəcli mexanizm. kipləmə “Kipləmək”dən f.is. kipləmək f. Kip qapamaq, kip bağlamaq; möhkəmlətmək, bərkitmək. Deşiyi kipləmək. kiplənmə “Kiplənmək”dən f.is. kiplənmək məch. Kip qapanmaq, kip bağlanmaq; kip olmaq, kipləşmək. kipləşdirici bax. kipkəc 1-ci mənada. kipləşdirilmə “Kipləşdirilmək”dən f.is. kipləşdirilmək “Kipləşdirmək”dən məch. kipləşdirmə “Kipləşdirmək”dən f.is. kipləşdirmək bax. kipləmək. kipləşmə “Kipləşmək”dən f.is. kipləşmək bax. kiplənmək. kiplik is.\n1. Kip şeyin halı; sıxlıq, yaxınlıq. Klapan və onun yuvasının oturacaq səthlərində lazımi kiplik və hamarlıq yaradılana qədər sürtülmə prosesi davam etdirilir. Ə.Əlizadə.\n2. Möhkəmlik, bərklik. kir is. Çirk. Kir bağlamaq. Kir tutmaq. – Qoca .. boynu kir bağlamış arxalığındakı saysız yamaqları ilə .. hamının diqqətini özünə cəlb edirdi. M.Hüseyn. kirayə bax. kirə. Armud özgənin, eşşək kirayə. (Məsəl). [Hacı:] ..Amma bunu mən dörd manata kirayəsinə götürmüşəm. Ə.Haqverdiyev. Hər kəsin artıq otağı vardısa, kirayə vermək üçün hazırlamağa başladı. B.Bayramov. kirayəçi bax. kirəçi. Ev sahibinin bir evi, kirayəçinin min evi olar. (Məsəl). Təzə kirayəçi öz ölkələrindən bizə nəql edəcək. Çəmənzəminli. kirayəçilik bax. kirəçilik. ..Nurəddin arabasını qoşub şəhərə kirayəçiliyə getdi. S.S.Axundov. kirayəli bax. kirəli. kirayəlik bax. kirəlik. kirayənişin [fars.] bax. kirənişin. Kirayənişinlərdən biri çamadanının qapağını tutub dururdu. T.Ş.Simurq. Günlərin bir günündə Fatmayı kəndlisi Ağayevin evinə kirayənişinlər gəldi. S.Rəhman. kirdar is. [fars.]\n1. İş, əməl, hərəkət. Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax; Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax. M.P.Vaqif. Xandostu! Amandı, qoyma gəldi; Kirdarı yamandı, qoyma gəldi! M.Ə.Sabir. • Kirdardan düşmək – artıq heç bir işə yaramamaq, yararsız hala gəlmək. [Səfər kişi:] Demək, mən lazım ola bilərəm, .. mən hələ kirdardan düşməmişəm. Mir Cəlal.\n2. Səbir, hövsələ. Kirdarım yoxdur. – Anada o kirdar hanı, telefona gələ, nömrə tapa, belə odlu-odlu danışa. Mir Cəlal. • Kirdarı gəlməmək – hövsələsi çatmamaq, səbri gəlməmək, həvəsi olmamaq. [Mehriban] bir istədi ki, Şərifənin gördüyü işi onun əlindən alıb görsün. Nədənsə buna da kirdarı gəlmədi. S.Hüseyn. Kirdarını kəsmək – hövsələdən çıxartmaq. Lakin Şahpəri ilə baş verən hadisə [Şahmarın] kirdarını kəsmişdi. B.Bayramov. kirdarlı sif. dan.\n1. İşlək, dözümlü. Kirdarlı oğlan. Kirdarlı adam. – Sən bu atın beləliyinə baxma, yaman kirdarlı heyvandır. S.Rəhimov.\n2. Oxşar, bənzər, kimi. Molla ədalı, sufi kirdarlı; Nitqi həqiqətli, sözü fal kişi. M.Ə.Sabir. kirdarsız sif.\n1. Bacarıqsız, qabiliyyətsiz, aciz. Elə oğlan var hazır çörəyi çeynəyib ağzına qoyursan, uda bilməyir, aciz, bədbəxt, kirdarsızdır. Mir Cəlal.\n2. Hövsələsiz, səbirsiz. kirdarsızlıq is.\n1. Bacarıqsızlıq, qabiliyyətsizlik, acizlik.\n2. Səbirsizlik, hövsələsizlik. kirə is. [fars.]\n1. Bir şeyin müəyyən haqq müqabilində müvəqqəti olaraq sahibi tərəfindən başqasına istifadəyə verilməsi; kirayə. • Kirə etmək – müəyyən haqq müqabilində bir şeydən müvəqqəti istifadə etmək. Çox fikirdən sonra mənzil kirə edib... məşğul oldu ticarətə. Ə.Haqverdiyev. Kirəyə vermək – bir haqq müqabilində müvəqqəti istifadə üçün başqasına vermək. Çoxdan anası deyirdi ki, otaqların ikisini kirəyə verəcək. S.Rəhman.\n2. İstifadəyə verilən şeyin haqqı, kirayə haqqı. Ev kirəsi. – [Qafar:] Bu gün xozeyindən əmr çıxmış ki, pinəçi Qafar tutduğu yerə kirə versin. S.S.Axundov. Hacı Sultan .. iki evindən aldığı kirələrin sayəsində rahatlıqla keçinirdi. S.Hüseyn. kirəc is. Tikintidə, heykəltəraşlıqda, cərrahlıqda və s.-də işlənən ağ və ya sarı rəngli əhəngli mineral maddə; gəc. [Babakişi:] Türkün sözü, kirəc qoydular, sarıdılar, bax belə. C.Cabbarlı. Kirəci tökülmüş divardan Mürsəl kişinin tüfəngi asılmışdı. M.Hüseyn. Həyət taxta parçaları ilə, kirəc, qum və palçıqla dolu idi. S.Rəhman. kirəcləmə “Kirəcləmək”dən f.is. kirəcləmək f.\n1. Kirəclə örtmək, suvamaq.\n2. Üstünə kirəc (gips) sarğısı qoymaq; gipsləmək (sınıq yeri). kirəclənmə “Kirəclənmək”dən f.is. kirəclənmək məch.\n1. Kirəclə örtülmək (suvanmaq), kirəc vurulmaq.\n2. Üstünə kirəc (gips) sarğısı qoyulmaq; gipslənmək. kirəcləşmə “Kirəcləşmək”dən f.is. kirəcləşmək f. Kirəc halına gəlmək. kirəcli sif. Tərkibində kirəc olan. Kirəcli su. Kirəcli torpaq. kirəçi 1. bax. kirənişin. Mirzə Qədir evindəki kirəçilərdən heç birini dışarı çıxara bilməyəcəkdi. S.Hüseyn.\n2. bax. kirəkeş. kirəçilik bax. kirəkeşlik. Qəhrəman muzdurluq, kirəçilik edərdi. Ə.Vəliyev. kirədar [fars.] köhn. bax. kirənişin. kirəkeş [fars.] köhn. Haqq müqabilində başqası üçün at, araba və s. ilə yük daşıyan adam; kirəçi. [Gəmiçi:] Sözüm yoxdur, biz kirəkeş babayıq. M.Rzaquluzadə. kirəkeşlik is. köhn. Kirəçinin peşəsi, işi, məşğuliyyəti; kirəçilik. kirələmə “Kirələmək”dən f.is. kirələmək f. Kirə ilə tutmaq, kirə etmək; kirayələmək. Ev kirələmək. At kirələmək. kirələnmə “Kirələnmək”dən f.is. kirələnmək məch. Kirə edilmək, kirə ilə tutulmaq; kirayələnmək. kirəli sif. Kirə ilə tutulmuş, kirayə verilmiş. Kirəli ev. Kirəli dükan. kirəlik is. Kirə ilə tutma. Özününkün verib yarılığa; Özgədən tutub kiralığa. (Ata. sözü). kirəmit is. [yun.] Damların üstünü örtmək üçün gil, ya sementdən hazırlanan novşəkilli lövhəcik. Kirəmit zavodu. // Kirəmitdən, kirəmitlə örtülmüş. Küçələrin o tərəfbu tərəfində qırmızı kirəmit, dəmir taxtapuşlu ağ evlər .. ucalmışdır. Ə.Vəliyev. Bir az kənarda qırmızı kirəmit damlı geniş ağ korpuslar görünürdü. M.Rzaquluzadə. kirəmitbişirən is. Kirəmit karxanası işçisi. kirəmitçi is. Kirəmit ustası; kirəmitbişirən. kirəmitli sif. Kirəmitlə örtülmüş. Kirəmitli dam. – İskəndər kişi də [Səlim müəllimi] kəndin düz ortasında tikilmiş, yumru təpə yanındakı sarı kirəmitli məktəbə qədər ötürdü. M.Hüseyn. [Züleyxa] birmərtəbəli üstü qırmızı kirəmitli evə doğru yollandı. M.İbrahimov. kirənişin is. [fars.] Bir evdə kirə ilə yaşayan adam, mənzil kirə etmiş şəxs; kirəçi, kirayənişin. kiridilmə “Kiridilmək”dən f.is. kiridilmək məch. Səsi kəsdirilmək; susdurulmaq. kirikmək bax. kirimək. kirimə “Kirimək”dən f.is. kirimək f.\n1. Səsini kəsmək, susmaq, dinməmək. Uşaqlar kiridilər. – Ölüsü ölən kiridi, yasa gələn kirimədi. (Ata. sözü). Şirin sözlərinin çox müştaqiyəm; Danışmayıb kiriməyin nədəndir? M.P.Vaqif. [Tubu:] İndiyəcən oğlu ölən kiridi, qardaşı ölən kiridi, amma sən kirimək bilmirsən. Ə.Haqverdiyev.\n2. Rahatlanmaq, ovunmaq, sakitləşmək. [Paşa:] Nə olar, uşaq döyülər də, ağlar da, kiriyər də! Mir Cəlal. Göyün üzü ağladıqdan sonra kirimiş və gülməyə başlamış uşaq gözlərinə bənzəyirdi. Ə.Vəliyev. kirimişcə zərf Sakitcə, susmuş halda, səsini çıxarmadan, sakit-sakit, dinmədən, dinməz-söyləməz. Molla Nəsrəddin də bir tərəfdə kirimişcə oturub qulaq asırmış. “M.N.lətif.” [Koroğlu] gördü kişi kirimişcə durub maddım-maddım baxır onun üzünə. “Koroğlu”. [İlyas Adiləyə:] Sonra hərdənbir anamla görüşəndə ondan eşidirdim ki, dayım bütün günü kirimişcə gəzirdi. Ə.Məmmədxanlı. kiriş is.\n1. Möhkəm ip. Dəmirçioğlu başa düşdü ki, onun qollarını mumlu kirişlə bağlayıblar. “Koroğlu”.\n2. Ox yayının iki ucuna tarım bağlanan ip. Kirişi çəkmək. – Xan üçhaçalı bir oxu kirişə qoydu, .. oxu atıb gözlərini yumdu. M.Rzaquluzadə. // Mişar çərçivəsinin tarım ipi. Mişarın kirişi qırıldı. // Cəhrəni işlədən ip. Cəhrənin kirişini tarımlamaq. kirişçi is. Kiriş hazırlayan usta. kirişləmə “Kirişləmək”dən f.is. kirişləmək f. Kiriş çəkmək. kirişmə “Kirişmək”dən f.is. kirişmək qarş. Kirimək (çoxları haqqında). [Ana və gəlin] kirişəndə qızlar ağladı, qonaqlar ağladı. Çəmənzəminli. kiritmə “Kiritmək”dən f.is. kiritmək icb.\n1. Susdurmaq, sakitləşdirmək, səsini kəsməyə məcbur etmək.\n2. Sakit etmək, ovundurmaq. [Pərzad Telliyə:] Onda bir parça çörək ver, uşaqları hələ kiridim, sonra gələrik. Çəmənzəminli. [Dərviş:] Ürək verib Ruqiyyəni kiritdim. A.Divanbəyoğlu. kirkirə is. Əldəyirmanı. • Kirkirə kimi – dəyirman kimi. Şahpərinin çənəsi kirkirə kimi üyüdür, Yusifə dillənmək üçün macal vermirdi. B.Bayramov. kirki (=kirkit) I. is. xüs. Xalça toxunarkən ilməklərini sıxlaşdırmaq üçün işlədilən alət; daraq, həvə.\n\nII. sif. Qabığı çox bərk olmayan (qoz, badam və s. haqqında). Qoz sortları meyvə qabığının bərkliyinə görə üç cür olur: yumşaq və ya nazikqabıqlı – buna kağızı qoz, qabığı orta bərklikdə olana kirkit qoz, qabığı çox bərk olana isə çətənə qoz deyirlər. İ.Axundzadə. kirkit (=kirki) I. is. xüs. Xalça toxunarkən ilməklərini sıxlaşdırmaq üçün işlədilən alət; daraq, həvə.\n\nII. sif. Qabığı çox bərk olmayan (qoz, badam və s. haqqında). Qoz sortları meyvə qabığının bərkliyinə görə üç cür olur: yumşaq və ya nazikqabıqlı – buna kağızı qoz, qabığı orta bərklikdə olana kirkit qoz, qabığı çox bərk olana isə çətənə qoz deyirlər. İ.Axundzadə. kirkitləmə “Kirkitləmək”dən f.is. kirkitləmək f. Kirkitlə ilməklərini sıxlaşdırmaq, kirkit vurmaq. Xalçanı kirkitləmək. kirkitmə “Kirkitmək”dən f.is. kirkitmək bax. kirkitləmək. kirləndirilmə “Kirləndirilmək”dən f.is. kirləndirilmək məch. Çirkləndirilmək. kirləndirmə “Kirləndirmək”dən f.is. kirləndirmək bax. kirlətmək. Paltarı kirləndirmək. kirlənmə “Kirlənmək”dən f.is. kirlənmək f. Çirklənmək, kirli hala gəlmək. Tərdən yaxası kirləndi. Üst-başı kirləndi. kirlənmiş f.sif. Çirklənmiş, kirli, çirkli. Sonra da kirlənmiş bir yaylıq kimi; Atılmış o bizim yazıq analar. S.Vurğun. kirlətmə “Kirlətmək”dən f.is. kirlətmək f. Kirləndirmək; kirli, çirkli etmək; çirkləndirmək. kirli sif. Kir tutmuş, çirk basmış; çirkli. Kirli yun. Kirli əl. Kirli paltar. – Yaylığı kirli balam; Qəlbi fikirli balam; Cahıl-cuhul içində; Mənim şəkilli balam. (Bayatı). Bu sulu, palçıqlı, kirli dünyada; Səməndər quşunu salırsan yada! Şəhriyar. kirlik is. Bir şeyin çirklənməməsi üçün onun üzərinə çəkilən parça. // Döşlük, önlük. Kirlik geymək. kirlilik is. Kirli şeyin halı; çirklilik. kir-pas bax. kir. Kir-pası tökülmək. Kirpas içində olmaq. kirpi is. zool. Məməlilər sinfindən dərisi tikanla örtülü heyvan. Çəpgöz ayı, yumru kirpi; Yanlarında qara böcək; Dedilər ki, qış gəlməmiş; Yuvalara enək gərək. M.Dilbazi. ‣ Kirpi kimi qınına çəkilmək – cəmiyyətdən, insanlardan uzaqlaşaraq özünə qapanmaq. kirpik is.\n1. Göz qapağının kənarlarındakı tükcüklər. Uzun kirpiklər. – Anamın buz məzarından; Bilirəm ki, neçə dəfə; Torpaq alıb kirpiklərin. M.Araz. Qızarmış yanaqları, uzun kirpikləri, iri gözlərinin süzgün baxışı ona məlahət verirdi. T.Ş.Simurq. • Kirpiklərini endirmək – yerə baxmaq. Kəmalə məndən utanırmış kimi kirpiklərini aşağı endirdi. M.Hüseyn. Mehriban kirpiklərini ağır-ağır endirdi. H.Seyidbəyli. Kirpiklərini qaldırmaq – gözlərini açmaq; baxmaq, süzmək. O, kirpiklərini qaldırıb yarıaçılmış qapıya baxdı. M.İbrahimov. Məsum kişi .. kirpiklərini qaldıranda havanın tamam qaranlıqlaşdığını görüb yatağını açdı.. Mir Cəlal. Kirpiklərini qırpmaq – tez-tez gözlərini açıb yummaq. İmi .. kirpiklərini tez-tez qırpmağa başladı. İ.Əfəndiyev.\n2. xüs. bax. kirpikcik. ‣ Kirpik çalmaq (çaxmaq) – heyrətdən, təəccübdən tez-tez gözlərini açıb yummaq. Ovçu gendən yayındı; Oxu məndən yayındı; Bir dəfə kirpik çaldım; Gözüm səndən yayındı. (Bayatı). Kirpik çaxdı, oğrun baxdı; Od saldı cana, yeridi. Aşıq Ələsgər. Səriyyə xanım .. kirpik çalır və ağzındakı saqqızını yavaş-yavaş çeynəyirdi. M.S.Ordubadi. Kirpik (kirpiklərini) döymək – bax. kirpik çalmaq. [Rəşid] ani olaraq uzun kirpiklərini döyərək qara, nazik qaşlarını tərpətdi. M.İbrahimov. Yusif kirpiklərini döyüb özünü oyaq göstərməyə çalışdı. B.Bayramov. Əlləzoğlu kirpiklərini tez-tez döyüb bic-bic irişdi. İ.Hüseynov. Kirpik (kirpiklərini) qırpmamaq (qırpmadan) – dik, diqqətlə, gözlərini yummamaq (yummadan). Qoca bunları görmür kimi kirpiyini belə qırpmır. Çəmənzəminli. [Gülsənəm:] də kirpiklərini qırpmadan Cəmilə baxırdı. M.Hüseyn. Kirpikləri titrəmək – hirslənmək, haldan çıxmaq. Bu ana qədər buxarının istisindən xumarlanan və qərarından getməyən Rəhim bəyin kirpikləri titrədi.. M.Hüseyn. Kirpiyi (kirpikləri) ilə od götürmək (qaldırmaq) – çox ağır əziyyət, zülm çəkmək. kirpikcik is.\n1. Qısa, kiçik kirpik.\n2. adətən cəm şəklində, xüs. Bəzi heyvanların hüceyrələrində və bitkilərdə kirpiyə oxşar törəmələr. kirpiklilər cəm. zool. Kirpikləri olan heyvanlar sinfi. kirpiksiz sif. Kirpikləri olmayan və ya çox seyrək olan. Kirpiksiz gözlər. kirs I. is. Yara sağaldıqdan sonra ətrafında qalan bərkimiş şiş. Yara sağalar, kirsi yox. (Ata. sözü).\n\nII. is. Parçada, xalçada və s.-də qırış, bükük. kirsli sif. Kirsi olan (bax. kirs). Kirsli yara. kirşan is. Qadınların üzlərinə sürtdükləri ağ və ya ət rəngində ətirli, kosmetik toz maddə. Əziziyəm, bizə gəl; Al-yaşıl gey, bizə gəl; Üzün kirşanı neylər; Çək sürməni gözə, gəl. (Bayatı). Ənliyi-kirşanı neylər camalın; Sən elə gözəlsən binadan, pəri! M.P.Vaqif. • Kirşan vurmaq (sürtmək) – bax. kirşanlanmaq. kirşanlama “Kirşanlamaq”dan f.is. kirşanlamaq f. Üzə, yanağa kirşan sürtmək. [Qətibənin] çöhrəsini Bağdad və Xorasanın ağ mərmər rəngli kirşanları ilə kirşanladılar. M.S.Ordubadi. kirşanlanma “Kirşanlanmaq”dan f.is. kirşanlanmaq məch. Üzə kirşan vurulmaq, kirşan sürtülmək. kirşanlı sif. Kirşan sürtülmüş, kirşan vurulmuş. Kirşanlı üz. – Kirşanlı buxağa, sürtük yanağa; Qondarma xallara vurulmuş ağa. H.K.Sanılı. kirşə is. Altı hamar iki paralel xizək üzərində düzəldilmiş minik və ya yük arabası. Kirşə ilə odun daşımaq. // Uşaqlar üçün kiçik əl kirşəsi. [Kamal] dərsdən sonra .. kəndin kənarındakı təpədə kirşə sürməyə gedərdi. M.Rzaquluzadə. kirşəbağlayan is. Kirşəqayıran usta; kirşəçi. kirşəçi is.\n1. Kirşə işlədən, kirşə sürən adam.\n2. bax. kirşəbağlayan. kirt I. is. Dəridə əmələ gələn qırış, bükük, büzüm.\n\nII. təql.: kirt dayanmaq – birdən hərəkətdən qalmaq, birdən dayanmaq. Saat işlədiyi yerdə birdən kirt dayandı. Uşaqlar kirt dayandılar. – [Ağasəfər] ..darvaza qabağında bir milis nəfərini görüb kirt dayandı. Ə.Əbülhəsən. kirtik I. is. Sabun işləndikdən sonra qalan kiçik hissəsi. Sabun kirtiyi.\n\nII. is. bayt. Atın axsamasına səbəb olan azar. At kirtik olmuşdur. kirvə is.\n1. Uşaq sünnət olunarkən onu tutan adam. Uşağın kirvəsi.\n2. Yaxın adama kişiyə müraciət məqamında işlədilir. Qasıməli kirvə, .. bizə gərək iki pud xalis inək yağı, göndərəsən. C.Məmmədquluzadə. [Nəbi:] Kirvə, yaxşı vaxtda gəlmisən, bir adamımız çatmırdı. S.S.Axundov. – Vur, köpək oğlunu, günahı çoxdur! – Deyib qızışdırır bəyi kirvəsi; Muzdurun getdikcə kəsilir səsi... S.Vurğun. kirvəcanı is. məh. Kirvə arvadına xitab, müraciət sözü. kirvəlik is.\n1. Kirvə olma. [Xudaverdi:] Bir kirvəlik paltarı keçiribdir əyninə, [Orucun] gözü ayağının altını görmür. Ə.Vəliyev. Kirvəlik hər hansı yaxın qohumdan daha yaxındır. P.Makulu.\n2. Dostluq, tanışlıq, yaxınlıq. kirza is. Dəri və rezini əvəz edən maddə; dəri əvəzi. kis I. is. məh. [fars.] Xalça, kilim, gəbə və s.-də qabarıqlıq, qırışıq, bükük.\n\nII. nida. Qoyunları sürmək üçün çobanın işlətdiyi nida sözü. kisbənd is. [fars.] Balaca kəsərtilər üçün gön qab, qılaf, futlyar. Dəllək kisbəndi. kisel is. [rus.] Meyvə şirəsinə nişasta və s. qarışdırılmaqla hazırlanan həlməşik yemək növü. Meyvə kiseli. Südlü kisel. kisə is. [fars.]\n1. Un, buğda, düyü və b. səpələnən, dağılan şeyləri saxlamaq və ya bir yerdən başqa yerə aparmaq üçün qab – torba. Düşərgənin qabağında gübrə dolu kağız kisələr, peyin və bir neçə neft çəlləyi vardı. M.İbrahimov. Usta Ramazan sement və şüşə tozu ilə dolu kisələri göstərib fəhlələrə əmr verdi. M.Hüseyn. // İçinə pul və s. qoymaq üçün kiçik torba, kisəcik. Pul kisəsi. Bir kisə xına. – Koroğlu qocaya bir kisə qızıl verdi. “Koroğlu”. [Hacı Qara:] Oğlum ölsün ki, dəxi kisədə tənbəki yoxdur. M.F.Axundzadə.\n2. Cib mənasında. Nisyə girməz kisəyə. (Məsəl). Gecə gələn qonaq öz kisəsindən yeyər. (Məsəl). Sən bilirsən ki, Təbriz uşağı kef çəkəndə kisəsinin ağzını bağlamaz. M.S.Ordubadi. Millətin kisəsi boşdur, işi yaş, ey məşədi; Ala bilmir evə bir ponza lavaş, ey məşədi! M.Möcüz.\n3. Yuyunarkən bədəndən çirki çıxartmaq üçün cod parçadan tikilən və ələ keçirilən torbacıq. • Kisə çəkdirmək – hamamda kisəçiyə kisə ilə bədəninin çirkini çıxartdırmaq. Kisə çəkmək – kisə çəkərək bədənin çirkini çıxartmaq. Miyançızadə əvvəlcə Nuriyevin uşaqlarını çimizdirdi, sonra kamali-səliqə ilə Nuriyevə kisə çəkdi və yuyundurdu. Ə.Vəliyev.\n4. zool. Kisəli heyvanların qarınları altında olan kisəyə oxşar boşluq (balaları bunun içində böyüyüb yetişirlər). ‣ Kisədən getmək – zərər dəymək, əldən çıxmaq. Kisəsindən getmək – itirmək, əldən çıxmaq. O, kisəmizdən getdi. – ...kisəsinə daş atmaq – qəsdən pullarını xərclətmək, qurtarmaq. Bu pulsuz vaxtımda, Mirzənin kisəmə daş atmağına müəyyən məna verə bilmədim. Mir Cəlal. Kisəsini doldurmaq – hər vasitə ilə varlanmaq, cibini doldurmaq. ..Hər gələn kisəsini doldurmağa çalışır. H.Nəzərli. kisəcik is. Kiçik kisə. Xına kisəciyi. Tütün kisəciyi. kisəçəkən is. bax. kisəçi. kisəçi is. Hamamda kisə çəkməklə məşğul olan adam; kisəkeş. [Bu qadın] Məşədi Abbas ağa kisəçinin övrətidir. M.S.Ordubadi. kisəçilik is. Kisəçinin işi, peşəsi, sənəti. Kisəçilik etmək. kisədibi is. İşləndikdən sonra qalan az miqdar şey. Kisədibi un. Kisədibi düyü. kisəkeş [fars.] bax. kisəçi. kisə-kisə is. Bir neçə kisə, kisələr dolusu, kisələrlə. ..Top-top çit, kisə-kisə qəndçay maşından boşaldıqca adamların “sağ ol, Zəki! – səsləri ümumi bir xora dönmüşdü. R.Rza. İndi top-top, tay-tay parça, kisə-kisə şəkər, un, düyü daşınırdı. Ə.Əbülhəsən. // məc. Çoxlu miqdarda. ..Nikolay padşah Qaçaq Nəbinin başını gətirən hər hansı adama kisə-kisə qızıl da vəd edirdi. S.Rəhimov. kisələmə “Kisələmək”dən f.is. kisələmək f. Kisə ilə çirk çıxartmaq, kisə ilə bədənini sürtmək. [Camadar] başladı mənim canımı ovmağa, sonra da kisələməyə. C.Məmmədquluzadə. kisələnmə “Kisələnmək”dən f.is. kisələnmək qayıd. Bədəninə kisə sürtmək, bədəninə kisə çəkmək. // “Kisələmək”dən məch. kisələtdirmə “Kisələtdirmək”dən f.is. kisələtdirmək icb. Bədəninə kisə sürtdürmək, kisə çəkdirmək. kisələtmə “Kisələtmək”dən f.is. kisələtmək bax. kisələtdirmək. kisəli sif. Kisəsi olan (bax. kisə 4-cü mənada). Kisəli heyvanlar. kisəlilər cəm zool. Məməlilər sinfinə mənsub olub, yaxşı inkişaf etməmiş kiçik balalar doğan və onları qarınları altındakı kisədə saxlayıb böyüdən kisəli heyvanlar (məs.: kenquru, köstəbək). Tabaşir dövrünün xırda məməli heyvanları təkamül edərək iki qrupa – kisəlilərə və ətənəli(lərə) ayrılır. M.Axundov. kisəyi is. Nazik şəffaf parça. 2 metr kisəyi. // Həmin parçadan tikilmiş. [Gülbadam] ağ kisəyi köynəyinin enli qolları ilə uşağın alnındakı təri sildi. N.Nərimanov. Qadınlar kisəyidən nazik paltar geyib, başlarını yaylıqla örtmüşdülər. M.İbrahimov. kist is. [rus.] Bir şeyə rəng və ya yapışqan sürtmək, yaxud sulu və ya yağlı boya ilə şəkil çəkmək üçün ucuna cod tük topası bağlanmış alət; fırça. Müharibə günündə kəskin bir silah olur; Mənim əlimdə qələm, rəssamın əlində kist. S.Rüstəm. kisvət is. [ər.] klas. Paltar, libas. Çün naməyə qıldı bir nəzarə; Can kisvətin etdi parə-parə. Füzuli. Pəhləvanlar kisvət geyir, yağlanır; Cümlə bəzirganlar burda əylənir. “Aşıq Qərib”. kiş nida. Toyuqları, quşları və s. qovmaq üçün çıxarılan səs. Vuraram ölər, kiş deyərəm, getməz. (Məsəl). [Qaraş xoruza:] Kiş, kiş, öləsən, səni! M.İbrahimov. Kiş, kiş, qırılmışlar! – deyə, Adilə əyilib yerdən fındıq boyda bir daş götürdü, göyə, qartallara doğru tolazlamaq istədi. Ə.Məmmədxanlı. kişi is.\n1. Cinscə qadının əksi. Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər. (Ata. sözü). [Rüstəm bəy:] Mən gözümün ağıqarası olan bir qızımı, bax bu kişiyə ərə verirəm. Ü.Hacıbəyov. Bu gün kişilərdən daha çox arvad var idi. T.Ş.Simurq.\n2. Ər. Onun kişisi çoxdan ölüb. – [Cahan:] Bəli, kişim dəllallıq edərdi. Ü.Hacıbəyov. ..Kişisi cavan yaşında öldüyündən Durnanın həyatı pozulmuşdu. Ə.Sadıq.\n3. Adam, şəxs, kəs. Hər kişi öz işini bilsin. Hər kişi öz sözünü dedi. – Hər kişinin öz münasib tayı var; İşim nədir deyəm xandan, a mirzə. Aşıq Pəri. Kişi dövlətinə pasiban gərək; İşarə anlayan, söz qanan gərək! Q.Zakir.\n4. məc. Mərd, namuslu, sözündə sabit adam. Bu, kişiyə yaraşan hərəkət deyil. – Özün kişi deyən kimsə sədaqət sənətin işlər. M.P.Vaqif. [Məşədi İbad] ..Mən deyirəm ki, axı Rüstəm bəy kişidir, belə iş eləməz. Ü.Hacıbəyov. • Kişi kimi – mərdliklə, namusla, mərdcəsinə, möhkəm. Özünü kişi kimi aparmaq. Kişi kimi söz vermək.\n5. Hörmət əlaməti olaraq yaşlı kişilərin adlarına əlavə olunur. Alı kişi neçə illər idi ki, Həsən xana ilxı otarırdı. “Koroğlu”. Həsən kişi yeganə qızının haqqında dönə-dönə təriflər eşitmişdi. M.İbrahimov. Xalıqverdi kişi qocalmışdı. Ə.Vəliyev. • Beş kişinin biri – hörmətli, nüfuzlu kişi haqqında. kişiciyəz (=kişicik) “Kişi” sözündən oxş. [Tükəz:] Kişiciyi tovluyub qaçaq mala apardılar. M.F.Axundzadə. [Zərrintac:] Guya bizim bu kişiciyin böyük bir gəmisi-zadı batıbdır! S Rəhimov. kişicik (=kişiciyəz) “Kişi” sözündən oxş. [Tükəz:] Kişiciyi tovluyub qaçaq mala apardılar. M.F.Axundzadə. [Zərrintac:] Guya bizim bu kişiciyin böyük bir gəmisi-zadı batıbdır! S Rəhimov. kişi-kişi zərf Kişilərə məxsus bir tərzdə, kişi kimi, yaşlı adam kimi. Aslan baltanı götürür, kişi-kişi soba üçün odun yarırdı. S.Rəhimov. kişilənmə “Kişilənmək”dən f is. kişilənmək f.\n1. Kəkələnmək, xoruzlanmaq, cəsarətlənmək, üstünə qabarmaq. [Hacı:] Demək ki, Sultanəli tək məni söyür, ya Məşədi Cahangirə kişilənir? Mir Cəlal. Ancaq Sadığın yanında özünü təhqir olunmuş sayan Kərim bir az kişiləndi. Ə.Vəliyev.\n2. bax. kişiləşmək 1-ci mənada. kişiləşmə “Kişiləşmək”dən f.is. kişiləşmək f.\n1. Cismən yetkinləşmək, möhkəmlənmək, tamamilə boya-başa çatmaq, yekəlmək.\n2. Kişi xasiyyətli olmaq, kişi kimi olmaq. Kişilərlə yoldaşlıq edib bir vəzifə daşıdığım üçün kişiləşmədim ki! M.S.Ordubadi.\n3. bax. kişilənmək 1-ci mənada. Görürsən ki, uşaqlar şitəyir, bir az yekəsi kişiləşir, onları aralayırdı. S.Rəhimov. kişili-arvadlı top. Həm kişilər, həm qadınlar; hamı. Ya rəbbi! – deyə bu dəfə kişiliarvadlı bütün məclisdəkilər yerbəyerdən səsləndilər. M.Rzaquluzadə. kişilik is.\n1. Qoçaqlıq, igidlik, mərdlik, mətanət, səbat, qeyrət, hünər. Hücuma başlarkən Bədəlov taqımına demişdi: – Bax, kişilik vaxtıdır, qırdığınızı qırın, olmadı əsir tutun.. Ə.Əbülhəsən. [Fərhad] döyüşçülərlə olduqca müxtəsər danışdı: – Hər kəsdə azərbaycanlı qanı varsa, bu gecə kişilik göstərməlidir. Ə.Vəliyev.\n2. Kişiyə xas olan sifətlər, xüsusiyyətlər. [Hacı:] Mənim kişiliyim qalmayıb. C.Cabbarlı. [Hacı Kamyabın] kişiliyini yaxşı anlamaq lazım gələrsə, “arvadlar arasında kişi” sözü haqqında fikrini anlamaq gərəkdir.. Qantəmir. // Kişi heysiyyəti, mənliyi, qeyrəti. Müqim bəyin kişiliyinə toxunan bu atmacadan o, pul kimi qızardı. S.Rəhimov. // Kişi cinsi qabiliyyəti. ‣ (Heç) kişilik(dən) deyil – kişi adına yaraşmaz, insana yaraşmaz, layiq deyil. Qəssab Alı fikirləşdi ki, bu belə danışır, bunun kefinə dəyib Eyvazı əlindən almaq heç kişilikdən deyil. “Koroğlu”. [Əmrah:] Eh, nökərçilik də bir kişilik deyil. Ə.Haqverdiyev. kişisiz zərf və sif. Sahibsiz, ərsiz. Kişisiz ev. Kişisiz arvad. – Kimdirlər .. kəbinli övrətlərini gecələr evlərdə kişisiz qoyanlar? C.Məmmədquluzadə. Demək, Nigar səhvini anlamış, başa düşmüşdür ki, ev kişisiz dolana bilməz. S.Hüseyn. kişivari sif. Kişiyə oxşar kimi, kişi kimi. [Məşədi Kaşani:] Görünüz iş nə mərtəbəyə çatıbdır ki, bir para ünas xeylağı kişivari paltar geyib konduktorluq və sərtiblik edir. Qantəmir. kişivarilik is. Kişiyə oxşama, özünü kişiyə oxşatma. kiş-kiş bax. kiş. Kiş-kişlə donuz darıdan çıxmaz. (Ata. sözü). ‣ Kiş-kişlər olsun! – Allah eləməsin, Allah göstərməsin, ev-eşikdən uzaq olsun. Arvad .. samovara kömür salır, gülə-gülə əlini dizinə vurub deyir: – Kiş-kişlər olsun, Səttar, başına hava-zad gəlməyib ki! Ə.Əbülhəsən. kişləmə “Kişləmək”dən f.is. kişləmək f. “Kiş” deyərək toyuqları, quşları qovmaq. Toyuqları kişləmək. kişmir is. [Hindistandakı Kişmir şəhərinin adından] Nazik yun və ya yarımyun parça növü. Kişmirdən şaldı səndə; Dil deyil, baldı səndə; Mən verdiyim nişana; Yadigar qaldı səndə. (Bayatı). // Bu parçadan olan şal, örtük. Gümüşdən ətəklik, qızıldan tana; Başda kişmir ola, tirmə şal ola. Aşıq Bayram. kişmiri sif. Kişmirdən tikilmiş, kişmirdən olan. Kişmiri paltar. Kişmiri şal. kişmiş is. [fars.] Üzüm qurusu. [Qulançarı:] Afərin bacım Zeynəb, indi otur, bunları dəstə tutaq, bazarda satıb sənə çoxlu kişmiş alacağam. S.S.Axundov. kişmişi is. Tezyetişən, xırda dənəli, şirin üzüm növü. ‣ Kişmişi gülmək – kəsik-kəsik, xırdaxırda, yavaş səslə gülmək. [Nazlı:] Bəxtəvər necə kişmişi gülür. Ə.Məmmədxanlı. kişnək bax. kişnərti. kişnəmə “Kişnəmək”dən f.is. // Kişnəmək səsi. Nəbi boz atın kişnəməsinə ayılır. “Qaçaq Nəbi”. Yavuqdan at kişnəməsi də eşidilir. C.Məmmədquluzadə. kişnəmək f.\n1. Kişnərti səsi çıxarmaq. Buralardan yüyür, tez ötüş barı; İlxının kişnəyir ayğır atları. A.Səhhət. Kor at sahibinə yanaşıb qəmgin və titrək səslə ucadan kişnədi. M.Hüseyn. // məc. At kimi səs çıxarmaq, qaqqıldamaq.\n2. məc. Uğultu səsi çıxarmaq; uğuldamaq. Göy kişnəyir. – Qum təpəsi kimi yeridikcə qar; Buludlar kişnədi, göylər ağladı. S.Vurğun. Siz yelkən açanda göylər kişnəyir; Günəş mayak olub sancılır suya. Ə.Cəmil. kişnərti is.\n1. Atın çıxardığı səs; kişnəmə. Atın kişnərtisinə bir gəlin çölə çıxdı. Ə.Vəliyev. [Sərvinaz] ..çöldəki hənirtini alan çal atın kişnərtisini eşidirdi. B.Bayramov.\n2. məc. Uğultu, şiddətli səs. • Kişnərti salmaq – uğuldamaq. Güclü külək kişnərti salır, uğultu uğultuya qarışır, min bir səs bir-birinə qovuşurdu. S.Rəhimov. kişnəşmə “Kişnəşmək”dən f.is. kişnəşmək qarş. Kişnəmək (eyni vaxtda bir çox at haqqında). Mələşmir sürülər, kişnəşmir atlar; Niyə pərişandır halların, dağlar! Aşıq Ələsgər. Muğanda sayrışır bağlar-bağatlar; Oynaşır ilxılar, kişnəşir atlar. S.Vurğun. kişvər is. [fars.] klas. Ölkə, məmləkət. Leyli məhi-asimani-həşmət; Məcnun şəhikişvəri-məlahət. Füzuli. Bizə çox kişvərü vilayətlər; Etdilər lütflər, inayətlər. M.Ə.Sabir. kitab is. [ər.]\n1. Üzərində hər hansı bir mətn olan vərəqlərin bir araya gətirilərək tikilib cildlənmiş nəşriyyat növü. // Əlyazması şəklində olan bu cür əsər. Qalın kitab. Böyük kitab. – Nə qədər ki, qamusları vərəqlədim, nə qədər ki camaat içində dolandım, “millət” sözünü nə eşitmədim, nə də bir kitabda gördüm. C.Məmmədquluzadə. Pul qalmadı, baxmışam hesabə; Getdi qələmə, kağız, kitabə. M.Ə.Sabir. Əski kitabları araşdırıb qocaman bir kitab aldım. S.Hüseyn. // Ayrıca çap olunmuş və ya çapa hazırlanmış böyük, ya kiçik həcmli əsər. Kitab yazmaq. Kitab nəşr etmək. Maraqlı kitab. Kitabın müəllifi. • Kitab palatası – Azərbaycanda mərkəzi biblioqrafiya idarəsinin adı.\n2. Hər cür yazı üçün cildə tikilmiş kağız vərəqləri. “Qılınc və qələm” romanı iki kitabdan ibarətdir. • Kitab dili – canlı dildən fərqli olaraq yazılı ədəbi dil üçün səciyyəvi olan dil, üslub. ‣ Kitab açdırmaq din. – Quranla fala baxdırmaq. Aman ay molla dayı, bir kitab açdır, fala bax; Tapmasan çarəsini, sən də de ordan: “ölübə!” M.Ə.Sabir. Kitab açmaq din. – Quranla fala baxmaq. Abidi çağırıb dedilər: – Bir kitab aç, görək padşahın dərdi nədir? (Nağıl). Kitab bağlamaq – tərifnamə yazmaq, mədh etmək. Adına kitab bağlamaq. – Bağladım vəcdə gəlib hüsnünə şerimlə kitab; Bu yolun yolçusu tək dərdə dözüb çəkdim əzab. S.Rüstəm. [Kərim baba:] ..Mən əgər yazı-pozu bilsəydim, gənclikdə göstərdiyim igidlikləri bir-bir yazar, böyük bir kitab bağlardım. A.Şaiq. Kitab bağlanmaq – sona çatmaq, sona yetmək, iş bitmək. [Aftil:] Bəh, bəh! Kitab bağlandı. C.Cabbarlı. Kitab əhli – bax. əhli-kitab (“əhl”də). Kitaba baxmaq – bax. kitab açmaq. Kitaba əl basmaq din. – Qurana and içmək. Kitabı bağlanmaq – axırı olmaq, sonu çatmaq, işi bitmək, qurtarmaq. Artıq kitabı bağlandı. – Daha bunun kitabı bağlandı, – deyə bəzən neftçilər quyudan əllərini üzdülər. M.Hüseyn. kitabaltı is. Kitabı açıq saxlamaq üçün dayaq, altlıq; rəhil. kitabça is.\n1. Kiçik kitab, balaca kitab. [Pyotr] qəzetlərin arasından bir kitabça ayırıb onlara göstərdi. S.Rəhman. Gülşən xeyli fikirləşdikdən sonra stolun sağ tərəfindəki kitabçanı əlinə götürdü. Ə.Vəliyev.\n2. İçərisində mətn və yazı üçün yeri olan dəftərçə şəklində bəzi sənədlərin adı. Çek kitabçası. Əmanət kitabçası. – Əmiraslan döş cibindən əməkgünü kitabçasını çıxartdı. S.Rəhimov. kitabçı is.\n1. Kitab həvəskarı, kitab sevən, kitaba həris; kitabpərəst.\n2. Kitab ticarəti işçisi; kitabsatan.\n3. Sif. mənasında. Kitab alveri ilə məşğul olan; kitabsatan. [Mirzə Qədirin] şəhərin mərkəzində ikiqatlı evi, mətbəəsi, böyük bir kitabçı mağazası vardı. S.Hüseyn. kitabdar is. [ər. kitab və fars. ...dar] köhn. Kitabxanaçı, kitab saxlayan, kitabxana işçisi. İkinci Şah İsmayılın dövründə [Sadiq bəy Əfşar] saray kitabxanasının xidmətçilərindən olmuş və nəhayət, Birinci Şah Abbasın kitabdarı vəzifəsini daşımışdır. kitabə is. [ər.]\n1. Binanın qapısı, daşlar, yaxud abidələr üzərində yazılmış və ya qazılmış yazı. Əvvəlcə, onların Ərəbli dedikləri kəndin köhnə adı Aran kəndidir. Orada olan kitabələr və sairə də bunu isbat edir. M.S.Ordubadi.\n2. Qəbir daşları üzərində həkk edilmiş yazı. kitabət is. [ər.] klas.\n1. Yazı yazma sənəti, yazma. Əqlimi puç etdi kitabət, yazı. Ə.Nəzmi. • Kitabət etmək – yazmaq. Ayrıayrı hərə kitabət edir; Xacələr onlara nəzarət edir. A.Səhhət.\n2. Katiblik, katib vəzifəsi. kitabxana is. [ər. kitab və fars. ...xanə]\n1. Ümumi istifadə üçün kitabların toplandığı və mühafizə edildiyi yer. Kütləvi kitabxana. Məktəb kitabxanası. – Nərgiz özü isə kənd kitabxanasının müdiri olduğundan işə bir saatdan sonra gedəcəkdi. M.Hüseyn. // Kitablar toplusu, habelə onların saxlandığı yer. Alimin kitabxanası.\n2. Kitab saxlanan yer. İçəri otaq kitabxanadır.\n3. Müəyyən mövzuya həsr olunmuş kitablar seriyasının adı. Yazıçının kitabxanası.\n4. Keçmişdə: kitab mağazası. kitabxanaçı is. Kitabxana işçisi. Qoca kitabxanaçı Tahirin üzə salıb istədiyi kitabı verdi. M.Hüseyn. Hüquq fakültəsinin böyük və zəngin kitabxanasında kitabxanaçılar çalışıb-əlləşir, tələbələri, müəllimləri .. istədikləri kitablarla təmin edirdilər. S.Rəhimov. kitabxanaçılıq is. Kitabxanaçı peşəsi, vəzifəsi, işi. kitabi is. [ər.] Kitab (kvadrat) şəklində şüşə qab. Baxma kitabi-hikmətə, mey tök kitabiyə; Çoxdan itibdir, ey ləbi-meykun, kitabımız. S.Ə.Şirvani. // sif. Bu şəkildə olan. Kitabi şüşə. kitabpərəst sif. və is. [ər. kitab və fars. ...pərəst] Kitabı çox sevən, kitaba vurğun olan, kitabdan ayrıla bilməyən (adam). Kitabpərəst adam. kitabpərəstlik is. Kitabı, kitab yığmağı, kitab oxumağı sevmə, kitaba vurğunluq. [Zivər xanım:] [Atam] heç axıra qədər də Məlikin bu kitabpərəstliyindən xoşlanmırdı. S.Rəhimov. kitabsatan is. Kitab satmaqla məşğul olan adam. kitabşünas is. [ər. kitab və fars. ...şünas] Kitabşünaslıqla məşğul olan adam, kitab tanıyan, kitabşünaslıq mütəxəssisi. kitabşünaslıq is. Kitablar haqqında elm. kitel [alm. Kittel] Hərbi biçimdə pencək, dikyaxalı kurtka. Pristav və yoldaşları əyləşdilər. Onlar kitellərinin yaxasını açdılar. İ.Şıxlı. Hələ əynində olan və onun mütənasib bədəninə, dikbaxışlı qumral gözlərinə .. çox yaraşan poqonsuz bir kitel vardı. M.Rzaquluzadə. Pristav kitelinin dal cibindən yekə ağ dəsmal çıxarıb pazı kimi qırmızı peysərinin tərini sildi. Ə.Abasov. kitrə is. Bəzi ağac və kol bitkilərinin gövdələrindən axan yapışqanabənzər yarımşəffaf qatı maye. Kolşəkilli gəvən .. cinsinin növlərindən ipək və çit sənayesi üçün qiymətli kitrə (yapışqanaoxşar maddə) alınır. M.Qasımov. kitrəli sif. Kitrəsi olan. Kitrəli ağac. Kitrəli kol. kivi is. Qabığı tüklü, içi yaşıl, turşməzə meyvə. kizb is. [ər.] klas. Yalan, böhtan, iftira. Kizbi özünə şüar edibsən. Füzuli. Nə bilim ki, .. gözəl məktubun batini kizb və böhtan ilə doludur. C.Məmmədquluzadə. klan is. [ing.] Qohumların bir-biri ilə təsərrüfat, maliyyə və s. əlaqələri olan, birbirini qoruyan nəsli və ya qrupu. klapan is. Maşın motorunun hissələrindən biri. klarnet [fr.] Ağacdan qayrılmış, üstündə qapaq və deşikləri olan nəfəsli musiqi aləti. Nəfəsli musiqi alətləri əsas etibarı ilə üç qrupa ayrılır:\n1. ağacdan qayrılmış nəfəsli alətlər (fleyta, klarnet, faqot və s.).. Ə.Bədəlbəyli. Ustalardan biri tütək çalmağa başladı. Sonra o biri usta klarnetdə təzə havalar çaldı. M.Hüseyn. klarnetçalan (=klarnetçi) is. Klarnet çalan musiqiçi. Orxan maşının yanına gələndə gördü ki, klarnetçalan Ağazəki çiynini Mirzə Muxtarın evinin tininə söykəyib, qəzet oxuyur. İ.Məlikzadə. klarnetçi (=klarnetçalan) is. Klarnet çalan musiqiçi. Orxan maşının yanına gələndə gördü ki, klarnetçalan Ağazəki çiynini Mirzə Muxtarın evinin tininə söykəyib, qəzet oxuyur. İ.Məlikzadə. klassik [lat.]\n1. Elm, ədəbiyyat, incəsənət sahəsində ən tanınmış, ən görkəmli və məşhur şəxsiyyət. Böyük Azərbaycan klassikləri. – Bir azdan sonra ruscanı yaxşı öyrəndikdə, Cəfər rus klassiklərinin əsərlərini əslində oxumağa başladı. M.Arif.\n2. Ədəbiyyatda və incəsənətdə klassisizm tərəfdarı. Klassiklərlə romantiklərin mübarizəsi.\n3. Qədim dillər (yunan və latın dilləri) və klassik filologiya mütəxəssisi.\n\nII. sif. [latıncadan]\n1. Klassik tərəfindən yaradılmış (bax. klassik 1-ci mənada), ən nümunəvi, nümunə ola biləcək. Klassik ədəbiyyat. “Koroğlu” operası Azərbaycan musiqisinin klassik əsəridir. Klassik musiqi. – Azərbaycan klassik satirik şerinin həqiqi və ölməz yaradıcısı olan Sabir ancaq və ancaq “Molla Nəsrəddin” məktəbində tərbiyə alaraq yetişmişdir. M.İbrahimov. // Yaradıldığı və yaşadığı vaxtdan uzun müddət keçdiyinə baxmayaraq, öz qiymətini, dəyərini, gözəlliyini itirməmiş (əsər və ya şəxs haqqında). // Tipik, çox xarakterik. Klassik misal.\n2. Qədim yunanlara və romalılara aid olan; antik. // Klassik dillər (qədim yunan və latın dilləri).\n3. Çox gözəl, nümunəvi. • Klassik gözəllik və s. – qədim yunanlarda və romalılardakı gözəllik idealını xatırladan gözəllik və s.\n4. Antik dil və ədəbiyyatının öyrənilməsi ilə bağlı olan. Klassik filologiya. Klassik təhsil. • Klassik gimnaziya – inqilabdan qabaqkı Rusiyada: antik dillərin və ədəbiyyatların öyrənilməsi məcburi olan orta məktəb. klassisizm [alm. Klassizismus, əsli lat.]\n1. XVII əsrdən XIX əsrin əvvəllərinə qədər ədəbiyyat və incəsənətdə: antik ədəbiyyat və incəsənətin nümunələrinə təqlid əsasında yaranan cərəyan.\n2. Qədim yunan və latın dillərinin, habelə antik mədəniyyətin öyrənilməsi əsasında qurulan təhsil sistemi. klaviatura [alm. əsli lat.]\n1. Musiqi alətlərində klavişlər sistemi (bütün dillər). Royalın klaviaturası. – Klavişlərin silsilə kimi düzülmüş bütün cərgəsinə klaviatura deyilir. Ə.Bədəlbəyli.\n2. Hər hansı bir mexanizmdəki klavişlər. Kompyuter klaviaturası. klaviaturalı sif. Klaviaturası olan. Klaviaturalı musiqi alətləri. klavir [alm.] mus.\n1. Simli klavişli musiqi alətlərinin ümumi adı (royal, pianino və s.).\n2. Opera və ya simfoniya partiturasının royal üçün uyğunlaşdırılması. klaviş [lat. clavis – açar] Fortepiano, bayan və b. musiqi alətlərində basılmaqla səs çıxardan lövhəcik; dil. Klaviş piano, qarmon, ərğənun kimi musiqi alətlərində olan dillərə deyilir. Ə.Bədəlbəyli. Qaraqumda ilk dəfə səslənir pianino; Məharətlə dindirir bir gənc klavişləri. S.Rüstəm. klavişli sif. Klavişi olan. Klavişli alətlər. Royal, piano klavişli alətlərdir. klerikbl [lat. clericalis]\n1. Ruhanilər silkinə mənsub adam; ruhani.\n2. Klerikalizm tərəfdarı, klerikal partiyası (məs.: İtaliyada xristian demokratları partiyası) üzvü. klerikalizm [lat. clericalis-dən] Feodalizm və kapitalizm şəraitində siyasi və mədəni həyatda kilsənin (dinin) təsirini gücləndirməyə və ya onu hakim vəziyyətə çıxarmağa çalışan siyasi cərəyan. klerk is. [fr.]\n1. Kontor xidmətçisi.\n2. köhn. Ruhani. klimatologiya [yun. klima və logos] Yer kürəsinin müxtəlif sahələrinin iqlimlərini səciyyələndirən, təsnif edən, onların yayılmasını, iqlim əmələ gətirmə proseslərini və iqlimin coğrafi amillərini öyrənən elm; iqlimşünaslıq. klimatoloji [yun.] Klimatologiyaya aid, klimatologiyaya mənsub olan. Klimatoloji müşahidələr. klimatoloq [yunancadan] Klimatologiya sahəsində çalışan alim, klimatologiya mütəxəssisi; iqlimşünas. klinik [yunancadan] Klinikaya aid olan, klinika ilə əlaqədar olan. Klinik şərait. // Klinikada aparılan. Klinik müalicə. Klinik xəstəxana. klinika [yun. klinike] Eyni zamanda tələbə məşğələləri ilə yanaşı elmi-tədqiqat işi aparılan xəstəxana tipli müalicə müəssisəsi. Ramazan bu kimi fikirlərlə klinikanın qapısından içəri girdi. Mir Cəlal. Müdir klinikanın məsələlərindən ətraflı danışdı. Ə.Vəliyev. klinikaçı (=klinist) is. [yun.] Klinikada işləyən və praktiki həkimlikdən əlavə, elmi müşahidə və tədqiqatla da məşğul olan həkim. klinist (=klinikaçı) is. [yun.] Klinikada işləyən və praktiki həkimlikdən əlavə, elmi müşahidə və tədqiqatla da məşğul olan həkim. klip is. Videomaqnitofon lent yazısı. klişe [fr.] mətb. Sonradan kağız üzərində çap etmək üçün metal və ya taxta parçası üzərində qazılmış qabarıq çertyoj, plan və s. şəklinin surəti. ..Şeyxin Londonda oxuduğu zaman ingilis qiyafəsindəki rəsminin klişesini düzəltdirdik. M.S.Ordubadi. // məc. Bayağı, köhnəlmiş, çeynənmiş söz və ya ifadə. klub [ing.]\n1. Müəyyən ictimai qrupa, peşəyə, sənətə mənsub şəxslərin birgə istirahətini, əyləncəsini, idman məşğələlərini və s. təşkil edən ictimai təşkilat. Şahmat klubu. İdman klubu. Yazıçılar klubu.\n2. Bu təşkilatın yerləşdiyi bina. [Hüseyn:] Mən sənə nə cür başa salım, gedirəm kluba rəqs eləməyə. S.Rəhman. [Nuriyyə:] Bizim məhəllədə kiçik bir klub var idi. İ.Əfəndiyev. knopka [holl.]\n1. Kağızı, parçanı və s.ni bərk bir şeyə bərkitmək üçün yastı başlı mıxcıq. Sadıqzadə kağızları knopka ilə bərkidən köməkçilərinə göstəriş verirdi. S.Rəhimov. O, knopkaları ehtiyatla çıxarır, abı yerli, zərif naxışlı divar kağızının yırtılmamasına çalışırdı. Ə.Əbülhəsən.\n2. Məftildəki elektrik cərəyanının dövranını bağlamaq və müxtəlif mexanizmləri işə salmaq üçün basma düymə. Elektrik zənginin knopkası. – Sədr yenə bayaqkı fikirlərinə qayıtdı, əlini knopkaya dayadı, gözləmə otağında əyləşən ortaboy oğlan içəriyə girib qapı ağzında durdu. S.Rəhimov. knyaginya [rus.] köhn. Knyaz arvadı. Bu övrət knyaginya Natella imiş. F.Köçərli. Hacı da knyaginyanın kefini soruşdu, dostluğuna dair sözləri yarıtürkcə, yarırusca dedi. M.S.Ordubadi. knyajna [rus.] Ərə getməmiş knyaz qızı. Gözəl knyajna dönərək natiqə davamlı və maraqlı bir nəzər saldı. Lermontovdan. knyaz [rus.]\n1. Qədim Rusiyada: tayfa, qəbilə başçısı; qoşun rəhbəri; feodalizm inkişaf etdikcə – feodallar sinfinin yüksək nümayəndəsi, knyazlığın hakimi. Kiyev knyazları.\n2. Çar Rusiyasında: bəzi zadəgan nəsillərinə nəslən keçən fəxri titul (XVIII əsrdən bu titul çarın fərmanı ilə də verilirdi) və bu titulu daşıyan şəxs. Qız zənn edır, səfərdən gəlir knyaz; Birdən görür bir qonaqdır tanınmaz. A.Səhhət. [Əhməd:] Sən get knyazlardan xəbər al, yaranallardan xəbər al, .. onda bilərsən ki, Aslan bəy kimdir. N.Vəzirov. [Əmiraslan ağa:] ..Mənim oğlum rusların knyaz, qraf, baron və qeyri nücəba övladlarından artıq və əzizmiş? S.S.Axundov. knyazlıq is.\n1. tar. Knyazın idarəsi altında olan vilayət. O zamanlar Moskva Suzdal knyazlığının sərhədində idi. M.İbrahimov.\n2. köhn. Knyaz rütbəsi və hüququ. Məğrur Troyekurov [Vereyskinin] knyazlıq şərəfini nəzərə alaraq knyaz Vereyskini bir dərəcəyədək özünə müsavi saydı, dəvəti qəbul etdi. Puşkindən. koaqoloqram is. [lat. və yun.] Qan analizində qanın laxtalanması barədə qeydlər. koalisiya is. [lat.] İttifaq, birləşmə. kobalt [lat.] kim.\n1. Qırmızıya çalan bərk ağ gümüşü metal – kimyəvi element. Ayrıayrı kimyəvi elementlərdən isə alüminium, ..sürmə, volfram, nikel, kobalt, qurğuşun və radioaktiv metalların yeni yataqlarının axtarışı xüsusi əhəmiyyət kəsb edir. M.Qaşqay.\n2. Həmin metalın oksidindən hazırlanmış tünd-göy rəngli boya. kobud bax. qaba. Kobud parça. Kobud adam. Kobud hərəkət. Kobud (z.) cavab vermək. – Ağca xanım zərif əlini Qaraca qıza uzatdı, o da kobud barmaqları ilə onun əlini sıxdı. S.S.Axundov. kobudcasına zərf Kobud tərzdə, kobud şəkildə, qabacasına. [Səməd] qabağındakı stolu kobudcasına yana itələdi, palçığa dönmüş torpaq döşəmədə iri ləpirlər qoya-qoya sürətlə çıxıb qapını çırpdı. İ.Hüseynov. kobudlaşdırılma “Kobudlaşdırılmaq”dan f.is. kobudlaşdırılmaq bax. qabalaşdırılmaq. kobudlaşdırma “Kobudlaşdırmaq”dan f.is. kobudlaşdırmaq bax. qabalaşdırmaq. kobudlaşma “Kobudlaşmaq”dan f.is. kobudlaşmaq bax. qabalaşmaq. İşləməkdən əlləri kobudlaşıb. – Yazda və yayda havanın rütubəti zərif çay yarpaqlarını kobudlaşmaqdan qoruyur. B.Talıblı. Rüstəmə elə gəldi ki, arvadının əli bərkimiş və kobudlaşmışdır. M.İbrahimov. kobudluq bax. qabalıq. kobudyunlu bax. qabayunlu. Kobudyunlu heyvanlar. kobur bax. qobur. Qoçu mauzerini koburundan çıxardıb yoxladı. M.Hüseyn. kobza [türk. “qobuz”dan] Barmaqla çalınan qədim Ukrayna musiqi aləti. kod [fr.] Diplomatik, hərbi və b. məlumatı teleqrafla, radio ilə vermək, siqnalizasiya və s. məqsədlər üçün işlədilən şərti işarələr sistemi. Teleqraf kodu. Siqnal kodu. Kod ilə xəbər vermək. kodal is. Vəhşi heyvanları tutmaq üçün qazılıb üstü çır-çırpı ilə örtülən çuxur yer; tələ. kodein [yun.] əcz. Toz şəklində öskürək dərmanı. kodeks [lat. codex – kitab]\n1. Qanunların sistemə salınmış toplusu, məcəllə.\n2. məc. Əxlaq, əqidə, görüş, adət normaları məcmusu. kofein [hol. koffie, əsli ər.] Qəhvənin, çay yarpaqlarının tərkibində olan, təbabətdə işlənən bir maddə. Kofein yorğunluğu alıb zehni artırır və onu da artıq içmək zərərdir. H.Zərdabi. kofta [rus.] Qısa, belə qədər olan qadın üst paltarı. Səlimnaz birdən əlini döşünə atdı, alt köynəyi ilə koftasının arasında gizlətdiyi balaca bir kağızı çıxarıb oğluna uzatdı. M.Hüseyn. Arvadın əynində çəhrayı ipək kofta .. vardı. H.Seyidbəyli. koftalıq sif. Kofta üçün yararlı, kofta üçün olan. kofta-tuman is. Kofta və tumandan ibarət qadın paltarı. [Səlimnazın] əynində qırmızı ipəkdən kofta-tuman, ayağında yastıdaban qırmızı tufli vardı. Ə.Vəliyev. koğa is. məh. Bir şeyi tutub çəkmək üçün ucu qarmaqlı ağac; qarmaq. Təndir koğası. Çoban koğası. Alma ağacının budağını koğa ilə əymək. • Koğaya dönmək – əyilmək, bükülmək. Yarın həsrətindən, dünya qəmindən; Əyilib qamətim koğaya döndü. Molla Cümə. koğuş is. Böyük ağacların gövdəsi içindəki boşluq. Güllü qız meşədə ağlaya-ağlaya gəzirdi. Gəldi, bir ağac koğuşu tapdı, oranı özünə məskən elədi. (Nağıl). Ağacın geniş koğuşunda yay fəsli çayçı Mürsəl bir neçə xalça salıb çay satardı. Ə.Əbülhəsən. koğuşlanma “Koğuşlanmaq”dan f.is. koğuşlanmaq f. Koğuş əmələ gəlmək, koğuş açılmaq. koğuşlu sif. Koğuş əmələ gəlmiş, koğuşu olan. Koğuşlu ağac. kokain [isp.] Koka bitkisinin yarpaqlarından alınan narkotik və ağrıkəsən zəhərli maddə. kokainçəkən (=kokainçi) is. Kokain çəkən adam, kokain düşkünü. kokainçi (=kokainçəkən) is. Kokain çəkən adam, kokain düşkünü. kokainizm [isp. cocaina-dan] Kokainə mübtəla olma, kokain düşkünlüyü. // Daima kokaindən zəhərlənmə nəticəsində əmələ gələn ruhi xəstəlik. kokainli sif. Kokaini olan, tərkibində kokain olan. kokarda [fr.] Rəsmi papaqlara vurulan müəyyən formada nişan. kokardalı sif. Kokarda taxılmış, kokardası olan. Kokardalı furajka. – Axar suyun üzündə; Kokardalı göy şapkalar. S.Vurğun. kukklar [yun. kokkos-dan] tib. Birhüceyrəli yumru orqanizmlər (bakteriyalar). kokus is. [isp.]\n1. Hind qozu ağacı.\n2. Hind qozu. koks [alm.] Hava daxil olmadan közərdilmə yolu ilə daş kömürdən, torfdan və s.-dən alınan bərk yanacaq növü. kokslama “Kokslamaq”dan f.is. Kokslama prosesi. kokslamaq bax. kokslaşdırmaq. kokslaşdırılma “Kokslaşdırılmaq”dan f.is. kokslaşdırılmaq məch. Koksa çevrilmək (daş kömür, torf və s.). kokslaşdırma “Kokslaşdırmaq”dan f.is. kokslaşdırmaq f. Koksa çevirmək (daş kömürü, torfu və s.). kokslaşma “Kokslaşmaq”dan f.is. Kokslaşma qabiliyyəti. Kokslaşma dərəcəsi. kokslaşmaq f. Koksa çevrilmək (daş kömür, torf və s.). Bu kömür yaxşı kokslaşır. kokteyl [ing. coctall – xoruz quyruğu] Müxtəlif spirtli içkilərə ədviyyat, meyvə şirəsi, qənd və s. qatılmış spirtli içki. // Müxtəlif quru meyvə şirələrində həll olunmuş dondurma halında sərinlədici içki. kol is. Torpaqdan qol-budaq şəklində ayrılan alçaq, ağacaoxşar bitki. Yasəmən kolu. Qaratikan kolu. Çay kolu. Nar kolu. – Kolların və ağacların budağı arasında oxuyan quşlar da yuvalarına çəkilməkdə idilər. H.Nəzərli. [Səməd] çəpərin kölgəsində yaşıl qalmış nar kollarının dibinə arx çəkdi, suvardı. İ.Hüseynov. • Kola yatmaq (girmək) – kolun dalında və ya içində gizlənmək. [Cuma] ara qarışdığından və çaxnaşmadan istifadə edərkən ancaq hara gedəcəyini bilmədən dayanıb kola yatdı. Ə.Əbülhəsən. ‣ (Bu kol) sən (o) girən kol deyil – sən (o) bacaran iş deyil, sənin (onun) hünəri deyil, sən bacarmazsan (o bacarmaz). [Hacı Murad:] İmran da istədi ki, atası Şeyx Əlidən qalan malı məndən istəsin, gördü ki, xeyr, o, girən kol deyil. S.S.Axundov. [Dilbər xanım:] Cəbi, bu kol sən girən kol deyil ha, özünü gözlə! N.Vəzirov. kola sif. Gödək buynuzu olan; gödəkbuynuz. Kola keçi. – [Ataş:] Atalar sözüdür ki, kola qoçun qisası buynuzlu qoçda qalmaz. Ə.Vəliyev. kolabuynuz (=kolabuynuzlu) sif. Buynuzu gödək olan, buynuzu qısa. Kolabuynuz qoyun. – Yusif yəhərinin tərkində dolu xurcun olan qəmər madyanı tərpədib, kolabuynuz inəyi qabağına qataraq kəndə tərəf sürdü. Ə.Abasov. kolabuynuzlu (=kolabuynuz) sif. Buynuzu gödək olan, buynuzu qısa. Kolabuynuz qoyun. – Yusif yəhərinin tərkində dolu xurcun olan qəmər madyanı tərpədib, kolabuynuz inəyi qabağına qataraq kəndə tərəf sürdü. Ə.Abasov. kolahürən sif. dan. Boş yerə hürən, boş-boşuna hürən (it haqqında). [Məşədi Cahangir:] ..Kolahürən köpəklər kimi ağzını yuxarı tutdu. Mir Cəlal. // məc. Qışqırıqçı, bərkdən danışan. kolavat is. məh. Əkin əkmək üçün kol-kosu yandırılıb təmizlənmiş yer. Kolavat yerin taxılı yaxşı olar. ‣ Kolavat kösövünə dönmək dan. – çox işləməkdən, əziyyət çəkməkdən arıqlamaq, zəif düşmək, pis günə qalmaq. kolaz is. Dibi yastı ensiz qayıq. Soyuq havada dəniz və ya göldə ördək dəstələrini ovlayan ovçu kiçik qayıq və ya kolazı yaxşı sürə bilməlidir. M.Rzaquluzadə. kolazçı is. Kolaz qayıqçısı. kolba [alm.] Kimya laboratoriyalarında mayeləri qızdırmaq üçün işlədilən dar uzun boğazlı, adətən girdə və ya konusşəkilli şüşə qab. kolbacıq is. Balaca kolba, kiçik kolba. kolbasa is. [rus. əsli türk.] Xüsusi surətdə qiymə edilmiş ətdən hazırlanaraq bağırsaq və ya su keçirməyən süni şəffaf qabığa bükülmüş yeyinti məhsulu. Kolbasa istehsalı. Kolbasa sexi. Mal ətindən kolbasa. Qoyun kolbasası. Mindik maşınlara, təyyarələrə; Verdik kolbasaya biz Qıratları... Həmişə irəli! Geri dönmədik. B.Vahabzadə. kolbasaçı is. Kolbasa hazırlayan adam. // köhn. Kolbasa satan adam. kolbasalıq sif. Kolbasa üçün yararlı, kolbasa üçün ayrılmış. Kolbasalıq ət. kolbasar bax. kolluq. kolçedan Bəzi metalların (dəmir, nikel, mis və s.) sürmə, kükürd, arsenlə birləşməsindən ibarət mineralların ümumi adı. Respublikamızın faydalı qazıntıları içərisində pirit və ya kükürd kolçedanı yataqları görkəmli yer tutur. M.Qaşqay. kolçedanlı sif. Tərkibində kolçedan olan. Kolçedanlı süxurlar. kolenkor [fr.] Yapışqan hopdurulmuş ağ və ya birrəngli pambıq parça növü. // Kolenkordan qayrılmış (tikilmiş). Kolenkor cild. Kolenkor köynək. kolxoruzu is. məh. Qırqovul. kolxoz is. tar. [rus. “kollektivnoe xozəystvo” söz. ixtisarı] Kollektiv təsərrüfat – SSRİ-də iri, yüksək səviyyədə mexanikləşdirilmiş kənd təsərrüfatını elliklə aparmaq üçün XX əsrin 30-80-ci illərində kənd zəhmətkeşlərinin sosialist tipli istehsal birləşməsi; kənd təsərrüfat arteli. Qabaqcıl kolxoz. – [Fərman] gözünü açarkən özünü kolxozda görmüşdü. Ə.Sadıq. • Kolxoz bazarı – kənd zəhmətkeşlərinin öz həyətyanı təsərrüfatlarından götürdükləri və öz şəxsi ehtiyaclarından artıq qalan kənd təsərrüfatı məhsullarını satdıqları bazar. kolxozçu is. tar. Kolxoz üzvü olan kəndli, kolxoz üzvü. Arabanı sürən qısaboy, yoğun bir kolxozçu idi. M.Hüseyn. Maşın bir dəstə kolxozçunun yanından keçdi. S.Rəhman. Qara kişi də kolxozçuların çoxu kimi .. işləyir(di). Ə.Əbülhəsən. kolxozlaşdırma “Kolxozlaşdırmaq”dan f.is. kolxozlaşdırmaq f. dan. Kollektivləşdirmək, ellikləşdirmək (kənd təsərrüfatının istehsal vasitələrini). kolxozlaşma dan. “Kolxozlaşmaq”dan f.is. [Bayram:] Murad, bilirsən ki, kolxozlaşma vaxtı mən çox əziyyət çəkmişəm. Ə.Vəliyev. Bu heyrətə səbəb, demək olar ki, hamısı kolxozlaşmadan sonra tikilən üstü qırmızı kirəmitli evlər deyildi.. İ.Əfəndiyev. kolxozlaşmaq f. dan. Kollektiv təsərrüfatda birləşmək; kollektivləşmək, ellikləşmək (kənd təsərrüfatının istehsal vasitələri haqqında). kolit [yun. colon – yoğun bağırsaq] tib. Yoğun bağırsağın iltihabı. kolitli sif. Koliti olan. kol-kos top.\n1. Bir-birinə qarışmış, dolaşmış müxtəlif kollar; kolluq. İlanlar fışıldayır kol-koslar arasında. S.Rüstəm. Bəzi yerləri qalın kol-kos basmışdı. M.Rzaquluzadə.\n2. məc. Zir-zibil, yararsız, lazımsız şeylər mənasında. kol-koslu sif. Kol-kos olan, kol-kos basmış. Kol-koslu dərə (cığır). – Mərkəzdən uzaq .. kol-koslu, ilan-çayanlı bir düzdə Güllücə kəndi bina olunmuşdur. S.S.Axundov. kol-kosluq is. Kol-kos basmış yer; kolluq. Qayanın dibi yaman kol-kosluq idi. “Koroğlu”. Kəhər ağzını palçıqlı cığırdan kol-kosluğa saldı. M.İbrahimov. Hər tərəf ağaclıq və kol-kosluqla örtülü idi. S.Vəliyev. kolqıran is. xüs. Kolları çıxaran və doğrayan maşın. kolqotqa is. [rus.] Tuman və corabdan ibarət uşaq və ya qadın geyimi. kollama “Kollamaq”dan f.is. kollamaq f. Kolla örtmək, koldan çəpər çəkmək. Tayanın ətrafını kollamaq. kollanma “Kollanmaq”dan f.is. kollanmaq f.\n1. Kolla örtülmək, kol basmaq.\n2. Kol şəklini almaq, kol kimi olmaq. Nar ağacı kollanıb. kollaşma “Kollaşmaq”dan f.is. kollaşmaq bax. kollanmaq. kollej [ing. college] Bir sıra xarici ölkələrdə orta və ya ali məktəb. kollegial sif. [lat. collegium-dan] Kollegiya (bir qrup şəxs) tərəfindən həyata keçirilən. Kollegial rəhbərlik. Məsələnin kollegial surətdə həll edilməsi. kollegiallıq is. İşi təkbaşına deyil, kollegial surətdə (birgə) idarə və həlletmə prinsipi. kollegiya [lat. collegium-dan]\n1. İnzibati, məşvərətçi və ya sərəncamçı orqanı təşkil edən vəzifəli şəxslərdən ibarət heyət. Maarif Nazirliyinin kollegiyası. Kollegiyanın qərarı.\n2. İnqilabdan qabaqkı Rusiyada: bəzi mərkəzi hökumət idarələrinin adı. kolleksioner [lat.] bax. kolleksiyaçı. kolleksionerlik bax. kolleksiyaçılıq. kolleksiya [lat.] Elmi, bədii və tarixi əhəmiyyəti olan şeylərin müəyyən sistem üzrə düzülmüş toplusu. Qədim pullar kolleksiyası. Minerallar kolleksiyası. Markalar kolleksiyası. – Yay gecələri lampa işığına gələn cücüləri də yığıb saxlamaq, üzərində müşahidə aparmaq və bəzilərindən kolleksiya hazırlamaq faydasız olmaz. C.Cəbrayılbəyli. Darvin .. çoxlu minerallar, bitkilər və cücülər yığıb səliqə ilə onlardan kolleksiya hazırlayırdı. M.Axundov. kolleksiyaçı is. Kolleksiya toplayan, kolleksiyaçılıqla məşğul olan. Marka kolleksiyaçısı. kolleksiyaçılıq is. Bir məşğələ kimi kolleksiya toplama məşğuliyyəti. kollektiv [lat.] Ümumi məqsəd, yaxud birgə işləmək üçün birləşmiş adamlar toplusu. Elmi kollektiv. Bədii özfəaliyyət kollektivi. Vahid bir kollektiv yaratmaq. – [Almaz:] Gərək ellik varlansın, kollektiv varlansın. C.Cabbarlı. // Bir müəssisə, idarə və ya təşkilatın tərkibinə daxil olub həmişə bir yerdə işləyən adamlar qrupu. İnstitutun kollektivi. Müəllim kollektivi. Zavodun kollektivi. – [Qoşqar:] Büronun, kollektivin rəyi ilə hesablaşmaq lazımdır. Mir Cəlal. // sif. və zərf mənasında. Ümumi, birgə. Kollektiv iş. Kollektiv rəhbərlik. Kollektiv işləmək. Kollektiv surətdə müzakirə etmək. • Kollektiv müqavilə – əmək şəraiti haqqında həmkarlar ittifaqı ilə idarə, müəssisə və s. müdiriyyəti arasında bağlanan müqavilə. Kollektiv təsərrüfat – bax. kolxoz. kollektivçi is. Kollektivizmin ardıcıl tərəfdarı. kollektivçilik is. Kollektivi sevmə, həmişə kollektiv içərisində olma. Kollektivçilik hissi. Kollektivçilik psixologiyası. kollektivist bax. kollektivçi. kollektivizm [lat.] Şüurlu surətdə şəxsi mənafeyi ictimai mənafeyə tabe etmək əsasında ümumilik və yoldaşcasına əməkdaşlıq prinsipi; kollektivçilik. kollektivləşdirilmə “Kollektivləşdirilmək”dən f.is. Kənd təsərrüfatının kollektivləşdirilməsi. kollektivləşdirilmək məch. Kollektivləşdirmə həyata keçirilmək, kollektivin malı edilmək. kollektivləşdirmə “Kollektivləşdirmək”dən f.is. Kənddə kollektivləşdirmə. Kollektivləşdirmə uğrunda mübarizə. kollektivləşdirmək f. Kollektivləşməni həyata keçirmək, kollektivin malı etmək, kolxozlarda birləşdirmək. Kənd təsərrüfatını kollektivləşdirmək. kollektivləşmə “Kollektivləşmək”dən f.is. tar. Kolxozlarda birləşmə, sosializm prinsipləri əsasında ümumiləşmə. Kənddə kollektivləşmə. Kollektivləşmə işinə rəhbərlik etmək. kollektivləşmək f. Kollektivləşmə həyata keçmək, kollektivin malı olmaq; kolxozda birləşmək. kollektivlik bax. kollektivizm. kollektor [lat.]\n1. xüs. Bir şeyi öz tabeliyində olan təşkilatlardan toplamaq, habelə onların arasında paylaşdırılmaqla məşğul olan idarə. Kitabxana kollektoru.\n2. tex. Başqa kanal və ya borulardan gələn maye və ya qazları toplayıb aparan böyük kanal və ya boru. Kanalizasiya kollektoru.\n3. tex. Dinamomaşının dəyişən elektrik cərəyanını daimi cərəyana çevirən hissəsi. Dinamomaşının kollektoru.\n4. Faydalı qazıntı, torpaq və s. nümunələrini toplayan, onların təsvirini verən və qoruyub saxlayan adam. kollektorlu sif. tex. Kollektoru olan (bax. kollektor 2 və 3-cü mənalarda). kolloid [yun. kolla – yapışqan və eidos – bənzər] kim. Məhlulu üzvi pərdələrdən keçməyən, kristallaşmayan maddə (zülal, nişasta, yapışqan və s.). kolloidal sif. [yun. kolla və eidos-dan] kim. Kolloidə xas olan, kolloid xassələrinə malik olan. Kolloidal məhlul. Kolloidal maddə. kollokvium is. [lat.]\n1. Tələbələrin bilik səviyyəsini yoxlamaq üsullarından biri (semestr ortası).\n2. Məruzələrin müzakirə məclisi. kollu sif. Kol basmış, kol çox olan. Kollu yer. Kollu yamac. kollu-koslu bax. kol-koslu. Kəndarası kollu-koslu və dərəli-təpəli boşluqdan kolxoz həyətinə uzanan cığırın başında bəstəboylu bir qız göründü. M.İbrahimov. kolluq is. Kollardan ibarət sahə; kolu çox olan, kol basmış yer. Kolluğu qırmaq. Kolluqda gizlənmək. [Tarverdi:] Mənim kolluq içində iki yüz yoldaşım yatır. M.F.Axundzadə. ..Sıx kolluqdan yavaşyavaş baharın dirçəldib dilə gətirdiyi quşların pıçıltısı ucalırdı. Ə.Əbülhəsən. // Sif. mənasında. Kolluq sahə. – Abbas qulançar yığa-yığa çəməndən xeyli uzaqlaşıb bir kolluq dərəyə düşmüşdü. S.S.Axundov. Dəhnənin yuxarı tərəfi kolluq, qayalıq bir yer idi. Ə.Vəliyev. kolodka is. [rus.] Fəxri nişanları paltara sancmaq üçün lövhəcik. kolonializm [lat.] bax. müstəmləkəçilik. kolonist [lat.] Koloniyada yaşayan adam (bax. koloniya 2-ci mənada). koloniya [lat.]\n1. bax. müstəmləkə.\n2. Bir dövlətin ərazisində əcnəbilərin və ya bir ölkədə başqa yerdən köçüb gələnlərin yaşadığı yer, məhəllə, qəsəbə. // Bu həmyerlilərin başqa ölkədə, yerdə təşkil etdikləri icma.\n3. Bu və ya başqa məqsədlə (islah edilmək, işləmək, müalicə olunmaq və i.a.) köçürülmüş adamların yaşadığı yer. Əmək koloniyası.\n4. biol. Bir-biri ilə bitişik yaşayan orqanizmlər qrupu. Mikroblar koloniyası. Süngərlər koloniyası. kolonka [rus.] xüs. Vanna otağında suyu qızdırmaq üçün silindrşəkilli qazan. kolonna [fr.] Müəyyən qayda ilə düzülüb bir-birinin ardınca hərəkət edən insan, maşın və s. dəstəsi, cərgəsi; qol, səf, sıra. Tank kolonnası. Avtomaşın kolonnası. Nümayişçi kolonnası. – Traktor kolonnası yaxınlaşdıqca izdihamın toplaşdığı düzə projektor kimi işıq salırdı. M.Hüseyn. kolorist [fr. coloriste, əsli lat. colordan] Rəngləri bir-birinə yaxşı uyğunlaşdıran və onlardan istifadə etməyi bacaran rəssam; kolorit ustası olan rəssam. kolorit [ital. colorite, əsli lat. color]\n1. Şəkildə, rəngli qravürada, mozaikada və s.-də rənglər, tonlar arasında əlaqə, münasibət, uyğunluq. Şəklin koloriti. // Rəng, rəng çaları.\n2. məc. Xüsusiyyət, bir şeyin özünə məxsus xüsusiyyəti. Natəvanın portreti parlaq milli xüsusiyyətlərə malikdir. Bu milli kolorit .. portretin zahiri görünüşündə – şairənin geyimində və naxışlı ipək örpəyində hiss olunur. (Qəzetlərdən). koloritli sif. Koloriti olan, müəyyən koloritə malik; koloriti, xüsusiyyəti bariz surətdə özünü göstərən. Koloritli tamaşa. kolpan sif. məh. Qollu-budaqlı, şaxəli, çoxlu xırda qol-budağı olan. Kolpan kol. // İs. mənasında. Divarlara o qədər gül-çiçək taxılıb ki, elə bil hər bir divarda kolpanlar bitib. Ə.Vəliyev. kolpanlı sif. məh. Kolpanı olan, kolpan bitmiş. Rüstəm .. buraya qalxıb kolpanlı ağacın dibində durdu. S.Rəhimov. kolşəkilli sif. Kol şəklində olan, kol şəklində bitmiş, kola oxşayan; kolvari. kolt [ing. xüs. addan] Xüsusi sistemli tapança, ya pulemyot. ..Onların da kəmərində kolt sistemli tapançalar vardı. M.S.Ordubadi. Koltunu döş cibindən; Nə vaxt çıxartdığını; Heç bilmədi Ben-Osman. B.Vahabzadə. kolvari bax. kolşəkilli. kolyuriya is. [fr.] Fəza sferasının iki böyük sferasının adı. kom is. dan. Dəstə, yığın. Qız oğlanı qırx kom çubuq sınınca çırpdı. (Nağıl). kom-kom zərf Dəstə-dəstə, kol şəklində, kol-kol. Damda kom-kom qanqal, sirkan bozarırdı. İ.Hüseynov. koma I. is. Səpələnən, dağılan şeylərin təpə halında yığımı; topa, qalaq. Qum koması. Torpaq koması. – Hərənin qabağında bir zorba koma kül qalandı. C.Məmmədquluzadə. • Koma vurmaq – qalaq vurmaq, bir yerə yığmaq; toplamaq. Samanı koma vurmaq. koma-koma zərf Yığın-yığın, topa-topa, dəstə-dəstə, üst-üstə yığılmış halda. Şərqə doğru ağır-ağır, koma-koma uçuşan buludlar birləşir, şəhəri get-gedə qorxunc bir qaranlıq almağa başlayırdı. A.Şaiq. Əsgərlərin çoxu qar üstündə dövrələmə oturmaqdansa bu çuxura girməyi məsləhət bilib, birər-ikişər koma-koma .. otururdular. Ə.Əbülhəsən.\n\nII. is. Primitiv ev, daxma, daxal. Sığınıb dağda yapılmış komaya insanlar; Dırmaşır sərt qayalar üzrə bütün heyvanlar. A.Səhhət. Bu əhvalatdan sonra Nadirəni komada əliboş görmək olmazdı. Mir Cəlal. Az keçmədi gəlinlər gəlib onun komasını suladılar, su dolu bir sənək gətirdilər. Ə.Məmmədxanlı. // Ümumiyyətlə, təvazölə və ya zarafatla “ev” mənasında. Oturub ac komasında atamın; Biş-düşün hazır edərdim anamın. M.Ə.Sabir. [Əlləzoğlu:] Qız mənim komamda nə görüb ki? İ.Hüseynov. ‣ Qiraət koması – kənddə mədəni maarif ocağı. [Cahan:] Hər yerdə qiraət koması açılır.. Ə.Haqverdiyev. Çox yerdə klub, qiraət koması, kitabxananın işləri qənaətləndirici deyildir. Ə.Sadıq.\n\nIII. [yun.] tib. Bəzi xəstəliklər nəticəsində özündəngetmə, reflekslərin qan dövranının, tənəffüsün, mübadilə prosesinin pozulması şəklində təzahür edən ağır hal. Koma vəziyyəti. komacıq “Koma” söz kiç. komalama “Komalamaq”dan f.is. komalamaq f. Koma vurmaq, bir yerə yığmaq, üst-üstə yığmaq; qalaqlamaq, toplamaq. Qumu komalamaq. Taxılı komalamaq. – [Ələmdar] dəyirmi stolun üstü ilə səpələnən kağızları əli ilə sivirib komaladı. S.Rəhimov. komalanma “Komalanmaq”dan f.is. komalanmaq məch. və qayıd. Koma vurulmaq, koma halına salınmaq, üst-üstə yığılmaq, bir yerə toplanmaq; qalaqlanmaq. Payız buludları seyrək-seyrək komalanıb aşağı yığılır, havanın rütubəti artıb soyuduğu daha çox duyulurdu. Ə.Əbülhəsən. komalaşma “Komalaşmaq”dan f.is. komalaşmaq f. Bir yerə yığılmaq, toplaşmaq, yığışmaq. Uşaqlar həyətdə komalaşdılar. – [Kitabsatan:] Camaat, burada komalaşmayın, görən deyəcək, görəsən, yenə nə hürriyyətbazlıqdır. Mir Cəlal. Turac, kəklik, qırqovul da; Komalaşıb durdu yolda. M.Dilbazi. komalıq is. Koma olan yer; koma, topa, qalaq vurulmuş yer. Bahadır dəftərcəsini xeylaq yazandan sonra meşədə gəzirdi. Komalıqda gəzərkən nəzəri bir ağacın altına düşdü. N.Nərimanov. komanda is. [fr. kommande, lat. commandare-dən]\n1. Komandirin, başçının müəyyən edilmiş qaydada qısaca şifahi əmri. Komandanı yerinə yetirmək. Hücum komandası. – Adamlar elə bil ümumi komanda ilə Tahirə sarı baxdılar. M.Hüseyn. // Ümumiyyətlə, amiranə tərzdə qısaca verilən əmr, sərəncam.\n2. Hər hansı bir hərbi hissədə başçılıq, komandanlıq. ..Mədədov Bədəlovun komanda etdiyi taqıma, Hacıyev isə Xolmoqortsevin taqımına getdi. Ə.Əbülhəsən. • Komanda məntəqəsi – komandirin təlim və ya döyüş zamanı duraraq öz hissəsini idarə etdiyi xüsusi düzəldilmiş yer. Novruz batareya komandirinə tapşırıq verib komanda məntəqəsinə tərəf süründü. R.Rza.\n3. Əsgəri hissə, dəstə, yaxud xüsusi vəzifə daşıyan kiçik hərbi hissə. Pulemyot komandası. Keşikçi komandası.\n4. Gəmi heyəti, onun bütün qulluqçuları. Gəmi komandası. // Hər hansı bir vəzifəni yerinə yetirən adamlar heyəti. Yanğın komandası.\n5. Eyni bir idman növü ilə məşğul olan idmançılar dəstəsi, kollektivi. “Neftçi” futbol komandası. Güləşçilər komandası. Qadın basketbol komandası. komandan [alm. kommandier-dən] bax. komandir. Cavan komandanın da qocanın bu halətinin təsirindən gözləri yaşardı. Ə.Haqverdiyev. [Qəhrəman:] Bundan əlavə, komandan bir-iki saata qədər bizə kömək göndərəcəyinə də söz vermişdi. H.Nəzərli. komandanlıq is.\n1. bax. komandirlik 1-ci mənada.\n2. top. Qoşunların, hərbi hissələrin və s.nin başında duran komanda heyəti. Cəbhə komandanlığı. – Hərbi təlim dövründən sonra atıcı diviziyası yoxlanıldı və komandanlığın əmri ilə bir baş cəbhəyə getdi. S.Rəhimov. komandir [alm.]\n1. Hərbi hissə, birləşmə, ya hərbi gəmi başçısı. Polk komandiri. Rota komandiri. Gəmi komandiri. – Komandirin bu əmrinə kimsə etiraz etmədi. S.Hüseyn. Sən bu gündən komandirsən, mən isə sənin komissarın. S.Vəliyev.\n2. İstehsalat rəhbərlərinə (mühəndislərə, texniklərə) məcazən verilən ad. İstehsalat komandirləri. komandirlik is.\n1. Komandir vəzifəsi. Komandirlik kursu. – Hacıyev orta rütbəli komandirlikdən hələ bugünkü qədər inciməmişdi. Ə.Əbülhəsən.\n2. bax. komandanlıq 2-ci mənada Komandirliyin əmri. kombayn [ing.] Taxıl və texniki bitkilərin yığımında eyni zamanda bir sıra işi görən kənd təsərrüfatı maşını. Taxıl kombaynı. Kartofyığan kombayn. Kombayn sürmək. – Geniş bir binanın şiferlə örtülmüş taxtapuşu, altında çoxlu traktor, kombayn vardı. M.İbrahimov. Parlaq günəş işığında sarı buğda zəmilərinin içindəki kombaynlar dənizdə üzən balaca gəmiləri xatırladırdı. İ.Əfəndiyev. Fərəc kişi dinməz-söyləməz kombayna qalxdı. Q.İlkin. // Kömür, süxur və s. çıxarılmasında eyni zamanda bir neçə işi görən mürəkkəb maşın. Kömür kombaynı. Torf kombaynı. kombaynçı is. Kombayn işlədən fəhlə, kombayn sürən. Kombaynçı ixtisası. Kombaynçıların yarışı. – Kombaynçı mat-məəttəl kolxoz sədrinə və qaya kimi lal-kar duran kombayna baxırdı. Ə.Əbülhəsən. [Sevinc Sonaya:] ..Taxılbiçən bir kombaynçı .. biçin yerini öyrənməmiş işə başlamır. Z.Xəlil. kombaynçılıq is. Kombaynçının işi, peşəsi, sənəti. Kombaynçılıq kursu. kombinasiya [lat.]\n1. Müxtəlif və ya eynicinsli şeylərin bu və ya başqa qayda üzrə düzülüşü, birləşdirilməsi. Rəqəmlərin kombinasiyası. Səslərin kombinasiyası.\n2. məc. Bir məqsədə çatmaq üçün işlədilən mürəkkəb üsullar sistemi, kələkbazlıqla qurulan işlər, hadisələr. [Sultan:] Bütün bu kombinasiya da ancaq sənə aparatda yer eləməkdən ötrüdür. İ.Hüseynov.\n3. idm. Oyunda üstünlük, qələbə əldə etmək üçün tətbiq edilən cürbəcür üsullar, tədbirlər. Şahmat kombinasiyası. Futbolçuların kombinasiyası. Kombinasiya düzəltmək.\n4. Paltarın altından geyilən uzun köynək şəklində alt qadın paltarı. İpək kombinasiya. Qara kombinasiya. kombinat [lat. combinare – birləşmiş]\n1. Texnoloji proses cəhətdən bir-birilə bağlı olan bir neçə müəssisəni birləşdirən iri sənaye müəssisəsi, yaxud texnoloji cəhətdən bir-biri ilə bağlı olmayan bir sənaye sahəsinə aid müəssisələrin inzibati birləşməsi. Süd-ət kombinatı. – ..İpəktoxuyan kombinatda yüzlərlə ixtisaslı fəhlə çalışır. S.Rəhman. Bizə ət kombinatından belə bir ərzə gəlib; Ki, soyuqdan üşüyən mal-qaralar qeyzə gəlib. Ə.Vahid. // Yerli sənayedə xırda istehsalatlar, yaxud məişət xidməti müəssisələri birləşməsi. Rayon sənaye kombinatı. Məişət xidməti kombinatı.\n2. Zavod və müəssisələr yanında müxtəlif dərəcəli məktəblər birləşməsi. Tədris kombinatı. kombinezon [fr.] Bir-birinə tikilmiş kurtka və şalvardan ibarət iş paltarı. [Qızlar] kombinezon geymiş, saçlarını yığıb yaylıqla bağlamış, dirsəkdən yuxarı gödəkqollu köynəklərdə həvəslə işləyirdilər. M.İbrahimov. Geydiyi kombinezon Şəfiqənin görünüşünü dəyişmişdi. H.Seyidbəyli. kombinezonlu sif. Kombinezon geymiş, kombinezonu olan. Kombinezonlu qız. – Yoldaş, bu nədir? – deyə Zahidoğlu kombinezonlu gəncdən soruşdu. S.Rəhimov. kombinə [lat. combinatio-dan] Kombinasiya edilmiş, birləşdirilmiş, quraşdırılmış, uyğunlaşdırılmış. • Kombinə etmək – birləşdirmək, uzlaşdırmaq, uyğunlaşdırmaq (müxtəlif elementləri bir arada birləşdirmək). komedioqraf [yun.] bax. komediyaçı. Cəlil Məmmədquluzadə böyük rus komedioqrafını şüurlu olaraq özünə müəllim intixab etmişdi. M.İbrahimov. komediya [yun. komodia, əsli lat. comoedia]\n1. Gülməli, məzəli, yaxud satirik məzmunlu dram əsəri. “Şamdan bəy” komediyasında da yazıçı bizi keçmişin iyrənc tiplərindən biri ilə tanış edir. M.Arif. [Ü.Hacıbəyov] məhz M.F.Axundzadə və C.Məmmədquluzadənin dramaturji üslubunu izləyərək.. misli görünməmiş komediyalar yazmışdır. Ə. Sultanlı. // Bu cür əsərin səhnə tamaşası. Qədim vaxtlarda komediyanı yunanilər gülüş üçün çıxardardılar. N.Nərimanov.\n2. məc. Gülməli, əyləncəli hadisə haqqında. Bu lap komediya oldu.\n3. məc. Hər hansı bir məqsədlə özünü bu və ya başqa rolda göstərmə; riyakarlıq, ikiüzlülük. • Komediya oynamaq – özünü riyakarcasına aparmaq. komediyaçı is. Komediya yazan dramaturq. komendant [fr.]\n1. Qalada, yaxud istehkam halına salınmış rayonda yerləşən bütün qoşunların başçısı. Qala komendantı.\n2. Qarnizonda nizam-intizama və hərbi xidmətin düzgün aparılmasına nəzarət edən zabit. Şəhər komendantı. Lager komendantı. – Bakıda komendant patrulları çox olardı. Ə.Əbülhəsən. Alman komendantının əmrinə görə cənazələr üç gün camaatın gözü qarşısında qalmalı idi. Ə.Sadıq.\n3. Yollarda ordu hissələrinin və hərbi yüklərin hərəkətinə nəzarət edən şəxs.\n4. Hər hansı bir ictimai binanın, evin müdiri. Ümumi yataqxana komendantı. – [Məzlum:] Bu gündən komendant məni öz yanına aparır. S.Vəliyev. ‣ Komendant saatı – hərbi və ya mühasirə vəziyyəti elan edildikdə müəyyən saatlarda xüsusi icazə olmadan küçələrə çıxmağın qadağan edilməsi. komendantlıq is.\n1. Komendant vəzifəsi.\n2. Komendantın başçılıq etdiyi idarə (bax. komendant 2-ci mənada), həmçinin bu idarənin yerləşdiyi bina. Komendantlıqdan icazə almaq. komendatura [alm.] bax. komendantlıq 2-ci mənada. Komendaturada işləmək. – [Güləbətin] hər gün komendaturanı ayna kimi silib təmizləyirdi, stollarımızın üstünə bəzən çiçək də tapıb qoyurdu. M.İbrahimov. komendor [ing.] Topçu matros. kometa [yun. kometes – saçlı ulduz] astr. Dumanlı işıq verən ləkə və quyruğa oxşar işıq zolağı şəklində olan göy cismi; quyruqlu ulduz. Günəş sistemini 9 səyyarə (planet), 1600-ə yaxın kiçik planetlər, meteorlar, kometalar və günəş özü təşkil edir. M.Qaşqay. komi is. Rusiya Federasiyasının tərkibinə daxil olan Komi MR-in əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. komik I. [yun.]\n1. Komik rollar ifa edən artist. [Eyvaz] kolxoz dram dərnəyinin ən yaxşı komikidir. Ə.Vəliyev.\n2. məc. Məzəli adam, zarafatcıl.\n\nII. sif. [lat.]\n1. Komediyaya xas olan, komediya ilə bağlı olan. Komik rol. Komik süjet. – M.F.Axundzadənin komediyaları böyük ictimai məsələləri əhatə edən, komik planda ictimai xarakterlər yaradan klassik komediya əsərləri idi. M.İbrahimov. [Ü.Hacıbəyov] öz komediyalarında komik vəziyyətlərlə bərabər, lirik və dramatik səhnələr də yaradır. Ə.Sultanlı.\n2. Məzəli, gülməli, məzhəkəli. komiklik is. Məzəlilik, komizm. Məşədi İbadın monoloqları dramaturgiya tarixində öz canlı komikliyi ilə diqqətəlayiqdir. Ə.Sultanlı. komintern [rus. “Kommunistiçeskiy İnternaüional”ın ixtisarı] tar. Kommunist İnternasionalı (1919-cu ildə təsis olunmuş və 1943-cü ildə buraxılmışdır), kommunist partiyalarının beynəlxalq birləşməsi (Beynəlmiləl). komissar [fr.]\n1. Keçmiş SSRİ-də: üzərinə ictimai-siyasi, təşkilati və inzibati vəzifələr həvalə olunmuş rəhbər şəxs (1918 1946-cı illərdə). // Hərbi hissənin döyüş qabiliyyəti və siyasi vəziyyəti üçün komandirlə bərabər cavab verən siyasi rəhbəri (1918-1942-ci illərdə). • Batalyon (polk, divizion və s.) komissarı – 1935-1942-ci illərdə sovet ordusunda hərbi-siyasi işçilərin fərdi adı. Hərbi komissar – hərbi komissarlığın başında duran şəxs, hərbi komissarlığa rəhbərlik edən, hərbi vəzifəlilərin uçotu, orduya çağırışı və s. işlərlə məşğul olan adam. Rayon hərbi komissarı. Xalq komissarı – 1918-1946-cı illərdə hökumət üzvü, xalq komissarlıqlarından birinin başında duran adam.\n2. Xarici ölkələrdə: polis vəzifəsini görən məmur.\n3. XVII əsrin axırında Fransa burjua inqilabı dövründə: müxtəlif tapşırıqlarla departamentlərə və qoşun hissələrinə göndərilən Konvent nümayəndəsi. komissariat [fr. əsli lat.] bax. komissarlıq. komissarlıq is. Başında komissar duran idarə, orqan. Nə məhəlli komitə, nə ittifaq, nə də əmək komissarlığı [Zeynalın] tamamilə işdən xaric edilməsinə əsas etibarı ilə etiraz edə bilməyirdilər. S.Hüseyn. Komissarlıqdan yazıb, baş mühəndis vəzifəsinə təyin üçün namizəd istəyirdilər. Mir Cəlal. Qulamın yanına onunla eyni komissarlıqda işləyən bir işçi gəlmişdi. Ə.Əbülhəsən. • Xalq komissarlığı tar. – Azərbaycanda sovet dövründə dövlət idarəsi sahələrindən birinə rəhbərlik etmiş mərkəzi orqan (1946-cı ildə nazirliyə çevrilmişdir). Hərbi komissarlıq – hərbi vəzifəlilərin uçotu, orduya çağırışı və çağırışa qədərki hazırlığı ilə məşğul olan yerli hərbi idarə. Göyçəyin ərizəsi hərbi komissarlıqda idi. Ə.Əbülhəsən. [Xasayla] birlikdə hərbi komissarlığa beş nəfər getmişdi. Ə.Vəliyev. komissiya [lat. commissio – tapşırıq]\n1. Xüsusi bir məqsəd, ya tapşırığı yerinə yetirmək üçün hər hansı bir idarə, təşkilat yanında yaradılan orqan və bu orqanın heyəti. Seçki komissiyası. Hesablayıcı komissiya. Komissiya seçmək. – Bakıda keçən il qurulan ianə komissiyası qırx beş min manatdan ancaq iki vaqon un göndərdi Zəngəzura ki, putu iki manatdan satılsın və min manat da göndərdi Qarabağa. C.Məmmədquluzadə. Başına dönərəm o komissiyanın ki, Hacı Əliqulu ağanın adamını məktəbə götürməsin. Qantəmir. ..Komissiyanın üzvləri təəccüblə Aslana baxdılar. M.Rzaquluzadə.\n2. Xüsusi tədbirləri həyata keçirmək üçün hökumət tərəfindən yaradılan dövlət idarəsi orqanı. Dövlət dil Komissiyası.\n3. Xüsusi mükafat əvəzində görülən tapşırıq. • Komissiyaya götürmək – müəyyən mükafat qarşılığında satmaq üçün qəbul etmək. Komissiyaya vermək – satmaq üçün vasitəçiyə vermək. komisyon [lat.] bax. komissiya. [Məmmədova] kəndin abadlıq komisyonunun üzvüdür. Ə.Sadıq. İkram atasına açıqca demişdi ki, maarif nazirliyinə ərizə yazıb komisyonu mən gətirtmişəm. Ə.Əbülhəsən. ‣ Komisyon mağazası – əhalidən götürdüyü şeyləri müəyyən faiz almaq şərtilə satan mağaza. komisyonçu is. Ticarət işlərində müəyyən faiz almaq şərtilə vasitəçilik edən şəxs. komisyonçuluq is. Komisyonçu sənəti, peşəsi. komisyoner [fr.] bax. komisyonçu. komitə [fr. comite, əsli lat. committere – tapşırmaq]\n1. Hər hansı bir işə rəhbərlik edən kollegial orqan. Partiya komitəsi. İcraiyyə komitəsi. Həmkarlar ittifaqının yerli komitəsi. – Bizim burada xəlvət komitəmiz var, hər yerdən bizə xəbər gəlir. Ə.Haqverdiyev.\n2. tar. Xüsusi tədbirləri həyata keçirmək üçün hökumət tərəfindən yaradılan dövlət idarəsi orqanı. komizm [yun. komikos-dan] Hər hansı bir şeydə gülməli cəhət; məzəlilik, yumor. Sözlərində çoxlu komizm var. Rolun komizmi. Komizmə qapılmaq aktyor üçün nöqsandır. // Yumor, gülməlilik. komlama “Komlamaq”dan f.is. komlamaq bax. komalamaq. O, yerə döşənmiş böyürtkən kollarını dəhrənin burnu ilə təmizləyib komlayırdı. S.Rəhimov. komlanma “Komlanmaq”dan f.is. komlanmaq bax. komalanmaq. komlaşma “Komlaşmaq”dan f.is. komlaşmaq bax. komalaşmaq. Adamlar isə gah komlaşır, gah kənara çəkilirdilər. Mir Cəlal. kommentariya [lat. commentarium] Hər hansı mətnin və ya kitabın şərhi, izahı; izahat. kommentator [lat.] Kommentariyə verən; şərhçi, izahçı. kommuna [fr.]\n1. Əmək və mülk ümumiliyi əsasında birlikdə işləmək və yaşamaq üçün birləşmiş kollektiv. Əmək kommunası. Xalq kommunalarında yaradılmış uşaq bağçaları və körpə evləri qadınların işdə və təhsildə geniş fəaliyyət göstərmələrinə imkan verirdi. • Kənd təsərrüfat kommunası – kənd təsərrüfatı kollektivləşdirilməsinin məişət xidməti, istehlak və istehsal alətlərinin tamamilə ellikləşdirilməsinə əsaslanan forması.\n2. Fransa və bəzi başqa ölkələrdə: yerli inzibati-ərazi vahidi, şəhər və ya kənd tipli məntəqə.\n3. tar. İnqilab dövründə bəzi ölkələrdə qurulan inqilabi hökumət. • Bakı kommunası tar. – 1918-ci ildə Bakı zəhmətkeşlərinin üsyanına rəhbərlik edən inqilabi hökumət. Paris kommunası – 1871-ci ildə Parisdə üsyan qaldırmış zəhmətkeş kütlələrin inqilabi hökuməti. kommunal sif. [fr.] Şəhər təsərrüfatına aid olan. Kommunal təsərrüfatı. Kommunal xidməti. Kommunal işləri üçün vəsait artırıldı. kommunar [fr.] tar.\n1. 1871-ci ildə Paris kommunası iştirakçısı.\n2. Kommuna (1-ci mənada) üzvü. kommunist [fr. əsli lat.] tar.\n1. Kommunist partiyasının üzvü. Kommunistlərin yığıncağı.\n2. Kommunizm ideyalarına əsaslanan, onları ifadə edən və həyata keçirən; kommunizm tərəfdarı. Kommunist partiyası. • Kommunist İnternasionalı – bax. Komintern. Kommunist Gənclər İttifaqı – bax. komsomol. kommunistlik is. Kommunistə xas olan sifət və keyfiyyət. kommunizm [fr. əsli lat. communis – ümumi]\n1. İstehsal alətlərinin ümumiləşdirildiyi və xüsusi mülkiyyətin olmadığı ictimai quruluş.\n2. Kommunizm cəmiyyəti qurulması haqqında siyasi, iqtisadi və ictimai təlim. kommutasiya is. [lat.] Müəyyən məsələnin həlli üçün hesablayıcı maşının köklənməsi, sazlanması, qurulması. kommutator [lat. commutare – dəyişmək]\n1. Elektrik cərəyanını açıb-bağlayan və ya onun istiqamətini dəyişdirən cihaz.\n2. Telefon rabitəsində: telefon xətlərini birləşdirən qurğu. Zavod kommutatoru. Kommutatorda işləmək. – Kommutatorun qabağında mürgüləyən Əsgərin qıvrım saçları üzünə tökülmüşdü. S.Rəhimov. [Qız:] Kommutator otağının pəncərələri bizim qurğuya açılır. H.Seyidbəyli. kommutatorçu is. Kommutatorda işləyən adam. Kommutatorçu qız. komod [fr.] Dəyişək, müxtəlif tualet şeyləri və s. qoymaq üçün siyirməli yastı şkaf növü. Güzgü, daraq komodun sol gözündədir. – Şəhla xanım şaqşaraqla komodun siyirmələrini açdı. S.Rəhimov. Xanpəri komoddan bir vərəq kağız çıxartdı. Ə.Vəliyev. kompaniya [fr.] bax. şirkət. komparativist [latıncadan] dilç. Müqayisəli-tarixi dilçilik mütəxəssisi; dillərin tədqiqində, ədəbiyyat nəzəriyyəsində müqayisəli üsul tətbiq edən alim. komparativizm [lat. comparativus – müqayisəli] Dilçilikdə müqayisəli-tarixi üsul. kompas [ital.] Maqnitləşdirilmiş əqrəbi həmişə şimalı göstərməklə dünyanın cəhətlərini təyin edən cihaz; qiblənüma. Kompasla getmək. – Kamil plaşını geyərək kompas, fotoaparat, durbin və kağızlarını götürdü, çarpayıda yatmış Yadigarı öpdü, anası ilə görüşüb küçəyə çıxdı. M.Süleymanov. kompilyasiya [lat. compilatio-dan] Müstəqil tədqiqat aparılmadan başqalarının əsərlərindən istifadə yolu ilə yazılan əsər. Kompilyasiya etmək. Kompilyasiya ilə məşğul olmaq. kompilyasiyaçı is. Kompilyasiya ilə məşğul olan adam, kompilyasiya müəllifi. kompilyativ [lat. compilatio-dan] Kompilyasiya yolu ilə qurulmuş, kompilyasiya mahiyyətində olan. Kompilyativ əsər. kompleks [lat. complexus – əlaqə] Bir vəhdət təşkil edən şeylərin və ya hadisələrin məcmusu. Mingəçevir su qovşağı kompleksi. • Kompleks briqada – müxtəlif ixtisaslı fəhlələrdən ibarət istehsalat briqadası. Tikintidə işləyən kompleks briqada. Kompleks briqada təşkil etmək. kompleksli sif. Kompleks şəklində olan; toplu. Üçüncü kompleksli becərmə qurtarmaq üzrədir. (Qəzetlərdən). komplekt [lat. completus – tam, dolu] Tam təşkil edən şeylərin toplusu; dəst. Qazıma komplekti. komplektləşdirici sif. və is. Komplektləşdirmə işi ilə məşğul olan işçi. Kitabxana kollektorunun komplektləşdiricisi. komplektləşdirilmə “Komplektləşdirilmək”dən f.is. Dövri mətbuatın komplektləşdirilməsi. komplektləşdirilmək “Komplektləşdirmək”dən məch. komplektləşdirmə “Komplektləşdirmək”dən f.is. komplektləşdirmək f. Bir şeyin komplektini düzəltmək, təkmilləşdirib komplektə çatdırmaq. Jurnalları komplektləşdirmək. Kitabxananı komplektləşdirmək. Bir illik qəzeti komplektləşdirmək. // Bir idarənin, şöbənin və s. tərkibini işçilərlə təmin etmək, onların sayını lazımi miqdara çatdırmaq, çatışmayan sayını tamlaşdırmaq. İdarənin ştatını komplektləşdirmək. Şöbəni ixtisaslı işçilərlə komplektləşdirmək. komplektləşmə “Komplektləşmək”dən f.is. komplektləşmək f. Komplekt şəklini almaq, komplektə çatmaq; tamlaşmaq. komplektli sif. və zərf Komplekt halında; tam, bütün halda. Komplektli məhsul buraxmaq. komplektsiz sif. Komplekt (tam, bütün) şəklində olmayan. Komplektsiz və standartsız məhsul. kompliment [fr.] Birisinə iltifat, xoş görünmək və ya yaltaqlıq təriqilə deyilən xoş söz, tərifli ifadə. Səməd öz müdirinin səmimi komplimentlərindən yenə də çox məmnun olub bığlarını tumarladı. B.Talıblı ...Gövhər Mədədovun ehtiyatlı komplimentlərini birinci günlər rişxənd kimi qəbul edirdi. Ə.Əbülhəsən. • Kompliment atmaq (demək) – birinin xoşuna gəlmək üçün ona xoş söz söyləmək, iltifat göstərmək. Bizim .. nə zarafat üçün, nə də kompliment demək üçün vaxtımız yoxdur. C.Cabbarlı. Birinə göz edirdi, birisinə gülümsünürdü və kimisinə də seçmə bir kompliment deyib nəzərini özünə cəlb edirdi. Çəmənzəminli. komplimentçi is. dan. Kompliment deməyi sevən adam. komponent [lat.] Bir şeyin tərkib hissəsi, bir şeyi əmələ gətirən hissələrdən hər biri. Mürəkkəb sözün komponentləri. kompust [ing.] Heyvan, mineral və ya bitki tullantılarının torf, yaxud torpaqla qarışdırılmasından alınan üzvi gübrə. komposter [fr.] köhn. Biletlərə, bank çeklərinə və s.-yə yoxlama işarəsi vuran alət. kompostlaşdırılma “Kompostlaşdırmaq”dan f.is. kompostlaşdırma f. Komposterlə işarə vurmaq. Bileti kompostlamaq. kompot [fr.] Suda qəndlə bişirilmiş təzə və ya quru meyvədən ibarət duru yemək; xoşab. Qaysı kompotu. Kompot bişirmək. Bir stəkan kompot. – [Aslanovun] xörəkdən sonra cürbəcür çərəz yeməklə, yaxud kompot içməklə heç arası yox idi. M.Hüseyn. kompozisiya [lat.]\n1. Ədəbiyyat və incəsənət əsərlərinin quruluşu və onların hissələri arasında qarşılıqlı əlaqə. Şəklin kompozisiyası. Romanın kompozisiyası.\n2. Musiqi əsəri. // Müəyyən quruluşu, vəhdəti olan rəssamlıq əsəri haqqında.\n3. Musiqi əsərlərinin yazılması nəzəriyyəsi. Kompozisiya sinfi. Kompozisiyadan mühazirə. // Musiqi əsərlərinin bəstələnməsi. komprador [isp. comprador – alıcı] Şərqin bəzi müstəmləkə və asılı ölkələrində: xarici kapitalla yerli bazar arasında vasitəçilik edən yerli tacir, kapitalist. kompres [fr.] Müalicə məqsədi ilə ağrıyan yerə qoyulan yaş sarğı. [Doktor] ..qızdırma artdığı zaman [Arazın] başına, ürəyinə kompres qoyurdu. A.Şaiq. kompressor [lat.] Havanı, buxarı, qazı sıxmaq üçün maşın. Kompressor stansiyası (həmin maşınlar olan stansiya). – Kompressor stansiyasından gələn yeknəsəq guppultunun arası kəsilmirdi. M.Hüseyn. kompressorçu is. xüs. Kompressorda işləyən, kompressoru idarə edən. Kompressorçu fəhlə. kompressorlu sif. tex. Kompressoru olan, kompressorla işləyən. Kompressorlu neft quyusu. kompromat is. [fars.] Nüfuzdan salma, gözdən salma, adına ləkə gətirmə. kompromis [lat. compromissum-dan] Qarşılıqlı güzəşt əsasında razılaşma, uzlaşma. kompromisli sif. Kompromisə əsaslanan, kompromis yolu ilə olan; güzəştli. Kompromisli təklif. kompyuter is. [ing.] Hesablayıcı elektron maşın. komsomol [rus. “Kommunistiçeskiy soöz molod¸ji”nin ixtisarı]\n1. tar. Kommunist Gənclər İttifaqı.\n2. Canlı dildə “komsomolçu” mənasında. komsomolçu is. tar. Kommunist Gənclər İttifaqı üzvü. // Sif. mənasında. [Qəhrəman:] Yoldaşlarımın biri nazik, arıq, alagözlü, parlaq qarasaçlı, diribaş bir komsomolçu qız idi. H.Nəzərli. komsomolluq is. tar. Kommunist Gənclər İttifaqının üzvü olma. kondensasiya is. [lat.] Qazvari və ya buxovvari maddələrin maye və ya bərk hala keçməsi. kondensator [lat. condensare-dən]\n1. fiz. Külli miqdarda elektriki toplamaq üçün cihaz. Kondensatoru sarğılarla birləşdirən kimi sarğılardan cərəyan keçəcək və beləliklə, kondensator boşalacaqdır. M.Süleymanov.\n2. İşlənmiş buxarı soyutmaq üçün cihaz; soyuducu. kondisioner is. [lat.] Binalarda və ya maşınlarda sərinləşdirici qurğu. konduktor [lat. conductor – müşayiət edən] Qatarı müşayiət edən, onun təhlükəsizliyinə və düzgün hərəkətinə, yüklərinin qorunmasına nəzarət edən dəmiryol işçisi. Konduktor Kazımı kadr şöbəsinə çağırıb dedilər ki, – sabahdan sən qatar müfəttişi olacaqsan! Mir Cəlal. // köhn. Tramvayı, avtobusu, trolleybusu müşayiət edən, onda qayda-qanuna nəzarət edən, sərnişinlərə bilet satan şəhər nəqliyyatı işçisi. konduktorlu sif. Konduktoru olan. Konduktorlu avtobus. konduktorluq is. Konduktorun işi, vəzifəsi. konduktorsuz sif. Konduktoru olmayan. Konduktorsuz tramvay (trolleybus). konfederasiya [lat.]\n1. Müxtəlif təşkilatların birləşməsi, ittifaqı. Latın Amerikası zəhmətkeşlərinin konfederasiyası.\n2. Ümumi bir məqsədi həyata keçirmək üçün (öz müstəqilliklərini saxlamaq şərtilə) birləşmiş dövlətlərin ittifaqı. konferansye [fr.] Konsert proqramının nömrələrini elan edən və bəzən nömrələr arasında tamaşaçıları məşğul edən artist. Lətifənin yaxşı tanıdığı konferansye cavan fəhlələrin özlərindən deyildi. M.Hüseyn. konferansyelik is. Konferansyenin işi, peşəsi. konfessional is. [lat.] Dini, dinə aid olan. konfyt [ital. əsli lat.] Adətən kiçik plitə, yastı həb, kiçik şar və s. şəklində şirniyyat məmulatı; şirni. Konfet fabriki. Konfet qutusu. – İyirmi-otuz adam qız evində yeyibiçib, hərə cib yaylığına yarım girvənkə, yaxud bir girvənkə noğul, şirni, konfet, qənd bağlayıb götürər, gedərlər. R.Əfəndiyev. Cəlal, ağzında konfet, gəlib durur qapıda, övrətlərə baxır. C.Məmmədquluzadə. Sonra Həbib qıza iki konfet verdi, qız səmimi halda məsumməsum güldü. Ə.Vəliyev. konfetti [ital.] Təntənəli ziyafətlərdə, maskaradlarda iştirakçıların bir-birinin başına səpdikləri əlvan kağız piləklər. konfrans [lat.] Müəyyən məsələləri müzakirə və həll etmək üçün partiya, ictimai və s. təşkilat nümayəndələrinin, habelə hökumət nümayəndələrinin müşavirəsi, yığıncağı. Elmi konfrans. Beynəlxalq konfrans. – Keçən bazar ertəsi günü firqə klubunda teatr konfransı çağırılmışdı. C.Məmmədquluzadə. Beş-altı ay əvvəldən başlayaraq, ara-sıra Məsməyə klub, konfrans kimi ictimai yerlərdə rast gələrdim. S.Hüseyn. Həsən Tiflisdə çağırılan konfransdan qayıdanda iki dolu [zənbil] Zaqatala tütünü gətirirmiş. Qantəmir. konka [rus.] köhn. Tramvayın tətbiqinə qədər vaqonları atla hərəkətə gətirilən şəhər dəmir yolu, habelə bu yolda işləyən vaqon. [Zərbəli:] Usta, getdim yolda ətəklədim, bir qapaz vurdu yıxıldım, mən durunca mindi konkaya qaçdı. Ə.Haqverdiyev. Şəhərdə gəzməyə mindən ziyada faytonlar; Nə qədər avtomobil, çoxlu konkalar varmış. Ə.Nəzmi. Telefon küçəsində konka gözləyənlərin sayı hər günkündən çox idi. M.S.Ordubadi. konkaçı is. köhn. Konka sürücüsü. Konkaçı konkanı dayandırdı, qamçını konkanın içinə atıb dedi: Gəl özün sür! M.S.Ordubadi. konki [rus.] idm. Buz üstündə sürüşmək üçün ayaqqabıya taxılan dəmir xizəkciklər. konkret sif. [lat. concretus – qatı, sıx] Tam, dəqiq, aydın, müəyyən, qəti, real mövcud olan (abstrakt əksi). Konkret fakt. Konkret misal. Konkret məsələ. Konkret cavab vermək. Konkret iş. konkretləşdirilmə “Konkretləşdirilmək”dən f.is. konkretləşdirilmək məch. Konkret hala salınmaq; müəyyənləşdirilmək. konkretləşdirmə “Konkretləşdirmək”dən f.is. konkretləşdirmək f. Bir şeyə əyani xarakter vermək, konkret hala salmaq; müəyyənləşdirmək. Gülşən bəzi məsələləri konkretləşdirmək, aydınlaşdırmaq üçün sabah partiya komitəsi katibinin yanına getməyə hazırlaşır. Ə.Vəliyev. konkretləşmə “Konkretləşmək”dən f.is. konkretləşmək f. Konkret hala düşmək, müəyyənləşmək, tam aydın şəkil almaq. ..Həyatda hər kəsin eşitdiyi, özünə görə təsəvvür etdiyi və bəzən sövqi-təbii ilə dərk etdiyi bir məfhum [Veys] üçün konkretləşdi. Ə.Əbülhəsən. konkretlik is. Müəyyənlik, aydınlıq, qətilik. Bəli, konkretlikdən, yəni müəyyən və nəqdi bir işdən yapışıb çalışmaq – ümumxalq işi üçün çalışmaqdır. S.Rəhimov. kunkurs [lat. concursus – toqquşma] Vəzifə tutmaq, mükafat almaq və s. üçün iştirakçılardan ən yaxşısını seçmək məqsədilə düzəldilən yarış; müsabiqə. Konkurs imtahanı. Konkursda iştirak etmək. Konkurs sərgisi. – Uzağa niyə gedək, gəl sənə keçənilki konkursdan deyim. S.Rüstəm. konqlomerat [lat.]\n1. Müxtəlif cinsli şeylərin və ya hissələrin mexaniki, təsadüfi birləşməsi.\n2. geol. Başqa süxurla birləşmiş müxtəlif minerallardan ibarət süxur. konqres [lat. congressus – iclas]\n1. Geniş miqyaslı beynəlxalq qurultay, müşavirə, yığıncaq. Ümumdünya analar konqresi. Həmkarlar ittifaqlarının ümumdünya konqresi.\n2. ABŞ-da və bəzi Latın Amerikası ölkələrində qanunverici orqanın (parlamentin) adı.\n3. Bəzi ölkələrdə siyasi partiya və təşkilatların adı. Hindistan milli konqresi. konqresmen [ing.] Konqres (2-ci mənada) üzvü. konqruyent sif. [lat.] riyaz. Bir-birinin üzərinə qoyulduqda düz gələn. konsentrat [lat. concentratio-dan]\n1. Quru və preslənmiş halda hazırlanan hazır ərzaq məhsulu.\n2. k.t. Yüksək keyfiyyətli qidalı maddələrdən ibarət heyvan yemi.\n3. məd. Faydalı qazıntılardan saflaşdırma yolu ilə alınan filiz. konsentrik [lat. con – birgə və centrum – mərkəz] riyaz. Ümumi mərkəzli, ümumi mərkəzi olan. konsentriklik is. riyaz. Konsentrik fiqurun halı, ümumi mərkəzi olma. konsepsiya [lat.] Hər hansı bir hadisə haqqında əsas fikir; görüşlər sistemi. İnkişaf haqqında bir-birinə zidd iki konsepsiya – dialektik və metafizik konsepsiya mövcuddur. konsern [ing. concern]\n1. Çoxlu ticarətsənaye müəssisələrinin iri kapitalist inhisarı formalarından biri kimi vahid maliyyə rəhbərliyi altında birləşməsi. konsert [ital.]\n1. Bir sıra musiqi, balet əsərlərinin, estrada və s. nömrələrinin müəyyən proqram əsasında kütləvi surətlə ifa olunması. Simfonik konsert. Kamera konserti. Estrada konserti. Gecə institutumuzda konsert vardı. İ.Əfəndiyev.\n2. Orkestrin müşayiəti ilə bir musiqi aləti tərəfindən ifa olunmaq üçün yazılmış iri musiqi əsəri. Tarla orkestr üçün konsert. Skripka üçün konsert. konsertino [ital.]\n1. Altıbucaqlı qarmon şəklində musiqi aləti. Konsertino çalmaq.\n2. Konsert (2-ci mənada) tipli, lakin ondan kiçik musiqi əsəri. Konsertino bəstələmək. – Kiçik həcmli konsertlərə konsertino deyilir. Ə.Bədəlbəyli. konsertmeyster [alm. konzertmeister]\n1. Simfonik orkestrdə solist və ya birinci skripkaçı, arfaçı və s.\n2. Oxuyacaqları şeyləri öyrənməkdə müğənniyə kömək edən müşayiətçi – pianoçu. konserv [fr. conserves] Xüsusi işləmə (duzlama, bişirmə, mikrobsuzlaşdırma) yolu ilə hazırlanıb germetik (kip) bağlanmış bankalara doldurulmuş yemək şeyləri. Balıq konservi. Ət konservi. – [Döyüşçülər] arxa çantalarından çıxarıb konservi açır, ortalığa çörək qoyurdular. Ə.Əbülhəsən. [Cavad] kürkünün cibindən çıxardığı konservi bir ağsaqqal kişiyə uzadaraq gülümsündü.. Ə.Vəliyev. konservaçan is. Konserv qablarını açmaq üçün alət. Bıçağın üç-dörd tiyəsi, qayçısı, dırnaqtutanı, konservaçanı, vintburanı, tıxacçıxardanı vardı. M.Hüseyn. konservatoriya [ital.] Ali musiqi məktəbi. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası. Konservatoriyaya daxil olmaq. – [Rəhim:] Mən müharibədən əvvəl Bakıda Dövlət Konservatoriyasının yanında onillik musiqi məktəbində oxuyurdum. Ə.Sadıq. Konservatoriyanın tələbə və müəllimlərinin qüvvəsi ilə tez-tez müsamirələr verilir. konservçi is. Konserv sənayesi işçisi. konservləmə “Konservləmək”dən f.is. konservləmək f.\n1. Ərzağı konserv halına salmaq, konserv hazırlamaq. Balığı konservləmək. Əti konservləmək. Badımcanı konservləmək.\n2. xüs. Xüsusi surətdə işləməklə və xüsusi şəraitdə saxlamaqla xarab olmaqdan, korlanmaqdan qorumaq, mühafizə etmək. Qanı konservləmək. konservləşdirici is. və sif. Konserv edən, konservə çevirən. konservləşdirilmə “Konservləşdirilmək”dən f.is. konservləşdirilmək “Konservləşdirmək”dən məch. Bir ton pomidor konservləşdirildi. – Albalını yaş halda çox saxlamaq olmaz, lakin o dondurulduqda və digər üsulla konservləşdirildikdə yaxşı qalır. konservləşdirilmiş f.is.\n1. Konserv halına salınmış, konservə çevrilmiş. Konservləşdirilmiş tərəvəz.\n2. xüs. Xüsusi üsullarla işlənərək saxlanmış, mühafizə olunmuş. Konservləşdirilmiş qan. konservləşdirmə “Konservləşdirmək”dən f.is. Azərbaycan Qanköçürmə İnstitutunun xəstəxana və qanı konservləşdirmə şöbəsi vardır. konservləşdirmək bax. konservləmək. İnstitutun laboratoriyaları qan sistemi xəstəliklərinin öyrənilməsi, qanı konservləşdirmək .. sahəsində xeyli iş görmüşdür. konservləşmə “Konservləşmək”dən f.is. konservləşmək f. Konserv halına düşmək, konservə çevrilmək. konsessiya [lat.]\n1. Ölkə daxilində sənaye müəssisələri təşkil etmək, faydalı qazıntıları çıxarmaq və s. üçün müəyyən şərtlərlə dövlətlə ayrı-ayrı kapitalistlər və ya şirkətlər arasında bağlanan müqavilə.\n2. Bu müqavilə əsasında təşkil edilmiş müəssisə. konsessiyaçı is. Konsessiya sahibi. konsilium [lat.] Çətin hallarda xəstəliyi, onun müalicə üsullarını müəyyənləşdirmək üçün düzəldilən həkimlər müşavirəsi. Konsilium təyin etmək. – Ertəsi gün Zəki ən məşhur həkimlərdən bir konsilium təşkil etdi. A.Şaiq. konslager [rus. konüentraüionnıy laqerğ, əsli lat. concentratio və alm. lager] Məhbusları, hərbi əsirləri təcrid etmək üçün düşərgə; həbs düşərgəsi. konsonans is. [fr.] Musiqidə səs uyğunluğu, ahəng. konsonant is. [lat.] Samit səs. konsorsium [lat. consortium – iştirak] Birgə maliyyə əməliyyatı aparmaq üçün bir neçə bankın, yaxud bankirin iri inhisarçı birliyi. Beynəlxalq neft konsorsiumunun fəaliyyəti haqqında saziş. konsort is. [lat.] Britaniyada kraliçanın əri. konspekt [lat. conspectus – xülasə] Bir mühazirənin, məruzənin, nitqin, əsərin məzmununun qısaca xülasəsi, qeydi. Konspekt tutmaq. Mühazirələrin konspekti. Konspektdən istifadə etmək. – Mədəd oxuduğunun konspektini çıxartdı. Ə.Vəliyev. konspirasiya [lat. conspiratio – suiqəsd] Öz fəaliyyətini və üzvlərini gizli saxlamaq üçün gizli təşkilatın işlətdiyi üsullar. Konspirasiya işi. // Sirr saxlama. konspirativ sif. [lat. conspiratio – “suiqəsd”dən] Gizli. konspirativlik is. Gizlilik. konstitusiya [lat. constitutio – quruluş] Bir dövlətin ictimai və dövlət quruluşunu, seçki sistemini, dövlət orqanlarının fəaliyyət və təşkilat prinsiplərini, vətəndaşların əsas hüquq və vəzifələrini müəyyən edən əsas qanunu. Azərbaycan Konstitusiyası. Demokratik konstitusiya. Konstitusiyanın maddələri. konstitusiyaçı is. və sif. Konstitusiya tərəfdarı (olan). konstitusiyalı sif. Konstitusiyası olan, konstitusiyaya əsaslanan. Konstitusiyalı dövlət quruluşu. Konstitusiyalı idarə üsulu. • Konstitusiyalı monarxiya – padşahın hüquqlarının konstitusiya ilə məhdudlaşdırıldığı dövlət quruluşu. konstruksiya [lat.]\n1. Hər hansı bir tikilinin, qurğunun, mexanizmin hissələrinin qarşılıqlı yerləşməsi, quruluşu, habelə bu cür quruluşlu tikilinin, qurğunun, mexanizmin özü. Binanın konstruksiyası. Körpünün konstruksiyası. Köhnəlmiş konstruksiya.\n2. tex. Mürəkkəb qurğunun, tikilinin qabaqcadan hazırlanan və sonradan onun tərkibinə daxil edilən ayrı-ayrı hissələri. Dəmirbeton konstruksiyalar. Ağac konstruksiyalar. konstruktivist [lat. constructio-dan] Konstruktivizm tərəfdarı. konstruktivizm [lat.] XX əsr memarlığında: konstruksiyanı binanın ifadəliliyinin başlıca amili hesab edən, binanın zahiri görkəmini onun müasir konstruksiyasında görən, bu işdə yalnız mücərrəd və həndəsi formalardan istifadə edən formalist cərəyan. Bir cərəyan kimi konstruktivizm ədəbiyyat və musiqidə də öz əksini tapmışdır. konstruktor [lat. constructio-dan]\n1. Konstruksiya düzəldən mütəxəssis. Təyyarə konstruktoru. Baş konstruktor.\n2. Uşaqların quraşdırıb müxtəlif şeylər düzəltməsi üçün içində müxtəlif hissələr, detallar olan qutu. konstruktorluq is. Konstruktorun peşəsi, sənəti. konsul [lat.]\n1. Bir dövlətin başqa bir dövlətin müəyyən məntəqəsində öz dövlətinin və onun vətəndaşlarının hüquqlarını təmsil və müdafiə edən vəzifəli şəxs. Azərbaycan konsulu. Konsul vəzifəsi. – Biz təəccüb elədik ki, bugünkü gündə konsulun qapısında artıq adam görsənmir. C.Məmmədquluzadə. [Əliqulu:] [İran əhli] məni tanıyıb konsula məlum edər.. S.S.Axundov.\n2. tar. Qədim Romada respublika dövründə: seçilən yüksək vəzifəli iki şəxsin hər birinin titulu, habelə belə titulu olan adam.\n3. tar. Fransada konsulluq dövründə: qeyriməhdud hakimiyyət verilmiş üç şəxsin titulu, habelə bu cür titulu olan adam. konsulxana is. [lat. consul və fars. xanə] Bir dövlətin, başqa bir dövlətin müəyyən məntəqəsində konsulun başçılıq etdiyi nümayəndəliyi, habelə həmin nümayəndəliyin yerləşdiyi bina. Vladiqafqazda hətta ədiblərimiz Molla İsmayılın səsini eşidəndə siçan dəliyini satın alıb konsulxanalarda gizlənirlər. C.Məmmədquluzadə. Bəhram şəhərdəki İran konsulxanasında katiblik edirdi. Çəmənzəminli. Müsyö Qamel ingilis konsulxanasında özünə məxsus edilən otaqda istirahətə çəkildi. Qantəmir. konsulluq is.\n1. Konsul vəzifəsi. Konsulluq etmək. // bax. konsulxana.\n2. tar. Qədim Romada: respublika zamanı konsulun dövləti idarə etdiyi dövr.\n3. tar. Fransada: Napoleon Bonapartın 9 noyabr 1799-cu ildəki (18 brumer) çevrilişindən 1804-cü ildə imperiya elan edildiyi vaxta qədərki dövr. konsultasiya [lat.]\n1. bax. məsləhət.\n2. Hər hansı bir məsələyə dair mütəxəssislər müşavirəsi.\n3. bax. məsləhətxana. kontakt [lat. contactus – toxunma] Elektrik xətlərinin (məftillərinin) bir-birinə toxunması. Elektrik xəttində kontakt var. Kontakt lövhəsi. Kontakt aparatı. // Elektriklə işləyən nəqliyyat vasitələrində elektrik məftillərinin bitişməsini təmin edən qurğu. kontekst [lat. contextus – möhkəm əlaqə] Mətnin (ona daxil olan ayrıca söz və ya ifadənin mənasını müəyyən etmək üçün) mənaca bitmiş hissəsi. Dil və ifadə tərzi haqqında danışanda sözləri kontekstdən ayırıb təhlil etmək doğru deyil. R.Rza. konteyner [ing.] xüs. Qablaşdırılmış yüklərin daşınması üçün böyük yeşik. Konteynerləri vaqondan boşaltmaq. Konteynerlə yük göndərmək. – Ustanın söhbətindən göründü ki, konteynerlər tətbiq olunan yerdə avtomaşınların da işi azalır. Mir Cəlal. kontinent [lat.] coğr. Qitə, materik. kontinental sif. [əsli lat.] Kontinent (qitə) üçün səciyyəvi olan, kontinentdə (qitədə) olan. Kontinental xüsusiyyət. • Kontinental iqlim coğr. – çox dəyişkən, yayı isti, qışı isə çox soyuq olan iqlim. kontinentallıq is. Kontinental xassədə olma, dəyişkənlik (iqlim haqqında). İqlimin kontinentallığı. kontingent [lat.] xüs.\n1. Hər hansı bir kollektivi (müəssisəni, idarəni, təşkilatı) təşkil edən adamlar heyəti.\n2. Xarici ticarətdə: bəzi malların ixracı və idxalı üçün qoyulan norma. kontingentləşdirilmə “Kontingentləşdirilmək”dən f.is. kontingentləşdirilmək məch. Kontingenti müəyyən edilmək; heyəti, miqdarı müəyyənləşdirilmək. kontingentləşdirmə “Kontingentləşdirmək”dən f.is. kontingentləşdirmək f. Kontingentini müəyyən etmək; heyətini, miqdarını müəyyənləşdirmək. kontor [alm. kontor, fr. komptoir-dən] İdarə və ya müəssisələrin inzibati təsərrüfat şöbələrinin ümumi adı. Zavod kontoru. Kontorda işləmək. // Belə şöbə və ya idarənin yerləşdiyi bina. Rabitə kontoru. – Araz işdən sonra birbaş kontora gəldi. A.Şaiq. ..Şlyapasını unutduğunu isə yalnız kontorda başa düşdü. S.Rəhman. kontorçu is. köhn. Kontor xidmətçisi, kontorda işləyən adam. // Kontor müdiri. kontorka [rus.] Əsasən ayaq üstə dayanıb işləmək üçün səthi maili hündür yazı stolu. kontrabbnd (=kontrabbnda) [ital.] Qadağan olunmuş, yaxud gömrük verməli olan malların gizli surətdə dövlət sərhədindən keçirilməsi; qaçaqçılıq. Kontrabanda ilə məşğul olmaq. // Gizli olaraq dövlət sərhədindən keçirilən qaçaq mal. // Sif. mənasında. Biri deyirdi ki, bunlar xəlvətcə o taydan kontraband malı keçirib satırlar. C.Məmmədquluzadə. kontrabbnda (=kontrabbnd) [ital.] Qadağan olunmuş, yaxud gömrük verməli olan malların gizli surətdə dövlət sərhədindən keçirilməsi; qaçaqçılıq. Kontrabanda ilə məşğul olmaq. // Gizli olaraq dövlət sərhədindən keçirilən qaçaq mal. // Sif. mənasında. Biri deyirdi ki, bunlar xəlvətcə o taydan kontraband malı keçirib satırlar. C.Məmmədquluzadə. kontrabandçı (=kontrabandaçı) is. Kontraband(a) ilə məşğul olan; qaçaqçı. Kontrabandçıları tapıb gətirdilər. M.S.Ordubadi. kontrabandaçı (=kontrabandçı) is. Kontraband(a) ilə məşğul olan; qaçaqçı. Kontrabandçıları tapıb gətirdilər. M.S.Ordubadi. kontrabandçılıq (=kontrabandaçılıq) is. Kontraband(a) ilə məşğul olma; qaçaqçılıq. kontrabandaçılıq (=kontrabandçılıq) is. Kontraband(a) ilə məşğul olma; qaçaqçılıq. kontrabas [ital.] Simfonik orkestrin tərkibinə daxil olan həcmcə ən böyük, səslənmə cəhətdən ən aşağı səsi olan simli musiqi aləti. Daşıdığı adından bəlli olduğu kimi, simli orkestrin tərkibi yalnız simli musiqi alətlərindən (skripka, alt, violonçel və kontrabas) ibarətdir. Ə.Bədəlbəyli. kontrabasçı is. Kontrabas çalan musiqiçi. kontr-admiral [fr.] Donanmada: ilk (kiçik) admiral rütbəsi və belə rütbəsi olan şəxs. kontrakt [lat.] Müqavilə, bağlaşma. kontraktasiya [lat.] Müqavilələr əsasında kənd təsərrüfatı məhsulları tədarükü sistemi; bağlaşma. kontralto [ital.] mus. Ən bəm qadın səsi. // Bu cür səsi olan müğənni (qadın). kontramarka [fr.] Teatr, sirk və s. tamaşalara pulsuz baxmaq hüququ verən talon, pətə. // Tamaşa zalından çıxan tamaşaçıya yenidən zala qayıtmaq üçün verilən və bileti əvəz edən talon, pətə və ya başqa şərti şey. kontrapunkt [alm.] mus.\n1. Eyni zamanda səslənən iki və ya bir neçə müstəqil səsi, havanı, melodiyanı çoxsəsli musiqi əsərində harmonik birləşdirmə sənəti.\n2. Musiqi nəzəriyyəsinin belə birləşmələri, onların xüsusiyyətlərini öyrənən sahəsi. kontribusiya [lat.] Müharibədən sonra qalib dövlətin məğlub dövlətdən məcburi surətdə almalı olduğu pul; təzminat. // Müharibə zamanı tutulmuş yerlərin əhalisindən düşmən tərəfindən alınan məcburi vergi və ya pul. kontrol [fr.] Nəzarət, yoxlama, təftiş. kontrolluq is. Kontrolun işi, vəzifəsi; nəzarətçilik. • Kontrolluq etmək (eləmək) – üzərində kontrol (nəzarət) etmək. kontrolsuz sif. və zərf Üzərində kontrol (nəzarət)) olmayan (olmadan). Kontrolsuz işləmək. kontrolyor [fr.]\n1. Bir şeyi kontrol etmək, yoxlamaq vəzifəsini daşıyan şəxs; nəzarətçi.\n2. xüs. İstehsal prosesində bir şey üzərində kontrol aparan cihaz. kontur [fr.]\n1. Bir şeyin qrafik xətlərlə xarici təsviri; bir şeyi çevrələyən xətt; çevrə.\n2. elektr. və rad. Keçiricilərin qapalı dövrəsi. ‣ Kontur xəritə – coğrafi adlar yazılmamış tədris xəritəsi. Kontur xətt – qırıq-qırıq xətt, nöqtələrdən ibarət olan xətt. kontuziya [lat.] Mərmi partlayışı, uçqun və s. nəticəsində dəriyə zərər vermədən bədənin müxtəlif yerlərində əmələ gələn zədə, əziklik, şikəstlik. kontuziyalı sif. Kontuziyası olan. Kontuziyalı adam. konus [lat. conus, əsli yun. konos]\n1. riyaz. Düzbucaqlı üçbucağın, bir kateti ətrafında fırlanması nəticəsində əmələ gələn həndəsi cisim, fiqur. Konus çəkmək.\n2. Konusa oxşayan hər hansı bir şey. Gün də konusa bənzəyən Sağsağan dağının ardından qalxıb meşələri, tikinti sahəsini işıqlandırırdı. İ.Əfəndiyev. konusaoxşar bax. konusşəkilli. Konusaoxşar təpə. konusaoxşarlıq bax. konusşəkillilik. konusşəkilli sif. Konusaoxşar, konus kimi, konus şəklində olan. Konusşəkilli dağ. konusşəkillilik is. Konus şəklində olma, konusa oxşama. konusvari bax. konusşəkilli. konusvarilik bax. konusşəkillilik. konvensiya [lat.] Xüsusi bir məsələyə dair beynəlxalq saziş, müqavilə. Konvensiya bağlamaq. Dəmiryol konvensiyası. konvent [lat. conventus-dan] Bəzi ölkələrdə: xüsusi qanunvericilik hüququna malik olan seçkili orqanların adı; şura, məclis. • Milli konvent – XVIII əsrin axırlarında Fransa burjua inqilabı dövründə milli məclis. konversiya [lat. conversio-dan] Vaxtı ilə buraxılmış dövlət istiqrazı şərtlərinin dəyişilməsi (faizin azalması, ödəmə vaxtının dəyişilməsi və s). konvert [fr.]\n1. bax. zərf 1-ci mənada. Tərlan konverti cibindən çıxartdı, tez açıb məktubu oxumağa başladı. M.Hüseyn. Həsən cavab əvəzinə cibindən bir konvert çıxararaq Dilaraya uzatdı. M.İbrahimov.\n2. Südəmər uşaqlar üçün konvert şəklində tikilmiş bələk. Uşağı konvertə qoymaq. konveyer [ing.] İşlənib hazırlanma prosesində olan məmulatı bir yerdən başqa yerə ötürmək, yaxud nəql etmək üçün arasıkəsilmədən hərəkət edən nəqliyyat qurğusu. Konveyer sistemi. Konveyeri quraşdırmaq. ‣ Konveyer kimi – bir-birinin ardınca, birisindən o birisinə. konveyerçi is. Konveyerin hərəkətini idarə edən fəhlə. konveyerləşdirilmə “Konveyerləşdirilmək”dən f.is. konveyerləşdirilmək məch. Konveyerlə təchiz edilmək, konveyer sisteminə keçirilmək. Tikiş sexi konveyerləşdirildi. konveyerləşdirmə “Konveyerləşdirmək”dən f.is. konveyerləşdirmək f. Konveyerlə təchiz etmək, konveyer sisteminə keçirmək. İstehsalı konveyerləşdirmək. konveyerli sif. Konveyeri olan, konveyerləşdirilmiş, konveyer tətbiq edilmiş. Konveyerli sex. konvoy [holl.]\n1. Mühafizə məqsədilə və ya qaçmağın qarşısını almaq üçün birisini müşayiət edən silahlı dəstə. Konvoy dəstəsi. // Həmin dəstədə xidmət edən adam. – Yaxşı qulluq göstərən konvoy onun döşündən itələyib qoymadı. M.Hüseyn.\n2. Müharibə vaxtı nəqliyyat və ticarət gəmilərini yolda düşməndən qorumaq üçün onları müşayiət edən gəmi və ya təyyarə dəstəsi. Konvoy gəmisi. konyak [Fransanın cənubundakı Konyak (Cognac) şəhərinin adından] Müxtəlif üzüm şərablarının distilləsi və uzun müddət palıd çəlləklərdə saxlanılması yolu ilə hasil edilən tünd spirtli içki. “Göy göl” konyakı. Beşulduzlu konyak. Konyak zavodu. Konyak şüşəsi. – Meyxanada dostlar bir-birinin sağlığına hərəsi altı böyük rumka konyak vurdular və yaxşı Göyçə balığının kababını məzə etdilər. E.Sultanov. Konyak içilə su yerinə bəzmisəfadə; Sərməst ola, şənlik eləyə atlı, piyadə. Ə.Qəmküsar. konyuktiv I. [lat.] qram. Felin şərt forması.\n\nII. [lat. conjunctivus – birləşdirici-dən] anat. Gözün, göz qapağının içəridən üstünü və göz almacığının qabaq hissəsini örtən selikli qişası. konyuktivit [lat. conjunctivus – birləşdirici-dən] tib. Konyuktivin iltihabı. kooperasiya [lat. cooperatio – birlik]\n1. Əmək təşkilinin xüsusi forması (bu təşkilat formasında çoxlu adam eyni əmək prosesində, yaxud müxtəlif, lakin bir-birilə bağlı əmək prosesində müntəzəm və birgə iştirak edir).\n2. Üzvlərinin – payçıların vəsaiti hesabına təşkil edilən kollektiv istehsalat, ticarət və s. birliyi. Sənət kooperasiyası. İstehlak-mənzil kooperasiyası.\n3. bax. kooperativ 2-ci mənada. kooperativ [latıncadan]\n1. Kooperasiya təşkilatı. Kooperativ təşkilatı. – [Muxtar] mərkəzi işçi kooperativində orta bir vəzifə daşıyırdı. S.Hüseyn.\n2. Kooperativ mağazası, dükanı. Rüstəm sürətli addımlarla qayıtdı və firqə özək katibini kooperativ qarşısında tapdı. T.Ş.Simurq. İndicə başa düşdüm ki, inteligentlər cümə günü Əliqulu vasitəsilə kooperativ mağazasından araq almaq istəyiblərmiş. Qantəmir. ‣ Kənd təsərrüfat kooperativi – bax. kolxoz. ..Kənddə kənd təsərrüfat kooperativində olduq. M.İbrahimov. kooperativçi is. Kooperasiya işçisi, kooperativ işçisi. kooperativləşdirilmə “Kooperativləşdirilmək”dən f.is. İstehsalın kooperativləşdirilməsi. kooperativləşdirilmək məch. Kooperativə daxil edilmək, kooperativə cəlb edilmək. // Kooperasiya əsasında birləşdirilmək. kooperativləşdirmə “Kooperativləşdirmək”dən f.is. kooperativləşdirmək icb. Kooperativə daxil etmək, kooperativə cəlb etmək. // Kooperasiya əsasında birləşdirmək. kooperativləşmə “Kooperativləşmək”dən f.is. kooperativləşmək f. Kooperasiya əsasında birləşmək, kooperativ təşkil etmək; kooperativə daxil olmaq. kooptasiya [lat. coptatio] Hər hansı seçkili orqanın öz heyətinə seçkisiz olaraq yeni üzv daxil etməsi. koordinat [lat.] xüs. Fəzada və ya səth üzərində hər hansı bir nöqtənin vəziyyətini təyin edən ədəd. Peykin koordinatları. Coğrafi koordinat. koppuş sif. Kök, toppuş. Koppuş uşaq. Koppuş əl. Koppuş adam. kor sif.\n1. Görmək qabiliyyətini itirmiş, gözü görməyən. Kor uşaq. Kor qoca. – Kor quşun yuvası öz-özünə düzələr. (Ata. sözü). Kor rəssam əlini oğlunun başına çəkərək gülümsədi. İ.Əfəndiyev. • Kor etmək (eləmək) – gözlərini çıxartdırmaq. [Alı kişi:] bir paşanın sözü ilə məni kor elədin. “Koroğlu”. Bir parasın Şah İsmayıl özü kor edibdir, bir parasın Şah Abbas özü, .. onlar məsrəfdən çıxıbdır, bir zada yaramazlar. M.F.Axundzadə. Kor olmaq – görmək qabiliyyətini itirmək. Bir azdan sonra Hacının bir gözü kor oldu. Ə.Haqverdiyev. [Qurbanqulunun] əvvələn, bir gözü çiçəkdən kor olmuşdu, ikinci də, burnu qəribə iri idi... T.Ş.Simurq.\n2. is. Kor adam. Korlar məktəbi. Korlar üçün əlifba. – Dullara və yetimlərə və şillərə və korlara ianət və himayət göstərilsin. M.F.Axundzadə. Dilənçilərin duaları, korların sızıltısı .. deyirdi ki, imperatorun konsulxanası açıqdır. M.S.Ordubadi. [Mehriban:] ..Korlar işığı, gözəlliyi necə duyurlarsa, mən də məhəbbəti eləcə hiss edirəm. İ.Əfəndiyev. // Zəif görən, gözü pis görən.\n3. məc. Ətrafdakı hadisələri, işləri görməyən, dərk etməyən, başa düşməyən, hiss etməyən. [Cahan:] Bəs mənim gözlərim kordur?! Ü.Hacıbəyov. [Əbdül:] Mənim gözüm kor deyil. Ə.Haqverdiyev. [Südabə:] Gözəlliyə qarşı kordur gözlərin. H.Cavid. // məc. Küt, qanmaz, anlamaz, cahil. [Elxan:] Saxlan oyunlar oyuncağı, tapdanmış qul! Hədəfsiz kor kütlə! C.Cabbarlı. Savadsız, elmsiz insan kordur. M.İbrahimov.\n4. məc. Qatı, kəsif, bərk. Getdikcə ətraf dərələr kor dumanla doldu. S.Rəhimov. [Xan:] Bu kor qaranlıqda bu azğın seli keçmək olmayacaq, gərək dan ağarmasını gözləyək. M.Rzaquluzadə. // məc. Aydın olmayan, bəlli olmayan, yaxşı seçilməyən; zəif. Kor işıq.\n5. Qoşulduğu sözlərə pislik, məşumluq məfhumu verir: Kor tale. Kor qüvvələr. – Axı bunlar nədir ki, əlində kor fələyin; Kaş çiçəyi olaydın, eyvandakı dibçəyin. B.Vahabzadə.\n6. məc. Çıxış yolu olmayan, ardı kəsik olan. Kor xətt. Kor küçə. • Kor çay coğr. – heç bir hövzəyə tökülməyib yarıda quruyan çay. // Pəncərəsi olmayan, pəncərəsiz. Evin kor divarı.\n7. Qaranlıqda, dumanlı havada yalnız cihazların köməyi ilə icra edilən. Kor uçuş. Təyyarənin kor enişi. ‣ Kor bağırsaq anat. – yoğun bağırsağın, soxulcanvari çıxıntısı olan hissəsi. Kor qalmaq – cəhalətdə qalmaq, maarif işığından məhrum olmaq, dünyadan xəbərsiz olmaq. [Rüstəm:] Mən kor qaldım, savadsız oldum. S.Rəhimov. Kor qoymaq – 1) dağıtmaq, xaraba qoymaq, heçə çıxarmaq, puç etmək. [Aslan bəy:] Sən mənim ətək-ətək tökdüyüm pulu, çəkdiyim zəhməti kor qoydun. A.Şaiq. [Qızıl Arslan:] Eldənizin yurdunu kor qoydun, mənim belimi sındırdın. M.S.Ordubadi; 2) məc. cəhalətdə saxlamaq, gözünü bağlı qoymaq, maarif işığından məhrum etmək. Köhnə zamanın üzü qara olsun, yaxşıca kor qoydu babanı. Mir Cəlal. Kor quruş (qəpik) – bir qəpik də olsa. [Pərzad] həm Əlidən oldu, həm də Vəlidən: kəbindən bir kor quruş gəlmədi. Mir Cəlal. Kor düyün – 1) açılması çətin olan düyün; 2) məc. həlli çətin olan məsələ. Kor etmək – heç etmək, yox etmək, puça çıxarmaq. Sözüm bəyənilib, işim saz olub; Sən Allah, siftəmi kor eyləməynən. Aşıq Ələsgər. Kor ilan zool. – cücülərlə bəslənən ilanabənzər sürünən heyvan. Kor yapalaq – 1) bayquş; 2) məc. məşumluq, nəhslik simvolu kimi işlənir. Gözünün üstündə Buxara papaq; Əntərə bənzəyir o kor yapalaq. S.Vurğun. Bu olan iş deyil, o kor yapalaq; Məni pəncəsindən buraxmaz ki, sağ. M.Rahim. Kor olmaq – gözü tutulmaq, suyu kəsilmək. Bulağın gözü kor olubdur. Kor olsun! – qarğış, nifrət məqamında işlənir. Dam üstədir damımız; Qoşadır eyvanımız; Sən ordan bax, mən burdan; Kor olsun düşmanımız. (Mahnı). [Pəri:] Laçınım, kor olsun Pərin, mən sənin başına bəla gətirdim. Ə.Məmmədxanlı. Kor öküz kimi – heç bir iş görməyən, fəaliyyətsiz. [Bayraməli bəy:] ..Rəsul ağa, sən heç zəhmət çəkib yerindən tərpənmə, necə ki, yatmısan elə də kor öküz kimi yat.. N.Vəzirov. Kor siçan zool. – yer altında yaşayan gəmirici; köstəbək. Kor tutduğun(u) buraxmaz – tərs, inadkar, yekəbaş adam haqqında. Kor höcət – tərs, inadcıl, höcət adam haqqında. Heç kəsi bəyənmir, özü də ki, kor höcətin lap böyüyüdür. M.Süleymanov. Kor çiban – başı olmayan, gözsüz çiban. Kor şeytan – guya insanlara pislik gətirən mövhumi qüvvə... Şeytandan murad həmin kor şeytandır ki, taskülahından zınqırov asılıb. C.Məmmədquluzadə. Adamlar həmişə bir fəlakətə, uğursuzluğa düçar olanda kor şeytandan görərdilər. Mir Cəlal. Kor şeytan deyir ki..., kor şeytan nə deyir... – bax. dəli şeytan deyir... (“dəli”də). Yurdu kor olmaq (qalmaq) – öləndən sonra nəsli qalmamaq, yurduna sahib duran övladı qalmamaq. [Şiraslan] Əmiraslan babasına hiss etdirmək istəyirdi ki, onun yurdu kor deyildir. S.Rəhimov. [Hacı:] Mən elə-belə adam deyiləm ki, yurdum kor qalsın, sabah başımı yerə qoyandan sonra var-dövlətimin başına qarğa-quzğun yığışsın. Mir Cəlal. Lənət sənə, kor şeytan! – bax. lənət. korabuğum is. məh. Taxılın küləşinin torpağa yaxın hissəsi. Korabuğumu nə külək aparmaz, nə də mal yeməz. korafəhm bax. korazehin. [Kamilov:] Yüz dəfə şəxsən özüm başa salıram, yenə baxıram ki, korafəhmin biridir. S.Rəhimov. korafəhmlik bax. korazehinlik. koramal is. zool. Sürünənlər sinfinə daxil olan ilanabənzər ayaqsız kərtənkələ. [Əmiraslan:] Nurəddin, gör nə gözəl koramal balasıdır. Tut, aparıb kirpimizə verək, yesin. Qorxma, koramalın zəhəri yoxdur, adamı vurmaz. S.S.Axundov... İri kəsəklər, yekə kötüklərlə birlikdə ilan və koramallar maşınların altında qalırdı. Ə.Vəliyev. koramaz is. məh. Çiy südlə qatığın qarışığından ibarət ağartı yaxud sərinləşdirici içki. [Tapdıq] bir qədər ağladıqdan sonra da yerə düşüb koramazı .. iki boşqaba boşaltdı.. Ə.Vəliyev. korazehin sif. Yaddaşı zəif olan, zehinsiz, küt, qabiliyyətsiz, gec anlayan, korafəhm. [Mirzə Hüseyn:] Çox korazehin və şıltaq bir qız idi. Əlifbanı güclə öyrənə bildi. S.Rəhman. [Qəndab:] [Məzahir] riyaziyyatda məndən də korazehin idi. B.Bayramov. korazehinlik is. Yaddaş zəifliyi, kütlük, gec anlama; korafəhmlik. korbucaq (=korbucaqlı) sif. və is. Bucağı düz bucaqdan (90°-dən) böyük olan. Korbucaq(lı) üçbucaq. korbucaqlı (=korbucaq) sif. və is. Bucağı düz bucaqdan (90°-dən) böyük olan. Korbucaq(lı) üçbucaq. korbuz sif. dan. Yaşından böyük görünən, iri bədənli; qüvvətli, yekəpər. Korbuz cavan. Korbuz adam. korca (=korcasına) bax. kor-koranə. korcasına (=korca) bax. kor-koranə. kordabalyt [fr. corps de ballet] Əsas ifaçının ətrafında dəstə ilə rəqs edən balet artistləri heyəti. kordiamin is. [lat.] Ürək dərmanı. koreyaca sif. və zərf Koreya dilində. Koreyaca danışmaq. Koreyaca-rusca lüğət. koreyalı is. Koreyanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. korgöz sif.\n1. Gözü görməyən, gözü kor olan; kor. Korgöz kişi.\n2. məc. Qafil, qəflətdə olan, xəbərsiz. [Telli Pərşana:] Elə [Şirzad] kimi igid harada var, ay korgöz xanım! M.İbrahimov. koridur [fr.] Mənzilin, binanın ayrıayrı hissələrini birləşdirən dar keçid; aralıq, dəhliz. Qaranlıq koridor. – Rüstəm bəy yavaşca koridora çıxdı, qapını taqqıldatdı. Çəmənzəminli. Nəcəf geniş və işıqlı bir koridora çıxdı. Q.İlkin. // Hər iki tərəfdən məhdud dar yer haqqında. koridorcu is. Mehmanxana və s.-də mərtəbə otaqlarının baxıcısı. korifyy [yun. koryphaios – başçı] Elm, incəsənət və s. sahəsində ən görkəmli xadim. Elmin korifeyləri. kor-kobud sif. dan. Bir qədər, yaxud çox kobud, yaraşıqsız, qaba. [Məhbubə xanım] baxdı ki, [Bəlli Əhməd] düzdü, bir az kor-kobuddu, amma elə ürəyəyatan oğlandı ki, min paşa oğluna dəyər, min də xan oğluna. “Koroğlu”. kor-koranə zərf Düşünmədən, mülahizə etmədən, fikirləşmədən, görmədən, bilmədən. Kor-koranə iş görmək. Kor-koranə danışmaq. – [Əsgər bəy:] Amma İslam korkoranə barmaqlarını yerə sürtə-sürtə rahinicat axtarır. Ə.Haqverdiyev. [Məmmədov Aydına:] Əlbəttə, bu o demək deyildir ki, kor-koranə tabe olasan. H.Seyidbəyli. korlama “Korlamaq”dan f.is. korlamaq f.\n1. Xarab etmək, pis vəziyyətə salmaq, yaramaz hala salmaq; pozmaq. Şeyi korlamaq. Maşını korlamaq. – Sındırıb korlamısan; Oyuncaqları bir-bir. R.Rza. [Vəli:] Bu vaxta kimi beş-altı rol oynamısan, hamısını da korlamısan. S.Rəhman. // məc. Pisləşdirmək, xarablamaq, puça çıxarmaq, alt-üst eləmək. Qız Hüseyn Kürdə yalvarıb dedi: – Sən getmə, çoban adamsan, danışığını bilməzsən, işi daha da korlarsan.. (Nağıl). [Sultan bəy:] ..Mərdimazar oğlu mərdimazar hayandan gəldi isə, bütün işi korladı. Ü.Hacıbəyov. ..Qara kişini bu soyuq hava üşütdü, nəşəsini əməlli-başlı korladı. Ə.Əbülhəsən.\n2. məc. Sərfəsiz xərcləmək, sovurub dağıtmaq, puç eləmək; sovurmaq. Pulu korlamaq. – Yaşar iki ayda iki min manatlıq malı korlamışdır. C.Cabbarlı. korlanma “Korlanmaq”dan f.is. korlanmaq f. Xarab olmaq, pozulmaq, yaramaz hala gəlmək, bərbad olmaq. İki saatdan çox idi ki, kəşfiyyat buruğunda elektrik xətti korlanmışdı. M.Hüseyn. // Məc. mənada. Əhvalı korlanmaq. İşləri korlanmaq. korlaşma “Korlaşmaq”dan f.is. korlaşmaq f. (Getdikcə) görmə qabiliyyətini itirmək. korluq I. is.\n1. Kor adamın halı, gözü görməmə. [Salman:] O mənim atamın korluğuna sataşdı. Ə.Haqverdiyev. [Məsmə:] [Ərimgil] gözsüzlük bədbəxtliyini, korluq fəlakətini özləri üçün bir nemət hesab edirdilər. S.Hüseyn. [Zeynal] korluğa qismən adət etmişdisə də, yenə çox əziyyət çəkirdi. B.Bayramov.\n2. məc. Ətrafında baş verən hadisələri görməyi və ona qiymət verməyi bacarmama; bəsirətsizlik, uzaqgörməzlik, qəflət. Siyasi korluq. ‣ Rəng korluğu – bax. daltonizm.\n\nII. is. Ehtiyac, çatışmazlıq, sıxıntı, əziyyət. [Osetiya torpağının] çaydan, sudan korluğu yoxdur. M.İbrahimov. [Pakizə xala:] Mən onu ayazda, soyuqda, pis gündə, korluqda böyütməkdə ikən məktəb onu qucağına aldı. Mir Cəlal. • Korluq vermək – 1) başqasını incitmək, əziyyət vermək. Qonşuya korluq vermək; 2) sıxıntı vermək, lazımi qaydada baxmamaq. [Gülsənəm:] Yox, oğul, insafən biz mal-qaraya korluq vermədik. M.Hüseyn. [Bərbərzadə:] Mən isə, tərsinə, özümə korluq verən deyiləm. S.Rəhman. Uşaq olma, yeməyinə korluq versən zəif düşərsən... Mir Cəlal. Korluq etmək dan. – müəyyən müddət üçün hazırlıq görmək, azuqə toplamaq. Taxıl korluq etmək. Ağac (odun) korluq etmək. Korluq çəkmək – ehtiyacda olmaq, sıxıntı çəkmək, zillət çəkmək, ağır günlər keçirmək, əziyyət çəkmək. Sudan korluq çəkmək. Paltardan korluq çəkmək. – [Hacı Osman:] Bu il qoyunlarımız korluq çəkməyəcəklər ki. N.Vəzirov. [Hacı Əhməd Almaza:] Biz eşitdik, azuqə sarıdan korluq çəkirsiniz. C.Cabbarlı. [Müvəkkil Firəngizə:] Görünür yamanca korluq çəkmisiniz. B.Bayramov. Korluğunu çəkmək – birinin olmamasından mənəvi əzab hiss etmək, birinin intizarında olmaq, həsrətini çəkmək. [Qurban:] Sabahın xeyir, a Fatmanisə, kişinin korluğunu çəkmirsən ki. Ə.Haqverdiyev. koroğlusayağı (=koroğluhəngi) sif. Xalq qəhrəmanı Koroğlunun bığı kimi uzun və yuxarı burulmuş (bığ haqqında). Uzun koroğlusayağı bığlar ona həqiqətən tipik Bakı susatanları görkəmi verirdi. S.Rəhman. koroğluhəngi (=koroğlusayağı) sif. Xalq qəhrəmanı Koroğlunun bığı kimi uzun və yuxarı burulmuş (bığ haqqında). Uzun koroğlusayağı bığlar ona həqiqətən tipik Bakı susatanları görkəmi verirdi. S.Rəhman. kor-peşman zərf İstədiyini əldə etməmiş, arzusuna çatmamış; əliboş, peşman halda. Kor-peşman geri dönmək. Kor-peşman yola düşmək. – [Rəsul] kor-peşman anasının yanına gəlib onu işdən hali etdi. “Aşıq Qərib”. Kürdlər də kor-peşman öz qoyunlarını götürüb Arazın qırağına getdilər. “Aşıq Ələsgər”. [Əhməd] ..başına bir çəllək soyuq su tökülmüş adam kimi kor-peşman yenidən malları bir-bir xurcuna yükləyib mindi. B.Talıblı. korporasiya [lat.] Bir peşəyə, silkə və s. mənsub olan adamların ittifaqı, birləşməsi, cəmiyyəti. korpus [lat.]\n1. Ümumi sahədə yerləşən binalardan hər biri, yaxud böyük binanın ayrıca hissəsi. Binanın baş korpusu. Xəstəxananın ikinci korpusu. – Onlar yaşayan korpus cəmisi səkkiz palatası olan ikimərtəbəli bir bina idi. M.İbrahimov. Bir az kənarda qırmızı kirəmit damlı geniş ağ korpuslar görünürdü. M.Rzaquluzadə.\n2. Bir neçə diviziya və ya briqadadan ibarət iri qoşun birləşməsi. Tank korpusu.\n3. Bir hökumət yanındakı xarici dövlətlərin nümayəndələri. Bu ziyafətdə Təbrizdə olan bütün diplomatik korpus iştirak edəcəkdir. M.S.Ordubadi.\n4. İnqilabdan əvvəlki Rusiyada: orta hərbi məktəb adlarının tərkibində işlənilir. Vladimir Dubrovski kadet korpusunda tərbiyə almış və məktəbdən kornet rütbəsində qvardiyaya göndərilmişdi. Puşkindən.\n5. mətb. On punktluq mətbəə şrifti (hürufatı). korrektor [lat.] Korrektura oxuyan və düzəldən mətbəə və ya nəşriyyat işçisi; müsəhhih, təshihçi. korrektorluq is. Korrektorun işi, vəzifəsi; müsəhhihlik. korrektura [lat. correctio – düzəliş]\n1. Mətbəədə yığılmış mətn (nabor) səhvlərinin düzəldilməsi, təshih edilməsi. Korrektura işarələri.\n2. Səhvləri düzəltmək üçün yığılmış mətndən çıxardılan nüsxə. Korrektura oxumaq. Korrekturanı yoxlamaq. korrelyat is. [lat.] Əlaqəli dil vahidləri. korrida is. [isp.] İspaniyada öküzlə döyüş tamaşası. korroziya [lat.] Metalların və s.-nin səthinin müxtəlif fiziki-kimyəvi və bioloji amillərin təsiri nəticəsində dağılması, habelə bu prosesin özü. Metalların korroziyası. Korroziyaya qarşı tədbirlər. Süxurların korroziyası. korrupsiya is. [lat.] İctimai, siyasi xadimlərin, vəzifəli şəxslərin rüşvət, böyük hədiyyələrlə ələ alınması. korsar is. [ital.] Dəniz qulduru. korset [fr.]\n1. Bədəni şax saxlamaq, beli sıxmaq üçün paltarın altından bağlanan enli elastik kəmər. Korset ilə kəmərini, yan qabırğaları bir-birinə bitişəcək qədər sıxmış bir qadın da konkaya mindi. A.Şaiq.\n2. Fəqərə sütununun əyilməsi və ya hər hansı bir xəstəliyi ilə əlaqədar olaraq bədənin yuxarı hissəsinə bağlanan bərk bandaj. Gips korset. korş bax. koruş 2-ci mənada. korşalma “Korşalmaq”dan f.is. korşalmaq f. dan. Kütləşmək, itiliyini itirmək, küt olmaq. Bıçaq korşalıb. – ..Korşalan baltanı hər altmış-yetmiş metrdən bir çıxarmaq lazım gəlirdi. M.Hüseyn. // Məc. mənada. Molla çox arxayınlıqla şəhadət barmağını qaldırdı: – Məgər hafizəniz korşalıbmı? S.Rəhimov. korşaltma “Korşaltmaq”dan f.is. korşaltmaq f. Kütləşdirmək, küt etmək. // Məc. mənada. kortes is. [isp.] İspaniyada və Portuqaliyada parlament. kortəbii sif.\n1. İnsanın iradəsindən asılı olmayan, təbiət qüvvələrinin təsirindən törəyən, öz-özünə baş verən. Kortəbii hadisələr.\n2. Qeyri-mütəşəkkil, düzgün siyasi rəhbərlik olmadan; nizamsız. Keçmişdə fəhlələrin kortəbii çıxışları. Tətilçilərin kortəbii çıxışı. kortəbiilik is.\n1. Öz-özünə baş vermə; qarşısı alınmazlıq.\n2. Qeyri-mütəşəkkillik, nizamsızlıq, özbaşınalıq. koruxma “Koruxmaq”dan f.is. koruxmaq f. məh. Sağalmaq, yaxşı olmaq. Gəl, iki gözümün ağı-qarası; Koruxsun qəlbimin bəlkə yarası. S.Rüstəm. korun-korun zərf İçəridən közərməklə, alovsuz, közərə-közərə. Tüstüləndi evin ortasında korun-korun yanan gərmə ocağı. O.Sarıvəlli. Bayaqdan bəri korunkorun tüstülənən ocaq qəfildən parıldayıb alışdı. İ.Hüseynov. koruş sif. və is. dan.\n1. Gözü yaxşı görməyən, gözü zəif görən. Koruş kişi. Koruş qız.\n2. məh. Küt. Koruş bıçaq. Koruş balta. koruşluq is.\n1. Gözü yaxşı görməmə, gözü zəif görmə.\n2. məh. Kütlük. Bıçağın koruşluğu. kos bax. top. Hər iki dəstə əldən-ələ keçən kosu həvəslə atıb tutur, cır səslə çığırıb bağırırdılar. M.Hüseyn. Onlardan bir dəstə kos qovalayır, bəziləri oynaşıb gülüşürlər. S.Rəhimov. kosa sif.\n1. Üzündə tük bitməyən, yaxud seyrək tük bitən. Hacı Qəvamın sağ tərəfini uzunboylu, arıq və kosa Kərbəlayı Fəraməz tutmuşdu. T.Ş.Simurq. [Gülzar:] Kosa Rəhim qoşulub o uzunqılça Mansura, Mansur da ona. İ.Hüseynov. // İs. mənasında. Kosaya hərə bir tük versə, kosa da saqqallı olar. (Ata. sözü). [Şirinnaz:] Necə deyərlər, kosa getdi saqqal gətirə, bığını da qoyub qayıtdı. S.Hüseyn.\n2. bax. kos-kosa 2-ci mənada. kosagəlin is. etnoqr. Əsasən kosa (2-ci mənada) və gəlinin iştirak etdiyi xalq kukla (müqəvva) teatrı. Genə bu ayın müddətində bəzi yerlərdə kosagəlin oynayacaq, uşaqlar evləri gəzib qovurğa və qovut yığacaqlar. C.Məmmədquluzadə. kosalaşma “Kosalaşmaq”dan f.is. kosalaşmaq f. Üzünün tükləri tökülmək, yaxud seyrəkləşmək, kosa olmaq. // məc. Seyrəkləşmək. kosaldıqaç is. İki dəstə uşağın kosla (topla) oynadığı oyun. Kosaldıqaç oynamaq. – Belə maraqlı oyunlardan biri də xalq arasında kosaldıqaç (kos aldı qaç) adı ilə məşhur olan oyundur. H.Sarabski. kosalıq is. Kosa adamın halı, üzün tüksüzlüyü, üzündə tük olmama və ya çox seyrək olma. kosasaqqal sif. və is. Üzündə seyrək tük olan və ya heç olmayan. Kosasaqqal kişi. kosasaqqallıq is. Kosasaqqal adamın halı. kosekans [lat. co və secans] Triqonometriyada: əlavə bucağın sekansı. kosinus [lat. co və sinus] Triqonometriyada: əlavə bucağın sinusu. kos-kos is. Uşaqların kos (top) ilə oynadıqları oyun; top-top. [Sabir] uşaqlarla koskos oynamağa başladı. S.Rəhimov. [Zərifə:] Nəcəf .. kos-kos oynayır, bir bax! S.Vəliyev. kos-kosa is. etnoqr.\n1. Novruz bayramı ərəfəsində və bayramda xüsusi geyindirilibkecindirilmiş adamın qapı-qapı gəzib mahnı oxuyaraq pay yığmasından ibarət xalq oyunu.\n2. Həmin oyunda iştirak edən əsas surət; kosa. kosmetik sif. [yun.] Kosmetikaya aid olan, kosmetika üçün yarayan. Kosmetik maddələr. kosmetika [yun.]\n1. Gigiyena və ya üzə və bədənə gözəllik və təravət vermək üçün tətbiq edilən tədbir və vasitələrin məcmusu. Müalicə kosmetikası. // Üzə və bədənə gözəllik və təravət vermək üçün işlədilən müxtəlif maddələr (kremlər, yağlar və s.).\n2. Üzə və bədənə gözəllik və təravət vermək üçün lazım olan vəsait və maddələri hazırlama və tətbiqetmə sənəti. Kosmetika kabineti. kosmik [yun.] Kosmosa, fəzaya aid olan, kosmosda olan, kainatla bağlı olan. Kosmik uçuşlar. Kosmik fəza. İlk planetlərarası stansiyanın uçuşu uzaq kosmik rabitə mərkəzindən idarə olunur. • Kosmik gəmi – kosmosu tədqiq etmək üçün kosmosa buraxılan xüsusi cihaz və qurğularla təchiz olunmuş gəmi növü. Kosmik toz – ulduzlararası fəzada dumanlıqlar əmələ gətirən ən xırda zərrəciklər. Kosmik şüalar – fəzadan atmosferin yuxarı qatlarına düşən şüalar. Kosmik cisimlər – meteoritlər və ya onların qəlpələri. kosmodrom [yun. kosmos – kainat və dromos – qaçış meydançası] Kosmik gəmiləri və süni peykləri havaya buraxmaq üçün meydança (yer) və onların uçuşunu təmin etmək üçün müvafiq qurğular. kosmoqonik [yun.] Kosmoqoniyaya aid olan, kainatın əmələ gəlməsinə aid olan. Kosmoqonik nəzəriyyə. kosmoqoniya [yun.] Göy cisimlərinin, xüsusilə Günəş sisteminin əmələ gəlməsi və inkişafı haqqında elm. kosmologiya [yun. kosmos – kainat və logos – nəzəriyyə] Bir küll kimi götürülən kainat haqqında nəzəriyyə. // Astronomiyanın bu nəzəriyyəyə həsr olunmuş şöbəsi. kosmoloji [yun.] Kosmologiyaya aid olan. kosmonavt [yun. kosmos – kainat və nautes – üzən] Kosmik fəzaya uçan adam. kosmonavtika [yun. kosmos – kainat və nautike – gəmi sürmə] İnsanın kosmosa uçuşu, habelə avtomatik stansiyaların kosmosa göndərilməsinin nəzəriyyə və praktikası. kosmopolit [yun. kosmopolites – dünya vətəndaşı] Özünü heç bir millətə mənsub etməyən, kosmopolitizm tərəfdarı olan adam. // Kosmopolitizmə aid olan, kosmopolitizmlə əlaqədar olan. Kosmopolit ideya. kosmopolitik [yun. kosmopolites-dən] Kosmopolitizmə aid olan, kosmopolitizmlə əlaqədar olan. kosmopolitizm [yun. kosmopolitesdən] Milli xüsusiyyətləri və ənənələri, vətəni qoruma və milli müstəqillik ideyasını inkar edən, özünü heç bir millətə mənsub etməyən, vətənə, milli mədəniyyətə xor baxan, bütün dünyanı özünə vətən hesab edən mürtəce burjua məfkurəsi. kosmos [yun.] Aləm, bütün kainat. Kosmosun fəthi. Kosmosa uçuş. kos-nağara is. Ağacla çalınan iri nağara. Döyüləndə kos-nağara; Xışma gəlib oldu dəli. Aşıq Ələsgər. kostyum [fr.]\n1. Pencək, şalvar, bəzən də jiletdən ibarət üst kişi geyimi. Kostyum tikdirmək. Boz kostyum. – Qulluqçu Firidunun təzə kostyumunu səliqə ilə qatladı. Mir Cəlal. Onun əynində tünd-qəhvəyi zolaqlı bir kostyum vardı. M.Rzaquluzadə. // Jaket və tumandan ibarət qadın paltarı.\n2. Teatr və ya maskarad paltarı. [Hüseyn] ancaq o qədər [Kəblə Cahangirin] haqqında düşünmüşdü ki, ayrı kostyumda və ayrı vəziyyətdə göründüyünə baxmayaraq, o saat tanıdı. S.Rəhman. kostyumçu is. Teatrda kostyumlara baxan işçi. // Tamaşalar üçün kostyum hazırlayan teatr işçisi. kostyumluq sif.\n1. Kostyum tikilməyə yarar. Kostyumluq parça.\n2. Kostyum tikiləcək parçanın miqdarı (adətən saylarla). Burada iki kostyumluq parça var. koşək is. məh. Almanın, armudun, heyvanın və s. meyvələrin yeyilməyib atılan hissəsi; cecə, puçal. Heyva koşəyi. kotan is. Yer şumlamaq üçün enli metal gavahını olan kənd təsərrüfatı aləti. Kotanla şumlamaq. Kotan sürmək. Traktor kotanı. – Atlar, öküzlər kotana güc verir; Gah yüyürür, gah yıxılır, gah durur. M.Ə.Sabir. Kotan qoşub gedər çölə əkinçi; Əlində dəryaz ot biçir biçinçi. A.Səhhət. kotancıq is. Kotanın qabağında torpağı kəsib çevirməyə kömək edən hissəcik. kotancıqlı sif. Kotancığı olan. Dondurma şumu əlverişli vaxtda kotancıqlı kotanla keçirildikdə torpağın üst qatı alta çevrilir. kotançı is.\n1. Kotan sürən, kotanla yer şumlayan əkinçi. Kotançıların holavarları, .. cavanların gülüşməsi Budağı valeh etmişdi. Ə.Vəliyev. // Traktora qoşulan kotana xidmət edən kolxozçu və ya sovxoz fəhləsi. Maşın kotançıların tuşuna çatanda əyləndi. B.Bayramov.\n2. Əkinçi, rəncbər mənasında. [Heydər bəy:] Ərz elədim ki, naçalnik, heç vaxt Cavanşirdən kotançı və kümçü görünməyib! M.F.Axundzadə. kotançılıq is. Kotançının işi, peşəsi; əkinçilik, rəncbərlik. kotangens [lat. co və tangens] Triqonometriyada: əlavə bucağın tangensi. kotanlama “Kotanlamaq”dan f.is. kotanlamaq f. Kotanla yer şumlamaq, yer sürmək. Sahəni kotanlamaq. kotanlanma “Kotanlanmaq”dan f.is. kotanlanmaq məch. Kotanla şumlanmaq, sürülmək. Tarla kotanlandı. kotanlatma “Kotanlatmaq”dan f.is. kotanlatmaq icb. Kotanla yeri şumlatmaq, sürdürmək. Əkin yerini kotanlatmaq. kotlet [fr.] Döyülmüş və ya əzilmiş ətdən (bəzən balıqdan) girdə, ya uzunsov yastı şəkildə hazırlanan yemək. Ət kotleti. Balıq kotleti. Toyuq kotleti. Kotlet bişirmək. – [Mirzə Mahmud:] Mənim üçün, deginən, kotlet versinlər. Ə.Haqverdiyev. Kotlet hazırlamaqda olan Kəramət .. əlini işdən çəkdi. Ə.Əbülhəsən. // Tərəvəz və s.-dən bu şəkildə hazırlanan yemək. Kartof kotleti. Düyü kotleti. kotletlik sif. Kotlet üçün yarayan, kotlet bişirmək üçün. Kotletlik ət. kotmul sif. məh. Çox işlənməkdən yeyilmiş (süpürgə haqqında). Kotmul süpürgə. kotmullanma “Kotmullanmaq”dan f.is. kotmullanmaq f. Kotmul olmaq. Süpürgə kotmullanıb. kottec [ing.] Şəhər kənarında, fəhlə qəsəbəsində və s.-də birailəlik kiçik ev. Kottecdə yaşamaq. – Uzaqdan sıralanmış qutulara oxşayan, yaxınlaşdıqca böyüyən kotteclər lap sahildə idi. Mir Cəlal. kotton is. [fr.] Trikotaj və corab toxuyan maşın. kotul sif.\n1. Kobud, nəzakətsiz.\n2. Kök, dolu. kov is. dan. Hesab, şərt. • Kov deyil – hesab deyil, hesabdan deyil, sayılmır. koverkot [ing. covertcoat]\n1. Üst paltarlıq bahalı yun parça növü. 5 metr koverkot. Koverkotdan kostyum tikdirmək.\n2. Bu parçadan tikilmiş. [Tələbəm] üçüncü gün koverkot kostyumla sarı tufli geymişdi. Qantəmir. İndi onun əynində bahalı kostyum, boğazında ipək qalstuk, ayağında sarı tufli, başında koverkot kepka vardır. Ə.Vəliyev. kovxa bax. kətxuda. Kovxanı gör, kəndi çap. (Ata. sözü). [Divanbəyi:] Ey kovxa, sən o şəyatin yığıncağına rast gələn uşaqları tanıyırsanmı? M.F.Axundzadə. Müxtəsərin deyir Aşıq Ələsgər; Kovxanın, kattanın zatı çıxıbdı. Aşıq Ələsgər. kovxalıq is. tar.\n1. bax. kətxudalıq.\n2. Bir kovxaya tabe olan ərazi, yer. Kəlbalı on beş ildən artıq idi ki, dönmədən bir dabana bu kovxalıqda yasavulluq edirdi. S.Rəhimov.\n3. məc. Böyüklük, ağalıq. Özgə evində kovxalıq etmə! (Ata. sözü). kovkəb is. [ər.] klas. Ulduz. Bixab qaldı kovkəbə nisbət bu gözlərim; Hər gecə özgə gözlərə uyxu gələr-gedər. Xətayi. kovrolit is. [rus.] Sintetik xalça (döşəmə üçün). köbə is.\n1. Paltarın yaxasına, qoluna, ətəyinə və s.-yə başqa parçadan tikilən ensiz haşiyə və s. Birisi soruşurdu: – Çəhrayı paltara yaşıl köbə qoysan necə olar? Ə.Vəliyev.\n2. dan. Ümumiyyətlə, bir şeyin ətrafına çəkilən haşiyə; fırça ilə qabların kənarlarına çəkilən nazik zolaq və ya mil.\n3. bot. Yarpaqların saplağının budaqdan ayrılan yerində, budağa bitişik olan balaca, incə pərdə. köbəci is. Köbə tikməklə məşğul olan adam, köbə tikən tikişçi. köbələmə “Köbələmək”dən f.is. köbələmək f.\n1. Köbə tikmək, köbə vermək.\n2. Haşiyə vermək, haşiyəyə almaq; haşiyələmək. köbələnmə “Köbələnmək”dən f.is. köbələnmək məch.\n1. Köbə tikilmək, köbə verilmək, köbə qoyulmaq. Paltarın yaxası köbələnib.\n2. Köbəyə alınmaq, haşiyə verilmək; haşiyələnmək. Hərflərin kənarı qalın dodaq kimi köbələnmişdi. B.Bayramov. köbələtmə “Köbələtmək”dən f.is. köbələtmək icb.\n1. Köbə verdirmək, köbə qoydurmaq, köbə tikdirmək.\n2. Köbə verdirmək, ətrafına köbə çəkdirmək; haşiyələndirmək. köbəli sif. Köbəsi olan, köbə tikilmiş, köbə verilmiş. Köbəli paltar. Köbəli ayaqqabı. köbəlik sif. Köbə üçün kəsilmiş, köbə üçün yararlı. Köbəlik lent (qaytan). Köbəlik parça. köbər is. Dik yer, dikdir, dik torpaq qalağı, hündür yer. Top sındırmış bir ağac; Yaralı durna kimi; Dayanmışdır köbərdə. R.Rza. [İlyas:] Mən dəyirman yanındakı köbər üstündə oturub başımı aşağı salmışdım. Ə.Məmmədxanlı. köç is.\n1. Bir yerdən başqa yerə köçən adam qrupu, qafilə. Köç mənzil eləyib, heyvanları düzə buraxmışdı. Ə.Haqverdiyev. Ordu çapıb getmiş axar su kimi; Köçdən ayrı düşən bir quzu kimi. M.Rahim. • Köç yolu – köçərilərin, yaxud çöl heyvanlarının, sürülərin saldığı, keçdiyi yol. Köç yolu ilə getmək. Köç yoluna çıxmaq. – Nə zaman ki, arabalar köç yoluna düzülür; Kəndli yoldaş əkinindən, biçinindən üzülür. S.Vurğun. [Vəlinin] səsi titrədi, gözləri önündən köç yolları, qalın meşələr, sıldırım qayalıqlar bir-bir gəlib keçdi. M.Hüseyn. Vağzal səkisinin enli daş pilləkənlərindən enib uzaqlaşanda, köç yolunun başına çıxanda Salamın ürəyi döyündü. Mir Cəlal. // Köçmə işi.\n2. Bir yerdən başqa yerə köçən adamların qablaşdırılmış, bir yerə yığılmış ev şeyləri, müxəlləfatı. Köçü maşına yükləmək. Köçü daşımaq. – Səhərdən yüklənir nazlımın köçü; Cənnətülməvadır qoynunun içi. Qurbani. • Köç etmək (eləmək) – bax. köçmək 1-ci mənada. Ellər köç eyləmiş, sürülər gəlmiş; Qoynunda bir quzu səsi yüksəlmiş... M.Müşfiq. Köç edib yaylağa ellər, obalar; Bulaqlar başına min bir can gələr. Aşıq Şəmşir. Köç üstə (üstündə) – köçmək üzrə, köç vaxtı, köçmək ərəfəsində. ..Uşaqlıqdan bizim evdə tərbiyə almış bir kürd köç üstə qəflətən naxoşlayıb öldü. S.S.Axundov. Sanki köç üstündə olan bir oba pərakəndə halda yurd tutub əylənmişdi. B.Bayramov. Köç iti (kimi) – 1) köçü qorumaq üçün saxlanan it; 2) məc. birisindən daim aralanmayan, əl çəkməyən adam haqqında. [İldırım:] Köç iti kimi düşəcəyəm dalınıza, ha vurun ki, qayıdacağam.. N.Vəzirov. // Köçlərin müvəqqəti dayandığı yer, köçəri alaçıqları, köçəri obası. Köçə yaxınlaşmaq. – Təpənin başında isə təkəmseyrək qaraçı köçü və ya çoban düşərgələri görünürdü. Mir Cəlal. • Köç düşmək – köçərilərin köçü dayanmaq, bir yerdə müvəqqəti yurd salmaq.\n3. məc. Ölüm mənasında. Şəmşir, nə yaşasan, axırı köçdür; Belə bir xəyala dalmışam, dağlar! Aşıq Şəmşir. köç-düş bax. köçəköç. [Taybuynuz öküzün] işi ələlxüsus çətinə düşür köç-düş zamanı. Məlumdur ki, bir az hava qızdı, tərəkəmə əhli aranda dayana bilməz. F.Köçərli. köçəbə sif. Bir yerdə məskən salmayıb, daim yurdunu dəyişən; köçəri, bədəvi. Köçəbə adam. – Amma köçəbə tayfalar arasında... qudalıq əvəzinə nişanbazlıq adəti vardır. R.Əfəndiyev. // İs. mənasında. [Ahuramazda:] Divlərə xidmət edən köçəbələrdir, özləri əkməz, başqalarının da əkinini tapdalar. Çəmənzəminli. köçəköç is. Elliklə köçmə, köçmə işi. Köçəköç başlandı. Köçəköç vaxtı idi. köçəl is. məh.\n1. bax. közəl. Xırmanın qabağında Kərbalının kürən atı bağlanmış, qabağına Maronun verdiyi dənli köçəl tökülmüşdü. S.Rəhimov.\n2. Qarğıdalının dənələri çıxarıldıqdan sonra qalan hissəsi. köçərgi məh. bax. köçəri. köçəri sif.\n1. Oturaq həyat keçirməyən, ev-eşiyi ilə daim bir yerdən başqa yerə köçən (oturaq ziddi). Köçəri tayfalar. Köçəri xalqlar. // is. mənasında. Bu cür həyat sürən adam. Cikkildəyir quşlar yuvalarında; Köçərilər durmuş obalarında. A.Səhhət. [Allahqulu:] Bir dəstə köçəri qabağımızı kəsdi, atışma düşdü. Çəmənzəminli.\n2. Köçərilərlə, onların həyatı ilə əlaqədar olan. Bu bina köçəri yatağını xatırladırdı. M.İbrahimov.\n3. Qışda isti cənub ölkələrinə uçub gələn (quşlar haqqında). Çox köçəri quş var ki, qış mövsümü Qarabağda qalıb, isti yerlərə köçməyir. S.S.Axundov. ..Bu göyərçinlər başqa köçəri quşlar kimi gəldi-gedər deyil. M.Rzaquluzadə. // İqlim, yem və b. şəraitlə əlaqədar olaraq yerini dəyişən (mal-qara, balıq və s. haqqında). İncənin hər tərəfi otlaqdır. Buranın mal-qarası.. köçəri deyil, oturaqdır. S.Rəhman. Ömürlərinin bir hissəsini dənizdə, bir hissəsini isə çaylarda keçirən balıqlar da çoxdur. Bu, köçəri balıqlardır. “Sualtı aləm”.\n4. məc. Bir yerdə qərar tutmayan, tez-tez yerini dəyişən. Köçəri həyat keçirmək. – Köçəri quş kimi hər yerə qoşar; Harda axşamlasa, orda da yatar. S.Vurğun. köçərilik is. Köçəri həyat sürmə, köçəri həyat tərzi (oturaqlıq ziddi). Köçəriliyi tərk etmək. köçhaköç bax. köçəköç. [Şofer:] Bir gün payızın əvvəlləri, bağlardan köçhaköç vaxtı idi. M.Rzaquluzadə. köç-külfət top. Ailə üzvləri, ata-ana, uşaqlar hamı birlikdə. Köç-külfəti yola salmaq. – Hacı düşməninin evinə çatır: Gəzir, görür köç-külfət bütün yatır. A.Səhhət. Köç-külfətlə bərabər; Ferma çıxdı dağlara. B.Vahabzadə. köç-külfətli (=köçlü-külfətli) zərf Ailə üzvlərinin hamısı birlikdə, bir yerdə. Köçlü-külfətli yola düşmək. – Mayın axırında köçlü-külfətli Kislovodskiyə gedəndə, növbədənxaric [Hacı Əliqulu] bizə yeddi bilet düzəltdi. Qantəmir. Murad kişi isə, demək olar ki, köçlü-külfətli yığışıb gündüzləri zəmidə, gecələri xırmanda keçirərdi. Ə.Əbülhəsən. [Hacı Həsən:] ..Köçlü-külfətli sərhədi aşıb getmək olmaz? Mir Cəlal. köçlü-külfətli (=köç-külfətli) zərf Ailə üzvlərinin hamısı birlikdə, bir yerdə. Köçlü-külfətli yola düşmək. – Mayın axırında köçlü-külfətli Kislovodskiyə gedəndə, növbədənxaric [Hacı Əliqulu] bizə yeddi bilet düzəltdi. Qantəmir. Murad kişi isə, demək olar ki, köçlü-külfətli yığışıb gündüzləri zəmidə, gecələri xırmanda keçirərdi. Ə.Əbülhəsən. [Hacı Həsən:] ..Köçlü-külfətli sərhədi aşıb getmək olmaz? Mir Cəlal. köçmə “Köçmək”dən f.is. İranla xanlıq arasında etibar üçün Kiçikbəyimin Tehrana gəlin köçməsi vacib idi. Çəmənzəminli. köçmək f.\n1. Yaşayış yerini dəyişmək, bir yerdən çıxıb başqa yerə gəlmək, daşınmaq. Təzə mənzilə köçmək. Şəhərdən kəndə köçmək. – Kazım dayı, Telligili köçdülər; Deyə, bir səs onu həmən ayıltdı.. M.Müşfiq.\n2. İqlim, yem və b. şəraitlə əlaqədar olaraq yerini dəyişmək, bir yerdən başqa yerə (uçub) getmək. Balıqlar çaydan gölə köçdü. Quşlar isti ölkələrə köçdü. – Cəfayi-xari görüb köçdü bağdan bülbül. Füzuli. Yenə qatar-qatar hara köçürsüz? M.Rahim.\n3. məc. Ərə getmək, gəlin getmək. Şah qızı əmirə köçəndə özü ilə qarabaş paltarında beş cəllad aparmışdı. (Nağıl). [Vəzir:] [Xan] bu saatda Nisə xanımdan ötrü biixtiyardır və mənə buyurdu ki, bir həftəyədək onun köçmək tədarükünü gör! M.F.Axundzadə.\n4. məc. Ölmək, dünyadan getmək. Köçdü, heyf oldu, gözəl. Vaqif dəxi düşməz ələ: Bir siyah kirpik ucundan bağrımı dələ-dələ.. M.P.Vaqif. Vədə yaxınlaşıb, köçmək çağıdır; Bir özgə diyara bu gündən belə. Q.Zakir. Yarat, sən köçəndə ellər söyləsin: Dünyadan nə gözəl bir insan gedir. M.Rahim. ‣ Dünyadan köçmək, o dünyaya köçmək – bax. dünya. köçürdülmə “Köçürdülmək”dən f.is. köçürdülmək “Köçürmək”dən məch. köçürmə “Köçürmək”dən f.is. köçürmək f.\n1. Birinin yaşayış yerini dəyişdirmək, bir yerdən başqa yerə daşındırmaq. Ailəni yaylağa köçürmək. Bağa köçürmək. – Alyoşa isə, öz düşərgəsini həmin dəyədən çıxarıb, daha dərinlərə .. köçürmüşdü. S.Rəhimov. [Ümid:] Usta, Fərrux işini buraxıb ailəsini rayona köçürərmi? B.Bayramov. // Bir yerdən başqa yerə gətirmək, olduğu yeri dəyişmək, yerini dəyişmək, (heyvanlar, quşlar, bitkilər haqqında). – Meşəçi seleksiyaçılar Miçurinin seleksiya üsullarından istifadə edərək cənubda yetişən qoz, fındıq, püstə, şabalıd, badam və başqa meyvə bitkilərini şimaldakı rayonlara köçürə bilmişlər. (Qəzetlərdən).\n2. məc. Ərə vermək. [Fəramərz kişi:] Qızı köçürəndən bəri işimiz yaxşı getməyir, əlimiz çatmayır. T.Ş.Simurq. [Yaqut:] Özün bilirsən ki, mən özgəsinin adaxlısıyam, bu yaxında məni köçürəcəklər. Ə.Məmmədxanlı.\n3. Surətini çıxarmaq, üzünü çıxarmaq, olduğu kimi mətni başqa yerə yazmaq. Yazını köçürmək. – [Qəndab:] [Məzahir] riyaziyyat dəftərimi .. xəlvətcə götürüb köçürür, sonra da üzümü bir yana çevirəndə mənim skamyama atırdı. B.Bayramov. // Ümumiyyətlə, yazmaq. Dəmirov çalışıb qeydlər götürdüyü, öz fikirlərini ağ kağızlara köçürdüyü zaman Qiyasəddinov içəriyə girdi. S.Rəhimov.\n4. bax. keçirmək1 6-cı mənada. Pul köçürmək. köçürtmə “Köçürtmək”dən f.is. köçürtmək bax. köçürmək [Qız:] Ona görə ki, sən zorla şeirlərini öz xəttinlə dəftərimə köçürtdün, nəticəsi də belə oldu. S.Rüstəm. köçürülmə “Köçürülmək”dən f.is. köçürülmək 1. “Köçürmək”dən məch. Ailə bağa köçürüldü. Qız köçürüldü. Tezislər köçürüldü.\n2. bax. keçirilmək. Polad ərizə yazdı komandirinə; Başqa bir hissəyə köçürülməyə. M.Rahim. köhlən sif. Harın bəslənmiş (at haqqında). Tövlələrdə köhlən atlar çığırışırmı? F.Köçərli. Volqadan su içmiş köhlən atların; Üstündə girdablı çaylara cumduq. S.Vurğun. // İs. mənasında. Köhləni yəhərləmək. Köhləni minmək. – Sən mənim köhlənim, oynaq atımsan. M.Müşfiq. [İlyas:] Tərlan kimi coşqun məzaclı bir köhləni isə yalnız minicilik sənətkarlığının zirvəsində duran tək-tək adamlar minə bilərdi. Ə.Məmmədxanlı. köhlənlik is. Harın bəslənmiş atın hal və keyfiyyəti; harınlıq. Qara oğlan hər söz başında xallı atın köhlənliyini, cinsliyini, yumşaqlıq və mehribanlığını deyib, özünü öyür və tərifləyirdi. S.Rəhimov. köhnə sif. [fars.]\n1. Uzun müddət işlənməkdən dağılmış, xarab olmuş, yıpranmış, köhnəlmiş; nimdaş (yeni ziddi). Köhnə ayaqqabı. Köhnə palto. Köhnə araba. Köhnə stul. – Pişxidmətlər şüru etdilər Yusif Sərracın köhnə paltarını soyundurmağa və xələtişahanəni ona geydirməyə. M.F.Axundzadə. Üstünə köhnə bir cecim atılıb; Çarvadarlar gün altda yatmışdır. A.Səhhət. Ələsgər dayı özü ilə Kürdüstandan kim bilir hansı zamandan qalmış köhnə bir saz gətirmişdi. İ.Əfəndiyev. // Çoxdan qalan (saxlanan). Köhnə çaxır. Köhnə sirkə.\n2. Bundan öncə olan, əvvəlki, sabiq, keçmiş (təzə ziddi). Köhnə direktor. Köhnə rəis. Köhnə sədr. – [Miraxur:] Sən Allah, Mirzə Həbib, de görüm xalq bizim köhnə padşahımızın haqqında nə danışır? M.F.Axundzadə. Bir bax gör köhnə briqadir yerində nə qurdalanır? Q.İlkin.\n3. Çoxdan qalma, keçmiş, çoxdan işlənən, indiyədək davam edən, keçmişə aid olan, vaxtı keçmiş. Köhnə üsul. Köhnə qayda. – Aşkar şeydir ki, təzə olan yerdə köhnə qanunlar gərək pozulsunlar. C.Məmmədquluzadə. Köhnə istibdad düşdü, parladı tərzicədid. Ə.Qəmküsar. Gənclərimizin köhnə adət və etiqadların təsirinə düşmələrinə dözmək olmaz. Ə.Sadıq.\n4. Qədim, keçmiş dövrə aid, əski. Köhnə şəhər divarları. Köhnə bina. Köhnə abidələr. – Köhnə Azərbaycanın uzaq bir bucağında; Qoca Həsən dayının alçaq koması vardı. R.Rza. Cavad kəndin qabağındakı köhnə qala yerlərini nəzərdən keçirtdi. Ə.Vəliyev. Səngərdir başdan-başa o köhnə Mədinənin; Hər küçəsi, hər tini. B.Vahabzadə.\n5. Təcrübəli, qocaman, stajlı, dünyagörmüş, bir işdə çox işləyib bişmiş; bişkin. Köhnə müəllim. Köhnə xanəndə. Köhnə usta. – Düzdür, Bayram kişi özü köhnə ovçu idi. M.Rzaquluzadə. // Yaşlı, qoca, yaşca daha böyük. Köhnə kişi. Köhnə qadın. – Bəzi köhnə yaşlı kişilər və bir para Allah bəndələrindən başqa onu sayan, ona həmişəki ehtiramı edən yox idi. Qantəmir. [Sultan:] Axırda, cavanlarımıza yumruq dəyəndə də .. barbar bağırdılar ki, bəs ay nə bilim, köhnə kadrlar bizim qabağımızı kəsirlər, bizə post vermirlər!.. İ.Hüseynov. // İs. mənasında (əsasən cəmdə işlədilir). Köhnələrin fikri. – O köhnələrdən əcəb kim, utanmayıb da, deyirlər; Gərək bu əsrə görə böylə, böylə adət olaydı! M.Ə.Sabir.\n6. Çoxdankı, lap əvvəlindən, əski. Köhnə şəhərli. Köhnə tanış. – Yox yeni bir dinə yəqinim mənim; Köhnə müsəlmanəm, a şirvanlılar! M.Ə.Sabir. Yarım saatdan sonra neçə nəfər köhnə rəfiqlərlə Şaban daxil oldu. Ə.Haqverdiyev. Sən mənə tanışsan, mən sənə tanış; Bu köhnə dostunu tanı, bənövşə! M.Dilbazi.\n7. Mürtəce, vaxtı keçmiş, indiki dövrə uyğun gəlməyən (yeni ziddi). Köhnə fikir. Köhnə əqidə. – “Molla Nəsrəddin” çürümüş, köhnə, yaramaz, üfunət saçan həyat və ictimai əlaqələrin hərtərəfli və öldürücü tənqidçisidir. M.İbrahimov. ‣ Köhnə hamam, köhnə tas – bax. əski hamam, əski tas (“əski1”də). Köhnədən vurub təzədən çıxmaq – həm köhnədən, həm təzədən, hər şey haqqında danışmaq. ..Mürşüdoğlu nağıla başlayıb köhnədən vurub təzədən çıxdı. S.Rəhimov. köhnə-köhnə sif. və zərf Köhnə, əski, qədim (çoxluq bildirir). Köhnə-köhnə fikirlərlə mübarizə aparmaq. – [Şahqulu:] Rəhmətliyin oğlu, köhnə-köhnə peşəni əldən qoymayıb korlayırsan. N.Vəzirov. köhnəçi is.\n1. bax. köhnəpərəst.\n2. Köhnə paltar və s. alıb-satan adam; köhnəfüruş. köhnəçilik bax. köhnəpərəstlik. köhnədən bax. qədimdən. ‣ Köhnədən qalma – keçmiş zamanlardan qalan, çoxdan qalma; köhnə, əski, qədim. Əmizadələrimin köhnədən qalma bir qara damı var idi. Orada heç kəs olmurdu. Məhsul saxlamaq üçün anbar idi. S.S.Axundov. köhnəfüruş is. [fars.] bax. köhnəçi 2-ci mənada. köhnə-kültə bax. köhnə-kürüş. Bundan qabaq həyətə yolçu-zad gələndə pay verərdim, .. köhnədən-kültədən bağışlardım. Ə.Əbülhəsən. köhnə-kürüş sif. Çox köhnə, istifadəyə yaramayan; cındır, dağılmış, cırılmış. Köhnə-kürüş şeyləri təmir etmək. // İs. mənasında. Köhnə-kürüş satmaq. köhnəldilmə “Köhnəldilmək”dən f.is. köhnəldilmək məch. İşlədilə-işlədilə köhnə hala gətirilmək, xarab edilmək, yıpradılmaq. köhnələşmə “Köhnələşmək”dən f.is. köhnələşmək bax. köhnəlmək. Palto köhnələşib. Xalça köhnələşdi. köhnəlik is.\n1. Köhnə şeyin hal və keyfiyyəti (təzəlik ziddi). Paltarın köhnəliyi. Evin köhnəliyi. // Tarixi köhnə olma, keçmişə aid olma. Məsələnin köhnəliyi.\n2. Dövrə, zəmanəyə uyğun olmayan şeylər; əskilik, gerilik (yenilik ziddi). Bütün o Şərq köhnəliyi aradan qaldırılmış, onun yerində təzə və təmiz bir bağ salınmışdır. C.Cabbarlı. Bizim evdə köhnəliklə yeniliyin mübarizəsi əsla qurtarası deyildir! S.Rəhimov. köhnəlmə “Köhnəlmək”dən f.is. köhnəlmək f.\n1. Çox işlənməkdən xarab olmaq, yıpranmaq, yararsız hala gəlmək. Pencək köhnəlib. Ayaqqabı köhnəldi.\n2. Çox qalmaqdan xarab olmaq, təzəliyini, təravətini itirmək, yaramaz olmaq. Yağ (pendir) qalıb köhnəlib.\n3. Vaxtı keçmək, dəbdən düşmək, az işlənmək, az istifadə olunmaq, günün tələblərinə cavab verməmək, bu gün üçün yaramamaq. Çıxarılan nəticələr köhnəlibdir. İfadələr köhnəlibdir. Bu məsəl də indi bir çoxları kimi köhnəlmişdir. M.Rzaquluzadə. köhnəlmiş f.sif.\n1. Çox işlənməkdən xarab olmuş; yıpranmış. Köhnəlmiş papaq. Köhnəlmiş şal. [Hacı Manaf] məhkəməyə gələrkən olduqca köhnəlmiş, yamaqlı bir paltar geyərək gəlmişdi. S.Hüseyn. [Qədir] başına köhnəlmiş və hər tərəfini yağ basmış bir meşin şapka qoymuşdu. Ə.Sadıq. Minayə köhnəlmiş, bir neçə dili də xarab olmuş qarmonu döşünə basıb .. ortalıqda süzürdü. Ə.Əbülhəsən.\n2. Çox qalmaqdan xarab olmuş, təzəliyini, təravətini itirmiş. Köhnəlmiş yağ (pendir).\n3. Dövrə, zəmanəyə, bugünkü günə uyğun olmayan; dəbdən düşmüş, indi işlənməyən. Köhnəlmiş nəzəriyyə. Köhnəlmiş söz (ifadə). köhnəltmə “Köhnəltmək”dən f.is. köhnəltmək f. İşlədə-işlədə köhnə hala gətirmək, xarab etmək. Pencəyi köhnəltmək. köhnəpərəst is. [fars.] Köhnəlik tərəfdarı, köhnə adət və ənənələri sevən, onlara riayət edən, onlardan əl çəkməyən adam; mühafizəkar, cəhalətpərəst. ..Bizim köhnəpərəstliyimiz və müqəddəslərimiz görürlər ki, biz hər bir qüvvəmizi məhz məktəb açmağa sərf eliyirik.. C.Məmmədquluzadə. Ev və ailə məsələlərində bir qədər köhnəpərəst olan atasını [Züleyxa] bərk narahat edirdi. M.İbrahimov. köhnəpərəstlik is. Köhnəlik tərəfdarı olma, köhnə adət və ənənələri sevmə; mühafizəkarlıq, cəhalətpərəstlik. köhnəsayaq sif. və zərf Köhnə tərzdə, köhnə qaydada, köhnədə olduğu kimi. köhül is. Mağara. [Cuma] ..yaş torpaq iyi verən bu qaranlıq köhülün ora-burasını yoxlayaraq, büzüşüb dirsəkləndi. Ə.Əbülhəsən. • Köhül kimi məc. – mağara kimi. Yüzlərcə at ağzını köhül kimi açıb fınxırafınxıra Qarabağ atının üzərinə cummuşdu. M.S.Ordubadi. kök I. is.\n1. Bitkilərin torpaq altında olan, suyu soran və onları qidalı maddələrlə qidalandıran yarpaqsız hissəsi; rişə. Ot öz kökü üstündə bitər. (Ata. sözü). Biçinçilərdən biri orağını böyük bir qanqalın kökündən endirərkən quş balaları “cik-cik” edib .. qalın otlar arasına soxuldular. A.Şaiq. Kökləri kəsilmiş ağaclar gurultu ilə yıxılırdı. H.Seyidbəyli. // Bitkilərin müəyyən məqsəd üçün qazılıb çıxarılan yeraltı hissəsi. Biyan kökü. Tikan kökü. // Kökümeyvəli bitkilərin ərzaq kimi işlədilən yeraltı hissəsi (kartof, soğan və s.).\n2. Sarı, sarı-qırmızı, qara rəngli kökümeyvəli bitkilərdən birinin adı; yerkökü. Bazardan kök almaq. Kök şirəsi. – Aslan əlinə bir kök alıb xırtıldada-xırtıldada yeməyə başladı. S.Vəliyev.\n3. Saçın, dişin və s.-nin bədənin içində olan hissəsi. Diş kökü. Saçın kökü. // Bədən üzvünün bədənlə birləşən yeri, dib qismi. Dilin kökü.\n4. məc. Nəsil, əsil-nəsəb, mənşə. Mənim ki başımın tükləri ömrümdə qıvrım olmamışdır, .. nəslimizdə, kökümüzdə də olmamışdır. S.Rəhimov.\n5. dilç. Sözün önlük və şəkilçiləri çıxdıqdan sonra qalan hissəsi. Sözün kökü. Bir kökdən ibarət sözlər.\n6. riyaz. Müəyyən dərəcəyə qaldırdıqda yeni bir kəmiyyət alınan ədəd. Kvadrat kök.\n7. məc. Əsas səbəb, əsas illət. Məsələnin (işin) kökü. – Bu hadisələrin əsas kökü azərbaycanlıları paytaxtdan uzaqlaşdırmaq və Qızıl Arslanı təkləmək məqsədləri üzərində qurulmuşdu. M.S.Ordubadi.\n8. Kökündən şəklində – 1) əsla, qətiyyən. [Niyaz:] Belə iş bu küləkdə; Mümkün deyil kökündən. Ə.Əlibəyli; 2) tamamilə, yerli-dibli. Həyat kökündən dəyişmişdir. – Mümkün olsa lap kökündən qaldırıb bir zənn ilə; Cümlə mətbuatı viran etməli bundan sora. M.Ə.Sabir. ‣ Kök aparmaq – bax. kök salmaq 2-ci mənada. Həqiqət halda da dörd gün davam edən məhkəmə, mühitimizdə az-az təsadüf edilən, amma əsası yaşayışımızın dərinliklərinə kök aparan bir işə baxırdı. T.Ş.Simurq. Kök atmaq – 1) bitkilərin torpaq altında olan hissəsində köklər əmələ gəlmək; rişələnmək, yayılmaq. Elə bil ki, Dəmirçioğlu yüzillik bir ağac olub yerə kök atmışdı. “Koroğlu”; 2) məc. bir yerdə törəyib artmaq. [Dərviş:] Canımın bir hissəsi vətənimdə hasil olubsa, o biri ləzzətli, dadlı hissəsi bu dağların aralarında .. kök atıbdır! A.Divanbəyoğlu. Kök salmaq – 1) bax. kök atmaq. Bu körpəcə meynəni qoru hər bir zavaldan; Qoy torpaqda kök salıb, bərkitsin öz yerini. S.Rüstəm; 2) məc. yer tutmaq, möhkəmlənmək, möhkəm və həmişəlik yerləşmək. Əl yarası tez gedər; Kök salar dil yarası. (Ata. sözü). Cəlil ağanın .. qəlbində kök salmış qəbih adətləri ona tərk etdirmək mümkün deyildi. İ.Musabəyov. [Fətullanın] şəhərə yaxın kəndlərdən birində evlənib kök saldığını bilirdim. Mir Cəlal. Kökü (kökünüz, kökləri) kəsilsin! – qarğış, nifrin ifadəsi. Onların, görüm, kökləri kəsilsin! Kökü kəsilmək – 1) tamamilə yox edilmək, məhv edilmək, puç edilmək; yox olmaq. Dostların əlilə bir tikan təki; Belə adamların kəsilər kökü. S.Rüstəm. [Süleyman:] Bataqlıq qurudulub, yerində meşə zolaqları və tarlalar salındıqdan sonra qızdırmanın kökü kəsildi. M.Rzaquluzadə; 2) tələf olmaq, mövcud olmamaq, nəsli kəsilmək. Abşeronda çoxdan kökü kəsilmiş canavar, tülkü, çaqqal kimi ziyanverən heyvanlar haradansa peyda olub. M.Rzaquluzadə. Kökündən vurmaq – 1) dibindən kəsmək, görünməz etmək, yox etmək. Saçını kökündən vurmaq; 2) məc. tutarlı söz demək, kəsərli cavab vermək. Kökünə çatmaq – əsasını, mahiyyətini bilmək, dərindən öyrənmək, künhünə varmaq. [Xan:] Axund, çox zehinli uşaqdır.. Hər nə də görür, soruşub kökünə çatmaq istəyir. Çəmənzəminli. Kökünü (yer üzündən) kəsmək – tamamilə, bir daha törəməyəcək şəkildə yox etmək, məhv etmək. Yalnız bu yolu davam etdirməklə zülmün kökünü kəsmək mümkündür. M.S.Ordubadi. Kəssin deyə düşmənin kökünü yer üzündən; Qoymaram korluq çəkə benzindən onları mən. R.Rza. Kökünü qazımaq – 1) bax. kökünü kəsmək. [Hacı Mehdi:] Allah sizin kökünüzü yerdən qazsın. Ə.Haqverdiyev; 2) məc. əleyhinə iş görmək, zərərinə işləmək. Özünü dost kimi göstərən çar hökuməti gizlində xalqın kökünü qazıyırdı. A.Şaiq.\n\nII. sif.\n1. Ətli, şişman, gonbul, yoğun (arıq ziddi). Kök uşaq. Kök qoyun. Kök adam. – Həsrət ilə pişik çəkirdi keşik; Gördü gəlir neçə qəvi, kök pişik. S.Ə.Şirvani. [Qurbanəli:] Baş üstə!.. Sən məni bu işdən xilas eləsən mən sənə hələ bir kök toğlu da bağışlaram. N.Vəzirov. [Arvad:] ..Hinduşkanın bir kökünü tut, kəs. B.Bayramov.\n2. məc. dan. Özündən sonra gələn sözün qüvvətini, mənasını, təsirini gücləndirir. Əvəzində Qəhrəmandan bir kök töhmət al, eləmi? – deyə Əsəd donquldana-donquldana başını yellədi. S.Rəhimov. Sitarə kök bir dəstə hazırlamışdı. Mir Cəlal. [Nəcmi] xüsusən axırıncı sinifdə ən çox hirsini boğazına yığan şagirdə kök bir sıfır verər. Ə.Əbülhəsən.\n\nIII. is. Musiqi ifadəliyinin vəzn, tembr və s. kimi ünsürlərindən biri. Müxtəlif yüksəklikdə olan səslərin müəyyən sistem əsasında təşkil olunması ilə əldə edilən səslərin qarşılıqlı münasibətinə kök deyilir. Ə.Bədəlbəyli. // Simli musiqi alətlərində kökləməklə səslərdə yaradılan qarşılıqlı ahəng; həmahənglik. Musiqi ifadəliyinin bir çox mühüm ünsürləri (kök, vəzn, tembr və sairə) məhz melodiyanın tərkibində birləşərək bir vəhdət təşkil edir. Ə.Bədəlbəyli. • Kök etmək (eləmək) – 1) bax. kökləmək1. Tarı kök etmək. – Bu hində Baxşı kamançanı kök eləyir və başlayır segah-zabil havasını çalmağa. C.Məmmədquluzadə; 2) məc. sazlamaq, hazırlamaq. [Rəşid:] Hə, Qurbanqulu belə evləndi, – deyib, qəlyanını kök etməyə başladı. T.Ş.Simurq. Kökdən düşmək – simləri boşalmaq, kök (tarım) olmamaq, həmahəngliyini itirmək (tar, kamança və s.-də). İllərin tozu basmış, düşmüşdü kökdən simi; Bir də onu çalmağa heç gəlmirdi gümanı. Ə.Cəmil.\n\nIV. is.\n1. İri tikiş.\n2. Sonradan əl və ya maşınla əsaslı tikmək üçün atılan iri tikiş. • Kök atmaq (getmək) – bax. kökləmək2.\n\nV. Adətən tərkiblərdə işlənib, xarici görünüş, vəziyyət, hal, halət mənasını verir. Pis kökdə görmək (pis vəziyyətdə görmək). Öz kökünə qoymaq (özü kimi etmək). – [Mahmud:] Adəmi behiştdən qovdular, onlar da düşdülər mən kökə. Ə.Haqverdiyev. [Möhsün:] Musa, gətir, bu kökdə şəklimizi çəkdir. Mir Cəlal. ‣ ...kökə qoymaq – bax. ...kökə salmaq. Bilmirəm niyə belə oldu? Bu oxumaq səni nə kökə qoydu? S.Rəhimov. ...kökə düşmək – ...vəziyyətinə, ...halına düşmək. Belədir qayda, nəhayət, düşəcəkdir bu kökə... S.Rüstəm. Mahmudun .. sənədləri, kim bilir, nə kökə düşmüşdür. Ə.Əbülhəsən. ...kökə salmaq – ...vəziyyətinə, ...halına, ...şəklinə (...vəziyyətə, ...hala, şəklə) salmaq. Pis kökə salmaq. – [Tacirlərdən biri:] Başına dönüm, Qaçaq Nəbi, bizim var-yoxumuzu əlimizdən alıb, özümüzü də bu kökə saldı. “Qaçaq Nəbi”. [Ələsgər:] A boyunu yerə soxum, beyni olan da iki arvad alıb, özünü bu kökə salarmı? Ə.Haqverdiyev. Yığışıb min dənə şeytan balası hər tükünə; İstəyirsən məni də lap salasan öz kökünə? Ə.Nəzmi. kökalma is. riyaz. Ədədin kvadrata yüksəldilməsi, ədədin özünə vurulması. Qüvvətə yüksəlmənin tərsi olan kökalma əməli də riyaziyyata irrasional ədədləri daxil etmişdir.. Z.Xəlilov. kökayaqlılar cəm zool. Bədənindəki çıxıntıların köməyi ilə hərəkət edən və qidanı tutan ən sadə birhüceyrəli heyvanlar sinfi. İbtidai heyvanlara dair dərsləri keçərkən mikroskop altında öyrəniləcək heyvanlardan biri də kökayaqlılar sinfindən olan amyöbdür. C. Cəbrayılbəyli. kökcük is. Balaca kök, kiçik kök. Otun kökcüyü. – Zəfəran budaqlanmayan sapabənzər kökcüyə malikdir ki, bunun da bütün uzunluğu boyu diametri 1 mm-ə qədər olur. İ.Axundzadə. kökdoğrayan sif. k.t. Bitki köklərini doğramaq, xırdalamaq üçün olan. Kökdoğrayan maşın. // is. Kökü doğramaq, xırdalamaq üçün maşın və s. Kökdoğrayanı quraşdırmaq. kökə is. dan. Adi xəmirdən bişirilən kiçik çörək; qoğal. Nə yoğurdum, nə yapdım; Hazırca kökə tapdım. (Ata. sözü). Tapdıq sualını təkrar etdikdə Qaçay cavab verdi: – Balama şirin dəyirman kökəsi gətirmişəm. Ə.Vəliyev. Mayil eyvanda kökə yeyirdi. Mir Cəlal. kökəcik is. Kiçik kökə, balaca qoğal: qoğalcıq. kökəldici sif. Kökəldən, kökəlməyə səbəb olan, kömək edən. Kökəldici yeməklər (maddələr). kökəldilmə “Kökəldilmək”dən f.is. Mal-qaranın kökəldilməsi. kökəldilmək məch. Yaxşı yemək verməklə, qulluq etməklə kök hala gətirilmək. kökəlmə “Kökəlmək”dən f.is. kökəlmək f. Yaxşı yemək, bəslənmək, qulluq edilmək nəticəsində kök hala gəlmək, ətə-cana gəlmək. Uşaq kökəlib. Bu qoyunlar yaxşı kökəldi. – [İzzət Məmmədhəsən əmiyə:] Bəs ha vaxt [eşşək] evdə qalıb kökələcək ki, sən onu minəsən, ziyarətə gedəsən? C.Məmmədquluzadə. [Kəblə Haşım:] Mən hər il orucluqda azından on girvənkə kökəlirəm. S.Hüseyn. • Kefi kökəlmək – bax. kef. kökəltmə “Kökəltmək”dən f.is. kökəltmək f. Yaxşı yemləmək, bəsləmək, qulluq etməklə kök hala gətirmək; kökəlməyə səbəb olmaq. Toyuqları kökəltmək. Uşağı kökəltmək. Yağlı süd uşağı kökəldər. kökkəsən bax. kökdoğrayan. kökləmə I. “Kökləmək1”dən f.is.\n\nII. “Kökləmək2”dən f.is. kökləmək I. f.\n1. Simli musiqi alətlərinin səsini simləri tarımlaşdırmaq, ya boşaltmaq yolu ilə tələb olunan tona salmaq, simlərinin ahəngini bir-birinə uyğunlaşdırmaq. Aşıq Cünun sazını kökləyib ortaya çıxdı. “Koroğlu”. Bu hində Baxşı kamançanı kökləyir və başlayır segah-zabil havasını çalmağa. C.Məmmədquluzadə.\n2. məc. Sazlamaq, düzəltmək, işə salmaq üçün hazırlamaq. Hüseynəli əmi çubuğunu dəmir milçə ilə qurdalayıb kökləyirdi. M.S.Ordubadi. Qışın gecəsi uzun, odunumuz bol, işimiz də yox.. Götür çörəyini ye, ocağı da köklə. Ə.Vəliyev.\n\nII. f. Paltar biçildikdən sonra kəsilmiş hissələri iri tikişlə bir-birinə quraşdırıb tikmək. Paltarı kökləmək. köklənmə I. “Köklənmək1”dən f.is.\n\nII. “Köklənmək2”dən f.is.\n\nIII. “Köklənmək3”dən f.is. köklənmək I. məch.\n1. Musiqi alətlərində: səsləri lazımi tona salınmaq, simləri birbirinə uyğunlaşdırılmaq. Kamançalar köklənib.\n2. məc. Sazlanmaq, saz hala gətirilmək. Qəlyan kökləndi.\n\nII. qayıd. Bir yerdə kök salmaq, möhkəmlənmək.\n\nIII. məch. İri-iri tikilmək. Paltarın ətəyi köklənib. köklənmiş f.sif. Köklənmək yolu ilə səsləri lazımi tona salınmış. Rüstəmin işi gətirəndə həmişə köklənmiş tar kimi əl dəyməmiş səslənərdi. M.İbrahimov. kökləşdirmə I. “Kökləşdirmək1”dən f.is.\n\nII. “Kökləşdirmək2”dən f.is. kökləşdirmək I. f. Kök hala gətirmək; kökəltmək.\n\nII. f. Əsaslandırmaq, möhkəmləndirmək. kökləşmə I. “Kökləşmək1”dən f.is.\n\nII. “Kökləşmək2”dən f.is. kökləşmək I. f. Kökəlmək.\n\nII. f. Kök salmaq, kök atmaq, möhkəmlənmək, bərkimək. İllərcə kökləşmiş olan bu adəti sonralardan tərgitmək olmur. F.Ağazadə. köklü sif.\n1. Torpaq altında kökü, rişələri olan. // Kökü üstündə olan, kökü ilə birlikdə. Kür çayı bəndini yaz yaran kimi; Köklü ağacları aparan kimi; Yardılar Qazaxın səfini fövrən. H.K.Sanılı. Köklü ağac kimi qopub yerimdən; Uçuram bir dərin boşluğa sarı. S.Vurğun.\n2. məc. Yekə, böyük, möhkəm. Köklü qaya. [Firəngiz Şahinə:] Maşınımız köklü daşa ilişib, buna işığın nə köməyi dəyəcəkdir? B.Bayramov.\n3. məc. Çoxlu qohum-əqrəbası, böyük nəsli olan. Köklü adam. Köklü ailə. köklü-budaqlı sif.\n1. İri, böyük, inkişaf etmiş, yoğun və qollu-budaqlı. Köklübudaqlı qarağac. Köklü-budaqlı çinar. // zərf mənasında. Kökü və budaqları ilə birlikdə; tamamilə. Maşınla ağacları; Tamam köklübudaqlı çıxardırlar. Orda sən; Cərgə ilə əkərsən. M.Rahim.\n2. məc. bax. köklü 3-cü mənada. Köklübudaqlı ailə. – Meşinov bu rayonda hər kəsi gəldi-gedər hesab edər, yalnız özünü köklübudaqlı bir adam sayardı. S.Rəhimov. köklü-gövdəli bax. köklü-budaqlı 1-ci mənada. Köklü-gövdəli tut ağacı. – ..Yayın daşqın günlərində bu çay köklü-gövdəli palıd, söyüd gətirib adamın zəhləsini tökürdü. S.Rəhimov. köklük I. is. Adamın və ya heyvanın ətlilik-canlılıq cəhətdən hal və vəziyyəti. Köklükdən gəzə bilməmək. Otlaq dövründən sonra mal-qaranın köklüyü xeyli artır.\n\nII. is. Musiqi alətlərində simlərin səslənməsinin bir-birinə uyğunluq vəziyyəti. Tarın köklüyünü yoxlamaq.\n\nIII. is. Çoxlu kök (yerkökü) əkilmiş yer. Köklüyü sulamaq. Köklüyü alaq etmək. köklü-köməcli 1. bax. köklübudaqlı 1-ci mənada. Köklü-köməcli ağac.\n2. bax. köklü-budaqlı 2-ci mənada. [Hümmət:] Rayonda köklü-köməcli bir adam tapmaq, on iki imama yalvarınca bir Allahın ətəyindən yapışmaq lazımdır. B.Bayramov. köks 1. bax. döş 1-ci mənada. Köks qəfəsi. – Zahirən heyrətamiz dərəcədə sadə və sakit olan bu balacaboylu insanın köksündə bu qədər zəngin və güclü bir ürək yaratmış təbiətin ecazına heyran qalmamaq olmazdı. M.İbrahimov. [Vahid:] Bu sözləri eşidəndə az qaldı ürəyim köksümü yarıb çıxsın. B.Bayramov.\n2. məc. Ürək mənasında. Çəkilib köksümə dağlar, düyünlər. Q.Zakir. Anaxanım .. köksünü sıxmaqda olan kədərlərini bölüşmək üçün Atabalanın yolunu gözləməyə başladı. A.Şaiq. Mən bir dövürdəyəm ki, tunc qanadlanır; Qara daşın, mərmərin köksü atlanır. M.Müşfiq. ‣ Köks dolusu – dərindən, sinəsi tutduqca. Köks dolusu nəfəs almaq. Köks keçirmək – bax. köksünü ötürmək. Mütərəddid vəziyyətlər, baxışlar, köks keçirmələr bır-birini təqib edirdi. M.S.Ordubadi. Köks(ünü) gərmək – özünü qorxmadan qabağa vermək, döşünü qabağa vermək, sinə gərmək, müqavimət göstərmək. Qanlı süngülərə gərmiş köksünü; Qanilə yazmışdır hər qalib günü. S.Vurğun. Yollarındakı bütün bəla və müsibətlərə köks gərən haqq aşıqları, nağılların dediyinə görə, yuxularında gördükləri sevgililərinə qovuşmaq üçün yola düşürdülər.. Ə.Məmmədxanlı. Köksünü ötürmək – dərindən nəfəs almaq (fikirdən, qüssədən, qəmdən və s. hisslərin təsirindən). Camaat harada idi ki, səs-səmir də çıxa idi, – deyə, qoca köksünü ötürdü. Ə.Məmmədxanlı. Məzlum dərindən köksünü ötürdü. S.Vəliyev. kök-saqqız is. bot. Kauçuk verən çoxillik ot-bitki. Kök-saqqız .. çoxillik ot bitkisidir, acıqovuna oxşayır. M.Qasımov. köksüdolu sif.\n1. Ətli, iri döşlü. Köksüdolu qadın.\n2. bax. köksüdolusu. [Nazxanım] ..köksüdolu nəfəs aldı. İ.Əfəndiyev. köksüdolusu zərf Rahat, dolğun, geniş, dərindən. Köksüdolusu nəfəs almaq. köksüz sif. Kökü, rişəsi olmayan. Köksüz ot. – Köksüz ağacı becərməkmi olar? N.Nərimanov. kökümsov sif. bot. Gövdəsinin əsas hissəsi yerin altında olan (bitki). [Herbari üçün] yığılan bitkinin gövdəsi, çiçəyi, kökü, kökümsovu və ya soğanaqlı bitkidirsə, soğanağı olmalıdır. H.Qədirov. kökyuyan sif. Kök yumaq üçün olan (maşın və s.) // is. Kök yumaq üçün maşın və s. Kökyuyanı təmir etmək. kölə is. Quldarlıq və feodalizm cəmiyyətində: bütün hüquq və istehsal vasitələrindən məhrum və sahibkarın xüsusi mülkiyyəti olan adam; qul. Hər uçuğun altında var min kölənin məqbəri; Hər parça daş bir fəqirin sinəsinin mərməri. M.S.Ordubadi. [Xəyyam:] Xəyyama nə lazımdı ki, zəncir; Onsuz da köləndir, bu nə təhqir? H.Cavid. Qanun var ki, insanları kölə etmiş dünyada; Qanun var ki, qulluq yazmış babalardan övlada. N.Rəfibəyli. köləcəsinə zərf Kölə kimi, qul kimi; yaltaqcasına. Köləcəsinə yaşamaq. köləlik is.\n1. Kölənin, qulun vəziyyəti, halı; qulluq. Bəxtiyar arzular elə bir dünya; Ağalıq, köləlik olmasın orda. S.Vurğun. Köləlik dünyasından qalmasın deyə bir iz; Cəbhələrdə döyüşdük düşmənlərlə döş-döşə. S.Rüstəm.\n2. Əsarət. Köləliyə, əsarətə; Qara məzar qazıldı. N.Rəfibəyli. kölgə is.\n1. Qarşı tərəfdən işıq düşən hər hansı bir şeyin qara əksi. Binanın kölgəsi. Kölgəsi yerə düşmək. – ..Kəndlilər gəlib çömbəliblər tayanın kölgəsində. C.Məmmədquluzadə. Bizim bağa su axıdır açdığın bərə; Bizim tutdan sizin bağa kölgə düşəcək. M.Araz. • Kölgə salmaq – bax. kölgələmək. Ağac kölgə salmışdı. – Az qala başım yetişə göylərə; Şax-budağım kölgə salıb hər yerə. M.Ə.Sabir. ..Ərik və tut ağacları başbaşa verərək, günün qabağını çətir kimi tutur, yaşıl otların, tər yoncaların üzərinə sərin kölgə salırdı. İ.Əfəndiyev. // məc. İnsanın daxili hiss və həyəcanının üzündə, gözündə ifadəsi, təcəssümü. Qəm kölgəsi üzünü bürüdü. – Yorğunluğun kölgəsi; Sıralanmış alnının; Qırışıq izlərində. R.Rza. Balaca Nərgizin üzündən bir kölgə keçdi. Ə.Məmmədxanlı. // İşıq şüalarının bilavasitə düşmədiyi yer, sahə: kölgə yer, kölgəlik. Kölgədə oturmaq. Kölgə tərəfə keçmək. – Divar dibində kölgədə xoruz, toyuqlar uyqular.. A.Səhhət. [Alış nazirə:] Gəlin, barı gedək, bir kölgədə dincəlin. B.Bayramov.\n2. Rəsmdə və ya şəkildə təsvir edilən hər hansı bir şeyin az işıq düşən hissəsi.\n3. Qaranlıqda, dumanda aydın görünməyən şey; qaraltı. Kölgə kimi seçilmək. – Uzaqdan bir kölgə [Səlim və Mehribanı] pusur, gizlicə təqib edirdi. S.Hüseyn. Yağışdan qorxmadı, boran bilmədi; Onu sarsıtmadı hənirti, kölgə. M.Rahim. Qayınana ilə gəlin şirin danışdıqları zaman qapıda bir kölgə göründü. Ə.Vəliyev.\n4. Əks, şəkil mənasında. Suda öz kölgəsini görüb o zaman; Sandı bir özgə itdir ol heyvan. A.Səhhət.\n5. məc. Kölgənizdə, kölgəsində şəklində məc. – köməyinizlə (köməyi ilə), himayənizdə (himayəsində), sayənizdə (sayəsində). [Uşaqlar] ancaq sizin kölgənizdə oxuyub dərsi tamam ediblər. Ə.Haqverdiyev. [Allahqulu:] Allah onlara kömək eləsin, onların kölgəsində gəlib çıxdım. Çəmənzəminli. ‣ Kölgədə qalmaq – gözə görünməmək, üzə çıxmamaq, tanınmamaq, özünə diqqəti cəlb etməmək. [Sərətan:] Bir odur təhlükə mənə ölkədə; Önündə şöhrətim qalır kölgədə. M.Rahim. ...kölgədə qoymaq (buraxmaq) – 1) ...ikinci yerdə buraxmaq, ...daha irəliyə keçmək, birinci olmaq, diqqət mərkəzində olmaq; 2) fikir verməmək, diqqətsiz buraxmaq, laqeyd baxmaq. Kölgə kimi – yanından əl çəkmədən, daim izləyərək, ayrılmadan. Kölgə kimi izləmək. Kölgə kimi əl çəkməmək. – [Xavər Arifə:] Kölgən kimi həp pəsincə qoşdum; Eşqinlə qanadlanıb da uçdum. H.Cavid. Səltənət evdən çıxanda Cəlil onu kölgə kimi təqib edir, bir an belə gözdən qoymurdu. Ə.Vəliyev. Cuma .. kölgə kimi ondan üzülməyən qadına .. qapını bağlamaq işarəsini verdi.. Ə.Əbülhəsən. Kölgə salmaq məc. – bürümək, əhatə etmək. Əcəl başımıza kölgə salmamış; Sizdən “can” eşidim, sizə “can” deyim. B.Vahabzadə. Lakin son həftələr Ulduzun gözlərinə böyük bir nigarançılıq kölgə salmışdı. Ə.Məmmədxanlı. Kölgəsindən qorxmaq (ürkmək) – çox qorxaq, ürəksiz adam haqqında. Kölgəsindən ürkən Məşədi Qulam Ceyranoğlunu titrətmə götürdü. S.Rəhimov. Kölgəsini qılınclamaq – hədələyərək dalınca danışmaq, düşmənçilik etmək. [Balaxanım Dadaşa:] Sən yüz də o Şiraslanın kölgəsini qılınclayasan, .. heç bir şey apara bilməyəcəksən. S.Rəhimov. kölgələmə “Kölgələmək”dən f.is. kölgələmək f.\n1. Kölgə salmaq, kölgədə gizlətmək, kölgə etmək. Çilingləri basdırdıqdan sonra kölgələmək lazımdır. // Görünməz etmək, qabağını tutmaq, kölgələndirmək. İşığı kölgələmək.\n2. məc. Qaranlıq etmək: dumanlatmaq. Xatirələr xəyalını kölgələdi. kölgələndirmə “Kölgələndirmək”dən f.is. kölgələndirmək f.\n1. Kölgə salmaq, kölgə etmək: qaranlıqlaşdırmaq. Birdən pəncərəni başqa bir adam kölgələndirdi. M.Hüseyn.\n2. bax. kölgələmək 2-ci mənada. kölgələnmə “Kölgələnmək”dən f.is. kölgələnmək f.\n1. Kölgə düşmək, kölgəli olmaq, kölgə salmaq, bir qədər qaranlıqlaşmaq. Ağaclar kölgələndi. – ..Dik yuxarı dırmandıqca meşə kölgələnib sərinlənirdi. Ə.Əbülhəsən.\n2. Kölgə düşən yerdə oturmaq, kölgədə gizlənmək. Gündüzlər istinin dərdindən haman dəliyə girib kölgələnirdi. C.Məmmədquluzadə. Göy sərvlər qucağında bir çiçək kimi; Kölgələndi uzaqlarda ağaran liman. Ə.Cəmil. [Bakıda] heç kəs istidən kölgələnmək və başını gizlədib işdən qalmaq istəməz. S.Rəhimov.\n3. məc. Üzündə qəm, kədər, qüssə əlaməti zahir olmaq; qəmlənmək, qüssələnmək, kədərlənmək (adətən, “gözləri”, “üzgözü”, “çöhrəsi” sözləri ilə). Üzü-gözü kölgələnmək. – Sevilin gözləri güldüyü yerdə; Birdən buludlanıb kölgələndimi? M.Müşfiq. Məzlumun çöhrəsi kölgələndi, bir an nə deyəcəyini bilmədi. S.Vəliyev.\n4. məc. Qaçıb gizlənmək, birinin himayəsinə, qanadı altına sığınmaq, birinə pənah aparmaq. kölgələyici sif. və is. Kölgə salmaq üçün istifadə olunan; kölgələndirən. kölgəli sif.\n1. Kölgə salan, kölgəsi olan. Kölgəli qarağac. Kölgəli ağac. – Eldar ətrafa yaxşı bələd olduğundan, yaxında iri, sərin kölgəli bir söyüd ağacını göstərərək: – Gedək, bir az dincələk, – dedi. M.Rzaquluzadə. Odlu mizrabına qurban olum, yar! Çal, səni dinləyir kölgəli dağlar. N.Rəfibəyli.\n2. Kölgə düşmüş, kölgə altında olan; kölgə. Kölgəli yer. Kölgəli eyvan. – Kölgəli gen küçə ilə bir qədər gedəndən sonra hambal girdi birinci mehmanxananın dalanına. C.Məmmədquluzadə. Doldu şirin səslərlə; Kölgəli bağ, boz güney. Ə.Cavad.\n3. məc. Şübhəli, qaranlıq. Yarməmməd kölgəli keçmişdən uzaqlaşa bilməyən adamlardan idi. M.İbrahimov.\n4. məc. Qəm, kədər ifadə edən; məyus, kədərli, qəmli, qəmgin. Kölgəli üz. kölgəlik is.\n1. Kölgə düşmüş yer, kölgə olan yer; kölgə, kölgəli yer. Kölgəlikdə oturmaq. Kölgəlikdə yatmaq. – Gorus dağının qaşında Nəbini isti vurur, bir kölgəlik tapıb uzanır. “Qaçaq Nəbi”. Məxməri ormanlarda çiçək dərdiyin yerdə; Baxarsan, çiçəklər var, açar kölgəliklərdə. Ə.Cavad. İnsan ayağı dəyməyən bu yerlərdə gündüzlər özünü kölgəliyə verən at, eşşək ağnamış, künclərdə toyuq-cücə eşələnib torpağı atım-atım eləmişdi. İ.Hüseynov.\n2. Kölgə üçün düzəldilən hər şey. Kölgəlik düzəltmək. // sif. mənasında. Kölgə üçün olan, kölgə salmaq üçün əkilən. Qoca kişi kölgəlik ağacın dibindəki çarpayını göstərdi.. S.Rəhimov. // Talvar, alaçıq, dəyə və s. Kölgəlik düzəltmək.\n3. bax. günlük 3-cü mənada. Ramazan şapkasının kölgəliyini qaldırdı, ətrafa baxabaxa müdirin otağını tapdı. Mir Cəlal. kölgəsevən sif. Kölgəlik yerlərdə yaxşı bitən, günəş sevməyən. Kölgəsevən bitkilər. kölgəsiz sif. Kölgə salmayan, kölgəsi olmayan. Kölgəsiz ağac. kölgəsizlik is. Kölgə salmama, kölgəsi olmama, kölgəsiz yerin, ağacın və s.-nin xüsusiyyəti. kömbə 1. sif. İri, girdə, qalın çörək; qalac. Qoca qarağacın köhnə qabığı quru kömbə çörəyə oxşayırdı.. Mir Cəlal. [Aslan:] Düşərgədə hər beş adama gündə bir kömbə köhnə .. çörək verirdilər. S.Vəliyev.\n2. is. Küt getmiş xəmirdən kül üzərində bişmiş çörək. Gördüyün küllü kömbədir, bazara çıxıb, qoğal olub. (Ata. sözü).\n3. sif. Yöndəmsiz, kök, gonbul. Kömbə arvad. – Ocaqverdi kömbə əlini uzatdı. Çəmənzəminli. kömbəçi is. köhn. Kömbə bişirib satan adam (bax. kömbə 1-ci mənada); çörəkçi. Dəyirmançının şahidi kömbəçi olar. (Ata. sözü). kömbədodağ sif. Dodağı kömbə kimi, yöndəmsiz, qalın. Kömbədodaq adam. köməc I. is. dan. Boy atmayıb torpağın üzünə yayılan bitki.\n\nII. is. Arı pətəyi. • Köməc balı – təmizlənməmiş bal. köməclənmə “Köməclənmək”dən f.is. köməclənmək f. Köməc bitkisi kimi yerin üzünə yayılmaq. Taxıl köməclənmişdir. kömək is.\n1. Birinin qarşılaşdığı çətinlikləri, sıxıntıları yüngülləşdirmək üçün görülən iş, hərəkət; yardım. Lay-lay əməyim bala; Duzum, çörəyim bala; Gözləyirəm böyü sən; Görüm köməyin bala. (Bayatı). Bir səs dedi: – Ey qafil; Hər meyvə olur hasil; Zəhmətlə, köməklərlə. A.Şaiq. [Yaralı] canını dişinə tutub durmaq, şəfqət bacısının köməyi ilə arxaya getmək istədi. Ə.Vəliyev. • Kömək diləmək (istəmək) – başqasından yardım istəmək, başqasının yardımına ehtiyacı olmaq. Atasından kömək diləmək. – [Rüstəm:] Atam ölmüş, daha bir kəsdən kömək diləməyə gümanım gəlmir. C.Cabbarlı. [Gülyazın] gözü qabağında kömək diləyən məsum bir körpənin siması gəlib durdu. Q.İlkin. [Aynanın] sanki kömək istəyən əlləri bir an havada asılı qalıb tappıltı ilə yanına düşdü. İ.Hüseynov. Kömək etmək (eləmək) – yardım etmək, yardım göstərmək. Yoldaşına kömək etmək. Geridə qalanlara kömək etmək. – [Şah:] Mən bir keçə qayırım, bunlar da mənə kömək etsinlər. Ü.Hacıbəyov. Kömək görmək – başqasının köməyi dəymək, yardımı olmaq. [Bəhram:] Səndən ki, görmədim kömək; Özüm həll eləyəm gərək! A.Şaiq. Köməyi dəymək (çatmaq) – bax. kömək etmək (eləmək). Birinə köməyi dəymək. Qonşuya köməyi çatmaq. – [Məmmədağa:] Oğlunuz burada oxuyub yazı-pozu biləcəkdir və onun [Qurbanəliyə] köməyi dəyər. N.Nərimanov. Uşaqlar kiçik olduqlarından bir o qədər köməkləri çatmırdı. S.S.Axundov. Köməyi olmaq – 1) bax. köməyinə çatmaq (qoşmaq, yetişmək). [Qərib:] Əgər mövlam mənə kömək olarsa; Ağlama, sevgilim, yenə gələrəm. “Aşıq Qərib”; 2) bir şey edə bilmək, təsiri olmaq. [Əcəb xala:] Gəlsə də nə kimi bir köməyi ola biləcəkdi. S.Hüseyn. Köməyinə çatmaq (qoşmaq, yetişmək) – darda qalan, çətinliyə düşən adama kömək etmək, yardım göstərmək, əlindən tutmaq. Yoldaşının köməyinə çatmaq. – Daldakı kazaklar yüyürüşüb, zabitin köməyinə çatdılar. M.Hüseyn. Ümidim bircə ona idi ki, Qoçaq mənim gəlmədiyimi görüb özü mənim köməyimə yetişər.. M.Rzaquluzadə.\n2. O biri hissələri gücləndirmək üçün ayrılan hissələr, əlavə qoşun hissələri. [Qəhrəman:] Bundan əlavə, komandan bir-iki saata qədər bizə kömək göndərəcəyinə də söz verdi. H.Nəzərli.\n3. məc. Arxa, himayəçi, havadar, yardım edən adam. Oğul atanın köməyidir. – Lap becadı bu sözləri deməyim; Dağılıbdı arxam, ölüb köməyim. Aşıq Ələsgər. • Kömək olmaq (çıxmaq) – birinə arxa, havadar olmaq, birini himayə etmək. Yoldaşına kömək çıxmaq. – [Eyvaz Baxşıya:] Başıma bir iş gəlsə, sən [Sonaya] kömək ol. C.Cabbarlı. O, yoldaşına kömək çıxaraq, bir atalar sözünü kinayə ilə ortalığa atdı və masqara ilə hırıldadı.. Ə.Sadıq. köməkçi is.\n1. Bir işdə kömək edən şəxs; yardımçı. Uşaq anasının köməkçisidir. – ..Mən Tehranda özümə köməkçi tapa bilərəm. M.S.Ordubadi.\n2. Müavin. Usta köməkçisi. Rejissor köməkçisi. Operator köməkçisi. – İrəvanda da deyirlər vitse-konsulun köməkçisi biletin birinə İran rəiyyətindən düşəndə on manat alır.. C.Məmmədquluzadə. Qəbul otağında köməkçi ilə [Mollayevdən] başqa heç kim yox idi. M.Hüseyn.\n3. məc. Yardımçı, əlavə. Köməkçi sual. Köməkçi sex. ‣ Köməkçi nitq hissələri qram. – əsas nitq hissələrinin xüsusiyyətlərinə malik olmayan sözlər (ədatlar, qoşmalar, bağlayıcılar, modal sözlər). Köməkçi feil qram. – leksik mənası olmayan, başqa sözlərlə birləşib mürəkkəb feil düzəldən feil (məs.: etmək, eləmək, olmaq və s.). köməkdar sif. və is. köhn. Köməkçi. Köməkdar adam. köməkdarlıq is. köhn. Kömək göstərmə, kömək etmə. İlyas Gülüşgəlinə söz verdi ki, .. köməkdarlıq edib Qəhrəmanı Dağüstü şəhərinə oxumağa göndərəcəkdir. S.Rəhimov. köməkkeş is. və sif. köhn. Kömək edən, yardım göstərən. köməkkeşlik is. köhn. Kömək etmə, yardım etmə, kömək göstərmə. [Nəcəfalı:] Köməkkeşlik deyil ha! Ağbirçək arvad uşaqdır bəyəm, qolundan yapışasan? B.Bayramov. köməkləşmə “Köməkləşmək”dən f.is. köməkləşmək qarş. Əl-ələ verib bir işi görmək, bir işdə bir-birinə kömək etmək. Cavan ər-arvad .. əl-ələ verib köməkləşirdilər, işlərini qabağa aparırdılar. E.Sultanov. Gəlinlər köməkləşib, dolu səhəngləri birbirinin belinə aşırırdılar. M.Hüseyn. köməkli zərf Birlikdə, köməkləşərək, bir-birinə kömək edərək, bir yerdə. Qərənfil xala Camal ilə köməkli yükləri düşürməyə başladı. Ə.Vəliyev. köməklik bax. kömək 1 və 2-ci mənalarda. Etiqad et buna, yəqinə inan; İstəməzdim köməklik insandan. A.Səhhət. Müqabil köməklik hər zaman mümkündür.. M.S.Ordubadi. • Köməklik etmək (eləmək) – bax. kömək etmək (“kömək”də). Geridə qalanlara köməklik etmək. – [Yusif:] Yaxşı ki, Qulu mənə köməklik etdi. N.Nərimanov. Köməkliyi dəymək – bax. köməyi dəymək (“kömək”də). köməksiz 1. sif. Heç bir köməyi olmayan, heç kəsdən kömək görməyən; aciz. C.Məmmədquluzadə Novruzəlilərin ürək dağlayan yazıq, ağır və köməksiz həyatlarını çox təbii və inandırıcı təsvir edir. M.İbrahimov. // Tək, kimsəsiz, adamsız, himayəsiz. Köməksiz yetim. Köməksiz qadın. – [Qara:] Sağ ol, Bəhram, Allah səni mənə çox görməyib, məni köməksiz qoymasın. C.Cabbarlı. İndi Qumru kənddə yalnız və köməksiz idi. Mir Cəlal.\n2. zərf Heç bir kömək olmadan, heç kəsin köməyi olmadan. İşi köməksiz görmək. köməksizlik is. Köməksiz adamın halı və vəziyyəti. Gəncliyini də, qocalığını da həqiqi bir qürurla yaşayıb köməksizliyin nə olduğunu bilməmişdi. M.Hüseyn. kömlək köhn. bax. köynək. Ərəqçini, kömləyi, corabı bəy özü geyir. R.Əfəndiyev. [Rizvan] yandan düymələnən nazik qara kömləyini geydi. S.Rəhimov. kömür is.\n1. Odunu yandırıb basdırmaqla alınan tünd-qara rəngli bərk yanacaq. Kürəyə kömür qoymaq. Manqala kömür tökmək. Kömürü qızartmaq. – [Rüstəm kişi] ..samovara su tökməyə, kömür salmağa ərindi. M.İbrahimov. Arvad samovarı çölə çıxartdı. Külünü boşaldıb yaxaladı. Su töküb kömür saldı. Ə.Vəliyev. • Kömür basmaq – kömür almaq üçün odunu yandırıb torpaqda basdırmaq. Kömür dəymək – dəm tutmaq, kömürün dəmi (qazı) ilə zəhərlənmək. Kömür kimi (qədər) – tünd-qara, zil qara, qapqara. Kömür kimi uşaq. – Açıqlıqdan keçdi, kömür qədər qara .. görünən qamışlığa girdi. H.Nəzərli. Onun rəngi kömür kimi qaradı. M.Hüseyn. Kömür kimi qaralmaq – 1) bərk qaralmaq, qapqara olmaq. Qız yayda kömür kimi qaraldı; 2) məc. hirsindən üzünün rəngi dəyişib tündləşmək. Rüstəm kişi .. kömür kimi qaralıb susurdu.. M.İbrahimov.\n2. Yer altından çıxarılan bitki mənşəli bərk yanacaq, maddə. Daş kömür. Kömür yataqları. Kömür mədəni. İki vaqon kömür. – Donbas bizə kömür verir.. M.Müşfiq. Fəhlələr qatı kömür tozu içində işləyirdilər. M.Rzaquluzadə. kömürbasan is. Kömür basmaqla, yandırmaqla məşğul olan adam (bax. kömür 1-ci mənada). kömürçıxaran sif. Daş kömür şaxtasında kömür çıxarmaqla məşğul olan (fəhlə və s.). // is. Daş kömür çıxarmaqla məşğul olan fəhlə; qazmaçı, şaxtaçı. Kömürçıxaranların yarışı. kömürçü is.\n1. Kömür hazırlayıb satan adam. Kömürçünün üzüqaralıqdan nə arı? (Ata. sözü). [Xortdan:] Hər baqqalı, dəmirçini, kömürçünü, arabaçını .. dindirirsən, deyir: – Mənim familiyam Kəkilbəyovdur. Ə.Haqverdiyev. [Ağsaqqal kişi:] O da kömürçüdür, a kirvə! Bir yük kömür satmağa getmişdi. Mir Cəlal.\n2. Kömür satılan yer, dükan. Kömürçü dükanı.\n3. Daş kömür sənayesi işçisi; şaxtaçı. Kömürçülər mükafat aldılar. kömürçülük is. Kömürçünün işi, peşəsi (bax. kömür 1-ci mənada). Kömürçülük eləmək. – Cəfərin atası kömürçülükdə qazandığı pulun tən yarısını hər ay müntəzəm halda oğluna göndərmiş, onu oxutmuşdu. Ə.Vəliyev. kömürdoğrayan is. xüs. Daş kömürü doğrayıb xırdalayan maşın. Kömürdoğrayanı təmir etmək. // Sif. mənasında. Kömürdoğrayan maşın. kömürxana is.\n1. Kömür basdırılan yer (bax. kömür 1-ci mənada).\n2. bax. kömürlük. kömürxırdalayan bax. kömürdoğrayan. kömürqabı is. Kömür yığmaq, saxlamaq üçün qab. kömürqazıyan bax. kömürçıxaran. kömürlənmə “Kömürlənmək”dən f.is. kömürlənmək bax. kömürləşmək. kömürləşdirilmə “Kömürləşdirilmək”dən. f.is. kömürləşdirilmək məch. Kömür halına saldırmaq, yandırılıb kömür edilmək. kömürləşdirmə “Kömürləşdirmək”dən f.is. kömürləşdirmək icb. Kömür halına salınmaq, yandırıb kömür etmək. kömürləşmə “Kömürləşmək”dən f.is. kömürləşmək f.\n1. Kömürə dönmək, kömür halına düşmək.\n2. Yandıqdan sonra kömürə çevrilmək. Köz kömürləşdi. kömürlü sif. Üzərinə kömür tozu qonmuş, kömürü olan. Kömürlü əllər. Kömürlü paltar. kömürlük is. Evlərdə kömür tökülən (saxlanan) yer, kömür anbarı. Az qalırdı adamlar [Qədiri] taxtapuşun altına, kömürlüyə yıxsınlar. Mir Cəlal. kömürsoran sif. tex. Hidravlik üsulla kömür çıxarılmasında işlədilən (maşın və s.). Kömürsoran maşın. // is. Hidravlik üsulla kömür çıxarılmasında işlədilən maşın və s. Yeni markalı kömürsoran. kömürtəmizləyən sif. Kömürü təmizləmək üçün işlədilən. Kömürtəmizləyən maşını işə salmaq. // is. Kömürü təmizləmək üçün maşın və s. Kömürtəmizləyəni quraşdırmaq. kömüryandıran bax. kömürbasan. kömüryükləyən sif. xüs. Kömürü vaqona, avtomaşına və s. yükləyən (maşın və s). Kömüryükləyən transportyor. // is. Kömürü vaqona, avtomaşına və s.-yə yükləyən maşın və s. Kömüryükləyəni qaydaya salmaq. köndələn sif. Eninə. Köndələn xətt. Köndələn tikiş. – Qarşımda başdan-başa; Əyri, köndələn cızıq; Varaq-varaq kağızlar. R.Rza. Pərinin üzündə, gözünün altında, boynunda bir köndələn qırış belə nəzərə çarpmırdı. Ə.Vəliyev. // zərf Yanakı, çəpinə, yan. Atı köndələn sürmək. Köndələn tikmək. Parçanı köndələn kəsmək. – Kor, atı minib köndələn çapar. (Ata. sözü). [Əhməd] yavaşyavaş eşşəyin başını döndərib yolda köndələn oturdu. B.Talıblı. Arabaçı isə onlara baxmadan, üzünü köndələn tutub, eyni şikayətli səslə davam etdi.. M.Hüseyn. // Eyni mənada: köndələninə şəklində. Köndələninə oturmaq. – [Veys] ..divara yanaşı üç cızıq, köndələninə yanaşı iki cızıq çəkdi.. Ə.Əbülhəsən. könlüaçıq sif. Şən, gülərüzlü, şad, xürrəm. Könlüaçıq adam. könlüaçıqlıq is. Şənlik, şadlıq, gülərüzlülük. könlüqara bax. qəlbiqara. Çox gözləri yolda qoydun intizar; Şirinzəban, könlüqara, danışma! Aşıq Hüseyn. könlüqaralıq bax. qəlbiqaralıq. könlüqırıq (=könlüsınıq) sif. və zərf Könlü bir şeydən sınmış, incimiş; incik, küskün, ürəyi sınmış. Könlüqırıq (könlüsınıq) qız. Könlüsınıq getmək. – Gəldi qabağə qolu bağlı pişik; Könlüsınıq, sinəsi dağlı pişik. S.Ə.Şirvani. Molla Əkbər də lal-mat və könlüsınıq evinə qayıtdı. B.Talıblı. könlüsınıq (=könlüqırıq) sif. və zərf Könlü bir şeydən sınmış, incimiş; incik, küskün, ürəyi sınmış. Könlüqırıq (könlüsınıq) qız. Könlüsınıq getmək. – Gəldi qabağə qolu bağlı pişik; Könlüsınıq, sinəsi dağlı pişik. S.Ə.Şirvani. Molla Əkbər də lal-mat və könlüsınıq evinə qayıtdı. B.Talıblı. köntöy sif.\n1. Kobud, münasibətsiz, ədəbsiz, nəzakətsiz. Köntöy söz. Köntöy hərəkət. – Siz bunun sözündən inciməyin. Bu həm avam, həm də köntöy adamdır. Ə.Abasov. // Zərf mənasında. Köntöy danışmaq. – Tahir həmin dostuna çox acıqlı və köntöy cavab vermişdi. M.Hüseyn. Bu vəziyyət belə Rüstəm kişini ayıltmadı, fikrindən döndərmədi, əksinə, onu daha da acıqlandırdı, köntöy tərpənməyə məcbur etdi. M.İbrahimov.\n2. Qaba, kobud, yöndəmsiz, biçimsiz. Köntöy yaba. Köntöy balta. – Əvvəlcə Qaçay köntöy bir kürək qayırdı. Ə.Vəliyev. köntöy-köntöy zərf Kobud-kobud, qabacasına, kobudcasına, tərs-tərs. Şahmar köntöy-köntöy cavab verdi. B.Bayramov. Nəyinə fikir verəcəyəm? – deyə arvad köntöyköntöy səsləndi. İ.Hüseynov. köntöylük is. Kobudluq, qabalıq; ədəbsizlik, nəzakətsizlik. Köntöylük eləmək. könül is. şair.\n1. Qəlb, ürək (mənəvi mənada). Könlümün sevgili məhbubu mənim; Vətənimdir, vətənimdir, vətənim. A.Səhhət. [Ağarəsul] ..işi yubatmayıb həmin saat könlündəki məhəbbəti qıza söylədi... E.Sultanov. // məc. Obrazlı təşbehlərdə, tərkiblərdə işlənir. Könül aşnası. Könül mülkü. Dəli könül. – [Qərib:] Qıya baxıb, könül evin yıxansan; Tanımırsan solu-sağı, Ağcaqız! “Aşıq Qərib”. Könül şəhri gündən-günə talandı; İmdi oldu bir xərabə çöllər, hey! M.V.Vidadi. Aralıqdan könül quşun ürkütdük; Bir-birilə qonuşmadıq, ayrıldıq. M.P.Vaqif.\n2. İstək, arzu, həvəs, meyil. Teatra getməyə könlüm yoxdur. Öz könlü ilə. – [Nigar:] ..Qonşu arvadların sözünə görə qızın könlü Yusifdədir. N.Nərimanov. ‣ Könlü açılmaq – qəm-qüssəsi dağılmaq, şadlanmaq; ürəyi açılmaq. Nə könlüm açılar, nə üzüm gülər; Səkrəqibə məhrəm olandan bəri. Q.Zakir. [Nazlı:] ..Azacıq gedib gəz də, könlün açılsın. H.Cavid. Camaatın könlü yaxşı açılsın; Razıyıq, – dedilər, – sazəndə çalsın! H.K.Sanılı. Könlü bulanmaq – kefi pozulmaq, nəşəsi dağılmaq, qanı qaralmaq. Könlüm bulanır küçədə cövlanını görcək; Nitqim tutulur hərzəvü-hədyanını görcək. M.Ə.Sabir. Könlü çəkmək – ürəyi çəkmək, iyrənməyib istəmək. Könlü xoş olmaq – məmnun olmaq, xoşnud olmaq. Könlü istəmək – arzu etmək, xoşlamaq istəmək. Elə mənim də sizi könlüm istəyir. M.S.Ordubadi. Əmiraslan hər bir əmr və göstərişdən azad idi. Hər nə könlü istəsəydi, onu edərdi. S.S.Axundov. Könlü qalmaq (incimək) – xatiri sınmaq, incimək. Könlü olmaq – 1) istəmək, meyli olmaq, həvəsi olmaq. Gəz dolan, bağdan ara; Bülbülü bağdan ara; Bağbanın könlü olsa; Nə gəlib bağda nara? (Bayatı); 2) razı olmaq. Könlü olmamaq – istəməmək, ürəyi olmamaq. [Gülçöhrə:] Ay ata, vallah, ərə getməyə heç könlüm yoxdur. Necə eləyim? Ü.Hacıbəyov. [Hacı Murad:] Məhərrəm bəydə könlün yoxdur, bəs İmranda necə? S.S.Axundov. Könlü pozulmaq – bax. könlü bulanmaq. Könlü tutulmaq – qəmgin olmaq, qüssələnmək, tutulmaq. Gördü nazik ayağın ol dilxun; Tutulub könlü oldu çox məhzun. S.Ə.Şirvani. Könlü yaralı – fəlakət üz vermiş, ürəyində dərdi olan, kədərli. Könlündən çıxartmaq – unutmaq, unudub yada salmamaq. Könlündən keçmək – ürəyindən keçmək, ürəyində arzu etmək, istəmək. Onun könlündən çox şeylər keçir. Könlünə dəymək (toxunmaq) – xətrinə dəymək, ürəyinə toxunmaq, qəlbinə dəymək, incitmək, küsdürmək. Ey gözüm, nə dəyib köyrək könlünə; Ey şirin güftarım, nöşün ağladın? M.P.Vaqif. Ey dilim, lal olasan, bilməyirəm kim, nə dedin; Aşina könlünə dəydin ki, olub biganə. S.Ə.Şirvani. Ancaq mən Eldarın könlünə dəyməmək üçün daha tüfəngə əl atmadım. M.Rzaquluzadə. Könlünə düşmək – (birdən) arzulamaq, istəmək, ürəyi istəmək. Axırda elçi quş əti yeməkdən yorulur. Könlünə mal əti düşür. “M.N.lətif.” Könlümə düşmüş idi bir neçə bütlər həvəsi; Bir zaman beyti-xuda dəhrdə bütxanə idi. S.Ə.Şirvani. [Kişi:] Əgər sənin və həkimin könlünə ət düşübsə, mən sizə qoyun verrəm. M.Dilbazi. Könlünə görə – öz arzusu ilə, öz xoşu ilə. Könlünə yatmaq – ürəyinə yatmaq, xoşuna gəlmək, qəlbinə yatmaq, bəyənmək. Könlünü açmaq – 1) sevindirmək, şadlandırmaq, ürəyini açmaq. Hər gün açır könlümü zövqi-visalın yengidən; Gərçi güllər açmağa hər ildə bir novruz olur. Füzuli; 2) birisinə inanaraq ürəyindəkiləri açıb söyləmək, sirlərini açıb demək. Könlünü almaq – xoş (şirin) sözlə dilə tutub razı, yaxud təskin etmək, acığını unutdurmaq; qəlbini ələ almaq. Vaqif deyir, yalvar yara, könlün al; Bir busə diləyib, boynuna qol sal.. M.P.Vaqif. [Mələk Şeydaya:] Mən səni sıxmaq üçün deyil, yalnız könlünü almaq, acılarını unutdurmaq üçün gəldim. H.Cavid. [Səfər bəy:] ..Xərc çəkmişəm ki, birtəhər Molla Abuşun ağzını yumum, məhkəmə rəisinin könlünü alım.. B.Talıblı. Könlünü ələ almaq (ovlamaq) – ürəyini ələ gətirmək, razı etmək, məhəbbətini qazanmaq, qəlbini ovlamaq. Bir ayaq ilə mənim könlümü aldın ələ sən; Görüm, ey saqiyi-gülçöhrə əlin var olsun! S.Ə.Şirvani. Ancaq onu da de görüm, onun könlünü ələ gətirmək mümkündürmü? E.Sultanov. Könlünü xoş eləmək – birinin arzusunu yerinə yetirərək sevindirmək. Könlünü qırmaq (incitmək) – bax. könlünə dəymək. [Turxan bəy Çingiz bəyə:] Yazıq deyilmi! ..Neçin könlünü qırdın? H.Cavid. Könlünü parçalamaq – bax. könlünü qırmaq. İncə bir riqqət Rübabənin könlünü parçaladı. Mir Cəlal. Könlünü sındırmaq – bax. könlünü qırmaq. Əsli qızların könlünü sındırmaq istəmirdi. “Əsli və Kərəm”. [Xala:] Yaxşı deyil, ay bala, uşaqlıq eləmə, get, könlünü sındırma! Ə.Məmmədxanlı. Könül açıqlığı – şadlıq, fərəh, sevinc. [Cəmil bəy:] Doğrusu, könül açıqlığı olmayınca insandakı nəşə də alt-üst olur. H.Cavid. Könül bağlamaq – bax. könül vermək. Könül bulandıran – ürək-bulandırıcı, xoşa gəlməyən, arzu edilməyən. Könül bulandıran qəmgin bir axşam; Səlim bəy tutmamış evində aram. M.Rahim. Könül bulandırmaq – kədərləndirmək, qüssələndirmək, qanını qaraltmaq. Könül qırmaq (yıxmaq, sındırmaq) – ürək sındırmaq, özündən küsdürmək, özündən incitmək, incik salmaq. Sən də, gözüm, Allaha baxıb, zülmü az eylə; Peyvəstə könül yıxsan əgər, bir də saz eylə. M.P.Vaqif. Könül oxşamaq – 1) əzizləmək, xoş sözlər söyləmək; 2) xoşa gəlmək, ruhu oxşamaq, ürəyə yatmaq. İlıq, könül oxşayan meh əsirdi. Ə.Vəliyev. Könül oxşayar yaşıl kölgəniz. M.Seyidzadə. Könül vermək (bağlamaq) – 1) aşiq olmaq, ürəkdən sevmək. Könül verdin hər bivəfa yadlara; Hayıf oldu, ömür getdi badlara. M.V.Vidadi. Dostun vəfasını gördüm; Sevdim, seçdim, könül verdim.. Aşıq Ələsgər. Səni vəfalı bilib eşqinə könül verdim; Pəriliqalara olmazmış etibar, ey dost! S.Ə.Şirvani; 2) razılıq vermək, razılaşmaq, razı olmaq. Mən bu işə könül vermədim. İki könül bir olmaq – sevişmək, bir-birini sevmək. İki könül bir olsa, tez tapar dalda yeri. (Ata. sözü). Könül yoldaşı – yaxın dost, səmimi dost, həmdəm, sirdaş, qəlb yoldaşı. könülaçan sif. Ürəkaçan, xoşagələn, xoş; sevindirici, zövq verən, ləzzət verən. Könülaçan mahnı. – Qarşıda Xəzər dənizi, Qara və Ağ şəhər zavodları görünürdü. Bu, könülaçan bir mənzərə idi. S.Hüseyn. [Səriyyə:] Həyatda hər şey necə gözəl, necə könülaçandır. İ.Əfəndiyev. Bəxtəvərlər kəndinin axşamları qarğaşalı olduğu kimi, səhərləri könülaçan, gecələri sözlü-söhbətlidir. Ə.Vəliyev. könüllü sif.\n1. Öz xoşu ilə, öz razılığı ilə, öz istəyi ilə; qeyri-məcburi. Könüllü vergi. Könüllü əsgər. Könüllü dəstələr. // İs. mənasında. Bir işi öz xoşu, razılığı, istəyi ilə öhdəsinə götürən adam (adətən orduya könüllü gedənlər haqqında). Könüllülər batalyonu. – Konsulxananın avtomaşını könüllü yığmaq üçün seçilmiş komisyonun ixtiyarına buraxılmışdı. M.S.Ordubadi. // Zərf mənasında. [Məmməd:] Bir çox şəhərləri – Moskvanı və Leninqradı gəzdim, sonra könüllü olaraq Uzaq Şərq ordusuna yazıldım. C.Cabbarlı. [Aslan:] Hərbi çağırışı gözləmədən cəbhəyə könüllü gəlmişdi. S.Vəliyev.\n2. ...təbiətli, ...xasiyyətli, ...qəlbli, ...ürəkli (adətən qoşulduğu sözü səciyyələndirir). Rəssam könüllü. – Deyən, bir insana uydu zavallı; O şair könüllü, rəssam xəyallı. S.Vurğun.\n3. İctimaiyyətin köməyi ilə təşkil olunub işləyən bəzi cəmiyyət adlarının tərkib hissəsi. Könüllü cəmiyyətlər. Yanğından müdafiə könüllü cəmiyyəti. Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti. könüllülük is. Öz razılığı, öz xahişi, öz könlü ilə olma; qeyri-məcburilik. Könüllülük prinsipi. könülsevən sif. Ürəyəyatan, sevimli, xoşagələn, istənilən. Könülsevən göyçək olar. (Məsəl). könülsüz sif. və zərf İstəmədən, istəməyərək, arzusuz, həvəssiz, ürəksiz, razılığı olmadan, istər-istəməz. Könülsüz getmək. Könülsüz oxumaq. – Qulu bu dəfə ümidsiz və könülsüz gəldi. A.Şaiq. Bibi könülsüz də olsa, qardaş oğlunun sözlərini dinlədi. Ə.Vəliyev. Gülpəri çox könülsüz cavab verirdi. H.Seyidbəyli. • Könülsüz tikə – istənilməyən, arzu edilməyən, ürəyə yatmayan adam, şey haqqında. ..Cəmilə xanımın ərindən zəhləsi gedirdi, onu görəsi gözü yox idi, könülsüz tikə kimi qəbul edirdi. E.Sultanov. könülsüzcə zərf Könülsüz, könülsüz halda, könülsüz olaraq; istəməyərək, ürəksizcə. Könülsüzcə işləmək. Könülsüzcə danışmaq. könülsüzcəsinə bax. könülsüzcə. Könülsüzcəsinə cavab vermək. könülsüz-könülsüz zərf İstəmədən, könlü olmadığı halda, həvəssiz. Könülsüzkönülsüz cavab vermək. – Gülsənəm arvad könülsüz-könülsüz ayağa qalxdı. M.Hüseyn. [Dildar] könülsüz-könülsüz gedib oturdu.. Ə.Vəliyev. könülsüzlük is. Könlü olmama, ürəyi olmama (istəməmə). köp is.\n1. Şiş, qabarma. • Köpünü almaq – şişini, qabarmasını yatırtmaq. Ocaqqulu kişi oxlovu qapıb xəşilə batırdı və onun köpünü aldı. S.Rəhimov.\n2. Qarının qazla dolma nəticəsində qabarması, köpməsi. Uşağın qarnı köpdü. – [Nümayəndə:] O yerlərin camaatının rəngi sarı, bədəni zəif, qarınları köplə dolu olur. Ə.Haqverdiyev. ‣ Köpü alınmaq (yatmaq) – zorla sakitləşdirilmək, təşəxxüsdən düşürülmək. ..Cəbişin köpü alındı. Qəhrəmana da faytonçunun kiriməyi lazım idi. S.Rəhimov. Dildarın hirsi xeyli soyumuş, köpü bir az alınmışdı. Ə.Vəliyev. Köpünü almaq – sakitləşdirmək, hirsini soyutmaq, aram etmək. Bu gün korun köpünü alacaqlar. M.Hüseyn. köpbəcə 1. bax. koppuş. Köpbəcə əl.\n2. bax. köppəcə. Köpbəcə bişirmək. köpbəcələşmə “Köpbəcələşmək”dən f.is. köpbəcələşmək f. dan. Kökəlmək, gonbullaşmaq. Uşaq nə yaxşı köpbəcələşib? köpdürmə “Köpdürmək”dən f.is. köpdürmək f. Üfürmək, ya içini yellə doldurmaq nəticəsində həcmini olduqca böyütmək, şişirtmək. köpdürülmə “Köpdürülmək”dən f.is. köpdürülmək “Köpdürmək”dən məch. köpək is.\n1. İt. Vardı Bozlar adında bir köpəyi; Qoyunun pasibanı, həm köməyi. S.Ə.Şirvani. ..Yaşar yavaşcadan onu adı ilə çağırdı, köpək səsini kəsdi. M.Rzaquluzadə.\n2. Söyüş kimi işlənir. [Yasavulbaşı] bir gün səhərə yaxın bu xülyalarla yerinin içində xumarlanırkən, birdən qapısı açıldı və qıyıqgözlü, seyrək uzunbığlı sadiq köpəyi başını içəri uzadıb dedi.. M.Rzaquluzadə. • Köpək kimi – çox yaltaqlanan adam haqqında. Köpək kimi xidmət göstərmək. ‣ Köpək diş(lər) – ağzın hər iki tərəfində azı dişlərlə ön dişlər arasında olan diş(lər). Köpək dişini çıxartmaq. köpəkbalığı is. zool. Uzun bədənli, güclü quyruğu olan, iri, yırtıcı dəniz balığı. ..Köpəkbalığının uzunluğu adətən 2-4 metr olur, lakin köpəkbalıqları arasında nəhəngləri də vardır. “Sualtı aləm”. köpəkcik is. “Köpək”dən oxş. Arxasınca bir köpəkcik zınqıldayıb bağırdı; Sanki bütün yurd xalqını imdadına çağırdı. A.Şaiq. köpəkləmə “Köpəkləmək”dən f.is. köpəkləmək bax. köpəkləşmək. köpəkləşmə “Köpəkləşmək”dən f.is. köpəkləşmək f. dan.\n1. Qocalmaq, köpək olmaq (erkək it haqqında).\n2. məc. dan. təhq. Yaşı ötmək, qocalmaq. köpəkli sif. Köpəyi olan, köpək saxlanan. Köpəkli həyət. – Köpəkli kənddə əli dəyənəksiz gəzmə! (Ata. sözü). köpəklik is.\n1. Qoca itin hal və vəziyyəti; qocalıq (erkək it haqqında).\n2. məc. dan. təhq. Yaşı ötmə, qocalma; qocalıq. köpəş sif. Şiş, köpmüş. Köpəş qarın. köpəşik is. Dəridə əmələ gələn xırda qırmızı qabarıq; sızaq, sızanaq. Uşağın qolunda köpəşik əmələ gəlib. köpəşmə “Köpəşmək”dən f.is. köpəşmək f.\n1. Dəridə xırda, qırmızı qabarıq, sızaq əmələ gəlmək. Gicitkən daladığından əlləri köpəşib.\n2. Köpmək, şişmək. Uşağın qarnı köpəşdi. köpmə 1. “Köpmək”dən f.is.\n2. is. Şişmə, qabarma, qalxma; köp. Köpmə xəstəliyi. köpmək f.\n1. Köp əmələ gəlmək; şişmək, qabarmaq, qalxmaq. [Qadının] solğun üzü köpmüş və göy ləkələrlə örtülmüşdü. M.İbrahimov. Torpaq köpmüş, hər yanda böyük-kiçik gölməçələr əmələ gəlmişdi. H.Seyidbəyli.\n2. Gəlmək, acımaq (xəmir haqqında). Xəmir köpdü.\n3. dan. zar. Yatmaq, yatıb qalmaq. Səhərə qədər köpüb qalıbdır. – [Qıssa:] Dağa gedirsən, evini yığışdır apar, getmirsən, yum ağzını, köp yerində. Mir Cəlal. köppə bax. köppəcə. köppəcə is. məh. Yumurta vurulmuş xəmirdən yağda bişirilən çörək. köpük I. is. Yırğalanan, hərəkət edən maye və ya yarımmaye kütlə üzərində əmələ gələn içərisi hava, ya da qazla dolu girdə qabarcıqlar yığını. Suyun köpüyü. Dəniz köpüyü. – Köpüklərlə üzə-üzə; Dalğalara qarışdım; Martılarla yarışdım. A.Şaiq. Çaylardakı ağ köpük; Yanında bir boz çöpük. Ə.Cavad. // Süd və s. mayelər qaynadıqda üzərlərində əmələ gələn qabarcıqlar. Südün köpüyü. // Sabun və bəzi yuyucu maddələrin suda həll olmasından hasil olan ağrəngli qabarcıqlar. Sabun köpüyü. // Ət və s. suda qaynadıqda üzərinə yığılan tullantı hissə; kəf. Xörəyin köpüyünü yığmaq. Bozbaş köpük eləyib. – Salmanova mürəbbənin köpüyünü alırdı. Ə.Əbülhəsən. ‣ Köpük kimi – qiymətsiz, əhəmiyyətsiz şey haqqında.\n\nII. dan. bax. qəpik. [Səməndər Nərgizə:] Amma bazara çıxartsan köpük qiyməti yoxdur. B.Bayramov. köpükcük is. Kiçik köpük, incə köpük. Külək əsdikcə dənizin səthi titrəyir, xırda dalğalarla və ağ köpükcüklərlə dolurdu. S.Rəhman. köpükləmə “Köpükləmək”dən f.is. köpükləmək f. Köpük əmələ gəlmək, köpük etmək. Su köpükləşmişdi. Çay köpüklədi. Yağ köpüklədi. köpükləndirici is. xüs. Köpükləndirən, köpük əmələ gətirən. Köpükləndirici maddə. köpükləndirilmə “Köpükləndirilmək”dən f.is. köpükləndirilmək məch. Köpük əmələ gətirilmək. köpükləndirmə “Köpükləndirmək”dən f.is. köpükləndirmək icb. Köpük əmələ gətirmək. “Gümrah” barkazı suyu köpükləndirib sıçrada-sıçrada köhnə körpüyə yan aldı. M.Süleymanov. köpüklənmə “Köpüklənmək”dən f.is. köpüklənmək qayıd.\n1. Köpük əmələ gəlmək, köpük hasil olmaq, köpüklə örtülmək. Sabun köpükləndi. Yağ köpükləndi. Pivə köpükləndi. – Göy otların arasından bulaqlar; Şırıltilə köpüklənərkən çağlar. A.Səhhət. Şəlalələr qayalardan üzüaşağı gurlayıb axır, köpüklənir. M.İbrahimov.\n2. Çox tərləmək, tər tökmək. A köhnə yoldaşım! A köhlən atım! Buğlana-buğlana köpüklən, atım! S.Vurğun. ‣ Ağzı köpüklənmək – bax. ağız1. köpüklətmə “Köpüklətmək”dən f.is. köpüklətmək bax. köpükləndirmək. köpüklü sif. Köpüyü olan, köpük verən, köpük edən, köpüklənən, köpüklə örtülü. Köpüklü su. Köpüklü ləpələr. – Qara dənizin köpüklü dalğaları çınqıllara toxunaraq, qəribə bir musiqi kimi tərənnüm edir. H.Nəzərli. Ağ mərmər pilləkənlər köpüklü bir dağ çayı kimi dördüncü mərtəbədən üzüaşağı axırdı. Ə.Məmmədxanlı. Ağ köpüklü şəlalələr; Qayaları ovub dələr. M.Dilbazi. köpüklülük is. Köpüklü şeyin halı, keyfiyyəti. Köpüklülük dərəcəsi. köpüksüz sif. Köpüyü olmayan, köpük etməyən, köpük verməyən, ya az verən, az köpük çıxan. Köpüksüz sabun. köpürmə I. “Köpürmək1”dən f.is.\n\nII. “Köpürmək2”dən f.is. köpürmək I. f.\n1. Qabarıb köpüklənmək, qabarıb şişmək, kükrəmək. Dəniz köpürmüşdü. – Yel üfürdü, su köpürdü. (Ata. sözü). [Nəbi:] Birlikdə çıxardıq dağa ikimiz; Baxırdıq köpürüb axan sulara. S.Rüstəm. Ömür dedikləri coşqun çay kimi; Kükrəyib köpürür, hər zaman gedir. M.Rahim.\n2. məc. Bərk hirslənmək, coşmaq, özündən çıxmaq. Bir anda köpürmüş, bir anda sönmüş; Xırçın əməllərin yadıma düşdü. M.Müşfiq.\n\nII. bax. köpmək. Relslər yanında torpağın necə köpürüb qalxdığını xatırlayıram. Ə.Məmmədxanlı. köpürtmə “Köpürtmək”dən f.is. köpürtmək bax. köpdürmək. körəməz bax. koramaz. Soruşdu: – Muştuluq nə verim? Dedim: – Bütün bu adamlara körəməz.. İ.Hüseynov. körfəz is. coğr. Okeanın, dənizin və ya gölün qurunun içinə soxulmuş hissəsi. İran körfəzi. Böyük körfəz. Xəzər dənizində bir sıra körfəzlər var. – Bir gün Səlim qamışların arasından körfəzdəki quşlara tamaşa edirdi. M.Rzaquluzadə. körpə sif.\n1. Südəmər, çağa. Körpə uşaq. Körpə bala. – Körpə uşaqlar ac və çılpaqlığa davam gətirməyib ağlaşırdılar. Çəmənzəminli. // Yenicə doğulmuş, bala. Ağılın ağzında yatan üç körpə quzuya yaxınlaşdı. M.İbrahimov. // İs. mənasında. Südəmər uşaq. Körpəni sakitləşdirmək. Körpəni yedirtmək. – Körpələr böyüdü, gənclər qocaldı; Zaman yaşa doldu, insan ağıla!.. S.Vurğun. [Şofer:] Əgər körpələr qabağımı kəsməsəydi, mən də çoxdan dağlarda idim. S.Vəliyev. Gəl gedək, dolaşaq dünyanı biz də; Körpənin bu şirin arzusuna bax! N.Rəfibəyli. • Körpələr evi – körpə (üç yaşına kimi) uşaqlar üçün tərbiyə müəssisəsi. Uşağı körpələr evinə qoymaq. Körpələr evini təmir etmək.\n2. məc. Təzə, tər, yeni, sütül. Körpə xiyar. Körpə budaq. – Çoxdan qurumuş sirkan kollarının, arxların qırağında cücərən körpə otların və yaş torpağın ürəyindən qopan bu ətir Rüstəm kişiyə ləzzət verirdi. M.İbrahimov. Mənimdir ətirli, göyçək nəğmələr; Mənimdir gülüşlər, körpə budaqlar. R.Rza. Qumru üsulluca körpə zoğların dibini eşməyə başladı. Ə.Məmmədxanlı.\n3. Yeniyetmə, lap gənc, uşaq kimi görünən, hələ yetişməmiş. ..Kobud görkəmli Sultan əmi ilə bu zərif körpə gəlini yanaşı görmək lap qəribə olardı. İ.Hüseynov. körpəcə sif. Çox balaca, çox körpə, kiçik. Alagöz, sarışın, körpəcə bir qız; Dörd divar içində ağlayır yalqız. S.Vurğun. Körpəcə ürəyindən silindi böyük yara; Gözlərində ömrünün günəşli sübhü güldü. S.Rüstəm. körpəcik is. “Körpə” söz. oxş. Ah! O körpəciyin nə dərdi vardır? Onu da ağladan bir intizardır. S.Vurğun. körpəciyəz “Körpə”dən oxş. körpəli sif. Körpəsi olan, südəmər uşağı olan; əliuşaqlı. Körpəli qadın. körpəlik is. İnsanın, heyvanın südəmər, süd yeyən dövrü; körpə uşağın, heyvanın hal və keyfiyyəti. // Körpəlikdən, körpəliyindən şəklində – lap uşaqlıqdan, kiçik yaşlarından. Oynamağı körpəlikdən sevmək. Körpəlikdən bir şeyə alışmaq. – [Əhməd tacirbaşının] anası onu lap körpəliyindən həmişə xalı-xalça üstündə gəzdiribmiş. “Koroğlu”. // Körpə vaxtında, körpə ikən. Bülbülün səsi də anasını körpəlikdən itirmiş bir uşağın iniltisi qədər qəmgin və kədərlidir. M.S.Ordubadi. körpü I. is.\n1. Çay, dəmir yolu və s. üzərindən keçmək üçün daşdan, taxtadan, dəmirdən qurulan tikili, keçid. Dəmir yol körpüsü. Taxta körpü. Çay körpüsü. Körpüdən keçmək. Körpü tikmək. – Biz Acı körpüsünü keçib şose yolu idarəsinə çatana qədər iki yerdə vəsiqələrimizi gözdən keçirdilər. M.S.Ordubadi. • Asma körpü – bax. asma.\n2. Dəniz, çay, göl sahilində gəmilərin yan alması, habelə onların hərəkətini təmin etmək üçün müvafiq tikililəri olan yer. Körpüdə gəmiyə minmək. Yükü körpüyə boşaltmaq. – Bir qədər yol gedəndən sonra yelkənli qayıq bir körpünün qabağında dayandı. M.S.Ordubadi. Cəmil Tahiri gəzinti qayıqları dayanan körpüyə sarı çəkdi. M.Hüseyn.\n3. Tikinti və təmir işlərində ustanın və b.-nın dayanması üçün taxta, şalban və s.-dən düzəldilən qurğu. Körpü düzəltmək. Körpünün yerini dəyişmək.\n4. idm. Güləşmədə və akrobatikada, dabanları və başı yerə dirəyərək, döşün yuxarıya doğru qalxmış vəziyyəti. Körpü durmaq.\n5. tex. Avtomobil və ya traktor şassisinin (çərçivəsinin) oxlar üstündə olan və təkərlərlə bağlı hissəsi. Dal körpü. Qabaq körpü.\n6. xüs. Bir neçə süni dişi birləşdirən lövhəcik.\n7. məc. Bağlayıcı, əlaqələndirici vasitə mənasında. ‣ Qıl körpü – 1) dini əfsanələrə görə, adamların günahkar və ya günahsız olduğunu müəyyənləşdirmək üçün guya qiyamət günü onların üzərindən keçəcəyi qıl kimi nazik körpü. Qiyamət var, qıl körpü var, qazan var; Rövşən yollarını tar eyləməynən. Aşıq Ələsgər. [Fərrux Qurbana:] Cənnət, cəhənnəm, ərəsati-məhşər, qıl körpü haqqında hər axşam hədis söylə. Ə.Vəliyev; 2) məc. çətin sınaq mənasında. Usta Ağabalanın ürəyi məhbubəsini görmüş aşiq ürəyi kimi döyünürdü. Amma, çifayda oraya getmək mümkün deyildi, arada qıl körpü durmuşdu. Çəmənzəminli.\n\nII. is. Bel qayışının ucunu keçirmək üçün, onun üstündə olan halqa. körpücük is.\n1. Kiçik körpü, balaca körpü. Körpücükdən keçmək. – [Əhmədov:] Hər dəfə yüz əlli addım o yana, o qədər də bu yana gedincə, buradan bir körpücük tikə bilmərikmi? Mir Cəlal. Arxın üstündəki körpücüyə çatanda uşaqlar dayandılar. Q.İlkin.\n2. anat. Döş sümüyü ilə kürəyi birləşdirən sümük. // Ümumiyyətlə, bir neçə hissəni, şeyi bir-birinə bağlayan şey. körpüçü is. Körpü tikən adam; körpüsalan. // Körpü mütəxəssisi olan mühəndis. Körpüçü mühəndis. körpülü I. sif. Üzərində körpü olan, körpü salınmış (bax. körpü1 1 və 2-ci mənalarda). Körpülü çay. Körpülü dərə.\n\nII. sif. Körpüsü olan, ucunda halqası olan (bax. körpü2). körpüsalan bax. körpüçü. körük is.\n1. Kürədə odu qızartmaq və s. məqsədlər üçün yanları büküşlü dəri və taxtadan düzəldilmiş alət. Dəmirçi körüyü. – [Molla İbrahimxəlil:] Molla Həmid, çadırdan tez zərgər kürəsini butası ilə, kiçik körük ilə çıxar, gətir. M.F.Axundzadə. Körük basmaq – bax. körükləmək. Çəkici yavaş vurun! Körüyü yavaş basın! R.Rza. Körük kimi – qabararaq, şişərək. Baş aqronom ayağa qalxanda, qara şevyot şalvarının qalifesi körük kimi şişib boşaldı. Ə.Vəliyev. Qocanın sinəsi körük kimi qalxıb endi.. İ.Hüseynov. // Qarmon kimi çalğı alətlərinin havanı sıxan körüyə oxşar hissəsi. [Minayə] tez-tez başını aşağı salıb qarmonuna, bəzi yeri bir neçə dəfə yırtılıb yamandığına görə hava buraxan körüyünə diqqət edirdi. Ə.Əbülhəsən.\n2. bax. pərə. Bu vaxt Pası burnunun körükləri qalxa-qalxa içəriyə girib qatlanmış kağızı Gülsənəmə uzadaraq: – Dur ayağa! – dedi. S.Rəhimov. körükbasan bax. körükçü. körükçü is. Körük basan, körükdə işləyən (dəmirçi dükanında). körükçülük is. Körükçünün işi, peşəsi. körükləmə “Körükləmək”dən f.is. körükləmək f.\n1. Körük basmaq, körüyü işlətmək. Qaya körüyün ipini dartıb körükləməyə başladı. Q.İlkin.\n2. məc. Daha da qızışdırmaq, şiddətləndirmək, kəskinləşdirmək. körüklənmə “Körüklənmək”dən f.is. körüklənmək 1. məch. Körüklə hava buraxılmaq, körüklə hava vurulmaq. // qayıd. Körüklənmə nəticəsində qızışmaq, qızarmaq. Kürə körüklənir.\n2. f. Qızışmaq, özündən çıxmaq. Sübhanverdizadə körüklənib .. sözünə davam etdi. S.Rəhimov. körüklü sif. Körüyü olan, körük qoyulmuş. [Nüşabə:] Məsturu andıqca, qəlbim odlanır; Elə bil körüklü ocaqdır, yanır. A.Şaiq. kösöv is.\n1. Bir hissəsi yanıb qaralmış, yaxud yanıb sönməkdə olan odun parçası. Kösövləri bir-birinin üstünə yığmaq. Kösövü alışdırmaq. – Keçmiş kösövü zor ilə yerə vuranda qığılcım saçılan kimi [dərvişin] gözləri məşəlləndi. A.Divanbəyoğlu. Kişinin ovqatı daha da xarablaşar, o yan-bu yanı axtarar, əlinə təndir kösövü götürüb, itə bir-iki çəkərdi. H.Sarabski. Xəmiri basdırandan sonra Gülcahan mətbəxin yanındakı təndirə doğru gəlib, təndirin odunu kösövlə qarışdırdı. T.Ş.Simurq.\n2. məc. Yanıb qaralmış, kobudlaşmış şey haqqında. [Mürsəl:] Ayaqların kündə, əllərin kösöv; Gəlin gedən kimi qaynananı döy! S.Rüstəm. Rəngi sapsarı, dodaqları gömgöy; Əlləri qapqara bir kösöy. N.Rəfibəyli. • Kösövə dönmək – 1) yanmaq, qaralmaq. Neçə il qabaq qonşularında olan Pakizə qızın özünü yandırması, bir an içində onun qolqıçlarının bir kösövə dönməsi Nənəqızı dərin bir dəhşətə salırdı. S.Rəhimov; 2) məc. hirslənmək, alışmaq, odlanmaq. [Ədhəm] fikrinin siyasi təsirini artırmaq üçün bircə an içində qaralıb kösövə döndü. B.Bayramov. ‣ Cəhənnəm kösövü – bax. cəhənnəm. Kösövü tüstülü olmaq – adı pis çıxmaq, adı vayqanlı olmaq. [Əlyarov:] Yaxşı, yaxşı, – dedi, – bu sözü burda dedin, başqa yerdə demə, .. onsuz da kösövümüz tüstülüdür. M.Hüseyn. kösövlənmə “Kösövlənmək”dən f.is. kösövlənmək f. Yanıb kösövə dönmək, kösöv olmaq, yanıb qaralmaq. Odunların yarısı kösövlənmişdi. kösövlü sif. Kösövü olan, əlində kösöv tutmuş. Evi yanan mənəm, əli kösövlü sən. (Ata. sözü). köstəbək is. zool. Məməlilər sinfindən torpaq altında yaşayan, xırda-gözlü xəzdərili heyvan. Köstəbək dərisi. Köstəbək xəzi. köşə is. köhn. Dəridən, göndən kəsilmiş ensiz bağ. O, yəhərqaş xurcununda həmişə neştər, biz və burulmuş nazik köşə gəzdirər, yeri gələndə işə salardı. S.Rəhimov. İnsan var ki, nə çarıqdır, nə köşə. R.Rza. • Köşə çəkmək (çıxartmaq) – bax. köşələmək 1-ci mənada. köşəbənd sif. köhn. Köşə ilə bağlanan. Köşəbənd çarıq. köşək is. Dəvə balası. Dəvəni itirib köşək axtarır. (Ata. sözü). Qoyun, quzu, at, eşşək; Salmış çölə qalmaqal; Dəvə, maya, nər, köşək; Lökləyirlər dalbadal. A.Səhhət. Şəfiqənin gözləri köşək gözü kimi iri, qaynar bulaq kimi oynaq və gülərdi. Ə.Vəliyev. köşələmə “Köşələmək”dən f.is. köşələmək f.\n1. Dəri, gön nə s.-dən köşə kəsmək, köşə çıxartmaq. Bu gön parçasını köşələmək lazımdır.\n2. Köşə ilə tikmək, köşə ilə bağlamaq. Axşam namazından, şam yeməyindən sonra əlində çuvalduz çarığını köşələyən Salman kişi ayaq səsi eşitdi. Mir Cəlal. köşən bax. kövşən. Yer deyər: məndədir ol neçə min dağ; Çay, çəmən, bulaq, köşən, bağça, bağ. Aşıq Məmməd. [Bahar] Gün yerdən qopana qədər köşəndə gəzdi. Mir Cəlal. köşənlik bax. kövşənlik. köşk is.\n1. Bağ-bağça içində tikilmiş bəzəkli ev; imarət, qəsr, kaşanə. Pir Osman küçəsindən gələn dəstə Xərabat məhəlləsinin tinində durub ikimərtəbəli köşkün pəncərəsindən eşidilən musiqi və nəğmələri dinləyir. M.S.Ordubadi. Heydərbaba, alçaqların köşk olsun; Bizdən sonra qalanlara eşq olsun! Şəhriyar.\n2. Parklarda, bağlarda istirahət üçün üstüörtülü, yanları açıq yüngül tikili. Ayaz köşkə yaxınlaşanda, Baxış qabağına çıxdı. Q.İlkin.\n3. bax. kiosk. Qəzet köşkü. Çiçək köşkü. kötək is. Ağac, dəyənək və s. ilə vurulan zərbə. Kötək aradakına çox dəyər. (Ata. sözü). Şərəf o qədər də aciz deyil ki, Xudayar bəyin sözünün qabağında bir söz danışmasın, yainki ərinin kötəyinin qabağında durub baxsın. C.Məmmədquluzadə. Tubu ağlayır, arvad da kötəyin zərbəsindən bağırırdı. H.Sarabski. • Kötək altına salmaq – ağac, dəyənək və s. ilə döymək, kötəkləmək. ..[Kişi] övrəti beş-on gün salır kötəyin altına, axırda da övrət cana doyandan sonra çıxıb qaçır. C.Məmmədquluzadə. Kötək yemək – bax. kötəklənmək. Hiç məqul söz deməzsən sən! Qandadır kim, kötək yeməzsən sən? Füzuli. Qaraca qızın təbiətində inadcıllıq vardı.. Yusifdən nə qədər kötək yeyərdisə də, yenə tərsliyindən əl götürmürdü. S.S.Axundov. [Məşədi İbad:] ..Arvad ərindən nə qədər kötək yesə, bir o qədər ərin çox sevər. Ü.Hacıbəyov. Kötək vurmaq (döşəmək) – bax. kötəkləmək. Məşədi İmamqulu qeyz ilə uşağı küncdən kənara dartıb, arxasına kötək döşəməyə başladı. Çəmənzəminli. kötəkləmə “Kötəkləmək”dən f.is. kötəkləmək f. Ağac, dəyənək və s. ilə vurmaq, döymək. Bir az bir-birimizi cırmaqlayandan və kötəkləyəndən sonra, bir də gördüm ki, bir qoca kişinin qucağındayam. C.Məmmədquluzadə. [Cəbi:] Bəlkə yadına salanda səni də kötəkləyə. S.S.Axundov. Mahmud hirsindən dodaqlarını çeynəyib öz kişiliyini göstərməyi və arvadı evdə kötəkləməyi qət etdi. B.Talıblı. kötəklənmə “Kötəklənmək”dən f.is. kötəklənmək məch. Ağacla, dəyənəklə vurulmaq; döyülmək. O ki var kötəkləndi. – ..Bikə tərəfindən hərdənbir kötəklənən [Asya] idi. Ə.Məmmədxanlı. kötəkləşmə “Kötəkləşmək”dən f.is. kötəkləşmək qarş. Bir-birini kötəkləmək; vuruşmaq. kötücə bax. kötükcə 1-ci mənada. Nənə öz kötücəsini oynadır. – [Tahir:] Sən nəvə nədir, nəticəni də görəcəksən, hələ bir kötücəni də. M.Hüseyn. kötük is.\n1. Ağacın yerdən iri budaqlarına qədər olan hissəsi; oduncaq. Ağacın kötüyünü kəsmək. – [Piri-fani:] O zaman bu qurumuş ağac kötüyü göyərər.. S.S.Axundov. O gözəlin adını mənim nəzərlərimdə; Qurumuş bir ağacın kötüyünə yazdılar. S.Rüstəm. Sinəmdə ürəyim buz bağlayıbdır; Budağı budanmış kötük olmuşam. B.Vahabzadə.\n2. Ağacın qalın yerindən, oduncağından kəsilən bir hissə. Kötüyün üstündə odun doğramaq. Ət kötüyü (üstündə ət doğramaq, kəsmək üçün kötük). – Ocağa böyük kötüklər qoyub yandırdılar. S.S.Axundov. Bığı xınalı, dəvərəgöz bir qəssab kötüyün üstündə ət doğrayırdı. Mir Cəlal.\n3. Bir şey işləndikdən sonra qalıb atılan hissəsi. Siqaret kötüyü. – Yalnız indi başını dik qaldıran Xəlil onun ardınca baxdı, papirosunun kötüyünü yerə çırpıb ayağı altında tapdaladı. M.Hüseyn. // Qəbz və s. kəsildikdən sonra dəftərçədə qalan hissəsi. Qəbzin kötüyü. Bloknotun kötüyü. // Kitabın, dəftərin tikilmiş olduğu yer.\n4. məc. Yaşlı adam, yaşca ən böyük, qoca, ixtiyar mənasında. Evin kötüyü. Baba nəslin kötüyüdür.\n5. Kök, rişə. Ağacın kötüyünü çıxarmaq. Kolun kötüklərini qırmaq. – [Gilənin] axşamdan basdırdığı qaratikan kötüyü lülə köz olmuşdu. Ə.Vəliyev. • Kötük diş – sınmış, çürümüş dişin ətin içərisində qalan hissəsi. // məc. Əsas, bünövrə, kök. Etiqad əsl kötükdür, hər əməl şaxəvü bər. S.Ə.Şirvani.\n6. sif. mənasında. Kök, şişman, qalın. Kötük əl. Kötük adam. kötükcə is.\n1. Nəticənin uşağı. Nə nəvən var, nə nəticən, nə kötükcən olacaqdı.. M.Araz.\n2. bax. kötükcük. kötükcük is. Balaca kötük, kiçik kötük. kötükçıxardan is. xüs. Ağac və kolların kötüyünü çıxaran maşın və s. Yeni markalı kötükçıxardan. // Sif. mənasında. Kötükçıxardan maşın. kövdən sif. köhn. Ağılsız, səfeh, gic. Lənət olsun bədəsilə, kövdənə; İstəmə, əgərçi can verə sənə. Q.Zakir. [Vəzir Ağa Bəşirə:] Sən kövdən, bir mənim evimi, mənim nökərlərimi dolandıra bilmirsən! M.F.Axundzadə. Xilqətdə Fəlatun ilə gər mən tən olurdum; Ol arif olub, mən nə üçün kövdən olurdum? S.Ə.Şirvani. kövər is. məh. bax. köbər. [Gülşən] kövərə bitişik yeri qızlara göstərib dedi.. Ə.Vəliyev. kövəşimə “Kövəşimək”dən f.is. kövəşimək f. Azacıq şişmək, köpmək. kövkəb [ər.] klas. Ulduz. Meşəlikdən çıxanda oldu səhər; Sübh işıqlandı, batdı kövkəblər. A.Səhhət. kövrək sif.\n1. Tez ovulan, tez dağılan, tez sınan. Kövrək kəsək. Kövrək buz. – O zaman qız qaratikan kolunun himayəsinə sığınmış xırdaca çiçəkli boyaqgülünün kövrək zoğlarını gördü. Ə.Məmmədxanlı. Rəngini itirmiş kağızın kövrək qat kəsikləri də göstərir ki, xeyli müddət gəzdirilmiş, neçə əldənələ keçmişdir. Q.İlkin.\n2. məc. Zəif, titrək, nazik, yumşaq, həzin, ağlamsınan. Qoca, kövrək səsinin titrədiyini duyub susdu. M.Hüseyn. Abbas kişi onun bu sözündən kövrək bir ahəng duydu. Mir Cəlal. Həsən bəy kövrək və səmimi bir səslə: – Məndən bütün uşaqlara salam yetirin, – dedi. Q.İlkin.\n3. məc. Tez təsirlənən, tez mütəəssir olan; ürəyi yuxa, yumşaq. Kövrək adam. – Bircə kövrək xatirələr qalanmış; Onu da ki, ha çevirim, ha sanım... M.Araz. • Kövrək olmaq – hər şeydən tez təsirlənmək. Gülnisə son zamanlarda çox kövrək olmuşdu. M.Hüseyn. Yaman kövrək olur, yamanca həssas; Yetim ürəklərin eşqi, fitrəti. B.Vahabzadə. kövrəklənmə “Kövrəklənmək”dən f.is. kövrəklənmək f.\n1. Kövrək halına gəlmək, tez ovulmaq, tez dağılmaq, tez sınmaq. Lavaş kövrəklənmişdir. Qar kövrəklənib.\n2. məc. Bəzən “ürəyi”, “qəlbi”, “könlü” sözləri ilə – mütəəssir olmaq, riqqətə gəlmək, tez təsirlənmək, doluxsunmaq, ağlamsınmaq. [Əbülhəsən bəy:] [Qızlar] məni gördükdə yenə də kövrəklənib ağladılar. M.S.Ordubadi. Rüxsarənin ürəyi hərdənbir uşaq ürəyi kimi kövrəklənirdi. S.Rəhimov. kövrəkləşmə “Kövrəkləşmək”dən f.is. kövrəkləşmək 1. bax. kövrəklənmək 1-ci mənada. Ürək kövrəkləşir sən oxuyanda; Sən də dinləsəydin mən oxuyanda! M.Müşfiq.\n2. bax. kövrəklənmək 2-ci mənada. Sən bu qədər də kövrəkləşmə, Ələmdar, – deyə, Müqim bəy dəsmalını çıxarıb .. Leyləyin gözlərini sildi. S.Rəhimov. kövrəklik is.\n1. Ovulma, tez dağılma, tez sınma xassəsi. Çörəyin kövrəkliyi. Buzun kövrəkliyi.\n2. məc. Tez təsirlənən, tez mütəəssir olan, riqqətlənən adamın hal və xasiyyəti; tez təsirlənmə, riqqətlənmə, doluxsunma. Qəribədir, indi Ulduzun səsində elə bir kövrəklik vardır ki, elə bil ki, bu səs bu dəqiqə sınacaq, qırılacaq, dağılacaqdır. Ə.Məmmədxanlı. İndi necə oldusa Mədədov qəlbində hiss etdiyi bir kövrəkliklə (z.) ondan təkrar soruşdu. Ə.Əbülhəsən. kövrəlmə “Kövrəlmək”dən f.is. kövrəlmək f.\n1. Ovulmaq, dağılmaq. Lavaş kövrəlib.\n2. bax. kövrəklənmək 2-ci mənada. [Xavər] sevincindən kövrəlmiş halda qapını açdı.. M.İbrahimov. Qoca sanki öz acı istehzasından özü kövrələrək, yaşarmış gözlərini kənara çevirdi. Ə.Məmmədxanlı. Arvadın kövrəldiyini görən kişi, Ümidin başına gələn əhvalatı qəti dandı.. B.Bayramov. ‣ Ürəyi (qəlbi) kövrəlmək – bax. kövrəklənmək 2-ci mənada. [Mahmud:] Sən ağlayanda mənim də ürəyim kövrəlir, ağlamağım tutur. Ə.Haqverdiyev. Bizimlə görüşərkən ürəyi kövrəlib ağladı. A.Şaiq. Dodağı nəğməli bu büllur bulaq; Könlümü açmayır, kövrəlir könül. M.Rahim. kövrəltmə “Kövrəltmək”dən f.is. kövrəltmək icb.\n1. Kövrək hala salmaq, kövrək etmək.\n2. məc. Tez təsirləndirmək, mütəəssir etmək; riqqətləndirmək, doluxsundurmaq. Uşağı kövrəltmək. Ağır xəbər qadını kövrəltdi. – Gəlinin sözləri anasını da kövrəltdi. Çəmənzəminli. [İnci:] Sən məni kövrəltdin, Gülər. S.Rəhman. Qızı təzədən kövrəltməmək üçün Aqil ondan ağlamasının səbəbini də soruşmadı.. Q.İlkin. ‣ Ürəyini (qəlbini) kövrəltmək – bax. ürək. Məsmə oğlunun ürəyini kövrəltmək istəmədi, daha da təsəlli verdi. Mir Cəlal. Hümmətyarın bu cür hərəkət etməsi Xanpərinin qəlbini kövrəltdi. Ə.Vəliyev. kövsər is. [ər.]\n1. Dini əfsanəyə görə, guya cənnətdə olan bir bulağın adı. // Şairanə təşbehlərdə. Ləblərin ləzzəti var; Kövsəririzvandan betər. Aşıq Ələsgər. • Kövsər suyu – bax. abi-kövsər (“ab”da). Qədir.. şərabı kövsər suyuna bənzədir. Mir Cəlal.\n2. məc. Şirin, dadlı, ləzzətli içki mənasında. Gözəllər çeşməndən götürmür abı; Dad verə dəhanda kövsər şərabı. Aşıq Ələsgər. kövşən is.\n1. Taxıl əkilmiş yer; zəmi. Heç keçilər öz-özünə kövşəndən çıxıb canavara yem olarmı? S.Rəhimov. [Ataş:] Atam kövşəndə taxıl biçəndə anam xırmanda vəl sürürdü, sovruq atırdı.. Ə.Vəliyev. // Taxılı biçilmiş tarla. Dağlarda, daşlarda, kövşənlərdə Alı kişinin ayağı dəyməmiş bir qarış da yer qalmamışdı. “Koroğlu”. Kəhər kövşənin ortasında, yoldan xeyli aralı uçuq bir xarabalığın səmtinə çatırdı. M.İbrahimov. ..Taxılı biçilib yığılmış kövşənlər tez-tez birbirlərini əvəz edirdi. İ.Əfəndiyev.\n2. Küləş. Kövşən dam. – Yeddi-səkkiz addım kənarda, üstü kövşənlə örtülmüş emalatxananın yoğun dirəyinə söykənib Xəlilin tanımadığı bir kəndli ilə söhbət edən katibini səslədi. M.Hüseyn. kövşənləmə “Kövşənləmək”dən f.is. kövşənləmək f. Üstünü kövşənlə, küləşlə örtmək. Damı kövşənləmək. kövşənlənmə “Kövşənlənmək”dən f.is. kövşənlənmək məch. Üstü kövşənlə, küləşlə örtülmək. kövşənli sif. Kövşəni olan, üstü kövşənli örtülmüş. Kövşənli dam. kövşənlik is. Taxılı biçilmiş tarla. Kürün o tayından əsən qəfil külək sahildəki biçənəyin üstündən adlayıb kəndin arasını dolaşdıqdan sonra kövşənliyi xışıldatdı, xır yolu tərəfə gəldi və gözlənilmədən yana burulub təpədəki qəbristanlığa doğru döndü. İ.Şıxlı. köz is. Od yandıqdan sonra qalan alovsuz, qızmar kömür. Ağac yanar, köz olar; Su səpmə, köz-köz olar. (Bayatı). Firəngiz göbələklərin çökəyinə duz səpib, bir-bir közün üstünə düzürdü. B.Bayramov. // məc. Qızğın, odlu, hərarətli mənasında. Əbədi bir heykəl qurur sənətkar öz ürəyində; Bu hörmətdən alov tutar, alışar köz ürəyində. B.Vahabzadə. • Köz düşmək – bax. közə dönmək. Tonqalın alovu sönüb köz düşdükcə onun başındakı fədailərin halqası daralır və sıxlaşırdı.. M.İbrahimov. Ocaq çatıldadıqca qığılcımlar ətrafa sıçraşır, yavaş-yavaş köz düşürdü. İ.Şıxlı. Köz salmaq – yandırmaq, qızdırmaq üçün yanar kömür və ya başqa bir şey salmaq, tökmək. Aqil qalxıb balaca samovara su tökdü, gətirib köz saldı, onu balkona qoyub qayıtdı. S.Rəhimov. Göyçək samovarı balkona qoyub köz saldı. Ə.Vəliyev. Közə döndərmək – 1) qızartmaq, közərtmək. Odları yandırıb közə döndərmək; 2) bərk qızdırmaq, qızmar hala salmaq. Avqust günəşinin qızdırıb közə döndərdiyi hava .. daha da ağırlaşırdı. Ə.Əbülhəsən. Közə dönmək – 1) qızarmaq, közərmək. Ocaqda kömür közə döndü; 2) yanıb puç olmaq, istinin şiddətindən tələf olmaq, xarab olmaq. Məhsul közə dönüb. Otlar közə dönmüşdü. // İstidən, quraqlıqdan yanmaq. Tiflis və Kars mahalları quraqlıqdan yanıb közə dönüblər. C.Məmmədquluzadə. Köz kimi (təki) məc. – qıpqırmızı, alov kimi. Sifəti köz kimi qızarıb. – [Koroğlu:] Sinəm odlandı köz kimi; Miskin olarmı biz kimi? “Koroğlu”. Qaşlar vəsmələnir, göz sürmələnir; Köztək yanaqları xoş şölələnir. M.P.Vaqif. // Od kimi. Ayrılıq dediyin duzlu bir sudur; İçdikcə köz kimi yandıracaqdır. R.Rza. // məc. mənada. Pul haqqında. [Qədir:] Ay başa çatmayıb ki, Qumrunun əziz cehizi, alagöz kilimi çərçiyə satılıb pulları köz kimi nağd yüzbaşının ovcuna tökülmədimi? Mir Cəlal. köz-köz: köz-köz olmaq – köz kimi olmaq, köz kimi işıldamaq. Dərdin çoxdur, döz, anam; Ürəyi köz-köz anam; Qohum-qardaş dayansın; Qoy ağlasın öz anam. (Bayatı). Bağrı köz-köz oldu “Yanıq Kərəm”in; Tellər inildədi, yandı, nə yandı. B.Vahabzadə. közəl is. Xırman sovrulanda taxılla saman arasında qalan çör-çöp, iri saman, sünbül və s. közərdilmə “Közərdilmək”dən f.is. közərdilmək məch. Yandırılıb qızardılmaq. közərişmə “Közərişmək”dən f.is. közərişmək f. Közərmək, köz kimi işıq vermək, işıldamaq (bir neçə lampa və b. közərən şey haqqında). Elektrik lampaları közərişirdi. közərmə “Közərmək”dən f.is. közərmək f.\n1. Yanıb qızarmaq, alovsuz yanmaq, qıpqırmızı olmaq. Samovarın qaynaması zəifləyib, əvvəlki gurultu sakit olmuş, ocağın alovu sönmüşdü, ancaq odlar közərirdi.. H.Nəzərli. Qoca fikirli bir halda ocaqda közərən oda baxaraq deyirdi.. Ə.Məmmədxanlı.\n2. Zəif işıq vermək; işarmaq, işıldamaq, parıldamaq. Uzaqdan lampa közərirdi. – Tin başında bir fənər közərir. R.Rza. // Az-az yanmaq, sönmək üzrə olmaq. Gecə keçir, közərən lampa get-gedə öz işığını azaldırdı. S.Rəhimov.\n3. məc. Qızışmaq, canlanmaq. közərti is. Sönməkdə olan közün, lampanın və s.-nin işığı, parıltısı; işartı. Fənərin közərtisi. Ocaqda közərti görünürdü. – Yol uzunu papiros közərtiləri görünürdü. S.Rəhimov. Sahilboyu səpələnmiş kənd evlərinin solğun işıqları, həyətlərdə qalanan ocaqların közərtiləri də yavaş-yavaş söndü. İ.Şıxlı. közərtmə “Közərtmək”dən f.is. közərtmək f. Kömürü, odu köz halına salmaq: qızartmaq. Təndirin odunu közərtmək. – [Sarı] bir an içində yelpikləyib kömürü közərtdi və samovara od saldı. S.Rəhimov. közləmə “Közləmək”dən f.is. közləmək f. Köz etmək, köz halına salmaq. Kömürü közləmək. // məc. Yandırmaq, yaxmaq. közlənmə “Közlənmək”dən f.is. közlənmək qayıd. Köz halına çevrilmək, közə dönmək. köy is. [türk.] Kənd. Kürün sahilində var əski bir köy; Üstündə hər zaman çılpaq olur göy. S.Vurğun. köylü is. [türk.] Kəndli. Xoca tacir, köylü və sair; Alış-verişlə məşğuldurlar. H.Cavid. Amansız müharibə heç bir kəsin torpaq və yurdunda gözü olmayan bu zavallı köylülərin yaşayışını pozmuş, yurdlarını dağıtmış, özlərini də dilənçi halına salmışdı. T.Ş.Simurq. köynək is.\n1. Bədənin yuxarı hissəsinə geyilən yüngül geyim. İpək köynək. Miləmil köynək. Köynək tikdirmək. Köynəyini ütüləmək. – [Qız:] Keçən il burada student olurdu, həmişə evdə bir köynəkdə oturardı. Çəmənzəminli. Nazlı əynindəki tünd şabalıd rəngli .. köynəyini çıxartdı.. S.Rəhman. // məc. Libas, paltar mənasında (adətən rəng adları ilə). Yaşıl köynəyini geyinir meşə; Yaxama quş kimi qonur bənövşə. S.Vurğun. Köynəyi al ipək lalə; Zərif, qəşəng, göyçək lalə. M.Rahim.\n2. Musiqi alətlərini və s.-ni qoymaq üçün parçadan və s.-dən tikilmiş torba; çexol. ..Bəlli Əhməd sazı ipək köynəkdən çıxartdı. “Koroğlu”. Çıxartsın köynəkdən Ələsgər sazı; Genə cuşa gəlsin eşqi, avazı.. Aşıq Ələsgər. [Pərşan:] İki dəqiqə keçməmiş xüsusi köynək içində saxlanan sazı gətirdi. M.İbrahimov.\n3. tex. Örtük, sipər. ..Qoruyucu köynək həncama vasitəsilə birləşdirilmiş oynaqlı iki yarımhissədən ibarətdir. M.Süleymanov.\n4. Baramanın iç qatı. // Buğdanın üstündə olan nazik qabıq.\n5. məh. Arabanın dəmir oxunun yerləşdiyi ağac hissə. ‣ Köynək-köynək (bir köynək) ət tökmək – bərk utanmaq, xəcalət çəkmək, pərt olmaq, xəcil olmaq, xəcalətindən yerə girmək. Qədir buraxıldısa da, məscid həyətində bir köynək ət tökdü. Mir Cəlal. [Nəcəfalı:] Bu gün qolu-qıçı sınanları yığıb şəhərə apardıqlarını eşidəndə köynək-köynək ət tökmüşəm. B.Bayramov. Köynəyinin yaxasından keçirmək etnoqr. – övladlığa götürmək əlaməti olaraq körpə uşağı köynəyinin yaxasından keçirməkdən ibarət köhnədənqalma adət. Xala, qızı köynəyinin yaxasından keçirib, özünə övlad etmişdi. B.Bayramov. köynəkcək zərf Köynəksiz, əynində köynək olmadığı halda, bədəni açıq. Bu halda qalmaqaldan Hatəmxan ağa və Şahbaz bəy yatdıqları damdan yuxudan .. köynəkcək Müsyö Jordanın səsinə yüyürürlər. M.F.Axundzadə. Başımız qırxılı, ya birçək idi; Biri donsuz, biri köynəkcək idi. Ə.Vahid. Səməd döşəmədə, yalxı döşəkağı üzərində köynəkcək uzanmışdı. İ.Hüseynov. köynəkcik is. Kiçik köynək, balaca köynək. Uşaq köynəkciyi. köynəkli sif. Köynək geymiş əynində köynək olan. Köynəkli adam. İpək köynəkli uşaq. – Döyülən sarı köynəkli gənc bir qadın idi. S.Hüseyn. köynəklik sif.\n1. Köynək tikilməyə yarar. Köynəklik parça.\n2. is. mənasında. Köynək tikmək üçün yarayan parça. [Pərzad:] [Oğlum] bir gün olmaz ki, əliboş gəlsin. Bir gün tumanlıq alır, bir gün köynəklik alır.. N.Nərimanov. [Çimnaz] [Veysə] köynəklik alıb göndərmişdin ki? Ə.Əbülhəsən.\n3. Saylarla birlikdə işlədilərək bir, iki və s. köynəyə çatacaq parçanın miqdarını bildirir. İki köynəklik parça. Bir köynəklik ağ. köynək-şalvar is. Köynək və şalvardan ibarət üst geyimi komplekti. Köynəkşalvar tikdirmək. – Sirat xaki köynək şalvarda tərdən islanırdı. Ə.Əbülhəsən. [Nərimanın] ayaqlarında uzunboğaz çəkmə, əynində sürməyi yun parçadan köynək-şalvar var idi. İ.Əfəndiyev. köynək-tuman is. Köynək və tumandan ibarət alt geyim komplekti; dəyişək. Ağ köynək-tuman. Köynək-tuman almaq. – .. Mən sənə köynək-tuman yumağa gəlmişəm. Mir Cəlal. kraxmal [alm.] bax. nişasta. kraxmallama “Kraxmallamaq”dan f.is. kraxmallamaq f. Şax olmaq üçün paltarı kraxmallı (nişastalı) suya salmaq. Paltarı kraxmallamaq. kraxmallanma “Kraxmallanmaq”dan f.is. kraxmallanmaq məch. Şax olmaq üçün kraxmallı (nişastalı) suya salınmaq. Paltar kraxmallanıb. kraxmallı sif.\n1. Kraxmal vurulmuş, kraxmalı olan suya salınmış. Kraxmallı köynək. Kraxmallı döşəkağı. – Direktor kraxmallı parusin pencəyini çıxarıb, tor köynəkdə oturdu. B.Bayramov.\n2. Tərkibində kraxmal (nişasta) olan, kraxmaldan hazırlanmış. Kraxmallı yapışqan. Kraxmallı su. kral [rus.]\n1. Bəzi feodal və burjua dövlətlərində: hökmdarların titulu; padşah, habelə həmin titulu daşıyan şəxs. İsveç kralı. İngiltərə kralı. – Orda hər şey asılı; Qan içən bir kraldan. Ə.Cavad. [Ağazəki:] Səlimcan! ..O hansı ölkədi ki, orda cəmi-cümlətani otuz soldat var, onlar da kralın keşiyini çəkirlər? İ.Məlikzadə.\n2. Üzərində başıtaclı kişi şəkli olan, tək xaldan sonra ən böyük kart kağızı; şah. kraliça [rus.]\n1. Qadın hökmdar (padşah). 1956-cı ildə İngiltərə kraliçasına Qarabağ atı – “Zaman” hədiyyə göndərilmişdi. B.Vahabzadə. • Gözəllik kraliçası – öz gözəlliyi ilə başqaları arasında birinci yer tutan gözəl qadın; gözəllər gözəli.\n2. Kral arvadı.\n3. Şahmatda: vəzir (ferz). krallıq is.\n1. Başında kral duran dövlət. [Mister Tomas:] İranın şimal sərhədlərindəki dövlət quruluşu krallığın nəzərində İranı.. əbədi əndişədə saxlayan bir səbəbdir. M.İbrahimov.\n2. Kral sifəti ilə belə bir dövləti idarəetmə. kran I. [alm.] Çən, boru və s.-də maye və ya qazları açıb buraxmaq və qapamaq üçün boru şəklində lüləyi olan cihaz; qurna. Kranı açmaq (bağlamaq). Kranı burmaq. – Gurultu dəhşəti, yanğın lərzəsi; Salmışdı heyrətə bu gün hər kəsi; Kranı bağlamaq gərəkdi əvvəl; Bununçun lazımdı bacarıqlı əl. M.Müşfiq. ..[Qoşqar] kranın altında gölləndikcə ortasından xırdaca deşik açılıb burulğan kimi burulan suya baxdı və təzədən həvəsə düşüb qurşaqdan yuxarı soyundu. İ.Hüseynov.\n\nII. [holl.] Yük qaldırmaq və ya endirmək, habelə onu üfüqi vəziyyətdə yaxın məsafəyə aparmaq üçün qaldırıcı maşın. Körpülü kran. Üzücü kran. Kranı quraşdırmaq. – [Yusif:] Camal, axı sən bu təchizat şöbəsindən soruş ki, niyə bir aydır o kranı stansiyadan gətirib çıxarmır? S.Rəhman. ..Yıxılan evlərə; Qaldırıcı kran; Olmağı bacar! M.Araz. krancıq is. Kiçik kran, balaca kran, qurnacıq (bax. kran1). Laboratoriya krancığı. Krancığı açmaq. krançı is. Kranda işləyən, kranı idarə edən işçi (bax. kran2). Krançı qız. krançılıq is. Krançı peşəsi, işi, sənəti. Krançılıq etmək. kranlı sif. Kranı olan, qaldırıcı mexanizmi olan (bax. kran2). Kranlı maşın. Kranlı arabacıq. krant dan. “Kran”ın canlı dildə işlənən yanlış forması. Nənəqız vedrəni götürüb su krantına tərəf gəlməyə başladı. S.Rəhimov. Kürəyə, od püskürən kranta yaxınlaşmaq çətin idi. Mir Cəlal. krater [yun. krater – kasa] Vulkan zirvəsində: püskürtü zamanı lavanın çıxdığı kasa və ya qıf şəklində çökəklik. Sönmüş vulkan krateri. – Teleskopla Aya baxanda orada vulkan kraterləri görünür. M.Qaşqay. kredit [lat. creditum] mal.\n1. Borc olaraq mal və ya pul vermə. Uzunmüddətli kredit. Qısamüddətli kredit.\n2. Müəyyən məqsəd üçün xərclənməsinə icazə verilmiş məbləğ. Xüsusi kreditdən maaş vermək. Büdcə krediti. – [Katib:] İrandan bizim fabriklər üçün altı min ton pambıq getməlidir. Bu barədə təbdir edib qiymətini və kredit şərtlərini bizə xəbər verməniz xahiş olunur. Ə.Haqverdiyev. ‣ Kredit bileti köhn. – kağız pul, əsginas. Dövlət krediti iqt. – dövlət istiqraz sistemi.\n\nII. [lat.] Mühasibat dəftərində: bir idarə və ya müəssisənin bütün çıxarlarının qeyd edildiyi hesab səhifəsi (adətən sağ səhifə) (debet müqabili). kreditor [lat.] Kredit verən şəxs və ya idarə. kredo is. [lat.] Məslək, əqidə. krekinq [ing. cracking] tex.\n1. Neftdən, mazutdan daha yüngül məhsullar (benzin, qazolin və s.) almaq üçün xüsusi qurğu. // Benzin və s. məhsullar əldə etmək üçün neftin xüsusi qurğularda işlənməsi.\n2. Bu cür emal nəticəsində alınan krekinq qazı. krekinqləmə “Krekinqləmək”dən f.is. krekinqləmək f. xüs. Daha yüngül məhsullar (benzin, qazolin və s.) almaq üçün ağır neft məhsullarını (mazut və s.-ni) xüsusi qurğularda işləmək. krem [fr.]\n1. Şəkərlə çalınmış qaymaq, süd, yağ, yumurta və s.-dən ibarət qatı maddə, mət (şirni kimi, yaxud pirojna, tort və s. üçün işlədilir). Şokoladlı krem.\n2. Üzə, ələ sürtmək üçün dəri yumşaldıcı kosmetik yağ. Kremlər yağ halında olur, mürəkkəb tərkiblidir. // Ayaqqabı yağı. Çəkmə kremi. kremasiya [əsli lat.] Meyitlərin xüsusi sobalarda yandırılması; dəfn növlərindən biri. kreml Rus feodal şəhərlərinin bürclü qala divarları ilə əhatələnmiş və möhkəmləndirilmiş hissəsi. kremli sif. Kremi olan (bax. krem 1-ci mənada). Kremli pirojna. Kremli tort. krep [fr.]\n1. Səthi nahamar ipək və ya yun parça. Krepdən paltar tikdirmək.\n2. Yığış-yığış, büzməli qara rəngli nazik parça. krepdeşin [fr. crepe de Chine – Çin krepi] Sıx, nazik ipək parça. 3 metr krepdeşin almaq. // Bu parçadan tikilmiş. Krepdeşin kofta. Krepdeşin yaylıq. – [Suğra] güllü-çiçəkli krepdeşindən lap yeni dəblə tikilmiş uzun bir don, lak tufli geymiş, hətta sırğa da taxmışdı. M.Hüseyn. Qaratel sadə çit don geyib, başına ağ krepdeşin örpək örtmüşdü. Ə.Əbülhəsən. kreslo [rus.] Dirsəklənmək üçün qoltuqluğu olan geniş (adətən yumşaq) stul, kürsü. Kresloda oturmaq. – Otağın içində stol, kürsü və kreslolar vardır. Ü.Hacıbəyov. Məhərrəm yorğun bir halda kresloya sərilib, başını ovcu içinə aldı. H.Nəzərli. Stullar, kreslolar, güzgülü divan, xalı; Vaz, şkaf, əlüzyuyan – hamısı da bahalı. R.Rza. kreşendo [ital.] mus. Daha ucadan; səslərin qüvvəsini getdikcə artıraraq. kreyser [holl.] Qüvvətli silahları olan çox sürətli hərb gəmisi. Ağır kreyser. Yüngül kreyser. • Kreyser sürəti xüs. – maksimal sürətdən fərqli olaraq gəmi və ya təyyarənin normal sürəti. kriminalist [lat.] hüq. Kriminalistika mütəxəssisi. kriminalistika [latıncadan] Cinayəti tədqiq üsullarını öyrənən hüquq elmi. kriminologiya [lat. crimen – cinayət və yun. logos – nəzəriyyə] hüq. İctimai bir hadisə kimi cinayət haqqında nəzəriyyə. kriminoloq [latıncadan] hüq. Kriminologiya mütəxəssisi. kristal [yun.] Təbii olaraq hissəcikləri (atomları, ya ionları) geometrik şəkildə birləşmiş bərk cisim; büllur. Duz kristalı. Almaz kristalı. // Bu şəkildə olan, kristaldan ibarət olan. Kristal maddə. Kristal çoxbucaqlı. kristallaşdırılma “Kristallaşdırılmaq”dan f.is. kristallaşdırılmaq məch. Kristal halına (şəklinə) salınmaq. // Büllurlaşdırılmaq. kristallaşdırma “Kristallaşdırmaq”dan f.is. Kristallaşdırma cihazı. kristallaşdırmaq icb. Kristal halına (şəklinə) salmaq. // Büllurlaşdırmaq. kristallaşma “Kristallaşmaq”dan f.is. Kristallaşma zamanı ionlar nə qədər çox enerji itirsələr, bu prosesin nəticəsində əmələ gələn kristal bir o qədər möhkəm olar. M.Qaşqay. kristallaşmaq f. xüs. Kristala çevrilmək, kristal şəklinə düşmək. Lavanın yer üzərində tez soyuması nəticəsində tərkibinin bir qismi kristallaşır, digər qismi isə xırda kristallik və yaxud şüşəvari olur. M.Qaşqay. // Büllurlaşmaq. kristallik sif. [yun.] Kristal formasında olan, kristaldan ibarət olan, kristala aid olan. Kristallik süxurlar. // Büllur. kristallizator [yun.] xüs. Kimyəvi birləşmələri kristallaşdırmaq üçün silindrik, dayaz şüşədən ibarət cihaz. kristalloqraf [yun.] Kristalloqrafiya mütəxəssisi, kristalloqrafiya alimi. kristalloqrafiya [yun. krustallos və grapho] Kristallar haqqında elm. kristalon is. xüs. ad. Parlaq sintetik parça. kristalşəkilli sif. Kristala oxşayan, kristal formasında olan. Kristalşəkilli süxur. krişna is. Hindlilərdə Vişnu allahın təcəssümlərindən biri. kroket [ing.]\n1. Şarları taxta çəkiclərlə vurub məftil qapılardan keçirməkdən ibarət oyun. Kroket oynamaq. // Bu oyun üçün ləvazimat. // Bu oyun üçün meydança. kroketçi is. Kroket oynayan adam. kron [alm.] Bəzi Avropa ölkələrində pul vahidi, habelə həmin dəyərdə olan metal pul. Çexoslovakiya kronu. kross [ing.] Dərə-təpəli yerdə maneələri aşmaqla idman qaçışı, cıdır və s. Kross yarışı. krossvord [ing. cross-word] Müəyyən sözü tapmaq üçün üfüqi və şaquli kvadratlara bölünmüş fiquru hərflərlə doldurmaqdan ibarət oyun; bilməcə. Krossvord həll etmək. krovat [rus.] bax. çarpayı. İskəndərin evi, küncdə dəmir krovat.. C.Məmmədquluzadə. Mən krovatda uzandığım zaman düşünürdüm. M.S.Ordubadi. Krovatların üstü səhərdən yığışdırıldığı üçün çox səliqəli görünürdü. Ə.Vəliyev. krujeva [rus.] Paltarı və ya ev müxəlləfatını bəzəmək üçün şəbəkəli tor toxuma. Krujeva yaxalıq. Krujeva pərdə. Krujeva toxumaq. krujevaçı is. Krujeva toxuyan, krujeva ustası. krujevalı sif. Krujevası olan, krujeva ilə bəzənmiş. Pəncərələr krujevalı pərdələrlə örtülü idi.. S.Rəhman. krujka [rus.] bax. parç. Bunu deyib leytenant qazançadan krujkaya çay tökdü. Ə.Əbülhəsən. kub I. [yun. kubos]\n1. Bütün üzləri kvadrat olan altıüzlü cisim.\n2. riyaz. Hər hansı bir kəmiyyətin özünə üç dəfə vurulmasından alınan hasil. 2 rəqəminin kubu 8-ə bərabərdir.\n3. dan. bax. kubmetr. İki kub odun.\n\nII. [yunancadan] Maye qaynatmaq və ya distillə etmək üçün şar, ya silindr şəkilli qab. kubaoxşar bax. kubşəkilli. kubatura [rus. əsli yun.] Bir şeyin həcminin kub hesabı ilə ölçüsü. kubik [rus. əsli yun.]\n1. Kubşəkilli kiçik şey.\n2. Üzərində şəkillər yapışdırılmış kiçik kub şəklində taxta parçalarından ibarət uşaq oyuncağı. Uşağa kubik almaq.\n3. Hündürlüyü 20 sm, eni 20 sm, uzunluğu isə 40 sm olan maşınla kəsilmiş (daş). Kubik daşdan tikilmiş bina. // Həmin ölçüdə olan daş. Kubikdən ev tikmək.\n4. 1943-cü ildə sovet ordusunda poqon tətbiqinə qədər orta komanda heyətinin fərqlənmə nişanı. [Zəhranın] ayağında dizdən əsgər çəkməsi, başında isti papağı, əynində boz şineli, şinelin yaxasında yaşıl rəngli ilgəklərin üstündə qoşa kubiklər vardı. Ə.Vəliyev. kubizm [rus. əsli yun.] XX əsrin birinci rübündə burjua təsviri incəsənətində real aləmdəki şeylərin təsvirini həndəsi fiqurların kombinasiyası ilə əvəz edən ifrat formalist cərəyan. kubmetr [yun. kubos və metron] Eni, uzunu və hündürlüyü metrlə hesablanan həcm ölçüsü. İki kubmetr taxta. – [Fərman:] Mən də ilin axırına qədər 50 min kubmetr torpaq qazmağı boynuma götürürəm. Ə.Sadıq. kubmetrlik sif. Kubmetrlə ölçülən, kubmetr ölçüsündə olan (adətən rəqəmlərlə işlənir). Beş kubmetrlik taxta. kubok [rus. əsli yun.] İdman yarışlarında qalib gələnə priz kimi verilən qiymətli vaz, qab. Azərbaycan kuboku uğrunda futbol yarışları. kubşəkilli sif. Kub şəklində olan, kuba oxşayan; kubaoxşar. kud is. məh. Arı saxlanan səbət, arı səbəti. kudu bax. qabaq1. Yatma, kudu, bostana dovşan girər. (Ata. sözü). Kənd arvadları qışın tədarükünü qurtarırdı: kimi hazırladığı unu kəndiyə doldurur, kimisi yarmanı kisəyə yığır, kimisi yaman günün köməyi olan kudu və balqabaqları gizlədirdi. M.İbrahimov. // Həmin tərəvəzdən bişirilmiş. Kudu qutabı. Kudu qəlyəsi. kufi [İraqda Kufə şəhərinin adından]: kufi xətt – ərəb yazısının düz və bucaqlı cizgilərdən əmələ gələn formasının ən qədim adı. Kitabələrdə kufi xətti get-gedə nəsx xətti ilə əvəz edilir. Ə.Salamzadə. kuful is. dan. Ağacın qurumuş yerlərində əmələ gələn boşluq; koğuş. Bu pətəklər palıd ağaclarının kufullarında, koğuş yerlərində özlərinə yuva salar, hər bir arı nəsli uzun illər buradan ətraf meşəyə öz beçəsini – nəslini yayırdı. S.Rəhimov. // sif. mənasında. İçi bu cür boş olan; koğuşlu. kukla [rus. əsli yun.]\n1. Adam, əksərən qız fiquru şəklində uşaq oyuncağı; gəlincik. Uşağa kukla almaq. Kuklanı geyindirmək. – Ağca xanım anası gətirdiyi gözəl kuklalara .. baxıb çox şad oldu. S.S.Axundov. Yazıq anan necə dözsün; Bu kədərə, bu məlala? Məzarının baş ucunda kukla da var; Bu gün layla çalmalıykən sən kuklana; Kuklan sənə layla çalar. B.Vahabzadə. // Xüsusi teatr tamaşalarında, oyunlarında istifadə olunan parça və s.-dən düzəldilmiş insan və ya heyvan fiqurları. • Kukla teatrı – iştirakçıları kuklalar olan xüsusi teatr.\n2. dan. Qəşəng geyinmiş, bəzənmiş gözəl qız, qadın haqqında. • Kukla kimi – 1) çox qəşəng geyinmiş incə, gözəl qız, qadın haqqında; 2) cansız-ruhsuz, hərəkətsiz, müqəvva kimi. Kukla kimi dayanmaq. kuklaçı is. Kukla qayırmaqla məşğul olan, kukla qayıran usta. kukluksklbn [ing. ku-klux-klan] ABŞ-da zəncilərə və qabaqcıl adamlara vəhşi divan tutan terrorçu təşkilat. kukluksklançı is. Kukluksklan bandası iştirakçısı. kula is. məh. Odun, odun parçası. Ocağa kula qoymaq. Kula doğramaq. kulak [rus.] bax. qolçomaq 1-ci mənada. [Mirzə Hüseyn:] O yekəqarın kulakla nə söhbət eləyirdin? Ə.Haqverdiyev. Mədəd muzdurlar komitəsinin təlimatçılığı vəzifəsində çalışar, əsas etibarilə kulaklarla muzdurlar arasında şərtnamə bağlardı. S.Rəhimov. Buludların bağrını yarmaq istəyən zaman; Kulak pusquda durur gecə yam-yamlar kimi. S.Rüstəm. kulminasiya [lat.]\n1. astr. Göy cisminin müşahidə yerinin meridianından keçməsi.\n2. məc. İnkişafın, yüksəlişin, gərginliyin ən yüksək momenti, dövrü. Kələntərli deyirdi ki, [Sultan] pəncərənin qabağına gedəndə bilin ki, qəzəbinin kulminasiyasıdır. İ.Hüseynov.\n3. Bədii hadisələrin inkişafında ən gərgin an. kulon I. [xüs. ad-dan] Elektrik cərəyanının ölçü vahidi.\n\nII. [fr. coulant] Zəncirə bənd edilmiş qiymətli daş və ya daşlardan ibarət qadın boyunbağısı. kultivasiya [fr.] k.t. Torpağın kultivatorla becərilməsi, yumşaldılması. Bütün yay müddətində [manqa üzvləri] altı dəfə kultivasiya, yeddi dəfə də kətmənləmə apardılar. İ.Əfəndiyev. Alaq, kultivasiya, kətmən, suvarma; Bizim işimizin əsil canıdır. B.Vahabzadə. • Kultivasiya etmək (çəkmək) – torpağı yumşaltmaq, belləmək, becərmək. Sahədə cərgə aralarına çarpaz kultivasiya çəkilirdi. kultivator [fr. cultivateur] k.t. Şumlanmış torpağı yumşaltmaq, cərgələrarasını becərmək və s. üçün kənd təsərrüfat aləti. Kultivatoru traktora qoşmaq. – Traktor və kultivator hələ də gəlib çıxmırdı. Ə.Vəliyev. kultivatorçu is. Kultivatorda işləyən, kultivasiya edən işçi. kulturologiya is. [lat. və yun.] Mədəniyyəti öyrənən elm sahəsi. kuluf I. is. Divarın, hasarın altından su axmaq üçün açılan deşik, dəlik. Qulu rütubətdə ölümün pəncəsində çapalayır, .. tezcə sürünüb kəhrizin kulufuna girir. S.Rəhimov.\n\nII. is. dan. Tənə, sərki. • Kuluf vurmaq – bax. kuluflamaq. kuluflama “Kuluflamaq”dan f.is. kuluflamaq f. Tənə vurmaq, sərkiləmək. kumarin is. [fr.] Təzə biçilmiş ot iyi verən sintetik maddə. kumıs bax. qımız. kumpul is. məh. Ağır çəkic, iri çəkic. kupe [fr. coupe – kəsmək] Vaqonda bir neçə sərnişin üçün ayrıca bölmə, otaq. İkiadamlıq kupe. Kupeyə girmək. – Kupedəki iki gənc məmnun baxışları ilə münaqişəni seyr edirdilər. A.Şaiq. Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında.. İ.Məlikzadə. kuplet [fr. cuplet]\n1. Şerin, mahnının iki, dörd və daha artıq misradan ibarət qitəsi, bəndi. İki kuplet şeir. Mahnıdan bir kuplet oxumaq.\n2. Məişət və ya siyasi mövzuda, adətən, təkrar olunan nəqərat şəklində satirik və ya yumoristik kiçik mahnı (əsasən estradada oxunur). Mahnı musiqisinin yaxşı yadda qalmasının bir səbəbi də odur ki, mahnı, adətən, kuplet formasında olur. Ə.Bədəlbəyli. Çarvadar Ciniş Əhmədin bir neçə gün əvvəl şəhərdən gətirdiyi bu məzəli kupleti .. cavanlar bərkdən-bərkdən oxuyur, dağa-daşa səs salırdılar. Ə.Əbülhəsən. kupletçi is. Kuplet ifa edən estrada artisti. kupon [fr.]\n1. Qiymətli kağızlardan faiz almaq üçün onlardan kəsilən talon.\n2. xüs. Teatr lojasında bir yerin bileti. kura is. bot. Sarı rəngli yabanı yeməli bitki. kuralıq is. Çoxlu kura bitmiş yer. kurator is. [lat.] Müəyyən işin gedişinə, icrasına nəzarət etməli olan şəxs, təşkilat. kurort [alm.] Təbii şəraiti (havası, mədən suları, palçığı və s.) müalicə və istirahət üçün əlverişli olan yer. İstisu kurortu. Qışı böyük şəhərlərdə; Yayı – dağda kurortlarda dincəlirik; Ancaq yenə biz bilirik; Nəsə çatmır… B.Vahabzadə. kurortçu is. Kurortda müalicə olunan, kurortda istirahət edən adam. Plyaj kurortçularla dolu idi. kurortologiya [alm.] Təbii müalicə yerlərindən və müalicə məqsədilə onlardan istifadə olunması üsullarından bəhs edən elm. kurortoloji sif. Kurortologiyaya aid olan. Kurortoloji tədqiqat. kurortoloq [alm. Kurort və yun. logos-dan] Kurortologiya mütəxəssisi, alimi. kurortşünas [alm. Kurort və fars. ...şünas] bax. kurortoloq. kurortşünaslıq bax. kurortologiya. kurs [lat. cursus-dan]\n1. Ali məktəbdə hər hansı bir fənnin, həmçinin onun ayrıca hissəsinin sistematik şərhi, habelə həmin fənnə aid dərslik. Siyasi tarix kursu. Mexanika kursu. – Biz botanika kursundan bilirik ki, armudun çiçəklərində həm erkəkciklər, həm də dişiciklər olur. M.Axundov. // Təhsil dövrü, təhsil müddəti. Orta məktəb kursu. – ..Gimnaziyanın kursunu tamam etməyə üç-dörd ay qalmış müəllimlərin cövr-sitəminə artıq təhəmmül edə bilməyib, şair ata və ananın izni ilə oradan çıxır.. F.Köçərli. // Ali və orta ixtisas məktəblərində ayrıca illik təhsil pilləsi. Beşinci kurs tələbəsi. Birinci kursa qəbul olunmaq.\n2. Dar ixtisas verən və ya ixtisası artıran tədris müəssisəsi (çox vaxt cəm şəklində işlənir). İxtisasartırma kursları. Traktorçuluq kursu. Gecə kursu. – [Usta Məhərrəm:] Sizin canınız üçün, bir çox naxoşluqlar var ki, kurs qurtarmış həkimlər dərmanından acizdirlər. Ü.Hacıbəyov. Vaxtında təhsil almaqdan məhrum edilmiş qadınlar üçün xüsusi kurslar tərtib olundu. T.Ş.Simurq.\n3. Müalicə prosedurunun tam müddəti, tsikli. Müalicə kursunu başa çatdırmaq. Beş kurs vanna qəbul etmək.\n4. Məzənnə. ..Buyurub qiymət edin, günün kursu ilə ingilis və Amerika pulu verim. M.S.Ordubadi. kursant [rus. əsli lat.] Kurs tələbəsi. Elə oradaca bir neçə kursant dururdu. Ə.Əbülhəsən. // Hərbi məktəb müdavimi. kursiv [lat.] Əlyazısına oxşar mailli mətbəə şrifti. ‣ Kursiv mənimdir (bizimdir) – sitatda kursivlə çap olunmuş sözlərin orijinalda deyil, (nəzərə çarpdırmaq üçün) sitatı gətirənin özü tərəfindən ayrıldığını göstərən ifadə. kursuvka [rus. əsli lat.] Kurortda sanatoriyada qalmamaq şərtilə müalicə və yeməkdən istifadə etməyə icazə verən sənəd. kuryer [fr.]\n1. İdarə kağızlarını aparıb paylayan işçi; ayaqçı. Gərək yazıq kuryerə vədə verdiyin yaylaq məzuniyyətini bir qədər xərcliklə bu gün verəydin, verməmisən. C.Məmmədquluzadə. Hər namuslu vətəndaşın bizim evdə əzizdir; Alim, kuryer, daşyonan, toxucu qadın, əsgər. R.Rza.\n2. Təcili, yaxud məxfi diplomatik poçtu özü ilə aparan vəzifəli şəxs. Diplomatik kuryer. kus is. [fars.] klas. Böyük nağara, iri təbil. Fəryadıma həmdəm et xorusu; Avazıma qoş sədayi-kusu. Füzuli. Kus, nağara çalınır qan almağa; O, Şeyx oğlu Şah Abbasın günüdür. “Koroğlu”. kustar [rus.]\n1. Əl üsulu ilə mal istehsal edən sənətkar, peşəkar. Zeynal ilə Əziz bir-iki nəfər dərzini, başmaqçını və dəzgah qurub özü üçün işləyən bir neçə nəfər kustarı da çağırmaq istəmişdilərsə də Veys: – Olmaz! – deyib qəti etiraz etmişdi. Ə.Əbülhəsən. // Əl üsulu ilə mal istehsal edən. Mən bütün kustar sənaye müəssisələrinin təşkili məsələsini də .. müzakirə sırasına keçirdim. M.S.Ordubadi. Bu, əlliyə qədər uşaq və qadın işləyən bir kustar emalatxanasıdır. M.İbrahimov.\n2. Fabrikdə deyil, əl üsulu ilə istehsal edilmiş, hazırlanmış. Kustar məmulatı. // məc. Primitiv, ibtidai, qeyri-kamil. kustarcasına zərf İbtidai, primitiv, sistemsiz üsullarla; qeyri-mütəşəkkil. Kustarcasına işləmək. kustarlıq (=kustarçılıq) is.\n1. Kustar əməyi ilə məşğul olma, kustarın işi, peşəsi, sənəti.\n2. məc. Qeyri-mütəşəkkil, dağınıq, primitiv üsullarla aparılan iş. kustarçılıq (=kustarlıq) is.\n1. Kustar əməyi ilə məşğul olma, kustarın işi, peşəsi, sənəti.\n2. məc. Qeyri-mütəşəkkil, dağınıq, primitiv üsullarla aparılan iş. kut is. dan.\n1. Topa, qalaq. Bir kut alma. Bir kut odun.\n2. Qalın, sıx, gur, seyrək olmayan. İndi Rüstəmin qara kut saçları çoxdan seyrəkləşmiş və çallaşmışdı. M.İbrahimov.\n3. Dəstə, toplu. Bir kut adam. kut-kut zərf və sif. Yığın halında, topa halında; qalaq-qalaq, yığın-yığın. Adamlar kut-kut olublar. Küləşi kut-kut yığmaq. kutlama “Kutlamaq”dan f.is. kutlamaq f. Bir yerə toplamaq, yığmaq, kut etmək. Otu kutlamaq. Torpağı kutlamaq. kutlaşdırma “Kutlaşdırmaq”dan f.is. kutlaşdırmaq bax. kutlamaq. Zibili kutlaşdırmaq. kutlaşmaq f. Bir yerə yığılmaq, toplaşmaq. Uşaqlar bir az da kutlaşıb nə olacağını gözlədilər. M.İbrahimov. ..Onlar birbirini basa-basa dar bir dairədə kutlaşır, sanki şübhə ilə oğlanın çomağına baxırdılar. İ.Hüseynov. kuza [rus.] dan. bax. ban1 1-ci mənada. Kuzadan qısaboylu, enlikürəkli cavan bir oğlan yerə tullandı. Ə.Əbülhəsən. kuzə is. [fars.] Darboğazlı, aşağısı enli, qulplu saxsı su qabı; balaca səhəng, bardaq. İnci cəld kənarda olan şərab kuzəsini götürüb Ulucaya yaxınlaşır. A.Şaiq. Şofer vedrəni, Qulam müəllim də kuzəni götürüb üzüaşağı dərəyə tərəf sallandılar. S.Rəhimov. [Bəy:] Qədir, o kuzədən bir qurtum su ver, içim. Mir Cəlal. kuzəçi is. köhn. Gildən kuzə qayıran usta, dulusçu. [Əbdək:] Mən kuzəçiyəm, memarlıq da edirəm. M.Hüseyn. // Kuzə qayrılıb satılan yer. Kuzəçi dükanı. kuzəçilik is. Kuzəçinin işi, peşəsi; dulusçuluq. kü bax. küy. [Səfər bəy:] Gedək aşağıda kü salaq. M.F.Axundzadə. kübar [ər.] sif. və is.\n1. Əsilzadə, aristokrat. Mən zəngin və kübar ailələrdən çıxan qızların birisini də ağıllı görmədim. M.S.Ordubadi. Burada Tehranın bütün kübar ailələrindən cavan kişi və qadınlara, oğlan və qızlara rast gəlmək mümkün idi.. M.İbrahimov. Şeir gəzdi dilləri, gəlib çatdı saraya; Aldı yaltaq kübarlar Zülfüqarı araya. B.Vahabzadə.\n2. köhn. İncə zövqlü, incə təbiətli və davranışlı adam haqqında.\n3. Özünü kütlədən ayıran, başqalarına xor baxan: təkəbbürlü, mütəkəbbir adam haqqında. kübaranə [ər. kübar və fars. ...anə] bax. kübarcasına. kübarca bax. kübarcasına. Sabbah və Xəyyam kübarca geyinmiş və üzləri taraş edilmiş gələrlər. H.Cavid. kübarcasına zərf Kübar adamlara xas olan bir tərzdə, kübar kimi; aristokratcasına. Kübarcasına yaşamaq. kübarlıq is. Əsilzadəlik, aristokratlıq. Kübar ailədə yer tutmaq üçün gözəllik rol oynamır, başlıca rolu zənginlik və kübarlıq oynayır. M.S.Ordubadi. küçə is.\n1. Nəqliyyatın və adamların hərəkəti üçün yaşayış məntəqələrində iki sıra tikililər arasındakı açıq sahə, boş yer, yol. Küçənin qarını təmizləmək. Küçəni süpürmək. İstiqlaliyyət küçəsində yaşamaq. – Kətxudalar Qəzvinin küçələrini natəmiz saxlayırdılar. M.F.Axundzadə. Küçənin ortasında bir dəstə əsgər oxuya-oxuya addımlayırdılar. C.Məmmədquluzadə. Yan küçədən çıxan bir qaraltı onun qarşısında dayandı. Ə.Sadıq. • Küçə həyatı keçirmək – avara, sərsəri həyat keçirmək, avaralanmaq, heç bir işlə məşğul olmamaq. Zeynalın, başqa özü kimi səfilcəsinə küçə həyatı keçirən yoldaşları Mehribanın gözü qabağında keflənmişdilər. S.Hüseyn. Küçə qadını (arvadı, uşağı, adamı) – tərbiyəsiz, əxlaqsız, baxımsız qadın (arvad, uşaq, adam). Küçə uşaqlarına qoşulmaq. Küçə adamına baş qoşmamaq. – Qətibə, Qızıl Arslan sarayının qarşısına yetişənə qədər başını taxt-rəvanın pəncərəsindən çıxarıb küçəyə baxmaq istəmirdi, çünki o, küçə uşaqlarının qışqırtısını eşitdikcə əsəbiləşirdi. M.S.Ordubadi. Küçə mirzəsi köhn. – keçmişdə küçədə oturub savadsız əhali üçün məktub, ərizə və s. yazan savadlı adam; mirzə. Mirzə Cavad küçə mirzəsi idi. Ə.Haqverdiyev. Küçə səngəri – bax. barrikada. Küçə sözü – ədəbsiz söz(lər), söyüş. [Aygün:] – Əvvəl, mənə aşna demə! Bir anayam mən! Bizim evə yaraşmayır bu küçə sözü... S.Vurğun.\n2. Binanın küçə tərəfi, küçə səmti. Küçəyə pəncərə açmaq. • Küçə qapısı – 1) evdən küçəyə açılan qapı. Küçə qapısını örtmək; 2) həyətdən küçəyə açılan qapı. Məmmədhəsən əmi həyəti bir qədər dolanıb çıxdı küçə qapısının ağzına. C.Məmmədquluzadə. Küçə qapısı açıldı. S.Hüseyn. Küçə pəncərəsi – evdən küçəyə açılan pəncərə. Küçə pəncərəsini bağlamaq. Küçəyə baxmaq – küçəyə açılmaq, küçəyə tərəf olmaq, küçəyə çıxmaq. Eyvan küçəyə baxır. – Küçəyə baxan pəncərələrin çoxunun taxtası bağlandığından, yuxarı başa qaranlıq çökmüşdü. İ.Şıxlı. ‣ O küçə sənin, bu küçə mənim – çox gəzib yorulmaq, bütün küçələri dolanıb əldən düşmək. [Fatma həkim:] Otuz beş ildi uçastkovı həkim işləyirəm, bu küçə mənim, o küçə sənin, bu dalan sənin, o dalan mənim. Heç olmasa işdən qayıdanda evdə bir rahatlıq görəsən. İ.Məlikzadə. küçə-bazar top. Küçələr və bazarlar birlikdə; küçələr, bazarlar. Bu məsələ yalnız qəzetlərdə deyil, küçə-bazarda, meydan və yığıncaqlarda da insanları məşğul edirdi. M.İbrahimov. Küçə-bazardan adamın ayağı çəkilirdisə də, çay qırağından hələ çalğı səsi eşidilirdi. Ə.Əbülhəsən. küçəbəküçə zərf Bir küçədən o biri küçəyə, bütün və ya çox küçələri; küçə-küçə. Küçəbəküçə gəzmək. – “Nicat”ı küçəbəküçə soraq edir, nə əcəb? Bu millət, ay baba, lap ittifaq edir, nə əcəb? C.Cabbarlı. küçəsüpürən sif. və is. İşi küçələri süpürməkdən ibarət olan; süpürgəçi. Küçəsüpürən qadın. Küçəsüpürənləri çağırmaq. – Hamballar, küçəsüpürənlər belə öz səslərini fəhlələrin ümumi səsinə qarışdırdılar. M.S.Ordubadi. // bax. küçətəmizləyən. küçətəmizləyən is. Küçənin qarını, zibilini və s.-ni təmizləyən avtomaşın. // Sif. mənasında. Küçətəmizləyən maşın. küçəyuyan is. Küçələri yumaq üçün xüsusi avtomaşın. // Sif. mənasında. Küçəyuyan maşın. küçük is.\n1. İt balası. Küçüyü qovmaq. Küçüyü yedirtmək.\n2. Uşaq, bala mənasında (yüngül söyüş kimi işlənir). Küçüyün biri. – [Rəhim xan:] Amma məni heç bir şey yandırmırdı, o balaca küçük Nadirin öyünməsi. C.Cabbarlı. [Hacı Manaf:] Axtar, küçüyün atasını tap! S.Hüseyn. [Cəmilə:] ..Hara gedəcəksə, qoy getsin, .. küçüklərini də hara aparırsa, aparsın. E.Sultanov.\n3. dan. bax. bic2. Köklərdə əlavə tumurcuqlar .. yan köklər kimi, kökün daxili hissəsindən, yəni mərkəzi silindrdən əmələ gəlir, .. sonralar inkişaf edərək torpaq üzərində yarpaqları olan zoğlar verir ki, bunlara küçük və ya bic deyilir.. M.Qasımov.\n4. Bəzən “kiçik” əvəzinə işlənmişdir. Hey fələk, gör necə günlər gördük; Azdı hər kəs, nə böyük var, nə küçük.. H.Cavid. küçükləmə “Küçükləmək”dən f.is. küçükləmək f.\n1. Balalamaq, doğmaq (it cinsindən olan heyvanlar haqqında). Köpək küçüklədi. Qurd küçüklədi.\n2. vulq. Doğmaq (təhqir məqamında). Qızı küçükləyəndə, adam bilib subaylığım ilə 40 manat xərcə düşdüm. Mir Cəlal.\n3. Ağacın dibindən zoğlar çıxmaq, bic vermək. küçüklənmə “Küçüklənmək”dən f.is. küçüklənmək f. Yaltaqlanmaq. küdurət [ər.]\n1. Kin, ədavət, nifrət. [Yusif:] Mənim ürəyimdə bir kin, küdurət yoxdur. N.Nərimanov. Ürəyimdə [Xədicəyə] qarşı bəslədiyim küdurəti unutdum. S.Hüseyn.\n2. Qəm, dərd, bəla. Üz qoyub üstünə küdurətü qəm; Yaş tökülür gözlərindən dəmadəm. Q.Zakir. Açdın gözünü rəncü məşəqqət görəcəksən; Millətdə qəm, ümmətdə küdurət görəcəksən. M.Ə.Sabir. küdurətli sif.\n1. Ürəyi qəmli, dərdli, kədərli.\n2. Küdurət saxlayan, kin bəsləyən, ədavəti olan. Küdurətli adam. küdurətlilik is. Küdurətli adamın hal və keyfiyyəti. küdül sif. məh. Quyruğu olmayan, quyruqsuz. küflə is.\n1. bax. külbə1 1-ci mənada.\n2. məc. İri, yastı burun. küflət dan. bax. külfət. [Rəhim:] Mən Rüstəm xanın oğluyam, qaçaqlar küflətimizi əsir eylədilər. N.Vəzirov. küfr is. [ər.] Dinin, Allahın varlığı və birliyi kimi əsaslarını təşkil edən müddəaları danma və bu barədə deyilən söz. • Küfr danışmaq (söyləmək) – Allahı, dini danmaq, təhqir etmək, söymək. Nə dedin? Küfr danışdın, cıraram ağzını, ha! M.Ə.Sabir. Küfr, nasəza danışmaq, hərgiz heç bir kəs üçün rəva deyil. C.Məmmədquluzadə. [Baftan:] Küfr danışma, qoca, istərəm əlahəzrətin sağlığına zəhər içərəm, istərəm lap iblis ilə öpüşərəm! Ə.Məmmədxanlı. // Dinsizlik, allahsızlıq. [Birisi:] Biz də .. Hər bir yol ilə camaatı elmdən saxlayırdıq və elm dalınca gedənlərin küfrünə hökm edirdik. Ə.Haqverdiyev. Nəhayət, islahat təşəbbüslərinə bir küfr təşkilatı kimi baxılırdı. M.S.Ordubadi. küfran is. [ər.] klas. Yaxşılığı itirmə; nankorluq. • Küfran eləmək – yaxşılığı itirmək, nankorluq eləmək. Küfran elədik, sanki bu nemət götürüldü; Millətdə olan büsbütün adət götürüldü. M.Ə.Sabir. küftə is. [fars.]\n1. bax. küftəbozbaş. Küftə bişirmək. – Kişmişdən, badamdan, nanü həlvadən; Qovurmadan, .. küftə, dolmadan verdilər. Q.Zakir. [Seyid:] Müsəlman aşpazı saxlayıram, gözəl plov, dovğa, dolma, küftə bişirir ki, ölü yesə dirilər.. Ə.Haqverdiyev. [Rüstəm Səkinəyə:] Arvad, küftənin iyi ətir kimi bir kilometrdən vurur. M.İbrahimov.\n2. Küftəbozbaşa, xəmiraşıya, sulu xörəklərə salınmaq üçün döyülmüş ət yumruları. Küftə tutmaq. Küftə qayırmaq. küftəbozbaş is. Küftə, kartof, noxud və s.-dən hazırlanan bozbaş növü. Küftəbozbaş bişirmək. – [Səkinə] küftəbozbaş dolu qazanın ağzını örtmüşdü. M.İbrahimov. küftəlik sif. Küftəyə yarayan, küftə üçün olan. Küftəlik ət. Üç kiloqram küftəlik bud almaq. küknar is. bot. Konusvari uzun qozaları olan iri, həmişəyaşıl iynəyarpaqlı ağac. Uzaq şimal tayqasında ayaq xizəyində quş kimi süzən bir gənc uca bir küknarın dibində bir anlığa durub tüfəngini çiynindən aşırır. M.Rzaquluzadə. Pəncərədən küknar ağaclarının xoş iyi baharın nəfəsinə qarışaraq qucaq-qucaq içəriyə dolurdu. Q.İlkin. küknarlıq is. Çoxlu küknar ağacları bitmiş yer; küknar. kükrək sif. Coşqun, daşqın, kükrəyən, aşıb-daşan. Kükrək çay. – Sanki bayraq deyil o; Birləşmişdi dil-dilə; Kükrək qızıl alovlar. R.Rza. kükrəklik is. Kükrək şeyin halı; coşma, aşıb-daşma, kükrəmə. kükrəmə “Kükrəmək”dən f.is. kükrəmək f. Hirslənərək özündən çıxmaq, bərk qızmaq; coşmaq. Xüsusən bacısı Xədicə Hacının üstünə kükrəyərək: – Necə, peyğəmbəri, bu nə sözdür? A.Şaiq. [Bəhlul:] Burda mənim günahım nədir, üstümə bu cür kükrəyirsən? M.Hüseynov. // məc. mənada. Həddindən artıq qalxmaq, yüksəlmək, qabarmaq. Qocaman dalğalar hücum edərək; Çıldırıb hıçqırırdı kükrəyərək. H.Cavid. Gənc bir arslan kimi kükrəyən Aras; Vermiş ətrafına dərin bir həras. M.Müşfiq. Külək harın bir at kimi kükrəyib vıyıldayır və ananın qəlbini üzürdü. Q.İlkin. kükü is. Göyərti və yumurtadan (bəzən də balıqdan) hazırlanan xörək. Kükü bişirmək. – Bəylər yeyər nahara küftə, kəbab və kükü; Məsciddə eylər amma ahü-fəğan orucluq. M.Möcüz. Elə beləcə ailə üzvləri günorta vaxtı oturub kükü yeyirdilər. Ə.Əbülhəsən. kükülük sif. Kükü üçün yararlı, kükü üçün olan (göyərti və s.). Kükülük göyərti almaq. Kükülük balıq təmizləmək. kükürd is. Sənayedə, kənd təsərrüfatında, tibdə işlənən sarı rəngli tezalışan kimyəvi maddə. kükürdləmə “Kükürdləmək”dən f.is. kükürdləmək f. Kükürd tozu səpmək, kükürd sürtmək. Bitkiləri kükürdləmək. kükürdlü sif. Tərkibində kükürd olan, kükürdlə qarışığı olan. Kükürdlü birləşmələr. kül is. Yanmış şeylərdən qalan boz-qara rəngli toz. Külü atmaq. Külü təmizləmək. – Bir soyuq kül o yerdə qaldı nişan: Onu da yel sovurdu sağ və sola. A.Səhhət. Usta Zeynal çubuğu çəkib külünü boşaltdı və durdu ayağa.. C.Məmmədquluzadə. [Dərviş:] Ocağın alovu sönüb tamam olurdu, qıraqlardakı atəşləri kül yavaş-yavaş .. bürüyürdü. A.Divanbəyoğlu. • Kül olmaq – bütünlüklə yanmaq, yanıb qurtarmaq, külə dönmək. Odunlar kül oldu. Cəsarət gərəkdir ilk sevənlərə; Yalandı kül olmaq, yalandı yanmaq! M.Araz. Kül suyu k.t. – bitkiləri dezinfeksiya etmək üçün suda həll olunmuş kül. ‣ Kül başına! (gözünə!) dan. – qarğış, danlaq və təkfir ifadəsi. Kül başına, gözəl fərə, beçə də səni bəyənmir. (Ata. sözü). [Tağı qızı:] Pah, kül başına! Mənim evimdə qoca nə gəzir? M.S.Ordubadi. [Şahsənəm:] Belə kül molla başına! S.S.Axundov. Kül etmək (eləmək) – puç etmək, məhv etmək, axırına çıxmaq. Var-dövləti kül etmək. // məc. Mənada. Məni kül elədi elin dilləri. Aşıq Məmməd. Külə dönmək – 1) yanıb qurtarmaq, kül olmaq. Kömürlər külə döndü. Ağaclar yanıb külə döndü. – Neçin onun bu eyvanı; Yanıb soyuq külə döndü? S.Vurğun. // məc. Yox olmaq, məhv olmaq. Külə dönsün köləlik alışan bu səhərdə. R.Rza; 2) məc. çox əziyyət çəkmək, həddindən artıq əzab çəkmək. Ana yetimləri böyütdükcə külə döndü. – Axı bu torpaqda doğulmuşam mən; Vətən həsrətilə külə dönmüşəm. B.Vahabzadə. Külü göyə sovrulmaq – tamam məhv edilmək, axırına çıxılmaq. Qoy düşmən ah çəksin, külü göyə sovrulub.. Ə.Vəliyev. Külünü göyə sovurmaq – tamamilə məhv etmək, axırına çıxmaq. Gələndə düşmənlə süngü-süngüyə; Bir nərən sovurur külünü göyə. S.Vurğun. Başına kül (olsun)! – bax. baş. Gözə kül üfürmək – bax. göz. külafirəngi is. [əsli fransızcadan]\n1. köhn. İri daş balkon (sarayda, qəsrdə və s.-də). Padşah gənə külafirəngidə əyləşib, dizlərin qucaqlayıb qəm dəryasına batmışdı ki, bir də gördü, həmən minval qiyamət başladı.. (Nağıl). Xan qızı bütün günü sarayın külafirəngisinə çəkilir.. Çəmənzəminli.\n2. dan. Evin üstündə və ya bağlarda istirahət üçün üstüörtülü tikili; talvar. külah is. [fars.] köhn. Papaq. Qoyma külahın kəc, a bəy, aldatma cahani; Bəsdir, a filani! M.Ə.Sabir. Aylar ilə işlənmiş mahud külahı dala tərəf sürüşmüşdü. A.Divanbəyoğlu. külahduz is. [fars.] köhn. Papaqçı. Yaman külahduzdan yaxşı palanduz yaxşıdır. (Ata. sözü). külatan bax. xəkəndaz. külbaş is. dan. Bədbəxt, işi düz gətirməyən, zərərdidə, pisgünlü. // Qarğış, danlaq, təhqir məqamında. [Mahmudun arvadı:] Ay külbaş! Mənə bir dəst paltar ala bilməyirsən, sənə nə olub ki, dəvə boyda qızı da evində saxlayıb bəsləyirsən?! B.Talıblı. Biz almışıq övrəti can-baş desin; Almamışıq hey bizə külbaş desin. Ə.Nəzmi. külbaşlıq is. Bədbəxtlik, yazıqlıq; pis günə qalmış adamın hal və vəziyyəti. külbə I. is.\n1. Təndirdə, kürədə hava çəkmək üçün deşik. Təndirin külbəsini açmaq.\n2. Nehrənin deşiyi.\n\nII. [fars.] köhn. Koma, daxma, qazma. Külbeyi-hicranda qalmışam həzin; O şahibazımın çəkərəm qəmin. Aşıq Kərim. külbələmə “Külbələmək”dən f.is. külbələmək f. Təndirin, kürənin külbəsini qapamaq (bax. külbə1 1-ci mənada). külçə I. is. Tərkibində metal və metal birləşmələri və ya faydalı minerallar olan maddə, süxur. Dəmir külçəsi. Mis külçəsi.\n\nII. is. Yasda halva ilə paylanan çörək. Sağlığında badam yeməyib, külçəsinə badam vururlar. (Ata. sözü). Qazanla və nimçələrlə plovu, halvanı, külçələri həzm-rabedən keçirən dövlətlilər və mollalar idi. H.Sarabski. [Rəşid:] Həmin kəndli bizim kəndlidir, a kişi, Qara İsrafilin oğludur da. Külçə oğurlayan Fətinin qardaşı oğlu. T.Ş.Simurq. // Xəmiri xüsusi yoğrularaq təndirdə bişirilən üstü naxışlı çörək növü. Külçəyə ədvə vurmaq. Səfər üçün külçə bişirmək. külçələnmə “Külçələnmək”dən f.is. külçələnmək f. Burulmaq, yumrulanmaq, qıvrıq şəkil almaq. İlan külçələndi. külə sif. məh. Quyruqsuz. Külə keçi. küləcə is. köhn. Boynuna, ətəyinə, yaxasına və qol yerlərinin kənarına xəz və s. tikilmiş qolsuz üst geyimi; kürdü. [Ağa Mərdan:] Səbr elə, bir tirmə küləcəmi geyim, mahud cübbəmi bürünüm. M.F.Axundzadə. Əynində atlaz küləcə; Üstündə baftası qəşəng. Aşıq Ələsgər. [Kənd qızları] yeridikcə köynəklərinin ətəklərinə, küləcələrinin yaxalarına tikdikləri sarmalar, gümüş pullar səslənirdi. Ə.Abasov. küləçalan (=küləçalar) sif. Külə bənzəyən, külə oxşayan, kül rəngində olan, külrəngi. Küləçalan torpaq. küləçalar (=küləçalan) sif. Külə bənzəyən, külə oxşayan, kül rəngində olan, külrəngi. Küləçalan torpaq. külək is.\n1. Havanın üfüqi istiqamətdə hərəkətindən ibarət təbiət hadisəsi; yel. Külək əsir. Külək birdən kəsdi. Külək tutan yer. – Gecələr, gecələr, sonsuz gecələr; Çılğın küləkləri quduz gecələr! M.Müşfiq. Külək [Dürrənin] getməsinə mane olub paltarını sanki cırmaq istəyirdi.. S.Vəliyev. • Külək mühərriki – külək vasitəsilə hərəkətə gələn mühərrik.\n2. məc. Təşbehlərdə sürət, itilik, cəldlik mənasında. Külək kimi yerimək. – Qoymaram başına açsınlar kələk; Duruşun buluddur, yerişin külək. M.Müşfiq. ‣ Külək hayana əssə, o yana əsmək – möhkəm əqidəyə sahib olmamaq, tez vəziyyətə uyğunlaşmaq, fikrində sabit olmamaq. küləkkeş bax. küləklik. küləkləmə “Küləkləmək”dən f.is. küləkləmək f.\n1. Külək əsmək, külək olmaq. Hava küləkləyir.\n2. Süni surətdə yel, külək yaratmaq. Yelpiklə özünü küləkləmək. Ocağı paltarın ətəyi ilə küləkləmək. Ventilyator küləkləyir. küləklənmə “Küləklənmək”dən f.is. küləklənmək məch.\n1. Külək döymək, külək vurmaq. Sərilən paltarlar küləklənir.\n2. Özünü küləyə vermək, sərinlənmək. Nə küləklənirsən? küləkli sif. Külək olan, külək əsən. Küləkli gün. Küləkli hava. – Küləkli bir yaz günü idi. A.Şaiq. Yenicə yarpaq açmış budaqlarda yellənən quşlar isə küləkli gecənin təlaş dolu mürgüsündən sonra indi bir az da dincəlib sakit oldular. Ə.Məmmədxanlı. Bu gün xoş, günəşli, işıqlı olan hava sabahı buludlu, küləkli, çiskinli bir hal alır. M.Rzaquluzadə. küləklik is. Hava çəkmək üçün binalarda olan deşik, dəlik, oyuq. küləkli-qarlı sif. Həm külək əsən, həm də qar yağan. Küləkli-qarlı gün. Küləkliqarlı hava. küləklilik is. Küləkli havanın və ya yerin halı, xüsusiyyəti. küləkli-tufanlı sif. Həm külək əsən, həm də tufan olan. Küləkli-tufanlı gecə. [Gəray ağa:] Biz bu hisli-paslı, tozlu-torpaqlı, küləkli-tufanlı xarabaya öz dərdimizi ağlamaq üçün gəlmişdik! S.Rəhimov. küləkli-yağışlı sif. Həm külək əsən, həm də yağış yağan. Küləkli-yağışlı hava. – Nəhayət, küləkli-yağışlı bir gündə [Həsəni] buraxdılar. S.Rəhman. küləkölçən is. xüs. Küləyin gücünü və istiqamətini ölçmək üçün cihaz. küləksiz sif.\n1. Külək olmayan, sakit. Küləksiz hava.\n2. Külək tutmayan, külək olmayan. Küləksiz yer. küləksizlik is. Küləksiz yerin və ya havanın halı, xüsusiyyəti. küləktutan sif. Daim külək olan, küləyə məruz qalan. Evin küləktutan tərəfi. küləş is.\n1. Taxıl döyüldükdən sonra qalan quru çöplər; iri saman. Dəni küləşdən ayırmaq. Damı küləşlə örtmək. – Məşədi Ağakişi əlində yaba küləşi eşələyib qarışdırır. C.Məmmədquluzadə. Məktəb binası köhnə, üstü küləşlə örtülmüş yastı-yapalaq bir dam idi. Q.İlkin. // Bəzən həsir mənasında. [Zirzəmiyə] küləş şlyapalı uzun bir adam girdi. S.Vəliyev.\n2. məh. bax. kövşən 2-ci mənada. Safo .. ya ayaqyalın, ya yamaqlı bir çarıqda gəzir, onun-bunun küləşində başaqçılıq eləyir. S.Rəhimov. küləşdoğrayan is. Küləşi doğrayıb saman halına salan maşın. // Sif. mənasında. Küləşdoğrayan maşın. küləşləmə “Küləşləmək”dən f.is. küləşləmək f. Küləşlə örtmək; üstünə küləş salmaq, küləş döşəmək. Tövlənin damını küləşləmək. küləşlənmə “Küləşlənmək”dən f.is. küləşlənmək məch. Küləşlə örtülmək, üstünə küləş salınmaq, küləş döşənmək. Daxmanın damı küləşlənib. küləşlətmə “Küləşlətmək”dən f.is. küləşlətmək f. Üstünü küləşlə örtdürmək, üstünə küləş saldırmaq (döşətmək). Damı küləşlətmək. küləşli sif.\n1. Küləşi olan. Hətəm dayı .. küləşli taxıl yerlərinə baxırdı. Mir Cəlal.\n2. Küləşlə örtülmüş, küləş qoyulmuş yaxud küləşlə doldurulmuş. Küləşli çardaq. – Çaydan sonra yatışdıq. Mən də qeyri dustaqlar tək içi küləşli döşək üstə uzandım. C.Məmmədquluzadə. [Qaradonlu:] Gecəni bax, o üstü küləşli evdə qalıbmış. İ.Hüseynov. küləşlik is. Küləş olan yer, küləş, tökülmüş yer; kövşənlik. Biçilmiş tarlaların küləşliyindən bildirçinlərin .. səsləri gəlirdi. S.S.Axundov. külfə is. İşıq düşmək üçün tikilinin (əsasən, dəyənin) damında baca, işıq yeri; işıqlıq. külfət is. [ər.]\n1. bax. ailə 1-ci mənada. Bir külfətdə dörd nəfər uşaq var.. C.Məmmədquluzadə. [Qafar:] Pinəçilik edib yeddi baş külfətin ruzisini bir tövr ilə qazanıram. S.S.Axundov. [Molla Qurban:] Bəy yanında alnıaçıq, külfət yanında üzügülər olasan, inşallah!.. Ə.Vəliyev. • Külfət sahibi – ailə başçısı, ata. İndi balaca uşaq özünü kişi və külfət sahibi hiss edirdi. Ə.Haqverdiyev. Nəcibənin .. oğlu iyirmi-iyirmi beş il idi ki, kənddə evlənmiş, külfət sahibi olmuşdu. Mir Cəlal.\n2. köhn. evf. Arvad mənasında. [Qəribin anası:] Mən Təbrizli Məmmədin külfətiyəm, bu da oğlumun nişanlısıbır. “Aşıq Qərib”. [Cahan:] Bəy, dəllal Kərbəlayı Nəsirin külfətiyəm, bəlkə tanıyasan? Ü.Hacıbəyov. Namaz kişinin külfətiyəm, – deyə, qarı könülsüz cavab verdi. M.Hüseyn.\n3. məc. Zəhmət, əziyyət, qayğı mənasında. Onu külfət basıb. külfətarası sif. Ailə daxilində baş verən, ailədə olan. Külfətarası söhbət. külfətli sif. Külfəti olan, arvad-uşağı olan; ailəli. Külfətli adam. külfətliklə zərf Bütün ailə birlikdə, bütün külfət bir yerdə; ailəliklə. Külfətliklə gəzməyə getmək. külfətsiz sif. Külfəti, ailəsi olmayan, arvad-uşağı olmayan, evli olmayan; ailəsiz. külfətsizlik is. Külfəti, ailəsi, arvad uşağı olmama; külfəti olmayan adamın halı. külxan is. [fars.] köhn.\n1. Odunla qızdırılan hamamın odluğu, ocağı. Külxanı təmizləmək. – Bir yetim tifildi baldırı açıq, başı keçəl; Mənzili şamü-səhər köhnə hamam külxanı. S.Ə.Şirvani.\n2. bax. külxançı. Mənim üçün xan da birdir, külxan da. (Ata. sözü). külxana [fars.] bax. külxan 1-ci mənada. Ata-ana sözünə baxmayan külxanada yatar. (Ata. sözü). külxanaçı bax. külxançı. Yaşıllaşmaqda olan düzlükdən ara-sıra ötən qatarlar tüstülü kösöv gəzdirən külxanaçılara bənzəyirdi. Mir Cəlal. külxançı is. köhn. Külxanada işləyən adam, hamam ocaqçısı. kül-külfət top. Ailə, külfət, ailə üzvləri (hamı bir yerdə). Kül-külfəti bir yerə yığmaq. – Arvadlar .. sarı keçinin ağuza oxşayan sarı südündən bir kasa alıb aparar, evdə kül-külfət üskük-üskük bölüşüb tamsınatamsına içərdi. S.Rəhimov. [Hətəmov Qaraşa:] Çıxaq yuxarı, görək kül-külfət nə haldadır? B.Bayramov. külqabı is. Papiros külünü və kötüyünü tökmək üçün xüsusi qab. Yusif papirosu axıra qədər sümürüb külqabıya atdı. B.Bayramov. Külqabı siqaret kötükləri ilə dolmuşdu. İ.Hüseynov. küll [ər.]\n1. Bütün, cümlə, cəmi; bütöv, tam halda; ümum, ümumiyyətlə. Bir küll halında. – Bəli, biz burada Mozalan kəndinin xəstəliyi olan sümük azarından – yəni xəbərçiliyin hamısından yox, əsla küllisini yox, cüzisini yazmaq istərdik. S.Rəhimov.\n2. köhn. İzafət birləşmələrinin birinci tərəfində “bütün”, “bütöv”, “tam” mənasında; məs.: külli-cahan, külli-dünya (bütün dünya, bütün aləm), külli-vilayət (bütün vilayət, ölkə). Nigar, Koroğlu yarısan; Bilsin küllialəm səni. “Koroğlu”. Rəngü-ruyu, cismi, taqəti, canı; Külli-varı gedən bəs ağlamazmı? M.V.Vidadi. Ey dünya, sən puçsan, yalansan, yalan; Külli-xalq canına salmısan talan. Molla Cümə. külləmə 1. “Külləmək”dən f.is.\n2. sif. Qaynar kül içərisində bişirilmiş. Külləmə kartof. külləmək f.\n1. Kül tökmək, kül sərmək. Ləkləri külləmək. Ağacların dibini külləmək.\n2. Lavaşı yandırmamaq üçün saca, hisdən qorumaq üçün qazana və s.-yə küllü palçıq yaxmaq, sürtmək. Qazanı külləmək. – ..Ana saç külləyib ocaq qalayır, kətə bişirib içinə təzə yağ qoyur.. Ə.Vəliyev.\n3. Küllə sürtmək, küllə təmizləmək. Samovarı külləmək. Mis qazanları külləmək. küllənmə “Küllənmək”dən f.is. küllənmək məch.\n1. Üstünə kül tökülmək, külə batmaq, küllə dolmaq. Xörək küllənmişdi.\n2. qayıd. Külə dönmək, kül olmaq. Ocaqda kömür külləndi. – Kabab ocağının közü küllənməyə başladı. Ə.Vəliyev. Hamı dağılışdı. Ocaq səngiyib külləndi. B.Bayramov.\n3. məc. Avaralanmaq, boş-bekar gəzmək, vaxtını boş keçirmək, faydalı işlə məşğul olmamaq. [Cəfər:] Biz yazıq da meyit içində, azarlı yanında illərlə küllənirik. Çəmənzəminli. [Rüstəm kişi:] Əə, Salman, burda niyə küllənirsən? – deyib səsləndi. M.İbrahimov. Haradasa otuz il küllənən feldşer beləsindən çox-çox şöhrətli sayılır.. B.Bayramov. külləşmə “Külləşmək”dən f.is. külləşmək f. Yanıb külə dönmək, yanıb kül olmaq. Köz külləşdi. külli sif. [ər.] Saysız-hesabsız, çoxlu, çox. Külli zərər. Külli məbləğ. Külli miqdar. Külli qoşun. külliyyat is. [ər.] Bir yazıçı və ya alimin çap edilmiş bütün əsərlərinin toplusu. M.F.Axundzadənin külliyyatı. küllü sif.\n1. Külə bulaşmış, külə batmış, içində kül olan. Küllü çörək.\n2. Tərkibində kül olan. Bitkiləri küllü su ilə dezinfeksiya etmək. küllük is.\n1. Kül tökülən yer. Toyuqlar küllükdə eşələnir. – Külü küllükdən götür. (Ata. sözü). Zibil təpə olsa, küllük dağ olmaz; Yel əsəndə alçaqlara endirər. Aşıq Abbas. Kəndin qırağındakı küllükdən keçib çayı adlamalı idik. M.İbrahimov.\n2. məc. Xarabalıq, xaraba yer. Küllük eylədilər gülüstanlığı. M.Rahim. ‣ Köhnə küllükləri eşələmək – unudulmuş, vaxtı ilə olmuş, yaddan çıxmış bir hadisəni, pis işi, nöqsanları xatırlamaq, yada salmaq. Kim isə Hacının keçmişini qurdaladı, köhnə küllükləri eşələdi. Mir Cəlal. külmə I. is. zool. Siyənək fəsiləsindən yeyilən balıq.\n\nII. is. məh. Yaş baramanı sıxıb qurutmaq üçün çən. külrəngi sif. Kül rəngində olan; boz. kültəmizləyən sif. xüs. Külü təmizləməyə xidmət edən. Kömür tökülən baca, kültəmizləyən bacadan bir qədər hündürdə olur. külü sif.\n1. k.t. Bozumtul-ağ. Külü torpaq.\n2. Kül rəngində olan, kül rənginə çalan; boz, külrəngi. Külü parça. Külü corab. külüng is. Daş çıxarma və torpaq qazıma işlərində istifadə edilən bir ucu sivri, o biri ucu isə enli alət. Külünglə yer qazımaq. Külüngə dəstə vurmaq. – Əhməd .. bir külüng gətirib evin küncünə atdı. Ə.Haqverdiyev. Şahnisə xanımın döşəkçəsinin üstündə Fərhad külünglə dağı yarırdı. Çəmənzəminli. ‣ (Fərhad kimi) külüng vurmaq (çalmaq) – zəhmət çəkmək, çalışmaq, işləmək, əziyyətə qatlaşmaq. [Hacı Murad:] Qırx il külüng çalıb bir cüzi pul əlimə salmışam. S.S.Axundov. [Mirzə Camal:] Neçə ildir Fərhad kimi külüng vururam, bu səhnəni mən düzəltmişəm, indi o gəlib mənə dərs verəcəkdir! C.Cabbarlı. [Şeyda:] Gərək məhəbbəti fəaliyyətə çevirib, işıq və gözəllik uğrunda külüng çalasan! Ə.Məmmədxanlı. Külüng sındırmaq – bax. külüng vurmaq (çalmaq). Nahaq bu yolda külüng sındırır. S.Rəhman. külüngçü is. Külünglə işləyən, külüng işlədən, torpaq qazıyan fəhlə. Külüngçülər başladılar minarənin dibini qazımağa. “Koroğlu”. külüngləmə “Külüngləmək”dən f.is. külüngləmək f. Külünglə qazımaq, külünglə əzmək (torpağı, kəsəyi və s.-ni). [Qadir] ..bir az o yanda torpaq qazıyanlara yaxınlaşıb yeri külüngləməyə başladı. Ə.Əbülhəsən. külünglənmə “Külünglənmək”dən f.is. külünglənmək məch. Külünglə qazılmaq, külünglə əzilmək (torpaq, kəsək və s.). Bağ külünglənmişdi. külüf is. Dağ, qaya dibində oyuq yer, balaca mağara. Ay Pası, kafir çoxdan bizim yuxarı qayanın külüfündə yaşayır. S.Rəhimov. küm is. dan. Barama, barama qurdu. kümbəd (=kümbəz) bax. künbəz. Bu fikirdə ikən gözümə bir kümbəd dəydi. S.S.Axundov. kümbəz (=kümbəd) bax. künbəz. Bu fikirdə ikən gözümə bir kümbəd dəydi. S.S.Axundov. kümbədli (=kümbəzli) bax. künbəzli. Tamam üstü kümbədli bir köhnə məzar tapır və içində gizlənir. S.S.Axundov. kümbəzli (=kümbədli) bax. künbəzli. Tamam üstü kümbədli bir köhnə məzar tapır və içində gizlənir. S.S.Axundov. kümçü məh. bax. baramaçı 1-ci mənada. [Heydər bəy:] Ərz elədim ki, naçalnik, heç vaxt Cavanşirdən kotançı və kümçü görünməyib. M.F.Axundzadə. kümçülük bax. baramaçılıq. Kümçülüklə məşğul olmaq. kümdar bax. kümçü. kümdarlıq bax. kümçülük. kümxana is. Küm saxlamaq üçün qarğıdan, ağacdan və s.-dən düzəldilmiş qəfəsəli yer, tikili. Kümxananı qaydaya salmaq. kümöyül is. zool. Ağacları qurudan qurd, zərərverici cücü. künc is. [fars.] Bucaq, guşə. Şkafın küncü. Küncə çəkilmək. – Arvad ələyi gətirəndən sonra Qurban oturdu otağın bir küncündə və başladı gəci ələməyə. C.Məmmədquluzadə. Məhbuslar qorxularından küncə qısılırlar. Ü.Hacıbəyov. Qalaca küncünə qısılan şahın; Xalqı palçıq kimi tapdalanıbdı. M.Araz. // Məc. mənada. ..Meşənin dərin küncündə cəh-cəh ilə oxuyan bülbüllərə qulaq verdim. A.Divanbəyoğlu. Atıb anan səni bir qəmli küncə; Sənə süd verərdi sanki ödüncə.. M.Müşfiq. künc-bucaq is.\n1. bax. künc. Otağın fərşi çoxdan bəri süpürülməmişdi: küncbucağı, tavanı hörümçək toru basmışdı. M.S.Ordubadi. [Xalıqverdi:] Mitillərimin hamısını söküb, küncü-bucağı qazıq-qazıq eləyibsiniz. Ə.Vəliyev.\n2. məc. Gizlin, nəzərə çarpmayan, xəlvət, dalda yer mənasında. Künc-bucağı axtarmaq. Küncdə-bucaqda gizlənmək. – [Hümmət:] Küncdə-bucaqda danışmaq arvad işidir, – deyə, astadan gileylənə-gileylənə eyvana çıxdı. B.Bayramov. künclü sif. Küncü, tini olan. küncüd is.\n1. Tumundan yağ alınan ağ rəngli çiçəkləri olan birillik bitki. Küncüd çiçəkləmişdir.\n2. Bu bitkinin toxumu (çörəyin üstünə səpilir, tibdə işlədilir). Solmaz küncüddən tutmuş qarpız tumuna qədər əlinə nə düşsə, Patrona yedizdirərdi. İ.Məlikzadə. • Küncüd yağı – küncüddən alınan bitki yağı. Küncüd halvası – küncüddən hazırlanan halva növü. küncüdlü sif. Küncüd vurulmuş, küncüd qatılmış, tərkibində küncüd olan. Küncüdlü halva. Küncüdlü çörək. – ..Kimi ayaq üstə durub ağzına küncüdlü qovurğa atır. Ə.Abasov. kündə I. is.\n1. Sonradan yaymaq, yastılamaq üçün yumru hala salınmış xəmir parçası. Bir kündə xəmir. Kündələri tabağa yığmaq. – Atam elə bicdir ki, kündəni sayır, anam elə bicdir ki, kündədən kəsir. (Məsəl). Gülsənəm son kündəni də .. sacın üstünə sərdi. S.Rəhimov. Pəri nənə səy və diqqətlə iri kündəni yayırdı. M.Hüseyn.\n2. məc. Qalın, kobud, kələ-kötür. [Mürsəl:] Ayaqların kündə, əllərin kösöy; Gəlin gedən kimi qaynananı döy! S.Rüstəm. // Sif. mənasında. Kündə əl. Kündə ayaq.\n\nII. is. [fars.] Keçmişdə: qaçmasın deyə dustaqların ayaqlarına, boyunlarına və ya əllərinə vurulan ağır şey. Mən aşiqəm tey yara; Canım aldı tey yara; Boynum kündədə olsun; Əlim yetsin tey yara. (Bayatı). Xəlil paşa hökm elədi, üçünün də ayağına kündə vurub zindana salsınlar. “Koroğlu”. Həcərin ayağına qandal, boynuna kündə vurdular. “Qaçaq Nəbi”. kündəaçan is. Kündəni yaymaq üçün alət. kündələmə “Kündələmək”dən f.is. kündələmək f. Xəmirdən kündə hazırlamaq, kündə qayırmaq, kündə tutmaq. O, süfrə qabağında oturub xəmir kündələyirdi. S.Rəhimov. kündələnmə “Kündələnmək”dən f.is. kündələnmək məch. Xəmirdən kündə hazırlanmaq, kündə qayrılmaq, kündə tutulmaq. Xəmir kündələndi. kündəli sif. Ayağına və ya boynuna kündə vurulmuş (bax. kündə2). Ayağı kündəli dustaq. kündəlik is. Saylarla işlənərək, xəmirdən tutulacaq kündənin miqdarını bildirir. On kündəlik xəmir yoğurmaq. kündür is. [fars.] Saqqız ağacının qabığından hazırlanan xoşiyli sarımtıl maddə. Yazılmış uca məzar daşlarının dibindən çıxan səndəl və kündür tüstüləri qızların nəzərini cəlb edirdi. M.S.Ordubadi. künə is. Yumurtanın enli (küt) tərəfi. ..Əli yumurtasının künəsini tutur və deyir.. C.Məmmədquluzadə. künfəyəkün [ər.]: künfəyəkün etdirmək – alt-üst etdirmək, darmadağın etdirmək. [Məstəli şah:] Xanım, buyurursunuzmu Pariji künfəyəkün etdirim, altını üstünə çevirtdirim. M.F.Axundzadə. Künfəyəkün etmək – alt-üst etmək, darmadağın etmək. [Məşədi:] ..And olsun oğlumun canına, ayda manat bir şahıdan artıq müamilə almamışam. Artıq almışamsa, Allah mənim evim künfəyəkün eyləsin.. Ə.Haqverdiyev. Künfəyəkün olmaq – alt-üst olmaq, darmadağın olmaq; məhv olmaq, dağılmaq. Qərəz, ailə bir neçə ilin içində künfəyəkün oldu. S.Rəhman. küng is. köhn. Saxsı boru (su kəməri və ya kanalizasiya üçün). künh is. [ər.] klas. Bir şeyin əsli, mahiyyəti, əsası, məğzi. Adəmin künhünü anlardı, qılardı səcdə. S.Ə.Şirvani. Çatdı ya ki, uşaqların; Künhünə elmü sənətin? Yaxşı ki, qorxub az yedin; Toxluq edər təbiətin. A.Səhhət. • Künhünə varmaq (çatmaq) – bir şeyin əsasını, əslini, mahiyyətini, məğzini öyrənmək, araşdırmaq, bilməyə çalışmaq. Məsələnin (işin) künhünə çatmaq. künyə is. [ər.] Bir şəxsin adı, əslinəsəbi və s. kimi xüsusiyyətlərini göstərən qeyd (adətən ərəb dilində “əbu”, “ibn”, “ümm” sözləri ilə başlanan ləqəb). Çün Nəsiminin Əbülfəzl oldu həqdən künyəsi. Nəsimi. küp is. Kürədə bişmiş sarı palçıqdan, gildən qayrılan iri saxsı qab. Su küpü. Bir küp sirkə. Küpü doldurmaq. – Mənim rəhmətlik dədəm burada yeddi küp qızıl basdırıb. “M.N.lətif”. Pusqu üçün girdi küpün dalına; Çəkdi əlin bığına, saqqalına. S.Ə.Şirvani. Çoban məşəlin yanındakı iri küpdən bir parça [neft] götürüb məşələ atdı. M.Rzaquluzadə. • Küp qəbri tar. – çox qədimlərdə ölülərin basdırıldığı və indi qazıntı halında tapılan küpə – qəbir. ‣ Küp dibində yatan – daim sərxoş halda olan adam haqqında. Küp dibində yatmaq – həddindən çox içmək, həmişə sərxoş olmaq, sərxoşluq etmək. [İskəndər:] ..Cəlal, ay Cəlal! Sən də mənim kimi dərs oxuyub qurtarandan sonra, başlayacaqsan İskəndər dadaşın kimi küp dibində yatmağa. C.Məmmədquluzadə. Küp qarısı – bax. küpəgirən. Daha pünhan qala bilməz nə xeyir, nə şər əməli; Küdurətin küp qarısı gələ bilməz kələk bizə. Şəhriyar. Küpünə girmək (çaxırın və s. içkinin) – həddindən artıq içmək (şərab və b. içki). [Məşədi Səfərqulu:] Sən öləsən, şərabın küpünə girir. S.S.Axundov. Küpünü yum! – ağzını yum! sus!\n\nII. is.\n1. bax. dibcik. Tüfəngin küpilə vurub boynuna; Əl salıb cibinə, həmi qoynuna... H.K.Sanılı. [Gödək kişi] tüfəngin küpünü yerə qoydu, sağ əlini [Qədirə] verdi. Mir Cəlal. Əsgər əlini tüfəngin küpünə vurdu. Ə.Əbülhəsən. // Keçmişdə ağızdan, dolma tüfənglərdə və tapançalarda lülə ilə çaxmağın arasında piston qoyulan yer. [Ovçu] çaxmağı qaldırıb gördü ki, küpündə piston da var. M.Rzaquluzadə.\n2. Baltanın sapı keçirilən yerin arxa hissəsi. Baltanın küpü ilə vurmaq.\n3. Xəncər və s. kimi kəsərtilərin əllə tutulan hissəsi, dəstəsi, qəbzəsi.\n4. Buxovun açarla açılıb-bağlanan hissəsi. Buxovun küpü. küpçə is. Balaca küp, kürəcik. O qədər küp üstə küpçələr sınıb. (Ata. sözü). küpçü is. İp və s. boyayan adam; boyaqçı. küpçülük is. Küpçünün işi, sənəti, peşəsi; boyaqçılıq. küpə I. is. Su, yağ və s. tökülən müxtəlif ölçülü saxsı qab. Yağı küpələrə doldurmaq. Küpənin ağzını bağlamaq. Küpəyə doşab tökmək. – Saat yarımdan sonra Qurban gəldi. Küpəni, ləyəni, parçı və bir lüləyin gətirdi. C.Məmmədquluzadə. [Səlimə:] Küpənin dibində bir az gərək turşu olsun. Ə.Haqverdiyev. [Sadıq] içi kərə yağla dolu şirli küpəni döşəməyə qoydu. Mir Cəlal. • Küpə qoymaq (salmaq) – soyuq dəymiş adamın dalına balaca küpə (banka) qoymaq (salmaq). [Günəş:] Səni soyuq almış, gəl belinə küpə qoyum, – dedi. A.Şaiq. [Mələk:] Bu saat penisillin vuracağam, küpə salıb, üstünü basdıracağam. M.İbrahimov.\n\nII. is. dan. Tumurcuq. Ağacın küpəsinə baxmaq. küpəcik bax. küpçə. küpəçiçəyi is. bot. Parlaq, çox vaxt qırmızı çiçəkləri olan dekorativ kol-bitki. küpəgirən küpəgirən qarı folk. – hiylə, biclik, fırıldaq, ara vurmaq kimi işlərlə məşğul olan qarı (nağıllarda mənfi surət kimi işlənir). [Həkimbaşı:] Gör bir küpəgirən qarı tapa bilərsənmi? Ə.Haqverdiyev. Kənardan küpəgirən, işsiz, peşəsiz, avam və cahil qarılar meydanı daha da qızışdırardılar. H.Sarabski. küpələmə “Küpələmək”dən f.is. küpələmək f. Küpə qoymaq, küpə salmaq; bankalamaq. Xəstəni küpələmək. küpələnmə “Küpələnmək”dən f.is. küpələnmək məch. Küpə qoyulmaq, küpə salınmaq; bankalanmaq. küpələtdirmək bax. küpələtmək. küpələtmə “Küpələtmək”dən f.is. küpələtmək icb. Küpə qoydurmaq, küpə saldırmaq; bankalatdırmaq. küpəmə “Küpəmək”dən f.is. küpəmək f. dan.\n1. bax. gopamaq 1-ci mənada. Qız almanı küpədi [Məlik Cümşüdün] dalınca. (Nağıl).\n2. Acgözlüklə yemək, aşırmaq, tıxmaq, ötürmək. Xörəyi küpəmək. küpsəmə “Kürsəmək”dən f.is. küpsəmək bax. küpəmək 1-ci mənada. Ağca xanım keçib uşağın qolundan tutdu, murdar bir pişik balası kimi çıxarıb eyvana qoydu, kürəyinə də bir yumruq küpsədi. Mir Cəlal. kür I. sif.\n1. Ağlağan, qışqırıqçı, şıltaq. Kür uşaq.\n2. Hay-küyçü, zorakı, dediyini yeridən, inadkar. Kür adam. – [Əlyarov:] Sonra ağzıgöyçəklər deyəcəklər ki, Əlyarov kürdür, heç kəslə yola gedən deyil. M.Hüseyn.\n3. Tənbəl, bacarıqsız, aciz, əlindən iş gəlməyən. // İs. mənasında. Kür günortayacan nə eyləyib ki, günortadan sonra nə eyləsin? (Ata. sözü).\n\nII. sif. Pak, təmiz (su haqqında). Hovuz kürdür. kürd is. Azərbaycan, Türkmənistan, Suriya, İraq, İran, Türkiyə, Əfqanıstan və Pakistanda yaşayan irandilli xalq və bu xalqa mənsub adam. Əsli kürd olan bu adamın ağası Alıkişi qapılarda muzdurluq etməklə böyük ailəsini saxlayırmış. “Qaçaq Nəbi”. [Qaçay:] Kürdün kürdə sovqatı, bir dəstə bulaq otu, – deyiblər. Ə.Vəliyev. ‣ Kürd-ovşarı, kürd-şahnaz və s. – klassik Azərbaycan musiqisində muğam adları. kürdi is. mus. Əsasən kamançada ifa olunan lirik musiqi. kürdoğlu is. mus. Aşıq musiqi formalarından biri. kürdü bax. küləcə. kürdünağırı is. mus. Yallı tərzində oyun havası. Kürdünağırı çalmaq. kürdcə zərf və sif. Kürd dilində. Kürdcəazərbaycanca lüğət. Kürdcə danışmaq. kürə I. is. [ər. kürrə] Yer kürəsi, üzərində sakin olduğumuz planet. Yer kürəsinin əhalisi. Geri fırlan, Yer kürəsi, zamandan küsüb; Nüşabənin kəcavəsi təpədən aşdı... M.Araz. • Küreyi-ərz köhn. – Yer kürəsi, dünya. Bu küreyi-ərzdə mən, müxtəsər; Müxtəlif əlvan görürəm, qorxmuram. M.Ə.Sabir. // Şar, yuvarlaq şey. Küçələrdə sıra ilə yerə basdırılmış çuqun dirəklərin başında ağ kürələr parlayırdı. Ə.Sadıq.\n\nII. is. [fars.]\n1. Dəmiri qızdırmaq üçün körüklə odu közərdilən dəmirçi ocağı. Kürəni körükləmək. Dəmirçi kürəsi. – Dəmiri kürədən dəmir çıxardar. (Ata. sözü). Əlli qədəm bir-birindən aralı çadırların aşağı tərəfində ağacdan bir çardaq tikilib, içində böyük misgər kürəsi və bu kürəyə münasib bir körük nəsb olub. M.F.Axundzadə. ..Körüklər basılır, kürə qızarır, zindan səslənir. S.Rəhimov. • Cəhənnəm kürəsi – bax. cəhənnəm. Yayda cəhənnəm kürəsi kimi hər tərəfi yandıran Tehran günəşi, payızın son ayları və qışda çox ilıq və mülayim olur. M.İbrahimov.\n2. Palçıqdan, gildən və ya dəmirdən düzəldilən kiçik ocaq. Xörəyi kürədə bişirmək. Kürəyə kömür tökmək. – Mətbəxdə mütləq təndir, biri böyük, digəri kiçik iki ocaq, bir kürə olardı. H.Sarabski. ..Fatma səkidə, palçıqdan qoyulmuş kürədə südlü sıyıq bişirirdi. Ə.Əbülhəsən.\n\nIII. is. Qulaqları uzun (qoyun haqqında). Qoyun var kərə gəzər; Qoyun var kürə gəzər; Gedər, dağları gəzər; Gələr, evləri bəzər. (Sayaçı sözü). // Sif. mənasında. Kürə qoyun. kürəcik is.\n1. Balaca kürə, kiçik kürə; dairəcik. İki dozanqurdu mal təzəyini yumurlayıb aparırdı. Onlar başıaşağı durub, dal ayaqları ilə kürəciyi dığırlayırdılar. İ.Şıxlı.\n2. fiziol. Qanın tərkib hissəsi. • Qırmızı, ağ qan kürəcikləri – qanın tərkib hissəsi, qanın ən xırda hissəcikləri. kürəçi is. Kürəyə xidmət edən adam; ocaqçı yaxud kürədə kərpic, qab və s. bişirməklə məşğul olan adam. kürəçilik is. Kürəçinin işi, peşəsi; ocaqçılıq. Kürəçilik eləmək. kürəxana is. [fars.] köhn.\n1. Gildən, palçıqdan hazırlanan şeylərin (məs.: saxsı qab, kərpic və s.) bişirildiyi yer.\n2. Çörəkxanalarda kürələr (peçlər) olan yer; ocaqxana. Məşədi Hüseyn qoluçirməkli, döşüönlüklü xəmirxanadan kürəxanaya keçir, dayanmadan geri qayıdırdı. Mir Cəlal.\n3. Dəmirçi, misgər, qalayçı dükanlarındakı kürə, odluq. Misgər kürəxanasından çıxan mis məcməyi kimi qızaran günəş dağ arxasından yavaş-yavaş boylanırdı. P.Makulu. kürək I. is.\n1. Bədənin arxa hissəsinin yuxarısında olan üçkünc şəkilli yastı sümüklərdən hər biri. [Qəhrəman:] Güllə arxasından, kürəkləri arasından dəyib keçmişdi. H.Nəzərli. // İnsan bədəninin həmin hissəsi. Kürəyini divara söykəmək. Kürəyini ovuşdurmaq. – [At] Kərbəlayı Qasımın dalınca gedə-gedə hərdən alnını sürtürdü Kərbəlayı Qasımın kürəyinə. C.Məmmədquluzadə. ..Ağsaqqal həkim yuxarıdan əlini Əlisanın kürəyinə vurdu. S.Rəhimov.\n2. Paltarın kürəyi örtən hissəsi. Pencəyin kürəyinə astar tikmək. Paltarın kürəyi dağılmışdır. ‣ Kürək cəzası köhn. – bax. katorqa. Kürək çevirmək – dal çevirmək, üz döndərmək. Atasını kürəyinə (dalına) sarımaq (yükləmək) – bax. atasını dalına sarımaq (“ata”da). Kürək-kürəyə vermək – birbirinə arxalanmaq, kömək etmək, əl-ələ vermək. Məsciddəki camaat soyuqdan titrəşirdi.. Soyuqdan donmamaq üçün ayaqlarını yerə döyür, kürək-kürəyə verib bir təhər qızışırdılar. İ.Şıxlı. Kürəyi yerə gəlmək – basılmaq, məğlub olmaq. [Kərəmzadə:] Sənin qohumuna bel bağlayanın bərkə düşən kimi, kürəyi yerə gələr, Nisə! B.Bayramov. Kürəyindən çıxartmaq – əvəz almaq, acığını çıxmaq. Kürəyini yerə vurmaq (qoymaq) – 1) basmaq, məğlub etmək; 2) taqətsiz yıxılmaq, bihuş düşmək, düşüb qalmaq. Uca bir dağ ətəyində; İnsan birdən ürəyində; Amansız bir ağrı duydu; Kürəyini yerə qoydu. M.Dilbazi. Kürəyini... söykəmək – arxayın olmaq, bel bağlamaq. Kürəyini dağa söykəyib.\n\nII. is.\n1. Torpaq və s. atmaq üçün ağacdan qayrılmış uzundəstəkli alət. Kürəklə qar atmaq. Samanı kürəklə yığmaq. – Həyətin sol tərəfində Vəliqulu əynində cındır gödək arxalıq və başında köhnə boz papaq kürəklə peyin sərirdi. C.Məmmədquluzadə. İndi bəyin əli xəncər dəstəsindən deyil, süpürgə və kürək dəstəsindən yapışmış, bazar süpürürdü. H.Nəzərli.\n2. bax. avar1. Kürək çəkmək. – Dürrə .. kürəkləri tez-tez tərpədərək sürətlə irəliləməyə başladı. S.Vəliyev. ‣ Kürəklə ağzına vurmaq – bax. ağzından vurmaq (“ağız”da). kürəkayaqlılar cəm zool. Suda üzmək üçün ayaqları kürək şəklində olan məməli heyvanlar dəstəsi. Balinalar kürəkayaqlılara nisbətən su ilə daha çox əlaqədardır. “Zoologiya”. kürəkcik is. Balaca kürək, kiçik kürək (bax. kürək2). Kürəkciklə işləmək. kürəkçi bax. avarçı. kürəkən is. Qızın ərinin, qızın ata və anasına olan qohumluq münasibəti; yeznə. [İmran:] Hacı Murad, sən çox xoşbəxtsən ki, İmran kimi kürəkənin var. S.S.Axundov. Yaxşı yol, oğlum! – deyərək, qoca qayınana öz cavan kürəkənini yola saldı. B.Talıblı. [Vahimə:] Bacım da durdu, durdu, özünə kürəkən tapdı. B.Bayramov. kürəkənlik is. Kürəkənin öz arvadının ata-anasına olan qohumluq vəziyyəti. kürəkləmə “Kürəkləmək”dən f.is. kürəkləmək f.\n1. Kürəklə atmaq, təmizləmək; kürümək. Qarı kürəkləmək. Buğdanı kürəkləmək. – Mühəndis qumu bir xeyli kürəklədi.. Mir Cəlal.\n2. Kürək (avar) çəkmək, avarlamaq. Qayığı kürəkləmək. kürəklənmə “Kürəklənmək”dən f.is. kürəklənmək məch.\n1. Kürəklə təmizlənmək, atılmaq; kürünmək. Tövlə kürəkləndi.\n2. Kürək çəkilmək, avarlanmaq. Qayıq kürəkləndikcə irəliləyirdi. kürəklətmə “Kürəklətmək”dən f.is. kürəklətmək icb.\n1. Kürəklə atdırmaq, təmizlətmək; kürütdürmək. Qarı kürəklətmək.\n2. Kürək çəkdirmək, avarlatmaq. Qayığı kürəklətmək. kürəkli I. sif. Enli kürəkləri olan, enlikürəkli. Kürəkli oğlan (kişi).\n\nII. sif. Əlində kürək olan. ..Bir neçə yerdə əli belli və kürəkli kişilər uçuq damların daşını və torpağını sökməkdə idilər. C.Məmmədquluzadə ..Bunkerin qabağında, maşında taxılı boşaltmaq üçün əli kürəkli iki arvad dayanmışdı. Ə.Əbülhəsən. Belli, dəhrəli, yabalı, külünglü, kürəkli adamlar bir-birinə qarışmışdılar. Ə.Vəliyev. kürəklik is. və sif. Kürək qayırmağa yarar, kürək qayırmaq üçün (ağac və s.). Kürəklik ağac. – Sən gördüyün ağaclar kürəkliyə kəsildi. (Ata. sözü). Gəldi, gördü ki, bu həyət daha o həyət deyil, gördüyü ağaclar kürəkliyə kəsilmişdir. Mir Cəlal. kürələmə “Kürələmək”dən f.is. kürələmək bax. kürümək 1-ci mənada. kürəmə “Kürəmək”dən f.is. kürəmək bax. kürümək. kürən sif. Saçı, tükü parıltılı sarı-qırmızı rəngdə olan. Kürən oğlan. – Kürən at, geriyə dön! – dedikdə, kürən at dərhal geriyə sıçradı. M.S.Ordubadi. // İs. mənasında. Bu rəngdə saçı, tükü olan at, adam və s. Kürəni minmək. Kürəni çapmaq. – Üfüqlərdə günəş; Alov yallı bir kürən. R.Rza. kürənmə “Kürənmək”dən f.is. kürənmək bax. kürünmək. Tövlə kürənib qurtardı. kürənvari sif. Kürən rəngində, kürənə bənzər; sarı-qırmızı. kürəşəkilli sif. Kürə (şar) şəklində olan; kürəvari, kürəvi. kürəvari bax. kürəvi. kürəvarılıq bax. kürəvilik. kürəvi sif. [ər.] Kürə (şar) şəklində, kürəyəoxşar, şar şəklində, kürəvari, kürəşəkilli, girdə. Kürəvi cisim. kürəvilik is. Kürə şəklində olma, şara oxşama; girdəlik, kürəşəkillilik, kürəvarilik. kürəyəc is. bax. kürək2 1-ci mənada. Kürəyəclə zibili bir yerə yığmaq. kürk is.\n1. Keçmişdə, əsasən, qoyun dərisindən, indi isə süni tüklü dərilərdən tikilən yaxud içi ya üzü bu kimi dəri ilə örtülü olan isti qış geyimi. Kürk tikmək. Kürkü geymək. – Telli .. Rizvanın da kürkünü Gülpərinin çiyninə salırdı. S.Hüseyn. Soyuq bir cəhənnəm, bir yaman ölkə; Soyuq güc gətirdi, sığındım kürkə. Ə.Cavad. Balkanlılar tərsinə geydi köhnə kürklərin; Qorxutmağa durdular Avropanın türklərin.. A.Səhhət. // Qiymətli xəzdən tikilmiş qadın, uşaq isti üst geyimi. Dovşan dərisindən kürk. – Yumşaq tükdən boz kürkümə; Anam büküb bu yaz məni. M.Dilbazi.\n2. Məc. mənada. Örtük, pərdə. Dağlar ağ kürkə bürünmüşdü. – Siyasi dumanların kəsif kürkünə girib .. nəşələr dünyasında üzən bu şəhər [Bağdad] minlərcə .. xəfiyyələrin əlində idi. M.S.Ordubadi. ‣ Kürkünə birə dolmaq (düşmək) – təşvişə düşmək, əl-ayağa düşmək, həyəcan keçirmək, narahat olmaq. Bu son aylar nədənsə Nemətullayevin kürkünə birə dolmuşdu. S.Rəhimov. Kürkünə birə salmaq – birini təşvişə salmaq, qorxuya salmaq, bir şeylə qorxudaraq narahat vəziyyətə salmaq. Bağır bayaqdan bəri qonşusunun atmacalarını vecinə almırdı, amma Piti Namazın indi dedikləri kişinin kürkünə birə saldı. İ.Məlikzadə. Kürkünü sudan çıxarmaq – çətin vəziyyətdən özünü çıxara bilmək (çıxarmaq), öz işini düzəltməyi bacarmaq. kürkçü is.\n1. Kürktikən usta; kürk tikib satmaqla məşğul olan adam. Kürkçünün kürkü olmaz, börkçünün börkü. (Ata. sözü).\n2. Yaxşı dəri, xəz tanıyan adam; dəri, xəz mütəxəssisi. kürkçülük is. Kürkçünün işi, peşəsi, sənəti. Kürkçülüklə məşğul olmaq. kürklü sif. Əynində kürk olan, kürk geymiş. Kürklü qoca. – Kürklü arabaçı əlini gözünün üstünə qoyub baxdı, ancaq bir şey görmədi. S.Rəhimov. Qalın kürklü, çiyni tüfəngli qoca sağ böyründən əleyhqaz asmışdı. Ə.Əbülhəsən. kürklük is.\n1. Kürk tikilməyə yarar. Kürklük dəri, xəz.\n2. Rəqəmlərlə – rəqəmin göstərdiyi miqdarda kürk tikməyə kifayət edəcək qədər. İki kürklük dəri. kürktikən bax. kürkçü 1-ci mənada. kürləşmə “Kürləşmək”dən f.is. kürləşmək f.\n1. Getdikcə ağlağan, qışqırıqçı, şıltaq olmaq (uşaq haqqında). Aylar keçdikcə körpə kürləşir, ağlamaqdan yorulmur, Firəngizin yuxusu isə göyə çəkilirdi. S.Rəhimov.\n2. Tənbəlləşmək, tənbəl olub getmək, vaxtını boş-boş keçirmək. kürlük is.\n1. Ağlağanlıq, şıltaqlıq, qışqırıqçılıq (uşaq haqqında). Uşaq kürlükdən arıqladı.\n2. Tənbəllik, bacarıqsızlıq, acizlik. Kürlük etmək. kürnəc is. məh. Bir yerə toplanma, yığışma, topa halında dayanma (qoyun və s. haqqında). [Pası] ..qoyunların kürnəcdə çox dayanmasına yol verməzdi. S.Rəhimov. Kürnəc bağlamaq – bir yerə toplanmaq, yığılmaq, sıx dayanmaq (qoyun və s. haqqında). Gün getdikcə yağlanır, qoyun kürnəc bağlayır, köç dəhmərlənib gedirdi. Ə.Vəliyev. kürrə klas. bax. kürə1. İllər olub – kürrələrdə dəmir olmuşuq; Sərhədlərdə dayanmışıq küləkdən ayıq. M.Araz. kürsək is. İtlərin, canavarların və bəzi başqa vəhşi heyvanların cütləşməsi, cinsi əlaqə prosesi və bu prosesin dövrü. kürsü is. [ər.]\n1. Yanları və söykənəcəyi olmayan stul; kətil. Kürsüdə oturmaq. – Xəstənin yanındakı kürsünün üstündə oturan mülayim bir həkim fısıltı ilə danışırdı. H.Nəzərli. Dünən əl çalındı bir sənətkara; Bir kürsü qulunun rəngi dəyişdi. M.Araz. // Kreslo, stul. Kürsüləri düzmək. – Otağa xalılar salınıb və yumşaq divan və kürsülər qoyulub. Ə.Haqverdiyev. Ziyafət məclisinin yuxarı başında üç boş kürsü qoyulmuşdu. M.S.Ordubadi.\n2. Tribuna, kafedra. Kürsüdən danışmaq. – Salona daxil olduqda Sona xalanı kürsüdə nitq söyləyən gördüm. S.S.Axundov. Yoğunca bir adam olan Mehman dayı yerindən qalxıb kürsünün dalına gəldi. Ə.Sadıq. • Kürsüyə çıxmaq – nitq demək, çıxış etmək və s. üçün tribunanın arxasına keçmək. Natiq kürsüyə çıxdı. – Mən də çıxdım kürsülərə, mən də söyüldüm, söydüm. S.Rüstəm. Natiqlər bir-birinin arxasınca kürsüyə çıxıb düşürdülər. S.Rəhman. Danışıq kürsüsü – bax. xitabət kürsüsü. [Məhəmmədcəfər] danışıq kürsüsünə çıxanda əlinin içi ilə başını tez-tez dala darıyardı. Qantəmir. Xitabət kürsüsü – bax. kürsü 2-ci mənada. Burda nə səhnə vardır, nə xitabət kürsüsü; Nə əl-qolunu ölçən; Bir natiqin gur səsi. R.Rza. Salmanov növbəarası iclası açıb ona söz verincə, Haşımov .. xitabət kürsüsünün arxasına keçdi və .. danışmağa başladı. Ə.Əbülhəsən.\n3. məc. Vəzifə, rütbə, mövqe mənasında. [Hikmət İsfəhani] bir neçə dəfə məclis vəkili olmuş, baş vəzir kürsüsünü tutmuşdur. M.İbrahimov.\n4. Keçmişdə: qızınmaq üçün altına manqalda və ya çalada od qoyulub, üstünə iri yorğan salınan yastı stol. Kürsü qurmaq. Kürsüyə girmək. Kürsüdə qızınmaq. – Yayda yük üstü ona yaylaq idi; Kürsülər altı ona qışlaq idi. S.Ə.Şirvani. ..Qışın soyuğunda da adam istəyir girsin isti kürsüyə və yorğanı çəksin başına.. C.Məmmədquluzadə. Evin ortasında qədim qayda ilə kürsü qurulub, Məşədi Ağabanı kürsüdə oturub, əlində qırmızı parçadan özünə köynək tikir. M.Əliyev. kürt sif. Quşların bala çıxarma zamanındakı halı, vəziyyəti. Kürt ördək. Kürt qaz. • Kürt düşmək (yatmaq) – bala (cücə) çıxarmaq üçün yumurta üstündə oturmaq. Ev sahibi gözlədi; Ana qaz kürt düşsün. R.Rza. Səttarın göyərçinləri yumurtaladılar, kürt düşüb bala çıxartdılar. Ə.Məmmədxanlı. ‣ Kürt toyuq məc. – evdən xaricə çıxmayan, tənbəl adam haqqında. Kürt toyuq kimi yerimək – yanlarını basa-basa, ağırağır yerimək. Kürt toyuq kimi yeriyən Aşıq Abbasın dalınca zurnaçı Əkbər sürünürdü. Mir Cəlal. kürtlük is. Kürt düşmüş və ya kürt yatan quşun halı, vəziyyəti. kürtük is. məh. Yazda dərələrdə qalmış qar komaları. kürü is. zool.\n1. Balıqların, amfibiyaların, molyuskların və suda yaşayan başqa heyvanların artmaq üçün tökdükləri dənşəkilli yumurtacıqlar. Kürü tökmək. – ..Balığı tutub onların kürüsünü mayalayıb satırlar. H.Zərdabi. // Balığın ərzaq məhsulu kimi işlənən dənşəkilli yumurtacıqlarından ibarət kütlə. Qırmızı balıq kürüsü.\n2. Xırda doğranmış tərəvəz, göyərti və s.-dən ibarət yemək. kürüləmə “Kürüləmək”dən f.is. kürüləmək f. Kürü tökmək. Balıqlar kürülədi. kürülü sif. Kürüsü olan. Kürülü balıq. kürümə “Kürümək”dən f.is. kürümək f.\n1. Kürəklə təmizləmək, götürmək; kürəklə götürüb atmaq. Qarı kürümək. Tövləni kürümək. Peyini kürümək. – [Qumru] dəhlizdən ötəndə xırıltı səsi eşitdi. Elə bil damda qar kürüyürdülər. Mir Cəlal.\n2. məc. Rədd etmək, qovmaq, uzaqlaşdırmaq. O, yer üzündən silmək, yaxud heç olmazsa, bu rayondan kürüyüb yerinə keçmək istədiyi bu adamı belə görəndə təəccüb edir. S.Rəhimov. kürünmə “Kürünmək”dən f.is. kürünmək 1. məch. Kürəklə təmizlənmək, kürüyüb atılmaq. Küçənin qarı kürünüb. Tövlə küründü.\n2. qayıd. dan. Çıxıb getmək, rədd olub getmək. Dur, buradan kürün. kürüntü is. Kürünüb yığılmış şeylər topası. kürütdürmə “Kürütdürmək”dən f. is kürütdürmək icb. Kürək və s. vasitəsilə təmizlətmək, kürüyüb atdırmaq. Həyəti kürütdürmək. Peyini kürütdürmək. kürütmə “Kürütmək”dən f.is. kürütmək bax. kürütdürmək. Xırmanı kürütmək. kürütökmə is. xüs. Balıqların kürütökmə dövrü və prosesi. küsdüm (=küsdümağacı) is. bot. Paxlalılar fəsiləsindən xırda lələkvari yarpaqlı ağac. küsdümağacı (=küsdüm) is. bot. Paxlalılar fəsiləsindən xırda lələkvari yarpaqlı ağac. küsdümgülü is. bot. Küsdümağacının gülü. küsdümotukimilər cəm bot. Küsdümotu və bəzi başqa paxlalı bitkilərin daxil olduğu bitki yarımfəsiləsinin adı. küsdürmə “Küsdürmək”dən f.is. küsdürmək t-li. Küsməsinə, inciməsinə səbəb olmaq; incitmək, ürəyinə toxunmaq, qəlbini qırmaq. Dostunu özündən küsdürdü. – Rəqibdən kam al indi; Dərdin yada sal indi; Küsdürübsən yarını; Evdə yalqız qal indi. (Bayatı). Söylədi: – Camaat, küsdürdük sizi; Gərəkdir qalmaya inciklik izi. H.K.Sanılı. küsən bax. küsəyən. Küsən payını artırar. (Məsəl). küsənmə “Küsənmək”dən f.is. küsənmək f.\n1. Ummaq, gileylənmək, giley-güzar etmək, küsən kimi olmaq. Dost dostdan küsənər. – Nə üçün hamı mənə düşmən gözü ilə baxır, yoldaş leytenant, mənim günahım nədir?.. – deyə, Vəli küsənən (f. sif.) bir dost ədası ilə xəbər aldı. M.Hüseyn.\n2. Qibtə etmək, həsrətini çəkmək. Yaxşı geyimə küsənmək. – Ataların misalıdır: keçən günə gün çatmaz; Ol səbəbdən küsənirəm əzəlki çağlara mən. Molla Cümə. ..Qız da, oğlan da Nəcibənin yar-yaraşığına küsənir. Mir Cəlal.\n3. Qürrələnmək, arxayın olmaq, bel bağlamaq. Varlılığa küsənən yoxsulluğa tez düşər. (Ata. sözü). küsəyən sif. Tez küsən, hər şeydən inciyən, küsən; dəymədüşər. Küsəyən qız. Küsəyən uşaq. – [Mehriban xanım] gah şıltaq bir qız, gah ceyranbaxışlı bir gəlin, sonra da indiki kimi küsəyən bir uşağa bənzər qarı şəklində dayanıb dururdu. S.Rəhimov. [Misir] ağızdan pərtov, küsəyən idi, söz saxlaya bilməzdi. Ə.Vəliyev. // Obrazlı təşbehlərdə. Bu yerlərdə nə istəsən taparsan. Yumşaq torpağa qanad sərən yemliyi, qazayağını, .. kölgə və sərinlik sevən çiyələyini, küsəyən bənövşənimi deyim?! Mir Cəlal. // İs. mənasında. Küsəyənin payını yeyərlər. (Ata. sözü). küsəyənlik is. Küsəyən adamın xasiyyəti. küskü bax. küsü. küskün 1. sif. Küsmüş, incik, incimiş, narazı. Özünə yoldaşın görüb üskün; Bəzi olmuş həyatına küskün. A.Səhhət. Yenə bilməm nədir bu küskün hal? Daima həmdəmin düşüncə, xəyal. H.Cavid. Qız, bu küskün könlümü; Bircə sənsən güldürən. Ə.Cavad.\n2. bot. bax. küsdümağacı. küskün-küskün zərf Küsmüş halda, narazı halda, incik-incik (adətən poetik təşbehlərdə işlənir). Ay baxar küskün-küskün.. Ə.Cavad. Sən baxarkən mənə bəzən elə küskün-küskün; Oldu can mülkü pərişan deməyim, bəs nə deyim? S.Rüstəm. küsküncəsinə zərf Küsmüş halda, küskün tərzdə, narazı halda, incimiş kimi, incikcəsinə. Küsküncəsinə cavab vermək. küskünləşmə “Küskünləşmək”dən f.is. küskünləşmək f. Ruhdan düşmək, bədbinləşmək; narazı olmaq, incimək. Səməd bəlkə də küskünləşib başladığı işdən soyuyar. İ.Hüseynov. küskünlük is. Küsülülük, küsü saxlama, küsmə; inciklik, narazılıq. Atası ilə anası arasında olan küskünlük, ailə həyatında olan uyğunsuzluq onda acı təsirlər oyadırdı. A.Şaiq. Dedi: – Az-az görünməyim küskünlükdən nişanədir; Dedim: – Bir az açıq danış, bu sözünün sirri nədir? S.Vurğun. Lakin gecə keçdiyini görərkən [Sürəyya] babasına qarşı bir küskünlük duyaraq kövrəldi və səssizcə ağlamağa başladı. Ə.Məmmədxanlı. küsmə “Küsmək”dən f.is. küsmək f.\n1. Hər hansı bir səbəbə görə birindən (adətən öz yaxın adamından) incimək, onunla danışmamaq, onu dindirməmək. Yoldaşından küsmək. Qonşudan küsmək. – [Kərbəlayı İsmayıl Zeynəbə:] ..Axırı, heç olmasa, götürüb nəçərnikə yazaram ki, filan arvad ərindən küsüb. C.Məmmədquluzadə. // Ümumiyyətlə, incimək, qəlbi sınmaq, xətri qalmaq. Mehribanlıq görməyib bir məhliqadən küsmüşəm; Gündə yüz al eyləyən qəlbiqəradən küsmüşəm. M.P.Vaqif. Bizim bu sözlərimiz bir çox adamların xoşuna gəlmirdi. O adamlar bizdən küsürdülər.. Ü.Hacıbəyov. [Sultan:] Küsərsən, qulağından çəkib qaytararam və deyərəm: – Dur burada, böyüyün sözünə baxmayan böyürə-böyürə qalar. İ.Hüseynov.\n2. məc. Bədbinləşmək, bədbinliyə qapılmaq. Həyatdan küsmək. Dünyadan küsmək. küstax sif. [fars.] klas. Abır-hörmət bilməyən, özünü tərbiyəsizcə aparan; ədəbsiz, tərbiyəsiz, sırtıq, həyasız. küstaxlıq is. klas. Ədəbsizlik, tərbiyəsizlik; ədəbsiz, tərbiyəsiz hərəkət. [Müəllim:] Bağışlayın, İskəndər bəy, hərçənd bəndənin tərəfindən küstaxlıqdır sizə nəsihət eləmək, amma uşaq tayfasına o cür sözləri deməyiniz bir az bicadır. C.Məmmədquluzadə. Xüsusən yaşlı və böyük şairlərin iştirak etdiyi bu məclisdə bizim şeir oxumağımız küstaxlıqdır. M.S.Ordubadi. // Sırtıqlıq, həyasızlıq. küsü is. Bir-biri ilə danışmama halı; küsmə. Küsülü qardaş, gəl yükü çataq, yenə küsümüz küsü. (Məsəl). Artıq yetər, bu nə umu, nə küsü; Sal yadına o qayğısız günləri. Ə.Cavad. [Fərman Mələyə:] Heç fikir eləmə, ömrü boyu cəhənnəmdə yanmaqdansa, ataananın bircə aylıq küsüsünə dözmək yaxşıdır. M.İbrahimov. • Küsü saxlamaq (tutmaq, bağlamaq) – bir-biri ilə danışmamaq, küsülü vəziyyəti davam etdirmək, dindirməmək. Şirvana yol bağlaram; Dərd əlindən ağlaram. Yardan kağız almasam; Mən də küsü saxlaram. (Bayatı). küsülü sif. Küsmüş, incimiş, küsü saxlayan. Küsülü (z.) qalmaq. – Gah küsülü olub, gahi barışıb; Bir saat keçməmiş ara qarışıb. Q.Zakir. [Ağa Kərim:] Mən bir cüzvi işdən ötrü [Ağa Salmanla] küsülüyəm. M.F.Axundzadə. Leyk gəl indi biz əyri oturaq, düz danışaq; Elə bil küsülü idik, gəl təzədən bir barışaq. S.Ə.Şirvani. • Küsülü kimi – sanki bir-birindən küsmüş, bir-birini dindirməyən adamlar kimi. Dostlar bir-iki dəqiqə susub, küsülü kimi ayrı-ayrı səmtə baxdılar. M.Hüseyn. Küsülü kimi hərə öz aləminə dalmış, öz fikri ilə məşğuldu. M.İbrahimov. küsülülük is. Bir-biri ilə danışmama, bir-birindən küsmə vəziyyəti. Küsülülüyümüz öz yolu ilə, dost, eşitmişəm otaq axtarırsan, gəl səni bir xeyirli yerə calayım. Mir Cəlal. Hə, nə var, küsülülüyün keçdimi? Q.İlkin. küsüşmə “Küsüşmək”dən f.is. küsüşmək qarş. Bir-birindən küsmək. Xatırında varmı, hərdən küsüşüb; Deyərdin: – Danışma, dindirmə məni! R.Rza. küş is. İti qısqırtmaq üçün çıxarılan səs. (İskəndər qapıya tərəf gedib): küş, küş, küş; xa... xa... xa...; küş, küş, küş... iti muşqurur. C.Məmmədquluzadə. küşdərə is. məh. Ağacın içini ovub çıxarmaq üçün alət. küşdərələmə f.is. “Küşdərələmək”dən f. məh. küşdərələmək Ağacın içini ovub çıxarmaq. küşkürmək bax. küşkürtmək. Axırda da görürük ki, əcnəbilərin uşaqları məktəblərdə oxuyanda, bizimkilər küçələrdə iti küşkürürlər dərvişlərin üstünə. C.Məmmədquluzadə. küşkürtmə “Küşkürtmək”dən f.is. küşkürtmək f. İti bir başqasının üstünə saldırmaq; qısqırtmaq. [Nazlı:] Vallah, dadaş, ağam gələndə deyəcəyəm ki, dadaşım iti küşkürdürdü adamların üstünə. C.Məmmədquluzadə. küş-küş təql. Uşağı yatırtmaq üçün çıxarılan səs. Küş-küş etmək – uşağı yatırtmaq üçün “küş-küş” deyə oxşamaq. Ana körpəni küş-küş edib yatırtdı. küştü is. [fars.]\n1. köhn. Güləşmə, qurşaq yapışma. Qara pəhləvan gəlib ərəb pəhləvana əl verdi. Onda ara açıldı, küştü başlandı. “Koroğlu”. Meydan sulandı, süpürüldü, küştü başlandı. (Nağıl). • Küştü tutmaq – güləşmək, qurşaq yapışmaq. ..Meydana pəhləvanlar çıxıb küştü tutarlar. C.Məmmədquluzadə.\n2. bax. küşültü. küşüldəmə “Küşüldəmək”dən f.is. küşüldəmək f. Küşültü səsi çıxarmaq. Dalğalar küşüldəyərək özünü buruğun dəmir sütunlarına çırpıb geri qayıtdıqca, dörd yandan hücuma keçdikcə [Hüseynağa] ürəyində Sərdarovu söyürdü. M.İbrahimov. küşültü is. Gəlib-qayıdan dalğaların güclü hərəkətindən hasil olan səs. küt I. sif.\n1. Kəsməyən, iti olmayan, kəsəri olmayan. Küt bıçaq. Küt balta. – [Qulu:] Bu elə kütdür ki, heç yer də qazmaz. S.S.Axundov. Qurd .. dişlərilə onu küt kəlbətin kimi sıxıb qançır etmişdi. M.Rzaquluzadə.\n2. məc. Kütbeyin, gec başa düşən, zehinsiz, dərrakəsiz, fərasətsiz, qanmaz, qavrama qabiliyyətindən məhrum. Küt adam. – Yaman qonşu, küt oğul; Qov yanından, xətadır. (Ata. sözü). O küt münəqqidi bir salın başa; Ömründə bir dəfə qoy adam olsun! M.Rahim. // İs. mənasında. Kütün biridir.\n3. bax. boğuq 2-ci mənada. Küt tüfəng səsi. – ..Ayaq üstündə çürümüş iri ağacın yıxılmasına bənzər küt bir xırıltı eşidildi. B.Bayramov. Küt bir güllə səsi eşidildi. İ.Hüseynov.\n4. məc. Kəskin olmayan, o qədər də hiss edilməyən (ağrı, sancı və s. haqqında). [Xan] alnında küt bir sancı duydu, başı gicəldi. M.Rzaquluzadə. [Bəhlul:] Özümdən asılı olmayaraq, ürəyimdə küt bir ağrı hiss eləyirdim. B.Bayramov.\n5. məc. İfadəsiz, mənasız, heç bir şey ifadə etməyən. Küt nəzər. – Hacının gözündə küt və vahimə ilə dolu bir ifadə hakim idi. M.İbrahimov. Bu küt baxışlı, yekəpər bir oğlan idi. H.Seyidbəyli. ‣ Küt bucaq – həndəsədə: düz bucaqdan böyük bucaq.\n\nII. is. Təndirin divarından düşüb od və ya kül üstündə bişən yöndəmsiz çörək. Kütləri təndirdən çıxarmaq. Kütün külünü təmizləmək. – İt haradan aldı iki kütü, birini yesin, birini də başının altına qoysun. (Ata. sözü). • Küt getmək – təndirin divarından qopub od və ya kül üstünə düşmək. Çörəklər küt getdi. ‣ Küt getmək məc. – Yorğunluqdan tez və bərk yatmaq, yuxulamaq. Uşaqlar küt getdilər. kütbaş sif. Küt, ağılsız, gecqanan; kütbeyin. Kütbaş adam. kütbaşlıq is. Kütlük, fəhmsizlik, anlaqsızlıq; kütbeyinlik. kütbeyin bax. kütbaş. Kimisi avam olur; kütbeyin, cahil olur; Kimi əlli-ayaqlı; hay-haray, paxıl olur. R.Rza. kütbeyinlik bax. kütbaşlıq. kütbucaq (=kütbucaqlı) sif. riyaz. 90°-dən böyük olan bucaq. kütbucaqlı (=kütbucaq) sif. riyaz. 90°-dən böyük olan bucaq. kütlə is. [ər.] Mexanikanın əsas kəmiyyətlərindən biri – bir cisimdə olan maddənin miqdarını ölçən əsas kəmiyyət; cismin, ona təsir edən qüvvəyə nisbətlə inersiyalılığın ölçüsü.\n2. tex. Formasız, xəmirvari qatı və ya yarımqatı maddə. Yapışqan kütləsi. Yaşılımtıl qatı kütlə. Ağac kütləsi (kağız hazırlamaq üçün yarımfabrikat). – Nəmli qatışığa .. şam yağı əlavə edib, kütlə hazırlayırlar. R.Əliyev.\n3. Böyük parça, kom, yığın, qalaq. [Muzdur] ..kağız ..yüzlük dəstəsini kütləsilə əlinə aldı. S.Qənizadə. Faydalı qazıntıların bəziləri böyük kütlələr şəklində, bəziləri ayrı-ayrı damarlar, səpələnti və sairə şəkildə tapılır. M.Qaşqay.\n4. Əhalinin, xalqın böyük bir topluluğu; əhalinin, zəhmətkeşlərin geniş dairələri; camaat. Kütlənin tələbi (iradəsi). – [Almaz:] Kütləyə əsaslanmayan hər bir təşəbbüs ölümə məhkumdur. C.Cabbarlı. Ey geniş kütlənin acısı, şərbəti; Alovlu sənəti! M.Müşfiq. Kütlədə qəbiristan sükutu davam edirdi. H.Nəzərli. // Ümumiyyətlə, camaat, xalq, əhali, böyük izdiham. Kütləyə müraciət etmək. – Musa kişi maraqla kütlənin içərisinə girmək istəyən Firidunu qarşıladı. M.İbrahimov. // Müəyyən xüsusiyyətlərinə görə birləşən adamlar qrupu; zümrə. Tələbə kütləsi. Ziyalı kütləsi. – Geniş oxucu kütləsi böyük satiriki “Molla Nəsrəddin” adı ilə tanımağa başladı. M.İbrahimov. Böyük bir yarımdairə halında toplaşmış iştirakçı və tamaşaçılar kütləsinin mərkəzində bir masa qoyulmuşdu. M.Rzaquluzadə. kütləli sif. Kütləsi olan; tutumlu. kütləndirilmə “Kütləndirilmək”dən f.is. kütləndirilmək bax. kütləşdirilmək. kütləndirmə “Kütləndirmək”dən f.is. kütləndirmək bax. kütləşdirmək. kütlənmə “Kütlənmək”dən f.is. kütlənmək bax. kütləşmək. kütləşdirilmə “Kütləşdirilmək”dən f.is. kütləşdirilmək məch.\n1. Küt hala salınmaq, kəsəri azaldılmaq; korşaldılmaq.\n2. məc. Həssaslığı, qavrama qabiliyyəti azaldılmaq. kütləşdirmə “Kütləşdirmək”dən f.is. kütləşdirmək f.\n1. Küt hala salmaq, kəsməz hala salmaq, kəsərini azaltmaq. Bıçağı kütləşdirmək. Qayçını kütləşdirmək. – Dostlar! Kütləşdirməyək döyüş yarağını. S.Rüstəm.\n2. məc. Həssaslığını, qavrama qabiliyyətini, dərrakəsini azaltmaq, zəiflətmək; küt eləmək. Beynini kütləşdirmək. – [İngilislər] kütlənin siyasi şüurunu kütləşdirməyə səy edərək ..mövhumat və bidətləri canlandırırdılar. M.S.Ordubadi. kütləşmə “Kütləşmək”dən f.is. kütləşmək f.\n1. Küt olmaq, kəsməz hala gəlmək, kəsəri azalmaq; korşalmaq. Balta kütləşib. Bıçaq kütləşib – Baxma rəfiqə, qohum, qardaşa; Kütləsib, ülgüclərini çək daşa! Ə.Nəzmi. Neçə vaxtdı ki, Gövhər qiyməkeşi işlətmirdi .. qiyməkeş yaman kütləşmişdi. H.Seyidbəyli.\n2. məc. Həssaslığını itirmək, qavramaq qabiliyyətini, dərrakəsini itirmək. Hafizəsi kütləşmək. – Nəhayət, yorulur, kütləşir başı; Dönüb kölgələnir məyus baxışı. S.Vurğun. // Keyimək, keyləşmək. Soyuqda dayanmaqdan kütləşmiş Ələmdar balkonun qabağına yeriyib, əlini qulağına gətirdi.. S.Rəhimov.\n3. məc. Azalmaq, zəifləmək, hissedilməz hala gəlmək. Getdikcə “alo, alo” səsləri çoxalır, Mehribanın ürəyindəki ağrı kütləşirdi. H.Seyidbəyli. kütləvi sif. [ər.]\n1. Geniş xalq kütləsinin, yaxud çoxlu adamın iştirakı ilə olan. Kütləvi fəhlə hərəkatı. Sülh tərəfdarlarının kütləvi hərəkatı. // Kütlənin iştirakı ilə olan, çox adam tərəfindən görülən. Kütləvi səhnə. Kütləvi gəzinti. – İndi böyük və geniş foyedə ağır və yeknəsəq addımlarla kütləvi bir vals oynanırdı. S.Hüseyn. Slavyanlar İtaliya faşistlərindən intiqam almaq üçün kütləvi surətdə partizan dəstələrinə qaçırdılar. S.Vəliyev. // Tək-tək adam tərəfindən deyil, bir çoxları tərəfindən edilən, göstərilən; kütləyə xas olan.\n2. Kütlə üçün, çox, külli miqdarda, geniş miqyasda. Kitab kütləvi tirajla buraxılmışdır.\n3. Geniş kütlə üçün görülən, xalq üçün edilən. Keçən gün seçkiqabağı məni seçicilər arasında kütləvi iş aparmaq üçün Xıdırlıya göndərdilər. S.Rəhman. // Geniş kütlə üçün, çoxlu adam üçün olan. Kütləvi kitabxana. Kütləvi nəğmələr. kütləviləşdirilmə “Kütləviləşdirilmək”dən f.is. kütləviləşdirilmək məch. Kütləvi xarakter verilmək, bütün kütləyə aid edilmək; populyarlaşdırılmaq. kütləviləşdirmə “Kütləviləşdirmək”dən f.is. kütləviləşdirmək icb. Kütləvi xarakter vermək, bütün kütləyə aid etmək, kütləvi etmək; populyarlaşdırmaq. kütləviləşmə “Kütləviləşmək”dən f.is. kütləviləşmək f. Kütləvi mahiyyət almaq, bütün kütləyə aid olmaq, kütləvi olmaq; populyarlaşmaq. kütləvilik is. Kütləvi mahiyyət daşıma, kütləvi olma, bütün kütləyə aid olma; populyarlıq. Ədəbiyyatın kütləviliyi. Maarifin kütləviliyi. kütlük is.\n1. Küt şeyin hal və keyfiyyəti. Bıçağın kütlüyü. Qayçı kütlükdən kəsmir.\n2. məc. Həssaslığın, qavrama və idrak qabiliyyətinin olmadığı hal. Beyninin kütlüyündən dərs başına girmir. // məc. Bacarıqsızlıq, qabiliyyətsizlik, dərrakəsizlik, qanmazlıq. [Vəznəli kişi] ona görə məyus idi ki, qubernator qatilin dünənə qədər kənddə gəzdiyini, bizim kütlüyümüzdən istifadə ilə aradan çıxdığını eşitsə, əlbəttə .. deməyəcək(di). Mir Cəlal. ..Potaboy adamın fəaliyyətsizliyi, kütlüyü Səmədi dəhşətə gətirirdi. İ.Hüseynov. küttələmə “Küttələmək”dən f.is. küttələmək dan. bax. kütləmək. Kağızları küttələmək. – [Muzdur] əli əsəəsə yüzlükləri bir-birinin üstünə küttələyib öz kağızına bağladı. S.Qənizadə. kütüb [ər. “kitab” söz. cəmi] klas. Kitablar. Dəxi o qədər şüuru yoxdur anlasın ki, hüsni-xətt əlzəm şey deyil və daş basmaxanasında kütüb qələt basılır və girənbəha olur. M.F.Axundzadə. kütübxana klas. bax. kitabxana. Mümkün olsaydı da yurdumdakı meyxanələri; Həp kütübxanə yapardım. H.Cavid. kütübxanaçı klas. bax. kitabxanaçı. kütüm is. zool. Çəkikimilər fəsiləsindən vətəgə balığı, ziyad balığı. küvet is. [fr.] Metaldan və ya plastik materialdan düzbucaqlı qab. küy is.\n1. Qalmaqal, səs-küy; dalaşan, vuruşan, çaxnaşmaya düşən adamların çıxardığı səs. Nə gurultu, nə küy, nə səs vardır; Bir neçə ruhsuz qəfəs vardır. A.Səhhət. [Hacı Mehdi:] Səsiniz, küyünüz qonum-qonşunu az qalıb köçürtsün. Ə.Haqverdiyev. Körpüdə izdiham çox idi. Buranın özünə məxsus səs və küyü ilə bir gecikmiş paroxodu yola salırdılar. T.Ş.Simurq. • Küy basmaq – səsküy düşmək, qarışıqlıq baş vermək. Həyəti küy basdı. – Otağı küy basdı. M.Hüseyn. Küy düşmək – səs-küy düşmək, həyəcan-təlaş düşmək, şayiə yayılmaq, həyəcanlı xəbər yayılmaq. Səhər Səriyyə xəbər gətirdi ki, kəndə yaman küy düşüb. İ.Əfəndiyev. Küy salmaq – səs-küy salmaq, qışqırıq qoparmaq, qalmaqal salmaq. Küyə düşmək – 1) bir şayiə, xəbər və s.-dən həyəcanlanmaq, çaxnaşmaya düşmək, əl-ayağa düşmək; 2) başqalarına baxaraq təsirə düşmək, onlar kimi hərəkət etmək. [Telli:] Bəsdir küyə düşüb o qəndil ağaclarından əkdik. Ə.Məmmədxanlı. Küyə salmaq – bir sözü, işi, xəbəri yaymaq, aləmə bildirmək. [Əşrəf bəy:] Heç küyə salma, qoy gəlsin, görək nə xəbərdir. N.Vəzirov. [Kəndli:] ..Belə xəbəri küyə salmaq yaxşı deyil.. Ə.Əbülhəsən.\n2. Hay-küy altında gizlədilən fırıldaq, yalan. Onun küyünə inanmayın. – Bu zaman heç birisi açılışıb o birisinin küyünün üstünü vurmadı. S.Rəhimov.\n3. dilç. Sədanın iştirakı olmadan ağız boşluğunda yaranan danışıq səsi (səda qarşılığı). küyçü sif.\n1. Hay-küyçü, qara-qışqırıqçı, küy salan; bir işi, xəbəri şişirdən. Küyçü uşaq. – [Sirat:] [Veysi] mən heç belə küyçü bilməzdim! Ə.Əbülhəsən.\n2. Gopçu, yalançı. [Xanlar] Ovçu tayfası elə küyçü olur, – deyə, anasının boynunu qucaqladı. S.Rəhimov. küyçül bax. küyçü. küyçülük is. Küy salma, qara-qışqırıq salma, bir iş, hadisə və s.-ni həddindən artıq şişirtmə xasiyyəti. Mən o kəndin küyçülüyünü çoxdan bilirəm. Mir Cəlal. küyçüllük bax. küyçülük. küy-kələkçi is. Küy-kələk salan; qalmaqalçı, hay-küyçü, tez təşvişə düşən adam. [Sirat:] Çimnaz xala, yaxşı ki Veys də bir-iki günə gedəcək, ona hələ bir şey deməyin! O bir az küy-kələkçidir. Ə.Əbülhəsən. küy-qalmaqal (=küy-kələk) is.\n1. Hay-küy, səs-küy, qalmaqal: qarışıqlıq, araqarışma. [Minbaşı:] Hərgah mənim imtahanıma etibarın varsa, artıq küy-qalmaqal lazım deyil. N.Vəzirov. Küy-kələk, bağırtı hədə və söyüş səsləri ətrafa yayıldı. P.Makulu. • Küy-qalmaqal (küy-kələk) salmaq – səs-küy salmaq, hay-küy salmaq. [Heydər bəy:] Gərək bir dörd verst aşağıda küyqalmaqal salaq, qazaqlar tamam aşağı ensinlər. M.F.Axundzadə.\n2. Küy-kələklə şəklində zərf – hay-küylə, səs salaraq, həyəcan içində. Küy-kələklə iş görmək. – Babacan küy-kələklə içəri girdi. Ə.Əbülhəsən. küy-kələk (=küy-qalmaqal) is.\n1. Hay-küy, səs-küy, qalmaqal: qarışıqlıq, araqarışma. [Minbaşı:] Hərgah mənim imtahanıma etibarın varsa, artıq küy-qalmaqal lazım deyil. N.Vəzirov. Küy-kələk, bağırtı hədə və söyüş səsləri ətrafa yayıldı. P.Makulu. • Küy-qalmaqal (küy-kələk) salmaq – səs-küy salmaq, hay-küy salmaq. [Heydər bəy:] Gərək bir dörd verst aşağıda küyqalmaqal salaq, qazaqlar tamam aşağı ensinlər. M.F.Axundzadə.\n2. Küy-kələklə şəklində zərf – hay-küylə, səs salaraq, həyəcan içində. Küy-kələklə iş görmək. – Babacan küy-kələklə içəri girdi. Ə.Əbülhəsən. küyləmə “Küyləmək”dən f.is. küyləmək f. Bir işi, xəbəri, hadisəni və s. həddindən artıq şişirtmək, küy salmaq. [Şeyda:] Ay Mehralı dayı, o qədər də küyləmə. Mən nə böyük iş görmüşəm ki? S.Rəhman. küyləşmə “Küyləşmək”dən f.is. küyləşmək qarş. Səs-küy salmaq, qara-qışqırıq qoparmaq, hay-küy salmaq (çoxları haqqında). [Rəşid:] Ana! Bu camaat niyə küyləşir, yoxsa bizi öldürəcəklər? Ə.Haqverdiyev. küylü küylü samit dilç. – əmələ gəlməsində küyün üstünlük təşkil etdiyi samit. küyül is. məh. Dəstə, toplu (balıq, həşərat və s. haqqında). Arı küyülü. küyüldəmə “Küyüldəmək”dən f.is. küyüldəmək f. Boğuq, küylü səs çıxarmaq. Meşə küyüldəyir. küyüldəşmə “Küyüldəşmək”dən f.is. küyüldəşmək bax. küyüldəmək. Küyüldəşir dağlar, meşələr, dərə; Dəyir birbirinə qapı, pəncərə. H.K.Sanılı. küyültü is. Gurultu, səs, küy. Avtomaşının küyültüsü. küyültülü sif. Küyültülü, küyü olan. Ətraf o qədər sakit idi ki, uzaqlardan gələn tramvayın küyültülü səsi aydın eşidilirdi. M.Hüseyn. küz I. is. Quzu saxlamaq üçün ensiz, uzun alçaq tikili. Küzü təmizləmək. Küzləri qaydaya salmaq. – Əhməd küzə girib iki-üç quzu və oğlağın leşini bayıra çıxartdı.. Ə.Vəliyev.\n\nII. is. Əkin yerini hissələrə bölmək üçün cüt və ya kotanla açılan şırım. Çəkilmiş küz yarıdan keçməmiş göy üzünü .. ağ buludlar alır, hava isə bozarırdı. S.Rəhimov. küzgəl is. məh. Çiy kərpic qəlibi. küzləmə “Küzləmək”dən f.is. küzləmək f. Kotanla, cütlə əkin yerində şırım açmaq. Yeri küzləmək. küzlü sif. Kotanla, cütlə şırım açılmış, küzü olan (bax. küz2). Küzlü tarla. kvadrant [lat.] riyaz. Dairənin dörddə bir hissəsi. kvadrat [lat.]\n1. riyaz. Dörd tərəfi bərabər düzbucaq. // Kvadrat şəklində olan şey; çargül. Kvadrat kərpic. – Qarovulçu, kvadrat şəkilli bir taxta ilə yeraltı daxmanın qapısını bağlayır. M.İbrahimov.\n2. riyaz. Ədədin öz-özünə hasili. Kvadrat tənlik. Kvadrata yüksəltmək.\n3. Mətbəə işində: naborun, klişenin və s.-nin ölçüsünü müəyyən etmək üçün istifadə olunan ölçü vahidi. Kvadrat 48 punkta bərabərdir. // Naborda boş yerləri doldurmaq üçün xüsusi mətbəə materialı. • Kvadrat mötərizə – [ ] şəklində olan mötərizə. ‣ Kvadrat-yuva üsulu k.t. – tarlaçılıqda mütərəqqi əkin üsullarından biri. [Sultan:] Bu qırx hektarı kvadrat-yuva üsulu ilə əkəcəyik. M.İbrahimov. kvadratura [lat. quadratus-dan] Kvadrat vahidlərlə (metr və s. ilə) hesablanan sahənin ölçüsü. Otağın (mənzilin) kvadraturası. ‣ Dairənin kvadraturası riyaz. – müadil kvadrata çevrilmiş dairənin sahəsi. kvant [lat. quantum] Fizika və kimyada hər hansı bir enerjinin ən kiçik miqdarı. İşıq enerjisinin kvantı. kvars [alm.]\n1. Kristallar, yaxud başdanbaşa kristal kütlələr halında təsadüf edilən rəngsiz mineral-silisium oksidi. Kvars süxurları. Kvars kristalları.\n2. dan. Təbabətdə tətbiq edilən kvars lampası ilə şüalandırma. • Kvars lampası – ultrabənövşəyi şüalar almaq üçün kvarsdan düzəldilmiş və içinə civə buxarı doldurulmuş uzunsov, kiçik boru şəklində elektrik lampası (təbabətdə, kənd təsərrüfatında və s.-də tətbiq olunur). kvarslı sif. Tərkibində kvars olan, kvarsla qatışığı olan. Kvarslı şüşə. Kvarslı qum. kvarta [lat.] mus. Diatonik qammada dördüncü pillə. // Həmin pillə ilə birinci pillə arasındakı interval. kvartal [alm. əsli lat.]\n1. İlin dörddə biri; üçaylıq, rüb. Kvartal planı. İlin birinci kvartalı. İkinci kvartalın hesabatı.\n2. köhn. 1862-ci ilə qədər Rusiyada: şəhərin bir məhəlləsinin polis idarəsi, polis şöbəsi. • Kvartal nəzarətçisi – çar Rusiyasında: məhəlləyə baxan polis məmuru. // Keçmişdə canlı dildə səhv olaraq “polis nəfəri, polis məmuru” mənasında da işlənmişdir. Dolanır bazarı darğa, kvartal; Döyülür sifətlər, yolunur saqqal. Q.Zakir. Nə pristav, nə köməkçi, nə kvartal, nə qazaq; Hamısı qurd kimi soymaqlığa xalqı ki, qoçaq; Məsləhətçin eləyiblər neçə əşxası qaçaq. S.Ə.Şirvani.\n3. xüs. Meşənin, tarlanın, üzümlüyün və s.-nin kvadrat şəklində bölündüyü sahələrdən biri. kvartet [ital. əsli lat.]\n1. Dörd musiqi aləti və ya dörd səs üçün yazılmış musiqi əsəri.\n2. Müvafiq musiqi əsərlərini ifa etmək üçün dörd nəfərdən ibarət musiqiçi dəstəsi. Vokal kvarteti. Simli kvartet. – İştirak edənlərin sayından asılı olaraq, hər bir belə ansamblın öz adı var: iki nəfər oxuduqda – duet, üç nəfər – terset və ya trio, dörd nəfər – kvartet və i.a. Ə.Bədəlbəyli. kvas [rus.] Çörəkdən, undan və s.-dən hazırlanan turşməzə içki. Kvas istehsalı. Çörək kvası. Soyuq kvas. kvasçı is. Kvas hazırlayan, ya satan adam. kvinta [lat. quinta]\n1. mus. Diatonik qammada beşinci pillə. // Həmin pillə ilə birinci pillə arasındakı interval.\n2. Bəzi musiqi alətlərində ən yüksək sim. kvintet [ital. əsli lat.] mus.\n1. Beş musiqi aləti və ya beş səs üçün yazılmış musiqi əsəri.\n2. Müvafiq musiqi əsərlərini ifa etmək üçün beş nəfərdən ibarət musiqiçi dəstəsi. kvit [fr.] Baş-başa, heç-heçə. • Kvit olmaq – hesablaşmaq, üzülüşmək; baş-başa, əl-ələ olmaq. kvorum is. [lat.] Yetərsay, yetərsəs. kvota is. [lat.] Hissə, norma, pay. Qq q azərbaycan əlifbasının on yeddinci hərfi. bax. qe. qa təql. Qarğanın çıxardığı səs. Böylə sözdən fərəhlənib qarğa; Ağzını açdı, ta ki etsin qa! M.Ə.Sabir. qaan is. tar. Türk, monqol və tatar xanları üçün “hökmdarlar hökmdarı” mənasında işlədilən ünvan; xaqan. qab is.\n1. İçərisinə şey qoymaq və ya içərisində şey saxlamaq üçün məişət avadanlığı. Saat qabı. Şeyləri qoymaq üçün qab lazımdır. – Qəzəl qurtarmayır, çatmayır sona; Qoyub qələmini davat qabına.. B.Vahabzadə. // dan. Çuval, torba, kisə, yeşik və s. Buğdanı bir qaba tök.\n2. İçərisinə yemək qoyulan, yemək tökülən boşqab, mətbəx əşyası və s. Şorbanı qablara tökmək. – [Cahandar ağa:] Ay bacı, atan ehsanına bir qab su ver, içim.. İ.Şıxlı. ‣ Qabına sığmamaq – 1) səbirsizlik göstərmək, özündən çıxmaq (şadlıqdan); 2) güvənmək, lovğalanmaq, qürrələnmək. Qabında bir şey olmamaq – elmsiz, məlumatsız, biliksiz, qabiliyyətsiz, bacarıqsız adam haqqında. Görünüşünə baxma, qabında bir şey yoxdur. Qabını çatlatmaq – həddini ötüb keçmək, cığırını aşmaq, daşıb dağılmaq. Sirkə tünd olsa, öz qabını çatladar. (Ata. sözü). qaba sif.\n1. Kobud, sərt, cod. Qaba yun. Qaba parça. Qaba mahud. Qaba yem.\n2. Qeyri-mədəni, ədəbsiz, nəzakətsiz, kobud; tərbiyəyə zidd. Qaba söz. Qaba zarafat. Qaba hərəkət. Qaba rəftar. Qaba (z.) danışmaq. – [Feldşer] çox uzunçu, lağlağı, həm də qaba bir adam idi. M.Hüseyn. qabağardan is. dan. Qalayçı. qabaq I. is.\n1. bot. Qarpız, qovun və xiyar cinsindən, yerə yayılan iriyarpaqlı bir bitkinin uzunsov, ya girdə, sarımtıl və ya yaşıl meyvəsi; balqabaq, kudu. Qabaq tağı şamama verməz. (Ata. sözü).\n2. məc. dan. Dadsız, tamsız qovun, qarpız və s. haqqında. Bir qovun kəsdik, lap qabaq çıxdı.\n\nII.\n1. zərf Əvvəl, irəli. Üç gün bundan qabaq gəlmişəm. – Bir ay bundan qabaq övrətim və uşaqlarımı da götürüb Ağdamdan Bakıya köçürmüşəm. C.Məmmədquluzadə. Məmməd şirin səhər yuxusuna xələl qatar, işə vaxtından da yarım saat qabaq gələrdi. M.İbrahimov. // Tez. Hamıdan qabaq kim gəldi? – Ey günəş üzlü yar, günəşdən qabaq; Yoluma nur çilə, gəl səhər-səhər. M.Araz.\n2. sif. Əvvəlki, keçmiş. Qabaq zaman. // Cəm şəklində: qabaqlar – əvvəllər, keçmişdə. Qabaqlar bura ağaclıq idi. Qabaqlar o çox gözəl oxuyardı. – Özlərinin qabaqlar zülm etdikləri; Məzlumlar da yəqin həmin cür olublar. Şəhriyar.\n3. is. Bir şeyin irəli tərəfi, ön tərəfi, üz tərəfi (dal müqabili). Binanın qabağı bağa çıxır. Paltarımın qabağı batmışdır. – Dörd-beş mərtəbəli evlərin qabağından Vətən müharibəsi qəhrəmanlarının şəkilləri asılmışdı. M.Hüseyn. // sif. İrəlidə olan, ön tərəfdə olan; ön. Arabanın qabaq çarxı. Müdafiənin qabaq xətti. Kitabın qabaq səhifələri düşmüşdür. – [Nəcəf] düşmənin ən qabaq və ən son istinadgahında dayanmışdır. Mir Cəlal. // İrəlidə gedən, qabaqda gedən. Nəhayət, kəndlilərin qabaq dəstəsi gəlib çatdı. M.Hüseyn.\n4. Qoşma mənasında yerlik halında: qabağında – qarşısında, önündə, qənşərində. Şagird müəllimin qabağında durub suallara cavab verirdi. Məktəbin qabağında iki sıra ağac əkilmişdir. Avtomobil evimizin qabağında durdu. – Sona hər axşam pəncərənin qabağında oturub yola baxır və günəşin batan tellərini ilıq göz yaşları ilə isladırdı. C.Cabbarlı. Daxmanın qabağında topa-topa adamlar... Hər gözdə bir sual var. B.Vahabzadə.\n5. zərf İrəli. Fatma ağzına yaşmaq çəkib, utana-utana qabağa yeridi. Mir Cəlal.\n6. is. Ön tərəf, irəli tərəf, qarşı tərəf. Qabağımız dərə idi, dalımız dağ. – Nahardan sonra Bahadır pəncərədə oturub qabağındakı meşəyə tamaşa edirdi. N.Nərimanov. Yavaş-yavaş dumduru göy qabağının və geniş üfüqlərin əzəmətli mənzərəsi açılırdı. M.İbrahimov. // Qarşı. Əlacım hər tərəfdən kəsildi, bir təbəqə kağızı qoydum qabağıma, dedim: – İndi söylə, mən yazım. Qantəmir.\n7. Alın. Büllur buxaq, lalə yanaq, ay qabaq; Şahmar zülfü pərişanlar dolanır. Aşıq Ələsgər. ‣ Qabağa düşmək – 1) rəhbərlik etmək, yol göstərmək. Qabağıma düş, məni oraya apar. – [Gülməmməd:] Məgər bilmirsən ki, camaat işlərində həmişə qabağa düşən Mirzə Kərimdir? Ə.Haqverdiyev; 2) irəli düşmək, bir işdə təşəbbüsçü, birinci olmaq, baş olmaq, başqalarını ötmək. Bizim briqada yenə qabağa düşdü. Qabağa getmək – irəliləmək, inkişaf etmək, artmaq. [Ağa Məhəmməd xan:] İşin qabağa getməyi üçün, əvvəl, vacib dost qazanmaqdır. Ə.Haqverdiyev. Qabağa gələn – ağsaqqal, sözü keçən, hörmətli. Kəndin qabağa gələnləri. Qabağa keçmək – başa keçmək, birinci yeri tutmaq. Şamxal bunu duymuş kimi qabağa keçib axşam ayazında tir-tir əsən Güləsərin qolundan tutdu.. İ.Şıxlı. Qabağı açılmaq – 1) üzü gülmək, üzündə sevinc əlaməti görünmək. Bu sözü eşidən kimi, onun qabağı açıldı. Nə var, nə olmuş, heç qabağın açılmır? 2) axın halında, izdihamla gələn, hərəkət edən kütlə haqqında. Sürünün qabağı açıldı. Qoşunun qabağı açıldı. Qabağına ağac uzatmaq – qarşısını saxlamaq, mane olmaq, qoymamaq. Qabağına çəkmək – özünə lap yaxınlaşdırmaq. Həsən kişi tünd çay dolu stəkanı qabağına çəkdi. M.İbrahimov. Qabağ(ın)a çıxmaq – 1) qarşılamaq; səfərdən gələn adamın qarşısına getmək. Sara xanım toya gələndə kənd ağsaqqallarının bütün arvadları onun qabağına çıxırdı. Qantəmir. Hər axşam Şəban evə gələndə xəyal edirdi ki, Gülsüm həmişəki tək onun qabağına çıxıb əlinə su tökəcək. Ə.Haqverdiyev; 2) təsadüf etmək, rast gəlmək; 3) yolunu kəsmək, qabağını kəsmək. Budu gördüm, əli tüfənglilər darvazanı kəsdirib sındırırlar. – İmrana elə gəldi ki, buludlar ayı bürüyür, onun qabağına keçir, yol vermək istəmir.. İ.Şıxlı. Qabağına keçmək – 1) mane olmaq, əngəl törətmək; 2) yol göstərmək, bələdçilik etmək. Qabağına kötük itələmək – bax. qabağına ağac uzatmaq. Əlyarov hər cür yolla işin qabağına kötük itələyir. M.Hüseyn. Qabağına qatmaq – sürmək, aparmaq, qabağına salıb aparmaq, qova-qova aparmaq. Çoban sürünü qabağına qatıb apardı. – Kar6 vanı gülləyə basıb qırdıqların qırdılar, qırmadıqlarının da qollarını bağlayıb qabaqlarına qatdılar. Çəmənzəminli. Buğac üç ceyranı qabağına qatıb düz xana sarı qovurdu. M.Rzaquluzadə. Qabağından qaçmaq – qorxmaq, çəkinmək. Qabağından yeməyən – həddindən artıq dikbaş, iddialı, öz həddini, danışığını bilməyən adam haqqında. Hüseynqulu .. qabağından yeməyən idi, .. söz götürməzdi. Ə.Sadıq. Qabağını almaq – 1) bir hadisənin baş verməsinə mane olmaq üçün vaxtında tədbir görmək, baş verməyə qoymamaq. Yanğının qabağını almaq. Xəstəliyin qabağını almaq. Təhlükənin qabağını almaq. – [Ağbulaqlılar] selin qabağını almaq üçün səddi-Çin kimi qalın-qalın barılar düzəltmişdilər. S.Rəhimov; 2) qabağını kəsmək. Küçəni dönərkən bir Çin polisi onun qabağını aldı. S.S.Axundov. [Əsgər:] Gedib nemesin qabağını alacağam. Ə.Əbülhəsən. Qabağını boğmaq – bax. qabağını almaq 1-ci mənada. Qabağını kəsmək – 1) mane olmaq, qarşısını almaq. Selin qabağını kəsmək; 2) soyğun və talan məqsədilə yolunu tutmaq, yolunu bağlamaq. Meşənin qurtaracağına iki verst qalmış bir atlı, yaraqlı adam Cəfərin qabağını kəsdi: – Dayan, tərpənmə, atdan düş, yoxsa odladım. S.S.Axundov. Qabağını-gerisini düşünmək – görüləcək bir iş haqqında ətraflı fikirləşmək, ehtiyatla, sayıq hərəkət etmək. Qabağını tutmaq – bax. qabağını kəsmək. Özünü qabağa vermək – irəli gəlmək, təşəbbüsçü olmaq, birinci olmaq. Rüstəm özünü qabağa verib bu yerlərə tamamilə bələd olduğunu komandirə bildirdi. S.Rüstəm. qabaq-qabağa zərf Qarşı-qarşıya, üz-üzə, üzbəüz, bir-birinin önündə. Cəlal və müəllim diz üstə qabaq-qabağa oturub dərs oxuyurlar. C.Məmmədquluzadə. Şəbanla Gülsüm o gecə sübhədək yatmayıb qabaq-qabağa söhbət etdilər. Ə.Haqverdiyev. Bir-iki dövrə vurandan sonra [Ağca xanım] Qaraca qızı çağırdı, o da dərhal sıçrayıb ortalığa girdi və hər ikisi qabaq-qabağa oynamağa başladı. S.S.Axundov. • Qabaq-qabağa gəlmək – rastlaşmaq, üz-üzə gəlmək. Qürbət bir şəhərin bazarında iki adam qabaq-qabağa gəlib bir-birinə zənn ilə baxdılar. Çəmənzəminli. Qabaq-qabağa qoymaq – qarşılaşdırmaq, tutuşdurmaq. qabaqca zərf Əvvəlcə, əvvəldən, irəlicə, irəlidən. Mən qabaqca söyləmişdim. Qabaqca hazırlaşmaq lazımdır. – Qabaqca Münəvvər xanım anası ilə görüşürdü: – Ana, salamat qal! Yenə tezliklə sənin ziyarətinə gələrəm. M.S.Ordubadi. [Kəblə Rəcəbəli:] Kafir oğlu, bunu mənə qabaqca de, mən də əlimi murdarlamayım. Ə.Haqverdiyev. qabaqcadan zərf Qabaqdan, əvvəldən, irəlicədən. Qabaqcadan şərtləşmək. Qabaqcadan xəbər vermək. – Mən bir az tez gəldim ki, qabaqcadan sizi görüm. C.Cabbarlı. “Molla Nəsrəddin”in bu nömrəsindən Hacı Axund qabaqcadan xəbər tutmuşdu. Mir Cəlal. Cavadın qabaqcadan göndərdiyi kəşfiyyat dəstəsi bu top hazırlığının gurultusu altında düşmən cərgələrinə yaxınlaşmışdı. Ə.Vəliyev. qabaqcıl sif.\n1. Ən şüurlu, ən gözüaçıq, ən təşəbbüslü; işdə, mübarizədə hamıdan irəlidə gedən, ən fəal. Cəmiyyətin ən qabaqcıl adamları. – [“Dəbistan”] ilk məktəbli jurnalının bağlanması qabaqcıl elm, maarif xadimlərini, vətənpərvər ədib və şairləri kədərləndirmiş, bir çox ədəbi-bədii əsərin başlıca obyektinə çevrilmişdir. “Hophopnamə”. // İs. mənasında. Neft sənayesi qabaqcılları. Kənd təsərrüfatı qabaqcılları. İstehsalat qabaqcıllarının müşavirəsi.\n2. Öz inkişafına görə o birilərindən daha yüksək səviyyədə olan, ən mütərəqqi, ən irəlidə gedən. Qabaqcıl elm. Qabaqcıl nəzəriyyə. – Qabaqcıl ziyalılarda bir ruh yüksəkliyi, coşqunluq, ümid hiss edilirdi. A.Şaiq. Həsənbəy Zərdabi dövrünün qabaqcıl adamı və Azərbaycan torpağının atəşin vətənpərvəri idi. M.İbrahimov. qabaqcıllıq is. Hər hansı bir işdə qabaqcıl olma, ön sırada olma; birincilik, təşəbbüsçülük. İşdə qabaqcıllıq. Dərsdə qabaqcıllıq. Qabaqcıllığı əldən verməmək. – Qorxmazla Zaman işləyənlərə baş çəkir, .. Həqiqətlə Səadətin yanında dayanıb qabaqcıllıq uğrunda söhbət edirdilər. Ə.Vəliyev. qabaqda zərf\n1. İrəlidə, qabaq tərəfdə. Qabaqda oturmaq. • Qabaqda gedən – 1) irəlidə gedən; 2) məc. yol göstərən, başçılıq edən, rəhbərlik edən. Qabaqda getmək – 1) hamıdan irəlidə getmək; 2) məc. rəhbərlik etmək, yol göstərmək.\n2. Gələcəkdə, irəlidə. Qabaqda işlərimiz çoxdur. Qabaqda böyük məsələlər var.\n3. Cəm şəklində yerlik halında: qabaqlarda – keçmişdə, keçmiş zamanlarda, əvvəllərdə. [Məşədi İbad:] ..arvad ərindən nə qədər kötək yesə bir o qədər ərin çox istəyər. Mən bunu qabaqlarda çox təcrübə eyləmişəm. Ü.Hacıbəyov. qabaqdakı sif. Qabaqda, irəlidə olan; qabaqda duran, ya oturan. Qabaqdakı evlər. – Atları sürüb, qabaqdakı adama yetişdilər. “Aşıq Ələsgər”. // Yaxındakı, irəlidəki. Qabaqdakı kəndin adı nədir? qabaqdan zərf\n1. Qabaq tərəfdən, ön tərəfdən; qarşı tərəfdən; qarşıdan. Evin qabaqdan görünüşü. – Mən gedirdim, dostum çıxdı qabaqdan; Acı sözün salmaz məni damaqdan. “Aşıq Qərib”.\n2. Qabaqcadan, əvvəlcədən, əvvəldən, çoxdan. Gəlməyəcəyini qabaqdan bilirmiş. – Axşamdan bəri getməyə tələsən, heybəsini bir gün qabaqdan hazırlayıb səbirsizliklə bu anı gözləyən oğlan birdən-birə qəribsədi. İ.Şıxlı. qabaqgörən sif. Gələcəyi görən, bəsirətli, açıqfikirli; qabaqcıl, tərəqqipərvər. Xalqın bütün açıqfikirli, qabaqgörən igid və namuslu oğulları .. alçaq düşmənlərlə öz mübarizəsini daha artıq gücləndirirdi(lər). H.Sarabski. qabaqgörənlik is. Qabağı görmə, gələcəyi görmə; açıqfikirlilik, bəsirət. qabaqkı sif. Əvvəlki, əvvəldə olan, keçmişdə olan. Qabaqkı məsələ. – Gözəl sonra ikinci uşağı Atabəyə verdi, yenə qabaqkı sözünü təkrar etdi. M.S.Ordubadi. qabaq-qarşı zərf Qabaq-qabağa, qarşıqarşıya, üz-üzə. Sadıq xanla Məmməd bəyin gözlərinə yuxu getmirdi: qabaq-qarşı oturub sabahın dərdinə qalmışdılar. Çəmənzəminli. Güllü .. qoluçirməkli olduğu halda, oğlu ilə qabaq-qarşı durub danışırdı. Ə.Əbülhəsən. qabaq-qənşər is. Qabaq, göz qabağında olan, görünən yer. Qabaq-qənşər qayalıqda kəklik oxuyur; Var ol səni, xallı pəri, bu təbrik üçün. M.Araz. qabaqlama “Qabaqlamaq”dan f.is. qabaqlamaq f.\n1. Bir hadisənin baş verməsinə mane olmaq üçün qabaqcadan tədbir görmək, baş verməyə qoymamaq, qabağını almaq. Hadisələri qabaqlamaq. – Firidun sərtibi qabaqlamaq üçün addımlarını itiləşdirdi. M.İbrahimov.\n2. Qabağını kəsmək, qabağında dayanıb getməyə qoymamaq. Cahan istəyir getsin, Soltan bəy tez qabaqlayır. Ü.Hacıbəyov. Qədir .. özünü görməməzliyə vurub, yandan ötmək istədi. Sona onu qabaqladı. Ə.Əbülhəsən.\n3. Başqasının etmək istədiyi bir işi ondan qabaq görmək, yaxud söyləmək istədiyi bir şeyi ondan qabaq söyləmək. Mən deyəcəkdim, lakin o məni qabaqladı. – Qazı istəyirdi ki, ağzını açıb bir söz desin, amma Qasıməli qabaqladı. C.Məmmədquluzadə. Gözəl ayağa durub Həbibin yanına gəlmək, onun sağ əlinə diqqətlə baxmaq fikrinə düşəndə, Həbib onu qabaqladı. Ə.Vəliyev.\n4. Ötmək, keçmək. Budur, aşağıdan üçüncü dolayıdan başıyuxarı iki atlı çapışır. Görək bunların hansı qabaqlayacaq. C.Məmmədquluzadə.\n5. Qabağına salmaq. Nəzarətçilərdən biri oğrunu qabaqlayıb gətirdi. qabaqlanma “Qabaqlanmaq”dan f.is. qabaqlanmaq məch. Qarşılanmaq, önlənmək. qabaqlaşdırma “Qabaqlaşdırmaq”dan f.is. qabaqlaşdırmaq 1. Tutuşdurmaq, müqayisə etmək.\n2. Bir-biri ilə üzləşdirmək, üz-üzə gətirmək. qabaqlaşma “Qabaqlaşmaq”dan f.is. qabaqlaşmaq f. Qarşılaşmaq, qarşıqarşıya gəlmək, üz-üzə gəlmək; üz-üzə durmaq. Tənbur ilə telli sazı; Qabaqlaşıb çalaq, barı! S.Vurğun. Ana-oğul dikdirdə qabaqlaşdılar. Şamxal anasını gözüyaşlı görüb, evdə bədbəxt bir hadisə baş verdiyini zənn etdi. İ.Şıxlı. qabaqlıq I. is.\n1. Qadınların alınlarına vurduqları qızıl, gümüş və s.-dən bəzək.\n2. Döşlük.\n\nII. is. Qabaq əkilmiş yer. qabalaşdırılma “Qabalaşdırılmaq”dan f.is. qabalaşdırılmaq məch. Kobudlaşdırılmaq, qaba şəklə salınmaq; zəriflikdən, incəlikdən məhrum edilmək. qabalaşdırma “Qabalaşdırmaq”dan f.is. qabalaşdırmaq f. Kobudlaşdırmaq, qaba şəklə salmaq; zəriflikdən, incəlikdən məhrum etmək. qabalaşma “Qabalaşmaq”dan f.is. qabalaşmaq f. Qaba olmaq; zərifliyini, incəliyini itirmək; kobudlaşmaq, codlaşmaq. qabalıq is.\n1. İncəlikdən, zəriflikdən məhrum olma; kobudluq, codluq. Mahudun qabalığı. Dərinin qabalığı. Tikişin qabalığı dərhal nəzərə çarpır.\n2. Tərbiyəsizlik, ədəbsizlik, nəzakətsizlik; qaba hərəkət, qaba danışıq. Rəftarın qabalığı. Onun qabalığına adam heyrət edir. – Qolçomaq Dadaşın qabalıqları; Qəhrində əriyib sönür şam kimi; Səhəri dumanlı bir axşam kimi... M.Müşfiq. qaban is. Vəhşi donuzun erkəyi. Qaban əti. Qaban ovu. Çöl donuzuna qaban da deyilir. – Kənddən bir dənə biyar araba gətirib, qabanın cəmdəyini içinə yıxıb, özüm də üstündə yola düşdüm. Ə.Haqverdiyev. // məc. Kobud, yekə cüssəli, yöndəmsiz və qüvvətli adam haqqında. Ərdovdu, qabandı, qoyma gəldi; Didarı yamandı, qoyma gəldi! M.Ə.Sabir. ‣ Qabana dönmək – 1) həddindən artıq yekələnmək, kökəlmək, güclənmək; 2) vəhşiləşmək, azğınlaşmaq; son dərəcə qəzəblənmək, hiddətlənmək. Dönüb qabanapələngə, polis idarələri; Girib bu xalq ilə cəngə polis idarələri. Ə.Nəzmi. Yaralı qabana dönmək – bax. qabana dönmək 2-ci mənada. qabar is.\n1. Bədəndə dərinin altında əmələ gələn sulu qabarcıq; suluq. • Qabar olmaq – bax. qabarlamaq 1-ci mənada. [Mahmud:] Balta vurmaqdan qollarım düşdü, əllərim suluq-suluq qabar oldu. Ə.Haqverdiyev.\n2. Çox sürtülməkdən, toxunmaqdan qalınlaşmış, sərtləşmiş ət təbəqəsi; döyənək. • Qabar bağlamaq, qabar olmaq, qabar çalmaq – bax. qabarlamaq 2-ci mənada. [Şərəf xanım:] Gecə-gündüz işləməkdən əllərim qabar olmuşdur. S.S.Axundov. Ayaqlarım yolunda qat-qat qabar bağlamış. R.Rza. Bəs səbəb nədir, yazmır anaya bircə kağız; Oğul-oğul deməkdən qabar oldu dil, ağız. S.Rüstəm.\n3. Su üzündə yağış damcılarından əmələ gələn köpükcük; qabarcıq. qabar-qabar sif. Hər tərəfi qabarlı, qabarla örtülmüş. Əlləri qabar-qabar (z.) olmaq. – Yaralarım qabar-qabar; Gəldi yardan doğru xəbər. Aşıq Kərəm. Ayağın qabarqabar çatdın Tehrana, heyhat! S.Rüstəm. [Komandir:] Mən özüm də kənddən çıxmışam, atamın da əli, bax, belə qabar-qabardır. S.Rəhimov. qabarböcəyi is. zool. İnsan bədəninə toxunduqda və ya əzildikdə dəridə qabar əmələ gətirən bir böcək. qabarcıq is. Kiçik qabar. qabarcıqlandırma “Qabarcıqlandırmaq”dan f.is. qabarcıqlandırmaq f. Qabarcıqlar əmələ gətirmək. qabarcıqlanma “Qabarcıqlanmaq”dan f.is. qabarcıqlanmaq f.\n1. bax. qabarlamaq 1-ci mənada. Əllərimin dərisi qabarcıqlanmışdı, soyulmuşdu, xalam hər iki əlimi qatıqla suvayıb tənziflə bağlamışdı və qabağına salıb həkimə aparmaq istəmişdi, amma mən getməmişdim. Ə.Məmmədxanlı.\n2. Su üzündə yağış damcılarından qabarcıqlar əmələ gəlmək. qabarcıqlı sif. Üzərində qabarcıqlar olan, qabarcıqla örtülü. qabardılma “Qabardılmaq”dan f.is. qabardılmaq məch. Qabarıq hala (şəklə) salınmaq, şişirdilmək. qabardin is. [fr.]\n1. Əsasən palto və kostyum tikmək üçün əla yun parça növü.\n2. Sif. mənasında. Həmin parçadan tikilmiş. Qabardin palto (kostyum). qabarıq sif.\n1. Qabarmış, şişmiş, səthi hamar olmayan. Qabarıq şüşə. Qabarıq naxış. // is. Şiş, çıxıntı, ur.\n2. sif. və zərf məc. Nəzərə çarpacaq halda, çox aydın. Tehran qabarıq bir təzad içərisində öz adi həyatını yaşayırdı. M.İbrahimov. Aləmi qatı toz dumanı bürüdü. Qaçay, yolun sinəsindən qabarıq dalğalanan bu ağ-sarımtıl örtüyün içində itdi. İ.Məlikzadə. Melodiya musiqi sənətinin bünövrəsi və onun ən qabarıq bir şəkildə eşidilən əsas cəhətidir. Ə.Bədəlbəyli. qabarıqlı sif. Qabarıq şəkildə olan; qabarıq. qabarıqlıq is. Qabarıq şeyin halı. qabarılmaq bax. qabardılmaq. qabarit [fr.] Bir şeyin ölçüsü, böyüklüyü, həcmi. qabarlama “Qabarlamaq”dan f.is. qabarlamaq f.\n1. Qabar olmaq, suluqlamaq.\n2. Döyənək olmaq, bərkimək. qabarlanma “Qabarlanmaq”dan f.is. qabarlanmaq bax. qabarlamaq. qabarlatma “Qabarlatmaq”dan f.is. qabarlatmaq icb.\n1. Suluqlandırmaq, qabarlı etmək.\n2. Çox sürtməkdən, toxundurmaqdan, əzməkdən bədənin bir yerinin ət təbəqəsini bərkişdirmək, döyənəkləşdirmək. qabarlı sif. Qabarla örtülmüş; döyənək. Atamın fikri və iradəsi də qabarlı əlləri kimi bərk və möhkəmdi. M.İbrahimov. • Qabarlı əllər məc. – zəhmətkeşlər, fəhlələr mənasında. Qabarlı əllər uzanır “Zimni”yə; Köhnə dünyanı birdəfəlik boğmaq üçün. R.Rza. qabarlılıq is. Qabarlı şeyin halı. qabarma I. “Qabarmaq1”dan f.is.\n\nII.\n1. “Qabarmaq2”dan f.is.\n2. is. coğr. Dəniz suyunun səviyyəsinin vaxtaşırı olaraq qalxması, artması hadisəsi. Qərbi Avropanın şimal və qərb hissələrində böyük qabarma və çəkilmələr olur. qabarmaq I. f. Qabar əmələ gəlmək, qabar olmaq. Var ol, bala, yorulsa da, qabarsa da əl; Bir daş üstə bir daş qoya gərək hər insan. Ə.Cəmil. // Bərkimək. [Gəldiyevin] ürəyi daş kimi bərkimiş, əsəbləri ağac kimi qabarmışdı. Mir Cəlal.\n\nII. f.\n1. Yüksəlmək, qalxmaq, daşmaq. Dağlarda qarlar əriyincə, çayların suyu qabarırdı. Dənizin sakit səthi ehmalca qabardı. – Birdən sanki üfüq enir, torpaq qabarır; Qarşımızı kəsən dağı bir əl qoparır. R.Rza.\n2. Köpmək, şişmək. Xəmir qabarır.\n3. Ürpərmək, dikəlmək, dik-dik durmaq, biz-biz durmaq. Xoruzun tükləri qabardı.\n4. Acıqlanmaq, sərt söz demək. • Üzə qabarmaq, üstünə qabarmaq – üzə durmaq, sərt cavab qaytarmaq, acıqlanmaq. Kərbəlayı Heydər bir dəfə onun [Zeynəbin] üstünə qabarmamışdı. C.Məmmədquluzadə.\n5. məc. Ruha gəlmək, ruhlanmaq, coşmaq. Sən coş ki, qabarım mən də səninlə; Aşığam, qoy çalım saz bayramına. Ə.Cavad. // məc. İftixar hissi duymaq, iftixar etmək; son dərəcə sevinmək, ruhlanmaq. qabartı is. Qabarıq, suluq, döyənək. qabartma 1. “Qabartmaq”dan f.is.\n2. sif. Çıxıntılı, qabarıq. Qabartma naxış. Qabartma yazı. // Qabarıq şəkillərdən, naxışlardan ibarət. Qəbir .. sandıq şəklində bir daşdan ibarət olub, dörd tərəfində Ceməstin həyati vəqələrini təsvir edən qabartma lövhələr qayrılmışdı. Çəmənzəminli.\n3. is. Yastı səth üzərində alçaq qabarıqlı təsvir. Assuriya qabartmalarına əsasən demək olar ki, Midiyanın qala tikintiləri çox böyük həcmli və eyni zamanda bəzəkli olmuşdur. Salamzadə. qabartmaq f.\n1. Qabarıq hala salmaq, şişirtmək, köpürtmək.\n2. Yüksəltmək, yuxarıya qaldırmaq, daşdırmaq. Külək dənizin suyunu qabartdı.\n3. Tüklərini ürpərtmək, dikəltmək, biz-biz etmək, dik vəziyyətə salmaq. Xoruz tüklərini qabartdı. – At yalını qabartmış, quyruğunu dikəltmiş, gözlərini və qulaqlarını oynadır, .. kişnəyirdi. S.Rəhimov.\n4. Suluqlandırmaq, qabar etmək. Gicitkən əlimi qabartdı. qabartmalı sif. Qabartmaları, qabartmalar şəklində bəzəyi olan. Yan divarlardan birisində .. güzgülər vurulmuşdu; o birisində zərif naxışlı əlvan qabartmalı taxçalar vardı. Çəmənzəminli. qabayunlu sif. Yunu qaba olan, yunu zərif olmayan. Qabayunlu qoyun. qabıq is.\n1. Bir şeyin üstünü örtən sərt örtü. Ağacın qabığı. Yumurtanın qabığı. Qoz qabığı. – Mağaranın içi yumşaq ağac qabıqları ilə döşənmişdi. A.Şaiq. • Qabıq bağlamaq – üstündə qabıq əmələ gəlmək, qabıqlanmaq.\n2. zool. Bəzi onurğasız heyvanlarda: buynuz təbəqəsindən ibarət olan üst örtü, qın. Xərçəng qabığı.\n3. Dəri, insan və heyvan dərisi. Qabığı soyulmaq. • Qabıq vermək – qabığı, dərisi soyulmaq. Günün altında çox yanmışam, bədənim qabıq verir. ‣ Qabıq qoymaq – çox zəhmət çəkmək, çalışmaq, çalışıb əldən düşmək. [Mirzə Mustafa bəyə:] Siz qabıq qoymamışsınız. O qabığı bu fağır camaat qoyub. Ə.Haqverdiyev. Qabıqdan çıxmaq – 1) çox çalışmaq, çox əlləşmək, bütün gücünü sərf etmək. Qüdrətin tresti çox geridə qalıb, azı yarım il gərək qabıqdan çıxsın ki, bəlkə bizə çatdıra. M.Hüseyn. O, qabıqdan çıxıbdır hər biriyçün min kərə. B.Vahabzadə; 2) var-yoxdan çıxmaq, soyulmaq. Qabığına yerləşməmək (sığmamaq) – 1) həddindən artıq sevinmək; 2) son dərəcə təşəxxüslənmək, qürrələnmək, lovğalanmaq. qabıqlanma “Qabıqlanmaq”dan f.is. qabıqlanmaq f.\n1. Qabıq bağlamaq, qabıq tutmaq. Fındıq hələ qabıqlanmayıb.\n2. Qat-qat soyulmaq, qat-qat qopmaq.\n3. məc. Köz bağlamaq, köz tutmaq, üstü örtülmək (yara haqqında). qabıqlı sif. Qabıqla örtülü olan, qabığı olan (meyvə və s.). // Qılaflı. Qabıqlı böcək. qabıqotu is. bot. Əkin yerlərində və yamaclarda bitən alaq otu. qabıqsız sif. Qabığı olmayan (meyvə və s.); üstündə qabığı olmayan, qabıqla örtülü olmayan; qılafsız. Qabıqsız və sümüksüz böcəklər (yumşaqbədənlilər). qabıqyeyən is. zool. Bitkilərin qabığını yeyən ziyanverici (böcək). qabırğa is. anat.\n1. Fəqərələri döş sümüyü ilə birləşdirən qövsşəkilli sümük. İnsanın yeddi cüt yuxarı və beş cüt aşağı qabırğası vardır. – Qabırğalar yastı və mötərizə şəklində olub, fəqərələrin yanlarından qabağa doğru uzanmışlar və döş qəfəsinin yan divarlarını təşkil edirlər. Balakişiyev.\n2. Bədəndə qabırğaların yerləşdiyi yer; böyür. Yan qabırğası əzilmək. – Qarovula tapşırmışam ki, içəri girmək istəyən kimi, bir güllə vur qabırğasına! M.S.Ordubadi. İskəndər kişi qabırğasına dəyən zərbələrin şaqqıltısı arasından Bahadırın çığırtısını da eşitmişdi. M.Hüseyn.\n3. Bir şeyin kənarı, yanı, bir tərəfi. Samovarın qabırğası batmışdır. ‣ Qabırğa vermək – 1) əyilmək, yıxılmağa meyil etmək. Bu divar, deyəsən, ortadan qabırğa verir; 2) qulaqardına vurmaq, özünü bilməməzliyə qoymaq, özünü arsızlığa vurmaq. Qabırğa kimi əyri – islahı çətin olan tərs adam haqqında. qabırğaaltı sif. anat. Qabırğaların altında olan. Qabırğaaltı ət. qabırğaarası sif. anat. Qabırğaların arasında olan. Qabırğaarası əzələ. qabırğacıq is. Kiçik qabırğa. qabırğalı sif.\n1. Qabırğası olan.\n2. Qabırğa kimi çıxıqları, yanları olan (qab və s.).\n3. məc. Kök, ətli-canlı, yekə, dolğun, sağlam. qabırğasöhbəti is. dan. Uzanmış halda edilən söhbət. Gecə hava durğun və isti olduğundan, yataqlarını eyvanda yanyana döşəyərək, bir neçə saat qabırğasöhbəti etdilər. A.Şaiq. [Rüstəm] çay-çörəkdən sonra onunla qabırğasöhbəti də elədi. S.Rəhimov. qabil sif. [ər.]\n1. İstedadlı, qabiliyyətli, hər şeyi tez qavrayan zehinli, zəkalı. Qabil uşaq. Qabil tələbə. – Qabil şagird ustad olur ustadan. (Ata. sözü). Adam var ki, yüz sözdən bir məna duymağa qabil deyildir. Ə.Abasov. // Bacarıqlı, hər şeyi bacaran, mahir, məharətli, ustad. Qabil usta. Qabil sənətkar. Qabil dərzi. – Maşallah, nə yaxşı qabilsən; Bağçabanlıqda xeyli kamilsən. A.Səhhət. [Ahıl qadın dedi:] İndi biz gəlib Cahan xalaya tay ola bilmərik. Özü də bir qabil arvaddır. Ə.Haqverdiyev.\n2. Mümkün olan. Əlacı qabil deyil. Düzəlməsi qabil deyil. – Tətbiqi qabil isə, fikrin gözəldir. Çəmənzəminli.\n3. Yararlı, münbit, yaxşı. Mən səpdiyim toxum qabil torpağa səpilib. Ə.Haqverdiyev. qabiliyyət is. [ər.]\n1. İstedad, fitri zəka; bir şeyi tez qavrama, tez mənimsəmə bacarığı. Musiqiyə qabiliyyət. Onun riyaziyyat elmlərinə qabiliyyəti böyükdür. Bu tələbənin dillərə qabiliyyəti yoxdur. – İnsanda qabiliyyət də gərək olsun, zəkavət də gərək olsun, hamı oxuyan alim olmaz. C.Məmmədquluzadə.\n2. Bir şeyi etmək imkanı, bacarığı. Yerimək qabiliyyətini itirmək. Əhalinin alıcılıq qabiliyyəti qat-qat artmışdır. Orqanizm müxtəlif xarici təsirlərə müqavimət göstərmək qabiliyyətinə malikdir.\n3. Ləyaqət, mərifət, kamal. Qabiliyyətdə, mərifətdə, kamalda; Bu cahanda sənin kimi qız olmaz. Aşıq Ələsgər. qabiliyyətli sif.\n1. Qabiliyyətli, istedadlı, bacarıqlı, zehinli. Qabiliyyətli uşaq. Qabiliyyətli tələbə. Qabiliyyətli usta. Qabiliyyətli adam.\n2. Ləyaqətli, dəyərli, layiq, münasib. Qabiliyyətli bir hədiyyə. qabiliyyətsiz sif. Qabiliyyəti, istedadı, bacarığı olmayan; istedadsız, bacarıqsız. Qabiliyyətsiz adam. – [Kor kişi] .. günəşin işığına baxa bilməzdi. Zəhmətə qabiliyyətsiz idi. S.Hüseyn. // Ləyaqəti olmayan, ləyaqətsiz; mərifətsiz. Qabiliyyətsiz, mərifətsiz qızların; Yüzü bir dərdmənd dul ola bilməz. Aşıq Ələsgər. Əsrimizdə bu cür adamlar çoxdur, onlar xain, dəyərsiz, qabiliyyətsiz olduqları üçün yüksəlməyi ancaq alçaqlıqda axtarırlar. M.S.Ordubadi. qabiliyyətsizlik is. Qabiliyyəti, istedadı, bacarığı olmama; istedadsızlıq, bacarıqsızlıq. Bu işdə onun qabiliyyətsizliyi meydana çıxdı. // Ləyaqətsizlik, mərifətsizlik. qabilləşmə “Qabilləşmək”dən f.is. qabilləşmək f. Daha da qabil olmaq, qabiliyyəti, istedadı, bacarığı artmaq. // Məharətli olmaq, ustalaşmaq, kamilləşmək. qabillik is. Qabil olma; istedadlılıq, bacarıqlılıq, mahirlik. [Növrəstə:] Yox, qabillikdə iş yoxdur. Mollaxanada köhnə qayda ilə, köhnə əlifba ilə dərs verirdilər, odur ki, orada boş yerə neçə il sərf eləyib, bir şey də öyrənə bilmirdilər. Ə.Haqverdiyev. qab-qacaq top. İçərisində xörək hazırlamaq, yaxud içərisinə yemək şeyləri qoymaq üçün qablar. Qab-qacaq mağazası. Qabqacaq yumaq. Qab-qacaq şkafı. – Bu məfrəşlərdə bir qədər qab-qacaq və qeyri ev şeyləri vardır. S.S.Axundov. Küçələrə tökülmüş sınıq qab-qacaqları görürkən, .. yolçunun ürəyi sıxıldı. Ə.Məmmədxanlı. ‣ Qabına-qacağına sığmamaq – bax. qabına sığmamaq (“qab”da). [Telli] sevincindən qabına-qacağına sığmırdı. S.Hüseyn. qab-qaşıq top. Süfrəyə lazım olan qab, qaşıq və s. komplekti. Belə tutaq ki, sən evində bir pişik saxlayırsan və bu pişik yaxşı dolanmır; məsələn, qab-qaşığı gəlib yalayır. C.Məmmədquluzadə. qab-qazan top. İçərisində xörək bişirilən və ya içinə xörək qoyulan mətbəx ləvazimatı. [Xortdan:] Görürsən neçəsi .. qabqazanın arasında, taxçalarda qıvrılmış yatıbdır. Ə.Haqverdiyev. [Arvad:] İndi mən qaragün məfrəşləri bağlayım, qab-qazanı bağlayım, toyuq-cücəni tutum, ya sizə xörək hazırlayım? H.Sarabski. qabqıran is. dan. Yarpağının içində süd kimi ağ maye olan bir bitki; qabsındıran, kasasındıran. qablama I. “Qablamaq”dan f.is.\n\nII. is. Qulpsuz və ya qulplu qapağı olan kiçik qazança. • Qablama qazan – kip qapağı olan qazança. [Qoçu Heybətin] çox gülünc görünüşü vardı. Başında qablama qazana oxşar Buxara dərisindən qara papaq var idi. H.Sarabski. qablamaq f.\n1. Qoymaq, kip qoymaq. Qazanın qapağını qablamaq.\n2. Yerbəyer etmək, yerləşdirmək; qayda ilə bir şeyin içinə qoymaq, yığmaq. Paltarları çamadana qablamaq. – Ustalar dizlərini yerə qoyub, üzümü yeşiyə qablayırdılar. Mir Cəlal. qablanma “Qablanmaq”dan f.is. qablanmaq məch.\n1. Qoyulmaq, kip yerləşdirilmək. Paltarlar çamadanlara qablanmışdır.\n2. Kobudcasına bir şey üzərinə üzüqoylu düşmək, sərilmək. Hovuza qablanıb su içdi. qablaşdırılma “Qablaşdırılmaq”dan f.is. qablaşdırılmaq məch. Yerbəyer edilmək, qayda ilə yerləşdirilmək, bir şeyin içinə qoyulmaq. qablaşdırma “Qablaşdırmaq”dan f.is. qablaşdırmaq f. bax. qablamaq 2-ci mənada. Novruzqulu evə qayıdıb arvada deyərdi ki, tez ol, tədarük gör, avadanlığı qablaşdır, arabalar indi gələr.. H.Sarabski. qablaşma “Qablaşmaq”dan f.is. qablaşmaq f. Qaba yerləşmək, yerbəyer olmaq. qablatdırma “Qablatdırmaq”dan f.is. qablatdırmaq icb. Üçüncü şəxs vasitəsilə qablatmaq. qablatma “Qablatmaq”dan f.is. qablatmaq icb. Qablama işi gördürmək. qabsındıran bax. qabqıran. qac I. is. dan. Düşmən, zidd, əks, müxalif. Dost dost ilə qac olmaz; Bir tikəylə ac olmaz. Aşıq Ələsgər. • Qac düşmək (olmaq) – düşmən olmaq, zidd olmaq, çəkişmək. Qafur təslim olmayır, döyüşür dalğalarla; Həyatında ilk dəfə qac düşür dalğalarla. S.Rüstəm.\n\nII. is. məh. Yer sulamaq üçün ayrılan kiçik arx. Gəl yoldaş, çalışaq, eyləyək birlik; Arada xəndək, qac daha olmasın. Miskin Əli. qaca sif. Çox işlənmək nəticəsində çalaçuxur bir hala düşmüş. Qaca yol. qacıma “Qacımaq”dan f.is. qacımaq f. Quruyaraq yığışmaq, bürüşmək (yaş ağac və s.). qacınma “Qacınmaq”dan f.is. qacınmaq f. Qollarını geriyə qanıraraq, döşü qabağa verib dərin nəfəs almaq; gərnəşmək. qaclaşmaq f. dan. Zidd olmaq, düşmən olmaq. qaclıq is. dan. Zidlik, düşmənlik. qaçağan sif.\n1. Çox bərk qaçan, itigedən, yerişi sürətli olan (at və s.). Məstan bir qaçağan ahuya dönüb, indi kəməndə gəlmir. S.Rəhimov.\n2. məc. İşlədiyi yeri tez-tez dəyişən (adam).\n3. Adamdan hürkən, adamayovuşmaz. qaçağanlıq is.\n1. Qaçmaq xasiyyəti. Dovşan qorxaqlıq, qaçağanlıq əlamətidir. Ə.Vəliyev.\n2. Ürkəklik, adamayovuşmazlıq. qaçaq is.\n1. Çarlıq dövründə: hökumətin zülm və ədalətsizliyinə dözməyərək, həbsdən və ya sürgündən qaçan adam.\n2. Bir cinayət edib hökumətdən və ya həbsdən qaçaraq, dağda və meşələrdə yaşayıb soyğunçuluqla məşğul olan adam; quldur. Ancaq bu həndəvərdə məşhur bir qaçaq var. M.F.Axundzadə. [Novruz:] Ağa, nə üçün fikir edirsən, yoxsa qaçaqlardan qorxursan? N.Nərimanov. [Gülpəri:] ..Hər şey əldən çıxandan sonra, Əmiraslan məni qovub, özü də qaçaq dəstəsinə qoşuldu. S.S.Axundov.\n3. Bu və ya başqa bir səbəbə görə qaçmağa, baş götürüb getməyə məcbur olan adam. • Qaçaq düşmək – müxtəlif səbəblərə görə öz yurdundan, ailəsindən uzaq düşməyə məcbur olmaq. Hacı da ondan sonra düşdü qaçaq; Qaldı dağlarda el, ulusdan iraq. A.Səhhət.\n4. sif. Sürüdən qaçan, sürüdə durmayan. Qaçaq qoyun. // Bərk gedən, başını saxlamaq çətin olan. Qaçaq at.\n5. sif. Gömrük, rüsum verməmək üçün gizli gətirilən. Qaçaq mal. Qaçaq tütün. – [Əsgər bəy:] On beş günədək Təbrizə gedərik, qayıdarıq, qaçaq mal gətirrik, birə-bir qazanarıq. M.F.Axundzadə. [Əhməd] ..qaçaq mal alveri eləməkdən başqa yüngül və əziyyətsiz bir yol tapa bilməyirdi. B.Talıblı. qaçaqaç sif. Bir təhlükə üzündən, yaxud başqa bir səbəbə görə qorxuya düşüb, kütləvi surətdə qaçma. Birdən qaçaqaç düşdü; dedilər naçalnik gəldi. C.Məmmədquluzadə. İki dəstə bir-birinə harada rast gəlsəydi, partapart başlanar, qaçaqaç düşər, camaat birbirinə qarışardı. H.Sarabski. qaçaqçı is. köhn. Qaçaq mal gətirməklə məşğul olan adam. [Hacı Qara:] Hamısına tövbələtmə verrəm ki, dəxi heç qaçaqçının qabağını kəsməsinlər! M.F.Axundzadə. Bu qaçaqçı seyidlər içərisində ən məşhuru və ələkeçməzi Mir Cümə adlı birisi idi. P.Makulu. qaçaqçılıq is. Qaçaq mal gətirməklə məşğul olma; qaçaqçının işi, peşəsi. • Qaçaqçılıq etmək – 1) qaçaq mal gətirməklə məşğul olmaq; 2) quldurluq etmək. qaçaq-quldur is. Yolkəsən, qaçaq, quldur. Karvan gedir, yolda qaçaq-quldur qabağını kəsir.. Çəmənzəminli. qaçaqlıq is.\n1. Quldurluq. [Bahadır:] Görünür, çoxusu aclıqdan qaçaqlıq edir. N.Nərimanov. [Hacı Murad:] Sənin yediyin .. oğurluqla, qaçaqlıqla, yetimin malını mənimsəməklə yığılıbdır.. S.S.Axundov. [Sonqulu] bir neçə il qaçaqlıq edib, heç kəslə işi olmur, ancaq dövlətlilərə düşmən kəsilir. H.Sarabski.\n2. Qaçaq; qaçqın adamın halı. Qaçaqlıq həyatı. qaçaqmalçı bax. qaçaqçı. Bir gün [Əhməd] qaçaqmalçı Məşədi Cavadın qızını istədi, fəqət rədd cavabını aldı. B.Talıblı. qaçbn f.sif. bax. qaçağan 1-ci mənada. qbçan “Haçan” sözünün qədimi forması. qaçaraq zərf Qaça-qaça, yüyürəyüyürə; tez-tez, tez. Qaçaraq gəlmək. – [Xədicə] bərabərimə yetişincə çəpərin arxasından iki əlləri ilə boynumu qucaqlayıb qaçaraq gözdən qeyb oldu. S.Hüseyn. ‣ Qaçarağa salmaq – qaçırtmaq, qaçmağa məcbur etmək. qaçaraqlama “Qaçaraqlamaq”dan f.is. qaçaraqlamaq f. Çox tez qaçmaq, yüyürmək, götürülmək, qaçaraq getmək, ya gəlmək. Bir qədərdən Məcid qaçaraqlayıb bir bağlama gətirdi. S.Rəhimov. qaçatbasdı zərf dan. Çox tələsik, səbirsizliklə. qaçdı-tutdu is. Uşaq oyunlarından birinin adı. [Sevinc:] Bu nədir Qaçay? Elə bil qaçdı-tutdu oynayırsınız. Z.Xəlil. qaçılmaz sif. Qaçılması mümkün olmayan; labüd. Qaçılmaz bəla – [Solmaz:] Artıq bu yaman odlardan və ölümün qaçılmaz varlığından başqa heç bir şey düşünmürəm. C.Cabbarlı. qaçılmazlıq is. Qaçılması mümkün olmama; labüdlük. qaçınma “Qaçınmaq”dan f.is. qaçınmaq f. Saqınmaq, çəkinmək, qaçmaq (4-cü mənada); uzaqlaşmaq, bir şeydən, ya bir işdən özünü kənara çəkmək. qaçırılma (=qaçırdılma) “Qaçır(d)ılmaq”dan f.is. qaçırdılma (=qaçırılma) “Qaçır(d)ılmaq”dan f.is. qaçırılmaq (=qaçırdılmaq) “Qaçırmaq”dan məch. İstəkli vətən gülləri! Sizsiz yaz açılmaz; Gün çıxmasa, zülməti-şəbistan qaçırılmaz. Ə.Nəzmi. qaçırdılmaq (=qaçırılmaq) “Qaçırmaq”dan məch. İstəkli vətən gülləri! Sizsiz yaz açılmaz; Gün çıxmasa, zülməti-şəbistan qaçırılmaz. Ə.Nəzmi. qaçırma “Qaçırmaq”dan f.is. qaçırmaq f.\n1. Birinin qaçmasına kömək etmək, yol vermək, səbəb olmaq; birini aradan çıxarmaq.\n2. Qaçmağa məcbur etmək. Düşməni qaçırmaq. // Hürkütmək. Quşları qaçırmaq.\n3. Hüduddan gizli mal keçirmək (daxil etmək və ya çıxarmaq).\n4. Oğurlamaq, xəlvəti aparmaq. Oğrular gecə qonşunun atını qaçırdılar. Qız qaçırmaq.\n5. Bir sıra isimlərin yanına gətirilərək mürəkkəb feil düzəldilir; məs.: əldən qaçırmaq, nəzərdən qaçırmaq, ağızdan qaçırmaq. qaçırtma “Qaçırtmaq”dan f.is. qaçırtmaq icb.\n1. Başqası vasitəsi ilə qaçmağa vadar etmək və ya qaçmaqda başqasına kömək etmək.\n2. bax. qaçırmaq.\n3. Göndərmək, tez getməsini əmr etmək. Xan artırmaya adam qaçırtdı, heç kəs bu əhvalatdan baş aça bilmədi. Çəmənzəminli. qaçış is. Qaçma, qaçmaq işi və tərzi. // idm. Qaçma yarışı. Qaçış texnikasını təkmilləşdirmək. qaçışma 1. “Qaçışmaq”dan f.is.\n2. is. Qaçma yarışı. qaçışmaq qarş.\n1. Kütləvi halda hərə bir tərəfə qaçmaq, tez hərə bir tərəfə dağılmaq, o tərəf-bu tərəfə qaçmaq. Parapet ətrafında və Olginski küçədə olan camaat qaçışırdı. M.S.Ordubadi. Qarışdı məclis bütün; Qaçışdı rəqqasələr. Ə.Cavad. Yüzlərcə uşaqlar meydançada qaçışıb-oynaşır. Mir Cəlal.\n2. Qaçışda yarışmaq. İdmançılar sürətlə qaçışırdılar. qaçqın is. Müharibə, təbii fəlakət və başqa səbəblər üzündən yaşadığı yeri tərk etmiş, oradan qaçmış adam. Ağa Məhəmməd şahın basqınından qaçan qaçqınlar yollarda ağır vəziyyətə rast gəldilər. Mirzə Adıgözəl bəy. Şəhidlərin, qaçqınların; Üstümüzdə min ahı var; Çatdığımız bu nöqtədə; Hamımızın günahı var. B.Vahabzadə. // Mühacir. qaçqınlıq is. Müharibə, təbii fəlakət və s. üzündən əhalinin öz yerlərini kütləvi surətdə tərk etməsi, öz yerlərindən qaçması. Ballının yerli-yataqlı danışığı, .. qaçqınlıq illərini kədərli söyləməsi Budağı uzun müddət dərin fikirlərə qərq edirdi. Ə.Vəliyev. // Mühacirət. qaç-qov bax. qaçaqaç. qaçma “Qaçmaq”dan f.is. qaçmaq f.\n1. İti, cəld addımlarla getmək, çox iti getmək; yüyürmək. Hara belə qaçırsan? – Pərinisə hövlnak qaçdı ərinin yanına və bilmədi nə eləsin. C.Məmmədquluzadə. O, tələsik yerindən durub qapıya qaçdı. M.İbrahimov.\n2. İş yerindən, həbsdən və s.-dən özbaşına getmək, xəlvəti getmək. ..İki nəfər dərsdən qaçıb, oturmuş imişlər çayın kənarında. C.Məmmədquluzadə. [İsmayıl:] Ay qardaş, Sibirdən qaçmaq ki qeyri-mümkündür. Ə.Haqverdiyev. // Salındığı, yaxud saxlandığı yerdən çıxıb getmək, uzaqlaşmaq. İnək tövlədən qaçmışdır.\n3. İcazəsiz olaraq qoşulub getmək, evini, ailəsini tərk edib getmək. Qız bir oğlanla qaçdı.\n4. Çəkinmək, saqınmaq, uzaqlaşmaq, əlaqə saxlamamaq, gözə görünməməyə çalışmaq. Pis yoldaşdan qaç. Tanışlardan niyə qaçırsan?\n5. Boyun qaçırmaq, imtina etmək, yaxa qurtarmağa çalışmaq. O, aydın suala cavab verməkdən qaçır. Məsuliyyətdən qaçmaq.\n6. Getmək, yox olmaq, çəkinmək. Rəngi qaçmaq. Yuxusu qaçmaq. Ləzzəti qaçmaq. – Saatlarca davam edən qarışıq fikirlər İbrahim xanı məşğul etdi, əsəbiləşdi, yuxusu tamamilə qaçdı. Çəmənzəminli. qaça-qaça zərf Qaçaraq, yüyürə-yüyürə, yüyürərək. Qaça-qaça gəlmək. – [Əşrəf:] Salatının qaça-qaça onlara yaxınlaşdığını görüb susdu. İ.Şıxlı. qada is.\n1. Bəla, dərd, müsibət, fəlakət. Koroğlu əyilməz yağıya, yada; Mərdin əskik olmaz başından qada. “Koroğlu”. Bənd oldu könül bir gülə, səs tutdu mahalı; Guya ki, bu dünyada qan oldu, qada düşdü. C.Cabbarlı.\n2. “Qadası” şəklində – yalvarış, yaxud nəvazişli xahiş – xitab bildirir. Qadası, de görüm, axı bu nə əhvalatdır? M.S.Ordubadi. [Mahmud arvadına:] Bu kələyə razısanmı? ..İndi gəl üzündən öpüm, qadası!.. B.Talıblı. ‣ Qadan(ı) alım! – yalvarışlı, yaxud nəvazişli xahiş bildirir. [Şahbaz bəy:] Şərəfnisə, qadan alım, bilirsən ki, əmidostum bu gün nə tufan elədi? M.F.Axundzadə. Qadan allam, ey qara göz, sənə bu əda neçindir? S.Ə.Şirvani. Motalpapaq, kürklü bir kişi komandana yaxınlaşaraq dedi: – Qadan alım, komandir, biz ağsaqqallar təvəqqe edirik ki, bizdən də bir neçəmizi özünüz ilə aparasınız. H.Nəzərli. Qadam sənə (olsun)! – qarğış ifadəsi. Qadası canıma – əzizləmə, pərəstiş ifadəsi. Başını buladı, gözündən güldü; Güləndə qadası canıma düşdü. Aşıq Ələsgər. qada-bala bax. qada. Qab sınması el arasında qada-balanın izalə olması mənasında təfsir olunur. Çəmənzəminli. qadağa dan. bax. qadağan. Qorxmursan ovçudan, tülək tərlandan; Məgər yoxdur sənə qadağa, kəklik! Aşıq Rəcəb. Sevmə, sevilmək deyil əsrimizdə qadağa. M.Rahim. qadağan is.\n1. İcazə verilməyən, müsaidə edilməyən şey; adətən xəbər kimi işlənir: qadağandır – qanunən icazə verilmir, yasaqdır. Kənar adamların daxil olması qadağandır. Zalda papiros çəkmək qadağandır. – Bir kimsə soruşmur, bu nə fəryadü fəğandır? Ceyranı atıb vurma, yasaqdır, qadağandır! Ə.Vahid.\n2. Adətən köməkçi feillərlə: qadağan etmək – edilməsinə icazə verməmək, qəti surətdə yol verməmək, yasaq etmək. Gülsüm on yaşına çatandan sonra atası ona Şəban ilə görüşməyi qadağan etdi. Ə.Haqverdiyev. • Qadağan edilmək (olunmaq) – qanunən icazə verilməmək, yol verilməmək, yasaq edilmək. Xiyabani, doktor Ərani və başqa bu kimi mütərəqqi xadimlərin yazıları qadağan olunmuş əsərlər cərgəsində idi. M.İbrahimov. qadaq is. Bıçaq, qayçı, kəlbətin kimi alətlərin tiyəsini canına bərkidən bənd, ox. Bıçağın qadağı laxlayır. ‣ Qadaqda saxlamaq – sərbəstlik verməmək, müəyyən həddən kənara çıxmağa qoymamaq. Bu dil ki var, onu bağlamasan, başa bəladır. Gərək onu həmişə qadaqda saxlayasan. S.Rəhimov. qadalı sif. Bəlalı, dərdli, başıbəlalı, müsibətli. [Qazan xan:] A üzü qaralı, başı qadalı, xatınları, oğul-uşağı nə deyə dustaq etdin?! M.Rzaquluzadə. qadın is. Cins etibarı ilə kişinin əksi; arvad. Qadınlar bayramı. Evdar qadın. Qadın həkim. – Ayrım qızı şişman bir qadın idi. Kiçik qumral gözləri, ay kimi yuvarlaq üzü var idi. A.Şaiq. Bir qadın gözündə qəm duysam, o dəm; Sanıram ömrümün qürub çağıdır. M.Araz. qadınlıq is.\n1. Qadına xas olan sifətlər, xüsusiyyətlər. ..Səninsə qadınlıq haqqındır bəlkə; Məni qısqanırsan çiçəklərə də. M.Araz.\n2. top. Qadınlar. Mədəni qadınlığın tarixi bizim qarşımızda oturan bu gənclərlə başlanır. M.S.Ordubadi. [Növrəstə:] İndiyədək iş başında qolçomaqlar dururdular, onlar hamısı qadınların və qadınlığın düşməni idilər. Ə.Haqverdiyev. qadir sif. [ər.]\n1. Qüdrətli, böyük qüvvət və qüdrət sahibi olan. Qadir xalqımız öz gələcəyinə inamla baxır. // Bacaran, qabil; qüvvəsi, gücü çatan. Hər ikisi şiddətli naxoş olduqlarından hərəkətə qadir deyildilər. M.S.Ordubadi. • Qadir olmaq – bacarmaq, bir şeyi etməyə qüvvəsi və qüdrəti olmaq. – [Ağa Mərdan:] Bir az ürəkli olsun, yoxsa mürafiə vaxtında qorxuram iqrara qadir olmuya. M.F.Axundzadə. Yavaş-yavaş ətrafımdakı şeyləri seçməyə qadir oldum. S.S.Axundov.\n2. din. Yaradan, Allah mənasında. • Qadiri-mütləq – Allah. Axı Kərəmov özünü qadiri-mütləq bilirdi.. İ.Əfəndiyev. qadirlik is. Bacarma, böyük qüvvət və qüdrət sahibi olma; qüdrət, bacarıq. qaf I. [ər.] Ərəb əlifbasında ( ) şəklində yazılan hərfin adı.\n\nII. is. [ər.] klas. Əfsanələrdə: ənqa (Simurq) adlı mövhumi quşun yaşadığı Qafqaz sıra dağlarından birinin – Elbrusun (Əlbürzün) qədim adı. Hər quşun olmaz səadətli hümatək kölgəsi; Çünki simurqəm, deyirsən, laməkan Qafın qanı? Nəsimi. Ünqa kimi Qaf olub məkanın; Ləb açmıya bülbüli-pəyamın. Məsihi. qafa is. [ər.] Baş. Çar zabitlərinin qafasında iki şey hökm sürürdü: şəhvət və şərab. M.S.Ordubadi. Həkimin olmasa qırxıq qafası; Mərizə faidə verməz dəvası. M.Möcüz. • Qafa tası – baş kasası, kəllə. Üzünüzü Reyxstağın qəbirdən çıxmış bir qafa tası kimi eybəcər xarabasına tutun! R.Rza. qafalı bax başlı 1-ci mənada. Hanı məclisi-qumarın, rüfəqayi-meyküsarın? Hanı nəşəyi-xumarın, a qalın qafalı fələ?! M.Ə.Sabir. qafasız bax. başsız 1-ci mənada. qafil sif. [ər.]\n1. Nə edəcəyini və başına nə gələcəyini irəlicədən düşünməyib, işini boş tutan; qəflətdə olan; ehtiyatsız, diqqətsiz, xəbərsiz. Qafil xortdan, bu nə xabiqəflətdir ki, uyubsan! Ə.Haqverdiyev. Bu qafil qıza mənim yazığım gəlirdi. M.S.Ordubadi. // İs. mənasında. Üzünü güzgüyə qeybətdə oxşadan qafil; Toxunsa üz-üzə, olmazmı ara yerdə xəcil? Füzuli. Ey qafil, özündən sənin ancaq xəbərin var! M.Ə.Sabir. • Qafil olmaq – qəflət etmək: ehtiyatsız (diqqətsiz, xəbərsiz) olmaq, fürsəti əldən çıxarmaq, ehtimal etmək. Olma qafil, ər kimi tərpən, işin mərdanə tut. Füzuli. Vermişəm sən təki bimehrə könül qafil olub; Olmuşam indi yaman yerdə peşiman, əfsus! S.Ə.Şirvani. Dəxi nə deyirsən, sözün nədir, niyə qafil olursan? C.Məmmədquluzadə.\n2. Ansızın, gözlənilməz, nagahani, qəfil. Məni hicriylə bir halə salıb gülüzlü ol dilbər; Ki, yüz yol istərəm çatsın əcəl, qafil ölüm hər an. Heyran xanım. qafilanə zərf [ər. qafil və fars. ...anə] Qafilcəsinə, qəflətdə olaraq; diqqətsizliklə, xəbərsizcəsinə, ehtiyatsızcasına. Qafilanə hərəkət etmək. – Xab et, hələ qafilanə xab et. M.Ə.Sabir. Azacıq tar olursa indi hava; Sevinir hər tərəfdə şəbpərələr; Aldanıb qafilanə rəqs eylər. H.Cavid. qafilə is. [ər.] Birlikdə yol gedən atlılar və s. dəstəsi; karvan. Qafilə bir az irəliləyib sağ tərəfə – qala qapısına doğru döndü. Çəmənzəminli. Fəxrəddinin qafiləsi Araz çayından Şimali Azərbaycana keçdiyi zaman onun atının ayaqları altında yüzlərcə qurban kəsildi. M.S.Ordubadi. Qadın və uşaqdan ibarət olan bu qafilə içərisində yalnız beş kişi var idi. A.Şaiq. // Bir-birinin ardınca gedən maşın və s. dəstəsi; qatar. qafillik is. Qəflət etmə, qəflətdə olma, qafil olma; xəbərsizlik, işin qabağını, dalını düşünməmə, fürsəti əldən vermə. Anası diqqətlə Ulduzun gözlərinə baxdı və Nərgiz xanım yalnız indi öz qafilliyinə heyrət etdi. Ə.Məmmədxanlı. qafiyə is. [ər.] ədəb. Şeirdə: beytlərin və ya misraların son söz və ya səslərinin uyğunluğu, həmahəngliyi. Bu şerin qafiyələri düz gəlmir. – Demirəm mən sənə şair deyilsən, var şerin; Vəzni var, qafiyə var, qaliba yox can, Yusif! S.Ə.Şirvani. qafiyəbaz is. [ər. qafiyə və fars. ...baz] Şerin məzmununa fikir verməyib, ancaq qafiyələri güdən, qafiyələrin düz gəlməsinə çox fikir verən şair. qafiyəbazlıq is. Yalnız qafiyə güdüb, şerin mənasına fikir verməmə. qafiyəli sif. Qafiyəsi olan. Qafiyəli beyt. Qafiyəli şeir. – Ünvanına tək-tək qafiyəli hərzə də yağdırdılar. R.Rza. qafiyəpərdaz sif. və is. [ər. qafiyə və fars. pərdaz] Qafiyə düzəldən, qafiyə uyduran (şair). Şövqü-vəsli-çəmənində sənin, ey mayeyi-naz; Təbimin bülbülüdür qafıyəpərdaz bu gecə. Şəhriyar. qafiyəpərdazlıq is. Qafiyə düzəltmə, qafiyə uydurma. Nəhayət, Sabiri “Sabir” edən “Molla Nəsrəddin” oldu. Təb Sabirin idi, qafıyəpərdazlıq Sabirin idi, istedadı-şeriyyə Sabirin idi, fəqət mövzu verən “Molla Nəsrəddin” və Mirzə Cəlil idi. Ə.Haqverdiyev. qafiyəsiz sif. Qafiyəsi olmayan, qafiyəsi pozğun olan. Nə qədər çalışdın “ağ” alınmadı; Köhnə qafiyəsiz darıxdı şerim... M.Araz. qafiyəsizlik is. Qafiyə nöqsanı, qafiyədə uyğunsuzluq; ahəngsizlik, pozğunluq. // Şeirdə sərbəstlik, qafiyə olmama. qafqazlı sif. və is. Qafqaz xalqlarından birinə mənsub olan; Qafqaz əhli. Qafqazlı qızarmış halda üzrxahlıq edib, çıxıb papirosu çöldə çəkir. F.Köçərli. qağ dan. bax. vağ 2-ci mənada. qağa I. is. Uşaq dilində: hər cür şirni, dadlı, yeməli şey.\n\nII. is. dan. Hörmət üçün böyük qardaşa, əmiyə, dayıya və ümumiyyətlə, yaxın adama deyilir. Ay qağa, nə yatmısan, evimi yıxıblar, dur görək bu nə işdir? Mir Cəlal. [Bacısı Şamoya:] Sənə pay saxlamışam, qağa, – deyə dəsmalının ucunda olan düyünçəni onun qabağına açardı. S.Rəhimov.\n\nIII. is. Dimdik. [Piri Fani:] Simurq adında bir quş uçub gələr, bu ağacda məskən edər, onu qoruyar. Sizlərdən hər biriniz özünüz üçün nə istəsəniz, Simurq qağası ilə dərib atar. S.S.Axundov. qağayı is. zool. Dəniz sahilində yuvalayıb, sahil suları üzərində uçan və balıqla qidalanan iri qanadlı dəniz quşu. Göy dənizim, ləpələrin qatar-qatar; Yoxsa qanad çalıb keçən qağayılardır? R.Rza. qağazlanmaq bax. qazlanmaq 3-cü mənada. [Yasavul] öz tay-tuşunun yanında da “Göyərçinin canı üçün, Göyərçinin ölmüşünə”, – deyə and içər və bununla da qağazlanardı. S.Rəhimov. qağıldama “Qağıldamaq”dan f.is. qağıldamaq f. Qaz kimi səs çıxarmaq, qağayı səsinə bənzər səs çıxarmaq. qağıldaşma “Qağıldaşmaq”dan f.is. qağıldaşmaq qarş. Ağız-ağıza verib hamı birdən qağıldamaq, bağırışmaq. Qarğa kimi çox da qağıldaşmayın; Ay cücələr, bəsdi, cırıldaşmayın! Ə.Nəzmi. qağıldatma “Qağıldatmaq”dan f.is. qağıldatmaq icb. Qağıltı səsi çıxartdırmaq. Qazları qağıldatmaq. qağıltı is. Qaz və qağayı kimi quşların bağırtısı. qağla is. məh. Müxtəlif həcmdə olan şəkilcə küpəoxşar saxsı qab. qahal is. məh. Mal-qaranın saxlandığı, ətrafı çəpərli və ya hasarlı üstüaçıq yer; ağıl. Bu gün Bəxti də evdə yatmayıb, özünü malqaranın qahalına verdi. S.Rəhimov. qah-qah zərf Qəhqəhə ilə, bərkdən. Əl-ələ çalanda, qah-qah güləndə; Əyləşib qalanda, pünhan olanda; Deyib danışdığı yadıma düşdü. Aşıq Hüseyn. Qah-qah gülüş getdi; Asdım dəstəyi; Nəfəsimi dərməmiş, dring-dring yenə zəng oldu. R.Rza. // is. Qəhqəhə. • Qah-qah etmək (çəkmək) – bərkdən qəhqəhə ilə gülmək (çox vaxt “qah-qah çəkib gülmək” şəklində işlənir). [İskəndər:] Allahın iti də mənim sözümə baxmır, nə qədər elədim, içəri girmədi. Xa... xa... xa... (qahqah çəkib gülür). C.Məmmədquluzadə. Gördük vədlərdən təkcə söz qalıb; Zülm qah-qah çəkir, haqsa hönkürür. B.Vahabzadə. qahmar is. məh. Tərəfdar, arxa, kömək, havadar. Qahmarımız olmadı nə arxada, nə öndə.. B.Vahabzadə. • Qahmar çıxmaq – kömək çıxmaq, tərəfini saxlamaq, havadarlıq etmək. [Səfərəli:] Çarə yolunu düşünmüşük. Siz ancaq ilqar verin ki, bizə qahmar çıxacaqsınız. Çəmənzəminli. Dostlar özlərini yığışdırıb, İskəndərə qahmar çıxınca, kişini camaat qabağında mühakimə elədilər. Mir Cəlal. qahmarçı is. məh. Tərəfdar, havadar, tərəf saxlayan. qahmarçılıq is. məh. Tərəfgirlik, havadarlıq, tərəf saxlama. qax is. Qurudulmuş meyvə. Alma qaxı. Armud qaxı. Ərik qaxı. – Pul yoxdur, toyuq, ördək, qax, qoz ki vardır, bunları gətirin borclarınıza hesab edək. S.S.Axundov. Vaxtında yığıb .. qax kəsməsələr, bunu [meyvəni] yığıbyığışdırmaq olmayacaq. Ə.Əbülhəsən. qaxac is.\n1. Günəşdə və ya başqa üsul ilə qurudulmuş ət. • Qaxac etmək – günəşdə və ya başqa üsul ilə qurutmaq (əti).\n2. məc. Çox quru və ya qurudulmuş şey haqqında. • Qaxac olmaq, qaxaca dönmək – bax. qaxaclamaq. Çörək gün altında quruyub, qaxaca dönmüşdü. Ə.Əbülhəsən.\n3. məc. Çox arıq və cansız adam haqqında. qaxacçı is. Qaxac hazırlayan adam. qaxacıma “Qaxacımaq”dan f.is. qaxacımaq f.\n1. Qaxaca dönmək, çox qurumaq.\n2. məc. Arıqlamaq, zəifləmək, qurumaq. qaxacıtma “Qaxacıtmaq”dan f.is. qaxacıtmaq f.\n1. Əti günəşdə və ya başqa bir üsul ilə qurutmaq, qaxac eləmək. Əti günəş qabağında qaxacıdırlar.\n2. məc. Soyuqdan dondurmaq, qurutmaq. Zəhrimara qalmışın soyuğu da adamı qaxacıdır, – deyə ağacı ilə sacın altından qabağına köz çəkdi. S.Rəhimov. qaxaclamaq f. Günəşdə və ya başqa bir üsul ilə qurutmaq, qaxac etmək. qaxanc bax. qaxınc. qaxdırmaq “Qaxmaq”dan icb. qaxılma “Qaxılmaq”dan f.is. qaxılmaq f.\n1. məch. Vurulmaq, çırpılmaq, yerə çaxılmaq.\n2. Çalınmaq, vurulmaq, sancılmaq, girdirilmək. Yerə on paya qaxılmışdır.\n3. məc. Bir yerdə oturub qalmaq. Bir yerdə qaxıl, tərpənmə. – [Kərəməli:] Mən .. yükün üstünə qaxılmışam. Dartıb salan olmasa, yıxılan deyiləm. M.F.Axundzadə. qaxınc is. Edilən yaxşılığı adamın üzünə vurma, minnət qoyma, tənə etmə. • (Başına) qaxınc etmək – etdiyi yaxşılığı başa vurmaq. [Səltənət:] Gör mənim başıma nəyi qaxınc edirlər. Gör mənə kim qaxınc edir! Mir Cəlal. Qazanxan öz-özünə: “Yox, yox, bu, mənim başıma qaxınc olar, bundansa, ölüm yeydir” – deyə düşündü. M.Rzaquluzadə. qaxış is. Qaxma; qaxmaq işi və tərzi. qaxma is.\n1. “Qaxmaq”dan f.is.\n2. Yerə qaxılan ucu yonulmuş ağac parçası. Atı hörükləyib qaxmaya bağla.\n3. Metal lövhələr üzərinə qəlib ilə vurulub açılan naxış. Bu naxışlar qazma deyil, qaxmadır. qaxmaq f.\n1. Var gücü ilə bir şeyi bir yerə vurmaq, çırpmaq. Boşqabı yerə qaxıb sındırdı.\n2. Çalmaq, vurmaq, sancmaq, girdirmək. Mıxı divara qaxmaq. ‣ Başa qaxmaq – bax. baş. qaxsıma “Qaxsımaq”dan f.is. qaxsımaq f. Köhnəlib qoxumaq; acı tam vermək. Pendir açıq qalıb qaxsımışdır. Bu yağ, deyəsən, qaxsımışdır. qaxsımış f.sif. Köhnəlib qoxumuş və tamı acılaşmış. Hopduqca səhranın gövdəsinə su; Tərlədi qaxsımış bir bədən kimi. S.Vurğun. qaxsıtma “Qaxsıtmaq”dan f.is. qaxsıtmaq f. Çox saxlayaraq iyləndirmək, acılaşdırmaq; qaxsımasına bais olmaq. Yağı ağzı açıq qoyub qaxsıtmaq. qaib [ər.]\n1. Olmayan, hazır olmayan, gəlməmiş, gözdən uzaqda olan (hazır müqabili). Bu gün məktəbdə bir nəfər də olsun, qaib yoxdur. • Qaib olmaq – yox olmaq, gözdən itmək. O gündən kim, gözümdən qaib olmuş mahi-rüxsarın; Olubdur çeşmimə tarik yeksər bu cahan sənsiz. S.Ə.Şirvani. İyirmiiyirmi beş igid hərəsi bir at eşiyə çəkib çaparaq mindilər və qaib oldular. C.Məmmədquluzadə. Ceyran söz anlar kimi, sıçrayıb, meşədə qaib olur. Çəmənzəminli.\n2. Qrammatikada: üçüncü şəxs, haqqında danışılan şəxs. Azərbaycan dilində “o” qaib əvəzliyidir. qaibanə zərf [ər. qaib və fars. ...anə] Görməyərək və görünməyərək, görmədən, gizlidən, arxadan, qiyabi surətdə, şəxsən görmədiyi və tanımadığı halda. O adama qaibanə məhəbbətim var. – Qıllam sənə iştə bir vəsiyyət; Yad et məni, qaibanə yad et. A.Səhhət. Bu şəxsi də mən o vaxtdan qaibanə tanıyırdım. C.Məmmədquluzadə. Sənin sədaqətini Vahidə özüm demişəm; O da sevir, gözəlim, indi qaibanə səni. Ə.Vahid. qaidə is. [ər.]\n1. köhn. Bir şeyin altlığı, ayaqlığı, oturacağı. Sütunun qaidəsi. Güldanın qaidəsi.\n2. bax. qayda. [Ağa Hüseyn Xəlilə:] Mən istəyirəm ki, ticarətin hər bir yolunu və qaidəsini sənə öyrədim. Ə.Haqverdiyev. qail [ər.] köhn. İnanan, razı olan. Pərvanə də sən tək şəmə maildir; Nə qədər ki, cövr eyləsə, qaildir. Q.Zakir. Küfrümə hökm eyləməyin zur ilə; Qaili-Quranəm, a şirvanlılar! M.Ə.Sabir. [Şeyx Sənan:] Sən neçin həp sükutə mailsən; Söylə bir, hankı dinə qailsən? H.Cavid. • Qail olmaq – razı olmaq, inamı olmaq, inanmaq. [Mirzə Fətəli:] Mən elmi-kimyaya qailəm, nəinki daşın dönüb qızıl olmağına. Ə.Haqverdiyev. Bir sözüm var sənə pünhan deməli; Qail olsan, deyim, gül sənə qurban! Aşıq Ələsgər. qaillik is. İnam, inanma, etiqad etmə. Əzizim, əgər mənim sözümə qailliyin olacaqsa, deyim. C.Məmmədquluzadə. qaim sif. [ər.] klas. Sabit, davamlı, möhkəm. Min şükr ki, möhkəməm vəfadə; Hicranına qaiməm cəfadə. Məsihi. • Qaim olmaq – 1) sabit olmaq, sabitləşmək. Səndən dilərəm mədəd, ki daim; Təmkinim ola səninlə qaim. Füzuli. Kim su əgər tərpənsə, axsa daim; Təravəti olar o vaxt qaim. A.Səhhət; 2) yerini tutmaq. qaimə is. [ər.]\n1. Alıcıya göndərilən və ya buraxılan malların adı, növü, miqdarı, qiyməti yazılmış siyahını göstərən sənəd.\n2. köhn. Uzun kağız üzərində yazılmış əmrnamə.\n3. Qılıncın dəstəyi. qaimməqam is. [ər.] Türkiyədə: 1) qəza rəisi; 2) köhn. mayor rütbəsi ilə polkovnik rütbəsi arasında hərbi rütbə; podpolkovnik. qaimməqamlıq is. Türkiyədə: 1) bir qaimməqamın idarəsi altında olan əyalət, qəza; 2) qaimməqam vəzifəsi; 3) köhn. podpolkovnik rütbəsi. qaqauz is. Moldova və Ukraynada, həmçinin Rumıniya və Bolqarıstanda yaşayan türkdilli xalq və bu xalqa mənsub adam. Haray, ey qaqauz, türk, kazak, balkar! Ey başqırd, ey türkmən, susursan niyə? Qovuşsun Türküstan, Atatürkiyə! X.Rza. qaqauzca sif. və zərf Qaqauz dilində. qaqqa bax. qağa1. Nazlı bala, göyçək uşaq, gəl mənə; Yaxşı-yaxşı qaqqa verim mən sənə. A.Səhhət. qaqqana (=qaqqanaq) is. Qaqqıltı. Pilləkəni titrətdi muştuluqçu qonşu qızın qaqqanası. R.Rza. • Qaqqanaq çalmaq – 1) qaqqıldamaq. Araba silkinər və cırıldayar, toyuqcücə qaqqanaq çalıb qaqqıldaşmağa başlayardı. H.Sarabski; 2) qaqqıltı (qəhqəhə) ilə gülmək. qaqqanaq (=qaqqana) is. Qaqqıltı. Pilləkəni titrətdi muştuluqçu qonşu qızın qaqqanası. R.Rza. • Qaqqanaq çalmaq – 1) qaqqıldamaq. Araba silkinər və cırıldayar, toyuqcücə qaqqanaq çalıb qaqqıldaşmağa başlayardı. H.Sarabski; 2) qaqqıltı (qəhqəhə) ilə gülmək. qaqqıldama “Qaqqıldamaq”dan f.is. qaqqıldamaq f.\n1. Çığırma, qaqqıltı salmaq (toyuq və quşlar haqqında).\n2. Bərkdən gülmək, qəhqəhə ilə gülmək. Övci-fəzadə görərək boynunu; Səhnədə qaqqıldayıram indi mən. M.Ə.Sabir. Zəhra xanım əllərini bir-birinə vurub qaqqıldadı. A.Şaiq. Muradlı onun üzünə baxıb qeyri-adi halda qaqqıldadı. Mir Cəlal. qaqqıldaşma “Qaqqıldaşmaq”dan f.is. qaqqıldaşmaq qarş.\n1. Hamı birdən qaqqıldamaq. Qatarlaşıb nə diyardan gəlirsiz; Qaqqıldaşa-qaqqıldaşa (z.) durnalar? Q.Zakir. Kəkilli durnalar hey qatar-qatar; Qaqqıldaşıb keçir, açılmış bahar. R.Rza.\n2. Qəhqəhə ilə gülmək, bir-birinə qoşulub bərkdən gülmək. Qaqqıldaşa-qaqqıldaşa gülərlər; Canlar alan sövtə-sədayə bir bax. Q.Zakir. Bir deyib, bir gülüb, aşıb-daşırlar; Bəzən kəklik kimi qaqqıldaşırlar. S.Vurğun. qaqqıldatmaq icb. Qaqqıldamağa məcbur etmək. qaqqıltı is.\n1. Toyuq, kəklik, durna çığırtısı. Qırqovulu nişana aldıqda qaqqıltı ilə uçub uzaqlaşır. S.S.Axundov. Orda-burda tutulan toyuqların qaqqıltısı, kəndli arvadlarının qarğış və nifrini kəndlə bir olmuşdu. Çəmənzəminli.\n2. Qəhqəhə; qəhqəhə ilə gülüş. Bundan sonra bəylər qaqqıltı ilə gülməyə başladılar. S.S.Axundov. Cəlal yenə də özünü saxlaya bilməyib qaqqıltı ilə güləndə, acığından Tahirin əlləri titrəməyə başladı. M.Hüseyn. qaqum is. [ər.] Pişik cinsindən olan bozqara quyruqlu xəzlik heyvan. qal is. [ər.] köhn. Qarışıqlıq, hay-küy, çığır-bağır, mübahisə, qovğa. İgidin başı qalda gərək. (Ata. sözü). Vaqif ki düşübdür əqlü kəmaldan; Əskik olmaz başı qovğadan, qaldan. M.P.Vaqif. [Əlibaba:] Gərək qalda olsun igidin başı; Ancaq unutmasın dostu, yoldaşı. Z.Xəlil. qala is. [ər.]\n1. Uzun müddət içində qapanıb düşmənə müqavimət göstərmək üçün möhkəm müdafiə tikililəri və vasitələri olan istehkam (məntəqə). Qərb tərəfdə uzanan dağlar Əsgəran qalasına çatdıqda .. birbirinə yaxınlaşırlar. S.S.Axundov. Hava işıqlandıqca Girdman qalasının möhtəşəm bürcləri aydın görünməyə başlayırdı. M.Hüseyn.\n2. Qədimdə qala rolu oynamış yüksək və əksərən dairəvi şəkildə olan tikili; bürc. Qız qalası. Mərdəkan qalası. – Daşaltı çayının daş dələn səsi; Şuşa qalasının “Ərim gəldi”si.. B.Vahabzadə. // Qüllə. Qaladan azan səsini eşidərkən hər kəs öz evinə gedib süfrəyə hücum başlardı. H.Sarabski.\n3. Həbsxana, dustaqxana, qazamat.\n4. köhn. Şəhər. [Ziba xanım:] ..Xan qala divarında bəy uşaqlarını bir-biri ilə güləşdirir. M.F.Axundzadə.\n5. məc. Dayaq, arxa, müdafiəçi, istinadgah mənasında. ‣ Uçan qala – uzaq məsafələrə uça bilən ağır bombardman təyyarəsi. qalabənd sif. [ər. qələ və fars. bənd] köhn. Yalnız şəhər içərisində gəzib, ondan kənara çıxmamağa məhkum edilən günahkar, müqəssir. Əgər Günay bu döngədəki evlərin birində, qarının yanında qaravaş idisə, o da qalabənd olub bu şəhərdə qalacaqdı. Ə.Məmmədxanlı. qalabəndlik is. köhn.\n1. Qalabənd cəzası (bax. qalabənd).\n2. Qalada qapanıb qalma, qalanın mühasirədə olması. Üç ay qalabəndlik olub, heç tərəfdən qaladakı qoşuna kömək gəlmədi. “Dərbəndnamə”. qalabəyi is. tar. Qala (şəhər) hakimi, şəhər böyüyü, şəhərin baş hakimi. ..Həmədan qalasını Azərbaycan qoşununun üzünə açmaq istəməyən qalabəyini darvazanın qabağında asdı(lar). M.S.Ordubadi. Qalabəyi paltarını geyinməyə başladı. M.Hüseyn. Keçmişdə Bakıda bir qalabəyi Qasım bəy vardı. H.Sarabski. qalabəyilik is. tar. Qalabəyi vəzifəsi, işi. qalac [rus. kalaç] Kömbə (çörək). Dişləri tutmadı yavan qalacı; Çünki həm bərk idi və həm də acı. Ə.Qəmküsar. qalaça is. Kişik müdafiə tikilisi; xırda qala. Qalaça küncünə qısılan şahın; Xalqı palçıq kimi tapdanacaqdır. M.Araz. qalağan bax. qanqal. Düşdü bu fikrə eşşəyi-nadan; Ta gedib otlasın o da qalağan. S.Ə.Şirvani. qalbktika [yun.] astr. Ulduzlar sistemi – bütün ulduzların və qaz, toz dumanlıqlarının hamısının birlikdə adı. Məlumdur ki, nəhayətsiz kainatda saysız çox ulduz aləmləri vardır. Bu ulduz aləmlərinə elmdə qalaktika deyilir. Hüseynov. qalaq is. Bir yerə qalanmış, üst-üstə yığılmış, yığın halında olan şey; yığın, topa. Odun qalağı. Dərz qalağı. Qar qalağı. Torpaq, qum qalağı. – Məmmədəli əminin həyətinin aşağı tərəfində bir yekə gərmə qalağı var idi. C.Məmmədquluzadə. Onlar uçuq toyuq hinini palçıqlayır və həyətin bir guşəsinə yapılmış təzəkləri qalağa yığırdılar. M.İbrahimov. Yonca qalaqlarının arasına çatanda, Tapdıq: – Mina, hara tələsirsən? – deyə onu saxladı. Ə.Əbülhəsən. • Qalaq vurmaq – koma yığmaq, üst-üstə yığmaq, qalaqlamaq. Tayları qalaq vurmaq. qalaq-qalaq zərf Qalaqlanmış halda, üstüstə yığılmış halda; yığın-yığın, topa-topa, üst-üstə. Hətəmxanın tayları dağ kimi qalaqqalaq göründüyü halda, yenə də arası kəsilmədən ulaqlarla dərz çəkilirdi. S.Rəhimov. Dəniz coşdu zaman-zaman şiddətlənərək; Qalaq-qalaq qar yığını çıxdı qurşağa. S.Vurğun. Pambıq kimi qalaq-qalaq yığılıb; Oxşursunuz qarlı dağa, buludlar! H.K.Sanılı. qalaqlama “Qalaqlamaq”dan f.is. qalaqlamaq f. Qalaq vurmaq, komalamaq, bir yerə toplamaq, üst-üstə yığmaq. Taxıl dərzlərini qalaqlamaq. – Bəziləri isə dizi üstə oturub yenicə gətirdikləri quru odunu qalaqlayırdılar. M.Hüseyn. qalaqlanma “Qalaqlanmaq”dan f.is. qalaqlanmaq məch. Qalaq vurulmaq, komalanmaq, bir yerə toplanmaq, üst-üstə yığılmaq. Qara damlar adda-budda salınmışdı, dal tərəflərində təzək qalaqlanmışdı. Çəmənzəminli. Görünürdü güclü bir qar gələcək, qar qarın üstünə qalaqlanacaq, lütlənən ağaclar qarla yüklənəcəkdir. S.Rəhimov. qalaqlanmış f.sif. Qalaq vurulmuş, komalanmış, üst-üstə yığılmış. Dəniz üzərində bir-birinin üstünə qalaqlanmış ağ buludlar ağır-ağır hərəkət edib cənuba doğru sürünürdü. M.Hüseyn. Bir yığın bulud layları göyün tən ortasında bir-biri üzərinə qalaqlanmışdı. Ə.Məmmədxanlı. qalaqlatma “Qalaqlatmaq”dan f.is. qalaqlatmaq icb. Qalaq vurdurmaq, üst-üstə yığdırmaq, qalaqlama işi gördürmək. qalama “Qalamaq”dan f.is. • Bir qalama – ağzına qədər dolu, dopdolu, çoxlu. [Pivəxanada] oturanlar hər stəkana bir qalama nəlbəki noxudu yeyib qabığını da tökürdülər yerə. Qantəmir. qalamaq f.\n1. Bir-birinin üstünə yığmaq, qalaq-qalaq yığmaq, toplamaq, komalamaq. Odunları qalamaq. Kərpici qalamaq. – Vəliqulu boş nimçələri bir-birinin üstünə qalayıb istəyirdi otaqdan qaça aşpazxanaya. C.Məmmədquluzadə.\n2. Ocağa, sobaya və s.-yə odun, kömür və s. qoyub yandırmaq, alovlandırmaq, alışdırmaq. Ocaq qalamaq. Təndir qalamaq. Buxarını qalamaq. – [Müəllim] Tellinin axşam gətirdiyi südlə şam etmiş, axırda sobasını yenidən qalayıb yatağına uzanmışdı. S.Hüseyn. Fəcrin soyuq tonqalı yananda; Mən də tonqal qaladım gah dağda, gah aranda. Ə.Cəmil. qalanma “Qalanmaq”dan f.is. qalanmaq məch.\n1. Üst-üstə yığılmaq, topalanmaq, komalanmaq. Ot biçildikdən sonra, qalanıb taya vuruldu. – Sol tərəfdə divara səmt qalanmışdı çiy kərpic, vəssəlam. C.Məmmədquluzadə. Arabaya ot qalanar, dağ olar; Kəndlilərin onda kefi çağ olar. A.Səhhət.\n2. Yandırılmaq, alovlandırılmaq; odun, kömür və s. qoyulub alışdırılmaq. Odlara qalandım, dedim: Allahə təvəkkül! Ə.Nəzmi. Ocağa qalanmış odunlar yanıb qurtardığı üçün qaranlıq yenə qanadlarını gərirdi. Ə.Vəliyev.\n3. t-siz. Yanmaq, alovlanmaq. Canım eşq oduna qalanmaq gərək. M.P.Vaqif. qalanternya [fr.] Müxtəlif xırda bəzək və tualet malları (daraq, muncuq, boyunbağı, bəzək sancağı, lent və s.); xərəziyyat, xərəzi malları. qalatma (=qalatdırma) “Qalat(dır)maq”dan f.is. qalatdırma (=qalatma) “Qalat(dır)maq”dan f.is. qalatmaq (=qalatdırmaq) icb.\n1. Bir-birinin üstünə yığdırmaq, komalatmaq. Odunları bir yerə qalatmaq.\n2. Ocağa, sobaya və s.-yə odun, kömür qoydurub yandırtmaq. Ocağı qalatmaq. Təndiri qalatmaq. – Hər şeyin çarəsi var! – deyə Vaqif lələni çağırıb buxarını təzədən qalatdırdı. Çəmənzəminli. Havada kəsici bir sazaq olduğundan, dəmir peçi də qalatdırmışdım. M.İbrahimov. qalatdırmaq (=qalatmaq) icb.\n1. Bir-birinin üstünə yığdırmaq, komalatmaq. Odunları bir yerə qalatmaq.\n2. Ocağa, sobaya və s.-yə odun, kömür qoydurub yandırtmaq. Ocağı qalatmaq. Təndiri qalatmaq. – Hər şeyin çarəsi var! – deyə Vaqif lələni çağırıb buxarını təzədən qalatdırdı. Çəmənzəminli. Havada kəsici bir sazaq olduğundan, dəmir peçi də qalatdırmışdım. M.İbrahimov. qalay is. Kimyəvi element – tezəriyən yumşaq, gümüşü ağ metal. Arxeoloji qazıntılar göstərir ki, qədimdə birinci alətlər qayırmaq üçün qalaydan istifadə edirmişlər.. // Mis qab-qacağın üzünə çəkilən incə qalay təbəqəsi. Qazanın qalayı getmişdir. qalayçı is. Mis qabları qalaylayan usta; qabağardan. [Evin qadınları] mis qab-qacağı qalayçıya göndərib ağartdırır(dılar). H.Sarabski. qalayçılıq is. Qalayçının işi, sənəti. qalaylama “Qalaylamaq”dan f.is. qalaylamaq f.\n1. Mis qabları pasdan qorumaq üçün onların üzünə xüsusi üsullarla qalay çəkmək, onları qalayla ağartmaq. Qazanı qalaylamaq.\n2. məch. Səthi və üzdən zinət vermək. qalaylanma “Qalaylanmaq”dan f.is. qalaylanmaq məch. Qalay çəkilmək, qalay vurulmaq, qalayla ağardılmaq. Mis qabqacaq qalaylanmışdır. qalaylanmış f.sif. bax. qalaylı. Qalaylanmış qazan. – Səhləbçilər yenicə qalaylanmış iri çaydanlarını sallayaraq: “Səəlləbisinə məlhəmi!” – deyə bağırırlar. Çəmənzəminli. Qızxanım nənə qalaylanmış parçı .. Almurad babaya verdi. İ.Əfəndiyev. Qapılar ay işığı ilə qalaylanmış kimi yuxarıdan par-par parıldayırdı. Mir Cəlal. qalaylatma “Qalaylatmaq”dan f.is. qalaylatmaq icb. Qalay çəkdirmək, qalaylama işi gördürmək, ağartdırmaq. Qazanı qalaylatmağa vermək. qalaylı sif.\n1. Üzərinə qalay vurulmuş, qalayla ağardılmış. Qalaylı qazan. Qalaylı tava.\n2. məc. Üzdən bəzədilmiş, zahirən gözəl; saxta. qaldırıcı 1. sif. Qaldıran, ağırlıq qaldıran. Qaldırıcı mexanizm. – Yeni tikilmiş buruqda qaldırıcı maşın təzə qazma borularını çəkib yuxarı apardı. M.Hüseyn. Yuxarıda qaldırıcı kran hərlənərək xortumunu suyun üzərinə salladı. Ə.Sadıq.\n2. is. Ağırlıq qaldıran mexanizm, qurğu. Polad qaldırıcı yerə enərək, çanağını qumla doldurub cəld yuxarı qalxır. qaldırılma “Qaldırılmaq”dan f.is. qaldırılmaq “Qaldırmaq”dan məch. Yerə tökülmüş şeylər qaldırıldı. Lövbər qaldırıldı, gəmi yola düşdü. Bayraqlar qaldırıldı. Divar bir metr yuxarı qaldırıldı. qaldırım is. köhn. Səki. Gecəki yağmurlardan çuxurlar göl-göl durmuş, ensiz bir qaldırım üzərində gəzirdim. A.Şaiq. [Rüstəm bəy və Çingiz] küçəyə çıxdılar, hava çiskindi. Geniş qaldırımların üstə çıraqların işığı uzun əkslər buraxmışdı. Çəmənzəminli. Onlar dəstələrlə institutlardan, idarələrdən, zavodlardan çıxıb tramvaylara dolur, qaldırımlarda yürüyür, sevinclə qaynayırlar. Mir Cəlal. qaldırma “Qaldırmaq”dan f.is. qaldırmaq f.\n1. Əyilərək yerdən götürmək, qalxızmaq. Kitabı qaldırmaq. Daşı qaldırmaq. Yerə düşmüş yaylığı qaldırmaq. Uşağı yerdən qaldır. // Aşağıdan yuxarıya çıxartmaq, yuxarıya aparmaq (dalında, çiynində, əlində, yaxud qaldırıcı maşın və s. vasitəsilə). Şeyləri üçüncü mərtəbəyə qaldırmaq. Lift bizi yeddinci mərtəbəyə qaldırdı. // Dikəltmək. Bayrağı qaldırmaq. – Musa birdən başını yuxarı qaldırdı. M.Hüseyn.\n2. Bir şeyə daha yuxarı, daha yüksək vəziyyət, ya səviyyə vermək. Pərdəni qaldırmaq. Ayağını qaldırmaq. Əlini qaldırmaq. Divarı yarım metr qaldırmaq. Suyun səviyyəsini qaldırmaq. – Sarxan əlindəki fənəri yuxarı qaldırdı. M.Hüseyn. Adamlar yaxalarını bərk-bərk bağlayıb, boyunluqlarını qaldırır. Mir Cəlal. // Yüksəltmək, ucaltmaq. Qırmızı günəşdən ağ evlər tikən; Dünyanı yüksəldib qaldıranıq biz. H.K.Sanılı. // məc. Hörmətə mindirmək, ucaltmaq, daha hörmətli etmək. Bu gözəl hərəkəti onu camaatın gözündə daha da qaldırdı.\n3. Yükləyib daşımaq, götürmək, aparmaq. Tayları anbardan mağazaya qaldırdılar. Meyiti bu gün qaldıracaqlar.\n4. Ayaqlandırmaq, həyəcanlandırmaq, üzə durğuzmaq, təhrik etmək, sövq etmək. Qardaşı Nəbi bizim başımıza oyun gətirdi. Tuturuq, qazamatdan qaçır, camaatı bəylərin və hökumətin üzünə qaldırır. “Qaçaq Nəbi”.\n5. Yük götürə bilmək. O qədər yükü bu heyvan qaldıra bilməz.\n6. Yox etmək, ortadan götürmək, bərtərəf etmək. Maneələri qaldırmaq. Aradakı səddi qaldırmaq.\n7. Sağaltmaq, yataqdan durğuzmaq. Həkim beş gündə məni yataqdan qaldırdı.\n8. Bir sıra isimlərin yanına gətirilərək, ismin ifadə etdiyi mənada mürəkkəb feillər və ifadələr düzəldilir; məs.: üsyan qaldırmaq, məsələ qaldırmaq, şivən qaldırmaq. qaldırtmaq “Qaldırmaq”dan icb. qaleryya [fr.]\n1. Binanın ayrı-ayrı hissələrini bir-biri ilə birləşdirən örtülü uzun eyvan. Şüşəbənd qalereya.\n2. Qala tikililərini, yaxud şaxtanın ayrıayrı hissələrini bir-biri ilə birləşdirən yeraltı yol.\n3. Teatrın, ucuz qiymətli yerlər olan ən yuxarı yarusu.\n4. İncəsənət əsərlərini nümayiş etdirmək üçün bina. Şəkil qalereyası. // İncəsənət, əsasən rəsm və heykəltəraşlıq muzeyi. Tretyakov qalereyası. Drezden qalereyası.\n5. məc. Uzun sıra, silsilə. M.F.Axundzadə tiplərinin qalereyası. qalereyalı sif. Qalereyası olan. qalet [fr.] Peçenye növü. Uzun, büllur vazlardakı mürəbbədən, qənddən çaya saldılar, qaletdən yeyib çaydan içdilər. S.Rəhman. qalğı bax. qalıq 1-ci mənada. qalxaq bax. qalxıq. Balacayev tükü yolunmuş sısqa cücəyə, .. ortaboylu, çiyinləri qalxaq Sübhanverdizadə isə xortumlu bir filə dönmüşdü. S.Rəhimov. qalxan is. köhn. Qədim müharibələrdə qılınc və s. zərbəsindən qorunmaq üçün əldə tutulan dairə və ya düzbucaq şəkilli sipər (ağacdan, metaldan, dəridən qayrılardı). Qədim zamanda qılınc və qalxan müharibənin başlıca alətləri idi. – [Mülkədar:] Öz hesabıma beş yüz təzə qılınc, bir o qədər də qalxan tədarük etmişəm. M.Hüseyn. O gündən şair, Afaq ilə bərabər bağçalarını paslanmış nizə, qalxan və qılınc parçalarından təmizlədilər. Ə.Məmmədxanlı. // Sipər. qalxanabənzər (=qalxanaoxşar) bax. qalxanvari. qalxanaoxşar (=qalxanabənzər) bax. qalxanvari. qalxancıq is. zool. Qın, sərt örtü (qabıq). Yumşaqbədənlilərin bəziləri yastı formada olub, arxalarında qabıq əvəzinə qalxancıq vardır. “Zoologiya”. qalxanqulaq sif. Yekəqulaq, qulaqları böyük; iri qulaqlı. qalxanlı sif. Qalxanla silahlanmış. qalxanlıca is. məh. Quru yamaclarda bitən bir bitki. qalxanşəkilli bax. qalxanvari. qalxanvari sif. Şəkilcə qalxana oxşayan. ‣ Qalxanvari vəzilər anat. – insanın və onurğalı heyvanların orqanizmində maddələr mübadiləsində iştirak edən daxili sekresiya vəziləri. qalxıq sif. Qalxmış halda olan, dik (yatıq müqabili). Onun .. şinelinin qalxıq yaxasından üzü və çuxura düşmüş gözləri də güclə görünürdü. Ə.Əbülhəsən. qalxınma “Qalxınmaq”dan f.is. qalxınmaq f. Qalxmaq, durmaq. Birdən rus qızı yerindən qalxındı, sanki canının ağrısından Ulduzun əllərini bərk-bərk sıxdı. Ə.Məmmədxanlı. qalxışma “Qalxışmaq”dan f.is. qalxışmaq f.\n1. Hamı birdən ayağa qalxmaq.\n2. bax. qalxmaq 5-ci mənada. [Nizami:] Qızıl Arslanın Məmundan alaraq bizə aşılamaq istədiyi yanlış fikirlərin birisi də Babəkin dinə qarşı yox, təriqətlərə qarşı üsyan etməsinin zəruri olduğunu isbata qalxışmasıdır. M.S.Ordubadi. qalxızma “Qalxızmaq”dan f.is. qalxızmaq bax. qaldırmaq 1-ci mənada. qalxma “Qalxmaq”dan f.is. qalxmaq f.\n1. Ayağa durmaq, dik vəziyyət almaq. Müəllim sinfə girdikdə şagirdlər qalxdılar. Bütün salondakılar ayağa qalxdılar. Hamı yerindən qalxıb sıraya düzüldü. – Harın at qalxdı dik ayaq üstə; Ox dəyən ahu kimi tullandı. A.Səhhət. Gəlinlər, qızlar ağırağır enib qalxırdılar. Çəmənzəminli. // Yuxudan ayılıb yatağından durmaq. Uşaqlar çoxdan qalxıblar. – Gecənin yarısı qalxıb yataqdan; Tökdüm qabağıma şeirlərimi. B.Vahabzadə.\n2. məc. Sağalmaq. Xəstə artıq qalxıbdır. Xəstə tez qalxana oxşamır.\n3. Bir şeyin üstünə, təpəsinə, başına çıxmaq; yuxarı çıxmaq, dırmaşmaq. Dağa qalxmaq. – Gördüm ki, camaat axşam vaxtı seyrəngaha çıxıb, yol ilə başyuxarı qalxanlara tamaşa edirlər. C.Məmmədquluzadə. O heç bir şey olmamış kimi ağır addımlarla pilləkəni qalxıb göy məhəccərli eyvana çıxdı. İ.Şıxlı. // Yüksəlmək. Göyə qalxan və yerin təkinə enən dalğalarda nə sığınacaq yer, nə əl çatacaq bir çöp vardı. M.İbrahimov. Gün iki cida boyu qalxmışdı. Mir Cəlal. // Daha yüksək bir vəziyyət almaq. Pərdə qalxdı. Qaşları qalxdı.\n4. Qabarmaq, şişib böyümək. Çiban dünənkinə nisbətən bir qədər qalxmışdır. – Relslər yanında torpaq bir girdab kimi köprüyüb qalxırdı. Ə.Məmmədxanlı.\n5. məc. Hərəkətə gəlmək, hərəkətə başlamaq, ayağa qalxmaq, qalxışmaq, qiyam etmək. Mübarizəyə qalxmaq. Müdafiəyə qalxmaq. Bütün xalq işğalçılara qarşı qalxdı.\n6. Səviyyəsi artmaq, daha da yüksəlmək. Çayın suyu qalxmışdır. Barometr qalxmışdır. // Daha da güclənmək, artmaq. Hərarət qalxmışdır. Uşağın qızdırması qalxmışdır.\n7. məc. Vəzifəsi, rütbəsi, mövqeyi, nüfuzu yüksəlmək, tərəqqi etmək, irəliləmək. O, elm sahəsində xeyli qalxmışdır.\n8. Birdən başlamaq, qopmaq, ucalmaq, artmaq və s. mənasında olaraq, köməkçi feil kimi bir sıra isimlərin qabağına gətirilir. Külək qalxdı. Toz qalxdı. Səs-küy qalxdı. – Zurna düzəldi. Dəf vuruldu. Çəpik səsi qalxdı. Çəmənzəminli. Dənizdə tufan qalxır. Xəzərin ağ köpüklü çılğın dalğaları sahili gəmirirdi. M.Hüseyn. qalıq is.\n1. Bir şeyin, işləndikdən sonra artıq qalmış hissəsi, parçası. Yemək qalıqları. Xörəyin qalığı. – Dümbər papiros qalığını ayağı ilə basıb söndürdü. S.Rəhman. // Tullantı. İstehsalat qalıqları.\n2. Verginin və s.-nin vaxtında ödənilməmiş hissəsi. Vergi qalığı.\n3. Keçmişdə olmuş bir şeyin qalmış izləri (bu mənada adətən cəm şəklində işlənir). Qədim abidənin qalıqları. Heyvanların qazıntı halında tapılan qalıqları. Köhnə məişətin qalıqları. – Əxlaq kitabları və asari-ətiqə qalıqları heç bir ölkədə keçmişdə vaqe olan işləri lazımi tərtib və təfsil ilə ifadə edə bilməz. A.Bakıxanov.\n4. riyaz. Bir ədədi bir ədədə bölərkən qalan kəmiyyət. qalıqlı sif. riyaz. Böldükdə qalıq qalan (bax. qalıq 4-cü mənada). qalıqsız sif. riyaz. Böldükdə qalıq qalmayan (bax. qalıq 4-cü mənada). qalım is. Qalma, sağlıq, dirilik. Dəli könlüm, məndən sənə əmanət; Demə bu dünyada qalım yaxşıdır. Xəstə Qasım. qalın sif.\n1. Kütləsi köndələn vəziyyətdə çox yer tutan, yoğun (nazik müqabili). Qalın kitab. Qalın divar. Qalın döşək. Qalın gön.\n2. Bir-birinə çox yaxın ağaclardan, kollardan ibarət olan; sıx. Gün çıxıb, dağ başından uçdu duman; Qaralırdı qalın, qara orman. A.Səhhət. Qalın meşə, yaşıl ot adam boyunda, gözəl quşların nəğmələri, iti bulaqların qıjıltısı, havanın təmizliyi insana ləzzət verir. N.Nərimanov. Saman və ot tayaları, qalın kol-kos, yaşıl ağaclar islandıqca havanı xoş bir ətirlə doldururdu. M.İbrahimov. // Kəsif, qəliz, qeyri-şəffaf. [Müəllim] lampasını keçirmişdi; otaq qalın bir qaranlığa büründüyündən nə yapdığını seçə bilmirdi. S.Hüseyn.\n3. məc. dan. Kobud, qaba. qalınbığlı sif. Bığları yoğun olan. Qalınbığlı kişi. qalınca sif. Çox qalın. Qalınca bir tir. // Qalın. Qısa adamın qalınca dodaqlarında istehzalı bir gülüş bilindi. H.Nəzərli. qalındodaq sif. Dodaqları qalın olan. qalınqabıq sif. Qabığı qalın olan. Qalınqabıq qoz. Qalınqabıq püstə. Qalınqabıq qovun. – Otağım doludur sükutla; Sükutun içində mən qalınqabıq meyvə içində qalmış tum kimi. R.Rza. qalınqafalı sif. Heç bir şey qanmayan, həssaslıqdan, real düşünmək qabiliyyətindən məhrum; küt, qanmaz, dərrakəsiz. qalınqaş sif. Qaşları qalın olan. qalın-qayım sif. Canı bərk, ətli-canlı. Xankişi bir qalın-qayım arvadı aralığa saldı. Mir Cəlal. qalınlamaq bax. qalınlaşdırmaq. qalınlatmaq bax. qalınlaşdırmaq. “Qalınlaşdırılmaq”dan f.is. qalınlaşdırılmaq məch. Daha qalın hala salınmaq, daha qalın edilmək. qalınlaşdırma “Qalınlaşdırmaq”dan f.is. qalınlaşdırmaq f. Daha qalın etmək. Paltonun astarını qalınlaşdırmaq. Yorğanı qalınlaşdırmaq. qalınlaşma “Qalınlaşmaq”dan f.is. qalınlaşmaq f.\n1. Daha qalın olmaq. Bu kətan yuyulduqda qalınlaşır. // Getdikcə qalın olmaq, yoğunlaşmaq. Zorxana milinin başı nazik idi, lakin getdikcə qalınlaşırdı, ucu isə yumru idi. H.Sarabski.\n2. Sıxlaşmaq, kəsifləşmək, çoxalmaq, gurlaşmaq. Yavaş-yavaş payız qışa çevrilir, bacaların tüstüsü qalınlaşırdı. M.İbrahimov. .. Yuxarı qalxdıqca qar daha da qalınlaşır, sazaq adamın iliyinə işləyirdi. İ.Şıxlı. qalınlıq is.\n1. Qalın şeyin halı; yoğunluq (naziklik müqabili). Parçanın qalınlığı. Ağacın qalınlığı. – Kərim baba .. bir qarış iki barmaq qalınlığında yaş çubuğu yonurdu. A.Şaiq. Dərin dərənin içi ilə qumluq aşağı axan suyun yanlarını kağız qalınlığında buz tuturdu. S.Rəhimov.\n2. Sıxlıq, sıx yer, keçilməz yer. Meşənin qalınlığından keçmək olmur. qalınlıqölçən sif. xüs. Müxtəlif şeylərin qalınlığını ölçən. Qalınlıqölçən cihaz. qalıntük (=qalıntüklü) sif. Tükü qalın, sıx və çox olan. Qalıntüklü qoyun. Qalıntüklü dəri. qalıntüklü (=qalıntük) sif. Tükü qalın, sıx və çox olan. Qalıntüklü qoyun. Qalıntüklü dəri. qalış is. Qalma; qalmaq işi. Əsli xanım köçdü getdi elindən; Mənim burda qalışıma nə deyim? Aşıq Kərəm. qalib sif. [ər.] Üstün gələn (gəlmiş), qələbə çalan (çalmış). Qalib ordu. – Fəxrəddinin qalib dəstələri şəhərə girdiyi zaman, Gəncə qadınları qalib dəstələrin başına damlardan gül səpirdilər. M.S.Ordubadi. // İs. mənasında. Qaliblər marşı. – [İlyas qıza:] Şəxsi həyat üzərində qopan gurultular, yemək və qazanc üstündəki vuruşmalar, aldadanların şadlığı, aldananların göz yaşı, haqqını müdafiə edənlərin məğlubiyyəti, qaliblərin bayram təntənələri .. məni yoran işlərdəndir. M.S.Ordubadi. • Qalib gəlmək (olmaq, çıxmaq) – 1) üstün gəlmək (olmaq, çıxmaq), qələbə çalmaq. Məğlub olanlar qalib çıxmağa tələsənlərdir. M.S.Ordubadi; 2) yarışda irəlidə olmaq, birinciliyi qazanmaq. Beynəlxalq şahmat yarışlarında şahmatçılarımız qalib gəldilər. – [Sevinc:] Bu mübarizədə qalib çıxmaq üçün gərək ağlın iti olsun, qolun da güclü. Z.Xəlil; 3) məc. Təsir etmək, zor gəlmək, əldən salmaq, üzmək. Biz uşaqların bütün günləri bağlarda keçirdi. Ta aclıq bizə qalib gəlməyincə evlərimizə qayıtmazdıq. S.S.Axundov. qaliba ara söz [ər.] kit. köhn.\n1. Çox ehtimal ki, yəqin ki, zənnimcə, mənə görə. Demirəm mən sənə şair deyilsən, var şerin; Vəzni var, qafiyə var, qaliba yox can, Yusif! S.Ə.Şirvani.\n2. bax. qalibən. Ümum camaatında qaliba mütəəssib və avamlığını da mülahizə edəndə tamam məyusluq və naümidlik üz verirdi. C.Məmmədquluzadə. qalibanə zərf [ər. qalib və fars. ...anə] Qalib sifəti ilə, qalib kimi, qaliblərə yaraşan bir tərzdə. Qalibanə yürüş. qalibən zərf [ər.] kit. köhn. Əksəriyyətlə, əksərən, çox zaman, çox vaxt. Əhliİran qalibən bisavaddırlar. M.F.Axundzadə. qalibiyyət is. [ər.] Döyüşdə, müharibədə, mübarizədə, yarışda üstünlük, müvəffəqiyyət; qalib gəlmə, qələbə (məğlubiyyət ziddi). Düşmən üzərində qalibiyyət. Yarışda qalibiyyət qazanmaq. – Biz səadətin qədrini bildiyimiz kimi, qalibiyyətin məğrur sevincini də dərk etmişik. Ə.Məmmədxanlı. Müjdə çətin yaranır, muştuluq ondan çətin; Nə yaxşı ki, məğziyəm, çətin qalibiyyətin! X.Rza. qalibiyyətli sif. Həmişə qalib gələn, müzəffər; məğlubedilməz. Qalibiyyətli türk ordusu. Qalibiyyətli xalq üsyanı. qaliblik is. Qalib gəlmə, üstün gəlmə. Qalibliyin məğrurluğu nə don geyir; Son zərbənin nəşəsinə bürünəndə?! M.Araz. qalife [fr. xüs. is.-dən] Aşağısı dar, yuxarısı isə yanlardan enli hərbi şalvar. Əksərən uzunboğaz çəkmə, qalife şalvar və cibli köynək geyərək belini qayışla bərkitmiş kişilər furqonun yan tərəfinə doluş(du).. M.İbrahimov. Onun boyu az uzun, şalvarı az qalife, çənəsi az yastı, bədəni arıqdır. Qantəmir. Şahnaz onun [Qurbanın] corablarını çıxarıb, qalife şalvarının balağını yuxarı çəkdi. İ.Şıxlı. qallac sif. dan. Əliaçıq, səxavətli. Qallac adam. qallar cəm Eramızdan qabaq IV–I əsrlərdə indiki Fransa və Belçika ərazisinin bir hissəsini tutmuş qədim kelt tayfaları. Qalların üsyanı. – Kim deyir ki, bu qalalar [Qız qalası]; Yalnız elə qallar üçün; Qaldırılan bir qaladır? B.Vahabzadə. qallı sif. Qalmaqal salan, qalmaqalçı. Çoxlarını məhv elədi bu qovğalı, qallı dünya; Sultanlara qalmadı, yox, Nəsimiyə qaldı dünya. X.Rza. // Şıltaq. Ziba nimtənəli, tikmə köynəkli; Gözləri qəmzəli, qallı sənəm, gəl. Xəstə Qasım. qallisizm [fr.] dilç. Fransız dilindən alınma söz, ya ifadə; fransız dilinə xas olan cümlə. qallon [ing.] İngiltərədə, ABŞ-da və başqa ölkələrdə maye və səpələnən cisimlər üçün həcm ölçüsü vahidi (4,5 litrə bərabərdir). qalma “Qalmaq”dan f.is. qalmaq f.\n1. Olduğu yerdə və halda durmaq, yerini dəyişməmək, yerindən getməmək. Hamı getdi, o qaldı. Qışda kənddə qalmaq. – Evdə ancaq Sona ilə Bahadır qaldı. N.Nərimanov. Bu axşam student evdə qalaraq, atasına məktub yazmaqla məşğul idi. Çəmənzəminli. // Yuxarı sinfə keçməmək. İkinci sinifdə qalmaq.\n2. Var olmaq, mövcud olmaq, davam etmək. Onun gözəlliyindən ancaq iki gözü qalmışdır. Ürəyində heç bir hiss qalmamışdır.\n3. Sağ olmaq, həyatda olmaq, yaşamaq. Onun indi bircə qızı qalmışdır. – Şirin güftarından ayrı lalam mən; Ümid yoxdur gələn ilə qalam mən. Q.Zakir. // İnkar şəklində: qalmamaq – ölmək, yaşamamaq, həyatda olmamaq, sağ olmamaq. Övladı qalmamaq. Onlardan heç kəs qalmamışdır.\n4. İşləndikdən, sərf edildikdən, xərcləndikdən sonra müəyyən miqdar mövcud olmaq. On kilo düyüdən bir kilo qalmışdır. Cibimdə bir manat pulum qalıbdır. // Bir ədədi bir ədəddən çıxdıqdan sonra hasil olmaq. Beşdən üç çıxanda iki qalır.\n5. Təxir edilmək, sonraya buraxılmaq, başqa vaxta keçirilmək. İclas sabaha qaldı. // Dayandırılmaq, əl çəkilmək, buraxılmaq, tərk edilmək, vaz keçilmək. O iş qaldı. Kitabın nəşri hələlik qaldı.\n6. Bir yerdə unudulub buraxılmaq, yaddan çıxarılmaq. Portfelim maşında qaldı. Gözlüyüm evdə qalıbdır.\n7. İrs yetişmək, irsən çatmaq. Atasından ona xeyli şey qaldı. – Dörd otaqdan ibarət ağzınacan dolu, topdağıtmaz ev-eşik təkcə ona [Ağcaya] qalmışdı. Mir Cəlal.\n8. Məhrum olmaq, əlindən çıxmaq. Qəpiksiz qalmaq. Yuxusuz qalmaq. Paltosuz qalmaq. İşsiz qalmaq. – Seyr üçün camalını əlimdə fürsət varkən; Əfsus ki, indiyədək qaldım ziyarətindən. Ə.Cavad.\n9. Edə bilməmək, başa çatdıra bilməmək, nail ola bilməmək, davam etdirə bilməmək, gedə bilməmək, iştirak edə bilməmək. Dərsdən qalmaq. – Qara qoçun kəlləsinin zərbəsi ilə Bəxtiyar onbasının ağrısından iki gün işdən və fəhləlikdən qaldı. S.Hüseyn. // Gecikmək, çatışa bilməmək, yetişə bilməmək, gecikərək yerində qalmaq. Qatardan qalmaq.\n10. Gələndən sonra müvəqqəti olaraq bir yerdə yerləşmək, qərar tapmaq, bir yerə düşmək; qonaq olmaq. Bu gecə harada qalmışdınız? Qonaqlar dünən bizdə qalmışdılar.\n11. Aid olmaq, dəxli olmaq, üzərinə düşmək. Onun dərdini çəkmək sənəmi qalıbdır?\n12. İlişmək, ilişib qalmaq, girib çıxmamaq. Boğazında sümük qalmaq. Güllə əzələsində qalıbdır.\n13. Bir hala düşmək, bir vəziyyət içərisinə düşmək. Pis vəziyyətdə qalmaq. Ayaq üstə qalmaq. O, üç yaşında atasız qaldı. Yuxusuz qalmaq. – [Xanımnaz:] Qorxuram .. qulluqdan çıxardarlar səni, yenə qalarıq əvvəlki kimi elə belə. C.Cabbarlı.\n14. Mühafizə etmək, davam etmək, əl çəkməmək, saxlamaq. Öz fikrində qalmaq. Tutduğu mövqeyində qalmaq.\n15. Yubanmaq, durmaq, bir yerdə ilişib qalmaq, gəlib çıxmamaq. Bizim yoldaşlar harada qaldı? Yarı yolda qalmaq. Bu vaxta kimi harada qalmısan?\n16. Vaxt, zaman haqqında. Saat beşə üç dəqiqə qalıbdır. Ayın axırına iki gün qalıbdır. Onun ömrünə az qalıbdır. – Axşama bir saat qalmış [Cəfərqulu] Fərhad bəyin qapısına yetişdi. Qantəmir. // Hələ çatmamaq, yetişməmək. Lakin hələ Tükəzban xalanın təklifinin [iclasda] qəbul olmaq vaxtına qalırdı. B.Talıblı.\n17. İnkar şəklində: qalmamaq – 1) hamısı sərf olunmaq, işlənib qurtarmaq. Dağ başın duman almır; Yar yarın dərdə salmır; Dövlət şirin olsa da; Axırda heç kəsə qalmır. (Bayatı). [Qurban:] Səhər qazandığın axşama qalmır. Ə.Haqverdiyev; 2) qırılıb qurtarmaq, məhv olub (edilib) qurtarmaq; 3) kifayətlənməmək. [Səlimi:] Oğlan, xarici kapital yalnız bizim torpağın sərvətini talan etməklə qalmır. O, şəxsi mənfəət üçün hər şeyə hazır olan ərbablarımızdan, aclıq və səfalətin qucağına atdığı yüzlərlə biçarələrdən casuslar, satqınlar yetirir. M.İbrahimov; 4) geri qalmamaq, bərabər olmaq. Dəcəllikdə yoldaşından qalmaz. – [Mahmud:] Mənim barmaqlarım kobudluqda, bərklikdə oymaqdan qalmaz! Ə.Əbülhəsən; 5) hərəkətində, işində, adətində davam etmək, arasını kəsməmək, əl çəkməmək. Kefindən qalmamaq. İşindən qalmamaq. – Guya Zeynal vəzifəsinə çox soyuq baxır, dəfələrlə özünə xatırladılmasına baxmayaraq, səhlənkarlıqdan qalmırmış. S.Hüseyn.\n18. Qalmamışam, qalmamışıq şəklində – ehtiyacım(ız) yoxdur, bizə lazım deyil. [Səfər:] Yüzbaşı, – dedi, – sənin buğdana qalmamışıq, bir az özünü yığışdır. Çəmənzəminli.\n19. Bir sıra isimlərin yanına gətirilərək, ismin göstərdiyi mənada mürəkkəb feil, yaxud müxtəlif ifadələr düzəldilir; məs.: avara qalmaq, sağ qalmaq, gözü qalmaq, heyran qalmaq. ‣ Əslinə qalanda – əslində, həqiqətdə, doğrusuna gəldikdə. Əslinə qalanda bu vəhşilərin [qoçuların] həyatı qazamatda da pis keçmirdi. H.Sarabski. O ki qaldı..., qaldı ki... – ...gəlincə, ...gəldikdə. [Fərəcullah:] Ancaq o ki qaldı mənə, mən razıyam. Bir qız .. bir oğlanındır, gülüm! H.Sarabski. Xeyr, xeyr, mən onun [tələbəmin] adını sizə deyə bilmərəm. Qaldı ki, onun zahiri görünüşü, xasiyyəti, qabiliyyəti haqqında danışmaq, bu başqa məsələdir. Qantəmir. qalmaqal is. Səs-küy, dava, dava-dalaş. Qalmaqal salmaq (etmək). – Hər zaman ki, səndən umdum şəfəqqət; Bir dava başladın, qalmaqal etdin. M.P.Vaqif. Emalatxanada böyük bir qalmaqal çıxdı. M.S.Ordubadi. Qapı ağzında oturan köhnə cahıl işin şuluq olduğunu və qalmaqal olacağını görüb, mütrübün oyununu saxladı. H.Sarabski. // Dediqodu, söz-sov, cəncəl. [Şölə xanım:] Onun qalmaqalının qorxusundan hərgiz cürət edib bura ayaq basa bilməz. M.F.Axundzadə. ..Getdin Məhəmmədhəsən əminin eşşəyini gətdin, bizi qoydun qalmaqalda? C.Məmmədquluzadə. qalmaqalçı is. Daim qalmaqal düzəldən adam. ..Bu müstəbid təbiətli adam eyni zamanda bir küçə qalmaqalçısı qədər ağzısöyüşlü, tərbiyəsiz idi. M.İbrahimov. qalmaqalçılıq is. Daim qalmaqal salma xasiyyəti; davakarlıq. qalmaqallı sif. Davalı, dava-dalaşlı, cəncəl. Qalmaqallı iş. qaloş [rus.] is. Ayağı rütubət və palçıqdan qorumaq üçün adətən çəkmə, tufli və s. üstündən geyilən rezin ayaqqabı. Örtülü qaloş. Uşaq qaloşu. – Paltoları və qaloşları çıxarıb Həsən ağaya tapşırdıq. M.S.Ordubadi. Cümlə dəyişdirmisən kürkünü, paltarını; Çəkmə, qaloş geymisən, pozmusan ətvarını.. M.Ə.Sabir. qalpaq is.\n1. Mahuddan, keçədən, bezdən, yaxud dəmirdən və s.-dən qayrılan baş örtüsü – papaq. Aşpaz qalpağı. Qaynaqçı qalpağı. – [Balacayev] əyninə ağ xalat geymiş, başına ağ qalpaq qoymuş, gözlərinə ağ dəmir saplı eynək ilişdirmişdi. S.Rəhimov.\n2. Müxtəlif şeylərin üstünə qoymaq üçün qapaq, örtü. Qoruyucu qalpaq. qalpaqcıq kiç. Kiçik qalpaq. qalpaqlı sif. Başına qalpaq qoymuş. Kərim baba iri qalpaqlı başını, uzun çal saqqalını oynadaraq, bir daha diqqətlə buludu süzdükdən sonra: – Buna oynaq bulud deyərlər. A.Şaiq. Hər pillədə əlvan geyimli, xoruz qalpaqlı uzunsaqqallı bir qoca oturmuşdu. Çəmənzəminli. // Üstündə örtüsü, qapağı olan. qblstuk [alm.] Köynəyin üstündən boyuna bağlanan enli lent; boyunbağı. Qalstuk bağlamaq. İpək qalstuk. – Sənubər ərinin pencək və qalstukunu alıb asaraq, stolun üzərinə qoyulmuş yeməklərin üstünü açdı. İ.Əfəndiyev. qalstuklu sif. Boynuna qalstuk bağlamış. Boynu qalstuklu bir qarayağız adam ani sürətlə maşına baxıb, yenə furqondakı adama döndü. M.İbrahimov. Məktəb həyəti yüzlərlə əli portfelli, boğazı qalstuklu oğlan-qızla dolmuşdu. Mir Cəlal. qaltaq is. Yəhərin ağacdan olan hissəsi. // Arabaya qoşulan heyvanın belinə qoyulan qoşqu aləti. qaltaqçı is. Qaltaq qayıran usta. qaltaqlama “Qaltaqlamaq”dan f.is. qaltaqlamaq f. Heyvanın dalına qaltaq qoymaq, qaltaq bağlamaq. qaltaqlanma “Qaltaqlanmaq”dan f.is. qaltaqlanmaq məch. Heyvanın dalına qaltaq qoyulmaq, qaltaq bağlanmaq. qalü bəla is. [ər. qal və fars. bəla] Adətən “qalü bəladan” şəklində – lap əvvəldən, lap əzəldən, köhnə zamandan. Qalü bəladan belə olmuşdur. – Gözəl yaranıbsan qalü bəladan; Yanağın göyçəkdir güldən, lalədən. Aşıq Ələsgər. qalü qil [ər.] bax. qilü qal. qalvanik sif. fiz. Qalvanizasiyaya aid olan. Qalvanik element. Qalvanik cərəyan. qalvanizbsiya [italyan fiziki Qalvaninin adından] Tibbi və ya başqa məqsədlər üçün sabit elektrik cərəyanı tətbiqi. qalvanumetr [ital. xüs. Qalvani və yun. metr] elektr. Zəif elektrik cərəyanını ölçmək üçün cihaz. Güzgülü qalvanometr. Mütəhərrik sarğaclı qalvanometr. Sabit və dəyişən cərəyan qalvanometrləri var. qalvanometrik sif. Qalvanometrə aid olan. qalvanoskup [xar.] Elektrik dövrəsində sabit cərəyanın varlığını və onun istiqamətini təyin etmək üçün cihaz. qamak is. Torlu asma yataq. qamarlama “Qamarlamaq”dan f.is. qamarlamaq f.\n1. Bir şeyi tez və qaba surətdə qapıb götürmək; əlləri ilə bir şeydən bərk-bərk yapışmaq, tutub saxlamaq. Stolların dalında oturanlara yaxşı baxın, haman stəkanları qamarlayan barmaqları da nəzərdən keçirin. M.S.Ordubadi.\n2. Tutmaq, yaxalamaq. [Mehralı:] Müxtəsər, bankdan bizim çeklərlə pul alanda hərifləri qamarlayıblar. S.Rəhman. qamarlanma “Qamarlanmaq”dan f.is. qamarlanmaq məch.\n1. Tez və qaba surətdə qapılıb götürülmək.\n2. Tutulmaq, yaxalanmaq. qamarlaşdırma “Qamarlaşdırmaq”dan f.is. qamarlaşdırmaq qarş. Hərə bir tərəfdən qamarlamaq. qamaşdırma “Qamaşdırmaq”dan f.is. qamaşdırmaq f.\n1. Dişləri kəsməz və uyuşmuş bir hala salmaq (turş şey haqqında). Göyəm (alça) dişlərimi qamaşdırdı.\n2. Gözləri görməz bir hala salmaq (güclü işıq, parıltı və s. təsiri ilə). İşıq gözlərimi qamaşdırdı. Qar gözlərimi qamaşdırır. – [Hacı Murad:] Adamların şəfəqi gözlərimi qamaşdırır. S.S.Axundov. Yaz günəşinin işıqları Rəşidin qara iri gözlərini qamaşdırdı. M.İbrahimov. qamaşıq sif. Qamaşmış halda olan (göz və diş haqqında). qamaşma “Qamaşmaq”dan f.is. qamaşmaq f.\n1. Turş bir şey dişləməkdən, yaxud dişə dəyməkdən kəsməz və uyuşmuş bir hala gəlmək. Alçadan dişlərim qamaşdı.\n2. Parlaq bir şeyə və ya çox güclü işığa baxmaqdan, yaxud qaranlıqdan işığa çıxarkən qaralıb görməz hala düşmək. Günəşə baxdım, gözüm qamaşdı. // Məc. mənada. Siyah vəsmə zivər çəkibdir qaşa; Onu görən gözlər istər qamaşa. M.P.Vaqif. Zöhrə! Sənin camalının şövqündən; Gün tutular, göz qamaşar, ay gəlməz. (Qoşma). qambuziya [isp.] Qızdırma ağcaqanadlarını tələf etmək məqsədi ilə şirin su gölməçələrinə buraxılan çox kiçik balıq cinsi. Orta Asiyada ağcaqanad sürfələrinə qarşı mübarizə üçün onların olduğu gölməçələrə tropik ölkələrdə yaşayıb diri bala doğan qambuziya balığı buraxırlar. “Darvinizm əsasları”. qamçı is. Heyvanları vurmaq, yaxud hürkütmək üçün bir ağacın ucuna bağlanmış ip, dəri və s.; şallaq, qırmanc. Arabaçı atları saxladı, düşdü yerə. Sonra qamçını arabanın içinə tullayıb getdi. C.Məmmədquluzadə. Bu zorbalıqda ayı mənim qamçımın qorxusundan hələ bir oyun çıxarır, amma bu balacalıqda qızın əlində aciz qalmışam. S.S.Axundov. // məc. Zərbə mənasında. qamçılama “Qamçılamaq”dan f.is. qamçılamaq f.\n1. Qamçı ilə vurmaq. Atları qamçılamaq. – Heyvanı rahat qoymayıb qamçıladım. S.S.Axundov. Şirəli çiynindəki tüfəngi doldurdu, atı bərk qamçıladı. M.Hüseyn. // məc. Döyəcləmək, vurmaq. Başımızın üstündə yağmur alaçığın keçələrini gum-gum qamçılayırdı. A.Şaiq. Artıq yağış başlamışdı. Qorxunc bir gurultu ilə pəncərəni qamçılayır, suyu içəri sıçradırdı. Çəmənzəminli.\n2. məc. Bərk tənqid etmək, ifşa etmək; eyib və nöqsanlarını açıb göstərərək tənqid etmək. Yazıçı öz əsərində köhnə həyatın mənfi cəhətlərini qamçılayır. qamçılanma “Qamçılanmaq”dan f.is. qamçılanmaq məch.\n1. Qamçı ilə vurulmaq, döyülmək.\n2. məc. Bərk tənqid olunmaq, ifşa olunmaq. Bu əsərdə olduğu kimi cahil şeyxlərin təəssüb və şarlatanlığı heç bir zaman qamçılanmamış və qamçılana bilməzdi də. N.Vəzirov. qamçılatmaq icb. Qamçı ilə döydürmək. qamçılılar cəm zool. Təkhüceyrəli ibtidai heyvanlar; əsasən şirin sularda yaşayan və qamçıya oxşar hərəkət orqanı olan mikroskopik heyvanlar. qamət is. [ər.]\n1. Boy, boy-buxun, qədd. Der idim qamətinə sərv, vəli özgə imiş. Füzuli. Qamətin tək heç bir qamət biçilməz. M.P.Vaqif. Sərvi xar etdi, əcəb, bu qamətirənayə bax. Heyran xanım. Fəda o qamətinə kim, qəza nə xoş çəkmiş. X.Natəvan.\n2. Bel. Bir əllə də qılınc vurmaq mənim köhnə adətimdir! Buna şahid qocalsam da, bükülməyən qamətimdir! S.Vurğun. • Qaməti bükülmək (əyilmək) – beli əyilmək (bəzən qocalmaq mənasında). Dərd yükünün ağırlığı altında əyilməyə başlayan qamətini, ayaqları ağır-ağır qapıya sarı çəkdi. Ə.Əbülhəsən. qamətli sif. Boylu-buxunlu, təndürüst, sərrast bədəni olan. Rəşid .. sadə geyimli, qamətli bir qızın ardınca düşüb heç yana baxmadan tələsik gedir, özünü ona yetirməyə çalışırdı. M.Hüseyn. qamış is.\n1. Sulaq yerlərdə bitən uzun, içiboş gövdəli, buğumlu bir bitki; qarğı. Görürsən on üç yaşında bir uşaq nə qədər ki, qamışdan at qayırıb, minib küçələri o tərəfbu tərəf kişnəyə-kişnəyə çapır, sağ və salamatdır. C.Məmmədquluzadə. Orada-burada göllənmiş suların içində adamboyu hündürlüyündə göy qamışlar ucalırdı. M.Hüseyn. // Şəkər qamışı (şirəsindən şəkər hazırlanan qamış). Şəkər qamışından qayrılmış qəndi birinci dəfə Hindistandan tacirlər Avropaya gətirdikdə Qərb əhalisinin heyrətinə mucib olmuşdur. A.Səhhət. // Qamışdan qayrılmış. Qamış qələm. Qamış çəpər. – Biz o tarixi qamış qələmlərlə deyil, iti qılınclarımızla yazmalıyıq. M.S.Ordubadi. Seyid qamış qələmi cızıqlı kağız üzərində cırıldadaraq kəşidə xətlə Tahirzadəyə şəhadətnamə yazdı. Mir Cəlal.\n2. Qamış kimi içi boş və uzunca şey. qamışquşu is. zool. Əsasən qamışlıq yerlərdə yaşayan kiçik bir quş. qamışlıq is. Çoxlu qamış bitən yer. [Heydər bəy:] ..Gərək qıraqdan uzaqlaşaq, qamışlıqda gizlənək. M.F.Axundzadə. Qamışlıqda quruldayan qurbağalar tez-tez səslərini kəsib şappıltı ilə suya atılırdılar. İ.Şıxlı. qamqalaq is. Xarrat işləri zamanı yerə tökülən nazik taxta – talaşa. ..Sarı əlinə düşən çör-çöpü, qamqalağı, çır-çırpını samovara atır. S.Rəhimov. ..Qovrulacaq, burulacaq dilim-dilim; Hayandasa qor düşəcək qamqalağa. M.Araz. qamqaldaq is. dan. Nizamsız bir halda boşaldılıb, bir-birinin üzərinə tökülmüş şeylər. qamma [yunan əlifbasının 3-cü hərfinin adı]\n1. mus. Bir yaxud bir neçə oktava daxilində qalxan, yaxud enən səslərin ardıcıl sırası. Avropa musiqisində 24 qamma vardır, bunun əvəzində bizdə 120 qamma vardır. Ü.Hacıbəyov.\n2. məc. Hər hansı bir yekcins, lakin birbirindən fərqli olan şeylərin, hadisələrin ardıcıl sırası; bu və ya digər hadisələrin ardıcıl surətdə dəyişməsi. Boyaların qamması. ‣ Qamma şüalar fiz. – radioaktiv maddələrin buraxdığı üç növ şüalardan biri. qamu “Hamı” sözünün qədimi forması. Qamu bimarinə canan dəvayi-dərd edər ehsan; Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı? Füzuli. Cahanda qulların çoxdur, Nəsimi qamudan bədtər. Nəsimi. qamus is. [ər. əsil mənası “dəniz, dərya”] Böyük lüğət kitabı; ensiklopediya. qan is.\n1. Orqanizmin damarlarında dövr edib, onun bütün hüceyrələrinin qidalanmasını və maddələrin mübadiləsini təmin edən qırmızı maye. Sadıq kişi əllərinin qanını arxda yuyub üz qoydu həyətdən çıxmağa. C.Məmmədquluzadə. ..Çox qan itirməsinə baxmayaraq, bədənin möhkəmliyi və cavanlığı Tapdığın sağalmasına kömək etmişdi. Ə.Əbülhəsən. • Qan damarı anat. – insan və heyvan bədənində qanın axdığı damar. Qoyunun mədəsində toxumdan bir kiçik qurd çıxır ki, bağırsağı deşib qan damarına girib qan ilə belə gedib qoyunun beyninə yetişib, orada barama qurdu kimi özünə ətdən barama qayırır. “Əkinçi”. Ürək deyilən möcüzəsinin dərinlərində; qırıldı bir kiçik qan damarı. R.Rza. Qan dövranı fiziol. – bədəndə qanın damarlarda dövr etməsi. Qan getmək – çox qan axmaq, çox qan axıtmaq, çox qan itirmək. Bu dağdan bir can getdi; Ürəyindən qan getdi; Qız nə cür ağlamasın; Sevdiyi oğlan getdi. (Bayatı). Qan təzyiqi tib. – damarlarda qanın təzyiqi. İnfarkt, qan təzyiqi!.. İki xəstəlik; Əsrin gərginliyi, əsrin zədəsi! B.Vahabzadə.\n2. məc. Qan qohumluğu mənasında. Səmədin qorxusu qaçdı və öz-özünə: – Yox-a, özümünküdür?.. Qandır, zarafat deyil, – deyə bacısı oğlundan lap arxayın oldu. B.Talıblı.\n3. məc. Qətl, adam öldürmə. Burada, deyəsən, qan var.\n4. məc. Düşmənlik, qanlı ədavət. Aralarında qan var. – [Eyvaz:] Bu qanı tarix yuya bilməyəcəkdir. Açın gözlərinizi, qardaşlar, aldanmayın! C.Cabbarlı.\n5. Öldürülən adamın intiqamı, qisası. Qanını tələb etmək. – Atamın qanını unutmaq üçün mən gərək bişərəf və binamus bir adam olam. M.İbrahimov. • Qan düşməni – barışmaz, qəddar düşmən. Hər nə isə mənimdi bu; Əsrlik qan düşməninə; Deyə bilmir son sözünü; Amma qırır öz-özünü, utanıram. B.Vahabzadə. Qan düşmən(çi)liyi – köhnə məişətdə: öldürülmüş yaxın qohumun intiqamını almaq adəti. İnqilabdan əvvəl keçmiş zəhmətkeş kütlələrinə çoxlu zərər yetirən vəhşi adətlərdən biri də qan düşmənçiliyi idi. S.S.Axundov.\n6. məc. Dava, müharibə mənasında. Qan olmasın deyə dünya xalqları arasında sülh yaradılmalıdır.\n7. məc. Təbiət, fitrət. • Qanında olmaq – təbiətində olmaq, fitrətində olmaq.\n8. məc. dan. Təəssüb, qeyrətkeşlik mənasında. Onda heç qan yoxdur. ‣ Qan ağlamaq – 1) çox mütəəssir olmaq, qanlı göz yaşı tökmək, yasa batmaq. Səndən ayrı ol qədər qan ağladım ki, dəmbədəm; Yaşa batıb islanıb səbrü qərarın kağızı. M.P.Vaqif. Bülbül gül üzündə xarı görəndə; Qan ağlar, rüxsarı yaşı dayanmaz. Aşıq Ələsgər. [İsmayıl:] Yox, ölməyibdir, amma bir günə düşübdür ki, görsən qan ağlarsan. Ə.Haqverdiyev; 2) cana gəlmək, təngə gəlmək, zara gəlmək, çox incimək, dad çəkmək. Qan ağlatmaq – cana gətirmək, təngə gətirmək, çox incitmək, zülm etmək. Qan ağlatdın ürəyimi, üstəlik də tənə vurma; Sındırdığın bu şüşədən qan axar al şərab kimi. Şəhriyar. Qan axıtmaq – 1) müharibə etmək; müharibə qızışdırmaq; 2) adamların ölməsinə, qırılmasına səbəb olmaq. Qazan dağında, Acıbulaqda, Qarasuçuda, Samıxda, Zincirlidə olan vuruşmalarda Alının dəstəsi yüzlərlə adam qırmışdı, sel kimi qan axıtmışdı. “Aşıq Ələsgər”. Qan axmaq məc. – dava və qırğın düşmək. Öz yurdunu şum eləmək; Qan axıtmaq, sonra, sonra; Su axtarmaq – qan yumağa?! M.Araz; Qan aldırmaq – xalq arasında müalicə məqsədi ilə damardan qan çıxartdırmaq. Mənim əmim Kərbəlayı İmam Qulu .. ildə otuz iki dəfə dəllək usta Mədədi çağırıb qan aldırar. C.Məmmədquluzadə. Qan almaq – 1) müalicə məqsədi ilə damardan qan çıxarmaq. [İkinci azarlı:] ..Hacı əmi, bu baş ağrısı məni həlak eləyibdir; .. gedirəm usta Cəfərin yanına, deyir: – Qanın çoxalıb, gərək səndən qan alam. C.Məmmədquluzadə. At çərləmişdi. Bu saatda atdan qan almaq lazımdır. Ə.Vəliyev; 2) məc. intiqam almaq. Mahmudun qanını bəylərdən almasam, Xocahandan getməyəcəyəm. “Qaçaq Nəbi”. Qan aparmaq – yaradan çox qan axmaq nəticəsində üzülüb özündən getmək. Ey kamanqaşlı, məni yarələdi qəmzən oxu; Zülfünü bas yarama, qoyma, məni qan aparır. S.Ə.Şirvani. Deyir: “Yoldaş, qorxma məndən, qorxma, məni qan aparmaz”. S.Vurğun. Qan bahası – köhnə məişətdə: öldürülən bir adamın əvəzində öldürəndən və ya onun qohumlarından alınan pul və s.; qan əvəzi, diyə. Gəl, ey aşiq, şəhid ol eşq içində; Ki, həqdir ol şəhidin qan bəhası. Nəsimi. Hakimlərin gəlir mənbələrindən birisi də ərəblər vaxtından qalan diyə, yəni qan bahası məsələsidir. Adam öldürənlərə cəza verilmir, çünki qatillər qanın bahasını verib günahlarını təmizləyirlər. M.S.Ordubadi. Qan bahasına – çox böyük insan tələfatı hesabına, böyük qurbanlar verərək. Görəcəksiniz! Almanlar qan bahasına tutduqları şəhərləri qoyub Berlinə daban almasalar, mənə nə deyirsiniz, deyin! Mir Cəlal. Qan başına vurmaq – son dərəcə qəzəblənmək, özündən çıxmaq, hiddətdən özünü bilməmək. Nəbi Həcərin tutulmasını Kirə dağında eşitdi. Həmin saat qan sıçradı onun beyninə. “Qaçaq Nəbi”. Məktubu oxuduqda qanım başıma vurdu. M.S.Ordubadi. Qan beyninə vurmaq (sıçramaq) – bax. qan başına vurmaq. [İbad:] Doğrusunu deyin. ..Qan beynimə vuranda; it kimi doğraram onu. C.Cabbarlı. Qan çanağı – 1) qan tökmək istəyən, qanqan deyən, davakar, fitnəkar, araqarışdıran adam haqqında. [Ömər Koxa:] Görəsən, Həsən ağa namərdlik etməyib ki? Bilirəm Alqazax uşağı qan çanağıdır, nahaq yerə onlara “Dəli Alqazaxlılar” demirlər. İ.Şıxlı; 2) məc. şərab piyaləsi mənasında. Əksi-ləbin səadətini bulmasaydı mey; Meyl etməz idi hiç kəs ol qan çanağına. Q.Zakir. Qan çanağına dönmək – qəzəbin, hirsin şiddətindən, yaxud ağlamaqdan, xəstəlikdən və ya yuxusuzluqdan gözləri bərk qızarmaq, qanla dolmaq, qıpqırmızı olmaq. [Səkinə xanım:] Bir güzgüyə bax, gör, gözlərin acıqdan qan çanağına dönübdür. M.F.Axundzadə. Xan hiddətindən dodaqlarını gəmirir. Hirsindən gözləri qan çanağına döndüsə də, Vaqifin dediklərinə qarşı bir söz tapa bilmədi. Çəmənzəminli. Qan çəkmək – 1) qohumluq əlaqəsini büruzə vermək, yaxınlaşmaq; 2) qızarmaq. Gözləri qan çəkmək. Qan düşmək – dava düşmək, ədavət düşmək. Könlüm quşunu seyd eylədi qəmzeyi-çeşmin; Qorxum budu, qanlar düşə ortaq arasında. Q.Zakir. Qan eləmək (etmək) – 1) adam öldürmək. Aşıqlar bağrını şan-şan eylərsən; Hər qıya baxanda yüz qan eylərsən. Q.Zakir. Çoxdu günahım, onu əfv et mana! Qan eləyib qapına gəldim dəxil. S.Ə.Şirvani; 2) məc. şiddət eləmək, çoxlu ziyan vermək, tələfata, fəlakətə, bədbəxtliyə səbəb olmaq. Bu çay coşub daşanda nə qanlar eləməmişdi. İndi qış onu gücdən salmışdı. Çəmənzəminli. Qan görmək – aybaşı olmaq. Qan içdirmək – bax. qan uddurmaq. Aşıq Humay indi bu saat özündən çıxıb, yoryoxsulun başı üstündə qamçı oynadan mülkədar balalarına qan içdirirdi. Qaçaq Nəbidən deyir, Həcəri tərifləyirdi. Ə.Vəliyev. Qan içmək – zülm etmək, qəddarlıq etmək, insan qanına susamaq. Tarix cəllad qan içməkdən yorulmaz; Tərpənişsiz qara zəncir qırılmaz. C.Cabbarlı. // məc. İstismar etmək, qanını sormaq. Deyirdi ki, gərək bəyləri kənddən çıxarasınız. Bunlar sizin qanınızı içirlər. B.Talıblı. Qan iddiası – qisas istəmə, intiqam tələb etmə. Qazan deyir: Oğul, min kafir öldürsən də, kimsə səndən qan iddiasında olmaz. “Kitabi-Dədə Qorqud”. Qan istəmək – 1) qan bahası iddia etmək, diyə tələb etmək. Gül kimi bir dəfə öpməklə qızarmış yanağın; Demə, gəl mən də öpüm ki, qana qan istəyirəm. Ə.Vahid; 2) bax. qan-qan demək. Qan iyi gəlmək – qan tökməyə, adam öldürməyə hazır olan adam haqqında. ..Dönün, qayıdın, balam! Bunlardan qan iyisi gəlir! M.F.Axundzadə. Qan-qan demək – qana susamaq, meydan oxumaq, heç bir səbəb olmadan döyüşməyə, vuruşmağa, qan tökməyə bəhanə axtarmaq. İndi qan-qan deyir insanları iranlıların! Dərhəqiqət pis imiş qanları iranlıların! M.Ə.Sabir. Qan qaraltmaq – acıqlandırmaq, dilxor etmək, pərt etmək, əsəbiləşdirmək. Ucuz söz qan qaraldar ki, küsərsən dostla sirdaşdan. S.Vurğun. [Qaçay:] Canəli dayı, ay Canəli dayı, sənə nə oldu, qanın niyə qaraldı? İ.Məlikzadə. Qan qardaşı – birgə mübarizədə axıdılan qan nəticəsində birbirinə yaxın olan adam haqqında. Qan qardaşım, nəhayət ver artıq yasına; Azadlığı alacaqsan qan bahasına. S.Rüstəm. Bizlər ki, lap bir dil, bir qan qardaşıq; Qardaş qalsın, insanlarıq, yoldaşıq.. Şəhriyar. Qan qaynamaq – canlanmaq, dirçəlmək, cuşa gəlmək. Bu sözlərdən sonra Fəxrəddinin damarlarında qan qaynamağa və beyni alovlanmağa başladı.. M.S.Ordubadi. Qan qohumluğu – həm ata, həm ana tərəfdən olan qohumluq. Qan qoxusu gəlmək – 1) dava, müharibə ehtimalı olmaq, müharibə gözlənmək; 2) dava istəmək, dava üçün bəhanə aramaq. Sənin sözündən qan qoxusu gəlir. C.Məmmədquluzadə. Dadaşın qardaşı çıxmış özündən; Gəlir qan qoxusu hər bir sözündən. M.Müşfiq. Qan qusdurmaq – çox incitmək, əzab və əziyyət çəkdirmək, başa bəla kəsilmək. [Ayrım qızı:] O qapı, bu qapıda veyl-veyl sürünməkdən başqa [Kərim babanın] əlindən bir iş gəlməzdi; evə gəldikdə bizə qan qusdurardı. A.Şaiq. Qan qusmaq – 1) vərəm azarına tutulmaq; 2) məc. olmazın əzab, əziyyət, sıxıntı çəkmək. [Zinyət xanım:] Doğru deyiblər ki, hər bir halda dövlət başa bir bəla imiş. “Neylərəm qızıl teşti, içinə qan qusam” – doğru söz imiş. N.Vəzirov. Qan ocağı – fitnəfəsad mənbəyi, cinayət yuvası. [Aqil:] Məni qan ocağı adlandırdılar, kənddən qovdular. S.Rəhimov. Qan olmaq – 1) qan tökülmək, adam öldürülmək. [Tellinin anası:] Tanrının qüdrətinə şükür, ağaclarda meyvə qalmadı, görəsən yenə harda nahaq qan olub ki, bəlasını çəkirik. Çəmənzəminli; 2) məc. qiyamət qopmaq, məhşər qopmaq, gurultu qopmaq, dava düşmək. Qan salmaq – fitnə salmaq, fəsad törətmək, dava salmaq, vuruşdurmaq. [Salatın:] Qurbanın olum, ay qağa, evimizə qan salma. Amanın bir günüdü, əlini qana bulama! İ.Şıxlı. Qan səpilmək məc. – qızarmaq, allaşmaq. Nahardan sonra təkrar bağa çıxmışdı. Artıq günəş batır, qüruba qan səpilirdi. Çəmənzəminli. Qan su yerinə axmaq (yerimək) – çox qan tökülmək, son dərəcə çox adam öldürülmək, qırğın olmaq. Ömər koxa başa düşdü ki, oğlu bir himə bənddir, əgər ona bir balaca işarə etsə, bütün Çıraqlıları ayağa qaldırar və qan su yerinə axar. İ.Şıxlı. Qan tökmək – 1) dava, müharibə etmək; 2) öldürmək. Gah qan tökər və gah içər qan; Ol sərvi-qədə budur nişanə. Heyran xanım. Zahirdi qəmzənin ciyər sökməyi; Can almağı, nahaq qanlar tökməyi. Q.Zakir. Qan tökülmək – adam öldürülmək, dava olmaq. Bu yaxşı əlamət deyildi, belə hallarda mütləq qan tökülməli idi. Çəmənzəminli. Qan tutmaq – 1) qatil haqqında: etdiyi cinayətin təsiri altında şüuru kütləşmək, özünü itirmək, özünü çaşdırmaq; 2) ahı tutmaq, qarğışı tutmaq. Mən aşiq, qanlıları; Qan tutsun qanlıları; Quduz qurda dönəydim; Tutaydım qanlıları. (Bayatı). Qan uddurmaq – əzab və əziyyət vermək, olmazın zəhmət və iztirab çəkdirmək, gününü qara eləmək. Belə kafir olmaz, aşiqlərinə; Qan uddurur çanaq-çanaq gözlərin. Q.Zakir. Həqqi var kim, uddura hər gündə yüz qanlar sənə. S.Ə.Şirvani. Qan udmaq – son dərəcə əzab və əziyyət çəkmək, zəhmətdə olmaq, iztirablı günlər keçirmək. Ömrüm uzunu qan udaram, hali-pərişan; Kirpiklərin, ol sinəvü ol zülfün əlindən. Heyran xanım. Qana boyanmaq – öldürülmək, qətl edilmək, yaxud yarasından çoxlu qan axmaq. [Şahnigarın] qolları və cırıq paltarından görünən dizləri al qana boyanmışdı. İ.Şıxlı. Qana bulamaq – öldürmək, qətl etmək. [Salatın:] Qurbanın olum, ay qağa, evimizə qan salma. Amanın bir günüdü, əlini qana bulama! İ.Şıxlı. Qana çalxatmaq – xatalı, qorxulu, təhlükəli işə cəlb etmək, calamaq, sövq etmək. Evin yıxılsın mənim evimi yıxan! Qan qusasan məni qana çalxayan! M.F.Axundzadə. Qana dolmaq – rəngi özünə gəlmək, canlanmaq. Lətifənin göyərmiş dodaqları yavaş-yavaş qana dolurdu. M.Hüseyn. Qana düşmək – böhtana, xataya, davaya düşmək. Bağban deyər, məni qoyma nişana; Öldürər gözlərin, düşərsən qana. Aşıq Məmməd Bağban. Səgrəqib bilməsin, düşərik qana; Sərzəniş gəlməyə bəlkə canana. Q.Zakir. Qana qan eləmək (etmək) – intiqam almaq, qisas almaq; qan əvəzində qan almaq. Amandır, sən daha gəl tökmə qanım, qanə qan etmə! Ə.Vahid. Qana salmaq – davaya salmaq, davaya səbəb olmaq. Üzün təmənnası, ləbin xəyalı; Binəvanı salıb qanə, deyərmi? Q.Zakir. Qızarıb ariziali güli-tər tək meydan; Açıban ruyini eşq əhlini yüz qanə salıb. S.Ə.Şirvani. Qana susamaq – dava arzulamaq, qan tökmək, adam öldürmək arzusunda olmaq. Zalım fələk xub susayıb qanıma; Bir kimsənə yoxdur gələ yanıma. Q.Zakir. Qanda üzmək – çox qan tökmək, çox adam öldürmək, qırğın düzəltmək. Görürəm qanda üzür cəlladlar. S.Rüstəm. Qanı batmaq – qatili cəzasız qalmaq; qisası, intiqamı alınmamaq. Biri əmr elədi, o biri qırdı; Qansızlar bu nahaq qanı batırdı. B.Vahabzadə. Qanı cuşa gəlmək – bax. qan qaynamaq. Qanı halal olmaq məc. – cəzaya, ölümə layiq olmaq. Seyyida, bilməyirəm hiç nə məzhəbdi bu kim; Qan halal oldu bunun qəmzeyi-xunxarəsinə. S.Ə.Şirvani. Qanı qaçmaq – bənizi saralmaq, ağarmaq, solmaq. Saralıb rəngi-rüxün, ləblərinin qanı qaçıb. S.Ə.Şirvani. Zavallı uşağın qorxudan qanı elə qaçmışdı ki, üzünün rəngi ayaqları altındakı qardan seçilmirdi. S.S.Axundov. Qanı qaralmaq – kefi pozulmaq, əhvalı təlx olmaq, çox pərt olmaq. Səməd dayının qanı qaraldı və qəm-qüssəsi aləmi tutdu. B.Talıblı. Dünən yenə Şahingildə toplaşdıq. Ancaq ilk addımdan qanımız qaraldı. S.Rəhman. [Göyçək] Cumanı bu canavarla müqayisə etdikdə qanı qaralır. Ə.Əbülhəsən. Qanı qaynamaq – çox xoşuna gəlmək, ürəkdən sevmək, alışmaq, üns tutmaq, ünsiyyət etmək. Orxanın bu oğlana birdən-birə qanı qaynadı, onun didilmiş papağından da, cütburun çarığından da, toppuzlu çomağından da, kişikişi danışmağından da xoşu gəldi. İ.Məlikzadə. Qanı tutmaq – ahı tutmaq, etdiyi haqsızlığın cəzasını çəkmək. Səni, ey lalərüx, aşiqlərinin qanı tutub. S.Ə.Şirvani. Qanı yerdə qalmaq, qanı itmək – bax. qanı batmaq. [Tubu:] Bəs İskəndər kimi cavanın qanı yerdə qalacaq idi? Ə.Haqverdiyev. Qanına boyanmaq – öldürülmək. Çəmənlər üstündə, lalələr arasında qucaqlaşaraq öz qanlarına boyanmış Zeynəb və Abbas anaları Fatmanın naləsini eşitmirdilər. S.S.Axundov. Qanına qəltan etmək – çoxlu yara vuraraq öldürmək. Qanına susamaq – birini öldürməyi arzu etmək, birinin ölümünü ürəkdən istəmək. Çün Nəsiminin susamış qanına yarın ləbi; Noldu, ey münkir, sana, kim qaynadı qanın yenə? Nəsimi. Susadım arslan kimi qanına; Hazır oldum hünərlə meydanına. A.Səhhət. Qanına yerimək (keçmək, işləmək) – 1) sirayət etmək, yoluxmaq, keçmək. ..Qaraca qızın dişinin dibi qanadığı üçün, yaranı sorduqda zəhər tüpürcəklə onun qanına yerimişdi. S.S.Axundov; 2) məc. iliyinə, damarına işləmək, vərdiş olmaq, kök salmaq. Qanından keçmək – 1) bağışlamaq, əfv etmək, qisasını almamaq; 2) özünü qurban etmək, özünü fəda etmək, canını verməyə hazır olmaq. Verir fərmanını, keçər qanından; Tökülmüş dabana saçların, gəlin! Aşıq Əmir. Qanını əsirgəməmək – bax. qanından keçmək 2-ci mənada. Dedi: – Əsirgəməm bir qaşıq qanı; Vəli laf vuranlar gen gündə hanı? Q.Zakir. Qanını içmək – öldürmək. [Hacı Murad:] Ay namərd oğlu namərd, hara qaçırsan, qanını içəcəyəm! N.Vəzirov. Qanını sormaq – istismar etmək, zülm etmək, varyoxunu əlindən almaq. [Rza xan Hikmət İsfahaniyə:] Kimdir min hiylə ilə vətənin qanını soran? Sizsiniz! Xaricilərlə əlbir olub, beş qranlıq malı otuz qrana satan sizsiniz! M.İbrahimov. Qanını tökmək – öldürmək. Qanını tökdü gözün hər ləhzə bir sövda ilən. Nəsimi. Qanını yerdə qoymamaq – qatilin cəzasını vermək, öldürülənin intiqamını almaq. [Rüstəm bəy:] Rəşid! ..Sənin qanını yerdə qoymaram, oğul! Qəbirdə rahat yat... Hərgah meydanda tək də qalsam, genə düşməndən əl çəkməyəcəyəm. N.Vəzirov. Qanının arasına girmək – çox çətin və ya qorxulu vəziyyətə düşən bir adamı bu vəziyyətdən qurtarmaq, birinin nicatına səbəb olmaq. Mən onun qanının arasına girdim, yoxsa onu sel aparmışdı. – Onların direktoru başlayacaq ki, mən Xəlilin qanının arasına girdim. Axı biz də özümüzə görə bir kişiyik. M.Hüseyn. Ürəyi, ciyəri qana dönmək (qan olmaq) – iztirablı hal keçirmək, çox mütəəssir olmaq. Dərdü qəm çəkməkdən qan olub ciyər; Gətirən yox nazlı yardan bir xəbər. Q.Zakir. Qəmin əlində, ilahi, dönüb ürək qanə. M.Hadi. qanacaq is.\n1. Düşüncə, şüur, anlaq. Amma mənim qanacağıma görə, sizin kitabınızda olan məlumat məhz Avropa və Rusiya mənbəyindən əxz olunmuşdur. C.Məmmədquluzadə. Dil eyni zamanda şəxsiyyətin qabiliyyət və qanacaq dərəcəsini bildirən bir məhək daşıdır. M.İbrahimov.\n2. Ədəb, mərifət, tərbiyə. Bu adamda heç bir qanacaq yoxdur.\n3. Zehniyyət, görüş mənasında. Bəs hər zəmanənin bir qanacağı var ki, bu qanacağı ol zəmanənin kitablarından, xalqının adətlərindən, işlətdiyi əsbab və qeyrədən bilmək olur. N.Vəzirov. qanacaqlı sif. Qanacağı olan, mərifətli, şüurlu, düşüncəli, anlaqlı; ədəbli, nəzakətli. Qanacaqlı adam. Qanacaqlı uşaq. – Bir də, dedim, Mirzə Qulam qanacaqlı adama oxşayır. Mir Cəlal. Kərim kəndin hünərli, yetkin bir gənci, mahir bir ovçusu, qanacaqlı bir xeyir-şər adamı olurdu. S.Rəhimov. qanacaqlılıq is. Mərifətlilik, düşüncəlilik, anlaqlılıq; ədəblilik, nəzakətlilik. qanacaqsız sif. Qanacağı olmayan, düşüncəsiz, mərifətsiz, anlamaz, ədəbsiz. Qanacaqsız adam. Qanacaqsız hərəkət. qanacaqsızlıq is. Düşüncəsizlik, mərifətsizlik, anlamazlıq, ədəbsizlik, nəzakətsizlik; düşüncəsiz hərəkət. qanad is.\n1. Quşlarda və cücülərdə uçmaq orqanı. Quş qanadı. Qanad açıb uçmaq. Göyərçinin qanadı. Milçəklər qanadlarında, xortumlarında və ayaqlarında külli miqdarda mikroblar gəzdirir.\n2. Təyyarənin qalxma qüvvəsini yaradan, hər iki tərəfindəki yastı səthlərdən hər biri. Təyyarənin sol qanadı. – Budur, sağ tərəfdə bir təyyarə var; Onun qanadından topla vurublar. M.Rahim.\n3. Yel dəyirmanının fırlanan pəri. Dəyirmanın qanadı küləyə doğrudur.\n4. Balıqlarda: üzməyə məxsus üzvlər, pərək. Bəzi balıqların iki, bəzilərinin isə dörd qanadı olur.\n5. Qapı və pəncərə kimi şeylərin açılıbörtülən və çox zaman cüt olan tağlarından, taylarından hər biri. Pəncərənin bir qanadı açılmır.\n6. Bir şeyin iki tərəfindən hər biri. Hər ikisi salonun sağ qanadındakı dördüncü lojaya dirsəklənərək səhnədə incə .. rəqqasələri seyr edirdilər. A.Şaiq.\n7. Hər hansı bir təşkilatın, partiyanın ifrat (sol və ya sağ) qrupu.\n8. Uc, kənar, qıraq. // Budaq. Həcər çaya düşərkən əl atıb bir ağacın qanadından yapışdı. S.Rəhimov.\n9. Cəbhənin, qoşunun, sıranın sol və ya sağ tərəfi; cinah.\n10. Əsas şeydən ayrılmış qol. Bu geniş maşın yolundan isə bir qanad ayrılaraq, Ağbulağın ortasına gətirilmişdi. S.Rəhimov. ‣ Qanad açmaq şair. – uçmaq, qanadlanmaq. Azadlığın böyük qəlbi qartal kimi qanad açır. S.Vurğun. Qanad çalmaq – qanad vurmaq, uçmaq. Asta qanad çalın qafil telləri; Hayıfdır, salarsız düzə, durnalar! M.P.Vaqif. [Qızılquş] xeyli sonra enib, ovlağın üstündə qanad çala-çala (z.) dövrə vurub beləcə qayıtdı. S.Rəhimov. Qanad çırpmaq – uçmaq, qanadlanmaq. Qanad-quyruq bağlamaq – pərvazlanmaq, cana gəlmək, canlanmaq, qüvvətlənmək. Qanad vermək – bax. qanadlandırmaq. Gəlir qonşuluqdan piano səsi; Qəlbə qanad verir onun nəğməsi. S.Vurğun. Müəllim yüksəlişçin şagirdə qanad verir. M.Seyidzadə. Qanad(ını) gərmək – 1) qanad açmaq, qanadını gərgin surətdə açmaq; 2) məc. himayəsi altına almaq, qorumaq; 3) məc. başının üstünü almaq, üstünü tutmaq, çökmək. Kənd üzərində qəmli və dərin bir sükut öz qanadlarını gərir.. M.Hüseyn. Qanadını gərir axşam; Soyuq keçir ürəyimdən! S.Vurğun. Qanadı altına almaq – himayəsinə götürmək, qorumaq. Həcərin karlı qardaşları var. Bunlar bacılarının xatiri üçün Alı kişini öz qanadları altına alıb saxladılar. “Qaçaq Nəbi”. Anaxanım kiçik balasını öz ana qanadları altına alıb böyütməyə başladı. A.Şaiq. Qanadı qırılmaq (sınmaq) – köməksiz və himayəsiz qalmaq, ən yaxın adamından məhrum olmaq, bədbəxtlik üz vermək. qanadlandırma “Qanadlandırmaq”dan f.is. qanadlandırmaq f. Ürəkləndirmək, ruhlandırmaq, cürətləndirmək, ruh vermək. qanadlanma “Qanadlanmaq”dan f.is. qanadlanmaq f.\n1. Qanad çıxarmaq, qanadı çıxmaq, pərvazlanmaq. Çəyirtkə qanadlanınca qabağını almaq çətin olur.\n2. Uçmaq, qanad açmaq, qanad çalıb uçmaq. Göyərçin qanadlanıb uçdu. – Qırğı, oturduğu kötüyün üstündən boynunu burub qıyıldadı və dərhal qanadlanaraq Cəfər əminin çiyninə qondu. H.Nəzərli. // Uçmaq, havalanmaq. Təyyarə dairələr cızaraq yüksəklərə qanadlandı. Ə.Məmmədxanlı.\n3. Yellənmək. ..Qanadlanan kəlağayı qara saçlarla birlikdə yellənir; Bəyimi göylərdə uçan bir mələkə bənzədirdi. Çəmənzəminli.\n4. məc. Son dərəcə sevinmək, ruhlanmaq, həvəslənmək, ürəklənmək. Qanadlan hüsnü eşq ilə; Məkanın asimanlardır. S.Vurğun. Yenə könlümdə qanadlandı sevinc. M.Müşfiq.\n5. məc. Yüksəlmək, inkişaf etmək. C.Cabbarlının dramatik istedadı .. bütün vüsəti ilə inkişaf edib qanadlandı. M.İbrahimov.\n6. məc. Üzərinə cummaq, şığımaq. Tahir atını tərpədib ilxının yanından keçirkən, bir ağ ayğır ilxıdan çıxıb quzğun kimi göy xallı atın üstünə qanadlandı. S.Rəhimov. qanadlanmış f.sif. Qanad çıxarmış, uçacaq hala gəlmiş, pərvazlanmış; pərvaz. Qanadlanmış quş. // Obrazlı təşbehlərdə. Ürəyim qanadlanmış quş kimi hey çırpınır əsəbi. R.Rza. qanadlı sif.\n1. Qanadı olan, qanad çıxarmış. Qanadlı qarışqa. – Bir az keçmədən qırmızı qanadlı arılar qocanın başı üstünə qalxdı. S.Rəhimov.\n2. məc. Çox iti uçan, çox iti gedən. Hünərim, qüvvətim bitməz, tükənməz; Qanadlı bir şahin yerdə sürünməz. A.Şaiq. Məncə fürsət qanadlı bir quşdur; Kim ki əldən uçursa, sərxoşdur. H.Cavid. Sevgim mübarizə, sevgilim həyat; Yəhərlənmiş bana qanadlı bir at. M.Müşfiq. qanadlıca is. məh. bot. Müxtəlif növləri olan ot-bitki. qanadsız sif.\n1. Qanadı olmayan, qanad çıxarmamış, yaxud qanadı qırılmış. Qanadsız arı. – Qanadsız bir quşa bənzər; Gənclik, yoxsa şux xəyalı. N.Rəfibəyli. Eyb etməz uçuşda yıxılsan bir an; Təki deməsinlər qanadsız quşdur. M.Araz.\n2. məc. Yaradıcı qüvvədən, xəyaldan məhrum. Əməlsiz elm qanadsız oxdur. (Məsəl). qanaxma is. Qan damarlarından qanın dışarıya çıxıb axması. Yaralı qanaxmadan tələf oldu. qanalma is. tib. Müalicə məqsədi ilə bədəndən qan axıtma. qanama “Qanamaq”dan f.is. qanamaq f. Dərinin yaralanması, zədələnməsi və s. nəticəsində damardan qan çıxmaq, qan axmaq, qan sızmaq. Əli qanamaq. Burnu qanamaq. Barmağı qanamaq. – Xudayar bəy ancaq indi başa düşdü ki, üzü bir neçə yerdən qanayıb. C.Məmmədquluzadə. qanatdırmaq f. Qanamasına səbəb olmaq. qanatma “Qanatmaq”dan f.is. qanatmaq f. Qan axacaq surətdə yaralamaq, yaxud yaranı qurdalayaraq, bir şey toxunduraraq qanamasına səbəb olmaq, qan axdırmaq. Ata, gedəcəyəm! Ya öləcəyəm, ya da gedib oxuyacağam! – dedim. Bunun üstündə də o mənim ağız-burnumu qanatdı. M.İbrahimov. qanavat is. Qalın, miləmil ipək parça. // Bu parçadan tikilmiş. Qanavat yorğan. – Xozeyinlər hamama gələndə özləri üçün qanavat boğçanın içində fitə, qətfə gətirərdilər. H.Sarabski. qanazlığı is. tib. Qanda qırmızı qan kürəciklərinin (hemoqlobin) azlığı nəticəsində əmələ gələn xəstəlik. qanbir sif. Bir qandan, bir nəsildən, bir soydan olan. Kassir ilə dədə-babadan qanbir qohum çıxanlar bir-birinə yapışmışdılar. Mir Cəlal. qanbur bax. qozbel. qanburlaşma “Qanburlaşmaq”dan f.is. qanburlaşmaq f. Qanbur olmaq, donqarlaşmaq, qozbel olmaq. qanburluq is. Qozbellik, donqarlıq. qancığa is. Yəhərin dal və bəzən qabaq tərəfində ip, qayış keçirmək üçün deşik, ya halqa. • Qancığa bağı – heybə və s. bağlamaq üçün yəhərin arxa, bəzən qabaq tərəfində asılan iki nazik və uzunca qayış. qancıq sif. və is. dan. Eşşəyin, qatırın, itin, canavarın dişisi. qancıqlıq is. vulq. Xəyanət, alçaqlıq, rəzillik, dönüklük. qançır is.\n1. Bərk vurulmaq, toxunmaq və ya sıxılmaq nəticəsində bədənin bir yerində dəri ilə ət arasında bərkiyib laxtalaşan qan. [Qarı] Mahmudun üz-gözündən döyülmək nişanəsi olan qançıra baxıb dedi.. Ə.Əbülhəsən.\n2. Bərk soyuqdəymə nəticəsində qanın bədəndə donması, istiliyini itirməsi. Şaxtadan az qala qançır olmuşdum. qançırlama “Qançırlamaq”dan f.is. qançırlamaq f. Qançır olmaq. qançırlanmaq bax. qançırlamaq. Bütün vücudunda göyərib qaralmayan, qançırlanmayan bir nöqtə olmadığı görülərdi. Ə.Əbülhəsən. qanda “Harada” sözünün qədimi forması. Hər qanda məskən eyləsə aşiq, əsirdir. Nəsimi. Qanmayır heç kəs ki, kəşti qanda, dərya qandadır. M.Ə.Sabir. qandal is. [əsli ər.]\n1. Keçmişdə ağır cinayət işləmiş məhbusların əl və ayaqlarına keçirilən dəmir halqalı zəncir. [Çingiz:] Məgər Əlimərdanın Sibirdə əlləri, ayaqları qandalda sızıldamasına səbəb binamus Şahbaz bəy olmuşdur? S.S.Axundov. Zəncir və qandal cingiltisi kameradakı həyəcanı daha da gücləndirirdi. M.Hüseyn.\n2. məc. Maneə, buxov mənasında. qandalaq bax. qandal. Qandalaq qoymayır gecələr yatam; Ümid etməyirəm mətləbə çatam. “Qaçaq Nəbi”. Məşədi isə hər zaman atasını, onun qollarındakı zənciri, ayaqlarındakı qandalağı xatırlayıb, “oğlunu oxutdur” sözlərini yadından çıxartmırdı. M.Hüseyn. qandallama “Qandallamaq”dan f.is. qandallamaq f. Əl və ayaqlara qandal vurmaq, buxovlamaq, zəncirləmək. qandallanma “Qandallanmaq”dan f.is. qandallanmaq məch. Əl və ayaqlarına qandal vurulmaq; buxovlanmaq, zəncirlənmək. qandallı sif. Əl və ayaqlarına qandal vurulmuş; buxovlu, zəncirli. Araz dəhlizdəki ayağı qandallı dustaqlara baxırdı. A.Şaiq. qandayandırıcı bax. qankəsici. qandırılmaq məch. Anladılmaq, başa salınmaq, bildirilmək, öyrədilmək. qandırma “Qandırmaq”dan f.is. qandırmaq f. Anlatmaq, başa salmaq. Nə qədər çalışdımsa, məsələni ona qandıra bilmədim. – Sən öz borcunu əmələ gətir, .. vəssəlam, budur bax, qlasnı seçmə barəsində başladın, axırı nə, Ağa Dərviş! Nə üçün danışmırsan, qandırmırsan? N.Vəzirov. [İmran:] ..Amma bunu atana qandırmaq mümkündürmü? S.S.Axundov. qane [ər.] Qane olan, əldə etdiyi, yaxud əlində olan şeylə kifayətlənən, tamah etməyən. Nə versələr, ona qaneyəm. • Qane etmək – kifayətləndirmək, razı etmək, təmin etmək, inandırmaq. Arazı bu cavab qane etmədi. A.Şaiq. Bütün hücum növləri içərisində Ulduzu ən çox qane edən tank hücumları idi. Ə.Məmmədxanlı. Qane olmaq – kifayətlənmək, razı olmaq. Aza qane olmayan çoxa yetişməz. (Ata. sözü). [Ağa Mərdan:] İkinci təklif budur ki, gərək Hacı Qafurun dövlətinin yarısına qane olasan. M.F.Axundzadə. Tapmasan saf, dürrə, ol qane; Ki, sənə kimsənə deyil mane. S.Ə.Şirvani. Leytenant xəyalında kapitanı dinləyir, onun dəlil və sübutları ilə qane olmayaraq, ürəyində kəskinliklə danışırdı. Ə.Əbülhəsən. qaneedici sif. Qane edən, kifayətləndirən, razı edən, təmin edən, inandırıcı. Qaneedici cavab. qanıacı sif. dan. Ətiacı, zəhəndə, hər şeyin ziddinə gedən, acı danışan. Qanıacı adam. qanıacılıq is. dan. Qanıacı adamın xasiyyəti; ətiacılıq, zəhəndəlik. qanıaçıq sif. Solğun, bənizi qaçmış. Kukla kök-qırmızı, Roza qanıaçıq və arıq idi. S.Rəhimov. qanıxdırmaq bax. qanıqdırmaq. qanıxmaq bax. qanıqmaq. Belə getsə onların dişi şirəyə batar, qanıxarlar, bu kənddə adam qalmaz. S.Rəhimov. Qan içib qanıxan canavarları; Məhv et silahının qüdrətiylə sən. R.Rza. qanıxsamaq (=qanıxsımaq) bax. qanıqmaq. qanıxsımaq (=qanıxsamaq) bax. qanıqmaq. qanıisti sif. Adama yovuşan, adamlarla üns tutan; ünsiyyətli, səmimi. Qanıisti adam. qanıistilik is. Adama yovuşma, ünsiyyət. qanıq sif.\n1. Qana yerikləyən, qana susamış, qana həris. // İs. mənasında. Sərt, azğın, bəd, quduz kimi it. Fit verdim getdilər, yaxınlaşıb nə gördüm, .. qanıq minib canavarın belinə, qarpıb boynunu dalısından. N.Vəzirov.\n2. Həris, dadanmış, alışqan, vərdişli. • Qanıq etmək – dadandırmaq, alışdırmaq. Qanıq olmaq – həris olmaq, yerikləmək. Milçək qana qanıq olar. Qanıq salmaq – razı salmaq, təmin etmək, toxtatmaq. qanıqara zərf Çox pərt, çox tutqun, əhvalı pozğun halda. Dəniz buruğundan daha da qanıqara qayıtmış Qüdrət, Laləni yuxudan oyatmadı. M.Hüseyn. Kəbleyi başmaqlarını çıxarıb əlinə alaraq qanıqara deyinə-deyinə evə qayıdır. H.Sarabski. qanıqaralıq is. Pərtlik, məyusluq, əhval pozğunluğu. [Yusif:] Yox, Qəmər, bir də Camala rast gəlsəm, qanıqaralıq olacaq. S.Rəhman. qanıqdırmaq f. Alışdırmaq, dadandırmaq. qanıqma “Qanıqmaq”dan f.is. qanıqmaq f.\n1. Alışmaq, dadanmaq; həris olmaq. Bu tula ov etməyə qanıqmışdır.\n2. Qana susamaq, gözü qızmaq. qanıqsamaq (=qanıqsımaq) bax. qanıqmaq 2-ci mənada. qanıqsımaq (=qanıqsamaq) bax. qanıqmaq 2-ci mənada. qanılmaq məch. Başa düşülmək. Həzrət Əşrəf Hacı Nayibə qanılmayan dildə yavaşyavaş bir söz deyir. C.Məmmədquluzadə. qanılmaz sif. Qanıla bilməyən, başa düşülə bilməyən. qanırılmaq 1. “Qanırmaq”dan məch.\n2. f. Çevrilmək, dönmək. [Nadir] dərhal məstliyindən ayıldı və qanırılıb baxdıqda Məstan bəyi gördü. B.Talıblı. qanırma “Qanırmaq”dan f.is. qanırmaq f. Burmaq, əymək, qatlamaq, bükmək, qarmaq, çevirmək. Yenə bir-birinə yanaşdılar, bu dəfə başlarını qanırıb, peysərlərini bir-birinə sürtüb, ayrıldılar. Çəmənzəminli. Qüvvətli bir kəndli onun [Səmədin] sağ biləyini qanırdı, xəncəri dartıb əlindən aldı. M.Hüseyn. qanırtmaq “Qanırmaq”dan icb. qanısoyuq sif. Adamayovuşmaz, adamdanqaçan, adama isinişməyən; üzügülməz; xoşa gəlməyən. Qanısoyuq adam. O, çox qanısoyuqdur. – ..Şəhərimizdə yaxşı və namuslu adamlarla bərabər, üzüdönük və qanısoyuq adamların da olduğunu boynumuza almalıyıq. M.S.Ordubadi. qanısoyuqluq is. Adama yovuşmama, adamdan qaçma, adama isinişməmə; qanısoyuq adamın keyfiyyəti. qanışirin sif. Adamların rəğbətini özünə cəlb edən, özünə qarşı hüsn-rəğbət oyadan; sevimli, qanıisti. Qanışirin adam. Qanışirin uşaq. qanışirinlik is. Qanışirin adamın keyfiyyəti; sevimlilik, qanıistilik. qaniçən sif. Zalım, qəddar, rəhmsiz, vəhşi. Simaca kafir, qaniçən, talançı və cəsur olan bu tayfa [hun tayfası] .. hədsiz zülmlər etmişlər. A.Bakıxanov. ..Daşqəlbli qaniçən qazaqlar .. zavallı işçiləri bacardıqca qılıncdan keçirirdilər. S.S.Axundov. // İstismarçı, qansoran, tüfeyli. // İs. mənasında. [Fərman:] ..Ağa Mirzə Əhməd də canavarların, qaniçənlərin böyüyüdür. Ə.Haqverdiyev. qaniçici bax. qaniçən. Gördülər qaniçici gözlərini əhli-nəzər; Bu sitəmkarları axırda tutar qan, dedilər. S.Ə.Şirvani. Qaniçici faşistlərin məzarlıqdır yalnız yeri. S.Vurğun. [Pəricahan:] Sən elə qaniçici, dünyanı oda tutub viran edənlər tərəfinə keçməzsən. S.S.Axundov. [Çar] hökuməti canilərin, qatillərin, julik və avantüristlərin, rüşvətxor və qaniçici parazitlərin yaramaz əməllərinə göz yumurdu. H.Sarabski. qaniçicilik is. Zalımlıq, qəddarlıq, rəhmsizlik, vəhşilik. qankəsən bax. qankəsici. Qankəsən ot. qankəsici sif. Qan axmasını dayandıran. Qankəsici dərman. qanköçürmə is. tib. Müalicə məqsədi ilə xəstənin bədəninə başqasından alınmış qanı, yaxud öz bədəninin bir yerindən alınmış qanı başqa yerinə yeritmə. Qanköçürmə üsulundan yalnız əsil qan xəstəliklərinin deyil, bir çox başqa xəstəliklərin müalicəsində də müvəffəqiyyətlə istifadə etmək olar. qanqal is. bot. Yarpağı tikanlı, özəyi yeyilən alaq bitkisi; qalağan. Qanqallar da çiçək açmışdı. İ.Əfəndiyev. Onlar kəndi keçmişdilər. Şahnigar bunu bilsə də dinmir, qanqalların arası ilə irəliləyirdi. İ.Şıxlı. qanqallı sif. Qanqal bitən, qanqalı çox olan. Qanqallı əkin. Qanqallı çöllər. qanqallıq is. Çoxlu qanqal bitən yer. Belə bəhs edərək, gəlib bir kolluq və qanqallıq yerdə qazılmış qəbrə çatdılar. S.S.Axundov. Uzunqulaq özünü evin yan tərəfinə, qanqallığa verdi. S.Rəhimov. qanqaraldan sif. Əhvalı pozan, pərt edən, əsəbiləşdirən. Qanqaraldan söz. qanqaraldıcı sif. bax. qanqaraldan. Qanqaraldıcı söz. Qanqaraldıcı xəbər. qanqı (=qanqu) “Hansı” sözünün qədimi forması. Vəsfində Nəsimi sözünü ərşə çıxardı; Qanqı sədəfin incisi buldu bu nizami? Nəsimi. qanqu (=qanqı) “Hansı” sözünün qədimi forması. Vəsfində Nəsimi sözünü ərşə çıxardı; Qanqı sədəfin incisi buldu bu nizami? Nəsimi. qanqımaq f. məh. Diləmək, yalvarmaq, arzusunda olmaq, həsrətində olmaq. Sail, qapıdan baxma bizə, pis göz atarsan! Çox qanqıma, durram, elə vurram ki, batarsan! M.Ə.Sabir. qanqırmızı sif. Qan kimi qırmızı, qıpqırmızı. Gözlərdə dolaşan qanqırmızı su; Ötən yarışların nəticəsiydi. M.Müşfiq. qanqren [yun.] tib. Qan dövranının pozulması nəticəsində toxuma və ya bədənin bir yerinin çürüyərək ölməsi. Ayağı qanqren olmaq. qanqrenli sif. tib. Qanqren olmuş. Qanqrenli barmaq. qanqster is. [ing.] Quldur, soyğunçu, bandit. qanqurudan 1. is. bot. Qan dayandırmaq üçün xalq təbabətində işlədilən bir bitki.\n2. sif. Axan qanı qurudan, dayandıran. Qanqurudan dərman. qanlı sif.\n1. Qana batmış, qana bulaşmış. Qanlı paltar. Qanlı silah. – Fəhlələrdən bir neçə nəfəri Qurbanın qanlı cənazəsini kazarmaya gətirirlər. M.İbrahimov.\n2. Qanla dolu, qanla qarışıq, içində qan olan. Qanlı irin. Qanlı ishal. Qanlı, yara.\n3. Çoxlu qurbanlara, çoxlu adam qırılmasına, çoxlu qan axıdılmasına səbəb olan. Qanlı toqquşma. Qanlı vuruşma. – Qanlı müharibələrin şahidi olan İçərişəhər hər yandan qalın barı və bürclərlə əhatə edilmişdi. A.Şaiq. Açılmasın qanlı hərbin bir də qara qanadları. M.Dilbazi. // məc. Öldürücü, canalıcı. Könül dost kuyinə etdikcə güzər; Qanlı qəmzəsinə etməzmi həzər? M.V.Vidadi.\n4. Öz vəhşilikləri ilə, adam öldürməklə özünü ləkələmiş, vəhşi, yırtıcı. Faşizmin qanlı cəlladları.\n5. is. Qatil. Qanlıdan qada əskik olmaz. (Ata. sözü). Gəh gözdə, gəh könüldə xədəngin məkan tutar; Hər qanda olsa qanlını, əlbəttə, qan tutar. Füzuli. Əzrayılı qanlı tutmasın anam; Məni bir kirpiyi peykan öldürür... Aşıq Ələsgər. Doğrudur, xalqın sözü: Qanlını qan tutarmış; Bəzən də bir içim su əjdahanı boğarmış. H.Cavid. // Düşmən, qan düşməni. [Əsəd bəy:] Hər bir halda qanlı qanlıdan əl çəkməz. C.Cabbarlı. Bir oxla ayrılmışdı Sara nişanlısından; Düşündü: “İntiqam al, gəl, onun qanlısından”. Ə.Cavad. Burada [Göytəpədə] çox adamlar əlini Qurana basıb günahsız olduğuna and içmiş, çox qanlılar barışdırılmışdı. İ.Şıxlı.\n6. Çox bişməmiş, çiyhal, alabişmiş. İgid canlı, kabab qanlı (gərək). (Məsəl).\n7. məc. dan. Qeyrətçəkən, təəssübçəkən; öz xalqının və vətəninin təəssübünü, qeyrətini çəkən. O, çox qanlı adamdır. ‣ Qanlı göz yaşları – acı-acı ağlama, yanıqlı-yanıqlı ağlama. Dizi üstə əzəl alıb başımı; Sildi lütf ilə qanlı göz yaşımı. A.Səhhət. qanlı-qanlı zərf Düşməncəsinə, qeyzlə, acıqlı-acıqlı. Usta yenə arabir Tahirə qanlıqanlı baxır, narazı halda başını bulayırdı. M.Hüseyn. qanlıbıçaq is. dan. Düşmən. Amma Murtuza Qulu xanla araları yoxdur, qanlıbıçaqdırlar. M.S.Ordubadi. Ancaq o çox sadədir, tərifi-zadı sevməz; Elə bil ki, şöhrətlə qanlıbıçaq kimidir. R.Rza. • Qanlıbıçaq olmaq – bir-birilə düşmən olmaq; araları bərk dəymək. qanlı-qaçaq zərf Düşmən, qan düşməni. [Bayram:] ..Öldürməkdən nə hasil? Mən özüm də qanlı-qaçaq ollam. M.F.Axundzadə. qanlı-qadalı sif. Xatalı, qorxulu, qana bais ola bilən. qanlılıq is.\n1. Qanlı, qana bulaşmış şeyin halı.\n2. Bədəndə qan çoxluğu; dolğunluq.\n3. Qatillik, canilik, adam öldürmə.\n4. Köhnə məişətdə: düşmənçilik, qan ədavəti. Camaat arasına qanlılıq düşürdü. H.Sarabski. [Səttar:] Mən kürdlərin arasında hökm sürən nifaqa, qanlılığa təəssüflənirəm. P.Makulu. qanma “Qanmaq”dan f.is. qanmaq f. Anlamaq, başa düşmək. [Şahbaz bəy:] Əmi, qanmıram ki, siz necə Parij əhlinin adət və xəvasından xəbərdarsınız? M.F.Axundzadə. [Səfdərqulu:] Vallah, mən bilmirəm sən məndən nə istəyirsən, qana bilmirəm, nə qədər fikir eləyirəm, qana bilmirəm. N.Vəzirov. qana-qana zərf Bilə-bilə, qəsdən. Sözü qana-qana dur; Çəkin, yana-yana dur; Daha məni görməzsən; Sızla, yana-yana dur! (Bayatı). qanmaz sif. Anlamaz, anlaqsız, düşüncəsiz, qanacaqsız; ədəbsiz, tərbiyəsiz. ..Bir para qanmaz adamlar gedib özgəsinin yaxasından yapışar, o da gəlib sizin yaxanızdan yapışar, siz də mənim, mən də sizin, axırda qalmaqal çıxar. “Mol. Nəsr.”. qanmazcasına zərf Ədəbsizcəsinə, heyvancasına. qanmazlıq is. Anlamazlıq, düşüncəsizlik, qanacaqsızlıq, tərbiyəsizlik. [Kosaoğlu:] Özünü niyə qanmazlığa qoyursan? Səni əsgərlikdən saxladım, kolxozun yerini verdim, bostan əkdin. İ.Şıxlı. qanotu is. bot. Nəm yerlərdə, su kənarlarında, əkinlərin arasında və zibilli yerlərdə bitən birillik bitki. qanov [rus. kanava] Arx. Qarlar əridikcə əmələ gələn sular qanovlara gedə bilmir, yolun ortasında qalırdı. Ə.Əbülhəsən. qanovuz is. [fars.] Əksərən al-əlvan olan zərif ipək parça. // Bu parçadan tikilmiş. Qanovuz köynək. Qanovuz yorğan. – Su götürdüm hovuzdan; Seçilmərəm tovuzdan; Mənə bir xəbər deyin; Köynəyi qanovuzdan. (Bayatı). [Gülyaz] anasının böyük ağac sandığında çoxdan bəri büküb saxladığı təzə qanovuz paltarını geyinər, toylara gedər, .. məharətlə oynardı. M.Hüseyn. qanovuzu sif. Tünd, pürrəng. Şamama dəmdə olan ağ samovardan, qədimlərdə deyildiyi kimi, qanovuzu bir çay töküb gilənar mürəbbəsi ilə mənim qabağıma qoyur. İ.Əfəndiyev. qanrılmaq f. Çevrilmək, dönmək, üzünü çevirmək. Fərhad arabir qanrılıb geri baxır və döyüşçülərin nə cür gəldiyini yoxlayırdı. Ə.Vəliyev. Molla qanrılıb baxdı. O, əli şahinli xanın gəldiyini görüb, yola tərəf çevrildi. S.Rəhimov. Qulam güclə qanrılan boynunu döndərib Kəyana baxmağa çalışdı.. Ə.Əbülhəsən. qansız 1. sif. Qanı az olan, zəif, cansız. // Qanı qaçmış, rəngi qaçmış, solğun. Qansız dodaqları tərpəndisə də, səs gəlmədi. Çəmənzəminli.\n2. zərf Qan tökülmədən, qurban verilmədən. [Zeynəb:] Azadlıq qansız və qurbansız qazanılmaz. M.S.Ordubadi.\n3. məc. Rəhmsiz, mərhəmətsiz, insafsız, mürüvvətsiz, amansız, qəddar. Nə qansız adamsan, a kişi! Mir Cəlal. // Qeyrətsiz, şərəfsiz, vicdansız. [Salman:] Bizi, öz yoldaşlarını, lap açığı, öz qardaşını təhlükədə qoyub qaçar qədər qansız zənn edirsən? C.Cabbarlı. qansızlaşdırılma “Qansızlaşdırılmaq”dan f.is. qansızlaşdırılmaq məch. Qanı azaldılmaq, qansız hala salınmaq. qansızlaşdırma “Qansızlaşdırmaq”dan f.is. qansızlaşdırmaq f. Qanını azaltmaq, qansız bir hala gətirmək; yeməyini azaltmaq və ya çox yormaq nəticəsində zəiflətmək. qansızlaşma “Qansızlaşmaq”dan f.is. qansızlaşmaq f. Qanı azalmaq, qansız bir hala gəlmək, yeməmək və ya yorğunluq nəticəsində qansız olmaq, zəifləşmək. // Ağarmaq, solmaq, qırmızılığını itirmək. Dodaqları qansızlaşmaq. qansızlıq is.\n1. Qanı azalma, qan azlığı; qanda qırmızı kürəciklərin azlığı nəticəsində əmələ gələn hal. İgid bir vəqt qansızlara qan verər; Bir vəqt özü qansızlıqdan can verər. Şəhriyar.\n2. məc. Rəhmsizlik, insafsızlıq, vicdansızlıq; sərtlik, heç kəsə ürəyi yanmama. qansoran is. və sif. Özgələrin hesabına yaşayan; istismarçı; zalım, qaniçən. Mənim azadlığım qansoranların; Cındır maskasını yırtmaq üçündür! X.Rza. qantar is. köhn.\n1. bax. qapan1.\n2. Qədimdə işlənmiş ölçü vahidi. qantarçı is. köhn. bax. qapançı. qantarçılıq is. köhn. bax. qapançılıq. qantarğa is. Yüyənin, atın ağzına keçirdilən qoşa dəmir hissəsi, cilovu. Dəliqanlılar dəstəsindən ayrılıb gələn bir nəfər Sadığa yanaşdı, atının qantarğasından tutdu. M.Hüseyn. qantarğalama “Qantarğalamaq”dan f.is. qantarğalamaq f.\n1. Atın ağzına yüyən vurmaq, yüyənləmək.\n2. məc. Qabağını almaq, cilovlamaq. Sən də ey.. Azğın suları qantarğalayan, dur! Dayan! R.Rza. qantarğalanma “Qantarğalanmaq”dan f.is. qantarğalanmaq məch. Yüyən vurulmaq, yüyənlənmək, cilovlanmaq. qantarğalatmaq icb. Yüyənlətmək, yüyən vurdurmaq, cilovlatmaq. qantarğalı sif. Ağzı yüyənli, yüyənlənmiş, cilovlu. qantarğasız sif. Ağzı yüyənsiz, yüyənlənməmiş, cilovsuz. qantəpər is. bot. Xalq təbabətində işlənən ağ çiçəkli dağ bitkisi. Kəndin qarıları Qəhrəmana qantəpər deyilən çiçəyin çayını içirdilər. S.Rəhimov. qan-tər is. Çox ağır, əziyyətli, yorucu, gərgin iş nəticəsində bərk tərləmə. Su gəlir lülə-lülə; Yar gəlir gülə-gülə; Əlində güllü dəsmal; Qan-tərin silə-silə. (Bayatı). • Qantər içində – zəhmətlə, məşəqqətlə, çox böyük zəhmət çəkərək, tər tökə-tökə. Kəndli dedi: – Düzünü axtarsanız, hökumətin sütunu biz kəndlilərlə o qan-tər içində yük daşıyan fəhlələrdir. S.S.Axundov. [Qoca Firuz] qantər içində işləyirdi. Ə.Məmmədxanlı. Qantər tökmək – bax. qan-tərə batmaq 2-ci mənada. Qan-tərdə – bax. qan-tər içində. Gəzirlər havalı ağalar, bəylər; Çalışır qantərdə naxırçı, nökər. Aşıq Ələsgər. Qantərə batmaq – 1) çox tərləmək; 2) çox işləməkdən yorulmaq, əldən düşmək, çox çalışmaq. Gözəldir bir uca əməl bəsləyib; Bu əməl uğrunda qan-tərə batmaq. M.Müşfiq. qantökən is. Qatil, adam öldürən, cani. [Odabaşı:] Hər bir cani, qantökən, yolkəsən ki divan əlindən qaçıb onun [Əhməd ağanın] evinə girməyi .. özünə mümkün elərdi, daha hər bir divan siyasətindən özünü [azad] hesab edərdi. Ə.Haqverdiyev. Qantökən öz tökdüyü qana cavab vermədi; Cavab vermək bir yana, “Yox, mən haqlıyam”, – dedi. B.Vahabzadə. qanun I. is. [ər. əsli yun.]\n1. İctimai və hüquqi münasibətlərin hər hansı bir sahəsini nizama salmaq üçün dövlət tərəfindən müəyyən edilən qərar, nizamnamə. Seçki qanunu. Əmək haqqında qanunlar. Cəza qanunu. Qanun üzrə hərəkət etmək. Qanunu pozanlar məsuliyyətə cəlb olunurlar. Vergi haqqında qanun. • Qanun xaricində rəs. hüq. – qanunların himayə və mühafizəsi xaricində. Qanuna salmaq – bir şeyə qanuni, rəsmi bir şəkil vermək. Qanuni-əsasi köhn. – əsas qanun, konstitusiya. [Mehman] qanuniəsasidən başlayaraq .. vətəndaşlara verilən böyük hüquqlardan danışdı. S.Rəhimov. // Ciddi əmr, hökm, buyuruq. Şad olmayın, ey sevgili millət vükəlasi; Osmanlıda cari ola qanuni-əsasi! M.Ə.Sabir.\n2. Hamı üçün məcburi olan üsul, nizam, qayda. Əxlaq qanunları. İmla qanunları.\n3. Obyektiv aləmin hadisələri arasında müəyyən qaydada təzahür edən zəruri əlaqə və qarşılıqlı asılılıq, səbəb və nəticə arasında mövcud olan daxili əlaqə. İctimai inkişaf qanunları. Təbiət qanunları. Təfəkkür qanunu. – Amma təbiət öz qanununu əvvəl-axır yeritdi. C.Məmmədquluzadə.\n\nII. is. [ər.] Yaxın və Orta Şərq ölkələrində geniş yayılmış uzunsov dördbucaq taxta üzərində gərilmiş simlərdən ibarət musiqi aləti. qanunauyğun sif. Qanuna müvafiq, qanun ilə düz gələn; təsadüfi deyil, obyektiv qanun üzrə əmələ gələn, qanuna tabe olan. Qanunauyğun hərəkət. Hadisələrin qanunauyğun (z.) inkişaf etməsi. qanunauyğunluq is. Hadisələr arasında mövcud olan zəruri əlaqə, obyektiv qanunlardan asılılıq. Hadisələrin qanunauyğunluğu. İnkişafın qanunauyğunluqları. qanunçu is. bax. qanunşünas. qanunçuluq is.1. bax. qanunşünaslıq.\n2. bax. qanuniyyət 2-ci mənada. qanunən zərf [ər.] Qanuna uyğun olaraq, qanun üzrə, qanuna görə. Qanunən rəftar etmək. Qanunən düz deyil. – Şərqi öyrətmək qanun mucibincə lazım olduğunu bütün müəllimlər bilir. Hərçənd ki, qanunən şərqi müəllimi mütəxəssisi bir zat olsa gərəkdir. A.Səhhət. qanuni sif. [ər.] Qanuna müvafiq, qanuna uyğun, qanuna əsaslanan, qanunun yol verdiyi. Qanuni rəftar. Qanuni hərəkət. Qanuni iş. Qanuni tələb. qanuniləşdirilmə “Qanuniləşdirilmək”dən f.is. qanuniləşdirilmək məch. Qanuna uyğunlaşdırılmaq, qanuna müvafiq bir hala salınmaq, qanuni şəklə salınmaq, qanuni qüvvə verilmək. qanuniləşdirmə “Qanuniləşdirmək”dən f.is. qanuniləşdirmək f. Qanuna uyğun bir hala salmaq, qanuni şəklə salmaq, qanun qüvvəsi vermək. qanunilik is. Qanuna uyğunluq, qanuna müvafiqlik. Məhkəmə hökmünün qanuniliyi. qanuniyyət is. [ər.]\n1. Qanunilik, qanuna uyğunluq, qanuni olma.\n2. İctimai həyat və fəaliyyətin qanunlarla təmin olunduğu vəziyyət. qanun-qayda bax. qayda-qanun. Dəyişir sonunu hər şey, diqqət et; Dəyişir adətlər, qanun-qaydalar. B.Vahabzadə. qanunlaşdırılma “Qanunlaşdırılmaq”dan f.is. qanunlaşdırılmaq bax. qanuniləşdirilmək. qanunlaşdırma “Qanunlaşdırmaq”dan f.is. qanunlaşdırmaq bax. qanuniləşdirmək. qanunnamə is. [ər. qanun və fars. namə] Qanunlar məcəlləsi (kitabçası), qanunlar toplusu, qanunlar toplanmış kitabça. // Qanun, qanun layihəsi. Qəzetlər yazırlar ki, duma vəzirin qanunnaməsini təsdiq eləyir. C.Məmmədquluzadə. [Əsgər bəy Firidun bəyə:] Yaxşı, yaxşı, otur yerində. İndi, yoldaşlar, mən istəyirəm sizinlə bizim bina qoyduğumuz cəmiyyətin qanunnaməsi və onun mədaxil yolları barəsində söhbət edim. Ə.Haqverdiyev. qanunpərəst sif. və is. [ər. qanun və fars. ...pərəst] Qanuna ciddi riayət edən, qanundan kənar çıxmayan. qanunpərəstlik is. Qanuna ciddi surətdə riayət etmə, qanundan kənar çıxmama. qanunsuz sif. Qeyri-qanuni, qanuna zidd, qanuna müvafiq olmayan, qanunu pozan. Qanunsuz hərəkət. Qanunsuz (z.) iş görmək. – Mən ondan qanunsuz taxta alanda; Biləydim, bu gündən mənimçün də var! B.Vahabzadə. qanunsuzluq is.\n1. Qeyri-qanunilik, qanuna uyğun olmama, qanuna zidd olma; qanunsuz hərəkət.\n2. Nizamsızlıq, şuluqluq, başlı-başınalıq, hərc-mərclik. [Nizami:] Minlərcə azərbaycanlını qamçı və ağac gücünə səfərbərliyə alaraq təzə Atabəyə malikanə düzəltmək, kəndlər, bazarlar tikmək qanunsuzluq, zülm və insafsızlıqdır ki, bunu da xalqa anlatmaq lazımdır. M.S.Ordubadi. qanunşünas is. [ər. qanun və fars. ...şünas]\n1. Qanunları yaxşı bilən, qanunlar mütəxəssisi; hüquqşünas.\n2. Qanunlara, nizam və qaydalara dəqiq surətdə riayət edən, onları lazımınca yerinə yetirən (adam). qanunşünaslıq is.\n1. Hökumət qanunlarını yaxşı bilmə; hüquqşünaslıq.\n2. Qanunlara, nizam və qaydalara tabe olma, onları lazımınca yerinə yetirmə. qanunverici sif. Qanun verən, qanun verməyə ixtiyarı olan. Qanunverici orqan. qanunvericilik is. Qanun vermə işi. Qanunvericilik hakimiyyəti. qan-yaş is. Göz yaşı, ağlama, yas. • Qan-yaş axıtmaq (tökmək) – çox ağlamaq, çox kədərli olmaq, çox təəssüflənmək, yasa batmaq. Parlaq günəşim, həsrəti-ruyinlə gözümdən; Qan-yaş axıdıb Dəclələr icad edərəm mən. Heyran xanım. Qoymayın ki, qan-yaş töküb ağlasın; Bu yaralı ana vətən, durnalar! S.Rüstəm. // Müsibət çəkmək, ağır, məşəqqətli həyat keçirmək, zülm çəkmək. Bəylik olan zamanda; Bizim Azərbaycanda; Qan-yaş tökən çox imiş; Dadə yetən yox imiş. H.K.Sanılı. Qan-yaş içində olmaq – ağlamaq, yasa batmaq, yaslı olmaq. qapadılma “Qapadılmaq”dan f.is. qapadılmaq məch.\n1. Qapağı örtülmək, ağzı qapaqla qapanmaq.\n2. Bağlanmaq, örtülmək, qıfıllanmaq. Qapı qapadıldı.\n3. Örtülmək, qaplanmaq. Demək olar ki, bütün dağ, daş, dərə hamısı qarla, dumanla qapadılmış və tutulmuşdu. S.Rəhimov. qapağan sif. bax. qapan2. qapaq is.\n1. Hər hansı bir şeyin (qabın və s.-nin) üstünü örtən hissəsi. Sandıq qapağı. Qutu qapağı. Çaynikin qapağı.\n2. Bəzi bədən üzvlərini örtən pərdə. Göz qapağı. Diz qapağı. – Qoca göz qapaqlarını ağır-ağır qaldırdı. İ.Əfəndiyev. qapaqap is. Bir-birinin əlindən, hərə bir tərəfdən dartışdırma, bir-birinin əlindən qapma; qapışdırma. [Səfər bəy:] Qapaqap yavıqlaşanda, yaraq-əsbab bilmirsən ki haradan tapıldı? M.F.Axundzadə. • Qapaqap düşmək – bir-birinin əlindən qapmaq, hərə bir tərəfdən qapışdırmaq. qapaqcıq is. Kiçik qapaq. qapaqlama “Qapaqlamaq”dan f.is. qapaqlamaq f. Qapağını örtmək, qapağını bağlamaq, qapağını qoyub bərkitmək, üstünə qapaq qoymaq. Samovarı qapaqlamaq. Qazanı qapaqlamaq. qapaqlanma “Qapaqlanmaq”dan f.is. qapaqlanmaq məch. Qapaqla örtülmək, qapağı bağlanmaq, bərkidilmək. qapaqlatmaq icb. Qapaqla örtdürmək, bağlatmaq, üstünə qapaq qoydurmaq. qapaqlı sif. Qapağı olan, qapaqla örtülü, qapaqla bağlı olan. Qapaqlı qazan. Qapaqlı çaydan. Qapaqlı qənddan. qapaqlıq is. Qapağa yararlı, qapaq qayrıla bilən hər şey. // Qapaq vəzifəsini görən şey. qapaqsız sif. Qapağı olmayan, üstü örtülməyən. Qapaqsız qazan. Qapaqsız qəhvədan. Qapaqsız qutu. qapalı sif.\n1. Qapanmış, bağlı; qapısı və ya qapağı örtülmüş. Qapalı ev. Qapalı qutu. Qapalı qapı. – Küçə dükanlarından başqa hər yer qapalı idi. M.S.Ordubadi. [Sübhanverdizadə] ağzı qapalı qablara baxdı və yaxınlaşıb qapaqları bir-bir qaldırdı. S.Rəhimov.\n2. Örtülü. Qapalı göz. – Qapalı ağıza milçək girməz. (Ata. sözü). İşıqsız, qapalı bir göz, de, gözmü?.. B.Vahabzadə.\n3. İşlək olmayan, qabağına sədd çəkilmiş, bağlı. Qapalı yol.\n4. Ucları, kənarları birləşdirilmiş. Qapalı xətt. Qapalı səth.\n5. məc. Kənar adamların girməsinə, iştirak etməsinə, istifadəsinə, bilməsinə icazə verilməyən; gizli. Qapalı iclas. Qapalı məktəb. Qapalı məktub.\n6. Cəmiyyətdən ayrılmış, təcrid olunmuş; yalnız öz məhdud mənafeyi ilə məşğul. Qapalı həyat. Qapalı mühit. // Ünsiyyətsiz, adamdan qaçan, ürəyini heç kəsə açmayan. Qapalı adam. qapalılıq is.\n1. Qapalı şeyin halı.\n2. Qapalı (6-cı mənada) adamın xasiyyəti. Təbiətimdəki qapalılığa rəğmən, o gənc qadın haqqında sənə heç nə söyləmədim. İ.Əfəndiyev.\n3. Gizlilik. qapama “Qapamaq”dan f.is. qapamaq f.\n1. Bağlamaq, örtmək. Sandığı qapamaq. Yeşiyi qapamaq. // Bağlamaq, qıfıl və s. ilə bağlamaq. Qapını qapamaq. Pəncərəni qapamaq. // Açıq şeyi örtmək. Ağzını qapamaq. Kirpiklərini qapamaq. – Göz yaşı Bəyimi boğdu. Əlləri ilə gözlərini qapayıb hönkürdü. Çəmənzəminli. Birdən kimin əlləri isə arxadan Aynanın gözlərini qapadı. Ə.Məmmədxanlı.\n2. Örtmək, keçilməz hala salmaq. Dərələrin sel oyan yerlərindən başlamış ta sinələrinə qədər seyrək tikan kolları qapamışdı. S.Rəhimov.\n3. Üstünə pərdə, örtü və s. çəkmək; gizlətmək, görünməz hala salmaq. [Gəlin] bir də məclisin ortasında duruxub, əlləri ilə üzünü qapadı. Çəmənzəminli. Üzüldü əlləri sükandan, aman; Qapadı hər şeyi qatı bir duman. M.Rahim.\n4. Deşiyi tutmaq, tıxamaq, kip bağlamaq. Şüşənin (quyunun) ağzını qapamaq.\n5. Uclarını, kənarlarını, son nöqtələrini birləşdirmək. Dairəni qapamaq.\n6. Bağlamaq, bitirmək, fəaliyyətini dayandırmaq. İclası qapamaq. qapan I. is. Ağır şeyləri çəkmək üçün böyük tərəzi. Güləlioğlu böyük kooperativ qapanını arabaya qoyub anbarın çardağına gətirirdi. M.Hüseyn. Çağır tərəzini, çağır qapanı; Çağır çağrışlarla şöhrət tapanı. M.Araz.\n\nII. f.sif. Dişləyən, tutan, sərt. Qapan at. – Qapan it dişini göstərməz. (Ata. sözü). qapançı is. Qapana baxan, qapanda şey çəkən adam. qapançılıq is. Qapançı vəzifəsi, peşəsi. qapandar bax. qapançı. Qapandar yığılmış pambığı qapanda çəkdi. qapandarlıq bax. qapançılıq. qapanma “Qapanmaq”dan f.is. qapanmaq f.\n1. Bağlanmaq, kilidlənmək. Pəncərələrin hamısı qapanmışdır. – Qapılar örtülüb qapanmışdır. A.Səhhət.\n2. Örtülmək (açıq şey haqqında). Elə bil düşdüyü bəlanı qanır; Yenidən gözləri yenə qapanır. A.Səhhət.\n3. Buludla örtülmək, tutulmaq, çulğalanmaq. Hava soyudu, göyün hər tərəfi qapandı.\n4. Tıxanmaq, kip bağlanmaq, tutulmaq. Şüşənin ağzı qapanmışdır. Qapı-pəncərə yaman qapanmışdır, nəfəs almaq olmur.\n5. Ucları, kənarları, son nöqtələri birləşdirilmək (məftilin, zəncirin və s.-nin).\n6. Bitirilmək, dayandırılmaq, bağlanmaq. İclas axşam saat 10-da qapandı.\n7. Rəsmən ləğv edilmək, qadağan edilmək; işləməsinə, fəaliyyətinə, çıxmasına icazə verilməmək, bağlanmaq. Bəşir cənabları elə bilir ki, Balaxanıdakı qız məktəbi qapandı, amma qeyri şəhərlərdə neçə-neçə qız məktəbləri var. C.Məmmədquluzadə. Bu fitva çıxandan bir neçə gün sonra [Təbrizdə] kinoteatrların bir neçəsi qapandı. M.S.Ordubadi.\n8. Bayıra çıxmamaq, içəridə oturub qalmaq. Otaqların kirayəsini və əmək xərcini axşamdan verib otağımıza qapandıq. M.S.Ordubadi. Yarım saat çəkmədi, aralıqda beş-on köynək cırıldı və Hürzad tərəf döyülmüş, söyülmüş geri çəkilib evdə qapandılar. Çəmənzəminli. Axşamları quşlar və böcəklər ilə bərabər insanlar da daxmalarına qapanır, qəsəbəni dərin bir sükut bürüyürdü. H.Nəzərli. // Sıxınmaq. [Durna] da bu balaca qulan kimi anasının səsini eşidəndə qaçıb dizlərinə qapanardı. İ.Əfəndiyev.\n9. Yıxılmaq. Əmrah ağzı üstə qapandı, yalnız ikicə dəfə hönkürdü. M.Hüseyn.\n10. Haqq-hesab kəsilmək, tamamlanmaq, ləğv edilmək. Keçənilki mühasibat dəftərləri qapandı. qapan-tərəzi bax. qapan1. qapatma “Qapatmaq”dan f.is. qapatmaq icb. Qapamağa, örtməyə, bağlamağa məcbur etmək. qapayıcı 1. sif. Qapayan, örtən. İlbizlərin bədəninin qapayıcı əzələləri.\n2. is. Dəstədə, sırada ən axırıncı gedən şəxs. qapaz is.\n1. Əl ayası ilə başa vurma. Amma burada yenə bir az fikirləşirəm, fikirləşirəm ki, Hacı əmi müxbirin başına qapazı nə üçün ilişdirirdi. M.Ə.Sabir. Qoy nağıl eləyim, sənin haqqında olmasa, durub mənim başıma bir qapaz vur. M.S.Ordubadi. Doğrudur, Mahmud arvadını çox sevirdi, .. amma bununla belə daima aldığı qapazlardan çox da məmnun olmazdı. B.Talıblı. • Qapaz vurmaq (salmaq) – əl ayası ilə birinin başına vurmaq. Gör yağı oğurlayıb harasında gizləyib, – deyə [anası] Xanməmmədin başına bir cüt qapaz saldı. Çəmənzəminli.\n2. məc. Zülm, təhqir mənasında. Ona ümid, mənə zor, amma demir kimə haqq? Əl-ayaq zəncirdədir, baş qapazlı, sinə dağ. B.Vahabzadə. qapazaltı is. dan. Hər kəs tərəfindən təhqir olunan, incidilən aciz, məzlum, hüquqsuz adam. qapazlama “Qapazlamaq”dan f.is. qapazlamaq f. dan. Qapazla vurmaq, başına vurmaq. [Şahqulu:] Siz öləsiz, özü məni gündə min qapazlayır. N.Vəzirov. qapazlanma “Qapazlanmaq”dan f.is. qapazlanmaq məch. Qapazla vurulmaq. qapazlaşma “Qapazlaşmaq”dan f.is. qapazlaşmaq qarş. dan. Bir-birini qapazla vurmaq. qapçaq is.\n1. Taxtadan qayrılmış su və ya şərab qabı; çəllək. Qapçaq su ilə doludur.\n2. Cod həsirdən, kəndirdən toxunmuş, ya tikilmiş böyük kisə. Bir qapçaq kartof. qapdırma “Qapdırmaq”dan f.is. qapdırmaq 1. icb. Qapmağa təhrik etmək, qapmağa məcbur etmək. İti qısqırdıb yoldan keçəni qapdırırdı.\n2. f. Qapışdırmaq, qapıb almaq, oğurlamaq. Boş danışma, bura say qapdırıb aldıqlarını! M.Ə.Sabir. qapı is.\n1. Girib-çıxmaq üçün evin, yaxud barının və s.-nin divarında açıq yer, deşik, habelə bu deşiyi qapamaq üçün taxtadan, dəmirdən və s.-dən düzəldilən qurğu. Divara qapı açmaq. Ev qapısı. Qapını örtmək. Ara qapı (iki otağın arasındakı qapı). Qapı ağzı (qapının qabağı, qapı önü). Qapı içi (astana). // məc. Ev mənasında. [Gülzar:] Heç kəs cürət edib bu qapıya gələ bilməz. S.S.Axundov.\n2. Evin, binanın qabağı, girəcəyi; həyət. Elə kəs var ki, tapılmaz qapısında bir inək. S.Ə.Şirvani. Mal qapıya gələndə axşamsəhər; Qoyun mələr, quzu mələr, dağ mələr. A.Şaiq. Hədiyyə naharını təzəcə bitirmişdi ki, qapıda maşın səsləndi. Mir Cəlal. • Qapıbaca – ev, həyət, evin yan-yörəsi. Qapıbacadan muğayat ol. İt qapı-bacanı qoruyur. – [Xırda xanım:] Bu saat otaqları təmiz süpürərsən, qapı-bacanı gül kimi eləyərsən. N.Vəzirov. Züleyxa xeyli vaxt, həyəcan içində qapı-bacada dolandı. S.Rəhimov. Qapıda törəmə – sahibinin öz həyətində doğulmuş və ya böyümüş (heyvan haqqında). // Evin divarları, evə yapışıq olan yerlər. Qapıbacanı əhənglə ağartmaq .. ümumi bir həvəs idi. H.Sarabski.\n3. Bir şeyin ağzını, deşiyini, girəcəyini örtüb bağlamaq üçün dəmirdən, taxtadan, şüşədən və s.-dən düzəldilmiş örtü. Şkafın qapıları. Buxarının qapısı. Avtomobilin qapısı.\n4. Nərd oyununda: iki daşla tutulan xana. ‣ Açıq qapı – hər kəsin girə bildiyi yer. ..Qaçay arxasını divara söykəyib açıq qapıdan həyətə baxırdı. İ.Məlikzadə. [Əmir:] Mən bağlı qapını yox, açıq qapını kilidləməklə qapını bir az açıq qoymuşdum. M.S.Ordubadi. Bağlı qapı dalında – gizli, xəlvəti, kənar adamın iştirakı olmadan. Qapı dalında qalmaq (qoymaq) – 1) bayırda qalmaq, içəri buraxılmamaq; 2) sıxıntıda qalmaq, çətinliyə düşmək, ağır vəziyyətə düçar olmaq. Bəs ana deyilmi, özün söylə bir; O qapı dalında qoyduğun ana? B.Vahabzadə. Qapıda durmaq – müntəzir olmaq, gözləmək. [Mirzə Cəfər xan:] Əli xan .. indi, budur, özü də, sərkərdələri də gəlib qapıda durub, hüzuri-aliyə müşərrəf olmağa izin istəyirlər. Ə.Haqverdiyev. Qapıdan qovmaq – rədd etmək, qəbul etməmək, üz göstərməmək. [Dərviş:] Ay camaat, Allah xatirinə, gəliniz məni bu zalımın əlindən xilas ediniz. Qardaş, köməyə gələn olmadı. Yüyürdüm divan qapısına, “bizə dəxli iş deyil” – deyib, məni qapıdan qovdular. N.Vəzirov. Qapı-qapı gəzmək (dolaşmaq, düşmək) – 1) hər tərəfə müraciət etmək, hər tərəfi dolanmaq, həyətbəhəyət gəzmək (bir şey üçün). [Yasəmənin] əri Yusif də qapı-qapı gəzib ayı oynadardı. S.S.Axundov. Yazırsınız ki, sudan ötrü qapı-qapı dilənirsiniz və bundan savayı çox artıq-əskik sözlər yazırsınız. “Mol. Nəsr.” Qadınlar belə adamı qapı-qapı axtarıb tapırlar. M.S.Ordubadi. Qoca Məşədi Məmmədvəli qapı-qapı düşüb bəylərə, mollalara yalvarıb bir neçə günün müddətində həmin kağızı düzəltdi. Ə.Haqverdiyev; 2) dilənmək, dilənçilik etmək. Həyat qayğısı, ehtiyac ananı qapı-qapı gəzdirdi. Mir Cəlal. Qapı-qapıya – lap yaxın, üz-üzə. Qapı-qapıya qonşular. – [Dükançı Hümmətəli:] Bəy, məni tanımırsan? Bahalıq ili siz ilə qapı-qapıya olmurduqmu? Ü.Hacıbəyov. Qapılara düşmək – qapı-qapı gəzib dilənmək, dilənçilik etmək. [Qurban Pəri caduya:] Niyə dövlətli adamları tovlayıb puldan-zaddan almırsan, çiyninə bir torba salıb qapılara düşürsən? Ə.Haqverdiyev. Qapını dabanından çıxarmaq – gedibgəlməklə birini təngə gətirmək, bir yerə, bir adamın yanına çox gəlib-getmək, israr etmək. [Oğlanlar] qapını döydülər. Açmadı. Yumruqla döyəclədilər, hətta təpiklə taqqıldatdılar. Qız qapının az qala dabanından çıxacağını görüb qorxdu. İ.Şıxlı. Qapını döymək məc. – lap yaxınlaşmaq. Qış qapını döyür. – Axı, cəsarətsiz, axı, ürəksiz; Qapını döyməmiş hələ bir zəfər. B.Vahabzadə. Qapını üzünə çırpmaq – çox pis qarşılamaq, qəbul etməmək, qovmaq. Qapısı açıq – qonaqpərəst, comərd, səxavətli, çörək verən adam haqqında. Qapısı açıq adamdır. – Ürəyi, süfrəsi, qapısı açıq; Kimsə bu qapıdan sənə deməz, çıx. Şəhriyar. Qapısı bağlanmaq (çırpılmaq) məc. – evi-eşiyi dağılmaq, ailəsi məhv olmaq. Çatmadı əvvəlcə bu xəbər ona; İnana bilmədi qulaqlarına; Elə ki, inandı... o, lal kəsildi; .. Anladı, bildi: Qapısı bağlandı, ocağı söndü. B.Vahabzadə. Qapısını döymək məc. – sataşmaq, dolaşmaq. Quduz düşmən, özünü bir bu qədər öymə, gəl; Bu qartallar yurdunun qapısını döymə, gəl. S.Rüstəm. Döymə qapımı, döyməyim qapını. (Məsəl). Qapısının açarı dama atılmaq – bax. qapısı bağlanmaq. qapıbir sif. Çox yaxın, lap yaxın, qapıqapıya. Qapıbir qonşu. – Yoxsa həqiqətdə bizim südümüzün bərəkəti həmin qapıbir qonşularımızın pambığının bərəkətinə bağlıdır. C.Məmmədquluzadə. Lətifəgilin qapıbir qonşusu mühəndis Tapdıqov daldan gəlir, qızların söhbətini aydın eşidirdi. M.Hüseyn. qapıcıq is. Kiçik qapı. qapıçı is.\n1. Binanın qapısında durub göQAPIŞMA “Qapışmaq”dan f.is. qapışmaq qarş. Bir-birini qapmaq, birzətçilik edən xidmətçi. Klub ağzında duran qapıçı qorxub divar dibinə çəkildi. A.Şaiq. Məhbusi hələ bu vaxta qədər orada qoca qapıçıdan başqa bir ins-cinsə rast gəlməmişdi. M.İbrahimov.\n2. idm. Futbol, xokkey oyunlarında: qapını müdafiə edən oyunçu. “Neftçi”nin qapıçısı. qapıçılıq is. Qapıçının işi, vəzifəsi. [Sadıq kişi:] A kişi, Allah sənə qapıçılıqdan artıq qulluq qismət eləməsin, qırarsan xalqı! Mir Cəlal. qapılma “Qapılmaq”dan f.is. qapılmaq I. “Qapmaq”dan məch. Əlindən qapılmaq. Papağı başından qapıldı.\n\nII. t-siz. Bir şeyə həddindən artıq aludə olmaq, uymaq, bütün fikrini, özünü tamamilə bir şeyə həsr etmək. Elmə qapılmaq. Kitaba qapılmaq. – Lakin Tütünçüoğlu, gənc olduğuna baxmayaraq, başqaları kimi həlli müşkül olan arzulara qapılmazdı. M.S.Ordubadi. ..Lakin buna baxmayaraq, o hər an hissə qapılmayacağına söz verir. M.Hüseyn. // Bir şeyə həddən artıq başı qızışaraq, başqa şeyləri unudub, yalnız onun haqqında düşünmək. Hər gün qapılır bir yeni xülyaya bizim qız! Ə.Nəzmi. [Kərimxan] bütün varlığı ilə başladıqları işin şövqünə qapılmışdı. M.İbrahimov. qapısız sif. Qapısı olmayan. Qapısız və gecələr işsiz olan hücrələrin döşənəkləri çürük həsir qırıqlarından ibarətdi. Ə.Məmmədxanlı. qapışdırılmaq məch. Tez-tələsik götürülmək, bir-birinin əlindən qapılıb alınmaq, dartışdırılmaq. qapışdırma “Qapışdırmaq”dan f.is. qapışdırmaq f.\n1. Tez-tez, tələsik götürmək, bir-birinin əlindən qapıb almaq, dartışdırmaq.\n2. Çırpışdırmaq, oradan-buradan götürmək.\n3. icb. İtləri bir-birinin üzərinə saldırmaq, boğuşdurmaq. qapış-qupuş is. dan. Hərə bir yandan tez, tələsik götürmə, qapışdırma, bir-birinin əlindən qapıb alma, dartışdırma. • Qapışqupuş etmək – qapışdırmaq. Alaçiy bişən əti adamlar tüstülü-tüstülü, alovlu-alovlu qapışqupuş elədi. S.Rəhimov. birini dişləmək; boğuşmaq. qapqara sif. Tünd qara, zil qara. Qapqara kömür. Qapqara saç. Qapqara rəng. – [Südabənin] qapqara gözləri yenə şam kimi yandı. M.İbrahimov. Qapqara tüstülər qalxır yuxarı. M.Rahim. • Qapqara qaralmaq – tamamilə qara olmaq. Kosanın qırışıq sifəti saralmış, dodaqları sallanmış, dişlərinin qurd yeyən yerləri qapqara qaralmışdı. S.Rəhimov. qapqaranlıq sif. Tamamilə qaranlıq, zülmət. Qapqaranlıq gecə. qaplama 1. “Qaplamaq”dan f.is.\n2. is. Metal və s. üzərinə çəkilən təbəqə. qaplamaçı is. Metal və s. üzərinə qızıldan, gümüşdən və s.-dən təbəqə çəkən usta. qaplamaq f. Hər tərəfini əhatə etmək, bürümək, çulğamaq, örtmək, basmaq, tutmaq. Duman ətrafı qapladı. – Zülmət yenə qaplamış cahanı; Yox nuri-həyatdan əlamət. A.Səhhət. Buludlar bir-birinin üzərinə yığılmış, ortalığı dərin bir zülmət qaplamışdı. A.Şaiq. Təntənəli bir sükut qaplamışdı otağı. R.Rza. qaplan is. zool. İsti ölkələrdə yaşayan, pişik cinsindən çox yırtıcı və çevik heyvan; benqal pişiyi, bəbir. [Şair:] Qaplan yırtıcıların ən vəhşisidir, fəqət qaplanları parçalayacaq daha böyük vəhşilər var ki, o da insanlardır. H.Cavid. Hər kəs .. şaşqın bir həyəcan içində ikən, on beş yaşlarında bir oğlan bir qaplan çevikliyi ilə meydana atılıb düz buğanın üstünə cumdu. M.Rzaquluzadə. qapma “Qapmaq”dan f.is. qapmaq f.\n1. Birdən əlini uzadıb cəld götürmək, dartıb almaq, qamarlamaq. Məhərrəm iynəni əlindən buraxıb bucaqdakı ağırbaşlı çəkici qaparaq qapını açıb kənara çıxdı. H.Nəzərli. [Şagird qızın] bu sözlərindən molla bacı elə acıdı ki, çubuğu qapıb qızı döyəcləməyə başladı. Çəmənzəminli. // Götürmək, qaldırmaq. ..Qaçdım yerdəki daşlara tərəf və qabağıma gələn daşları yerdən qapıb, başladım Şirəliyə tərəf tullamağa. C.Məmmədquluzadə. Bir tikanlı ağac qapıb yerdən; Gözlədim qovğanın zəmanını mən. A.Səhhət. [İmamverdi:] Dəyənək davasıdır məgər, qapım dəyənəyi, iyirmi soldatı xurdxəşil edəm. C.Cabbarlı. // Cəld tutmaq (atılan, yaxud uçan şeyi). Səməd .. Mirkazımın atdığı qızılı göydəcə qaparaq, göy jiletinin kiçik cibinə yerləşdirdi. S.Rəhimov. // Yapışmaq, yapışıb tutmaq. Mən onu deyirəm ki, bu axır zamanda bir naxoşluq əmələ gəlibdir, adına “minengit” .. deyirlər, mərizlərin qapır peysərindən, peysər dönür bir oduna. N.Vəzirov.\n2. Çalmaq, oğurlamaq, aparmaq, götürüb qaçmaq. Dedi: – Yorğan üçün imiş bu təlaş; Yorğanı qapdılar, kəsildi savaş. M.Ə.Sabir.\n3. Dişləmək, dişlərini batırıb yaralamaq. İt uşağı qapdı. qapsamaq (=qapsımaq) f. məh. Zorla almaq, tutmaq, zəbt etmək. Qapsayıblar yetimlərin obasın; Ev sahibin qovar zor olsa qonaq. Q.Zakir. qapsımaq (=qapsamaq) f. məh. Zorla almaq, tutmaq, zəbt etmək. Qapsayıblar yetimlərin obasın; Ev sahibin qovar zor olsa qonaq. Q.Zakir. qapsanmaq (=qapsınmaq) f. Qapanmaq, tıxanmaq, pərçim olmaq. qapsınmaq (=qapsanmaq) f. Qapanmaq, tıxanmaq, pərçim olmaq. qar is. Qışda müxtəlif şəkillərdə, ən çox ulduz şəklində yağan və hər tərəfi örtən donmuş ağappaq su kristalcıqları. Qar yağır. Yumşaq qar. Sulu qar. Qar kimi ağ. Qar yığını. – Qar yerin yorğanıdır. (Ata. sözü). Göyün üzünü qar havasına məxsus bir tutqunluq bürümüş, şiddətli küləklə qar yağırdı. S.Hüseyn. • Qar anbarı – yayda işlənmək üçün qar saxlanılan yeraltı anbar. Qar çovğunu – bərk küləkli qar. Dondum heyrət içində iki ay ərzində siz; Min fəryadı dinləyib bir ah da çəkmədiniz! Bakıda qar çovğunu... pəncərə buz, şüşə buz; Gözləriniz mavi buz. X.Rza. Qar kimi – ağappaq, dümağ, süd kimi ağ. Ağarmış saçları dağda qar kimi; Ürəkdə həsrəti, dərdi var kimi.. S.Vurğun. Salatın isə geniş açılmış gözləri ilə qarşısındakı qocanın ay işığında qar kimi ağaran ağ saqqalına baxaraq, donub qalmış, sanki qızın nitqi tutulmuşdu. Ə.Məmmədxanlı. Qar olmaq – ağarmaq. Dağlar başı qar oldu; Bulud gəldi, tar oldu; Dünya mənim başıma; Nədən belə dar oldu? (Bayatı). Vaxtsız ayrılığa dözmədi qəlbi; Ağardı saqqalı, saçı qar oldu. S.Vurğun. Qar uçqunu – uca dağlarda qar yığınının altı əridiyi zaman, birdən aşağıya doğru sürüşüb enən qar yığını. Qarlı dağlar dumanlara bürünür; Parlayır, sislər içrə xoş görünür; Birdən ordan qar uçqunu uçdu; Bərk səs ilə guruldayıb düşdü. A.Səhhət. Əbədi qar – uca dağların başındakı əriməyən qar. qara I.\n1. sif. Bütün rənglərin ən tündü, ən tutqunu; his, kömür rəngi (ağ ziddi). // sif. Bu rəngdə olan. Qara boya. Qara saç. Qara at. Qara kostyum. – [Musanın nəvəsi] qara papağını qoydu, əlinin pəncəsi ilə bir az qabağa basdı. Qantəmir. // sif. Çox tutqun (açıq ziddi). Qara çörək. – Həmin gecə göy üzünü qara buludlar tutub, şiddətli yağmur yağmağa başlayır. S.S.Axundov. Salam .. qara torpaqdan bir xışma götürdü, baxdı. Mir Cəlal. // Obrazlı təşbehlərdə: qaranlıq, tutqunluq (adətən tərkiblərdə işlənir). Gecə qara pərdəsini götürdükdə Cavad yuxudan ayıldı. Ə.Vəliyev. // Qaradərili, dərisinin rəngi qara olan. Qara irq. // İs. mənasında: cəm şəklində: qaralar – qara dərililər, qara irqə mənsub olanlar. Anqola – qaralar ölkəsi, zəncilərin qədim torpağı; Odlar, alovlar içində yanır. R.Rza.\n2. İs. mənasında; cəm şəklində: qaralar – şahmat, dama oyunlarında qara rəngli fiqurlar, daşlar. Qaralarla oynamaq.\n3. sif. Çirkli, kirli, tünd bir şeyə boyanmış, yaxud adi rənginə nisbətən daha tünd, daha tutqun. Üz-gözü çirkdən qara olub. Kömürçünün qara əlləri. Böyürtkəndən dişlərim qara olmuşdur.\n4. is. Yazı, xətt, hərf. Qara tanımaq. Qaraya baxmaq (oxumaq). – Ağlın aparıb, bəs ki baxır gündə qarayə. M.Ə.Sabir. [Molla:] Hə, hə, heç bilmirsiniz ki, onun üstündə mən nə zəhmət çəkmişəm, qaraları bir-bir ona tanıtmışam. H.Sarabski.\n5. is. Bir yazının qaralaması, ilk mətni, layihəsi. [Əbülhəsənbəy:] İndi mənə de görüm, rusca yazdığın o intibahnamənin qarasını harada saxlayırsan? M.S.Ordubadi. • Qarasını tökmək (yazmaq) – ilk mətnin layihəsini yazmaq, tərtib etmək. Onlara göndəriləcək məktubun qarasını töküb katibə verdikdən sonra, ancaq Maral evə qayıtdı. Ə.Əbülhəsən.\n6. sif. məc. Ağır, mənhus, pis, kədər doğuran, qəm gətirən, qorxulu. Fərman bir yandan belə söyləyirdi, bir yandan da ürəyinə qara fikirlər gəlirdi. Ə.Haqverdiyev. [Məhərrəm] sayıq idi. Pristavın və Səlim bəyin öz haqqında bəslədikləri nifrət və qara fikirləri bilirdi. H.Nəzərli. // məc. Səfalətli, fərəhsiz, sevincsiz, talesiz, bədbəxt, faciəli. Nə bəladır bizə, ya rəb, nə qara gündür bu? Füzuli. [Pərzad:] ..Bayram, mənim dəxi bəxtəvər olmağım getdi; qara gün çox yaxınlaşıbdır. M.F.Axundzadə. Səbəb budur ki, orucluq söhbəti düşəndə mənim yadıma uşaqlığımın qara günləri düşür. C.Məmmədquluzadə. // məc. Əziyyətli, məşəqqətli, çox ağır, mənhus. Ruzigarım qara (z.) keçdiyin məgər; Söyləməyib zülfi-pərişan sənə? Q.Zakir. Qara qış üstümə tökər qarını; Nərgiz gözlərindən məni ayırsan. M.Müşfiq. Nəhayət, o qara qış çıxmış, yenə də yaz gəlmişdi. Ə.Məmmədxanlı.\n7. sif. məc. Cinayətkar, mənfur, mürtəce, fitnəkar. İrticanın qara qüvvələri. – Biz ədibin [Nərimanovun] hər cür qara qüvvələrə, irticaya, zülmə, cəhalətə qarşı qəzəblə coşan qəlbini, nifrətlər yağdıran qələmini duyuruq. M.Arif.\n8. is. Yas, matəm mənasında. Fələk qoymaz qaradan çıxsın ol sərvi-güləndamı. S.Ə.Şirvani. Könlüm yasdan çıxdı, qəlbim qaradan; Gülə-gülə bu həvəsdə xoş gəldin! Aşıq Ələsgər. • Qara bayram – bir şəxsin ölümünün ilk bayrama təsadüf etdiyi gün. Qara geymək, qara bağlamaq – yaslı olmaq, yas saxlamaq. Qarə geydim, dağə batdım, saxlaram matəm hənuz. S.Ə.Şirvani. Bu gün Təbriz şəhəri iki böyük matəm üçün qara geyinmişdir. M.S.Ordubadi. Qara xəbər – səfərdə olan bir adamın ölüm xəbəri. Qara xəbər el-obanı dolandı; Əsgəranda Qoç Nəbini vurdular. B.Vahabzadə. Qara kağız – ölüm xəbəri gətirən məktub. Bu günlər qara kağızı gəldi qonşumuzun; Anasına oxuyanda kağızı; arvad birdən qocaldı; ağardı qaşları da. R.Rza.\n9. Qoşulduğu sözlərə mənfilik, mənhusluq, məşumluq mənası verir. Qara qayğı. Qara dərd. – [Mədinə] şair, – dedi, – üzündən bir duman keçdi, qaş-qabağın bulud kimi sallandı... Canımı qara qeyd aldı... Amma axırı yaxşı oldu, üzünə yenə gün doğdu. Çəmənzəminli.\n10. sif. köhn. Cəmiyyətin yuxarı siniflərinə mənsub olmayan, istismar olunan; adi, avam. Dəli Ozan qobuzunu çomaq kimi əlinə alıb .. bəylər cərgəsindən keçib qara camaatın içinə qarışdı. M.Rzaquluzadə. [Əbdüləli bəy:] Doğrudur, şəriət ancaq avam adamlar üçündür, qara camaat üçündür. C.Cabbarlı. [Qədir] özünü kütlədən, yəni qara camaatdan ayırmaq üçün həmişə hamı deyənin ziddinə getdi. Mir Cəlal.\n11. sif. Qədim Rusiyada: dövlətə məxsus olan, dövlətin ixtiyarında olan, öz xüsusi mülkiyyəti olmayan. Dövlətə məxsus .. torpaqlarda yaşayan kəndlilərə “qara kəndlilər” və ya “qara xışlılar” deyirdilər.\n12. sif. köhn. İxtisası olmayan, ixtisas tələb etməyən, ağır işdə işləyən; adi. [Nadir] haman yerdə 15 il irəli qara işçi idi. B.Talıblı. [Bayram] əvvəllər neft mədənində qara fəhlə idi. M.Hüseyn.\n13. is. Dəyərsizlik, əhəmiyyətsizlik, heçlik mənasında. [Hacı Bayram:] Ərz elədim ki, bir qara qəpik də verməyəcəyəm. Ə.Haqverdiyev.\n14. is. Bəzi bitki və heyvan adlarının tərkib hissəsi kimi. Qara darı. Qara istiot. Qara gavalı. Qara qarışqa. ‣ Qara basmaq – qorxulu yuxu görmək, yaxud gözünə qorxulu şeylər görünmək, xəyalına qorxulu şeylər gəlmək, vahimə basmaq. Məni qara basırdı. Sanki balkona baxan camların dalısında yüzlərcə adam durmuşdu. M.S.Ordubadi. Müəllim on yaşında sadə ürəkli və heç şeydən xəbəri olmayan bir uşağın sözünə inanmayaraq, “səni qara basıb”, – deyə cavab verdi. B.Talıblı. Qara bayraq çəkmək (açmaq) – matəm əlaməti olaraq qara bayraq qaldırmaq, asmaq. Ki nagah bir qara bayraq açıldı dar ağacında; Yazılmış onda bir xətti-müsibətzayi-hürriyyət. M.Ə.Sabir. Qara birja – qeyri rəsmi, gizli birja. Qara güruh – ifrat irticaçı, talançı təşkilat və bu təşkilatın üzvləri. [Saran:] O qara güruhun içində it yiyəsini tanımır. M.Hüseyn. Qara qarışqa kimi – həddən çox, saysız-hesabsız. Xalq qara qarışqa kimi küçələrdə gəzir. Qara qızıl məc. – neft. Qara qızıl çıxartdı yerin yeddi qatından; “Nədir bunun qiyməti?” sormadılar heç ondan. B.Vahabzadə. Qara pul – mis pul. Əvvəl gümüş idim sərraf əlində; Sərrafdan ayrıldım, qara pul oldum. Molla Cümə. [Kişi:] Mən sənə hamam pulu verməkdən yoruldum, – deyə pul kisəsini çıxarır, [iyirmi qəpik] qara pul çıxardıb arvadına verərdi. H.Sarabski. Qara su – 1) içməyə yaramayan, içməli olmayan sərt su. Belə dayazdan çıxan suya kənd arasında “qara su” deyirlər. Hamınız bilirsiniz ki, qara su olan yerdən naxoşluq əskik olmaz. Ə.Haqverdiyev; 2) dan. gözün tutulması ilə nəticələnən göz xəstəliyi. [Sona xanım:] Mənim də gücüm öz canıma gəlir, başıma vurmaqdan az qalıb gözlərimə qara su ensin. Ə.Haqverdiyev; 3) almaz və brilyantın qaramtıl şölə verən növü. Qara vermək – 1) özünü gözə çarpdırmaq, göstərmək, olduğunu hiss etdirmək. Sən burada qara ver, mən bu saat gəlirəm. – Əvvəlcə onlardan bir nəfəri itlərə qara vermiş, iki nəfəri girəvələrdə dayanmış, .. xan da dərə yuxarı sürüyə sürünmüşdür. S.Rəhimov; 2) özünü işləyən kimi göstərmək. Qara yaxmaq – böhtan atmaq, ləkələmək. Əla oxuyan, hörmət qazanan bir tələbəyə nə ad qoyub, nə qara yaxasan? Mir Cəlal. Qara yuxu olmaq – 1) bərk yuxulamaq, ayılmamaq; 2) ölmək.\n\nII. is. Yer kürəsinin torpaqla örtülü hissəsi; torpaq (su qarşılığı). Qarada və suda. Qara qüvvələri.\n\nIII. is. Plov üzərinə, yanına qoyulan xuruş. Aşın qarası azdır. qara... – bəzi mürəkkəb sözlərin birinci tərkib hissəsi; məs.: qarasaç, qaragöz, qaragün. qaraağız is. məh.\n1. Canavarın, qurdun ləqəbi.\n2. Qoyun sürüsünün qabağına düşən erkək keçi, dıbır. qaraayaq sif. Bədəni başqa rəng, ayaqları isə qara olan. Qaraayaq at. Qaraayaq it. qaraazar is. bayt. Çox yoluxucu malqara azarı. qarabaqara zərf\n1. İzincə, təqib edərək, ardınca düşərək, özünü göstərmədən, izləyərək. [Fərhad:] Nə qarabaqara düşübsən, dalımca gəzirsən! Ə.Haqverdiyev. [Xurşud:] Yox, yox, vəzir qoşun götürüb qarabaqara onun dalınca getməlidir. Ü.Hacıbəyov. Heydər meşəyə gircək, onlar qarabaqara onu izlədilər. S.Rəhimov.\n2. Diqqətlə, hərf-hərf. Qarabaqara oxumaq. qarabasma is. Yuxuda görülən, yaxud xəyala gələn qorxunc şeylər; vahimə, kabus. qarabaş is. köhn. Qulluqçu qadın (qız). ..Onun bacısı Səkinə xanım pəncərə qabağında durub qarabaşı Gülsəbanı çağırır. M.F.Axundzadə. Axırı Xudayar bəyin yazıq övrətə bir az rəhmi gəldi. Vəliqulunu özünə cütçü, Zibanı qarabaş tutdu ki, Zeynəbin işi bir az yüngülləşsin. C.Məmmədquluzadə. qarabaşaq is. bot. Toxumundan yarma, un hazırlanan tarla bitkisi. Qarabaşaq və yulafda B vitamini vardır. qarabaşlıq is. köhn. Qulluq-çuluq, kənizlik. qarabatdaq is. zool. Balıqla qidalanan uzunboğaz, qısaayaq, cəld üzən su quşu. qarabəxt sif. Bəxtsiz, bədbəxt, talesiz. [Nadir] özünün şəxsi həyatda qarabəxt olduğunu anladı. B.Talıblı. qarabəniz sif. Qarabuğdayı, qaraşın. Qarabəniz qız, oğlan. – Həqiqətdə bu qadınların heç birisi təbrizliyə bənzəmirdi. Bunlar qarabəniz, .. uzunsov çöhrəli qadınlardı. M.S.Ordubadi. qarabığ (=qarabığlı) sif. Bığları qara. Qarabığ kişi. – Sadədil muzdur indi anladı ki, uzunboylu, qarabığlı müsafir xozeyin deyilmiş, oğru imiş. S.M.Qənizadə. qarabığlı (=qarabığ) sif. Bığları qara. Qarabığ kişi. – Sadədil muzdur indi anladı ki, uzunboylu, qarabığlı müsafir xozeyin deyilmiş, oğru imiş. S.M.Qənizadə. qaraboğaz I. sif. dan. Son dərəcə mütəəssib.\n\nII. is. zool. Torağay cinsindən döşündə iri qara xal olan bir quş. qaraboğma is. Difteritin xalq arasında adı. qarabuğda is. k.t. Çovdar. qarabuğdayı sif. Dərisinin rəngi buğdayı olan, qarabəniz. Gülpəri qısaboylu, dolu əndamlı, qarabuğdayı bir qız idi. S.S.Axundov. Bəli, Tükəzban xala ortaboylu, ortayaşlı, qarabuğdayı, nə arıq, nə də kök bir kəndli arvadı idi. B.Talıblı. qaraca I. sif.\n1. Qara rəngli, qaramtıl.\n2. məc. Dəyərsiz, qiymətsiz mənasında. O qaraca qəpiyə o qədər məhəbbətimiz var ki, qeyri işlər yadımıza düşməyir. N.Vəzirov.\n\nII. is. k.t.\n1. Dəni qara toz halına salan taxıl xəstəliyi.\n2. Taxıl dənləri arasında olan yumru və xırda zərərli bitki dəni. Bu taxılın qaracası çoxdur. qaracalı sif. İçində qaraca olan. Qaracalı buğda. qaraçala is. məh. Qara neftlə dolu çuxur, ya quyu. qaraçı is.\n1. Avropa, Asiya və Afrikada köçəri və yarımköçəri qruplar halında yaşayan və əslən hindistanlı olan bir xalq. Qaraçı köçü. – Zəlzələdən iki gün qabaq bir dəstə qaraçı bu şəhərin kənarında çadır qurub düşmüşdü. S.S.Axundov.\n2. məc. dan. Qışqırıqçı, küy-kələkçi, həyasız mənasında.\n3. məc. dan. Xəsis mənasında.\n4. məc. Yolçu, dilənçi. qaraçılıq is.\n1. Qaraçı həyatı, qaraçı güzəranı, qaraçı məişəti.\n2. məc. Qışqırıqçılıq, küy-kələkçilik; həyasızca qışqırıq salma, həyasızlıq. [Nəcəf bəy Nazlı xanıma:] Qaraçılıq lazım deyil. Mən sənə dedim, aləm yığıla, üç qəpik verməyəcəyəm. Ə.Haqverdiyev.\n3. məc. Xəsislik.\n4. məc. Yolçuluq, dilənçilik. qaraçıraq is. Qara neftlə yanan çıraq. Tez gedib Şərəf xalanın evinə çatdım, gördüm evin içində bir qaraçıraq yanır. H.Sarabski. ..Boş konserv qabına tüfəng yağı töküb, cındırdan fitil salmaqla düzəldilmiş qaraçıraq isə, tüstü qarışıq olsa da, işıqlandıra bilirdi. Ə.Əbülhəsən. qaraçöhrə is. bot. Neştər şəklində yarpaqları olan bir bitki. Qaraçöhrənin yarpaqları ensiz neştər şəklində olub, iki cərgəyə düzülmüşdür. M.Qasımov. qaraçörəkotu is. bot. Küncüt fəsiləsindən bir bitki olub, qara və ətirli tumu çörəyin üzünə səpilir. qaraçöyrükotu is. bot. Küncütə oxşar, bir qədər ətirli tum meyvə verən cənub bitkisi; itotu. qaradaban sif. dan. Uğursuz, bədşüküm, ağırayaq. [Gəlin:] Elə Cahandar ağanın özü də sonradan, – qaradabansan, gələn kimi evimə qan saldın, – deyə mənim üstümə atılmazmı? Yox, mən qana bais ola bilmərəm. İ.Şıxlı. qaradalaq qaradalaq etmək – 1) çox qovaraq əldən salmaq, üzmək. Bu vuruşmada Nəbi Haqverdi yüzbaşını qovub qaradalaq etdi. “Qaçaq Nəbi”; 2) qorxudub bağrını yarmaq. qaradərili 1. sif. Dərisinin rəngi qara olan. Qaradərili adam.\n2. İs. mənasında, cəm şəklində: qaradərililər – zəncilər. qaradırnaq (=qaradırnaqlı) sif. Dırnaqlarının rəngi qara olan. Xəzər sərkərdəsinin qaradırnaqlı atı insan qanına hərisdir. M.Hüseyn. qaradırnaqlı (=qaradırnaq) sif. Dırnaqlarının rəngi qara olan. Xəzər sərkərdəsinin qaradırnaqlı atı insan qanına hərisdir. M.Hüseyn. qaradinməz sif. Daima susan, laldinməz, danışmaz. Qaradinməz adam. – Təbiətən qaradinməz (z.) və qaşqabaqlı olan Rüstəm uzaqdan Rza Qəhrəmanini görən kimi başını tərpətdi. M.İbrahimov. Xəlil əslində qaradinməz adam idi. Mir Cəlal. Usta qaradinməz bir kişi idi, haraya isə tələsirdi. Ə.Sadıq. // İs. mənasında. Rəhim bəy dedi: – Uşaq tayfası Ağca xanım kimi oynamağa, gülməyə yaranmışdır.. Yoxsa mənim qızım kimi qaradinməzdən nə fayda? S.S.Axundov. qaradinməzcə zərf Susmuş halda, küsmüş kimi. [Süleyman:] Balam, nə olub ki, belə qaradinməzcə oturubsan, yoxsa dünyanın dərdi sənə qalıbdır? Ü.Hacıbəyov. qaradinməzlik is. Qaradinməz adamın xasiyyəti; danışmamazlıq. Azadda Cumanınkına oxşayan xasiyyət onun qaradinməzliyi idi. Ə.Əbülhəsən. qaradovoy bax. qorodovoy. Sərvər fit çalır, qaradovoy çağırır. Qoçular həmən saat qoyub qaçırlar. Ü.Hacıbəyov. qaradöşlü sif. Döşü qara olan. Qaradöşlü toyuq. qaraduvaq sif. köhn. Qarğış ifadə edən söz (adətən köməkçi feillərlə işlənir). [Ana qışqırır:] Əndamın açılsın, qaraduvaq olasan, yaşın qara gəlsin, ay Gülpəri, uşağı yandırdın! H.Sarabski. qarafatma is. zool. Evlərin soba və buxarıya yaxın isti divar dəliklərində gizlənən və gecələr kəsik-kəsik cırıldayan qaramtıl cücü. Küncə-bucağa dolmuş qarafatmaların qəmli cırıltıları çöldəki böcəklərin səsinə qarışmışdı. İ.Şıxlı. qarageymiş is. dan. Bədbəxt, yazıq. [Mamaça:] A, a, a! Qarageymiş, .. heç xəbərüvüz var ki, bizim kənddə Kəblə Qayxanım doğub? H.Sarabski. qaragilə 1. sif. Dənəsi, giləsi qara olan. Qaragilə üzüm.\n2. is. Salxımlı qara və ya qırmızı turş meyvəsi olan kol bitki və bu bitkinin meyvəsi. Qaragilə xırda kol bitki olub, sıra ilə düzülmüş yumurtaşəkilli yaşıl yarpaqları və tək-tək yerləşən çəhrayı çiçəkləri vardır. Əliyev. Bu meşələrdə milyonlarla özü özbaşına bitən alma, armud, qarğıdalı, qaragilə, alça, zoğal, hər nə desən, var. S.Rəhimov. – Yanır kəpənəyin zərif qanadı; Quruyur yemşanın qaragiləsi. X.Rza.\n3. sif. dan. Qaragöz mənasında. // Azərbaycan xalq havalarından birinin adı. qaragöz (=qaragözlü) sif. Gözləri qara. Qaragöz qız. Qaragöz oğlan. – Böyük qız ucaboylu, incəbelli, qaragözlü, uzun qarasaçlı, .. nəzakətli bir .. gözəl olduğunu sübut edirdi. S.S.Axundov. Qaragözlü, şahin oğlan; Az danışar, düşünərdi. N.Rəfibəyli. // is. Qaragöz qız mənasında. Bu qaragözlüləri bunca sevmişəm, Vahid! Nə yaxşı olmamışam bəxti qarə, şükr olsun! Ə.Vahid. qaragözlü (=qaragöz) sif. Gözləri qara. Qaragöz qız. Qaragöz oğlan. – Böyük qız ucaboylu, incəbelli, qaragözlü, uzun qarasaçlı, .. nəzakətli bir .. gözəl olduğunu sübut edirdi. S.S.Axundov. Qaragözlü, şahin oğlan; Az danışar, düşünərdi. N.Rəfibəyli. // is. Qaragöz qız mənasında. Bu qaragözlüləri bunca sevmişəm, Vahid! Nə yaxşı olmamışam bəxti qarə, şükr olsun! Ə.Vahid. qaragözlük :qaragözlük etmək dan. – yalandan ağlamaq, aldatmaq üçün özünü ağlayan kimi göstərmək. qaragül is. Orta Asiyada yetişdirilən qiymətli, qıvrımtüklü dərisi olan qoyun cinsi. // Bu qoyunun dərisi; Buxara dərisi. [Mirzə Muxtarın] həmişə damağında əyri qəlyan olardı, soyuq havada boynu qaragül dərili uzun paltonu çiyninə salardı. İ.Şıxlı. qaragün (=qaragünlü) sif. Bədbəxt, başıbəlalı, yazıq; həyatı, güzəranı çox ağır keçən. [Səkinə xanım:] Sənin adına və abrına zərər yetişməsin deyən, mən gərək ömrüm olduqca özümü qaragünlü edim? M.F.Axundzadə. // İs. mənasında. Kim ki səninlə olmadı sübhiəzəldə aşina; Taəbəd ol qaragünün bəxti səhab içindədir. Nəsimi. Hər yerdə qaragünlü xətadan uzaq olmaz. Q.Zakir. qaragünlü (=qaragün) sif. Bədbəxt, başıbəlalı, yazıq; həyatı, güzəranı çox ağır keçən. [Səkinə xanım:] Sənin adına və abrına zərər yetişməsin deyən, mən gərək ömrüm olduqca özümü qaragünlü edim? M.F.Axundzadə. // İs. mənasında. Kim ki səninlə olmadı sübhiəzəldə aşina; Taəbəd ol qaragünün bəxti səhab içindədir. Nəsimi. Hər yerdə qaragünlü xətadan uzaq olmaz. Q.Zakir. qaragünçülük is. dan. Əziyyət, çox çətinlik, məşəqqət, məhrumiyyət. Hər bir müsəlman qaragünçülük ilə bir əlli-altmış manat cibində görən kimi, gecə yatıb səhər durur, övrətinə xəbər verir ki, “ağam məni istəyib”. C.Məmmədquluzadə. qaragünlük :qaragünlüyünü qablaşdırmaq dan. – hər cür məhrumiyyəti, çətinliyi, təhlükəni və s. arzuolunmaz şeyləri gözü önünə almaq, ona hazır olmaq. [Gileygüzarov] bu qənaətə gələndən sonra, mən binəva öz qaragünlüyümü qablaşdırdım. S.Rüstəm. qaragüruhçu is. tar. Çar Rusiyasında: silahlı talançı bandaların iştirakçısı; irticaçı padşahpərəst təşkilatlardan birinin üzvü. Qaragüruhçu dəstələr. Qaragüruhçu təşkilatlar. // Ümumiyyətlə, qatı irticaçı. Vəziyyətdən çıxmaq üçün yeni ildə uşaqlardan təhsil haqqı alınması qərara alındı. Belə olduqda camaat arasında narazılıq yarandı. Bundan istifadə edən qaragüruhçular Sabirin üzərinə daha şiddətlə hücuma keçməyə başladılar. “Hophopnamə”. qaragüruhçuluq is. Qaragüruhçunun fikir və zehniyyəti, işi, əməli; qatı irticaçılıq. qarağac is. bot. Meşə zonalarında təsadüf edilən oduncağı bərk, qol-budaqlı böyük ağac. Qarağac Azərbaycanda qədim zamanlardan bəri becərilən, sıx kölgəlik əmələ gətirən bəzəkli ağaclardan biridir. Qədirov. qarağat is. bot. Xırda üzüm kimi salxımlı, turşməzə, qara və qırmızı meyvəsi olan kol-bitki və onun giləmeyvəsi. Giləmeyvədən qarağat, çiyələk, moruq və başqalarında “C” vitamini vardır. – Kişmiş ilə hüccət edir qarağat. Q.Zakir. [Laçın] əvvəlcə Gülyazla bərabər dərəyə enib qarağat yığdığını .. xatırlayanda uşaq kimi sevindi. M.Hüseyn. qarahəllə is. Xalq təbabətində işlətmə dərmanı kimi işlənən bitki və onun toxumu. qaraxəbər is. dan. Daim bəd danışan, pis xəbər verən adam. qaraxət (=qaraxətli) sif. Üzündə qara xətt (üzdən vurulmuş saqqal) olan. [Sənəm xanım:] Arıq, lakin sağlam çöhrəli, qaraxətli, parlaq və cəsur gözlü bir oğlanın divan qabağında qürurla durduğunu görür. Çəmənzəminli. qaraxətli (=qaraxət) sif. Üzündə qara xətt (üzdən vurulmuş saqqal) olan. [Sənəm xanım:] Arıq, lakin sağlam çöhrəli, qaraxətli, parlaq və cəsur gözlü bir oğlanın divan qabağında qürurla durduğunu görür. Çəmənzəminli. qaraj is. [fr.] Avtomobillərin, motosikletlərin dayanacağı və təmir edildiyi yer, bina. Yusif onu minik maşınına, hətta qaraja aparmaq istəmişdi. Mir Cəlal. Göz baxdıqca hey maşındır, hey qaraj; Amma dibdə cibim dolu, qarnım ac! Şəhriyar. qaraqabaq sif. Üzü gülməyən, qaşqabaqlı; üzügülməz, adamayovuşmaz. Qaraqabaq adam. – Yazıq o şəxsə ki qaraqabaqdır; Nə qədər yaraşır insana gülmək! M.Müşfiq. Evində və kənarda bəzən əsəbi, qaraqabaq, qaradinməz görünən bu qadının burada, bağçada kədərləndiyini, ya hirsləndiyini görən olmamışdı. Mir Cəlal. qaraqabaqlıq is. Qaraqabaq adamın xasiyyəti, xüsusiyyəti; qaşqabaqlılıq, üzügülməzlik. qaraqalpaq is. Qaraqalpaq MR-in əsas əhalisini təşkil edən, türk dilləri qrupuna daxil olan bir xalq və bu xalqa mənsub adam. qaraqalpaqca zərf və sif. Qaraqalpaq dilində. Qaraqalpaqca danışmaq. Qaraqalpaqca-rusca lüğət. qaraqançır is. Bərk əzilməkdən bədənin hər hansı bir yerində qanın dəri altında qaralıb bərkiməsi. Uşağın barmağı qapı arasında qalıb qaraqançır olubdur. qaraqapaq is. Samovarın qaynamasını azaltmaq üçün, onun odluğunun başına qoyulan və odun közərməsinə mane olan qapaq. Samovarın qaraqapağını basmaq. – Qız, əlində samovarın qaraqapağını sürtərək, saçı, başı nizamsız özünü bayıra atır. H.Sarabski. qaraqarğa is.\n1. Parlaq qara tükləri olan iri qarğa.\n2. məc. Yaşı çox olduğuna baxmayaraq, saçları ağarmayan adam haqqında. Qaraqarğa qarımaz. (Məsəl). qaraqaş (=qaraqaşlı) sif. Qaşları qara olan. Qaraqaş oğlan. Qaraqaş qız. – Zeynəb qaraqaş, qaragöz bir qız idi. S.S.Axundov. Qızı qaraqaş, qaragöz, .. [Məmmədin] nəzərində gözəl bir qızdı. C.Cabbarlı. [Ərknaz] miniatürlərdə rəsm edilən badamgözlü, qaraqaşlı, incəbel qızlara bənzəyirdi. M.Hüseyn. qaraqaşlı (=qaraqaş) sif. Qaşları qara olan. Qaraqaş oğlan. Qaraqaş qız. – Zeynəb qaraqaş, qaragöz bir qız idi. S.S.Axundov. Qızı qaraqaş, qaragöz, .. [Məmmədin] nəzərində gözəl bir qızdı. C.Cabbarlı. [Ərknaz] miniatürlərdə rəsm edilən badamgözlü, qaraqaşlı, incəbel qızlara bənzəyirdi. M.Hüseyn. qaraqılçıq is. Qılçığı qara olan buğda və ya çəltik çeşidi. İri qaraqılçıq sünbüllər Cahandar ağanın ayağına toxunsa da, kişi vəziyyətini dəyişmədi. İ.Şıxlı. qaraqınıq is. bot. Xırda çiçəkli çoxillik bir bitki. qaraqışqırıq is. Səs-küy, çığır-bağır; heç bir ciddi səbəb olmadan qaldırılan hayküy, qışqırıq. Birisi qəflətən gəlib .. [Səlimi] tərpətdikdə, o qaraqışqırıq qoparır, qapıdan yapışıb buraxmırdı. S.Rəhimov. [Qaraçı] səhər qaraqışqırıq salır ki, gecə uşaq anasının altında qalıb boğulub. H.Sarabski. qaraqışqırıqçı sif. və is. Səs-küy salan, çığır-bağır edən, heç bir ciddi səbəb olmadan və qarasına qışqırıq qoparmağı adət etmiş (adam). qaraqızdırma is. Xalq arasında malyariyaya verilən ad; isitmə. Bu qaraqızdırma məni əldən salıb, – deyə oğlan böyümüş gözlərini ağır-ağır qaldırıb, Xəlilin üzünə baxdı. M.Hüseyn. qara-qorxu is. Birini qorxduğu və ya çəkindiyi bir şeylə və ya bir işlə hədələmə, qorxutma; hədə. • Qara-qorxu gəlmək – qorxutmaq, hədələmək. Mənə bir bunca qaraqorxu gəlmə ruzi-məhşərdən; Qiyamət varmı, ey vaiz, firaqi-yardən artıq? M.V.Vidadi. Tükəzban xala dincələ bilmirdi. Qarının dedikləri yadına düşdükcə vahimələnir, ürəyinə yüz cür qara-qorxu gəlirdi. İ.Şıxlı. qaraqovma qaraqovmaya salmaq dan. – təqib etmək, qısnamaq, sıxışdırmaq, tələsdirmək. qaraqovurma is. aşp. Yalnız ətdən ibarət olan qovurma növü. qaraqoyunlular cəm, tar. XV əsrdə Cənubi Azərbaycanda və onunla həmhüdud olan başqa ölkələrdə hakimiyyət sürmüş oğuz-türkmən qəbilələrindən biri. Qaraqoyunluların mənşəyi haqqında məlumat belədir: Qara Yusif ibni-Qara Məhəmməd ibniBayram xacə ata-babadan türkmən Qaraqoyunlu qəbilələrindən bir çoxunun əmiri idi. A.Bakıxanov. qaraqul is. Keçmiş zamanlarda qara irqə mənsub olan hər bir adama, zənciyə verilən ad; qulam. Qrimə başladıq, mən də özümü bir qaraqul eləmişdim. Həm də: – Ərəblər qara olur, – deyə özümü bu şəklə salmışdım. H.Sarabski. qaraqulaq is. zool. Tülküyə bənzər yırtıcı heyvan. qara-qura is.\n1. Qarabasma. [Əhməd:] Ay oğlum, .. adamı yuxuda çox qara-qura basar, hər yuxuya inanmaq olmaz. (Nağıl).\n2. bax. qara1 6-cı mənada. [Gülnisə:] Ürəyimə min cür qara-qura fikirlər gəlir. Ə.Haqverdiyev. Ürəyinə gələn qara-qura ilə dəqiqədən-dəqiqəyə narahatlığı artan Dövlət nə edəcəyini bilməyirdi. Ə.Əbülhəsən. qaraqurd is. zool. Qabıqlı böcək cinsindən olub, bəzi yerlərdə dozanqurdu adlanan qara bir böcək. // Orta Asiyada yaşayan qara rəngli zəhərli hörümçək növü. qaraquş I. is. Qartal. Şirə yığmaqda idi bal arısı zəhmət ilə; Qaraquş gördü onu, söylədi çox nifrət ilə. A.Səhhət. [Tağı əmi] göyün üzündə bir qara nöqtə kimi görünən alıcı quşu .. göstərərək deyirdi: – Bax, o göy üzündə quş qaraquşdur. Ova çıxıbdır. S.S.Axundov.\n\nII. is. Dırnağın ətrafındakı ətdən bəzən aralanıb çıxan incə qabıq. qaraquzey is. Yüksək binanın və ya hündür bir yerin arxasında olub, çox zaman günəş görməyən yer, torpaq. qaralama 1. “Qaralamaq”dan f.is.\n2. is. bax. qara1 5-ci mənada. Ona görə [Möhlətov] nə plan tökdü, nə qaralama yazdı. Mir Cəlal. qaralamaq f.\n1. Qara rəng çəkmək, qara sürtmək, qara rənglə çirkləndirmək, qara rəngə batırmaq. Uşaqlar divarları kömür ilə qaralamışlar. // Cızma-qara etmək.\n2. Əl ilə yazmaq. O, əlindəki karandaşla qabağında duran bir parça kağızı qaralayırdı. – Sərvərov tez stol yeşiyindən kağız çıxarıb əmri qaraladı, özü aparıb makinaçıya verdi. Mir Cəlal. // Bir şeyin ilk mətnini, ilk layihəsini, planını yazmaq, qeyd etmək, eskizini çəkmək. Məqalənin mətnini qaraladım. – Səhərdən axşamacan Dədə palıdın kölgəsində oturub kağız-kuğuz qaraladı. İ.Məlikzadə. Gənc rəssam şahidi olduğu mənzərəni tələsik dəftərinə qaralayırdı. Ə.Məmmədxanlı.\n3. Yazılmış yazının üstündən qələm çəkmək, pozmaq. Siyahıda adını qaraladılar. – ..Kazım ilə söhbətdən sonra müdir onun adını qaraladı. Mir Cəlal.\n4. məc. Ləkələmək, qara yaxmaq, üstünə böhtan atmaq, biabır etmək. Adamı qaralamaq yaxşı iş deyil. – Balaxanım Lələşova dedi: – Sən kiri, sən ona-buna söz atıb onubunu qaralama. S.Rəhimov. Tariximin neçəneçə varağını; ləkələdi; qaraladı. B.Vahabzadə.\n5. İtirmək, qarışdırmaq, pozmaq; görünməz, nəzərə çarpmaz hala salmaq. İzini qaralamaq.\n6. dan. Bir şeyin yerini, bünövrəsini nişanlamaq. Burada toxumların yerini qaralamışıq. Çəpərin yerini qaralamaq. – Ən uca, ən qoca palıdın otuz-qırx addımlığında balaca bir koma qaralamışdı və Bağır bu komada olanda ən uca, ən qoca palıdın hənirini eşidirdi. İ.Məlikzadə. qaralanma “Qaralanmaq”dan f.is. qaralanmaq “Qaralamaq”dan məch. qaralaşmaq f. Uzaqdan görünmək (çoxlu qara şey haqqında). O yanlarda dəniz buruqları qaralaşırdı. M.Hüseyn. qaralatma “Qaralatmaq”dan f.is. qaralatmaq 1. bax. qaralamaq.\n2. bax. qaraltmaq. qaraleylək is. zool. İsti ölkələrdə yaşayan leyləklər fəsiləsindən bədəni ağ, başı və boğazı isə qara iri, quş. qaralıq is. Qara şeyin halı. Saçın qaralığı. Dərinin qaralığı. qaralma “Qaralmaq”dan f.is. qaralmaq f.\n1. Qara olmaq; hisdən, günəşdən, yaxud başqa bir şeyin təsirindən rəngi qara olmaq, rəngi tündləşmək. Qazan ocaq üstə qalıb qaralmışdır. Lampanın şüşəsi hislənib qaralmışdır. Günün altında gəzib qaralmaq. – Kürəkləri də tərdən və hisdən qapqara qaralmışdır. M.S.Ordubadi. [Mirzə Möhsün] bir az kökəlmiş, bir az da qaralmışdı. Qantəmir.\n2. Qaranlıqlaşmaq, tutulmaq (hava, günəş, göy və s. haqqında). Qışda hava tez qaralır. Qərbdə üfüq qaralır. – Bu zaman hava yavaş-yavaş qaralmağa başladı. İ.Əfəndiyev. Hamısı .. bizim həyatımızı isindirən bir azad günəşin qaralmaması üçün öz həyatlarını fəda verdilər. Ə.Məmmədxanlı.\n3. Sönmək, keçmək; sönmək üzrə olmaq; soyumaq. Ocaq qaraldı. Manqalda kömür qaraldı. – Baxaraq günəşə dedim: şivəkar; Qaralsan dönməzmi cahan zülmətə? M.Rahim. Uzaqda fişənglər yanır, qaralır; Başımın üstündə güllə fit çalır. Ə.Cəmil. // Qaranlıq çökmək, qaranlıq içərisində görünməz olmağa başlamaq, yaxud işıqları sönmək. Daxmalar sakit-sakit qaralırdı. M.Hüseyn.\n4. Görünmək (qara şey, qaraltı haqqında). [Vəli:] Bəsdir, çox vəz vermə, görürsənmi yuxarıda bir zad qaralır. M.F.Axundzadə. [Rəşid:] Sən bir nəfər ilə gedib sağdakı qaralan təpənin başında uzanıb yanlara baxarsan. H.Nəzərli. Çayın boğuq səsinə səs verən meşə yavaş-yavaş çəndən təmizlənir, uca şam ağacları qaralmağa başlayır. M.Hüseyn.\n5. məc. Pərtlikdən, acıqdan, hirsdən üzünün rəngi çevrilmək; tutulmaq, pozulmaq. Ağalar xan qaraldı, dodaqlarını gəmirəgəmirə soruşdu: – Cənnət kişi qızını verirmi? S.Rəhimov.\n6. Tutulmaq, çətinləşmək. Səsi qaralmaq. Nəfəsi qaralmaq. – Qoca bir an nəfəsini dərdi, çünki, ərəb kübarının ad, ləqəbi, nisbəsi bir-birinə bənd olunmuş elə uzun bir zəncir idi ki, sadalayıb qurtarınca nəfəsi qaralırdı. Ə.Məmmədxanlı.\n7. məc. Pisləşmək, xarablaşmaq, fənalaşmaq, əzablı, əziyyətli olmaq, məhrumiyyətlər və fəlakətlər başlamaq. Ağca xanımın ağ günləri də beləcə qaralmış, puç olub getmişdi.. Mir Cəlal. qaraltı is.\n1. Uzaqdan görünən qara şey; kölgə. Sürətlə gedərkən iri püstə ağacı altında bir qaraltı gördü. A.Şaiq. Həsən kişinin gözünə bir qaraltı dəydi. M.İbrahimov. [Atlılar] hər yeri arayıb-darayır, kiçik bir qaraltı belə buraxmırdılar. M.Rzaquluzadə.\n2. Qara yer, qaralmış yer, ləkə. Qolunda balaca qaraltı var. qaraltma “Qaraltmaq”dan f.is. qaraltmaq f.\n1. Qara rəngə boyamaq, bulamaq; qara etmək. Saçlarını qaraltmaq. Üst-başını qaraltmaq. Lampanın hisi şüşəni qaraltdı.\n2. Pozmaq, üstündən xətt çəkmək. Arvad qiyamət qoparıb öz adını qaraltdı. Mir Cəlal.\n3. məc. dan. Üzdən, başdansovma belləmək, təpmək. Ağarza fikirləşirdi ki, olubkeçəni yaddan çıxarsın, dağların döşünü bel, kərki ilə qaraldıb bir-iki batman arpa səpməklə güzəran keçirsin.. Mir Cəlal. qarama is. məh.\n1. Çay və bulaq ətrafındakı palçıqlı su, lığ. Soyunun, dizə qədər çirmənin, bu gölməçələri gəzin, donuz qaramaya girdi. S.Rəhimov. Bəhram ayağını üzəngiyə qoyub minmək istərkən yəhər çevrildi, o da böyrü üstə qaramaya yıxıldı. Ə.Vəliyev.\n2. Qapaz. Başına bir qarama saldı. qaramaq f. məh. bax. qarğımaq. qaramal is. Buynuzlu iri ev heyvanı (öküz, camış, inək). Qaramal kənd təsərrüfatı heyvanları içərisində əsas yer tutur. – Məhəmmədhəsən əmi gördü ki, daldan genə bir dəstə qaramal gəlir. C.Məmmədquluzadə. qaramıx is. bot. Xoşiyli çiçəkləri olan kol bitki. Faytonçu müvazinətini saxlaya bilməyib səldirlədi, iki addımlıqdakı qaramıx kolunun üstünə yıxıldı, kürəyinə tikan doldu. M.Hüseyn. Zaman kişi .. elə fısıldayıb gücənirdi ki, sanki yerdən dartıb qaramıx kökü çıxarırdı. Ə.Əbülhəsən. qaramtıl sif. Qaraya çalar. Qaramtıl tük. – Onun [Cahandar ağa] qaramtıl çöhrəsi avazıdı, sonra boğulub qaraldı. İ.Şıxlı. Qaçay atasının tüklü üzündə, qaramtıl dodaqlarında qəribə təbəssüm sezdi. İ.Məlikzadə. qaramum is. Arıların yağlı maddələrdən hasil etdikləri qara rəngli mum. qaranal sif. və zərf Nalsız, nallanmamış. Atı qaranal minmək. – Dedin, at qaranaldır. S.Rəhimov. qaranəfəs zərf Çox tələsik, birnəfəsə, çaparaq; tövşüyə-tövşüyə. Yuxusuzluqdan uzun yolu qaranəfəs gəldiyindən başı bərk ağrıyırdı. Ə.Vəliyev. qaranişan is. dan. Nişanlısı olan cavan. qaranqu is. və sif. “Qaranlıq” sözünün qədimi forması. Saçın qaranqusundan yüzün nuri göründü; Hər qanda şam olursa, ardınca sübhdəmdir. Nəsimi. Xurşidsiz oldu ruz ta şəb; Oldu başına qaranqu məktəb. Füzuli. Əgərçi yandı könlüm hicr odundan kuyuna, ey məh; Qaranqu gecələrdə şöleyi-ahım dəlil oldu. S.Ə.Şirvani. qaranquş is. zool. Haçaquyruqlu, dar, uzun qanadlı, itiuçan köçəri quş. Qaranquş yuvası. – Qaranquşun bədən quruluşu onun çox gözəl uçma qabiliyyətinə uyğun gəlir. “Zoologiya”. // məc. İlk müjdəçi, ilk əlamət mənasında. Baharla birgə onun şux elçiləri – qaranquşlar, sığırçınlar şən nəğmələrlə dəstədəstə uçuşub ötüşür. M.Rzaquluzadə. qaranquşotu is. məh. bot. Çoxillik ot bitkisi. qaranlıq 1. is. İşıq yoxluğu, baxanda heç bir şey görünməyən hal; zülmət. Kəndi bürümüş qaranlıq və duman əriyərək dağların ətəyinə, dərələrə çəkilir, hər tərəf işıqlanmağa başlayırdı. M.İbrahimov. Nərimanın gözü qaranlıqda asılan qara və uzun vedrəyə sataşdı. Mir Cəlal. • Qaranlıq düşmək (çökmək, qovuşmaq) – axşam olmaq, hava qaralmaq. Axşam qaranlıq düşmək üzrə ikən Bakıda çilçıraq yanmağa başladı. S.Rəhimov. ..Günəş çoxdan batmış, qaranlıq çökmüşdü. Ə.Məmmədxanlı. Qaranlıq etmək (eləmək) – kölgələndirmək, görünməz hala salmaq. Get, get, qabağımızı qaranlıq eləmə. S.Rəhman.\n2. sif. İşıqdan məhrum, işığı olmayan; işıqsız, zülmətli. Qaranlıq otaq. Qaranlıq küçə. Qaranlıq gecə. – Qaranlıq yerdə daş atmazlar. (Ata. sözü). İçərişəhərdə qaranlıq dar bir dalanda kiçik bir otaq tutub, anamla yoxsul həyat keçirirdik. A.Şaiq. Xanın doqquz ay qaranlıq tövlədə bəslənmiş harın buğasını meydana çıxardılar. M.Rzaquluzadə.\n3. sif. məc. Bəlli olmayan, aydın olmayan, anlaşılmaz. Qaranlıq məsələ. Onun mənası qaranlıq qaldı. – O hansı qaranlıq məsələdir? M.S.Ordubadi. // məc. Şübhəli, şübhə oyandıran. Onun çox qaranlıq keçmişi vardır.\n4. is. məc. Cəhalət, mədəniyyətsizlik, mədəni gerilik mənasında. ..Bizim qabağımızda dağ kimi duran istibdad, Şərq istibdadı və Şərq qaranlığı idi. C.Məmmədquluzadə. [Fərhad:] Mən deyirəm ki, camaat qaranlıqdadır, biz gərək gedib oxuyaq, gələk, əlimizə qələm alaq, onlara nicat yollarını göstərək. Ə.Haqverdiyev. // sif. Cahil, mədəniyyətsiz, mədəniyyətcə geri mənasında. Nərimanovun bədii əsərlərində keçmişin qaranlıq mühitindən, lənətlə və nifrətlə qarşılanan mənzərələrindən söhbət gedir. M.Arif. ‣ Qaranlıq quyuya daş atmaq – qəti bir şey bilməyərək, fərziyyə ilə məşğul olmaq, təxmin etmək, güman etmək. qaranlıqlamaq 1. bax. qaranlıqlaşmaq. [Xudayar bəy:] ..Qərəz, keçib, indi hava qaranlıqlayır, mən dəxi kəndə qayıda bilmərəm. C.Məmmədquluzadə.\n2. Qaranlıq etmək, kölgə etmək, kölgələndirmək. ‣ Yaman yerdə qaranlıqladıq – çətin, çıxılmaz, qorxulu vəziyyətə düşmək mənasında. Gülpəri atlını görcək qorxuya düşdü: – Yaman yerdə qaranlıqladıq, – [dedi] S.S.Axundov. qaranlıqlanmaq bax. qaranlıqlaşmaq. Axşam saat 10-da lampalar yanır, üfüqlər get-gedə qaranlıqlanır. M.S.Ordubadi. qaranlıqlaşdırılma “Qaranlıqlaşdırılmaq”dan f.is. qaranlıqlaşdırılmaq məch. Qaranlıq hala salınmaq, qaranlıq edilmək, işıqsızlaşdırılmaq. qaranlıqlaşdırma “Qaranlıqlaşdırmaq”dan f.is. qaranlıqlaşdırmaq f. Bir yeri qaranlıq hala salmaq, daha da qaranlıq etmək, işıqsızlaşdırmaq. qaranlıqlaşma “Qaranlıqlaşmaq”dan f.is. qaranlıqlaşmaq f. Qaranlıq olmaq, qaranlıq çökmək, axşam olmaq, işıqsızlaşmaq. Artıq hava tamamilə qaranlıqlaşmışdı. M.İbrahimov. Məsum kişi .. havanın tamam qaranlıqlaşdığını görüb yatağını açdı. Mir Cəlal. Ayna Sənəm qarıgildən qaranlıqlaşanda qayıtdı. Ə.Məmmədxanlı. qarant is. [fr.] Zamin, zəmanət verən, zamin olan. qarapaça is. zool. Keçiyə oxşar çöl heyvanı. Zaqatala qoruğunda sürülərlə maral, cüyür, qarapaça çöldonuzu, habelə çoxlu ayı, canavar, tülkü və başqa heyvanlar yaşayır. – Gecə bir dəstə qarapaça şəhərin sərhədlərinə yanaşdı. Ə.Sadıq. qarapapaq I. is. məh. Qaramala düşən bir növ yoluxucu xəstəlik.\n\nII. is. dan. bax. başıpapaqlı. Məgər burada bir qarapapaq yoxdur, qabağa çıxsın? qarapürən is. bot. Düzənliklərdə, əsasən, nəm yerlərdə bitən bir bitki. Qarapürən və ya sirkan .. aran rayonlarında çox geniş yayılmışdır, ən çox nəm yerlərdə bitir. M.Qasımov. qararan is. bot. Qış otlaqlarında bitən çoxillik yem bitkisi. qarasaç (=qarasaçlı) sif. Saçının rəngi qara olan. Qarasaç qız. Qarasaç oğlan. – Alagözlü, qarasaçlılar diyarı; Səndə Cabbarın, Seyidin, Nəvvabın, Üzeyirin, Bülbülün; neçə-neçə nəğməkarın; qoç igidin nəğməsi var; nərəsi var. R.Rza. qarasaçlı (=qarasaç) sif. Saçının rəngi qara olan. Qarasaç qız. Qarasaç oğlan. – Alagözlü, qarasaçlılar diyarı; Səndə Cabbarın, Seyidin, Nəvvabın, Üzeyirin, Bülbülün; neçə-neçə nəğməkarın; qoç igidin nəğməsi var; nərəsi var. R.Rza. qarasaqqal sif.\n1. Orta yaşlı; nə çox cavan, nə çox qoca olan. Bir dəqiqədən sonra qapı açılıb, uzunboylu, qarasaqqal, başının ortası qırxılmış bir adam qapıda peyda oldu. Ə.Haqverdiyev. // İs. mənasında. [Qasım kişi:] Böyük adamsan deyə ayaqlarının altında torpaq olmalıyıq biz?! Birini ora buyurursan, birin bura buyurursan, birinə ağzından çıxanı deyirsən! Nə ağsaqqal saya salırsan, nə qarasaqqal! İ.Məlikzadə.\n2. Saqqalı qara olan. Qarasaqqal kişi. qarasaqqız is. Sənayedə, texnikada və xalq təbabətində işlənən saqqızabənzər qara rəngli ağac şirəsi; qatran, kitrə. qarasayaq bax. qaratəhər. qarasınca zərf Ardınca, dalınca. [Bayram:] Kim ilə gap eləyirəm? Tarverdinin qarasınca söylənirəm. M.F.Axundzadə. Camaat xörək istəyir, müdir də qapının ağzında dayanıb hər gələnə elan eləyir ki, aşpaz qaçıb, sonra da Umudun qarasınca dişinin dibindən çıxanı deyir. İ.Məlikzadə. Salatın qızardı. Ürəyində “Allah abrınızı töksün”, – deyə gülüşənlərin qarasınca deyindi. İ.Şıxlı. qarasına zərf\n1. Necə gəldi, harası gəldi, bilərək-bilməyərək; görmədiyi, bilmədiyi halda. [Qaraca çoban] gecənin zil qaranlığında o taya qarasına kəmənd atmağa başladı. M.Rzaquluzadə.\n2. Dalınca, arxasınca, ünvanına. Nağdalı, yaxud Mehralı atlarını çapıb gedərkən hər dəfə babalarının qarasına başlarını bulayardılar, çünki hər dəfə babaları qarşısında duyduqları heyrət və sevinci başqa cür ifadə edə bilmirdilər. Ə.Məmmədxanlı. qarasız sif. Qarası olmayan (bax. qara3). Qarasız aş. qarasol is. zool. Çəki balıqlarının, dənizdə və şirin suda yaşayan növlərindən biri. qarasoran is. dan. Hər şeyi bilmək istəyən, sorğu-sualçı. [Heydər bəy:] Qırışmal qarasoransan, rahdarsan, bizim yolumuzu kəsdiribsən? M.F.Axundzadə. [Mədəd:] Bircə mənə de görüm, neçə ildir ortalığa çıxmısan? [Xanpəri:] Nəyinə lazımdır? Qarasoran deyilsən ki! Ə.Vəliyev. qarasov sif.\n1. Qaraya çalar, qaratəhər (rəng). Qarasov mahud. Qarasov paltar.\n2. məh. Qaratorpaq. qarasövda bax. malxulya. qaraşam is. bot. Şimal ölkələrində yayılmış iynəyarpaqlı meşə ağacı. qaraşın sif. Qarayağız, qarabuğdayı. Arvadın yaşı əllini və bəlkə əlli beşi keçmişdi. – Amma özü mərtub, sifəti qaraşın, hündür və salamat bir arvad idi. C.Məmmədquluzadə. Qaraşın, xoşsima gənc başını əlləri içinə alıb düşündü. A.Şaiq. Bu anda qoca rəssam, dəniz sahilində rast gəldiyi qaraşın zabiti xatırladı. M.Hüseyn. qaratel (=qaratelli) sif. Saçı qara, qarasaçlı. Nə ayla, nə günəşlə etmərəm müqayisə; Ucaboy, qaratelli talış gözəllərini. S.Rüstəm. qaratelli (=qaratel) sif. Saçı qara, qarasaçlı. Nə ayla, nə günəşlə etmərəm müqayisə; Ucaboy, qaratelli talış gözəllərini. S.Rüstəm. qaratəhər sif. Bir qədər qara, qaramtıl, qaraya çalan, bir qədər tutqun. qaratəpməcə sif. dan. Qara-qorxu, hərbə-zorba, yalandan qorxutma. qaratikan is. bot. Çəpər üçün istifadə edilən tikanlı kol bitki. [Quşların] ..bütün pənah yeri qaratikan çəpərləri idi ki, orada azçox yem tapa bilirdilər. S.S.Axundov. Yüz ocağa od veribdir o qara təndir; Çəpərlərdə bitən gördüm qaratikanı. M.Araz. Ocaqda atəşə rast gələn zaman; Çöp də qanad tapar, qaratikan da. X.Rza. qaratoyuq is. zool. Kolluqlarda və meşəliklərdə yaşayan sarıdimdikli qaramtıl rəngli oxuyan quş. Tağı əminin göstərişi ilə mən və Məmmədağa qaratoyuq, alacəhrə, sərçə kimi quşları tutmağı öyrənmişdik. S.S.Axundov. Nə bəd gündü bu; it marıq vermir; quş yoxa çıxıb; Vurduğumuz bir qaratoyuq; o da düşdü kola. R.Rza. qaratorpaq sif. Rəngi qara və çürüntüsü çox olan münbit torpaq. Qaratorpaq sahələr. – Qaratorpaq əkin yerində, həmçinin bağ, bostan yerində nazik qırmızı qurd olur ki, ona suvalcan (soxulcan) deyirlər. “Əkinçi”. qaraürəkli sif. Paxıl, qəlbiqara, bədxah; xainürəkli. qaraürəklik is. Paxıllıq, səmimiyyətsizlik, xainlik, bədxahlıq, kinlilik. Sevdim kişi yerindən dilləndi: – Qaraürəkliyə lənət, paxılın atası gordan-gora tullansın! Ə.Vəliyev. qaravaş bax. qarabaş. Qollarından kəniz və qaravaşlar yapışmış xanım gəlib Qotursuyun yanındakı tut bağının hasarının üstündə oturdu. Çəmənzəminli. Bir də görərdin ki, dövlətli qadın qollarına qızıl qolbaqlarını keçirib başına al rəngli Şirvan ipək çarşabını salıb, satıl-boğçasını qaravaşa verib hamama gedərdi. H.Sarabski. qaravəlli is. Azərbaycan xalq aşıq yaradıcılığında mövzusu məişətdə olan əhvalatlardan alınmış məzhəkəli janr. Ortaboylu, əsmər bənizli, daima gülərüzlü Firuzə məzəli zarafatları, incə qaravəlliləri ilə manqanın həyatına hər gün yeni bir təravət gətirirdi. İ.Əfəndiyev. // Boş söhbət, nağıl. [Kitabpaylayan:] Oturub hər qaravəllini oxusaq, gərək adımızı dəli qoyaq. Ə.Haqverdiyev. [Məcid:] Heç bir belə qaravəlli olmazdı ki, mən düşdüm... Bacı! Bu ev Mirzədadaşın evi deyil? N.Vəzirov. qaravurğun is. dan. İflic. qarayağız sif. Əsmər, qarabuğdayı. Qarayağız qız. Qarayağız oğlan. – İçəridən qarayağız, ortaboylu bir gənc gülə-gülə: – Araz, sən bu yerləri çoxmu sevirsən? – deyə soruşdu. A.Şaiq. Bu suyuşirin, bu qarayağız; Qızın sinəsində; Duyğusu dərin; Yeni günlərin; Şirin dalğalı ahəngi yaşar. M.Müşfiq. Qarayağız Fatma hamıdan qabaq gəlmişdi, bir taxtanın üstündə, hey əsnəyir və danışırdı. M.İbrahimov. qarayaxa sif. dan. İstədiyindən əl çəkməyən, tutduğunu buraxmayan, qır-saqqız olub adamı təngə gətirən. Qarayaxa adam. Qarayaxa (z.) olmaq. qarayaxalıq is. dan. İstədiyindən əl çəkməmə, tutduğunu buraxmama, təngə gətirmə; qarayaxa adamın xasiyyəti. Qarayaxalıq eləmək. qarayaman is. dan. İnsan və ya heyvanda öldürücü bir yara. qarayanıq sif. Qarabəniz, qarayağız. Kəlbalı alçaqboylu, gödək qılçaları xeyli içəriyə əyilmiş, qarayanıq bir adam idi. S.Rəhimov. qarayanız bax. qarayağız. Şahnisə xanım qızının qarayanız çöhrəsində dolaşan fərəh və nəşəni fəxr ilə seyr [edirdi] Çəmənzəminli. [Mələk] zahirən kobud görünən bu enlikürək, qarayanız kişinin ürəyindən nələr keçdiyini bilmək istədi. İ.Şıxlı. qarayara is. Qaramalda, atlarda, qoyunlarda olan, bəzən də insanlara keçən yoluxucu azar. [Xavər:] Barmaqları tökülsün o müəllimin! Əllərinə qarayara çıxsın onun! – Qışqırıq xırp kəsildi və acı hönkürtüyə çevrildi. İ.Məlikzadə. qarayataq sif. dan. Daima xəstə olub yatağından durmayan. qarayatalaq is. dan. Yatalaq, tif. qarayel is. Hər şeyi qurudub xarab edən şiddətli isti və quru külək. Yağmadı yağış, bitmədi bir danə, nə borcum? Əsdi qarayel çəltiyə, bostanə, nə borcum? M.Ə.Sabir. Burada xoşa gəlməyən qarayeldir, doludur. S.Rüstəm. // məc. Fəlakət, müsibət, afət, bəla mənasında. De, başından çoxmu əsdi tufan, qarayel? S.Vurğun. qarayəhər sif. məh. Yəhər qoyulmamış, çullu. qarayonca is. bot. Mədəni çoxillik yonca bitkisi. qarayorğa sif. Yerişi o qədər yaxşı olmayan və yorğasını bəzən azdıran. Qarayorğa at. qarazurna is. mus.\n1. Zil səsli zurna növü. ..Azərbaycan tarixini nəzərdən keçirsəniz görərsiniz ki, vaxtı ilə qarazurna müharibə musiqi alətlərindən biri olmuşdur. Ü.Hacıbəyov. Qarazurnanın fəryadı altında, böyük tonqalın dövrəsində yallı dəstəsi dövrə vuranda, Babək ilə Zərnisə oğlan və qızların başında rəqsə başladılar... Ə.Məmmədxanlı.\n2. İki zurnaçının (birisi əsas melodiyanın ifaçısı, o biri isə dəm tutan) birgə çalması. Camaatın başı toya qarışmışdı. Qarazurna zilə çəkirdi. İ.Şıxlı. qarçı is. köhn. Qarı xüsusi yerlərdə saxlayıb yayda satan adam. qarçiçəyi is. bot. Yazın əvvəlində qar əriyən kimi açılan ağ çiçək; qargülü, xəccəgülü. Uşaqlar qarçiçəyi və novruzgülü dərməyə getdilər. – Hələ novruzgülü var, qarçiçəyin var, gələcəklər; Yel-yağışda yuyunub gün səpiləndə güləcəklər; Üzlərin tez siləcəklər. Şəhriyar. qardaş is.\n1. Bir ata-anadan, yaxud yalnız bir atadan və ya bir anadan olan oğulların bir-birinə, yaxud bacısına nisbətən hər biri. [Qaraca çoban] ..bağıryaran bir səslə qıy vurub irəli şığıdı. İki qardaşı da gəlib ona qoşuldular. M.Rzaquluzadə. ..Bir şəhərin beş qardaşın xanlığına parçalandı... M.Araz. • Qan qardaşı – 1) doğma qardaş; 2) məc. səmimi dost. Sağımda, solumda məsləkdaşlarım; Fikir qardaşlarım, qan qardaşlarım. X.Rza. Seyr et, qarşındakı can sirdaşındır; İnsandır, deməli, qan qardaşındır. Şəhriyar. Ögey qardaş – atası, yaxud anası ayrı olan qardaş. [Səba xanım:] Mələkənin münasibətdə olduğu üçüncü adam sizin ögey qardaşınız Sultan Toğruldur. M.S.Ordubadi. Süd qardaşı – ayrı-ayrı ata-anadan olub, bir anadan süd əmmiş iki adam. [Babək:] Elə isə bu vaxta qədər qafil olmuşam və elə bilmişəm ki, iki qardaşım var, biri kiçik qardaşım Abdulla, digəri süd qardaşım ərəb oğlu Müaviyə... Ə.Məmmədxanlı.\n2. tənt. Fikir, ictimai vəziyyət və s. cəhətdən danışan şəxsə yaxın olan hər bir şəxs. [Eyvaz:] Qardaşlar, .. atmayın, qulaq asın, bizim sizinlə işimiz yoxdur! C.Cabbarlı.\n3. Kişiyə, oğlana dostcasına, yaxud təklifsizcəsinə müraciət. Qardaş, yol ver, keçim. Qardaş, məndən əl çək! – [Zinət xanım:] ..Qarovulçu qardaş, sən də çıx buradan.. N.Vəzirov. Axı, a qardaş, iki saatdır burada gözləyirəm. Qantəmir. // “Qardaşım” şəklində: mehribancasına müraciət – dostum, əzizim. Qardaşım, sənə nə oldu? – [Şərif:] Yeri, qardaşım, apar bu kağızı ver Baloğlana. C.Cabbarlı.\n4. məc. Qardaş kimi yaxın, dost olan adam haqqında. O mənimlə qardaş kimidir. [Mürşid] əvvəlcə mala baxdı, sonra əkinə-biçinə getdi. Niftalıynan dostlaşıb lap qardaş oldular. İ.Şıxlı. ‣ Qardaş malı – atadan qalan və qardaşlar arasında tən-bərabər bölünməli mal, miras. Qardaş malı kimi ortadan bölər. Q.Zakir. qardaşcasına zərf və sif. Qardaş kimi, ən yaxın bir dost kimi, səmimi olaraq. Qardaşcasına söhbət etmək. Qardaşcasına münasibət. Qardaşcasına əlini sıxmaq. Qardaşcasına kömək. – [Kəblə Rəcəbəli:] Əlbəttə, millətlər qardaşcasına dolansalar, heç müharibə də olmaz. Hər yerdə qurd qoyunla bir yerdə otlar. Ə.Haqverdiyev. qardaşcığaz “Qardaş”dan oxş. qardaşcıq is.\n1. Kiçik qardaş, yaşca balaca qardaş.\n2. məc. Nəvazişlə müraciət. ..Beşikdə qoyub getdigim qardaşcığımmısan? “KitabiDədə Qorqud”. qardaşqanı is. məh. Xalq təbabətində işlənən bir bitki və onun çiçəyi. qardaşqızı is.\n1. Qardaşın qızı.\n2. Yaşlı adamın yad qıza müraciəti. qardaşlaşma 1. “Qardaşlaşmaq”dan f.is.\n2. is. Müharibə edən orduların əsgərlərinin imperialist müharibələri əleyhinə etiraz əlaməti olaraq bir-biri ilə yoldaşcasına əlaqəyə girişməsi. Cəbhədəki əsgərlərin qardaşlaşması. Matrosların qardaşlaşması. qardaşlaşmaq f. Qardaş kimi səmimi olmaq, yaxın olmaq. Kiçik quşlar cəh-cəh vurub qonurkən ağaclara; Hər bir nəğmə “qardaşlaşmaq” səsləridir, sanıram. M.Müşfiq. qardaşlıq is.\n1. Qardaşlar arasındakı yaxınlıq və münasibət. • Qardaşlıq etmək – səmimi dost olmaq, kömək etmək. [Fərhad:] Musa, mənimlə doqquz ildir ki, yoldaşsan, mənə qardaşlıq eləyibsən, gərək mənə sən bir fikir çəkəsən. Ə.Haqverdiyev. [Hacı Fərəc:] Səni dünyada biqeyd eylərəm, hərgah sən bu işdə mənə qardaşlıq etsən. N.Vəzirov.\n2. Ögey qardaş. // Qardaş kimi yaxın dost. Qardaşlığım [Bəhlul] kooperativdə işləyirdi. Mir Cəlal.\n3. məc. Birlik, ittifaq, dostluq, səmimi əlaqə. [Kütlə:] Yaşasın işçilərin qardaşlığı! Ura!.. C.Cabbarlı. qardaşoğlu is.\n1. Qardaşın oğlu. Qardaşoğlun harada işləyir?\n2. Yaşlı adamın özündən kiçik oğlana müraciəti. [Dəyirmançı:] Bilirsən, qardaşoğlu, beş qızım var, Tanrı mənə oğul zürriyyəti məsləhət görməyib. Çəmənzəminli. [İlyas:] Hə, qardaşoğlu, mənə kömək etmək istəyirsən, ya yox? S.Rəhimov. qarderob [fr.]\n1. Paltar şkafı. [Əbdüləli bəy:] Biz orasını ərz edirik ki, piano, qarderob kimi alət və əsbabi-qərbiyyə ilə çaxça və kasa kimi aləti-şərqiyyə bir-birinə taraz gəlmir. C.Cabbarlı.\n2. İctimai binalarda üst paltarı saxlamaq üçün xüsusi yer; paltar soyunulan yer. qare is. [ər.] köhn.\n1. Oxucu, mütaliəçi. Niyə bəs belə bərəldirsən, a qare, gözünü? Yoxsa bu ayinədə əyri görürsən özünü? M.Ə.Sabir. Ey möhtərəm qarelərim, topladığım bu əşar; Həp ürəkdən çıxan bütün ixtiyarsız fəryaddır. A.Səhhət. Füzulinin ah və nalələri qarelərə dəxi sirayət edib, onları da özü ilə atəşi-hüzn və ələmlə yandırır. F.Köçərli.\n2. din. Avaz və qiraətlə Quran oxuyan adam. Qare yorulanda uşaqlardan biri sonuncu ayəni bərkdən təkrar edər və qare üçün dincəlməyə imkan yaradardı. H.Sarabski. qarət is. [ər.] Bir ölkəni, xalqı, camaatı soyma, var-yoxunu zorla əlindən alma; çapqın, çapovul, talan. Avarın qaniçən xanı Bayan, bulqarları məğlub edərək, qətl və qarətdə əlindən gələni etdi. A.Bakıxanov. Dəhşətli qarət davam edirdi. M.S.Ordubadi. • Qarət etmək – 1) zorla və ya başqa bir vasitə ilə birinin var-yoxunu əlindən almaq; talamaq, çapmaq, soymaq. Onlar başıpozuqdurlar. Ola bilər ki, sənin kimi dinc adamları da qarət etsinlər. M.S.Ordubadi. Qaçaqlar tökülüb yolçuları qarət etdilər. Mir Cəlal; 2) məc. şairanə təşbehlərdə. Könlümü qarət edir öylə ki, tari-zülfün; Rumə sanki həbəşi ləşkəri-yəğma gətirir. X.Natəvan. Nə könül qoydu, nə can məndə, nə səbrü nə qərar; Etdi qarət məni, ol şahidi-yəğma kim idi? S.Ə.Şirvani. Mən aşıq qara tellər; Ağ üzdə qara tellər; Bir namərd bir namərdin; Ömrünü qarət eylər. (Bayatı). qarətçi bax. qarətgər. Çar jandarmeriyası və çar polisləri Bakı şəhərini qarətçilərə, quldurlara, adamöldürənlərə tapşırmışdı. M.S.Ordubadi. qarətçilik bax. qarətgərlik. qarətgər is. [ər. qarət və fars. ...gər] Qarətlə məşğul olan adam; soyğunçu, çapovulçu, talançı, quldur. Məktəb dediyin qeydidilü bəndi-zəbandır; Qarətgəri-candır. M.Ə.Sabir. qarətgərlik is. Çapqınçılıq, soyğunçuluq, talançılıq, çapovçuluq, quldurluq. qargülləsi is. Uşaqların qardan qayırdıqları top, yumru. Həvəsim yox məscidə getməyə, neynim, a bacı? Qoy gedim küçədə qargülləsi oynum, a bacı! M.Möcüz. qarğa is. Leş və böcəklərlə qidalanan iri, döşü boz qara quş. Qarğanın səsi çıxanda qar gələr. (Ata. sözü). Qarğaya güllə atırdım, gündə gəlib toyuqların cücələrini daşıyır. Ə.Haqverdiyev. • Qarğa-quzğun kimi tökül(üş)mək – bir şeyi götürmək, qamarlamaq; üstünə cummaq, yığışmaq, toplaşmaq. [Kərəmov:] Dayanın, dayanın, qarğa-quzğun kimi tökülməyin üstümə. S.Rəhman. Axırda hər yandan qarğa-quzğun kimi dövlətlilər tökülüb, Şeyxi yatırtdılar. M.İbrahimov. ‣ Qarğa beyni yedirmək – dəli etmək, ağlını almaq, başdan çıxarmaq. Aşkardır ki, matışka ona qarğa beyni yedirib. N.Vəzirov. [Tubu:] Kişi, deyəsən, sənə qarğa beyni yediriblər, ağlın oynayıb. Ağa sənin tayıntuşundur, ona qız verirsən? Ə.Haqverdiyev. Qarğa beyni yemək – dəli olmaq, gicləşmək, sarsaqlamaq, başı xarab olmaq. [Dilbər xanım:] Çaxır içmisən, yoxsa qarğa beyni yemisən, məni evdən qovursan?.. Bəxtəvər başıma, altmış yaşında sahibim təzədən eşqə düşüb!.. N.Vəzirov. qarğaayağı is. bot. Aran yerlərdə yayılmış yeyilən bir bitki. qarğaburnu is.\n1. Qapını içəridən kilidləmək üçün qarmaq, ucuəyri dəmir.\n2. tex. Dəmir və s.-ni əymək üçün xüsusi quruluşlu kəlbətin. qarğaburun sif. dan. Burnunun ucu qabağa uzanmış, biçimsiz burnu olan. [Hacı] sizin bildiyiniz qarğaburun, muncuqgöz, təkəcə saqqal hacılara bənzəməz. Qantəmir. qarğadili is. dan. Yalnız bir neçə adam arasında anlaşılan uydurma şərti dil. // Heç kəsin anlamadığı dil. Mən ondan söz soruşuram, o mənə qarğadili danışır. qarğaduzu is. köhn. dan. Torpaq altında tapılan yarımşəffaf kristal maddə. ..Zikr olan şeylərdən savayı hər bir əkin yerində gərək qeyri daşlardan əmələ gələn şeylər olsun. Məsələn, qarğaduzu, xörəkdə işlətdiyimiz duz, kükürd, soda, dəmir pası. Bu duzlar otlara xörəkdirlər. “Əkinçi”. qarğalıbazar is. dan. Çox səs-küy olan yer; bazar. • Qarğalıbazar salmaq – səs-küy salmaq, bazar açmaq. [Nəriman:] Nə qarğalıbazar salmısınız? İ.Əfəndiyev. qarğamaq bax. qarğımaq. Yeri, gözəl, yeri, sənə qarğamam; Ölənədək işin ahü zar olsun! Xəstə Qasım. [Əzim baba:] Mən elə hər zaman bu qırğını törədən mazarata qarğamışam, bu da havayı gedə bilməzdi. S.Rəhimov. Başmaqlarını sürüyə-sürüyə onun dalınca yortan Məsmə qarı indi də Xasaya qarğayırdı. M.Hüseyn. qarğanmaq f. Qarğınmaq. Aldılar yarı əlimdən; Qarğana-qarğana (z.) getdi. Aşıq Abbas. qarğaotu is. bot. Dağlıq yerlərdə bitən zəhərli bitki (ot). qarğasaqqızı is. məh. Alça, qaysı və gavalı ağaclarının budaq və kötüklərindən sızan yapışqan maddə, şirə, kitrə. qarğasoğanı is. məh. Çöldə və bağlarda bitən soğana bənzər yabanı bitki. qarğaşa is. dan. Qalmaqal, dava, səsküy. [Dədə Qorqud:] Oğul, Qarçar, nə qarğaşa edərsən? “Kitabi-Dədə Qorqud”. qarğaşalıq is. Qarışıqlıq, hərc-mərclik; səs-küy, haray, çaxnaşma, araqarışma. İclasda qarğaşalıq daha da şiddətləndi. Mir Cəlal. • Qarğaşalıq salmaq – qarışıqlıq salmaq, hərc-mərclik törətmək, çaxnaşma salmaq. qarğatmaq bax qarğıtmaq. [Zibeydə:] Sənin qərəzin budur ki, gedəsən Əziz bəyə, o əhli-zələmədən törəyənə, tamam ölülərimizin ruhunu özünə qarğadasan. M.F.Axundzadə. qarğı is. bax. qamış. [Buğac] yeddisəkkiz yaşlarında ikən özünə qoşa nar çubuğundan bir yay və qarğıdan oxlar qayırmışdı. M.Rzaquluzadə. qarğıdalı is. Noxuda oxşar yeməli dənləri olan, uzunsov dənliyi iki-üç qat nazik və uzun yarpaqlarla örtülü bostan bitkisi. Qarğıdalı dənli bitkilər ailəsindəndir. Qarğıdalının tərkibində nişasta və yağ çoxdur. // Bu bitkinin dəni. Allah onun [Halay bəyin] ürəyinə insaf salar, heç olmasa, bir-iki xamralı çörəyi verər. Lap qarğıdalı olsun, arpa çörəyi olsun, gətirim, uşaqlar göyşüyüb səslərini kəssinlər. İ.Şıxlı. qarğıdalıçı is. k.t. Qarğıdalı becərməklə məşğul olan (adam). qarğıdalıçılıq is. k.t. Qarğıdalı yetişdirməklə, becərməklə məşğul olma. qarğıdalılıq is. Qarğıdalı əkilmiş tarla, yer; qarğıdalı əkini. Burada yamyaşıl çəltik zəmilərinə, canlı və hündür qarğıdalılığa, iri yarpaqlı tütün kollarına baxdıqca baxmaq istəyirsən. M.İbrahimov. qarğılama “Qarğılamaq”dan f.is. qarğılamaq f. Bir şeyin üstünü qarğı ilə örtmək. qarğılanma “Qarğılanmaq”dan f.is. qarğılanmaq məch. Üstü qarğı ilə örtülmək (damın və s.-nin). qarğılatma “Qarğılatmaq”dan f.is. qarğılatmaq icb. Üstünü qarğı ilə örtdürmək. qarğılıq is. Çoxlu qarğı bitən yer; qamışlıq. qarğıma “Qarğımaq”dan f.is. qarğımaq f. Qarğış etmək, nifrin etmək. Züleyxa da hər gün ağlayır. Fərhadı qarğıyırdı, ki, nə üçün onları bu qədər bəlaya saldı. C.Cabbarlı. [Günəş] Arazı uzaqlara, Sibir çöllərinə sürgün edərlərsə, onsuz necə yaşaram? – deyə ağlayır, üzülür, Aslan bəyə qarğıyırdı. A.Şaiq. qarğış is. Birisinin haqqında pis arzu, nifrin, bəddua. Gər mənə nifrin edər düşmən, mən ondan qəm yeməm; Kim münafiqdən gələn qarğış dua nisbətlidir. Xətayi. Matməəttəl qalmışam ki, bu nə bəladı, nəzərdi, gözdü, afatdı, vurğudu, qarğışdı, nədi, bilmirəm. Mir Cəlal. • Qarğış etmək (eləmək, tökmək və s.) – bax. qarğımaq. [Şamxal] “Ağlıma gələn dağlara, daşlara, mən nə fikirləşirəm? Allah, mənə ölüm ver, gör necə sarsaq xəyallara düşürəm”, – deyə özünə qarğış etdi. İ.Şıxlı. Qarğış tutmaq – qarğışın təsiri keçmək. Mənim qarğışım onu tutmasa, mən heç nə bilmirəm. M.Hüseyn. qarğışlama “Qarğışlamaq”dan f.is. qarğışlamaq f. Qarğış etmək, qarğımaq. Kərimin anası oğlunu bu halda görcək, əhvalatdan xəbərdar olardı ki, Kərimi falaqqaya salmışlar və mollanı qarğışlamağa başlardı. H.Sarabski. qarğıtmaq icb. Qarğımağa, qarğış etməyə məcbur etmək; qarğımasına səbəb olmaq. qarı is.\n1. Qoca qadın, qoca arvad. Budur! Dünya görmüş o qarıya bax; Mənalı gözləri intizardadır. S.Vurğun. Ayna qarının qolundan tutaraq yanına çəkdi. Ə.Məmmədxanlı.\n2. Arvad, zövcə. Qoca öz qarısı ilə kənddə yaşayırdı. – Əmiraslan baba uşaq kimi qızaraqızara qayıdıb öz qarısının yanında oturdu. S.Rəhimov.\n3. məc. Qatı, qəddar, kinli, hiyləgər (bu mənada adətən “düşmən” sözü ilə bərabər işlənir). Qarı düşmən dost olmaz. (Ata. sözü). Yaxın gəlmə, qarı düşmən! Döyüşlərdə boy atdım mən. S.Vurğun. Qarı düşmən qəzəb və qorxusundan titrəyir. M.İbrahimov. ‣ Küpəgirən qarı – araqarışdıran, fitnəfəsad törədən, hiyləgər arvad. Bədircahanın ağzında otuz iki dişdən birisi də qalmamışdı, gözləri ağrıyırdı və həmişə su axırdı. Mümkün deyil ki, Bədircahana küpəgirən qarı, ya ki, cəhənnəmdən biletsiz qaçan deməyəsən. N.Vəzirov. qarıçqay is. zool. köhn. Sərçədən azca böyük boz rəngli tarla quşu; torağay. Xuyu məlaikə, özü pərinaz; Cilvəsi qarıçqay, cıqqası şahbaz. M.P.Vaqif. qarıxdırılma “Qarıxdırılmaq”dan f.is. qarıxdırılmaq məch. Çaşdırılmaq, özünü itirəcək bir hala salınmaq. qarıxdırma “Qarıxdırmaq”dan f.is. qarıxdırmaq f. Çaşdırmaq, özünü itirəcək bir hala salmaq. Həsən bəy deyir: – Camaat, nə xəbərdir? Xam uşaqdır, teatr görməyib, o yazıq hürkür, siz də onu lap qarıxdırırsınız. H.Sarabski. qarıxma “Qarıxmaq”dan f.is. qarıxmaq f. Çaşmaq, özünü itirmək. [Ağa Mərdan:] Yoxsa, əlbəttə, mürafiə məclisində qarıxarsan, dilin tutular.. M.F.Axundzadə. Ştirner bu haqlı təəssüfün qarşısında qarıxıb nə deyəcəyini bilmədi. Ə.Əbülhəsən. qarılaşma “Qarılaşmaq”dan f.is. qarılaşmaq f. Qocalmaq, qoca halına düşmək (qadın haqqında). qarılaşmış f.sif. Qocalmış. Onun qarılaşmış bir nənəsi var. qarıldama “Qarıldamaq”dan f.is. f. Qarğa kimi səs çıxarmaq, qar-qar etmək. Qarğa qarıldayıb başına qar gətirər, çaqqal ulayıb başına qal gətirər. (Ata. sözü). Ağaclarda qarğalar səs salıb qarıldayır. M.Seyidzadə. qarıldaşma “Qarıldaşmaq”dan f.is. qarıldaşmaq f. Hamısı birdən qarıldamaq, hərə öz yerindən qar-qar etmək, səs salmaq. Qarğalar qarıldaşıb yem axtarırlar. qarıldatma “Qarıldatmaq”dan f.is. qarıldatmaq icb. Qarıltı səsi çıxartdırmaq. qarılıq is.\n1. Qocalıq (qadın haqqında).\n2. Arvadlıq, zövcəlik. qarıltı is. Qarğanın çıxardığı səs, qarıldaması. [Qarğa] ağacda adam görüb .. elə qarıltı saldı ki, bir-iki dəqiqənin ərzində meşənin qarğalarını yuvasının başına cəm etdi. S.S.Axundov. Ağacların başına toplaşan qarğaların qarıltısından başqa kəndin sükutunu heç nə pozmurdu. İ.Şıxlı. qarım is. məh.\n1. Alaçığın içinə su girməmək üçün, ətrafında qazılan çuxur, arx. Qarım olmasaydı, sel alaçığı basardı.\n2. Müxtəlif məqsədlər üçün qazılan çuxur. qarıma “Qarımaq”dan f.is. qarımaq f.\n1. Qocalmaq, qoca yaşlarına çatmaq (bəzən “qocalıb-qarımaq” şəklində işlənir). ..Bu qırx ildə də qarıdıqca onun [Ziba xanımın] qısqanclığı artıbdır. S.Rəhimov. Səni sevən cavan olur günbəgün; Qarımaz, qocalmaz, tərtəzə gedər. M.P.Vaqif. Ey dünya, varmıdır səndə yarıyan; Ömür sürüb, çox qocalıb-qarıyan? Aşıq Cümə. // məc. Qocalıb təcrübə qazanmaq.\n2. Suda çox qalmaqdan qırış-qırış olmaq (dəri haqqında).\n3. məh. Ciftləşmək (heyvan haqqında). ‣ Qoşa qarıyasan (qarıyasınız)! – ərlə arvada, yaxud yenicə evlənənlərə “birlikdə çox yaşayasınız!” mənasında xoş arzu bildirir. [Zalxa:] Tarverdi, Pərzad ilə qoşa qarıyasan! Çoxlu oğul, qız görəsən! M.F.Axundzadə. Oğul fikri, qız arzusu, qoşa qarımaq; Xəyalından çıxmayırdı o xoşbaxtların. S.Vurğun. qarımış f.sif.\n1. Qocalmış. Qarımış arvad.\n2. məc. Qocalıb təcrübə qazanmış. Saçısaqqalı ağarmış, müharibələrdə qarımış generallar bunu artıq hiss etmişlər. M.Hüseyn. qarın is.\n1. İnsan və heyvan bədəninin qara ciyər, mədə, bağırsaqlar, dalaq və s. orqanlar yerləşən hissəsi. Qarnı ağrımaq. Qarın boşluğu. Qarnı şişmək. – Eşikağası əllərini yerə dəstək verib qalxdı, arxalığını, çuxasını düzəltdi, yana sürüşmüş xəncərini şişman qarnının üstünə çəkib çıxdı. Çəmənzəminli. // dan. Mədə mənasında. Qarnı pozulmaq. – Qarın başa bəladır. (Ata. sözü). • Bir qarın çörəyə möhtac olmaq – çox böyük ehtiyac içində olmaq, səfalət, yoxsulluq içində yaşamaq. [Firidun] bir qarın çörəyə möhtac olan kəndlilərin ağır və dözülməz həyatını təsvir edərdi, hakimlərin ürəyini yumşaldar, mərhəmətə gətirərdi... M.İbrahimov. Bir qarnı ac, bir qarnı tox – yarı tox, yarı ac, birtəhər. Qarnı doymamaq – ac qalmaq, aclıq çəkmək, doyunca yeməmək. [Kərəməli:] ..Çıxıb özgəyə nökər duracağam, hacı çox az muzd verir, bir də qarnım doymur. M.F.Axundzadə. Qarnını bərkitmək – doyunca yemək, yeyib doymaq. Qarnını doyuzdurmaq – aclığını rəf etmək. Hüsnübəyim həm də səxavətli imiş, kasıb-kusuba əl tutarmış, acların qarnını doyuzdurarmış. İ.Məlikzadə.\n2. Ana bətni, uşaqlıq. Uşaq əksəriyyətlə ana qarnında doqquz ay qalır.\n3. məc. İç, batin. Onun qarnındakını heç kim bilmir.\n4. məc. Bir şeyin qarın kimi qabağa çıxmış hissəsi. Samovarın qarnı. ‣ Qarın (qarnını) otarmaq – onun-bunun qapısında yeyib qarnını doyurmaq, özgəsinin süfrəsini güdmək. Öz evində yeməyib, and içirəm, bir gecə aş; Qarnın otarmaq üçün nəfsini heyvan elədi. S.Ə.Şirvani. Qarın sallamaq – 1) kökəlmək, şişmanlaşmaq. Yedi, yağlandı, qarın saldı qoyuntək hamı.. S.Ə.Şirvani; 2) bax. qarın vermək. Qarın vermək (sallamaq) – əyilmək, ortası aşağıya tərəf meyil etmək; uçulmaq, qopub tökülmək üzrə olmaq. Evin divarı qarın veribdir. – Qazmaçılar əyilib quyuya baxdıqdan sonra: – Bu quyu qarın sallayıb, indicə uçacağam, deyir. A.Şaiq. Qarnı ağrımaq məc. – umacağı olmaq, bir şey təmənnasında olmaq, ürəyindən bir şey keçmək. Doğrudan da, kişinin qarnı ağrıyırmış. “Kirpi”. Qarnı burnunda – boylu, ikicanlı, hamilə; doqquz aylıq hamilə. Qarnı qurdlu – qeyri-səmimi, qəlbiqara, ürəyindəkini gizləyən. Qarnını tüstü ilə doldurmaq – güllə ilə vurmaq (vurub öldürmək). [Heydər bəy:] Demirəm çıxın yoldan, doldurummu qarnını tüstü ilə? M.F.Axundzadə. qarınafətir zərf dan. Bir qarın çörəyə, gündəlik yeməyə. Qarınafətir işləmək. – [Sonqulunu] birinci ağası yağlı dillərlə üç il qarınafətir işlədib pul verməmişdi. H.Sarabski. qarınağrısı is. dan.\n1. Bəhanə, üzr, yalandan şıltaq, umacaq. Onun qarınağrısı var, qoy sözünü desin.\n2. Əziyyət, əzab. [Kosaoğlu:] A bala, camaatın halalca haqqını niyə qarınağrısı ilə verirsən? İ.Şıxlı. • Qarınağrısı olmaq – təngə gətirmək, əziyyət vermək. ‣ Qarınağrısına salmaq – qorxutmaq, hədələmək (söz və işlə). Uşaqlar, mən bu gecə Səlim bəyin mənzilinə gedəcəyəm, gərək onu qarınağrısına salam. “Qaçaq Nəbi”. qarınaltı is. Yəhəri və ya qaltağı bərkitmək üçün atın (eşşəyin, qatırın) qarnı altından çəkilib bağlanan qayış. Atın qarınaltısını çəkmək. qarınayaqlı sif. zool. Qarınayaqlılar sinfinə mənsub olan. Yerdə sürünməklə əlaqədar olaraq, tənək ilbizinin qarın tərəfi pəncə şəklində genişlənmiş əzələli ayaqdan ibarətdir; buna görə də belə ilbizlərə qarınayaqlı ilbizlər deyilir. “Zoologiya”. qarınayaqlılar cəm, zool. Molyuskların (onurğasız yumşaqbədənli heyvanların) bir sinfi. Yumşaqbədənlilərin bəziləri yastı formada olub, arxalarında qabıq əvəzinə qalxancıq vardır. Bunlar özlərinin geniş alt hissələri ilə sualtı daşlara möhkəmcə yapışır.. Bunlara qarınayaqlılar deyilir. “Sualtı aləm”. qarınbağı is. Paltar altından qarın üzərinə bağlanan bağ. qarınca bax. qarışqa. Qarıncaların yuvasında iki cür qarınca olur: qanadlı və qanadsız. H.Zərdabi. Kəpənəklər uçuşur; Qarıncalar qaçışır; Azuqəsin toplayır. H.K.Sanılı. • Qarınca (yuvası) kimi qaynaşmaq (qaynamaq) – bax. qarışqa kimi qaynamaq (“qarışqa”da). Qarınca kimi qaynaşmaqda olan minlərcə adamları bir-bir gözdən keçirdi. A.Şaiq. [Nadir] yenə bu ailəyə [fəhlələrə] qoşuldu, onunla bitişdi və onun ayrılmaz bir hissəsi olaraq, qarınca yuvası kimi qaynayan mədənlərin arasında itib-batdı. B.Talıblı. qarıncıq is.\n1. Kiçik qarın.\n2. zool. Cücülərin bədəninin, ayaqlardan geridə olan hissəsi. qarındaş “Qardaş” sözünün qədimi forması. Həman doxsan altıncı ildə qarındaşı Süleyman ibni-Əbdülməlik xilafətə əyləşdi. “Dərbəndnamə”. Ac qarındaşlara infaq edilirmi, əmican? M.Ə.Sabir. Sən kimi qardaş öz qarındaşını; Atmayıb, özgə kimsə tutmayacaq. Şəhriyar. qarınənə is.\n1. Qoca nənə; ata, ya ananın anası. Birdən xoruzlar hinlərdə banladı, Qarınənə sübh olduğun anladı. A.Səhhət.\n2. Ümumiyyətlə, qoca arvad, qoca qarı. Deyirlər tapılıb Babək qılıncı; Muştuluq paylayın, qarı nənələr! M.Araz. ‣ Qarınənə qurşağı (örkəni, cecimi) – göy qurşağı, qövsi-qüzeh (Günəş şüalarının yağış damcılarında sınması nəticəsində göydə görünən qövs şəklində əlvan qurşaq). qarın-qarına zərf Döş-döşə, lap yanaşı. qarınqulu sif. və is. Qarnına qul olan, qarnına həddindən artıq qulluq edən, çoxyeyən; doymaz, yeyimcil. Qarınqulu adam. – Qarınqulu yeməkdə qoçaq olar, köməkdə naçaq. (Ata. sözü). Var idi bir qarınqulu abid. S.Ə.Şirvani. Bu oğlanın yaman qarınqulu olduğunu bütün yoldaşları bilirdi. Ə.Əbülhəsən. qarınqululuq is. Qarınqulu, yeyimcil, doymaz adamın hal və sifəti, daima yemək ardınca düşmə; yeyimcillik. [Koxa:] Düzü bu yaşa çatmışam, – dedi, – heç qarınqululuq eləməmişəm. S.Rəhimov. qarınlı sif.\n1. Qarnı böyük, yekəqarın, şişman. Qarınlı adam. Qarınlı at. – Ağayar ucaboylu, sifətcə çox yapışıqlı, yaşı təzəcə qırxı ötmüş qarınlı bir kişi idi. Ə.Əbülhəsən.\n2. dan. Çoxyeyən, qarın düşkünü. Qarınlı uşaq. O, yaman qarınlı adamdır.\n3. məc. Alçaq və enli; böyürləri qabarıq, şişman şey haqqında. Qarınlı şüşə. Qarınlı samovar. qarış is. Açıq əlin baş barmağı ucundan çeçələ barmağın ucuna qədər olan məsafə (ölçü kimi işlənir). • Bir qarış – çox kiçik. Bir qarış boyu var. – Haram oldu bizə bir qarış torpaq. Q.Zakir. [Bir sümük:] Mən daşlar altında bir tarix daşam; Min dəfə daşlara dəyən bir başam; Yataram bir qarış torpaq xanada. M.Araz. qarış-bulaş is. dan. Qarışıq, səliqəsiz, tərtibsiz, nizamsız. [Məmmədəli:] Bu ev çox qarış-bulaşdır. N.Vəzirov. qarışdıran bax. qarışdırıcı 2-ci mənada. Onların arasını qarışdıran var. qarışdırıcı is. və sif.\n1. Bir şeyi qarışdırmağa məxsus alət, cihaz. Gilli məhlulu hazırlamaq üçün gil qatından, ya da hidravlik qarışdırıcıdan istifadə edilir. Quliyev.\n2. məc. Araqarışdıran, araya fitnə salan, fəsadçı. qarışdırıcılıq is. Fitnə-fəsad törətmə, ara pozma; fitnəçilik, fəsadçılıq. qarışdırılma “Qarışdırılmaq”dan f.is. qarışdırılmaq “Qarışdırmaq”dan məch. qarışdırma “Qarışdırmaq”dan f.is. qarışdırmaq f.\n1. Bir şeyi başqa şeyə qatıb, bir-birindən ayrılmayacaq, yaxud çətin ayrılacaq hala salmaq. Una qənd qarışdırmaq. Çaxırı su ilə qarışdırmaq. Qumu əhənglə qarışdırmaq. // İki və ya çox şeyi bir-birinə qatıb birləşdirmək. ..Karvan oğlanları ocaq qalayır, yol torbalarındakı duz qarışdırılmış arpa unundan xəmir yoğurub dəyirmi kündələri ocaqların qızmar külünə basdırır, ala çiy bişmiş bu kündələri ağızlarını pörşələyərək isti-isti yeyir, .. orda-burda taya vurduqları yüklərin yanında yerə sərilib yatırdılar. Ə.Məmmədxanlı.\n2. Bir şeyi çömçə, qaşıq və s. ilə dairəvi şəkildə çevirmək, bulamaq, qurdalamaq. Dovğanı qarışdırmaq. Südü qarışdır, daşmasın. Stəkanı qarışdırmaq (stəkandakı çayı qarışdıraraq içindəki şəkəri əritmək).\n3. məc. Fitnə-fəsad salmaq, təfriqə salmaq, qarışıqlıq salmaq. [Hacı Səməd ağa:] ..O kitab yazanın heç biri nə bəydir, nə rəiyyət. Avara-avara adamlardır. Ancaq aralıq qarışdırırlar. Ə.Haqverdiyev. // məc. Pozmaq, xarab etmək. Əgər xəbər alsan molla Səfini; Oğru dürüst qarışdırıb kefini. Q.Zakir.\n4. Qayda və səliqəni pozmaq, nizamsız bir hala salmaq, qarmaqarışıq etmək. Stolun üstündəki kağızları kim qarışdırıb? Uşaqlar bütün şeyləri qarışdırıblar.\n5. Dolaşıq salmaq, qarışıq salmaq, səhvən bir-birinə oxşatmaq. İki qardaş bir-birinə o qədər oxşayır ki, adam qarışdırır. İki məfhumu bir-birinə qarışdırmaq.\n6. Bir işin iştirakçısı etməyə çalışmaq. Xahiş edirəm, bu cəncəl işə məni qarışdırmayasınız. qarışıq sif.\n1. Müxtəlif şeylərdən və ya növlərdən ibarət olan, başqa şey və ya şeylər qatılmış olan; yekcins olmayan, saf və xalis olmayan, müxtəlif ünsürlərdən ibarət olan. Qarışıq yun. Qarışıq yağ. // Qoşma mənasında. Başqa bir şeylə qarışmış. [Rzaqulu xanın] ..çöhrəsi qayət solğun isə də, yanaqlarında sarıntı ilə qarışıq bir qırmızılıq qalmışdı. M.S.Ordubadi. Bu anda daha da bərk uğuldayan quyudan palçıqla qarışıq daşlar fəvvarə vurdu. M.Hüseyn. Xan sevinc və dəhşət qarışıq qeyri-insani bir səslə hayqırdı. M.Rzaquluzadə.\n2. İs. mənasında. İki cinsdən olan, iki soydan əmələ gəlmiş, mələz. Bu itin canavarla qarışığı vardır.\n3. İs. mənasında. Bir şeyə qarışdırılmış şey, bir şeyin içində olan başqa şey; qatışıq. Bu buğdanın qarışığı var. Yun və ipək qarışığından toxunmuş parça.\n4. zərf Bir yerdə, birlikdə, birgə, bərabər. Qaçaraqda əlini atıb, Telli xanımı pərdə qarışıq götürüb, atın tərkinə qoydu. “Koroğlu”.\n5. Bir-birinə keçmiş, qarmaqarışıq, tərtibsiz, nizamsız. Qarışıq saç. Bu kitablar çox qarışıqdır.\n6. Anlaşılmaz, dolaşıq, aydın olmayan, qeyri-müəyyən. Qarışıq yazı. Qarışıq fikir. Qarışıq yuxu. – [Telli] nəhayət, qarışıq səslər gəldiyini fərq etdi. S.Hüseyn. Qarışıq addım səsləri yenicə uyqudan ayılıb yatağından qalxmamış Məhərrəmi diksindirdi. H.Nəzərli. qarışıq-dolaşıq sif. Çox qarışıq, çox dolaşıq, anlaşılmaz. Qarışıq-dolaşıq yazıların içində kitabın adını tapa bilmədim. C.Məmmədquluzadə. qarışıqlı sif. Qarışıq olan, başqa şeylə qarışdırılmış, saf və xalis olmayan. qarışıqlıq is.\n1. Qarışıq şeyin halı.\n2. Tərtibsizlik, nizamsızlıq, qaydasızlıq.\n3. Hərc-mərclik, nizamsızlıq; asayişin, əmin-amanlığın olmaması. Qarışıqlıq düşmək. – Nə bilim, deyirlər ki, Zəncan tərəfində qarışıqlıqdır. M.İbrahimov. Müəllim bu qızı tanıyırdı.. Atası qarışıqlıq illərində yatalaqdan ölmüşdü. Mir Cəlal.\n4. Anlaşılmazlıq, dolaşıqlıq. Üslubun qarışıqlığı. Fikrin qarışıqlığı. qarışıqsız sif. Başqa şey(lə) qarışdırılmamış, heç bir qarışığı, xəlitəsi olmayan; saf, xalis. Qarışıqsız yağ. Qarışıqsız un. qarışqa is. Torpaq altında böyük cəmiyyət halında yaşayan zərqanadlılar fəsiləsindən kiçik cücü. Qara qarışqa. Sarı qarışqa. Atlı qarışqa (qarışqanın yüyürək bir qismi). Qanadlı qarışqa. ‣ Qarışqa kimi, yaxud qarışqa yuvası kimi (qaynamaq) – sayca həddindən artıq şey haqqında. Küçələrdə adam qarışqa kimi qaynayır. – Şəhər yuxarısındakı bu geniş düz qarışqa yuvası kimi qaynayırdı. Çəmənzəminli. qarış-qarış zərf\n1. Qarışla ölçərək. Qarış-qarış ölçmək. Yeri qarış-qarış bölmək. // Hər dəfəsində bir qarış. Yaşıl otlar gecələr qarış-qarış qalxır. Ə.Vəliyev.\n2. məc. Qarışla ölçər kimi, heç bir yerini buraxmadan; hər tərəfini, hər yerini, hər nöqtəsini. O yerləri qarış-qarış gəzmişəm. O bu rayonu qarış-qarış bilir. – Gəzib bu dost elləri dolansan qarış-qarış; Hər yanda görəcəksən: yüksəliş, zəfər, yarış. Ə.Cəmil. qarış-quruş zərf və sif. Bir-birinə qarışmış, qarışıq-dolaşıq. Otaqda şeylər qarışquruş haldadır. Qarış-quruş yuxular görmək. qarışlama “Qarışlamaq”dan f.is. qarışlamaq f. Qarışla ölçmək. qarışma “Qarışmaq”dan f.is. qarışmaq f.\n1. Başqa şeyin, ya şeylərin içərisinə girib orada itib getmək, ayrılmayacaq, fərqlənməyəcək, seçilməyəcək hala düşmək. Boyalar qarışdı. Kağızlar bir-birinə qarışıbdır. – Bənövşə rəngli üfüqdə almaz parçası kimi parıldayan dan ulduzu əriyir, getdikcə büllurlaşan havaya qarışırdı. M.Rzaquluzadə.\n2. Birləşərək bir kütlə halına gəlmək. Camaat nümayişçilərə qarışdı. – Yenə adamlar bir-birinə qarışıb gəzməyə, oynamağa, söhbət etməyə başladılar. M.İbrahimov. Qoyunquzu bir-birinə qarışar; Qulplu qazanlardan qatıqlar daşar. S.Vurğun. // Qovuşmaq, birləşmək, qoşulmaq. İki çay bir-birinə qarışdı. Uzun-uzun kölgələr küçələri çal-çarpaz doğrayıb bir-birinə qarışdırdı. Ə.Məmmədxanlı. Bütün dəstə hücuma keçən böyük axına qarışdı. M.Hüseyn.\n3. Qarmaqarış olmaq, nizam və tərtibi pozulmaq, bir-birinin içinə girmək, dolaşıq düşmək. Saçları elə qarışıb ki, ayırmaq mümkün deyil. – Adamlar qarışır, hər kəs istəyir qabağa gedə və axırda basabas düşür, qilü qal başlanır. C.Məmmədquluzadə. Onun bığları saqqalına, saqqalı da bığlarına qarışmışdı. Qantəmir. • Bir-birinə qarışmaq – 1) dolaşmaq, anlaşılmaz hala gəlmək. Başımdakı fikirlər bir-birinə qarışdı. M.S.Ordubadi; 2) həyəcan(a) düşmək, təlaş(a) düşmək, təşviş(ə) düşmək, çaxnaşma düşmək. Bütün əfradi-ailə bir-birinə qarışmışdı. Çünki Rzaqulunun nəfəsi çox ağır və təxirlə çıxırdı. M.S.Ordubadi. Bazar birbirinə qarışmışdı. S.Rəhman. // Səs-küy düşmək, canlanmaq, hərəkətə gəlmək. Qarışdı, səsləndi birdən aralıq.. S.Vurğun.\n4. Müdaxilə etmək, iştirak etmək, bir işin gedişinə təsir etmək (adətən “işə” sözü ilə). Özgənin işinə qarışmaq. – [Mirzə Səməndər:] Neçə vaxtdır buradayam, görmüsən məni belənçik işlərə qarışam? C.Cabbarlı. ..Sən də gəlinlərinə izin ver, çadralarını atıb, işə qarışsınlar. Qantəmir. Bir saatdan bəri sükut içərisində oturmuş Ulduz tutqun bir səslə söhbətə qarışdı. Ə.Məmmədxanlı.\n5. Bulanmaq. Ürəyim qarışır.\n6. Pozulmaq. Axşamüstü hava qarışdı. qarıtmaq f. dan.\n1. Ərə verməyib evdə saxlamaq, qocaltmaq (qızı). [Gülçöhrə:] Mən deyirəm ki, evdə qalıb qarıtıb qocalasan? Ü.Hacıbəyov.\n2. Meyvəni bostanda saxlayıb vaxtını keçirməklə tər və təzəliyini ötürmək. qar-qar təql. Qarğanın çıxardığı səs. Qarğa qar-qar qarıldayır. qarqara I. is. xüs. Ağır şeyləri qaldırmaq üçün yüksəkdə mil üstündə dolanan və üzərindən ip sallanan çarx. // Ümumiyyətlə, üzərinə ip, sap sarınan çarx. Dağın cəhrəsində əyrilən hər sap; Dağa sarınmışdır, bu sirri sən tap! Sanma çöl bağrında dağ bir yaradır; Əsrlər yaşamış bir qarqaradır. Şəhriyar.\n\nII. is. Ağzı, boğazı yaxalama, dezinfeksiya etmə. // Ağzı, boğazı dezinfeksiya etmək üçün işlədilən maye dərman. Çobanyastığı çiçəklərindən hazırlanan dəmləmələrdən qarqara dərmanı kimi istifadə edilir. Əliyev. • Qarqara etmək – ağzı, boğazı su və ya qarqara dərmanı ilə yaxalamaq, dezinfeksiya etmək. qar-qur təql.\n1. Anlaşılmaz səs, danışıq. • Qar-qur etmək (salmaq) – səs-küy etmək (salmaq), hamı birdən bərkdən anlaşılmaz sözlər danışmaq. Elan işçiləri həyəcana saldı, [onlar] zavodun həyətinə yığılıb qar-qur salmağa başladılar. H.Nəzərli.\n2. Körpə uşağın çıxardığı anlaşılmaz səslər. Uşaq öz-özünə qar-qur edir, guya danışmaq istəyir. qarquşu is. zool. Şimal meşələrində yaşayan ağ rəngli bir quş. qarlama “Qarlamaq”dan f.is. qarlamaq f. Qar yağmaq. Hava soyudu, deyəsən, qarlayacaqdır. // Qarla örtülmək. qarlaşma “Qarlaşmaq”dan f.is. qarlaşmaq 1. f. Qara dönmək, qar şəklinə çevrilmək.\n2. qarş. Əylənmək üçün bir-birinə qartopu atmaq; qar atmaq; qargülləsi oynamaq. Biz onun dərsindən qabaq; Qaçışır, qarlaşırdıq çöldə bir dəstə uşaq. Ə.Cəmil. qarlı sif.\n1. Qarla örtülmüş, qarla örtülü. Qarlı dağlar. Qarlı çöllər. Qarlı damlar. – Qarlı, qartallı bir yığın dağlar; Ta uzaqlardan bəmbəyaz parlar. H.Cavid. Ay işığı, dolu ürək, yaşıl bağ; Qızğın günəş, sərin çeşmə, qarlı dağ. M.Müşfiq.\n2. Qarla bərabər olan, qarla yağan. Adını dəyişib, əhdini danıb; Yenə də həmən zülm, həmən əsarət; Qarmağa taxılan ətə aldanıb; Tələni görmədi zavallı millət. B.Vahabzadə. qarlı-boranlı sif. Daim qar və boran olan, havası sərt olan. Qarlı-boranlı hava. Qarlı-boranlı çöllər. qarlıq is. Çoxlu qar olan yer, qar basmış yer. Həcər meşəli qarlıqlarla irəlilədi. S.Rəhimov. qarma “Qarmaq2”dan f.is. qarmaq I. is.\n1. Şey asmaq, yaxud qaldırmaq üçün ucu yuxarıya doğru əyilmiş qalın mıx, çəngəl. Əti qarmaqdan asmaq. Paltarı qarmaqdan asmaq.\n2. Balıq tutmaq üçün ucu şiş çəngəl; tilov. • Qarmaq atmaq (sallamaq) – balıq tutmaq üçün qarmağı suya salmaq. Bir az aralıda sakit gölün başında dayanan Əlyar qarmağı sallayır və çox gözlədikdən sonra qarmağın tərpənməsinə sevinir. S.Rəhimov.\n3. İki şeyi bir-birinə ilişdirmək, bənd etmək üçün ucu əyilmiş dəmir alət, çəngəl. ..Durdum, getdim ara qapını örtdüm və gördüm ki, hələ möhkəm qarmağı da var. C.Məmmədquluzadə. [Usta Əsgər:] Elə diş var kəlbətin ilə çəkərlər, eləsi var maşın ilə çəkilir, eləsi də var ki, qarmaq ilə çəkilir. A.Səhhət.\n\nII. f. bax. qanırmaq. Hətta utanmadan boylu qadının; Qollarını qarıb gəzdi polislər. M.Rahim. qarmaqarışıq sif. və zərf\n1. Bir-biri üstünə, necə gəldi tökülmüş, bir-birinə qarışmış; qat-qarışıq, nizamsız, qaydasız, tərtibsiz. Qarmaqarışıq kağızlar. Qarmaqarışıq salmaq.\n2. Anlaşılmaz, qarışıq, dolaşıq. Qarmaqarışıq yuxu. Qarma-qarışıq iş. – Nizami bu qarmaqarışıq səslər davam etdiyi zaman nə isə Fəxrəddinin qulağına pıçıldadı. M.S.Ordubadi. [Cəvahir] ürəyini qəflətən bürümüş qarmaqarışıq, narahat hisslərdən baş aça bilmirdi. İ.Məlikzadə.\n3. Hərc-mərc, pozğun, nizamsız. Qarmaqarışıq vəziyyət. – Düşmən bütün cəbhə boyu qarmaqarışıq bir halda ricətə başlamışdı. M.Hüseyn. qarmaqarışıqlıq is.\n1. Nizamsızlıq, tərtibsizlik, qarışıqlıq, qaydasızlıq. Bu evə yenicə köçmüşük, hələ qarmaqarışıqlıqdan heç şey tapmaq olmaz.\n2. Hərc-mərclik, qarğaşalıq, nizamsızlıq, pozğunluq. qarmaqbuynuz sif. Buynuzları qarmaq kimi əyri olan. Gülüşgəlin qarmaqbuynuz inəkdən yaxşıca süd sağır. S.Rəhimov. qarmaqcıq is. Balaca qarmaq. qarmaqlama “Qarmaqlamaq”dan f.is. qarmaqlamaq f.\n1. Bir şeyi qarmağa keçirmək, qarmağa vurmaq, qarmağa ilişdirmək, qarmaqdan asmaq, yaxud qarmaqla qaldırmaq. // Qarmaqla tutmaq (balığı).\n2. Qarmaqları bir-birinə keçirmək, yaxud bir şeyi qarmaq kimi edib bir-birinə bənd etmək, ilişdirmək. Məftili bir-birinə qarmaqlayıb bərkitmək. qarmaqlanma “Qarmaqlanmaq”dan f.is. qarmaqlanmaq məch.\n1. Qarmağa keçirilmək, qarmaqdan asılmaq, yaxud qarmaqla qaldırılmaq. // Qarmaqla tutulmaq (balıq).\n2. Qarmaqla bir-birinə bənd edilmək, keçirilmək, ilişdirilmək, bərkidilmək. qarmaqlı sif. Ucunda qarmağı olan. Qarmaqlı zəncir. Qarmaqlı kəmər. qarmaqşəkilli bax. qarmaqvari. qarmaqvari sif. Qarmağa oxşayan, qarmaq kimi əyri. Ənqa quşunun .. çatma qaşları vardı, amma qarmaqvari dimdiyi qartal dimdiyini andırırdı və dörd qanadı ilə caynaqlı iki əli fantastik görkəmini tamamlayırdı. Ə.Məmmədxanlı. qarmalama “Qarmalamaq”dan f.is. qarmalamaq f. Tez-tələsik tutub götürmək, qapmaq, yapışmaq, tutmaq, qamarlamaq. [Axund] gah o xuruşdan, gah bu xuruşdan qarmalayıb plova qarışdırıb udurdu içəri. Ə.Haqverdiyev. // İkiəlli tutmaq. qarmalanma “Qarmalanmaq”dan f.is. qarmalanmaq məch. Tez-tələsik ikiəlli götürülmək, qapılmaq, qamarlanmaq. qarmon is. [rus. əsli yun.] Üzərində dilləri olan iki taxtaya bənd edilmiş açılıbyığılan körüklərdən ibarət musiqi aləti. Sazın, kamançanın, qarmonun, tarın; Oxuyubçalanın, gülün, baharın; Ədibin, şairin, hər sənətkarın; Ən böyük qiyməti bizim yerdədir. Ə.Vahid. Hamının “Mişka” deyə çağırdığı sarı telli oğlan qarmon çalardı. İ.Şıxlı. qarmonçalan (=qarmonçu) is. Qarmon çalan çalğıçı. Qarmonçalan Minayənin dalınca bəlkə bir uşaq qaçırmaq lazım idi. Ə.Əbülhəsən. Qarmonçu, Tahirin heç gözləmədiyi bir ustalıqla qaytağı çalanda, rus uşaqları daha da ucadan əl vurdular. M.Hüseyn. qarmonçu (=qarmonçalan) is. Qarmon çalan çalğıçı. Qarmonçalan Minayənin dalınca bəlkə bir uşaq qaçırmaq lazım idi. Ə.Əbülhəsən. Qarmonçu, Tahirin heç gözləmədiyi bir ustalıqla qaytağı çalanda, rus uşaqları daha da ucadan əl vurdular. M.Hüseyn. qarmonçuluq is. Qarmonçu peşəsi, sənəti. qarmoşka [rus.] bax. qarmon. İvana kamança xoş gəlmir. Ona qarmoşka lazımdır. M.S.Ordubadi. qarnaq is. məh. Qar duran yer, qar qalmış yer. qarnıaçıq sif. və is. dan. Lüt, kasıb, yoxsul (bəzən təhqir yerində deyilir). [Hətəm xan:] Bab olmayan bir qarnıaçıqla qohum olmaq mənim işim deyildir. S.Rəhimov. qarnıdolusu zərf Doyunca, doyduracaq qədər. qarnışişik bax. qarnıyoğun. [Əmiraslan baba:] Bu kəndin qarnışişik Lələş adlı kəndxudası vardı. S.Rəhimov. qarnıyarıq is.\n1. Dəniz böcəyinin çox hamar və parlaq qabığı; balıqqulağı.\n2. bot. Əksərən məzarlıqlarda bitən tikanlı, yapıq bir bitki və onun xalq təbabətində işlənən qırmızı toxumu və meyvəsi. qarnıyoğun sif. və is. Şişman, dolğun, çox kök, yekəqarın. Qəfəsinin dalında bir qarnıyoğun .. oturub yazıya məşğul idi. C.Məmmədquluzadə. qarnir is. [fr.] Ət və balıq yeməklərinin yanında verilən bişmiş xəmir, tərəvəz məmulatları (makaron, kartof, göy noxud və s.). qarnitur [fr.] Bir iş üçün lazım olan şeylər komplekti. Mebel qarnituru. Şrift qarnituru. qarnizun [fr.] Bir yerdə (qalada, şəhərdə, istehkamda və s.-də) müvəqqəti və ya həmişəlik yerləşən qoşun hissəsi və hərbi idarələr. Bu işdən kənddəki qarnizon xəbər tutana qədər onlar [partizanlar] vaxt itirməyib meşəyə qaçmışdılar. M.Hüseyn. qarov sif. Qarovluğu olan. Qarov adam. qarovluq is. Bəzi adamların gecələr və alaqaranlıqda zəif görməsindən, ya da heç görməməsindən ibarət görmə nöqsanı. qarovul is.\n1. Keşikçi, gözətçi. Qarovul əlində nizə o tərəf-bu tərəfə gedirdi. M.S.Ordubadi. • Qarovul çəkmək – keşik çəkmək, qorumaq. Altıncısı dvornikdir, yəni gecələr həyətə qarovul çəkib, gündüzlər küçələri süpürür. C.Məmmədquluzadə. [İskəndər:] Bu saat sənə bir yoldaş göndərim, növbət ilə qarovul çəkərsiniz. N.Vəzirov. Qarovul qoymaq – keşikçi qoymaq, gözətçi qoymaq. Təqib etmək üçün onlarca adamı qarovul qoymuşdu. M.S.Ordubadi. Qarovulunda durmaq – keşiyində durmaq, qorumaq.\n2. Tüfəng lüləsinin ucunda üst tərəfdə nişan almaq üçün kiçicik çıxıntı; arpacıq. • Qarovula almaq – bax. qarovullamaq.\n3. Tilov və ya gəmi lövbərinin gözdən yayınmaması üçün, onun ipinə (zəncirinə) bağlanan və suyun üzündə qalan yüngül taxta parçası və s. qarovulçu is. bax. qarovul 1-ci mənada. Qarovulçu qoymaq istəyirəm, – deyə Şeyda gözlərini Arazın gözlərinə dikdi. A.Şaiq. Xaspolad qarovulçunun lovğa-lovğa danışdığını görərkən əsəbiləşdi. M.Hüseyn. qarovulçuluq is. Keşikçilik, qarovulçu vəzifəsi. qarovulxana is. Qarovul üçün bina, budka və s. Bu halda qarovulxanaları yoxlamaq üçün gələn Fəxrəddin dörd nəfər yavəri ilə bərabər qarovulxanaya girdi. M.S.Ordubadi. qarovullama “Qarovullamaq”dan f.is. [Qoca:] Belə tuşqul atıcı mən görməmişəm, qarovullamağı da çox uzaq çəkmədi, amma yenə düz vurdu. A.Divanbəyoğlu. qarovullamaq f.\n1. Nişan almaq. Tüfəng ilə quşu qarovullamaq.\n2. Pusquda dayanmaq, pusqulamaq, güdmək. qarovulluq is. Keşikçilik, gözətçilik. Qarovulluq etmək. // Keşik; keşik çəkmə. Neft dəllallarına mədən qarovulluğunu Sabunçunun qoçuları çəkərdi. H.Sarabski. qarölçən is. xüs. Yağmış qarın qalınlığını ölçmək üçün cihaz. qarpacaq (=qarpacaqlar) is. Kəsici qabaq dişlər, qarpan (qırpan) ön dişlər. qarpacaqlar (=qarpacaq) is. Kəsici qabaq dişlər, qarpan (qırpan) ön dişlər. qarpınmaq f. Dırnaqla bərk qaşınmaq. qarpışdırma “Qarpışdırmaq”dan f.is. qarpışdırmaq f.\n1. Qarpışmağa təhrik etmək, qarpışmağa vadar etmək; vuruşdurmaq. Uşaqları qarpışdırmaq.\n2. bax. qapışdırmaq 1-ci mənada. Yallı bitər-bitməz, artırmadan bir-iki ovuc pul atdılar. Həyətdəkilər bir-birini əzişdirərək pulu qarpışdırdılar. Çəmənzəminli.\n3. bax. qapışdırmaq 2-ci mənada. Bu əsərindən də görünür ki, bəzi əldəqayrılma alimlər kimi ordan-burdan qarpışdırmır. M.Hüseyn. qarpışma “Qarpışmaq”dan f.is. qarpışmaq f.\n1. Tutuşmaq, dalaşmaq, vuruşmaq. Uşaqlar qarpışırlar.\n2. Bir-biri ilə küştü tutmaq, güləşmək, qurşaq yapışmaq. Pəhləvanlar qarpışırlar. qarpız is. Qabaq fəsiləsindən iri, yumru, içi çox zaman qırmızı və çox sulu, şirin bostan meyvəsi. Qarpız doyumluq üçün deyil, sərinlik üçündür. (Ata. sözü). Qarpızlar qoyun sürüsü kimi tağların üstündə yatmışdı. İ.Şıxlı. qarpızçı is. və sif. Qarpız satan. Yolumuz qarpızçı dükanlarının yanından idi. M.S.Ordubadi. qarpızı sif.\n1. Qarpız rəngində olan. Qarpızı çit. Qarpızı parça.\n2. Qarpız şəkilli, qarpız kimi girdə; qarınlı. Qarpızı lampa şarı. Qarpızı samovar. qarpızlıq is.\n1. Qarpız əkilən yer, qarpız bostanı. Bostanın yarısı qarpızlıqdır.\n2. Atın qolu üstündəki əzələ. qarpmaq bax. qapmaq 1-ci mənada. Cəld başının altından bumajniki qarpıb açdı.. İ.Musabəyov. Dəsti-istibdad hər gün qarparaq arifləri; Tərd edir el, yurd içində qarparaq arifləri. Ə.Nəzmi. qarsaq sif. Odla, alovla ütülmüş, üzdən yanmış. Çörək təndirdə qarsaq-qarsaq (z.) oldu. qarsalama “Qarsalamaq”dan f.is. qarsalamaq f. Odda ütmək, pörtmək, yaxud üzdən yandırmaq. Təndirin alovu qolumu qarsaladı. – Sağ tərəfimdən keçən isti yel əlimi qarsalayır. A.Şaiq. Gün günorta yerində üzümü qarsalayır. S.Rüstəm. qarsalanma “Qarsalanmaq”dan f.is. qarsalanmaq f. Üzdən yanmaq, ütülmək, pörtlənmək, ala-yarımçıq bişmək, üzdən qabarlanmaq. Alma bişməyib, qarsalanıbdır. qarsalatma “Qarsalatmaq”dan f.is. qarsalatmaq f. Qarsalanmasına imkan vermək, səbəb olmaq. qarsımaq bax. qarsalanmaq. qarsıtma “Qarsıtmaq”dan f.is. qarsıtmaq f. Üzdən yandırmaq. qarsmaq f. məh. bax. qarsalamaq. Yerdən qalxan alov adamın üz-gözünü qarsır, ağızda dil quruyur, dodaq cadar-cadar olub partlayırdı. S.Rəhimov. Alov burula-burula ətrafı qarsır. Ə.Vəliyev. qarşı 1. is. Bir şeylə üzbəüz olan yer və ya şey, müqabil tərəf; qabaq. Evin qarşısı. Dağın qarşısı. Məktəbin qarşısı. – Baxınız, qarşımı tutmuş bir axın; Güclüdən güclü, dənizdən daşqın. M.Müşfiq. // Yerlik halında: qarşısında – qabağında, önündə. Bülbülün qarşısında açıl, şirinləş; Qızılgül kimi! M.Müşfiq. Axund nə biləydi ki; Qarşısında dayanan; Milyonların ən böyük; Dahi müəllimidir. B.Vahabzadə.\n2. sif. Müqabil, üzbəüz, bir şeyin müqabilində olan. Qarşı tərəf. • Qarşı gəlmək – üzbəüz gəlmək, rast gəlmək, qarşılaşmaq. [Azər:] Quzu gördünmü sev, o, kin bilməz; Canavar qarşı gəlsə, parçala, əz! H.Cavid.\n3. qoş. Zidd, müxalif, əleyhinə, ziddinə, əksinə. Siz istiqlaliyyət və azadlıq uğrunda aclığa və məhrumiyyətə qarşı sinənizi gərən təbrizlilərsiniz. M.S.Ordubadi. [Surxay] öz dostuna qarşı ittihamkar mühakimələr yürüdürdü.. İ.Əfəndiyev. • Qarşı çıxmaq – əleyhinə çıxmaq, mübarizə etmək. [Eyvaz:] ..Bu gün mən ona qarşı çıxmışam, sabah sizə qarşı çıxacağam. C.Cabbarlı. Qarşı durmaq – müqavimət göstərmək. Xavər özündə onun təhdidlərinə qarşı duracaq daxili bir qüvvə hiss etdiyindən onları tez unutdu. M.İbrahimov. Qarşı getmək – əksinə getmək, əleyhinə getmək, ziddinə getmək. Haqq nə deyir? Küfrə qarşı getməyiz; Nurdan çıxıb zülmət içrə itməyiz.. Şəhriyar. Qarşı qoymaq – bir şeyin əleyhinə yönəltmək, bir şeyə müqabil qoymaq. Nədən qarşı qoydu “mənəm” deyənlər; Cılız mənliyini yüz-yüz minlərə? B.Vahabzadə.\n4. qoş. Haqqında, barəsində. [Şirmayının] ürəyində nənəsinə qarşı zərrə qədər də şübhə oyanmırdı. M.Hüseyn. Mirzağanın Cəmiləyə qarşı olan meyli və məhəbbəti getdikcə artırdı. S.Hüseyn. Azərbaycan xalqı həmişə dostlara sadiq, düşmənlərə qarşı amansız olmuşdur. İ.Əfəndiyev.\n5. qoş. Mübarizə etmək üçün, qabağını almaq üçün. Milçəklərə qarşı güclü vasitə. Qripə qarşı dərman. – Sonra quraqlığa qarşı mübarizədən söhbət açdıqları vaxt Əziz içəri girib salam verdi. Ə.Vəliyev.\n6. qoş. Bir hadisənin yaxınlaşmasını göstərir. Yaza qarşı.\n7. qoş. Üzünə, üçün. Bəs oxu bu şeri yarə qarşı; Bülbül kimi gülüzarə qarşı. Xətayi. ‣ Qarşısını almaq – bir hadisənin, işin, xəstəliyin baş verməməsi üçün vaxtında tədbir görmək, qabağını almaq. Hadisələrin qarşısını almaq. Yanğının qarşısını almaq. Xəstəliyin qarşısını almaq. Təhlükənin qarşısını almaq. – [Əhməd] ilk zərbələrin qarşısını almaq, ya da camaatı sakitləşdirmək üçün biriki söz deməyi lazım bildi. İ.Şıxlı. Qarşısını kəsmək – yolunu tutmaq, getməsinə, axmasına mane olmaq. Selin qarşısını kəsmək. – [Xəlil] qərara almışdı ki, daha “həvəsdibəsdi”, Bakıdan qayıdan kimi Sayadın qarşısını kəsəcək, üç il ürəyində dolanan sözləri onun üzünə deyəcək. İ.Məlikzadə. qarşı-qarşıya zərf Üz-üzə, bir-birinə qarşı. Səlimi gəlib salamlaşdı və onunla [Firidunla] qarşı-qarşıya oturdu. M.İbrahimov. • Qarşı-qarşıya gəlmək – 1) üz-üzə gəlmək, qarşılaşmaq, təsadüf etmək, rast gəlmək, rastlaşmaq. Nizaminin başında gedən istiqbal dəstəsi “Əli bulağı” adlı çeşmənin yanında Məhsəti xanımın karvanı ilə qarşıqarşıya gəldi. M.S.Ordubadi. Qəvi bir yırtıcı ilə qarşı-qarşıya gəlmək ehtimalı canıma qor doldurdu. Çəmənzəminli; 2) toqquşmaq, birbirinə dəymək; 3) bir-birinə zidd olmaq, birbiri ilə düz gəlməmək. qarşıda zərf\n1. Qabaqda, öndə, üzbəüz. Qarşıda durmaq. – Qarşımda qalınca bir kitab mütaliəsi ilə məşğul olan bir qadın oturmuşdu. S.Hüseyn.\n2. İrəlidə, gələcəkdə. Qarşıda həll edilməli çoxlu məsələlər var. qarşıdakı sif.\n1. Bir şeyin lap qabağındakı, önündəki; üzbəüzdəki; qabaq tərəfində olan, irəlidəki. Qarşıdakı bağda oturmaq. Qarşıdakı mağazadan çörək aldım. Yoldaşım qarşıdakı evdə yaşayır. – Qarşıdakı qonşunun kiçik pəncərəsindən çıxan xəfif bir işıq qaranlığın bir parçasını yırtdığından, burada uçuşan qar parçaları nəzərə çarpırdı. S.Hüseyn.\n2. İrəlidəki, gözlənilən. Buğac isə .. cavan bir ovçu ehtirası ilə yalnız qarşıdakı ov barəsində həyəcanla düşünməkdə idi. M.Rzaquluzadə. qarşıdan zərf Qabaqdan, öndən, qabaq tərəfdən, irəlidən. Meydana qarşıdan gəlmək. Gülləni qarşıdan atdılar. Qarşıdan qabağıma bir dovşan çıxdı. – Bir gözəl keçdi qarşıdan; Gözlərindən gülə-gülə.. Aşıq Ələsgər. Qaranlıqda qarşıdan bəzən işıq görünər; Zəncirvari vaqonlar silkələnər, gərilər. X.Rza. qarşılama “Qarşılamaq”dan f.is. qarşılamaq f.\n1. Qabağına çıxmaq, qarşısına çıxmaq, görüşünə çıxmaq. Qonaqları qarşılamaq. – Xanım onu eyni təbəssümlə qarşıladı. M.S.Ordubadi. Ovdan gələnləri layiqi ilə qarşılamaq lazımdı. M.Rzaquluzadə.\n2. Gələn bir şəxsə, yaxud biri ilə görüşərkən, ona hər hansı bir vasitə ilə öz münasibətini izhar etmək. Tamaşaçılar artisti gurultulu alqışlarla qarşıladılar. O, bizi çox soyuq qarşıladı. Qələbə ilə evlərinə dönən qəhrəmanları xalq çiçək və musiqi ilə qarşıladı. – Səba xanım Fəxrəddinin onu bir sevgi ilə qarşılayacağına heç də inanmırdı. M.S.Ordubadi. // Bir şey haqqında xəbər tutaraq, ona qarşı müsbət, ya mənfi münasibətini ifadə etmək. Rübabə zahirdə bu xəbəri soyuq qarşılamışdı. Mir Cəlal. • Yeni ili, bayramı (və s.-ni) qarşılamaq – bayram, tarixi gün və s. gəlməsi münasibəti ilə təntənəli yığıncaq, məclis, qonaqlıq və s. düzəltmək, şənlik etmək. Parlayan saf göylərə bax, Qara dəniz; Gəl səninlə yeni ili qarşılayaq. N.Rəfibəyli. qarşılanma “Qarşılanmaq”dan f.is. qarşılanmaq “Qarşılamaq”dan məch. Qonaqlar axşam vağzalda qarşılandılar. Natiq gurultulu alqışlarla qarşılandı. – Özünü hörmətə layiq sanmadı; Böyük qəlb xidmətə əvəz istəməz; Hörmətlə, izzətlə qarşılanmadı; Ən böyük hörmətə layiq olan kəs. B.Vahabzadə. qarşılaşdırılma “Qarşılaşdırılmaq”dan f.is. qarşılaşdırılmaq məch.\n1. Bir-biri ilə tutuşdurulmaq, müqayisə edilmək.\n2. Üz-üzə gətirilmək, üzləşdirilmək. qarşılaşdırma “Qarşılaşdırmaq”dan f.is. Dilləri qarşılaşdırma üsulu. qarşılaşdırmaq f.\n1. Bir-biri ilə tutuşdurmaq, müqayisə etmək. Rəqəmləri qarşılaşdırmaq. Faktları qarşılaşdırmaq.\n2. Üz-üzə gətirmək, üzləşdirmək. qarşılaşma “Qarşılaşmaq”dan f.is. qarşılaşmaq f.\n1. Qarşı-qarşıya gəlmək, üz-üzə gəlmək, rastlaşmaq. Böyük çətinliklərlə qarşılaşmaq. – Firidun onlara [tələbələrə] fikir verməyib gəzmək istərkən Qurban Mərəndi ilə qarşılaşdı. M.İbrahimov.\n2. Üzləşmək. qarşılıq is.\n1. Bir şeyin müqabili, əvəzi, cavabı (mükafat, ya cəza). Yaxşılığın qarşılığı. Birinin zəhmətinin qarşılığını vermək. Hər kəs öz işinin qarşılığını görər.\n2. Başqa şeyi və ya sözü tamamilə əvəz edə bilən, ona tamamilə uyğun və bərabər olan şey, söz. Rusca sözlərin qarşılığını tapmaq. Dildə qarşılığı olmayan əcnəbi terminləri olduğu kimi götürmək lazımdır. qarşılıqlı sif.\n1. Bir-birinə edilən, birbirinə göstərilən, hər iki tərəfə aid olan. Qarşılıqlı yardım. Qarşılıqlı məhəbbət. Qarşılıqlı münasibət. Qarşılıqlı etimad. – [Ceyniz:] Qarşılıqlı arzu hər bir şeyin əsasıdır. Çəmənzəminli.\n2. İrəli sürülən, tələb edilən bir şeyə və ya təklifə cavab olan. Qarşılıqlı plan. Qarşılıqlı iddia.\n3. Qarşıya gələn, üzbəüz gələn. Qarşılıqlı qatar.\n4. Cavablı. Qarşılıqlı məktub, teleqram. qarşısıalınmaz sif. Qabağı alına bilməyən, önüalınmaz; labüd. Qarşısıalınmaz nəticələr. Qarşısıalınmaz hadisə. qart I. sif.\n1. Qocalmış, qoca. Qart qoca. Qart qarı. Qart toyuq. – Ağır yaralanmış o qart canavar; Qəzəblə sıçrayır hey üstümüzə. S.Vurğun. Quzu olmaz bilirik qart canavar. M.Rahim. Məna ömrün boyunda isə; onda eşq olsun ala qarğaya; bir də qart qurbağaya! R.Rza.\n2. məc. Qatı, qəddar. [Nəbi:] Sən lap qart qumarbaz imişsən. S.S.Axundov. Əvvəl-axır qıracağız qart düşmənin belini biz. X.Rza.\n3. məh. Kövrək, tezsınan. Qart sümük. \n\nII. is. dan. Kəsər alətləri itiləmək üçün daş; bülöv. Dəryazları qart ilə itiləmək. Qart daşı. Mən də qart daşlara verdiyim bu hiss; Bu incə mənadan necə əl çəkim? M.Müşfiq.\n\nIII. , QART-QART təql. Bərk, ya kövrək bir şeyi dişlərkən, yaxud qaşınarkən hasil olan səs. Xiyarı qart-qart dişləyib yedi. Qart-qart qaşınmaq. qartal is.\n1. Dağlıq və ya çöllük yerlərdə yaşayan əyri dimdikli yırtıcı və qüvvətli iri quş; qaraquş. Dağ qartalı. – Qartal öz gücünü duyar yuvada; Uçub cövlan edər sonra havada. S.Vurğun. Qartal qanad çalarkən buludsuz göy üzündə; Bir əsən yelə döndü atım Ceyran düzündə. Ə.Cəmil.\n2. məc. tənt. Vüqarlı, cəsur, görkəmli adam haqqında. Hər beşik körpə aslan yuvasıdır, dəymə gəl; Qartallar yurdunun qapısını döymə gəl! S.Rüstəm.\n3. məc. Obrazlı təşbehlərdə: təyyarə və təyyarəçilərə işarə. Sakit buludlarda süzəndə hilal; Döndü yuvasına bir dəstə qartal. M.Rahim. ‣ İkibaşlı qartal – bax. ikibaşlı. Unutmadıq ikibaşlı qartal çarı; Çəkdi bizi gah aşağı; gah yuxarı. M.Müşfiq. qartalburun (=qartalburunlu) bax. qırğıburun(lu). Xanın bütün diqqəti yuxarı başda əyləşmiş qartalburunlu, şahbaz baxışlı, çevik hərəkətli və boy-buxunlu Ömər xanda idi. Çəmənzəminli. qartalburunlu (=qartalburun) bax. qırğıburun(lu). Xanın bütün diqqəti yuxarı başda əyləşmiş qartalburunlu, şahbaz baxışlı, çevik hərəkətli və boy-buxunlu Ömər xanda idi. Çəmənzəminli. qartallı sif. Qartallar olan, üzərində qartallar uçan, qartal yuvaları olan. Qartallı qayalar. – Al-yaşıl geyinmiş uca dağların; Qartallı qoynundan uzaqlaşmışam.. S.Vurğun. Sinəsi qartallı qayalıqları; Əks edir sonalı göl səhər-səhər. M.Araz. qartı is. Yapıncı; keçədən çoban bürüncəyi. Dünya malından var: sicim çatısı; Patavası, çuxası, həm qartısı. A.Şaiq. qartıma “Qartımaq”dan f.is. qartımaq f.\n1. Qocalmaq. [Sultan bəy:] ..Nə axmaq sözdür; necə yəni ərə getmək istəmirsən; evdə qalıb qocalıb qartımayacaqsan ki?.. Ü.Hacıbəyov.\n2. məc. Təzəliyini, təravətini itirmək, köhnəlmək. qartımış f.sif.\n1. Qocalmış.\n2. məc. Təzəliyini, təravətini itirmiş, köhnəlmiş (insan, heyvan, bitki haqqında). Qədir .. fikirləşdi ki, Mirzə qəribə adamdı, atasından o boyda evi yerlə-yeksan olub, yurdu dağılıb, onun dərdini çəkmir, bir qartımış ağac hayındadı... İ.Məlikzadə. qart-qurt təql. dan. Anlaşılmaz danışıq səsi, anlaşılmaz danışma, pis danışma (bir dildə). Qart-qurt eləmək. – ..Ay qardaşlar, bizlərdə qardaşlıq həmiyyəti yoxdur: qartqurt rus dili bilənlərimiz rus qəzeti gətirdirlər ki, onu əvamünnas görüb onlara artıq hörmət eləsin. “Əkinçi”. qartlamaq I. f. Çox qartlaşmaq.\n\nII. f. Bədəninin bir yerini bərk qaşımaq, dırnaqla qart-qart qaşımaq. qartlanma “Qartlanmaq”dan f.is. qartlanmaq I. qayıd. Bərk qaşınmaq, dırnaqla qaşınmaq.\n\nII. f. bax. qartlaşmaq. qartlaşma “Qartlaşmaq”dan f.is. qartlaşmaq f.\n1. Qocalmaq.\n2. məc. Gəncliyini, təravətini itirmək; sərtləşmək, qabalaşmaq. qartlaşmış f.sif. Qocalmış. Qartlaşmış toyuq. qartlıq is.\n1. Qocalıq.\n2. məc. Sərtlik, qabalıq, köhnəlik. qartmaq I. is.\n1. Sağalmaq üzrə olan yaranın üzündə əmələ gələn köz, qasnaq, bərk qabıq.\n2. İnsan və ya heyvanın dərisi üzərindən qopub tökülən qalın kir, quru dəri parçaları; pasaq. Camış bədəninin qartmağını ağaca sürtüb təmizləyir.\n\nII. f. Bərkimək, sərtləşmək. qartmaqlanma “Qartmaqlanmaq”dan f.is. qartmaqlanmaq f.\n1. Üzü qartmaq bağlamaq, köz tutmaq, qasnaqlanmaq, qasnaq bağlamaq, qartmaqla örtülmək (yara).\n2. Çirkdən qabıq bağlamaq, qartmaq bağlamaq. qartmaqlı sif. Qartmaq bağlamış, qartmaq örtmüş, qasnaqlı. qartop (=qartopu) bax. qargülləsi. Qartopu oynamaq. – Qar yağır lopa-lopa; Uşaqlar adamları tez-tez basır qartopa. R.Rza. qartopu (=qartop) bax. qargülləsi. Qartopu oynamaq. – Qar yağır lopa-lopa; Uşaqlar adamları tez-tez basır qartopa. R.Rza. qarun is. [xüs. is.-dən] Çox dövlətli, çox varlı adam (qədim İsraildə çox dövlətli bir şəxsin adından). [Molla Salman:] Hacı Nuru, sənin qiyasına görə, mən gərək Qarun olaydım; bəs mən niyə bir həsir və lüləyindən qeyri bir zada malik deyiləm? M.F.Axundzadə. qbrus [pol.]\n1. Yumşaq yun iplik növü.\n2. Yun parçaya oxşayan pambıq parça növü.\n3. Qarusdan tikilmiş (toxunmuş). Qarus parça. Qarus şərf. qarzaq bax. qərzək. qarzaqlamaq bax. qərzəkləmək. qarzaqlanmaq bax. qərzəklənmək. qarzaqlı bax. qərzəkli. qasıq is. anat. Qarnın iki bud arasında olan alt tərəfi. qasıqbağı is. Qasıq yırtığını (qrijanı) tutmağa məxsus yaylı bağ. qasıqotu is. məh. bot. Sarımtıl-yaşıl rəngli çoxillik ot-bitki. Qasıqotu odunlaşmış kökə malikdir. Qarşı-qarşıya düzülmüş, kənarı bütöv və kiçik yarpaqları vardır, sarımtıl-yaşıl rəngli xırda çiçəkləri yarpaqlarının qoltuğunda yerləşmişdir. Əliyev. qasılmaq məch.\n1. Parçanın qırağı qatlanıb tikilmək, köklənmək.\n2. Çəkilib daralmaq, qısalmaq. qasırğa is. Ardı kəsilmədən fırlanıb havaya qalxan çox şiddətli, iti külək; tufan, boran. Pozmamışdır vüqarını nə qasırğa, nə tufan. S.Rüstəm. Biz tufanda, qasırğada qayalarda külüng vurduq; Hər dalğanın üstündə biz hər gün yeni buruq qurduq. Z.Xəlil. • Qasırğa kimi – çox şiddətli və iti (sürətli). [Çapqınçılar] gözlənilməz bir qasırğa kimi bir anda qopub qarşılarına çıxan hər şeyi çapıb talayır və yox olurdular. M.Rzaquluzadə. qasırğalı sif. Tufanlı, boranlı. Qasırğalı hava. – Dəniz qasırğalı, dəniz əsəbi; Dağ kimi dalğalar verib əl-ələ. O.Sarıvəlli. // məc. Coşqun, gurultulu. Qasırğalı ömür verib; Qocaltmışdı onu dövran. N.Rəfibəyli. qasib sif. və is. [ər.] köhn. Qəsb edən, zorla alan. Zavallı müsəlmanlar bir neçə sərsəri qasiblərin əlində baziçə qalmışlar. A.Səhhət. qasid is. [ər.] köhn. Xəbər və ya məktub aparıb-gətirən adam; elçi, çapar. Qasid! Tezcə yardan gətir bir xəbər; Ol güli-xəndanım neçin ağlayır? M.P.Vaqif. Yoxdu qasidim, göndərim pəyam; Yarə dərdimi eyləyim əyan. Nəbati. Qasid xəbər gətirib ki, buradan başqa gələsi yolları yoxdur. M.F.Axundzadə. qasidlik is. köhn. Qasidin işi; məktub və ya xəbər aparıb-gətirmə işi. Qoyma dəxi onda gedəsən sən; Qasidliyi ona edəsən sən. Xətayi. qasnaq is.\n1. Sağalmaq üzrə olan yaranın üzündə əmələ gələn qabıq, köz. Yaranın qasnağını qoparmaq. // Yaş torpaq quruduğu zaman üzündə əmələ gələn nazik, kövrək təbəqə. Torpaq qasnaq bağlamışdır.\n2. Ələk, xəlbir və s. bu kimi şeylərə keçirilən çənbər. ‣ Yarasının qasnağını qoparmaq – bax. yarasını təzələmək (“yara”da). qasnaqlama “Qasnaqlamaq”dan f.is. qasnaqlamaq f.\n1. Qasnaq bağlamaq, köz bağlamaq (yara). // Üzü bərkimək, nazik qabıq bağlamaq.\n2. Ələk, xəlbir və s. bu kimi şeylərə qasnaq (çənbər) keçirmək. qasnaqlanma “Qasnaqlanmaq”dan f.is. qasnaqlanmaq məch. Qasnaq (çənbər) keçirilmək. qasnaqlanmış f.sif. Qasnaq bağlamış. qasnaqlı sif. Üzündə qasnaq olan, qasnaq bağlamış. qastrit [yun.] tib. Mədənin selikli qişasının iltihabı, mədə katarı. qastrol is. [alm.] Başqa şəhərlərdən və ya ölkədən gəlmiş artistin, yaxud teatrın, sirkin və s. tamaşası. Paytaxt artistlərinin qastrolu. Artistləri qastrola dəvət etmək. – [Əmirxan:] Gündə bir qastrol, bir müsamirə... Bəs soyutmayacaq səni evindən? S.Vurğun. [Artistlər] Dərbənddə qastrol verib geri qayıdırdılar. S.Rəhman. qastrolçu is.\n1. Başqa şəhərlərdən gəlib çıxış edən, ya tamaşa verən artist.\n2. məc. dan. İş yerini tez-tez dəyişən, qeyriciddi, təsadüfi işçi haqqında. O, işçi deyil, qastrolçudur. qastrolçuluq is.\n1. Qastrolçunun işi, qastrol verməsi, qastrolda olması.\n2. məc. İş yerini tez-tez dəyişdirmə, bir yerdə çox qalıb işləməmə, işə ciddi yanaşmama, ayaqüstü iş görmə. qastronom [fr.] Yeyinti malları mağazası. qastronomiya [fr.] Yeyinti malları. Qastronomiya mağazası. qaş is.\n1. İnsanın gözləri üstündə qövs şəklində uzanan tüklərdən ibarət xətt. Qara qaş. Çatıq qaşlar (bitişik qaşlar). Qələm qaş (incə və gözəl cizgili qaş). Kaman qaş (qövs şəkilli qaş). Qaşı kaman (qaşları qövs şəklində olan). – Ey könül, qədrini bil oxlarının sinəmdə; Edib ol qaşı kəman bunları ənam sənə. S.Ə.Şirvani. Qara at nalı neylər; Qara qaş xalı neylər; Vəfalı yarı olan; Dövləti malı eylər. (Bayatı). • Qaş aldırma, qaş alma – qaşın artıq tüklərini dartıb çıxarma əməliyyatı. Kiçikbəyimi tay-tuşu ilə bərabər gəlin hamamına apardılar, sonra qaş alma və xına qoyma oldu. Çəmənzəminli.\n2. Üzüyə taxılan qiymətli daş. Üzük qaşı. Firuzə qaş. Bu üzüyün qaşı brilyantdır. // Bir şeyin üzərinə vurulan qaşa oxşar bəzək. Xəncərin qaşı.\n3. Yəhərdə: qaltağın dalında və qabağındakı çıxıq dik. Abbas kişi dolu bir heybə hazırlayıb yəhərin qaşına saldı. Mir Cəlal. Atlı yəhərin qaşından tutub bütün vücudu ilə səs gələn səmtə döndü. M.Hüseyn. At ağacların yanından sivişib keçdikcə yəhərin qaşına sindi. İ.Şıxlı.\n4. Dağın, dərənin, təpənin qabaq tərəfi, təpədən aşağı yeri. Nəbi Həcəri atın tərkinə alıb, Gorus qaşlarıynan oxuya-oxuya Keçəl dağa tərəf getdi. “Qaçaq Nəbi”. Təpənin lətif otlarla döşənmiş seyrək ağaclı qaşı ilə yeriyir(dim). A.Şaiq. ‣ Qaş qaralmaq – qaranlıq çökmək, qaranlıq qovuşmaq. Yalnız Musa kişinin bacasından tüstü çıxmır, qaş qaralanda qapısında işıq görünmürdü. M.İbrahimov. Dördüncü gün qaş qaralarkən Rizvan ailəsi ilə kəndə qayıtdı. S.Hüseyn. Qazanxan, ardınca əllialtmış atlı, qəsrə çatanda artıq qaş qaralırdı. M.Rzaquluzadə. Qaş oynatmaq – naz-qəmzə etmək, qaşı ilə işarə etmək. Qarşıdan bir sona keçdi; Oğrun baxdı, qaş oynatdı; Müjganları cana keçdi. Aşıq Ələsgər. Qaşları düyülmək (çatılmaq) – bax. qaşlarını çatmaq. Məsum kişinin .. qaşları düyüldü. Mir Cəlal. Təəccübdən Bayramın qaşları çatıldı. M.Hüseyn. Əsgərlərin miz üstünə əyilmişdir başları; Qəzəbdənmi, kədərdənmi çatılmışdır qaşları. Ə.Cəmil. Qaşlarını çatmaq – dərin fikrə dalaraq, yaxud hiddətlənərək qaşlarını yığmaq, qaşqabağını sallamaq. Füzuli çataraq sıx qaşlarını; Leylinin eşqinə saldı Məcnunu. S.Vurğun. qaş-daş is. Qiymətli daşlar: qızıl və cavahirat. [Gültəkin:] Mənim üçün nə paltarın, nə də qaş-daşın qiyməti yoxdur. C.Cabbarlı. Günlərin birində Qaraçı vəhşiyə deyir ki, kontordan qaş-daş oğurlamışam. H.Sarabski. qaş-göz is. Qaşlar və gözlər. Qaş-gözü qara oğlan. – Can qurban eyləsən, layıqdı, layıq; Bir yar ki, mətləbi tez qanan ola; İşarətlə, qaş-göz ilə anlaya; Nəinki deməklə söz qanan ola. Aşıq Ələsgər. • Qaş-göz atmaq (oynatmaq), qaş-gözlə danışmaq – nazqəmzə etmək. Qaş-gözün atanda ciyər qan olur; Zülf sevəndə nə din, nə iman olur. M.P.Vaqif. Danışdı qaş-göz ilə, hər ötən naəhl ilə zalim; Şikəstə Zakiri gördükcə ox çəkdi, kaman tutdu. Q.Zakir. Qaş-göz eləmək – qaşlarını və gözlərini oynatmaqla işarə etmək, bir şey bildirmək. Səməd üzünü Məşədi Heydərə tutub qaş-göz elədi. B.Talıblı. Qaşla göz arasında – bir anda, göz yumub açınca. Qaşla göz arasında evə gedib qayıtdı. Qaşla göz arasında yox oldu. qaşıq is.\n1. Duru, qatı və ya dənə halında olan xörəyi qabdan götürüb yemək üçün ağac və ya metal alət. Xörək qaşığı. Çay qaşığı. Taxta qaşıq. Gümüş qaşıq. – Ağsaqqal həkim qaşıq tapıb Dəmirova bir xörək qaşığı acı dərman içirtdi. S.Rəhimov.\n2. Bir qaşıq dolusu, bir qaşığın tutduğu miqdar. Bir qaşıq dərman. İki qaşıq un. • Bir qaşıq məc. – bir az, cüzi miqdarda. Bir qaşıq şorba içdim. Bir qaşıq su ver. – İstilik, soyuqluq, qaranlıq, işıq; Azalmır bir qaşıq, artmır bir qaşıq... M.Araz.\n3. mus. İçərisi xırda zınqırovlarla doldurulmuş, ağzı qapalı, iki iri qaşıq biçimli qabın silkələnməsi yolu ilə səslənən zərbli musiqi aləti. qaşıqaşı is. Qaşıq ilə yeyilən duru xörək. qaşıqçı is. Qaşıq qayıran usta. qaşıqxörəyi bax. qaşıqaşı. Dostum .. dolmaya əlini də vurmurdu: – “Qaşıqxörəyi olmursa, çörək yeyə bilmirəm”, – dedi. Qantəmir. qaşıqlama “Qaşıqlamaq”dan f.is. qaşıqlamaq f.\n1. Qaşıq ilə götürmək, qaşıq ilə götürüb yemək; qaşıq ilə alıb dadına baxmaq. // məc. Acgözlüklə yemək. [Məcid kişi:] İsti xörəyi qaşıqlayanda üfürməmiş udma, hər işdə səbirli ol. İ.Məlikzadə.\n2. Qaşıq ilə qarışdırmaq. qaşıma “Qaşımaq”dan f.is. qaşımaq f.\n1. Bədənin gicişən yerini dırnaq və ya sərt bir şey ilə sürtmək, cırmaqlamaq, dırnaqlamaq. Başını qaşımaq. Dalını qaşımaq. – Qapıçıdan soruşdum: “Filankəs mənzilindədirmi?” Dedi: “Buyurun, mənzildədir!” Və cavab vermədən qabaq ikiqat baş əyib, iki barmağı ilə boynunun ardını qaşıdı. Ə.Haqverdiyev.\n2. Qazımaq, qazıyıb təmizləmək, sıyırmaq. Taxtanın üstünü qaşımaq. qaşındırma “Qaşındırmaq”dan f.is. qaşındırmaq icb. Qaşınma hissi doğurmaq, gicişdirmək, qıcıqlandırmaq. Gicitkən toxunduğu yeri qaşındırır. qaşınma 1. “Qaşınmaq”dan f.is.\n2. is. Gicişmə, qaşınmaq ehtiyacı. Bədənimdə qaşınma var. qaşınmaq 1. f. Gicişmə hiss etmək, gicişmək. Bədənim qaşınır.\n2. qayıd. Dırnaqla və ya bərk bir şeylə bədənin gicişən yerini qaşımaq. [Allahqulu:] Biz kötəksiz məgər dolana bilərik? Belimiz adət eləyib. İki gün kötək dəyməyəndə bədənimiz qaşınmağa başlayır. Ə.Haqverdiyev. qaşıntı is.\n1. bax. qaşınma 2-ci mənada.\n2. Taxta və s.-dən qaşınıb tökülən xırımxırda. Təknənin qaşıntısı. Ət taxtasının qaşıntısı. qaşıtma “Qaşıtmaq”dan f.is. qaşıtmaq icb. Qaşınmasına səbəb olmaq; qaşınma ehtiyacı doğurmaq. qaşqa is.\n1. Ümumiyyətlə, mal-qaranın, xüsusilə at, inək və öküz kimi iri ev heyvanlarının alnındakı ağ ləkə. // sif. Alnında qaşqası olan. Qaşqa inək. Qaşqa day. Qaşqa dana. – [Pəricahan xanım:] Qaşqa at altımda qoruqdan gəlirdim. S.S.Axundov. Əqlin baltasıyla vurdu başından; Sındırdı öküzün buynuzlarını; Milyon il dedilər: – Qaşqa öküzlə; Çatıbdır şöhrətə, şərəfə dünya. B.Vahabzadə.\n2. məc. Alnın tam ortası. Ovçu quşu qaşqasından vurmuşdu. – Qaşqası böyük olanın sözü çox danışılar. (Ata. sözü). Qızdırmalı bir bayqınlıq içində Tərlanın alnındakı qaşqanı yaxından nişan alıb, tətiyi çəkdim. Ə.Məmmədxanlı. qaşqabaq is. Acıqlı, hirsli və ya bir şeydən narazı olan adamın üzündə əmələ gələn hal; qaşların çatılması və alnın qırışdırılması. Xudayar bəy qaşqabaq ilə cavab verdi. C.Məmmədquluzadə. • Qaşqabağı açılmaq – üzündə fərəh əlaməti görünmək; açığı, hirsi soyuyaraq üzü açılmaq. [Hacı Murad:] Bəs niyə heç qaşqabağın açılmır? S.S.Axundov. Qızın .. üzündə qəzəb və hiddət bir anda silindi. Qaşqabağı açıldı. M.Rzaquluzadə. Qaşqabağı yer altından (yer ilə) getmək – həddən artıq hirsli, acıqlı olmaq. Tükəzban qayət hirsli olaraq içəri daxil oldu. Nədənsə ovqatı çox təlx idi; qaşqabağı yer altından gedirdi. B.Talıblı. Qaşqabağını sallamaq (turşutmaq, tökmək) – qaşlarını çataraq və alnını qırışdıraraq, öz sifətinə acıqlı, yaxud narazı bir ifadə vermək. Sözlərini qurtaran kimi Səməd yenə qaşqabağını sallayıb, sükuta gedərdi. Çəmənzəminli. Bu dəmdə Məstan bəyin keçmiş nökəri çolaq Məcid daxil oldu, Məstan bəy qaşqabağını tökdü. B.Talıblı. Qaşqabaq göstərmək – pis qarşılamaq, acıqlı qarşılamaq. Şəksiz səninlə ədavəti var; Onunçun göstərir qaşqabaq sənə. Q.Zakir. qaşqabaqlı sif. Acıqlı, hirsli, tutqun üzlü. [Sərxan] gələndə ən qaşqabaqlı adamların belə dodağı qaçırdı. M.İbrahimov. [Tükəzban] əvvəlki kimi qaşqabaqlı (z.) gəlib öz yerində oturdu. B.Talıblı. [Yalıncaq bəyin] üst-başı toz-torpaq içində, özü .. qaşqabaqlı və kədərli idi. M.Rzaquluzadə. // məc. Çox tutqun. Yuxarıda kol-koslu qayalıqlar, bunların da üstündə qara buludlar oynaşan qaşqabaqlı göy görünürdü. Çəmənzəminli. qaşqabaqlılıq is. Qaşqabaqlı adamın hal və keyfiyyəti. qaşqal is. məh. Xır bağlanan zaman, suyu paylaşdırmaq üçün bir neçə yerdən deşilib, suyun ağzına qoyulan ağac parçası. qaşqalaşmaq f. məh. Toqquşmaq, birbiri ilə sözləşmək, çəkişmək, tutaşmaq, deyişmək. Ay yoldaşlar, sizə bir söz söyləyim; Kəndlilərlə qaşqalaşdı mollalar. Aşıq Mirzə. qaşqaldaq is. zool. Əti yeyilən qara rəngli, ördəyə bənzər su quşu. Pirallahıdan bu yanda balaca bir ada var, bir dəfə atam ora qaşqaldaq ovuna getmişdi, məni də aparmışdı.. Ə.Məmmədxanlı. qaşlamaq f. Üzüyə qaş taxmaq. qaşlatmaq icb. Üzüyə qaş taxdırmaq. qaşlı sif. Qaşı olan. bax. qaş 2 və 3-cü mənalarda. Qaşlı üzük. Qaşlı yəhər. – Səadət xanım Gülnazı .. Laləzara apardı. Parça mağazalarını, ətriyyat və daş-qaş dükanlarını gəzdirdi. Hətta almaz qaşlı bir üzük də alıb barmağına taxdı. M.İbrahimov. qaşotu is. bot. Dağlıq yerlərdə, çəmənlərdə bitən çoxillik ot bitkisi. qaşov is. Heyvanların tozunu, çirkini qaşıyıb təmizləməyə məxsus dəmirdən düzəldilmiş dişli alət. Malları hər gündə iki dəfə şotka və qaşov ilə təmiz edib, iki dəfə də onların altının otlarını dəyişdirirlər. “Əkinçi”. • Qaşov çəkmək – bax. qaşovlamaq 1-ci mənada. qaşovlama “Qaşovlamaq”dan f.is. qaşovlamaq f.\n1. Heyvanın qaşov ilə tozunu, çirkini təmizləmək. Donqarınla donqar ayı; Qaşovlandı bütün yayı; Boz qaban ağzı dolayı... Palıd, səni kim yıxdı? M.Araz.\n2. məc. dan. Ruhən incitmək, ruha əzab vermək (pis çalğıçı və ya qaba səslə oxuyan haqqında). qaşovlanma “Qaşovlanmaq”dan f.is. qaşovlanmaq məch. Qaşov çəkilmək, qaşovla təmizlənmək. qaşovlatma “Qaşovlatmaq”dan f.is. qaşovlatmaq icb. Qaşov çəkdirmək. Atı qaşovlatmaq. qat is.\n1. Üfüqi vəziyyətdə bir-birinin üstündə yerləşən cismin laylarından hər biri; lay, təbəqə. Torpağın alt qatları. Yer kürəsinin dərin qatları. Havanın üst qatları. – Bir sıra neftli sahələrin dərin qatlarında olan neft layları hələlik tədqiq edilməmişdir. M.Qaşqay. // Qədim təsəvvürə görə, göyün qübbələrini təşkil edən hər təbəqədən biri. • Göyün (göylərin) qatı – çox uca mənasında. Göylərin qatına ucaldı fəryad; O qırğın Qafqazda tutar qoymadı. S.Vurğun. Fələki dolanır göyün qatını. M.Rahim.\n2. Mərtəbə. Tövlə evin alt qatında idi. S.Hüseyn. Yeddimərtəbə binanın üçüncü qatında balkonu küçəyə baxan mənzil xüsusi bir səliqə ilə düzəlmişdi. S.Rəhimov.\n3. Bükülmüş parçanın, kağızın və s.-nin hər bükümü. Parçanı dörd qat qatladım. // Büküş yeri, qırış. Bu parçanı qat kəsmişdir. // İpdə tel, burum. İpin qatını açmaq.\n4. Dəfə, kərə (adətən rəqəmlərlə). Saldıqca cavanlıqda keçən günləri yadə; Dərdim olur on qat. M.Ə.Sabir. ‣ Dalı qatda, arxası qatda – dal tərəfdə, arxa tərəfdə, arxası üstdə. Şahsənəm dönüb Qəribi dalı qatda görən kimi atılıb, boynuna sarıldı. “Aşıq Qərib”. ...qat – qoşulduğu sayın göstərdiyi qədər çox mənasında mürəkkəb sifət düzəldilir; məs.: birqat, ikiqat və s. qat-qat zərf\n1. Üfüqi halda bir neçə təbəqə; lay-lay, çin-çin, təbəqə-təbəqə. Qatqat yığılmış kitab. Qat-qat yoğurulmuş fətir. // Qatlar, laylar halında. Bitki materiallarını qurudarkən onları qat-qat nazik halda sərib gündə 1-2 dəfə çevirirlər. Əliyev.\n2. Bir neçə dəfə, dəfələrlə. Qat-qat artıq. Qat-qat üstün. Qat-qat yaxşı. – Dərsə xan sevinəcək, öyünəcək, oğluna məhəbbəti qatqat artacaqdır. M.Rzaquluzadə. Özlərindən qat-qat çox olan kərtənkələ rəngli düşmənlə əlbəyaxa, ölüm-dirim çarpışmasında idilər. Ə.Əbülhəsən. qatanqaz sif.\n1. Kobud, cod, qatlanmaz, çətin bükülən. Palazı suya saldıqda, taxta kimi qatanqaz olur.\n2. Çirkdən, kirdən codlaşmış, sərtləşmiş (paltar və s. haqqında). Əynindəki köynək lap qatanqaz olmuşdur. qatar I. is.\n1. Bir-birinin ardınca sıralanmış heyvanlar düzümü; qafilə, karvan. Durna qatarı. Dəvə qatarı. – Təsbeh kimi qatarınız düzərsiz; Havalanıb ərş üzündə süzərsiz. M.V.Vidadi. Qanad çalıb göylərdə süzür durna qatarı. M.Seyidzadə. // Ümumiyyətlə, bir-birinin ardınca düzülmüş şeylər sırası; cərgə, sıra, səf. [Ağa Kərim xan:] Qatar durun! Adbaad hər nə ki, sizə buyuracağam, o, bu gün gərək cabəca əmələ gəlsin. N.Vəzirov. // Zərf mənasında. Qatarla, sıra ilə, cərgə ilə. Samovarın yanında, divara qatarla xırda mıxlar vurub, xırda podnoslar asardılar. H.Sarabski. Qatarla düzülmüş küknar ağacları asta-asta yırğalanır. O.Sarıvəlli.\n2. Dəmiryol vaqonları düzümü. Yük qatarı. Sərnişin qatarı. – O qatar gəlib ötməli, sonra da bunlar getməli idilər. S.Rəhman. Bakıdan yanacaq, Sibirdən ağac; Yüz qatar boşalır, yüz qatar gəlir. R.Rza.\n3. Bir qayış üzərinə düzülmüş patron sırası; patrondaş. Kəmərlərində qılınclar, çiyinlərində tüfəng; Boyunlarında həmayil, iki qatar da fişəng. A.Səhhət. Qoçular, quldurlar qatar taxardı; Kimi istəsəydi, vurar yıxardı. Aşıq Ələsgər. qatar-qatar zərf Qatar halında, bir-birinin ardınca sıralanmış halda; dəstə-dəstə, cərgəcərgə, sıra-sıra. Qatar-qatar olub, qalxıb havaya; Nə çıxıbsız asimanə, durnalar! M.V.Vidadi. Alay-alay, qatar-qatar qəhrəmanlar çıxdı yola. S.Vurğun. Gedir qərbə tərəf hücum çəkənlər; Gedir qatar-qatar bombatökənlər. M.Rahim.\n\nII. is. [ər.] mus. Azərbaycan klassik muğamlarından birinin adı; kiçik həcmli vokal-instrumental muğam. Qatar üstə oxumaq. Qatar rəngi. qatarı sif. və zərf Qatarla, qatar kimi, yan-yana sıralanmış. Sanasan pələngdən balü pər düşüb; Düzülüb dalında qatarı tellər. M.P.Vaqif. qatarlama “Qatarlamaq”dan f.is. qatarlamaq f. Adamları, heyvanları, yaxud şeyləri bir-birinin ardınca düzüb qatar düzəltmək. qatarlanma “Qatarlanmaq”dan f.is. qatarlanmaq bax. qatarlaşmaq. Arazdan qalxan duman dəvə karvanı kimi qatarlanır.. S.Rəhimov. qatarlaşma “Qatarlaşmaq”dan f.is. qatarlaşmaq f. Qatar düzülmək, qatar bağlamaq (bax. qatar1 1 və 2-ci mənalarda). Qatarlaşıb nə diyardan gəlirsiz? Bir xəbər versəniz bizə, durnalar! M.P.Vaqif. Dəstə ilə uçan quşlar dağınıq halda və ya müəyyən nizamla uçurlar. Məsələn, durnalar küt bucaq şəklində qatarlaşıb uçurlar. “Zoologiya”. qatarlı sif.\n1. Qatarı olan.\n2. Zərf mənasında. Boynunda, ya belində patron qatarı (patrondaşı) olduğu halda; patrondaşlı. [Veys:] Tüfəngli, qatarlı, qollarınızda qırmızı, hansı dövlətlinin qapısından girsəniz, nəfəsi kəsiləcək! Ə.Əbülhəsən. qatbaqat bax. qat-qat. Milləti gördükcə belə hərcü mərc; Könlüm olur dopdolu qan qatbaqat. M.Ə.Sabir. Fikrim açılır hərdən; Göz önümdə qatbaqat. B.Vahabzadə. qatdalaq is. məh. Dalaq şişməsi xəstəliyinin xalq arasında adı. qatdırmaq “Qatmaq”dan icb. Suvağa su qatdırmaq. qatı sif.\n1. Sıyıq, duru olmayan; mət, qəliz. Qatı palçıq. Qatı şərbət. Qatı şorba. Qatı kütlə. Qatı mürəkkəb. Qatı mürəbbə.\n2. Sıx, kəsif, qəliz. Qatı tüstü. Qatı duman. – Alaçıqların bəri yanından nazik, lakin qatı çən zolağı uçub haraya isə gedirdi. M.Hüseyn. Qaranlıq o qədər də qatı deyildi, evlər, ağaclar seçilirdi. S.Rəhman. Dünyamız o qədər qatı dumanda; Gözləri tor bağlar ulduzların da. M.Araz.\n3. məc. Çox şiddətli, çox güclü, çox bərk. Qatı soyuq. – Qatı müştaq olmuşam zülfü üzarın buyinə. Nəsimi. Dərdim qatıdır bu gecə lütf eylə, ey dust! Mən bidilü biçarəvü bimarı unutma. Kişvəri. Lakin küçədə gəzişib, azad danışmaq üçün yalnız qatı soyuqlar deyil, xalqın gediş-gəlişi də mane olurdu. M.S.Ordubadi.\n4. məc. Sərt, rəhmsiz, amansız, qəddar. Qatı ürək. – [Qacar:] Görürsən? O imiş qatı düşmənim; Onu yandırsam da haqqım var mənim. S.Vurğun. Bu teleqram bir daha o məqsədin son dərəcə vəhşi, amansız və qatı olduğunu anladırdı. M.S.Ordubadi. qatıaçılmamış sif. Qat-təzə (parça, paltar haqqında). qatıq is.\n1. Südü bişirib, bir qədər soyutduqdan sonra, içərisinə maya qataraq, üstünü basdırmaqla hazırlanan ağartı; yoğurt. Üzlü qatıq. Üzsüz qatıq. Qatıq çalmaq (süddən qatıq hazırlamaq). Üç gündür yol gəlirəm, acam, mənə bir az qatıqdan, əppəkdən verərsinizmi? M.Rzaquluzadə.\n2. Çörək ilə bərabər, çörəyə qatılıb yeyilən hər bir şey; yavanlıq. Qatıqsız çörək boğazdan keçməz. qatıqaşı is. Buğda yarmasından, yaxud düyü, göyərti və ətdən hazırlanaraq qatıqla yeyilən sadə yemək; yoğurtaşı. qatıqçı is. Qatıq hazırlayıb satan adam. qatıqdoğraması is. Doğrama(c). qatıqquymağı is. köhn. Xalq təbabətində: xəmiri yağda qovurduqdan sonra, üzərinə bir az qatıq, ya ayran töküb yaranın, çibanın üstünə qoyulan yaxı; yaxma dərman. qatıqlama “Qatıqlamaq”dan f.is. qatıqlamaq f. dan. Qatıq qatmaq, qatıq sürtmək, qatıq yaxmaq; xörəyin və s.-nin üstünə qatıq tökmək, qatıqla dada gətirmək. qatıqlanma “Qatıqlanmaq”dan f.is. qatıqlanmaq məch. Qatıq qatılmaq, qatıq sürtülmək, üstünə qatıq tökülmək. qatıqlaşdırılma “Qatıqlaşdırılmaq”dan f.is. qatıqlaşdırılmaq məch. Qatıq halına salınmaq, xarab edilmək. qatıqlaşdırma “Qatıqlaşdırmaq”dan f.is. qatıqlaşdırmaq f. Südü saxlayıb, xarab etmək, qatıq halına salmaq, laxtalaşdırmaq. qatıqlı sif. Qatıq vurulmuş, qatıq vurulan, qatıqla yeyilən. Qatıqlı qayğanaq. – Plovun üstündə də bir mis sərpuş, yanında da bir boşqabın içində üstü qatıqlı yarpaq dolması qoyulardı. H.Sarabski. qatıqotu is. bot. Tərkibində efir yağı olan iri köklü bitki. qatıqsatan is. Qatıq satmaqla məşğul olan adam. Bu gün həyətə qatıqsatan gəlmişdi. – Çapdılar obaya, ey qatıqsatan; Hər eyməyə tökmüşdülər üç qazan. Q.Zakir. qatılanma “Qatılanmaq”dan f.is. qatılanmaq f. Qatı olmaq, qatı hala gəlmək, qatılaşmaq. qatılaşdırılma “Qatılaşdırılmaq”dan f.is. qatılaşdırılmaq məch. Daha qatı edilmək, daha qatı hala salınmaq; qəlizləşdirilmək, kəsifləşdirilmək. qatılaşdırma “Qatılaşdırmaq”dan f.is. qatılaşdırmaq f. Daha da qatı etmək, yaxud duru halda olan şeyi qatı hala salmaq; qəlizləşdirmək, kəsifləşdirmək. Suvaq üçün tutulan palçığı bir az qatılaşdırmalı. qatılaşmaq f.\n1. Getdikcə qatı hala düşmək, getdikcə bərkimək, qəlizləşmək; mətləşmək. Qatıq qalıb qatılaşıbdır. Mürəkkəb lap qatılaşıb, yazmaq olmur. Mürəbbə odun üstündə çox qalıb qatılaşdı.\n2. Getdikcə artmaq, şiddətlənmək, güclənmək; kəsifləşmək. Axşam qaranlığı isə qatılaşır, sanki Nərimanın havaxdan bəri həsrət olduğu gündüz işığını örtmək istəyirdi. Mir Cəlal. Çən get-gedə daha da qatılaşırdı. M.Hüseyn. Çöldə qaranlıq daha da qatılaşmışdı. S.Rəhman. qatılaşmış f.sif. Qatı hala gəlmiş, qəlizləşmiş, kəsifləşmiş. Qatılaşmış şorba. – Çox vaxt quyudan çıxan qatılaşmış məhlulun özlülüyünü su əlavə etməklə azaltmaq lazım gəlir. Quliyev. qatılatmaq icb. Qatı hala saldırmaq. qatılı sif. Qatışığı olan, tərkibinə başqa şey qatılmış olan; xalis və saf olmayan. qatılıq is.\n1. Qatı şeyin halı, xassəsi; bir şeyin bərkliyi ilə mayelik arasında olan halı (sıyıqlıq, duruluq ziddi).\n2. Sıxlıq, kəsiflik, qəlizlik.\n3. Şiddət, şiddətlilik, sərtlik.\n4. məc. Mərhəmətsizlik, rəhmsizlik, amansızlıq. Hər kimin daş kimi yoxdur ürəyində qatılıq; Millətin halını gördükdə gərəkdir yansın; Dərdinə qalmağı daim özünə borc sansın. A.Səhhət. qatılış is. Qatma (qatılma) işi. qatılma “Qatılmaq”dan f.is. qatılmaq f.\n1. Qarışmaq, qoşulmaq, birləşmək; bir kütlənin içərisinə daxil olmaq. Camaata qatılıb getdi. Mal mala qatıldı.\n2. məch. Qarışdırılmaq. Bir-birinə qatılmaq. Sirkəyə su qatılmışdır. qatılmış f.sif. Əlavə edilmiş, daxil edilmiş, qarışdırılmış. Su qatılmış süd. Şəkər qatılmış xəmir. – [Ömər koxa] buğlanan çaya, bal qatılmış qaymağa, motal pendirinə və sacın üstündən yenicə götürülmüş isti ağ fətirə gözucu nəzər saldı. İ.Şıxlı. qatım is. Qatma, qarışdırma, qatışdırma. ‣ Qatım-qatım qatlamaq – tamamilə əldən salmaq, əzmək. Bir yandan Koroğlu, bir yandan Qırat, az vaxtda dəstəni qatım-qatım qatlayıb əldən-ayaqdan saldılar. “Koroğlu”. qatır is. Eşşəklə madyanın cütləşməsindən törəyən yük heyvanı. Kənd təsərrüfat heyvanlarından at, öküz, qatır, dəvə və sairədən qoşqu qüvvəsi kimi istifadə olunur. – [Fərhad:] Əmi, bu yüklü qatırlar nədir qapıda dayanıblar? Ə.Haqverdiyev. ..Azuqə tədarük edib boz qatıra yüklədim, yola düşdüm. S.S.Axundov. qatırçı is. köhn. Qatır saxlayıb kirə ilə işlədən adam. qatırçılıq is. köhn. Qatırçı sənəti. [Hacı Nuru:] Onun da səbəbi var, ondan ötrü ki, sən çox yaxşı qatırçılığa layiqsən. M.F.Axundzadə. qatırdırnağı is. bot. Sarı çiçək açan yabanı bitki. Murad yerdən boy atmış uzun bir qatırdırnağı üzdü. İ.Əfəndiyev. qatırxana is. köhn. Qatır saxlanılan yer, tövlə. Bir nəfər qışqırdı: – Ağanın qatırxanası hər yerdən yaxşıdır, keşiyi də biz özümüz çəkərik. P.Makulu. qatırquyruğu is. bot. Bəzi növlərindən dərman hazırlanan çoxillik bataqlıq bitkisi. qatırmuncuğu is. köhn. Keçmişdə qatırların boynuna taxılan göy şüşə muncuq. qatışdırılma “Qatışdırılmaq”dan f.is. qatışdırılmaq “Qatışdırmaq”dan məch. qatışdırma “Qatışdırmaq”dan f.is. qatışdırmaq bax. qarışdırmaq 1-ci mənada. [Gülnisə:] Ana, südlü yaymanı cılxaca süddən bişirim, yoxsa su da qatışdırım? Ə.Haqverdiyev. qatışıq 1. bax. qarışıq 1-ci mənada. Bu südün qatışığı var. Bu, xalis buğda unu deyil, qatışıqdır.\n2. is. Müxtəlif maddələrin qarışığından ibarət olan xəlitə. qatışma “Qatışmaq”dan f.is. qatışmaq bax. qarışmaq. Onun sözlərinə qatışma, dilbər; Dəli yola gedər el arasında. Q.Zakir. qatil is. və sif. [ər.] Öldürən, adam öldürən, cani. Qatil öz cəzasına çatdı. – Səfərin qardaşının .. qatili kim olduğu məlum deyildi. S.S.Axundov. qatillik is. Adam öldürmə, canilik. Balacayevi böyük bir dəhşət bürüdü. Onun boynuna üç təqsir sarınmışdı – saxtakarlıq, israfçılıq və qatillik. S.Rəhimov. qat-qarış bax. qat-qarışıq. [Katibin] yazıq-yazıq baxan sönük və qonur gözləri qat-qarış olmuş kağızlara dikildi. S.Rəhimov. qat-qarışıq sif. Nizamsız, bir-birinə qarışmış, dolaşıq, qarışıq, pozğun. Qat-qarışıq işlər. Yuxarıda qat-qarışıq bir səs eşidildi. // Hərc-mərc. Ballı Dursunun bu vaxtadək gəlib çıxmamasından onun qat-qarışıq günlərdə tələf olduğunu yəqin etdi. A.Şaiq. qat-qarışlıq is. Qat-qarış şeyin halı. qatqatı is. bayt. Gövşəyən heyvanların qarnı ilə qursağı arasındakı həzm üzvü. qatqı is. Bir şeyə qatılan başqa maddə; aşqar. qatlama 1. “Qatlamaq”dan f.is.\n2. is. Yağda bişirilmiş qat-qat çörək, yağlı fətir. Gözəl .. atası evinə gələndə azı üç-dörd gün qalırdı. Bu zaman qardaşı arvadları onlar üçün fəsəli və qatlama bişirərdilər. M.Hüseyn.\n3. sif. Qatlanan, açılıb-yığılan. Qatlama nərdivan. Qatlama kürsü, çarpayı. Qatlama yaxalıq. – Xeyli keçdi, əllər sakitləşdi, qatlama skamyalar səsləndi. Ötəri bir sakitlik salonu bürüdü. S.Rəhimov. Şirəli kişi anbarın qatlama qapılarını açdı. S.Rəhman. Salonda üç qatlama stol açıb bir-birinə bitişdirmişdilər. Ə.Vəliyev.\n4. sif. Büzmə, büzmə-büzmə. qatlamaq f.\n1. Bükmək; ikiqat, üçqat və i.a. etmək. Paltarı qatlamaq. Kağızı qatlamaq. – Vaqifin cavabı xana xoş gəldi. Məktubu qatlayıb qasidə verdilər. Çəmənzəminli. // Qarmaq, qanırmaq, geri qaytarmaq. Qolu o qədər qüvvətlidir ki, qatlamaq olmur. Dizini qatlamaq. // Açıq şeyi örtmək. Ləbbeyk kitabı qatlayıb əlinə aldı. Mir Cəlal.\n2. Parçanı bir bərabərdə qat-qat edib, hər qatını bir-birinin dalınca tikmək. Köynəyin yaxasını qatlamaq.\n3. Əymək, bükmək. Boynunu qatlayıb çiyninə qoymaq. qatlanacaq is. anat. Dizin dalındakı çuxur. qatlanma “Qatlanmaq”dan f.is. qatlanmaq f.\n1. Bükülmək, ikiqat olmaq. Məftil qatlandı. // məc. Qat-qat bükülmək (paltar və s.).\n2. bax. qatlaşmaq. Dildarə müştaq oldu can, anın camalın arzular; Hicranə qatlanmaz könül, yarın vüsalın arzular. Nəsimi. O gün mən ağır və ən çətin dəqiqələrə qatlandım. S.Vurğun. Qatlanaraq əziyyətə böyütmüşdü balaları. N.Rəfibəyli.\n3. Əyilmək, təzim etmək. qatlanmamış f.sif. məc. Tamamilə təzə, təptəzə, işlənməmiş. [Hacı Salman:] Hə, hacı yoldaş, .. hamısı qatlanmamış yüzlüklərdir ha! N.Vəzirov. qatlanmaz sif. Bükülməz, əyilməz. qatlanmış f.sif. Bükülmüş; ikiqat, üçqat və i.a. edilmiş. Xanlar əlini boz parusin köynəyinin cibinə ataraq, səliqə ilə qatlanmış bir vərəqə çıxartdı. M.Hüseyn. qatlaşma “Qatlaşmaq”dan f.is. qatlaşmaq f. Dözmək, tab gətirmək, səbr etmək, istər-istəməz razı olmaq, şikayət etmədən və müqavimət göstərmədən qəbul etmək. Çətinliyə qatlaşmaq. – Mən gündə seminariyada iyirmi-otuz .. uçitellər ilə əl-ələ vermişəm! Vallah, belə bilsəydim ki, axırı belə olacaq, heç vaxt bu zəhmətlərə qatlaşmazdım. C.Məmmədquluzadə. [Haşım] əkirdi, biçirdi və hər bir ağır zəhmətlərə qatlaşırdı. B.Talıblı. [Telli] İslamı sevmiş, onun hər cəfasına qatlaşmışdı. S.Hüseyn. qatma I. “Qatmaq”dan f.is.\n\nII. is. Kəndir və ya yundan eşilmiş ip. [Hatəmxan ağa:] Çiyninə bir qatma bağlayıbsan, elə bilirsən ki, heç kəsin sənə əli çatmaz? Ə.Haqverdiyev. Yoxsa bura gələndə qılçaların qatma kimi bir-birinə dolaşırdı. S.Rəhimov. Məxməri çevirib təmizlədi, çırpdı, kitabı ona büküb qatma ilə bağladı. Mir Cəlal. qatmaca is. Bir şeyə qatılmış özgə şey. Çox da tərəzi düzəldi və noxud əhvalatı bir qərara qoyuldu, bəs onun qatmacası neçə olsun?! N.Vəzirov. qatmaq f.\n1. Əlavə etmək, qoymaq, birləşdirmək, qoşmaq, içərisinə daxil etmək. Qoyunu sürüyə qatmaq. – Hər birinə ağır taylar çatdılar; Bizləyə-bizləyə köçə qatdılar. Q.Zakir. Gözəldir günəşi, ayı səsləyib; Onları da bizim dəstəyə qatmaq. M.Müşfiq. Göz tək bulaqlardan buz tək suları; Axıdıb çaylara qatar, o dağlar. H.K.Sanılı. • Qabağına qatmaq – bax. qabaq2.\n2. Qarışdırmaq. Sirkəyə su qatmaq. Südə su qatmaq. – Aşiqin cigər qanından şərbəti var, ey həkim; Qatma anın şəkkərinə qəndlə innablar. Nəsimi. Su, şaraq-şaraq axaraq, daşla qumu bir-birinə qatıb gəlirdi. M.İbrahimov. • Qatıb qarışdırmaq – qarmaqarışıq etmək, bir-birinə qarışdırmaq, dolaşdırmaq. [Rəcəb:] O zaman balası da mənim atmaca sözlərimi özgə cürə yozub, qatıb qarışdırıb.. N.Vəzirov.\n3. dan. Salmaq, soxmaq. Yekə kişi, xalqın eşşəyini oğurlayıb gətirmisən, qatmısan mənim karvansarama. C.Məmmədquluzadə.\n4. Bəzi isimlərin qabağına gətirilərək, mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: pər qatmaq, şuluq qatmaq, əl qatmaq. qatma-qarışıq bax. qat-qarışıq. qatran is. [ər.] Bəzi ağaclardan və ya daş kömürdən hasil edilən, sənaye və təbabətdə işlənilən qara rəngli, kəskin qoxulu və yapışqanlı maddə; zift. Şam qatranı. Qatran iyi. • Qatran kimi – qapqara. Qatran kimi qara saç. – Camə geyib cümləsi qatran kimi; Zahir olub göz yaşı tufan kimi. S.Ə.Şirvani. qatrançı is. Bir şeyə qatran çəkməklə məşğul olan adam. qatranlama “Qatranlamaq”dan f.is. qatranlamaq f. Su keçməmək, çürüməmək və ya başqa məqsədlər üçün bir şeyin üzünə qatran sürtmək. Qayığı qatranlamaq. Telefon kabelini qatranlamaq. Dirəkləri qatranlamaq. qatranlanma “Qatranlanmaq”dan f.is. qatranlanmaq məch. Qatran çəkilmək, qatran sürtülmək. Gəmi ipləri qatranlanmasa, çürüyər. Şalbanların ucları qatranlanmalıdır. qatranlanmış f.sif. Qatran çəkilmiş, qatran sürtülmüş. Qatranlanmış dirəklər. qatranlaşma “Qatranlaşmaq”dan f.is. qatranlaşmaq f. Qatrana dönmək, qatran halına gəlmək. qatranlatmaq icb. Qatran çəkdirmək, qatran sürtdürmək. Su borusunu qatranlatmaq. qatranlı sif.\n1. Qatran sürtülmüş, üstünə qatran çəkilmiş; qatran hopdurulmuş. Qatranlı şalban. Qatranlı boru. Qatranlı taxta.\n2. Qatran qarışdırılmış. qaupvaxt is. [alm.] Hərbi qulluqçular üçün həbsxana. qaval is. Üzünə dəri çəkilmiş sağanaqdan ibarət zınqırovlu və ya zınqırovsuz musiqi aləti; dəf. Qaval çalmaq. – Bu əfsanənin mənası budur ki, musiqi – tar, qaval, kamança və bunlara oxşayan çalğılar hamısı şeytan işidir.. C.Məmmədquluzadə. qavalçalan bax. qavalçı. qavalçı is. Qaval çalan adam, dəf çalan adam, dəfçi. qavalçılıq is. Qavalçı sənəti. qavaldaş is. Qobustanda daş dövrünə yastı əhəngdaşıdan ibarət aid iki abidə. Qavaldaşdan musiqi aləti kimi istifadə olunmuşdur. – Təbiətin ruhundadır; Bu uyarlıq, bu nəğməlik; Təbiətin özü çalır “qavaldaş”ı. B.Vahabzadə. Qoca bundan sonra yenə bu dünyada qalmaq üçün dönmək istəyirdi, o qaval daşa ki, elə bil o daş dünya yaranandan orda, Qobustan çölündə qayalıqlar içində düşüb qalmışdı.. Ə.Məmmədxanlı. qavalvuran bax. qavalçı. Qavalvuran oğlan isə boğazını arıtdayıb oxumağa hazırlaşırdı. M.Hüseyn. qavara is. məh. Boy-buxun, görkəm. [Hacı Nuru:] Əgər qatırçılıq etsəydin, bu qavara və zor ilə ildə yüz əlli manata pul deməzdin. M.F.Axundzadə. qavaralı sif. məh. Boy-buxunlu, görkəmli. qavot is. [fr.] Qədim fransız xalq rəqsi və bu rəqs üçün yazılmış musiqi əsəri. qavrama “Qavramaq”dan f.is. qavramaq f. Başa düşmək, anlamaq, dərk etmək. Biz cismi nə qədər tam duysaq, onu o qədər tam qavrayırıq. – Get-gedə dincəlməyə və qızın yeknəsəq sözlərini qavramağa başlayırdım. M.S.Ordubadi. Kitabda dərin bir analiz və bir çox da fəlsəfi fikirlər vardır ki, oxucu birdən-birə qavraya bilməz. C.Cabbarlı. qavranma (=qavranılma) “Qavran(ıl)maq”dan f.is. qavranılma (=qavranma) “Qavran(ıl)maq”dan f.is. qavranmaq (=qavranılmaq) məch. Dərk edilmək, başa düşülmək, anlaşılmaq. qavranılmaq (=qavranmaq) məch. Dərk edilmək, başa düşülmək, anlaşılmaq. qavranılmaz sif. Qavranıla bilməyən, dərk edilə bilməyən. qavranılmazlıq is. Qavranılmaz şeyin halı, keyfiyyəti, xassəsi; dərkedilməzlik. qavrayış is. Həqiqi varlığın insan tərəfindən bilavasitə hissən qavranılması; xarici aləmin hadisələrini qavramaq, dərk etmək, fərqləndirmək və anlamaq qabiliyyəti; qavramaq işi, qavramaq qabiliyyəti. Əgər duyğu və qavrayış kifayət qədər qüvvətli olsa, o halda cismin surətini, həmin cisim qarşımızda olmadıqda belə, təsəvvürlər şəklində uzun müddət hifz edə bilərik. Hacıyev. qavrayışlı sif. Qavramaya qabil olan; asan qavranıla bilən; əhatəli, geniş. qaya is.\n1. Daşlıq və sarp dağ; daşlıq uçurum, yarğan. [Aydəmir:] Allah özü bilir ki, o keçilməz meşələrdə, o çıxılmaz qayalarda Aydəmir bircə sənin xəyalınla yaşayır. C.Cabbarlı. Bir gün dağın başında oturub dəhşətli qayalarımıza və onların arasından şaqqıltı ilə axan çaylığa tamaşa edirdim. S.S.Axundov. Kimdir qartal kimi qayada yatan; Pəncəsi düşmənin gözünə batan? S.Vurğun.\n2. Çox iri və sərt daş. Dəniz kənarında iri qayalar vardır. Qayıq qayaya toxunub parçalandı. qayabaşı is. məh. Çobanların qaya başında oxuduqları bir mahnı adı. qayacıq is. Kiçik qaya. qayaqapan is. məh. Kərtənkələ. qayalıq is. Qaya olan yer, qaya. Çıxalım Buzovnada kiçik qayalıqlara; Seyr edəlim bir ara. M.Müşfiq. Bir az kənarda qayalıqlar gözə dəyir. M.İbrahimov. Gün çıxanda Rüstəm qayalıq və meşəliyin arası ilə irəliləyir, zümzümə edirdi. S.Rəhimov. qayayarpağı is. məh. bot. Xörəyə işlənən iri, yaşıl yarpağı olan qaya bitkisi. qayçı is.\n1. Ortadan qadaqla bir-birinə çarpaz bənd edilmiş iki hissədən ibarət kəsici alət. Dərzi qayçısı. Dəllək qayçısı. Bağban qayçısı. – ..Tütünçüoğlu ülgüc və qayçını çıxarıb Molla Qurbanın bığlarını və saqqalını qırxdı. M.S.Ordubadi.\n2. məc. iqtis. İki şey arasında uyğunsuzluq. qayçıbatmaz is. bax. qayçıkəsməz 2-ci mənada. qayçıgörməmiş sif. dan. Kəsilməmiş, işlənməmiş, bütöv halda qalmış. qayçıkəsən is. zool. Torpaq altında yaşayan, baş tərəfində mişar kimi dişləri olan qayçıya bənzər bir qurd, böcək. qayçıkəsməz is.\n1. etnoqr. Köhnə məişətdə: toy paltarlarını kəsmək əsnasında düşərlik olaraq istənilən qayçı haqqı, parça, xələt və s.\n2. Yerliyi bərk, parlaq, şax ipək parça. ..Nə bilim kimin arvadı qayçıkəsməzdən tuman tikib. N.Vəzirov. qayçılama “Qayçılamaq”dan f.is. qayçılamaq f. Qayçı ilə kəsmək, qayçı ilə üzdən götürmək; qayçı ilə budamaq. Uşağın saçlarını qayçılamaq. Bağban ağacın quru budaqlarını qayçıladı. Qoyunun yununu qayçılamaq. – [Xortdan:] Bunu deyib, öz əli ilə Nəsrəddin şahın bığının qabağını qayçıladı. Ə.Haqverdiyev. Yekə bir qayçı alıb papaqları qayçılamağa başladım, çünki ustam qalıntüklü papaqları qayçılayanda görmüşdüm. H.Sarabski. qayçılanma “Qayçılanmaq”dan f.is. qayçılanmaq məch. Qayçı ilə kəsilmək, vurulmaq, budanmaq. Ağacın budaqları qayçılanmalıdır. qayçılatma “Qayçılatmaq”dan f.is. qayçılatmaq icb. Qayçı ilə kəsdirmək, vurdurmaq, budatmaq. Artıq saçı qayçılatmaq. Meynələri qayçılatmaq. qayda is. [ər.]\n1. Nizam, səliqə; bir şeyin düzgün vəziyyəti, nizamda olması. Qaydaya salmaq. Şeyləri qaydada saxlamaq. Qayda yaratmaq. Otaq tam qaydadadır.\n2. Bir şeyin yerinə yetirilməsi üçün müəyyən üsullar göstərən qərar və s. Seçki qaydaları. Daxili intizam qaydaları. Elektrik qüvvəsindən istifadə qaydaları. Ali məktəblərə qəbul qaydaları. İmla qaydaları. Küçə hərəkəti qaydaları.\n3. Üsul, yol, tərz. Məqalə müzakirə qaydası ilə buraxılır. Bundan sonra yeni qayda ilə işləməli. – [Şahbaz bəy:] Gələn il bir özgə qayda ilə paltar geyəcəklər. M.F.Axundzadə. • Bu qayda ilə – bu üsul ilə, bu cür. [Məmmədnəsir:] ..Atam öləndə mənə nəsihət edib dedi: “Bala, sən də bacar mənim kimi, dövlətlilərin pullarını çək, ötür içəri”. Bu qayda ilə iki ev və dükan sahibi olmuşam. Ə.Haqverdiyev. Öz qaydasınca – öz yolu ilə. Dünyada hər iş öz qaydasınca gedir. C.Məmmədquluzadə. ..Yelkəndə oxuyubçalanlardan başqa heç bir kəs yox idi. Şərab süfrəsi də öz qaydasınca düzəldilmişdi. M.S.Ordubadi.\n4. Adət, dəb. Xumar-xumar baxmaq göz qaydasıdır; Lalətək qızarmaq üz qaydasıdır. M.P.Vaqif. // “Qaydadır” şəklində – adətdir, xasiyyətdir. Namərddə qaydadır kəsər basdığın; Hər kəs hesab çəksin öz arasında. Aşıq Ələsgər. qayda-qanun is. Nizam və intizam; üsul, qayda. Qayda-qanun qoymaq. Qaydaqanunu pozmaq. Qayda-qanun gözləmək. – [Tahir:] Mənim fikrimi azdırma, mən cəbhəni demirəm. Oranın öz qayda-qanunu var. M.Hüseyn. // Əvvəlcədən qəbul edilmiş, ənənə halını almış üsul. Lakin insanlara dövlət və qayda-qanun lazımdır, dövlət isə rəhbərsiz keçinə bilməz, çünki ədalət və qaydaqanun olmadıqda ruzi yeyən adam ruzi verənin qədir-qiymətini bilməz. “Qabusnamə”. qaydalı sif. Qaydaya, üsula müvafiq; səliqəli, müntəzəm, düzgün, yaxşı düzəldilmiş. Qaydalı iş. Qaydalı otaq. Qaydalı hərəkət. Qaydalı (z.) otur. – Ağcaxanım da oynamağa başladı. Bunun oynamağı gözəl və qaydalı (z.) idi. S.S.Axundov. [Knyaz:] Süleyman bəy, burada mənə qonaqsınız. Mən sizə qaydalı gürcü naharı verəcəyəm. Ə.Haqverdiyev. qaydamaq [pol., əsli türk.] tar.\n1. XVIIXVIII əsrlərdə polyak mülkədarları əleyhinə üsyanda iştirak etmiş ukraynalı kazak.\n2. 1918-ci ildə Ukraynada vətəndaş müharibəsi dövründə: müxtəlif əksinqilabçı dəstələrin əsgəri. qaydasız sif. Nizamsız, səliqəsiz, tərtibsiz, pozğun, düzgün olmayan. Qaydasız iş. Qaydasız hərəkət. Qaydasız yeriş. – Təcrübədən bilirik ki, məhsulun qaydasız (z.) yığılması .. böyük zərər vurur. Ə.Vəliyev. qaydasızlıq is. Qayda və nizam olmaması, səliqəsizlik, nizamsızlıq, pozğunluq. qayə is. [ər.] Yüksək məqsəd; bir işin, təşəbbüsün son məqsədi. [Məhərrəm] çalışmaq, çarpışmağın zövqünü dadmış, yaşadığı dövr və mühitin qayəsini az-çox anlamışdı. A.Şaiq. İnsanlara bəxtiyarlıq, ağgün, səadət! Qayəmiz budur ancaq. O.Sarıvəlli. // Ümumiyyətlə, məqsəd, məram. Niyə qıydın sən o solğun mələkə? Bu vurub-yıxmağının qayəsi nə? Ə.Cavad. qayəsiz sif. Heç bir qayəsi olmayan, qarşısına heç bir yüksək məqsəd qoymayan; məqsədsiz. Qayəsiz, məqsədsiz keçən bir insan ömrü ona [Kərimxana] bir heyvan həyatından fərqli görünmürdü. M.İbrahimov. qayəsizlik is. Heç bir qayəsi, məqsədi olmama; məqsədsizlik. Əmirxanı qayəsizlik yerdən qopardı; Aqronomluq sənətinə getmədi daha. S.Vurğun. qayət zərf [ər.] köhn. Çox, son dərəcə, nəhayət dərəcədə, olduqca. Qayət şərm ilə və ahəstə səs ilə ərz etdilər. M.F.Axundzadə. Əvvəl zaman kürreyi-ərzin qabığı qayət nazik olub. H.Zərdabi. Doğrudan da Aslan qayət qəyur, çalışqan bir uşaq idi. C.Cabbarlı. Tükəzban qayət hirsli olaraq içəri daxil oldu. Nədənsə ovqatı çox təlx idi. B.Talıblı. qayğanaq is. Çalınıb və ya bütöv halda yağda bişirilmiş yumurtadan ibarət yemək. Məşədi İmaməli naharı hazırladı və çox səliqəli və çox ləzzətli plova və bal qayğanağına bizi qonaq elədi. C.Məmmədquluzadə. qayğı is.\n1. Birinin rifahı üçün göstərilən diqqət, ya fəaliyyət; birinin fikrini çəkmə, dərdinə qalma, qeydinə qalma. Bilmədim o günün ani nəşəsi; Mənə dərd olacaq ömrüm uzunu; Bəlkə ev qayğısı, övlad nəfəsi; Olmasa indi də duymazdım bunu. M.Araz. // Fikir, əndişə, təlaş. Hər gün onun [Firidunun] vaxtı min bir qayğı içərisində keçirdi. M.İbrahimov. • Qayğı göstərmək (çəkmək) – 1) birinin rifahı üçün çalışmaq, fikrini çəkmək, qeydinə qalmaq. [Hacı Nəsir:] ..Mən sənin kimi bir kasıb qızını dilənçilikdən qurtarıb özümə arvad etdim ki, sən də o yaxşılığın əvəzində bu uşağa analıq edib qayğısını çəkəsən, yoxsa onun üçün cəllad olasan? S.S.Axundov; 2) dərd çəkmək, fikir çəkmək. Düşmüşəm dərdinə, çox möhnətü qayğu çəkirəm; Deyə bilməm sənə, amma elə gizli çəkirəm. M.P.Vaqif. Qayğısına qalmaq – bax. qayğı göstərmək 1-ci mənada. Nəsib dayı onun [Zeynəbin] hər dərdini bilmək, qayğısına qalmaq istəyirdi. İ.Şıxlı. // Baxma, qulluq etmə, xidmət etmə. Qayğı olsa bitkilər yaxşı bitər. // məc. Şəfqət, nəvaziş. Əminə bir bacı qayğısı ilə Əjdərin başındakı sarğıları düzəltdi. S.Rəhimov.\n2. Dərd, möhnət, fikir, qəm. Onun heç bir qayğısı yoxdur. – Hayıf, ömür qısa, arzu genişdir; Kim bu qayğı ilə titrəməmişdir. M.Müşfiq. qayğıbilməz sif. Dərdi, kədəri, qayğısı olmayan; xoşbəxt, məsud. Sən bu sərbəst göylərin, sərbəstcə yıldızısan; Qayğısız bir ölkənin, qayğıbilməz qızısan! Ə.Cavad. qayğıcıl sif. Çox qayğıya qalan, çox qayğıkeş. qayğıcıllıq is. Qayğıkeşlik, qeydkeşlik. qayğıkeş sif. Qayğı çəkən, qayğı göstərən, qayğıya qalan. Əli dayandı, sifətinə qayğıkeş bir görkəm verdi. İ.Şıxlı. Fədakar, qayğıkeş bağbanı varsa; Bir gülü solsa da, min gül bitirər. Şəhriyar. qayğıkeşlik is. Qayğı çəkmə, qeydə qalma, qeydkeşlik. Qonaq sərxoş olduqdan sonra getmək istəsə, bir-iki dəfə qalmasını xahiş et, qayğıkeşlik göstər, qoyma getsin, üçüncü dəfə icazə ver getsin. “Qabusnamə”. qayğılı sif.\n1. Qayğısı olan, qayğı çəkən. Qayğılı ana. – Qayğılıya söhbət haramdır. (Ata. sözü). // Qayğıkeş. Sevən həm qayğılı, həm də qayğısız; Sevin – səninkidir bu boyda aləm. M.Araz.\n2. Qəmli, kədərli, qüssəli, fikirli. Səfasız sufi daim qayğuludur. Nəsimi. Saqiya, cam tut ol aşiqə, kim qayğuludur; Qayğu çəkmək nə üçün, cam ilə aləm doludur. Füzuli. Qəmlidir günlərimiz, qayğuludur; Dərd ilə həp dirliyimiz doludur. A.Səhhət. qayğısız sif.\n1. Fikri, qayğısı olmayan, heç bir şeyin fikrini, qeydini çəkməyən; fikirsiz, laqeyd. [Kərim xan] Tehranın boşalmış küçələrinə tamaşa edir, qayğısız bir adam kimi yavaş-yavaş yeriyirdi. M.İbrahimov.\n2. Qəmsiz, kədərsiz, dərdsiz. Qayğısız adam heç kəsin dərdini çəkməz. – Bu qayğısız (z.) yaşamağı, əlqərəz; Bir şey ilə etmək olarmı əvəz? A.Səhhət. [Bəypolad:] Qayğısız bir həyatı, əcəba, hansı qız istəməz? H.Cavid. Qüdrət bu sözləri də adəti üzrə qayğısız bir təbəssümlə qarşıladı. M.Hüseyn.\n3. Himayəsiz, kimsəsiz, baxımsız. Övlad özü də qayğısız qaldığını güman etməməlidir. S.Rəhimov. qayğısızca zərf Qayğısız, fikirsiz; laqeyd surətdə. Qayğısızca ətrafa göz gəzdirmək. qayğısızlıq is. Həyatda hər şeyə qayğısız münasibət; laqeydlik, qeydsizlik. Bütün o qayğısızlıq pərdəsi altında sevən qız qəlbi nə qədər böyük və fədakar bir məhəbbət əzizləyib bəsləmişdir. Ə.Məmmədxanlı. qayıdan f.sif. xüs. Geri dönən, inikas edən. Qayıdan tənlik (riyaz.). Qayıdan şüa. – Nədir günahınız, açıq danışın; Üstümə qayıdan yazılarım, siz! Hansı bir naşının, bir ağlı çaşın; Ələk baxışından keçməmisiniz?! M.Araz. qayıdış f.is. Qayıtmaq işi. [Konduktor:] Müharibə vaxtı Bakıya gəlməmişsiniz? [Nəriman:] İlk qayıdışımdır. Mir Cəlal. Gördülər qayıdıb Qafur döyüşdən; ..Gördülər yollar da çən-duman deyil; Bu toylu-düyünlü qayıdış üçün; Yollar pərişan deyil. N.Kəsəmənli. ‣ Qayıdış növ qram. – işin iş görən üzərində icra olunduğunu bildirən feil növü. Duman çəkildi. qayıq is.\n1. Su nəqliyyat vasitəsi. Motorlu qayıq. Yelkənli qayıq. Balıqçı qayığı. Qayıqda gəzmək. – Qayıqlar, gəmilər üzür yanaşı; Sallanan bayraqlar əks edir suya. S.Vurğun. Tapdıq paltarlarını kiçik qayıqda qoyub suya girdi. Ə.Əbülhəsən.\n2. Hərb gəmilərinin bəzi növlərinin adı. Sualtı qayıq. Keşik qayığı. qayıqçı is. Qayıq işlədən, qayıqda kürək çəkərək qayığı sürən adam. Qayıqçı bizi çayın o tayına keçirdi. – ..Bizə öz adamımız olan yaxşı qayıqçı lazımdır. A.Şaiq. Qayıqçını səslədi: – Tez motoru işə sal. M.Seyidzadə. qayıqçılıq is. Qayıq sürmək peşəsi, qayıqçı sənəti. qayım sif. köhn.\n1. Uca, bərk, zil. Molla İbrahim Xəlil bu halət ilə görməkdən vəch edib, qayım sövt ilə çığırırdı. M.F.Axundzadə.\n2. Bərk, möhkəm, ağır, tutarlı. Təzəcə dəyənək alıbsan ələ; Qayım tut ki, nagah düşər, ağlarsan. M.V.Vidadi. [Vəzir:] Əlbəttə, sabah ona bundan qayım sözlər deyəcəyəm. M.F.Axundzadə. Odabaşı əlini ölçə-ölçə qayım səs ilə başladı: – A kişi, sən allah, zarafat eləmə.. C.Məmmədquluzadə.\n3. Simic, xəsis, bərk. [Zalxa:] Niyə qayım olmayım, səndən mən nə xeyir görmüşəm? M.F.Axundzadə. qayım-qayım zərf məh. Bərk-bərk, möhkəm. Mənim kimi bir sirdaşın yanında; Qayım-qayım sarınmağın nədəndir? M.P.Vaqif. qayın I. is. Ər və ya arvadın qardaşı. Hümmət, Tağı əminin xalası oğlu və həm də qaynı idi. S.S.Axundov. [Yaxşı:] Qaynım dünən araba ilə şəhərə gedib. C.Cabbarlı.\n\nII. , QAYINAĞACI is. bax. ağcaqayın.\n\nIII. is. [ər. ğayın] Ərəb əlifbasında “غ” işarəsi ilə yazılan hərfin adı. qayınana is. Ər və ya arvadın anası. Sona xala gözəl bir gəlin qayınanası oldu. S.S.Axundov. Qayınanalarınıza çox da üz verməyin, evinizə pərxaşlıq salar. Qantəmir. Qayınanasının ona ürək-dirək verməsinə baxmayaraq, Durna qərarsız oldu. İ.Əfəndiyev. qayınarvadı is. Qayının arvadı. qayınata is. Ər və ya arvadın atası. Haman axşam ki, Vəliqulu anası ilə sözə gəldi, çıxıb üz qoydu düz qayınatası Xudayar bəygilə. C.Məmmədquluzadə. Bir tərəfdən əri, o biri tərəfdən də qayınatası bütün acıqlarını Gülyazdan çıxmağa başladılar. M.Hüseyn. qayınxatını is. Qayınarvadı. Bu darvazanın ixtiyarı Əminənin böyük dul qayınxatınısı Dürdanə xanımda idi. Ə.Əbülhəsən. qayırma 1. “Qayırmaq”dan f.is.\n2. sif. Saxta, uydurma, qondarma. ..Sədr və katibin imzaları da qayırma və uydurma imzalardır. M.S.Ordubadi. // Süni. Qayırma diş. – ..Balaca bir binada bomba hazırlandığını göstərən alət və hissələr və bir qayırma saqqal tapdılar. P.Makulu. ...qayırma. Bəzi isimlərə qoşularaq, ismin ifadə etdiyi şeyin istehsalı ilə əlaqədar olan mürəkkəb sözlər düzəldilir; məs.: maşınqayırma, dəzgahqayırma və s. qayırmaq f.\n1. Emal etmək, hazırlamaq, istehsal etmək. Bu fabrikdə mebel qayırırlar. Süddən pendir qayırırlar. Usta güzgü qayırır. – Şərh edir gah süd qayırmağı; Ki qatıqdan belə çəkin yağı. S.Ə.Şirvani.\n2. Bina etmək, qurmaq, tikmək. [Məhəmmədəli:] Elə artıq hesab deyil, ağa... Təndirxana uçmuşdu, onu qayırmışam. N.Vəzirov. // Düzəltmək, təşkil etmək. [Məstan bəyin] özünə hər tərəfdən təzyiq etdilər və axırda da evini alıb, klub qayırdılar. B.Talıblı.\n3. Hazırlamaq, düzəltmək, qurmaq. [Bayram:] Çox yaxşı, əgər mən bir hiylə qayıram ki, Tarverdi aradan çıxa, sən azad qalasan, ona razısanmı? M.F.Axundzadə. [Şahnisə:] Ay uşaq, cəld bir ocaq qayırın, qəhvə içək, – dedi. Çəmənzəminli.\n4. Təmir etmək, əyər-əskiyini, çatışmayan yerlərini düzəltmək. Damın axan yerini qayırmaq.\n5. İş görmək, bir işlə məşğul olmaq. Orada nə qayırırsan? Bu vaxta qədər evdə nə qayırırdın? // Etmək, bacarmaq, əlindən gəlmək. Camaatın qabağında Fərhad bəy nə qayıra bilər? Qantəmir. Bu ayıqlığın qabağında [Cuma] nə qayıra bilərdi? Ə.Əbülhəsən. qayırtdırma “Qayırtdırmaq”dan f.is. qayırtdırmaq icb. Başqasına qayırtmaq, düzəltdirmək, yaxud təmir etdirmək. Evin damını qayırtdırmaq. Ayaqqabını qayırtdırmağa vermək. qayırtmaq “Qayırmaq”dan icb. qayış is.\n1. Belə bağlamaq, yaxud bir şeyi sarıyıb bağlamaq üçün zolaq şəklində kəsilmiş dar uzun dəri və s.; kəmər. Çamadan qayışı. Yəhər qayışı. Məfrəş qayışları. Çanta qayışı. – Əksərən .. cibli köynək geyərək, belini qayışla bərkitmiş kişilər arabanın yan tərəfinə dolmuş(du). M.İbrahimov. Allahyar kəhərin qoltuqaltısını yoxladı, qarın qayışını çəkib bərkitdi. İ.Şıxlı. // Ülgüc itiləmək üçün ensiz uzun dəri.\n2. tex. Hərəkəti bir təkərdən o birinə nəql etmək üçün baş-başa tikilmiş uzun dəri, möhkəm brezent və s. zolağı. İntiqal qayışı. – Döyünən, çırpınan qayışlı çarxlar; Sapsarı su axan xırdaca arxlar.. S.Vurğun. ‣ Qayış kimi – 1) çox bərk, çox sərt; 2) qoparılmaz, qopmaz. qayışbaldır sif. və is. dan.\n1. Arıq, qıçları nazik, lakin çox qüvvətli və yapışdığı şeydən ayırmaq mümkün olmayan (adam). Qayışbaldır adam.\n2. Əfsanələrdə: insan və ya heyvana yapışdıqda ondan ayrılmayan mövhum bir vücud. Axırda qayışbaldırlar şallaq çəkib onları öldürdülər. (Nağıl). qayışqıran is. məh. bot. Çox möhkəm və qırılmaz kökləri olan bir ot. qayışqurd is. zool. Balıqların bədən boşluğunda parazitlik edən lentşəkilli qurd. qayıtma “Qayıtmaq”dan f.is. qayıtmaq f.\n1. Getdiyi yoldan və ya yerdən geriyə, əvvəlki yerinə dönmək. O getdiyi yerdən qayıtdı. Səfərdən qayıtmaq. Geri qayıtmaq. – [Almaz:] Yoldaşlar, mən özüm bu kənddənəm. Getmişəm, oxumuşam, yenə də qayıdıb bu kəndə, sizin aranıza gəlmişəm. C.Cabbarlı. [Xudayar bəy:] Qərəz, keçib, indi hava qaranlıqlayır, mən dəxi kəndə qayıda bilmərəm. C.Məmmədquluzadə. Gülnaz kabab gətirdi, süfrəyə qoyub qayıtmaq istədi. M.İbrahimov. • Qayıdan baş – qayıdanda, geri dönəndə. [Namaz:] Ağa, pristav səhər buradan Xocabəhmənliyə adlayıb və deyibdir ki, qayıdan baş Cahangir ağa ilə görüşəcəyəm. Ə.Haqverdiyev.\n2. Dönmək, yenidən gəlmək, yenidən başlamaq, yenidən müraciət etmək. Köhnə işinə qayıtmaq. Əvvəlki fikrinə qayıtmaq. Bu mövzuya sonra yenə qayıdacağıq.\n3. Yenidən meydana gəlmək, zahir olmaq, təzələnmək, bərpa olmaq. Qüvvəm özümə qayıtdı. Xəstəliyi qayıtdı.\n4. “Qayıdıb” şəklində – 1) dönüb, dönərək, üzünü çevirərək; 2) cavab olaraq. Qayıdıb dedim. – Qanunu əyəndə; onun ziyanı; Qayıdıb özünə dəyəcək yenə... B.Vahabzadə. Salatın qayıdıb dəyəyə girdi. İ.Şıxlı. qayıtmaz sif.\n1. Dönməz, möhkəm. Seyrəltməyə xiyabanda; Qayıtmaz əllər yaraşır; Alanın kökün kəsməyə; Toxalar, bellər yaraşır. Aşıq Əli.\n2. Qayıtmaq mümkün olmayan, gedərgəlməz; xətərli, təhlükəli. Qızım, mən qayıtmaz bir evə gedirəm, səni babana kim aparsın? S.S.Axundov. qbyka is. [rus.] tex. Boltları bərkitmək üçün onların başına keçirilən çoxüzlü yivli halqa. qayma is. Böyük daş parçası. Qayadan qopmuş bir qaymanı işçilər yolun ağzından bir tərəfə çəkdilər. qaymaq is.\n1. Bişirilən, ya sərilən südün, yaxud qatığın üzünə yığılan qatılaşmış yağ maddəsi. Camış (qoyun inək) qaymağı. – Suvarmasam yanar otlar, çiçəklər; Ac qalanda süd verməsə inəklər; Nədən olar şor, pendir, yağ, qaymaqlar? A.Səhhət. • Qaymaq bağlamaq – bax. qaymaqlanmaq. Qaymaq kimi məc. – 1) çox ləzzətli, dadlı; 2) son dərəcə ağ və yumşaq şey haqqında. Qaymaq yağı – qaymaqdan alınan yağ, ən əla kərə yağı. Avropa şəhərlərinin ətrafında yağ çalxalayanlar kərə yağı bir neçə qisim edib, onun əlasını yemək üçün satırlar və belə əla yağa qaymaq yağı deyirlər. “Əkinçi”.\n2. məc. Hər şeyin ən yaxşı, ən seçilmiş hissəsi. Cəmiyyətin qaymağı.\n3. məc. Ləzzət mənasında. [Musa:] Çəkil gözlərimin səkisindən, mən təzə eşqin qaymağını yeməyə gedirəm. S.Rəhman. qaymaqçiçəklilər cəm bax. qaymaqçiçəyi. qaymaqçiçəyi is. bot. Çəmənlərdə, meşələrdə bitən zəhərli sarı ot. • Qaymaqçiçəyi fəsiləsi bot. – bir çox zəhərli növləri olan çoxillik, ya birillik otlar. qaymaqlanma “Qaymaqlanmaq”dan f.is. qaymaqlanmaq I. f. Qaymaq tutmaq, qaymaq bağlamaq, üz tutmaq. Südün üzü qaymaqlandı. qaynadılma “Qaynadılmaq”dan f.is. qaynadılmaq “Qaynatmaq”dan məch. Axşama yaxın bütün evlərdə süfrələr salınar, samovar qaynadılardı. H.Sarabski. qaynadılmış bax. qaynanmış. qaynaq I. is. Bir şeyin qaynayıb çıxdığı yer; mənbə. Bu dərə başdan-başa su qaynağı idi. A.Şaiq. “Mərcan suyu” qaynağın; Ellər sənin oynağın; Nə gözəldir yanağın; Gəlin kimi baxan Kür! Ə.Cavad. Qaynaqdan bulandıran elə bulandırdı ki; Suyumuz durulmadı. B.Vahabzadə. // Yerdən qaynayıb çıxan bulaq, çeşmə və s. Ağbulaq kəndinin aşağı səmtində, yaşıl meşəliyin içində qaynayan Turşsu qaynağı hamının diqqətini cəlb etməyə başladı. S.Rəhimov. Almalı, armudlu bu bağlar sənin; Səadət qaynaqlı bulaqlar sənin. Şəhriyar. // məc. Mənbə, mənşə mənasında. Sən öylə ziya qaynağısan, ey gözəl afət; Yandıqca o hüsnün şamı, pərvanə gülümsər. A.Şaiq.\n\nII. is. tex.\n1. Metalda qaynayıb (qaynaq olub) bitişən yer.\n2. Metal hissələrin aralarına ərgin metal tökmək yolu ilə onları birləşdirmə, bitişdirmə üsulu. Borunun hissələri bir-birinə qaynaq edildikdə məlum oldu ki, bunların bəziləri yolda zədələnmişdir. – Qoruyucu borular adətən 6-10 m uzunluğunda olub, bir-biri ilə qaynaq vasitəsilə birləşdirilir. Quliyev.\n\nIII. is.\n1. Alıcı və yırtıcı quş çəngəli, caynaq. O necə quş idi, qayada səkər; Qaynağı neştərdir, qanımı tökər. Xəstə Qasım.\n2. məc. Əl, pəncə, çəng, caynaq. Mən onu elə əlimə dolayaram ki, ömrü olanı qaynağımdan qurtara bilməz. Ə.Haqverdiyev. qaynaqçı is. xüs. Qaynaq işilə məşğul olan fəhlə (bax. qaynaq2). Buruqda kəmər endirilərkən, boruları eyni zamanda iki qaynaqçı qaynaqlayır. Quliyev. qaynaqçılıq is. Qaynaqçının işi, ixtisası. qaynaqlama “Qaynaqlamaq”dan f.is. qaynaqlamaq I. f. tex. Qaynaq etmək, qaynaq edib bitişdirmək, qaynaq vermək (bax. qaynaq2). Boruları qaynaqlamaq. – [Yusif:] Karkasları quraşdırdıq, bir neçə saata bütün mərtəbə hazır oldu. Bu saat elektriklə qaynaqlayırlar. S.Rəhman.\n\nII. f. Qaynağına keçirmək, pəncəsinə keçirmək. qaynaqlandırılmaq məch. tex. Qaynaq edilmək, qaynaq edilib bitişdirilmək. 1923-cü ildə ilk dəfə olaraq qazıma baltaları sərt xəlitələrlə qaynaqlandırılmağa başlandı. Quliyev. qaynaqlanma I. “Qaynaqlanmaq1”dan f.is.\n\nII. “Qaynaqlanmaq2”dan f.is. qaynaqlanmaq I. f. tex. Qaynaq tutmaq, qaynaq olub birləşmək, bitişmək (bax. qaynaq2).\n\nII. f. Qaynağa keçirilmək, pəncəyə keçirilmək (bax. qaynaq3). qaynaqlı sif. xüs. Qaynağı olan, qaynaqla bitişdirilmiş. qaynama 1. “Qaynamaq”dan f.is. Suyun qaynama dərəcəsi.\n2. is. Bulaq, çeşmə. O ağaclar, o dadlı qaynama da; Gündən az qaldı qovrulub solsun. A.Səhhət. ‣ Qaynama nöqtəsi fiz. – bir cismin bir haldan başqa hala (məsələn, suyun qaynayaraq buxar halına) keçməsi üçün lazım olan hərarət həddi. qaynamaq f.\n1. Bərk qızdırılmaq, ya qızmaq nəticəsində buxarlanaraq pıqqıldamaq, paqqıldamaq, qələyan etmək, köpüklənmək (mayelər haqqında). Su qaynayır. Müxtəlif mayelər müxtəlif temperaturda qaynayır. // İçində maye, xörək qaynayan qab haqqında. Qazan qaynayır. Çaydan qaynayır. – Samovar elə şiddətlə qaynayır ki, guya bu saat hərəkət edəcək. C.Məmmədquluzadə.\n2. Şişib qabarmaq, turşuyub qabarmaq, qıcqırmaq. Üzüm şirəsi qaynamağa başladı.\n3. məc. Yerdən şiddətlə çıxıb qabarmaq, fışqırmaq, köpüklənmək, axmaq. Çeşmə yerdən qaynayıb axır. – Buradan mən görürəm çeşmələri qaynamada. A.Səhhət. Ey oğlum, özün də bu qabaq tərəfdə, qaynayan bulaqdan sərin su içərsən. S.Rəhimov.\n4. məc. İntizamsız bir surətdə hərəkət edən saysız-hesabsız adam və ya heyvan, həşərat və s. kütləsi haqqında. Küçələr adamla qaynayır. – Yenə mən keçirəm küçələrindən; Yenə qaynayırsan, qocaman şəhər. S.Vurğun.\n5. məc. Bir şeyin çox güclü, şiddətli, coşqun təzahürünü ifadə edir. Onun solğun yanaqlarında qəribə bir qızartı, gözlərində isə kəskin parıltı qaynayırdı. Ə.Əbülhəsən. Qoca əxinin sinəsi isə sanki tükənməz bir bulaqdı, o daima qaynayır.. Ə.Məmmədxanlı.\n6. məc. Daim hərəkətdə olmaq, bir an rahat olmamaq. Bu adamın bir dəqiqə rahatlığı yoxdur, daim qaynayır. // məc. Dalğalanmaq, coşmaq, köpüklənmək, qabarmaq. Dəniz qaynayır. ‣ Qaynayıb-qarışmaq (qovuşmaq) – isinişmək, üns tutmaq, yaxınlaşmaq, dostlaşmaq. O, adamla qaynayıb-qarışan deyil. – Mən bütün qanım və ruhumla qaynayıb sizə qarışmışam. M.S.Ordubadi. [Qəhrəman] nə qədər qayğı çəksə, texnikumun işi ilə qaynayıb-qovuşsa, yenə balaca Sabiri unuda bilmirdi. S.Rəhimov. qaynanmış sif. Qaynama dərəcəsinə çatdırılmış, qaynama dərəcəsinə çatana qədər qızdırılmış. // Qaynar suda bişirilmiş. Qaynanmış ət. – [Gülli xanım:] Bax, bu qaynanmış sudu. Qablarınızı doldurun. Əyər başqa boş qabınız varsa, tez gətirin gəlin, sizi gözləyirəm. İ.Şıxlı. qaynar sif.\n1. Qaynama halında olan; yandırıcı, çox yüksək hərarətli; dağ, büryan. Qaynar su. Qaynar çay. Çiy tərəvəzi və meyvəni xörəyə salmadan əvvəl, yaxşı yumaq və üstünə qaynar su tökmək lazımdır. – Sabun zavodunda işləyən [Kərim xan Azadinin] atası qaynar sabun qazanına düşüb həlak olduğu zaman onun altı yaşı vardı. M.İbrahimov. Bu zaman qız qaynar samovarı gətirib süfrəyə qoyub, çay dəmləyib, ləb-ləb stəkanlara çay tökərək qonaqların qabağına qoyur. H.Sarabski. // Çox isti, hərarətli, qızğın, qızmar. Əsən yellər, ətir saçır bizim qaynar çöllərə. S.Vurğun. Yay günəşi o gün qaynar bir ocağı andırırdı. M.Dilbazi.\n2. məc. Odlu-alovlu, canlı, ehtiraslı. Balaca Sabir bir an fikrə gedir, sonra dönüb qaynar gözləri ilə atasına baxırdı. S.Rəhimov.\n3. məc. Coşqun, qızğın. Sənət nədir? O, həyatın qaynar axan çeşməsidir. S.Vurğun. Eldən elə, ölkədən ölkəyə gəzdi adı; Dolu, qaynar bir həyat yaşadı. R.Rza.\n4. Qaynayan, fışqıran, qaynayıb çıxan. Lakin bəzən çıxar, hündür, qarlı dağ; Altından da çox isti qaynar bulaq. A.Səhhət. Yenə də yamyaşıl geyinir dağlar; Göz kimi durulur qaynar bulaqlar. S.Vurğun. qaynar-qaynar zərf Qaynar halda, çox isti halda. Çayı qaynar-qaynar içmək. qaynarlıq is.\n1. Qaynar şeyin halı (bax. qaynar 1-ci mənada).\n2. məc. Qızğın fəaliyyət, işdə sürət, aktivlik, coşqunluq. Həmin bu qaynarlıq Şehlidə dərzlərin çoxluğundan deyil, payızın nəmişliyindən, qışın tez gələcəyi qorxusundan idi. S.Rəhimov. qaynaşma “Qaynaşmaq”dan f.is. Qəsəbə yeni bir qaynaşma və şənlik hiss edirdi. – Birdən camaat içinə qaynaşma düşdü. Mir Cəlal. qaynaşmaq f.\n1. bax. qaynamaq 4-cü mənada. Kişilər, övrətlər, uşaqlar .. qarışqa kimi qaynaşırlar. C.Məmmədquluzadə. Adamlar stansiyada qaynaşırdılar. A.Şaiq. [Piri baba və qızlar] bir başqa pətəyə çatdıqda gördülər ki, buranın arıları pətəyin ağzında qarışqa kimi qaynaşırlar. S.S.Axundov.\n2. Hərəkət etmək, tərpəşmək, bir-birinə qarışmaq. Dağların başında bulud qaynaşmağına baxmayaraq, hava isti idi. Çəmənzəminli. Doğrudan da yuxarıda qəribə bir mənzərə var idi; dağların zirvəsində buludlar qaynaşır. M.Hüseyn.\n3. bax. qaynamaq 6-cı mənada. qaynatdırma “Qaynatdırmaq”dan f.is. qaynatdırmaq icb. Qaynatma işi gördürmək. qaynatma 1. “Qaynatmaq”dan f.is.\n2. sif. Qaynadılmış, qaynadılaraq bişirilmiş. Qaynatma hədik. qaynatmaq f.\n1. Bir mayeni od üstündə qaynama dərəcəsinə çatdırmaq, qaynama dərəcəsinə çatıncaya qədər qızdırmaq. Südü qaynatmaq. Suyu zərərsizləşdirməkdən ötrü ən sadə və ən əlverişli üsul onu qaynatmaqdır. // İçərisində maye qaynadılan qab haqqında. Samovarı qaynat. Çayniki qaynadıb daşdırmaq. – Yetər samovarı qaynadıb gətirdi. Qantəmir. Uşaq, otağı təmizləməkdə və cihazları qaynadıb yerinə qoymaqda olan anasının ətəyindən tutub dartır.. M.İbrahimov.\n2. Bir şeyi qaynar suyun içində bişirmək, yaxud qaynar suyun içində saxlamaq. Boymadərəni qaynadıb suyunu şüşəyə tökdülər. Paltarları yumaqdan əvvəl qaynatmaq. // xüs. Metaldan düzəldilmiş cərrahlıq və başqa tibb alətlərini işlətmədən qabaq od üstündə qaynar suyun içərisində saxlayıb mikrobsuzlaşdırmaq.\n3. xüs. Metal parçalarını qızardaraq birbirinə yapışdırmaq, calamaq, bitişdirmək. Baltanın küpünü dəmirçi kürədə qaynadıb ağzı ilə bitişdirdi. qayrılma “Qayrılmaq”dan f.is. qayrılmaq məch.\n1. Emal olunmaq, hazırlanmaq, düzəldilmək. Heykəl tuncdan qayrılmışdır. Qazan misdən qayrılmışdır.\n2. Bina edilmək, təsis edilmək, inşa olunmaq, qurulmaq, tikilmək. Bu körpü nə zaman qayrılmışdır?\n3. Təmir olunmaq, yamanmaq. Ayaqqabını qayrılmağa vermək. qaysaq bax. qasnaq. ..Qaysağı əzəndə hava və hərarət torpağı isidir, pambıq tez bitməyə başlayır. Ə.Vəliyev. qaysaqlamaq bax. qasnaqlamaq. qaysaqlanmaq bax. qasnaqlanmaq. qaysaqlanmış bax. qasnaqlanmış. Payız günəşində parıldayan kotanlar qaysaqlanmış əkin yerinə bataraq, torpağı lay-lay şumlayaraq uzaqlaşdı. M.Hüseyn. qaysaqlı bax. qasnaqlı. Bostan təzə, bağ təzə; Maral təzə, dağ təzə; Qaysaqlı yaram üstə; Yar çəkibdi dağ təzə. (Bayatı). qaysava is. Qaysı qurusundan hazırlanan yemək; plovun xuruşlarından biri. İtin əbləhi qaysavadan pay umar. (Ata. sözü). Göyçənin qonağa çoxdu hörməti; Qaysava, qayğanaq verir ləzzəti; Plov, dolma, kabab, əmliyin əti; İnsaf elə, tək motaldan danışma! Aşıq Ələsgər. qaysavalıq sif. Qaysava bişirmək üçün yararlı. qaysı is. Cənubda bitən həmin adlı ağacın sarı, ətli, çəyirdəkli şirin meyvəsi. Qaysı ağacı. Qaysı mürəbbəsi. Qaysı bağı. – Allahyar beş-on girvənkə düyü, kişmiş, qaysı aldı. İki kəllə qənd götürdü. İ.Şıxlı. qaytağı is. mus. Çox iti surətdə ifa edilən Azərbaycan xalq rəqsi və bu rəqsin havası. Kəndir üstə oynanan rəqslər qaytağı, təkçalma və sairədir. H.Sarabski. ..Orkestr “Qaytağı” çaldıqda biz bu qaytağının havasını (melodiyasını) ilk dəfə eşitdiyimizə baxmayaraq, bu musiqinin marş və təsnif deyil, məhz qaytağı olduğunu düzgün surətdə təyin edə bilirik. Ə.Bədəlbəyli. ‣ Qaytağı oynamaq məc. dan. – ağrıdan qıvrılmaq, çox əziyyət çəkmək. Gecə səhərə qədər diş ağrısından qaytağı oynamışam. qaytaq is. Bağ, bənd. ‣ Ağzının qaytağı yoxdur – danışığını bilməyən, ağzına gələni danışan adam haqqında. qaytan is. Yumşaq iplikdən, ipəkdən və s.-dən hörülmüş bağ, ip. Yumru qaytan. Tufli qaytanı. – Ağcaxanım yaradan bir o qədər şikayət etmirdi. Yaradan yuxarı qaytan ilə möhkəm bağlanmış yerdən şikayət edirdi. S.S.Axundov. İncə və əlvan ipəkdən güllər və çiçəklər tikilmiş yaşıl donu geydi, qabaqdan ipək qaytanlarla bağladı. M.S.Ordubadi. Bu meydanda mən tanıdım bağrı tonqal igidləri; Alnındakı ipək qaytan qırmızı, al igidləri. X.Rza. qaytanlama “Qaytanlamaq”dan f.is. qaytanlamaq f.\n1. Qaytan keçirmək, qaytanla bərkitmək (bağlamaq). Ayaqqabıları qaytanlamaq.\n2. Paltarın kənarlarına, ətəyinə və ya tikiş yerlərinə qaytan qoymaq, qaytan ilə çevirmək. Keçmişdə qadınlar paltarlarını qaytanlardılar. qaytanlanma “Qaytanlanmaq”dan f.is. qaytanlanmaq məch. Qaytan keçirilmək, qaytanla bərkidilmək (bağlanmaq). qaytanlanmış f.sif. Qaytan keçirilmiş, qaytanla bərkidilmiş, bağlanmış. Qaytanlanmış ayaqqabı. Qaytanlanmış dəftər. qaytanlı sif. Qaytanı olan, qaytanla bağlanan, qaytanla bağlanmış. Altun qaytanlı saatların əqrəbləri çox təxirlə sürünürdü. M.S.Ordubadi. Şamxal ayağa durub kəmərini daraltdı. Boğazı qaytanlı köynəyinin qırışlarını arxaya tərəf yığdı. İ.Şıxlı. qaytarıcı is. xüs. İşıq, ya istilik şüalarını, elektromaqnit dalğalarını və s.-ni qaytarmaq (əks etdirmək) üçün qurğu, cihaz. qaytarılma “Qaytarılmaq”dan f.is. qaytarılmaq “Qaytarmaq”dan məch. Borc hələ də qaytarılmamışdır. – ..Bu güzəştlərin müqabilində Əmirəlmöminin Qızıl Arslanla bağlanmış əhdnamənin geri qaytarılmasını tələb edir. M.S.Ordubadi. qaytarılmaz sif.\n1. Qaytarılmayan, qaytarıla bilməyən. Qaytarılmaz itki. – Düşmənimiz arxalandı; Silahına, öz gücünə; Zora təslim olan torpaq; Qaytarılmaz söz gücünə. B.Vahabzadə.\n2. Geri qaytarılmalı olmayan, həmişəlik verilən. Qaytarılmaz borc. qaytarış is. Qaytarma işi, qaytarma, qaytarılma. qaytarma is.\n1. “Qaytarmaq”dan f.is.\n2. bot. Çoxillik çəmən bitkisi.\n3. Oyun havalarından birinin adı. qaytarmaq f.\n1. Alınmış, yaxud göndərilmiş bir şeyi geri vermək (göndərmək). Kitabı oxuyub mənə qaytar. Borcunu qaytarmaq.\n2. Xahişlə və ya başqa bir yol ilə bir yerə qayıtmağa, yaxud geri dönməyə məcbur etmək; geri döndərmək. Yarı yoldan qaytarmaq. Hələ uzaq getməmişkən qaytar! – Məşuqə fənəri alıb qulluqçunu qaytardı. S.Rəhimov.\n3. Rədd etmək, dəf etmək, başdan sovmaq. Zərbəni qaytarmaq. • Söz, cavab qaytarmaq – özündən böyüyün dediklərini və ya göstərişlərini qəbul etməyərək, qabacasına rədd etmək. [Nənəm mənə deyərdi:] Biz səni dərsə qoyuruq, sən fikir vermirsən, mollanı aldadırsan, ona cavab qaytarırsan. H.Sarabski. qaz I. is. zool. Ördəyə bənzər, lakin ondan böyük, uzunboğaz, əti yeyilən su quşu. Qaz əti. Qaz yumurtası. – Yeyərsən qaz ətini, görərsən ləzzətini. (Ata. sözü). Əgər məşuqə mənzurundu, get bir şahbaz istə; Bu məşhur bir məsəldir, Seyyida, “Qaz vur, qazan doldur”. S.Ə.Şirvani. ‣ Qaz yerişi yerimək – 1) qaz kimi yan basa-basa yerimək; 2) təkəbbürlə yerimək, təşəxxüslə yerimək. Qazdan ayıq – çox ayıq, gözüaçıq və işini bilən adam haqqında.\n\nII. [fr.] kim.\n1. Ayrı-ayrı hissəcikləri birbiri ilə çox zəif bağlı olan və sərbəst surətdə hərəkət edib hər tərəfi qaplamağa qabil olan fiziki cisim, maddə. Təbii qaz. Boğucu qaz. – Mədənlərdən, neft quyularından çıxan qazların işlənməsi nəticəsində qaz benzini alınır.. Məmmədəliyev. Yerdən çıxan qazı qədim adamlar ilahi bir şey hesab edirdilər. M.Hüseyn. // Binaları qızdırmaq, işıqlandırmaq, yaxud mühərrik qüvvə kimi işlətmək və s. məqsədlər üçün istifadə edilən qaza və ya buğaoxşar maddələrin ümumi adı. Teatr qazla işıqlandırılır. Təbii qaz ən ucuz yanacaqdır. Qaz fənəri. – Lətifə tez-tələsik qaz pilətəsini yandırdı. M.Hüseyn.\n2. Mədədən çıxan qazaoxşar ifraz. ‣ Qazı qaçmaq dan. – işi baş tutmadığına görə əhvalı pozulmaq, pərt olmaq, ovqatı təlx olmaq. Müdirin ovqatı qarışmışdı; ..Nicatın qazı qaçmışdı. Mir Cəlal.\n\nIII. is. [fr.] Yarımşəffaf ipək parça. // Bu parçadan tikilmiş və ya qayrılmış. Qaz örtü. Qaz şərf. qazağı I. sif. Qazaq formasında. Qazağı paltar. Qazağı papaq.\n\nII. is. mus. Azərbaycan oyun havalarından biri (Azərbaycanın Qazax şəhərinin adından). qazax is. Qazaxıstanın əsas əhalisini təşkil edən türkdilli xalq və bu xalqa mənsub adam. qazaxca sif. və zərf Qazax dilində. Qazaxca qəzet. Qazaxca danışmaq. qazaq is.\n1. bax. kazak.\n2. Çar Rusiyasında: ayrıca bir təbəqə təşkil edən atlı qoşunun süvarisi, nəfəri. Şuşa naçalnikinin qazaqları Nəbini axtarmağa başladılar. “Qaçaq Nəbi”. Şəban qapını açdı. Neçə nəfər polis əmələsi və qazaqlar daxil oldular. Ə.Haqverdiyev. Hər gün küçələrdə ox kimi gözümüzə batan qorodovoy və qazaqlardan əsər yox idi. A.Şaiq. qazaqbaşı is. tar. Qazaq zabiti, qazaq dəstəsinin başçısı. qazaqyana is. etnoqr. məh. Köhnə məişətdə: toy adətlərindən birinin adı. Gəlin aparan zaman o məhəllənin adamları faytonun qabağını kəsərdi. Onlar oğlan adamından xələt almayınca gəlini aparmağa qoymazdılar. Bu adətin adına qazaqyana deyərdilər. H.Sarabski. qazalaq I. is. məh. Keçmişdə Abşeronda: təkatlı, ikitəkərli araba növü. Abşeronda qazalaq adlanan bir araba dayanmışdı yolda və Əlimürsəl kişi ilə o qazalağa minmişdik.. Ə.Məmmədxanlı.\n\nII. is. Quş növlərindən biri. Göy ot bitib, gül açıb, yaz gəlib, oxur qazalaq; Qışı çıxardıb uşaqlar, qaçırlar çay-çəmənə. Şəhriyar. qazalaqçı is. məh. köhn.\n1. Qazalaq sürücüsü, yaxud qazalaq sahibi.\n2. Qazalaq qayıran usta. qazamat is. [əsli ital.] Dustaqxana, həbsxana. Qazamat istidir, yata bilmirəm; Qıçımda qandalaq, qaça bilmirəm. “Qaçaq Nəbi”. Dağ aşıb, düzə gəlləm; Sürmə çək gözə, gəlləm; Yüz il qazamat çəksəm; Çıxcağın sizə gəlləm. (Bayatı). qazamatı sif. köhn. Qazamata məxsus, məhbuslara məxsus. [Sonqulu] əynində uzun qazamatı şinel həbsxanadan çıxarkən, izdiham bunun məğrurluğuna .. təəccüb edirdi. H.Sarabski. qazan is. İçində xörək bişirmək, su qaynatmaq və s. üçün böyük girdə metal qab. Mis qazan. Aş qazanı. Qulplu qazan. Buxar qazanı. – Qazan olmayan yerdə güvəc də qazandır. (Ata. sözü). Ocaq daşının üstündə iri qazandan plov qoxusu gəlirdi. Ə.Vəliyev. • Qazan asmaq – qazanda xörək bişirmək. Oxudular fatihə əmvat üçün; Neçə qazan asdılar xeyrat üçün. S.Ə.Şirvani. ‣ Qazan qaynatmaq – iş düzəltmək, təşəbbüs etmək, hazırlıq görmək, zəmin hazırlamaq. [Məşədi Püstə:] Qoy, qonşumuz Kəblə Paşanın yasından başım ayılsın, mən bir qazan qaynadaram ki. H.Sarabski. qazanaoxşar bax. qazanvari. Bu adamın çox gülünc görünüşü vardı. Başında qablama qazanaoxşar Buxara dərisindən qara papaq var idi. H.Sarabski. qazanc is.\n1. Qazanılan, əldə edilən şey; fayda, xeyir. Bundan heç bir qazanc yoxdur. Bunun qazancı nədir? – [Fatma xanım:] Mənim axır qazancım budurmu? N.Vəzirov. // Qənimət. Dünyadan xoş keçən bir gün aparaq; Qazancdır gəncliyin hər xoş nəğməsi. S.Vurğun.\n2. İşləməklə, çalışmaqla əldə edilən şey, nəticə, səmərə. Öz əməyinin qazancını görmək. Qazanc dalısınca getmək. • Qazanca çatmaq – 1) xeyir əldə etmək, fayda görmək. [Almaz:] Bu onun öz faydasıdır. Həm oxuyacaq, həm də qazanca çatacaqdır. C.Cabbarlı; 2) qazanmaq, qazanc əldə etmək. Əymə əyər, mənfəət ilə satar; Pul qazanar, yaxşı qazanca çatar. A.Səhhət. // Gəlir, mədaxil. [Heydər bəy:] Deyək ki, toy istəmədin, axır gərəkməz ki, mənim bir qazanc yolum ola, çörək istəməzsənmi? M.F.Axundzadə. Atabala sözünə davam edərək: – Bilirəm, mənim azacıq qazancım səni yaxşı yaşada bilmir, – dedi. A.Şaiq.\n3. Qoyulmuş xərc ilə əldə edilən gəlir arasındakı fərq; mənfəət. Mal satışından alınan qazanc. – [Hacı Qara:] Beş yüz manat nağd pul verəsən, faydasından, qazancından əl çəkəsən, mayan da əlinə gəlməyə, bu harada görülübdür? M.F.Axundzadə. qazanclı sif. Gəlirli, mədaxilli, faydalı, istifadəli, mənfəətli. Qazanclı iş. – Keykavusun din xadimlərinə münasibəti də qəribədir. O, din xadimi olmağı ən faydalı, ən xeyirli və ən qazanclı sənət hesab edir. “Qabusnamə”. qazancsız sif. Qazancı, gəliri olmayan; gəlirsiz, faydasız. qazança kiç. Balaca qazan, yüngül qazan. Səlim .. yanaşı iki qara daş qoyub, qazançanı onların üstündə asmışdı. M.Hüseyn. Qazançalar danqıldadı, qaşıqlar cingildədi, hərə bir tərəfə səpələnib aşpazdan aldıqları xörəyi yeməyə başladılar. İ.Şıxlı. qazançı is.\n1. Mis və ya başqa metaldan qazan qayıran usta.\n2. Buxar qazanlarını quran usta.\n3. Buxar qazanlarını qızdıran və ona qulluq edən fəhlə. qazançılıq is. Qazançı sənəti, peşəsi. qazandırma “Qazandırmaq”dan f.is. qazandırmaq f. Qazanmasına, əldə etməsinə, çatmasına səbəb olmaq, vasitə olmaq, kömək etmək, nail etmək. Siz mənə ömrümdə [görə] bilməyəcəyim bir səadəti qazandırdınız. M.S.Ordubadi. qazanxana is. xüs. Buxar qazanlarının olduğu bina, yer. [Salamov:] Adə, .. qazanxanadan dünən çıxmışsan, qazamatdan bu gün qaçmışsan, sən də mənə kələk gəlirsən! C.Cabbarlı. [Qəhrəman:] Mən istəyirəm, bizim məktəbin taxtapuşundan başlamış qazanxanasına qədər hər şeyi və işi öz yerində olsun. S.Rəhimov. qazanılma “Qazanılmaq”dan f.is. qazanılmaq məch. Əldə edilmək. Bilik və məlumat çox əmək nəticəsində qazanılır. – [Qətibə Hüsaməddinə:] Əziz dostum, həyatda sıçramaq qorxulu bir cəsarətdir. Mərtəbələr tədrici bir surətdə qazanılır. M.S.Ordubadi. qazanılmış f.sif. Əldə edilmiş. [Laçın bəy:] Tanıyıram, yaxşı tanıyıram.. Tamam ömürlərində bir gün-gecə halal zəhmət ilə qazanılmış tikə yeməyiblər.. N.Vəzirov. [Kürd Əhməd:] Mərdimazarçılıqla qazanılmış bir çörəyi yeyib tox olmaqdansa, acından ölmək yaxşıdır. M.İbrahimov. qazanma “Qazanmaq”dan f.is. qazanmaq f.\n1. İşləməklə, çalışmaqla əldə etmək. Kərbəlayı Məmmədəli iki il yarımdır ki, qürbətə çıxıb, az-çox çörək pulu qazansın. C.Məmmədquluzadə. // Fayda götürmək, udmaq. Oyunu kim qazandı?\n2. Qazanc əldə etmək, qazanc götürmək. [Səlimi:] Ağayi-Hikmət İsfahani, Tehranda oturmuşsunuz, ticarət kontorlarınız işləyir, .. yüz min tümənlərlə qazanırsınız. M.İbrahimov.\n3. Ümumiyyətlə, əldə etmək, nail olmaq. Hörmət qazanmaq. Müvəffəqiyyət qazanmaq. – [Firidun] tez bir zamanda darülfünun tələbələri arasında özünə hörmət və məhəbbət qazanmışdı. M.İbrahimov. Tapdıq qazmaçılar arasında öz mehribançılığı ilə şöhrət qazanmış məşhur bir usta idi. M.Hüseyn. // Yiyələnmək, sahib olmaq. Elmü ürfan qazanmağa getdiyi yerdə; Əsir oldu, aşıq oldu bir qumral qıza. Ə.Cavad. qazantəmizləyən is. və sif. xüs. Zavod və s. sənaye müəssisələrində buxar qazanlarını təmizləyən. Fayton da indi bir ətək pul istəyir, – deyə qazantəmizləyən Əhməd donquldandı. C.Cabbarlı. qazanvari sif. Şəkilcə, görünüşcə qazana oxşayan; qazan kimi. Bəlkə Müqim bəy Cavanşir öz döşüaçıq kostyumunu geyəydi, başına qazanvari papaqlardan birini qoyaydı, əlinə də xanımın şəhərdən gətirdiyi üstü zərlə işlənmiş çəliyi götürəydi. S.Rəhimov. qazayağı is. bot. Əsasən isti ölkələrdə yetişən və azacıq kərəviz qoxusuna malik olan yeyilən bir bitki. Nəsib dayı özündən iri olan qızlardan geri qalmamağa çalışır, bıçağını çıxardıb gah taxılın içində qazayağı dərər, gah yol kənarındakı ilanotunu yolar, gah da yemlik yeyərdi. İ.Şıxlı. qazdırılma “Qazdırılmaq”dan f.is. qazdırılmaq “Qazdırmaq”dan məch. qazdırma “Qazdırmaq”dan f.is. qazdırmaq icb.\n1. Qazma işi gördürmək. Quyu qazdırmaq. Arx qazdırmaq.\n2. Polad qələm və s. ilə taxta, metal, daş və s. üzərində naxış, oyuq açdırmaq, həkk etdirmək. Üzüyün üzərində öz adını qazdırmaq. qazel is. [rus.] Yük avtomobillərinin bir növü. qazholder is. [ing.] tex. Qazları toplayıb saxlamaq üçün gülləyəoxşar anbar. qazı is. [ər. qazi] Müsəlmanlarda dini məhkəmə işlərinə baxan ruhani, şəriət hakimi. Qazıya yalnız gedən razı gələr. (Ata. sözü). Şəban gedib qazıdan təvəqqe etdi ki, onu bir növ Məşədi Məmməd Vəli ilə barışdırsın. Ə.Haqverdiyev. qazıcı sif. və is.\n1. Qazan, yerqazan. Qazıcı maşın.\n2. Həkk edən, naxışaçan, oyan, oyucu. qazıxana is. [ər. qazi və fars. ...xanə] Qazı divanxanası, şəriət məhkəməsi. [Şamama xanım:] Əgər siz istəyirsiz, mən bu saat özüm gedim qazıxanaya. N.Vəzirov. qazıq sif. Qazılmış, çuxur. Qazıq yer. qazıq-qazıq 1) zərf Qazıq-qazıq etmək. Təpənin bir sajın genişliyində yeri qazıq-qazıq olmuşdu. H.Nəzərli; 2) sif. bax. qazıq. Qazıq-qazıq yerlər. qazıqumuq is. Dağıstan xalqlarından birinin adı və bu xalqa mənsub adam. qazılıq is. din. Qazının işi, vəzifəsi. qazılma “Qazılmaq”dan (1-ci mənada) f.is. qazılmaq 1. “Qazmaq”dan məch. Tətil başlanandan bir neçə gün əvvəl qazılıb qurtarmış təzə quyu hələ də fontan vururdu. M.Hüseyn.\n2. Nəqş edilmək, həkk edilmək. Qızıl suyu ilə üstünə cəli xətlər qazılmış. A.Səhhət. Sola və sağa açılan qapıların yanında lalə kimi, divara qazılmış dördkünclü işləmələr vardı. M.İbrahimov. qazıma “Qazımaq”dan f.is. qazımaq f.\n1. Kəskin bir alətlə bir şeyin səthindəki şeyi qoparmaq, qaşıyıb çıxartmaq. Qazıyıb təmizləmək. Taxtanı bıçaqla qazımaq. Dəftəri qazımaq olmaz.\n2. bax. qazmaq1.\n3. məc. Küt ülgüclə üzünü qırxarkən dərisini soymaq, qoparmaq. qazınmaq bax. qazılmaq 2-ci mənada. qazıntı I. is.\n1. Yer altından qazımaqla çıxarılan mədən və s. faydalı süxurlar. Təbiətdə faydalı qazıntılara ya ayrı-ayrı minerallar, ya da bir mineraldan ibarət olan süxurlar şəklində təsadüf edilir. M.Qaşqay.\n2. Qədim dövrlərə aid maddi mədəniyyət əsərlərini, yaxud heyvan qalıqlarını yer altından qazıb çıxarma işi. Qazıntı işləri. Qazıntı nəticəsində tapılan qədim şəhərin qalıqları. – Türbənin daxilində aparılan qazıntı zamanı döşəmənin altında qəbirlər açılmış və burada dəfn edilmiş 7 adamın skeletləri meydana çıxarılmışdır. Salamzadə. // Ən qədim geoloji dövrlərdə yaşamış, indi isə yerin dərin qatlarından tapılan heyvanların, bitkilərin qalıqları. Heyvanların qazıntı halında tapılan qalıqları göstərir ki, keçmiş zamanlarda yaşamış heyvanlar indi yaşayan heyvanlardan fərqli imişlər. “Ümumi zootexniya”.\n\nII. is.\n1. Bir yerin və ya şeyin qazılmasından hasil olan qırıntı, tör-töküntü. Ət taxtası qazıntısı. Təknə qazıntısı.\n2. Yazının qazılmış, bıçaq və s. ilə pozulmuş yeri. qazıtma (=qazıtdırma) “Qazıt(dır)maq”dan f.is. qazıtdırma (=qazıtma) “Qazıt(dır)maq”dan f.is. qazıtmaq (=qazıtdırmaq) icb. Qazdırma işi gördürmək. qazıtdırmaq (=qazıtmaq) icb. Qazdırma işi gördürmək. qazi I. is. [ər.] bax. qazı.\n\nII. sif. və is. köhn. Qəza edən, düşmənə qarşı müharibə edərək qalib gələn (xüsusilə din yolunda müharibə edən). ..Qazilər deyən şah mənəm. Xətayi. qazilik I. bax. qazılıq.\n\nII. is. Qazi ünvanı (adı) (bax qazi2). Biz imam qullariyüz sadiqanə; Şəhidlik, qazilik nişanımızdır. Xətayi. qaz-qaz bax. qaz3. qazlanma “Qazlanmaq”dan f.is. qazlanmaq f.\n1. bax. qazlaşmaq. // Köpüklənmək, qabarcıqlar əmələ gəlmək.\n2. məch. Bir mayenin içərisinə qaz daxil edilmək.\n3. dan. Öyünmək, qürrələnmək, təşəxxüslənmək, coşmaq, xoruzlanmaq. qazlaşdırılma “Qazlaşdırılmaq”dan f.is. qazlaşdırılmaq məch. xüs.\n1. Qaz halına salınmaq, qaza çevrilmək.\n2. Mayenin içərisinə qaz daxil edilmək, qaz hopdurulmaq. İndiyədək yarım milyon şüşədən çox qazlaşdırılmış badamlı satılmışdır. (Qəzetlərdən). qazlaşdırma “Qazlaşdırmaq”dan f.is. qazlaşdırmaq f. xüs.\n1. Qaz halına çevirmək, qaza çevirmək.\n2. Bir mayenin içərisinə qaz daxil etmək, qaz hopdurmaq. qazlaşma xüs. “Qazlaşmaq”dan f.is. Quyuda görünən qazlaşma və ya su gəlmə əlamətləri quyuda vəziyyətin mürəkkəbləşdiyini göstərir. Quliyev. qazlaşmaq f. xüs. Qaz halına gəlmək, qaza çevrilmək. qazlı sif.\n1. İçərisində qaz olan. Kəndin yaxınlığında olan qazlı torpaqların alovunda yandırılan daş karxanasının xırda tozları Suraxanını əhəng yuvasına çevirmişdi. H.Sarabski. // Qaz hopdurulmuş, qaz daxil edilmiş; köpüklənən. Qazlı sular. Qazlı limonad.\n2. məc. dan. İddialı, təşəxxüslü, lovğa. Qazlı adam. Qazlı-qazlı (z.) danışmaq. qazlılıq is. geol. Qazlı şeyin halı, içində qaz olma. qazlift [ing.] xüs. Sıxılmış neft qazının təzyiqi ilə quyudan neft çıxaran qurğu. qazma I.\n1. “Qazmaq1”dan f.is. Qazma texnikasının inkişafı.\n2. sif. Oyulmuş, həkk olunmuş. Qazma möhür. Qazma naxış.\n3. sif. Quyu qazmağa məxsus; neft və s. quyusu qazan. Qazma texnikası. Qazma alətləri. Qazma ustası. – Tək-tənha qazma buruğu sahildən çox uzaqda, dənizin ortasında tikilmişdi. M.İbrahimov. Qazma ustası Qafar dayı quyunu başa çatdırmaq üçün bir neçə gün idi ki, evə getməmişdi. M.Süleymanov.\n4. is. Neft və s. çıxarmaq üçün qazılan quyu; şaxta. Neft sahələrinin dərin kəşfiyyat qazmasında dəzgahların sayı ikiqat artmışdır.\n5. is. Torpaq qazmağa məxsus saplı alət. Çıxar damə beş-on fəhlə, əlində qazma və balta. M.Möcüz. Güldanə ilə Bənövşənin əlində qazma, .. Gülxarla Gülşənin əlində bel var idi. Ə.Vəliyev.\n\nII. is. Yeraltı daxma, yerin altında qazılmış müvəqqəti, ya daimi ibtidai ev, yaşayış yeri. Gecədən xeyli keçmiş, yeraltı qazmada qırıq bir şam işığında Ulduz anasına .. məktub yazırdı. Ə.Məmmədxanlı. Kaşanələr ağaların, qazma bizim, viran bizim; Eyş onların, nuş onların, zəhər bizim, qətran bizim. M.Müşfiq. qazmaçı is. Qazma qazan fəhlə, mədən quyusu qazan fəhlə; şaxtaçı. Qazmaçılar əyilib quyuya baxdıqdan sonra: – Bu quyu qarın sallayıb, indicə uçacağam deyir. A.Şaiq. Danışan qazmaçı bir neçə kəlmə ilə sözünü qurtardı. M.İbrahimov. qazmaçılıq is. Qazmaçı sənəti, qazma işi. qazmadüsər is. məh. Yer qazmağa məxsus alət. Əlisa yarızarafat, yarı ehtiyatla hərlənib qazmadüsər, bel, balta, kərki, mişar və qeyri karastı toplanmış anbara girdi. S.Rəhimov. qazmaq I. f.\n1. Hər hansı bir alət ilə torpağı qaldırıb yeri oymaq, oyuq açmaq, dərinləşdirmək, çuxurlaşdırmaq. Quyu qazmaq. Arx qazmaq. Xəndək qazmaq. Qəbir qazmaq. Ağacın dibini qazmaq. Səngər qazmaq. – Bakı şəhərində .. quyu qazdıqları zaman dəniz səthindən aşağıda daşla döşənmiş bir yol çıxmışdır. A.Bakıxanov.\n2. Polad qələm və s. ilə oymaq, həkk etmək, naxış açmaq. Mərmər üzərində şairin adını qazmaq. Mis üzərində naxışlar qazmaq.\n\nII. is. Bişmişin, qazanın, qabın və s.-nin dibinə yapışıb bərkişmiş hissəsi, qazılıb çıxardılan ən sonuncu hissəsi. Aş qazmağı. Çörək qazmağı. – Plovun da ətri evi bürüyüb, [müsəlman] qazanın qazmağını zaratzarat ilə qopardırdı. C.Məmmədquluzadə. qazmaqcıq kiç. Nazik qazmaq, kiçik qazmaq. qazmaqlanma “Qazmaqlanmaq”dan f.is. qazmaqlanmaq f. Qazmaq tutmaq, qazmaq bağlamaq, dib tutmaq. Qazanın dibi qazmaqlandı. qazmaqlı sif. Qazmağı olan, qazmaq bağlamış. Qazmaqlı aş. Qazmaqlı quymaq. qaznaq is. Qazılmış yer, çuxur yer; qazıq, çuxur. Təpənin dibindəki bulağın üstünə endim, əl və üzümü yuyub qaznağın qırağında oturdum. A.Divanbəyoğlu. qazgenerator (=qazogenerator) [fr. qaz və lat. generator] Bərk və ya duru yanacağı qızğın qaz halına salmaq üçün aparat. qazogenerator (=qazgenerator) [fr. qaz və lat. generator] Bərk və ya duru yanacağı qızğın qaz halına salmaq üçün aparat. qazgeneratorlu (=qazogeneratorlu) sif. xüs. Qazogeneratoru olan. Qazogeneratorlu yük avtomobili. qazogeneratorlu (=qazgeneratorlu) sif. xüs. Qazogeneratoru olan. Qazogeneratorlu yük avtomobili. qazolin [xar.] Neftin distilləsindən və ya neft qazının mayeləşdirilməsindən alınan duru yanacaq, yaxşı təmizlənməmiş benzin. qazun [fr.] Bağlarda, parklarda və s. yerlərdə bəzək üçün əkilmiş və başı dümdüz kəsilmiş ot sahəsi. Bulvarların qazonları. qazoyl is. Qaz və neft sözlərinin birləşməsindən yaranan söz. qazölçən is. xüs. Laboratoriyalarda və s.-də müxtəlif qazları toplamaq, saxlamaq və həcmlərini ölçmək üçün cihaz. qazsızlaşdırılma “Qazsızlaşdırılmaq”dan f.is. qazsızlaşdırılmaq məch. Qazsız hala gətirilmək, qazdan təmizlənmək. qazsızlaşdırılmış f.sif.\n1. xüs. Qazsız hala gətirilmiş, qazı çıxardılmış.\n2. hərb. Zərərsiz hala gətirilmiş, qazdan təmizlənmiş. qazsızlaşdırma xüs. “Qazsızlaşdırmaq”dan f.is. qazsızlaşdırmaq f.\n1. xüs. Bir şeyin içində olan qazları müxtəlif vasitələrlə çıxarmaq, onu qazsız etmək.\n2. hərb. Mexaniki və kimyəvi üsullarla zəhərləyici maddələrin təsirini zərərsizləşdirmək. qazsızlaşma “Qazsızlaşmaq”dan f.is. qazsızlaşmaq f. xüs. Qazsız hala gəlmək, qazı boşalmaq, qazı uçmaq (çıxmaq). qazsoğanı is. bot. Zanbağa oxşar bəzək bitkisi. Qazsoğanı cinsinin çiçək yanlığı altı sərbəst yarpaqdan təşkil olunmuşdur, yarpaqlar içəri tərəfdən sarı rəngli və parlaqdır, bəzən ağımtıl rənglidir, onların xarici tərəfində yaşıl rəngli enli zolaq vardır. Qədirov. qe “Q” hərfinin və bu hərflə işarə olunan səsin adı. qeyb [ər.]\n1. Hazır və göz önündə olmama; qaiblik. • Qeyb etmək – itirmək, əldən çıxarmaq. Hərgah siz buna razılıq versəniz, burada qeyb edə biləcəyiniz bu qiymətli şeyləri də özünüzlə bərabər salamat apara biləcəksiniz! M.S.Ordubadi. Qeyb olmaq – gözdən itmək, yox olmaq, aradan çıxmaq. Kəklik onun əlindən ox kimi çıxdı və bir anda ormanın yarpaqları arasında qeyb oldu. A.Şaiq. [Mirzə Valeh] abasını çiyninə atdı, ayaqqabılarını dəyişdirdi, pilləkən aşağı tırıqtırıqla düşüb, qaranlıq içində qeyb oldu. S.Rəhimov. Qeybə çəkilmək – bax. qeyb olmaq. Çox xırdalar bərk ayaqda qeybə çəkilir; Böyük dərdlə vuruşana böyük deyildi. M.Araz.\n2. Dinə görə gözlə görünməz olan ruhi aləm; aləmi-qeyb. Böylə qaranlıq dama daş atmaq, ya qeybdən səadət ummaq, əcəba hansı divanənin xəyalından keçər! S.Hüseyn. // Məchul və naməlum şeylər, görünməz və bilinməz hal. qeybət is. [ər.]\n1. Birinin (özü olmadığı halda) haqqında danışma, yaxud əleyhinə söz söyləmə, dalınca danışma. Məcalı qeybətə olmaz o kəs ki, əhli-sənətdir. S.Ə.Şirvani. Gecəgündüz işi qeybət o cahil qızların, Möcüz! Əgər vaiz qoya məşğul olarlar elm ilə qızlar. M.Möcüz. • Qeybət etmək (eləmək, qırmaq) – birinin (özü olmadığı halda) sözünü danışmaq, haqqında söz söyləmək, dalınca danışmaq. Dalda qeybət, üzdə səna etmərəm; Gizli söyüş, zahir dua etmərəm. M.Ə.Sabir. [Yaqub] ..oyun əsnasında onun mədənində xidmət edən əski mühəndisi haqqında qeybət edərdi. B.Talıblı. Sahildə qızlar, gəlinlər toplanıb onun-bunun qeybətini qırırdılar. M.Hüseyn.\n2. Meydanda olmama, qaib olma, qaiblik. Ol gün ki, yox idi məndə qüdrət; Qıldın mənə qeybətimdə rəğbət. Füzuli. qeybətcil sif. Qeybət etməyi sevən. qeybətçi is. Qeybət edən, dalca danışan, dedi-qoduçu. [Bahar Mahmuda:] Mən tənbələm? Mən qeybətçiyəm? Ə.Haqverdiyev. qeybətçilik is. Qeybətçi adamın xasiyyəti, söz gəzdirmə xasiyyəti, dedi-qoduçuluq. qeyd I. is. [ər.]\n1. Qısa surətdə yazma. Bloknotda edilən qeydlər. – ..Gözləri yazı stolunun üstündəki qeydlərinə sataşdı. M.Hüseyn. // Kitab və s. haşiyəsində, yaxud altında edilən işarə və ya yazılan yazı. Səhifənin altında çoxlu qeyd var. // Bir şeyi hesaba almaq və ya qanuni şəklə salmaq üçün onu müəyyən qaydada dəftərə və s.-yə yazma. Qeyd zamanı Mahmud qızın tərəfindən, yoldaşı da oğlan tərəfindən vəkil olacaqdı. B.Talıblı. • Qeyd etdirmək – dəftərə saldırmaq, yazdırmaq. Adını siyahıya qeyd etdirmək. Qeyd etmək – 1) yadda saxlamaq üçün qısaca yazmaq. Çıxışları qeyd etmək. Mühazirənin mühüm yerlərini qeyd etmək. Dəftərinə bəzi qeydlər etmək; 2) işarə etmək, yazmaq. Gecikənləri qeyd etmək. Gəlməyənlərin adını siyahıya qeyd etmək; 3) göstərmək, nəzərə çarpdırmaq, yada salmaq, söyləmək. Kütlələrin aktivliyini qeyd etməmək olmaz. – Bunların hamısı qabaqcıl adamlardır, – deyə katib iftixarla qeyd etdi. Ə.Sadıq. Qeyd olunmaq – 1) yazılmaq, siyahıda və s.-də öz adını yazdırmaq; 2) göstərilmək, işarə edilmək. Məktubun tarixi qeyd olunmamışdır. Qeydə alınmaq – bir yerə yazılmaq, siyahıya daxil edilmək. Qeydə almaq – bir yerə yazmaq, siyahıya daxil etmək. Ancaq mühəndislər bu ocağı qeydə almışdılar. Mir Cəlal.\n2. Bir şey haqqında şifahi və ya yazılı qısa fikir. Lütfən, qeydlərinizi də bizə bildirsəniz, nəzərə alarıq. M.İbrahimov.\n\nII. is. [ər.] Fikir, qayğı, narahatlıq, əndişə. Ah, bilməm neyləyim, qurtulmaq olmaz qeyddən. Füzuli. Sabira! Ey əsiri-qeydibəla! Şeirdir gərçi şiveyi-şüəra. M.Ə.Sabir. Bir tərəfdən qızın qeydi yox idi. Ə.Haqverdiyev. • Qeydinə qalmaq – qayğısını çəkmək, fikrini çəkmək, dərdinə qalmaq, birinin taleyi üçün narahat olmaq. Cümləmiz siçan kimi evlərimizin deşiklərinə soxulub, öz canımızın qeydinə qalırıq. C.Məmmədquluzadə. Buna görə də ailə sahibi olana qədər qeydinə qalmaq mənim vəzifəmdir. M.S.Ordubadi. Hər kəs öz qohum-əqrəbasını aramağa məşğul olub, Qaraca qızın qeydinə qalan yox idi. S.S.Axundov. Qeydini çəkmək – bax. qeydinə qalmaq. Gəl çəkmə cahan qeydini sən, can belə qalmaz. M.V.Vidadi. Sən oğlunu məndən istə. Mənə vermisən, payımdır, qoy qeydini mən çəkim. Mir Cəlal. qeydçi is. Qeyd edən, siyahıya alan; idarəyə gələn və oradan göndərilən kağızları dəftərə qeyd edən işçi. qeydçilik is. Qeydçi vəzifəsi və işi. qeydedici is. fiz. Hər hansı bir hadisəni qeyd edən cihaz. qeydkeş sif. [ər. qeyd və fars. ...keş] Qeydə qalan, qayğı çəkən, diqqətli, mehriban. Qeydkeş ata. – Yaraları qeydkeş əllərlə sarınıb sağalan döyüşçülər xəstəxananı tərk edib, yenidən cəbhəyə qayıtdı(lar). Ə.Məmmədxanlı. [Əsgər bəy:] ..Məndən bu halədək bir elə əməl sadir olmayıbdır ki, o əmələ görə mənim adım millət qeydkeşi qoyulsun. Ə.Haqverdiyev. qeydkeşlik is. Qeyd çəkmə, qeydə qalma, qayğıya qalma; qayğıçılıq. Qeydkeşlik göstərmək. Ata-ananın öz övladlarına qarşı qeydkeşliyi. Zəhmətkeşlərin tələblərinə qeydkeşliklə (z.) yanaşmaq. qeydli sif. Qayğılı, qayğısı olan, hər bir şeyin fikrini çəkən. qeydsiz sif.\n1. Qayğısı, fikri, dərdi, qəmi olmayan; hər şeyi qulaqardına vuran; laqeyd. O, çox qeydsiz adamdır. [Mirzə:] Balalarım, dünyada mən çox ömür etmişəm. Sizin yolunuzda nə qədər çalışıb məramıma çatmışam və xatircəm, qeydsiz dünyadan gedirəm. Ə.Haqverdiyev.\n2. bax. qeydsiz-şərtsiz. qeydsizlik is. Qeydsiz adamın halı; qayğısızlıq. qeydsiz-şərtsiz zərf Heç bir şərt olmadan, heç bir məhdudlaşdırıcı şərt olmadan; sözsüz. Qeydsiz-şərtsiz təslim olmaq. Şərtlər qeydsiz-şərtsiz qəbul edildi. – [Oğlan:] Rütbəcə özündən böyüklərin əmrini qeydsizşərtsiz yerinə yetirmək! İ.Məlikzadə. qeyr [ər.] bax. qeyri 3-cü mənada. Edəsən qeyr ilə seyri-gülüstan; Xəstə Zakir qala külxan içində. Q.Zakir. qeyrət is. [ər.]\n1. Vətən, xalq, ailə namusu; ən əziz və müqəddəs sayılan bir şeyin təəssübünü çəkmə, şərəfini, heysiyyətini qoruma. Vətən qeyrəti. – Gəl, ana yurdumun qızı, gəlini! İndi hünər vaxtı, qeyrət dəmidir. S.Vurğun. [Cabbar:] Qeyrət! Varlı balasında qeyrət olmaz, pul olar, sərvət olar, qeyrət, namus olmaz. B.Talıblı. • Qeyrətinə toxunmaq – heysiyyətinə toxunmaq, təhqir etmək. Əslinə baxsan, bu gerilik şəxsən onun [Cəmilin] qeyrətinə də toxunurdu. M.Hüseyn.\n2. Fövqəladə səy, cəhd; çalışma. Bu işi görmək üçün qeyrət lazımdır. – Başa gəlir elədiyin niyyətlər; Gər saf ilə doğru qeyrət eylərsən. M.V.Vidadi. Çünki bilir: rahət əziyyətdədir; Şad yaşamaq səydə, qeyrətdədir. M.Ə.Sabir.\n3. Səbir, dözüm, mətanət; bir bəla və fəlakət qarşısında mərdcəsinə durma. qeyrətkeş sif. və is. [ər. qeyrət və fars. ...keş] Qeyrət çəkən; vətən, xalq, ailə namusu çəkən (adam). qeyrətləndirmə “Qeyrətləndirmək”dən f.is. qeyrətləndirmək f. Qeyrətə gətirmək, ruhlandırmaq, ürəkləndirmək. qeyrətlənmə “Qeyrətlənmək”dən f.is. qeyrətlənmək f. Qeyrətə gəlmək, səy etmək, cəhd etmək, ruhlanmaq, fəaliyyətə gəlmək, cəsarətə gəlmək, ürəklənmək. qeyrətli sif. Öz vətəninin, xalqının, yaxın adamlarının qeyrətini çəkən, şərəf və namusunu qoruyan. Hər birimiz guya millətin ən qeyrətli hamisi, canıyananı donuna girib zəmanə aslanı, qəhrəmanı oluruq. C.Məmmədquluzadə. Haşım qeyrətli və çalışqan adam olduğundan, bir gün rahat oturmurdu. B.Talıblı. qeyrətmənd [ər. qeyrət və fars. ...mənd] köhn. bax. qeyrətli. Qeyrətmənd və sahibi-namus şəxs belə səltənətdən ar edər və belə padşahlardan bizar olar. M.F.Axundzadə. qeyrətpərəst [ər. qeyrət və fars. ...pərəst] bax. qeyrətli. qeyrətsiz sif. Qeyrəti, namusu, heysiyyəti olmayan. Dərdlərimiz daha da; Ürəkdə köz-köz olur; Bu haqdır, ağladıqca; Kişi qeyrətsiz olur. B.Vahabzadə. qeyrətsizlik is. Qeyrəti, namusu, heysiyyəti olmama. [Şahların] qəfləti və qeyrətsizliyi üzündən vətənimiz .. ən acınacaqlı bir vəziyyətə düşmüşdür. M.F.Axundzadə. qeyri 1. qoş. Başqa. Səndən qeyri. Ondan qeyri. Əhməddən qeyri heç kəsin yazısı hazır deyil. – Ey sevdiyim, səndən qeyri kimim var? M.V.Vidadi. // Sif. mənasında. Bahadır qeyri bir halətdə idi. N.Nərimanov.\n2. sif. Özgə, yad, kənar, başqa. Qeyri adamlara içəri daxil olmaq qadağandır. Qeyri şəxslərin bilməsinə icazə yoxdur. // sif. Kənar, işə, məsələyə aid olmayan. Qeyri söhbətlərlə vaxtını almaq. – Heç o körpə olmasaydı; Bəlkə səni görməzdim mən; Qəbristanı ev etsən də; Qeyri məna verməzdim mən. M.Araz.\n3. is. Başqa adam, başqası. // Cəm şəklində: qeyriləri – başqaları, digərləri, o biriləri. Qoy qeyrilərinə də dərs olsun. Elmi işçiləri, yazıçıları və qeyrilərini də bu işə cəlb etmək lazımdır. – Qonşuların cəhd eləsə sənətə; Yetsə də qeyriləri hürriyyətə; Vermə qulaq söhbəti-milliyyətə.. M.Ə.Sabir. qeyri bir para sözlərin qabağına gətirilərək “olmayan” mənasında mürəkkəb sifət və zərf düzəldilir; məs.: qeyri-təbii, qeyri-rəsmi, qeyri-iradi. qeyri-adi sif. [ər.] Adi olmayan, adətdən kənar, fövqəladə, görünməmiş. Qeyriadi istedad. Qeyri-adi sevinc. Qeyri-adi gözəllik. – Muradlı onun üzünə baxıb qeyriadi (z.) halda qaqqıldadı. Mir Cəlal. Səməd Əzizə baxdı. Dostunun sifətində qeyri-adi bir sevinc əlaməti duyulurdu. Ə.Vəliyev. // Qəribə, təəccüblü. Qeyri-adi iş. Qeyri-adi adam. qeyri-adilik is. Qeyri-adi şeyin halı; adətdən kənar olma; qeyri-adi hal, qeyriadi şey (hadisə). İlyas bu gün hər tərəfdə bir qeyri-adilik hiss edirdi. M.S.Ordubadi. qeyri-antaqonist sif. [ər. qeyri və yun. antaqonist] fəls. Antaqonist olmayan. Qeyri-antaqonist ziddiyyət. qeyri-belə sif. dan. Başqa cür. Belədir, ya qeyri-belə? qeyri-bədii sif. [ər.] Bədii olmayan. Qeyri-bədii əsər. qeyri-bədiilik is. Qeyri-bədii şeyin halı. qeyri-bərabər sif. və zərf Bir bərabərdə olmayan, bir bərabərdə getməyən. Qeyri-bərabər inkişaf. – Qeyri-bərabər döyüşdən qalib çıxa bilməyəcəklərini başa düşdükdən sonra əsgərlər ağ bayraq qaldırdılar. İ.Şıxlı. qeyri-bərabərlik is. Qeyri-bərabər olma. qeyri-caiz sif. [ər.] köhn. Caiz olmayan, icazə verilməyən, rüsxət verilməyən; qadağan. qeyri-ciddi sif. Ciddi olmayan, ciddiyyətsiz. Qeyri-ciddi adam. – Musiqili əsərlərin zərəri və öz tərbiyəvi roluna görə drama nisbətən üçüncü dərəcəli əhəmiyyətə malik olması haqqındakı söhbətləri sadəcə olaraq musiqi sənətinə qeyri-ciddi münasibət kimi izah edirəm. Ü.Hacıbəyov. qeyri-ciddilik is. Ciddi olmama; qeyri-ciddi iş, hərəkət, söz; ciddiyyətsizlik. qeyri-elmi sif. [ər.] Elmi prinsiplərə əsaslanmayan, elmə zidd olan, həqiqi elmə aid olmayan, elmdən uzaq olan. Qeyri-elmi mübahisə. Qeyri-elmi məsələ. Qeyri-elmi nəzəriyyə. Məsələnin qeyri-elmi (z.) qoyuluşu. qeyri-elmilik is. Elmi prinsiplərə əsaslanmama, elmə aid olmama, elmə zidd olma, elmdən uzaqlıq. qeyri-ədəbi sif. [ər.] Ədəbi olmayan, qaba, kobud, vulqar. Qeyri-ədəbi söz, ifadə. qeyri-ədəbilik is. Qeyri-ədəbi olma, qabalıq, vulqarlıq. Sözün qeyri-ədəbiliyi. qeyri-əxlaqi sif. [ər.] Əxlaq normalarına zidd olan, əxlaq qaydalarına uymayan. qeyri-fəal sif. [ər.] Fəal olmayan, passiv. qeyri-həqiqi sif. [ər.] Doğru olmayan, həqiqi olmayan; saxta. // Yalançı, səmimi olmayan. Qeyri-həqiqi dost. qeyri-əsgəri bax. qeyri-hərbi. qeyri-həqiqilik is. Doğru olmama, həqiqi olmama; saxtalıq. qeyri-hərbi sif. [ər.] Hərbi olmayan; mülki. Qeyri-hərbi obyektlər. qeyri-həyati sif. [ər.] Həyati olmayan, real olmayan; lazım olmayan, yaxud həyata keçirilməsi mümkün olmayan. Qeyrihəyati təklif. Qeyri-həyati layihə. qeyri-həyatilik is. Qeyri-həyati şeyin halı. qeyri-ictimai sif. [ər.] İctimai olmayan. qeyri-ixtiyari bax. qeyri-iradi. Qeyri-ixtiyari gülüş. Qeyri-ixtiyari ağlamaq. Qeyri-ixtiyari ayağa qalxdı. – [Vaqif] qeyri-ixtiyari olaraq əlini pəncərəyə tərəf hərləyəndə güldana toxunub saldı. Çəmənzəminli. Hamının gözü qeyri-ixtiyari olaraq bu əcaib şeyə dikilmiş. M.Rzaquluzadə. qeyri-insani sif. [ər.] İnsan qüvvəsi, insan bacarığı xaricində olan; fövqəladə. Qeyri-insani bir qüvvə ilə. qeyri-iradi sif. [ər.] İradəsindən, arzusundan asılı olmayan. Qeyri-iradi gülüş. Qeyri-iradi hərəkət. // zərf. İradəsiz olaraq, iradəsindən asılı olmayaraq; ixtiyarsız, bilməyərək, qeyri-şüuri, xəbəri olmadan, istəristəməz. Qeyri-iradi gülmək. Qeyri-iradi hərəkət etmək. Qeyri-iradi diksinmək. – Kipiani qeyri-iradi gülümsündü və şlyapasını çıxardıb azacıq təzim etdi. İ.Şıxlı. qeyri-iradilik is. Qeyri-iradi olma, iradədən asılı olmama. Hərəkətin qeyri-iradiliyi. Gülüşün qeyri-iradiliyi. qeyri-kafi sif. [ər.] Kifayətsiz, kifayət etməyən, bəs olmayan, təmin etməyən. Qeyri-kafi miqdarda pul. // Pis. Qeyri-kafi qiymət. // Zərf mənasında. Yerli komitənin işi qeyri-kafi hesab olundu. qeyri-kafilik is. Qeyri-kafi şeyin halı; kifayətsizlik, azlıq; qənaətbəxş olmama. qeyri-kamil sif. [ər.] Kamil olmayan, mükəmməl olmayan, yetkin olmayan, bitkin olmayan; yetişməmiş, nöqsanlı, qüsurlu, natamam, naqis. qeyri-kamillik is. Qeyri-kamil şeyin halı və keyfiyyəti; nöqsanlılıq, naqislik, qeyri-mükəmməllik. qeyri-qabil sif. [ər.]\n1. Mümkün olmayan, həyata keçirilə bilməyən. Həyata keçirilməyə qeyri-qabil iş.\n2. Bir işə bacarığı olmayan, qabil olmayan, qabiliyyəti olmayan; qabiliyyətsiz, istedadsız. Musiqiyə qeyri-qabil adam. qeyri-qabillik is. Qabil olmama, qavramamazlıq, istedadsızlıq, qabiliyyətsizlik. qeyri-qanuni sif. və zərf [ər.] Qanunsuz, qanundan kənar, qanundan xaric, qanuna zidd. Qeyri-qanuni hərəkət. Qeyri-qanuni hərəkət etmək. qeyri-qanunilik is. Qanuni olmama, qanuna zidd olma. qeyri-qənaətbəxş sif. və zərf [ər.] Hər hansı bir tələbə cavab verməyən, qane etməyən; yarıtmaz, kifayətsiz, pis. Qeyriqənaətbəxş iş. O, hələ indiyədək qeyri-qənaətbəxş işləyir. qeyri-qəti sif. və zərf [ər.] Qəti olmayan. Qeyri-qəti hərəkət. Qeyri-qəti cavab vermək. qeyri-qətilik is. Qəti olmama, qeyriqəti şeyin halı. Cavabın qeyri-qətiliyi. qeyri-layiq sif. [ər.] Layiq olmayan, münasib olmayan, namünasib, yaraşmaz, ləyaqətsiz. qeyri-leqal sif. [ər. qeyri və fr. leqal] Leqal olmayan, gizli şəraitdə işləməyə məcbur olan, qanunən yol verilməyən. Qeyrileqal qəzet. Qeyri-leqal dərnək. Qeyri-leqal mətbəə. Qeyri-leqal iş şəraiti. qeyri-maddi sif. [ər.] fəls. Maddi olmayan; mənəvi. qeyri-maddilik is. Qeyri-maddi şeyin halı və keyfiyyəti; maddi olmama. qeyri-məcburi sif. [ər.] Məcbur olmayan, könüllü. Qeyri-məcburi dərs. – Təzkirəli mütəxəssislər (doktorlar, mühəndislər və dava vəkilləri) öz ana dillərindən və öz tarix və ədəbiyyatlarından bixəbərdirlər. Və bunun yeganə səbəbi o dərslərin hökumət məktəblərində qeyri-məcburi olmasıdır. A.Səhhət. qeyri-məcburilik is. Qeyri-məcburi olma, məcburi olmama. qeyri-məhdud sif. [ər.]\n1. Həddi-hüdudu olmayan, ucsuz-bucaqsız, sonsuz. Qeyri-məhdud səhralar, düzənliklər.\n2. Heç bir şeylə məhdudlaşdırılmayan. Qeyri-məhdud ixtiyar. Qeyri-məhdud hakimiyyət. Qeyri-məhdud səlahiyyət. qeyri-məhdudluq is. Qeyri-məhdud olma, həddi-hüdudu olmama, qeyri-məhdud şeyin halı. Hakimiyyətin qeyri-məhdudluğu. qeyri-məhsuldar sif. [ər.]\n1. Məhsuldar olmayan, məhsul verməyən, bəhər verməyən, artım verməyən.\n2. dilç. Sözlər və şəkilçilər haqqında: yeni sözlər əmələ gətirməyən, yaxud çox az əmələ gətirən. Qeyri-məhsuldar şəkilçi. qeyri-məhsuldarlıq is. Qeyriməhsuldar şeyin halı. qeyri-məqbul sif. [ər.] Qəbul oluna bilməyən, bəyənilməyən, yararsız. Qeyriməqbul dəlil. Qeyri-məqbul iş. Qeyri-məqbul təklif. Qeyri-məqbul şərtlər. // Pis. Qeyri-məqbul qiymət. qeyri-məqbulluq is. Məqbul olmama, qəbula keçməmə, qəbul edilə bilməmə. qeyri-məlum sif. [ər.] Məlum olmayan, bəlli olmayan, tanınmayan. Qeyriməlum ada. Əsərin qeyri-məlum müəllifi. qeyri-məmnun sif. [ər.] Məmnun olmayan, razı olmayan, xoşnud olmayan. qeyri-məmnunluq is. Qeyri-məmnun olma, məmnunsuzluq, xoşnudsuzluq. qeyri-məntiqi sif. Məntiqə zidd olan; ziddiyyətli, ardıcıl olmayan. Qeyri-məntiqi mühakimə. Qeyri-məntiqi ifadə. qeyri-məskun sif. [ər.] Məskun olmayan, adam yaşamayan. Qeyri-məskun yerlər. qeyri-mötəbər sif. [ər.] Mötəbər olmayan, etibar edilə bilməyən. Qeyri-mötəbər xəbərlər. qeyri-müəyyən sif. [ər.] Müəyyən olmayan, dəqiqləşdirilməmiş, müəyyən edilməmiş. Qeyri-müəyyən istiqamət. Qeyrimüəyyən vaxt. Qeyri-müəyyən şərtlər. // Tam aydın və müəyyən olmayan, qəti olmayan, naməlum. Qeyri-müəyyən cavab. Qeyrimüəyyən rənglər. – Şiraslansa indi qeyrimüəyyən bir vəziyyətdə qalmışdı. S.Rəhimov. qeyri-müəyyənlik is. Qeyri-müəyyən şeyin hal və vəziyyəti. qeyri-mükəmməl sif. [ər.] Mükəmməl olmayan, tamamlanmamış, təkmilləşməmiş; bitməmiş, yarımçıq. Qeyri-mükəmməl rəsm. Qeyri-mükəmməl üsul. qeyri-mükəmməllik is. Qeyri-mükəmməl şeyin halı; natamamlıq, yarımçıqlıq. qeyri-mümkün sif. [ər.] Mümkün olmayan, imkansız, imkan xaricində olan, həyata keçirilə bilməyən. Qeyri-mümkün iş. qeyri-mümkünlük is. Mümkün olmama, imkan xaricində olma, həyata keçirilə bilməmə. qeyri-münbit sif. [ər.] Münbit olmayan, bitkini yaxşı bitirməyən, məhsul verməyən, bərəkətsiz. Qeyri-münbit torpaq. Qeyri-münbit sahə. qeyri-münbitlik is. Qeyri-münbit torpağın halı; bərəkətsizlik. qeyri-müntəzəm sif. [ər.] Müntəzəm olmayan, tərtibsiz, nizamsız. Qeyri-müntəzəm qoşun. – Üzəngilər qeyri-müntəzəm (z.) bir halda cingildədi. M.Hüseyn. qeyri-müntəzəmlik is. Qeyri-müntəzəm şeyin halı; tərtibsizlik, nizamsızlıq. Hərəkətin qeyri-müntəzəmliyi. qeyri-mütəhərrik sif. [ər.] Bir yerdən başqa yerə köçürülə bilməyən, yerindən tərpədilə bilməyən, hərəkət etməyən. qeyri-mütəhərriklik is. Qeyrimütəhərrik şeyin halı. qeyri-mütənahi sif. köhn. İntəhasız; sonu-axırı olmayan. qeyri-mütənahilik is. köhn. Sonsuzluq, intəhasızlıq, sonu-axırı olmama. qeyri-mütənasib sif. [ər.] Mütənasib olmayan; bir-biri ilə uyğun olmayan, tutmayan. // Aralarında nisbət olmayan. qeyri-mütənasiblik is. Qeyri-mütənasib şeyin halı; bir-biri ilə uyğun olmama, tutmama. qeyri-mütəşəkkil sif. [ər.] Təşkil olunmamış; mütəşəkkillikdən, təşkilatdan məhrum. Qeyri-mütəşəkkil kütlə. Qeyrimütəşəkkil çıxış. Qeyri-mütəşəkkil iş. Qeyrimütəşəkkil (z.) hərəkət etmək. qeyri-mütəşəkkillik is. Qeyrimütəşəkkil şeyin halı. Konsertin qeyri-mütəşəkkilliyi nəzərə çarpdı. qeyri-müvafiq sif. [ər.] Müvafiq olmayan, uyğun olmayan, münasib olmayan, məqsədə uymayan. qeyri-nizami sif. [ər.] Nizami olmayan. Qeyri-nizami qoşun. // zərf Nizamsız bir surətdə, heç bir nizam və qaydaya riayət etmədən. qeyri-nizamilik is. Qeyri-nizami qoşunun halı. qeyri-normal sif. [ər. qeyri və lat. normal] Normal olmayan, adi normadan kənara çıxan; qeyri-adi. Qeyri-normal hal. Qeyri-normal hərəkət. Qeyri-normal vəziyyət. qeyri-normallıq is. Qeyri-normal olma; qeyri-normal vəziyyət, hal. Vəziyyətin qeyri-normallığı. qeyri-real sif. [ər. qeyri və lat. real] Real olmayan, gerçək olmayan, həyati olmayan, həyata keçirilə bilməyən. qeyri-reallıq is. Real olmama, həyati olmama, həyata keçirilə bilməmə. Təklifin qeyri-reallığı. qeyri-rəsmi sif. [ər.] Rəsmi olmayan, rəsmiyyətə salınmamış, rəsmi cəhətdən əhəmiyyəti olmayan. Qeyri-rəsmi məlumat. Qeyri-rəsmi bəyanat. Qeyri-rəsmi tələb. Qeyri-rəsmi (z.) bildirmək, elan etmək. – [Məmmədbağır] əvvəl fikrində bunu tutmuşdu ki, Sitarəni “qeyri-rəsmi” surətdə alsın. S.Hüseyn. qeyri-rəsmilik is. Qeyri-rəsmi olma, rəsmi olmama. Məlumatın qeyri-rəsmiliyi. qeyri-sabit sif. [ər.] Sabit olmayan, möhkəm olmayan, qərarsız. qeyri-sabitlik is. Sabit olmayan şeyin halı. qeyri-səmimi sif. [ər.] Səmimi olmayan, öz həqiqi hiss və fikirlərini gizləyən, ikiüzlü, riyakar. Qeyri-səmimi adam. Qeyrisəmimi (z.) hərəkət etmək. qeyri-səmimilik is. Səmimi olmama, ürəkdən gəlməmə; səmimi olmayan iş, hərəkət, münasibət; ikiüzlülük, riya. qeyri-simmetrik sif. Simmetrik olmayan, mütənasib olmayan. qeyri-şəffaf sif. [ər.] Şəffaf olmayan, şəffaflıqdan məhrum. Qeyri-şəffaf şüşə. Naftalan yağabənzər, qatı, qeyri-şəffaf bir mayedir. qeyri-şəffaflıq is. Qeyri-şəffaf şeyin halı, xassəsi. qeyri-şüuri zərf [ər.] Düşünmədən, düşünülmədən, bilmədən; qeyri-ixtiyari, qeyri-iradi. Qeyri-şüuri söyləmək. Qeyrişüuri halda demək. – Bəzən arxada qalan atlıya [atlılardan biri] acıqlanaraq, qeyrişüuri bir halda əlini qaldırıb çadırın zərli sütununa çırpırdı. Çəmənzəminli. // Sif. mənasında. Qeyri-şüuri iş. Qeyri-şüuri hərəkət. – Sonra, tamamilə qeyri-şüuri bir hərəkətlə irəlilədim, çayniki götürüb özümə çay tökdüm. İ.Əfəndiyev. qeyri-şüurilik is. Qeyri-şüuri olma, qeyri-iradilik, qeyri-ixtiyarilik. qeyri-təbii sif. [ər.]\n1. Təbii olmayan, qeyri-adi. Qeyri-təbii səs. Qeyri-təbii (z.) səslə bağırmaq. – Bahadırın yaşına uyğun gəlməyən ciddiyyəti nə üçünsə qocaya qeyritəbii görünmürdü. M.Hüseyn. Çox yatmaq təriflənəsi adət deyildir: bədəni süstləşdirər, xasiyyəti yerindən oynadar, insanın sifətini təbii halından çıxarıb, qeyri-təbii hala salar. “Qabusnamə”.\n2. Süni. Qeyri-təbii gülüş. Qeyri-təbii sevinc. Qeyri-təbii (z.) gülmək. qeyri-təbiilik is. Qeyri-təbii şeyin halı; sünilik. qeyri-tənqidi sif. [ər.] Tənqidi olmayan, tənqidə əsaslanmayan. Qeyri-tənqidi münasibət. Məsələyə qeyri-tənqidi (z.) yanaşmaq. qeyri-üzvi sif. [ər.] Heyvan, ya bitki aləminə mənsub olmayan, həyat prosesləri olmayan; cansız. Qeyri-üzvi maddələr. Qeyriüzvi təbiət. // Bitki, ya heyvan aləminə mənsub olmayan maddələrdən ibarət olan; tərkibinə bu kimi maddələr daxil olan. Qeyriüzvi gübrələr. Qeyri-üzvi azot birləşmələri. • Qeyri-üzvi kimya – kimyanın qeyri-üzvi maddələrin tərkibini, xassələrini və bir haldan başqa hala keçməsini tədqiq edən şöbəsi. qeysər is. [əsli lat.] Qədim Roma və Bizans padşahlarının ünvanı. // Ümumiyyətlə, padşah. Ərəb meydan oxudu şövkətli qeysərlərə. Ə.Cavad. qeysərlik is. köhn. İmperatorluq, padşahlıq. qeyz is. [ər.] Qəzəb, hiddət, acıq. Koroğlu qeyz ilə nərə çəkəndə bir ağaclıqdan eşidilirdi. “Koroğlu”. • Qeyzə gəlmək, qeyzi tutmaq – hirslənmək, qəzəblənmək, hiddətlənmək, qeyzi tutmaq. Ağalar elə bir qeyzə gəldilər ki, pulları çırpdılar biçarə Yusif əminin üzünə. C.Məmmədquluzadə. Qeyzə gətirmək – bax. qeyzləndirmək. qeyzləndirilmə “Qeyzləndirilmək”dən f.is. qeyzləndirilmək məch. Qeyzlənməsinə səbəb olmaq, acıqlandırılmaq, hiddətləndirilmək, acığı tutdurulmaq. qeyzləndirmə “Qeyzləndirmək”dən f.is. qeyzləndirmək f. Acıqlandırmaq, hiddətləndirmək, qəzəbləndirmək, hirsləndirmək, acığını tutdurmaq. qeyzlənmə “Qeyzlənmək”dən f.is. qeyzlənmək f. Hiddətlənmək, qəzəblənmək, bərk acığı tutmaq. [İmamverdi:] Bəy, namus bir bəyzadələrdə deyil, kasıb-kusubun da özünə görə namusu var və namusum da məni qeyzlənməyə vadar edir. Ə.Haqverdiyev. Lakin bu dəfə qarı artıq qeyzlənməyərək, mehriban gözlərini Leylaya qaldırdı. Ə.Məmmədxanlı. qeyzlətmə “Qeyzlətmək”dən f.is. qeyzlətmək bax. qeyzləndirmək. qeyzli sif. və zərf Hiddətli, acıqlı, hirsli, qəzəbli; hiddət, acıq, hirs, yaxud bərk narazılıq ifadə edən. Qeyzli baxış. Qeyzli sifət. – Heydər əmi qeyzli çıxardı küçəyə və gəlib yapışardı qulaqlarımdan, qalxızardı göyə. C.Məmmədquluzadə. Kassiri qeyzli çağırıb buyurdu ki, “komandir”ə on manat versin. Ə.Haqverdiyev. qeyzli-qeyzli zərf Acıqlı-acıqlı, hiddətlə. Qeyzli-qeyzli danışmaq. – Lütfəli bəy evinə gəlib, qeyzli-qeyzli gəzinərək öz-özünə deyirdi: – Arvad, dayan, gör mən sənə nə qayıraram. İ.Musabəyov. qeyznak zərf [ər. qeyz və fars. ...nak] köhn. Qeyzli surətdə, qeyzlə. Cütçü baba böylə deyib qeyznak; Eylədi ol qırğını ol dəm həlak. A.Səhhət. qəba is. [ər.] Keçmişdə adətən mollaların geydiyi uzun paltar, cübbə, don (bəzən əba-qəba şəklində işlənir). [Mirzə Şəfi:] Mən İrandan bir əba, bir qəba ilə gəlmişdim. Mir Cəlal. Yaxşısı budur ki, camaat şübhələnməmiş bu əba-qəbanı geyib, buradan çıx get. “Koroğlu”. qəbahət is. [ər.] Çirkin iş, çirkin hərəkət, yaraşmaz iş; qüsur, nöqsan, günah. Əgər qəbahətdir, bunun nisbətini bizə niyə verirsən? M.F.Axundzadə. ..O saat tutduğu işin qəbahətini anlayıb, o işi bir də tutmaz. Ə.Haqverdiyev. Səltənət bilirdi ki, Ceyranın bu hərəkəti böyük və bağışlanmaz bir qəbahətdir. Mir Cəlal. qəbahətli sif. Qəbahəti olan, qüsuru olan. Qəbahətli olduğuna görə səsini çıxarmır. Qəbahətli eynilərdi çox üzləşənlər; Nadanları tutaşdırıb zövq alan azmı? M.Araz. qəbahətsiz sif. Qəbahəti, günahı, qüsuru olmayan. qəbahətsizlik is. Qəbahəti, günahı, qüsuru olmama. qəbalə is. [ər.] köhn. Bir mülkün və sairənin alınıb-satılması haqqında rəsmi sənəd. Bunlar pul təməssükləri, mülk qəbalələri və sair lazımsız kağızlardı. M.S.Ordubadi. [Həkimülmülk:] Malımız da, canımız da qurban olsun, sabah qəbaləsini .. təqdim edərəm, – deyib yel kimi özünü çölə atdı. M.İbrahimov. Mərdan uşağı içəri çağırıb soruşdu: – Kim var sizdə? – Məşədi Yusif əmi. Qəbalə yazır. Mir Cəlal. qəbalənamə is. [ər. qəbalə və fars. ...namə] bax. qəbalə. qəbalı sif. köhn. Qəba geymiş, əynində qəba olan. Atlazdan qəbalı, belində şalı; Gövhərdən bahalı üzündə xalı. Aşıq Ələsgər. Yer ilə göyün arası, adlarını müctəhid və ruhani qoyan əmmaməli, əbalı, qəbalı həşərat ilə, yırtıcı qurdlarla doludur. Ə.Haqverdiyev. qəbih sif. [ər.] köhn.\n1. Çirkin, yaraşıqsız, kifir. Qəbih üz. Qəbih əndam.\n2. Qəbahətli, nalayiq, yaraşmayan, ləyaqətsiz, pis. Qəbih söz. Qəbih iş. – [Qəmər:] Yox, özgənin məktubunu oxumaq qəbih şeydir. S.S.Axundov. Adamlara ləqəb qoymaq keçmişin qəbih adətlərindən biri idi. H.Sarabski. qəbil [ər.] Cür, növ, kimi, cins. Bizim mübarizə apardığımız əmir də bu qəbil adamlardandır. M.S.Ordubadi. Qəhrəmani o qəbil insanlardan idi ki, onların fikri bir məsələnin üstündə gərgin işlədiyi zaman xarici aləmdə heç bir şey görməz və eşitməzlər. M.İbrahimov. qəbilə is. [ər.] İbtidai cəmiyyətdə: bir soydan törəmiş və bir rəisin idarəsi altında birlikdə yaşayan köçəri tayfa, nəsil; əşirət, oymaq. Qəbilə birlikləri. Qəbilə quruluşu. – [Skiflər] cəsarətli, vəhşi xasiyyətli və köçəri olan müxtəlif qəbilələrdən ibarət idilər. A.Bakıxanov. [Müdir səyahətçiləri üçüncü otağa gətirdi:] Məlumunuz olmalıdır ki, bunların əksəriyyəti cərimə, vergi və hərb təminatı müqabilində alınan qızlardır; çünki qəbilələr bir-birini məğlub etdiyi zaman ələ keçirdikləri qızları və oğlanları satırlar. M.S.Ordubadi. // məc. Tayfa, xalq, millət mənasında. Qəbiləmiz burda qurub ocağı; İndi olmuş qurd-quşların yatağı.. Şəhriyar. qəbir is. [ər.] Ölüləri basdırmaq üçün xüsusi şəkildə qazılan çuxur: məzar, gor. Hər cümə axşamı [Zeynəb] ərinin qəbri üstə gedib, bir yekə mərəkə qurar. C.Məmmədquluzadə. ‣ Qəbri qazılmışdır – ölümünə az qalmışdır, ölümü yaxınlaşmışdır. Bir ayağı qəbirdə – ölümünə az qalmış (adətən çox qoca adam haqqında deyilir). [Səadət xanım:] Qardaş, biz heyvan deyilik, bizə insan deyirlər. ..Atamızın bir ayağı qəbirdədir, lazımdır ki, biz mane olaq onun vəhşi işlərinə. N.Vəzirov. Birinə qəbir qazmaq məc. – birinin əleyhinə işləmək, birini bədbəxt etmək üçün gizlində tədbir görmək, quyu qazmaq. qəbirdaşı is. Qəbrin üstünə qoyulan tavadaşı. qəbireşən bax. goreşən. qəbiristan is. [ər. qəbr və fars. ...stan] Qəbirlər olan yer, ölülərin basdırıldığı yer; məzarlıq. Qəbiristandan ölü qayıtmaz. (Ata. sözü). Həmin boz dağda, yol kənarında köhnə xaraba bir qəbiristan vardır. S.S.Axundov. [Məmməd:] Evimizdən iki yüz addım o yanda böyük, köhnə bir qəbiristan vardı. C.Cabbarlı. qəbiristanlıq bax. qəbiristan. Qəbiristanlığın girəcəyində Ağası bəy əlini döşünə qoyub xana və məiyyətinə təzim edib döndü. Çəmənzəminli. qəbirqazan is.\n1. Ölüləri basdırmaq üçün qəbir qazan adam. Ay qəbirqazanlar; gedin ev tikin! Bu qəmli dərədə [“Qurd ağzı”nda] plan ki, yoxdur. N.Kəsəmənli.\n2. zool. Qəbirləri eşib qazıyan bir cücü, həşərat. // Kaftar, goreşən, sırtlan.\n3. məc. Ölüm gətirən, məhv edən, məhvini hazırlayan. Beləliklə, .. burjua quruluşu, “Manifestin” dili ilə desək, öz qəbirqazanlarını doğurmuşdur. F.Engelsdən. qəbiz is. [ər.] Qarnı bağlanma, mədəsi işləməmə. • Qəbiz etmək (eləmək) – qarnını bərkitmək, bağlamaq. Qəbiz olmaq – qarnı işləməmək, qarnı bərkimək. qəbizlik is. Qəbiz olma, qarnı işləməmə. qəbul is. [ər.]\n1. Verilən, təslim edilən, göndərilən, təklif edilən şeyi alma. Ərizələrin qəbulu başlanır. Teleqramların qəbulu. Malların qəbulu haqqında akt.\n2. Götürmə; öz sıralarına alma, daxil etmə. İnstituta qəbul.\n3. Söhbət etmək, danışmaq, dinləmək, yoxlamaq, müayinə etmək və s. üçün birini öz yanına buraxma. Müdirin qəbul saatları. Qəbul otağı (gələnlər üçün xüsusi otaq). – Adilə bu gün xəstələrinin qəbulundan sonra iş gününü qurtarıb xalatını soyunmaq istəyirdi ki, Xasayoğlu onun yanına, kənd həkim məntəqəsinə gəldi. Ə.Məmmədxanlı. ‣ Qəbul etdirmək – qəbul etməyə məcbur etmək. [Qətibənin] bu üsyanı təşkil etdiyi zaman Toğrulu qorxutmaq və nəticədə də öz təkliflərini qəbul etdirməyi düşünmüşdü. M.S.Ordubadi. Qəbul etmək – 1) verilən, göndərilən, təslim edilən bir şeyi almaq, götürmək. Poçtdan məktubları qəbul etmək. Göndərilən şeyləri qəbul etmək; 2) idarə etməyə başlamaq, bir işi görməyə razı olmaq, vəzifəni tutmaq. İdarəni qəbul etmək. Direktorluq vəzifəsini qəbul etmək. Yeni vəzifəni qəbul etmək. Şöbəni qəbul etmək; 3) bir təşkilatın sıralarına, tərkibinə daxil etmək, iştiraka buraxmaq, götürmək. Həmkarlar İttifaqına qəbul etmək. İnstituta qəbul etmək. İşə qəbul etmək; 4) söhbət etmək, danışmaq, yoxlamaq, müayinə etmək və s. üçün gələnləri yanına buraxmaq. Direktor saat 2-də qəbul edəcəkdir. Həkim bu gün 10 xəstə qəbul etmişdir; 5) gələn adamı (qonağı və s.-ni) lazımi surətdə və ya hər hansı bir tərzdə qarşılamaq, münasibət göstərmək. Qonaqları təntənə ilə qəbul etdilər. – Nəsir də [Mirzə Qədiri] bir qardaş kimi xoş üzlə qarşılayıb qəbul etmişdi. S.Hüseyn; 6) təsdiq etmək, səs verməklə öz razılığını ifadə etmək. Yığıncaq qərar qəbul etdi. Komissiya layihəni qəbul etdi; 7) içmək, udmaq, atmaq (dərman). Həbi gündə üç dəfə qəbul etmək lazımdır; // öz üzərində hər hansı bir müalicə vasitəsi tətbiq etmək. Vanna qəbul etmək. Duş qəbul etmək. Qəbula keçmək – qəbul edilmək, məqbul hesab edilmək. qəbulçu is. Göndərilən, ya təhvil verilən malı və s. qəbul edən işçi, xidmətçi. Zavod sahibi gəlir, qəbulçuya lazımi buyuruq və göstərişlər söyləyir. H.Nəzərli. qəbuledici sif. Radio (elektromaqnit) dalğalarını qəbul edən; alıcı. Qəbuledici radiostansiya. // İs. mənasında. Radio dalğalarını tutub, onları səs halına salan aparat, cihaz. qəbz is. [ər.] Pul, qiymətli şey və sairənin alınması, qəbul edilməsi haqqında verilən kağız, sənəd. Ev kirəsi qəbzi. Pulu verib qəbz almaq. – [Allahqulu:] Bostan pulunu mən istəyəndə, mənə qəbz göstərdilər. N.Vəzirov. Bakı cəmiyyəti-xeyriyyəsi elan edir ki, cəmiyyətə üzv olmaq istəyənlər 5 manatlarını gətirib versinlər cəmiyyət xəzinədarına və qəbzlərini alsınlar. C.Məmmədquluzadə. qəbzə is. [ər.] Bir şeyin tutulacaq yeri, qulpu, dəstəsi. Qılıncın qəbzəsi. – Zakirin qətlinə bəsdir nigahın; Əl vurma, qəbzeyixəncər istəməz. Q.Zakir. Qılınc və xəncərlərin gümüş qəbzələri, tüfənglərin bəndləri sönük parıltı saçırdı. Çəmənzəminli. Ələmdar titrəyən əlini xəncərinin qəbzəsinə apardı. S.Rəhimov. qəbzəli sif. Tutacağı, dəstəsi olan; saplı, dəstəli. [Cavanşir:] Onun qılıncı qızıl qəbzəli olsa da, mən özünə qaytarardım. M.Hüseyn. qəcəc is. bot. Dəniz sahili qumluqlarında və şoranlıqlarda bitən kol-bitki. qəcələ is. Sağsağan. qəcərə is. məh. Yəhərin üstündən salınan bəzəkli örtü, cecim. qəcərəli sif. məh. Üstündən qəcərə salınmış. qədd is. [ər.]\n1. Boy, boy-buxun, qamət. Qəddin ki, sərvi-xuraman ilən bərabərdir. Qövsi. Zorbadır hərçənd ki, qəddin sənin; Yox mənə tay olmağa həddin sənin. M.Ə.Sabir.\n2. Bel. • Qəddi bükülmək (əyilmək) – beli bükülmək. Ala gözlüm, səndən ayrı düşəli; Qədd əyilib, bel bükülüb, huş gedib. Aşıq Ələsgər. Qəddi bükülmüş (əyilmiş) – beli bükülmüş. Qəddi bükülmüş bu qocanın nəmli nəzəri .. dalğaları sürətlə yararaq gedən bir gəmiyə dikilmişdi. M.Hüseyn. Nazimə xalanın saçı ağarmış, qəddi əyilmiş, səsi də .. alçalmışdı. Mir Cəlal. Qəddini bükmək (əymək) – 1) belini əymək, əyilmək. Müfəttiş əlini döşünə qoyaraq uzun qəddini əydi. S.Rəhimov; 2) məc. bədbəxt etmək, belini qırmaq, sarsıtmaq. Ey ərənlər, sındırıblar belimi; Möhnət yükü qəddim əyər, ağlaram. M.V.Vidadi; 3) məc. əyilmək, tabe olmaq, alçalmaq. Qəddini düzəltmək – 1) belini düzəltmək, ayağa qalxmaq. Qaçay qəddini düzəldib, yan-yörəsinə baxdı: ətrafda kimsə görünmürdü. İ.Məlikzadə; 2) məc. zülm və əsarətdən qurtarmaq. Qəddini kaman etmək – bax. qəddini bükmək 2-ci mənada. Yəqin fəraqın edər qəddimi kəman, getmə! X.Natəvan. qəddar is. və sif. [ər.] Rəhmsiz, amansız, mərhəmətsiz, zalım. Qəddar düşmən. – Bütün dövrlərdə müstəbid, qəddar; Ağıldan, kamaldan, fikirdən qorxar. B.Vahabzadə. // Qatı, yaman, bərk. qəddaranə zərf [ər. qəddar və fars. ...anə] Amansızcasına, mərhəmətsizcəsinə, insafsızcasına, zalımcasına. qəddarcasına bax. qəddaranə. qəddarə is. [ər.] köhn. Hər iki tərəfi kəsən ağır qılınc. Nəhayət, [əlbəyaxa vuruşmalardan] heç bir şey çıxmazdı, qəddarələr və xəncərlər işə düşərdi. H.Sarabski. qəddarlıq is. Rəhmsizlik, mərhəmətsizlik, amansızlıq, zalımlıq. Yağıları sevindirdik, bəs eləyər! Al mumluğu; al, qəddarlıq öyrət bizə! M.Araz. qəddəmək f. dan. Yonmaq, çərtmək. Hikmət haradansa çoxlu karandaş gətirib qəddədi, stolun üstünə qoydu. Mir Cəlal. qəddənmək məch. dan. Çərtilmək, yonulmaq. qəddənmiş f.sif. dan. Çərtilmiş, yonulmuş. qədd-qamət is. Boy-buxun. qədd-qamətli sif. Boy-buxunlu. qədəh is. [ər.] Şərab, su və s. içməyə məxsus qab; piyalə, kasa. Şərab qədəhi. – Saqi, kərəm eylə, cam gəzdir! Durma, qədəhi müdam gəzdir! Füzuli. Bir az sonra şişlik qoxusu, zurna-qaval səsləri, şərab qədəhlərinin cingiltisi bir-birinə qarışdı. M.Rzaquluzadə. qədəhcik is. Kiçik qədəh, incə qədəh. qədəhnuş sif. [ər. qədəh və fars. ...nuş] klas. İçki içən, şərab içən. • Qədəhnuş olmaq – içki içmək, şərab içmək. O lalərüxlə qədəhnuş olduğum gecələr. S.Ə.Şirvani. qədəhvari sif. bot. Görünüşcə qədəhə oxşayan. Qədəhvari tac. qədək is. köhn. Pambıqdan toxunma sadə və ucuz parça, tünd göy rəngə boyanmış bez. Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. M.F.Axundzadə. [Hacı Kərim] əvvəlləri İrana səfər edərək çit, qələmkar və qədək alıb satırdı. A.Şaiq. [Gülnazın] əynində çiynindən dizinə qədər uzanan boz qədəkdən tikilmiş bir köynək vardı. M.İbrahimov. // Bu parçadan tikilmiş. Xudayar bəy karvansaranın qapısına yetişcək, içəridən bir alçaq, qədək arxalıqlı .. kişi çıxıb, qaşqabaqlı üz tutdu Xudayar bəyə. C.Məmmədquluzadə. qədəm is. [ər.]\n1. Addım. Vəsiqəli adamlara hər qədəmdə təsadüf etmək mümkün idi. M.S.Ordubadi. Atlar başladılar qədəm ilə getməyə. Ə.Haqverdiyev. // Saylarla bərabər məsafə bildirir. Uzaqda bir alaçıq görünür, alaçıqdan on qədəm kənar, kolun dalısında Sona xanım .. o yan-bu yana baxır. M.F.Axundzadə. [Güldəstə:] ..Zinyət xanım bu dörd divarın arasında qalıb, ikicə qədəm kənara çıxmayıb. N.Vəzirov.\n2. Ayaq. Nə xoş olardı o saat ki, bəxt üzündən mən; Qədəmlərində ölüb yarımın, verəydim can. Heyran xanım. Bir iş görmək xəyalın varsa, qədəmlərini tanıdığın yerlərə qoy. M.S.Ordubadi. [Əbdüləli bəy:] O gözəl qədəmlərə baxmaq böyük səadətdir. C.Cabbarlı. • Qədəm basmaq (qoymaq) – 1) ayaq basmaq, daxil olmaq. Dün naz ilə qədəm basanda bağa; Şimşadü sənubər düşdü ayağa. Q.Zakir. Qədəm qoyub yar yanına gələndə; Elə gəl, elə get, yol inciməsin. Aşıq Abbas; 2) məc. başlamaq, şüru etmək, iqdam etmək. İctimai işlərə yenicə qədəm qoymuş bu qadınlar dəstəsinin başında duran .. qoca bir qadın idi. S.S.Axundov. Əhməd həmişəki kimi burada da öz sevdiyi şüarını təkrar edib, icrasına qədəm qoydu. B.Talıblı. ‣ Qədəmi yüngül (xoş) – bax. ayağı yüngül (“ayaq”da). [Mirzə Salman:] Bənövşə, yenə də qabağa düşüb yol göstər. Nişanlı qızın qədəmləri yüngüldür. S.Rəhman. Yağ, a qar, yağ, qədəmin xoşdur, yağ! Döyünən qəlbimizi coşdur, yağ! S.Rüstəm. Qədəmin mübarək (olsun)! – gələn adamı təbrik üçün işlənir – xoş gəlmisən! [Ağca xanım:] Elə həmişə sən gələsən, qədəmin mübarək olsun! H.Sarabski. qədəm-qədəm zərf Addım-addım. Gəzəcəkdir qəddəm-qədəm bağımı; Görəcəkdir üzümlü çardağımı. A.Səhhət. qədəmə is. [ər.] Pillə (nərdivanda, pilləkəndə). // məc. Səviyyə, dərəcə. qədəmli sif. Ayağı xeyirli, uğurlu; xoşqədəm. Mey içdilər hər gələnin sağlığına, .. Güldandakı qızılgülün sağlığına; Xoş qədəmli ayın, ilin sağlığına! X.Rza. qədəmsiz sif. Ayağı düşərsiz, ayağı düşməz; uğursuz, bədqədəm. qədər I. [ər.]\n1. is. Miqdar, say, kəmiyyət. Hər şeyin qədəri vardır. // Başqa nitq hissələri ilə (say və əvəzliklərlə) birlikdə qeyri-müəyyən say bildirir. • Bir qədər – bir az, qeyri-müəyyən miqdar. Bir qədər fikirləşdikdən sonra ayağa qalxdı. – Bir qədər pul ki, etdilər saman; Oldular xalq xürrəmü xəndan. S.Ə.Şirvani. Sara xanımın hiddətlənməsindən, doğrusu, mən bir qədər qorxdum. Qantəmir. Bir bu qədər – bax. bu qədər 1-ci mənada. Bu qədər – 1) bu miqdarda (adətən çoxluluq mənasında). Bu qədər vaxt harada idin? – Neyləmişəm bilməm dövri-zalimə; İncidər düşəndə bu qədər məni. Q.Zakir. Bu qədər çətinlik və məhrumiyyətə baxmayaraq, Azərbaycan xalqının istiqlalə olan ümidləri sönməmişdi. M.S.Ordubadi; 2) bitdi, vəssalam, daha deyəcək söz yoxdur (söhbətə, sözə xitam vermək üçün işlənir). Nə qədər – 1) nə miqdar? neçə? neçə dənə? Paltoya nə qədər vermisən? Kitabxanada nə qədər kitab var? Nə qədər vaxta gedirsən?; 2) nə dərəcədə, nə nisbətdə. Qozalar nə qədər çox, nə qədər iri olsa, o qədər yaxşıdır. Ə.Vəliyev; 3) istədiyin qədər, ürəyin istəyən qədər. Sənə, yalnız sənə; sənə deməkçün; Könlümdə nə qədər mənim sözüm var. B.Vahabzadə. Nə qədər ki... – o vaxta qədər ki... Nə qədər ki mənim gözümdə yaş var; Olsun ürəyinin daşına qurban! M.Müşfiq. O qədər – 1) o miqdarda (adətən çoxluluq bildirir). O qədər kitabı haradan almısan? O qədər şeyi yığmaq mümkün deyil. – [Qurbanəli:] Məhəmməd ağa oxumaqdan o qədər dəm vurdu ki, indi də qulağım gur-gur guruldayır. N.Nərimanov. O qədər çox ki, böyük işlərimiz; Onu nəql etməyə şerim aciz. M.Müşfiq; 2) o dərəcədə, o nisbətdə. Bura o qədər gözəldir ki... Nə qədər lazımsa, o qədər çalışmaq lazımdır. – [Pristav:] Doğrusunu de, yoxsa səni yıxdırıb o qədər döydürərəm ki, bir ay yorğan-döşəkdə qalarsan. Ə.Haqverdiyev. Hər nə isə, qərəz, bunun da o qədər eybi yoxdur.. Qantəmir.\n2. qoş. Təxmin və təqrib mənasında. Onlar otuz nəfərə qədər adam idi. İclasa iki yüzə qədər adam gəlmişdi.\n3. qoş. Bir işin intəhasını, həddini, yaxud davamını bildirir; ...dək, ...kimi. Axşama qədər səni gözlədim. Gecəni sabaha qədər yatmamışam. – O gün Araz axşama qədər qızdırma içində od tutub yana-yana inlədi. A.Şaiq. Kim bilir [Buğac] böyüyənə qədər başına nələr gələcək. M.Rzaquluzadə. // Bir şeyin böyüklüyünü, uzunluğunu, ölçüsünü bildirir. Topuqlarına qədər uzanmış saç. Dizlərinə qədər. // Bir yeri digər yerdən ayıran məsafəni, yaxud bir hadisəni digər hadisədən ayıran vaxtı göstərmək üçün işlənir (...dək şəkilçisi ilə də ifadə olunur). Bakıdan Moskvaya qədər qatarla iki günlük yoldur. Füzulidən Vaqifə qədər olan dövr. – Dilguşa paltosunu çiyninə atıb, darvazaya qədər Mehmanı ötürdü. S.Rəhimov.\n4. qoş. Qabaq, əvvəl. Müharibəyə qədər. Yeni dərs ili başlanana qədər. Dünənə qədər.\n5. qoş. Müqayisə mənasında – kimi. Təbrizin üfüqləri qara keçədən qurulmuş bir alaçığın içi qədər qara idi. M.S.Ordubadi. İndi bu balaca kəndciyəz Dilara üçün .. Bakı qədər əzizdi. Ə.Məmmədxanlı.\n\nII. is. [ər.] Tale, qismət, müqəddərat, alın yazısı. Qədər büküb belimi, eyləyib kəman, ölürəm! X.Natəvan. Etiqad etsə qəzayə, qədərə; Ömrünü verdi bu sözlər hədərə. A.Səhhət. Vali buyurdu ki, qəm yeməsin çox; Qədər yazdığına bizdə çarə yox. R.Rza. qədərlənmək f. Alnına yazılmaq, bəxtinə yazılmaq, qisməti olmaq. Qəza qədərlənib üz verəndə dərd; Kəməndə düşənə “qaç” demək olmaz. Aşıq Şəmşir. qədərsiz sif. dan. Saysız, saysız-hesabsız, saya-hesaba gəlməyən. Qədərsiz qoşun. Qədərsiz qarışqa. qədim sif. [ər.]\n1. Çox köhnə zamanlara, çox uzaq keçmişə məxsus və aid olan. Qədim tarix. Qədim xalqlar. Qədim adətlər. Qədim abidələr. Qədim qala. Qədim mədəniyyət əsərləri. // Çox köhnə. Divarda bədənnüma bir cüt qədim güzgü vardı. S.Hüseyn. Göylərə baş vuran qədim binalar; Dayanmış əvvəlki əzəmətiylə. S.Vurğun. Bibiheybət Bakının qədim neft rayonlarından biri sayılırdı. M.Hüseyn.\n2. məc. Köhnə, təcrübəli, əski. [Rəhim bəy] bir dünyagörmüş, neçə illər polis idarələrində qədim murovlar, pristavlar, naçalniklər yanında xidmət etmiş şirindil, zərif, gödəkboylu, altmış sinnini ötmüş bir kişi idi. Ə.Haqverdiyev. [Hacı Murad:] Məhərrəm bəy, .. nə əcəb qədim dostunuzu yadınıza saldınız? S.S.Axundov. qədimdən zərf Çox köhnə zamandan, çox köhnə dövrdən bəri, köhnədən, çoxdan, əskidən. Kəndlilər .. qorxularından uşaqları gərmə qalaqlarının içində gizlədib, uçitelə deyiblər ki, bizim kənddə heç qədimdən uşaq olmaz. C.Məmmədquluzadə. • Qədimdən qalma – qədim dövrlərdən qalma. Bu dərə alma dərə; Qədimdən qalma dərə; İstərəm bir bağ salam; Yar gələ alma dərə. (Bayatı). qədimi sif. Köhnə, qədimdən mövcud olan, qədim. Qədimi qulundur Zakiri-xəstə; Məhəbbət et ona, barı, görəndə. Q.Zakir. Keçər ciyərdən, oturmaz o qanlı peykanı; Könül qədimi olan aşinadı, qoyma gedə. S.Ə.Şirvani. qədimlik is. Qədim zamanlara aid olma; çox köhnəlik. Bu pulların qədimliyinə şübhə yoxdur. Qız qalasının qədimliyi müəyyən edilmişdir. – Burda qədim nağıldan da qədimlik; “Mənəm” desə, noxtalanar “mənəmlik”. M.Araz. qədir I. is. [ər.] Dəyər, qiymət; etibar, hörmət, heysiyyət, ləyaqət. • Qədr(ini) bilmək – layiqincə qiymətləndirmək, bir adamın və ya bir şeyin qiymətini, dəyərini, əhəmiyyətini başa düşüb onu qorumaq, mühafizə etmək. Firaqi çəkməyən aşiq vüsalın qədrini bilməz; Cəmilə olmayan vasil cəmalın qədrini bilməz. Nəsimi. Aşıq Ələsgərin qədrini bilsən; Yerin var göz üstə, gəz, qadan alım! Aşıq Ələsgər. [Tahir:] Usta, məni o qədər də avam hesab eləmə. Mən zəmanəmizin qədrini yaxşı bilirəm. M.Hüseyn.\n\nII. klas. bax. qədər1 1-ci mənada. Sənə nə qədir dedim rəhm qıl mənə, getmə. X.Natəvan. qədirbilən sif. Bir adamın, ya şeyin qiymətini, əhəmiyyətini bilən, başa düşən; yaxşılıq bilən. Qədirbilən adam. – Odun götür, yaxşı yar; Yaxşı doğra, yaxşı yar; İyidi gümrah eylər; Qədirbilən, yaxşı yar. (Bayatı). qədirbilməz sif. Adama qiymət qoymayan, adamın qədrini bilməyən; yaxşılıq bilməyən. Qədirbilməz adam. – Haq bilir ki, səni necə istərəm; Ay bivəfa, qədirbilməz, bəri bax! M.P.Vaqif. Gözəlin bəzisi bədniyyət olur; Qədirbilməz olur, bihürmət olur. Q.Zakir. Gövhər qalıb qədirbilməz əlində; Tərlan olub sar əlinin dustağı. Aşıq Ələsgər. qədirbilməzlik is. Adama qiymət qoymama, adamın qədrini bilməmə; yaxşılıq bilməmə. Qədirbilməzlik, milli etinasızlıq və insan taleyinə biganəlik faktlarından biri də Xəzər dənizində “Merkuri” gəmisində batan iki yüz İran vətəndaşının (sərnişinin) həyat bahasının, qan pulunun İran konsulluğu tərəfindən yüz qırx min rubl müəyyənləşdirilməsi məsələsi idi. “Hophopnamə”. qədirdan sif. [ər. qədr və fars. ...dan] köhn. bax. qədirbilən. Qədirdan adamları, məmləkətin qeydinə qalanları çıraq götürüb qapı-qapı axtarıram. M.S.Ordubadi. qədirdanlıq is. köhn. bax. qədirşünaslıq. [Vəliəhd:] ..Bunları nəzərə alaraq, sizin bu qədər böyük qədirdanlığınızı təşəkkürsüz buraxmaq istəmədim. M.S.Ordubadi. qədir-qiymət bax. qədir1. Napak olan sənin nə bilir qədir-qiymətin; Zatində adəmin dəxi arı göhər gərək. Nəsimi. İnsanın ki elmi olmadı, onun nə qədir-qiyməti ola bilər, nə hörməti. C.Məmmədquluzadə. • Qədir-qiymətini bilmək – bax. qədrini bilmək (“qədir1”də). [İmamverdi:] Mən öz abrımın qədir-qiymətini bilirəm və qızımın rüsvayçılığını heç vədə qəbul etmərəm. Ə.Haqverdiyev. qədirşünas [ər. qədr və fars. ...şünas] bax. qədirbilən. Heyf olsun bivaxt əlimizdən gedən rəfiqəmizə ki, həmişə qədirşünas dostların ürəyində diridir. Ə.Haqverdiyev. qədirşünaslıq is. Qədir bilmə; bir adamın məziyyətlərini qiymətləndirmə, təqdir etmə, dəyərini, qiymətini anlama. qədləmək bax. qəddəmək. qədlənmək bax. qəddənmək. qədlənmiş bax. qəddənmiş. Salman qədlənmiş qırmızı karandaşı və bir dəftər götürdü. S.Rəhimov. qədli-qamətli bax. qədd-qamətli. Dürdanə xanım yaşı altmışa yaxın qədliqamətli bir arvad idi. Ə.Əbülhəsən. qədr [ər.] klas. bax. qədər1. Xoşdur nə qədr eyləsə yarım cəfa mənə. Füzuli. Bir zaman var idi canda ixtiyar; O qədri gəlmədin, ta oldum bimar. Q.Zakir. qədtəzə sif. dan. Tamamilə təzə, heç işlənməmiş, istifadədə olmamış. Qədtəzə paltar. – Elə bil bu saat yenicə topdan kəsilmiş yorğanüzüləri, qədtəzə görünən döşəklər, yastıqlar, mütəkkələr hamısı təmiz idi. Ə.Vəliyev. qəfəs is. [fars.]\n1. Quşları, heyvanları salmaq üçün məftil və ya ağac çubuqlarından düzəldilmiş, ya hörülmüş qutu şəkilli qurğu. Quş qəfəsi. Toyuq qəfəsi. Tülkünü qəfəsə saldılar. – Pəncərənin qabağında asılan qəfəsin içərisində boz rəngli bir tutuquşu vardır. M.S.Ordubadi. Quş, ayağını [cələdən] azad etmək üçün dartınırdı və çapalayırdı. Bunu gördükdə biz qaratoyuğun üstünü alırdıq. Sevinə-sevinə aparıb qəfəsə salırdıq. S.S.Axundov.\n2. məc. Həbs, həbsxana, zindan, dustaqxana mənasında. Ruzi-hicrandır, sevin, ey mürği-ruhim, kim, bu gün; Bu qəfəsdən mən səni, əlbəttə, azad eylərəm. Füzuli. Oldu sənsiz çəmən, ey gül, məni-şeydayə qəfəs; Nə çəmən, cümlə cahandır məni-rüsvayə qəfəs. S.Ə.Şirvani. Gəlin, tez uçuraq o daş qəfəsi; Gülsün qadınlığın ağlayan səsi! S.Vurğun. • Qəfəs kimi – cansıxıcı, darısqal (yer haqqında). Muğan düzündəki səssiz gecələr; Sıxdı Əmirxanı bir qəfəs kimi. S.Vurğun. Qəfəsdə saxlamaq – azadlıqdan məhrum etmək, dörd divar arasında saxlamaq. [Almaz:] Biz qadınlarımızı qəfəsdə saxlayan əlləri qırmalı, qadını azadlığa çıxarmalıyıq. C.Cabbarlı. Qəfəsdən azad olmaq – həbsdən azad olmaq, azadlığa çıxmaq, çətinlikdən qurtulmaq. Qəfəsə düşmək – tutulmaq, girə keçmək, tora düşmək, ələ keçmək. Xan qəfəsə düşmüş vəhşi heyvan tək özünü o yanbu yana çırpır. Ə.Haqverdiyev. Qəfəsə salmaq – həbsə salmaq, azadlıqdan məhrum etmək, dörd divar arasında gizlətmək. [Mələk] hiss edirdi ki, burada, Allahyarın evində qəfəsə salınmış quş kimi yaşayır. İ.Şıxlı. ‣ Qəfəsə dönmək – son dərəcə zəifləmək, arıqlamaq, cansızlaşmaq. Onun bədəni bir qəfəsə dönmüşdür. Quru qəfəs – çox zəif, üzgün, cansız, arıq adam haqqında. Gördüm bu dünyanı – quru qəfəsdir; Bizlərə verdiyin ibrətli dərsdir.. N.Kəsəmənli. Döş (köks) qəfəsi anat. – skeletin, qabırğalardan ibarət olan içərisində ciyərlərin və ürəyin yerləşdiyi döş boşluğunu təşkil edən hissəsi. [Kişinin] pərələri genişləndi, sinəsi qalxıbendi, köks qəfəsi az qaldı partlasın. İ.Şıxlı. qəfəsə is. [fars.]\n1. bax. qəfəs.\n2. Kitab və sairə qoymaq üçün mərtəbəmərtəbə divara bənd edilmiş və bölmələrə ayrılmış taxtalardan ibarət qurğu. Kitab qəfəsəsi. Dükan qəfəsəsi. – Burada nə yoxdur? ..Qəfəsələrdə top-top çit, parça. Ə.Əbülhəsən.\n3. Nazik taxtadan düzəldilmiş və ya qəfəs şəklində hörülmüş arakəsmə.\n4. Döş qəfəsi, döş sümükləri. Yazığın içini, içalatını elə aparmışdı ki, quruca qəfəsəsi qalmışdı. S.Rəhimov. qəfəsəli sif. Qəfəsəsi olan (bax. qəfəsə 2-ci mənada). Qəfəsəli kitabxana. Qəfəsəli dükan. // Hörgülü, şəbəkəli. Qadınlara məxsus qəfəsəli lojalar var, bizi kimsə görməz. A.Şaiq. Adamlar bir-birinə macal vermədən, son vaqonun dəmir qəfəsəli pəncərəsinə baxa-baxa irəli yeridilər. Mir Cəlal. qəfil sif. və zərf [ər.] Gözlənilməz, ansız, xəbərsiz. Təzə silah növlərini öyrənmək, tez-tez qəfil basqınla düşməni narahat etmək .. bölüyün əsas məşğuliyyəti idi. Ə.Əbülhəsən. Tuturlar onları qəfil atəşə; Gizləyir dostları qalın bir meşə. M.Rahim. qəfilcə bax. qəfildən. qəfildən zərf Birdən, birdən-birə, gözlənmədən, xəbərsiz, ansızın. Qəfildən vurmaq. – Nəbigil qəfildən [bəylərin] qabağına çıxıb atlarını saxladılar. “Qaçaq Nəbi”. ..Qəfildən girən qonaq ev sahibinin xəcalət çəkməsinə səbəb ola bilər. M.S.Ordubadi. Birdən tingə başında qəfildən bir dəstə qız onun qarşısına çıxdı. Ə.Məmmədxanlı. qəflət is. [ər.]\n1. Qafillik, xəbərsizlik. Qılma bizi qəflət ilə mədhuş; Həmsöhbətin eyləmə fəramuş. Füzuli. [Ziba xanım:] Vay sənin halına, vay sənin halına ki, qəflət gözünü örtübdür. M.F.Axundzadə. Bülbül, keçirtmə bağda qəflətdə ömrünü. S.Ə.Şirvani. • Qəflətdə olmaq – xəbərsiz olmaq, bilməmək. Həqiqətdə də mən öz səmimi dostlarım haqqında qəflətdə olmuşam. M.S.Ordubadi.\n2. Cəhalət, avamlıq. • Qəflətdə saxlamaq – qəsdən ayılmağa, başa düşməyə qoymamaq, cəhalətdə saxlamaq.\n3. Diqqətsizlik, qeydsizlik, huşsuzluq, səhlənkarlıq. • Qəflət eləmək (etmək) – diqqətsizlik, qeydsizlik göstərmək; unutmaq, nəzərdən qaçırmaq; səhlənkarlıq etmək. [Ağa Kərim:] Ağa Mərdan hər nə istəsə, ona yol tapar; onun müqabilində gərək qəflət eləməmək. M.F.Axundzadə. ‣ Qəflət yuxusu – ətrafında baş verən hadisələrdən tam xəbərsizlik. Vaiz sözünə tutma qulaq, qafil olma, kim; Qəflət yuxusunun səbəbi ol fəsanədir. Füzuli. ..Qadından təsadüfi öyrəndiyi əhvalat Xəlili sanki qəflət yuxusundan oyatdı. M.Hüseyn. qəflətən zərf [ər.] Qəfildən, birdən, gözlənmədən, xəbərsiz, təsadüfən. [Müsyö Jordan:] Əlbəttə, sehrdir, mat qalmalı işdir, bir türfətüleyndə qəflətən Parij xarab olubdur. M.F.Axundzadə. Su kənarında qəflətən naçar; Bir quzu bir gün oldu qurda düçar. A.Səhhət. Atamın qəflətən ölümü sağalmaz bir yara kimi uzun müddət qəlbimi ağrıtdı. A.Şaiq. qəhər dan. bax. qəhr. Uşaqların belə kədərli ağlamasını görüncə Gövhərə qəhər üz verirdi. Ə.Vəliyev. qəhərlənmə “Qəhərlənmək”dən f.is. qəhərlənmək f. Acıq çəkmək, hiddətlənmək, acığından boğulmaq. // Mütəəssir olmaq, kədərlənmək, kövrəlmək, doluxsunmaq, boğula-boğula ağlamaq. Bu sözlərdən sonra qadın qəhərləndi, çarqatının ucu ilə gözlərini sildi. P.Makulu. qəhərli sif. Acıqlı, qəzəbli, hiddətli. Üfüq qəhərli bir ürək kimi sökülür, dalğalar hücum edən ordular kimi şəfəqlərə tökülür, kainat oyanırdı. Mir Cəlal. qəhət is. [ər.] Qıtlıq, yoxluq; quraqlıqdan məhsulatın və s.-nin yetişməməsi, azlığı, tapılmaması. • Qəhət olmaq, qəhətə çıxmaq – tapılmamaq, yoxa çıxmaq. ‣ Başına (başıma) iş (sənət və s.) qəhətdir? (qəhət idi?) – lazımsız, yersiz iş görən adama deyilir, yaxud öz işindən narazılığı ifadə edir. [Hacı Qara:] Sizin təqsiriniz nə yerə sığışır, nə göyə, .. başınıza sənət qəhət olubdur? M.F.Axundzadə. [Mirzə Cavad:] A məlun, .. məgər başına iş qəhətdir? Ə.Haqverdiyev. qəhətləşmə “Qəhətləşmək”dən f.is. qəhətləşmək f. Qıtlaşmaq, tapılmamaq, yoxa çıxmaq. qəhətlik is. Qıtlıq, məhsulsuzluq; quraqlıq nəticəsində məhsul bitməməsi üzündən törəyən aclıq. Təbrizdə bu saat qəhətlikdir və əhali çörək üzünə həsrətdir. C.Məmmədquluzadə. // Bir şeyin tapılmaması, azlığı, çatışmaması; ehtiyac. qəh-qəh bax. qəhqəhə. • Qəh-qəh çəkmək – bax. qəhqəhə çəkmək. Naçalnik Qurbanəli bəyə baxıb, qəh-qəh çəkib dedi. C.Məmmədquluzadə. Qoca keşikçi qəh-qəh çəkib güldü. M.Hüseyn. qəhqəhə is. [ər.] Bərkdən gülüş, səslə gülmə. Bu sözə qarşı oturan sərxoşlardan qeyri-təbii qəhqəhələr eşidildi. M.S.Ordubadi. Ayrım qızının belə öyünməsindən, Kərim babanın elə sükut ilə büzülüb durmasından bir qəhqəhə qopdu. A.Şaiq. Ancaq qızı qəhqəhə ilə güləndə Mirzə Hüseyn gülümsünərək ayağa qalxdı. S.Rəhman. • Qəhqəhə çəkmək – qəhqəhə ilə gülmək; bərkdən, səslə gülmək. Tamam qorxunc bir qəhqəhə çəkərək, ildırım kimi çaya tərəf qaçır. S.S.Axundov. Sitarə ata-anasını görcək, qəhqəhə çəkib .. deyirdi: – Bilmirsiniz? Nişanlıma gül yığmağa getmişdim. Çəmənzəminli. qəhmər bax. qahmar. [Qarı:] Bala, o, xozeyinlər, naçalniklər üçün qorxulu adamdır. Sənin kimi, mənim kimi fağırların onun kimi qəhmər çıxanı olmasaydı, indi bizim gözümüzə od salmışdılar. S.S.Axundov. Yeni dünya quran bizik; Haqqa qəhmər duran bizik. R.Rza. Gizlədərəm hissimi, əlaqəmi birtəhər; Deyərəm yaxşı olmaz, çıxsam oğlana qəhmər. M.Rahim. qəhr is. [ər.] Hiddət, qəzəb, acıq. Çeşmində qəzəb yoxsa dili-zarım üçündür; Qəhri o təbibin dili-bimarım üçündür. S.Ə.Şirvani. Kuyində məhrəm etdi rəqibi səfa ilə; Qəhr ilə etmədi məni həm yad, ağlaram. X.Natəvan. Qəhr [Mirzə Hüseyni] boğdu, cibindən qırağı haşiyəli bir yaylıq çıxarıb gözlərini sildi. S.Rəhimov.\n2. Bir məhrumiyyət, haqsızlıq və s. üzündən doğan hədsiz ruhi əzab və iztirab. Firqətin qəhri bəni yaqdı və incitdi, əzizim! Nəsimi. On bir aydır mənim üzüm gülmədi; Qəza qəhri məndən heç üzülmədi. Aşıq Ələsgər. ‣ Qəhr etmək – 1) məhv etmək, yox etmək. Xalq bugünkü və sabahkı düşmənlərini qəhr edə bilməzsə, öz taleyini həll edə bilməz. S.Rəhimov; 2) cəbr etmək, zülm etmək; cəzalandırmaq, iztirab vermək. Necə qəhr eyləyəsən, aşiqinə rəhm eylə; Ki, sənin rəhmətinə aşiqi-heyran susadı. Nəsimi. Qəhr olmaq – məhv olmaq, yox olmaq. Qəhr olsun! – məhv olsun! yox olsun! qəhrəman [fars.]\n1. sif. Müharibədə, yaxud başqa bir işdə qoçaqlıq, fədakarlıq nümunəsi göstərən; igid. Qəhrəman ordu. Qəhrəman əsgər. // İs. mənasında. Azərbaycanın milli qəhrəmanları. – Seyr edin zamanın qəhrəmanını; Əynində şinel var, çiynində tüfəng. S.Vurğun. Bu gün alqış demək qəhrəmanlara; Dünyada hər şeydən mənə şirindir. O.Sarıvəlli. // sif. Qoçaq, cəsur, qorxmaz. [Ceyran] cəsur, mətin, qəhrəman bir qadın idi. S.Hüseyn.\n2. is. Öz dövrünün ictimai mühitinin səciyyəvi xüsusiyyətlərini özündə təcəssüm etdirən şəxs. Zəmanəmizin qəhrəmanı.\n3. is. Ədəbi əsərdə iştirak edən şəxslərin ən birincisi, başlıcası. Romanın qəhrəmanı. Pyesin qəhrəmanı. qəhrəmananə [fars.] bax. qəhrəmancasına. Şəfiqə qəhrəmananə ətrafa baxırdı. İ.Musabəyov. qəhrəmancasına zərf Qəhrəmana, igidə yaraşan bir tərzdə; qoçaqlıqla, rəşadətlə; igidcəsinə. Qəhrəmancasına döyüşmək. Qəhrəmancasına hərəkət etmək. qəhrəmani is. mus. Azərbaycan xalq oyun havalarından birinin adı. Yallı musiqisinin forması və ölçüsü əsasında inkişaf edərək meydana gələn Azərbaycan rəqslərindən birisi də “Qəhrəmani” və “Pəhləvani” oyun havalarıdır. Ə.Bədəlbəyli. qəhrəmanlaşmaq f. Qoçaqlaşmaq, qəhrəman olmaq. qəhrəmanlıq is. İgidlik, müstəsna qoçaqlıq, rəşadət, cəsurluq; qəhrəmanca hərəkət. Qəhrəmanlıq dastanı. Antik cəmiyyətin “qəhrəmanlıq dövrü”. Qəhrəmanlıq göstərmək. – Qəhrəmanlıq yalnız silah deyil, bilik də tələb edir. M.S.Ordubadi. Əşrəf həyatında hələ heç bir qəhrəmanlıq eləməmişdi. S.Rəhman. qəhrlənmək bax. qəhərlənmək. qəhvə is. [ər.]\n1. Tropik ölkələrdə bitən qəhvə ağacının girdə ətirli dənləri. Qovrulmuş qəhvə. Üyüdülmüş qəhvə.\n2. Bu dənənin ovuntusundan hazırlanan içki. Qəhvə içmək. Qəhvə bişirmək. Qara qəhvə. Südlü qəhvə. – [Əbdül:] Yorulmuşdum, döndüm çayxanaya ki, bir-iki fincan qəhvə içim. Ə.Haqverdiyev. // Qəhvə surroqatı. Arpa qəhvəsi. Palıd qəhvəsi. Soya qəhvəsi. ‣ Qəhvə dəyirmanı – bax. dəyirman. qəhvəaltı is. Günorta yeməyindən bir neçə saat qabaq yeyilən yemək və ya içilən qəhvə, çay və s. Küncdəki stol başında üç kişi oturub qəhvəaltı edirdi. A.Şaiq. Abakərin arvadı böyük məcməyidə qəhvəaltı gətir(di).. Ə.Əbülhəsən. qəhvəçi is.\n1. Qəhvəxana; qəhvə satılan yer. // Sif. mənasında. Yetdi bir mərtəbəyə surəti-kar; “Parlaman” qəhvəçi dükan oldu. M.Ə.Sabir.\n2. Qəhvə hazırlayıb satan adam. qəhvəçilik is. Qəhvəçinin işi, peşəsi. qəhvədan is. [ər. qəhvə və fars. ...dan] İçində qəhvə dəmləmək üçün qab. Qəhvədandan stəkanlara qəhvə tökmək. qəhvəxana is. [ər. qəhvə və fars. ...xanə] Qəhvə içilən yer, kiçik yeməkxana. Xudayar bəy oğlanın dalınca dar yol ilə gedib girdi qəhvəxanaya. C.Məmmədquluzadə. qəhvəyi sif. Qəhvə rəngli, boz ilə sarı arasında olan rəng. Qəhvəyi parça. – [Rəis] tünd qəhvəyi rəngli yun parçadan frenç və şalvar geymişdi. İ.Əfəndiyev. Fələk qəhvəyi suda əks etməz, bu bəllidir... Şəhriyar. qəlb is. [ər.]\n1. Ürək (adətən insanın daxili aləmi, onun hisslərinin, təəssüratının, əhvali-ruhiyyəsinin simvolu, rəmzi təzahürü mənasında işlənir). Bu təsadüf onun qəlbində bir etimad oyandırdı. M.Ə.Sabir. Haman qız bütün səyahətçilərin qəlbini özünə məftun etmişdi. M.S.Ordubadi. Xavər yenə qəlbində sonsuz bir rahatçılıq və səadət duydu. M.İbrahimov. // məc. İnsanın həyat məqsədi, idealı, onu yaşatdıran amil mənasında. [Hüseyn:] ..Səhnə mənim məqsədim, idealım və qəlbimdir. S.Rəhman.\n2. məc. Bir şeyin əsas hissəsi, ən mühüm yeri, mərkəzi. Bakı Azərbaycanın qəlbidir. ‣ Qəlb yoldaşı – sirdaş, ürək dostu, səmimi dost. Ancaq həyalı bir qız mənə qəlb yoldaşı ola bilər. Mir Cəlal. Qəlbi incimək – incimək, xatiri qırılmaq. Demək bu halizarı ol güli-rüxsarə müşküldür; Məbada inciyə qəlbi, bu dərdə çarə müşküldür. S.Ə.Şirvani. Qoy bədənim rahət olsun, amma qəlbim inciməsin. C.Məmmədquluzadə. Qəlbi sevinmək – şadlanmaq, fərəhlənmək, sevinmək. Məni görər-görməz sevindi qəlbi; Dedi ki, atana məndən salam de. S.Vurğun. Qəlbi sıxılmaq – ürəyi sıxılmaq, darıxmaq. Əgər istəyirsən ki, uşağın qəlbi sıxılmasın, onu çağır bura və xoş dil ilə onu danışdır. C.Məmmədquluzadə. Qəlbi sınmaq – bax. qəlbi incimək. Qəlbin sınmasın, nigaran da qalma. M.S.Ordubadi. Qəlbi vurmaq – ürəyi işləmək, sağ olmaq, yaşamaq, var olmaq. Bir səs duydum qələm əldən düşüncə: – Mənim üçün qəlbin vursun ölüncə.. Ə.Cavad. Qəlbi yanmaq – ürəyi yanmaq, son dərəcə yazığı gəlmək, acımaq. Qəlbim yanar, ona deyərəm: “Ay yazıq çocuq! Sən sevgili vətəncigimin gül fidanısan”. A.Səhhət. Qəlbi yaralı – dərdli, kədərli, ürəyində dərdi olan, fəlakət üz vermiş. Ey qəlbi yaralı, fikri pərişan; Qəlbindən keçəni qorxma, de gəlsin. B.Vahabzadə. Qəlbindən keçmək – ürəyindən keçmək, ummaq. Salatın bu hadisədən sonra anasının qəlbindən keçənləri bilməsə də, onun sakitləşməsinə sevindi. İ.Şıxlı. Qəlbinə dəymək – 1) incimək, pərt olmaq, qəlbi sınmaq; 2) incitmək, ürəyinə toxunmaq, könlünü qırmaq. Biganə ilə gəzmə, dedim, qəlbinə dəydi; Cana, nə bilim, sən bu qədər dəymədüşərsən? Ə.Vahid; Sallanıb-sallanıb özünü öymə; Elə süzgün baxıb qəlbimə dəymə. Aşıq Ələsgər. Qəlbinə girmək – birinin ürək sirrini bilməyə çalışmaq. Qəlbinə toxunmaq – bax. qəlbinə dəymək 2-ci mənada. Toxunma qəlbinə avarə gülün.. X.Natəvan. Qəlbini açmaq – birinə inanaraq ürəyini açmaq, ürəyindəkiləri açıb söyləmək, ürək sirrini açıb demək. O zaman qəlbini bizə el açar; Öz ürək sözünü deyər doyunca. S.Vurğun. Qəlbini ələ almaq – könlünü almaq, xoş sözlərlə dilə tutmaq, şirin sözlərlə razı etməyə, etimadını, məhəbbətini qazanmağa çalışmaq. [Gəldiyev] axırda qızı mehriban danışdırmağı və beləliklə, bəlkə qəlbini ələ almağı kəsdirdi. Mir Cəlal. Qəlbini qırmaq (incitmək) – bax. qəlbinə dəymək 2-ci mənada. Qəlbini ovlamaq – ələ gətirmək, diqqətini cəlb etmək, məhəbbətini qazanmaq, özünə məftun etmək. Operanın açılışı gecəsi istəklilər lojada əyləşdikləri zaman, Hədiyyə qət etmişdi ki, Kiçikxanım Nərimanın qəlbini ovlamışdır. Mir Cəlal. Qəlbini sıxmaq – ürəyini sıxmaq, darıxmaq, qəm çəkmək, fikir çəkmək. Babalın boynuma, get fələlik et, qəlbini sıxma! M.Ə.Sabir. [Mir Paşa:] Əziz gedib deyə, çox da darıxma; Fikirlər eyləyib qəlbini sıxma. Z.Xəlil. Qəlbini sındırmaq – bax. qəlbinə dəymək 2ci mənada. [Nizami] Fəxrəddin barəsində düşünür və onun qəlbini sındırdığı üçün peşmançılıq çəkirdi. M.S.Ordubadi. qəlbaçan sif. Ürəkaçan, xoş, gözəl. Öz-özünə aşıq deyən hər kəsdə; Qəlbaçan səs, şirin söhbət gərəkdir. Aşıq Bəylər. qəlbən zərf [ər.] Can və könüldən, ürəkdən, səmimi olaraq. Qəlbən bağlı olmaq. Qəlbən sevmək. Qəlbən sizə hörmətim var. – Vətən həsrətiylə külə dönmüşəm; Qəlbən ağlasam da, şad görünmüşəm. B.Vahabzadə. qəlbi sif. məh. Yüksək, hündür, uca. Qazamat istidir, yata bilmirəm; Barısı qəlbidir, aşa bilmirəm. “Qaçaq Nəbi”. [Qəhrəman] ötən qış çovğunda qəlbi bir ağacdan yıxılıbdır. S.Rəhimov. Uzaqlarda görünən qəlbi dağların üzərindəki buludların min rəngə boyandığı zaman Sərvinaz .. tarlanın qırağına çıxdı. Ə.Vəliyev. // İs. mənasında. Hündür yer. ..Xanımlar əllərində uzun ağac, ucunda ağ dəsmal, duracaqlar qəlbidə. N.Vəzirov. qəlbidaş sif. Daşürəkli, rəhmsiz, insafsız. Çalış ki, bir güllən çıxmasın boşa; Dəysin o faşistə, o qəlbidaşa. S.Rüstəm. qəlbiqara sif. və is. Hər şeyə, hər kəsə şübhə ilə baxan, heç kəsin xoşbəxtliyini istəməyən, hər şeydə bir pislik görən; xain ürəkli. Hər qəlbiqara nakəs ilə eyləmə ülfət. S.Ə.Şirvani. qəlbiqaralıq is. Qəlbiqara adamın keyfiyyəti. qəlbiqırıq sif. İncimiş, küskün, ürəyi bir şeydən sınmış. qəlbilənmə “Qəlbilənmək”dən f.is. qəlbilənmək f. məh. Yüksəlmək, ucalmaq, yuxarı qalxmaq, yüksəklərə qalxmaq. Mən aşiq qəlbiləndi; Ay doğdu qəlbiləndi; Nəyə desən and içim; Bu qəlb o qəlb iləndi. (Bayatı). qəlbiləşdirmə “Qəlbiləşdirmək”dən f.is. qəlbiləşdirmək f. məh. Yüksəltmək, ucaltmaq, yuxarı qaldırmaq. qəlbiləşmək bax. qəlbilənmək. qəlbilətmək f. məh. Yüksəltmək, hündürləşdirmək. Baş altını qəlbilətmək. qəlbinazik sif. Ürəyiyumşaq, rəhmli, şəfqətli, hər şeydən tez təsirlənən. Qəlbinazik adam. – Özün çox qəlbinaziksən, hamını da elə bilirsən. M.S.Ordubadi. qəlbinaziklik is. Ürəyi yumşaqlıq, şəfqətlilik, şəfqət. qəlbir (=qəlbirləmə) və s. bax. xəlbir, xəlbirləmə və s. qəlbirləmə (=qəlbir) və s. bax. xəlbir, xəlbirləmə və s. qəlbisınıq bax. qəlbiqırıq. qələ [ər.] bax. qala. qələbə is. [ər.]\n1. Qalibiyyət; müharibədə, döyüşdə tam müvəffəqiyyət. Qələbə bayramı. Düşmən üzərində qələbə. Qələbə ilə qayıtmaq.\n2. Bir şey uğrunda mübarizədə əldə edilən müvəffəqiyyət, mübarizə nəticəsində bir şeyin tam həyata keçirilməsi. Tam və qəti qələbə. İstehsalat qələbələri. – Qələbə bayrağı qaldırıb yenə; Əmək cəbhəsinin qəhrəmanları. O.Sarıvəlli. // Yarışda, oyunda, mübahisədə və s.-də üstünlük, böyük nailiyyət, müvəffəqiyyət. Futbol oyunu neftçilərin qələbəsi ilə nəticələndi. • Qələbə qazanmaq (əldə etmək, çalmaq) – qalib gəlmək, üstün gəlmək. [Dilarada] ədalətin, haqqın qələbə çalacağına möhkəm bir etiqad vardı. M.İbrahimov.\n3. “Qələbəsindən” şəklində köhn. – üstünlüyündən, çoxluğundan, artıqlığından, şiddətindən, çox olmasından, təsirindən. Münəvvər məcburiyyətin qələbəsindən bozarmış anasının qabağına düşüb getməyi ixtiyar etmişdi. M.S.Ordubadi. qələbəlik is. İzdiham, tünlük, basabas; çoxlu adam olan yer. Əhmədli kəndinin meydançası çox qələbəlik idi. H.Nəzərli. Böyük qələbəlik içində Rüxsarə onların hər ikisini gözdən itirir. S.Rəhimov. // Sif. mənasında. Bu, Bakının mərkəzi küçələrinin ən qələbəlik və gur saatlarından biri idi. Ə.Əbülhəsən. qələbənd [ər. qələ və fars. ...bənd] bax. qalabənd. qələbəndlik bax. qalabəndlik. qələbəyi bax. qalabəyi. qələçə is. [ər. qələ və fars. ...çə] Kiçik qala, qalaça. Bu qələçələri təmir etməkdən qərəz bu idi ki, tayifeyi-Xəzər Dərbəndə qələbə və təsəllüt edə bilməsinlər. “Dərbəndnamə”. qələm is. [ər.]\n1. Mürəkkəbə batırıb yazmaq üçün ucu şiş və yarıq yazma aləti. Dəmir qələm. Qələmi əlinə alıb yazdı. – Qələm yazanı qılınc poza bilməz. (Ata. sözü). [Sədr] siyirməsindən bloknot çıxardı, bir neçə vərəq geri qatladı, qələmi mürəkkəbə batırıb yazmaq istədi. Mir Cəlal. // Polad qələmlər ixtira edilməmişdən qabaq qamışdan, qaz lələyindən hazırlanan yazı aləti. Qələm əyri kəsilsə də, doğru yazar. (Ata. sözü). Bir baş çəkin dərdməndin halına; Ərzə yazsın, qələm alsın əlinə. M.V.Vidadi. Baxır kəlağaylı keçən gəlinə; Qarğı qələmini alır əlinə. S.Vurğun. // Karandaş. Salman kişi ona [Aqilə] çoxlu dəftər, rəngli qələm alacağını vəd etdi. Mir Cəlal.\n2. məc. Yazma qabiliyyəti, inşa qabiliyyəti, üslub; yazı. Onun gözəl qələmi vardır. – Süngülər açmayan yolu açdın; Qələmindən cavahirat saçdın. A.Səhhət. Diləyim budur ki, hər gecə, hər gün; Sənin qələmindən inci tökülsün. S.Vurğun. // Yazıçılıq simvolu kimi işlənir. Qələm möhkəm olmasa, yazının gücü olmaz. Mir Cəlal. Ürəksən, olmuşdur əsirin aləm; Nə yazsın, hüsnünə zəif bir qələm? S.Vurğun. • Qələm əhli – bax. qələm sahibi. Vaiz, qələm əhlin niyə təhqir eləyirsən? Ey əbri-siyəh, nuri nə təstir eləyirsən! M.Ə.Sabir. O qələm əhliydi, dilli-dilavər; Mən elə bilirdim ər oğlu ərdi. X.Rza. Qələm sahibi – fikrini yazıda yaxşı ifadə edə bilən adam; yaxşı üslubu, mühərrirlik qabiliyyəti olan adam; yazıçı, mühərrir. Qələm yoldaşı – birisi ilə bir yerdə yazı işində çalışan, yazıçılıq, mühərrirlik edən; həmkar. Məgər, otuz yeddidə güdaza vermədimi; Qələm yoldaşlarını; öz qələm yoldaşları? B.Vahabzadə.\n3. Metal, daş, taxta və s. kimi bərk cisimlərin üzərində yazı yazmaq, naxış açmaq və s. üçün poladdan düzəldilmiş ucu iti alət. Yazıçı qələmi. Heykəltəraş qələmi. Möhürqazan qələm. // Dəmir kəsmək üçün ağzı iti polad alət. // məh. Odun yarmaq, daş sındırmaq və s. üçün dəmir alət.\n4. k.t. Peyvənd üçün qələm kimi kəsilmiş nazik şiv. Qələm vurmaq. Peyvənd qələmi (ağaca calanacaq budaq parçası). Calaq üçün götürülən bitkinin calandığı bitki calaq və ya qələm adlanır. – Qələmlə ən çox limon və sitrus bitkiləri çoxaldılır, çünki bunların qələmlərinin çox faizi kök vermək qabiliyyətinə malikdir. M.Axundov. • Qələm etmək (eləmək) – 1) k.t. peyvənd etmək, calamaq; 2) ucunu qələm kimi kəsmək, sivriləşdirmək. [Qaraxan] .. dəmir kimi qurumuş çəpərdən bir neçə şiv çəkdi, onların ucunu yonub qələm elədi və qırıntılarını da su aşağı axıtdı. S.Rəhimov. Qələm olmaq – peyvənd olmaq, calanmaq, cinsi yaxşılaşdırmaq. Qələm olmuş cır alma. // Ot, taxıl çalındıqdan sonra, onların yerdə qalan ucuşiş kök hissəsi. Ayağıma qələm batdı. // Cavan ağac, fidan. Qələm basdırmaq.\n5. köhn. Cür, növ. Beş qələm şey. – Mahmudun sərvəti yalnız bu dükan və dükanda mövcud olan maldan ibarət olmayıb, bunlardan başqa iki qələm malı daha vardı. B.Talıblı.\n6. Lələk (quşlarda). Xoruzun boynunda, belində, qanadlarının və quyruğunun üstdə uzun, əyri və rəngbərəng qələmlər var.. H.Zərdabi. ‣ Qələm çalmaq – yazmaq, yazıb tərifləmək. Yüz il qələm çalsam gözəl hüsnünə; Doyarmı eşqindən sadiq bir ürək? S.Vurğun. Məndə qüdrət yoxdur qələm çalmağa; Tərif eyləməyə ancaq birini. Ə.Cavad. Qələm çəkmək – pozmaq, adını silmək, yaddan çıxarmaq, adını çəkməmək. Qələm çəkdi əsarətə, əbədilik o şad oldu. M.Rahim. Qələm işlətmək – yazmaq. Salik, mərsiyə şerinin geniş yayıldığı zamanda yaşamasına baxmayaraq, bu sahədə demək olar ki, qələm işlətməmişdir. (Qəzetlərdən). Qələm qaş şair. – sanki qələmlə çəkilmiş incə, gözəl qara qaş. Ələsgərəm, yandım eşq atəşində; Gözüm qaldı sənin qələm qaşında. Aşıq Ələsgər. İlhamın zövq alır can sirdaşından; Sular sonasının qələm qaşından. S.Vurğun. Qələm qatmaq – yazılan bir yazıya təshih və ya təhrif məqsədi ilə əlavələr etmək, pozub düzəltmək, üzərində işləmək. Qələm olmaq – sınmaq, kəsilmək. Qələm olsun əli ol katibi-bədtəhririn; Ki, fəsadi rəqəmi surumuzu şur eylər. Füzuli. Bir yanda qələm oldu uzun qollari-Abbas; Bir yanda gərək xeymələr odlana bu gündə. Aşıq Ələsgər. Qələmdən düşmək – yaddan çıxmaq, adı çəkilməmək, yada salınmamaq, sayılmamaq. Qələmə alınmaq – yazılmaq, inşa edilmək, təsvir edilmək. Rusca qələmə alınmış yazıları layiqincə oxuya bilmirəmsə də, çap olunan kitabları bir əndazəyə qədər oxuram. M.Ə.Sabir. Leyli və Məcnun, Romeo və Cülyetta .. kimi gənclərin faciəsi böyük sənətkarlıqla qələmə alınmış və bu faciə əsrlər boyu insanları həyəcanlandırmışdır. M.Arif. Qələmə almaq – bir mövzu ətrafında bir şey yazmaq, inşa etmək, yazmağa başlamaq, təsvir etmək. Qaragözov işığı yan edib, alətləri yerə qoyanda nə qədər sevindiyimi qələmə ala bilmirəm. Mir Cəlal. Qələmə vermək – bir adamın adını yaxşılıq, yaxud yamanlıq ilə birinin yanında çəkmək və ona tanıtmaq. Sənin adını pis qələmə veriblər. O, yaxşı qələmə verilmişdir. – [Hacı Murad:] Orada evim yıxılıbdır ki, xalq məni dövlətli qələminə veribdir. S.S.Axundov. Qələmindən çıxmaq – tərəfindən yazılmaq, inşa edilmək. Sənətkarların qələmindən çıxmış ölməz əsərlər. – Hər dəfə ağamın qələmindən çıxan həcvlərdə o qədər zəhər olur ki, cəhənnəmdə, onun hücrələrində bu qədər zəhər yoxdur. Ə.Məmmədxanlı. qələmcik is. Kiçik qələm. qələmdan is. [ər. qələm və fars. ...dan] Qələmqabı, qələm qoymaq üçün uzunsov qutu. Məşədi Molla Həsən əvvəl eynəyi taxır gözünə, sonra qələmdanı açır. C.Məmmədquluzadə. [Əhməd:] Sən elə yüz ildir gözünü bir qələmdan ilə bu kitaba dikibsən. Ə.Haqverdiyev. Molla Fərzəli qələmi qələmdana qoydu.. A.Şaiq. qələmdaş is.\n1. Karandaş.\n2. Qara lövhə üzərində ağ yazı yazmağa məxsus nazik çubuq şəklində azca yumşaq mədəni maddə; qrifel. qələm-davat is. [ər.] köhn. Qələm ilə mürəkkəb qabı birgə olan yazı cihazı. Qələm-davatını götürüb .. düşdü Koroğlunun yanına. “Koroğlu”. qələmə is. bot. Düz uzanıb qalxan uca ağac. Şıdırğı yaz yağışından sonra qarağac, qələmə, şam ağaclıqları sükuta qərq olmuşdu. Mir Cəlal. qələməlik is. Qələmə ağacları bitmiş yer. qələmi sif. [fars.] Narıngüllü Buxara dərisindən tikilmiş. [Zərgər Hacı Məmmədin] qara rəngə boyanmış top qara saqqalı, başında Buxara dərisindən qələmi papağı var idi. H.Sarabski. qələmkar is. [ər. qələm və fars. ...kar]\n1. Parça və s. üzərində incə naxışlar çəkən usta, nəqqaş.\n2. Qıraqları haşiyəli və ortası güllü parça. Süfrə İsfahanda qayrılmış “qələmkar” adlı güllü bir parçadandı. M.S.Ordubadi. Əvvəlləri İrana səfər edərək, çit, qələmkar və qədək alıb satırdı. A.Şaiq. // sif. Qıraqları haşiyəli və ortası güllü. Otaqları tərtəmiz süpürtmüş, sildirmiş, lazım olan .. bəzəyi vermiş, masa üzərində incə naxışlı qələmkar süfrə sərmişdi. A.Şaiq. Bu əsnada qələmkar pərdəli qapı açıldı. Çəmənzəminli. Bayram axşamının gecəsi bütün ailə evə toplanardı. Qələmkar süfrə ortalığa döşənərdi. H.Sarabski. // məc. şair. Qələm kimi düz və incə. Günəşüzlü, aycamallı; Qəddi qələmkar necoldu? Aşıq Hüseyn Cavan. qələmkarlıq is. Qələmkar peşəsi. qələmqabı is. Qələm qoymaq üçün qab; qələmdan. Bu stolun üstündə cürbəcür qələm, qələmqabı, mürəkkəbqabı, mərmər suçəkən, zəng və bu kimi şeylər vardı. Ə.Əbülhəsən. qələmqaş (=qələmqaşlı) sif. Qaşları sanki qələmlə çəkilmiş, nazik, gözəl qara qaşlı. Qələmqaşlı, xumargözlü bu dilbər; Dinməsə də, ürəyində sözü var. S.Vurğun. Yetişdi sipahi-qızılbaş, xanım! Halal et məni, ey qələmqaş xanım! M.Möcüz. Mənim yarım gərək qələmqaş olsun. M.Rahim. qələmqaşlı (=qələmqaş) sif. Qaşları sanki qələmlə çəkilmiş, nazik, gözəl qara qaşlı. Qələmqaşlı, xumargözlü bu dilbər; Dinməsə də, ürəyində sözü var. S.Vurğun. Yetişdi sipahi-qızılbaş, xanım! Halal et məni, ey qələmqaş xanım! M.Möcüz. Mənim yarım gərək qələmqaş olsun. M.Rahim. qələmləmə “Qələmləmək”dən f.is. qələmləmək f.\n1. k.t. Qələm eləmək, peyvənd etmək (ağacı), cins və yaxşı meyvə verən ağacdan calaq vurmaq.\n2. Ağacın qurumuş qol-budağını kəsmək. qələmlənmək məch. k.t. Qələm edilmək, peyvənd edilmək. Bu ağacların hamısı qələmlənmişdir. qələmlənmiş f.sif.\n1. k.t. Peyvənd edilmiş, qələm edilmiş (ağac).\n2. Qol-budağı vurulmuş (ağac). qələmlətmə “Qələmlətmək”dən f.is. qələmlətmək icb. k.t. Qələm etdirmək, peyvənd etdirmək. qələmlik is. Cavan ağaclar əkilmiş yer, qələm basdırılmış yer; fidanlıq. qələmtəraş is. [ər. qələm və fars. ...təraş] Qələm çərtmək üçün bıçaq və s. qələmucu 1. is. Qələmin yazan uc hissəsi; pero.\n2. zərf dan. Tez, tələsik, müxtəsər. qələndər is. [fars.] Şərqdə: dünyadan əl çəkib, sərsəri həyat keçirən dərviş; dünyanın zövq və nemətlərinə inanmayaraq, həqiqət axtaran filosof. Həm bən qələndər surətəm, fərdəm, mücərrəd təcridəm; Gərçi fəqirəm, həm gəda, mülkə Süleyman gəlmişəm. Nəsimi. // Ümumiyyətlə, sərsəri, divanə. Gördüm cəmalını, oldum qələndər; Laçın tək qıya bax, üz bəri döndər. Aşıq Dilqəm. // Çoxbilmiş mənasında. ‣ Qələndər-a-qələndər – uşaq oyunlarından birinin adı. qələndəranə sif. və zərf [fars.] Qələndər kimi, qələndərcəsinə. Qələndəranə həyat. qələndərlik is. Qələndər həyatı, sərsərilik. Qələndərlik etmək. qələt is. [ər.] Səhv, yanlış, xata, yanılma. Qələt söyləmək. Qələt yazmaq. – A qardaş, bircə qulaq as, gör nə deyirəm, sən qaçaqlığı lap qələt anlayırsan. M.F.Axundzadə. Xub, günahımızdan keç, bir qələtdi elədik, bundan sonra təklifimizi bilərik. C.Məmmədquluzadə. [Turac:] Mənim qələtim çıxmadı? C.Cabbarlı. • Qələt eləmə! dan. – xəbərdarlıq, hədə, saqındırma bildirir. Dadaşım ikiəlli yapışardı qulaqlarımdan, qovzardı göyə .. və deyərdi: “Di get, bir də belə qələt eləmə!” C.Məmmədquluzadə. Qələt eləmək dan. – tövbə etmək, bir daha etməyəcəyinə söz vermək. [Tarverdi:] Vay, aman, qələt elərəm, quldurluğa dəxi çıxmanam, heç kimi soymanam, tövbə olsun, tövbə, tövbə! M.F.Axundzadə. Nə qələt eləyirsən? dan. – sənin nə ixtiyarın var, sənin heç bir sözün ola bilməz, sən nəçisən. [Həmzə:] Vaxta ki, mən və anan razıyıq, sən [Səriyyə] nə qələt eləyirsən? C.Cabbarlı. qələtsiz sif. və zərf Düzgün, səhvsiz. Qələtsiz yazı. Qələtsiz yazmaq. Qələtsiz tələffüz etmək. qələvi is. [ər.] kim. Duzun turşu ilə birləşməsi nəticəsində əmələ gələn, suda əriyən kimyəvi maddə. Məhlula müəyyən qatılıqda qələvi .. əlavə etdikdə, onun dayanıqlığı artır. Quliyev. // Sif. mənasında. Qələvi reaksiya. qələviləşdirilmə “Qələviləşdirilmək”dən f.is. qələviləşdirilmək məch. kim. Qələvi halına salınmaq, qələvi hopdurulmaq, qələvi əlavə edilmək. qələviləşdirmə kim. “Qələviləşdirmək”dən f.is. qələviləşdirmək f. kim. Qələvi halına salmaq, qələvi hopdurmaq, qələvi əlavə etmək. qələvili sif. kim. Tərkibində qələvi olan. qələvilik is. kim. Bir maddənin qələvi ilə doyma dərəcəsi. qələyan is. [ər.] Coşma, qaynama, həyəcan; cuşa gəlmə. • Qələyan etmək, qələyana gəlmək – coşmaq, qaynamaq, cuşa gəlmək, həyəcana gəlmək. Müəllimin hissiyyatı birdən qələyana gəldi. S.Hüseyn. qəlib is.\n1. Bir şeyə bu və ya digər bir şəkil vermək üçün onun içinə keçirilən alət; ülgü. Papaq qəlibi. Çəkmə qəlibi. Qəlibə çəkmək (salmaq, vurmaq).\n2. Tökmə vasitəsilə müəyyən formalı şeylər hazırlamaq üçün içərisi həmin formaya uyğun şəkildə düzəldilmiş qab, alət (bu qablara ərgin və ya horra halında tökülən maddə soyuduqdan və ya quruduqdan sonra həmin qabın içinin şəklini alır). Qırma qəlibi. Güllə qəlibi. Hürufat qəlibi. Kərpic qəlibi. Sabun qəlibi.\n3. Qəlibdən çıxmış, qəlib vasitəsilə hazırlanmış şey. Bir qəlib sabun. ‣ Qəlibdən-qəlibə girmək yaxud min qəlibə girmək – öz şəkil və simasını teztez dəyişmək, dondan-dona girmək. qəlibçi is.\n1. Qəlibdə işləyən işçi (bax. qəlib 2-ci mənada).\n2. Qəlib qayıran usta. qəlibləmə “Qəlibləmək”dən f.is. qəlibləmək f. Qəlibə keçirmək, qəlibə salmaq, qəlibə vurmaq. qəliblənmə “Qəliblənmək”dən f.is. qəliblənmək məch. Qəlibə keçirilmək, qəlibə salınmaq, qəlibə vurulmaq. qəliblətmə “Qəliblətmək”dən f.is. qəliblətmək icb. Qəlibə çəkdirmək, qəlibə saldırmaq, qəlibə vurdurmaq. qəlibli sif. Qəlibə vurulmuş, qəlibə çəkilmiş, qəlibə keçirilmiş. qəliz sif. [ər.]\n1. Qatı; duru olmayan. Qəliz mürəkkəb. – Siz arxayın olun, ağa, mən özüm bu qəliz xörəklərdən seçib bir yaxşı nahar hazır edərəm. N.Vəzirov. Dərya suyunun duzu və özü də ağır olduğuna [görə] qəliz olur. H.Zərdabi.\n2. Anlaşılması çətin olan, anlaşılmaz, çox mürəkkəb. Qəliz ibarə. Natiq çox qəliz (z.) danışdı. – [Dursun] ölmədiyini .. qəliz andlar ilə zor-güc Ballıya inandırdı. A.Şaiq.\n3. Kəsif, sıx. Bir azdan sonra, uzaqdan qəliz toz dumanlarını .. pozaraq, kiçik bir dəstə göründü. M.S.Ordubadi. Elbanın arxasında bütün sahil boyu meşə yanırdı. Oradan gələn qəliz bir tüstü istehkamçıları öz pərdəsi altına alırdı. Ə.Sadıq.\n4. Tünd, kəskin. ..Özü mənə yaxınlaşmadan əvvəl [ətrin] qəliz qoxuları məni əhatə etdi. M.S.Ordubadi. qəlizlənmə “Qəlizlənmək”dən f.is. qəlizlənmək bax. qəlizləşmək. “Qəlizləşdirilmək”dən f.is. qəlizləşdirilmək məch. Qəliz hala salınmaq, qəliz edilmək. qəlizləşdirmə “Qəlizləşdirmək”dən f.is. qəlizləşdirmək f. Qəliz hala salmaq. qəlizləşmə “Qəlizləşmək”dən f.is. qəlizləşmək f. Qəliz hala düşmək. Palçıq qalıb qəlizləşdi. qəlizlik is. Qəliz şeyin halı. Mürəkkəbin qəlizliyi. Tüstünün qəlizliyindən adamın gözü tutulur. – Şəhərin havasının qəlizliyindən, tozundan, zəhmətinin kəsrətindən bir qədər asudələşmək .. üçün kəndə rəvan oldum. Ə.Haqverdiyev. qəllaş is. [fars.] klas. Sərsəri, dərbədər, xərəbati; ömrünü meyxanalarda keçirən adam, kefcil. Rindü qəllaşəm, məqamım guşeyi-meyxanədir. Nəsimi. Eşqə dil verdin deyib cövr etmə, ey zahid, mənə; Can verər məşuqə daim aşiqi-qəllaşlər. Xətayi. // Sif. mənasında. Bir belə gözələ qurban olmağa; Vaqif kimi qəllaş kimsə gərəkdir. M.P.Vaqif. qəllə is. [ər.] köhn. Taxıl, məhsul, arpabuğda. qəlp sif.\n1. Saxta, yalançı, yapma, qayırma. Qəlp pul. – Gümüşüm tunc oldu, zərü zibam bez; Qəlp çıxır aldığım mal, qoca bəxtim! Aşıq Ələsgər.\n2. Paxıl, qeyri-səmimi, riyakar, yaramaz, pis. Qəlp adam. – Bu sözləri mən ondan ötrü ərz edirəm ki, dünyada qəlp adam çoxalıbdır. C.Məmmədquluzadə.\n3. Tənbəl, canını işə verməyən. Bu öküz çox qəlp öküzdür, heç işləmək istəmir. qəlpə is. Bərk bir şeyin qopub parçalanmış hissəsi, parçası. Daş qəlpəsi. Mərmi qəlpəsi. – ..Bir mina qəlpəsi də [Kamalın] bel sümüyünə ilişib qaldı. M.İbrahimov. [Zülfüqar kişi] əyilib lap çuxurun yanından mişar kimi dişli uzunsov iri bir qəlpə götürdü. Ə.Əbülhəsən. qəlpə-qəlpə zərf Tikə-tikə, parça-parça. Həqiqəti əsrlərin qanlı pəncəsindən; Qəlpəqəlpə qoparan; Bir xalqın hekayəti var. R.Rza. Birdən cəhrə sınıb qəlpə-qəlpə olmuşdu. Ə.Əbülhəsən. qəlpələmə “Qəlpələmək”dən f.is. qəlpələmək f. Bir şeyin kiçik parçasını qoparmaq, qəlpə-qəlpə etmək. Daşı çəkiclə vurub qəlpələdi. // Bir şeyə ilişdirib cırmaq, kiçicik parçasını qoparmaq. Paltarını kola ilişdirib qəlpələdi. qəlpələndirilmə “Qəlpələndirilmək”dən f.is. qəlpələndirilmək “Qəlpələndirmək”dən məch. qəlpələndirmə “Qəlpələndirmək”dən f.is. qəlpələndirmək bax. qəlpələmək. qəlpələnən f.sif. Tez qəlpələrə ayrılan, parçalanan, qəlpə-qəlpə olan, tikələnən. Qəlpələnən bomba. qəlpələnmə “Qəlpələnmək”dən f.is. qəlpələnmək f. Bir şeydən kiçik parça qopmaq, yaxud qırılmaq. Daş qəlpələndi. // Bir şeyə ilişib bir tikəsi qırılmaq, qopmaq. Ətəyim mıxa ilişib qəlpələndi. qəlpələnmiş f.sif. Bir şeyə toxunub, ya ilişib bir parçası qopmuş, cırılmış. Qəlpələnmiş daş. Qəlpələnmiş köynək. qəlpələtmək f. Bir şeyi bir şeyə toxundurub, yaxud ilişdirib bir hissəsini və ya parçasını qopartmaq, cırmaq. Dəmiri çəkiclə vurub qəlpələtmək. Paltarını mıxa ilişdirib qəlpələtmək. qəlpəli sif. Qəlpəsi olan, qəlpələnmiş. qəlplik is.\n1. Qəlp şeyin halı; saxtalıq. Pulun qəlpliyi.\n2. Saxta hal, saxta hərəkət; səmimiyyətsizlik, riyakarlıq, yaramazlıq.\n3. Canını işə verməmə; canıyanmazlıq. qəlsəmə is. [ər.] zool. Su heyvanlarında (balıqlarda, xərçənglərdə, molyusklarda və s.) xarici tənəffüs üzvü. Balıqlar qəlsəmələri ilə tənəffüs edirlər. qəlsəməli sif. zool. Qəlsəməsi olan, qəlsəmələri ilə tənəffüs edən. Qəlsəməli heyvanlar. qəltan [ər.] Əsil mənası “bulanmış”, “bulaşıq” olub, adətən, qanına qəltan olmaq (etmək) yaxud al qana qəltan etmək şəklində işlənir – qanına boyanmaq (boyamaq). [Səfər bəy Ramazana, Əhmədə:] Əgər biriniz yaxın gəlsəniz, al qana qəltan edəcəyəm. B.Talıblı. qəlyan is. Tənbəki çəkməyə məxsus cihaz. Qəlyan çəkmək. – [Hacı Qara:] Bu dükan sizə peşkəşdir; çubuqmu çəkirsiniz, qəlyanmı istəyirsiniz? M.F.Axundzadə. Qonaqlar eyvana çıxıb qəlyan, siqar çəkməyə məşğul oldular.. S.S.Axundov. Çinar kölgəsində tüstülənməyir; İxtiyar babamın ağac qəlyanı! S.Vurğun. • Sulu qəlyan – tənbəkinin tüstüsünü sudan keçirən çəkim cihazı; nargilə. Səyyah deyir: – Bu adətlər, əfsanələr; Qəlbimizə xoş görünür xəyal qədər; Sulu qəlyan, acı tiryək nə oldu bəs? S.Vurğun. qəlyanaltı is. Səhər yeməyi. Starşinadan taqımın qəlyanaltı yeyib, .. iclasa yığışdığını bilincə, Mədətov yerindən qalxaraq qazmadan bayıra sıçradı. Ə.Əbülhəsən. // Yüngül yemək. ..Elə olmaz ki, günorta bir balaca qəlyanaltı hər nədən olsa olsun, amma axşam abi-guşt olmasa, mən heç yata da bilmərəm. N.Vəzirov. • Qəlyanaltı etmək (eləmək) – azacıq, yaxud tələsik bir şey yemək. Kimi geyinib pəncərə qabağında durur, .. kimi öz kupesində çay-çörək hazırlayıb qəlyanaltı eləyirdi. Mir Cəlal. // dan. Bəzən ayaqüstü yeməkxana mənasında. qəlyanbaşı is. Qəlyanın, içərisinə tənbəki və od qoyulan hissəsi. qəlyanboğaz sif. dan. Uzunboğaz. qəlyə is. aşp. Lobya, balqabaq, badımcan və s.-dən bişirilən xörək. qəm is. [ər.] Kədər, dərd, qüssə, könül tutqunluğu. İnsanın təbiətində iki ümdə xasiyyət qoyulubdur: biri qəm, biri fərəh; ağlamaq əlaməti qəmdir, gülmək əlaməti fərəhdir. M.F.Axundzadə. Eşqin yolunda qəm verə üz, aşiq inciməz. S.Ə.Şirvani. Cahanda düşdüsə min qəmə, dərdə; Qaranlıq çəkmədi gözünə pərdə. S.Vurğun. // Obrazlı təşbehlərdə. Yaman gün keçər gedər; Ömrümü biçər gedər; Dünyada qəm şərbətin; Hər gələn içər, gedər. (Bayatı). Olubdu qəm yatağı şad gördüyün könlüm. Heyran xanım. Qəm mülkündən azad olum; Yaratdığım bir sənətlə! S.Vurğun. Qoy mən hicranınla qalım baş-başa; Sən qəm zəncirini qır, boynundan at. R.Rza. Qəm mizrabı min dərd çaldı onun ürək telində. Ə.Cəmil. • Qəm çəkmək – bax. qəm yemək. Qəm çəkmə bu qədər divanə könül; Həmişə ruzigar belə dar olmaz. Qurbani. Könül, qəm çəkmə, dəhrin gülşənində; Açan hər bir gülün min xarı vardır. Heyran xanım. [Hacı Murad:] Allaha şükür, mənim kimi atan var, sən niyə qəm çəkəsən? S.S.Axundov. Qəm dəryasına batırmaq (qərq etmək) – son dərəcə kədərləndirmək, qəmgin etmək, qəmləndirmək. Məni qərq elədin qəm dəryasına; Ey çeşmi-xumarım, nöşün ağladın? M.P.Vaqif. Qəm dəryasına batmaq (qərq olmaq) – son dərəcə qəmgin olmaq, pərişan olmaq, dərdli olmaq, kədərlənmək. Məmmədhəsən əmi qəm dəryasına qərq olmuşdu. C.Məmmədquluzadə. [Hacı Murad:] İmran ağa, nə qəm dəryasına batmısan? S.S.Axundov. Qəm eləmək (etmək) – bax. qəm yemək. [Qönçə:] Qəm eləmə, işimiz düzələr, bir yerdə kəsbkarlıq edərik. B.Talıblı. Qəm yemək – qəm çəkmək, fikir çəkmək, qəmə batmaq, dərd çəkmək. Araz qəhqəhə ilə güldü, sonra əli ilə onun çiyninə vurdu: – Qəm yemə, bizimki soyulmaqdan gəlib, – dedi. A.Şaiq. [Çimnaz:] Qəm yemə, küsü nə qədər bərk isə, barışıq o qədər şirin olacaqdır.. Ə.Məmmədxanlı. Qəmə batmaq – bax. qəm dəryasına batmaq. [Dəli Səməd] birdən nazik qollarını qırışdırıb və uzun ucuqırma burnunu sallayıb, belə qəmə batırdı ki, elə bil ömürdən məqsəd bilmərrə görmürdü. Çəmənzəminli. Qəminə qalmaq – dərdinə qalmaq, qeydinə qalmaq, halı ilə maraqlanmaq. Yar məgər yarını yadına salmaz? Arayıb-axtarmaz, qəminə qalmaz? Q.Zakir. Qəminə ortaq olmaq – dərdinə şərik olmaq. Bu gözəl aləmi gəzdikcə dağ-dağ; Oldum sevincinə, qəminə ortaq. M.Müşfiq. qəmalud sif. [ər. qəm və fars. ...alud] klas. Kədərli, qəmli, hüznlü; qəm gətirən, hüzn gətirən. ..Dərdim məgər azdır ki, sən də sübh vaxtı bu qəmaludə söhbəti başladın. N.Vəzirov. qəmavər sif. [ər. qəm və fars. ...avər] klas. Qəm gətirən, cansıxıcı. Badkubənin qəmavər işlərindən qaçıb bir qədər təsəlli tapmaq istədim, o da belə çıxdı.. N.Vəzirov. qəmdidə sif. və is. [ər. qəm və fars. ...didə] klas. Qəm görmüş, qəm çəkmiş. qəmə is. Kiçik xəncər. Əlini ətəyinin altındakı qəmənin dəstəsinə aparıb səsləndi: – Uşaqlar! Hazır olun! M.S.Ordubadi. Hər kəs dəyənək, tüfəng, qəmə, it götürüb getdi. A.Şaiq. Almurad baba .. dəri qından bir qəmə çıxardıb satıla çəkdi. İ.Əfəndiyev. qəmələmək f. Qəmə ilə yaralamaq, qəmə ilə vurmaq. qəmələnmək məch. Qəmə ilə yaralanmaq, qəmə ilə vurulmaq. qəməli sif. Belinə qəmə bağlamış, belində qəmə olan, qəmə ilə silahlanmış. Hamısı qəməli və patrondaşlı, bircə Qəhrəman yüzbaşı patrondaşını çıxarıb qoyub qabağına. C.Məmmədquluzadə. Hər dəvənin örkəni şişpapaq, beli qəməli bir sarbanın əlində idi. Çəmənzəminli. qəməlti is. məh. Dəstəli kəsər alət, böyük bıçaq. Göyçəyin indi qəməlti dediyi qara saplı iri bıçağı o ili Gorusdan təzə almışdım. Ə.Vəliyev. qəməngiz is. [ər. qəm və fars. ...əngiz] klas. Qəm gətirən, qüssə gətirən. qəmər [ər.]\n1. is. şair. Ay. Süzülən nurunu toplayıb qəmər; Girdi buludlara, qaraldı göylər. M.Rahim. Yırğalanır göy sularda; O gecələr qızı qəmər. N.Rəfibəyli. // məc. Klassik şeirdə gözəl üz mənasında. Camalın günəşdir, qəmərdir üzün. M.P.Vaqif. Rüxsarına bənzər fələk üzrə qəmər olmaz. S.Ə.Şirvani.\n2. sif. Açıq-qara. Qoşa qəmər atlarımın [cilovlarını] aldım əlimə. C.Məmmədquluzadə. Həyətdə bağlanmış qəmər madyanın yanında qaşqa bir qulun kişnəyib sıçrayırdı. Ə.Vəliyev. Yusif yəhərinin tərkində dolu xurcun olan qəmər madyanı tərpədib, .. kəndə tərəf sürdü. Ə.Abasov. qəmərçöhrə sif. [ər. qəmər və fars. çöhrə] klas. bax. qəmərüzlü. qəməri sif. [ər.] Aya mənsub olan. Qəməri il (göydəki ay ilə hesab olunan il). qəməriyyə is. [ər.] İçində oturub istirahət və ya söhbət etmək üçün bağlarda qurulan üstüörtülü, yanları açıq talvar; köşk. Səhnə bağçada bir qəməriyyəni təsvir edir. A.Şaiq. qəmərsurət (=qəmərsurətli) bax. qəmərüz(lü). qəmərsurətli (=qəmərsurət) bax. qəmərüz(lü). qəmərüz (=qəmərüzlü) sif. klas. şair. Ayüzlü, aybəniz, gözəl. Ey şəmsü qəmərüzlü, şirin dodağın duzlu; Vey şəhdü şəkər sözlü, didarına müştaqəm. Nəsimi. qəmərüzlü (=qəmərüz) sif. klas. şair. Ayüzlü, aybəniz, gözəl. Ey şəmsü qəmərüzlü, şirin dodağın duzlu; Vey şəhdü şəkər sözlü, didarına müştaqəm. Nəsimi. qəmfəza sif. [ər. qəm və fars. ...fəza] klas. Qəm artıran, qəm gətirən. Qəmfəza bir mənzərə təşkil qılmış kainat. M.Hadi. qəmgin sif. [ər. qəm və fars. ...gin]\n1. Qəmli, kədərli, tutqun, məyus, pərişan. Mən ömrümdə heç bir kəsə qəmgin və kədərli xəbərlər vermək istəmirəm. M.S.Ordubadi. Əmrah birdən duruxdu, qəmgin gözlərini evinə tərəf zillədi. M.Hüseyn. Yoxsa hüzn dolu qəmgin səsində; Dostumun muradı, ürək sözü var? M.Rahim. // Zərf mənasında. Məmməd Həsən əmi qəmgin .. oturub, gözünü dikmişdi şəhər yoluna. C.Məmmədquluzadə. Nurəddin çox qəmgin evə qayıdırdı. S.S.Axundov. • Qəmgin olmaq – kədərlənmək, tutulmaq, məyus olmaq, pərişan olmaq. Qaraca qızın ürəkyandırıcı faciəsindən rəhmdil Piri kişi xeyli qəmgin oldu. S.S.Axundov.\n2. Qəm doğuran, kədər gətirən, hüzn doğuran, həzin; darıxdırıcı, cansıxıcı. Qəmgin mənzərə. Qəmgin hadisə. – Hər tərəfə qəmgin sükut çökmüşdü. M.Hüseyn. Hər tərəf qaralır, fikrə qərq olmuş kimi görünən qəmgin qəbir daşları mavi bir pərdəyə bürünürdü. S.Rəhman. qəmgin-qəmgin zərf Qəmli halda, həzinhəzin. Qərib-qərib, qəmgin-qəmgin ötərsiz; Üz tutubsuz nə məkanə, durnalar? M.V.Vidadi. Bu ellərin kefi onda saz olar; Siz, ey qəmgin-qəmgin ötən durnalar! S.Rüstəm. qəmginləşdirmə “Qəmginləşdirmək”dən f.is. qəmginləşdirmək f. Qəmgin etmək, qəmgin göstərmək; kədərli etmək, kədərli göstərmək. Bu işıq uşaqların solğun üzünü daha da qəmginləşdirirdi. C.Cabbarlı. qəmginləşmə “Qəmginləşmək”dən f.is. qəmginləşmək f. Qəmgin olmaq. qəmginlik is.\n1. Qəmli, kədərli adamın halı.\n2. Hüzn, kədər. Bədii-ruhi təsir cəhətindən “Çargah” həyəcan və ehtiras, “Bayatışiraz” qəmginlik, “Humayun” isə “Şüştər”ə nisbətən daha dərin bir kədər hissi oyadır. Ü.Hacıbəyov. qəmxanə is. [ər. qəm və fars. ...xanə] klas. Qəm evi, dərd-qəm gətirən yer. Dil deməkdən kəsilib, tən hərəkətdən, vəh kim; Künci-qəmxanəyə bir surəti-divar olubam. Füzuli. Sevgilim, yalnız məhəbbətdir həyatın cövhəri; Bir könül ki, eşq zövqün duymasa, qəmxanədir. Ə.Vahid. qəmxar sif. [ər. qəm və fars. ...xar] klas. bax. qəmküsar. Ey munisi-ruzigarım ana! Qəmxarü qəmküsarım, ana! Füzuli. Düşmüşəm bir halə sənsiz natəvanü zar olub; Kim, əcəl yanımdan ayrılmaz, mana qəmxar olub. Kişvəri. Nə qədər var cahan, var olasız; Millətin dərdinə qəmxar olasız! A.Səhhət. qəmxarlıq is. köhn. Birinin dərdinə qalma, dərdinə şərik olma, birinin dərdli zamanında təsəlli vermə. Yar əgər aşiqə qəmxarlıq etməzsə, nə qəm; Qəm odur, özgəyə məşuqəsi qəmxar olsa! Ə.Vahid. Ağlar halımıza biganə belə; Hardasan, gəl bizə qəmxarlıq eylə. Şəhriyar. qəmiş is.\n1. bax. qamış. Stol üstündə bir dənə naxışlı gözəl qələmdan və bir qəmiş qələm var idi. P.Makulu.\n2. məc. dan. zar. Təngə gətirən, əl çəkməyən, zəhlə aparan, bezikdirən adam haqqında. Söz deyirsən yenə çatmır qəmiş oğlu qəmişə; Mən ölüm, Kirpi dayı, yaxşı fikir ver bu işə! Şəhriyar. ‣ Qəmiş qoymaq dan. – bir işin gedişinə, düzəlməsinə mane olmaq, müdaxilə edib əngəl törətmək. Qəmiş olmaq dan. – təngə gətirmək, əl çəkməmək, zəhlə aparmaq. [Məcid kişi:] Əl-ayağa dolaşma burda, sən maşın sürəndə biz qıraqdan qəmiş olmuruq ki?! İ.Şıxlı. Qəmişini çəkmək dan. – əl çəkmək, rədd olmaq, rahat buraxmaq. Sən öl, sən bu ayın sahibi, məndən qəmişini çək! Dadaş canı, yaxamdan əl götür! Məni alverdən qoyma. M.S.Ordubadi. qəmişlik is.\n1. bax. qamışlıq.\n2. dan. zar. Zəhlə aparma, adamdan əl çəkməmə, adamı təngə gətirmək xasiyyəti. qəmküsar is. [ər. qəm və fars. ...küsar] klas. Birinin dərdini çəkən, dərdinə, qəminə qalan, dərdinə şərik olan, təsəlli verən adam; dərd yoldaşı, sadiq dost. Günbəgün könlümün artır qubarı; Pərişandır, tapmaz o qəmküsarı. M.P.Vaqif. Yar gərəkdir dildən yana yarına; Qəmü möhnət çəkə qəmküsarına. Q.Zakir. qəm-qubar [ər.] bax. qəm. Noldu, xanım, niyə qondu çöhrənizə qəm-qubar? Ə.Cəmil. qəm-qüssə [ər.] bax. qəm. Məmmədrza üçün dünyada qəm-qüssə yaranmamışdı. S.S.Axundov. qəmləndirmə “Qəmləndirmək”dən f.is. qəmləndirmək f. Kədərləndirmək, kədərlənməsinə səbəb olmaq. qəmlənmə “Qəmlənmək”dən f.is. qəmlənmək f. Kədərlənmək, məyus olmaq, qəmə batmaq. qəmli sif. bax. qəmgin. Qəmli adam. Qəmli baxışlar. Qəmli nəğmə. – Çoxçoxdandır qəmli könlüm şad olmaz; Məgər əsməz dost kuyində yellər heç. M.V.Vidadi. Birdən-birə göründü gözə bir xərabəzar; Görsən nə qəmli mənzərələr aşkar idi. M.Hadi. Hüseyn günəşə baxaraq, nə isə qəmli, dərin şeylər düşünürdü. S.Rəhman. qəmli-qəmli zərf bax. qəmgin-qəmgin. Qızına qəmli-qəmli; Danışır həyatını; Küskün xatıratını.. M.Müşfiq. qəmlilik is. Qəmli adamın halı. qəmnak [ər. qəm və fars. ...nak] klas. bax. qəmgin. Bir nalə qılan var dili-qəmnakdən özgə? S.Ə.Şirvani. • Qəmnak etmək – qəmləndirmək, kədərləndirmək. Tərki-mey əmrilə qəmnak etmə, ey vaiz, bizi. S.Ə.Şirvani. Qəmnak olmaq – qəmlənmək, kədərlənmək. qəmsiz sif. və zərf Heç bir qəmi, dərdi, kədəri, qayğısı olmayan. Qəmsiz adam. – O qəmsiz, qüssəsiz, o xoşbəxt üzü; Mənim ilhamıma yaxındır, düzü... S.Vurğun. Axirəti olanların dünyası qəmsiz olmayıb; Seldi, gələr, axar, keçər, amma gərək aşıb-daşa. Şəhriyar. qəmsizlik is. Qəm, kədər, dərd, qayğı olmadığı hal. qəmzə is. [ər.] Naz, şivə, süzgün baxış, şivəli baxış. Əqlü huşum mənim, fikrü xəyalım; Şux gözdə, qəmzədə bəstədir, ay qız! M.P.Vaqif. Gələndə mürğdilim ğəm gölündə pərvazə; Xədəngi-qəmzə ilə həm şikar edən sən idin. X.Natəvan. Qəmzəsi can alan, gərdişi əla; Doğrudan gözəldir, göyçəkdir Leyla. Ə.Cavad. • Qəmzə satmaq – naz etmək. Şəbnəmli çiçəklər səhər çağları; Yaqut gözlərilə qəmzə satırdı. R.Rza. qəmzədə sif. [ər. qəm və fars. ...zədə] klas. Qəmli, kədərli; bədbəxt, yazıq. Ziyadə qəmzədəyəm hicr ilə, xoş ol günlər; Ki, mən bu qəmzədəlikdən ziyadə xürrəm idim. Füzuli. Bəzm əhli dikibdir sənə yeksər gözün, amma; Gözlə məni, cana ki, füzun qəmzədəyəm mən. Q.Zakir. // İs. mənasında. Füzuli, demək olur ki, aləmi-insaniyyətdə tamam qəmzədələrin və möhnətkeşlərin yüklərini götürmək və məzlumların halına yanmaq üçün xəlq olunmuşdur. F.Köçərli. qəmzədəlik is. Qəmlilik, kədərlilik; bədbəxtlik. qəmzəkar [ər. qəmzə və fars. kar] bax. qəmzəli. qəmzəli sif. Naz verən, nazlı, şivəli. Bir afətə, bir nigarə uydum; Bir qəmzəli işvəkarə uydum. H.Cavid. Ziba nimtənəli, tikmə köynəkli; Gözləri qəmzəli, qallı sənəm, gəl! Xəstə Qasım. Hər yanaqda qızılgülün rəngi var; Hansı iyid ürəyinə ox olub; Sanılmayıb o qəmzəli baxışlar. R.Rza. qənaət is. [ər.]\n1. Bir şeyi ehtiyatla, sərfəli və səmərəli işlətmə, artıq işlətməmə, israf etməmə. Qənaət etmək. Qənaət üsulu. Materiala, yanacağa və elektrik enerjisinə qənaət edin! Sahələrin düzgün hamarlanması .. suvarma zamanı suyu qənaətlə (z.) işlətmək imkanı yaradır. • Aza qənaət etmək – əlində olan azacıq şeylə kifayətlənmək, qənaətlə dolanmaq. Hamı öz xırdaca təsərrüfatları ilə aza qənaət edib, dinc və sakit bir ömür keçirirdilər. M.Rzaquluzadə. // Bir şeyin ehtiyatla, sərfəli və səmərəli işlənməsi, israf edilməməsi nəticəsində əldə edilən xeyir, fayda. Yanacaq sahəsində böyük qənaət var. Sənayemiz əldə etdiyi qənaət hesabına əlavə olaraq milyard manatlıq artıq məhsul buraxmışdır.\n2. Kifayətlənmə, qane olma. • Qənaət etmək – kifayətlənmək, qane olmaq. Bununla qənaət etmək lazımdır. Onun dedikləri ilə qənaət etmək olmaz. – Saqi, şərabımız qutarır, yarıdır gecə; Bir az qənaət eylə, səbuhi-xumar üçün. Ə.Vahid.\n3. Fikir, yəqinlik. Belə bir qənaət var idi ki, artist mütləqa suflyor altında getməlidir. S.Rəhman. • Qənaətə gəlmək – yəqin etmək, qəti fikrə gəlmək, nəticəyə gəlmək. qənaətbəxş sif. [ər. qənaət və fars. ...bəxş] Qənaətləndirici, kifayətləndirici, qaneedici. Qənaətbəxş iş. Qənaətbəxş cavab. – [Fəxrəddin:] Məktub olduqca qənaətbəxş bir məktubdur. M.S.Ordubadi. // Zərf mənasında. Yerli komitənin fəaliyyəti qənaətbəxş hesab edildi. Məsələ qənaətbəxş həll edildi. qənaətcil sif.\n1. Hər şeyə qənaət edən, azla kifayətlənən. Qənaətcil adam. – Müdrik adamlar deyiblər: “Abadlıq istəyirsinizsə, çalışqan olun, dövlət istəyirsinizsə, qənaətcil olun, çox dost istəyirsinizsə təvazökar olun”. “Qabusnamə”.\n2. Qənaətə imkan verən, mənfəətli, səmərəli. qənaətcillik is. Hər şeyə qənaət etmə, azla kifayətlənmə. qənaətçi sif. və is. Qənaət edən, israf etməyən, israfçılığa yol verməyən; azla kifayətlənən, hər şeyi qənaətlə işlədən. qənaətçilik is. Qənaət etmə, israfçılığa yol verməmə, hər şeyi qənaətlə işlətmə; az bir şeylə kifayətlənmə. qənaətkar sif. [ər. qənaət və fars. ...kar] Hər şeyi qənaətlə, sərfəli işlədən, hər şeyə qənaət edən, qənaətlə dolanan; qənaətcil. Qənaətkar adam. – [Gülbala] öz sənətini sevən, son dərəcədə qənaətkar, ağırtəbiətli bir kəndli idi. A.Şaiq. Zeynal indi öz evinə qayıtmaq, ailəsinin şəfqətli qanadları altına sığınıb qənaətkar bir zəhmətkeş həyatı yaşamaq istəyirdi. S.Hüseyn. qənaətkaranə zərf [ər. qənaət və fars. ...karanə] Qənaətkarcasına, qənaətkarlıqla, qənaətlə, azla kifayətlənərək. qənaətkarlıq is. Qənaət etmə; bir şeyi qənaətlə, ehtiyatla, sərfəli işlətmə, qənaətlə dolanma; qənaətcillik. [Mehriban] .. uşaqlarını və evini sevə bilir. Qənaətkarlığı da bacarır. S.Hüseyn. qənaətləndirici sif. Qaneedici, kifayətləndirici, inandırıcı. Qənaətləndirici cavab. Qənaətləndirici nəticə. Qənaətləndirici iş. qənaətləndiricilik is. Qane edicilik, kifayətləndiricilik; inandırıcılıq. Cavabın qənaətləndiriciliyi. qənaətləndirmə “Qənaətləndirmək”dən f.is. qənaətləndirmək f. Kifayətləndirmək, qane etmək; inandırmaq, razı salmaq, təmin etmək. Onun cavabı məni qənaətləndirmədi. Göstərilən səbəblər heç kəsi qənaətləndirə bilməz. – Hacı Səməd xan məni çox diqqətlə dinləyirdi. Sözlər onu qənaətləndirmişdi. M.S.Ordubadi. qənaətlənmə “Qənaətlənmək”dən f.is. qənaətlənmək f.\n1. Kifayətlənmək, qane olmaq; aza qane olmaq.\n2. Az şeylə kifayətlənmək. qənaətli sif.\n1. Qənaət verən, kifayət edən, qənaətləndirici.\n2. Kifayətlənən; aza qane olan. qənaətlilik is. Qənaət etmə, kifayətlənmə; aza qane olma, az bir şeylə kifayətlənmə. qənaətsiz sif. Qənaət etməyən, qənaət gözləməyən; israfcıl. Qənaətsiz adam. – Qənaətsiz qənaətdən; Təntənəli cəhalətdən yorulmadın? R.Rza. qənaətsizlik is. Qənaət etməmə, hər şeyi qənaətsiz, sərfəsiz işlətmə; israfçılıq. qənarə is. Kəsilmiş heyvanların cəmdəyini asmaq üçün iri qarmaq. Əti qənarədən asmaq. – Qurban götür kəs məni; Qənarədən as məni; Al könlümü, saz eylə; Sinən üstə bas məni. (Bayatı). qənbər is. məh. Çaydaşı, küçələrə döşənən daş. [Səttar:] Pirallahıdan bu yanda balaca bir ada var, bir dəfə atam ora qaşqaldaq ovuna getmişdi, məni də aparmışdı, kimsə orda qənbərdən bir daxma tikib, amma içində heç kim olmur.. Ə.Məmmədxanlı. qənbərqulu is. dan. Cəncəl, əngəl, xata. Bu işin qənbərqulusu var. – [Xaspolad:] İnsanın gərək zatında qənbərqulu olmasın. C.Cabbarlı. ‣ (İçindən) qənbərqulu çıxmaq – xata çıxmaq, arzuedilməz bir iş çıxmaq. [Mehdi bəy:] Ağızdır, bir xatalı söz buraxdın, içindən qənbərqulu çıxdı. S.S.Axundov. qənbərlik is. məh. Qənbər döşənmiş yer. qənd is. [ər.] Şəkər çuğunduru və ya şəkər qamışından hasil edilən ağ kristal şəklində şirin qida maddəsi; şəkər. Parça qənd. Tikə qənd (doğranmış halda olan qənd). Kəllə qənd (kəllə şəklində istehsal olunan qənd). // məc. Çox şirin şey haqqında. Yemiş deyil, qənddir. qəndab is. [ər. qənd və fars. ab] Şərbət. Çavuş qəndabı içib corabı aldı və qoydu atının tərkindəki xurcuna. C.Məmmədquluzadə. Təkyələrdə çay və qəndab sel kimi axırdı. Ə.Haqverdiyev. // məc. Çox şirin şey haqqında. Ey dəhani şəkər, ləbləri qəndab! M.P.Vaqif. qəndabi sif. [ər. qənd və fars. abi] Şərbətli, şirin, şirni qatılmış. [Ağa Mərdan:] Ağa Kərim, bizim nökərlərdən birisini göndər, bazardan çilovpəzdən 4 nəfər üçün .. qəndabi çilov gətirsin. M.F.Axundzadə. qənddan [ər. qənd və fars. ...dan] bax. qəndqabı. ..Dördkünc ağ qənddanlar bahalı konfet və şirni ilə doldurulmuşdu. Ə.Vəliyev. qənddişləyən bax. qənddoğrayan. qənddoğrayan is. Qənd doğramaq üçün kəlbətin. qəndil is. [ər.] Asma lampa. Körpünün daş qapıları və yüz arşın ucalığındakı tağlar minlərcə qəndillərin əlvan şəfəqləri altında parlayırdı. M.S.Ordubadi. Oğlan cəld onu [qadını] qaldırıb əmr etdi ki, tavandan asılmış beşçıraqlı qəndili düşürüb ona versinlər. Ə.Haqverdiyev. Küncdə yanan qəndilin zəif titrək işığında zirzəmi hərəkət edən kölgələrlə dolu görünürdü. M.Rzaquluzadə. qəndilli sif. Qəndilləri olan, qəndillər asılmış, qəndillərlə bəzədilmiş və işıqlandırılmış. qəndqabı is. Qənd qoymaq üçün qab; qənddan. Şəbanın evini alt-üst etdilər. Həqiqət .. iki dəst gümüş çəngəl-bıçaq, neçə gümüş qəndqabı və sair şeylər tapıldı. Ə.Haqverdiyev. qəndqıran bax. qənddoğrayan. qəndsındıran bax. qənddoğrayan. qənəpə [əsli fr.] köhn. Taxt, divan. İskəndər görüşüb, yumşaq qənəpənin üstündə oturdu. Çəmənzəminli. qəni sif. [ər.] köhn. Varlı, dövlətli, zəngin. Vəslindən oldum çün qəni, bən mülkü malı neylərəm. Nəsimi. Aç kiseyi-səxavətüvün bəndin, ey qəni! M.Möcüz. Məclis vaqe olur qəni və Avropa qaydası ilə bəzənmiş Saranın otağında. C.Cabbarlı. Mən səni dünya malından qəni edərəm. İ.Əfəndiyev. qənim is. [ər.] Düşmən. Hay-hay deyib qənim üstə varanda; Kəllə gərək bu meydanda qalanı. “Koroğlu”. Bax, bizim qənimimiz indiyədək bizi əsarətdə saxlayan həmin çarşab olubdur. C.Məmmədquluzadə. // Birinin öhdəsindən gələn, gözünün odunu alan, qəddar düşməni olan; dəhşət, qorxu yağdıran; bir şeyin tam ziddi. Qoyunun qənimi qurddur. Pişik siçanın qənimidir. – Hər şeyin bir qənimi, bir zavalı var. M.İbrahimov. Dekabrda olduğu kimi, bu batareya iyunun birindən bəri də düşmən təyyarələrinin qənimi idi. Ə.Əbülhəsən. • Qənim kəsilmək, qənimi olmaq – düşmən kəsilmək, düşməni olmaq, öhdəsindən gəlmək, gözünün odunu almaq, öz gücünü tanıtmaq. Komandir tamamilə əmin olmuşdu ki, qorxu bilməyən gənclər düşmənin amansız qənimi olur. Ə.Vəliyev. Qənim olmaq din. – cəzasını vermək, uğursuzluğa məruz qoymaq, öz təsirini göstərmək. Xalalardan birisi gəlib mənə xəbər verdi ki, “Molla Nəsrəddin” jurnalı bağlanıbdır. Pirin kəramətini gördünmü, necə ona qənim oldu? “Mol. Nəsr.” qənimət is. [ər.]\n1. Müharibədə düşməndən alınan hər cür şey. Atlı bölüklər meydandan çapıb keçərkən dünənki döyüşdə düşməndən qənimət aldıqları qara bayraqları ağ daşdan tikilmiş 7 zəfər sütunu önündə yerə atırdılar... Ə.Məmmədxanlı.\n2. Təsadüfən ələ keçən və bir daha ələ keçməsi mümkün olmayan şey, tapılmış kimi olan şey. Doğrudur, kəndlərdə və balaca şəhərlərdə qışın o qədər bir səfası yoxdur, amma Tiflis kimi yerdə qış böyük bir qənimətdir. C.Məmmədquluzadə. // Fürsət. Bir belə .. şəxs ilə qohum olmaq elə bir qənimətdir ki, dünyada az-az adama qismət ola bilər. C.Məmmədquluzadə. Etməyin qəflət, bu fürsətdən qənimət vaxtıdır. M.Ə.Sabir. • Qənimət bilmək (saymaq) – fürsət bilmək, fürsətdən istifadə etmək, tapılmış kimi bilmək. Gülün vüsalını gülzardə qənimət bil; Ki, bir də ömrünə yox etibar, ey bülbül! S.Ə.Şirvani. Mən də kağız tapa bilməyib, divarın səhifələrini qənimət bilirdim ki, orada Usta Zeynalın bədbəxtliyini təsvir edim. C.Məmmədquluzadə. Osman kişi ömrünün hər dəqiqəsini qənimət bilir, hər anından həzz alır. Ə.Sadıq. qənimətçi is. Hər şeyi qənimət bilən, fürsətdən istifadə edərək bir şey qoparmağa çalışan, cürbəcür yollarla öz işindən öz şəxsi xeyri üçün mümkün qədər daha çox fayda götürməyə cəhd edən adam. qənimətçilik is. Hər şeyi qənimət bilmə, fürsətdən istifadə edərək, bir şey qoparmağa, cürbəcür yollarla öz işindən şəxsi xeyri üçün, mümkün qədər daha çox fayda götürməyə çalışma. qənir is. dan. Tay, misil, bərabər. [Zeynəb:] Yox, o, quş deyil, gəlindir. Özü də deyirlər, gözəl bir gəlin olub. Elə bir gəlin ki, su sonası kimi, bir qənir üzünə baxmaq olmurmuş. İ.Şıxlı. qənirsiz sif. dan. Tayı-bərabəri olmayan, misilsiz. El nağıllarında belə qızlara qənirsiz gözəl deyirlər. M.Hüseyn. Əziz Gülsəbaya deyirdi: – Kəndimizin qənirsiz gözəli sənsən. Ə.Vəliyev. Mənə deməyin ki, “Cahandan az de; Nə çoxdur qənirsiz qızlar, gözəllər!” Ə.Cəmil. qənnadı is. Qənddən emal edilən hər növ şirniyyat. Qənnadı məmulatı. Qənnadı fabriki. – [Mirzə Qulam:] Yadımızdan çıxıb, – dedi, – burada bir yaxşı qənnadı mağazası var. Mir Cəlal. [Fidan] dedi ki, .. anası qənnadı fabrikində ustadır. İ.Məlikzadə. qənnadıçı is. Qənnadı (şirniyyat) hazırlamaqla məşğul olan adam; şirniyyatçı. Qəssab məsələni anlayıb, çobanı Şeytanbazara bir qənnadıçının yanına yollayır. Çəmənzəminli. qənnadıçılıq is. Qənnadıçı sənəti, peşəsi. [Bakıda] əhalinin bir qismi də xırda ticarətlə – çayçılıq, kababçılıq, həlmaşıçılıq, qənnadıçılıqla məşğul olardı. H.Sarabski. qənşər is. Qarşı tərəf, ön tərəf; irəli, qabaq. Qapının qənşəri. Evin qənşərində. – Kəndlinin qənşərində bir sürü qaz; Bir çubuqla sürürdü çox saymaz. A.Səhhət. Yanında xırda gümüş qaşıq olan fincan isə qocanın qarşı tərəfindəki həsir səndəlin qənşərinə qoyulmuşdu. İ.Əfəndiyev. • Qənşər gəlmək – üz-üzə gəlmək, rast gəlmək. Uğura qənşər gələsən, oğul, – deyə qoca çobanın qolundan tutub öz yanında oturtdu. M.Rzaquluzadə. // Qarşıda yaxşı görünən yer. [Səmədi] Krım çöllərində Üçtəpə adlanan qənşər bir yerdə basdırdı(lar). Ə.Vəliyev. qənşərləmək f. Qabağa çıxmaq, qarşılamaq. qənşərlik is. Önlük, döşlük. qəpik is. [rus. kopeyka] Manatın ən kiçik ölçü vahidi. ‣ Qəpiyə güllə atmaq – heç pulu olmamaq. Bir qəpiyə dəyməz – heç bir qiyməti, dəyəri, əhəmiyyəti olmayan şey haqqında. Hər bir şeyin qondarması bir qəpiyə dəyməz. C.Məmmədquluzadə. qəpik-qəpik zərf Qəpiklərdə, bir qəpikbir qəpik. Dama-dama göl olar, qəpik-qəpik yığılıb ağca manat əmələ gələr. N.Vəzirov. qəpik-quruş is. Xırda pul, azacıq pul, əhəmiyyətsiz məbləğ. Gəlib-gedən məxluqa baş vururam; Bundan, ondan qəpikquruş alıram.. A.Səhhət. qəpiklik is. Bir qəpik qiymətində olan. • Bir qəpiklik – dəyərsiz, qiymətsiz, əhəmiyyətsiz şey haqqında. Bunun bir qəpiklik xeyri yoxdur. – Bir saatlıq rahatı, bir qəpiklik mənfəəti heç bir şeyə dəyişmirik. C.Məmmədquluzadə. qəpikpərəstlik is. dan. Qəpikgüdmə, pulpərəstlik; xəsislik. Halva demək ilə ağız şirin olmaz, qəpikpərəstlik bizim evimizi yıxıb, gecə-gündüz vaxtbevaxt fikrimizzikrimiz qəpikdir. N.Vəzirov. qərabət I. is. [ər.]\n1. Qəriblik; yurdundan, vətənindən ayrı düşmə. Məgər zülflərindən bəhs edən sünbül; Düşər ayaqlara qərabət çəkər. Aşıq Valeh.\n2. Təəccüblülük, əcaiblik, qəribəlik.\n\nII. is. [ər.]\n1. Yaxınlıq.\n2. Qohumluq. [Teymur ağa:] Məgər mən ölmüşəm ki, səni vəzir özgəsinə verə bilə? Axır bu qərabətdən onun mənzuru nədir? M.F.Axundzadə. qəraib [ər. “qəribə” söz. cəmi] bax. qəribə. Suraxanıda əcaib və qəraib adlara rast gəlmək olardı. H.Sarabski. // Qəribə şey, görülməmiş şey. Gündə bir fənn qoyur ərsəyə əfkari-bəşər; Min qəraib çıxarır əqli-ziyadari-bəşər. Ə.Nəzmi. qərar I. is. [ər.]\n1. Bir məsələni müzakirə etdikdən sonra, hamı tərəfindən çıxarılan nəticə; qətnamə. Qərar layihəsi. Qərarı müzakirə etmək. • Qərar vermək (qoymaq) – bir şeyi müzakirə etməkdən, yaxud bir şey haqqında düşündükdən sonra müəyyən nəticəyə gəlmək, qəti bir fikrə gəlmək, qət etmək. Bir neçə gün Şəbanın yanına dost və aşna gəldi; axırda Şəban arvadını da götürüb öz evinə köçməyə qərar qoydu. Ə.Haqverdiyev. Qərara gəlmək (almaq) – qərar çıxarmaq, qərar qəbul etmək. [Baba:] ..Yığıncağınızda nə qərara gəldiniz? S.S.Axundov; // bax. qərar vermək (qoymaq). Axırda bu qərara gəldilər ki, .. qoca kəndli onların mübahisəsini həll etsin. S.S.Axundov. Məsmə otağını bir cavanəzənə yaraşacaq bir şəklə salmağı özünə bir həyat qayəsi qərar verir. S.Hüseyn. // Hüquq termini kimi. Məhkəmənin qərarı. Qərar qətidir. Məhkəmə qərar çıxardı. Məhkəmə qərarı və ya prokurorun icazəsi olmadan heç bir kəs həbs edilə bilməz.\n2. Fikir, mülahizə; əzm. Heç bir şey məni öz qərarımdan daşındıra bilməz. – Heç bir təhlükə, heç bir qorxu [Firidunu] qərarından döndərə bilmədi. M.İbrahimov.\n3. Qərarlaşma, sözləşmə, qabaqcadan danışıb şərtləşmə. Elə ki libas geyinmək tamam oldu, miraxur atı qabağa çəkdi, Yusif Sərracı mindirdilər ata, əsas qərari-sabiq üzrə dərbari-şahiyə rəvanə oldu. M.F.Axundzadə. ‣ Qərarla, qərar ilə – qayda ilə, qaydada, üsul ilə, tərz ilə, sayaq. [Hacı Nayib:] Əhvalat bu qərar ilədir ki, hər bir hakimin birinci vəzifəsi məmləkətin abadlığı və əhalinin istirahət və səadətidir. C.Məmmədquluzadə. Bu qərarla Təbrizdən hərəkət etdiklərinin 9-cu günü Dəclə çayı sahillərinə yaxınlaşdılar. M.S.Ordubadi. • Bir qərarla – bir qaydada; üsulu, qaydanı, sürəti, ahəngi və s.-ni dəyişdirmədən, müntəzəm surətdə. Su bir qərarla axır. Bir qərarla nəfəs almaq. Bir qərarla yerimək. Bir qərarla oxumaq.\n\nII. is. [ər.] Durma, durum, sakit durma. // Aram, rahatlıq. Dilbər, sən gedəndən bəri könlümün; Nə səbri, sükutu, nə qərarı var. Q.Zakir. Könüldə yox qərarü səbr, ey arami-can, sənsiz. S.Ə.Şirvani. • Qərar tapmaq (tutmaq) – 1) bir yerdə, ya bir işdə sabitləşmək, dayanmaq. Olduğu yerdə qərar tapdı; 2) aram olmaq, sakitləşmək, rahat olmaq. Uşaq daha ağlamır, qərar tapdı. – Qərarım tutarmı onu anmasam; Onun xəyalıyla oda yanmasam? Ə.Cəmil. O, bir dəqiqə bir yerdə qərar tapmayaraq, sərbəst hərəkəti ilə öz azadlığını təsdiq etməyə can atırdı. Ə.Məmmədxanlı; 3) dayanmaq, yerləşmək, oturmaq. Paşanın adamları da hərəsi bir tərəfdə qərar tutdular. “Koroğlu”. Xan yuxarı başa keçib, bir yumşaq döşək üstündə əyləşib qərar tutdu. Ə.Haqverdiyev. Qərardan düşmək (getmək) – 1) daha dözə bilməmək, səbr edə bilməmək, səbri tükənmək; 2) huşu başından çıxmaq, özünü itirmək. Xəstə qızdırmanın şiddətindən qərardan getmişdi. Qərarı gəlməmək – səbri çatmamaq, hövsələsi çatmamaq, bir yerdə duruş tutmamaq. Musa kişi bütün günü heç bir iş görə bilmirdi. Nəyə əl atırdısa, qərarı gəlmirdi. M.İbrahimov. Qərarı kəsilmək – 1) səbri gəlməmək, səbri kəsilmək; 2) taqəti kəsilmək. Qərarı üzülmək – bax. qərarı kəsilmək. Qərarını almaq – bax. qərarını kəsmək. Qərarını kəsmək – səbrini, rahatlığını, aramını əlindən almaq, tükəndirmək. Gər kəsməsəydi bülbüli-zarın qərarını; Olmazdı aqibət özü həm biqərar gül. S.Ə.Şirvani. qərardad is. [ər. qərar və fars. ...dad] köhn. Qərar, qətnamə; hökm, rəsmi sərəncam, əmr. [Əziz bəy:] Mənim xatirimi istəyir və vədə edibdir ki, mənə xidmət rücu edib vəzifə qərardad eləsin. M.F.Axundzadə. Bu [məktəblərin] üçü də qərardadın məzmununa görə lazım idi. C.Məmmədquluzadə. qərargah is. [ər. qərar və fars. ...gah]\n1. Qərar tutulan yer, dincəlmək yeri; ev, məskən. Məcnunun bəxtiyar və gənc yaşında; Axır qərargahı oldu biyaban. S.Vurğun.\n2. hərb. Qoşunları idarə edən orqan, ştab. Ordu qərargahı. – Onların qərargahı .. sıldırım qayalıqlar üzərindəki kiçik bir qalada yerləşmişdi. M.Hüseyn. Cavad bəy Cahangir bəylə birlikdə qalanın keşikçi dəstəsini möhkəmlətdikdən sonra qərargaha qayıtdılar. İ.Şıxlı.\n3. məc. Ümumiyyətlə, bir işə rəhbərlik edən orqan. qərarlaşdırılma “Qərarlaşdırılmaq”dan f.is. qərarlaşdırılmaq məch.\n1. Yerbəyer edilmək, yerləşdirilmək, yeri müəyyənləşdirilmək, sabitləşdirilmək.\n2. Müəyyənləşdirilmək, qət edilmək, söz bir araya gətirilmək. qərarlaşdırma “Qərarlaşdırmaq”dan f.is. qərarlaşdırmaq f.\n1. Yerbəyer etmək, yerləşdirmək, yerini müəyyənləşdirmək. // Sabitləşdirmək, möhkəmlətmək.\n2. Müəyyənləşdirmək, müəyyən fikrə gəlmək, bir qərara gəlmək, kəsdirmək, qət etmək. // Etməyi, görməyi nəzərdə tutmaq. Qız .. əvvəlcə qərarlaşdırdığı mövzudan kənara çıxdı. M.S.Ordubadi. qərarlaşma “Qərarlaşmaq”dan f.is. qərarlaşmaq f.\n1. Yerbəyer olmaq, yerləşmək, qərar tapmaq, sakin olmaq. Təzə mənzildə qərarlaşmaq. // Müəyyənləşmək, sabitləşmək.\n2. Biri ilə bir şey haqqında sözləşmək, bir rəyə, fikrə gəlmək, bir qərara gəlmək. Mahru ilə razılaşdıq, qərarlaşdıq. M.S.Ordubadi. Mirzəcanın yeganə bir çarəsi vardısa, o da yeni qayda ilə iş görmək idi, yəni Cəmilənin özü ilə danışıb qərarlaşmalı idi. S.Hüseyn. Onlar səhər saat beşdə yola düşməyi qərarlaşıb ayrıldılar. M.İbrahimov. qərarlı sif. Sabit, səbatlı, dözümlü, sözündə, qərarında möhkəm. qərarnamə is. [ər. qərar və fars. ...namə] bax. qərar1 1-ci mənada. İclasın qərarnaməsi. qərarsız sif.\n1. Aramsız, durumsuz, bir yerdə qərar tapa bilməyən; səbirsiz, dözümsüz. Qərarsız uşaq.\n2. Səbatsız, davamsız, mütərəddid, dəyişkən, daim dəyişən. Qərarsız adam. Hava bu gün çox qərarsızdır.\n3. Rahatsız, narahat, iztirablı. Könlüm çox qərarsızdır. – ..Qaynanasının ona ürək-dirək verməsinə baxmayaraq, Durna qərarsız oldu. İ.Əfəndiyev.\n4. Arasıkəsilməz, aramsız, uzunsürən. Yağış qərarsız (z.) yağır. qərarsızlıq is.\n1. Aramsızlıq, durumsuzluq, səbirsizlik, dözümsüzlük; bir yerdə qərar tapa bilməmə.\n2. Səbatsızlıq, davamsızlıq, dəyişkənlik, daim dəyişmə; mütərəddidlik.\n3. Rahatsızlıq, narahatlıq, iztirablı hal.\n4. Arasıkəsilməzlik, aramsızlıq. qərayi is. [ər.] mus. Muğamatın bölündüyü hissələrdən birinin adı. “Əraq”dan sonra ilk mayəyə qayıtmaq tələb olunur. Bu qayıtma “qərayi” vasitəsilə olur. Ü.Hacıbəyov. “Rast”ın aşağıdakı hissələri vardır: üşşaq, vilayəti, iraq, qərayi.. qərb is. [ər.]\n1. Dünyanın, günəşin batdığı cəhəti. Günəş şərqdən çıxıb qərbdə batır. // Şərqə müqabil olan səmt, cəhət. Kəndin qərb tərəfi meşəlikdir. – Gedir qərbə tərəf hücumçəkənlər; Gedir qatar-qatar bombatökənlər. M.Rahim.\n2. Günbatan istiqamətində yerləşən ölkələr, məmləkətlər, yerlər. Qərb ölkələri. Qərb ədəbiyyatı. Qərb musiqisi. qərbçi is. tar. Qərbçilik tərəfdarı (bax. qərbçilik). qərbçilik is. tar. Rusiyada təhkimçilik üsulunun pozulması dövründə ortaya çıxaraq, Rusiyanın Qərbi Avropa kimi kapitalizm inkişafı yolu ilə getməsi ideyasını müdafiə edən burjua ideologiyası. qərbi sif. [ər.] Qərbə mənsub, günbatana mənsub və aid olan. Qərbi Avropa. Qərbi Sibir. qərbiyyun is. [ər.] köhn.\n1. Qərb məmləkətləri əhalisi, qərblilər, avropalılar.\n2. Qərb mədəniyyəti tərəfdarı (bax. qərbçi). qərbli is. və sif. Qərb ölkələrinin birində doğulub yaşayan adam. Bəlkə də bir; Qərbli qonaq; Deyərdi ki, insana bax! M.Araz. qərənfil is. Rəngbərəng növləri olan ətirli gözəl bir çiçək. Qərənfil bağçanın yaraşığıdır. – Səni kimdir sevən bica, qərənfil! Sənə mən aşiqi-şeyda, qərənfil! X.Natəvan. [Xədicə] əlində tutduğu bir qərənfil çiçəyini mənə tərəf atdı. S.Hüseyn. qərənfilçiçəklilər cəm bot. Birillik ot və yarımkol bitkilər fəsiləsi. qərənfillik is. Çoxlu qərənfil bitən yer. qərəz I. is. [ər.]\n1. Məqsəd, niyyət, məram ..Bu qələçələri təmir etməkdən qərəz bu idi ki, taifeyi-Xəzər Dərbəndə qələbə və təsəllüt edə bilməsinlər. “Dərbəndnamə”. [Hacı Qara:] Bəs indi mənim yanıma gəlməkdən qərəziniz nədir? M.F.Axundzadə. [Bədircahan bəyim:] Mən qana bilmirəm, sənin qərəzin nədir? N.Vəzirov.\n2. Gizli məqsəd, pis niyyət, gizli ədavət. Şəxsi düşmənlərdən doğan tənqid bir parça qərəzdən ibarətdir. M.S.Ordubadi. Şəriəti əldə bəhanə edib biçarə avam camaatı öz qərəz və mərəzimizə alət edərik. C.Məmmədquluzadə.\n\nII. ara s. [ər.] Xülasə, sözün qısası (bəzən “ki” bağlayıcısı ilə birlikdə). Qərəz, Koroğlu çobanın paltarını alıb geyindi, çomağını da əlinə alıb obaya tərəf yollandı. “Koroğlu”. Qərəz, sözüm orada deyil, sözüm oradadır ki, doğrudan uşaqlıq bir gözəl nemət imiş ki, əldən çıxdı. C.Məmmədquluzadə. [Möhlətov] qərəz ki, öz aləmində sevmək, sevişmək .. üçün nə lazımdısa, nə mümkündüsə hamısını eləmişdi. Mir Cəlal. qərəzkar sif. [ər. qərəz və fars. ...kar] bax. qərəzli. Qərəzkar oxudu axşamımızın; Uzaq məqsədini dan yerimizdən. B.Vahabzadə. qərəzkaranə zərf [ər. qərəz və fars. ...karanə] Qərəzlə, qərəzkarlıqla, bədxahlıqla, pis məqsədlə, pis niyyətlə. İnsan dünyaya gəlir, təbiətin xain dayələri əlində qərəzkaranə məqsədlə nəvaziş olunur, bəslənilir. C.Cabbarlı. qərəzkarlıq bax. qərəzlilik. Pənahəli bəy Nadir şahın ona olan qorxunc baxışlarından və qərəzkarlıqla (z.) etdiyi rəftarından başa düşdü ki, o mütləq belə bir .. cavanın kökünü kəsməkdə səhlənkarlıq etməyəcəkdir. Mirzə Adıgözəl bəy. qərəzli sif. Qərəzi, ədavəti olan, gizli bir məqsəd və niyyəti olan; bədxah. [Hikmət İsfahani:] Qərəzli dost biqərəz düşməndən pisdir... M.İbrahimov. Bu qərəzli, qərəzli vuruşmalarda; Sizdən soruşuram, ədalət hanı? B.Vahabzadə. qərəzlik is. dan. bax. qərəz1 2-ci mənada. qərəzlilik is. Qərəzi olma, biri haqqında pis fikir və niyyət bəsləmə; bədxahlıq. Qərəzliliklə (z.) iş görmək. qərəzsiz sif. Qərəzi, gizli məqsədi, pis niyyəti olmayan; səmimi. Qərəzsiz adam. Qərəzsiz yardım. qərəzsizlik is. Heç bir qərəzi, pis fikir və niyyəti olmama. qərib sif. [ər.]\n1. Yad yerdə olan, qürbətdə yaşayan, özgə yerli, gəlmə. Dünən görürdüm ki, qərib osmanlılar qaçırlar konsulxanaya ki, təzə sultanın taxta çıxmasından yana konsula “mübarək olsun” desinlər. C.Məmmədquluzadə. Deyirlər ki, qərib yolçu bu yerlərdən keçəndə; Diksinərmiş yırtıcıdan, vəhşi heyvan səsindən. R.Rza. Bu yad, qərib ozanın ağzından öz adını eşidəndə Banuçiçək diksindi. M.Rzaquluzadə.\n2. Yad, özgə, tanış olmayan. Yox, qardaşım, bizi dartıb qərib vilayətə apardığın yetər, daha bunu vermərəm, – deyə anam dayımın təklifini rədd etdi. S.S.Axundov.\n3. İs. mənasında. Qərib adam, gəlmə, başqa yerli. Lütfünlə mən qəribə, ey mah, qıl nəzarə. Heyran xanım. Fəhlə qardaş, nə tikilir bu qum çölündə? – Qəribmisən, nəsən, oğul? Şəhər salırıq. Ə.Cəmil.\n4. Kimsəsiz, biçarə, yazıq, zavallı.\n5. bax. qəribə. Burada gecələrin qərib səsi var; Könlümün incə bir kəmənçəsi var. S.Vurğun. [Müəllim] Əsədlə Mahmud əmiyə izahat vermək üçün bu əcib və qərib əlamətə fənni və elmi bir məna arayıb onları və həm də özünü ovutmaq fikrinə düşdü. B.Talıblı. Fərman görkəmi və qərib vəziyyəti ilə bu gənclərin diqqətini özünə cəlb etdi. Ə.Sadıq.\n6. məc. Həzin, hüzn gətirən. Qərib qış axşamları yolları qar basanda; At sürüb bir şenliyə, gecələdim Muğanda. Ə.Cəmil. qərib-qərib zərf Yazıq-yazıq, məzlumməzlum, həzin-həzin, yanıqlı-yanıqlı. Qərib qərib durduq biganələr tək; Soyuq-soyuq baxdıq divanələr tək. M.P.Vaqif. İnəklərin qərib-qərib mələməsi naxırın kəndə dolduğunu, günün batdığını xəbər verirdi. M.İbrahimov. qəribanə zərf [ər. qərib və fars. ...anə] Qərib kimi; itaətlə, həqiranə. Mən öyrənmişəm tənha, qəribanə dərd-qüssə çəkməyə, Allah kərimdir, get! N.Vəzirov. qəribçilik qəribçiliyini çəkmək – çox darıxmaq, həsrətini çəkmək. Səttarxan Əli dayını düşünür, onun və başqa dostlarının qəribçiliyini çəkirdi. P.Makulu. qəribə sif. [ər.]\n1. Eşidilməmiş, görünməmiş, təəccüblü, qeyri-adi, çox maraqlı. Qəribə söz. Qəribə əhvalat. – [Vəzir:] Mən istəyirəm ki, bayramda bir qəribə mintənə Şölə xanıma bağışlayım. M.F.Axundzadə. Yusif əmi hər gecə bizə şirin-şirin nağıllar danışır, çox qəribə tapmacalar deyirdi. A.Şaiq. Bu köpəkdə qəribə bir hal vardı. Hər kəs ki, Piri kişiyə düşmən idi, köpək onu sevməyib yaxına qoymazdı. S.S.Axundov.\n2. Son dərəcə, olduqca, valeh edəcək dərəcədə. Sultanüşşüəra .. üzünü yoldaşlarına çevirib: – Qəribə gözəldir, bimisil qızdır, doğrudan, qəzəl deməyə layiqdir, – deyib yola düşdü. M.S.Ordubadi.\n3. Qəribədir şəklində – çox təəccüblüdür, çox maraqlıdır. Çox qəribədir, növbə Fərmana çatanda o, nədənsə ürəyinin döyündüyünü hiss etdi. Ə.Sadıq. qəribələşmə “Qəribələşmək”dən f.is. qəribələşmək f. Başqalaşmaq, getdikcə ayrı cür olmaq, dəyişmək. Sən də get-gedə qəribələşirsən, ay Qəhrəman! S.Rəhimov. qəribəlik is. Qəribə şeyin halı; təəccüblülük. qərib-qürəba top. [ər.] Qərib adamlar, özgə yerdən gəlmiş adamlar. ..Axşamüstü buyur bazara, ramazanlıqdır, gör necə adamın dişləri tökülür, ələlxüsus qəribqürəbanın. N.Vəzirov. qəribləmə “Qəribləmək”dən f.is. qəribləmək f. Qəribliyə düşmək, özünü qərib hiss etmək; yurdunu, vətənini arzulamaq, qəribsəmək. qəribləşmə “Qəribləşmək”dən f.is. qəribləşmək f. Qərib olmaq, getdikcə yad olmaq, uzaqlaşmaq. qəriblik is.\n1. Yad yerdə olan, qürbətdə olan adamın halı. // Qürbət. Qəriblikdə yaşamaq. Qəriblikdə ölmək. – Qəriblik ixtiyar etməz, kimin kim, yarı yar olsa. Kişvəri. Qəriblikdə yada düşər, yanaram; Aşna, yoldaş, yar, müsahib, ellər, hey. M.V.Vidadi. Durnalar ötüb gedir; Qəriblikdən qürbətə; İkisi bir, üçü bir. R.Rza.\n2. Yazıqlıq, zavallılıq, adamsızlıq, kimsəsizlik, təklik. // Hüzn, ələm, kədər, qəmginlik. Onun çıraq kimi yanan gözlərində bir qüssə, bir qəriblik vardı. M.İbrahimov. Çoxdandır tökülmüş sarı yarpaqlar; Günəşdə bu axşam bir qəriblik var. N.Rəfibəyli. ‣ Qəribliyə düşmək – qulaqardına vurulmaq, sayılmamaq, əhəmiyyət verilməmək. Sözlərinin bu cür qəribliyə düşdüyünü görüb pərt olan Güləlioğlu .. katiblə vidalaşmadan haraya isə getdi. M.Hüseyn. Qəribliyə salmaq – əhəmiyyət verməmək, qulaq asmamaq, etina etməmək, saymamaq. Qəzetimizdə “Ordan-burdan” yazan “Filankəs”in zarafatyana yazdığı sözləri hər halda qəribliyə salmaq olmaz. F.Köçərli. Bəşir müəllimin sözünü qəribliyə salmağa haqqımız yoxdur. Mir Cəlal. qəribnəvaz [ər. qərib və fars. ...nəvaz] Qəribləri himayə edən, onlara kömək edən, hörmət edən. qəribnəvazlıq is. Qəribləri himayə və onlara kömək etmə, hörmət etmə. Sən bizi tamam yaddan çıxardın, axı qəribnəvazlığın qaydası belə olmaz. M.F.Axundzadə. qəribsəmə “Qəribsəmək”dən f.is. Bəhram özünə bəlli olmayan bir qəribsəmə duydu. Ə.Vəliyev. qəribsəmək f. Özünü bir yerdə tək və kimsəsiz görüb qəmgin olmaq, qəriblik hiss etmək, darıxmaq. Bu dadlı söhbətlərin içində belə yenə də ağsaqqal həkim öz ailəsi üçün çox bərk qəribsəyir, öz Mehriban xanımı üçün bərk darıxırdı. S.Rəhimov. Mən tanıdığım bir nəfər də yox idi. Ona görə bir küncdə qəribsəyirdim. Mir Cəlal. Mən də sizsiz qəribsədim, uçmaq istər ruhum daha. Ə.Cavad. qərinə is. [ər.] Əslində 33 illik bir dövr olub, əsr mənasında işlənir. Qərinələrlə məst olub cəhalətə uyuduq! Nə gördük? Nə qazandıq? C.Məmmədquluzadə. Elə bir cahan ki, onun hər anı; Mənalı görünür bir qərinədən. S.Vurğun. Qərinələr yolçusu – ay göyləri dolanar; Göy üzünün şamları sübhəcən sönər, yanar. Ə.Cəmil. qərq [ər.] Adətən “etmək”, “olmaq” köməkçi feilləri ilə birgə işlənir. • Qərq etmək – 1) batırmaq (suda). Düşmən vəziyyətin çıxılmazlığını görüb, gəmilərini qərq etdi; 2) boğmaq (suda). ..Bir də gördüm dəryanın suyu qalxır yuxarı, az qalır məni qərq edə. C.Məmmədquluzadə; 3) məc. məhv etmək. Bu müsibət müharibə qızışdırıcılarını hökmən boğub qərq edəcəkdir. (Qəzetlərdən); 4) məc. bir şeyin çoxluğunu ifadə edir. [Çimnaz:] ..Bəsdirin, qızlar, nə onu çiçəyə qərq edirsiniz. Ə.Məmmədxanlı. [Kərim:] Bizə elə bir lampa lazımdır ki, günəş kimi parlasın, aləmi öz işığına qərq etsin. Ə.Sadıq; 5) batırmaq, bulamaq. Ey həmdəmim, səni qana qərq elər; Gəl tərpətmə yaralanmış könlümü. M.V.Vidadi. Çeynədilər, dişlədilər, diddilər; Bir-birini al-qana qərq etdilər. A.Səhhət. Qərq olmaq – 1) batmaq. Gəmiçi özünü itirsə əgər; Tufanlar içində qərq olub gedər. S.Vurğun. Gəminin dalınca üzmək istədi, bacarmayıb suya qərq oldu. M.Hüseyn; 2) boğulmaq (suda). Batmış gəmidəki yolçuların hamısı qərq oldu. – Ciğato çayı minlərlə qərq olmuş insan meyitləri(ni) .. axıdıb Urmu gölünə aparırdı. M.S.Ordubadi; 3) adətən tərkiblərdə işlənib bir şeyin çoxluğunu, şiddətini, dərinliyini və s.-ni bildirir. Gözümün yaşına qərq oldu tənim; Bu hal ilə işim müşküldür mənim. Q.Zakir. Sabir kimi qərq oldu gözüm yaşına cismim. M.Ə.Sabir. Keçmişdi keçən şəb gecədən bir neçə saət; Məhtab ilə olmuşdu cahan qərqilətafət. A.Səhhət. Sonra səs-səmir kəsildi, kənd böyük bir sükuta qərq oldu. Çəmənzəminli. Afaqın solğun üzü göz yaşları içərisində qərq oldu. Ə.Məmmədxanlı. qəryə is. [ər.] köhn. Kənd. Yollar xarab, qəryələr viran, .. qəbiristanlar küçələrin içində havanın kəsafətinə bais. M.F.Axundzadə. İki gün yol gedib yetişdik məşhur Kəleybər qəryəsinə.. C.Məmmədquluzadə. Eşidirdim mən atların səsini; Qəryəyə axşam üstü dönməsini. A.Səhhət. [Usta:] Bəli, oğlum, görünür ki, bütün ətraf qəryələri tapdaya-tapdaya məxsusən mənim yanıma gəlmisən. S.Rəhimov. qərz is. [ər.] köhn. Borc. [Rüstəm] axır ayağa qalxıb, Əkbərdən üç günün müddətinə yüz manat qərz alıb yola düşdü. Ə.Haqverdiyev. qərzək is. məh. Təzə qoz, fındıq kimi meyvələrin dəydikcə yarılıb tökülən yumşaq üst qabığı. Yetişmiş qozaların qərzəkləri saralır və ağzı açılaraq içərisindəki qozalar yerə tökülməyə başlayır. Axundzadə. qərzəkləmək f. Qərzəyini soymaq (bax. qərzək). qərzəklənmək f. Qərzəyi soyulmaq (bax. qərzək). Qərzəklənmiş qozu qaxsımamaq üçün günün qabağına sərirlər. qərzəkli sif. Qərzəyi olan, üstündə yaşıl qabıq olan (təzə qoz, fındıq və s.). Badam qərzəkli meyvə bitkiləri qrupuna daxildir. qərzən zərf [ər.] köhn. Borc olaraq. qəsabə is. Köhnə zamanlarda qadın paltarının yuxarısından aşağıya doğru uzanan bəzəkli yaxalıq. Ətəkliyi altun, qəsabəsi zər; Çəhrayı çarqat qəddə bərabər. M.P.Vaqif. qəsb is. [ər.] Zorla alma, qapma, zəbt etmə, tutma, zorla mənimsəmə. • Qəsb etmək – zorla almaq, tutmaq, tapmaq, mənimsəmək, zəbt etmək. ..Hətta bütün şimal əyalətlərini qəsb etmək istədikləri qəzetlərdə faş olunmalıdır. M.İbrahimov. Qəsb olunmaq – zorla alınmaq, zorla tutulmaq, zəbt edilmək. ..İşçilər xüsusi mülklərin zəhmətkeşlərə təqsim olunmasını tələb edirlər və belə olan surətdə mülk sahibləri razı olmayacaqlar və onlardan alınan mülklər qəsb olunacaqlar. C.Məmmədquluzadə. qəsbkar is. [ər. qəsb və fars. ...kar] Özgənin malını, mülkünü, torpağını və s.-ni zorla tutan, əlinə keçirən, qəsb edən adam. Xalqın yadelli qəsbkarlara qarşı mübarizəsi “Koroğlu”, “Qaçaq Nəbi” kimi dastan və mahnılarda tərənnüm edilir. – Talançılar boğazından çəkilmişdir bu gün dara; Nifrət olsun, lənət olsun tarixlərdə qəsbkara. M.Dilbazi. qəsbkarlıq is. Özgənin malını, mülkünü, torpağını və s.-ni zorla tutma, əlinə keçirmə, qəsb etmə. Ərəb hakimi Haşimin dövründə Dərbənd əhalisi naçar qalıb alver və qəsbkarlıqla məşğul oldu. A.Bakıxanov. qəsd is. [ər.]\n1. Niyyət, məqsəd, məram. Xudayar bəyin qəsdi Zeynəbin və səqirlərin var-yoxuna .. sahib olub, Zeynəbi çölə ötürmək idi. C.Məmmədquluzadə. Buraya gəlməkdən qəsdim səndən kömək istəməkdir. Ə.Haqverdiyev. Göyərçin onu görüncə əsdi; Bildi ki, nədir tərlanın qəsdi. M.Seyidzadə. // ilə qoşması, yaxud -lə şəkilçisi ilə – 1) ...məqsədi ilə, ...niyyəti ilə, ...üçün. Ayrım qızı .. Kərim babaya acı dərs vermək qəsdi ilə yumrubaşlı iri çomağı götürüb özünü naxıra yetirmişdi. A.Şaiq; 2) qəsdən, müəyyən məqsədlə. Qəsd ilə nihan edib kitabın; Həddən aşırırdı iztirabın. Füzuli. Burada Araz və Culfa sözlərini mən qəsdlə yazıram. C.Məmmədquluzadə. • Qəsd etmək – 1) niyyətində tutmaq, fikrində tutmaq, nəzərində tutmaq; 2) niyyətində olduğu şeyi həyata keçirməyə təşəbbüs etmək. O ki öz varını insana vermiş; Ona qəsd eləmək cinayət olar. B.Vahabzadə.\n2. bax. qərəz1 2-ci mənada. Bu işdə heç bir qəsd olmamışdır.\n3. Birini öldürmək, yaralamaq, yaxud zərər vermək üçün edilən təşəbbüs, görülən iş; sui-qəsd. • Qəsdinə durmaq (girmək) – birinin ölümünə, məhvinə, yaxud bədbəxtliyinə çalışmaq. Heç bilməzəm nədir günahım mənim; Durubdur qəsdimə cəlladın sənin. M.P.Vaqif. Zalım cəllad nə giribdi qəsdimə; Xəbər verin övladıma, dostuma. Aşıq Ələsgər. Canına (həyatına) qəsd etmək – birini öldürməyə təşəbbüs etmək; // məc. mənada. Gözünü düzüb süzürsən, dilü canə qəsd edirsən. Nəsimi. Qəsd eləmişdin nə üçün canına; Olmuş idin təşnə onun qanına? A.Səhhət.\n4. Qəsdindən şəklində – ürəyindən, qəlbindən, xəyalından, fikrindən. Hər kəsin qəsdindən aşıqlıq keçər; Qarşı gəlsin, edək cəngi qıjhaqıj. Aşıq Ələsgər. ‣ Şirin cana qəsd eləmək zar. – özünə əziyyət, əzab vermək (çox işləməklə, çalışmaqla və s. ilə). Gülxar Zal qızı, siz şirin cana qəsd eləmişsiniz. Nə tikirsiniz? Ə.Vəliyev. qəsdçi is. Qəsd hazırlayan, qəsddə iştirak edən, terrorçu. qəsdçilik is. Terrorçuluq, sui-qəsd düzəltmə. qəsdən zərf [ər.] Bilərək, bilə-bilə, müəyyən məqsədlə. Qəsdən bu sözü söylədi. Mən qəsdən belə dedim. – Qəsdən unudurdu dərsin ol zar; Leyliyə deyirdi: ey vəfadar! Füzuli. [Əsgər:] Mən də qəsdən demədim ki, qoy axıra kimi qızı sınayım. Ü.Hacıbəyov. Ceyran oturub oğlu ilə əylənməyə, gülməyə başlayır. Qəsdən özünü nəşəli göstərir. S.Hüseyn. O, yelqanadlı atını qəsdən çapmırdı ki, ovu atasının gözü önündə ovlasın. M.Rzaquluzadə. qəsd-qərəz is. [ər.] Düşmənçilik, ədavət, qərəz. [Odabaşı:] ..Xalqın eşşəyini oğurlayıb gətirmisən, qatmısan mənim karvansarama. Niyə görə? Mənimlə qəsd-qərəzin var? C.Məmmədquluzadə. [Dərviş:] Bu sözlərdən mətləb nədir?.. Mənə nə qəsd-qərəzin var? A.Divanbəyoğlu. qəsdsiz zərf Heç bir qəsdi-qərəzi, pis niyyəti olmadan. O, bu sözü qəsdsiz söylədi. qəsəbə is. [ər.] Şəhər tipli yaşayış məntəqəsi. Fəhlə qəsəbəsi. – Heç bilirsinizmi ki, dünyada Ağdam qəsəbəsi də var? C.Məmmədquluzadə. Küçələrdə arabaçılar, suçular və qeyri qəsəbə əhli o yan-bu yana yeriməkdə idi. S.M.Qənizadə. Dənizdən əsən xəfif meh fəhlə qəsəbəsinə xoş bir sərinlik gətirirdi. M.Hüseyn. qəsəbəcik is. Kiçik qəsəbə. qəsəbəli is. Qəsəbə əhli, qəsəbədə yaşayan adam, qəsəbə əhalisindən olan adam. qəsəbəvari sif. Qəsəbə kimi, qəsəbəyə oxşayan. Şose yolunun kənarında qəsəbəvari bir yer vardır. qəsəm is. [ər.] And. İmanına qəsəmlə çapırsan cəmaəti; Quldurçuluq tüfəngimidir dinin, ey əmu? M.Ə.Sabir. • Qəsəm etmək – and içmək. İstəyirsən yüz min dəfə and iç, qəsəm eylə, heç vaxt sənin sözünə inanmayacaq. C.Məmmədquluzadə. Bu barədə anamın qəbrinə də qəsəm etmişəm.. M.S.Ordubadi. Qəsəm olsun! – and olsun! Qəsəm olsun! Bu meydandan dönmərəm; Axır suda sınar suyun səhəngi. “Koroğlu”. Qəsəm olsun gələcəyə, yurdum ana torpağa! M.Rahim. // Cümlədə xəbər yerində – and olsun. Aşiqəm, aşiqəm, nigarə qəsəm; O siyah çeşmi-pürxumarə qəsəm. S.Ə.Şirvani. And olsun vətənə, sənin gözünə; Anamın o təmiz südünə qəsəm. R.Rza. qəsəmnamə is. [ər. qəsəm və fars. ...namə] din. And vərəqəsi, and içmək haqqında kağız. Əgər həmin qəsəmnamə olmasaydı, hər ayinə tərəkəmənin .. atı sənin üçün böyük cəzaya, rüsvayçılığa və hətta böyük bir bədnamlığa bais olacaq idi. S.Rəhimov. qəsidə is. [ər.] Böyük bir şəxsi və ya tarixi bir hadisəni mədh və tərif edən, adətən təntənəli, uzun lirik şeir. Gəh tərzi-qəsidə eylərəm saz; Şəhbazım olub büləndpərvaz. Füzuli. [Xaqani:] Yazsaydım qəsidə əgər hər zaman; Şərqə tanınmazdı sevimli Şirvan. M.Rahim. Bazarda qəsidə oxuyaoxuya bir dərviş və yanında bir adam gəldi. Ə.Abasov. // Tərifnamə. ..Ya da “Məzhər” qəzetinin sahibi Kamil Əfəndi kimi gərək canişin həzrətlərinə birinci nömrəmizdə qəsidə oxuyaq ki, hökumət yanında hörmətimiz olsun. C.Məmmədquluzadə. qəsidəçi is. köhn. Qəsidə söyləyən, qəsidə yazan. Qəsidəçi şairlər. – Ravilər, rəmmallar, qəsidəçilər; Axışıb gəldilər hey birər-birər. Şəhriyar. qəsidəçilik is. köhn. Qəsidə söyləmək peşəsi, qəsidə yazmaq sənəti; qəsidə yazmaqla məşğul olma. Qədim Şərq şairlərinin bir çoxu qəsidəçiliklə məşğul olmuşdur. qəsidəxan is. [ər. qəsidə və fars. ...xan] köhn. Qəsidə oxuyan. qəsidəxanlıq is. köhn. Qəsidəxanın işi, peşəsi. qəsidəyazan is. köhn. Qəsidə müəllifi, qəsidə yazmaqla məşğul olan şair. qəsr is. [ər.] İmarət, padşah sarayı. Şah Abbas günortadan üç saat keçmiş qəsrdə öz məhbubəsi Səlimə Xatun ilə oturub söhbətə məşğul idi. M.F.Axundzadə. Fəxrəddin Xüld qəsrinin yanına getmək üçün Əmin qəsrindən aşağı düşdü. M.S.Ordubadi. Yasavullar gecə yarısı qəsrin yanında, qapının ağzında şübhəli bir adam yaxaladılar. M.Rzaquluzadə. qəssab is. [ər.] Qoyun, mal və s. kəsib ətini satmaqla məşğul olan adam. Bir dəfə bunu eşitdim ki, qonşu Məşədi Məmmədəli qızını verib qəssab Şamilə. C.Məmmədquluzadə. Bığı xınalı, dəvərəgöz bir qəssab kötüyün üstündə ət doğrayırdı. Mir Cəlal. qəssabbaşı is. köhn. Baş qəssab. Əti də Şeyx Şəban hər qəssabdan almazdı. Qəssabbaşı İmaməli ilə müştəri idi. Ə.Haqverdiyev. qəssabxana is. [ər. qəssab və fars. ...xanə] köhn. Böyük qəssab dükanı, ət satılan yer. qəssablıq is. Qəssab sənəti, peşəsi. [Afşin:] Ya əmirəlmömin, qəssablıq nə böyük hünər imiş ki, sən İshaq ibn İbrahimi mükafatlandırırsan! Ə.Məmmədxanlı. qəsvət is. [ər.] Hüzn, qəm, kədər, ürək sıxıntısı. [Külək] yarıqaranlıq komanda məntəqəsini boğaz acışdıran hislə bərabər, ürəksıxan soyuq bir qəsvətlə doldurdu. Ə.Əbülhəsən. qəşəng sif. [fars.] Görünüşcə çox gözəl, bəzəkli, insanda bədii təsir oyadan. Qəşəng ev. Qəşəng mənzərə. Qəşəng paltar. – Uzaqda bir alaçıq görünür, alaçıqdan on qədəm kənar kolun dalısında Sona xanım qəşəng səfər paltarını geymiş, .. o yan-bu yana baxır. M.F.Axundzadə. Göy üzündə bir qəşəng; Tağ görünür yeddi rəng. A.Səhhət. [Hüseyn] ikimərtəbə qəşəng bir evin qapısını qorxa-qorxa döydü. S.Rəhman. // Gözəl, zərif, incə, lətif, məlahətli. Qəşəng bədən. Qəşəng üz. Qəşəng saç. Qəşəng səs. – Başına döndüyüm, ay qəşəng pəri; Adətdir, dərərlər yaz bənövşəni. Qurbani. Batmış gör necə də qəşəng naxışlar vurub. İ.Əfəndiyev. // Çox yaxşı. Onun qəşəng üslubu var. // Zərf mənasında. Qəşəng oxumaq. Qəşəng geyinmək. qəşəngcə sif. Çox qəşəng, çox yaxşı, çox gözəl. Qəşəngcə uşaq. – Aynalı şifoner, qoz ağacından tualet bu otağa .. qəşəngcə bir görkəm verirdi. Ə.Əbülhəsən. // Zərf mənasında. Qəşəngcə geyinmək. – ..Bunları mən çox yaxşıca görürəm, çox əcəbcə görürəm, çox qəşəngcə görürəm. C.Məmmədquluzadə. qəşəngi is. [fars.] mus. Azərbaycan xalq oyun havalarından birinin adı. qəşənglənmə “Qəşənglənmək”dən f.is. qəşənglənmək bax. qəşəngləşmək. qəşəngləşmə “Qəşəngləşmək”dən f.is. qəşəngləşmək f. Daha da qəşəng olmaq, gözəlləşmək. [Qəhrəman] ucalmış, qara saçları daha da sıxlaşmış, özü də dəyişib qəşəngləşmişdi. S.Rəhimov. qəşənglik is. Qəşəng şeyin halı; gözəllik, gözəşirinlik. [Cəmilənin] sıx qara saçları .. sifətinə bir qəşənglik, bir yaraşıq verir. S.Rəhimov. qəşş is. [ər.] Özündən getmə, ürəyi getmə, bayılma, bayğınlıq. Mən qorxudan bihuş olub yıxıldım; Qəşş aləmində bir tamaşa qıldım. A.Səhhət. • Qəşş etmək (eləmək) – 1) özündən getmək, ürəyi keçmək, bayılmaq. ..Ölünün başı dikəldi. Bunu gördükdə Molla Qasım qışqırıb qəşş etdi. S.S.Axundov. Xan .. Zamanın birçəklərindən yapışıb ayağının altına saldı. Nökər yerə düşüb qəşş etdi. Çəmənzəminli; 2) həddindən artıq istəmək, bir şeyin arzusunda, həsrətində olmaq. Qəşş olmaq – son dərəcə ruhlanmaq, canlanmaq, ləzzət aparmaq. Nə müqəddəs havası var .. hər an; Nəfəs aldıqda qəşş olur insan. H.Cavid. qət [ər.]: qət etmək – 1) kəsmək. Qət eylə aşinalığım ondan ki, qeyridir. Füzuli; 2) həll etmək, ayırd etmək, qurtarmaq. Mübahisəni qət etmək. – İki saatın içində bu işi qət eləmək olar. M.F.Axundzadə; 3) keçmək, yol getmək. Təyyarə saatda 800 kilometr yol qət edir. – Əgər fəhlələr sürətlə gedən qatara minsəydilər, Qara daşlarla liman arasındakı məsafəni beş saata qət edə bilərdilər. M.Hüseyn. Məsafəni qət etmək uzun çəkdi. Ə.Əbülhəsən; 4) qəti qərara gəlmək, qəti rəyə gəlmək, kəsdirmək. Qət etdik ki, bu gün yola düşək. – [Həcər xanım:] Oğlum, Çingiz, biz qocalar qət etdik ki, səni də aparaq. S.S.Axundov. Qət olunmaq (edilmək) – 1) (bəzən “qət olmaq” şəklində işlənir) kəsilmək. Hacı Xəlilin səsi getdikcə zəifləşirdi, axırda nəfəs bilmərrə qət olub, dodaqları yavaş-yavaş tərpənirdi. Ə.Haqverdiyev; 2) həll edilmək, həll olunmaq. Axırda qət olundu ki, təhqiqat getsin. Mir Cəlal. Qəti-əlaqə etmək – əlaqəsini kəsmək, aranı qırmaq. ..Xalqdan bir dəqiqə də olsa qətiəlaqə etmək yaramaz. M.İbrahimov. Qətinəzər etmək – üz döndərmək, əlaqəni kəsmək. Qəti-ümid olmaq – ümidini kəsmək, əlini üzmək. [Qoca:] Məndən aşan iş isə, oğlum, qəti-ümid olub bizi atıb getmə. A.Divanbəyoğlu. qəta [ər.] köhn. bax. qətiyyən. Ahim etməz heç əsər qəta sənə. Əmani. Məhəmməd Həsən əmi dünya malına əsla və qəta talib deyil.. C.Məmmədquluzadə. qətar [ər.] bax. qatar1. Nalan qəmieşqi-yardənsən; Sən dəxi bizim qətardənsən. Füzuli. qətedici sif.\n1. Kəsici, qət edən. Qətedici xətt.\n2. Həlledici, axırıncı; son. Qətedici söz. qətən [ər.] köhn. bax. qətiyyən. Belə insan kimi danışmağı mən; Sanki unutmuşdum ol zaman qətən. A.Səhhət. qətfə is. [ər.] Çiməndən sonra bədəni qurulamaq üçün böyük dəsmal. Camadarlar qətfə ilə gedirlər. Ü.Hacıbəyov. Xozeyinlər hamama gələndə özləri üçün qanavat boğçanın içində fitə, qətfə gətirirdilər. H.Sarabski. qətfəçi is. Hamamda çimənlərə qətfə verən xidmətçi; camadar. qəti sif. və zərf [ər.]\n1. Rədd edilməsi mümkün olmayan, etiraza yol verməyən; pozulmaz, möhkəm. Qəti əmr. Qəti tapşırıq. Qəti qərar. – Sarxan xırıltılı səsi ilə kinli və qəti dedi: – Qoy öldürsünlər.. M.Hüseyn. Sübhanverdizadə qəti bir ahəng və pıçıltı ilə: “Belə, ancaq belə!” – dedi. S.Rəhimov.\n2. Son, axırıncı, həlledici. Qəti cavab. Onunla qəti danışmaq lazımdır. – Hüsaməddin Qətibənin sözlərinə qəti cavab vermədi. M.S.Ordubadi. Burlaxatun son qəti dəqiqələrin gəldiyini hiss edib, .. vəsfəgəlməz iztirablar çəkirdi. M.Rzaquluzadə.\n3. Tam yəqinliklə, tamamilə, möhkəm surətdə. Qəti demək olar. // Tərəddüdsüz, sarsılmaz, möhkəm. [Barxudar] əlində paket iri və qəti addımlarla qutuya yaxınlaşanların ayaq səslərini eşidirdi. Mir Cəlal.\n4. Ən təsirli, ən şiddətli, ən kəskin, ən güclü. Qəti tədbir görmək. qətifə [ər.] bax. qətfə. O, qapını açıb gəldi, əlindəki qətifəni, kisəni və sabun torbasını atdı taxtın üstünə. C.Məmmədquluzadə. Varis əlində ağ qətifəyə sarılı bir şey içəri girdi. A.Şaiq. qətifəçi bax. qətfəçi. qətiləşdirilmə “Qətiləşdirilmək”dən f.is. qətiləşdirilmək məch. Qəti şəklə salınmaq, müəyyənləşdirilmək. qətiləşdirmə “Qətiləşdirmək”dən f.is. qətiləşdirmək f.\n1. Qəti şəklə salmaq, müəyyənləşdirmək. Məsələni qətiləşdirmək.\n2. Daha möhkəm, daha cəsarətli, yaxud daha təsirli etmək, ciddiləşdirmək. ..Düşmən sənin qorxaqlığını hiss edərsə, öz addımlarını daha da qətiləşdirər. M.S.Ordubadi. Rübabə məsələnin özünə aid olduğunu yəqin edib, səsini qətiləşdirdi: – Nə olub, ata? Mir Cəlal. qətiləşmək f. Qəti şəklə düşmək, müəyyənləşmək. qətilik is. bax. qətiyyət. qətiyyən zərf [ər.] Əsla, heç, tamamilə, zərrə qədər də olsa, heç bir vəchlə, heç bir vaxt. Qətiyyən buna razı olmarıq. – [Dərviş:] Sən elə xəyal edirsən ki, mən buranı qətiyyən tərk edirəm? A.Divanbəyoğlu. Gəldiyev də anlamışdı ki, Rübabənin ürəyində qətiyyən onu sevindirən niyyət yoxdur. Mir Cəlal. qətiyyət is. [ər.] Qətilik, rədd edilməsi mümkün olmama, müəyyənlik, möhkəmlik, tərəddüdsüzlük; əzm, səbat, cəsarət. Səlimi daxil olub yüngül bir təzimlə salam verdi. Onun simasında ağır iztirabların izi və bir qətiyyət vardı. M.İbrahimov. Onlar da son dəqiqələrinin gəldiyini görüb .. şərəflə ölməyi üstün tutan adamların qətiyyəti ilə vuruşurdular. M.Rzaquluzadə. İnad və qətiyyət ta uşaqlıqdan .. [Hüseynin] qəlbinə hakim olmuşdu. S.Rəhman. Ənvər təklifini qətiyyətlə (z.) dedi və oturanların üzünə baxdı. Mir Cəlal. qətiyyətli sif. İşində və ya sözündə səbatlı, əzmli, dəyanətli, möhkəm; sözündən dönməz, cəsarətli. Qətiyyətli adam. Qətiyyətli (z.) hərəkət etmək. qətiyyətlilik is. İşdə və ya sözdə səbat, dayanıqlıq, möhkəmlik, dönməzlik; cəsarətlilik. qətiyyətsiz sif. İşində və ya sözündə möhkəm olmayan; səbatsız, cəsarətsiz, zəif iradəli, bir fikirdə qalmayan, mütərəddid. Qətiyyətsiz adam. – Firidun qətiyyətsiz və qeyri-müəyyən istəklərin dumanlatdığı gözlərini ona çevirdi. M.İbrahimov. qətiyyətsizlik is. İşdə və ya sözdə səbatsızlıq, mütərəddidlik, iradə zəifliyi. qətl is. [ər.]\n1. Öldürmə, öldürülmə. Dilbər əlində aşiqin qətli nədən həram ola; Aşiqə çün həlal edər vəslini qan bahasına. Nəsimi. Mənə deyirlər ki, filankəs babidir; yəni mürtəddir. Mən də bilirəm ki, onun qətli vacibdir. C.Məmmədquluzadə. Zamanovun qətli məsələsi getdikcə Dəmirovu hiddətləndirirdi. S.Rəhimov. • Qətl etmək, qətlə yetirmək – öldürmək. Qətlə yetişmək – öldürülmək. ..Məşhur yunan tarix yazanı Herodot .. Misirə səyahət edən zaman Misir davasında qətlə yetişən farsları məhz başlarının çanağının nazikliyi ilə tanıyıb. C.Məmmədquluzadə. [Qayadibi kəndinin] əhalisinin bir parası qətlə yetişib, yerdə qalanı da qaçıb dağlarda, meşələrdə gizlənmişdi. S.S.Axundov. Qətli-am köhn. – ələ keçirilən bir ölkənin bütün əhalisinin qılıncdan keçirilməsi; kütləvi qırğın. Qətlinə fərman (vermək) – birinin öldürülməsi, edam olunması haqqında hökm, əmr (vermək). Natəvan, müjdə, bu gün qətlinə fərman gətirir. X.Natəvan. Bu xaki-siyəhdən başımız çərxə ucaldı; Ol lalərüxun qətlimə fərmanını görcək. S.Ə.Şirvani. ..Sünbüllər məzlum-məzlum başlarını aşağı salıb, qətlinə fərman verilmiş müqəssirlər tək cəlladları olan biçinçilərə müntəzir idilər. Ə.Haqverdiyev.\n2. din. köhn. Məhərrəmlikdə düzəltdikləri imamların öldürülməsi hadisəsini təmsil edən tamaşa; şəbih (bu mənada çox vaxt “qətl” şəklində işlənir). Soyuğa və qara baxmayaraq, qətl hazırlığı görünürdü, əlvan geyimli şəbihlər bir tərəfə toplanıb, rollarını əzbərləyir. Çəmənzəminli. qətlgah is. [ər. qətl, fars. ...gah] Adam öldürülən yer. Şah bağı indi həqiqi bir sallaqxana, qətlgah və işgəncə ocağını xatırladırdı. P.Makulu. // məc. Müharibə meydanı. qətl-qarət is. [ər.] Adam öldürməklə müşayiət edilən qarət, soyğunçuluq. Biz yalnız Təbrizdə qətl-qarətin qarşısını almaq üçün deyil, lazım görüldüyü zaman Təbrizə daxil olan qüvvətin tərk-silah olunması üçün də hazırlıq görmüşdük. M.S.Ordubadi. [Sərdar:] Şəhərdə tez-tez böyük qətl-qarətə yol verilir. P.Makulu. qətnamə is. [ər. qət və fars. ...namə] bax. qərar1 1-ci mənada. İclasın qətnaməsi. Qətnamə yazmaq. – Qədirin iştirak etdiyi elə bir iclas yox idi ki, protokolun ayağında qətnaməyə zidd gedən olmasın. Mir Cəlal. qətran [ər.] bax. qatran. Kaşanələr ağaların, qazma bizim, viran bizim; Eyş onların, nuş onların, zəhər bizim, qətran bizim. M.Müşfiq. qətrə is. [ər.] Damcı. Otuz-qırx il bundan irəli bir müsəlman ki, bir rus məclisinə düşərdi, öldürsəydin də bir qətrə də içki dilinə vurmazdı. C.Məmmədquluzadə. Artıq fəvvarədən sıçrayan qətrələr şəbnəm kimi onun [Dilşadın] incə yanaqlarına düşdü. M.S.Ordubadi. [Azad Ulduza:] Qayıdarkən səni müdafiə etdim, – deyə bilmək üçün mən son qətrə qanımı belə əsirgəməyəcəyəm. Ə.Məmmədxanlı. qətrəbəqətrə bax. qətrə-qətrə. // Bir-bir. Vəzirləriniz əlimə düşsəydilər, sözləri qətrəbəqətrə düzərdim, qardaşlarım, ərz edərdim cənaba! N.Vəzirov. qətrə-qətrə zərf Damcı-damcı. Qətrəqətrə saçılır didələrimdən qanlar. Füzuli. Çöhreyi-alında qətrə-qətrə yaş; Sanasan gülzara şəbnəm oturmuş. Q.Zakir. Firaqi-ləliləbindən o sərvi-lalərüxun; Qəmində gözdən axan qətrə-qətrə qanı yazım. S.Ə.Şirvani. qəvaid is. [ər. “qaidə” söz. cəmi] köhn. Qaydalar, üsullar. Bu bilik sayəsində öz Şərq musiqimizin qəvaidini daha tez .. dərk etmək və binaənileyh tərəqqisinə də daha artıq kömək etmək olar. Ü.Hacıbəyov. qəvi sif. [ər.] Qüvvətli, güclü, möhkəm. Beşinci tühaf “Sofi Hüseyn” adı ilə məşhur uzunboylu, ağ uzun saqqallı, qəvi heykəl bir kişi idi. Ə.Haqverdiyev. İndi [Toğrulun] qəvi əzələləri təpədən dırnağa kimi qorxunc bir əsəbilik ilə titrəyirdi. H.Nəzərli. Əgər mən olmasaydım, məsul cəbhəmdə qəvi; O zaman bu ölkədə nəyə gərəkdim, nəyə? S.Rüstəm. qəvvas is. [ər.] köhn. Batmış şeyləri və s. çıxarmaq üçün dənizin dibinə dalıb çıxan üzgüçü; dalğıc. // Klassik şeirdə və folklorda məcazi mənada işlənmişdir. Ayrılıq gölündə, qəm dəryasında; Təzə qəvvas olub üzən necoldu? (Qoşma). Atı minmişəm gəzməyə; Düşmən bağrını əzməyə; Tona çayını üzməyə; Qırat bir qəvvas olaydı. “Koroğlu”. Əgər qəvvas isən, üz arasına; Bir gör axır ondan gözlər, nə gözlər! Nəbati. Şayəd götürəm damənə ol dürri-yetimi; Qəvvasə dönüb eşqlə dəryalərə düşdüm. S.Ə.Şirvani. qəyur sif. [ər.] Qeyrətli, qeyrət çəkən, qeyrətkeş, çalışqan. Doğrudan da, Aslan qayət qəyur, çalışqan bir uşaq idi. C.Cabbarlı. qəyyum is. [ər.] hüq. Həddi-büluğa çatmamış uşaqlara, yaxud ruhi xəstəlik üzündən öz işlərini idarə etməyə qabil olmayan şəxslərə və onların mal və mülkünə nəzarət edən adam. [Ağa Mərdan:] O vaxtdan mən ona [Zeynəbə] özümü çox asanlıqla qəyyum edərəm. M.F.Axundzadə. [Mayor:] ..Hacı olub dəli, dəliyə gərək qəyyum tikilə, .. mən onu gözləyə bilmərəm. N.Vəzirov. Bu yetimlərə qəyyum olmağı özünə peşə qayırmışdı. Ə.Haqverdiyev. // məc. Vəkil. Uşaq mənimdir baba, dəxli nədir sizlərə? Kim sizi qəyyum edib, hökm edəsiz bizlərə? M.Ə.Sabir. qəyyumçuluq is. Özünü qəyyum kimi göstərmə meyli, himayəçilik (mənfi mənada). qəyyumluq is. Qəyyum vəzifəsi, qəyyum olma. Qəyyumluq etmək. – [Hacı Fərəc:] Ola bilərmi zəhmət çəkib Ziynət xanımı çağırasınız gəlsin bura, çünki qəyyumluğa dair çox vacib işlər var. N.Vəzirov. // Himayəçilik, himayə. Məsmənin həyatının üçüncü səhifəsi öz baldızının qəyyumluğundan çıxdığı tarixdən başlayır. S.Hüseyn. // məc. Vəkillik. [Oqtay:] İnsan könlü kimsənin qəyyumluğunu qəbul etməz. C.Cabbarlı. qəza I. is. [ər.]\n1. Bədbəxt hadisə, fəlakət. Dəmiryol qəzası. Gəmi qəzası. Tramvay qəzası. Qəzaya uğramaq. – Keşlə yaxınlığında qatarımız dayanmağa məcbur oldu; irəlidəki qatar qəzaya uğramışdı. S.Hüseyn. // İşlərkən sınma, xarab olma. Qazıma zamanı əyri quyu, qazıma kəmərinin daha gərgin şəraitdə fırlanması nəticəsində boruların qəzaya uğramasına və daha tez sıradan çıxmasına səbəb olur. Quliyev.\n2. Qəziyyə, gözlənilməz hadisə, vaqiə, əhvalat. Əgər bir kəsin belə bir qəza başına gəlsə, durmuyub gəlsin mənim yanıma. C.Məmmədquluzadə.\n3. Qismət, tale, müqəddərat, qədər. Vəslü firaqə vasitə çünki qədərdir, ey könül! Cəhdilə kimsə qadirin mən eləməz qəzasını. Nəsimi. [Xidmətçilər:] Qəzanın təqdirindən, usta Yusif, bu gün sən bizim padşahımızsan. M.F.Axundzadə. Fəda o qamətə kim, qəza nə xoş çəkmiş. X.Natəvan. Zəmanədə bu cəfalar mənə qəzadəndir. S.Ə.Şirvani.\n\nII. is. [ər.] tar. 1917-ci il rus inqilabından qabaq quberniya və ya başqa böyük inzibati-ərazi vahidi tərkibində və SSRİ-də rayon bölgüsünə qədər olan inzibati-ərazi vahidi. Qəza naçalniki, ofiserlər, bir neçə yüz də kazak orada durmuşdu. M.S.Ordubadi. Çaparxananı idarə edən Rəhim bəy tamam qəzada “Gödək Rəhim bəy” adı ilə məşhur idi. Ə.Haqverdiyev. 1921-ci ildə Azərbaycan qəzaları içərisində ikinci olaraq Qubada qəzet nəşr edilməyə başlayır. Ə.Sadıq. // Qəza mərkəzi mənasında. Qəzadan gələn işçi nitqlər söyləyirdi, idarələri təftiş edirdi və şikayətlərə baxırdı. B.Talıblı. qəzadan zərf Gözlənilmədən, təsadüfi olaraq, təsadüfən, birdən. Sərçəni bir qırğı edərkən şikar; Bir tələyə oldu qəzadan düçar. A.Səhhət. Qəzadan o gecə həmin mənhus gecə imiş ki, məzlum artist onun sabahı günü xüsusi öz faciəsində axırıncı rolunu oynayıb, fani dünya ilə əbədi vida edəcəkmiş. S.M.Qənizadə. qəzal is. [ər.] Ahu, buynuzu hələ çıxmamış ceyran balası (klassik şeirdə: gözəl, dilbər mənasında işlənmişdir). Gördü ki, bir ovçu dam qurmuş; Daminə qəzallar üz vurmuş. Füzuli. Zülfləri sünbüldür, yanağı lalə; Baxışı tən edər vəhşi qəzalə. S.Ə.Şirvani. qəzalə is. [ər.] klas.\n1. Dişi ceyran; dişi ceyran balası. Gərək gözlərinə millər çəkilə; Hər kim desə vəhşi qəzalə sənə. Q.Zakir.\n2. məc. Ceyran gözünə işarədir. Zülfləri sünbüldür, yanağı lalə; Baxışı tən edər vəhşi qəzalə. M.P.Vaqif. qəzavat is. [ər.] din. köhn. Müsəlmanlıqda: islam dinindən olmayan xalqlarla din uğrunda aparılan müharibə; cihad. qəzavət is. [ər.] din. köhn. Qazilik, qazi idarəsi, dini idarə. Mülki və siyasi işlər hökumətə aid məsələ olduğundan, qəzavət bu işə qarışmamışdır. M.S.Ordubadi. qəzavətxana is. [ər. qəzavət və fars. ...xanə] Dini məhkəmə, qazıxana. Ruhaniləri və qazıları ancaq məscidlərdə və qəzavətxanalarda görməlidir. M.S.Ordubadi. Qaldı bu barədə nəqdən xeyli məbləğ lazımdır ki, qəza qazisi qəzavətxanasında bu iş hiyleyişərə salınsın. S.Rəhimov. qəza qədər (=qəzavü qədər) is.\n1. Tale, qismət, müqəddərat. Müvərrixlər [Napoleona] qəzavü qədərin oğlu ləqəb veribdirlər. M.F.Axundzadə. Qəzavü qədərin ağırlığını biz çəkməsək də, kim çəkəcəkdir? M.S.Ordubadi. Kazım da qəzavü qədərə inanan adam olduğu üçün, arvadın sözləri ona bir az təsəlli verdi. Çəmənzəminli.\n2. Başa gələn hadisə, əhvalat, macəra, qəziyyə. Əgər keçən vaxtlarda mənim başıma gələn qəzavü qədəri nəql eləsəm, o vədə görərsiniz ki, dustaqxanadan qorxmağa mən çox haqlıyam. C.Məmmədquluzadə. Mənim qəzavü qədərim çoxdur, çox işdə olmuşam. A.Şaiq. Səməd dayının başına gələn qəzavü qədər qayət maraqlı olduğundan, hər iki kişinin sinirlərini oyatdı. B.Talıblı. qəzavü qədər (=qəza qədər) is.\n1. Tale, qismət, müqəddərat. Müvərrixlər [Napoleona] qəzavü qədərin oğlu ləqəb veribdirlər. M.F.Axundzadə. Qəzavü qədərin ağırlığını biz çəkməsək də, kim çəkəcəkdir? M.S.Ordubadi. Kazım da qəzavü qədərə inanan adam olduğu üçün, arvadın sözləri ona bir az təsəlli verdi. Çəmənzəminli.\n2. Başa gələn hadisə, əhvalat, macəra, qəziyyə. Əgər keçən vaxtlarda mənim başıma gələn qəzavü qədəri nəql eləsəm, o vədə görərsiniz ki, dustaqxanadan qorxmağa mən çox haqlıyam. C.Məmmədquluzadə. Mənim qəzavü qədərim çoxdur, çox işdə olmuşam. A.Şaiq. Səməd dayının başına gələn qəzavü qədər qayət maraqlı olduğundan, hər iki kişinin sinirlərini oyatdı. B.Talıblı. qəzazədə sif. [ər. qəza və fars. ...zədə] Qəzaya uğramış, qəzadan zərər görmüş. qəzyt is. [ital.] Hər gün, bəzən vaxtaşırı nəşr edilən və ictimai-siyasi həyatın cari məsələlərindən bəhs edən, habelə tənqidi və kütləvi elmi məqalələr dərc edən böyük səhifələr şəklində dövri mətbuat orqanı. Gündəlik qəzet. Həftəlik qəzet. Qəzet müxbiri. – [Səttarxan:] Bizə öz ana dilimizdə məktəb, kitab, qəzet lazımdır. M.S.Ordubadi. Novruzun qəzetdə çıxmış şəkli əldən-ələ dolaşır, onun adı dillərdə əzbər olurdu. S.Rəhman. • Qəzetə vurmaq dan. – qəzetdə tənqid etmək, qəzetdə ifşa etmək. [Mədəd:] Bu boyda kənddə bizdən savay adam tapmadınız qəzetə vurasınız? İ.Əfəndiyev; // ümumiyyətlə, haqqında qəzetdə yazılmaq. Divar qəzeti – idarə, ya müəssisənin yerli ictimai təşkilatının əl ilə, yaxud maşında yazılıb divara vurulan qəzeti. Zavodun divar qəzeti. Məktəbin divar qəzeti. – ..Divar qəzeti üçün çəkdiyim şəkildə yazın əvvəlində Ağsu qovaqlarının başında hacıleyləklər yuva tikmişdi. Ə.Məmmədxanlı. ‣ Canlı qəzet – hər cür yenilikləri bilən və yayan adam haqqında. qəzetçi is.\n1. Qəzet nəşr edən, qəzet sahibi, yaxud mühərriri. Mənə hər qəzetçi bərəldir gözün; Yazır hey qəzetlərdə məktəb sözün. M.Ə.Sabir. Qəzetçi bir elə şəxsdir, ağlı, kəmalı cəhətcə yaxşı əhvalatlar, yaxşı xəbərlər yığıb çap eləyib dağıdar o yan-bu yana. C.Məmmədquluzadə.\n2. Qəzet işçisi, qəzet müxbiri.\n3. bax. qəzetsatan. qəzetçilik is. Qəzet nəşr etməklə, ya qəzetə yazmaqla məşğul olma; qəzet redaktorluğu; qəzetçinin peşəsi, ixtisası; mühərrirlik. qəzetxana is. köhn. Qəzet idarəsi, qəzet redaksiyası. qəzetsatan is. Küçədə əlində, ya budkada qəzet satan adam. Körpü üstündə cürbəcür səslər eşidilirsə də, qəzetsatanların səsi bütün bu səslərə üstün gəlirdi. M.S.Ordubadi. qəzəb is. [ər.] Hiddət, acıq, hirs, qeyz. [Səba xanım:] Bir tərəfdən mələkəyə ürəyim yanır, o biri tərəfdən də Atabəyin qəzəbindən qorxuram. M.S.Ordubadi. Ağıllı qoca .. sözə qarışdı, xanın ürəyindəki qəzəb atəşinə su səpməyə çalışdı. M.Rzaquluzadə. Balaca Abbasqulunun insanpərvərliyi zalım xanın qəzəbinə üstün gəldi. Ə.Sadıq. • Qəzəbi tutmaq – çox hiddətlənmək, qəzəblənmək, qeyzlənmək. Bir dəfə nə üstə isə naçalnikin buna qəzəbi tutub dedi: – Səfər! Papağını götür, buradan get. Ə.Haqverdiyev. qəzəbləndirilmə “Qəzəbləndirilmək”dən f.is. qəzəbləndirilmək məch. Çox hirsləndirilmək, qəzəblənməsinə, hiddətlənməsinə səbəb olmaq, qeyzləndirilmək. qəzəbləndirmə “Qəzəbləndirmək”dən f.is. qəzəbləndirmək f. Çox hirsləndirmək, hiddətləndirmək, qızışdırmaq; hirslənməsinə, qəzəblənməsinə, hiddətlənməsinə səbəb olmaq. Lakin bu hal onu düşündürməkdənsə, daha da qəzəbləndirmişdi. M.İbrahimov. qəzəblənmə “Qəzəblənmək”dən f.is. qəzəblənmək f. Çox hiddətlənmək, hirslənmək, qızmaq, açığı tutmaq, özündən çıxmaq, qızışmaq. // Eyni mənada heyvanlar haqqında. Qəzəblənmiş köpəklər də arxada durub, mollanın sözünə həmahəng olaraq hürür, dəhşətli, əzəmətli sükutu pozurdular. B.Talıblı. Qurd cavab tapmadı, qəzəbləndi; Qışqırıb çox acıqlı səsləndi. A.Səhhət. qəzəbli sif. və zərf Hiddətli, qeyzli, hirsli, acıqlı. Qəzəbli baxış. – Bəy qapıya çıxdı. Nəbi yaxın gedib, onun qolundan yapışdı, üzünə qəzəbli baxıb dedi.. “Qaçaq Nəbi”. qəzəbnak zərf [ər. qəzəb və fars. ...nak] köhn. Qəzəbli, qəzəbli halda. Əkbər cavab verməyib, axır qəzəbnak: “Bir yol, sənin borcun deyil”, – deyib gedib yatdı. Ə.Haqverdiyev. • Qəzəbnak olmaq köhn. – qəzəblənmək, hiddətlənmək, bərk acığı tutmaq. [Şahmar bəy:] Nə bais olub bu qədər qəzəbnak olmağınıza? N.Vəzirov. Gülpəri bu əhvalatdan qəzəbnak olub: – Təzə gəlini beləmi qəbul edərlər, sən məni buraya yasamı gətirmisən? – deyə qışqırdı. S.S.Axundov. qəzəl is. [ər.]\n1. ədəb. Eşq və məhəbbəti tərənnüm edən, beytlərinin qafiyəsi bir olan 5-10 beytli lirik şeir (əski şeir forması). Füzulinin qəzəlləri. – Gəl danışma müxəmməsdən, qəzəldən; Şeri-həqiqətdən, mədhi-gözəldən.. M.V.Vidadi. O kimdir sularda qəzəl oxuyur? Cahana hər gələn bir əsər qoyur. S.Vurğun.\n2. mus. Mahnı – romans janrına yaxın, kiçik formalı musiqi əsəri. Üzeyir Hacıbəyovun Nizaminin sözlərinə yazdığı “Sevgili canan”, “Sənsiz” qəzəlləri. ‣ Qəzəl oxumaq məc. – boşboğazlıq etmək, boş-boş danışmaq. qəzəlçi sif. və is. Qəzəl, yaxud köhnə qəzəl şəklində şeir yazan. Qəzəlçi şair. qəzəlçilik is. Qəzəl, yaxud köhnə qəzəl şəklində şeir yazma meyli. C.Cabbarlı öz məqalələrində .. Azərbaycan ədəbiyyatının qarşısında duran vəzifələri aydınlaşdırmağa çalışır, köhnə şeirdə əmələ gələn durğunluqdan – “nəzirəçilikdən”, “qəzəlçilikdən” bəhs edirdi. M.Arif. qəzəlxan sif. [ər. qəzəl və fars. ...xan] köhn. Qəzəl oxuyan, qəzəl söyləyən. // məc. Tərənnümçü. Hər səhər, Heyran, qəzəlxan olmalı bülbül kimi; Gül firaqi-fəsli-güldə bülbülü zar öldürər. Heyran xanım. Gedənlər qaranlığın qoynuna girib gözdən itirkən, o, Gəncənin qəzəlxan bülbülü susdu. M.S.Ordubadi. qəzəliyyat is. [ər.] köhn.\n1. Qəzəllər; qəzəllər məcmuəsi. Füzulinin, Seyid Əzimin qəzəliyyatı. – Orta Asiya Şərqə qəzəliyyat və fəlsəfə cəhətcə bir çox böyük şəxslər vermişdir. Ə.Haqverdiyev.\n2. məc. Boş söhbətlər. qəzəlləmək f.\n1. Qəzəl söyləmək, qəzəl oxumaq.\n2. məc. Uzunçuluq eləmək, boş-boş danışmaq. qəzəvat bax. qəzavat. qəzil is. Keçi qılı. Deyir, gərək bu saat iki keçinin qəzilini verəsən. Ə.Vəliyev. // Keçi qılından toxunmuş (düzəldilmiş). Qəzil xurcun. Qəzil sicim. – [Kişi] çubuğunu .. söykəyib, qəzil xurcundan qılçıqlı arpanı çuxasının ətəyinə doldurdu. S.Rəhimov. qəzilləmə “Qəzilləmək”dən f.is. qəzilləmək f. məh.\n1. Möhkəm bir iplə bağlamaq.\n2. məc. Dilə tutmaq, tovlamaq, aldatmaq, dolaşdırmaq. qəzilli sif. Qıllı. Sürünün qabağında uzun qəzilli, dik, burma buynuzlu, ala erkəc başını yerə əyir. S.Rəhimov. qəziyyə is. [ər.]\n1. Əhvalat, hadisə, vaqiə, təsadüf, macəra. [Vəzir:] A kişi, bu gün başıma bir qəziyyə gəlibdir ki, heç fikrimdən keçməzdi. M.F.Axundzadə. Məmmədrza Tamamın faciəli qəziyyəsini nağıl etdikdə, .. göz yaşları neysan yağmuru kimi tökülüb otları islatdı. S.S.Axundov. // İş, məsələ mənasında. Bu, həlli çətin olan bir qəziyyədir.\n2. Məntiqdə: hökm, fikir, müddəa. ..Biz daima bir-birinə zidd olan iki qəziyyəni birbirinə qarışdıraraq, bir qəziyyə saymışıq. M.F.Axundzadə. qıc qıc olmaq – keyləşmək, hissizləşmək, çəng olmaq, hərəkətdən düşmək. Əlayağı qıc olmaq. Qorxudan bədəni qıc oldu. – Çimən adamın qol və ya qıçı qıc olduqda onu dərhal sahilə çıxarıb, çəng olan qolunu və ya qıçını ovmaq lazımdır. Babayev. qıcama “Qıcamaq”dan f.is. qıcamaq dişlərini qıcamaq – acığından, hiddətindən və ya başqa bir səbəb üzündən dişlərini bir-birinin üstünə basıb bərk sıxmaq. Pənah dişlərini qıcıyıb əlini qaldırdı. İ.Məlikzadə. Qədim dişlərini qıcayıb: – Mirab, – dedi, – buyurursunuz bu gün də su olmayacaq?! S.Rəhimov. Mənim də dədəmin baş-gözü şişib, – deyə Mahmud dişlərini qıcadı. P.Makulu. qıcanma “Qıcanmaq”dan f.is. qıcanmaq f. Birini vurmaq və ya qorxutmaq məqsədi ilə əlini və ya başqa bir şeyi onun üzərinə qaldırmaq; qolaylanmaq. // Üzərinə atılmaq. qıcıq is.\n1. Xarici mühitin orqanizmə, yaxud onun bir hissəsinə təsiri nəticəsində əmələ gələn təxərrüş halı. Bütün canlılar mühitin qıcıqlarına maddələr mübadiləsinin dəyişməsi ilə cavab verir, yəni reaksiya göstərir. M.Axundov. Orqanizmi gücü müxtəlif olan qıcıqların təsirinə alışdırmaq lazımdır. Babayev.\n2. bax. qıdıq. qıcıqlama “Qıcıqlamaq”dan f.is. qıcıqlamaq f.\n1. bax. qıdıqlamaq. ..Toğluların yumşaq yunu və istiliyi sanki Qulunun əlini qıcıqlayırdı. M.İbrahimov.\n2. Əsəbiləşdirmək, təsir etmək. İçərisində sanki bir şey üzülmüşdü, ətrafında gördüyü hər şey ona toxunur, qıcıqlayırdı. Çəmənzəminli. qıcıqlandırıcı bax. qıcıqlayıcı. qıcıqlandırılma “Qıcıqlandırılmaq”dan f.is. qıcıqlandırılmaq məch. Təxərrüşə gətirilmək, gicişdirilmək, qıdıqlandırılmaq. qıcıqlandırma “Qıcıqlandırmaq”dan f.is. qıcıqlandırmaq f. Orqanizmə, yaxud onun bir hissəsinə təsir etmək, təxriş etmək, gicişdirmək. Limonun turşusu dilin əsəblərini qıcıqlandıraraq, vəzini tüpürcək ifrazına vadar edir. Hacıyev. Kartof bişirilmiş suda bağırsaqları qıcıqlandıran maddə vardır, buna görə bu su heyvanlara verilməməlidir. “Zootexniya”. qıcıqlanma “Qıcıqlanmaq”dan f.is.; təxərrüş. qıcıqlanmaq f. Qıcıq hiss etmək, qıdıqlanmaq, gicişmək. Surxay burnunun qıcıqlandığını hiss etdi. İ.Əfəndiyev. qıcıqlayıcı sif. Qıcıqlandıran, qıcıq təsiri oyadan, təxriş edən, təxərrüşə gətirən. Bir qədər sonra [Qoçər] kəskin qıcıqlayıcı bir qoxudan ayılıb yenə gözlərini açdı. M.Rzaquluzadə. qıcıldanmaq f. dan. Maraqlanmaq, həvəs göstərmək, kişilik hissləri ayılmağa başlamaq. Cəmilin bığ yeri çoxdan tərləmişdi. Necə deyərlər, yavaş-yavaş qıcıldanır, gəlinə, qıza baxırdı. Ə.Vəliyev. qıcımaq 1. bax. qıcamaq.\n2. bax. qıcırdamaq. qıcırdama “Qıcırdamaq”dan f.is. qıcırdamaq f. Bir-birinə sürtülərək qıcırtı səsi çıxarmaq. Oxucum, yaxın gəl, bir diqqətlə bax; Qollarında zəncir qıcırdayaraq; O, qabaqda gedən kimdir, sorsana! R.Rza. Xanın bütün vücudu əsdi, dişləri qıcırdadı, gözləri dumanlandı. M.Rzaquluzadə. qıcırdatma “Qıcırdatmaq”dan f.is. qıcırdatmaq f. İki şeyi (və ya dişlərini) bir-birinə sürtərək qıcırtı səsi çıxarmaq. Dişlərini qıcırdatmaq. – [Beyrək] dişlərini bir-birinə sıxıb qıcırdatdı və başını qaldırıb göyə, .. ulduzlara baxdı. M.Rzaquluzadə. Turac dişlərini qıcırdadaraq Uğura baxır. İ.Əfəndiyev. qıcırtı is. İki şeyin (və ya dişlərin) birbirinə sürtülməsindən hasil olan səs. Dişlərinin qıcırtısından yatmaq olmur. – ..Arabaların qıcırtısı, şən uşaqların bağırtı və gurultusundan canlı və dəbdəbəli görünən kəndi, indi səs-səmirsizlikdən irəli gələn bir hüzn qaplamışdı. A.Şaiq. O, yerində qımıldandı və ayağına vurulmuş ağır paslı zəncirin qıcırtısı sanki onu ehtiyatlı olmağa çağırırdı. M.Rzaquluzadə. qıcırtmaq bax. qıcırdatmaq. Molla Kərim də dişlərini qıcırdıb, əsasının şiş ucu ilə çuvalın o yan-bu yanına bir-iki dəfə vurdu. B.Talıblı. qıcıtma “Qıcıtmaq”dan f.is. qıcıtmaq f.\n1. bax. qıcamaq. Təməin indi nədir ya? Qıcadırsan dişini? M.Ə.Sabir.\n2. “Göz” sözü ilə bərabər: göz qıcıtmaq – göz ağartmaq, qorxutmaq, göz dikmək. Bilsin hamı nələr yazmış tarixlərə Azərbaycan; Dərs götürsün sözümüzdən yurdumuza göz qıcıdan! R.Rza. qıcqırma “Qıcqırmaq”dan f.is. • Ürək qıcqırması – mədə şirəsinin çoxluğu, bəzən də azlığı nəticəsində mədə nahiyəsində turşuluq hissi. qıcqırmaq f. İstidən, çox qalmaqdan və s. səbəblər üzündən turşuyub xarab olmaq, şişib qoxumaq. Qatıq qıcqırıbdır. // Qıcqırma halında olmaq, turşumaq, acımaq. Xəmir qıcqırıbdır. qıcqırmış f.sif. İstidən, çox qalmaqdan və ya başqa səbəbdən turşumuş, turşuyub xarab olmuş, şişib qoxumuş. Qıcqırmış süd. Qıcqırmış xəmir. – Şərbət bir az qalanda qıcqırıb xarab olur və belə qıcqırmış şərbət arıları naxoş edir. H.Zərdabi. qıcqırtma “Qıcqırtmaq”dan f.is. qıcqırtmaq f. Bir şeyin qıcqırmasına səbəb olmaq, turşutmaq. Qatığı qıcqırtmaq. Südü qıcqırtmaq. Xəmiri qıcqırtmaq. qıclaşma “Qıclaşmaq”dan f.is. qıclaşmaq f. Qıc olmaq. qıclıq is. Qıc olmuş bədən üzvünün halı; keylik, hissizlik, çənglik. qıç is.\n1. İnsan bədəninin, ombadan başlamış ayağa qədər olan və insanın yeriməsinə xidmət edən üzvü. Qıçları ağrımaq. Qıçları əyri. Qıçı sınmaq. – Bəhram arxası üstə sərilib, qıçlarını tamam uzatdı. Ə.Vəliyev. // Heyvanlarda eyni vəzifəni görən bədən üzvü. Atın dal qıçları qara, qabaq qıçları isə ağdır. – Tısbağa başını qınına çəkən kimi topal qıçını altına çəkib gizlətdi. Mir Cəlal.\n2. Bir şeyin (mebelin və s.-nin) yerə dirənən hissəsi, duracağı. Stolun bir qıçı sınmışdır. – İndi də tövlənin bir küncünə atdığı sınıq-sınıq kürsünün qıçına mıx çalırdı. M.İbrahimov. qıça I. is. Ağac və ya gül budağı; bitkinin qolu. Qarğıdalı toxumu dən qıçadan ayrıldıqdan sonra diqqətlə təmizlənməli, onun cücərmə qabiliyyəti yoxlanılmalıdır. (Qəzetlərdən). Bəzən dənləri və özəyi ilə birlikdə bütün qıçanı üyüdüb un hazırlayırlar. “Zootexniya”. Sən vətən bağında güllü bir qıça; İyləyib nədəndir, doymuram səndən? S.Rüstəm.\n\nII. is. Bir şeyin bölündüyü, ayrıldığı hissələrdən hər biri; tikə, parça, dilim. Bir qıça paxlava. Alma qıçası. Bir qıça soğan. – Gördüm ətəklərini dizinin altına soxdu, çayına da bir qıça qənd atdı. Qantəmir. qıçalama “Qıçalamaq”dan f.is. qıçalamaq f. Qıça-qıça doğramaq. qıçalanma “Qıçalanmaq”dan f.is. qıçalanmaq məch. Qıça-qıça doğranmaq. qıçavari sif. Qıça kimi, qıçaya bənzər, qıça şəklində. qıçsız sif. Bir qıçı, yaxud qıçları olmayan; qıçı, yaxud qıçları kəsilmiş. Qıçsız adam. Qıçsız stol. qıçsızlıq is. Qıçı, yaxud qıçları olmayan adamın halı. qıdıq is. Bədənin bir yerinə əl və s. ilə toxunduqda onda əmələ gələn və adamın qeyri-ixtiyari gülməsinə səbəb olan hal; yüngül təxərrüş, qıcıq; qıcıqlanma hissi. • Qıdığı gəlmək (tutmaq) – bax. qıdıqlanmaq 2-ci mənada. Ayağının altına əl vurduqda, qıdığı tutur. – Atası onun boğazının altından öpər, onun qıdığı tutub gülməkdən uğunardı. M.Rzaquluzadə. Qıdığını tutdurmaq – bax. qıdıqlamaq. qıdıqlama “Qıdıqlamaq”dan f.is. qıdıqlamaq f.\n1. Birinin bədəninin bir yerinə əl və s. ilə toxunmaqla həmin yerin qıcıqlanmasına səbəb olmaq. Uşağı qıdıqlamaq ziyandır. – Qumru öz arıq və uzun boynunu uzadaraq Məsuməni qucaqlayıb öpməyə və qıdıqlamağa başladı. S.Şamilov.\n2. məc. Təxərrüşə gətirmək, qıcıqlandırmaq. Kababın iyi burnumuzu qıdıqladı. qıdıqlanma “Qıdıqlanmaq”dan f.is. qıdıqlanmaq 1. “Qıdıqlamaq”dan məch.\n2. qayıd. Bir yerinə toxunulduqda qıdığı gəlib qeyri-ixtiyari gülmək. qıdıqlaşma “Qıdıqlaşmaq”dan f.is. qıdıqlaşmaq qarş. Bir-birini qıdıqlamaq. qıdıqlı sif. Qıdığı gələn, qıdığı tutan, tez qıdıqlanan, qıdığa çox həssas olan. Qıdıqlı adam. qıdır-bıdır is. dan. Tez-tez və anlaşılmaz danışma. qıd-qıd is. dan. Deyinmə; dedi-qodu, mübahisə. qıf is. Mayeləri qaba tökmək və ya süzmək üçün alt tərəfində dar lüləsi olan konusşəkilli cihaz. qıfgülü is. məh. bot. Çoxillik sürünən ot bitki və onun qıfa oxşayan çiçəyi. qıfıl is. Qıfıllamaq (bağlamaq) üçün açarla bağlanıb açılan alət; kilid. Qapının qıfılını açmaq. – Məktəbin qapısında böyük bir qıfıl asılmışdı. A.Şaiq. // xüs. Müxtəlif mexanizmlərdə və s.-də həmin vəzifəni görən qurğu. [Heydər] aşağıdan qalxıb, bərabərinə yetişən qıfılı qazıma borusuna keçirtdi. M.Hüseyn. qıfılbənd 1. sif. Möhkəm bağlanmış, qıfıl ilə bağlanmış.\n2. ədəb. Aşıq ədəbiyyatında: müəmmalı sual (tapmaca) şəklində şeir forması. qıfılçı is. Qıfıl qayıran usta. qıfıllama “Qıfıllamaq”dan f.is. qıfıllamaq 1. t.-li. Qıfıl ilə bağlamaq. Qapını qıfıllamaq. Dükanı qıfılladılar. – Musa kişi Əli əmniyyəbaşı yatan otağı çöl tərəfdən qıfıllayıb, uşaqlarının yanına qayıtdı. M.İbrahimov.\n2. t.-siz. məc. Ağzını yummaq. // Əmr formasında: qıfılla – ağzını yum! sus! dinmə! qıfıllanma “Qıfıllanmaq”dan f.is. qıfıllanmaq məc. Qıfıl ilə bağlanmaq. qıfıllanmış f.sif. Qıfılla bağlanmış. [Kitabçada] göstərilir ki, elmin qıfıllanmış qapıları əməkçi xalqın üzünə açılır. S.Rəhimov. // Bağlanmış. qıfıllatma “Qıfıllatmaq”dan f.is. qıfıllatmaq icb.\n1. Qıfılla bağlatmaq.\n2. məc. Ağzını yumdurmaq, danışmağa qoymamaq. qıfıllı sif. Qıfılla bağlanmış, bağlı. Qıfıllı qapı. Qıfıllı sandıq. Darvaza küçə tərəfdən qıfıllıdır. // Qıfılı olan. qıfvari sif. Qıf şəklində olan, qıfaoxşar. qığ is. Qoyun, keçi, dəvə və başqa heyvanların xırda yumrular şəklində olan ifrazatı (nəcisi). Balam, nə işimiz var? Deyərik: dəvə gördün, qığın da görmədim. M.F.Axundzadə. qığılcım is.\n1. Yanar, yaxud qızarmış bir şeydən sıçrayan od zərrələri; çırtdaq, cılğam, çınqı. O ki qaldı “qığılcım” kəlməsinə, azərbaycanca qığılcım ən kiçik od şərarələrinə deyilir. M.F.Axundzadə. Yoğun elektrik kabelinin mis qabığında, çeçələ barmağının ucu enində bir yer sürtülüb açılmış və iki xətt bir-birinə toxunub qığılcım vermiş, bundan da havaya hopan qaz od tutmuşdu. M.Hüseyn. // Parlaq, işıldayan zərrə; parıltı, bərq. Almazın qığılcımları. Brilyant qığılcım saçır.\n2. məc. Bir şeyin çox qüvvətli təzahürü, əlaməti, nişanəsi, işartısı mənasında. [Kərim babanın] .. qalın iri dodaqlarında daşqın sevinc qığılcımları uçuşaraq: – Qızılquş, balasını bu səslə çağırır, – dedi. A.Şaiq. Bu şeirlər Sabir satirasının zəif bir qığılcımını andırsa da, orijinal xüsusiyyətə malik idi. M.İbrahimov. Lakin bu ümid qığılcımı bir an parlayıb yenə də söndü. M.Rzaquluzadə. qığılcımlanma “Qığılcımlanmaq”dan f.is. qığılcımlanmaq f. Qığılcım çıxarmaq, qığılcım saçmaq; qığılcım kimi işıq vermək, qığılcım kimi parlamaq; bərq vurmaq. qığılcımlı sif. Qığılcım verən, qığılcım çıxaran, qığılcımsaçan. // məc. Odsaçan, coşqun, ehtiraslı, qızğın. qığılcımsaçan bax. qığılcımlı. [Toğrul] qığılcımsaçan böyük gözlərini bir an yerə dikərək, [növbətçinin] gözləri içinə dərin-dərin baxdı. H.Nəzərli. qığıldama “Qığıldamaq”dan f.is. qığıldamaq f. Qığ-qığ etmək (körpə uşağın gülərək çıxardığı səs). Əşrəf hər səhər quşlar kimi erkən oyanar, kiçik beşiyinin içində qığıldamağa başlar. A.Şaiq. // Qağıldamaq. qığıldanma “Qığıldanmaq”dan f.is. qığıldanmaq bax. qığıldamaq. [Xudaverən] yasavulun ayaq tərəfindən oynaqlayıb, – “Dədə, dədə!” – deyə qığıldandı. S.Rəhimov. qığıldaşma “Qığıldaşmaq”dan f.is. qığıldaşmaq qarş. Bir yerdə, hamı birdən qığ-qığ səs çıxarmaq (körpə uşaqlar haqqında). // Yerbəyerdən qığıldamaq. Qarğa kimi çox da qığıldaşmayın; Ay cücülər, bəsdi, cırıldaşmayın! Ə.Nəzmi. qığıltı is. Körpə uşağın çıxardığı səs, qığ-qığ səs çıxarması. qığırdaq is. anat. Orqanizmin azca sərt, elastik birləşdirici toxumadan ibarət olan hissəsi və ya sümüklərin oynaqlarının üstünü örtən gəmircək, xımırtdək. qığırdaqlı sif. Qığırdağı olan, yaxud qığırdaqdan ibarət olan. Qığırdaqlı sümük. Qığırdaqlı balıqlar. qığ-qığ təql. Körpə uşaqların gülərkən çıxardıqları səs. qığlama “Qığlamaq”dan f.is. qığlamaq f. Qığ buraxmaq, qığ ifraz etmək (qoyun, keçi, dəvə haqqında). qığlıq is. Qoyunun, keçinin gödək bağırsağı. qıxmıq is. məh. Ağacı, odunu yararkən qopub düşən parçalar, baltanın altından çıxan odun qırıqları, talaşa. qıxmıqlamaq f. məh. Odunu balta ilə xırda-xırda doğramaq, qıxmıq halına gətirmək. qıjhaqıj zərf Çox sürətlə, çox iti, qıjıltı ilə. Araz qıjhaqıj axır, dumanlı gecədir, gahgah ildırım çaxır. M.F.Axundzadə. Adətimiz daş idi dəva günü; Tullar idik əldə sapan, qıjhaqıj. M.Ə.Sabir. Sellər qıjhaqıjla tüğyan edirdi. İ.Əfəndiyev. qıjı is. bot. Rütubətli yerlərdə bitən uzun və dilik-dilik yarpaqları olan bir bitki. Əbil pendirlə qıjını lavaşın arasına qoyub, dürməklədi və çox iştaha ilə yedi. Ə.Vəliyev. qıjılama “Qıjılamaq”dan f.is. qıjılamaq f. Qablaşdırılan meyvənin altına və üstünə qıjı qoymaq, qıjı ilə örtmək. Alma yeşiklərini qıjılamaq. qıjılatmaq icb. Qıjı qoydurmaq, qıjı ilə örtdürmək. qıjıldama “Qıjıldamaq”dan f.is. qıjıldamaq f. Qıjıltı səsi çıxarmaq, qıjqıj etmək. Çay yaman qıjıldayır. Tapançanın gülləsi qıjıldayıb keçdi. – Ox qıjıldadı və .. Buğacın iki kürəyinin arasına sancıldı. M.Rzaquluzadə. qıjılıq is. Qıjı otu bitən yer. Arxın qırağı başdan-başa qıjılıqdır. Öküz qıjılıqda yatıbdır. qıjıltı is. Çox iti axan suyun, yaxud havanı yarıb keçən cismin çıxardığı səs. Qalın meşə, yaşıl ot adam boyunda, gözəl quşların nəğmələri, iti bulaqların qıjıltısı, havanın təmizliyi insana ləzzət verir. N.Nərimanov. Buğac .. oxu xanın qarşısında o qədər yaxından atdı ki, kamanın vıyıltısı ilə oxun qıjıltısı aydın eşidildi. M.Rzaquluzadə. qıjıltılı sif. Qıjıltı ilə axan, çox iti axan. Qəhrəman .. aşağılarda, çox dərinlərdə axan qıjıltılı çaya baxırdı. S.Rəhimov. qıj (=qıj-qıj) təql. Qıjıltı səsi. Gəştə çıxsa ərşə qara qarğalar; Çalar qanadların, ay eylər qıj-qıj. Aşıq Ələsgər. qıj-qıj (=qıj) təql. Qıjıltı səsi. Gəştə çıxsa ərşə qara qarğalar; Çalar qanadların, ay eylər qıj-qıj. Aşıq Ələsgər. qıjov is. Çayda suyun çox sürətlə axdığı yer. ..Tor isə birdən ona güc gəlir, o da qabaqkı kimi özünü çayın qıjovuna verirdi. S.Rəhimov. qıqqıldama “Qıqqıldamaq” f.is. qıqqıldamaq f. Gülmək. ..Bəylər də qıqqıldaya-qıqqıldaya (z.) qızların oynamasına çəpik çalırdılar. C.Məmmədquluzadə. qıl is. Bəzi heyvanların və insanın bədənində çıxan sərt, qalın tük. Keçi qılı. At qılı. – Qaratoyuq tutmaq üçün at qılından cələ hörüb bağda, ağaclar altında çox xəzəl olan yerdə qururduq. S.S.Axundov. Möhkəm sarılmış keçi qılı sicim [xanın] biləklərini zəncir kimi kəsdi. M.Rzaquluzadə. ‣ Qıl kimi – çox nazik, çox incə. Qüssəsindən başımın qıl kimi incəlmiş tənim. Füzuli. Elə ki həşərat yavuq gəldi, buqələmun nazik qıl kimi dilini çıxarıb həşərat tərəfə uzadır. H.Zərdabi. Qıl qədər – azacıq, lap az, zərrə qədər. Qıldan asılmaq – əmanətə bənd olmaq, bir təsadüfdən asılı olmaq, təhlükə altında olmaq. [Sona xanım:] Gecələr sübhədək quru öskürək məni boğur; ürəyim qıldan asılır, indi qırılar, bir saatdan qırılar, – deyirəm. Ə.Haqverdiyev. Qılı qıldan seçmək – incədən incəni seçmək, ən xırda şeyi seçmək, görmək. Aralarından qıl keçməmək – çox yaxın, mehriban dostlar haqqında. ..Cavanlıqdan ta Kərbəlayı Heydər ölən günə kimi Xudayar bəy ilə onun arasından qıl keçməzdi. C.Məmmədquluzadə. qılan is. məh. Əyrilə bilməyən yoğun tüklü yun. qılbaş is. Çox zaman əl barmaqlarının baş tərəfinə dırnaq dibinə çıxan əziyyətli yara; dolama. qılboyun sif. Boynu nazik, çox arıq. qılca zərf Zərrə qədər, zərrəcə, bir tük qədər, qətiyyən, əsla. qılça bax. qıç. Qılçası ağrımaq. Qılçası sınmaq. – Ancaq biçarə arvadın sağ qılçası dizdən yuxarı xınc-xınc olmuşdu. C.Məmmədquluzadə. [Nadir Məcidə:] Get, sən də şəhərdə fəhləlik elə. – Bu qıçlarımla hara gedim? – deyə Məcid çolaq qılçalarını göstərdi. B.Talıblı. Ceyran kimi zərif Qarabağ atı birdən qılçaları biçilmiş kimi yerə sərildi. M.Rzaquluzadə. qılçalama “Qılçalamaq”dan f.is. qılçalamaq f. Qılçasından tutmaq, yapışmaq. Qılçalayıb yerə vurmaq. Keçini qılçalayıb tutmaq. qılçalanmaq məch. Qılçasından tutulmaq. qılçıq is.\n1. Sünbüldə dənin qişası ucundakı uzun, qıl kimi nazik, iti, diş-diş tikan. Arpa qılçığı. Buğda qılçığı. – Tapdıq .. aran dəni sünbüllərinin uzun qılçıqlarını tumarlayıb iri ovcunun arasına aldı. Ə.Əbülhəsən.\n2. Balıqların əti içərisindəki incə və ucu iti sümüklər; tıx. Bəzi balıqların qılçığı olmur. qılçıqlama “Qılçıqlamaq”dan f.is. qılçıqlamaq f. Balığın qılçığını çıxarmaq, təmizləmək. qılçıqlanma “Qılçıqlanmaq”dan f.is. qılçıqlanmaq 1. məch. Qılçığı təmizlənmək (balığın).\n2. t-siz. Qılçıq əmələ gətirmək, baş açmaq (taxıl). qılçıqlı sif. Qılçığı olan, tıxı olan, tıxlı. Qılçıqlı arpa. Qılçıqlı balıq. – Çubuğunu cütün macına söykəyib, qəzil xurcundan qılçıqlı arpanı çuxasının ətəyinə doldurdu. S.Rəhimov. qılçıqsız sif. Qılçığı olmayan. Qılçıqsız balıq. Qılçıqsız buğda. qıldıq is. məh. İnam, etiqad, inanma. qıldıqsız sif. məh. İnamsız, etiqadsız, inanmayan, etibarsız. qıldırma “Qıldırmaq”dan f.is. qıldırmaq icb. köhn. Qılmağa, etməyə məcbur etmək. qılıc bax. qılınc. qılıq is. Xasiyyət, yaxşı rəftar. [Tubu:] Arvadın gərək qılığı olsun. Ə.Haqverdiyev. ‣ Qılığına girmək – birinin etibarını qazanmaq, yaxud müəyyən bir məqsəd üçün ona xoş sifət göstərməklə, şirin dil ilə, yaxud yaltaqlanmaqla ürəyini ələ almaq, tovlamaq. Mənim qardaşımın da qılığına belə girmişdi ki, bir sözü iki olmurdu. Ə.Haqverdiyev. Pərzada elə gəldi ki, kimsə qızın qılığına girib başdan çıxarıb, yoxsa belə şey olmaz. Mir Cəlal. [Mirzə Qərənfil:] Dava yox, biz onun qılığına girib otaqların ikisini ələ keçirə bilərik. S.Rəhman. Qılıq eləmək (etmək) – yaltaqlıq etmək. [İmran:] Hə, indi bildim ki, mənə etdiyin bu qılıqlar nə üçün imiş. S.S.Axundov. Ömər xan kimi bir dilavər ona [Fətəli xana] qılıq eləyir, amma axmaq Məmmədhəsən dirsək göstərir.. Çəmənzəminli. qılıqlamaq f. dan. Birinin qılığına girmək, tovlamaq, aldatmaq, yoldan çıxarmaq. qılıqlanmaq f. Qılığına girməyə çalışmaq, yaltaqlanmaq. qılıqlı sif. Yaxşı xasiyyətli, hamı ilə yola gedən, xoşrəftar. Qılıqlı adam. ...qılıqlı – bir sıra sözlərə qoşularaq, həmin sözlərin ifadə etdiyi mənada xasiyyət bildirən mürəkkəb sifət düzəldilir; məs.: arvadqılıqlı (arvadxasiyyətli), ilanqılıqlı (ilanxasiyyətli). qılıqlılıq is. Yaxşı xasiyyətlilik, xoşrəftarlıq. qılıqsız sif. Rəftarı olmayan, xasiyyəti kəc, bədrəftar, heç kəslə yola getməyən. Fəqət bu quru, qılıqsız adamla yan-yana çalışmaq məni sıxırdı. A.Şaiq. qılıqsızlıq is. Rəftarsızlıq, heç kəslə yola getməmə, pis xasiyyət. qılınc is.\n1. Xəncərdən böyük, əyri və ya düz, bir ağızlı kəsər silah. İti qılınc. – Qılınc yarası gedər, dil yarası getməz. (Ata. sözü). Onun başının üstündən divarda .. qotazlı bir qılınc, qalxan, yay və sadaq asılmışdı. M.Rzaquluzadə. • Qılınc kimi – çox itilik, kəskinlik mənasında. Yenə mədənlərdə böyük tətildir; Soyuq qılınc kimi insanı kəsir. S.Vurğun.\n2. Kotanın ağzı, torpağı kəsən hissəsi. Kotanların iti qılıncları altından torpaq köprəyib qara bir hava kimi ətrafa daşırdı. Ə.Məmmədxanlı.\n3. Qabanların ağzı yanlarında qoşa olaraq əyri qılınc şəklində çıxan, müdafiə və hücum aləti vəzifəsini görən böyük diş. Qaban qılıncı. ‣ Qılınc çalmaq – bax. qılınc vurmaq. [Əsgər bəy:] Naçalnik, biz də düşmən qabağında qılınc çalmağa hazırıq! M.F.Axundzadə. Çaldı qılınc şahın atın peylədi. S.Ə.Şirvani. Qılınc çal, qoy gəlsin qoluna qüvvət. Z.Xəlil. Qılınc vurmaq – qılıncla vuruşmaq. [Hüsaməddin:] Mən Fəxrəddinlə bir cərgədə Azərbaycanın azadlığı uğrunda az qılınc vurmamışam. M.S.Ordubadi. Qılıncqalxana çıxmaq – davaya getmək, vuruşmaq. Qılınc-qılınca gəlmək – qılınclarını çəkib üz-üzə gəlmək, qılıncla vuruşmaq. Qılınca sarılmaq – davaya hazırlanmaq. Qılıncdan keçirmək – hamısını qılıncla öldürmək. Lakin daşqəlbli qaniçən kazaklar buna baxmayaraq, zavallı işçiləri bacardıqca qılıncdan keçirirdilər. S.S.Axundov. Taygöz Yusif şəhərin .. əhalisini qılıncdan keçirtdi. İ.Əfəndiyev. Qılıncının dalı da kəsir, qabağı da – sözü kəsərli, sözükeçən, böyük ixtiyar və nüfuz sahibi olan adam haqqında. [Tərlan:] Sən ki həmişə qılıncımın dalı da, qabağı da kəsir, – deyib öyünürdün. M.Hüseyn. qılıncbalığı is. zool. Burnu qılınc kimi uzun və kəskin olan iri balıq cinsi. qılıncı sif. köhn. Qılınc şəklində olan, dəridən tikilmiş uzun, şiş (papaq). Uzunboylu, uzundonlu, qılıncı papaqlı, seyrək saqqallı Fazilin ağzı köpüklənmişdi. S.Rəhimov. qılınclama “Qılınclamaq”dan f.is. qılınclamaq f. Qılıncla vurmaq, qılıncla çapmaq (kəsmək). ‣ Kölgəsini qılınclamaq – bax. kölgə. qılınclanma “Qılınclanmaq”dan f.is. qılınclanmaq məch.\n1. Qılıncla vurulmaq, qılıncla çapılmaq (doğranmaq, kəsilmək).\n2. Belinə qılınc bağlamaq. qılınclı sif.\n1. Qılıncla silahlanmış, belində, ya əlində qılınc olan. Əlləri xəncərli və qılınclı qumuqlar iki tirə olub bir-birinə soxulmaq istəyirdilər. Çəmənzəminli.\n2. Qılıncı (3-cü mənada) olan. Qılınclı qaban çox qorxuludur. qılıncotu is. bot. Xalq təbabətində işlədilən bir bitki. qılıncvari sif. Görünüşcə, formaca qılınca oxşayan. Qılıncvari yarpaq. qılıncyarpaq sif. bot. Yarpağı enli və uzun qılınc şəklində olan. qılınmaq məch. köhn. Görülmək, əmələ gətirilmək, edilmək, yerinə yetirilmək. qılquyruq is. zool. Quyruğunda iki uzun lələk olan çöl ördəyi. qıllanma “Qıllanmaq”dan f.is. qıllanmaq f. Tüklənmək, qıl gətirmək, qıl çıxarmaq, tük basmaq. Boynunun ardı qıllanmışdır. qıllı sif.\n1. Üzərində qıllar olan, sərt tüklü, tük gətirmiş, bədənini çox tük basmış. Qıllı qaban. – Hətta Dəmir adlı qıllı boz köpək də .. gözlərini tütəkdən ayırmaz və ara-sıra həzin bir səslə zingildərdi. A.Şaiq. Əsgər qarıdan aralandı və dərəyə endi. Qapıda yatan boz qıllı itlər yerindən dik atılıb Əsgərə cumdular. S.Rəhimov. // Kobud qoyun dərisindən tikilmiş. Sazaqlı bir sabah idi, yel adamı kəsirdi. Qamış və kolluqlar arxasından qıllı papaqlar görünməyə başladı. Çəmənzəminli.\n2. məc. köhn. Qanmaz, kobud, qanacaqsız mənasında. qıllıca is.\n1. Vəhşi.\n2. bot. Taxıl fəsiləsinə aid birillik bitki. qıllılıq is. Qıllı olma, tüklülük. qılma “Qılmaq”dan f.is. qılmaq f. köhn. Etmək, görmək, yerinə yetirmək, əda etmək, icra etmək. Çün gəldi özünə, qıldı nalə; Yağdırdı xəzanı üzrə jalə. Füzuli. Söyləyim sözlərim eylə dil əzbər; Şirin nəsihətim qıl sinədəftər. “Koroğlu”. Vaqifin dərdini biləydi yarı; Dərdinə bir dərman qılaydı, barı. M.P.Vaqif. A sevgilim, aç bir niqab üzündən; Məcnun tək Leylaları divanə qıl. A.Səhhət. Sayrışan ulduzlar verib baş-başa; Gözəl camalına qılır tamaşa. S.Vurğun. qılov is. dan. Kəsər alətləri itilətdikdə onların ağzında əmələ gələn tük kimi qırıntılar. Ülgücü qayışa çək, qılovu getsin. qılovlamaq f. dan. İtilənmiş bıçağı və s.-ni qayışa çəkərək qılovunu yox eləmək; itiləmək. qılovlu sif. Ağzında qılov qalmış (itilənmiş kəsər alətlər haqqında). qım is. bot. Taxıl fəsiləsindən çoxillik yem bitkisi. qımıldama (=qımıldanma) “Qımılda(n)maq”dan f.is. qımıldanma (=qımıldama) “Qımılda(n)maq”dan f.is. qımıldamaq (=qımıldanmaq) f. Yerində hərəkət etmək, yavaşca tərpənmək. Mirzə Əliməmmədin o sakit qüruru sönmüşdü, rəngi qaçmış, qımıldanmağa belə halı yox idi. Çəmənzəminli. Uruz bu sözləri əsla eşitmirmiş kimi üzündə bircə əzələ də qımıldanmadı. M.Rzaquluzadə. [Soldatlar] ..bir müddət yerlərindən qımıldana bilmirlər. Ə.Məmmədxanlı. qımıldanmaq (=qımıldamaq) f. Yerində hərəkət etmək, yavaşca tərpənmək. Mirzə Əliməmmədin o sakit qüruru sönmüşdü, rəngi qaçmış, qımıldanmağa belə halı yox idi. Çəmənzəminli. Uruz bu sözləri əsla eşitmirmiş kimi üzündə bircə əzələ də qımıldanmadı. M.Rzaquluzadə. [Soldatlar] ..bir müddət yerlərindən qımıldana bilmirlər. Ə.Məmmədxanlı. qımıldaşma “Qımıldaşmaq”dan f.is. qımıldaşmaq f. Hərə öz yerində qımıldanmaq, tərpənmək, hərəkət etmək; tərpəşmək. // Məc. mənada. Günü-gündən millətlər qımıldaşırdı və özləri üçün hökumətdən növ-növ azadlıq tələb edirdi. C.Məmmədquluzadə. qımıldatma “Qımıldatmaq”dan f.is. qımıldatmaq f. Yavaşca tərpətmək, oynatmaq. [Dursun] qırxıq, yuvarlaq başını qımıldadaraq: – Vay, işim nə olacaq? – dedi. A.Şaiq. [Əsgər] əllərini qardaşının boynu altından salıb onu yerindən qımıldatdı. Ə.Əbülhəsən. qımıltı is. Qımıldama, xəfif hərəkət, tərpəniş. Lakin dodaqlarında sezilən xəfif bir qımıltı onun gülmək istədiyini .. aşkara çıxarırdı. M.S.Ordubadi. qımışıq is. dan. Təbəssüm, təbəssüm əlaməti. Lakin onun gözündə sevinc dolu bir işıq; Rəngsiz dodaqlarında mehriban bir qımışıq. R.Rza. qımışma “Qımışmaq”dan f.is. qımışmaq f. Dodaqaltı gülmək, gülümsəmək. Usta bu sualın mənasını bilməsə də, Yunisi gülmək tutdu. Qımışıb, özünü saxladı. Mir Cəlal. Mirzə Kələntər maarif şöbəsinin müdirinin üzünə baxıb qımışdı. S.Rəhman. qımız is.\n1. Turşumuş at (bəzən dəvə) südündən hazırlanan qidalı içki. Qımızla müalicə. – Buyur, zəhmət çək, atından düş yerə; Varımızdır qımız, çörək, bal, kərə. A.Səhhət. Məlumdur ki, at südündən müalicəvi əhəmiyyəti və yüksək qidalılığı olan qımız hazırlanır. Səttarzadə.\n2. Çox turş şey haqqında. qımzandırmaq f. məh. Tərpətmək, dikəltmək, durğuzmaq, qalxızmaq. qımzanmaq f. məh. Tərpənmək, qalxmaq istəmək, durmağa çalışmaq. qımzatmaq f. məh. Tərpətmək, qalxızmaq, durğuzmaq. qın is.\n1. Xəncər, qılınc və s. kəsər silahları qoymaq üçün qab. ..Şeypur səsləri ucaldı, atlılar bir kərə qılınclarını qınından çıxardılar. M.S.Ordubadi. Düşmən başı sağ olunca misri qılınc qına girməz. R.Rza. Almurad baba .. dəri qından bir qəmə çıxarıb satıla çəkdi. İ.Əfəndiyev.\n2. Bir şeyin daxili hissəsini örtən, onu əhatə edən, içində gizlədən bərk qabıq, örtü, pərdə və s. // Bağanın çanağı. Bağa qınından çıxdı, qınını bəyənmədi. (Ata. sözü). ‣ Qınına çəkilmək, qınına girmək – gizlənmək, özünü göstərməmək, öz dairəsindən kənara çıxmamaq, heç bir işə qarışmamaq. Özlərini adətən xan məclisində sərbəst aparan təlxəklər də qorxularından qınlarına girdilər. Çəmənzəminli. İlan kimi sürünməkdən nə çıxar? Qına girib bürünməkdən nə çıxar? Aşıq Bəylər. Qanından çıxmaq – həddini aşmaq, cızığından çıxmaq. Başını qınına çəkmək – bax. baş. qınaq is. Qınama, danlama, məzəmmət, töhmət, danlaq. Qorxmamışıq dost görünən düşmənlərin qınağından. R.Rza. Ata ticarətə uyub qazanc gətirir, tacirlər mühiti isə getdikcə qınağı, məzəmməti artırırdı. Ə.Əbülhəsən. [Sevər:] Yazıq balam, .. bu ölümcül yaradan qurtarsa da, el qınağından qurtarmayacaq. P.Makulu. qınama “Qınamaq”dan f.is. qınamaq f. Məzəmmət etmək, danlamaq, təqsirləndirmək, töhmətləndirmək. Ey məni qınayan, ağlama, deyib; Ağlar yarı gedən bəs ağlamazmı? M.V.Vidadi. Qınamasın məni könlü bütünlər; Fikrim dağınıqdır, xatirim övraq. Q.Zakir. Dostlar uzun danışsam, məni qınamayın siz; Mən hələ az demişəm vətənimdən, elimdən. S.Rüstəm. qınanma “Qınanmaq”dan f.is. qınanmaq məch. Məzəmmət edilmək, danlanmaq; təqsirləndirilmək, töhmətləndirilmək. qınc is. [ər. ğunc] Naz, qəmzə, işvə, özünü əzib-büzmə. Başı kəllədən daraqlı, ətəyi yerlə sürünən xanım qıncla (z.) “buyurun” deyib ağzını büzdü. S.Rəhimov. qıncanma “Qıncanmaq”dan f.is. qıncanmaq f. Naz eləmək, nazlanmaq, özünü əzib-büzmək. qındı is. məh. Süddə bişən sıyıq un xörəyi, horra. qındırğa məh.\n1. is. bot. Quraqlıq yerlərdə bitən nazik, uzun, tikanlı ot.\n2. sif. Bir-birinə yapışmış, dolaşıq, kilkə. Qındırğa saç (yun).\n3. sif. Həddən artıq bərk, quru. qınıf is. məh. Bitkilərin yeməli tumlarının qabığı, qını. qınlı sif. Qını olan. [Buğacın] ..belində zərif nəqşli tirmə qurşağa taxılmış, ağ şirmayı dəstəkli, qırmızı qınlı bir bıçaq .. var idi. M.Rzaquluzadə. Musa belinə uzun və qara qınlı xəncərini bağlayıb Sultanbuda yola düşdü. Ə.Vəliyev. qınvari sif. Qına oxşar, qınşəkilli, qın kimi. qıpçaqlar cəm, tar. XI-XII əsrlərdə cənubi rus torpaqlarını tutmuş, peçeneqlərə yaxın türkdilli xalq. Əya kim qulların qoçdur, Nəsimi qamudən kəmtər; Bəsa türkü, bəsa qıpçaq, bəsa zənci, bəsa hindu. Nəsimi. Son illərdə bir neçə basqında burunları yaxşıca ovulmuş qıpçaqlar çoxdan bəri buralara üz çevirmirdilər. M.Rzaquluzadə. qıpıq sif. Yarıörtülü, yarıyumulu, tam açıq olmayan (göz haqqında). qıpqırmızı sif.\n1. Tünd-qırmızı, çox qırmızı, lap qırmızı. Qıpqırmızı alma. – ..Bu adamın üzü ətli, yanaqları qıpqırmızı, vücudu sapsağlam idi. A.Şaiq. Qıpqırmızı don geyindi ellərim; Qaranlığı boğazlayıb doğdu gün. S.Rüstəm. • Qıpqırmızı kəsilmək – utanaraq üzü qızarmaq. Bu əsnada Kiçikbəyim içəri girdi, Vaqifi görüb utanaraq özünü itirdi. Qıpqırmızı kəsilib salam verdi.. Çəmənzəminli. Qıpqırmızı olmaq (qızarmaq) – utanaraq, yaxud acıqdan, pərtlikdən, həyəcandan sifəti qızarmaq. Zavallının iztirabı artmışdı və üz-gözü qıpqırmızı olmuşdu. B.Talıblı. Zeynəbin yanaqları qıpqırmızı qızarmışdı; ürəyi də əsirdi. Qantəmir.\n2. məc. dan. Tamamilə, apaçıq, açıqdanaçığa, qabacasına. Qıpqırmızı yalan.\n3. zərf Həyasızcasına, utanmazcasına, yalandan. Qıpqırmızı üzünə durmaq. Qıpqırmızı danışmaq. qıpqızıl sif. Çox qırmızı, tünd-qırmızı. qıpma “Qıpmaq”dan f.is. qıpmaq bax. qırpmaq. qır I. is.\n1. Neft qalıqlarından hazırlanan, damlara, səkilərə və s.-yə salınan qara rəngli qatı maddə. Qır salmaq. Qır tiyanı. – Hava .. qır qoxusu ilə dolub daha da ağırlaşırdı. Ə.Əbülhəsən.\n2. Qəlyanın, müştükün içində və s. tüstü çıxan yerdə əmələ gələn qəliz maddə. Çubuğun qırını təmizləmək.\n3. Kül rənginə çalar ağ, çal. Çal qış! Buyur, uğur olsun! Qır saçını cinlər yolsun. Ə.Cavad. // Tünd boz rəng.\n\nII. is. köhn. Düzən, çöl. Cənnət qoxan qırlar, əngin obalar; Bir atlazdır, yaşıl ucu görünməz. A.Şaiq.\n\nIII. is. Dayaz quyudan su çəkmək və ya başqa məqsədlər üçün bir ucu qarmaq şəklində ağac və s. Qır ilə quyudan su çəkmək. Qır ilə ağacın başındakı meyvələri dərdim. – Yelkən xurma yarpaqlarından toxunmuş və qır ilə möhkəmlənmiş dəyirmi bir yelkən idi. M.S.Ordubadi.\n\nIV. is. dan. Naz, qəmzə, şivə. • Qır vermək (satmaq) – nazlanmaq, naz eləmək. qıra is. məh. Təndirdən çörəyi qoparmaq üçün qarmaqlı alət. // Qarmaq. ..Küçədə qıradan tutub dartanda məftilin vasitəsilə zəng içəridə tərpənir, ciringildəyirdi. Ə.Əbülhəsən. qıracaq is. Nallanan atın dırnağını kəsib hamarlamaq üçün alət. Nalbənd qıracaqla atın dırnağını kəsdi. qıraq is.\n1. Bir şeyin kənarı, həddi, son xətti, yan tərəfi, yanı. Stolun qırağı. Bağlar yol qırağı ilə uzanıb gedir. – Sağ əlimi masanın qırağına dayayıb durdum. A.Şaiq. Firidun xırmanın qırağında hələ döyülməmiş buğda tayasının yanında uzanmışdı. M.İbrahimov. • Özünü qırağa vermək – kənara çəkilmək, bir yana çəkilmək. // Haşiyə, kənar. Bezin qırağı. Xalçanın qırağı. – Qırağına bax, bezini al. (Ata. sözü).\n2. Sahil, kənar. Balıqçılar qayıq ilə qırağa çıxdılar. Dəniz qırağında gəzmək. – Gözüm yollarda qalmışdır; Xəbər yox Kür qırağından. S.Vurğun.\n3. sif. Kənar, yad, özgə. Stolun başında bir nəfər də olsun qıraq adam yox idi. M.S.Ordubadi. qıraq-bucaq is.\n1. Kənar, ətraf, yan-yörə. [Kərəmov:] Kağız çatışmır, köhnə protokolların qıraq-bucağına yaz. S.Rəhman.\n2. Ətraf yer, kənarda olan yer. qıraqdan zərf Kənardan. Qıraqdan baxanlar müəllimin qorxaqlığına gülmüşdülər. Mir Cəlal. qıraqlamaq f. Bir parçanın və s.-nin qıraqlarını kəsib düzəltmək. // Bir şeyin ətrafını, kənarlarını bərkitmək, başqalarından ayırmaq. qıraqlı 1. sif. Qırağı, kənarı olan.\n2. is. məh. Su qırağında (sahilində) yaşayan adam. qırbac (=qırbanc) bax. qırma(n)c. Əməlli-başlı tənbəlləşən at, bir xeyli qırbanc yedikdən sonra götürüldü. Ə.Əbülhəsən. qırbanc (=qırbac) bax. qırma(n)c. Əməlli-başlı tənbəlləşən at, bir xeyli qırbanc yedikdən sonra götürüldü. Ə.Əbülhəsən. qırbaclama (=qırbanclama) “Qırba(n)clamaq”dan f.is. qırbanclama (=qırbaclama) “Qırba(n)clamaq”dan f.is. qırbaclamaq (=qırbanclamaq) bax. qırma(n)clamaq. ..Güllünü bu dəfə də himayə edərək, Ballının üzərinə atılıb qırbaclarkən, Səfər artıq dayanmadı. A.Şaiq. qırbanclamaq (=qırbaclamaq) bax. qırma(n)clamaq. ..Güllünü bu dəfə də himayə edərək, Ballının üzərinə atılıb qırbaclarkən, Səfər artıq dayanmadı. A.Şaiq. qırbasan bax. qırçı. [Köhnə Bakıda] ümumiyyətlə peşəkarlar: bənna, xarrat, dəmirçi, qırbasan .. və sairə çox olardı. H.Sarabski. Doğrudur, mənim gəlinim yəhudidən, .. urusdan yaşınmır, dəlləkdən, qalayçıdan, qırbasandan çəkinmir. Amma öz qohum-qardaşlarımızdan .. həya-ədəb eləyir. Qantəmir. qırbişirən bax. qırçı. qırçı is. Qır bişirən, qır salan usta. qırçılıq is. Qırçı sənəti, qırçı peşəsi. qırçın is.\n1. Paltarda və s.-də qırışıq şəklində naxış. Paltarın qırçını. – Paltarın üst hissəsinin kiçik büzmələrini və qırçınlarını tikdikdən sonra, kürək hissə ilə döş hissə birbirinə bənd edilir. “Az. qad.”. // Qabların və s.-nin dövrəsində, kənarlarında diş-diş şəklində bəzək.\n2. bot. Bəzi ot bitkilərdə yarpaqların kökə yaxın hissəsindən çıxması. qırçın-qırçın zərf və sif. Qırçınlar halında, qırış-qırış. Tumanın uzun balağı qırçınqırçın olub stulun oturacaq yerindən aşağı sallanır, [Sonanın] al məxmərdən geydiyi yumşaq başmağına toxunurdu. Ə.Əbülhəsən. qırçınlama “Qırçınlamaq”dan f.is. qirçinlamaq f.\n1. Qırçın-qırçın etmək. \n2. Burub arasına salmaq. [Zöhrə] ..birçəklərini qoçbuynuzu burdu, sonra balaca darağı ilə telini darayıb birçəklərinin arasında qırçınladı. Ə.Vəliyev. qırçınlanma “Qırçınlanmaq”dan f.is. qırçınlanmaq məch. Qırçın-qırçın edilmək. qırçınlı sif. Qırçınları olan. Qırçınlı paltar. Qırçınlı məcməyi. – Kiçik balkona qoyulmuş qırçınlı ağ samovar şaqqaşaq ilə qaynayırdı. S.Rəhimov. qırçınmaq f. məh. İncimək, dözməmək, sınmaq. [Şeyxsəlim] varlığını hiss etmirdi, çünki ona daş dəydikdə belə deyəsən, incimir və qırçınmırdı. M.S.Ordubadi. qırç (=qırç-qırç) təql. Dişlərin bir-birinə sürtülməsindən çıxan səs. qırç-qırç (=qırç) təql. Dişlərin bir-birinə sürtülməsindən çıxan səs. qırdırılmaq “Qırdırmaq”dan məch. qırdırma “Qırdırmaq”dan f.is. qırdırmaq icb.\n1. Qırmağa, sındırmağa, kəsməyə məcbur etmək. Molla Güləndam bacı da düşmənin pəncərəsini mütəəllimələrə qırdırıb və həyətinə qayıtdı. Çəmənzəminli. Qaraca çoban qəsdən buranı seçmişdi. Hələ gecə ikən meşədən iri gövdəli əsrdidə ağaclardan qırdırdı. M.Rzaquluzadə.\n2. Qırılmasına səbəb olmaq, vasitə olmaq. qırğı is. zool. Balaca quşları ovlayan iti və uzun caynaqlı, qısa qarmaq dimdikli yırtıcı quş. Qırğı yuvası. – Sərçəni bir qırğı edərkən şikar; Bir tələyə oldu qəzadan düçar. A.Səhhət. Bir azdan sonra qırğı göründü. Çil xoruz qışqırıq saldı. Qırğı dayanmayıb keçdi. S.S.Axundov. • Qırğı kimi – 1) çox qıvraq, əl-ayaqdan iti və zirək. [Əlyarov:] Nənə!.. Lap qırğı kimisən! Oğuldan, uşaqdan nəyin var? M.Hüseyn; 2) çox cəld, çox iti, tez, əlüstü, bir anda. Qırğı kimi başının üstünü almaq. – Fatma qırğı kimi özünü təndirə toxuyur, kəhrəba kimi sarı çörəkləri əlində çıxarıb, .. süfrənin üstünə atır. Mir Cəlal. Sərvnaz Poladın eyhamını eşidincə, belini düzəltdi. Qırğı kimi şığıyıb, özünü traktora çatdırdı. Ə.Vəliyev. qırğıburun (=qırğıburunlu) sif. Burnunun ortası çıxıq, ucu isə getdikcə nazikləşərək aşağı əyilmiş. qırğıburunlu (=qırğıburun) sif. Burnunun ortası çıxıq, ucu isə getdikcə nazikləşərək aşağı əyilmiş. qırğın is.\n1. Heyvanların, mal-qaranın, ev quşlarının kütləvi surətdə qırılıb tələf olmasına səbəb olan yoluxucu xəstəlik. Heyvanlara qırğın düşmək.\n2. Böyük insan tələfatı; bu cür tələfata səbəb olan qanlı vuruşma, müharibə; birbirini qırma. İkinci dünya müharibəsi böyük qırğına səbəb oldu. Son dünya müharibəsinin dəhşətlərini görən bəşəriyyət yeni qırğının qəti əleyhinədir.\n3. məc. Dava-dalaş, dalaşma, vuruşma, söyüşmə. [Səlimnaz xanım:] Mən bu evə gələn beş ay deyil, yüz yol bu evdə qırğın olub. N.Vəzirov. qırğıotu is. məh. bot. Dağlarda, çəmənlərdə, kolluqlarda bitən çoxillik ot bitki. qırğız is. Qırğızıstanın əsas əhalisini təşkil edən türkdilli xalq və bu xalqa mənsub adam. qırğızca sif. və zərf Qırğız dilində. Qırğızca dərs kitabı. Qırğızca danışmaq. qırhaqır is. Kütləvi surətdə qırma, öldürmə, məhv etmə; qırğın. Səmada, torpaqda düşür qırhaqır; Yerdən alov yağır, göydən od yağır. M.Rahim. qırx say.\n1. Otuz doqquzdan sonra gələn say, 40 ilə işarə olunan rəqəmin adı. Qırx manat. Qırx ədəd. – Qırxında öyrənən gorunda çalar. (Ata. sözü).\n2. Bir şəxsin ölümünün qırxıncı günü. • Qırx bağla(t)maq – xalq adətincə ölən adamın qırx günü tamam olandan sonra ehsan verib yas məclisini bitirmək. Qırx saxlamaq (tutmaq) – xalq adətincə ölü üçün qohum-qardaşının qırx gün yas saxlaması. Qırx vermək – xalq adətincə ölən adam üçün qırxıncı gün ehsan vermək. Qırxı çıxmaq – xalq adətincə ölən adam üçün saxlanılan yasın qırx gündən sonra qurtarması. ‣ Qırx kötük dan. – qış qurtardıqdan sonra davam edən şaxta, soyuq. Qırxında yorğalamaq – çox yaşlı olduğu halda, cavanlıq fikrinə düşmək, yaşına yaraşmayan hərəkətlərdə olmaq. qırx... – bu sayla əlaqədar olan bir sıra mürəkkəb sözlərin birinci tərkib hissəsi; məs.: qırxayaq, qırxillik, qırxgünlük, qırxdərəcəli. qırxayaq is. zool.\n1. Çoxayaqlılar fəsiləsindən uzunsov çoxayaqcıqlı bir cücü.\n2. dan. Xərçəng. Bu çinovniklər qorxuram ki, sabah gəlib bunu desinlər ki, sabah badımcan dolması əvəzinə qırxayaq (xərçəng) şorbası içəsiniz. Onda bilmirəm necə olacaqdır? Ü.Hacıbəyov. Gəminin hər iki tərəfindən qırxayağın ayaqları kimi suya uzanan kürəklər enib-qalxır. M.Rzaquluzadə. qırxbayır is. Gövşəyən heyvanlarda üçüncü və ehtiyat mədəsi. qırxbuğum is. bot. Əsasən dağlıq yerlərdə bitən, xörəyə qatılan ətirli bir bitki. Beşi də böyrünü yerə vermiş, yenicə bitmiş qırxbuğumdan qıraraq ağızlarına qoyur və çeynəyirdilər. Ə.Vəliyev. qırxçəllək is. Quyudan su çəkmək üçün hərəkət edən lentə, ya zəncirə bənd edilmiş çanaqlardan ibarət alət. qırxdamar sif. dan.\n1. Canı bərk, davamlı, dözümlü (adam haqqında).\n2. Qatları, damarları çox olan (torpaq haqqında). qırxdırılma “Qırxdırılmaq”dan f.is. qırxdırılmaq icb. Başında, üzündə, yaxud bədənində olan tüklər ülgüc və ya qayçı ilə dibindən kəsdirilmək. Qoyunlar qırxdırılmışdır. qırxdırma “Qırxdırmaq”dan f.is. qırxdırmaq icb. Başında, üzündə, yaxud heyvanın bədənində olan tükləri dibindən kəsdirmək. Başını qırxdırmaq. Saqqalını qırxdırmaq. Qoyunları qırxdırmaq. – [Nadir] bu nədir saçını qırxdırmısan? – deyə acıqlı-acıqlı sordu və o saat Zeynəbin uzun və xurmayı saçlarını gözünün önünə gətirdi. B.Talıblı. Səlim şıx geyinmiş, üzünü təzəcə qırxdırmışdı. M.İbrahimov. qırxdilli sif. dan. Hamıya söz verən, hamını aldadan; riyakar, ikiüzlü. Qırxdilli adam. qırxdon is. məh. bot. Gövdəsi soğan kimi qat-qat olan, qırmızı gül açan, yeyilən bir bitki. qırxıq sif. Qırxılmış. Qırxıq üz. Qırxıq baş. – Yuxarıdan düşən, işıq .. [miyandarın] qırxıq başını işıldadırdı. Çəmənzəminli. [Dəllək:] Qoy bu topuşu bir üç yaşar quyruğu qırxıq dayçaya döndərim, sonra Ələmdar qardaşın qulluğunda amadə dayannam! S.Rəhimov. qırxılı sif. Qırxılmış. qırxılıq 1. sif. Qırxılmağa yararlı, qırxılmalı olan, qırxılmaq üçün ayrılmış, qırxılmaq vaxtı çatmış. Qırxılıq qoyun. Qırxılıq keçi.\n2. bax. qırxlıq2. qırxılma “Qırxılmaq”dan f.is. qırxılmaq məch. Ülgüc və ya qayçı ilə dibindən kəsilmək (saç, tük). Başı qırxılmaq. – Bəli, başlar başlayıblar qırxılmağa. Dəllək dükanlarında macal yoxdur. C.Məmmədquluzadə. // Qırxıqla kəsilmək, qayçılamaq. Qoyunlar qırxılmışdır. qırxılmış f.sif. Tükü ülgüc və ya qayçı ilə dibindən kəsilmiş; qayçılanmış, qırxılı. Qırxılmış baş. Qırxılmış qoyun. – Qışda şiddətli soyuq təsirindən qırxılmış başlar donub nə ölü olurlar, nə diri. C.Məmmədquluzadə. [Almurad] qırxılmış başının tərini sildi. İ.Əfəndiyev. qırxım is.\n1. Bir dəfədə qırxılan yun.\n2. Qoyunların qırxılması mövsümü, qoyunlar qırxılan vaxt, qoyunların qırxılması işi. qırxın bax. qırxım. qırxıncı I. is. Qoyun qırxan adam.\n\nII. “Qırx”dan sıra sayı. Qırxıncı nömrə. Qırxıncı illər. Qırxıncı gün. Qırxıncı il. qırxıntı is. Bir şeyin kənarlarından, ya uclarından kəsilib atılan qırıntılar. qırxlıq I. sif. Qırx rəqəmi ilə əlaqədar olan ölçü; məs.: qırxlıq qazan, kisə və s. (qırx girvənkə, ya qırx kilo tutan qazan, kisə və s.); qırxlıq çəllək (qırx vedrə su və ya başqa maye tutan çəllək); qırxlıq dirək (qırx arşın, ya metr uzunluğunda olan dirək); qırxlıq lampa (qırx vatlıq lampa).\n\nII. is. Qoyunları qırxmaq üçün xüsusi qayçı. qırxma “Qırxmaq”dan f.is. qırxmaq f.\n1. Üzündəki, başındakı və ya bədəninin başqa yerlərindəki tükləri ülgüc və ya qayçı ilə dibindən kəsmək. Üzünü qırxmaq. Dəllək başımı qırxdı. – ..Usta bir müştərinin başını qırxıb qurtarıb qanatdığı yerlərə pambıq düzürdü. C.Məmmədquluzadə. Tütünçüoğlu ülgüc və qayçını çıxarıb Molla Qurbanın bığlarını və saqqalını qırxdı. M.S.Ordubadi.\n2. Qoyunun yununu qayçı ilə dibindən kəsmək, qayçılamaq. qırxyarpaq is. məh. bot. Çoxyarpaqlı, xırda gül açan ot bitki. qırıcı sif.\n1. Qıran, məhv edən, qırıb tələf edən, öldürücü. Həşərat qırıcı vasitələr.\n2. Düşmən gəmi və təyyarələrini məhv etmək, düşmən diversantları və s. ilə mübarizə etmək vəzifəsini daşıyan. Qırıcı aviasiya. Qırıcı dəstələr. Döyüş təyyarələrinin bir növü qırıcı təyyarələrdir. – Kənd içində qırıcı batalyon keşikçisindən başqa kimsə görünmürdü. Ə.Əbülhəsən. // is. Qırıcı təyyarə. Qırıcılarımızın o birisi qəsəbənin üzərində hərlənir və yoldaşının keşiyini çəkirdi. Ə.Vəliyev. qırıq sif.\n1. Qırılmış, kəsilmiş. Qırıq ip. Qırıq məftil.\n2. Rabitəsiz, əlaqəsiz. Qırıq cümlə.\n3. Sınıq, sınmış. Qırıq kasa. Qırıq şüşə. – Sarxan əlindəki qırıq fənəri yuxarı qaldırdı. M.Hüseyn. Yelkənlər qırıq quş qanadı kimi cansız bir hərəkətlə yırğalanırdı. M.Rzaquluzadə. Təsərrüfatçı ona [Qədirə] qırıq bir taxt göstərib dedi: “Hələlik ötüş”. Mir Cəlal. // Yaramaz, dəyərsiz, sınıq. Yaxşı ki, dədəm Qafar sənə bu qırıq tüfəngi qoyub getmişdir. A.Şaiq.\n4. is. Qırılmış, sındırılmış, parçalanmış şeyin kiçik parçası, tikəsi. Şüşə qırığı. Qənd qırığı. İp qırığı. – Gülsüm xala .. barmağını uşağın ağzına salıb, əzgil çəyirdəyindən, gavalı çəyirdəyindən, kömür qırığından çıxarırdı. Ə.Haqverdiyev. // Tullantı; qırıntı. Kağız qırıqları. Papiros qırığı.\n5. “Bir” sözü ilə: bir qırıq – bir tikə, bir az, bir zərrə. Bir qırıq çörək.\n6. məc. İncimiş, sınmış. Qırıq könül. qırıqçı dan. bax. sınıqçı. qırıqçılıq dan. bax. sınıqçılıq. qırıq-qırıq sif. və zərf Tikə-tikə, parçaparça. Qırıq-qırıq xətt. Qırıq-qırıq olmaq. // Rabitəsiz. [Ustalar] .. arabir danışır, qırıqqırıq fikirlər və mülahizələr yürüdürdülər. Çəmənzəminli. [Sübhanverdizadə] ..Nemətullayev ilə bir növ qırıq-qırıq danışır və cavab verirdi. S.Rəhimov. Gülşən bir qədər sükutdan sonra, qırıq-qırıq danışmağa başladı. Ə.Vəliyev. qırıq-quraq sif. Qırıq parçalardan ibarət olan. qırıq-quruq dan. bax. qırıq-sökük 2-ci mənada. qırıqlıq is.\n1. Qırıq şeyin halı; sınıqlıq.\n2. Əzginlik, ağrı, sızıltı. Bütün vücudumda bir qırıqlıq, bir sızı hiss edirəm. A.Şaiq. qırıq-sökük dan.\n1. sif. Rabitəsiz, dağınıq.\n2. sif. Dağılmış, sökülmüş, sınıq.\n3. is. Qırıntı, söküntü, tullantı. qırıq-tökük bax. qırıq-sökük 1 və 2-ci mənalarda. qırıldama “Qırıldamaq”dan f.is. qırıldamaq f. Qır-qır etmək, qırıltı səsi çıxarmaq. Qarğa qırıldayır. – Mırtmırt oxuyub mırıldayırsan; Qarğa kimi hey qırıldayırsan. M.Ə.Sabir. qırıldaşma “Qırıldaşmaq”dan f.is. qırıldaşmaq qarş.\n1. Səs-səsə verib qır-qır etmək, qırıldamaq. Qarğalar qırıldaşır. – Hərə bir tərəfdən qırıldaşırdı. S.Rəhman.\n2. məc. Hərə öz yerindən danışmaq, arası kəsilmədən nə isə demək. Kəndlilər Əmrahın gülləsi ilə ölən pristava söyüş yağdırıb, hər tərəfdən qırıldaşmağa başladılar. M.Hüseyn. qırıldatma “Qırıldatmaq”dan f.is. qırıldatmaq f. dan. Uzun danışmaq, mənasız danışmaq, çox danışmaq. [Ələmdar:] Ədə, boş-boş qırıldatma! S.Rəhimov. qırılma “Qırılmaq”dan f.is. qırılmaq f.\n1. Kəsilmək, kəsilib ayrılmaq, qopmaq, qopub düşmək. İp qırıldı. Düymə qırılıb düşdü. – ..Taxılın sünbülləri ayaq üstə durduğu yerdə bilmirsən nədənsə qırılıb düşür yerə. C.Məmmədquluzadə.\n2. Birdən kəsilmək, əlaqə kəsilmək. Söhbət ortada qırıldı. Əlaqə qırıldı.\n3. Sınmaq, parçalanmaq, tikə-tikə olmaq. Pəncərənin şüşəsi qırıldı. Qablar əlindən düşüb qırıldı. Saat düşüb qırıldı. – İnək qoca idi. Bir buynuzu da dibindən qırılmışdı. C.Məmmədquluzadə. Qılıncı qırılmış, papağı itmiş polis nəfərləri tələdən qurtulmuş tülkü kimi qaçırdılar. M.S.Ordubadi.\n4. məc. İncimək, sınmaq, xatirinə dəymək. Qəlbi qırılmaq. Könlü qırılmaq.\n5. Kütləvi surətdə tələf olmaq, məhv olmaq, ölmək. Quşlar soyuqdan qırıldı. Görülən tədbirlər nəticəsində siçanların hamısı qırıldı. – [Üçüncü kəndli:] Bir üç il bundan irəli kəndə “xalyar” naxoşluğu düşmüş idi, nə qədər adam qırıldı. Ə.Haqverdiyev. [Pirqulu:] Onsuz da ki acından ölürük, qoy birdəfəlik qırılaq. C.Cabbarlı.\n6. Ağrımaq; sümüklərdə ağrı, sızı, əzginlik hiss etmək. Bədənim bütün qırılır. – Onun sümükləri qırılırdı. Bir qədər də yorğana büründü, titrəməyə düşdü. S.Rəhimov. qırılmaz sif. Möhkəm, sarsılmaz, pozulmaz; əbədi. Qırılmaz əlaqə. Qırılmaz dostluq. – [Toğrul] qırılmaz bir iradə qüvvəsi ilə və qəvi barmaqlarını sıxıb, eşidilən bir səslə: – Hər nə olursa olsun, səbat lazımdır, – dedi. H.Nəzərli. Ürəkdən-ürəyə xəbər aparan iki dost, iki məslək yoldaşı arasında qırılmaz əlaqə yaradan mehriban bir nəzərlə bir-birinə baxdılar. M.İbrahimov. qırılmazlıq is. Qırılmaz şeyin halı; möhkəmlik, sarsılmazlıq. qırılmış f.sif.\n1. Kəsilmiş, üzülüb ayrılmış, qopmuş, qopub düşmüş. Adamlar daş pilləkənlərdən təmiz küçəyə enəndə qırılmış boyunbağı kimi səpələnib dağılırdılar. Mir Cəlal.\n2. Sınmış, parçalanmış, tikə-tikə olmuş. Qırılmış boşqablar.\n3. dan. Qarğış, söyüş mənasında. qırıltı is.\n1. Qarğanın, sağsağanın çıxardığı səs.\n2. İki sərt şeyin bir-birinə sürtülməsindən çıxan səs. // Arası kəsilməyən qarışıq, anlaşılmaz səs. Qırıltıdan baş-qulağımız getdi. qırım is. dan. Görkəm, təhər-töhür, görünüş, hal, əhval, tövr. Baxdım ki, munun qırımı özgə; Mənimlə alım-verimi özgə. Xətayi. qırım-qırtı (=qırım-qırtıq) sif. dan. Qırıq, qırıntı, töküntü, tullantı. qırım-qırtıq (=qırım-qırtı) sif. dan. Qırıq, qırıntı, töküntü, tullantı. qırıntı top. Qırılan, sındırılan, doğranan, kəsilən bir şeydən ayrılan xırda parçalar, hissələr, qırıqlar, tikələr; tullantı; xırımxırda. Çörək qırıntısı. Daş qırıntısı. Ağac qırıntısı. Yun qırıntısı. – [Alacəhrə] damın içində dəndən tutmuş çörək, qənd qırıntılarına kimi nə düşürdü, dimdikləyib yeyirdi. S.S.Axundov. Əjdər üstünə tökülmüş çörək qırıntılarını çırpıb ayağa qalxdı. S.Rəhman. qırış is.\n1. Bir şeyin büküldüyü, qatlandığı yerdə qalan iz; bükük yeri, bürüşük. Paltarın qırışlarını ütü ilə düzəltmək.\n2. Üz, bədən dərisində və s.-də əmələ gələn dərin cizgi, qırışıq. Qəhrəman aralandıqca Nubar qarının qara və qırış (sif.) sifətini daha yaxşı görür. S.Rəhimov. Məşədibəy cavab vermədi. Onun üzündəki qırışlar daha da sıxlaşdı. M.Hüseyn. [Maralın] alnının ortasındakı qırış açıldı. Ə.Əbülhəsən. // Yer qabığı laylarında əmələ gələn dərin qırışıq. [Tektonik] qüvvələrin təsirindən laylar müxtəlif qırışlara çevrildi. M.Qaşqay. ‣ Üzündəki qırışlar (üzünün qırışları) açılmamaq – ürəyi açılmamaq, qaşqabağı açılmamaq, üzü gülməmək. Lotuoğlu məclisin ortasına çıxıb bir çox gülməli oyunlar çıxardısa da, xanın üzündəki qırışların biri də açılmadı. Çəmənzəminli. qırışdırma “Qırışdırmaq”dan f.is. qırışdırmaq f. Qırışıq hala salmaq, büzüşdürmək, əzik-büzük hala salmaq. Paltarı qırışdırmaq. – Onun [Muradın] saçlarını ağardan, üzünün dərisini qırışdıran yarım əsrlik bir həyat idi. S.Hüseyn. Bostançı alnını qırışdırıb göy səmtinə baxdı. S.Rəhimov. qırışıq 1. bax. qırış. Köynəyin qırışığını aç. Süfrənin qırışığı. – Yeməyə-içməyə etina qalmır; Heç alnının qırışığı açılmır. A.Səhhət. Polkovnikin alnındakı qırışıqlar sıxlaşdı. M.İbrahimov.\n2. sif. Qırışmış, büzüşmüş, büzük yeri qalan. Qırışıq paltar. Qırışıq süfrə. Qırışıq yaylıq. – ..Xatın gülümsündü, onun qırışıq yanaqlarından üzüaşağı sevinc yaşları axmağa başladı. S.Rəhimov. qırışıqlı sif. Qırışıqları olan, qırış-qırış. Qoca adamların dərisi quru, cod, qırışıqlı olur. qırışıqlıq is. Qırışıq şeyin halı. qırışma “Qırışmaq”dan f.is. qırışmaq f.\n1. Qırışlar əmələ gəlmək, qırış-qırış olmaq, büzüşmək, büzük-büzük olmaq, yığışmaq, qırış halına düşmək. Üzü qırışmaq. – Onun alnı qırışmışdı, qaşları az qala gözlərini bürümüşdü. Ə.Vəliyev.\n2. Yığılmaq, qırışıb gödəlmək. qırış-qırış sif. və zərf Qırışları çox olan, qırışıq halda olan, hər tərəfi qırışmış. Köynəyi qırış-qırış etmək. Alnı qırış-qırış olmuşdur. qırışmal is. dan. Zarafat tərzi ilə söylənən yüngül söyüş ifadəsi. [Qənbər:] ..Bax, bu qırışmal Zaman da oturmuşdu yanımızda. C.Məmmədquluzadə. Qubernator deməzdimi ki, ay qırışmal, bu vurhavurda heç olmazsa libasla kim olduğunu niyə göstərmirsən? S.Rəhimov. qırışmış f.sif. Qırışıq hala gəlmiş, qırışqırış olmuş. Hər kəs Bədircahanın qırışmış üzünə baxsaydı, yəqin ki, sual edərdi özözündən, görəsən, bu zənən nə fikir edir? N.Vəzirov. Tapdıq .. [anasının] qırışmış üzgözünü öpüşlərə qərq etdi. Ə.Əbülhəsən. qırışsifət sif. Sifətinin dərisində çoxlu qırışıq olan. [Oğlan] qəribə bir iştibahla uzunburun, sallaqbığ, qırışsifət, uzunqılça adama nəzər saldı. S.Rəhimov. qır-qıc is. bax. qıc. Gözündən qan damırdı, əlində yalın qılınc; Yaxınlaşıb Əliyə, yapışdı, oldu qır-qıc. R.Rza. qır-qır təql. Qarğanın çıxardığı səs; qırıltı. Qır-qır etmək. – Sübh olunca gecələr darğa kimi; Yatmayır, qır-qır edir qarğa kimi. M.Ə.Sabir. qır-qıra is. məh. Qır-qır səs çıxaran uşaq oyuncağı. qırqovul is. zool. Toyuq fəsiləsindən rəngarəng tüklü, ləzzətli əti olan iri ov quşu. Qırqovul ovu. – Kənd ovçuları yanlarında ov itləri qırqovul, turac ovuna çıxarlar. Z.Xəlil. ‣ Qırqovul kimi başı kolda olmaq – qafil olmaq, ətrafında baş verən hadisələrdən xəbəri olmamaq. qırqovulluq is. Qırqovul bol olan yer. qırlama “Qırlamaq”dan f.is. qırlamaq f.\n1. Qır döşəmək, qır salmaq, qır ilə örtmək. Damı qırlamaq. Səkini qırlamaq.\n2. bax. qırlanmaq 2-ci mənada. Müştükün içi qırlayıbdır.\n3. dan. Yeni doğulmuş uşağın birinci günlərində qeyri-adi surətdə bayıra işləməsi, qır kimi ifraz etməsi. qırlanğıc is. Qaranquş. İki yolçu sevimli qırlanğıc; Ötüşüb bir budaqda şən: “vic-vic”. A.Şaiq. Tramvaylar sularda süzən qırlanğıc kimi axır. Mir Cəlal. qırlanma “Qırlanmaq”dan f.is. qırlanmaq 1. məch. Qır döşənmək, qır salınmaq, qırla örtülmək. Damlar qırlandı. Həyət qırlandı.\n2. qayıd. Hislənmək, qurumlanmaq; qurumla, his ilə dolmaq; qurum bağlamaq (baca, müştük və s.). qırlaşma “Qırlaşmaq”dan f.is. qırlaşmaq f.\n1. Qır halına düşmək.\n2. məc. dan. Bərk-bərk yapışmaq, tutmaq. Qönçə əsla Həbibdən ayrılmır. Gör necə qırlaşıb qucağına, elə bil doğma atasıdır. Ə.Vəliyev. qırlatma “Qırlatmaq”dan f.is. qırlatmaq icb. Qır saldırmaq, qır döşətmək, qırla örtdürmək. Damı qırlatmaq. qırlı sif. Qır salınmış, qır döşənmiş, qırla örtülmüş. Qırlı səki. – [Ələmdar] ..qırlı damların üstündən içərinin görünüb-görünmədiyini bilmək istədi. S.Rəhimov. qırma I. is.\n1. “Qırmaq”dan f.is.\n2. Ov tüfəngindən atılmaq üçün qurğuşundan tökülən xırda kürəciklər; seçmə. Bu tüfəng qırmanı çox yayır. Qırma ilə doldurulmuş patron. Qırma tüfəngi – qırma atan quş tüfəngi, ov tüfəngi.\n3. sif. Qırma şəklində olan, xırda, xırdaxırda doğranmış. Qırma daş.\n4. məh. Kiçik palıd ağacı, palıd kolu, yaxud bir boyda kəsilmiş çəkil ağacları.\n5. məh. Bəzi ev heyvanlarının ağzında əmələ gələn səpgi, qabarcıq.\n\nII. sif. Üstü qayçılanmış, qayçı ilə vurulmuş. Qırma bığ, saqqal. qırmabadam is. Badam, fındıq və ya qoz ləpəsindən hazırlanan halva növü. qırmabığ (=qırmabığlı) sif. Bığının üstü qayçılanmış, qayçı ilə vurulmuş. İri gövdəli, göy paltarlı, qırmabığlı Qocaoğlu kövşəndənbiçindən idarəyə qayıtdı. S.Rəhimov. Məmmədəlişah qaraqaş, qaragöz, qara qırmabığlı və qarayanız bir adam idi. P.Makulu. qırmabığlı (=qırmabığ) sif. Bığının üstü qayçılanmış, qayçı ilə vurulmuş. İri gövdəli, göy paltarlı, qırmabığlı Qocaoğlu kövşəndənbiçindən idarəyə qayıtdı. S.Rəhimov. Məmmədəlişah qaraqaş, qaragöz, qara qırmabığlı və qarayanız bir adam idi. P.Makulu. qırmaq I. f.\n1. Bərk bir şeylə vurmaqla, toxundurmaqla, yaxud yerə salmaqla parçalamaq, sındırmaq. Güzgünü qırmaq. Qabları qırmaq. – Qız .. [müəllimi] görüncə şaşırıb üzünü örtməyə tələsdikdə, səhəngini salıb qırmışdı. S.Hüseyn. Ləpələr bu pilləkənləri saxsı qab kimi vurub qırır. Mir Cəlal. Xan havalı kimi bu otaqdan o otağa qaçır, nərə çəkib yerindən qopur, rast gələn hər şeyi qırırdı. M.Rzaquluzadə. // Doğramaq, bütöv bir parçanı xırda-xırda etmək. Qəndi qırmaq. Daşı qırmaq.\n2. Balta və s. ilə kəsmək, doğramaq. Meşəni qırmaq. – Getdi meşə içrə odun qırmağa; Şax-budağı başladı sındırmağa. A.Səhhət. Abbas .. meşədən odun qırıb satmaqla ana və bacısını saxlayır. S.S.Axundov.\n3. Kütləvi surətdə tələf etmək, məhv etmək, öldürmək. [Nəbi:] Uşaqlar, fürsəti əldən buraxmışıq. Bizi tamam qıracaqlar! “Qaçaq Nəbi”. ..Bir şey yoxdur, amma qoyunlara bərk qızdırma düşüb, yaman qırır. C.Məmmədquluzadə. Onlar güman edirdilər ki, qarşılarına heç bir kimsə çıxmayacaq, .. bir neçə sarsaq çoban tərslik etmiş olsa, həmin saat onları qırıb minlərlə qoyunu asanlıqla sürüb aparacaqlar. M.Rzaquluzadə. // Eyni mənada bəzən “qırıb tökmək”, “qırıb çatmaq” və s. şəklində. Bir neçə qadın sahəni gəzərək maşının götürə bilmədiyi alaq otlarını kətmənlə qırıb tökürdü. M.İbrahimov. İki tərəfdə əsirlərin ələ düşənini qırıb tərk etmişdilər. Çəmənzəminli.\n4. Kəsmək, üzmək, qət etmək. Əlaqəni qırmaq. Rabitəni qırmaq. Məftili qırmaq. // Yarımçıq qoymaq, kəsmək. Kərimqulu sözünü qırıb, ara qapıdan nəvəsinin iniltisinə qulaq verdi. S.Rəhimov.\n5. məc. Sarsıtmaq, zəiflətmək, azaltmaq, yox etmək. Günəş havanın şaxtasını qırdı. İnadını qırmaq. Nüfuzunu qırmaq. Müqavimətini qırmaq. – Rübabəyə qarşı bütün tədbirləri pozan bir qüvvə .. [Gəldiyevin] kirdarını alır, iradəsini qırır, heç bir şey eləməyə imkan vermirdi. Mir Cəlal. Nə boran, nə qar, nə də şaxta onların möhkəm iradəsini qıra bilməz. Z.Xəlil.\n6. məc. Bağlayan, məhkum edən bir şeydən xilas olmaq, azad olmaq. [Tapdıq:] Qırıb zənciri-hicranı xilas olmaq əsarətdən. C.Cabbarlı. [İnsanlar] boğazlarına keçmiş fəlakət zəncirini qırıb atmağa heç bir yol və imkan tapa bilmirdilər. Ə.Abasov.\n\nII. bax. qarmaq1. Üst-başı toztorpaq içində qısaboylu .. iri çopur burnu qırmaq kimi əyri bir topal, yumaq kimi yumalana-yumalana içəri girdi. M.Rzaquluzadə. qırmac (=qırmanc) is. Heyvanları sürərkən vurmaq üçün kirişdən, dəridən, ipdən və s.dən qayrılan uzun dəstəli qamçı; şallaq, tatarı. Salman kişi də arabanın boyunduruğuna oturdu, .. əlindəki uzun qırmancını havada bir neçə kərə şatlatdı. A.Şaiq. Faytonçu qırmancı havada yellədikdə atlar hərəkət etdi. M.İbrahimov. İndi Bağırın sağ əli olan Nüsrət əlində qırmanc qazılan anbarların yanında fırlanırdı. Ə.Məmmədxanlı. qırmanc (=qırmac) is. Heyvanları sürərkən vurmaq üçün kirişdən, dəridən, ipdən və s.dən qayrılan uzun dəstəli qamçı; şallaq, tatarı. Salman kişi də arabanın boyunduruğuna oturdu, .. əlindəki uzun qırmancını havada bir neçə kərə şatlatdı. A.Şaiq. Faytonçu qırmancı havada yellədikdə atlar hərəkət etdi. M.İbrahimov. İndi Bağırın sağ əli olan Nüsrət əlində qırmanc qazılan anbarların yanında fırlanırdı. Ə.Məmmədxanlı. qırmaclama (=qırmanclama) “Qırma(n)clamaq”dan f.is. qırmanclama (=qırmaclama) “Qırma(n)clamaq”dan f.is. qırmaclamaq (=qırmanclamaq) f. Qırmancla vurmaq. Atı qırmanclamaq. – Qırmanclayır atı, yortur, yüyürür; Bir dağı döndükdə böyük kənd görür. A.Səhhət. qırmanclamaq (=qırmaclamaq) f. Qırmancla vurmaq. Atı qırmanclamaq. – Qırmanclayır atı, yortur, yüyürür; Bir dağı döndükdə böyük kənd görür. A.Səhhət. qırmaclanma (=qırmanclanma) “Qırma(n)clanmaq”dan f.is. qırmanclanma (=qırmaclanma) “Qırma(n)clanmaq”dan f.is. qırmaclanmaq (=qırmanclanmaq) f. Qırmancla vurulmaq. qırmanclanmaq (=qırmaclanmaq) f. Qırmancla vurulmaq. qırmaclatma (=qırmanclatma) “Qırma(n)clatmaq”dan f.is. qırmanclatma (=qırmaclatma) “Qırma(n)clatmaq”dan f.is. qırmaclatmaq (=qırmanclatmaq) icb. Qırmancla vurdurmaq, qırmancla döydürmək. qırmanclatmaq (=qırmaclatmaq) icb. Qırmancla vurdurmaq, qırmancla döydürmək. qırmaclı (=qırmanclı) sif. Əlində qırmanc olan. Arada gəzən əli qırmanclı nəzarətçilər “tənbəllik” edənləri döyəcək(dilər). M.Rzaquluzadə. qırmanclı (=qırmaclı) sif. Əlində qırmanc olan. Arada gəzən əli qırmanclı nəzarətçilər “tənbəllik” edənləri döyəcək(dilər). M.Rzaquluzadə. qırmasaqqal sif. Saqqalı üzdən qayçı ilə vurulmuş, üstdən qayçılanmış, üzündə xətt qoymuş. Məriz, dərviş libasında qırmasaqqal, uzun, cavan bir oğlandır.. Ə.Haqverdiyev. qırmatüfəng is. Beldən qatlanan, bükülən ov tüfəngi. qırmız is.\n1. bax. qırmızböcəyi.\n2. Bu böcəkdən hasil edilən qırmızı boya. qırmızböcəyi is. zool. Boyayıcı maddə istehsal edilən böcək cinsi. qırmızı sif.\n1. Qan rəngli; al. Qırmızı boya. Qırmızı şərab. – Gəlin ağlayır; gözlərinin yaşları od kimi tökülüb, qırmızı yanaqlarını dağlayır. Çəmənzəminli. ..Zəhra xala stol qoyub, üstünə qırmızı örtük salmışdı. Mir Cəlal. Günəşli günlərdə yerlərə səpilmiş yaşıl, qırmızı, sarı yarpaqlarla .. döşənmiş kimi görünən meşə indi tutqun, bozumtul bir rəng almışdı. M.Rzaquluzadə.\n2. məc. Gözəllik, parlaqlıq, aydınlıq, fərəh doğuran şey mənasında. Yox olar qar, boran, günəş də doğar; Yetişər qırmızı, sevimli bahar. A.Şaiq.\n3. bax. qızıl 3-cü mənada. • Qırmızı qvardiya – bax. qvardiya. // İs. mənasında, yalnız cəm şəklində: qırmızılar tar. – inqilabçılar, kommunistlər, inqilabi qoşunlar. Kremlin, o indi də qırmızılar oynağı; Neronların Roması yanında heçdir belə... A.İldırım.\n4. məc. Nəzakətsizlik dərəcəsində açıq; açıq danışan, sözü üzə deyən. Telli qırmızı (z.) danışmağı sevirdi. Ə.Vəliyev. // Tamamilə açıq, açıq-aydın, kobudcasına. ..Əgər baxıb görsən ki, bu cürə qırmızı yalançılığı zarafata salıb gülürlər, onda bəd olmaz ki, biz də işimizi irəli aparmaq üçün o cürə “hileyi-siyasi”lərə əl ataq. Ü.Hacıbəyov.\n5. Bəzi mürəkkəb terminlərin birinci tərkib hissəsi; məs.: qırmızı turp, qırmızı üskükotu, qırmızı şüalar. ‣ Qırmızı ağac – qiymətli mebel və s. üçün istifadə edilən bəzi ağacların, xüsusilə tropik ağacların oduncağı. Qırmızı ağacdan qayrılmış mebel. Qırmızı guşə – bax. guşə. Qırmızı lövhə – bax. lövhə. Qırmızı yumurta bayramı – bax. qızıl. qırmızıbaldır is. məh. bot. Bulaqların ətrafında bitən qırmızı saplaqlı pencər; yeyilən ot. qırmızıbirçək sif. köhn. Birçəkləri hənalı. Bazarın başında yoğun və qırmızıbirçək bir baqqal. “Buy, dəli Səmədə bax!” – deyib, ona bir çürük badımcan səlbəsi atdı. Çəmənzəminli. qırmızıboğaz is. zool. Boğazının altı qırmızı balaca köçəri quş. qırmızıca 1. sif. Azca qırmızı, bir az qırmızı.\n2. zərf məc. Həyasızca, utanmadan; açıqaydın. Qırmızıca yalan demək. – Yəqin ki, qeyri yazıçılarımız da mənim kimidirlər və hər kəs desə ki, “xeyr”, lap qırmızıca yalan deyir. C.Məmmədquluzadə. qırmızıdərili 1. sif. Dərisinin rəngi qırmızı olan. Qırmızıdərili tayfalar.\n2. is. Cəm şəklində: qırmızıdərililər – Şimali və Cənubi Amerika hindiləri (bədənlərini qırmızı rəngə boyadıqları üçün avropalılar tərəfindən belə adlandırılmışlar). qırmızıgöz sif.\n1. Gözləri qızarmış, gözləri qırmızı rəngdə olan. Qırmızıgöz balıq. Qırmızıgöz dovşan. // Gözləri qanla dolmuş.\n2. məc. zar. dan. Qırmızı, al. “Qırmızıgöz” şərabdan içdikcə dəmiryolçuların gözləri qızardı. “Kirpi”. qırmızıqabıq sif. Qabığı qırmızı olan. Qırmızıqabıq nar. Qırmızıqabıq alma. qırmızılaşdırılma “Qırmızılaşdırılmaq”dan f.is. qırmızılaşdırılmaq məch. Qırmızı rəngə boyadılmaq, qırmızı edilmək; allaşdırılmaq. qırmızılaşdırma “Qırmızılaşdırmaq”dan f.is. qırmızılaşdırmaq f. Qırmızı rəngə boyamaq, qırmızı etmək; allaşdırmaq. qırmızılaşma “Qırmızılaşmaq”dan f.is. qırmızılaşmaq f. Qırmızı olmaq, qırmızı rəng almaq; allaşmaq. qırmızılı sif. Qırmızıya çalar, qırmızı qarışığı olan. Addımbaşı qırmızılı, sarılı, yaşıllı sular yerin qatlarından üzü yuxarı gəzəgəzə dik qaynayır, çıxır və axıb gedirdi. S.Rəhimov. // Qırmızı geyinmiş, al geyinmiş. Bənzəyir tovuz quşuna; Qırmızılı, allı Gülnaz. Aşıq Vəli. qırmızılıq is.\n1. Qırmızı rəngdə olan şeyin halı; allıq. Qanın qırmızılığı. Üzün qırmızılığı. // Qırmızı rəng, qırmızı ləkə, qızartı. Boğazında qırmızılıq var. Yara yerinin qırmızılığı getdi. – [Rzaqulu xanın] çöhrəsi qayət solğun isə də, yanaqlarında sarıntı ilə qarışıq bir qırmızılıq qalmışdı. M.S.Ordubadi. [Qadının] qarabuğdayı üzündə bir dirilik, yanaqlarında .. bir qırmızılıq, gözlərində bir dərinlik mövcud idi. S.Hüseyn.\n2. məc. Həyasızlıq, utanmazlıq. qırmızımtıl sif. Qırmızı rəngə çalar, qırmızıya çalar. Qırmızımtıl alma. – Ağabəyim saray tərəfə qalxan cığırla huşsuz addımlarla irəliləyir, göyün üzündəki qırmızımtıl bulud parçalarına tamaşa edirdi. Çəmənzəminli. qırmızımtıllıq is. Qırmızımtıl şeyin halı; qırmızıya çalarlıq. qırmızımtraq bax. qırmızımtıl. Əşrəf indi büsbütün dəyişmiş, .. göz qapaqları şişmiş və qırmızımtraq bir rəng almışdı. A.Şaiq. Yer üzü qırmızımtraq bir rəngə boyanırdı. Ə.Əbülhəsən. qırmızıpeysər sif. Boynunun ardı qırmızı olan (adətən “boynuyoğun”, “tüfeyli” mənasında işlənir). qırmızısaqqal sif. Saqqalı qızardılmış, saqqalı hənalı. Qırmızısaqqal qoca. – Çadırda turanlı qırmızısaqqal bir qoca oturmuşdu. A.Bakıxanov. [Zeynal] lap yuxarı qəfəsədən beş top çiti çiyninə alaraq nazik taxta nərdivanla aşağı düşən qırmızısaqqal bir kişini görüb dedi.. Ə.Əbülhəsən. // is. Saqqalına həna qoymuş kişi; dindar, mövhumatçı. Yazıq şair övrət məsələsini fars və ərəb dilində danışır ki, Ordubad qırmızısaqqalları başa düşməsinlər ki, hay-küy salmasınlar. C.Məmmədquluzadə. qırmızısifət sif. Sifətinin rəngi qırmızı olan, sifəti qızarmış. Teybə .. qırmızısifət, düz qamətli, dolğun əndamlı, ucaboy .. bir qadın idi. M.Hüseyn. Bir saat sonra qərargahdan qırmızısifət bir leytenant gəldi. Mir Cəlal. qırmızıtəpə sif. Təpəsi qırmızı parçadan olan (papaq). Leylək Ələmdar gödək, büzmə çuxa, uzunboğaz çəkmə geyinmiş, .. qırmızıtəpə .. papağını da başına qoymuşdu. S.Rəhimov. qırmızıyanaq sif. Yanaqları qırmızı olan. Qırmızıyanaq uşaq. qırna is. Kran. Hamamın qabağına qırnadan su axır. C.Məmmədquluzadə. qırov I. is. Payızın axırlarında soyuqlar düşəndə gecələr yerə, yarpaqlar və s. üzərinə kiçik kristallar şəklində qonan qar kütləsi, şehin donmuş zərrələri. Əgər qışda hava çox soyumuş olsa, şəbnəm dönüb buz olur, yerə düşür ki, ona qırov deyirlər. H.Zərdabi. Atım köpüklənir, atım buğlanır; Donmuş qırov kimi sinəsində tər. S.Vurğun. Üstünü şeh və qırov basmış körpə otlar günəşin işıqları altında parıldayırdı. M.İbrahimov.\n\nII. is. İnsan və heyvanın gözündə əmələ gələn cüzi görməməzlik; göz nöqsanı. qırovlama “Qırovlamaq”dan f.is. qırovlamaq f. Qırov bağlamaq, qırovla örtülmək. qırovlanma “Qırovlanmaq”dan f.is. qırovlanmaq bax. qırovlamaq. qırpıq sif. Kənarları, ucları, başları və s. qırpılmış, kəsilmiş, vurulmuş, qopardılmış. Başı qırpıq ot. qırpılma “Qırpılmaq”dan f.is. qırpılmaq 1. məch. Kənarları, ucları, başları və s. kəsilmək, vurulmaq, qopardılmaq.\n2. t-siz. Tez açılıb yumulmaq, açılıbörtülmək. Gözləri qırpılmaq. – Bahadırın kirpikləri qırpıldı. M.Hüseyn. qırpım is. (adətən “bir”, “bircə” sözü ilə).\n1. Göz yumub açınca keçən vaxt; an, ləhzə. Dilbər bir qırpım dayandı. C.Cabbarlı. Bircə qırpım sürən şaşqınlıqdan sonra gənc qız .. qəzəblə dilləndi. M.Rzaquluzadə. • Bir qırpımda, bir göz qırpımında – bir anda, göz açıb yumunca, çox tez. Bir qırpımda divardan aldı ələ qılıncı. S.Rüstəm. Bir qırpımda gedirəm min illik bir həyata. R.Rza. [Ayaz] bir göz qırpımında atın üstünə sıçrayıb .. gözdən itdi. Ə.Məmmədxanlı.\n2. Heyvanın (qoyunun, inəyin və s.-nin), yaxud qazın bir dəfəyə qırpa biləcəyi qədər az miqdar. Bir qırpım ot. Bir qırpım yonca. qırpınma “Qırpınmaq”dan f.is. qırpınmaq f.\n1. Tez-tez açılıb yumulmaq, açılıb örtülmək. Onun qonur gözlərini bürümüş uzun kirpikləri tez-tez qırpınırdı. Ə.Vəliyev. // Məc. mənada. Günəş qırpınanda açıldı hava; Dayandı ordular, durdu üz-üzə. S.Vurğun.\n2. Utanmaq, çəkilmək, sıxılmaq. Bu qədər söz deyildi, amma heç qırpınmadı.\n3. Diksinmək, qımıldanmaq, yerindən tərpənmək. Qoca Alı atın qabaq ayaqlarının üylərini bərk sıxdı, at nə diksindi, nə də qırpındı. “Koroğlu”. qırpıtmaq f. Aşağıya yatırtmaq, yaxud tərpətmək, qımıldatmaq. Qoyunlar tütəyin səsini eşidən kimi, elə bil ki, bir şeydən ürkdülər; eləcə getdikləri yerdə dayandılar, qulaqlarını qırpıtdılar. C.Məmmədquluzadə. qırpma “Qırpmaq”dan f.is. qırpmaq f.\n1. Tez-tez yumub-açmaq, örtüb-açmaq (gözü, kirpiyi). Musa kişi dərinlərə getmiş, təkcə giləsi işıldayan gözlərini qırpdı. M.İbrahimov. • Göz qırpınca – bir anda, göz yumub açınca. Göz qırpmamaq – qorxmamaq, çəkinməmək. Ən qanlı savaşlarda qorxu bilməyən, ən müdhiş həqiqətlərlə üz-üzə gəldikdə gözünü belə qırpmayan Qazan xan röyadan çox qorxardı. M.Rzaquluzadə. Gözlərini (kirpiklərini) qırpmadan (qırpmayaraq) baxmaq – gözlərini yummadan baxmaq. Cəlil başını sərt bir hərəkətlə dik qaldırdı, kirpiklərini qırpmadan durğun bir nəzərlə .. baxdı. M.Hüseyn. // Gözlərini zilləyib baxmaq, gözünü çəkməmək. Zeynəb də Nadirin kəmetinalığını gördükdə sakit oturub gözlərini qırpmayaraq otağın bucağında asılmış tüfəngin çaxmağına baxırdı. B.Talıblı.\n2. Bir şeyin qıraqlarını, uclarını və s.-ni kəsib atmaq, kəsmək, vurmaq, balaca-balaca qoparmaq. Lampanın fitilini bir az qırpmaq lazımdır.\n3. Dişləri, ya dimdiyi ilə dartıb qopartmaq. Qazlar otu qırpırdılar. qır-saqqız is.\n1. bax. qarasaqqız.\n2. məc. dan. Adama yapışaraq əl çəkməyən, adamı təngə gətirən. O, lap qır-saqqızdır. • Qır-saqqız olub yapışmaq – bərkbərk yapışaraq əl çəkməmək, təngə gətirmək. Bir ağızucu söz demək, bir də qır-saqqız olub yapışmaq var. A.Şaiq. qırt is. Cücə çıxarmaq üçün yumurta üstündə yatan toyuq. • Qırt basdırmaq – qırt düşmüş toyuğun altına yumurta qoymaq, cücə çıxarmağa yatırmaq. Qırt düşmək – cücə çıxarmaq üçün yumurta üstündə oturmaq ehtiyacında olmaq (toyuq və s. ev quşları haqqında). Qırt toyuq – cücə çıxarmaq üçün yumurta üstündə oturmuş toyuq. Qırt yatmaq – cücə çıxarmaq üçün yumurta üstündə oturmaq (toyuq və s. ev quşları). qırtıc is. bot. Taxıl fəsiləsindən yem bitkisi. qırtı is. dan. Parça, tikə, azacıq şey. qırtıldama “Qırtıldamaq”dan f.is. qırtıldamaq f. Qırt-qırt etmək. qırt-qırt təql. Qırt toyuğun çıxardığı səs. qırtlaq is. anat. Ağ ciyərlərlə əsnəyi birləşdirən boru; xirtdək. Son gülləsini atmış həbəş; Dişləri ilə gəmirdi; düşmənin qırtlağını. R.Rza. qırtlama “Qırtlamaq”dan f.is. qırtlamaq f.\n1. Qırt-qırt etmək. Toyuq qırtlayır.\n2. Xırda-xırda dişləmək. Siçan sabahadək nəyi isə qırtlayırdı. qırtlaşmaq qarş.\n1. Hamı birdən qırtqırt eləmək. Toyuqlar həyətdə qırtlaşırlar.\n2. bax. qırt düşmək (“qırt”da). qırtlıq is. Qırt düşmüş toyuğun halı. qırtmaq f. dan. Azacıq kəsmək, qopartmaq. qırtmıq sif. dan. Qıraqlarının tükü getmiş. Başında bir qırtmıq papağı var idi. qıs qıs vurmaq – qısqırtmaq; səsləyib, haraylayıb saldırmaq. Qıs vurun, qoçaqlarım; İti canavara yüyür! Aşıq Hüseyn. qısa sif.\n1. Boyca gödək, alçaq; gödək (uzun ziddi). Qısa boy. Qısa ağac. Qısa saç. Qısa paltar. – [Şəkər] qısa boz don, göy kofta geymişdi. Ə.Əbülhəsən.\n2. Vaxtı, müddəti az, uzun sürməyən; sürəksiz. Qısa bir zaman keçdi. Qısa bir sükutdan sonra. Qısa bir görüş. Qısa söhbət. Ən qısa müddətdə. – Öz qısa ömründə təcrübə əldə edən şəxs ondan çox böyük mənfəətə çatır. A.Bakıxanov. Heyif ömür qısa, arzu genişdir; Kim bu qayğı ilə titrəməmişdir? M.Müşfiq.\n3. Uzaq olmayan, yaxın. Qısa yol.\n4. Müxtəsər, təfsilatsız, yığcam. Qısa məktub. Qısa izahat. Qısa məlumat. Qısa cümlə. Qısa bir teleqram alınmışdır. Qısa (z.) cavab vermək. – Nə üçün trest geridə qalır? Sual qısa və aydın olduğu üçün cavab da eyni dərəcədə qısa və aydın olmalı idi. M.Hüseyn. ‣ Qısa dalğa rad. – 10 metrdən 150 metrə qədər uzunluqda radio dalğası. Yerdə gedən döyüşlər qalxıb çıxıb göyə də; Vurur dalğa vuranlar orta, qısa dalğanı. X.Rza. Qısa keçmək – bir məsələnin üstündə çox dayanmamaq, üstündən tez keçmək. Qısa kəsmək – uzatmamaq, müxtəsər danışmaq. Sözün qısası – xülasə, müxtəsər. Ey dəli Kür! İşvəli Kür! Artıq topla özünü; Gəl qısa kəs sözünü. Ə.Cavad. qısaayaq sif. Ayağı qısa olan. Qısaayaq miz. qısaboğaz (=qısaboğazlı) sif. Boğazı, quncu qısa olan, gödək boğazlı. Qısaboğaz çəkmə. Qısaboğaz corab. qısaboğazlı (=qısaboğaz) sif. Boğazı, quncu qısa olan, gödək boğazlı. Qısaboğaz çəkmə. Qısaboğaz corab. qısaboy (=qısaboylu) sif. Boyu uzun olmayan, gödəkboylu, gödək. – Kərim baba .. qısaboylu, geniş kökslü bir qoca idi. A.Şaiq. Qərənfilin atası Rüstəm kişi qısaboy bir adamdı. S.Rəhman. Xanbala 30 yaşlarında, arıq, qısaboylu .. bir kəndli idi. H.Sarabski. qısaboylu (=qısaboy) sif. Boyu uzun olmayan, gödəkboylu, gödək. – Kərim baba .. qısaboylu, geniş kökslü bir qoca idi. A.Şaiq. Qərənfilin atası Rüstəm kişi qısaboy bir adamdı. S.Rəhman. Xanbala 30 yaşlarında, arıq, qısaboylu .. bir kəndli idi. H.Sarabski. qısaboyun (=qısaboyunlu) sif. Boynu qısa olan. Qısaboyunlu adam. qısaboyunlu (=qısaboyun) sif. Boynu qısa olan. Qısaboyunlu adam. qısabuynuz (=qısabuynuzlu) sif. Buynuzları qısa olan. Qısabuynuzlu camış. qısabuynuzlu (=qısabuynuz) sif. Buynuzları qısa olan. Qısabuynuzlu camış. qısaca sif.\n1. Az qısa, çox uzun olmayan. Qısaca boylu kişi.\n2. Müxtəsərcə, gödəkcə; qısa, müxtəsər; ötəri. Qısaca söhbət. – Mədəd Tapdığa qısaca suallar verməyə başladı. Ə.Əbülhəsən. // Zərf mənasında. Qısaca danışmaq. Vəziyyətlə qısaca tanış oldum. qısacıq sif.\n1. Çox qısa, lap qısa. Qısacıq paltar.\n2. Çox müxtəsər, lap gödək (söz, iş və s.). qısadalğaçı is. rad. Qısa dalğada radio verib qəbul etməklə məşğul olan radio həvəskarı. qısadalğalı sif. rad. Qısa dalğalarda radio verən və qəbul edən. Qısadalğalı radioverilişi qurğuları. qısaqıç (=qısaqıçlı) sif. Qıçları çox qısa olan. Qısaqıçlı kişi. qısaqıçlı (=qısaqıç) sif. Qıçları çox qısa olan. Qısaqıçlı kişi. qısaqol (=qısaqollu) sif. Qolu qısa olan, qolu gödək. Qısaqollu paltar. qısaqollu (=qısaqol) sif. Qolu qısa olan, qolu gödək. Qısaqollu paltar. qısaqundaqlı sif. Qundağı qısa. [Səttarxan] qısaqundaqlı bir Avstriya karabini götürmüşdü. P.Makulu. qısaquyruq (=qısaquyruqlu) sif. Quyruğu uzun olmayan, gödəkquyruq. Qısaquyruq xoruz. – Sarxangilin qapısında qısaquyruqlu bir it vardı. M.Hüseyn. qısaquyruqlu (=qısaquyruq) sif. Quyruğu uzun olmayan, gödəkquyruq. Qısaquyruq xoruz. – Sarxangilin qapısında qısaquyruqlu bir it vardı. M.Hüseyn. qısaldılma “Qısaldılmaq”dan f.is. qısaldılmaq məch. Gödəldilmək, güdə kəsilmək, kəsilib qısa edilmək. // Müxtəsərləşdirilmək. qısaldılmış f.sif. Qısa hala salınmış, gödəldilmiş, azaldılmış, ixtisar edilmiş. Qısaldılmış palto. Qısaldılmış iş günü. qısalıq is. Qısa şeyin halı; gödəklik (uzunluq ziddi). Paltarın qısalığı. Söhbətin qısalığı. Cavabın qısalığı. Günlərin qısalığı ildə iki dəfə olur. // Müxtəsərlik. qısalifli sif. k.t. Lifləri, telləri qısa olan. Qısalifli pambıq. qısalma “Qısalmaq”dan f.is. qısalmaq f.\n1. Gödəlmək, qısa olmaq, yığılmaq. Köynək yuyulub qısalmışdır. Boyu qısalmaq.\n2. Müddətcə azalmaq, məhdudlaşmaq. Qışda günlər qısalır. qısalmış f.sif. Qısa hala düşmüş, gödəlmiş, azalmış. Qısalmış palto. qısaltdırma “Qısaltdırmaq”dan f.is. qısaltdırmaq icb. Gödəldilmək, qısa hala saldırmaq. Şalvarı dərziyə verib qısaltdırmaq. Saçlarını dəlləyə qısaltdırmaq. qısaltma “Qısaltmaq”dan f.is. qısaltmaq f.\n1. Bir şeyi gödək etmək, qısa etmək, gödəltmək, azaltmaq, ixtisar etmək. Paltarın ətəklərini qısaltmaq. Paltonun qollarını qısaltmaq.\n2. Müxtəsər etmək, uzatmamaq, tez qurtarmaq. Söhbəti qısaltmaq. Mübahisəni qısaltmaq. – Hacıyev mətləbi qısaltmaq istədi. Mir Cəlal. qısametrajlı sif. Uzunluqca adi filmlərdən qısa olan. Qısametrajlı film. – “Azərbaycanfilm” kinostudiyası bir sıra qısametrajlı filmlər istehsal etmişdir. qısamüddətli sif. Az müddəti nəzərdə tutan; qısa müddətdə olan, baş verən, az müddət davam edən, çox sürməyən. Qısamüddətli borc. Qısamüddətli ezamiyyət. qısaraq sif. Bir qədər qısa, gödək. qısasaçlı sif. Saçları gödək olan, saçları qısa kəsilmiş, gödəksaçlı. Qısasaçlı qız. qısayunlu sif. xüs. Yunu qısa olan. Qısayunlu qoyunlar. qısdırma “Qısdırmaq”dan f.is. qısdırmaq icb. Qısmağa məcbur etmək, sıxdırmaq. qısıcı 1. sif. Qısan, sıxan, tutan.\n2. is. xüs. Sıxıcı (tutucu) alət. Hidravlik qısıcı. qısıq sif.\n1. Qısılmış, sıxılmış, kiçilmiş; qısaldılmış, qısa. Ağacların, divarların qısıq kölgələri ərimiş, filiz kimi donmuş dururdu. A.Şaiq.\n2. Boğuq, tutqun, batmış, xırıltılı. qısıqlıq is.\n1. Qısılmış (sıxılmış) şeyin halı.\n2. Boğuqluq, xırıltı. qısılma “Qısılmaq”dan f.is. qısılmaq f.\n1. Bir şeyin arasında qalıb bərk sıxılmaq. Barmağım qapının arasında qısıldı. // Ümumiyyətlə, sıxılmaq. Qocurdan Tiflisi görəndə Bahadırın ürəyi qısıldı.. N.Nərimanov. Adamın ürəyi elə qısılır ki, deyəsən bəs bir daş qəfəsə düşübdür. S.Rəhimov.\n2. Tutulmaq, xırıldamaq, batmaq (səs).\n3. Sığınmaq, daldalanmaq, bir yerə sıxılmaq, büzüşüb qalmaq, gizlənmək. Səriyyə xanım evin bucağına qısılıb tez-tez kirpik çalır və ağzındakı saqqızını çeynəyirdi. M.S.Ordubadi. [Məmməd:] Bəs niyə nənəm o günü Məlik Məmmədin nağılını söyləyəndə .. məmənin qucağına qısıldın? S.S.Axundov. Bahadır divara qısılıb, intizardan geniş açılmış gözlərini Pəri nənəyə dikmişdi. M.Hüseyn.\n4. Utanmaq, sıxılmaq, çəkinmək. Danışarkən qısılmaq. Kamil qısılmasa, yaxşı oxuyar. – Heç qısılma bu məclisdə; Bu məclis ər meydanıdır. Aşıq Vəli. qısılmış f.sif. Sığınmış, daldalanmış, bir yerə sığınmış, gizlənmiş. Şən qəhqəhə və gurultularımızla .. kollar və budaqlar arasında qısılmış quşları qaçırırdıq. A.Şaiq. qısınmaq 1. bax. qısnamaq. [Tarverdi:] Namaz, bura gəl, bilirsənmi, cəbr eləmə; görürsən ki, qorxurlar, dəxi niyə qısınırsan? M.F.Axundzadə.\n2. bax. qısılmaq 3-cü mənada. Balaca uşaqlar yenə də analarına qısınıb yalnız indi tanıdıqları köhnə qonşularına baxır(lar). M.Hüseyn. qısıntı is. Sıxıntı, çətinlik. Qısıntı çəkmək. qısır sif. Müvəqqəti və ya həmişəlik doğmayan. Qısır inək. qısırəmən sif. Qısır qalmış anasını təkrar əmən. Qısırəmən dana. qısırlama “Qısırlamaq”dan f.is. qısırlamaq f. Qısır qalmaq, doğmamaq, bala verməmək. qısırlıq is. Qısır olma, doğmama, bala verməmə. qısqac is.\n1. zool. Rütubətli yerlərdə daşların altında yaşayan sarı rəngli, haça quyruqlu uzunsov cücü.\n2. zool. Başında qayçı kimi sıxıcı buynuzları – müdafiə aləti olan cücü; qayçıkəsən.\n3. Xərçəng kimi heyvanların sıxıcı üzvləri.\n4. xüs. Sıxıcı alət. Brezent torbada müxtəlif alətlər; çəkic, .. qısqac və s. görünürdü. Ə.Sadıq. qısqaclı sif. Qısqacı olan. qısqanan f.sif. bax. qısqanc. Mənim rəhmətlik ərim də çox qısqanan adamdı. M.S.Ordubadi. qısqanc sif.\n1. Çox qısqanan. Qısqanc ər. Qısqanc qadın. – Bir-birinə rəqib kəsilən və sönük piltənin bozumtraq alovunu qucaqlamaq istəyən qısqanc pərvanələrin son dəstələri qırılır və dəli bir sevgiyə qurban verilirdi. M.S.Ordubadi.\n2. Paxıl, qibtə edən.\n3. Xəsis, bir şeyi başqasına əsirgəyən, acgöz. // Məc. mənada. [Qəhrəman] baharın təravətli qoxusunu qısqanc bir həvəslə qoxulayıb, sinəsi qabarırdı. Ə.Vəliyev. qısqanclıq is.\n1. Sevdiyi bir adamın tam sədaqət və məhəbbətinə qarşı doğan şübhə, etimadsızlıq hissi; sevdiyi bir adamın başqasına qarşı yaxşı münasibətinə dözməmək xasiyyəti. [Həyat:] ..Sənin qısqanclıqların da, şübhələrin də mənə xoş gəlir. M.İbrahimov. Onun duyğuları .. qısqanclıqdan uzaq idi. İ.Əfəndiyev.\n2. Paxıllıq, qibtə. Həsəd və qısqanclıq xanla xatını qəribə bir təbə salırdı. S.Rəhimov.\n3. Xəsislik, acgözlük, bir şeyi başqasına əsirgəmə. qısqandırılmaq “Qısqanmaq”dan məch. qısqandırma “Qısqandırmaq”dan f.is. qısqandırmaq icb. Birinin qısqanmasına səbəb olmaq, birində qısqanclıq hissi doğurmaq. qısqanış is. Qısqanma. Qadın və qızlarda .. qısqanışlar həddindən artıqdır. M.S.Ordubadi. qısqanma “Qısqanmaq”dan f.is. qısqanmaq f.\n1. Sevdiyi, qəlbində məhəbbət bəslədiyi bir adama başqasının münasibətini çəkə bilməmək, yaxud yaxın bir adamının başqasına daha çox meyil və məhəbbət göstərdiyinə, daha çox sədaqətli olmasına şübhələnərək ruhi əzab çəkmək. Hüsaməddin qaşqabağını turşutmuşdu; o, Qətibə ilə Toğrulun əlaqəsindən şübhələnir və qısqanırdı. M.S.Ordubadi. Orda bütün gözlər səni süzərkən; Qısqanmağa başlayıram mən həmən. H.Cavid. // Şübhələnmək, çəkinmək, ehtiyat etmək. Dayı, məndən qısqanma, mən çörəyi dizi üstündə olan nəməkbəhəram adamlardan deyiləm. A.Divanbəyoğlu. // bax. qısqınmaq. [Əziz bəy:] Yeri gələndə o özü də danışmaqdan çəkinən və qısqanan deyil! M.F.Axundzadə.\n2. Qibtə etmək, həsəd aparmaq, paxıllıq etmək. Uşaq kiçik qardaşını qısqanır.\n3. Xəsislik etmək, əsirgəmək, acgözlük etmək. qısqı is.\n1. Tələsdirmə, qısnama, qısnağa salma. • Qısqı basmaq (gəlmək) – bax. qısqılamaq.\n2. Hədə, qara-qorxu; hədələmə, sıxışdırma. Qısqı güclü olanda, qorxaq bacadan qaçar. (Ata. sözü). Səlim bəy Nəbinin qısqısından sonra, utandığından bir həftə çölə çıxmayıb bu əhvalatı gizlin saxlamağa çalışdı. “Qaçaq Nəbi”. • Qısqıya basmaq – hədələmək, təhdid etmək, qorxutmaq, sıxışdırmaq. qısqılamaq f. dan. Sıxışdırmaq, qısnamaq. qısqın dan. bax. qısqı 1-ci mənada. qısqınmaq f. dan. Çəkinmək, utanmaq, sıxılmaq. qısqıntı is. dan. Sıxışdırma, tələsdirmə, qısnama. // Sıxıntı, əziyyət. qısqırdılma “Qısqırdılmaq”dan f.is. qısqırdılmaq məch. Üzərinə saldırılmaq (it). qısqırma (=qısqırtma) “Qısqır(t)maq”dan f.is. qısqırtma (=qısqırma) “Qısqır(t)maq”dan f.is. qısqırmaq (=qısqırtmaq) f. İti birinin üzərinə saldırmaq qəsdi ilə qıs-qıs demək. [Ovçular] mağaranın içindən ayının nəriltisini eşidib, tüfənglərini hazırladılar və itləri içəri qısqırtdılar. S.S.Axundov. ..Ağsaqqal və mömin adamlar köpəkləri, itləri buraxıb, qısqırda-qısqırda (z.) xortdanın üstə hücum etdilər. B.Talıblı. // məc. Bir adamı digərinin üzərinə saldırmaq, vuruşmağa təhrik etmək. Rus Əhmədlə gəzən adam onlara əcaib təsir bağışlayırdı. Hətta dəcəllik edib onlara it qısqırdanlar da olurdu. İ.Şıxlı. qısqırtmaq (=qısqırmaq) f. İti birinin üzərinə saldırmaq qəsdi ilə qıs-qıs demək. [Ovçular] mağaranın içindən ayının nəriltisini eşidib, tüfənglərini hazırladılar və itləri içəri qısqırtdılar. S.S.Axundov. ..Ağsaqqal və mömin adamlar köpəkləri, itləri buraxıb, qısqırda-qısqırda (z.) xortdanın üstə hücum etdilər. B.Talıblı. // məc. Bir adamı digərinin üzərinə saldırmaq, vuruşmağa təhrik etmək. Rus Əhmədlə gəzən adam onlara əcaib təsir bağışlayırdı. Hətta dəcəllik edib onlara it qısqırdanlar da olurdu. İ.Şıxlı. qıs-qıs Iti qısqırtmaq üçün işlənən nida. qıs-qıvraq bax. qıvraq. [Nəriman] belini enli qayışla qıs-qıvraq bağlamışdı. İ.Əfəndiyev. Fəvvarə vuraraq qaynayır bulaq; Hovuz zireh geyir sudan qıs-qıvraq. Şəhriyar. qısma “Qısmaq”dan f.is. qısma-boğma is. Hər tərəfdən sıxışdırma, qısnama. • Qısma-boğmaya salmaq – çox sıxışdırmaq, çox qısnamaq. [Aqronom:] Nə başlayıblar məni qısma-boğmaya salmağa?.. M.Hüseyn. Qələndərlə bir neçə nəfər isə öz sualları ilə Zülfüqar kişini qısmaboğmaya salmışdılar. Ə.Əbülhəsən. qısmaq f.\n1. Sıxıb tutmaq, iki şey arasında bərk sıxmaq. [Şərəfnisə xanım] şəkil kağızlarını dişin-dişinə qısıb, əlində bərkbərk övkələyir, salır ayağı altına. M.F.Axundzadə. [Kərim baba] uşaqlara məxsus bir sevinclə sümsünü iri dodaqları arasına qısıb çalmağa başladı. A.Şaiq.\n2. Yatırmaq, kip yapışdırıb sıxmaq, basmaq. Adətdir, quyruğun buduna qısar; Hər yerdə ki görsə köpəyi paraq. Q.Zakir. Qurd .. quyruğunu böyrünə qısaraq, dili ilə pələngi yalayırdı. A.Şaiq.\n3. Ümumiyyətlə sıxmaq. ..Bir gün mədaxil çox olar, bir gün az olar, nə lazım ürək qısmaq. Ə.Haqverdiyev. [Şamamanın anası:] A kişi, sən allah, o qara günləri yadımıza salıb ürəyimizi qısma.. İ.Əfəndiyev.\n4. Gizlətmək, çəkmək. Toyuqlar boyunlarını içəri qısaraq, gözlərini qırpırdılar. H.Nəzərli. Onun hər bir kəlməsini yaxşı eşitmək üçün hamı nəfəsini qısıb dinlədi. M.Hüseyn.\n5. Qənaət etmək, azaltmaq, daraltmaq, kiçiltmək, kəsmək, sıxışdırmaq. Xərci bir qədər qısmalı. Yüz manat qısıb saxlamışam. qısnaq 1. is. Çox çətin girilə bilən yer.\n2. sif. Tələsik, təcili, təxiredilməz. Qısnaq iş. • Qısnağa salmaq – tələsdirmək, sıxışdırmaq. qısnama “Qısnamaq”dan f.is. qısnamaq f. Təkidlə israr etmək, təkidlə tələb etmək; bərk qısqı gəlmək; sıxışdırmaq, dirənmək. [2-ci kəndli:] Bizi niyə belə dara qısnayırsan? Ə.Haqverdiyev. Mənim qardaşım gəlib məni qısnayıbdır ki, tez ol, məni də məktəbə qoy. C.Məmmədquluzadə. Kəndlilər .. Nəbini gizlətdilər. Naçalnik nə qədər qısnadısa, boyun olmadılar. “Qaçaq Nəbi”. qısraq sif. Doğmayan, qısır. O, qısraq şeydir, öküz deyil ki, qulaqlayıb cütə qoşasan. S.Rəhimov. qış is. İlin payızdan sonra gələn ən soyuq fəsli. Qarlı qış günündə. Bu il qış çox gec gəldi. – Doğrudur, kəndlərdə və balaca şəhərlərdə qışın o qədər bir səfası yoxdur, amma Tiflis kimi yerdə qış böyük bir qənimətdir. C.Məmmədquluzadə. O, şaxta, boranlı qış da bitdi; Alqışladığım bahar yetdi. A.Şaiq. Qərib qış axşamları yollara qar yağanda; At sürüb bir şenliyə, gecələdim Muğanda. Ə.Cəmil. • Qış-yay (yaz) – daima, həmişə, ilin bütün fəsillərində. Qışyay bu cür paltar geyir. – Dörd yolun kəsişdiyi və bütün küçələrin birləşdiyi bu bağda həmişə qış-yay adam olurdu. İ.Şıxlı. qışçiçəyi is. məh. bot. Aran rayonlarda bitən tez çiçəklənən ot bitkisi. qışqır-bağır is. Qışqırıq, çığır-bağır, qışqırma. Qışqır-bağır salmaq. – Zeynal əvvəl bu qışqır-bağırla (z.) bu özbaşınalığın qabağını almaq istəyirdi. Ə.Əbülhəsən. qışqırıq is. Çığırtı, bağırtı, çığırtı səsi. Qışqırıq qopmaq. Qışqırıq salmaq. Onun qışqırığını uzaqdan eşitdim. – Bu qədər qışqırığa durdu qonum-qonşu təmam; Dəbərişməz də, veribdir, deyəsən, can, ölübə! M.Ə.Sabir. [Şəmsi bəy:] ..Bu iki xanımdan bir qışqırıq qalxdı ki, dedim, yəqin qarşılarına aslan çıxmışdır. S.S.Axundov. qışqırıq-bağırıq bax. qışqır-bağır. Molla yenə də qışqırıq-bağırıqla (z.) məsələnin üstünü birtəhər örtmək istədisə də, bu dəfə Sirat ona imkan verməyərək belə bir məsəl də çəkdi.. Ə.Əbülhəsən. qışqırıqçı sif. Daima qışqıran, bağıran, küy-kələkçi, çığırqan. Qışqırıqçı uşaq. qışqırışma “Qışqırışmaq”dan f.is. qışqırışmaq qarş. Hamı birdən, hərə öz yerindən qışqırmaq. Biz bir ağızdan qışqırışdıq. S.Rəhimov. Qızlar gülüşərək yerbəyerdən qışqırışdılar. Ə.Məmmədxanlı. qışqırma “Qışqırmaq”dan f.is. qışqırmaq f. Bərkdən çığırmaq, bağırmaq. Cənnət xanım .. başını silkələyib elə qışqırdı ki, üzündən pudra ələndi. Mir Cəlal. qışqırtı is. Qışqırıq, çığırtı, bağırtı; qışqırıq səsi. Balaca uşaqlar .. biqeyd bağın xiyabanlarında qışqırtı ilə yüyürüşürlər. Ə.Haqverdiyev. Elə bu zaman səbir kasası aşıb-daşan Zərrintac xanımın qışqırtısı bütün həyəti götürdü. S.Rəhimov. Bayaqkı qışqırtı və bağırtıdan hürkmüş .. müdir nəfəs aldı. M.İbrahimov. // məc. Səs, gurultu, şarıltı, şırıltı. Çayın qışqırtısı qaranlığın qatı sükutunu pozur, çay səllimi at kimi baş alıb gedir. Ə.Vəliyev. qışqırtma “Qışqırtmaq”dan f.is. qışqırtmaq icb. Birinin qışqırmasına, bağırmasına, çığırmasına səbəb olmaq; bağırtmaq. qışla is.\n1. Əsgəri hissələri yerləşdirmək üçün böyük bina; qazarma. Şəhərə buraxılan qoşun dəstələri bu gün öz qışlalarına çəkilmişdi. M.S.Ordubadi. Bu, qışladan bir neçə yüz metr qədər dalda olan bacanın suyu idi. Ə.Əbülhəsən.\n2. Fabriklər yanında fəhlələr üçün ümumi yaşayış evi. Araz yoldaşlarını görmək məqsədi ilə evdən çıxıb, fəhlə qışlasına getmək istəyirdi. A.Şaiq. Buyurun, baxın, görək bunlar təzə şəhər evlərinə oxşayır, yoxsa adi bir qışlaya. Mir Cəlal. qışlaq is. Qoyun və başqa ev heyvanlarının gətirilib saxlandığı mötədil havalı və otlaqlı qışlama yeri. Heyvanlar yaylaqdan qışlağa köçdü. // Qışı keçirmək üçün bina və s. olan yer; oba, kənd. Əvvəlinci məclis Qarabağ vilayətində .. yazın əvvəlində Novruz bayramından bir gün keçmiş Təklə-Muğanlının qışlağında vaqe olur. M.F.Axundzadə. Küləkli qar, yağış yağar uzun-uzadı yaylağa; Köçər o vaxt el-oba, enər tamami qışlağa. A.Səhhət. Qışlaqda idik, payızın aydınlıq gecəsi idi. A.Şaiq. // məc. Yurd mənasında. Bir vətən eşqilə Mildə, Muğanda; Min bir oba qurub, qışlaq saldınız. S.Vurğun. qışlama “Qışlamaq”dan f.is. qışlamaq f. Qışı bir yerdə keçirmək. Qoyunlar aranda qışladı. – Qaçarlar isti yerlərə tamam quşlar ol zaman; Bizimlə qışlayar fəqət dolaşa, sərçə, sağsağan. A.Səhhət. [Pinəçi Qafar:] Bu qışı burada qışlamasam, mədarım keçməz. S.S.Axundov. qışlıq sif. Qışa, qış fəslinə məxsus, qış üçün ayrılmış, yaxud bir qışa çatacaq qədər olan. Qışlıq azuqə. Qışlıq odun. Qışlıq paltar. qışotu is. bot. Qışlaqlarda, şoranlıqlarda bitən birillik yem bitkisi. qıt sif. Tapılmayan, qəhət, yox dərəcəsində az. Sərv ağacı hər ağacdan ucadır; Əsli qıtdır, budağında bar olmaz. Xəstə Qasım. • Qıt olmaq – tapılmamaq, tapılmayacaq dərəcədə az olmaq, qıtlaşmaq. qıtıqotu is. bot. Tərkibində efir yağı olan iriköklü bitki. // Bu bitkinin xörəyə qatılıb yeyilən kökü. qıtlaşdırma “Qıtlaşdırmaq”dan f.is. qıtlaşdırmaq f. Tapılmayacaq bir hala gətirmək, bir şeyin tapılmamasına, son dərəcə azalmasına, qəhətliyə səbəb olmaq. qıtlaşma “Qıtlaşmaq”dan f.is. qıtlaşmaq f. Tapılmaz hala gəlmək, yox olmaq, çatışmamaq, qəhətləşmək, tapılmayacaq dərəcədə azalmaq. qıtlıq bax. qəhətlik. ..Qəzvinin ətrafında suyun qıtlığı cəhəti ilə əksəri-məhsulat yanıb əmələ gəlməmişdi. M.F.Axundzadə. Bunlar çox zaman qapı qabağında görünürlər, .. qıtlıqdan, zülmdən, zalımdan söhbət edirlər. S.Rəhimov. 1914-cü il idi. Yavaş-yavaş adada qıtlıq hiss olunurdu. Ə.Məmmədxanlı. qıvırcıq sif. Qıvrım halda olan. Qıvırcıq saç. Quzunun gör nə qıvırcıq dərisi var! – ..Bir qismi də qara gözlərə, qara qıvırcıq saçlara .. daha ziyada məftuniyyət göstərir. A.Şaiq. Gündüz o küçələrdə, gur saçları qıvırcıq; Ac zənci balaları dilənir dəstədəstə. Ə.Cəmil. qıvırcıqlanma “Qıvırcıqlanmaq”dan f.is. qıvırcıqlanmaq f. Qıvırcıq hala gəlmək, qıvrım-qıvrım olmaq, buruq-buruq olmaq. qıvırcıqsaç (=qıvırcıqsaçlı) bax. qıvrımsaç(lı). Söylə görək, Beyrək adlı, boylu-buxunlu, qara, qıvırcıqsaçlı .. bir igid görmədinmi? M.Rzaquluzadə. qıvırcıqsaçlı (=qıvırcıqsaç) bax. qıvrımsaç(lı). Söylə görək, Beyrək adlı, boylu-buxunlu, qara, qıvırcıqsaçlı .. bir igid görmədinmi? M.Rzaquluzadə. qıvırcıqtel (=qıvırcıqtelli) bax. qıvrımsaç(lı). qıvırcıqtelli (=qıvırcıqtel) bax. qıvrımsaç(lı). qıvırcıqtüklü sif. Tükləri qıvrımqıvrım olan. [O] qıvırcıqtüklü papağını boynunun ardına sarı itələyib, ucları kəsik qara kəkilini alnından gözünün üstünə tökmüşdü. M.Hüseyn. qıvraq sif.\n1. Sağlam, möhkəm, gümrah, səhhətcə yaxşı. Qıvraq bədən. Xəstə bu gün bir az qıvraqdır. – Səksən yaşındadır, hamıdan qıvraq. Q.Zakir. Həkim yaşlı, lakin qıvraq bir adamdı. Ə.Əbülhəsən. // Çevik, cəld, diribaş, zirək, yüngül. [Qəhrəman yüzbaşı:] Ədə, cəld tərpəşin!.. Əziz, atı döy, sənin atın qıvraqdır.. C.Məmmədquluzadə. Adamlar aralanıb Tükəzbana yol verdilər. Tükəzban qıvraq (z.) atdan düşüb, şuraya daxil oldu. B.Talıblı.\n2. Yüngül, kip, bədənə yapışan, hərəkətə mane olmayan (paltar, ayaqqabı və s. haqqında). Qıvraq paltar. Ovçular qıvraq (z.) geyinib yola düşdülər. – ..Qaçaqlar gəlirlər, amma qabaqlarınca bir ucaboylu, qıvraq (z.) geyinmiş yaraqlı, əsbablı oğlan gəlir ki, çox heybətlidir. M.F.Axundzadə. [Zaman] əlindəki dəsmalında sovqatı, ayağında qıvraq çarığı şəhərin yavıqlığındakı kəndə nişanlıbazlığa gedirdi. Çəmənzəminli. qıvraqlanma “Qıvraqlanmaq”dan f.is. qıvraqlanmaq bax. qıvraqlaşmaq. qıvraqlaşma “Qıvraqlaşmaq”dan f.is. qıvraqlaşmaq f.\n1. Sağlamlaşmaq, yaxşılaşmaq, sağalmaq, gümrahlaşmaq. İstirahətdən sonra xeyli qıvraqlaşıbdır.\n2. Yüngülləşmək.\n3. Geyinmək, üst-başını səliqəyə salmaq, düzəltmək. [Xeyransa:] Hə... hə... hə... yaxşı deyirsən. Bir az dayan, qıvraqlanıb gedək. H.Sarabski. qıvraqlıq is. Qıvraq adamın halı; sağlamlıq, yüngüllük, çeviklik. qıvranma “Qıvranmaq”dan f.is. qıvranmaq bax. qıvrılmaq 3-cü mənada. [Qəhrəman] ümidsiz-ümidsiz qıvranır və yerində yatırdı. S.Rəhimov. qıvrıq sif. Qıvrılmış, qıvrılmış halda olan, qıvrım, buruq-buruq. Qıvrıq saç. qıvrılış is. Qıvrılma, qıvrılma tərzi. qıvrılma “Qıvrılmaq”dan f.is. qıvrılmaq f.\n1. Qıvrıq hala gəlmək, qıvrıq şəkil almaq; burulmaq, buruq-buruq olmaq. Saçları qıvrılmaq. – Onun .. bir tutumluq ağ saqqalı ətsiz çənəsi üzərindən boğazına doğru qıvrılaraq uzanmışdı. A.Şaiq. [Tutubəyimin] iri hörüyü ilan kimi ağ yastığın üstündə qıvrıldı. Çəmənzəminli. // Təşbehlərdə. Hər zaman kim, həlqeyi-zülfi-kəcin yad eylərəm; Qıvrılıb əfi kimi yüz ahü fəryad eylərəm. S.Ə.Şirvani.\n2. Halqa şəklində burulmaq, bükülmək, büzüşmək, yaxud bir tərəfdən o biri tərəfə əyilmək. İlan qıvrılıb yatmışdı. – Hüseynqulu ağa dal tərəfində qıvrılıb yatmış pişiyi ona göstərdi. S.S.Axundov.\n3. Qatlanmaq, bükülmək, bürüşmək, büzüşmək. Soyuqdan yarpaqlar qıvrılmışdır.\n4. Ağrıdan, sancıdan, hirsdən və s.-dən əyilib bükülmək, yığılmaq, büzüşmək (bədən haqqında). Xəstə dəhşətli ağrıdan qıvrılırdı. – İki cəngavər, ilan vurmuş kimi, yerində qıvrılan yasavulbaşını .. sicimlə çinarın gövdəsinə sarıdılar. M.Rzaquluzadə. // məc. Əziyyət çəkmək, əzab çəkmək, iztirab çəkmək. Fəxrəddin bu qədər əzici fikirlərin təsirindən qıvrıldığı zaman, oxuyan qız da .. qəzəlləri oxumağa başladı. M.S.Ordubadi.\n5. Düz olmayan, əyri-üyrü, dalğavari şəkildə uzanıb gedən şey haqqında. Qəhrəman .. şəhərə girən yolun ağzına çıxır, uzaqdan qıvrılıb gələn yola tamaşa edirdi. S.Rəhimov. Ayağımız altında ilan-ilan qıvrılan çaylar var. M.Müşfiq. qıvrılmış f.sif. Qıvrım; qıvrım hala düşmüş. Kişinin üz-gözünü qıvrılmış qara tük basmış, yanaqlarını və alnını sarı bir ləkə tutmuşdu. S.Rəhimov. qıvrıltma “Qıvrıltmaq”dan f.is. qıvrıltmaq f. Qıvrıq hala gətirmək, qıvrılmış hala salmaq. qıvrım 1. sif. bax. qıvrıq. Qıvrım o saçın müşkə qalib gəlib aləmdə. Heyran xanım. Qıvrım başın əyilmişdir; Doluxsunmuş qara gözün. R.Rza. Qızın qıvrım saçları yastığa dağılmışdı. M.Hüseyn. // Spiral şəklində olan; buruq, burma.\n2. is. Bir şeyin əyilib bükülən yeri, qıvrım yeri. qıvrım-qıvrım sif. və zərf Çox qıvrım. Qıvrım-qıvrım saç. Qıvrım-qıvrım olmaq. qıvrımlaşdırılma “Qıvrımlaşdırılmaq”dan f.is. qıvrımlaşdırılmaq məch. Qıvrımqıvrım edilmək, qıvrım hala salınmaq; buruqburuq edilmək. qıvrımlaşdırma “Qıvrımlaşdırmaq”dan f.is. qıvrımlaşdırmaq f. Qıvrım-qıvrım etmək, qıvrım hala salmaq, buruq-buruq etmək. qıvrımlaşma “Qıvrımlaşmaq”dan f.is. qıvrımlaşmaq f. Qıvrım-qıvrım olmaq, qıvırcıq hala düşmək, buruq-buruq olmaq. qıvrımlı sif. Qıvrımları olan, qıvrım. // Əyri-üyrü, buruq-buruq. ..Bu qıvrımlı yollar, yerli dildə desək, qıvraq kəndlilərin ayağına dolaşır. Mir Cəlal. qıvrımlıq is. Qıvrım şeyin halı. Qoyunların yemi kifayət qədər olmayanda, yunun uzanması ləngiyir və keyfiyyəti də pisləşir; möhkəmliyi, uzunluğu, nazikliyi və qıvrımlığı pisləşir. “Zootexniya”. qıvrımsaç (=qıvrımsaçlı) sif. Saçları qıvrım olan, buruqsaçlı. Qaragöz, qıvrımsaç qız güzgünü Nərimandan almadı. Mir Cəlal. qıvrımsaçlı (=qıvrımsaç) sif. Saçları qıvrım olan, buruqsaçlı. Qaragöz, qıvrımsaç qız güzgünü Nərimandan almadı. Mir Cəlal. qıvrımsaqqal sif. Saqqalının tükləri qıvrım (qıvırcıq) olan. qıvrıntı is. Bir şeyin qıvrılmış, burulmuş yeri, bükük yeri, qıvrıq yeri. qıvrışmaq bax. qıvrılmaq. qıy I. is. Səs, qışqırtı, bağırtı, haray. Bir az yaxşı dinlə, hey qıya bir bax; Dördnala gəlirlər, atlar çaparaq. Ə.Cavad. • Qıy vurmaq, qıy qoparmaq, qıy çəkmək – qışqırmaq, bağırmaq, səsləmək, nərə çəkmək. Durnalar düzüləndə; Qıy vurub süzüləndə; Düşmən murada yetər; Əl əldən üzüləndə. (Bayatı). Səssiz keçən günlərimlə vidalaşaraq; Haray çəkib, qıy qoparıb çöllər dolanır. S.Vurğun. [Qaraca çoban] bağıryaran bir səslə qıy vurub irəli şığıdı. İki qardaşı da gəlib ona qoşuldular. M.Rzaquluzadə. ‣ Qıya baxmaq – qıyğacı baxmaq. Qəsdin aşıq canın almaqdı əgər; Göz ucilə qıya baxmağın yetər. Q.Zakir. Bir şux qıya baxdı, huş aldı sərdən; O cadu gözlərdə, bir əməl gördüm. Aşıq Dilqəm. Qıya baxdın, məni saldın firqətə; Səni görsəm dərdim azalı, Gülü! Aşıq Ələsgər.\n\nII. is. məh. Yundan, ipdən, iplikdən toxunma yumru, ya yastı qaytan. Güləbətin qıydır, yoxsa yengi ay; Öpər, qucar gül yanağın üstündən. M.P.Vaqif. Güləbətin qıyı tər sinən üstə; Nə gözəl yaraşır, qız, köynəyinə. Aşıq Ələsgər.\n\nIII. is. Gözün ucu, dar tərəfi. qıyaqotu is. bot. Taxılların arasında bitən alaq otu. qıyğacı bax. qıyqac 1-ci mənada. • Qıyğacı baxmaq – 1) gözünün ucu ilə baxmaq. Dilara Həsənə qıyğacı baxıb gülümsədi. M.İbrahimov; 2) süzgün baxmaq. Xumar qara gözlərini leylacı; Süzür hərdən, dönüb baxır qıyğacı. A.Səhhət. Kiçikxanım qıyğacı baxıb, onun zarafatına gülümsədi. Mir Cəlal. qıyğaclama “Qıyğaclamaq”dan f.is. qıyğaclamaq f. Bir şeyi (kağızı, parçanı və s.-ni) qıyğacı bükmək və ya qıyğacı kəsmək. Çarqatı qıyğaclayıb başına atdı. qıyğaclanma “Qıyğaclanmaq”dan f.is. qıyğaclanmaq məch. Qıyğacı bükülmək, ya kəsilmək. qıyıq I. is. Torba, çuval və s. tikməyə məxsus iri iynə; çuvalduz. ..Əlinə bir dəmir sünbə, bir də bir qıyıq keçirib, düşüb bu dərənin canına, adını da qoyub palanduz. S.Rəhimov. Qıyıqlar xarallara sancıldı. Ə.Vəliyev.\n\nII. sif. Gözlərinin ucu dar, qıyılmış. Musa kişi qıyıq gözlərini Firidunun fikirli simasından çəkib, uşaqların dalınca baxdı. M.İbrahimov. ..Elə bil bütün bunlar da tatarın qıyıq gözlərindən gizli qalmırdı. Ə.Əbülhəsən. qıyıqdan is. Qıyıq qabı, iynə qabı. qıyıqgöz (=qıyıqgözlü) sif. Gözləri qıyıq olan. Qıyıqgöz uşaq. – Dəyənin qalın palaz pərdəsi aralandı, qıyıqgözlü, seyrək, uzunbığlı bir yasavul başını içəri uzatdı. M.Rzaquluzadə. qıyıqgözlü (=qıyıqgöz) sif. Gözləri qıyıq olan. Qıyıqgöz uşaq. – Dəyənin qalın palaz pərdəsi aralandı, qıyıqgözlü, seyrək, uzunbığlı bir yasavul başını içəri uzatdı. M.Rzaquluzadə. qıyıldama “Qıyıldamaq”dan f.is. qıyıldamaq f. Qıy vurmaq (bax. qıy1). qıyılma “Qıyılmaq”dan f.is. qıyılmaq f. Yığılmaq, yarı yumulmaq. Təbəssümdən onun gözləri qıyıldı. Ə.Əbülhəsən. Molla Qurbanəlinin xırda gözləri qıyıldı. P.Makulu. qıyıltı I. is. Qıy səsi, qışqırtı. [Qırğıda] isə gözə çarpacaq qədər bir küskünlük vardı. Onun qıyıltıları, qanad çırpıntıları müəyyən dərəcədə əskilmişdi. H.Nəzərli.\n\nII. is. Gözün qıyılması. qıyış is. Gözü qıyma işi və tərzi. qıyışmaq bax. yığılmaq. qıyqac 1. sif. Əyri, çəp, yanakı, çəpəki. Siyah zülfü dal gərdəndə bir qulac; Sona cıqqası tək ucları qıyqac. Q.Zakir. Dağ başından günəş baxınca qıyqac; Quşlar durmaz, sərsəm kimi bağırar. A.Şaiq. Tikanlı tel uzanır hər yana əyri, qıyqac. R.Rza.\n2. is. Çəpinə kəsilmiş, yaxud çəpinə qatlanmış parça və s.; üçkünc baş örtüyü. Başına güllü qıyqac bağlamış Həqiqət .. torpaq daşıyan, yer qazan, daş aşıran yoldaşlarına baxırdı. Ə.Vəliyev. qıy-qıy is.\n1. Bir ayağı üstündə yerimə.\n2. Bu cür oynanılan uşaq oyunu. qıylamaq I. f. Qıy vurmaq, qışqırmaq, haray çəkmək, bağırmaq, səsləmək, qışqırıb çağırmaq (bax. qıy1).\n\nII. f. məh. Qıy (qaytan) keçirmək, qıya tutmaq (bax. qıy2). qıylı sif. məh. Qıyı olan (bax. qıy2). Ağzı qıylı heybə. qıyma “Qıymaq1”dan f.is. qıymaq I. f. Heyfi gəlməmək, əsirgəməmək; bir şeyi başqasına rəva görmək. Könül rəva görməz səni yad görə; Səni özgəsinə qıyan deyiləm. M.P.Vaqif. [Tükəz:] Sənin evində zəhirmar da tapılmaz; olsaydı onu da qıyıb bizə verməzdin. M.F.Axundzadə. [Sadıq:] Ay zalım oğlu, adam da İskəndər kimi oğlana qıyıb güllə atarmı? Ə.Haqverdiyev.\n\nII. : gözlərini qıymaq – gözlərini yarım yumaraq və kirpiklərini qısaraq baxmaq. Kərim baba iri, sallaq dodaqlarını geniş-geniş açaraq gözlərini daha da qıydı. A.Şaiq. Hesabdar gözlərini qıyıb, üfüqdə iki boy qalxmış günəşə baxdı. M.İbrahimov. qıymama “Qıymamaq”dan f.is. qıymamaq f. Heyfi gəlmək, əsirgəmək, bir şeyi başqasına rəva görməmək. İstər başına durub dolansın; Qıymaz uşaq uyqudan oyansın. A.Səhhət. [Cənnətəli:] Sən öləsən, Mirzə, tulalarımın içində elələri var ki, birini bir ata qıymırsan. N.Vəzirov. [Mürsəl:] ..[Anam] yumurta bişirmək üçün aldığım təzə tayqulpa qıymır.. Mir Cəlal. qıynaq is. Yırtıcı quş çəngəli; caynaq. Çünki onun [insanın] pələng kimi dişləri və qıynaqları yox ki, düşmənə qalib olsun, at və maral kimi ayaqları yox ki, qaçıb qurtarsın.. H.Zərdabi. [Bədəl:] Bizim birinci qəsdimiz .. öz kasıb qardaşlarımızı Pərviz xan və Rəhim xan kimi qaniçənlərin qıynaqlarından qurtarmaqdır. Ə.Haqverdiyev. qıyna qlama “Qıynaqlamaq”dan f.is. qıynaqlamaq f. Qıynaqları ilə tutmaq, qıynağına keçirtmək; caynaqlamaq. Çalağan göyərçini qıynaqlayıb apardı. qıynaqlanma “Qıynaqlanmaq”dan f.is. qıynaqlanmaq məch. Qıynaqla tutulmaq, qıynağa keçirilmək, caynaqlanmaq. qız is.\n1. Qadın cinsindən olan uşaq, övlad. Yusifin Səlimədən başqa bir oğlu və iki qızı var idi. N.Nərimanov. Gəlinlər, qızlar ağır-ağır enib qalxırdılar. Çəmənzəminli.\n2. Hədd-büluğa çatmış, lakin hələ ərə getməmiş qadın cinsli cavan. Qızlar, oğlanlar yanaşı oturmuşdular. M.Hüseyn. [Bəşir:] Ana, .. mənə nə bəy və nə də dövlətli tacir qızı lazım deyil, arayıb bir kasıb qızı taparsan. S.S.Axundov. [Buğacın anası] atını məhmizləyib qırx qızla birgə çölə, ovlağa sarı üz qoydu. M.Rzaquluzadə. // Bakirə mənasında. • Qız almaq – evlənmək, evləndirmək. Qız kimi – tərbiyəli, utancaq, məsum, ismətli. Gizli bir eşq var bənzər dənizə; Qız kimi qısılıb ana Təbrizə; Odur ki, çıxmayıb üzə Şahgölü. S.Tahir. Qız köçürmək – qız ərə vermək. Qadınlar toplanıb oynayır, çalır; Qızı köçürməyə az zaman qalır. M.S.Ordubadi. Qız qalmaq – ərə getməmək. Gülpərinin bəd xasiyyəti onun indiyə kimi qız qalmasına səbəb olmuşdu. S.S.Axundov. Qız vermək – birinə qızını verib onunla qohum olmaq. Əmir həzrətləri, siyasətlər əksəriyyətlə qız verib, qız almaq və qohum olmaq əsasında qurulubdur. M.S.Ordubadi. ..Kasıbına mərddi, – dedik; Mərd kasıba qız vermədik. M.Araz. qızaraq is. bot. Quru dağ yamaclarında bitən çoxillik ot bitki. qızardılma “Qızardılmaq”dan f.is. qızardılmaq məch.\n1. Qızarıncaya qədər qızdırılmaq, közərdilmək.\n2. Qırmızı rəngə boyadılmaq, qırmızı rəngə salınmaq, qırmızılaşdırılmaq, qırmızı rəng sürtülmək.\n3. Tavada və s.-də qızarıncaya qədər bişirilmək, qovrulmaq. Ət qızardılmışdır.\n4. məc. Bərk utandırılmaq, qızarmasına, xəcalət çəkməsinə səbəb olmaq. qızardılmış f.sif.\n1. Qırmızı oluncaya qədər qızdırılmış, közərdilmiş. O, indi körükdə qızardılmış dairəvi bir dəmir parçasına bənzəyirdi. M.Hüseyn.\n2. Şiddətli od üstündə qızarıncaya qədər bişirilmiş; qovrulmuş. Qızardılmış toyuq. Qızardılmış ət. Qızardılmış balıq. – [Əşrəf] qızardılmış bildirçinləri çıxardıb stolun üstünə qoydu.. İ.Şıxlı.\n3. Qırmızı rəngə boyanmış. Qızardılmış parça, bez.\n4. məc. Bərk utandırılmış. qızarıq is. Bədəndə bir yerin qaşınmasından, yaxud başqa səbəbdən əmələ gəlmiş qızartı. qızarışma “Qızarışmaq”dan f.is. qızarışmaq f. Görünmək, qızarmaq (çoxlu qırmızı şey haqqında). Məhəccər boyu dairə şəklində balaca bostanın dövrəsini bürümüş gül-çiçək elə uzaqdan da qızarışırdı. M.Hüseyn. Dağın ətəyində buğda zəmilərinin içindəki lalələr qızarışırdı. Ə.Vəliyev. qızarma “Qızarmaq”dan f.is. qızarmaq f.\n1. Çox qızmaqdan qırmızı rəng almaq, közərmək. Dəmir ocaqda qızardı.\n2. Şiddətli od üstündə tavada və s.-də qırmızı oluncaya qədər qovrulub bişmək. Ət qızarmışdır. – Təndirin bir tərəfi dolmamış, o biri tərəfdə çörək qızarır, köpürdü.. Mir Cəlal.\n3. Qırmızı olmaq, qırmızılaşmaq, qırmızı rəng almaq, allanmaq. Şaxtadan yanaqları qızarmışdır. Ağlamaqdan (tüstüdən və s.-dən) gözləri qızarmaq. – [Fərhad:] ..Gözlərim ağrıyır. Onun üçün bir az qızarıb. Ə.Haqverdiyev. [Gəlinin] yanaqları alma kimi qızarmışdır. Çəmənzəminli. Al geyib, qızarıb yenə üfüqlər; Bir azdan gözünü açacaq səhər. S.Vurğun.\n4. Yetişmək, dəymək (meyvələr haqqında). Narlar, zoğallar qızarmağa başlamışdır. Almalar lap qızarıbdır. – Çöllərdə qızararkən şehli moruq kolları; Ha getdimsə uzandı qədim Şirvan yolları. Ə.Cəmil.\n5. Uzaqdan görünmək (qırmızı şey və işıq haqqında). Yaşıllıq arasında kəndin kirəmit damları qızarır. Taxıl əkininin içində lalələr qızarır.\n6. məc. Utanmaq, xəcalət çəkmək. Sənin yerinə mən qızarmalıyam. – Məmməd Həsən əmi lap karıxdı, .. sonra qızara-qızara (z.) üzünü tutdu atlıya. C.Məmmədquluzadə. Ara-sıra uşaqlar analarına baxıb, bir də qonaqlarına baxıb qızarırdılar. M.S.Ordubadi. // Xəcalətindən qan üzünə vurub yanağı qırmızı olmaq, rəng verib rəng almaq (bəzən təşbehlərlə işlənir). Ruqiyyə mətləbi anladı, ətrafa baxdı, bir kəs yox idi. Dan şəfəqi kimi qızardı. A.Divanbəyoğlu. // Acıqdan, hirsdən üzünün rəngi dəyişib qırmızılaşmaq. Sərdar Rəşidin üzü qızarır və yenə də ağarırdı. M.S.Ordubadi. ‣ Qızarıb-bozarmaq – xəcalətdən və ya acıqdan rəng verib rəng almaq. [Məmməd] güldükcə Əli əmniyyəbaşı qızarıb-bozarırdı. M.İbrahimov. qızarmış f.sif.\n1. Çox qızmaqdan qırmızılaşmış, közərmiş, qıpqırmızı olmuş, köz bağlamış. Qızarmış dəmir. Qızarmış kömür. – Kürənin daşları pul kimi qızarmış, divarları qovrulurdu. Mir Cəlal.\n2. Od üstündə qovrulub qızarıncaya qədər bişmiş. Qızarmış ət, balıq. – [Məşədi Heydər] ..qolunu çırmayıb, qırmızı butalı nimçənin ortasında köndələn yıxılan cücənin qızarmış budundan yapışdı. B.Talıblı. Qazanlar buğlanır, dadlı, qızarmış ət qoxusu ətrafa yayılırdı. M.Rzaquluzadə.\n3. Qırmızı olmuş, qırmızı rəng almış. Qızarmış yanaqlar. Qızarmış gözlər. – [Turab] qulluğa yorğun getdi. Qızarmış gözlərinin altı kölgəli idi. Tez-tez əsnəyirdi. M.Hüseyn. Kəndlini hirsindən qızarmış görən vəkil özünü itirdi. Mir Cəlal.\n4. Yetişmiş, dəymiş. Qızarmış narları (almaları) dərmək. qızartdaq sif. Qırmızıya çalar sarı; kürən. Əsirlər lagerində bizi qızartdaq saçlı, bulanıq gözlü topal bir alman qarşıladı.. Ə.Məmmədxanlı. qızartdırma “Qızartdırmaq”dan f.is. qızartdırmaq icb. Qızartma işi gördürmək. Yumurtaları qızartdırmaq. Parçanı verib qızartdırdım. Balığı yağda qızartdırmaq. qızartı is. Qırmızı rəng; qırmızılıq. Züleyxa böyüdükcə gözəlləşirdi; yanaqlarında olan qızartı səhər vaxtı gün çıxmamış şərqdə göy üzünü bürüyən zərif qızartıdan daha gözəl, daha xoş idi. C.Cabbarlı. // Bədənin bir yerində zəif qırmızı ləkə, hər hansı bir səbəb üzündən qanın bədənin bir yerinə axıb gəlməsi nəticəsində əmələ gələn qırmızılıq. Boğazında qızartı var. Bədənindəki qızartılar çəkilmişdir.\n2. Uzaqdan görünən qırmızı şey. Uzaqdan bir qızartı görünür. // Şəfəq, parıltı. Qızartı artır, dan yeri açılır; Göy üzünə al alovlar saçılır. A.Səhhət. Getdikcə dan yerinin qızartısı artırdı. S.S.Axundov. Qərbdə ürəkaçan bir qızartı, gözqamaşdıran bir parıltı vardı. M.Hüseyn. qızartma 1. “Qızartmaq”dan f.is.\n2. is. aşp. Tavada və s.-də qızardılmış ət, balıq və s. Süfrənin üstünə sərin şərbət, toyuq qızartması düzüldü, meyvələr və əlvan yeməklər qoydular. M.S.Ordubadi. qızartmaq f.\n1. Qızarıncaya qədər qızdırmaq, közərtmək. Dəmiri kürədə qızartmaq. Kömürü üfləyib qızartmaq. – [Şeyx Şəban] özü çırağına neft töküb yandırırdı, manqala kömür qoyub qızardıb, su qaynadıb özünə çay qayırırdı. Ə.Haqverdiyev.\n2. Qırmızı etmək, qırmızılaşdırmaq, qırmızı rəngə boyamaq. Yumurtaları qızartmaq. Damları qızartmaq. Günəş almaları qızartdı. Şaxta üzünü qızartmışdır.\n3. Tavada və s.-də qızarıncaya qədər qovurmaq, bişirmək. Əti, balığı tavada qızartmaq. Çörəyi təndirdə qızartmaq.\n4. məc. Utandırmaq, xəcalət çəkdirmək. Uşağı danlayıb qızartdı. qızbibi is. dan. Həmişə qızlarla oynayan, qızlarla oturub-duran, evdən bayıra çıxmayan, qorxaq, cəsarətsiz, aciz oğlan. qızcıq bax. qızcığaz. Dəyişdi günbəgün qızcığın halı; Pozuldu gördüyüm o gül camalı. S.Vurğun. qızcığaz “Qız”dan oxş. Qızcığaz bu gecə səhərə qədər qızdırıbdır. – Ay qız, Hacı Məhərrəmin, deyirlər, qızcığazı qoşulub qaçıbdır axı. N.Vəzirov. Ox .. balaca Aybikənin ayağına dəyib qanatmışdı, qanı görən qızcığaz daha bərkdən çığırmağa başlamışdı. M.Rzaquluzadə. qızdırıcı sif. Bir şeyi qızdırmağa xidmət edən; isidici. Qızdırıcı cihaz. // is. İsidici cihaz və s. Böyük quşçuluq təsərrüfatlarında cücələrin isinməsi üçün mürəkkəb quruluşlu qızdırıcılar tətbiq edilir. qızdırılma “Qızdırılmaq”dan f.is. qızdırılmaq məch.\n1. İstiləndirilmək, qızğın hala salınmaq, isidilmək. Dəmir kürədə qızdırıldı. Soba qızdırıldı.\n2. məc. Hiddətləndirilmək, acıqlandırılmaq. qızdırılmış f.sif. Qızğın hala gətirilmiş, istiləndirilmiş, isidilmiş, od üstündə hərarəti artırılmış, isidilmiş. Qızdırılmış xörək. Qızdırılmış dəmir. Qızdırılmış otaq. qızdırma is.\n1. “Qızdırmaq”dan f.is.\n2. Bədəndə hərarət, istilik. Uşağın qızdırması var. Xəstənin qızdırması artdı. – [Turac:] Bir həftədir ki, uşağım qızdırma içində yanır. C.Cabbarlı. Başı .. ağırlaşmış, qulaqları uğuldayır, bədəni uçunurdu. Bir az sonra onu qızdırma apardı. M.Rzaquluzadə. Sürəyya qızdırma içində yanırdı. Ə.Məmmədxanlı.\n3. dan. İsitmə xəstəliyi, malyariya. Bir naxoşun üstə həkim gətirəndə, həkim əvvəl yapışır naxoşun nəbzindən, sonra qulağını qoyur döşünə və deyir ki, “sənin azarın, məsələn, qızdırmadır”. C.Məmmədquluzadə. Zavallı uşaq qızdırma azarından yeni qalxmış adam kimi ayaq üstündə dayana bilmirdi. S.S.Axundov. Bir neçə il bundan əvvəl mən onu qızdırma xəstəliyindən müalicə edirdim. C.Cabbarlı. qızdırmaq 1. t-li. İsitmək, isti eləmək, qızğın hala gətirmək, dağ eləmək. Suyu qızdırmaq. Xörəyi qızdırmaq. Ütünü qızdırmaq. – Uşaqlar, falaqqa hazır edin; Od yandırın, şiş qızdırın. M.Ə.Sabir. Yasəmən çayın qırağında su qızdırıb paltar yuyurdu. S.S.Axundov.\n2. t-li. Öz hərarətini vermək, keçirmək, qızışmasına səbəb olmaq. İlk yazı andıran günəşin ilıq şüaları insanın canını qızdırır. M.İbrahimov.\n3. t-siz. Bədəninin hərarəti artmaq (bir xəstəlik nəticəsində). Xəstə bərk qızdırmışdır. – Bir gün Əkbər qızdırıb, yüngülcə xəstələndi. S.Rüstəm. // dan. İsitmə xəstəliyi keçirmək, isitmək. qızdırmalı 1. sif. İsitməli, qızdırma xəstəliyi olan. Qızdırmalı xəstə. – Bəy qəzəbindən qızdırmalı adamlar kimi uçundu. M.Hüseyn. Budur, mən iyirmi ildir qızdırmalıyam. Mir Cəlal. // İs. mənasında. Qızdırmalılara kinə verirlər.\n2. zərf Bədəninin hərarəti qalxmış halda, hərarət içində. Qızdırmalı halda sayıqlamaq. Qızdırmalı-qızdırmalı ayağa durmaq. qızğın sif.\n1. Çox isti, çox qızmış halda olan, yüksək hərarətli; qaynar, yandırıcı. Qızğın dəmir. Qızğın ütü. Qızğın maşa. Günəşin qızğın şüaları.\n2. məc. Coşqun, hərarətli, alovlu, atəşin, ehtiraslı. Qızğın məhəbbət. // məc. Həyəcanlı, dərin hissləri ifadə edən. Zavallı, bəxtsiz bacı evdə qardaşının müsibətində qızğın göz yaşları tökdüyü bir zamanda, oğlunun küçədə öldürüldüyünü duyarsa, nə yapa bilər? S.Hüseyn. Azərbaycan ədəbi dili qılınc döyüşünü andıran qızğın mükalimələr, kəskin deyişmələr dilidir. M.İbrahimov.\n3. məc. Çox gərgin, güclü, şiddətli. Qızğın mübarizə. İşin qızğın vaxtı. // məc. Ən güclü, ən çox, ən böyük, şiddətli. Molla Qasımın .. qızğın alış-verişi el dağa köçən zaman və dağdan enən zaman olardı. S.S.Axundov. Qızğın alver məskəni olan Bazar küçəsi qoçuların gəlir yeri idi. A.Şaiq. “Tərlan” qızğın bir çapışla irəli atılır, qabağına nə gəlirsə vurub keçirdi. Ə.Məmmədxanlı. qızğınlaşma “Qızğınlaşmaq”dan f.is. qızğınlaşmaq f.\n1. Daha da qızğın olmaq. Alov get-gedə qızğınlaşırdı.\n2. məc. Daha da şiddətlənmək, gərginləşmək, güclənmək, dərinləşmək, qızışmaq. Mübarizə qızğınlaşdı.\n3. məc. Azğınlaşmaq, qızmaq, hiddətlənmək, qəzəblənmək, şiddət göstərmək. qızğınlıq is.\n1. Qızğın şeyin halı. Dəmirin qızğınlığı. Günəşin qızğınlığı. – Məhbusi, böyük bir ürək qızğınlığı ilə qollarını onun boynuna salıb qucaqladı. M.İbrahimov.\n2. məc. Canlanma, fəaliyyət, hərəkət. Bir həftə əvvəldən istər aşağı bazarda, istərsə də yuxarı bazarda bir qızğınlıq müşahidə edilirdi. H.Sarabski. qızıl 1. is. Rəngi sarı, bahalı bəzək şeyləri və s. qayrılan və dəyər vahidi kimi işlədilən qiymətli metal. Xalis qızıl. Qızıl mədəni. • Qızıl bahasına – çox baha qiymətə. Qızıl suyuna çəkmək – qızıl olmayan metalın üstünə qızıl rəngi vermək. Qızıla tutmaq – qızıl ilə örtmək, qızıl ilə bəzəmək. // Sif. mənasında. Qızıldan qayrılmış. Qızıl üzük. Qızıl qolbaq. Qızıl diş. Qızıl pul. – [Onlar] qızıl avizələrlə bəzənmiş böyük salona girdilər. M.S.Ordubadi. // Sif. mənasında. Qızıl çərçivəyə salınmış, qızıla geydirilmiş, qızılla bəzədilmiş. Qızıl gözlük. Qızıl qaşlı xəncər. // is. Qızıldan qayrılmış şeylər; qızıl pul.\n2. sif. Al, qırmızı. Şahin-şunqar sürbənizi dağıdar; Boyanarsız qızıl qana, durnalar! M.V.Vidadi.\n3. sif. məc. Bolşevik inqilabı, sosializm quruluşu, sovet sosialist üsuli-idarəsi ilə əlaqədar olan (bax. qırmızı 3-cü mənada). • Qızıl əsgər tar. – Qırmızı ordu döyüşçüsü. Hücum əmrini gözləyən hər bir qızıl əsgər bütün diqqətini toplayaraq, təyyarə səsini eşitməyə çalışırdı. M.S.Ordubadi. Qızıl Ordu – sovet ordusunun 1918-ci ildən 1946-cı ilə qədər adı.\n4. sif. Qızıl rəngində olan, parlaq sarı, qızıl kimi bərq vuran. Günəş qızıl saçlarını dərələrdən, meşələrdən yavaş-yavaş toplayaraq qərbə .. doğru uzanmağa başlamışdı. A.Şaiq. Günəş sonra yavaş-yavaş qalxıb, .. qızıl zərrələrini aləmə dağıdıb, bütün yatmışları oyatdı. S.S.Axundov.\n5. sif. məc. Çox qiymətli, çox dəyərli, çox ləyaqətli, çox gözəl, çox yaxşı. [Nəbi kişi:] Bu dünyada bizim bu kolxoz adamının mislibərabəri hanı? – deyirdi. Qızıl kimi adamlardır, lap qızıl kimi! S.Rəhimov. • Qızıl sözlər – çox ağıllı, faydalı sözlər, məsləhətlər və s. haqqında. Qızıl əllər – əlindən hər cür iş gələn, bacarıqlı, məharətli adam haqqında. Bağlanıb xalqa məhəbbətlə ürək telləriniz; Ağ qızıl yığdı məharətlə qızıl əlləriniz. S.Rüstəm.\n6. sif. dan. Heç şeydən çəkinməyən, bozsifət, utanmaz. Qızıl adam. ‣ Qızıl yumurta bayramı – xristianların pasxa bayramının xalq arasında adı. qızıl... – bəzi mürəkkəb bitki və heyvan adlarının birinci tərkib hissəsi; məs.: qızılağac, qızılgül, qızılbalıq, qızılquş. qızılağac is. bot. Meşələrdə və su kənarlarında bitən iri, enli yarpaqlı qırmızımtıl ağac. qızılağaclıq is. Qızılağac meşəsi, qızılağac çox bitən yer. qızılbalıq is. zool. Çəhrayı rəngli zərif əti olan, çox qiymətli iri balıq növü. Saysız-hesabsız .. qızılbalıq və çox qiymətli başqa balıq cinsləri kürü tökmək üçün şimal çaylarına və eləcə də Sibir çaylarına çıxır. “Sualtı aləm”. Qızılbalıqlar quyruq üstə qalxır, ağızlarını açır və təpəsi aşağı özlərini suya vururdular. S.Rəhimov. qızılbaş is. tar.\n1. İranda Şah İsmayıl Səfəvi dövründə qoşunun adı (bu qoşunun döyüşçüləri başlarına qırmızı bağladıqlarına görə belə adlanırdı). [Heydər bəy:] İndi nə at çapmaq olur, nə ordu dağıtmaq olur, nə qızılbaş döyüşü var.. M.F.Axundzadə.\n2. Şiə məzhəbinə mənsub olanlara keçmişdə verilən ad. qızılbayraqlı bax. qırmızıbayraqlı. qızılbəndli sif. Bəndi qızıldan olan. Qulam xan .. gözlərində qızılbəndli çeşmək o tərəfə-bu tərəfə dolanıb başına hərəkət verirdi. M.S.Ordubadi. qızılboz sif. Qırmızıya çalar boz rəngli. Qızılboz at. qızılböcək is. zool. Rəngi tünd-yaşıl, üstü parıldayan xırda böcək. qızılca 1. is. tib. Bədəndə səpgi və isitmə ilə təzahür edən yoluxucu uşaq xəstəliyi. Qızılca çıxartmaq. Qızılca xəstəliyi.\n2. sif. Qırmızımtıl, qırmızıya çalar rəngdə olan. qızılcalı sif. tib. Qızılca xəstəliyinə tutulmuş. Qızılcalı uşaq. qızılcıq is. bot.\n1. Noxud boyda, qırmızı rəngli, çəyirdəkli meyvəsi olan tikanlı ağac və bu ağacın meyvəsi.\n2. bax. qızılca 1-ci mənada. qızılçətir is. bot. Çəmənlərdə, rütubət yerlərdə bitən ot bitkisi (bəzi növləri xalq təbabətində işlənir). Qızılçətir bir və ya ikiillik xırda bitki olub, rozetka təşkil edən yumurtaşəkilli kökyanı yarpaqları vardır. Əliyev. qızılçubuqotu is. bot. Meşəli yerlərdə bitən ballı bitki. qızıldiş (=qızıldişli) sif. Dişi, ya dişləri qızıldan olan. Şişmanqarınlı, qızıldişli fabrik-zavod sahibləri .. gəzişir, hər birisi özünün iç üzünü göstərirdi. H.Nəzərli. qızıldişli (=qızıldiş) sif. Dişi, ya dişləri qızıldan olan. Şişmanqarınlı, qızıldişli fabrik-zavod sahibləri .. gəzişir, hər birisi özünün iç üzünü göstərirdi. H.Nəzərli. qızılgöz is. zool. Qırmızı gözlü kəpənək növü. Ən çox yayılmış tırtıllar yemişan kəpənəyi və qızılgöz adlanan kəpənəklərin tırtıllarıdır ki, bu tırtıllardan sonradan həmin kəpənəklər əmələ gəlir. “Zoologiya”. qızılgül is. Kiçik, tikanlı kolda bitən, müxtəlif rənglərdə olan ətirli bir gül. Qızılgülün ürəyə xoş gələn ətri otağa yayıldı. – Qızılgül olmayaydı; Saralıb solmayaydı; Bir ayrılıq, bir ölüm; Heç biri olmayaydı. (Bayatı). // Xalçada və s.-də bu şəkildə naxış. qızıl-gümüş top. Qızıldan və gümüşdən düzəldilmiş şeylər, yaxud pul. Deyirlər ki, Bağdad xəlifəsinə köçürülən Məlik şah Sultanın qızı ilə nəfis qumaşlar və qızılgümüş şeylərlə yüklənmiş sırma örtüklü 130 qatar dəvə .. cehiz olaraq göndərilmişdi. A.Bakıxanov. qızılxallı sif. Üzərində qızıl (qırmızı) xalları olan, qızıl xallarla örtülü. Qızılxallı balıq. qızılı sif. Qızıl rəngində olan, parlaq sarıya çalan. Qızılı şal. – Qızılı saçlarından yağan yağış süzülür. M.Rahim. Payızda o da anasına qoşulub pambıq yığırdı. Bu zaman pambıq kolları qızılı bir rəng alır. İ.Əfəndiyev. Bu feldşer .. saçı və kirpiyi alov kimi qızılı rəngə çalan, çöhrəsi ötəri çil, özü də mavi gözlü bir qızdı. Ə.Əbülhəsən. qızılqaz is. zool. Zərif çəhrayı tüklü, qanadları qızıl kimi parlaq uzunboğaz və uzunqıç su quşu. qızıl-qırmızı bax. qızıl 4-cü mənada. qızılqurd is. Atların bağırsaqlarında əmələ gələn qurd xəstəliyi. qızılquş is. zool.\n1. Ov üçün istifadə edilən alıcı quş növlərindən biri. Qızılquşun ensiz və yığcam bədəni üzərində olan bir cüt ensiz qanad və uzun quyruq ona çox sürətlə və asanlıqla uçmağa imkan verir. “Zoologiya”. Ovçular qızılquş, tazı, tula götürüb ova çıxırlar. A.Şaiq. // İtigözlülük, cəldlik, çeviklik, qocalıq simvolu kimi. Silahlı qardaşım, sərhəd boyunca; Alıcı gözlərin qızılquş olsun. S.Vurğun. El içində artsın tayıntuşun sənin; Boş dönməsin ovdan qızılquşun sənin. M.Rzaquluzadə.\n2. Qanadları qabıq kimi sərt, yaşıl, şəffaf, yumrutəhər bir cücü. qızılquyruq is. zool. Quyruğu qırmızıya çalar sarı rəngli quş. qızıllama “Qızıllamaq”dan f.is. qızıllamaq f. Qızıla tutmaq, üstünə qızıl çəkmək, ya qızıl suyu vermək. qızıllanma “Qızıllanmaq”dan f.is. qızıllanmaq məch. Qızıla tutulmaq, qızılla örtülmək, qızılla bəzənmək. qızıllaşdırma “Qızıllaşdırmaq”dan f.is. qızıllaşdırmaq f.\n1. Qızıla tutmaq, üstünə qızıl çəkmək və ya qızıl suyu vermək.\n2. Qırmızılaşdırmaq. qızıllaşma “Qızıllaşmaq”dan f.is. qızıllaşmaq f. Qırmızılaşmaq. qızıllatma “Qızıllatmaq”dan f.is. qızıllatmaq icb. Qızıla tutdurmaq, üstünə qızıl çəkdirmək və ya qızıl suyu verdirmək. qızıllı sif. Qızıl vurulmuş, qızıl ilə bəzənmiş. [Əminə] ..ətəyi qızıllı, qəşəng al faydan kofta geymiş, başına da heyratı kəlağayı örtmüşdü. Ə.Əbülhəsən. qızıllıq is.\n1. Qırmızılıq, qırmızı şeyin halı.\n2. məc. dan. Utanmazlıq, həyasızlıq, heç bir şeydən çəkinməzlik. qızılözək is. Qida borusunun xalq arasında adı. qızılpəncər is. bot. Yayda bitən, yeyilən bir bitki. qızılsaqqal is. bot. Aran və dağlıq yerlərdə, yamaclarda, kolluqlarda bitən bitki (xalq arasında şotka və s. hazırlamaq üçün istifadə edilir). qızılsöyüd is. bot. Söyüd ağacının bir növü. qızılulduzlu sif. Üzərində qırmızı ulduz nişanı olan. Qızılulduzlu təyyarə. Qızılulduzlu papaq. – Bu qızılulduzlu bayraq sənindir; Biliyə, zəkaya, əməyə hörmət! A.Şaiq. qızılyel is. tib. Yoluxucu dəri xəstəliyi. qızılzanbaq is. bot. Dağlıq yerlərdə bitən soğanaqlı bitki. qızındırma “Qızındırmaq”dan f.is. qızındırmaq f. Odda, istidə qızdırmaq, isindirmək, istiləndirmək. qızınma “Qızınmaq1”dan f.is. qızınmaq I. qayıd. Odun və ya günəşin qabağında, yaxud bir şeyin istisində öz bədənini qızdırmaq, istiləndirmək; isinmək. [Onlar] xırda qruplara ayrılıb, günün istisində qızınır və söhbət edirdilər. M.S.Ordubadi. Mən istədim ki, sizdə bir az qızınıb rahat olam. S.S.Axundov. Mahmud və yoldaşı çay içdikdən sonra, bir az qızınıb hallandılar. B.Talıblı. // Məc. mənada. İlk yaz günəşi ilə qızınan torpaq da sanki adamlar kimi .. nəfəs alır, ayılırdı. M.İbrahimov.\n\nII. bax. qızmaq2. Bütün Təbrizdə sizdən başqa qızınıb etibar edəcəyim bir nəfər də adam tanımıram. M.F.Axundzadə. qızırğalanmaq bax. qızırğa(n)maq. qızırğamaq (=qızırğanmaq) f. Müzayiqə etmək, əsirgəmək, heyfi gəlmək, xəsislik etmək, verməyə əli getməmək, bir şeyi başqasına çox görmək. Utanmırsan, 9 manatı qızırğanırsan, sənin yanında bizim doqquz manatlıq da xatirimiz yoxdur? C.Məmmədquluzadə. [Gülpəri:] Hərgah istəyirsən ki, iş düzəltsin, gərəkdir ki, pula qızırğanmayasan. N.Nərimanov. qızırğanmaq (=qızırğamaq) f. Müzayiqə etmək, əsirgəmək, heyfi gəlmək, xəsislik etmək, verməyə əli getməmək, bir şeyi başqasına çox görmək. Utanmırsan, 9 manatı qızırğanırsan, sənin yanında bizim doqquz manatlıq da xatirimiz yoxdur? C.Məmmədquluzadə. [Gülpəri:] Hərgah istəyirsən ki, iş düzəltsin, gərəkdir ki, pula qızırğanmayasan. N.Nərimanov. qızıtma “Qızıtmaq”dan f.is. qızıtmaq f. Qızdırmaq, istiləndirmək, isitmək. Soyuqdan donmuş bədənimi öz tələbə otağımın isti havasında qızıtmağa tələsirdim. T.Ş.Simurq. qızışdırıcı is. Təhrikçi, araqarışdıran. • Müharibə qızışdırıcı – bax. müharibə qızışdıran (“qızışdırmaq”da). qızışdırıcılıq is. Təhrikçilik, araqarışdırıcılıq, ara qarışdırma. qızışdırılma “Qızışdırılmaq”dan f.is. Mübarizənin qızışdırılması. Mübahisənin qızışdırılması. qızışdırılmaq məch.\n1. Alovu daha da şiddətləndirilmək; alovlandırılmaq.\n2. Qızdırılmaq, isidilmək, istiləndirilmək.\n3. məc. Şiddətləndirilmək; qüvvəsi, şiddəti, gərginliyi və s. daha da artırılmaq.\n4. məc. Hirsləndirilmək, acıqlandırılmaq, coşdurulmaq.\n5. məc. Təhrik edilmək, salışdırılmaq. qızışdırma “Qızışdırmaq”dan f.is. qızışdırmaq f.\n1. Odun alovunu daha da şiddətləndirmək; alovlandırmaq. Ocağı üfürüb qızışdırmaq. Uşaqlar tonqalı qızışdırdılar.\n2. Qızdırmaq, isitmək, istiləndirmək. Əllərimi oda tutub bir az qızışdırdım. – Qızışdırar bahar ayı yerin, göyün havasını; Dəyişdirər, tünüklədər xəlaiqin libasını. A.Səhhət.\n3. məc. Şiddətləndirmək; bir şeyin qüvvəsini, şiddətini, gərginliyini və s.-ni daha da artırmaq. Mübahisəni daha da qızışdırmaq. Ədavəti qızışdırmaq. • Müharibə qızışdıran – işğalçılıq müharibəsi təbliğ edən, işğalçı. Müharibə qızışdıranlar nə qədər fitnəkar olsalar da, onlar nə qədər qızğın təbliğat aparsalar da öz məqsədlərinə nail ola bilməyəcəklər. S.Vurğun. // məc. Daha da canlandırmaq, fəallaşdırmaq. Məclisi qızışdırmaq. Söhbəti qızışdırmaq. – Məşədi Heydər məclisi qızışdırmaq üçün söz atdı. B.Talıblı.\n4. məc. Hirsləndirmək, acıqlandırmaq, coşdurmaq. Ayrım qızı Kərim babanı qızışdırmaq fikri ilə əlini onun çiyninə vuraraq, deyirdi: – Bu yaramazı görürsünüzmü? Aylarca üzünü görməzdim; işi nə idi? Boşboğazlıq. A.Şaiq. Usta nə qədər çalışdısa, arxitektoru qızışdıra bilmədi. M.İbrahimov.\n5. məc. Təhrik etmək, birini başqasının üstünə salışdırmağa çalışmaq. [Vaqif:] Bunlar hamısı məliklərin işidir, – dedi, – xalqı qızışdırıb avara qoyurlar. Çəmənzəminli.\n6. məc. Döymək, əzişdirmək. [Mərdan] hacının yaxasından tutub yastıq kimi yerə atdı, üstündə oturdu, baş-qulağını qızışdırdı. Mir Cəlal. qızışqan sif. Qudurğan, azğın, qızışmış. qızışqanlıq is. Qudurğanlıq, azğınlıq, qızğınlıq. qızışma “Qızışmaq”dan f.is. qızışmaq f.\n1. Qızmaq, istiləşmək, hərarətlənmək; canı qızmaq, bədənində xoş bir istilik hiss etmək, soyuqluğu rəf olmaq. Soyuqdan donmuş bədənim qızışdı. Havalar qızışmışdı. – Cəbiş danışmaqla öz-özünə sığınır, bədənini qızdırır, onun paltarı da qızışır, içəridən buğlanırdı. S.Rəhimov. Sadıq dalbadal bir neçə stəkan tünd çay içib qızışdı, rahatlandı. Mir Cəlal.\n2. Daha da şiddətlənmək, güclənmək. Yanğın qızışaraq ətrafa yayıldı. – Mübahisə getdikcə daha da qızışır. S.S.Axundov. Dostlar arasında başlanmış mübahisə hər an qızışırdı. M.Hüseyn.\n3. məc. Özündən çıxmaq, hirslənmək, qızmaq, acığı tutmaq. Səlimi danışdıqca qızışır və geri dönmək mümkün olmadığını görüb .. heç şeydən qorxmadan düşündüyünü deyirdi. M.İbrahimov. Xan büsbütün qızışıb qəzəblə bağırdı. M.Rzaquluzadə.\n4. Qıcqırmaq, çox qalıb turşumaq, xarab olmaq (sirkə və s.). qızışmış bax. qızmış. Qızışmış fayton atları dördnala çaparaq, şose yolunun daşlarından qığılcım qoparırdı. M.Hüseyn. qızquşu zool. bax. qızlarquşu. qızlarağası is. tar. Hökmdarın hərəmxanasına nəzarət edən saray xidmətçisi. Əndərun, birun, qısqanc xədimlər, sərt qızlarağası, qürbət... Bütün bunları düşündükcə Kiçikbəyimin ürəyi sıxılırdı. Çəmənzəminli. qızlarquşu is. zool. Sığırçın boyda kiçik, bel və qanadlarının tükləri yaşıl bir quş. Bizim aran yerlərində [arıların] birinci düşməni qızlarquşudur. Qızlarquşu köçəri quşdur, .. onlar dəstə ilə arı suya gedən yolu kəsib, onları tutub yeyir. H.Zərdabi. qızlıq is.\n1. Qadın cinsinin ərə gedincəyə qədər olan halı, qız olma dövrü. Qızlıq dövrü qadın həyatının ən mühüm dövrüdür. M.S.Ordubadi. [Məsmə:] İndi öz otağıma daşındıqda, ta qızlığımdan xəyalımda nəqşəsini çəkdiyim otağı hazırlamağa başladım. S.Hüseyn. Tükəzban xalanın qızlığından bir azarı vardı ki, indiyəcən başından çıxmamışdı. B.Talıblı.\n2. Bəkarət.\n3. Biri tərəfindən övladlığa götürülmüş qız uşağı, yaxud ana ardınca bir kişinin evinə gətirilən qız uşağı. [Səkinə xanım:] Ümidim budur ki, məni qızlığa qəbul edib, mənim bu dar günümdə köməyini məndən əsirgəməyəsən. M.F.Axundzadə. qızma I. “Qızmaq1”dan f.is.\n\nII. “Qızmaq2”dan f.is. qızmaq I. f.\n1. Bərk istilik almaq, hərarət almaq, çox istilənmək, hərarəti artmaq. Su qızmamışdır. Havalar getdikcə qızır. – Qızdı günəş, əsdi isti yellər; Qarlar əridi, axışdı sellər. A.Şaiq. ..Otağa cənub küləyinin ilıq şüaları dolur, beləliklə, ev bir az daha qızırdı. Ə.Əbülhəsən.\n2. məc. Hirslənmək, hiddətlənmək. ..Bakıya dönməyi israr və təkid edərkən rədd cavabı alınca [Əhməd] qızaraq: – Bilmirəm, bu nə ölümdür... – demişdi. A.Şaiq. Əşrəf, anasının bu böyük xəbəri etinasız qarşılamasına qızdı. Mir Cəlal.\n3. məc. Qızışmaq, coşmaq. Çırmanırıq keçməyə çay gəlməmiş; Başlayırıq qızmağa yay gəlməmiş. M.Ə.Sabir.\n\nII. f. dan. İnanmaq, etibar etmək, bel bağlamaq, xatircəm olmaq, arxayın olmaq (çox vaxt “ürəyi” sözü ilə bərabər). Ona heç qızmaq olmur. – [Şəhrəbanı xanım:] De görüm, ürəyim dürüst qızasıdırmı? Çünki bu iş çox çətin işdir. M.F.Axundzadə. [Şahnisə xanım:] Axı, ürəyim qızmır, – dedi, – yad ölkə, uzaq yer.. Çəmənzəminli. Hacı ilk dəfə bu məsələni ürəyi qızan adamlara açdı. Mir Cəlal. qızmar sif. Çox qızğın, yandırıcı, qaynar. ..O, bu yırtıcı odların acıqlı qoynunda, mənasız cəhənnəmin qızmar dişlərində məhv olur. C.Cabbarlı. Şamama .. böyüyüb yaşa dolduqca çöl çiçəkləri kimi qızmar günəşin .. altında, təbiətin hər cürə tüğyanına öyrəşirdi. İ.Əfəndiyev. Şaxta qızmar bir dəmir kimi onu dağlayır. Ə.Məmmədxanlı. // is. Çox isti hava, havanın çox isti vaxtı. Yayın qızmarında, qışın şaxtasında həmişə çıl-çılpaq kürək çəkib, qan-tər içində olan bu bədbəxtlər ömürlük bu əzaba məhkum idilər. M.Rzaquluzadə. qızmarlıq is. Qızmar şeyin halı; çox qızğınlıq, yandırıcılıq, qaynarlıq. qızmış sif.\n1. Od üstündə qalaraq yüksək hərarət almış, yandırıcı dərəcədə istilənmiş. Yaşıl qədəkdən uzun arxalıq geymiş, başına qırmızı sarıqlı sərpuş qoymuş bir sehrkar ocaqda qızmış ərsini dilinin üstünə basırdı. Çəmənzəminli.\n2. məc. Özündən çıxmış, qızışmış, coşmuş, azğın. Qızmış dəvə. Qızmış öküz. – Rövşən qızmış pələngə döndü. “Koroğlu”. Hər vuranda yetmiş bədən sərilərdi birdən yerə; Kişnədikcə qızmış Qırat, səs düşərdi dərələrə. R.Rza. qiblə is. [ər.]\n1. Namaz qılarkən müsəlmanların üzlərini çevirdikləri tərəf (Məkkədə müqəddəs sayılan Kəbə adlı binanın səmti). Burada axund molla Tağı durdu namaza, üzünü qibləyə çöndərdi. C.Məmmədquluzadə.\n2. Cənub, cənub tərəf. Külək qiblədən əsir. – Səhər-səhər sərin qiblə yelləri; Heç yolun düşdümü canan dağına? M.P.Vaqif. Belə kölgəlik tikəndə, gərək elə tikilsin ki, səbətləri üzü qibləyə qoymaq [mümkün] olsun. H.Zərdabi. Ağıçı Bədircahanın evi şəhərin qiblə tərəfində, qayanın üstündə, çox basəfa olan yerdədir. N.Vəzirov. ‣ Qibleyi-aləm köhn. – müsəlman Şərqində hökmdara müraciət forması. [Böyükxanım:] Azərbaycan xalqı qibleyi-aləmin qurduğu üsuli-idarəni istəmir. M.S.Ordubadi. Şah hiddətlə dedi: – Sadıq xan, sən də belə!.. Bir demirsən ki, niyə Məmməd bəy qibleyi-aləmin hüzuruna gəlmir?.. Çəmənzəminli. qibləgah is. [ər. qiblə və fars. ...gah]\n1. din. Qiblə yeri, qiblə tərəfi (bax. qiblə 1-ci mənada).\n2. Keçmişdə padşahlara verilən ünvanlardan biri. Əsrin padşahını, əhalinin yüz illərcə ölüsünün və dirisinin sahibi və qibləgahı xoruz şəklinə salmaq mümkün imiş. C.Məmmədquluzadə.\n3. məc. şair. tənt. Klassik ədəbiyyatda gözəlin, sevgilinin epitetlərindən biri. Gər sənin yüzün degil aşiqlər üçün qibləgah; Bəs nədən buldu hilal qaşların mehrablər? Xətayi. Qaşlarının tağı qibləgahımdır; Fəda qılım din-imanı mən sənə. M.P.Vaqif. qiblənüma is. [ər. qiblə və fars. ...nüma] Kompasın köhnə adı. O zamanlar hələ yoxmuş qiblənüma; Bilən yoxmuş elmin böyük qüdrətini. S.Vurğun. qibt is. [ər.] Sonralar ərəblərlə qarışmış qədim Misir əhalisinin adı. qibtə I. is. [ər.] Başqasının üstünlüyünü, müvəffəqiyyətini, xoşbəxtliyini və başqa yaxşı cəhətlərini görüb, bunların özündə də olmasını arzulama, bunların həsrətini çəkmə. Cəmil Tahiri tanıdı və onun məharətinə qibtə ilə baxıb, xəfifcə bir tərzdə gülümsədi. M.Hüseyn. [Şagirdlərdən] bir çoxu hörmət, bəzisi də qibtə hissi ilə Mehmanın vəsiqəsinə baxmaq istəyirdi. S.Rəhimov. Nərgiz xanımın kitabxanası isə həkimlər aləmində qibtə doğuran çox zəngin kitabxana idi. Ə.Məmmədxanlı. • Qibtə etmək – başqasının üstünlüyünü, müvəffəqiyyətini, xoşbəxtliyini və başqa yaxşı cəhətlərini görüb, bunların özündə də olmasını arzu etmək, həsrətini çəkmək. Əhməd Əşrəf kimi yoldaşlarına qibtə edərək: “Bəxtiyar adamlar!” deyirdi. A.Şaiq. Müdərrislərimiz ondakı məharətə qibtə edirdilər. İ.Əfəndiyev. Qibtə edəsiniz də mənə, şübhəsiz, siz məndən min dəfə bəxtəvərsiniz. O.Sarıvəlli. // Bəzən paxıllıq mənasında da işlənir.\n\nII. is. [ər.] Kompas, qibləni göstərən. qibtəkeş sif. [ər. qibtə və fars. ...keş] Qibtə çəkən, qibtə edən. qibti is. [ər.]\n1. Qibt qövmünə mənsub olan adam (bax. qibt).\n2. Misirdən keçərək, Avropanın bəzi ölkələrinə yayılmış qaraçılara verilən ad. qida is. [ər.]\n1. İnsan və heyvan orqanizminin və bitkilərin yaşaması üçün lazım olan bəsləyici maddələr, yeyilən və içilən şeylər. Qida maddələri. İnsanın qidası. Sağlamlıq üçün lazım olan şərtlərdən biri də qidanın düzgün və vaxtında qəbul olunmasıdır. // Yemək, xörək. • Qida verən – qidalandıran, bəsləyici. [Mürşüd:] Mən gedirəm işə, sən get evə. Bədənə qida verən şeylərdən bir qədər hazırla. S.Rəhman.\n2. məc. Bir şeyi yaşatdıran, canlandıran, ruhlandıran, nəşə verən amil mənasında. Musiqi ruhun qidasıdır. Dünyada elə adamlar vardır ki, onlar yalnız elmi söhbətlərdən mənəvi qida alırlar. M.S.Ordubadi. // məc. Bir şey üçün mənbə olan, material verən əsas mənasında. Xalq yaradıcılığından qida almaq. İnsanlarımızın fədakarlıq və qəhrəmanlığı öz qidasını Vətənimizin tarixindən alır. • Qida vermək – bir şeyin meydana gəlməsinə, yayılmasına şərait və imkan yaratmaq, kömək etmək. ‣ Qida borusu anat. – bağırsaqların ağız boşluğunu mədə ilə birləşdirən boruşəkilli hissəsi. qidalandırıcı sif. Qida verən, bəsləyici, qida üçün yararlı, cana faydalı. Qidalandırıcı maddələr. qidalandırılma “Qidalandırılmaq”dan f.is. qidalandırılmaq məch. Qida verilmək, yedirilib-bəslənilmək; yedirilmək, bəslənmək. qidalandırma “Qidalandırmaq”dan f.is. qidalandırmaq f. Qida vermək, yedirib-bəsləmək, yedirmək. Uşağı vaxtlıvaxtında qidalandırmalı. Bədəni qidalandıran maddələr. Mədəni gübrələr bitkiləri qidalandırır. qidalanma “Qidalanmaq”dan f.is. qidalanmaq f. Qida almaq, bəslənmək, qida ilə təmin olunmaq, qida kimi qəbul etmək, yeyib-içmək. Meyvə ilə qidalanmaq. Heyvanlar bitkilərdən fərqli olaraq qeyriüzvi maddələrlə qidalana bilmirlər. qidalı sif. Tərkibində bəsləyici maddələr olan, orqanizmi qidalandıran. Qidalı yemək. Qidalı yemlər. Qidalı maddələr. qidalılıq is. Qidalı olma, bəsləyici olma; bəsləyicilik; qidalı şeyin keyfiyyəti. Yeməyin qidalılığı. Yemin qidalılığı. At südündən müalicə əhəmiyyəti və yüksək qidalılığı olan qımız hazırlanır. qidasız sif. Qidası olmayan, tərkibində qida maddələri olmayan və ya çox az olan. Qidasız maddə. Qidasız yemək. qidasızlıq is. Qidasız şeyin keyfiyyəti; qidanın, qida maddələrinin olmaması, ya azlığı. qilaf is. [ər.] Qın, silah qabı. Onlar öz bəxtlərini bir daha sınamaq üçün qılınclarını qılafından çıxarmaq istəyirlər. M.S.Ordubadi. // Bir şeyin üstünü örtən sərt qabıq. qilaflı sif. Qilafı olan, qınlı. qilman is. [ər.] Dindarlara görə, cənnət xidmətçiləri, behişt xidmətçiləri. qilü qal is. [ər.] Mübahisə, dedi-qodu, söz, danışıq. Mehrü məhəbbətin gecə bu minval; Çıxar aralıqdan olan qilü qal. Q.Zakir. Dedim: cahanda nədir bunca qilü qalə səbəb? S.Ə.Şirvani. Mən çəkdiyim xalqın qilü qalıdır. Aşıq Ələsgər. // Dava, dalaşma, qalmaqal, səs-küy, çığır-bağır. İskəndər bir söz deməyib bir qədər fikirli durur. Bu hində eşikdə qilü qal və qaçhaqaç qopur. C.Məmmədquluzadə. Ancaq bizi qorxuda bilməz bu qilü qal. R.Rza. İlan vuran ala çatıdan qorxan kimi, Güllü arvadın gözləri də qilü qaldan bərk qorxmuşdu. S.Rəhimov. • Qilü qal etmək (salmaq) – səs-küy salmaq, dalaşmaq. Amma uşaq-muşaqlar samanlığa doluşub çox qilü qal salırdılar. Qantəmir. qilü qalçı sif. və is. Qilü qal salan, qalmaqalçı, davakar, dava-dalaş salan, səsküy salan. qilü qalçılıq is. Qilü qal salan adamın xasiyyəti; qalmaqalçılıq, səs-küy salma, dava-dalaş salma, davakarlıq. qina I. is. [ər.] köhn. Xanəndəlik; nəğmə, hava oxuma; vokal. Avropa səliqəsi ilə keçilən qina dərsləri oxuyanın avazını qüvvətləndirir, səsini artırır və gözəlləşdirir. Ü.Hacıbəyov.\n\nII. is. [ər.] köhn.\n1. Qənaətlənmə.\n2. Zənginlik, var-dövlət.\n3. Sərvət. qiraət is. [ər.] Müəyyən üsul və qayda ilə oxuma. Qiraət dərsi. – ..Axşam vaxtı oraya adamlar cəm olub, söhbətə, qiraətə, musiqiyə məşğul olurlar. C.Məmmədquluzadə. Aqil şeri bərkdən və qiraətlə (z.) oxuyurdu. Ə.Vəliyev. // Ümumiyyətlə oxuma; mütaliə. Qiraət etmək. Qiraətlə məşğul olmaq. • Qiraət zalı (otağı) – qəzet, kitab və s. oxumaq üçün zal, otaq, qiraətxana, mütaliə otağı. Qiraət zalında Vahidin bir masası vardı. Mir Cəlal. ‣ Qiraət koması – kəndlərdə mədəniyyət sarayları meydana gəlmədən qabaq: mədənimaarif ocağı. [Cahan:] Hər yerdə qiraət koması açılır. Ə.Haqverdiyev. Məktəb uşaqlarının köməyi ilə tarla düşərgəsində qəşəng bir qiraət koması düzəlmişdi. Ə.Vəliyev. qiraətçi is. Qiraətlə, mütaliə ilə məşğul olan adam; oxucu. qiraətxana is. [ər. qiraət və fars. ...xanə] Qiraətlə məşğul olmaq üçün yer (bina, zal, otaq və s.). Klub qiraətxanası. Qiraətxana, axşam saat 5-dən açıqdır. Qiraətxana müdiri. qiraətxanaçı is. Qiraətxana müdiri, qiraətxana işçisi. qisas is. [ər.] İntiqam; edilmiş pisliyin, düşmənçiliyin əvəzini çıxma, qanını yerdə qoymamaq. Qisas almaq. – Bax, həmin bu otaqda od saçıb nəfəsindən; Atamın qisasını alacağam, – dedi, – mən. S.Rüstəm. Yurdumuzun qisasını yağılardan alarıq; Axıtdığı hər qan üçün ondan yüz qan alarıq. R.Rza. qisasçı is. Qisas almağa çalışan, intiqama can atan. Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı; Bir dəfə bunu anla, ipəkdən qəzil olmaz. Şəhriyar. qisasçılıq is. Qisasçının niyyəti, işi, hərəkəti, qisas almağa yönəldilmiş fəaliyyət. Qisasçılıq siyasəti. qisim is. [ər.]\n1. Bütöv bir şeyin ayrı-ayrı parçası; hissə. Məhsulun bir qismi toplanmışdır. Mətnin bir qismi yığılmışdır. İşin çox qismi görülmüşdür. – Günlərimin bir qismini də Kərim baba ilə keçirirdim. A.Şaiq. Çocuqların bir qismi oynayır, bir qismi dənizdə çimirdi. S.Hüseyn.\n2. Növ, cür. [Şah:] Aya sizin rəyinizə görə mən nə qisim tədbir ilə bu hadisəni öz vücudumdan dəf edə bilərəm? M.F.Axundzadə. Məlum şeydir ki, burada İsmayıl bəyin cavabı iki qisim ola bilərdi: ya hə, ya yox.. C.Məmmədquluzadə. Bir qisim adamlar da Səttarzadənin müsamirəsinə iş üçün gələnlərdir. Mir Cəlal. qisim-qisim sif. [ər.] Cürbəcür, növbənöv, müxtəlif. Yaqo .. Kassio Dezdemonanın mabeynində məhz ülfət və məhəbbət olduğunu qisim-qisim dəlillər ilə ərəbə sübut qılır. F.Köçərli. qismən zərf [ər.] Bir şeyin hamısı yox, bir hissəsi; tamamilə yox, bir qədəri; bir qədər. Məsələ qismən həll edildi. Ay qismən tutulmuşdur. O, qismən haqlıdır. – Ənisə çox yaxşı bilirdi ki, ər evinə getməklə istər özünün, istər atası Məşədi Əhmədin maddi həyatı qismən yoluna düşə bilər. S.Hüseyn. qismət is. [ər.]\n1. Tale, nəsib, qədər, bəxt; bəxtə çıxan şey. [Falçı qarı:] Ay cavan, atdan düş, bir falına baxım. Sənin qismətində, deyəsən, bir gözəl var. Çəmənzəminli. Bizim qismətimiz göz yaşı deyil; Bizimdir yaşamaq, gülmək həvəsi. S.Vurğun. // məc. Pay. Bu günəşdən mənim niyə qismətim olmasın? Mir Cəlal. Biz qismətimizə düşən ağır yolu keçməsək, gələcək nəsillərimiz də o işığa tez gəlib qovuşmaz. Ə.Məmmədxanlı. • Qismət olmaq – bəxtinə çıxmaq, nəsib olmaq, payına düşmək, çatmaq. Bəxtəvər başına sənin, ey rəqib; Xeyir sənə qismət oldu, şər mənə. Q.Zakir. Səndə bitər bir neçə vecsiz qoza; Ancaq o da qismət olar donquza. M.Ə.Sabir. [Hacı Həsən:] Bir belə müqəddəs şəxs ilə qohum olmaq elə bir qənimətdi ki, dünyada az-az adama qismət ola bilər. C.Məmmədquluzadə.\n2. Parça, hissə. Həmin hekayə iki qismətdən ibarətdir: biri o idi ki, mən indi nəql elədim. C.Məmmədquluzadə.\n3. riyaz. Bir ədədin başqa ədədə bölünməsindən alınan ədəd. qissə is. [ər.] Rəvayət edilən doğru və ya uydurma hekayə, əhvalat; nağıl, hadisə, vaqiə, qəziyyə. Sorma bu gecə silsileyizülfi-siyahın; Tulani olan qissədi bu, müxtəsər olmaz. S.Ə.Şirvani. Molla bu qissədən pərişanhal; Evinə döncək övrət etdi sual.. M.Ə.Sabir. [Dəli Səməd] ..məzəli-məzəli qissələr nağıl eləyib eşidənləri də gülməyə vadar edirdi. Çəmənzəminli. qisvət is.\n1. Kobudluq, qabalıq.\n2. Daşürəklik, zalımlıq. qişa is. [ər.] anat. Canlı orqanizmin hər hansı bir hissəsinin üstünü örtən bəzi toxumaların adı; örtü, zar, pərdə, təbəqə. Beyin qişası. Ağ ciyər qişası. Selikli qişa. qişalı sif. anat. Qişa ilə örtülmüş; pərdəli, örtülü. qitə is. [ər.]\n1. coğr. Yer kürəsinin, okean və dənizlərlə əhatə olunmuş böyük hissələrindən hər biri. Asiya qitəsi. Avropa başqa qitələrə nisbətən böyük deyildir. – Yer kürəsi günəşdən ayrılandan və üst təbəqəsi soyuyandan sonra ilk qitələr əmələ gəlmişdir. M.Qaşqay. // Ölkə, məmləkət. Nə yaxşı ki, insan əli yetmir Günəşə; Yetə bilsə, min qitəyə parçalayacaq. M.Araz.\n2. Parça, hissə, qisim, cüz. Yeni əlifbanın iki qitədən ibarət olan surətini və habelə Tehran əmirlərindən birinə göndərdiyim məktubun surətini sizə göndərirəm. M.F.Axundzadə.\n3. ədəb. Azı iki beytdən ibarət və birinci beyti sonrakılarla həmqafiyə olmayan kiçik şeir. qitələrarası sif. Yer kürəsinin qitələri arasında hərəkət edən, bir qitədən digər qitəyə, yaxud qitələrə gedib çatan. Qitələrarası raket. qiyabi sif. [ər.]\n1. İşə münasibəti olan şəxsin özü olmadığı və iştirak etmədiyi halda baş verən, görülən. Qiyabi mühakimə. Qiyabi hökm. Qiyabi tanışlıq. İşə qiyabi (z.) baxmaq.\n2. Mühazirələri müntəzəm dinləmədən, müəllimlə bilavasitə canlı əlaqədə olmadan, məktublaşma vasitəsilə təhsil alma üsulu ilə əlaqədar olan. Qiyabi təhsil. Qiyabi pedaqoji institut. qiyabiçi is. və sif. Qiyabi təhsil alan (tələbə). qiyafə [ər.] bax. qiyafət. Hələ içəridə qrim vurub, qiyafəsini dəyişdirib qapıdan çıxanda tanıya bilsən, qoçaqsan! – dedi. A.Şaiq. Sizin .. əlbisəniz və qiyafəniz elə təsir bağışlayırdı ki, mühitin ruhunu təhlil etmiş, onun məfkurəsini mənimsəmişsiniz. S.Hüseyn. İndi o [Ulduz] hərbi qiyafədə, serjant rütbəsində bir şəfqət bacısı idi. Ə.Məmmədxanlı. qiyafət is. [ər.] Paltar, geyim, üst-baş. Böyükxanım da Münəvvərin əlbisə və qiyafətini mülahizə edib dərin-dərin düşünürdü. M.S.Ordubadi. // Bir adamın zahiri görünüşü, surəti; görkəm. [Bəhram:] Əvvəl sən belə deyildin, mən səndən qaçırdım, amma indi başqa bir qiyafət almışsan. C.Cabbarlı. qiyaq is. bot. Nazik şüy şəklində bitən yarpaqsız ot bitki. [Tarverdi] .. yaşıl qiyağa qarışmış ala, qırmızı çiçəkləri yerə tökürdü. S.Rəhimov. Çayların üstündə əmələ gələn qara qiyaqların yalnız boynu burulur, çayırların kötüyü kəsilmirdi. Ə.Vəliyev. qiyam is. [ər.]\n1. Özbaşına, qeyri-mütəşəkkil üsyan, hakimiyyətə qarşı silahlı çıxış; bunt. Atabəyin xəstə yatdığı şayiələri məmləkətə yayıldığı vaxt, bir çox evlərdə üsyan və qiyamlar başlayırdı. M.S.Ordubadi. • Qiyam etmək – üsyan qaldırmaq, üsyan etmək. Qoy küçədə naz ilə xuram eyləsin oğlun! Öz xoşladığı əmrə qiyam eyləsin oğlun! M.Ə.Sabir.\n2. klas. Qalxma, ayaq üstə durma. // Birinə hörmət üçün ayağa qalxma. Eylə sücud sidq ilə əbruyi-saqiyə; Ol sərvqamətin nəzərində qiyam bul. Q.Zakir. qiyamçı is. Qiyam edən, qiyamda iştirak edən adam; üsyançı. [Sədr:] Müttəhim Baxşının qiyamçılar təşkilatlarına mənsub olması haqqında sizin əlinizdə başqa bir sübut varmı? C.Cabbarlı. qiyamçılıq is. Qiyamda iştirak etmə, qiyam hərəkatı. qiyamət is. [ər.]\n1. Dini etiqadlara görə axırzamanda aləm dağıldıqdan sonra bütün ölülərin dirilib qalxması; məhşər günü. Güman etməyin ki, Şeyx Şəban azan verməyinə muzd alırdı; xeyr, əstəğfürullah, azan verməyi məhz savab əməl hesab edərdi və əcrini qiyamətdə Allahdan gözləyirdi. Ə.Haqverdiyev.\n2. məc. Müsibət, fəlakət, bəla, əzab, işgəncə mənasında. Mənə bir munca qaraqorxu gəlmə ruzi-məhşərdən; Qiyamət varmı, ey vaiz, firaqi-yardən artıq? M.V.Vidadi. Hər günüm hicrində, ey məh, bir qiyamət tək keçər. S.Ə.Şirvani.\n3. məc. Gurultu, patıltı, səs-küy, mərəkə. ..Bunu görüb hər bir kəsdən soruşdumsa: – Bu nə qiyamətdir? – mənə cavab verən olmadı. C.Məmmədquluzadə. Lakin paltarları səhnəyə aparılmış arvadların qiyamətindən xəbərim yox imiş. Evə gələr-gəlməz üç yerdən üstümə düşüb ağızlarından çıxanı dedilər. H.Sarabski.\n4. məc. Çox gözəl, çox yaxşı, əla, görməli, eşitməli, çox maraqlı şey, hadisə, adam və s. haqqında. Vəh nə qamət, nə qiyamət, bu nə şaxi-güli-tərdir. Füzuli. Sürmələnmiş siyah gözlər süzülür; Oturub-durmağı qiyamət olur. M.P.Vaqif. Yatana yaxın da bir kasa qatıq tapılsa, lap qiyamət olar. M.İbrahimov. Dostlar oturmuşdular. Gecəni qiyamət keçirirdilər. Mir Cəlal. // Eyni mənada bəzən “qiyamətdir” şəklində işlənir. Mən öz-özlüyümdə bu qədər ağıllı, bu qədər kamallı, bu qədər səliqəli Hacı görməmişəm, desəm, inanın, Hacı qiyamətdir, qiyamət! Qantəmir.\n5. məc. dan. Çoxluq, bolluq bildirir. Bazarda qiyamət mal var. – Günün istisindən qar əriyib, qiyamət palçıq etmişdir. N.Vəzirov. ‣ Qiyamət eləmək (etmək) – 1) çox böyük nailiyyət, müvəffəqiyyət əldə etmək, şöhrət qazanmaq, böyük fəaliyyət göstərərək hamının diqqətini özünə cəlb etmək. Səni meydanda görən kimsə desin namxuda; Eyləyibdir genə aləmdə qiyamət, Hadi.. S.Ə.Şirvani; 2) son dərəcə gözəl, qəşəng şey haqqında. Yüzün qiyamət eylər şol zülfü xal içində. Nəsimi. Səri-kuyin məhşər, qəddin qiyamət; Qiyamət edərsən saətbəsaət. Q.Zakir. Qiyamət qoparmaq – 1) qışqırıq salmaq, haray qaldırmaq, vəlvələ salmaq, mərəkə salmaq, dava qaldırmaq. Qıldı mən xəstəni məlamət; Başıma qopardı yüz qiyamət. Xətayi; 2) şiddət etmək. Hüsaməddinin ordusunu mühasirəyə almış Aran atlıları qiyamət qoparmışdı. M.S.Ordubadi. Külək yenə də qiyamət qoparırdı. S.Rəhimov. Qiyamət qopmaq – çaxnaşma düşmək, səs-küy qalxmaq, vəlvələ düşmək, mərəkə qopmaq, aləm qarışmaq. Qiyamət qopdu hüsnündən, yeddi iqlimə yayıldı. Nəsimi. Qiyamət qopsa, xublara; Aşiqindən zərər gəlməz. Q.Zakir. Qiyamət qopdu yahu, köhnə dünya tarü mar oldu. M.Möcüz. Qiyamətə qalmaq – çox uzun və gəlib çatacağına az ümid olan, yaxud heç ümid olmayan vaxt haqqında. Sirr sözüm yadlara aça bilmirəm; Qaldı qiyamətə dağ ürəyimdə. Aşıq Ələsgər. O zaman anladım itib əməyim; Qaldı bir də qiyamətə diləyim. A.Səhhət. Qiyamətə qədər, qiyamətəcən – heç bir vaxt, heç bir zaman. [Qəmər:] ..Adam ki biriynən bir tikə çörək kəsdi, qiyamətəcən gərək onu unutmasın. M.İbrahimov. Qurdla qiyamətə qalmaq kin. – bax. qurd1. qiyas is. [ər.]\n1. Məntiqdə: bir şeyi başqa bir şeyə bənzədərək və ya onunla müqayisə edərək hökm vermə, mühakimə yeritmə.\n2. Zənn, güman, təxmin. [Molla Salman:] Hacı Nuru, sənin qiyasına görə, mən gərək Qarun olaydım; bəs mən niyə bir həsir və lüləyindən qeyri bir zada malik deyiləm? M.F.Axundzadə. • Qiyas etmək – 1) müqayisə etmək, tutuşdurmaq, oxşatmaq; 2) zənn etmək, ehtimal etmək, hesab etmək. Çünki şah çox cavan və göyçək oğlan idi.. Hərəmlər bu əmri zarafat kimi bir şey qiyas edirdilər.. M.F.Axundzadə. Hükəma belə qiyas edir ki, bizim zəmanədə olan heyvanat və nəbatatın hamısı bir neçə cüft heyvan və ələfdən əmələ gəlmişdir. H.Zərdabi. qiyə is. [ər.] köhn. Üç girvənkəyə bərabər köhnə ölçü vahidi. Biz bir qiyə buğdanı min hiylə ilə ələ keçirdiyimiz halda, onların payız və qış ərzaqları anbarda hazırdır. M.S.Ordubadi. qiymə is.\n1. Çox xırda döyülmüş ət. • Qiymə etmək – qiymələmək, çox narın döymək. Əti qiymə edib qızartmaq.\n2. Xırda döyülmüş ətdən hazırlanmış xörək. ‣ (Ətini) qiymə çəkmək məc. – tikə-tikə doğramaq. Anacan, .. məni çəngələ asacaqlar, ətimi qiymə çəkəcəklər. M.Rzaquluzadə. qiymə-qiymə zərf Xırda-xırda, tikə-tikə. Əti qiymə-qiymə doğramaq. – [Ələmdar:] Bu ikiağızlı qılıncımla onu qiymə-qiymə doğraram! S.Rəhimov. qiyməbalıq is. aşp. İçinə yumurta, soğan və s.-dən hazırlanmış qiymə qoyulmuş balıq (xörək). qiyməçığırtma is. aşp. Soğan, istiot və zəfəran qarışdırılıb qovrulmuş və üzərinə yumurta vurulmuş qiyməli ət xörəyi. qiyməkeş is. [qiymə və fars. ...keş] Əti narın döymək üçün kəsici alət, böyük ağır bıçaq. qiyməqovurma is. Qiymə edilmiş ətdən, şabalıd və s.-dən bişirilən xörək; xuruş. qiymələmə “Qiymələmək”dən f.is. qiymələmək f. Qiymə etmək, narın döymək. Əti qiymələmək. qiymələnmək məch. Qiymə edilmək, narın döyülmək (ət və s.). qiymələtdirmək bax. qiymələtmək. qiymələtmə “Qiymələtmək”dən f.is. qiymələtmək icb. Əti və s.-ni xırdaxırda doğratmaq, qiymə halına saldırmaq. qiyməli sif. Xırda doğranmış ətdən hazırlanmış. Qiyməli xörək. qiyməlik sif. Qiyməyə yararlı, döyməyə yararlı. Qiyməlik ət. qiyməplov is. aşp. Xuruşu qiymə olan plov. qiyməşabalıd is. aşp. Qiymə və şabalıddan hazırlanan yemək, ya xuruş. qiymət is. [ər.]\n1. Bir şeyin (əmtəənin) pul vahidləri ilə ifadə olunan dəyəri. Malın qiyməti. Bazar qiymətləri. Baha qiymət. Ucuz qiymət. Malların qiyməti aşağı salınmışdır.\n2. məc. Əhəmiyyət, dəyər, rol; etibar. Bu sözlərin heç bir qiyməti yoxdur. O, mənim gözümdə bütün qiymətini itirmişdir. Bu şeyin bizim üçün qiyməti azdır. – Haqq sözə gərəkdi, düz qiymət olsun; Qiyməti verməyə mərifət olsun. Aşıq Ələsgər. • Qiymətdən salmaq – hörmətdən, etibardan salmaq, gözdən salmaq. [Şəmsiyyə] ..özünü qiymətdən sala biləcəyini, sərhəng Səfainin belə bir şərəfə layiq olmadığını kəsdirdi. M.İbrahimov. // məc. Qədir-qiymət, dəyər. Bilməz vəfanın qiymətin hər kim cəfayə tən edər. Nəsimi.\n3. Şagirdin, tələbənin bilik dərəcəsi haqqında verilən nömrə. Orta qiymət. Pis qiymət. Dərslərindən əla qiymət almaq. ‣ Qiymət vermək (qoymaq) – 1) bir şeyin dəyəri və keyfiyyəti haqqında fikir söyləmək, hökm vermək, qiymətləndirmək, dəyərləndirmək. – Azərbaycanın qabaqcıl oğulları əsərə və tamaşaya yüksək qiymət vermişlər. M.İbrahimov. Sağlığında qiymət verin insanlara! C.Novruz; 2) şagirdi, tələbəni və b. imtahan edərək bilik dərəcəsinə nömrə vermək; 3) bax. qiymətləndirmək. Mənim rəncimə, yəni zəhmətimə qiymət verərsən. S.Rəhimov. Damla zəhmətimə, zərrə şerimə; Sənsən qiymət verən dəryalar qədər. B.Vahabzadə. qiymətdar sif. [ər. qiymət və fars. ...dar] köhn. Qiymətli, dəyərli. Nə qədər ki, məcmuəmizin adı söylənir, onun əziz və qiymətdar qələm yoldaşlarının qabaq sıralarında əziz yoldaşımız Əliqulu Qəmküsarın adı həmişə zindəbad alqışlarıyla zikr olunacaqdır. C.Məmmədquluzadə. qiymətləndirilmə “Qiymətləndirilmək”dən f.is. qiymətləndirilmək məch. Qiymət verilmək, dəyərləndirilmək. qiymətləndirmə “Qiymətləndirmək”dən f.is. qiymətləndirmək f.\n1. Bir adamın, şeyin və ya işin əhəmiyyətini, keyfiyyətini, dəyərini düzgün başa düşüb təqdir etmək, ona qiymət vermək; dəyərləndirmək. İşçinin əməyini qiymətləndirmək. – Qəhrəman zəhmət vərdişini, əqli inkişaf, bədii zövqün tərbiyəsi ilə yanaşı təbiəti də qiymətləndirir. S.Rəhimov.\n2. Bir iş, hərəkət və s. haqqında fikir söyləmək; məna vermək. Vəziyyəti düzgün qiymətləndirmək. Siz bunu necə qiymətləndirirsiniz? Onun hərəkətini lazımınca qiymətləndirmədiniz. qiymətlənmə “Qiymətlənmək”dən f.is. qiymətlənmək f. Qiymətə, dəyərə malik olmaq; baha qiymətə getmək. qiymətli sif.\n1. Qiyməti, dəyəri yüksək, baha olan; bahalı. Qiymətli xalça. Qiymətli hədiyyə. Qiymətli şeylər. Almaz qiymətli daşdır. – ..Həmişə də qiymətli xam atı alıram ki, onu qoşquya öyrədim. C.Məmmədquluzadə. Hələ üstəlik, dəllək arvadının qiymətli boyunbağısı, qızıl suyuna çəkilmiş gümüş kəməri .. vardı. S.Rəhimov. // Üzərində qiyməti yazılmış olan, dəyəri üzərində göstərilmiş, pul ilə ifadə olunan. Qiymətli kağızlar. Qiymətli banderol.\n2. məc. Çox lazımlı, çox mühüm, çox dəyərli. Qiymətli işçi. Arxivdən qiymətli sənədlər tapılmışdır. Qiymətli əsər. Qiymətli məlumat əldə etmək. – Budur, yanlarından keçdi bir nəfər; Qoltuğunda qalın, qiymətli cildlər. M.Müşfiq.\n3. məc. Üstün, yaxşı, xoş, əziz. qiymətlilik is.\n1. Qiymətli, dəyərli olma, dəyərlilik.\n2. Çox lazımlılıq, çox mühümlük. qiymətsiz sif.\n1. Heç bir qiyməti, dəyəri olmayan; dəyərsiz. Qiymətsiz əşyalar.\n2. məc. Heç bir əhəmiyyəti olmayan. Necə qiymətsiz imiş böyük eşqim, hünərim; Kim bilir ki, dürr ilə varlanmış bir ümmanam. Şəhriyar. qiymətsizləşdirilmə “Qiymətsizləşdirilmək”dən f.is. qiymətsizləşdirilmək məch. Qiymətsiz hala salınmaq, dəyərsizləşdirilmək; qiymətdən salınmaq. qiymətsizləşdirmə “Qiymətsizləşdirmək”dən f.is. qiymətsizləşdirmək f. Qiymətdən salmaq, dəyərsizləşdirmək; qiymətini, dəyərini aşağı salmaq, qiymətsiz hala gətirmək, son dərəcə ucuzlaşdırmaq. Xüsusi əmək qanununun olmaması fəhlələrin əməyini qiymətsizləşdirirdi. M.İbrahimov. qiymətsizlik is.\n1. Heç bir qiymətə, dəyərə malik olmama; qiymətsiz şeyin keyfiyyəti.\n2. məc. Əhəmiyyətsizlik, dəyərsizlik. qiymətşünas sif. [ər. qiymət və fars. ...şünas] Qədir-qiymət anlayan, qiymət verə bilən, qiymətləndirə bilən. qiyyə məh. bax. qıy1. • Qiyyə çalmaq (çəkmək) – bərk qışqırmaq, çığırmaq. Bu halda qapı döyülür, evin sakitliyi pozulur. Kəbleyi .. qapını açmağa getdikdə, pişiyin əlini tapdalayır, pişik bərk qiyyə çalır. H.Sarabski. Hərdən şövqə gəlib çəkərlər qiyyə; Dərin üfüqlərdə əks edər qiyyə. Şəhriyar. qladiator is. [lat.] Qədim Romada: sirklərdə bir-biri ilə və ya vəhşi heyvanlarla vuruşmaq üçün qullardan, əsirlərdən, yaxud məhkum edilmiş adamlardan hazırlanan pəhləvan. Qladiatorlar boş-boş gəzən avara camaatı əyləndirib ona kef vermək üçün amfiteatr meydançasında bir-biri ilə və ya vəhşi heyvanlarla vuruşmağa məcbur edilən adamlar idi. “Qədim dünya tarixi”. ..Qışqırdı on bir min qladiator: – Silah! Silahsızlıq – hər şeyin sonu. X.Rza. qladiatorluq is. Qladiatorun işi, peşəsi. Bəzən varlı romalılar da öz qullarının bir hissəsini qladiatorluğa verirdilər. “Qədim dünya tarixi”. qladiolus is. [lat.] Süsənkimilər fəsiləsindən çoxillik bitki növü; qarğasoğanı. qlasnı [rus.] tar. 1917-ci il inqilabından əvvəl Rusiyada: şəhər dumasının və ya başqa seçkili idarənin üzvü. Budur, bax, uprava məlum edir ki, təzədən dörd illik dumaya qlasnı seçmək siyahısı bu iyun ayının 27-dən elan ediləcəkdir. N.Vəzirov. qlaukoma [yun.] tib. Göz mayesi təzyiqinin artması şəklində təzahür edən ağır göz xəstəliyi. qlavb [rus.] tar. 1917-ci il inqilabından qabaq: şəhər idarəsi rəisi, bələdiyyə idarəsi başçısı. Əvvəl, yəni iki il bundan əqdəm Xudayar bəy qlava yanında çavuş idi. C.Məmmədquluzadə. qliserin [yun.] Yağlardan hasil edilən, texnikada, ətriyyat istehsalında və s.-də işlədilən dadı şirintəhər qatı maye; ən sadə üçatomlu spirt. qlissando [ital.] mus. Barmaqları fortepianonun dilləri, arfa, yaxud skripka kimi alətlərin simləri üzərindən yüngülcə və cəld sürüşdürməkdən ibarət çalma üsulu. qlisser [fr.] Yastıdibli, itigedən qayıq. qlobal [lat.] Bütün Yer kürəsini bürüyə bilən. Qlobal hadisələr. qlobus [lat.] Adətən öz oxu ətrafında fırlanan Yer kürəsinin modeli. Saçlarını geriyə daramış, uzunbığlı, ucaboylu müəllim əlində qlobus qapı ağzında göründü. M.Hüseyn. ..Qoca bir müəllim gəldi; o, əlində tutduğu qlobusda dünyanın dənizlərini, çaylarını, dağlarını və dərələrini göstərirdi. M.Arif. qlükoza is. [yun.] Üzüm şəkəri. “Qlükoza” adı yunanca “qlükos” sözündən gəlir ki, bu da “şirin” deməkdir və maddənin şirin dadı olduğunu göstərir. “Kimya”. qneys is. [alm.] Qədim metaforik süxur. qnoseologiya [yun.] fəls. İdrak nəzəriyyəsi; fəlsəfənin, idrakın mənbələrindən, imkanlarından və vasitələrindən bəhs edən şöbəsi. qnoseoloji sif. fəls. Qnoseologiyaya, idrak nəzəriyyəsinə aid olan. Qnoseoloji görüşlər. qobelen is. [fr.] Əllə toxunmuş şəkilli divar xalçası. qoboy is. [fr.] Nəfəsli musiqi aləti. qobu is.\n1. Sel və ya çay sularının uzun müddət axması və ya zəlzələ nəticəsində əmələ gələn çuxur, çuxur yer, kiçik dərə. Qarabağ düzü çökəkliklər və qobularla zəngindir. – İçərilərə doğru yeyinlədi, ağaclıqlar dalında köhnə qobu var idi. Mir Cəlal.\n2. Çayın dərin yeri.\n3. Düzən, düzənlik. qobur is. Dəridən, ağacdan və s.-dən düzəldilmiş tapança və ya tüfəng qabı. Elmar .. tapança qoburunu tapdı. İ.Əfəndiyev. Tapançanı ehmalca qoburundan çıxarıb sağ əlimə aldım və ehmalca ayaqda saxladım. Ə.Vəliyev. qoburlu sif. Qoburu olan, qobura qoyulmuş, qobur içində olan. Ələmdar beşaçılan tüfəngini, taxta qoburlu mauzerini, patrondaşlarını götürüb yaraqlandı. S.Rəhimov. [Həmidin] böyründən qayışı bozarmış, köhnə qoburlu tapança sallanırdı. M.Hüseyn. qobustan is. [qobu və fars. ...stan] Qobuluq, düzənlik. qobuz bax. qopuz. qoca 1. sif. Yaşlı, qocalmış (cavan ziddi). Qoca kişi. Qoca kəndli. Qoca alim. Qoca at. – Bahadır hələ üzünü yumamış, ev yiyəsi qoca arvad Bahadırı çay içməyə çağırdı. N.Nərimanov. Bu anda qoca usta başını dik qaldırıb, dəmir qüllənin zirvəsində durmuş fəhləni səslədi. M.Hüseyn.\n2. is. Qocalmış, yaşı ötmüş, qocalıq yaşına çatmış kişi. Qocalara hörmət. Qocalar və cavanlar. – Qocanın biliyi, cavanın biləyi. (Ata. sözü). Qoca hələ sözünü tamamlamamışdı ki, birdən təbil-davul vuruldu. “Koroğlu”. Kərim baba qısaboylu, geniş kökslü bir qoca idi. A.Şaiq. // Evin ən yaşlı, ən böyük, təcrübəli üzvü, ağsaqqalı. Qoca evin sütunudur. (Ata. sözü).\n3. sif. məc. Qədim, köhnə. Qoca dünya. – Qoy məndən dərs alsın qoca təbiət; O da könlüm kimi gülsün həmişə. S.Vurğun. Lakin qoca tarix bilir bu yerlərin yaşını. R.Rza.\n4. is. Kişi, ər. [Xanpəri:] Onun cadusunda mən bir hikmət görmüşəm ki, əgər istəsə bu saatda məni qocamdan boşadar. M.F.Axundzadə. qocafəndi sif. Qoca üçün əlverişli, qocaya yaraşan, qocaya münasib olan. qocalaşdırma “Qocalaşdırmaq”dan f.is. qocalaşdırmaq f. Qoca göstərmək. Bu paltar onu lap qocalaşdırır. qocalaşma “Qocalaşmaq”dan f.is. qocalaşmaq f. Yavaş-yavaş qocalmaq, qocalıq yaşına dolmaq. qocalıq is.\n1. Qoca adamın, heyvanın və ya ağacın halı. Ay ağalar, tutdu qoldan; Bixəbər birdən qocalıq. Molla Cümə. Atalar oğul istər ki, qocalıqda söykənəcəkləri olsun. Mir Cəlal.\n2. Qədimlik, köhnəlik. ‣ Qocalıqda yorğalıq – yaşlı adama yaraşmayan hərəkət haqqında. [Hacı Murad:] Ay sağ olmuş, mənim ömrüm keçmişdir, qocalıqda nə yorğalıq? S.S.Axundov. qocalı-cavanlı top. Qocalar və cavanlar hamısı. Qocalı-cavanlı hamısı təzə paltar geyinmişdi. Ə.Vəliyev. qocalma “Qocalmaq”dan f.is. qocalmaq f.\n1. Qoca olmaq, qocalıq yaşına dolmaq. O çox tez qocaldı. – Cavanlar gəldi dünyayə, qocaldım, heyf, pir oldum. S.Ə.Şirvani. Əfsus qocaldım, ağacım düşdü əlimdən; Səd heyf, cavanlıq! M.Ə.Sabir.\n2. məc. Köhnəlmək, gücdən düşmək, yıpranmaq. Köhnə dünya qocalır, bu döyüşdə qartalır. R.Rza. qocalmış f.sif.\n1. Qoca yaşına çatmış; qoca. Qocalmış kişi. Qocalmış şair.\n2. Köhnəlmiş, gücdən düşmüş, yıpranmış. Qocalmış çinar. Qocalmış torpaq. qocaltma “Qocaltmaq”dan f.is. qocaltmaq 1. icb. Vaxtından tez qocalmasına səbəb olmaq. Dərd onu qocaltdı.\n2. f. Qoca kimi göstərmək, qoca göstərmək. Sən özünü lap qocaltdın. Bu paltar onu qocaldır. qocaman sif.\n1. Yaşlı, çox yaşayıb yaratmış, təcrübə qazanmış; uzunmüddətli xidmət və fəaliyyətinə görə hamının hörmətini qazanmış; əməkdar. Qocaman alim. Qocaman ədib. Qocaman artist. – Qoca ayrı, qocaman ayrı. (Ata. sözü). Qocaman sənət xadimini dinləməyi arzu edən çox idi. Mir Cəlal. // Qoca, yaşa dolmuş. Bu gün neçə gündür qocaman Zakir; Tazə-təri sevmiş, tazə-tər olmuş. Q.Zakir.\n2. məc. Əzəmətli, iri, böyük, cəsamətli. Qocaman dağlarda qucaqlaşmış olan bu gözəl kənd bahar zamanı hər tərəfdən çiçəkli, geniş və sərin qanadları altına bir çox müsafir alırdı. A.Şaiq. Geniş və qocaman meşənin ən yaxşı vaxtı idi. Hər tərəfə ətir səpilmişdi. Mir Cəlal. Onlar yerli-yataqlı, şax-budaqlı qocaman bir çinarın dibində doyunca yeyib, al şərabdan içmiş, yatıb xumarlanırdılar. M.Rzaquluzadə. qocayana bax. qocafəndi. qoç is.\n1. Qoyunun erkəyi, damazlıq erkək qoyun. Qoç döyüşünə qoç dayanar. (Ata. sözü). • Qoç döyüşdürmək – keçmişdə: əyləncə üçün xüsusi təlim verilmiş qoçları bir-biri ilə kəllə-kəlləyə vuruşdurmaq adəti. [Allahqulu:] O məndən bir-iki saat irəli gəlibdir, odur həyətdə qoç döyüşdürür. N.Vəzirov.\n2. məc. İgid, qoçaq. Qoç Koroğlu gələr qoşa; Polad qalxan tutar başa. “Koroğlu”. ..Tez ol, yüyür, qoçum! Daha yubanma, o vaxt deyil, .. məni qurtar. M.S.Ordubadi. Durma, haydı, carçı göndər, qoç ərləri topla, yağı üstünə axın var, axın! M.Rzaquluzadə. qoçaq sif. İgid, şücaətli, rəşadətli, qorxmaz; mərd. [Heydər bəy:] ..Handa bir rəşid və qoçaq adam cürət edib bir yük, iki yük çıxarda bilər. M.F.Axundzadə. Məgər bu şəhərdə hamıdan qoçaq mən oldum? C.Məmmədquluzadə. // Zirək, bacarıqlı, dilavər. [Ahıl qadın:] ..Cahan hər işi düzəldir, qoçaq arvaddır. Ə.Haqverdiyev. // İs. mənasında. Zülməti-şəbdə qızarır dan yeri; Haydı, qoçaq, haydı igid, qoş, yeri! A.Səhhət. Vətən oğlu, el qoçağı Bəxtiyar! Sənə ölməz igid desəm, yeri var. R.Rza. // Nida yerində. Ay qoçaq! Ay qoçağım! – [Ağa Kərim xan:] Bərəkallah, qoçağım Rəhim, afərin! N.Vəzirov. qoçaqcasına zərf Qoçağa layiq bir surətdə, igidliklə, mərdliklə. Qoçaqcasına hərəkət. qoçaqlanmaq bax. qoçaqlaşmaq. qoçaqlaşma “Qoçaqlaşmaq”dan f.is. qoçaqlaşmaq f. Qoçaq olmaq, igidləşmək, cəsurlaşmaq, ürəklənmək. // Zirəkləşmək. qoçaqlıq is. İgidlik, rəşadət, şücaət, mərdlik. Qoçaqlıq göstərmək. – [Tarverdi:] A qardaş, bircə qulaq as, gör nə deyirəm, sən qoçaqlığı lap qələt anlayırsan. M.F.Axundzadə. // Zirəklik, hünərlilik, hünər. [Cahanın] qoçaqlığını ondan bil ki, bu yaşında üçdörd ayın içində savadlandı. Ə.Haqverdiyev. qoçbaşı is. tar. Qədim müharibələrdə: qalaların divarlarını dəlmək üçün bir tərəfinə qoyun başı kimi dəmir taxılmış tirdən ibarət hərb aləti. Gecə-gündüz divarları qoçbaşı adlanan alətlərlə dağıdırdılar. qoçbaz is. [qoç və fars. ...baz] Köhnə məişətdə: döyüşdürmək üçün qoç saxlayan və bu işlə məşğul olan adam. qoçbazlıq is. Köhnə məişətdə: döyüşdürmək üçün qoç saxlama və qoç döyüşdürmə. Mollaxanadan qovulan gündən etibarən uşaq fikrini quşbazlıq, qoçbazlıq .. və bu kimi işlərə verərdi. H.Sarabski. qoçbuynuzu sif. və zərf Qoçbuynuzu kimi buruq. [Zöhrə] .. birçəklərini qoçbuynuzu burdu, sonra balaca darağı ilə telini darayıb, birçəklərinin arasında qırçınladı. Ə.Vəliyev. qoçluq is. dan. İgidlik, qoçaqlıq, ürəklilik, diribaşlıq, zirəklik, dilavərlik. qoçu is. köhn. Keçmişdə: xalqa əziyyət verən, camaatı qorxu altında saxlayan, tədhiş edən, qan tökməkdən çəkinməyən, özbaşınalıq edən adam; qolugüclü. Qoçular, quldurlar qatar taxardı; Fağır-füqərayə yanyan baxırlar. Aşıq Ələsgər. Yerli neft burjuaziyasının mənfəətini müdafiə üçün yüzlərcə maaş alan qoçular vardı. M.S.Ordubadi. Bakı qoçuları bütün şəhərdə özbaşınalıq edirdilər. A.Şaiq. qoçubazlıq is. köhn. Keçmişdə: varlıların qoçu saxlaması, qoçulara arxalanması. // Qoçuluq etmə, qoçuluqla məşğul olma; xalqı tədhiş edib əziyyət vermə; qoçuların başlı-başınalığı. // Dəstəbazlıq, zorakılıq, qolugüclülük. Çar rejiminin zəhərli meyvələrindən biri də qoçubazlıqdır. A.Şaiq. O zamanlar Bakıda və Bakının ətraf kəndlərində tapançabazlıq, qoçubazlıq mod olmuşdu. H.Sarabski. qoçuluq is. köhn. Qolçomaqlıq, qolugüclülük, zorakılıq. // Qoçuların başlı-başınalığı. Doğrudan da, mədənlərdə oğurluq, qoçuluq gündən-günə artırdı. A.Şaiq. qoduq is. Eşşəyin balası (bəzən söyüş yerində işlənir). Qoduq hürkəndə anasından qabaq düşər. (Ata. sözü). qoduqlama “Qoduqlamaq”dan f.is. qoduqlamaq f. Bala doğmaq, balalamaq (eşşək haqqında). qoduqlanma dan. “Qoduqlanmaq”dan f.is. qoduqlanmaq f. dan. Birinin qabağında kiçilmək, alçalmaq, yaltaqlanmaq. qoduqluq is. dan. Dustaqxanaya zarafatla verilən ad. Qumru kənd soveti milisini çağırıb, .. [Xuduşu] qoduqluğa saldırdı. Ə.Əbülhəsən. Bunların hamısını bu saat apar, yığ qoduqluğa! Sonra bircə-bircə özümüz ayırd edərik. S.Rəhimov. qodu-qodu is. etnoqr. Keçmişdə: arasıkəsilmədən yağış yağdıqda kənd uşaqlarının toplaşıb həyət-həyət gəzərək nəğmə oxuma mərasimi və bu mərasimdə oxunan nəğmənin özü. qoğal is. Kiçik, yağlı və ya yağsız, südlü girdə çörək; kökə. Yağlı qoğal. – Mehmanlara hazır elə min dürlü naharı; Ver küncə qoğalı. M.Ə.Sabir. qohum is.\n1. Biri ilə qohumluq əlaqəsi olan adam. Yaxın qohum. Uzaq qohum. Ata tərəfindən qohum. – Hazırda mən öz qohumlarım və öz elim ilə bərabər cəbhəyə gedirəm. M.S.Ordubadi. Məlum oldu ki, Mirzə Səfərin, Həsən ağanın qohumu ilə rəftarı ağanın qulağına çatıb. Ə.Haqverdiyev.\n2. Mənşə etibarı ilə bir-birinə yaxın. Bu çiçəklər bir-birinə qohum olub, bir fəsiləyə mənsubdur. Qohum dillər. – Darvin öz kitabında yazır: “Heyvanlar bir-birinə qohumdurlar.” C.Məmmədquluzadə. qohumbaz is. [qohum və fars. ...baz] Öz qohumlarını həddindən artıq sevən adam; öz qohum və yaxın adamlarının mənafeyini ictimai mənafedən yüksək tutan, yalnız onların mənafeyini güdən adam. // Tərəfsaxlayan, üzgörən adam. qohumbazlıq is. Öz qohum-qardaşını həddən artıq sevmə; yalnız öz qohumlarının yaxın adamlarının mənafeyini güdmə, birinci növbədə onların xeyrini nəzərdə tutma. Kiminin rüşvətxorluğu, qohumbazlığı; kiminin xəsisliyi, bəzisinin nadanlığı tənqid olunurdu. Mir Cəlal. // Tərəf saxlama, üz görmə. Qohumbazlıqla mübarizə. – ..Kənardan baxan elə biləcək ki, qohumbazlıq eləyirəm. M.Hüseyn. qohumcanlı sif. Öz qohumlarını, öz yaxın adamlarını çox sevən, onların qeydinə qalan. Qohumcanlı adam. qohumcanlılıq is. Öz qohumlarını, öz yaxın adamlarını çox sevmə, onların qeydinə qalma. qohum-əqrəba top. [qohum və ər. əqrəba] Qohumlar. [Xortdan:] Qohuməqrəba yığılıb onu evdən qovdular, qaldı küçədə. Ə.Haqverdiyev. [Həcər xanım:] Piri baba, Çingizin burada olmasının xatası yoxdur, Şahbaz bəyin qohum-əqrəbası dinc durmayacaqdır. S.S.Axundov. ..Bilirəm, arvadın qohum-əqrəbası başına yığılıb necə dartışdıracaqlar. Mir Cəlal. qohum-qardaş top. Qohumlar, əqrəba. Kimim vardır qohum-qardaş el olsun; Qərib öldüm, bikəs öldüm, yad öldüm. M.V.Vidadi. Bütün qohum-qardaş başına toplanmış olduğu halda, .. [Günəşin] qəlbi açılmır, üzü gülmürdü. A.Şaiq. Cümə günü gecə Hacı Abtalıb qohum-qardaşını başına cəm eləyib, xəlfə Hacı Haşımı çağırıb, aynanı onun əlinə verir və xonça əllərində yola düşürlər. H.Sarabski. qohum-qonşu bax. qonum-qonşu. Mirzə Kələntəri həyətdə görməyən qohumqonşu təəccüblə ondan soruşdular. S.Rəhimov. Qohum-qonşu qadınlarla görüşmək Büləndi çox yormuşdu. Ə.Əbülhəsən. qohum-quda bax. qohum 1-ci mənada. Hacı Abtalıb istəyir səninlə qohum-quda olsun. H.Sarabski. qohumlaşdırma “Qohumlaşdırmaq”dan f.is. qohumlaşdırmaq f. Qohum etmək, yaxınlaşdırmaq. qohumlaşma “Qohumlaşmaq”dan f.is. qohumlaşmaq f.\n1. Əslində qohum olmayıb, sonradan bir-birinə qız verib almaqla qohum olmaq. [Məhərrəm bəy:] Mən özümü çox xoşbəxt hesab edərdim ki, sənin ilə qohumlaşmaq mümkün olaydı. S.S.Axundov.\n2. məc. Yaxınlaşmaq, dostlaşmaq. qohumlu sif. Qohumları olan. Yarı az sevirəm qohum-qardaşdan; Qohumlu bəxtəvər, gözüm yoldadır. Ə.Cavad. qohumluq is.\n1. Ən yaxın əcdad ümumiliyi əsasında insanlar arasında əmələ gələn münasibət; əqrəbalıq. Yaxın qohumluq. Uzaq qohumluq. – Üç-dörd gün bundan qabaq qəssab Cəmil gəldi bizə. Bununla bizim bir yüngülvari qohumluğumuz da varmış. C.Məmmədquluzadə. Heç onun bizə qohumluğu da çatmır. Bununla belə, uşaqlıqdan bəri biz ona “Sarı bibi” demişik. Qantəmir. // Evlənmə nəticəsində əmələ gələn münasibət.\n2. Mənşə ümumiliyi və ya bilavasitə bənzərlik cəhətdən yaxınlıq. Dillərin qohumluğu. Qohumluq və mənşə etibarı ilə birbirinə yaxın və uzaq olan bitkilərin çarpazlaşdırılması nəticəsində yeni bitki növləri alınır. qohumpərəst [qohum və fars. ...pərəst] bax. qohumbaz. qohumpərəstlik bax. qohumbazlıq. qoxarca is. zool. Qiymətli dərisi (xəzi) olan bir heyvan. qoxmaq bax. qoxumaq. Alnını aydınlıq öpərək oxşar; Gül-çiçək qoxar gül yanağın sənin! A.Şaiq. Çiçəklər, otlar, güllər bahar günəşinin ilıq şüası altında ruhlanıb, təravətlənib gözəl qoxurdular. Çəmənzəminli. qoxu is. Maddələrin buruna təsir etmə xassəsi, burunla hiss olunan şey; iy. Tənbəki qoxusu. Çiçəklərin gözəl qoxusu. Pis qoxu. Tünd qoxu. Kəskin qoxu. – Səba saçın qoxusundan müəttər olmuşdur. Nəsimi. Meşədən həmişəki ürəkaçan, ətirli rayihə əvəzinə rütubətli çürüntü qoxusu gəlirdi. M.Rzaquluzadə. Surxay otaqdakı tünd qoxudan burnunun qıcıqlandığını hiss etdi. İ.Əfəndiyev. qoxulama “Qoxulamaq”dan f.is. qoxulamaq f.\n1. Burunla nəfəs çəkərək, bir şeyin iyini almaq, iyini duymağa çalışmaq. Gülü qoxulamaq.\n2. məc. Yoxlamaq, öyrənməyə, tanımağa, bilməyə çalışmaq. Qorodovoylar, jandarmalar yenə də öz duracaqlarında gəzişir və gəlib-gedənləri it kimi qoxulayırdılar. M.S.Ordubadi. qoxulandırmaq bax. qoxutmaq. qoxulanma “Qoxulanmaq”dan f.is. qoxulanmaq f. İylənmək, iy vermək. qoxulu sif. Müəyyən iyi olan. Bənövşə qoxulu yardan ayrılan; Gündə yasa batar, günü zar olar. M.P.Vaqif. qoxuma “Qoxumaq”dan f.is. qoxumaq f.\n1. Müəyyən iy vermək. Bu yerlərdə müşkü ənbər qoxuyur; Nazlı dilbər gəzən yerdir bu yerlər. Aşıq Kərəm. Səhərlər Muğan çöllərinin nəfəsi ətir qoxuyur. M.İbrahimov.\n2. Pis iy vermək, üfunətlənmək, iylənmək, çürümək. Havalar istiləşdikcə fabrikin havası xarablaşır, çirkab suları küçələrə çıxır, qoxuyur. Bu rütubət və üfunət qoxusu oradan gəlirdi. M.Rzaquluzadə.\n3. məc. Bir şeyin əlamətini, işarəsini, nişanəsini göstərmək mənasında. Sərin bir iyun axşamı idi, lakin bu sərinlik yaz qoxumurdu. Ə.Əbülhəsən. qoxumuş sif. İylənmiş, üfunətli. Qoxumuş pendir. Qoxumuş meyvə. – Yolun üstündə qoxumuş bir köpək cəmdəyi düşmüşdü. M.S.Ordubadi. qoxusuz sif. Heç bir qoxusu olmayan, heç bir iy verməyən. Qoxusuz çiçək. Dadsız və qoxusuz meyvə. Qoxusuz dərman. qoxutma “Qoxutmaq”dan f.is. qoxutmaq 1. t-li. Bir şeyi çox saxlayıb iyləndirmək, köhnəltmək, çürütmək.\n2. t-siz. Qoxu vermək, iy yaymaq, üfunətlənmək. qol I. is.\n1. İnsan bədəninin, çiynin başından barmaqların ucuna qədər olan iki üzvündən hər biri. Sağ, sol qol. Qolunu qaldırmaq. – İzzət Əhmədin qolundan yapışıb gətirib oturtdu palaz üstə ki, oğlan rahatlansın. C.Məmmədquluzadə. [Telli] sol biləyini gözlərinin üstünə qoymuş, bütün qolu açıqda qalmışdı. S.Hüseyn.\n2. Atın qabaq ayaqlarından hər biri. Atın sağ qolu axsayır.\n3. Paltarın qolu örtən hissəsi. Pencəyin bir qolu uzundur. – [Gülbadam] ağ kiseyi köynəyinin enli qolları ilə uşağın alnındakı təri sildi.. N.Nərimanov. Məşədi Həsən çuxasının qolları əlində oynamağa başladı. Çəmənzəminli.\n4. Ağac budağı, şaxə. Ağacın qolları çox genişdir. • Qol atmaq – şaxələnmək, qolbudaq atmaq, hər tərəfə yayılmaq. Yenə səssiz, cansız yurdlar qol atmışdı hər yana; Alaçıqlar muncuq kimi düzülmüşdü yanyana. A.Şaiq.\n5. Əsas bir şeydən, ana xətdən ayrılan şöbə, hissə, qisim, xətt. Dəmiryol stansiyasından mədənə bir qol ayrılır. – Hansı çay ki gedib dəryaya tökülür, ona böyük çay və ya nəhr; hansılar ki, böyük çaya tökülür, onlara qol deyilir. H.Zərdabi. Kür Xəzərə yaxınlaşdıqca və ona yeni qollar bitişdikcə bu çayın suyu artır. M.Qaşqay. [Gülpəri:] Kəhrizdən qol ayırıb aparıb pambığını suvarıb. Ə.Haqverdiyev. Dağın ətəyindən ayrılır bir qol; Tikanlı kəndinə ayırır bu yol. S.Vurğun. // Dastanın ayrı-ayrı hissəsi, fəsli, hekayəsi, epizodu. [Əmiraslan] özü də dönüb oğluna “Koroğlu” dastanının ayrı-ayrı qollarını nağıl edər(di). S.Rəhimov. // Bir ordunun və s.-nin ayrıldığı hissələrdən hər biri. Çar ordusu üç qola ayrılmışdı. Onların bir qolu Şahzadə bağına qapanmış(dı).. M.S.Ordubadi. Dəstəmiz qollara ayrılmalı, hərəkət təlimi verilməli idi. Mir Cəlal.\n6. Cinah, tərəf, səmt. Sağ qol. Sol qol. – Sağ qoldan isə öz vurulmuş tanklarının ardınca qalxan bu piyada Muxtarov, Dadaşın qəfil və sərrast atəşi altına düşdü. Ə.Əbülhəsən.\n7. İmza. [Süleyman:] Necə etməz, bəs bu boyda peçatı, bu yoğunluqda qolu görmürsən? M.İbrahimov. [Gəldiyev] inanmışdı ki, qulluq işində adamı yıxan, dikən sədrin, müdirin, naçalnikin bir qırmızı qoludur. Mir Cəlal. • Qol qoymaq, qol çəkmək – 1) imzalamaq, imza etmək. Bir yerdə .. ərizə yazırlar və cəm olan on beş nəfər haman ərizəyə qol qoyurlar. Ə.Haqverdiyev. Qol çəkməyi bilirəm, amma sənin kimi oxumuş deyiləm. Qantəmir; 2) məc. tamamilə razılaşmaq, qəbul etmək. Elə mən də sən deyənə qol qoyuram. M.Hüseyn.\n8. xüs. Bəzi alətlərdə və mexanizmlərdə hərəkəti nizama salan və başqa vəzifələr görən qola oxşar hissə. ‣ Qol zoruna – zorakılıqla, güclə, zorla, zor işlədərək. Burada qol zoruna iş keçməz. Qolları arasına almaq – qucaqlamaq. Həsən .. [Dilaranı] qolları arasına alıb dodaqlarından öpdü. M.İbrahimov. Qollarını açmaq – birini qucaqlamağa hazırlanmaq, məmnuniyyətlə, gülər üzlə qarşılamaq. Qollarını atmaq – bax. qollarını ölçmək. Baba qollarını ata-ata (z.) yenə danışmaq istədi, lakin öskürək onu boğdu. Çəmənzəminli. Qollarını .. boynuna dolamaq (sarımaq) – birini bərk-bərk qucaqlamaq. Süsən atasına yanaşdı, dirsəyəcən çırmanmış qollarını onun boynuna doladı. M.Hüseyn. Qollarını ölçmək – danışarkən qolları ilə hərəkət etmək, qollarını oynatmaq. Şah ayaqlarını taxtdan sallayıb, qollarını ölçərək cır səsi ilə çığırdı. Çəmənzəminli. Qoluna girmək – 1) qolunu birinin qoluna keçirmək. O, dostunun qoluna girib balkona çıxartdı. Ə.Vəliyev; 2) qolunu gəzə bilməyən xəstə və ya başqa adamın qoluna keçirərək, ayağa qaldırıb gəzdirmək. Qolundan qaldırmaq – bax. qolundan tutmaq. Bir də onlar məni qolumdan qaldırdılar. Yoldaşlıq naminə ailəmə kömək verdilər. M.Hüseyn. Qolundan tutmaq – kömək etmək, əl tutmaq, yardım göstərmək. [İsmayıl:] Onun qədim nökəri Cavad bir az onun qolundan tutur. Ə.Haqverdiyev. Qolundan yapışmaq – bax. qolundan tutmaq. [Tubu:] Qızını bir eləsinə ver ki, lazım olan vaxt qolundan yapışsın. Ə.Haqverdiyev. Kişiyə ürək-dirək verdik, qolundan yapışdıq, evimizə gətirib, neçə gün, neçə gecə qonaq saxladıq. S.Rəhimov.\n\nII. [ing.] idm.\n1. köhn. Futbol, xokkey, su polosu və s. oyunlarda oyunçuların topu vurub keçirdikləri qapı, yaxud ayrılmış yer. Birdən oğlan qışqırır: “Dinamo” qol vuracaq! M.Rahim.\n2. Bir komandanın, topu rəqibinin qapısından keçirdikdən sonra qazandığı xal, say. ‣ Qol vurmaq – müqabil tərəfin qapısından topu keçirmək. qolac is. Qolları hər iki tərəfə açdıqda bir əlin barmaqları ucundan o biri əlin barmaqları ucuna qədər olan məsafə, ara (xalq arasında saylarla birlikdə uzunluq ölçüsü kimi işlənir). İpin uzunluğu beş qolacdır. – Siyah zülfü dal gərdəndə bir qolac; Sona cıqqası tək ucları qıyqac. Q.Zakir. Ucu əşrəfili bulud kimi saç; Dal gərdəndə hər hörüyü bir qolac. M.P.Vaqif. // sif. Uzun mənasında. Xaqanlar başına şeşpər daldıran; Qolac qollar buran qoç Koroğludur. “Koroğlu”. Bəs onun gülər üzü hanı, qolac saçları, dəyirmi sifəti? Mir Cəlal. qolac-qolac sif. Uzun-uzun. Qolacqolac saçlar. qolaclama “Qolaclamaq”dan f.is. qolaclamaq f. dan.\n1. Qolacla ölçmək.\n2. Qollarını qabağa uzatmaq. Alo kişi adamlara tərəf qollarını qolaclayıb [dedi:] – A balam, niyə məəttəlsiniz! S.Rəhimov. qolaclanma “Qolaclanmaq”dan f.is. qolaclanmaq məch. dan. Qolacla ölçülmək. qolay sif.\n1. Asan, zəhmətsiz, yüngül. Mənim sənətim bildiyin qədər də qolay deyildir. A.Şaiq. Boz şinel isə soyuq keçməyən bir qalaydı; Bu geyimlə dağlarda gəzmək ona qolaydı. S.Rüstəm. Sən bu canlara sataşmağı sanırsanmış qolay; Öylə bir fikirdəsənsə, yanılırsan, hay, hay! Ə.Nəzmi.\n2. Münasib, uyğun, rahat. Bu yer mənə qolay deyildir.\n3. Bikara, yüngül. Əfruz bacı aldığı toyuqların seçməsini damazlıq üçün saxlayır, qolayını isə kəsdirirdi. S.Rəhimov. qolayca sif.\n1. Çox asan, zəhmətsiz, çox yüngül. Qolayca iş. Bu işi qolayca (z.) görmək olar.\n2. Uyğun, münasib, rahat. Qolayca bir yer tapıb oturdum. qolaylanma “Qolaylanmaq”dan f.is. qolaylanmaq f. Birini vurmaq və ya bir şey atmaq üçün qolunu qaldırıb dala gərmək. Buğac .. ceyranı hərləyib xanın lap yaxınında əlini kəməndə atıb qolaylandı. M.Rzaquluzadə. qolaylaşdırılma “Qolaylaşdırılmaq”dan f.is. qolaylaşdırılmaq məch. Asanlaşdırılmaq, yüngülləşdirilmək. qolaylaşma “Qolaylaşmaq”dan f.is. qolaylaşmaq f. Asanlaşmaq, yüngülləşmək. İş get-gedə qolaylaşır. qolaylıq is.\n1. Asanlıq, yüngüllük.\n2. Uyğunluq, münasiblik. qolazlama “Qolazlamaq”dan f.is. qolazlamaq f. Bir şeyi, qolunun gücü çatdığı qədər uzağa tullamaq, atmaq, tolazlamaq. Nainsaf .. elə həna göndərib ki, heç zada dəyməz, lap çölə qolazlamalıdır. N.Vəzirov. qolbağı bax. qolbaq. Qızılgül əndamlı, lalə yanaqlı; Qolbağılar cumur qollara doğru. Aşıq Vəli. qolbaq is. Qadınların biləklərinə taxdıqları qızıl, gümüş və s.-dən düzəldilmiş halqa bəzək; bilərzik, bazubənd. Qızıl qolbaq. Gümüş qolbaq. – Oynadar, şaqqıldadar qızlar qızıl qolbaqların. M.Möcüz. Dövlətli qadın .. qollarına qızıl qolbaqlarını keçirib, başına al rəngli Şirvan ipək çarşabını sal(dı). H.Sarabski. qolbaqlı sif. Biləyində qolbaq olan, qoluna qolbaq keçirmiş. Qolbaqlı qız. qolbənd is. Qolbaq. // Bazubənd. • Qolbənd eləmək – cidarlamaq. Atı qolbənd eləyən Sarı İmaməli xaldar tulanın xaltasından bərk-bərk yapışmışdı. S.Rəhimov. qol-boyun zərf Qucaqlaşaraq, qollarını bir-birinin boynuna salaraq. • Qolboyun olmaq – qucaqlaşmaq. Dur, qolboyun olaq fürsət var ikən; Nə qəmə, qüssəyə batmaq çağıdır? Q.Zakir. qol-budaq top.\n1. Ağacın böyük və kiçik şaxələri. Hündür, dümdüz şam ağaclarının qol-budaqları üşüyürmüş kimi qar ləpələri altında titrəşirdi. M.İbrahimov. • Qol-budaq atmaq – 1) şaxələnmək, ətrafa yayılmaq, genişlənmək. Hələ qış aylarında torpağa basdırılmış soyuğa davamlı gül şitilləri açıq havada artıq qol-budaq atmağa başlamışdı. – Keçən il gətirdiyim ağacların hərəsi 25 santimetr, eləsi var, yarım metr qolbudaq atıb. Mir Cəlal; 2) məc. inkişaf etmək, tərəqqi etmək, artmaq. O görür qol-budaq atmış quruluş; O görür ki, başa çatmış quruluş. S.Rüstəm.\n2. məc. Əl-ayaq, ətraf üzvlər. Qol-budağım qırıldı.\n3. məc. dan. Qohum-qardaş, əqrəba və yaxın adamlar mənasında. qol-budaqlı sif. Böyük şaxələri, budaqları olan. İçimdə bir qəzəb baş qaldırır; qol-budaqlı ağacların bu mütiliyinə; qüvvət qarşısında bu acizliyin. R.Rza. qolçaq is.\n1. İş zamanı qola taxılan, qalın parçadan, dəridən və sairədən hazırlanan xüsusi qol geyimi və ya sarğı. Dəmirçi qolçağı. Çörəkçi qolçağı.\n2. Qədim zamanlarda müharibələrdə qola taxılan dəmir və ya poladdan xüsusi şəkildə hazırlanmış geyim, ümumiyyətlə, qolu zərbədən qorumaq üçün ona keçirilən, ya sarılan hər cür qoruyucu. Polad qolçaq qoluma; Dəlilər sağü soluma; At minəm düşəm yoluma; Çənlibel durağım ola. “Koroğlu”. Bax, əynində çox qiymətli, yaxşı dəmir geyim var; Dəyərlidir qollarında olan polad qolçaqlar. A.Səhhət. qolçomaq is.\n1. Yoxsulları, muzdurları istismar edən dövlətli kəndli. ..Molla Rəcəb bir dəstə kənd qolçomaqları ilə və bəyləri ilə bir yerdə həbsə alınıb, dama salındı. B.Talıblı.\n2. köhn. Yoxsulları, fağırları əzən, incidən, onlara zülm edən adam; qoluzorlu, qoçu. Ey qolçomaq, əlsizlərə çox eyləmə azar; Zənn etmə ki, daim belə qızğın qala bazar. M.Ə.Sabir. qolçomaqlıq is.\n1. top. Qolçomaqlar. Qolçomaqlığın bir sinif kimi ləğv edilməsi. Ellikcə kollektivləşmə qolçomaqlığın ləğv edilməsi demək idi.\n2. Qolugüclülük, zorbazorluq; zülm, haqsızlıq. qolfi is. [fr.] Qısa qadın corabı. qolfstrim [ing.] coğr. Atlantik okeanında: Meksika körfəzindən şimal-şərqə doğru axan və Avropanın şimal-qərb tərəfinin iqlimini yumşaldan isti cərəyan. qol-qabırğa is. Bədənin qol və qabırğalar olan hissəsi. • Qol-qabırğasını əzmək (qırmaq, qırıb tökmək) – döymək, əzişdirmək, kötəkləmək. On il bundan əvvəl Zeynəb bircə vaxt namazını keçirsəydi, anası onun qol-qabırğasını qırıb tökərdi. Qantəmir. Qol-qabırğasını sındırmaq – 1) bax. qol-qabırğasını əzmək. [Qafar:] Yaxşısı budur ki, sənin qol-qabırğanı sındırmamış buradan gedim. S.S.Axundov; 2) məc. korlamaq, bərbad hala salmaq, təhrif etmək. Sözlərin qol-qabırğasını sındırmaq. qol-qanad is.\n1. bax. qanad 1-ci mənada.\n2. Şaxə, qol-budaq. Ot saçaqları sallanan bir təpədə iri qol-qanadı qurumuş bir ağac vardı. Çəmənzəminli. • Qol-qanad atmaq – şaxələnmək, yayılmaq, genişlənmək, inkişaf etmək, böyümək. Budaqların böyüməsi, qol-qanad atması üçün mahir bir bağban əli lazım idi.. Ə.Vəliyev. ‣ Qol-qanad açmaq – 1) qanadlanmaq, uçmaq üçün qanadlarını açmaq; 2) məc. ruhlanmaq, daha da canlanmaq, fəaliyyət göstərmək. Məni hərgah qovsalar qaçaram; Uçmağa onda qol-qanad açaram. A.Səhhət. Ceyran müəllimə qol-qanad açıb, dərsini davam etdirdi. S.Rəhimov. Qol-qanad vermək – ruhlandırmaq, qüvvət vermək, daha da canlandırmaq. Yarıb fəzaları bir şimşək kimi; Qol-qanad verirsən qəhrəmanlara. S.Vurğun. Qol-qanadı açılmaq – ruhlanmaq, canlanmaq, inkişaf etmək, bədəni bərkişmək. [Hüseynqulu ağa:] Pəricahan, qızına yazığın gəlsin. Qoy bu qız ilə oynasın, atlansın, qol-qanadı açılsın, bədəni bərkisin, kefi açılsın. S.S.Axundov. Qol-qanadı qırılmaq (sınmaq, yanına düşmək) – 1) köməksiz, adamsız qalmaq; 2) bütün qüvvəti, iqtidarı sarsılmaq, aciz bir hala düşmək, ruhdan düşmək. Dedi, nişanlıyam, özgə malıyam; Sındı qol-qanadım, yanıma düşdü. Aşıq Ələsgər. Qol-qanadını qırmaq (kəsmək, sındırmaq) – 1) birini köməksiz, kimsəsiz qoymaq. [Qasid:] Xeyr, xan. Biz belə güman elədik ki, Ağa Məhəmməd xanın əsir olmağı onun qol-qanadını qıracaq. Amma qardaşı tutulandan sonra Cəfərqulu xan ikiqat şiddətlə davaya girişdi. Ə.Haqverdiyev; 2) birini hərəkət və fəaliyyət qüvvəsindən məhrum etmək, aciz və iqtidarsız bir hala salmaq. qol-qıç is. Əl-ayaq, ətraf üzvlər. Qolqıçını əzmək. – Tərlan hər gündə döyərdi Laçını; Sındırardı yazığın qol-qıçını. Ə.Vahid. qol-qola zərf Qollarını bir-birinə keçirmiş halda. Qol-qola gəzmək. Qol-qola sürüşmək. – Önümüzdə dursa da min əngəl, min təhlükə; Gəzəcəyik səninlə qol-qola ölkəölkə. S.Rüstəm. Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl! Seyr edəlim qol-qola bu zümrüd çəməndə, gəl! M.Müşfiq. Bu gələn bayramda çataq murada; Toyunda qol-qola süzək, barışaq. Aşıq Məhəmməd. • Qolqola vermək – 1) bir-birinin qolundan tutmaq. [Rüstəm] faytonçunu yola salıb, Əkbərlə qol-qola verib pilləkəndən yuxarı çıxdı. Ə.Haqverdiyev; 2) məc. köməkləşmək, bir yerdə, bərabər, əlbir olaraq çalışmaq, işləmək. Qol-qola verib işləmək. qollu sif. Qolları olan. Qollu jaket. Qollu paltar. qollu-budaqlı sif. Çoxlu qolları olan. Qollu-budaqlı ağac. – Dağlıq, yamaclıq yerlərdə dağın və yamacın ətəyindən başlayaraq, ətrafa qollu-budaqlı lağımlar atırlar. Ə.Vəliyev. qollu-qanadlı bax. qol-budaqlı. Şəhərin kənarındakı qollu-qanadlı ağacların yaşıl budaqları alaçığa çevrilərək ağacların diblərini quru saxlayırdı. S.Rəhimov. qolordu is. hərb. köhn. Bir neçə diviziya, ya briqadadan ibarət iri qoşun birləşməsi; korpus. qolsuz sif.\n1. Qolu olmayan. Qolsuz mayka. Qolsuz köynək. Qolsuz jilet. – Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər. Mir Cəlal.\n2. Bir qolu olmayan (kəsilmiş). Qolsuz adam. Qolsuz qəhrəman. qolsuz-qanadsız sif. Aciz, hər cür imkandan məhrum; bir iş görməyə imkanı, bacarığı olmayan. qoltuq is.\n1. Qolun, döşün yanı ilə çiyin bəndinin altındakı hissəsi, qolun çiyinlə birləşdiyi yerin altındakı çuxur. Kitabı vurun qoltuğunuza və Arazı hoppanın, keçin .. vətəninizə. C.Məmmədquluzadə. Götürüb qoltuğuna çantasını; Məktəbə şövqi-tamam ilə gedir. A.Səhhət. Dağlardan gah çantası quş dolu ovçular, gah da qoltuğu kitablı məktəbli uşaqlarının endiyini gördüm. S.Rüstəm. Atası iki əli ilə qoltuğunun altından yapışıb onu havaya qaldırar, atıb-tutardı. M.Rzaquluzadə. • Qoltuq cibi – paltarın iç tərəfində döşün üstünə düşən cib. Xudayar bəy çubuğu doldurub, .. əlini qoltuq cibinə uzadıb və bir çimdik qov çıxardıb tutdu .. ağanın qabağına. C.Məmmədquluzadə. [Məhbusi] sonra şalvarın cibinə soxuşdurduğu yüz tüməni çıxarıb səliqə ilə bükdü və qoltuq cibinə qoydu. M.İbrahimov.\n2. Çay və ya dəniz sahilində su girintisi, körfəz. ‣ Qoltuğa girmək – 1) gəzə bilməyən və ya xəstə bir adamın yeriməsinə kömək etmək, onu ayağa qaldırmaq; 2) sıxılmaq, özünü gizləmək, ortaya çıxmamaq, küncbucağa qısılmaq. Qoltuğa sığınmaq – 1) bax. qoltuğa girmək 2-ci mənada; 2) pənah aparmaq, birinin himayəsi altına girmək. Qoltuğa soxulmaq – bax. qoltuğa girmək 2-ci mənada. Qoltuğu altına almaq – himayəsi altına almaq, pərəstarlıq etmək. Qoltuğu şişmək – bax. qoltuğunun altı şişmək. Padşah fərəhləndi ki, belə bir qulu var. Qonaqların yanında qoltuğu şişdi. (Nağıl). Qoltuğuna qarpız vermək – 1) çox tərifləmək, həddindən artıq şişirtmək; 2) ələ salmaq məqsədilə birini üzünə tərifləmək. Qoltuğuna vermək (papağını, xoruzunu, şələsini və s.) – 1) biabır etmək, ifşa etmək; 2) rüsvayçılıqla qovmaq. Həsənağa kimi zalımın biri getdi naçalnikdən xahiş elədi, bir də görəcəksən, papağımı qoltuğuma verib saldılar eşiyə. Ə.Haqverdiyev. Qoltuğunun altı şişmək – lovğalanmaq, təşəxxüslənmək, qürrələnmək (təriflənmək nəticəsində). Qoltuğunun altına (qarpız) vermək – birini həvəsləndirmək, bir işi gördürmək, yaxud ələ salmaq üçün yalandan üzünə tərifləmək. Qoltuq altında yaşamaq – birinin himayəsi altında yaşamaq. qoltuqağacı is. Topal və ya ayağı xəstə adamların gəzərkən qoltuqlarının altına qoyub dayaq kimi istinad etdikləri ağac. Qoltuqağaclarına söykənib kamançalan; Kölgələr əl uzadır, kim ötüb keçsə yoldan. Ə.Cəmil. qoltuqaltı is. Qoltuq altına qoyulan kiçik yastıq. qoltuqçu is. köhn. Qoltuğunda parça və başqa şeylər gəzdirib satan adam; xırdavatçı. Qoltuqçu malları açıb tökdü, gözəl firəng və İstanbul qumaşları şairi heyran qoydu. Çəmənzəminli. [Ələmdar] qoltuqçunun çiynindəki paltonu götürüb geydi. S.Rəhimov. qoltuqçuluq is. köhn. Qoltuğunda parça və xırdavat gəzdirib satmaq peşəsi; xırdavatçılıq. [Xəlil:] Mənim sənətim qoltuqçuluqdu, yəni dörd-beş top çit qoltuğuma vurub dolanıram öz kəndimizi. C.Məmmədquluzadə. qoltuqfüruş [qoltuq və fars. ...füruş] köhn. bax. qoltuqçu. qoltuqfüruşluq is. köhn. bax. qoltuqçuluq. [Hacı Rəcəbəli:] Bu da marağalı Hənifədir ki, gündüz qoltuqfüruşluq edir, gecələr mənim yanımda olur. M.F.Axundzadə. qoltuqlama “Qoltuqlamaq”dan f.is. qoltuqlamaq f.\n1. Bir şeyi qoltuğuna vurmaq, qoltuğuna almaq, qoltuğuna keçirmək.\n2. Qolunu başqasının qoluna keçirmək, birinin qoluna girmək. Adamların hay-küyü yaxınlaşır.. Hacı Həsən bir tərəfdən və Şeyx Əhməd bir tərəfdən, Şeyx Nəsrullanı qoltuqlayıb gətirirlər içəri və oturdurlar döşəyin üstündə. C.Məmmədquluzadə. Süfrə başından durdular, hərə bir tərəfə çəkildi, yenə də Sərdar Rəşid məni qoltuqladı. M.S.Ordubadi. qoltuqlanma “Qoltuqlanmaq”dan f.is. qoltuqlanmaq “Qoltuqlamaq”dan məch. qoltuqlu sif. Qoltuğu söykəmək üçün xüsusi yeri olan. Qoltuqlu kürsü. Qoltuqlu stul. – ..Adəti üzrə məni dalı-dalı aparıb qoltuqlu sandalyada oturtdu. M.S.Ordubadi. qoltuqsazı is. mus. Orta həcmli, beşsimli saz. Çayçı dükanlarında .. əvvəlcə qoltuqsazı çalıb şikəstə oxuyardılar. H.Sarabski. qolubağlı zərf və sif. Qolları bağlı; qolları bağlı olduğu halda. Qolubağlı keçdim Xudafərindən; Üzüm gülməz, heç açılmaz, ah, mənim. Qurbani. Məmməd bəy vuruşmadan başı açılan kimi, Mustafa xanın buraxıb getdiyi karvana tərəf gəldi. Burada bir dəstə qolubağlı əsir vardı. Çəmənzəminli. Səhər olmuşdu ki, Fərhad bəyi qolubağlı kəndə gətirdilər. Qantəmir. qoluçirməkli sif. və zərf Paltarının qolları qaldırılmış. Qoluçirməkli işləmək. – Qoluçirməkli uzunboy xəmirgir işarə ilə taxtın üstünü göstərdi. Mir Cəlal. qolugüclü bax. qolçomaq 2-ci mənada. Ayna Mirzə Polad müəllimin gizli işlərə qoşulduğunu, qolugüclülər qabağına çıxıb, fəqir-füqəra tərəfdə dayandığı günlərdən narahat olmağa başlamış(dı). S.Rəhimov. qolugüclülük is. bax. qolçomaqlıq 2-ci mənada. Hər yerdə, hər mühitdə haqsızlığın, qolugüclülüyün, zorbalığın əleyhinə çıxışlar olurdu. S.Hüseyn. qolukəsik sif. Bir qolu kəsilmiş, bir qolu olmayan. Qolukəsik adam. qoluq bax. qovluq. Sübhanverdizadə hər bir qoluğu əlində sanballayıb çəkdi və dodaqaltı mırıldandı: – Ünsür .. sənin canın buradadır!.. S.Rəhimov. qoluqüvvətli sif. Güclü, qüvvətli, sağlam. Bu az zamanda neçə-neçə gözəl oğlanlar, qoluqüvvətli, ürək-təpərli öz müsəlman qardaşlarının əlində badi-fənaya gedib... N.Vəzirov. qoluzorba bax. qolçomaq 2-ci mənada. Bakı qubernatoru Bakı varlıları və Bakı qoluzorbaları ilə görüşmək və vidalaşmaq qərarına gəlmişdi. M.S.Ordubadi. İndi ona yaxın düşməkmi olar? Özü güclü-zorlu, başında qoluzorba quldurlar. M.Rzaquluzadə. qoluzorbalıq bax. qolçomaqlıq 2ci mənada. qoluzorlu sif. və is.\n1. bax. qoluzorba.\n2. Güclü. Yekəpərlər, qoluzorlular özlərini verirlər qabağa, zəifləri, xüsusən qadınları və uşaqları sıxışdırırlar dala. “Kirpi”. qom is. Dəstə, topa, bir yerdə bağlanmış şey. Bir qom çubuq. – Suyun bir hissəsini arxa döndərmək üçün adamlar məftil ilə sarınmış şax-şəvəldən hər birisi iki yük maşını boyda “qomlar” düzəldib çaya salırdılar. İ.Əfəndiyev. qomarlama “Qomarlamaq”dan f.is. qomarlamaq f. məh. Dövrələmək, dövrəyə almaq, mühasirəyə almaq. İtlər paltarı su çəkib ağardılmış Safonu qomarladılar. S.Rəhimov. Onların hər ikisi tüfəngini doldurub, dışarı çıxana qədər yasavullar evi qomarladılar. M.Hüseyn. qomarlanma “Qomarlanmaq”dan f.is. qomarlanmaq məch. məh. Dövrələnmək, dövrəyə alınmaq, mühasirəyə alınmaq. qomindbn Çində 1949-cu ildə qalib gəlmiş xalq inqilabı tərəfindən devrilmiş iri burjuaziya və mülkədarların partiyası. qomindançı is. Qomindan partiyasının üzvü, tərəfdarı. qomlama “Qomlamaq”dan f.is. qomlamaq f. Dəstə ilə bağlamaq, toplamaq, yığıb bir yerdə bağlamaq. qonaq is.\n1. Görüşmək üçün və ya başqa bir məqsədlə birinin evinə gələn adam. ..Naçalnik yanına gələn qonaqlar ilə düşmüşdülər Hacı Namazalının evində. C.Məmmədquluzadə. Qonaqlar üçün papirosla maxorka da gətirilmişdi. M.Hüseyn. • Qonaq etmək (eləmək) – məmnuniyyətlə vermək, təklif etmək (yemək, içmək və s.). [Yusif:] Bu gün dostum Nizaminin bağçasında hamını ceyran kababı ilə şəraba qonaq edəcəyəm. M.Hüseyn. Qonaq getmək – çağırılmış bir yerə, qonaqlığa getmək. Qonaq gəlmək – bir yerə görüşə gəlmək. Günlərin birində Fəridə ərinin evindən ata-anasıgilə qonaq gəldi. M.Hüseyn. Qonaq otağı – evdə qonaqlara, görüşə gələnlərə məxsus xüsusi otaq. // Birinin başqa bir yerdə (kənddə, şəhərdə) yaşayan tanışı, bir-birinin evində qonaq qalan adamlardan hər biri. Bu kənddə bizim bir qonağımız var. // Ziyafətə, bayrama və s.-yə dəvət olunmuş adam. Bozbaşdan doymaq istəyirsənsə, qonaqlarını tox yola salmaq istəyirsənsə, çölməyə çox ət sal. C.Məmmədquluzadə. Ziyafət başlanmamışdı, sanki ziyafətin başlanması üçün möhtərəm bir qonağın intizarı çəkilirdi. M.S.Ordubadi.\n2. məc. Müvəqqəti olaraq bir yerə düşmüş, bir yerdə qalan adam; gəldi-gedər. [Xudayar bəy odabaşıya:] ..Bu gecə sənə qonağam, Kərbəlayı Cəfər əmi. C.Məmmədquluzadə. Bir gecəlik qonağa ev sahibi nə versə, ona da şükür. M.İbrahimov. // Eyni mənada quşlar haqqında. Bu quşlar yazda bizim yerlərdə qonaqdırlar. • Qonaq qalmaq – bir yerdə gecələmək, gecə, ya gündüz azacıq bir zaman üçün bir yerə düşmək, bir yerdə qalmaq. Bir günlük burada qonaq qalacağam. // Bir iclasda, yığıncaqda, bayramda, şənlikdə və s.-də iştirak etməyə dəvət edilmiş kənar adam. Qonaqlar üçün yer. O, iclasda qonaq sifəti ilə iştirak edir. qonaqcıl bax. qonaqpərəst. [Qulam dayı:] Məşədibəy qonaqcıl oğlandır. Hökumət adamıdır. M.Hüseyn. qonaqcıllıq bax. qonaqpərəstlik. Qoyar dost yolunda olan-olmazın; Bəllidir elimin qonaqcıllığı. M.Rahim. qonaqçı is. Qonaq saxlayan adam, evinə qonaq qəbul edən adam; qonaqsevən, qonaqpərəst. Bu gecə sizin qonaqçı və məhəbbətli bir zat olduğunuz bizdə unudulmaz bir xatirə buraxdı. M.S.Ordubadi. Yola salırdı qonaqçı bizi nəzakətlə. M.Möcüz. qonaq-qara is. dan. Qonaq(lar). Onun həmişə qonaq-qarası olur. qonaq-qaralı sif. dan. Həmişə qonaqları olan. Qonaq-qaralı ev. qonaqlama “Qonaqlamaq”dan f.is. qonaqlamaq f. Qonaq etmək, qonaq saxlamaq. Vəliəhdi qonaqlamaq üçün evdə olan yeməklər aralığa gətirildi. M.S.Ordubadi. qonaqlıq is. Bir münasibətlə tanışları evinə və ya başqa yerə dəvət edib, onları yedirib-içirmə; ziyafət. Qonaqlıq düzəltmək. Qonaqlığa getmək. Qonaqlıq eləmək. Bu gün gələn qonaqların şərəfinə böyük bir qonaqlıq verildi. – Dedim: – Əzizim, Lağlağı, .. səbir elə, görək İbrahim bəy Təbrizin qonaqlıq məclisindən nə yazır? C.Məmmədquluzadə. [Nəbi:] Cəbi, bu gecə bizdə böyük qonaqlıq var. S.S.Axundov. Dünən Qazanxanın qəsrində qonaqlıq idi. M.Rzaquluzadə. qonaqpərəst sif. [qonaq və fars. ...pərəst] Qonaqsevən; evinə gələn qonağa çox hörmət edən. Qonaqpərəst adam. – Bizim yerlərdə sizə əziz bir qonaq kimi hörmət edirdilər, baba, .. xalqımız son dərəcə qonaqpərəstdir. M.Hüseyn. Bu qədər qonaqpərəst bir ailədə yaşadığına baxmayaraq, son dərəcə darıxır. S.Rəhman. qonaqpərəstlik is. Qonağa çox hörmət etmə, qonağı hörmətlə qəbul etmə. ..Fikirləşdim ki, qonaqpərəstlik buralarda çox olsa da, hər evə getmək yaxşı deyil. Mir Cəlal. qonaqpərvər [qonaq və fars. ...pərvər] bax. qonaqpərəst. qonaqpərvərlik bax. qonaqpərəstlik. qonaqsevən (=qonaqsevər) bax. qonaqpərəst. [Liza:] Yox, yox, o çox qonaqsevəndir. M.Hüseyn. qonaqsevər (=qonaqsevən) bax. qonaqpərəst. [Liza:] Yox, yox, o çox qonaqsevəndir. M.Hüseyn. qonaqsevənlik (=qonaqsevərlik) bax. qonaqpərəstlik. [Mədinənin] mehribanlığı, zarafatı, qonaqsevənliyi, hazırcavablığı Vaqifi məftun edərdi. Çəmənzəminli. qonaqsevərlik (=qonaqsevənlik) bax. qonaqpərəstlik. [Mədinənin] mehribanlığı, zarafatı, qonaqsevənliyi, hazırcavablığı Vaqifi məftun edərdi. Çəmənzəminli. qonaqsevməz sif. Qonaq xoşlamayan, qonaq qəbul etməyən. qonaqsevməzlik is. Qonaq sevməmək xasiyyəti. qonçunb [rus. konçInka] dan. Qumar oyunlarından birinin adı. [Nəbi:] Onda mənlə bir əl qonçuna oynamaqla necəsən? S.S.Axundov. qondara is. köhn. Ayaqqabı. [Çəkməsilən:] Ay qondarasını sildirən, ay mənə bir siftə verən! M.S.Ordubadi. qondaraçı is. köhn. Çəkməçi, ayaqqabıtikən. qondarılma “Qondarılmaq”dan f.is. qondarılmaq məch.\n1. Uydurulmaq, özündən düzəldilmək. Ancaq bu ailəni atılan çirkablar, qondarılan sözlər hər tərəfdən sıxırdı. S.Rəhimov.\n2. Qurulmaq, qayrılmaq, düzəldilmək, tikilmək. qondarma 1. “Qondarmaq”dan f.is.\n2. sif. Uydurma, saxta, süni, əsli olmayan, yalançı. Qondarma xəbər. // İs. mənasında. Hər bir şeyin qondarması bir qəpiyə dəyməz. C.Məmmədquluzadə. [Bəhram:] qondarmalarına müqabil təşəkkürlər edirəm, Pəri! C.Cabbarlı.\n3. sif. Quraşdırma, quraşdırılan. Arı saxlanan yeri açıb bərkitmək asan olsun [deyə] Avropa əhli onları cürbəcür qondarma qutular içində saxlayır. H.Zərdabi. qondarmaçılıq is. Uydurmaçılıq; özündən düzəltmə, uydurma. qondarmaq f.\n1. Uydurmaq, özündən düzəltmək, özündən toxumaq, özündən icad etmək. Söz qondurmaq. – [Mirzə] özündən qondarıb başqa söz yazır. S.Rəhimov.\n2. Üzərinə artırmaq, sonradan əlavə etmək. İstədin qaş qondarasan, gözü vurub çıxartdın! (Ata. sözü.) ..Söz yox ki, mənə xoş gəlmir ki, atam, anam qoyduqları adımın yanına bir özgə ad qondaralar. C.Məmmədquluzadə.\n3. Qurmaq, qayırmaq, düzəltmək, birtəhər tikmək. Naşı bənna qondarıbdı növdanı, xalq neyləsin? M.Möcüz. O, özü öz əli ilə bu peçin yerini təyin etmiş, üz-gözünü qaralayaraq, trubalarını qondarmışdı. S.Rəhimov. qondola is. [ital.] Yastıdibli, biravarlı qayıq. qonit is. [yun.] Diz oynağının iltihabı. qonkb [rus. kunka] köhn. Keçmişdə, hələ elektrik tramvayı olmadığı zaman, şəhərlərdə rels üzərində atla işləyən dəmiryol vaqonu. [Xortdan:] Həmişə qonkaya minərdi ki, haraya istəsəydi, bircə şahı manata aparırdılar. Ə.Haqverdiyev. Şəhərdə nə fayton, nə də qonka işləyirdi. A.Şaiq. qonq is. [ing.]\n1. Metal disk şəklində zərbli musiqi aləti.\n2. İdman yarışının başlanmasını bildirən siqnal. qonma “Qonmaq”dan f.is. qonmaq f.\n1. Yuxarıdan, havadan enərək bir şey üzərində oturmaq, dayanmaq; enmək. Sərçələr söyüd ağacına qondular. – Pendir ağzında bir qara qarğa; Uçaraq qondu bir uca budağa. M.Ə.Sabir. Bir qaya başına qartal qonaraq; Dayanmış yenə də sakit vüqarla! S.Vurğun. Sığırçınlar səhər çağı gələr, budaqlara qonub səslənər, baharın müjdəsini gətirərlər. Mir Cəlal. // Yerə enmək. Təyyarə meydançaya qondu. – Aeroplan çölə qondu. Ə.Məmmədxanlı. // Toz haqqında – çökmək, oturmaq. Paltarına toz qonmaq. Stolun üstünə bir barmaq toz qonubdur. // Cəld oturmaq, əyləşmək, minmək. Qoç Koroğlu qonar olsa yəhərə; Yağı düşmənləri salar qəhərə. “Koroğlu”. Oğlan bir anda [buğanın] başına qonub bıçağını çəkdi, boğazını kəsdi. M.Rzaquluzadə.\n2. məc. Çökmək, təzahür etmək, ifadə etmək. Qeyri-adi bir kədər uşağın gözlərinə qonmuşdu. M.İbrahimov. [Qızın] üzünə qonan sevincli bir təbəssüm güzgü kimi Beyrəyin də üzündə əks etdi. M.Rzaquluzadə.\n3. məc. Şığımaq, hücumla birinin başının üstünü almaq. Əsgərlərimiz şahin kimi düşmən üzərinə qondular. qonokokk [yun.] bakt. Süzənək mikrobu. qonorbr [lat.] Yazıçılara, rəssamlara, vəkillərə və başqalarına müqavilə üzrə verilən zəhmət haqqı. Müəllif qonorarı. Qonorar almaq. – [Reyhan:] Məlahətin əri böyük mühəndisdir. Kitabları, məqalələri çap olunur. [Çoxlu] qonorar alır. İ.Əfəndiyev. qonsə is. Quş qursağı. [Yırtıcı quşlarda] pərtdənəkdən xörək əsil mədəyə gedir ki, orada ona həzm suları qarışır. Sonra ikinci mədəyə gedir ki, bu mədəyə qonsə deyirlər. H.Zərdabi. qonşu 1. is. Birinin bilavasitə yaxınlığında, yaxud birisi ilə yanaşı yaşayan adam. Həyət qonşusu. Ev qonşusu. Otaq qonşusu. Qapı qonşusu. – Qonşumuz Kərbəlayı Heydərin iki oğlu var idi. C.Məmmədquluzadə. Pələngin dərisini soyub, evə dönərkən qonşular başıma toplandı. A.Şaiq. Bu zaman qonşunun kamanı dilləndi. İ.Əfəndiyev.\n2. sif. Qonşuluqda, bilavasitə yaxınlıqda, ya yanaşı olan. Qonşu həyət. Qonşu ev. Qonşu otaq. Qonşu ölkə. – [Almaz:] Bu, mənim nişanlımın ən yaxın bir dostudur. Qonşu kənddə müəllimdi.. C.Cabbarlı. Qonşu həyətin qapısı başqa küçəyə açılırdı. Mir Cəlal. Rəhim bəy rəngi kül kimi bozarmış halda cəld addımlarla qonşu otağa keçdi. M.Hüseyn. qonşucuğaz “Qonşu”dan oxş. Gedib dedi: – Qonşucuğaz, mənim üçün bal ver bir az; Qonağım var, süfrəm boşdur. M.Dilbazi. qonşulaşma “Qonşulaşmaq”dan f.is. qonşulaşmaq f. Qonşu olmaq, birbirinə yaxın yerdə sakin olmaq. O, başqa bir məhəllədən köçüb bizimlə qonşulaşdı. // Bir-birinə yaxınlaşmaq. qonşuluq is. Yaşadığı yerə görə birbirinə bilavasitə yaxınlıq. ..Çoxdan bilirdi ki, onun qonşuluğunda usta Cəfər adlı məharətli bənna var. C.Məmmədquluzadə. Demək olar ki, onunla tanışlıq və ya dostluğumuz qonşuluq ilə başlanır və qonşuluq ilə bitir. Mir Cəlal. Xanpəri Gözəlin qonşuluğunda olurdu. Ə.Vəliyev. qonu-qonşu (=qonum-qonşu) top. dan. Yaxın və uzaq qonşular, ətrafdakı qonşular. Qonumqonşu yeksər verib baş-başa; Gecə-gündüz sizin üçün ağlaşa. Q.Zakir. Bu qədər qışqırığa durdu qonum-qonşu tamam. M.Ə.Sabir. Dərviş o qədər gözəl təqlid edirdi ki, qonumqonşu heyran qalırdı. S.Rəhman. Gecə yarısı yatmış olan camaat və qonum-qonşu hamısı səsə ayılardı. H.Sarabski. qonum-qonşu (=qonu-qonşu) top. dan. Yaxın və uzaq qonşular, ətrafdakı qonşular. Qonumqonşu yeksər verib baş-başa; Gecə-gündüz sizin üçün ağlaşa. Q.Zakir. Bu qədər qışqırığa durdu qonum-qonşu tamam. M.Ə.Sabir. Dərviş o qədər gözəl təqlid edirdi ki, qonumqonşu heyran qalırdı. S.Rəhman. Gecə yarısı yatmış olan camaat və qonum-qonşu hamısı səsə ayılardı. H.Sarabski. qonur sif. Şabalıd rəngli, açıq-qəhvəyi. Qonur at. Qonur torpaq. – Söylə görək, Beyrək adlı boylu-buxunlu, qara, qıvırcıq saçlı, qonur, şəhla gözlü .. bir igid görmədinmi? M.Rzaquluzadə. qonurgöz (=qonurgözlü) sif. Gözləri qonur (şabalıdı) olan. Bunların [əsirlərin] içində buğdayısifət, qonurgözlü, uzun kirpikli bir qız vardı. Çəmənzəminli. İdris .. qonurgözlü bu qızı tanımışdı. Ə.Məmmədxanlı. qonurgözlü (=qonurgöz) sif. Gözləri qonur (şabalıdı) olan. Bunların [əsirlərin] içində buğdayısifət, qonurgözlü, uzun kirpikli bir qız vardı. Çəmənzəminli. İdris .. qonurgözlü bu qızı tanımışdı. Ə.Məmmədxanlı. qonurlaşma “Qonurlaşmaq”dan f.is. qonurlaşmaq f. Qonur rəng almaq, şabalıdı rəngə çevrilmək. qonurluq is. Qonur (şabalıd) rəngdə olan şeyin halı. qonurumtul sif. Bir qədər qonur, açıqşabalıdı. qonuşma 1. “Qonuşmaq”dan f.is.\n2. is. Söhbət, danışıq. qonuşmaq f. Danışmaq, söhbət etmək. İndi mən gənc şairlə lazımi qədər danışıb qonuşa bilərəm. M.S.Ordubadi. [Zeynalın] fikrində vardı ki, əvvəlcə bu ayrılmaq məsələsini, soyuqqanlılıqla bir yerdə ikili qonuşub, .. öz aralarında həll etsinlər. S.Hüseyn. Gəl yanıma, sənin ilə qonuşaq; Könlümüzün istəyəni danışaq. H.K.Sanılı. qoparaq zərf Tez, çaparaq, cəld, tələsik. Bu sözü eşidincə, qoparaq onun ardınca getdim. • Qoparağını götürmək – bax. qoparaqlamaq. qoparaqlama 1. “Qoparaqlamaq”dan f.is.\n2. zərf Çaparaq, yüyürərək, cəld. qoparaqlamaq f.\n1. Dalınca qaçmaq, təqib etmək.\n2. Bərk qaçmaq, çapmaq. qoparaqlanmaq f. Cəld qaçmaq, qoparaq getmək. qopardılma “Qopardılmaq”dan f.is. qopardılmaq “Qoparmaq”dan məch. qoparılma “Qoparılmaq”dan f.is. qoparılmaq 1. “Qoparmaq”dan məch. Səkinə qoparılmış gül yarpağı kimi solub getməkdə idi. Mir Cəlal.\n2. Ayrılmaq. Başladığı bu işdən qoparılmaq, aralanmaq və ondan ayrı yaşamaq [Dəmirova] havasız bir mühitə düşmək və boğulmaq kimi gəlirdi. S.Rəhimov. qoparma “Qoparmaq”dan f.is. qoparmaq f.\n1. Dartaraq və ya çəkərək bir şeyin bir hissəsini ayırmaq, kəsmək, üzmək, qırmaq. Bloknotdan bir vərəq qoparıb yazdım. Ağacın budağını qoparmaq. – [Buğaç] belindəki xəncəri qoparıb, qəbzəsi ilə onun gicgahına bir zərbə vurdu. M.Rzaquluzadə. Ayna əyilərək çiçəkləri qoparırdı. Ə.Məmmədxanlı. // Bütöv bir şeyi başqa bir şeylə vurmaqla və ya dartmaqla onun bir parçasını, bir hissəsini ayırmaq, sındırmaq, aralamaq. Qənddən bir tikə qopar. Toyuğun budunu qoparıb yedi. Çaynikin lüləyini qopardı. – Kişi çörəkdən bir qulaq qoparıb, etinasız və hətta acıqlı bir hərəkətlə yerə atdı. M.İbrahimov.\n2. Yapışmış şeyi yapışdığı yerdən dartıb ayırmaq, çəkib ayırmaq, aralamaq. Divarın kağızını, suvağını qoparmaq. Yaranın qartmağını qoparmaq. Dırnağını qoparmaq. – Bunlardan bəziləri əllərində ling, iri daşı yerindən qoparıb, çayın içinə yumalayırdılar. Ə.Vəliyev. // Kökündən çıxartmaq, yerindən oynatmaq. Külək ağacı yerindən qopardı. – Kişilər himməti dağı qoparır; Kişi ol, dağ qopar həmiyyət ilə. M.Ə.Sabir. Çay bəzən dağ boyda böyüyür, köklü ağacları qoparıb gətirir, öz igidliyindən həzz alır kimi şikarını atıb-tuturdu. Ə.Vəliyev. // Dartıb çıxarmaq. At qabaq əllərini qaldırdı göyə və az qaldı noxtanı Kərbəlayı Qasımın əlindən qoparsın. C.Məmmədquluzadə.\n3. məc. Ayırmaq. Ayna gözlərini xalçadan qopardı. Ə.Məmmədxanlı.\n4. Birindən bir şeyi zorla, yaxud hiylə ilə almaq, ələ keçirmək, əldə etmək. O, deyəsən, yenə bir şey qoparmaq istəyir.\n5. Mübarizə, inadla çalışmaq, əlləşmək, yaxud təhdid, icbar nəticəsində əldə etmək. 1905-ci ildə xalqın qoparmış olduğu xırda siyasi azadlıqları çar mütləqiyyəti yenidən geri almaq istəyirdi. M.S.Ordubadi.\n6. Bir sıra isimlərə qoşularaq, qaldırmaq, etmək, salmaq, yaxud ismin göstərdiyi hərəkətə, işə başlamaq mənasını ifadə edir; məs.: fəryad qoparmaq, gurultu qoparmaq, vəlvələ qoparmaq, haray qoparmaq. qopartdırmaq “Qopartmaq”dan icb. qopartma “Qopartmaq”dan f.is. qopartmaq bax. qoparmaq. Köhnə suvağın üstünə təzə suvaq çəksən, köhnəni də divardan qopardıb özü də tökülər yerə. C.Məmmədquluzadə. [Usta Ağabala] cəld çərməyi tullayıb, döşlüyü döşündən qopartdı. Çəmənzəminli. Fərman ürəyində dedi: “Sarıyataqlının atını oğurlayan yəqin ki, Əhməddir. Görüm boynuna qoyub, bir şey qoparda bilərəmmi?..” Ə.Abasov. qopma “Qopmaq”dan f.is. qopmaq f.\n1. Dartılmaq, çəkilmək və s. nəticəsində kəsilmək, üzülmək, qırılmaq. Paltarın düymələri qopdu. – Sanki onun ürəyi şaxta vurmuş qönçə kimi qopub düşəcəkdi. Mir Cəlal. // Yapışdığı, bitişdiyi yerdən aralanmaq, ayrılmaq, ayrılıb düşmək. Divarın kağızı qopmuşdur. Ayaqqabının dabanı qopdu. Kitabın cildi qopdu. Çaynikin qulpu qopmuşdur. // Kökündən çıxmaq. [Kola bağlanmış ayı] durub zəncirini dartmağa başladı. Kolun budağı ayının gücünə davam etməyib qopdu. S.S.Axundov. Elə bu vaxt Qəhrəman öz kökündən qopmuş ağacın başından yerə gəlir. S.Rəhimov. // Bütöv bir şeyin bir parçası ayrılıb (sınıb) düşmək.\n2. Ayrılmaq, əlaqəsini kəsmək (oturduğu, ya yaşadığı yerdən). Rza Qəhrəmani cəld hərəkətlə yerindən sıçrayıb, yarıbihuş halda torpaqdan qopmaq istəməyən Məhbusinin qollarını açdı. M.İbrahimov.\n3. Birdən və şiddətlə başlamaq, zahir olmaq, eşidilmək. Vəlvələ qopdu. – Bir qitə yer üstündə qopub bir yekə dava; Meydan ki qızışdı, olarıq məhv sərapa. M.Ə.Sabir. Qopanda qarlı fırtına cahanı tar-mar edər; Qırar, yıxar ağacları, qiyamət aşikar edər. A.Səhhət. Yenicə yatağımda uzanmışdım ki, qonşu evdən acıqlı və yanıqlı bir şivən qopdu. A.Şaiq. // Qalxmaq. Qoşun pərakəndə bir halda çılpaq çöllərlə gedir, yerdən qopan toz aləmi bürüyürdü. Çəmənzəminli. Ata oğlunu belə görəndə sinəsindən odlu bir fəryad qopdu. M.Rzaquluzadə. ‣ Yerindən qopmaq – birdən yerindən sıçramaq, atılmaq, qalxmaq. Gülsənəm arvad yerindən necə qopduğunu bilmədi. M.Hüseyn. O, dəli kimi yerindən qopub, atına sıçradı və ildırım sürəti ilə çapdı. M.Rzaquluzadə. qopuq 1. sif. Qopmuş, qırılmış, cırılmış, kəsilmiş, kəsik.\n2. is. Bir şeyin qopmuş, qırılmış, cırılmış, zədələnmiş, yaxud sınıb düşmüş yeri. Çaynikin qopuğu. Ayaqqabının qopuğunu yamamaq. qopuşmaq qarş. Hamı birdən yerindən sıçrayıb yüyürmək; cumuşmaq. Bunu görcək arvad-uşaq, it bağıra-bağıra quruta tərəf qopuşdular. A.Divanbəyoğlu. qopuz is. Orta Asiya xalqlarında və qədim Azərbaycanda saza oxşar musiqi aləti. Ozanlar ozanı Dədə Qorqud gəldi, sədəfli qopuzunu sinəsinə basıb, igidə belə ad qoydu.. M.Rzaquluzadə. qor is. Ocaq və ya təndirdə odun yandıqdan sonra qalan xırda od parçaları, kül arasında işıldayan xırda kömür parçaları. Ocaqda köz yox, qor var. Qorun üstündə bişirmək. – Başımız üzərində bütün qüvvəti ilə hərarət saçmaqda olan günəş qumsallığı qor halına gətirmişdi. A.Şaiq. ‣ Qor dolmaq, qor tökülmək (yerinə, yatağına və s.) – bir an rahat ola bilməmək, gözünə yuxu getməmək. Mehman sabaha kimi, yerinə bir odlu qor dolmuş kimi, əlləşdi. S.Rəhimov. Qorxmazın sözləri qor olub, Salehin yerinə dolmuşdu. Ə.Vəliyev. qora is. Üzümün dəyməmişi, kalı. Qora suyu. Qora dişi qamaşdırar. – Saxlaram qora səni; Kal səni, qora səni; Sən getdin, tez gələsən; Kim saldı tora səni. (Bayatı). ‣ Gözünün qorasını tökmək (sıxmaq) – bax. göz. qoraba is.\n1. Qora suyu.\n2. Üzüm və müxtəlif meyvə şirəsindən hazırlanan riçal.\n3. məc. Göz yaşı. Gözündən tökülən qorabanı əlinin arxası ilə silərək qaşına və yanaqlarına yaydı. S.Rəhimov. qorabaşı is. məh. Üzüm yetişib qurtardıqdan sonra, təzədən ikinci dəfə yetişməyə başlayan üzüm. Bu il qorabaşı olmadı. qorabişirən is. Üzüm dəyən vaxtı, yayın ən isti vaxtı. Avqust ayı bizim camaat arasında “qorabişirən ay” adı ilə məşhurdur. F.Köçərli. Əlbət, əlbət, elədir, hələ qorabişirən qabaqdadır! S.Rəhimov. qoraley is. zool. Bədəni göy, qarnı və sifəti ağ köçəri quş. qorasuyu is. Abqora, kal üzümün turş şirəsi. qorğanmaq f. məh. Bir şeyi çox qoruyub saxlamaq, gözdən qoymamaq, üstündə əsmək. Bəxti malını qorğanır, onun üstündə, doğrudan da, ilan kimi qabıq qoyurdu. S.Rəhimov. qorxacaq dan. bax. qorxaq. qorxaq sif.\n1. Qorxu hissinə tez qapılan, ürəksiz, ağciyər, xoflu, cəsarətsiz. Qorxaq adam. Qorxaq xasiyyət. – Kəndxuda çox qorxaq adamdı. Uryadnikin vurulması onu büsbütün haldan çıxartmışdı. M.Hüseyn. // İs. mənasında. Ana yurdu bu şən torpaq; Yetişdirməz xain, qorxaq. A.Şaiq. [Elxan:] Ölüm qorxusundan balta altına baş qoymaq qorxaqların işidir. C.Cabbarlı.\n2. məc. dan. Qısa, azca qısa və ya kiçik. Məşədi gedib, arşın əvəzinə babasından qalmış Hacı Mustafa tüfənginin sünbəsini, ki uzunluğu iki arşından bir az qorxaq ola, gətirib atasının ərvahına and içir. Ə.Haqverdiyev. qorxaqcasına zərf Qorxaq adamlar kimi, qorxaq adama xas olan bir şəkildə. Qorxaqcasına dala çəkilmək. qorxaqlıq is. Qorxağa xas olan hal; cəsarətsizlik, ürəksizlik, ağciyərlik. Çətinlik qarşısında qorxaqlıq göstərmək. Müharibədə qorxaqlıq cinayətə bərabərdir. Ehtiyat qorxaqlıq demək deyil. – Qıraqdan baxanlar müəllimin qorxaqlığına gülmüşdülər. Mir Cəlal. qorxma “Qorxmaq”dan f.is. qorxmaq f.\n1. Bir adam, ya şey, yaxud hadisə və s. qarşısında qorxu hiss etmək, ürkmək, xoflanmaq, qorxaqlıq göstərmək. Qaranlıqdan qorxmaq. İtdən qorxmaq. – [Novruz:] Ağa, nə üçün fikir edirsən, yoxsa qaçaqlardan qorxursan? N.Nərimanov. // Cəsarət edə bilməmək. O, qaranlıqda bayıra çıxmağa qorxur. // Narahat olmaq, təşvişə düşmək, təlaş etmək. Mahirə qorxmuş kimi dörd yanına boylandı. M.Hüseyn.\n2. Çəkinmək, sağınmaq, ehtiyat etmək. Soyuq suda çimməkdən qorxur. Yağışa düşəcəyimdən qorxuram. Onunla üz-üzə gəlməkdən qorxuram. – Buğac inamlı səslə davam etdi: – Qorxma, anacan, mənə bu yaradan ölüm yoxdur. M.Rzaquluzadə.\n3. Bir şeyin təsirindən xarab olmaq, pozulmaq, korlanmaq. Bu bitkilər soyuqdan qorxmur. qorxa-qorxa zərf Çox ehtiyatla, çəkinəçəkinə. Mən qorxa-qorxa kresloların birinin üstə oturub yumşaq məxmər döşəyin içinə .. qulaylandım. C.Məmmədquluzadə. [Əhməd:] Sən get qonşu arvadlardan bir-ikisinə qorxaqorxa nəql elə ki, bəs bizim əncir ağacının dibində çıraq yanır. Ə.Haqverdiyev. Xidmətçilərin hamısı pəncələri üstə yeriyir, qorxaqorxa pıçıltı ilə danışırdı. M.İbrahimov. qorxmamazlıq bax. qorxmazlıq. Lakin bu qorxmamazlığa və cürətliliyə baxmayaraq, Baxış oğlu Həsən çox da şəriət qoyan qanundan çıxmaz və dinin yolunu azmazdı. B.Talıblı. qorxmaz sif. Heç şeydən qorxmayan, çəkinməyən; ürəkli, qoçaq, cəsur, igid. Nəhayət, bəlli oldu ki, qorxmaz uşaq tüfəng ilə o tərəflərdə gəzişirmiş. A.Şaiq. qorxmazlıq is. Heç şeydən qorxmama; cəsurluq, igidlik, qoçaqlıq, rəşadət, ürəklilik. Əmirin üsuli-idarəsinə qarşı bir düşmən kimi hücum edən şair öz böyüklüyünü və qorxmazlığını ziyafətdə onların hamısına göstərdi. M.S.Ordubadi. qorxu is.\n1. Gözlənilən və ya yaxınlaşan bir təhlükə qarşısında hasil olan həyəcan halı, dəhşət, təlaş hissi; hövl, xof. Qorxu hissi. Ölüm qorxusu. Qorxudan əsmək. – Yazıq şair qorxudan övrət məsələsini fars və ərəb dilində danışır ki, Ordubad qırmızısaqqalları başa düşməsinlər ki, hay-küy salmasınlar. C.Məmmədquluzadə. Qapının səsi onu [Xavəri] gələcək qorxusu və çörək dərdinin doğurduğu iztirablardan ayırdı. M.İbrahimov. Qalmamış bu bizim azad diyarda; Nə zindan qorxusu, nə çörək dərdi. S.Vurğun. // Həyəcan, iztirab, təşviş, təlaş. Onların məsum gözlərindən qorxu süzülüb tökülürdü. M.S.Ordubadi. Şəmsiyyənin utandığından və qorxusundan bütün bədəninə soyuq bir tər gəldi. M.İbrahimov. İnsan qorxu deyil, qardaşlıq duyur; Körpələr beşikdə rahat uyuyur. S.Vurğun. • Qorxuya düşmək – təşvişə düşmək, həyəcana düşmək, qorxmaq. ..Atalarından bir xəbər çıxmadı. Xədicə bərk qorxuya düşmüşdü. S.S.Axundov. Katib .. bərk qorxuya düşdü, bir neçə vərəqə kağız çıxarıb qabağına qoydu. S.Rəhimov. Qorxuya salmaq – təşvişə salmaq, qorxutmaq, həyəcana salmaq.\n2. Təhlükə, fəlakət, qəza və başqa qorxulu hadisə ehtimalı. Müharibə qorxusu. Bu gün yağış qorxusu vardır. Daşqın qorxusu azalmışdır. Quraqlıq qorxusu keçdi. – İndi yay günü Mil düzündə azan yolçunun susuzluqdan yanmaq qorxusu yoxdur. İ.Əfəndiyev.\n3. Ehtiyat. Qorxum budur əsər qıla, ey şəh, bu ahlar. S.Ə.Şirvani.\n4. Zərf mənasında: qorxudan. Qorxudan elə bağırdı ki. Qorxudan az qala ürəyi partladı. qorxubilməz sif. Heç şeydən qorxmayan, çəkinməyən; çox ürəkli. Qorxubilməz uşaq. qorxubilməzlik is. Heç bir şeydən qorxmamazlıq, ürəklilik. qorxudulma “Qorxudulmaq”dan f.is. qorxudulmaq “Qorxmaq”dan məch. qorxu-hürkü is. bax. qorxu 2-ci mənada. qorxulu sif.\n1. Qorxunc, qorxu hissi doğuran; qorxu gətirən, qorxudan, dəhşətli. Qorxulu nağıllar. Qorxulu yuxu.\n2. Təhlükəli, xətərli, xatalı. Qorxulu yol. Qorxulu səfər. – Zəmanənin dəyişikliklərindən bixəbər işə başlamaq yolsuz və qorxulu bir çölə yönəlmək kimidir. A.Bakıxanov. Lakin məktubun başqa əllərə düşməsi olduqca qorxulu bir hadisədir. M.S.Ordubadi. Şəmsiyyə yalnız indi necə qorxulu bir addım atdığını duydu. M.İbrahimov. // Pis nəticə verə bilən, ölümlə nəticələnə bilən. Qorxulu xəstəlik. qorxuluq is.\n1. Təhlükə, qorxulu vəziyyət.\n2. Quşları, heyvanları qorxutmaq üçün bostan və tarlada qoyulan uyuq. Qorxuluq qoyulduqdan sonra, bir zaman bostanın yaxınlığına heç bir heyvan gəlmir. Cəbrayılbəyli. qorxunc sif.\n1. Dəhşət doğuran, qorxuya salan, vahiməyə salan, dəhşətli. Qorxunc səs. – Dərə qərbə getdikcə qayalıq, dağlıq iri və oyuq daşlarla dolu qorxunc yerlərdən ibarətdi. A.Şaiq. [Mehribanın] dişləri kilidlənmiş, əl-ayağı quruyub əsdiyi halda, qorxunc və vəhşi bir səslə çığırırdı. S.Hüseyn. Sağımız dağ, solumuz qorxunc uçurum, meşəlik, dağlıqdır. S.Rüstəm. // Çox güclü, çox şiddətli. Sizi sarsıtmasın qorxunc, inadlı; Şimal göylərinin ayazı, qarı. Ə.Cəmil.\n2. Baxanda adamda dəhşət, vahimə hissi doğuran, görünüşü qorxulu. Qorxunc görünüş. – Musa qarabənizli, ortayaşlı, ortaboylu, qorxunc simalı bir tipdir. H.Cavid. Uzun papağını bir kənara qoyan, başının tükləri qabaran Ələmdar diqqətlə öz qorxunc sifətinə baxmağa başladı. S.Rəhimov. [Xanın] yuxuda gördüyü qorxunc məxluqlar yadına düşdü. M.Rzaquluzadə.\n3. Qorxulu, təhlükəli, xətərli. Mikrobların bir qismi zəhərli və hətta qorxuncdur. – Orxan indi qorxunc bir addım atır. H.Cavid. qorxusuz sif. və zərf\n1. Qorxusu olmayan, qorxu bilməyən, qorxmaz, heç şeydən ehtiyat etməyən, qorxmayan, çəkinməyən. Qorxusuz adam. Qorxusuz uşaq. – Şığıyıb şimşək kimi qayalar arasından; Qorxusuz keçib gedir qüdrətli dağ qartalı. R.Rza.\n2. Heç bir qorxusu, xətəri, ziyanı olmayan; təhlükəsiz, xətərsiz, zərərsiz. Qorxusuz yol. Qorxusuz iş. Qorxusuz dərman. qorxusuzluq is.\n1. Qorxu bilməmə, heç şeydən qorxmama, çəkinməmə; cəsarət. [Qız] məni özünün dalğınlığı, qorxusuzluğu ilə maraqlandırdı. S.Hüseyn.\n2. Təhlükəsizlik, əmin-amanlıq, əmniyyət. qorxuşmaq f. Qorxmaq (çoxları), hamısı qorxmaq. Çinovniklərdən hər biri bu sözlərin hədyan və başdan-ayağa yalan olduğunu anlayıb, bu hədyanatı eşitdikcə dəxi də artıq qorxuşurlar. F.Köçərli. qorxutma “Qorxutmaq”dan f.is. qorxutmaq f.\n1. Qorxmasına səbəb olmaq, qorxu vermək, xoflandırmaq, çəkindirmək. Noldu qəmimə gətirmədin tab? Qorxutdu məgər səni bu girdab? Füzuli. Başında nişanə aldım almanı; Qorxutmadı hədəf, nişanə səni. “Koroğlu”. ..Kərbəlayı Cəfər bərk çığırıb, Məhəmməd Həsən əmini lap qorxutdu. C.Məmmədquluzadə. // Təşvişə salmaq, canına qorxu salmaq.\n2. Hədələyərək qorxuya salmaq, hədələmək. Uşaqları qorxutmaq. – [Heydər bəy:] Onu birdən çıxdı, qorxutdum, hamısı qaçdı, getdi. M.F.Axundzadə.\n3. Hürküdüb qaçırmaq. Toyuqları qorxudub qaçırmaq. qorxuzma “Qorxuzmaq”dan f.is. qorxuzmaq dan. bax. qorxutmaq. Ay çalağanlar, məni qorxuzmayın; Mən sizə tərk eyləmişəm lanəni! M.Ə.Sabir. Tənbəl anaları uşağı xortdandan qorxuzublar ki, səsini kəsib yatsın. C.Məmmədquluzadə. Bəlkə Həpir .. arvad-uşağı qorxuzmaq üçün qəzəblə gəlirdi? Mir Cəlal. qorilla [xar.] Qərbi Afrika meşələrində yaşayan ən iri, insanabənzər meymun. Qorilla insanabənzər meymunların ən böyüyü olub, 180 sm və daha artıq hündürlüyə çatır. “Zoologiya”. qorlama “Qorlamaq”dan f.is. qorlamaq f.\n1. Yanan odunu qor halına gətirmək, qora çevirmək.\n2. Bişirilən bir şeyin üstünü qor ilə örtmək, qor ilə basdırmaq. qorlandırmaq bax. qorlamaq 1-ci mənada. qorlanma “Qorlanmaq”dan f.is. qorlanmaq 1. t-siz. Qor halına gəlmək, qora çevrilmək, yanıb qor olmaq, qoru tökülərək alovsuz yanmaq. Odur, bax, meşənin içində hələ bir ocaq da qorlanır. S.Rəhimov.\n2. məch. Qor ilə basdırılmaq, qor ilə örtülmək.\n3. t-siz. məc. Şikayətlənmək, yanıxmaq. qorlaşma “Qorlaşmaq”dan f.is. qorlaşmaq bax. qorlanmaq 1-ci mənada. qorlatmaq bax. qorlamaq 1-ci mənada. qorlu sif.\n1. İçində qor olan, qoru olan. Qorlu küldə bişmiş kartof. Qorlu kösöv.\n2. məc. Sağalmamış, ağrıdıcı, göynəyən. Bu sözdən elə bil Həsənin qorlu yarasının üstünə köz basdırıldı. A.Şaiq. qorodniçi [rus. qorodnIçiy] tar. bax. qalabəyi. qorodovoy [rus.] tar. Çar Rusiyasında: aşağı rütbəli polis xidmətçisi, polis nəfəri. Axırı lap naəlac qalıb getdim bir qorodovoy çağırdım, oğlanı döyə-döyə çıxartdı eşiyə. C.Məmmədquluzadə. [Gülcahan:] A kişi, yoxsa .. qorodovoydan qorxub özünü bu günə salırsan? N.Vəzirov. Pristav izn istəmədən içəri girib [birbaşa] yatağa yaxınlaşaraq, arxasınca gələn qorodovoyun birisinə buyurdu: – Döşəyi sök!.. H.Nəzərli. qoruq is.\n1. Təbii-tarixi əhəmiyyəti olan bitki, heyvan və s. cinslərini qoruyub saxlamaq məqsədi ilə hökumət tərəfindən xüsusi mühafizə altına alınmış yer, meşə və s.\n2. Əkilmiş yerlər (əkin, bostan, tarla, otlaq və s.). ..Cökə ağaclarının qoruqlarda, tarlalarda biçilmiş təzə otların gözəl ətri .. bir-birinə qarışaraq obaya başqa bir rəng, başqa bir şəkil verirdi. A.Şaiq. İlxı qoruqdan qayıdırdı. İ.Əfəndiyev.\n3. Keçmişdə: istifadə edilməsi qadağan olunmuş mülkədar yerləri. Canım, mən də qaçıram. Arığın nə işi var qoruqda, vuralar qılçası sına. N.Vəzirov. [Gülsənəm:] Guya qızıl inək ağanın qoruğuna girmiş. S.S.Axundov.\n4. Qarovul, keşik. [Bədirnisə] ərinin qoruqdan qayıtmasını gözləmədi; qapının ağzına bir qıfıl vurub, ispolkomun idarəsinə getdi. Mir Cəlal. ‣ Qoruq olmaq – qadağan olmaq, yasaq olmaq. İlyas bu gün meşənin qoruq olduğunu bilmirdi. M.S.Ordubadi. qoruqçu is. Əkin, tarla, meşə, bostan və s. qarovulçusu; gözətçi, mühafizəçi. [Qəmər:] Baba, təzə qoruqçunu aparım, bostana buraxım. S.S.Axundov. Barxudarın yaxşı işlərindən danışılan sözlər qoruqçu Ağanın arvadı Bədirnisənin qulağına çatdı. Mir Cəlal. qoruqçuluq is. Qoruqçu vəzifəsi, qoruqçunun peşəsi, işi. qoruq-qaytaq is. dan. Hədd-hüdud, çərçivə, ədəb dairəsi, nəzakət. qoruq-qaytaqsız sif. və zərf Həddhüdud bilməyən, danışığını, hərəkətini bilməyən; ədəbsiz, nəzakətsiz. O, qızışdığı vaxt .. qoruq-qaytaqsız danışırdı. Ə.Əbülhəsən. qoruma “Qorumaq”dan f.is. qorumaq f.\n1. Hücumdan, təhlükədən, zərbədən, düşməncə qəsdlərdən və s.-dən mühafizə etmək, müdafiə etmək, təhlükəsizliyini təmin etmək. Vətəni qorumaq. Ölkənin hüdudlarını qorumaq. – [Yasavulbaşı] .. tez-tez atını sürüb oğlu ilə [atanın] arasına girir, guya özünü sipər edib onu oğlundan qoruyurdu. M.Rzaquluzadə.\n2. Pis, zərərli və ya istənilməz bir şeyin təsirindən mühafizə etmək. Xəstəliklərdən qorumaq. Başını gündən qoru! Uşağı soyuqdan qorumalı. Quşları sevmək, onları qorumaq hər bir məktəblinin borcudur. // Ümumiyyətlə, mühafizə edib saxlamaq. [Səriyyə xala] uşaqların gələcəyini düşünərək yaxasında gizlətdiyi .. pulu bir sirr kimi qorumağı qərara aldı. M.İbrahimov. “Qorunmaq”dan f.is. Qorunma tədbirləri. qorunmaq 1. qayıd. Hücumdan, zərbədən və s.-dən özünü qorumaq, özünü müdafiə etmək. Düşməndən qorunmaq. // Özünü gözləmək, özünü mühafizə etmək, saxlamaq. Qripdən qorunmaq. Yağışdan qorunmaq.\n2. “Qorumaq”dan məch. qorut bax. qovut. ..Dumada danışmaq niyə lazımdı? O qədər orada çərən-pərən danışan var ki, heç ağızlarına qorut verən yoxdur. “Mol. Nəsr.” qoruyucu sif. Bir şeydən qoruyan, bir şeyin qabağını alan, saxlayan, mühafizə edən. Qoruyucu tədbirlər. Qripdən qoruyucu dərmanlar. Qoruyucu gözlük. Seldən qoruyucu sədlər. Qoruyucu meşə zolaqları. // is. Qoruyan mexanizm, cihaz, qurğu və s. qoşa 1. sif. Cüt, iki dənə, bir cüt. Qoşa qala qapısı. Qoşa buynuz. Qoşa tir. // Yanyana duran. Hətəm qoşa qarağacın dibinə düşən kölgəyə baxırdı. Ə.Əbülhəsən.\n2. zərf İkisi bir yerdə, ikisi yan-yana; birgə, bərabər, birlikdə, bir yerdə. Biz oraya qoşa getdik. – Rüxsarə heç bir vəchlə Rizvanla Tamaranın qoşa gəzmək xəbərini ürəyinə sığışdıra bilmirdi. S.Rəhimov.\n3. say. İki. Qoşa qardaş. Qoşa bacı. – Yavaş-yavaş bölmələrin qoşa adamlıq səngərləri ümumi bir əlaqə yolu ilə birləşməyə başlayırdı. Ə.Əbülhəsən. // Əkiz, bir yerdə doğulmuş. qoşa-qoşa zərf Cüt-cüt, iki-iki. Qoşaqoşa gəzmək. Qoşa-qoşa durmaq. – Gülbala və Abdal aşıqları sədəfə tutulmuş sazlarını dınqıldadaraq qoşa-qoşa kallayının bu başından o başına gedir, gah durub bayatı deyir, gah süzürdülər. Çəmənzəminli. qoşaatlı sif. Bir cüt at qoşulmuş, ikiatlı. Qoşaatlı fayton. qoşabuta is. Qoşa butalar şəklində olan naxış. Qabların hamısı həndəsi və nəbati naxışlarla bəzənərdi. Onların üzərində ən çox üçbucaq, gül, qoşabuta və müxtəlif xətlərdən düzəldilmiş naxışlara təsadüf edilir. Tərlanov. qoşabuynuz (=qoşabuynuzlu) sif. Cütbuynuzlu, cüt buynuzu olan. Qoşabuynuzlu öküz. – Qoşabuynuz bu keçi; O sayılır fermada; Qoyunların erkəci. M.Dilbazi. qoşabuynuzlu (=qoşabuynuz) sif. Cütbuynuzlu, cüt buynuzu olan. Qoşabuynuzlu öküz. – Qoşabuynuz bu keçi; O sayılır fermada; Qoyunların erkəci. M.Dilbazi. qoşacibli sif. Qoşa cibi olan, paltarının hər iki tərəfində cibi olan. Dilman .. həmişə qoşacibli frenç geyməyi sevən ucaboylu bir adamdı. M.Hüseyn. qoşadırnaqlı sif. zool. Qoşa dırnağı olan. qoşadırnaqlılar cəm zool. Eyni dərəcədə inkişaf etmiş qoşa dırnağı olan məməli heyvanlar dəstəsi. qoşadodaq sif. Üst dodağı yarıq olan (dəvə, dovşan və b.k. heyvanlar haqqında). qoşagörən sif. dan. Çaş, çəpgöz, bir şeyi iki görən. qoşagörmə is. dan. Çaşlıq, çəpgözlük; bir şeyi iki görməkdən ibarət göz nöqsanı. qoşaq zərf Qoşa halda, ikisi bir yerdə olduğu halda, birgə. qoşaqanad (=qoşaqanadlı) sif.\n1. Cüt qanadı olan, iki qanadı olan. Qoşaqanadlı təyyarə.\n2. İki taydan ibarət olan. Qoşaqanad qapı. qoşaqanadlı (=qoşaqanad) sif.\n1. Cüt qanadı olan, iki qanadı olan. Qoşaqanadlı təyyarə.\n2. İki taydan ibarət olan. Qoşaqanad qapı. qoşalama “Qoşalamaq”dan f.is. qoşalamaq f.\n1. İkiləmək, iki eləmək.\n2. Cüt qoymaq, iki şeyi yan-yana qoymaq, cütləşdirmək. ..Zeyğəm isə əllərini qoşalayıb çırtıq çalırdı. S.Rəhimov.\n3. ovç. Yerə qonmuş və ya uçan quşları nişana alaraq ikisini bir atımda vurmaq. qoşalanmaq bax. qoşalaşmaq. qoşalaşdırılma “Qoşalaşdırılmaq”dan f.is. qoşalaşdırılmaq məch. Qoşa edilmək, cüt edilmək; ikiləşdirilmək, cütləşdirilmək. qoşalaşdırma “Qoşalaşdırmaq”dan f.is. qoşalaşdırmaq f. Qoşa etmək, cüt etmək; ikiləşdirmək, cütləşdirmək; cüt-cüt etmək, cüt-cüt qoymaq. // bax. qoşalamaq 2-ci mənada. Zabit heç söz demədi, ancaq bir əsgər kimi hərbi vəziyyət aldı və ayaqlarını qoşalaşdıraraq dönüb getdi. M.S.Ordubadi. [Nəriman] şəhadət barmağını birbirinə qoşalaşdırıb yan-yana yazılan kəlmələri göstərdi. Mir Cəlal. [Nənəqız] Rizvanı və Rüxsarəni gözləri qabağında qoşalaşdırır, xəyalında gələcək gözəl nəvələri ilə indidən öyünürdü. S.Rəhimov. qoşalaşma “Qoşalaşmaq”dan f.is. qoşalaşmaq f. Qoşa olmaq, cüt olmaq; cütləşmək, ikiləşmək. // Bir-birinə yanaşı olmaq, bir-birinin yanında durmaq. İki yoldaş qoşalaşıb gedirlər. qoşalatma “Qoşalatmaq”dan f.is. qoşalatmaq icb.\n1. Bir şeyi ikiləşdirtmək, cütləşdirtmək, qoşa və taylı etdirmək.\n2. Yan-yana qoydurmaq, bir-birinə yanaşdırmaq. qoşalülə is. İki lüləsi olan tüfəng, ya tapança. [Qəmər:] Piri baba meşəyə girdikdə qarşımıza dovşan çıxdı. Bunu gördükdə Şəmsi bəy nəzakətlə qoşalüləsini çiynindən çıxar(dı).. S.S.Axundov. O, maşının dayanmasını gözləyib, qoşalülənin tətiyini geriyə çəkdi. M.Hüseyn. // sif. İki lüləsi olan. Qoşalülə tüfəng. qoşasəsli sif. dilç. Yan-yana iki səsli olan. Qoşasəsli söz. qoşaşdırmaq f. Qoşa çapmaq, qaçışdırmaq, yarışdırmaq (atları). [İsrafil] yaşlı və təcrübəli minicilərlə at qoşaşdırmağı belə bacarırdı. M.Hüseyn. qoşaşmaq f. Qoşa yüyürmək, qaçışmaq, yarışmaq. qoşayarpaq is.\n1. Bitkinin yenicə göyərərək qoşa yarpaq açması. • Qoşayarpaq olmaq – yenicə göyərmək, cücərmək, ilk qoşa yarpağı görünmək. Pambıq qoşayarpaq olanda becərmə işləri qızğın gedirdi. Ə.Vəliyev.\n2. folk. İki misradan ibarət xalq şeri forması. qoşayelən sif. məh. Qoşa haşiyəli, cüthaşiyəli. Başına altdan balaca ipək dəsmal örtdü, sonra qoşayelən qara ipək kəlağayını bağladı. Ə.Vəliyev. qoşayelkən (=qoşayelkənli) sif. İki yelkəni olan, cütyelkənli. Qoşayelkənli qayıq. qoşayelkənli (=qoşayelkən) sif. İki yelkəni olan, cütyelkənli. Qoşayelkənli qayıq. qoşdurma “Qoşdurmaq”dan f.is. qoşdurmaq “Qoşmaq”dan icb. Öküzləri kotana qoşdurmaq. Atları arabaya qoşdurmaq. Vaqonları parovoza qoşdurmaq. – [Şəmsi bəy:] Ana, siz də hazır olun, mən də gedim faytonu qoşdurum. S.S.Axundov. qoşdurulma “Qoşdurulmaq”dan f.is. qoşdurulmaq “Qoşdurmaq”dan məch. qoşqu is. Arabaya və s.-yə qoşulan at və başqa heyvan. Minik atından da artıq qoşqu atını mən xeyli dost tutaram. C.Məmmədquluzadə. • Qoşqu qüvvəsi (heyvanı) – arabaya və s.-yə qoşulan at və s. heyvan. Nəqliyyat və kənd təsərrüfat işlərinin geniş miqyasda mexanikləşdirilməsinə baxmayaraq, xalq təsərrüfatında canlı qoşqu qüvvəsinin, xüsusən, atın rolu mühüm olaraq qalmaqdadır. Səttarzadə. Qoşqu ləvazimatı – atlar və ya başqa heyvanları arabaya və s.-yə qoşmaq üçün gərək olan ləvazimat. qoşqulanma “Qoşqulanmaq”dan f.is. qoşqulanmaq f. Qorxub hürkmək, narahat olmaq, təşvişə düşmək, qorxudan titrəmək. Köpək də dərənin dibindən keçən dəvə karvanın zəng səslərini dinləyə-dinləyə qoşqulanır. M.S.Ordubadi. qoşma I.\n1. “Qoşmaq”dan f.is.\n2. sif. Qoşulan, özü hərəkət edə bilməyən. Qoşma inventar. Qoşma vərdənələri traktor yedəkləyir.\n3. sif. Bir-birinə qoşulan, bağlanan, birləşdirilən.\n\nII. is. qram. Müstəqil mənası olmayıb, nitq hissələrindən sonra gəlib müxtəlif münasibət bildirən köməkçi söz; məs.: görə, ötrü, başqa.\n\nIII. is. ədəb. Hər bəndi dörd misradan ibarət lirik şeir forması. Vaqifin qoşmaları. Aşıq Ələsgərin qoşmaları. – Mən səni görmüşəm on beş il əzəl; Dilində bir qoşma, bir dərdli qəzəl. S.Vurğun. qoşmaq I. f.\n1. Arabanı və s.-ni çəkib aparmaq üçün atı və başqa qoşqu heyvanlarını xüsusi surətdə arabaya və s.-yə bağlamaq. Öküzləri kotana qoşmaq. Arabaya dörd at qoşdular. Şimalda kirşəyə it və ya maral qoşurlar. – [Faytonçu:] Sənin xatirin üçün qırx yeddi manata qoşaram. Ə.Haqverdiyev. Payızın əvvəlindən Nurəddin arabasını qoşub, şəhərə kirayəçiliyə getdi. S.S.Axundov.\n2. İlişdirmək, bənd etmək, bağlamaq. Qatara əlavə vaqon qoşmaq. Vaqonları parovoza qoşmaq. Kotanı traktora qoşmaq.\n3. Birləşdirmək, qatmaq. Mən də qoşdum səsimi; Bu gəncliyin səsinə. Ə.Cavad.\n4. Cəlb etmək, bir işin iştirakçısı etmək. Siz varlı kolxozları bu işə qoşun! Qoyun kəndimiz şəhərə çatsın! S.Rəhimov.\n5. Birgə, bərabər göndərmək, yanınca göndərmək, yoldaş etmək. O, Süleyman adlı bir nəfəri bizə qoşdu. M.S.Ordubadi. [Səfi bəy:] Buyurun gedək, adam qoşum, sizi xalanızgilə aparsınlar. S.S.Axundov. Bakıda Firidunu növbəti çağırışçılara qoşub Tbilisiyə göndərdilər. Mir Cəlal.\n6. Düzəltmək, təlif etmək, demək. Mahnı qoşmaq. Dastan qoşmaq. – [Hacı Rəsul:] Deyəsən bu sözləri lap mənə qoşublar. Vallah, mənim halıma qoşublar: hara qədəm basdım, xəzan oldu. Mir Cəlal. El aşıqları incə Azərbaycan dilində xalqımızın mərdliklərini tərənnüm edən ölməz dastanlar qoşurdular. İ.Əfəndiyev.\n\nII. f. Getmək, bir tərəfə üz tutmaq, yüyürüb getmək. Vaxta ki bu izdihamı gördüm; Mən də o yerə qoşub yüyürdüm. M.Ə.Sabir. Kənd uşaqları əllərində badya, mis kasa dərəyə doğru qoşurdular. A.Şaiq. Azacıq keçmədən cəsur insanlar; Qoşdu iş başına, tərpəndi şəhər. S.Vurğun. qoşulan f.sif. Özü hərəkət edə bilməyən, başqası ilə birləşdirilən; motorsuz. Qoşulan tramvay vaqonu (motorlu vaqona qoşulan motorsuz vaqon). qoşulma “Qoşulmaq”dan f.is. qoşulmaq f.\n1. “Qoşmaq”dan məch. Atlar arabaya qoşulmuşdur. Fayton qoşulmuşdur. Vaqonlar parovoza qoşuldu.\n2. t-siz. Birləşmək, qarışmaq, daxil olmaq, bir işin iştirakçısı olmaq. Fəhlələrin daha düzgün fənd işlətdiklərini görən yanğın alayı da onlara qoşuldu. M.Hüseyn. Payızda [Şamama] da anasına qoşulub pambıq yığırdı. İ.Əfəndiyev. // Şərik olmaq, razı olmaq, qəbul etmək. Yoldaş sədr, cavanlar deyənə mən də qoşulub qol qoya bilərəmmi? Mir Cəlal.\n3. t-siz. Yoldaş olmaq, birləşmək, əlaqə saxlamaq. [Məsmə:] Xəstəxanaya getməyə ürəyim gəlmirdi. Nəhayət, bir gün tanış bir qadına qoşulub oraya getdim. S.Hüseyn.\n4. Məşğul olmağa başlamaq, pis iş dalınca getmək. [Naçalnik:] Sən mənim məsləhətimi eşitməyib, yenə yaman işə qoşuldun. M.F.Axundzadə.\n5. t-siz. Qarışmaq, müdaxilə etmək. [Məşədi Qurban:] Sənlik nə var ki, bu işə qoşulursan? Sən nəçisən? M.F.Axundzadə. O, heç özünün də xəbəri olmadan söhbətə qoşulmuşdu. Ə.Əbülhəsən. ‣ Qoşulub qaçmaq (getmək) – köhnə məişətdə: ata-anasının razılığı və xəbəri olmadan, qızın sevdiyi oğlanın evinə getməsi. [Sona xanım:] Mən toy istəmirəm. Elə toysuz gedəcəyəm. Qoşulub qaçan .. bir mən deyiləm; gündə yüzü qoşulub qaçır. M.F.Axundzadə. Gülpərinin könlü əmisi oğlunda idi. Ona görə ona qoşulub qaçmaq istəyirdi. S.S.Axundov. [Məhərrəm:] Mən sənin yerinə olsam, Cahangir, əhvalatı düz Rüstəm bəyin özünə deyərəm və qandıraram ki, qızın Rəşid bəyi doğrayan Heydər bəyin oğluna qoşulub qaçmaq istəyir, onda bəlkə... N.Vəzirov. qoşun is. Bir dövlətin nizami hərbi qüvvələri və ya onların bir hissəsi. Piyada qoşun. Nizami qoşun. Qarışqanın sayı var idi, qoşunun sayı yox idi. – Qalanın hər yanını qoşunlar bürümüşdü. M.Hüseyn. [Quldurbaşı] möhkəm tapşırdı ki, qoşunun başında gələcək Qazanxana və bəylərə müqavimət göstərməyib buraxsınlar. M.Rzaquluzadə. // məc. Çoxluq, izdiham mənasında. ‣ Qoşun çəkmək – hücum etmək, müharibəyə başlamaq. Surxay xan da hər məqamda Koroğlunun üstünə qoşun çəkərdi ki, qardaşının qanını alsın, amma igid Koroğluya bata bilməzdi. (Nağıl). qoşunkeşdi is. Dava, döyüş, vuruş. [Arvad:] Vay, vay, vay! A kişi, bu nə üstbaşdır, bu nə əl-ayaqdır .. qoşunkeşdidən, davadan gəlirsən nədir? H.Sarabski. qoşunkeşlik is. köhn. Qoşun toplama, səfərbərlik, bir ölkəyə qarşı müharibəyə hazırlaşma; hərbi səfər, hərbi yürüş. [Fəxrəddin bəy:] Qoşunkeşlikdə elə dolanmazlar ki, biz bu neçə gündür dolanırıq. N.Vəzirov. [Vaqif:] Bu qədər qoşunkeşlik həm xanın xəzinəsinə ziyandır, həm də el və obaya. Çəmənzəminli. • Qoşunkeşlik eləmək (etmək) – qoşun çəkib dava eləmək; ümumiyyətlə dava eləmək, dava axtarmaq, vuruşmaq istəmək. Mir Cümə irəliləyərək Əli dayıya dedi: – Balam, sən ki qoşunkeşlik eləyirsən. P.Makulu. qoşuşma “Qoşuşmaq”dan f.is. qoşuşmaq qarş. Bir yerdə, hamı birdən qoşmaq, getmək, yönəlmək, yüyürüşmək. qotaz is. Üst tərəfi bir yerə qısılıb bağlanmış saplardan ibarət saçaqlı bəzək. Mirzə Süleyman bəy qırmızı fəsi qaşlarının üstə çəkib, qotazını qabaqdan sallayıb, .. sağ əlində ağacını fırlada-fırlada gəlir. B.Talıblı. Adət üzrə faytonçular atların boynuna bəzəkli qotazlar asmış, onları bəzəmişdilər. M.İbrahimov. // Bu şəkildə olan şey. Səfər, doğrudan da, qızların xoşuna gələnlərdən deyildi. Fəqət başıaşağı, bir oğlandı, .. birçəklərini qotaz daramazdı, qaməti də mövzun deyildi. Ə.Haqverdiyev. qotazlama “Qotazlamaq”dan f.is. qotazlamaq f. Qotaz kimi etmək, qotaz tərzində toxumaq, qotaz kimi yumrulatmaq, qotaz bağlamaq. qotazlanma “Qotazlanmaq”dan f.is. qotazlanmaq məch. Qotaz bağlanmaq, qotazla bəzədilmək. qotazlanmış f.sif. Qotaz kimi olmuş; açmış. Yaşıl kolların üstündə qotazlanmış ağ pambıqlar gendən adamı çağırırdı. qotazlaşmaq f. Qotaz kimi olmaq, qotaz halına gəlmək; açmaq. qotazlı sif. Qotazı olan, qotaz bağlanmış, qotazla bəzənmiş. Qotazlı pərdə. Qotazlı bayraq. Qotazlı qaytan. – [Məşədi Məmməd] əlində başı qotazlı təsbehini çevirərək baqqal Əbdülhəsənin dükanına gəldi. B.Talıblı. Xanım qara, ağır və qotazlı, piləkli pərdələri saldı. Mir Cəlal. Onun başının üstündən divarda .. qotazlı bir qılınc, qalxan, yay və sadaq asılmışdı. M.Rzaquluzadə. qotazlıq is. Qotaz üçün yarar. qotik sif. [xüs. is.-dən] Qotikaya aid olan; qotikaya xas olan, qotika üslubunda olan. Qotik üslub. Qotik ornament. • Qotik hürufat, qotik hərflər, qotik yazı – xətləri sınıq, tin-tin şəkildə olan hərflər, yazılar (Almaniya və bəzi başqa ölkələrdə işlənir). qotika [xüs. is.-dən] Qərbi Avropanın orta əsr memarlığında: çatma tağ və qübbələri, çoxlu daş oymaları və bəzəkləri, həmçinin yuxarı qalxdıqca incələşən arxitektura formaları ilə fərqlənən memarlıq üslubu. Beşbarmaq dağının qotik binalara oxşayan çılpaq qayaları saf, zümrüd göylərə doğru ucalırdı. Mir Cəlal. qotlar cəm tar. Qədim alman tayfalarından biri. III əsrdə Qara dəniz sahillərinin cənub çöllərindəki tayfalar yenidən birləşdilər, bu tayfalar “qotlar” adı ilə məşhur idilər. qotman is. Tayaya vurulmaq üçün koma şəklində yığılmış ot. Biçilmiş otlar qotmanlara vuruldu. Otu tirələrdə kiçik qotmanlarda qurutmaq daha yaxşıdır. – Sonra yumşaq otların, qotmanların üstündə atılıb-düşməyə, bağırışmağa başladıq. A.Şaiq. [Arvadlar] çoxdan quruyub qotmanlarda qalan otu tayalayırdılar. Ə.Əbülhəsən. qotmanlama “Qotmanlamaq”dan f.is. qotmanlamaq f. Qotman şəklində yığmaq, qotman vurmaq. Otu qotmanlamaq. qotmanlanma “Qotmanlanmaq”dan f.is. qotmanlanmaq məch. Qotman şəklində yığılmaq, qotman vurulmaq. qotmanvuran sif. k.t. Qotman halında yığan, komalayan. Qotmanvuran maşınlar. qotur 1. is. Heyvanlarda və bəzən insanlarda yoluxucu dəri xəstəliyi (bu xəstəlikdə dəridə xırda səpmə əmələ gəlir və çox şiddətli qaşınma olur).\n2. sif. Qotur xəstəliyinə tutulmuş; qoturlu, qoturu olan. Qotur keçi. Qotur it. // Söyüş mənasında. [Namaz:] Daha burada bir “necə” yeri yoxdur. Sən deyəndə bir qotur kəndlinin biri idin. Ə.Haqverdiyev. qoturlama “Qoturlamaq”dan f.is. qoturlamaq f.\n1. Qotur olmaq, qotur xəstəliyinə tutulmaq.\n2. məc. dan. Əldən düşmək, düşkünləşmək, acınacaqlı bir hala düşmək; pisləşmək, xarablaşmaq. qoturlanma “Qoturlanmaq”dan f.is. qoturlanmaq bax. qoturlamaq. qoturlaşma “Qoturlaşmaq”dan f.is. qoturlaşmaq bax. qoturlamaq. qoturluq is.\n1. bax. qotur 1-ci mənada. Heyvanlarda qoturluqla mübarizə.\n2. Qotur olma, qotur düşmə; qotur düşmüş heyvanın (adamın) halı. qov is. Bəzi ağaclarda ur kimi çıxan və xüsusi üsulla qurudulub hazırlandıqdan sonra, polad parçasının çaxmaq daşına çaxılmasından hasil olan qığılcımdan alışan pambığaoxşar yumşaq maddə. Qasım kişi çaxmağı daşa vurub qovu yandırır, basır çubuğa. C.Məmmədquluzadə. [Baba] qovu çaxmaq daşı ilə alışdırıb çubuğu yandırdı. Çəmənzəminli. Qazma dama girib, çaxmaq çaxıb qov alışdırdı. M.Rzaquluzadə. qovaq I. is. bot. Söyüd fəsiləsindən müxtəlif növləri olan qollu-budaqlı ağac. Kürün o tayında, hündür qovaqların seyrəlib yulğunluğun başladığı yerdə beş-altı qaraltı görünürdü. İ.Şıxlı.\n\nII. is. Heyvan tüklərinin arasında olan kəpək, qabıq. qovaqlıq is. Çoxlu qovaq bitən yer, qovaq meşəsi. qovalamaq bax. qovmaq. Bəzən çayda daşlar daşı qovalar; Seldə gedər göy çəmənlər, ovalar. R.Rza. Tazılar dovşanları qovalayır, nökərlər hay-küylə at çapırdılar. M.Rzaquluzadə. Məcid ilə Zeynəb məsələsinə gəldikdə [Nadirin] ürəyi döyünürdü, fikrini tez qovalayır və işin bu dərəcəyə gəlib çatmağına güman etməyirdi. B.Talıblı. qovalanmaq “Qovalamaq”dan məch. bax. qovulmaq. qovan is. Arı yuvası, arı pətəyi. Ümumi bir səs klubun həyətini də basmışdı. Arı qovanından çıxan kimi bir səs ucalırdı. Mir Cəlal. qovarlanmaq f. Öyünmək, kibr satmaq, qürrələnmək. Ya mən ölməliyəm, ya siz, deyirdi; Cəlal qovarlanıb nəşə yeyirdi. S.Vurğun. qovdurma “Qovdurmaq”dan f.is. qovdurmaq “Qovmaq”dan icb. qovdurulmaq “Qovdurmaq”dan məch. qovğa is.\n1. Gurultu, patıltı, çaxnaşma. ..Əsədin bütün kəndə qovğa saldığına və bununla bərabər öz günahını yenə də düşünməməyinə acınıb [müəllim] dodaqlarını çeynəyərək, şəhadət barmağını ona tərəf silkələyib hədələdi. B.Talıblı. // Dava, davadalaş, tutuşma, vuruşma, dalaşma, qalmaqal. Aləmə şuriş salıbdır, fitnəyə, qovğayə bax. Heyran xanım. Gün batdı, hər kəs öz evinə və mənzilinə qayıtdı. Şuriş və qovğa sakit oldu. M.F.Axundzadə. İki qardaş arasında olan didişmələr get-gedə uzandı; axırda bir qovğa şəklini aldı. A.Şaiq.\n2. Bəla, müsibət; macəra, hadisə. Bu müşəxxəsdi ki, eşq aşiqə qovğa gətirir. X.Natəvan. [Üçüncü şirazlı:] Bir belə bəlalara düçar olan, başı qovğalar çəkən, əlbəttə, gərək intiqam fikrini başından çıxarmaya. Ə.Haqverdiyev. [Camal bəy:] ..Mərd kişinin başı qovğada gərək, deyərlər. N.Vəzirov. qovğaçı is. Qalmaqalçı, davakar. Həmişə dava salan adam. qovğaçılıq is. Qalmaqal, dava salmaq xasiyyəti. qovğalı sif.\n1. Davalı, qalmaqallı, cəncəl, mübahisəli. Qovğalı iş. Qovğalı məsələ.\n2. Bəlalı. Onun başı qovğalıdır. qovl bax. qövl. qovlama “Qovlamaq”dan f.is. qovlamaq bax. qovmaq. Bulaq üstə gələn arvad hər əlinə bir daş alıb, başladı Kərbəlayı Məhəmmədəlini qovlaya-qovlaya (z.) söyməyə. C.Məmmədquluzadə. qovlanma “Qovlanmaq”dan f.is. qovlanmaq bax. qovulmaq. qovluq is. İçərisinə kağız, kitab və s. qoymaq üçün qalın cildli məhfəzə; papka. Kağız qovluğu. – Mədəd iş qovluqlarından birisini açaraq nəzərdən .. keçirdi və qapayıb kənara qoydu. Ə.Vəliyev. Kapitan seyfi açıb oradan bir qovluq çıxartdı. Ə.Əbülhəsən. // İçinə şey qoyulmaq üçün kağızdan hazırlanan qab. Satıcı düyünü qovluğa töküb mənə verdi. // İçərisində sap, iynə, oymaq və s. tikiş ləvazimatı saxlamaq üçün parçadan tikilmiş düyünçə. Qovluqdan iynə-sap çıxartdı. qovm bax. qövm. qovma “Qovmaq”dan f.is. qovmaq f.\n1. Çıxıb getməyə, rədd olmağa məcbur etmək; çıxıb getməsini, rədd olmasını qaba surətdə əmr etmək. Yazıq Hacı Mirzə Həsən ağa, niyə səni qatır üstə mindirib Təbrizdən çıxardıb qovdular? C.Məmmədquluzadə. Kişi məni evdən qovsa, bir gün də dolanmağa taqətim yoxdur. N.Vəzirov. // dan. Çıxarmaq, xaric etmək. İşdən qovmaq. İnstitutdan qovmaq.\n2. Bir şeylə, yaxud əl ilə uzaqlaşdırmaq, rədd etmək, çıxarmaq; çıxmağa, dağılışıb getməyə məcbur etmək. Milçəkləri qovmaq. İtləri qovmaq. – Zeynəb gah çiçək yığırdı və gah da qışqıra-qışqıra pərvanələri qovurdu. S.S.Axundov. Əlimdəki dəyənəyimlə iti vura-vura qovdum. A.Şaiq.\n3. məc. Qəbul etməmək, geri qaytarmaq, rədd etmək. Gələn qonağı qovmazlar.\n4. məc. Fikrindən, xəyalından çıxarmaq, uzaqlaşdırmaq. Pis fikirləri qov getsin.\n5. Birinin arxasınca qaçmaq, izləmək, qaçıb getməyə məcbur etmək. Ovu qovmaq. Dovşanı qovmaq. Oğrunu evinəcən qovarlar. – Qəmər arvad kişilərlə bərabər səngərə girib, quldurları gülləyə basmış, əri ilə bir yerdə atları Araza qədər qovmuşdu. Ə.Vəliyev.\n6. Vurmaqla, ya səs çıxarmaqla heyvanı iti getməyə məcbur etmək. Atı dördayaq qovmaq.\n7. Öz yerindən hərəkət etməyə, bir tərəfə getməyə, qaçmağa məcbur etmək. Qazları həyətə qovmaq. – Günəş yaxın dağlar ucundan doğar; Dumanları dağlara doğru qovar. A.Şaiq. Arvad-uşaq ağacların dibini və çuxurları doldurmuş payız küləyinin o tərəfbu tərəfə qovduğu xəzəli çuvallara yığırdı. M.İbrahimov. qovotu is. bot. məh. Yamaclarda və çəmənlərdə bitən ot bitkisi. qovraq bax. qıvraq. qovraqlaşma “Qovraqlaşmaq”dan f.is. qovraqlaşmaq bax. qıvraqlaşmaq. qovraqlıq bax. qıvraqlıq. qovrulma “Qovrulmaq”dan f.is. qovrulmaq f.\n1. Susuz olaraq yalxı və ya yağda od üstündə bişib qızarmaq. [Xudayar bəy:] Ət bir tikə də yanmayıb, bəlkə qovrulubdu. Ətin çox yaxşı qoxusu gəlir. C.Məmmədquluzadə.\n2. məc. Yanmaq. Gündə qovrulmaq. – ..Yaz ki, mən Əzim oğlu Qədim pambığıma su istəyirəm, torpağım qovrulur. S.Rəhimov. Gün altında qovrulan böyük, quru çöldə təndirdən qalxan kimi ağır və isti hava insanın vücudunu bürüyürdü. Mir Cəlal.\n3. məc. Əzab çəkmək, acıq çəkmək, iztirab və işgəncə içində olmaq (bəzən “qovrulub-yanmaq” şəklində işlənir). O bütün gecəni acığından qovrulurdu. Həsrətdən qovrulmaq. – Sanki mən bədbəxt bu düşüncələr və bu kədərlərin içində qovrulmaq üçün doğuldum. M.S.Ordubadi. Fəridə bütün gecəni qovrula-qovrula (z.) qaldı. A.Şaiq. Bir ağrı başladı, qovrulub-yandım; Ağrıyır deməyə bəzən utandım. Ə.Cavad. qovrulmuş sif. Od üstündə qızardılaraq bişirilmiş. Tavada qovrulmuş cücə. Qovrulmuş ət. Qovrulmuş günəbaxan toxumu. Qovrulmuş badam. – Hər məcməyinin içində bir nimçə plov, onun üstündə bir toyuq, toyuğun içində yağla qovrulmuş kişmiş, axta olardı. H.Sarabski. qovrumgözlü sif. Gözləri qonur olan. [Nəsir] iri qovrumgözlü, buğdayı bənizli arıqca bir aran uşağı idi. H.Nəzərli. qovşaq is. Bir neçə şeyin (rabitə xətlərinin, yolların, çayların, kanalların və s.-nin) qovuşduğu, birləşdiyi yer, nöqtə. Dəmiryol qovşağı. Radio-translyasiya qovşağı. Suelektrik qovşağı (elektrik stansiyaları, kanallar və s. məcmusundan ibarət böyük inşaat). – Gəray isə dənizə baxıb deyir: – Təzə şəhər yollar qovşağında tikilir, böyük rabitələr şəhəri olacaq. Mir Cəlal. qovuq is.\n1. İçi hava ilə dolu qabarcıq, köpürcək. Balıq arabir üzə çıxıb ağzından qovuqlar buraxır. – İki tənəffüslü balıqlar üzmə qovuqları vasitəsilə havada da tənəffüs edə bilirdi. M.Axundov.\n2. İnsan və heyvan bədənində maye, yaxud şirə ilə dolu kisəcik.\n3. Hər hansı bir səbəb üzündən dərinin üstündə əmələ gələn yumru şiş, qabarıq. Gözün üstü şişib olubdu qovuq; Zahirən bu gecə dəyibdi soyuq. S.Ə.Şirvani.\n4. Müxtəlif məqsədlər üçün işlədilən, içi hava, yaxud su ilə doldurulan rezindən və s.-dən düzəldilmiş kisəcik. qovuqcuq is. Kiçik qovuq, incə qovuq. qovuqlanma “Qovuqlanmaq”dan f.is. qovuqlanmaq f. Qovuqlar, qabarcıqlar əmələ gəlmək. qovuqlu sif. Qovuğu olan. qovulma “Qovulmaq”dan f.is. qovulmaq “Qovmaq”dan məch. Evdən qovulmaq. İşdən qovulmaq. Mal-qara qovulub ağıla salındı. Ceyran xeyli qovulduqdan sonra vuruldu. – Vahidin institutdan qovulmaq xəbərini eşidəndə Rübabə bərk narahat oldu. Mir Cəlal. qovun is. Qabaq fəsiləsindən uzunsov, yaxud girdə şəkilli, şirin və ətirli bostan meyvəsi; yemiş. Bostançı qovun dərdi; Kal dərdi, qovun dərdi; Yığılın, qohum-qardaş; Üstümdən qovun dərdi. (Bayatı). qovunağacı is. bot. İsti ölkələrdə bitən bir ağac. qovurğa is. Qovrulmuş buğda, düyü, darı və s. dənələri. Qovurğa qarın doyurmaz. (Ata. sözü). Çaydanımız ərsin üstə qaynardı; Qovurğamız sac içində oynardı. Şəhriyar. • Qovurğa kimi – çox quru şey haqqında. qovurma is.\n1. “Qovurmaq”dan f.is.\n2. Yağda qovrulmuş ətdən ibarət xörək. Odur, küpdə qovurma var, ocağı alışdırın, isidin, dağarcıqdan əppək alın, yeyin. M.Rzaquluzadə. Həyəti götürən soğan, qovurma, zəfəran iyi adamı valeh edirdi. Mir Cəlal. // Bəzi mürəkkəb xörək adlarının tərkib hissəsinə daxil olur. Qovurma kabab. İç qovurması. qovurmabozbaş is. aşp. Şirəsi çox olan qovurma. qovurmaçı is. köhn. Ümumiyyətlə, ət və xüsusilə içalat (qoyun içalatı) bişirib satan adam. [Övrət:] Qardaş, bihəyalıq edirəm, bağışla, on il bundan əqdəm məni bir qovurmaçıya ərə verdilər. N.Vəzirov. // sif. Qovurmaçılıqla məşğul olan. Atası qovurmaçı Səlim öz övrətinə deyir: “Övrət, bu uşağın məktəbə getmək vaxtıdır; mənim sənətim də bir elə sənət deyil ki, aparım, bu yazığa da öyrədim”. Ə.Haqverdiyev. qovurmaçılıq is. Qovurmaçı peşəsi, qovurmaçı sənəti. qovurmaçilov is. aşp. Xuruşu qovurma və qızarmış badımcan olan çilov növü. qovurmaq f.\n1. Susuz olaraq yalxı və ya yağda bir şeyi od üzərində qabda qızartmaq, bişirmək. Əti yağda qovurmaq. Balığı tavada qovurmaq.\n2. Yandırmaq. Gün lap adamı qovurur. // Məc. mənada. İri, rəngsiz dodaqlarını biixtiyar bir “ah” qovurdu. A.Şaiq. Şübhə alovları həqiqətən onu yandırır və qovurğa kimi qovururdu. S.Rəhimov. qovurmalı sif. Yanında qovurma olan, qovurma ilə bərabər yeyilən. Qovurmalı aş. Qovurmalı xingal. qovurmalıq sif. Qovurmaya, qovurma bişirməyə yarar. Qovurmalıq ət. qovurmaplov is. aşp. Xuruşu qovurmadan ibarət olan plov. qovurtmaq “Qovurmaq”dan icb. qovuş is. At qovma, at minib çapma. Qovuş meydanı. qovuşdurma “Qovuşdurmaq”dan f.is. qovuşdurmaq I. f.\n1. Birləşdirmək, bitişdirmək. Çayın qollarını qovuşdurmaq. – Firəngistanın və ingilisin dövlətli kəsləri iki icma bina ediblər ki, [La-Manşın] altında bir dəmiryol saldırıb, məzkur məmləkətləri qovuşdursunlar. “Əkinçi”. Cinsi hibridləşdirmə dedikdə, iki müxtəlif orqanizmin [bitki və ya heyvan] cinsi hüceyrələrini qovuşdurub mayalanması yolu ilə hibrid almaq nəzərdə tutulur. M.Axundov.\n2. Görüşdürmək, birləşdirmək. [Xanpəri:] Muğanlı Səfərəli qızını sevgilisinə qovuşdurmadımı? M.F.Axundzadə. Bu yanan sinəmi ovuşdurram; Başqa bir sinəyə qovuşdurram. A.Səhhət.\n\nII. f. At çapmaq, yarışmaq. qovuşdurucu sif. Bitişdirici, birləşdirici. Süxurların xüsusi çəkisi onların danələrinin mineraloji tərkibindən, quruluşundan, qovuşdurucu maddəsindən və s. asılıdır. Quliyev. qovuşdurulma “Qovuşdurulmaq”dan f.is. qovuşdurulmaq məch. Bitişdirilmək, birləşdirilmək. qovuşma I. “Qovuşmaq1”dan f.is.\n\nII. “Qovuşmaq2”dan f.is. qovuşmaq I. f.\n1. Birləşmək, bitişmək. İki yolun qovuşduğu nöqtə. Çayın qolları kəndin yanında qovuşur. Çayların suyu birbirinə qovuşub axırda dənizə tökülür. – Turşsu çayların içi ilə Araza axır, Kürə qovuşur. S.Rəhimov.\n2. məc. Bir şeylə birləşərək onun içində yox olub getmək. Qurğuşun rənginə çalan buludlar şəhər üzərindən ağır-ağır gəlib ötdükdə, elə bil dənizlə göy qovuşurdu. M.Hüseyn. Sabahın zülməti hər tərəfi qaplamışdı. Qarşıda görünən gündüzkü dağlar indi belə qaynayıb qaranlığa qovuşmuşdu. S.Rəhimov. Qara buludlu göy də, işıqsız yer də hər ikisi bir-birinə qovuşmuşdu. Ə.Məmmədxanlı. // Bir-birinə lap yaxınlaşmaq, birbiri ilə birləşmək, aralarındakı məsafə, sərhəd yox olub getmək, birləşərək bir bütöv şəklini almaq, bitişmək. Yaranın ağzı qovuşub. – Bəzi vaxtda çatlaq zəlzələdən sonra da qalır. Amma bəzi vaxtda onun qıraqları genə gəlib qovuşur. H.Zərdabi.\n3. Görüşmək, ayrılıq və hicrandan sonra vüsala çatmaq, birləşmək. [Heydər bəy:] ..Biz bir-birimizi nəhayətdə sevirdik. İki il idi qovuşmaq həsrətini çəkirdik. M.F.Axundzadə. Yaxında hərbi vəzifəni bitirər, yenə də sevimli ailənə qovuşarsan. M.S.Ordubadi. [Qurban] yolda yeriyərək düşünürdü: xoşbəxt adam kifayət qədər pul toplamış, indi də gedib uşaqlarına qovuşacaqdır. A.Şaiq. // Çatmaq, yetişmək, nail olmaq. Həsrətinə qovuşmuş heyvancıqlar ayaqlarını bükərək, quyruqlarını oynada-oynada analarının məmələrini əmirdilər. A.Şaiq. İllər gəlib keçir, dövran xoş gəlir; Ağ günə qovuşur yenə də vətən. S.Vurğun. Biz qismətimizə düşən ağır yolu keçməsək, gələcək nəsillərimiz də o işığa tez gəlib qovuşmaz. Ə.Məmmədxanlı.\n4. Sağalmaq, ağzı örtülmək, dərisi birləşmək, bitişmək (yara haqqında). Yara sağalıb qovuşmuşdur.\n5. Bəzi isimlərin yanına gətirilərək, mürəkkəb feil və ifadələr düzəldilir; məs.: qaranlıq qovuşmaq, toran qovuşmaq, əbədiyyətə qovuşmaq.\n\nII. qarş.\n1. Bir-birini qovmaq, biri digərinin ardınca yüyürmək, bərk qaçmaqda yarışmaq. Uşaqlar həyətdə qaçıb qovuşurlar.\n2. At yarışında bir-birini keçməyə, ötməyə, arxada qoymağa çalışmaq. At qovuşmaq. qovuşuq sif. Bitişik, bir-birinə bağlı, arası olmayan; bütöv. qovuşuqluq is. Qovuşuq şeyin halı; bitişiklik, bir-birinə bağlılıq. qovut is. Qovrulmuş buğda, noxud və s. unundan hazırlanan və bəzən şəkər tozu və s. ilə qarışdırılıb yeyilən çərəz. ‣ Ağzına qovut verən yoxdur – əhəmiyyət verən yoxdur, qulaq asan yoxdur. qovzadılmaq məch. Qaldırılmaq. qovzama “Qovzamaq”dan f.is. qovzamaq f. dan. Qaldırmaq. [Oruc:] Bəli, tüfəngin çaxmağın yuxarı ayağa qovza ki, hamımız birdən tüfəngləri boşaldaq. M.F.Axundzadə. Dilmanc əlindəki kağızı yuxarı qovzayıb başladı oxumağa. C.Məmmədquluzadə. Başımı yavaşca qovzayıb yan-yörəmə baxdım. Heyvan sümüyündən və zibildən savayı bir şey görmədim. Çəmənzəminli. qovzanmaq məch. Qaldırılmaq. qovzatmaq icb. Qaldırtmaq. qoy əd. İcazə, razılıq, əmr, lazımlıq bildirir. Qoy qalsın. Qoy fikirləşsin. İstəyirsə, qoy getsin. Qoy uşaqlar həyətdə oynasınlar. Qoy bu işi o görsün. – Kim ki bu halə düşmədi, qoy vara kəndi halinə. Nəsimi. Qapında inləyim mən; Sözün de, dinləyim mən; Qoy axsın gözüm yaşı; Bir az sərinləyim mən. (Bayatı). İş apar, baş gedərsə, qoy getsin; Ad qalır, bəs deyilmi, millət ilə? M.Ə.Sabir. [Ağca xanım:] Qoyun! Yol verin! Həyat bağçasına su gəlir, qoyun, sel də olsa, səhraları bassın. Mir Cəlal. // Arzu bildirir. Qoy o göylərdəki ulduzlara çatsın səsimiz! S.Rüstəm. // Xüsusi intonasiya ilə söylənilərək, hədə bildirir. Qoy bir o bura gəlsin, mən ona göstərərəm. qoydurmaq “Qoymaq”dan icb. Surxay partladılacaq qayaya göz gəzdirdi. Dinamit qoydurdu. M.İbrahimov. qoyma 1. “Qoymaq”dan f.is.\n2. sif. Əslində olmayıb sonradan qoyulmuş; süni. Qoyma diş. – Qoyma xaldan xal olmaz. (Ata. sözü). qoymaq f.\n1. Bir şeyi bir yerə buraxmaq, bir şeyi bir yerə yerləşdirmək. Kitabı şkafa qoymaq. Paltarları sandığa qoymaq. Şeyləri yerinə qoymaq. Yaylığı cibinə qoydu. – [Qulu:] Otaq təmizdir. Ancaq heç şeyimiz yoxdur ki, qoyaq. N.Nərimanov. Kərim kitabı büküb pəncərəyə qoydu. M.İbrahimov.\n2. Əmanət vermək, tapşırmaq, saxlamaq üçün vermək. Pullarını əmanət kassasına qoymaq. Pullarını banka qoymaq.\n3. Oxumaq, işləmək və s. üçün bir yerə göndərmək, vermək, düzəltmək. Uşaqları məktəbə qoymaq. İşə qoymaq. – Ona binaən onu uşaq ikən gətirib şəhri-Qəzvində məktəbə qoydu. M.F.Axundzadə. Ağca xanımın təkidi ilə Gəldiyev İzzəti bağçaya qoydu. Mir Cəlal.\n4. Bir şey etməyə icazə vermək, yol vermək, imkan vermək, buraxmaq. [Cənnət:] Mirzə, .. o məni o qədər yandırıbdır ki, bundan sonra onu evə də qoymaq istəmirəm. N.Vəzirov. Ədə, Həsənəli, qoyma, öküz girdi bağçaya, ağacları sındıracaq. C.Məmmədquluzadə.\n5. Rahat buraxmaq, imkan vermək. Bir tacirin şöhrətinin dərdi qeyri bir taciri qoymaz yuxu yuxlasın. C.Məmmədquluzadə. Lakin qəza təşkilatları Qəhrəmanı özlüyündə qoymur, onu o yan-bu yana çəkişdirirlər. S.Rəhimov.\n6. Təxir etmək, saxlamaq, sonraya buraxmaq, başqa bir vaxta keçirmək, ləngitmək. Bu günün işini sabaha qoyma! Söhbəti sonraya qoyaq. İmtahanı axşama qoydular. – Yarın vüsalın istə bu gün, qoyma yarına; Yarın vüsalı yarına qalmaq gümanədir. Nəsimi.\n7. Həvalə etmək, yükləmək, tapşırmaq. Usta adı böyük addır, bu ad hər adamın üzərinə böyük vəzifələr qoyur.\n8. Təsis etmək, tikmək, qurmaq. Heykəl qoymaq. Abidə qoymaq. – ..Bu axır vaxtlarda Qafqazın müsəlmanları gözlərini açıb başlayıblar hey bir ucdan məktəb binası qoymağa. C.Məmmədquluzadə. Dənizdə buruq qoymağın çətinliyini yoldaşlar yaxşı bilirlər. M.Hüseyn.\n9. Geymək, yaxud geydirmək, başına keçirmək. Başına araqçın qoymaq. – [Rəxşəndə] saçlarını vurdurmuş, başına çəpəki olaraq qırmızı rəngli qadın papağı qoymuşdu. M.İbrahimov. Gənc qızlar yüyürüşüb oğlanın başına ətirli dağ çiçəklərindən .. çələnglər qoydular. M.Rzaquluzadə.\n10. Sərf etmək, işlətmək, xərcləmək. Pul qoymaq. Maya qoymaq. Mən bu işə zəhmət qoymuşam. – Bir də ayrıca-ayrıca yazıb göstərərdi ki, qonşularından nə qədər pul borc alıb, bayram süfrəsinə qoyubdur. S.Rəhimov.\n11. Müəyyən bir təsir əmələ gətirmək məqsədi ilə bir şeyin üstünə, arasına yerləşdirmək, salmaq, döşəmək. Kompres qoymaq. Zəli qoymaq. Xəstəyə banka qoymaq. Termometr qoymaq.\n12. Təyin etmək. Məsul işə qoymaq. Növbətçi qoymaq. Onu zavoda direktor qoyublar.\n13. Müəyyən etmək. Vaxt qoymaq. Möhlət qoymaq.\n14. Həll etmək, yerinə yetirmək, yaxud müzakirə üçün irəli sürmək, təklif etmək. Məsələni ciddi qoymaq. Qərarı müzakirəyə qoymaq.\n15. Yazı ilə ifadə etmək, işarə etmək; yazmaq. Durğu işarələri qoymaq. Şagirdə “yaxşı” qiymət qoymaq. Nişan qoymaq.\n16. Düzəltmək, təşkil etmək, tərtib etmək. Tamaşaya qoymaq. Təcrübə qoymaq.\n17. Bir adam və ya şey üçün hər hansı bir şərait, vəziyyət yaratmaq, bu və ya digər vəziyyətə, şəraitə düşməsinə səbəb olmaq. Çətin vəziyyətdə qoymaq. – Bəndə saldın mənim kimi dustağı; Çox məni qoyubsan darda, gül, Pəri. Aşıq Abbas. Kitayda yapon malını boykot eləyib, yapon karxanalarını işsiz qoyublar. C.Məmmədquluzadə. [Pristav:] Bu kasıb bədbəxtin öküzünü aparıbsan, əli qoynunda qoyubsan. Ə.Haqverdiyev.\n18. Bir şeyə lazımi vəziyyət vermək, lazımi şəklə salmaq. Gəzərkən ayaqlarını düzgün qoymaq.\n19. Uzatmaq, saxlamaq. Saç qoymaq. Bığ qoymaq. Saqqal qoymaq.\n20. Gedərkən özü ilə bərabər götürməmək, olduğu, çatdığı, gəldiyi yerdə buraxmaq. Uşaqları evdə qoymaq. Gözlüyümü evdə qoymuşam. – İskəndər onlara [qala əhlinə] başqa yer verib, qalanı təmir etdirdi və orada bir qədər qoşun qoydu. ..A.Bakıxanov.\n21. Hər hansı bir vəziyyətdə, şəkildə, halda saxlamaq. Məsələni açıq qoymaq (həll etməmək). Məni rahat qoy! Bu hadisə bizi heyrətdə qoydu.\n22. Saxlamaq. Axşama bir az çörək qoy.\n23. Buraxmaq, buraxıb getmək, tərk etmək, atmaq, atıb getmək (bəzən “qoyub getmək” şəklində işlənir). Yoldaşını təhlükədə qoyma! Ailəsini qoyub getdi. – A kişi, ya bez, ya zər, sizə nə? Nə gətirdi öz evinə aparacaq. Sənin evində ki qoymayacaq. H.Sarabski. Əziziyəm, bir yana; Bir alışa, bir yana; Camalın müştağıyam; Qoyub getmə bir yana. (Bayatı).\n24. Keçmək, fəda etmək, sərf etmək, həsr etmək. Vətən yolunda canını qoymaq. – Yolunda qoydu Nəsimi cahan ilə canı. Nəsimi.\n25. dan. Kəsilmək, dayanmaq, yox olmaq. Dişimin ağrısı qoydu.\n26. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ad qoymaq, qol qoymaq, çay qoymaq, səsə qoymaq, lağa qoymaq, araya qoymaq. qoyulma “Qoyulmaq”dan f.is. qoyulmaq məch.\n1. Bir yerə yerləşdirilmək; düzülmək. Kitabların hamısı şkafa qoyuldu. – Bir azdan sonra stol üzərinə qələm, kağız və mürəkkəb qoyuldu. M.S.Ordubadi. Sürahilər şərbət və şərablarla doldurulub, sərin bulaqlara qoyulmuş(du). M.Rzaquluzadə.\n2. Əmanət verilmək, saxlanmaq üçün verilmək. Pullar əmanət kassasına qoyulmuşdur.\n3. İcazə verilmək, müsaidə edilmək, rüsxət verilmək, imkan verilmək, buraxılmaq. Heç kəs içəri qoyulmur. Zala adam qoyulmur.\n4. Oxumaq, işləmək və s. üçün bir yerə göndərilmək, verilmək, düzəldilmək. Uşaqların üçü də məktəbə qoyulmuşdur.\n5. Saxlanmaq, təxirə salınmaq, ləngidilmək, keçirilmək. İclas sabaha qoyulmuşdur.\n6. Tapşırılmaq, həvalə edilmək. Üzərimizə çox məsul vəzifələr qoyulmuşdur. Siyahını tutmaq onun öhdəsinə qoyulmuşdur.\n7. Yüklənmək, vurulmaq. Arabalara ağır yük qoyulmuşdur.\n8. Təsis edilmək, tikilmək, qurulmaq. Dənizin içində çoxlu buruq qoyulmuşdur. Dünən klub binasının özülü qoyuldu. – Qoyuldu özüllər, boylandı tağlar. M.Müşfiq.\n9. Geyilmək, keçirilmək. Başa papaq qoyulmaq.\n10. Sərf edilmək, işlənmək. Bu işə çoxlu zəhmət qoyulmuşdur.\n11. Bir şeyin üstünə, yaxud arasına yerləşdirilmək, salınmaq, döşənmək. Kompres qoyulmaq. Quyunun ağzına böyük bir daş qoyulmuşdur.\n12. Təyin edilmək. Məsul işə qoyulmaq. Növbətçi qoyulmaq. – Kəndin ətrafına qarovul qoyuldu. M.Hüseyn.\n13. Həll edilmək, yerinə yetirilmək, yaxud müzakirə üçün irəli sürülmək, təklif edilmək. Məsələ ciddi qoyulmuşdur.\n14. Yazılmaq, işarə edilmək. Durğu işarələri düzgün qoyulmamışdır.\n15. Düzəldilmək, təşkil edilmək, tərtib edilmək. Bu gecə səhnədə hansı pyes qoyulacaqdır? Təcrübə qoyulmaq.\n16. Müəyyən edilmək, qərarlaşdırılmaq, lap ibtidadan verilmək. İnsanın təbiətində iki ümdə xasiyyət qoyulubdur. M.F.Axundzadə.\n17. Saxlanılmaq. Axşama heç bir şey qoyulmayıbdır. qoyuluş is.\n1. Qoyulma (bax. qoyulmaq 10-cu mənada). Su təsərrüfatı tədbirlərinə kapital qoyuluşu 50 faizdən çox artmalıdır.\n2. Qoyulmaq tərzi, qoyulmaq qaydası. Kərpicin qoyuluşu.\n3. İrəli sürülmə, meydana atılma. Məsələnin qoyuluşu, müzakirəsi və həlli elə gəlib yetişmişdi ki, burada hiylə olduğunu heç kəs güman etməzdi. Mir Cəlal. qoyum is. köhn. Qızıl və gümüşdən düzəldilmiş bəzək şeyləri, ya qab-qacaq. qoyumçu sif. köhn. Qızıl-gümüşdən qabqacaq, bəzək şeyləri qayıran usta; zərgər. qoyumçuluq is. köhn. Qoyumçu sənəti, qızıl və gümüşdən qab-qacaq və zinət şeyləri qayırmaq sənəti; zərgərlik. qoyun I. is. Ət, yun və süd verən sıx, qıvrım tüklü gövşək ev heyvanı. Alışan tayaların işığında hürküşüb bir-birinə qarışmış qoyun sürüləri mələşir. M.Rzaquluzadə. ‣ Qoyun kimi – təbiətcə çox yumşaq, həlim, sakit, dinc. Qoyunu qoyun ayağından, keçini keçi... – hər kəsə öz əməlinə, işinə və s.-yə görə yanaşmalı, qiymətləndirməli. Qoyunu qurda tapşırmaq – etibar edilə bilməyən adam haqqında. Qurdla qoyun bir yerdə otlayır – əmin-amanlıq, asayiş, dinclik mənasında.\n\nII. is.\n1. Ağuş, qucaq. Anası uşağı qoynuna alıb yatdı. – Necə ki, insana qurbağanı ələ alıb qoynuna qatmaq nagüvara gələr, elə də bəlkə bundan artıq Zeynəbə Xudayar bəyin iri burnuna və kifir sifətinə baxıb ona ər demək nagüvara və naxoş görünürdü. C.Məmmədquluzadə. Bütün bir səhəri yalvardım durdum; Boş qalmış qoynuna çiçək doldurdum. Ə.Cavad. // Obrazlı təsvirlərdə. Xəzər dənizinin qoynuna girmiş olan Bakı şəhərinin gecəsini .. elektrik işıqları alaqaranlıq bir səhərə çevirmişdi. A.Şaiq. [Beyrək] .. yüyürüb özünü köpüklənən dalğaların qoynuna atdı. M.Rzaquluzadə.\n2. Paltarın döşə qovuşan yeri, döşü; qoltuq. Molla İbrahim Xəlil .. saatı qoyun cibindən çıxarıb baxır. M.F.Axundzadə. Mən kağızı qoynumdan çıxarıb ona verdim. M.S.Ordubadi. Kiçikxanım şəkli qoynuna qoydu. Mir Cəlal. qoyunboğan is. bot. Rütubətli yerlərdə bitən alaq bitki. qoyunçu is.\n1. Qoyunçuluq mütəxəssisi. // Qoyun saxlamaqla, qoyunçuluqla məşğul olan adam, təsərrüfat. Keçən təsərrüfat ilində qoyunçularımız hər yüz ana qoyundan yüz quzu almışlar.\n2. köhn. Satmaq məqsədi ilə qoyun yetişdirib saxlayan adam; sərkar. qoyunçuluq is. k.t. Qoyun yetişdirmə, qoyun saxlama. Qoyunçuluq sovxozu. Qoyunçuluq təsərrüfatı. Kolxozun qoyunçuluq ferması. Qoyunçuluğun inkişafı. qoyun-quzu top. Qoyunlar, quzular bir yerdə; davar. Çöldən gəlir mal-qara, mələşir qoyun-quzu. R.Rza. qoz is.\n1. Bərk qabıqlı, qoşa ləpəli bir meyvə. Qoz ləpəsi. – Teyibə evə yolu düşəndə Bahadır üçün həmişə fındıq, qoz, saçaqlı konfet, iydə və bəzən xurma gətirirdi. M.Hüseyn. // Bu meyvənin ağacı. Qoz ağacından əla mebel hazırlanır. – Molla Qasım həyətdə qoz ağacının altında həsir saldırıb uzanmışdı. S.S.Axundov.\n2. dan. Qoza oxşayan şiş, ur, çıxıq. Alnından qoz çıxıb. ‣ Qoz qabığına girmək – qorxudan qaçıb özünə bir sığınacaq tapmaq, qorxudan qaçıb gizlənmək. Qoz qabığına salmaq (soxmaq) – çox sıxışdırmaq, çıxılmaz vəziyyətə salmaq. Qoz-qoz oynamaq – bəhsləşmək, dikbaşlıq etmək. [Xasməmməd:] Ancaq bir şərtlə ki, o .. bizimlə qoz-qoz oynamasın. C.Cabbarlı. Qozunun üstünə qoz qoymaq – dərdini daha da artırmaq, işini daha da çətinləşdirmək. qoza is.\n1. Palıd, şam və qayın ağaclarının qoza oxşayan yeyilməyən meyvəsi. Səndə bitər bir neçə vecsiz qoza; Ancaq o da qismət olar donquza. M.Ə.Sabir.\n2. Pambıq kolunun hələ açılmamış, yuvarlaq şəkilli və içində pambıq olan qönçəsi. Pambıq qozası. – Vıyıldayan şiddətli külək pambıq kollarını dalğalandırır, qurumuş qozaları xəzəl kimi xışıldadırdı. M.Hüseyn.\n3. Keçmişdə qadın paltarının qollarında gümüş, ya qızıldan yuvarlaq bəzək. qozacıq is. Balaca qoza, kiçik qoza. qozalama “Qozalamaq”dan f.is. qozalamaq f. Qoza gətirmək, qoza ilə örtülmək, düymələnmək (pambıq, palıd ağacı və s.). [Pambıq kollarının] biri açılmağa başladığı halda, digəri yenicə qozalayırdı. Ə.Vəliyev. qozalanma “Qozalanmaq”dan f.is. qozalanmaq f. Qoza halına gəlmək. Qoza tökmək. qozavari sif. Qoza kimi, qozaya oxşayan. qozbel sif.\n1. Döş və ya arxa sümüklərinin əyilməsi nəticəsində beli qoz kimi qalxıq; donqar. Qozbel adam. – [Qulu:] Podnos elə köhnədir ki, ortası qozbel adamın beli kimi qalxıbdır. S.S.Axundov. // İs. mənasında. [Dilbər:] Doğru demişlər: qozbeli qəbir də düzəldə bilməz. C.Cabbarlı.\n2. Bükülmüş, əyri, bir tərəfi çıxıq. Qozbel tir. Qozbel divar. qozdəstə is. dan. zar. Tapança. Zeynal .. Veysin belindəki tapançaya baxıb, astadan zarafatla dedi: – Bəlkə sən bu qozdəstəni çayqıraqlılara göstərmək istəyirsən? Ə.Əbülhəsən. qozqurab is. bot. Tarlalarda torpaq altında bitən kiçik kartofa bənzər kök bitki. qozqurmaq (=qozqurtmaq) f. dan. Özündən uydurub söyləmək, uydurma sözlər danışmaq, əcaib şeylər danışmaq, cəfəngiyat danışmaq, lovğalanmaq, öyünmək, gop basmaq. [Divanbəyi:] A kişi, sən nə qozqurursan? M.F.Axundzadə. [Mirzə Səməndər:] A kişi, sən çox qozqurtma ha! Sənin kimiləri çox görmüşük. C.Cabbarlı. qozqurtmaq (=qozqurmaq) f. dan. Özündən uydurub söyləmək, uydurma sözlər danışmaq, əcaib şeylər danışmaq, cəfəngiyat danışmaq, lovğalanmaq, öyünmək, gop basmaq. [Divanbəyi:] A kişi, sən nə qozqurursan? M.F.Axundzadə. [Mirzə Səməndər:] A kişi, sən çox qozqurtma ha! Sənin kimiləri çox görmüşük. C.Cabbarlı. qozla (=qozlu) [rus. kuzlı] Araba və fayton kimi miniklərdə sürücü oturan yer; şahnişin. ..Bacım Tutunu, on səkkiz yaşındakı oğlunu da qoydum faytona, kuçerimiz Əsədi mindirdim qozluya və özüm də mindim. C.Məmmədquluzadə. Gədə də tüfəngi götürüb yuxarıda, qozluda əyləşdi. S.Rəhimov. Qozlada oturan başınişanlı fərraş yerə tullandı. P.Makulu. qozlu (=qozla) [rus. kuzlı] Araba və fayton kimi miniklərdə sürücü oturan yer; şahnişin. ..Bacım Tutunu, on səkkiz yaşındakı oğlunu da qoydum faytona, kuçerimiz Əsədi mindirdim qozluya və özüm də mindim. C.Məmmədquluzadə. Gədə də tüfəngi götürüb yuxarıda, qozluda əyləşdi. S.Rəhimov. Qozlada oturan başınişanlı fərraş yerə tullandı. P.Makulu. qozlanma “Qozlanmaq”dan f.is. qozlanmaq f. dan. Kibrlənmək, təşəxxüslənmək, qürrələnmək, lovğalanmaq, kişilənmək. qozluq is. Çoxlu qoz ağacı bitən yer, qoz meşəsi. qönçə is. [fars.] Açılmamış qızılgül və ya başqa çiçək; gül və ya başqa çiçəyin tumurcuğu. Qızılgül qönçə açmışdır. – Bülbül qonub qönçə üstə; Nə şirin dillər açılıb. Aşıq Əli. // Sif. mənasında. Açılmamış, qönçə halında olan. Qönçə gül. – Ətir saç aləmə, sən, ey qönçə gül! S.Vurğun. // Obrazlı təşbehlərdə. Qaydasıdır qönçə yatar xar ilə; Bülbül kimi zimistanə gözlərin. Aşıq Pəri. Mürur ilə gül qönçəsi açılar; O, zor ilə açılsa, bərbad olar. M.Möcüz. Sən sevgili vətənciyimin gül fidanısan! Sən bir gözəlcə qönçəsən, amma yabanısan! A.Səhhət. // Al, qızılgül rəngi. Bir anda qızın yanaqlarını bir bahar qönçəsinin rəngini andıran qızartılar bürüdü. M.İbrahimov. // klas. Gözəlin ağzı, dodaqları, yaxud özü qönçəyə oxşadılır. Ey qönçə ağızlı, bəni yandırdı hicrin dikəni; Gəl, gəl ki, sənsiz qönçə tək doldu içim qan, qandasan? Nəsimi. Könlüm açılır zülfipərişanını görcək; Nitqim tutulur qönçeyi xəndanını görcək. Füzuli. Qamətin tək heç bir qamət biçilməz; Dodaqların tər qönçədən seçilməz. M.P.Vaqif. Çiçəklər açarkən gülüşlərindən; Xəlq olmuş o qönçə dodağın sənin! A.Şaiq. qönçəcik is. Zərif qönçə. Şəmə pərvanə şövqmənd olmuş; Qönçəciklər həbibidir budağın. A.Səhhət. qönçədəhan (=qönçədəhən) sif. və is. [fars.] klas. Ağzı qönçə kimi kiçik və gözəl. Bir təbəssüm qıl xuda üçün, güli-qönçədəhan. Kişvəri. Ey qönçə-dəhanü sərvqamət; Gül, oyna, zəmani et fərağət! Füzuli. Soruşdum qızlardan, Allahı sevən; Neçin mükəddərdi o qönçədəhən? Q.Zakir. [Şeyx Sənan:] ..Söylə, ey nazənin qönçədəhən! Söylə, ruhum, nə tez unutdun sən. H.Cavid. Könlümü qan eyləyən varmı bu aləmdə məgər; Bir sənin tək üzü-gül, qönçədəhəndən qeyri? Ə.Vahid. qönçədəhən (=qönçədəhan) sif. və is. [fars.] klas. Ağzı qönçə kimi kiçik və gözəl. Bir təbəssüm qıl xuda üçün, güli-qönçədəhan. Kişvəri. Ey qönçə-dəhanü sərvqamət; Gül, oyna, zəmani et fərağət! Füzuli. Soruşdum qızlardan, Allahı sevən; Neçin mükəddərdi o qönçədəhən? Q.Zakir. [Şeyx Sənan:] ..Söylə, ey nazənin qönçədəhən! Söylə, ruhum, nə tez unutdun sən. H.Cavid. Könlümü qan eyləyən varmı bu aləmdə məgər; Bir sənin tək üzü-gül, qönçədəhəndən qeyri? Ə.Vahid. qönçədodaq (=qönçədodaqlı) sif. Dodaqları qönçə kimi gözəl, zərif. Ucaboylu, incəbelli, qönçədodaqlı .. qız utanaraq, qumral saçlarını üzünə örtüb, ürkmüş maral kimi evə qayıdır. H.Sarabski. qönçədodaqlı (=qönçədodaq) sif. Dodaqları qönçə kimi gözəl, zərif. Ucaboylu, incəbelli, qönçədodaqlı .. qız utanaraq, qumral saçlarını üzünə örtüb, ürkmüş maral kimi evə qayıdır. H.Sarabski. qönçələb sif. [fars.] bax. qönçədodaq(lı). qönçələnmə “Qönçələnmək”dən f.is. qönçələnmək f. Qönçə açmaq; açılmaq. Sənin açıq, ağ alnını öpdü sərin küləklər; Hər addımın dəyən yerdə qönçələndi çiçəklər. S.Vurğun. Laləli yaz gəlsin, gül qönçələnsin; Yetişsin bülbüllər gülə, sevgilim! Aşıq Hüseyn. // Məc. mənada. [Ağabəyim ağanın] yalnız ağ tafta köynəkdə qönçələnən köksü həyəcan içində çırpınırdı. Çəmənzəminli. qönçəli sif. Qönçə açmış, çiçəkli, güllü. Pəncərədən baxanda qumluq səhra yox, yaşıl ağaclar, güllü qönçəli kollar görünsün. Mir Cəlal. qönçəlik is. Gülün qönçə halı, qönçə vaxtı. Gül qönçəlikdə gərçi olur xarə aşina; Açsa niqabını, olur əğyarə aşina. S.Ə.Şirvani. qövl is. [ər.] Söz, danışıq. Onun qövlü ilə işi düz gəlmir. – Qövli-zahidlə əməl etməmişəm həşr günü; Var ümidim ki, mənə dadrəs olsun bu əməl. S.Ə.Şirvani. Mənəmmənəm deyənlərin inanma çox da qövlünə; Gərəkli gündə onların qıçındakı fərari gör! M.Ə.Sabir. qövlən zərf [ər.] Sözlə, sözlə olaraq (felən ziddi). qövm [ər.] Kiçik xalq, tayfa. Bu qövm bizim vətənimizin başına elə müsibətlər gətirmişlər və onun xarabalığına səbəb olmuşlar ki, onları xatırlayarkən ağıllı bir insanı ağlamaq tutmaya bilməz. M.F.Axundzadə. qövmi sif. [ər.] Qövmə mənsub olan, bir xalqa aid olan. qövmiyyət is. [ər.] Bir qövmə, bir xalqa mənsub olma. Çünki buna onların qövmiyyəti də icazə verir. M.S.Ordubadi. qövr qövr etmək – narahat etmək, incitmək, daim özünü hiss etdirmək. Sinəsinə vurulan yara yenidən qövr elədi. Mir Cəlal. Səlim ürəyində qövr edən dərdi gizlədə bilmədi. M.Hüseyn. Qocanın ifadəsindəki inam çobanı tutdu, ürəyində qövr edən odu soyutdu. M.Rzaquluzadə. Son qoysun bu gecə, əsr-əsr; Ürəklərdə qövr eləyən, möhnətə, dərdə. R.Rza. qövs is. [ər.]\n1. Yay, kaman. // Şəkilcə qövsü xatırladan, qövsə oxşayan şey. Qəzadır qaşların qövsi, qədərdir kirpigin səhmi; Bəni amac üçün eynin bu mənindən nişan etdi. Nəsimi. Qızların qövs qaşları və sehirli gözləri qaraldı. M.S.Ordubadi. ..Fişənglər havada qırmızı qövs təşkil edərək, arxaya əyilib söndü. Ə.Əbülhəsən.\n2. hənd. Dairə çevrəsinin və ya digər əyri xəttin bir hissəsi. Dairənin qövsü. Qövs cızmaq.\n3. Xüsusi terminologiyada: qövs lampaları, generatorları, fənərləri. Elektrik işıq mənbələri, qövs və közərmə lampaları XIX əsrin ikinci yarısında ixtira edilmişdir. qövsi sif. [ər.] Qövs şəklində olan. [Səttarxanın] əymə və qövsi qaşları qalxır(dı). M.S.Ordubadi. qövsi-qüzeh is. [ər.] Günəş şüalarının havadakı yağış damcılarından keçərkən sınması nəticəsində göydə görünən rəngarəng yarımdairə şəkilli qurşaq; göy qurşağı, qarınənə örkəni. Hər şey günəşə qurutdu yaşın; Qövsi-qüzeh açdı tər qumaşın. Xətayi. Bir gün [Qadir] qövsi-qüzehdən danışarkən, Sona cumub təmiz bir stəkan dolusu su gətirmiş(di). Ə.Əbülhəsən. // Obrazlı təşbehlərdə. Bəyaz cəbinində qövsi-qüzehtək; Hərami qaşların tağı görünsün. Q.Zakir. Qövsi-qüzeh gözlü, ləbləri yəmən; Camalın şairə veribdir nişan. Şair Vəli. // Qövsi-qüzehə oxşar rəngarəng şey haqqında. Havada yavaş-yavaş qövsi-qüzeh düşür kimi Münəvvərin çöhrəsi rəngarəng olmaqdadır. M.S.Ordubadi. qövsşəkilli bax. qövsvari. qövsvari sif. Qövsə oxşar, qövs şəklində. Sərvkimilər fəsiləsinin .. yarpaqları sadə və tam kənarlı olub, qaidəsindən ucuna doğru qövsvari və ya paralel şəkildə damarlanır. Qədirov. qövşə is. Qabıq, qın. qradonaçblnik [rus. qradonaçalğnik] 1917-ci il inqilabından qabaqkı Rusiyada xüsusi əhəmiyyəti olan şəhərlərdə qubernator hüququnda olan polis rəisi. [Umudbəyov] ..Nikolay vaxtında nər-nər nərildəyirdi və qradonaçalnik Martınova küçədə elə bir şapalaq vurdu ki, səsi düz Peterburqa getdi. C.Məmmədquluzadə. qraf [alm.] Qərbi Avropada və 1917-ci il inqilabından qabaqkı Rusiyada (knyaz ilə baron arasında orta) zadəgan rütbəsi və bu cür rütbəsi olan adam. [Əmiraslan ağa:] ..Mənim oğlum rusların knyaz, qraf, baron .. övladlarından artıq və əzizmidir? S.S.Axundov. qrafa [yun.] Cədvəllərdə iki vertikal xətt arasındakı sütun; bölmə. qrafem is. [yun.] Yazılı nitqin ən kiçik vahidi; hərf. qrafik I. [yun.] Qrafika mütəxəssisi olan rəssam. Qrafiklərin sərgisi.\n\nII. [yun.]\n1. Müxtəlif proseslərin kəmiyyətcə vəziyyətinin cizgilərlə (xətlərlə) təsviri. Hava təzyiqinin dəyişməsini göstərən qrafik.\n2. İstehsalatda, nəqliyyatda və s.-də işlərin görüləcək müddətini və normaları dəqiq göstərən cədvəl, plan. Qrafik üzrə işləmək. Qrafikdən kənara çıxmaq. – Görmürmü ki, yel bizim qrafiki vurdu dağıtdı? Mir Cəlal. Gündəlik qrafikin həyata keçirilməsi haqqında siz heç düşünmüsünüzmü? Ə.Sadıq.\n\nIII. sif. Qrafikaya aid olan; qrafika əsasında təsvir edilən. Səslərin qrafik təsviri. Qrafik üsul. qrafika [yun.]\n1. Əşyanın şəklini boyasız olaraq xətlər, cizgilər vasitəsilə çəkmə üsulu. Qrafika əsərləri. Füzulinin qrafika üsulu ilə çəkilmiş şəkli. // top. Bu üsul ilə ifa olunmuş sənət əsərləri. Qrafika sərgisi.\n2. dilç. Canlı nitqin yazı işarələri ilə təsviri; yazı, yaxud çap işarələrinin, hərflərin şəkli. qrafin is. [ital.] Su, içki və başqa mayelər tökmək üçün şüşədən, yaxud büllurdan dar, uzunboğaz qab. Şüşə qrafin. Büllur qrafin. – Stol üzərindəki qrafindən stəkana su töküb içdim. A.Şaiq. Aralığa İran adabı üzrə çay deyil, balaca zərli qrafinlərdə konyak və şirniyyat gətirdilər. M.İbrahimov. qrafinya [rus.] Qraf arvadı, yaxud qızı. qrafit [alm.]\n1. Qurğuşun parıltısına çalar qara rəngli mineral.\n2. Karandaşın içərisinə qoyulan bu mineraldan, yaxud başqa rəngli maddədən ibarət mil. qraflıq is.\n1. Qraf titulu, qraf ünvanı.\n2. Feodalizm quruluşunda: qraf mülkləri, qraf malikanəsi.\n3. İngiltərədə, İrlandiyada, ABŞ-da, Kanadada və bəzi başqa ölkələrdə iri inzibatiərazi bölgüsü. qram [fr.] Metr ölçü sisteminin çəki vahidi (1 kub santimetr suyun çəkisinə bərabərdir). ‣ Qram-atom kim. fiz. – kimyəvi elementin, öz atom çəkisinə bərabər olan qramlarının sayı. Qram-molekul kim. fiz. – maddənin, öz molekul çəkisinə bərabər olan qramlarının sayı. qrammatik sif. Qrammatikaya aid olan, qrammatikaya əsaslanan. Dilin qrammatik quruluşu. Qrammatik təhlil. Qrammatik qanunlar. Qrammatik xüsusiyyətlər. qrammatika is. [yun.]\n1. Dilçilik elminin söz və cümlənin quruluşunu öyrənən və buna müvafiq olaraq iki hissədən – morfologiya və sintaksisdən ibarət olan bölməsi. Müqayisəli qrammatika. Tarixi qrammatika.\n2. Hər hansı bir dilə xas olan sözlərin dəyişməsi və cümlə içərisində birləşməsi üsul və qaydalarının məcmusu. // Bir dilin həmin üsul və qaydalarından bəhs edən dərs kitabı. Orta məktəblər üçün Azərbaycan dili qrammatikası. qrammofon [yun.] Xüsusi lövhəciklərə (vallara) yazılmış səsləri eynən təkrar edən borulu musiqi cihazı; borulu patefon. Qrammofon çalmaq. Qrammofon valı. – Yanında bulunan qadınlar .. [Gülzarı] yayındırmaq və əyləndirmək üçün qrammofon oxudurlardı. T.Ş.Simurq. qran I. [lat.] riyaz. 0,062 qrama bərabər aptek çəki vahidi.\n\nII. is. [fars.] Bir riala bərabər İran gümüş pulu. Eybi yoxdur, Yusif əmi, beş-altı qran hazır elə ki, verək seyidlərə. C.Məmmədquluzadə. Təziyyə məclisinə gələn yoxsulların hər birinə bir qran pul ehsan verilməsi qərara alınmışdı. M.S.Ordubadi. qranat [ital.]\n1. Partlayıcı top gülləsi; qumbara. • Əl qranatı – əl ilə atılan kiçik qumbara.\n2. idm. Yüngül atletikada: uzağa və ya hədəfə atılan idman aləti. qranatatan is. hərb. Qranat atmaq üçün silah. qranit [ital.] Çox bərk süxur (daş). Daş qayaya baxdım, dedim: qranitin nə bərkdir; Dedi: sənin tanklarından mənim daşım köyrəkdir. R.Rza. // Qranitdən düzəldilmiş, tikilmiş. Mirzə qəbiristanlığa nəzər saldı... Adamboyu başdaşılar, qranitdən yonulmuş büstlər, dəmirdən şəbəkə hasarlar... İ.Məlikzadə. // Müqayisələrdə möhkəmlik, sarsılmazlıq, davamlılıq, bərklilik mənasında. Aslan qranit külçəsi kimi ağır və güclü idi. M.İbrahimov. qranlıq is. Saylarla birlikdə qranın miqdarını bildirir. Düyünçədə ağır günlər üçün saxlanılmış on dənə iki qranlıq pul vardı. P.Makulu. qrant “Kran” sözünün danışıq dilində işlənən forması. İki qrantdan su şırıltı ilə tökülürdü iki hovuza. C.Məmmədquluzadə. Salmanova qrantın altında əlini yudu. Ə.Əbülhəsən. qranul is. [lat.] Dənəvərləşdirilmiş qatışıq yem. qravitasiya is. [lat.] fiz. Ümumdünya cazibəsi. qravüra [fr.] Hər hansı bir bərk materialın (metal, ağac, şüşə və s.) hamar üzündə qazılmış və ya aşındırılmış şəkil, naxış. // Üzərində şəkil qazılmış və ya aşındırılmış lövhə. qravüraçı is. Qravüra ustası. qreyder [ing.] tex.\n1. Yol saldıqda, yaxud təmir etdikdə torpaq laylarını kəsib kənara çəkmək, habelə suvarma kanalları çəkmək və s.-də istifadə edilən çarxlı qoşma maşın. Maşın-meliorasiya dəstəsi yaradılmış və onun ixtiyarına iki qreyder verilmişdir. (Qəzetlərdən).\n2. Qreyderlər vasitəsilə düzəldilmiş yol. qreyderçi is. xüs. Qreyder maşınında işləyən fəhlə. Qreyderçilər arasında yarış genişlənmişdi. qrifel [alm.] Daşaoxşar xüsusi materialdan düzəldilmiş yazı taxtası üzərində yazmaq üçün daş qələm. qrim [ital.] Aktyorun səhnədə ifa edəcəyi rola görə üzünə lazımi şəkil verməsi üçün işlədilən vasitələr (boyalar, bığ, saqqal, saç və s.). • Qrim eləmək (etmək) – bax. qrimləmək. [Mazandaranski:] Oqtay elə bir qrim eləmiş ki, nə deyim. C.Cabbarlı. Paltarlar hazır olandan sonra hərə öz bacardığı kimi qrim edirdi. S.Rəhman. qrimçi is. Qrim hazırlayan və qrimləmə işində aktyora kömək edən teatr işçisi; qrim mütəxəssisi. qrimləmə “Qrimləmək”dən f.is. qrimləmək f. Qrim vasitəsilə üzünə lazımi surət vermək. Artistləri qrimləmək. qrimlənmə “Qrimlənmək”dən f.is. qrimlənmək qayıd. Üzünə qrim vurmaq. Artist güzgünün qabağında oturub qrimlənir. qrimlənmiş f.sif. Üzünə qrim vurmuş. Qrimlənmiş artistlər. qrimlətmək icb. Qrim vurdurmaq. qrimli sif. Üzündə qrim olan, üzünə qrim vurmuş. qrip [fr.] tib. Nəfəs yollarının iltihabı, qol və qıçların ağrıması, əzginlik və s. şəklində təzahür edən çox yoluxucu xəstəlik. Qrip ilə mübarizə. qripli sif. və is. Qrip xəstəliyinə tutulmuş (adam). qrossmeyster [alm.] Şahmat ustalarına verilən yüksək ad və bu adı almış şahmatçı. qrossmeysterlik is. şahm. Qrossmeyster adı. qrup is. [alm.]\n1. Bir yerdə, bir-birinə yaxın olan bir neçə adam, heyvan, şey və s.; dəstə. Bir qrup adam. // Bir neçə adamın qrafik təsviri, yaxud birgə fotoşəkli. Qrup ilə şəkil çəkdirmək.\n2. Siyasi görüşləri, məqsədləri, peşələri və s. bir olan adamlar birləşməsi (dəstəsi). İctimai qruplar. Ədəbi qruplar. Təbliğatçılar qrupu. Desant qrupu.\n3. Elmi təsnifatda: ümumi sistemin hissəsi, qismi, şöbəsi. Elmlər qrupu. Bitki maddələri qrupu.\n4. Birgə məşğələ üçün birləşmiş bir neçə adamdan ibarət dəstə. İngilis dilini öyrənənlər qrupu. qrupbaz is. [alm. qrup və fars. ...baz] Qrupbazlıqla məşğul olan adam; dəstəbaz. qrupbazlıq is. Ümumi mənafe ziddinə olaraq məhdud bir qrupun mənafeyini müdafiə etmə; hər hansı bir kollektivin işində vəhdət olmaması, dəstələrə ayrılma; dəstəbazlıq. qrupcuq is. Kiçik qrup, balaca qrup, balaca dəstə. qruplaşdırılma “Qruplaşdırılmaq”dan f.is. qruplaşdırılmaq məch. Qrup-qrup düzəldilmək, qruplar şəklində birləşdirilmək, dəstə-dəstə edilmək; təsnif edilmək. qruplaşdırılmış f.sif. Qrup-qrup düzəldilmiş, qruplar şəklində birləşdirilmiş, dəstə-dəstə edilmiş; təsnif edilmiş. qruplaşdırma “Qruplaşdırmaq”dan f.is. qruplaşdırmaq f. Qrup(lar) halında birləşdirmək, qrup-qrup düzmək, yerləşdirmək; dəstələmək, dəstə-dəstə etmək; təsnif etmək. qruplaşma 1. “Qruplaşmaq”dan f.is. Mütləqiyyətin yıxılması ilə əlaqədar olaraq, Şehli kəndində qruplaşmalar gedirdi. S.Rəhimov.\n2. bax. qrup 2-ci mənada. qruplaşmaq f. Qrup-qrup olmaq, dəstədəstə olmaq, qruplar şəklində birləşmək, toplaşmaq. Hər tərəfdə atlı və piyada qoşun dəstələri dolaşır, hər tində qruplaşmış jandarm və polis dəstələri gəzirdi. M.S.Ordubadi. qu (=qu quşu) is.\n1. Ördək fəsiləsinə mənsub ağ (nadir hallarda qara) yumşaq tüklü, uzun boyunlu, gözəl iri su quşu; sona. Qara qu. – Qeyr ilə yarım gedir, gərdən çəkib bir qu kimi; Qalmışam viranələr küncündə mən bayqu kimi. S.Ə.Şirvani.\n2. Qu tükündən hazırlanmış. Qu balış. – Nuşu iki qu balışı, sabun köpüyü kimi şişirdib, çarpayının ortasına qoydu. Ə.Əbülhəsən. Yasavulbaşının altındakı döşək, dirsəkləndiyi balış .. zərif qu tükündən idisə də, o yenə dincələ bilmirdi. M.Rzaquluzadə. qu quşu (=qu) is.\n1. Ördək fəsiləsinə mənsub ağ (nadir hallarda qara) yumşaq tüklü, uzun boyunlu, gözəl iri su quşu; sona. Qara qu. – Qeyr ilə yarım gedir, gərdən çəkib bir qu kimi; Qalmışam viranələr küncündə mən bayqu kimi. S.Ə.Şirvani.\n2. Qu tükündən hazırlanmış. Qu balış. – Nuşu iki qu balışı, sabun köpüyü kimi şişirdib, çarpayının ortasına qoydu. Ə.Əbülhəsən. Yasavulbaşının altındakı döşək, dirsəkləndiyi balış .. zərif qu tükündən idisə də, o yenə dincələ bilmirdi. M.Rzaquluzadə. quaş is. [fr.]\n1. Qeyri-şəffaf sulu rəng.\n2. Həmin rəng ilə çəkilən şəkil. quba (=quba-qaz) is. şair. Vəhşi qaz. Sona tək silkinib gərdən çəkəndə; Bənzəyirsən quba-qaza, Müşkünaz! Aşıq Ələsgər. Göllər üstə seyrə çıxmış sonalar; Qatarlaşıb quba-qaz gəlib gedir. Çoban Əfqan. Bir qıy vurram, göydən gedən quba-qazlar qanad salar. R.Rza. quba-qaz (=quba) is. şair. Vəhşi qaz. Sona tək silkinib gərdən çəkəndə; Bənzəyirsən quba-qaza, Müşkünaz! Aşıq Ələsgər. Göllər üstə seyrə çıxmış sonalar; Qatarlaşıb quba-qaz gəlib gedir. Çoban Əfqan. Bir qıy vurram, göydən gedən quba-qazlar qanad salar. R.Rza. qubar is. [ər.]\n1. klas. Toz, torpaq.\n2. məc. Kədər, dərd, qəm, qüssə. Getdi o köhnə qubari ki, gözümdə var idi. Heyran xanım. Zülmətin yer üzünü qaplaması; Qəlblərdə oyandırırdı qubar. C.Cabbarlı. Keçər ürək dərdi, könül qubarı; Gəl etmə meydançada cövlan, ayrılıq. N.Rəfibəyli. • Qubar bağlamaq – bax. qubarlanmaq. Qubar etmək (eyləmək) – kədərləndirmək, qəmləndirmək, dərdləndirmək. Göz yaşı tökdükcə könül; Dəxi də çox qubar eylər. Q.Zakir. İndi Mədəd muzdur şərtnamələrini xatırladıqca, onun ürəyində qubar etməyə başlayırdı. S.Rəhimov. Qubar olmaq – böyük dərd olmaq. Kədərin toplanıb qubar oldu; Nazənin cisminə məzar oldu. A.Səhhət. qubarlanma “Qubarlanmaq”dan f.is. qubarlanmaq f. Son dərəcə kədərlənmək, qəmlənmək, qüssələnmək. Onun əlindən ürəyim qubarlandı. qubarlatma “Qubarlatmaq”dan f.is. qubarlatmaq icb. Son dərəcə kədərləndirmək, qəmləndirmək, qüssələndirmək. qubarlı sif. Dərdli, kədərli, qəmli, ürəyi dərdli. Dərdli, qubarlı aşıq; Gəlib görünür yenə. M.Rahim. qubernat “Qubernator” sözünün vaxtı ilə canlı danışıq dilində işlənmiş forması. Ərzə verdim keçən qubernatə; Keçmədi, heyf, ərzə isbatə. S.Ə.Şirvani. ..Əgər sizə bir milyon da pul verələr, ya qubernat siz ilə əl-ələ versə, siz yenə mütəvəlliliyi qəbul etməzsiniz. C.Məmmədquluzadə. Qalanın dibində yıxıldım yatdım; Qubernat gələndə sıçradım qalxdım. “Qaçaq Nəbi”. qubernator [lat.] tar.\n1. 1917-ci il inqilabından əvvəl Rusiyada quberniya (vilayət) rəisi; vali. Qubernator həmişə deyərdi: “Poçt yolundakı çaparxanaların hər birində Rəhim bəy kimi mənim bir adamım olsa, yolda heç bir çapqın olmaz, qurd qoyun ilə otlar”. Ə.Haqverdiyev. Bakı qubernatoru .. Bakı varlıları və Bakı qoluzorbaları ilə görüşmək və vidalaşmaq qərarına gəlmişdi. M.S.Ordubadi.\n2. ABŞ-ın hər bir ştatında və Latın Amerikası respublikalarında yüksək inzibati vəzifə sahibi. qubernatorluq is. tar.\n1. Qubernator (vali) vəzifəsi.\n2. Qubernatorun (valinin) idarəsi altında olan vilayət. quberniya [lat.] Çar Rusiyasında və rayonlaşmadan qabaq SSRİ-də əsas inzibati-ərazi vahidi; vilayət. ..Bunu biz bilirik ki, Gəncə quberniyasının aclarından ötrü keçən il Bakıda ianə cəmiyyəti quruldu. C.Məmmədquluzadə. qucaq is.\n1. Qolları açdıqda döş ilə qollar arasında əmələ gələn boşluq. Bayram aşağı əyildi, yerə sərilmiş fəhlələrdən birini qucağına alıb ortadan çıxartdı.. M.Hüseyn. Qaraca çoban yaralı qardaşını qucağına alıb tayaya tərəf apardı. M.Rzaquluzadə. • Qucağı uşaqlı – qucağında körpə uşağı olan. Qucağı uşaqlı arvadlardan bir neçəsi özündən gedib, qarın üstünə sərilmişdi. Çəmənzəminli. // Mehribanlıq və nəvaziş üçün birini qucaqlamaqdan ötrü açılmış qolların tutduğu vəziyyət; ağuş. Qucağına atılmaq. – Doktor onu qucağına alıb alnından öpər və konfetə qonaq edərdi. M.İbrahimov. Baba da cücəli toyuq kimi onlara dil tökür, qucağına alır. Mir Cəlal. // Məc. mənada. Bir də dilimizdə Vətən sözü var! Ana qucağıdır bu ilahi söz. S.Vurğun. Ayna sular qucağında görünür; Div gövdəli, qara üzlü qayalar. R.Rza. Ulduzlar sönüb gedir göylərin qucağına. Ə.Cəmil. “Sual” romansında çoban həyatını, gözəl mənzərələri təsvir edən Asəf Zeynallı xoş və gözəl təbiət qucağında yaşayan insan varlığındakı mənanı oxşayır. Ə.Bədəlbəyli.\n2. Adətən “bir” sözü ilə: bir qucaq – 1) qollarının arası tutduğu qədər. [Atakişi:] İndi, qızım, mənim təsəllim bu bir vedrə su, bir qucaq odundur, onu da mənim əlimdən almayın. C.Cabbarlı; 2) məc. çoxlu, çox. Məndə sənin bir qucaq sirrin var.. M.Hüseyn. qucaq-qucaq zərf Çox, lap çox, çoxlu miqdarda, bollu, bol-bol. Adsız ölən igidlərin o pərişan məzarına; Çiçək səpir qucaqqucaq, gül dağıdır ətək-ətək. S.Vurğun. qucaqlama “Qucaqlamaq”dan f.is. qucaqlamaq f.\n1. Nəvaziş və mehribanlıq əlaməti olaraq birini qolları arasına alıb döşünə basmaq, ağuşuna almaq. Ana uşağını qucaqladı. – Məcid .. [Nadirin] bu cür tutulduğunu görüb ayağa qalxdı və uca səslə qarşılayaraq qucaqlayıb öpdü. B.Talıblı. Güman edirəm ki, ömrümdə anam bu qədər səmimiyyətlə məni qucaqlamamışdır. Qantəmir. Gün gələr yenə də biz tapışarıq; Qucaqlar hər ana qalib oğlunu. R.Rza. // Qolları arasına almaq. Böyükxanım bir tərəfdə dizlərini qucaqlayıb fikir edirdi. M.S.Ordubadi.\n2. məc. Bərk-bərk yapışmaq, tutmaq. Dağların ardı-arası kəsilmir, zəncir kimi birbirinə hörülmüş, bir-birini qucaqlamış kimi durur. A.Şaiq. qucaqlanma “Qucaqlanmaq”dan f.is. qucaqlanmaq məch.\n1. Qollar arasına alınmaq, ağuşa alınmaq.\n2. məc. Əhatə olunmaq, dövrələnmək. Bu yer qalın, sıx meşəlik, çılpaq qayalıq uçurumlu dərələrlə qucaqlanmışdı. A.Şaiq. qucaqlaşma “Qucaqlaşmaq”dan f.is. qucaqlaşmaq qarş.\n1. Bir-birini qucaqlamaq, bir-birinə sarılmaq, bir-birini bağrına basmaq; qol-boyun olmaq. İki qardaş bir-birini görüncə qucaqlaşdılar. – İllər ayrısıyam, gəl qucaqlaşaq; Sevdiyim, şikayət zamanı deyil. Q.Zakir. Məscidin içində bunlar qucaqlaşdılar və başladılar ağlamağa. Ə.Haqverdiyev. [Tapdıq:] Bəs elə isə gəl ağuşuma, qucaqlaşalım. C.Cabbarlı.\n2. məc. Qovuşmaq, bitişmək, birləşmək. Yenə də xırdaca ağ buludların ay işığı ilə qucaqlaşan kölgələri .. Xəzərin dərin hovuzunda çimmək üçün enir. M.S.Ordubadi. Getgedə hava daha da qaranlıqlaşırdı, sanki yerlə göy qucaqlaşırdı. M.Hüseyn. qucma “Qucmaq”dan f.is. qucmaq bax. qucaqlamaq. Yalançı nəfsə uymuşsan, qucursan dünyanı nədir? Nəsimi. Nola mən divanə qucsam sən pərini hər gecə. Kişvəri. Döndüm əğyar əlindən; Can qurtardım felindən; Qızıl kəmər olaydım; Qucaydım yar belindən. (Bayatı). Dizlərimi qucub tənha əyləşmək çoxdan adətimdir. N.Vəzirov. // Dövrələmək, əhatə etmək. İnsanı kainat qucdu. A.Divanbəyoğlu. Sarban kəndinin belini iki tərəfdən qucmuş Laçın dağından sazaq başlamışdı. M.Hüseyn. qucu uş. dil. Balaca uşaqları qucağa çağırarkən deyilən söz. Gəl qucuma! quculmaq bax. qucaqlanmaq. qucum is. xüs. Bir şeyin dairəsinin ölçüsü, uzunluğu. ..At fermalarında yetişdirilmiş və cıdır sınaqlarından keçmiş Qarabağ tipli 13 baş ayğırın orta hesabla .. döş qucumu 157 sm-dir. Səttarzadə. Dayçaların inkişafı onları qapanda çəkmək, .. hündürlüyünü, döş qucumunu, ayaq darağı qucumunu ölçmək yolu ilə yoxlanır. “Zootexniya”. qucumaq bax. qucaqlamaq. quda is. Gəlin ilə oğlanın ata-analarının bir-birinə olan qohumluq münasibəti. İki quda ötə-bəridən məhəbbətlə danışdılar. A.Şaiq. Gəlin qayınananın xoşuna gələrdi. Qayınana qudaları qonaq edərdi. H.Sarabski. • Quda olmaq – bax. qudalaşmaq. Dürsədəf xanım gülə-gülə dedi: – Səninlə quda olmağa nə sözüm ola bilər! A.Şaiq. qudalaşma “Qudalaşmaq”dan f.is. qudalaşmaq f. Bir-birinə quda olmaq; qız almaq və ya qız verməklə biri ilə qohum olmaq. qudalıq is. Quda olma; oğul evləndirmək və ya qız vermək nəticəsində əmələ gələn qohumluq əlaqəsi. qudok is. [rus.] Fit, uğultu, fit səsi. Təşkilat [çar] hökumət məmurlarını azdırmaq fikri ilə, o gün bir-birindən az fasiləli olaraq bütün mədənlərdə qudok çalmağı qərara almışdı. A.Şaiq. Qudokun səsindən canlanan sürət; Andırırdı sağlam, polad bir qəlbi. S.Vurğun. qudron [fr.] tex. Mazut qalıqlarından istehsal edilən, başlıca yol tikilişində və s.də işlədilən qara qatran maddəsi. Mazutdan sürtkü yağları alındıqdan sonra, qalıq olaraq qatran kimi kütlə – qudron alınır, bundan küçələrə döşənən material kimi istifadə edilir. “Kimya”. // Neftayırma zavodlarında alınan qalıqlar (xüsusi sürtkü yağları və s. istehsalı üçün xam maddə kimi işlənir). qudronlama xüs. “Qudronlamaq”dan f.is. qudronlamaq f. xüs. Qudronla örtmək, qudron döşəmək (salmaq). Yolları qudronlamaq. qudronlanma “Qudronlanmaq”dan f.is. qudronlanmaq məch. xüs. Qudronla örtülmək, qudron döşənmək (salınmaq). qudronlanmış f.sif. xüs. Qudronla örtülmüş, qudron döşənmiş (salınmış). Qudronlanmış şose. qudronlu sif. Qudron qatışıqlı, tərkibində qudron olan. qudurğan sif. Azğın, həddini azmış, qudurmuş; harın. ..Qudurğan dövlətli cavanları arvada latayıl söz qoşub oxuyur, onu biabır edirdilər. Ə.Əbülhəsən. // İs. mənasında. Söyüş yerində işlənir. [Xan:] Qudurğanın boynunu sındırarlar! – dedi. Rəhmətlik atam o qudurğanların kəllələrindən Xaçında minarə tikdirdi. Çəmənzəminli. [Soltan bəy:] Qudurğanın birisi, bir sillə çəkərəm ki, dişlərin qarnına gedər. Ü.Hacıbəyov. qudurğancasına zərf Qudurğan adam kimi, azğıncasına, həyasızcasına. qudurğanlaşmaq f. Qudurğan olmaq, azğınlaşmaq, qudurmaq, həddini azmaq, cızığından çıxmaq; harınlaşmaq, həyasızlaşmaq. qudurğanlıq is. Qudurma, həddini aşma, cızığından çıxma, azğınlıq; həddindən artıq lovğalıq, həyasızlıq; harınlıq; qudurğancasına hərəkət. [Cümşüd:] Bilirsən ki, bu başıbatmış dörd məlik mənim atamla da düşmənçilik ediblər.. Qudurğanlıq edirlər. Çəmənzəminli. Muzdurlar komitəsi bu qudurğanlığı haman Piridən və həmkarlarından görürdü. Mir Cəlal. qudurma “Qudurmaq”dan f.is. qudurmaq f.\n1. Quduz olmaq, quduzluq xəstəliyinə tutulmaq.\n2. məc. Son dərəcə hiddətlənmək; hirsindən, acığından özünü itirmək dərəcəsinə gəlmək. Şişman adam artıq büsbütün quduraraq əsəbi hallar keçirirdi. A.Şaiq.\n3. məc. Coşmaq, tüğyana gəlmək, şiddətlənmək. Çırpınırkən xilas üçün həpimiz; Daha dəhşətlənib qudurdu dəniz. H.Cavid.\n4. məc. Azğınlaşmaq, həddini aşmaq, cığırdan çıxmaq; hərəkətində, danışığında hədd-hüdudu aşmaq. Ədə, qardaş, vallah, sən qudurubsan, sən heç özün də bilmirsən ki, nə danışırsan. C.Məmmədquluzadə. Kazım ilə söhbətdən sonra müdir onun adını qaraladı və ürəyində bunu da dedi: – Üz vermək lazım deyil, qudurar. Mir Cəlal. // Lovğalanmaq, tay-tuş tanımamaq, özünü yüksək tutmaq (var-dövlət və ya mənsəb sayəsində). qudurmuş 1. f.sif. Quduzluq xəstəliyinə tutulmuş, quduz olmuş. Qudurmuş it. – [Molla bacı:] Paxıllıqdan qudurmuş itə dönüb yan-yörəni dalayırsan. Çəmənzəminli.\n2. is. məc. Azğın, coşmuş, həddini azmış adam haqqında (bəzən söyüş kimi işlənir). qudurmuşcasına bax. quduzcasına. qudurtma “Qudurtmaq”dan f.is. qudurtmaq f. Öz hərəkətləri ilə birinin qudurmasına, həddini azmasına, həyasızlaşmasına səbəb olmaq; harınlaşdırmaq, başa çıxartmaq. [Ziba xanım:] ..Axır işi o yerə yetiribsən ki, mənim qaravaşımı söyüb mənim üstümə göndərirsən. Vəzir səni belə qudurdubdur? M.F.Axundzadə. // Qızışdırmaq. quduz sif.\n1. Quduzluq xəstəliyinə tutulmuş; qudurmuş. Quduz it. Quduz canavar. Quduz olmaq (quduzluq xəstəliyinə tutulmaq). – Ələmdar quduz it kimi mırıldanamırıldana aşağıya düşüb, faytonun yanında dayandı. S.Rəhimov.\n2. məc. Azğın, zalım, qəddar, qudurğan, qızmış. [Gövhər xanım:] Qurban olum, qardaş! Bunlar çox quduz adamdırlar, sərhesab ol. N.Vəzirov. Quduz düşmənin qılıncı cəngavərin qolunu kəsib atdı. M.Hüseyn. O bizim tankçılardır; Bir anda qan uddurar; Azğın, quduz düşmənə. M.Seyidzadə. // məc. Şiddətli, hədsiz, önüalınmaz. ..Düşmən quduz bir kinlə ətrafını gəmirib dalayır. Ə.Məmmədxanlı. quduzcasına zərf Azğıncasına, vəhşicəsinə, amansızcasına; quduz kimi. Quduzcasına üzərinə atılmaq. quduzlaşdırma “Quduzlaşdırmaq”dan f.is. quduzlaşdırmaq f. Daha da qızışdırmaq, daha da hiddətləndirmək, daha da qəzəbləndirmək. quduzlaşma “Quduzlaşmaq”dan f.is. quduzlaşmaq f.\n1. Quduz olmaq, quduzluq xəstəliyinə tutulmaq.\n2. məc. Daha da azğınlaşmaq, qudurmaq, şiddət göstərmək, quduz heyvana dönmək. quduzluq is.\n1. Quduz heyvanın dişləməsi nəticəsində sinir sistemini iflicə uğradan ağır yoluxucu xəstəlik. Quduzluğa qarşı aşı. Quduzluğun yayılmasının qarşısını almaqdan ötrü quduz və avara itləri məhv edirlər. // Bu xəstəliyə tutulmuş heyvanın və ya adamın halı.\n2. məc. Dəlilik, azğınlıq, vəhşilik, zalımlıq. quduzotu is. bot. Kolluqlarda, quru dağ yamaclarında bitən çoxillik ot bitki. quğu bax. quq-qu. quğuldama 1. “Quğuldamaq”dan f.is.\n2. is. Göyərçinin çıxardığı səs. quğuldamaq f. Göyərçin kimi səs çıxarmaq. Göyərçin quğuldayır. quqqu (=quqqu quşu) is. zool. Adətən özünə yuva tikməyib, özgə quşların yuvasında yumurtlayan, boz, çil-çil, uzunquyruq meşə quşu. Quqqu quşu göyərçin böyüklükdə bir quşdur; o, hər 3-4 gündən bir balaca yumurta yumurtlayır və bu yumurtanı kiçik quşların yuvasına qoyur. “Zoologiya”. quqqu quşu (=quqqu) is. zool. Adətən özünə yuva tikməyib, özgə quşların yuvasında yumurtlayan, boz, çil-çil, uzunquyruq meşə quşu. Quqqu quşu göyərçin böyüklükdə bir quşdur; o, hər 3-4 gündən bir balaca yumurta yumurtlayır və bu yumurtanı kiçik quşların yuvasına qoyur. “Zoologiya”. quq-qu təql. Quqqu kimi quşların çıxardığı səs. quqquldama “Quqquldamaq”dan f.is. quqquldamaq f.\n1. Quq-qu səs çıxarmaq. Turac quqquldayır. Alabaxta quqquldayır.\n2. Xoruz kimi səs çıxarmaq, banlamaq, quq-qu eləmək. Kəblə Hətəm xan qırmızı cığalı xoruz kimi quqquldadı. S.Rəhimov. quqquldaşma “Quqquldaşmaq”dan f.is. quqquldaşmaq qarş. Ağız-ağıza verib quqquldamaq. quqqultu is. Turac, alabaxta kimi quşların çıxardığı səs. ququlu (=quqqulu) is. məh.\n1. Bütöv çıxarılmış qoz içi, ləpələri ayrılmamış qoz.\n2. Bütöv halda çıxarılmış nar içi. quqqulu (=ququlu) is. məh.\n1. Bütöv çıxarılmış qoz içi, ləpələri ayrılmamış qoz.\n2. Bütöv halda çıxarılmış nar içi. quq-qulu-qu təql. Xoruz banlaması, xoruzun çıxardığı səs. Gördü ki, bir xorusirənginmu; Eyləyir bir ağacda quq-qulu-qu. S.Ə.Şirvani. ququrd is. məh. Açılmamış qızılgül; qönçə. qul I. is.\n1. Qədim dövrlərdə: müharibədə əsir tutulub satılan adam. Neçə qul azad elədim; Qəsd etmədim cana, Nigar! “Koroğlu”.\n2. Xidmət üçün satın alınmış adam; hər cür istehsal vasitəsi və hüquqdan məhrum olan və tamamilə öz sahibinin ixtiyarında olub, bir mal kimi alınıb satılan adam; kölə. Spartakın rəhbərliyi altında qədim Romada qulların üsyanı olmuşdu. – Sərir hökmdarı rəiyyətini öz qulu hesab edərdi. A.Bakıxanov. Cəllad yanıb od olsa da, külə dönməz arzular; Təbiətin ana qəlbi qul doğmamış insanı! S.Vurğun. // köhn. Nökər, xidmətçi. Bir xidmət edən qulam sənə mən. Xətayi. [İskəndər:] İndi mən sənə nökərəm, mən sənə qulam, gəl, gəl barışaq. C.Məmmədquluzadə. Hər qəhrəmanın qulu meydanın arxasında ağası üçün ehtiyat atlar saxlamışdı. M.S.Ordubadi. • Qul etmək məc. – əsir etmək, valeh etmək, tamamilə ixtiyarını əlindən almaq. Götür niqabı və xalqı qul eylə hüsnünə kim; Məlahət əhlinə sənsən əmirü, sənsən şah. Nəsimi. Qul olmaq – tabe olmaq, boyun əymək.\n3. məc. Öz iradəsini, hərəkətlərini tamamilə bir şeyə, ya başqasına tabe etmiş adam. Öz adətlərinin qulu.\n\nII. is. Tənha yerlərdə və qaranlıqda vahiməyə düşən adamın gözünə canlı kimi görünən qorxunc xəyal; qulyabanı. qula is. məh. Açıq-sarı rəngli at. Qula madyan. qulağagirən is.\n1. bax. qırxayaq 1-ci mənada.\n2. məc. dan. Hər kəsdən söz bilməyə, söz çəkməyə çalışan adam; xəbəraparan, casus. qulaq is.\n1. İnsan və heyvanlarda eşitmə orqanı. Qulağı ağrımaq. Qulaq həkimi. – Nəvəsi onun .. burnundan, qulağından yapışır, boğazının altını qıdıqlayır. M.Rzaquluzadə.\n2. Qulaqları örtmək üçün papağın yanlarından sallanan hissəsi. Papağın qulaqlarını salmaq.\n3. Bir şeyin qırağı, yanı, kənarı, ucu. İkincisi, mən ömrüm olanı səndən savayı bir qadına gözümün qulağı ilə də baxmayacağam. Ə.Haqverdiyev. Günəşin qulağı batdımı, kimsə bu mədənin yanından keçə bilməzdi. A.Şaiq. Məmməd bəy dinmirdi, düşüncə içində gəlib körpünün qulağında oturdu. Çəmənzəminli. // “Bir” sözü ilə: bir tikə, bir parça, bir qırıq, bir az, azacıq, cüzi. Kişi çörəkdən bir qulaq qoparıb etinasız və hətta acıqlı bir hərəkətlə yerə atdı. M.İbrahimov. Hər nə varsa, bir qulaq gətir, iştahadan yaman kəsilmişəm. S.Rəhimov. Arvadlar qəzeti o qədər dartışdırdılar ki, bir qulağı qırıldı. Mir Cəlal.\n4. Arabada: oxların təkərdən kənara çıxmış ucu. Arabanın qulağı sındı. – Kəndin küçələrindən birində tini burulanda heç gözlənilmədən arabanın taxta oxunun qulağı divara toxunub (sındı). H.Sarabski. ‣ Bir qulağından alıb, o biri qulağından çıxartmaq, yaxud bu qulağından vurub, o qulağından keçirmək – eşidərək əməl etməmək, deyilən sözə əhəmiyyət verməmək, tapşırılan sözü, işi, təklifi yerinə yetirməmək, vecinə almamaq, saymazlıq göstərmək. Tükəzban bunlara bilmərrə fikir verməyib, dalınca söylənən sözləri də eşidəndə bu qulağından vurub, o qulağından keçirərdi. B.Talıblı. Qulağa girmək məc. – bir şey bilməyə, söz çəkməyə çalışmaq. Qulağı ağır olmaq – 1) ağır eşitmək, yaxşı eşitməmək; 2) işdə kahal və tənbəl olmaq, səhlənkar olmaq. Qulağı batmaq – kar olmaq, eşitməmək. Qulağı cingildəmək – 1) qulağında zəng səsi kimi bir səs eşitmək; 2) sözünün başqası tərəfindən danışıldığını hiss etmək. Qulağı çəkilmək – tənha və uzaq bir yerdə qalıb darıxmaq, qəribsəmək, ürəyi qısılmaq, könlü sıxılmaq. Qulağı dəng olmaq – səs-küydən təngə gəlmək, səsdən təngişmək. Qulağı dinc olmaq – rahat, asudə, sakit, qeydsiz-qayğısız olmaq, canı rahat olmaq. İnsanın əvvəl-qabaqca düşməni olmasa, söz yox ki, qulağı dinc olar.. C.Məmmədquluzadə. Qulağı dincəlmək – rahat olmaq, asudələşmək, qeyddən-qayğıdan azad olmaq, heç bir şeyin dərdini çəkməmək. Qulağı dolmaq – bir şeyi çox eşitməkdən ona adət etmək, öyrəşmək, inanmaq. Qulağı ... olmaq – birinin danışdığı sözlərə diqqətlə qulaq asmaq, bir sözünü qaçırmamaq. Xanın gülər gözləri Ömər xanın gözlərinə dikilmişdi. Vaqifin də qulağı onda idi. Çəmənzəminli. Qulağı səsdə olmaq – bir şeyin intizarında olmaq, bir xəbər gözləmək. Qulağı səsə düşmək – heç bir səs olmadığı halda, qulağına səs gəlmək. Gülpəri qulağının səsə düşdüyünü güman edib, yerinə uzanmaq istərkən, eyni zəif taqqıltı yenə eşidildi. M.Hüseyn. Qulağına arı vızıltısı kimi gəlmək – heç bir əhəmiyyət verməmək, qətiyyən saymamaq, vecinə almamaq. Qulağına barmaq tıxamaq – qulaq asmaq istəməmək, qulaq verməmək, eşitməməyə çalışmaq, eşitmək istəməmək. Qulağına batmaq – təsir etmək. Bizə aşkardır ki, yazdığımız mətləblər avamın qulağına batmaz və bata bilməz. C.Məmmədquluzadə. Qulağına çatdırmaq – bir sözü, ya xəbəri hər hansı bir vasitə ilə eşitdirmək, bildirmək, xəbər vermək. Qulağına çatmaq – bir sözü, ya xəbəri hər hansı bir vasitə ilə eşitmək. Barxudarın yaxşı işlərindən danışılan sözlər qoruqçu Ağanın arvadı Bədirnisənin qulağına çatdı. Mir Cəlal. Qulağına dəymək – eşitmək, eşidən kimi olmaq. Azca keçməmiş iki atlının ayaq səsi küçədən Gülnazın qulağına dəydi. M.İbrahimov. Qulağına əyilmək – qulağına söz demək. Anam mətbəxdə qurdalanırdı. Yanlayıb qulağına əyildim. Mir Cəlal. Qulağına girməmək – təsir etməmək, kar etməmək, əsər etməmək, saymamaq, əhəmiyyət verməmək. ..Bu danışıqların heç biri mənim qulağıma girmir. C.Məmmədquluzadə. Qulağına pambıq tıxamaq – bax. qulağına barmaq tıxamaq. Qulağına pıçıldamaq – yavaşca və xəlvəti söyləmək, pıç-pıç danışmaq. Qulağına söz girməmək (batmamaq) – söz təsir etməmək, deyilən sözə qulaq asmamaq. Qulağına yetişmək – bax. qulağına çatmaq. İki çağırım qədər getmişdik ki, uzaqda biçinçilərin oraqlarının qat-qarışıq səsləri qulağımıza yetişdi. A.Şaiq. Qulağında sırğa olmaq – təcrübədən çıxmaq, imtahandan çıxmaq, bir sınaq nəticəsində ayıq və sayıq olmaq, yadından çıxarmamaq. Qulağından çıxmaq – yadından çıxmaq, unudulmaq. Qulağından pambığı çıxarmaq – ayılmaq, qəflətdən ayılmaq, düşünmək. Çıxar pambıq qulağından, gözün aç; Ki, həşr oldu və çalındı bu gün sur. Nəsimi. Qulağını burmaq – bax. qulağını çəkmək. Qulağını (qulaqlarını) çəkmək – yüngülcə cəzalandırmaq, tənbeh etmək. Qulağını (qulaqlarını) doldurmaq – bir fikri və s.-ni daima birinə təlqin etmək, beyninə yeritmək, inandırmağa çalışmaq. [Rəcəb:] ..Mən yavaş-yavaş Zinyət xanımın qulağını doldururam. N.Vəzirov. ..Hacı Mir İbrahim ağa və sair ağa və mollanümalardır ki, hərəsi öz ətrafına bir dəstə yığıb, avamın qulaqlarını doldururlar ki, hər kəs onlara itaət etsə, behiştə daxil olacaq. “Mol. Nəsr.” Qulağını sallamaq – 1) anlamamaq, deyilən sözü qanmamaq; 2) boş-bikar durmaq, avara gəzmək. Qulağını saza vermək – saymamaq, bir sözə qulaq asmayıb başqa işlə məşğul olmaq. Qulağını tutmaq – bax. qulağına barmaq tıxamaq. Qulağını tutub qaçmaq – bir sözü və s.-ni eşitmək istəməmək, nifrət etmək. Qulağının ardını görəndə – heç vaxt, qətiyyən, əsla. Qulağının dibi saralmaq – ölümü yaxınlaşmaq. Qulağının dibində – lap yanında, lap yaxınlığında, yanındaca. Atam məni qolları arasında yük üstünə uzadırkən, qulaqlarımın dibində gurlayan bir səsdən gözlərimi açdım. A.Şaiq. Qulağının dibini görər – heç bir vaxt görməz, əsla görməz. Qulaq asmaq – 1) dinləmək. Bir qulaq as naleyiheyranə, hifz et naləsin; Bəzmi-hikmətdə onu əfsanə eylə, ey həkim! Heyran xanım. Xan .. başını pəncərədən çıxardıb, bir də qulaq asdı. Çəmənzəminli. Mən gedib oxuyanaçalana qulaq asıb, çox el mahnıları və muğamat öyrəndim. H.Sarabski; 2) qulağını qoyaraq yoxlamaq, müayinə etmək. Həkim ürəyimə qulaq asdı; 3) gizli olaraq qulaq vermək, xəbər bilmək, dinləmək, eşitmək. Dadaş, yarım saatdır mən sizin söhbətinizə o biri otaqdan qulaq asıram. N.Vəzirov; 4) deyilən sözə əməl etmək, sözə baxmaq, deyiləni qəbul etmək; // fikir vermək, əhəmiyyət vermək, saymaq. [İskəndər:] Baş üstə, .. amma bunu de ki, mənim sözümə qulaq asan kimdir? C.Məmmədquluzadə. [Mahmud əminin] öz ağlı vardı və belə işlərdə öz bildiyini edirdi, bir kəsin sözünə qulaq asmazdı. B.Talıblı; 5) qeydinə qalmaq, muğayat olmaq, fikir vermək, baxmaq. Uşağa yaxşı qulaq as. Qulaq batırmaq – 1) kar etmək, karlaşdırmaq; 2) səs-küydən dəng etmək, gurultudan təngə gətirmək. Qulaq batmaq – dəng olmaq, səsdən, bərk danışıqdan heç şey eşitməmək, kar olmaq. ..Qulağım batdı, nə çox-çox danışırlar. M.Ə.Sabir. Qulaq dincliyi – rahatlıq. [Vəzir:] Vəzirim mənə belə-belə qulluq buyurubdur, sonra qulaq dincliyi bizə haram olar. M.F.Axundzadə. [Gülcamal:] Bu bəy, bu yüzbaşı, bu divanxana; Bir qulaq dincliyi verərmi ona? Z.Xəlil. Qulaq kəsilmək – diqqətlə dinləmək, diqqətlə qulaq asmaq, diqqət etmək. Bütün nümayəndələr qulaq kəsilərək, şairin səsini eşitmək .. istəyirdi. M.S.Ordubadi. Başdan-ayağa qulaq kəsilərək müəllimin sözlərini diqqətlə dinləyən Həsən .. son sözləri eşidərkən bütün vücudu sarsılır kimi oldu. A.Şaiq. Qulaq kəsmək – aldatmaq, aldadıb pulunu və ya başqa bir şeyini əlindən almaq, hiylə ilə birindən bir şey qoparmaq. Aslan bəyin evlərinə baxırsan, .. o büsatlar, o bəzək, o şücaətlər hamısı adam aldatmaqdan ötrüdür və bizim kimi avam, fəqir-füqəraların qulaqların kəsməkdən əmələ gəlibdir. N.Vəzirov. Qulaq qabartmaq – bildirmədən, hiss etdirmədən qulaq asmaq, gizlindən qulaq vermək. Qulaq-qulağa – 1) tən, bərabər; 2) yanaşı. Qulaq olmaq – güdmək. Qulaq tutmaq – qulaq asmaq, fikir vermək. Gər sənə əfqanimi bihudə dersə müddəi; Ol sözə tutma qulaq, mən çəkdiyim əfqanə tut. Füzuli. Qulaq tutulmaq – bax. qulaq batmaq. Axşamlar qoyun-quzu mələşə-mələşə obaya dönərkən səsdən qulaq tutulur. A.Şaiq. Şəhərin hər tərəfindən alov qalxırdı, güllə və top səsindən qulaq tutulurdu. Çəmənzəminli. Qulaq vermək – bax. qulaq asmaq 1 və 4-cü mənalarda. Hükəmalar buyurublar: ..sözünü o kəslərə de ki, sənə qulaq verirlər. C.Məmmədquluzadə. Aydınlıq gecədə gözəl bir çeşmənin kənarında cavanlar halə qurub əyləşib, növbə ilə oxuyubçalanlara qulaq verirdilər. Ə.Haqverdiyev; // eşitməyə çalışmaq. Ayna bir müddət uzaqdan gələn tütək səsinə qulaq verdi. Ə.Məmmədxanlı. Qulaqda qalmaq – yadda qalmaq, unudulmamaq. Qulaqda saxlamaq – yadda saxlamaq, unutmamaq. Qulağına qurğuşun! – arzu edilməyən və ya adı çəkilmək istənilməyən bir şey (hadisə) haqqında danışılarkən deyilən ifadə. Qulaqlarını (qulağını) şəkləmək – 1) səs və s.-dən hürkərək qulaqlarını dikləmək. Mahmud atdan yerə sıçradı. Ürkə töyşüyə-töyşüyə su içmək üçün başını irəli uzadanda silah səsindən diksinib qulaqlarını şəklədi. M.Hüseyn; 2) məc. çox maraqlanmaq, bir şeyi eşitmək həvəsində olub bütün diqqətini ona vermək. Çox adam qulağını şəkləyib durur. A.Şaiq. Əli qulağında – tam vaxtında, lap vaxtında. Yerin, divarın qulağı var – danışarkən ehtiyatlı olmaq lazım gəldiyini bildirir. qulaqaltı 1. sif. anat. Qulağın alt tərəfində, ya yanlarında olan. Qulaqaltı vəzi.\n2. is. bax. qulaqbalışı. Kosanın qaralmış kirli qulaqaltısı otaqcanın ortasına düşmüşdü. S.Rəhimov. qulaqardı is. Qulağın dal tərəfi. ‣ Qulaqardına vurmaq (vermək) – qulaq asmamaq, qəsdən fikir verməmək, özünü eşitməməzliyə, bilməməzliyə qoymaq. [Həsən:] Neçə dəfə ağaya demişəm, qulaq asmır. Gah da görürsən qulaqardına verir. Ə.Haqverdiyev. Səməd bütün deyilən sözləri qulaqardına verdi. M.Hüseyn. Kərim əvvəlcə bu sözləri qulaqardına vurdu. M.İbrahimov. qulaqbalışı is. Yatarkən qulaq altına qoyulan kiçik yastıqca. qulaqbatıran (=qulaqbatırıcı) sif. Qulaqları batıracaq qədər bərk, şiddətli, gurultulu. Qulaqbatırıcı səs. Qulaqbatırıcı gurultu. – Kənddə qulaqbatıran bir haray vardı. M.Hüseyn. Hacı Atakişi: – Oğul, Fərman! – deyə qulaqbatırıcı bir səslə qışqıraraq, yerindən sıçradı. Ə.Abasov. qulaqbatırıcı (=qulaqbatıran) sif. Qulaqları batıracaq qədər bərk, şiddətli, gurultulu. Qulaqbatırıcı səs. Qulaqbatırıcı gurultu. – Kənddə qulaqbatıran bir haray vardı. M.Hüseyn. Hacı Atakişi: – Oğul, Fərman! – deyə qulaqbatırıcı bir səslə qışqıraraq, yerindən sıçradı. Ə.Abasov. qulaqburma (=qulaqburması) is. dan. Yüngül tənbeh, yüngül cəza. [Dayısı Nadirə:] Bacıoğlu, görünür, qulaqburması yadından çıxıb, ha? – deyə altı il əvvəl döyüldüyünü xatırlatdı. B.Talıblı. • Qulaqburması vermək – cəzalandırmaq, tənbeh etmək. [Mirzə Əsgər:] Lazımdır ki, bir qulaqburması verib, sonra bir iş üstə qoyasız, bikar gəzməsin. N.Vəzirov. Özünü də tutub qoyacaq idilər bu şeylərin üstünə, gözəl qulaqburması verəcəkdilər. M.S.Ordubadi. qulaqburması (=qulaqburma) is. dan. Yüngül tənbeh, yüngül cəza. [Dayısı Nadirə:] Bacıoğlu, görünür, qulaqburması yadından çıxıb, ha? – deyə altı il əvvəl döyüldüyünü xatırlatdı. B.Talıblı. • Qulaqburması vermək – cəzalandırmaq, tənbeh etmək. [Mirzə Əsgər:] Lazımdır ki, bir qulaqburması verib, sonra bir iş üstə qoyasız, bikar gəzməsin. N.Vəzirov. Özünü də tutub qoyacaq idilər bu şeylərin üstünə, gözəl qulaqburması verəcəkdilər. M.S.Ordubadi. qulaqcıq is. Kiçik qulaq. Balığın ürəyi iki kameradan: qulaqcıq və qarıncıqdan ibarətdir. Cəbrayılbəyli. qulaqkəsən is. dan.\n1. Sərt olmaq üçün itlərin qulaqlarını kəsməklə məşğul olan adam. İt qulaqkəsəndən qorxar. (Ata. sözü).\n2. məc. Adamaldadan, hiyləgər, kələkbaz, hiylə ilə pul çəkən. Bu göz həkimləri .. qulaqkəsən, cibkəsəndirlər, adamın cibini soyub dərdinə də əlac etmirlər. Ə.Haqverdiyev. qulaqlama “Qulaqlamaq”dan f.is. qulaqlamaq f. dan. Qulağından tutmaq. Qısraq şeydir, öküz deyil ki, qulaqlayıb cütə qoşasan. S.Rəhimov. // Bərk yapışıb buraxmamaq. qulaqlaşma “Qulaqlaşmaq”dan f.is. qulaqlaşmaq qarş.\n1. Bir-biri ilə xəlvəti danışmaq, pıçıldaşmaq. ..Urmi və Xoy konsulları da onlarla tez-tez danışır və qulaqlaşırdı(lar). M.S.Ordubadi.\n2. Bir-birinin qulağından tutub dartmaq; dalaşmaq. qulaqlı sif.\n1. Qulaqları olan (bax. qulaq 2-ci mənada). Sifətini qulaqlı papaq altında gizlətmiş dəmiryolçu qarşımdan ötürdü. Mir Cəlal.\n2. Qulağa keçirmək üçün qarmağı olan. O, alnında yerləşən qulaqlı eynəyini burnunun üzərinə salar və kağızları bərkdən hecalayahecalaya oxuyardı. H.Nəzərli. qulaqlıq is.\n1. İsti papağın qulağı örtən hissəsi, habelə şaxtadan qorunmaq üçün qulaqlara keçirilən isti qalpaq, yaxud qulaqları örtən örtü.\n2. Radio dinləmək üçün qulaqlara keçirilən cihaz. Hər nümayəndə oturduğu yerdə qulaqlıqlar vasitəsilə tribunadakı adamın nitqinə istədiyi dildə qulaq asa bilərdi. M.İbrahimov. qulaqsız sif.\n1. Qulağı, yaxud qulaqları olmayan, qulaqları kəsilmiş. Qulaqsız it.\n2. Qulağı, qulaqlığı olmayan. Qulaqsız papaq. qulaqucu zərf Ötəri, əhəmiyyət vermədən. Hərdənbir qulaqucu oğlunun söhbətini eşidən Maral burada Züleyxanın dadına çatdı. Ə.Əbülhəsən. qulaqyoldaşı is. Həmsöhbət. Nigar xanım dedi: – Gərək Telli xanımı Çənlibelə mənə qulaqyoldaşı gətirəsiniz. “Koroğlu”. qulam is. Qədim zamanlarda: qul, kölə, nökər, xidmətçi (oğlan). Bir neçə dəqiqə keçəndən sonra qulamlar İlyası aralığa alıb gətirdilər. M.S.Ordubadi. Dumanlı bir gündə səhər ertə saray qulamlarından biri Kazımın həyətinə girib, artırmada hana toxuyan Telli ilə Gülnaza yanaşdı. Çəmənzəminli. qulan bax. qulun. [İskəndər xan:] Görəsən genə nə olubdur ki, kişi qulan kimi bağırır.. N.Vəzirov. Otlayıb doymuş bir qulan başını dik tutaraq, uzaqlara baxırdı.. İ.Əfəndiyev. qulanca bax. qulunca. qulancar is. bot. Bişirilib yeyilən zoğlu yabanı bitki. Bacı və qardaş ətəklərinə yığdıqları qulancarı yerə töküb .. oturdular. S.S.Axundov. qulan-quşqun is. Qoşqu ləvazimatının hamısı. ‣ Nə qulan-quşqun – bir şeyin, bir hərəkətin daha möhtəməl, daha təbii olduğunu bildirir. Molla Ağa Fazili Dərbəndi qıl körpüdən uçandan sonra, bizim tək günahkar bəndələrə nə qulan-quşqun. Ə.Haqverdiyev. qulbeçə is. [qul və fars. beçə] köhn.\n1. Kiçik qul.\n2. Keçmişdə təvazö üçün özünə, yaxud öz uşaqlarına işarə olaraq deyilirdi. [Hacı Qara:] Qalaya sifariş eləmişdim, qulbeçəniz bu malı təzə göndəribdir. M.F.Axundzadə. [Ağa:] ..İldə beş-on şahı qulbeçələrimə çörək pulu aparıram. Ə.Haqverdiyev. qulbiyabanı bax. qulyabanı. Və belə gülünc bir zamanda, belə qulbiyabanı bir insanların tarixini yazmaq üçün, əhval və ətvarını təsvir etmək üçün məgər Molla Nəsrəddinin yaranmağı təbii deyil? C.Məmmədquluzadə. qulcuğaz “Qul” söz. oxş. Nola əgər gəhi sorasan halımı, çu mən; Bir qulcuğazınam sənin, ey padşahcığım. Kişvəri. quldar is. tar. Quldarlıq cəmiyyətində: qullara sahib olan adam. quldarlıq is. tar. Qullara, kölələrə sahib olma, köləlik əsasında qurulma. Quldarlıq cəmiyyəti. Quldarlıq quruluşu. quldur is.\n1. Quldurluqla məşğul olan adam; çapqınçı, yolkəsən, soyğunçu. Quldur dəstəsi. – Çar jandarmeriyası və çar polisləri Bakı şəhərini .. qarətçilərə, quldurlara, adam öldürənlərə tapşırmışdı. M.S.Ordubadi. Əbdülkərim indiki qaçaqlara bənzəməzdi. İndikilər quldurdurlar, yolkəsəndirlər, qaniçəndirlər.. Ə.Haqverdiyev. ..İndi ona yaxın düşməkmi olar? Özü güclü-zorlu, başında qoluzorba quldurlar. M.Rzaquluzadə.\n2. məc. Zülmkar, istismarçı mənasında. Müstəmləkəçi quldurlar. quldurbaşı is. Quldur dəstəsinin başçısı, böyüyü, atamanı. Amma .. mənim yadıma belə gəlir ki, keçən türk padşahları quldurbaşı kimi bir zad imişlər. C.Məmmədquluzadə. [Həcər xanım:] ..Şahbaz bəyin arvadı quldurbaşı Əlimərdanın evində! Bu, yuxu deyil, nədir? S.S.Axundov. Quldurbaşı ziyafətin ən qızğın bir çağında içmək üçün qaldırdığı iri qədəhi var gücü ilə yerə çırpdı. M.Rzaquluzadə. quldurcasına sif. və zərf Quldur kimi, quldura xas olan bir tərzdə. Quldurcasına basqın. quldurçuluq bax. quldurluq. quldur-qaçaq top. Quldurlar, qaçaqlar. [Gülpəri:] Yəqin fəqir quldur-qaçaq əlinə keçdi.. Ə.Haqverdiyev. quldurluq is. Soyğunçuluq, yaxud öldürmək məqsədi ilə silahlı basqın; çapovulçuluq, yol kəsmə. Heydər bəy, rahat durotur, quldurluq etmə, yol kəsmə, oğurluğa getmə! M.F.Axundzadə. [Soltan:] Balam, mən saqqalımın bu ağ vaxtında necə sizə izin verim ki, gedib quldurluq edəsiniz? C.Məmmədquluzadə. [Gülpəri:] ..Əmiraslan məni qovub, özü də qaçaq dəstəsinə qoşuldu. Bir neçə müddət quldurluq edəndən sonra divan tərəfindən tutulub asıldı. S.S.Axundov. quli-biyaban [ər. ğul (bax. qul2) və fars. biyaban] bax. qulyabanı. Bilsə idi sənə Yusif deyəcəklər, billah; Qoyar idi adını qulibiyaban, Yusif! S.Ə.Şirvani. Seyr edirəm bərrü biyabanları; Quli-biyaban görürəm, qorxmuram. M.Ə.Sabir. qulğula bax. qülğülə. qul-qaravaş top. Nökərlər, xidmətçilər. [Hacı Murad:] ..Yanında qul-qaravaş ilə qonaqlığa gedəndə, cəmi arvadlar ona həsrət aparacaqlar. S.S.Axundov. qullab is.\n1. Bir udum hava çəkmə; bir çəkim, tüstünü bir nəfəs içəri çəkmə miqdarı. • Qullab vurmaq (almaq) – papirosun, qəlyanın tüstüsünü hər dəfə içinə çəkmək. Mən əlimdəki papirosa bir qullab vuraraq, bir az düşündüm. M.S.Ordubadi. Miraxur özünü toxtatmaq üçün çubuğa bir qullab vurdu, üfüqə toplanan qara buludlara baxdı, köksünü ötürdü. Çəmənzəminli. Vəli qəzet kağızından nazik, uzun bir papiros bükdü və yandırıb üç-dörd qullab vurdu. M.Hüseyn.\n2. köhn. Çəngəl, qarmaq. Yadıma düşəndə zülfün ənbəri; Qullab girər ciyərimdən içəri. M.P.Vaqif. qullabı is. [ər.] Yalan, saxta, hiylə, fırıldaq; əngəl. Bu isə, bəs o ləinin də işi qullabıdır. M.Ə.Sabir. qullablama “Qullablamaq”dan f.is. qullablamaq f. Qullab vurmaq (bax. qullab 1-ci mənada). Bir ara onlar susub ovucları içində saxladıqları papiroslarını qullabladılar. Ə.Əbülhəsən. Mədəd başıaçıq otaqda gəzinir, papirosu tez-tez qullablayır. Ə.Vəliyev. qulluq I. is.\n1. Xidmət, iş, vəzifə. O, böyük qulluqdadır. – Qulam mətbəədə qulluğa düzəldi. Mir Cəlal. // İş yeri, iş. [Turab] qulluğa yorğun getdi. Qızarmış gözlərinin altı kölgəli idi. Tez-tez əsnəyirdi. M.Hüseyn. • Qulluq etmək – 1) xidmət etmək, bir idarədə və ya başqa yerdə işləmək, rəsmi vəzifədə olmaq. Bir azdan sonra Fərhad mühəndis vəzifəsində qulluğa girdi. C.Cabbarlı. Cavan vaxtlarımda mən İrəvanda naçalnik divanxanasında qulluq edirdim. Qulluğumun adı dilmanclıq idi. C.Məmmədquluzadə; 2) hərbi mükəlləfiyyəti yerinə yetirmək. Orduda qulluq etmək. Hərbi donanmada, aviasiyada qulluq etmək. Qulluğa durmaq (girmək) – 1) xidmətə girmək, işə girmək. Orada öz əhvalatını [Haşım] Hacı Məhəmmədə söyləyib, onun yanında qulluğa durdu. B.Talıblı; 2) baxmaq, xidmət etmək, qeydinə qalaraq kömək etmək. Xəstəyə qulluq etmək. Yaralıya qulluq etmək. O, qoca anasına yaxşı qulluq edir. – ..[Qaraca qızın yanında] yalnız Yasəmənin dostu Hüsniyə qalar, ona qulluq edər. S.S.Axundov. İskəndər səbir edib, yarım ilə qədər gözlədi. Canına qulluq eləyib əkinə-biçinə getdi. M.Hüseyn; // becərmək, baxmaq. Ağaclara qulluq etmək. Bağa yaxşı qulluq etmək; 3) məc. Bir şeyin xeyrinə, mənfəətinə işləmək, bir məqsədə xidmət etmək, uğrunda çalışmaq. Xalqa qulluq etmək. Vətənə qulluq etmək. İncəsənətə qulluq etmək. Elmə qulluq etmək. Qulluğunda durmaq (olmaq) – xidmət etməyə hazır olmaq, əmrinə hazır olmaq. Dəli Həsən onun qılıncının altından keçdi, ölənəcən ona qardaş olub, qulluğunda durmağa and içdi. “Koroğlu”.\n2. Buyuruq, əmr, tapşırıq; xahiş, iş. Mənə aid qulluğunuz? – [Məstan bəy:] Qulluğunuz nədir? – deyə [Nadirdən] sordu. O, cavab verdi: – Bir qulluğum yoxdur. B.Talıblı. Buyurun, nə qulluğunuz var? – sizdən xahişim budur ki, gözünüz bu uşağın üstündə olsun. Mir Cəlal.\n3. köhn. Hüzur. • Qulluğuna gətirmək (çağırmaq) köhn. – böyük bir adamın qabağına, hüzuruna, yanına gətirtmək (çağırtmaq). [Nadir şah] ..vilayətin böyük adamlarını, dövlət ərkanını və məmləkətin əyanlarını öz qulluğuna çağırdı. “Qarabağnamə”. [Dilmanc:] Qoy ərzin qalsın sonraya və bu saat get, oğlun Süleymanı gətir naçalnikin qulluğuna. C.Məmmədquluzadə.\n\nII. is. köhn. Qul olmuş adamın halı; köləlik. qulluqbaz sif. və is. [qulluq və fars. ...baz] Qulluğu vaxtında yerinə yetirən, qulluq etməyi sevən, yaxud vəzifə ilə əlaqədar olan rəsmiyyətlərə həddindən artıq riayət edən. Manqa üzvləri [Xanpərinin] bu qədər qulluqbaz olduğuna təəccüb edirdilər. Ə.Vəliyev. qulluqbazlıq is. Öz qulluğunu sevmə, vəzifəsi ilə əlaqədar olan rəsmiyyətlərə həddindən artıq riayət etmə. qulluqçu is.\n1. Zehni əməyin müxtəlif sahələrində muzd ilə işləyən işçi; idarə xidmətçisi. Keçmiş vaxtlarda dəftərxanalarda qulluqçuların gündə biri idarə bağlanandan sonra qalıb təcili teleqramları qəbul edərdi. Ə.Haqverdiyev. Dəftərxana qulluqçuları .. onun dediyi adamları soraqlaşırdılar. Ə.Əbülhəsən.\n2. Ev xidmətçisi (qız, qadın). İnciyib axırda o qulluqçular; Ol xoruzu öldürübən atdılar. A.Səhhət. Bu vaxt qapıdan qulluqçu, Sonanı atasının yanına çağırdı. N.Nərimanov. // Ümumiyyətlə, xidmətçi. Qulluqçular bağçanı silib süpürər, yığışdırardı. Mir Cəlal.\n3. köhn. Balaca əl lampası, ya çıraq. Qulluqçunu götür, bir mal-qaranı yoxla. qulluqçuluq is. Maaşla bir idarədə və ya bir yerdə xidmət etmə, işləmə; xidmətçilik; qulluqçunun işi, peşəsi. [Tafta:] Buradan gedəndən sonra [Sevil] Səmədgildə qulluqçuluq edirdi. C.Cabbarlı. Ehtiyac üzündən özgə qapısında qulluqçuluq edən qız, görmədiyi, sevmədiyi dəli bir dövlətliyə satılır. S.S.Axundov. qulp is. Qabların və s. şeylərin əl tutan yeri, dəstəsi, sapı. Qazanın qulpu. Çaydanın qulpu. – [Musa kişi] nazik iplə kuzənin qulpuna bağlanmış tıxacı açdı. M.İbrahimov. Onun sağ əli su ilə dolu vedrənin qulpundan .. tutmuşdu. Ə.Əbülhəsən. ‣ Qulp bağlamaq (qoymaq, qondarmaq, taxmaq) – irad çıxartmaq, bəhanə tapmaq. [Uşaq:] ..Hətta yeyib-içməyimə bir qulp taxır, söylənir, bağırır. A.Şaiq. O hər şeyə etiraz edir, hər sözə qulp qoyur, min cür şıltaqlıq göstərirdi. Ə.Vəliyev. Qulpunu itirmək – haradan tutacağını bilməmək, hesabını çaşdırmaq. İşin qulpundan yapışmaq – bir işə girişmək, bir işdən yapışmaq, bir işlə məşğul olmağa başlamaq. Uşaqlar böyüyüb hərəsi bir işin qulpundan yapışandan sonra, Əkbər tamam rahat nəfəs alacaqdı. Mir Cəlal. Yumurtaya qulp taxmaq – hər şeyə bir bəhanə və səbəb tapmaq. qulplama “Qulplamaq”dan f.is. qulplamaq f. Qulp taxmaq, bir qaba və s.-yə qulp və ya sap keçirmək. qulplatma “Qulplatmaq”dan f.is. qulplatmaq icb. Qulp taxdırmaq. qulplu sif. Qulpu, tutacaq yeri olan. Qulplu qab. Qulplu şamdan. – Qulplu qazanlar həyətdə yan-yana söykənmişdi. Ə.Haqverdiyev. Yolçəkən hər bir dəstə üçün ayrıca olaraq iri qulplu qazanlarda isti xörəklər hazırlanırdı. S.Rəhimov. qulun is. Körpə at balası. ..Göydə bir madyan gördüm; Yerdə qulun əmər hey. (Bayatı). Daylar tülədi, buraxdı yalı; Kişnər çalağan qulun misalı. Xətayi. qulunc is. [ər. əsli yun.] Soyuqdəymə nəticəsində əksərən kürək əzələlərində əmələ gələn ağrı. [Sübhanverdizadəyə] elə gəldi ki, onun quluncu bərk sancır, kürəyi qovuşur, ürəyi qalxır, dizləri qopur, beli sınır. S.Rəhimov. • Qulunc olmaq – soyuq dəymək nəticəsində kürək əzələlərində ağrı əmələ gəlmək. Bəli, səs düşür ki, şeyx cənablarına soyuq dəyib və qulunc olub. C.Məmmədquluzadə. Quluncunu sındırmaq (ovmaq, tutmaq) – ağrını sakit etmək üçün kürək əzələlərini tutub ovmaq, sıxmaq. [Allahqulu:] ..Deyir ayağımı ov, ovuram, deyir quluncumu sındır, quluncunu sındırıram, bundan nə çıxar? N.Vəzirov. qulunca is. Yeni doğulmuş at balası. quluncan is. bot. Xalq təbabətində işlədilən, darçına oxşar bir bitki kökü. Allahqulu quluncan çayını başına çəkib, yanıqlı bir halda piyaləni Telliyə uzatdı. Çəmənzəminli. Sövdaya, bel ağrısına, badi-fitnə, sancıya; Zəncəfilü hil, mixək, darçın, quluncan yaxşıdır. M.Möcüz. qulunlama “Qulunlamaq”dan f.is. qulunlamaq f. Bala doğmaq (madyan haqqında). Madyanlar qulunlamışdır. qulunlu sif. Yanında balası olan, qulunu olan. Satış üçün bazara gətirilən qoyunlar, keçilər, yanı buzovlu inəklər, qulunlu madyanlar, uzunqulaqlar bazarın kənarındakı təpəyə yığılmışdı. S.Rəhimov. qulyabanı is.\n1. Xurafatçıların təsəvvürüncə guya tənha çöllərdə, qalın meşələrdə tək qaldıqda adamın gözünə görünən mövhum bir vücud. Əsəd başını yelləyib xortdanın uzun olduğunu təsdiq etdi: – Gördünüzmü, süpürgəsaqqal deyil, qulyabanıdır. B.Talıblı.\n2. dan. Çox çirkin, bədheybət, qorxunc görünüşlü adam haqqında. O lap qulyabanıya oxşayır. qum is. Bərk mineralların, əksərən kvarsın narın dənələri. Dəniz qumu. İri qum. – ..Səki çay qumundan ibarət olduğu üçün palçıqsız və təmiz idi. M.İbrahimov. Mühəndis təpənin üstünə çıxıb qumu bir xeyli kürəklədi. Mir Cəlal. • Qum saatı – iki hissədən ibarət və qumun keçməsi üçün aralarında dar deşik olan hər iki başı qapalı qovuşuq şüşə boru şəklində cihaz (bu borunun bir tərəfindəki narın qum müəyyən vaxt ərzində o biri tərəfinə tökülməklə istənilən vaxtı göstərir). qumar is. [ər.] Pul və s. ilə oynanılan oyun. [Səlim bəy:] Həmişə qış uzunu bikar qalanda oğlunla lopuqdan qumar oynayırdın. Ə.Haqverdiyev. Bir cavanın mən dünən gördüm cibində yüz tümən; İndi bir dinarı yox, bais qumar olsun gərək. M.Möcüz. [Surxay:] O, pullarını qumara uduzub, ac qalıb, mən isə qumar oynamadan ac qalmışam. S.Rəhman. qumarbaz is. [ər. qimar və fars. ...baz] Qumar oynamağı özünə adət etmiş adam. [Həpo:] Qumarbaz baba idim, aldım, apardım, çünki nahaq işdən ötrü verilmişdi, bərəkəti də olmadı. M.F.Axundzadə. Qumarbazlar arasında ürəkli aşıq atan kim idi? – Başmaqçı oğlu Şəban. Ə.Haqverdiyev. [Surxay:] Səninlə qumarbaz Nəcəf bəyin arasında yer ilə göy qədər fərq var. S.Rəhman. qumarbazlıq is. Qumarbazın işi, peşəsi; qumar oynamağı özünə peşə etmiş adamın hal və keyfiyyəti. qumarçı bax. qumarbaz. qumarçılıq bax. qumarbazlıq. qumarxana is. [ər. qimar və fars. ...xanə] Qumar oynanılan yer. [Həcər xanım:] Şahbaz bəy evimi .. qumarxanaya döndərib. S.S.Axundov. Çayçı dükanının dal tərəfində qumarxana olardı. H.Sarabski. qumaş is. [ər.] İpək, yun, kətan və s.-dən toxunmuş parça; ümumiyyətlə parça, arşınmalı. [Hacı Qara:] Bunların qumaşı özgə qumaşdır, müştəri macal vermir. M.F.Axundzadə. Al qumaşa bəzənərək yurdumuzun qızları; Bir şairin könlü kimi qarşılayır baharı. S.Vurğun. // Məc. mənada. Qumaş paltarını geymişdi dağlar; Töküldü sinəmə şır-şır bulaqlar. O.Sarıvəlli. qumbara is.\n1. Bomba, top gülləsi. Əl qumbarası (əl bombası). – Yaxında partlayan qumbaradan qıçı və qolu yaralanmış Əhməddən əvvəl Səlim döyüş meydanından götürülmüşdü. Ə.Əbülhəsən.\n2. İdman məşğələlərində: uzağa və ya hədəfə atmaq üçün mərmi və s. Spartakiadanın proqramına qumbara tullamaq da daxil idi. qumbaraatan is. və sif.\n1. Müharibədə düşmən üzərinə qumbara atan top, ya əsgər.\n2. idm. Qumbara atmaqda mütəxəssis olan idmançı. qumbaraçı 1. köhn. bax. qumbaraatan 1-ci mənada.\n2. is. Qumbara qayıran usta. qumbrin [əsli lat.] Neft tullantılarından hazırlanan süni gübrə. qumbrinli sif. Tərkibində qumbrin olan. qumdarısı is. məh. bot. Taxıl fəsiləsindən yem bitkisi. qumdaşı is. geol. Gil, əhəng və s. ilə qarışıb bərkimiş qumdan ibarət süxur. Çökmə süxurların dənizdə əmələ gələn növlərinə misal olaraq qumdaşı, əhəngdaşı, gil və s. göstərmək olar. M.Qaşqay. qumeşən is. zool. Balıq kürüsündən çıxan sürfə. qum-qum zərf dan. Çəngə-çəngə, komkom, topa-topa. Bəşirin bu cavabı biçarənin canına lərzə salır, uca səslə fəryad edib və saçlarını qum-qum dibindən qoparır. F.Köçərli. qumquma is. [ər.]\n1. Yandan asılan kiçik su qabı. Bir çoxları öz yol xərcliyini, .. qumqumasını alıb yola düşməyə hazırlanır. M.S.Ordubadi.\n2. məh. zool. İlk baharda bağlarda və meşələrdə meyvə ağaclarına daraşıb, onların yarpaqlarını yeyən və ağzından buraxdığı tora oxşar maddə ilə onları bürüşdürən ziyanverici tırtıl. İndi bağları qumqumadan təmizləmək üçün ağacları təyyarə ilə havadan dərmanlayırlar. qumqumaçı is. dan. Həddən artıq xırdaçı, vasvası, zəhlətökən adam. qumlaq bax. qumluq 2-ci mənada. qumlama “Qumlamaq”dan f.is. qumlamaq f.\n1. Qumla sürtüb yumaq, təmizləmək; qumla silmək, sürtmək. Qabları qumlayıb təmizləmək.\n2. Bir şeyin üstünü qumla örtmək, bir şeyi qum altında basdırmaq. qumlanma “Qumlanmaq”dan f.is. qumlanmaq məch.\n1. Qumla sürtülüb təmizlənmək, qumla silinmək.\n2. Üstü qumla örtülmək, qum altında basdırılmaq. qumlu sif.\n1. İçində, tərkibində qum olan, qum qarışığı olan. Qumlu kirəc. Qumlu sement. Qumlu suvaq.\n2. Qumu çox olan, qumla örtülü olan. Qumlu sahil. Qumlu səhra. – Kəndin bütün ətrafını aradım; ancaq burada bir parça qumlu yer tapdım, soyunub uzandım; günəş vannası alırdım, – deyə doktor izahat verdi. B.Talıblı. qumluca is.\n1. bot. Birillik, ya çoxillik bəzək bitkisi.\n2. Çoxlu miqdarda qum qatışığı olan yumşaq torpaq. qumluq 1. sif. Qumdan ibarət olan, qumla örtülü olan, qumsal. Qumluq yer. Qumluq səhra. Qumluq təpə.\n2. is. Qumsal yer, qumu çox olan, qumla örtülü yer. Bu qumluqda ağac bitməz. – Qumluqlara lalə, nərgiz əkirsiz; Siz dolanıb yağa-yağa buludlar! H.K.Sanılı. Bir az aralıda, sakit gölün başında dayanan Əlyar, qarmağı sallayır və çox gözlədikdən sonra .. balaca sucuq balıqları qarmaqdan çıxarır, qumluğa atırdı. S.Rəhimov. qumluluq is. Qumlu şeyin halı; tərkibində, içində qum olma. Süxurun qumluluğu. qumral sif. Açıq-şabalıdı rəngində olan. Ayrım qızı qısaboylu, kök bir qadın idi. Kiçik qumral gözləri, ay kimi yuvarlaq üzü var idi. A.Şaiq. O qumral saçları tökəndə üzə; Olur könlüm evi viranə, dilbər. R.Rza. Elmü ürfan qazanmağa getdiyi yerdə; Əsir oldu, aşiq oldu bir qumral qıza. Ə.Cavad. qumrallıq is. Qumral rəngində olma, qumral rəngində olan şeyin halı. qumralsaçlı sif. Saçı qumral (açıqşabalıdı) rəngində olan. Məmməd bəy on iki-on üç yaşında alagözlü, qumralsaçlı .. bir oğlan idi. Çəmənzəminli. qumro (=qumrov) is. Girdə zəng; zınqırov. Tulaları çağırmağa ehtiyac yox idi, çünki qızılquşun qumro səsi onları xəbərdar etmiş idi. S.S.Axundov. Birdən miyandarın səsi eşidildi, qumrov cingildədi. O saat musiqi başlandı. Çəmənzəminli. qumrov (=qumro) is. Girdə zəng; zınqırov. Tulaları çağırmağa ehtiyac yox idi, çünki qızılquşun qumro səsi onları xəbərdar etmiş idi. S.S.Axundov. Birdən miyandarın səsi eşidildi, qumrov cingildədi. O saat musiqi başlandı. Çəmənzəminli. qumrovlu sif. Boynundan və s.-dən qumrov asılmış, zınqırovlu. Bir günün içərisində otuz başdan yuxarı .. boğazı qumrovlu əmlik toplandı. S.Rəhimov. qumru is. zool. Göyərçin cinsindən boz rəngli gözəl bir quş. Bülbüllərə şərh edərdi halın; Qumrulara möhnətü məlalın. Füzuli. Yenə yaşıl don geyinmiş çəmənlər gülür; Təbiətdən ilham alıb ötür qumrular. S.Vurğun. Gündüzümün, gecəmin fəraqını yığaraq; Qəfəsdə qumru kimi səni gözləyəndə, bax. R.Rza. qumsal 1. is. Qumluq yer, qumla örtülü olan dəniz sahili. [Şeyda:] Bir də bilirsən ki, bizim torpaqlar susuz, ələfsiz Ərəbistan qumsalıdır. A.Şaiq. Haqqı var vüqarla dərə gəzdirə; Səni bu qumsalda bitirən əllər. O.Sarıvəlli. Qumsalları öpür ləpə; Ağ incilər səpə-səpə. M.Dilbazi.\n2. sif. Qumla qarışıq olan. Ağır gilli torpaqlarda toxumu 3-4, yüngül qumsal torpaqlarda isə 4-5 sm dərinliyə səpmək lazımdır. qumsallı bax. qumsal. O daşlı, qumsallı, gilli torpağı; Udur, lay-lay udur ekskavatorlar. S.Vurğun. qumsallıq is. Qumsal yer, qumluq. Başımız üzərində bütün qüvvəti ilə hərarət saçmaqda olan günəş qumsallığı qor halına gətirmişdi. A.Şaiq. Hacıqabuldan sonra .. qumsallıq başlayır. Ə.Əbülhəsən. qumsovuran sif. və is. xüs. Tikinti işləri aparılan yerdə qumu, torpağı sovuran (maşın). Qumsovuran maşın. qumuq is. Dağıstanda yaşayan türkdilli xalq və bu xalqa mənsub adam. Qumuq dili. Qumuq xalqı. qumuqca sif. və zərf Qumuq dilində. Qumuqca kitab. Qumuqca danışmaq. qunc is.\n1. Corabın, uzunboğaz çəkmənin və s. ayaqqabıların dizə qədər qalxan hissəsi. [Məstan bəy] çəkməsinin quncundan qamçısını çıxarıb, əlində fırlatmağa başladı. B.Talıblı.\n2. Bir şeyin tutacaq yeri. ..Sənəm atası ilə birlikdə çuvalların quncundan yapışıb .. arabaya yığdı. Ə.Əbülhəsən. qunclu sif. Quncu olan. Qunclu çəkmə. Qunclu corab. quncsuz sif. Quncu olmayan. Quncsuz ayaqqabı. Quncsuz corab. qundaq I. is.\n1. Körpə uşaqları sarımaq üçün sarğı ləvazimatı.\n2. Yerlik halında: qundaqda – bax. qundaqlı1. [Ağa Mərdan:] O vaxtda onun yanında qundaqda bir aylıq tifil oğlunu gördünüzmü? M.F.Axundzadə.\n3. məh. Körpə uşaq mənasında.\n\nII. is. Tüfəngin ağac hissəsi. Araz tüfəngin qundağı ilə onu elə vurdu ki, o gerigeri çəkilərək yerə sərildi. A.Şaiq. Qapı tüfəng qundağının zərbəsindən titrədi. M.İbrahimov. qundaqbağı is. Qundağı (1-ci mənada) sarımağa məxsus bağ. qundaqçı is. bax. qundaqsaz. qundaqlama I. “Qundaqlamaq1”dan f.is.\n\nII. “Qundaqlamaq2”dan f.is. qundaqlamaq I. f. Uşağı qundağa sarımaq, bələmək. Uşağı yuyundurub qundaqlamaq. – Adını Leyla qoyub, qızı qundaqladılar. S.Rüstəm. // məc. Bir şeyi sarıyıb bürümək, boğça halına salmaq. Paltarları qundaqlayıb qoltuğuna aldı.\n\nII. f. Tüfəngə qundaq bağlamaq, qundaq salmaq. qundaqlanma I. “Qundaqlanmaq1”dan f.is.\n\nII. “Qundaqlanmaq2”dan f.is. qundaqlanmaq I. məch. Qundaqla sarınmaq, bələnmək (uşaq haqqında). // məc. Sarınmaq, boğça halında bağlanmaq.\n\nII. məch. Qundaq salınmaq (tüfəngə). qundaqlatma I. “Qundaqlatmaq1”dan f.is.\n\nII. “Qundaqlatmaq2”dan f.is. qundaqlatmaq I. icb. Uşağı qundağa sarıtmaq, bələtmək.\n\nII. icb. Tüfəngə qundaq bağlatmaq. qundaqlı I. sif. Qundağa sarılmış, qundaqda olan. Qundaqlı uşaq. // Sarınmış, sarıqlı.\n\nII. sif. Qundağı olan. Qundaqlı tüfəng. – Yasavul uzun qırmızı təpəli sarı papağını kənardakı qara qundaqlı berdankasının başına keçirtmiş(di). S.Rəhimov. qundaqlıq sif. Qundağa yararlı. Qundaqlıq bez. qundaqsaz is. [qundaq və fars. ...saz]\n1. köhn. Araba qayıran, araba təmir edən usta. Bakıda ümumiyyətlə peşəkarlar: bənna, xarrat, dəmirçi, .. qundaqsaz və sairə çox olardı. H.Sarabski.\n2. məh. Keçmişdə tüfəng qundağı qayıran, tüfəng təmir edən usta. qundaqsız I. sif. Qundağa sarınmamış, bələnməmiş.\n\nII. sif. Qundağı olmayan (tüfəng və s.). qunduş is. bot. Zəhərli yabanı ot bitki. qunduz is. zool. Qiymətli dərisi (xəzi) olan gəmirici heyvan. Qunduz xəzi. – Gəmiricilər içərisində ən gözəl xəzi olan qunduzdur. Qunduzların xəzi şabalıdı qonur rəngdə olur və qıl tüklərin altında dərini islanmağa qoymayan sıx yumşaq tükləri olur. “Zoologiya”. qupquru sif. Tamamilə quru, lap quru, quruyub bərkimiş. Qupquru ot. Qupquru yer. Qupquru çörək. – Zənn eyləməsin könlümün eşq atəşi söndü; Yaxud ürəyim qupquru bir yarpağa döndü. S.Rüstəm. // Zərf mənasında. [Xəstənin] dodaqları qupquru qurumuşdu. Mir Cəlal. qurabiyə is. [ər.] Un, şəkər, süd, badam və s.-dən hazırlanan girdə, yaxud uzunsov və ya başqa şəkillərdə kiçik kövrək qoğal. Məşədi İmaməli çay gətirdi; yaxşı İran qurabiyəsi gətirdi, yaxşı püstə, badam gətirdi, qoydu qabağımıza. C.Məmmədquluzadə. Qələmkar süfrənin üstündə lacivərdi saxsı qablarda noğul, paxlava, şəkərçörəyi, qurabiyə qoyulmuşdu. Çəmənzəminli. quraq I. sif. və zərf Yağmursuz, quru, rütubətsiz. Quraq il. Bu il yaz quraq keçdi. – Bəzən də ruzigar dəyişir, hava elə quraq keçir ki, cücü əlindən yollardan ötmək olmur. Mir Cəlal.\n\nII. is. Paltarın və s.-nin bir yerinə artırılmış parça və s. quraqlı sif. Qurağı olan (bax. quraq2). quraqlığadavamlı sif. Quraqlıqdan qorxmayan, çox rütubət, su tələb etməyən. Quraqlığadavamlı bitkilər. quraqlıq is. Havaların isti keçməsi ilə bərabər, uzun müddət yağış yağmaması üzündən torpaqda rütubətin çatmaması və bunun nəticəsində əkin və bitkilərin tamamilə, ya qismən quruyub tələf olması. Keçən il nəhayətdə quraqlıq olmaq səbəbi ilə və Qəzvinin ətrafında suyun qıtlığı cəhəti ilə əksəri-məhsulat yanıb əmələ gəlməmişdi. M.F.Axundzadə. Məlumdur ki, bu il çox yerlərdə quraqlıq keçir və əkinlər susuzluqdan yanıb puça çıxırlar. C.Məmmədquluzadə. quraqsıma “Quraqsımaq”dan f.is. quraqsımaq f.\n1. Qurumaq, quraqlıq əmələ gəlmək. Xanpərinin sahəsi selləmə sulandığı üçün isti günlərdə dərhal quraqsıyırdı. Ə.Vəliyev.\n2. məc. Bir şeyin həsrətində olmaq. quraltmaq f. Quraşdırmaq, uydurmaq. [Şəhrəbanı xanım:] Allahı sevirsən, öz yanından zad quraltma, indi bildim ki, doğrudan da ağlayırmışsan. M.F.Axundzadə. qurama I. sif. Xırda-xırda və rəngbərəng parçalardan calanıb tikilmiş, yaxud düzəldilmiş. Qurama yorğanüzü. Qurama qapı. – Qaravaşlardan biri dizi üstə durub, qurama boğçanın bir ucundan tutub nə isə xanıma göstərirdi. Çəmənzəminli.\n\nII. is. Özündən quraşdırılmış söz və s.; uydurma. Yusif Qəhrəmanın bu vəziyyətə düşməsindən istifadə edərək, daha bir çox quramalar və əlavələr etməyə cəhd edirdi. Ə.Vəliyev. quramaçı is. Kəsik parçalardan qurama hazırlayan, düzəldən usta. quramaçılıq is. Quramaçı sənəti. quramaq f. Bütöv bir şeydən deyil, parçalardan quraşdırmaq, qondarmaq, onları birbirinə calamaqla düzəltmək, hazırlamaq. Yorğanüzü quramaq. Qapı taxtası quramaq. quramalıq sif. dan. Qurama üçün yararlı. Quramalıq parça. Quramalıq taxta. quran I. f.sif. Qurmaqla, quruculuqla məşğul olan; yaradıcı, qurucu. Hər bir namuslu yazıçı öz əsərləri ilə quran və yaradan həmvətənlərini ruhlandırmalıdır.\n\nII. is. Müsəlmanların müqəddəs dini kitabı. Nə bilir oxumayan müshəfi-hüsnün şərhin; Yerə gögdən nə üçün endigini Quranın. Füzuli. • Quran-kərim – səmavi kitablar arasında ən son və ən böyük kitab. Lüğəvi mənası alicənab, səxavətli, mərhəmətli, müqəddəs Allah kitabı. Quran ayəsi məc. – ehkam kimi qəbul edilən fikir, söz. Yaltaqlar hökmdarın ağzından çıxan hər bir adi sözü Quran ayəsi kimi .. təbir edərək, onun özünə satırlar. M.S.Ordubadi. quraşdırıcı is. xüs.\n1. Quraşdırma mütəxəssisi. İnşaatçılar divarlara beton salır, quraşdırıcılar karkasları qururdular. – [Yunus] salam verib, quraşdırıcılarla görüşdü. Mir Cəlal.\n2. sif. Quraşdıran, quraşdırma işi ilə məşğul olan. Quraşdırıcı işçi komanda verir və ağır tava divarların üstünə qoyulur. quraşdırılma “Quraşdırılmaq”dan f.is. quraşdırılmaq məch.\n1. Müxtəlif parçalardan calanaraq düzəldilmək, qayrılmaq.\n2. Yığılıb qurulmaq, birləşdirilmək, hissələri yerbəyer yerləşdirilmək. Maşınlar quraşdırılmışdır.\n3. məc. Özündən uydurulmaq, düzəldilmək. quraşdırılmış f.sif.\n1. Quraşdırılmaqla düzəldilmiş, qayrılmış. Quraşdırılmış maşın. – Qapını bu evlərdə taxtadan, ya da dəmirdən quraşdırılmış eybəcər qapaqlar əvəz edirdi. Ə.Əbülhəsən.\n2. məc. Uydurulmuş. quraşdırma 1. “Quraşdırmaq”dan f.is. İnşaat və quraşdırma işlərini xeyli sürətləndirməyə imkan yarandı.\n2. sif. Quraşdırılan, quraşdırılmış, bir-birinə quraşdırılan.\n3. is. məc. Əsli olmayan söz, xəbər və s.; yalan, uydurma. quraşdırmaq f.\n1. Bir neçə müxtəlif parçanı bir-birinə calamaq, bitişdirmək, uyuşdurmaq. // Qatmaq, birləşdirmək, calamaq, yapışdırmaq. [Səfər bəy Axunda:] ..Bulaq yanında olanların bir parça yeri var, onu gərək bulaqqarışıq şəriətin yolu ilə mənim yerimə quraşdırasan. B.Talıblı.\n2. xüs. Maşının və s.-nin hissələrini yığıb qurmaq, birləşdirmək, yerbəyer yerləşdirmək. Özüllər qurulduqdan sonra vışka quraşdırılır. Quliyev.\n3. məc. Özündən düzəltmək, özündən toxumaq, uydurmaq. ..Zeynalın özündən quraşdırıb oxuduğu şikəstə ortalığı daha da canlandırdı. Ə.Əbülhəsən. quraşıq sif. Bir-birinə quraşdırılmış. quraşmaq f. Yaraşmaq, uyuşmaq, birbirinə münasib olmaq. qurbağa is.\n1. Sıçramaq üçün dal ayaqları uzun, suda və quruda yaşayan quyruqsuz heyvan. • Qara qurbağa – qurbağanın çöldə (quruda) yaşayan növü. Ağac qurbağası – qurbağanın ağacda yaşayan növü; yaşıl qurbağa. Quyruqlu qurbağa – qurbağa balası, çömçəquyruq.\n2. Qapının bir tayını bərkidib saxlamaq üçün dil şəklində cəftə. ‣ Qurbağa(nın) gölünə daş atdı(lar) (daş atıldı) – birdən-birə sükut düşmək, hamı susmaq, səslər kəsilmək mənasında. Qlavalar çıxdılar qapıya, xanım çıxdı balkona, tulalar hücum çəkdilər adamların üstünə və bir qədər keçdi, guya qurbağanın gölünə daş atdılar, çünki bu gələn naçalnik deyilmiş, özgə mahalın pristavı imiş. C.Məmmədquluzadə. Elə bil qurbağanın gölünə daş atıldı, Tapdıq səsini kəsdi. Ə.Vəliyev. qurbağacıq is. Kiçik qurbağa, qurbağa balası. qurbağagöz sif. dan. Gözləri qabağa doğru çıxıq olan; dombalangöz. qurbağalıq is. Qurbağalı göl, çən. qurbağaotu is. bot. Bataqlıq yerlərdə bitən, bəzi növləri xalq təbabətində işlədilən çoxillik bitki. Poruq və ya qurbağaotu .. növü bataqlıqlarda bitir. Kökü unlu və ətirlidir, bişmiş halda çox ləzzətli olur.. M.Qasımov. qurban is. [ər.]\n1. Dini adətlərə görə, Allah yolunda kəsilən qoyun və ya başqa bir heyvan. • Qurban bayramı – hicri ilin sonuncu ayında müsəlmanların qurban kəsdikləri dini bayram. Qurban kəsmək – həmin mərasimi icra etmək. Bugünkü qonaqlıq – “qurban kəsmə” Həmzənin idi. Pir üstündə o bu gün bir neçə qoyun kəsmiş, böyük ziyafət vermişdi. Ə.Əbülhəsən. İnqilabdan əvvəl quraqlıq olan illər camaat .. müsəllaya çıxıb, çoxlu qurban kəsmiş. Ə.Vəliyev.\n2. Xalq arasında: hər hansı bir əlamətdar hadisə münasibəti ilə qoyun kəsmə adəti. Kəndlərdən qəhrəman Fəxrəddinin atının dırnağında qurban kəsmək üçün gətirilən sürü-sürü qoyunlar kəsilib soyulur. M.S.Ordubadi.\n3. Ən əziz, ən müqəddəs bir şey yolunda canından keçmiş, özünü fəda etmiş adam. ..Bizim Novruz bayramının ikinci günü Petroqrad şəhərində azadlıq yolunda şəhid olan azadlıq qurbanları dəfn olublar. C.Məmmədquluzadə. • Qurban etmək (eləmək) – 1) fəda etmək. Müştaqiyəm, canı qurban elərəm; O xəttinə, o xalına, sevdiyim! M.V.Vidadi. Bir canım var, yara qurban eylərəm; El də desin aşıq qurban öldürür. Aşıq Ələsgər; 2) könüllü surətdə başqasının xeyrinə bir şeyindən keçmək, əl çəkmək; canındanmalından keçmək. Qurban getmək – ən əziz, ən müqəddəs bir şey uğrunda fəda olmaq, həlak olmaq, canını qoymaq. Qurban olmaq – bax. qurban getmək. // Nəvaziş, mehribanlıq, yaxud yalvarış mənasında. Qurban, tez bunu apar. – Oxu, bülbülciyim, səsinə qurban! Ey ilham pərisi sevimli canan! M.Rahim. Qurban vermək – ən əziz, ən müqəddəs bir şey yolunda öz canından, yaxud yaxın adamının canından və ya malından keçmək, fəda etmək. Vətən yolunda canını qurban vermək. // Qurbandır şəklində – xoş təklif, iltifat mənasında, yaxud xahiş edilən bir şeyi məmnuniyyətlə verməyə, güzəşt etməyə hazır olmağı bildirir. – Nə gözəl şeydir! – Qurbandır! – [Məmmədhəsən əmi:] Baş üstə, baş üstə, qurbandı sənə eşşək. Bu saat gedim, özüm çıxardım. C.Məmmədquluzadə. Ay qardaş, sən xoş gəlmisən. Malım, dövlətim, evim, hamısı sənə qurbandır! Qantəmir.\n4. Bir hadisə nəticəsində həlak olmuş adam. Yanğın qurbanları. Zəlzələ qurbanları. // Hər hansı bir iş üzündən zərər çəkmiş, mənəvi iztirab və haqsızlığa məruz qalmış adam haqqında. O, intriqa qurbanı oldu. Öz təcrübəsizliyinin qurbanı. ‣ Qurban(ın) olum! – nəvaziş, mehribanlıq, yaxud yalvarış bildirir. Çoxdandır ki, ibadətdən xaricəm; Səcdəgahım, bir sana qurban olum! Aşıq Pəri. Anası [Nadirin] ayıldığını görcək, qorxa-qorxa yanına gəlib başını sığalladı və sordu: – Qurban olum, bədənin ağrıyırmı? B.Talıblı. O yazan əlinə mən qurban olum! Gəl, gəz bağçamızı gül dərə-dərə. S.Vurğun. [Gülsənəm:] Sən özünə baxma, qurbanın olum! M.Hüseyn. Qurban kəsim! – bax. qurban olum! Qurban olasan..., qurban olsun... – biri haqqında icra edilmək istənilən bir işin (cəzanın, tənbehin və s.) kimin (nəyin) sayəsində güzəşt edildiyini bildirir. Qurban olsun gəncliyinə, yoxsa... qurbangah is. [ər. qurban və fars. ...gah] Qurban kəsilən yer. Yaz və yay gecələrində bu lampalar eyni ilə bir qurbangah kimi idilər. Ə.Məmmədxanlı. qurbanlıq sif.\n1. Qurban kəsilmək üçün saxlanmış, ayrılmış. Vaqif, oğlunun qurbanlıq qoyunu kimi yerə uzandırıldığını gördükdə qışqırdı. Çəmənzəminli. Ay yazıq, bilmirsənmi, qurbanlıq qoyuna qənd yedirərdilər, xına yaxar, gözünə sürmə çəkərdilər? Ə.Əbülhəsən.\n2. Özünü, yaxud başqasını qurban vermə, canından keçmə. [Solmaz:] Bütün xalqın nicatı üçün mənim qurbanlığım gərəksə, mən çəkinməyəcəyəm. C.Cabbarlı. qurban-sadağa dan. bax. sadağa. ‣ Qurban-sadağa getmək – həddindən artıq əzizləmək, oxşamaq, nazlamaq. qurcalanma “Qurcalanmaq”dan f.is. qurcalanmaq f. dan. Qurdalanmaq, yerindəcə tərpənmək, o yan-bu yana çevrilmək (çox vaxt “yerində” sözü ilə). Mürsəl kişi utancaq gözlərini Məryəmə zilləyib yerində qurcalandı. M.Hüseyn. Nəbi ailəsinə sabah haradan çörək tapacağını düşünür, yerində qurcalanırdı. Ə.Abasov. qurcanma “Qurcanmaq”dan f.is. qurcanmaq bax. qurcalanmaq. Kazım yerində qurcandı, diqqətlə oğlana baxdı, utancaq bir təbəssüm üzünə yayıldı. Çəmənzəminli. qurcuxma “Qurcuxmaq”dan f.is. • Qurcuxma düşmək – narahatlıq və maraq əlaməti olaraq hamı yerindəcə hərəkət etmək, tərpəşmək. qurcuxmaq f. dan. Bir yerdə sakit oturmayıb tez-tez çevrilmək, qurdalanmaq. Səfər yerində qurcuxur, sonra yenə gözlərini ulduzlara dikərək, qəlbini dinləməyə başlayırdı. Çəmənzəminli. Yarım saat keçmədi ki, yenə topalın qurcuxduğunu sezdim. Mir Cəlal. qurcuşma “Qurcuşmaq”dan f.is. “Böyük düz” yiyələrinin arasında yenə qurcuşma düşdü. Ə.Əbülhəsən. qurcuşmaq bax. qurcuxmaq. qurd I. is. Canavar. Düşdü qəzadan ora qurdun yolu; Baxdı ki, görsün, quyu boşdur, dolu. A.Səhhət. Qurd da öz yerini qaranlıq istər ki, onu heç görən olmasın, o da əlinə keçəni dağıdıb gəmirsin, sümüklü-sümüklü, qanlı-qanlı udsun. S.Rəhman. // məc. Təşbehlərdə. [Hacı Murad:] Mən olmuşam bir leş, siz olmusunuz bir ac qurd. S.S.Axundov. [Vaqif:] Xalq razı qalmasa bir hökmdardan; Hakimi qurd kimi didəcək zaman. S.Vurğun. [Qazanxan:] Gördüm ki, .. qara quduz qurdlar evimi dəlir.. M.Rzaquluzadə. ‣ Qurd nağılı – vaxt keçirmək üçün danışılan aldadıcı sözlər. Qurd ürəyi yemək – cəsarətli olmaq, qorxmamaq, ürəkli olmaq. ..Bax, indi düşmənlə dalaşmaq vaxtı gəlib çatmışdır. Oğlan oldu, ya qız, gərək yeri gələndə qurd ürəyi yemiş olsun. S.Rəhimov. Qurd yağı – mövhumata inananların etiqadına görə, guya iki yaxın adamı və ya qohumu bir-birinə düşmən etmək, yaxud birbirindən ikrah etdirmək qüvvəsinə malik olan maddə (buna nail olmaq üçün bu maddəni onların paltarına sürtmək və ya onların evlərinin astanasında basdırmaq kifayət imiş). [Nurcahan:] Belə olan surətdə, balam, yəqin ki, oğlana qurd yağı sürtüblər. N.Vəzirov. Qurdla qiyamətə qalmaq zar. kin. – çox yaşamaq, ölməmək, həmişə yaşamaq (adətən inkar şəklində işlənir). Ona bir deyən yoxdur ki, ay arvad, qurdla qiyamətə qalmayacaqsan ki.. S.Rüstəm. Qurdla quzu bir yerdə, yaxud qurd quzu ilə otlayır – çox sakitlikdir, dinclikdir, əminamanlıqdır. ..Guya müxbirimiz oradan yazır ki, “sakitlikdir, qurd quzu ilə otlayır”. C.Məmmədquluzadə. Qoyun cildinə (dərisinə, donuna) girmiş qurd – öz pis niyyətlərini xeyirxahlıq pərdəsi altında gizlədən qəddar, riyakar adam haqqında. Gözünün qurdu ölmək – bax. göz. Köhnə qurd – heç bir hiyləyə aldanmayan, uymayan, hiyləgər, təcrübəli, ayıq, zirək adam haqqında. O, köhnə qurddur, onu aldatmaq olmaz.\n\nII. is. zool. Yumşaq bədənli, uzunsov, ayaqsız, sürünərək hərəkət edən kiçik heyvan. Formaları, rəngləri, növləri, böyüklükləri və yaşayış tərzləri xeyli müxtəlif və qəribə olan minlərlə qurd növü dənizin səthindən tutmuş dibinə qədər hər bir yerində yaşayır. “Sualtı aləm”. “Qurdlar” mövzusunu keçərkən ən əlverişli obyekt diri soxulcan hesab olunur. Cəbrayılbəyli. Kirpi bostanın qurdlarını yeyib tələf edər. S.S.Axundov. • Qurd düşmək – bax. qurdlanmaq. Pendirə qurd düşmüşdür. Qurd yemək – çürümək, pozulub xarab olmaq. Göyçək bacının dediyinə görə, uşaq çox şirni sevdiyindən, dişlərinin hamısını qurd yemişdi. Ə.Vəliyev. qurdabənzər sif. Görünüşcə qurda (soxulcana) oxşayan. qurdağzı is. bot. Çoxillik ot bitki; itağzı. qurdalama “Qurdalamaq”dan f.is. qurdalamaq f.\n1. Bir şeyi əli ilə və ya başqa bir şeylə əlləşdirmək, yerindən tərpətmək, qarışdırmaq, o tərəf-bu tərəfinə toxunmaq. Şeyləri qurdalamaq. – Rəhim bəy dodaqaltı gülümsədi, böyründəki maşanı götürüb manqalın közlərini qurdaladı. M.Hüseyn. // Əli ilə araşdırmaq. [Fərhad] sağ cibini qurdaladı. Bir loğma quru qara çörək tapdı. Ə.Vəliyev.\n2. Qaşımaq, toxunmaq, əlləşdirmək, qıcıqlandırmaq. Yaranı qurdalamaq.\n3. məc. Təzələmək, üstünü açmaq, yaxud yaddan çıxmış bir şeyi təzədən yada salmaq. Mən məsələni çox da qurdalamaq istəməyərək, intibahnaməni oxumağa başladım. M.S.Ordubadi. Keçmişlərini qurdalamaq, onu yaxından tanımaq arzusu gündəngünə artırdı. A.Şaiq. qurdalanma “Qurdalanmaq”dan f.is. qurdalanmaq f.\n1. Öz yerindəcə tərpəşmək, nə isə bir şeylə əlləşmək, məşğul olmaq, yüngülcə işləmək; sakit oturmamaq. Binanın o biri başında, üst mərtəbənin balaca eyvanında Salman qurdalanırdı. S.Rəhimov. Yunis yaxınlaşanda ağac altında boz köynəkli, yaxası açıq bir kişinin qurdalandığını gör(dü). Mir Cəlal. Əsəd həyətdəki tərəvəzlikdə qurdalanırdı. S.Rəhman.\n2. məch. Təzələnmək, təzədən yada salınmaq. Bu xatirənin qurdalanmağından nə fayda? Ə.Əbülhəsən. qurdalaşma “Qurdalaşmaq”dan f.is. qurdalaşmaq f. Öz-özünə tərpəşmək, öz yerində qurdalanmaq. Asta-asta dəbərib qurdalaşırsan, deyəsən; Bəzi əfsanəçilərlə yanaşırsan, deyəsən. M.Ə.Sabir. qurdaoxşar bax. qurdabənzər. qurdbağrı is. bot. Meşələrdə geniş yayılmış bir kol bitki; birgöz. Birgöz və ya qurdbağrı .. Azərbaycan meşələrində geniş yayılmışdır. Hündürlüyü 3 m-ə qədər olan koldur. M.Qasımov. qurdbasan is. İri çoban iti. qurdboğan is. bot. Acı və zəhərli şirəsi olan bir bitki, ot. qurdeşənəyi is. dan.\n1. Bir-birinə qarışdırılmış, alt-üst edilmiş şey və ya yer haqqında. Bu nədir, elə bil qurdeşənəyidir, hər şey alt-üst edilmişdir.\n2. Bədən ətinin parça-parça qızarmasından ibarət xəstəlik. qurdkolu is. bot. Paxlalılar fəsiləsindən kol bitki. qurdqovan (=qurdqovucu) sif. tib. İnsan, ya heyvan bağırsaqlarındakı qurdları çıxaran (dərman və s.). Alimlərimiz tərəfindən qankəsici, qurdqovucu, ödqovucu, qusdurucu təsirə malik bir sıra dərman bitkiləri də öyrənilmişdir. qurdqovucu (=qurdqovan) sif. tib. İnsan, ya heyvan bağırsaqlarındakı qurdları çıxaran (dərman və s.). Alimlərimiz tərəfindən qankəsici, qurdqovucu, ödqovucu, qusdurucu təsirə malik bir sıra dərman bitkiləri də öyrənilmişdir. qurd-quş top. Həşərat, cücülər. Toyuq cücələri ilə o ağaclıqda gəzişir, qurd-quş, çəyirtkə tutub yeyir və çalaların altında eşələnirdi. A.Şaiq. qurdlama “Qurdlamaq”dan f.is. qurdlamaq f. Bala doğmaq, balalamaq (qurd haqqında). qurdlandırma “Qurdlandırmaq”dan f.is. qurdlandırmaq f. Bir şeyi çox saxlayaraq qurdlanmasına, qurd düşməsinə səbəb olmaq; iyləndirmək. Pendiri qurdlandırmaq. Əti qurdlandırmaq. qurdlanma “Qurdlanmaq”dan f.is. qurdlanmaq f.\n1. Çox qalmaqdan, istidən, yaxud başqa bir səbəbdən qurd düşmək, iylənmək. Pendir qalıb qurdlanıbdır.\n2. məc. dan. Paxıllıq etmək, ürəyində paxıllığını çəkmək. qurdlatmaq bax. qurdlandırmaq. qurdlu sif.\n1. Qurd düşmüş, qurd dəymiş. Qurdlu alma. Qurdlu pendir.\n2. məc. Kinli, qəlbiqara, paxıl. Qaragünün dərdi böyük idi. Onun gözü ac, ürəyi qurdlu idi. M.Rzaquluzadə. qurdluq is. Canavarlıq, vəhşilik, yırtıcılıq. Qurd doğulduğu zaman qurdluq xasiyyəti ilə yox, yalnız qurdluq şəkli ilə doğulur. M.S.Ordubadi. qurdluluq is. Qurd düşmüş şeyin halı. qurdotu is. bot. Paxlalılara mənsub yabanı bir bitki. qurdu-qurdu is. dan. Həyəcan, yaxud narazılıq əlaməti olaraq gizli danışma, deyinmə, qeybət etmə. • Qurdu-qurduya düşmək – həyəcan, yaxud narazılıq əlaməti olaraq gizli danışmaq, deyinmək, qeybət etmək. qurdurma “Qurdurmaq”dan f.is. qurdurmaq “Qurmaq”dan icb. qurğan is. məh. Hasar; böyük və hündür barı. qurğu I. is. Bir yerdə qurulmuş mexanizm, maşın, cihazlar sistemi və s. texniki avadanlıq. Orda keşik çəkən bütün fəhlələr; Gözü tək qoruyur bu qurğuları. S.Vurğun. // Hər hansı bir işi, əməliyyatı icra etmək üçün vasitə ola bilən alət, cihaz, tərtibat, vəsait. İdman qurğuları.\n\nII. is. dan.\n1. Büsat, təntənə, dəsgah. Çərxin gərdişindən bimürvət fələk; Sitəmindən necə canlar itibdir; zülmünü aşikar qıldın nümayan; Qurğular pozulub, sanlar itibdir. Aşıq Ələsgər.\n2. Hiylə, kələk, dolab, əl altından hazırlanan tələ. Sübhanverdizadə tələdən sağ-salamat çıxan Dəmirov üçün yenə də ayrı-ayrı qurğular düşünürdü. S.Rəhimov. • Qurğu qurmaq – birinə qarşı gizlindən tələ hazırlamaq, hiylə düzəltmək, biclik işlətmək. İşdi .. birdən tutulsam, onda bir qurğu qurub Koroğlunu Bayazidə göndərəcəyəm. “Koroğlu”. [Hacı Əli:] Bax, bizi yoxlamaq üçün belə qurğular qurulur. P.Makulu. qurğuşun is.\n1. Göyə çalar bozumtul rəngli çox ağır yumşaq metal. Ərgin qurğuşun. Mətbəə hərfləri qurğuşundan tökülür. – Ayrı-ayrı kimyəvi elementlərdən alüminium, sürmə, volfram, nikel, kobalt, qurğuşun və radioaktiv metalların yeni yataqlarının axtarışı xüsusi əhəmiyyət kəsb edir. M.Qaşqay. • Qurğuşun rəngi – tutqun. Qurğuşun rənginə çalan buludlar şəhər üzərindən ağır-ağır gəlib ötdükcə, elə bil dənizlə göy qovuşurdu. M.Hüseyn. // Qurğuşundan qayrılmış. Qurğuşun güllə. Qurğuşun boru.\n2. Tüfəng və tapança gülləsi.\n3. məc. Çox ağırlıq mənasında. [Hacı Qara:] ..Qədək, şilə verənin əli qurğuşun imiş, üç aydır .. beş top satmışam. M.F.Axundzadə. Axı niyə Zərintac xanım öz ərinin başına belə bir qurğuşun qapaz salmaqla bu qədər ağ eləsin?! S.Rəhimov. [Qaraca çobanın] başı qurğuşun kimi ağırlaşmış, qulaqları uğuldayır, bədəni uçunurdu. M.Rzaquluzadə. qurğuşunlama “Qurğuşunlamaq”dan f.is. qurğuşunlamaq f. tex. Qurğuşuna tutmaq, üzərinə qurğuşun çəkmək, qurğuşunla örtmək, qurğuşunla işləmək. qurğuşunlanma “Qurğuşunlanmaq”dan f.is. qurğuşunlanmaq 1. t-siz. Qurğuşuna çevrilmək, qurğuşun kimi olmaq.\n2. məch. İçinə qurğuşun tökülmək, yaxud qurğuşunla suvanmaq, qurğuşunla örtülmək, üzərinə qurğuşun çəkilmək. qurğuşunlaşma “Qurğuşunlaşmaq”dan f.is. qurğuşunlaşmaq f. Qurğuşuna dönmək, qurğuşun kimi olmaq. qurğuşunlu sif. Tərkibində qurğuşun olan, qurğuşun qatışığı olan. qur-qur I. təql.\n1. Qarın quruldaması, bağırsaqların içindəki qaz və ya mayenin hərəkətindən qarında hasil olan səs.\n2. Qurbağaların çıxardığı səs, quruldama.\n3. Boğazı dar qabdan tökülərkən mayenin çıxardığı səs. // Sulu qəlyanı çəkərkən, küpünün içində hasil olan səs.\n4. Qarışıq, anlaşılmaz danışıq, səs. Qurqur salmaq.\n\nII. is. dan. İçinə giləli meyvə yığmaq üçün ağac qabığından qayrılan boruşəkilli qab. Uşaqlar qur-qurda çiyələk gətirmişdilər. qurma 1. “Qurmaq”dan f.is.\n2. sif. Qurulan, yaylı. Qurma oyuncaq. qurmaq f.\n1. Yaratmaq, təşkil etmək, meydana gətirmək. Yeni həyat, yeni məişət qurmaq.\n2. Tikmək, bina etmək, təsis etmək, inşa etmək, qayırmaq. Sədd qurmaq. Zavod qurmaq. – İstehkamçı – mühəndis deməkdir. Yəni körpü tikəcək, yolları bərpa edəcək, səngər quracaqsınız. Mir Cəlal. [Qaraca çobanın] igid yoldaşları bir neçə möhkəm tiri çəkib bir-birinə bənd etdilər, körpü qurdular. M.Rzaquluzadə.\n3. Düzəltmək, tərtib etmək. Məclis qurmaq. Süfrə qurmaq. Tələ qurmaq. Yas qurmaq. İki cümləni qura bilmir. – ..Qəzetlərdə yazırlar ki, Təbrizdə övrətlər mitinq qururlar, köhnə adətləri aradan götürürlər, islahat tələb edirlər. C.Məmmədquluzadə. Atam Kərim baba ilə alaçıq qurmağa getdi. A.Şaiq. Qaratoyuq tutmaq üçün at qılından cələ hörüb, bağda ağaclar altında çox xəzəl olan yerdə qururduq. S.S.Axundov.\n4. Bir şeyin üzərində əsaslandırmaq, təşkil etmək. Planı real imkanlar əsasında qurmalı. İşləri yeni üsul ilə qurmaq. – ..Gələcək qohumluğu möhkəm əsaslar üstündə qurmaq üçün, o, Səliminin .. bəzi hərəkətlərini təshih etməli idi. M.İbrahimov.\n5. Xəyalında yaratmaq. Cürbəcür fərziyyələr qurmaq. Xəyalında böyük-böyük planlar qurmaq.\n6. Saat və s. mexanizmlərin yayını burmaq və işə salmaq. Saatı qurmaq. Patefonu qurmaq. qurna is.\n1. Çeşmə, hamam və s. kranı altında suyun tökülüb yığılması üçün daşdan və s.-dən düzəldilmiş kiçik hovuz. Hamam, çeşmə qurnası.\n2. Kran. Lüzum vaxtında qurnanı açırsan, pakizə su cari olur. M.F.Axundzadə. [Xortdan:] Divarlarda samovar qurnasına oxşar bir şey qoyubdurlar. Ə.Haqverdiyev. qurnaz sif. Hiyləgər, aldadıcı, məkrli. Təbiət qurnaz baqqallar kimi bizi aldadır. C.Cabbarlı. Bilirik, tülküdən daha qurnazsan; Dilində “qardaşlıq”, əlində silah. S.Vurğun. // Ayıq, aldanmaz, zirək. qurnazcasına zərf Hiyləgərcəsinə, bic-bic. [Gülərin] daima qurnazcasına gülümsəyən iri mavi gözləri vardı. C.Cabbarlı. qurnazlıq is. Hiyləgərlik, aldadıcılıq; məkr. Nə etmək, qurnazlıqla (z.) edilən bu xəyanət dünyada birinci dəfə deyildir. A.Şaiq. // Ayıqlıq, aldanmazlıq, zirəklik. qurs [ər. qürs]\n1. is. Yastı, dairə şəkilli şey, yuvarlaq şey; disk. Ay qursu. – Günəşin qursu nədən yer yüzünə şölə verir? Nəsimi.\n2. sif. Həcmcə kiçik, vəzncə ağır. qursaq is.\n1. Gövşəyən heyvanların və quşların birinci mədəsi. // Ümumiyyətlə, mədə. • Qursağı boş – ac.\n2. İçinə sucuq və s. doldurmaq üçün nazik, quru bağırsaq. // Dəf, baraban və s. üzünə çəkilən nazik dəri. ‣ Qursağı daralmaq – 1) yeməməkdən arıqlamaq, üzülmək. Aclıqdan uşağın qursağı daralar, fikri ilə anası ona yanaşaraq: – Oğlum, .. qalx, qalx, yeməyini ye, – deyərdi. A.Şaiq; 2) məc. ürəyi sıxılmaq, canı sıxılmaq. qursaqcıq is. Kiçik qursaq. qursaqlı sif.\n1. Qursağı olan.\n2. məc. dan. Ürəkli, cəsarətli, qorxusuz. qursaqlıq is. anat. Qarında qursağın yerləşdiyi boşluq. qurşaq is.\n1. Beli sıx tutmaq üçün ona sarılan uzun və dar parça; belbağı. Qurşaq da, bilirsən ki, on arşın gərək olsun.. M.Ə.Sabir. Məhəmmədhəsən əlini eşşəkçinin qurşağına salıb çəkə-çəkə aparırdı. C.Məmmədquluzadə. Hacı Salman çubuğunu qurşağına sancdı, konka sürənin yerinə çıxdı. M.S.Ordubadi. // Sarğı, ip və s. Göndərilən kitablar başıbağlı qalıb, kəsilmir və ruznamələr qurşaqdan çıxmır. F.Köçərli .\n2. Bel. Qurşağından yapışmaq. Qurşağa qədər suya batmaq. Qurşağa qədər palçıq vardır. Bədəni hər gün qurşağa qədər soyuq su ilə yumaq xeyirlidir. – Burada yaz zamanı qurşağa qədər ot olur. İ.Əfəndiyev.\n3. xüs. Bir şeyin belini dövrələmək üçün metaldan və s.-dən qayrılmış kəmər; çənbər. Çəlləyin qurşağı. Binanın qurşağı.\n4. coğr. Yer kürəsi səthinin iki meridian arasındakı hissəsi. Bütün Yer kürəsi meridianlarla 24 qurşağa, ya zonaya bölünür. – Avropa, demək olar ki, tamamilə mülayim qurşaqda yerləşən yeganə qitədir. “Qitələr coğrafiyası”. // Ölkə ərazisinin, hər hansı bir əlamətinə görə, müəyyən bir qismini təşkil edən hissəsi. – Hündürlüyü 1000 m-dən artıq olan relyef ünsürləri dağ qurşağını təşkil edir.. [Miçurin] şaftalı kimi dadlı, zərif ətirli bir meyvə bitkisini Rusiyanın orta qurşaqlarında yetişdirmək istəyirdi. M.Axundov. ‣ Qurşağa çıxmaq – həddi aşmaq (bir şeyin çoxluğunu, bolluğunu bildirir). Qar qurşağa çıxırdı. – Söz uzansa həcv çıxar qurşağa; Sözün dalın çox uzatma, hayıfsan! Aşıq Ələsgər. Bu minval ilə yeddi gün keçdi. Bu yeddi günün ərzində plov qurşağa çıxdı.. Ə.Haqverdiyev. Qurşağının altını bərkitmək zar. – qarnını doydurmaq, yemək. [Cahangir bəy:] ..Xəlil, sən də gəl otur, qurşağının altını bərkit, balam! N.Vəzirov. Qurşaq tutmaq (yapışmaq) – güləşmək. qurşaqlama “Qurşaqlamaq”dan f.is. qurşaqlamaq f.\n1. Qurşaqla bağlamaq, qurşaq geydirmək, qurşaq keçirmək, qurşaq vurmaq, çənbərləmək.\n2. Birinin qurşağından yapışmaq (güləşmə üsulu). qurşaqlanma “Qurşaqlanmaq”dan f.is. qurşaqlanmaq 1. qayıd. Belinə qurşaq bağlamaq.\n2. məch. Qurşaq bağlanmaq, qurşaq geydirilmək, qurşaq keçirilmək, qurşaq vurulmaq, çənbərlənmək.\n3. məc. dan. Bir işə hazırlanmaq, bir işə başlanmaq, ... qəsdində olmaq. qurşaqlanmış f.sif. Qurşaq çəkilmiş, qurşaq keçirilmiş, çənbərlənmiş. Qurşaqlanmış çəllək. qurşaqlaşma “Qurşaqlaşmaq”dan f.is. qurşaqlaşmaq qarş. Bir-biri ilə qurşaq tutmaq, güləşmək. Onlar [İsmayıl və Nifti] əl tutdular. Əvvəlcə sağ, sonra sol çiyinlərini bir-birinə vurdular. Beləliklə, güclərini sınadıqdan sonra qurşaqlaşdılar. Ə.Abasov. qurşaqlı sif.\n1. Belində qurşaq olan, belinə qurşaq bağlamış. Qurşaqlı qoca.\n2. Qurşaq vurulmuş, qurşaq keçirilmiş; çənbərli. Qurşaqlı çəllək. – Bir yandan da gurultu ilə dükanların dəmir qurşaqlı qapıları bağlanırdı. Ə.Əbülhəsən. qurşaqlıq sif. Qurşaq üçün yararlı. Qurşaqlıq parça. Qurşaqlıq dəmir, ağac. qurşaqtutan is. Güləşən, pəhləvan. Hərdən İrandan, Ərdəbildən, Sarabdan nüfuzlu, adlı qurşaqtutanlar da gələrdi. H.Sarabski. qurşama “Qurşamaq”dan f.is. qurşamaq f.\n1. Belinə bağlamaq. Koroğlu qılıncını qurşadı, .. tərlan kimi Qıratın belinə sıçradı. “Koroğlu”. Əcəb qurşayıbdır incə belinə; Gümüş kəmər qəddi-dala yaraşır. Aşıq Ələsgər. Səsimə səs versin bütün ölkələr; Qoy qılınc qurşasın müstəmləkələr. S.Vurğun.\n2. məc. Dolamaq, ələ salmaq, araya qoymaq, oynatmaq. İstəyirlər özək katibini heçə döndərib, Xədicə Soltanı qurşasınlar. Mir Cəlal. qurşanma “Qurşanmaq”dan f.is. qurşanmaq f.\n1. qayıd. Belinə qurşaq, kəmər və sairə bağlamaq. [Tükəz:] Yəni sən bu yaraqları qurşanıb, onlar ilə adam qorxudacaqsan? M.F.Axundzadə. Sizin ilə canlanır yeni əsrin həyatı; Qurşandığın silahla parlat bu kainatı. A.Şaiq.\n2. məc. Girişmək, başlamaq, qoşulmaq, məşğul olmaq; bir işə həddindən artıq qapılmaq; özünə sənət etmək. [Şəhrəbanı xanım:] Sənin kimi cahıl uşaqlar subay qalmaqdan tamam yaman yollara düşər, oğurluğa, quldurluğa qurşanar. M.F.Axundzadə. Musanın nəvəsi qəzada qalıb, atasının ortağı ilə ticarətə qurşandı. Qantəmir. [Arvadlar] .. oxuyublar, işə girişiblər, kluba, iclasa qurşanıblar. Mir Cəlal. qurşatma “Qurşatmaq”dan f.is. qurşatmaq icb. Qurşanmağa məcbur etmək. qurşun bax. qurğuşun 2-ci mənada. Fəqət hərbin o səfalı həngamında bir qurşun; Gəlib dəydi sağ qoluna, etdi onu qərqixun. A.Səhhət. Qurşunumuz getməz boşa; Oxlarımız dəyməz daşa. A.Şaiq. [Nadir:] ..Müharibə zamanı üzərimə minlərcə düşmən qurşunu yağdı da, heç qorxmadım. B.Talıblı. ‣ Qurşuna düzmək köhn. – güllələmək. qurşuni sif. Qurğuşun rəngində, açıq kül rəngində. qurşunlamaq bax. qurğuşunlamaq. qurtaqurt təql. Su və s. içərkən boğazdan çıxan səs. Süfrələr açılır, adamlar badələrini bir-birinə vurur, daha damcı-damcı deyil, qurtaqurtla (z.) içirdi. S.Rəhimov. At ağzını bulağın daş novuna söykəyib qurtaqurtla (z.) su içir. Ə.Vəliyev. qurtaracaq is.\n1. Bir şeyin qurtaran yeri; son, nəhayət, axır. Küçənin qurtaracağı. – Meşənin qurtaracağına iki verst qalmış bir atlı, yaraqlı adam Cəfərin qabağını kəsdi. S.S.Axundov. Yuxarı bazarın qurtaracağında qarşı-qarşıya tikilmiş iki karvansara vardı ki, bunlara qoşa karvansara deyərdilər. H.Sarabski. // Sif. mənasında. Son, axır. Bəzən bizə elə gəlir ki, bir-iki kilometr qabaqda baş-başa verib dərənin üstünü almış, sıldırım qranit qayalardan o yana yol yoxdur, ora dərənin qurtaracaq nöqtəsidir. M.İbrahimov.\n2. Nəticə, aqibət, son. İşin qurtaracağı bəlli deyildir. qurtaran bax. qurtarıcı. qurtarıcı is. Xilas edən, xilaskar; təhlükədən və ya çətin bir vəziyyətdən qurtaran adam. Ol kəman əbru xədəngi-qəmzə birlə bigünah; Kişvərini öldürür, kimdir anı qurtarıcı? Kişvəri. qurtarıcılıq is. Xilaskarlıq. qurtarılma “Qurtarılmaq”dan f.is. qurtarılmaq məch. Xilas edilmək, nicat verilmək. Ölümdən qurtarılmaq. Girdabdan qurtarılmaq. Fəlakətdən qurtarılmaq. qurtarış is. Qurtulma, xilas, nicat. Ey süzən qumral qadın; Yazıqsan, süzmə belə; Qurtarış yoxdur sənə; Canımı üzmə belə. Ə.Cavad. qurtarma “Qurtarmaq”dan f.is. qurtarmaq 1. t-li. Bitirmək, axıra çatdırmaq, tamamlamaq. İşini görüb qurtarmaq. Məktəbi qurtarmaq. Söhbəti qurtarmaq. – Danışan qazmaçı bir neçə kəlmə ilə sözünü qurtardı. M.İbrahimov.\n2. t-siz. Bitmək, tamamlanmaq, axıra çatmaq. İvanov mənə dedi ki, Kərbəlayı, .. yaxşısı budur ki, sənə taxtapuşda yer salaq, orada dava qurtarınca yat. Çəmənzəminli. İclas axşam saat 9-da qurtardı. Ə.Vəliyev.\n3. t-siz. Tükənmək. Köhnə taxıl qurtarmışdır. Pullar xərclənib qurtarmışdır.\n4. t-li. Xilas etmək, azad etmək, nicat vermək. Dənizdə boğulanı qurtarmaq. O, yoldaşını ölümdən qurtardı. – Mey götür, saqi, məni qurtar nəmazü rövzədən; Kim, mən ol zöhdü riyadən tövbəkarəm, doğrusu. Kişvəri. Dünyada elə sular var ki, insanı ölümdən qurtarar, məsələn, Qafqazda mədən suları. C.Məmmədquluzadə. [Ağa:] Axır neçə nəfər əliağaclı gəlib məni itlərin ağzından qurtardılar. Ə.Haqverdiyev. // t-li. Ağır, çətin, pis, çıxılmaz vəziyyətdən çıxarmaq. [Odunçu oğlu:] O qız xeylağı ki burda əsirdir, baba onu da qurtarmaq üçün mənə kömək eləsəydin... Ə.Məmmədxanlı.\n5. t-siz. Xilas olmaq, özünü xilas etmək, qurtulmaq, nicat tapmaq. İran şahları və başqaları .. düşməndən qaçıb qurtarmaq məqsədi ilə bu əcaib ölkəsi olan Qafqaza pənah gətirirdilər. A.Bakıxanov. Kürəkçilər bu ağır əzabdan, bu ömürlük zindandan .. qurtarmaq üçün yeganə bir çarə tapmışdılar. M.Rzaquluzadə. Bir nəfərin zindandan qurtarması .. [Firidunu] sevindirdi. M.İbrahimov.\n6. t-siz. Ölmək, keçinmək. Xəstə artıq qurtardı. – Amma anam onların köçməyini eşitcək, qurtaracaq, yəqin bil ki, haman dəqiqə keçinəcək. C.Məmmədquluzadə. ‣ Qurtardı getdi! – vəssalam! [Mirzə Səməndər:] Bu məktəbin ixtiyarı məndədir, yox? Çıxart bu saat bu maşınları buradan, qurtardı getdi! C.Cabbarlı. Sözün qurtaranı – deyilənlərə yekun vurmaq üçün işlənir – xülasə, müxtəsər, bir sözlə. Sözün qurtaranı, məndən döyə-döyə dörd manat alıb yola saldılar. C.Məmmədquluzadə. qurtarmaz sif. Bitməz, qurtarmayan, axırı olmayan, axırı görünməyən. Qurtarmaz iş. Qurtarmaz mübahisə. qurtarmazlıq is. Bitməzlik; bitməyən, qurtarmayan şeyin xassəsi, halı. qurt-qurt təql. Darboğazlı qabdan maye tökülərkən, yaxud su və b. maye içərkən boğazdan çıxan səs. qurtuldama “Qurtuldamaq”dan f.is. qurtuldamaq f. Qurt-qurt etmək. Ağanın boğazı qurtuldadı. S.Rəhimov. qurtuldatma “Qurtuldatmaq”dan f.is. qurtuldatmaq f. Qurt-qurt içmək və ya tökmək. Qarı stəkanının son damlasını da qurtuldadıb [dedi:] – Allah ağzını şirin eləsin! S.Rəhimov. // Qurt-qurt yemək (duru xörəyi). Mən qana bilmirəm, mümkün olan işdirmi, düşbərəni qurtuldadım, qonşum acından kəpək qussun.. N.Vəzirov. qurtulma “Qurtulmaq”dan f.is. qurtulmaq f. Xilas olmaq, azad olmaq, nicat tapmaq; canını xilas etmək. Can nə quşdur ki, qurtula deyəsən; Ənbərin zülfünün duzağından. Nəsimi. [Əvvəlinci ərizəçi:] ..Bu gün atımı çaya suvarmağa aparmışdım; birdən əlimdən qurtuldu, qaçdı. M.F.Axundzadə. Qızılquş pəncəsindən qurtulub özünü insan əlində əsir görən kəklik, qurtulmaq üçün həyəcanla çırpınır, əllərimizi dimdikləyirdi. A.Şaiq. [Qorxmaz:] Biz bu ərəb yırtıcılarından, bu vəhşi elbəyilərdən qurtulmalıyıq. C.Cabbarlı. qurtuluş is. Xilas, nicat, azadlıq; azad olma, xilas olma, nicat tapma. Qurtuluş bayramı. – Əlində tutduğun o böyük məşəl; Göstərir aləmə qurtuluş yolu. S.Vurğun. Qələbələrimiz bütün dünyada sülh və azadlıq cəbhəsinin ən möhkəm dayağıdır, insanlığın qurtuluş arzularını çiçəkləndirən günəş işığı qədər ürəkaçıcı və fərəhlidir. M.İbrahimov. qurtum is. Adətən saylarla: bir qurtum – bir içim, bir udum. Bir qurtum su. – [Gülcahan:] Üç gündür ki, nə onun, nə də mənim boğazımdan bir qurtum su da keçməyibdir. N.Vəzirov. Allahqulu piyaləni dodaqlarına yapışdırıb, bir qurtum aldı.. Çəmənzəminli. Hacı Səməd çaydan bir neçə qurtum içib başladı.. S.S.Axundov. qurtum-qurtum zərf Çaydan qurtumqurtum içmək. – Cahandar ağa qurtum-qurtum içdiyi çayı qurtardı, boş stəkanı nəlbəkiyə qoyub, əlini güllü atlasa uzatdı. İ.Şıxlı. qurtumlama “Qurtumlamaq”dan f.is. qurtumlamaq f. Qurtum-qurtum, yaxud bir-birinin dalınca içmək. quru I. sif.\n1. Yaş olmayan, islanmamış. Quru paltar. Quru dəsmal. // Qurudulmuş. Quru meyvə. Quru balıq. – Mahmud .. quru ot-ələf yığılmış çardağın altına girdi. Ə.Əbülhəsən. // Qurumuş, ölgünləşmiş, həyat şirəsindən məhrum olmuş. Quru budaq. – Onların bir neçəsi meşəyə gedib, quru ağac qabıqlarından, çalıdan-çırpıdan yığıb gətirdilər. M.Rzaquluzadə. // Şirəsiz. Quru yem. – Heyvanın ağzına quru qida düşərsə, tüpürcək miqdarca çox, su ilə zəngin olur; qida quru və qaba olduqda, ifraz olunan tüpürcəkdə selik maddəsi çox olur. Qarayev.\n2. Rütubətsiz, rütubəti çəkilmiş, nəm olmayan. Quru torpaq. Quru otaq. Quru taxta. – Heç yata bilməzdin ipək yataqda; Bəs necə dincəldin quru torpaqda? Ə.Cavad.\n3. Qalıb bərkimiş, sərtləşmiş; köhnə, bayat. Quru bulka. Quru lavaş. – [Əsgərin] yediyi, içdiyi həmişə dişləmə çay ilə quru çörək idi. B.Talıblı.\n4. Susuz, suyu çəkilmiş. Quru çay. Quru bulaq. Quru arx.\n5. Bitkisiz, çılpaq, yaşıllıqsız. Dağda, dənizdə, quru çöllərdə, ormanda yaşayan canlı heyvanlar, onların yeyib içməsi və şəkilləri də fərqlidir. M.S.Ordubadi. Gün altında qovrulan böyük quru çöldə təndirdən qalxan kimi ağır və isti hava insanın vücudunu bürüyürdü. Mir Cəlal.\n6. Yağmur yağmayan, isti, quraq; rütubətsiz, nəmişsiz. Quru iqlim. Quru hava.\n7. Arıq, cılız, ətsiz-cansız, çox zəif. Quru bədən. Quru qollar. – [Nazlı xanım:] Elə elə ki, mənim bu quru nəfəsim, quru canım həmişə sənə duaçı olsun. Ə.Haqverdiyev.\n8. Döşənməmiş, üstünə heç bir şey salınmamış; açıq, çılpaq. Quru yer. Quru döşəmə. Quru taxtanın üstündə oturma! // Bomboş, içində heç bir şey olmayan, müxəlləfatsız. Belə əziz-giramı oğlun nişanlısı quru evə gəlməməli idi. Mir Cəlal.\n9. Sadə, qatıqsız, yavan, yalxı. Quru yemək. – Bir də axı əlli yaşından ötmüş Topuş ömrünün bu çağında haraya gedib özünə bir parça quru çörək tapa bilərdi? S.Rəhimov.\n10. Maye ifrazatı olmayan. Quru öskürək (bəlğəmsiz öskürək). – [Sona xanım:] Gecələr sübhədək quru öskürək məni boğur. Ə.Haqverdiyev.\n11. məc. Boş, nəticəsiz, qeyri-ciddi, təsirsiz. Quru söz. Quru söhbət. – Yoxsa ki, etməz quru iktifa; İş gərək olsun, nə əbəs iddia. A.Səhhət. Bu, quru bir eşqnamə deyil, mənzum bir siyasətnamədir. M.S.Ordubadi.\n12. məc. Maraqsız, cansıxıcı, darıxdırıcı. Onun üslubu çox qurudur. Məqalə quru dildə yazılıbdır. Bəzi müəllimlər dərsi çox quru (z.) və maraqsız keçirlər. – Daima qısqanan ürkək bir həyat; Məncə bu dünyada bir quru səsdir. S.Vurğun.\n13. məc. Soyuq, laqeyd, etinasız. Quru cavab. – Dəmirov quru və tələbkar bir sifət aldı. S.Rəhimov. Bu səbəbdən də o, qısa, quru və sərt cavab verirdi. Ə.Əbülhəsən.\n14. məc. Açıq, əsassız. Quru böhtan. – Yar olub özgələrə, yar çəkir zövqü səfa; Düşmüşəm mən quru böhtanlara, töhmət çəkirəm. S.Ə.Şirvani. Elm adına bir quru böhtandı bu! Nifrətə şayandı bu! M.Ə.Sabir.\n15. “Yalnız”, “təkcə”, “ancaq” mənasında. ..“Dəvəuçan” .. da sökülüb dağılmış, ondan ancaq bir quru ad qalmışdı. S.Rəhimov. ‣ Quru əl – boş əl, kasıb, yoxsul hal. Quru yerdə qalmaq – var-yoxu əlindən çıxmaq, hər şeyindən məhrum olmaq, kasıblaşmaq. Quru yerdə qoymaq – var-yoxunu əlindən almaq. quru-quru zərf Boş-boşuna, əsassız, yalandan, ortada heç bir şey olmadığı halda. Quru-quru vədlər vermək.\n\nII. is. Torpaq, qitə, yer (dəniz, su müqabili). Quruya çıxmaq. Quruda yaşayanlar. Quruda və dənizdə. Quru qüvvələri. Avropanın sahəsi bütün qurunun ancaq on beşdə bir hissəsini təşkil edir. – ..Biz cəld sudan çıxdıqda ilan da üstümüzə hücum edərək quruya çıxdı. S.S.Axundov. quruca sif. Çox quru, yaxud bir az quru. Qara kişi .. bir-iki addım da geri çəkildi, yerə baxmaqda davam edərək, quruca cavab verdi. Ə.Əbülhəsən. qurucu 1. is. Quran, tikən, bina edən, yaradan, təsis edən; müəssis.\n2. sif. Yaradıcı. Uşağı mübariz və qurucu həyata hazırlamaq lazımdır. S.Rəhimov. quruculuq is.\n1. Qurma, tikmə, bina etmə, yaratma, təşkil etmə, təsis etmə işi; yaradıcılıq. Ölkə müharibəni qurtardıqdan sonra, dinc quruculuq yoluna keçməyə başladı. Atom enerjisi dinc quruculuq məqsədləri üçün istifadə olunmuşdur.\n2. İnşaat, tikinti. Şəhərdə quruculuq və abadlıq işləri genişlənmişdir. quru-çürük is. Tullantı, yaramaz, lazımsız şeylər. qurudan is. Mürəkkəbi qurutmağa məxsus kağız, yaxud alət. quruducu 1. sif. Bir şeyi qurutmaq üçün işlənən. Quruducu cihazlar. Bitkilər quruducu şkaflarda qurudulur. – ..Xüsusi quruducu sex yaradılmışdır ki, burada yüksək keyfiyyətli zəfəran telləri qurudulur. İ.Axundzadə. // İs. mənasında. Dərman bitki materiallarını 35-45° temperaturda müxtəlif quruducularda: sobalarda, çardaqlarda, dəmir örtüklü anbarlarda .. qurudurlar. Əliyev.\n2. bax. qurudan. qurudulma “Qurudulmaq”dan f.is. Yabanı dərman bitkilərinin toplanması və qurudulması. qurudulmaq məch.\n1. Quru hala salınmaq; rütubəti, nəmliyi, suyu çəkilmək. Paltarlar yaxşı qurudulmamışdır. Meyvələrin bir qismi qurudulmuşdur.\n2. məc. dan. Tamam içilmək, dibinədək içilmək. Bütün stəkanlar quruduldu. qurudulmuş f.sif. Quru hala salınmış. Qurudulmuş meyvə. qurulama “Qurulamaq”dan f.is. qurulamaq f. Yaş və islaq bir şeyi dəsmal və s. ilə silib quru hala gətirmək, yaşlığını rəf etmək; qurutmaq. Bədənini qurulamaq. Başını qurulamaq. – Zöhrə suya çəkməkdə olduğu paltarı sərib qurtardı, əlini quruladı. Ə.Vəliyev. qurulanma “Qurulanmaq”dan f.is. qurulanmaq qayıd. İslanmış, yaxud tərli bədənini dəsmal və s. ilə silib quru etmək. Dəsmalla qurulanmaq. – ..Heç biri cürət edib .. [Qazanxana] yaxın obaların birində düşüb həm qızınıb qurulanmağı, həm də kömək üçün adam toplamağı təklif edə bilmirdi.. M.Rzaquluzadə. qurulatma “Qurulatmaq”dan f.is. qurulatmaq “Qurulamaq”dan icb. Uşağı çimdirdikdən sonra qurulatmalı. qurulayan is.\n1. bax. qurudan.\n2. Bədəni qurulamaq üçün böyük dəsmal və s. quruldama is.\n1. “Quruldamaq”dan f.is.\n2. Qurbağaların çıxardığı səs. Qurbağaların quruldamasından qulaqlarımız dəng oldu. quruldamaq f. Qur-qur etmək. Qurbağalar gölməçələrdə quruldayır. – [Mehmanxanaçı] müfəttişə yemək də vermir və biçarənin aclıqdan qarnı quruldayır. F.Köçərli. quruldaşma “Quruldaşmaq”dan f.is. quruldaşmaq qarş. Hamısı birdən quruldamaq, səs-səsə verib quruldamaq. Qurbağalar göldə quruldaşır. quruldatma “Quruldatmaq”dan f.is. quruldatmaq “Quruldama”dan icb. qurulma “Qurulmaq”dan f.is. qurulmaq məch.\n1. Yaradılmaq, təşkil edilmək, meydana gətirilmək. – [Almaz:] Bu gözəl çəmənləri, çiçəkləri, bu sərin suları, bu yeni qurulan aləmi qoyub ölmək olar? C.Cabbarlı. // Tikilmək, bina edilmək, inşa edilmək, təsis edilmək. Sədd qurulmaq. Səngər qurulmaq. Zavod qurulmaq. – Yenə axar çaylar üzrə dəmir körpü qurulacaq; Yenə sahil lampaları alışacaq çıraq-çıraq. S.Vurğun.\n2. Əsaslandırılmaq. Planlar həqiqi imkanlar əsasında qurulmuşdur. Roman həyatdan alınma hadisələr üzərində qurulmuşdur.\n3. Düzəldilmək, tərtib edilmək, hazırlanmaq, təşkil edilmək. Danabaş kəndində üç yerdə matəm qurulubdur. C.Məmmədquluzadə. Həyətdə palaz döşənib samovar qurulmuşdu. Çəmənzəminli. Bir yay axşamında Rübabəgilin böyük zalında toy məclisi qurulmuşdu. Mir Cəlal.\n4. Yayı, mexanizmi burularaq işə salınmaq. Saat axşamdan qurulmamışdır. – Hacı Ağa, bağışlayasız, mənim alafranqa saatım günortadan-günortaya qurulur. C.Məmmədquluzadə. qurultay is. Hər hansı bir təşkilat və ya ixtisas nümayəndələrinin ictimai-siyasi, yaxud elmi xarakter daşıyan geniş yığıncağı. Həmkarlar ittifaqları qurultayı. Müəllimlər qurultayı. Sənaye işçilərinin qurultayı. qurultu is.\n1. Qarında, bağırsaqlarda əmələ gələn qur-qur səsi.\n2. Qurbağaların çıxardığı qur-qur səsi. Nəhrin sahillərindəki qurbağaların qurultusu yekrəng və həzin bir ahəng ilə bu xamuşluğu pozurdu. H.Nəzərli. qurulu sif. Qurulmuş, tərtib edilmiş, təşkil edilmiş, düzəldilmiş, hazır. Qurulu ev. Qurulu süfrə. – Amma rəhmətlik mənim dədəm bir qurulu ev, bir də bu mal-qaranın birinci damazlığını verdi. S.Rəhimov. quruluq is.\n1. Quru, yaxud qurumuş şeyin halı. Paltarın quruluğu. Meyvənin quruluğu. Havanın quruluğu. – O, köksündə nə isə tənglik, bundan başqa boğazında da bir quruluq hiss edirdi. Ə.Əbülhəsən.\n2. Arıqlıq, cansızlıq, ətsizlik, zəiflik.\n3. məc. Maraqsızlıq, darıxdırıcılıq. Üslubun quruluğu. Bədii əsərin quruluğu.\n4. məc. Soyuqluq, sərtlik, laqeydlik, etinasızlıq. Cavabın quruluğu. quruluş is.\n1. İctimai, dövlət sistem üsulu, idarə üsulu. Quldarlıq quruluşu. Feodalizm quruluşu. Kapitalizm quruluşu. Demokratik quruluş. İctimai quruluş.\n2. Üsul, sistem.\n3. Bir şeyin qurulma üsulu, təşəkkül forması, düzəliş qaydası, daxili tərtibatı; konstruksiya. Bu maşınların quruluşu çox mürəkkəbdir. Dilin qrammatik quruluşu. Cümlə quruluşu.\n4. Bir tam təşkil edən hissələrin bir arada birləşməsi, təşəkkülü, düzülüşü. Yer qabığının quruluşu. Atom quruluşu. quruluşçu is. Teatr tamaşasının və ya kino filminin tərtibatına, qoyuluşuna rəhbərlik edən adam, rejissor; tərtibatçı. quruluşmaq f. məh. Bardaşını qurmaq. Ocaqqulu koxaya yer düzəltdi, koxa quruluşub oturdu. S.Rəhimov. qurum I. is. Qurmaq işi, quruluş.\n\nII. is.\n1. Sobaların, bacaların iç divarlarına yapışan, tüstüdən əmələ gələn qatranaoxşar kəsif maddə; his, duda, tüstü qarası. Buxarı qurum oldu; Yandıqca qurum oldu; Hamının bir dərdi var; Mənə çox zülüm oldu. (Bayatı). İki şüşəli, qurum və toz basmış pəncərədə bir neçə hörümçək və milçək ölüsü [vardı] N.Nərimanov. // Qapqara rəng mənasında. Qaraşəhərin göyə ucalmış zavod bacalarından sakit-sakit qalxan tünd-qara tüstülər havanı qurum rənginə boyamışdı. M.Hüseyn.\n2. Paslanmış dəmiri döyərkən tökülən ovuntu. quruma “Qurumaq”dan f.is. qurumaq f.\n1. Yaşlığı, islaqlığı, rütubəti, nəmliyi yox olmaq, quru hala düşmək. Sərilmiş paltarlar qurudu. İstidən dodaqlarım quruyur. – Qurban bildi ki, ləyəndəki kəc quruyub zay olub.. C.Məmmədquluzadə. [Səriyyə xala] bağırmaq və ağlamaq istəyir, bacarmırdı. Sanki gözlərinin yaşı qurumuşdu. M.İbrahimov.\n2. Günəşin istisindən, quraqlıqdan solmaq və ya torpaqdan qida almamaq nəticəsində tələf olmaq (bitkilər haqqında). Həyətdəki güllərin hamısı qurudu. Tut ağacı qurumuşdur.\n3. məc. dan. Arıqlamaq, zəifləmək, üzülmək. Yeməməkdən qurumaq. Dərddən qurumaq.\n4. dan. İflic olmaq, hərəkətdən qalmaq. Onun bir tərəfi qurumuşdur. // Bu mənada əmr şəklində qarğış kimi işlənir . Əlin (ayağın, dilin) qurusun!\n5. Donmaq, hissiz bir hala gəlmək. Şaxtadan bütün bədənim qurumuşdur. Küləkdən ayaqlarım qurudu.\n6. məc. Son dərəcə təəccüblənmək, mat qalmaq. Elə bunu bilcək lap qurudum. C.Məmmədquluzadə. ‣ Quruyub daşa dönmək – bax. quruyub qalmaq. Təəccübdən [Nadirin] gözləri dörd oldu. Dimdik durub qapının ağzında dayandı. Sanki quruyub daşa döndü. B.Talıblı. Quruyub qalmaq – 1) mat qalmaq, heyrətdə qalmaq, son dərəcə təəccüblənmək. Bu işə lap quruyub qalmışam. – Hər kəs olduğu yerində quruyub qalmışdı. M.S.Ordubadi; 2) hərəkətsiz durmaq, donub qalmaq. Qısa adam, qarşısında quruyub qalmış bu səmimi vücudu başdan-ayağa süzdü. H.Nəzərli. Quruyub mat qalmaq – bax. quruyub qalmaq. ..O biri tərəfdən də mənim barəmdə hər xüsusda onun sədaqəti gözümün qabağında durub, məni bu halətə gətirdi ki, öz-özümə quruyub mat qaldım. C.Məmmədquluzadə. Yerindəcə qurumaq – bax. quruyub qalmaq. qurumlama “Qurumlamaq”dan f.is. qurumlamaq f. Qurum bağlamaq, qurumla örtülmək; his basmaq, his tutmaq. qurumlanma “Qurumlanmaq”dan f.is. qurumlanmaq f. Qurumla örtülmək, qurum basmaq, hislənmək, his bağlamaq. qurumlatma “Qurumlatmaq”dan f.is. qurumlatmaq f. Hisləndirmək; hislə, qurumla örtülməsinə səbəb olmaq. qurumlu sif. Qurum bağlamış, qurum tutmuş, qurumla örtülmüş. Qurumlu baca. Qurumlu divar. // Hisli. Cındır piltəli saxsı çıraq qurumlu işıq verirdi. S.Rəhimov. qurumsaq sif. və is. dan. Namussuz, qeyrətsiz. // Bəzən zarafatla deyilir. A qurumsaq, bəs bu nə işdir? C.Məmmədquluzadə. qurumsaqlıq is. dan. Namussuzluq, qeyrətsizlik; rüsvayçılıq, biabırçılıq. [Musa kişi:] ..Səhər bütün kəndi bura yığacağam. Bu yekəlikdə də qurumsaqlıq olar, siz eləyirsiniz? M.İbrahimov. qurumuş f.sif. Quru hala gəlmiş. Qurumuş ağac. Qurumuş çörək. Qurumuş torpaq. Qurumuş çay. – [Mahirə] qurumuş dodaqlarını dili ilə islatdı. M.Hüseyn. qurunma “Qurunmaq”dan f.is. qurunmaq bax. qurulanmaq. quruş is. [əsli ital.]\n1. Türkiyədə: lirənin yüzdə biri qiymətində olan pul.\n2. Qəpik mənasında. [Nəcəf bəy:] Nə vaxt sənin məndə iki quruşun batıbdır ki, yenə batsın. Ə.Haqverdiyev. qurut is. Yumru-yumru edilib qurudulmuş şor, süzmə. Aranda tutdan olduq, dağda qurutdan. (Ata. sözü). Mənim nəzərimi qurutu gözləyən uşaq cəlb etdi. A.Divanbəyoğlu. qurutma “Qurutmaq”dan f.is. qurutmaq f.\n1. İslanmış, yaxud nəmlənmiş bir şeyi quru hala salmaq, rütubətini, yaşlığını, nəmliyini yox etmək. Paltarını qurutmaq. Günəş bir gündə yeri qurutdu. Bataqlıqları qurutmaq. Saçlarını qurutmaq.\n2. Öz təsiri ilə yandırmaq, soldurmaq, tələf etmək. Günəşin istisi bütün bitkiləri qurutmuşdur. – Günəş səhər tezdən .. gözdən itənə qədər od kimi hər tərəfi yandırır və qurudurdu. M.İbrahimov.\n3. məc. dan. Arıqlatmaq, çox zəiflətmək, üzmək. Xəstəlik onu tamam qurutmuşdur.\n4. Dondurmaq, hissiz bir hala salmaq, keyikdirmək. Soyuq bütün bədənimi qurutmuşdur. – Şaxta qurutmuş bədənin sərbəsər; Zərrəcə yox hissdən onda əsər. A.Səhhət. ‣ Özünü qurutmaq – sanki cansız, ruhsuz, dilsiz kimi dayanmaq. Hərbi qulluqçular ayaqlarını cütləyib özlərini qurudaraq, nəfəslərini içəri çəkmişdilər. M.İbrahimov. qusbr [mac.] Çar ordusunda və bəzi xarici ölkə ordularında: macar forması geyinən süvari əsgər, ya zabit. [Qrinyov:] Adının İvan İvanoviç Zurin, özünün isə qusar alayı rotmistri olduğunu öyrəndim. Puşkindən. qusdurma 1. “Qusdurmaq”dan f.is.\n2. sif. Qusdurucu. Qusdurma dərmanı. qusdurmaq icb. Qusmasına səbəb olmaq, yediyini qaytartmaq. Bu yemək adamı qusdurur. Dərman yediyimi qusdurdu. qusdurucu sif. Qusduran. Qusdurucu dərman. qcsli [rus.] Çoxsimli qədim rus çalğı aləti. Bu kəşfiyyat ayrı-ayrı xalqlarda əvvəlləri sadə və getdikcə təkmilləşən .. qusli, bandura, mandolina .. kimi müxtəlif növlü bir çox simli musiqi alətlərinin yaradılmasını təmin etdi. Ə.Bədəlbəyli. qusma “Qusmaq”dan f.is. qusmaq f. Yediyini geri qaytarmaq, öyümək, sifraq etmək. Yediyi balığı qusdu. // Məc. mənada. Bu əmrdə hakimi-vilayətlər şəbihdirlər zəlilərə ki, qan sorub şişdikdə sahibi oları sıxır, tamam sorduqları qanı qusarlar. M.F.Axundzadə. qusuntu is. Qusulan şey, geri gətirilən şey. Mikroblar tüpürcək, asqırıq və ya qusuntu ilə yerə düşürlər. N.Nərimanov. quş is.\n1. Bədəni tük və lələklə örtülü, ikiqanadlı, ikiayaqlı, dimdikli uçan heyvan sinfi. Yırtıcı quşlar. Ev quşları. Oxuyan quşlar. Köçəri quşlar. Su quşları. – Quşlar yuvalarında oturub, dimdiklərini təmizləyirdilər. N.Nərimanov. Quşlar qayıdıb oxur təranə; Şaxlarda tikirlər aşiyanə. A.Şaiq.\n2. Ətlə dırnağın bitişdiyi yerdə ətdən aralanmış incə dəri hissəciyi. ‣ Quş südü – tapılmaz şey, heç yerdə mövcud olmayan xəyali bir şey. İş tapmaq, necə deyərlər, quş südü tapmaq kimi bir şey idi. P.Makulu. Quş-quş olmaq – bir-birinə bitişib aralanmamaq (kirpiklər haqqında). ..Bibim gəldi bizə, oğlanı naxoş görüb .. dedi: – Ay qız, baxıram, uşağın gözləri saralıb, kirpikləri quş-quş olub və başının tükü bizbizdi. “Mol. Nəsr.” Quşu qonmaq – meyli düşmək, xoşuna gəlmək. Dəmirçioğlunun müştəriyə quşu qondu. “Koroğlu”. quşalusu is. Albuxaraya oxşar bir meyvə. quşarmudu is. Xırda cır armud. Quşarmudunun meyvələri şaxtalar düşdükdən sonra yumşalır və yeyilə biləcək şəkil alır. Qədirov. Bu meşənin quşarmuduları, sümüklü əzgilləri hələ dayanıb kal-kal gözlərini döyürdülər. S.Rəhimov. quşatan is. dan. Uşaqların quş vurmaq üçün düzəltdikləri daşatan alət, sapand. İkinci bir uşaq quşatanla ağaca qonmuş sərçəni nişan aldı. H.Axundlu. quşbaxışı zərf Ötəri, ani baxış; gözünün ucu ilə baxış. Quşbaxışı bu adamları müqayisə etdim. Mir Cəlal. quşbaşı sif. İri parçalar şəklində, quş başı böyüklüyündə (yağan qar haqqında). Parça-parça düşərək quşbaşı (z.) göydən yerə qar; Sarılır ağ mitilə boz dərə, çöllər, dağlar. A.Şaiq. Qar yağır, quşbaşı qar incə çiçəklər üstə.. S.Rüstəm. quşbaz is. [quş və fars. ...baz] Quşları, quş saxlamağı sevən adam; göyərçin saxlayan adam. Bunlar hamısı keçəndən sonra, bu otuz doqquz nömrədə min doqquz yüz doxsan doqquz rəmmal, kimyagər, .. kəndirbaz, quşbaz .. şəkli çəkmişik. C.Məmmədquluzadə. quşbazlıq is. Quş saxlayan adamın peşəsi, işi. Mollaxanadan qovulan gündən etibarən uşaq fikrini quşbazlıq və bu kimi işlərə verərdi. H.Sarabski. quşbeyin sif. dan. Ağılsız, dərrakəsiz, gic, beyniboş. quşburun sif. Burnu quş dimdiyi kimi olan. Bəlkə Müqim bəy pristavlıqdan, polislikdən də əvvəlki köhnə bəy paltarını geyəydi, başında uzun papaq, .. ayağında quşburun çəkmə olduğu halda gedəydi? S.Rəhimov. quşcuq bax. quşcuğaz. Bir quşcuğun uçuşunda bilsəniz nələr; Nələr duyur bir şairin səyyar ürəyi. S.Vurğun. quşcuğaz “Quş”dan oxş. ..Yaşıl yarpaqlar arasına sığınmış quşcuğazlar səs-səsə verib ötüşürdü. A.Şaiq. Ağabəyim diksinmiş bir quşcuğaz kimi başını cəld qaldırıb, Vaqifin üzünə baxdı. Çəmənzəminli. quşçu is.\n1. Quşçuluq mütəxəssisi. // Quşçuluq ferması işçisi, fermada ev quşları bəsləməklə məşğul olan adam.\n2. Quş saxlamaqla məşğul olan adam; quşbaz. Tağı əmi quşçular arasında məşhur idi. O, bəslədiyi quşun önündən bir qırqovul qaçıb canını qurtara bilməzdi. S.S.Axundov. Quşçular özləri də xəsillərin dibində gizlənib düdük çalırdılar. H.Sarabski.\n3. Qədimdə: xanların, bəylərin ov quşlarına baxan adam. [Bəy:] Bunların babaları ya xanın cəlladları olublar, ya təlxək, ya qatırçı, ya quşçu. Ə.Haqverdiyev. quşçuluq is. Kənd təsərrüfatının bir sahəsi kimi ev quşları yetişdirmə təsərrüfatı. Quşçuluq mühüm kənd təsərrüfatı sahələrindən biridir. quşdili is.\n1. məh. bot. Tünd-yaşıl rəngli, yeyilən bir bitki.\n2. məc. Anlaşılmayan bir dil. quşələyi is. Çörəyə naxış salmaq üçün dəstə şəklində bağlanan quş lələkləri topası. quşəppəyi is. bot. Otlaqlarda, çəmənlərdə, arx kənarlarında bitən uzun saplaqlı, ağ, xırda çiçəkləri olan, yeyilən birillik ot bitki. Allahqulu daşların dibindən bir az quşəppəyi qopardı, yedilər, sonra yollarına düzəldilər. Çəmənzəminli. quşxana is. [quş və fars. ...xanə] Quşlar, adətən ev quşları yetişdirilən, saxlanılan yer. quşlamaq f. Alıcı quşla ovlamaq. • Quş quşlamaq – alıcı quşla quş ovlamaq. quşnişan sif. Üstündə quş şəklində naxışı olan. Quşnişan xalça. quşqalxmaz bax. quşqonmaz1. Qara .. elə bil ki, o quyunun dibindən düz birbaş quşqalxmaz dağın başına uçub qalxmışdı. S.Rəhimov. quşqonmayan bax. quşqonmaz1. Gərək quşqonmayan dağlar çapılsın; Uzaq səhralara yollar tapılsın. Z.Xəlil. quşqonmaz I. sif. Çox uca, çox yüksək. Quşqonmaz dağlar. – Quşqonmaz qayalar vermiş baş-başa; Xəyalım az qalıb oynayıb coşa. S.Vurğun. ..Qəsr-qala .. Terekin sol sahilində quşqonmaz qayaların zirvəsində tikilmişdir. M.İbrahimov.\n\nII. is. bot. Efir yağlarına malik və tərkibində aşı maddəsi olan nazik gövdəli, sarı tikanlı ot bitki. Quşqonmaz – çoxillik ot olub, bataqlıq yerlərdə və çay kənarlarında bitir. quşqulanmaq f. Hürkmək, qorxmaq, titrəmək. Köpək də dərənin dibindən keçən dəvə karvanının zəng səslərini dinləyə-dinləyə quşqulanır. M.S.Ordubadi. quşqun is. Atın belində yəhərin qabaq tərəfə sürüşməməsi üçün onun quyruğu altından keçirilən qayış. // Ümumiyyətlə, iş heyvanlarının quyruğu altından keçirilən qayış. Quşqun olub quyruğa keçincə, yüyən olub ağıza keç. (Ata. sözü). Birdən ala cöngənin quşqunu quyruğunun dibini sürtdü. S.Rəhimov. ‣ Quşqun bağlamaq – ələ salmaq, lağa qoymaq, araya qoymaq, masqara edib gülmək. Quşqun təklifi – ağızucu təklif, qeyrisəmimi təklif, könülsüz təklif. quşqunlama “Quşqunlamaq”dan f.is. quşqunlamaq f. Atın quşqununu taxmaq; quşqun keçirmək (heyvana). quşqunlanma “Quşqunlanmaq”dan f.is. quşqunlanmaq məch. Quşqun keçirilmək, quşqunu taxılmaq. At quşqunlanmışdır. quşqunlatma “Quşqunlatmaq”dan f.is. quşqunlatmaq icb. Quşqun taxdırmaq. Atı quşqunlatmaq. quştərəsi is. bot. Kolların arasında və zibilliklərdə bitən bir bitki. quşürək sif. və is. dan. Cəsarətsiz, ürəksiz, qorxaq. quşüzümü is. bot. Salxım şəklində bitən, qırmızı giləli kol bitkisi. qutab is. İçərisinə döyülmüş ya ət, ya göyərti, ya qabaq və s. qoyularaq yağda qızardılan yarımdairə şəkilli xəmir bişmişi. Ət qutabı. Tərə qutabı. Qabaq qutabı. – Aşü plovdan oluruq kamyab; Yağlı fətirlər yeyirik, həm qutab. S.Ə.Şirvani. Güldanə boşqabdan iki qutab götürüb yedi. Ə.Vəliyev. qutan (=qutanquşu) is. zool. Uzun və nazik boğazlı, gödək qıçlı, uzun dimdikli, ayaqları enli və pərdəli quş. Gərdəni ağ, boynu misali-qutan; Bir nəfəsə sərçəni yüz min tutan. S.Ə.Şirvani. qutanquşu (=qutan) is. zool. Uzun və nazik boğazlı, gödək qıçlı, uzun dimdikli, ayaqları enli və pərdəli quş. Gərdəni ağ, boynu misali-qutan; Bir nəfəsə sərçəni yüz min tutan. S.Ə.Şirvani. qutlu sif. və zərf qəd. Uğurlu, səadətli, xoşbəxtlik gətirən. Başıma qutlu ayağın gəldi basdı ol nigar; Kölgəsi düşdü bana sərvixuramanın yenə. Nəsimi. quttapyrça [ing. əsli mal.] Bəzi bitkilərin bərkləşmiş şirəsindən alınan dəriyə oxşar plastik kütlə. ..Adigərməşovun gövdə qabığında, kökündə və yarpaqlarında quttaperça maddəsi çoxdur. M.Qasımov. qutu is. İçinə şey qoymaq üçün taxtadan, kartondan, metaldan, plastmasdan və s.-dən qayrılan qab. Tütün qutusu. Konfet qutusu. Qəhvə qutusu. Kibrit qutusu. ‣ Kəllə qutusu anat. – bax. kəllə. qutucuq is. Balaca qutu. qutulu sif. Qutusu olan. quvarlanma “Quvarlanmaq”dan f.is. quvarlanmaq f. məh. Ürəklənmək, fərəhlənmək. Bəxtiyar tüfənglə vermədən ara: – Ya mən ölməliyəm, ya siz! – deyirdi; Cəlal quvarlanıb nəşə yeyirdi. S.Vurğun. quylama “Quylamaq”dan f.is. quylamaq f.\n1. bax. quyulamaq. Öləni quylamışıq, öldürəni danlamışıq.. Ə.Nəzmi.\n2. Qoymaq, soxmaq. Sona dizlərini ota quylamışdı. Mir Cəlal. quylanma “Quylanmaq”dan f.is. quylanmaq f. Girmək, batmaq. Ey tirmə rəxti-xab içinə quylanan dadaş! Getsə vətən, vətənlə gedər istirahətin. M.Möcüz. Körpü elə tikilməli idi ki, maşınlar onun üzərindən keçərkən təkərlərin yarısı suya quylansın. Ə.Sadıq. quymaq is. Yağda bişirilərək bal və ya şəkərlə yeyilən xəmir xörəyi. Quymaq undan bişirilən qatı sıyıqdır. – Əriştə bəylər aşı; Quymaq onun yoldaşı. (Ata. sözü). Balaca nəvəsinin eşqi ilə çırpınan Sərvinaz arvad, quymaq çalanlara göz yetirir, sonra da uşağın təhər-töhürünə baxırdı. M.Hüseyn. quyruq is.\n1. Heyvanların çoxunun bədənlərinin qurtaracağındakı mütəhərrik törəmə, yaxud heyvanın bədəninin getdikcə nazikləşən dal hissəsi. At quyruğu. Əqrəb quyruğu. Balıq quyruğu. – Bir həyətdə on iki-on üç yaşında bir .. uşaq pişiyin quyruğuna ip bağlayıb, həyətin o tərəfinə qaçırdı. C.Məmmədquluzadə. // Qoyunların bədənlərinin qurtaracağındakı ət halında olan yağ kütləsi. Qoyun quyruğu. Qoç quyruğu. • Quyruq yağı – qoyun quyruğunun əridilməsindən çıxan yağ. // Quşların bədənlərinin qurtaracağındakı uzun və ya qısa lələk topası. Xoruz quyruğu. Qırqovul quyruğu. Tovuz quyruğu.\n2. Uçucu aparatların dal hissəsi. Təyyarənin quyruğu.\n3. Hərəkət edən (yeriyən) bir şeyin axırıncı, ən arxadakı hissəsi. Qatarın quyruğu. Sürünün quyruğu göründü. Dəstənin quyruğu. // məc. Axır, axırıncı. [Qurban:] Namərdlər, alçaqlar, nə qədər ki, quyu dərinləşməmişdi, mən baş idim, onlar quyruq. A.Şaiq. // Ümumiyyətlə, bir şeyin qurtaracağı, son hissəsi.\n4. dan. Növbədə durmuş adamlar sırası.\n5. məc. Bir adamın arxasına düşüb ondan ayrılmayan adam haqqında; əlaltı. • Quyruq olmaq – daim birinin dalına düşüb, ondan əl çəkməmək. // məc. dan. Bir adamın dalınca, ya yanınca gələn adam. ‣ Quyruğu qapı arasında qalmaq – bilmədən girə düşmək, işi dara düşmək, çətin və çıxılmaz bir vəziyyətdə qalmaq, nə edəcəyini bilməmək. Quyruğu qapı arasından çıxmaq – girdən qurtarmaq, çətin və çıxılmaz vəziyyətdən qurtarmaq, daha başqasından asılı olmamaq. Quyruğun qapı arasından çıxıb, daha bizi saymazsan. M.Hüseyn. Quyruğu paçada olmaq – çəkinmək, qorxaqorxa dolanmaq; qəribliyə düşərək qısınmaq. Quyruğu tələdə qalmaq – bax. quyruğu qapı arasında qalmaq. Quyruğu tələdən çıxmaq – bax. quyruğu qapı arasından çıxmaq. Quyruğunu basmaq – bir hərəkətlə, ya sözlə birinə toxunmaq, sataşmaq. Quyruğunu belinin tirinə qoymaq – lovğalanmaq, təşəxxüs satmaq, etina etməmək, saymamaq, meydan oxumaq, istədiyini etmək. Quyruğunu düyünləmək – möhkəm durmaq, hər bir ehtimala qarşı hazır olmaq, hazır durmaq. Quyruğunu eşmək – 1) qaçmağa hazırlanmaq; 2) bax. quyruğunu belinin tirinə qoymaq. Quyruğunu əldən buraxmaq (vermək) – əldən çıxarmaq (ələ keçmiş şeyi). Quyruğunu tapdalamaq – acışdırmaq məqsədi ilə sözlə və ya hərəkətlə birinə dolaşmaq, sataşmaq, öcəşmək. Quyruğunu tutmaq – 1) birdən ələ keçirmək, girinə keçirmək; 2) ardına düşmək, təqib etmək, izləmək. Quyruq bulamaq – 1) yaltaqlanmaq, yaltaqlıq etmək. [İsmayıl] molla olsa da çox nadürüst bəndədir. Srağagünəcən bizim kənddə quyruq bulayırdı. P.Makulu; 2) yaltaqlıqla və s. yollarla tədbir görmək, iş görmək, aralığa girmək. [Ağa Mərdan:] İndi durum gedim, məhkəmədə olan haşiyənişinləri püxtə və amadə edim ki, sabah mürafiə vaxtında bəqədri-lüzum quyruq bulasınlar. M.F.Axundzadə. Quyruq doğmaq (əsli: quyruq donmaq) – yay fəslinin yarıdan keçdiyini bildirən ifadədir. İki ay, artıqbaşı iki ay yarımdan ziyadə dağda qalmayıb, quyruq doğandan sonra, yəni iyulun iyirmi beşindən, yainki avqustun əvvəllərindən başlayırlar arana köçməyə. F.Köçərli. Köçəri dili ilə deyilsə, “quyruq doğub” havalar sınandan sonra, bu yaylaqların adamları bir-bir yerindən tərpənər, .. köç üzüaşağı enərdi. S.Rəhimov. Əntiqə yazbaşı yox, yayın axırlarında, “quyruq doğandan” sonra gəlmişdi. Mir Cəlal. Quyruq ələ verməmək – aradan sovuşub çıxmaq, ələ keçməmək, tutulmaq qorxusundan hiylə və kələklə yaxasını qurtarmaq. Quyruq qısmaq – qorxub özünü yığışdırmaq, yaxud qaçmaq, əkilmək. ..Qalan iki-üç atlı isə aslan görmüş çaqqallar kimi, quyruqlarını qısaraq qaçdılar. M.Rzaquluzadə. Quyruqda bıçağı sındırmaq – bir işi görüb tamamlamamaq, yarımçıq qoymaq, axıra çatdırmamaq. Quyruqda qalmaq – yubanmaq, geriyə düşmək, hamıdan geri qalmaq, bir işdə axırıncı yeri tutmaq. Quyruqda sürünmək – 1) bax. quyruqda qalmaq; 2) öz fikri olmayıb başqalarının fikri ilə oturub-durmaq. quyruqaltı 1. is. İş heyvanlarının quyruqlarının altından keçirilən örkən və onun qalın dəridən və ya keçədən tikilmiş quyruq altından keçirilən orta hissəsi; paldüm.\n2. sif. Quyruğun altında olan, quyruğun altında yerləşən. Xanı balığında quyruq üzgəcindən əlavə iki bel üzgəci və bir quyruqaltı üzgəci olur. “Zoologiya”. quyruqbulayan sif. və is. dan.\n1. Yaltaq.\n2. İt. [Tarverdi axunda dedi:] Məhərrəmin on beşindən sonra bu kənddə bir quyruqbulayan tapa bilməzsən. Qantəmir. quyruqcuq is.\n1. Kiçik quyruq, qısa quyruq, incə quyruq.\n2. Bir şeyin quyruğa oxşar ucu, kənarı, çıxan hissəsi. quyruqlama dan. “Quyruqlamaq”dan f.is. quyruqlamaq f.\n1. Quyruğundan tutmaq, quyruğundan yapışmaq. İti quyruqlamaq. Camışı quyruqlamaq. Noxtasını qırmış atı quyruqladılar.\n2. məc. dan. Tutmaq, ələ keçirmək, yaxalamaq, tutub buraxmamaq. quyruqlanma “Quyruqlanmaq”dan f.is. quyruqlanmaq məch.\n1. Quyruğundan tutulmaq.\n2. məc. dan. Tutulmaq, ələ keçirilmək, yaxalanmaq; girə düşmək. quyruqlu sif.\n1. Quyruğu olan. Quyruqlu at. Quyruqlu qoç. Quyruqlu heyvanlar.\n2. məc. Arxasında quyruq kimi sallanan hissəsi, parçası və s. olan. Quyruqlu paltar. ‣ Quyruqlu ulduz köhn. – bax. kometa. Deyirdilər ki, bu gün, yəni ayın 17-də bir quyruqlu ulduz yerə toqquşacaq və istisinin hərarətindən Yer üzünün məxluqatı tələf olacaq. “Mol. Nəsr.” quyruqsuz 1. sif. Quyruğu olmayan, quyruğu kəsik; lümək. Quyruqsuz inək. Quyruqsuz tula. Quyruqsuz xoruz. Quyruqsuz kərtənkələ.\n2. is. Cəm şəklində: quyruqsuzlar zool. – böyüdükdə öz quyruğunu itirən suda-quruda yaşayan heyvanlar dəstəsi. Su və quru qurbağaları suda-quruda yaşayanların quyruqsuzlar qrupuna aiddirlər. “Zoologiya”. quyu is. Su, neft, qaz çıxarmaq və s. məqsədlər üçün silindr şəklində qazılmış dərin və ya dayaz çuxur. Su quyusu. Neft quyusu. – Özgəyə quyu qazan özü düşər. (Ata. sözü). Tülkü gəzəndə yıxılıb nagahan; Bir quyuya düşmüş idi bir zaman. A.Səhhət. Nə olsun? Ay fağır kişi! O quyudan burayadək lağım vurmuşam. Ə.Haqverdiyev. ‣ Quyu qazımaq məc. – birinin yamanlığına, bədbəxtliyinə çalışmaq, ayağından çəkmək, əlaltından əleyhinə iş görmək. [Vəzir:] Bu arvad xainlik ilə bunu sevgiyə həml edib, biçarəyə quyu qazır. M.F.Axundzadə. Lakin bir çoxları vardır ki, hal-hazırda bizə .. quyu qazırlar. M.S.Ordubadi. quyuçu is. Əl ilə quyu qazan adam; kankan. quyuqazan (=quyuqazıyan) is.\n1. Quyu qazımaq ilə məşğul olan adam; kankan. [Köhnə] Bakıda ümumiyyətlə peşəkarlar: bənna, xarrat, dəmirçi, quyuqazıyan .. və sairə çox olardı. H.Sarabski. // Sif. mənasında. Quyuqazan maşın.\n2. məc. Başqasının ayağının altını qazan, onun pisliyinə, bədbəxtliyinə çalışan adam. quyuqazıyan (=quyuqazan) is.\n1. Quyu qazımaq ilə məşğul olan adam; kankan. [Köhnə] Bakıda ümumiyyətlə peşəkarlar: bənna, xarrat, dəmirçi, quyuqazıyan .. və sairə çox olardı. H.Sarabski. // Sif. mənasında. Quyuqazan maşın.\n2. məc. Başqasının ayağının altını qazan, onun pisliyinə, bədbəxtliyinə çalışan adam. quyulama “Quyulamaq”dan f.is. quyulamaq f. Basdırmaq, quyu kimi bir yerə qoyub üstünü torpaqla örtmək, torpağın altında gizlətmək, yerə gömmək. O pullar ki Zeynəbin ixtiyarında idi, bəzisini Zeynəb yerə quyulayıb gizlətmişdi, bəzisi özgədə idi. C.Məmmədquluzadə. quyulanma “Quyulanmaq”dan f.is. quyulanmaq məch. Basdırılmaq, torpaq altında gizlədilmək. quyulatma “Quyulatmaq”dan f.is. quyulatmaq icb. Quyulama işi gördürmək. quzapayı is. Pambıq yığıldıqdan sonra tarlada qalan pambıq bitkisi qalıqları. Qozalar yığıldıqdan sonra quzapayı çıxaran maşınlar tarlaya buraxılır. quzey is.\n1. Dağın, evin və s.-nin gün düşməyən, günəş görməyən yeri; həmişə kölgəli yer (güney ziddi). İgidlər könlünə şikvə gətirmək; Necə dağdır quzeyində qar olmaz. Qurbani. Əriyir yaz günü quzeydəki qar; Gəzir dağ döşünü gəlinlər, qızlar. S.Vurğun. Yay, qış qoynu qarlı olan quzey dərələrin sərinliyini hiss edir. O.Sarıvəlli.\n2. Şimal mənasında. [Əhməd:] ..Gərək o adamın dədəsinə od vurasan və elə vurasan ki, heç bilməsin ki, bəla güneydən gəldi, ya quzeydən.. N.Vəzirov. quzğun is.\n1. zool. Qarğa növündən iri və bərk şığıyan yırtıcı quş. Quzğun nəştər qaynaqlı, əyri dimdikli, leş didən bir quşdur. N.Vəzirov. Mən quşların adlarını bilməzdim. Çalağan ilə quzğuna fərq qoymazdım. Onları mənə öyrədən Tağı əmi oldu. S.S.Axundov. Ana .. bir dərənin üzərində qarğaların, quzğunların halay vurub hərləndiyini gördü. M.Rzaquluzadə.\n2. məc. 1941-1945-ci illər müharibəsi vaxtı faşist təyyarələrinə verilən ad. ..Quzğunların qanadını bir vuruşda yerə salın! S.Vurğun. quzu is.\n1. Qoyun balası. Quzu əti. Quzu dərisi. – Mal qapıya gələndə axşam-səhər; Qoyun mələr, quzu mələr, dağ mələr. A.Şaiq. Çıxır dağ döşünə körpə quzular; Tarlanın səsini əks edir sular. S.Vurğun.\n2. məc. Çox yumşaq, sakit, həlim adam haqqında. O, quzu kimi adamdır. • Körpə quzu məc. – məsum, təcrübəsiz, ana uşağı. [Uruz] arabir at minib ox süzdürsə də, .. ananın nəzərində hələ körpə bir quzu idi. M.Rzaquluzadə. // “Quzum” şəklində – əzizləmə, oxşama; nəvazişlə, mehribanlıqla müraciət. Yavrum, quzum, bahari-həyatın nə cür olar? A.Səhhət. Ürəyi şad, könlü açıq; Körpə quzum, ağ günə çıx! S.Vurğun. quzucuq “Quzu”dan oxş. və kiç. quzuçu is. k.t. Quzulara baxan, quzu otaran balaca çoban. Gənc quzuçu daha ayıq gözlə indi .. [quzuların] dövrəsində gəzir və Mayagilə tərəf baxırdı. M.İbrahimov. Atalar məsəlidir: “Naxırçı ilə quzuçunun haqqını kəsdin, gərək kənddən çıxasan”. “Qaçaq Nəbi”. quzudişi is. Uşaqlarda ilk çıxan və yeddi yaşlarında dəyişən diş. quzuqulağı is. bot. Dadı turş və uzunsov yarpaqları olan, yeyilən tərəvəz bitkisi; turşəng. Yamacdan körpə yarpız, quzuqulağı yığıb döşlüklərinə toplayırdılar. Ə.Vəliyev. quzulama “Quzulamaq1”dan f.is. quzulamaq I. f. Quzu doğmaq, balalamaq (qoyun haqqında). Bu gecə ağılda iki qoyun quzulamışdı. – Quzuladı qoyun, töküldü döllər; Yaylaq həvəsini qıldı ellər. Xətayi.\n\nII. f. məh. Yumşalıb narınlaşmaq, ovulub tökülmək, boşalmaq, yaxud horra halına gəlmək (torpaq haqqında). Bir tərəfi quzulayıb ot saçaqları sallanan bir təpədə iri qol-qanadı qurumuş bir ağac vardı. Çəmənzəminli. Tikanlı tel uzanır, hər yana əyri, qıyğac; Palçıq çıxır qurşağa, quzulamış səngərdə. R.Rza. quzulu sif. Yanında quzusu olan, balasını əmizdirən. Quzulu qoyun. quzuluq is.\n1. Quzu saxlanan yer, quzu yatağı.\n2. məc. Həlimlik, yumşaqlıq, sakitlik. quzuotaran is. Quzuları otaran çoban. qübar bax. qubar (şeirdə çox vaxt tərkiblərdə məcazi mənada işlənir). Mən gülşəni-can içində xarəm; Ayineyi-əqlə bir qübarəm. Füzuli. Sevindilər, azca keçmədi yenə; Qondu qəm qübarı sifətlərinə. M.Rahim. qübbə is. [ər.]\n1. Yarımkürə şəklində dam; günbəz. Eyvanın tavanı üç böyük qübbədən ibarət idi ki, bunların hər birisi beş sütun üzərində qurulmuşdu. M.S.Ordubadi.\n2. Qübbəyə oxşar hər hansı bir şey. Səba xanım kamançanı götürüb başındakı sədəf qübbəni çıxardı. M.S.Ordubadi. ‣ Göy qübbəsi – gözlə görünən göy; səma. Göy qübbəsindən asıldı qəndil; Üzündən alıb niqabü məndil. Xətayi. [Dərviş:] Göyün qübbəsi tavanım, qara torpaq – arxam idi. A.Divanbəyoğlu. ..Bir azdan sonra göy qübbəsi tamamilə ulduzla doldu. Ə.Sadıq. qübbəli sif. Damı, səqfi yarımkürə (qübbə) şəklində olan; qübbəsi olan. Qübbəli bina. – ..Turşsu çeşməsinin başında qırmızı qübbəli ağ çadır dayanmışdı. S.Rəhimov. qübbəşəkilli sif.\n1. Qübbəyə oxşar, yarımkürə şəklində olan.\n2. Üzərində qübbə şəkilli örtüsü və s. olan. qübbəvari bax. qübbəşəkilli. qüddə [ər.] bax. vəzi. qüddəli sif. anat. Qüddəsi olan, vəzisi olan. qüdrət is. [ər.]\n1. Böyük qüvvət, güc. Vətənimizin hərbi və iqtisadi qüdrəti gündən-günə artır. // Ümumiyyətlə, güc, iqtidar, qüvvət, bacarıq. Yorulmaq bilməmiş əqlin qanadı; Gör insan əqlinin nə qüdrəti var. S.Vurğun. Can usta, axı mənim böyük bir niyyətim var; Mənim həyat qurmağa qəlbim var, qüdrətim var. M.Müşfiq. Bu ellər ən çətin dəqiqələrdə; Güvəndi, inandı öz qüdrətinə. O.Sarıvəlli.\n2. Təsir qüvvəsi, böyük nüfuz qüvvəsi. [Nizami:] Gəncənin ən böyük şeir ustadı Məhsəti xanım sənətin qüdrətini Munisə göstərir. M.Hüseyn. Təbindəki, dühasındakı nəhəng qüdrəti ilə zülmə, haqsızlığa üsyan edən şairin səsi boğulmuşdu. Mir Cəlal.\n3. Taqət, iqtidar, güc. Qüdrətim olmadı ki, danışam.\n4. Möhkəmlik, iradə, iradə qüvvəsi. [Solmaz:] Ancaq unutma ki, mən ərlərdə qüvvət, qüdrət və cəsarəti sevirəm. C.Cabbarlı. O, insanın böyüklüyünü və ruhi qüdrətini kəşf etdiyi üçün, artıq ağır yaralılar qarşısında çarəsiz bir uşaq kimi ağlamaqla kifayətlənməzdi. Ə.Məmmədxanlı. // Cəsarət. Axır nə səbəbə söz deməyə qüdrətin olsun? M.Ə.Sabir.\n5. Təbiət, fitrət, yaradılış. Zülhəyat oldı ləbindən Xizrivü İsa layəmut; Gör bu qüdrət möcüzi kim, ləli-sirabındədir. Nəsimi. Söz yox ki, hüsnünə xilqət günündə; Qüdrət qələm çalmış, susmuş mələklər. Ə.Cavad. // Çıx. halında: qüdrətdən – təbiətdən, fitrətdən, yaradılışdan. Qaşın bir nundur çəkmiş qəza nəqqaşı qüdrətdən. M.V.Vidadi. qüdrətlənmək f. Çox güclənmək, çox qüvvətlənmək. qüdrətli sif. Çox qüvvətli, çox güclü. Qüdrətli əllər. Qüdrətli ordu. qüdrətlilik is. Qüdrət sahibi olma; çox qüvvətlilik, güclülük; iqtidar. qüdrətsiz sif. İqtidarsız, gücsüz; zəif, aciz, bacarıqsız. Hacı əfəndi .. hətta məclis üzvlərinin ikisini də qüdrətsiz və cahil mollalardan təyin elətdirib ki, sirlərini və politikasını açmasınlar və ona qul kimi tabe olsunlar. C.Məmmədquluzadə. qüdrətsizlik is. İqtidarsızlıq, gücsüzlük, taqətsizlik, qüvvətsizlik; acizlik, zəiflik, bacarıqsızlıq. qüdsilik bax. qüdsiyyət. Qulam müəllim yaşaran gözlərini təsəvvürünə gətirir, burada bir ülvilik və qüdsilik görürdü. S.Rəhimov. qüdsiyyət is. [ər.] tənt. Müqəddəslik, təmizlik, paklıq. [Yanardağ:] Cavab ver, odlar gəlini! Axır, bütün ümid sənin qüdsiyyətindədir. C.Cabbarlı. Uğur olsun, Ədhəm, düşmənin puç olsun!. ..Vətən torpağının qüdsiyyəti sənə kömək olsun! Mir Cəlal. Elə bil ki, o təbəssümdə dünyanın bütün gözəllik və qüdsiyyəti gizlənmişdi. İ.Əfəndiyev. qülğülə is. [fars.] klas. Gurultu, çaxnaşma, səs-küy, mərəkə. Afaqə düşdü qülğülə hüsnündən, ey qəmər! Nəsimi. • Qülğülə salmaq – səs salmaq. Ənva və əqsam quşlar ağacların bir budağından o biri budağına qalxıb, qonub, mövzun nəğəmat ilə dərəyə qülğülə salırlar. M.F.Axundzadə. qüllə is. [ər.]\n1. Sütunşəkilli uca tikili, bina və s. Qüllənin zəngi vurdu. Paraşüt qülləsi. Televiziya qülləsi. Yanğın qülləsi. – ..Qüllələr günəşin şüaları altında qızıl taclar kimi parıldayır. M.Hüseyn.\n2. Hərb gəmisində, tankda və s.-də topların yerləşdiyi zirehlənmiş hündür yer. qülləli sif. Qülləsi olan. Qülləli ev. qülləvari sif. Qüllə kimi, qülləyə oxşar, qüllə şəklində. Qülləvari bina. qümqümə [ər.] bax. qumquma 1-ci mənada. qünnə is. [ər.] dilç. köhn. Burun səsi, burunda tələffüz olunan səs. qürab is. [ər.] Qaraqarğa (klassik şeirdə gözəllərin qara saçı buna təşbeh edilirdi). Xalın üzündə buğda, başında saçın qürab. M.Ə.Sabir. qürbət is. [ər.]\n1. Yad ölkədə, yad yerdə olma, vətənindən uzaq ölkədə və ya yerdə olma; qəriblik. Qürbət aləmi, yar fəraqi məni aldı... Heyran xanım. Qürbətin acılıqları hər vaxtdan artıq gecələr hiss olunur. M.S.Ordubadi. Onun qürbətdən şikayətə öyrənmiş dodaqları arasında xırdaca sədəf dişləri görünürdü. M.Hüseyn.\n2. Özgə yer, vətəndən uzaq yer, yad ölkə. Kərbəlayı Məhəmmədəli iki il yarımdır ki, qürbətə çıxıb, az-çox çörək pulu qazansın. C.Məmmədquluzadə. [Şahnisə xanım:] ..Kiçikbəyim kimi bir gülü götürüb Tehrana atıram. Kim bilir .. qürbətdə qızım necə olacaq, başına nələr gələcək. Çəmənzəminli.\n3. sif. Vətəndən uzaq, yad, özgə, yabançı. Müddətdi düşmüşəm qürbət diyarə; Kimsədən olmadı dərdimə çarə. Q.Zakir. Əcəba, səndəmi məni qürbət vilayətdə tək buraxıb getmək istəyirsən? M.S.Ordubadi. Qürbət bir şəhərin bazarında iki adam qabaqqabağa gəlib bir-birinə zənn ilə baxdılar. Çəmənzəminli. qürbətçi is. Qürbətdə yaşayan adam, özgə yerlərdə, öz vətəni xaricində yaşayan adam. qürbətkeş sif. [ər. qürbət və fars. ...keş] Qürbət çəkən, ömrünü qürbətdə keçirən. Təbriz müsəlmanlarının çoxu belədir.. Qürbətkeş olurlar. Ta ki, pul qazanmaq olsun. P.Makulu. qürbətlik bax. qürbət 1-ci mənada. Ey mənim tək göz yaşını saçanlar; Qürbətlikdə ciyər qanın içənlər. M.V.Vidadi. Sonra [Məmməd Həsən əmi] bir qızla sevişdi, haman qızı aldı və bir neçə il gedib İrəvan tərəflərində qürbətlik çəkdi. C.Məmmədquluzadə. qürbətzədə sif. və is. [ər. qürbət və fars. ...zədə] Qürbətə düşmüş, vətənindən uzaq düşmüş, qürbət keçirən; qəriblikdən yorulmuş, usanmış. qürə is. [ər.] Püşk. [Cəmaləddin:] Artıq təxir zamanı deyil, qardaşlar, qətli icra etmək üçün fədai təyin olunacaq. Onun üçün qürə atılmalıdır. C.Cabbarlı. qürrə [ər.] bax. qürrəli. Nə qürrəsən bu vəfasız həyata, ey xacə; Nihayət oldu bu şəb, ömrdür çiraği-səbah. S.Ə.Şirvani. qürrələnmə “Qürrələnmək”dən f.is. qürrələnmək f. Əsassız və boş bir şeyə arxalanaraq qürurlanmaq, güvənmək; iftixar etmək, lovğalanmaq. Boş yerə qürrələnməkdən nə çıxar? – Bu sözü elə övrət ağzına alıb danışar ki, ya atasına ümidi gələ, ya anasına, .. ya ki, öz dövləti və puluna qürrələnə. C.Məmmədquluzadə. Çox güvənmə, qürrələnmə haluva, övladuva. M.Möcüz. qürrəli sif. Məğrur, kibrli, iddialı, təşəxxüs satan, lovğa. Qürrəli adam. qürub is. [ər.] Batma, üfüqün altına keçib görünməz hala gəlmə. Günəşin qürubu. Qürub vaxtı. – Günəş qürubunun qırmızı buludları günbatan tərəfi .. bürümüşdü. C.Məmmədquluzadə. Uçan durna, sönən qürub nağılları andırır. Ə.Cəmil. // Günbatan vaxt. Müşavirə qürubdan bir-iki saat keçənə qədər davam etdi. Çəmənzəminli. • Qürub etmək – 1) batmaq. Bu vaxt gün qürub etdi. M.F.Axundzadə. Gün qürub etməyə edirdi şitab; Kainata enirdi bir zülmət. C.Cabbarlı. Bir axşam günəş qürub edirkən yenə meşədən o səs yüksəldi. Ə.Məmmədxanlı; 2) məc. yox olmaq, zail olmaq. Qurtardı nisfi-şamdə, saqi, şərabımız; Etdi qürub, heyf, bizim afitabımız. S.Ə.Şirvani. // Günbatan tərəf, qərb. Günəş ətəklərini yavaş-yavaş qüruba doğru çəkməyə başlamışdı. A.Şaiq. Məxmər kimi yumşaq alaqaranlıq içində əlindəki kətmənə dirsəklənərək, üzü qüruba dayanıb gülümsəyən o gənc qadının çöhrəsində bir bahar təranəsi duyulurdu. İ.Əfəndiyev. qürur is. [ər.]\n1. İftixar, mənlik hissi, təmkin. Yenilməz qüvvətlə vur zərbəni, vur! Gözlərində təmkin, alnında qürur. R.Rza. Nəriman qürurunu pozmadan ağ və soyuq divara daha bərk söykəndi. Mir Cəlal. Bu sevinc əslində bir qürur hissindən ibarət idi. Ə.Məmmədxanlı. Ananın şəfqət və qürurla (z.) parlayan gözlərində sanki şimşəklər çaxdı. M.Rzaquluzadə.\n2. Təkəbbür, məğrurluq, lovğalıq, özünü yuxarı tutma. Aldanma zahidə, sanki uludur; Qəlbi kibrü qürur ilə doludur. A.Şaiq. [Firidun:] Mən hələ heç bir qürur göstərməmişəm. M.İbrahimov. qürurlanma “Qürurlanmaq”dan f.is. qürurlanmaq f. Boş-boşuna qürrələnmək, iddialanmaq, təşəxxüs satmaq. qürurlu sif.\n1. Məğrur, öz mənliyini, cəmiyyətdə öz rolunu, üstünlüyünü hiss edən. O, öz zindanını uçurtmuş bir məhbus, ölkəsini xilas etmək üçün ölümə gedən bir əsgər kimi qürurlu idi. M.İbrahimov. // məc. Əzəmətli, möhtəşəm.\n2. Təkəbbürlü, iddialı, kibrli, təşəxxüslü, başqalarına alçaq nəzərlə baxan. qüsl is. [ər.] din. Çimmə, yuyunma. • Qüsl etmək – çimmək, yuyunmaq. Bir çeşmə yana olub rəvanə; Qüsli-bədən eylərəm bəhanə. Füzuli. Mən eşitmişəm, sizin hamamlarda qüsl üçün hovuz yoxdur. Ə.Haqverdiyev. ‣ Qüsl suyu köhn. – murdar, natəmiz iyrənc şey haqqında. qüssə is. [ər.] Qəm, kədər, hüzn, ürək sıxıntısı, fikir, dərd. [Hacı Qara:] Durum gedim evə, tədarükümü görüm, .. yoxsa qüssədən dərdəcər ollam! M.F.Axundzadə. İzzət qüssədən və Məhəmməd Həsən əmi hirsindən başladılar Əhməd kimi ağlamağa. C.Məmmədquluzadə. Atamız yol gözləməkdən gözdən oldu, anamız qəmdən, qüssədən yatağa düşdü. M.Rzaquluzadə. • Qüssə yemək (çəkmək, etmək) – qəm çəkmək, dərdlənmək, kədərlənmək, bir şeyin fikrini çəkmək. qüssələndirilmə “Qüssələndirilmək”dən f.is. qüssələndirilmək məch. Kədərləndirilmək; kədər, qəm-qüssə verilmək. qüssələndirmə “Qüssələndirmək”dən f.is. qüssələndirmək f. Kədərləndirmək, qəmləndirmək, dərdləndirmək; dərd vermək; kədərlənməsinə, qəmlənməsinə, dərdlənməsinə səbəb olmaq. qüssələnmə “Qüssələnmək”dən f.is. qüssələnmək f. Kədərlənmək, qəmlənmək, dərdlənmək, fikir çəkmək. Tamam mənə yanaşıb dedi: – Heç qüssələnmə, doqquz aydan sonra yenə gələcəksən, burada şad görüşəcəyik. S.S.Axundov. qüssəli sif. Kədərli, qəmli, məhzun, həzin; dərdli. Xeyli uzaqdan qüssəli bir mahnı səsi gəlirdi. M.Hüseyn. Bu il solğun və qüssəli bir gəlini andıran payızdan sonra .. şiddətli bir qış gəldi. Ə.Məmmədxanlı. qüssəlilik is. Qüssəli və kədərli hal; qəmlilik, kədərlilik, məhzunluq. qüssəsiz sif. Qayğısız, dərdsiz, qəmsiz, kədərsiz; dərdi, qəmi, fikri olmayan. qüssəsizlik is. Qayğısızlıq, dərdsizlik, kədərsizlik, qəmsizlik. qüsur is. [ər.]\n1. Eyib, nöqsan, çatışmayan cəhət, çatışmazlıq. Xoş gəlibdir, xoş saatda cahana; Yox gözəlliyinə qüsur, bahana. Aşıq Ələsgər. [Əsəd] bütün işlərin hazır olduğunu və bir qüsur qalmadığını xəbər verdi. M.S.Ordubadi. Bu şagirdin geyimi o qədər səliqəli idi ki, ən diqqətli göz belə onda bir qüsur tapa bilməzdi. Ə.Sadıq.\n2. Təqsir, günah, qəbahət. Gər sən idrak eyləməzsən, bil ki, səndəndir qüsur. Nəsimi. ..“Tazə həyat”dan təvəqqe edirik ki, əgər qüsurumuz olsa, bizi bağışlasın, .. biz bir az xamıq və o cür yazmağı bacarmırıq ki, bir para adam bizdən inciməsin. C.Məmmədquluzadə. [Müəllim:] Sizinlə .. bu vaxta qədər tanış olmadığıma təəssüf edirəm. Bu qüsur mənimmi ya sizinmi? A.Şaiq. qüsurlu sif.\n1. Bir eybi, nöqsanı, qüsuru, çatışmazlığı olan; eyibli, nöqsanlı. Qüsurlu mal. // Bitməmiş, natamam, yarımçıq. Bu evin qapı və pəncərəsi yoxdur, qüsurludur.\n2. Təqsirli, günahlı, qəbahətli. Mən ki özümü belə bir işdə qüsurlu bilmirəm. M.İbrahimov. qüsurluluq is.\n1. Qüsuru, nöqsanı, eybi, təqsiri, günahı, qəbahəti olma.\n2. Qüsurlu şeyin halı: yarımçıqlıq, natamamlıq. qüsursuz sif. və zərf Heç bir qüsuru, eybi, nöqsanı, çatışmazlığı olmayan; nöqsansız, mükəmməl, müntəzəm. Qüsursuz iş. Qüsursuz adam. Qüsursuz işləmək. qüsursuzluq is. Qüsursuz şeyin, adamın hal və keyfiyyəti; eyibsizlik, nöqsansızlıq, mükəmməllik. qütb is. [ər.]\n1. coğr. Yer kürəsinin üzərində fırlandığı xəyali mehvərin iki nöqtəsindən hər biri, habelə onun bu nöqtəyə düşən yeri. Şimal qütbü. Cənub qütbünə ekspedisiya getmişdir.\n2. elektr. Elektrik dövrəsinin, maqnitin, yaxud elektromaqnitin iki ucundan hər biri.\n3. məc. Bir-birinə tamamilə zidd olan cəhətlərdən hər biri. qüvvə is. [ər.]\n1. Bir işi görə bilmək qabiliyyəti, iqtidarı, bacarığı. Bu işi görməyə qüvvəsi çatmaz. // Qüvvət, taqət, cismani enerji. Qüvvədən düşmək. Bütün qüvvəsini sərf etmək.\n2. Zor, cəbr, qol gücü. Qüvvə tətbiq etmək.\n3. Hər hansı bir enerjinin mənbəyi ola bilən maddi əsas, səbəb. Ağırlıq qüvvəsi. Yerin cazibə qüvvəsi. Müqavimət qüvvəsi. İstehsal qüvvələri. Canlı qüvvə (insanlar və heyvanlar).\n4. Gərginlik, gərginlik dərəcəsi, şiddət. Partlayış qüvvəsi. Elektrik cərəyanı qüvvəsi. Küləyin qüvvəsini ölçmək. Top səsinin qüvvəsindən qulaq tutulurdu.\n5. Güc, qüdrət, iqtidar, nüfuz. Sülh tərəfdarlarının qüvvəsi yenilməzdir.\n6. Bir şeyin mahiyyəti, təsir qabiliyyəti, mənası, kəsəri, əhəmiyyəti, rolu. Sözün qüvvəsi. Dəlillərin qüvvəsi.\n7. Hüquq nöqteyi-nəzərindən təsir, hökm, səlahiyyət, əhəmiyyət. Dövlət planının qanuni qüvvəsi vardır. Qərar qüvvəsini itirməmişdir. • Qüvvədə olmaq – hamı üçün məcburi olmaq, tətbiq edilməkdə olmaq, qüvvəsi hələ davam etmək. Qüvvəyə minmək – hamı üçün məcburi olmağa başlamaq, tətbiqə başlamaq. Yeni qanun qüvvəyə mindi. Qüvvədən düşmək – öz qanuni hökmünü itirmək. Köhnə qanunlar qüvvədən düşmüşdür.\n8. Adətən cəm şəklində. Cəmiyyətin hər hansı bir səciyyəvi əlamətlərə malik olan ictimai qrupu, təbəqəsi. İnqilabın hərəkətverici qüvvələri. Dünyanın demokratik qüvvələri. Sülh qüvvələri. Sinfi qüvvələrin münasibətləri.\n9. Cəm şəklində. Qoşun. Silahlı qüvvələr. Əsas qüvvələr (ordunun əsas hissəsi). Dəniz qüvvələri (hərbi-dəniz donanması). Hava qüvvələri (hərbi-hava donanması).\n10. Cəm şəklində. Hər hansı bir istehsalat kollektivini təşkil edən adamlar, bir-birinə yaxın ixtisas, peşə və s. sahəsində çalışan adamlar. Klubda yerli qüvvələr konsert verəcək.\n11. Zərf mənasında. Qüvvəsi ilə – köməyi ilə, vasitəsilə, iştirakı ilə. Laboratoriya tələbələrin qüvvəsi ilə düzəldilmişdir.\n12. Duyğu, hiss, qabiliyyət. Görmə, eşitmə, iybilmə qüvvəsi. İradə qüvvəsi. Hafizə qüvvəsi. İdrak qüvvəsi.\n13. Maddi imkan, iqtidar. O bahalıqda parçanı almağa mənim qüvvəm çatmaz. ‣ At qüvvəsi – bax. at gücü (“at”da). İş qüvvəsi – bax. iş. İşçi qüvvəsi – bax. işçi. qüvvələnmək bax. qüvvətlənmək. qüvvəli bax. qüvvətli. qüvvət 1. bax. qüvvə. O köpüyü ki, sən içdin, ondan sənin qollarına qüvvət, özünə də şairlik verildi. “Koroğlu”. Hünərim, qüvvətim bitməz, tükənməz! Qanadlı bir şahin yerdə görünməz. A.Şaiq. • Qüvvət almaq – qüvvətlənmək, güclənmək, ürəklənmək, ruhlanmaq. Bayaqdan şil kimi sürünən qədəmlərim yeni qüvvət aldı. M.S.Ordubadi. Qüvvət alıb, ilham alıb; Yurd salmışam dağlarda mən. S.Vurğun. Qüvvət vermək – 1) qüvvətini, mətanətini, təsirini artırmaq; qüvvətləndirmək, gücləndirmək, ruhlandırmaq; 2) təsdiq etmək, şərik olmaq, müdafiə etmək. Mürşüdoğlu dəxi həkimin sözünə qüvvət verdi. S.Rəhimov.\n2. riyaz. Bir ədədin neçə kərə öz misli ilə vurulduğunu göstərən rəqəm. qüvvətləndirici sif. xüs. Qüvvətləndirən, gücləndirən, gücləndirici. Səsi qüvvətləndirici cihaz. qüvvətləndirilmə “Qüvvətləndirilmək”dən f.is. qüvvətləndirilmək məch. Daha qüvvətli edilmək, gücləndirilmək; qüvvəti, gücü artırılmaq. qüvvətləndirmə “Qüvvətləndirmək”dən f.is. qüvvətləndirmək f. Daha qüvvətli etmək, daha güclü etmək; gücləndirmək, qüvvətini, gücünü artırmaq. Ordunu qüvvətləndirmək. Radionun səsini qüvvətləndirmək. Tədqiqat işlərini qüvvətləndirmək. Müşahidələri qüvvətləndirmək. qüvvətlənmə “Qüvvətlənmək”dən f.is. qüvvətlənmək f. Qüvvəti, gücü artmaq; daha güclü, daha qüvvətli olmaq; güclənmək. Gecədən əsməyə başlayan yay küləyi yavaş-yavaş qüvvətlənir. M.Hüseyn. qüvvətli sif.\n1. Böyük fiziki qüvvəyə malik olan; çox güclü, çox sağlam. Qüvvətli qollar. Qüvvətli pəhləvan. Qüvvətli adam. Qüvvətli əzələ.\n2. Böyük hərəkət qüvvəsinə malik olan. Qüvvətli motor. Qüvvətli maşın. Tikintidə çox qüvvətli mexanizmlər işləyir.\n3. Çox güclü; yaxşı silahlanmış, möhkəm; böyük müdafiə və hücum imkanlarına malik. Qüvvətli donanma. Qüvvətli ordu. Qüvvətli aviasiya.\n4. Böyük nüfuz və qüdrətə malik. Qüvvətli dövlət. Qüvvətli hökmdar.\n5. məc. Əsaslı, inandırıcı, tutarlı, təsirli, çox mühüm. Qüvvətli dəlillər. Qüvvətli mühakimə.\n6. Çox bacarıqlı, məharətli, istedadlı, öz işini yaxşı bilən. Qüvvətli yazıçı. Qüvvətli tələbə. – [Tələbəmə dedim:] Görünür, ədəbiyyatdan qüvvətlisən; bir mənə de görüm, o ki Hacı Qara deyirsən, o kimin əsəridir? Qantəmir.\n7. k.t. Tərkibində qidalı maddələr bol olan, güclü. Qüvvətli yemlər. – Bütün qış dövrü üçün mal-qaraya lazım olan miqdarda qaba, şirəli və qüvvətli yemlər ehtiyatı tədarük etmək lazımdır. “Zootexniya”. qüvvətlilik is. Qüvvətli adamın, şeyin və s.-nin hal və keyfiyyəti; güclülük. qüvvətölçən is. xüs. Maşın, mexanizm və ya insanın qüvvətini ölçmək üçün cihaz. qüvvətsiz sif.\n1. Gücü, qüvvəsi olmayan; gücsüz, qüvvəsiz, üzgün. Qüvvətsiz adam. Qüvvətsiz qollar. // Bacarıqsız, aciz. Sən çox qüvvətsiz adamsan.\n2. Təsirsiz. Qüvvətsiz dərman. // Tərkibində qidalı maddələri çox az olan, yaxud olmayan; qidasız. Qüvvətsiz yem. Qüvvətsiz çörək. qüvvətsizlik is.\n1. Gücsüzlük, taqətsizlik, zəiflik. Qolların (qıçların) qüvvətsizliyi. // Bacarıqsızlıq, acizlik.\n2. Təsirsizlik. Dərmanın qüvvətsizliyi. // Qidasızlıq, qida maddələrinin çox azlığı, yaxud olmaması. Yemin qüvvətsizliyi. qvardiya [fr.]\n1. Ən yaxşı seçmə qoşun hissələri. Qvardiya polku. Qvardiya hissələri. Qvardiya mayoru.\n2. məc. Hər hansı bir sahədə sınaqdan çıxmış, təcrübəli, qabaqcıl xadimlər; öz işinə sadiq olan mübarizlər. Köhnə qvardiya. Köhnə fəhlə qvardiyası. • Ağ qvardiya – SSRİ-də 1918-1920-ci illərdə vətəndaş müharibəsi dövründə əksinqilabçı qoşunların ümumi adı. Qırmızı qvardiya – əksinqilab və ağqvardiyaçılarla mübarizə etmək üçün 1917-1918-ci illərdə təşkil edilmiş və Qırmızı Ordunun əsasını təşkil etmiş silahlı fəhlə dəstələri. qvardiyaçı is. Qvardiyada xidmət edən əsgər, zabit. Qvardiyaçılarımız düşmən üzərinə hücuma keçəndə qarı, boranı nəzərə almırdılar. M.Hüseyn. qvayula [isp.] İlk vətəni Şimali Amerika olan, Orta Asiya və Qafqazda bitən və kökündə kauçuk maddəsi olan həmişəyaşıl, alçaq kol bitkisi. Bütün dünyada qvayula bitkisinin ikinci vətəni Azərbaycandır. Ll l azərbaycan əlifbasının on səkkizinci hərfi. bax. el. labirint [yun.]\n1. Qədim Yunanıstanda və Misirdə: çıxılması çətin, dolanbac və dolaşıq yolları olan böyük bina, tikili.\n2. anat. Qulağın spiral, dəhliz və yarımdairəvi kanallardan ibarət hissəsi.\n3. məc. Dolaşıqlıq, qarışıqlıq, dolanbaclıq. [Sərdarlı:] ..Labirintin sirri tapılmışdır. Q.İlkin. // Başa düşülməsi, anlaşılması çətin olan qarışıq iş haqqında. laborant [lat. laborans – işləyən]\n1. Laboratoriyada çalışan elmi və ya texniki işçi. Baş laborant. Laborant vəzifəsi. – [Fərhadoğlu] sonra öz laborantlarını da güclü bir selin gələcəyindən xəbərdar etdi. S.Rəhimov. Ay qız, – dedi, – laborant istəyirlər. Kimya ilə aran necədir? Mir Cəlal.\n2. Laboratoriya məşğələlərində müəllimə, professora kömək edən işçi. Maarif müdiri haradan bilsin ki, laborant olmaya-olmaya məvacibi alınıb. S.Rəhman. laborantlıq is. Laborant vəzifəsi, işi. Laborantlıq etmək. laboratoriya [lat. laboratorium – işləmək]\n1. Elmi və ya texniki təcrübələr, tədqiqat üçün xüsusi təchiz olunmuş bina, otaq; belə təcrübə, tədqiqat aparılan müəssisə. Kimya laboratoriyası. Fizika laboratoriyası. – Laboratoriyadan Firuzənin səsi eşidildi. C.Cabbarlı. Surxay bəzən qızı kimya laboratoriyasında yalqız tapırdı. İ.Əfəndiyev.\n2. məc. Yaradıcılıq işi ilə məşğul olan sənətkarın fəaliyyət sahəsi. Yazıçının yaradıcılıq laboratoriyası. labüd zərf [ər.]\n1. Yerinə yetirilməsi, icrası vacib olan, zəruri olan; mütləq. ..Bayramda həlviyyat xonçası üstə bir əlbisəlik ipək parça labüd gedəcəkdir. R.Əfəndiyev. // Mütləq olmalı olan, qaçılmaz, qarşısıalınmaz, zəruri. • Labüd olmaq – vacib olmaq, zəruri olmaq. [Mürtəce ünsürlər] xalqın və məmləkətin tərəqqisi üçün labüd olan bu məsələlərin həllini tələb edən hər kəsi .. töhmətləndirirlər. M.İbrahimov.\n2. Məcbur, çarəsiz, əlacsız, naçar, istəristəməz, məcburiyyət qarşısında. [Şah Abbas:] Ona binaən labüddəm ki, talaqınızı verib cümlənizi azad edim ki, hər kəsə meyliniz olsa, ona ixtiyar edəsiniz. M.F.Axundzadə. Sabira, torpağa saldı sayə rəna dilbərim; Gər mələk olsam da, labüd səcdeyi-xak eylərəm. M.Ə.Sabir. • Labüd qalmaq – zəruriyyət qarşısında məcbur olmaq, əlacsız qalmaq, çarəsiz qalmaq. Mən labüd qaldım, [hamballara] deyim ki, bir surətdə ki, bunlar bizə qulaq asmırlar, bizə bunların xidməti heç lazım deyil. C.Məmmədquluzadə. Pul çox, amma xərc eləməyə yer tapmayırıq, labüd qalıb, pullarımızı xarici vilayətlərdə xərc eləyirik. Ə.Haqverdiyev. labüddən zərf [ər.]\n1. Hökmən, məcburən, mütləq. [Ağası bəy Vaqifə:] Əgər Məmməd bəy .. mane ola bilməzsə .. labüddən vuruşma olacaqdır. Çəmənzəminli.\n2. İstər-istəməz, əlacsız, naçar, məcburən. [Qulam xan:] Məni o qədər dəng elədin ki, axırda labüddən özümü bu bəlaya giriftar elədim. M.S.Ordubadi. [Rəşid:] Qurbanqulu dedi ki, mən yaya dayana bilmərəm, mənimçün indi toy edin, labüddən toy etdilər. T.Ş.Simurq. labüdlük is. Heç bir şeylə qarşısı alına bilməmə; qaçılmazlıq, önüalınmazlıq, zərurilik. Hadisənin labüdlüyü. lacivərd is. [fars.] Tünd-mavi rəngli qiymətli daş. // Bu daşın rəngi – tünd-mavi rəng. Lacivərd boşqab. – Lacivərd göylərin ətəklərini; Sarmış altun saçaqlı bir pərdə. R.Rza. Gündoğan tərəf utancaq bir qız yanağı kimi qızarır, incə buludlar mor, pənbə, lacivərd rənglərə boyanır. M.Rzaquluzadə. lacivərdi sif. [fars.] Tünd-mavi rəngli, lacivərd rəngində; göy. Lacivərdi kasa. Lacivərdi səma. – Qələmkar süfrənin üstünə lacivərdi saxsı boşqablarda .. yemişlər qoyulmuşdu. Çəmənzəminli. Bu gün dərya açıqdı; Göy üzü lacivərdi. M.Rahim. lacivərdlik is. Lacivərd rəngində olma; tünd-mavilik, göylük. laçın is.\n1. Keçmişdə quş ovlamaq üçün saxlanılan şahin cinsindən yırtıcı, alıcı quş. Laçın yatağıdır bizim məkanlar. Q.Zakir. Eşq ilə çırpınan cəfayə dözər; Laçın alçaqda, həm fəzada süzər. A.Şaiq. // məc. tənt. Müqayisələrdə: cürət, hünər, igidlik rəmzi kimi işlənir. Eyvazım bənzər laçına; Sonalar heyran saçına. “Koroğlu”. [Qərib:] Ahu baxışlıdır, laçın cürətli; Uçmağa, qonmağa çıxası gözəl. “Aşıq Qərib”.\n2. Bədii təşbehlərdə: gözəlin gözlərinə işarə. Səyyad olub, qurub məhəbbət torun; Laçın gözlü, xub şikarı tutmuşam. M.P.Vaqif. Gecə-gündüz gözüm baxdı yollara; Bir laçın gözlünün nigaranıdı. Q.Zakir. lad [rus.] Musiqidə: səs sırasını qurma, səsləri yerləşdirmə üsulu; musiqi əsərinin quruluşu. Rast, şur, segah, şüştər, çargah, bayatı-şiraz və humayun Azərbaycan musiqisinin yeddi əsas ladıdır. Ü.Hacıbəyov. laəqəl (=laəqəllən) zərf [ər.] klas. Ən azı, heç olmazsa. Gecə-gündüz hər zaman olsa müsavi, eyd olur; Laəqəl, ey bixirəd, mən görmüşəm yüz ayü il. Q.Zakir. Var imiş evlənməyə də qüdrəti; Bəs niyə yox laəqəl üç külfəti?! M.Ə.Sabir. Yadımdadır ki, mən məktəbə getməyim ilə qayıdıb indi bura gəlməyimin arası olardı laəqəllən beş saat. C.Məmmədquluzadə. laəqəllən (=laəqəl) zərf [ər.] klas. Ən azı, heç olmazsa. Gecə-gündüz hər zaman olsa müsavi, eyd olur; Laəqəl, ey bixirəd, mən görmüşəm yüz ayü il. Q.Zakir. Var imiş evlənməyə də qüdrəti; Bəs niyə yox laəqəl üç külfəti?! M.Ə.Sabir. Yadımdadır ki, mən məktəbə getməyim ilə qayıdıb indi bura gəlməyimin arası olardı laəqəllən beş saat. C.Məmmədquluzadə. laəlac sif. və zərf [ər.] Əlacsız, çarəsiz. • Laəlac qalmaq (olmaq) – çarəsiz qalmaq, əlacı kəsilmək, çıxılmaz vəziyyətdə olmaq, məcburiyyət qarşısında qalmaq. Laəlac olub, aqibət; Gənci şahmarə tapşırdım. Q.Zakir. Axırı laəlac qalıb özündən, özgədən on-on beş manat tədarük edib Məmmədhəsən əmi bir ulaq aldı. C.Məmmədquluzadə. laf is. [fars.] Mükalimə, söhbət, danışıq, söz. Gər doğru isə vəfadə lafın; Məndən nə üçündür inhirafın? Füzuli. Vəli, bihudə bir sözdür, deyirlər laf arasında. M.V.Vidadi. [Səlim:] İstəməz başqa laf; Söylə, açıq söylə, hər nə var söylə! H.Cavid. // Boş söhbət, laqqırtı, əməli əhəmiyyəti olmayan söz, lüzumsuz və bihudə söz. Hələlik gəl unudaq filməsəl öz lafımızı; İddiamızca açaq ayineyisafımızı. M.Ə.Sabir. [İskəndər:] Çox öyünmə, qüruru, lafı burax! Yaramaz bunca sadədil olmaq! A.Şaiq. • Laf vurmaq (etmək) – 1) danışmaq, söhbət etmək, söz demək. Həddi nədir mənimlə vura laf eşqdən; Yanmaqda çox görüb özü pərvanə, könlümü. Q.Zakir. Eşqdə Məcnun kimi aləmdə çoxlar vurdu laf! S.Ə.Şirvani. Kağız sənə ağ göstərir öz sineyisafın; Guş eyləmə lafın; Çox tez qaralar qəlbi, mürəbbisi yamandır. M.Ə.Sabir; 2) uzunuzadı danışmaq, söhbət etmək; çərənləmək, boşboğazlıq etmək, laqqırtı vurmaq. Keçən sözü çəkmə üzə, amandır! Yalan danışıban laf eyləmişəm. Aşıq Ələsgər. Bir az da Rüstəm keçmiş günlərindən laf vurub getdi. Ə.Haqverdiyev. lafet [fr.]\n1. Top altlığı, top qundağı.\n2. Traktor və başqa nəqliyyatın dalına qoşulan yük arabası. Pambığın daşınması üçün 4 yük avtomobili və 3 lafet ayrılmışdı. – Yusif .. aldığı alafı traktor lafetlərinə doldurub daşıtdırırdı. B.Bayramov. lafetli sif. Lafeti olan, lafet qoşulan. Lafetli traktor. lağ is. [fars.] Rişxənd, istehza, ələ salma, masqara. Bu sual [kişiyə] yersiz, bir az da lağ kimi gəldi. Mir Cəlal. • Lağ etmək (eləmək) – ələ salmaq, istehza etmək, araya qoymaq, masqaraya qoymaq, gülmək. Camalından mələk xəcalət çəkər; Hüsnün eylər aya, günə lağ, gəlin! M.P.Vaqif. [Rəşid:] Mənim nə həddim var sənə lağ eləyim. Ə.Haqverdiyev. [Qızyetər:] Bayaqdan lağ eləyirdi, indi özünün ürəyi gedir. M.İbrahimov. Lağa qoymaq – bax. lağ etmək (eləmək). Odur, uşaq yenə kərbəlayıdan əl çəkmir, onu lağa qoyub yoruluncaya qədər gülürdü. M.Hüseyn. [Hümmət Zülfüqara:] Çıxart bu demaqoqu, sənə deyirəm. Küçələrdə bizi lağa qoyduğu daha bəsdir. B.Bayramov. lağan is. məh. İtə xörək verilən qab. lağbaz [fars.] bax. lağçı. lağbazlıq bax. lağçılıq. Nazxanım bərkdən gülərək eyni lağbazlıqla (z.) oğlanın ardınca qışqırdı. İ.Əfəndiyev. lağcıl bax. lağçı. Lağcıl adam. lağcıllıq bax. lağçılıq. lağçı is. Rişxəndçi, istehzaçı, adam ələ salan, lağ etməyi sevən adam. lağçılıq is. Adam ələ salma, lağ etməyi sevmə; rişxəndçilik. lağım is.\n1. Yeraltı yol, yer altında qazılmış üstüörtülü xəndək. Ağaclar dibində hava topları, hər tərəfdə gözətçi dəstələr qoyulduğunu, əyri lağımlar qazıldığını görüb getmədi. Mir Cəlal. • Lağım atmaq (açmaq, vurmaq) – yer altından yol açmaq. Bir çalaçuxur var hər addım başı; Yerin bağrına min lağım atılmış. S.Vurğun.\n2. Kanalizasiya.\n3. Tunel mənasında. ..Digər tərəfdən də qatarların qaranlıq lağımlara girib-çıxmağı da yeznəmin və azarlının ovqat təlxliyini dəxi də artırırdı. C.Məmmədquluzadə. lağımatan bax. lağımçı. Qız gördü ki, lağımçı gəlir. Tez lağımatanın qabağına çıxıb dedi.. (Nağıl). lağımçı is.\n1. Yeraltı yol qazıyan usta; lağımatan. [Qız:] Ey lağımçı, bu qalaçadan padşahın dustaqxanasına lağımı neçə günə atarsan? (Nağıl).\n2. Kanalizasiya təmizləyən. lağımçılıq is. Lağımçının işi, peşəsi, sənəti. Lağımçılıq eləmək. lağırtı bax. laqqırtı. ..O heç gözlənmədən bu və ya digər qapını açıb girər, saatlarla min cür boş-boş əhvalatlardan danışıb lağırtı vurar. M.İbrahimov. lağ-lağ sif. və zərf\n1. Boş, mənasız. • Lağ-lağ danışmaq – boş-boş danışmaq. Getdi, mənə nə, fəhləliyin badə, əkinçi; Lağlağ danışıb başlama fəryadə, əkinçi! M.Ə.Sabir.\n2. bax. lağlağı1. [Feldşer] çox uzunçu, lağlağ, həm də qaba bir adamdı. M.Hüseyn. lağlağı I. sif. Çoxdanışan, boşboğaz, naqqal: ağzına və ağlına gələni danışan. Lağlağı adam. // İs. mənasında. [Dilmanc:] Ay kişi, Danabaş kəndində nə çox lağlağı var imiş! C.Məmmədquluzadə. Hər ötərgi lağlağıya, söylə, neçin əl çalırsan; Neçin tərlan ovlağından sən yerlərə alçalırsan? S.Vurğun.\n\nII. bax. lağ. Lağlağı eləmək. Lağlağıya qoymaq. lağlağıçı sif. bax. lağlağı1. Əhali Nadir ilə Zeynəbin görüşməsini bildi, .. lağlağıçı adamlar da onlara bir neçə söz qoşdular. B.Talıblı. lağlağılıq is. Boş-boş və çox danışma; naqqallıq, boşboğazlıq. Lağlağılıq etmək. lağ-loğaz lağ-loğaza qoymaq – bax. lağa qoymaq (“lağ”da). lahut [ər.] klas. şair. İlahilik, ülviyyət. lahuti [ər.] klas. şair. İlahi. [Yaşlı kişi:] Özümü lahuti bir mənzərə qarşısında təsəvvür edirdim. S.Hüseyn. lax I. sif.\n1. Çürüyüb pis qoxu verən, qoxumuş, xarab olmuş. Bu pula heç bir lax yumurta verməzlər. S.Rəhimov. [Fərəcov Qarakişiyə:] Əlbəttə, lax yumurta yığsan cücə çıxmaz. B.Bayramov.\n2. məc. dan. Mənasız, boş, düzgün olmayan. ‣ Lax çıxmaq – baş tutmamaq, boşa çıxmaq, nəticəsi olmamaq.\n\nII. sif. Yerində möhkəm durmayan, laxlayan, tərpənən, boş. Stulun qıçları laxdır. – Zavodun .. pəncərələri, kiçik qapıları lax, dəzgahları isə köhnə və ibtidai idi. M.Hüseyn. // Ölçüdən böyük olan; boş. Ayaqqabı ayağıma laxdır. laxbalax zərf dan. Hər iki tərəfi açıq, taybatay, laybalay. Pəncərə laxbalax açıqdır. – [Qaraqaş] bir təpik qapıya çəkdi, qapı laxbalax açıldı. (Nağıl). laxladılma “Laxladılmaq”dan f.is. laxladılmaq məch. Lax hala salınmaq, boşaldılmaq. Mizin ayaqları laxladılıb. laxlama “Laxlamaq”dan f.is. laxlamaq f. Yerindən oynamaq, yerində möhkəm durmamaq, lax olmaq, tərpənmək, boşalmaq; möhkəmliyini, sabitliyini itirmək. Stulun qıçları laxlayır. – Kərbəlayı Ağcanın fikrində bu idi ki, .. Kazımı çəpərə elə çırpsın ki, çəpərin taxtaları laxlasın. Çəmənzəminli. Hələ də [Nisə xalanın] ağzında bircə dişi laxlamayıb. Qantəmir. // məc. Sarsılmaq, möhkəmliyini itirmək. laxlamış f.sif. Boşalmış, yerindən oynamış, tərpənən, laxlayan. Gödək adam ombasından laxlamış olan qılçasını sürüyə-sürüyə getdi. Mir Cəlal. laxlatma “Laxlatmaq”dan f.is. laxlatmaq f.\n1. Bir yerə vurulmuş, basdırılmış və ya bənd edilmiş, kip taxılmış şeyi çox tərpədərək boşaltmaq, lax hala gətirmək. Mıxı laxladıb çıxartmaq. – Bəzən [Dəmirov] göy xallı atın cilovunu bir adama verib dəmir lomu özü götürür, bir daşı laxladıb yerindən çıxarır. S.Rəhimov.\n2. məc. Sarsıtmaq, zəiflətmək. Qoşunun əlahəzrətə itaət etməməsi onun mövqeyini laxladır. M.S.Ordubadi. laxlıq I. is. Lax yumurtanın hal və keyfiyyəti.\n\nII. is.\n1. Lax şeyin halı.\n2. məc. Boşluq, laqeydlik, ciddiyyətsizlik. Bizim bəzilərimizdə bir laxlıq, ətalət var. Ə.Əbülhəsən. laxta I. is. və sif. Bərkiyib qatılaşmış qan kütləsi. Qalın topa birçəkləri öz qanı ilə boyanmış; Bığlarının kənarında qan laxtası dayanmış. A.Səhhət. Nə iş, nə idarə, nə də bir insan; Hər tərəf daş, torpaq, dəmir, laxta qan. M.Rahim. laxta-laxta sif. Laxtalar halında, parçaparça. Laxta-laxta qan qusmaq. – Darğınam mən belə baxta; Ürəyim qan laxta-laxta. Ə.Cavad. Ceyran, Ayaz çox aradı, Aslandan tapmadı bir iz; Yalnız təpə ətəyində laxtalaxta (z.) durmuşdu qan. A.Şaiq.\n\nII. sif. dan. Ətli-canlı, kök. Laxta uşaq. lax-tax dan. sif. Boş, sakit, səssiz, kimsəsiz, adamsız. Axundun lax-tax evi bu gün gəlib-gedən ilə dolu idi. S.Rəhman. laxtalanma I. “Laxtalanmaq1”dan f.is. Qanın laxtalanması.\n\nII. “Laxtalanmaq2”dan f.is. laxtalanmaq I. f. Laxta halına düşmək; bərkimək, kəsifləşmək, qatılaşmaq (qan haqqında). Oğlanın gicgahında qan laxtalanmışdı. M.Hüseyn. [Kamalın] çiynindən sızan qan döşündə laxtalanırdı. Ə.Vəliyev.\n\nII. f. dan. Dolğunlaşmaq, irilənmək, böyümək. Ay doğdu, laxtalandı; Doğduqca laxtalandı; Yarıma xəbər verin; Məzarım taxtalandı. (Bayatı). laxtalaşma “Laxtalaşmaq”dan f.is. laxtalaşmaq bax. laxtalanmaq1. lak I. [ital.] Parıltı vermək, həmçinin korlanmaqdan qorumaq üçün əşyanın üzərinə çəkilən spirtdə, yağda, skipidarda həll olunmuş qatran. Qara lak. Şkafa lak çəkmək. // Üzərinə həmin mayedən çəkilmiş parıltılı dəridən və s.-dən tikilmiş, düzəldilmiş. [Suğra] güllü-çiçəkli krepdeşindən lap yeni dəblə tikilmiş uzun bir don, lak tufli geymiş, hətta sırğa da taxmışdı. M.Hüseyn. Cavanların arasından çesuça kostyumla lak çəkmə geyinmiş, saçlı, tökmərək bir oğlan çıxıb irəli gəldi. Ə.Əbülhəsən. ‣ Lak ağacı bot. – əsasən Çin və Yaponiyada bitən, köklərindən lak alınan tropik ağac.\n\nII. Dağıstanda yaşayan Qafqaz xalqlarından biri və bu xalqa mənsub adam. Lak dili. Lak kəndi. lakca sif. və zərf Lak dilində (bax. lak2). Lakca-rusca lüğət. Lakca danışmaq. lakçı is. Dəriyə, mebelə lak çəkən usta. lakyy is. [fr.]\n1. Nökər. Lakeylər səf-səf durub, bir-bir “ağa, xoş gəlibsiniz!” deyirdilər. Ə.Haqverdiyev.\n2. məc. Şəxsiyyətsiz adam, yaltaq. [N.Vəzirovun “Pəhləvanani-zəmanə” əsərində] xalqın həm maddi, həm də mənəvi sərvətinə, həm dilinə, həm də torpağına və neftinə şərəfsiz və qeyrətsiz münasibət bəsləyən simasızlar, rəyasət və manat lakeyləri təsvir olunurlar. Y.Qarayev. lakin bağl. [ər.] Cümlələri, habelə cümlə üzvlərini (əsasən həmcins üzvləri) birləşdirərək qarşılıq bildirir. Bir qız tanıyırdım, lakin nə adını bilirdim, nə də kim və nəçi olduğunu öyrənə bilmişdim. S.Hüseyn. İzzət qarı obaya yaxınlaşıb dincini almaq istədisə də, lakin üfüqdə qızartı işarəsi görüb fikrini dəyişdi. Ə.Məmmədxanlı. laklama “Laklamaq”dan f.is. laklamaq f. Lak vurmaq, lak sürtmək, lakla örtmək. Bufeti laklamaq. Stolu laklamaq. laklanma “Laklanmaq”dan f.is. laklanmaq məch. Lak çəkilmək, lak sürtülmək, lakla örtülmək. laklatdırma “Laklatdırmaq”dan f.is. laklatdırmaq icb. Lak çəkdirmək, lak sürtdürmək, lak vurdurmaq. laklı sif. Lak çəkilmiş, lak sürtülmüş, lakla örtülmüş. Laklı dəri. // Lak qatılmış. Laklı rəng. lakmus [holl. lakmoes] Dəniz şibyələrindən hasil edilən, kağıza turşuların təsirilə qırmızı, qələvilərin təsirilə isə göy rəng verən boyayıcı maddə. Lakmus, əksəriyyətlə Hollandiyada bitən kəvərəoxşar göyərtidən alınır. Bu bitkinin suda həll edilmiş məhlulu bənövşəyi olub, turşulardan qırmızı, əsaslardan isə abı rəng alır. A.Quliyev. • Lakmus kağızı – qələvi və turşularda reaktiv kimi işlədilən lakmus məhlulu hopdurulmuş süzgəc kağızı. Lakmus otu bot. – yarpaq və meyvələrindən göy rəng alınan ot bitkisi. lakonik sif. [yun.] Qısa, yığcam, azsözlü. laktasiya [lat.] fiziol. İnsanlarda və məməli heyvanlarda süd vəzilərində südün əmələ gəlməsi, toplanması və onun ifrazı prosesi. // Bu prosesin davam etdiyi müddət. laqeyd [ər.]\n1. sif. Heç bir şeyin fikrini, qeydini çəkməyən, heç bir şeyə əhəmiyyət verməyən, hər şeyi qulaqardına vuran. Laqeyd adam.\n2. zərf Etinasız, maraqsız, soyuq, saymaz. Mən nə qədər ki, ona qarşı laqeyd və etinasız davranırdım, əksinə olaraq, o mənə bir o qədər artıq təmayül göstərir(di). S.Hüseyn. Xanımı özümdən şübhələndirməmək üçün mən özümü sakit və laqeyd göstərməyə çalışırdım. T.Ş.Simurq. [Qara:] Mənə qarşı nə üçün bu qədər laqeyd idilər? İ.Hüseynov. • Laqeyd qalmaq – etina etməmək, fikir verməmək, fikrə, hərəkətə qarşı laqeydlik, saymazlıq göstərmək. // Laqeydcəsinə, soyuq. Tanrıverdi soyuq və laqeyd bir tövr ilə: – Hacı Qurbanın nəşi quyudamı qalacaq? – deyə soruşdu. A.Şaiq. laqeydanə [ər. laqeyd və fars ...anə] bax. laqeydcə(sinə). Qorodovoy qış günəşinin isticə şüası altında laqeydanə xoruldayırdı. Çəmənzəminli. laqeydcə (=laqeydcəsinə) zərf Heç bir şeyin fikrinə, qayğısına, qeydinə qalmadan; laqeydliklə, fikir vermədən, maraqlanmadan. Laqeydcəsinə baxmaq. Laqeydcə ötüb keçmək. laqeydcəsinə (=laqeydcə) zərf Heç bir şeyin fikrinə, qayğısına, qeydinə qalmadan; laqeydliklə, fikir vermədən, maraqlanmadan. Laqeydcəsinə baxmaq. Laqeydcə ötüb keçmək. laqeydləşmə “Laqeydləşmək”dən f.is. laqeydləşmək f. Laqeyd olmaq, heç bir şeyə maraq göstərməmək, soyuqqanlı olmaq. laqeydlik 1. is. Hər şeyə laqeyd münasibət, maraqsızlıq göstərmə; etinasızlıq, başısoyuqluq, qayğısızlıq, qeydsizlik. [Qoşatxan:] Laqeydlik kənd müəllimi üçün dözülməz bir bəladır, deməli, heç şey onun ürəyini yandırmır. M.İbrahimov. • Laqeydlik göstərmək – laqeyd, etinasız yanaşmaq, başısoyuqluq göstərmək, maraq göstərməmək, saymamaq. Elə mən də; Ondan məktub gələndə; Laqeydlik göstərib; Bəzən cavab yazmadım. Z.Xəlil.\n2. Laqeydliklə şəklində zərf – bax. laqeydcə(sinə). Qoşun dəstələri şəhəri çox soyuqqanlılıqla gəzir, atışma yerlərindən laqeydliklə keçirdilər. M.S.Ordubadi. Cəmil sifətini laqeydliklə boz dağlara tərəf çevirdi. Q.İlkin. laq-laq təql. Leyləyin çıxardığı səs. Dəmirçinin ömrü taq-taqla, leyləyin ömrü laqlaqla keçər. (Ata. sözü). laqqalaq təql. Darboğaz qabdan tökülən və ya qaynayan mayenin, yaxud da heyvanların dillə bir şeyi yalayarkən çıxardığı səs. Samovar laqqalaq qaynayır. Qazan laqqalaq qaynayırdı. – Əli dəhrə ilə erkəyi şaqqalayanda .. çənbər ənik çaladakı qanı laqqalaq yalayırdı. Ə.Vəliyev. laqqıldama “Laqqıldamaq”dan f.is. laqqıldamaq f. Darboğaz qabdan axan su və ya qaynayan mayenin çıxardığı səsə bənzər səs çıxarmaq. laqqıltı is.\n1. Laqqıldayaraq axan və ya tökülən mayedən çıxan səs.\n2. bax. laqqırtı. laqqırtı is. Söhbət, danışıq, laf (çox vaxt mənasız, boş, qeyri-ciddi söhbət mənasında). [Nurcahan xala] dəstələrdən birinə yanaşaraq laqqırtıya başlardı. H.Sarabski. Beş-altı nəfər könüllü gələn cavan şarbafın həyətdən laqqırtısı eşidilirdi. Ə.Əbülhəsən. [Hüseyn] çox gülməyi, boş-boşuna danışmağı, laqqırtını sevməzdi. S.Rəhman. • Laqqırtı vurmaq – söhbət etmək (adətən uzunuzadı, boş və mənasız söhbətlə məşğul olmaq). ..Bir dükanda neçə nəfər əyləşib laqqırtı vurur. Ə.Haqverdiyev. ..Məhəllədən xeyli aralı oturub laqqırtı vuran dəliqanlılar gözlərini Sadıq kişiyə zilləyib söhbət edirdilər. M.Hüseyn. lal sif.\n1. Danışmaq qabiliyyətindən məhrum olan, danışa bilməyən. Lal adam. // İs. mənasında. Lalın dilini anası bilər. (Məsəl). Biz yetişdik yığın-yığın kor, lal; Hər tərəfdən sağır, çolaq və topal. H.Cavid. • Lal eləmək məc. – susdurmaq, danışmaq iqtidarından məhrum etmək. Bir qüvvə bunların hər ikisini guya lal eləmişdi. İ.Musabəyov. ..Mədinə saray gözəllərini lal edəcək bir hüsnlə Vaqifə baxır, onun qəlbini hər dəqiqə yaralayırdı. Çəmənzəminli. Lal əlifbası – lalların barmaqları vasitəsilə şərti işarələr göstərməkdən ibarət danışma üsulu. Lal olmaq – danışmaq qabiliyyətini itirmək, danışa bilməmək. // Susmaq, səsini kəsmək, sükut etmək, danışmamaq, dili tutulmaq. Teymur baxır ki, bayaqdan tutuquşu kimi danışan vəzirlər, əyanlar Molla Nəsrəddini görcək lal oldular. “M.N.lətif.” Lal olmuşam onu sevəndən bəri; Yoxsa qalmaz idim söz qabağında. Q.Zakir. Düşdün niyə bəs bu hala əlhal? Bilməm nə səbəbdən olmusan lal? M.Ə.Sabir. Lal durmaq – susmaq, susub durmaq, dinməmək, sükut etmək. [Nurəddinin] içərisindən xəbəri olmayan adamlar onun belə lal durmasını vəfasızlıq .. zənn etdilər. S.S.Axundov. Lal olasan! (olsun!) – qarğış məqamında işlənir. Əzizim, dəydi yara; Su gəldi, dəydi yara; Lal olasan, ay dilim; Nə dedim, dəydi yara? (Bayatı).\n2. məc. Ahəstə, sakit, səssiz. Gecə sakit, gecə lal; Gecə qərib bir xəyal; Qaralmış pəncərələr. S.Vurğun. [Salam] lal (z.) axan kəhriz suyundan ovuc dolusu içdi. Mir Cəlal. ‣ Lal xəritə – tədris vəsaiti kimi istifadə edilən yazısız coğrafi xəritə. Lal səhnə – teatr tamaşalarında, kinofilmlərdə danışıqsız, səssiz səhnə. lalapiti (=lalapitik) sif. Tamam lal olmayıb, ancaq kəlməni bütöv tələffüz edə bilməyən. Lalapiti(k) adam. lalapitik (=lalapiti) sif. Tamam lal olmayıb, ancaq kəlməni bütöv tələffüz edə bilməyən. Lalapiti(k) adam. lal-dinməz 1. zərf Səs çıxarmadan, dinmədən, danışmadan, susaraq. Lal-dinməz oturmaq. – Səlimnaz lal-dinməz dayanıb, bütün bədəni ilə qapını tutmuşdu. M.Hüseyn. Bir ara lal-dinməz hamı onun dalınca baxdı. Ə.Əbülhəsən. // Sözsüz, danışıqsız, qeydşərtsiz. Lal-dinməz əmri yerinə yetirdi. – [Nigar Muradın] hər əmrinə lal-dinməz tabe idisə də, üzü heç gülmürdü. S.Hüseyn.\n2. sif. Azdanışan, danışmağı sevməyən, çox zaman dinməz, sakit oturan. İndi onlar həmişəki kimi müti və lal-dinməz adamlar deyildir. P.Makulu. lalə is. [fars.]\n1. bot. İriləçəkli qırmızı çiçəkləri olan bitki və bu bitkinin çiçəyi. Bitər çəməndə lalələr, əlində al piyalələr; Səhər zamanı dür kimi düşər ot üstə jalələr. A.Səhhət. Otların arasında saysız-hesabsız lalələr qızarırdı. İ.Əfəndiyev. // Bu çiçəyin müxtəlif rəngdə yetişdirilmiş növü.\n2. Qırmızılıq rəmzi kimi işlənir. Nigarın ala gözlərindən damcı-damcı yaş gilələnib lalə yanaqlarından aşağı gəldi. “Koroğlu”. Yanağı laləsən, qaməti dalsan; Ağzı şəkər, dili-dodağı balsan. M.P.Vaqif. laləçiçəklilər cəm bot. Lalə və bəzi başqa bitkilərin daxil olduğu bitki fəsiləsi. lalədodaq sif. şair. Dodaqları lalə kimi qırmızı. Bu evlər, lalədodaq kəndli qızları, hamısı [Əsgərə] məxsus idi. S.Rəhman. laləgun sif. [fars.] klas. Lalə rəngində, lalərəngli, lalə kimi qırmızı. Tərk etdi libasilaləguni. Füzuli. • Laləgun olmaq klas. – qana boyanmaq, qanla dolmaq. Töküldü bigünah qanlar; Ürəklər laləgun oldu! M.Ə.Sabir. Vətən uğrunda, millət eşqində; Laləgun oldu qanlarında kəfən. Ə.Qəmküsar. lalələnmə “Lalələnmək”dən f.is. lalələnmək f.\n1. Lalə açılmaq, lalə ilə örtülmək. Yaz gəldi, çöllər lalələndi.\n2. Qırmızı rəng almaq; qızarmaq. Al bayraqlar; Lalələnib sinəsində; Doğma yurdun; Azad gözəl bu vətənin. R.Rza. laləli sif. Lalə bitmiş, lalə əkilmiş, lalə olan. Laləli çəmən. Laləli bağ. – Bahar fəsli, yaz ayları gələndə; Süsənli, sünbüllü, laləli dağlar! Aşıq Ələsgər. Laləli çöllərdə doğrudan da sən; Tərlan, səhərlərin ilk müjdəsisən. S.Vurğun. laləlik bax. laləzar. Al-əlvan geyinmiş qızlar çöllərə səpələnib gül-çiçək dərir, sinəsi qızaran taxılların arası ilə qaçıb laləlikdə görünməz olurdular. İ.Şıxlı. lalərəng sif. [fars.] şair. Lalə rəngində, lalə rəngli, qırmızı. Durnanın qatarı gör nə qəşəngdir; Səhər buludları nə lalərəngdir! R.Rza. • Lalərəng etmək – qızartmaq, lalə rəngi vermək. Lalərəng etdi gözüm qan ilə xaki-dərini; Kimyagərdir, edər gördüyü toprağı qızıl. Füzuli. lalərüx klas. bax. laləyanaq. Lalərüxlər köysümün çakinə qılmazlar nəzər; Hiç bir rəhm eyləməzlər daği-pünhanım görüb. Füzuli. Ey lalərüxüm, könlümə heyranəm əzəldən; Dözmüş necə hicraninə min dağ ilə sənsiz. Ə.Vahid. laləyanaq sif. şair. Yanaqları, üzü lalə kimi qırmızı; alyanaq, qırmızıyanaq. laləzar is. [fars.] şair. Laləlik, çiçəklik, güllük, çoxlu lalə bitən yer. Baxdı ki, bura elə çəmənzar, laləzar bir yerdir ki, day nə deyim. “Koroğlu”. Qış getdi, yenə bahar gəldi; Gül bitdi və laləzar gəldi. Xətayi. // Məc. mənada. Atəş kənarı qış gününün laləzarıdır. (Ata. sözü). Bu gün xoş, günəşli, laləzar olan hava, sabahı buludlu, küləkli, çiskinli bir hal alır. M.Rzaquluzadə. Hər tərəfim laləzardır; İgid oğlum, qızım vardır. M.Dilbazi. laləzarlıq bax. laləzar. [Rizvan] bura hər cür ağacdan, güldən əkib, bura olub bir laləzarlıq. (Nağıl). [Zeynəb] bir azdan sonra yorulub bir laləzarlıqda oturdu və lalələrdən gəlin qayırmağa başladı. S.S.Axundov. lalıq sif. Həddindən artıq dəyib boşalmış, yetişib vaxtı ötmüş; lırt. Lalıq armud. Lalıq zoğal. lalıqlama “Lalıqlamaq”dan f.is. lalıqlamaq f. Həddindən artıq yetişmək, dəyib sulanmaq, boşalmaq. Əzgillər lalıqlamış, armudlar dəymişdi. Ə.Vəliyev. Lalıqlayan ətli zoğal hərdən bir-bir, ikibir nova düşür, damaq şaqqıltısı kimi səslənirdi. B.Bayramov. lalıqlanma “Lalıqlanmaq”dan f.is. lalıqlanmaq f. Həddindən artıq yetişmək, dəyib sulanmaq, lalıq hala gəlmək. lalıqlaşma “Lalıqlaşmaq”dan f.is. lalıqlaşmaq bax. lalıqlanmaq. lalıq-malıq sif. dan. Dilsiz-ağızsız, sözünü, fikrini başa sala bilməyən. Lalıqmalıq uşaq. lal-kar 1. sif. Həm danışmaq, həm də eşitmək qabiliyyəti olmayan. Lal-kar uşaq. // İs. mənasında. Lal-karlar məktəbi.\n2. zərf Dinməz-söyləməz, danışmadan, heç bir söz demədən. Lal-kar oturmaq. Lalkar durmaq. – Qardaşının daş kimi lal-kar olması onu [Şahnigarı] lap vahimələndirdi. İ.Şıxlı. [Nərgiz ilə Səməndər] bir müddət lalkar getdilər. B.Bayramov.\n3. zərf Hərəkətsiz, sakit. ..Baxışlar danışdı lal-kar; Onlar birdən-birə qucaqlaşdılar. B.Vahabzadə. lal-karlıq is. Həm danışmaq, həm də eşitmək qabiliyyətindən məhrumluq; lal və kar adamın halı. lallaşma “Lallaşmaq”dan f.is. lallaşmaq f. Lal olmaq, danışmaq qabiliyyətini itirmək. lallıq is. Lal adamın halı. lal-mat zərf Heyrət içərisində; susaraq. Arvad belə rəftarı gördükdə lal-mat geri dönüb qayıtdı. B.Talıblı. lam I. sif. və zərf məh. bax. lal 2-ci mənada. ..Alagöz artıq birbaş lam axan Kürə doğru addımlayırdı. S.Rəhimov. Bu böyük, sakit, lam axan çaya baxdıqca İlyasın gözü axırdı. Mir Cəlal.\n\nII. [ər.] Ərəb əlifbasında “ ” şəklində yazılan hərfin adı. Üç hərflə ismin eylədin aşkar; Biri kafdı, biri lamdı, biri sad. Aşıq Ələsgər. lama I. [isp.] zool. Dəvə ailəsindən Cənubi Amerika yük heyvanı.\n\nII. [tibet.] Tibet və Monqolustanda: lamaizm rahibi. lamaist [tibet.] Lamaizm tərəfdarı, lamaizm dininə inanan adam. lamaizm [tibet.] Tibet və Monqolustanda yayılmış buddizm məzhəblərindən biri. laməhalə zərf [ər.] dan. Heç olmazsa, ən azı. [Hacı Nuru:] Amma necə ki, siz deyirsiniz, iksirə laməhalə başqa filizat lazımdı ki, onun təsirini qəbul edə. M.F.Axundzadə. Bizimçün laməhalə üç dilin təlimi lazımdır. S.Ə.Şirvani. Topla nə gücün varsa, giriş qəticidalə; Ya haqqını al, ya əbədi öl, laməhalə! C.Cabbarlı. laməkan sif. [ər.] klas. Məkansız, yeri, məkanı olmayan. Vətəndən ayrı düşüb indi laməkan (z.) ölürəm. X.Natəvan. laməzhəb sif. [ər.] Məzhəbsiz, dinsiz, Allahsız. // İs. mənasında. [Hacı Səmsam:] Mən bu laməzhəblərin hər birinin başına on tümən verəcəyəm. P.Makulu. // Söyüş məqamında işlənir. [Kərbəlayı:] Pərvərdigara, .. ikinci, başıma tənbəki oyunu açdı, onu boşadım, bu da mürtəd qızı, laməzhəb qızı. Çəmənzəminli. • Laməzhəb olmaq – dindən çıxmaq, dini etiqadlara inanmamaq, onlara şəkk etmək. [Qurban usta Zeynala:] Usta, birisi .. laməzhəb oldu, heç bir şeyə qayımlığı olmadı, çətindi onu inandırmaq. C.Məmmədquluzadə. [Kitabpaylayan:] Yəqin Mirzə Fətəli, necə ki, özü laməzhəb olub, Allahın yolundan çıxıb. Ə.Haqverdiyev. lamisə is. [ər.] Toxunmaqla hiss etmə. ..Bir çox karlarda, korlarda yüksək iybilmə, lamisə həssaslığının olduğu məlumdur. M.Məhərrəmov. lampa is. [fr.]\n1. Müxtəlif növ və quruluşlu, işıq verən cihaz. Neft lampası. Onluq lampa. Şarlı lampa. – [Murad] əlini qoltuq cibinə salıb dəfələrlə oxuduğu məktubu aldı. Lampa işığında təkrar oxumağa başladı. S.Hüseyn. Evin ortasında düzülmüş iki-üç otuzluq lampanın işığı evi daha da gümrahlaşdırmışdı. H.Sarabski. // bax. lampoçka. Üstü içki və məzələrlə dolu bir masa, üzərində elektrik lampası. H.Cavid.\n2. xüs. Müxtəlif istehsal proseslərində istifadə edilən işıqverən və ya qızdırıcı cihaz. Lehimləmə lampası. Elektron lampası. Mədən lampası. lampacıq is. Kiçik lampa, balaca lampa. lampaüstü is. Lampanın üstünə keçirilən, salınan şar, örtük və s. lampoçka [rus. lampa söz. kiç.] Elektrik lampası. Bir anda bütün ətrafda yüzlərlə lampoçka yandı. M.İbrahimov. Rüxsarə lampoçkanı əlləşdirdi, onun içəri tellərinin qırılmış olduğunu gördü. S.Rəhimov. landşaft [alm.]\n1. coğr. Hər hansı bir yerin tipik əlamətlərinin məcmusu. // Yer səthinin quruluşu.\n2. Mənzərə. lanset is. [alm.] Cərrah aləti. lap əd. Sözlərin qabağına gələrək, onların mənasını daha da şiddətləndirir, dəqiqləşdirir. Bu söz onun lap ürəyindən oldu. Yayın lap isti günü idi. Evdə lap tək qalmışdım. – Sürtdü kamançaya ayı əllərin; Az qaldı ki, lap qopara tellərin. A.Səhhət. Bir həftə idi ki, Usta Ağabala dəllək yanına getməmişdi, başını tük lap deşirdi. Çəmənzəminli. Yolçu səsini lap yavaşıdıb soruşdu. S.Rəhman. lapan is. bot. Dilim-dilim iri yarpaqları olan ağcaqayın növündən ağac. lapar-lapar sif.\n1. Parça-parça; xallar, ləkələr şəklində. Lapar-lapar qızartı. Laparlapar güllü parça. – Dəvə gedir, ayaq izi qumsallıqda lapar-lapar; Buz qütbündə addımlasa nəfəsindən buzlaq qopar. X.Rza.\n2. Sakit havada iri parçalar şəklində (yağan) qar haqqında. Lapar-lapar qar yağır. lapca bax. lap. Ay balam, eybini qan; Bir həya eylə, utan! Yoxsa təkfir edərik! Lapca rüsva olasan?! M.Ə.Sabir. lapçın is.\n1. Uzunboğaz ayaqqabı növü. Lapçının üzlüyü keçədən, altı göndən tikilirdi.\n2. məh. Əsasən evdə geyilən yüngül ayaqqabı. [Sübhanverdizadə] rezinli plaşa bürünmüş, ayaqlarına lapçın keçirmişdi. S.Rəhimov. lapdan zərf Gözlənilmədən, qəfildən, birdən. Lapdan işıq söndü. Lapdan qapı açıldı. – [Xavər Kərimxana:] ..Bir dəfə diqqətlə lapdan ona bax! M.İbrahimov. lap-lap zərf dan. Təəccüblə, heyrətlə, mat-mat. Lap-lap baxmaq. – Orada qaynaşan müxtəlif adamları görüb, gözlərini laplap döyən Gəray bəyi yenə də nökəri .. ayıltdı. S.Rəhimov. ları sif. Uzunqıçlı, uzunboğazlı toyuq və xoruz cinsi. [Qız] eyvanın küncündə ları xoruzun qanadından düşmüş uzun lələyi görüb sevincək götürdü. M.İbrahimov. laringit [yun. larunx] tib. Qırtlağın selikli qişasının iltihabı. larinqologiya [yun.] Təbabətin boğaz xəstəliklərindən bəhs edən bölməsi. Larinqologiya qırtlağın fiziologiyasını, patologiyasını, onun xəstəliklərinin müalicə və profilaktika üsullarını öyrənir. larinqoloq [yun.] Qulaq, boğaz, burun xəstəlikləri mütəxəssisi olan həkim. larinqoskop [yun.] Boğazı müayinə etmək üçün uzun dəstəsi olan yastı güzgü şəklində tibb aləti. las təql.\n1. Toyuğu tutmaq istərkən çıxarılan səs. Las eləyib toyuğu tutmaq.\n2. sif. məc. Bacarıqsız, əlindən iş gəlməyən. Las adam.\n3. is. məh. Ot çalınarkən yerə tökülən lay, çalınmış ot layı. las-las zərf Qat-qat, lay-lay, təbəqətəbəqə. Otu las-las yığmaq. Torpağı las-las tökmək. last is. [ing.] Sualtı üzgüçülükdə istifadə edilən xüsusi rezin ayaqlıq. lastik I. [ing.] Əsasən astarlıq üçün işlədilən parıldayan pambıq parça.\n\nII. [yun.] Corabbağı, kəmər və s.-də işlədilən rezin elastik parça. // Sif. mənasında. Bu parçadan tikilmiş, hazırlanmış. Lastik kəmər. – Qızdırma artdığı zaman başına, ürəyinə kompres, lastik torbada buz qoyurdu. A.Şaiq. laşə [fars.] bax. leş. [Molla:] Əti çox istəyirəm, leyk pulu ondan çox; Nola, quzğun kimi ta müftə qonam laşə, ətə. M.Ə.Sabir. latayır sif. və zərf dan. Ədəbsiz, nalayiq, hərzə. Latayır danışmaq. Latayır demək. – [Həsən] kərbəlayını dinc qoymurdu, .. min latayır sözlər ilə borcunu tələb edirdi. Çəmənzəminli. latınca sif. və zərf Latın dilində. Latınca yazı. latınlar is. İtaliyada Lasiuma vilayətində məskunlaşmış qədim italyan tayfaları; romalılar. Latınların köhnə məskəni bugünkü İtaliya dövlətidir ki, Apennin yarımadasında bulunur. F.Ağazadə. latınlaşdırma “Latınlaşdırmaq”dan f.is. latınlaşdırmaq f.\n1. Latın mədəniyyətini və dilini tətbiq etmək, yaymaq.\n2. Bir əlifbanı latın əlifbası əsasında qurmaq, düzəltmək, yaxud onunla əvəz etmək. latınlaşma “Latınlaşmaq”dan f.is. latınlaşmaq f.\n1. Latın mədəniyyətini və dilini mənimsəmək, qəbul etmək.\n2. Latın əlifbası əsasında qurulmaq, yaxud onunla əvəz edilmək (əlifba haqqında). latış is. Latviyanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. latışca sif. və zərf Latış dilində. Latışca yazmaq. latifundiya [lat. latus – geniş və fundus – torpaq] İri, xüsusi torpaq mülkiyyəti. latinist Latın dili, latın filologiyası mütəxəssisi. latinizm Latın dilindən alınmış söz və ya ifadə. lat-lüt sif. dan.\n1. Çılpaq, lüt, paltarsız. Cənab xan əyləşib yatağında, lat-lüt; başında bir .. papaq, ağlayır. Ə.Haqverdiyev.\n2. məc. Heç bir şeyi olmayan, yoxsul, kasıb. Lat-lüt adam. // İs. mənasında. [Usta Ramazan:] Nisanın atası dedi ki, mənim latlütə veriləsi qızım yoxdur. M.Hüseyn. • Latlüt qalmaq – hər şeyi əlindən çıxmaq, tamam yoxsullaşmaq, kasıblaşmaq. [Sona xanım:] Budur, kişi qurşanıb qumara, bir aydan sonra görərsən, olub-qalanının hamısını uduzub qaldı lat-lüt. Ə.Haqverdiyev. latun is. [alm.] Mis və sinkin qızıl rəngli xəlitəsi. latviyalı bax. latış. laureat [lat. laureatus – dəfnə yarpağı ilə mükafatlandırılmış] Elm, incəsənət, xalq təsərrüfatı və başqa sahələrdəki böyük xidmətlərinə görə xüsusi mükafata layiq görülmüş şəxs. Dövlət mükafatı laureatı. Pianoçuların Beynəlxalq müsabiqəsi laureatı. Festivalın ilk laureatları müəyyən edilmişdir. laureatlıq is. Laureat olma, laureat adı alma. Laureatlıq nişanı. Rəssamın ən yaxşı əsəri laureatlığa təqdim edildi. laübalı sif. [ər.] Etinasız, saymaz, heç bir şeyə əhəmiyyət verməyən, laqeyd, sayğısız, qeydsiz, qayğısız. Laübalı adam. – [Mirzə] şərabı masanın üstünə qoyub, özünə bir laübalı sifət verib aynaya baxdı. Ə.Haqverdiyev. Arif laübalı qəhqəhə ilə cibindən bir revolver çıxarır. H.Cavid. laübalılıq is. Etinasızlıq, saymazlıq, laqeydlik, qeydsizlik, qayğısızlıq. ..İri gövdəli bir adam [Neməti] içəri dəvət etdi və sərxoşlara məxsus bir laübalılıq ilə əlini Nemətin çiyninə qoyub, onu dinlədi. Çəmənzəminli. lava [ital.]\n1. Vulkanın ağzından çıxan ərgin odlu kütlə.\n2. məc. Böyük kütlə halında sürətlə hərəkət edən şey haqqında; izdiham. Qaynar lava kimi; Hərəkətə gəlir; Zavodlar, fabriklər. R.Rza. lavaş is. Nazik yayılmış xəmirdən bişirilən çörək növü: yuxa, yayma. Ağ lavaş. Lavaşları qatlamaq. – [Qovurmaçı] iç qovurmasını lavaşın üstünə çəkərək alıcılara uzadırdı. M.İbrahimov. ..[Yolçu] lavaşla pendiri tələsmədən böyük iştaha ilə yeməyə başladı. S.Rəhman. lavaşa I. bax. lavaşana. [Maral:] Vaxtında .. lavaşana eləməsələr, [meyvəni] yığıbyığışdırmaq olmayacaq. Ə.Əbülhəsən.\n\nII. is. məh. Atı nalladıqda ağzına, qulağına keçirilən burmac, tıxac. lavaşalama “Lavaşalamaq”dan f.is. lavaşalamaq f. məh. Atı nallarkən ağzına lavaşa vurmaq. Atı lavaşalamaq. lavaşana is. Turş giləmeyvə mətindən hazırlanan, xörəyə qatılan turşu növü (adətən lavaş şəklində olur). Alça lavaşanası. Zoğal lavaşanası. Lavaşana doğramaq. lavaşanalıq is. Lavaşana üçün olan, lavaşanaya yarayan. Lavaşanalıq alça (zoğal). lavaşçı is. köhn. Lavaş bişirib satmaqla məşğul olan adam. // Sif. mənasında. Lavaşçı dükanına çatanda Mirzə Qulam gülümsəyərək dedi: – Kabab ilə bürüştə lavaşın ayrı ləzzəti olur axı! Mir Cəlal. lavaşçılıq is. Lavaşçının işi, peşəsi. Lavaşçılıq etmək. lavaşqulaq bax. palazqulaq 1-ci mənada. lavaşlama “Lavaşlamaq”dan f.is. lavaşlamaq f. Lavaşa bükmək, lavaşın içinə qoymaq. Halvanı çaldım, həmi lavaşladım; Bir neçə molla qarnını aşladım. Ə.Nəzmi. lavsan is. Sintetik lif növü və ondan toxunmuş parça. lay I.\n1. is. Üfüqi vəziyyətdə bir-birinin üstündə yerləşən cismin sıralarından hər biri; qat. Torpaq layı. Gil layı. Qumlu laylar. // Qatqat görünən, sıx, qalın (bulud, tüstü, duman və s. haqqında). Toz layları. Duman layları. – Bir yığın bulud layları göyün tən ortasında bir-biri üzərinə qalaqlanmışdı. Ə.Məmmədxanlı. ..Bağların üzərilə ağ bir duman layı sürünürdü. İ.Əfəndiyev. Nəhayətsiz tüstü laylarından, oddan, alovdan başqa, şəhərdə heç nə gözə dəymirdi. Ə.Əbülhəsən.\n2. sif. Bütöv, calaqsız, səlt, tam. Lay divar. Lay dəmir.\n3. “Kimi”, “təki” qoşmalarından əvvəl sif. mənasında – boy-buxunlu, gövdəli, hündür, şaqqalı. [Həsən:] ..Cavan, laytək oğlanı vurub yıxdılar yerə. Ə.Haqverdiyev.\n4. Saylardan sonra “cərgə”, “sıra” mənasında işlədilir. İki lay ağac suladıq. – Qəhrəman dəryazı alıb bir lay çiçəkli ot çaldı. S.Rəhimov. ‣ Lay bağlamaq – bir-birinin üstünə yığılmaq, üst-üstə gəlmək. İllərdən bəri Gülsəhərin ürəyinə yığılıb lay bağlamış, ona rahatlıq verməyən nisgil, iztirab, həyəcan .. kükrəyib daşırdı. Ə.Vəliyev. lay-lay zərf Qat-qat, çin-çin, təbəqətəbəqə, laylar halında. Lay-lay yığılmaq. – [Arvad] ..qutuya lay-lay yığılan əlçimləri cəhrənin yanına itələdi.. Çəmənzəminli. Ekskavator təpələri lay-lay açıb, lay-lay qazır; Qoca alim saxsı yığıb, yer altından tarix yazır. S.Vurğun. // Sif. mənasında. Qatlar, təbəqələr halında olan. Lay-lay buludlar.\n\nII. is. Açılıb-örtülən şeyin (qapının, pəncərənin) tərəflərindən hər biri; tay. Qapının bir layını açmaq. Pəncərənin laylarını örtmək. lay-lay bax. laybalay2. Açıldı qapılar önündə lay-lay. Z.Xəlil. layarası sif. Layların arasında yerləşən. Layarası su. laybalay I. zərf\n1. Laylar halında, qatqat, üst-üstə, çin-çin. Laybalay yığmaq. Laybalay tökmək. – Onda, görürsən, yıxılıb yanbayan; Bir neçə növrəstə cavan laybalay. M.Ə.Sabir. // Məc. mənada. [Qaçay:] Nə vaxta kimi sözlər ürəyimdə laybalay yığılıb qalacaq? Ə.Vəliyev.\n2. Laylar üzrə, hər bir layı ayrılıqda. Quyunu laybalay yumaq.\n\nII. sif. və zərf Hər iki tayı, taybatay. Qapı laybalay açıldı. – Bir azdan taxta darvaza laybalay açıldı. Q.İlkin. laydır is. Kotanın torpağı çevirən hissəsi. layəmut sif. [ər.] klas. Ölməz, əbədi. layihə is. [ər.]\n1. Tikiləcək, qurulacaq, yaradılacaq bir şeyin əvvəlcədən düşünülüb hazırlanmış, işlənmiş planı; proyekt. Tikintinin layihəsi. Maşının layihəsi. Körpünün layihəsi. – Qara daşlarda qoyulacaq ilk kəşfiyyat buruqlarının layihəsi Moskvada təsdiq olunmuşdu. M.Hüseyn. [Reyhan:] Təzə layihə haqqında səninlə danışmaq istəyirəm. İ.Əfəndiyev. Tikintinin layihə və smetası dövlət tərəfindən təsdiq edilmişdir. M.Rzaquluzadə.\n2. Hər hansı bir sənədin, qərarın və s.-nin əvvəlcədən yazılmış təxmini mətni. Qərarın layihəsini hazırlamaq. Nizamnamənin layihəsi. Müqavilənin layihəsi.\n3. məc. Nəzərdə tutulmuş niyyət, fikir mənasında. [İlyas:] Sən görürsən ki, Qızıl Arslanın tabutu aralıqdan qaldırılmadan iraqlılar məmləkəti bölüşdürmək üçün layihə düzəldirlər. M.S.Ordubadi. Gəldiyevi belə bir tədbirə vadar eləyən o idi ki, şəxsən özü layihə düzəltmək niyyətində idi. Mir Cəlal. [Həmzə] şəhərdə şəriki ilə bu planı həyata keçirmək üçün konkret layihə də hazırlamış(dı). Ə.Əbülhəsən. layihəçi is. Layihələşdirmə mütəxəssisi, layihə çəkən, layihə tərtib edən; proyektçi. – [Bənna:] Layihəçilər nə verib, biz də onun əsasında tikmişik. Mir Cəlal. layihələndirilmə “Layihələndirilmək”dən f.is. layihələndirilmək məch. Layihəsi tutulmaq, layihəsi tərtib olunmaq. Yeni zavod layihələndirildi. layihələndirmə “Layihələndirmək”dən f.is. Layihələndirmə işləri. layihələndirmək f.\n1. Bir tikinti, qurğu və s.-nin layihəsini tərtib etmək, hazırlamaq.\n2. məc. Nəzərdə tutmaq, təxmin etmək. İdman kompleksi tikilişini layihələndirmək. layihələnmə “Layihələnmək”dən f.is. layihələnmək f. Tikintinin, qurğunun layihəsi hazırlanmaq, layihəsi tərtib edilmək. layihələşdirilmə “Layihələşdirilmək”dən f.is. layihələşdirilmək bax. layihələndirilmək. Yeni yaşayış binaları layihələşdirildi. layihələşdirmə “Layihələşdirmək”dən f.is. layihələşdirmək bax. layihələndirmək. Üçüncü mərtəbəni layihələşdirmək istəmədilər. Mir Cəlal. [Əlikram Səlimə:] Bilirsən ki, dənizə çıxan köndələn küçədəki beşmərtəbəli binanı .. layihələşdirdim. B.Bayramov. layiq sif. [ər.]\n1. Münasib, yaraşan. Bu paltar sənə layiq deyil. – İgidlik iddiasın edənə layiq deyil yalan. M.P.Vaqif. Sənə layiq deyil, Seyyid, dəxi məşuqəbaz olmaq. S.Ə.Şirvani. [Məşədi İbad:] Zarafat deyildir, bir ətək pul verirəm, .. mənim istədiyim odur ki, özümə layiq arvad olsun. Ü.Hacıbəyov. • Layiq bilmək (görmək) – münasib bilmək (görmək), yaraşdırmaq. Yadlar ilə danışmaya, gülməyə; Hər sözü şəninə layiq bilməyə.. Q.Zakir. [Fəxrəddin] bir təhlükə hiss etsə belə, qorxaqlığı öz qəhrəmanlığına layiq bilmirdi. M.S.Ordubadi. Layiq görülmək – bir şeyə layiq olduğu qəbul edilmək, layiq hesab edilmək. Mükafata layiq görülmək. Tərifə layiq görülmək. – Çəmbərəkənd böyük bir şəhərin içərisində yoxsullara layiq görülmüş bir kənd idi. S.Rəhman. // köhn. İzafət birləşmələrinin birinci tərəfi kimi işlənir; məs.: layiqi-təhsin (alqışlanmağa layiq), layiqi-tərif (tərifə layiq) və s. [Humay:] Bu hal, əsla şayani-mərhəmət deyil, olsa-olsa ancaq layiqi-nifrət ola bilər. H.Cavid. Sənəti-şeir ilə, Vahid, sən də göstər bir hünər; Layiqi-təhsin deyil kim ki, sənətkar olmasa. Ə.Vahid.\n2. Layiqlə şəklində – bax. layiqincə. layiqi [ər.] bax. layiqli. [Məcid] özündən vəzifəcə böyük olan Mədədin yanında özünü layiqi surətdə aparmaq istəyirdi. S.Rəhimov. layiqincə zərf Lazım olduğu kimi, necə lazımsa, münasib şəkildə; ləyaqətlə, layiqli. Layiqincə qulluq etmək. Layiqincə qarşılamaq. – Rəsul atasını layiqincə dəfn etdikdən sonra başladı ehsan verməyə. “Aşıq Qərib”. Molla Tanrıverdi də arvadı ilə amadə oldular ki, əziz qonağı layiqincə qəbul etsinlər. E.Sultanov. // Lazımi qaydada, tələb olunduğu kimi, istənilən kimi. Heç bir işimiz rövnəq tapmayıbdır, layiqincə nizam və qaydaya düşməyibdir. F.Köçərli. // Lazımi kimi; yaxşı. Telli eşidirdi, fəqət səs aydın gəlmədiyindən layiqincə anlamayırdı. S.Hüseyn. layiqli sif. Münasib, yaxşı, ləyaqətli. Layiqli geyim. Layiqli süfrə açmaq. – Bir elə layiqli kələk qurmayır; Gəncədə derlərsə vurur, vurmayır; Oylə ki, Səlyanda vurur tək səbir. M.Ə.Sabir. layiqlilik is. Layiq olma; ləyaqətlilik, ləyaqət. // Münasiblik. layiqsiz sif. Layiq olmayan, münasib olmayan; yaraşmayan, ləyaqətsiz, nalayiq, pis. Layiqsiz söz demək. Layiqsiz yer tutmaq. layiqsizlik is. Ləyaqətsizlik, nalayiqlik, münasibsizlik. layka is. [rus.] İncə və yumşaq dəri və həmin dəridən tikilmiş paltar (palto, pencək, gödəkcə). layla (=laylay) is.\n1. Körpə uşaqları yatırtmaq üçün hava ilə oxunan həzin şeir parçası; nənni, beşik nəğməsi. Laylay çalmaq. Laylay demək. Laylay oxumaq. – Oturmuş ana; Basmış bağrına; Nazlı körpəsin; Layla der ona. A.Səhhət. Gecə-gündüz gözlərilə çəkmiş mənim keşiyimi; Laylay deyib yırğalamış iftixarla beşiyimi. S.Rüstəm.\n2. Azərbaycan şifahi xalq ədəbiyyatında şeir formalarından biri (çox zaman dörd misrasından 1, 2 və 4-cü həmqafiyə, 3-cü isə sərbəst olur); məs.: Laylay dedim yatasan; Qızılgülə batasan; Qızılgüllər içində; Şirin yuxu tapasan. ‣ Layla demək məc. – arxayınlaşdırmaq, arxayın salmaq, qəflətdə saxlamaq. laylay (=layla) is.\n1. Körpə uşaqları yatırtmaq üçün hava ilə oxunan həzin şeir parçası; nənni, beşik nəğməsi. Laylay çalmaq. Laylay demək. Laylay oxumaq. – Oturmuş ana; Basmış bağrına; Nazlı körpəsin; Layla der ona. A.Səhhət. Gecə-gündüz gözlərilə çəkmiş mənim keşiyimi; Laylay deyib yırğalamış iftixarla beşiyimi. S.Rüstəm.\n2. Azərbaycan şifahi xalq ədəbiyyatında şeir formalarından biri (çox zaman dörd misrasından 1, 2 və 4-cü həmqafiyə, 3-cü isə sərbəst olur); məs.: Laylay dedim yatasan; Qızılgülə batasan; Qızılgüllər içində; Şirin yuxu tapasan. ‣ Layla demək məc. – arxayınlaşdırmaq, arxayın salmaq, qəflətdə saxlamaq. laylama “Laylamaq”dan f.is. laylamaq f. Lay-lay düzmək, qat-qat qoymaq. Otu qurumaq üçün laylamaq. Odunu laylamaq. laylandırma “Laylandırmaq”dan f.is. laylandırmaq f. Laylara ayırmaq, laylay etmək, qat-qat düzmək. laylanma “Laylanmaq”dan f.is. laylanmaq qayıd. Laylara ayrılmaq, lay-lay olmaq. Süxurlar laylanıb. laylaşma “Laylaşmaq”dan f.is. laylaşmaq bax. laylanmaq. laylı sif. Laylardan ibarət, lay şəklində yığılmış; qat-qat, təbəqə-təbəqə, lay-lay. Laylı süxurlar. layner is. [ing.] Müntəzəm olaraq uzaq səfərlərə çıxan iri və sürətli nəqliyyat gəmisi. laz Abxaziya, Acarıstan və Türkiyədə yaşayan Cənubi Qafqaz xalqlarından biri və bu xalqa mənsub adam. lazaret is. [ital.] Hərbi hissələrdə təşkil olunmuş müalicə məntəqəsi. lazca sif. və zərf Laz dilində. Lazca mahnı. Lazca danışmaq. lazer is. [ing.] Optik kvant generatoru. lazım sif. [ər.]\n1. Mütləq gərək olan, onsuz keçinmək mümkün olmayan; gərəkli, lüzumlu, vacib, zəruri. • Lazım bilmək (görmək) – yerinə yetirilməsini vacib saymaq, zəruri bilmək. Xanla Vaqif uzun-uzadı məsləhətləşib yenə bəzi tədbirlər görülməsini lazım bildilər. Çəmənzəminli. Rüstəm kişi rayonun rəhbər təşkilatları ilə mübahisə etməyi lazım bilmədi. M.İbrahimov. [Əfruz bacı] Mədədin öz ayağı ilə [Sübhanverdizadəyə] baş çəkməyini lazım gördü. S.Rəhimov. Lazım gəlmək – vacib olmaq; zəruri olmaq, məcburi olmaq, ehtiyac olmaq. [Müəllim] hiss etdi ki, belə mühüm bir məsələni Telli kimi avam bir qadına qandırmaq üçün əsaslı dəlillər və sübutlar lazım gələcəkdir. S.Hüseyn. Molla Sadığı da yuxudan oyatmaq lazım gəlmədi, səs eşidən kimi özü həyətə çıxdı. İ.Şıxlı. Lazım olmaq – gərək olmaq, işə yaramaq. [Gülçöhrə:] Sənə lazım olmaz, amma Telliyə lazım olar. Ü.Hacıbəyov.\n2. Xəbər şəkilçisi ilə: lazımdır – gərəkdir, vacibdir, ehtiyac hiss olunur. Lazımdır mikrobları millətin bədənindən kənar eləmək. C.Məmmədquluzadə. [Birinci fəhlə:] Bu saat tətil etmək lazımdır. H.Nəzərli. [Bəhlul:] Durmaq, məsləhət eləmək vaxtı deyildir, o taya addamaq lazımdır. Ə.Vəliyev. ‣ Lazım şəkli qram. – felin iş və ya hərəkətin icra edilməsinin lazım olduğunu bildirən şəkli; məs.: başlanasıdır, qalasıyam, yazası imiş, gələsi idik və s. lazımınca zərf İstənilən qədər, kifayət qədər, kafi dərəcədə, lazımi dərəcədə, lazımi surətdə. Məktubda bir-iki kəlmə söz var ki, mətləbi lazımınca kəşf edir. C.Məmmədquluzadə. Çöllərdəki yaşıl əkinlər lazımınca boy atmadan təravətdən düşürdü. S.Hüseyn. Bəhram şəhərdəki İran konsulxanasında katiblik edirdi. Lakin bu vəzifə onu lazımınca təmin etməyirdi. Çəmənzəminli. // dan. O ki var. Onu lazımınca əzişdirdilər. lazımi sif. [ər.]\n1. Yerinə yetirilməsi vacib və lazım olan; zəruri, gərəkli, lüzumlu. Lazımi tapşırıqlar verildi. Lazımi ehtiyat.\n2. Münasib, uyğun, istənilən kimi. Lazımi dərəcədə şərh etmək. Lazımi qaydada geyinmək.\n3. Lazım olan, tələb olunan, istənilən. Lazımi məbləğ. Lazımi sənəd. – Məzlum .. ev yiyəsindən lazımi ünvanı aldıqdan sonra, onu möhkəm qucaqlayıb ayrıldı.. S.Vəliyev. lazımlı sif. Yararlı, gərəkli, faydalı; vacib, zəruri. Lazımlı şey. – [Kitabpaylayan:] O qədər lazımlı kitablar var ki, üstünü toz basa-basa qalıb bu şkaflarda. Ə.Haqverdiyev. lazımlıq is. Lazım olma; gərəklik, zərurilik, vaciblik. lazımsız sif. Lazım olmayan, gərəksiz, lüzumsuz. Lazımsız material. Lazımsız şeylər. – Fəhlələr mərasim zamanı lazımsız münaqişəyə yol verməmək üçün orkestri buraxdılar. M.Hüseyn. [Hakim] səliqəli stolunun üstündə gördüyü lazımsız kağızları bir-bir cırıb səbətə atırdı. Mir Cəlal. // Artıq, izafi, lüzumsuz, faydasız. Lazımsız məxaric. – [Hacı Bayram:] Ancaq lazımsız xərcdir, çünki bu hökumət beşgünlükdür. Ə.Haqverdiyev. lazımsızlıq is. Lazım olmama; gərəksizlik, lüzumsuzluq. legion [lat.]\n1. tar. Qədim Romada: iri qoşun hissəsi.\n2. Bəzi ölkələrdə xüsusi qoşun hissələrinin adı. legionçu is. Legionda xidmət edən əsgər. lehim is. [ər.] Metal şeyləri yapışdırmaq üçün qalay və s. ərinti. lehimçi is. Lehimləmə ustası. lehimləmə “Lehimləmək”dən f.is. lehimləmək f. Lehim vurmaq, lehimlə birləşdirmək. Boruları lehimləmək. // Mis və başqa qablardakı dəlikləri lehimlə tutmaq, lehimləmək. – [Sərvnaz qarı:] Eşitdim ki, qalayçı Əliş gələcək bura. Dedim bəlkə körük qurdu, verim, deşiyi lehimləsin. B.Bayramov. lehimlənmə “Lehimlənmək”dən f.is. lehimlənmək məch. Lehim vurulmaq, qalay və s. ilə yapışdırılmaq (tutulmaq). Qazan lehimləndi. lehimlətmə “Lehimlətmək”dən f.is. lehimlətmək f. Lehim vurdurmaq, qalay və s. ilə yapışdırtmaq (birləşdirtmək). Samovarı lehimlətmək. lehimləyici sif. Lehimləyən, lehimləmə üçün olan. Lehimləyici ərinti. Lehimləyici lampa. // İs. mənasında. Lehimləyən alət. Lehimləyicini təmir etmək. lehimli sif. Lehim vurulmuş, lehimlənmiş, qalay və s. ilə yapışdırılmış. Lehimli çaynik. lehinə zərf [ər.] Xeyrinə, tərəfinə, mənfəətinə (əleyhinə ziddi). Lehinə səs vermək. Lehinə çıxmaq. – Vəziyyət hər tərəfdən Qızıl Arslanın lehinədir. M.S.Ordubadi. Bəzi kəndlilərə də kimin lehinə, kimin əleyhinə əl qaldırmağı başa salmaq çətin idi. Mir Cəlal. lehlər Polyakların köhnə adı. lehmə is. Duru palçıq, batdaq. Lehməyə batmaq. Cavad yoldaşları ilə birlikdə xirtdəyə kimi lehməyə bataraq qalın meşələrdən keçir, .. hədəfə doğru irəliləyirdi. Ə.Vəliyev. ‣ Lehməsi axmaq – çox çirkli, kirli adam haqqında. Uşağın lehməsi axır. lehməli sif. Lehmə qatışıq, palçıqlı. Lehməli su. – Çöldən uzanıb gələn köhnə arxın bulanıq, lehməli suyu taxılı basaraq gölməçələnirdi. M.İbrahimov. Bu Lökbatan bir düzəndi, üstü lehməli; Onu abad etdi azad insanın əli. R.Rza. lehməqarın sif. dan. Qabağına gələni yeyən, çox yeyən, yeməkdən doymayan. Lehməqarın adam. lehməlik is. Lehmə yığılmış yer; palçıqlıq, batdaq. [Gecə] düz aşağıdakı lehməliyə düşmüşdü və o dəqiqədə lehməlik onu udmuşdu. Ə.Məmmədxanlı. lek Albaniya Xalq Respublikasında pul vahidi. lekal [rus. lekalo] Əyri cizgiləri çəkmək üçün fiqurlu xətkeş. leksem is. [yun.] Dilçiliyin leksikologiya şöbəsinin vahidi; söz. leksik sif. dilç. [yun.] Leksikaya aid olan, lüğəvi. Sözün leksik mənası. Dilin leksik sərvəti. leksika [yun.] Hər hansı bir dildə və ya dialektdə işlədilən sözlərin məcmusu. Azərbaycan dilinin leksikası. // Hər hansı bir yazıçının əsərinin lüğət tərkibi. Füzulinin leksikası. Vaqifin leksikası. M.F.Axundzadənin leksikası. leksikoqraf [yun.] bax. lüğətçi. leksikoqrafiya [yun. lexikos – söz və logos – yazıram] bax. lüğətçilik. leksikologiya [yun. lexikos – söz və logos – nəzəriyyə] Dilçiliyin dilin lüğət tərkibini öyrənən bəhsi; lüğətşünaslıq. leksikoloq [yun.] Leksikologiya mütəxəssisi; lüğətşünas. leksiya [lat.] bax. mühazirə. Bu qayda ilə polis darülfünuna gəlib leksiyalarda iştirak etməyənləri bəlli etmək istəyirdi. T.Ş.Simurq. Soltan Əmirli sənin kimi illərlə məktəb skamyasında leksiya dinləməyib. İ.Hüseynov. Leksiya oxumaq məc. – öyüd, nəsihət vermək. [Rüstəm bəy:] ..Azarlı .. can verir. Sən burada bizə leksiya oxuyursan. S.S.Axundov. Mən gəmidə düz bir saat bu barədə əsgərə leksiya oxumuşam və sənə də məsləhət görürəm ki, bu saat onu belindən aç, başına qoy. Ə.Əbülhəsən. lektor [lat. lector – oxuyan] Auditoriya qarşısında leksiya oxuyan şəxs; mühazirəçi. Afərin deyərəm o lektora ki, [Hacının adamına] kafirdir desin. Qantəmir. lektoriya [lat.] Kütləvi mühazirələr keçirilən yer (zal, bina). leqal [lat.] Qanuni, qanunla icazə (yol) verilən, açıq (qeyri-leqal əksi). Leqal ədəbiyyat. Leqal qəzet. Leqal vəziyyət. leqallaşdırılma “Leqallaşdırılmaq”dan f.is. leqallaşdırılmaq məch. Leqal vəziyyətə gətirdilmək, leqal şəklə salınmaq, gizli vəziyyətdən açıq vəziyyətə keçirilmək, qanunla yol verilmək. leqallaşdırma “Leqallaşdırmaq”dan f.is. leqallaşdırmaq f. Leqal vəziyyətə gətirmək, leqal şəklə salmaq, gizli vəziyyətdən açıq vəziyyətə keçirmək, qanuni olduğu qəbul edilmək. Mətbuatı leqallaşdırmaq. leqallaşma “Leqallaşmaq”dan f.is. leqallaşmaq f. Leqal vəziyyətə keçmək, leqal şəkil almaq, gizli vəziyyətdən açıq vəziyyətə keçmək. leqallıq is. Leqal vəziyyətdə olma; qanunla yol verilmə, qanuni olma; açıqlıq, aşkarlıq (qeyri-leqallıq əksi). lemma [yun.] riyaz. Bir və ya bir neçə teoremi sübut etmək üçün lazım olan köməkçi teorem. lemur is. [lat.] Qədim təsəvvürlərə görə əcdadların ruhu. len is. [alm.] Orta əsrlərdə Almaniyada hər bir şəxsə hərbi və ya inzibati xidmət müqabilində bağışlanan torpaq sahəsi. lend-liz [ing.] İkinci dünya müharibəsi zamanı ABŞ-ın borc olaraq müttəfiq dövlətlərə silah, xammal, ərzaq və s. mallar vermə sistemi. lent is. [alm.]\n1. Bəzək və s. üçün işlədilən dar, uzun parça zolağı. Sarı lent. Ağ lent. Qara lent. – “Ura” səsləri altında qırmızı lent kəsildi, stansiya işə salındı. M.İbrahimov. Gör qızların saçlarında; Necə ipək lentləri var! M.Dilbazi. Gördüm təyyarə meydanında sıralanıb; uzaq səfərli neçə-neçə; Gümüş rəngli insan tabutu; Üstündə lent – qara atlaz. R.Rza.\n2. Orden və medal üçün müəyyən rəngdə və ölçüdə ipək zolaqcıq. Döşünə cərgə ilə orden və medal lentləri taxmış ortaboylu, kök, qoca kapitan nəvəsini qucaqladı. M.Süleymanov.\n3. Müxtəlif materialdan kəsilmiş uzun, ensiz zolaq. Kağız lent. Teleqraf lenti. İzolyasiya lenti. // Bəzi nəqliyyat qurğularında, mexanizmlərdə intəhasız hərəkət edən parça zolağı. Konveyer lenti. Transportyor lenti.\n4. məc. Ensiz, zolaq kimi uzanıb gedən, nəhayəti görünməyən. Yol getdikcə sarı bir lent kimi uzanırdı. – Yol gah lent kimi dərələrdən, gah da dağlardan keçirdi. Ə.Məmmədxanlı. Hər yan dəniz, yol ortadan: Lent kimi uzanırdı. M.Dilbazi. ‣ Kinematoqrafiya lenti – üzərinə həssas emulsiya çəkilmiş şəffaf, lentəoxşar plyonka. Maqnit lenti – qeyri-maqnit əsaslı elastik lentdən ibarət informasiya daşıyıcısı. Qayalar səsimi yazdı lentinə; Qaya maqnitafon dilləndi yenə; “Hey, hey! Bir dayan; Şövkətdir oxuyan, Habildir çalan!..” M.Araz. Pulemyot lenti – pulemyot patronlarını qoymaq üçün yuvacıqları olan ikiüzlü parusin zolaq. Pulemyot lentini doldurmaq. lentəbənzər sif. Şəkilcə lentə oxşayan; lentvari. Lentəbənzər qurdlar. lentli sif. Lenti olan, lentlə bəzədilmiş, lent tax(ıl)mış. Lentli saç. Lentli qutu. – Şəkildə lentli, kök, qaragöz bir qız uşağı oturub kitab oxuyurdu. Mir Cəlal. lentvari sif. Lentə bənzəyən, lentəoxşar, zolaq şəkilli, lent kimi. Lentvari yol. leonid is. [lat.] Səmada Şir bürcündə özünü göstərən meteor seli (cəmdə işlənir: leonidlər). leş is. [fars.]\n1. Ölmüş heyvan bədəni, leş, cəmdək. İt leşi. İnək leşi. – Yolun ətrafında sınıq düşmən maşınları, at leşi və əzilmiş toplardan başqa bir şey gözə dəymir. Ə.Vəliyev. Məşədi Heybət bizə nişan verirdi: bu qoyun leşidir, bu təknədir, bu sandıqdır, bu beşikdir. Ə.Sadıq.\n2. Təhqir kimi insan meyiti haqqında işlənir. Döyməsin qanlı faşistlər daha öz döşlərinə; Baxsalar yaxşı olar cəbhədəki leşlərinə. S.Rüstəm. Tökülürdü yağış kimi baş bir yana, leş bir yana; Dağılırdı düşmən səfi on bir yana, beş bir yana! R.Rza. ‣ Qarğa-quzğun leşə gələn kimi – çox həris bir şəkildə, tez üstünə cumaraq. Bakı neft yataqları xariciləri özünə çəkirdi, qarğaquzğun leşə gələn kimi əcnəbi kapitalistləri də Azərbaycana dolurdu(lar). M.İbrahimov. leş-leşə: leş-leşə söykənmək, qalanmaq və i.a. – yan-yana yıxılmış çoxlu meyit haqqında. Başlar qopub düşdü qanlı torpağa; Leş-leşə qalandı, yollar kəsildi. M.Rahim. Leş-leşə qatmaq (çatmaq) – qırıb çatmaq, qırıb tökmək. Padşaha xəbər getdi ki, padşah sağ olsun, bir qara atlı oğlan düşməni qırıb leş-leşə çatdı. (Nağıl). leşsökən sif. “Acgöz”, “qarınqulu”, “doymaz” mənasında. Bəyəm bu leşsökən, qarın Fərəc Allahı tanıyır? S.Rəhimov. leşyeyən sif. Ölü heyvan cəmdəklərini yeməklə dolanan. Leşyeyən quş. ley is. Qısadimdik, alıcı – yırtıcı quş. Ley vuran oldu, mənim kimi tükü dağılan olmadı. (Ata. sözü). Birdən xəzəl kimi qopur yerdən; Küləyə qoşulub qaçır; Tükünü ley dağıtmış; Boz bir quş olub qaçır. R.Rza. Səməndər leydən qorxmuş sərçə kimi qımıldanmadı. B.Bayramov. • Ley kimi – çox cəld, çox sürətlə, çox iti. [Həmzə] bir də diqqət eləyəndə gördü, budu Koroğlu Qıratın üstündə elə gəlir, elə gəlir ki, ley kimi. “Koroğlu”. [Nazlı:] Dayan! Bu saat bir qıy vurram, Mustafa ley kimi başının üstün alar. Ə.Məmmədxanlı. leyborist [ing.] Siyasətdə reformist mövqedə duran İngiltərə fəhlə partiyası və bu partiyanın üzvü. Leyborist partiyası. Leyborist hökuməti. leyk [ər.] klas. bax. lakin. Leyk mənim qışda dəxi yaz kimi; Yaşıl olur paltarım ətləs kimi. M.Ə.Sabir. Leyk mən vermədim ona fürsət; Onu vurmaqda eylədim sibqət. A.Səhhət. leyka [alm. Leica – Leitz-Camera firmasının adının ixtisarı] köhn. Dar plyonkalı kiçik fotoaparat. ..Müxbir leykasını çıxarıb işə saldı. Ə.Məmmədxanlı. leykemiya [yun. leukos – ağ və haima – qan] Qanda leykositlərin (ağ qan kürəciklərinin) həddindən çox artması nəticəsində əmələ gələn qan xəstəliyi; ağqanlılıq. leykoplastır is. [rus.] Üstü yapışqanlı yastı tibbi lent. leykosit [yun. leukos – ağ və kytos – hüceyrə] Qanın rəngsiz kürəciklər şəklində olan hüceyrələri; ağ qan cisimcikləri. leykoz is. [yun.] Qanyaradan toxumanın pisxassəli şiş xəstəliyi. leyl is. [ər.] klas. Gecə. leylac sif. və is. dan. köhn. Qumar oynamaqda ad çıxarmış, məşhur qumarbaz. leylacı bax. qıyqacı. Aşıq Cünun [gözələ] bir leylacı nəzər saldı. “Koroğlu”. leylək dan. Hacıleylək. Dəmirçinin ömrü taq-taqla, leyləyin ömrü laq-laqla keçər. (Ata. sözü). ..İlk baharın uğurlu elçiləri olan qaranquş, sığırçın və leylək sürü-sürü dönüb yuvalarını tikəcək. A.Şaiq. leyli sif. [ər.] klas.\n1. Gecəyə məxsus, gecə vaqe olan.\n2. Əvvəllər şagirdlərin həm oxuduqları, həm də gecə qaldıqları məktəb; internat. Eyni zamanda üst mərtəbədə bir müxtəsər leyli məktəbi əmələ gətirmişik. C.Məmmədquluzadə. leysan bax. niysan. Leysan yağışından sonra Fatma ana göydə hanasını, anam da eyvanda sacını asmışdı. S.Rəhimov. ..Birdən leysan yağış başlayır. H.Seyidbəyli. leytenant [fr.] Ordu və donanmada: kiçik leytenant rütbəsindən sonra gələn zabit rütbəsi və belə rütbəsi olan şəxs. Bir saat sonra qərargahdan qırmızısifət bir leytenant gəldi. Mir Cəlal. Dilaranın leytenant Əjdərdən aldığı məktubların arası kəsilmişdi. Ə.Məmmədxanlı. • Baş leytenant – leytenant rütbəsindən sonra gələn zabit rütbəsi və belə rütbəsi olan şəxs. Kiçik leytenant – praporşikdən sonra gələn zabit rütbəsi və belə rütbəsi olan şəxs. leytenantlıq is. Leytenant rütbəsində olma. leytmotiv [alm.]\n1. Musiqi əsərində dönə-dönə təkrar olunan əsas motiv, əsas mövzu. [Uvertüralarda] kompozitor .. leytmotivlərdən istifadə edərək əsərin dramatik inkişafını simfonik orkestr dili ilə nəql edir. Ə.Bədəlbəyli.\n2. məc. Əsərin ana xəttini təşkil edən əsas fikir, müddəa. Romanın leytmotivi. ləb is. [fars.] klas. şair. Dodaq. Hər zaman düşəndə ləbləri yada; Tökülür gözümdən qanlar, əfəndi! M.P.Vaqif. Ver şəfa ləbindən, yazığam, mənə; Zəhri-fərağında ağulanmışam. Q.Zakir. • Ləb tərpətmək – dodaq tərpətmək; dinmək, danışmaq. Dedilər ki, Təbrizdə çox babı var, amma heç kəs qorxusundan ləb tərpədə bilmir. M.F.Axundzadə. ləbaləb [fars.] bax. ləbələb. Adını arif qoyubsan, yox cibində bir qəpik; Bax, ləbaləbdir qızıl, kağız cibişdanım mənim. Ə.Nəzmi. [Vahid:] Coşqun dağ selləri ilə ləbaləb daşan Kürün, Arazın sahillərini dolaşıb, Alazan çayı boyunca gəzdik. B.Bayramov. ləbbadə is. [ər.]\n1. köhn. bax. aba1. [Molla Xəlil] uzun ləbbadəsinin ətəklərini yelləndirə-yelləndirə o baş-bu başa gəzinir, qalın bir qaranlığa bürünən kəndə baxırdı. S.Hüseyn. [Axund] qara gecə ləbbadəsini ehmalca çiyninə salıb, dəhlizə çıxdı. Mir Cəlal.\n2. məc. Uzun, enli, biçimsiz paltar haqqında. Əynindəki palto deyil, ləbbadədir. ləbbeyk [ər.] Əslində “nə əmriniz var?”, “əmrinizə müntəzirəm”, “buyurun!” demək olub, adətən “demək” feli ilə işlənir. İndi mən tək yeddi yaşında müsəlman uşaqları gərək səhərdən axşama tək ləbbeyk deyib, susuzluqdan od tutub yana. C.Məmmədquluzadə. [Qürbət xala:] Necə haradan, səhərdən axşamacan burda ləbbeyk deyirəm, necə ola ki, bilməyəm. Mir Cəlal. [Zeynal və Veysin] dostluqları, təbiətlərinin uyğun olması, sadəcə bir-birinə ləbbeyk demələrindən ibarət deyildi. Ə.Əbülhəsən. ləbbeykdeyən is. Öz fikri olmayıb başqasının sözü, fikri, göstərişi ilə hərəkət edən adam. [Comərd Sadiqiyə:] Ağaların, bəy-xanların və onların sözünə sizin kimi ləbbeykdeyənlərin millətlə heç bir əlaqəsi yoxdur. Ə.Abasov. ləbələb zərf [fars.] Ağzına qədər dolu, tamam dolu, ağızbaağız, malamal, ağız-ağıza. Küçə ilə bir gün keçərkən, mat və məəttəl qaldım: bir böyük imarət kəndli qadınları ilə ləbələb dolu idi. C.Məmmədquluzadə. ləbləbi is. Çərəz kimi yeyilən qovrulmuş qabıqsız noxud. Əkdiyim noxud, biçdiyim noxud, bazara girib, ləbləbi olub. (Məsəl). [Yanındakı adam:] Ay usta, yadına ləbləbi düşdü, nədi? Çəmənzəminli. Süfrədə tut qurusu, miyanpur, innab, ləbləbi, kişmiş, səbzə, alma, portağal olardı. H.Sarabski. ləbləbiçi is. köhn. Ləbləbi qovurub satan adam. Qəzetçi, inteligent, milyoner, ziyalı, filan; Kababçı, ləbləbiçi ortada-arada qalan! C.Cabbarlı. ləc sif. [ər.] Tərs, höcət, inad. • Ləc düşmək – bax. ləcləşmək. ..Kişi arvadına deyir: – Ay arvad, heç qəm eyləmə, nə qədər canım sağdır, hər günün xərcin qazanacağam. Amma, deyəsən, şah mənimlə ləc düşmüşdür. (Nağıl). Ləc salmaq – iki adam arasında düşməncəsinə münasibət yaratmaq; düşünüşdürmək, aralarını vurmaq, vuruşdurmaq. Səttarzadə başını tovladı: – Siz məni doğma qızım ilə ləc salmaq istəyənlərin iftirasına uymayın, yoldaş! Mir Cəlal. ləcləşmə “Ləcləşmək”dən f.is. ləcləşmək f. Düşmən olmaq, yola getməmək, düşünüşmək, ləc düşmək. ləclik is. Tərslik, kəclik, inadkarlıq. Ləclik etmək. Ləclik göstərmək. • Ləcliyinə salmaq – inad göstərmək, tərslik eləmək. [Qoca:] Ey pəhləvan, ləcliyinə salma, gəl otur, çörəyini ye. (Nağıl). ləçək is.\n1. Ağdan, çitdən, ipəkdən və s.-dən üçkünc qadın baş örtüyü. Nəhayət [Gövhər] .. ləçəyini açıb qulaqlarının və qaşının üstündən çəkdi. Ə.Əbülhəsən.\n2. bot. Çiçək tacında olan yarpaq, gül yarpağı. Dağgülünün çiçəkləri; Nanələrin ləçəkləri; Parıltılı şehlə dolu. M.Dilbazi. Şairin gözündən iki damla yaş; Düşür çiçəklərin ləçəklərinə. B.Vahabzadə. • ...arvad (övrət) ləçəyi olsun – “bu işi görməsəm və ya görə bilməsəm kişi deyiləm” mənasında. [Rüstəm bəy:] ..Hərgah onu atası yoluna göndərməsəm, bu papaq mənə övrət ləçəyi olsun! N.Vəzirov. [İbad:] Əyər biləm o bura gəlibdir, onun böyük tikəsini qulağına döndərməsəm, bu, papaq olmasın, lap arvad ləçəyi olsun! C.Cabbarlı. ‣ (Başına) ləçək örtmək – öz namusuna, şərəfinə, mənliyinə toxunacaq hərəkət etmək, qorxaqlıq göstərmək. Qoç Koroğlu ləçək örtməz başına; Düşmən qabağında gülmək gərəkdir. “Koroğlu”. ləçək-ləçək sif. Ləçəklərdən ibarət, ləçəklər halında. Dəyirman üstü çiçək; Yarpağı ləçək-ləçək; Qardaş bir qız sevibdir; Uzunboy, qarabirçək. (Bayatı). Ağaclar açsın çiçək; Yarpağı ləçək-ləçək. M.Ə.Sabir. ləçəklənmə “Ləçəklənmək”dən f.is. ləçəklənmək f. Ləçək-ləçək olmaq, ləçək açmaq, ləçək halına gəlmək. Qızılgül ləçəkləndi. – Bənövşə çiçəkləndi; Yarpağı ləçəkləndi; Yatdığı yalan oldu; Ölümü gerçəkləndi. (Bayatı). ..Məktəbin həyəti yazın al gülü və təzə-təzə böyüyüb ləçəklənən qoz yarpağı ətri ilə dolu idi. Ə.Əbülhəsən. ləçəkli sif.\n1. Başına ləçək bağlamış, başında ləçək olan. Ləçəkli qız. Ləçəkli qadın.\n2. bot. Ləçək açmış, ləçəkləri olan. Ləçəkli gül. Ləçəkli pambıq. ləçəklik is.\n1. Ləçəyə yarar ağ və ya çit və s. Ləçəklik parça.\n2. Bir ləçəyə lazım olan miqdarda parça. İki ləçəklik çit. ləçəkotu is. bot. Bataqlıq yerlərdə bitən, gön aşılamaq üçün istifadə edilən bir bitki. Ləçəkotu bataqlıq yerlərdə bitir, kökü, yarpağı və gövdəsi gönü aşılamaq üçün yararlıdır. M.Qasımov. ləçər is. və sif. dan. Abırsız, həyasız, əxlaqsız mənasında söyüş (yalnız qadınlar haqqında). [Vəzir:] Kəs səsini, ay ləçər, məni dilə basdırma, dəxi səni mən tanıdım. M.F.Axundzadə. [Xırda xanım:] ..Yoxsa, o qızların oxutmuş ləçərlər əgər bilsələr, oğlanı çəkəcəklər bəndlərinə. N.Vəzirov. ləffazlıq is. [ər.] klas. Boş və mənasız danışma; naqqallıq, boşboğazlıq. Nadirin zehninin və ağlının şərafətini dərk etməyib, fəqət özünün zəhlə getmiş ləffazlığı ilə xanəndəni məşğul edir. M.F.Axundzadə. ləfz is. [ər.] Ağızdan çıxan mənalı, ya mənasız səs tərkibi; söz, kəlmə. ..Axund bərkdən-bərk bizə tapşırdı ki, ayama ləfzini dilimizə gətirməyək, ləqəb deyək. C.Məmmədquluzadə. • Ləfz etmək – tələffüz etmək, demək, ifadə etmək, bildirmək. Ləfz edərsə ifadə mənanı; Sərf edər əhli-mərifət anı. S.Ə.Şirvani. ləğəndə is. k.t. Ağacın cavan budaqlarını yerə basdırmaqla ağac artırma üsullarından biri; daldırma. Yerdə ləğəndə üsulundan istifadə edərkən budağın qabığını dib tərəfdən halqa şəklində kəsirlər, sonra budağı əyərək torpağı basdırırlar. İ.Axundzadə. ləğm bax. lağım. Bu yazıqlar deyilmidir fabriklərdə çalışan; Ləğmlərdə külüng çalan, zəhmətlərə alışan. A.Səhhət. [Nüşabə:] O laçın bürcünə bu dağlardan; Atılan ləğm necə? A.Şaiq. ləğv I. is. [ər.] Yox etmə (edilmə), aradan qaldırma (qaldırılma). Nöqsanların, kəsirlərin ləğvi. • Ləğv edilmək (olunmaq) – 1) aradan qaldırılmaq, yox edilmək; 2) fəaliyyəti (qüvvəsi) dayandırılmaq, tövsiyə edilmək. İdarə ləğv olunmuşdur. Qərar ləğv edilmişdir. – [Çar ordusu] komandanlığının Qarabağ xanlığını ləğv edə biləcəyi ehtimalı [İbrahim xana] rahatlıq vermirdi. Çəmənzəminli. Ləğv etmək – aradan qaldırmaq, yox etmək; fəaliyyətini dayandırmaq, tövsiyə etmək. M.Ə.Sabir. Onlar “silahları ləğv edək!” – deyir; Onlar silahlanır gizlində ancaq. B.Vahabzadə. Ləğv olmaq – aradan qalxmaq, yox olmaq. Sünniyü şiə təəssübləri ləğv oldumu ya? Nədən ləğv oldu peymanlar; Verildi odlu fərmanlar. M.Ə.Sabir.\n\nII. is. [ər.] köhn.\n1. Boş, bihudə, əbəs söz; cəfəngiyat.\n2. Naqqal, boşboğaz, gəvəzə. • Ləğv olmaq – boşboğazlıq etmək, hərzə danışmaq, naqqallıq etmək. Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi! Lal ol, a balam, başlama fəryadə, əkinçi! M.Ə.Sabir. ləğviyyat is. [ər.] Boşboğazlıq, cəfəngiyat, boş-boş sözlər. ləh təql. Dayanmış atı hərəkət etdirmək, qaçırtmaq məqsədilə çıxarılan səs. ləhcə is. [ər.]\n1. dilç. Ümumi dialekt xüsusiyyətlərinə malik olan hər hansı bir dilin yerli şivələr qrupu; dialekt.\n2. köhn. Dil mənasında. Məcnunu deyərlər əhli-idrak; Əşarı lətifü ləhcəsi pak. Füzuli. Qaş qara, göz piyalə, dişləri dür, püstə dəhan; Şux yanaq, ləl dodaq, ləhcəsi də canlar alan. Q.Zakir. Nədən bu torpağın şirin ləhcəsi; – Şairəm, – deyənə biganə qalsın? S.Vurğun. // Danışma tərzi, tələffüz. Ləhcəsi ahəstə, üzü xoş gülən; Nüktəşünas, əhli-kamal, dərd bilən. Aşıq Qurbani. [Qızların] şirin ləhcələri, duzlu danışıqları, mütənasib əndamları və alıcı, xumar .. gözləri vardır. M.S.Ordubadi. ləhcəşünas [ər. ləhcə və fars. ...şünas] köhn. bax. dialektoloq. ləhcəşünaslıq köhn. bax. dialektologiya. ləhləmə “Ləhləmək”dən f.is. ləhləmək f. Bərk qaçmaq, yerimək, yoxuş çıxmaq və s. nəticəsində, yaxud hərarətin təsirindən tez-tez və ağır nəfəs almaq, tövşümək (adətən heyvanlar haqqında). Atlar ləhləyir. Quzu istidən ləhləyir. – Ləhləyirlər, tərləyirlər, əl-üzləri qızarmış; Bir parası çox üşüyür, əl-üzləri bozarmış. A.Səhhət. [Xəlfə:] [Dursun] yazıq-yazıq [çəməndə] uzanıbdır, tazı kimi ləhləyir. C.Cabbarlı. Mal-qara özünü kölgəliyə verib gövşəyir, .. itlər dilini bir qarış çıxararaq ləhləyirdi. M.İbrahimov. ləhləyə-ləhləyə zərf Ləhləyərək, tez-tez, ağır nəfəs ala-ala; tövşüyə-tövşüyə. Əhməd evdən ildırım kimi həyətə qaçıb sevinə-sevinə və ləhləyə-ləhləyə gəldi anasının yanına. C.Məmmədquluzadə. Sanki Müqim bəy Cavanşir də ağzını açır, ləhləyə-ləhləyə güclə nəfəs alırdı. S.Rəhimov. ləhləşmə “Ləhləşmək”dən f.is. ləhləşmək f. Ləhləmək (bir neçə heyvan bir yerdə). Qoyunlar ləhləşir. – Heyvan da ilan mələyəndə ləhləşib dilini bir qarış çıxardır. İ.Hüseynov. ləhlətmə “Ləhlətmək”dən f.is. ləhlətmək f.\n1. Ləhləməsinə səbəb olmaq, tövşütmək. Günün istisi yolçuları ləhlədir. – Günün hərarəti xalqı ləhlədir; Kəndə tərəf bir uşaq yolnan gedir. A.Səhhət.\n2. məc. Birini yorulana qədər işlətmək, işlə yükləmək, əldən salmaq. ləhzə is. [ər.] Ən cüzi bir zaman, bir göz qırpımlıq vaxt, an, dəm. Cananı görən ləhzədə can düşdü ayağa; Yalvardı gəda iczilə sultanını görcək. S.Ə.Şirvani. • Bir ləhzə – bir saniyə, bir an, bir dəm, göz açıbyumunca. Sanma ki, bir ləhzə keşikçim yatır; Fikri qalıb məndə nigahbanım. A.Səhhət. [Kərəm:] Canım Əsli, bir ləhzə mənimlə otur, səni tapmışam və səndən ayrıla bilmərəm. Ü.Hacıbəyov. Bir ləhzədə, bir ləhzə içində – dərhal, o saat, bir göz qırpımında, göz yumub açınca. [Vaqif:] Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə; Sən bizim dağlar pələngi qəhrəman Eldara bax! S.Vurğun. // Ümumiyyətlə zaman, vaxt, müddət. • Hər ləhzə, hər ləhzədə – həmişə, hər vaxt, hər zaman, daima. Bica yerə hər ləhzədə min şurü-şərin var; Çox pis nəzərin var. M.Ə.Sabir. Hansı bir kəsbə yapışdım ki, yar olsun tale; Sən çıxıb qarşıma hər ləhzədə oldun mane. A.Səhhət. ləhzəlik Adətən “bir” sözü ilə – bir anlıq, çox az müddət üçün, bir göz qırpımlıq. [Vaqif:] Molla Vəli, .. bu qəhvənin qoxusunda duyduğum bu bir ləhzəlik ləzzət dünyanın bütün əzabını unutdurur. Çəmənzəminli. ləxləxə is. dan. Pozğunluq, qarışıqlıq, şuluqluq. • Ləxləxə salmaq – ara qarışdırmaq, pozğunluq salmaq, şuluqluq salmaq. [Aftil:] ..Müəllimə kəndə ləxləxə salır. C.Cabbarlı. ləxt-ləxt klas. bax. laxta-laxta. Ləxtləxt olmuş cigərlər, sanma könlümdən gələn; Namələrdir kim, bəna məcnuni-şeydadən gəlir. Qövsi. ləin sif. və is. [ər.] bax. məlun. Bu isə, bəs o ləinin də işi qüllabıdır; Dini, imanı danıb, yoldan azıbdır, babıdır. M.Ə.Sabir. [Qoca:] Ləin! Çəkil, Allahın düşməni! A.Divanbəyoğlu. [Molla Kərim:] Ey insan cildinə girmiş şeytani-ləin, söylə, söylə görüm kimsən, nə günahın sahibisən və nə üçün xortdamısan? B.Talıblı. lək is. Tərəvəz, gül və s. əkmək üçün bostanda, bağçada və s.-də dördkünc və ya uzunsov şəkildə bellənib ayrılmış yer. Çəltik ləki. Gül ləki. Göyərti ləki. – ..Kənarda keşniş, kəvər və tərxun ləkləri gözə çarpırdı. Çəmənzəminli. ..Ləklərə çiçək .. toxumu səpdilər. Ə.Məmmədxanlı. ləkə is.\n1. Ləkələyici bir şeyin səth üzərində buraxdığı iz. Qan ləkəsi. Yağ ləkəsi. Mürəkkəb ləkəsi. Paltarındakı ləkəni silmək. – [Eldar] sazın üstündə tünd-qara ləkələri mənə göstərdi. M.Rzaquluzadə. Yuyuldu, divarlara; Sıçramış qan ləkəsi. Ə.Cavad. • Ləkə düşmək – bax. ləkələnmək 1-ci mənada. Dəftərinə Gülərin; Düşdü qara bir ləkə. M.Dilbazi. Ləkə salmaq – bax ləkələmək 1-ci mənada. Şahsənəməm, sən də inan sözümə; Gözüm yaşı ləkə saldı üzümə. “Aşıq Qərib”. Onun ağzından axan qan döşəməyə parlaq ləkələr saldı. Ə.Vəliyev. // Bədənin müxtəlif yerlərində hər hansı bir səbəbə görə əmələ gələn rəng dəyişikliyi. Üzünə ləkə düşmək. Əlinin üstündə ağ ləkələr var. Gözündə ləkə var. – Həkim Həsənin ciyərində kiçik bir ləkə olduğunu söylədi. Çəmənzəminli. Gülsəhər ortaboylu, .. ağ-qırmızı sifətində kiçik ləkələr görünən bir arvad idi. Ə.Vəliyev.\n2. məc. Adamı ləkələyən, rüsvay edən, alçaldan şey; rüsvayçılıq, biabırçılıq, şərəfsizlik. İntihara gəldikdə, o, insanın üzərinə atılan ləkələri daha da tutqunlaşdırır. M.S.Ordubadi. [Kərbəlayı Əzim:] Bu vaxtadək üstümüzdə ləkə olmayıb, bir elə iş baş verməyib ki, bizi ləkələsin. T.Ş.Simurq. • (Üstünə) ləkə atmaq (vurmaq, yaxmaq) – birinin namusuna, şərəfinə toxunacaq söz demək, böhtan atmaq, biabır etmək, olmayan şeyi ona isnad etmək. [Səməd:] Yoldaş sədr, bu kişi yalan danışır, üstümə ləkə atır. B.Talıblı. ‣ Ağ ləkə – coğrafiya xəritəsində: öyrənilməmiş yer. ləkəaparan sif. və is. Ləkəni təmizləmək üçün xüsusi üsulla hazırlanmış kimyəvi maddə. ləkəcik is. Kiçik ləkə, balaca ləkə. Üzündə ləkəciklər var. ləkədar sif. və is. köhn. bax. ləkəli 3-cü mənada. • Ləkədar edilmiş – bax. ləkələnmiş 2-ci mənada. [Əhməd:] Binamus bacı, namussuz qardaş, heç tələsməyin, nə qədər mən həyatda varam, ləkədar edilmiş namusumun intiqamını sizdən alacağam. C.Cabbarlı. Ləkədar etmək – bax. ləkələmək 2-ci mənada. ləkə-ləkə sif. və zərf Çoxlu ləkələri olan, ləkə düşmüş, ləkəli. [Lalənin] tuflisi və tumanı gil məhlulundan ləkə-ləkə olmuşdu. M.Hüseyn. ləkələmə “Ləkələmək”dən f.is. ləkələmək f.\n1. Paltara, yaxud bir şeyin üstünə ləkə salmaq; batırmaq, bulamaq. Paltarını ləkələmək. Kitabı ləkələmək. Çəkmələrini ləkələmək.\n2. məc. Birisinin adına, şərəfinə toxunulacaq söz demək; olmayan şeyi ona isnad etmək, bədnam etmək, rüsvay etmək, biabır etmək, hörmətdən salmaq, qara yaxmaq. [Molla Xəlil] müəllimi xalq nəzərində ləkələmək üçün İslamı qurşamışdı ki, şikayət etsin. S.Hüseyn. [Barat:] Yoldaş Şərif, nə haqq ilə sən müəllimə Almaz xanımı biabır edirsən, ləkələyirsən? C.Cabbarlı. ləkələndirmə “Ləkələndirmək”dən f.is. ləkələndirmək bax. ləkələmək. Zeynal öz yaramazlıqlarını doğrultmaq üçün mühitlərini ləkələndirməyə çalışan bir qrup adamlara mənsub idi. S.Hüseyn. ləkələnmə “Ləkələnmək”dən f.is. Biz heç vaxt öz qəhrəman əcdadımızın şanlı adının və xatirəsinin ləkələnməsinə razı olmayacağıq. Ə.Əbülhəsən. ləkələnmək f.\n1. Ləkələndirici bir şeydən üzərinə ləkə düşmək, ləkə tutmaq, ləkə-ləkə olmaq; batmaq, ləkələrlə örtülmək. Örpəyi ləkələnmək. Paltosu ləkələnmək. – Eyvanın məhəccərini toz basmış, əlüzyuyanın güzgüsü ləkələnmişdi. Ə.Vəliyev.\n2. məc. Bədnam olmaq, rüsvay olmaq, biabır olmaq. [İncə:] Hər bir halda qızın adı ləkələnsə, ölüm ondan yaxşıdır. C.Cabbarlı. Midhəd namusunun ləkələndiyini, şərəfinin çeynəndiyini nəzərinə gətirdi. Ə.Vəliyev. ləkələnmiş f.sif.\n1. Üstünə ləkələr düşmüş, ləkə tutmuş, ləkə-ləkə olmuş; ləkəli. Ləkələnmiş paltar.\n2. məc. Biabır olmuş, rüsvay olmuş (edilmiş), ləkə (2-ci mənada) vurulmuş. ləkələtmək bax. ləkələndirmək. ləkəli sif.\n1. Ləkəsi olan, üzərinə ləkə və ya ləkələr düşmüş, ləkə basmış; çirklənmiş, batmış, bulanmış. Ləkəli parça. Ləkəli ayaqqabı. Ləkəli örpək. Ləkəli paltar.\n2. Gözün ağında qara və ya qırmızı xal (ləkə) əmələ gəlmiş. Ləkəli göz. – [Naşadın] üzündə çopurluq əlaməti olduğu kimi, gözünün bir tayı da ləkəli idi. S.Hüseyn.\n3. məc. Üstündə ləkə (2-ci mənada) olan. Ləkəli ad. Ləkəli adam. – [Almaz:] Ləkəli adla yaşamaqdansa, ölüm yaxşıdır. C.Cabbarlı. ləkəlilik is. Ləkəli şeyin və ya adamın halı. ləkər is. dan. Görkəm, surət, sir-sifət. Bir ləkəri yoxdur. ləkərsiz sif. Kifir, çirkin, bədləkər. ləkəsiz sif.\n1. Təmiz, aydın, açıq, saf. Ləkəsiz səma. Ləkəsiz üfüq. – Göylərin aynası, ləkəsiz (z.) durur; Xilqətin ən dərin mənası budur. S.Vurğun. Mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. M.İbrahimov. Səhər çağı hava sərin; Göylər ləkəsiz. R.Rza.\n2. məc. Şərəfli, namuslu, adı təmiz, alnıaçıq. Ləkəsiz qız. – Öz ləkəsiz vicdanınla; Ana yurdu möhkəm qoru! Ə.Cəmil. ləkəsizlik is. Ləkəsiz şeyin və ya adamın halı; ləkəsiz olma. ləkləmə “Ləkləmək”dən f.is. ləkləmək f. Lək düzəltmək, lək qayırmaq. Həyəti ləkləmək. – Bostanı ləklədilər; Tağını təklədilər; Düşdüm nadan əlinə; Nazımı çəkmədilər. (Bayatı). ləklətmə “Ləklətmək”dən f.is. ləklətmək f. Lək düzəltdirmək, lək qayırtdırmaq. Bostanı ləklətmək. Göyərti üçün yer ləklətmək. ləktə sif. dan. köhn. Həyasız, abırsız (ancaq qadınlar haqqında). [Şərəfnisə xanım Gülçöhrəyə:] İtil cəhənnəmə, ləktə, əl çəkməz, qoymaz işimi tutum. M.F.Axundzadə. ləqəb is. [ər.] Müəyyən bir səciyyəvi xasiyyətinə və ya başqalarından ayrılan əlamətinə görə adama verilən qeyri-rəsmi ad; ayama. [Mədəd:] Sənə Koroğlu ləqəbini verməkdə, Tapdıq, səhv etməmişik. Ə.Əbülhəsən. Bizim şəhər və kəndlərdə keçmişdə hamının ləqəbi olardı. M.Rzaquluzadə. ləqəbli sif. Ləqəbi olan, ləqəb daşıyan; ayamalı. Qonşuda yaşayan Danqılıbəy ləqəbli birisi, nədənsə, yediklərinin artığını həmişə buraya atardı. Çəmənzəminli. ləl is. [ər.]\n1. Qırmızı rəngli qiymətli daş. Qasid badəni içdi. Ləli öpüb cibinə qoydu. “Koroğlu”. Bunun evində ənfiyədan da vardır, onun üstündə ləl və cavahiratdan düzəlmiş çılpaq bir qadın şəkli vardır. M.S.Ordubadi.\n2. məc. şair. Qırmızı şeylərə, xüsusən yanağa, dodağa və s.-yə işarə. Dişlədimsə ləlin, ey qanım tökən, qəhr eyləmə; Tut ki, qan etdim, ədalət eylə, qanı qanə tut. Füzuli. Şux yanaq, ləl dodaq, ləhcəsi də canlar alan. Q.Zakir. // məc. Saf, şəffaf şey haqqında. [Yusif Şahmara:] Barmaqlarımı kəsərəm, əgər əkdiyim tənəklər üstü dolusu ləl gətirməsə. B.Bayramov. ləl-cavahirat top. [ər.] Qiymətli daş-qaş, cavahirat. Təmiz ad, təmiz ürək bu dünyada ləl-cavahiratdan da qiymətlidir! S.Rəhimov. lələ is.\n1. Keçmişdə kübar və varlı ailələrdə oğlan uşağının tərbiyəsilə məşğul olan adam. [Qətibə xanım:] Səba xanım, özümü çox fəna hiss edirəm, Qutluğu lələsinə tapşırın. M.S.Ordubadi. Hacı Səmsam .. başqa mülkədarlar kimi oğlu üçün lələ saxlamırdı. P.Makulu.\n2. Böyüyə, yaşlı kişilərə müraciət zamanı işlədilir. [Fərhad:] Eybi yoxdur, gəlin içəri, xoş gördük, lələlərim. Ə.Haqverdiyev. Lələ, səndən bir şey soruşacağam, gizləmə, doğrusunu söylə. S.S.Axundov. [Qədir:] Ay lələ, yavaş sürün!.. Mir Cəlal. // dan. Hörmət üçün özündən böyük adamın adına əlavə olunur. [Rəhim:] Rəhmətlik bəy mənə Rəhim lələ deyərdi. Ə.Haqverdiyev. [Məstan:] Qoy Tapdıq lələ .. qağamdan danışsın. Ə.Əbülhəsən. lələdağ lələdağ etmək məh. – hirsləndirmək, acıqlandırmaq, dəhşətə salmaq. Qaçaq Nəbi boz ata minib aynalı ilə naçalnikləri, pristavları nə təhər lələdağ edirdisə, Midhəd də quzğun sürüsünü elə pərən-pərən saldı. “Qaçaq Nəbi”. lələgilə is. Uşağı ovutmaq üçün ona verilən hər hansı bir şey (şirni, meyvə və s.). Uşağı lələgilə ilə dilə tutmaq. lələk is.\n1. Quşların qanadlarının və quyruqlarının uclarındakı uzun saplaqlı tük. [Qız] eyvanın küncündə ları xoruzun qanadından düşmüş uzun lələyi görüb sevincək götürdü. M.İbrahimov. Hər il ovçular yüz milyon manatlarla qiyməti olan xəz, dəri, piy, ət, quş tükü, lələk və s. məhsul əldə edirlər. M.Rzaquluzadə. // Bəzək üçün baş geyiminə taxılan belə tük. Şlyapaya lələk taxmaq.\n2. məh. Qarğının üst qabığı. lələklənmə “Lələklənmək”dən f.is. lələklənmək f.\n1. Lələyi görünməyə başlamaq, lələyi çıxmaq. Cücə lələkləndi.\n2. Lələyi tökülmək, lələyi düşmək. Xəstə toyuq lələklədi. lələkli sif.\n1. Uzun lələkləri olan, lələklə örtülmüş (quşlar haqqında). [Zərrintac xanım:] Alagöz, sən mənə qulluq edərsən, mən də səni lələkli tovuz kimi bəzərəm. S.Rəhimov.\n2. Lələk taxılmış, lələk keçirilmiş, lələklə bəzədilmiş. Lələkli şlyapa. – “Yaşasın!” bağırtısı; Qopunca hər bir yandan; Hərəkət əmri verdi; Lələkli baş komandan. Ə.Cavad.\n3. İs. mənasında. Lələklilər – quşlar. ‣ Lələkli buludlar coğr. – çox hündürdə olan ağ rəngli, kölgəsiz buludlar. lələksiz sif. Hələ lələyi çıxmamış və ya lələyi tökülmüş. Lələksiz quş. lələktökmə is. Quşlarda: köhnə lələkləri töküb, yeni lələklər çıxarma prosesi. Sürünənlər qabıq qoyduqları kimi, quşlar da lələk tökürlər. Lələktökmə zamanı bədəndəki lələklər tökülür və onların yerində yeni lələklər çıxır. “Zoologiya”. lələkvari sif. Lələyəoxşar, lələk kimi. Lələkvari yarpaq. – [Göyrüş ağacının] yarpaqları lələkvari şəkildə düzülmüşdür. H.Qədirov. lələlik is. köhn. Lələnin gördüyü iş; tərbiyəçilik. [Cəbi:] Allah mənə o qədər ömür versin ki, Qəmər xanımın uşaqlarına lələlik edim. S.S.Axundov. ‣ Lələlik etmək məc. – yaltaqlanmaq. lələş is. zar. Bir adam özünü öydüyü, lovğalandığı zaman özünə işarə olaraq işlətdiyi söz (yalnız şəxs sonluqları ilə işlənir). [Süleyman Əsgərə:] Gördüyün qızlardan birisini seç, sonra lələşini göndər, gedim elçilik eləyim, vəssalam. Ü.Hacıbəyov. [Qurban:] Nə deyim, Hacı Cəlalın pulu məndə olaydı, görərdin lələşin nə lələşdir. Ə.Haqverdiyev. Qorxma, lələşin ölməyib ki. Ə.Əbülhəsən. ləli dan. bax. nənni. ləlimə “Ləlimək”dən f.is. ləlimək f. dan.\n1. Yalvarmaq, yalvarıbyaxarmaq.\n2. Bir şeyin həsrətində olmaq, arzusunda olmaq. Aşdan ötrü ləlimək. Uşaq oyuncaq üçün ləliyir. ləlo ləlo getmək dan. – yeməli bir şeyin həsrətində olmaq, həddən artıq istəmək. Kababdan ötrü ləlo gedir. ləlöyün sif. dan. Acgöz, tamarzı, görməmiş. // İs. mənasında. Acdan ləlöyün törər. (Ata. sözü). // Ehtiraslı, həris. ‣ Ləlöyün getmək – bir şeyin arzusunda olmaq, həsrətini çəkmək; bir şey üçün əldən getmək. [Veys:] Sən ondan ötrü, deyəsən, lap ləlöyün gedirsən ki! Ə.Əbülhəsən. ləlöyünlük is. Acgözlük, görməmişlik, hərislik, tamarzılıq. ləm I. is. [ər.] köhn. Parlama, parıldama.\n\nII. is. məh.\n1. Talvar.\n2. Mağara. ləmə is. Tavandan bir az aşağı divar uzunu kərpicdən, taxtadan, palçıqdan qabqacaq düzmək üçün düzəldilmiş yer; rəf. Astanada tüstülənir böyrü batıq samovar; Ləmədəsə rəngi uçmuş beş-on nimçə, kasa var. S.Rüstəm. ləməli sif. Ləməsi olan; rəfli. Ləməli otaq. ləmpə is. məh. Tavan, səqf. Düz stolun üstündən, ləmpədən asılmış onluq lampa şölələnirdi. B.Bayramov. ləmpəli sif. məh. Ləmpə vurulmuş; tavanlı, səqfli. Ləmpəli otaq. ləms sif. [ər.] Əzgin, süst, halsız, ölgün, hissiz. • Ləms etmək (eləmək) – hiss etmək, duymaq. Qulağımı ləms etdi o zamanda; Duydum, uçur mələklər asimanda. A.Səhhət. Ləms olmaq – halsız olmaq, keyləşmək, süstləşmək, əzginləşmək. ləmsləşmə “Ləmsləşmək”dən f.is. ləmsləşmək f. Süstləşmək, keyləşmək, halsızlaşmaq, hissizləşmək. [Dərviş:] Özümü itirdim, nə etməliyəm bilmədim, .. huşum və bədənim ləmsləşdi, pozğunlaşdım. A.Divanbəyoğlu. ləmyesir dan. bax. əsir-yesir. [Yetər:] Bu bir belə ləmyesirin duası qoymaz ki, Xalıqverdi qardaşın başından bir tük əskik olsun. Ə.Vəliyev. lən klas. bax. lənət. [Şeyx Hadi:] Qaliba sizcə öylə bir ustad; Olunur imdi lənü tənlə yad?! H.Cavid. • Lən etmək (eyləmək) – lənətləmək, lənət oxumaq. Lən eyləyərək qasibə məxluqu soyursan; Fani deyərək aləmi təmir eləyirsən. M.Ə.Sabir. lənbər lənbər vurmaq dan. – ləngərlənmək, tərpənmək, yanlarından tökülmək, daşmaq (dolu qabdakı maye haqqında). Vedrədəki su lənbər vurur. ləndəhor sif. dan. Qaba, kobud, nataraz, yekəpər, zorba. Ləndəhor adam. // Qaydasız, səliqəsiz, biçimsiz. Ləndəhor paltar. lənət [ər.]\n1. Dini etiqada görə Allahın mərhəmətindən məhrum olma, nifrin (adətən köməkçi feillərlə işlənir). • Lənət damğası basmaq – lənətləndirmək. Lənət etmək (eləmək, oxumaq, yağdırmaq) – nifrin etmək, qarğımaq. Ürəyində ağrı, gözündə həsrət; O, lənət yağdırdı çərxi-dövrana. B.Vahabzadə. ‣ Lənət sənə, kor şeytan!, lənət şeytana! – arzuedilməz bir hərəkətdən çəkinmək istərkən deyilən nida ifadəsi. [Süleyman:] Əsgər mənə etibar edib elçiliyə göndəribdir, özü də qıza bənddir. Necə ola bilər ki, onu məyus eləyim, lənət şeytana! Ü.Hacıbəyov. Belə-belə fikir Məşədi Əsgərin başına gəldikcə .. “lənət şeytana!” deyib başından çıxardırdı. S.M.Qənizadə. Xalıqverdi kişi özünü toxtatdı, ürəyində “lənət sənə, kor şeytan!” – dedi. Ə.Vəliyev. lənətləmə “Lənətləməkdən” f.is. lənətləmək f. Nifrin etmək, qarğımaq, lənət oxumaq. İskəndər “Ölülər aləmi”nin saxtakarlığını, yalanını, puç və mənasızlığını faş edib lənətləyir. M.İbrahimov. Lənətlədi, od yağdırdı, yurdum hər yandan; Ölüm! – dedi, – qart düşmənə, – yurdumun səsi. N.Rəfibəyli. lənətlənmə “Lənətlənmək”dən f.is. lənətlənmək məch. Qarğınmaq, nifrin edilmək. lənətüllah [ər.] nida. “Allahın lənəti olsun!” mənasında qarğış kimi işlədilən ifadə. Hacı arabadan düşdü, “tfu, lənətüllah!” deyib, təsbeh çevirə-çevirə kəndə sarı getdi. Mir Cəlal. ləng [fars.] sif.\n1. Ağır, asta, yavaş; ağırtərpənən. Çox ləng adamdır! // Zərf mənasında. Ləng getmək. Ləng işləmək. Ləng danışmaq. – Onun gərdişində bir azca ləng var; Aləmə əyandı, görünür aşkar. Aşıq Ələsgər. Qara Kərəmoğlunun ağzından sözlər nisbətən ləng və soyuq çıxırdı. M.İbrahimov. [Yusif:] Siz çox ləng işləyirsiniz. S.Rəhman. • Ləng olmaq – qəsdən yubanmaq, bənd olmaq, dayanıb gözləmək, ilişmək. Bir bəhanə ilə beş-on dəqiqə [həyətdə] ləng olub, oğru adam kimi yavaşca çıxdıq darvazaya tərəf. C.Məmmədquluzadə. [Sona:] Bağışlayın, yolda bir qədər ləng oldum. H.Nəzərli. Ləngə düşmək – gecikmək, yubanmaq, dolaşığa düşmək. Bir fəqirin işi düşüb ləngə; Gəlmiş idi zəmanədən təngə. S.Ə.Şirvani. Bağlıdır yol, görürsən, qafilə düşmüş ləngə. M.Möcüz. [Bayram kişi:] Ancaq el gücü yaddan çıxıbdır, yəni yaddan çıxmayıb ha, bir azca ləngə düşübdür. M.Rzaquluzadə. Ləngə salmaq – yubatmaq, gecikdirmək. [Bəkir:] Qoşun ağır gedir, bizi ləngə salır. Ü.Hacıbəyov. [Hacı Qurban:] ..Qoyunun pulunu ləngə salıblar. Ona görə yazıq uşaq qayıdıb gələ bilməyir. N.Vəzirov.\n2. Axsaq, topal. Ləng adam. ləngər is. [fars.]\n1. bax. lövbər. Gəmilərin ləngərini salıb dedilər: – Bu nəzirədə bir müddət seyr edək. (Nağıl). Küçələr izdihamla çalxanır; Yükü ağır bir gəminin ləngəri kimi. R.Rza. • Ləngər vurmaq (vermək) – durmadan gah bir tərəfə, gah o biri tərəfə əyilmək; yatıb-qalxmaq, yellənmək, yırğalanmaq. Gəmi ağır-ağır ləngər vurub, körpüdən aralanmağa başladı. M.Hüseyn. [Tank] ləngər vuraraq .. yaxınlaşırdı. Ə.Məmmədxanlı.\n2. Müvazinəti saxlamaq üçün əldə tutulan uzun ağac (adətən kəndirbazlar əllərində tuturlar). Bir gənc əlinə uzun, şüyül bir ağac – müvazinət ağacı (ləngər) alaraq, kəndirin üstündə rəqs edərdi. H.Sarabski. // Tərəzidə və başqa cihazlarda tarazlıq, müvazinət göstərən mil. [Məşədi Möhsün] daşlar çatışmadıqda, kasanın ləngəri yerdən qalxanadək əlinə gələni tərəziyə atır. Mir Cəlal. // Məc. mənada. Çox bilib az danışmaq igidin ləngəridi. (Ata. sözü).\n3. Ləngərlə şəklində zərf – ağır-ağır, yavaş-yavaş. Ləngərlə getmək. – Koxa atın yalmanından tutub ləngərlə qalxdı. S.Rəhimov. Ağır, yaylı qapının bir tayı ləngərlə aralanmağa başladı. Mir Cəlal. ləngəri is. köhn. Siniyəoxşar dayaz mis qab. Düyünü ləngəriyə boşaltmaq. ləngərləmə “Ləngərləmək”dən f.is. ləngərləmək f. Ləngər vurmaq, hər iki tərəfə yatıb-qalxmaq; yırğalamaq, əyilmək, yellənmək. Araba yol uzunu ləngərləyir. – [Maşın] asfalt üstündə gedirmiş kimi çox rahat, ləngərləmədən, yırğalanmadan yeridi. B.Bayramov. ləngərlənmə “Ləngərlənmək”dən f.is. ləngərlənmək f. Bir tərəfdən o biri tərəfə əyilmək, səndələmək, yırğalanmaq; ləngərləmək, ləngər vurmaq. // Tərpənmək, yellənmək. Təmiz, ağ kasada yavaşca ləngərlənən sərin və duru su Yunisə həyat kimi şirin gəldi. Mir Cəlal. ləngərlənə-ləngərlənə zərf Ləngər vuraraq, yıxıla-dura, yıxıla-yıxıla, yırğalanayırğalana, yan basa-basa. Şahnigar .. Salatını ehmalca kənar edib, qabağa düşdü. Ləngərlənə-ləngərlənə qapıya yaxınlaşdı. İ.Şıxlı. ləngərli dan. bax. ləngəryerişli. Gövhər xanım özünəməxsus ağır və ləngərli bir yerişlə yaxınlaşıb pərdələrdən birinin ipini çəkdi. İ.Hüseynov. ləngəryeriş is. dan. Ləngərlənələngərlənə, yan basa-basa yerimə tərzi. Ləngəryerişi kimdən öyrənibsən? ləngəryerişli sif. dan. Ləngərlənələngərlənə, yanını basa-basa yeriyən. Ləngəryerişli adam. ləngidici sif. Ləngidən, yubadan, gecikdirən. ləngidilmə “Ləngidilmək”dən f.is. ləngidilmək məch. Yubandırılmaq, gecikdirilmək, vaxtı keçirilmək, vaxtında görülməmək (edilməmək). ..Milli musiqinin inkişafı ləngidilir, biz müsəlmanların musiqi təhsili almaq arzusunun, milad tarixindən bəri ancaq XX əsrdə oyanan bu təbii arzunun qarşısına sədd çəkilir. Ü.Hacıbəyov. ləngimə 1. “Ləngimək”dən f.is.\n2. is. Yubanma, gecikmə. Bu ləngimələr Nəriman üçün dözülməz idi. Mir Cəlal. ləngimədən zərf Yubanmadan, gecikmədən. ləngimək f.\n1. Bir yerdə lazım olduğundan, yaxud bir səbəb üzündən artıq qalmaq, ilişib qalmaq. İki günə getdi, bir həftə ləngidi. – [Çimnaz:] Oğul, Bakıda ləngimə ha! Ə.Əbülhəsən. Sona ilə kəsdikləri şərtə görə [Bəhram] rayonda bir aydan artıq ləngiməməli idi. Ə.Vəliyev.\n2. Vaxtında gəlməmək, gecikmək, yubanmaq. [Səlimə:] Heç indiyədək belə ləngidiyi yox idi. Ə.Haqverdiyev. [Şirin:] Rüstəm bəy həmişə müəyyən vaxta neçə dəqiqə qalmış hazır olar, bəs görəsən, bu gün niyə ləngidi? Çəmənzəminli. [Hətəmov katibə:] Bazar ertəsi, bəlkə bir az ləngidim. B.Bayramov. // Dayanıb durmaq, dayanıb gözləmək, ayaq saxlamaq. Qapı ağzında ləngimək. – [Əhməd] lampanı yandırmadan qaranlıq otaqda xeyli ləngidi. S.Rəhimov.\n3. məc. Geridə qalmaq, çatmamaq, dala qalmaq. Qaçay sevinirdi ki, mebel hardasa ləngiyir. Kimsə onu yola salmağı unudub. İ.Məlikzadə. ləngitmə “Ləngitmək”dən f.is. ləngitmək f.\n1. Gecikdirmək, yubatmaq, ləngiməsinə səbəb olmaq. Mən bir il də Zahidi ləngitdim. Mir Cəlal. Meşənin qatı kölgəsi elə bil səhərin açılmasını bir az da ləngitmək, ağacların mürgüləməsinə mane olan səhər mehinin qarşısını almaq, yarpaqların xışıldayıb quşları oyatmasına imkan vermək istəmirdi. İ.Şıxlı.\n2. məc. Bir səbəbə görə bir şeyi vaxtında görüb qurtarmamaq, yaxud qəsdən vaxtını uzatmaq, təxirə salmaq. İşi ləngitmək. Sənədləri ləngitmək. Məktubu ləngitmək. – [Qoçəlinin] döyüş xasiyyətnaməsi olmadığından ərizəsini ləngitmək istəyirdilər. Ə.Vəliyev. lənglik is. Hərəkətdə ağırlıq; ağır tərpənmə, gecikmə, yubanma. Bir zaman vardı; Verst ağaclarını saya-saya; Üç günə gedərdik Moskvaya; Darıxardıq; Bu sürətin ləngliyinə.. B.Vahabzadə. ləntəran sif. və zərf [ər.] köhn. dan. Hərzə, hər nə gəldi, ədəbdən kənar, nalayiq. Ləntəran demək. Ləntəran danışmaq. – Kim yaxşı söylədisə, ona min yaman dedin; Qeyzə gəlib bərəldi gözün, ləntəran dedin. M.Ə.Sabir. ləpə I. is.\n1. Dalğa, kiçik dalğa. Qara dənizin xəfif ləpələri sahili öpür(dü).. H.Nəzərli.\n2. məc. İzdiham, insan axını, kütlə mənasında. Ləpələr bu pilləkənləri saxsı qab kimi vurub qırır. Mir Cəlal.\n3. məch. Qüvvətlə təzahür edən şey haqqında. [Dərviş:] Mən də məğlub oldum, vətən məhəbbətinin aşıb-coşan ləpəsi məni arxasına aldı.. A.Divanbəyoğlu.\n\nII. is. Qoz, fındıq, badam kimi qabıqlı meyvələrin, həmçinin paxlalı bitkilərin içi. Badam ləpəsi. Qoz ləpəsi. Paxla ləpəsi. – [Usta Zeynal:] Afərin şairə! – deyib, qozun ləpəsindən birini ağzına qoyardı. Ə.Haqverdiyev. [Kərəmov:] Sözümü fındıq kimi sındırıb içindən ləpə çıxartmayın. S.Rəhman.\n\nIII. is. bot. Bitkilərdə: rüşeym yarpaqlar. ləpəaltı is. bot. Bitkinin köklə gövdə üzərindəki rüşeym yarpaqları (ləpələrin) arasında qalan hissəsi. Çiyidin kökcüyü onun qabığını yırtıb çıxdıqdan sonra, ləpəaltı torpağın üzünə çıxmağa başlayır. “Pambıqçılıq”. ləpəcik I. is. Balaca ləpə, dalğacıq. Hovuzda ləpəcik vardır. – Dənizdə xəfif ləpəciklər oynayırdı. M.İbrahimov. Bir gün qafiləsilə; Xan çıxmışdı sahilə; Ləpəciklər quş kimi; Qalxıb uçurmuş kimi. M.Müşfiq.\n\nII. is. Kiçik ləpə, balaca ləpə, ləpə qırıntısı (bax. ləpə2). ləpədöyən is. Daim ləpələr çarpan sahil xətti. Özün də otur ləpədöyəndə, gözlə haçan xəzri gələcək. C.Cabbarlı. Bu təpə xeyli mail bir enişlə düz suyun kənarına qədər uzanır, ləpədöyən deyilən əsil sahillə birləşirdi. M.Rzaquluzadə. Sükançı göstərin indi siz mənə; Gəlsin, dalğaları o, yara bilsin; Verib sinəsini ləpədöyənə; Gəmini irəli apara bilsin. B.Vahabzadə. ləpələmə “Ləpələmək”dən f.is. ləpələmək f. Ləpəsini çıxartmaq, qabıqdan içini çıxartmaq, qabığını soymaq. Qozu ləpələmək. Lobyanı ləpələmək. Noxudu ləpələmək. ləpələndirmə “Ləpələndirmək”dən f.is. ləpələndirmək f. Dalğalandırmaq. Suyu ləpələndirmək. – Biri atar, suyu səpələndirər; Biri qaçar, çayı ləpələndirər. A.Səhhət. ləpələnmə “Ləpələnmək”dən f.is. ləpələnmək f.\n1. Dalğalanmaq. Günün axır şəfəqləri ahəstəcəsinə ləpələnən suya düşüb onda xüsusi gözəllik vücuda gətirirdi. T.Ş.Simurq.\n2. məc. Dəniz dalğalarını xatırladacaq şəkildə yellənmək, tərpənmək; dalğalanmaq. Kəndin kənarındakı əkinlərin başaqları sakit bir dəniz kimi ləpələnirdi. S.Hüseyn. Alqış səsi ləpələnən meşələrə yayıldı, çayların, çeşmələrin şırıltısına qarışdı. S.Rəhimov. ləpə-ləpə bax. lapar-lapar 2-ci mənada. Göydən enir yerə ləpə-ləpə qar; Bacı, qardaş, ana üzümə baxar. “Aşıq Qərib”. ləpələtmə “Ləpələtmək ”dən f.is.\n\nII. “Ləpələtmək2”dən f.is. ləpələtmək I. bax. ləpələndirmək.\n\nII. f. Qabığını çıxartdırmaq, təmizlətmək, ləpəsini çıxartdırmaq. Qozu ləpələtmək. Noxudu ləpələtmək. ləpəli I. sif. Ləpəsi olan, dalğalı. Ləpəli dəniz. Ləpəli çay. – Atlar ləpəli, boz-bulanıq suyun köpüklü sinəsini görən kimi dayandı. İ.Şıxlı.\n\nII. sif. Ləpəsi olan (bax. ləpə2). ləpəsiz I. sif. Ləpəsi olmayan; sakit, dalğasız. Ləpəsiz göl. – Dalğa dənizdə yaxşıdır; Dəniz ləpəsiz olmaz. R.Rza.\n\nII. sif. Ləpəsi olmayan (bax. ləpə2). Ləpəsiz qoz. ləpik I. is. Yastı, dəyirmi balaca daş.\n\nII. is. dan. Evdə geyilən yüngül ayaqqabı; şap-şap. ləpikdaş is. Ləpiklə oynanılan bir oyun (bax. ləpik1). ləpir I. is. Torpaq, qar və s. üzərində insan və ya heyvan ayağının nişanı, izi. At ləpiri. Dovşan ləpiri. Quş ləpiri. – Yerə düşmüş şəbnəm hələ qurumamışdı. Yer üzündə beş-altı ayaq ləpiri məlum olurdu. T.Ş.Simurq. Dəvə ləpirlərindən, ayaq izindən; Yolların sinəsi oyuq-oyuqdur. R.Rza. Oğulsuz-övladsız ocaqlar kimi; Sönüb gedəcəyəm: bu daş, bu torpaq; Bircə ləpirimi yaşatmayacaq. M.Araz. • Ləpir tutmaq – izə düşüb getmək, ləpirlə getmək.\n\nII. is. məh. Ayaqları qısa toyuq cinsi. ləpirçi is.\n1. Heyvanı ləpirilə izləyib tapan ovçu; izçi, izaxtaran.\n2. Keçmiş bir hadisənin buraxdığı izləri araşdırıb tapan adam. ləpirən sif. məh. Ləpir boyda, ləpir kimi; balaca, ovuc boyda. Bir azdan sonra dəllək hazır oldu və ləpirən kimi balaca güzgünü ətəyi ilə təmizləyib ustaya təqdim etdi. Çəmənzəminli. lərgə is. bot. Paxlalılar fəsiləsindən olan, yarpaqcıqları bığcıqla qurtaran bitki. lərgəlik is. Lərgə əkilmiş yer, lərgə tarlası. lərzan sif. və zərf [fars.] klas. Lərzə edən, titrəyən, titrək, rəşədar. [Vəzir padşaha:] Nə ki vardır, həmə lərzandı qabağında sənin; Cürət etməz, ola bir kimsə müxalif əmrin. Ü.Hacıbəyov. • Lərzan etmək (qılmaq) – titrətmək, əsdirmək. Əsməklə nəsimidilbərəfşan; Yarpağı qılır budaqda lərzan. Xətayi. Lərzan olmaq – əsmək, titrəmək. lərzə is. [fars.] Titrəmə, titrəyiş, əsmə. • Lərzə etmək (eyləmək) – titrəmək, əsmək. Lərzə salmaq – dəhşətə gətirmək, vəlvələ salmaq, sarsıtmaq. Bərk dava oldu. Güllənin səsi dağlara lərzə salmışdı. “Qaçaq Nəbi”. Lərzəyə düşmək (gəlmək) – əsmək, titrəmək, hərəkətə gəlmək, sarsımaq. At Koroğlunu görcək elə kişnədi, elə kişnədi ki, dam-daş lərzəyə gəldi. “Koroğlu”. Nə qayım durubdur ol sərvqamət; Tərpənəydi, bir lərzəyə gələydi. M.P.Vaqif. Lərzəyə gətirmək (salmaq) – titrətmək, sarsıtmaq. [Ağasəfər] yerləri lərzəyə gətirən gurultu içində Həmzənin pıçıltısını eşitmək üçün iri başını onun tərəfə əyməyə çalışdı. Ə.Əbülhəsən. ‣ Bədəninə (vücuduna, ürəyinə, canına) lərzə düşmək – qorxudan əsməyə başlamaq, bərk qorxuya, vahiməyə düşmək. Haşım bu gurultunu eşitdikdə bədəninə lərzə düşdü. B.Talıblı. Yasavulbaşı bu köhnə casusu (topalı) görən kimi canına lərzə düşdü. M.Rzaquluzadə. Ürəyinə (vücuduna, canına) lərzə salmaq – bərk qorxutmaq, dəhşətə gətirmək, qorxuya salmaq. Bir də ki, mən igid ona deyirəm ki, əsil çətin vaxtda tüfəngi üzünə qaldırmaq ilə qabağındakı düşmənin canına lərzə salsın. M.Hüseyn. lərzələnmə “Lərzələnmək”dən f.is. lərzələnmək f. Lərzəyə gəlmək (düşmək); titrəmək, əsmək. lərziş is. [fars.] bax. lərzə. Tutdu dünyanı od şərarələri; Yaxdı dükkanları, imarələri; Nə’reyi-tündbad, hiddəti-nar; Lərzişiərz, sədmeyi-əhcar. M.Ə.Sabir. ləşkər is. [fars.] köhn. Qoşun, ordu. Gəlib qeyzə hökm eylədim ləşkərə; Atın şəhrə üç yandan od bir kərə. M.Ə.Sabir. [Rəhman Haruna:] Lap nahaqdan ləşkəri göndərdiniz belə uzaq. Ü.Hacıbəyov. // Məc. mənada. Yeriş etdi qəm ləşkəri; Könlüm şəhri talan oldu. Aşıq Ələsgər. ləşkərgah is. [fars.] klas. Ordunun yerləşdiyi yer; ordugah. lət [fars.] dan.\n1. sif. Ət kimi, süst, key, hərəkətə qadir olmayan, ölgün. Lət adam. Lət kimi olmaq.\n2. is. Heyvanların inkişaf etməsinə mane olan qarın xəstəliyi. Qoyun lət olub. lətafət is. [ər.]\n1. Lətiflik, yumşaqlıq, xoşluq. [Dərviş Nakamın] daha səsində köhnə lətafət qalmadı. Ə.Haqverdiyev.\n2. Gözəllik; ruhu oxşayan hal və keyfiyyət, məlahət, qəşənglik. Bu hüsnü lətafətdə, yəqindir, bəşər olmaz; Rüxsarıva bənzər fələk üzrə qəmər olmaz. S.Ə.Şirvani. Bu bağın lətafəti .. oxuculara məlum olduğu üçün tərifinə hacət yox. C.Cabbarlı. Bakının yoxsul baharı bütün lətafət və gözəlliyilə gəlmişdi. S.Hüseyn. lətafətli sif. Zərif, incə, lətif, məlahətli, xoş. Büllur lətafətlim, sənubər boylum; Huriyü qılmanım, neçün gəlmədi? M.P.Vaqif. lətafətlilik bax. lətafət. lətif sif. [ər.]\n1. Yumşaq, mülayim, xoş. Yayın səfalı, lətif bir günü idi. S.Hüseyn. Peterburqun bəyaz gecələrinə məxsus lətif yaz havasını ləzzətlə udaraq, bir nəfər oğlan gedirdi. M.Hüseyn.\n2. İncə, zərif, qəşəng. Çiyninə saldı bir lətif əba; Əlinə aldı bir zərif əsa. S.Ə.Şirvani. [Bəy:] Çox razıyam, – deyib əyləşdi və xanım da öz lətif əllərilə ona bir stəkan çay töküb verdi. Ə.Haqverdiyev. lətifə I. is. [ər.] folk. Həyatdakı, məişətdəki gülməli və məzəli əhvalatlar haqqında yığcam, qısa hekayə, anekdot. Molla Nəsrəddinin lətifələri. – [Dərviş Nakam] birdən görəndə ki, bu söhbət camaatın bir parasına naxoş gəldi, o saat söhbəti dəyişib bir neçə lətifə söylərdi. Ə.Haqverdiyev. Vaqif .. Kazıma baxır, ondan yeni bir lətifə eşitmək istəyirdi. Çəmənzəminli. [Bəhlul:] Əjdər bizim bölməyə gəlib ucadan .. lətifə söyləyirdi. B.Bayramov. // Ümumiyyətlə, zarafat, güldürücü qəribə söz, hekayə.\n\nII. sif. və is. [ər.] klas. Gözəl, incə, qəşəng (qız və ya qadın). Əndamı lətifeyiilahi; Dəryayi-lətafət içrə mahi. Füzuli. [Hacı Qənbər:] Zarafat deyil, səkkiz yaşından indiyə kimi saxlayıb bu dərəcəyə yetirmişəm, belə lətifəni əldən qoysam, mənə axmaq deyərlər. N.Vəzirov. lətifəçi is. Lətifə söyləməkdə mahir olan, gözəl lətifələr danışan; zarafatçı. Çox razıyam, siz həm gözəl, həm də çox mahir bir lətifəçisiniz. M.S.Ordubadi. lətifəçilik is. Lətifə söyləməyi sevmə, bacarma; zarafatçılıq. [Vaqifin] zövq, nəşə və lətifəçiliyi yüksək dərəcəyə çıxmışdı. Çəmənzəminli. lətifləşmə “Lətifləşmək”dən f.is. lətifləşmək f. Lətif olmaq, incələşmək, zərifləşmək, gözəlləşmək. lətiflik is.\n1. Yumşaqlıq, mülayimlik, xoşluq, lətafət. Aylı gecənin lətifliyi.\n2. İncəlik, zəriflik, qəşənglik. Aşıq, lətiflik güftar iləndir; Əndəlibin meyli gülzar iləndir. Aşıq Pəri. lətlənmə “Lətlənmək”dən f.is. lətlənmək f. Ətlənmək, kökəlib ətə dönmək, hərəkət edə bilməmək; atilləşmək. [Kiçikbəyim:] Ay ana, evdə oturub lətlənməkdənsə bu yaxşıdır: palaza bürün, elnən sürün. Çəmənzəminli. lətləşmə “Lətləşmək”dən f.is. lətləşmək bax. lətlənmək. ləvazimat is. [ər. “ləvazim” söz. cəmi] Bir iş üçün lazım olan şeylərin məcmusu. Dərs ləvazimatı. Səhnə ləvazimatı. Ov ləvazimatı. – [Əmiraslan bəy:] Dəstələr toplayınız, ləvazimat cəm ediniz. S.S.Axundov. Böyükxanım qabaqca hamam ləvazimatını Qulam Hüseyn ilə hamama göndərmişdi. M.S.Ordubadi. Ləmənin küncləri böyük düşbərəxor və bu kimi ev ləvazimatı ilə bəzənərdi. H.Sarabski. ləvənd is. və sif. dan. [ital. levantino] Əxlaqsız, pozğun (adətən söyüş yerində işlənir). Ləvəndə qoşulan bəlayə düşər. (Ata. sözü). [Naçalnik:] Ə, ləvənd oğlu, ləvənd! Sən nə hətərən-pətərən sözlər danışırsan?! “Qaçaq Nəbi”. [Qayınana:] [Onlar] hayasız-abırsız, özündən sərxoş ləvəndlərdir. C.Cabbarlı. ləvəngi is. İçi qoz, turşu və s. doldurulmuş balıq və ya quşla hazırlanmış xörək. ləyaqət is. [ər.]\n1. İnsanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu, həmçinin bu xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissi. Yüksək insani ləyaqət. – Ağlı mədəsindən xırda gədələr; Dünyanı yedirdi öz niyyətinə; Kəsib tamahından ulu dədələr; Caladı həmişə ləyaqətinə. B.Vahabzadə.\n2. Qabiliyyət, bacarıq, istedad, iqtidar. [Həsən ağa:] Baxım görüm nəyə ləyaqətləri var, bir əməlli qulluğa qoyum, işləsinlər. Ə.Haqverdiyev. Baharın xasiyyətini, ləyaqətini və evdarlığını Rəhimə bəyənib evin cəmi ixtiyarını ona verdi. S.S.Axundov.\n3. Ləyaqətlə şəklində zərf – 1) layiqli bir surətdə, layiq olduğu tərzdə. Ləyaqətlə qarşılamaq. Ləyaqətlə cavab vermək. – Nə qədər ki, gec deyil, qayıt bu yoldan, qafil; Ləyaqətlə ölməyi ömrün hünər tacı bil! X.Rza; 2) bacarıqla, lazımınca. Tapşırığı ləyaqətlə yerinə yetirmək. ləyaqətli sif.\n1. Ləyaqəti olan, layiq. Mükafata ləyaqətli işçi. // Layiqli, hörmətli. [Qazı Xudayar bəyə:] Əgər səndən bədgüman və naümid olsa idim, heç bu qədər danışmağa durmaz idim sənnən. Amma xeyr, maşallah, artıq ləyaqətli adamsan. C.Məmmədquluzadə.\n2. Qabiliyyətli, bacarıqlı, istedadlı, iqtidarlı. Qafar .. İkram və Fatma kimi zehinli, ləyaqətli uşaqlar böyüdüb yetirən arvadına güldən ağır söz deyilməsinə dözməyəcəkdi. Ə.Əbülhəsən. ləyaqətlilik is. Ləyaqəti olma, ləyaqətli olma; bacarıqlılıq, qabiliyyətlilik. ləyaqətsiz sif.\n1. Layiq olmayan, ləyaqəti olmayan; layiqsiz, nalayiq. Südabəyə layiq bir şey almaq üçün [Qəhrəmani və Firidunun] pulu çatmazdı, ləyaqətsizini (is.) də aparmaq mənasızdı. M.İbrahimov. [Qadir] .. qeyzli-qeyzli bu ləyaqətsiz sözləri də əlavə etdi. Ə.Əbülhəsən.\n2. Qabiliyyətsiz, bacarıqsız, istedadsız. Ləyaqətsiz adamları diri hesab etmə. “Qabusnamə”. ləyaqətsizlik is. Layiq olmayan şey və hərəkət; ədəbsizlik, nalayiqlik. ləyən is. Müxtəlif ehtiyaclar – içində əl-üz və ya paltar yumaq, mürəbbə bişirmək və s. üçün istifadə edilən misdən və ya başqa materiallardan qayrılmış müxtəlif şəkilli dərin qab. [Molla] həmişə ətəyinin altında da bir ləyən gətirib, onu da plovla doldurub evə aparır. Ə.Haqverdiyev. Qapının yanında, ləyənin içində çoxlu təzəcə yuyulmuş paltar vardı. S.Rəhman. Sərvnaz qarı cəld su qızdırıb Nəcəfalı kişinin keyimiş ayaqlarını ləyənə saldı. B.Bayramov. ləyənçə (=ləyəncik) is. Balaca ləyən, kiçik ləyən. Qoyun ətinin qiyməsi kiçik bir ləyənçədə dodaqbadodaq idi. Ə.Vəliyev. ləyəncik (=ləyənçə) is. Balaca ləyən, kiçik ləyən. Qoyun ətinin qiyməsi kiçik bir ləyənçədə dodaqbadodaq idi. Ə.Vəliyev. ləzgi is. Dağıstanda və Azərbaycanda yaşayan Dağıstan xalqlarından biri və bu xalqa mənsub adam. Kimsən, haralısan? Danış, ay çoban: – Dağıstan əhliyəm, ləzgiyəm, qardaş! S.Vurğun. ləzgicə sif. və zərf Ləzgi dilində. Ləzgicə kitab. Ləzgicə danışmaq. ləzgihəngi is. İti oynanılan Dağıstan oyun havalarından birinin adı. ‣ Ləzgihəngi oynamaq (vurmaq) məc. – çox sevinmək, sevincdən atılıb-düşmək. Molla Yusifin gətirdiyi fitvaları oxuyub şadlıqlarından ləzgihəngi oynayırlar. Ə.Haqverdiyev. [Salman bəy:] Bayaqdan başını tərpədə bilmirdin, indi ləzgihəngi vurursan. N.Vəzirov. ləzgixingalı is. Ət və ya qovrulmuş soğanla bişirilən sulu xingal. ləzginka is. bax. ləzgihəngi. Həpsi birdən halqa vurdu; Coşqun məclis quruldu; Çalğı coşdu, incə, şaqraq ləzginkalar vuruldu. A.İldırım. ləziz sif. [ər.] bax. ləzzətli 1-ci mənada. Ləziz yeməklər. – Bəli, nəməklə olur rəsmdir kəbab ləziz! S.Ə.Şirvani. O qədər ləziz xörəklər ki, bircə ramazan aylarında ortalığa gəlir, qeyri on bir ayın ərzində gəlmir. C.Məmmədquluzadə. [Qəmər:] Gör sənə bacın badımcandan, pomidordan nə dürlüdürlü, ləziz xörəklər bişirəcəkdir. S.S.Axundov. ləzzət is. [ər.]\n1. Yeyilən, içilən hər hansı bir şeydən duyulan xoş hiss; tam, dad. Hər xörəyin bir ləzzəti var. Bu meyvənin ləzzəti necədir? Ağzımın ləzzəti qalmışdır. // Dadlılıq, şirinlik. Ləzzəti hələ də damağımdadır. Bu əncirin ləzzətindən keçmə.\n2. məc. Bir şeydən duyulan xoş hiss, sevinc duyğusu; həzz, nəşə. İlin hər fəslinin bir hüsnü var, amma qışın ləzzəti bir özgədir. C.Məmmədquluzadə. Olunca kefin kök, yollar da hamvar; Qızışmış atlarda başqa ləzzət var. Ə.Cavad. Ov da olmasa, elə bunun tamaşası, özü bir ləzzətdir. M.Rzaquluzadə. • Ləzzət almaq (aparmaq, görmək, çəkmək) – həzz almaq, zövq almaq, xoşuna gəlmək, xoşlanmaq. [Əmrah:] İndi bəylə xanım vuruşacaq, ləzzət aparacağam. Ə.Haqverdiyev. Rüstəm kişi tütünün ətrindən, saçaqlı tellərinin rəngindən xüsusən ləzzət alardı. M.İbrahimov. Ləzzət vermək – xoşlandırmaq, zövq vermək, həzz vermək. ..Meşədən axan bulaqların səsi və gərdişin comərdliyi Bahadıra böyük ləzzət verirdi. N.Nərimanov. Quzuçuların həvəslə oynamaları, quzuların iştaha ilə otlamaları Gurşada ləzzət verirdi. Ə.Vəliyev. Ləzzətdən düşmək – əvvəlki dad və təravətini itirmək. Ləzzəti qaçmaq (getmək) – əvvəlki ləzzəti, zövqü verməmək, təsirdən düşmək. Daha bu işin ləzzəti qaçdı. Ləzzətini görmək – bir şeyin zövqünü, nəşəsini hiss etmək, duymaq. Tələbəliyin ləzzətini görmək. – Nəbi nökərçiliyin ləzzətini gördüyü üçün rəncbərlik etmək fikrinə düşür. “Qaçaq Nəbi”. [Uşaq:] Məni istəyirsən, dur gedək babamın otağına, biz də ata və ana ilə bir yerdə çörək yemək ləzzətini görüb fərəh edək. M.S.Ordubadi.\n3. Ləzzətlə şəklində zərf – xoşlana-xoşlana, həvəslə, iştaha ilə. ..Xudayar katda ləzzətnən yıxılıb yatdı. C.Məmmədquluzadə. [Ramazan] nahar üçün hazırlanmış südlü plovu ləzzətlə yeyir(di).. M.Hüseyn. ləzzətləndirmə “Ləzzətləndirmək”dən f.is. ləzzətləndirmək f. Ləzzətini artırmaq, ləzzətli etmək, dada gətirmək, dadlandırmaq. Ədviyyə xörəyi ləzzətləndirir. – Fərəhlə yediyi xörəyin də ləzzətləndiyini duyan Nazlının, bacısı Tamam yadına düşməsilə qəlbi qaralmışdı. Ə.Əbülhəsən. ləzzətlənmə “Ləzzətlənmək”dən f.is. ləzzətlənmək f. Daha ləzzətli olmaq, ləzzəti, dadı artmaq; dadlanmaq. ləzzətli sif.\n1. Ləzzət verən, dadlı, yeməli, tamı gözəl. Ləzzətli xörək. Ləzzətli yeməklər. – Məşədi İmaməli çox ləzzətli plova və bal qayğanağına bizi qonaq elədi. C.Məmmədquluzadə. Xörəklər olduqca lətif və ləzzətli idi. M.S.Ordubadi. Bütün nahar dəstgahı qızıl qablarda gəldi; Qızıl piyalələrdə ləzzətli mey verildi. B.Vahabzadə.\n2. məc. Xoşagələn, xoş. Sözü ləzzətli, şirindilli uşaqdır uşağım; Nə ədəb vaxtıdı, qoy söysün, uşaqdır uşağım! M.Ə.Sabir. [Əhməd:] Xeyr aa, elə adam deyil, ləzzətli oğlandır. N.Vəzirov.\n3. məc. Ürəyəyatan, zövqverən, xoşagələn; xoşlanılacaq, şirin. Ver pulunu dadlı, ləzzətli zad al! Qoy babalın boyuma, get arvad al! M.Ə.Sabir. Ləzzətli xəyalatdan, bir söz də olsa, Əhməd yadında bir şey saxlamamışdı. B.Talıblı. ləzzətsiz sif. Ləzzəti olmayan, dadsız, dadsız-tamsız. Ləzzətsiz yemək. – İçki yıxmış bütün əsabın, rəngi saralıb; Ömrü sərxoşluq ilə badə gedib ləzzətsiz. A.Səhhət. ləzzətsizlik is. Ləzzəti, dadı olmayan şeyin hal və keyfiyyəti. Xörək ləzzətsizliyi üzündən yeyilmədi. lığ bax. lıqqa. [Firidun bəy:] Gözünə döndüyüm, faytonu tərpədib böyründən nə tövr ilişdirdisə, təpəsi üstə getdi lığın içinə, ürəyi getdi. Ə.Haqverdiyev. lığa is. Qatı, mət, qəliz. [Mirzə] gecələr qamış qələmi mürəkkəbin lığasına basıb, yavaş-yavaş yazar, lakin kəlamını kimsəyə oxumaz. Çəmənzəminli. lığlanma “Lığlanmaq”dan f.is. lığlanmaq f. Lığ halına gəlmək, lığ olmaq. Yağışın suyu lığlanıb. lığlaşma “Lığlaşmaq”dan f.is. lığlaşmaq bax. lığlanmaq. lıqqa is. Yağmurdan, sulu qardan yerdə əmələ gələn duru palçıq; batdaq, lehmə. lıqqıldama “Lıqqıldamaq”dan f.is. lıqqıldamaq f. Lıqqıltı ilə qaynamaq (samovar, çaynik, su və s.). Çaynik lıqqıldayır. lıqqıldatma “Lıqqıldatmaq”dan f.is. lıqqıldatmaq f. İçərisində maye olan qabı tərpədib lıqqıltı səsi çıxartmaq. Südqabını lıqqıldatmaq. lıqqıltı təql. İçərisində maye olan qabı tərpətdikdə çıxan səs, lıqqıldama səsi. lırçıldama “Lırçıldamaq”dan f.is. lırçıldamaq f. Lırçıltı səsi vermək, lırçıltı səsi çıxarmaq. lırçıltı təql. Palçığa, batdağa və b. qəliz şeyə batıb çıxan bir şeydən hasil olan səs. lırt sif.\n1. Çox dəyib sulanmış. Lırt armud. Lırt əzgil.\n2. məc. Süst, ət kimi boş. Lırt olmaq (süst olmaq, əzginləşmək, süstləşmək). lırtqarın sif. dan. Böyük və sallaq qarnı olan. Lırtqarın adam. lırtlıq is.\n1. Lırt şeyin (adamın) halı.\n2. məc. Boşluq, süstlük, əzginlik. lırtmac bax. lıqqa. liana [fr.] bot. Tropik meşələrdə, Qafqaz meşələrində bitən iri sarmaşıq, bitki. libas is. [ər.]\n1. Paltar, geyim. Səfər libası. Toy libası. Dərviş libası. Hərbi libas. – Pənbeyi-daği-cünun içrə nihandır bədənim; Diri olduqca, libasım budur, ölsəm kəfənim. Füzuli. [Mirzə] durub, libasını geyinib, getdi Zeynalın dükanına. Ə.Haqverdiyev.\n2. məc. Örtük mənasında. Dərələr, təpələr bozumtul bir libas geymişdi. M.Hüseyn. libaslı sif. Paltarlı, geyimli. [Qəhrəman:] Qara libaslı bir kişi qapının qıfılını sındırmağa məşğul idi. H.Nəzərli. libassız sif. və zərf Paltarsız. Neçə vaxtdan sonra işin üstü açıldı. Həqiqətən bir seyid qızı haman günü məşədinin evinə libassız əyləşibmiş, o da məşədinin öz arvadı imiş. Ə.Haqverdiyev. liberal [lat. liberalis – azad]\n1. Liberalizm (1-ci mənada) tərəfdarı.\n2. Liberal partiyalardan birinin üzvü.\n3. məc. dan. Liberallıq göstərən, zərərli bir işə kömək edən adam, barışdırıcı, güzəştçi. liberalcasına sif. və zərf Liberala (2-ci mənada) xas olan bir tərzdə, liberal kimi, liberallıq göstərərək. Liberalcasına münasibət. liberalizm [lat.]\n1. Feodal təhkimçilik dövründə və burjua inqilabları zamanı burjuaziya üçün azadlıq tələb edən, onun siyasi hakimiyyəti qurulduqdan sonra isə son dərəcə mürtəce bir mahiyyət kəsb edən siyasi cərəyan.\n2. köhn. Azadfikirlilik.\n3. məc. dan. Lüzumsuz yumşaqlıq, rəhmdillik, mərhəmət göstərmə; güzəştə getmə, yumşaqlıq göstərərək zərərli bir işə yol vermə. İmtahan sessiyasında heç bir liberalizmə yol verilməməlidir. liberallaşma “Liberallaşmaq”dan f.is. liberallaşmaq f.\n1. köhn. Liberal olmaq, liberal bir şəkil (hal) almaq; demokratlaşmaq, azadfikirli olmaq.\n2. dan. Möhkəmliyini, sabitliyini itirmək, liberalizmə (3-cü mənada) qapılmaq. liberallıq bax. liberalizm 3-cü mənada. • Liberallıq göstərmək – lüzumsuz yerə yumşaqlıq (rəhmdillik) göstərmək, pis işlərə göz yummaqla onlara yol vermək. liberti [ing.] İpək və ya ipək qarışıq yumşaq, parıltılı parça növü. Liberti çarşab. Liberti köynək. libido is. [lat.]\n1. Psixoanalizin əsas anlayışlarından biri, şüursuz cinsi həvəs.\n2. Psixi energiya. librytto [ital.]\n1. Böyük musiqi-vokal əsərinin (opera, operetta, oratoriya) mətni. “Şahsənəm” operasının librettosunu Cəfər Cabbarlı yazmışdır. // Operanın və ya pyesinin qısa məzmunu (adətən teatr proqramında çap edilir).\n2. Balet, ya kinofilmin ssenarisinin planı. librettoçu is. Libretto yazan şəxs, libretto müəllifi. licim is. dan. Biçim, görkəm, təhər-töhür, üst-baş. Bunun licimini görürsən?! O danışanda nə təhər də gülür! – deyə iki əlilə döşünü sıxıb geriyə çəkildi. S.Rəhimov. • Licimi axmaq dan. – səliqəsiz, yaraşıqsız geyinmək, üst-başı tökülmək. lider [ing. leader – başçı]\n1. Siyasi partiyanın, ictimai-siyasi təşkilatın və s. başçısı, rəhbəri. Parlament fraksiyasının lideri. – Hər lider özünün mənsub olduğu partiyanın əqidəsi uğrunda uzun nitq söyləyirdi. M.S.Ordubadi.\n2. Hər hansı bir yarışda: birinci yerdə gedən adam və ya komanda. Şahmat yarışının lideri. liderlik is.\n1. Liderin mövqeyi, vəzifəsi. // Liderin fəaliyyəti; başçılıq.\n2. Hər hansı yarışda birincilik. Liderlik uğrunda mübarizə. lif I. is. [ər.] Pambığın, baramanın incə saçaqları, ipliyi. Pambıq lifi.\n\nII. is. Bədəni sabunlayıb çirkini aparmaq üçün nazik parçadan tikilmiş və ya toxunmuş kisəcik. [Həkim:] Uşağın özü çox zəif və bədəni də çox çirklidir.. Yerinin içində lif və sabun ilə bədənini təmizləmək lazımdır. S.S.Axundov. lifayıran sif. xüs. Pambıq, barama və s. liflərini ayıran. // İs. mənasında. Pambıq, barama və s. liflərini ayıran maşın. Lifayıranı təmir etmək. lifçi is. Hamamda lif çəkən adam; kisəçi. lifə is. Şalvarın, dizliyin, tumanın içərisindən bağ keçirilən bel hissəsi. lifəli sif. Lifə tikilmiş, lifəsi olan. Lifəli dizlik. Lifəli tuman. – Həmişəki kimi [Şahbaz bəy] yenə də müsəlmanı deyilən lifəli şalvar, qara, gahlı arxalıq geymişdi. Ə.Əbülhəsən. lifgir is. [ər. lif və fars. ...gir] köhn. bax. lifçi. Hacı Əbdül hamamında hamı lifgir, camadar; Altı aydır, gecələr məşq qılar, növhə yazar. M.S.Ordubadi. lifgirlik köhn. bax. lifçilik. lifləmə “Lifləmək”dən f.is. lifləmək f. Liflə bədəni yumaq, bədənə lif sürtmək. Özünü lifləmək. liflənmə “Liflənmək”dən f.is. liflənmək qayıd. Liflə yuyunmaq, bədəninə lif sürtmək. Liflənib qurtarmaq. lifli sif. Tərkibində lif olan, liflərdən ibarət. Nazik lifli pambıq. Lifli parça. Lifli bitki. lift [ing. lift] Çoxmərtəbəli binalarda, şaxtalarda adam və yük qaldırıb-düşürmək üçün maşın. Təyyarəçi, mexanik və miniklər təyyarədən çıxıb liftə oturdular. Çəmənzəminli. Gəzə-gəzə restorana gedəndə də, liftə minib on ikinci mərtəbəyə qalxanda da, Orxan yalnız Yavərlə Fidan barədə düşündü. İ.Məlikzadə. liftçi is. Liftdə işləyən, lifti idarə edən adam. lixter is. [holl.] Yedəyə alınan yük gəmisi. likör [fr. liqueur] Tünd, şirin, ətirli spirtli içki. [Pişxidmət] ..Firəngistanın ən gözəl likörlərindən neçə növünü masanın üstünə qoydu. Ə.Haqverdiyev. [Qonaqlıqda] likör və qəhvə içilirdi. M.S.Ordubadi. liqa is. [ər.] klas. Üz, çöhrə, sima, sifət. Nə gözəlsən, nə xoş liqasən sən; Yeri var söyləsəm humasən sən. M.Ə.Sabir. [Dərviş:] İki gecənin arasından bədirlənmiş ay parası kimi bir hürizadın liqasını gördüm. A.Divanbəyoğlu. liqaf is. Heyva və s. meyvələrin toxumunun üzərində olan yumşaq və ağ maddə. liqnit [lat.] Aşağı keyfiyyətli boz kömür. liqroin [fr.] Neft emalı zamanı alınan məhsullardan biri; neft spirti. lil I. is.\n1. Dənizin, gölün, çayın dibində olan mineral və ya üzvi hissəciklərdən ibarət çöküntü.\n2. Bulanıq suların dibinə çökmüş qara, duru palçıq; lehmə, batlaq. Gəlinlərin balağı; Batır lilə, batlağa. A.Səhhət. Bu çay özü ilə daima lil gətirib, ətrafı batırırdı. S.Rəhimov. // Lilli. Çayın lil suyu burula-burula, yavaş-yavaş axıb gedirdi. C.Məmmədquluzadə.\n\nII. is. Yuyulmuş ağ paltarın rəngini qaytarıb təzələmək üçün ona vurulan göy boyaq; sinka. Suya lil qatmaq. liliput [ingilis yazıçısı Sviftin “Qulliverin səyahəti” romanındakı əfsanəvi Liliputlar ölkəsinin balacaboylu sakinlərinin adından] Qeyri-normal, kiçikboylu adam; cırtdan. // məc. Çox kiçik həcmli şey haqqında. liliputluq is. Liliput adamın xüsusiyyəti, boyca kiçiklik, balacalıq; cırtdanlıq. lilləmə “Lilləmək”dən f.is. lilləmək f. Lil vurmaq, lilli suya salmaq; sinkalamaq. Paltarı lilləmək. lilləndirilmə “Lilləndirilmək”dən f.is. lilləndirilmək məch. Bulandırılmaq, lilli edilmək. Su lilləndirilib. lilləndirmə “Lilləndirmək”dən f.is. lilləndirmək f. Duru suyu bulandırmaq, lilli etmək. Su axar, lilləndirər; Bağçanı gülləndirər; Dərdliyə söz deməyin; Dərd onu dilləndirər. (Bayatı). lillənmə I. “Lillənmək1”dən f.is.\n\nII. “Lillənmək2”dən f.is. lillənmək I. f.\n1. Bulanmaq, bulanıq hala gəlmək. Gah köpüklənib lillənən, gah çılğın kimi dillənən; Bəzən sakit-sakit axıb; Gündüz kimi durulan Kür! R.Rza. Yağış yağar, sular daşar, dillənər; Ürək anar yenə keçən günləri. M.Dilbazi. Dağ suları dağdan enər; Nə bulanar, nə lillənər. B.Vahabzadə.\n2. Dibində lil, çöküntü əmələ gəlmək. Kanal lillənib.\n\nII. Lil vurulmaq, lilli suya salınmaq. Balışın üzü lillənib. lillənmiş f.sif. Lil vurulmuş, lilli suya salınmış. Lillənmiş köynək. lilləşmə “Lilləşmək”dən f.is. lilləşmək bax. lillənmək. lilli I. sif. Lehməli, bulanıq, batlaqlı, palçıqlı, lil qarışıq. Lilli çay. Lilli göl. – Lilli gölmələri qurudan ellər; Kəhriz sularının gözündən içər. S.Vurğun. Bəlkə bu lilli sular axdı, heç durulmadı; Onu görmək bir daha mənə qismət olmadı. B.Vahabzadə.\n\nII. sif. Lil vurulmuş; sinkalı. Lilli paltar. lillilik is. Lilli olma; lehməlilik, bulanıqlıq. Suyun lillilik dərəcəsi. lilpar is. bot. Sulu yerlərdə bitən yarpaqlı ot bitkisi. Çayın vadisi dərə boyu yamyaşıl bir zeh kimi uzanıb gedir və yuxarılarda gözdən itirdi. Qara bulaqların axarınca acı tərələr, lilparlar, yarpızlar bitmişdi. İ.Şıxlı. liman [yun.]\n1. Sahil boyunda qurunun tədricən çökdüyü yerlərdə dəniz suyunun geniş çay mənsəblərini basması nəticəsində əmələ gələn dayaz dəniz körfəzi. Əgər fəhlələr sürətlə gedən katerə minsəydilər, Qara daşlarla liman arasındakı məsafəni beş saata qət edə bilərdilər. M.Hüseyn.\n2. Okean, dəniz və daxili su hövzələrinin sahilində gəmilərin durması və yük vurulub boşaldılması üçün körpü və başqa qurğularla təchiz olunmuş məntəqə; port. Yalnız küçələrdə deyil, limanda da qələbəlik vardı. M.Hüseyn. Limanın yaxınlığında [Dürrə] addımlarını yavaşıtdı. S.Vəliyev. limançı is. Limanda işləyən adam, liman işçisi. Limançıların əmək müvəffəqiyyətləri. limfa [lat. lympha – təmiz su] fiziol. İnsan və onurğalı heyvan orqanizminin hüceyrəarası boşluqlarını dolduran, bütün toxuma və hüceyrələrinə qida daşıyan şəffaf maye. Limfa, qan kimi plazmadan (maye hissədən) və formalı elementlərdən (limfositlərdən) ibarətdir, özü də rəngsizdir. K.Balakişiyev. limfatik sif. [lat.] Limfaya aid olan. Limfatik sistem. Limfatik vəzi. limfositlər [lat. lympha – təmiz su və yun. kytos – hüceyrə] fiziol. İnsan və onurğalı heyvanların orqanizmində ağ qan hüceyrələri növlərindən biri. limit [lat. limites – sərhəd] Bir şeyi işlətmək, bir şeydən istifadə etmək üçün icazə verilən norma, miqdar; son hədd. Kredit limiti. Limiti artırmaq. limitləmə “Limitləmək”dən f.is. limitləmək f. Limit, hədd, dərəcə təyin etmək, norma müəyyənləşdirmək. limitlənmə “Limitlənmək”dən f.is. limitlənmək f. Hər hansı bir şeyin işlədilməsinə hədd, dərəcə təyin edilmək, norma qoyulmaq. limitləşdirmə “Limitləşdirmək”dən f.is. limitləşdirmək f. Hər hansı bir şeyin işlənməsinə hədd, dərəcə təyin etmək, norma qoymaq. Aztapılan mallar limitləşdirilmişdir. limitləşmə “Limitləşmək”dən f.is. limitləşmək bax. limitlənmək. limon is. [yun.] Subtropik yerlərdə bitən həmişəyaşıl sitrus ağacı və bu ağacın yumurtaşəkilli turşməzə, sarı meyvəsi. Çaya limon salmaq. Limon şirəsi. • Limon rəngi – açıq-sarı rəng. Limon rəngində parça. – Qəhrəmanın rənginə bir sarılıq çökdü. Sifəti limon rəngində oldu. Ə.Vəliyev. Limon turşusu – əsasən limonun və bəzi başqa meyvələrin tərkibində olan turşu (kulinariyada, tibdə və s.-də işlədilir). Xörəyə limon turşusu tökmək. limonad [fr.] Tərkibində limon və ya başqa meyvə şirəsi olan sərinlədici şirin içki. Limonad zavodu. Bir stəkan limonad içmək. – Ələsgər dayı gedib yol üçün iki butulka limonad aldı. İ.Əfəndiyev. limonçu is. Limon ağacı əkib-becərməklə məşğul olan adam, mütəxəssis. limonçuluq is. Limon əkib-becərməklə məşğul olma. limonlu sif.\n1. Limon ağacı əkilmiş, limon ağacı olan. Limonlu həyət. – Odur ki, arvad, azı on min evdə bahar düzəltmişəm, sarı limonlu bağçalar salmışam, gül-gülüstan yaratmışam, ad qazanmışam. S.Rəhimov.\n2. İçərisinə limon salınmış. Limonlu şərbət. – Söhbətin bu yerində çayçı Qurban iki stəkan limonlu çay gətirdi. H.Nəzərli. // Tərkibində limon şirəsi olan, limon dadı (qoxusu) verən. Limonlu konfet. limonluq is. Limon ağacları əkilmiş yer. Limonluğu belləmək. limuzin [fr.] Üstüörtülü minik avtomobili növü. linc sif.\n1. aşp. Dəm almayıb bir-birinə yapışan düyü. Gülmə gülünc olana; Bir aşı linc olana; Gülürsən də gülgilən; Qulağı dinc olana. (Bayatı).\n2. dan. Günəşdən, yorğunluqdan əzgin və zəif hala düşmə, süst olma. Linc olmaq. linclik is. dan. Günəşdən, yorğunluqdan əzginlik, ölgünlük, süstlük. linç :Linç məhkəməsi – ABŞ-da adətən zəncilərə və inqilabçı fəhlələrə vəhşicəsinə divan tutma, məhkəməsiz cəza vermə (XVIII əsrdə yaşamış irqçi Ç.Linçin adından). linçləmə “Linçləmək”dən f.is. linçləmək f. Linç məhkəməsi üsulu ilə cəzalandırmaq, amansızcasına divan tutmaq. linçlənmə “Linçlənmək”dən f.is. linçlənmək məch. Linç məhkəməsi üsulu ilə cəzalandırılmaq, amansızcasına divan tutulmaq. ling is. Ağır şeyləri qaldırmaq, bərk yeri qazımaq və başqa məqsədlər üçün istifadə edilən bir ucu şiş, bir ucu isə iti, uzun, ağır dəmir alət. Bu zaman əllərində ling və çəkic olan ikinci bir başıpozuq dəstə göründü. A.Şaiq. Bunlardan bəziləri əllərində ling iri daşı yerindən qoparıb tərpədir və “xəbərdar!” – deyib, çayın içinə yumalayırdılar. Ə.Vəliyev. ‣ Ling vurmaq (gəlmək, salmaq) – bax. iş vurmaq (“iş”də) [Hacı Əhməd:] ..Şərif haranın itidir ki, mən dura-dura mənim adamıma əlaltı ling vursun. C.Cabbarlı. lingcik is. Kiçik ling, balaca ling. Lingciklə işləmək. lingləmə “Lingləmək”dən f.is. lingləmək f. Linglə qaldırmaq, altına ling salaraq yerindən tərpətmək. Daşı lingləmək. ling-lingi is. Bir ayaq üstə atıla-atıla oynanılan uşaq oyunu. linkor [rus. “lineynıy korablğ” ixtisarı] Dəniz döyüşündə müxtəlif gəmi növlərini məhv etmək və düşmənin sahil obyektlərinə artilleriya zərbəsi endirmək üçün güclü silahlarla silahlanmış iri hərb gəmisi. linqafon is. [lat.] Qrammofon vallarına və ya maqnitofon lentlərinə yazılmış dil kursu. linoleum [lat. linum – kətan və oleum – yağ] Döşəmə üçün polimer örtük materialı. linoleumlu sif. Linoleumla örtülmüş, linoleum vurulmuş. Linoleumlu döşəmə. linotip [lat. – linea – xətt və yun. typos – iz, surət] mətb. köhn. Kitab, jurnal və qəzet mətnlərini yığmaq üçün qurğuşundan sətirtökən yığı maşını. // Həmin maşında hazırlanmış sətirşəkilli monolit metal tökmələr. linotipçi is. Linotipdə işləyən mətbəə işçisi. linotipçilik is. Linotipçinin işi, sənəti. linza [alm.] bax. ədəsə 2-ci mənada. Qabarıq linza. Silindrik linza. linzalı sif. Linzanın tətbiqilə əlaqədar olan, linzası olan. Linzalı cihazlar. lipoid is. [yun.] Təbii yağa bənzəyən maddə. lira [yun.] Barmaqla çalınan qədim yunan simli musiqi aləti; rübab. lirə [ital.] Türkiyədə, İtaliyada və bəzi başqa ölkələrdə pul vahidi. lirik I. [yun.] Lirik şeirlər yazan şair, lirik şeirlər müəllifi.\n\nII. sif. [yun.]\n1. Lirika xüsusiyyətləri olan, lirika mahiyyətində olan (bax. lirika 1-ci mənada). Lirik poeziya.\n2. Lirizmlə dolu, hiss və həyəcanla dolu; emosional. Lirik şeir. Lirik musiqi. Lirik səhnə. – İlk qələm təcrübəsi zamanı yazdığı lirik parçalarda ifadə olunan bəzi meyilləri pisləyərək, [S.Vurğun] “Ölən şeirlərim” adlı şerini yazır. M.Arif. [Ü.Hacıbəyov] öz komediyalarında komik vəziyyətlərlə bərabər lirik və dramatik səhnələr də yaradır. Ə.Sultanlı.\n3. mus. Həzin, mülayim, zərif, xoş (səs haqqında). Lirik tenor. Lirik soprano. – Onun yumşaq, lirik səsi o qədər çox şöhrət qazandı ki, adı gələndə xanəndələr ayağa qalxmağa başladılar. S.Rəhman. ‣ Lirik ricət – bədii əsər süjetinin, mövzusunun, gedişinin ardıcıllığı xəttini qıran hiss və həyəcanla dolu ricət. lirika [yun. lyrikos – liranın müşayiəti ilə oxunan]\n1. Şairin hiss və həyəcanlarını şeir şəklində ifadə edən ədəbi əsər növlərindən biri. Məhəbbət lirikası. Azərbaycan klassik lirikası. – İntim lirika yenə qüvvətli vətənpərvərlik motivlərilə çarpazlaşır. M.Hüseyn. Sən yenə sevgi lirikası ilə maraqlanırsan? İ.Əfəndiyev. // Bu qəbildən olan əsərlər. Füzulinin lirikası. Zakirin lirikası. S.Vurğunun lirikası. // Hər hansı bir yazıçının əsərlərində, yaradıcılığında hiss və həyəcan ünsürləri; emosionallıq.\n2. məc. Lirik əhval-ruhiyyə, təəssürat, daxili həyəcan; lirizm. Əsərdə həzin bir kədər, incə və insanın qəlbini riqqətə gətirən bir lirika da vardır. M.İbrahimov. lirik-dramatik [yun.] Lirika və drama ünsürlərini özündə birləşdirən, əks etdirən (ədəbi əsər haqqında). Lirik-dramatik əsər. // Musiqidə: lirik səslə dramatik səs arasında keçid təşkil edən (xanəndənin səsi haqqında). Lirik-dramatik tenor. lirik-epik [yun.] Lirika və epos ünsürlərini özündə birləşdirən, əks etdirən (ədəbi əsər haqqında). Lirik-epik poema. lirizm [yun.]\n1. İncəsənət əsərində emosionallıq, bədii həyəcan, səmimi duyğu ünsürləri. Üzeyir bəy musiqisinin lirizmi. – Səməd Vurğun poeziyasında Nizami müdrikliyi, Füzuli lirizmi, Vaqif sadəliyi, Sabir kəskinliyi vardır. M.Arif.\n2. Lirik əhval-ruhiyyə. Lirizmə qapılmaq. lisan is. [ər.] klas. Dil. Ey oğul, hər lisanə ol raqib; Xassə, ol rus elminə talib. S.Ə.Şirvani. O, eyni zamanda azad müdavim sifəti ilə darülfünunun şərq fakültəsinə davam edərək, lisan və ədəbiyyat problemlərilə məşğul olur. Ə.Haqverdiyev. A.Şaiq realni məktəbin türk lisanı müəllimi idi. T.Ş.Simurq. lisançı is. köhn. Dilçi. lisaniyyat is. [ər.] köhn. Dilçilik, dilşünaslıq, dil elmi. lisenziya is. [lat.] Mal aparmaq, mal gətirmək, çeşidli işlərlə məşğul olmaq üçün verilən rəsmi icazə sənədi. lisey [yun. Lykeion – Afinanın yaxınlığında Likeyli Apollon məbədinin bağçasındakı məktəbin adından]\n1. 1917-ci il inqilabından qabaq Rusiyada: zadəgan oğlanları üçün imtiyazlı qapalı orta və ya ali məktəb.\n2. Orta məktəb. liter [lat. lit(t)era – hərf]\n1. Dəmir yolu və bəzi başqa nəqliyyat vasitələrində pulsuz və ya güzəştlə getmək üçün (müəyyən hərflə işarə olunmuş) sənəd.\n2. mətb. Tökmə hərf. literli sif. Literi olan, hərflə işarə edilmiş. Literli loja (rəqəmlə deyil, hərflə işarə olunmuş loja). litoqraf [yun.] Litoqrafiya mütəxəssisi, ustası. litoqrafçı bax. litoqraf. litoqrafiya [yun. lithos – daş və grapho – yazıram]\n1. Litoqrafiya daşında şəkil çəkmə; üzərində şəkil çəkilmiş yastı daşdan çapetmə üsulu; daş basması. • Litoqrafiya daşı – 1) litoqrafiyada çap işində istifadə edilən əhəngdaşlarından biri; 2) üzərinə şəkil çəkilmiş həmin daş.\n2. Bu üsulla çap olunmuş şəkil və ya başqa şey. Bədii litoqrafiya.\n3. Bu üsulla çap edən sex və ya müəssisə. Litoqrafiyada işləmək. Litoqrafiyada çap edilmək. Rəngli plakat litoqrafiyada çap olunur. litologiya is. [yun.] Çökmə süxurların tərkibi, quruluşu və mənşəyi haqqında elm. litr [fr. litre] 1000 kub santimetrə bərabər maye ölçüsü. Bir litr süd. litraj [fr. litrage] Hər hansı bir qabın litrlə tutumu. Bakın litrajı. litrlik is. dan. Bir litr tutan qab. // sif. Bir litr tutan. Ağzı tıxaclı litrlik şüşəni pəncərə qabağına qoydu. Mir Cəlal. liturgiya is. [yun.] Qədim Yunanıstan polislərində dövlət mükəlləfiyyəti. litvaca sif. və zərf Litva dilində. Litvaca qəzet. Litvaca danışmaq. litvalı is. Litvanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. liver is. [ing.] Ətlik malın, qoyunun yeməli içalatı. lobbi is. [ing.] Qanunverici hakimiyyətin üzvlərinə pərdəarxası təsir göstərən bankirlər, monopolistlər qrupu. lobya is. bot. Paxlalılar fəsiləsindən birillik bostan bitkisi. O tərəfdə də hörmə çəpərin içində sarmaşıqlar, göy lobyalar, günəbaxanlar, sarısaçaqlı qarğıdalılar bir-birinə qarışırdı. S.Rəhimov. ..Arvad-uşaq kiçik bostan salıb şaxa çıxan lobya, soğan əkirdilər. Ə.Əbülhəsən. // Həmin bitkinin xörəkdə işlədilən toxumu. İri lobya. Aş lobyası. Xəmiraşıya lobya tökmək. lobyaçilov is. Lobya ilə bişirilmiş aş; lobyalı çilov. lobyalı sif. Lobya qatılmış, lobya ilə bişirilmiş. Lobyalı aş. Lobyalı xəmiraşı. lobyalıq is. Lobya əkilmiş yer, lobya bostanı. Lobyalığı sulamaq. Lobyalığı alaq etmək. lodka [rus. lodka] Qayıq. ..Geniş və uzun hovuzda səyahət üçün kiçik lodkalar üzürdü. M.S.Ordubadi. Dəniz üzərində burada-orada bir çox yelkənli və yelkənsiz lodkalar görünürdü. T.Ş.Simurq. lodkadaban dan. bax. dikdaban. loğaz is. [ər.]\n1. İstehza, rişxənd, masqara, ələ salma. • Loğaz qoşmaq (oxumaq) – 1) rişxənd etmək, istehzalı sözlər demək, lağa (araya) qoymaq. [Nəcəfalı:] Keçmə bu aran tayfasının loğaz qoşmağından. B.Bayramov; 2) ağzına gələni danışmaq, boş-boş danışmaq. Loğaza qoymaq – ələ salmaq, lağa qoymaq. Loğaza qoyulmaq – ələ salınmaq, masqaraya qoyulmaq. Moldayı, salmadı el dil boğaza; Eybi yox, gərçi qoyulduq loğaza. M.Ə.Sabir.\n2. Uydurma, yalan; laf. [Zaman:] İndi odur qudurublar, hərəsinin ağzından bir loğaz çıxır! Ə.Haqverdiyev. loğma is. [ər.]\n1. Bir dəfədə ağıza qoyulan çörək parçası; tikə, dişləm. Loğma ki var, boğmadır. (Ata. sözü). O, çörək quru olduğundan hər loğma çörəyi bir qurtum su ilə ağzında isladıb yeyirdi. A.Şaiq.\n2. Ümumiyyətlə, çörək mənasında. Yemə namərd loğmasın, Seyyid! Sifəti etməsin sənə təsir. S.Ə.Şirvani. Ey vay, bu fələk qoydu bizi loğmaya həsrət; Qaldıq biz adamsız. M.Ə.Sabir. [Qədir:] Çörək, yalnız bir loğma çörək üçün ailəmdən və əziz körpəmdən ayrılıram. Mir Cəlal. loğmalama “Loğmalamaq”dan f.is. loğmalamaq f. dan. kob. Çörək (loğma) vermək; yedirmək. loğmalanma “Loğmalanmaq”dan f.is. loğmalanmaq qayıd. dan. kob. Çörək, loğma yemək; tıxmaq. loğmalıq is.\n1. Adətən “bir” sayı ilə işlənərək bir dəfə ağza salmağa kifayət edəcək miqdarı bildirir. Bir loğmalıq çörək.\n2. kob. “Yemək, çörək” mənasında. Loğmalıq eləmisən? loğman Əfsanəvi bir həkimin adı olub, klassik ədəbiyyatda və canlı dildə bütün dərdlərə çarə edən, adamlara yol göstərən bilici şəxs mənasında işlənmişdir. Loğman da gəlsə dirilməz. – Bir İsa nəfəsli, Loğman dəvalı; Vaqifəm, sevmişəm bir şux dilbəri. M.P.Vaqif. Dərdindən xəstəyəm, çəkərəm ahı; Ölürəm, Loğmanım, getmə, amandı! Aşıq Ələsgər. Burda yoxsa həkim, dərman; Bu dağlarda mənəm Loğman. M.Dilbazi. loja [fr.] Tamaşa zalında bir neçə adamın oturması üçün ayrılmış xüsusi yer. Sağ loja. Lojaya bilet almaq. – Teatrın hər tərəfindən projektorlar oturduğumuz lojalara doğru çevrildi. C.Cabbarlı. Teatrın .. salonu və lojaları ağzına qədər dolu idi. M.İbrahimov. Yaxın lojalardan birində oturmuş Şirin onun hər bir hərəkətini seyr edirdi. İ.Əfəndiyev. lokal sif. [lat.] Yerli əhəmiyyətli, müəyyən yerə mənsub olan. Lokal məsələ. lokasiya is. [lat.] Radiodalğaların köməyi ilə cismin yerini tapma. lokator [lat.] Hər hansı bir cisimdən çıxan səs və ya radio dalğalarının köməyi ilə həmin cismin yerini müəyyənləşdirən cihaz. lokaut [ing. lock-out – üzünə qapı bağlamaq] Burjuaziyanın fəhlə sinfinə qarşı mübarizə üsullarından biri olaraq, müəssisələrin bağlanması və fəhlələrin kütləvi surətdə işdən çıxarılması. lokautçu is. Lokaut elan edən, lokautdan istifadə edən kapitalist. lokomobil [fr.] Müxtəlif maşınları hərəkətə gətirən buxar mühərriki; bu cür mühərriki olan maşın. lokomotiv [fr.] Rels üzərində işləyən və vaqonları, qatarları hərəkətə gətirən maşın (parovoz, teplovoz, elektrovoz və s.). Lokomotiv sürmək. Lokomotivi təmir etmək. – ..Aslanın gur səsi onun qulaqları ucunda lokomotiv düdüyü kimi çınladı. A.Şaiq. loqarifm [yun. logos – nisbət və arithmos – say, rəqəm] riyaz. Verilən bir ədədi almaq üçün kökün vurulacağı üst dərəcə. Loqarifm cədvəli. – ..Özbaşına buraxılmış bir uşaq, hesabın dörd əməliyyatını nə qədər yaxşı bilsə də, cəbr loqarifma qanunlarını kəşf etmək dərəcəsinə heç bir zaman gəlib çıxa bilməz.. M.İbrahimov. • Loqarifm xətkeşi – müxtəlif hesablamalar aparmaq üçün alət; hesab xətkeşi. loqarifmləmə “Loqarifmləmək”dən f.is. loqarifmləmək f. riyaz. Verilən ədədin loqarifmini almaq. loqquldama “Loqquldamaq”dan f.is. loqquldamaq bax. loqquldamaq. loqqultu is.\n1. Tökülən, axan, bərk qaynayan mayedən hasil olan səs.\n2. bax. lökkültü. lom [rus.] bax. ling. Kim isə zəncirləri lom ilə yerə atır. M.İbrahimov. Qoca dəmir loma söykəndi. S.Rəhimov. Bir anda hərə əlinə keçən külüng, bel və lom ilə evin divarına hücum çəkdi. Ə.Əbülhəsən. lomba is. Qəliz maye və ya sıyıq şeyin iri və dairəvi parçası; iri damcı, böyük damla. Mürəkkəb lombası. – Molla uşağı arxası qatda uzadır yerə, bir lomba tüpürür üzünə. “M.N.lətif.” [Yetər:] Cəbi, vallah, sən axırı məni o yerə gətirəcəksən, saqqalına lomba ilə tüpürəcəyəm. N.Vəzirov. lomba-lomba zərf Lombalar şəklində, iri damlalarla. Mürəkkəb lomba-lomba düşdü. • Lomba-lomba (içəri) ötürmək kob. – tez-tez və acgözlüklə, iri tikələrlə yemək. lombalama “Lombalamaq”dan f.is. lombalamaq f. dan. kob. Lomba ilə yemək. [Mahmud:] Bir tikə nədir, ay axmaq? Bütövünü götürüb lombalaya bilmirsən? Ə.Haqverdiyev. lombard is. [ital. coğr. addan] Daşınar əmlakı və ya başqa bir şeyi girov kimi qəbul edib, borc pul verən kredit müəssisəsi. Lombarda şey qoymaq. – [Dürrə] ..evdən çıxıb şəhər lombardına yönəldi. S.Vəliyev. lopa I. is.\n1. Odunu alovlandırmaq və ya işıq yaratmaq üçün neft hopdurulub yumruladılmış əski, cındır, pilik, alışqan. Lopa qayırmaq.\n2. Az-çox yuvarlaq, yumru, dairəvi (şəkildə) olan yumşaq şey. Qar lopası. Pambıq lopası. – [Budur], yenə məktəblərdən azad olub uşaqlar; Qarı görəcək sevinərlər, qar lopası oynarlar. A.Səhhət. Kəhər yerindən dördnala sıçrayıb, dırnağının altından palçıq lopaları səpələyə-səpələyə cumdu. M.İbrahimov. Ay doğdu, sakitləşən havada oynaşan qar lopaları gümüşü rəng aldı. B.Bayramov.\n3. Qalın, yekə (bığ haqqında). Lopa bığ. – Mürşüdoğlu özü bilmədən əlini lopa bığlarında gəzdirdi. S.Rəhimov. O, çəp gözünü qıyır, lopa bığlarının ucunu ağzına salıb gəmirir. Ə.Vəliyev.\n4. Qədimdə məşəl kimi yandırılan ucu xüsusi olaraq döyülüb lifləndirilmiş ağac şivi. [Ev sahibi] burada cavan şiv zirinc ağacından qırıb gətirər, ocaqda ütüb çəkiclə döyər, özü üçün lopa düzəldərdi. S.Rəhimov. lopa-lopa zərf Lopalar şəklində; topatopa, parça-parça. Çöldə lopa-lopa qar yağırdı. Çəmənzəminli. Qar yağır lopa-lopa; Pəncərədən baxıram. R.Rza. Göydə lopalopa ağ bulud parçaları üzür. Ə.Əbülhəsən.\n\nII. is. məh. Sabun bişirilərkən çıxan tullantı. lopabığ (=lopabığlı) sif. Bığı lopa, qalın olan; yekəbığ(lı), yoğunbığ(lı). Pəncərənin içində lopabığlı, uzun xəncərli, yan qoyulmuş yekə papaqlı bir kişi oturub, çubuq çəkirdi. Çəmənzəminli. // İs. mənasında. [Abbasəli:] Şəkil mənə yox, sənin kimi lopabığa oxşayır. Ə.Abasov. lopabığlı (=lopabığ) sif. Bığı lopa, qalın olan; yekəbığ(lı), yoğunbığ(lı). Pəncərənin içində lopabığlı, uzun xəncərli, yan qoyulmuş yekə papaqlı bir kişi oturub, çubuq çəkirdi. Çəmənzəminli. // İs. mənasında. [Abbasəli:] Şəkil mənə yox, sənin kimi lopabığa oxşayır. Ə.Abasov. lopagödən (=lopagödənli) sif. dan. Yumru, iri qarnı olan; yekəqarın. Lopagödən kişi. lopagödənli (=lopagödən) sif. dan. Yumru, iri qarnı olan; yekəqarın. Lopagödən kişi. lopagödənlik is. dan. Lopagödən adamın xüsusiyyəti; yekəqarınlıq. loparlar cəm Saamların keçmiş adı. lopuq is. Əyləncə üçün köpürülmüş ordlara yavaşca yumruqla, ya barmaqlarla vuraraq səs çıxartma. [Səlim bəy Nəcəf bəyə:] Həmişə qış uzunu bikar qalanda oğlunla lopuqdan qumar oynayırdın. Ə.Haqverdiyev. [Səriyyə:] Ancaq şərtimiz budur ki, kim birinci çıxsa, dalda qalanların hərəsinə on beş lopuq vuracaq. İ.Əfəndiyev. lor is. Pendir tutulan zaman onun suyunu qaynadıb süzməklə hazırlanan ağartı. lord [ing. lord] İngiltərədə nəslən keçən yüksək zadəgan titulu və bu titulu daşıyan şəxs. • Lordlar palatası – İngiltərə parlamentinin yuxarı palatası. // Bəzən yüksək vəzifələrlə bağlı olan titul (məs.: lordkansler, lord-mer). lordluq is. Lord titulu. lornet is. [fr.] Dəstəli qatlama eynək. lort sif. Şişman, sallaqqarın. lortçu is. məh. Avara gəzib bir işlə məşğul olmayan adam. [Əhməd:] ..Nə söyləyirsən, bir lortçudur ki, bərabəri yoxdur, indi gələr, görərsən. N.Vəzirov. lortgödən (=lortgödənli) bax. lortqarın(lı). lortgödənli (=lortgödən) bax. lortqarın(lı). lortqarın (=lortqarınlı) sif. məh. Qazandığını qarnına xərcləyən, qarnına həddindən artıq qulluq edən; yeyimcil, qarınqulu. O, bir lortqarındır ki, özü kimisi yoxdur. S.Rəhimov. lortqarınlı (=lortqarın) sif. məh. Qazandığını qarnına xərcləyən, qarnına həddindən artıq qulluq edən; yeyimcil, qarınqulu. O, bir lortqarındır ki, özü kimisi yoxdur. S.Rəhimov. lortluq is. Şişmanlıq, qarnı yekəlik, qarnı sallaqlıq. Çox kök, ağırlaşmış buğalarda tənbəllik və lortluq baş verir. A.Ağabəyli. loru I. sif. Ən adi, ən bəsit, ən sadə (dil, danışıq, söz haqqında). Loru söz. Loru dildə danışmaq. – [Bəbir bəy:] Hürriyyətlik dediyin nədi? Özümüzük, lap loru deyək: özümüzük. Mir Cəlal.\n\nII. is. dan. Atın belinə yəhərin və ya çulun altına qoyulan qalın keçə; tərlik. loruluq is. Sadəlik, bəsitlik (dil, danışıq, söz və s. haqqında). losman [holl. loodsman] dəniz. Yerli üzüş şəraitini, yerli su yollarını yaxşı bilən və gəmiləri həmin yerlərdən keçirməyi yaxşı bacaran gəmi işçisi. Çay losmanı. Liman losmanı. – Məsləhətdir ki, bu şairliyini tərk edəsən; Tazə muzdur olasan kəştiyə, losmana, Yusif! S.Ə.Şirvani. Dəniz durğun, hava saf olduğu zaman qoca losmanlar keçərkən [qalanı] görür. A.Şaiq. Sevinclə işə gəlir losmanlar – Süveyş əhli. O.Sarıvəlli. losmanlıq is. Losmanın işi, peşəsi, vəzifəsi. Gəmidə losmanlıq etmək. losyon is. [fr.] Dəri üçün qidalı kosmetik maye. loş I. sif. və zərf məh.\n1. Süst, ölgün. Loş at. – Bəylər öküz kimi yatmışdı sərxoş; Paltarilə yerə sərilmişdi loş. M.Müşfiq.\n2. Boş, yerində və qaydasında bağlanmamış. Atın beli loş bağlanmışdır. İpi loş sarımaq.\n\nII. is. zool. Hindxoruzu. Avropa ölkələrində saxlanılan loşların hamısı gətirilmə cinslərdən törəmişdir. loto I. [fr.] Üstündə nömrələr (ya şəkillər) olan xüsusi kartlarda oynanılan bir oyun (bu oyunun xüsusiyyəti ondan ibarətdir ki, rəqəmlərin, ya şəkillərin tam sırasını kim tez örtərsə, o, oyunu udur). Loto oynamaq. Lotoda udmaq. // Bu oyuna lazım olan xüsusi nömrələnmiş kartlar və daşlar. Mağazadan loto almaq. Loto qutusu. lotos is. [yun.] Gözəl iri gülləri olan su bitkisi.\n\nII. sif. və is. [ər. dini əfsanəyə görə, öz əxlaq pozğunluğu və rəzalətlərinə görə, guya Allahın qəzəbinə keçərək məhv olmuş Lut adlı bir qövmün adından]\n1. Fırıldaqla, kələklə, əyri yollarla baş girləyən adam; kələkbaz, hərif. Lotu dinməz-söyləməz .. gecəyarısı xəlvət gəzən iranlı məşədiləri kimi minbərdən züvüldəyib düşür yerə. C.Məmmədquluzadə. Bu qədər şeylər mənim, sən de, nəyin var, ay lotu? Ə.Nəzmi. [Əliqulu:] ..Mənə Tehran lotusu Səfdər deyərlər. S.S.Axundov. // Qeyri-ciddi adam, fırıldaqçı, cüvəllağı, tülüngü. Lotunun biridir.\n2. Kefcil, hal əhli, əhli-kef. Görükür ki, qazı lotudu və yaxşı adamdı. C.Məmmədquluzadə. [Məşədi İbad:] ..İndi mən papağımı nə cür qoyum ki, qızın xoşuna gəlsin.. Hərgah belənçik qoysam, onda Şamaxı lotusuna oxşaram. Ü.Hacıbəyov.\n3. dan. Qeyri-qanuni ər; aşna. lotu-bambılı sif. və is. dan. bax. lotu 1-ci mənada. [Hacı Novruz:] Yox, elə deyil. Başımızın çarəsi Mirzə Həsən kimi lotubambılıları, ac-gicikləri aradan götürməkdir. Ə.Haqverdiyev. [Camal bəy:] Quldur mən deyiləm, Sərdarovdur öz dostları ilə... Biri şərir İsmayıl bəy, piyaniska İbrahim bəy, biri lotu-bambılı Soltan bəy və qeyriləri... N.Vəzirov. lotubaşı is. dan. Lotulara başçılıq edən adam (bax. lotu 1-ci mənada). Bir gün lotubaşı dedi ki, gəlin gedək, padşahın xəzinəsini kəsək. “Aşıq Qərib”. lotubazlıq is. dan.\n1. Fəhşiyyat, lotuluq, alçaq işlər, pis-pis işlər; əxlaq pozğunluğu. Lotubazlıqlara və arvadbazlıqlara rövnəq verən siğəbazlıq məsələsidir. C.Məmmədquluzadə.\n2. İşləməyib fırıldaqla, kələklə gün keçirmə. Lotubazlıq eləmək. lotubeçə is. dan. zar. Diribaş, zirək oğlan. // Kələkbaz, fırıldaqçı. Bilmirəm ki, bu hesablar necədir; Adamları tamam lotubeçədir. “Aşıq Qərib”. lotuxana is.\n1. Əyyaş, pozğun, avara adamların toplaşdığı yer. Avropada hansı bir şəhər var ki, orada Əbdülhəmidin hərəmxanasına oxşayan bir lotuxana olmasın?! C.Məmmədquluzadə.\n2. dan. Zarafatcıl, kefcil, deyib-gülən adamlar məclisi. lotu-lotuyana zərf dan. Açıq, səmimi olaraq. Dəxi burada qəbz nəyə lazımdır, mən ölüm, lotu-lotuyana deyiniz görüm, burada qəbzin nə mənası var? C.Məmmədquluzadə. [Cəbi:] Yetər, .. lotu-lotuyana, gəlsənə mən arvadımı boşayım, mənə gələsən. N.Vəzirov. lotuluq is. dan. Kələkbazlıq, fırıldaqçılıq, biclik, hiyləbazlıq. ..Amma indiyədək bizi qoymuyublar bir dərvişin hoqqabazlığını tənqid edək, bir mərsiyəxanın lotuluğunu tənqid edək. C.Məmmədquluzadə. [Rəsul:] Hər kəs bir lotuluqla çıxır meydana, camaatın qulağını kəsir. Ə.Haqverdiyev. • Lotuluq eləmək – aldatmaq, kələk gəlmək, biclik eləmək, hiyləbazlıq etmək; // zarafat etmək, kələkbazlıq etmək. [Rüstəm bəy:] [Cavan oğlan] qızın öz dayısıdır. Səninlə lotuluq eləyibdir, sən də inanırsan. Ü.Hacıbəyov. Özünü lotuluğa qoymaq – özünü xəbərsiz kimi, bilməyən kimi göstərmək, lotuluq eləmək. [Molla:] Guya ki, bilmirsən nə olub?.. Özünü lotuluğa qoyma? “M.N.lətif.” lotu-potu top. dan. nifr. İşsiz-peşəsiz adamlar, avaralar; günlərini fırıldaqla, kələkbazlıqla keçirən adamlar, dələduzlar, lotular. [Aslan bəy:] [Süleyman bəy] burada lotupotu ilə gəzib qumar oynayır. Ə.Haqverdiyev. [Hacı Fərəc:] ..O dövlətə görə Ziynət xanıma hər tərəfdən müştərilər çıxacaq – lotu-potu, atasından bixəbər adamlar.. N.Vəzirov. [Hacı Murad:] De görüm .. hansı tatın kitabındadır ki, .. pul qazanasan, verəsən toyuqplova, onu da gəlib-gedən, lotu-potu yesin. S.S.Axundov. lov is. dan. Bəla, afət (adətən mənfi mənada çox zirək, diribaş adam haqqında). Belə od olmaz, anam, böylə alov! Od deyil, yanğı deyil, lovdur, lov! M.Ə.Sabir. Burdan vurub Bitdilidən çıxar, .. lovdur lov! Ə.Əbülhəsən. ‣ Lov düşmək – 1) çaxnaşma düşmək, həyəcan qalxmaq, bir-birinə dəymək; 2) cəncələ düşmək, qovğaya düşmək, gözlənmədən başına bir iş gəlmək. Lov salmaq – həyəcana salmaq, təşviş doğurmaq, çaxnaşma salmaq. Qəsəbəyə dəxli olmayan bu xəbər arvadların içinə lov salmışdı. Ə.Əbülhəsən. Lova düşmək – əl-ayağa düşmək, çaxnaşmaya düşmək. lovğa sif. Özü haqqında böyük fikirdə olan, başqalarına xor baxan; təkəbbürlü, təşəxxüslü. Lovğa adam. – [Gülpəri:] Başına dönüm, qəssab Nəbinin övrəti bir lovğa şeydir. Ə.Haqverdiyev. Faşizmin gözünə sancıldı bir ox; Sarsıtdı zərbəniz lovğa düşməni. R.Rza. // Özünü öyən, tərifləyən; gopçu. // İs. mənasında. Lovğanın biridir. lovğa-lovğa zərf Təkəbbürlə, təşəxxüslə, dikbaşlıqla. Lovğa-lovğa gülmək. – [Koroğlu dedi:] Lovğa-lovğa baxma mənə; Sar qonmaz yasəmənə. “Koroğlu”. [Oğlan uşağı] Hidayətə baxıb dilini çıxartdı, .. qızın əlindən bərk yapışıb lovğa-lovğa aralandı. B.Bayramov. // Özünü öyərək. Lovğa-lovğa danışmaq. lovğalanma “Lovğalanmaq”dan f.is. lovğalanmaq is. Özünü tərifləmək, özünü öymək, əsassız olaraq öz üstünlüyünü göstərməyə çalışmaq. Cəfər gümanının doğruluğunu duyub lovğalandı. Çəmənzəminli. Dövlətli qadınlar toya və hamama ümumiyyətlə özlərini göstərməyə, varlı olmayanlar qarşısında lovğalanmağa gedirdilər. H.Sarabski. lovğalaşma “Lovğalaşmaq”dan f.is. lovğalaşmaq f. Lovğa olmaq; lovğalanmaq. Lovğalaşıb, a görməmiş, çox da belə fırıldama! Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama! M.Ə.Sabir. lovğalıq is. Özünü çəkmə, təşəxxüs satma, iddia satma; təşəxxüs, təkəbbür, özünü tərif etmə, özünü öymə. [Ağ zanbaq:] Gərçi uzundursa mənim yarpağım; Yoxdu yenə lovğalığım, azmağım. A.Səhhət. • Lovğalıq etmək – özünü öymək, tərifləmək, gop basmaq. [Zalxa:] A kişi, sən onun sözünə nə inanırsan? Tamam o lovğalıq edir. M.F.Axundzadə. lovlu sif. və zərf Dərdli, bəlalı. [Şahsənəm:] Otağından durdun, gəldin yanıma; Qarı, mən lovlunu nə dindirirsən? Xəstə Qasım. // Həyəcanlı, təlaşlı. Lovlu danışmaq. Lovlu içəri girmək. // bax. başılovlu. loyal [ing. loyal – sadiq]\n1. Dövlət hakimiyyəti qanunlarına, qərarlarına (bəzən yalnız zahiri, rəsmi olaraq) sədaqət göstərən, qanun daxilində hərəkət edən. Loyal adam. Loyal münasibət.\n2. Bir şeyə bitərəfcəsinə münasibət göstərən. loyallıq is. Loyal münasibət. löhrəm bax. yort. [Müəllim:] ..Bu gün onu boynuna alıb dəvə kimi löhrəm (z.) gedirsənsə, böyüyəndə onun qabağında durmaq olmaz. Ə.Vəliyev. löhrən sif. məh. Qüvvətli, münbit, məhsuldar. Löhrən torpaq. lök I. is. köhn. Dəvə balası. Nökərin yekə dərdi; Yüklənib lökə dərdi; Nər olsa çəkə bilməz; Fil gərək çəkə dərdi. (Bayatı).\n\nII. is. məh. Hündür ağacların başından, nazik budaqlardan meyvəni qırıb qoparmaq üçün başıəyri, nazik, uzun ağac; qarmaq. lökdodaq (=lökdodaqlı) sif. Dodaqları qalın və sallaq olan; sallaqdodaq. lökdodaqlı (=lökdodaq) sif. Dodaqları qalın və sallaq olan; sallaqdodaq. lökdodaqlıq is. Dodaqların qalın və sallaq olma halı; sallaqdodaqlıq, qalındodaqlıq. lökküldəmə “Lökküldəmək”dən f.is. lökküldəmək f. Sanki nəbz kimi vuraraq, ara vermədən bir qaydada ağrımaq, sızıldamaq (çirk eləyən yara, çiban haqqında). Dişim lökküldəyir. Çibanı lökküldəmək. – Milyonyarımlıq qüdrət ayaq dirəmiş yerə; Beton sütunlar ara lökküldəyən Xəzərə. X.Rza. lökkültü is. Lökküldəmə. Yaranın lökkültüsü. Dişin lökkültüsü. lökləmə 1. “Lökləmək”dən f.is.\n2. Dəvə yerişini xatırladan yeriş tərzi. lökləmək f. İri addımlarla, ağır-ağır yerimək (dəvə haqqında). Dəvə, maya, nər, köşək; Lökləyirlər dalbadal. A.Səhhət. Lökləyib gedirdi ağır dəvələr. M.Rahim. lökü is. məh. Düyü unundan bişirilən qoğal. löküt is. Qovurğa ilə süddən bişirilmiş xörək. lö-lö zərf dan. Bekara, işsiz, avara, avara-avara. Lö-lö gəzmək. Küçələrdə lö-lö vurmaq. lövbər is. dəniz. Gəmini və üzücü mayakları yerində saxlamaq üçün suya buraxılan zəncirə bağlanmış qarmaqlı metal ox. Nəhəng burnunu sahilə dayayıb lövbər atmış balıqçı gəmisindən Tahirin hər zaman eşitdiyi mahnı səsləri ucalırdı. M.Hüseyn. On dörd dənizdə lövbər salır bizim gəmilər; On dörd dənizdən əsən küləklə yırğalanır. Ə.Cəmil. ‣ Lövbər(ini) salmaq (atmaq) – məskən salmaq, bir yerdə oturub qalmaq, bənd olmaq. [Molla Hüsü Sərdara:] Harda ki lövbər salıb oturublar, idarə düzəldiblər, ora da vurmaq lazımdır. M.İbrahimov. Lövbərini qaldırmaq zar. – oturduğu yerdən çox çətinliklə, istəməyə-istəməyə, ağır-ağır qalxmaq. Lövbərini qaldır, gedək. lövbərli sif. Lövbəri olan. lövbərotu bot. bax. dəmirtikan 1-ci mənada. lövhə is. [ər.]\n1. Üzəri tabaşirlə yazıla bilən qara rəngli taxta; yazı taxtası. Sinfə lövhə asmaq. Lövhədə yazmaq. – [Aslan] tabaşiri götürüb lövhəyə cumur, tez-tez yazır-tökür, lövhə rəqəmlərlə dolur və ağarırdı. S.Rəhimov. • Yazı (sinif) lövhəsi – sinifdə tabaşirlə yazmaq üçün qara rəngli lövhə; yazı taxtası.\n2. Müxtəlif məqsədlər üçün işlənən hamar səthli elastik metal və s. parçası. Sink lövhəsi.\n3. Üstündə hər hansı bir müəssisənin, idarənin, təşkilatın adını, yaxud gördüyü işi bildirən yazı yazılmış taxta, metal və s. Hər gün yüzlərlə adam tanımadığı idarə və müəssisəni, küçəni lövhələr vasitəsilə tanıyır. // Bildiriş, elan taxtası. Çox qapılarda “işçi lazım deyil” deyə lövhələr asılmışdı. Çəmənzəminli. Parklarda, yay meydançalarında və kinolarda göstəriləcək repertuarlar elan lövhələrində müxtəlif rəngli hərflərlə yazılmışdı. S.Rəhimov. [Veys:] ..lövhələri, kağızları cırıb yerə tökməyə başladı. Ə.Əbülhəsən.\n4. Şəkil, mənzərə şəkli, rəssamlıq əsəri, tablo. Kənd biçimli bir şəhərin; Lövhəsini çəkirəm mən. S.Vurğun. O biri otağa açılan hündür qapı üzərindən böyük bir lövhə asılmışdı. M.Hüseyn. // Mənzərə, təsvir. Kənd həyatında – təbiətin o zəngin və geniş qucağında nə qədər canlı lövhələr, unudulmaz xatirələr vardır! A.Şaiq. Süzdü rəssam ürəkaçan bu xoş lövhəni; Dedi: – Usta, halal olsun, cəld işləyirsən. Ə.Cəmil. ‣ Qırmızı lövhə – bax. şərəf lövhəsi. Şərəf lövhəsi – istehsalatda və s.-də işləri ilə fərqlənən ən yaxşı işçilərin adları və ya şəkilləri vurulan taxta. Tikintinin şərəf lövhəsində onun adının yanında gündə qazıdığı torpağın rəqəmini yazırdılar. Ə.Sadıq. lövhəcik is. Balaca lövhə, kiçik lövhə. lövhəli sif. Lövhəsi (2-ci mənada) olan. lövhəşəkilli sif. Lövhəyə oxşayan. Aptek təcrübəsində silindr və lövhəşəkilli müəyyən diametrli ələklər işlədilir. R.Əliyev. lövhəyazan is. Lövhə (1-ci mənada) yazmaqla məşğul olan şəxs. löyün is. [ər.] dan. Görkəm, görünüş. Löyünü yaxşıdır (pisdir). löyünlü sif. dan. Görkəmli, görünüşlü. Pis löyünlü oğlan. löyünsüz sif. dan. Görkəmsiz, biçimsiz, görünüşü olmayan. Qarşıya löyünsüz bir qız çıxdı. luidor is. [fr.] Fransada qızıl sikkə (6-7 qramlıq təmiz qızıl). lumu dan. bax. limon. Qazı Məşədi ilə xudahafiz edib dedi: – Məşədi, lumu, mürəbbə, əlbəttə, yadından çıxmasın. C.Məmmədquluzadə. Rəşid müəllim lumusu əzilmiş stəkanının son qalığını da içib ayağa qalxdı. S.Rəhimov. lumulu bax. limonlu. Hətta namaz vaxtı da mömin müsəlmanın fikri və zikri dolu olar iskəncəbi ilə, lumulu çay ilə. C.Məmmədquluzadə. Zəki .. özü şam edib lumulu çay içdi. M.Süleymanov. lunatik [rus.] Lunatizmi olan adam. lunatizm [rus.] Gecə yuxusu zamanı qeyri-şüuri halda gəzməkdən və başqa avtomatik hərəkətlər etməkdən ibarət xəstəlik halı. lunoxod is. [rus.] Ay səthində tədqiqatlar aparmaq üçün xüsusi aparat. lunomobil [rus.] Ayda avtomatik surətdə elmi tədqiqat işləri aparmaq və məlumatları Yerə vermək məqsədilə tarixdə ilk dəfə 1970-ci ildə Sovet İttifaqı tərəfindən raket vasitəsilə Ay səthinə endirilən özüyeriyən maşın. Lunomobillə ikitərəfli rabitə yaradılmışdır. lupa [fr.] Çərçivəsi olan böyüdücü optik cihaz; zərrəbin. İsa dayı lupanı Səməndərin üz-gözündə dolandırdı. B.Bayramov. lüğab is. [ər.] Ağız suyu, tüpürcək, selik. Azalmaqda olan ağız lüğabı qurumağa üz qoymuş(du). Ə.Vəliyev. lüğablı sif. Lüğab qarışıq, içində lüğab olan; selikli. lüğət is. [ər.]\n1. Adətən əlifba sırası ilə düzülmüş, izahı və ya başqa dilə tərcüməsi verilmiş sözlər toplusundan ibarət kitab; sözlük. İzahlı lüğət. Azərbaycanca-rusca lüğət. – Qalın lüğətləri araşdıraraq; Dərsə hazırlaşır məktəbli Xumar. S.Vurğun. Yunis dəftərlərini açıb bir-bir yazdığı və lüğətdən tapmadığı sözləri soruşdu. Mir Cəlal.\n2. bax. leksika. lüğətçə is. Kiçik lüğət, balaca lüğət. Şagirdlər üçün lüğətçə tərtib etmək. lüğətçi is. Lüğət tərtib edən, lüğətçiliklə məşğul olan mütəxəssis; leksikoqraf. lüğətçilik is. Lüğət tərtibi işinin nəzəriyyə və praktikası; leksikoqrafiya. lüğətşünas is. [ər. lüğət və fars. ...şünas] bax. leksikoloq. lüğətşünaslıq bax. leksikologiya. lüğəvi sif. [ər.] Lüğətə aid olan; leksik. Sözün lüğəvi mənası (sözün qrammatik mənadan fərqli olaraq adi mənası). lül I. əd. dan. Adətən “atəş”, “qənbər”, “kefli” sözlərinin qabağına gələrək sərxoşluğun, kefliliyin son həddini bildirir. [Rəşid:] İndiyəcən kef üçün içirdim, heç ömrümdə piyan olmurdum, bu gün dərddən içmişəm, özüm də lül qənbərəm. M.Hüseyn. [Zalxa:] Bu, lül keflidir ki. S.Rəhman.\n\nII. sif. dan. Başdan-başa, bütün, səlt. Lül yağdır. lülə is.\n1. Odlu silahların gülləyə, mərmiyə lazımi istiqamət verən boruşəkilli hissəsi. Topun lüləsi. – Tüfəngin lüləsi həkimin böyrünə toxundu. M.Hüseyn. Karl .. avtomatın lüləsini yoxladı. Ə.Əbülhəsən.\n2. Boru (silindr) şəklində yuvarlanmış, lülələnmiş şey. Kağız lüləsi. Bir lülə müşəmbə. – [Xortdan:] ..cibindən bir lülə kağız çıxardıb başladı onu oxuduqca açmağa. Ə.Haqverdiyev. Taxtapuşun qıraqlarından və borularından buz lülələri sallanmış, hava isə gömgöy göyərmişdi. S.Rəhimov. // Halqalar şəklində burulmuş şey. Saç lüləsi. Lülə sap.\n3. anat. Qolda, qıçda: boru şəklində içiboş sümük. [Qəhrəman:] Sağ qolumun lüləsini sındırmışdı. H.Nəzərli.\n4. bax. lüləkabab. lülə-lülə sif. və zərf Lüləyə oxşar, lülə kimi, lülələr şəklində. Lülə-lülə buz. – Ağaclardan buz sallanıb lülə-lülə. R.Rza. Ağacların budaqları lülə-lülə qara bükülmüş, axar sular donmuşdu. M.Rzaquluzadə. lüləkabab is. Döyülmüş ətdən bişirilən lülə şəklində kabab. Qurban qoyunun ətindən qız evi oğlan evinə lüləkabab, girs və dolma göndərər.. R.Əfəndiyev. [Səfərəli:] Qabaqcadan verrəm lüləkabab, ondan sonra plov. N.Vəzirov. lüləkabablıq is. Lüləkabab üçün yarayan, lüləkabab üçün ayrılan. Lüləkabablıq ət. lülələmə “Lülələmək”dən f.is. lülələmək f. Düz şeyi yuvarladaraq lülə şəklinə salmaq. Kağızı lülələmək. Kilimi lülələmək. Müşəmbəni lülələmək. // Eşmək. O, körüyün yanından maxorka qutusunu götürdü, bir parça qəzet kağızını lülələyib, maxorkanı içinə doldurdu. M.S.Ordubadi. [Mehrəli] gözlüyün uclarını qulaqlarına keçirdi, sonra tütün qutusunu çıxardıb, iri bir papiros lülələdi.. Çəmənzəminli. lülələnmə “Lülələnmək”dən f.is. lülələnmək 1. qayıd. Lülə şəklinə düşmək, burulub lülə halına gəlmək, lülə olmaq. Həmişəyev .. dərindən nəfəs alıb dikələn kimi layihə öz-özünə bükülüb lülələndi.. B.Bayramov.\n2. məch. Lülə şəklinə salınmaq, lülə halına gətirilmək. Qarabağ vəziri .. irəli çıxdı, lülələnib şal qurşağına qoyulmuş tirmə kağızı açdı.. Çəmənzəminli. lülələnmiş f.sif. Lülə şəklinə salınmış. Lülələnmiş xalça. Lülələnmiş kağız. – ..Üç nəfər memar köməkçiləri qoltuqlarında lülələnmiş kağız sarıqları içəri girdilər. S.Rəhimov. Vahid lülələnmiş cürbəcür kağızları bir-bir nəzərdən keçirib oturdu. Mir Cəlal. lüləlik bax. lüləkabablıq. lüləmaya is. məh.\n1. Körpə uşağın başında bərkiməyib yumşaq qalan yer; əmgək.\n2. Qabığı bərkiməmiş yumurta. // Ümumiyyətlə, bərkiməyib yumşaq qalan şey. Lüləmaya xəmir. lüləyin is. [ər.] Misdən, saxsıdan, plastik kütlədən və s.-dən qayrılan xüsusi biçimli lüləkli və qulplu suqabı. [Molla Salman:] Hacı Nuru, sənin qiyasına görə mən gərək Qarun olaydım, bəs mən niyə bir həsir və lüləyindən qeyri bir zada malik deyiləm. M.F.Axundzadə. Yuxarı başda qoyulmuşdu bir bükülü yorğan-döşək, bucaqda var idi bir sənək, bir lüləyin və süpürgə. C.Məmmədquluzadə. lüllənmə “Lüllənmək”dən f.is. lüllənmək f. dan. Bərk keflənmək. lümbbqo [lat.] tib. Əzələlərin, bəzən əsəblərin və fəqərə sümüklərinin xəstəliyi nəticəsində bel nahiyəsində ağrı, sancı, bel ağrısı (xəstəlik). lümə (=lümək) sif. Quyruğu olmayan və ya qısa olan; quyruğukəsik. Lümə xoruz (toyuq). – Cücələrim lümək-lümək; Qanadları gödək-gödək. A.Səhhət. Kəkilli lümə toyuq sürüləri Gülşənin çox xoşladığı və həzz aldığı şeylərdən idi. Ə.Vəliyev. // zar. Kəsilmiş, qısaldılmış, kəsik. Lümək saç. Lümək paltar. lümək (=lümə) sif. Quyruğu olmayan və ya qısa olan; quyruğukəsik. Lümə xoruz (toyuq). – Cücələrim lümək-lümək; Qanadları gödək-gödək. A.Səhhət. Kəkilli lümə toyuq sürüləri Gülşənin çox xoşladığı və həzz aldığı şeylərdən idi. Ə.Vəliyev. // zar. Kəsilmiş, qısaldılmış, kəsik. Lümək saç. Lümək paltar. lüminal [lat. lumen – işıq] əcz. Acı dadan kristallik toz halında yuxu dərmanı. lüminessensiya [lat. luminis – işıq] fiz. Cismin müxtəlif səbəblər üzündən (məs.: işıqlanması, içərisindən elektrik cərəyanı keçməsi, yaxud kimyəvi proseslər nəticəsində) soyuq şüalanma hadisəsi. lüm-lüm zərf məh. Bütöv-bütöv, parçaparça. Özü lüm-lüm udur batində, amma; Zahirdə dediyi mənaya bir bax. Q.Zakir. lümlüt sif. Tamamilə lüt, soyunmuş, paltarsız, çılpaq, lüt-üryan. lümpen-proletariat [alm.] Kapitalizm cəmiyyətində: sinfi simasını itirmiş adamlardan ibarət təbəqə (səfillər, avaralar, dilənçilər, oğrular və s.). lüstr [fr., əsli ital.] bax. çilçıraq. Bir də görərdin lüstrü yandırıb, evi çıraqban elədi. Mir Cəlal. lüt sif.\n1. Paltarını tamam çıxarmış; çılpaq, üryan. Lüt uşaq. – O halda ay çıxdı buludlar dalından; Gördü çöldə durmuş bir kişi lüt (z.), üryan. A.Səhhət. Zindanxanada dar ağacı quruldu. Zamanı lüt (z.) soyundurub dara çəkdilər. Çəmənzəminli. • Lüt olmaq – soyunmaq, bütün paltarını çıxarmaq.\n2. məc. Ağacsız, bitkisiz, quru. Lüt dağ. Lüt təpə. Lüt sahə. – Dağların hərəsi bir rəng çalır, çünki bunların eləsi var ki, meşələrlə örtülüblər, amma dağların əksəri lütdürlər. C.Məmmədquluzadə. // Xəzan olmuş, yarpaqları tökülmüş. Lüt ağac. – Ağacların çırpınan lüt budaqlarını qar tutub sakitləşdirmişdi. B.Bayramov.\n3. məc. Yoxsul, kasıb, heç bir şeyi olmayan. Nəbinin ən yaxın dostu lüt Abış vəziyyətdən Nəbini xəbərdar edir. “Qaçaq Nəbi”. Kim deyər ki, lüt bir rəncbərə iş kəsməkdə qəza məhkəməsi bu qədər götür-qoy eləməli olacaq! Mir Cəlal. • Lüt qoymaq – varyoxunu əlindən çıxartmaq; yoxsullaşdırmaq. Bura niyə adamın üzünə gülsün, ora adamı soyundurub lüt qoysun? S.Rəhimov. // İs. mənasında. Lütün biridir. – [Zeynəb Nadirə:] Nə görmüsən bu çolaq Məcidin evində, acın, lütün yanında. B.Talıblı. lüt-anadangəlmə sif. və zərf Tamamilə lüt, lümlüt. lütcə bax lüt 1-ci mənada. Lütcə uşaq. lüteran [xüs. is.-dən]\n1. Lüteran dininə mənsub adam.\n2. bax. lüteranlıq. Lüteran kilsəsi. lüteranlıq is. [xüs. is.-dən] XVI əsrdə reformasiya nəticəsində Almaniyada Martin Lüter tərəfindən əsası qoyulmuş xristian məzhəbi (protestantizmin bir növü, başlıca olaraq Almaniyada və Skandinaviya ölkələrində yayılmışdır). lüt-ətcə sif. dan.\n1. Çılpaq, ətcə (uşaq haqqında). Mənə elə gəlirdi ki, [Azad] ana bətnindən lüt-ətcə bu soyuq dünyaya qədəm qoyduğu zaman belə səsini çıxarmamışdır. M.İbrahimov.\n2. məc. Balaca, körpə. [Zeynal:] Ey lütətcə balalar! Başıma yığılın. Ə.Əbülhəsən. lütf is. [ər.] klas. İltifat, mərhəmət: mehribanlıq, yumşaqlıq; xoş, alicənab münasibət. Vaqif haqdan dilər lütfü kərəmlər; Belə yerdə duran, vallah, vərəmlər. M.P.Vaqif. [Pərviz xan:] Mərhəmətiniz artıq, lütfünüz ziyad, sayəniz kəm olmasın. M.S.Ordubadi. • Lütf etmək (qılmaq) – 1) mərhəmət etmək, iltifat göstərmək, xeyirxahlıq etmək. Bu sözə nisbət sənə gəl bir hekayət söyləyim; Lütf edib qıl bir nəzər, bu müxtəsər dəstanə bax. M.V.Vidadi. Çün yar qılıb lütfünü kəm, hanı o həmdəm; Ta sülh qıla yar ilə Heyran arasında. Heyran xanım; 2) rəhm edib bağışlamaq, vermək. Ol gün ki, sənə xaliq edər lütf bir övlad; Olsun ürəyin şad! M.Ə.Sabir. // Köməklik, inayət, mərhəmət. [Hacı Qara:] Mən Allahın lütfü ilə yalnız onların iyirmisinin öhdəsindən gələrəm. M.F.Axundzadə. lütfən zərf [ər.] kit. “Lütf edin”, “zəhmət olmasa”, “zəhmət çəkin”, “xahiş edirəm” mənasında nəzakətlə müraciət ifadə edir. Lütfən oturunuz. Lütfən söyləyin. – [Student:] Bağışlayın, sizə zəhmət verirəm, otağın qiymətini lütfən söylərmisiniz? Çəmənzəminli. [Firəngiz:] Mən sizə göndərdiyim məktubların lütfən qaytarılmasını rica edərdim. C.Cabbarlı. [Şeyx Sənan:] Baba dərviş! Qılmayın lütfən; Bizi məhrum feyzi-söhbətdən. H.Cavid. lütfkar is. [ər. lütf və fars. ...kar] Mərhəmətli, xeyirxah; adamlara iltifat göstərən, yaxşılıq edən. Lütfkar adam. – Pəridən xoşliqa, qılmandan əla; Məlayikdən gördüm lütfkar səni. “Lətif şah”. Mehriban, lütfkar, doğma bir səs də; Bəzən ordu kimi yol açır bizə. S.Vurğun. lütfkarlıq is. Lütfkar olma, iltifat etmə, mərhəmət göstərmə; xeyirxahlıq, iltifatlılıq. Lütfkarlıq göstərib, .. ayrıca otaq verən mehmanxana sahibəsi Nərgizin gözündə yüksəldi. B.Bayramov. lütləmə “Lütləmək”dən f.is. lütləmək f. Tamamilə soyundurmaq, lüt etmək. lütlənmə “Lütlənmək”dən f.is. lütlənmək 1. qayıd. Paltarını soyunub lüt olmaq.\n2. bax. lütləşmək. Ağaclar getdikcə lütlənirdi. lütləşmə “Lütləşmək”dən f.is. lütləşmək f.\n1. Yarpaqları tökülmək, çılpaqlaşmaq (ağaclar haqqında). Payız fəsli ağaclar lütləşir. – Mirzə Valeh bu pəncərədən payız xəzanının gəldiyini, yaşıl ağacların lütləşdiyini həmişə seyr edirdi. S.Rəhimov. Ağaclar lütləşmiş olsa da, həmişəcavanlar onu gizlədə bildilər. B.Bayramov.\n2. məc. Var-yoxu əlindən çıxmaq, kasıblaşmaq, yoxsullaşmaq. lütlük is.\n1. Çılpaqlıq.\n2. məc. Bitkisizlik; yaşıllıqdan, bitkidən məhrumluq. Yamacların lütlüyü.\n3. məc. Yoxsulluq, kasıblıq. lüt-madərzad sif. və zərf bax. lümlüt. lüt-müt sif. dan.\n1. Tamamilə lüt, çılpaq, lüt-üryan.\n2. məc. top. Yoxsul, kasıb, səfil. Oxuyandan sonra bir qədər fikir edin. Ey mənim yolçu, dilənçi, lüt-müt qardaşlarım! C.Məmmədquluzadə. lüt-üryan sif.\n1. Lüt-anadangəlmə, lümlüt. Məcidin göldə suyu şappıldadaşappıldada qol-qanad çalması, sonra da lütüryan (z.) çay qırağında oynaması Xırdanı lap darıxdırdı. S.Rəhimov. • Lüt-üryan olmaq – lüt-anadangəlmə olmaq, lümlüt olmaq. [Fatmanisə:] Lüt-üryan olub kişilərin qabağına çıxdı. M.İbrahimov.\n2. məc. Yoxsul, kasıb. • Lüt-üryan qalmaq – var-yoxu əlindən çıxmaq. Yəqin evini yarıblar, var-yox əlindən gedib. Yaxşı lütüryan qaldı küçələrdə. Mir Cəlal. lüzum is. Lazım olma, işə yarama, lazımlıq. // Ehtiyac, hacət. • Lüzum görmək – lazım bilmək, vacib hesab etmək. [Nizami:] Bir həqiqəti təkrar etməyə lüzum görmürəm. M.S.Ordubadi. Lüzum yox(dur) – ehtiyac yoxdur, lazım deyil. [Ədil bəy:] İnanıram, əzizim, tarixə baxmağa lüzum yoxdur. S.S.Axundov. [Vaqif İbrahim xana:] Hələ ehtiyaca lüzum yoxdur. Çəmənzəminli. lüzumiyyət [ər.] bax. lazımlıq. lüzumsuz bax. lazımsız. [Gənc:] Bu gün heç kəs yediyi və geydiyi şeylərdən başqa artıq, lüzumsuz şeyləri toplamır. Çəmənzəminli. Naşad əfəndi heç də mətləbə dəxli olmayan lüzumsuz sözlər ilə [Mehribanın] canını sıxırdı. S.Hüseyn. Gövhər xanım hər şeyi səliqəyə saldıqdan sonra oturdu və yenə də lüzumsuz şeylərdən söhbət etdi. Q.İlkin. • Lüzumsuz bilmək (saymaq) – lazım bilməmək, vacib hesab etməmək. [Bəhlul:] Nicat dayının .. qızını mənə təklif eləməyini ona görə lüzumsuz sayırdım ki, xoşuma gəlmirdi. B.Bayramov. lüzumsuzluq bax. lazımsızlıq. lya [ital. la] Musiqi qammasının altıncı səsi, habelə bu səsi göstərən not. lyük [holl.] Bir şeyin içərisinə girmək (düşüb-çıxmaq) üçün adətən qapağı olan dəlik və bu dəliyi örtən qapağın özü (məs.: tankda, gəmidə və s.-də). Mm m azərbaycan əlifbasının on doqquzuncu hərfi. bax. em. maaf is. [ər.] köhn. Hər cür vergi və mükəlləfiyyətdən azad olan kəndli. maarif is. [ər.] Əhali arasında savad, bilik, mədəniyyət yaymaq üçün mütəşəkkil surətdə həyata keçirilən tədbirlər sistemi. Xalq maarifi. Maarif xərcləri. Maarif şöbəsi. // Əldə edilən bilik, təhsil, savad. Maarifə meyil və həvəs. – Şərəflə ömrünü sərf et maarif uğrunda; Gözətlə izzəti-nəfsin, unutma vicdanın. Ə.Vahid. maarifçi is.\n1. Xalq arasında maarifi, mədəniyyəti, bilikləri yayan, xalqı savadlaşdıran.\n2. tar. XVII-XVIII əsrlərdə Qərbi Avropada və XVIII-XIX əsrlərdə Rusiyada maarifçilik cərəyanı nümayəndəsi. Fransız maarifçiləri. Rus maarifçiləri. maarifçilik is.\n1. Maarifi yayma, maarif tərəfdarı olma; maarifpərvərlik. “Bahadır və Sona” kimi lirik bir əsərdə də ədib öz maarifçilik fikirlərini davam etdirir. M.Arif.\n2. tar. XVII-XVIII əsrlərdə Qərbi Avropada və XVIII-XIX əsrlərdə Rusiyada feodalizmi tənqid edən və xalqın maariflənməsinə tərəfdar olan mütərəqqi ideya hərəkatı. Maarifçilik ideyası. maarifləndirilmə “Maarifləndirilmək”dən f.is. maarifləndirilmək məch. Təlim və təhsil nəticəsində elm, bilik verilmək; mədəniləşdirilmək, savadlandırılmaq. maarifləndirmə “Maarifləndirmək”dən f.is. maarifləndirmək f. Maarif, elm, bilik, mədəniyyət vermək; savadlaşdırmaq. Xalqı maarifləndirmək. maariflənmə “Maariflənmək”dən f.is. maariflənmək qayıd. Elmli olmaq, bilik qazanmaq, mədəniləşmək, savadlanmaq. maarifpərəst [ər. maarif və fars. ...pərəst] bax. maarifçi 1-ci mənada. maarifpərəstlik bax. maarifçilik 1-ci mənada. maarifpərvər [ər. maarif və fars. ...pərvər] bax. maarifçi 1-ci mənada. Söz yox, maarifpərvərlərimizdən çoxları tapıla bilər ki, bəzi qəzetləri əvvəlinci nömrəsindən ilin axırınadək yığıb kitab bağlayırlar. C.Məmmədquluzadə. Qəzetin naşiri Məmmədağa Şaxtaxtlı maarifpərvər, xeyirxah və mütərəqqi bir adam olmuş(dur). M.İbrahimov. maarifpərvərlik bax. maarifçilik 1-ci mənada. Heyf, səd heyf ki, ittifaqı pozan və ittihadın bünövrəsinə rəxnə yetirən əvvəlcə o kəslər oldu ki, maarifpərvərlik ismini üstlərinə götürüb rəyasətlik iddiasındadırlar. F.Köçərli. maaş is. [ər.] Əmək, iş əvəzində alınan pul, haqq; aylıq, donluq, məvacib. Maaş almaq. Maaş cədvəli. – [Mirzə Səfərin] iyirmi beş manat da maaşı vardı. Ə.Haqverdiyev. Biz sadəcə icraçıyıq; Maaş alıb iş görürük. B.Vahabzadə. maaşlı sif.\n1. Maaş alan, maaşla olan; donluqlu, məvacibli. Maaşlı iş.\n2. məc. Maaşı çox olan, yaxşı maaş verilən, əmək haqqı böyük olan. Maaşlı vəzifə. mabaqi is. [ər.] köhn. Bir məbləğin, bir hesabın qalığı, qalan hissəsi. [Əhməd:] Axtar, gör bir üç manat tapa bilərsənmi? Mabaqisi sonra da çata bilər. N.Vəzirov. mabeyn is. [ər.] köhn. Ara, aralıq; orta, ortalıq. ..Məişət ilə məktəbin mabeynində əsla ittifaq və saziş yoxdur. F.Köçərli. [Baqqal Məşədi Rəhim:] Bax, Molla dayı, and verirəm səni mabeynimizdə olan sədaqətə, əgər evinizdə qənd var, xub olsun, əgər yoxdursa, beş-on girvənkə yarmarka qəndi apar. C.Məmmədquluzadə. mabəd is. [ər.] köhn. Ard, dal, davam. Bir gecəlik söhbətin min gecə mabədi var. (Ata. sözü). [Mehdi bəy:] Cümə axşamı bugünkü kefin mabədi bizdədir. S.S.Axundov. mac I. is. Kotan dəstəsi. ..Qara kəlim qarğıyar; Kotan macı tutana. (Bayatı).\n\nII. is. [ər.] köhn. Yarımay, hilal. macal is. [ər.] İmkan, fürsət, vaxt. Macalı olmamaq. Macal tapmaq. – Gərək elə eləyək ki, [Koroğlu] macal tapa bilməsin. “Koroğlu”. [Hacı Qara:] Buların qumaşı özgə qumaşdır, müştəri macal vermir, göydə götürür. M.F.Axundzadə. macalsız sif. Macalı olmayan, başı qarışıq, vaxtı, imkanı olmayan. Macalsız adam. macalsızlıq is. Macalı olmama, vaxtı olmama. macarca sif. və zərf Macar dilində. Macarca dərslik. Macarca danışmaq. macar (=macarlar) Macarıstanın əsas əhalisini təşkil edən və dil cəhətdən fin-uqor qrupuna daxil olan xalq və bu xalqa mənsub adam. macarlar (=macar) Macarıstanın əsas əhalisini təşkil edən və dil cəhətdən fin-uqor qrupuna daxil olan xalq və bu xalqa mənsub adam. macəra is. [ər.]\n1. Başa gələn həyəcanlı hadisə; qəziyyə, sərgüzəşt. Onun başına böyük macəralar gəlmişdir. – Nabat zənn edirdi ki, Şəkərəli bir şey bilmir və onu dilgir, qəmgin edən macəradan xəbərsizdir. T.Ş.Simurq. Açmasam dərdimi, kim bilir nə var; Ömrümün qaranlıq macərasında? M.Müşfiq.\n2. bax. avantüra. // Ümumiyyətlə, hadisə, qəziyyə, əhvalat. Dildən-dilə düşdü bu fəsanə; Faş oldu bu macəra cəhanə. Füzuli. macəraçı sif. və is. Macəra (2-ci mənada) sevən, macəra axtaran, macəra düzəldən adam; avantüraçı. [Fəxrəddin:] Mənə Bağdada yola düşdüyüm zaman Bağdadın cadugər və macəraçılar, hiyləgərlər [şəhəri] olduğunu demişdi. M.S.Ordubadi. Hər cür macəraçılar və başında zərərli fikirlər daşıyanlar susdurulmalıdır!.. M.İbrahimov. macəraçılıq is. Macəra sevmə, macəraya meyil; avantüraçılıq. maç I. is. dan. Öpüş, öpmə. [Təlxək əcinnə:] ..Barı heç olmasa o şirin dodaqlarından mənə bir maç ver. Ə.Haqverdiyev. • Maç eləmək dan. – öpmək, öpüş almaq.\n\nII. is. məh. Lobyanın və s. sarmaşan bitkilərin sarınması üçün yerə sancılan ağac. maça is.\n1. Qoyun və başqa heyvanların dirsəkdən aşağı bilək hissəsi. Maça əti. Maça bozbaşı.\n2. İri aşıq, böyük aşıq (bax. aşıq2 1-ci mənada). Aşıqların irisi və xırdası olardı. Xırdasına aşıq, bir qədər irisinə isə maça deyərdilər. H.Sarabski.\n3. məc. dan. Həyasız, sırtıq, abır-həya bilməyən adam haqqında. Maçanın biridir. maçamaç 1. zərf Marçıltı ilə, marçıltı səsi çıxararaq, marçamarçla. Maçamaç öpmək.\n2. is. Bir-birini öpmə (çoxları haqqında) . maça-maça is. Maça ilə oynanılan uşaq oyunu; aşıq-aşıq. Uşaqlar maça-maça oynayırlar. madam I. bağl. [ər.] Cümlənin əvvəlində gəlib, məzmununda güzəşt olmayan cümləyə güzəştlik xüsusiyyəti verir – bu səbəbə görə ki, buna görə ki (çox vaxt “ki” bağlayıcısı ilə işlənir). [Bəhram:] Madam ki, .. insanlar məkr və təzvir ilə öz məqsədlərinə yetişirlər, nə səbəbə mən hiylə qarşısında hiylə işlətməyim? C.Cabbarlı. [Bəhlul:] Madam ki, açıq söhbətə çağırırsan, bu da sənin üçün açıq söhbət. İ.Hüseynov.\n\nII. [fr.] Fransada, 1917-ci il inqilabından qabaq isə Rusiyada və bəzi başqa ölkələrdə: ərli qadına (adətən familiyasına qoşularaq) müraciət edilərkən işlədilir; xanım. “Madam Bovari” romanı. // köhn. Qadın (adətən “avropalı qadın”) mənasında. Beş deyil, on beş deyil, hər yan baxırsan var madam; Ev madam, mənzil madam, balkon madam, talvar madam. M.Ə.Sabir. Əyləşmiş ikisi, qozlada qazaq; Yanlarında madam, edirlər mazaq. H.K.Sanılı. madapolam [coğr. addan] Adətən alt paltarlıq, sıx ağ pambıq parça. // Həmin parçadan tikilmiş. Madapolam köynək. madar sif. [ər.] Ən istəkli, ən əziz; arxa, ümidgah (övlad haqqında). [Qarı:] ..Ay xanım, madar bir qızım var. “Abbas və Gülgəz”. [Güldanə:] Bilirsiniz ki, mən ata-anamın madar qızıyam. Ə.Vəliyev. [Gilə:] Mənim də varım-dövlətim o madar oğlumdur. Ə.Abasov. maddə I. is. [ər.]\n1. Təbiətdəki fiziki cisimlərin əsasını təşkil edən şey. Qida maddələri. Zəhərləyici maddələr. Üzvi maddələr. // Cisim, şey.\n2. bax. materiya 1 və 2-ci mənalarda.\n3. dan. Bədənin bir yerində gizli illət, açılmamış yara; irinlik. • Maddə etmək (eləmək) dan. – bədənin bir yerində irin əmələ gəlmək, çirk etmək.\n4. məc. Keyfiyyət; zirəklik, bacarıq, çoxbilmişlik mənasında. [Ağa Hüseyn:] Bala, bu maddə ki səndə var, inşallah, gələcəkdə böyük sövdəgər olarsan. Ə.Haqverdiyev. // zar. dan. Bu cür keyfiyyətlərə malik olan adam haqqında. Zirək maddədir. O elə bir maddədir ki... ‣ Maddələr mübadiləsi fiziol. – canlı orqanizmlərdə maddələrin xarici mühitlə qarşılıqlı əlaqə şəraitində həzm olunması ilə bağlı olan proseslərin məcmusu.\n\nII. is. [ər.]\n1. Rəsmi bir sənəddə, siyahıda, lüğətdə və s.-də müstəqil bölgü; bənd, paraqraf. Cinayət kodeksinin beşinci maddəsi. – [Mindilli:] Bax, bununla aktdakı maddələri heçə çıxartdın. S.Rəhman.\n2. mal. Büdcədə və s.-də gəlirin mənbəyini və ya məxaricin yerini göstərən hissə. Gəlir maddəsi. maddəbəmaddə zərf [ər. maddə və fars. ...bə...] Maddə-maddə, bəndbəbənd; maddələr üzrə. Qərarı maddəbəmaddə müzakirə etmək. maddi sif. [ər.]\n1. Şüurdan asılı olmayaraq mövcud olan; cismani, fiziki. Maddi varlıq. Maddi aləm. // Maddəyə aid olan.\n2. Pula, mala, mülkə aid olan. Maddi kömək. Maddi imkan. Maddi nemətlər. Maddi vəziyyət. – Qonşu hökumətlər Atabəylər ölkələrinin işinə müdaxilə etmək üçün din hamilərinə maddi və mənəvi köməkdə bulundular. M.S.Ordubadi. Kimsə [Zeynalı] sevməyir, müdafiə etməyir, mənəvi və maddi müavinətdə bulunmayırdı. S.Hüseyn. ‣ Maddi sübut hüq. – cinayətlə bağlı olan və onun açılmasına imkan yaradan şey(lər). maddiləşmə “Maddiləşmək”dən f.is. maddiləşmək f. Maddi şəkil almaq, konkret şəkil almaq. maddilik is. Maddədən ibarət olma, maddi şeyin xassəsi (mənəvilik ziddi). // Şüurdan asılı olmayaraq mövcud olma; cismanilik. maddiyyat is. [ər.] klas. Maddi, cismani şeylər (mənəviyyat əksi). madera [coğr. addan] Tünd üzüm şərabı növü. madər is. [fars.] klas. Ana. Madərləriniz etdi sizə mehrü məhəbbət; Ağuşi-şəfəqqətdə sizi bəslədi rahət. M.Ə.Sabir. Bəşşaş oturub yanında madər; Hərdən beşiyi əlilə yellər. A.Səhhət. madərşahlıq is. tar. Qadın qohumluğu xəttinə əsaslanan və qadının hakim olduğu qəbilə qruplarından ibarət ibtidai icma quruluşu forması; matriarxat. madmazel [fr.] Fransada, 1917-ci il inqilabından qabaq isə Rusiyada və bəzi başqa ölkələrdə: adətən kübar qızların, yaxud subay qadınların adlarına qoşulan söz; xanım. [Məmdəli:] Mən ki, bir şux madmazel eşqində əldən getmişəm! M.Ə.Sabir. Maşın sahibi madmazel; Əylənmək üçün iti gəzdirir. N.Rəfibəyli. madonna [ital.] Katoliklərdə: İsanın anası sayılan Məryəmə verilən ad, habelə onun heykəli və ya şəkli. madyan is. [fars.] Dişi at. Boğaz madyan. – Tağı əmi .. atları suvarmağa göndərəndə, mənə də boz madyana minməyə izin verdi. S.S.Axundov. madyar is. Macarların özlərinə verdikləri ad. maestro [ital.] Bəstəkara, dirijora və ya başqa görkəmli incəsənət xadiminə hörmət üçün verilən ad. maəda [ər.] köhn. Başqa, əlavə. Bunlardan maəda, Vaqifin .. yazdığı müxəmməsin məali-pürməzmunu həmişə doğruluq üzrə qalıb... F.Köçərli. Rzaquluxanın İran səfərinə məktəb və darülfünun yoldaşlarından maəda, mürəbbiyəsi olan Mariya xanım da böyük maneələr göstərməkdə idi. M.S.Ordubadi. mafar is. [ər.] İmkan, macal. • Mafar verməmək – tələsdirmək, macal verməmək. [Faytonçu:] Adə, çöllü balası, ağzını açıb hara baxırsan, otur gedək, yoxsa vağzalın xəzpuşları mafar verməz, heybəni çiynindən, papağını başından elə çarpışdırar ki, sonra ağzın bir saat açılı qalar. Ə.Məmmədxanlı. mafə is. [ər.] İçərisinə tabut qoyulub aparılan xərək. Səlim qocanı yudu, kəfənlədi, sonra mafəyə qoydu, həmən dediyi gül ağacının dibində basdırdı. (Nağıl). Əzizim, qönçə gedər; Gül açmaz, qönçə gedər; Mafənin qabağında; Əllərdə xonça gedər. (Bayatı). mafiya is. [ital.] Terror yolu ilə məqsədini həyata keçirən gizli təşkilat və ya cəmiyyət. Mağaraya təpilmiş neçin o qart canavar; ..Mafiyası üstündə əsim-əsim əsənlər; Fürsət düşsə əlinə, pambıqla baş kəsənlər! X.Rza. mafrac (=mafraş) bax. məfrəş. Bu xəbəri anam da eşidən kimi dinməz-söyləməz mafracını açdı və şeyləri bükdü, qoydu yerinə. C.Məmmədquluzadə. Qoca kiçik qızı atdan düşürtdü və sonra ata çatılmış iki mafraşı açıb yerə saldı. S.S.Axundov. mafraş (=mafrac) bax. məfrəş. Bu xəbəri anam da eşidən kimi dinməz-söyləməz mafracını açdı və şeyləri bükdü, qoydu yerinə. C.Məmmədquluzadə. Qoca kiçik qızı atdan düşürtdü və sonra ata çatılmış iki mafraşı açıb yerə saldı. S.S.Axundov. mafraq sif. Etibarsız (əşya haqqında), korlanmış, xarab olmuş. magistr [lat. magister – müəllim] Elmi dərəcə, habelə belə dərəcəsi olan şəxs. magistral [lat. magistralis – yönəldici, əsas]\n1. Hər hansı bir yolun əsas xətti. Dəmiryol magistralı. Su magistralı. Magistral şose yolu. // Böyük şəhərlərin ən çox hərəkət olan küçəsi. Magistral küçə.\n2. Elektrik, teleqraf, telefon, kanalizasiya və ya su şəbəkəsi sistemində əsas kabel (xətt) və ya boru. Elektrik magistralı. Magistral qaz kəməri. magiya is. [lat.] Sehrbazlıq, cadugərlik, ovsunçuluq. mağar is. Toy, yas və s. məclislər üçün qurulan böyük çadır. Dəfn mərasimindən sonra, qurulmuş iri mağarda xeyrat verildi. Çəmənzəminli. Dörd-beş çadırı bir-birinə calayıb həyətdə meydan kimi bir mağar qurmuşdular. B.Bayramov. mağara I. is. [ər.]\n1. Dağ və qayanın içinə doğru uzanan, yaxud yer altında olan geniş oyuq; zağa, kaha. Ayı mağarası. – Dəmirçioğlu bir ətrafa baxıb gördü, yolun kənarında bir mağara var. “Koroğlu”. Qaraca qız [ayıdan] fürsət tapıb, özünü dərənin döşündəki mağaraya saldı. S.S.Axundov.\n2. məc. zar. Kiçik, yaraşıqsız ev, məskən, daxma mənasında. [Qarovul:] Dəstəbaşımız da öz mağarasında əyləşib, üç gündür nə isə bizimlə danışmaq istəməyir. Ə.Haqverdiyev.\n\nII. is. Sap çarxı, qarqara. mağaza is. [əsli ər. “məxazin”dən] Böyük dükan, iri ticarət müəssisəsi. Bakı universal mağazası. – Hər küçədə bir və ya iki xırda dükandan başqa .. bütün mağaza və dükanlar bağlıdır. M.İbrahimov. Mağaza və pavilyonların al-əlvan titrək illüminasiyası, bəzəkli vitrinlər adamsız çox qüssəli göründü. Q.İlkin. mağul “Heç olmazsa”, “nə yaxşı ki”, “əcəb ki” mənalarında işlədilən ara söz. [Abbas:] Qarı nənə, imanın kamil olsun, mağul dərdlilərin dərdinə qalırsan... “Abbas və Gülgəz”. Mağul keçən vaxtlar dəvə karvanları düzülürdü yola, ticarət malını yükləyirdik dəvələrə. C.Məmmədquluzadə. mah is. [fars.] Ay. // Klassik şeirdə gözəlin surətinə işarədir. Görsən üzün ol mahın, bas bağrına gərduntək; Dön başına yalvarəyalvarə, salam eylə! M.V.Vidadi. Gər desəm aydı yer üstündə gəlib rəftarə; Əql bavər eləməz, mah səmadən düşməz. S.Ə.Şirvani. mahal I. is. [ər. məhəll] tar. Dövlət ərazisinin müəyyən idarəçilik sahəsi (inzibatisiyasi, təsərrüfat, hərbi və s.) üçün ayrılan hissəsi. Gəncə-Şirvan mahalı. – Molla Pənah Vaqif dəxi .. Qarabağa səfər edib və Cavanşir mahalında Tərtərbasarda bir müddət sakin olub. F.Köçərli. Tanındı mahalda on beş yaşından; Bahadırın adı dillərdə gəzdi. B.Vahabzadə.\n\nII. sif. [ər. mühal] Çətin əmələ gələn, mümkün olmayan, baş tutmayan, qeyrimümkün. Mahal işdir. – Cəhani tərk edərəm, cümlə dövlətü varı; Mahaldır eləmək böylə növcəvan tərkin. X.Natəvan. Qəti surətdə vazeh oldu mənə; Ki, mahal əmrdir, dönəm vətənə. A.Səhhət. • Mahal olmaq – çətin əmələ gəlmək, çətin başa gəlmək. Əhli-halı görmək istər əhli-hal; Müzayiqə etmə, gər olsa mahal. Aşıq Pəri. maharaca is. [sanskr.] Hindistanda hökmdar titulu. Orta əsrlərdə iri feodallara, müstəqil knyazlıqların hakimlərinə, yeni və ən yeni dövrlərdə isə bəzi knyazlara verilmişdir. mahatma is. [sanskr.]\n1. Hind mifologiyasında dünya ruhu, “ilahi insan”.\n2. Hindistanda görkəmli, xüsusi ehtiram bəslənilən adamların adına əlavə. mahir sif. [ər.] Məharətli, bacarıqlı, qabiliyyətli, işini əla bilən, usta. Mahir çalğıçı. Mahir rəssam. – [Ağa Kərim:] Axır eşitdim ki, qardaşın arvadına vəkil olubdur, onun tərəfindən mürafiəyə duracaq. Belə işlərdə o çox mahirdir. M.F.Axundzadə. Can usta, mahir usta, gərək işin iş olsun; Çıraqban göylər kimi eyvanın geniş olsun. M.Müşfiq. mahiranə zərf [ər. mahir və fars. ...anə] Məharətlə, ustalıqla, mahircəsinə. Mahiranə təsvir etmək. mahircəsinə bax. mahiranə. mahirləşmə “Mahirləşmək”dən f.is. mahirləşmək f. Mahir olmaq, ustalaşmaq, məharət qazanmaq. Ovçuluqda mahirləşmək. – [Mirzə Həsən:] Uşaqlarımız əkinçilik işlərində də mahirləşirlər. Ə.Haqverdiyev. mahirlik is. Mahir olma; məharət, ustalıq. Mahirlik göstərmək. – Mollalardan o yana oturmuş hacılar başmaqların hər tərəfinə mahirlik ilə tutulmuş güləbətini görüb mat və mütəhəyyir qalardılar. Çəmənzəminli. mahiyyət is. [ər.]\n1. Daxili məzmun, xüsusiyyət, əsil məna, məğz, əsas. Məsələnin mahiyyəti. – Ona arxayınsan ki, bu işlərin mahiyyətini və sirrini duymayacaqlar? C.Məmmədquluzadə. [Çiyələk] sorğu-sual eləmədi, lakin mahiyyətinə də enmədi. B.Bayramov.\n2. fəls. Əşya və hadisələrin dərin əlaqə və münasibətlərini müəyyən edən daxili əsası. mahlıc is. [ər. məhluc] Çiyidi təmizlənmiş, çiyidsiz pambıq. Cərgə pambığından alaq vurulsun: Misir mahlıcından qalaq vurulsun. R.Rza. Təpənin üzərində pambıq mahlıcını andıran duman dayanmışdı. Ə.Vəliyev. mahlıclama “Mahlıclamaq”dan f.is. mahlıclamaq f. Çiyidli pambığı maşında və ya başqa üsulla təmizləyib mahlıc halına salmaq, pambığın çiyidini təmizləmək. mahlıclanma “Mahlıclanmaq”dan f.is. mahlıclanmaq məch. Mahlıc halına gətirilmək, çiyidi təmizləmək (pambığın). mahliqa is. və sif. [fars. mah və ər. liqa] klas. Ayüzlü, gözəl. Pərdə çək çöhrəmə hicran günü, ey qanlı sirişk; Ki, gözüm görməyə ol mahliqadan qeyri. Füzuli. mahmız is. [ər.]\n1. Xoruz və bəzi başqa quşların ayaqlarının arxasında sivri buynuz çıxıntısı. Xoruzun mahmızı sınıb.\n2. Minik heyvanlarını mahmızlamaq üçün çəkmənin dabanına taxılan şişdişli kiçicik dəmir çarx. • Mahmız vurmaq – atı, iti yerisin deyə mahmızla vurmaq. İbrahim qızın əlindən tutub, atın tərkinə aldı, ata biriki mahmız vurub, üzünü vətənə sarı çevirdi. (Nağıl). Ağ libas geymiş özgə bir minici; Vurdu mahmız, o da at oynatdı. A.Səhhət.\n3. bot. Bəzi bitkilərdə gül kasacığının üzərində nektarın toplanma yeri olan içiboş çıxıntı. Əsbəçiçəyi, bənövşə və bəzi başqa bitkilərin çiçəklərində tac və ya kasacıqdan xüsusi çıxıntı əmələ gəlir ki, oraya nektar maddəsi toplanır, həmin çıxıntıya mahmız deyilir. M.Qasımov. mahmızlama “Mahmızlamaq”dan f.is. mahmızlamaq f.\n1. Mahmızla basmaq, dürtmək. Asəf atını mahmızlayıb böyük bir qəsrin qarşısında durdu və sarayı tərif etməyə başladı. M.S.Ordubadi. Bu saat işini yüngülləşdirim, – deyə [Salman] atı mahmızlayıb can verən tülkünün üstünə səyirtdi. M.İbrahimov. O yenə də Xasaya baxır, nə barədə isə düşünür, təkdənbir atını mahmızlayıb başını bulayırdı. M.Hüseyn.\n2. məc. Tələsdirmək, bizləmək. mahmızlı sif. Mahmızı olan, mahmız taxılmış. Mahmızlı çəkmədən gəlir çınqıltı; Aralıqda olur xırda pıçıltı. H.K.Sanılı. mahna is. dan. Bəhanə. Mahna axtarmaq. Mahna tapmaq. – Qızıldan tanası var; Əlində hanası var; Gözləyirəm, gəlməyir; Yəqin bir mahnası var. (Bayatı). [Bədircahan:] Züleyxa xanım gəlib buradan Leyla xanım ilə, bir yer var, oraya gedəcəklər. Bu mahnadır məhz səni görməkdən ötrü. N.Vəzirov. mahnı is. Nəğmə, hava, şərqi. Mahnı oxumaq. – Sovqat gətirər quşlar; Sizə gözəl mahnılar. A.Səhhət. [Vaqif:] Qapıçı, qapıçı, çağır gedəni! Oğul! Lap oyatdı o mahnı məni. S.Vurğun. • Mahnı demək (oxumaq) – səslə nəğmə oxumaq. Çobanlar düdük çalar, mahnı oxuyar, dadlı-dadlı söhbət edərdilər. A.Şaiq. Ətrafda quşlar batıb gedən günəşə son mahnılarını oxuyurdular. S.Rəhman. mahparə is. [fars.] Ay parçası (gözəlin epitetlərindən biri). Yüz qönçə dəhənli mahparə; Gül suyu səpərdi rəhgüzarə. Füzuli. Bu yarə bircə baxın, mahparədir, deyəsən. C.Cabbarlı. mahru (=mahrüxsar(lı)) is. və sif. [fars.] klas. Ayüzlü (gözəlin epitetlərindən biri). Sənin layiqin qəsri-şəhdir müdam; Kənizin ola mahrulər təmam. M.Ə.Sabir. mahrüxsar (=mahrüxsarlı) (=mahru) is. və sif. [fars.] klas. Ayüzlü (gözəlin epitetlərindən biri). Sənin layiqin qəsri-şəhdir müdam; Kənizin ola mahrulər təmam. M.Ə.Sabir. mahrüxsarlı (=mahrüxsar) (=mahru) is. və sif. [fars.] klas. Ayüzlü (gözəlin epitetlərindən biri). Sənin layiqin qəsri-şəhdir müdam; Kənizin ola mahrulər təmam. M.Ə.Sabir. mahrux sif. bax. mahru. mahtab is. [fars.] Ay aydınlığı, aylı gecə. Mən fələk ayını göydə görmüşəm; Yerdə sənin kimi mahtab olmaz! Qurbani. mahtablı sif. Aylı, işıqlı, aydın (gecə haqqında). Mahtablı gecə. mahud is. Üz tərəfi keçə kimi basıq yun və ya yarımyun parça. Bahadır mahud almaq fikri ilə bir mağazaya varid oldu. N.Nərimanov. Stolların üstünə o qədər də əla olmayan qırmızı mahuddan örtük çəkilmişdi. M.İbrahimov. // Bu parçadan tikilmiş. Mahud palto. – Aylar ilə işlənmiş mahud külahı dala tərəf sürüşmüşdü. A.Divanbəyoğlu. mahur is. mus. Azərbaycan klassik muğamlarından birinin adı. mahur-hindi is. Azərbaycan klassik muğamlarından birinin adı. max dan.: max verməmək – fikir verməmək, baş qoşmamaq, özünü o yerə qoymamaq, qarışmamaq. maxist [xüs. is.-dən] Maxizm tərəfdarı. maxizm [xüs. is.-dən] XIX əsrin sonunda fəlsəfədə və nəzəri fizikada subyektiv idealist cərəyan. maxorka [rus.]\n1. Yarpaq və saplaqlarından tənbəki hazırlanan bitki. Maxorka əkini.\n2. Həmin bitkinin xırda doğranmış yarpaq və saplaqlarından hazırlanan alçaq növlü tənbəki, tütün. Maxorka çəkmək. [Xəlil Mirzə] maxorka tüstüsündən və kəsif havadan bir dəqiqə də olsun çimir eləyə bilmədi. Q.İlkin. mail sif. [ər.]\n1. Hər hansı bir tərəfə əyilmiş; meyilli. Mail xətt. Mail səth. Mail divar. – Aşağı enən günəş də öz mail şüaları ilə gözləri qamaşdırırdı. Mir Cəlal.\n2. Bir şeyə və ya bir kəsə meyli olan, istəyi, həvəsi olan. İnsan insan ilə həmişə ülfət bağlamağa maildir, necə ki heyvan heyvan ilə. C.Məmmədquluzadə. • Mail olmaq – bir şeyə həvəsi, meyli olmaq; ürəyi istəmək, qəlbi yapışmaq, bağlanmaq. // Meyil etmək. Amma mən bir yanda orucluq söhbəti düşəndə, çox mail oluram ki, küfr və nasəza danışam. C.Məmmədquluzadə.\n3. Vurğun, sevən, istəyən. Mən mailəm sənin zənəxdanına; Halqa-halqa zülfipərişanına. M.P.Vaqif. Mailəm çeşmi-qəzalə; Olmuşam dərdə həvalə. Q.Zakir. • Mail olmaq – vurulmaq, sevmək, istəmək. Gümüş kəmər bağlayıbdır belinə; Danışdıqca mail oldum dilinə. Xəstə Qasım. Bir ala gözlüyə mail olmuşam; Yarın qapısında sail olmuşam. Aşıq Rəcəb.\n4. Rəng bildirən sifətlərdən sonra gələrək, bənzər, çalar, oxşar, yaxın mənasında işlədilir. [Xədicə] rəngi bir qədər qaraya mail bir qız idi. S.Hüseyn. maili sif. [ər.] Bir yana meyil edən; əyilən; düz olmayan, əyri, əyilmiş, meyilli. Maili xətt. Maili səth. – Yer bir qədər maili olduğundan .. yerimək çətin idi. M.İbrahimov. ..Günəşin maili şüaları [Yusifin] sinəsinə düşür, orden-medalları bərq vururdu. B.Bayramov. maillik is. Mail şeyin vəziyyəti. major [fr.] mus. Səsləri, böyük və kiçik tersiyadan ibarət akkord təşkil edən musiqi ladı (səslərdə gümrahlıq, şənlik duyulur) (minor əksi). Avropa musiqisi əsas etibarilə iki kök – major və minor əsasında qurulmuşdur. Ə.Bədəlbəyli. majoritar sif. [fr.] Ayrı-ayrı namizədlər üzrə keçirilən seçki. makaka is. [port.] Əntərlər yarımfəsiləsindən olan meymun. makao is. [xüs. is.-dən]\n1. Uzun quyruqlu tutuquşu.\n2. Qumar oyunu növü. makaron [ital.] Su və yumurtadan yoğrulmuş buğda unu xəmirinin qurudulmasından hazırlanmış yeyinti məhsulu, habelə ondan hazırlanmış xörək. Makaron süzmək. – [Mehribanın] evdə bir az makaronu, bir az da yağı qalmışdı. H.Seyidbəyli. makedoniyalılar cəm Yuqoslaviya və Yunanıstan Makedoniyasının, habelə Bolqarıstanın bəzi rayonlarının əsas əhalisini təşkil edən cənubi slavyan xalqı. maket [fr.] Bir şeyin (bəzən əvvəlcədən düzəldilmiş) kiçik nümunəsi; model. [Reyhan:] Cahangir gedək. Mehribanın düzəltdiyi yeni maketi sənə göstərmək istəyirəm. İ.Əfəndiyev. Ən qabaqda gələn birisi əlində maşın maketi tutmuşdu. Q.İlkin. // mətb. Kitab, qəzet, jurnal və s.-nin nümunə üçün hazırlanmış nüsxəsi. Ensiklopediyanın maketi. maketçi is. Maket ustası; modelçi. maketçilik is. Maketçinin işi, peşəsi; modelçilik. Rəssamlıqda maketçilik xüsusi bir yer tutur. maki is. [fr.]\n1. Meşənin sıx yeri.\n2. İkinci dünya müharibəsi zamanı fransız partizan dəstəsinin adı. makiavellizm is. [xüs. is.-dən] Qarşıya qoyulan məqsədlər naminə əxlaq qanunlarına məhəl qoymamağı və istənilən vasitələrdən istifadə etməyi mümkün sayan, hakimiyyət uğrunda mübarizədə hakimlərin qəddarlığına və xainliyinə bəraət qazandıran siyasət. makina [lat.]\n1. bax. maşın 1-ci mənada. Avtomobillərin, tramvayların, adam basmasın deyə, motorlarına bir makina qoyulmuş(dur). Çəmənzəminli. Dəmir makinalar hey çoxaldıqca; Qaldıq illər boyu ac da, işsiz də. S.Vurğun. Bir möhtəşəm makinə; Gur çayların zülfünə; Çəkməzmi darağını? M.Müşfiq.\n2. köhn. Yazı maşını, maşınka. Makinada yazmaq. Məqaləni makinada çap etdirmək. – Saatlarla oturub makinanın dalında; Düzürsən vərəqlərə gələcək kitabları. S.Rüstəm. [Vahid:] Anam ağ, zərif barmaqlarını makinadan çəkdi. B.Bayramov. makinaçı is. Yazı maşınında yazan (qadın). Sərvərov əmri qaraladı, özü aparıb makinaçıya verdi. Mir Cəlal. makinaçılıq is. Makinaçının işi, peşəsi, yazı maşınında çapetmə sənəti. Makinaçılıq kursu. makkartizm is. [xüs. is.-dən] 1950-ci illərdə ABŞ-da ifrat mürtəce siyasi cərəyan. makrel is. [rus.] Balıq növü. maksim [xüs. is.-dən] Xüsusi sistemli dəzgahlı pulemyot. maksimalist [yun.]\n1. Maksimalizm tərəfdarı (bax. maksimalizm 1-ci mənada).\n2. tar. Sui-qəsdçi eser qrupunun üzvü. maksimalizm [lat. maximum – daha artıq]\n1. Hər hansı bir tələbdə ifrata varma.\n2. tar. Eserlər arasında ifrat sol sui-qəsdçi cərəyan. maksimum [lat.] Ən böyük miqdar, ən çox miqdar; ən çox, ən böyük (minimum əksi). Maksimum qüvvə sərf etmək. makulatura [alm. makulatur, lat. maculare – korlamaq]\n1. mətb. Çap zamanı xarab olduğundan və ya istifadə olunub qurtardığından təzədən kağız istehsal etmək üçün işlənilən çap kağızı vərəqələri.\n2. məc. Yararsız, qiymətsiz, zəif ədəbi əsər haqqında. maq is. [yun. əsli fars.] Qədim farslarda, midiyalılarda və bəzi başqa xalqlarda kahin, habelə nücum ilə məşğul olan adam. // Sehrbaz, ovsunçu, cadugər, qeybdən xəbər verən adam. maqazin 1. bax. mağaza. [Aslan] çəkmə maqazininə girdi, axırıncı pulunu verib, bir cüt yüngül səndəl aldı. S.Vəliyev.\n2. is. Odlu silahların, xüsusən tüfəngin güllə doldurulan yeri. maqqaş is. [ər.]\n1. Çox xırda şeyləri tutub götürmək, sıxmaq və ya qoparmaq üçün kiçik maşayaoxşar alət. Maqqaşla tük çəkmək.\n2. Xəmirdən hazırlanan şirniyyatın üzünü naxışlamağa məxsus ağzı dilikli kiçik alət. Şəkərburalara maqqaşla naxış vurmaq. maqqaşlama “Maqqaşlamaq”dan f.is. maqqaşlamaq f. Maqqaş vurmaq, maqqaşla naxışlamaq. maqqaşlanma “Maqqaşlanmaq”dan f.is. maqqaşlanmaq məch. Maqqaşla naxışlanmaq, maqqaş vurulmaq. Şəkərburalar maqqaşlandı. maqma [yun. magma – xəmir] geol. Yerin dərin qatlarında yüksək temperatur və təzyiq şəraitində əmələ gələn mürəkkəb tərkibli ərgin od kütləsi (Yer qabığında və ya yer səthində soyuduqda və bərkləşəndə maqmatik süxurlar əmələ gətirir). Yerin dərin qatlarında maye halında olan maqma kütləsi püskürüb yerin üzünə çıxanda lava adlanır. M.Qaşqay. maqmatik sif. Maqmadan ibarət olan. Maqmatik süxurlar. // Maqma halında olan; sıyıq, ərgin. Süxurun maqmatik halı. maqnat [lat. magnatus – kübar, əyan]\n1. Avropanın bəzi ölkələrində (xüsusilə keçmişdə feodal-kəndli Polşasında və Macarıstanda) iri feodal, mülkədar.\n2. İri sənaye və maliyyə kapitalisti. Maliyyə maqnatı. maqnetizm [yun.]\n1. Maqnitin, habelə bəzi cisimləri özünə tərəf çəkən, yaxud itələyən elektrik gərginliyi, ya da elektrik yükü olan naqilin xassəsi.\n2. Maqnit hadisələri və cisimlərdəki maqnit xassələri haqqında elm. maqnezium [yun.] Yanarkən parlaq ağ alov verən gümüşü-ağ rəngli yüngül, kövrək metal – kimyəvi element. maqneziya [coğr. addan] Maqnezium duzu və ya oksidindən ibarət ağ poroşok (təbabətdə işlədilir). Ağ maqneziya. maqnit [yun.] Bəzi cisimləri özünə çəkmək və itələmək xassəsinə malik cisim; ahənrüba. Neftimiz, pambığımız, benzinimiz, maqnitimiz; Güclənir, güclənirik qoşduğumuz cəbhədə biz. M.Müşfiq. // məc. Cazibə qüvvəsinə malik olan adam və ya şey haqqında. Mən qərib bir quşam, taleyim deyə; Sevgi maqnitindən qaça bilmərəm. S.Tahir. maqnitləmə “Maqnitləmək”dən f.is. maqnitləmək f. Cismə maqnit xassəsi vermək, maqnitli etmək. maqnitləndirilmə “Maqnitləndirilmək”dən f.is. maqnitləndirilmək məch. Maqnit xassəsi verdirilmək, maqnitli etdirilmək. maqnitləndirmə “Maqnitləndirmək”dən f.is. maqnitləndirmək f. Cismə maqnit xassəsi vermək, maqnitli etmək. Kompasın əqrəbini maqnitləndirmək. maqnitlənmə “Maqnitlənmək”dən f.is. maqnitlənmək qayıd. Maqnitli olmaq; maqnitləşmək. maqnitləşdirici sif. xüs. Maqnit xassəsi verə bilən, maqnitli edən. Maqnitləşdirici sarqaclar. maqnitləşdirilmə “Maqnitləşdirilmək”dən f.is. maqnitləşdirilmək bax. maqnitləndirilmək. maqnitləşdirmə “Maqnitləşdirmək”dən f.is. maqnitləşdirmək bax. maqnitləndirmək. maqnitləşmə “Maqnitləşmək”dən f.is. maqnitləşmək bax. maqnitlənmək. maqnitli sif. Maqnit xassəsinə malik olan, maqniti olan. Maqnitli cisimlər. – Daşkəsən yatağı maqnitli dəmir yatağı adlanır. M.Qaşqay. maqnitofon [yun.] Elektromaqnit vasitəsilə səsi yazan və təkrar edən aparat. Səs siqnallarını maqnit lentinə yazan, sonra isə səsləndirən aparat. Qaya maqnitofon dilləndi yenə: “Hey, hey! Bir dayan; Şövkətdir oxuyan, Habildir çalan! Bu Tofiq, bu Arif, bu da Cahangir...” M.Araz. maqnitola is. [yun.] Maqnitofon və radioqəbuledicidən ibarət məişət cihazı. maqnitometr [yun.] Maqnit sahəsinin gərginliyini ölçən cihaz. maqnitsizləşdirilmə “Maqnitsizləşdirilmək”dən f.is. maqnitsizləşdirilmək məch. Cismin maqnit xassəsi yox etdirilmək, maqnitsiz etdirilmək. maqnitsizləşdirmə “Maqnitsizləşdirmək”dən f.is. maqnitsizləşdirmək f. Cismin maqnit xassəsini yox etmək, maqnitsiz etmək. maqnitsizləşmə “Maqnitsizləşmək”dən f.is. maqnitsizləşmək f. Cismin maqnit xassəsi yox olmaq, maqnitsiz olmaq. maqnoliya [xüs. is.-dən] bot. Ətirli iri və ağ çiçəkləri olan ağac və ya kol-bitki. maqnon is. [lat.] Kvant nəzəriyyəsinin mühüm anlayışlarından biri. mal I. is.\n1. İribuynuzlu ev heyvanı; malqara, qaramal (inək, öküz, camış və b.). Malı naxıra qatmaq. Mal damı. – [Dərviş:] Malların köyşəyi, atların nəriltisi, gah-gah da itlərin mırıltısı qulağıma gəlirdi. A.Divanbəyoğlu. • Mal həkimi – baytar həkimi. // top. İribuynuzlu heyvan sürüsü. Mal qapıya gələndə axşam, səhər; Qoyun mələr, quzu mələr, mal mələr. A.Şaiq.\n2. dan. Fərasətsiz, dilsiz, düşüncəsiz, key adam haqqında. Malın biridir. – [Qumru:] Bizimki malın, məğmunun biridir, lap düz buyurursan! Mir Cəlal. [Şair Nağı:] Kənd içində olanda diliniz ötür; Çöldə dönürsünüz mala, göyçəli! “Aşıq Ələsgər”. ‣ Mal kimi gözünü döymək – kütcəsinə baxmaq, tənbəl-tənbəl baxmaq. [Rüstəm traktorçulara:] Ə-ə, sizinləyəm ey, nə mal kimi gözünüzü döyürsünüz? M.İbrahimov.\n\nII. is. [ər.]\n1. Qiyməti olan və cəmiyyətdə alğı-satqı yolu ilə paylaşdırılan əmək məhsulu; ümumiyyətlə, alver obyekti olan hər şey; əmtəə. Çoxişlənən mallar. – [Xortdan:] Dükanın içində beş-on manatlıq mal yoxdur. Ə.Haqverdiyev. Məscidin alçaq qapısından hamballar motal və başqa baqqal malları çıxarırdılar. Çəmənzəminli.\n2. Parça, arşınmalı (çit, mahud, ipək və s.). [Hacı Qara:] Heç kəs malın üzünə baxmır. M.F.Axundzadə. Aslan əynindəki qara mahud paltonu və eyni maldan tikilmiş şapkanı çıxararaq asılqana taxıb, Rüstəm kişi ilə üzüzə əyləşdi. M.İbrahimov.\n3. Var-dövlət, sərvət; mal-əmlak. Dünyanın malı; Cahü cəlalı; Şövqü vüsalı; Bu balama qurban! (Layla). Əlli yol çapıllam, yüz yol talannam; Bir şey deyil dövlət, mal, incimərəm. Aşıq Ələsgər. Dəstədə olan adamların biri Mir Qasımdır ki, doğma bacısı Səkinənin malını yemək qəsdi ilə saxta kağız düzəltmişdi. C.Məmmədquluzadə.\n4. məc. vulq. Gözəşirin qadın (qız) haqqında. [Cahangir ağa:] Heç görürsən, bu Həsən kişinin qızı Gülnisə nə maldır? Ə.Haqverdiyev. [Qarı Xuramana:] Nə xanların malısan? S.Vurğun. mala is. [fars.]\n1. Binanın iç və bayır divarlarına çəkmək üçün əhəng, sement və s. qatışığından ibarət suvaq, palçıq. Mala tutmaq. // Həmin qatışığın, binanın içinə və bayır divarına, bəzən də səqfinə çəkilən bərkimiş qatı; suvaq. Divarın malası qopub yerə töküldü. – Otağın divarları tikiləndə necə mala çəkilib suvanmışdısa, elə də qalmışdı. B.Bayramov.\n2. bax. malakeş 2-ci mənada. Mala ilə divarı suvamaq.\n3. Şumlanmış torpağın kəsəklərini əzmək və hamarlamaq üçün kənd təsərrüfat aləti. Malanı təmir etmək. – Kəsəkli ağır torpaqlarda diskli malalardan istifadə edilir. // Şumlanmış torpağın kəsəklərini əzib hamarlama işi. [Rüstəm kişi:] Orada qarğıdalı əkəcəyəm. Malasın .. traktor ilə çəkəcəyik. M.İbrahimov. malaaltı sif. Malanın altı üçün olan, suvağın altından vurulan. Malaaltı taxta. malabaxan is. Mal-qaraya qulluq edən şəxs. Malabaxanların yarışı. // Sif. mənasında. Malabaxan qadın. malaçəkən (=malaçı) bax. malakeş 1-ci mənada. malaçı (=malaçəkən) bax. malakeş 1-ci mənada. malaçılıq bax. malakeşlik. malax is. bot. Əncir növü. ..Azərbaycanda qiymətli əncir sortlarından tabaq əncir, malax əncir, sumax əncir sortlarını göstərmək olar. İ.Axundzadə. malaxit [yun.] Müxtəlif xırda məmulat hazırlamaq və mis almaq üçün xammal kimi işlədilən açıq-yaşıl rəngli mineral. malakan [rus.] Malakanlıq təriqətinə mənsub adam (bax. malakanlıq). [Hacı Qurban:] ..Atam sənə qurban, mənim qorxum o birəhm malakanlardandır. N.Vəzirov. [Gövhər xanım:] Deyirlər axtarsan, şəhərdə malakanlardan yaxşısını taparsan. İ.Hüseynov. • Malakan furqonu köhn. – malakan ustalar tərəfindən düzəldilən üstü çadırlı, dördçarxlı araba. Üstü çatmalı malakan furqonu məscidin qabağında dayandı. Mir Cəlal. malakanlıq is. Pravoslav mərasimlərini və kilsə iyearxiyasını qəbul etməyən, xristian məzhəbinin nümayəndəsi, həmin məzhəbdən olan. malakeş is. [fars.]\n1. Binaların divarlarına mala çəkən usta; suvaqçı, malaçəkən, malaçı. Malakeşlər briqadası. – Bakıda ümumiyyətlə peşəkarlar – bənna, xarrat, dəmirçi, rəngsaz, malakeş və sair çox olardı. H.Sarabski.\n2. Suvaq çəkmək üçün alət; mala, kəmçə. Malakeşi təmizləmək. malakeşlik is. Malakeşin sənəti, peşəsi; suvaqçılıq, malaçılıq. malalama “Malalamaq”dan f.is. malalamaq f.\n1. Divara mala çəkmək; suvaqlamaq. Evi malalamaq.\n2. Şumlanmış yerin kəsəklərini mala ilə əzmək, hamarlamaq. Şamama və onun yoldaşları tarlanı mükəmməl surətdə malalayıb üstündən ensiz zolaqlar çəkdilər. İ.Əfəndiyev.\n3. məc. Üstünü örtmək, ört-basdır etmək, açmamaq, faş etməmək (sözün, işin, hadisənin və s.). [Odabaşı:] Belə danışıqlar ilə sözlərini malalayırdısa da, elə ürəklərə bir şəkk toxumu səpirdi. Ə.Haqverdiyev. ..Leylək Gəray ağa Cavanşirdə doğa biləcək hər hansı şübhəni malalamağa çalışdı. S.Rəhimov. malalanma “Malalanmaq”dan f.is. malalanmaq məc.\n1. Mala çəkilmək, suvanmaq (divar və s.). [Su] ..hamamın ağ gəc ilə malalanmış (f.sif.) divarlarına və səqfinə elə bir səs salmışdı ki, guya özgə bir danışığa macal vermək istəmir. C.Məmmədquluzadə.\n2. Şumlanmış yerin kəsəkləri mala ilə əzilmək, hamarlanmaq. Nəcəf dümdüz və hamar şumlanıb malalanmış (f.sif.) sahənin başında durmuşdu. M.İbrahimov. malalatdırma “Malalatdırmaq”dan f.is. malalatdırmaq icb.\n1. Divara mala çəkdirtmək; suvatdırmaq. Otağı malalatdırmaq.\n2. Mala ilə şumlanmış yerin kəsəklərini əzdirmək, hamarlatdırmaq. Sahəni malalatdırmaq. malalatma “Malalatmaq”dan f.is. malalatmaq icb.\n1. Mala çəkdirmək; suvatmaq. Divarları malalatmaq.\n2. Mala ilə şumlanmış yerin kəsəklərini əzdirmək, hamarlatmaq. Pambıq tarlasını malalatmaq. malalı sif. Mala çəkilmiş, malalanmış, malası olan. Malalı divar. malamal sif. və zərf [fars.] Dolu, dopdolu, ləbələb, ağzına qədər. Malamal doldurmaq. Teatr malamal idi. – Məscid bir sinif xalqdan malamal idi. M.F.Axundzadə. Oxudurdu neçə nəfər ətfal; Məktəbi olmuş idi malamal. S.Ə.Şirvani. malaşərik sif. Ümumi mal və ya dövlətdə hissəsi, payı olan. Malaşərik (z.) olmaq. Malaşərik adam. malay sif. və is. köhn. Gənc, cavan, yeniyetmə. Malay uşaq. – [Balaqardaş:] ..Sənin bir malay nökərin var idi, o necə oldu? N.Vəzirov. malaylar cəm Malay arxipelaqı adalarında və Moluk yarımadasında yaşayan tayfa və xalqlar qrupu. malbaş sif. dan. Axmaq, gic, səfeh, qanmaz, kütbeyin. // Bəzən söyüş kimi işlənir. [Məşədi Cahangir:] Sənə kim demişdi, hökumətdən qaçanlara yorğan-döşək açasan, malbaş oğlu malbaş! Mir Cəlal. malbaşlıq is. Axmaqlıq, giclik, səfehlik, qanmazlıq, kütbeyinlik. malcanlı sif.\n1. Öz malının qədrini bilən, öz malını qoruyan, ona qayğıkeşlik göstərən.\n2. bax. malpərəst. malcanlılıq is. Malcanlı adamın xasiyyəti, öz malını qoruma, malının qayğısına qalma. malçəkən bax. qapançı. mal-davar bax. mal-qara. maldar is. [ər. mal və fars. ...dar] Ev heyvanları saxlamaqla məşğul olan kəndli və ya kənd təsərrüfatı. // Sif. mənasında. Bahar fəsli maldar kəndlilər buraya köçüb alaçıqlar qurarlar və orada .. mallarını otladarlar. S.S.Axundov. maldarlıq is. Kənd təsərrüfatı sahəsi kimi mal-qara saxlamaqla məşğul olma. Kəndin camaatı hamısı maldarlıqla güzəran edir, heç kəs cürət edib kənara süd sata bilməzdi. Ə.Haqverdiyev. // Sif. mənasında. Maldarlıq briqadası. maldili is. bot. Üstü tikanlı, yarpaqsız, enli, ətli gövdəsi olan cənub bitkisi; kaktus. mal-dövlət top. [ər.] Sərvət, dövlət, əmlak, var. Mal-dövləti əlindən çıxmaq. – [Yaşlı kişi:] Görünür, Çopurun mal-dövləti [Şirinnazın] gözünü tutmuşdu. S.Hüseyn. Gəzdim dağı, dağlığı; Yoxdu onun bağlığı; Mal-dövlət gedər qalmaz; Qalar bir cansağlığı. (Bayatı). mal-heyvan bax. mal-qara. Dastanın sonrasını eşitmək üçün camaat axşam olmağı gözlədi. Elə ki, şər qarışdı, camaat malheyvanını rahat elədi, yenə toy evinə toplaşdılar. “Aşıq Ələsgər”. malxulya is. [ər. əsli yun.] Qara sevda, qara fikirlər; qəmgin, tutqun əhval-ruhiyyə; insanda baş verən səbəbsiz ruh düşkünlüyü. Elektrik çıraqları yandı və məni də qaranlıq malxulyasından oyatdı. C.Məmmədquluzadə. • Malxulya etmək – fikrə, xəyala dalmaq. Axund Mirqasım malxulya edə-edə məscidin yolunu tutdu. S.Rəhman. malxulyaçı sif. Malxulya edən; malxulyaya meyilli adam. malik is. [ər.] Sahib, yiyə. Başqa-başqa səciyyəyə malik bu adamların adları da səciyyələrinə müvafiq idi. Çəmənzəminli. İskəndər hərəkət etmək, fəaliyyət göstərmək, yaratmaq üçün çırpınan bir ruha malikdir. M.İbrahimov. • Malik olmaq – sahib olmaq. İstərdim o da mən kimi bir hörmətə çatsın; Ta qol gücünə malik olub şöhrətə çatsın. M.Ə.Sabir. Heydər atasının dövlətinə tək oldu malik və işi gəldikcə başladı tərəqqi eləməyə. C.Məmmədquluzadə. malikanə is. [ər. malik və fars. ...anə] Mülkədar mülkü, mülkədara məxsus ev və ona yapışıq bağ, bağça və s. [Qatır Məmməd:] Əlyar xanın atlıları kənddən üzüaşağı enir, xanın qonşu kənddəki malikanəsinə qayıdırdılar. Ə.Məmmədxanlı. malikiyyət is. [ər.] Malik olma, sahib olma; sahiblik, yiyəlik. maliyyə is. [ər.]\n1. Dövlətə, yaxud ayrıayrı şəxslərə məxsus pul vəsaiti; pul. Dövlət maliyyəsi.\n2. Pul işlərinin təşkili, pul dövriyyəsi və kreditlə bağlı olan. Maliyyə nazirliyi. – Kosa, mühasibi çox axtardıqdan sonra onu maliyyə şöbəsi müdirinin kabinetində tapa bildi. S.Rəhimov. // dan. Ümumiyyətlə, pul, pul işləri. ..Təhlükə zamanlarında Məşədi Kazım ağanın maliyyə işləri zərərdidə olurdu. M.S.Ordubadi. maliyyəçi is.\n1. Maliyyə işləri mütəxəssisi.\n2. köhn. Çoxlu pulu olan adam, dövlətli adam. maliyyət is. [ər.] dan. Dəyər, qiymət, baha. [Həsən:] A başınıza dönüm, [qoyunun] maliyyəti dörd abbasıdır. Ə.Haqverdiyev. maliyyətsiz sif. dan. Heç bir dəyəri, qiyməti olmayan. Maliyyətsiz şey. malkələmi is. bot. Mal yemi kimi istifadə olunan kələm növü. mal-qara top. İri və xırda buynuzlu ev heyvanları. Mal-qaramız artır. – Pəyədən mal-qaranı bəzi çıxardır qırağa; Bəzi səhraya gedir işləməyə, bəzi bağa. A.Səhhət. Nurəddinin mal-qaradan ancaq bir atı vardı. S.S.Axundov. [Cavad:] O ağacın yerində ev tikərik, çəpəri buradan çəkərik ki, mal-qara, dana həyətə girməsin. B.Talıblı. mal-qaraçı bax. maldar. mal-qaraçılıq is. Mal-qara saxlama; maldarlıq. mal-qaralı sif. Mal-qarası olan, malqara saxlayan. Mal-qaralı həyət. – Qayib kişinin əvvəli mal-qaralı, qoyun sürülü, dövlətli bir kəndli idi. S.S.Axundov. mallı I. sif. Mal-qarası olan, mal-qaralı, ev heyvanı saxlayan. Mallı kəndli.\n\nII. sif. Varlı, dövlətli. Eyləyirsən məni müşkül işə vadar, yazım? Mallı, pullu kişini zalimü qəddar yazım? Ə.Nəzmi. ..Bir mallı, dövlətli kəndlinin cavan oğlu şiddətli surətdə dəli olur. S.S.Axundov. mal-madar (=mal-mülk) is. dan. Var, dövlət. Mal-madar sahibi. Mal-madarı əlindən getmək. – [Paşa bəy:] Bu qədər cah-calal, ad-san, şan-şöhrət, mal-mülk əldən çıxsa dözmək olarmı? Ə.Vəliyev. mal-mülk (=mal-madar) is. dan. Var, dövlət. Mal-madar sahibi. Mal-madarı əlindən getmək. – [Paşa bəy:] Bu qədər cah-calal, ad-san, şan-şöhrət, mal-mülk əldən çıxsa dözmək olarmı? Ə.Vəliyev. maloruslar cəm Ukraynalıların köhnə adı. malpərəst sif. və is. [ər. mal və fars. ...pərəst] Var-dövlətə, pula, vara həris olan, onlara pərəstiş edən; malcanlı. Malpərəst adam. Malpərəstin biridir. malpərəstlik is. Malpərəstin xasiyyəti, vara-dövlətə həris olma, pərəstiş etmə. mal-pul bax. mal-dövlət. malsız I. sif. Heyvanı olmayan, ev heyvanı saxlamayan. Malsız həyət.\n\nII. sif. Varı-dövləti olmayan; yoxsul, kasıb. Malsız adam. maltoza is. [ing.] Səməni şəkəri, təbii disaxaridlərdən biri. maltusçuluq is. İngilis burjua iqtisadçısı Maltusun, kapitalizm şəraitində zəhmətkeşlərin ağır vəziyyətini ictimai səbəblərlə deyil, əhalinin son dərəcə sürətli artımı ilə izah edən mürtəce nəzəriyyəsi. malyariya [ital.] Növbəli titrətməqızdırması olan yoluxucu xəstəlik; titrətməqızdırma. Malyariyaya tutulmaq. Malyariya ilə mübarizə. – [Aydın:] Mən malyariya sahəsində işləmək istəyirəm. H.Seyidbəyli. malyariyalı sif. Malyariya xəstəliyinə tutulmuş; titrətmə-qızdırmalı. malyeməz is. Öz zəruri ehtiyaclarına belə pul xərcləməyən, imkanı, varı-dövləti olduğu halda korluqla yaşayan xəsis adam. Malyeməzin malını yeyərlər. (Ata. sözü). [Qoca:] Oğlum, sən nə bildin ki, ölən malyeməz imiş? “Əsli və Kərəm”. [Qulu:] Yəni belə malyeməzin malını yemək haramdır? S.S.Axundov. mama I. is. Doğuş zamanı kömək göstərməklə məşğul olan (keçmişdə təhsilsiz, indi isə xüsusi təhsil görmüş) qadın. Mama çox olanda, uşaq tərs gələr. (Ata. sözü). [Cahan:] Kənddə mama yoxluğu hiss edilirdi. Ə.Haqverdiyev.\n\nII.\n1. məh. bax. bibi.\n2. dan. Ana. Maması: – Əliş, burada niyə mürgüləyirsən? Ə.Vəliyev. mamaça is. Xüsusi təhsili olmayan mama, ara həkimi. Yüz mamaça yığılsa da, güc doğana düşər. (Ata. sözü). Səhərisi yenə mamaça gələr, zahıya baxıb lazımi tapşırıq və dərmanlar verər, şişi-zadı yığıb evdən tullardı. H.Sarabski. mamaçalıq is. Mamaçanın sənəti, peşəsi, işi. mamalıq is. Mamanın işi, peşəsi (bax. mama1). Nənəcan mamalıq edib qızını saxlardı. N.Nərimanov. [Ziba] özü də mamalıq texnikumunun son sinfində oxuyurdu. S.Hüseyn. mamır is. bot. Ali sporlu bitkilərdən ibtidai quruluşa malik bitki. Həyətin hündür hasarları rütubətdən mamırla örtülmüşdü. H.Seyidbəyli. Cığırı çox yerdə yaşıl mamır basmışdı. B.Bayramov. mamırlanma “Mamırlanmaq”dan f.is. mamırlanmaq f. Mamırla örtülmək, üzərində mamır bitmək. Qaya mamırlanmışdı. mamırlı sif.\n1. Mamırla örtülmüş, üstünü mamır basmış. Dolaşdım Gürcüstanın; Mamırlı dağlarında. Ə.Cavad. [Həkim] ..su içindəki mamırlı qayanın üstü ilə iməkləyərək qırağa çıxdı. M.Hüseyn.\n2. məc. dan. Tük basmış, qıllanmış. Mehmanın axırıncı nəzəri mamırlı adamla toqquşdu.. S.Rəhimov. mamırlıq is. Çox mamır bitən yer, mamır basmış sahə. mamırotu is. bot. Qərənfilçiçəklilər fəsiləsindən xırda çiçəkli ot bitkisi. mamont [rus.] Xarici görünüşcə fili xatırladan, buzlaşma dövründə yaşamış, uzuntüklü, yuxarı əyilmiş dişləri olan çox iri heyvan. man is. dan. Eyib, nöqsan, kəsir. • Man deyil – eyib deyil, nöqsan sayılmır. Kasıblıq man deyil. – Arvad alıb-boşamaq zəmanəmizdə man deyil və ən asan işlərin birisidir. E.Sultanov. Amerikada bu adətdir; Oğru olmaq man deyildir. R.Rza. • Man etmək (eyləmək) – eyib tutmaq; eyibləmək; nöqsan bilmək. Sinə açıq, zülf pərişan, üz yara; Məni belə görən sənə man eylər. Aşıq Bəyim. Man tutmaq (bilmək, görmək) – bax. man etmək (eyləmək). [Allahqulu:] Çimnaz xala, .. qələt eləmişəm, sən atanın goru, man görmə! Ə.Əbülhəsən. manat is. Azərbaycanda yüz qəpiyə bərabər olan əsas pul vahidi. // Bu dəyərdə olan kağız və ya metal pul. Hər biri mərdlik edib isbat; Dəftərə yazdı: verrəm əlli manat. S.Ə.Şirvani. Sitarə çıxarıb Aslana beş manat verdi. S.Rəhimov. manatlıq is.\n1. Bir manat qiymətində olan pul. Manatlığı xırdalamaq.\n2. Saylarla işlənib bir şeyin neçə manat dəyərində olduğunu bildirir. 5 manatlıq ağ almaq. – [Kərbəlayı Cəfər:] ..Sən bir elə adam tap ki, mənə yeddi manat versin, mən onun yanında on yeddi manatlıq şey girov qoyum.. C.Məmmədquluzadə. [Gileygüzarov:] Gətirdiyin üç manatlıq kitab hədiyyəsi nəyimə gərəkdir. S.Rüstəm. mancanaq is. [yun.]\n1. Quyudan su çəkmək üçün ling rolunu oynayan uzun ağac. Mancanaqla su çəkmək. // tex. Quyudan nefti və ya suyu çıxartmaq üçün qurğu. Mancanaq dəzgahı. – Mancanaqlar enib-qalxır, .. kompressor stansiyasından gələn yeknəsəq guppultunun arası kəsilmirdi. M.Hüseyn. [Nefti] quyudan mancanaqla çıxarırdılar. S.Vəliyev.\n2. Qədim müharibələrdə qalaların divarlarını dağıtmaqdan ötrü daş, yanar maye ilə dolu çəllək və s. atmaq üçün işlədilən mühasirə maşını. Ərisək və mancanaq daşıyan arabalar Qarabağın aşılmaz gədiklərindən igidlərin çiynində çıxarılırdı. M.S.Ordubadi. mancanaqçı is. Qədimdə mancanağı (2-ci mənada) idarə edən döyüşçü. [Xan:] Bir dəstə oxatan, bir dəstə mancanaqçı göndərsinlər. “M.N.lətif.” mandal is. məh. Cəftə, siyirtmə. Dəmir qapıların sanballı qıfılları zırınqıltı ilə açıldı, ağır mandallar cəftələrdən çıxarıldı. Çəmənzəminli. mandallı sif. məh. Cəftəli, siyirtməli. Mandallı qapı. // Dalına kilid (2-ci mənada) vurulmuş. mandarin I. [isp.] bax. naringi.\n\nII. [port.] Köhnə feodal Çində dövlət məmurları. mandat [lat. mandatum – tapşırıq]\n1. Təqdim edənin bu və ya digər vəkalətini təsdiq edən sənəd. Deputat mandatı.\n2. 1914-1918-ci illərdəki dünya müharibəsində qalib ölkələrə, Almaniyanın keçmiş müstəmləkələrini və Osmanlı imperiyasının bir hissəsini idarə etmək üçün Millətlər Cəmiyyəti tərəfindən verilən hüquq. mandatlı sif. Mandatı olan. Mandatlı nümayəndə. mandolina [ital.] Çanağı əsasən oval şəkilli mizrabla çalınan, dörd cüt simi olan musiqi aləti. mandolinaçı is. Mandolina çalan çalğıçı. mane [ər.]: mane olmaq – əngəl olmaq, qarşısını almaq, bir işin icra olunmamasına səbəb olmaq. Şaban arvadını, uşağını görən tək qollarını açıb istədi balasını bağrına bassın, amma soldat mane olub daldan bir tüfəng dürtməsi vurdu. Ə.Haqverdiyev. [Müdir:] Niyə xalqa mane olursan ki.. H.Nəzərli. maneçilik bax. maneə. Rüstəm öz ağlı ilə bilirdi ki, başqa bir maneçilik olmasa, Qəhrəman öz beynilə bu zəmanədə özünə düz yol seçə bilər.. S.Rəhimov. • Maneçilik törətmək – mane olmaq, əngəl olmaq. Həsrət Yusifə söz verdi ki, əgər Hümmət yenə maneçilik törətsə, o, raykomun üzvü kimi bu məsələni raykomda qoyacaqdır. B.Bayramov. maneə is. [ər.] Bir işin görülməsinə, başa gəlməsinə yol verməyən, imkan verməyən şey, səbəb, əngəl; çətinlik. Maneələri aradan qaldırmaq. – [Mələk Şeydaya:] Bundan sonra heç bir maneə, heç bir qüvvət sizi bir-birinizdən ayırmaz. H.Cavid. [Həsən bəy:] Mirzə Fətəli Axundzadə nə cür maneələrlə üz-üzə gəldi, ancaq mərd iradəsi hər şeyi yıxıb keçirdi. Q.İlkin. maneəli sif. Maneəsi olan; əngəlli, çətin. maneəsiz sif. və zərf Maneəsi olmayan, əngəlsiz, çətin olmayan, asan(lıqla). Maneəsiz qapıdan içəri keçdi. manej [fr.]\n1. At sürmək və at təlimi üçün xüsusi böyük bina və ya meydança. Manejdə at təlimi.\n2. Sirk səhnəsi. Maneji çıxış üçün hazırlamaq. maneken is. [fr.] Mağaza və atelyelərdə paltar nümayiş etdirmək üçün insan formasında düzəldilən fiqur; müqəvva. manevr [fr.]\n1. hərb. Düşmənə zərbə endirmək məqsədilə qoşunların və ya donanmanın bir yerdən başqa yerə hərəkəti və bir yerə toplanması. Toplar öz atəşləri və çarxlarilə durmadan manevr edirdilər. Ə.Məmmədxanlı. // Ordu və ya donanmanın döyüş şəraitinə yaxın bir şəraitdə keçirilən taktiki təlimi. Hələ Tbilisidə ikən Mədətov manevrdə qıçı burxulduğu üçün bir hospitalda on gün yatmışdı. Ə.Əbülhəsən.\n2. d.y. Qatar tərtib etmək üçün lokomotiv və vaqonların stansiya yollarında o tərəf-bu tərəfə hərəkəti. Limanda duran paroxodların, manevr edən parovozların arabir fit səsi gəlirdi. M.S.Ordubadi. Qarşıdakı küçədə manevr edən parovoz arabir kəsik-kəsik fit verir. H.Seyidbəyli.\n3. İstiqaməti dəyişmə (gəmi, təyyarə haqqında). Müstəqil naviqasiya ölçülərinin məlumatına görə gəmilərin komandirləri əl ilə idarədən istifadə etməklə qarşılıqlı surətdə manevri davam etdirirlər.\n4. məc. Biclik, hiylə, fırıldaq, fənd. [Knyaz:] Sanırım bir manevr olmalı bu. H.Cavid. Ancaq bütün bunlar bir manevr idi. S.Rəhman. mani is. Türk xalq şeri və nəğmə janrı. manifest [lat. manifestare – aydın, aşkar etmək]\n1. Müstəsna əhəmiyyəti olan bir hadisə münasibətilə ali hakimiyyət orqanının əhaliyə yazılı müraciəti. Kəndlilərin azad edilməsi haqqında manifest. – Qayda belədir: həmişə manifest çıxanda, ruznamələr onun məzmununu və mənasını camaata bildirirlər ki, hər bir kəs baxəbər olsun. C.Məmmədquluzadə.\n2. Siyasi partiyanın, ictimai təşkilatın proqram səciyyəli müraciəti. Sülh haqqında manifest.\n3. Hər hansı bir ədəbi və ya bədii yaradıcılıq qrupunun öz yaradıcılıq prinsipləri haqqında yazılı şərhi. Futuristlərin manifesti. – “Şair, Şeir pərisi və Şəhərli” poeması ilə Səhhət öz ədəbi manifestini elan etmişdi, dövrün kəskin, mürəkkəb ədəbi mübarizələrində öz mövqeyini bildirmişdi. K.Talıbzadə. manikür [fr.] Əl dırnaqlarının təmizlənməsi və parıldadılması. Dırnaqlarını manikür etdirmək. manikürçü is. Manikür mütəxəssisi olan qadın. manikürlü sif. Manikür edilmiş, manikürü olan. Dırnaqları manikürlü, dodaqları qırmızı; Kəlməbaşı deyir ki, “mən el qızıyam, el qızı”. S.Rüstəm. manipulyasiya is. [fr.]\n1. Əlin və ya hər iki əlin müəyyən bir işlə bağlı hərəkəti; əl işində dəqiqlik tələb olunan əməliyyat.\n2. Fırıldaq, kələk, hiylə. manivela [ital.]\n1. xüs. İstinad nöqtəsi ətrafında fırlana bilən və kiçik qüvvə vasitəsilə böyük qüvvəni tarazlaşdırmaq üçün istifadə edilən mil, qol. // Bu prinsip əsasında düzəldilmiş tənzimedici mexanizm cihaz.\n2. məc. Fəaliyyət doğuran, hərəkətə gətirən vasitə. manjet [fr.]\n1. Paltarın qoluna qoyulan və ya onun özündən qatlanmış hissə; qolağzı. [Musanın nəvəsi] qolunu bir az yuxarı sıyırdı ki, manjetinin düymələri parıldasın və qolundakı saat görünsün. Qantəmir.\n2. tex. Porşenli nasoslarda mayenin və ya qazın sızmasının qarşısını almaq və boruların başlarını bir-birinə bənd etmək üçün halqa. Nasosun manjetini dəyişmək. Borunun manjetini bərkitmək. manjetli sif.\n1. Manjeti olan, manjet qoyulmuş, manjet tikilmiş. Manjetli köynək.\n2. tex. Manjeti olan, manjet keçirilmiş, manjet salınmış. Manjetli nasos. Manjetli boru. manqa is. Hər hansı bir birləşmədə ən kiçik təşkilat vahidi. Manqa komandaları baş komandanların tövsiyələrinə görə bütün nəfərlərə istiqamət göstərirlər. H.Nəzərli. Mürsəlov, Bəstiyə qoçaq qızlardan bir manqa düzəltməyi məsləhət gördü. Ə.Sadıq. manqabaşçı bax. manqabaşçısı. manqabaşçılıq is. Manqabaşçısının vəzifəsi, işi; manqaya başçılıq etmə. [Məmməd kişi] qocalara Abbasın qohumbazlıq edərək öz gəlinlərini manqabaşçılığa irəli sürməsindən danışır və gileylənirdi. Ə.Sadıq. manqabaşçısı is. Manqaya rəhbərlik edən adam; manqabaşı, manqabaşçı. Səkinə istehsalat qabaqcılı kimi ad qazanaraq manqabaşçısı olmuşdu. M.İbrahimov. [Firuzə] hər işdə, hətta geyim və rəftarında belə öz manqabaşçısına oxşamağa çalışırdı. İ.Əfəndiyev. manqabaşı bax. manqabaşçısı. manqabaşılıq bax. manqabaşçılıq. manqal is. [ər.] İçində od qalamaq üçün dəmirdən, misdən və ya gildən düzəldilmiş müxtəlif biçimli qab. Manqalda kömür qızartmaq. – Yetər üzünü bürüyüb oturmuşdu və evin dalında Şaqqulu manqalın üstə kabab bişirirdi. Çəmənzəminli. Döşəmədə balaca bir manqal dururdu. M.Hüseyn. manqan [alm.] kim. Çətin əriyən, kövrək, gümüşü-ağ rəngli kimyəvi maddə. manqır is. Xırda pul. manqo [malay.] Sarı-yaşıl rəngli ətirli şirin meyvəsi olan tropik ağac və bu ağacın meyvəsi. manqurt [xüs. is.-dən]\n1. Düşünmək qabiliyyətini itirmiş adam.\n2. sif. Əsil-nəslini unutmuş. Manqurtların buz kibi gözlərində qan, hədə; Toqquşuruq nə vaxtdır; O, dəmirdi, mən almaz. X.Rza. manometr [yun. monos metreo] fiz. Qapalı mühitdə qaz və mayelərin təzyiqini ölçən cihaz. Civə manometri. – Zəki .. quyudakı sıxılmış havanın təzyiqini göstərən manometrə baxdı. M.Süleymanov. mansarda is. [fr.] Binaların üstündə çatı tavanlı otaq. mansıra is. [ər.] dan. Əhatə, mühasirə. manşırlamaq f. məh. Bir şeyin yerini, səmtini və başqa cəhətlərini bələdləmək, nişanlamaq. Bahadır bir ağacın dalına qısılıb məzkur qızı yaxşı manşırladı. N.Nərimanov. [Xəlil:] İndidən yerini manşırlasan yaxşıdır. M.Hüseyn. mantar bax. probka 1-ci mənada. Şüşənin mantarını açmaq. – Sözlər [Səməndərin] boğazında mantartək tıxanıb qalmışdı. B.Bayramov. mantilya is. [isp.]\n1. İspan qadınlarının ağ və ya qara tor örpəyi.\n2. Qolsuz qısa qadın bürüncəyi. mantiya [yun.] Ayağın üzünə qədər olan gen, uzun, plaşaoxşar geyim. manto [fr.] Adətən xəzdən tikilən gen qadın paltosu. Nazik ipək mantosunu çıxardıqda xidmətçi qız alıb paltar şkafından asdı. M.S.Ordubadi. manufaktura [lat.]\n1. Tarixən iri maşın sənayesindən əvvəl olmuş kapitalist istehsal forması (manufakturanın səciyyəvi xüsusiyyətləri fəhlələrin əməyinin kapitalistin rəhbərliyi altında emalatxanada birləşdirilməsindən, istehsalatda əl zəhmətinin əsas yer tutmasından, emalatxana daxilində ciddi əmək bölgüsünün olmasından ibarət idi).\n2. köhn. Fabrik (əsasən toxuculuq fabriki) və toxuculuq sənayesi məmulatı; parça. manufakturaçı is. köhn. Manufaktura mağazası sahibi; bəzzaz. manul is. zool. Çöl pişiyi. marafon [xüs. is.-dən]: Marafon qaçışı idm. – 42 km 195 m məsafəyə qaçmaqdan ibarət yarış. marafonçu is. idm. Marafon qaçışında ixtisaslaşmış idmançı. maraq is.\n1. Bir şeyə diqqət, bir şeyi bilmək, öyrənmək həvəsi, meyli, arzusu. Hələ Novruza və çərşənbələrə hazırlanmaq daha da böyük bir maraq təşkil edərdi. Çəmənzəminli. Bibixanımın üzündə bir maraq ifadəsi gəzdi. B.Bayramov. • Maraq etmək (eləmək) – 1) bax. maraqlanmaq; 2) təşviş etmək, narahat olmaq, düşünmək. Saraya girdisə o, etmə maraq; Var səbəb, fitnə-fəsad ondan iraq. A.Şaiq. Maraq göstərmək – həvəs göstərmək, maraqlanmaq. Şirmayı böyüklərin söhbətinə qulaq asmağa sonsuz bir maraq göstərirdi. M.Hüseyn. Maraq oyatmaq (doğurmaq) – həvəs oyatmaq, maraqlandırmaq. Məndə uşaqlıqdan folklora maraq oyadan Yusif əmi olmuşdur. A.Şaiq. Maraqdan düşmək – həvəsi qaçmaq, həvəsi getmək, daha maraqlanmamaq. Keçər aylar, keçər illər, yaz, ey Vaqif, ömür azdır; Düşər bir gün laçın könlüm şeir, sənət marağından. S.Vurğun.\n2. Maraqla şəklində zərf – maraqlanaraq, həvəs göstərərək, böyük həvəslə, şövqlə. Maraqla oxumaq. Maraqla baxmaq. Maraqla qulaq asmaq. – Tofiqlə bərabər quşlara maraqla tamaşa etməyə başladılar. M.Rzaquluzadə. Yoldan keçənlər heyrət və maraqla [Dürrəyə] baxırdılar. S.Vəliyev. maraqlandırma “Maraqlandırmaq”dan f.is. maraqlandırmaq f. Bir şeyə maraq, həvəs, diqqət oyandırmaq; şövqləndirmək, həvəsləndirmək. Uşağı musiqiyə maraqlandırmaq. – Bu hadisə Mehribanı maraqlandırmağa başladı: Zeynal harada idi? S.Hüseyn. Əhməd kişi adlı bir qocanın həyətə daşınması kirəçiləri çox maraqlandırmışdı. Çəmənzəminli. maraqlanma “Maraqlanmaq”dan f.is. maraqlanmaq f. Bir şeyə maraq göstərmək, bir şeyi bilməyə, öyrənməyə böyük həvəs və diqqət göstərmək. İdmanla maraqlanmaq. – Mən bu qadının xüsusiyyətini öyrənməyə çalışdıqca onunla maraqlandım. S.Hüseyn. [Rəşid:] Əlbəttə, mən bunun səbəbi ilə maraqlanırdım. İ.Hüseynov. maraqlı sif.\n1. Maraq oyadan, marağa səbəb olan. Maraqlı söhbət. Maraqlı xəbər. Maraqlı kitab. Maraqlı tamaşa. – ..Axırda da Tamam maraqlı nağıllarını başlardı. S.S.Axundov. Ancaq bugünkü idman bayramının xüsusi və maraqlı bir hissəsi də vardı. M.Rzaquluzadə. // Zərf mənasında. Maraqlı danışmaq. Maraqlı qulaq asmaq.\n2. Maraq ifadə edən. Ucaboylular balacaların çiyninin üstündən baxır, balacalar ucaların böyründən başını çıxararaq maraqlı gözlərlə maşından düşənləri seyr edirdilər. M.İbrahimov. // İs. mənasında. Maraqlanan, marağı, həvəsi olan adam; həvəskar. Məhsəti xanımı görmək .. üçün şəhərin bütün şeir və musiqi maraqlıları Xərabət məhəlləsinin tininə yığışmışdılar. M.S.Ordubadi. Bəzi maraqlılar və qoyub gəldiyi ev-eşiyi, mal-dövləti üçün qorxanlar izdihamdan aralanıb .. sürətini artırırdı. Ə.Əbülhəsən. maraqlılıq is. Maraqlı olma, maraq doğuran şeyin xüsusiyyəti. maraqsız sif.\n1. Marağı, həvəsi olmayan, maraq göstərməyən, həvəssiz, diqqətsiz. Maraqsız adam.\n2. Maraq doğurmayan, zövq və həvəs oyandırmayan; sönük. Maraqsız kitab. Maraqsız (z.) danışmaq. Maraqsız tamaşa. maraqsızlıq is. Maraqsız olma, maraqsız şeyin xüsusiyyəti. maral is. zool. Buynuzları budaq kimi şaxələnən, gövşəyən haçadırnaqlı heyvan. Şimal maralı. Xallı maral. – Sürü üstündə çobanlar yatmaz qorxumdan; Çöldə heyvan, ya maral vaz atamaz qorxumdan. A.Səhhət. // Təşbehlərdə “gözəl” mənasında. Ovçusu olmuşam səntək maralın; Xəyalımdan çıxmaz hərgiz xəyalın. M.P.Vaqif. [Əsgər:] Gəl, gəl, maralım, gəl; Gəl, gəl, ceyranım, gəl! Ü.Hacıbəyov. maralbaxışlı sif. şair. İri, süzgün və qəşəng gözlü. Maralbaxışlı qız. – [Turxan bəy:] Gerçəkdən maral deyil, adətən maralbaxışlı bir mələk! H.Cavid. maralçı is. Maral saxlayan, marala xidmət edən adam. maralçılıq is. Bir təsərrüfat sahəsi kimi maralyetişdirmə işi. maralfındığı is. Azərbaycanda bitən fındıq növlərindən biri. Qiymətli cinslərdən biri fındıqdır. Azərbaycanda üç növü bitir: meşəfındığı, ayıfındığı və maralfındığı.. M.Qasımov. maralyoncası is. bot. Şimal marallarının əsas yemi olan ağ-boz rəngli kolşəkilli şibyə. marazm is. [yun.]\n1. Beyin qabığının ümumi üzgünlüklə müşayiət olunan atrofiyası və psixi fəaliyyətinin dayanması.\n2. məc. Mənəvi gücsüzlük. Marazmın ilkin əlamətləri. març təql. Dodaqların sorucu hərəkətilə çıxarılan səciyyəvi səs. marçamarç (=marçamarçla) zərf Març səsi çıxardaraq, marçıldadaraq. Bu mükalimədən sonra Azad bəy oğlunu qucaqlayıb marçamarç ilə öpərdi. Uşaq da: “Əşi burax!” – deyib dartınardı ki, xilas olsun. Ü.Hacıbəyov. marçamarçla (=marçamarç) zərf Març səsi çıxardaraq, marçıldadaraq. Bu mükalimədən sonra Azad bəy oğlunu qucaqlayıb marçamarç ilə öpərdi. Uşaq da: “Əşi burax!” – deyib dartınardı ki, xilas olsun. Ü.Hacıbəyov. marçıldama “Marçıldamaq”dan f.is. marçıldamaq f. Marçamarç səsi çıxartmaq, marçamarç etmək. marçıldatma “Marçıldatmaq”dan f.is. marçıldatmaq f. Dodaqları, ağzı ilə marçıltı səsi çıxartmaq, marçamarç etmək. [Kərbəlayı Cəfər] çölməyin qapağını götürüb bir qaşıq ətin suyundan içdi və ağzını marçıldadıb, qaşqabağını turşudub üzünü tutdu Xudayar bəyə. C.Məmmədquluzadə. Tayqılça Kazım .. iştahasından ağzını marçıldadırdı. Mir Cəlal. marçıltı is. Dodaqların sorucu hərəkəti ilə çıxardılan marçamarç səsi. Piri bud sümüyünü boşqaba tullayıb yağlı barmaqlarını marçıltı ilə yaladı. İ.Məlikzadə. marğız is. k.t. Tarlanın əkinə hazırlanmasında işlədilən kənd təsərrüfatı aləti. marıq is. Pusqu. • Marığa durmaq – pusquda durmaq, ovu güdmək, pusmaq. Tağı əmi qırğının qayışını açdı. Bu halda Axtar sağ ayağını qaldıraraq marığa durdu. S.S.Axundov. Marığa duran cayıllar ağacların daldası ilə yeriyib Heydərin on addımlığına çatdılar. S.Rəhimov. Marığa yatmaq (sinmək) – bax. marığa durmaq. Tula marığa yatır. – [Şahmar] bir daşın dalına girib, ovçular demişkən, marığa yatdı. B.Bayramov. // Marıq yeri, pusqu yeri. [Yaşar] tüfəngini əvvəlki yerinə qoyub, marıqdan sağa, sahilə endi. M.Rzaquluzadə. ‣ Marıq vermək – bitki suvaran zaman dayanan suyun qabağını açmaq, suyun səmtini dəyişmək. marıqlama “Marıqlamaq”dan f.is. marıqlamaq f. Marığa yatmaq, pusmaq, güdmək. Ovu marıqlamaq. marıt is. dan. Ov itlərinin ovu gördükdə aldıqları gərgin, hərəkətsiz vəziyyət. • Marıt vermək – ovda pusmaq, güdmək, gözləmək. Tula quşu tapıb marıt verməsə və vaxtında qaldırmasa, ən mahir ovçu da heç bir şey edə bilməz. M.Rzaquluzadə. marıtlama “Marıtlamaq”dan f.is. marıtlamaq f.\n1. Gözlərini bir yerə, bir nöqtəyə dikib baxmaq. Yaxası açıq uşaq isə gah divardakı şəkillərə baxır, gah altdanyuxarı danışanları marıtlayır. Mir Cəlal.\n2. bax. marıqlamaq. [İbrahim] bir yerdə gizlənib başladı marıtlamağa. (Nağıl). [Tofiq:] ..Divar dibindən marıtlamaqdan bir şey çıxmayacaq. M.İbrahimov. marıtma “Marıtmaq”dan f.is. marıtmaq bax. marıtlamaq. marilər is. Mari Muxtar Respublikasının əsas əhalisini təşkil edən xalq. marimba is. Afrikada zərb musiqi aləti. marina is. [ital.] Dəniz mənzərəsinin təsvirinə həsr olunmuş rəsm əsəri. marinad is. [xüs. is.-dən] Duza və sirkəyə qoyulmuş tərəvəz, şoraba, tutma. marinka is. zool. Çəkikimilər fəsiləsindən balıq cinsi. marionetka is. [fr.]\n1. Kukla teatrı növü.\n2. Başqası tərəfindən idarə olunan adam, təşkilat. marka I. [alm.]\n1. Poçt, gerb və başqa rüsumların ödənildiyini bildirmək üçün üzərində müəyyən şəkil olan və qiyməti göstərilən kiçik kağız parçası. Poçt markası.\n2. Mallarda, məmulatlarda hazırlanan yer, keyfiyyəti və s. göstərilən işarə, damğa. Fabrik markası. Yeni polad markaları.\n3. Malın, məmulatın sortu, növü, tipi.\n\nII. Almaniyada, habelə Finlandiyada pul vahidi. markalama “Markalamaq”dan f.is. markalamaq f. Bir şeyin üzərinə marka yapışdırmaq, marka vurmaq. Paketi markalamaq. Ayaqqabını markalamaq. markalanma “Markalanmaq”dan f.is. markalanmaq məch. Üzərinə marka yapışdırılmaq, marka vurulmaq. markalı sif.\n1. Marka yapışdırılmış, markalanmış, markası olan. Markalı paket. – Minlərlə məktub gəlir; Üstü çeşid-çeşid markalı. R.Rza.\n2. Üzərində fabrik və ya zavod markası (damğası) olan. Balaca bir qutudan [Səkinə] “Zvezda” markalı qızıl saat və zümrüd qaşlı bir üzük çıxartdı. M.İbrahimov. ..Bircə ay sonra [Göyçək] yeni markalı .. maşında gəzəcəkdi. Ə.Əbülhəsən. markasız sif.\n1. Üzərində markası olmayan, marka yapışdırılmamış (məktub, sənəd və s.).\n2. Üzərində fabrik və zavod markası olmayan. Markasız mal. market is. [ing.] Bazar. marketinq is. [ing.] Bazar proseslərinin uçotu, bazarın təşkili, alış-veriş. markiz is. [fr. marquis] Fransada, İngiltərədə, İtaliyada və İspaniyada zadəgan rütbəsi, habelə belə rütbəsi olan şəxs. markizet [fr. marquisette] Çox nazik sapdan toxunan nazik pambıq və ya ipək şəffaf parça. Beş metr markizet. // Həmin parçadan tikilmiş. Markizet paltar. marksist is. Marksizm tərəfdarı. // Marksizmlə bağlı olan, marksizmə xas olan, marksizm prinsiplərini ifadə edən. Marksist dialektika. Marksist dünyagörüşü. marksistcəsinə zərf Marksizm nöqteyi-nəzərindən (mövqeyindən), marksizmi əsas tutaraq. Məsələyə marksistcəsinə yanaşmaq. marksist-leninçi sif. Marksizməleninizmə aid olan, marksizm-leninizm prinsiplərini ifadə edən. Marksist-leninçi partiya. marksizm [K.Marksın adından] Təbiət və cəmiyyətin inkişaf qanunları, məzlum və istismar olunan kütlələrin inqilabı haqqında dünyagörüşü. marksizm-leninizm is. Marks-EngelsLenin nəzəriyyəsi. marqarin [fr.] Heyvan piyi, bitki yağları və bəzi başqa maddələrin qarışığından hazırlanan yağ. marmelad [port.] Meyvə püresi, patka və şəkərdən hazırlanan şirniyyat növü. Alma marmeladı. maroken is. [xüs. is.-dən] Kitab cildi üçün material; qumaş. maroni is. [xüs. is.-dən] Xristian icmalarından biri. mars I. is. Nərd oyununda: oyunun axırına kimi bir daş da olsa çıxa bilməyib ikiqat uduzma. Qayınata ilə kürəkən nərd oynayırdılar. Kərim .. marsa çalışırdı. İ.Əfəndiyev. • Mars olmaq (qalmaq) – nərd oyununda: bir daş da olsa çıxa bilməyib ikiqat uduzmaq. Mars vermək (qoymaq, eləmək) – nərd oyununda: qarşı tərəfə bir daş da olsa çıxmağa imkan verməyib ikiqat udmaq. [Qədimov:] [Kamandarov] mənə bir-iki mars verib, qoy hələ bir onun borcundan çıxım, sonra oynarıq. Ə.Əbülhəsən.\n\nII. is. [lat.] Qədim romalıların mifologiyasında müharibə allahı.\n\nIII. is. Günəş sisteminin dördüncü planeti. Ay kimi, Mars kimi, Venera kimi; Qəlbinin çox sirri kəşf olunmamış... M.Araz. marselyeza [fr. Marsel şəhərinin adından] Sonradan Fransanın milli himni olmuş fransız inqilabi mahnısı. Marselyeza axır küçələrdə; Bəlkə bahar yelidir, axır? R.Rza. marş [fr.]\n1. Sırada bir qaydada, ritmik yürüş tərzi. Təntənəli marş.\n2. Sırada bir qaydada, ritmik yeriməyə başlamaq üçün komanda. Marş, irəli! Addımla, marş!\n3. Qoşunların yürüş qaydası ilə bir yerdən başqa yerə hərəkəti. Üçgünlük marş.\n4. Addım taktına uyğun ölçüsü olan gümrah, aydın ritmli musiqi əsəri. Müsavatın ilk himni, ilk marşı, ilk bayrağı onun adı ilə bağlı olduğu kimi, ilk şəhidi, 37-də mehraba gətirdiyi ilk qurban da Əhməd Cavad olub. Y.Qarayev. marşal [fr.] Bəzi ölkələrin ordularında yüksək hərbi ad və ya rütbə, habelə belə adı və ya rütbəni daşıyan adam. Səlim xansa güvənib uca, kəskin dağlara; Nişan aldı marşalın dəli məğrur başını.. A.İldırım. marşallıq is. Marşal rütbəsi, adı. marşrut [alm.] Adamların, ordunun, nəqliyyatın və s.-nin dayanacaq yeri göstərilməklə, qabaqcadan müəyyən olunmuş yolu. Bakı-Moskva marşrutu. mart [lat.] Təqvim ilinin üçüncü ayı. Mart qırğınları. – Mart çıxdı, dərd çıxdı. (Ata. sözü). marten [xüs. is.-dən]: marten peçi (sobası) – polad əritmək üçün xüsusi quruluşlu soba. martençi is. xüs. Marten sobasında işləyən fəhlə. martı (=martıquşu) zool. Qağayı. Yeni doğan günəşin daşqın şəfəqlərində; Dənizdə martı kimi yuyunuram hər səhər. A.Şaiq. Rəngin şəfəqlərə boyanır Xəzər; Uçuşur martılar – o nazlı quşlar. S.Vurğun. ..Bəzən də martı quşları qiyyə çəkib gah enir, gah da qalxırdılar. H.Seyidbəyli. martıquşu (=martı) zool. Qağayı. Yeni doğan günəşin daşqın şəfəqlərində; Dənizdə martı kimi yuyunuram hər səhər. A.Şaiq. Rəngin şəfəqlərə boyanır Xəzər; Uçuşur martılar – o nazlı quşlar. S.Vurğun. ..Bəzən də martı quşları qiyyə çəkib gah enir, gah da qalxırdılar. H.Seyidbəyli. martit is. Mineral. masa is. [rumıncadan] Miz, stol. Otağın küncündə bir dəyirmi masa görünürdü. Çəmənzəminli. [Mehriban] vaxtın gec olmasına baxmayaraq, küçə balkonuna bir masa çıxarıb süfrə düzəltdi. S.Hüseyn. Cəfər əmi əvvəlcə hazırladığı anketi masanın üzərinə qoydu. H.Nəzərli. masabəyi is. Qonaqlığı, ziyafəti, məclisi idarə edən adam; tamada. Gecənin dodaqları gülümsəyirdi; Masabəyi sevinclə: – İçin! – deyirdi. M.Müşfiq. Bir ağızdan həkimi; Masabəyi seçdilər. B.Vahabzadə. masabəyilik is. Masabəyinin işi, vəzifəsi; tamadalıq. masaj [fr.] Müalicə və ya kosmetik məqsədlə bədəni və ya onun bir yerini əllə sığallama, sürtmə, ovuşdurma. Masaj etmək. Masajla müalicə. masajçı is. Masaj edən tibb işçisi. masajlama “Masajlamaq”dan f.is. masajlamaq f. Masaj etmək. masajlanma “Masajlanmaq”dan f.is. masajlanmaq məch. Masaj edilmək. masal is. Nağıl, hekayə. Qışın oğlan zamanı; Ağca masal söylərsən. Ə.Cavad. Kim yanılıb deyir: ömür masaldır; Bir şirin uyqudur, bir boş xəyaldır? M.Müşfiq. masaüstü sif.\n1. Masanın üstünə salınmağa, qoyulmağa məxsus; stolüstü. Masaüstü lampa.\n2. məc. Daim istifadə edilən, əl altında olan, çox lazım olan; stolüstü. Masaüstü kitab. masəva qoş. [ər.] köhn. Qeyri, başqa, əlavə, o birisi. ..Padşahın hüzurunda nədimlərdən masəva böyük möbid dəxi olurdu ki, cəmi ülumə xəbərdar idi. M.F.Axundzadə. [Niyaz bəy:] Ondan masəva bu oxuyub tərbiyə alanların nəzərləri külfətə ayrı, avamlarınkı ayrı. N.Nərimanov. maska [fr. əsli ər. məsxərə-dən]\n1. Tanınmamaq üçün üzə taxılan və göz üçün deşikləri olan xüsusi örtük. Maska taxmış pəhləvan. – Qəribə zamanda yaşadıq, oğul; Bilmədik maskayla üzün fərqini. B.Vahabzadə. // Üzərində müxtəlif heyvan, quş, insan surətləri olan üz örtüyü. Ayı maskası. Pişik maskası. – Bu zaman maskalar geymiş aktyorlar, mənfur çar məmurlarını, ruhaniləri, bəy və xanları .. təqlid edərək oyun çıxarıb adamları güldürürdülər. S.S.Axundov.\n2. İnsan və ya heyvan sifətini təsvir edən heykəltəraşlıq əsəri. // Ölmüş adamın üzünün gipslə çıxarılan surəti, qəlibi.\n3. xüs. Üzü qorumaq üçün üzlük. Qaynaqçı maskası. Qaz maskası.\n4. Üzü və ya onun bir hissəsini tutan xüsusi örtük. Oksigen maskası. Cərrah maskası.\n5. Hərbi maskalama vasitəsi. Top maskası. ‣ Maska geymək (qoymaq) məc. – öz həqiqi simasını, mahiyyətini, iç-üzünü gizlətmək. Maskasını atmaq – öz niyyətlərini, mahiyyətini aşkara çıxarmaq. Maskasını yırtmaq – gizli niyyətlərini aşkara çıxarmaq, iç-üzünü açıb göstərmək. Buna görə nə imarət, nə səltənət istəyirəm; Üzlülərin maskasını yırtmaq üçün səlahiyyət istəyirəm! X.Rza. maskalama “Maskalamaq”dan f.is. maskalamaq f.\n1. Bir adamın və ya bir şeyin üzünə maska taxmaq, maska keçirtmək.\n2. Bir şeylə üstünü örtmək, gizlətmək; görünməz, ətraf mühitdən seçilməz hala salmaq. Səngərləri maskalamaq. Topları maskalamaq. maskalanma “Maskalanmaq”dan f.is. maskalanmaq f.\n1. Maska taxılmaq, maska keçirilmək.\n2. Bir şeylə üstü örtülmək, gizlədilmək; görünməz, seçilməz hala salınmaq. Atəş nöqtələri maskalanmışdı.\n3. qayıd. Üzünə maska taxmaq, maska geymək.\n4. məc. Özünü olduğu kimi deyil, başqa cür göstərmək, başqa cildə (dona) girmək, öz simasını gizlətmək, ikiüzlülük etmək. maskalı sif. Üzündə maska olan; maska taxmış, maska geymiş. Maskalı uşaq. maskarad [fr. mascarade, əsli ər. məsxərədən] İştirakçıları xüsusi maskalar taxmış və cürbəcür qəribə və fantastik, yaxud keçmiş dövrlərin paltarlarını geymiş halda keçirilən şənlik, ziyafət, bal. Maskarad gecəsi. Maskarad paltarı. maskaron is. [fr.] Pəncərə və qapı açırımlarında, fəvvarələrdə, həmçinin mebel, qab və s. bədii tərtibatında tətbiq olunan insan sifəti və ya heyvan başı şəklində maska və ya dekorativ relyef. maskon is. [ing.] Ay səthində yerləşib, kütlə sıxlığı böyük olan hissələr. masqara is. [ər.] İstehza, ələ salma, dolama, rişxənd, gülmə. Ancaq bəziləri masqara üçün sonralıqca vərdiş etdiklərindən [Süleyman bəyə] “Mirzə Süleyman bəy” deyirdilər. B.Talıblı. [Şah İsmayıl] yoldaşına kömək çıxaraq bir atalar sözünü kinayə ilə ortalığa atdı və masqara ilə hırıldadı.. Ə.Sadıq. • Masqara etmək – istehza eləmək, ələ salmaq, araya qoymaq, dolamaq. Məktəbin tələbələri Hüseynin .. iri ayaqqabılarına masqara edib gülürdülər. S.Rəhimov. Masqaraya qoymaq – bax. masqara etmək. “Molla Nəsrəddin” istixarəni masqaraya qoyub, va şəriəta! C.Məmmədquluzadə. [Nazlı:] Görürsənmi, Cabbar əmi də səni masqaraya qoyur. Ə.Əbülhəsən. masqarabaz sif. və is. [ər. məsxərə və fars. ...baz] Meydan teatrı aktyoru, təlxək, məzkərəçi, gülüş ustası. Masqarabaz adam. masqarabazlıq is. Masqara etmək xasiyyəti, masqara etmə; rişxəndçilik. masqaraçı bax. masqarabaz. Burada hər kəs .. eyni zamanda masqaraçı, oyunçu, məzhəkəçidir. M.S.Ordubadi. masqaraçılıq bax. masqarabazlıq. Bunlar da eyni məzhəkəçilik və eyni masqaraçılıqda iştirak edirdilər. M.S.Ordubadi. masqura is. [fars. mastxurə] Kiçik kasa, kiçik piyalə. Masqurada bir az pendir, bir az doşab vardı. C.Cabbarlı. mason is. [fr.] XVIII əsrin əvvəllərində Fransada yaranmış dini-etnik hərəkatın üzvü. massiv [fr.]\n1. coğr. Geoloji quruluş cəhətdən bir cür olan yastı dağ təpələrindən ibarət sahə. Tyan-şan massivi.\n2. Hər hansı əlamətlərinə görə bir cür olan geniş sahə. Meşə massivi. Çöl massivi. – Eldar [atın] üstündə pambıq massivlərini gəzirdi. Ə.Məmmədxanlı. mastika [yun.]\n1. Cürbəcür məqsədlər üçün işlədilən müxtəlif tərkibli qəliz maddə.\n2. Döşəməyə sürtmək üçün tərkibində mum və boya olan maddə. Döşəməni mastika ilə silmək. mastit is. [yun.] tib. Döş vəzisinin iltihabı, döşgəlmə. maş is. bot. Lobya. maşa is. Ocaqdan od və ya qızmar bir şeyi götürmək üçün metal alət. Vaqif arabir buxarını maşa ilə qurdalayırdı. Çəmənzəminli. Rəhim bəy dodaqaltı gülümsədi, böyründəki maşanı götürüb manqalın közlərini qurdaladı. M.Hüseyn. maşalama “Maşalamaq”dan f.is. maşalamaq f. Maşa ilə qurdalamaq. Ocağı maşalamaq. maşallah [ər.] “Allah gözdən saxlasın”, “afərin”, “mərhəba” kimi mənalarda bəyənmə və tərif bildirir. [Mirzə:] Dünən oğlunu gördüm, maşallah, yaxşı oğlana oxşayır. Ə.Haqverdiyev. [Anası:] Oğlum axırda oxuyub nəçərnik olacaq. Maşallah, indidən elə nəçərnik kimi də dolanır. Qantəmir. // Bəzən istehza, kinayə məqamında işlənir. Maşallah, gecə-gündüz valimiz; Çalır fartapiyan, oynayır bilyart. Q.Zakir. Maşallah, söz danışana! Götürüb qarpız qabığını şappıltı ilə vurasan .. danışanın ağzından, ağzını yumsun, getsin işinə. C.Məmmədquluzadə. maşın [fr. əsli lat.]\n1. Enerjini bir şəkildən başqa şəklə salmaq yolu ilə hər hansı bir faydalı iş görən mexanizm və ya mexanizmlər toplusu. Hesablayıcı maşın. Çap maşını. Tikiş maşını. • Yazı maşını – mətni çap etmək üçün dillər üzərində hərflər olan mexanizm. Vəkillər .. bu ərizələri və siyahıları maşında səliqə ilə çap eləyib, gətirib qoymuşdular Sərdarın qabağına. C.Məmmədquluzadə.\n2. məc. Qeyri-iradi, mexaniki surətdə hərəkət edən adam haqqında. // məc. Mexanizm kimi fasiləsiz və dəqiq işləyən idarə, təşkilat və s. Dövlət maşını.\n3. Hər hansı bir mexanizm vasitəsilə hərəkətə gətirilən nəqliyyat vasitəsi (əsasən avtomobil). Maşına minmək. Yük maşını. Minik maşını. – Şofer .. təsadüfən oradan keçən başqa bir maşınla geri qayıtmışdı. S.Hüseyn. // köhn. Dəmiryol qatarı. Maşın saat 5-də yola düşür. maşınçı is.\n1. bax. maşinist.\n2. Maşında işləyən fəhlə. Gənc maşınçı, nasosu yağlayan yaşlı bir arvad və Şəfiqə dayanmış nasosu gözdən keçirirdilər. H.Seyidbəyli. maşınçılıq is. Maşınçının işi, sənəti; maşinistlik. [Gülüş Atakişiyə:] Mən səni dəmir yolunda maşınçılıq kurslarına yazdıracağam, gedərsinizmi? C.Cabbarlı. maşınxana is. [lat. machina və fars. ...xanə] Maşınların olduğu bina, maşınlar işləyən yer. Mexaniki zor ilə maşınxanadan kənara çıxartdılar. H.Nəzərli. maşınka [rus.]\n1. bax. pilətə. Rüstəm kişi .. maşınkanı yandırıb qazanı onun üstünə qoydu. M.İbrahimov. Kəramət ətə soğan qatıb, kotletlik hazırlamağa başladıqda, Qafar ayağa qalxdı, neft maşınkasını yandırdı. Ə.Əbülhəsən.\n2. Bax makina 1-ci mənada. Hərdən .. qapının dalından küt maşınka çaqqıltısı eşidilirdi. İ.Hüseynov. maşınqayıran is.\n1. Maşınqayırma sənayesi işçisi.\n2. bax. maşınqayırma. maşınqayırma is. Maşın emalı, maşın istehsalı. Maşınqayırma zavodu. Maşınqayırma sənayesi. maşınlama “Maşınlamaq”dan f.is. maşınlamaq f.\n1. Tikiş maşınında tikmək. Paltarı maşınlamaq.\n2. Maşınla qırxmaq. [Qarakişi:] Gəldim ki, bir başımı maşınlayasan, ay Yusif! B.Bayramov. maşınlanma “Maşınlanmaq”dan f.is. maşınlanmaq məch.\n1. Tikiş maşınında tikilmək. Köynək maşınlanıb.\n2. Maşınla qırxılmaq. maşınlaşdırılma “Maşınlaşdırılmaq”dan f.is. maşınlaşdırılmaq məch. İstehsalata maşınlar, mexanizmlər tətbiq edilmək. maşınlaşdırma “Maşınlaşdırmaq”dan f.is. maşınlaşdırmaq f. İstehsalata maşınlar, mexanizmlər tətbiq etmək, istehsalatı mexanizmləşdirmək. İstehsal proseslərini maşınlaşdırmaq. – [Yaşar:] Biz təsərrüfatı maşınlaşdırmaqla təbiətin əlində olan bütün sərvəti ancaq sinifsiz cəmiyyətin ixtiyarına verməliyik. C.Cabbarlı. maşınlaşma “Maşınlaşmaq”dan f.is. maşınlaşmaq f. Maşınlarla, mexanizmlərlə təchiz olunmaq, istehsalata maşın tətbiq olunmaq. Azərbaycan kəndləri sürətlə maşınlaşır. İ.Əfəndiyev. maşınlatdırma “Maşınlatdırmaq”dan f.is. maşınlatdırmaq f.\n1. Tikiş maşınında tikdirmək. Yorğanüzünü maşınlatdırmaq.\n2. Maşınla qırxdırmaq. [Adil:] [Atam] saçını dibindən maşınlatdırdığı üçün həmişəkindən arıq görünürdü. B.Bayramov. maşınlı sif. Maşını olan; maşınlar, mexanizmlər tətbiq edilən. Maşınlı təsərrüfat. maşınsürən is. Maşını idarə edən işçi; sürücü. maşınşünas is. [lat. machina və fars. ...şünas] Maşınşünaslıq mütəxəssisi. maşınşünaslıq is. Maşın və mexanizmlərin təsviri və nəzəriyyəsi haqqında fənn. Maşınşünaslıq kursu. maşinist [lat.] Maşını (parovozu, elektrovozu və s.) idarə edən işçi. Baxın cavan maşinistə, nəğmə söyləyir; Hərəkətə gətirərək ilk parovozu. S.Rüstəm. Qatarları sürən maşinistlər hamısı Fərmanla tanışdır. Ə.Sadıq. maşinistka [rus.] bax. makinaçı. maşinistlik is. Maşını idarəetmə işi, maşinistin işi, peşəsi, sənəti. [Dursun] maşinistliyə, şoferliyə, montyorluğa da qızlardan şagird qoydu. Ə.Əbülhəsən. mat is. [fars.]\n1. Heyrət içində olan, təəccüblənmiş. Mən bu işə matam. • Mat etmək – bax. mat qoymaq. Yaşı on səkkizə yenicə yetmiş; Gözəllikdə tamam xəlqi mat etmiş. M.P.Vaqif. Fəqirlərə yüz minlərlə ehsan edib, bütün şəhəri öz səxavət və mərhəmətinə mat etmişdi. C.Cabbarlı. Mat qalmaq – təəccüblənmək, heyrət etmək, heyrətlənmək. Bu işlərə mat qalmışam. – Ağca xanım .. divanın altına baxdı və Qaraca qızı orada görməyib mat qaldı. S.S.Axundov. Məclisdəkilər o qədər şiddətlə bu sözü alqışladılar ki, Cəfərqulu özü də mat qaldı. Qantəmir. Mat qoymaq – heyrətləndirmək, təəccübləndirmək.\n2. Şahmat oyununda: məğlubiyyət, məğlub olma. • Mat etmək – məğlub etmək, udmaq, aparmaq. Rəqibi mat etmək. Mat qalmaq – uduzmaq, məğlub olmaq. Mat qoymaq – bax. mat etmək. matador [isp.] İspaniyada və Latın Amerikasının bəzi ölkələrində: buğa döyüşündə buğaya qılıncla axırıncı, öldürücü zərbəni vuran baş döyüşçü, toreador. Firəngiz lap gənclikdən matadorlara rəğbət bəslərdi. B.Bayramov. matah is. [ər. “mətə” sözünün canlı dildə işlənən forması] Qiymətli, aztapılan şey, əziz şey (adətən istehza məqamında işlənir). [Qasım kişi:] Qadam onun qulaqlarına da, gözlərinə də, qaşlarına da, çox matah şeydi, hələ durub onu tutub qulaqlarını da .. axtaracağam ki, görüm haradadı. C.Məmmədquluzadə. [Məhərrəmin anası:] Apar matahını evində saxla, indi ki, çörəyimizə naşükürlük edir. Mir Cəlal. matan sif. və is. dan. Kök, ağ, göyçək, koppuş. Matan bala. Matan qız. matara bax. mətərə. matç [ing.] Şahmat və ya idmanın bu və ya başqa növü üzrə iki rəqib, yaxud iki komanda arasında keçirilən yarış. Şahmat matçı. – [Dostum] bu axşam şəhərdə futbol matçı olacağından oraya getməli idi. M.Rzaquluzadə. matdım-matdım zərf: matdım-matdım baxmaq – susmuş, sakit dayanmış halda gözlərini bir nöqtəyə zilləyib təəccüblə baxmaq. [Cəbi] çox vaxt matdım-matdım bir nöqtəyə .. baxırdı. N.Nərimanov. Çox ağır nəfəs alıb inləyirdi dərindən; Matdım-matdım baxırdı, tərpənmirdi yerindən. S.Rüstəm. material [lat.]\n1. Bir şey qayırmaq, istehsal etmək, qurmaq üçün işlədilən cisim, şey, maddə, ləvazimat, xammal. Tikinti materialı. – [Direktor:] Material var. Taxtaşalban göndəriblər. M.Hüseyn. Qum, çınqıl və başqa materiallar daşıyan onlarca yük avtomobillərinin alovlu gözləri parlayırdı. Ə.Sadıq. • Sarğı materialı – yaranı sarımaq üçün tənzif, bint, pambıq.\n2. Hər hansı bir şey üçün əsas, sübut ola bilən məxəz, məlumat, vəsait. Elmi tədqiqat materialları. // Hər hansı bir işə, məsələyə dair sənədlər, kağızlar, yazılar. Sübhanverdizadənin topladığı iki cild material Əbişin bağrını yarırdı. S.Rəhimov.\n3. Düşmənçilik, qərəzkarlıq məqsədilə verilən yazılı məlumat. Səlim yüz cür böhtançı materiallarla Dilaranı məktəbdən .. qovdurdu. M.İbrahimov. materialbaz is. [lat. materialis və fars. ...baz] Başqası haqqında düşmənçilik, qərəzkarlıq məqsədilə material verməyi özünə peşə etmiş adam; donosçu. materialbazlıq is. Başqası haqqında düşmənçilik və qərəzkarlıq məqsədilə material vermə; donosbazlıq. O, materialbazlıq, dedi-qodu, giley-güzar ilə də məşğul olmamışdı. “Kirpi”. materialist [fr.] Fəlsəfi materializm tərəfdarı. materialistcəsinə zərf Materializmə əsaslanaraq, materializm prinsipləri əsasında. Təbiəti materialistcəsinə dərk etmək. Məsələyə materialistcəsinə yanaşmaq. materializm [fr.] İdealizmin əksinə olaraq, şüura, təfəkkürə nisbətən materiyanın, təbiətin, obyektiv varlığın ilkinliyini, şüurdan, təfəkkürdən asılı olmayaraq, dünyanın obyektiv varlığını və onun qanunauyğunluqlarının dərk olunmasının mümkünlüyünü qəbul edən elmi-fəlsəfi cərəyan. • Dialektik materializm – marksizmleninizmin, dialektik metoda, təbiətin və cəmiyyətin ardıcıl materialistcəsinə başa düşülməsinə istinad edən fəlsəfi əsası. Tarixi materializm – cəmiyyətin inkişafının ən ümumi qanunları haqqında elm. materialşünas is. [lat. material və fars. ...şünas] Materialşünaslıq mütəxəssisi. materialşünaslıq is. İstehsalın hər hansı bir sahəsinə aid olan materiallar haqqında elm. materik [lat.] coğr. Hər tərəfdən dəniz və okeanlarla əhatə olunmuş ən böyük quru sahəsi; qitə. materiya [lat.]\n1. fəls. İnsan şüurundan kənarda və ondan asılı olmayaraq mövcud olan obyektiv varlıq; maddə.\n2. Təbiətin fiziki cisimlərini təşkil edən maddə. Materiyanın quruluşu.\n3. dan. Parça, arşınmalı, material. matəm is. [ər.] Yas, təziyə, əza. • Matəm geymək məc. – matəm əlaməti olaraq qara geymək; yas saxlamaq, təziyə tutmaq. Mən köçdüm dünyadan vaxtından qabaq; Ki, matəm geyməsin bu ana torpaq. M.Rahim. Matəm qopmaq – ağlaşma başlamaq, yas qurulmaq. Vəqta ki, qopur bir evdə matəm; Təşkil edilir büsati-ehsan. M.Ə.Sabir. Matəm qurulmaq – yas məclisi qurulmaq. ..Danabaş kəndində üç yerdə matəm qurulubdu.. C.Məmmədquluzadə. Matəm saxlamaq – yas saxlamaq, yasa batmaq. Minlərlə adam atom bombaları qurbanlarına matəm saxlayır. // məc. Yas, kədər, hüzn. Of, ana, Fitnəni görərsə Bəhram; Bizə matəm olar bu toy, bu bayram. A.Şaiq. İnsanlar öpüşüb qardaş olsalar; Dünyada nə matəm, nə məhbəs qalar. S.Vurğun. • Matəm çəkmək – yasa batmaq, kədərə qərq olmaq. Hər yer viran, səssiz, sanki matəm çökmüş çöllərə. A.Səhhət. Matəmə batmaq – kədər içərisində olmaq, yasa batmaq. [Dostəli:] Şəhərin tamam yarısı matəmə batıb, amma siz burada şadlıq edirsiniz. Ü.Hacıbəyov. Hər gələn yurdumda bir at oynatdı; Analar gənc ikən matəmə batdı. S.Vurğun. Matəmə bürünmək – bax. matəmə batmaq. Bürünüb matəmə kəndlər və şəhərlər ölüdür; Elə bil, orda həyətlər, küçələr qan gölüdür. S.Rüstəm. ‣ Matəminə oturum! – qarğış məqamına işlənir. matəməngiz sif. [ər. matəm və fars. ...əngiz] klas. Matəmi xatırladan, hüzn və kədər doğuran. Gecənin üç payı keçmiş, mumlar, çıraqlar sönmüş, təbiəti matəməngiz bir zülmət bürümüşdü. A.Şaiq. matəmgah is. [ər. matəm və fars. ...gah] klas. Matəm saxlanılan yer; yasxana. matəmxana is. [ər. matəm və fars. ...xanə] Matəm saxlanan ev, yaslı ev. Kərbəlayı Kazımın matəmxanaya dönmüş evini beşlik bir neft çırağı işıqlandırırdı. P.Makulu. matəmkədə [ər. matəm və fars. ...kədə] klas. bax. matəmgah. Matəmkədə eylədi məqamın; Matəmdə keçirdi sübhü şamın. Füzuli. matəmli sif.\n1. Yaslı. Matəmli adam. – Göylər matəmlilər kimi qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdü. A.Şaiq.\n2. məc. Matəmi andıran; qəmli, kədərli, qüssəli, hüznlü. Yanan şamlar otağa matəmli bir süs vermişdi. Çəmənzəminli. matəmzədə sif. [ər. matəm və fars. ...zədə] klas. Yaslı, matəmli, fəlakətzədə, fəlakət üz vermiş, fəlakətə uğramış. Matəmzədə olduğun eşitdim; Qıldım yaxa çakü şivən etdim. Füzuli. matqab is. [ər.] Dəlici alət, burğu. 16-cı və 17-ci nömrələrin arasında olan taxta qapı matqab ilə iki yerdən deşilib gizlincə baxmaq üçün göz yerləri qayrılmışdı. S.M.Qənizadə. mat-qut is.: matı-qutu qurumaq (çəkilmək) – donub qalmaq, heyrət içində olmaq. Qorxudan matı-qutu çəkildi. – Atanın matı-qutu qurudu. Oğluna nə cavab verəcəyini bilmədi. Ə.Vəliyev. mat-mat zərf: mat-mat baxmaq – donuxmuş halda sakit-sakit baxmaq, heyrətlə, təəccüblə baxmaq. Balaca dörd yaşında Cəbi atasına mat-mat baxardı, bir söz də söyləməzdi. N.Nərimanov. Mat-mat gözlərini döymək – bax. mat-mat baxmaq. Özünü itirən Şahmar mat-mat gözlərini döydü. B.Bayramov. mat-məbhut zərf [ər.] Heyrət içində, böht içində, çox təəccüblə. Mat-məbhut durmaq. – Hamı mat-məbhut bir-birinə baxırdılar. H.Nəzərli. [Dərviş:] Mən mat-məbhut qaldım. A.Divanbəyoğlu. Kərim mat-məbhut oturub dərin fikrə getmişdi. Ə.Vəliyev. mat-məəttəl bax. mat-məbhut. Bəlli Əhməd mat-məəttəl dayanmışdı. “Koroğlu”. Fatma bir müddət mat-məəttəl ətrafına baxır. M.Dilbazi. matriarxat [lat. mater – ana və yun. arche – hakimiyyət] bax. madərşahlıq. matrikul [lat. matricula – açıq siyahı] Tələbənin qiymətləri qeyd olunan sənəd; zaçot dəftərçəsi. matrisa [alm.]\n1. Metal lövhələrini basqı üsulu ilə işləmək, tökmə üsulu ilə literləri və s. hazırlamaq üçün tətbiq edilən çuxur metal qəlib.\n2. Mətbəədə yığılmış mətnin (hürufatın) əks surəti olan karton qəlib. Kitabın yeni nəşri matrisadan çap olunub. matros [holl.] Hərbi donanmada: komanda heyətinə mənsub olmayan sıravi xidmətçi, habelə mülki donanmada adi dənizçi. matroska [rus.] Xüsusi biçimli, iri qatlama yaxalıqlı rəsmi matros bluzası. // Bu biçimdə uşaq və ya qadın üst bluzası. Uşaq üçün matroska almaq. matrosluq is. Matrosun işi, vəzifəsi. Matrosluq kursu. mauzer [xüs. is.-dən] Odlu silah sisteminin adı. // Avtomat tapança növü. Daşdəmir əlini mauzerinin üstə qoyub qonağı gözləyirdi. A.Şaiq. Məşədibəy o biri tərəfə baxdığından mauzeri də, onu qaldıran adamı da görmürdü. M.Hüseyn. mavəra is. [ər.] köhn. Nəyinsə arxasında olan, o tayında və ya gerisində olan. Sığmadın zülmətsərayi-aləmə; Hicrət etdin mavərayi-aləmə. A.Səhhət. mavi sif. [ər.] Açıq-göy, aydın göy rəngində olan. Mavi göz. – [Orxan:] Ey mavi göylər! Ey yaşıl ormanlar! Ey bacalardan yüksələn dumanlar! H.Cavid. Dəzgahlar dalında olan Aqil, başında mavi ləçəkli bir qızla danışırdı. Q.İlkin. mavigöz sif. Gözləri mavi rəngdə olan. Mavigöz qız. maviləşmə “Maviləşmək”dən f.is. maviləşmək f. Mavi rəngə düşmək, mavi rəng almaq. Səma maviləşir. mavilik is. Mavi rəngdə olma. Səmanın maviliyi. Gözün maviliyi. – Sənə meşələrdən yaşıl xışıltı; Sənə dənizlərdən sərin mavilik; ..Gətirmişəm mən. S.Tahir. mavimsov (=mavimtraq) sif. Maviyə çalar, az mavi olan. Titrəşən mavimtraq alovlar balaca Şirin üçün əfsanəvi bir aləm idi. İ.Əfəndiyev. mavimtraq (=mavimsov) sif. Maviyə çalar, az mavi olan. Titrəşən mavimtraq alovlar balaca Şirin üçün əfsanəvi bir aləm idi. İ.Əfəndiyev. mavzoley [yun.] Qəbir üzərində tikilən böyük memarlıq abidəsi; türbə. Mavzoley qapısında salama durmuş sükut; Mavzoleyin içində müqəddəs ulu tabut. R.Rza. may [lat.] Təqvim ilinin beşinci ayı. maya I. is. [fars.]\n1. Bəzi qidalarda qıcqırma əmələ gətirən maddə. Xəmir mayası. Pendir mayası. • Maya vurmaq – bax. mayalamaq 1-ci mənada. Qatığa maya vurmaq.\n2. biol. Rüşeym, döl. Mayası pisdir. // məc. Əsas, əsil kök. Bu torpaqdır varlığımın mayası; Bu torpaqda alın təri tökmüşəm. S.Rüstəm. İlham bulaqları quruyacaqdır; Hər kimin deyilsə mayası eldən. O.Sarıvəlli.\n3. Bəzi xəstəliklərə qarşı peyvənd (aşı) maddəsi. Difterit mayası. – Əgər uşağa vaxtkən çiçək mayasını döysən, dəxi o uşaq çiçək naxoşluğu tutmaz. C.Məmmədquluzadə.\n4. məc. Mövzu, obyekt mənasında. İndi uşaqların hansı zavoda göndəriləcəyi də söhbət mayası olmuşdu. Ə.Əbülhəsən.\n5. məc. Səbəb, əsas, kök, səbəbkar. [Rüstəm kişi:] Deyirəm axı, bu qanacaq sizdə olmaz. Deməli, mayası Şərəfdəndir? M.İbrahimov. [Sərvinaz Şahmara:] Bu işlərin bir mayası da sənsən. B.Bayramov.\n6. Gəlir əldə etmək üçün bir şeyə qoyulan pul; sərmayə. Dükanın mayası da Molla Cəfərqulunun idi. N.Nərimanov. İki-üç ildən sonra maya əldən çıxdı. Ə.Haqverdiyev. // Ticarətə, alverə başlaya bilmək üçün əldə olan məbləğ, pul. • Maya qoymaq – pul sərf etmək, pul xərcləmək, pul qoymaq.\n7. Ümumiyyətlə, əldə olan pul, sərvət, dövlət. [Tacir] .. əlində olan mayasını işə və istifadəyə buraxa bilmir. M.S.Ordubadi. • Maya dəyəri (qiyməti) iqt. – bir malın hazırlanmasına sərf olunan, istehsal vasitələri xərci ilə işçiyə verilən əmək haqqından ibarət istehsal xərcləri. Məhsulun maya qiyməti.\n8. mus. Səs qatarlarında orta pərdə. Əmələ gələn səs qatarlarında orta tetraxordun birinci pərdəsi maya adlanıb, ladda tonika vəzifəsini görür. Ü.Hacıbəyov.\n\nII. is. [fars.]\n1. Dişi dəvə. Dəvə, maya, nər, köşək; Lökləyirlər dalbadal. A.Səhhət. Ağ mayaların üstündə oturub, yayxanayayxana gedən qoca qarıların qucağında camış balağı, çəpiş, yaxud it küçüyü gözə dəyirdi. Ə.Vəliyev. Bürüyür ətrafı zınqırov səsi; Ağca mayaların nərildəməsi. M.Rahim. // Ana göyərçin. Mayanı uçurtmaq. Maya yumurta üstündə oturub.\n2. məc. dan. Ağ, dolğun, gözəşirin qadın haqqında (bəzən “kimi” qoşması ilə). Maya kimi gəlin. – Burdan bir maya getdi; Sallandı, çaya getdi; Yolunda cəfa çəkdim; Əməyim zaya getdi. (Bayatı). mayabaş sif. və zərf Ticarət və ya qumarda: nə qazancı, nə də ziyanı olmadığını, mayanın olduğu kimi qaldığını bildirən söz. Mayabaş olmaq (qalmaq). mayabaşlıq is. Mayabaş olma, qazanc və ziyansız olma. maybk is. [rus.] Gəmilərə yol göstərmək üçün siqnal işığı olan hündür qüllə. Kəsildi səs, daha yox bir səda, mayak da yanır. A.Səhhət. ..Mayakın qırmızı işığı müntəzəm surətdə yanıb-sönürdü. M.Süleymanov. // məc. Yolgöstərən, istiqamətverən, yolunu işıqlandıran; bir şeyin rəmzi, simvolu, əlaməti. // Yenilikçi, qabaqcıl işçi mənasında. mayalama “Mayalamaq”dan f.is. Süni mayalama məntəqəsi. mayalamaq f.\n1. Maya vurmaq. Südü mayalamaq.\n2. Dölləndirmək.\n3. Birinci süddən əmmək, yemək (yeni doğulmuş heyvanlar haqqında). Möhsün balanı mayalayıb Səbanı çağırdı. S.Rəhimov. mayalandırma “Mayalandırmaq”dan f.is. mayalandırmaq f.\n1. Dölləndirmək. Qoyunu mayalandırmaq.\n2. Yeni doğulmuş heyvanlara birinci süddən əmdirmək, yedirtmək. Quzuları mayalandırmaq. mayalanma “Mayalanmaq”dan f.is. mayalanmaq məch. Döllənmək (boğaz olmaq). Ana qoyunların nə vaxt və hansı qoyunla mayalandığı, ondan hansı quzu alındığı [jurnala] qeyd edilir. mayalı sif.\n1. Maya vurulmuş, mayalanmış, maya salınmış, maya qatılmış. Mayalı pendir.\n2. Ticarət və ya təsərrüfatla məşğul olmaq üçün mayası – pulu olan. // Ümumiyyətlə, pullu, varlı, dövlətli. mayalıq sif. Maya üçün yarayan, maya üçün olan. Mayalıq xəmir. Mayalıq qatıq. mayallaq is. [ər.] Başı aşağı əyib bədənlə ayaqları o biri tərəfə aşırma. • Mayallaq aşmaq (vurmaq) – başın üstündən o biri tərəfə çevrilmək, aşmaq. Molla Abbas mayallaq aşır, Rüstəm və Heydər gülüşürlər. C.Məmmədquluzadə. Uşaqlar ayaqyalın qarın içində mayallaq vururlar. S.Rəhimov. mayaotu is. bot. Uzun gövdələri üzərində tikancıqları olan çoxillik sarmaşıq-bitki. mayasız sif.\n1. Maya vurulmamış, maya qarışdırılmamış, mayası olmayan. Mayasız fətir.\n2. Əlində mayası (pulu) olmayan. mayasızlıq is. Mayası olmayan şeyin halı. mayböcəyi is. zool. Sərtqanadlı, qara rəngli, zərərverici, gəmirici böcək. maye is. [ər.] Axmaq və kəmiyyətini dəyişmədən olduğu qabın şəklini almaq xassəsinə malik olan maddə. Şüşənin içində bulanıq maye var. // Sif. mənasında. Maye cisim. mayehtac is. [ər.] Lazım olan, gərək olan, ehtiyat üçün, ehtiyacı ödəmək üçün hazırlanan şeylər. Səfər mayehtacı. – [Qarı:] Bala, biz qış mayehtacını yığmaqdan ötrü qırx günlük səfərə getməliyik. (Nağıl). [Səlim bəy:] Axşamdan yüzbaşını çağırıb tapşırdım: – Sabah ova gedəcəyəm, gərək hər bir mayehtac hazır olsun. Ə.Haqverdiyev. mayeləşdirilmə “Mayeləşdirilmək”dən f.is. mayeləşdirilmək məch. Maye halına salınmaq, durulaşdırılmaq. mayeləşdirmə “Mayeləşdirmək”dən f.is. mayeləşdirmək f. Maye halına salmaq; durulaşdırmaq. Qazı mayeləşdirmək. mayeləşmə “Mayeləşmək”dən f.is. mayeləşmək f. Maye halına keçmək; durulaşmaq. Buxar mayeləşir. maygülü I. bax. mixəkgülü.\n\nII. is. zool. Bir çox növləri olan başı, boğazı və döşü sarı-qırmızı və ya tündqırmızı rəngli su quşu; sufərəsi. mayıf sif. [ər.] Şikəst, əlil, eyibli, nöqsanlı. [Hacı:] Kor olsun, topal olsun, mayıf olsun, övlad olsun! Mir Cəlal. mayıflaşma “Mayıflaşmaq”dan f.is. mayıflaşmaq f. Əlil olmaq, şikəst olmaq. mayıflıq is. Mayıf olma; şikəstlik, əlillik. mayis köhn. bax. may. Mayisin dadlı gecələrindən idi. Çəmənzəminli. [Knyaz:] Bir mayis dəvət edildim Batuma. H.Cavid. mayisgülü bax maygülü1. Bahara məxsus ağ buludlar mayisgülünün qırmızı yanaqlarını kirşanlamağa hazırlaşırdı. M.İbrahimov. mayka [rus.] Qolsuz və ya qısaqollu, yaxalıqsız trikotaj yay köynəyi. İdmançı maykası. – Qırmızı yaxalıqlı ağ mayka geyinmiş gənc, sağlam cavanlar dəstə-dəstə, dalğa kimi küçələrə doluşurdu. Mir Cəlal. maykalı sif. Mayka geymiş, əynində mayka olan. Məmməd sarı maykalı rəqibini geridə buraxdı. H.Seyidbəyli. mayqabağı sif. tar. May bayramı ərəfəsində, yaxud yaxınlaşan may bayramı şərəfinə olan. Mayqabağı yarış. maymaq sif. Çox huşsuz, key, fərasətsiz, bacarıqsız, aciz-avara. Maymaq uşaq. // İs. mənasında. Maymağın biridir. – [Bayram:] Onun üçün istəyir səni öz oğluna, .. o maymağa verə ki, ömründə bir sərçə vurduğu, bir quzu oğurladığı yoxdur. M.F.Axundzadə. İşi o yerə gətirib çıxartmısan ki, Xəlil kimi bir maymaq səni pis qələmə verəndə buna hamı inanır. M.Hüseyn. maymaqcasına zərf Maymaq kimi, mənasız-mənasız. Maymaqcasına baxmaq. maymaqlıq is. Maymaq adamın hal və xüsusiyyəti. Sən onun elə maymaqlığına baxma, yamanca saman altından su yeridəndir. S.Rəhimov. mayor [lat.] Kapitandan sonra gələn zabit rütbəsi, habelə belə rütbəsi olan adam. [Qonaqların] yanında Tahirin ilk dəfə gördüyü təyyarəçi bir mayor da vardı. M.Hüseyn. mayorluq is. Mayor rütbəsi. mayya is. [sanskr.] Qədim və orta əsr hind fəlsəfəsində universal anlayışlardan biri. mayya-suke is. Cənubi Afrikada dil ailəsi. maz [rus.]\n1. Dəriyə sürtmək üçün tərkibində dərman maddələri olan qatı yağ qatışığı.\n2. Hər hansı bir şeyi yağlamaq üçün qatı yağlı maddə. Ayaqqabı mazı. mazaq is. [ər.] vulq. Zarafat, əylənmə, dilxoşluq (adətən kişi ilə qadın arasında). • Mazaq etmək (eləmək) – əylənmək, zarafatlaşmaq, dilxoşluq etmək. [Xan:] Baxın, Pərviz xanın baş hərəmi öz ərinin gözünün qabağında nökər ilə mazaq eləyir. Ə.Haqverdiyev. mazaqlaşma vulq. “Mazaqlaşmaq”dan f.is. [Süleyman:] ..Bütün kolxoz Tofiqin [Atlazla] mazaqlaşmasından danışır. M.İbrahimov. mazaqlaşmaq qarş. vulq. Dilxoşluq etmək; zarafatlaşmaq, oynaşmaq. [Pəricahan:] Ağa əvvəllər mənlə mazaqlaşardı. S.S.Axundov. [Çərkəz:] Günü qara lap özünü açıb, – deyə xəyalından keçirdi, – indidən mazaqlaşmaq istəyir. Allah sizin damazlığınızı kəssin. Boyları bir qamçı olan kimi adamın belinə sıçrayırlar. İ.Şıxlı. mazarat is. [ər.] dan.\n1. Ziyan, zərər. Dövlətlidən xeyir [olmaz], kordan mazarat. (Ata. sözü).\n2. Müzür adam, mərdimazar. Aradan seçmək gərək; Ziyançını, mazaratı. Aşıq Əli. Mazaratı axtarmaq lazım deyil, o özü tapılır. S.Rəhimov. mazat is.: özünü mazata qoymaq dan. – naz eləmək, təşəxxüs satmaq. [Balaqız Gülnisəyə:] Nahaq yerə özünü mazata qoyma! Ə.Haqverdiyev. mbzer is. [ing.] Radiodalğalar diapazonunda işləyən kvant generatorunun adı. mazğal is. Qala divarlarında və s.-də atışma üçün qoyulan deşik. O, bu sərrast güllələrin əncüməndəki mazğaldan atıldığını öyrənəndə, qudurub bütün top və tüfənglərin atəşini bu mazğala çevirməyi əmr etdi. P.Makulu. mazğallı sif. Mazğalı olan. Dırmaşmışdı uşaqlar; Mazğallı divarlara. Ə.Cavad. mazı is.\n1. Bəzi ağacların üzərində həşərat yumurtacıqlarından əmələ gələn yumru fır (ur). Ağacda var mazılar; Könlüm səni arzular; Əyil, üzündən öpüm; Qoy baxsın tamarzılar. (Bayatı). ..Bir xəlvət yerdə bir belə şəkil çəkilib: deyəsən, heyvan kimi bir şeyə oxşayır, altında bir neçə əlif yazılıb, yanında bir neçə yumru, mazıya oxşar bir şey çəkilib. C.Məmmədquluzadə.\n2. Mazı-mazı oyununda işlədilən daş kürəcik. mazı-mazı is. Düz və hamar yerdə mazı (2-ci mənada) ilə oynanılan oyun. Mazı-mazı oynayan on yeddi-on səkkiz yaşındakı gənclərin səsindən qulaq tutulurdu. Çəmənzəminli. mazi is. [ər.]\n1. klas. Keçmiş zaman, keçmiş. Qəmli mazisini hekayət edər; Taleyindən bütün şikayət edər. A.Səhhət. [Qətibə:] Mazilərimiz bəşəriyyətin gəncliyi dəfn edilən bir məzardır. M.S.Ordubadi.\n2. qram. Felin keçmiş zamanının köhnə adı. mazlama “Mazlamaq”dan f.is. mazlamaq f.\n1. Maz sürtmək, maz çəkmək. Ayaqqabını mazlamaq. // məc. zar. Üzünə yağ və ya başqa bir şey çəkmək.\n2. məc. dan. Üstünü malalamaq, ört-basdır eləmək. mazlı sif. Maz sürtülmüş, maz çəkilmiş. mazurka [pol. mazurek] Üçölçülü taktı olan polyak milli rəqsi, habelə həmin rəqsin musiqisi. Mazurka oynamaq. // Həmin rəqs ritmində musiqi əsəri. Şopenin mazurkası. mazut is. Neftdən ağneft, benzin və qazolin ayrıldıqdan sonra qalan yağlı qatı maddə. Qıra mazut qatmaq. Yanan mazutdan çıxan his. – Daşı, duzu, mazutu, torpağı cavahirdir; Xəzinələr elimin hər yerində zahirdir. Ə.Vahid. mazutlama “Mazutlamaq”dan f.is. mazutlamaq f. Mazut sürtmək, üzərinə mazut çəkmək; mazuta bulamaq. Borunu mazutlamaq. mazutlanma “Mazutlanmaq”dan f.is. mazutlanmaq məch. Mazut sürtülmək, mazut çəkilmək; mazuta bulanmaq. mazutlu sif. Mazut sürtülmüş, mazuta bulanmış, mazutu olan. Qənbərli mazutlu əli ilə gözlərini ovdu. S.Rəhimov. [Fərhad Dilaraya:] Mazutlu çalalardan neft yığan bu uşaqları görürsünüzmü? Ə.Məmmədxanlı. mazutluq is. Mazut tökülmüş yer. Mədənlərin ətrafı mazutluqdur. mebel [fr.] Stol, stul, taxt, şkaf, şifoner və s. kimi ev avadanlığı. Mebel fabriki. Yumşaq mebel. – [Mindilli:] Bu gün sizin üçün yaxşı mebel sifariş elədim. S.Rəhman. Hamballar bir dəst mebel gətirib otaqlara düzdülər. Mir Cəlal. mebelçi is. Mebel sənayesi işçisi, mebel ustası. mebelçilik is. Mebelçi peşəsi, ixtisası. mebelli sif. Mebeli olan, mebellə təchiz olunmuş. Mebelli otaq. medal [fr.] Xüsusi xidmətlərinə, yaxud əməkdə göstərdiyi rəşadətə görə verilən, üzərində hər hansı bir qabarıq təsvir və ya yazı olan fərqlənmə nişanı. “Əməkdə fərqlənməyə görə” medalı. – [Tarverdi:] ..Yalan olsa, mənə verən medalları Aslan bəyə verərsən. C.Cabbarlı. [Aslan] igid idi, sol döşünün üstündə bir medal vardı. Ə.Vəliyev. // Yüksək müvəffəqiyyətlərinə görə məktəbi bitirdikdə şagirdlərə, habelə müsabiqədə, yarışda, baxışda və s.-də fərqlənənlərə verilən belə nişan. Qızıl medal. Çempionluq medalı. Məktəbi medalla bitirmək. // Hər hansı tarixi hadisə və ya görkəmli xadimin xatirəsi münasibətilə hazırlanmış belə nişan. Füzuli yubileyinə həsr olunmuş medal. medalçı is.\n1. Məktəbi, kursu bitirdikdə yüksək müvəffəqiyyətlərinə görə medal almış (adam).\n2. Sərgidə, baxışda medalla təltif edilmiş ev heyvanı. medallı sif. Medal almış, medalla təltif olunmuş, yaxud döşünə medal taxmış. Medallı əsgər. medalyon [fr.]\n1. İçərisinə şəkil və ya başqa bir şey qoyulan girdə və ya uzunsov kiçik qutu şəklində zərgərlik məmulatı. Eşqimdən nişana saxla sən bunu; Deyə o, mücrüdən zər medalyonu; Çıxarıb istəyir taxa boynuna. B.Vahabzadə.\n2. incəs. Hər hansı bir bəzək və ya şəkil üçün çərçivə vəzifəsi görən dairə, oval, habelə bu cür çərçivəyə salınmış şəkil, qabarıq ornament və s. Kompozisiya vazanın ortasındakı dörd medalyondan və bütün vazanı əhatə edən Azərbaycan milli naxışlarından ibarətdir. media is. [lat.] Dövri mətbuat. meditasiya is. [lat.] fəls. Məqsədi insan psixikasını dərin dalğınlıq vəziyyətinə gətirən əqli fəaliyyət. Meditasiyanın psixoterapevtik cəhətləri. Meditasiya üsulları müxtəlifdir. medium is. [lat.] Ruhlar aləmi ilə canlı insanlar arasında əlaqə yaradan şəxs. medye is. [mac.] Macarıstanda inzibatiərazi vahidi (tərkibinə dairə və şəhərlər daxildir). meduza [yunan əsatirində qanadlı əjdaha adından] zool. Bədəni həlməşik maddədən ibarət çoxayaqcıqlı dəniz heyvanı. Meduza açılmış və dəstəsilə suya batırılmış çətirə oxşayır. Meduza üzdüyü zaman onun qabarıq tərəfi yuxarıya çevrilmiş olur. “Zoologiya”. megera is. [yun.] Qədim yunan mifologiyasında qisasçı ilahələrdən birinin adı. meh is. [fars.] Xəfif yel, yüngül, yumşaq yel, sakit külək. Meh əsir. Meh gəlir. – Yumşaq göy çəmənin üstə düşüb şeh gecədən; İsti yoxdur, hələ var bir balaca meh gecədən. A.Səhhət. İndi çöldə xəfif meh əsdiyi üçün hava bayaqkı qədər bürkü deyildi. İ.Əfəndiyev. mehli sif. Meh əsən, xəfif küləkli. Mehli səhər. mehman is. [fars.] Qonaq. Bir-iki gün ki, sənə, ey nigar, mehmanəm; Nolur əgər tutasan hörmətin bu mehmanın? S.Ə.Şirvani. • Mehman etmək (eləmək) – qonaq etmək, qonaq saxlamaq. Qədəm basıb bizə gəlsin nagahi; Bir gecə mən onu mehman eyləyəm. M.P.Vaqif. Mehman olmaq – qonaq olmaq. Olsa bir şəxs gər sənə mehman; Eylə ol şəxsə ehtirami-tamam. S.Ə.Şirvani. mehmanxana is. [fars.] Başqa yerdən gələnlərin müvəqqəti yaşaması üçün xüsusi təchizatlı otaqları olan ev; qonaq evi. [Mozalanbəy:] Gəncədə düşmək üçün yaxşı mehmanxanalar varmı? Ə.Haqverdiyev. mehmanxanaçı is. köhn. Mehmanxana sahibi, mehmanxana saxlayan adam. mehmanxanaçılıq is. köhn. Mehmanxana saxlamaqla məşğul olma, mehmanxana işi. Mehmanxanaçılıq həyatında bu cürə qadınlara tez-tez təsadüf edirəm. M.S.Ordubadi. mehmannəvaz sif. [fars.] Qonaqcıl, qonaqpərəst. Mehmannəvaz adam. mehmannəvazlıq is. Qonaqpərəstlik. Vaqiən İranın mehmannəvazlığının mislini qeyri yerdə, zənn edirəm, görmək olmaz. C.Məmmədquluzadə. Qədirin də, Qumrunun da mehmannəvazlığına etina etməyən Bədir bəy yerini dəyişmədi. Mir Cəlal. mehparə klas. bax. mahparə. Yanağın şəminə hüsni-Yusifin pərvanədir; Çox könüllər yəğmalandı sən yüzi-mehparədən. Nəsimi. Yoxsa kəndimizin o mehparəsi; Qismət olmayacaq sənə, yaxşı bil. M.Müşfiq. mehr I. is. [fars.] klas. Sevgi, məhəbbət. Könlün xoş isə, təbəssüm eylə! Mehrin var isə, tərəhhüm eylə! Füzuli. Mənə ol mahimehrim yəqinimdir ki, ram olmaz; Dedim ki, mehri çıxmaz sinədən, ömrüm tamam olmaz. S.Ə.Şirvani. • Mehr etmək – məhəbbət göstərmək, mehribanlıq göstərmək. Hər yanda bir məh olsa mənə mehriban idi; Mehr etməz idim sahibi-xanə yavaş-yavaş. Q.Zakir. Mehr(ini) salmaq – məhəbbətini salmaq, sevmək, ürək bağlamaq, əzizləmək. Qız daim ata evində qalmaz; Peyvəstə anaya mehr salmaz. Füzuli. Cuma, mehrini böyük oğlu Azada salmağa çalışmışdı. Ə.Əbülhəsən. Mehrini kəsmək – istədiyi adamdan soyumaq, üz döndərmək. Kəsmə məndən mehri, ey xurşid iqbal. Qövsi.\n\nII. is. [ər. məhr] Köhnə məişətdə: evlənən kişi tərəfindən aldığı qadına – qıza nikahda talaq üçün təyin edilən pul; kəbin pulu. [Hacı Qəmbər:] Dilbər əgər artıq-əskik danışsa, mehrin qoyaram qabağına, deyərəm: – Xoş gəldin! N.Vəzirov. Xörəkdən, çörəkdən nə gəlsə yeyib-içib söz açarlar ki, “mehr nə qədər olacaqdır?” R.Əfəndiyev. • Mehr kağızı köhn. – kəbin kağızı, əqd kağızı, nikah kağızı. Sarıqlı molla mehr kağızını qurtarmamış gözünü hərləyib içəri qapıya zillədi. Mir Cəlal. Mehr vermək köhn. – kəbin pulunu verib boşamaq. Yasəmən onun evindən əl götürmək, yorucu əzabdan qurtarmaq istəyirdi, mehr vermək də Məhərrəm üçün imkansız idi. Mir Cəlal. mehrab is. [ər.] Məscidlərin qiblə tərəfdəki divarında namaz qılarkən pişnamazın və onun ardınca başqa namaz qılanların üzlərini çevirdikləri oyuq yer. Zahidin mehrab içində zikrü taətdir işi. Nəsimi. Axund mehraba çatdıqda ayaq üstə dayanar və camaat namazına başladıqda camaat da ona iqtida edərdi. H.Sarabski. mehriban sif. [fars.] Çox yaxşı münasibət bəsləyən, səmimi, mehr bəsləyən, şəfqətli, xoş rəftarlı. Mehriban qadın. – [Xədicə] olduqca xoşsöhbət, eyi təbiətli, geniş qəlbli, munis və mehriban bir qız idi. S.Hüseyn. Mehriban sevgilim qarşımda durdu; Yenə şairliyim başıma vurdu. M.Müşfiq. // Mehribanlıq ifadə edən; səmimi, xoş. Mehriban münasibət. – Siması şəhlayi, tərhi badəmi; Baxışı mehriban, özü hərami. M.P.Vaqif. Məhərrəm özünə yer axtarmaqda ikən müsafir mehriban nəzərlə Məhərrəmə baxdı. H.Nəzərli. mehribananə [fars.] bax. mehribancasına. Cəlil ağa Şəfiqəni yanına çağırıb, çox mehribananə söhbət başladı. İ.Musabəyov. mehribancasına zərf Mehribanlıqla, dostcasına, səmimiyyətlə. Mehribancasına qəbul etmək. mehribançılıq dan. bax. mehribanlıq. [Məmmədhəsən əmi:] İş düz gətirməz, ortalıqdan mehribançılıq götürülər. C.Məmmədquluzadə. [Kəblə Rəcəbəli:] Dünyada mehribançılıqdan gözəl şey yoxdur. Ə.Haqverdiyev. [Qulu:] [Yusifin] xasiyyəti və mehribançılığı məni özünə qul edibdir. N.Nərimanov. mehribanlaşma “Mehribanlaşmaq”dan f.is. mehribanlaşmaq f. Mehriban olmaq, dostlaşmaq, ünsiyyət bağlamaq. Bakıdan gələn arvad 3-4 gün kəndimizdə qalıb, bəzi arvadlarla lap mehribanlaşdı. Qantəmir. ..Sülh zamanı qaraqabaq olanlar belə mehribanlaşır, bir-birinə təsəlli verir. Ə.Əbülhəsən. mehribanlıq is. Münasibətdə xoşluq, səmimilik, xoşrəftarlıq, dostluq, mehriban münasibət. Mehribanlıq görməyib bir məhliqadən küsmüşəm; Gündə yüz al eyləyən qəlbi qəradən küsmüşəm. M.P.Vaqif. Mehribanlıq beşiyimdir; Yerim bağça, yurdum bağdır; Alnım açıq, üzüm ağdır. S.Vurğun. • Mehribanlıq etmək (qılmaq) – mehriban olmaq, səmimilik göstərmək, xoş münasibət göstərmək, yaxınlıq etmək. Çün ol sənə qıldı mehribanlıq; Yaxşılığa eyləmə yamanlıq. Füzuli. mehrlənmə “Mehrlənmək”dən f.is. mehrlənmək f. Mehr salmaq; alışmaq, isinişmək. mehrsiz sif. Sevgisi, məhəbbəti olmayan; məhəbbətsiz. Leyli, gər olaydı bir həyasız; Ya sən kimi mehrsiz, vəfasız. Füzuli. mehtər is. [fars.] Ata qulluq edən, atabaxan. Mehtərlər də atları çəkdilər Aslan paşanın qabağına. “Koroğlu”. İtlərin hürməyi, ovçuların səsləri, nökər və mehtərlərin qışqırığı bir-birinə qarışmışdı. S.S.Axundov. mehtərbaşı is. Keçmişdə: paşaların, xanların, bəylərin atlarına baxan mehtərlərin başçısı; baş mehtər. Aslan paşa əmr elədi, mehtərbaşı qabaqca Dəmirçi oğlunun atını minib gərdişə gətirdi. “Koroğlu”. Şah oğlu Şah Abbas mehtərbaşının üzünə baxdı. “Qurbani”. mehtərxana [fars.] is. Atların saxlandığı yer, tövlə. [Nuşapəri] atasının mehtərxanasına düşüb, handa bir yaxşı atı minib, üz qoydu şəhərdən çıxmağa. (Nağıl). mehtərlik is.\n1. Mehtərin işi, vəzifəsi. [Səfərəli:] Ağa, mən sizə aşpazlıq eyləyəcəyəm, ya mehtərlik? N.Vəzirov. Sarı, Dəmirova müraciət etdikdən sonra əmisi oğlu Qaranı göyxallı atın mehtərliyinə keçirmişdi. S.Rəhimov.\n2. köhn. bax. mehtərxana. [Güldəstə:] Rüstəm bəy də nökərləri ilə mehtərliyə girib, rəiyyəti ilə atışır. Ə.Haqverdiyev. mehvər is. [ər.]\n1. Öz ətrafında fırlanan bir şeyin ortasından keçən mil, ox.\n2. Yer kürəsinin mərkəzindən keçərək iki qütbü bir-birinə birləşdirən xəyali xətt.\n3. məc. Bir şeyin əsasını, məğzini təşkil edən amil. Bu sözlər danışılan bütün danışıqların mehvəri idi. Ə.Əbülhəsən. mexbnik [yun.]\n1. Mexanika mütəxəssisi.\n2. Maşınların işləməsinə nəzarət edən, maşını işlədən adam. Təyyarəçi, mexanik və miniklər təyyarədən çıxıb liftə oturdular. Çəmənzəminli. Kursu başa vurub qayıtdı Rizvan; Kolxozda birinci mexanik oldu. B.Vahabzadə. mexbnika [yun. mechanike – alət]\n1. Fizikanın, cisimlərin boşluqda (fəzada) yerdəyişmə qanunlarından bəhs edən şöbəsi. Nəzəri mexanika. // Texnikanın, hərəkət və qüvvə haqqındakı nəzəriyyənin praktik məsələlərin həllində tətbiqi ilə məşğul olan sahəsi. Tikinti mexanikası. // Maşın, mexanizm, qurğu.\n2. məc. Bir şeyin mürəkkəb gizli daxili cəhəti, mahiyyəti. İnqilabın mexanikası. mexaniki sif. [yun. mechanike və ər. ...i]\n1. Mexanikanın öyrəndiyi hadisə və proseslərə aid olan. Mexaniki hərəkət.\n2. Mexanizmlər vasitəsilə işləyən, hərəkətə gətirilən, mexanizmi olan; mexanizmli. Mexaniki mişar. – [Musa dayı] daşları qaldırıb dişəmək üçün mexaniki bir şey icad etmişdir. İ.Əfəndiyev.\n3. Maşın və mexanizmlərin hazırlanması, təmiri ilə məşğul olan. Mexaniki sex. Mexaniki emalatxana.\n4. bax. mexanistik.\n5. məc. Qeyri-şüuri, qeyri-iradi. Mexaniki hərəkət. – Sərhəng heç bir şey başa düşməsə də, mexaniki olaraq: – Bəçeşm, – deyib təzim etdi. M.İbrahimov. mexanikilik is. Qeyri-şüurilik, qeyriiradilik. mexanikləşdirilmə “Mexanikləşdirilmək”dən f.is. mexanikləşdirilmək məch. Maşın və mexanizmlər tətbiq edilmək. Kənd təsərrüfat işləri daha çox mexanikləşdirilir. // Əl əməyi maşın və mexanizmlərin işi ilə əvəz edilmək. Pambıq yığımı mexanikləşdirilib. Ağır işlərin çoxunun mexanikləşdirildiyi bir zamanda maşınlardan səmərəli istifadə olunması diqqət mərkəzində durmalıdır. mexanikləşdirmə “Mexanikləşdirmək”dən f.is. mexanikləşdirmək f. Maşın və mexanizmlər tətbiq etmək. // Əl əməyini maşın və mexanizmlərin işi ilə əvəz etmək. Çay yığımını mexanikləşdirmək. mexanikləşmə “Mexanikləşmək”dən f.is. Mexanikləşmə artdıqca kənddə çilingərə ehtiyac daha da çoxalır. Ə.Sadıq. mexanikləşmək f. Maşın və mexanizmlər tətbiq edilmək. // Əl əməyi maşın və mexanizmlərin işi ilə əvəz edilmək. mexaniklik is. Mexanikin sənəti, peşəsi, vəzifəsi. [Murad] ömrünün bir qismini Xəzər dənizində mexaniklikdə keçirdiyi üçün motor işlətməyi bilirdi. S.Hüseyn. mexanisist (=mexanist) [yun.] Mexanisizm tərəfdarı. mexanist (=mexanisist) [yun.] Mexanisizm tərəfdarı. mexanisizm [yun.] Nəticə etibarilə materiyanın hərəkət formalarının keyfiyyətcə müxtəlifliklərinin mexaniki hərəkətdən, inkişafın mürəkkəb və çoxcəhətli qanunauyğunluqlarının isə mexanikanın ən bəsit qanunlarından başqa bir şey olmadığını iddia edən antidialektik fəlsəfi cərəyan. mexanistik sif. Mexanisizmə aid olan, mexanisizm prinsiplərinə əsaslanan. Mexanistik nəzəriyyə. mexanizbtor [yun. mechane-dən] Maşın və mexanizmlərə xidmət edən mütəxəssis (əsasən, kənd təsərrüfatında). Çinarlı .. mexanizatorları payız əkininə vaxtında başlamışlar. Ə.Vəliyev. mexanizatorluq is. Mexanizatorun işi, peşəsi. mexanizm [yun. mechane – alət]\n1. Maşını, aparatı, cihazı və s.-ni hərəkətə gətirən daxili hissəsi. Saatın mexanizmi. // Bir işi görmək üçün maşın, qurğu və s. Qaldırıcı mexanizm. – Cəmil buruqdakı mexanizmlərin adını deyə-deyə onlardan hər birisinin vəzifəsini qısaca izah etməyə başladı. M.Hüseyn. ..Teymurgilin köhnə məhəlləsinə cürbəcür mexanizmlər gətirilir. H.Seyidbəyli.\n2. məc. Bir şeyin daxili quruluşu, sistemi. Dövlət mexanizmi.\n3. Fiziki, kimyəvi, fizioloji və b. hadisələri törədən vəziyyət və proseslərin məcmusu. Təfəkkür mexanizmi. Kimyəvi reaksiya mexanizmi. mexanizmli sif. Mexanizmi olan, mexanizmlə işləyən. meksikalı (=meksikalılar) cəm Meksikada yaşayan xalq. meksikalılar (=meksikalı) cəm Meksikada yaşayan xalq. meqa is. [yun.] Söz tərkibində böyüklük mənasını bildirən ön hissə. Meqafon. melanxoliya is. [yun.]\n1. Əzablı ovqat, yavaş hərəkət etmə, çətin düşünmə ilə səciyyələnən xəstəhallıq.\n2. Qüssə, kədər, qəmli əhval-ruhiyyə. melassa is. [fr.] Heyvan yemi kimi istifadə olunan şəkər çuğunduru tullantısı, qara patka; mət. melxior is. [fr.] Misin nikellə ərintisi; xəlitə. melinit is. [yun.] Aromatik nitrobirləşmə; partlayıcı maddə. meliorasiya [lat. melioratio – yaxşılaşdırma] Təbii şəraiti pis olan torpaqları kökündən yaxşılaşdırmaq və onların məhsuldarlığını artırmaq üçün görülən tədbirlər sistemi (süni suvarma, bataqlıqları qurutma, sututarlar düzəltmə və s.). meliorativ sif. [lat.] Meliorasiyaya aid olan, meliorasiya ilə əlaqədar olan. Qarayonca əkinlərinin çox mühüm meliorativ əhəmiyyəti vardır. “Pambıqçılıq”. meliorator [lat.] Meliorasiya mütəxəssisi. meliya is. bot. İkiləpəli bitki fəsiləsindən ağac və ya kol cinsi. melodiya [yun. melodia – nəğmə, hava]\n1. Müəyyən musiqi vəhdəti əmələ gətirən səslərin ahəngdar ardıcıllığı; hava, motiv.\n2. Ahəngdarlıq, melodiklik. melodik sif. [yun.]\n1. Melodiyaya aid olan. Nəğmənin melodik quruluşu.\n2. Ahəngdar, qulağa xoş gələn. Melodik səs. melodika [yun.] mus.\n1. Melodiya haqqında elm.\n2. Hər hansı bir kompozitorun, xalqın musiqi yaradıcılığına, yaxud musiqi əsərinə (janrına) xas olan melodik vasitələrinin məcmusu. melodiklik is. Ahəngdarlıq, axıcılıq, gözəllik (səsdə). melodram [yun. melos – mahnı və drama – hadisə]\n1. Mövzusunda mübaliğəli dramatik gərginlik, zahiri effekt və həyəcanlı səhnələr olan dramatik janr, habelə bu janrda əsər.\n2. Öz hiss və həyəcanlarını həddindən artıq faciəli və qeyri-təbii şəkildə ifadə etmə.\n3. köhn. Musiqisi və mahnısı olan dram. melodramatik sif. [yun.]\n1. Melodrama aid olan, melodrama xas olan. Melodramatik rol.\n2. Həddən artıq gərgin, şişirdilmiş, qeyritəbii, melodramda olduğu kimi. melodramatizm [yun.] Bir şeyin melodramda olduğu kimi həddindən artıq həssaslıqla və qeyri-təbii təsvir edilməsi. memar is. [ər.] Memarlıq mütəxəssisi; arxitektor. [Sənubər Pərşana:] Bu çox ciddi işdir, inanılmış, nə bilim, sınanmış, təcrübəli memara vermək lazımdır. B.Bayramov. memarlıq is. Binaları layihələndirmə, tikmə və bədii cəhətdən tərtib etmə sənəti; arxitektura. // Tikintinin bədii üslubu, xarakteri. Şərq memarlığı. membran [lat.] tex. Səs dalğalarını tutmaq və təkrarlamaq üçün lazım olan titrəyişlər əmələ gətirən elastik materialdan nazik lövhəcik və ya pərdə. Telefonun membranı. – Veys [Ağasəfərin] sözünü kəsdi və membranı valın üstündən çəkmək istədi. Ə.Əbülhəsən. memorandum [lat.] Hər hansı bir məsələ haqqında hökumətin fikirləri izah edilmiş diplomatik sənəd. menecment is. [ing.] Gəliri artırmaq üçün idarəetmə üsulları və prinsipləri. meningit [yun.] tib. Beyin qişalarının iltihabı. menno is. din. Protestant təriqəti. menşevik [rus.] Menşevizm tərəfdarı, antimarksist opportunist partiyanın üzvü. menşeviklik is. Menşevizmə mənsubiyyət, menşevizm. menşevizm [rus.] tar. Rusiya SosialDemokrat Fəhlə Partiyasında əksinqilabi xırda burjua opportunist cərəyanı; reformizmin bir növü. mentalitet is. [ing.] Xalqın ruhunun və vərdişlərinin təzahürü; xilqət. mentol [lat. mentha – nanə və oleum – yağ] Kəskin nanə qoxusu verən şəffaf kristal maddə (təbabətdə, şirniyyat istehsalında və s.-də işlədilir). Nanə .. növünün yağında 38-65% mentol olduğundan mentol almaq üçün əsas xammal sayılır. M.Qasımov. menuet is. [fr.] Fransız rəqsi. menyu [fr.] Restoran, aşxana və kafedə yeməklərin adları olan siyahı. Menyuya baxmaq. menzula [lat. mensula – kiçik stol] Bir yerin topoqrafik planını çəkmək üçün geodezik alət. menzura is. [lat.] Musiqi alətlərində səs mənbəyi ölçülərini hesablamaq üçün məlumat. menzurka [rus. əsli lat. mensura – ölçü] Mayelərin həcmini dəqiq ölçmək üçün bölgülü şüşə və ya stəkan. [Aydın] iynənin menzurkasında əvvəl bir qədər qan gördü. H.Seyidbəyli. mer is. [fr.] İcra hakimiyyəti başçısı. merac is. [ər.] İslamda Məhəmməd peyğəmbərin Allahla danışmaq üçün göyə qalxması. Namaz möminin meracıdır. merejka [rus.] Parçadan çıxarılan sapların yerində seyrək deşiklərlə tikilən naxışlı tikmə. Süfrənin kənarını merejka etmək. merejkalı sif. Merejka edilmiş, merejka salınmış, merejkası olan. Merejkalı dəsmal. meridibn [lat. meridianus – günorta] coğr. Yer kürəsinin hər iki qütbündən keçib ekvatoru düzbucaq şəklində kəsən xəyali qapalı əyri xətt. • Göy meridianı astr. – Yer kürəsinin qütblərindən keçən və müşahidə yerinin zeniti olan xəyali əyri xətt. merinos [isp. merino]\n1. Nazik ağyunlu qoyun cinsi, habelə bu cinsdən olan qoyunun özü. Qafqaz merinosu.\n2. Həmin qoyunun yunu, habelə bu yundan toxunan parça.\n3. Merinos yunundan hazırlanmış. Merinos parça. Merinos şərf. meriya is. [fr.] İcra hakimiyyəti, bələdiyyə şurası. merkantilist [fr. əsli ital.] Merkantilizm tərəfdarı. merkantilizm [fr. merkantilis, ital. merkante – ticarətdən]\n1. XVI-XVIII əsrlərdə Avropada ticarət burjuaziyasının iqtisadi nəzəriyyə və siyasəti (bu nəzəriyyə ölkənin rifah halının istehsalın inkişafından deyil, əmtəə idxalının əmtəə ixracından üstünlüyündən və pul kapitalının toplanmasından asılı olduğu fikrinə əsaslanırdı).\n2. məc. kit. Varlanmağa meyil, hər şeydə mənfəət güdmə. mesaj is. [fr.] Məktub, iltimas, xəbərdarlıq. mesenat is. [lat.] Himayədarlıq edən, yardım göstərən. messa is. [fr.]\n1. Xristianlarda sübh və günorta ibadəti.\n2. Dini məzmunda xor musiqisi. messo is. [ital.] Musiqidə səs dinamikası. meşə is. Çoxlu ağac bitmiş geniş sahə. Palıd meşəsi. Şam meşəsi. – Meşə çaqqalsız olmaz. (Məsəl). Mən də meşə cığırı ilə boyumdan uca otların arası ilə evə hərəkət edirdim. A.Divanbəyoğlu. Kürün nəriltisi meşədə uğuldayırdı. M.Hüseyn. // məc. Ağac kimi dikəlmiş çoxlu şey haqqında. Gecə ay nur səpirkən buruqlar meşəsinə; Qulaq verdim ney çalan küləklərin səsinə. Ə.Cəmil. meşəarası sif. Meşənin içində və ya meşələrin arasında olan. Meşəarası yol. – Onların ikisinin beş parçadan ibarət meşəarası zəmi yeri var. S.Rəhimov. meşəbəyi is. Meşələrə nəzarət edən işçi. Qəhrəman görmüşdü ki, meşəbəyi Rüstəm üçün nə qədər akt bağlamışdı. S.Rəhimov. [Yusif:] Mümkün eləsə, Daşdəmir meşəbəyindən bilet alsın, sovxoz üçün meşədən odun qırdırsın, özləri daşıyacaqlar. B.Bayramov. meşəbəyilik is. Təsərrüfat vahidi olan meşə sahəsi, habelə bu sahəyə nəzarət edən idarə. Meşəbəyilikdə işləmək. // Meşə təsərrüfatı idarəsinin yerləşdiyi təsərrüfat tikintiləri. Meşəbəyiliyə getmək. meşəcik is. Balaca meşə, kiçik meşə. Meşəciyi gəzmək. meşəcüllütü is. zool. Təxminən göyərçin boyda nazik, uzun dimdik, gödəkayaq, bozumtul, zolaqlı lələkləri olan quş; çilikburun. meşəçi is.\n1. Meşəçilik mütəxəssisi; meşəşünas.\n2. Meşə qarovulçusu, meşə qoruqçusu. meşəçilik is.\n1. Meşə salmaq, becərmək və yetişdirmək haqqında elm; meşəşünaslıq. Meşəçilik ədəbiyyatı. – [Vəzirov] ..elmi-bioloji əsərləri isə Azərbaycan meşəçilik elminin yeni bir mərhələsinin əsasını qoyur. Y.Qarayev.\n2. Kənd təsərrüfatının bir sahəsi kimi meşəsalma; becərmə və ondan istifadə etmə. Meşəçilik idarəsinin işçiləri maşından düşürtdükləri yekə mişarı götürüb Dədə palıda tərəf gedəndə Bağırın içində sanki nəsə qırıldı. İ.Məlikzadə. meşə-çöl is. Meşə ilə çöl arasında keçid sahəsi. meşədoğrayan bax. meşəqıran 1-ci mənada. meşəqıran 1. is. Meşədə ağac kəsməklə məşğul olan fəhlə; meşədoğrayan. Şəhərdə bir qədər yaşadıqdan sonra, o, əhalisi meşəqıranlardan ibarət olan bir kəndə keçdi. H.Seyidbəyli.\n2. sif. Meşə qırmaq üçün olan, meşə qırmağa yarayan. Meşəqıran maşın. meşəqırma is. Meşədə ağac kəsmə işi. Meşəqırma briqadası. meşələndirmə “Meşələndirmək”dən f.is. meşələndirmək f. Meşə salmaq, bir sahədə ağaclar əkib meşə halına salmaq. meşəli sif. Meşə ilə örtülmüş, meşəsi olan. Meşəli yaylaq. – Ehtiyat xala .. sıralanmış meşəli dağlar qoynunda, səfalı yaylaq şəhərində yaşayırdı. Mir Cəlal. meşəlik 1. is. Meşə olan yer, meşə ilə örtülmüş sahə. Obamızın şimal tərəfi qərbdən-şərqə doğru uzanmış çılpaq qayalıq, daha sonra qalın bir meşəlikdi. A.Şaiq. Çıxır meşəlikdən talaya əlik; Səkir daşdan daşa xınalı kəklik. M.Araz.\n2. bax. meşəli. Meşəlik yer. – [Qız] meşəlik yamacı göstərdi. Çəmənzəminli. meşəsalma is. Ağac əkib süni meşə becərmə. Meşəsalma təsərrüfatı. Meşəsalma aylığı. meşəsiz sif. Meşəsi olmayan, ağacsız. Meşəsiz sahə. Meşəsiz dağ yamacları. – Qovdular ceyranı meşəsiz dağa; Qoyun sürüləri doldu otlağa. H.K.Sanılı. meşəsizləşdirilmə “Meşəsizləşdirilmək”dən f.is. meşəsizləşdirilmək məch. Meşələri qırılıb düzən hala salınmaq, meşəsiz hala salınmaq; ağacsızlaşdırılmaq. meşəsizləşdirmə “Meşəsizləşdirmək”dən f.is. meşəsizləşdirmək f. Meşələri qırıb düzən hala salmaq, meşələri qırmaq, meşəsiz hala salmaq; ağacsızlaşdırmaq. meşəşünas bax. meşəçi 1-ci mənada. Vəzirov .. bütün ömrü boyu həm yazıçıdramaturq, həm də meşəşünas alim kimi öz ehtiras və enerjisini xalqın mənəvi və təbii sərvətlərinin mühafizəsinə həsr edir. Y.Qarayev. meşəşünaslıq bax. meşəçilik 1-ci mənada. meşin is. Aşılama yolu ilə hazırlanan ən sadə yumşaq qoyun və s. dərisi. // Həmin dəridən tikilmiş, hazırlanmış. [Ağasəfərin] ayağında isə qara meşin çust vardı. Ə.Əbülhəsən. Siz ey meşin qapılar; Sizin üzünüz soyuq; Sizdən ümidlə girib; Ümidsiz çıxan da çox. B.Vahabzadə. meşinli sif. Meşinlə örtülmüş, üzərinə meşin çəkilmiş. Meşinli qapı. meşmeşi is. məh. Ərik. meşok [rus.] Kisə, torba. ..İndi məlum olur ki, siz biçarə avam camaatı yığırsınız başınıza, sonra ortalığa bir meşok pul qoyursunuz. “Mol. Nəsr.” Qaraltı – dalında ağır bir meşok aparan gödək adam idi. Mir Cəlal. Həmzənin Hacı Tağı ilə oturduğu zirzəmi bir çox meşok və cürbəcür yeşiklərlə dolu idi. Ə.Əbülhəsən. meşşan [rus. mehanin]\n1. 1917-ci il inqilabından qabaqkı Rusiyada: xırda şəhər alverçilərindən, sənətkarlarından, aşağı vəzifəli qulluqçulardan və s. ibarət silk, təbəqə. // Həmin təbəqəyə mənsub olan adam. [Yakov] kəndlilərin və meşşanların tabutlarını öz boyuna görə hazırladı. A.Çexovdan.\n2. məc. İctimai görüş dairəsi dar, xırda mülkiyyətçi əhvali-ruhiyyədə olan adam. [Bənövşə:] Sən bizim gələcək həyatımızı bir meşşan həyatı kimi təsəvvür eləyirsən. S.Rəhman. meşşancasına zərf Meşşan kimi, meşşana yaraşan bir tərzdə. Meşşancasına yaşamaq. meşşanlaşma “Meşşanlaşmaq”dan f.is. meşşanlaşmaq f. Meşşan xasiyyəti almaq, meşşan fikirli olmaq. meşşanlıq is. Meşşanın psixologiyası və hal-hərəkəti. Meşşanlıq etmək. metal [lat. metallum, əsli yun. metallon – mədən] İstiliyi və elektriki yaxşı keçirmə qabiliyyətinə malik olan, döyülüb yastılana bilən, spesifik parıltısı olan bəsit kimyəvi maddə (yaxud ərinti). Əlvan metallar (mis, nikel və b.). Qara metallar (dəmir, çuqun, polad və b.). Nəcib metallar (qızıl, gümüş, platin). // Həmin maddədən (yaxud ərintisindən) hazırlanmış. Metal blok. Metal dirək. metalaoxşar sif. Zahirən metala bənzəyən, metal kimi olan. metalçı is. Metal sənayesi işçisi. Şənlik və sevinc səslərini .. inşaatçılar, metalçılar şəhərində də eşitmək olardı. Mir Cəlal. Yarışır hər şaxtaçı, metalçı, neftçi fəhlə. Ə.Cəmil. metaldoğrayan bax. metalkəsən. metafizik I. is. [yun.]\n1. Metafizik fəlsəfə tərəfdarı, metafizik üsul tətbiq edən (dialektik əksi).\n2. Mücərrəd, anlaşılmaz, dumanlı fikirlər yürüdən adam haqqında.\n\nII. sif. [yun.]\n1. fəls. Metafizikaya əsaslanan, metafizikaya aid olan, dialektikaya zidd olan. Metafizik fəlsəfə. Metafizik üsul.\n2. məc. Mücərrəd, anlaşılmaz, dumanlı. Metafizik fikir. metafizika [yun.]\n1. Dialektikanın əksinə olaraq, hadisələri, onların qarşılıqlı əlaqələri, ziddiyyətləri və inkişafı xaricində götürən idealist dünyagörüşü və dərketmə metodu.\n2. Hər hansı bir mücərrəd, buna görə də aydın dərk edilməyən dumanlı şey haqqında. metafora [yun. metaphora – məcaz] ədəb. Bənzərliyə, oxşarlığa, analogiyaya əsasən söz və ya ifadənin məcazi mənada işlənməsi; məcaz. metaforik [yun.] bax. məcazi. metaləridən sif.\n1. Metal əritməklə məşğul olan. Metaləridən zavod.\n2. is. Metaləridən fəhlə. Bəzən Lətif işini qurtarıb qəlibçilər şöbəsinə gəlir, gözlük taxmış gənc metaləridənlərə .. sataşırdı. H.Seyidbəyli. metalkəsən sif. Metalı kəsən, metalı kəsmək üçün olan. Metalkəsən dəzgah. metallaşdırılma “Metallaşdırılmaq”dan f.is. metallaşdırılmaq məch. Metaldan üz çəkilmək, metal təbəqəsi ilə örtülmək. metallaşdırma “Metallaşdırmaq”dan f.is. metallaşdırmaq f. Metaldan üz çəkmək, metal təbəqəsi ilə əritmək (bir şeyi). metallı sif. Metalı olan, tərkibində metal olan. metallik sif. [yun.] Metaldan düzəldilmiş, metaldan olan; metal. Metallik cisimlər. metallurgiya [yun. metallurgeo]\n1. Ağır sənayenin, filizdən metal almaq və onun ilk emalı ilə məşğul olan sahəsi.\n2. Metalların sənaye miqyasında istehsalı və onların ilkin emalı üsullarını öyrənən elm. metallurji sif. [yun.] Metallurgiyaya aid olan, metallurgiyaya məxsus. metallurq [yun.] Metallurgiya mütəxəssisi. metalşünas [yun. metallom və fars. ...şünas] Metalşünaslıq mütəxəssisi. metalşünaslıq is. Metalların quruluşunu, xassələrini və onların dəyişmə qanunlarını öyrənən elm. metalyayan sif. Metalı istilik və ya təzyiq altında yayan, yastıladan. Metalyayan dəzgah. metamorfoz is. [yun.] Şəklini dəyişmə, başqa şəklə salma, çevirmə. metan [fr. methane] Karbonla hidrogenin birləşməsindən ibarət rəngsiz qaz. metastaz [yun. metastasis – yerdəyişmə] tib. Xəstəlik törədicisinin, xəstəlik mənbəyinin törəmiş olduğu yerdən bədənin başqa yerlərinə yayılması, keçməsi, habelə xəstəliyin belə bir yerdəyişmə nəticəsində əmələ gələn ikinci mənbəyi. metateza [yun. metathesis – yerdəyişmə] dilç. bax. yerdəyişmə 2-ci mənada. meteor [yun.] Yer atmosferində sürətlə hərəkət edən kosmik mənşəli qızmar cisim. [Nuriyyə:] Nə üçün bizim taleyimizdə səadət bəzən bir meteor kimi parlayıb qeyb olur? İ.Əfəndiyev. [Firəngiz] .. aydın yollu kəhkəşana, hərdən axıb gedən .. meteora baxdı. B.Bayramov. meteorit [yun. meteoros] Planetlərarası boşluqlardan Yer səthinə düşən kosmik mənşəli cisim. Meteoritlər kosmik fəzadan Yerin səthinə düşən yeganə cisimlərdir. meteorologiya [yun. meteora – atmosfer hadisəsi və logos – elm]\n1. Yer atmosferi, onun quruluşu, xüsusiyyətləri və onda baş verən fiziki proseslər haqqında elm.\n2. Hava və onun necə olacağı haqqında qabaqcadan xəbər verilməsi üsulları haqqında elm. meteoroloji sif. Meteorologiyaya aid olan. Meteoroloji tədqiqat. – [Rəis:] Bu gün meteoroloji stansiya xəbər verdi ki, bərk yağıntı gözlənilir. İ.Əfəndiyev. meteoroloq [yun.] Meteorologiya mütəxəssisi. Meteoroloqlar çoxdan bilirlər ki, yağışın əmələ gəlməsi üçün heç də təkcə su lazım deyildir. metil [fr. methule] kim. Bir sıra üzvi birləşmələrin tərkibinə daxil olan bir karbon atomundan və üç hidrogen atomundan ibarət qrup. metis [fr.]\n1. Cütləşdirmə nəticəsində alınan heyvan və ya bitki.\n2. Müxtəlif insan irqləri nümayəndələrinin biri-birilə evlənməsindən törəyən nəsil. metod [yun.] Təbiət və ictimai həyat hadisələrini dərk və tədqiq etmə üsulu. Dialektik metod. Müqayisəli metod. // Ümumiyyətlə üsul, üsullar sistemi. metodik sif.\n1. Metodikaya aid olan, metodikaya müvafiq olan; bir şeyi yerinə yetirmə üsul və yollarını göstərən. Metodik vəsait. Metodik təlimat.\n2. Müəyyən plana tam uyğun; ardıcıl, müntəzəm. metodika [yun. methodike]\n1. Bir şeyin əməli surətdə icrası üçün metodlar, üsullar məcmusu. Elmi tədqiqlərin metodikası.\n2. Müəyyən elmin tədris üsulları haqqında nəzəriyyə. Dil metodikası. metodiki bax. metodik 1-ci mənada. Metodiki kömək. metodist [yun.] Hər hansı bir fənnin tədrisi metodikası mütəxəssisi. metodologiya [yun. methodos və logos] Ümumiyyətlə, elmi metod və ayrıayrı elmlərin metodları haqqında təlim. metodoloji sif. Metodologiyaya aid olan, metodologiya ilə əlaqədar olan. Metodoloji səhv. metodoloq [yun.] Metodologiya mütəxəssisi. metol is. [yun.] Rəngsiz üzvi kristal maddə. meton is. [xüs. is.-dən] Günəş-Ay təqvimində zaman intervalı. metonimiya [yun. metonymia – adını dəyişmə] ədəb. Bir sözün, iki məfhumun birbirinə yaxınlığına əsasən başqa sözlə əvəz edilməsindən ibarət ifadə üsulu; məcaz (məs.: “ağıl” əvəzinə “baş”, “Sabirin əsərlərini oxumaq” əvəzinə “Sabiri oxumaq”), habelə bu cür işlədilmiş söz və ya ifadə. metr [yun. metron – ölçü]\n1. Metr ölçü sistemində yüz santimetrə bərabər uzunluq.\n2. Santimetrlərə bölünmüş bu uzunluqda ölçü aləti. ...metr [yun. metron – ölçü] Xarici mürəkkəb sözlərin ikinci tərkib hissəsi olub, aşağıdakı mənaları ifadə edir: a) sözün birinci hissəsində ifadə olunmuş ölçünün uzunluğunu bildirir; məs.: kilometr, santimetr, millimetr; b) sözün birinci hissəsində ifadə olunanı ölçmək üçün cihazı, aləti bildirir; məs.: voltmetr, termometr. metraj [fr. metrage]\n1. Bir şeyin metrlə uzunluğu. Kinolentinin metrajı.\n2. Otağın və s.-nin kvadrat metrlə sahəsi. Otağın metrajı. metranpaj [fr. metteur en pages] Yığılmış mətnləri səhifələyən mətbəə işçisi. metrik sif.: metrik ölçü sistemi – əsası metr olan beynəlxalq ölçü vahidi sistemi. metrika [lat.] Doğum şəhadətnaməsi. metro [fr.] “Metropoliten” sözünün qısaldılmış forması. Bakı metrosu. – Metro vaqonunda oturanlardan biri, qabağında ayaq üstündə durmuş qocadan soruşur. M.Hüseyn. metropoliten [fr. metropolitain] Yeraltı şəhər elektrik dəmir yolu. Bakı metropoliteni. mey is. [fars.] Şərab. Hər nə etsən, et və lakin etmə meydən ictinab; Hər nə tutsan, tut və lakin tutma bir kari-səvab. M.Ə.Sabir. Dostlar içib gözləri süzülü qaldı; Turş meydən dodaqları büzülü qaldı. M.Müşfiq. meydan is. [fars.]\n1. Şəhər və ya kənd, qəsəbə və s. içərisində tikilisiz açıq və geniş düz yer, sahə. Bakıda Azneft meydanı. – Yavaş-yavaş gəlib bir böyük meydana yetişdik. Ə.Haqverdiyev. Çatıb kəndin meydanına düşdük atlardan; Kənd axışdı yanımıza keçmədi bir an. S.Rüstəm.\n2. Ümumiyyətlə, düz və geniş sahə; düzənlik, genişlik. Dağın o tərəfi böyük meydandır.\n3. Bir işin icrası üçün geniş sahə, yer. Vuruş meydanı. Döyüş meydanı. Təlim meydanı. – [Koroğlu:] Yağı düşmənin hərbəsi; Qaçırtmaz meydandan məni. “Koroğlu”. Gənclərin gücü ilə bir neçə dəfə iməcilik keçirilib, idman meydanı düzəldi. Ə.Sadıq.\n4. Obrazlı təşbehlərdə: “geniş”, “enli” mənasında. Əyilməyib, düzdür onun uca qaməti; Sinə meydan, kürək enli, görkəmi dağdır. Ə.Əlibəyli.\n5. Yerlik halda: meydanda – ortada, arada, aralıqda. Meydanda bir səbəb yoxdur. Lazım olan şeylərin heç biri hələ meydanda yoxdur. // Yönlük halda: meydana – ortaya, araya, aralığa. Bəli, bizlərdə övrəti boşamaq lazım olanda həmişə meydana bir bəhanə gəlir. C.Məmmədquluzadə. // Yerlik halda xəbər şəkilçisi ilə: meydandadır – aşkardır, göz önündədir, hamı görür. Onun gördüyü işlər hamısı meydandadır.\n6. məc. Fürsət, imkan; əlverişli şərait. Mahi-ramazandır, yenə meydan da bizimdir! Meydan da bizim, ərsədə cövlan da bizimdir? M.Ə.Sabir. Bir qız ilən bir gəlinin bəhsi var; Gəlin deyər: – Bu gün meydan məndədir. Aşıq Valeh. ‣ Meydan açmaq – mübarizəyə çağırmaq, döyüşə hazır olmaq, döyüşə girişmək. Minincə öz Qıratına; Meydan açar əsən yelə. A.Şaiq. Qəhrəmanım gülümsədi, qüvvət gəldi qəlbinə; Dalğalara sinə gərdi, meydan açdı o yenə. S.Vurğun. Meydan demək – bax. meydan oxumaq. Meydan deyir qaranlığa; Dayanmadan bir anlığa. S.Vurğun. Meydan düzəltmək – bax. meydan qurmaq. [Xəlfə:] Gəlin aşaq dağ ardına, orda meydan düzəldək, qoy gəlin-qız burda çalıboynasın. C.Cabbarlı. Meydan günü – imtahan, sınaq vaxtı, yoxlama zamanı. Ölənədək dönə bilməz yarından; Meydan günü başın qoyar can ilə. M.V.Vidadi. Meydan qurmaq – toplaşmaq, bir yerə yığılmaq. Meydan quraq, söhbət açaq, saz tutaq; Gül yanaqda qoşa xaldan danışaq. S.Vurğun. Meydan oxumaq – müharibəyə, döyüşə, mübarizəyə çağırmaq, hədələmək. At oynatdı kuyində hər cahangir bir kərə; Ərəb meydan oxudu şövkətli qeysərlərə. Ə.Cavad. [Altunbay:] Mən bütün dünyaya meydan oxuyan bir qüvvətə qarşı dura bilmərəm. C.Cabbarlı. Meydan sulamaq – hökmranlıq etmək, özünü hökmran kimi aparmaq, mənəm-mənəm demək. Ağacın dibində qanadlarını açıb meydan sulayan çil-çil xoruzu [Qaraş] qovdu. M.İbrahimov. Cəmiyyətlə şəxsiyyət arasında hər cür ziddiyyətin silinib yox olduğu bir dövrdə Kərəmov meydan sulaya bilməzdi. İ.Əfəndiyev. Meydan tutmaq – çaşmaq, karıxmaq, özünü itirmək, nə edəcəyini bilməmək. Silanın qəlbi alovlandı. Onu meydan tutdu. S.Vəliyev. Meydan vermək – imkan vermək, mane olmamaq, yol vermək, kömək etmək. [Bəhram:] Yox, verilməz buna meydan; Sarayın öz qanunu var. A.Şaiq. [Firəngiz Cəbrayıla:] Biz [Musaya] öz fikrini deməyə nə vaxt meydan vermişik? B.Bayramov. Meydana atılmaq – özünü qabağa vermək, irəli atılmaq. Bizim .. qırxayaq (xərçəng) kimi geri getməyimizin ümdə səbəbi bizim bilamülahizə fikir meydana atıb yalançı pəhləvan kimi oyun çıxartmağımızdır. Ü.Hacıbəyov. Meydana atmaq – aşkara çıxarmaq, aşkar etmək, hamıya bildirmək. Meydana buyur (buyur meydana) – döyüşə, vuruşa və ya mübahisəyə dəvət. [Şah:] Sən bədəfkar və xəbis cəlladsan; Qorxmuram səndən, buyur meydana sən. Ü.Hacıbəyov. Meydana çıxartmaq – aşkar etmək, göstərmək. Bizim mollalarımız bu iki ilin müddətində, guya ki, bir özgə şəriət meydana çıxarıblar. C.Məmmədquluzadə. “Həyat” Mirzədə güclü dramaturqluq istedadının olduğunu meydana çıxartdı. S.Rəhman. Meydana çıxmaq – aşkar olmaq, zahirə çıxmaq, ortada görünmək. ..Əgər xanım qızlar kişi kimi meydana çıxmasalar, vətən övladının gələcəyə arxayın olmağı çətindir. C.Məmmədquluzadə. Niyə nuri-həqiqət çıxmayır meydanə bilməm ki.. M.Hadi. Meydana gəlmək – 1) mübahisə, mübarizə meydanına daxil olmaq. Bircə nolaydı gələ meydanıma; Ta ki, düşə gözləri cövlanıma. S.Ə.Şirvani. Sədd çəkildi dörd yana; Ağ at gəldi meydana. S.Vurğun; 2) ortaya çıxmaq. Hamamdan gələndən sonra bəyin başı qırxılmaq məsələsi meydana gəlir. R.Əfəndiyev. Meydana qoymaq (çəkmək) – ortaya çıxarmaq, üzə çıxarmaq, zahir etmək, açmaq, bildirmək. Məsələni meydana qoymaq. – Təlxəklər bütün kələklərini meydana qoydular. Çəmənzəminli. Meydanda olmaq – zahirdə, aşkarda olmaq, göz önündə olmaq. Meydanda tək qalmaq – köməksiz olmaq, təkbaşına qalmaq. Bu dəmdə Xəlilə kənardan tamaşa edən olsaydı, onu meydanda tək qalmış və ümidsizlikdən qəddi bükülmüş bir igidə bənzədərdi. M.Hüseyn. Meydandan qaçmaq – axıra qədər bir işi davam etdirməmək, dala çəkilmək, qorxmaq. Meydandan qaçana namus, ar olsun! “Koroğlu”. Meydanı boş (xali) görmək – heç bir maneənin olmamasından istifadə etmək, istədiyini edə bilmək. Meydanı boş görmüsən? – Gördü meydanı adamdan xali; Hərə bir əzmə şitaban oldu. M.Ə.Sabir. Meydanı daralmaq – işlənmə sahəsi azalmaq, məhdudlaşmaq. ..Ərəb [əlifbasının] meydanı gündən-günə daralmaqdadır. F.Ağazadə. meydança [fars.]\n1. Balaca meydan, kiçik meydan. Meydançaya kölgə salır; Çadır kimi göy buludlar. N.Rəfibəyli. Bulvarın Bayıla tərəf uzadılmış təzə hissəsi ürəkaçan, səfalı bir meydançaya çevrilmişdi. H.Seyidbəyli. // Bir iş görmək üçün açıq sahə. Tikinti meydançası.\n2. Bir tikilinin, binanın və s. üstündə və ya içərisində düz boş yer. Pilləkən meydançası. – Məbəd taxta qüllədən ibarət idi. Yuxarısında kiçik bir meydança var idi. Çəmənzəminli. meydanlıq is. Açıq yer, açıqlıq, düzənlik, meydan. meygədə is. [fars.] klas. bax. meyxana1. Zinhar girmə məscidə, bihürmət olma, leyk; Var, payitəxti-meygədədə ehtiram bul. Q.Zakir. meyxana I. is. [fars.] köhn. Şərab satılan və içilən dükan, şərabçı dükanı. ..Konsulxana fərraşı meyxananın qapısında kefli və əlində çaxırla dolu stəkan mənim qabağımı kəsib məndən dörd manat istədi. C.Məmmədquluzadə.\n\nII. is. [fars.] Fikirləşmədən, qabaqcadan hazırlaşmadan deyilən, adətən məzhəkəli şeir növü. Adamlar dağılandan sonra toy sahibinin yaxın adamları qalıb meyxana deyərdilər. H.Sarabski. [Dursun:] İlyasgili qapıları bağlayıb meyxana deyirlər. C.Cabbarlı. meyxanaçı I. is. köhn. Meyxana sahibi, meyxana saxlayan adam.\n\nII. is. Məclislərdə meyxana deyən, meyxana deyişmələrində iştirak edən adam. [Şəki toylarında] xan oyunu çıxar, meyxanaçılar meyxana deyişərlər, bəzən də aşıq gətirdib nağıl danışdırarlar. R.Əfəndiyev. meyxanaçılıq I. is. köhn. Meyxana saxlama işi.\n\nII. is. Meyxana demə işi. Meyxanaçılıq eləmək. meyxoş sif. [fars.]\n1. Turş ilə şirin arasında orta dad; turşaşirin. Meyxoş nar.\n2. məc. Xoşagələn, xoş. Muğandan keçirəm, meyxoşdur bahar; Ömrü az olsa da burdakı yazın. S.Vurğun. meyxoşluq is. Meyxoş şeyin xassəsi, keyfiyyəti; turşaşirinlik. meyil is. [ər.]\n1. Bir tərəfə əyilmə. Divarın meyli bayıradır. • Meyil etmək (eləmək) – 1) əyilmək; 2) istiqamət almaq, yönəlmək. Məşədibəy isə adamları yarıb arvadını görməyə meyil etdiyi halda birdən dayandı. M.Hüseyn. Səfər kişi irəliyə tərəf meyil elədi. Mir Cəlal.\n2. İstək, arzu, həvəs. Uşağın oynamağa meyli yoxdur. Tələbənin ədəbiyyata meyli var. – Dedi: – Həmsayə! Var nəyə meylin; Nə yeyirsən, nə istəyir könlün? M.Ə.Sabir. • Meyil göstərmək – həvəs göstərmək, rəğbət etmək. Üç-dörd günün müddətində haman müntəxib olunan kəslər göründü və hamısı şurişə meyil və amadəlik göstərdilər. M.F.Axundzadə. Əcnəbilərin içində övrət sahibi bir kişinin özgə övrətə meyil göstərməyi şiddətli təqsir hesab olunur. C.Məmmədquluzadə. Meyil qılmaq (etmək) – arzulamaq, istəmək, könül bağlamaq. Bir kimsəyə xurşid camalın ola mənzur; Mehri-fələkə meyil qılıb ayə baxarmı? Q.Zakir. Meyil salmaq – bir şeyə həvəs göstərmək. Meyildən düşmək – daha həvəsi olmamaq, istəməmək. Meyli düşmək – istəmək, bəyənmək, xoşlamaq. Meyli çəkmək – istəmək, ürəyindən keçirmək. Meyli olmaq – həvəsi olmaq, istəmək. Dedi: – Meylin olurmu aluyə; Təmi meyxoş qızıl gəvaluyə? M.Ə.Sabir. Gər meylim ola şəmi-rüxi-yarə, nə nöqsan; Adətdi ki, pərvanə edər narə məhəbbət. S.Ə.Şirvani. [Zeynalın] Mehribana bu qədər meyli olduğu görülməmişdi. S.Hüseyn.\n3. Könül, məhəbbət. Mən sənə mailəm, səndədir meylim; Demə səndən qeyri kəsdədir, ay qız! M.P.Vaqif. [Sitarə:] Özüm cavan qızam, həm də var sənə meylim. C.Cabbarlı. Səltənət atasının Şahpəriyə olan meylini bilirdi. B.Bayramov. Meyil salmaq – sevmək, istəmək, könül bağlamaq. Bir ildən artıqdır ki, [Gülşən] özü də bilmədən Eyvaza meyil salmışdı. Ə.Vəliyev. Meyli düşmək – bax. meyil salmaq. Mən aşiq, neylim sənə; Düşübdür meylim sənə; Mən dönsəm, üzüm dönsün; Sən dönsən, neylim sənə? (Bayatı). meyillənmə “Meyillənmək”dən f.is. Temperatur əqrəbinin meyillənməsi. meyillənmək f.\n1. Bir tərəfə meyil etmək, yana doğru əyilmək. Sütun getdikcə sol tərəfə meyillənir. – Qoşqar bir uşaq səmimiyyətilə irəli meyilləndi. İ.Hüseynov.\n2. Meyil göstərmək, həvəs göstərmək. meyilli sif.\n1. Bir tərəfə, bir yana meyil edən, əyilən.\n2. Bir şeyə meyli, həvəsi olan, meyil göstərən; mayil. meyilsiz sif. və zərf Meyli, həvəsi olmayan; meyil, həvəs göstərməyən; meyilsiz, həvəssiz, istəksiz. İşə meyilsiz yanaşmaq. meyilsizcə zərf Meyli olmadan, istəməyərək; həvəssiz. Uzun dağ yolunu meyilsizcə addımlayan acmış at sanki bir cənazə sürüyürdü. Mir Cəlal. meyilsizlik is. Meyil, həvəs olmama; həvəssizlik. meyit is. [ər.] Ölmüş adam; cənazə, nəş. Meyiti basdırmaq. – Bir azdan sonra [Hacı Nəsirin] meyitini evə gətirdilər. S.S.Axundov. meyitxana is. [ər. meyyit və fars. ...xanə] Xəstəxanada meyit saxlanılan yer. meyitsifət sif. [ər.] Sifətinin rəngi solğun, saralmış olan. Ata tərəfdən qohumu olan bu meyitsifət, solğun adamdan Qadirin zəhləsi gedirdi. Ə.Əbülhəsən. meymun is.\n1. zool. Bədən quruluşuna görə insana yaxın olan məməli heyvan.\n2. məc. Çox çirkin adam haqqında. Lap meymundur.\n3. məc. Başqalarını yamsılayan, təqlidini çıxardan adam haqqında. meymunabənzər (=meymunaoxşar) sif. Zahiri görünüş və bədən quruluşu cəhətdən meymuna bənzəyən. meymunaoxşar (=meymunabənzər) sif. Zahiri görünüş və bədən quruluşu cəhətdən meymuna bənzəyən. meymunluq is. dan. Təqlidçilik, yamsılama, başqalarının təqlidini çıxarma. • Meymunluq etmək – təqlid etmək, yamsılamaq, oyun çıxarmaq. Nə meymunluq edirsən? meymunoynadan is.\n1. Keçmişdə meymun gəzdirib tamaşa göstərən adam. Səhnənin sağ tərəfindən meymunoynadanın səsi eşidilir. Ə.Haqverdiyev.\n2. məc. Masqaraçı, adamdolayan, adamoynadan. meynə is. məc. Üzüm tənəyi. Meynə əkmək. Meynələrin başını vurmaq. – Meynələrində qora; İlişdim, düşdüm tora. (Bayatı). İllər keçər, bu meynə qumların üzərində; Günəşdən qüvvət alıb artar, qol-budaq atar. S.Rüstəm. meynəqurdu is. zool. Meynələrə ziyan verən cücü, qurd. meynəlik is. Meynə əkilmiş sahə, üzüm bağı; üzümlük. Meynəliyi becərmək. – [Xədicə] üzüm dərmək üçün meynəliyə doğru getdi. S.Hüseyn. meyoz is. [yun.] Reduksion bölünmə, yetişkənlik bölünməsi. meyrulu is. bot. Salxımı normal tozlanmamış, xırda, toxumsuz üzüm giləsi və salxımın özü. Ağ şanının meyrulusu. – Bir çox hallarda üzüm salxımlarında normal inkişaf etmiş və içərisində çəyirdəyi olan iri meyvələrdən başqa, xırda və toxumsuz meyvələr də olur. Onlara meyrulu deyilir. M.Qasımov. meyvə is. [fars.]\n1. Bəzi ağacların, kolların yeməli, şirəli məhsulu. Cır meyvə. Kol meyvəsi.\n2. məc. Məhsul, bəhər, nəticə. Əməyinin meyvəsini görmək. – Eşqin meyvəsidir hər yeni dastan. S.Vurğun. Elə bil oynayan adi bir Azərbaycan qızı deyil, yerə enmiş və yalnız insan xəyalının meyvəsi olan bir mələk idi. M.Hüseyn. meyvəcat top. [fars. meyvə və ər. ...at] Müxtəlif meyvələr. Meyvəcat dükanı. – [Murad] hər axşam evə qayıdarkən [Nigarı] küçədə, səki üstündə yaş meyvəcat satmaqla məşğul olan atası Ağabalanın yanında görərdi. S.Hüseyn. ..Tərəvəz, meyvəcat, küpküp şərab gəmiyə yükləndi. M.Rzaquluzadə. meyvəçi is. Meyvə ağacları əkibbecərməklə məşğul olan adam; meyvəçilik mütəxəssisi; bağban. meyvəçilik is. Meyvə ağacları, meyvə bitkiləri əkib becərmə işi; bağçılıq. Meyvəçilik briqadası. – [Almaz:] Mən deyirəm: bağ meyvəçilik üçün alınsın. C.Cabbarlı. meyvəqurudan is. xüs. Meyvə qurutmağa məxsus maşın və s. // Sif. mənasında. Meyvəqurudan sex. meyvələnmə “Meyvələnmək”dən f.is. meyvələnmək f. Bar gətirmək, barlanmaq, məhsul gətirmək. Ağaclar meyvələndi. meyvəli sif.\n1. Meyvəsi olan, meyvə verən, meyvə gətirən. Meyvəli ağac.\n2. Məhsuldar, bəhrəli, çox meyvə verən. Meyvəli bağ. – Hamı təzədən bağçalarını güllü, ağaclarını meyvəli, tarlalarını məhsullu görmək istədi. Ə.Məmmədxanlı. meyvəlik is. Meyvə ağacları olan yer, meyvə bağı. Meyvəliyi becərmək. – ..Çiçəyini təzə tökmüş yaşıl ipək yarpaqlı meyvəliklərdə dizinəcən çirməkli dirrikçilər lək düzəldirdilər. Mir Cəlal. meyvəsiz sif. Meyvəsi olmayan, meyvə gətirməyən; məhsulsuz, bəhrəsiz, meyvə verməyən, bar verməyən. Meyvəsiz ağac. – Bir meyvəsiz cır ağaca! Bar gətirən calaq vurur. N.Rəfibəyli. meyvəsizlik is. Meyvə verməyən ağacın, kolun halı; barsızlıq. meyvəyetirici sif. Münbit, bərəkətli, məhsuldar. ..Bu sayaq barverici və meyvəyetirici torpağın əhalisi əgər elmli və bilikli olsa idi, əlbəttə, ehtiyacdan xəbərləri olmazdı. F.Köçərli. mezon is. [yun.] Sükunət kütləsi. məal is. [ər.] klas. Bir yazı və ya söz ilə anladılmaq istənilən fikir, məna. Beytin məalı. məbada əd. [fars.] Birini bir işdən, hərəkətdən saqındırmaq, çəkindirmək üçün işlədilən söz (bəzən qoşa işlənir); olmaya, olmaya-olmaya, etmə, saqın. Məbada onunla yoldaşlıq edəsən! Məbada gedəsən. – Fəqanə gəlmə, könül, çəkdi yar şəmşirin; Məbada əl çəkə qətlindən iztirabı görüb. S.Ə.Şirvani. ..Xudayar bəy Zeynəbin yanına adam göndərdi ki, məbada-məbada özgəsinə dil verə və özgəsinə ərə gedə. C.Məmmədquluzadə. məbəd is. [ər.]\n1. İbadətgah, ibadət yeri (hansı dində olursa olsun). Misir məbədləri. Məbəddə ibadət etmək.\n2. məc. Dərin hörmət bəslənilən yer. Elm məbədi. İncəsənət məbədi. – [Oqtay:] Teatra bir məktəb bəlkə də demək olur. Fəqət bir sənət məbədi kimi o daha yüksəkdir. C.Cabbarlı. məbədgah [ər. məbəd və fars. ...gah] bax. məbəd. Bizdən yuxarı dağın şəhərə enən tərəfində müqəddəs Davudun məbədgahı da vardır. C.Məmmədquluzadə. məbhut zərf [ər.] Heyran-heyran, çaşmış halda, heyrət içində. ..Qatar yola düşdü və mən də məbhut onun gözdən itənədək dalınca baxdım. Ə.Haqverdiyev. • Məbhut qalmaq – heyran qalmaq, təəccüblənmək, çaşıb qalmaq. [Dərviş:] Ox dəymiş şir kimi saçlarımı silkələyib, başımı yuxarı qaldırıb, məbhut bir halda qaldım. A.Divanbəyoğlu. ..Şəfiqənin mərmər kimi ay üzündə olan çökəklərini gördükdə Cəlil ağa məbhut qaldı və birdən-birə onu sevdi, aşiq oldu. Q.İlkin. Məbhut etmək – heyran etmək, heyrətdə qoymaq, təəccübləndirmək. Onların arasındakı intizam və başçılarına olan hörmət bizi məbhut etmişdi. M.İbrahimov. Məbhut olmaq – bax. məbhut qalmaq. Firidun maşından düşüb, göz işlədikcə uzanan bağa, güllüklərə və imarətlərə baxdıqda məbhut olub qaldı. M.İbrahimov. məbləğ is. [ər.] Miqdar (pul haqqında). Pulun məbləği. – [Allahqulu:] Bu gündən həmin məbləğə on iki saat işləyəcəksiniz. S.S.Axundov. // Pul. [Hakimi-şər:] Onu xəbərdar elə ki, iki saatdan sonra Hacı Qafurdan qalan məbləği mən özüm ona təslim edərəm. M.F.Axundzadə. [Xortdan:] Ağır miqdarda məbləğ cəm edib, Məşədiyə vüsul oldu. Ə.Haqverdiyev. məbud is. [ər.] İbadət, sitayiş edilən şey (Allah, büt, ay, gün, ulduz və s.). Məbudinə ərz qıldı razın; Bildirdi könüldəki niyazın. Füzuli. Düşüb səcdəyə qıldı əvvəl namaz; O, məbudinə etdi razü niyaz. M.Ə.Sabir. məcaz is. [ər.] ədəb. Həqiqi mənasında işlənməyib, oxşarlığı və münasibəti olan başqa bir mənaya oxşadılaraq işlənən söz və ya ifadə; metafora. Şeirdə işlədilən məcazlar. Yazıçı məcazları çox işlədir. məcazi sif. [ər.] ədəb. Həqiqi, hərfi mənada deyil, metaforik mənada işlənən; metaforik. Məcazi məna. məcazilik is. Məcazi mənada işlənmə, məcazi olma. Mənanın məcaziliyi. məcbur sif. [ər.] Zorla bir işə sövq olunan, zorla bir işi görməli olan; naçar. [Yusif Sərrac:] ..Mən məcburəm ki, səltənətdən əl çəkib təxtü tacı bir kimsənəyə vagüzar edim. M.F.Axundzadə. Tərk etməyə amalını aləm hamı məcbur. A.Səhhət. • Məcbur etmək – vadar etmək, zorla bir işi gördürmək. [Xədicə:] Hər kəsi özü ilə hesablaşmağı məcbur edərdi. S.Hüseyn. [Sevinc Mahmuda:] Səni məktəbdən qaçmağa məcbur edən tənbəllikdir. Z.Xəlil. Məcbur qalmaq – bax. məcbur olmaq. Mənzil başına çatmadan tramvaydan düşməyə məcbur qaldım. Qantəmir. Məcbur olmaq – vadar olmaq, əlacsız qalaraq bir işi görməli olmaq, bir işi məcburən görmək. [Qız:] Bəlkə Şirmayı anasından qorxub həqiqəti gizlətməyə məcbur olmuşdur? M.Hüseyn. Ataş öz ata yurduna qaçmağa məcbur olmuşdu. Ə.Vəliyev. məcburən zərf [ər.]\n1. Məcbur olaraq, məcburiyyət altında, zorla, könülsüz olaraq. Fəxrəddin məcburən qapının aslan başından ibarət olan .. çaxçaxını qorxa-qorxa vurdu. M.S.Ordubadi.\n2. Mütləq, necə olursa olsun. Sabah məcburən gəlməlisən. məcburi sif. [ər.] Şərtsiz olaraq yerinə yetirilməli, qanunən tələb olunan. Məcburi şərtlər. Qərar hamı üçün məcburidir. Məcburi surətdə. məcburiyyət is. [ər.] Məcburluq, məcbur olma, zor, güc. Evlənmək istəyən bir qədər peşkəş özü ilə gətirib, bəyin qulluğuna gedib ondan izin almaq məcburiyyətində idi. Ə.Haqverdiyev. Camalı tanıya bilmədiklərini etiraf etmək məcburiyyətində qalan Bülənd .. Nəcmiyə baxdı. Ə.Əbülhəsən. məcburluq bax. məcburiyyət. məccanən zərf Məccani olaraq; pulsuz, müftə (olaraq). məccani sif. və zərf [ər.] Müftə, pulsuz, havayı. Məccani bilet. Məccani tamaşa. – ..Füqəraları məccani müalicə edir. N.Vəzirov. Uşaqlarının məccani oxuduğunu da Hüseynə Mirmahmud xəbər vermişdi. S.Rəhman. məcəllə is. [ər.]\n1. Hüququn hər hansı bir sahəsinə aid sistemə salınmış qanunlar toplusu. Mülki məcəllə. Cinayət məcəlləsi. Səhiyyə qanunları məcəlləsi.\n2. köhn. Məcmuə, kitab, risalə. [Səttarxan:] Mən bir ruznamə və ya məcəllə çıxarılmasını istəyirəm.. P.Makulu. məchul sif. [ər.]\n1. Bilinməyən, naməlum (məlum əksi). [Xədicə] hərəkətsiz gözlərini məchul bir nöqtəyə dirəyib baxırdı. S.Hüseyn. Çünki bəşər daima uçduqca uçmaq istər; Hər gün yeni və məchul bir qapı açmaq istər. M.Müşfiq.\n2. riyaz. Məlum olmayan, axtarılan. Məchul kəmiyyət. ‣ Məchul feil qram. – hərəkətin həqiqi icraçısı zahirdə olmayan feil. məchullu bax. məchul 2-ci mənada. Məchullu tənlik. məchulluq is. Naməlumluq; bilinməmə, məchul olma. məclis is. [ər.]\n1. Bir məsələ haqqında danışmaq üçün düzəldilən yığıncaq, toplaşmış adamlar heyəti; toplanış, iclas. ..Çünki bu bir məclisi-xasdır, ona binaən mənim tərəfimdən icazət olunur ki, oturasınız. M.F.Axundzadə. Hərzə nə şura və nə məclis bilir; Nə düşünür yaxşı, nə bir pis bilir. M.Ə.Sabir. Qüdrət danışdıqca məclisin sükutu daha da ağırlaşırdı.. M.Hüseyn. // Həmin toplanışın düzəldiyi yer.\n2. Toy, şənlik, yas və s. bu kimi yerlərdə toplanan yığıncaq. Toy məclisi. Şənlik məclisi. Təziyə məclisi. – Oxunur məclisdə xoş kəlimatı; Ox kimi bağrını dələr, ağlarsan. M.V.Vidadi. ..Qızlar, gəlinlər də yığışıb gəlmiş, .. gözəl bir məclis düzəlmişdi. M.Rzaquluzadə.\n3. Türkiyədə və İranda qanunverici orqanın, parlamentin adı. ..Tehranda məclisi topa tutublar. C.Məmmədquluzadə. • Məclisimüəssisan, yaxud müəssislər məclisi – burjua dövlətlərində: əsas qanun (konstitusiya) hazırlamaq üçün yaradılan müvəqqəti nümayəndəli orqan. Məclisi-müəssisan seçkilərində xalq siyasi firqələr ətrafında toplaş(dı).. S.Hüseyn. ..Milli konqres özünü məclisimüəssisan elan etdi. M.İbrahimov.\n4. Teatr tamaşalarının ayrı-ayrı hissəsi; pərdə, şəkil. Birinci məclis Rüstəm bəyin evində vaqe olur. Ü.Hacıbəyov. İkinci məclis vaqe olur bir balaca otaqda. N.Vəzirov. məcməyi is. [ər.] Mis və ya başqa metaldan düzəldilmiş dairəvi yastı iri qab, iri sini. Mis məcməyi. Naxışlı məcməyi. – O gənc kişi bir məcməyi və üzərində bir neçə stəkan çay daxil oldu. T.Ş.Simurq. Gözlərim ixtiyarsız olaraq məcməyidəki şeylərə tərəf çevrildi. Qantəmir. məcmu is. [ər.]\n1. Bütün, tamam, hamı. Seyyid dolanıb gün təki məcmui-cahanı; Dəryaları aşdım, dedim, Allah kərimdir. S.Ə.Şirvani.\n2. riyaz. Yekun, cəm. Ədədlərin məcmusu. məcmuə is. [ər.] Məqalə, hekayə, şeir və s. toplusu; jurnal. “Molla Nəsrəddin” məcmuəsi. “Qobustan” məcmuəsi. Məcmuənin yeni nömrəsi. – Bəlkə mən o sözləri götürüb məcmuəmə yazaydım, onda canını hara qoyardın? C.Məmmədquluzadə. Sonanın atası .. “Zənbur”, “Tuti” kimi məcmuələrdən cürbəcür məlumatlar oxuyardı. Ə.Əbülhəsən. məcnun sif. və is. [ər.]\n1. Dəli, divanə. Halı pəjmürdə, sanki bir məcnun; Anlaşılmaz nədir məramı onun. H.Cavid. • Məcnun etmək – dəli etmək, divanə etmək. Məcnun olmaq – dəli olmaq, divanə olmaq. Məcnun olacaqsan bu təbiətlə nəhayət. H.Cavid.\n2. məc. Aşiq, vurğun, dəlicəsinə vurulmuş. Hicrdə müttəsil ümmidi-visal ilə xoşam; Gəlməyib aləmə bir mən kimi məcnun aşiq. Q.Zakir. Niyə bu məcnunu etmiş fəramuş? Nədən ötrü olub biganə səndən? Nəbati. məcnunanə sif. və zərf [ər. məcnun və fars. ...anə] Məcnun kimi, dəlicəsinə, ağlını itirmiş kimi. ..Xavərin babası başıaçıq olaraq pərişanhal və məcnunanə bir qiyafətdə ağacların arasından çıxar. H.Cavid. məcnunluq is. Dəlilik, divanəlik. Məcnunluqdu mənə peşə; Düşmüşəm mahala, Maral! Aşıq Ələsgər. Eşqdən bu qədər söyləmək olmaz, Vahid! Mən bu məcnunluğa sevda deməyim, bəs nə deyim? Ə.Vahid. məcra is. [ər.]\n1. Suyun axdığı yataq, yol. İnqilab daşqın bir çay kimi məcrasından çıxıb bütün Rusiyanı ağzına almışdı. Çəmənzəminli. Yalnız gur çayların məcrası deyil; Təbiət dəyişir, iqlim dəyişir. O.Sarıvəlli.\n2. məc. Bir şeyin, hadisənin və s.-nin inkişafının gedişi, istiqaməti, yolu. Şairin həyat və fəaliyyəti də bu böyük hissin açdığı məcra ilə irəliyə doğru istiqamət almışdı.. Ə.Məmmədxanlı. [Əlikram] ..söhbətin məcrasını özgə səmtə salmağa səy elədi.. B.Bayramov. məcruh sif. [ər.] köhn.\n1. Yaralanmış, yaralı.\n2. Biabır edilmiş, ləkələnmiş.\n3. Etimada layiq olmayan, etibarsız sayılan. məcun is. [ər.]\n1. Xalq təbabətində xəstə və zəif adamlara vermək üçün xüsusi hazırlanmış xəmirvari bir maddə, dərman.\n2. dan. Çox dadlı, ləzzətli, canaxeyirli şey haqqında. Xörək deyil, məcundur. – Bax, bu xurma Bağdad xurmasıdı, plovun qarasına qoydur, ye, elə bil ki, məcundur. C.Məmmədquluzadə. ..[Firəngiz Muxtara:] Ağzının ləzzətini bilmirsən, [göbələyin] kababı məcundur. B.Bayramov. məcus is. [ər.] Qədim iranlıların atəşpərəstlik dini. məcusi sif. [ər.] Məcus, atəşpərəst dinində olan; atəşpərəst. mədaxil is. [ər. “mədxəl” söz. cəmi] Bir idarə, ticarət-sənaye müəssisəsi və ya şəxsin bütün gəliri; gəlir (məxaric əksi). Müəssisənin mədaxili ildən-ilə artır. – Xudayar bəy .. əkilmiş zəmiləri özü öz malı kimi biçirdi, döyürdü və mədaxili öz babasından qalan mal kimi gətirib tökürdü evinə. C.Məmmədquluzadə. mədaxilli sif. Gəlirli, mənfəətli, qazanclı, çoxlu gəlir verən, mədaxil gətirən. Mədaxilli iş. – ..[Bir sıra müəllimlər] mədaxilli sənətlərin və avam nəzərində hörmətli sayılan başqa qulluqların dalısınca gediblər. F.Köçərli. mədaxilsiz sif. Gəlirsiz, qazancsız, mənfəətsiz, mədaxili olmayan və ya az olan. mədar is. [ər.] köhn. bax. orbit. ..Yerin kürəsi öz mədarından çıxmayacaqdır. M.İbrahimov. mədd is. [ər.]\n1. coğr. köhn. bax. qabarma2 (cəzr müqabili).\n2. Ərəb əlifbasında əlifin (“ ”) “a” kimi oxunması üçün üstünə qoyulan diakritik işarə (~). məddah sif. və is. Mübaliğə ilə bir adamı və ya bir şeyi mədh və tərif edən; mədhnamə yazan. Vəsfin etmək üçün sənin tək şahın; Nizami, Xaqani gərək məddahın; Zakirin hədyanı sənə yetişməz. Q.Zakir. [Canbalayev Rəşidə:] Sən belə məddahlardan olma, bala! İ.Hüseynov. məddahlıq is. Məddahın işi; həddindən artıq tərifləmə. Məddahlıq etmək. mədd-cəzr is. coğr. köhn. Dəniz suyunun vaxtaşırı qalxması və çəkilməsi, artması və azalması hadisəsi; qabarma-çəkilmə. mədə is. [ər. midə] anat. İnsanda və heyvanlarda qarın boşluğunun yuxarı hissəsində yerləşən həzm orqanı. Mədə ağrısı. Mədə yarası. mədəaltı sif. anat. Mədənin altında olan, mədənin altında yerləşən. Mədəaltı vəzi. mədəcik is. anat. Ürəyin, qan damarları ilə hərəkətini nizama salan hissəsi. mədəd [ər.]\n1. is. Kömək, yardım, imdad, aman. Müşküldür arizə divandan mədəd. Q.Zakir. [Həcər] əl atıb aynalını bərk-bərk sıxdı: – Səndən mədəd! – dedi. S.Rəhimov. • Mədəd vermək (eyləmək, qılmaq) klas. – kömək əli uzatmaq, yardım etmək, imdada çatmaq. Saqi, mədəd et ki, dərdməndəm! Qəm silsiləsinə paybəndəm. Füzuli. Ol qaşı qibləyə üz sürtmək istər; Mədəd eylə iqbalına Vaqifin. M.P.Vaqif.\n2. nida. Aman! kömək edin! dada çatın! (çox vaxt “ay” nidası ilə işlədilir). [Koroğlu:] Nə yorğan var, nə də cecim; Zülüm, ay mədəd, ay mədəd! “Koroğlu”. Dost yolunda cəfa çəkdim, can üzdüm; Yetişmədim bir məkana, ay mədəd! Q.Zakir. mədədçi sif. və is. köhn.\n1. Əl tutan, kömək edən, mədəd olan.\n2. Bir işdə başqasına muzdla kömək edən adam; köməkçi. Hər dəfə çörək bişirən vaxt Həlimə xala .. övrət qonşularından özünə mədədçi çağırardı. C.Məmmədquluzadə. mədədçilik is.\n1. Kömək əli uzatma, köməkçi olma, yardım etmə.\n2. Bir işi görmək üçün başqasına muzdla kömək etmə; köməkçilik, yardımçılıq. Sevər .. məhəllələrində olan varlıların evində mədədçilik edər; çörək yapar, paltar yuyardı. P.Makulu. mədədkar is. [ər. mədəd və fars. ...kar] klas. Əldən tutan, kömək edən, imdada çatan, yardım edən. A çocuq, get, sənə həq yar olsun; Cümlə halında mədədkar olsun. A.Səhhət. mədədkarlıq is. köhn. Kömək etmə, yardım göstərmə, imdada yetmə. mədən is. [ər.]\n1. Yer altından çıxarılan faydalı qazıntı (metal külçəsi, mineral və s.). Mədən çıxarmaq. Yeraltı mədənlər. Mədən suları (tərkibində minerallar olan müalicə suları).\n2. Faydalı qazıntılar, neft və s. çıxarılan yer. Qızıl mədəni. – Aynanın atası neft mühəndisi idi, günün çox hissəsini mədəndə keçirirdi. İ.Əfəndiyev. Babası vaxtilə neft mədənlərində fəhləlik etmişdi. M.Rzaquluzadə.\n3. məc. Bir şeyin bol olan yeri. Qarabağ xanəndə mədənidir. Ə.Haqverdiyev. // məc. Qoşulduğu sözün ifadə etdiyi şeyin bolluğunu, çoxluğunu bildirir. [Bəhram:] Ey Fitnə, sən; Ağıl, kamal mədənisən! A.Şaiq. mədənarası sif. Mədən ərazisi daxilində və ya mədənlər arasında olan. Yağır mədənarası yollara bir narın qar; Bu yollarda hələ də onun ayaq izi var. Ə.Cəmil. mədənçi is.\n1. köhn. Mədən sahibi, mədəni olan adam. Neft mədənçiləri. – Araz gülərək istehza ilə: – O zaman biz də mədənçi olarıq! – dedi. A.Şaiq. [Eyvaz:] ..Bizə o lazımdır ki, işçilərin əməyini udan mədənçilər və gönünü soyan monarxiya və burjuaziya hakimiyyəti alt-üst olsun. C.Cabbarlı.\n2. Mədəndə işləyən fəhlə. Mədənçi ailəsi. mədəni I. sif. [ər.]\n1. Mədəniyyətcə çox inkişaf etmiş, mədəniyyətin yüksək dərəcəsində olan. Mədəni mühit. Varlı və mədəni həyat. // Cəmiyyətdə özünü aparma üsullarına, ədəb qaydalarına yaxşı bələd olan; tərbiyəli. Mədəni adam. – Qadının qarşısında 25 yaşlı, .. gözəl, yaraşıqlı, ədəbli, məlumatlı və mədəni bir gənc oturmuşdu. M.S.Ordubadi.\n2. Mədəniyyətlə bağlı olan, mədəniyyətə aid olan. Əhalinin mədəni inkişafı. Xalqlar arasında mədəni əlaqə. Mədəni xidmət.\n3. Əkilən, becərilən (yabanı, cır ziddi). Mədəni bitkilər. – Bəzi yerlərdə meşə öz şəklini dəyişib, insan tərəfindən salınmış mədəni bir parka bənzəyirdi. H.Seyidbəyli.\n\nII. sif. [ər.] Mədəndən çıxarılmış mineraldan ibarət olan, mineraldan düzəldilmiş. Mədəni gübrə. – ..Bu boyaq (umbra) müxtəlif mədəni hissələrin qarışığından ibarət olan gildir. A.Quliyev. mədəni-kütləvi sif. Kütlələrin mədəni tələbatına xidmət edən, xalqın mədəniyyətini artırmaq məqsədilə görülən. Mədənikütləvi tədbirlər. mədəniləşdirilmə “Mədəniləşdirilmək”dən f.is. mədəniləşdirilmək məch. Mədəni hala salınmaq, mədəni edilmək. mədəniləşdirmə “Mədəniləşdirmək”dən f.is. mədəniləşdirmək f. Mədəni hala salmaq, mədəni etmək. mədəniləşmə “Mədəniləşmək”dən f.is. mədəniləşmək f. Mədəni şəklə düşmək, mədəni olmaq. mədənilik is. Mədəniyyətin səviyyəsi, dərəcəsi. mədəniyyət is. [ər.]\n1. İnsan cəmiyyətinin istehsal sahəsində, ictimai və mənəvi həyatda əldə etdiyi nailiyyətlərin məcmusu. Maddi mədəniyyət nümunələri. Mədəniyyət sahəsində irəliləyiş. – Küp qəbirlər mədəniyyəti alban tayfalarının hakim mədəniyyətinə çevrildi. (“Azərbaycan tarixi”).\n2. Hər hansı bir xalqın və ya sinfin müəyyən dövrdə əldə etdiyi belə nailiyyətlərin səviyyəsi. Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) Azərbaycan mədəniyyəti və maarifi tarixində tamamilə yeni və parlaq bir dövr açdı. M.İbrahimov. // Təsərrüfat və ya zehni fəaliyyətin, hər hansı birisinin inkişaf səviyyəsi. İstehsalat mədəniyyəti. Nitq mədəniyyəti.\n3. Savadlılıq, elmlilik, biliklilik. Yazıçı mədəniyyəti. // Cəmiyyətdə özünü apara bilmə; tərbiyəlilik. Hamı bir nəfərtək sakit olmuşdur; Bu da timsalıdır mədəniyyətin. S.Vurğun. // Mədəni adamın tələblərinə uyğun olan həyat şəraitinin məcmusu. Yaşayış mədəniyyəti. mədəniyyətli bax. mədəni 1-ci mənada. Onlar mədəniyyətli adamlardır. C.Məmmədquluzadə. mədəniyyətsiz sif.\n1. Mədəniyyətin aşağı səviyyəsində olan (duran), mədəniyyəti olmayan.\n2. Mədəniyyətdən uzaq; qeyri-mədəni, kobud, qaba. Mədəniyyətsiz adam. mədəniyyətsizlik is. Mədəniyyətin aşağı pilləsində olma; gerilik, qeyri-mədənilik, mədəniyyətdən uzaqlıq, kobudluq, qabalıq; qeyri-mədəni hərəkət. mədfən is. [ər.] klas. Qəbir, məzar. [Rəmzi:] Kefinə, bax, sanki bu dünya nədir? Məskəni olmuş ulu xaqanların; Mədfənidir qorxulu sultanların. H.Cavid. Hər pambıq tarlası düşmənə mədfən; Hər açılan qoza ona bir kəfən. M.Müşfiq. mədh is. [ər.]\n1. Həddindən artıq şişirdilmiş tərif; tərifləmə, vəsf. Nemət əl çəkmədi, ondan üz döndərən xanımı izləyə-izləyə .. mədhində davam etdi. Çəmənzəminli. • Mədh etmək (eləmək, qılmaq) – tərifləmək, vəsf etmək. Mədh etdiyim çinar boyundur sənin. M.Müşfiq. [Sona] da Natiqi mədh eləyən cümlələr demək istəyirdi. B.Bayramov.\n2. bax. mədhiyyə. mədhiyyə is. [ər.] ədəb. Birini mədh etmək, tərifləmək məqsədilə yazılmış şeir; mədhnamə, mədh. mədhiyyəçi bax. məddah. mədhiyyəçilik is. bax. məddahlıq. mədhnamə is. [ər. mədh və fars. ...namə] Bir şəxsi və ya şeyi tərif etmək məqsədilə yazılmış şeir; mədhiyyə. ..Osmanlı ədiblərindən Xocazadə Məhəmməd Übeydulla bəy əfəndi öz barəsində ərəbcə yazdığı mədhnamələri oxuduq. C.Məmmədquluzadə. Şairlərdən ancaq Əbül-Üla Atabəyə təqdim edilərək yazdığı mədhnaməni oxudu. M.S.Ordubadi. // Ümumiyyətlə, tərif (mənfi mənada işlənir). Məqalə deyil, mədhnamədir. – [Xanlar] badələri qaldırıb, bir-birinə mədhnamələr deyib eyşi davam etdirdilər. S.Rəhimov. mədxəl is. [ər.] klas. Müqəddimə, giriş. mədrəsə is. [ər.] Dini məktəb, ruhani məktəbi. Təzəpirdə bir yaxşı məscidi-ali; Yanında mədrəsədən ötrü hücrələr varmış. Ə.Nəzmi. // köhn. Ümumiyyətlə məktəb, tədris müəssisəsi. Hər vilayətdə şəfaxanələr tikilsin və mədrəsələr açılsın. M.F.Axundzadə. Mədrəsələr dünyada ondan ötrü qoyulublar ki, orada təhsil tapanlar oxuyub-yazmaq öyrənsinlər. C.Məmmədquluzadə. Bir əlində kitabça, bir əlində yasəmən; Məhəmməd astaasta qayıdır mədrəsədən. B.Vahabzadə. məəttəl is. [ər. müəttəl]\n1. Gözləmə, intizar. Elə kəndlilər bu sözün məəttəli idi(lər). Qantəmir. [Vahid:] Elə bil anam bu suala məəttəl imiş. B.Bayramov. // Yubanma, intizarda olma. [Xannazir öz dəstəsinə:] Daha nəyin məəttəlisiniz, irəli! P.Makulu. • Məəttəl etmək (eləmək) – yubatmaq, intizarda qoymaq, gözlətmək. [Qızın atası:] Gedin, tez başlayın, .. camaatı məəttəl eləməyin. S.Rəhman. Məəttəl olmaq – yubanmaq, gözləmək. [Ağa Salman:] Ümmidim budur ki, uzun iş olmasın. Yoxsa mənə çox məəttəl olmaq mümkün deyil! M.F.Axundzadə. [Katib:] Yox, bu saat gələr, məəttəl olmazsan. Ə.Haqverdiyev.\n2. Təəccüblü, heyran. Mən onun işlərinə məəttələm. • Məəttəl qalmaq – təəccüb etmək, çaşıb qalmaq, nə edəcəyini bilməmək, baş çıxarmamaq. ..Məəttəl qalmışam, bilmirəm, yazım, ya yox. C.Məmmədquluzadə. Nərgiz lap məəttəl qaldı. Ə.Məmmədxanlı. [Qarı nənə:] Gərək ona elə bir şey öyrədim ki, hamı məəttəl qalsın. M.Dilbazi.\n3. İşsiz, boş, bikar. • Məəttəl qalmaq – çatışmayan bir şeyə görə bikar qalmaq, iş görə bilməmək, dayanıb durmaq. [Bəlli Əhməd:] Qırılıbdı sazım, məəttəl qalmışam; Usta qulun ollam, al, düzəlt sazı. “Koroğlu”. [Anam:] Sən bilmirsən ki, adam bəzən bir mismar üçün .. məəttəl qalır? Mir Cəlal. məəttəlçilik is. dan. Çatışmayan bir şeyə görə yubanma, məəttəl olma, iş görə bilməmə; məəttəllik. Nə cavab verim? Məəttəlçilikdir. H.Nəzərli. • Məəttəlçilik çəkmək – çətinlik çəkmək. O indi qızın üzünə baxa bilmirdi, çünki cavabda məəttəlçilik çəkirdi. Ə.Əbülhəsən. məəttəllik bax. məəttəlçilik. Şəhərimizin bu çağacan notariusu yoxdur, ona binaən çox məəttəllik çəkirdik. “Əkinçi”. məfhum is. [ər.] Bir şey haqqında məntiqi cəhətdən formalaşmış ümumi fikir; anlayış. Dəyər məfhumu. Sinif məfhumu. – Yaxşı, yamanlıq, toxluq və aclıq məfhumlarına qarşı yenə yad və laqeyd idim. Çəmənzəminli. Qəhrəmanlıq məfhumunun geniş çərçivəsi, şeirdən olduqca yeni və yüksək təsvir vasitələri tələb edəcəkdir. M.Hüseyn. məfkurə [ər.] bax. ideologiya. Burjua məfkurəsi. – Dünya məfkurə mübarizəsində çalxanır. S.Vurğun. məfkurəli bax. ideyalı. [Qadın ovçuya:] Nə yaman məfkurəli adamsan. H.Seyidbəyli. məfkurəlilik bax. ideyalılıq. məfkurəsiz bax. ideyasız. məfkurəsizlik bax. ideyasızlıq. məfkurəvi [ər.] bax. ideoloji. Məfkurəvi mübarizə. məfrəş is. [ər.] Yorğan-döşək, xalçapalaz və s. şeyləri qablamaq üçün palaz kimi toxunmuş dördkünc çuval, kisə. Məfrəşi çırpmaq. – Rəşid isə özü ilə aparacaq şeyləri qutulara və məfrəşlərə yığıb bağçalarında gəzir idi. İ.Musabəyov. Şeyləri .. məfrəşlərə qablayırdılar.. İ.Əfəndiyev. // İçində yorğandöşək, xalça-palaz, yun və s. yığılmış həmin çuval, kisə. Bir tərəfdə un çuvalları düzülüb, bir tərəfdə yağ dəriləri, yun məfrəşləri qoyulubdur. M.F.Axundzadə. Maşının üstünə böyük bir məfrəş sərilmiş, yük yerinə çamadan qoyulmuşdu.. M.İbrahimov. məfsəl is. [ər.] Oynaq, bənd, buğum. məftil is. [ər.] Nazik və ya qalın ip şəklində olan metal məmulat. Mis məftil. Polad məftil. Tikanlı məftil (üzərində tikanlar olan məftil). // Məftildən olan, məftildən düzəldilmiş. Düşmənin məftil hasarını dağıtmaq, puça çıxarmaq vəzifəsi Fərhadın vzvoduna tapşırılmışdı. Ə.Vəliyev. məftun sif. [ər.] Vurğun, özünü unudacaq dərəcədə vurulmuş, eşqə giriftar. Kamran gözlərini Səidə xanıma zillədi, nə isə çox məftun baxışlarla onu süzməyə başladı. M.Hüseyn. • Məftun etmək – özünü sevdirmək, özünə bənd etmək, aşiq etmək. Məftun olmaq – özünü unudacaq dərəcədə vurulmaq, sevmək. Sən gərçi olubsan ona məftun; Oldur tələbində səndən əfzun. Füzuli. // Son dərəcədə valeh, heyran. Xanım görmədiyi ölkənin xəyali gözəlliyinə məftun bir halda sözünə davam edirdi. Çəmənzəminli. Sizi bir elçimi göndərmiş bahar? Yoxsa məftunsunuz ətirli gülə? N.Rəfibəyli. • Məftun etmək – valeh etmək, heyran etmək. Haman qız bütün səyahətçilərin qəlbini .. məftun etmişdi. M.S.Ordubadi. Yaman məftun etmiş onu bu əsər; Cəmilə oxuyur axşamdan bəri. B.Vahabzadə. Məftun olmaq – heyran qalmaq, valeh olmaq. Məftun olaraq sevdim onu, heyrətə daldım. A.Şaiq. Bunları duyduqca, düşündükcə mən; Həyata, varlığa məftun oluram. S.Vurğun. məftuncasına zərf Məftun olmuş kimi; vurğuncasına, heyrancasına, sehrlənmiş kimi. Məftuncasına baxmaq. məftunedici sif. Öz gözəlliyi ilə məftun edən; valehedici, heyranedici. Məftunedici gözəllik. Məftunedici mənzərə. – Dəli dağ nə qədər haylı-küylü, nə qədər vahiməliqorxulu olsa da .. hər bir dağdan məftunedici (z.) gəlirdi. S.Rəhimov. məftuniyyət is. klas. Məftunluq. ..Bir qismi də qara gözlərə, qara qıvırcıq saçlara, açıq-buğdayı rəngə daha ziyada məftuniyyət göstərir. A.Şaiq. məftunlaşmaq f. Məftun olmaq, heyran qalmaq, valeh olmaq. Yürüyür dağ aşağı orda çoban da dərəyə; İştə məftunlaşır insan bu gözəl mənzərəyə. A.Səhhət. məftunluq is. Məftun olmuş adamın halı; vurğunluq, valehlik, heyranlıq. Dilara məftunluq içərisində məktəbdən gələn səsləri dinləməyə başladı. Ə.Məmmədxanlı. məgər [fars.]\n1. əd. Sual məqamında işlənib, şübhə, inamsızlıq və ya təəccüb bildirir: olmaya, bəs, yoxsa (bəzən “ki” bağlayıcısı ilə işlədilir). Məgər sənin xəbərin yoxdur? Məgər o gəlməyəcək? – Məgər ki, aşiqin qəmin yeməzsən; Bu cövrü cəfadan sən inciməzsən. M.P.Vaqif. [Şərəfnisə xanım:] Uşağı yerə girsin. Dinc oturur məgər. M.F.Axundzadə. Ədalətlə deyin, mən; Yalan danışdım məgər? B.Vahabzadə.\n2. bağl. Ancaq, fəqət. [Səfərəli:] ..Bu iş heç kimin işi deyil, məgər ki, Rəhimin. N.Vəzirov. [Hacı Rüstəmin] həmişə şüarı bu idi: fürsəti fövr eyləməz aqil, məgər nadan ola. Ə.Haqverdiyev. məğbun [ər.] bax. məğmun. Canım aldın mey üçün, saqi, içirdin mənə qan; Dad əlindən ki, məni al ilə məğbun eylədin. Füzuli. Ol ki, bir şişə şərabi-ala dünyanı verib; Etiqadım budur, ol kəs genə məğbun eylər. S.Ə.Şirvani. məğlətə is. [ər.] Qarışıqlıq, araqarışma, dava-dalaş, hay-küy. • Məğlətə salmaq – ara qarışdırmaq, qarışıqlıq salmaq, hay-küy qoparmaq, dava-dalaş salmaq. [Hacı Əhməd:] O bizim kəndimizə məğlətə salır. C.Cabbarlı. məğlub sif. [ər.] Müharibədə, yarışda, müsabiqədə, mübahisədə və s.-də məğlub olmuş, basılmış (qalib əksi). • Məğlub etmək – müharibədə, yarışda, mübahisədə və s.-də basmaq, qalib gəlmək, üstün gəlmək, udmaq. Nəbi düşməni məğlub edir və haman günü Şuşa qalasına gəlir. “Qaçaq Nəbi”. [Bəkir] Harun .. düşməni məğlub etdi! Ü.Hacıbəyov. Məğlub olmaq – müharibədə, yarışda, müsabiqədə, mübahisə və s.-də basılmaq. Tahirə də elə bil Baharın qarşısında məğlub oldu. B.Bayramov. məğlubedilməz sif. Məğlubiyyət bilməyən, məğlub olunmaz; basılmaz, yenilməz, çox güclü, həmişə qalib gələn. Məğlubedilməz ordu. – [Qızıl Arslan:] İdarə etdiyimiz məmləkətin xalqı yenilməz və məğlubedilməz bir xalqdır. M.S.Ordubadi. məğlubedilməzlik is. Məğlubiyyət bilməmə, məğlub edilə bilməmə, həmişə qalib gəlmə, basılmazlıq, yenilməzlik. məğlubiyyət is. [ər.] Məğlub olma, basılma (qalibiyyət əksi). Çarizm və qara irtica meydan sulasa da, müvəqqəti məğlubiyyət inqilabçıları ruhdan salmadı. M.İbrahimov. • Məğlubiyyətə uğramaq – məğlub olmaq, basılmaq. məğlubluq bax. məğlubiyyət. məğmun sif. [ər.]\n1. Aldanmış, zərər çəkmiş, uduzmuş, gözlədiyi şeydən əli çıxmış, məhrum olmuş. Böyük özünü aldanmış saydığı kimi, Məhərrəm də özünü məğmun hesab edirdi. Mir Cəlal. • Məğmun etmək (eləmək) – zərərə salmaq, aldatmaq, gözlədiyi şeydən məhrum etmək. [Kərbəlayı Tapdıq] mənə kəbin kəsdi, hamısını içəri ötürdü, məni məğmun elədi. Mir Cəlal. Məğmun olmaq – aldanmaq, zərərə düşmək, uduzmaq, əli çıxmaq, gözlədiyi şeydən məhrum olmaq.\n2. Aciz, bacarıqsız, əfəl, əlindən iş gəlməyən. Bəhlul da kənd uşağı deyilmi? O da sənin kimi utancaq, məğmunun biri idi. Mir Cəlal. • Məğmun etmək (eləmək) – aciz etmək; məhrum etmək, əlindən almaq. Məni məğmun edib dövrü zamanım, nə edim? Hələ bir çet qəpiyə yoxdu gümanım, nə edim? C.Cabbarlı. Amma bağçılıq məsələsi bu il bizi bir balaca məğmun elədi. “Kirpi”. // Heç bir şeyi olmayan, hər şeydən məhrum. [Kəlbalı Mirzəyə:] Sənin arvadın vardır, bizim kimi məğmun deyilsən ki? S.Rəhimov. məğmunluq is.\n1. Zərər çəkmiş, uduzmuş, aldanmış, bir şeydən məhrum olmuş adamın halı.\n2. Acizlik, bacarıqsızlıq. məğrib is. [ər.] Günbatan, qərb (məşriq əksi). // Şərqə müqabil cəhət. Sübhə az qalıb və ay da məğrib tərəfə yaxınlaşıb batmağa hazırlaşır. Ə.Haqverdiyev. Məğribdən məşriqə kimi; Uzanıbdı qolun, dağlar! Aşıq Şəmşir. məğrur sif. [ər.]\n1. Öz ləyaqətini, üstünlüyünü hiss edən, mənlik hissi olan; qürurlu, vüqarlı. [Rəmzi:] Alp Arslan, o məğrur insan; Geri dönmüş, sanırım, Ceyhundan. H.Cavid. // İs. mənasında. [Salman] məğrurlara .. xəlvətcə güzəştə gedir, üzlərinə gülümsəyirdi. M.İbrahimov. // məc. Əzəmətli, möhtəşəm, qürurlu. [Attal:] Hər yerə at sürdük, bu məğrur dünya; Duz ilə, çörəklə çıxdı qarşıya. A.Şaiq. İstəməm, axmasın gözlərin yaşı! Çatılmasın məğrur ölkəmin qaşı! M.Müşfiq. // Zərf mənasında. Əzəmətlə, həşəmətlə, qürurla. Budur Qız qalası, gözəl abidə; Onun məğrur duran qədim tağları. M.Rahim. Üstünə alovdan yağır bir yağmur; Sənsə qala kimi durmusan məğrur. N.Rəfibəyli.\n2. Başqalarına xor baxan, lovğa, təkəbbürlü, təşəxxüslü, iddialı. Məğrursan, ey gül, xəbərin yoxdur özündən; Əyyami-xəzan gəlsə, xəbərdar olacaqsan. S.Ə.Şirvani. məğrur-məğrur zərf\n1. bax. məğrurcasına. Başımızın üzərində üçrəngli bayrağımız məğrur-məğrur dalğalanır.\n2. Təşəxxüslə, təkəbbürlə, lovğa-lovğa. Məğrur-məğrur baxmaq. məğruranə sif. [ər. məğrur və fars. ...anə]\n1. Məğrur, məğrur bir tərzdə, vüqarla. Məğruranə hərəkət. – [Şah:] Xurşid, .. xoşbəxtəm ki, sənin məğruranə sözlərini qəbul edib sənət öyrəndim. Ü.Hacıbəyov.\n2. Təkəbbürlü, təşəxxüslü, məğrur. Məğruranə baxış. məğrurcasına zərf Qürurla, vüqarla, məğrur bir tərzdə; məğrur-məğrur. Məğrurcasına dayanmaq (baxmaq). məğrurlanma “Məğrurlanmaq”dan f.is. məğrurlanmaq f. Boş-boşuna qürrələnmək, bir şeyə güvənmək, iddialanmaq. məğrurluq is.\n1. Öz ləyaqət və yüksəkliyini hiss etmə, mənlik hissi; vüqar. [Vahid:] Mənə hər şeydən artıq xoş gələn [anamın] məğrurluğu idi. B.Bayramov.\n2. Lovğalıq, təkəbbür, təşəxxüs, iddialılıq. Məğrurluq eyləyib ustadam demə; Olar ki, bir yerdə dara düşərsən. Aşıq Ələsgər. Puan Qay [avropalıların] .. məğrurluqlarını, çinlilərə edilən zülmü pantomim tərzilə gözəlcəsinə göstərib xalqı güldürürdü. S.S.Axundov. məğşuş sif. klas. Qarma-qarışıq, hərcmərc, iğtişaşlı. Belə vilayəti dağıtsın Tarı; Ziyadə məğşuşdur Ərəs kənarı. Q.Zakir.\n2. Halı özündə olmayan, əhvalı pozğun; bikef, kefsiz, halsız. Yağır yağış, məğşuşdur əhvalım; Komamız sübhədək giryan olubdur. Aşıq Mehdi. [Gülnisə:] Bəhram! Halın məğşuşdur, nə olub məyər, oğlum! C.Cabbarlı. məğşuşluq is. Qarma-qarışıqlıq, şuluqluq, hərc-mərclik, iğtişaş. [Allahverdi:] Aram, deyirlər, Bakıda məğşuşluq var? C.Cabbarlı. [Musa:] [Şeyx Feyzullah] .. gedib, Şah Əbdüləzimdə oturub məğşuşluq salmaqla məşğuldur. P.Makulu. məğz is. [fars.]\n1. dan. bax. ləpə2. Badamın məğzi. Qoz məğzi.\n2. məc. Mahiyyət, əsas, əsil. Vaqif gördü ki, İbrahim xan onun sözlərinin məğzini dərk etmir. Çəmənzəminli. Yenə də əsil mətləb, məsələnin məğzi Nadirin ruhuna əzab verən cəhəti aydınlaşdırmayıb məchul qaldı. B.Talıblı. məğzibadam is. [fars.] Badam içi, badam ləpəsi. // Təmizlənmiş badam. məh [fars.] klas. bax. mah. Ey dil, ki hicrə doymayıb, istərsən ol məhi; Şükr et bu halə, yoxsa gələr bir bəla sana. Füzuli. Səndə nə gündür, ey məh, mehrin çırağı yanmaz. Qövsi. məhabət sif. [ər.] Görünüşcə əzəmətli, vüqarlı.\n2. Dəhşətli.\n3. is. Qorxu, çəkinmə hissi. məhal [ər.] klas. bax. mahal2. Qərəz Füzuliyə ancaq əlində ölməkdir; Bəli, məhaldır ol həm, sən olacaq qatil. Füzuli. məharət [ər.] is. Bir iş görməkdə ustaMƏHBUS is. [ər.] Həbs olunmuş; dustaq. lıq, bacarıq, qabiliyyət, hünər. ..Yandüdüyü çalmaqda əmioğlum kimi məharət göstərmək və qulaq asanları valeh etmək mənə xudayitaaladan qismət deyilmiş. C.Məmmədquluzadə. Hanı, göstər də bir cəsarətini; Görəlim barı son məharətini. H.Cavid. • Məharət(ini) göstərmək – qabiliyyətini, bacarığını, hünərini göstərmək. Az bir zamanda Vaqif dövlət işlərində böyük məharət göstərib, bütün sarayda hörmət qazandı.. Çəmənzəminli. Yaz gəlib səpin başlananda Əli əsil ustalığını, məharətini göstərdi. B.Bayramov. məharətli sif. Məharəti olan; bacarıqlı, qabiliyyətli, mahir. Məharətli usta. – ..Onun qonşuluğunda usta Cəfər adlı məharətli bənna və səliqəli gəc çəkən var. C.Məmmədquluzadə. [Qəhrəman] məharətli və peşəkar bir natiq kimi sözə başlayaraq dedi.. Ə.Vəliyev. məharətlilik is. Bacarıqlılıq, qabillik, qabiliyyətlilik, mahirlik. məharətsiz sif. Məharəti olmayan, bacarıqsız, qabiliyyətsiz. məharətsizlik is. Məharətsiz olma; qabiliyyətsizlik, bacarıqsızlıq. məhbəs is. [ər.] Həbsxana. Məhbəsə salmaq. – [Aydəmir:] ..Mənim üçün ən qaranlıq bir məhbəsin yaşıl, azad bir çəməndən fərqi yoxdur.. C.Cabbarlı. Diqqətlə saxlanılır Əjdər məhbəsdə; Sağalmış yarası, deyildir xəstə. H.K.Sanılı. // Məc. mənada. [Cariyə:] Sənsiz bütün cahan məhbəsdir ona. H.Cavid. Get-gedə ev Şahmar üçün bir məhbəsə dönür, min bir rəngli gül-çiçək onun üçün bir heçə çevrilirdi. B.Bayramov. məhbəsxana [ər. məhbəs və fars. ...xanə] bax. məhbəs. məhbub is. [ər.] klas. Sevgili, məşuq, istəkli (kişi). Zatında çü var idi məhəbbət; Məhbubu görüncə tutdu ülfət. Füzuli. Könlümün sevgili məhbubu mənim; Vətənimdir, vətənimdir, vətənim. A.Səhhət. məhbubə is. [ər.] Sevgili, məşuqə, istəkli (qadın – qız). Şah Abbas günortadan üç saat keçmiş qəsrdə öz məhbubəsi Səlmi xatunla oturub söhbətə məşğul idi. M.F.Axundzadə. İşi bəhanə edib, həyətdə o yan-bu yana getdi, məhbubəsini gözaltı axtarmağa başladı. Mir Cəlal. Bu halda məhbuslar yerə yıxılıb şahın ayağına sürünürlər. Ü.Hacıbəyov. Sanki küçədən böyük bir məhbus dəstəsini Sibirə aparırlar. S.Rəhman. məhbusluq is. Həbsdə olma, dustaqda olma; dustaqlıq. məhcub sif. [ər.] klas. Utanmış, utanan, utancaq. [Günəş] məhcub və tutqun bir halda yatağına çəkildi. A.Şaiq. Səhərlər üfüqlər məhcub qız yanaqları kimi qızarırdı. Ə.Məmmədxanlı. • Məhcub etmək – utandırmaq. [Qızın] yanaqları qüruba süslər verər, dodaqları gülləri məhcub edər qədər gözəl idi. Çəmənzəminli. Məhcub olmaq – utanmaq, sıxılmaq, xəcalət çəkmək. Şeytan kimi həqdən bu gün məhcub olan biganədir. Nəsimi. O gülgün çöhrə guya sarsılır, məhcub olur hər an. H.Cavid. məhcubluq is. klas. Utanma, utancaqlıq, həya. Ən gözəl və sevimli xüsusiyyətlərindən birisi, zahiri görünüşündə olan məhcubluğu, həyalılığı və utancaqlığı idi. M.S.Ordubadi. məhdud sif. [ər.]\n1. Əhatə olunmuş, dövrələnmiş, hüdudlanmış. Hasarla məhdud bir ev. • Məhdud etmək – hədd qoymaq, hüdud qoymaq, məhdudlaşdırmaq.\n2. Kiçik, əhəmiyyətsiz, az, cüzi. İmkanlarımız məhduddur. Məhdud miqdarda. Vəsait məhduddur.\n3. məc. Məlumatı, biliyi az, dünyagörüşü dar. Məhdud adam. Dünyagörüşü məhduddur. – Anamın övlad haqqında təsəvvürü də tamam məhdud və köhnə idi. B.Bayramov. məhdudiyyət [ər.] bax. məhdudluq. məhdudlandırılma “Məhdudlandırılmaq”dan f.is. məhdudlandırılmaq bax. məhdudlaşdırılmaq. məhdudlandırma “Məhdudlandırmaq”dan f.is. məhdudlandırmaq bax. məhdudlaşdırmaq. İmkanı məhdudlandırmaq. məhdudlanma “Məhdudlanmaq”dan f.is. məhdudlanmaq f. Öz işi və hərəkətində müəyyən bir hədlə kifayətlənmək, ondan kənara çıxmamaq. məhdudlaşdırılma “Məhdudlaşdırılmaq”dan f.is. məhdudlaşdırılmaq məch. Müəyyən bir hüdud, çərçivə içinə alınmaq, müəyyən bir dairədə saxlanılmaq. məhdudlaşdırıcı bax. məhdudlayıcı. məhdudlaşdırma “Məhdudlaşdırmaq”dan f.is. məhdudlaşdırmaq f. Müəyyən bir hüdud içinə almaq, məhdud etmək, hədd qoymaq, müəyyən həddə, çərçivədə saxlamaq. İmkanı məhdudlaşdırmaq. – Bizim dövrümüz sənətkarı heç bir cəhətdən məhdudlaşdırmır. M.Hüseyn. məhdudlaşma “Məhdudlaşmaq”dan f.is. məhdudlaşmaq f. Məhdud olmaq, müəyyən hədd-hüdud içərisində olmaq, kifayətlənmək. [Müəllimlərin] ikiilliklə əlaqədar olaraq gördükləri işlər yalnız bununla məhdudlaşmır. (Qəzetlərdən). məhdudlayıcı sif. Məhdud edən, məhdudlaşdıran, müəyyən ölçüdən, hüduddan kənara çıxmağa qoymayan; məhdudedici. məhdudluq is. Məhdud olma, müəyyən hədd-hüdud içərisində olma; məhdudiyyət. // Azlıq, kifayətsizlik, darlıq. İmkanların məhdudluğu. Dünyagörüşünün məhdudluğu. məhəbbət is. [ər.]\n1. Eşq, sevgi, sevmə, sevişmə. Aralarında məhəbbət var. • Məhəbbət bağlamaq (salmaq) – sevmək, vurulmaq, eşq yetirmək. İlk zamanlar körpə ilə o qədər də maraqlanmayan ata yavaş-yavaş balasına məhəbbət saldı. Ə.Vəliyev.\n2. Ürəkdən, fədakarcasına bağlılıq; sevgi, dostluq, sədaqət; mehribanlıq. Vətənə məhəbbət. Ana məhəbbəti. – [Mehribanın] çocuqlarına qarşı bəslədiyi məhəbbət onu məcbur edirdi ki, Zeynalın “işlərinə” qatlaşıb bir növ ilə keçinsin. S.Hüseyn. Ana! Sənin tükənməz əməyin, oxşayıcı şəfqətin, bəsləyici məhəbbətin, qəlb ülviyyətin kimə məlum deyil! Mir Cəlal. • Məhəbbət bağlamaq – ürəkdən bağlanmaq, sevmək, istəmək. [Piri baba:] ..Amma atanın qıza elə məhəbbət bağladığını görməmişəm. S.S.Axundov. Məhəbbət(ini) qazanmaq – yaxşı işi, rəftarı ilə özünə məhəbbət doğurmaq, özünü istətmək, özünü sevdirmək. Yoldaşların məhəbbətini qazanmaq. – ..Xalqın məhəbbətini qazandığımız bizim üçün böyük bir qələbədir. M.S.Ordubadi.\n3. Bir şeyə sonsuz maraq; meyil, həvəs, istək. Musiqiyə məhəbbət. – Bəziləri belə güman eləyirlər ki, müsəlmanların yekə papaqlara məhəbbəti o vədədən başlayıb ki, uşaqlar başlayıblar Quran oxumağa. C.Məmmədquluzadə. məhəbbətanə zərf [ər. məhəbbət və fars. ...anə] Dərin məhəbbətlə, sevgi hissi ilə. Məhəbbətanə süzmək. – [Molla Fərəc:] Məhəbbətanə qızlara baxır. M.Əliyev. məhəbbətli sif. Məhəbbət bəsləyən, məhəbbəti olan, məhəbbət ifadə edən. Bu qədər adamın içində Məryəm Nadirin gözünə görünər-görünməz yenə də Zeynəbin məhəbbətli çöhrəsini yaradırdı. B.Talıblı. // İs. mənasında. Bir çox ülfətlinin, məhəbbətlinin; Bir mahcamallının qurbanıyam mən. M.P.Vaqif. məhəbbətnamə is. [ər. məhəbbət və fars. ...namə]\n1. Dostyana məktub. [Vaqif:] Mirzə Camal, Rum soltanına yazılmış məhəbbətnaməni ver görüm. Çəmənzəminli.\n2. Məhəbbət ifadə edən məktub, sevgi məktubu, eşqnamə. Ümidim var məhəbbətnamədən məhv olmasın namım. Qövsi. məhəbbətsiz sif. Məhəbbəti, sevgisi olmayan. // zərf Məhəbbət olmadan; sevgisiz, istəksiz. Məhəbbətsiz evlənmək. məhəccər is. [ər.] Balkonun, eyvanın, pilləkənin, körpünün kənarına çəkilən şəbəkə; barmaqlıq, sürahi. Dəmir məhəccər. Taxta məhəccər. – Məşədibəy göyərtədə dəmir məhəccərə söykənib nəhayətsiz boşluqlara baxırdı. M.Hüseyn. Hətəm .. balkonun məhəccərinə söykəndi. Mir Cəlal. məhəccərli sif. Məhəccəri olan; sürahili, barmaqlıqlı. Məhəccərli balkon. – Yaşıl məhəccərli dördkünc bağçada .. Nizaminin tuncdan tökülmüş miniatür heykəli qoyulmuşdu. M.Hüseyn. Səkilərin birində, bir tərəfdə taxtadan hamamçı üçün qabağı məhəccərli yer ayrılardı. H.Sarabski. məhək is. [ər.] Qızıl və gümüşün əyarını təyin edən bir cins daş. • Məhək daşı – 1) məhək; 2) məc. bir şeyin keyfiyyəti, dəyərini göstərən şey. Dil eyni zamanda şəxsiyyətin qabiliyyət və qanacaq dərəcəsini bildirən bir məhək daşıdır. M.İbrahimov. [Nəcəfalı:] Bəli, sözümün canı budur ki, məni qınasanız da, adamın məhək daşı işdir, vəzifədir. B.Bayramov. Məhəkdən çıxmaq – 1) məhək daşı ilə yoxlanmaq, saflığı təyin edilmək. [Molla Həmid:] Otuz iki put iksiri .. otuz iki put misə vurub xalis məhəkdən çıxmış gümüş edəcəkdir. M.F.Axundzadə; 2) məc. sınaqdan çıxmaq. Məhəkə vurmaq (çəkmək) – yoxlamaq, sınamaq, sınaqdan keçirmək. [Bəhram:] Hər bir işdə gənəşərkən; Qızıl kimi hər sözü mən; Tərəzidə çəkə-çəkə; Tez vururam bu məhəkə. A.Şaiq. məhəl I. [ər.]: məhəl qoymamaq – etina etməmək, maraqlanmamaq; saymamaq. Mən xotkar qızıyam, Nigardır adım; Şahlara, xanlara məhəl qoymadım. “Koroğlu”. [Birisi:] Bəy, qonşunun qızına gözüm düşüb, hərçi çalışıram, zalım qızı məhəl qoymur. Ə.Haqverdiyev.\n\nII. is. [ər.] Yer. Necə surət bağlasın könlüm xilasi-eşqdən; Eşqdir bir hal kim, ol halə könlümdür məhəl. Füzuli. məhəlçilik is.\n1. bax. yerliçilik.\n2. Öz yazılarında, əsərlərində yerli sözlər işlətmə meyli. Bədii əsərlərdə məhəlçiliyə yol verməməli. məhəllə is. [ər.]\n1. Bir şəhər və ya qəsəbənin bölündüyü hissələrdən hər biri. Hər məhəllədən iki-üç nəfər adam uşaqları ilə bir yerdə arabaya, faytona, ata, eşşəyə minib, [pirə] gedəcək idilər. N.Nərimanov. Şeyx Şəbanın arvadı Gülsüm xala da məhəllədə məşhur idi. Ə.Haqverdiyev. Nəcibə bizim məhəllədə gözədəyən qızlardan biridir. Mir Cəlal.\n2. Şəhərin, iri binalar olan, kəsişən yollar və ya meydanlar arasında yerləşən hissəsi; kvartal. Nərimanov prospektinin 513-cü məhəlləsi. • Məhəllə komitəsi – bir məhəllədə yaşayan əhali tərəfindən seçilən, təmizlik, mənzil, nizam-intizam, qayda və b. işlərə baxan ictimai təşkilat. Məhəllə komitəsinin qərarı. Məhəllə komitəsinin üzvü. məhəlli sif. Yalnız bir məhəllə, bir yerə məxsus və aid olan, ümumxalq mahiyyəti daşımayan; yerli. Məhəlli sözlər. Məhəlli idarələr. – Belə zamanda məhəlli əsərlər yazmaqla kifayətlənmək olmaz. M.İbrahimov. • Məhəlli komitə köhn. – yerli komitə (həmkarlar ittifaqının yerli komitəsi). Məhəlli komitə onun vəzifəsini .. başqa birisinə vermək barəsində olan müraciətini bir həftə təxirə uğratmışdısa da, yenə Zeynaldan bir xəbər çıxmamışdı. S.Hüseyn. məhərrəm is. [ər. mühərrəm]\n1. Ərəb qəməri təqviminin birinci ayı (şiələrin imamları bu ayda qətl edildiyi üçün yas ayı hesab olunur). [Məşədi Səttar] hər il məhərrəm ayında yeddi gün imam ehsanı verirdi. Ə.Haqverdiyev. [Qızxanım] məhərrəm ayı olduğu üçün qara don geymişdi. Çəmənzəminli.\n2. bax. məhərrəmlik. Zibəs ki, giryə eylər gözlərim guya məhərrəmdir. S.Ə.Şirvani. məhərrəmlik is. din. Məhərrəm ayında imamların qətli münasibətilə şiələrin tutduqları yas, saxladıqları matəm; təziyə, əza. Məhərrəmlikdə kərbəlayı altıaylıq uşaqların başını çərtirdi. Çəmənzəminli. [Qərib:] Məhərrəmlikdə şəbih çıxardırlar, ey, birinə yezid paltarı geydirirlər, birinə imam paltarı! Ə.Əbülhəsən. məhfəl is. [ər.] köhn.\n1. Yığıncaq yeri.\n2. Toplantı, dərnək. məhfəzə is. [ər.] köhn.\n1. Qab, mücrü, sandıqça.\n2. Qılaf. məhkəmə is. [ər.]\n1. Cinayət işlərinə və mülki mübahisələrə baxan ədliyyə orqanı. Xalq məhkəməsi. Ali məhkəmə. // Bu orqanların heyəti. Qalxın, məhkəmə gəlir! Məhkəmə işə baxdı.\n2. Bu orqan tərəfindən işə baxılma. Məhkəmə iclası. Məhkəmədə çıxış etmək. – [Qulu:] ..İcazə ver, bunu məhkəməyə verim, mən belə təhqirlərə dözə bilmərəm. İ.Əfəndiyev. // Bu orqanın iclası. Məhkəmə iki saat çəkdi.\n3. İctimai qaydanı pozanların, yaxud yaramaz hərəkət edənlərin işinə baxmaq üçün hər hansı bir kollektivin üzvləri tərəfindən seçilmiş ictimai orqan, habelə belə işlərə baxma. Yoldaşlıq məhkəməsi. məhkəməbaz is. [ər. məhkəmə və fars. ...baz] Vaxtını məhkəmələrdə keçirməyi, hər bir iş üçün məhkəməyə müraciət etməyi sevən adam. məhkəməbazlıq is. Məhkəməbaz adamın xasiyyəti. məhkəməlik sif. Məhkəməyə aid olan, məhkəmə vasitəsilə həll edilməli olan. məhkum sif. [ər.]\n1. Haqqında məhkəmə tərəfindən hökm çıxarılmış, hər hansı bir cəzaya məhkum edilmiş. • Məhkum etmək – haqqında hər hansı bir cəza hökmü çıxarmaq, cəza vermək. Ağır cəzaya məhkum etmək. – ..Belə ki, onu [məhkəmə] öz kəndindən Şamaxıya köçürüb orada həmişəlik yaşamağa məhkum edibdir. C.Məmmədquluzadə. Məhkum olmaq – məhkəmə tərəfindən müəyyən cəza almaq. Həbsə məhkum olmaq. – Məhkum olmuş bir canitək; Ağlayırdı yalvararaq. N.Rəfibəyli. // İs. mənasında. Dustaq, məhbus. Beş dəqiqə sonra məhkumlar bir-bir danışdırılıb keçdilər. H.Nəzərli. Nökərlər xanın əmrilə bir məhkumu gözünü çıxarmaq üçün çəkə-çəkə meydana gətirdilər. Ə.Sadıq.\n2. məc. İtaət altında olan, asılı vəziyyətdə olan; hüquqsuz, tabe. Bakıda da qadınlar dörd divar arasında məhkum, məzlum, avam və cahil bir halda yaşayırdılar. H.Sarabski. O, əzilən, məhkum ərəb deyil, artıq; O da çoxdan ayılmış! B.Vahabzadə. • Məhkum etmək – itaət altına almaq, tabe etmək, asılı etmək. [Kamran:] Bunları bir də məhkum etmək mümkün deyildir. H.Nəzərli. Məhkum olmaq – itaət altına alınmaq, tabe edilmək. Məhkum olmuş xalqlar.\n3. Məhvi, həlakı, yaxud iflası, pis gələcəyi labüd olan. Məhvə məhkum. – Əmək pərisi munisdi hər gəncə, hər ixtiyarə; İşsiz qalanlar, şübhə yox, məhkum idi səfalətə. H.Cavid. Gözəllik bir çiçək, məhkum solmağa; Soldurma boş yerə sən onu, gəlin! Ə.Cavad. məhkumiyyət [ər.] bax. məhkumluq 2-ci mənada. Məhkumiyyət sözünü dünya tarixindən; Silmək istəyirəm mən. M.Dilbazi. məhkumluq is.\n1. Etdiyi cinayətə görə məhkəmə cəzası alma. Məhkumluğun götürülməsi haqqında fərman.\n2. Məhkum olma, itaətdə, asılı vəziyyətdə qalma; asılılıq, tabelik, əsarət. Getdikcə Mirzə Valeh bir asılılıq, bir məhkumluq hiss edirdi. S.Rəhimov.\n3. Məhkum (3-cü mənada) adamın hal və vəziyyəti. məhliqa bax. mahliqa. Vaqifa, bir məhliqayi-mehribanə meyil qıl; Ta kəmalieşqə ondan zərrə nöqsan olmaya! M.P.Vaqif. məhlul is. [ər.] Bərk və ya duru maddənin suda və ya başqa bir mayedə həll olunması nəticəsində alınan eynicinsli duru maddə. Dərman məhlulu. Marqanes məhlulu. // Müxtəlif maddələrin yekcins, xəmirə oxşar qatışığı. Əhəng məhlulu. – Aydın xüsusi məhlulla sovxoz işçilərinin evlərini dezinfeksiya eləməyə başladı. H.Seyidbəyli. [Lalənin] tuflisi və tumanı gil məhlulundan ləkə-ləkə olmuşdu. M.Hüseyn. məhlulqarışdıran is. xüs. Məhlulu qarışdırmağa məxsus maşın, cihaz. // Sif. mənasında. Məhlulqarışdıran maşın. məhlullu sif. Məhlul qarışıqlı, məhlulu olan. məhparə bax. mahparə. Qəm alıb könlümü, çəkir zülmətə; Ta gəlməsə o məhparə xəbər ver. Aşıq Ariz. məhrəba is. Dəsmal. Bayraməli bəy daxil olur, ayağında çust, əlində məhrəba, başıaçıq, acıqlı ətrafa baxır. N.Vəzirov. Qızxanım nənə stəkanları təmiz ağ məhrəba ilə silə-silə [Almuradın] sözünü kəsdi. İ.Əfəndiyev. məhrəm sif. və is. [ər.]\n1. Çox yaxın sayılan, yaxın dost sayılan; sirdaş. O gedəndən bəri bir məhrəmim yox; Ləzzətim yox, söhbətim yox, dəmim yox. Q.Zakir. [Mirzə Heydər:] Əlbəttə, gərək heç bir şey gizləməyəsən. Çünki biz məhrəmik. Ə.Haqverdiyev. • Məhrəm olmaq – yaxın olmaq, sirdaş olmaq. Nə könlüm açılar, nə üzüm gülər; Səgrəqibə məhrəm olandan bəri. Q.Zakir. Rəhim bəy və Səlim bəy Hüseynqulu ağanın ailəsinə məhrəm olduqları üçün onları sakit etməyə getdilər. S.S.Axundov.\n2. Yaxın qohum olduqlarına görə izdivacları şərən haram və qadağan olan, buna görə də bir-birindən qaçınması lazım gəlməyən (qadın-qız və kişi). Dayı bacıqızıya məhrəmdir. • Məhrəm etmək – yaxın etmək, evləndirmək. [Həmzə Axunda:] Mən xahiş etmək istəyirəm ki, iki qulbeçənizi bir-birinə məhrəm edəsiniz. C.Cabbarlı. Məhrəm olmaq – yaxın olmaq, evlənmək. [Kərbəlayı Nəbi:] İndi gərək .. biz bir-birimizə məhrəm olaq. S.S.Axundov.\n3. Gizli. Bədənin məhrəm yerləri. məhrəmanə zərf [ər. məhrəm və fars. ...anə]\n1. Yaxın adam kimi, çox yaxın dost kimi; dostyana.\n2. Gizlicə, gizli-gizli. O gül camalına mən aşiq olmasaydım əgər; Fəqani-bülbülə çox məhrəmanə baxmaz idim. Ə.Vahid. məhrəmlik is. Yaxınlıq, dostluq, sirdaşlıq. məhrum sif. [ər.] Nəsibi, hissəsi, payı olmayan; nəsibsiz. İstedaddan məhrum bir adam. Bilikdən məhrum. – Ruhnəvaz gözəl deyil idi, nəşəli təbiətdən məhrumdu.. Çəmənzəminli. • Məhrum etmək (qılmaq) – binəsib etmək, birinin əlini boşa çıxarmaq, bir şeyi əlindən almaq. Qılma Ələsgəri məhrumididar; Tərəhhüm et mənə bir busə, ey yar! Aşıq Ələsgər. [Şeyx Sənan dərvişə:] Baba dərviş! Qılmayın lütfən; Bizi məhrum feyzisöhbətdən. H.Cavid. Məhrum olmaq – binəsib olmaq, əlindən çıxmaq, əli boş qalmaq, əli çıxmaq. [Dostəli:] ..Hərgah ləziz taamdan məhrum olmaq istəmirsənsə, sən də tez ol, get, ondan xörək al, ye. Ü.Hacıbəyov. Qətibənin çöhrəsi öz arzu və əməlindən məhrum olan qızın çöhrəsinə bənzəyirdi. M.S.Ordubadi. // Xəbər şəkilçisi ilə: məhrumdur – yoxdur, malik deyil. Bu yerlər bitkidən məhrumdur. – [Firiduna] elə gəlirdi ki, qadın nəvazişi və məhəbbətilə isinməyən bir qəlb səadətdən məhrumdur. M.İbrahimov. məhrumiyyət is. [ər.]\n1. Məhrum olma, binəsib olma, əli boşda qalma; binəsiblik, nəsibsizlik.\n2. Ehtiyac. Siz .. aclığa və məhrumiyyətə qarşı sinənizi gərən təbrizlilərsiz. M.S.Ordubadi. məhrumluq is. Məhrum olma; nəsibsizlik. məhsul is. [ər.]\n1. Torpaqda yetişdirilən taxıl, meyvə, tərəvəz və s. Məhsul yığımı. Buğda məhsulu. Üzüm məhsulu. Pambıq məhsulu. – Bahar yağıntılı keçdiyindən məhsul gözlənildiyindən qat-qat artıq olmuşdur. M.Rzaquluzadə. İndi məhsulun müqəddəratı əkini vaxtlı-vaxtında suvarmaqdan asılı idi. Ə.Sadıq.\n2. Adətən cəm şəklində: məhsullar – istehsal edilən yeyiləcək və içiləcək şeylər, qida şeyləri. Süd məhsulları. Balıq məhsulları. Ət məhsulları.\n3. Sənayenin hazırladığı müxtəlif şeylər. Fabrikin məhsulu. Məhsulun keyfiyyəti.\n4. Bir şeyin törədiyi nəticə, bir şeyin nəticəsində hasil olan şey. Əsər gərgin əməyin məhsuludur. İnsan mühitin məhsuludur. – Qəhrəmanlıq bir xalqın mədəni və siyasi səviyyəsinin qiymətli məhsuludur. M.S.Ordubadi. • Məhsul olmaq klas. – yetişmək, çatmaq, ələ gəlmək, hasil olmaq. Nə üçün biz verək bu barədə pul; Bizə bundan nə xeyir olur məhsul? S.Ə.Şirvani. məhsulat top. [ər. “məhsul” söz. cəmi] İstehsal olunan, əldə edilən, hasil edilən məhsulun məcmusu. Neft məhsulatı. – Yığılır hər tərəfdə məhsulat; Saxlanır anbar içrə məkulat. A.Səhhət. ..Yüksək daş körpü üstündə dayanıb ətrafdan şəhərə ərzaq və bostan məhsulatı gətirən kirəçiləri seyrə dalmışdım. S.Hüseyn. məhsuldar sif. [ər. məhsul və fars. ...dar]\n1. Çox məhsul verən; məhsullu, münbit, bərəkətli. Məhsuldar torpaq. – Ucubucağı görünməyən .. məhsuldar çöllər yorulmadan və inadla çalışan insanlarla doludur. M.İbrahimov.\n2. Çox bar verən; gəlirli, xeyirli. Məhsuldar çay növü. Məhsuldar arı cinsi.\n3. Qiymətli şeylər yaradan, istehsal edən. Məhsuldar əmək. // Çox məhsul istehsal edən, yaxşı işləyən. Məhsuldar fəhlə. – Ona elə gəlirdi ki, insanlar heç bir zaman indiki qədər məhsuldar (z.) işləməmişlər. Mir Cəlal.\n4. məc. Çox əsər yazan, çox yaradan, yaradıcılıq məhsulu çox olan. Məhsuldar alim. Məhsuldar yazıçı.\n5. dilç. İndi də işlənən, yeni sözlər düzəltmə imkanı verən. Məhsuldar şəkilçilər. Məhsuldar formalar. ‣ Məhsuldar qüvvələr iqt. – maddi nemətlər istehsal etmək üçün alətlər və onları işlədib maddi nemətlər istehsal edən adamlar. məhsuldarlaşdırma “Məhsuldarlaşdırmaq”dan f.is. məhsuldarlaşdırmaq f. Daha da məhsuldar etmək, məhsul vermək qabiliyyətini artırmaq. Əməyi məhsuldarlaşdırmaq. məhsuldarlaşma “Məhsuldarlaşmaq”dan f.is. məhsuldarlaşmaq f. Daha da məhsuldar olmaq, məhsuldarlığı artmaq. İstehsal qüvvələri dəyişir, əmək məhsuldarlaşır. Mir Cəlal. məhsuldarlıq is. Məhsul vermə qabiliyyəti, bol məhsul vermə. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı. Məhsuldarlıq planını yerinə yetirmək. – [Qocalar] məhsuldarlıqdan, əmək günlərindən söhbət açırlar. S.Rüstəm. məhsullu bax. məhsuldar 1 və 2-ci mənalarda. Məhsullu yer. Məhsullu il. – Gərək burada gözəl və məhsullu bağlar olsun.. H.Nəzərli. Hamı təzədən bağçalarını güllü, ağaclarını meyvəli, tarlalarını məhsullu (z.) görmək istədi. Ə.Məmmədxanlı. məhsulluluq bax. məhsuldarlıq. məhsulsuz sif. Məhsulu olmayan. Məhsulsuz il. // Qeyri-münbit, məhsul verməyən; bərəkətsiz. Məhsulsuz yerlər. məhsulsuzluq is. Məhsulun olmadığı hal; qıtlıq, bərəkətsizlik. Torpağın məhsulsuzluğu. məhsulverici bax. məhsuldar 1-ci mənada. məhşər [ər.]\n1. bax. qiyamət 1-ci və 3-cü mənalarda. Vaqifəm, hicrandır mənim məhşərim; Gecə-gündüz canan olmuş əzbərim. M.P.Vaqif. [Şahpəri:] Vallah, bir tufan var, bir qiyamət qopur ki, elə bil məhşərdir! B.Bayramov. • Ərəsati-məhşər – bax. ərəsat. ‣ Məhşər ayağına çəkmək – bərk sıxışdırmaq, sorğu-suala çəkmək, haqq-hesab tələb etmək. İki mələk Həsəni darta-darta məhşər ayağına çəkir. S.Rəhman. Məhşər qopmaq – bax. qiyamət qopmaq (“qiyamət”də). Əzizinəm yad əli; Ya divanə, ya dəli; Məhşərim o gün qopar; Yara dəysə yad əli. (Bayatı). Sənsiz vətəndə bir qəribəm, qan olur könül; Məhşər qopar başımda, xuruşan olur könül. A.Səhhət. Məhşər qurulmaq – dava-qalmaqal, mərəkə qopmaq; çaxnaşma, vurhavur başlanmaq. Yığılsa məxluqat, qurulsa məhşər; İsrafil surunu çala, qoymaram. “Koroğlu”. məhv is. [ər.] Yox etmə, ortadan qaldırma, tələf etmə, puç etmə, məhvinə səbəb olma. • Məhv etmək – yox etmək, puç etmək, tələf etmək, qırmaq. Siçanları məhv etmək. Həşəratı məhv etmək. Müharibə milyonlarla adamı məhv etdi. Məhv olmaq – 1) yox olmaq, yer üzündən silinib getmək. Minlərcə adam odlu gürzələrin cənginə düşüb məhv olmaqda idi. Çəmənzəminli; 2) puç olmaq, yoxa çıxmaq, heçə çıxmaq. Ümidləri məhv oldu. məhvedici sif. Məhv edən, yox edən, tələf edən; məhv etməyə qadir olan, dağıdıcı. Məhvedici atəş. Məhvedici təbii fəlakət. Məhvedici zərbə. məhvedilməz sif. Məhv edilməsi mümkün olmayan, yox edilə bilməyən. Materiyanın hərəkəti və inkişafı əbədi olduğu kimi, ziddiyyətlərin mübarizəsi, köhnə ilə yeninin mübarizəsi qanunu da əbədidir, məhvedilməzdir. (Qəzetlərdən). məhz əd. [ər.] Özündən sonra gələn sözü gücləndirir, nəzərə çarpdırır, ayırır; ancaq, yalnız, tək, təkcə, şübhəsiz, buna görə də. [Molla Həmid:] Hələ buyurun görək, zəhmət çəkməyinizdən qərəz məhz o cənabın ziyarətidir, ya başqa bir məramınız dəxi var? M.F.Axundzadə. [Rəşid:] ..Çünki dediyim sirrin izahı məhz həmin gündən başlandı. S.Hüseyn. məhzən klas. bax. məhz. məhzər is. [ər.] köhn.\n1. Hazır olma.\n2. Yığıncaq.\n3. Cəmiyyət.\n4. Akt, protokol. məhzun sif. [ər.] Hüznlü, həzin, kədərli, qəmli, məlul, dərdli. Hüsaməddin baş endirib durdu, Qətibə isə qara və məhzun baxışlı gözlərini ona tərəf çevirdi. M.S.Ordubadi. [Dərviş:] Ruqiyyə məlul və məhzun (z.) evə getdi. A.Divanbəyoğlu. Qız məhzun baxışlarını [Aqilin] üzündən çəkmədən yenə də başını yırğaladı. Q.İlkin. • Məhzun etmək – kədərləndirmək, qüssələndirmək. Şad ikən bu söz ilə könlümü məhzun etdin. Füzuli. Gülməgində qanlı-qanlı giryələr; Hər müsəlman könlünü məhzun edər. A.Səhhət. Məhzun olmaq – qəmlənmək, kədərlənmək, qüssələnmək. Gördü nazik ayağın ol dilxun; Tutulub könlü, oldu çox məhzun. S.Ə.Şirvani. məhzun-məhzun zərf Kədərli-kədərli, həzin-həzin; qüssəli, kədərli. ..Kölgə bu yandan qaçıb, o biri tərəfdə lal-mat durub məhzun-məhzun Nadirin üzünə baxırdı. B.Talıblı. Qızarmış gözlər məhzun-məhzun intizarlı baxışlarla ətrafa nəzər yetirirdi. Ə.Vəliyev. məhzunanə sif. [ər. məhzun və fars. ...anə] Məhzun, qüssəli, qəmli, kədərli. Məhzunanə baxış. // zərf Məhzun-məhzun, hüznlə. Məşədi Heydərəli və onun arvadı Bədirnisə oturublar yan tərəfdə, Nadirquluya məhzunanə baxırlar. M.Əliyev. məhzunluq is. Məhzun olma; qüssəlilik; hüzn, kədər, qəm, qüssə. [Qızın] qara ipək çadrası altında açıq buraxdığı üzündə bir məhzunluq hiss edilirdi. S.Hüseyn. [Axund] səsinə bir məlahət, bir məhzunluq verməyə çalışdı. Q.Qantəmir. Yemək gəldi, toplandılar süfrəyə; Aralıqda gəzirdi bir məhzunluq. M.Müşfiq. məxaric is. [ər. “məxrəc” söz. cəmi] Çıxar (mədaxil əksi). Kəndin mədaxili məxaricindən azdır. M.S.Ordubadi. [Daşdəmir Yusifə:] – ..Keçən il bostandan gələn pulu yoxlamaq, necə mədaxil olduğunu, hara məxaric olduğunu bilmək lazımdır. B.Bayramov. məxəz is. [ər.]\n1. Bir şeyin alındığı yer, əsil yeri; mənbə.\n2. xüs. Elmi tədqiqatın əsaslandığı yazılı abidə, sənəd, əsər və s.; mənbə. Tarixi məxəzlərdən istifadə etmək. – Başqa məxəzlərdə Naxçıvanın bu dövrdə ən gözəl şəhərlərdən biri olduğu qeyd edilir. (Qəzetlərdən). məxfi sif. və zərf [ər.]\n1. Gizli, gizlicə, xəlvəti. Məxfi demək. – [Dostum] məxfi şeylər danışırmış kimi qulağıma əyildi. Mir Cəlal. [Qədir] nə qədər məxfi söz danışır danışsın, üç ağaclıqdan eşidilirdi. İ.Əfəndiyev. • Məxfi qalmaq – gizli saxlanmaq, başqası bilməmək, gizli qalmaq, aşkar edilməmək. Bəli, bu iş gərək məxfi qala. C.Məmmədquluzadə. [Əmir Aslan ağa:] O da məxfi qalmasın ki, hər kim mənim əmrimdən baş qaçırarsa, güllə qabağına qoyulacaqdır. S.S.Axundov. Məxfi saxlamaq (tutmaq) – gizli saxlamaq, başqasına deməmək, başqalarından gizlətmək. [Şeyx Sənan:] Təbii, səndə var bir xeyli əsrar; Neçin məxfi tutar, qılmazsan izhar? H.Cavid.\n2. Geniş surətdə yayılmasına icazə verilməyən, gizli qalmalı olan, gizli saxlanılan. Bu əski qəza [idarəsinin] məxfi arxivindən çıxarılmış bir iş idi. H.Nəzərli. Kosa, Sübhanverdizadənin söylədiyindən, bu kassanın məxfi kağızlar üçün olduğunu yaxşıca bilirdi. S.Rəhimov.\n3. Məxfidir şəklində rəs. – gizli, məxfi saxlanılmalı olan sənəd, məktub və s.-nin üzərində yazılan qeyd. məxfilik is. Məxfi şeyin hal və keyfiyyəti. Məktubun, xəbərin məxfiliyi. məxləs ara s. [ər.] Müxtəsər, sözün qısası, xülasə. Məxləs, Nəbigil Qazangöldə Xocahan bəylərini tamam şil-küt eləyib qovladılar. “Qaçaq Nəbi”. məxluq top. [ər.]\n1. Canlı varlıq, canlı vücud (insan, heyvan). Müsəlmanın təsəvvüründə .. şeytan hiyləgər məxluqdur, başında bir taskülah var.. C.Məmmədquluzadə. Lakin insan müstəsna bir məxluqdur. Mir Cəlal. [Xanın] yuxuda gördüyü qorxunc məxluqlar yadına düşdü. M.Rzaquluzadə.\n2. Xalq, camaat, el, adamlar. [İmamyar:] Məxluq çalıb-oynayır.. C.Cabbarlı. [Hüseyn:] Dayı! Nə üçün məxluqu yığmısınız bizim qapımıza? S.Rəhman.\n3. “Adam, insan” mənasında. Ah, ana! Sən nə qədər böyük məxluqsanmış!.. M.Hüseyn. məxluqat [ər. “məxluq” söz. cəmi] klas. bax. məxluq 1 və 2-ci mənalarda. Külliməxluqat yığıla; Çətindi sevdam dağıla.. “Koroğlu”. Əcaib məxluqat görünürdü, .. kimi buynuzlu və at ayaqlı idi, bəzisi yarı öküz, yarı adam idi. Çəmənzəminli. məxlut is. [ər.] köhn. Qarışıq, xəlitə. məxmər is. [ər.] Üzü qısa xovlu parlaq ipək parça. [Əsgər:] Çit, ipək, məxmər, bafta, tafta... hər şeyim var. Ü.Hacıbəyov. // Məxmərdən tikilmiş, məxmərdən olan, üzünə məxmər çəkilmiş. Məxmər döşək. Məxmər pərdə. – Abı ipək don geymiş qarabəniz xanım yaşıl məxmər divanda böyrü üstə uzanıb .. oxuyurdu. M.S.Ordubadi. Dəmirov astarsız məxmər pencəyini düymələdi. S.Rəhimov. • Məxmər kimi – görünüşcə və ya əl vuranda məxməri xatırladan şey haqqında. Yaşıl məxmər kimi döşəndi yonca; Vətən qızlarının ayaq altına. S.Vurğun. ..Məxmər kimi otların arasından büllur sular süzülür, qönçələrə, düyməçələrə parlaq incilər düzülürdü. M.Rzaquluzadə. məxmərək is. [ər. məxmər və fars. ...ək] tib. Qırmızı səpki şəklində yoluxucu uşaq xəstəliyi. məxmərgülü is. bot. Qırmızı rəngli, topləçəkli bir gül. Bu yerlərdə nə istəsən taparsan: sarmaşığımı, dəvəçiçəyinimi, məxmərgülünümü, dağlaləsinimi deyim, hansı birisini deyim? Mir Cəlal. məxməri sif. [ər.] Məxmərə oxşar, məxmər kimi; zərif, yumşaq. Məxməri ot. – Məxməri ormanlarda çiçək dərdiyin yerdə; Baxarsan, çiçəklər var, açar kölgəliklərdə. Ə.Cavad. • Məxməri bənövşə bot. – bənövşənin bir növü. [Ceyran xala:] Gör nə qədər məxməri bənövşə əkmişəm? S.Rəhman. Məxməri çay – tünd, ətirli çay. Kərim .. məxməri çayı qabağına çəkdi. M.İbrahimov. [Qaçay:] Elə isə bir stəkan məxməri çaydan! – Oldu? Z.Xəlil. məxmərli sif.\n1. Məxmərlə örtülmüş, üzərinə məxmər çəkilmiş. Məxmərli divan. – [Qurban] müvazinətini saxlamaq üçün göy məxmərli yazı stoluna söykəndi. M.Hüseyn. [Nazlı:] Teatrda məxmərli eyvanda oturub, “Əsli-Kərəm”ə baxacağıq. Ə.Məmmədxanlı.\n2. bax. məxməri. Üfüqdə başı qarlı, döşləri, ətəkləri sarımtıl-yaşıl məxmərli dağlar baxışları oxşayırdı. M.Rzaquluzadə. məxrəc is. [ər.]\n1. riyaz. Kəsrdə vahidin neçə hissəyə bölündüyünü göstərən ədəd. Kəsrin məxrəci. Surət və məxrəc.\n2. dilç. bax. artikulyasiya. Saitlərin məxrəci. məxsus sif. [ər.]\n1. Yalnız birinə aid olan. Mənə məxsus. Özünə məxsus. Tələbəyə məxsus. // Xas olan. [Mirzağanın] özünə məxsus bir əxlaq və təbiəti, bir düşüncəsi vardı. S.Hüseyn. [Kərim baba] ..uşaqlara məxsus bir sevinclə sümsünü iri dodaqları arasına qısıb çalmağa başladı. A.Şaiq.\n2. zərf Xüsusi olaraq, ayrıca. Mən bu sözləri məxsus sənə danışıram. O, məxsus mənim üçün gəlmişdi. – Bu pul ilə sən özün üçün məxsus bir alış-veriş aça bilərsən. Ə.Haqverdiyev. məxsusən [ər.]\n1. bax. məxsus 1-ci mənada.\n2. Xüsusi olaraq, qəsdən, bilə-bilə. O, məxsusən belə edir. məxsusi [ər.] sif. və zərf\n1. Ancaq bir şeyə və ya bir şəxsə aid olan, məxsus olan; xüsusi. Məxsusi yer. Məxsusi paltar. – Qız evindən bəy üçün məxsusi bəy xonçası gəlir. R.Əfəndiyev.\n2. Ayrıca olaraq, ayrılıqda, xüsusi surətdə. Məxsusi danışmaq. Məxsusi görüşmək. məxsusiyyət is. [ər.] Məxsus olma, aid olma; aidiyyət, xüsusiyyət. məişət is. [ər.]\n1. Ümumi yaşayış tərzi; yaşayış, yaşama, həyat. Kino məişətimizə möhkəm surətdə daxil olmuşdur. Yeni məişət uğrunda mübarizə. – [Zeynal] get-gedə məişət pozğunluğunun çirkabı içinə yuvarlanırdı. S.Hüseyn. [Dərviş:] Dayı, bir az da qal, şəhər məişətinə isinişərsən. A.Divanbəyoğlu.\n2. Dolanacaq, güzəran, zindəganlıq. Biz gərək səy edək məişət üçün; Sənətü kəsb üçün, ziraət üçün. S.Ə.Şirvani. Mirzənin məişəti ağır olduğundan məktəb nəzdində olan cəmiyyəti-xeyriyyə onun uşaqlarını dərs pulundan azad etmişdi. Ə.Haqverdiyev. • Məişət keçirmək – güzəran keçirmək, həyat sürmək, dolanmaq. ..Bircə Usta Ağabala qədimliyində sabit qalıb, otuz il idi ki, bu qərar ilə məişət keçirirdi. Çəmənzəminli. məişətçilik is. dan. İctimai həyatdan uzaqlaşıb bütün fikrini öz yaşayışına, həyatına vermə. məiyyət is. [ər.] kit. Böyük vəzifəli şəxsi müşayiət edən heyət. Çar konsulu öz dostlarını vəliəhdin məiyyəti içərisində aramağa başlamışdı. M.S.Ordubadi. məkan is. [ər.]\n1. Bir adamın, şeyin sakin olduğu yer, oturulan yer; yurd. [Ağa Salman:] O sərbazların adı və məkanı sizə məlumdurmu? M.F.Axundzadə. Görürəm mən yuxuda hər axşam; O mübarək məkanı çox sevirəm. A.Səhhət. // Ümumiyyətlə, yer. Qərib-qərib, qəmgin-qəmgin ötərsiz; Üz tutubsuz nə məkana, durnalar! M.V.Vidadi.\n2. fəls. Materiyanın varlığının, həcm və ölçü ilə səciyyələnən əsas ümumi obyektiv formalarından biri. Məkan və zaman kateqoriyası. məkansız sif. Məkanı, yeri, yurdu olmayan; yersiz-yurdsuz. Lətif zara gəlmiş bir məkansız quş; Pünhan sirr içində olubdu bihuş. “Lətif şah”. məkə (=məkəbuğdası) is. Qarğıdalı, peyğəmbəri. məkəbuğdası (=məkə) is. Qarğıdalı, peyğəmbəri. məkərə is. [rus. “yarmarka”dan] 1917-ci il inqilabından əvvəl azərbaycanlılar NijniNovqorod şəhərində hər il keçirilən yarmarkanı bu cür adlandırardılar. məkik is.\n1. Tikiş maşınında: altdakı sapın çıxması üçün kəsici alət, mexanizm. Əl maşınının məkiki.\n2. Toxucu dəzgahında: arğac kimi işlədilmək üçün iplik sarınan uzunsov oval qutu və ya qəlib şəklində alət. Dəzgahın məkiki. məkr is. [ər.] Hiylə, biclik, kələk. [Vəzir:] Ay ləçər, bu necə məkrdir mənim başıma gətirirsən? M.F.Axundzadə. [Bəhram:] Madam ki, bütün insanlar məkr və təzvir ilə öz məqsədlərinə yetişirlər, nə səbəbə mən hiylə qarşısında hiylə işlətməyim? C.Cabbarlı. • Məkr etmək (eləmək) – hiylə işlətmək, hiylə etmək, aldatmaq. Nigar pəncərədən baxar; Məkr eləyər, evim yıxar. “Qurbani”. məkrli sif. Hiyləli, hiyləgər, aldadıcı. məkruh sif. [ər.]\n1. İkrah doğuran, nifrət doğuran; iyrənc, mənfur, çirkin. Məkruh səs. – [Qurban:] Nə qədər xasiyyətdən yaxşıdırsa, bir elə sifətdən məkruhdur. Ə.Haqverdiyev.\n2. Müsəlman dininə görə haram sayılmasa da, zəruri ehtiyac olmadan yeyilməsi məsləhət görülməyən şey. [Ata:] Oğlum, dovşan ətini, at ətini peyğəmbərimiz məkruh buyurmuşlar. S.S.Axundov. məktəb is. [ər.]\n1. Yetişməkdə olan nəslə təlim və tərbiyə verən təlim-tərbiyə müəssisəsi. Məktəbə getmək. Məktəbdə oxumaq. Məktəbi qurtarmaq.\n2. Hər hansı bir xüsusiləşdirilmiş tədris müəssisəsi. Musiqi məktəbi. Hərbi məktəb. – Mirzə Səfərin iki oğlu ədliyyə məktəbinin beşinci sinfində oxuyurdu. Ə.Haqverdiyev. Cuma İmanzadə 1922-ci ildə Bakıda hərbiyyə məktəbini bitirmişdi. Ə.Əbülhəsən.\n3. Təhsil sistemi, tədris müəssisələri toplusu. Məktəbin politexnikləşdirilməsi.\n4. məc. Öyrənmə, təcrübə qazanma, habelə əldə edilmiş təcrübənin özü; bilik, təcrübə. Həyat məktəbi. Yaxşı məktəb keçmək.\n5. Elmdə, incəsənətdə, ədəbiyyatda, habelə ictimai-siyasi fikirdə bu və ya başqa fərqli xüsusiyyətləri olan cərəyan; məslək. Müxtəlif məktəblərə mənsub rəssamlar. Mollanəsrəddinçilər məktəbi. – Cəlil Məmmədquluzadə XX əsr Azərbaycan ədəbiyyatında tənqidi realizm məktəbinin başında dururdu. M.İbrahimov. məktəbçi köhn. bax. məktəbdar. Bir belə söz də deyirlər ki, sizin kalba Aşır; Yeni məktəbçilər ilə gecə-gündüz yanaşır. M.Ə.Sabir. məktəbdar is. [ər. məktəb və fars. ...dar] köhn. Keçmişdə xüsusi məktəb açıb orada dərs deyən adam. ..Övladımızın tərbiyə və təlimi bilkülliyə üsuli-təlimdən bixəbər və adabi-tərbiyədən bihiss olan məktəbdarların əlində idi. F.Köçərli. məktəbdarlıq is. köhn. Məktəbdarın işi; öz xüsusi məktəbində dərs demə. Mirzə Həsən Təbrizdə məktəbdarlıq etdiyi müddətdə vəliəhd Müzəffərəddin mirzəni çox yaxşı tanımışdı. P.Makulu. məktəbdənkənar sif. Məktəbdə olmayan, məktəbdən kənarda olan, məktəbdən xaric həyata keçirilən (məşğələ, mədənimaarif müəssisələri və s. haqqında). Məktəbdənkənar tərbiyə müəssisəsi. Məktəbdənkənar məşğələ. Məktəbdənkənar iş. məktəbəqədər sif. Uşağın məktəbə daxil olana qədərki dövrünə aid olan. Məktəbəqədər uşaq müəssisəsi. Məktəbəqədər tərbiyə. Məktəbəqədər yaşlı uşaq. məktəbxana is. [ər. məktəb və fars. ...xanə] köhn. Məktəb. Məscid minarəsi, məktəbxanası; Torpağı şirindi, yeri yaxşıdır. Aşıq Ələsgər. Bizim Petrovski Akademiya bir böyük məktəbxanadır ki, əkin və ziraət, maldarlıq və meşə saxlayıb becərmək elmlərin təlim edir. N.Vəzirov. məktəblərarası sif. Bir neçə məktəb arasında olan, bir neçə məktəbə aid olan. Məktəblərarası idman yarışı. məktəbli sif. Məktəbdə oxuyan; şagird. Məktəbli uşaq. – Oturmuş qapıda məktəbli bir qız; Əlində bir qələm, bir parça kağız. S.Vurğun. // İs. mənasında. Məktəb şagirdi. Məktəblilərlə görüş. – Məktəblilərin şən nəğmələri Qəhrəmanlar kəndini qaplayırdı. Ə.Vəliyev. Məktəblilər dəstə-dəstə; Doluşdu dərs otağına. M.Dilbazi. məktəbyanı sif. Məktəbin yaxınlığında, yanında olan. Məktəbyanı bağça. – Bahar yaxınlaşırdı, uşaqlar məktəbyanı təcrübə sahəsində çoxlu bitki əkmişdilər. Q.İlkin. məktəbyaşlı sif. Məktəbə girmək yaşı çatmış, həmin yaşda olan. Məktəbyaşlı uşaq. // İs. mənasında. Məktəbyaşlıların siyahısını tutmaq. məktub is. [ər.] Hər hansı bir məqsədlə, yaxud bir şeyi xəbər verib bildirmək üçün yazılıb poçt və ya başqa vasitə ilə birinə göndərilən kağız. Məktub göndərmək. Təcili məktub. – Məktubumu aldı, parə qıldı; Ağ üzünü dəxi qarə qıldı. Xətayi. Səfərlə Tanrıverdi Qurbanın paltarını yığışdırıb götürürkən arasından yerə bir məktub düşdü. A.Şaiq. məktublaşma “Məktublaşmaq”dan f.is. məktublaşmaq qarş. Bir-birinə məktub yazmaq, bir-biri ilə yazışmaq. Həmzə Rəcəbovun bir çox şəhərlərlə əlaqəsi vardı, çox adamlarla məktublaşırdı. Ə.Əbülhəsən. məktubpaylayan is. Məktubları adreslər üzrə sahiblərinə çatdıran poçt işçisi; poçtalyon. məkulat is. [ər.] Yeyiləcək şeylər; azuqə, ərzaq. Amma onun tamam məkulatı və məşrubatı haman mənzildə hazır olurdu. M.F.Axundzadə. Yığılır hər tərəfdə məhsulat; Saxlanır anbar içrə məkulat. A.Səhhət. məkus is. [ər.] köhn.\n1. Tərsinə düşmüş, başıaşağı çevrilmiş.\n2. Nəyinsə əksi, ziddi, tərsi.\n3. Əks-səda. məqalə is. [ər.] Məcmuə, jurnal və ya qəzetdə kiçik elmi və ya publisistik yazı. Qəzet məqaləsi. Tənqidi məqalə. Baş məqalə. – “Kəşkül” “Əkinçi”nin yolunu davam etdirərək, öz səhifələrində gerilik əleyhinə kəskin məqalələr dərc edirdi. M.İbrahimov. məqam is. [ər.]\n1. Yer, məkan. Pişxidmətbaşı və Xacə Mübarək çıxdılar, hər birisi öz məqamına getdi. M.F.Axundzadə. Mənimçin kəbeyi-kuyündə, ey gül, bir məqam olmaz. S.Ə.Şirvani. • Məqam etmək (tutmaq) klas. – yer tutmaq, məskən salmaq. Kim əski məqamımı unutdum; Sandım vətənim, məqam tutdum. Füzuli. Qoyma o dağılmışda məqam eyləsin oğlun! Sübhün belə viranədə şam eyləsin oğlun! M.Ə.Sabir. // Yer, münasibət. Məqamını bilmək (yerini bilmək). – Nə çığırbağır salırsan, yorulub usanmayırsan; Ədəb ilə öz məqamın tanıyıb dayanmayırsan. M.Ə.Sabir. [Hacı:] Siz öz məqamınızı bilirsiniz, ya yox? Ə.Haqverdiyev. // Dərəcə. ..Dünyada xeyir iş görməyən adam heç məqamındadır. Mir Cəlal.\n2. Vaxt, zaman, çağ, münasibət. Elə bir məqam və elə bir iş yadıma gəlmir ki, müsəlman intelligentləri orada qorxaqlıq büruzə verələr. C.Məmmədquluzadə. Ayrılıq məqamı halı pərişan; Qolunu boynuma salan yar hanı? Aşıq Məmməd. • Məqam axtarmaq (güdmək) – fürsət aramaq, imkan axtarmaq. O yandan da məqam güdür talan olmuş fransızlar. S.Vurğun. Məqam tapmaq – fürsət tapmaq, fürsətdən istifadə etmək. Ürəyini boşaltmağa məqam tapdığı yerdə [Həmişəyevi] top gurultusu da susdura bilməzdi. B.Bayramov. Məqamı gəlmək – zamanı gəlmək, vaxtı çatmaq, yeri gəlmək, münasibəti olmaq. // Fürsət, münasibət, vaxt. Məqamdır, qoy desin nə həsrəti var. M.Rahim.\n3. Vəzifə, rütbə, mənsəb, mərtəbə. Qubernator bizə bir neçə gözəl nəsihət elədi və bu da yadımdadı ki, dedi ki, kənd müəllimliyi bir ali məqamdır. C.Məmmədquluzadə. [İskəndər bəy:] Pərvərdigara, şükür, gündə min kərə şükür sənə ki, mən kimi yetimi bu məqama gətirdin. N.Vəzirov. Başını fırladar tutduğu məqam; Guya heç tanımır səni bu adam. S.Rüstəm. • Məqama çatmaq – 1) ...nə (bir) məqama çatıb ki..., nə yerə çatıb ki... (bir şeyin son, ifrat həddini göstərir). [Axund:] A kişi, gör iş nə məqama çatıb ki, Qanqal Sadıq ilə Kaftar Tağı da uşaqlarını uşqolaya göndərirlər. Ə.Haqverdiyev; 2) mənsəb sahibi olmaq, böyük vəzifəyə çatmaq.\n4. Hal, vəziyyət. Bu məqamda Ədhəmin hər bir xahişinə əməl etmək Nailə üçün əbədi bir səadət, bir ürək rahatlığı idi. Mir Cəlal.\n5. kit. rəs. Bir-birinə tabe olan idarə orqanları sistemində müəyyən pillə təşkil edən inzibati və ya başqa idarə. Ali məqamlara müraciət etmək.\n6. klas. bax. muğam 1-ci mənada. Rast məqamı. məqbər is. [ər.] Qəbir, məzar. məqbərə is. [ər.]\n1. Qəbirlərin üzərində xüsusi tikili; türbə, mavzoley. Nizami məqbərəsi. – Böyük şair taxt-rəvandan düşüb, birbaş Azərbaycan şairi Xaqaninin məqbərəsinə gəldi. M.S.Ordubadi. Dünyada sənətin yeddi ecazından biri olan Tac Mahal məqbərəsi də buradadır. M.İbrahimov.\n2. Məzarlıq, qəbiristan. Baxmadı oğrusu gedər nərəyə; Özü ancaq yüyürdü məqbərəyə. M.Ə.Sabir. Şairin əmrinə görə onun təxtrəvanını sürənlər birbaş Surxab məhəlləsindəki şairlər məqbərəsinə tərəf gedirdilər. M.S.Ordubadi. məqbul sif. [ər.]\n1. Qəbul olunan, bəyənilən, xoşagələn, yaxşı. [Ağa Kərim:] Özün bilmirsən, sir-sifətin çəndan məqbul deyil! M.F.Axundzadə. [Xəyyam:] Minlərcə şəhər ya qala almaqdan, əmin ol; Bir sadə çoban könlünü almaq daha məqbul. H.Cavid. • Məqbul bilmək (görmək) – daha münasib və əlverişli bilib qəbul etmək; bəyənmək, xoşlamaq. Düşmən bu tədbiri, deyəsən, daha məqbul bilmişdi. Ə.Əbülhəsən. Məqbul etmək – qəbul etmək, bəyənmək, yaxşı hesab etmək. Əgər istəsəydi Allah, ki səni edəydi məqbul; Bizə verdiyi tək əlbət sənə həm verərdi pul-mul. M.Ə.Sabir. Məqbul olmaq – qəbul olunmaq, qəbula keçmək, bəyənilmək, xoşlanmaq. [Molla İbrahimxəlil:] Həmi sənin təvəssütün həmməzhəblərin barəsində məqbul oldu, həm mənim sözüm pozulmadı. M.F.Axundzadə. Təqsim eylə, olaq yeməyə məşğul! Amma ki, təqsimin olsun həm məqbul. Q.Zakir.\n2. Şagirdin, tələbənin biliyinə verilən kafi qiymət. Fizikadan “məqbul” almaq. məqsəd is. [ər.] Əldə edilməyə, nail olmağa çalışılan, qəsd olunan şey; məram, niyyət, arzu. Məqsədə nail olmaq. – Qaldırdı əşk dün məni ol asitanədən; Kim, məqsədim mənim dəxi ol asitanədir. Füzuli. Beləliklə, Naşad əfəndi öz məqsəd və məramına nail olmuş, Zeynal bir fakt olaraq Mehribanı boşamışdı. S.Hüseyn. • Məqsədə (...məqsədinə) düşmək – arzu etmək, ...niyyətində olmaq. Əlifba qəbul etmək məqsədinə düşmüş millət latın sistemini qoyub heç vədə ərəb sisteminə raqib olmaz. F.Ağazadə. Məqsədə (məqsədinə) yetmək (yetişmək, çatmaq) – arzusuna nail olmaq, istədiyinə çatmaq, arzusu həyata keçmək. [Nigar:] Sərdar ölsə ələm yatar; Müxənnət məqsədə çatar. “Koroğlu”. Cuma məqsədə yetişmək ümidinin artdığını duyub düşündükcə daha çox qorxmağa başlayırdı. Ə.Əbülhəsən. məqsədəuyğun sif. Məqsədə müvafiq olan, cavab verən; niyyətə, arzuya düz gələn; münasib. Ən məqsədəuyğun üsullar. məqsədəuyğunluq is. Məqsədəuyğun olma, qarşıya qoyulan məqsədlə düz gəlmə; münasiblik. məqsədli sif. Müəyyən məqsəd güdən, müəyyən məqsədlə edilən, müəyyən məqsəd daşıyan. Məqsədli səfər. məqsədsiz sif. Heç bir məqsəd güdməyən; məqsədlə edilməyən; boş, faydasız. Məqsədsiz gəzinti. Məqsədsiz həyat. // Zərf mənasında. İmran kişi məqsədsiz kimi verdiyi bu suallara cavab gözləmədən səssizcə ayağa qalxıb, o biri otağa keçdi. M.Hüseyn. məqsud is. [ər.] klas. İstənilən, arzu edilən şey; məram, niyyət, qəsd. Məqsudun nədir? – Şikəstə könlümün məqsudu, usta! Bu Təbrizin sonaları necədi? “Abbas və Gülgəz”. məqtə is. [ər.]\n1. Şeirdə pauza, şeir oxuyarkən durulan yer.\n2. ədəb. Qəzəlin son beyti (mətlə müqabili). məqtul sif. [ər.] köhn. Öldürülmüş, qətl olunmuş. • Məqtul olmaq – qətl edilmək, qətl olunmaq, öldürülmək (silahla). Sərhəddə vaqe olan son müharibədə Xivə xanı məğlub və məqtul olmuş, başı isə Tehrana gətirilmişdir. C.Cabbarlı. // İs. mənasında. Öldürülmüş, qətl olunmuş adam. Xülasə, məqtulların arasında [Yusif şahın] nəşi görünmədi. M.F.Axundzadə. Sonra haman qatil gəlib, məqtulun evinə girəndə onun təqsirindən keçirlər. Ə.Haqverdiyev. məqul sif. [ər.] köhn. Ağıllı, ağlabatan, ağlauyğun. Məqul söz. məlahət is. [ər.] Gözəllik, şirinlik, lətafət; cazibə, duzluluq. Xanəndənin səsində məlahət var. – Ortaboylu kəndli qızı məlahətdən məhrum deyil idi. Çəmənzəminli. Qızarmış yanaqları, uzun kirpikləri, iri gözlərinin süzgün baxışı [qadına] məlahət verirdi. T.Ş.Simurq. məlahətli sif. Gözəl, lətafətli, şirin, xoş; cazibədar, duzlu. Məlahətli qız. Məlahətli gülüş. – [Camaat:] Hacı Ağa, bu qız kim ola, nə məlahətli səsi var? Mir Cəlal. Gözəlim, gözlərinin söhbəti hər yanda olur; Bu məlahətli baxışlar quzu, ceyranda olur. Ə.Vahid. məlahətlilik is. Məlahətli olma. məlaik (=məlaikə) is. [ər. “mələk” söz. cəmi, Azər. dilində ən çox tək kimi işlənir] Mələk. [Molla deyir:] Balam, mən indiyə kimi saqqalımda bir dəfə də olsun məlaikə görməmişəm. “M.N.lətif.” // Gözəllik simvolu kimi. Mina bir pəri, bir məlaikə kimi görünürdü. İ.Musabəyov. məlaikə (=məlaik) is. [ər. “mələk” söz. cəmi, Azər. dilində ən çox tək kimi işlənir] Mələk. [Molla deyir:] Balam, mən indiyə kimi saqqalımda bir dəfə də olsun məlaikə görməmişəm. “M.N.lətif.” // Gözəllik simvolu kimi. Mina bir pəri, bir məlaikə kimi görünürdü. İ.Musabəyov. məlal is. [ər.] Ürək sıxıntısı; usanma, bıqma. // Hüzn, kədər, qəm. Sizdən soran olsa, ata, halım; Keyfiyyəti-möhnətü məlalım. Füzuli. Nədir üzündəki ağlayan kölgə? Bir pəri eşqinin məlalımıdır? Ə.Cavad. Adam var yanında olsan bir kərə; Tamam unudular dərdin, məlalın. B.Vahabzadə. məlalət bax. məlal. Sənin həsrətini vilayət çəkər; Qəmzən yayı dəyər, məlalət çəkər. M.P.Vaqif. məlallı sif. Qəmli, kədərli, həzin. Xeyir, o saf qəlbli, məhzun xəyallı; Aşığım bu saat qəmli, məlallı. M.Müşfiq. məlamət is. [ər.] Danlaq, danlama, məzəmmət, töhmət. Ey Füzuli, mən məlamət gövhərinin gənciyəm; Əjdəhadır kim, yatıb çevrəmdə zənciri-cünun. Füzuli. • Məlamət etmək (eləmək, qılmaq) – məzəmmət etmək, danlamaq, töhmətləndirmək. [Mirzə Rəhim ağa:] Neçə dəfə də çağırıb, məzəmmət, məlamət eləmişəm. M.S.Ordubadi. məleykə 1. bax. məlaikə. [Niyaz:] Amma sənin arvadın bir candır ki, məleykə xasiyyətində. Ə.Haqverdiyev.\n2. bax. mələkə. mələ is.\n1. zool. Çox bərk sancan qanadsız, zəhərli bir cücü.\n2. məh. Taxtabiti. mələfə is. [ər.] Döşəkağı. Bəy mələfəni götürüb, çarşab kimi saldı başına. C.Məmmədquluzadə. mələfəli sif. Mələfə salınmış, üzərinə mələfə çəkilmiş; döşəkağılı. mələk is. [ər.]\n1. Dinə görə, Allahın göstəriş və əmrlərini yerinə yetirən, çox gözəl qadın surətində qeyri-maddi qanadlı bir məxluq; məlaikə. Mədhin oxur göy üzündə mələklər; Hər biri bir türfə nidayə düşər. M.V.Vidadi. Cənnətin hurisi, ərzin mələki; Yetişməz yüz çala əl-ayaq sənə. Q.Zakir. Ümid bağlamadın göydə mələkə; Dedin ki, yer qızı ondan gözəldir! S.Vurğun.\n2. məc. Çox gözəl və ya məsum, xoşxasiyyət adam haqqında. Çöllər, təpələr doldu; Şən üzlü mələklərlə. A.Şaiq. // Mələkim şəklində – nəvazişlə müraciət. [Turxan bəy:] Canın nə istərsə, qəlbindən nə keçirsə, bir an içində mühəyya olur, mələkim! H.Cavid. [Rüstəm:] Gözəl mələkim! Mən də fərağında məcnunam. C.Cabbarlı. mələkçöhrə (=mələkçöhrəli) bax. mələküzlü. mələkçöhrəli (=mələkçöhrə) bax. mələküzlü. mələkə is. [ər. məlikə] Padşah arvadı; şahbanu. O, neçə gündür ki, mələkənin dışarı çıxmasını gözləyirmiş. M.S.Ordubadi. Şah .. həyətə çıxdığı zaman mələkə öz əli ilə onu Quran altından keçirib dalınca dua oxumuşdu. P.Makulu. // Qadın padşah, qadın hökmdar; kraliça. mələkmənzər is. [ər.] Xalq şerində, folklorda gözəlin epitetlərindən biri. Bərabərin yoxdur huri pəridə; Tək düşübsən mələkmənzər içində. Q.Zakir. Zərbilə danışma, ay mələkmənzər; Adətdir nur alar şəmsdən qəmər. Şair Vəli. mələkmisal is. [ər.] klas. bax. mələkmənzər. Məktəbdə onunla oldu həmdəm; Bir neçə mələkmisal qız həm. Füzuli. mələksima (=mələksimalı) bax. mələküzlü. Ey huriliqalım, mələksimalım; Gözəllikdə olmaz kimsə sən kimi! M.P.Vaqif. O mələksimalım, şahbazbaxışlım; O dodağı ballım, ceyran yerişlim. S.Vurğun. mələksimalı (=mələksima) bax. mələküzlü. Ey huriliqalım, mələksimalım; Gözəllikdə olmaz kimsə sən kimi! M.P.Vaqif. O mələksimalım, şahbazbaxışlım; O dodağı ballım, ceyran yerişlim. S.Vurğun. mələksurət (=mələksurətli) bax. mələküzlü. mələksurətli (=mələksurət) bax. mələküzlü. mələkut is. [ər.] Dini təsəvvürə görə, mələklərin və ruhların olduğu yer. mələkülmövt is. [ər. ölüm mələki]\n1. Əzrail. Mən öləndə gördüm, mələkülmövt gəldi. Ə.Haqverdiyev.\n2. məc. Çox kifir, bədheybət adam (ən çox qadın) haqqında. Axtarsan, yoxdur cibimdə dinar; Qızım mələkülmövt, oğlum nahəmvar. Q.Zakir. mələküzlü sif. şair. Üzü mələkə oxşayan, mələk kimi gözəl (gözəlin epitetlərindən biri). [Orxan:] Ah, gözəl çərkəz qızı, nazlı İsmət! Mələküzlü şeytan, incəbel afət! H.Cavid. mələkzadə is. [ər. mələk və fars. ...zadə] Folklorda, xalq şerində gözəlin epitetlərindən biri. Görməmişəm sən tək bir mələkzadə; Dərdini çəkərəm həddən ziyadə. M.P.Vaqif. Uca boylu mələkzadə; Camalından içdim badə. Aşıq Ələsgər. mələləmə “Mələləmək”dən f.is. mələləmək f. Doğmaq vaxtı yaxınlaşanda döşə (yelinə) süd gəlmək. mələmə “Mələmək”dən f.is. Bu halda Qızıl inəyin mələməsi Qızxanımın qulağına çatdı. S.S.Axundov. mələmək f.\n1. Çığırmaq, bağırmaq, səs çıxarmaq (qoyun-quzu, keçi, maral, inək və s. haqqında). Keçi mələdi. Maral mələyir. – ..Bir yanda quzular mələyir, bir yanda qıçları bağlı cücə-toyuqlar bağırırdılar. C.Məmmədquluzadə. Ceyran oylağında gəzinib mələr; O səsi əks edər uzun dərələr. S.Vurğun.\n2. Sızıltılı səs çıxarmaq, ağlamaq, sızıldamaq, inildəmək. [Bəbir bəy:] “Yar, yar” deyib ömür boyu mələyənlər bəs havayıdırmı? Mir Cəlal.\n3. məc. Səs çıxarmaq, səsi eşidilmək. Birdən zəhərli ilan kimi mələyərək gələn mərmi lap müşahidə məntəqəsini ağzına aldı. Mir Cəlal. Qarazurna çay aşağı və çay yuxarı mələyirdi. Ə.Vəliyev. ‣ İlan(lar) mələyir – çox isti, susuz, ilan çox olan çöl (yer) haqqında. Keçmişdə Muğan düzündə ilan(lar) mələyirdi. mələr 1. sif. Ağlar, gözüyaşlı, ağlayan, gözü yaşla dolu.\n2. is. dan. Ev heyvanı. Qapıda mələri yoxdur. – Yan çevirsə talar Rumun elini; Qoymaz ölkələrdə mələr Koroğlu. “Koroğlu”. ‣ Anası mələr qalmaq – bax. ana. [Qumru:] Kim deyərdi ki, Bəndalı kimi oğulu atacaqlar. Anası mələr qalıb. Mir Cəlal. Anasını mələr qoymaq – bax. ana. mələrti is.\n1. Mələmə səsi. Qoyun mələrtisi. – ..Qoyun-quzunun mələrtisi dağdadaşda əks-səda verirdi. B.Bayramov.\n2. bax. mələr 2-ci mənada. Ömründə bunların qapısı nə mələrti, nə də xırmanları qılçıq tanıyar. S.Rəhimov. mələs sif. Turşaşirin, meyxoş, şirintəhər, turşməzə. Mələs nar. mələşmə “Mələşmək”dən f.is. Qoyun mələşməsi, çoban tütəyi; Çəkir uzaqlara xəyalı, yaylaq. Aşıq Ələsgər. Quzuları qoyunlara qatmışdılar. Bir mələşmə vardı ki, gəl görəsən. R.Rza. mələşmək qarş.\n1. Hamı bir yerdə mələmək, səs-səsə verib mələmək. Qoyun-quzu mələşir. – Mələşmir sürülər, kişnəmir atlar; Niyə pərişandır halların, dağlar! Aşıq Ələsgər. Ürgələr oynaşır, atlar güləşir; Qoyunlar səs-səsə verib mələşir. S.Vurğun.\n2. məc. Birlikdə ağlamaq, ağlaşmaq, ağızağıza verib ağlamaq. Qadınlar mələşirlər. – ..Kərbəlayı Fərəcin evində uşaqları çörəkdən ötrü mələşirdilər. Çəmənzəminli.\n3. məc. Fəryad etmək, ağlaşmaq, ağlamaq. Min il su-su deyib mələşən çöllər; İndi öz donunu lalədən biçər. S.Vurğun. Eşqinə dəm tutub göylər mələşsin; Eşqin tarix olub əbədiləşsin. B.Vahabzadə. ‣ İlanlar mələşən – susuz, çılpaq. Adamlarımızın zəhmət və iradəsi ilə ilanlar mələşən düzlərdə kanallar çəkildi. mələtmə “Mələtmək”dən f.is. mələtmək icb. Mələməsinə səbəb olmaq, ağlatmaq, sızıldatmaq. Uşağı mələtmək. mələz sif. [ər. mələs]\n1. Müxtəlif irqdən törəmiş; metis. Mələz adam.\n2. Başqa-başqa cinslərin birləşməsindən törəmiş, qarışıq olan; hibrid. Mələz qoyun. Mələz arı. // İs. mənasında. Mələzlər daha yaxşı kökəlir. – Cıdır sınağından keçmiş 1-ci nəsil ərəb – Qarabağ mələzləri üç yaşında daha yaxşı inkişaf edir. “Qarabağ atı”. mələzləşdirilmə “Mələzləşdirilmək”dən f.is. mələzləşdirilmək məch. Cinsləri yaxşılaşdırmaq üçün cütləşdirilmək; hibridləşdirilmək (bitki və heyvanlar haqqında). mələzləşdirmə “Mələzləşdirmək”dən f.is. Azərbaycan camışlarını başqa camış cinsləri ilə mələzləşdirmə yolu ilə təkmilləşdirmək də vacib məsələlərdən biridir. A.Ağaoğlu. mələzləşdirmək f. Keyfiyyətcə daha yaxşı növlər və cinslər almaq məqsədilə müxtəlif heyvan və bitki cinslərini cütləşdirmək; hibridləşdirmək. məlhəm is. [ər. mərhəm]\n1. Yaraya və ya ağrıyan yerlərə sürtülən yağlı dərman. Yaraya məlhəm yaxmaq. – Hələ qədim Misirdə məlhəmlər, həblər, xardal yaxmaları işlədirdilər. R.Əliyev. Ağacdan sirkə, efir yağları, kafur yağı, rənglər, laklar və cürbəcür məlhəmlər hazırlanır. (Qəzetlərdən).\n2. məc. Dərman, əlac, çarə, şəfa. Könüldə zəxmi-nihan olmasaydı, ey Seyyid; Ümidiməlhəm ilə mən fəqanə gəlməz idim. S.Ə.Şirvani. // məc. Təsəlli olacaq, təskin edəcək şey. Sən də əsirgəmə kömək əlini; Hər sözün, söhbətin can məlhəmidir. S.Vurğun. məlih sif. [ər.] Məlahətli, gözəşirin, xoşagələn, şirin, duzlu. Rozanın məlih ahəngi Firuzun ruhunu, hissini oxşarkən o fikirləşirdi. H.Nəzərli. məlik is. [ər.] Hökmdar, padşah. məlikə bax. mələkə. [2-ci cariyə:] Nazlı məlikəmiz Südabə, əfsus; Hər sevincə qarşı kədərli, məyus. H.Cavid. məliklik is. Hökmdarlıq, şahlıq, padşahlıq. məliküşşüəra is. [ər.] tar. Keçmişdə: hökmdar tərəfindən ən görkəmli saray şairinə verilən fəxri ad; şairlər başçısı. məlkəmut “Mələkülmövt” sözünün danışıqda işlənən forması. Məlkəmutun biridir. məlul sif. və zərf [ər.] Məlallı, qəmgin, məyus, məhzun; bezgin, usanmış. Məlul görkəm. – Bülbül, neçin, xəzani-sitəmindən məlulsən? Gəl baxgilən, bənim gözüm ilə baharı gör. Qövsi. [Yaşlı kişi] hər zaman məlul və qəmgin gəzib təkbaşına dolanır(dı). S.Hüseyn. Hər daşı bir çılpaq qərib öksüzü; Məlul çöhrəli bir dulu andırır. M.Müşfiq. • Məlul etmək – usandırmaq, bezikdirmək, məyus etmək. İstəmədim verim dəxi nəzmi-tul; Tulikəlam elər məclisi məlul. Q.Zakir. Məlul olmaq – təngə gəlmək, usanmaq, bezikmək, məyus olmaq. məlul-məlul zərf Qəmgin-qəmgin, həzinhəzin, məyus-məyus, yazıq-yazıq. Yetimlər məlul-məlul Aslanın əlinə baxdılar. C.Cabbarlı. Kiminin göz yaşı süzülüb axır; Kimi məlul-məlul dinmədən baxır. M.Rahim. məlulcasına bax. məlul-məlul. Məlulcasına baxmaq. məlulluq is. Hüzn, kədər, məyusluq; üzgünlük. [Bəhram:] Ax, [Saranın] o ahu baxışlarında nə qədər məlulluq! C.Cabbarlı. məlum sif. [ər.]\n1. Bilinən, bilinmiş; bəlli, aydın, aşkar, hamıya bəlli olan (məchul əksi). Məlum şey. Məlum məsələ. – Bunların biri cüzamlı Abbas idi, qalanının qaranlıqda kim olduqları məlum deyil idi. Çəmənzəminli. Quşun gözəlliyini təsvir etməyə nə mövcud rənglər, nə məlum kəlmələr kifayət edər.. M.Rzaquluzadə. • Məlum etmək (eləmək) – 1) görünmək, bəlli olmaq, aydın olmaq. [Gülbadamın] uşaqlıqda çiçək mərəzinə mübtəla olmağı üzündən məlum edirdi. N.Nərimanov; 2) xəbər vermək, bildirmək. ..Xəstəxana üçün dörd otaq aranır, hər kəsin böylə bir evi var isə, filan yerə məlum eləsin. İ.Musabəyov. Gecə ilə azançıları qalaya çıxarıb, minacat vasitəsilə sabah bayram olduğunu məlum edərdilər. H.Sarabski. Məlum olmaq – bilinmək, aydın olmaq, aydınlaşmaq. Kəndçilər etdilər dübarə hücum; Yenə oldu yalanlığı məlum. M.Ə.Sabir. [Xalası:] Bahar ali məktəbi bitirər, .. sonra hər şey məlum olar. B.Bayramov.\n2. riyaz. Məlum olan, verilmiş (məchul əksi). Məlum ədəd. Məlumdan məchula. ‣ Məlum feil qram. – hərəkətin həqiqi icraçısının (subyektin) zahirdə olduğu feil növü. məlumat is. [ər. “məlum” söz. cəmi]\n1. Bir şey haqqında bilik, xəbərdarlıq. [Ənisə] özünü bilik və məlumatca heç kəsdən aşağı tutmayırdı. S.Hüseyn. Həcər qarının çox geniş məlumatı və zəngin təcrübəsi var idi. Ə.Sadıq.\n2. Bir şey haqqında şifahi və ya yazılı arayış, bildiriş, izahat. Şahmar heç bir söz demədən, yazdığı məlumatı stolun üstünə qoyub qapıdan çıxdı. B.Bayramov. • Məlumat vermək – hər hansı bir iş, hadisə və s. haqqında şifahi və ya yazılı arayış vermək, bildirmək, xəbərdar etmək. İşin gedişi haqqında məlumat vermək. – Rüstəm kişi yanakı oturub balaca stola dirsəkləndi və yaz əkininə hazırlıq haqqında məlumat verdi. M.İbrahimov. Bayram kişi məlumat verməkdə ikən qapı açıldı. M.Rzaquluzadə.\n3. Xəbər, xəbərdarlıq. Bu barədə məlumatım yoxdur. – Cavad əsirlərdən bir-iki məlumat öyrəndikdən sonra, onları ştaba göndərib yenə ehtiyatla yoluna davam etməyə başladı. Ə.Vəliyev. • Məlumat vermək – xəbər vermək, bildirmək. Bu barədə yoldaşlara məlumat verin. – Hətta casusa məlumat verənləri yaxşıca axtarmağı da məhkəmənin yadına salacağam. H.Nəzərli. məlumatfüruş is. [ər. məlumat fars. ...füruş] Özünü hərtərəfli bilikli göstərməyə, öz biliyini nümayiş etdirərək, başqalarına ağıl öyrətməyə çalışan adam. məlumatfüruşluq is. Məlumatfüruşun təfəkkür tərzi. məlumatlı sif.\n1. Məlumatı olan; çox şey bilən, geniş dünyagörüşünə malik olan; bilikli. Məlumatlı adam. – Qadının qarşısında gözəl, yaraşıqlı, ədəbli, məlumatlı və mədəni bir gənc oturmuşdu. M.S.Ordubadi.\n2. Xəbəri olan, xəbərdar. Məlumatlı dairələr. məlumatsız sif.\n1. Məlumatı olmayan, dünyagörüşü dar olan; biliksiz. Məlumatsız adam.\n2. Xəbəri olmayan, bixəbər, xəbərsiz. məlumluq is. Aydınlıq, aşkarlıq, məlum olma. məlun sif. və is. [ər.] Əsil mənası “lənətə gəlmiş”, “lənətlənmiş”, “Allahın rəhmətindən məhrum”, “mürtəd” olub, Azərbaycan dilində söyüş, qarğış mənasında işlənir. [Nəcəf bəy:] Bu da Aslan bəy, mənim əziz dostum, məlunlar, müftəxor məlunlar! Ə.Haqverdiyev. O məlun kəbin verməmək üçün bu kağızı bizdən oğurlatdırmışdır. M.S.Ordubadi. [Eldar:] Bu məlun, yazıq quşların qənimidir. M.Rzaquluzadə. məmaniət is. [ər. mümaniət] Maneçilik, əngəl, maneə. Təlim ilinin başlanmasını böyük iztirab içində gözləyir, qarşıda olan məmaniətləri rədd etmək üçün vasitələr arayırdıq. T.Ş.Simurq. İndi artıq məmaniətə rast gəlmədən batareyanın sol cinahında toplaşmaq üçün dərə yuxarı qaçan düşməni arxadan biçməli idi. Ə.Əbülhəsən. • Məmaniət göstərmək (törətmək) – maneçilik göstərmək, mane olmaq, əngəl törətmək. Gəlin bəydən hədiyyəni alar. Daha üzünün açılmağına məmaniət göstərməz. R.Əfəndiyev. məmaniətli sif. və zərf Məmaniəti olan, maneəli, əngəlli. məmaniətsiz sif. və zərf Məmaniət olmadan, heç bir maneəyə rast gəlmədən, maneəsiz, sərbəst, azad, əngəlsiz. [Mirzə Həsən:] Şura qoşunu məmaniətsiz Bakıya girə biləcək. Ə.Haqverdiyev. məmat is. [ər.] Ölüm, vəfat. Bəhrifənadə fani ol, gör ki, nə xoş həyat olur; Abihəyatmış fəna, gərçi adı məmat olur. Nəsimi. Həvəs sövq eylər insanı həyatə; Ətalət cəlb edər şəxsi məmatə. M.Ə.Sabir. • Həyat və məmat məsələsi – ölüm-dirim məsələsi. Əjdəri .. evinə gətirib müalicə etmək Mirzə Hüseyn üçün bu saat həyat və məmat məsələsi idi. S.Rəhman. məmə I. is.\n1. Uşaqları əmizdirmək üçün qadınların döş hissəsində yerləşmiş yumru şəkildə olan iki süd vəzilərindən hər biri; döş. // Məməli heyvanlarda süd ifraz edən orqan; yelin.\n2. bax. məməcik 2-ci mənada. Gözün məməsi.\n3. xüs. Hər hansı bir şeyin məmə ucu (kiçik çıxıntı) şəklində hissəsi; ucluq.\n\nII. is. məc. Ana. [Şərəfnisə xanım:] Əgər məməm deyən dərviş olmasaydı, şəksiz Müsyö Jordan Şahbazı aparacaqdı. M.F.Axundzadə. [Məmməd bacısı Fatmaya:] ..Niyə nənəm Məlikməmmədin nağılını söyləyəndə .. məmənin qucağına qısılırsan? S.S.Axundov.\n\nIII. dan. Köhnə sistemli ov tüfənglərinin piston qoyulan yeri. məməcik is.\n1. Balaca məmə, kiçik məmə. Quzunun məməciyi.\n2. anat. Görmə sinirinin göz almasına daxil olduğu yer.\n3. anat. Dərinin üstündə selikli qişada həssas çıxıntı. məməcikli sif. Məməciyi olan, çıxıntılı (bax. məməcik 3-cü mənada). məməçi is. məh. Südü olmayan qadınların uşağını əmizdirib saxlayan qadın; dayə. məməli sif. Məməsi olan. • Məməli heyvanlar – bax. məməlilər. Soyuq ölkələrdə yaşayan məməli heyvanların dərilərindəki tük həm sıx, həm də çox olur. M.Axundov. məməlilər cəm, zool. Balalarını öz südü ilə bəsləyən ali onurğalı heyvanlar sinfinin adı. İlk məməlilər sürünənlərdən əmələ gəlmişdir. “Ümumi zootexniya”. məməş is. uş. Məmə. məməyeyən is.: məməyeyəndənpəpəyeyənə qədər (kimi) – böyüklü-kiçikli, hamı, hamısı (adamlar haqqında). Əhalidə olan bu sevinc məməyeyəndən-pəpəyeyənə kimi hamının ürəyindən axıb gəlirdi. Ə.Vəliyev. [Nisə xanım:] Məməyeyəndənpəpəyeyənə qədər, qırılmışlar, hamısı yığılıb. Ə.Məmmədxanlı. məmləkət is. [ər.] Bir xalqın yaşadığı yer, ərazi; diyar; ölkə. Siz bilirsiniz ki, bizim məmləkətin əhalisi qədim zaman atəşpərəst idi. Ə.Haqverdiyev. Bundan təkcə bir adama zərər dəymir, bu boyda məmləkətin işi axsayır. M.Hüseyn. məmluk is. [ər.] tar.\n1. Vaxtilə Misirdə olmuş hərbi zadəgan silki və bu silkə mənsub şəxs (bu silk ibtidada Türkiyə sultanlarının şəxsi qvardiyasını təşkil etmiş çərkəz qullardan əmələ gəlmişdi).\n2. Napoleon Bonapartın Misir səfəri zamanı təşkil etdiyi şəxsi mühafizə qvardiyası əsgəri. məmnu is. [ər.] Qadağan, qadağan edilmiş, yasaq. məmnun sif. [ər.]\n1. Razı olan, razı, xoşnud. Neyləmişsən Molla Səfi, Bəybaba; Məmnundu, əzizim, bu qədər səndən. Q.Zakir. [Kor Seyid] Məsmənin bu təşəbbüsündən məmnun deyilmiş. S.Hüseyn. // Zərf mənasında. Razı, xoşhal; sevincək. Məmnun qayıtmaq. • Məmnun etmək – sevindirmək, şad eləmək, razı salmaq, razı etmək. [Xanımın] gülər üzü studenti çox məmnun etdi. Çəmənzəminli. Məmnun qalmaq – razı qalmaq, xoşhal olmaq. Səyahətçilər müəssisə müdirinin verdiyi ziyafətdən məmnun qaldılar. M.S.Ordubadi. Sənin məmnun olduğun gün; Ruhum məndən məmnun qalır. Ə.Cavad. Məmnun olmaq – razı düşmək, xoşhal olmaq, sevinmək, şad olmaq. [Şeyda:] Ah, bilsəniz bu xəbərdən nə qədər məmnun oldum. H.Cavid. məmnuniyyət [ər.]\n1. bax. məmnunluq. [Hacı Qulu] dodaqlarında məmnuniyyət andıran bir təbəssüm olduğu halda [dedi]. A.Şaiq. Xəlilin qanı coşdu, həyatına qarşı olan məmnuniyyətinin həddi yox idi. Çəmənzəminli.\n2. Məmnuniyyətlə şəklində zərf – xoşluqla, razılıqla; şad olaraq, sevinərək, məmnun halda, məmnunluqla. Aslan məmnuniyyətlə razı olub, Hacıdan xahiş elədi ki, pulsuz da xidmət etməyə hazırdır. C.Cabbarlı. Gülzar məmnuniyyətlə dolu gözlərini Rüstəmə tərəf qaldırıb gülümsədi. T.Ş.Simurq. məmnunluq is.\n1. Xoşhallıq, razılıq, sevinc. Məmnunluğunu ifadə etmək.\n2. Məmnunluqla şəklində zərf – bax. məmnuniyyətlə (“məmnuniyyət”də). Vahid də bu gün xoş bir xatircəmlik, məmnunluqla evə qayıtdı. Mir Cəlal. məmul [ər.] sif. Hazırlanmış, düzəldilmiş. [Cehiz üçün] iki dəst yorğan-döşək, nazbalış, .. gümüşdən məmul zirəndazlar .. tədarük görüləcəkdir. R.Əfəndiyev. məmulat is. [ər. emal olunmuş şeylər] Fabrik və ya başqa vasitələrlə istehsal olunmuş, hazırlanmış şeylər, məhsullar. Zavodun məmulatı. // Həmin məhsulun eyni qrupa daxil olan növü. Saxsı məmulatı. Kulinariya məmulatı. məmur I. [ər.] köhn.\n1. is. Dövlət idarələrində (əsasən, məhkəmə, polis və s.) çalışan qulluqçu; dövlət xidmətçisi, çinovnik. Hökumət məmuru. – Hər kəs [Zeynala] adi bir idarə məmuru kimi baxırmış. S.Hüseyn. Qarşımızı polis məmurları saxladı siz bizi məktəbə dönməyə məcbur etdilər. T.Ş.Simurq.\n2. sif. Müəyyən bir iş, vəzifə görməyə əmr və ya tapşırıq almış. Kürsünü çəkməyə məmur olan çar soldatı öz vəzifəsini artıq yerinə yetirmişdi. M.S.Ordubadi.\n\nII. is. [ər.] klas. Abad, abadan. Qoy cahan elm ilə pürnur olsun; Vətən o sayədə məmur olsun. A.Səhhət. Qalmadı bərqərar bir xanə; Cümlə məmur oldu viranə. M.Ə.Sabir. // Əhalisi olan, məskun, şen. məmuriyyət is. [ər.] köhn. Dövlət xidmətində olma; vəzifə, xidmət, qulluq. O zaman mənim məmuriyyətim Ənzəlidə idi. S.Hüseyn. mən I. Danışan adamı bildirən birinci şəxs əvəzliyinin təki. Mən sonra gələrəm. Mən deyən oldu. – Ah, mən gündən-günə bu gözəlləşən; İşıqlı dünyadan necə əl çəkim? M.Müşfiq. ‣ Mən ölüm dan. – xahiş və ya yalvarış məqamında işlədilir. Sizə bu təziyədən özgə həvəslərdi murad; Mən ölüm, sən bir özün eylə mürüvvət, Hadi! S.Ə.Şirvani.\n\nII. is. [ər.] köhn. Qadağan, yasaq; buraxmama, qoymama, yol verməmə. • Mən etmək – qadağan etmək, qoymamaq, yol verməmək, icazə verməmək, daşındırmaq. Sahibi-xanə qardaşının sözlərini eşidib, onu bu xatalı səfərdən mən edir. F.Köçərli. [Mirzə Cəfərxan:] Söhbət axır bu yerə yetdi ki, Əlixan Əfşar bizim hər bir təklifimizi mən etdi. Ə.Haqverdiyev. Mən olmaq – qadağan edilmək, icazə verilməmək, qoyulmamaq. məna is. [ər.]\n1. Sözün, cümlənin ifadə etdiyi məfhum, anlayış. Sözün hərfi mənası. Həqiqi məna. Məcazi məna. – Ləfz özü bir ləfzdir, amma ki, məna müxtəlif. S.Ə.Şirvani. Sözlərdəki məna səslərdəki titrəyiş isə [Rüstəmə] çatmırdı. M.İbrahimov.\n2. Bir şeyin ağılla dərk edilən daxili məntiqi məzmunu, mahiyyəti. Hadisələrin mənası. // Məqsəd, ağlabatan səbəb. Bunu belə etməkdə məna yoxdur. – ..Orucluğun ümdə mənası budur ki, müsəlmanlar ac qalmağa adət eləsinlər. C.Məmmədquluzadə. • Məna vermək – əhəmiyyət vermək, diqqət yetirmək. Həmişə kəmetina Zeynal bu gecə hər şeyə diqqətlə baxıb, hər bir hənirtiyə məna verməyə başladı. Çəmənzəminli. mənaca zərf Mənaya görə, məna cəhətdən; məzmunca. Mənaca dərin əsər. Mənaca təhrif olunmuş ifadə. mənafe is. [ər. “mənfəət” söz. cəmi]\n1. Mənfəət, fayda, nəf, xeyir. Mənim dediyim budur ki, pul qazanmaqda sairlərinin mənafeyinə əl uzatmayasan. Ü.Hacıbəyov.\n2. Bir kəsin, bir şeyin rifahını təşkil edən, onun xeyrinə olan, ehtiyac və tələblərinə xidmət edən şey. Sinfi mənafe. Şəxsi mənafeyi cəmiyyətin mənafeyi ilə uzlaşdırmaq. mənalandırma “Mənalandırmaq”dan f.is. mənalandırmaq f.\n1. Mənasını açmaq, şərh etmək, izah etmək, məna vermək. Birinci dəfə idi ki, başına gələn işləri bir tarix, bir ictimai əhəmiyyətli hadisə kimi mənalandırırdı. Mir Cəlal.\n2. Məna vermək, qiymətləndirmək, müəyyən etmək, müəyyənləşdirmək, dərk etmək. Ətrafında baş verən hadisələri düzgün mənalandırmağa çalışırsan. H.Seyidbəyli. [Ana] oğlunun qaradinməz olduğunu özlüyündə mənalandırmışdı. B.Bayramov. mənalanma “Mənalanmaq”dan f.is. mənalanmaq f.\n1. Məna almaq, müəyyənləşmək, aydınlaşmaq. Qoşmada sözlər inci kimi seçilmiş, mənalanmış, musiqi parçası kimi bəstələnmişdir. M.İbrahimov.\n2. Məna qazanmaq, əhəmiyyət qazanmaq, əhəmiyyət kəsb etmək. Ömür mənalanır şirin keçəndə. M.Rahim. mənalı sif.\n1. Mənası olan, müəyyən mənaya malik. Həqiqi mənalı söz. Məcazi mənalı söz.\n2. Böyük daxili məzmunu, mənası olan; dolğun, ağıllı. Mənalı söz. Mənalı həyat. – Dedim: – Qızım, bu sualın; Nə dərindir, nə mənalı? N.Rəfibəyli.\n3. məc. Gizli mənası olan, bir şeyə işarə edən; üstüörtülü. Mənalı bir baxış. Mənalı sual. mənalı-mənalı zərf Bir şey, bir məqsəd ifadə edərək. Qayınana susur, köksünü mənalı-mənalı ötürür, gözləri yaşarırdı. Çəmənzəminli. Ovçu dostum bir söz demədisə də, amma mənalı-mənalı mənə baxdı. M.Rzaquluzadə. mənalı-mənasız zərf Boş-boşuna, yerliyersiz. Mənalı-mənasız danışmaq. – [Eyvaz:] Qarşıma hər kəs çıxırdısa mənalı-mənasız söhbətə tuturdum. İ.Əfəndiyev. mənalılıq is. Müəyyən mənaya malik olma, məna daşıma, mənalı olma. Sözün mənalılığı. mənasız sif.\n1. Mənası olmayan, heç bir məna daşımayan. [Cavanlar] ancaq axırıncı bir-iki mənasız sözü dəyişmədən təkrar edirdilər.. Ə.Əbülhəsən. Odur ki, mənasızdır, bil, verdiyin bu sual. Z.Xəlil.\n2. Məzmunca əhəmiyyətsiz, məzmunsuz, mənadan məhrum. Mənasız roman. Mənasız şeir.\n3. məc. Əqlə uyuşmayan, yersiz, boş, yaraşmayan; əbəs, bihudə. Nə deyim böylə bu mənasız işə. Ə.Cavad. İnsan olmasaydı hər çay, hər bulaq; Mənasız (z.) axardı, barsız, bəhərsiz. M.Dilbazi.\n4. məc. Heç bir məna ifadə etməyən; küt. Mənasız nəzər. mənasızlıq is. Mənasız bir şeyin hal və keyfiyyəti, bihudəlik, daxili məna və məzmundan məhrumluq. Fikrin mənasızlığı. – İskəndər “ölülər aləminin” saxtakarlığını, yalanını, puç və mənasızlığını faş edib lənətləyir. M.İbrahimov. mənbə is. [ər.]\n1. Yeraltı suların çıxdığı yer; qaynaq, bulaq, çeşmə.\n2. məc. Əsasını, başlanğıcını təşkil edən şey. Xammal mənbələri. Gəlir mənbəyi. – Otağın işıq mənbəyi bircə qapı və bir də damdakı şüşələnmiş balaca pəncərəvari bir baca olduğundan, otaq lazımi qədər işıq deyildi. T.Ş.Simurq. Axır illər çayqıraqlı arvad-uşaq üçün burada bir qazanc mənbəyi də yaranmışdı. Ə.Əbülhəsən. // məc. Bir xəbərin və s. çıxdığı, zahir olduğu yer. Xəbərin mənbəyini bilmək. İnanılan mənbələrdən alınan məlumata görə.\n3. bax. məxəz 2-ci mənada. Rus mənbələrinə gəldikdə bunlardan [bizim] tarixə aid bir çox mühüm şeyləri ixrac etmək olar. F.Ağazadə.\n4. coğr. Çayın başlandığı yer (mənsəb2 əksi). Kür çayının mənbəyi. Arazın mənbəyi. mənbəşünas is. [ər. mənbə və fars. ...şünas] Mənbəşünaslıq mütəxəssisi; məxəzşünas. mənbəşünaslıq is. Tarixi mənbələrin tədqiqi və onlardan istifadə üsullarını işləyib hazırlayan köməkçi fənn, habelə həmin mənbələrin özü; məxəzşünaslıq. məncə Mənə görə, mənim fikrimcə, mənim düşündüyümə görə. Gözəl olur bu yerlərin səhəri; Məncə vardır dünyalara dəyəri. A.Şaiq. [Nadir bəy:] Məncə gözəllik zövqə aid bir şeydir. H.Cavid. mənciyəz “Mən”dən oxş. [Gülçöhrə:] Yox, mənciyəz görüb bəyənməyincə ərə getməyəcəyəm. Ü.Hacıbəyov. [Xanımnaz:] ..Mənciyəz şəhərə gedirəm. C.Cabbarlı. [Həcər:] Mənciyəz anamdan yeyərdim töhmət. S.Rüstəm. məndəcər is. Əkilməmiş yer, xam torpaq. [Padşahın] imarətinin dalında bir məndəcər vardı, həmin məndəcərin günçıxan əlində bir dərin quyu qazıyıb, sandığı basdırıb quyuya.. (Nağıl). məndəcərlik is. Məndəcər yer. məndil I. is. [ər.]\n1. Cib dəsmalı, yaylıq. Xətayini görcək xəta eylədim; Ləl, gövhər bir məndilə bükülmüş. Aşıq Valeh. Cibindən bir məndil çıxarıb göz yaşlarını silir. H.Cavid.\n2. məh. Ləçək.\n\nII. is. Tayanın çürüməməsi üçün altına qoyulan köhnə ot. məndulə is. Keçmişdə arxalıq, şalvar və s. tikilən nazik və möhkəm parça növü. // Həmin parçadan tikilmiş. Məndulə çarşab. Məndulə şalvar. – ..Qurşağı yerdən sürünür, məndulə arxalığının yaxası sallanırdı. Mir Cəlal. mənəmlik is. Təkəbbür, lovğalıq, özünü dartma. [Mədəd:] Mənəmlik, təkəbbür, heç kəsi bəyənməmək, hamıya alçaq nəzərlə baxmaq – budur sənin ən böyük qüsurların. Ə.Vəliyev. • Mənəmlik etmək – lovğalanmaq, özündən başqa heç kəsi saymamaq. mənəm-mənəm mənəm-mənəm demək – lovğalanmaq, təkəbbür göstərmək, özündən başqa heç kəsi saymamaq. Mənəmmənəm deyənlərin inanma çox da qövlünə. M.Ə.Sabir. Vaqif gördü ki, İbrahim xan onun sözlərinin məğzini dərk etmir, mənəm-mənəm deyir, .. dillənmədi. Çəmənzəminli. mənəm-mənəmlik bax. mənəmlik. [Qoşatxan:] Öldür səni içəridən gəmirən qurdu – bu mənəm-mənəmlik qurdunu. M.İbrahimov. mənən zərf [ər.] Mənəvi cəhətdən; ruhən. ..Bizim şüəra cismən ölüb fövt olublarsa da, ruhən və mənən həlak olmayıblar. F.Köçərli. mənənə is. zool. Bitkilərin şirəsilə qidalanan ziyanverici bir cücü növü. mənəvi sif. [ər.] İnsanın daxili, ruhi aləmi ilə bağlı olan, mənəviyyatla əlaqədar; batini, qeyri-cismani, qeyri-maddi. İnsanın mənəvi aləmi. Mənəvi tələbat. Mənəvi məsuliyyət. Mənəvi əzab. – Kimsə [Zeynalı] sevməyir, müdafiə etməyir, mənəvi və maddi müavinətdə bulunmayırdı. S.Hüseyn. Mənəvi bir qüvvə sanki [Rubabənin] çiyinlərindən tutub, vücudunu ağac kimi bərk silkələdi. Mir Cəlal. mənəviyyat is. [ər.] İnsanın mənəvi keyfiyyətləri, normaları; yüksək əxlaq. Xalqın mənəviyyatı. Yüksək mənəviyyat. – O kəslər ki, müəllimlik kimi .. xidməti tərk edib, qeyri peşə dalısınca gediblər, mənəviyyat cəhətincə öz əhdü-peymanlarını şikəst ediblər.. F.Köçərli. mənfəət is. [ər.]\n1. Gəlirin xərci çıxdıqdan sonra qalan artıq hissəsi, pul gəliri; qazanc. Tacirin mənfəəti.\n2. dan. Fayda, xeyir. Qəzetin çoxdu xalqa mənfəəti. S.Ə.Şirvani. [Palıd:] Qış sobada xalq məni yandırar; Mənfəətim xalqa mənim çox dəyər. M.Ə.Sabir. Elin zərərindən mənfəət uman; Boyansın, demişəm, al-qana, dağlar! S.Vurğun. mənfəətbərdar sif. [ər. mənfəət və fars. ...bərdar] köhn. bax. mənfəətdar. • Mənfəətbərdar olmaq – fayda götürmək, mənfəət əldə etmək, faydalanmaq. [Gülbahar:] Dadaş, o lüğəti ki, sən yazırsan, bu bir yadigardı ki, hər bir kəs oxuyub mənfəətbərdar olacaq. C.Məmmədquluzadə. mənfəətdar sif. [ər. mənfəət və fars. ...dar] Maddi cəhətdən mənfəəti olan; fayda görən, qazanc götürən, mənfəət əldə edən; mənfəətbərdar. mənfəətdarlıq is. Maddi cəhətdən mənfəətdar olma; mənfəət götürmə, qazanc əldə etmə. mənfəətgüdən bax. mənfəətpərəst. mənfəətli sif. Mənfəət verən, xeyirli, gəlirli, faydalı. Mənfəətli iş. – [Yusif Hümmətə:] Camaat üçün nə mənfəətlidir, nə gəlirlidir – onu əksin. B.Bayramov. mənfəətlilik is. Mənfəətli olma; xeyirlilik, gəlirlilik, faydalılıq. mənfəətpərəst is. və sif. [ər. mənfəət və fars. ...pərəst] Şəxsi mənfəətini, öz xeyrini güdən (adam). Mənfəətpərəst adam. mənfəətpərəstlik is. Öz mənfəətini, öz xeyrini güdmə. mənfəətsiz sif. Heç bir mənfəəti, xeyri, faydası olmayan; xeyirsiz, faydasız. Mənfəətsiz iş. mənfəətsizlik is. Mənfəəti olmama; xeyirsizlik, faydasızlıq, qazancsızlıq, gəlirsizlik. mənfi sif. [ər.]\n1. Mənfilik bildirən, inkar bildirən, rədd edən (müsbət əksi). Mənfi cavab.\n2. Gözlənilən nəticənin ziddinə olan, heç bir müsbət nəticə verməyən. Mənfi nəticə. // Pis, fəna. Mənfi rəy. Mənfi tip. Mənfi xasiyyətnamə. – [Mahmud:] İki dəfə müayinə nəticəsi mənfi olub, bu dəfə də mənfi olacaq. Çəmənzəminli. Məlumdur ki, tənqidi realistlərin əsas diqqəti həyatın mənfi cəhətlərində idi. M.İbrahimov.\n3. riyaz. Sıfırdan az. Mənfi kəmiyyət (ədəd). // Sıfırdan aşağı olan hava temperaturunu göstərmək üçün işlədilir. Mənfi ( – ) 3° soyuq.\n4. fiz. Elektrikin, hissəcikləri elektronlardan ibarət növünə aid olan. Mənfi elektrik yükü. mənfilik is. Mənfi xüsusiyyət, çatışmayan cəhət, pis cəhət; nöqsan, kəsir. [Cəlil Məmmədquluzadənin] mənfiliklərə, həyatın çürümüş cəhətlərinə qarşı münasibətində də xəlqilik həlledici rol oynayırdı. M.İbrahimov. mənfur sif. [ər.] Nifrət olunan, nifrətə layiq, nifrətli, xoşa gəlməyən, çox pis; sevilməyən, istənilməyən. [Humay:] Cəmili azarlatdığım o mənfur saat, o məşum dəqiqələr kaş ki, yaranmayaydı. H.Cavid. [Səfərəli:] Mən sizi düşmənlərin bu mənfur hərəkətinə etiraz etmək üçün tətilə çağırıram. H.Nəzərli. ..Düşünürdü ki, artıq qorxunu mənfur bir hiss kimi ürəyindən çıxarıb atmalıdır. S.Rəhman. mənfurluq is. Nifrətə layiq olma, xoşa gəlməmə; iyrənclik. məngəl is. Kol-kosları kəsib doğramaq üçün çapacaq; dəhrə. məngənə is. [əsli yun.]\n1. Hər cür şeyi sıxıb saxlamaq üçün çilingər aləti. Dəmirçi məngənəsi. // Meyvə və s. sıxıb suyunu çıxarmaq üçün alət, cihaz.\n2. məc. Sərbəstliyə mane olan, sıxan, təzyiq edən, əziyyət verən şey haqqında. Ehtiyac məngənəsi. Böhran məngənəsi. – [Nüşabə:] Mənə öz həyatım olmuş məngənə. A.Şaiq. Sən düşəndə məngənəyə mənim dərdim bir dağ olar. M.Rahim. [Səttar xan:] Bizi sıxan siyasi məngənənin rolu daha mühümdür. P.Makulu.\n3. Çayın məngənədə sıxılmış (preslənmiş) növü. Çay məhsulunun əsas növləri məxməri və məngənə çaylarıdır. F.Fətəlizadə. məngənəli sif. Məngənəsi olan, məngənə qoyulmuş. Məngənəli çilingər dəzgahı. məngirləmə “Məngirləmək”dən f.is. məngirləmək f. dan. Tez qarmalamaq, ələ keçirmək, mənimsəmək. mənhus sif. [ər.] Uğursuz, bədbəxt, nəhs. [Mahmud] bir də əllərini qovzadı, istədi keçmişki həyatından o mənhus dəqiqələri qoparıb atsın. Çəmənzəminli. [Qönçə:] Bu mənhus evdən, bu müdhiş zindandan qurtaracağam, – deyirdim. S.Hüseyn. // Pis, alçaq, rəzil. mənhusluq is. Uğursuzluq, nəhslik, pislik. mənimsəmə “Mənimsəmək”dən f.is. mənimsəmək f.\n1. Bir işi görüb götürmək, öyrənmək, özünə aşılamaq. [Fərman müəlliminin] dediklərini mənimsər və rusca hələ zəif bilməsinə baxmayaraq, kəlmələri bir-birinə quraşdıraraq sualı sual dalınca verərdi. Ə.Sadıq.\n2. məc. Yaxşı-yaxşı öyrənərək, başa düşərək yadda saxlamaq. Fizikanı yaxşı mənimsəmək. İş üsulunu mənimsəmək.\n3. məc. Qəbul edərək, udaraq həzm etmək. Xörəyi yaxşı mənimsəmək.\n4. Qanunsuz olaraq başqasının malına, puluna və s. sahiblənmək, yiyələnmək. Özgənin kitabını mənimsəmək. mənimsənmə “Mənimsənmək”dən f.is. mənimsənmək məch. Yaxşı-yaxşı öyrənilmək, başa düşülmək, yadda saxlanılmaq. mənkuhə is. və sif. [ər.] köhn. Nikahlı (kəbinli) arvad, qanuni arvad. [Ağa Mərdan:] Hamı bilir ki, Zeynəb xanım Hacı Qafurun daimi mənkuhəsi deyil, onun dövlətindən irs hesabında hərgiz hissəsi yoxdur. M.F.Axundzadə. [Mirzə Əhmədağa:] Sən, qızın mənim özümə mənkuhə olmasına riza ver. Ə.Haqverdiyev. mənqul sif. [ər.] köhn.\n1. Bir yerdən başqa yerə aparılmış.\n2. Dillərə düşmüş, ağızdan-ağıza düşmüş.\n3. Nəql edilmiş, söyləmiş. mənlik is.\n1. Bir şəxsin öz varlığı, öz halı. Məndə dəxi necə mənlik olsun; Məndən məni istəyən nə bulsun? Füzuli.\n2. Öz ləyaqətini dərk etmə, öz şəxsiyyətinin qiymətini bilmə; heysiyyət, şərəf. [Əski həyat] ..Xədicənin mənliyini gəmirmiş, gəncliyini və gözəlliyini əlindən almışdı. S.Hüseyn. Aslan isə öz nəfsini saxlayan və mənliyini sevən adam idi. S.Vəliyev. mənliksiz sif. Mənliyi olmayan; heysiyyətsiz, şərəfsiz, ləyaqətsiz. Mənliksiz adam. – [Fərman] Mələyin hər şeyə dözdüyünü gördükdə mənliksiz, heysiyyətsiz bir adam olduğunu düşündü. M.İbrahimov. mənli-sənli zərf Mən və sən birlikdə, öz aramızda. Məsələni mənli-sənli həll edək. mən-mən mən-mən demək – bax. mənəm-mənəm demək (“mənəm-mənəm”də). Mənim mən-mən deməyim sanmayın boş əməkdir. S.Rüstəm. Kərəmov öz fərsiz şəxsiyyətini cəmiyyətə qarşı qoyan, hər yerdə mən-mən deyən cahil bir xudpəsənddir. İ.Əfəndiyev. mənsəb I. is. [ər.] Yüksək vəzifə, böyük məqam; ümumiyyətlə, vəzifə. Kasıbın toyuna seçilmiş, imtiyazlı, mənsəb, sərvət sahibləri çağırılmazdı. H.Sarabski. [Səməd] mənsəb nərdivanı ilə yuxarı dırmaşmaqda davam etdi. B.Talıblı.\n\nII. is. [ər.] coğr. Çayın dənizə, gölə və ya başqa çaya töküldüyü yer; ağız, qovşaq (mənbə əksi). Çayın mənsəbi. mənsəbpərəst [ər. mənsəb və fars. ...pərəst] bax. vəzifəpərəst. Mənsəbpərəst adam. mənsəbpərəstlik bax. vəzifəpərəstlik. mənsub sif. [ər.] Nisbəti və mənsubiyyəti olan, əlaqəsi olan, aidiyyəti olan. [Keşikçilərin] içində yapıncılı ləzgi və qumuq, Cavanşir elinə mənsub sallaqbığlı .. atıcılar var idi. Çəmənzəminli. Zeynal öz yaramazlıqlarını doğrultmaq üçün mühitlərini ləkələndirməyə çalışan bir qrup adamlara mənsub idi. S.Hüseyn. • Mənsub olmaq – bir şəxsə və ya bir şeyə nisbəti olmaq, aid olmaq, aidiyyəti olmaq. [Sədr:] Müttəhim Baxşının qiyamçılar təşkilatlarına mənsub olması haqqında sizin əlinizdə başqa bir sübut varmı? C.Cabbarlı. Maşının üstündə milis idarəsinə mənsub olduğunu bildirən heç bir nişanə yox idi. H.Seyidbəyli. mənsubiyyət is. [ər.] Mənsub olma, aid olma; aidiyyət, təəllüq. mənsur sif. [ər.] Nəsrlə yazılmış (mənzum əksi). Ordubadinin mənsur əsərləri. • Mənsur şeir – nəsr şəklində yazılmış kiçik lirik əsər. mənsuriyyə is. [ər.] mus. Azərbaycan klassik muğamlarından birinin adı. Mənsuriyyə yeni melodiya bəstələnməsini yox, mayeyi-çargahın bir oktava yuxarı köçürülməsini tələb edir. Ü.Hacıbəyov. mənşə is. ər.\n1. Bir şeyin çıxdığı, nəşət etdiyi, törədiyi yer. // Meydana gəlmə, zahir olma, əmələ gəlmə; törəmə, nəşət, əsil. Dilin mənşəyi. Həyatın mənşəyi. Neftin mənşəyi.\n2. Sayca, əsilcə, milliyyətcə, sinifcə və s. cəhətcə mənsubiyyət. Qaraqoyunluların mənşəyi. Azərbaycanlıların mənşəyi. mənşəcə zərf Mənşəyinə görə, mənşə etibarilə, törənişinə görə. Mənşəcə azərbaycanlıdır. mənşəli sif. Müəyyən mənşəyi olan, bu və ya başqa mənşəyə mənsub olan, hər hansı bir mənşədən törəyən. Bitki mənşəli dərman. Hibrid mənşəli heyvan. məntəqə is. [ər.]\n1. Hər hansı bir məqsəd üçün istifadə olunan müəyyən əlamətlərə malik yer. Strateji məntəqə. Müşahidə məntəqəsi. Komanda məntəqəsi. Məskun məntəqə (əhali yaşayan hər bir yer – kənd, qəsəbə və s.). // Hər hansı bir iş, əməliyyat və s. üçün uyğunlaşdırılmış bina, yer. Qəbul məntəqəsi. Alıcı məntəqəsi. – Göyçək .. səhiyyə məntəqəsində işləyir. Ə.Əbülhəsən. Seçki məntəqəsi gözəl bəzənmiş; Bir yaraşıq verir bizim məhləyə. O.Sarıvəlli.\n2. bax. qurşaq 4-cü mənada. məntiq is. [ər.]\n1. Təfəkkürün qanun və formaları haqqında elm. Dialektik məntiq. Formal məntiq.\n2. Fikrin, əqli nəticənin düzgünlüyü, ağlabatanlığı. Məntiqə zidd fikir. – Şərifzadə Zeynala heç bir haqq vermək istəməyirdi. Onun məntiqindən bir şey başa düşmədiyini söyləyirdi. S.Hüseyn.\n3. Daxili qanunauyğunluq. Hadisələrin məntiqi. məntiqcə zərf Məntiqə, məntiq qanunlarına görə. Məntiqcə düzdür. məntiqçi bax. məntiqşünas. məntiqi sif. [ər.]\n1. Məntiq qanunlarına uyğun, məntiq qanunlarına əsaslanan. Məntiqi sübut. Məntiqi ardıcıllıq. – Mirzə Qədir məntiqi cavab verməkdən çəkinər. S.Hüseyn. // Məntiq qanunlarına əsasən müəyyənləşdirilən, meydana çıxarılan. Məntiqi ziddiyyət. Məntiqi səhv.\n2. Bir şeyin öz xasiyyətindən, daxili qanunlarından doğan, törəyən, çıxan; zəruri, qanunauyğun. Məntiqi nəticə. Hadisələr arasında məntiqi əlaqə. ‣ Məntiqi vurğu – cümlədə mənaca əsas sözün yüksələn intonasiya ilə tələffüz edilməsi. məntiqilik is. Məntiq qanunlarına uyğunluq, məntiq qaydalarına əsaslanma; məntiqlilik. Nəticələrin məntiqiliyi. məntiqli sif. Məntiq qanunlarına uyğun, məntiqi; danışığında məntiq olan. Məntiqli (z.) danışmaq. məntiqlilik is. Məntiq qanunlarına uyğun olma; məntiqilik. Dəlillərin məntiqliliyi. məntiqsiz sif. və zərf Məntiqdən məhrum, məntiqlə düz gəlməyən, məntiqə zidd olan; ziddiyyətli, ardıcıl olmayan. Məntiqsiz danışıq. – İnsaf dərnəkdə dediklərini bir az məntiqsiz halda anasına izah etdi. Mir Cəlal. Meracın danışığının məntiqsiz, mündəricəsiz olacağını düşünən Bəhram indi onun danışığını dinləməyi qət etdi. Ə.Vəliyev. məntiqsizlik is. Məntiqdən məhrumluq, məntiqlə uyuşmama, məntiqə zidd olma; qeyri-məntiqilik. Danışığın məntiqsizliyi. – Sözlərindəki məntiqsizlik, fikirlərindəki ziddiyyət, hərəkətlərindəki hoqqabazlıq haqqında olan fikrimi tamamilə dəyişdirmişdi. A.Şaiq. [Mirzağa] atasının hər sözündə və söhbətində bir məntiqsizlik görürdü. S.Hüseyn. məntiqşünas is. [ər. məntiq və fars. ...şünas] Məntiq elmi ilə məşğul olan alim, məntiq mütəxəssisi; məntiqçi. məntiqşünaslıq is. Məntiq elmi ilə məşğul olma, məntiqşünasın ixtisası. mənzərə is. [ər.]\n1. Bir yerin uzaqlara qədər gedən ümumi görünüşü, gözün qavraya bildiyi yerin, sahənin, təbiətin görünüşü; axar-baxar. Dağ mənzərəsi. Meşə mənzərəsi. – Mənzərələr tez-tez dəyişirdi: gah göy ot və çəmən, gah yaşıl təpələr və dağlar, gah qaranlıq meşələr və dərələr.. S.S.Axundov. Furqon Ağsudan ötüb çaya yaxınlaşanda ayrı bir mənzərə müşahidə olundu. Mir Cəlal.\n2. Təbiəti əks etdirən şəkil, rəsm. Təbiət mənzərələri. – [Lətifə:] Sizin dağlardan çəkib gətirdiyiniz mənzərələr çox gözəldir! M.Hüseyn. // Bədii əsərlərdə təbiətin təsviri. Nizaminin əsərlərində mənzərələr.\n3. məc. Konkret şəkildə təsəvvür olunan, göz qabağına gətirilə bilən şey, hadisə və s. Keçmişin mənzərələri. Yürüş mənzərələri. Axşam mənzərəsi. – Tacirlərin və əsnafın abı, yaşıl, qara çuxaları qəribə bir mənzərə təşkil edirdi. Çəmənzəminli. Kosa qapının açar yerindən bu mənzərəni görürdü. S.Rəhimov. mənzərəçi is. Mənzərə şəkilləri çəkən (rəssam). Mənzərəçi rəssam. mənzərəli sif. Gözəl mənzərəsi olan; axar-baxarlı. Mənzərəli dərə. Mənzərəli təbiət. Mənzərəli çəmən. – [Murad] yüksək bir yerdə oturdu. Burası mənzərəli bir yer idi. S.Hüseyn. mənzil is. [ər.]\n1. Yaşayış evinin adətən bir neçə otaqdan, mətbəxdən və s.-dən ibarət olan hissəsi. Təzə mənzilə köçmək. Üçotaqlı mənzil. – [Tahir] ikiotaqlı mənzilində cəmisi bir həftə qalmışdı. M.Hüseyn. // Ümumiyyətlə, ev, birinin yaşadığı yer, otaq, məskən. Mənzili qaydaya salmaq. – Əhvalatı başdan deyim: – Məşədi Həsənlə .. gəldik mənim mənzilimə. Ə.Haqverdiyev. Mirzə Cəmilin mənzilində bəzən səhərə kimi çıraq yanırdı. Ə.Vəliyev. • Mənzil etmək – yaşamaq üçün düşmək, bir yerdə qalmaq. Mehmanxanada mənzil etmək. – [Tacir] bir karvansarada mənzil edir. (Nağıl).\n2. Gedilən yolun bölündüyü hissələrdən hər biri; mərhələ. Bir mənzil yol getmək. – İki mənzili bir gündə gedirdilər. M.S.Ordubadi. // Gedilən yer, yolun sonu. Mənzilə çatmaq. – Yetişib mənzilə dayandı qayıq; Söndü yavaş-yavaş motorun səsi. S.Vurğun. [Nizami] .. günbatana mənzilə yetişəcəyini güman edirdi. Ə.Məmmədxanlı. • Mənzil başı – gedilən yer. Mənzil başına çatmaq. // Ümumiyyətlə, yol, məsafə. Bir aylıq mənzili bir gündə kəsər; Köhlən bəsləmişəm görək Qıratım. “Koroğlu”. Cənab uryadnik, Çullu çox uzaq mənzildir. S.Rəhimov. Mənzil etmək – yolda istirahət üçün bir yerdə dayanmaq, düşmək. Köç mənzil eləyib, heyvanları düzə buraxmışdı. Ə.Haqverdiyev. Edərdi orada bir gecə mənzil; Anıb o günləri, fikri dolandı. H.K.Sanılı. Mənzil kəsmək – lazım olan yerə çatmaq, yolu başa çatdırmaq, qət etmək. Arpa yemiş at mənzil kəsər. (Ata. sözü). Yedəyi köhlən atlı çapar mənzil kəsib, özünü Hatəm xanın malikanəsinə çatdırdı. S.Rəhimov.\n3. Körpü kimi tikililərdə, qurğularda qonşu dayaqlar arasındakı məsafə, ara.\n4. Güllənin, mərminin gedib hədəfi vura biləcəyi məsafə. mənzilbəmənzil zərf Bir mənzildən o biri mənzilə qədər; yol gedərkən arada mənzil edə-edə. İlyas bir aylıq yolu on günə gedib, mənzilbəmənzil gəlib çatdı Məstana. (Nağıl). mənzilgah is. [ər. mənzil və fars. ...gah] klas. Yaşayış yeri; mənzil. Nə bilsin bəhr halın ol ki, mənzilgahı sahildir. Füzuli. mənzilli sif.\n1. Saylarla işlənərək binanın neçə mənzildən ibarət olduğunu bildirir. 50 mənzilli bina.\n2. Eyni mənada körpü haqqında. Üç mənzilli körpü.\n3. Uzaqvuran, kəsərli (tüfəng haqqında). Yaman mənzilli tüfəngdir. mənzil-mənzil bax. mənzilbəmənzil. mənzilsiz sif. Mənzili olmayan, yaşayış yeri, evi olmayan. Mənzilsiz adam. mənzilsizlik is. Mənzilsiz adamın halı və vəziyyəti. Mənzilsizlikdən əziyyət çəkmək. mənzum sif. [ər.] Nəzmə çəkilmiş, nəzmlə (şeirlə) yazılmış (mənsur əksi). Mənzum hekayə. – Teymur Mirzənin xahişinə görə Mirzə Əliqulu da öz mənzum əsərlərindən bir neçəsini oxudu. C.Məmmədquluzadə. mənzumə is. [ər.] Mənzum hekayə, dastan, poema. [Səttar] .. Sonanın şirin dili ilə mənzumənin .. birinci beytini oxudu və dişsiz ağzı ilə güldü. Ə.Əbülhəsən. mənzur is. [ər.] klas. Nəzərdə tutulan, arzu edilən şey; məqsəd, niyyət. Buna nə düşübdür ki, yalan danışsın və yalan danışmaqdan onun mənzuru nə ola bilər? Ə.Haqverdiyev. • Mənzur olmaq klas. – birinin diqqətinə, hüsn-rəğbətinə, təvəccöhünə nail olmaq. Bir kimsəyə xurşidi-camalın ola mənzur; Mehri-fələkə meyil qılıb ayə baxarmı? Q.Zakir. məram is. [ər.] İstək, arzu, dilək, tələb. Məramı həyata keçmək. // Məqsəd, niyyət, qəsd. Məramına çatmaq. – [Molla Həmid:] Hələ buyurun görək zəhmət çəkmənizdən qərəz məhz o cənabın ziyarətidir, ya başqa məramınız var? M.F.Axundzadə. Özgə bir məram ilə mən buraya gəlmişəm. Ə.Haqverdiyev. Noğul xanımın məramı bu idi ki, sözləri eşitdikdə Nadirin onlara rəhmi gəlsin. B.Talıblı. məramnamə is. [ər. məram və fars. ...namə] Siyasi partiyanın, dövlət hakimiyyəti mərkəzi orqanının, ictimai təşkilatın, ya da dövlət və ictimai xadimin qarşısına qoyduğu məqsəd və vəzifələrini bəyan edən sənəd; proqram. İndi görək bu firqənin məramnaməsi nədir? C.Məmmədquluzadə. Azərbaycan demokrat firqəsinin .. Təbrizdə çağırılmış birinci qurultayı firqənin məramnamə və nizamnaməsini təsdiq etdi. M.İbrahimov. // köhn. Teatr, tamaşa, konsert proqramı. mərasim is. [ər. “rəsm” söz. cəmi] Qəbul və ya müəyyən olunmuş qayda və üsullarla icra edilən təntənə, ya başqa adət, ənənə. Bayram mərasimi. Nişan mərasimi. – Əqdnikah mərasimi olduqca təntənəli keçdi.. Çəmənzəminli. Aslan bütün gecəni yatmayıb dəfn mərasiminin vaxtını və yerini fəhlə yoldaşlarına xəbər verəndən sonra məscidə yola düşdü. M.Hüseyn. Hər şey ürəkaçıcı idi, sanki bütün kənddə bayram, toy mərasimi vardı. S.Vəliyev. mərbut sif. və zərf [ər.] köhn. Bağlı, rabitəli, əlaqəli, əlaqədar. [Oqtay:] Daha zəif bir rus aktrisası bir Tatyananı daha az zəhmətlə, daha gözəl oynaya bilər. Çünki ruhu haman mühit ilə mərbutdur. C.Cabbarlı. mərc is. Bir şey üstündə mübahisə edən iki nəfər arasında bağlanan və uduzan tərəfin yerinə yetirməli olduğu bir şeyi nəzərdə tutan şərt. [Dəli Həsən:] Axırda ki, heç olmasa, bircə dəfə mərci biz apardıq. “Koroğlu”. • Mərc etmək (bağlamaq, tutmaq) – bir şərt bağlamaq. Çox vaxt nökərlər .. mərc edər və pəncərəni nişan alardılar. Çəmənzəminli. ..Əl-ələ verib mərc tutanların qolu boşalmışdı. B.Bayramov. mərcan is. [ər.]\n1. zool. Dənizin dibində qayalara yapışaraq dəstələr şəklində hərəkətsiz yaşayan dəniz heyvanı. Süngər, polip, mərcan və sair bu kimi heyvanlar bir yerə yapışaraq yaşayır. M.Qasımov. Mərcanlar Yer kürəsinin ən qədim heyvanlarıdır. “Sualtı aləm”.\n2. Daşlaşmış halda olan həmin heyvanın bəzi növlərinin işləndikdən sonra bəzək şeyləri qayırmaq üçün istifadə edilən al-qırmızı, çəhrayı və ya ağ rəngli əhəng çöküntüsü. // Həmin daşdan hazırlanan bəzək şeyi. Mərcan taxmaq. Mərcanı sapa düzmək. – Ələsgər qurbandı, a boyu minə! İncidən, mərcandan düzüb köksünə. Aşıq Ələsgər. İncini mərcandan seçən göz gərək; Həyata baxasan gözlüksüz gərək. B.Vahabzadə. // məc. Obrazlı təşbehlərdə al-qırmızı mənasında. Yüz lalə yanaqlı, ləbləri mərcan; Könül dönməz səndən kimsəyə, Pəri! M.P.Vaqif. mərcanı 1. bax. quşüzümü.\n2. sif. Qırmızı rəngli; qırmızı. Hamamın qapısından qırmızı mərcanı fitə asardılar ki, yoldan ötən və şeypur səsi eşitməyən kişilər hamamın zənənə olduğunu bilsinlər. H.Sarabski. mərcanqulu is. Bəzi onurğasız heyvanların əsasən qıvrım və ya oval laylı qutucuq şəklində olan qoruyucu bərk qabığı. mərcanotu is. bot. Əsasən meşələrdə bitən, tərkibində aşı maddəsi olan ot-bitki. Dərmanbalotu, mərcanotu .. meşələrdə bitir. Tərkibində acı maddə və aşı maddəsi vardır. M.Qasımov. mərcanvari sif. Mərcana bənzər, mərcana oxşar, mərcan kimi. mərcək is. Qulağın aşağı ətli hissəsi. mərci is.\n1. bot. Paxlalılar fəsiləsindən dənli bitki.\n2. Həmin bitkinin xörəkdə işlədilən toxumu. Şorbaya mərci tökmək. mərciçilov is. Mərci ilə bişirilən çilov. mərcili sif. Tərkibində mərci olan, mərci tökülmüş, mərci ilə bişirilmiş. Mərcili plov. Mərcili xörək. mərcimək bax. mərci. Mərci və ya mərcimək .. növünün toxumundan yeyinti məhsulu kimi istifadə edilir və ya yem olaraq heyvanlara verilir. M.Qasımov. mərciməkli bax. mərcili. Mərciməkli şorba. mərciplov is. Mərci ilə bişirilən plov növü. Mərciplov bişirmək. mərcləşmə “Mərcləşmək”dən f.is. mərcləşmək f. Mərc çəkmək, mərc gəlmək, mərc tutmaq, çəkişmək. Qızlar mərcləşdilər. mərd is. [fars.]\n1. Kişi. Çarpışmaq üçün lazım ikən mərdə cəsarət; Bilməm neçin olmuş sana qalib əsəbiyyət. H.Cavid. Üç nəfər mərd sahibi-iyman; Üçü bir yerdə etdilər peyman. Ə.Qəmküsar.\n2. məc. Sözündə, əhdində möhkəm olan adam; vəfalı, etibarlı; alicənab. Mərdlər ilən gəz ki, vəfadar olur; Nakəslərə yoldaş olan xar olur. M.V.Vidadi. Koroğlu əyilməz yağıya, yada; Mərdin əskik olmaz başından qada. “Koroğlu”. // Sif. mənasında. [Uluq bəy:] Çeşmədən durusan, şəfəqdən oynaq; Belə mərd qızlarla gülər hər ocaq. A.Şaiq.\n3. İgid, qəhrəman, cəsur, qorxmaz adam. Bir badə zəhəri o mərd içərək; Dedi: – Azadlıq çal! – bir kamandara. S.Vurğun. // Sif. mənasında. Bu insan selinin qarşısında tək; Dayandı Qafqazın mərd oğulları. S.Vurğun. Yüksəlsin qoy səsi mərd insanların; Azadlıq hər yerdə qələbə çalsın! N.Rəfibəyli. mərdanə zərf və sif. [fars.]\n1. İgidcəsinə, qəhrəmancasına, qorxmadan. Mərdanə vuruşmaq.\n2. Mərdcəsinə, açıqcasına. Mərdanə danışmaq. – Başımı top edib yenə meydanə girmişəm; Meydanə girməyə yenə mərdanə ər gərək. Nəsimi.\n3. Kişiyə xas olan, kişiyə məxsus, kişi üçün olan. Mərdanə paltar. – Bir gün, cümə günü bir cüt mərdanə corab bazardan alıb, oğlunu yanına salıb getdi Mirzə Nəsibin evinə. Ə.Haqverdiyev. Hətəmxanın çiynində göy mahud çuxa, .. ayağında iri nallı mərdanə başmaq var idi. S.Rəhimov. // məc. Kişi kimi, kişi tərzində. Qızın sifətindəki mərdanə gözəllik, .. sərrastlığı, danışığındakı cazibə [Səlimin] gözündən qaçmamışdı. B.Bayramov. mərdanəlik 1. is. Mərdlik, kişilik, alicənablıq; igidlik. Onların səxavət və mərdanəliyi məni çoxdan bəri özlərinin məddahı etmişdir. M.S.Ordubadi.\n2. Mərdanəliklə şəklinlə zərf – mərdcəsinə, mərd kimi, kişi kimi, qoçaqcasına. Mərdanəliklə vuruşmaq. – [Musa:] Kişi gərək hər müsibətə mərdanəliklə davam eləyə. Ə.Haqverdiyev. mərdimazar sif. və is. [fars. mərdümazar] Danışığı və ya hərəkəti ilə başqasına zərər vuran, ziyan yetirən, pislik, yamanlıq edən. Mərdimazar adam. // Söyüş məqamında. [Soltan bəy:] Mərdimazar oğlu mərdimazar hayandan gəldisə, bütün işi korladı, planımı dağıtdı. Ü.Hacıbəyov. [Allahqulu:] Nə eləyəsən ki, yolu mərdimazar ləzgi qaçaqları kəsdilər. Çəmənzəminli. [Cavanlardan biri:] Mərdimazarın ölüsü də, dirisi də mərdimazardır. B.Bayramov. mərdimazarlıq is. Başqasına ziyan vurma, zərər yetirmə, pislik eləmə; pislik, yamanlıq. Mərdimazarlıq yaman işdir; Belə qalmaqdan ölməyin xoşdur. S.Ə.Şirvani. Söz yox ki, qonşuluqda bir belə mərdimazarlıq əmioğluna yaraşan şey deyildir. C.Məmmədquluzadə. • Mərdimazarlıq etmək (eləmək) – pislik etmək, ziyan yetirmək, zərər vurmaq. [Zeynal:] Dövlətlilərdən mərdimazarlıq eləyəni-zadı olar birdən! Ə.Əbülhəsən. mərdimgiriz sif. [fars.] Adama yovuşmayan, adamdan qaçan, adam sevməyən. Mərdimgiriz adam. – [Rüstəm bəy:] [Həsən] bir qədər mərdimgirizdir, çox oxuyub, deyən, bir qədər başı xarab olubdur. Ü.Hacıbəyov. [Şeyx Sənan:] Nə var mərdimgiriz olmaqda, bilməm; Nolur olsan bizə həmrah, həmdəm? H.Cavid. mərdimgirizlik is. Adamdan qaçma, adama yovuşmamazlıq, adam sevməməzlik. mərdlik is.\n1. Sözündə, işində etibarlı, vəfalı olma; sədaqət, vəfa, etibarlılıq, kişilik, alicənablıq. [Firəngiz Muxtara:] ..Mərdlik, qeyrət və sədaqət sıldırımlardan da atılsa, ölməzdir, əbədidir! B.Bayramov.\n2. İgidlik, qəhrəmanlıq, şücaət. Döyüşçülərimizin mərdliyi. – Koroğlu mərdliyi qala dünyada; İgid gərək başda sevda qaynada. “Koroğlu”. Yalnız adın igid deyil; Mərdlik, hünər özü səndə! N.Rəfibəyli. mərd-mərdanə (=mərdü mərdanə) bax. mərdanə 1 və 2-ci mənalarda. Mərdmərdanə vuruşmaq. Mərd-mərdanə döyüş meydanına atılmaq. – Başlar kəsdi, qollar qırdı, mərd-mərdanə dava elədi. “Koroğlu”. Kərəm çəkər cəfa mərdü mərdanə; Bivəfa əlindən gəlmişəm cana. “Əsli və Kərəm”. // Açıqcasına, heç bir şeydən çəkinməyərək, kişi kimi. Mərd-mərdanə sözü üzünə açıq demək. mərdü mərdanə (=mərd-mərdanə) bax. mərdanə 1 və 2-ci mənalarda. Mərdmərdanə vuruşmaq. Mərd-mərdanə döyüş meydanına atılmaq. – Başlar kəsdi, qollar qırdı, mərd-mərdanə dava elədi. “Koroğlu”. Kərəm çəkər cəfa mərdü mərdanə; Bivəfa əlindən gəlmişəm cana. “Əsli və Kərəm”. // Açıqcasına, heç bir şeydən çəkinməyərək, kişi kimi. Mərd-mərdanə sözü üzünə açıq demək. mərə is. Mərə-mərə oyunu üçün qazılan çuxur, oyuq. Qozu mərəyə atmaq. Daş mərəyə düşdü. // Ümumiyyətlə, çuxur yer, dərə. Birinci mərədən sağ-salamat çıxıb gəlir. Ə.Əbülhəsən. mərək is.\n1. Saman, alaf və başqa heyvan yemlərini yığmaq üçün örtülü yer; anbar, samanlıq. Mərəkdən yonca götürmək. – ..İtələnən saman çox asanlıqla mərəyin üst bacalarından içəriyə tökülürdü. S.Rəhimov. Atın arpası çuvallardadır, mərəyin açarı da un xaralının üstündə. Ə.Vəliyev.\n2. “Talvar, çardaq” mənasında. Çox isti havalarda heyvanlar otlaqlardakı düşərgələrdə yüngül mərəklərin altında, yaxud kölgəli yerlərdə saxlanmalıdır. A.Ağabəyli. mərəkə is. [ər.]\n1. Səs-küy, qışqırıqbağırıq, qalmaqal, hay-küy, qovğa, qiyamət. Mərəkə qopmaq. – Otağa böyük mərəkə düşür, qızlar başlayırlar ağlamağa. C.Məmmədquluzadə. Vay o gündən ki, bir arvad iş görəndə döşlük taxmaya, Gülsabah bunun üstündə yekə bir mərəkə düzəldir. Ə.Vəliyev. // Dava-dalaş, qovğa, həngamə. Mərəkədə başda duran; Meydanda igidlər yoran. “Koroğlu”. Ona binaən Yusif şahın həvaxahları şikəst tapıb hər kəs bir növ ilə başın mərəkədən qıraq çəkdi, canın qurtardı. M.F.Axundzadə. Harada arvad davası görsəm, hər halda lap vacib işimi qoyub gərək bu mərəkə və qovğanın axırına çatam. Qantəmir.\n2. Məclis, yığıncaq. [Ruqiyyə:] ..Mərəkə yığıldı, bu da Aşıq Qəribdən, Koroğludan, Kərəm ilə Əslidən danışıb türkü söylədi. A.Divanbəyoğlu. Nə kəndliləri lağa qoyan baqqallar, nə dərviş mərəkəsi var. Mir Cəlal. mərəköçdüm bax. mərə-mərə. [Gülüqız:] Gəl oturaq, sənə iki təzə oyun öyrədim. Birinin adı mərəköçdümdür. Ə.Vəliyev. mərə-mərə is. Qoz, fındıq, daş və s.-ni mərəyə salmaqdan ibarət uşaq oyunu. Mərəmərə oynamaq. mərəndi is. Azərbaycanda qiymətli süfrə üzümü. mərəz is. [ər.]\n1. Xəstəlik, naxoşluq, azar. Hər mərəz çarəsini eyləmək asandır, təbib! Mərəzi-eşqə nə tədbir, nə dərmanın var? M.Ə.Sabir. [Gülbadamın] uşaqlıqdan çiçək mərəzinə mübtəla olmağı üzündən məlum edirdi. N.Nərimanov.\n2. məc. “Adət, vərdiş” mənasında. Deyinmək onun mərəzidir. – Mətləb Mozalan kəndinin sümüyündə olan bu mərəz üstündədir. S.Rəhimov. Bağır Cabbarzadə ilə zarafat eləmək bir mərəz idi və bu mərəz Cəfərə də sirayət eləmişdi. S.Rəhman.\n3. Altıaylıq tazı. Tazı altı ayda mərəz olardı, yəni tazılıq həddinə çatardı. H.Sarabski. mərəzli sif. Mərəzi, xəstəliyi, azarı olan. mərgmüş is. [fars.] Bir çox mineralların tərkibində olan zəhərli bərk maddə – kimyəvi element. // Həmin maddədən alınan preparat (tibb və texnikada işlənir). mərgmüşlü sif. Tərkibində mərgmüş olan. Mərgmüşlü kolçedan. – ..Culfa şəhərində çıxan mərgmüşlü Darıdağ suyunun .. müalicə əhəmiyyəti vardır. mərhəba nida [ər.] Bəyənmə, tərif bildirir – afərin! barakallah! eşq olsun! əhsən! Eşidənlər kəlamın olsun şad; Söyləsinlər ki, mərhəba, ustad! S.Ə.Şirvani. Dərəcək dadlı meyvələr, yeyəcək; Mənə min dəfə mərhəba deyəcək. A.Səhhət. mərhələ is. [ər.]\n1. Bir şeyin inkişafında keyfiyyətcə öz xüsusiyyətləri olan dövr, moment. İnkişafın yüksək mərhələsi. Müəyyən mərhələ. – Azərbaycan dramaturgiyasının inkişafında C.Məmmədquluzadənin komediyaları xüsusi bir mərhələ təşkil edir. M.İbrahimov. Plantasiyada işin başqa mərhələsi başlanmışdı. H.Seyidbəyli.\n2. köhn. Birgünlük yol, iki mənzil arası.\n3. klas. Yer. Mümkün deyil, Füzuli, cahanda iqamətin; Bihudə sən bu mərhələdə məskən eylədin. Füzuli. Seyid, qayıt bu mərhələdən, kəs ayağını; Axır bu rahimeygədənin bir məalı yox. S.Ə.Şirvani. mərhəm bax. məlhəm. Onunla edin bu dərdə mərhəm. Füzuli. Mərhəm olurdu, sağalırdı yara; Əldə qalırdı yenə can sağbasağ. M.Ə.Sabir. Səqfə dəyən yağışın güclü, ahəngdar və boğuq səsi Salamın əsəblərinə mərhəm kimi xoş idi. Mir Cəlal. mərhəmət is. [ər.] Rəhm, şəfqət, acıma, insaf hissi. [Bəxtiyar:] Sən boş yerə çəkmə zəhmət; Saraydan umma mərhəmət! A.Şaiq. [Bənövşə:] Məndən heç bir mərhəmət gözləmə, Camal! S.Rəhman. • Mərhəmət etmək (eləmək) – rəhm etmək, rəhmi gəlmək, acımaq, yazığı gəlmək, insaf etmək. Danışdıq, barışdıq, mərhəmət eylə; İnciklik araya qatma, hayıfsan! Aşıq Ələsgər. Yabançı əllərdə qalan Mil düzü! Bir kimsə etməmiş sənə mərhəmət. M.Müşfiq. Mərhəmət qılmaq – bax. mərhəmət etmək (eləmək). Tez mərhəmət qılıb bir ehsan eylə; Sevdiyim, üzündən at indi niqab. Aşıq Abbas. ‣ Mərhəmətin(iz) artıq (olsun)! – yaxşılıq müqabilində təşəkkür ifadəsi. [Pərviz xan:] Mərhəmətiniz artıq (olsun)!.. Sayəniz kəm olmasın. M.S.Ordubadi. mərhəmətli sif. Ürəyi nazik, rəhmli, şəfqətli, acıyan, rəhm və şəfqəti çox. Mərhəmətli adam. – [Rüxsarə] axşamdan sübhə qədər .. mərhəmətli əlini xəstənin başına qoymuşdu. S.Rəhimov. mərhəmətlilik is. Mərhəmətli olma; rəhmlilik, şəfqətlilik. mərhəmətsiz sif. Mərhəmət etməyən, rəhmi gəlməyən; insafsız, daşürəkli, rəhmsiz. Mərhəmətsiz adam. mərhəmətsizlik is. Mərhəmətsiz olma; rəhmsizlik, şəfqətsizlik, daşürəklilik, insafsızlıq. mərhum sif. [ər.] Ölmüş, vəfat etmiş, rəhmətə getmiş. [Xudaverdi:] Xeyr, mən soruşuram ki, mərhum atanızın adı nədir? M.F.Axundzadə. [Süleyman:] Mərhum bəzzaz Mürsəli deyirəm ki, gözəl kişilərin birisi idi. Ü.Hacıbəyov. // İs. mənasında. Mərhum yaxşı adam idi. – Qoqolun xidməti rus millətinə o dərəcədə olub ki, mərhumun doğulmağının yüz illiyini Rusiyada kəndlərdə də mujiklər eşidiblər. C.Məmmədquluzadə. [Mahmud bəy:] O mərhum məni çox istəyirdi. N.Vəzirov. • Mərhum olmaq – ölmək, vəfat etmək, rəhmətə getmək. [Soltan bəy:] Mənim də arvadım, budur, beş ildir ki, mərhum olubdur. Ü.Hacıbəyov. Dörd il Cəlil bu dükanda qulluq edəndən sonra bunun anası Zəhra mərhum oldu. İ.Musabəyov. mərifət is. [ər.]\n1. Ədəb, tərbiyə, qanacaq, kamal. Qızın mərifəti. – Qabiliyyətdə, mərifətdə, kamalda; Bu cahanda sənin kimi can olmaz. Aşıq Ələsgər. Paşa bəy pristavı ağıldan kəm, qorxaq saydığı kimi, onun qanacaq və mərifətinə də xor baxırdı. Ə.Vəliyev.\n2. Elm, maarif, mədəniyyət. [Möhtərəm şəxslər kənddə] mərifət çırağını yandırıb, əhalinin gözlərini açıb; mənəvi tərəqqilərinə bais olublar. F.Köçərli. mərifətli sif.\n1. Mərifəti olan; qanacaqlı, tərbiyəli, kamallı, ləyaqətli. Mərifətli qız. Mərifətli uşaq. – Mənim gözəl və mərifətli mələkəm, sizin bu qədər acıqlanmağınızın səbəbi nədir? M.S.Ordubadi. Usta Pirəli, oğlunun mərifətli cavabını bəyənib, istəristəməz yumşaldı. M.Hüseyn.\n2. Oxumuş, təhsilli, mədəni. [Niyaz bəy:] Çünki zəmanəmiz belə zamandır ki, mədəniyyətli və mərifətli qulluq adamları bizim müftəyeyən bəylərdən əfzəldirlər. N.Nərimanov. mərifətlilik is. Mərifət sahibi olma; qanacaqlılıq, ədəblilik, tərbiyəlilik. mərifətsiz sif.\n1. Mərifəti olmayan; qanacaqsız, tərbiyəsiz, ədəbsiz, nəzakətsiz, ləyaqətsiz.\n2. Cahil, elmsiz, mədəniyyətsiz. O bir neçə kərə o tərəf-bu tərəfə getdikdən sonra salondakıları gözdən keçirib dedi: – Alçaqlar! İdraksızlar, mərifətsiz, şüursuz tör-töküntülər!.. M.S.Ordubadi. mərifətsizlik is. Mərifəti olmama; qanacaqsızlıq, ədəbsizlik, nəzakətsizlik, tərbiyəsizlik. [Usta Ağabala] camadarın mərifətsizliyinə etina etməyib, qapının müqabilində olan isti su hovuzuna tərəf rəvan oldu. Çəmənzəminli. məriz is. [ər.] Xəstə, naxoş, azarlı. Dəlilər dəxil düşür; Mərizlər Loğmana gəlir. Aşıq Ələsgər. Bədənin nisfi məriz olsa əgər; Göstərərmi bu bədən fəzlü hünər? M.Hadi. [İskəndər bəy:] Dəli də məriz deyilmi? N.Vəzirov. mərizxana is. [ər. məriz və fars. ...xanə] köhn. Xəstəxana. Kəndlərimizdə .. nə əczaxana, nə mərizxana və nə elmli həkim və cərrah gözə dəymir. F.Köçərli. ..Xərclərə bir az qənaət edib və bir qədər də üstə qoyub bəlkə bir mərizxana, ya bir məktəb açsınlar. C.Məmmədquluzadə. mərizlik is. Xəstəlik, naxoşluq. mərkəz is. [ər.]\n1. fiz. riyaz. Fiqurda hər hansı oxların, xətlərin kəsişdiyi nöqtə, bir cisimdə hər hansı nisbətlərin toplaşdığı nöqtə. Təzyiq mərkəzi. Dairənin mərkəzi. Simmetriya mərkəzi. Ellipsin mərkəzi.\n2. Hər hansı bir şeyin ortası, orta hissəsi. İzdihamın mərkəzi. // Şəhərin, adətən ortasında olan və inzibati binaların, əsas ticarət və bank idarələrinin və s. yerləşdiyi hissəsi. Şəhərin mərkəzi. // Mərkəzi. Qəzənfər .. şəhərin mərkəz küçəsinə yaxınlaşdı. S.Vəliyev.\n3. Hər hansı bir işin, rəhbərliyin, idarənin mərkəzləşdiyi yer. Şükür əvvəllərdə Güləlinin əsgərliyə alınmasını bir yanlışlıq zənn etmişdi. Hətta onun anasının dilindən mərkəzə bir ərz-hal da yazmışdı. S.Hüseyn. [Səriyyə] əvvəlcə [Nuriyyəni] mərkəzdən gəlmiş təhkimçi hesab etdi. İ.Əfəndiyev.\n4. Hər hansı bir yer, ölkə və s. üçün inzibati, sənaye, mədəni və b. cəhətdən əhəmiyyəti olan şəhər, böyük yaşayış məntəqəsi. İnzibati mərkəz. Ticarət mərkəzi. – Sərxan tez-tez qəza mərkəzinə gedib-gəlirdi. M.Hüseyn. Rayon mərkəzindən çıxıb sola burulanda pöhrəliyin ortası ilə dolayı yol uzanır. Ə.Vəliyev.\n5. Hər hansı bir işi idarə edən ali rəhbərlik orqanı (orqanları). Mərkəzin göstərişi. Mərkəzdən alınan direktivlər.\n6. Müəyyən işlə məşğul olan bəzi idarə və ya şöbə adlarının tərkibində işlədilir. Televiziya mərkəzi. Elmi informasiya mərkəzi. Sinoptika mərkəzi.\n7. fiziol. Orqanizmin bu və ya başqa vəzifəsini tənzim edən sinir hüceyrələri qrupu. Hərəkət mərkəzi. Tənəffüs mərkəzi.\n8. Parlamentlərdə: (sağlarla sollar arasında) aralıq partiyalar və qrupların adı. mərkəzçi is. Mərkəzçilik tərəfdarı. mərkəzçilik is. tar. II İnternasional partiyalarında opportunizmin ən maskalanmış və örtülü forması. mərkəzdənqaçan sif. xüs. Hərəkət zamanı mərkəzdən kənarlara yönələn, qaçan (mərkəzəqaçan əksi). Mərkəzdənqaçan qüvvə. // Hərəkəti mərkəzdən kənara yönəldən qüvvə əsasında qurulmuş. Mərkəzdənqaçan nasos. mərkəzəqaçan sif. xüs. Hərəkət zamanı mərkəzə doğru yönələn, qaçan (mərkəzdənqaçan əksi). Mərkəzəqaçan qüvvə. mərkəzi sif. [ər.]\n1. Mərkəzdə, ortada olan. Şəhərin mərkəzi hissəsi. – Səfarətxananın maşınları bizi tozlu yollardan keçirərək mərkəzi küçələri daşla döşənmiş şəhərə gətirir. M.İbrahimov.\n2. Əsas, ümdə sayılan, ən mühüm. Mərkəzi rollarda çıxış etmək. – “Molla Nəsrəddin”in din əleyhinə mübarizəsi bütün feodalpatriarxal və burjua-meşşan həyata qarşı hərtərəfli mübarizənin mərkəzi məsələsi idi. M.İbrahimov.\n3. Rəhbərlik edən; baş. Mərkəzi hakimiyyət orqanı. Həmkarlar ittifaqlarının mərkəzi komitəsi. // Əsas vəzifələri, fəaliyyəti əlaqələndirmə, birləşdirmə vəzifəsini özündə cəmləşdirən. Mərkəzi teleqraf. Mərkəzi seçki komissiyası. mərkəziyyət is. [ər.] Yerli təşkilatların (orqanların) mərkəzi hakimiyyət orqanına, mərkəzə tabeliyindən ibarət idarə və ya təşkilat sistemi. mərkəziyyətçi is. Mərkəziyyət tərəfdarı. mərkəzlənmə “Mərkəzləmək”dən f.is. mərkəzləmək f. Bir ümumi ox ətrafında hər hansı cismin mərkəzi müəyyənləşmək, mərkəzə uyğunlaşmaq. mərkəzləmə “Mərkəzlənmək”dən f.is. mərkəzlənmək f. Bir mərkəz ətrafında toplanmaq, bir mərkəzə yığılmaq, cəmlənmək, cəmləşmək. mərkəzləşdirilmə “Mərkəzləşdirilmək”dən f.is. mərkəzləşdirilmək məch. Bir mərkəz ətrafında toplaşdırılmaq, bir mərkəzdə cəmləşdirilmək. Şagirdlərin diqqətləri proqram materialları üzrə aldıqları biliklər ətrafında mərkəzləşdirilməlidir. (Qəzetlərdən). mərkəzləşdirmə “Mərkəzləşdirmək”dən f.is. mərkəzləşdirmək f. Bir mərkəzə bağlamaq; bir mərkəzə tabe etmək, bir mərkəzdə cəmləşdirmək, birləşdirmək, toplamaq. mərkəzləşmə “Mərkəzləşmək”dən f.is. mərkəzləşmək f. Bir mərkəzə yığılmaq, bir mərkəzdə cəmləşmək, birləşmək, toplanmaq. mərmər is. [lat.]\n1. Heykəltəraşlıqda və memarlıqda işlənən müxtəlif rəngli kristallik dağ süxuru – kirəc daş. Ağ mərmər. Qara mərmər.\n2. Sif. mənasında. Mərmərdən düzəldilmiş, üzərinə mərmər çəkilmiş. Mərmər heykəl. Mərmər pilləkən. Mərmər divar. – Binanın dörd tərəfi mərmər balkondan ibarət idi. M.S.Ordubadi.\n3. Sif. mənasında. Mərmər kimi ağ, hamar, parlaq. Mərmər üz. Mərmər bədən. – Əziziyəm bağ sinə; Səyyad keçər, dağ sinə; Baxdım, huşum apardı; Mərmər buxaq, ağ sinə. (Bayatı). İsti olmağına görə qız ağ mərmər döşünü açmışdı və hərdənbir ətrafına baxıb guya ləzzət aparırdı. N.Nərimanov. ‣ Mərmər xul zool. – yeyilən xul balığı növlərindən biri. Mərmər xul – başının qalınlığı hündürlüyündən azdır. Çənələri eyni uzunluqdadır. Alnının eni gözünün diametrindən azdır. Y.Əbdürrəhmanov. mərmərik is. bot. Yabanı gilənar. [Məhərrəm əmi:] Qoşuldu bəzi avaralara, gah Cövüzlükdə gizlənpaç oynadı, gah Mırığın güneylərindən mərmərik dərməyə getdi. Ə.Vəliyev. mərmi is. [ər.] Top kimi silahların gülləsi. Birdən top mərmisi partladı, qara torpağı göyə sovurdu. M.Hüseyn. Göyü xəncər kimi mərmilər yarır. M.Rahim. Düşmənin mərmiləri sovurur göyə qarı. Ə.Cəmil. mərovca is. bot. Yarpaqları topaşəkilli yeməli yabanı ot bitkisi. Ballı, bacısı oğlu ilə birlikdə kəndin üst tərəfindəki güneylərə gedər, .. mərovca yığardı. Ə.Vəliyev. Yusifin .. mal otardığı yaz vaxtı kolların dibindən mərovca, quluncar .. dərdiyi yadına düşdü. B.Bayramov. mərsin is. bot. Gözəl iyli yarpaqları olan həmişəyaşıl ağac. Qara mərsin. mərsiyə is. [ər.] Ölmüş bir adamın yaxşı sifətlərini vəsf edən və əsasən yas yerlərində oxunan şeir növü. Gər kəmalın var isə; Qumru kimi mərsiyə yaz. S.Ə.Şirvani. Bildir bizim kətdə o taydan [gəlmiş] bir molla mərsiyə oxuyurdu. C.Məmmədquluzadə. mərsiyəxan is. [ər. mərsiyə və fars. ...xan] köhn. Mərsiyə oxuyan adam. Mərsiyəxan Kərbəla vaqiəsindən danışmağa, yalanlarla camaatı aldatmağa çalışırdı. H.Sarabski. Uzun qış gecəsi, sizdən naxoş, plovu yemişdik, ocaq, samovar, mərsiyəxan – hər şey və hamı dəmdə idi. Qantəmir. mərsiyəxanlıq is. köhn. Mərsiyəxanlıq işi, peşəsi. Axund Fərzəlinin peşəsi mərsiyəxanlıqdır. C.Məmmədquluzadə. [Fərəc:] Nə üçün keçib Arazın o tayında mərsiyəxanlıq etməyim? Qantəmir. mərtəbə is. [ər.]\n1. Evin üst-üstə tikilmiş qatlarının hər biri; qat. Evin üst mərtəbəsi. 5-ci mərtəbə.\n2. Bir səviyyədə, üfüqi vəziyyətdə yerləşmiş şeylər sırası.\n3. məc. Rütbə, mənsəb, vəzifə, məqam, dərəcə. Mərtəbəyə çatmaq. – Vali və onun müavini isə özlərinə mərtəbə qazanmaq məqsədilə yüzlərcə təqsirsiz adamın siyahısını ingilis və çar konsulxanalarına verirdilər. M.S.Ordubadi. Onlar dövlətin qayğısı və öz istedadları, əməkləri sayəsində bu mərtəbəyə çatıblar. Mir Cəlal.\n4. Miqdar, qədər, dərəcə. • Bir mərtəbədə – o dərəcədə, o qədər. Amma keyfiyyət bir mərtəbədə qərib idi ki, Yusif Sərrac onun doğru olmağına etibar edə bilmirdi. M.F.Axundzadə. [Məhəmməd ağa:] Nadanlıq gözlərini bir mərtəbədə kor edibdir ki, namümkündür, söz, nəsihət ilə bunlara bir şey qandırasan. N.Nərimanov.\n5. klas. Dəfə, kərrə. İki mərtəbə getmək. – Ala gözlər nərgisi-məstanə tək şəhlalanır; Elə ki, süzgünləşir, yüz mərtəbə zibalanır. M.P.Vaqif. Həzar mərtəbə şirindi noğlu şəkkərdən. S.Ə.Şirvani. mərtəbəarası sif. Mərtəbələrin arasında olan, iki mərtəbənin arasında yerləşən. mərtəbəcik bax. etajer(ka). Gülyanaq protokola qol çəkib .. evin sağ küncündəki mərtəbəciyin üstünə qoydu. Ə.Vəliyev. mərtəbəli sif. Rəqəmlərdən sonra gələrək evin, binanın və s.-nin neçə mərtəbədən ibarət olmasını bildirir. Bakıda 15-20 mərtəbəli binalar tikilir. – 4-5 mərtəbəli evlər uçulub dağılmışdır. M.İbrahimov. mərtəbə-mərtəbə zərf Bir mərtəbədən o biri mərtəbəyə, mərtəbədənmərtəbəyə. Mərtəbə-mərtəbə yuxarı qalxmaq. – Onun gövdəsinə sarılmış borular və mərtəbə-mərtəbə hərlənən dar dəmir pilləkənlər arasındakı kranlar diqqəti cəlb edirdi. H.Seyidbəyli. mərtəbəyarım sif. Altında zirzəmisi olan; zirzəminin üstündə tikilmiş (ev, bina). Mərtəbəyarım bina. məruf sif. [ər.] klas.\n1. Məlum, hər kəsin bildiyi, bilinən. Elm afəti-can olduğu məşhuri-cahandır; Mərufi-zamandır. M.Ə.Sabir.\n2. Şöhrətli, tanınmış, məşhur. [Sitarənin] mərhum atası Bakının məruf və tanınmış bir dövlətlisi idi. S.Hüseyn. ..Məruf bir zat Azərbaycana gəldi, qeyri-rəsmi bir irtibat yaratdı. M.İbrahimov. • Məruf olmaq – məşhur olmaq, tanınmaq, adı çıxmaq. O zaman .. [azərbaycanlılardan] rusca bilən az olduğu üçün Mirzə Səməd xalq arasında məruf olmuşdu. Çəmənzəminli. məruz sif. [ər.]\n1. Bir şeyə düçar olan, ona qarşı müqavimət edə bilməyən, bir şeyə qarşı qoruyucusu olmayan. Təhqirlərə məruz. Hücuma məruz. Xəstəliyə məruz.\n2. Əsasən “qalmaq”, bəzən də “olmaq” feillərilə – tutulmaq, düçar olmaq, uğramaq, düşmək. Təhlükəyə məruz qalmaq. İstilaya məruz qalmaq. – ..Gənc şair bir ani külək hücumuna məruz qalmış cavan bir ağac kimi yerində səndələdi. Ə.Məmmədxanlı. [Aydın:] Əvvəli budur ki, həmin xəstəliyə məruz olan yalnız Gülpəri deyil.. H.Seyidbəyli. məruzə is. [ər.] Bir mövzu haqqında irəlicədən hazırlanıb söylənilən nitq. Hesabat məruzəsi. Məruzə ətrafında çıxışlar. Elmi məruzə. – Ənisə, titrəyən əllərilə qarşısındakı kağızları qarışdıraraq, məruzəsinin müqəddiməsini söyləyirdi. S.Hüseyn. Məruzə müvəffəqiyyətlə keçmişdi. Ə.Sadıq. məruzəçi is. Məruzə edən şəxs. Məruzəçini dinləmək. Məruzəçiyə sual vermək. mərvani is. [ər.] Əməvilər sülaləsinin bir qolu. məryəmböcəyi (=məryəmqurdu) is. zool. Rütubət yerlərdə yaşayan xərçəngəoxşar kiçik qurd (böcək). məryəmqurdu (=məryəmböcəyi) is. zool. Rütubət yerlərdə yaşayan xərçəngəoxşar kiçik qurd (böcək). məryəmnoxudu is. bot. Azərbaycanın meşələrində bitən ot-bitki. məryəmotu is. bot. Tərkibində ətirli yağ olan ot-bitki. Məryəmotu və ya süyürvə bitkisinin çiçəyi ikidodaqlı tacdan ibarətdir. M.Qasımov. mərz is. [fars.] Tarla, bağ, bostan və s. sahəsini bir-birindən ayıran xətt; sərhəd. Bostan mərzi. – İki bağın mərzində bulunan bir qarağacın kölgəsində iki ailə istirahət edib əylənirdi. S.Hüseyn. Aslan maşından düşüb ot-alaf basmış mərzləri adlayaraq pambıq sahəsinə çıxdı. M.İbrahimov. mərzə is. bot. Ətirli bir tərəvəz bitkisi. mərzləmə “Mərzləmək”dən f.is. mərzləmək f. Mərz çəkmək, mərz qoymaq, mərzlə ayırmaq. Tarlaları mərzləmək. məs bax. məst2. [Midhəd] qapıda çəkmələrinin üstündən məs geydi.. Çəmənzəminli. [Səriyyə:] Ayaqlarında .. məs, əynində qolları çiyninə qədər nazik və qısa don var idi. İ.Əfəndiyev. məsafə is. [ər.] İki yerin, iki nöqtənin arası, aralarındakı uzaqlıq. Məsafəni təyin etmək. İki kənd arasındakı məsafə. – Bazarla çalışdığımız yerin məsafəsi iki kilometrə qədər var idi. S.S.Axundov. Ancaq məsafə uzaq olduğundan Fərman onun üzünü seçə bilmirdi. Ə.Sadıq. məsafəli sif. Müəyyən məsafəsi olan; aralı. məsafəölçən is. xüs. Müşahidəçidən müşahidə olunan şeyə qədərki məsafəni bilavasitə ölçmədən müəyyən edən cihaz. Optik məsafəölçən. məsamə is. [ər.]\n1. Dərinin üzərində tər vəzilərinin ən xırda deşiyi.\n2. Maddənin hissəcikləri arasındakı boşluq, ara. məsaməli sif. Məsamələri olan, kiçik deşikləri olan. Məsaməli daş. məsaməlilik is. Məsaməli şeyin hal və xassəsi, məsaməli olma. Süxurların məsaməliliyi. məsarif is. [ər. “məsrəf” söz. cəmi] Xərc, xərc olunan miqdar; məsrəf. Yol məsarifi. – Hər bir kəndli [bəyin] Tiflisdəki məsarifini bilir.. H.Nəzərli. “Səadət” cəmiyyəti məsarifi öz öhdəsinə almaq istəyirdi. Mir Cəlal. məscid is. [ər.] Müsəlmanların ibadət evi; came. Qoca müəzzin əlində bir arşın müştük məscidin önündə durmuşdu. Çəmənzəminli. məsdər is. [ər.] qram. Felin zaman, şəxs və kəmiyyət kateqoriyası olmayan qeyrimüəyyən forması. məsəl [ər.] bax. zərbi-məsəl. Çün “uman yerdən küsərlər” bir məsəldir xəlq ara; Küsdüyüm bica deyildir, aşinadən küsmüşəm. M.P.Vaqif. Məsəl var ki, evli evində yatar; Bəs qərib neyləyər, harda axşamlar? R.Rza. məsəla [ər.] bax. məsələn. məsəlçi is. Danışarkən tez-tez məsəl çəkən, danışanda məsəl çəkməyi sevən adam. məsələ is. [ər.]\n1. Həll olunması, yerinə yetirilməsi lazım olan iş. Təkcə müəllim məsələsi olsaydı, .. Rüstəm kişi qırx kilometr yolu keçib rayona getməzdi. M.İbrahimov. [Qız] vacib bir məsələ ardınca gedənlər kimi gedirdi. Mir Cəlal. // Üzərində düşünülüb müzakirə və həllini tələb edən vəziyyət, hal, iş. Məsələni müzakirə etmək. Aqrar məsələsi. Mübahisəli məsələ. – İki saat əvvəl başlanmış bu iclasda çox mühüm məsələlər müzakirə olunmuş(du). Ə.Vəliyev. • Məsələ qaldırmaq – bir iş və ya şey haqqında müzakirə açmaq. // Diqqət mərkəzində duran, müzakirə edilməli olan şey; iş; mətləb. Əsas məsələyə keçmək. // Zor iş, çətin iş. Müdirin qəbuluna düşmək indi bir məsələ olub.\n2. Müəyyən şərtləri gözləməklə, verilən rəqəmlərə əsasən həll edilməsi tələb olunan riyazi sual. Məsələnin cavabını tapmaq. Hesabdan məsələ həll etmək.\n3. Elmin hər hansı bir sahəsinə həsr olunmuş bəzi elmi jurnal və məcmuələrin adı (əsasən cəmdə işlənir). “Dilçilik məsələləri”. “Tarix məsələləri”. məsələn bağl. [ər.]\n1. Cümlədə bir şeyin şərhinə dair misallar vermək üçün işlədilir. Əşyanın adını bildirən sözlərə isim deyilir, məsələn: quş, ev, adam və s.\n2. Cümlədə müəyyən fikri nəzərə çarpdırdıqda işlədilir. “Tərcüman”ın fərmayişindən bu çıxır ki, məsələn, bütün Maku xanlığında tək bircə Murtuza Qulu xan qıldığı namaz dürüstdür.. C.Məmmədquluzadə. məsərrət is. [ər.] köhn. Şadlıq, şənlik, sevinc. məsxərə is. [ər.]\n1. İstehza, ələ salma, masqara.\n2. Hoqqabaz, oyunbaz, masqarabaz. Səfheyi-“İqbal” dönüb dəftərə; Şeir yazır onda yetən məsxərə. Ə.Qəmküsar. məsihi is. [ər.] klas.\n1. Xristian dini, xristianlıq, xaçpərəstlik.\n2. Xristian dinində olan adam; xristian, xaçpərəst. məskən is. [ər.]\n1. İnsanın yaşadığı yer, yurd; ev və s. [Şamama cadu:] Özüm də bilmirəm haralıyam. Nə yerim var, nə məskənim. Ə.Haqverdiyev. Bir aydır ki, sevgilisinin məskəni olan kəndin qarşısında durur. H.Nəzərli. • Məskən salmaq – bir yerdə yaşamağa başlamaq, yurd, yurd-yuva salmaq. Şəhərdə məskən salmaq. – [Yolçu:] Orada məskən salmaq fikrindəyəm. Ə.Məmmədxanlı. Heyvanlar özlərinə buralarda məskən salmağa başlamışdılar. M.Rzaquluzadə.\n2. Bir şeyin olduğu, yerləşdiyi yer. Gərdəndə tellər nə gözəl teldi; Onların məskəni o nazik beldi. M.P.Vaqif. Qızğın alver məskəni olan Bazar küçəsi qoçuların gəlir yeri idi. A.Şaiq. • Məskən etmək (eləmək) – yerləşmək, özünə yurd etmək, yer tutmaq. Zülfündə məskən eylədi cani Nəsiminin; Canın həmişə məskəni ol aşiyanədir. Nəsimi. Can quşu zülfündə məskən eyləmiş; Onunçün qorxuram mən şanələrdən.. Q.Zakir. Məskən tutmaq – bax. məskən etmək. Ta ayağın tozu tək qapında məskən tutmuşam; Bu səadətdən mənim, baxdım ki, bəxtim tac alır. Xətayi. məskun is. [ər.] İnsan yaşayan, sakin olan yer, insanların oturduğu, yaşadığı yer. • Məskun etmək – əhali yerləşdirmək, sakin etmək, oturtmaq. Boş yerləri məskun etmək. Məskun olmaq – yerləşmək, sakin olmaq, yaşamaq (əhali). məsləhət is. [ər.]\n1. Necə hərəkət etmək, bir işi necə görmək haqqında təklif, göstəriş, tövsiyə. Həkim məsləhəti. Məsləhət vermək. – [Şah buyurdu ki:] Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. M.F.Axundzadə. [Ağca] dünyagörmüş xanımların məsləhətilə bir dayə tutub, uşağı ona tapşırdı. Mir Cəlal. • Məsləhət bilmək – olmasını, edilməsini müvafiq görmək, tövsiyə etmək. Həkimlər [Səlimin] yerində tərpənməyini, durub asta-asta, köməkçi ilə gəzməyini məsləhət bilirdilər. S.Rəhimov. Məsləhət deyil – məsləhət görülmür, lazım deyil, tövsiyə edilmir. ..Bəlkə, heç Şeyxi narahat eləməyimiz məsləhət deyil? C.Məmmədquluzadə. Heç məsləhət deyil, əyləş, özünə bir-iki saatlığa bir məşğuliyyət tap. Ə.Haqverdiyev. Məsləhət etmək (eləmək) – 1) bax. məsləhət görmək. Düşəndə eylərlər sizə məsləhət; Xahi aşikarə, xahi də xəlvət. Q.Zakir; 2) bax. məsləhətləşmək 2-ci mənada. Noxudu bozbaşa salanda aşpazı qoyub, axund ilə məsləhət eləyirik. C.Məmmədquluzadə. Bilmək olmur nə məsləhət edirlər; Bəlkə basqın eyləməyə gedirlər? A.Səhhət. Məsləhət qoymaq – məsləhətləşib qərara gəlmək. [Səriyyə:] Bu gün anam, Həmzə və oğlanları məsləhət qoydular ki, məni Qurbana versinlər. C.Cabbarlı. Məsləhət vermək (görmək) – necə hərəkət etmək, nə etmək haqqında birinə yol göstərmək, münasib bilmək, tədbir göstərmək, göstəriş vermək. Məşədi Həsən uzaq getməyi məsləhət görmədi. Ə.Haqverdiyev. [Almaz:] Sən öz sağlam duyğunla mənə məsləhət ver. C.Cabbarlı.\n2. Hər hansı bir məsələyə dair mütəxəssisin tövsiyəsi, göstərişi; konsultasiya. Məsləhət almaq. Məsləhət üçün mütəxəssisə müraciət etmək. // Dərsi daha yaxşı mənimsəmək üçün müəllimin tələbəyə dərsdən əlavə köməyi, yardımı. Məsləhət saatı təyin etmək. Məsləhət günü. məsləhətçi is. Öz ixtisası üzrə məsləhət verən adam. Hüquq məsləhətçisi. Məsləhətçiyə müraciət etmək. məsləhətxana is. [ər. məsləhət və fars. ...xanə] Müəyyən məsələ (hüquqi, tibbi və s.) haqqında mütəxəssislərin məsləhətləri ilə əhaliyə kömək göstərən idarə. Hüquq məsləhətxanası. – Qadın və uşaq məsləhətxanalarının sayı ildən-ilə artır. məsləhətləşmə “Məsləhətləşmək”dən f.is. məsləhətləşmək f.\n1. Necə hərəkət etmək, bir şeyi necə görmək haqqında biri ilə məsləhət etmək, onun rəyini soruşmaq, məsləhət almaq üçün müraciət etmək. Atası ilə məsləhətləşmək. – [Mehriban] istəyirdi ki, Zeynal barəsində onunla danışıb məsləhətləşsin. S.Hüseyn. [Qarı:] Mən gözləyirəm, get məsləhətləş, iki ağıl bir ağıldan üstün olar. S.Rəhman.\n2. qarş. Bir yerdə fikir mübadiləsi aparmaq, məşvərət etmək. Bir müddət keçdi, doktorlar yığışıb məsləhətləşdilər. S.Rəhimov. Serjant cəld çıxıb camaatla məsləhətləşdi və iki nəfərlə içəri girdi. H.Seyidbəyli. məsləhətli sif. Məsləhət ilə görülən, məsləhət ilə olan. Məsləhətli don gen olar. (Ata. sözü). məslək is. [ər.]\n1. Hər hansı bir dünyagörüşünə əsaslanan əqidə, məfkurə, amal. Məsləkim, şüarım ucadan uca; Mən getdim, yoldaşlar, gəlin arxamca! A.Şaiq.\n2. Etiqad, məzhəb, inam. [Şeyx Sənan:] Kimsiniz? Məsləkü təriqətiniz; Nə imiş? Söyləyin, rica edəriz. H.Cavid. • Məslək(imiz) haqqı – andiçmə məqamında işlədilir. [Musanın nəvəsi] artıq hər dəfə and içəndə daha “məsləkim haqqı” deməyirdi. Qantəmir. [Yarməmməd:] Məsləkimiz haqqı, mən şəxsi tənqidi sevirəm. M.İbrahimov. // köhn. Hər bir şəxsin özü üçün seçmiş olduğu yol, xəttihərəkət, istiqamət.\n3. İstək, arzu, dilək mənasında. Könlümdə gül, çiçək açdı; Bir məsləkim, min diləyim. S.Rüstəm. məsləkbaz is. [ər. məslək və fars. ...baz] Tez-tez məslək dəyişən adam. məsləkbazlıq is. Tez-tez məslək dəyişmə. məsləkdaş is. Bir məsləkdə olanlardan hər biri; həmməslək, məsləkcə yoldaş, birməsləkli. Bir-birimizlə yoldaş, məsləkdaş olaq!.. S.Hüseyn. Kərim öz dostuna, məsləkdaşına; Yaxşılıq istədi, yamanlıq oldu. B.Vahabzadə. məsləkdaşlıq is. Eyni məsləkdə olma; həmməsləklik, birməsləklilik. məsləkli sif. Müəyyən məsləkli olan; möhkəm etiqadlı, əqidəli, amallı. Məsləkli adam. – Ağa Əli tərəqqipərvər iranlıların ən qeyrətli, ən məsləkli cavanlarından idi. Çəmənzəminli. məsləklilik is. Məsləkli olma; etiqadlılıq, əqidəlilik. məsləksiz sif. Heç bir məsləki olmayan; etiqadsız, əqidəsiz, amalsız, prinsipsiz. Məsləksiz adam. – Vətən! Qoynunda bəslənmiş əməllər, arzular şəksiz; Vətənsiz, yurdsuz insanlar yaşar aləmdə məsləksiz. S.Vurğun. məsləksizlik is. Məsləksiz olma; etiqadsızlıq, əqidəsizlik, prinsipsizlik, amalsızlıq. O özünü məsləksizliyi üstündə qınamırdı, bacarıqsız olduğu üçün qınayırdı. Ə.Əbülhəsən. məsməsi is. bot. Üzəri sadə və ya budaqlı tüklərlə örtülü birillik bitki. məsnəvi is. [ər.] ədəb. Hər iki misrası həmqafiyə olan böyük şeir, mənzumə. Cəlaləddin Ruminin məsnəviləri. – Gah məsnəviyə olub həvəsnak; Ol bəhrdə istərəm düripak. Füzuli. məsrəf is. [ər.]\n1. Xərclənən pul, işlənən şey; xərc. Yol məsrəfi. Evin aylıq məsrəfi. • Məsrəf etmək (eləmək) – xərcləmək, işlətmək, sərf etmək. [Tükəz:] ..Öz malını nə özün yeyib-içirsən, nə əyalına məsrəf edirsən. M.F.Axundzadə. [Hacı:] ..Özüm fəqirlərə məsrəf elədiyimdən əlavə, iyirmicə manat müamilə qoyub, o müamiləni də fəqirlərə verirəm. Ə.Haqverdiyev. Məsrəf olmaq – xərclənmək, işlənmək.\n2. Sərfə, xeyir, fayda. Nə məsrəfi var bizlərə, meyxanə dağılsın. Heyran xanım. [Hacı Nuru:] ..Bu surətdə mənim hünərimdən nə fayda olacaq, mənim şerim nəyə məsrəfdir. M.F.Axundzadə.\n3. Sərf olunma, işlənmə. Suyun məsrəfinə diqqət vermək. Əmək məsrəfini azaltmaq. • Məsrəf olmaq – sərf olunmaq, xərclənmək, işlənmək. [Məhərrəm bəy:] Bəli, bir çox izafə xərclər aramızda adət olunmuşdur. Məsələn: toy işində, vay işində məsrəf olan xərclər kimi. S.S.Axundov. ‣ Məsrəfdən çıxmaq (düşmək) – sıradan çıxmaq, daha yaramamaq, əldən düşmək, daha istifadə edilə bilməmək. Ayaqqabım məsrəfdən düşüb. – [Əvvəlinci ərizəçi:] İndi at məsrəfdən çıxıbdır. M.F.Axundzadə. məsrəfli sif.\n1. Sərf olunan, məsrəf olunan.\n2. məc. dan. Faydalı, ağıllı-başlı. Mən də deyirəm, bəs kişinin qızı ağzını açıb məsrəfli bir söz söyləyəcək. Ə.Vəliyev. məsrur sif. [ər.] Şən, şad, şadman, sevincli. Sakit küçələr [Midhədə] geniş göründü, .. şəhər hürr və məsrur idi. Çəmənzəminli. Əbdül Saranın otağına daxil olub su səpir, yelləyir, fəqət üzü məsrurdur. C.Cabbarlı. // Zərf mənasında. [Rzaquluxan:] Sənin bu dillərin .. məni çox məsrur yola salır. M.S.Ordubadi. Sən fəqət qalib olan ordunla; Cəbhələrdə dolaşırsan məsrur. A.Şaiq. Məsrur etmək – 1) sevindirmək, şadlandırmaq, şad etmək; 2) xoşbəxt etmək, məramına, istəyinə çatdırmaq. Məsrur olmaq – şad olmaq, sevinmək, şadlanmaq. Olmadın məsrur, ta mən zarü-giryan olmadım; Xatirin cəm olmadı, ta mən pərişan olmadım. Qövsi. [Şeyx Sənan:] Gəldi bir şeyx o dəm üzündə niqab; Məni ta gördü, oldu pək məsrur. H.Cavid. məsruriyyət is. [ər.] klas. Məsrurluq, şadlıq, sevinc. Hamı əyləşib yenidən məsruriyyət ilə dinlərdilər. Ə.Haqverdiyev. məst I. sif. [fars.]\n1. Sərxoş, kefli. Ya balıq tutandır, tufana tutulmuş; Yaxud məst imiş kim, batmış və boğulmuş. A.Səhhət. • Məst etmək (eləmək) – kefləndirmək, sərxoş etmək. İçki onu məst etdi. Məst olmaq – içib keflənmək, sərxoş olmaq. Axır vaxtlarda Yusif .. əlinə düşən pulu içkiyə verib tez-tez məst olurdu. S.S.Axundov. [Ağa Mərdan bəy] .. məst olaraq arvadı evdən çıxarıb .. balkonda yatmağa məcbur edərdi. T.Ş.Simurq.\n2. məc. Xoş və gözəl bir təəssüratdan təsirlənmiş, nəşələnmiş, keflənən kimi olmuş, bihuş olmuş, məftun olmuş. Mən nəşeyiləli-ləbi-canan ilə məstəm; Saqi, mənə minbəd meyi-nab gərəkməz. M.Ə.Sabir. • Məst etmək (eləmək) məc. – kefləndirmək, nəşələndirmək, bihuş etmək, məftun etmək. Onu məst edərdi öz gözəlliyi; Gül-çiçək açardı gözündə hər yan. B.Vahabzadə. Peçin üstündə qazançadan qalxan qızartma iyi Gülyazı məst elədi. Q.İlkin. Məst olmaq məc. – gözəl bir şeyin təsirindən keflənmiş kimi olmaq, huşu getmək, məftun olmaq. Yüzün gördü, şeyda könül, məst oldu; Nə hacət ki, həşr olduqca ayinə. M.V.Vidadi. Səhər yerindən qalxıb həyətə çıxanda ətirdən məst olursan. Mir Cəlal.\n\nII. is. [fars. məs] Dəridən və ya başqa yumşaq materialdan tikilən yüngül ayaqqabı; məs. Məst geymək. – [Qərib:] Birisinin ayağında məsti var; Birisinin can almağa qəsdi var. “Aşıq Qərib”. Qərənfil bacının .. ayaqlarında ipək corabla yüngül məst var idi. İ.Əfəndiyev. məstan [fars.]\n1. sif. Axıcı, süzgün, xumar (göz haqqında). Gözləri məstan, sürahi tək çəkilmiş gərdəni; Sözü şirin, özü amma xosrovi-əla pəri. M.P.Vaqif. Endirmədi aşığına; O gözləri məstan keçdi. Aşıq Ələsgər.\n2. is. Pişik, pişiyə qoyulan ad. Uşaq məstan ilə oynayır. – Qayıdıb bir baxdı məstanə; Gördü eşşək gəlir diliranə. A.Səhhət. Mənim məstan pişiyim, yenə çıxıb dizimə; O yaşıl gözlərini zilləmisən üzümə. R.Rza. məstanə sif. Süzgün, axıcı, xumar. Apardı ağlımı, din-imanımı; Sənin belə bu məstanə gözlərin. M.P.Vaqif. O məstanə gözlər süzüldükcə hər an; Alar can, tökər qan xuraman-xuraman. H.Cavid. məstedici sif. Kefləndirən, xumarlandıran, bihuş edən, bihuşedici. [Dilbərgilin] həyətlərindəki yasəmən, ərik, alça, albalı ağaclarının çiçəkləri ətrafa məstedici bir qoxu saçırdı. Ə.Sadıq. ..Səhər nəsimi .. gül və çiçəklərin məstedici rayihəsini ətrafa yayırdı. M.Dilbazi. məstedicilik is. Məstedici şeyin xassəsi, təsiri. məstlik is. Məst olma, keflənmə, sərxoş olma; keflilik, sərxoşluq. Məstlikdən ayılmaq. – Məstlikdir kim, qılır qəm əhlinə qəmxarlıq. Füzuli. [Nadir] dərhal məstliyindən ayıldı və qanrılıb baxdıqda Məstan bizi gördü. B.Talıblı. məsud sif. və zərf [ər.] Xoşbəxt, bəxtiyar, səadətli. Məsud adam. Məsud yaşamaq. – [Maral:] Məsud bir göyərçin kimi saf və azadə yaşayırdım.. H.Cavid. Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud; İnsanlar daha məsud. M.Müşfiq. • Məsud olmaq – xoşbəxt olmaq, bəxtiyar olmaq, səadət içərisində yaşamaq. [Balaş:] ..Gəlişinizdən nə qədər məmnun olduğumu bilsəydiniz, məsud olardım. C.Cabbarlı. məsul sif. [ər.]\n1. Üzərinə məsuliyyət qoyulan, cavabdeh olan; cavabdeh, cavabdəhəndə, sorğulu. Mirzağa [Cəmiləni] istirahət evinin bir xidmətçisi və ya məsul bir işçisi zənn etdi. S.Hüseyn. Qəza komitəsinin məsul katibi Nəimovla Cəmil ilk dəfə görüşdü. Mir Cəlal. • Məsul olmaq – cavabdeh olmaq, üzərində məsuliyyət olmaq. O, bu işə məsul olmaq istəmir.\n2. Böyük əhəmiyyəti olan, çox mühüm, çox əhəmiyyətli; məsuliyyətli. O, bu çətin və məsul vəzifənin öhdəsindən istedadla gəlməkdə idi. Ə.Məmmədxanlı. Onlar belə bir məsul işə getdikləri üçün qürurlanırdılar. İ.Əfəndiyev. məsuliyyət is. [ər.] Məsul olma, cavabdehlik. [Möhsünzadə] ona başqa bir şöbədə adi və məsuliyyəti az bir vəzifə təklif edirdi. S.Hüseyn. • Məsuliyyət daşımaq – cavabdeh olmaq. // Öz hərəkətindən, işindən doğa biləcək hər hansı pis nəticəni nəzərə alıb ona cavabdeh olma, məsul olma; cavabdehlik. [Balaş:] Dilbər, sən bilirsən ki, o biri kağız üçün iş hələ də məhkəmədədir. İndi də bunun məsuliyyəti! C.Cabbarlı. [Həkim:] Xəstənin azarı ağır olanda həkimin məsuliyyəti daha da artır. Ə.Vəliyev. ‣ Məsuliyyətə almaq – məhkəməyə vermək, məhkəmə məsuliyyətinə cəlb etmək. Cinayətkarı məsuliyyətə almaq. – [Sədr:] Müqəssirlər məsuliyyətə alınırlar. C.Cabbarlı. [Prokuror:] Hər bir iş üstündə adamı ləkələmək, məsuliyyətə almaq olmaz. S.Rəhimov. məsuliyyətli sif. Məsuliyyəti olan; məsul. Məsuliyyətli tapşırıq. // məc. Çox mühüm, çox əhəmiyyətli. Tikintidə ekskavatorçulara çox çətin və məsuliyyətli bir iş tapşırılmışdı. Ə.Sadıq. məsuliyyətsiz sif.\n1. Məsuliyyəti olmayan, cavabdehliyi olmayan.\n2. Məsuliyyət hiss etməyən, öz hərəkətlərinə fikir verməyən, cavabdehlik bilməyən. Məsuliyyətsiz adam. Məsuliyyətsiz cavab. məsuliyyətsizcəsinə zərf Heç bir məsuliyyət hiss etməyərək, özünü məsul bilməyərək. İşə məsuliyyətsizcəsinə yanaşmaq. məsuliyyətsizlik is. Məsuliyyətin olmadığı hal. [Şeyda:] Sınaq adlandırmaqla məsuliyyətsizliyin üstünü örtmək fikrinə düşməyin. B.Bayramov. məsulluq bax. məsuliyyət. Divanəlik asarıdır, məsulluqdan azaddır. A.Səhhət. məsum sif. [ər.] Günahsız; heç bir günahı, qəbahəti olmayan. // “Yazıq, zavallı” mənasında. Məsum uşaqların naləsi, məzlum anaların fəryadı göylərə səda salmışdı. S.S.Axundov. Gözümün qarşısında mələk qədər məsum bir vücud od içində yanır. S.Hüseyn. Bu kiçik məsum heyvanları dəlicəsinə sevərdim. A.Şaiq. məsum-məsum zərf bax. məsumcasına. Gövhər də məsum-məsum [Qəhrəmanın] üzünə tamaşa edirdi. Ə.Vəliyev. məsumanə sif. [ər. məsum və fars. ...anə] Günahsız, heç bir günah və təqsiri olmayan; məsumcasına. Məsumanə baxış. – Nə küskün bir nəzər, yarəb? Nə məsumanə bir surət! H.Cavid. məsumcasına zərf Günahsızcasına, məsumanə, məsum-məsum. Məsumcasına baxmaq. məsumluq is.\n1. Təmizlik, paklıq, saflıq. [Fuad:] Sən anla ki, bir ailənin səadəti ondakı qadının məsumluğundadır. C.Cabbarlı. [Fərmanın] üzünün ifadələrində bir uşaq sadəliyi və məsumluğu nəzərə çarpırdı. Ə.Sadıq.\n2. Yazıqlıq, fağırlıq, günahsızlıq. [Şiraslanın] üz-gözündən bir məsumluq, bir mükəddərlik yağırdı. S.Rəhimov. məşədi is. [İranda Xorasan – Məşhəd şəhərinin adından] din. Keçmişdə Məşhədə gedib “müqəddəs” yerləri ziyarət edən adama verilən ad (çox vaxt adın qabağında gətirilərək deyilir). [Hambal:] Məşədi, deyəsən, qızın iki namizədi var? Ü.Hacıbəyov. ..Mahud çuxalı məşədi küləyin qabağında yumağa dönüb aradan çıxdı. S.Rəhimov. məşəqqət [ər.]\n1. is. Əzab, əziyyət, sıxıntı, zəhmət, möhnət. Gözlərindən və üzündən [dərvişin] yuxu və məşəqqət görünürdü. A.Divanbəyoğlu. Qurtarmışdı qışın sərt məşəqqəti; Açırdı ürəyi yazın ləzzəti. H.K.Sanılı. • Məşəqqət çəkmək – əzab çəkmək, əziyyət çəkmək, sıxıntı çəkmək, möhnət çəkmək. Qıldın məni çünki sirrə məhrəm; Dur, çəkmə dəxi məşəqqətü qəm. Məsihi. Züleyxa çəkdiyi məşəqqətlərdən cana gəlib öz qardaşının evinə pənah gətirdi. C.Cabbarlı.\n2. Məşəqqətlə şəklində zərf – əziyyətlə, zəhmətlə, zorla. Biçarə qolunun ağrısından bitab düşüb nəhayət məşəqqətlə özünü sınıqçı Kərbəlayı Piriyə yetirdi. S.M.Qənizadə. məşəqqətli sif. Çox ağır, çox zəhmətli, çox əzablı, əziyyətli, sərt. Əcnəbi müsafir Bakının məşəqqətli rüzgarına adət etmədiyindən, Məşədi Əsgərin ardınca ahəstə-ahəstə gedirdi. S.M.Qənizadə. Qışın soyuq, məşəqqətli bir gecəsi idi. C.Cabbarlı. məşəl is. [ər.]\n1. Ətrafı işıqlandırmaq üçün ağac və s. başına sarınaraq, yaxud xüsusi bir alət içərisinə qoyularaq yandırılan yağlı (neftli) əsgi, cındır parçası, yaxud ağac başına keçirilmiş içində yanar maddə olan qab. Məşəl yandırmaq. – Toyxananın qapısında məşəl yandırardılar. H.Sarabski. İki uşaq əlağacının başına əsgi sarımaqla düzəltdikləri məşəlləri yaxına gətirdilər. Ə.Əbülhəsən. // məc. İnqilab və ya vətənin azadlığı uğrunda həlak olmuş şəxslərin xatirəsini əbədiləşdirmək üçün onların qəbirləri üstündə və ya başqa yerdə daim yanan od, alov.\n2. məc. Yol göstərən; mayak. Sən çox yaşa, ey nazlı Vətən, çox yaşa, yüksəl! Parla, gələcək Şərq üçün ol ayinə, məşəl! Ə.Nəzmi. məşəllənmək f. Parıldamaq, işıq vermək, işıqlanmaq, işıldamaq. [Dərvişin] gözləri məşəlləndi. A.Divanbəyoğlu. məşəlli sif. Əlində məşəl olan, əlinə məşəl götürmüş. [Quldurbaşı] Uruz əli məşəlli iki keşikçi ilə qazmaya yönəldi. M.Rzaquluzadə. məşğələ is. [ər.]\n1. Bir şeyi bir yerə yığışaraq öyrənmə, öyrənməklə məşğul olma. Dərnəyin məşğələsi. – Rəsmiyyətə görə məşğələ hələ bir saat bundan qabaq bitmişdi. S.Rəhimov. Savad kursunun növbəti məşğələlərindən biri idi. Ə.Vəliyev.\n2. Məşq. İdman məşğələsi. Orkestr məşğələ keçir.\n3. Vaxt keçirmə, bir şeylə məşğul olma; məşğuliyyət. Bu məşğələnin mənim üçün böyük ləzzəti var. C.Məmmədquluzadə. məşğul is. [ər.] Bir iş görən, bir işdə çalışan, iş görməkdə olan, bir işlə başı qarışıq olan. Müdir məşğuldur, qəbul edə bilməz. – Nənəxanım Yetərlə söhbətə məşğul idi. Çəmənzəminli. [Sona Ümidə:] Görünür, çox ciddi məşğulsunuz.. B.Bayramov. • Məşğul etmək – 1) başını qarışdırmaq, əyləndirmək. Yaşı otuzdan yuxarı olmasına baxmayaraq, [qadın] Zeynalı məşğul edə bilirdi. S.Hüseyn. Həbibin söhbəti Salamı məşğul edə bilmədi. Mir Cəlal; 2) fikrini yayındırıb işinə mane olmaq, vaxtını almaq, işindən ayırmaq. Məşğul olmaq – 1) bir sənəti olmaq, bir peşə sahibi olmaq, bir işdə işləmək. Müəllimliklə məşğul olur. Saatsazlıqla məşğul olmaq. – [Ümid katibə:] Mənim nə işlə məşğul olduğumla maraqlanırsınızsa, gedib öz gözünüzlə görə bilərsiniz. B.Bayramov; 2) bir iş görmək, başı qarışmaq, çalışmaq. Mütaliə ilə məşğul olmaq. – [Rəhim] bəylə ikimiz bir kənarda, otun üzərinə salınmış cecim üstündə əyləşib söhbətə məşğul olduq. Ə.Haqverdiyev. Dərviş cavab verməyib, çörək yeməyə yenə dəxi məşğul oldu. A.Divanbəyoğlu; 3) fikir vermək, maraq göstərmək. Uşaqları ilə məşğul olmaq. Ata-anası onunla yaxşı məşğul olmamışdır; 4) özünə, öz səhhətinə, canına, üst-başına və s. baxmaq, qeydinə qalmaq. Sən heç özünlə məşğul olmursan. məşğuliyyət is. [ər.]\n1. bax. məşğələ 1-ci mənada. Məşğuliyyət bitdi.\n2. Əyləncə, vaxt keçirmək üçün olan iş, oyun, əyləncə və s. Axşamlar hər məhəllənin qonşuları qum üstünə yığışıb məşğuliyyət üçün növbənöv oyun oynardılar. H.Sarabski. İlin hər fəslində biz uşaqlar üçün bağda məşğuliyyət var idi. S.S.Axundov. məşğuli-zimmə is. [ər.]: məşğulizimmə olmaq köhn. dan. – birinin pulunu və ya malını mənimsəməklə, yaxud biri haqqında düzgün olmayan fikir söyləməklə günaha batmaq, özünü onun qarşısında borclu hiss etmək. Mən bu barədə danışmasam məşğuli-zimmə olaram. Ə.Haqverdiyev. məşhur sif. [ər.]\n1. Şöhrət qazanmış, adlı-sanlı, şöhrətli, tanınmış. Məşhur alim. Məşhur idmançı. – Divara bir neçə məşhur artistin portreti vurulmuşdu. İ.Əfəndiyev. • Məşhur etmək – ad qazandırmaq, şöhrətləndirmək. Məşhur olmaq – ad-san qazanmaq, şöhrətlənmək, məşhurlaşmaq.\n2. Hamıya məlum olan, çoxunun bildiyi, məlum. Bu məşhur bir məsəldir, Seyyida, “qaz vur, qazan doldur!” S.Ə.Şirvani. Məşhur Binəqədi gölündən, yəqin ki, xəbəriniz var. M.Rzaquluzadə. • Məşhur etmək (qılmaq) – tanıtmaq, hamıya bildirmək, məlum etmək. Məşhur qıldı eşqi-Züleyxa o Yusifi; Aşiqdə hüsn şöhrətinə ictihad olur. S.Ə.Şirvani. Məşhur olmaq – tanınmaq, hamıya məlum olmaq. ‣ Qələti-məşhur – yanlış olduğu halda xalq arasında işlənilən söz və ya ifadə. məşhurlanma “Məşhurlanmaq”dan f.is. məşhurlanmaq bax. məşhurlaşmaq. məşhurlaşdırılma “Məşhurlaşdırılmaq”dan f.is. məşhurlaşdırılmaq məch. Məşhur edilmək, hamıya tanıtdırılmaq, şöhrətləndirilmək. məşhurlaşdırma “Məşhurlaşdırmaq”dan f.is. məşhurlaşdırmaq f. Məşhur etmək, ad qazandırmaq, şöhrətləndirmək. məşhurlaşma “Məşhurlaşmaq”dan f.is. məşhurlaşmaq f. Məşhur olmaq, xalq arasında tanınmaq, ad-san qazanmaq. [Nəbi] öz zirəklik və qoçaqlığı ilə Şuşa qalasında məşhurlaşır. “Qaçaq Nəbi”. məşhurluq is. Məşhur olma, xalq arasında tanınma, ad-sanlılıq, şöhrətlilik. məşq is. [ər.] Bir şeyə alışmaq, öyrəşmək üçün edilən sistematik səy, təlim, hazırlıq. İdman məşqi. Musiqi məşqi. Hərbi məşq. – [Xurşid:] Sən məşqi başla, mən bu saat gəlirəm. C.Cabbarlı. ..Lətif müntəzəm olaraq Qara müəllimlə ayrılıqda məşq etməyə başladı. H.Seyidbəyli. // Yazı təmrini. məşqçi is. idm. Məşqə rəhbərlik edən, məşq mütəxəssisi olan idmançı. Futbol komandasının məşqçisi. Məşqçinin göstərişi. məşriq is. [ər.] Günəşin doğduğu tərəf, şərq (məğrib əksi). // Günbatana (qərbə) müqabil olan tərəf. Yusif Sərracın dükanı şah məscidinin meydanının məşriq səmtində idi. M.F.Axundzadə. İndi gurultu məğribdən məşriqə keçdi. A.Divanbəyoğlu. məşrubat top. [ər. “məşrub” söz. cəmi] İçilən şeylər, içkilər (şərab, şərbət və s.). Nökər Səfi stolun üstünə boşqablar və ənva məşrubat düzür. Ə.Haqverdiyev. Ortalıqda müzəyyən xonçalarda əlvan şirniyyat və sair Şərq adətincə ləvazimat, məşrubat, həlviyyat [düzülmüşdü]. M.S.Ordubadi. məşrut sif. [ər.] Bir şərtlə bağlı, şərt qoyulmuş, şərtli, qabaqcadan şərtləşdirilmiş, şərti. [Beyrək] zamanın yetişdiyini görüb yumruğunu masaya çırpdı və ayağa qalxıb məşrut hərəkət işarəsini verdi. M.Rzaquluzadə. // Varlığı digər bir şeyin və ya bir halın varlığından asılı olan, bağlı olan. məşrutə is. [ər.]\n1. tar. Mütləq hakimin, hökmdarın hüququnu məhdudlaşdıran konstitusiya (İranda və Türkiyədə). Qıl nəzər məşrutəyə, hürriyyətə; Aləmə, alimliyə, ünsiyyətə. Ə.Nəzmi. Həmin o məşrutə istəyən budu? Məmmədəli şaha sataşan budu? Mir Cəlal.\n2. Konstitusiyalı dövlət quruluşu (İranda və Türkiyədə). məşrutəçi is. tar. Məşrutəli hökumət tərəfdarı, konstitusiya tərəfdarı; konstitusiyaçı. [Rəhim xan:] Görmürsənmi neçə gündür padşahın əmri ilə məşrutəçiləri qırırlar? C.Cabbarlı. məşrutəçilik is. tar. Padşahın hakimiyyəti məşrutə (konstitusiya) ilə məhdudlaşdırılmış olan dövlət quruluşu. məşrutəxah is. [ər. məşrut və fars. ...xah] köhn. bax. məşrutəçi. Sultanın hökmü ilə zindanlarda çürüyən minlərlə məşrutəxahların ahü naləsi Kəlküttəyə çata bilməyib. C.Məmmədquluzadə. [Atabəy:] Əlahəzrətihümayun .. özünü bir məşrutəxah padşah kimi aparır. P.Makulu. məşrutəxahlıq bax. məşrutəçilik. məşrutəli sif. Konstitusiyalı, konstitusiyaya əsaslanan. Məşrutəli padşahlıq. məşrutiyyət bax. məşrutəçilik. Osmanlıya gəldikdə, burada dəxi məşrutiyyət verilir ki, bu dəxi heç kəsin yuxusuna gəlməz bir vaqiə idi. F.Köçərli. [Şeyx Məhəmməd:] Biz deyirik ki, ölkəmizdə həqiqi bir məşrutiyyət hökmfərma olmalı, şəxsi nüfuz və imtiyazlar ləğv edilməlidir. M.İbrahimov. məşşatə [ər.] bax. bəzəkçi 2-ci mənada. Məşşatə gözünə sürmə çəkəndə; Sanasan, gözümə bıçağı çəkər. Q.Zakir. Məşşatə, Tellinin anası ilə nə isə danışdı, sonra çıxdı. Çəmənzəminli. Məşədi İslamın yaxın adamı Mələknisə bu toyda məşşatə idi. Mir Cəlal. məşşatəlik is. Məşşatənin işi, peşəsi; bəzəkçilik. Bu arvadın sənəti məşşatəlik idi. Çəmənzəminli. məşuq sif. [ər.] Sevilən, istənilən, məhəbbət yetirilən; sevgili, istəkli (kişi). Sitarə ilk dəfə dünyaya həqiqət nəzərilə baxdı: cavan qızın qabağında xəyali məşuqu əvəzində doğruçu əri durmuşdu. Çəmənzəminli. [Dərviş:] Ruqiyyə gəlib, bir az ocağın qırağında oturub könlünü yəqin öz məşuqinə verdi. A.Divanbəyoğlu. məşuqə is. Sevilən, sevgili (qadın), məhbubə. Aşiq ilə məşuqə çox illər ayrı düşəndən sonra görüşüb öpüşürlər. C.Məmmədquluzadə. məşuqəbaz [ər. məşuqə və fars. ...baz] köhn. bax. aşnabaz. Sənə layiq deyil, Seyyid, dəxi məşuqəbaz olmaq. S.Ə.Şirvani. məşuqəbazlıq bax. aşnabazlıq 2-ci və 3-cü mənalarda. məşum sif. [ər.] Uğursuz, nəhs, bədbəxt adamda qorxu, dəhşət hissi oyadan. [Maral:] ..İki sənə əvvəl böylə məşum qara günü kim xatırlardı? H.Cavid. Xanın bu məşum sükutu ən acı xəbərdən də ağır idi. M.Rzaquluzadə. // Bədbəxt, talesiz. Bitərbiyəliklə tifli-məsum; Axırda olur səfilü məşum. M.Ə.Sabir. məşumluq is. Uğursuzluq, nəhslik. // Bədbəxtlik, talesizlik. məşvərət is. [ər.] Bir məsələni həll etmək üçün yığışıb danışma, müzakirə etmə, məsləhətləşmə. [Paşa və onun adamları] məclis açıb başladılar məşvərətə. “Koroğlu”. [Cəmaləddin:] İndi, yoldaşlar, məşvərət vaxtı keçmiş, qəti fikirlər və dəyərli işlər görmək lazımdır. C.Cabbarlı. • Məşvərət etmək (eləmək) – birlikdə müzakirə etmək, məsləhətləşmək. Cəm oluban eylədilər məşvərət. S.Ə.Şirvani. [Hadi lələ:] ..Bu saat Əmiraslan ağa Nadir bəygildə bəylərlə birlikdə məşvərət edir. S.S.Axundov. // Məsləhət, gənəşmə. [Rəşid:] Bibi və ana məsləhət və məşvərətdən sonra Fərəcin .. böyük qızını almağa qərar verdilər. T.Ş.Simurq. məşvərətçi 1. is. Məsləhətçi, məsləhət verən. [Sərdar Zaman:] O, dostlarını hələlik məşvərətçi sifətilə öz yanında saxlamış(dır).. A.Şaiq.\n2. sif. Hər hansı bir məsələ haqqında fikir söyləyə bilən, lakin qərar çıxarmaq hüququ olmayan. Məşvərətçi iclas. Məşvərətçi səs. mət is.\n1. Qaynadılıb suyu çəkilmiş qatı şirə. Meyvə məti.\n2. Doşab, mürəbbə və s. bişirilən zaman əmələ bələn köpüyə oxşar şirə. Doşabın mətini yığmaq. məta is. [ər.]\n1. Satılan mal, ticarət malı, alınıb-satılan şey; əmtəə, mal. Yusif bazarıdır, hər kəsin mətaı varsa gətirsin. (Ata. sözü). ..Bazar-dükanda əlavə heç bir məta yoxdur.. C.Məmmədquluzadə. [Tacir:] Hanı mətaın? Malını göstər! Ə.Məmmədxanlı.\n2. Qiymətli şey, aztapılan şey. Mətaın məta olunca, bazarın bazar olsun. (Ata. sözü). // Ümumiyyətlə hər hansı bir şey. [Azad, Məryəm, Ziba] deyərdilər, gülərdilər, hərənin nə mətaı olsa idi, ortalığa qoyardı. Çəmənzəminli. mətanət is. [ər.] Dözüm, davamlılıq, möhkəmlilik, yenilməzlik, sarsılmazlıq, səbat, mətinlik; iradə. Firuz bütün mətanəti və səbatına rəğmən dəniz sahilindəki qayalardan birinin arxasına düşdü. H.Nəzərli. Xalq böyük bir mətanət və iradə ilə bu şərəfli mübarizəni başa çatdırdı. M.İbrahimov. mətanətli sif. Mətanəti olan, möhkəm iradəli; sarsılmaz, yenilməz, dözümlü, davamlı, mətin. Mətanətli adam. – Bu gözəl, mətanətli, vüqarlı və qəhrəmanlara məxsus qəlbə malik qız Tütünçüoğlunun nəyini və nə kimi xüsusiyyətlərini sevir? M.S.Ordubadi. [Bahar Sonanı] mətanətli olmağa çağırırdı. B.Bayramov. mətanətlilik is. Mətanətli olma; mətinlik, dözümlülük, səbatlılıq, yenilməzlik, sarsılmazlıq. mətanətsiz sif. Mətanəti olmayan, mətin olmayan; davamsız, səbatsız. Onlar sizin kimi savadsız da deyillər, mətanətsiz və iradəsiz də deyillər.. M.S.Ordubadi. mətanətsizlik is. Mətanəti olmama; iradəsizlik, dözümsüzlük, səbatsızlıq. mətbəə is. [ər.] Kitab, qəzet və s. çap olunan müəssisə; çapxana, basmaxana. mətbəəçi is.\n1. Mətbəədə işləyən adam, mətbəə işçisi.\n2. köhn. Mətbəə sahibi, mətbəəsi olan adam. İndi [Qədirlə Nəsir] iki qardaş deyil, ağa ilə nökər, sahibkar ilə əmələ, mətbəəçi ilə mürəttib idilər. S.Hüseyn. mətbəəçilik is. Mətbəə işi, kitab, qəzet və s. çap etmə sənəti. mətbəx is. [ər.] Xörək bişirmək üçün peçi, pilətəsi və s. ləvazimatı olan yer, otaq. Müşkünaz .. mətbəxdə Ənvər üçün xörək hazırlayırdı. Ə.Vəliyev. Mətbəxin divarlarını his basmışdı. Ə.Sadıq. // Qoşunlar hərəkətdə olarkən xörək bişirmək üçün qazanı və pilətəsi olan xüsusi maşın və ya araba. Topçu mətbəxi. Səyyar mətbəx. mətbəxli sif. Mətbəxi olan. O biri də iki otaq və mətbəxli, qabağı eyvanlı təzəcə ev idi. S.S.Axundov. mətbu sif. [ər.] Çap olunmuş, çap edilmiş, nəşr olunmuş. M.F.Axundzadənin mətbu əsərləri. mətbuat is. [ər.]\n1. Kitab, məcmuə və s. çap edən istehsalat sahəsi, nəşriyyat və mətbəə işi. Mətbuat işçisi.\n2. Dövri çıxan qəzet, jurnal və s.-nin ümumi adı. Xarici mətbuat. Dövri mətbuat. – Gizli mətbuat ilə tanış olmağa başladım.. T.Ş.Simurq. [Bəhlul:] Mərziyənin .. mətbuatda təriflənməyi, fabrikin adının tez-tez çəkilməyi çoxunun xoşuna gəlmirdi. B.Bayramov. ‣ Mətbuat konfransı – dövlət, siyasi, ictimai və elm xadimlərinin hər hansı bir məsələyə dair məlumat vermək, yaxud siyasi vəziyyəti işıqlandırmaq üçün mətbuat nümayəndələri ilə görüşü. Mərkəzi jurnalistlər evində xarici jurnalistlər üçün mətbuat konfransı olmuşdur. mətə is. Yerdə oyun üçün çəkilən dairə (əsasən uşaq oyunlarında). Mətədən çıxmaq. mətə-mətə is. Mətə içərisində oynanılan uşaq oyunu. mətərə is. [ər.] Yolda, səfərdə, əsgərlikdə və s. istifadə edilən su qabı. ..Masanın üzərinə böyük bir mətərə buzlu ayran qoyulmuşdu. M.S.Ordubadi. mətin sif. [ər.]\n1. Bərk, möhkəm, sarsılmaz. Mətin qayalara hiddətlə çarparaq çağlar; Səda verər iki yandan qaya, meşə, dağlar. A.Şaiq. ..Bu şəhər bütöv bir çaxmaq daşından ibarət mətin bir qaya üzərində [yerləşmişdi]. S.Rəhimov.\n2. Mətanətli, səbatlı, dönməz, dayanıqlı, etibarlı, sarsılmaz. Mətin qəhrəman. Mətin iradə. – Bu söz düzmü, doğrumu, bu əsrin mətin oğlu. M.Müşfiq. [Ceyran] cəsur, mətin, qəhrəman bir qadın idi. S.Hüseyn. mətinləşdirmək f. Daha mətin etmək, dayanıqlılığını, mətanətini artırmaq, daha dözümlü etmək, möhkəmləndirmək. mətinləşmə “Mətinləşmək”dən f.is. mətinləşmək f. Daha da mətin olmaq, möhkəmləşmək, səbatlı, dözümlü olmaq. mətinlik is. Mətanət, möhkəmlik, sarsılmazlıq, bərklik, davamlılıq, dayanıqlılıq. Son hadisələr bu adamların mətinliyini daha da artırmışdı. S.Rəhimov. Ananın .. süzülən göz yaşları .. həm zəiflik, həm də mətinlik əlaməti idi. B.Bayramov. mətlə is. [ər.] ədəb. Qəsidə və ya qəzəlin ilk beyti (məqtə müqabili). // Giriş, müqəddimə, ilk söz. mətləb is. [ər.]\n1. Arzu, istək, dilək, istənilən şey, məqsəd. Çox gözəl, çox yaxşıdır, lap Bakı məktəbidir; Məktəb bizim kolxozun çoxdankı mətləbidir. R.Rza. • Mətləbə yetmək (nail olmaq, çatmaq), mətləbi hasil olmaq – istəyinə nail olmaq, arzusuna çatmaq. Oldu, sədşükr, mətləbim hasil. S.Ə.Şirvani. Mətləb hasil olmamaq – xeyri olmamaq, heç bir şey çıxmamaq. Kənarda bir neçə gəzib dolanan görsənirdi, amma bunların heç birindən mənə bir mətləb hasil olmadı. C.Məmmədquluzadə.\n2. Məsələ, məsələnin, işin mahiyyəti, əsil mənası, məğzi. Naəhl olana mətləbi qandırmaq olurmu? M.Ə.Sabir. ..Arifsən, gərək bir qıldan mətləbi başa düşəsən. C.Məmmədquluzadə. [Əsgər:] Hə, bəs mətləb elə buradadır ki, səhərdən bəri sənə deyirəm ki, axırı nə olsun. Ü.Hacıbəyov. [Dərviş:] Ruqiyyə mətləbi anladı, ətrafa baxdı.. A.Divanbəyoğlu.\n3. Məsələ, iş. [Nurcahan:] Mən Səfiqulunun xalasıyam, səninlə bir mətləb üstə danışmaq istəyirəm. N.Vəzirov. Bu sorğu-sualsız da onun üçün mətləb aydın idi. S.Rəhimov. Məsmə başını aşağı salıb çətin bir mətləb qarşısında özünü itirmiş kimi dururdu. Mir Cəlal. • Mətləb üstə gəlmək (keçmək, qayıtmaq) – əsas məsələdən danışmaq, əsas məsələyə keçmək, əsas məqsədini demək. Burada bir balaca haşiyə çıxıb da mətləb üstə qayıdarıq. Ə.Haqverdiyev. [Dədə Qorqud] Qoçər ilə ozan dililə danışdı, mətləb üstə gəldi. M.Rzaquluzadə. Fərman yavaş-yavaş mətləb üstə keçdi. Mir Cəlal. Mətləbə dəxli yoxdur – əsas məsələyə aid deyil, işə dəxli yoxdur. mətlub is. [ər.] klas. Tələb olunan, arzulanan, istənilən şey; arzu, istək. Dedim: – Məcnun kimi çöldə qalmışam; Dedi: – Mən ki, mətlubumu almışam. Aşıq Cəlal. mətn is. [ər.]\n1. Yazılmış və ya çap edilmiş halda olan hər cür nitq (ədəbi əsər, sənəd və i.a., habelə onlardan bir hissə, bir parça). Pyesin mətni. // Əsasən tədris üçün olan hər hansı ədəbi əsərin müəyyən hissəsi. Farsca mətni tərcümə etmək.\n2. Bir yazının, ona verilən şəkil, şərh, kommentariya və qeydlərinə verilən izahatdan fərqli olan əsas hissəsi, əsli. Kitabın mətni.\n3. Musiqi əsərinin sözləri, yazısı. Operanın mətni. mətnşünas is. [ər. mətn və fars. ...şünas] Mətnşünaslıq mütəxəssisi. mətnşünaslıq is. Filologiyanın, ədəbi abidələrin və tarixi sənədlərin dəqiq mətnini müəyyənləşdirməklə məşğul olan sahəsi. məva is. [ər.] klas. Yurd, məskən, məkan, yer. Hər kəsin var bir mənzili, məvası; Aləmdə Zakir tək avara kimdir? Q.Zakir. İştə Qafqaz!.. Səfalı bir məva; Allah-Allah, nədir bu abü həva! H.Cavid. // məc. Yuva. Həm gözəl, həm yeyin tik ruhumun məvasını; Əldənayaqdan düşən qəlbimim sevdasını. M.Müşfiq. məvacib is. [ər.] köhn. Maaş, əmək haqqı. [Qulu:] Mən hətta bir neçə adam bilirəm ki, mənim ağamdan az məvacib alırlar. N.Nərimanov. [Əmrah:] Ayda iki manat məvacib verirlər, onu da adama zəhrimardan pis eləyirlər. Ə.Haqverdiyev. [Pristav qorodovoylara:] Müftəcə məvacib alıb, il uzunu bircə qəpikliksə də iş görmək istəmirsiniz.. Çəmənzəminli. məvacibli sif. Maaşlı, əmək haqqı ilə olan. məyus sif. və zərf [ər.] Ümidsiz, ümidini kəsmiş, ruhdan düşmüş; naümid; qəmli, qüssəli, bikef, pərişan, pərt. Məyus adam. Məyus oturmaq. – [Nemət] yorğun və məyus bir halda evə dönüb yatdı. Çəmənzəminli. Uşaq fırtıqlı burnunu çəkib, məyus nəzərlərini anasına dikdi. M.İbrahimov. • Məyus etmək – naümid etmək, ümidini qıraraq qəmləndirmək, ruhdan salmaq, kefini pozmaq, pərt eləmək. Məyus olmaq – ümidini itirərək bikef olmaq, ruhdan düşmək, pərt olmaq. Ah, səd ah ki, dildardən oldum məyus; Soldu gül, gülşənü gülzardən oldum məyus. S.Ə.Şirvani. İş adamlarda elə bir ruh yüksəkliyi oyatmışdı ki, oraya buraxılmayan şagirdlər çox məyus olmuşdular. H.Seyidbəyli. məyus-məyus zərf Məyus halda, pərişan halda; məyuscasına. Məyus-məyus oturmaq. – Molla Tanrıverdi məyus-məyus baxırdı, yenə də nitqi olmadı ki, danışsın. E.Sultanov. Kosa məyus-məyus, göz yaşlarını axıda-axıda qapını açıb çıxdı. S.Rəhimov. məyusanə [ər. məyus və fars. ...anə] bax. məyuscasına. məyuscasına zərf Məyus halda; məyus-məyus. Məyuscasına cavab vermək. məyuslaşma “Məyuslaşmaq”dan f.is. məyuslaşmaq f. Məyus olmaq, əhvalı pozulmaq, ruhdan düşmək. Pis xəbərdən məyuslaşmaq. məyusluq is. Arzunun baş tutmaması üzündən insanda əmələ gələn kədər, ruh düşkünlüyü, pərişanlıq, ümidsizlik hissi. Məşədi Əhmədin ailəsində böyük bir məyusluq davam edib gedirdi. S.Hüseyn. [Nizami:] Qəhrəman insanların böyük düşməni məyusluqdur. M.Hüseyn. məzac is. [ər. mizac]\n1. Xasiyyət, təbiət; temperament.\n2. Əhval, hal. Həsən bəyin məzacı necədir? A.Şaiq. • Məzacı pozulmaq – halı (əhvalı) pozulmaq, xəstələnmək, naxoşlamaq. Sən demədinmi, dumada rəf olur ehtiyacımız? Mən demədimmi, çox yemə, tez pozular məzacımız? M.Ə.Sabir. Məzacı çəkməmək (götürməmək) – ürəyi götürməmək, könlü (təbiəti) çəkməmək, istəməmək. Bu xörəyi məzacım çəkmir. məzar is. [ər.] Qəbir. Mən bu dərd ilə əgər ölsəm, məzara qoymayın; Üstümə ol tuti dilli şux nigarım gəlməmiş. M.P.Vaqif. Qazdır məzarımı çeşmə başında; Sal sinəm üstündən yol, incimərəm. Aşıq Ələsgər. məzarçı bax. qəbirqazan 1-ci mənada. [Musa] Raufla Məsud getdiyi tərəfə baxaraq məzarçıya [deyir]. H.Cavid. [Şair:] Məzarçı qəbrimi dərin qazacaq. M.Rahim. məzardaşı bax. qəbirdaşı. [Murad] bir qismi ərəbcə və farsca, bir qismi türkcə yazılan məzardaşlarının sahiblərinin vəfat tarixlərini oxuyurdu. S.Hüseyn. Hər saxsı parçası, hər məzardaşı; Nəsildən-nəsilə bir yadigardır. S.Vurğun. məzarıstan [ər. məzar və fars. ...stan] bax. qəbiristan. [Xacə Firuz:] Məlun sənsən ki, məmləkəti məzarıstana döndəribsən! Ə.Haqverdiyev. Baxışoğlu Həsən məzarıstana getdiyi vaxt öz qulağı ilə Molla Əkbərin ağzından bu sözləri eşitmişdi. B.Talıblı. məzarlıq is. Qəbiristan. Kim baxarsa haçan bizim şəhərə; Bir məzarlıq kimi gəlir nəzərə. A.Səhhət. Bürümüş ən nəhayət kölgələr baxışını; İndi gözəl xəyalı məzarlıq aləmində. M.Müşfiq. məzdəki (=məzdəkilər) is. Məzdəkizm hərəkatının iştirakçılarına verilən ad. məzdəkilər (=məzdəki) is. Məzdəkizm hərəkatının iştirakçılarına verilən ad. məzdəkilik bax. məzdəkizm. məzdəkizm is. tar. V-VI əsrlərdə İranda Məzdəkin rəhbərliyi altında feodallara və ruhanilərə qarşı yönəldilmiş xalq hərəkatı. məzdəmə “Məzdəmək”dən f.is. məzdəmək f. dan.\n1. İcazəsiz və təklifsiz acgözlüklə yemək. Xörəyi məzdəmək.\n2. məc. Mənimsəmək, içəri salmaq. [Əhməd:] Mənim də əlimə düşəydi sənin pulların, nə səliqə ilə məzdərdim. N.Vəzirov. məzə is. [fars.]\n1. Adətən iştaha üçün əsas yeməkdən qabaq və ya onunla birlikdə, yaxud içki içilərkən yeyilən müxtəlif yüngül yeməklər; çərəz. Süfrəyə məzə düzmək. – Kimi qəhvə, kimi şokolad, təyyarəçi də çaxır ilə məzə istədi. Çəmənzəminli. [Qurban] .. şərab şüşələrini və xüsusi səliqə ilə hazırlanmış məzələr çıxarıb, süfrə tədarükünə məşğul oldu. T.Ş.Simurq. ..Məzələr, xuruşlar boşqablara düzülmüşdü. M.Rzaquluzadə.\n2. Ləzzət, dad, tam. Xörəyin məzəsi ağzından getmir.\n3. məc. Naz, işvə, qəmzə, şivə. [Dürrə] qızlara məxsus bir məzə ilə gülümsədi. S.Vəliyev. • Məzə vermək – qəmzə satmaq, naz eləmək.\n4. məc. Yumor, gülməli şey. ..Amma məzə burasıdır ki, yağış da .. başlayır şıdırğı ilə yağmağa. “Mol. Nəsr.” [Ustanın] mülayim, ahəngdar səslə, hərdənbir məzə ilə dediyi xatirələrini cavanlar şirin söhbət kimi eşidirdilər. Mir Cəlal. məzəli sif.\n1. Dadlı, ləzzətli, tamlı. Məzəli xörək. – Vəsf eylədiyim zövqlə ənharibehiştin; Kövsər məzəli şərbəti-reyhanın üçündür. M.Ə.Sabir.\n2. Əyləndirici, könülaçan, gülməli, güldürücü, duzlu. Məzəli söhbətlər. Məzəli (z.) danışmaq. – Qulaq as, duzlu bir hekayətdir; Məzəli, gülməli rəvayətdir. Ə.Qəmküsar. [Yazgül:] Fəridənin [uşağı] elə məzəli çağadır ki, ay ana!.. Ə.Məmmədxanlı. O, hər bir fikrini maraqlı, məzəli sözlərlə deməyə çalışırdı. S.Vəliyev. // Maraqlı, qəribə. Mən deyirəm, bütün Qafqaziyyə vilayətində bizim Danabaş kəndi kimi məzəli kənd yoxdur. C.Məmmədquluzadə.\n3. Məzəsi olan, çərəzli (bax. məzə 1-ci mənada). Məzəli süfrə. məzəlilik is. Məzəli adamın hal və hərəkəti; oyunbazlıq, təlxəklik. • Məzəlilik etmək (eləmək) – gülməli hərəkətlər etmək, oyun çıxartmaq, hoqqabazlıq etmək, təlxəklik etmək. [Pəri Cadu:] Bu da bizim dəlimizdir. Belə məzəlilik edir. Ə.Haqverdiyev. [Qasım:] Əşi, nə danışırsan? Məzəlilik eləmə! S.Rəhimov. Məzəliliyə salmaq – zarafata salmaq, məzəli sözlərlə başını tovlamağa çalışmaq. Hümmət məzəliliyə salıb, [kolxozçuları] başından eləməyə çalışdı. B.Bayramov. məzəllət is. [ər.] Zəlillik, həqarət, alçaqlıq, xarlıq, etibarsızlıq. Məzəllətdə yaşamaq. məzəmmət is. [ər.] Danlama, qınama, danlayış, töhmət. İctimai məzəmmət. – Uşaqlara Xudayar bəyin məzəmməti tük qədər də kar eləmədi. C.Məmmədquluzadə. // Narazılıq, məmnunsuzluq. [Rəşid:] ..Onun ilıq təbəssümündə, yorğun baxışlarında bir məzəmmət duyurdum. İ.Hüseynov. • Məzəmmət etmək – bax. məzəmmətləmək. Uşağı məzəmmət etmək. – Dədəm başladı gündə məni məzəmmət eləməyə. Çəmənzəminli. Xalamın əri Mürsəl kişi gecikdiyim üçün məni və atamı məzəmmət edirdi. Ə.Məmmədxanlı. məzəmmətedici sif. Məzəmmətli, töhmətli. Məzəmmətedici nəzər. – [Mirhaşım] məzəmmətedici baxışlarla Şücanizama baxdı. P.Makulu. məzəmmətləmə “Məzəmmətləmək”dən f.is. məzəmmətləmək f. Məzəmmət etmək, danlamaq, qınamaq. ..Gülara xanım [qızı] məzəmmətləməyə başladı. S.Rəhman. [Gülnaz] gənclə görüşə razılıq verdiyi üçün özünü məzəmmətlədi. Q.İlkin. məzəmmətlənmə “Məzəmmətlənmək”dən f.is. məzəmmətlənmək məch. Məzəmmət olunmaq, danlanmaq. Uşaq nahaq yerə məzəmmətləndi. məzəmmətli sif. Töhmətli, danlaqlı, töhmətləndirici, məzəmmət ifadə edən. Məzəmmətli söz. – Oğlunun bu məzəmmətli sualı, deyəsən, kişinin ürəyini qanatdı. M.Rzaquluzadə. [Cavan kəndli] Namazın da üzündə məzəmmətli bir ifadə oxuyub, başını aşağı saldı. P.Makulu. məzənnə is. [ər.]\n1. Bazar qiyməti, nırx, müəyyən olunmuş qiymət. Günün məzənnəsi. – [Axund:] [Xoruzu] məzənnədən aşağı satmayasan. B.Talıblı. • Məzənnə qoymaq – nırx təyin etmək, qiymətini müəyyənləşdirmək. Məzənnəsi düşmək – qiyməti aşağı düşmək; ucuzlaşmaq.\n2. a) qiymətli kağızların, xüsusi dövlət normativ aktları ilə müəyyənləşdirilən qiyməti; b) birjada səhmlərin, istiqraz vərəqələrinin, veksellərin və s. alınıb-satıldığı qiymət; kurs. ..Fransa müharibədən sonra öz valyutasının məzənnəsini dəfələrlə aşağı salmışdır. məzənnələşmə “Məzənnələşmək”dən f.is. məzənnələşmək qarş. Qiyməti müəyyənləşmək, qiymət qoymaq, kəsişmək, sövdələşmək. Danışıb məzənnələşmək. məzhəb is. [ər.]\n1. Din. İslam məzhəbi. Xristian məzhəbi. – Əgər övrəti bu əməldən xəbərdar olsa, haman saat ərindən boşanar və boşanmağına da məzhəbləri ixtiyar verər. C.Məmmədquluzadə. Bizim babalar məzhəb ayrılığını bəhanə edib çara əsgər vermirdilər. M.Rzaquluzadə. // Dini cərəyanlardan hər biri; təriqət. [Yaşlı kişi:] Fəqət müxtəlif məzhəb və təriqətlərə mənsub olan müsəlmanlar hamısı bu barədə müttəfiq deyillər. S.Hüseyn.\n2. köhn. Məslək, əqidə mənasında. İki nəfər vəkil yenə müsəlmançılıqdan çıxıb sosial-demokrat məzhəbinə daxil olublar. C.Məmmədquluzadə. ‣ Ara qarışıb məzhəb itmək – bax. ara. məzhəbsiz sif.\n1. Dinsiz, dinə inanmayan, laməzhəb.\n2. Söyüş kimi işlədilir. məzhəkə is. [ər. müzhikə]\n1. Gülməli, güldürücü danışıq, söhbət, hərəkət, oyun; əhvalat, lətifə. Yol uzunu Məmmədrza məzhəkə söyləyərək məni güldürürdü. S.S.Axundov. Usta Murtuz xəstənin ürəyini açmaq üçün şirin söhbətlər elədi, məzhəkə dedi. Mir Cəlal.\n2. Komediya. Ərəstu faciəni məzhəkədən ayırmaq istəmişdir. Ə.Sultanlı. ‣ Məzhəkəyə qoymaq – ələ salıb gülmək, araya qoymaq, lağa qoymaq. Bu saat sizi aparacağam dəlixanaya, orada ağlınız başınıza gələr və dəxi həzrətin tumanbağısını məzhəkəyə qoymazsınız. C.Məmmədquluzadə. məzhəkəçi is. Oyun, yaxud gülməli sözlərlə adamları güldürən adam; oyunbaz, təlxək. Padşahın nədimləri, məzhəkəçiləri onu əyləndirmək üçün gülməli nömrələr hazırlayır və məşq edirdilər. M.S.Ordubadi. // Kloun, komik artist, komik. məzhəkəçilik is. Məzhəkəçinin işi, peşəsi; gülməli oyunlar çıxarma; təlxəklik, oyunbazlıq. ..Müdir izahat verərək dedi: – Bu qızlar məzhəkəçilik və nədimlik öyrənmiş qızlardır. M.S.Ordubadi. məzhəkəli sif. Məzmununda məzhəkə olan; gülməli, güldürücü. Məzhəkəli danışıq. məzhəkənəvis is. [ər. məzhəkə və fars. ...nəvis] köhn. bax. məzhəkəyazan. məzhəkənəvislik is. köhn. Məzhəkə yazma sənəti; komedioqraflıq. ..Məzhəkənəvislikdə [Qoqola] bərabər Rusiyada hələ bir kəs tapılmayıb. C.Məmmədquluzadə. məzhəkəyazan is. Komediya yazan yazıçı; komedioqraf. Varmı şerimizdə məzhəkəyazan? Oxucu gözləyir bunu hər zaman. S.Vurğun. XIX əsrin sonu və XX əsrin əvvəllərində .. kiçik məzhəkəyazanlar, vodevilçilər də yox deyildi. Ə.Sultanlı. məziyyət is. [ər.] Bir şeyin, adamın üstünlüyünü təşkil edən xüsusiyyəti. Hər bir şairin, yazıçının, dramaturqun ən böyük məziyyətlərindən birisi onun mövzu seçməyi bacarmasıdır. C.Cabbarlı. [Zeynal] hər kəslə tanış olduqda özünün məziyyətlərindən bəhs etməyi sevərdi. S.Hüseyn. məziyyətli sif. Yaxşı xüsusiyyətləri ilə seçilən; üstün. məzkur sif. [ər.] kit. Zikr olunmuş, adı çəkilmiş, haqqında danışılmış; yuxarıdakı. Məzkur şəxs. Məzkur əhvalat. – Şəxsi-məzkur Qəzvinin qəryələrindən Kərbəlayı Səlim adlı bir dehqanın oğlu idi. M.F.Axundzadə. Bahadır bir ağanın dalına qısılıb, məzkur qızı yaxşı manşırladı. N.Nərimanov. məzlum sif. və is. [ər.]\n1. Zülm çəkmiş, zülm olunmuş, zülmə məruz qalmış, zülm altında olan (zalım əksi). Məzlum xalq. Məzlum adam. – Məzlumların göz yaşı dərya olacaqmış; Dəryaları, ümmanları neylərdin, ilahi?! M.Ə.Sabir. Ölümlərin pəncəsində hıçqıran; Məzlumların nəvasından yarandım. M.Müşfiq.\n2. Fağır, yazıq, zavallı, dilsiz-ağızsız. Məzlum uşaq. – Onu qaçırsa Səfər ilə Ballı qaçıracaq, yoxsa Allahın məzlumudur. A.Şaiq. ..[Qədir] təcrübəsiz, aciz, məzlum bir insan idi. Mir Cəlal. məzlum-məzlum zərf Yazıq-yazıq, fağırfağır, zavallı-zavallı, məzlumcasına. Göyçək gözləri ilə Məmmədin üzünə məzlum-məzlum baxırdı. E.Sultanov. [Səlim] pərtliyi aradan qaldırmaq üçün məzlum-məzlum gülümsündü. B.Bayramov. məzlumanə [ər. məzlum və fars. ...anə] bax. məzlum-məzlum. Məzlumanə xahiş. – Mehriban, dərdli başını məzlumanə bir tərzdə qaldırıb .. baxdıqda Səlimi gördü. S.Hüseyn. Nə düşkün bir sehr, yarəb! Nə məzlumanə bir fitrət! H.Cavid. məzlumcasına bax məzlum-məzlum. məzlumluq is. Məzlum adamın halı; fağırlıq, yazıqlıq. Məzlumluq edib başlama fəryadə, əkinçi! Qoyma özünü tülkülüyə, adə əkinçi! M.Ə.Sabir. [Kor Seyid] məzlumluğu sevən, miskinlikdən ruhani bir zövq alan adam idi. S.Hüseyn. məzmun is. [ər.]\n1. Əsərdə, kitabda, məqalədə, şəkildə və s.-də şərh olunan, haqqında danışılan, əks etdirilən şeyin mövzusu, əsas şərhi. Romanın məzmunu. Operanın məzmunu. // Kitabın və ya başqa bir əsərin fəsillərinin və ya başqa tərkib hissələrinin siyahısı; mündəricə.\n2. Mətləb, məsələ, mövzu. Fəxr edirəm ki, məcmuəmin ancaq şəkillərinə baxıb kənara tullamırsınız, içində yazdığım məzmunları oxuyursunuz. C.Məmmədquluzadə. // fəls. Hadisə, yaxud prosesin mahiyyətini müəyyənləşdirən əsas xüsusiyyət. Forma və məzmun. İnqilabın ictimai və siyasi məzmunu. // Bir şeyin mənası, mahiyyəti. məzmunca sif. Məzmuna görə, məzmun etibarilə, mənaca. Məzmunca yaxşı poema. məzmunlu sif. və zərf Məzmunu zəngin, dolğun olan, ciddi, dərin mənalı. Məzmunlu pyes. Məzmunlu (z.) danışmaq. – “Millətdən ötür ağlıyan axırda olur kor”; Məzmunlu məsəldir bu ibarət, uçitellər! M.Ə.Sabir. məzmunluluq is. Məzmunca dolğunluq, zənginlik, dərinlik; mənalılıq, ciddilik. Əsərin məzmunluluğu. məzmunsuz sif. və zərf Məzmunca sönük, kasıb, çox maraqsız; boş, mənasız. Məzmunsuz əsər. məzmunsuzlaşdırma “Məzmunsuzlaşdırmaq”dan f.is. məzmunsuzlaşdırmaq f. Məzmundan məhrum etmək; mənasızlaşdırmaq, bayağılaşdırmaq. məzmunsuzluq is. Məzmunca sönüklük, kasıblıq, boşluq, maraqsızlıq, mənasızlıq. Oçerkin məzmunsuzluğu. məzun is. [ər.] Hər hansı bir məktəbi (universitet, institut, texnikum, kurs və s.) bitirmiş tələbə, şagird. İnstitutun məzunları. Texnikum məzunları. – Ancaq Məlikzadə heç bir gənc məzun üzərində bu qədər təkid etməmişdi! S.Rəhimov. məzuniyyət is. [ər.] İşləyən adama istirahət, müalicə və s. üçün verilən müəyyən vaxt. [Muxtar] bir aylıq məzuniyyətini böyük şəhərdə keçirmək niyyətində idi. Çəmənzəminli. • Məzuniyyətə çıxmaq – istirahət və b. məqsəd üçün müəyyən edilmiş müddətə işindən azad olmaq. Zeynal on gün əvvəl məzuniyyətə çıxmış, .. mədən sularına getmişdi. S.Hüseyn. məzuniyyətçi is. Məzuniyyətdə olan adam. məzur sif. [ər.] Üzrü olan, üzürlü, səbəbli. Həm o babətdə də biz məzuruq; Çünkü biz tərbiyəyə məmuruq. A.Səhhət. [Şeyx Sənan:] Məni, şeyxim, bağışla, məzurəm. H.Cavid. • Məzur görmək (saymaq, tutmaq) – üzürlü hesab etmək, üzrünü qəbul etmək, səbəbli saymaq. [Student:] Sizi narahat etməyə məcbur qaldım, məni məzur görünüz. Çəmənzəminli. [Şeyda:] Atamın da səhvi orasındadır ki, bizi həmişə uşaq cərgəsində qoyur, məni məzur tutun. B.Bayramov. məzyədi is. [ər.] IX-X əsrlərdə Şirvanşahlar sülaləsi. mıcır is. məh. Keçi balası, çəpiş, oğlaq. mığıldamaq f. Öz-özünə gülümsəmək. Uşaq mığıldayır. mığıltı is. Öz-özünə gülümsəmə. Uşağın mığıltısı eşidilirdi. mığmığ (=mığmığa=mığmığı) is. Ağcaqanad. Palıdlı meşənin qaranlığında; Yay günü mığmığa olur əjdaha. H.K.Sanılı. Mığmığı sancır insanı; Dönüb zəhərlənir insanın qanı. S.Vurğun. mığmığa (=mığmığ=mığmığı) is. Ağcaqanad. Palıdlı meşənin qaranlığında; Yay günü mığmığa olur əjdaha. H.K.Sanılı. Mığmığı sancır insanı; Dönüb zəhərlənir insanın qanı. S.Vurğun. mığmığı (=mığmığ=mığmığa) is. Ağcaqanad. Palıdlı meşənin qaranlığında; Yay günü mığmığa olur əjdaha. H.K.Sanılı. Mığmığı sancır insanı; Dönüb zəhərlənir insanın qanı. S.Vurğun. mıx is. [fars.]\n1. Mismar. İri mıx. Ayaqqabı mıxı. Divara mıx vurmaq.\n2. Yerə, divara çalınan ucuşiş ağac parçası. Qatır mıxın qopardar, biri yerə dəyər, ikisi özünə. (Ata. sözü). [Dərviş:] Dana-buzovları mıxlarından açıb o biri tərəfə otlamağa yellədim. A.Divanbəyoğlu. ‣ Mıx kimi dan. – 1) dümdüz, dik. Uşaq mıx kimi dayandı; 2) möhkəm, sarsılmaz. mıxabənzər (=mıxvari) sif. Mıx kimi, mıx şəklində. mıxvari (=mıxabənzər) sif. Mıx kimi, mıx şəklində. mıxça is.\n1. Kiçik mıx, kiçik mismar. Ayaqqabı mıxçası.\n2. Paltar və s. asmaq üçün divara vurulmuş mıx. Paltarı mıxçadan asmaq. – [Nəriman] .. papağını mıxçadan götürdü. Mir Cəlal. [Niyaz] əynindəki köhnə pencəyini çıxarıb orta dirəkdəki mıxçadan asdı. Ə.Vəliyev.\n3. Kiçik paya, ağac parçası. Əziz kişi çadırın mıxçalarını tapıb gətirdi. B.Bayramov. mıxçalama “Mıxçalamaq”dan f.is. mıxçalamaq f. Mıxça çalmaq, mıxça vurmaq, mıxlamaq. mıxçalanma “Mıxçalanmaq”dan f.is. mıxçalanmaq məch. Mıxça vurulmaq, mıxça çalınmaq; mıxlanmaq. mıxçalı sif. Mıxçalanmış, mıxça vurulmuş, mıxçası olan. Sabah tezdən kərbəlayı başı mıxçalı çomağı götürüb, məşədinin həyətinə baxıb öskürür. Çəmənzəminli. mıxlama I. məch. Xüsusi qaydada bişirilmiş qayğanaq.\n\nII. “Mıxlamaq”dan f.is. mıxlamaq f.\n1. Mıx çalmaq, mismarlamaq, mıx vurmaq, mıx vurub bərkitmək. Qapını mıxlamaq. Taxtanı mıxlamaq. – İki nəfər uşaq əldə çəkic hazır yeşiklərin qapağını mıxlayırdı. Mir Cəlal.\n2. məc. Möhkəm vurmaq, vurub bərkitmək. Mıxlayıb sanki günəş istisini yer üzünə; Sanki burdan yayılır od ləpəsi Mil düzünə. S.Rüstəm. mıxlanma “Mıxlanmaq”dan f.is. mıxlanmaq məch.\n1. Mıx vurulmaq, mıx vurulub bərkidilmək; mismarlanmaq. Limon yeşiyi pəncərəyə qoyulmuşdu, hələ ağzı mıxlanmamışdı. Mir Cəlal.\n2. Mıxdan asılmaq, mıxla bərkidilmək, mıxla vurulmaq. Nəcəf artırmanın dirəyinə mıxlanmış balaca əlüzyuyana yaxınlaşdı. M.İbrahimov. Yan divarlara günün vacib məsələlərinə dair plakatlar .. mıxlanmışdı. Ə.Əbülhəsən.\n3. məc. Bir yerə yapışıb qalmaq, yerindəcə dayanıb durmaq, yerindən tərpənməmək. [Yoldan keçənlər:] Bacı, nə verəcəklər? – deyə sorur, bəziləri yolundan qalıb növbəyə mıxlanırdı. Qantəmir. Rüstəm kişi stula mıxlanıb qaldı, qulağına inanmadı. M.İbrahimov. // məc. Bağlanmaq, bənd olmaq. O başladığı işlə buraya daha da mıxlanmışdı. S.Rəhimov. Yəqin ki, [Bəyim] indi anası ilə danışır və mənim buraya mıxlanıb qaldığımı heç ağlına da gətirmirdi. İ.Əfəndiyev. mıxlatma “Mıxlatmaq”dan f.is. mıxlatmaq icb. Mıx vurdurmaq, mıxla bərkidilmək; mismarlatmaq. Qutunu mıxlatmaq. mıxlı sif. Mıx çalınmış, mıx vurulmuş, mıxla bərkidilmiş; mismarlı. mıqqıldama “Mıqqıldamaq”dan f.is. mıqqıldamaq bax. nıqqıldamaq. ..Uşaq gözlərini bərəldir və mıqqıldayıb istəyir qaça. C.Məmmədquluzadə. Tapdıq yenə də mıqqıldadı. Ə.Vəliyev. mıqqıldanma “Mıqqıldanmaq”dan f.is. mıqqıldanmaq bax. nıqqıldanmaq. mıqqıltı is. İnilti, zarıltı. Tapdıq, elə bil, eşitmir, mıqqıltısını artırırdı. Ə.Vəliyev. mırıq sif.\n1. Qabaq dişləri çürümüş kötük halında olan, yaxud düşmüş. Tapdığın bütün dişləri gəmirik və mırıqdı. Ə.Vəliyev. Qarakişi .. qapı-pəncərəyə baxıb mırıq dişləri arasından pıçıldadı. B.Bayramov. // İs. mənasında. Çürük diş. ..Bədirli yenə yaltaq bir təbəssümlə irişdi və onun alt çənəsindəki mırığı göründü. M.Hüseyn.\n2. Dovşandodaq. mırıldama “Mırıldamaq”dan f.is. mırıldamaq f.\n1. Mır-mır etmək, mırıltı səsi çıxarmaq. İt mırıldayır. – Piri kişi bir yeni şəxs ilə tanış olanda Qara köpək .. o adama dişlərini ağardıb mırıldasaydı, [Piri kişi] onu özünə düşmən bilərdi. S.S.Axundov.\n2. dan. Söylənmək, deyinmək, donquldanmaq. [Ağa Kərim xan:] Burnunun altında nə mırıldayırsan, a gədə! N.Vəzirov. mırıldanma “Mırıldanmaq”dan f.is. mırıldanmaq qayıd.\n1. Dodaqaltı söylənmək, deyinmək, donquldanmaq. Xan özözünə mırıldanıb başladı hirsindən saqqalının tüklərini yolmağa. Çəmənzəminli. Kəblə Novruzqulu səsdən təngə gəlib mırıldanırdı. H.Sarabski.\n2. Mırıltı səsi çıxarmaq (itlər haqqında). Tüfəngi çiyninə salıb səs-küysüz tövləyə girəndə ala köpək həyətdə mırıldandı.. M.Rzaquluzadə. mırıltı is.\n1. İtlərin bir şeydən xoşlanmadıqları zaman çıxardıqları yavaş alçaq səs. [Dərviş:] Malların göyşəyi, atların nəriltisi, gah-gah da itlərin mırıltısı qulağıma gəlirdi. A.Divanbəyoğlu. Gecələr töyləyə dolmuş sahibsiz kənd itlərinin mırıltısından başqa bir səs .. sükutu xələldar etmirdi. M.İbrahimov.\n2. dan. Deyinmə, söylənmə, donquldanma. Onun mırıltısını kəssənə! mır-mır təql. Mırıltı səsi, mırıltı. Mır-mır səsi eşidilir. • Mır-mır mırıldamaq dan. – dodaqaltı deyinmək, donquldanmaq, söylənmək. Bundan yana dönüb isə mır-mır mırıldayır; Qoymur olam evimdə də rahət gavur qızı. M.Ə.Sabir. Birdən bir papiros yandırdı cəllad; Basdı gənc əsgərin iki gözünə; Mırmır mırıldadı özü-özünə. S.Rüstəm. mırmırı is. zool. Ağbalıq. mırt mırt vurmaq dan. – baş-başa verib söhbət etmək (adətən boş və əhəmiyyətsiz şeylər haqqında). [Xəlil mirzə ilə] üzbəüzdə isə iki nəfər maxorka tüstülədə-tüstülədə mırt vururdu. Q.İlkin. mırtıldama “Mırtıldamaq”dan f.is. mırtıldamaq f. Anlaşılmaz halda danışmaq; donquldanmaq, deyinmək, söylənmək. mırtıldanma “Mırtıldanmaq”dan f.is. mırtıldanmaq qayıd. Öz-özünə anlaşılmaz danışmaq; deyinmək, söylənmək, donquldanmaq. Mən heç bilmirəm ki, bu nə bişməmiş sözdür? – deyə [Dadaş Lələşov] mırtıldandı. S.Rəhimov. mırtlama “Mırtlamaq”dan f.is. mırtlamaq f. Dodaq altında danışmaq; deyinmək, söylənmək, donquldamaq. [Hafizə xanım:] Nə mırtlayırsan, a gədə? Ə.Haqverdiyev. mırtlanma “Mırtlanmaq”dan f.is. mırtlanmaq bax. mırtıldanmaq. Gecənin, bilmirəm nə vaxtı idi, gördüm uşaqların anası öz-özünə mırtlanır. C.Məmmədquluzadə. mırt-mırt zərf Boş-boş, havayı. Mırtmırt söylənmək. – A kişi, bu kitabları və kağızları tulla cəhənnəmə, az bu cinlərnən və şəyatinlərnən mırt-mırt danış.. C.Məmmədquluzadə. Mırt-mırt oxuyub mırıldayırsan; Qarğa kimi hey qırıldayırsan. M.Ə.Sabir. mısmırıq is. Acıqlı, hirsli, narazı adamın üzündə əmələ gələn hal; qaşqabaq. • Mısmırığı(nı) sallamaq – sifətinə acıqlı, hirsli, yaxud narazı bir ifadə vermək, qaşqabağını sallamaq. Xanpəri mısmırığını sallamış, qaşqabağını tökmüşdü. Ə.Vəliyev. Mısmırığı açılmaq – danışmağa, gülməyə başlamaq, üzü gülmək, hirsi, acığı soyumaq, aynası açılmaq. mışhamış zərf Sakit və şirin (uşağın yatmağı haqqında). Uşaq mışhamış yatır. mışıldama “Mışıldamaq”dan f.is. mışıldamaq f. Sakit-sakit, şirin-şirin, rahat-rahat yatmaq (uşaq haqqında). Uşaq mışıldayırdı. – Firəngiz yuxulu-yuxulu Sabiri döşünə salır, bir azdan körpə mışıldayır, anasının qoynunda tamamilə sakitləşirdi. S.Rəhimov. Məryəm xala hələ də mışıldayan uşağı bağrına basıb otağa tərəf yollandı. M.İbrahimov. mışıl-mışıl bax. mışhamış. Körpə mışıl-mışıl yatırdı. – Mədinə arvad lap yaxınlaşdıqda yorğanın ucunu qaldırdı, mışıl-mışıl yatan çağanın üzünə baxdı. S.Rəhimov. [Cavad] Zöhrənin böyründə mışıl-mışıl yatan Aslana həsrətlə baxdı. Ə.Vəliyev. mışıltı is. Rahat-rahat, dərin-dərin, şirin-şirin, mışhamış. [Şirmayı] əlinin birini böyrünə, birini də başının altına qoyub mışıltı ilə yatırdı. M.Hüseyn. Salman .. mışıltı ilə yatmış Elxanın beşiyinin yanını kəsdirdi. S.Rəhimov. mışovul is. zool. Dələ ailəsindən zərif bədənli, çevik, kiçik yırtıcı. mız is. zool. Sirkə və başqa turş şeylərin üzərinə yığılan xırda milçək. mızı sif. Azdanışan, həmişə qaşqabaqlı, üzügülməz, yaxud danışığından bir şey başa düşülməyən. [Şahbəy:] O günü Bülənd bura gəlmişdi, heç deyinən, kəlmə kəsdinmi? Yanı o özü də elə mızı adamdır! Ə.Əbülhəsən. mızıldama “Mızıldamaq”dan f.is. mızıldamaq f. Dodaqaltı danışmaq, anlaşılmaz danışmaq və ya oxumaq. Yarməmməd nə isə dodaqarası anlaşılmaz bir şey mızıldadı. M.İbrahimov. Falçı içəri girən kimi mızıldamağa başladı. P.Makulu. Çarpayıya uzanıb rahatlandım, mızıldayıb mahnı dedim. Mir Cəlal. mızıldanma “Mızıldanmaq”dan f.is. mızıldanmaq qayıd. Deyinmək, söylənmək, donquldanmaq. Nisə artıq dodağının altında mızıldanmağa başlayırdı. M.Hüseyn. Qalınqaş oğlan kameraya dönəndə qarovulun eşidəcəyi səslə mızıldandı: – Qudurubdu zalım oğlu, nədi? Mir Cəlal. mızıltı is. Mızıldama səsi. Bir mızıltı eşitdim. – [Yarməmmədin] mızıltısından bir şey başa düşməyən Qara Kərəm soruşdu. M.İbrahimov. Ədhəm sağ əlini sol sinəsində gəzdirə-gəzdirə xeyli dayandı, gözünü döydü, dolandı, axırda mızıltısı o yandan gəldi. B.Bayramov. mızmız (=mızmızı) sif. dan. Aydın danışmayan, burnunda danışan, danışığı başa düşülməyən. Mızmız adam. mızmızı (=mızmız) sif. dan. Aydın danışmayan, burnunda danışan, danışığı başa düşülməyən. Mızmız adam. mi [lat.] Musiqi qammasının üçüncü səsi, habelə bu səsi göstərən not. miçətkən is. Ağcaqanad, milçək və s. qanadlı həşəratlardan qorunmaq üçün cunadan (tənzifdən) tikilən yataq örtüyü. Miçətkən qurmaq. Miçətkəndə yatmaq. – [Kişi:] Bu bizim qonağa bir yaxşı nömrə ver, miçətkəni də olsun. Çəmənzəminli. miçman [ing.]\n1. Rus hərbi dəniz donanmasında starşina heyətində ən böyük ad, habelə bu cür adı olan şəxs.\n2. Çar Rusiyasının hərbi dəniz donanmasında ilk zabit rütbəsi, habelə bu cür rütbəsi olan şəxs. miçurinçi is. Biologiyada və kənd təsərrüfatında əsası rus alimi İ.V.Miçurin tərəfindən qoyulmuş elmi üsulların davamçısı. midbər is. Heyvan boynuna bağlanan ipə keçirilən halqa. Midbəri ipə bənd etmək. midiyalı is. tar. Qədim Midiya əhlindən olan. Burada qəbilə düzəldən, buranı abad edən midiyalı Cəməsb olmuşdur. Çəmənzəminli. mif [yun. mythos]\n1. Allahlar, əfsanəvi qəhrəmanlar, dünyanın və həyatın əmələ gəlməsi haqqında qədim xalq rəvayətləri; əsatir.\n2. məc. Fantastik, əfsanəvi, xəyali, əsli olmayan şey haqqında. Həqiqət deyil, mifdir. mifik “Mif”dən sif. Əsatiri, əfsanəvi, mifoloji. Mifik təsəvvürlər. mifologiya [yun.]\n1. Miflər, mifik rəvayətlər toplusu; əsatir. Yunan mifologiyası.\n2. Mifləri tədqiq edən elm. mifoloji sif. Mifologiyaya aid olan. Mifoloji mövzu. Mifoloji qəhrəman. mifoloq [yun.] Mifologiya mütəxəssisi. mixbər is. [ərəbcədən] Laboratoriya təcrübələrində işlədilən bir başı qapalı nazik şüşə boru; sınaq borusu. Texnik süxur parçasını çini həvəngdə əzişdirib mixbər borusunu yarısına qədər doldurdu. M.Süleymanov. mixək is. [fars.] Həmin adlı ağacın qurumuş qönçələrindən hazırlanan ətirli, tünd dadlı quru toz şəklində ədviyyə. Xəmirə mixək qatmaq. • Mixək, mixək ağacı bot. – mərsin fəsiləsindən qönçələrindən mixək hazırlanan həmişəyaşıl ağac. mixəkgülü is. bot. Xaççiçəklilər fəsiləsindən çox ətirli əlvan çiçəkli gül; maygülü, sədbər, şəbbu. [Balkonlarda] ikinci cərgədə .. mixəkgülü, qərənfil, sabahgülü, qurdağzı əkilir. mixəkkimilər cəm, bot. Mixək ağacı, evkalipt və bəzi başqa bitkilərin daxil olduğu fəsilə. Mixəkkimilər fəsiləsinin başlıca cinslərindən biri evkaliptdir. M.Qasımov. mixəkli sif. Mixək qatılmış, mixək tökülmüş, tərkibində mixək olan. Mixəkli fətir. – Katibin Sübhanverdizadəyə ötən günü hilli, mixəkli çay verməyi indi onun başına böyük bir bəla açmış oldu. S.Rəhimov. mixəyi sif. Mixək rəngində olan, mixək rənginə çalan; qəhvəyi. Mixəyi parça. Mixəyi şal. – Dildar arvadın mixəyi sətin tumanı kürsüdən aşağı tökülüb çətir kimi qabarmışdı. Ə.Vəliyev. Qaratel sadə mixəyi don geyib, ala-bula ləçək bağlamışdı. Ə.Əbülhəsən. mixi sif. [fars.]: mixi xətt (yazı) – Qabaq Asiyanın qədim xalqlarında (Assuriyada, Babilistanda, qədim İranda) gil və ya daş üzərində mıxşəkilli cızıqlardan ibarət yazı üsulu. Mixi əlifba. Bisutun mixi yazıları. – Ceyniz ən yaxşı tələbələrdən hesab olunurdu, mixi xəttini də gözəlcə oxuyurdu. Çəmənzəminli. mikado Yaponiya imperatorunun titulu və bu titulu daşıyan şəxs. miknət is. [ər.] klas. Güc, qüvvət, iqtidar, qüdrət. İstərsən əgər oğlun edə kəsb fəvaid; Həm sərvəti zaid ola, həm miknəti zaid. M.Ə.Sabir. mikoz is. [yun.] İnsanda və başqa canlılarda çeşidli xəstəliklər yaradan parazit göbələklərin ümumi adı. mikro... [yun. mikros – kiçik] Mürəkkəb sözlərin birinci tərkib hissəsi olub aşağıdakı mənaları ifadə edir: a) çox balaca, çox kiçik; məs.: mikroorqanizm; b) çox kiçik elementlərin və kəmiyyətlərin ölçülməsi və ya tədqiqi ilə əlaqədar olan; məs.: mikroanaliz, mikrobiologiya; c) sözün ikinci hissəsində verilən əsas ölçü vahidinin milyonda bir hissəsi; məs.: mikrovolt. mikrob [yun. mikros – kiçik və bios – həyat] Ancaq mikroskopla görünə bilən birhüceyrəli orqanizm; bakteriya. mikrobiologiya [yun. mikros, bios və logos] Biologiyanın mikroorqanizmləri öyrənən bölməsi. mikrobioloji sif. [yun.] Mikrobiologiyaya aid. Mikrobioloji tədqiqat. mikrobioloq [yun.] Mikrobiologiya mütəxəssisi. mikrobsuzlaşdırma “Mikrobsuzlaşdırmaq”dan f.is. mikrobsuzlaşdırmaq f. Mikroblarını məhv etmək, zərərsizləşdirmək, sterilizə etmək. mikroelementlər [mikro... və lat. elementum] Bitki və heyvan orqanizmlərində çox az miqdarda (faizin yüzdə, mində biri və daha az) olan kimyəvi elementlər. mikrofon [mikro... və yun. phone – səs] Səs titrəyişlərini elektrik titrəyişlərinə çevirən cihaz (səsi uzaq məsafələrə vermək, yaxud gücləndirmək üçün tətbiq edilir). mikroiqlim is. [mikro... və ər. iqlim] Kiçik sahənin, yerin xüsusiyyətlərindən (meşə, çöl, bataqlıq və s.-dən) asılı olan iqlimi. mikroklimat [mikro... və klimatos] bax. mikroiqlim. mikroquruluş is. xüs. Bərk maddələrin mikroskop altında görünən quruluşu. mikron [yun. mikron – kiçik] Metrin milyonda bir hissəsi. mikroorqanizm [mikro... və yun. organismus] Adi gözlə görünməyən bitki və ya heyvan orqanizmi. mikrorayon [mikro... və rus. rayon]\n1. Rayonun bölündüyü ən kiçik vahid.\n2. Şəhər və iri qəsəbələrin ətrafında salınmış yaşayış məntəqəsi. mikroskop [mikro... və yun. skopeo – baxıram] Adi gözlə görünməyən şeylərə baxmaq üçün çox böyüdücü şüşələr sistemi olan optik cihaz. mikroskopiya [mikro... və yun. skopeo – baxıram] Mikroskopun quruluş və tətbiqini, həmçinin mikroskopik preparatların hazırlanma üsullarını öyrənən təcrübi fənn; bir şeyin mikroskop vasitəsilə öyrənilməsi. mikroskopik sif. [yun.]\n1. Mikroskop vasitəsilə edilən (görülən, aparılan). Mikroskopik tədqiqat.\n2. Son dərəcə kiçik, ancaq mikroskopla görünən. Mikroskopik cisimciklər. mikrotərəzi is. [mikro... və fars. tərazu] Ən xırda şeyləri çəkmək üçün tərəzi. mikser is. [ing.] Krem, kokteyl və s. düzəltmək üçün cihaz. miqdar is. [ər.]\n1. Say, qədər, kəmiyyət. Hər şeyin miqdarı vardır. • Bir miqdar – bir qədər, bir az, qeyri-müəyyən qədər. [Molla İbrahimxəlil:] ..Molla Həmidin tərəfindən məlum oldu ki, siz, guya, bir miqdar pul gətirib gümüş almaq xahiş edirsiniz. M.F.Axundzadə. Nə miqdar – nə qədər, nə dərəcədə, nə nisbətdə. Heç bilməm kim, nə miqdar istər ol canparəsin. Qövsi.\n2. Hörmət, qədir-qiymət, etibar. [Hacı Nuru:] Kamal ata kürkü deyil ki, irs ilə övlada yetişə. O səbəbdən xalq arasında miqdarın yoxdur. M.F.Axundzadə. miqdarca zərf Miqdara görə, sayca, kəmiyyətcə. miqdari sif. [ər.] Kəmiyyətə görə, kəmiyyətcə. Miqdari analiz. miqdarsız sif.\n1. Saysız, hədsiz, çox, saysız-hesabsız.\n2. Hörməti olmayan, qədir-qiymətsiz, hörmətsiz. miqdarsızlıq is. Saysızlıq, hesabsızlıq, hədsizlik. miqnatis is. [ər. əsli yun.] köhn. Maqnit. Ey dili-qafil, qız ki var, miqnatis kimi bir şeydir. C.Cabbarlı. miqren [fr.] Adətən başın bir yarısında bərk başağrısı təzahür edən əsəb xəstəliyi; parabaş. ..Demək olar ki, onun başı ağrısız olmazdı. Həkim miqren demişdi. Ə.Əbülhəsən. miqyas is. [ər.]\n1. Çertyojda, planda, xəritədə və s.-də çəkilən xətlərin uzunluğunun yerin həqiqi uzunluğuna olan nisbəti.\n2. Ölçü, dərəcə, dairə, bir şeyin qavrama dərəcəsi. Bir nəfər oğlanın işi buraxıb qaçması istehsalata çox cüzi bir təsir göstərsə də, bunun daha geniş miqyasda zərəri ola bilərdi. M.Hüseyn.\n3. Ölçü aləti, məsafə ölçüsü. miqyaslı sif.\n1. xüs. Müəyyən miqyasda olan (çertyoj, plan və ya xəritə haqqında). Böyük miqyaslı xəritə.\n2. məc. Geniş, əhatəli, vüsətli. Geniş miqyaslı əsər. mil I. is. [ər.]\n1. Bəzi alətlərdə, mexanizmlərdə, maşınlarda ox, qol; ümumiyyətlə, müxtəlif işlərdə istifadə edilən nazik metal çubuq. Çarx mili. Dəyirman mili. – Hesabdar çotka dənələrini tərpətdi, dənələr millərdə fırlanaraq şıq-şıq şıqqıldadı. S.Rəhimov. // Saat və s. mexanizmlərdə əqrəb. Mina darıxdığından saatın milləri heç irəli getməyirdi. İ.Musayev.\n2. Corab və s. toxumaq üçün ucu küt, uzun iynə. Səkinə .. milləri götürüb corab toxumaqla məşğul oldu. M.İbrahimov.\n3. Parçada zolaq, zol, xətt.\n4. Evlərin üstündə qurulan taxtapuşların ən yuxarısında başdan-başa qoyulan uzun ağac, tir. Damın mili.\n5. Əldə oynadılan bir ucu nazik, o biri ucu yoğun idman aləti. [Bir ayrısı:] Paltarlarımızı tamam çıxardıb, sonra on-on beş girvənkə gələn milləri atıb-tutar, oynadardıq. Çəmənzəminli.\n6. Gözə sürmə çəkmək üçün sümükdən və s.-dən nazik alət; milçə. Yar məni dindirir şirin dil ilə; Gözə sürmə çəkir gümüş mil ilə. “Aşıq Qərib”. ‣ Mil qalmaq (durmaq, dayanmaq) – düz durub əmr gözləmək. Mil qalxmaq – dik qalxmaq, dik durmaq.\n\nII. [ing. mile] Müxtəlif ölkələrdə müxtəlif uzunluğa bərabər məsafə ölçüsü. • Coğrafi mil – 7420 metr uzunluqda məsafə ölçüsü. Dəniz mili – 1852 metr uzunluğunda məsafə ölçüsü. milad is. [ər.] Xristianlarda: İsanın doğulduğu il. // Həmin ildən başlanan təqvim. Miladın II əsrində. Miladdan əvvəl. miladi sif. [ər.] İsanın anadan olduğu gündən başlanan, hesablanan. Miladi tarix. – Hicri tarixlə 1324-cü, miladi tarixlə 1906-cı ildə şah konstitusiyanın birinci hissəsini təsdiq etdi. P.Makulu. milçə is. Kiçik mil, balaca mil. Hüseyn əmi .. milçə ilə çubuğun başını qurdalayır və boğazını arıtlayırdı. M.S.Ordubadi. milçək is. Bəzi yoluxucu xəstəlik mikroblarını yayan qoşaqanadlı həşərat, çibin. Milçək bir şey deyil, könül bulandırır. (Məsəl). Dedi divanə: – Ey şəhi-məğrur; Mənə milçəklər eyləyir azar. S.Ə.Şirvani. ‣ Milçək vızıltısı qədər – qətiyyən, əsla təsiri olmayan söz, səs və s. haqqında. Nəzarətçinin bağırtısı milçək vızıltısı qədər də təsir eləmirdi. M.Hüseyn. Milçək qovmaq (tutmaq) – avaralanmaq, heç bir işlə məşğul olmamaq, boş-bekar dayanmaq. Milçək kimi vızıldamaq – ara vermədən, eyni sözü dönədönə təkrarlamaq. Akif əsəbi halda gəzinir. Süleyman onun dalına düşüb milçək kimi qulağının dibində vızıldayır. M.İbrahimov. Milçək uçsa eşidilər – tam sakit, xamuş, səssiz yer haqqında. Kimsə dinmir, milçək uçsa eşidərsən otaqda; Qonurgözlü bir uşaq da oturmuş bir bucaqda. S.Rüstəm. milçəkqapan is. zool. Ağacdələn dəstəsindən kiçik bir quş. milçəkqıran is.\n1. Milçəkləri qırmaq üçün üstü zəhərli və ya yapışqanlı kağız və s.\n2. bax. milçəkvuran. milçəklənmə “Milçəklənmək”dən f.is. milçəklənmək f.\n1. Quyruğu ilə və ya bədəninin hər hansı bir hərəkəti ilə üstünə, göz-başına qonan milçəkləri qovmaq (heyvanlar haqqında). Çil at büdrədi, sonra yerində sakit dayandı və gödək quyruğu ilə milçəkləndi. S.Rəhimov. [Nəcəfalı:] Ay Məhər, elə hər sözə şübhə eləməkdən, milçəklənən at kimi başını yırğalamaqdan başqa bir şey bilmirsən. B.Bayramov.\n2. məc. dan. Heç hərəkət etməmək, qətiyyən tərpənməmək, qımıldanmamaq. milçəktutan is.\n1. bot. Şehçiçəyi fəsiləsindən həşərat yeyən bitki; sinəkqapan.\n2. zool. Sərçə fəsiləsindən həşərat yeyən müxtəlif quşların adı. milçəkvuran is. Milçəkləri vurub öldürmək üçün dəstəkli alət. milçəkyeyən is. zool. Sürfələrini milçəklə bəsləyən həşərat. miledi is. [fr.] İngiltərədə imtiyazlı sinifdən olan ərli qadına müraciət forması. milenium is. [lat.] Min ilə bərabər zaman vahidi. Üçüncü milenium başladı. miləl is. [ər. “millət” söz. cəmi] Millətlər. Sair miləl övrətlə ədalət edir, etsin. M.Ə.Sabir. Sair miləl və əqvam artıq sürətlə irəli gedib özləri üçün ixtiyarlar və imtiyazlar axtarmaqdadırlar. F.Köçərli. miləmil sif. Milləri olan, zol-zol, zolaqzolaq. Miləmil çit. Miləmil parça. – [Tahir] stuldan asılmış miləmil yay kostyumunu geyindi. M.Hüseyn. milis [lat. militia – ordu] köhn.\n1. bax. milisioner. Kapitan iki milislə daxil olur. İ.Əfəndiyev. • Milis nəfəri – bax. milisioner. Milis nəfərinə müraciət etmək.\n2. bax. milisiya. Qəlbində bir nəcib atalıq hissi; Uğur olsun! – dedi milis rəisi. S.Rüstəm. milisioner [lat.] köhn. Milis işçisi, milisiyada xidmət edən adam, milis nəfəri. Milisioneri köməyə çağırmaq. – Yoldaş milisioner, axşamınız xeyr! Ən köhnə dostunam bu şəhərdən mən. S.Rüstəm. Abbas on beş ildən artıq milisioner işlədi. Ə.Vəliyev. milisionerlik is. Milisioner vəzifəsi, işi. Milisionerlik eləmək. milisiya [lat. militia – ordu] köhn.\n1. İctimai asayişi və əmniyyəti qoruyan inzibati orqan. // dan. Bu orqanın yerli idarəsi. Milisiyada qeydə alınmaq.\n2. top. Milis işçiləri, milisionerlər. Bütün milisiya yığıldı. militarist [lat. militaris – hərbi] Militarizm siyasəti yeridən; hərbçi. militarizm [lat.]\n1. İmperialist dövlətlərin silahlanma və müharibəyə hazırlanmaqdan ibarət mürtəce siyasəti; hərbçilik.\n2. Hərbçilərin siyasi hakimiyyəti. milləmə 1. “Milləmək”dən f. is.\n2. zərf Mil kimi, düz, dik. Milləmə qalxmaq. milləmək f. Mil kimi düz, dik qaldırmaq, durğuzmaq. millənmə “Millənmək”dən f.is. millənmək f. Dik qalxmaq, düz qalxmaq, dikəlmək. Quşlar havaya millənib, dənizə doğru uçub getdilər. M.Rzaquluzadə. Şiferli damlardan qalxan boz tüstülər küləksiz havada yuxarı millənir, göyün bir qatında əriyib yox olurdu. B.Bayramov. millət is. [ər.]\n1. İnsanların tarixən dil, ərazi, iqtisadi həyat və psixika ümumiliyi əsasında təşəkkül tapan və milli xarakterin mədəniyyətin milli özünəməxsusluğunda təzahür edən sabit birliyi.\n2. Dövlət, ölkə mənasında. Birləşmiş Millətlər Təşkilatı. millətçi is. və sif. Millətçilik tərəfdarı (bax. millətçilik). Millətçi partiyalar. millətçilik is. Milli əlahiddəlik və müstəsnalığı, digər millətlərə etimadsızlığı təbliğ edən ideologiya və siyasət. millətpərəst [ər. millət və fars. ...pərəst] bax. millətçi. [Rüstəm bəy:] Birisi millətpərəst Həsənqulu bəydir ki, sən onu tanıyırsan. Ü.Hacıbəyov. millətpərəstlik bax. millətçilik. millətpərvər is. və sif. [ər. millət və fars. ...pərvər] Millətini, xalqını sevən, istəyən, millətinə, xalqına məhəbbəti olan; milli azadlıq hərəkatı tərəfdarı, iştirakçısı. ..Bu iki millətpərvər bir məsləkdə olub öz millətlərinin səadətinə çalışırdılar. İ.Musabəyov. millətpərvərlik is. Millətini, xalqını sevmə, istəmə; millətinə, xalqına məhəbbəti olma. milli I. sif. [ər.]\n1. Millətə aid olan, millətə məxsus olan. Milli məsələ. Milli hərəkat. – [Səttarxan:] Möhtərəm natiq, əsil məsələ yalnız torpaq və suda deyil, mübarizə milli azadlıq uğrundadır. M.S.Ordubadi. • Milli azadlıq hərəkatı – vətənlərini, xalqını xarici əsarətdən azad etmək uğrunda xalqların apardığı milli mübarizə.\n2. Hər hansı millətin səciyyəvi xüsusiyyətlərini ifadə edən, hər hansı millətə xas olan. Milli mədəniyyət. Milli adətlər. Milli musiqi. Milli geyimlər.\n3. Bir ölkəyə, dövlətə aid olan. Milli bayraq. Milli himn.\n4. Ayrıca, kiçik millətə (xalqa) aid olan. Milli rayon.\n\nII. sif.\n1. Üzərində milləri olan, zolzol, zolaqlı, mil-mil, miləmil. Milli parça. – [Tahirin] ağ milli, qəhvəyi kostyumuna söz ola bilməz. M.Hüseyn.\n2. Cızıqlı, üzərinə xətlər, cızıqlar çəkilmiş, milləri olan. Milli kağız. milli... [lat. – mille – “min”dən] Mürəkkəb sözlərin birinci tərkib hissəsi olub, əsas ölçü vahidinin mində birini göstərir; məs.: millimetr, milliqram, milliamper. millik Adətən saylara qoşularaq, məsafənin neçə mil olduğunu göstərir. milliqram [milli... və yun. gramma] Qramın mində bir hissəsi. milliləşdirilmə “Milliləşdirilmək”dən f.is. Neft sənayesinin milliləşdirilməsi haqqında iyunun 2-də verilən Dekret Bakıda mühüm bir hadisə kimi qarşılandı. M.S.Ordubadi. milliləşdirilmək məch. Xüsusi mülkiyyətdən çıxarıb dövlətin ixtiyarına verilmək. Dəmir yolları milliləşdirildi. milliləşdirmə “Milliləşdirmək”dən f.is. milliləşdirmək f.\n1. Xüsusi sahibkarların əlindən alıb, hökumətin ixtiyarına vermək. İstehsal vasitələrini milliləşdirmək. – İran hökuməti xalqın haqlı tələbi ilə neft sənayesini milliləşdirmişdir. M.Rzaquluzadə.\n2. Milli səciyyə vermək. milliləşmə “Milliləşmək”dən f.is. milliləşmək f.\n1. Xüsusi sahibkarların əlindən çıxıb hökumət ixtiyarına keçmək. Şəhər nəqliyyatı milliləşdi. – Birkərəlik [Hacı Sultanın] evləri milliləşdi. S.Hüseyn.\n2. Milli səciyyə almaq. millilik is. Milli xüsusiyyət daşıma, milli səciyyədə olma. millimetr [milli... və yun. metron] Metrin mində bir hissəsi. millimetrlik sif. Bir millimetr ölçüsündə. ‣ Millimetrlik kağız – bir millimetr ölçüsündə kvadratları olan çertyoj kağızı. milliyyə [ər.] klas. bax. milli1 1 və 3-cü mənalarda. Söylə mənə: vəzarətimilliyyəniz düzəldimi? M.Ə.Sabir. milliyyət is. [ər.]\n1. Müəyyən millətə, xalqa mənsub olma, milli mənsubiyyət. Milliyyəti azərbaycanlıdır. – Bu adamların yaşları, milliyyəti, harada yaşadıqları, məşğuliyyəti haqqında heç bir məlumat yox idi. H.Seyidbəyli.\n2. bax. millət 1-ci mənada. mil-mil bax. miləmil. Mil-mil çit. – [Maya] mil-mil göy adyalı üstünə çəkdi. M.İbrahimov. İkram mil-mil sətin köynəyinin yaxasını düymələmişdi. Ə.Əbülhəsən. milord is. [fr.]\n1. İngilis lordu.\n2. Varlı adam. milyard [fr. milliard] 1.000.000.000 sayı. // 1.000.000.000 miqdarında. İki milyard manat. milyardçı bax. milyarder. milyarder [fr. milliardaire] Dövləti, varı milyard, milyardlarla olan. Amerika milyarderləri. milyon [fr. million]\n1. 1.000.000 sayı. // 1.000.000 miqdarında.\n2. Son dərəcə çoxlu miqdar, sayı-hesabı olmayan miqdar (bu mənada əsasən cəmdə işlənir). // Çoxlu pul, dövlət haqqında. [İbn Yəmin:] Keyfə sərf eylədim də milyonlar; Yenə dövlətcə etibarım var. H.Cavid. // Çoxlu adam, kütlə haqqında. Milyonların gücünü bir məqsədə yönəltdin; İşıq verdin gözünə, qüvvət oldun qoluna. R.Rza. Sabir təkbaşına arzularından; Yazdı milyonların dərdinə dərman! B.Vahabzadə. milyon-milyon bax. milyonlarca. Sayımız ölkədə milyon-milyon. M.Müşfiq. Milyonmilyon insanların şirin dilləri; Deyir bu gün; Milyon alqış Əlcəzairə! S.Rüstəm. milyonçu bax. milyoner. Milyonçu təyyarəçi. – Qış fəsli nə qədər gözəl olsa da, yenə bahar fəslinə bərəkət! O səbəbə ki, baharda ot bitir və acların dəxi Bakı milyonçularına ehtiyacı olmur. C.Məmmədquluzadə. Mən sənə dövlət və sərvətin cəhətinə övrət olmazdım, zira İranda başqa milyonçular da çoxdur. M.S.Ordubadi. milyoner [fr. millionnaire]\n1. Dövləti, varı milyon, milyonlarla olan. [Əhməd atasına:] Sənin üstündə Nağının oğlu gəldi, milyoner oldu. Ə.Haqverdiyev. Bu da bizim milyonerlərimiz! S.Rəhman.\n2. köhn. Gəliri milyon və ya bir neçə milyon manat olan kolxoz haqqında.\n3. Milyon və ya bir neçə milyon kilometr məsafə uçmuş təyyarəçi haqqında. milyonlarla (=milyonlarca) sif. və zərf Sayı milyonlarla olan; milyon-milyon. Qərinələrlə millətimizin şirin, canına milyonlarca ac mikroblar daraşıb qanını sormaqdadır. C.Məmmədquluzadə. [İsmayılzadə:] Ancaq milyonlarca xərc çəkmək istəyən adamın nə isə bir qarantiyası olmalıdır, deyilmi? M.Hüseyn. milyonlarca (=milyonlarla) sif. və zərf Sayı milyonlarla olan; milyon-milyon. Qərinələrlə millətimizin şirin, canına milyonlarca ac mikroblar daraşıb qanını sormaqdadır. C.Məmmədquluzadə. [İsmayılzadə:] Ancaq milyonlarca xərc çəkmək istəyən adamın nə isə bir qarantiyası olmalıdır, deyilmi? M.Hüseyn. mim [ər.] Ərəb əlifbasında “ ” şəklində yazılan “m” hərfinin adı. mimik [yun. mimikos] bax. mimikaçı. Mimik aktyor. mimika [yun. mimikos]\n1. Üz əzələlərinin insanın keçirdiyi əhval-ruhiyyəni əks etdirən hərəkəti. [Muradlı] tələbələrin bu qeydindən utandısa da, mimikasını dəyişmədi. Mir Cəlal.\n2. Üz əzələlərinin müvafiq hərəkəti ilə daxili hiss və həyəcanı ifadə etmək bacarığı. mimikaçı is.\n1. Yaxşı mimikası olan artist, mahir mimik.\n2. Mimik səhnələrdə çıxış edən artist. mimoza [yun. mimos – öz simasını dəyişən] bax. küsdümağacı. min say.\n1. Doqquz yüz doxsan doqquzdan sonra gələn ədəd, say – 1000. Min manat. Min nəfər. // Başqa saylarla birlikdə. Beş min kilo. İki min altı yüz adam. – Min doqquz yüz səkkizinci ilin ilk günləri çox soyuq keçirdi. M.Hüseyn.\n2. Çoxlu, külli miqdarda, hədsiz, saysızhesabsız. Çöllər yuxudan olunca bidar; Min rəng çiçəklə doldu gülzar. A.Şaiq. Pəncərəsi ipək pərdəli evlərdə min təlaş var; min həşir. R.Rza. ‣ Min bir – çox, hədsiz. Min bir xəbər verir dünyadan bizə; Üstünü toz almış qalın kitablar. S.Vurğun. Min bir əməl arxasınca qoşmağı; Dürlü-dürlü ürəklərdən öyrəndim. M.Müşfiq. Min bir iztirab ilə keçən bir neçə saatda Əkbərin ürəyinə nələr gəlmədi? Mir Cəlal. Min cür, min cürə – çox, çoxlu, hədsiz, hədsiz-hesabsız, saysız. [Qarı:] Bağça desən, bağban desən var burda; Cana min cür dərman desən var burda. “Aşıq Qərib”. [Tapdıq] hər şeyə etiraz edir, hər sözə qulp qoyur, min cürə şıltaqlıq göstərirdi. Ə.Vəliyev. Min dərədən su götürmək – çox yerlərə baş vurmaq, çox şeydən danışmaq. Bir qrup adamlar da vardır ki, peşmansan bir söz sorasan, sənə cavab verincəyə qədər min dərədən su götürür. Qantəmir. Min yaşa! – çox yaşa! var ol! Ömrün uzun olsun! (alqış ifadəsi). Min yaşamaq – uzun ömür sürmək, çox yaşamaq. [Kosa:] ..Bircə bu kələkdən də çıxsaydım, yəqin min yaşardım. S.Rəhimov. Mində bir – çox az təsadüf olunan, az-az rast gəlinən. Mindən biri – çox az, cüzi hissə. Sinədə yarələrim saydı, dedi, min, cərrah; Səhv edib, bu hələ mindən birinin sayı deyil. S.Ə.Şirvani. min-min zərf və sif. Minlərcə, minlərlə sayılacaq qədər, son dərəcə çox, çoxlu. ..Atasından sonra köməksiz qalmağı və oxumağa məhəbbəti Bahadırı min-min fikirlərə salıb, bilmir idi ki, nə etsin. N.Nərimanov. Aydan işıqlıdır, gündən mənalı; Odur ilhamçısı minmin zəfərin. H.Arif. mina is. [fars.]\n1. Metal və s. şeylərin üzərinə çəkilən rəngli şüşəvari təbəqə, çox incə və parlaq naxış. [Kəmərin] üstü bu qədər qiymətli deyildi, mina ilə işlənmişdi. M.S.Ordubadi. // Üzərinə mina ilə naxışlar çəkilmiş, minalı. Mina qab. Mina güldan. – Əlim qoydum əl üstə; Mina kəmər bel üstə; Bu gün yarım gələcək; Gedim, durum yol üstə. (Bayatı). Mina kuzənin altına çiçəklər və yarpaqlar döşənmişdi, yanında büllur qədəh, dürlü məzələr və çərəzlər vardı. Çəmənzəminli.\n2. məc. Mina kimi parlaq, gözəl (obrazlı təşbehlərdə işlənir). Bəstəboylu, mina gərdənli; Zülfü siyah, var əndamı ağ ola. M.P.Vaqif. Zülfü şahmar, mina gərdən mötədil; Zəbərcəd gəlməli, misali-bülbül. Aşıq Ələsgər.\n3. Dişi örtən parlaq, möhkəm maddə, qabıq. Dişin minası.\n\nII.[fr.]\n1. Adətən torpağın, suyun səthinə və ya altına qoyulan, partladıcı maddəsi olan mərmi. Mina düzmək. Tanka qarşı mina. – Mərmi və mina ilə dağım-dağım olan yerin bağrından .. tüstülər qalxırdı. Ə.Əbülhəsən. • Mina gəmisi – güclü torpeda ilə silahlanmış hərbi gəmi.\n2. Minomyot mərmisi. [Top] gurultularının, pulemyot və mina səslərinin ardı-arası kəsilmir. Ə.Vəliyev.\n3. bax. torpeda. minaaxtaran is. xüs. Basdırılmış minaları tapmaq üçün cihaz, aparat. minaatan is. Mina atan silah-top; minomyot. minacat is. [ər.] köhn.\n1. din. Allaha dua və səna etmə; dua-niyaz. [Ay:] Mən Həzrət Musanın Turda minacatlarını eşitmişəm. Ə.Haqverdiyev.\n2. Klassik Şərq ədəbiyyatında Allaha xitabən dua və niyaz mahiyyətli şeir. Dərviş nə minacat isə başladı. A.Divanbəyoğlu.\n3. Azan çəkməklə əhaliyə verilən xəbər; car. Sübh olcaq çavuşun minacatı kəndi əhatə eləyib, gah o məhəllədən səsi gəlir, gah bu məhəllədən. C.Məmmədquluzadə. Minacat səsinin təsiri altında Həsən gözlərini qaldırıb göydəki ulduzlara tamaşa etdi. B.Talıblı. minaçı is. Qiymətli metaldan düzəldilmiş şeylərin üzünə mina ilə naxışlar çəkən, mina vuran, sənətkar; minasaz.\n\nII. is. xüs. Mina düzmə və ya düzülmüş minaları çıxarıb zərərsizləşdirmə mütəxəssisi. minaçiçəyi bax. minagülü. minadüzən is. Dəniz yollarını minalayan hərbi gəmi və ya təyyarə. minagülü is. bot. Yerdən çox qalxmayan, gözəl, parlaq, göy rəngli gül. minalama “Minalamaq”dan f.is. minalamaq I. f. Mina ilə naxışlamaq, bəzəmək, üzərinə mina çəkmək. Gümüş kəməri minalamaq. Xəncər dəstəsini minalamaq.\n\nII. f. Bir şeyi partlatmaq üçün altına mina qoymaq, mina düzmək, mina basdırmaq. Hər iki yoldaş təmkin və səbirlə körpünü minalayıb qurtardıqdan sonra həmin yolla da sürünə-sürünə geri qayıtdılar. M.Hüseyn. Bələdçinin biri xəbər gətirdi ki, məftil hasarın bir kilometrliyini düşmən minalamışdır. Ə.Vəliyev. minalanma “Minalanmaq”dan f.is. minalanmaq I. məch. Mina ilə naxışlanmaq, mina vurulmaq.\n\nII. məch. Partladılmaq üçün altına mina qoyulmaq, mina düzülmək, mina basdırılmaq. Yol minalanıbdır. minalanmış I. f.sif. Üzərinə mina çəkilmiş, mina ilə naxışlanmış (bəzədilmiş), mina vurulmuş; minalı. Minalanmış kəmər. Minalanmış qolbaq.\n\nII. f.sif. Mina basdırılmış, mina düzülmüş; minalı. Minalanmış sahə. minalı sif. Mina vurulmuş, üzərinə mina çəkilmiş, mina ilə bəzədilmiş, minalanmış. Birinin döşündə sapa düzülmüş kəhrəba danələri və birinin qulağından minalı qızıl sırğalar asılırdı.. C.Məmmədquluzadə. Cüft ilə alınmış brilyant sırğa; Minalı bilərzik, almazlı cıqqa. H.K.Sanılı.\n\nII. sif. Altına mina qoyulmuş, mina düzülmüş; minalanmış. Minalı sahə. minarə is. [ər.] Azan vermək üçün məscidlərin yanında və ya üstündə ucalan qüllə. [Molla Kazım:] Azançı Məşədi Səlimə deyin, çıxsın minarədə minacat çəksin. Ə.Haqverdiyev. Sübh açıla-açılmaya məscidlərin minarələrindən sübh azanının səsi eşidilərdi. H.Sarabski. Dürrə .. göylərə ucalan minarələrin yanındakı kiçik bir daxmaya yetişdi. S.Vəliyev. minarəli sif. Minarəsi olan. Minarəli məscid. minasaçan bax. minaatan. Düşmən .. top və minasaçan atəşini əsirgəmirdi. Ə.Əbülhəsən. minasaz [fars.] bax. minaçı. minasazlıq is. Mina ilə naxışvurma sənəti. Minasazlıq Azərbaycanda zərgərlik sənətinin mühüm sahələrindən biridir. minbaşı is. köhn. Türkiyə və İranda yüzbaşıdan sonra gələn zabit rütbəsi. [Ağa Kərim xan:] Sərbazlar gəlin, minbaşılar gəlin, pulum tapılmasa, bu boğazımdan özümü asacağam. N.Vəzirov. minbər is. [ər.] Məscidlərdə: vaizin, xətibin çıxıb vəz, xütbə oxuduğu pilləli kürsü. [Yaşlı kişi:] Şeyx Yəhya minbərə qalxıb moizəsini başladı. S.Hüseyn. [Axund:] Məscidə, minbərə, üləmaya .. etiqad xeyli zəifləyib. Mir Cəlal. mincə sif. Ancaq min, yalnız min. Mincə manat pul. // Bəzən təyin etdiyi sözə böyüdücülük çaları verir. Niyə bəyənmirsən, mincə manat pul vermişəm. mindilli sif. Yalançı. mindirilmə “Mindirilmək”dən f.is. mindirilmək məch.\n1. Oturdulmaq, əyləşdirilmək (miniyə). Vaqona mindirilmək. Ata mindirilmək.\n2. Yerləşdirilmək, üstünə qoyulmaq. Dəyirmi dəyirman daşı yavaş-yavaş yerindən tərpədildi və sürütmənin üstünə mindirildi. S.Rəhimov. mindirmə “Mindirmək”dən f.is. mindirmək f.\n1. Oturtmaq, əyləşdirmək (miniyə). Təyyarəyə mindirmək. Arabaya mindirmək. – ..Yusif Sərracı mindirdilər ata.. M.F.Axundzadə. [Telli:] [Gəlini] yaxşıca geyindirirlər, bəzəyirlər, sonra faytona mindirib Allah-Allah ilə aparırlar. Ü.Hacıbəyov.\n2. Üstünə qoymaq, yerləşdirmək.\n3. Keçirmək, yerinə salmaq, qoymaq. Bunu fikirləşib Koroğlu oxu mindirdi çilləyi-kəmanə, başçı durnaya bir ox atdı. “Koroğlu”. mineral [fr. mineral]\n1. Yer qabığının tərkibinə daxil olan və faydalı qazıntı kimi istifadə edilən təbii kimyəvi birləşmə və ya element. Təbiətdə faydalı qazıntılara ya ayrıayrı minerallar, ya da bir mineraldan ibarət olan süxurlar şəklində təsadüf edilir. M.Qaşqay.\n2. Sif. mənasında. Mineral olan, mineraldan ibarət olan, yaxud tərkibində mineral olan. Mineral maddələr. Mineral gübrələr. Badamlı mineral suyu. minerallaşdırılma “Minerallaşdırılmaq”dan f.is. minerallaşdırılmaq məch.\n1. Mineral birləşmələrə çevrilmək (üzvi maddələr haqqında).\n2. Mineral duzlarla doydurulmaq. minerallaşdırma “Minerallaşdırmaq”dan f.is. minerallaşdirmaq f.\n1. Üzvi maddələri minerala və ya mineral birləşmələrə çevirmək (üzvi maddələr haqqında).\n2. Mineral duzlarla doydurmaq. minerallaşma 1. “Minerallaşmaq”dan f.is.\n2. Üzvi maddələrin minerala, mineral birləşmələrə çevrilməsi. Bitkilərin minerallaşması.\n3. Bir şeyin mineral duzlarla doyması. Suyun minerallaşma dərəcəsi. Torpağın minerallaşma prosesi. minerallaşmaq f. Minerala, mineral birləşməyə çevrilmək (üzvi maddələr haqqında). mineralogiya [fr. mineral və yun. logos] Minerallardan bəhs edən elm. mineraloji sif. Mineralogiyaya aid olan, mineralogiya ilə əlaqədar olan. Mineraloji xüsusiyyət. Mineraloji tərkib. mineraloq [fr. mineral və yun. logos] Mineralogiya mütəxəssisi. miniatür [ital. miniatura, əsli lat.]\n1. Qədim əlyazmalarında, kitablarda incə, rəngli şəkil və ya bəzəkli iri hərf (yazı). “Xəmsə”nin miniatürləri.\n2. Zərif işlənmiş kiçik rəsm, şəkil. [Ərknaz] Şərq miniatürlərində gördüyümüz qələmqaş, incəbel gözəllərə oxşayırdı. M.Hüseyn. [Şümşad xanım] qədim Şərq nəqqaşlarının çəkdiyi saysız miniatürlərdən birini xatırladırdı. Ə.Sadıq.\n3. Kiçik ədəbi və ya musiqi əsəri. Yazıçının miniatürləri.\n4. Kiçik və incə (zərif). Miniatür model. – Yaşıl məhəccərli dördkünc bağçada Nizaminin tuncdan tökülmüş miniatür heykəli qoyulmuşdu. M.Hüseyn. miniatürçü is. Miniatür rəssamı. miniatürlük is. İncəlik, zəriflik, kiçiklik, balacalıq. minici I. is. At minən, ata minib gedən; süvari. At minicisini tanıyar. (Ata. sözü). At naşı minicini üstündə saxlamaq istəmirdi. M.İbrahimov. // Mahir at minən adam, mahir at sürücüsü, yaxşı süvari. Kəndin lap məşhur miniciləri yığışdılar. “M.N.lətif.” Ağlibas özgə bir minici; Vurdu məhmiz, o da at oynatdı. A.Səhhət. Qara oğlan .. özünü gələcəkdə böyük bir minici və atıcılardan hesab edirdi. S.Rəhimov.\n\nII. is. zool. Bitkilərə zərərverici bir cücü. ..Pambıq, taxıl, bağ və bostana zərər verən cücülərdən nümunə olaraq pambıq sovkasını, minicini, faydalı cücülərdən isə bal arısını, ipəkqurdunu və s. göstərmək olar. C.Cəbrayılbəyli. minicilik is. Mahir at minmə bacarığı. [İlyas:] Tərlan kimi coşqun məzaclı bir köhləni isə yalnız minicilik sənətkarlığının zirvəsində duran tək-tək adamlar minə bilirdi. Ə.Məmmədxanlı. minik is.\n1. Bir yerə getmək üçün nəqliyyat vasitələrinin birinə minmiş adam. Ancaq tək-tük üstüörtülü faytonlar içində miniklər görünür. S.M.Qənizadə. İkinci zəng vurulduqda miniklər vaqonlara minməyə başladılar. B.Talıblı.\n2. Nəqliyyat vasitələrindən hər hansı biri. Bu halda yengələri miniyindən düşürüb gəlinin yanına aparardılar. R.Əfəndiyev. Qatardan düşən adamlar durub minik gözləyirdilər. S.Vəliyev.\n3. Sərnişin daşımağa məxsus, sərnişinlərə xidmət edən. ..Minik atından da artıq qoşqu atını mən xeyli dost tutaram. C.Məmmədquluzadə. Hər cür minik və yük maşınları arasıkəsilmədən o tərəf-bu tərəfə hərəkət edirdi. M.İbrahimov. Minik qatarı uzaqlaşdı. Mir Cəlal.\n4. Minmə işi, miniş. Saat 4-də minik başlandı. Minik qurtaran kimi avtobus yerindən tərpəndi. minillik 1. sif. Min il müddətində olan, min il davam etmiş. Minillik ədəbiyyat.\n2. is. Min ildən ibarət zaman, dövr. Vaxt hesabında hər on il – bir onillikdən, hər yüz il – bir əsrdən, hər min il – bir minillikdən ibarətdir. “Qədim dünya tarixi”. minilmə “Minilmək”dən f.is. minilmək “Minmək”dən məch. Yaxşı atdır bədöv at; Minilməyə bədöv at; İgidi cavan saxlar; Əsil arvad, bədöv at. (Bayatı). minimal sif. [lat.] Başqaları sırasında ən kiçik, ən az, ən xırda (maksimal əksi). Minimal miqdar. Minimal dərəcə. Minimal gərginlik. mini-mini sif. oxş. Kiçicik, xırdaca. Uşağın mini-mini ağzı. – ..Azad və asudə yaşayaraq mini-mini balaları oxudardım. T.Ş.Simurq. minimum [lat.]\n1. Ən kiçik miqdar, ən az miqdar (maksimum əksi). Minimum temperatur.\n2. Hər hansı bir sahədə lazım olan bilik və ya tədbirlərin məcmusu. Texniki minimum. Namizədlik minimumu. mininci sıra s. Doqquz yüz doxsan doqquzuncudan sonra gələn say. Mininci səhifə. miniş is. Minmə, minmə tərzi. minişmə “Minişmək”dən f.is. minişmək qarş. Bir vaxtda, birgə miniyə oturmaq, yaxud bir-birini basaraq, itələyərək minmək. Minişdilər ata, çərkəzlər oldular qıvraq. A.Səhhət. Gəlini molla dualayandan sonra faytona minişərdilər. R.Əfəndiyev. minqrellər cəm Qərbi Gürcüstanda yaşayan, keçmişdə ayrıca etnik qrup təşkil edən gürcülər. minlərlə (=minlərcə) sif. Sayı minlərlə olan (bir şeyin sayca çoxluğunu bildirir). Minlərcə adam. – Kəndin qabağındakı çayaşağıda elə bil minlərcə adam səs-səsə verib car çəkirdi. Ə.Vəliyev. Minlərlə gənclər kitab üçün axışıb gəlirlər. Mir Cəlal. minlərcə (=minlərlə) sif. Sayı minlərlə olan (bir şeyin sayca çoxluğunu bildirir). Minlərcə adam. – Kəndin qabağındakı çayaşağıda elə bil minlərcə adam səs-səsə verib car çəkirdi. Ə.Vəliyev. Minlərlə gənclər kitab üçün axışıb gəlirlər. Mir Cəlal. minlik sif. Min vahidlə ölçülən. Minlik lampa. minmə “Minmək”dən f.is. minmək f.\n1. At və ya başqa minik heyvanının üstünə qalxmaq, oturmaq. At minib cıdıra çıxmaq, tüfəng atmaq. [Kiçikbəyim] üçün təbii bir ehtiyac kimi idi. Çəmənzəminli. O yanaşdı dəvəyə; Ancaq minə bilmədi. B.Vahabzadə. // Bir yerə getmək üçün nəqliyyat vasitələrindən birinə oturmaq. Təyyarəyə minmək.\n2. Oturmaq, əyləşmək. Tapdıq atasını görən kimi anasının belindən düşüb atasının qucağına mindi. Ə.Vəliyev. Əziz artıq pul sərf edib özgə maşınına xəlvət minməyi sevməzdi. S.Rəhman.\n3. Bir sıra isimlərdən sonra gətirilərək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: dalına minmək, qiymətə minmək və s. minnət is. [ər.] Edilən hörmət və yaxşılığa qarşı daxilən duyulan borcluluq hissi, özünü borclu bilmə. ‣ Minnət çəkmək – 1) hörmət və yaxşılıq qarşısında özünü borclu bilmək. [Xoca Əziz:] İgid də igiddən çəkərmi minnət! “Koroğlu”; 2) bax. minnət götürmək. [Xanpəri:] Nə lazımdır ki, Hətəm xan ağadan və ya özgəsindən minnət çəkəsən. M.F.Axundzadə. [Səməndər] qonaqlarını heç kəsdən minnət çəkmədən yedirib-içirib yola sala bilərdi. B.Bayramov. Minnət etmək (eyləmək) – təvəqqe etmək, xahiş etmək, boyun əyib yalvarmaq. Adamlar yerbəyerdən xana minnət elədilər. “Qurbani”. Ey yığılan canlar, minnət eyləyin; Dursun o gözəllər şahı, oynasın. Q.Zakir. Minnət götürmək – edilən hörmətin, yaxşılığın və ya bəxşişin qarşısında özünü borclu bilmək. [Hacı Saleh:] Boynuma torba salıb dilənməyə hazıram, nəinki sənin kimi adamdan minnət götürməyə. S.S.Axundov. Minnət götürməmək – məqsəd güdən yaxşılığı və s. qəbul etməmək, ondan imtina etmək. O heç kəsdən minnət götürməz. – Sən indiyədək heç kəsdən minnət götürməyibsən. Ə.Haqverdiyev. Minnət qoymaq – etdiyi hörmət və yaxşılığı başa qaxmaq, xatırlatmaq, başqasını özünə borclu çıxarmaq. Dul arvad yetim saxlar; Naxırçıya minnət qoyar. (Məsəl). [Cavadov:] Siz camaatın öz malını özünə qaytarırsınız, hökumətə minnət qoya bilməzsiniz. Ə.Haqverdiyev. ..[Qulam müəllim] bilirdi ki, yaxşılıq edib, minnət qoymaqdan da dünyada pis şey yoxdur. S.Rəhimov. Minnətə getmək – bir şey və ya iş üçün birisinin yanına xahişə getmək, xahişlə müraciət etmək. [Həbib bəy:] Kərbəlayı, içərimizdə yenə hörmətli sənsən. Zəhmət çək, hacının yanına minnətə get. S.Rəhman. Minnətə gəlmək – bir şey və ya iş üçün birisinin yanına xahişə gəlmək, gəlib xahiş etmək. Minnət(in) olsun! – özü(n) üçün şərəf hesab et(sin)! Minnətin olsun ki, sizə gəlmişəm. minnətçi is. Özgə üçün başqasından bir şey xahiş edən, minnət edən. [Sona] qapısına gələn bir çox elçiləri, minnətçiləri boş yola saldı. Ə.Əbülhəsən. [Şahpəri Yusifə:] Gecəgündüz minnətçi minnətçi dalısınca gəlirdi, bəs necə oldu? B.Bayramov. • Minnətçi düşmək – özgəsi üçün xahiş etmək, minnət etmək, vasitəçi olmaq. ..Başda Molla Qafar olmaqla, Kərbəlayı Hətəmxana neçə gün minnətçi düşüb onu yola gətirməyə çalışırlar. S.Rəhimov. Minnətçi getmək – birisi üçün xahişə getmək, iş düzəltmək üçün birisinin yanına getmək. minnətçilik is. Minnətçi olma, vasitəçilik etmə; vasitəçilik. minnətdar sif. [ər. minnət və fars. ...dar]\n1. Birindən gördüyü yaxşılığa qarşı mütəşəkkir olan, minnətə qarşı özünü borclu hiss edən, yaxşılıq bilən, razılıq edən. ..[Qadir] özünü minnətdar göstərmək istəyən vəziyyətdə .. dedi. Ə.Əbülhəsən. [Fəridə Fərəcə:] Sağalan körpələr, minnətdar analar.. Vahidovlar familiyasını yaxşılıqla yad eləyər!.. Ə.Məmmədxanlı. // Minnətdarlıq ifadə edən. O, gözlərini açdı və minnətdar baxışla Öməri başdan-ayağa oxşadı. Çəmənzəminli. • Minnətdar etmək – yaxşılıq qarşısında birini özünə borclu etmək. [Qətibə:] Gözəl Səba, – dedi, – sən məni bu xidmətinlə minnətdar edirsən. M.S.Ordubadi. Minnətdar olmaq – edilən yaxşılığa, hörmətə qarşı özünü birinin qabağında borclu saymaq. [Leyla:] Mənim həyatımı təhlükədən qurtardınız. Həmişə sizə minnətdar olacağam. M.S.Ordubadi. [İsmayılzadə:] Belə bir saray üçün neftçilərimiz hər zaman sizə minnətdar olacaqlar. Z.Xəlil.\n2. Minnətdaram (minnətdarıq) şəklində – çox razıyam (razıyıq), təşəkkür edirəm (edərik), özümü(zü) borclu hiss edirəm (edirik). Mən sənə ömrüm boyu ürəkdən minnətdaram; Gözə görünməsə də şərəflidir sənətin. S.Rüstəm. Dünyanı azacıq dərk etdiyimçün; Yenə gözlərimə minnətdaram mən. B.Vahabzadə. minnətdarlıq 1. is. Göstərilən diqqətə, edilən yaxşılığa qarşı razılıq, məmnunluq hissi; təşəkkür. Yarməmmədin ürəyində Kəngərliyə qarşı minnətdarlıqdan başqa bir duyğu yox idi. M.İbrahimov. ..Mən sizin etimadınıza qarşı ancaq minnətdarlığımı bildirə bilərəm. Q.İlkin. • Minnətdarlıq etmək – öz təşəkkürünü bildirmək, öz razılığını göstərmək, bildirmək. [Kərim bəy] orta məktəb bitirəndə ona qızıl saat almış müəllimlərinə ziyafət verib minnətdarlıq etmişdir. Mir Cəlal.\n2. Minnətdarlıqla şəklində zərf – böyük razılıq hissilə; hörmətlə, ehtiramla. Rüxsarə xüsusi minnətdarlıqla alimin qarşısında başını əyib ona təzim etdi. S.Rəhimov. Aydın minnətdarlıqla [Gülqönçəyə] baxdı. H.Seyidbəyli. minnətli sif. Minnət qarşısında, minnətlə edilən, özünə borclu etmək üçün edilən; təmənnalı. Minnətli plovdansa, minnətsiz pendir-çörək yaxşıdır. (Ata. sözü). minnətsiz sif. və zərf Minnəti olmayan, minnət qoymayan, əvəzində heç bir şey istəməyən, minnət güdməyən. Ömrümə rövnəq verən, minnətsiz minnət çəkən, ağrıma dözən Ruqiyyə idi, Ruqiyyə... A.Divanbəyoğlu. [Qara Musa] ailəsini bəsləyəcək minnətsiz bir ələ güvənirkən, Tanrı onu da ona çox gördü. H.Cavid. // Heç bir qarşılıq tələb etməyən, əvəzsiz, təmənnasız. [Əsəd] geridə qalan ekskavatorçulara minnətsiz kömək edərdi. S.Vəliyev. minnət-sünnət is. [ər.] dan. Ayağa düşüb xahiş etmə; xahiş, yalvarış, rica. • Minnət-sünnət etmək – ayağa düşərək xahiş etmək, yalvarmaq. Kişi nə qədər minnət-sünnət elədi, arvad razı olmadı. (Nağıl). minomyut [rus.] bax. minaatan. Minomyot atəşi. Minomyot atmaq. minomyotçu is. Minomyot atan, minomyotçu hissələrində qulluq edən əsgər. Aslan onu yaxşı bir minomyotçu kimi təriflədi. S.Vəliyev. minonos [rus. minonoseü] bax. mina gəmisi (“mina”da). Minonosda xidmət etmək. minur [ital. minere] mus. Səsləri, kiçik tersiya əsasında qurulmuş akkord əmələ gətirən musiqi ladı (hüzn, kədər əhval-ruhiyyəsi ilə bağlı olan səs boyaları ilə səciyyələnir) (major əksi). Avropa musiqisi əsas etibarilə iki kök: major və minor əsasında qurulmuşdur. Ə.Bədəlbəyli. minotavr is. Qədim yunan mifologiyasında Minosun arvadı Pasifayanın Poseydonun müqəddəs öküzündən doğduğu nəhəng yarıadam, yarıat; bəzi variantlarda öküz başlı, insan bədənli varlıq. mintənə [fars. nimtənədən] bax. nimtənə. [Hacı Saleh:] Amma, ağa, mintənənin ölçüsü məlum olsa, çox yaxşı olardı. M.F.Axundzadə. minval is. [ər.] Qayda, tərz, yol, üsul. • Bu minvalla, bu minval ilə – bu qayda ilə, bu cür, həmin tərzdə. ..Bunları tanımağım və dost olmağım bu minvalla əmələ gəldi. C.Məmmədquluzadə. Bir neçə ay Aslan bu minvalla dolandı. C.Cabbarlı. [Həmzə bəy] neçə illər idi ki, ömrünü bu minval ilə keçirirdi. Çəmənzəminli. miokard [yun. muo – əzələ və kardia – ürək] Ürəyin əzələ divarcığı. miokardit [yun. muo – əzələ və kardia – ürəkdən] tib. Ürək əzələsinin iltihabı. mir is. [fars. əsli ər. “əmir”dən]\n1. klas. Rəis, başçı, ağa. Hökmünə məhkum olmuşuz sultanımızdır mirimiz. Nəsimi.\n2. din. Bəzi adam adlarının əvvəlinə artırılaraq onların seyid nəslindən olduğunu göstərir; seyid; məs.: Mirəli, Mirhəsən. mirab is. [ər. mir və fars. ab] tar. Keçmişdə Şərq ölkələrində suvarma işlərinə nəzarət edən şəxs. [İskəndərzadə:] Mən mirabı çağırtdırmışam. Ə.Haqverdiyev. [Allahverdi:] Kətxudaya ver, yüzbaşıya ver, köməkçiyə ver, miraba ver.. C.Cabbarlı. mirabel is. [fr.] Sarı gavalı növü. mirablıq is. köhn. Mirabın vəzifəsi, işi. Əhməd də kənddə mirablıq vəzifəsini ona tapşırmağı vəd etdi. B.Talıblı. miraxur is. [fars.] tar. Qədim zamanlarda padşahın, xanın baş mehtəri; mehtərbaşı. Şurişin əvvəlimci səbəbi məzul miraxur idi ki, küçədə köhnə xəzinədara rast gəlib, ona yoldaş olub soruşdu. M.F.Axundzadə. Miraxur gəlib xəbər verdi ki, xanın çox istədiyi kürən atı bir sancı tutub, hər nə edirlərsə, kargir olmur. Ə.Haqverdiyev. miralay is. köhn. Polkovnik. Jandarm onbaşısı mətbəəyə girdi, vəziyyəti jandarm miralayına xəbər verib yenə də bayıra çıxdı. M.S.Ordubadi. miras is. [ər.]\n1. Ölən adamdan sonra varislərə qalan mal, mülk və s. Miras bölgüsü. Miras çatmaq. – Ağca xanım evində həmişə ata mirası deyib əzizlədiyi piləkli məxmərə altdan-yuxarı qəzəblə baxdı. Mir Cəlal. Lakin hələ ili tamam olmamış kişinin mirasına əl vurmaq yaramazdı. B.Bayramov.\n2. Keçmiş dövrlərdən qalmış adət, ənənə və s. Atalar səpən oğullara mirasdır. (Ata. sözü). Sındırmaq asandır, yaratmaq çətin; Sənət mirasıdır əbədiyyətin. M.Rahim. • Miras qalmaq – qabaqkı dövrlərdən irsən keçmək, çatmaq (hər hansı bir şey), yadigar qalmaq. Həlimə ölkəyə miras qalmış ətrafdakı bu xarabalıqlar və ona gülümsəyən gözəl gələcək haqqında düşünürdü. Ə.Məmmədxanlı. Övladlara miras qalmış anaların çox adəti. M.Dilbazi. Mirasa qalmış! – qarğış, nifrin məqamında işlənir. Nisabəyim xanım içəri girib: – Götür mirasa qalmış təsbehi! – deyə Rəhim ağanın başına çalır. M.S.Ordubadi. mirçalıq is. bot. Yeməli, yabanı bitki. mirqəzəb is. [fars. mir və ər. qəzəb] Cəllad. Məmurbaşı mirqəzəb kimi bir də adamları gözdən keçirdi.. S.Rəhimov. [Qüdrət:] [Mollayev] bir gün mehriban görünür, adamı tərifləyib göyə qaldırır, o biri gün mirqəzəb kimi başını korş balta ilə kəsir. M.Hüseyn. mirvari (=mirvarid) is. [fars.] bax. inci 1-ci mənada. Mirvari dənəsi. Üç sap mirvari. Mirvari boyunbağı. – Sıçrayarkən işıldayar damcılar; San saçılar mirvaridlər, incilər. A.Səhhət. mirvarid (=mirvari) is. [fars.] bax. inci 1-ci mənada. Mirvari dənəsi. Üç sap mirvari. Mirvari boyunbağı. – Sıçrayarkən işıldayar damcılar; San saçılar mirvaridlər, incilər. A.Səhhət. mirvarili sif. Mirvarisi olan, mirvari ilə bəzənmiş. Mirvarili sırğa. mirzə is. [fars. “əmirzadə”nin ixtisarı]\n1. tar. Şəxs adlarından sonra gəldikdə şahzadəlik, əvvəl gəldikdə isə rütbə bildirir; məs.: Sam mirzə, Abbas mirzə, Əbubəkr mirzə.\n2. köhn. Savadlı adam. Mirzələr qəzet yazıb; Aşıqlar dastan eləyib. Aşıq Ələsgər. // Bu kimi adamlara ehtiramla müraciət məqamında işlədilir. [Mir Hadi:] Mirzə, yəqin ki, cənablarınızın elmi-təvarixdən xəbəri var. Qantəmir. [Hüseyn:] Xeyr, mirzə, tanımıram, mən heç bu cür adam görməmişəm. S.Rəhman. // Savadlı, elmli, bilikli, hörmətli şəxslərin adlarına əlavə edilir. Mirzə Fətəli Axundzadə. – [Səhhət:] Mirzə Cəlil damcıdan; Axı ümman yaratdı. B.Vahabzadə.\n3. Keçmişdə yazı-pozu işləri ilə məşğul olan adam; katib. [Nisə xanım:] Sən köhnə vəzirin oğlu Mirzə Səlimi gətirib özünə mirzə eləmisən. M.F.Axundzadə. [Toğrul:] Dərhal mirzəsini çağırıb, Qızıl Arslana məktub göndərdi. M.S.Ordubadi. mirzəlik is. Yazı-pozu işi ilə məşğul olma; mirzə vəzifəsi; katiblik. Qəhrəmanı heç bir dəftərxanada mirzəliyə götürmürdülər. S.Rəhimov. mirzəyi is. mus. Ağır-ağır oynanılan Azərbaycan xalq rəqsi və bu rəqsin havası. Mirzəyi çalmaq. – Məşədi İbad mirzəyi havasını oynayır. Ü.Hacıbəyov. Mirzəyi havasında bu vəzn ağır və aramla vurulur. Ə.Bədəlbəyli. mis is.\n1. Özlü və döyülə bilən qırmızımtıl metal – kimyəvi element. Mis mədəni. Mis külçəsi.\n2. Bu metaldan düzəldilmiş. Mis kasa. Mis məcməyi. Mis nimçə. Mis pul. – Dədəbabadan qalma bir neçə parça mis qab var idi ki, Reyhan xanım onları birər-birər satmağa başladı. T.Ş.Simurq. Laçın cəld getdi, bir mis ləyən və bir də qara aftafa gətirdi. H.Nəzərli.\n3. məc. Qırmızı-sarı, mis rəngində. Qaçay ilə Göyçək ani olaraq bir-birinə baxdılar. İkisi də başını aşağı salıb qıpqırmızı misə döndülər. Ə.Vəliyev. misal is. [ər.]\n1. Həll edilməsi üçün rəqəmlər üzərində bəzi əməliyyat tələb edən riyazi ifadə. Misalları həll etmək. Misalın cavabını yoxlamaq.\n2. Bir fikrin anlaşılmasını asanlaşdırmaq və ya bir şeyi sübut etmək üçün gətirilən dəlil, nümunə və s. Fikrini misallarla aydınlaşdırmaq. – [Məşədi Haşım] ərəb və İran ədəbiyyatından misallar gətirdi. S.Rəhman.\n3. Nümunə, örnək, timsal. Yoldaşını misal göstərmək. – Sən bizim öz həyatımızı misal götürə bilərsən. M.S.Ordubadi.\n4. Bir şeyin bənzəri, oxşarı, tayı, bərabəri, misli. Nə xoş olur eşq əhlinin bu halı; Şəmə yana pərvanənin misalı. M.V.Vidadi. [Vəzir:] Hacı Saleh, gərəkdir Rəştdə bir mintənə tikdirəsən, yeri zərbaftdan ki, misal və bərabəri bu vaxtadək Lənkəranda görünməmiş ola. M.F.Axundzadə. Dünyada igidlikdə mənim yoxdu misalım. Ə.Nəzmi.\n5. Zərbi-məsəl. Canandan ayrılan candan ayrılır; Xalq içində bir misaldı, sevdiyim! M.P.Vaqif. Gülyanaq dinləyir, Xanpəri misal çəkir, dəlil-sübut gətirir. Ə.Vəliyev. misallı sif. Adətən sözün əvvəlində gəlib, “oxşayan”, “bənzəyən”, “bənzər”, “kimi” mənası verir. Şirmayı həmişə atasını çəkic altında döyülməkdən bərkiyən polad misallı insanlara bənzədirdi. M.Hüseyn. misəridən sif. Mis əritmək üçün olan. Misəridən soba. misgər is. [fars.] Misdən müxtəlif qablar qayıran usta. Əlli qədəm bir-birindən aralı böyük misgər kürəsi və bu kürəyə münasib bir körük nəsb olub. M.F.Axundzadə. ..Misgərlər, dəmirçilər arasında iş aparmaq üçün də adam təyin etmək lazımdır. P.Makulu. misgərlik is. Misgər sənəti, işi, peşəsi. Misgərlik eləmək. misilsiz sif. Misli, tayı-bərabəri olmayan, müqabili, əvəzi olmayan; nadir. Misilsiz gözəl. – Həyətimdə səfalı bir bağ salacağam mən; Yurdumda bir misilsiz bağban olacağam mən. M.Müşfiq. Xanlar xanı Bayındır xan misilsiz bir bayram şənliyi qurmuşdu. M.Rzaquluzadə. misirlilər cəm, tar. Misrin əsas əhalisini təşkil edən xalq. misirşünas is. [ər. misir və fars. ...şünas] Misirşünaslıq mütəxəssisi. misirşünaslıq is. Qədim Misrin tarixini, dilini, iqtisadiyyatını, incəsənətini və s. öyrənən elmlərin məcmusu. miskin sif. [ər.]\n1. Fağır, biçarə, bədbəxt, yazıq. Leyli! – dedi, verdi cani-şirin; Ol aşiqi-biqərarü miskin. Füzuli. [Dərviş:] Şikarını itirmiş səyyad kimi boynuburuq məlul və miskin (z.) ocaq qırağında qaldım. A.Divanbəyoğlu.\n2. Bacarıqsız, aciz, əlindən heç bir iş gəlməyən, düşkün. Miskin adam. – [Rəhim bəy] yalnız jandarm yanında deyil, öz doğma oğlunun da .. yanında xırda, miskin bir xəbərçi kimi biabır olmuşdu. M.Hüseyn. miskin-miskin zərf Fağır-fağır, yazıqyazıq, aciz halda. Miskin-miskin gəzmək. Miskin-miskin baxmaq. miskinləşmə “Miskinləşmək”dən f.is. miskinləşmək f. Miskin hala düşmək; fağırlaşmaq, acizləşmək, əlindən heç bir şey gəlməmək. Məğrur sərkərdə özünün miskinləşmiş ordusu ilə bərabər müqəddəs rus torpağından qovuldu. M.Hüseyn. miskinlik is. Fağırlıq, bədbəxtlik, biçarəlik, yazıqlıq, acizlik, düşkünlük. Yetər, miskinlik yetər; Qalx! Oyan, oyan, oyan!.. H.Cavid. [Kor] məzlumluğu sevən, miskinlikdən ruhani bir zövq alan bir adam idi. S.Hüseyn. misqal is. [ər.] Təxminən 4,26 qrama bərabər köhnə çəki vahidi. [Hacı Kərim:] Bir misqal ondan bir batman misə vurub xalis gümüş olur. M.F.Axundzadə. Onlar kağız arasındakı beş-altı misqal barıtı çuxura tökdülər. P.Makulu. misqalı I. : misqalı tirmə – keçmişdə qiymətli, zərif tirmə növü. Bəyin anası əyninə misqalı tirmədən don geyərdi. H.Sarabski.\n\nII. is. bot. Qalınqabıqlı üzüm növü. misqallıq sif. Saylarla işlənərək, bir şeyin neçə misqal ağırlıqda olduğunu göstərir. 4 misqallıq üzük. misqal-tərəzi is. [ər. misqal və fars. tərazu] Qızıl, qaş-daş və başqa qiymətli şeyləri çəkmək üçün kiçik dəqiq tərəzi. [Dərviş:] Bu var ki, əfəndim, Bakıda olan cəmi zərgərlər misqal-tərəzini düzəldib noxud əhvalatına. N.Vəzirov. • Misqal-tərəzi ilə ölçmək (çəkmək) – bir şeyin ölçü və vəznini çox diqqətlə, dəqiq təyin etmək. misl is. [ər.]\n1. Bənzər, oxşar, tay. Bunun misli ola bilməz. – Hüsn içində görməmiş mislin fələk; Bunca dövranı ki, dövran eyləmiş. Nəsimi. [Hacı Murad:] Deyir ki, gərək elə toy eləyəm ki, misli bu şəhərimizdə olmamış ola. S.S.Axundov. • Misli-bərabəri olmamaq (tapılmamaq, yoxdur) – tayı-bərabəri, oxşarı, bənzəri olmamaq (tapılmamaq, yoxdur). Hər kim Qoşabulağın o köpüyündə çimsə, elə qüvvətli bir igid olar ki, dünyada mislibərabəri tapılmaz. “Koroğlu”. [Bürcəliyev:] Ağbulaq turş suyunun bəlkə heç bütün dünyada əsla misli-bərabəri yoxdur. S.Rəhimov.\n2. Dəfə, kərə. İki ilə üçün misli altıya bərabərdir. misləmə “Misləmək”dən f.is. misləmək f. Metal şeylərin üzünü mislə örtmək; mis çəkmək. Borunun üzünü misləmək. mismar is. [ər.] Mıx. ..Mən elə pis uşaq görmüşəm ki, əlinə mismarı, ya bıçağı alıb divarları cızıb xarab eləyir. C.Məmmədquluzadə. Qulam müəllim .. [çantanı] yuxarıdan divara vurulmuş mismardan asdı. S.Rəhimov. mismarlama “Mismarlamaq”dan f.is. mismarlamaq f. Mismar vurmaq, mismar vurub bərkitmək; mıxlamaq. [Camal] yeşiyin qapağını qoyub bərk-bərk mismarladı. Ə.Vəliyev. mismarlanma “Mismarlanmaq”dan f.is. mismarlanmaq məch.\n1. Mismar vurulmaq; mismarla vurulub bərkidilmək; mıxlanmaq.\n2. məc. Bağlanmaq. O gündən etibarən hamamın qapısı mismarlandı, önünə zibil tökülməyə başlandı. Çəmənzəminli. misra is. [ər.] Şerin ayrılıqda götürülmüş bir sətri. Qəzəldən iki misra demək. Şerin misrası. – Xanqızı .. Vaqifin hər misrasından doğan atəşi göz yaşları ilə söndürməyə çalışırdı. Çəmənzəminli. Aldığım mövzuya candan sarılıb; Misradan misraya atıldığım yox. M.Müşfiq. misralıq is. Adətən saylardan sonra gələrək şerin neçə misradan ibarət olduğunu bildirir. 20 misralıq şeir. – Mən dörd misralıq şerimdə, uzun zamanlar mələkəni düşünərək, keçirdiyim acı iztirabların ifadəsini verə bilməmişəm. M.S.Ordubadi. misri I. sif. Misirə məxsus. Misirə mənsub. // Misirli. ‣ Misri qılınc – Koroğlunun qılıncına verilən ad. Misri qılınc hamayıldı belində; Geyər hər vaxt al-qumaşı Koroğlu. “Koroğlu”.\n\nII. sif. [ər.] köhn. Yoluxucu, keçici, sirayətedici. Misri xəstəliklər. – Yazırsan bu naxoşluq misri naxoşluq kimi bir şeydir və ilaax.. C.Məmmədquluzadə. miss [ing. miss] İngiltərə və Amerikada ərə getməmiş qadın (adətən ad və ya familiyanın əvvəlində işlədilir). Miss Hannanın bütün ümidləri kəsilirsə də, təslim olmamağı qərara alır. M.S.Ordubadi. missioner [fr. missionnaire, əsli lat.] Xristian olmayan əhali arasında xristianlığı yaymaq üçün xristian kilsəsi tərəfindən göndərilən şəxs. Şeyxin Afrikada .. ingilis missioneri olduğu meydana çıxdı. M.S.Ordubadi. missionerlik is. Missionerin gördüyü iş, fəaliyyəti. missiya is. [lat.] Vəzifə, borc. mister is. [ing.] Kişilərə müraciət məqamında işlənən söz; cənab. mistik sif.\n1. Mistikaya, mistisizmə aid olan, mistikadan ibarət olan, mistika mahiyyəti daşıyan. Mistik etiqadlar.\n2. məc. Sirli, müəmmalı, anlaşılmaz, fövqəltəbii. mistika [yun. mystika]\n1. Fövqəltəbii, ilahi, gizli bir qüvvəyə inanış; insanın bilavasitə “fövqəltəbii qüvvələrlə” əlaqəyə girə bilməsinə inanan batil, elmə zidd etiqad. Orta əsr mistikası.\n2. məc. Sirli, müəmmalı, anlaşılmaz, qətiyyən izahedilməz şey haqqında. mistisizm [lat.] Mistikaya əsaslanan dini-idealist dünyagörüşü; mistikaya meyil. misyayan sif. tex. Mis tökmələrini yastılayıb təbəqə şəklinə salan. Misyayan maşın. mişar is. Ağac, taxta, habelə dəmir, daş kəsmək üçün zolaq və ya dairə şəklində polad təbəqəsindən düzəldilmiş diş-diş alət; bıçqı. Taxtanı mişarla kəsmək. İti mişar. mişarağzı is. Mişarla ağacı kəsdikdə tökülən xırda ovuntu; taxtakəpəyi, mişarkəpəyi. Sürüşkən yerə mişarağzı səpirlər. mişaraoxşar sif. Dişli, diş-diş. Mişaraoxşar dəmir parçası. mişarbalığı is. zool. Üstündə mişar dişinə oxşayan çıxıntıları olan uzunburun, yırtıcı iri dəniz balığı. mişarçı is. Mişarla ağac kəsən, mişarla taxta kəsən adam. Mişarçılar taxta kəsirlər. – ..Cəfərin əmisi Məşədi İbrahim mişarçı idi. M.Arif. mişarçılıq is. Mişarçı sənəti, peşəsi, işi. Mişarçılıq etmək. mişardaşı is. Mexaniki mişarla eyni ölçüdə kəsilmiş daş; kubik daşı. mişardişli sif. Mişar kimi dişləri olan. Gavalımeyvəlilər .. ağaclar cinsi və bəzi kollardır. Yarpaqları ellipsşəkilli olub ucu sivridir, kənarları mişardişlidir. M.Qasımov. mişarxana is. Şalbandan taxta kəsilən emalatxana; dülgərxana. mişarkəpəli bax. mişarağzı. mişarlama “Mişarlamaq”dan f.is. mişarlamaq f. Mişarla kəsmək. Kiçik Fərman saatlarla atasının yanında durub ona tamaşa edər, mişarlayıb atdığı taxta parçaları və talaşalarla oynardı. Ə.Sadıq. mişarlanma “Mişarlanmaq”dan f.is. mişarlanmaq məch. Mişarla kəsilmək. mişarlatma “Mişarlatmaq”dan f.is. mişarlatmaq icb. Mişarla kəsdirmək. Taxtanı mişarlatmaq. mişarlı sif. Mişarı olan. Mişarlı daşkəsən maşın. mişarvari sif. Mişarabənzər, mişar kimi; mişaraoxşar, diş-diş. mitil is.\n1. Yorğanın, döşəyin, balışın alt üzü. Balışa mitil almaq. Mitili təzələmək. Mitili yumaq. – Yorğanın mitili dağılmış, balışüzünün tükləri üzə çıxmışdı. S.Vəliyev.\n2. Üzü olmayan, üz çəkilməmiş yorğan, döşək, balış və s. Evin bütün şeylərini elə aparıblar ki, bir quru tikili qalıb, bir də Əzizin özü yatdığı mitil. (Nağıl). [Sərvinaz Şahmara:] Ata-babamız öz üstünə çəkməyə mitil tapmayanda, xaradan qonaq yorğanı düzəltdirib. B.Bayramov. // Sif. mənasında. ..O, üst paltarını çıxarıb bir mitil cındır yorğana büründü. S.S.Axundov.\n3. sif. Köhnə, dağılmış, yıpranmış, cındır. Mitil palto. Mitil xalça. Mitil döşəkcə.\n4. məc. zar. Tənbəl, aciz, bivec, işə-gücə yaramayan adam haqqında. Mitilin biridir. ‣ Mitili çıxmaq zar. – 1) tamam köhnəlmək, tökülmək, yıpranmaq, cındırı çıxmaq. Şkafın mitili çıxıb. – [Səriyyə xala] mitili çıxmağa başlayan yorğanı uşaqların çiyninə saldı. M.İbrahimov; 2) məc. zar. yorulub əldən düşmək, daha işləməyə halı olmamaq. O qədər işləyib ki, mitili çıxıb. Mitilini bayıra atmaq zar. – kobudcasına qovmaq, çıxarmaq, işdən qovmaq. mitilləşmə “Mitilləşmək”dən f.is. mitilləşmək f. dan. zar. bax. mitili çıxmaq (“mitil”də). Mitilləşib, daha işləyə bilmir. mitillik 1. sif. Mitilə yarar, mitil üçün olan. Mitillik bez. Mitillik çit.\n2. is. Mitilliyə yarar parça. Mağazadan mitillik almaq.\n3. sif. dan. zar. Ruhən və cismən düşkünlük. mitil-şitil top. dan. Üzü tökülmüş, dağılmış, yıpranmış, köhnə, cındır yorğandöşək, palaz və s. Əsgər addımlayıb Kosanın mitil-şitilini tərpətdi, ağac çarpayısını yırğaladı. S.Rəhimov. Arada bir dönüb evin içinə döşənən mitil-şitilə bax(dı). Ə.Əbülhəsən. mitinq [ing.] Hər hansı mühüm gündəlik məsələyə (ən çox siyasi məsələyə) həsr olunmuş kütləvi yığıncaq. Mitinqi açıq elan etmək. Matəm mitinqi. – [Səfərəli:] Bugünkü mitinqin siyasi əhəmiyyəti vardır. H.Nəzərli. Yığıncaqlarda, mitinqlərdə hər yerdən şüarlar eşidilirdi. Ə.Sadıq. • Mitinq qurmaq – kütləvi yığıncaq düzəltmək, iclas qurmaq, nitqlər söyləmək. [Rüstəm kişi:] Nədir, burda mitinq qurmusunuz? M.İbrahimov. mitqal is. [ər.] Sərt nazik pambıq parça. // Bu parçadan tikilmiş. Mitqal köynək. mitoz is. [yun.] Hüceyrələrin ən geniş yayılmış bölünmə üsulu. mitra is. [rus.] Dini ayin zamanı keşişlərin başlarına keçirdikləri qızılı rəngli papaq. mitralyuz [fr.] köhn. Pulemyot. Atlar kişnəyir, mitralyozlar qəhqəhə çalırlar. H.Nəzərli. mitropolit [yun. metropolites] Pravoslav və katolik yepiskoplarının ən yüksək adı, habelə bu adı daşıyan ruhani. miyan is. [fars.] klas.\n1. Bel, kəmər. Miyanında saçın ucun hörməyi; Bütün dünyada bu yarı tutmuşam. M.P.Vaqif.\n2. Orta, aralıq, ara. miyança is. Tuman paçalarının arasına salınan parça. miyançı is. İki tərəf arasında vasitəçi, araçı. Miyançının kisəsi gen olar. (Ata. sözü). ..Miyançılar işə qarışır, yaxşı-yaxşı tərifləyir, .. sövdəni sarıyırdılar. S.Rəhimov. miyançılıq is. Miyançının işi; araçılıq, vasitəçilik. [Şirin] qocalandan sonra başladı əvvəl miyançılığa. N.Vəzirov. [Kərbəlayı Xəlil] əvvəllər at alıb-satanlar arasında miyançılıq eləməklə az-çox qazanmış, axırda bu işdə bir mütəxəssis kimi tanınmışdı. P.Makulu. miyandar is. [fars.] köhn. Məclisi idarə edən şəxs, yaxud zorxana təlimçisi, zorxananı idarə edən adam. Məclisin miyandarı. – Qırx il işləyib, indi miyandar olmuşam. (Ata. sözü). Miyandarın işarəsilə Məmməd bəylə Qasım ağa dairənin ortasına güləşə çıxdılar. Çəmənzəminli. miyandarlıq is. Miyandarın işi. miyanə sif. [fars.] Nə yaxşı, nə də pis; orta, babat. Miyanə geyim. Miyanə yemək. – ..Nə elə də artıq ləzzətli və nə elə də artıq ləzzətsiz, yəni miyanə. C.Məmmədquluzadə. Yaxşılar yol çəkən, pislər yol sökən; Miyanə adamlar yuxuma girmir. M.Araz. // Orta. Yarlı-yaraşıqlı boyu, gərdəni; Nə uzun, nə gödək, miyanə gərək. Q.Zakir. miyanpur is. [fars.] İçinə qoz ləpəsi doldurulmuş şaftalı, ərik və s. qaxı. Süfrədə tut qurusu, miyanpur, innab, ləbləbi, kişmiş, səbzə, alma, portağal da olardı. H.Sarabski. miyantəng is. [fars.] Ətin budla qabırğa arasında olan hissəsi. miyopişiyi is. zool. Çölpişiyi, yazıpişiyi. miyolama (=miyovlama) “Miyo(v)lamaq”dan f.is. miyovlama (=miyolama) “Miyo(v)lamaq”dan f.is. miyolamaq (=miyovlamaq) (=miyoldamaq) bax. miyovuldamaq. Dünən yem verilməmiş pişik miyoldaya-miyoldaya (z.) kişinin qabağına yüyürdü. Çəmənzəminli. Nərgizin mehriban səsini eşidən Topuş dayandı, dönüb geri baxdı, şikayətli bir səslə miyoldadı. Ə.Məmmədxanlı. miyovlamaq (=miyolamaq) (=miyoldamaq) bax. miyovuldamaq. Dünən yem verilməmiş pişik miyoldaya-miyoldaya (z.) kişinin qabağına yüyürdü. Çəmənzəminli. Nərgizin mehriban səsini eşidən Topuş dayandı, dönüb geri baxdı, şikayətli bir səslə miyoldadı. Ə.Məmmədxanlı. miyoldamaq (=miyo(v)lamaq) bax. miyovuldamaq. Dünən yem verilməmiş pişik miyoldaya-miyoldaya (z.) kişinin qabağına yüyürdü. Çəmənzəminli. Nərgizin mehriban səsini eşidən Topuş dayandı, dönüb geri baxdı, şikayətli bir səslə miyoldadı. Ə.Məmmədxanlı. miyov-miyov təql. Pişiklərin çıxardığı səs; miyovultu. miyovuldama “Miyovuldamaq”dan f.is. miyovuldamaq f. Miyovultu səsi çıxarmaq (pişik haqqında). Pişik miyovuldayır. miyoldaşma (=miyovldaşma) “Miyo(v)ldaşmaq”dan f.is. miyovldaşma (=miyoldaşma) “Miyo(v)ldaşmaq”dan f.is. miyoldaşmaq (=miyovldaşmaq) qarş. Bir yerdə miyovultu səsi çıxarmaq (bir neçə pişik). Kök pişiklər harın-harın miyoldaşır, zəncirə vurulmuş qıllı köpəklərin gözlərindən qan damırdı. B.Bayramov. miyovldaşmaq (=miyoldaşmaq) qarş. Bir yerdə miyovultu səsi çıxarmaq (bir neçə pişik). Kök pişiklər harın-harın miyoldaşır, zəncirə vurulmuş qıllı köpəklərin gözlərindən qan damırdı. B.Bayramov. miyovultu is. Pişiyin çıxardığı səs. miz I. is. [fars.] Stol, masa. Sədr məclisi sakit etmək üçün qalxıb qarşısındakı mizi döydü. T.Ş.Simurq. Üstü qırmızı örtüklü mizin ətrafında yeddi nəfər oturdu. H.Nəzərli.\n\nII. sif. Şiş, iti, biz. Miz saqqal. – [Şeyx İsa] uzaqdan baxanda 80 yaşında, uzunsaqqal və saqqalının ucu da miz bir insandır. C.Məmmədquluzadə. mizac [ər.] bax. məzac. İncitdimi dərdidil mizacın; Kim, oldu təbibə ehtiyacın? Füzuli. [Hacı:] Şərab həmişə insanın mizacını açır, kefini yüksəldir. B.Talıblı. mizan is. [ər.]\n1. Çəki aləti, tərəzi. Əl mizan, göz tərəzi. (Ata. sözü). Hər nə çəksən, çək, bəradər, çəkmə düz mizanını; Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanını. M.Ə.Sabir.\n2. Qayda, nizam, səliqə, sahman. [Otaqları] nəfis xalçalarla döşəmiş və evin hər bir şeyinə o mizanda diqqət vermişdi. M.S.Ordubadi. • Mizana düşmək – qayda və səliqəyə düşmək, nizamlı və səliqəli olmaq. Ev mizana düşdü. // Qayda-qanun, nizam. Qərinələr keçdi, dövran dəyişdi; Pozuldu qurğular, mizan qalmadı. Aşıq Ələsgər.\n3. xüs. Artistlərin və səhnə şəraitinin, tamaşanın gedişinin ayrı-ayrı momentlərinə görə düzülüşü qaydası. Rejissor bu gün göstərdiyi mizanı sabah dəyişir və hər gün bir yeni mizan verirdi. S.Rəhman.\n4. Çəki, ağırlıq, vəzn, ölçü.\n5. bax. mizan-tərəzi. • Mizana vurmaq – 1) çəkmək, tərəzidə çəkib ağırlığı bilmək; 2) məc. ölçüb-biçmək, mülahizə etmək. mizanqul is. zool. Bahar fəslində çıxan zərərli həşərat. mizan-tərəzi is. [ər. mizan və fars. tərazu] Dindar müsəlmanların etiqadınca qiyamət günü adamların günah və savabını ölçmək üçün mənəvi tərəzi. • Mizan-tərəzi qurulmaq din. – məhşər günü günah və savabın haqq-hesabı çəkilmək. [Seyrəksaç dəllək:] Çünki bu dünyanın axı, Ələmdar qardaş, o dünyası, qiyaməti də var. Bax orada mizan-tərəzi qurulacaq, günah-savab tərəziyə qoyulub misqalına qədər çəkiləcəkdir. S.Rəhimov. mizləmə “Mizləmək”dən f.is. mizləmək f.\n1. Miz vurmaq, dürtmə vurmaq, dürtmələmək. ..Bir adam da dal tərəfdən məni hey mizləyir ki, tez ol, get qabağa! M.S.Ordubadi.\n2. Mayenin içərisinə soxmaq, yaş etmək, batırmaq. Qabaqca qələmin tez-tez davata mizləyib kağızı bir az yanqılıcı tutur. C.Məmmədquluzadə. mizrab is. [ər.] Bəzi simli musiqi alətlərinin simlərini ehtizaza gətirmək üçün sümükdən, mal buynuzundan və ya plastik maddədən qayrılan nazik plastinka. Mizrab vurmaq (mizrabı simlərə toxunduraraq çalmaq). – Tarçının mizrabı pərdələr üzərində hərəkətsiz qaldı. Ə.Məmmədxanlı. mizraq is. [ər.] Sivriuclu dəmirdən, poladdan düzəldilmiş uzun saplı qədim döyüş aləti; nizə. Oynadaq hey süngü, mizraq, çiçəklənsin ana Vətən. A.Şaiq. Fəqət bu qəhrəmanlığa, bu çevikliyə qarşı qüvvətli bir mizraq onun intiqamla dolu olan qəlbinə saplandı. H.Nəzərli. mobəd is. [ər.] Zərdüşt dini kahini. mobil is. [fr.] Mütəhərrik, sürətlə hərəkət edən. Mobil hərbi hissə. mobud bax. mobəd. mod (=moda) [fr.] Müəyyən dövrdə, müəyyən ictimai mühitdə geyim, tualet, məişət şeyləri və s. cəhətdən bu və ya digər zövq və adətlərin hakim olması. Bu paltar indi modda deyil. Moda ilə saç qoymaq. – [Mirzə Salman:] Nə xəbər? Yəqin yenə deyəcəksən ki, hansı yoldaşınsa özünə təzə modda paltar tikdirib. S.Rəhman. [Lətafət] qırx yaşında ucaboylu, moda ilə geyinən gözəl bir qadındır. İ.Əfəndiyev. // Dəbdə, modda olan şey haqqında. // Cəmdə: modalar – belə zövqlərə cavab verən geyim nümunələri. Qadın modaları. Modalar jurnalı. • Modada (modda) olmaq – hamı tərəfindən qəbul olunmaq, hamının hüsn-rəğbətini qazanmaq, hamının diqqətini cəlb etmək; yayılmaq, işlənmək, dəbdə olmaq. O zamanlar Bakıda və Bakının ətraf kəndlərində tapançabazlıq, qoçubazlıq mod olmuşdu. H.Sarabski. Modadan (moddan) düşmək (çıxmaq), modası keçmək – daha işlənməmək, unudulmaq, dəbdə olmamaq, əhəmiyyətini itirmək. Modaya (moda) düşmək – bax. modada (modda) olmaq. moda (=mod) [fr.] Müəyyən dövrdə, müəyyən ictimai mühitdə geyim, tualet, məişət şeyləri və s. cəhətdən bu və ya digər zövq və adətlərin hakim olması. Bu paltar indi modda deyil. Moda ilə saç qoymaq. – [Mirzə Salman:] Nə xəbər? Yəqin yenə deyəcəksən ki, hansı yoldaşınsa özünə təzə modda paltar tikdirib. S.Rəhman. [Lətafət] qırx yaşında ucaboylu, moda ilə geyinən gözəl bir qadındır. İ.Əfəndiyev. // Dəbdə, modda olan şey haqqında. // Cəmdə: modalar – belə zövqlərə cavab verən geyim nümunələri. Qadın modaları. Modalar jurnalı. • Modada (modda) olmaq – hamı tərəfindən qəbul olunmaq, hamının hüsn-rəğbətini qazanmaq, hamının diqqətini cəlb etmək; yayılmaq, işlənmək, dəbdə olmaq. O zamanlar Bakıda və Bakının ətraf kəndlərində tapançabazlıq, qoçubazlıq mod olmuşdu. H.Sarabski. Modadan (moddan) düşmək (çıxmaq), modası keçmək – daha işlənməmək, unudulmaq, dəbdə olmamaq, əhəmiyyətini itirmək. Modaya (moda) düşmək – bax. modada (modda) olmaq. modabaz sif. və is. [fr. mode və fars. ...baz] Həddindən çox modaya uyan, moda düşkünü, modapərəst, modaçı. Modabaz qız. modabazlıq is. Modaya uyma, moda düşkünlüyü, modapərəstlik, modaçılıq. Modabazlıq etmək. modaçı bax. modabaz. modaçılıq bax. modabazlıq. modal [lat.] dilç. Modallıq ifadə edən, modallıq bildirən. Modal sözlər. modalı sif. Hər hansı bir modaya uyğun olan, modada olan. Modalı kostyum. – Teymur müəllim balaca arıq bir kişi idi. Əyninə köhnə modalı məxmər jilet geyər, başına araqçın qoyardı. Ə.Sadıq. modalliq is. dilç. Nitqin məzmununun gerçəkliyə münasibətini bildirən və feil formaları, intonasiya, ara sözlər və s. vasitəsilə ifadə olunan qrammatik kateqoriya. modapərəst [fr. mode və fars. ...pərəst] bax. modabaz. Modapərəst qadın. modapərəstlik bax. modabazlıq. Modapərəstlik etmək. model [fr.]\n1. Bir şeyin nümunə nüsxəsi, habelə bir şeyi hazırlamaq üçün nümunə. Geyim modelləri sərgisi.\n2. Bir şeyin kiçildilmiş surəti, sxemi, nümunəsi; maket. Gəminin modeli. Qurğunun modeli. – Tamaşaçılar heyran-heyran bunlara baxır və böyük maraqla modellərin uçuşunu gözləyirdilər. M.Rzaquluzadə.\n3. Konstruksiyanın tipi, markası, nümunəsi. Avtomobilin yeni modeli. modelçi is. Yeni model nümunələri hazırlayan mütəxəssis (bax model 1-ci mənada). modelçilik is.\n1. Yeni model nümunələri hazırlama.\n2. Bir şeyin kiçildilmiş sxemini, nümunəsini düzəltmə; modelqayırma. Modelçilik dərnəyi. modelqayıran bax. modelçi. modelləşdirmə “Modelləşdirmək”dən f.is. modelləşdirmək f. Bir şeyin modelini hazırlamaq. Paltarı modelləşdirmək. modem is. Hesablayıcı elektron maşının və ya abonent məntəqələrinin ikilik siqnallarının rabitə kanallarına göndərilən siqnallara və ya əksinə çevirmək üçün qurğu. moderato [ital.] mus.\n1. Yavaş, ağır, tələsmədən (musiqi əsərlərinin ifa tempi haqqında).\n2. Ağır, yavaş tempdə musiqi əsəri və ya onun bir hissəsi. moderator [lat. moderator – azaldan]\n1. Klavişli (dilli) musiqi alətlərində səsin gücünü tənzim edən alət.\n2. Maşının sürətini azaltmaq üçün qurğu. modern [fr. moderne – ən yeni, müasir]\n1. XIX əsrin axırı XX əsrin əvvəllərində əsasən memarlıq və tətbiqi incəsənətdə formalizmi, təmtəraqlılığı, süniliyi, eklektizmi ilə fərqlənən bədii üslubun adı.\n2. Müasir. Modern binalar. modernist [fr.] Modernizm tərəfdarı. modernizm [lat.]\n1. bax. modern 1-ci mənada.\n2. İmperializm dövrü burjua incəsənət və ədəbiyyatında realizmə zidd cərəyanların ümumi adı. İnqilabdan əvvəl rus balet sənətində modernizm və formalizm cərəyanı hakimlik etməkdə idi. Ə.Bədəlbəyli. modul is. [lat.]\n1. Riyaziyyatda hər hansı bir mühüm əmsalın və ya kəmiyyətin adı.\n2. Bina və tikilinin hissələrini uzlaşdırmaq və ya ona mütənasiblik və ahəngdarlıq vermək üçün inşaatda və ya memarlıqda qəbul edilmiş şərti ölçü vahidi. modullaşdırma “Modullaşdırmaq”dan f.is. modullaşdırmaq f. mus. Bir tondan başqasına keçmək (musiqi səsləri haqqında). mofet is. [fr.] Vulkan kraterində və soyumuş lava axınlarında yerləşmiş kanal və çatlardan ayrılan karbon qazı şırnaqları. mogikan is. Şimali Amerikada hindu tayfası. moxer is. [ing.] Anqor keçisinin tükü və ondan toxunmuş material. moizə is. [ər.]\n1. bax. vəz 1-ci mənada. [Yaşlı kişi:] Şeyx Yəhyanın dalında namaz qılıb, sonra da moizəsini dinlədim. S.Hüseyn.\n2. Nəsihət, öyüd. [Yusif şahın həvaxahları] müfəttinlər ilə müqabil durub nəsihət və moizəyə şüru etdilər.. M.F.Axundzadə. // Eyni mənada istehza ilə. [Məsmə:] ..[ərim] bir axşam mənim üçün bir moizə başladı. S.Hüseyn. • Moizə etmək (oxumaq) isteh. – nəsihət vermək, öyüd vermək, uzun danışmaq. Şeyda [Arazın] sözünü kəsdi: – Mən bura moizə etmək üçün gəlmədim. A.Şaiq. [Vəli:] Ay Hüseyn, moizə oxuma, tez ol görək, Kəblə Cahangir küçədə gözləyir. S.Rəhman. mokko [coğr. is.-dən] Əla qəhvə növü. moqar is. [ital.] Taxıllar fəsiləsindən birillik bitki. moqquldama “Moqquldamaq”dan f.is. moqquldamaq f. Moqqultu səsi çıxarmaq (donuz və bəzi başqa heyvanlar haqqında). moqqultu is. Donuz və bəzi başqa heyvanların çıxardığı səs. Donuzun moqqultusu. moqur is. Hindistanın qızıl sikkəsi. mol is. Maddə miqdarının vahidi; qrammolekulun qısaldılmış adı. molbert [alm.] Rəssamın işləməsi üçün üzünə kətan çəkilmiş çərçivəni saxlayan dayaq; rəssam dəzgahı. Bəhruz molbert arxasında işləyir. Ə.Məmmədxanlı. moldav (=moldavan) Moldova Respublikasının əsas əhalisini təşkil edən, roman qrupu dillərindən birində danışan xalq və bu xalqa mənsub adam. moldavan (=moldav) Moldova Respublikasının əsas əhalisini təşkil edən, roman qrupu dillərindən birində danışan xalq və bu xalqa mənsub adam. moldavca (=moldavanca) sif. və zərf Moldav(an) dilində. Moldav(an)ca-rusca lüğət. Moldav(an)ca danışmaq. moldavanca (=moldavca) sif. və zərf Moldav(an) dilində. Moldav(an)ca-rusca lüğət. Moldav(an)ca danışmaq. molekul [fr. molecule – əsli lat.] Maddənin bütün kimyəvi xüsusiyyətlərinə malik ən kiçik hissəciyi. molekulyar sif. [fr.] Molekula aid olan. Molekulyar çəki. // Molekulların tədqiqi ilə əlaqədar olan. Molekulyar nəzəriyyə. molibden [yun. molybdos – qurğuşun]\n1. Gümüşü-ağ rəngli, çətin əriyən parlaq metal – kimyəvi element.\n2. Molibdendən düzəldilmiş. Molibden məftil. molibdenli sif. Tərkibində molibden olan. Molibdenli polad. molla is. [ər.]\n1. Rütbəcə axunddan kiçik müsəlman ruhanisi. Məhəllə mollası. – Sonra da bir tirmə əmmaməli molla gəlib salam verdi. Mir Cəlal. // Bu zümrəyə mənsub adamların adına əlavə edilən ləqəb. Əgər xəbər alsan molla Səfini; Oğru, dürüst qarışdırıb kefini. Q.Zakir. // Keçmişdə, ümumiyyətlə, ruhani zümrəsindən olan adam. ..Kərbəlayı Səlim bir mömin .. adam idi, istədi ki, oğlu molla olub üləma silkinə daxil olsun. M.F.Axundzadə.\n2. Keçmişdə: öz dini məktəbində dərs deyən şəxs. Səttarla Mahmud kənddə molla Qurbanəlinin yanında oxuyurdular. P.Makulu. mollabaşı I. is. köhn. Baş molla, mollaların başçısı. [Xacə:] Fərraş göndər, .. molla Yəhyanı və mollabaşı Axund Səmədi mənim hüzuruma çağırsın! M.F.Axundzadə.\n\nII. is. bot. Ortasında boruvari sarı, yanlarında isə yarpaqvari ağ gülləri olan mürəkkəbçiçəklilər sırasından bir sıra ot bitkilərinin adı. mollagunə sif. [ər. molla və fars. ...gunə] Dindar. Hacı Hüseyn həmişə təsbeh çevirən, ağzıdualı, mollagunə bir kişi idi. S.Rəhman. // Özünü mollaya bənzədən, yalançı molla; mollanüma. mollaxana is. [ər. molla və fars. ...xanə] Mollanın dərs dediyi dini məktəb. [Növrəstə:] Mollaxanada köhnə qayda ilə, köhnə əlifba ilə dərs verirlər. Ə.Haqverdiyev. mollalıq is.\n1. Molla vəzifəsi, molla işi. O vaxt Molla Cəfərqulu hələ mollalıq, mərsiyəxanlıq edərdi. N.Nərimanov. [Yarməmməd] atasının mollalığını, anasının falçılığını gizlətdiyi üçün onu maarif şöbəsindən qovmuşdular. M.İbrahimov.\n2. Keçmişdə: mollaxanada dərs demə; mollaxana müəllimliyi. Tahirzadənin buna haqqı yox idi. Çünki cibində mollalıq kağızı gəzdirmirdi. Mir Cəlal. ‣ Mollalıq etmək məc. isteh. – boş nəsihət etmək, göstəriş vermək, ağıl öyrətmək. ..Sən mənə mollalıq eləmə, dəllək, – Ələmdar dönüb dəlləyin üzünə pis-pis baxdı. S.Rəhimov. mollanəsrəddinçilər cəm “Molla Nəsrəddin” məcmuəsi ətrafında toplanan mütərəqqi, maarifpərvər şair və yazıçılar. Mollanəsrəddinçilər ilə füyuzatçıların ideya mübarizəsi. Mollanəsrəddinçilərin ədəbiyyat tarixindəki rolu. mollanüma [ər. molla və fars. ...nüma] bax. mollagunə. [Yaşlı kişi:] Mən “mollanüma” kəlməsinin həqiqi məfhumunu ancaq indi anlamalıyam. S.Hüseyn. [Hacı:] Yalançı mollalar indiyəcən şəriəti düz anlatmayıblar. Onlar molla deyil, mollanümalardır. Mir Cəlal. mollasayaq bax. mollagunə. Bu kişi mollasayaq adamdı. (Nağıl). mollatütək is. zool. Yayda su üzərində uçan qısaömürlü cücü. moltanı is. dan. Dinsiz, yolsuz, kafir. İşin xatirəsi üçün moltanıya dayı deyərlər. (Ata. sözü). [Axund:] [Qızı] lap moltanıya da nikah etməyə hazıram. C.Cabbarlı. // Söyüş mənasında işlədilir. Moltanı oğlu moltanı. moltanılıq is. dan. Azma, kafirlik. molyar is. Bir litrində həll olunmuş maddənin bir qram molekulu olan məhlul. molyusk is. [rus.] Yumşaq bədənli onurğasız dəniz heyvanı. moment is. [lat.]\n1. Mexanika və ehtimallar nəzəriyyəsində mühüm rol oynayan riyazi anlayış.\n2. An, ləhzə. monada is. [yun.] fəls. Varlığın struktur vahidini ifadə edən fəlsəfi termin. Monada Leybnits fəlsəfəsinin əsas anlayışlarından biridir. monarxist [yun.] Monarxizm tərəfdarı; padşahpərəst. monarxiya [yun. monarcha – təkhakimiyyətlilik] Dövlətin başında bir nəfərin – padşahın durduğu idarə üsulu, habelə bu üsulla idarə olunan dövlət; padşahlıq, mütləqiyyət. Konstitusiyalı monarxiya. monarxiyalı sif. Monarxiya (mütləqiyyət) üsuli-idarəsi olan, padşaha tabe olan. Monarxiyalı dövlət. monarxizm [yun.] Monarxiyanı (padşahlığı) bərqərar edib saxlamaq məqsədini daşıyan mürtəce siyasi cərəyan; padşahpərəstlik. monastır [yun.]\n1. Rahib və ya rahibələrin, torpaq və kapitala malik kilsə – təsərrüfat təşkilatından ibarət dini icması. Kişi monastırı. Qadın monastırı. – Çünki həp bəhs edər manastırdan; Ərə getmək ölümdür onca, inan!.. H.Cavid.\n2. Bu icmaya məxsus kilsə, yaşayış binaları və ərazi. monist [yun.] Monizm tərəfdarı. monistik sif. [yun.] Monizmə aid olan, monizmlə əlaqədar olan. Monistik fəlsəfə. monitor I. is. [ing.] Orta və ali məktəblərdə sinif başçısı, sinif nümayəndəsi, qrup başçısı.\n\nII. is. [ing.] Zirehli döyüş gəmilərinin ilk tiplərindən biri.\n\nIII. is. [ing.] Video nəzarət qurğusu. monitorinq is. [ing.] Nəzarət, nəzarət etmək. monizm [yun. monos – bir] Bütün varlığın əsasını yalnız bir şey – ya materiya və yaxud da ruh təşkil etdiyini qəbul edən fəlsəfi nəzəriyyə (dualizm ziddi). monqollar is. Monqolustan Xalq Respublikasının və Çin Xalq Respublikasında Daxili Monqoliya Muxtar Vilayətinin əsas əhalisini təşkil edən xalq və həmin xalqa mənsub adam. Köhnə monqol əlifbası. XVI əsr – XVII əsrin əvvəllərində monqollar lamaizmi qəbul etmişdilər. Çingiz xanın hakimiyyəti altında yaradılmış vahid dövlət çərçivəsində monqol xalqının təşəkkülü başa çatmışdır. monqolca sif. və zərf Monqol dilində. Monqolca-rusca lüğət. Monqolca yazmaq. monqolşünas is. Monqolşünaslıq mütəxəssisi. monqolşünaslıq is. Monqolların dil, yazı, mədəniyyət və tarixini öyrənən elmlərin məcmusu. monokl [fr. əsli yun. monos – tək və lat. oculus – göz] Eynək və ya pensne əvəzinə göz çuxuruna qoyulan bir göz üçün dairəvi optik şüşə – tək gözlük. monoqram [yun. monos – tək və gramma – hərf] Bir neçə hərfin bir-birinə keçirilməsindən ibarət hərf hörgüsü. Portfel üzərində monoqram. monoqrafik sif. [yun.] Monoqrafiya mahiyyəti daşıyan, monoqrafiya şəklində yazılmış. Monoqrafik tədqiqat. monoqrafiya [yun. monos – tək və grapho – yazı] Bir mövzunun, bir məsələnin öyrənilməsinə həsr olunmuş tədqiqat əsəri. M.F.Axundzadə haqqında monoqrafiya. monolit [yun. monos – tək və lithos – daş]\n1. Bütöv və böyük daş qaya, bütöv daş. // Bütün daşdan yonulmuş hər hansı bir şey.\n2. Sif. mənasında. məc. Sarsılmaz, bütöv, möhkəm, yekparə. Xalqın monolit birliyi. monolitlik is. Sarsılmazlıq, möhkəmlik, bütövlük, yekparəlik. monoloq [yun. monos – tək və logos – nitq] Başlıca olaraq dramada aktyorun özünə, yaxud tamaşaçılara xitabən söylədiyi sözlər – nitq. “Ölülər” əsərində İskəndərin monoloqu. – Salon səssiz bir hal aldı, hərəkətdən əsər yox; Səhnədəki oynaq bir gənc söyləyirdi monoloq. S.Vurğun. [H.Ərəblinski] qalxıb .. səmimi səslə öz monoloqunu deməyə başladı. S.Rəhman. // Təklikdə öz-özünə söylənən nitq, yaxud bir adamın dinləyicilərə xitabən söylədiyi uzun nitq. monoplan [fr. əsli yun. monos – tək və lat. planum – səth] Bir cüt qanadı olan təyyarə. monoteist [yun.] Monoteizm tərəfdarı. monoteizm [yun. monos – bir və theos – Allah] Dünyanın bir Allah tərəfindən yarandığını qəbul edən din; təkallahlılıq. monotip [yun. monos – bir və typos – çap] köhn. Naboru ayrı-ayrı literlərdən ibarət sətirlər şəklində töküb yığan mətbəə maşını. monotipçi is. köhn. Monotipdə işləyən mürəttib. monpası [fr.] Müxtəlif rəngli və formalı xırda, bərk konfet (nabat) növü. Bir qutu monpası. montaj [fr.]\n1. Maşınların, binaların, sənaye müəssisələrinin və s.-nin müəyyən plan və çertyojlar əsasında quraşdırılıb qurulması. Mingəçevirlilər illik montaj və inşaat işləri planlarını qurtarmaq üzrə idilər. Ə.Sadıq.\n2. Çəkilmiş filmin, yaxud ədəbi və ya musiqi əsərlərinin ayrı-ayrı parçalarının bədii və məna cəhətdən bir tam halında bir araya toplanması. Filmin montajı. // Bu yolla tərtib olunmuş film, şəkil, əsər. Ədəbi montaj. Musiqi montajı. montajçı is. Montaj mütəxəssisi; quraşdırıcı. Montajçılar briqadası. – ..Atalar deyib ki, ehtiyat igidin yaraşığıdır. Bu söz, bizə, biz montajçılara daha çox aiddir. Mir Cəlal. montyor [fr. monteur] Elektrik avadanlığı işləri mütəxəssisi; montajçı. Elektrik montyoru. Maşın montyoru. – [Oğlanın] sənətinə həvəsi var idi. O, montyor idi. Mir Cəlal. Qız Astarada montyor işləyirdi. Ə.Sadıq. montyorluq is. Montyorun sənəti, peşəsi. ..Dursun montyorluğa da qızlardan şagird qoydu. Ə.Əbülhəsən. monument [lat.] bax. abidə 1-ci mənada. monumental sif. [lat.]\n1. Əzəmətli, möhtəşəm. Monumental bina. Monumental abidə.\n2. məc. Məzmunca dərin, əsaslı, sanballı. Monumental əsər. Monumental opera. – Oratoriya – simfonik orkestr, xor və solistlər üçün bəstələnən çoxhissəli monumental və sanballı musiqi əsəridir. Ə.Bədəlbəyli. monumentallıq is. Əzəmətlilik, möhtəşəmlik. Binanın monumentallığı. moped is. Motorlu velosiped. mor I. sif. Bənövşəyi rəng. Mor parça. – Aşiqəm bu mor dağların; Baharına, yazına mən. S.Rüstəm. Onun mor rəngli gözəl gözlərinin gülüşündə nə isə sirayətedici dərin və xoş bir ifadə var idi. İ.Əfəndiyev. Gündoğan tərəfdəki .. buludlar mor, pənbə, lacivərd rənglərə boyanır(dı). M.Rzaquluzadə.\n\nII. is. köhn. Xışın bir hissəsi.\n\nIII. sif. Kül ilə kömürün qarışığından alınan tünd boz rəng. moratorium [lat. moratorius – yubadan] iqt. Hər hansı fövqəladə vəziyyət (müharibə, böhran, təbii fəlakət və s.) ilə əlaqədar olaraq hökumətin göstərişi ilə borcları ödənilməsinin təxirə salınması. mordva Mordoviya Respublikasının əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub olan adam. Mordvaların adları ilk dəfə VI əsr mənbəyində çəkilir. mordvaca sif. və zərf Mordva dili, mordva dilində. Mordvaca kitab. Mordvaca danışmaq. morfem [yun. morphe – forma] dilç. Sözün leksik və ya qrammatik mənası olan hissəsi (kök, şəkilçi, yaxud önşəkilçi). morfi [yunan əsatirində yuxu allahı Morpheios-un adından] Xaşxaş şirəsindən hazırlanan ağrıkəsən və yuxugətirən narkotik maddə (dozadan artıq qəbul etdikdə zəhər kimi təsir edir). Xan xüsusi otağından çıxdı, .. xəstə olduğunu, hazırda doktor ona morfi vurduğunu söylədi. M.S.Ordubadi. morfinist [yun.] Morfi düşkünü, morfinizmə mübtəla olmuş adam. morfinizm [yun.] Morfi düşkünlüyü, morfi mübtəlalılığı (narkomaniya növlərindən biri). morfologiya [yun. morphe – forma və logos – təlim]\n1. Orqanizmlərin, mineral maddələrin, torpaqların quruluşu haqqında elm.\n2. dilç. Hər hansı bir dildə söz formalarının dəyişməsi sistemi, habelə qrammatikanın sözlərin formalarını öyrənən şöbəsi. Qrammatikanın morfologiya bəhsi. morfoloji sif. [yun.] Morfologiyaya aid olan. Morfoloji təhlil. Sözün morfoloji quruluşu. morfoloq [yun.] Morfologiya mütəxəssisi. morfonologiya [yun. morphe – forma, phone – səs və logos – təlim] dilç. Dilçiliyin fonologiya ilə morfologiyanın əlaqəsini, morfemlərin fonem tərkibini, onların sıralanma qanunlarını öyrənən bəhsi. Morfonologiyanın obyekti və təhlil metodu. Türk dillərinin morfonologiyası. morfonoloji sif. [yun.] dilç. Morfonologiyaya aid olan. Sözün morfonoloji tərkibi. Morfonoloji prinsipə görə yazılan sözlər. – Azərbaycan dilinin morfonoloji ölçüləri çox güclüdür və bu güc qarşısında qondarma qaydalar tab gətirə bilmir. F.Ağasıoğlu. morojna [rus. morojenoe] bax. dondurma. mors [rus.] Meyvə və giləmeyvə şirəsindən hazırlanan sərinlədici içki. Alma morsu. mortira [holl.] Gödəklüləli top. Sahil mortirası. moruq is. bot. Giləmeyvəli kol-bitki və onun ətirli, şirin, ağ və ya qırmızı meyvəsi. Oğul-uşaq zoğal, fındıq, moruq dərməyə gedərkən, Kərim baba da sıradan qalmazdı. A.Şaiq. Mənə, qızıl söyüd çubuğundan hörülmüş səbətdə; Moruq gətirin! R.Rza. // Moruqdan hazırlanmış. Moruq mürəbbəsi. Moruq şirəsi. moruqkimilər cəm, bot. Moruq və bəzi başqa bitkilərin daxil olduğu cins. moruqluq is. Moruq bitən yer, çoxlu moruq kolları olan yer. morze [ixtiraçısının adından]: Morze aparatı – Morze əlifbası vasitəsilə siqnallar vermək üçün sadə teleqraf aparatı. Morze əlifbası – hərf və rəqəmləri teleqram aparatı ilə vermək üçün şərti işarələr sistemi. morzeçi is. köhn. Morze aparatında işləyən teleqrafçı. mosi is. Afrikada yaşayan xalqlardan birinin adı. Mosilərin bir hissəsi müsəlmandır. motal is.\n1. Pendir, şor və s. saxlamaq üçün xüsusi surətdə hazırlanmış qoyun və ya keçi dərisi. Motaldan şor çıxarmaq. – Məscidin alçaq qapısından hamballar dalında motal və qeyri baqqal şeyləri çıxardırdılar. Çəmənzəminli. Payızqabağı [Murad bəyin] evində motal motala söykənirdi. Qantəmir. • Motal papaq – qoyun dərisindən evdə tikilən iri papaq. [Rəiyyətin] isti-soyuqdan saxlayan motal papağı, ətəyi büzməli arxalığı var idi. S.Rəhimov. ..Arabanın çağları arasından Əlləzoğlunun motal papağı qaralırdı. İ.Hüseynov. Motal pendiri – motalda saxlanılan pendir. Süfrədə hər şey vardı: camış qaymağı, beçə balı, inək yağı, üzlü motal pendiri, təndir çörəyi, qənd, şəkər. Ə.Vəliyev. Motal tutmaq – saxlamaq üçün pendiri, şoru duzlayıb motala doldurmaq. [Qurbanəli:] Biriki motal tutmuşdum, onu da satıb özümə yapıncı almışam. N.Vəzirov.\n2. dan. İri, şişman, piyli (qarın haqqında). motalqarın sif. dan. İri, şişman qarnı olan, qarnı motala oxşayan. Motalqarın adam. motalpapaq (=motalpapaqlı)\n1. sif. Motal papaq geyinmiş, başında motal papaq olan. Motalpapaqlı kəndli bir söz deməyib, vaqon biletçisinin göstərdiyi skamyada .. yer tutdu. T.Ş.Simurq. ..Motalpapaq iki kəndçi çiyinlərində xurcun, gəlib mənim yanımda dayandılar. Qantəmir. // İs. mənasında. Kostyumlu, qalstuklu, üzü təmiz qırxılmış adamlarla yanaşı, motalpapaqlılar, üzünü tük basmış, saçsaqqalı bir-birinə qarışmışlar da vardı. M.İbrahimov.\n2. is. 1920-ci il aprel inqilabından əvvəl kəndliyə verilən təhqiramiz ad. [Naçalnik:] Mahmud bəy, nə kömək? İgidlərə bax! Bəylərə motalpapaq? S.Rüstəm. motalpapaqlı (=motalpapaq)\n1. sif. Motal papaq geyinmiş, başında motal papaq olan. Motalpapaqlı kəndli bir söz deməyib, vaqon biletçisinin göstərdiyi skamyada .. yer tutdu. T.Ş.Simurq. ..Motalpapaq iki kəndçi çiyinlərində xurcun, gəlib mənim yanımda dayandılar. Qantəmir. // İs. mənasında. Kostyumlu, qalstuklu, üzü təmiz qırxılmış adamlarla yanaşı, motalpapaqlılar, üzünü tük basmış, saçsaqqalı bir-birinə qarışmışlar da vardı. M.İbrahimov.\n2. is. 1920-ci il aprel inqilabından əvvəl kəndliyə verilən təhqiramiz ad. [Naçalnik:] Mahmud bəy, nə kömək? İgidlərə bax! Bəylərə motalpapaq? S.Rüstəm. motel is. [ing.] Avtoturistlər üçün hər cür xidmət göstərən mehmanxana. motiv [fr. motif] Musiqi və ya başqa sənət əsəri mövzusunun əsas ünsürü. Povestin əsas motivi. – İntim lirika yenə qüvvətli vətənpərvərlik motivlərilə çarpazlaşır. M.Hüseyn. C.Məmmədquluzadənin istər jurnalistlik, istərsə ədəbi-dramaturji yaradıcılığının əsas motivləri geriliyə, mövhumata qarşı mübarizədir. M.İbrahimov. motmotu is. bot. Turşaşirin meyvəsi olan kol-bitki və bu bitkinin meyvəsi. motodrom [lat. motor və yun. dromos] Motosiklet yarışı və sınağı üçün yer – meydan. motor [lat. motor – hərəkətə gətirən] Hər hansı enerjini mexaniki enerjiyə çevirən maşın; mühərrik. Təyyarə motoru. Motora yağ tökmək. – [Murad] ömrünün bir qismini Xəzər dənizində mexanikliklə keçirdiyi üçün motor işlətməyi bilirdi. S.Hüseyn. Şofer maşını işə salanda motorun gurultusu top gülləsi kimi Rüstəmin başında partladı. M.İbrahimov. motorçu is. Motor işlədən, motora baxan fəhlə. [Tayavuranı] bir nəfər motorçu idarə edir. (Qəzetlərdən). motorçuluq is. Motorçu işi, motorçu sənəti. Motorçuluq kursu. motorxana is. [lat. motor və fars. ...xanə] Motorların yerləşdirildiyi yer, bina. Əli ani olaraq düşünür və motorxanaya doğru yollanır. M.İbrahimov. Operator otağının aşağı mərtəbəsi motorxana idi. H.Seyidbəyli. motorist [lat.] bax. motorçu. motorqayıran sif. Motor istehsal edən. Motorqayıran zavod. motorlaşdırılma “Motorlaşdırılmaq”dan f.is. motorlaşdırılmaq məch. Motorlarla təchiz edilmək, motor tətbiq olunmaq. motorlaşdırılmış f.sif. Motorlarla təchiz edilmiş. Motorlaşdırılmış diviziya. Motorlaşdırılmış alay. motorlaşdırma “Motorlaşdırmaq”dan f.is. Xalq təsərrüfatında mühərriklərin geniş surətdə tətbiqi və istifadə olunması, heyvan qüvvəsinin mühərriklərlə – avtomobillərlə, traktorlarla və s. ilə əvəz edilməsi. motorlaşdırmaq f. Motorlarla təchiz etmək, motor tətbiq etmək (bax. motorlaşdırma). motorlu sif. Motoru olan, motorla işləyən, motorla hərəkətə gətirilən. Motorlu balıqçı gəmiləri. Motorlu velosiped. motoroller [ing.] Daha kiçik çarxlı motosiklet növü. motorsuz sif. Motoru olmayan, motorla deyil, başqa vasitələrlə hərəkətə gətirilən. Motorsuz qayıq. motosikl (=motosiklet) [fr. motocycle] Daxili yanacaq mühərriki ilə hərəkətə gətirilən, velosipedə oxşayan, əksərən yanına qoşulan arabası olan ikiçarxlı maşın. Çox çəkmədən motosikl .. bərkdən guruldayıb susdu. B.Bayramov. Uzaqdan sürətlə gələn bir motosiklet birdən [partizanların] lap yaxınlığında dayandı. S.Vəliyev. motosiklet (=motosikl) [fr. motocycle] Daxili yanacaq mühərriki ilə hərəkətə gətirilən, velosipedə oxşayan, əksərən yanına qoşulan arabası olan ikiçarxlı maşın. Çox çəkmədən motosikl .. bərkdən guruldayıb susdu. B.Bayramov. Uzaqdan sürətlə gələn bir motosiklet birdən [partizanların] lap yaxınlığında dayandı. S.Vəliyev. motosikletçi is. Motosiklet sürən, motosikletdə gedən, motosiklet idmanı ilə məşğul olan adam. Motosikletçilərin yarışı. motovoz [lat. motor və rus. voz] Daxili yanacaq mühərriki ilə hərəkət edən kiçik lokomotiv. Gecələr maşınların, motovozların səsi; Uğuldayır körpülər üzərində sübhədək. Ə.Cəmil. motoyürüş is. Dərə-təpə yerlərdə motosikletlə qaçışmadan ibarət idman növü. Motoyürüşdə qalib gəlmək. movuldama “Movuldamaq”dan f.is. movuldamaq f. Movultu səsi çıxarmaq (mal-qara haqqında). İnək movuldayır. movultu is. Mal-qaranın çıxardığı səs. Buğanın movultusu. moyva is. [fincə] Uzunsov balıq cinsi. mozaik sif. Mozaikadan düzəldilmiş, mozaikası olan, mozaika ilə bəzədilmiş. Mozaik şəkil. Mozaik döşəmə. mozaika [fr. mosaique]\n1. Sement və ya mastika təbəqəsi üzərinə yapışdırılmış əlvan şüşə, mərmər, mina, daş və s. parçalarından düzəldilmiş şəkil və ya naxış. // top. Belə şəkil və ya naxış üçün işlədilən şüşə, mərmər, rəngli daş və s. parçaları.\n2. Belə şəkil və ya naxış düzəltmə sənəti. Mozaika ilə məşğul olma. mozaikaçı is. Mozaika ustası. mozalan is. zool. Sürfələri heyvanların bədənlərində tüfeyli kimi yaşayan ikiqanadlı cücü, iri milçək. ‣ Mozalan tutmuş dana kimi – birdən, durmadan, sıçrayaraq. [Hümmət:] ..Kürəyindən tər süzüləndə mozalan tutmuş dana kimi götürülərək hardan gəlib, birbaş ora! B.Bayramov. möcüz bax. möcüzə. Möcüzi-ləli-ləbin həzrəti İsa nə bilir; Nazi-əndamını Şirinü Züleyxa nə bilir. Q.Zakir. Möcüzlər yaradır alnımdakı qan-tərim; Dünyanın hər yerində söylənməkdə hünərim. Ə.Cavad. möcüzə is. [ər. möcizə]\n1. Dini xurafata və mifik təsəvvürlərə görə, xariqüladə, fövqəltəbii qüvvələrin təsiri ilə baş verən hadisə. [Bəy:] Avam kəndlinin içinə möcüzə xəbəri yayılsa, əkini buraxaraq qopub gələcək.. Çəmənzəminli. [Məşədi Əhməd] cavanlıqda Xorasan ziyarətinə gedərkən orada eşitdiyi bir möcüzədən bəhs edərdi. S.Hüseyn.\n2. Qeyri-adiliyi ilə heyrət doğuran, qeyriadi bir şey. Bu, adama lap möcüzə kimi gəlir. – [Səba xanımın] zahiri gözəlliyi təbiətin möcüzələrindən idi. M.S.Ordubadi. ..Əməyin möcüzələr yaratmağa qadir olduğuna inanan, taleyin ağası olan insanların inamı vardır. M.İbrahimov. möcüzəli sif. Möcüzələr yaradan, xariqüladə, ecazkar. [Nəsir Muradəliyə:] Yeni nəslin bu möcüzəli işinə necə baxırsan? B.Bayramov. möhkəm sif. [ər.]\n1. Davamlı, bərk. Möhkəm sədd. Möhkəm divar. Möhkəm ip. Möhkəm taxta. // Zərf mənasında. Bərk-bərk, kip. İpləri möhkəm bağlamaq.\n2. Sağlam, davamlı, dözümlü, qüvvətli. ..Qaraş möhkəm və sağlam idi. M.İbrahimov. // Zərf mənasında. Bütün gücü ilə, bacardığı qədər; bərk. Möhkəm ilişdirmək. – Batalyon komissarı .. döyüşçünün əlini möhkəm sıxıb onu azad etdi. Ə.Vəliyev. [Qız] yastığının altında gizlətdiyi baltanı əlində möhkəm sıxaraq yerindən sıçradı. H.Seyidbəyli.\n3. Səbatlı, mətin, dönməz, yenilməz. [Elçin:] Nə boran, nə qar, nə də şaxta [neftçilərin] möhkəm iradəsini qıra bilməz. Z.Xəlil. // Mətanətli, iradəli. Möhkəm adam. – ..Ağıllı, qonur gözləri onun möhkəm xasiyyətli olduğunu göstərirdi. S.Vəliyev. Hər şeydə möhkəm, sözünün üstündə duran, inadcıl, amansız olan Baxış bəyin bir zəif tərəfi vardı. Ə.Abasov. • Möhkəm dayanmaq – səbat göstərmək, inad göstərmək, bərk dayanmaq. [Əmrulla:] Başınıza dönüm, möhkəm dayanın, yoxsa bütün şəhərdə biabır olarıq. C.Cabbarlı. Elçin sözünün üstündə möhkəm dayandı. M.Rzaquluzadə. // Sədaqətli, etibarlı, sadiq. İndi isə buralarda [Malikin] Sona kimi çoxlu sadiq və möhkəm dostları vardır. M.İbrahimov.\n4. Sarsılmaz, alınmaz, yenilməz. Möhkəm qala. Möhkəm yerdə məskən salmaq.\n5. Güclü, şiddətli, bərk. Möhkəm qar yağır. Möhkəm soyuqdur. // Zərf mənasında. Çox, olduqca, hədsiz, həddindən artıq. Möhkəm acmışam. // Ümumiyyətlə, bir şeyin şiddətini, dərəcəsini bildirir. Möhkəm tapşırmaq. Möhkəm xəstələnmək. // Doyunca, kifayət qədər. Yox, yox, lazım deyil. Lap möhkəm yedim, – deyə Əlyarov boşqabın qırağından yapışıb buraxmadı. M.Hüseyn. Yas yerində qarnını möhkəm doyuran Hümmətlə Qarakişi öz həyətlərinə doğru gedirdilər. B.Bayramov.\n6. zərf Əməlli-başlı, əsaslı, layiqli, lazımi. [Kəndli:] Qərəz, bir qədər yas saxladıqdan sonra, kiçik oğluna möhkəm bir toy elədi. (Nağıl). Qəbul olundu ki, inşaat institutunda rəhbər işçilərə möhkəm əl gəzdirilsin. Mir Cəlal. möhkəm-möhkəm zərf Bütün gücü ilə, var qüvvəsi ilə, möhkəm, bərk-bərk. Möhkəm-möhkəm tutmaq. – Həbib isə körpə qızı möhkəm-möhkəm bağrına basıb danışıqlara ciddi qulaq asırdı. Ə.Vəliyev. [Rüstəm:] Mən inanıram, qoy uşaq da, böyük də bu işdən möhkəm-möhkəm yapışsın. S.Rəhimov. möhkəmcə zərf Möhkəm surətdə, möhkəm-möhkəm, çox bərk. Möhkəmcə ilişdirmək. – Balaxanım yumruğunu düyünləyib irəliyə cumdu və düz Dadaşın burnunun qabağında möhkəmcə silkələdi. S.Rəhimov. // Sif. mənasında. Möhkəm, bərk, davamlı. Möhkəmcə bir ip. möhkəmləndirilmə “Möhkəmləndirilmək”dən f.is. möhkəmləndirilmək məch. Möhkəm hala gətirilmək, möhkəm edilmək, bərkidilmək. möhkəmləndirmə “Möhkəmləndirmək”dən f.is. möhkəmləndirmək bax. möhkəmlətmək. Müəllim dostluğu möhkəmləndirmək üçün bir gün Qaçayın bütün ailəsini qonaq çağırdı. Ə.Vəliyev. möhkəmlənmə “Möhkəmlənmək”dən f.is. möhkəmlənmək f.\n1. Möhkəm hala gəlmək, möhkəm olmaq, möhkəmləşmək. // Bərkimək, sərtləşmək. Sümüyü möhkəmlənmək.\n2. məc. Cismən və ruhən sağlamlaşmaq, qüvvətlənmək, bərkimək, möhkəmləşmək. İdman nəticəsində bədən möhkəmlənir.\n3. məc. Qüvvətlənmək, güclənmək. Təşkilat günü-gündən möhkəmlənir. möhkəmləşdirmə “Möhkəmləşdirmək”dən f.is. möhkəmləşdirmək f. Daha möhkəm etmək; möhkəmləndirmək. möhkəmləşmə “Möhkəmləşmək”dən f.is. möhkəmləşmək f. Daha da möhkəm olmaq; möhkəmlənmək. Əmək intizamı möhkəmləşir. möhkəmlətmə “Möhkəmlətmək”dən f.is. möhkəmlətmək f.\n1. Möhkəm etmək, davamlı hala salmaq; bərkitmək. Düyünü möhkəmlətmək. Vinti burub möhkəmlətmək. – [Kamran:] Qırılan zəncirləri bir də möhkəmlətmək olmaz. H.Nəzərli.\n2. Müdafiə qüvvəsini artırmaq; alınmaz, keçilməz, möhkəm hala gətirmək; bərkitmək. Müdafiəni möhkəmlətmək. Səngərləri möhkəmlətmək.\n3. məc. Cismən və ruhən bərkitmək, sağlamlaşdırmaq, qüvvətləndirmək. Vaxtında yemək və istirahət etmək bədəni möhkəmlədən şərtlərdən biridir.\n4. məc. Möhkəm etmək, sarsılmaz hala gətirmək; ciddiləşdirmək. İntizamı möhkəmlətmək. – [Rüstəm kişi] briqada və manqaları möhkəmlətdi, uçot işlərini qaydaya saldı. M.İbrahimov. möhkəmlik is.\n1. Möhkəm şeyin halı; bərklik, davamlılıq. Materialın möhkəmliyi.\n2. Möhkəm olma; dözümlülük, səbatlılıq, mətinlik, iradəlilik. Mədəndə işləyən adamlardan ilk növbədə möhkəmlik tələb olunur. M.Hüseyn.\n3. Yenilməzlik, alınmazlıq, sarsılmazlıq. Qalanın möhkəmliyi. Arxanın möhkəmliyi.\n4. Sağlamlıq, qüvvətlilik, davamlılıq. Bədənin möhkəmliyi. möhlət is. [ər.]\n1. Vaxt vermə; bir işin görülməsi, yaxud vəd olunan bir şeyin yerinə yetirilməsi üçün verilən vaxt, müddət; icazəli vaxt. [Mahmud bəy:] Əşi, möhlət nədir, iş işdən keçib; Səlim bəy kişidir, möhkəm and içib. S.Rüstəm. // Ümumiyyətlə, bir işi görmək üçün tələb olunan vaxt, müddət. Gərək [pasport] çıxardam, bu da bir-iki həftə möhlət istəyir. Ə.Haqverdiyev. [Vəzir:] Əmir sağ olsun, sən Zeyddən qırx gün möhlət istə, bəlkə bu qırx günün ərzində bir əlac tapaq! Ü.Hacıbəyov. • Möhlət almaq – bir işi yerinə yetirmək üçün vaxt almaq. [Sara bibi:] Mən də on beş gün möhlət alıb gəlmişəm. Qantəmir. Möhlət vermək – 1) bir işin müəyyən müddətdə yerinə yetirilməsi üçün vaxt vermək; 2) fürsət vermək, vaxt vermək, imkan vermək. Göz yumub aləmdən, istərdim açam rüxsarinə; Canım aldın, göz yumub açınca möhlət vermədin. Füzuli. [Əbdürrəhman bəy:] Arvad, sən atanın goru, ikicə dəqiqə mənə möhlət ver, gedəcəyəm. N.Vəzirov. [Hacı Saleh:] Sənin beş min manatını hazır etmişəm, ancaq altı yüzünə bir həftə möhlət ver. S.S.Axundov.\n2. rəs. Bir işi müəyyən vaxta qədər təxir etmə. Orduya çağırışdan möhlət haqqında əmr. möhnət is. [ər.]\n1. Zəhmət, əziyyət, qayğı, ağırlıq, dərdi-sər. Möhnəti artmaq. – Böyükxanım:] Qulamxan, bundan sonra belini bərk bağla! İndi iki evin möhnəti düşdü sənin belinə. M.S.Ordubadi. • Möhnət çəkmək – əziyyət çəkmək, zəhmət içində olmaq; dərdi-sər çəkmək.\n2. Dərd, qəm, qüssə, kədər. Aclıq bir il gedər, möhnət min il. (Ata. sözü). Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana. Füzuli. Düşmüşəm dərdinə, çox möhnətü qayğu çəkirəm; Deyə bilməm sənə, amma elə gizli çəkirəm. M.P.Vaqif. Əfsus, nə şadlıq, nə qəm və möhnət; Açmaz o gözləri dübarə heç vaxt. A.Səhhət. Dedim öz-özümə: – Heç kəs dünyada; Görməsin üzünü möhnətin, qəmin. H.Arif. • Möhnətə salmaq – qəmə-qüssəyə, kədərə düçar etmək. Zəmanə saldı əcəb möhnətü məlalə məni. X.Natəvan. [Afət:] Baş hərəmlik məni saldı möhnətə; Həsrətəm atəşin bir məhəbbətə. M.Rahim. // Müsibət, bəla, afət. Mən aşıq mənə sarı; Baxgilən mənə sarı; Hər yerdə möhnət olsa; Üz verər mənə sarı. (Bayatı). Rövşən etməz, yüz min günəş bərq edə; Bu möhnətə qarələnmiş könlümü. M.V.Vidadi. Ölkələr fəth edən böyük qeysər; Çoxunu qurtarıb o möhnətdən. A.Şaiq. möhnətkeş sif. və is. [ər. möhnət və fars. ...keş] Möhnət çəkən; möhnətli, qayğılı, qəmli, kədərli. Fərhada, Şirinə, yüz möhnətkeşə; Behiştə, qılmana vermərəm səni. Aşıq Əli. möhnətli sif. Dərdi-kədəri olan; qəmli, qüssəli, kədərli, əziyyətlə dolu. Möhnətli adam. Möhnətli günlər. – Bu möhnətli ana Cəmilin üzündən öpüb getdi. T.Ş.Simurq. Səhər kimi açılır; Möhnətli üzlər indi. R.Rza. möhrə is. məh. Gil palçıqdan tikilmiş divar, hasar. Onlar bağçanın içi ilə ötüb, möhrədən aşıb vağzala keçdilər. Mir Cəlal. möhrəli sif. məh. Möhrədən tikilmiş. O, möhrəli evinə gəlir. Tutunu əli qoynunda görür. S.Rəhimov. möhtac sif.\n1. Bir şeyə ehtiyacı olan, bir şeyə hacəti olub onu aradan qaldıra bilməyən. Möhtac adam. – Dedim: – Yol gəlmişəm, özüm də acam; Doğrusu, bir parça yemə möhtacam. S.Vurğun. // İs. mənasında. Köməyə, maddi yardıma ehtiyacı olan adam; yoxsul, kasıb, fağır. ..Biz möhtacları da görürük, sizi də. Mir Cəlal.\n2. Xəbər şəkilçisi ilə: möhtacdır – ehtiyacı var, ...ehtiyac hiss edir. O, yaxşı bir müəllimə möhtacdır. – İnsan ömrünün ibtidasından intəhasına qədər möhtacdır təhsiliüluma. “Əkinçi”. ‣ Möhtac qalmaq – bax. möhtac olmaq. Möhtac qılmaq – bax. möhtac etmək. Çoxların qılıbsan çörəyə möhtac. Q.Zakir. Möhtac qoymaq – bax. möhtac etmək. [Kazım:] Ən böyük igidlik külfəti dosta-düşmənə möhtac qoymamaq imiş. Çəmənzəminli. Möhtac etmək – 1) ehtiyac içində saxlamaq, ehtiyaclı etmək; 2) asılı etmək, tabe etmək. Salma gəl dərdə məni; Yar, görsən bir də məni; Namərdə möhtac etmə; Kəs qurban mərdə məni. (Bayatı). Etməsin Tanrı səni kafərə, yarəb, möhtac! S.Ə.Şirvani. Möhtac olmaq – 1) ehtiyac içərisində olmaq, sıxıntı çəkmək; 2) hər hansı bir şey, xüsusən dolanacaq cəhətdən asılı olmaq, tabe olmaq. [Kəblə Cahangir:] Al bu saatı, verin, qıfılı açsın, namərdə möhtac olmaqdansa bu yaxşıdır. S.Rəhman. İnamla ucaltdıq anamız yeri; Biz möhtac olmadıq dosta, düşmənə. B.Vahabzadə. möhtaclıq is. Möhtac olma, ehtiyaclı olma. möhtəkir is. [ər.] Varlanmaq məqsədilə yeyinti və s. zəruri şeyləri ucuz qiymətə alıb saxlayan və sonradan baha qiymətə satan alverçi; ehtikarla məşğul olan adam. Kəndlilər, zəli kimi qanlarını soran möhtəkirlərdən, sələmçilərdən azad oldular. – Təbriz şəhəri böyük taxıl möhtəkirlərinin əli ilə yaradılan süni aclıq dövrü keçirirdi. P.Makulu. möhtəkirlik is. Möhtəkirin işi, peşəsi, məşğələsi; ehtikar. Möhtəkirlik etmək. möhtərəm sif. [ər.] Hörmətli, əziz, ehtirama layiq. ..Qara camaatımızın gözünə torpaq səpənləri də tapşırırıq möhtərəm oxucularımıza. C.Məmmədquluzadə. Hacı Rüstəm Təzəşəhərdə mötəbər və möhtərəm bir tacir idi. Ə.Haqverdiyev. möhtərəmlik is. Hörmətlilik, ehtiramlılıq, əzizlik, mötəbərlik. möhtəşəm sif. [ər.] Öz əzəməti, böyüklüyü, həşəməti ilə insanı valeh edən; əzəmətli, ehtişamlı. Möhtəşəm abidə. Möhtəşəm saray. – Kainat nə möhtəşəm, təbiət nə gözəl, həyat nə dadlı, insan nə bəxtiyardır! M.Rzaquluzadə. möhtəşəmlik is. Əzəmətlilik, nəhənglik, ehtişamlılıq. Binanın möhtəşəmliyi. möhür is. [fars.]\n1. Üzərində bir idarənin, təşkilatın və ya şəxsin adı həkk olunmuş metal, rezin və s.-dən damğa (bir şeyi təsdiq etmək üçün sənəd, surğuc və s. üzərinə basılır). İdarənin möhrü. – Yazılı məktuba 20 nəfər imza atıb möhrünü basdı. M.S.Ordubadi. [Sona:] Şəhər komandanlığının möhrü basılmış kağızlardır. H.Nəzərli. // Həmin alətin (damğanın) kağız və s. üzərindəki izi, surəti, şəkli. Arayışın möhrü aydın deyil. – ..Gah paketə baxır, gah markaları, poçtun möhrünü gözdən keçirirdi. Ə.Sadıq. // Hökmdar nişanı, damğası. [Nüşabə:] Bu Kəyan bayrağı, bu da bir tuğra; Keyqubad möhrü də vurulmuş bura. A.Şaiq.\n2. dan. Müsəlmanların müqəddəs saydıqları Məkkə, Kərbəla, Məşhəd kimi yerlərin torpağından düzəldilən və şiələrin namaz zamanı səcdəyə gedərkən alınlarını söykədikləri quru gil parçası. [Güldəstə:] İstəyirsən .. axşamdan sübhədək başını möhrə döy, ondan bir şey çıxmayacaq. N.Vəzirov. [Rza:] Atam alnını möhrə qoyub ağlayır, ağlayırdı. M.İbrahimov. möhürləmə “Möhürləmək”dən f.is. möhürləmək f.\n1. Hər hansı sənədi təsdiq etmək üçün ona möhür basmaq, möhür vurmaq. Arayışı möhürləmək. Vəkalətnaməni möhürləmək. Diplomu möhürləmək.\n2. Bir şeyin müəyyən vaxt bağlı qalması üçün ağzına möhür vurmaq, möhür basmaq. Qapını möhürləmək. Zərfi möhürləmək. – Müfəttiş cibindən kəndir çıxarıb, şkafın halqalarından keçirdi, surğuc yandırıb tutdu və möhürləyib qurtardı. S.Rəhimov. möhürlənmə “Möhürlənmək”dən f.is. möhürlənmək məch.\n1. Möhür basılmaq, möhür vurulmaq. Attestat möhürləndi. Protokol möhürləndi. – Üç kağız yazdılar, möhürləndi. Qantəmir.\n2. Bir şeyin müəyyən vaxt bağlı qalmağı üçün ağzına möhür vurulmaq, möhür basılmaq. [Daşdəmir:] İkinci təklif budur ki, anbarın qapısına qıfıl vurulub möhürlənsin!.. B.Bayramov. möhürlənmiş f.sif. Möhür vurulmuş, möhür basılmış; möhürlü. Qubernator əlini uzadıb, dörd tərəfi surğucla möhürlənmiş bir paket çıxartdı. M.S.Ordubadi. Tez açdılar o qutunun; Möhürlənmiş qapağını. M.Dilbazi. möhürlətmə “Möhürlətmək”dən f.is. möhürlətmək icb.\n1. Hər hansı sənədi təsdiq etdirmək üçün ona möhür basdırmaq, möhür vurdurmaq. Çıxarışı möhürlətmək. Etibarnaməni möhürlətmək.\n2. Bir şeyin müəyyən vaxt bağlı qalması üçün ağzına möhür vurdurmaq, möhür basdırmaq. Kassanı möhürlətmək. – [Səttar xan] Təbrizdə yüzlərlə tacirin hücrəsini və anbarını möhürlətdi. M.S.Ordubadi. möhürlü sif.\n1. Üzərində möhür olan, möhür vurulmuş, möhürlənmiş, möhürlə təsdiq edilmiş, möhrü olan. [Həsən paşa] hamı əhvalatdan hali olandan sonra çıxardıb xotkarın möhürlü naməsini [məclis əhlinə] oxudu. “Koroğlu”. ..Qoca öz sonbeşiyi Əlisanın əsgər geyimli şəklini, .. aydın möhürlü fərmanı nəzərdən keçirdi. S.Rəhimov.\n2. Müəyyən vaxt bağlı qalması üçün möhür (surğuc) vurulmuş. Möhürlü kassa. – Gündə Peterburqdan Gorusa möhürlü paket gəlirdi. S.Rəhimov. mömin sif. və is. İnandığı dinin (əsasən islam dininin) ehkamlarına ciddi surətdə əməl edən adam; dindar, dinçi. Başmaqçı usta Ağabala .. saleh, salim, mömin, Allah bəndəsi bir şəxs idi. Çəmənzəminli. Mərhum Zeynəb xanım mömin, müsəlman bir Allah bəndəsi idi. Qantəmir. möminlik is. Dindarlıq, dinçilik. mötəbər sif. [ər.]\n1. Etibarlı, inanılan, inanıla biləcək, etibar edilən. Mötəbər mənbələrə görə... – [Ağa Kərim:] ..Bu saatda hakimi-şər yanında Ağa Mərdandan mötəbər kimsənə yoxdur. M.F.Axundzadə. Bir neçə mötəbər, bu işdən xəbərdar adamlar tapılıb. C.Cabbarlı.\n2. Hörmətli, xatiri sayılan, sözü keçən, tanınmış, sözünə və təmizliyinə etibar olunan, nüfuzlu. Qayda üzrə cıdırdan sonra bayram qurtarar və saraydan .. sərkərdələrə və mötəbər şəxslərə xələt-barat gedirdi. Çəmənzəminli. // Nüfuzlu, tanınmış. Şəhərin mötəbər həkimləri çağırıldı, Arzu qıza müalicə edilməyə başlandı. S.Rəhimov. mötəbərlik is. Mötəbər olma; etibarlılıq. mötədil sif. [ər.]\n1. Nə az, nə çox; nə çox böyük, nə çox kiçik; orta vəziyyətdə olan; miyanə. Əndami ayinə, qəddi mötədil; Siyah zülfü qamətinə tən gərək. M.P.Vaqif.\n2. Nə isti, nə soyuq; mülayim, yumşaq (iqlim, hava haqqında). [Cavanşir mahalının] qışı ilə yazında təfavüt yoxdur, havası mötədil, torpağı ziyadə bərəkətli və hər qisim məhsulat yetirəndir. F.Köçərli. Şimalın mötədil və xoş havasından sonra cənubun istisinə dözmək o qədər də asan deyil. M.İbrahimov. mötədilləşmə “Mötədilləşmək”dən f.is. mötədilləşmək f. Mötədil olmaq; mülayimləşmək, yumşalma. İyun ayının əvvəlləri idi, hava mötədilləşmişdi. Ə.Vəliyev. mötədillik is. Mötədil olma; mülayimlik, yumşaqlıq. Havanın mötədilliyi. mötərizə is. [ər.] Kiçik şaquli xətt şəklində (düz, dairəvi və ya fiqurlu) qoşa durğu işarələrindən biri; həmin şəkildə qoşa riyazi işarələrdən biri. Kiçik mötərizə. Böyük mötərizə. Mötərizə açmaq. Sözü mötərizəyə almaq. mövc is. [ər.] klas. Dalğa, ləpə. Ağırağır bulud kimi fövclər; Gəlir, verir dərya kimi mövclər. A.Səhhət. [Xortdan:] ..Suyun mövcləri gəmini qoz qabığı kimi atıb-tuturdu. Ə.Haqverdiyev. • Mövc vermək – dalğalanmaq, ləpələnmək. Coşdu, dəli könül coşdu; Mövc verdi, kəllədən aşdı. “Koroğlu”. Mövc vurmaq – dalğalanıb hərəkətə gəlmək. Camaat önü alınmış sel kimi meydanda burulub mövc vururdu. Mir Cəlal. Mövcə gəlmək – bax. mövclənmək. mövcib is. [ər.] klas. Səbəb, bais. • Mövcib olmaq – səbəb olmaq, bais olmaq. Cahil oğlanların qız toyuna dürtülməsi yetişmiş qızlar tərəfindən .. etiraza mövcib olmazdı. R.Əfəndiyev. mövcibincə qoş. köhn. Görə, əsasən, binaən. [Şah:] Qoşunun .. məvacibi qibleyialəmin fərmanı mövcibincə və mənim imzam ilə vilayətlərin mədaxilindən həvalə olunur. M.F.Axundzadə. [Mirzə Məmmədqulu:] Camaat, bu gün cənab naçalnikin hökmü mövcibincə burada bir siyahi qərar verilib. C.Məmmədquluzadə. mövclənmə “Mövclənmək”dən f.is. mövclənmək f. klas. Mövcə gəlmək, dalğalanmaq, ləpələnmək. Düzlərdə əkilmiş taxıl nəsimin qabağında oyan-buyana yatıb dəryatək mövclənirdi. Ə.Haqverdiyev. mövcud sif. [ər.]\n1. Var olan, göz qabağında olan, hazırda olan. Mövcud imkanlar daxilində. Mövcud quruluş. – Quşun .. gözəlliyini təsvir etməyə nə mövcud rənglər, nə məlum kəlmələr kifayət etməz. M.Rzaquluzadə. • Mövcud olmaq – var olmaq, olmaq. Dərya və qeyr yerlərdə mövcud olan sular daima buxar olaraq dövr edən havaya qarışır, yuxarı qalxır, bulud və duman olur. H.Zərdabi. [Nərgiz:] Səndən ağılsızlar mövcud olduğu halda, səni axmaq sayırlar, Zərli! B.Bayramov.\n2. Mövcuddur şəklində – vardır. [Bağdadda] minlərcə xəlvətxanalar, meyxanalar və kef yerləri mövcuddur. M.S.Ordubadi. [Əntərzadə:] Yoldaşlar, əlbəttə, qüsurlarımız mövcuddur. Mir Cəlal. mövcudat top. [ər. “mövcud” söz. cəmi] Var olan bütün şeylər; varlıqlar, kainat. Qüvvəyə bağlıdır aləmdə həyat; Qüvvədən nəşət edir mövcudat. A.Səhhət. Buludlar yox oldu, mövcudata həyat bəxş edən günün gözəl şüalarını aldıq. T.Ş.Simurq. mövcudiyyət [ər.] bax. varlıq 1-ci mənada. mövcudluq is. Mövcud olma; mövcudiyyət, varlıq, mövhum sif. [ər.] Əslində olmayıb xəyala gətirilən, xəyalda törəyən. Mövhum qüvvələr. – [Əşrəf] həm də mövhum bir xəyal deyil, parlaq bir həqiqət qarşısında bulunmuş olurdu. H.Cavid. mövhumat is. [ər. “mövhum” söz. cəmi]\n1. Əslində olmayıb xəyala, fikrə gətirilən şeylər; xəyalat.\n2. İnsanları cəhalətdə saxlayan dini görüşlər; xurafat, fanatizm. Mövhumatla mübarizə. – Dini mövhumat insanları daimi bir qorxu altında saxlayır, onların şüurunu kütləşdirir, təşəbbüs və bacarığını əlindən alır. M.Arif. [Ovçu anasına:] Mövhumat çəngəlində məhv olan sevgilimin intiqamını almalıyam. Ə.Məmmədxanlı. mövhumatçı is. və sif. Dini mövhumata qapılmış (adam), mövhumata inanan (adam). [Yaşlı kişi:] ..O zaman məni əhatə edən mühit mövhumatçı olduğu kimi, mövhumatçı bir ailənin də tərbiyə edib yetişdirdiyi bir gənc idim. S.Hüseyn. ..Dürdanə xanım xoştəbiətli, sadəürəkli, nazik, bir qədər mövhumatçı bir adamdı. Ə.Əbülhəsən. mövhumatçılıq is. Mövhumata inanma; fanatizm. mövhumatpərəst [ər. mövhumat və fars. ...pərəst] bax. mövhumatçı. Şərqin çürük mövhumatpərəst və dedi-qodulu həyatı [Məhərrəmi] sıxdığından bu mühitdən uzaqlaşmaq üçün tədbirlər düşünməyə başladı. A.Şaiq. mövqe is. [ər.]\n1. Yer, məhəl. // Bir şeyin baş verdiyi, olduğu yer.\n2. Hər hansı bir adamın cəmiyyətdə, ictimai həyatda yeri, rolu, vəziyyəti. İctimai mövqe. – Vaqifin də sol yanda əyləşdirilməsi, onun sarayda qazanmış olduğu mövqeyi və hörməti göstərirdi. Çəmənzəminli. • Mövqe tutmaq – yer tutmaq, əhəmiyyəti olmaq, nüfuz qazanmaq. // Vəzifə, rütbə, dərəcə. [Zeynal] arxadaşlarına nisbətən daha yüksək bir mövqedə olduğunu göstərmək üçün deyirdi. S.Hüseyn. Arada nə vəzifə, nə də mövqe fərqi görünürdü. B.Bayramov.\n3. Hərbi əməliyyat sahəsi, döyüş meydanı; cəbhə. O gündən bir saat da olsun Nəriman mövqeyindən yayınmamışdı. Mir Cəlal. • Mövqe tutmaq – döyüş üçün müəyyən yerdə hazır durmaq. [İdrisin] batalyonu azad etməyə can atdığı bir şəhərin qarşısındakı atəş xəttində mövqe tutmuşdu. Ə.Məmmədxanlı. İsmayıl kişi qocaman bir qoz ağacının altında, qaya dalında mövqe tutmuşdu. P.Makulu.\n4. Vəziyyət, hal. [Səlma:] Aman, nə müşkül mövqedə qaldım, ah! H.Cavid. [Molla Xəlil] çıxılmaz bir mövqedə bulunurdu. S.Hüseyn. mövqif is. [ər.] köhn. Duracaq yer, dayanacaq, stansiya. Çaparların vəzifəsi dəmiryol mövqifindən gəlib şəhərə və şəhərdən gəlib mövqifə gedən poçtu müşayiət etmək idi. Ə.Haqverdiyev. Yevlax stansiyasında bir çox yolçu toplanmışdı, mövqifdə oturmaq deyil, durmağa belə yer yox idi. T.Ş.Simurq. mövquf sif. [ər.]\n1. din. Vəqf olunmuş, vəqf üçün ayrılmış (bax. vəqf).\n2. klas. Varlığı başqa bir şeyin varlığından asılı olan; asılı, bağlı, əlaqəli, əlaqədar. Səltənətin davamı və silsilənin bəqası mövqufdur elmə. M.F.Axundzadə. Mövquf isə qəlbin fərəhi qətlimə, billah; Öldür məni, ey dilbəri-ziba, fərəh olsun! S.Ə.Şirvani. • Mövquf olmaq – asılı olmaq, bağlı olmaq, əlaqədar olmaq. [Nuxulular:] Çox yaxşı, ağa, bu bir asan işdir, təki iksirin təkmili buna mövquf olsun. M.F.Axundzadə.\n3. Tərk etmə, unutma. • Mövquf etmək – tərk etmək, unutmaq, bir işi daha etməmək. İbrahim .. dükana getməyi mövquf edib oğlunun yanında qaldı. Ə.Haqverdiyev. Axır vaxtlar Kərbəlayı Fərəc bu yol ilə gedib-gəlməyi bilmərrə mövquf eləmişdi. Çəmənzəminli. Mövquf olmaq – tərgidilmək, unudulmaq, daha edilməmək. Etsin onları şiə gərək ildə ziyarət; Mövquf ola, heyhat, çətindir belə adət. Ə.Qəmküsar. mövqufat is. [ər. “mövquf” söz. cəmi] Vəqf edilmiş mal, mülk və s. Bunların qışda odunu mövqufatdan verilir. Ə.Haqverdiyev. mövla is. [ər.] klas. Allah, yaradan, tanrı. Hər kimin ki mövla olur köməyi; Nə işi var sultan ilə, xan ilə. M.V.Vidadi. Xəstə könül gəzir bu təmənnada; Mərdlərin mövlası, sən yetiş dada! Aşıq Ələsgər. mövlana is. [ər.] İslam şərqində bəzi görkəmli alim və şairlərə hörmət əlaməti olaraq verilən ad. [Əntiqfüruş:] Aha, indi anladım, ey müsafir, haqlısan! Mövlana Füzulinin divanıdır bu divan! B.Vahabzadə. mövləvi sif. [ər.] XIII əsrdə Türkiyədə Mövlana Cəlaləddin Rumi tərəfindən əsası qoyulmuş həmin adlı təriqətə mənsub adam (dərviş). mövlud is. [ər.] klas. Doğulmuş, anadan olmuş. • Mövlud bayramı – Məhəmmədin anadan olma günü (müsəlmanların dini bayramı). mövsüm is. [ər.]\n1. İlin dörd fəslindən hər biri; fəsil. Payız mövsümü. – Qış mövsümü qayət soyuq, yağmurlu bir havada; Gördü ancaq arvad, uşaq qalmış kənddə, obada. A.Səhhət. Yaz mövsümü çəməndə; Yasəmənmi açılmış? M.Seyidzadə.\n2. İlin, hər hansı bir iş, məşğələ, istirahət və s. üçün istifadə olunan hissəsi; bir şeyin müəyyən vaxtı, zamanı. İdman mövsümü. Teatr mövsümünün açılışı. – Yavaş-yavaş havalar soyuqlaşdıqca bağ mövsümü qurtarmağa başlardı. H.Sarabski. Dövlətlilərin çaydan o taydakı mal-qarasını, atını, heyvanını sudan bu taya keçirməklə [çayqıraqlılar] hər mövsümdə bir qədər qazanc əldə edirdilər. Ə.Əbülhəsən. // Hər hansı meyvənin yetişdiyi, gülün açıldığı vaxt. Üzüm mövsümü. Qızılgül mövsümü. • Gül (çiçək) mövsümü şair. – yaz, bahar. Budur, gəldi gül mövsümü. M.Müşfiq. Çiçək mövsümündə bir axşam çağı; Yolum Qarabağdan Qazaxa düşdü. H.Arif.\n3. bax. mövsümi 2-ci mənada. İnşaatçıların çoxu mövsüm işçilərindən: torpaqqazanlar, bənnalar və dülgərlərdən ibarət idi. Ə.Sadıq. mövsümçü is. Mövsüm işlərində işləyən fəhlə, daimi deyil, mövsümlə işləyən işçi. mövsümçülük is. Daimi, müntəzəm deyil, mövsümdən-mövsümə aparılan iş üsulu. Mövsümçülüklə mübarizə. mövsümi sif. [ər.]\n1. Müəyyən mövsümlə bağlı olan, mövsüm üçün olan. Mövsümi palto. – [Zahidoğlu] bu gün öz nazik yay paltarından heç birini geyməli olmadı, mövsümi libaslarına yanaşdı. S.Rəhimov. // Yalnız müəyyən mövsümə uyğun gələn, müəyyən vaxt üçün etibarlı olan. Mövsümi qiymət. Mövsümi bilet.\n2. Müəyyən mövsüm ərzində görülən; daimi deyil, mövsümlə əlaqədar olan. Mövsümi iş. mövsümqabağı sif. Mövsümün (2-ci mənada) yaxınlaşması ilə əlaqədar, bağlı. Mövsümqabağı işlər. mövsümlük sif. Bir mövsüm üçün olan, mövsümlə əlaqədar olan. Mövsümlük yığım norması. mövt is. [ər.] klas. Ölüm, vəfat. Mövtünlə şad olurmu bu qəddar düşmənin; Ölsən də sən ürəklərimizdir nişimənin. M.S.Ordubadi. mövüc is. Qurudulmuş üzüm. Yaqub mövücdən götürüb, dəmlənmiş tünd çayı ləzzətlə içməyə başladı. S.Vəliyev. mövücalan is. Üzüm, əncir və s. qurudulan yer. Baba bağın bir guşəsində mövücalan qayırardı ki, külək şiddətli əsəndə sərgini külək aparmasın. H.Sarabski. mövücü is. Əsasən mövüc qurutmaq üçün işlədilən irigiləli üzüm növü. Baba isə xatını, .. əsgəri, mövücü üzümləri dərib gətirər, tapdalayar və şirə yığardı. H.Sarabski. mu is. [fars.] klas. Saç, tük, tel. Saçına uymuş xəyalım çünki ənbərbu kimi; Ol səbəbdən incəlib qəddim olubdur mu kimi. M.P.Vaqif. Yüz huri-qılman olaydı hazir; Mu qədri ülfət etməzdi xatir. Q.Zakir. mubr [fr.]\n1. İşıq düşəndə müxtəlif rəngli çalarlar verən sıx toxunmuş ipək və ya yarımipək parça.\n2. Səthində basma naxışları olan kağız. mubvr is. [xüs. is.-dən] Triqonometrik şəkildə olan kompleks ədədi n-ci qüvvətə yüksəltmək üçün düstur. mucul is.\n1. Közərdilmiş dəmirin üst qabığı.\n2. dan. Yanma, yanıb yığılma, büzüşmə. • Mucul olmaq – mucullamaq. Saçı mucul olmaq. // Yanıq. İşıqla bərabər ortalığa tüstü və bərk mucul iyi yayılmağa başladı. Ə.Əbülhəsən. mucullanma “Mucullanmaq”dan f.is. mucullanmaq f. Yanıb yığılmaq; büzüşmək, yığılmaq. Yun yanıb mucullandı. mufel is. [alm.] Sənayedə işlədilən elektrik və ya alovlu qızdırıcı soba. muflon is. [fr.] Qoyun növü; dağ qoyunu. mufta [alm.]\n1. tex. Val, boru və s. kimi silindrik şeyləri bir-birinə rəbt etmək üçün metal halqa, bilərzik.\n2. Əlləri soyuqdan qorumaq üçün xəzdən və s.-dən hər iki tərəfi açıq isti kisəcik. [Mariya] kürkünü çıxartmayıb, əllərini muftaya soxub oturmuşdu. Çexovdan. muğ is. [fars.] tar. Zərdüşt dininə mənsub adam; atəşpərəst, məcusi. muğam is. [ər. məqam – mövqe] mus.\n1. Bir neçə hissədən ibarət vokal-instrumental və ya instrumental Şərq musiqisi. Segah muğamı. Humayun muğamı. – XIX əsrin ikinci yarısında Hacı Hüsü, Məşədi İsi kimi məşhur xanəndələr segah muğamını xüsusi məharətlə ifa edirdilər. Ə.Bədəlbəyli. Qızlar radio müsamirələrini, oyun havalarını, Azərbaycan muğamlarını eşitdikdə bütün əziyyətləri unudur(lar). Ə.Vəliyev.\n2. bax. lad. Azərbaycan xalq musiqisi praktikasında yeddi əsas lad yaxud muğam (rast, şur, segah, şüştər, çahargah, bayatışiraz və humayun) və əlavə daha bir çox başqa muğamlar tətbiq olunur. Q.Qarayev. muğamat [ər. “məqam” söz. cəmi] Muğam tərzində olan havalar. Muğamat çalmaq. – Xanəndə muğamat ilə bəyi təbrik edən əşarı oxuyur. R.Əfəndiyev. Məlumdur ki, tar müşayiəti ilə oxunan muğamat parçaları inqilabdan qabaq yazılmış Azərbaycan operalarında musiqinin əsas hissəsini təşkil edir. Ə.Bədəlbəyli. muğamatçı 1. is. Əsasən muğam oxuyan xanəndə.\n2. bax. muğamatşünas. muğamatşünas is. [ər. məqamat və fars. ...şünas] Muğamatları yaxşı bilən musiqişünas. O vaxt Şirvanda Mahmud ağa adında bir muğamatşünas var idi. Ə.Haqverdiyev. muğamvari sif. Muğama oxşayan, muğam tərzində olan. Muğamvari melodiya. muğayat [ər. müqəyyəd]: muğayat olmaq – qorumaq, gözü üstündə olmaq, zərər toxunmağa qoymamaq, göz olmaq. Uşaqdan muğayat ol. Özündən muğayat olmaq. – [Mirzə Fərəc:] Qafar, sən bunlardan muğayat ol. S.S.Axundov. [Rizvan:] Qapı-bacanı möhkəm bağla, .. heyvanlardan muğayat ol! S.Hüseyn. muxru is. məh. Böyük uzun alaçıq. Comərd dəstəni lap kənardakı tək muxruya tərəf çəkdi. Ə.Abasov. muxtar sif. [ər.]\n1. Muxtariyyət hüququ olan. Muxtar vilayət. Muxtar respublika. Dağlıq Qarabağ Muxtar Vilayəti.\n2. klas. Sərbəst, müstəqil, azad, asılı olmayan, ixtiyarı özündə. ..Bizlərdə övrəti boşamaq lazım olanda həmişə meydana bir bəhanə gəlir, vəhalonki kişi övrəti boşamaqda muxtardır. C.Məmmədquluzadə. Buna kim yol verəcəkdir ki, qız olsun muxtar; Kişilər eyləsin insan kimi qızla rəftar? C.Cabbarlı. muxtariyyət is. [ər.] Daxili qanunvericilik və idarəetmə işlərində sərbəst olma hüququ; özünüidarə. Muxtariyyət tələb etmək. muxtariyyətli bax. muxtar 1-ci mənada. muxul sif. məh. İşə can yandırmayan, səhlənkar. mujik [rus.] köhn.\n1. Kəndli. [Heydər bəy:] Naçalnik, hər belə mujik sözünə etibar edib məni bədbəxt etməyin! M.F.Axundzadə.\n2. Burjua-zadəgan dilində: savadsız, cahil, tərbiyəsiz, kobud adam haqqında. mukaltin is. [lat.] Bəlğəmgətirici dərman preparatı. mukor is. İbtidai göbələklər sırası. mulat [isp. mulato] Avropalılarla zəncilərin nikahından əmələ gələn. mulda is. [alm.]\n1. Tökmə maşında çuqun almaq üçün metal qəlib.\n2. Xammal üçün metal qutu. muline [fr. moulinet] Tikmədə işlədilən müxtəlif rəngli sap növü. multiplikasiya [lat. multiplicatio – çoxaltma] Hərəkətin ayrı-ayrı momentlərini təsvir edən şəkil və ya kuklaların kinoya çəkilməsi, habelə bu cür çəkilmiş şəkillərdən ibarət kinofilm. Multiplikasiya filmi. multiplikasiyaçı bax. multiplikator. multiplikator [lat.] Multiplikasiya mütəxəssisi; multiplikasiyaçı. mum is. [fars.]\n1. Bal arılarının hazırladığı və şan düzəltmək üçün istifadə etdikləri maddə, habelə ona oxşar bitki maddəsi. Arı mumu. Bitki mumu. – [Mirzə Heydər:] Heç bir az mum olarmı səndə? Ə.Haqverdiyev. • Mum kimi – 1) qatı; bərk olmayan, yumşaq. Usta baxdı ki, doğrudan da bu daş mum kimi bir şeydir. “Koroğlu”. Uşağın bədəni mum kimi bir şeydir. N.Vəzirov; 2) məc. asan, tez başa gələn, az zəhmət tələb edən. Mədəd indi anlayırdı ki, mübarizə mum kimi yumşaq olmağı demir. S.Rəhimov.\n2. köhn. Şam. Mum yandırmaq. – Gecənin üç payı keçmiş, mumlar, çıraqlar sönmüş, təbiəti matəməngiz bir zülmət bürümüşdü. A.Şaiq. ‣ Mum gün üçün – dar gün üçün, ağır gün üçün. Mum gün üçün saxlamaq. Mum kimi ərimək (sönmək) – bax. muma dönmək 2-ci mənada. Hər gecə mum tək əridim, yandım odlara. S.Ə.Şirvani. Layiqmi, o bir mum kimi sönsün; Heçdən silinən kölgəyə dönsün? H.Cavid. Cavan ömrüm bir mum kimi sönərkən; Çıxıb verdim şimşəklərə könlümü. M.Müşfiq. Mum olmaq – bax. muma dönmək 1-ci mənada. Dərd əlindən solmuşam; Saç-birçəyim yolmuşam; Axır bu eşq yolunda; Əriyib mum olmuşam. (Bayatı). Muma dönmək – 1) bəzən “yumşalıb” feli ilə – ram olmaq, yumşalmaq. [Camal:] Çəkərəm [Yusifi] yuxarıya, yumşalıb muma dönər. S.Rəhman. [Zərnişan Səlimə:] Elə isə Əlikramın üç şirin kəlməsi ilə niyə belə muma döndün, andınıamanını unudub [Əlikrama] təzədən qardaş oldun? B.Bayramov; 2) çox vaxt “saralıb” feli ilə – saralmaq, zəifləmək, üzülmək, candan düşmək, çox arıqlamaq. Karvansaraçı gördü, balam, bu dostu günü-gündən saralıb muma dönür. (Nağıl). Fikir və xəyalatdan [Mahmud] saralıb muma dönmüşdü. B.Talıblı. mumgüvəsi is. zool. Əsasən arı pətəklərində yaşayan zərərverici. mumiya I. is. [ər.]\n1. Balzamlanma vasitəsilə çürüməkdən qorunmuş insan cəsədi. Bir çox Misir mumiyası hal-hazıra qədər qalır və muzeylərdə saxlanılır. “Qədim dünya tarixi”.\n2. məc. Dərman, dava, əlac. Bir sınmışa mumiya dilərdim; Bir xəstə üçün şəfa dilərdim. Füzuli.\n3. məc. Cansızlığı, arıqlığı, hərəkətsizliyi və s. xassələri ilə qurumuş cəsədi xatırladan adam haqqında. Yazıq Xədicə dizlərini qucaqlayıb bir küncdə mumiya kimi oturmuşdu. S.S.Axundov.\n\nII. is. [ər.] Müxtəlif qırmızı rəngləri olan toz halında mineral boya. mumiyalama “Mumiyalamaq”dan f.is. mumiyalamaq bax. balzamlamaq. mumiyalanma “Mumiyalanmaq”dan f.is. mumiyalanmaq bax. balzamlanmaq. mumlama “Mumlamaq”dan f.is. mumlamaq f.\n1. Mum sürtmək, mum çəkmək. Eşilmiş sapı mumlamaq.\n2. Bir şeyin (qabın, şüşənin və s.-nin) ağzını mumla bağlamaq, qapamaq. Qabın ağzını mumlamaq.\n3. məc. Susmaq, danışmamaq, ağzını açmamaq, dinməmək. Nə olub, belə mumlamısan? mumlanma “Mumlanmaq”dan f.is. mumlanmaq məch.\n1. Mum sürtülmək, mum çəkilmək. Viş mumlanıb.\n2. Mumla bağlanmaq, qapanmaq. Bankanın ağzı mumlandı. mumlu sif. Mum sürtülmüş, mum çəkilmiş. Mumlu ip. muncuq is. Müxtəlif rəngli, yuvarlaq və ya başqa formalı şüşələrdən, plastik kütlədən və s.-dən qayrılıb sapa düzülən və bəzək kimi boyuna taxılan dənələrdən hər biri, habelə bu bəzəyin özü. Muncuğu sapa düzmək. Boynuna muncuq taxmaq. – Qonşu muncuğunu götürən gərək gorda taxsın. (Ata. sözü). Boynundan bir çox kiçik və iri muncuqlar asmış bir dərviş .. əlində kəşkül və təbərzin oxuya-oxuya gedir. A.Şaiq. [Bülənd] ..Nazlının boynundakı kəhrəbaların və muncuqların hamısını dartıb qopartdı. Ə.Əbülhəsən. • Muncuq kimi – bir biçimdə, bir boyda (adətən yumru şəkildə) olan şeylər haqqında. Üzündən muncuq kimi tər axır. // Müntəzəm sıra halında düzülmüş şeylər haqqında. Reyhan xanım daxil oldu, Rüxsarə xanımı görüncə muncuq kimi düzülmüş ağ dişləri göründü. T.Ş.Simurq. muncuq-muncuq sif. və zərf Gilə-gilə, dənə-dənə, yumru-yumru, muncuq kimi (axan tər haqqında). Muncuq-muncuq tər tökmək. – Bir az sonra görürəm bir ucaboylu oğlan; Yaxınlaşır, üzündən muncuq-muncuq axır tər. S.Rüstəm. muncuqgöz sif. Gözü muncuğa oxşayan, muncuğa bənzəyən, muncuq kimi; muncuqvari gözü olan. [Hacı] sizin bildiyiniz qarğaburun, muncuqgöz, təkəsaqqal hacılara bənzəməz. Qantəmir. muncuqlanma “Muncuqlanmaq”dan f.is. muncuqlanmaq f. Muncuq-muncuq olmaq, muncuq kimi düzülmək, muncuq şəklinə düşmək, yumrulanmaq. [Şiraslanın] ..həyəcandan alnında tər dənələri muncuqlanırdı. S.Rəhimov. Mahmud üzündə muncuqlanan utancaqlıq tərini yaylıqla silib sözə başladı. P.Makulu. muncuqlu sif. Üzərinə muncuq tikilmiş, yaxud muncuq düzülmüş, muncuqla bəzədilmiş. Muncuqlu tikmə. muncuqvari sif. Muncuğaoxşar, muncuq kimi, muncuq-muncuq. munda is.\n1. Hindistanda ən qədim dil qruplarından biri.\n2. Hindistan xalq qruplarından biri. mundir [fr. monture] Hərbi və ya mülki rəsmi geyim. Mundir geymək. Zabit mundiri. – Oğlan mundirinin düymələrini bağladı. İ.Əfəndiyev. mundirli sif. Mundir geyinmiş, əynində mundir olan. Mundirli general. munis [ər.]\n1. sif. Hər kəslə mehriban olan; ünsiyyətli, mehriban; istiqanlı. Munis adam. – [Xədicə] olduqca xoşsöhbət, .. genişqəlbli, munis və mehriban bir qız idi. S.Hüseyn. Könüllər yolçusu, o munis gözəl; Min ürək fəth edir hər keçən anda. S.Vurğun.\n2. is. Yaxın adam, mehriban dost, sirdaş, ürək dostu. Dilbərim, yarım, əzizim, qəmküsarım, munisim; Can şikarım, sevgili yarım canımın cananıdır. Xətayi. [Pəri xanım:] Kimə dərdimi söyləyim? Yoldaş yox, munis yox, həmdəm yox. Ə.Haqverdiyev. • Munis olmaq – ürək dostu olmaq, ən yaxın yoldaş, sirdaş yerini tutmaq, mehriban olmaq. Qalmışam vadiyi-qəm içrə, kimim var, Zakir; Didələr oldu həmin munisü qəmxar mənə. Q.Zakir. Bu gün gülən yarın ağlar, saqın, öyünmə, düşün! Düşün də, munis ol! İncitmə, qırma kimsəni sən!.. H.Cavid. // Sevgili, istəkli, məhbubə. [Rəhim:] ..Ağa, Allah xatirinə mənim munisimi əlimdən alma. N.Vəzirov. Deyəsən, Vahid [Rübabənin] həmişəlik və əvəzsiz munisi olmuşdur. Mir Cəlal.\n3. sif. məc. Xoş, fərəhverici, ürəyəyatan, ruhu oxşayan. Munis gecə. Munis mənzərə. – ..Baharın həyatverici munis günəşi dağların arxasında gizləndiyindən ətrafa həzin bir axşam qaranlığı sinməkdə idi. S.Hüseyn. [Nuriyyə:] Bu geniş çöllər, bu nəhayətsiz sükut, bu munis aydınlıq onda da var idi, indi də var. İ.Əfəndiyev. munislik is. Munis olma; istiqanlılıq, mehribanlıq, səmimilik. munqu is. Monqolustanda nikel və bürünc xırda pul. murad is. [ər.] Arzu, məqsəd, niyyət, dilək, istək, kam. Sən muradım əksinə, ey çərx, rəftar eylədin. S.Ə.Şirvani. Aşıq Ələsgərəm, söylənir adım; Budur ürəyimdə mətləb, muradım. Aşıq Ələsgər. Ürək dəmir deyil, daş da deyil ki? Min bir muradı var, min bir arzusu! S.Vurğun. • Murada (muradına) irmək – bax. murada çatmaq. Kaş ki, Kərəm muradına ireydi; Qismət olub yarın üzün göreydi. “Əsli və Kərəm”. Bir gülən yox bu qayğılı dünyadə; Çoxlar nakam olub irməz murada. H.Cavid. Murada (muradına) yetirmək – arzusuna çatdırmaq, istəyini yerinə yetirmək. Bivəfa dünyada, dəhrifənada; Fələk məni yetirmədi murada. M.V.Vidadi. Muradım ol məhəlində şəhid olmaqdır; Nolur yetirsə fələk rəhm edib muradə məni. S.Ə.Şirvani. [Süleyman:] Əcəb elərsən, Allah səni də tez muradına yetirsin, bizi də.. Ü.Hacıbəyov. Murada (muradına) yetmək (çatlaq) – arzusu hasil olmaq, məqsədinə, diləyinə, kamına çatmaq. Saldıqca cavanlıqda keçən günləri yadə; Dərdim olur on qat; Yarəb yetərəm birdəmi dünyadə muradə? M.Ə.Sabir. Hacı Qara nəinki muradına çatmadı, hətta həbsə düşdü. N.Nərimanov. Muradı hasil olmaq – bax. murada (muradına) yetmək (çatmaq). [Bəlli Əhməd:] Koroğlunun dəlilərdi imdadı; Qılınc çəkdi, hasil ola muradı. “Koroğlu”. Muradını vermək – muradına, arzusuna çatdırmaq, istəyini yerinə yetirmək. Bu Xətayi xəstənin vergil muradın, ya ilah! Xətayi. Mən Zakirəm, pir fələkə neylədim; Vermədi muradım, dedim, söylədim. Q.Zakir. muradçiçəklilər cəm, bot. Sərbəstləçəkli tacı olan, çiçəklərinin hissələri dörd dairə üzrə düzülən bitki fəsiləsi. murdar sif. [fars.]\n1. Müsəlman dini etiqadınca təmiz sayılmayan; napak (pak əksi). Murdar su. – [Pişik itə:] Bil nə səbəbdən belə murdarsan; İstəməzsən xeyr apara hiç kəs. S.Ə.Şirvani. • Murdar etmək (eləmək) – 1) müsəlman dini etiqadınca pak sayılan şeyi murdar sayılan şeyə toxundurub, sürtüb və ya vurub onu da napak etmək. Əlini itə vurub murdar eləmək. – [Arvad:] A kişi, a kişi, başuva daş, içəri girmə, üst-başın murdardır, aləmi murdar elərsən. H.Sarabski; 2) məc. dan. öldürmək, gəbərtmək. İnəyi murdar etmək. Murdar olmaq – 1) müsəlman dini etiqadınca murdar sayılan şeyə toxunub, dəyib natəmiz, napak olmaq; 2) məc. dan. ölmək, gəbərmək (heyvan haqqında). Toyuq murdar oldu. – [Mirzə İsmayıl:] Necə, yoxsa xanın qəzəbindən xəbəri yoxdur? Bilmirmi ki, o qədər vurarlar, qamçı altında canı çıxıb, it kimi murdar olar? Ə.Haqverdiyev; // eyni mənada adam haqqında həqarətlə deyilir. Əsəd o saat murdar oldu. “Qaçaq Nəbi”. Göstərmə təbibə o cigərguşəni, zinhar; Qoyma ola murdar. M.Ə.Sabir. [Əzim dayı:] Tüfəngin qundağı ilə nə qədər vurdumsa tərpənmədi, bu da murdar olmuşdu. A.Şaiq.\n2. Ümumiyyətlə, pis, alçaq, iyrənc, ikrah doğuran, xoşa gəlməyən. Murdar təbiətli adam. Murdar iş. – [Qurban:] Mənim bu murdar ürəyimi çəkib itlərə tullayın. Ə.Haqverdiyev. [Maral:] Burada qalsam Turxan bəyin murdar nəfəsi, qoşulub qaçarsam namus, iffət məsələsi! H.Cavid. // İs. mənasında. Mən dünyada çox bihəya adamlar görmüşəm, amma bunun kimi murdarına hələ rast gəlməmişəm. N.Vəzirov.\n3. məc. Zəhlətökən, xoşagəlməyən, pis. Bayırda murdar hava var. – [Firidun bəy:] Ah, bu murdar səsləri susduracaq birinci top atəşi, başlamazmısan? H.Nəzərli. [Rza:] Həmzə adını eşidən kimi mənim xəyalımda ağır, anlaşılmaz, murdar bir aləm açıldı. M.İbrahimov. murdarça is. bot. Ağ rəngli çiçəkləri olan, meyvəsi yeyilməyən, qabığında aşı maddəsi olan ağac və ya kol. Cır zoğal və ya qara murdarça 3-4 metr hündürlükdə, qışda yarpağı tökülən ağac və ya koldur. Ağ rəngli çiçəkləri mayda açılır, qara rəngli çəyirdəkli meyvəsi xırdadır, avqustda yetişir, yeyilmir. H.Qədirov. murdarçaçiçəklilər cəm, bot. Sərbəst ləçəkli tacı olan, çiçəklərinin hissələri dörd dairə üzrə düzülən bitki fəsiləsi. murdarçılıq bax. murdarlıq. murdarlama “Murdarlamaq”dan f.is. murdarlamaq f.\n1. Murdar (1-ci mənada) etmək, napak etmək.\n2. məc. dan. Gəbərtmək, öldürmək. Eyvaz kişi dərindən köksünü ötürüb dedi: – Uşaqlar! Canınız üçün, kafir az qala məni murdarlamışdı. Ə.Vəliyev. murdarlanma “Murdarlanmaq”dan f.is. murdarlanmaq məch. Murdar (1-ci mənada) olmaq, napak olmaq. murdarlıq is.\n1. Murdar (1-ci mənada) olma, pak, təmiz olmama; napaklıq. Su murdarlıq götürməz. (Ata. sözü).\n2. məc. Pislik, alçaqlıq, rəzillik. Murdarlıq adını üstümüzdən götürmək üçün uzun və qanlı mübarizə lazımdır. M.S.Ordubadi. murquz is. bot. Taxıllar fəsiləsindən qarğıyabənzər bitki. murmurdar bax. murdar. Əl-ayağı murmurdardır. – Ölülərini niyə dəxi hər yerdən tabutlar içində atlara, eşşəklərə, qatırlara mindirib Kərbəlaya, Nəcəfə daşıyırsan, ölkəni və yolları və mənzilləri .. cəmdəklərin iyindən murmurdar edirsən. M.F.Axundzadə. murov is. tar. Keçmiş zamanlarda kənd yerlərində polis vəzifəsini ifa edən hökumət məmuru. Murovlar olublar oğruya ortaq. Q.Zakir. Murovlar, pristavlar, naçalniklər, hətta qubernatorun özü [Əbdülkərimin] əlində aciz qalıb, öhdəsindən gələ bilmirdilər. Ə.Haqverdiyev. murovluq is. tar. Murov vəzifəsi, murov rütbəsi. Murovluq eləmək. // Murovlar olduğu dövr. [Səlim bəy:] Hanı keçən günlər? Hanı murovluq zamanı? Ə.Haqverdiyev. musiqar is.\n1. Guya dimdiyində çoxlu deşiklər olub, külək əsdikcə müxtəlif səslər çıxaran əfsanəvi bir quş.\n2. köhn. Bir sıra düdüklərdən ibarət musiqi aləti. Nalə ilə sızlaram hərgah musiqartək. Qövsi. Doğma xalqın musiqisini və çalğı alətlərini yaxşı bilən şair .. musiqar, ud və qopuz .. kimi musiqi alətlərini yüksək bədii dillə təsvir edir. “İncəsənət”.\n3. köhn. Musiqiçi. Ümumi musiqi sənəti bizim də aramızda intişar taparsa, o halda biz mədəniyyətin hər bir qismində iştirak etmiş olarıq; .. ümumi musiqi sənətini dəxi öyrənərsək, alim musiqişünaslarımız, musiqarlarımız, orkestrlərimiz və opera artistlərimiz də olmaqla, mədəniyyətin sənayei-nəfisə qismində dəxi iştirak etmiş oluruq. Ü.Hacıbəyov. musiqi is. [ər. əsli yunancadan]\n1. İnsanın təəssüratını, hiss və ideyalarını ritm və intonasiya cəhətdən mütəşəkkil səslərlə ifadə edən sənət. Xalq musiqisi. Şərq musiqisi. Klassik musiqi. – Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qədər azaldı ki, başıbəlalı düdüyü bilmərrə gözdən saldım. C.Məmmədquluzadə. // Bu sənətə aid əsər və ya əsərlər. Ü.Hacıbəyovun musiqisi. M.Maqomayevin musiqisi.\n2. Həmin sənətin, vokaldan fərqli olan instrumental (çalğı alətləri ilə ifa edilən) növü. Cəfər Cabbarlının “Sevil” əsərinə yazılmış musiqi. – Pərdədən qabaq musiqi çalınır. Ü.Hacıbəyov. Dünyanı öz səsi və öz musiqisi ilə titrədən böyük sənətkarın əlləri titrəyirdi. M.S.Ordubadi.\n3. Musiqi əsərlərinin ifası; çalğı. Musiqiyə qulaq asmaq. Musiqidən zövq almaq. Musiqi səsi. – Başla musiqiylə bizim bayramı; Əlində yaylığı oynasın hamı. S.Vurğun. Birdən şirin bir musiqi axıb gəldi. İ.Əfəndiyev.\n4. məc. Musiqini xatırladan, qulağa xoş gələn, ahəngdar, melodik səs. [Qızın] səsi həzin bir musiqi qədər xoş idi. S.Hüseyn.\n5. Musiqiyə aid olan, musiqi ilə bağlı olan. Musiqi məktəbi. Musiqi gecəsi. Musiqi alətləri. – Şənləndirir hər kəsi; Bir musiqi məclisi. A.Şaiq. [Rəhim:] Mən müharibədən əvvəl Bakıda dövlət konservatoriyası yanında onillik musiqi məktəbində oxuyurdum. Ə.Sadıq. musiqibaz is. [ər. musiqi və fars. ...baz] bax. musiqipərəst. [Qulu:] [Sədr] yaman musiqibazdır. İ.Əfəndiyev. musiqiçi is.\n1. Xüsusi olaraq musiqi ilə məşğul olan adam, musiqi mütəxəssisi.\n2. Musiqi alətində çalan sənətkar; çalğıçı, çalan. Festivalda musiqiçilər də çıxış etdilər. – Musiqiçilər gəldi, hərə bir dəstə çiçək hazırladı. Çəmənzəminli. [Məzlum] indi [restoranda] yeganə musiqiçidir. S.Vəliyev. musiqiçilik is.\n1. Xüsusi olaraq musiqi ilə məşğul olma; musiqi mütəxəssisinin sənəti.\n2. Çalğıçılıq. musiqili sif. Musiqi ilə olan, musiqi ilə birlikdə icra olunan, musiqi ilə müşayiət edilən. Musiqili-ədəbi montaj. • Musiqili komediya – musiqi ilə müşayiət olunan komediya; operetta. Üzeyir bəy Hacıbəyovun musiqili komediyaları. musiqilik is. Musiqi ahəngi, xoş ahəng; məlahət, ahəngdarlıq, ahəng, gözəllik (səsdə). Böyük şair Nizaminin şeriyyətində olan musiqilik kompozitorlarımıza Nizami mövzuları yaradıcılığında geniş imkanlar yaratmışdır. Ə.Bədəlbəyli. musiqipərəst sif. [ər. musiqi və fars. ...pərəst] Musiqini çox sevən, musiqiyə məhəbbəti olan, musiqi həvəskarı, musiqi pərəstişkarı. Reyhan musiqipərəst olduğunu boynuna alır. Mir Cəlal. musiqipərəstlik is. Musiqi həvəskarı olma, musiqiyə məftunluq, musiqini sevmə, musiqi pərəstişkarlığı. musiqişünas is. [ər. musiqi və fars. ...şünas] Musiqişünaslıq mütəxəssisi. Musiqişünasların dediyinə görə, xəstəlikdən qalxandan bəri Həsən öz sənətində irəliləyərək daha da böyük məharət göstərməyə başlamışdı. B.Talıblı. Hüseynqulunun bəxtini bir şey açdı ki, məşhur musiqişünas Üzeyir Hacıbəyov “Leyli və Məcnun” adında bir opera yazdı. S.Rəhman. musiqişünaslıq is. Musiqi tarixi və nəzəriyyəsini, xalqların musiqi mədəniyyətini öyrənən elm. muskat [fr. muskat]\n1. Xoşiyli üzüm növü. Ağ muskat.\n2. Bu üzümdən hazırlanan şərab növü. muslin [fr. mousseline] Yüngül, yumşaq və nazik parça. İpək muslin. Yun muslin. musson [fr. mousson, əsli ər. mövsüm] Qışda qurudan dənizə, yayda dənizdən quruya doğru vaxtaşırı əsməklə istiqamətini dəyişən külək. mustanq is. [isp.] Vəhşiləşmiş ev atı. muşhamuş bax. mışamış. ..Bədbəxt Şəfiqə əziz balalarının yanına gedib, onları muşhamuş yuxulamış görüb, onlara busə göndərib öz yataq otağına getdi. İ.Musabəyov. muşket is. [isp.] İriçaplı, fitilli tüfəng. Muşket sonralar çaxmaqdaşılı tüfənglə əvəz edildi. muşketyor is. [isp.] XVI əsrin əvvəlindən Avropa ordularında piyada növü. Kral muşketyorları. muşqurma “Muşqurmaq”dan f.is. muşqurmaq f. Minik və qoşqu heyvanlarını hərəkətə gətirmək, it və s. heyvanları yaxına çağırmaq üçün dodaqları büzərək muşquruq səsi çıxarmaq. Muşqurub iti çağırmaq. – Məmməd nə qədər muşqurdusa, eşşək yerindən tərpənmədi. E.Sultanov. Məcid, xanımın məzəmmətini eşitcək atı muşqurub sürdü. B.Talıblı. muşqurtu (=muşquruq) təql. Muşqurmaqdan hasil olan səs. muşquruq (=muşqurtu) təql. Muşqurmaqdan hasil olan səs. muştuluq is.\n1. Xeyir xəbər, şad xəbər, xoş xəbər, sevindirici söz; müjdə. Bəndalının səsi həyətdə böyük nicat xəbəri, bir muştuluq kimi səsləndi. Mir Cəlal. • Muştuluğa getmək – xeyir xəbər aparmaq, şad xəbər vermək üçün getmək. [Xanmurad:] Muştuluğa gedirəm. İ.Əfəndiyev.\n2. Xeyir (şad) xəbər gətirənə verilən şey, bəxşiş. ..Bu hamıya məlumdur ki, birinin oğlu olanda xəbər gətirib muştuluq alırlar. C.Məmmədquluzadə. Bilirsən ki, anandan muştuluq alım deyə; Mən özüm gedəcəyəm birbaş sizin şenliyə. Ə.Cəmil. [Dərzi:] Padşah, muştuluğumu ver, balaca oğlun Məlikməmmədin yerini deyim. Çəmənzəminli. ‣ Muştuluğun borc olsun! – verilən xəbəri istehza ilə qarşıladıqda işlədilən ifadə. muştuluqçu is. Xeyir xəbər, muştuluq xəbəri gətirən adam; müjdəçi. Ay ötüb, il dolandı, bir gün evə muştuluqçu gəldi. S.Rəhimov. İydələr gül açanda Şahbikə bir oğlan doğdu, Qafar kişiyə muştuluqçu getdi. M.Arif. muştuluqlama “Muştuluqlamaq”dan f.is. muştuluqlamaq f. Xoş xəbər vermək, şad xəbər yetirmək, müjdə vermək. [Məlikməmməd dərziyə:] Dur get, padşahı muştuluqla ki, balaca oğlunu tapmışam. (Nağıl). [Nəcəf:] Kimi muştuluqlamağa gedirsən? İ.Əfəndiyev. muştut is. Cır tut. // Xartut növü. mutagen is. [lat. muto – dəyişirəm və yun.] İrsi dəyişikliklər yaradan fiziki və kimyəvi amillər. Fiziki mutagenlər. İonlaşdırıcı şüaların bütün növləri mutagendir. mutant is. [lat.] Dəyişiklik nəticəsində yaranıb normal tipdən irsiyyətə görə fərqlənən forması. muton is. [lat.] Genin ən kiçik hissəsi. muy bax. mu. Tənha oluram orada üryan; Muyi-sərim eylərəm pərişan. Füzuli. Qəm evində saldın küncə Vaqifi; Eylədin muyindən incə Vaqifi. M.P.Vaqif. muyə is. [fars.] mus. Bir neçə muğam dəsgahının şöbələri arasında guşə. muymul is. zool. Sərçəkimilər fəsiləsindən quş. muz bax. mız. Qaçağan dana muzunu bərkidər. (Ata. sözü). muzd is. [fars.]\n1. Görülən iş müqabilində verilən əmək haqqı; zəhmət haqqı; haqq. Fəhləyə muzd vermək. – [Allahqulu:] Gündəlik muzdumuz çox az idi. S.S.Axundov. [Firuz] .. balaca nəvəsinin muzdu ilə qazanılmış bir parça çörəyə möhtacdır. Ə.Məmmədxanlı. // Görülən işin pulla dəyəri, haqqı. İşin muzdu nə olacaq?\n2. məc. Qarşılıq, mükafat. [Koroğlu:] Mənim də atam ömrünü, gününü Həsən xanın qapısında çürütmüşdü, axırda muzdu o oldu ki, xan gözlərini çıxartdırdı. “Koroğlu”. [Soltan bəy Əsgərə:] Sənin muzdun bu olar ki, mənim kimi bəylə qohum olarsan. Ü.Hacıbəyov. muzdlu sif.\n1. Muzdla işləyən, muzdla işləyib zəhmət haqqı alan, hər hansı bir işi haqla yerinə yetirən. Muzdlu fəhlə. Muzdlu işçi.\n2. Muzdla görülən, əmək haqqı ilə yerinə yetirilən. Muzdlu iş. Muzdlu əmək. muzdsuz sif. və zərf Əmək haqqı verilMÜAHİDƏ, MÜAHİDƏNAMƏ is. [ər. məyən; pulsuz, havayı. Muzdsuz iş. Muzdsuz işləmək. – [Polad] dayısı Nuruşun yanında muzdsuz, maaşsız işləyib buruq işlərində təcrübə sahibi olmağa can atdı. A.Şaiq. muzdur is. [fars.] köhn. Mülkədar və ya qolçomaq təsərrüfatında muzdla işləyən kənd təsərrüfat fəhləsi. [Hacı Qambay] muzdur işlətmək əlverişli olmadığına görə kənd təsərrüfatında qadın zəhmətindən az-çox istifadə edirdi. Qantəmir. [Müəllim] keçmişdə yeriyurdu olmayan, haman bu kənddə onunbunun bağında, bostanında, tarlasında işləyən bir muzdurun oğlu idi. M.Rzaquluzadə. // Ümumiyyətlə, fəhlə. Mürsəqulu .. Hacı Aslanın paroxodunda muzdur idi. S.Hüseyn. muzdurçuluq dan. bax. muzdurluq. Ayın çox vaxtını [Alı kişi] biyara gedir, muzdurçuluq da yoxdur. “Qaçaq Nəbi”. Gəmi muzdurçuluğu filvaqe çox ağır sənətdir. S.M.Qənizadə. muzdurluq is.\n1. Muzdurun işi, peşəsi. Muzdurluq etmək. – Qapılarda muzdurluq edən yurdsuz, yoxsul adam indi yavaş-yavaş zəngin həyat keçirməyə başlayırdı. T.Ş.Simurq. [Eldar:] Atam cavanlığında .. kəndkənd gəzər, həm muzdurluq edər, həm də oxuyub-çalarmış. M.Rzaquluzadə.\n2. Fəhləlik. [Məşədi Əsgər] hələ on iki yaşında olduğu halda kəsb üçün Bakıya gəlib, neft gəmilərinin birisində muzdurluğa başlamışdı. S.M.Qənizadə. muzey [lat. – museum, əsli yun. museion – muzalara həsr edilmiş yer, muzalar məbədi] Tarix, incəsənət abidələrini, elmitəbii eksponatları toplayıb mühafizə və nümayiş etdirən müəssisə. Tarix muzeyi. İncəsənət muzeyi. Kənd təsərrüfatı muzeyi. Ölkəşünaslıq muzeyi. muzeyşünas is. [lat. museum və fars. ...şünas] Muzeyşünaslıq mütəxəssisi. muzeyşünaslıq is. Muzeylər təşkili və işi haqqında tətbiqi elm. müadil sif. [ər.] köhn. Çəki, həcm və qiymətcə bərabər olan; bərabər, tən. müadilə is. [ər.] riyaz. bax. tənlik. Mühəndislik üçün yalnız müadilələri və həndəsə xətlərini, riyazi davaları bilməkmi lazımdır? Mir Cəlal. müahidə və fars. ...namə] Müqavilə, müqavilənamə, əhdnamə, saziş. Müahidə bağlamaq. – [Xristofor:] ..Avtomobilə minib qaçdım, bir şirkətlə müahidə bağlayıb əmələ sifəti ilə Fransaya gəldim. Çəmənzəminli. müaqib sif. [ər.]\n1. Təqib edən, ardınca gedən.\n2. İncidən, əzab verən, cəzalandıran. müalicə is. [ər.]\n1. Xəstəni sağaltmaq üçün tibbi vasitələr tətbiq etmə. Müalicə yaxşı nəticə verdi. – Toğrulun yarası o qədər də ağır deyil, müalicəsinə başlanmışdır. M.S.Ordubadi. Müalicə Tapdığı yaxşı ayağa qaldırdı. Ə.Əbülhəsən. • Müalicə etmək – sağaltmaq üçün tibbi vasitələr tətbiq etmək. [Molla Kazım:] Belə arvadların çoxusunu mən müalicə etmişəm. Ə.Haqverdiyev. Müalicə olunmaq – sağalması üçün tibbi tədbirlər görülmək (görmək). Uşaq müalicə olunur. – Sağlıq olsa, sən həm müalicə olunacaq, həm dincələcəksən. Mir Cəlal. [Aydın Səmədə:] Siz gərək ağıllı-başlı müalicə olunasınız. H.Seyidbəyli. // Xəstəliyi sağaltmaq üçün görülən, tətbiq edilən tədbirlər. Qızdırmaya qarşı müalicə.\n2. Müalicə məqsədilə tətbiq olunan, müalicə ilə əlaqədar olan. Müalicə gimnastikası. Müalicə müəssisəsi. – Xalq təsərrüfatımızın ümumi inkişafında yaylaqlarımızın, .. müalicə sularımızın, kurortlarımızın iqtisadi əhəmiyyəti böyükdür. Ə.Vəliyev. müalicəxana [ər. müalicə və fars. ...xanə] bax. xəstəxana. Müalicəxanadan qayıdıb yol ağzında avtobus gözləyən qadınlar .. vağzaldan ayrılan yola baxırdılar. Mir Cəlal. müalicəpəzir sif. [ər. müalicə və fars. ...pəzir] köhn. Müalicəsi mümkün olan, müalicə nəticəsində sağala bilən, sağalan. Müalicəpəzir xəstəlik. – [Mirzə Mehdi:] Ancaq Gövhərtacın mərəzi müalicəpəzir mərəzlərdən deyil. Ə.Haqverdiyev. [Yaşlı kişi:] Çopurun müalicəpəzir olmayan dərdinin nə olduğunu mən [Şirinnazın] bu halından kəşf etdim. S.Hüseyn. müalicəsiz sif.\n1. Müalicə olunmayan. Müalicəsiz xəstə.\n2. Müalicəsi olmayan, çarəsi, əlacı, dərmanı olmayan. Müalicəsiz xəstəlik. müamilə is. [ər.]\n1. köhn. Rəftar, münasibət, davranış. [Molla Güləndam] qonşuların müamiləsindən .. məlumat istərdi. Çəmənzəminli. Xədicənin mənə qarşı .. bu müamiləsindən mütəəssir olmaya bilməzdim. S.Hüseyn. • Müamilə etmək – rəftar etmək, yola getmək, bu və ya başqa cür əlaqə, münasibət göstərmək. Əsgər Züleyxanı əsla döyməzdi, söyməzdi, amma elə müamilə edərdi ki, bu, döyməkdən də, söyməkdən də betər idi. C.Cabbarlı.\n2. Alış-veriş, ticarət, alver. Banki-şahi bu müamilədən heç bir yaxşı şey qazana bilməz. P.Makulu.\n3. İstifadə və ya borc olaraq verilən pul müqabilində alınan faiz; sələm. Müamilə ilə pul götürmək. – [Məşədi İbad:] [Daşdəmir bəy] mənə iki min manat pul verəcəkdir və səkkiz yüz otuz altı manat on dörd şahı müamiləsi edir. Ü.Hacıbəyov. [Cavad:] Sən bəylərdən yüz manat müamilə alırsan, mənim də səndə otuz manatım qalıb. Ə.Haqverdiyev. müamiləçi is. Faizlə pul borc verən adam; sələmçi. müamiləçilik is. Faizlə pul borcvermə işi; sələmçilik. Vəli malik olduğu sərvəti yalnız parçaçılıqdan deyil, müamiləçilikdən və oğurluq mal alış-verişindən qazanmışdı. Çəmənzəminli. [Şofer:] Keçmişdə alverlə, müamiləçiliklə, ev kirayə verməklə .. müftə pul qazanan hacılar, kərbəlayılar çox idi. M.Rzaquluzadə. müariz sif. və is. [ər.] köhn. Əks olan, zidd olan, müxalif olan, qarşı olan. [Mehriban] bir çox fikirlərinə müariz idi. S.Hüseyn. Qüdrət qəsdən müarizinin dililə, rəsmi bir ahənglə danışırdı. M.Hüseyn. müasir sif. [ər.]\n1. Başqası və ya başqaları ilə bir əsrdə, bir zamanda, bir dövrdə yaşamış olan və ya yaşayan; həməsr. Həsən bəy Zərdabi Mirzə Fətəli Axundzadənin müasiri idi. // İs. mənasında adətən cəm şəklində: müasirlərimiz – bizimlə bir əsrdə, bir dövrdə, bir vaxtda yaşayanlar.\n2. İndiki əsrdə, hazırkı dövrdə olan. Müasir elm. Müasir ədəbi dil. Müasir dünyamızın problemləri. // Öz dövrünə uyğun olan, öz zamanının, əsrinin tələblərinə cavab verən. Müasir texnika. Müasir nəqliyyat vasitələri. müasirləşdirilmə “Müasirləşdirilmək”dən f.is. müasirləşdirilmək məch. Müasir şəklə salınmaq, müasir dövrün tələblərinə uyğunlaşdırılmaq. // Təkmilləşdirilmək. müasirləşdirmə “Müasirləşdirmək”dən f.is. müasirləşdirmək f. Müasir şəklə salmaq, əsrin, dövrün tələblərinə uyğunlaşdırmaq. Geyimini müasirləşdirmək. // Təkmilləşdirmək (ən yeni avadanlıqla, texniki vasitələrlə, maşınlarla). müasirləşmə “Müasirləşmək”dən f.is. müasirləşmək f. Müasir hala, şəklə düşmək; əsrin, dövrün, zamanın tələblərinə, zövqünə uyğun olaraq dəyişmək. müasirlik is. Müasir olma; dövrün, zamanın tələblərinə uyğunluq. Vahabzadənin başqa kamil cəhətlərindən biri də odur ki, şair öz əsərlərində tarixi müasirlik qədər yaşada bilir. Ç.Aytmatov. müaşiqə is. [ər.] Bir-birinə aşiq olma, sevişmə, bir-birinə eşq elan etmə, eşqbazlıq. ..Güldanda məşhur xəlifə Harunərrəşidin, qadını Zübeydə xatun ilə olan müaşiqəsindən çox nəfis bir mənzərə var idi. M.S.Ordubadi. müavin is. [ər.] Rəisi, rəhbəri və b.-nı işdə, vəzifədə əvəz edən şəxsin rəsmi adı. Direktorun müavini. Komandir müavini. – [Mərcanov:] Sona bizim zavodun müdir müavinidir. H.Nəzərli. [Qarakişi Hümmətə:] Sənə yüz dəfə dedim, o Daşdəmiri müavin qoyma. Sözümə baxmadın. B.Bayramov. müavinət is. [ər.] Kömək, yardım. [Cahan:] Onların köməyilə, hökumətin müavinətilə, budur, kəndə təmiz şirin su gətirmişik. Ə.Haqverdiyev. • Müavinət etmək – kömək etmək, yardım göstərmək. Mən də indi sənin kimi məzlumlara əlimdən gələn qədər müavinət edirəm. C.Cabbarlı. müavinlik is. Müavin vəzifəsi. Müavinlik etmək. Müavinlikdən çıxmaq. müayinə is. [ər.]\n1. Hərtərəfli yoxlama, nəzərdən keçirmə, baxma. • Müayinə etmək (eləmək) – hərtərəfli yoxlamaq, nəzərdən keçirmək, müayinədən keçirmək, oraburasına baxmaq. [Polis:] Rüstəm bəy, Mirzə Məhəmməd Əli və Səməd Vahidin mənzilini axtaraq, kitablarını müayinə edək. C.Məmmədquluzadə. Suflyor lampanın neftini müayinə eləyir. S.Rəhman. Müayinədən keçirmək – bax. müayinə etmək (eləmək). Bəzən də [Kamil] maşınını saxlayıb müayinədən keçirərdi. S.Vəliyev.\n2. tib. Qulaq asmaqla, diqqətlə gözdən keçirməklə bədəni hərtərəfli yoxlama, tədqiq etmə. Həkim müayinəni qurtarıb o biri otağa keçdi. Mir Cəlal. Müayinə başlanır; Qızışır həkimlərin; Məşvərəti, söhbəti. B.Vahabzadə. • Müayinə olunmaq – həkim tərəfindən hərtərəfli yoxlanılmaq, nəzərdən keçirilmək. Həmin binalarda yaşayanlar ayda bir dəfə müayinə olunmağa məcburdular. Çəmənzəminli. mübadilə is. [ər.]\n1. Bir şey verib əvəzində başqa bir şey alma; deyişmə. • Mübadilə etmək – bir şey verib, əvəzində başqa (adətən eyni dəyərdə) bir şey almaq; bir şeyi başqa bir şeyə dəyişmək.\n2. iqt. Əmtəələrin, cəmiyyətin istehsal etdiyi dəyərlərin bölüşdürülməsi forması kimi hərəkət prosesi. ‣ Maddələr mübadiləsi – bax. maddə1. mübah sif. [ər.] köhn.\n1. Dinə görə nə halal, nə də haram sayılan, edilməsi və ya edilməməsi könüllü, ixtiyari olan. Çün gözün sərməstü ləlindir şərab; Mey mübah oldu və sufilik həram. Nəsimi. Məni qazi sənə nikah eləsin; Bu həram əmri ol mübah eləsin. S.Ə.Şirvani. [Hacı:] Bütün müstəbid mollalar məşrutəçilərin qanlarını mübah, mallarını halal yazıblar. P.Makulu.\n2. Bol, bərəkətli, bolluq. Dağlar çəkər ah sənsiz; İl olmaz mübah sənsiz; Gecələr ilə dönüb; Açılmır sabah sənsiz. (Bayatı). [Molla Qurban:] İnşallah, yağış da yağacaq, il də mübah gələcək, camaat! Ə.Vəliyev. mübahisə is. [ər.] Bir işi, məsələni və s. müzakirə etdikdə öz fikrini qoruyan, sübut etməyə çalışanlar arasında başlanan bəhs, deyişmə. Mübahisəyə başlamaq. Elmi mübahisə. – İki qardaş arasındakı mübahisə getdikcə qızışıb axırda bir dava şəklini aldı. A.Şaiq. Uzun mübahisədən sonra Şahmar bir tikə çörək kəsib .. dirriyə enmişdi. B.Bayramov. • Mübahisə açmaq – 1) bir iş, məsələ, söz üstə deyişməyə başlamaq, bəhsə girişmək. [Qətibə:] O zaman mən sizinlə bu barədə geniş mübahisə açmaq istəmədim. M.S.Ordubadi; 2) elmi, yaxud başqa bir məsələni öyrənmək üçün müzakirə etmək. [Əsgər:] Oxuduqlarınızı da yoldaşlara başa salasınız, mübahisə açasınız. M.S.Ordubadi. Mübahisə düşmək – bir şey, məsələ və ya iş haqqında müxtəlif rəydə olanlar arasında sözləşmək, bəhs başlamaq. Onların düşdü çün mübahisəsi; Ki, nədəndir zəmanə hadisəsi! S.Ə.Şirvani. Uzun mübahisə və deyişmə düşdü. Mir Cəlal. Mübahisə etmək (eləmək) – bir şeyi, məsələni sübut etməyə çalışaraq etiraz etmək, bəhs etmək, höcətləşmək, deyişmək, sözə gəlmək. Bir nəfər .. bir hampa kəndli ilə mübahisə eləyirdi. Ə.Haqverdiyev. Mübahisəyə girişmək – bax. mübahisə açmaq. [Nəsir] hələ bəzi vaxt öz fikrinin üstündə duraraq böyük qardaşı ilə mübahisəyə də girişirdi. S.Hüseyn. mübahisəçi is. Mübahisə edən, mübahisə etməyi sevən adam. O, çox mübahisəçidir. mübahisəli sif. Mübahisə doğuran, mübahisəyə səbəb olan. Mübahisəli məsələ. Mübahisəli iş. – Mollanəsrəddinçilərlə füyuzatçılar arasında ilk nəzərə çarpan mübahisəli məsələlərdən biri dil məsələsi idi. M.İbrahimov. mübahisəsiz sif. Heç bir mübahisə doğurmayan, mübahisə olmayan. Mübahisəsiz iş. Mübahisəsiz məsələ. // Zərf mənasında. Müzakirə mübahisəsiz keçdi. mübaliğə is. [ər.]\n1. Bir şeyi həddindən artıq şişirtmə, böyütmə, artırma. [Zeynal] deyirdi ki, “mənim aylıq mədaxilim beş yüz manatdır”. Bu sözlər, mübaliğə də olsa, həqiqətə yaxındı. S.Hüseyn. Mübaliğə başqa, yalan başqadır. Qantəmir. Demək, Qaraxanın sözündə heç də mübaliğə yoxmuş. İ.Hüseynov. • Mübaliğə etmək – şişirtmək, artırmaq, böyütmək (sözü, işi və s.-ni). Şübhəsiz, Kəyan mübaliğə edirdi. O, Qulam qədər qorxmurdu. Ə.Əbülhəsən.\n2. ədəb. Təsvir edilən hadisənin, şeyin, vəziyyətin təsirini artırmaq üçün onları qəsdən şişirtməkdən ibarət ədəbi üsul. ‣ Mübaliğə olmasın... – “həqiqətən belədir”, “düzü budur”, “həqiqi sözümdür” və s. mənalarda işlədilən ifadə. mübaliğəçi is. Mübaliğə ilə danışan, mübaliğə ilə danışmağı sevən adam. [Məmmədcəfər] bir qədər danışığında mübaliğəçi idi, vəssalam. Qantəmir. mübaliğəli sif. Mübaliğə olan; şişirdilmiş, artırılmış. Mübaliğəli söz. Mübaliğəli danışıq. mübaliğəsiz sif. və zərf Mübaliğə olmayan; necə var, olduğu kimi; artırılmamış, şişirdilməmiş. Mübaliğəsiz demək olar... – [Rəşid:] Mübaliğəsiz deyirəm ki, beş ildə mən onun bir dəfə düşüncəli vaxtına təsadüf etmədim. İ.Hüseynov. mübarək sif. [ər.]\n1. Xoş bir xəbər, təzə alınan şey və ya bayram münasibətilə deyilən təbrik, gözaydınlıq sözü. Bayramınız mübarək! Təzə paltarın mübarək(dir)! Toyunuz mübarək! – [Müəllif:] Hərdənbir uşaqlardan biri qardaşımın papağını başından alıb yerə vuranda “mübarək, mübarək!” – deyə çığırırdıq. T.Ş.Simurq.\n2. Müqəddəs, əziz, hörmətli, layiqli. Mübarək üz. – Görürəm mən yuxumda hər axşam; O mübarək məkanı çox sevirəm. A.Səhhət.\n3. Uğurlu, xoş, yaxşı. Məmməd bəy falı açdı. Falda görülən şeirləri farsca hacıya oxudu: “Çox mübarək faldır”, – deyə hacıya müjdə verdi. M.S.Ordubadi.\n4. Bəzən istehza ilə bir adam və ya bir şey haqqında işlənir. Oğlan tərs-tərs Səttara baxdı: – Paho! Bu mübarək haradan çıxdı? Boyuna bax, yekə-yekə danışmağına bax! P.Makulu. ‣ Mübarək olsun! – bax. Allah mübarək eləsin! (“Allah”da). Eyvanın, otağın mübarək olsun; İmarəti al qumaşdı, Annax bəy! Aşıq Ələsgər. mübarəkbad is. [ər. mübarək və fars. ...bad]: mübarəkbad etmək (eləmək) – təbrik etmək, gözaydınlığı vermək, “mübarəkdir” demək. Elçilər mübarəkbad edib bu şad xəbəri Şahvələdə yetirdilər. “Aşıq Qərib”. [Məşədi İbad Həsənqulu bəy və başqalarına:] Qonaqlıqda məni mübarəkbad eləmədiniz? Ü.Hacıbəyov. mübarəkbadlıq is. Təbrik etmə, gözaydınlığı vermə; təbrik, gözaydınlığı. Pəri xanım və qarabaş, Əhmədin əynində nişan paltarını görəndə sevindiklərindən özlərini itirib, mübarəkbadlığı da yadlarından çıxartdılar. (Nağıl). Sizin toyunuzun mübarəkbadlığı da doğma övladımızın xeyir işi kimi bizə xoşdur. Mir Cəlal. • Mübarəkbadlıq etmək – təbrik etmək, gözaydınlığı vermək. Afərin səsi asimana bülənd oldu, hamı mübarəkbadlıq elədi. “Abbas və Gülgəz”. Hələ məclis açılmamış vəkillər bir-birilə görüşür, mübarəkbadlıq edir. M.İbrahimov. Mübarəkbadlıq vermək – bax. mübarəkbadlıq etmək. ..Hamısı bu gün dilbir olublar ki, mənə mübarəkbadlıq versinlər ki, bu gün mənim düdüyüm səs çıxardıb. C.Məmmədquluzadə. mübariz [ər.]\n1. is. Hər hansı bir (adətən qabaqcıl, mütərəqqi, ədalətli, doğru) iş və s. uğrunda mübarizə aparan, çalışan adam. Sülh mübarizləri. // Sif. mənasında. [Ömər Lütfi:] Sizin kimi mübariz arqadaşlarımız da var. H.Nəzərli. // Döyüşçü, vuruşan. [Bəhram:] Mən də vuruşanlarla, qalib gələnlərlə bir sırada mübariz bir əsgər kimi irəliləyəcəyəm. Ə.Vəliyev.\n2. is. köhn. Oyunda, yarışda rəqib. Gəldi, mübariz tələb etdi genə; Söylədi ki, kimdi bərabər mənə? S.Ə.Şirvani. Fəxrəddin isə topu havada əlində saxlamaqla mübariz gözləyirdi. M.S.Ordubadi. [Qaraca qız] rəqs etməyi olduqca sevirdi, odur ki, məclisə mübariz istəyən pəhləvan kimi atıldı. S.S.Axundov.\n3. sif. Mübarizəyə çağıran, mübarizə ruhlu. Mübariz çağırış. – Dostların arasında, İtaliya torpağında; Səsləndi ən mübariz nəğmələr dodağında. S.Rüstəm. mübarizə is. [ər.]\n1. Bir-birinə zidd ictimai qrupların, əqidələrin, mənafelərin və s.-nin üstünlük, hakim mövqe tutmaq uğrunda bir-biri ilə fəal toqquşması. Dilsiz, sağır göylərə dirək oldu haqq səsi; Başlandı bu ölkənin meydan mübarizəsi. B.Vahabzadə. // Hər hansı məqsədə çatmaq üçün çalışma; cəhd, təşəbbüs. İllik plan uğrunda mübarizə. Qənaət uğrunda mübarizə. – Maarif sahəsində mübarizə, əsasən, tədris ocaqlarına münasibətdə meydana çıxırdı. A.Şaiq. Haqq yolunda mübarizə şüarıyla çıxdım yola; Ərəb qızı, bu əzmində sənə min-min uğur ola! N.Rəfibəyli. // Bir şeyi aradan qaldırmaq, ona qalib gəlmək üçün çalışma, fəaliyyət göstərmə. Ziyanvericilərlə mübarizə. – [Xasay] əynindəki nimdaş şal pencəyini çıxarıb alovla mübarizəyə başladı. Ə.Vəliyev. [Aydın:] Mən gəlmişəm, qızdırma ilə mübarizə aparam. H.Seyidbəyli.\n2. Vuruşma, dava, döyüş. Böyük bir cəbhədə ölüm-dirim mübarizəsi getdikcə qızışır. M.İbrahimov. Vətən müharibəsi .. mərd oğullarını düşmənlə mübarizə meydanına atdı. S.Vəliyev. // Əlbəyaxa vuruşma.\n3. məc. Bir-birinə zidd duyğuların, meyillərin, arzuların toqquşması, bunlardan hansı birinə üstünlük verməkdə daxilən göstərilən səy. Öz-özü ilə mübarizə. – [Zərnigar xanım] qəlbinin ən ucqar bir guşəsində gizlənib cücərməyə çalışan bu duyğudan qorxsa da, onun qol-qanad açıb güclənə biləcəyi ehtimalından dəhşətə gəlsə də, özü ilə mübarizə aparmağı bacarmırdı. İ.Şıxlı.\n4. İdman yarışı; yarışma. İnadlı mübarizədən sonra neft Bakısının komandası birinci yeri tutdu. (Qəzetlərdən).\n5. dan. Söyüşmə, dava-dalaş, vuruşma. Bir azdan sonra kişi bu yazığın üstünə ikinci bir arvad alardı. İki gününün arasında böyük mübarizə başlanardı. H.Sarabski. mübarizəçi bax. mübariz 1-ci mənada. mübarizəli sif. Mübarizə ilə başa gələn, mübarizə ilə keçən, mübarizə ilə dolu. Mübarizəli iş. Mübarizəli ömür. – İnsan var ki; Ömrü qaynar, mübarizəli. R.Rza. mübarizəsiz sif. Mübarizə ilə olmayan, sülh və asayişlə davam edən, keçən; dinc. Mübarizəsiz həyat. Mübarizəsiz qələbə qazanmaq. mübarizlik is. Mübariz olma, müəyyən fikir və məqsəd uğrunda mübarizə aparma; döyüşkənlik. // Dotələblik. mübaşir I. is. [ər.] İranda: kəndi idarə etmək üçün mülkədarın təyin etdiyi adam. Musa kişi mübaşir Məmmədin yoğun səsini tanıdı. M.İbrahimov. Ərbab mübaşiri ilə arası dəyəndən sonra onun təsərrüfatı dağılıb maldövləti əlindən çıxmışdı. P.Makulu. // köhn. Məmur. Sağ olsunlar qiraətxananın mübaşirləri, bir [fənd] qurdular ki, heç cinin də ağılına gəlməz. “Mol. Nəsr.”.\n\nII. : mübaşir olmaq – məşğul olmaq, girişmək. [Molla İbrahimxəlil:] Məndə hanı o qədər vaxt və fürsət ki, hər bir cüzviyyata özüm mübaşir olam. M.F.Axundzadə. ..İki əhməq qonşu bir-birini qırmaqda ikən kazaklar da bir tərəfdən şəhəri yandırmağa mübaşir olmuşlar. C.Məmmədquluzadə. mübəlliğ sif. [ər.] Təbliğ edən, təbliğatçı. “Cəhənnəm məktubları”, “Mozalan bəyin səyahətnaməsi”, “Marallarım” kimi əsərlərində [Ə.Haqverdiyev] cəhalət, nadanlıq və köhnə etiqadlara istehza edir, xalqın ruhunu, zehnini zəhərləyən mübəlliğləri kəskin tənqid atəşinə tuturdu. K.Məmmədov. mübhəm sif. [ər.] Qeyri-müəyyən, gizli, qaranlıq, naməlum, üstüörtülü, anlaşılmaz, hər cür yozula bilən, hər cür başa düşülə bilən. Mübhəm söz. – Vəsl qədrin bilmədim hicran bəlasın çəkmədən; Zülməti-hicr etdi çox mübhəm işi rövşən mana. Füzuli. [Şeyx Sədra:] İki mübhəm sözün nə qiyməti var?! Böylə sərsəm əqidədən nə çıxar? H.Cavid. İçəridəki lal və mübhəm sükutu müxtəlif saatların çıxardığı zəif və ahəngdar çıqqıltı səsləri pozurdu. A.Şaiq. mübtəda is. [ər.] qram. Cümlənin kimin və ya nəyin haqqında danışıldığını bildirən baş üzvü. Mübtəda kim? və nə? suallarına cavab verir. mübtədalı sif. qram. Mübtədası olan. Mübtədalı cümlə. mübtədasız sif. qram. Mübtədası olmayan. Mübtədasız cümlə. mübtəla sif. [ər.]\n1. Aludə, düçar, giriftar, tutulmuş. Kimə kim, dərdimi izhar qıldım, istəyib dərman; Özümdən həm betər bir dərdə onu mübtəla gördüm. Füzuli. [Fərman:] Aya, görəsən, o da mənim kimi dərdə mübtəladır, ya salamatdır? Ə.Haqverdiyev. • Mübtəla etmək (eləmək) – düçar etmək, giriftar etmək. Tökür sirişk əvəzində gözüm üzə al-qan; Olubdu çünki könül zarü mübtəlası gülün. X.Natəvan. [Əbdül:] Allah heç kəsi qumara mübtəla eləməsin. Ə.Haqverdiyev. Mübtəla olmaq – düçar olmaq, giriftar olmaq, tutulmaq. Əziz balalar! Biz anadan təvəllüd tapıb da bu mərtəbəyə yeriş etməkdə böyük zəhmətlərə, ağır məşəqqətlərə mübtəla olduq! N.Nərimanov. [Qurbanqulu:] Sən də, mən də, ikimiz də bir dərdə, bir qəmə mübtəla olmuşuq. T.Ş.Simurq. Mübtəla qılmaq – bax. mübtəla etmək (eləmək). Az eyləmə inayətini əhli-dərddən; Yəni ki çox bəlalərə qıl mübtəla məni. Füzuli. Səbəb nə oldu məni hicrə mübtəla qıldın? X.Natəvan.\n2. Bir şeyin həddindən artıq aludəsi, düşkünü, azarkeşi. Oğul da deyirdi: – Mən xəstəyəm, tiryəkiyəm, tərk edə bilməyirəm, mübtəlayəm. S.Hüseyn. Əkbər elm adamı, kitab mübtəlası da deyildi. Mir Cəlal. mübtəlalıq is. Bir şeyə həddindən artıq aludəlik, mübtəla olma, düçar olma, giriftarlıq. mübhəmlik is. Gizli olma, qeyri-müəyyənlik, naməlumluq, anlaşılmazlıq. ..Şahın da, Həkimülmülkün də hərəkətlərində bir mübhəmlik, bir sirr vardı. M.İbrahimov. mücavir sif. [ər.] köhn. Daim ibadətxana və ya türbə yanında yaşayıb vaxtını ibadətdə keçirən adam. Mücavir onları başına toplayıb Pirhəsənin kəramətindən uzun-uzadı söyləyir. A.Şaiq. [Rauf:] Əşrəf bəy bu məzarın daimi mücavirlərindəndir. H.Cavid. // Məscid, türbə xidmətçisi. Məscid mücaviri yüyürüb xanın ölmək xəbərini arvadına vermək istədi. Çəmənzəminli. mücavirlik is. köhn. Mücavirin işi, peşəsi. O, çayçılığı buraxıb, gedib həmin qəbirdə mücavirlik edir. Ə.Haqverdiyev. mücadilə is. [ər.] Dava-dalaş, bir-biri ilə atışma, tutuşma, davalaşma; qovğa, dava. Hücrədə mollalar mübahisə edirlərmiş, nə cür olursa, bunların mübahisələri mücadiləyə çevrilmiş.. “Mol. Nəsr.”. // Mübarizə. mücahid is. [ər.]\n1. tar. İranda: azadlıq hərəkatında iştirak edən adama verilən ad; fədai, üsyançı. Səttar xanın mücahidləri. – [Bağır xan:] Mücahidlər, igidlik və imtahan vaxtıdır. M.S.Ordubadi. Qorxu bilməz mücahidlər, bağrında yapa; Atıldılar vuruşlara vətən eşqilə. S.Rüstəm.\n2. məc. Bir məslək yolunda fədakarcasına çalışan, mübarizə edən adam; fədakar. Bəli, təbiət həmişə Aslan kimi yüksək ruhlu, pak və saf ürəkli mücahidlər yetirir. C.Cabbarlı. [H.Ərəblinski] elə zənn edirdi ki, bunun ətrafına toplaşanlar artist deyil, avamlıqla, irtica ilə mübarizə aparan mücahidlərdir. S.Rəhman.\n3. Din yolunda müharibə edən, cihad edən. mücərrəd is. [ər.] Konkret varlıqla əlaqəsi olmayan, ancaq xəyalda təsəvvür edilə bilən, nəzəriyyəyə əsaslanan; abstrakt (konkret əksi). Mücərrəd anlayış. Mücərrəd təfəkkür. // Gündəlik həyatdan uzaq, konkret olmayan, həyatla bağlı olmayan. [Bir başqası:] Əzizim, bu mücərrəd söhbətləri buraxınız. Çəmənzəminli. mücərrədləşdirilmə “Mücərrədləşdirilmək”dən f.is. mücərrədləşdirilmək bax. abstraktlaşdırılmaq. mücərrədləşdirmə “Mücərrədləşdirmək”dən f.is. mücərrədləşdirmək bax. abstraktlaşdırmaq. mücərrədləşmə “Mücərrədləşmək”dən f.is. mücərrədləşmək f. Bir şeyin əsas, ən mühüm əlamətlərini müəyyən edib ortaya çıxartmaq üçün fikrən onun bu və ya başqa cəhətlərindən, xassələrindən və ya əlaqələrindən sərf-nəzər etmək, onları nəzərə almamaq. mücərrədlik is. Mücərrəd şeyin hal və xassəsi (konkretlik əksi). mücəssəm sif. və is. [ər.] Təcəssüm etmiş, sanki cisim halına girmiş, cisimlənmiş, canlanmış; konkret maddi bir şəkil almış. Ey mücəssəm duyğu, ey ülvi bəşər; Ey çamırlıq içrə düşmüş saf zər! A.Səhhət. Mücəssəm bir xəyalət, ya həqiqətsənmi sən, cana! M.Hadi. Pristavın alovlu, nifrətlə dolu gözləri, dəmir yumruqları onun nəzərində mücəssəm oldu. H.Nəzərli. mücəssəmə is. [ər.]\n1. Hər hansı bir təbiət hadisə və ya qüvvəsinin canlı bir cisim şəklində təsviri.\n2. Hər hansı bir keyfiyyəti, xüsusiyyəti təcəssüm etdirən adam, şey haqqında. O, gözəllik mücəssəməsidir. – [Bəhram:] Sən insan deyilsən, bir hüsni-mücəssəmə, bir mələkixoşətvar(san). C.Cabbarlı. // Surət, obraz; heykəl. // Timsal, təmsil. Vaxtilə yalqızlıq və kədər mücəssəməsi olan Hamlet də öz sevgili aktyor dostlarını belə səmimi qarşılamışdı. M.Hüseyn. Gənclər həmişə yüksək və təmiz xəyalların, düzlük və sədaqətin mücəssəməsidir. M.İbrahimov. mücrim is. [ər.] köhn. Günahkar, müqəssir, təqsirli, müttəhim. mücrü is. Balaca sandıqça. Taxçaya düzülübdü bir neçə boğça, köhnə papaq və bir-iki mücrü. C.Məmmədquluzadə. Bir gün Həsənin əli dinc qalmayıb mücrünün dibinə girdi. B.Talıblı. müctəhid is. [ər.] Dini qanunları və ehkamları təfsir və şərh etmək səlahiyyətinə malik baş ruhani. Müctəhidin fitvası. – [Hacı Kamyab:] Hacı Mirzə Əhməd ağa müctəhidin qayınatası olmaq böyük şərafətdir. Ə.Haqverdiyev. Şərqin müctəhidi ilə Qərbin diplomatı bu gecə hər məsələdən danışdılar. Qantəmir. müctəhidlik is. Müctəhidin işi, vəzifəsi. müdafiə is. [ər.]\n1. Özünü və ya başqasını hücumdan qoruma, hücuma qarşı durma. Müdafiə üçün lazımi qədər qüvvəmiz var. Müdafiə vəziyyətində olmaq.\n2. Birinin əleyhinə deyilən sözlərə cavab verməklə onun tərəfini saxlama, ona tərəf çıxma. Sədrin müdafiəsindən ruhlanan Lal Hüseyn daha da həyasızlaşdı. M.İbrahimov.\n3. Düşməni dəf etmək üçün lazımi vasitələrin məcmusu. Ölkənin müdafiəsini qüvvətləndirmək. // Düşmən hücumundan qorunmaq üçün tikintilər, qurğular sistemi, qorunma vasitələri (istehkam, səngər və s.). Düşmənin müdafiəsini yarmaq.\n4. Tənqidə, etiraza qarşı dayanma, öz fikrinin üstündə durma, ondan dönməmə.\n5. Elmi mübahisə və müzakirələrdə müəyyən nöqteyi-nəzəri, fikri isbat etmə, isbat etməyə çalışma. Dissertasiya müdafiəsi.\n6. hüq. Məhkəmə prosesində müdafiə edən tərəf (ittiham qarşılığı). Müdafiənin etirazı.\n7. idm. Futbol, xokkey və b. oyunlarda komandanın, meydanın müəyyən sahəsini qoruyan, müdafiə edən hissəsi. müdafiəçi is.\n1. Müdafiə edən, qoruyan, qoruyucu. Sülh müdafiəçiləri. – Müdafiəçilər pulemyotu işə saldılar. Mir Cəlal.\n2. hüq. Vəkil, advokat. Sonra müdafiəçilər danışdılar. S.Hüseyn.\n3. idm. Futbol, xokkey və b. oyunlarda müdafiədə oynayan adam. müdafiəsiz sif. və zərf Müdafiəsi olmayan, müdafiə edilməyən. Müdafiəsiz şəhər. – İndi ananın yarıçılpaq bədəni şaxta qarşısında müdafiəsiz qalmışdır. Ə.Məmmədxanlı. müdaxilə is. [ər.]\n1. Başqasının işinə, münasibətinə qarışma, ümumiyyətlə, bir işə qarışma, onda iştirak etmə, onun gedişinə təsir etmə. Başqalarının bu işə müdaxiləsinə ehtiyac yoxdur. Onun müdaxiləsi vəziyyəti daha da pisləşdirdi. • Müdaxilə etmək – başqasının işinə qarışmaq, araya girmək. [Məsmə:] [Kor Seyid] mənim işlərimə müdaxilə etməyə başladı. S.Hüseyn. [Uşaqlar] nə isə anlayır, lakin böyüklərin dərdinə müdaxilə etməyə cəsarət etmirdilər. Ə.Məmmədxanlı. // Bir şeyin qarşısını almaq, onu dayandırmaq üçün göstərilən fəaliyyət, hərəkət. Cərrahi müdaxilə. Operativ müdaxilə.\n2. Bir dövlətin zorla başqa bir dövlətin daxili işlərinə qarışması. Hərbi müdaxilə. İqtisadi müdaxilə. müdaxiləçi is. Zorla başqa bir dövlətin daxili işlərinə qarışan (dövlət və s.). Budur, .. xaricdən gələn müdaxiləçilər darmadağın edilmişlər. S.Rəhimov. müdaxiləçilik is. Başqasının işinə qarışma, müdaxilə etmə. Müdaxiləçilik siyasəti. müdam zərf [ər.] Daim, həmişə, müttəsil, aramsız, fasiləsiz, fasilə vermədən. Ay bimürvət, məgər daşdır cigərin! Müdam sızıldaram, heç usanmazsan! M.P.Vaqif. Beş ildir alovlar, odlar içində; Bir görüş eşqiylə yanmışam müdam. Z.Xəlil. müdavim is. [ər.] Bəzi məktəblərdə: tələbə, şagird. Kurs müdavimi. Hərbi məktəb müdavimi. – Dərs dediyim müdavimlər həyat görmüş, mübarizə və döyüşlərdə iştirak etmiş, bərkimiş işçilərdi. S.Rəhimov. müdara is. [fars.] köhn. Kin və ədavətini gizlədib zahirdə dostluq göstərmə; üzə gülmə, yollaşma. İş islah və müdaradan keçdi. M.F.Axundzadə. • Müdara etmək – istəmədiyi adamla birtəhər keçinmək, ürəyində olan kin və küdurəti gizlədib üzdə dostluq göstərmək, yola vermək. Yaşırıb saxlardım eldən daği-hicranın, əgər; Etmək olsaydı müdara dideyi-giryan ilə. Füzuli. Nə müşküldür ki, asan olmaya tədric ilə, Zakir; Müdara etmək olsaydı əgər müddət fəraq ilə. Q.Zakir. Müdara ilə – 1) xoşluqla, zahirən dostluq göstərərək. [Molla Xəlil] işi sülhlə, müdara ilə həll etmək istəmişdi. S.Hüseyn; 2) qənaətlə, birtəhər. Müdara ilə dolanmaq. müdaraçı sif. Müdara edən, özünü zahirdə dost göstərən, üzə gülən. Bir müdaraçı hərifdir o, inan; Yardım olmaz bizə hər alçaqdan. H.Cavid. müddəa is. [ər.]\n1. Bir şeyə əsaslanaraq irəli sürülən fikir, iddia, tezis. Dialektik materializmin müddəaları. Nəzəri müddəa.\n2. köhn. Arzu, istək, məqsəd, niyyət, fikir. Əgər can almaq isə müddəası; Fədası hasil olsun, tək rizası. Əmani. Nə çıxsın yoxdan, ey dil, bir usan, bu müddəadan keç. S.Ə.Şirvani.\n3. bax. müddəi 1-ci mənada. müddəi is. [ər.] köhn.\n1. hüq. İddia edən, tələb edən, tələbkar, iddiaçı. // Prokuror. Müddəinin tələbi. – Cəmilə [azərbaycanca] və rusca olaraq bir müddəi kimi danışıb deyirdi: – Biz gərək xalq malına öz malımız kimi baxaq!.. S.Hüseyn. Sanki müddəilərdən sonra hakim danışacaq, bu vaxta qədər söylənmiş ittihamlara dair öz ədalətli hökmünü bildirəcəkdi. M.Hüseyn.\n2. klas. Düşmən, rəqib, bədxah. Gər sənə əfğanimi bihudə dersə müddəi; Ol sözə tutma qulaq, mən çəkdiyim əfğanə tut! Füzuli. [Əvvəlinci:] Bu hökmranların hamısı biri-birilə müddəidir. Ə.Haqverdiyev. • Müddəi çıxmaq – ədavətə başlamaq, düşmənçilik etmək. [Səkinə xanım:] Bu bihəya qardaşımın arvadı mənə müddəi çıxıb pulun yetişməyini təxirə saldı. M.F.Axundzadə. Müddəi olmaq – düşmən olmaq; ədavət etmək. İki axund ad və şöhrət üstə həmişə bir-birilə müddəi olarlar. C.Məmmədquluzadə. müddəiyi-ümumi is. [ər.] köhn. Prokuror. Silistçi, müddəiyi-ümumi və doktor nəşlər olan otağa girib, nəşləri müayinə etdikdən sonra protokol yazıldı. E.Sultanov. Əvvəl müddəiyi-ümumi danışdı. S.Hüseyn. müddət is. [ər.]\n1. Bir işin, hadisənin başlanması ilə qurtarması arasındakı, yaxud bir şey üçün müəyyən edilmiş vaxt, zaman. Təhsil müddəti. – [Qadın:] Molla, məni günaha batırdın, siğənin müddəti çoxdan tamam olmuşdur. Çəmənzəminli. [Rəhim:] Parovozun adi təmirinə 96 saat tələb olunduğu halda, biz təmir müddətini 24 saata endirdik. Ə.Sadıq. // Ümumiyyətlə, vaxt, zaman. • (Bir) az müddət – az zaman, az vaxt. Az müddət içərisində dil öyrəndi. – [Dərviş] .. bərk köksünü ötürüb bir az müddətdən sonra məndən sordu. A.Divanbəyoğlu. [Göyərçin:] Böyük bir saray az müddətdə tikilib başa gələ bilər. Z.Xəlil. Bir müddət – bir neçə vaxt, bir zaman, bir qədər. Bir müddət gözləmək. – Bir müddət işlədikdən sonra bəy [Nəbinin] haqqını kəsir. “Qaçaq Nəbi”. Teymur bir müddət dalanın ağzında dayanıb nə edəcəyini bilmədi. H.Seyidbəyli. (Bir) neçə müddət – bax. bir müddət. Bir övrət bir kişi ilə neçə müddət yaşayandan sonra bunların övladı olur. C.Məmmədquluzadə. Beləliklə, İskəndər bəy dağlarda neçə müddət padşahlıq elədi. Ə.Haqverdiyev. Bu müddət(də) – bu dövr(də), bu vaxt(da).\n2. Mövsüm. Ov müddəti. Əkin müddəti. müddətli sif. Müəyyən müddət üçün nəzərdə tutulmuş; vaxtlı. müdəbbir is. [ər.] Tədbirli, uzaqgörən. müdərris is. [ər.] köhn. Müəllim, dərs verən adam. Mədrəsə içrə müdərris verdiyi min dərsdən; Yey durur meyxanədə bir cam vermək bir gözəl. Füzuli. Bizlərdə şəyirdə tema verib yazı yazdırmaq adəti rus müdərrislərindən götürülüb. C.Məmmədquluzadə. Müdərrislərimiz ondakı .. məharətə qibtə edərlərdi. İ.Əfəndiyev. müdərrislik is. köhn. Müəllimlik. Müdərrislik etmək. – On-on iki il bundan irəli Məşədi [Molla Həsən] İrəvanda başına yeddi-səkkiz müsəlman uşağı yığıb müdərrislik elərdi. C.Məmmədquluzadə. müdhiş sif. [ər.] Dəhşətli, dəhşət doğuran, vahiməli, dəhşətamiz, qorxunc. Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən. A.Səhhət. [Şeyda:] İnan ki, əfv etmək intiqam almaqdan daha müdhişdir. H.Cavid. İndi məndə Xədicəyə qarşı müdhiş bir kin vardı. S.Hüseyn. müdhişlik is. Dəhşətlilik, vahiməlilik, qorxuncluq. müdir is. [ər.] Bir idarəni, müəssisəni idarə edən adam, idarə başçısı; direktor. Klub müdiri. – Qeyz ilə durmuş ortalıqda müdir; İmtahan yazısın edir təqdir. A.Səhhət. Sabahı gün Mirzə naçalnikdən izin alıb məktəb müdirinin yanına getdi. Ə.Haqverdiyev. Nərgiz özü isə kənd kitabxanasının müdiri olduğundan işə bir saatdan sonra gedəcəkdi. M.Hüseyn. // Bir idarənin, müəssisənin və s. müəyyən sahəsinə, hissəsinə rəhbərlik edən adam. Təsərrüfat hissə müdiri. Şöbə müdiri. müdirə is. [ər.] Qadın müdir. ..Reyhan xanım qızı ilə bərabər müdirənin otağına daxil oldu. T.Ş.Simurq. [Gilan qızı:] Küçə qapısı ağzında oturub müdirəmizin əri ilə danışırdınız. S.Hüseyn. Bağça müdirəsi dil-ağız etdi. M.İbrahimov. müdiriyyət is. [ər.] Bir idarənin, müəssisənin, məktəbin başda müdir olmaq üzrə rəhbərlik edən yüksək orqanı; direksiya. Müdiriyyətə müraciət etmək. – Nəhayət, nə müəllimlər, nə sinif rəhbəri, nə də müdiriyyət [Varisin] başıpozğunluğunun qarşısını ala bilmədiklərindən məktəbdən qovuldu. A.Şaiq. [Vəzirbəyli] çox cəhətdən müdiriyyətin işini bəyənmirdi. Mir Cəlal. müdirlik is. Müdir vəzifəsi. Müdirlikdən çıxarılmaq. – [Uğurlu:] Mən öz müdirlik yerimi Əmiraslan babaya verirəm. S.Rəhimov. // bax. müdiriyyət. müdrik sif. [ər.]\n1. Dərin dərrakəli, çox ağıllı, çox dərin düşünən; aqil, dünyagörmüş; anlayan, dərk edən, kamala yetmiş, yetişmiş. Müdrik adam. Müdrik filosof. – [Məryəm:] Diribaş, müdrik, həmişə şad qız indi qeyritəbii bir halda ciddiləşmişdi, vaxtsız qocalmışdı. Çəmənzəminli.\n2. Dərinmənalı, hikmətli, dərinfikirli, ağıllı. Müdrik məsəllər. Müdrik söz. – Qəhrəman dəryazçı ilə görüşüb aralandı və xalq hikmətinin müdrik mənasını təqdir etdi. S.Rəhimov. müdrikcəsinə sif. və zərf Müdrik kimi, ağıllıcasına. Müdrikcəsinə söyləmək. Müdrikcəsinə məsləhət. müdriklik is.\n1. Böyük ağıl və dərrakə sahibi olma; aqillik. [Zeynəb] diribaşlığı və müdrikliyi ilə ata-anasının heyrətinə səbəb olardı. Çəmənzəminli.\n2. Dərinmənalılıq, hikmətlilik. Sözün müdrikliyi. müəllif is. [ər.] Ədəbi, bədii, elmi və başqa əsər yazan və ya tərtib edən adam. Kitabın müəllifi. M.F.Axundzadə bir neçə komediyanın müəllifidir. – C.Cabbarlının ilk pyeslərindən olan “Nəsrəddin şah” da gənc müəllifin maraqlı əsərlərindəndir. M.Arif. “Azərbaycan” qəzeti .. yeni-yeni müəlliflərin məqalə və çıxışlarını dərc edir. M.İbrahimov. // Layihə, ixtira yaradan adam. [Bəhlul:] Mənə elə gəldi ki, bütün qurğuların müəllifi Nicatdır. B.Bayramov. müəlliflik is. Bir əsərin müəyyən müəllifə aid olması. Müəlliflik şəhadətnaməsi. Müəlliflik hüququ. müəllim is. [ər.]\n1. Məktəbdə hər hansı bir fəndən dərs deyən adam. Azərbaycan dili müəllimi. Tarix müəllimi. • Müəllimlər otağı – məktəbdə müəllimlər üçün ayrılmış otaq. Tənəffüs zəngi vurulan kimi Tərlan sinifdən çıxdı, o biri yoldaşlarından əvvəl müəllimlər otağına gəldi. M.Hüseyn. Qoca arvad oğlunun qolundan yapışaraq qorxa-qorxa müəllimlər otağına daxil oldu. S.Rəhman. // Nəsihət verən, öyüd verən, öyrədən, ağıl verən.\n2. Hörmət üçün adlara qoşularaq deyilir.\n3. Hər hansı sahədə nüfuz sahibi olan, başqalarına təsir edən, nümunə ola bilən adam; ustad. Nizami Füzulinin müəllimidir. müəllimə is. [ər.] Qadın müəllim. Sonanın ibtida müəlliməsi nəhayətdə də ağıllı və pedaqoji elminə qabil bir arvad idi. N.Nərimanov. Atasını görməmişdi körpə Əmirxan; Anasısa bir ağsaçlı müəlliməydi. S.Vurğun. müəllimlik is. Müəllim vəzifəsi, müəllim sənəti, işi. Müəllimlik etmək. Müəllimliyi bacarmaq. – Çoxları sair qulluqdan müəllimliyə keçməyə meyil və rəğbət göstərərlər. F.Köçərli. Əjdər .. öz doğma kəndlərinə müəllimliyə getmişdi. Ə.Məmmədxanlı. müəmma is. [ər.]\n1. Mənası gizli, çətin anlaşılan, üstüörtülü, qaranlıq söz, məsələ, şəkil və s. Bu sözlər Məcidin ürəyinə yağ kimi yayılırdı və onu çətin bir müəmmanın həllindən azad edirdi. B.Talıblı. [Hidayət] üçün heç bir müəmma, açılmaz düyün qalmamışdı. B.Bayramov. // məc. Anlaşılmaz sirr, həlli çətin məsələ, şey. Bu lap müəmmadır ki...\n2. ədəb. Hərf və rəqəmlərlə ifadə olunan klassik şeir formalarından biri; mənzum tapmaca. Füzulinin müəmmaları. – Sirri-dəhəniyarı, könül, axtar, özün tap; Söz yox ki, açıb şəxsə müəmmanı deməzlər. S.Ə.Şirvani. müəmmalı sif. Müəmması olan, aydın olmayan, üstüörtülü, başa düşülməyən, naməlum, sirli, anlaşılmaz, qaranlıq. Müəmmalı söz. Müəmmalı (z.) danışmaq. Müəmmalı iş. – Qüdrət Lalənin başqa, daha ciddi və müəmmalı bir səbəbdən bu cür tutqunlaşdığını duymamış deyildi. M.Hüseyn. ..Abdulla bu qıza müəmmalı bir meyil salmağa başlamışdı. B.Bayramov. müəmmasız sif. Müəmması olmayan; aydın, açıq, aşkar. Müəmmasız (z.) danışmaq. müənnəs is. [ər.] Ərəb qrammatikasında: qadın cinsi. müəssir sif. [ər.] Təsir edən, təsirli, dərin təsir bağışlayan. müəssis is. [ər.] Təsis edən, əsasını qoyan, düzəldən, yaradan. [Səttarxan:] Seyid Abdulla birinci məşrutəçi, bəlkə də məşrutənin müəssislərindən biridir. P.Makulu. ‣ Müəssislər məclisi – bax. məclisimüəssisan. müəssisə is. [ər.]\n1. İstehsalat və ya ticarət-təsərrüfat vahidi, yaxud bir neçə belə vahidin birləşməsi. Sənaye müəssisəsi (zavod, fabrik). Ticarət müəssisəsi.\n2. Hər hansı fəaliyyət sahəsinə baxan təşkilat; idarə. Dövlət müəssisəsi. Elmi müəssisə. – Zeynal müəssisələrin birində orta bir vəzifə daşıyırdı. S.Hüseyn. müəttər sif. [ər.] köhn. Ətirli, ətirlənmiş. müəyyən sif. [ər.]\n1. Qəti olaraq təyin edilmiş, müəyyənləşdirilmiş. Müəyyən saatda görüşmək. Müəyyən adam. // Müvafiq, lazımi. Firidun müəyyən yerlərə zəng etdi. Mir Cəlal. Yarım saatdan sonra təzədən milis şöbəsindən gəlib müəyyən yoxlamalar aparmağa başladılar. H.Seyidbəyli. • Müəyyən etmək – bax. müəyyənləşdirmək. Nərminə də ona görə susmuşdu ki, sözü haradan başlamağı müəyyən edə bilmirdi. B.Bayramov. Müəyyən olunmaq – qabaqcadan təyin olunmaq; müəyyənləşdirilmək. Xacə Mübarəkə əmr olundu ki, cümləsini haman saat Qəzvinin altıncı küçəsinin başında müəyyən olunan bir evə piyadə yetirsin... M.F.Axundzadə.\n2. Dürüst, aydın, dəqiq, qəti. Fikirsiz və müəyyən plansız bir halda küçə ilə getdim. Çəmənzəminli. Rənada da Cahangir haqqında müəyyən bir nöqteyi-nəzər vardır. S.Rəhman. // Konkretləşdirilmiş, konkret. Hər kəsin vəzifəsi müəyyəndir.\n3. Bir hissə, bir qədər. Kitabın müəyyən hissəsi. müəyyənedici sif. Aydınlaşdıran, müəyyən edən, təyin edən, konkretləşdirici, dəqiqləşdirici. Müəyyənedici səbəb. müəyyənləşdirilmə “Müəyyənləşdirilmək”dən f.is. müəyyənləşdirilmək məch. Müəyyən olunmaq, aydınlaşdırılmaq, qəti şəklə salınmaq, konkretləşdirilmək, dəqiqləşdirilmək. müəyyənləşdirmə “Müəyyənləşdirmək”dən f.is. müəyyənləşdirmək f. Müəyyən etmək, təyin etmək, aydınlaşdırmaq, qəti şəklə salmaq, konkretləşdirmək, dəqiqləşdirmək. Vaxtı müəyyənləşdirmək. Kitabları müəyyənləşdirmək. – Xoşqədəm çay süzürdü. Mən isə əlavələrin yerini müəyyənləşdirirdim. Ə.Vəliyev. [Xanmuradov:] Hər kəsi tanımaq, hər kəsin kollektivdəki yerini müəyyənləşdirmək lazımdır. Ə.Sadıq. müəyyənləşmə “Müəyyənləşmək”dən f.is. müəyyənləşmək f. Müəyyən olmaq, dürüstləşmək, dəqiqləşmək, aydınlaşmaq, qəti şəkil almaq, konkretləşmək. Payızdır, lakin əsil payız havası müəyyənləşməmişdir. Mir Cəlal. müəyyənlik is. Müəyyən olma; aydınlıq, qətilik. İşin müəyyənliyi. müəzzəm sif. [ər.]\n1. tənt. Əzəmətli, böyük, cəsamətli, möhtəşəm. Müəzzəm heykəl. Müəzzəm saray. – İnqilab .. müəzzəm bir bina üçün zəmin hazırlarkən yeni quruluşu anlamayan, ona uya bilməyən Məhəmməd bəy kədər içində boğulub məhv olurdu. Çəmənzəminli.\n2. klas. Çox hörmətli, ehtiramlı, alicənab, şan və şövkət sahibi. Müəzzəm şəxs. – Dövran oları müəzzəm etdi; Hər dövr birin mükərrəm etdi. Füzuli. müəzzin is. [ər.] Azançı. Badamlı qəsəbəsinin müəzzini çox həzin səs ilə oxuyurdu. C.Məmmədquluzadə. Müəzzinin səsinin hər pərdəsi Həsənin sevdiyi sənətindən bir xatirat idi. B.Talıblı. müəzzinlik is. Azançılıq. müfəssəl sif. və zərf [ər.] Ətraflı, təfsilatlı, geniş (müxtəsər ziddi). Müfəssəl məktub. Müfəssəl danışmaq. – [Ələsgər:] Əhvalatın hamısını mən yaxşı bilirəm. Tamam müfəssəl mənə nağıl ediblər. Ə.Haqverdiyev. [Müəllim:] Siz yuxarı sinifdə tarix dərslərində onun haqqında müfəssəl məlumat alacaqsınız. Ə.Məmmədxanlı. müfəssəllik is. Müfəssəl olma; ətraflılıq, təfsilatlılıq, hərtərəflilik, genişlik. Məlumatın müfəssəlliyi. müfəttiş is. [ər.] Təftiş aparan vəzifəli şəxs; təftişçi. Maliyyə müfəttişi. Avtomobil müfəttişi. – [Oğlan:] Bilirəm, siz də müfəttişin tərəfini tutacaqsınız! – dedi. A.Şaiq. müfəttişlik is.\n1. Müfəttişin vəzifəsi, işi. Deyirlər, müfəttişlik xoşuna gəlmir. Mir Cəlal.\n2. Yoxlama, nəzarət işi aparan idarə. Müfəttişliyə getmək. Müfəttişlikdə işə girmək. – Avtomobil müfəttişliyi hərəkətə gəldi. H.Seyidbəyli. müflis sif. [ər.]\n1. İflasa uğramış, iflas etmiş, sınıq çıxmış (bax. iflas 1-ci mənada). • Müflis olmaq – bax. müflisləşmək 1-ci mənada. [Dilara:] Cavanşir bəy müflis olmuş Qarabağ bəylərindən birinin oğlu idi. Ə.Məmmədxanlı.\n2. Var-yoxu əlindən çıxmış, yoxsullaşmış, kasıb düşmüş. Zarafat deyil, qırx ildə əziyyət çəkib yığdığın dövlət bir gündə əldən gedə, qalasan müflis. N.Vəzirov. • Müflis olmaq – bax. müflisləşmək 2-ci mənada. Bədxərclikdən müflis oldu. müflisləşdirmə “Müflisləşdirmək”dən f.is. müflisləşdirmək f. Var-yoxunu əlindən çıxartmaq, müflis olmağına səbəb olmaq, iflasa uğratmaq. müflisləşmə “Müflisləşmək”dən f.is. müflisləşmək f.\n1. İflasa uğramaq, iflas etmək.\n2. Var-dövlətini itirmək, var-dövləti əlindən çıxmaq, müflis olmaq. müflislik is. Müflis olma, var-yoxu, pulu, malı əlindən çıxma, iflasa uğrama. müfrəd is. [ər.] Qrammatikada: “tək”in köhnə adı (cəm qarşılığı). müfsid sif. [ər.] köhn. Araqarışdıran, fəsad törədən, fitnəkar. Bir növ ilə öz fikrinizi soxduz arayə; Ta çatdı xəbər bir para müfsid üləmayə... M.Ə.Sabir. müftə sif. [fars.] Pulsuz, havayı, əvəzinə heç bir şey verilməyən; məccani. Müftə sirkə baldan şirindir. (Ata. sözü). [Heydər bəy:] Məyər Təbrizdə müftə mal tökülübdür, gedib yığışdırıb gətirək gələk? M.F.Axundzadə. // Zərf mənasında. Bəzi yerlərdə təsadüf olunur aşa, ətə; Müftə görcək tuturam kəndimi bozbaşa, ətə. M.Ə.Sabir. [Məşədi İbad bəylərə:] Kişinin hamamında iki saatdır ki, müftə çimibsiniz, hələ bir durub cəncəl də salırsınız? Ü.Hacıbəyov. müftə-müftə zərf Boş-boş, havayı-havayı, nahaq yerə. Müftə-müftə “Nicat”, “Məktəb” demək ilə Fatıya tuman olmaz. C.Məmmədquluzadə. müftəcə zərf və sif.\n1. Müftə olaraq, havayı, pulsuz-parasız, məccani. Müftəcə işləmək. – [Pristav qorodovoylara:] Müftəcə məvacib alıb, il uzunu bircə qəpikliksə də iş görmək istəmirsiniz. Çəmənzəminli.\n2. məc. Boş yerə, əbəs yerə, boş-boşuna. Boşla, xala, cəfəngini; Müftəcə yorma əngini. Ə.Nəzmi. müftəxor is. [fars.] Özü zəhmət çəkməyib başqalarının hesabına yaşayan adam; tüfeyli, parazit. [Fərhad:] Özgənin zəhməti ilə çörək yeyənlərə müftəxor deyirlər. Ə.Haqverdiyev. // Sif. mənasında. [Cəlaləddin:] Kənar edin hökumət başında oturan müftəxor vəzirləri, çağırın millət nümayəndələrini. C.Cabbarlı. müftəxorluq is. Özü işləməyib başqalarının hesabına yaşama; tüfeylilik, parazitlik. [Laçın bəy:] Cəminin hərəkətləri olub yalan, büxl, şivə, müftəxorluq. N.Vəzirov. müfti is. [ər.]\n1. Sünnilərin dini işlərinə rəhbərlik edən baş ruhani. Müftinin hörmətin tutub mənzur; Ora göndərdilər böyük bir zat. Ə.Qəmküsar. [İkinci qulam:] Gəlmək istər hüzurə bir müfti. H.Cavid.\n2. Hüquq məsələlərində hökm vermək ixtiyarı olan yüksək rütbəli müsəlman ruhanisi. müftilik is. Müfti vəzifəsi. ..Orenburq müftiliyinə senator .. təyin olunur və Orenburq müftisi cənab Sultanov jandarm qulluğuna keçir. C.Məmmədquluzadə. müğayir sif. [ər.] Uyğun olmayan, düz gəlməyən, müvafiq olmayan; zidd, əks, müxalif. [Rza bəy Məşədi İbada:] O cür şey məsləkimə müğayirdir. Ü.Hacıbəyov. ..Uşaqları özləri ilə bir otaqda yatırmaq tərbiyəyə müğayir bir hərəkət olardı. S.Hüseyn. müğənni is. [ər.] Oxuyan, xanəndə. Müğənni yeni mahnı oxudu. Müğənnini alqışlamaq. – Bir nəğmə çalın ki, heyrətdə qalsın; Bütün dövrlərin müğənniləri. M.Müşfiq. Əlindən iş gəlməyən; Söz ilə basıb-kəsən quru bəyə bənzərik; Oxuduğu sözlərin mənasını bilməyən; Müğənniyə bənzərik. B.Vahabzadə. Get, a nazəndə müğənni, apar öz tarını da; Gedib artıq şüurum, şur ilə şahnazım yox. Şəhriyar. // Sif. mənasında. Müğənni qız. müğənnilik is. Müğənni sənəti, xanəndəlik. mühacir is. [ər.]\n1. Siyasi, iqtisadi və ya dini səbəb üzündən vətənini tərk edib başqa ölkəyə köçən və orada yaşayan adam. Siyasi mühacir.\n2. Yeni yerə, yeni torpaqlara köçən və ya köçürülən adam. Vətənçin burnunun ucu göynəyən; Adamlar görmüşəm nə qədər desən; Bu vətən nisgilli mühacirlərin; Acı taleyinə acımışam mən.. B.Vahabzadə. mühacirət is. [ər.]\n1. Siyasi, iqtisadi və ya dini səbəbdən məcburi və ya könüllü olaraq öz vətənini tərk edib başqa ölkəyə köçmə. • Mühacirət etmək – öz vətənini tərk edərək başqa ölkəyə köçmək. Doktor hələ çar zamanı Rusiyadan Təbrizə və oradan da Tehrana mühacirət etmiş azadfikirli bir həkim idi. M.İbrahimov.\n2. Mühacirət nəticəsində xaricdə yaşama. Paralar isə elə boldur ki, onunla bütün mühacirətdə olan yoldaşları təmin edə bilərik. M.S.Ordubadi.\n3. top. Mühacirlər. mühacirlik bax. mühacirət 1 və 2-ci mənalarda. mühafiz is. [ər.] Mühafizə edən, qoruyan; mühafizəçi, keşikçi. [Ələmdar] bir küncə çəkilib özünü başqa rəislərin mühafizləri arasına saldı. S.Rəhimov. [Yusif:] Məhsəti xanımı mühafizlər dövrəyə alıblar. M.Hüseyn. mühafizə is. [ər.] Hücumdan, təhlükədən, zərbədən, qəsddən və s.-dən qoruma, saxlama. [Qadın] sol əlini başının qarşısına tutmaqla özünü üzərinə enməkdə olan ağacdan mühafizəyə çalışırdı. S.Hüseyn. ..Mərcan nənə nə fikirləşdisə də uşağı bombadan mühafizə yerinə apardı. Mir Cəlal. • Mühafizə etmək (eləmək) – hücumdan, zərbədən və s. təhlükədən qorumaq, saxlamaq. Vətəni düşmənlərdən mühafizə eləməyə bu tayfanın qabiliyyəti yoxdur. C.Məmmədquluzadə. // Pis, zərərli və ya istənilməyən bir şeyin təsirindən qoruma (qorunma). Xəstəlikdən mühafizə tədbirləri. • Mühafizə etmək – 1) pis təsirdən qorumaq, zərərli şeydən hifz etmək. Bir millət digər millətə üstünlük etmənin qabağını saxlamaq üçündür. Elə isə biz nə üçün öz millətimizi ataq, öz millətimizi mühafizə etmək uğrunda öhdəmizə düşən vəzifəni ifa etməkdə qüsurluq göstərək? A.Səhhət; 2) xarab olmaqdan, sınmaqdan, dağılmaqdan qorumaq, saxlamaq. Mexanik maşını mühafizə etmək fikrinə düşmüşdü. H.Nəzərli. mühafizəçi is.\n1. Qoruyan, mühafizə edən, qoruyucu.\n2. Keşik çəkən; keşikçi, qoruqçu. ..Hücrənin ətrafında yüz nəfərə qədər sivil paltarında mühafizəçilər gəzirdi. M.S.Ordubadi. mühafizəedici sif. Mühafizə edən, qoruyan; qoruyucu. Mühafizəedici qurğu. mühafizəkar is. [ər. mühafizə və fars. ...kar]\n1. Vaxtı keçmiş, köhnə qaydaları, adət və ənənələri sevən, onlara riayət edən adam, köhnəlik tərəfdarı; köhnəpərəst. [Yaşlı kişi:] [Tacir] dinçi və mühafizəkar idi, “sübhanallah” zikri dilindən düşməzdi. S.Hüseyn. Atası bir az mühafizəkar və pulpərəstdir. Ə.Vəliyev. // Sif. mənasında. Mühafizəkar qoca. – Şərəfzadə mühafizəkar .. bir adamdır. S.Hüseyn.\n2. Mühafizəkar siyasi partiyanın üzvü. [Osmanlıda] hürriyyətpərəstlər ilə mühafizəkarlar arasında bəzi ictimai fəsadlar vüquə gəlməkdədir. F.Köçərli. mühafizəkarlıq is. Köhnəlik tərəfdarı olma; köhnəpərəstlik. [Hidayət Sənubərə:] Bu qədər mühafizəkarlıq, etinasızlıq olmaz! B.Bayramov. mühafizət [ər.] köhn. bax. mühafizə. ..Nə qədər ki millət, dil və vətən yolunda fəda olmağa biz qadirik, .. dilimizi və vətənimizi mühafizət edə biləcəyik. C.Məmmədquluzadə. mühakimə is. [ər.]\n1. Bir şey haqqında fikir, mülahizə, nöqteyi-nəzər. Camaat, şükür Allaha, öz fikriniz, mühakiməniz var. C.Məmmədquluzadə. • Mühakimə yürütmək – müəyyən fikir yeritmək, fikir söyləmək, mülahizə yürütmək. [Surxay] öz dostuna qarşı ittihamkar mühakimələr yürüdürdü. İ.Əfəndiyev.\n2. hüq. Məhkəmədə işə baxma. Mühakimənin gedişi. – Eyni zamanda iki otaqda mühakimə gedirdi. Mir Cəlal. • Mühakimə etmək (eləmək) – məhkəmədə işinə baxmaq. [Muxtar Firəngizə:] Bağışlanmaz bir canini mühakimə edərkən belə təqsirnaməsini ondan gizlətmirlər. B.Bayramov. Mühakimə olunmaq – məhkəmədə işinə baxılmaq. Cani mühakimə olundu. – Qanun üzrə mühakimə olundu; Fərman çıxdı, asılsın, hökm oxundu. A.Səhhət. Hümmətgilin bu gün kənddə mühakimə olunacağı xəbəri bircə saatın ərzində bütün el-obaya yayıldı. B.Bayramov. müharibə is. [ər.] Dövlətlər arasında mütəşəkkil silahlı mübarizə; hərb, dava. Birinci dünya müharibəsi. Müharibə vəziyyətində olmaq. – Atabəy məmləkətləri müharibə ərəfəsində idi. M.S.Ordubadi. Qanlı müharibələrin şahidi olan İçərişəhər hər yandan qalın barı və bürclərlə əhatə edilmişdi. A.Şaiq. ‣ Vətəndaş müharibəsi – bax. vətəndaş. Soyuq müharibə – bax. soyuq. mühasib is. [ər.] bax. buxalter. Mühasib əlindəki haqq-hesabı başa çatdırmağa çalışırdı. S.Rəhimov. Mən on iki il baş mühasib olmuşam. İ.Əfəndiyev. mühasibat is. [ər. “mühasib” söz. cəmi] bax. buxalteriya. Mühasibatı yoxlayaq. // Mühasiblik. Sonra Qələndərovu şəhər mühasibat kurslarına göndərdilər. Mir Cəlal. mühasiblik bax. buxalterlik 2-ci mənada. Mühasiblik kursu. mühasirə is. [ər.] Hər tərəfdən əhatə olunma, araya alınma; dövrələmə. Düşmənin mühasirəsini yarmaq. Mühasirədən çıxmaq. • Mühasirə etmək – hər tərəfdən əhatə etmək, dövrələmək, araya alıb başqaları ilə əlaqəsini kəsmək. Hadisədən yarım saat keçmədən Atabəy sarayını Azərbaycan qoşunları mühasirə etdi. M.S.Ordubadi. Düşmənlər duyuq düşüb aldılar üstümüzü; Etdilər mühasirə dörd yandan kəndimizi. S.Rüstəm. Mühasirəyə almaq – bax. mühasirə etmək. Düşmən qoşununu mühasirəyə almaq. – [Tərlan:] Bilmirəm haradasa almanlar bizim üç alayı mühasirəyə alıb top atəşinə tutmuşdular. H.Seyidbəyli. mühazirə is. [ər.] Ali məktəbdə hər hansı bir fənnin professor və ya müəllim tərəfindən şifahi şərhi; leksiya. Mühazirəyə qulaq asmaq. Azərbaycan ədəbiyyatı tarixindən mühazirə. // Hər hansı bir mövzuya dair açıq leksiya. [Musanın nəvəsi] klublardakı ədəbi mühazirələrin heç birini nəzərdən qaçırmaz. Qantəmir. [Aydın:] Mədəniyyət sarayında mühazirə oxunacaq. Z.Xəlil. mühazirəçi is. Mühazirə oxuyan adam; lektor. Mühazirəçiyə sual vermək. mühəqqəq sif. [ər.] köhn. Təhqiq olunmuş, doğruluğu və gerçəkliyi məlum olmuş: doğru, gerçək, həqiqi, yəqin, səhih. Bu nəzəriyyə arvadlar məclislərində çox danışıldıqdan sonra mühəqqəq bir surət aldı. Ə.Haqverdiyev. [Şəmsiyyə Səlim bəyə:] Ağam məni sizə sata bilər, bəli, mühəqqəqdir, – o məni sata da bilər, zorla da izdivaca məcbur edə bilər. M.İbrahimov. // Şübhəsiz. mühəndis is. [ər.] Texnikanın hər hansı sahəsində ali təhsil almış mütəxəssis. Neft mühəndisi. Hərbi mühəndis. Mühəndis-mexanik. Mühəndis-energetik. mühəndislik is.\n1. Mühəndis sənəti, ixtisası. [Haqverdizadənin] hər bir yoldaşı özünə ixtisas seçən zaman, o da yol mühəndisliyini bəyənmişdi. S.Rəhimov.\n2. Mühəndis sənəti ilə bağlı olan. Mühəndislik fakültəsi. – Fərhaddan kağız gəldi ki, mühəndislik diplomunu almışdır, mayın 12-də gəlir. C.Cabbarlı. mühərrik [ər.] Hər hansı enerjini mexaniki enerjiyə çevirən maşın, bir şeyi hərəkətə gətirən maşın, motor. Buxar mühərriki. Daxili yanacaq mühərriki. mühərrir is. [ər.]\n1. Jurnalist. [Şərif:] Müxbir olsun, mühərrir olsun, şeir yaza bilməsin! C.Cabbarlı. “Əkinçi”nin mühərrirləri mövhumat və cəhalət əleyhinə mübarizəni çox düşünülmüş və ağıllı şəkildə aparırdılar. M.İbrahimov. // Müəllif, yazan. Dəftərin bir neçə səhifəsi cırılmış olduğundan mühərririn adını, təəssüf ki, bəlli edə bilmədim. T.Ş.Simurq.\n2. Redaktor. Doğrudur, mühərrir belə yazını çap etməyəcəkdir. S.Vəliyev. mühərrirlik is. Mühərririn işi, peşəsi; jurnalistlik, jurnalistika. Mühərrirlik sənəti Azərbaycanda Həsənbəy Zərdabi ilə başlanır. mühəvvəl [ər.]: mühəvvəl eləmək (etmək) – üzərinə qoymaq, tapşırmaq. İşi mühəvvəl etmək. mühəyya sif. [ər.] Mövcud olan, hazır olan; mövcud, hazır. Böyük şəhərdə .. dünyanın hər bir neməti, yeməli və içməli qəbilindən .. həməvaxt şəhər əhli üçün mühəyyadır. C.Məmmədquluzadə. • Mühəyya etmək (qılmaq) – hazır etmək, hazırlamaq. [Rəiyyət] bizə .. lazım olan mayehtacı mühəyya qıldıqları kimi biz də əvəzində borcluyuq ki, bunlara .. qulluq edək. F.Köçərli. [Pəri:] Anam .. lazımi şeylərin hamısını mühəyya edib, toy bu günlərdə başlanasıdır. C.Cabbarlı. Mühəyya olmaq – hazır olmaq, hazırlanmaq. [Turxan bəy Marala:] Canın nə istərsə, qəlbindən nə keçirsə, bir an içində mühəyya olur, mələkim! H.Cavid. Mühəyya olunmaq – hazır edilmək, hazırlanmaq. [Nəçərnik] dilcavabı hökm eləmişdi ki, .. məktəbdən ötrü səmtli dam mühəyya olunsun. C.Məmmədquluzadə. mühib sif. [ər.] köhn.\n1. Qorxunc, qorxulu, təhlükəli. Nəinki uşaqlar ondan [Haqq Mövcuddan] qorxurdular, hətta böyük adamlar da onun mühib qiyafəsindən çəkinirdilər. Ə.Haqverdiyev. Təpəsi sanki parlayan almaz; Uca, tərpənməyən, mühib Qafqaz. A.Səhhət.\n2. Görünüşcə yekə, iri. mühit is. [ər.]\n1. Hər hansı boşluğu dolduran və müəyyən xassələrə malik olan maddə, cisimlər. Hava mühiti.\n2. İçərisində hər hansı bir orqanizmin fəaliyyəti cərəyan edən təbii və ya ictimai şəraitin məcmusu. Coğrafi mühit.\n3. məc. İnsanın yaşadığı ictimai məişət şəraiti, habelə bu şərait ümumiliyi ilə bağlı olan adamlar. [Qoca Baxşı:] Sən illər boyu mühitimizi boğub üzən çürük fikirlərdən, acı dillərdən qorxursan. C.Cabbarlı. İnanırdım ki, Sarıköynək Bakı mühitinə tez alışar. S.Hüseyn. mühüm sif. [ər.]\n1. Vacib, lazımlı. Mühüm iş. – Həsəni yenə fikir götürdü: yataq pulunun tədarükü mühüm bir məsələ olaraq qarşısında durdu. Çəmənzəminli. İki saat əvvəl başlanmış bu iclasda çox mühüm məsələlər müzakirə olunmuş(du). Ə.Vəliyev.\n2. Xüsusi əhəmiyyəti olan, xüsusi diqqət verilməli olan; əhəmiyyətli. Mühüm sənəd. Mühüm məsələ. Mühüm kəşf. – Biz də bu gecə mühüm bir hadisənin zəminəsini qoymalıyıq. M.S.Ordubadi. Sabahkı vuruşma qəti və mühümdür. H.Nəzərli. mühümlük is. Xüsusi əhəmiyyəti olma; lazımlıq, vaciblik. Məsələnin mühümlüyü. Məlumatın mühümlüyü. müxabirə is. [ər.] köhn. Xəbərləşmə, yazışma. müxalif I. is. [ər.] Zidd, əks, qarşı, əleyhinə olan. [Mehriban] bu qəbahəti əxlaqa müxalif bildiyi üçün Səlimə yaxın düşməkdən qorxur. S.Hüseyn. // Düşmən, əleyhdar, rəqib. Müxaliflərimizin həmlələrini dəf etmək və ya onlara həmləvər olmaq üçün sədaqət və doğruluqdan başqa bir silahımız yoxdur. M.İbrahimov. • Müxalif olmaq – zidd olmaq, əleyhinə olmaq, əksinə olmaq.\n\nII. is. [ər.] mus. Klassik Azərbaycan muğamlarından birinin adı. Müxalif təsnifi. Müxalif oxumaq. müxalifət is. [ər.]\n1. Zidd olma, əks olma, əksinə getmə, müqavimət göstərmə, qarşı durma. • Müxalifət etmək – əks olmaq, ziddinə getmək, qarşı durmaq, müqavimət göstərmək. Çünki Fərəc xan Bağır xanın əmisi oğlu və damadıdır, heç bir əmrdə onun rəyinə müxalifət etməz. M.F.Axundzadə. Ancaq mən də [Eldarın] söhbəti dəyişmək arzusuna müxalifət etmək istəmədim. M.Rzaquluzadə.\n2. Hər hansı bir cəmiyyət, təşkilat və s. daxilində öz fikrini, siyasətini əksəriyyətin fikrinə, siyasətinə qarşı qoyan dəstə, qrup. Müxalifət təşkil etmək. Müxalifətin sualına cavab vermək. Müxalifətin təklifini səsə qoymaq. müxalifətçi is. və sif.\n1. Müxalifət edən, qarşı duran, zidd çıxan, əks gedən. Mövhumat, mərsiyə və mədhiyyə ədəbiyyatına qarşı düzələn müxalifətçi qrupların fikrini nəşr edən şairlər öz şeirlərində mühiti tənqid etməyə başlayırlar. M.S.Ordubadi.\n2. Müxalifətdə olan adam, qrup, partiya və s. (bax. müxalifət 2-ci mənada). Müxalifətçilərin mübarizəsi. müxalifətçilik is. Hər hansı fikrə, siyasətə əks getmə, zidd olma, qarşı durma. müxatəb is. [ər.] Söz söylənilən şəxs, sözlə müraciət olunan adam; dinləyən. Müxatəbinin sözünü yarımçıq qoymaq, münasibətli-münasibətsiz danışmaq bunun köhnə adətidir. Qantəmir. Xəlil acıqlananda həmişə müxatəbinin üzünə yox, yerə baxardı. M.Hüseyn. müxatib is. [ər.] Birinə sözlə müraciət edən, söz söyləyən şəxs; söyləyən. Cuma arxası üstə uzandığı halda əlləri başının altında dönüb müxatibinə baxmadan saymazyana dedi.. Ə.Əbülhəsən. Qorxmaz müxatibinin üzünə baxanda Saleh başladı.. Ə.Vəliyev. müxbir [ər.]\n1. is. Yerlərdən xəbər yığıb göndərən qəzet, jurnal, radio, televiziya və başqa məlumat orqanı işçisi. Hərbi müxbir. Xüsusi müxbir. – Oxuculardan təvəqqə edirəm ki, müxbirimiz Mozalanbəyin Ordubad və Əylis barəsində yazdığı sözlərə bir qədər əhəmiyyət versinlər. C.Məmmədquluzadə. [Şərif:] Müxbir olsun, mühərrir olsun, şeir yaza bilməsin! C.Cabbarlı.\n2. sif. köhn. Xəbəri olan, xəbərdar, baxəbər. [Cahangir bəy:] Əhvalatdan müxbirəm, ərizələr sabah hazır olar. N.Vəzirov. [Mehrəli bəy:] Görünür, əhvalatdan müxbir deyilsiniz. S.S.Axundov. • Müxbir etmək köhn. – hadisəni demək, bildirmək, haqqında məlumat vermək, xəbərdar etmək. Çox danışıqdan sonra [Usta Ağabala] arvadını işdən müxbir etdi. Çəmənzəminli. Müxbir olmaq köhn. – xəbərdar olmaq. Əhli-şəhər Hacı Xəlilin vəfatından müxbir olub cəm oldular onun evinə. Ə.Haqverdiyev. [Rəşid:] Dərhal Qurbanqulu əhvalatdan müxbir olub, ərizəni şəhərə aparıb vəkillərə verməyi öhdəsinə götürdü. T.Ş.Simurq. müxbirlik is.\n1. Müxbirin işi, vəzifəsi. Müxbirlik həvəsi məni rahat qoymadı. B.Bayramov.\n2. Xəbərdarlıq, məlumatı olma, xəbərdar olma. müxəlləfat is. [ər. “müxəlləf” söz. cəmi] Ev şeyləri, ev avadanlığı. [Oğlanın atasından qalma] .. mis qab-qacaqları və ev müxəlləfatı var imiş. S.Hüseyn. müxəmməs is. [ər.] ədəb. Hər biri beş misradan ibarət klassik şeir forması; beşlik. Vaqifin “Görmədim” rədifli müxəmməsi. – Gəl danışma müxəmməsdən, qəzəldən; Şerihəqiqətdən, mədhi-gözəldən. M.V.Vidadi. Nə qədər söyləsəm sənin şanına; Yaraşar müxəmməs, qəzəl, sevdigim! M.P.Vaqif. müxənnəs sif. və is. [ər.] Alçaq, namərd, qorxaq. İgid ölər, adı qalar, müxənnəsin nəyi qalar? (Ata. sözü). Müxənnəsdir qorxan bir qaşıq qandan. Q.Zakir. Ələsgər, mətləbin tanrıdan istə; Kərəm olmaz müxənnəsdən, xəsisdən. Aşıq Ələsgər. müxənnəslik is. Alçaqlıq, namərdlik, qorxaqlıq. müxənnət [ər. “müxənnəs”dən] bax. müxənnəs. Mərd igidlər müxənnətdən seçilsin; Qarı düşmən dərələrə tökülsün. “Koroğlu”. müxtəlif sif. [ər.] Bir cür olmayan, cürbəcür, növbənöv, növ-növ, dürlü-dürlü. Müxtəlif rənglər. Müxtəlif şeylər. – Müxtəlif səslər bir-birinə qarışır. S.Rəhimov. // Başqabaşqa, ayrı-ayrı, bir-birinə uymayan, bir-biri ilə düz gəlməyən. Müxtəlif xasiyyətlər. Müxtəlif rəylər. Müxtəlif fikirlər. müxtəlifcinsli sif. Bir cinsdən olmayan, cinsləri müxtəlif olan, başqa-başqa cinslərdən törəmiş. Müxtəlifcinsli heyvanlar. Müxtəlifcinsli metallar. müxtəliflik is. Bir cür, bir çeşiddə olmama; başqa-başqalıq, cürbəcürlük. Adamların görkəmində qəribə bir müxtəliflik vardı. B.Bayramov. müxtəlifmənalı sif. Mənaları müxtəlif olan, cürbəcür məna ifadə edən. Müxtəlifmənalı sözlər. müxtəlifnövlü sif. Müxtəlif növlərdən ibarət olan, cürbəcür olan. müxtəlifölçülü sif. Ölçüsü müxtəlif olan, cürbəcür ölçüdə olan. Müxtəlifölçülü borular. müxtəlifrəngli sif. Rəngi müxtəlif olan, cürbəcür rəngdə olan; rəngbərəng. Müxtəlifrəngli çit. Müxtəlifrəngli kart kağızı. müxtəlifsəsli sif. Səsləri müxtəlif olan, müxtəlif səslər ifadə edən. Müxtəlifsəsli samitlər. müxtəliftərəfli bax. müxtəlifyanlı. müxtəlifyanlı sif. riyaz. Müxtəlif yanları olan; müxtəliftərəfli. Müxtəlifyanlı üçbucaq. müxtəs sif. [ər.] köhn. Yalnız bir adama və ya bir şeyə mənsub olan. müxtəsər sif. [ər.]\n1. Təfsilatsız, yığcam, qısa (müfəssəl ziddi). Müxtəsər məlumat. Müxtəsər məktub. // Zərf mənasında. Bir açıq kağız alıb kəndimizə, Molla Cəfər rəfiqimizə müxtəsər yazdım. C.Məmmədquluzadə. Cavad öz döyüşçülərini ətrafına toplayaraq müxtəsər bir söhbət apardı. Ə.Vəliyev. • Müxtəsər etmək (eləmək) – uzatmamaq, qısaltmaq, qısa eləmək, tez qurtarmaq. Tulani şikayətlər edərdin bizə, Seyyid; Bəs ol şahi görcək nə üçün müxtəsər etdin? S.Ə.Şirvani. [Molla Kazım:] Müxtəsər elə, görürsən xalq məəttəldir. Ə.Haqverdiyev. [Əhməd:] Bəli, əhvalat uzundur. Mən müxtəsər edirəm. T.Ş.Simurq.\n2. Ucuz, aşağı (qiymət haqqında). [Kənizləri] qul alanlar çox müxtəsər qiymətə alırlar. M.S.Ordubadi.\n3. dan. Təntənəsiz, kiçik, balaca. Müxtəsər toy. Müxtəsər yığıncaq.\n4. Ara söz məqamında – xülasə, sözün qısası. Müxtəsər, qarı ayağa durdu. (Nağıl). Nə bir namə, nə bir qasid; Heç biri, müxtəsər, gəlməz. Q.Zakir. Müxtəsər, biz hər ikimiz Danabaş kəndinin sakiniyik. C.Məmmədquluzadə. • Müxtəsəri-kəlam köhn. – sözün qısası, xülasə, müxtəsər. Müxtəsəri-kəlam, padşah əhvalatı danışanda əyyar bildi ki, dədəsi budu. (Nağıl). Müxtəsəri-kəlam, bir belə ziyadə rəhmli padşahın təhti-əmrində zadəganlıq etmək nəhayət dərəcədə məlaləfza göründü. M.F.Axundzadə. ‣ Müxtəsər cümlə qram. – mübtəda və xəbərdən ibarət cümlə. müxtəsərcə zərf Müxtəsər surətdə, yığcam halda; qısaca. Müxtəsərcə məlumat vermək. Vəziyyətlə müxtəsərcə tanış etmək. – Rüstəm bəy müxtəsərcə olaraq babilik və bəhailik barəsində Əliyə məlumat verdi. Çəmənzəminli. // Sif. mənasında. Müxtəsərcə məktub. Müxtəsərcə cavab. müxtəsərən zərf [ər.] Qısaca, yığcam, qısa şəkildə, qısaldılmış halda. müxtəsəri bax. müxtəsər 4-cü mənada. Müxtəsəri, qoyurmusan mən də bu məktəbə gedim? Ə.Nəzmi. [Şofer:] Müxtəsəri, canımı dişimə tutub, birtəhər özümü qayığa saldım. M.Rzaquluzadə. müxtəsərləşdirmə “Müxtəsərləşdirmək”dən f.is. müxtəsərləşdirmək f. Müxtəsər etmək, azaltmaq, ixtisar etmək, yığcamlaşdırmaq, qısaltmaq. müxtəsərlik is. Müxtəsər şeyin halı; yığcamlıq, qısalıq. Cavabın müxtəsərliyi. müjdə [fars.] bax. muştuluq. Məni ol mahliqa yadına salmaz, bilirəm; Gündə bir müjdə ilə aldadır əğyar məni. S.Ə.Şirvani. [Zeynəb:] Ayıl, Leylim, ayıl, sənə müjdə gətirmişəm. Ə.Məmmədxanlı. müjdəçi bax. muştuluqçu. Hər kəşfiyyatçı usta bilir ki, yerin təbəqələrinə ilk yolu o açır, ölkəyə veriləcək milyonlarla ton neftin ilk müjdəçisi olur. Ə.Sadıq. müjdələmə “Müjdələmək”dən f.is. müjdələmək bax. muştuluqlamaq. Cütçü tez gəlib padşahı müjdələdi. “Nağıl”. Dönə-dönə yoxlayaraq öz qərarını; Müjdələdi qız ustanı günün birində. Ə.Cəmil. müjgan is. [fars. “müjə” söz. cəmi] klas. Kirpiklər. Qəmzə xəncərindən, müjgan oxundan; Cigər parə-parə, dil şanələnmiş. M.V.Vidadi. Yağıdır müjganın, cadudur gözün; Cəllad kimi qəmzən qəsd edir, ay qız! M.P.Vaqif. mükafat is. [ər.]\n1. Birinin hər hansı bir sahədəki xidmətlərini, müvəffəqiyyətini qeyd etmək üçün ona verilən pul və ya başqa qiymətli bəxşiş. Ümumdünya sülh mükafatı. Respublika mükafatı laureatı. // İstehsalat normalarını artıqlamasilə yerinə yetirmək, maya dəyərini aşağı salmaq və s. müqabilində işçiyə əmək haqqından əlavə verilən pul. [Bəhlul:] Fabrikdə mükafat almayan az qalırdı. B.Bayramov. Yoldaş Calalov, bu ay düz beş yüz yetmiş altı manat mükafat almışam. H.Seyidbəyli.\n2. Bir xidmət və ya yaxşılığa qarşı edilən yaxşılıq; əvəz, qarşılıq. Eylərdi bu suz ilə münacat; Möhnətlərə istəyib mükafat. Füzuli. Sən mükafatını insanlığa xidmətdə ara; Əbədi zövqü, təsəllini həqiqətdə ara. A.Səhhət. Səba xanım durub Qətibənin əlinə baxırdı. O bu xidmətinə görə Qətibədən mükafat gözləyirdi. M.S.Ordubadi. mükafatlandırılma “Mükafatlandırılmaq”dan f.is. mükafatlandırılmaq məch. Mükafat verilmək, mükafatla təltif edilmək. İşçilər mükafatlandırıldılar. mükafatlandırma “Mükafatlandırmaq”dan f.is. mükafatlandırmaq f. Mükafat vermək, mükafatla təltif etmək. Xidmətlərinə görə mükafatlandırmaq. İkinci dərəcəli diplomla mükafatlandırmaq. mükafatlanma “Mükafatlanmaq”dan f.is. mükafatlanmaq f. Mükafat almaq, mükafatla təltif olunmaq. mükalimə is. [ər.] İki və ya bir neçə adam arasında gedən danışıq, söz; dialoq. [Dramaturq] dəqiq və canlı bir dillə, qısa mükalimələrlə danışmalıdır. C.Cabbarlı. // Ümumiyyətlə, söhbət, danışıq, müsahibə. Xudayar bəy gördü ki, ata ilə oğlun mükaliməsi çox uzun çəkəcək. C.Məmmədquluzadə. Bu mükalimə arasında Kəyan lap qulağının dibində bir neçə güllə partladığını eşitdi. Ə.Əbülhəsən. • Mükalimə etmək – söhbət etmək, danışmaq. [Molla Həmid:] Bu üç gündə bəniadəm ilə mülaqat və mükalimə etmək və bir tərəfə çıxmaq [mövlanaya] mümkün deyil. M.F.Axundzadə. mükəddər sif. [ər.] Kədərli, qəmli, qüssəli, məhzun, qəmgin. Bahar fəsli el şad olur sərasər; Hərgiz məndən özgə yoxdu mükəddər. Q.Zakir. ..Yalnız başıma oturub dalğın və mükəddər (z.) bir halda düşünürdüm. S.Hüseyn. • Mükəddər etmək – kədərləndirmək, qəmləndirmək, məyus etmək. Lütf eylə, məni mükəddər etmə! Füzuli. Əgər məndən sual etsən, bəradər; Olubdur xatirim qəmdən mükəddər. S.Ə.Şirvani. Mükəddər qılmaq köhn. – bax. mükəddər etmək. Ta o gündən məni-biyari mükəddər qıldın. S.Ə.Şirvani. mükəddərlik is. Kədərlilik, qəmginlik, pərişanlıq, məyusluq. [Şiraslanın] üzgözündən bir məsumluq, bir mükəddərlik yağırdı. S.Rəhimov. mükəlləfiyyət is. [ər.] Dövlət, yaxud cəmiyyət tərəfindən əhali üzərinə qoyulan vəzifə, borc. Hərbi mükəlləfiyyət. Əmək mükəlləfiyyəti. // Yerinə yetirilməsi məcburi olan borc; vəzifə. mükəlləfiyyətli sif. Mükəlləfiyyəti yerinə yetirməli olan; borclu, vəzifəli. Hərbi mükəlləfiyyətli. mükəmməl [ər.]\n1. sif. Heç bir qüsuru, kəsiri, nöqsanı olmayan; hər cəhəti dürüst olan; kəm-kəsirsiz, tam. Mükəmməl avadanlıq. Mükəmməl səhnə əsəri. Mükəmməl dərslik.\n2. zərf Hərtərəfli, tam şəkildə, dərindən, bütün, əla. Şərq fəlsəfəsini mükəmməl bilmək. – [Vaqif] təhsilini öz kəndlərində almışdı, azərbaycancanı və farscanı mükəmməl bilirdi.. Çəmənzəminli. Fizikanı yaxşı bildiyi üçün Məmməd çox asanlıqla, həm də tezcə bu bəhsi də mükəmməl öyrənib mənimsəyərdi. Ə.Əbülhəsən. mükəmməlləşdirilmə “Mükəmməlləşdirmək”dən f.is. Avadanlığın mükəmməlləşdirilməsi. mükəmməlləşdirilmək məch. Mükəmməl hala salınmaq, kəsir cəhətləri yox edilmək, daha da yaxşılaşdırılmaq. İş üsulları mükəmməlləşdirilmişdir. mükəmməlləşdirmə “Mükəmməlləşdirmək”dən f.is. mükəmməlləşdirmək f. Mükəmməl etmək, qüsursuz hala salmaq; nöqsanlarını, kəsir cəhətlərini yox etmək, daha da yaxşılaşdırmaq. Texnoloji prosesi mükəmməlləşdirmək. mükəmməlləşmə “Mükəmməlləşmək”dən f.is. mükəmməlləşmək f. Mükəmməl hala düşmək, qüsursuz olmaq, heç bir əyərəskiyi qalmamaq, daha da yaxşılaşmaq. İş üsulları gündən-günə mükəmməlləşir. – İndi toxucu dəzgahı da mükəmməlləşir, bununla da işin sürəti və qazanc artır. Ə.Əbülhəsən. mükəmməllik is. Mükəmməl şeyin hal və keyfiyyəti; kəsirsizlik, qüsursuzluq. Texnikanın mükəmməlliyi. Tədris prosesinin mükəmməlliyi. – Siniflərin geniş və təmizliyi, laboratoriya və kabinələrin mükəmməlliyi [səyyahların] heyrətinə səbəb oldu. Çəmənzəminli. mükərrər zərf və sif. [ər.] klas. Çox dəfə, dəfələrlə, təkrar-təkrar, təkrarən. Məqalından mükərrər tutilərtək şəkkər istərdim. M.P.Vaqif. [Nisə xanım:] ..Xan səni öldürməyə bəhanə axtarır və mən bilirəm ki, bu xüsusda vəzirlə mükərrər məşvərət edibdir. M.F.Axundzadə. Gördüm bu rübaini mükərrər. M.Ə.Sabir. müqabil is. [ər.]\n1. Qarşı, qarşı tərəf, üzümüzə baxan tərəf. Bizim müqabilimizdə bir irəvanlı əyləşmişdi. C.Məmmədquluzadə. Otağın üç qapısı var: biri sağdan, biri soldan və biri müqabildən. Ə.Haqverdiyev. ..Aktyorların avtomobili qadınlar dəstəsi müqabilində dayanmışdı. S.S.Axundov. // Sif. mənasında. Müqabil tərəf.\n2. Müqabilində şəklində – əvəzində, qarşılıq olaraq, qarşısında. Dünyada insan üçün ən böyük ləzzət yaxşı ad qoyub getməkdir ki, belə bir adı da ancaq yaxşı əməllərin müqabilində əldə etmək olar. M.F.Axundzadə. [Məşədi] gündən-günə qiymətdən düşən kağız pulun müqabilində gündən-günə qiymətə minən dupduru qızıl alırdı. S.Rəhimov. müqabilə is. [ər.]\n1. klas. bax. müqabil. • Müqabilə etmək köhn. – qarşı durmaq, müqavimət göstərmək, əleyhinə çıxmaq, mane olmaq. [Qızıl Arslan:] Biz, hər nə olursa olsun, bütün bu həyasızlıq və alçaqlıqlara qarşı həqiqətlə müqabilə edəcəyik. M.S.Ordubadi.\n2. din. Məsciddə hafizlərin əllərində Quran tutanlarla qarşılıqlı Quran oxumaları. [Ümumi ibadətdən] sonra gedənlər gedər, yerdə qalanlar müqabiləyə (Quran mütaliəsinə) oturardılar. H.Sarabski. müqavilə is. [ər.]\n1. Qarşılıqlı təəhhüdlər haqqında yazılı saziş; bağlaşma, müqavilənamə. Sülh müqaviləsi. Ticarət müqaviləsi. • Müqavilə bağlamaq – qarşılıqlı təəhhüdlər haqqında şərtnamə bağlamaq. Dostluq və qarşılıqlı yardım haqqında müqavilə bağlamaq.\n2. Əhdnamə, şərtnamə, sözləşmə. O, işə müdaxilə etdiyi zaman oğlunuzun gələcəyi haqqında sizinlə bağladığımız müqavilə də öz gücünü itirə bilər. M.S.Ordubadi. müqavilənamə is. [ər. müqavilə və fars. ...namə] bax. müqavilə. Müqavilənamə bağlamaq. Müqavilənamənin şərtləri. müqavimət is. [ər.]\n1. Zorakı hərəkətə, zorakılığa qarşı durma; hücuma, təzyiqə, təsirə qarşı güc göstərmə. • Müqavimət göstərmək – qüvvəyə qarşı dayanmaq, əks-təsir göstərmək, qarşı durmaq. [Polismeyster:] [Mədəndə işləyənlər] müqavimət göstərirlər, general həzrətləri! C.Cabbarlı. Əhali yerindən qalxaraq müqavimət göstərməyə başladı. P.Makulu. Müqaviməti sındırmaq (qırmaq) – qarşıya çıxan qüvvəni rəf etmək, kənar etmək, gücə üstün gəlmək. Düşmənin müqavimətini sındırmaq. – [Səlim] qarlı küləyin müqavimətini qıra-qıra qapını açdı, nazik paltarda, başıaçıq halda eyvana çıxdı. B.Bayramov.\n2. fiz. Cismin hər hansı dəyişikliyə, təsirə əks-təsir göstərmə xassəsi, qabiliyyəti. Elektrik müqaviməti (cismin elektrikkeçirmə dərəcəsi). müqavimətli sif. Qüvvəyə, hücuma, təzyiqə qarşı duran, möhkəm müqavimət göstərən. müqayisə is. [ər.] Oxşar və fərqli cəhətlərini, yaxud birinin o birisindən üstünlüyünü müəyyənləşdirmək üçün qarşılaşdırma, tutuşdurma. [Şərəfoğlu Rüstəmə:] Sən .. özün də bilirsən ki, bu müqayisə heç şeyə dəyməz. M.İbrahimov. Ustanın müqayisəsi də qəribə idi: qızılgül və ekskavator təknəsi. Ə.Sadıq. • Müqayisə etmək – oxşar və fərqli cəhətlərini, yaxud bir şeyin o biri şeydən üstünlüyünü müəyyən etmək üçün onları qarşılaşdırmaq, tutuşdurmaq. Gülşən anası ilə qonşularını, müqayisə etmək istədi. Ə.Vəliyev. ‣ Müqayisə dərəcəsi qram. – əşyanın əlamət və ya keyfiyyətinin az və ya çox olduğunu bildirən və sifəti başqa nitq hissələrindən fərqləndirən xüsusiyyət. müqayisəli sif. Müqayisəyə əsaslanan; müxtəlif hadisələri müqayisə etmək, tutuşdurmaq nəticəsində əldə edilən. Türk dillərinin müqayisəli öyrənilməsi. Müqayisəli dilçilik. Müqayisəli anatomiya. Müqayisəli üsul. // Müqayisə nəticəsində alınan, müqayisədə əldə edilən. Müqayisəli cədvəl. Müqayisəli rəqəmlər. müqayisəli-tarixi sif. Hadisələrin tarixi və müqayisəli öyrənilməsinə əsaslanan. Müqayisəli-tarixi üsul. Müqayisəli-tarixi dilçilik. müqayisəsiz sif. Misilsiz, misli-bərabəri olmayan. Müqayisəsiz gözəllik. – ..[Sonanın] kürəyində oynaşan xurmayı hörükləri müqayisəsiz idi. B.Bayramov. müqəddəm qoş. [ər.] köhn.\n1. Qabaq, əvvəl, irəli (vaxta görə). Üç ay ondan müqəddəm Qori darülmüəllimini bitirmişdim. C.Məmmədquluzadə.\n2. Vacib, daha, irəli, əhəmiyyətli, əfzəl. Bu iş o işdən müqəddəmdir. müqəddər sif. [ər.] köhn.\n1. Miqdarı müəyyən edilmiş, təyin edilmiş.\n2. Söz gəlişindən başa düşülən.\n3. İnsanın alnına yazılmış, alın yazısı. müqəddərat is. [ər.]\n1. Tale. Uşaqların müqəddəratı ilə əvvəlcədən məşğul olmaq. – [Fəxrəddin] Dilşadın müqəddəratı ilə tanış olacağına inanırdı. M.S.Ordubadi. [Zaman:] Bu gecə bizim müqəddəratımız həll edilir. C.Cabbarlı. Şeir – azadlığım, şeir – həyatım; Ömrüm, səadətim, müqəddəratım! Şəhriyar.\n2. Bir şeyin sonrakı taleyi, gələcəkdə yaşaması və inkişaf etməsi şəraiti, gələcəyi. İnqilabın müqəddəratı. Azərbaycan ədəbiyyatının müqəddəratı. – İndi məhsulun müqəddəratı əkini vaxtlı-vaxtında suvarmaqdan asılı idi. Ə.Sadıq. [Bağırxan:] Yalnız Təbriz əhalisinin deyil, bütün İran azadlığının müqəddəratı ancaq sabahkı müdafiəmizdən asılıdır. P.Makulu. müqəddəs sif. [ər.]\n1. din. Allaha aid olan, ilahi, ilahi qüvvəyə malik. Müqəddəs ruh. Müqəddəs su. // Dini sitayişlə əlaqədar yer və ya şeylərin adlarının daimi epiteti kimi işlədilir. Sözüm yoxdur. Xorasan bir müqəddəs yerdir. Ə.Haqverdiyev. [Adil:] Elə bilin ki, dünyada ən müqəddəs bir türbəni çirkaba atırdım. B.Bayramov.\n2. Pak, təmiz, eyib və nöqsanlardan biri. // Mənəvi cəhətdən təmiz, saf, ləkəsiz. Müqəddəs adam. – Mən müqəddəs ata-ana sözünə; Tapmadım bir əvəz olan kəlmə. A.Səhhət. Ana müqəddəsdir, ana doğmadır; Ən böyük məhəbbət yalnız ondadır. S.Vurğun. // İs. mənasında. Mömin, dindar. Bizim köhnəpərəstlərimiz və müqəddəslərimiz görürlər ki, biz hər bir qüvvəmizi məhz məktəb açmağa sərf eləyirik. C.Məmmədquluzadə.\n3. məc. Çox əziz, sevimli. De görək şimdi müqəddəs vətənin; Hansı bir müşkülü asan oldu? M.Ə.Sabir. Hər bir vətəndaş Vətənin müqəddəs hüdudlarını göz bəbəyi kimi qoruyur. M.Rzaquluzadə.\n4. məc. Nəcib, ülvi, ulu, yüksək, təmiz, pak. Müqəddəs hiss. – Bir müqəddəs məhəbbət ilə müdam; Vətəni, xanimanı çox sevirəm. A.Səhhət. Gah çəkic vurdu əlim, gah da qələm tutdu əlim; Coşdu könlümdə müqəddəs əməlim. S.Rüstəm. // Yüksək, şərəfli. Müqəddəs vəzifə. Vətəni müdafiə etmək hər bir vətəndaşın müqəddəs borcudur. // Toxunulmaz, sarsılmaz. Müqəddəs kitaba əl basıb həmən; Dedi: – Şəkkim yoxdur, bu kitab haqdır. B.Vahabzadə. müqəddəslik is. Müqəddəs olma; paklıq, mənəvi saflıq, təmizlik; ülvilik, şərəflilik. Markiz professorda bir müqəddəslik görüb də onun ətəyindən öpmək istəyirdi. N.Nərimanov. müqəddimə is. [ər.] Hər hansı bir əsərin başlanğıcı, giriş hissəsi. Kitabın müqəddiməsi. Müqəddiməni oxumaq. Müqəddimə çalındıqdan sonra pərdə qalxır. – [Məsumə] “Kəlilə və Dimnə”nin müqəddimələrini yenidən oxuyurdu. B.Bayramov. // Əsil mətləbə keçməzdən əvvəl deyilən sözlər. İndi mən müqəddiməni qurtarıb, əsil hekayəyə başlayıram. // Ümumiyyətlə, başlanğıc. Adi eşq .. övlad törətməyin müqəddiməsidir. Çəmənzəminli. müqəddiməsiz sif. və zərf Müqəddiməsi olmayan, birbaşa başlanan, girişsiz. Müqəddiməsiz danışmaq. Müqəddiməsiz əsər. – Həbib isə ürək sözünü müqəddiməsiz deməyə çətinlik çəkdiyindən bu cür başladı. Ə.Vəliyev. müqəllid is. [ər.] klas. Təqlid edən, təqlidçi. müqəllidlik is. Təqlidçilik. Bizim əqidəmizcə bu müqəllidlik və rəftar millətə xəyanət etməkdir. M.İbrahimov. müqərrəb is. [ər.] köhn. Məhrəm, dost, çox yaxın, səmimi yoldaş, sirdaş. [Vəzir:] Sultan Mahmud Qəznəvi müqərrəblərindən birisinin boynunu öz əli ilə vurdu. M.F.Axundzadə. Bəhmən Mirzə üstüncə gələn adamlardan neçə nəfər və müqərrəblərini götürüb, qalanlarını dala qaytarıb üzünü Rusiyaya tərəf çevirdi. Ə.Haqverdiyev. ..Gecə-gündüz [yasavul] qulluğun dərdini çəkir, buna görə də özünü kovxanın canbir qəlb müqərrəbi göstərirdi. S.Rəhimov. müqəssir sif. və is. [ər.]\n1. Təqsiri olan, günahı olan; təqsirkar, günahkar. [Balaş:] Mən müqəssirəm, Sevil! C.Cabbarlı. Müqəssirlə üz-üzə gələndə İmran kişinin gözlərindən qəzəb yağırdı. M.Hüseyn. [Mədəd] özlüyündə Xanpərini müqəssir bilir, Xanpəri isə onu günahkar hesab edirdi. Ə.Vəliyev.\n2. Qanunən təqsirkar sayılan, təqsiri olan adam; suçlu, cani, cinayətkar. Müqəssirə cəza kəsmək. Müqəssirin işinə baxmaq. – Müqəssirin boynunun və ayaqlarının zəncirini açdılar. M.S.Ordubadi. Müqəssiri gətiriniz, – deyə məhkəmə [sədri] əmr etdi. H.Nəzərli. ‣ Müqəssir kürsüsü – məhkəmədə; müqəssirlərin oturduğu yer. Katib qabaq tərəfdə, müqəssir kürsüsündə, əli silahlılar arasında əyləşmişdir. S.Rəhimov. Müqəssir kürsüsündə oturmaq – məhkəmə məsuliyyətinə cəlb olunmaq, məhkəməyə düşmək, mühakimə olunmaq. müqəssircəsinə zərf Müqəssir kimi; günahkarcasına, təqsirkarcasına. Aslan dərindən ah çəkib müqəssircəsinə gülümsünür və təkrar uzanır. S.Vəliyev. müqəssirlik is. Müqəssir olma; təqsirkarlıq, günahkarlıq, suçluluq. Müqəssirliyi üstündən götürülmək. müqəşşər is. [ər.] Qabığı soyulmuş noxud və ya lobya parası; ləpə. Ətə müqəşşər qatmaq. müqəvva is. [ər.]\n1. İçi boşaldılıb qurudulmuş heyvan və ya quş gövdəsi; oyuq. Heyvan müqəvvası. Quş müqəvvası. – Gülüstan xala balağın dərisinə otdan-samandan təpib, ağacdan qılça qayırıb balağı andıran bir müqəvva düzəltmişdi. S.Rəhimov.\n2. məc. Quru, cansız, çox arıq adam haqqında, skelet; bir dəri, bir sümük. [Şeyx Əbuzər:] Həm seçilməz o, bir müqəvvadan; Ölüdür, köçməmiş bu dünyadan. H.Cavid. Quruyub oldular cansız müqəvva; Əqlini itirmiş iki binəva. H.K.Sanılı. • Müqəvva kimi, müqəvvatək – cansız skelet kimi, quru; bir dəri, bir sümük. Şeyx Şaban tək qaldı. Bazarda müqəvvatək gəzirdi. Ə.Haqverdiyev. Müqəvvaya dönmək – canı üzülmək, son dərəcə zəifləmək, arıqlamaq, bir dəri, bir sümük qalmaq. Gövhərtac .. xiffətdən, qüssədən müqəvvaya dönübdür. Ə.Haqverdiyev.\n3. Tikilən paltarı ölçmək və nümayiş etdirmək və s. üçün taxta və ya başqa materialdan düzəldilmiş insan bədəni şəklində fiqur; maneken. // Məc. mənada. [Xəlilov] Guya biz burada .. müqəvvayıq. M.İbrahimov. // Quşları hürküdüb qaçırmaq üçün bostanlarda və s.-yə qoyulan insan bədəni şəklində kukla. müqəyyəd [ər.] bax. muğayat. [Kərbəlayı Nadirqulu:] ..Kərbəlayı Fatma, balalarımdan müqəyyəd ol! M.Əliyev. müqtədir sif. [ər.]\n1. Qüvvətli, güclü, qüdrətli, qadir olan, iqtidar sahibi. İndi göstərək ki, biz .. həmişə, nə kimi mübarizə olursa olsun, mübarizədə müqtədir, yaşamağa da müqtədirik. T.Ş.Simurq.\n2. Bacarıqlı, iqtidarlı, əlindən iş gələn, qabiliyyətli, məharətli, bacaran, edə bilən. Müqtədir usta (sənətkar). – Sabir! Ey, sən, sevimli şairimiz; Müqtədir, duzlu sözlü Sabirimiz! A.Səhhət. mülahizə is. [ər.] Yaxşı düşünülmüş fikir, rəy, nöqteyi-nəzər. Mən öz mülahizəmi deyirəm, düşündüyümü deyirəm. C.Cabbarlı. • Mülahizə etmək (eləmək) köhn. – nəzərə almaq, nəzərinə çarpmaq, düşünmək. [Aslan:] Hər kəs də gərək böylə şeyləri mülahizə eləsin və qansın. İ.Musabəyov. // Görmək, müşahidə etmək, duymaq. Katib Kosanın sifətində bədbəxtliyi xəbər verən bir əlamət olduğunu mülahizə edərək qorxuya düşdü və yerindən ayağa qalxdı. S.Rəhimov. // Adətən cəm şəklində. Fikirdə tutulan planlar, təxminlər, hesablamalar. Taktiki mülahizələrə görə. Pedaqoji mülahizələr. mülaqat is. [ər.] köhn. Görüşmə, görüşüb danışma, əlaqə saxlama. Həmçinin səninlə mülaqat da haramdır. Ə.Haqverdiyev. [Molla Nəcəf:] ..Sən bu dəqiqədən laməzhəbsən. Səninlə mülaqat belə haramdır. M.Əliyev. • Mülaqat etmək – görüşmək, görüşüb danışmaq, əlaqə saxlamaq, yaxınlıq etmək. [Molla Həmid:] Bu üç gündə bəni-adəm ilə mülaqat və mükalimə etmək və bir tərəfə çıxmaq [mövlanaya] mümkün deyil. M.F.Axundzadə. [Səfi bəy:] Bir də Çingizlə mülaqat etsəniz, sizinlə başqa cür danışacağam. S.S.Axundov. mülayim sif. [ər.]\n1. Yumşaq, həlim. Mülayim xasiyyətli. Mülayim adam. – Təbiətən mülayim və olduqca sakit bir xasiyyətə malik olan ortancıl bacı Asya orta məktəbi bitirdikdən sonra ərə getmiş(di). Ə.Məmmədxanlı. // Xoş, yumşaq, ürəyəyatan (səs haqqında). Avazı idi bəsi mülayim; Üslubi dürüst, üsuli qaim. Füzuli. Hüseyn çox mülayim və təsiredici səsi olan bu müəllimin danışdıqlarına diqqətlə qulaq asırdı. S.Rəhman.\n2. coğr. İsti ilə soyuq arasında olan, nə çox isti, nə çox soyuq; mötədil (iqlim haqqında). Mülayim hava. – Bu şəhərin qışı canayatan və mülayimdir. S.Rəhimov. Bəxtimizdən bir neçə gündür ki, havalar mülayim (z.) keçir. S.Rüstəm. mülayimanə zərf [ər. mülayim və fars. ...anə] bax. mülayimcəsinə. Mülayimanə danışmaq. – [Rüstəm:] Yox, Səriyyə, elə də olmaz, lazımdır ki, bir qədər mülayimanə yalvaraq. C.Cabbarlı. mülayimcəsinə zərf Mülayimliklə, mehribancasına, mülayimanə, mülayim tərzdə. Mülayimcəsinə soruşmaq. – Dostum üzr istəyirmiş kimi mülayimcəsinə sözə başladı. S.Rüstəm. mülayimləşdirmə “Mülayimləşdirmək”dən f.is. mülayimləşdirmək f. Mülayim etmək; mötədilləşdirmək, yumşaltmaq. Meşələr Göygölün iqlimini mülayimləşdirir. mülayimləşmə “Mülayimləşmək”dən f.is. mülayimləşmək f.\n1. Mülayim olmaq, yumşalmaq, həlim olmaq. Xasiyyəti xeyli mülayimləşib.\n2. Mülayim olmaq, mötədilləşmək, yumşalmaq. Meşə zonaları salındıqdan sonra iqlim getdikcə mülayimləşir. mülayimlik is.\n1. Yumşaqlıq, həlimlik. [Kamalın] üzü adi mülayimliyini itirdi, soyuq və əsəbi bir səmimiyyətlə pərdələndi. C.Cabbarlı.\n2. İsti ilə soyuq arasında olma, mötədillik (iqlim haqqında). İqlimin mülayimliyi.\n3. Mülayimliklə şəklində zərf – mülayimcəsinə, xoşluqla, mehribanlıqla, həlimanə. ..Ərəstun bir yanı zarafat, bir yanı ciddi danışan qocaya mülayimliklə cavab verdi. S.Rəhimov. Aydın mülayimliklə gülümsədi. H.Seyidbəyli. müləmmə is. [ər.] ədəb.\n1. Hər misrası başqa dildə olan şeir. Füzulinin müləmmələri məşhurdur.\n2. sif. köhn. Ala-bula, rəngbərəng.\n3. sif. köhn. Parlaq, parıldayan. mülhəq sif. [ər.] köhn.\n1. Qatılmış, qatışdırılmış, əlavə edilmiş. Miladdan 322-332 il qabaq İskəndəri-Rumi tamam İran zəmini təsxir edib yunana mülhəq etdi. Ə.Haqverdiyev.\n2. Asılı, əlaqədar. Cənabi-həq o bəhribigirani-mərhəmətdir kim; Ona mülhəq olan insan şərəfyabi-səadətdir. M.Ə.Sabir. mülhid is. [ər.] Allaha, dinə inanmayan; dinsiz, imansız, kafir. // Söyüş məqamında. Əgər bu mülhid qızı mülhidi bir təhərliklə başımdan rədd edə bilsəydim heç dərdim olmazdı. B.Talıblı. mülk is. [ər.] köhn.\n1. Birinə məxsus torpaq sahəsi, malikanə, nəql olunmaz, daşınmaz əmlak. [Hacı Əli:] Bir belə mülkləri dolandırmaq, əlbəttə, asan iş deyildir. N.Vəzirov. // Bina, ev. Həkimin evi .. beşmərtəbəli bir mülkdə idi. Mir Cəlal. Hacı Rəcəblinin mülkü bir dağın döşündə tikilmiş, .. bir hektarlıq yeri tuturdu. Ə.Əbülhəsən. // məc. Obrazlı təşbehlərdə işlədilir. Unudulmaz el yolunda canı qurban olanlar; Vətən mülkü abad yaşar vəfadarı görəndə. S.Vurğun. [Sərətan:] Üstündür hələlik şair Xaqani; Odur söz mülkünün qadir sultanı. M.Rahim.\n2. klas. Ölkə, məmləkət. Sinədən peykanlar çəkmə, dili etmə xərab; Padşahi-adil öz mülkini viran istəməz. S.Ə.Şirvani. Xarici mülkündə də hətta gəzib; Çox tühaf insan görürəm, qorxmuram. M.Ə.Sabir. Şəki mülkündə, xanım, xandır bu; Adlı-sanlı igid Tərxandır bu. A.Şaiq. mülkədar is. [ər. mülk və fars. ...dar] Torpaq üzərində xüsusi mülkiyyət və onun qalıqları mövcud olan ölkələrdə torpaq sahibi olan zadəgan. İri mülkədar. Kəndlilərin mülkədarlarla mübarizəsi. – Müsəlman bəyləri və mülkədarları özgə vaxt kəndlərdə rəiyyətdən bəhrə yığmağa məşğul olurlar. C.Məmmədquluzadə. [Cavanlardan biri:] Məhv olsun müftəxorlar, mülkədarlar, xanlar, bəylər! Ə.Vəliyev. mülkədarlıq is. Xüsusi mülkiyyət hüququ əsasında torpaq sahələrinə malik olma. mülki sif. [ər.]\n1. Vətəndaşların hüquqi vəziyyətinə aid olan. Mülki məcəllə. Mülki hüquq.\n2. Qeyri-hərbi, əsgəri olmayan; sivil. Mülki hava donanması. Mülki geyim. – Bu dəstənin qabağında mülki paltar geyinmiş bir nəfər gəlirdi. P.Makulu. mülk-imarət (=mülk-mal) top. Mülk, ev-eşik, var-dövlət hamısı bir yerdə. ..Əgər mən müsəlman olandan sonra başıma çarşab salıb üzümü örtsəm, gərək dünyadan əl çəkəm və mülk-malımı atam ərimin üstünə. C.Məmmədquluzadə. Keçmişdə evlənən oğlandan mülk-mal, başlıq istərdilər. Mir Cəlal. [Veysin] bildiyi bircə bu idi ki, bütün ixtiyar, yer, mülk-imarət, var-dövlət hamısı .. fəqir-füqəranın, yoxsulların əlindədir. Ə.Əbülhəsən. mülk-mal (=mülk-imarət) top. Mülk, ev-eşik, var-dövlət hamısı bir yerdə. ..Əgər mən müsəlman olandan sonra başıma çarşab salıb üzümü örtsəm, gərək dünyadan əl çəkəm və mülk-malımı atam ərimin üstünə. C.Məmmədquluzadə. Keçmişdə evlənən oğlandan mülk-mal, başlıq istərdilər. Mir Cəlal. [Veysin] bildiyi bircə bu idi ki, bütün ixtiyar, yer, mülk-imarət, var-dövlət hamısı .. fəqir-füqəranın, yoxsulların əlindədir. Ə.Əbülhəsən. mülkiyyət is. [ər.]\n1. Birisinə məxsus və onun tam ixtiyarında olan əmlak, şey və s. Dövlət mülkiyyəti.\n2. Bir adama, bir şeyə mənsubiyyət, aidiyyət; yiyəlik, sahiblik. Xüsusi mülkiyyət. Torpaq mülkiyyəti. Əmək alətləri üzərində sosialist mülkiyyəti. – Xüsusi mülkiyyətin; Əleyhinə olsam da kökündən; hemoqlobinlər, leykositlər fərdi olmaya bilməz. R.Rza. mülkiyyətçi is.\n1. Mülkiyyət sahibi, yiyəsi. Xırda torpaq mülkiyyətçisi. Xüsusi mülkiyyətçi.\n2. məc. Hər hansı bir şeyi təkbaşına mənimsəməyə çalışan adam. mülkiyyətçilik is. Mülkiyyət sahibliyi, yiyəlik, xüsusi mülkiyyətə sahib olma meyli. Mülkiyyətçiliklə mübarizə. mültəfit is. [ər.]: mültəfit olmaq – nəzərə almaq, fikir vermək, nəzər yetirmək, əhəmiyyət vermək. [Yusif Sərrac:] Əsla bu əmrə mültəfit olmayıb, öz riyasının halına və paytaxtının rövnəqinə təvəccöh etmir. M.F.Axundzadə. [Kəblə Rəcəbəli:] İndi mən bir neçə söz deyim, sən də mültəfit ol. Ə.Haqverdiyev. mümaniət is. [ər.] Mane olma, maneə, əngəl, maneçilik; qarşıdurma, zidd getmə. Mümaniəti aradan qaldırmaq. • Mümaniət etmək (göstərmək) – mane olmaq, maneçilik göstərmək, əngəl törətmək. Hər gün sənin hüzuruna mən gəlmək istərəm; Bu əmrdən mümaniət eylər həya məni. S.Ə.Şirvani. Zeynal öz qəbahətini düşünərək Səlimin [otağa] keçməsinə mümaniət etməmişdi. S.Hüseyn. mümaniətsiz sif. və zərf Maneəsiz, heç bir mümaniət olmadan, əngəlsiz. Mümaniətsiz getmək. Mümaniətsiz daxil olmaq. mümarisə is. [ər.] Bir şeyi (məs.: idman hərəkətlərini, dərs və s.) yaxşı mənimsəmək, öyrənmək üçün təkrar-təkrar edilən məşq, təlim. mümkün sif. [ər.]\n1. Hər hansı şərait daxilində həyata keçə bilən, ola bilən. [Südabə:] ..İndi deyin görüm, siz kimsiniz? Rica edirəm, mümkünsə bu dəfə həqiqətini deyin. M.İbrahimov. • Mümkün deyil – imkan xaricindədir, ola bilməz. Artıq onu da, qayınanamı da aldatmaq mümkün deyildi. M.Hüseyn. Yox, yox! Bu mümkün deyil; Ətəyindən tök daşı! B.Vahabzadə. Mümkün etmək – imkanı çatmaq, çatdıra bilmək, bacarmaq. [Səttarzadə] mümkün etdiyi məclisdən qalmır. Mir Cəlal. Mümkün qədər – bacarıldığı qədər, güc çatdığı qədər, imkan daxilində, şərait olduqca. Fəxrəddin gecə-gündüz, aram olmadan at sürur və mümkün qədər tez Bağdada yetişməyə tələsirdi. M.S.Ordubadi. Mümkün mərtəbə (dərəcə) – bax. mümkün qədər. Saray mümkün mərtəbədə nəşəli döşənmişdir. Ü.Hacıbəyov. Mümkün olmaq – icrası imkan daxilində olmaq, başa gələ bilmək, həyata keçə bilmək. Hicr atəşin araya dəxi salma, ey rəqib; Mümkün olurmu ayrıla pərvanə nardən? Natəvan. [Nurəddin:] Mümkün olsa mənim şəkil dəftərimi və rəng qutumu göndərərsiniz. S.S.Axundov.\n2. Maddi imkan. Mümkünü yoxdur. Hədiyyə almağa mümkünü var.\n3. Xəbər şəkilçisi ilə: mümkündür – imkan daxilindədir, etmək olar, olar. [Sərdar Zaman xan şaha:] Təsəddüqün olum, hadisənin əlacı mümkündür. M.F.Axundzadə. İrəvanda, Naxçıvanda və İran məmləkətində övrət almaq adət deyil, çünki buralarda həmişə və hər cür övrət siğə eləmək mümkündür. C.Məmmədquluzadə. mümkünat is. [ər. “mümkün” söz. cəmi] bax. mümkün 2-ci mənada. Mümkünatı yoxdur. mümkünlük is. Mümkün ola bilmə, imkan daxilində olma. mümkünsüz sif.\n1. Qeyri-mümkün, mümkünü olmayan.\n2. İmkanı olmayan. mümtaz sif. [ər.] köhn. Seçilmiş, başqalarından seçilən; imtiyazlı. Körpüyə yalnız mümtaz ailələrin üzvləri buraxılırdı. M.S.Ordubadi. münaqişə is. [ər.] Çəkişmə, bəhsləşmə, toqquşma, ciddi ixtilaf. Münaqişəyə son qoymaq. – Budur yeni münaqişə başlandı; Oturmaq üstə sözləri uzandı. A.Səhhət. münaqişəli sif. Münaqişə doğuran; mübahisəli, ixtilaflı. Münaqişəli məsələ. münaqişəsiz sif. və zərf Münaqişə doğurmayan; ixtilafsız, mübahisəsiz. Münaqişəsiz məsələ. Müzakirə münaqişəsiz keçdi. münasib sif. [ər.] Uyğun, müvafiq, yaraşan. Sən kimi nazəninə nazənin işlər münasibdir. Füzuli. Çoxdur cahan içrə nazənin dilbər; Özümə münasib yarı istərəm. Qurbani. [Zeynal:] Mehriban, özün etiraf edərsən ki, sənin bizdən kənarda qalmağın münasib deyildir. S.Hüseyn. • Münasib görmək – layiq bilmək, müvafiq hesab etmək, yaraşdırmaq. Qadir .. piyadaların arasında özünün süvari olduğunu münasib görməyib sıçrayaraq atdan düşdü. Ə.Əbülhəsən. Münasib olmaq – uyğun olmaq, müvafiq gəlmək, yaraşmaq, yerində olmaq. [Almaz:] Çünki bu saat qadın azadlığı yolunda apardığımız mübarizədə qadın sədr daha münasib olar. C.Cabbarlı. münasibat is. [ər.] Əlaqə, yaxınlıq, münasibət, rabitə. Aralarındakı münasibat gərginləşmişdir. Onların münasibatında soyuqluq hiss olunur. – [Firidun] Şəmsiyyə ilə Səlimin arasında münasibatın nə şəklə düşdüyünü, bir anlaşma əmələ gəlib-gəlmədiyini müəyyən etməyə çalışdı. M.İbrahimov. münasibət is. [ər.]\n1. İki şey arasındakı nisbət, uyğunluq, müvafiqlik. Sözü ilə əməli arasında münasibət yoxdur. – Nazlının anasına verdiyi sualı ilə yoxsul daxmalarını belə diqqətlə nəzərdən keçirməsinin arasındakı münasibət Çimnaz arvaddan gizlin qalmadı. Ə.Əbülhəsən.\n2. Qarşılıqlı əlaqə, rabitə, yaxınlıq. Onunla münasibətimiz yaxşı deyil. Dövlətlər arasındakı münasibət. Əməkdaşların bir-birinə münasibəti. – ..Müsəlman içində əgər birinin bir böyük ilə münasibəti, gediş-gəlişi və dostluğu olmadı, onu saymırlar. C.Məmmədquluzadə.\n3. Münasibətilə şəklində zərf – görə, ötrü, əlaqədar olaraq. [Cahan:] Yoldaşlar! Mart ayının səkkizi münasibətilə çağırılmış iclası açıq elan edirəm. Ə.Haqverdiyev. [Komandir:] Çaldığın qələbə münasibətilə səni ürəkdən təbrik edirəm. Ə.Vəliyev. münasibətli sif. Yerində, məqamında, zamanında olan. Münasibətli söz. Münasibətli iş. münasibətli-münasibətsiz zərf Yerli-yersiz, lazım gəldi-gəlmədi. Münasibətli-münasibətsiz çıxış etmək. – Müxatəbinin sözünü yarımçıq qoymaq, münasibətlimünasibətsiz danışmaq bunun köhnə adətidir. Qantəmir. münasibətsiz sif. Yersiz, məqamsız, qeyri-münasib, uyğunsuz. Münasibətsiz danışıq. Münasibətsiz hərəkət. münasibətsizlik is. Qeyri-münasib, yersiz, uyğunsuz davranış. [Məmur Cavadla Əliyə:] Rica edirəm, məni bağışlayın, bəlkə münasibətsizlik edirəm. Çəmənzəminli. [Səlim] başqasının evində münasibətsizlik yapmaq istəmədi.. S.Hüseyn. münasibhal sif. və zərf [ər.] köhn. Münasib, yaraşan, uyğun. Amma .. [paylarda] yengəninki bir az münasibhal olardı. R.Əfəndiyev. münasiblik is. Münasib olma, yaraşma, uyğunluq, müvafiqlik. münazirə is. [ər.] köhn. Mübahisə, müzakirə. münbit sif. [ər.] Əkilən bitkini yaxşı yetişdirən, bol məhsul verən; məhsuldar, bərəkətli. Münbit torpaq. münbitlik is. Yaxşı məhsul vermə qabiliyyəti; məhsuldarlıq. Torpağın münbitliyi. müncər is. [ər.]: müncər olmaq – bitmək, sona çatmaq, tamamlanmaq, nəticələnmək, bir yerə gəlib çatmaq. [Padşah:] Səidlə söhbətiniz nə yerə müncər oldu? Ə.Haqverdiyev. Qonşular bir az söyüşdükdən sonra iş vuruşmağa müncər oldu. Çəmənzəminli. mündəric is. [ər.] köhn. Dərc olunmuş, çap olunmuş. Qarelərimizin diqqətini qəzetimizin 198-ci nömrəsində mündəric “Şayanidiqqətdür” ünvanlı məqaləyə cəlb edir(ik). Ü.Hacıbəyov. mündəricat is. [ər. “mündərəcə” söz. cəmi] Kitabın, məcmuənin, əlyazmasının və s.-nin fəsil və başqa tərkib hissələrinin siyahısı. Kitabın (məcmuənin) mündəricatı. mündəricatlı sif. Mündəricatı olan. Mündəricatlı kitab. mündəricə is. [ər.]\n1. bax. məzmun 1-ci mənada. ..Təbriz xalqının gələcək vəziyyəti Sərdar Rəşidin çar konsuluna verəcəyi məlumatın mündəricəsindən asılı idi. M.S.Ordubadi. Tapdığın məktubu sadə, üslub və mündəricə etibarilə nağılvari yazıldığı üçün bir az gülməli kağızdı. Ə.Əbülhəsən.\n2. bax. mündəricat. Kitabın mündəricəsi. mündəricəli sif. Mündəricəsi olan, məzmunlu. Zəngin mündəricəli əsər. mündəricəsiz sif. Mündəricəsi olmayan, məzmunsuz. İndiyə kimi Meracın danışığının məntiqsiz, mündəricəsiz (z.) olacağını düşünən Bəhram indi onun danışığını dinləməyi qət etdi. Ə.Vəliyev. münəccim is. [ər.] köhn.\n1. Qədim zamanlarda və orta əsrlərdə: Göy cisimlərinin vəziyyət və hərəkətinə əsasən gələcəkdən xəbər vermək iddiasında olan şəxs; astroloq. Bir gün lələ bütün münəccimləri cəmləyib, tas qurdurub, rəml atdırıb Məlikməmmədin bəxtinə baxdırdı. (Nağıl). [Cəlaləddin:] Onda mən cavan münəccim Mirzə Sədranı bir qara xəbərlə padşahın yanına göndərərəm. A.Şaiq.\n2. Astronomun köhnə adı. münəccimbaşı is. köhn. Baş münəccim, baş astroloq. [Münəccimbaşı] Mirzə Sədrəddin qibleyi-aləmin ziyarətinə müşərrəf olmaq istəyir bir vacib işdən ötrü. M.F.Axundzadə. [Xacə:] Qibleyi-aləm, qoca münəccimbaşı Mirzə Cəlaləddin hüzurunuza gəlmək istəyir. A.Şaiq. münəccimlik is. Münəccimin işi, peşəsi; astroloqluq (bax. münəccim 1-ci mənada). münəqqid is. [ər.] Tənqidçi. ..[Araz] həyatın acı təcrübələrini dərindən tədqiq və təhlil etmiş olan bir münəqqid .. [kimi] yanaşaraq hər şeyi incədən-incəyə düşündü. A.Şaiq. Mən uşaqlıqdan başlayıb bu günə qədər bütün həyatımı, münəqqidlər demişkən, “tənqidi surətdə” gözdən keçirtdim. Mir Cəlal. münəqqidlik is. Tənqidçilik. münəvvər sif. [ər.]\n1. İşıqlı, nurlu, parlaq, rövşən. Cismindir münəvvər, ağü nazikrək; Ol səmən sinəni mərmər eylədi. M.P.Vaqif.\n2. Ziyalı. Bu dil münəvvər bir adamın düşüncələrini ifadə etməkdən acizdir. Çəmənzəminli. // İs. mənasında. Keçən əsrin Azərbaycan münəvvərləri cəmiyyətin bədənini müayinə etdikdə onun pis bir xəstəliyə mübtəla olduğunu gördülər. M.İbrahimov. ‣ Münəvvər etmək (eləmək) – 1) işıqlandırmaq, işıq saçmaq, nurlandırmaq. Yəqin bil, ölərəm, şəbistanımı; Münəvvər etməsə cəmalın sənin. Aşıq Mirzə Həsən; 2) məc. bəzəmək, bəzək vermək, süsləmək. [Hacı Fərəc:] And olsun atamın ərvahına, səni mən qızıla, ləlü cavahirə münəvvər edərəm. N.Vəzirov. Münəvvər olmaq – işıqlanmaq, nurlanmaq. Dəmbədəm şəmi-cəmalından münəvvər olmasa; Ey gözüm nuri, gərəkməz dideyi-rövşən mana. Füzuli. Münəvvər olsun aləmlər; Görünsün mahtab, oxqay! Aşıq Saleh. münhəsir sif. [ər.] köhn. klas. Yalnız bir şəxs və ya şeyə həsr edilən, məxsus olan. Həqqa ki, həmin vücud birdir; Bir zatə vücud münhəsirdir. Füzuli. Birinci gecə söhbət Tellinin əri İslamla olan əlaqəsinə münhəsir edilmişdi. S.Hüseyn. münkir sif. [ər.]\n1. köhn. Danan, inkar edən, etiraf etməyən, qəbul etməyən; Allahı inkar edən, dinsiz, kafir. [Divanbəyi:] Mən belə münkir adam görməmişəm. M.F.Axundzadə. • Münkir olmaq – Allahın varlığını inkar etmək, Allahı danmaq. Kərəmin ömrünü sən verdin zaya; Münkir oldun, üz tutmadın xudaya. “Əsli və Kərəm”.\n2. İslam dininə görə guya ölüləri qəbirdə sorğu-suala tutan iki mələkdən biri (digəri: nəkir). münsif sif. [ər.] Mübahisəli bir məsələni və ya işi həll etməkdə vasitəçi olan şəxs. Bizim aramızda münsif tapılsın; And içmişəm, bu gün döyüş olmasın! “Koroğlu”. Münsif haqqa haqq, batilə batil söyləsəydi; Əlbəttə ki, nahaq söyləyən şəxs utanardı. M.Ə.Sabir. Həmişəyev münsif rolunu dərhal götürdü. B.Bayramov. • Münsif olmaq – hər iki tərəfin mübahisəli məsələsini həll etmək üçün vasitəçi olmaq, miyançılıq etmək, araçılıq etmək. [Atabala:] Ay adamlar, siz münsif olun, bu quyuya düşüb işləmək olarmı? A.Şaiq. ‣ Münsiflər heyəti – müsabiqələrdə, yarışlarda, sərgilərdə və s.-də mükafat təyin edən mütəxəssislər heyəti; jüri. Münsiflər heyəti hazırlıq iclasında bu qərara gəlir ki, özfəaliyyət dərnəyi üzvləri işə pis girişməyiblər. Ə.Vəliyev. münsiflik is. Münsifin gördüyü iş, münsif olma. [Yalançaq] yabısını zınqırovlar, ipək qotazlarla bəzər, arada bu baş-o başa çapıb öz yanında guya münsiflik edərdi. M.Rzaquluzadə. münşi is. [ər.] köhn. Yazıçı, ədib. Rusiyanın ən məşhur ədibi və sevgili münşisi hesab olunan Anton Çexovun bu iyul ayının ikisində vəfat etməsi .. bilxüsus hüznavər bir hadisə olduğu qəzetlərdə dərc olunan fəqərələrdən görünür. F.Köçərli. müntəxəb is. və sif. [ər.] köhn. Bir çoxları arasından seçilmiş, bəyənilmiş. Məhbubimüntəxəb, bir alinəsəb; Qəmzəsində qəzəb, sən saxla, yarəb! M.P.Vaqif. // Başqaları arasından öz məziyyətləri ilə seçilən, fərqlənən. ..[Q.Zakir və S.Ə.Şirvani] Azərbaycan şüəra və üdəbasının ən məşhuru və ən müntəxəbi hesab olunur. F.Köçərli. müntəxəbat is. [ər. “müntəxəb” söz. cəmi] Müəlliflərin, yazıçıların seçilmiş əsərlərindən və ya onların hissələrindən ibarət dərs vəsaiti. Ədəbiyyat müntəxəbatı. müntəzəm [ər.]\n1. sif. Düzgün və ardıcıl, sistematik, sistemli, daimi. Müntəzəm yazışma. – ..Müntəzəm qulluq Tapdığı .. ayağa qaldırdı. Ə.Əbülhəsən. Bu sakitlik içində dənizin dalğaları müntəzəm fasilələrlə .. qəribə səslə xarıldayırdı. M.Rzaquluzadə.\n2. zərf Düzgün və ardıcıl surətdə, daim, sistematik. İdmanla müntəzəm məşğul olmaq. – Hər şey kimi pambıq da müntəzəm və qayğılı becərmə tələb edir. İ.Əfəndiyev. Bu “səyahətlər” Mehribanın müntəzəm təhsil almasına mane olurdu. H.Seyidbəyli.\n3. bax. nizami 2 və 3-cü mənalarda. Müntəzəm ordu. – Hamımız müntəzəm qoşun kimi sanki bir qala almağa gedirdik. A.Şaiq. müntəzəmlik is. Müntəzəm olma, ardıcıllıq, sistematiklik; müntəzəm şeyin halı. Vəzn musiqi səslərinin vaxt etibarilə davamında lazımi müntəzəmliyi təmin və təşkil edir. Ə.Bədəlbəyli. müntəzir sif. [ər.] Gözləyən, intizar içində olan, intizarda qalan. Mən müntəzirəm verəm rəvacın; Bimar isə eyləyəm əlacın. Füzuli. Hərəmxanada cümlə hərəmlər şahın fərmayişi ilə otaqda hazır olub qüdumuna müntəzir idilər. M.F.Axundzadə. [Hadi lələ:] Cahangir ağa Cənnətəlinin evində sənin cavabına müntəzirdir. S.S.Axundov. Biçarə student xanımın çıxmağına müntəzir (z.) mağazanın qabağında gəzinməyə başladı. Çəmənzəminli. • Müntəzir qalmaq – intizarda qalmaq, nigarançılıqla gözləmək. Qalan yoldaşlar da tutdular bərə; Qaldılar müntəzir gələn səhərə. H.K.Sanılı. Müntəzir olmaq – nigarançılıqla gözləmək, intizar qalmaq, dayanıb gözləmək. [Odabaşı:] Hacı Kamyab darvazaya çıxıb xanın gəlməyinə müntəzir oldu. Ə.Haqverdiyev. Müntəzir qoymaq – intizarda saxlamaq, nigaran qoymaq. müntəzirlik is. İntizar içində qalma, nigarançılıqla gözləmə, intizarda olma. müraciət is. [ər.]\n1. Birinə üz tutub söylənilən söz, çağırış (istər şifahi, istər yazılı). Xalqa müraciət.\n2. Xahiş, iltimas, rica. Məhəlli komitə, şöbə müdirinin .. müraciətini bir həftə təxirə uğratmışdısa da, yenə Zeynaldan bir xəbər çıxmamışdı. S.Hüseyn. • Müraciət etmək – 1) üz tutub demək. ..Veys bu dəfə Qadirə müraciət elədi.. Ə.Əbülhəsən. [Müəllim:] Siz bu alətlə tanışsınızmı? – deyə sinfə müraciət edib soruşdu. Ə.Sadıq. Elçinin atası uşaqlara müraciət etdi. M.Rzaquluzadə; 2) bir şey üçün şifahi və ya yazılı şəkildə birindən xahiş etmək, yaxud yanına getmək. Həkimə müraciət etmək. Məktubla müraciət etmək. – [Nemət hakimə:] Haqqımı müdafiə etmək üçün ədalət qapısına müraciət edirəm. Çəmənzəminli. Zeynal ötəyə-bəriyə müraciət edib, sabiq xidmətini geri istəyirdisə də, müvəffəq olmayırdı. S.Hüseyn.\n3. Geri dönmə, qayıtma. • Müraciət etmək – 1) dönmək, qayıtmaq. [Yusif] Usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində öyrənib Qəzvinə müraciət etdi. M.F.Axundzadə; 2) məc. tarixi mövzu və s.-dən istifadə etmək, onun haqqında yazmaq. Keçmişə müraciət etmək. – “Vaqif”də Səməd Vurğun yaxın keçmişə müraciət edirsə, “Fərhad və Şirin”də uzaq keçmişə, Nizami poemalarının əks etdirdiyi tarixə müraciət edir. M.Arif; 3) bir şeyi və ya şəxsi tapmaq üçün bir yerə baş vurmaq.\n4. bax. müraciətnamə. müraciətnamə is. [ər. müraciət və fars. ...namə] Müraciət məzmunlu təbliğat vərəqəsi. Nümayişə bir gün qalmış fəhlələri nümayişdə iştirak etməyə çağıran böyük bir müraciətnamə çap olundu. M.M.S.Ordubadi. mürafiə is. [ər.] köhn. Məhkəmə prosesi, mühakimə, mühakimə olunma, məhkəmə. [Səkinə xanım:] Hakimi-şər adam göndərib, mənə xəbər veriblər ki, vəkil tutub mürafiəyə göndərim. M.F.Axundzadə. mürasilə is. [ər.] köhn. Məktublaşma, yazışma, xəbərləşmə. • Mürasilə etmək – yazışmaq, məktublaşmaq, xəbərləşmək. [Məhərrəm Salmana:] Mənim şübhəli adamlarla mürasilə etdiyim barədə pristav cənablarına xəbər verirsənmiş... H.Nəzərli. mürcüm is. Üzdə, boğazın altında, burnun qabağında və ya üstündə olan artıq ət çıxıntısı. Gülyaz öz ərinin burnundakı mürcümləri, boğazın altında çox adamın seçə bilmədiyi çapığı görür, sıxılırdı. M.Hüseyn. mürdəşir is. [fars.] Ölüyuyan, yuyucu. Molla ilə oturub-duran axırda mürdəşir olar. (Ata. sözü). [Qarı:] ..Mürdəşir Səkinə nağıl eləyirdi ki, Güləndamın gicgahına qan sızılmışdı. Çəmənzəminli. ‣ Üzünü mürdəşir yusun! dan. – Allah öldürsün! ölsün! öl! (qarğış ifadəsi). [Fizzə xanım:] Kadr şöbəsinin müdiri, görüm, üzünü mürdəşir yusun! Ə.Məmmədxanlı. mürəbbe is. [ər.] ədəb. Dörd misralıq bənd; bu bənd əsasında yazılmış şeir. mürəbbə is. [ər.] Qənd, şəkər şərbətində bişirilmiş meyvə və ya giləmeyvə. Zoğal mürəbbəsi. Gilas mürəbbəsi. – Bu vaxt bizim qulluqçu iki stəkan çay, bir qab mürəbbə gətirib mizin üstünə qoydu. T.Ş.Simurq. mürəbbəli sif. Mürəbbə qarışıq, mürəbbə ilə, mürəbbəsi olan. Usta Ramazan ev sahibinin gətirdiyi mürəbbəli çayı içməyib hirsli-hirsli çıxdı. M.Hüseyn. mürəbbəlik sif. Mürəbbə bişirməyə yarayan, mürəbbə üçün olan. Mürəbbəlik meyvə. mürəbbi is. və sif. [ər.] Keçmişdə: dövlətli ailələrində uşaqların təlim və tərbiyəsi ilə məşğul olan şəxs; tərbiyəçi, xüsusi müəllim. Aya görə mən kimi bir qoca mürəbbinin səhvi harada olub? C.Məmmədquluzadə. // Məktəblərdə tərbiyə işlərinə baxan müəllim. Əşrəf yoldaşları ilə bərabər salonda dərs hazırlarkən mürəbbi qapımı açaraq, “Əşrəf ”, – deyə çağırdı. A.Şaiq. mürəbbilik is. Mürəbbinin vəzifəsi, işi; tərbiyəçilik. Mürəbbilik etmək. – Çimnaz müəllimlik, mürəbbilik işini sevib getmişdi. Mir Cəlal. mürəbbiyə is. [ər.] köhn. Qadın mürəbbi. Rzaqulu xanın İran səfərinə məktəb və darülfünun yoldaşlarından maəda mürəbbiyəsi olan Mariya xanım da böyük maneələr göstərməkdə idi. M.S.Ordubadi. Bir azdan sonra mürəbbiyə təkcə gəlib skamyanın üstündə əyləşdi. S.S.Axundov. mürəbbiyəlik is. Mürəbbiyənin vəzifəsi, işi; tərbiyəçilik. Mürəbbiyəlik etmək. mürəxxəs sif. [ər.] Rüsxət verilmiş, izin almış, azad edilmiş; azad, izinli, rüsxətli (əsasən şəxs sonluqları ilə işlənir). Elə ki bu əmal tamam oldu, mollabaşı xalqa elan etdi ki, mürəxxəssiniz! M.F.Axundzadə. [Əliməmməd ağa] Səfərə bir neçə sual verib: – Mürəxxəssən! – dedi. Çəmənzəminli. [Pəri cadu:] Di, mürəxxəssiniz, gedə bilərsiniz. Ə.Haqverdiyev. • Mürəxxəs etmək (eləmək) – çıxıb getməsinə icazə vermək, rüsxət vermək, azad etmək. [Yusif Sərrac] əfradi-məclisi mürəxxəs etdi, məclis dağıldı. M.F.Axundzadə. [Mirzə Mustafa:] İndi məni mürəxxəs elə, gedim. E.Sultanov. Mürəxxəs olmaq – çıxıb getmək, azad olmaq. Elə ki, məclis qurtardı, hamı darıldı, Cünun da durub paşanın hüzurundan mürəxxəs oldu. “Koroğlu”. mürəkkəb I. sif. [ər.]\n1. Bir neçə hissədən, ünsürdən ibarət olan (sadə ziddi). Mürəkkəb cümlə. Mürəkkəb cihaz. Mürəkkəb maddə. – Gənclər maşınla bərabər bu mürəkkəb mexanizmi hərəkətə gətirən cavan oğlanı da diqqətlə seyr edirdilər. Ə.Sadıq. // İbarət, əmələ gələn, düzəlmiş, təşkil edilmiş. İraq, Ərəb, Rey qoşunlarından mürəkkəb düşmən ordularına qarşı ancaq Azərbaycanda mövcud olan ordunu qoymaq mümkün idi. M.S.Ordubadi.\n2. Tərkibini təşkil edən hissələrinə, ünsürlərinə, əlaqələrinə, münasibətlərinə görə çox müxtəlif olan; çoxcəhətli. Mürəkkəb elmi məsələ. Mürəkkəb problemlər. // Müxtəlif, bəzən də zidd xüsusiyyətləri, cəhətləri özündə birləşdirən (insanın daxili aləmi, hissləri haqqında). Mürəkkəb xasiyyət. O çox mürəkkəb adamdır.\n3. Quruluşuna, şəklinə, formasına görə çətin başa düşülən; müəmmalı. Mürəkkəb ornament.\n4. Başa düşülməsi, qavranılması, yerinə yetirilməsi, həlli və s. cəhətdən çətinlik törədən; çətin. Mürəkkəb sual. Mürəkkəb əməliyyat. – Şirvan şahlığı məsələsi mürəkkəb bir məsələdir. M.S.Ordubadi.\n\nII. is. [ər.] Yazı yazmağa məxsus rəngli maye – boya. Qırmızı mürəkkəb. Qara mürəkkəb. – [Mirzə Səfər] dörd-beş kərrə qələmi mürəkkəbə batırdıqdan sonra durub otaqda bir-iki baş gəzindi. Ə.Haqverdiyev. Uşaq qələm, mürəkkəb və kağız hazırlayıb nə yazacağını gözlədi. Ə.Vəliyev. mürəkkəbqabı is. köhn. Mürəkkəb tökməyə məxsus qab. Stolun üstündə mürəkkəbqabı, qələm və balaca bir ayna görünürdü. S.Rəhman. [Mehdizadə] .. stola yaxınlaşdı, nə üçünsə mürəkkəbqabının qapağını götürüb yenə də öz yerinə qoydu. Y.Əzimzadə. mürəkkəbqurudan is. köhn.\n1. Mürəkkəbi qurutmaq üçün hopdurucu kağız.\n2. Altına bu cür kağız çəkilmiş qövsvari alət; press. Əlyarov .. mərmər mürəkkəbqurudanı əlinə aldı. M.Hüseyn. mürəkkəbləmə “Mürəkkəbləmək”dən f.is. mürəkkəbləmək f.\n1. Mürəkkəbə batırmaq, mürəkkəbə boyamaq. Üst-başını mürəkkəbləmək.\n2. məc. zar. Yazmaq. [Səlim Zərnişana:] Mənim heykəlim, başımın ucalığı balalarımdır, bir də bax bu mürəkkəblədiyim, cızıqladığım kağızlardır. B.Bayramov. mürəkkəbləşdirilmə “Mürəkkəbləşdirilmək”dən f.is. mürəkkəbləşdirilmək məch. Daha da mürəkkəb edilmək, çətinləşdirilmək. mürəkkəbləşdirmə “Mürəkkəbləşdirmək”dən f.is. mürəkkəbləşdirmək f. Daha da mürəkkəb etmək, çətinləşdirmək. İşi mürəkkəbləşdirmək. mürəkkəbləşmə “Mürəkkəbləşmək”dən f.is. mürəkkəbləşmək f.\n1. Sadə haldan mürəkkəb hala keçmək, getdikcə mürəkkəb olmaq. Hidrotexniki qurğular getdikcə mürəkkəbləşir.\n2. Mürəkkəb olmaq, qarışmaq, çətinləşmək, dolaşmaq. Şiraslanın vəziyyəti yüngülləşməkdən, aydınlaşmaqdansa, daha da çətinləşir və mürəkkəbləşirdi. S.Rəhimov. Həyat xeyli mürəkkəbləşmiş, siyasi və məfkurəvi mübarizələr müxtəlif şəkil almış, qızışmışdı. M.İbrahimov mürəkkəblik is. Mürəkkəb şeyin hal və keyfiyyəti. Məsələnin mürəkkəbliyi. mürəkkəbsilən is. Mürəkkəb yazısını silmək üçün rezin; pozan. Hanı mürəkkəbsilən? Sildi, yayıldı ləkə; Onu gizlətsin bəlkə? M.Dilbazi. mürəttib is. [ər.] köhn. Mətbəədə hərf düzən işçi; düzücü. Mətbəə mürəttibləri. – Qoca mürəttib kiçik bir işarəyə bənddi. M.Hüseyn. mürəttiblik is. Mürəttibin işi, peşəsi. Mürəttiblik etmək. – [Məsud] on iki ildir ki, baş mürəttiblik vəzifəsini ifa edirdi. H.Cavid. mürgənə is. Dəmir şeylərin üzərində əmələ gələn pas, cəng. Borunun mürgənəsini təmizləmək. mürgü is. Oyaqlıqla yuxululuq arasındakı hal, yarıyuxulu hal. Quşlar .. küləkli gecənin təlaş dolu mürgüsündən sonra bir an dincəlib sakit oldular. Ə.Məmmədxanlı. • Mürgü basmaq (vurmaq, çalmaq, döymək, almaq) – bax. mürgüləmək. Uşaq mürgü çalır. – ..Ocağın qırağında qırmızısaqqal bir kişi oturub mürgü döyürdü. Çəmənzəminli. Mürgü aldı zindan açarçısını. R.Rza. ..Cabbar alnını iri yumruqlarına söykəyib oturduğu halda mürgü çalırdı. B.Bayramov. mürgüləmə “Mürgüləmək”dən f.is. mürgüləmək f. Yarıyuxulu halda olmaq, mürgü basmaq. Gah vaxt yay fəsli küçə ilə keçən vaxt görürsən ki, Məşədi Molla Həsən başını dayayıb səkinin bucağına mürgüləyir. C.Məmmədquluzadə. Qurban da bir tərəfdə oturub mürgüləyirdi. T.Ş.Simurq. mürgülü sif. Yarıyuxulu, yuxulu. At mürgülü gözlərini Bağıra dikib, qabaq ayağını yerə bir də vurdu. İ.Məlikzadə. mürğ is. [fars.] klas. Quş. O şahbaz gözlərini görəndə; Uçar mürği-ruhum, durmaz bədəndə. Q.Zakir. Nə ola Abbası yada salalar; Havada mürğlər qanad çalalar. Aşıq Abbas. • Mürği-səhər klas. – xoruz. Mürğisəhəri çəkəndə avaz; Eylərdi bir özgə növhə ağaz. Füzuli. Eylə bilirdim ki, dəxi sübh olub; Mürği-səhərtək bir ağız banladım. M.Ə.Sabir. mürğzar is. [fars. mərğzar] şair. Çəmənlik, otluq. Açılsın gülün, nərgisin; Təzə mürğzar ol, yaylaq! Aşıq Ələsgər. Sürüb at, olub varidi-mürğzar. M.Ə.Sabir. mürid is. [ər.] Keçmişdə: bir müsəlman təriqət şeyxinə və ya mürşidə beyət edərək ondan təriqətin üsul və mərasimlərini öyrənən adam; şagird. Pirkətanqulu pirinin şeyxi nə qədər öz müridini bəkləsə də, Məmməd gəlib çıxmadı. E.Sultanov. [Molla Xəlil] başından dağılan müridlərini yenə öz tərəfinə çəkməli idi. S.Hüseyn. Məşədi Məmməd Səmədin sadiq müridlərindən biri idi. B.Talıblı. // məc. Birinə kor-koranə itaət edən adam. müridizm is. [rus. əsli ər. mürid və yun. ...izm] tar. XIX əsrin 2-ci yarısında rus elmi ədəbiyyatında meydana gələn və Şimali Qafqaz dağlılarının 1820-1860-cı illərdə Rusiya imperiyasının müstəmləkəçilik siyasətinə qarşı yönəlmiş milli azadlıq hərəkatının adını bildirən şərti termin. Müridizm ideologiyası. Müridizmə imamlar və naiblər başçılıq edirdilər. Seyid Nigari müridizm azadlıq hərəkatının öncüllərindən olmuşdur. müridlik is. Mürid olma. mürşid is. [ər.] Əsil mənası “doğru yol göstərən” olub, keçmişdə təriqətə başçılıq edən şeyxlərə deyilirdi. [Arif:] Ey mürşidipir, inayət eylə; Əylənmə mənimlə sən də böylə... H.Cavid. mürşidlik is. Mürşid olma; rəhbərlik. mürtəce sif. [ər.] İrticanın xeyrinə iş görən, yenilik və tərəqqi uğrunda mübarizədə köhnəlik və vaxtı keçmiş şeyləri müdafiə edən, ictimai və mədəni tərəqqinin əleyhinə gedən; irticaçı. Mürtəce ədəbiyyat. Mürtəce siyasət. Mürtəce partiya. – “ŞərqRus” həm inqilabi mübarizənin qızışdığı, həm də mürtəce hakim təbəqələrin təzyiqinin artdığı bir zamanda çap edilirdi. M.İbrahimov. mürtəcelik is. Mürtəce mahiyyətdə olma. Siyasətdə mürtəcelik. mürtəd is. və sif. [ər.]\n1. Öz dinini (müsəlmanlığı) atmış; Allahsız, dinsiz, imansız, babi. Məsələn, mənə deyirlər filankəs babidir, yəni mürtəddir. C.Məmmədquluzadə. [Molla Vəli:] Mən onu deyə bilərəm ki, o mürtəddir və qanı halaldır. Ə.Haqverdiyev. // Dönük, xain.\n2. məc. İnsafsız, zalım, mürüvvətsiz, rəhmsiz. [Möhtəkir:] Bu mürtədlər camaatın qanını şüşəyə tutacaqlar, camaat korluq çəkəcək. P.Makulu. // Söyüş məqamında. [Rüstəm bəy Sənəmə:] A mürtəd balası, danışma, qulluqçusan, otur qulluqçu yerində! Ü.Hacıbəyov. [Fatma xanım:] Səni gücnən saxlayıram, a mürtəd oğlu! N.Vəzirov. mürtədlik is. Allahsızlıq, dinsizlik. // Dönüklük, xainlik. mürtəkib sif. [ər.] köhn. Haram, pis, yaramaz bir işə qoşulan və ya bu cür işlə məşğul olan. ..Kənardan baxan əcnəbilər bizə deyirlər: – ..Mürtəkibdirlər. C.Məmmədquluzadə. • Mürtəkib olmaq – pis, yaramaz bir işə qurşanmaq, yaraşmaz hərəkət etmək. Böylə əmələ aqil olan mürtəkib olmaz. M.Ə.Sabir. [Fərhad:] Yox, sənin nüfuzun altında bu qədər cinayətə mürtəkib olduğum üçün .. intiqamımı səndən alacağam. C.Cabbarlı. Axır vaxtlarda o bir pis əmələ də mürtəkib olmuşdu. S.S.Axundov. mürur is. [ər.]\n1. Keçmə, ötmə, keçib getmə (vaxt, zaman haqqında). • Mürur etmək – keçmək, ötmək, keçib getmək. Zaman bir axar çay kimi axır, illər mürur edirdi. C.Cabbarlı. Əfsus, muradımca mürur etmədi dövran; Saldı məni taxtımdan edib zarü pərişan. Ə.Nəzmi. Müruri-əyyamla – gün(lər) keçdikcə. [Vaqif] müruri-əyyam ilə xanimərhumun ən müqərriblərindən birisi olubdur. F.Köçərli. Müruri-zamanla – zaman keçdikcə, vaxt keçdikcə. Müruri-zamanla oxlandı, töküldü; Ehramların daşı. O.Sarıvəlli.\n2. “ilə” (-la) qoşması ilə – tədriclə, yavaş-yavaş, aramla. Əkin yerini yaxşılandıran vaxtda səy etmək gərək ki, onu sulayan su bir yerdə dayanmayıb mürur ilə axsın. “Əkinçi”. Amma biz onun mürur ilə elədikləri fədakarlığı ancaq edən vaxt düşünür(ük). C.Cabbarlı. mürüvvət is. [ər.] Mərd adama və həqiqi insana xas olan yaxşı sifətlər; rəhm, insaf, mərhəmət, insanlıq. Mürüvvət sahibi. – Mürüvvətə əndazə olmaz. (Ata. sözü). Yox kimsədə insafü mürüvvət; İblisəmi uymuş bəşəriyyət?! H.Cavid. Olmasaydı bizdə, yarəb, bu məhəbbət kaş ki; Ya olaydı bu gözəllərdə mürüvvət kaş ki. C.Cabbarlı. • Mürüvvət etmək (eləmək) – rəhm etmək, mərhəmət göstərmək, insafa gəlmək, insanlıq göstərmək. Mürüvvətə gəlmək – bax. mürüvvət etmək. mürüvvətli sif. Mürüvvəti olan, insaflı, insaniyyətli. Mürüvvətli adam. – [Hatəm:] Bəs hanı dünyanın elmli, mürüvvətli adamları. Ə.Əbülhəsən. mürüvvətsiz sif. və is. İnsafsız, mərhəmətsiz, zülmkar, mürüvvəti olmayan. Mürüvvətsiz adam. – [Səttar:] Bizi mürüvvətsizlər acından qırırdılar. Ə.Əbülhəsən. mürüvvətsizlik is. İnsafsızlıq, rəhmsizlik, şəfqətsizlik, zalımlıq. mürvər is. Doqquzdonkimilər fəsiləsindən bitki növü. müsabiqə is. [ər.] İştirakçıları içərisindən ən yaxşılarını seçib ayırmaq üçün keçirilən yarış; konkurs. “Qurtuluş” jurnalı gənc yazıçılar arasında yaxşı bədii əsər müsabiqəsi elan etmişdi. Cəfər .. bu müsabiqədə də iştirak edəcəkdi. M.Arif. [Cahangir Reyhana:] Mən sizin yerinizə olsaydım maketi müsabiqəyə göndərərdim. İ.Əfəndiyev. müsadirə is. [ər.] Xüsusi şəxslərə, yaxud şirkət, təşkilat, müəssisə və s.-yə məxsus əmlak, pul və s.-nin bütünlüklə və ya qismən dövlətin xeyrinə zorla və əvəzsiz zəbt olunması. • Müsadirə etmək (eləmək) – bir şəxsin, yaxud şirkət, təşkilat, müəssisənin əmlak, pul və s.-ni dövlətin xeyrinə zorla və əvəzsiz olaraq zəbt etmək. ..Şəhərə ərzaq gətirənlərin atlarını ordu üçün müsadirə etdilər. M.S.Ordubadi. // Çap edilmiş bir əsəri satışdan götürmə. müsafir is. [ər.]\n1. Səfər edən, səfərə gedən; səyahətə çıxan adam; səyahətçi. Keçdi çox illər, olmadı orda; Bir müsafir gəlib sirab olsun. A.Səhhət.\n2. Mehmanxanalarda, karvansaralarda və s.-də müvəqqəti yaşayan adam. Tiflisdə İsmailiyyə mehmanxanasının üçüncü nömrəsinə iki nəfər müsafir düşmüşdü. C.Məmmədquluzadə. Geniş pilləkənlərlə üzüaşağı müsafirlər düşürdülər. S.Rəhimov. // Qonaq. İndi yanımca gəl, yapış əlimdən; Bir Muğan qızına müsafir gedək. S.Vurğun. Dostum, sənin yüz kərə olmuşam müsafirin; Durur ayaq izlərim torpağında, daşında. S.Rüstəm. Əziz müsafir üçün hərə bir tədarük görmüşdü. Mir Cəlal. • Müsafir etmək – birini qonaq saxlamaq. [Seyyid:] Xof etmə, bacı, sən mən seyidi müsafir etdin. S.S.Axundov. Müsafir otağı – qonaq otağı. [Ərən:] Haman qullar xörəkləri müsafir otağına daşımağa başladılar. Çəmənzəminli. müsafirət is. [ər.] köhn. Səfərdə olma, səyahət. müsafirxana is. [ər. müsafir və fars. ...xanə] köhn. Mehmanxana, qonaq evi. [Yaşlı kişi:] Hacı Ramazan tapşırmışdı ki, Hacı Mirzə Babanın müsafirxanasına düşüb orada mənzil tutum. S.Hüseyn. Təzə pir gözəl bir səhranın ortasında idi, yaxşı başıqübbəli məscidi, böyük karvansarası, müsafirxanası və qeyri tikililəri var idi. E.Sultanov. müsafirxanaçı is. köhn. Mehmanxanaçı, mehmanxana sahibi və ya mehmanxana saxlayan adam. müsahib sif. [ər.]\n1. Biri ilə söhbət edən, söhbətdə iştirak edən. ..Məşədi Qədir qəsdən “yatmışıq” deyir və gözünü müsahibindən ayırmaq istəmirdi. T.Ş.Simurq. Kazım kişi yenə də duruxdu, müsahibinin lap gözünün içinə baxdı. Mir Cəlal.\n2. Həmsöhbət, dost, rəfiq, yoldaş. Bir neçə müsahibi-vəfadar; Məcnuni-şikəstəyi görüb zar. Füzuli. Qoy Sadıqa desinlər lağlağı, amma o kişi ölən günə kimi mənim rəfiqim, müsahibim və həmdəmimdir. C.Məmmədquluzadə. O, uzaq ölkələrin bu qərib müsafirinə müsahib və yoldaş olmaq istəyir. H.Nəzərli. müsahibə is. [ər.]\n1. Bir məsələ haqqında iki və ya bir neçə adam arasında gedən söhbət, danışıq; ümumiyyətlə, söhbət. Yenə yolumuza başladıq. Bu dəfə müsahibəmiz bir qədər daha səmimiləşmişdi. S.Hüseyn.\n2. Mətbuatda çap edilmək üçün müxbirin ictimaiyyəti maraqlandıran məsələ haqqında hər hansı bir xadimlə söhbəti. Nazirlə müsahibə. Teatrın direktoru ilə müsahibə. // Həmin söhbətin məzmununu şərh edən qəzet yazısı. • Müsahibə almaq – mətbuatda çap etməkdən ötrü hər hansı bir xadimlə söhbət aparmaq, danışmaq. müsahibəçi is. Müsahibə edən, müsahibə aparan, danışan. müsahiblik is. Müsahib olma, söhbətdə yoldaşlıq etmə, həmsöhbət olma. Mənə o vaxt qəzetçi dedilər ki, mən Sadıq ilə müsahibliyə başladım. C.Məmmədquluzadə. müsaid sif. [ər.] Uyğun, əlverişli, münasib; bir şeyə imkan verən. Müsaid şərait. Müsaid vaxt. – Qızların əhvali-ruhiyyəsi bu kimi işlərə müsaid deyildir. A.Şaiq. • Müsaid olmaq – əlverişli olmaq, müvafiq olmaq, münasib olmaq, imkan vermək. Ey Füzuli, əxtəri-bəxtim müsaid olmadı. Füzuli. [İlyas:] Vaxt müsaid olduğu zaman hər axşam bu bağçalarda, bu meşələrdə gəzirəm, – dedi. M.S.Ordubadi. Əgər şərait müsaid olsa idi, [Səməddən] lap böyük siyasət adamı çıxardı. B.Talıblı. müsaidə [ər.]\n1. is. İzin, icazə, rüsxət. Qapıçı telefon ilə müdirdən müsaidə istəyib səyyahları içəri buraxdı. Çəmənzəminli. O, sonra aşağı qatda pəncərəyə yaxın oturmuş bir gəncin müsaidəsini alaraq tez pəncərə önünə keçdi. A.Şaiq. • Müsaidə etmək – bax. müsaidə vermək. [Xanım:] Müsaidə edin, bir məktub yazım, qoyum. Çəmənzəminli. Müsaidə etsəydiniz, təcrübə üçün sizi lentə çəkərdik, – dedim. C.Cabbarlı. Müsaidə vermək – izin vermək, icazə, razılıq vermək, rüsxət vermək. Mən onun davam etməsinə müsaidə vermədim. Mir Cəlal.\n2. Müsaidənizlə şəklində zərf – icazənizlə, izin versəniz. Müsaidənizlə bir neçəsini təqdim etmək istəyirəm. T.Ş.Simurq. [Yaşlı kişi:] İndi müsaidənizlə mətləb üstünə qayıdaq. S.Hüseyn. müsalihə is. [ər.] köhn. Sülh, barışıq; barışma. müsamirə [ər.] bax. konsert 1-ci mənada. Bir gecə istirahət evində müsamirə tərtib edilmişdi. S.Hüseyn. [Nuriyyə:] Həmişə məktəb müsamirələrində güldürücü rollar oynardım. İ.Əfəndiyev. [Zakirov:] Deyəsən, bu gecə istirahət evində yenə müsamirə var. Ə.Məmmədxanlı. // Bir şeyə həsr olunmuş axşam tamaşası. müsavat is. [ər.]\n1. Bərabərlik. Fəqr ilə ğina əhlinə kim verdi müsavat? M.Ə.Sabir. Çikaqo şəhərində beş min qız hökumətə bildirir ki, əgər arvadlara tamam müsavat verilməsə onlar heç bir vaxt ərə getməyəcəklər. C.Məmmədquluzadə.\n2. Birinci dünya müharibəsindən əvvəl Azərbaycanda milli demokratik partiyanın adı. “Müsavat”ın 1911-ci ildə yazılmış ilk proqramında bütün dünya müsəlmanları birliyə çağırılırdı. müsavi sif. [ər.] Bərabər. müsaviləşdirmə “Müsaviləşdirmək”dən f.is. müsaviləşdirmək f. Bərabərləşdirmək, tənləşdirmək. müsaviləşmə “Müsaviləşmək”dən f.is. müsaviləşmək f. Bərabərləşmək, tənləşmək. müsavilik is. Bərabərlik, tənlik; bir bərabərdə olma. ..Müxtəlif səpkili ziyalılar isə “o dünyanı” tamamilə inkar etməsə də, hər iki dünya arasında müəyyən bir eyniyyət və müsavilik yaradır. M.İbrahimov. müsbət sif. [ər.]\n1. Razılıq bildirən, bəyənilən, etiraz doğurmayan. Müsbət cavab. Müsbət rəy. Müsbət qiymət almaq. Müsbət xasiyyətnamə. – [Aslan] hiss etdi ki, yaxşı adamların arasındadır, suala müsbət cavab verdi. S.Vəliyev. // Zərf mənasında. Məsələ müsbət həll olundu.\n2. Lazımi keyfiyyət və xassələrə malik olan, qəbul edilə bilən, ümidləri doğruldan; yaxşı. Müsbət təsir. – Səba xanım başladığı oyunun müsbət nəticə verəcəyinə ümid bəsləmirdi. M.S.Ordubadi. // Yaxşı xüsusiyyətləri ilə ətrafındakılardan seçilən, nümunə ola bilən. Müsbət tip. Müsbət surət. – Çobanlar və başqa müsbət qəhrəmanlar xalqın nümayəndələridir. M.İbrahimov.\n3. riyaz. Sıfırdan böyük. Adi ədədləri mənfi ədədlərdən fərqləndirmək üçün onlara müsbət ədədlər adı verilmişdir. Z.Xəlilov. // Sıfırdan yuxarı olan hava temperaturunu göstərmək üçün işlədilir. Müsbət (+) 15° isti.\n4. fiz. Hissəcikləri proton, pozitron və s.dən ibarət elektrik növünə aid olan. Müsbət yük. müsbətlik is. Müsbət şeyin hal və keyfiyyəti, müsbət olma. müsəddəs is. [ər.] ədəb. Hər bəndi altı misradan ibarət klassik şeir forması. Seyid Əzim Şirvaninin “Zaman ol zaman idi” müsəddəsi. müsəhhih is. [ər.] köhn. bax. korrektor. Bir rübaidə dörd qələt buraxır; Barakallah, bizim müsəhhihlər. Ə.Qəmküsar. müsəhhihlik is. köhn. bax. korrektorluq. Hələlik müsəhhihlik edəcəksiniz. M.Hüseyn. Gecə saat on ikidən dördə kimi “İşıq” mətbəəsində müsəhhihlik vəzifəsi var idi. Mir Cəlal. müsəlla is. [ər.] din.\n1. Müsəlmanlarda: cənazə namazı qılmaq üçün məscid yanında xüsusi yer; namazgah, namaz yeri.\n2. Keçmişdə: şiddətli quraqlıq zamanı açıq yerə toplaşıb elliklə dua edərək Allahdan yağış istəmə ayini. • Müsəllaya çıxmaq – keçmişdə: elliklə dua edərək Allahdan yağış istəmək. Çox quraqlıq keçirdi bipayə; Xəlq çıxmışdılar müsəllayə. A.Səhhət. ..Bir para yerlərdə camaat müsəllaya çıxıb, Allahdan yağış istəyib. C.Məmmədquluzadə. [Ərən:] Dəfələrlə müsəllaya çıxılırsa da, göydən yerə bir damla belə düşmür. Çəmənzəminli. müsəlləh sif. [ər.] Silahlanmış, silahlı. Müsəlləh ordu. Müsəlləh dəstə. – Dərənin ortasında bir müsəlləh şəxs Salmanın qabağını kəs(di).. Ə.Haqverdiyev. Bilsin ana torpaq, eşitsin vətən; Müsəlləh əsgərəm mən də bu gündən. S.Vurğun. müsəlman sif. [dan.]\n1. İslam dininə mənsub adam.\n2. köhn. “Dindar” mənasında. Müsəlman adamdır. müsəlmanca sif. və zərf Keçmişdə canlı dildə “azərbaycanca” mənasında işlədilmişdir. “Könülsüz nikah”ı yazan darülmüəllimeynin şagirdlərindən Rzayev familiyasında bir şagirddir ki, müsəlmanca oxuyubyazmağa artıq şövqü var. F.Köçərli. Müsəlmanca bilmirsiniz? Nə söyləyirsiniz, qardaşım.. Ana dilini bilməmək... vay, vay, bu olmadı ki!.. N.Vəzirov. müsəlmançılıq is.\n1. bax. müsəlmanlıq.\n2. məc. dan. “Gerilik, cəhalət, nadanlıq” mənasında. Bəli, köhnəlik, müsəlmançılıq hələ bizə az ziyan vermir, – deyə Fərhadoğlu başını yırğaladı. S.Rəhimov. müsəlmanlıq is. Müsəlman dininə mənsub olma. [Dilbər:] Siz özünüz xalqı müsəlmanlığa çağırırsınız, bəs şəriətdə özgə arvadlara baxmaq olarmı? C.Cabbarlı. // İslamiyyət. Müsəlmanlıqda bundan artıq nə tələb oluna bilər? T.Ş.Simurq. müsəlsəl sif. [ər.] klas. Zəncir kimi bir-birinə bağlı olan, qırılmaz bir sıra təşkil edən, bir silsilə şəklində olan; sıralanmış. Hanı o sən görən əhmər yanaqlar; Müsəlsəl keysular, nəsrin buxaqlar? Q.Zakir. müsəmma is. [ər.] aşp. Qoyun və ya toyuq ətindən albuxara, kişmiş, qaysı qurusu ilə bişirilən xörək növü. Firni və tərək, dolma, fisincan da bizimdir; Boşqab da, müsəmmavü badımcan da bizimdir. M.Ə.Sabir. müsənnif is. [ər.] köhn. Müəllif, avtor. [Axund:] Müsəlmanlar arasında belə bir abdar əşar müsənnifləri nadi-rülvücuddur. Mir Cəlal. müsəvvər sif. [ər.] köhn.\n1. Şəkillərlə bəzədilmiş; rəsmli.\n2. Rəsm edilmiş, çəkilmiş.\n3. Təsəvvür olunan, təsəvvürə gətirilən.\n4. Müəyyən bir şəkli, forması olan. müsibət is. [ər.]\n1. Bəla, fəlakət, afət. Müsibətə düşmək. Müsibətdən qurtarmamaq. – Birisinin başına bir müsibət gələndə yenə bir yandan bir qəlb təskinliyi olur. C.Məmmədquluzadə. [Musa:] Kişi gərək hər müsibətə mərdanəlik ilə davam eləyə. Ə.Haqverdiyev. • Müsibət çəkdirmək – başına bəla gətirmək, əziyyət vermək, çox incitmək. Müsibət çəkmək – başı bəlalar çəkmək, məşəqqət görmək, ağır vəziyyət keçirmək. Amma çox müsibət çəkib, çox padşahlar öldürüb sonra murada çatarsan. (Nağıl).\n2. Matəm, yas, ölüm hadisəsi, faciə, bədbəxtlik. Bu müsibətdə, cənab Allah dərgahından sizə səbir, təskinlik diləməkdəyəm. M.S.Ordubadi. Qardaşım bu vaxta qədər nə üçün gəlmədi? Başıma gələn qara müsibətdən xəbəri yoxdurmu? A.Şaiq.\n3. Müsibətlə şəklində zərf – çox böyük çətinliklə, əzab-əziyyətlə, zorla (çox zaman “ənvai-müsibətlə” şəklində işlənir). Müsibətlə işi görüb qurtarmaq. – Min ənvaimüsibətlə qayaya dırmaşdı. “Koroğlu”. Kişi ənvai-müsibətlə qapının qıfılını sındırardı və açardı. H.Sarabski. müsibətli sif. Müsibət içində olan; ağır, fəlakətli, faciəli. Müsibətli günlər. – İskəndərin kənddən baş alıb getməyinə müsibətli bir qəzavü-qədər bais olmuşdu. E.Sultanov. Çox heyf olsun ki, bizimkilər bu cür müsibətli bir gündə öz qarınlarının qeydinə qalıblar. M.S.Ordubadi. müsibətzədə sif. [ər. müsibət və fars. ...zədə] Müsibətə düşmüş, fəlakətə düçar olmuş, müsibət çəkmiş. Tutalım ki, digər millətlərə nisbətən sən daha artıq müsibətzədəsən. M.İbrahimov. müsinn sif. [ər.] klas. Sinli, yaşlı, yaşı ötmüş, qoca. Müsinn qadın. – [Qazı Xudayar bəyə:] Mən indi müsinn adamam, mənim olar səksən və bəlkə dəxi də artıq yaşım. C.Məmmədquluzadə. [Xortdan:] Bir nəfər müsinn kişi əl eləyib faytonu dayandırdı. Ə.Haqverdiyev. müslim [ər.] bax. müsəlman 1-ci mənada. müstəbid sif. və is. [ər.]\n1. İstibdadçı, zalım hökmdar, hakimi-mütləq. Müstəbidlər yaşamaqçın rahət; Şairi əldə ediblər alət. A.Səhhət.\n2. Zalım, zülmkar, qaniçən. [Atabala] çox məzlumları zalımların pəncəsindən qurtarmış, çox müstəbidin ocağını söndürüb yelə sovurmuşdu. A.Şaiq. müstəbidlik is. Zalımlıq, zülmkarlıq, qaniçicilik, istibdad. müstəcab sif. [ər.] din. Arzusu, istəyi qəbul olunan. • Müstəcab olmaq – arzusu, istədiyi qəbula keçmək, xahişi yerinə yetmək, arzusuna çatmaq. [Həmzə bəy:] Belə ki, duan müstəcab olur, elə dua elə, Nəcəfin pulunu ud. Ə.Haqverdiyev. Şırım Ballının duası müstəcab oldu. Çəmənzəminli. müstəhəq sif. [ər.] köhn. Haqlı olan, haqq qazanmış, layiq, haqlı. Elm və bilik sahiblərinin yolunda çəkilən zəhmətlər həmişə vacib və müstəhəqdir. C.Məmmədquluzadə. [Molla:] Əgər əhvalat belədirsə, onlar hər cəzaya müstəhəqdirlər. P.Makulu. • Müstəhəq olmaq – layiq olmaq, münasib olmaq, haqlı olmaq. müstəid sif. [ər.] İstedadlı, qabiliyyətli, fəhmli, tez görüb-götürən. Şübhəsiz, bu çox müstəid bir gənc idi. A.Şaiq. müstəidlik is. İstedadlılıq, qabiliyyətlilik. müstəqil sif. [ər.]\n1. Başqasından asılı olmayan, başqasına tabe olmayan; sərbəst. Müstəqil respublika. Müstəqil hökumət.\n2. Özü-özlüyündə əhəmiyyəti olan, başqaları ilə bağlı olmayan, başqalarından ayrılan; ayrıca, xüsusi. Müstəqil məsələ. Elmin müstəqil sahəsi.\n3. Zərf mənasında. Başqasının köməyi və ya rəhbərliyi olmadan, öz bacarığı, təşəbbüsü ilə icra edilən. Müstəqil iş. Müstəqil fəaliyyət göstərmək. – Biz qarşıdakı məsələni həll etmək üçün az-çox müstəqil hərəkət etməli idik. H.Nəzərli. Şamama birinci dəfə idi ki, müstəqil olaraq pambıq becərirdi. İ.Əfəndiyev. Aslan onlara ixtisas üzrə bilik verir, müstəqil işləməyə öyrədirdi. M.Rzaquluzadə. // Kənar təsirlərdən azad; orijinal. Müstəqil mühakimə. – [Firəngiz Şahinə:] Öz müstəqil fikri olan və axıra qədər onu müdafiə eləyən adamlardan xoşum gəlir. B.Bayramov. müstəqillən zərf [ər.] Müstəqil olaraq, özbaşına, başqasının göstərişi, köməyi, müdaxiləsi olmadan. Müstəqillən çalışmaq. Məsələni müstəqillən həll etmək. müstəqillik is. Müstəqil olma halı. müstəqim sif. [ər.]\n1. Düz, rast. Müstəqim yol. Müstəqim xətt.\n2. Birbaşa, bilavasitə, düzünə. Deputat seçkiləri müstəqimdir. müstəqimlik is. Müstəqim olma, birbaşa olma. Seçkilərin müstəqimliyi. müstəmləkə is. [ər.] İmperialist dövləti tərəfindən zorla tutulub istismar edilmiş, siyasi və iqtisadi istiqlaliyyətini itirmiş ölkə. müstəmləkəçi is. Müstəmləkəçilik siyasəti yeridən, müstəmləkə xalqlarını istismar edən (bax. müstəmləkə). Müstəmləkəçilərin zülmü. Müstəmləkəçilərə qarşı mübarizə. // Müstəmləkəsi olan. Müstəmləkəçi dövlətlər. müstəmləkəçilik is. İmperialist dövlətlərinin zəif inkişaf etmiş ölkələri iqtisadi və siyasi cəhətdən özlərinə tabe etmə, müstəmləkəyə çevirmə siyasəti. İmperializmin əsas xüsusiyyətlərindən biri müstəmləkəçilikdir! A.Şaiq. müstəmləkələşdirilmə “Müstəmləkələşdirilmək”dən f.is. müstəmləkələşdirilmək məch. Müstəmləkə halına salınmaq, müstəmləkə edilmək. müstəmləkələşdirmə “Müstəmləkələşdirmək”dən f.is. müstəmləkələşdirmək f. Müstəmləkə halına salmaq, müstəmləkə etmək. müstəntiq is. [ər.] İlk məhkəmə istintaqı aparan vəzifəli şəxs; silistçi. Həmin gündən sonra Cavahir müstəntiqin tələbi üzrə həbs edildi. T.Ş.Simurq. Prokuror müstəntiqlə söhbətinə ara verdi. M.Hüseyn. müstəntiqlik is. Müstəntiqin vəzifəsi, işi; silistçilik. müstəsna sif. [ər.]\n1. Ümumi qaydalardan, adi normalardan xaric, istisnalıq təşkil edən. Müstəsna hal. Müstəsna qanunlar. // is. Ümumi qaydadan, adi haldan, normadan kənara çıxma. Bəzi kəlmələr bu qrammatik qaydadan müstəsnadır.\n2. Başqaları kimi olmayan, başqalarına bənzəməyən, misilsiz, görünməmiş, qeyri-adi. Müstəsna ustalıq. – Əlikram müstəsna bir məharətlə lazım olanların hamısının damarlarına bələdləşmişdi. B.Bayramov. // Fövqəladə, özü kimilərdən üstün; qeyri-adi, nadir. Müstəsna gözəllik. Müstəsna musiqi əsəri. – Öylə müstəsna gözəlsən kim, sənə yoxdur bədəl. Füzuli. müstəsnalıq is. İstisna təşkil etmə, yalnız müəyyən şəxsə, müəyyən şeyə, yaxud hadisəyə xas olma. Şəraitin müstəsnalığı. müstəvi [ər.]\n1. sif. Üstü düz, hamar, hər tərəfi bir cür olan. Müstəvi səth.\n2. is. riyaz. İki ölçüsü olan səth. müsyö [fr.] Cənab, ağa (hörmət əlaməti olaraq fransıza müraciət etdikdə və ya onun haqqında danışıldıqda işlədilirdi). M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası. – Birinci qəhrəmanımız .. müsyö Qameldir. Qantəmir. müşahidə is. [ər.]\n1. Diqqətlə baxma, nəzər yetirmə, seyr etmə. • Müşahidə etmək (eləmək) – 1) diqqətlə baxmaq, göz qoymaq, seyr etmək. Səidə xanım otağının açıq pəncərəsindən bizi müşahidə eləyirmiş. M.Hüseyn; 2) görmək, hiss etmək. [Yaşlı kişi:] Bir neçə saat əvvəl ürəyi xarab olan zaman mən onda qəribə bir hal müşahidə etdim. S.Hüseyn. ..Kərəmzadə [Səlimin] zəif damarını yamanca dəqiqliklə müşahidə eləmişdi. B.Bayramov.\n2. Diqqətlə baxaraq, araşdıraraq öyrənmə, tədqiq etmə. Heyvanların həyatı üzərində aparılan müşahidələr. – Zoologiya dərslərində əməli iş və laboratoriya məşğələləri, təcrübə, müşahidə və mikroskopla işləmək çox mühüm yer tutur. C.Cəbrayılbəyli. Ziynət analığını işığa saldı, müşahidəsini yazdı. B.Bayramov. • Müşahidə aparmaq – müntəzəm göz qoymaqla, diqqət yetirməklə öyrənmək, tədqiq etmək, araşdırmaq. [Kamil] qayığı saxlatdırıb xırda ada və daşlarda müşahidə aparır, fotoaparatla şəkil çəkirdi. M.Süleymanov.\n3. Nəzarət etmə, göz qoyma, izləmə. • Müşahidə məntəqəsi – düşməni izləmək üçün xüsusi təchiz olunmuş gizli yer. ..Mərmi lap müşahidə məntəqəsini ağzına aldı. Mir Cəlal. Müşahidə məntəqəsində növbədə durduğum birinci dəfə deyildir. Y.Əzimzadə.\n4. məc. Müşahidə və təcrübə nəticəsində hasil olan dünyagörüşü. Geniş müşahidəyə malik yazıçı. müşahidəçi is.\n1. Müşahidə edən, müşahidə aparan, baxan, göz qoyan adam. // Vəzifəsi, ixtisası müşahidə aparmaqdan, nəzarət etməkdən ibarət olan (adam). Rəsədxana müşahidəçisi. Hərbi müşahidəçi. // Sif. mənasında. Müşahidəçi əsgər.\n2. Başqalarının görə bilmədiyi, hiss etmədiyi incəlikləri, nöqtələri görən, duyan adam. Yaman müşahidəçidir. müşahidəçilik is. Müşahidə etmə, müşahidə aparma. Cəfər Cabbarlıda hələ uşaqlıqdan müşahidəçilik qabiliyyəti inkişaf etmişdi. M.Arif. müşavir is. [ər.] Müxtəlif vəzifə sahiblərinin adı. Hərbi müşavir. Ədliyyə müşaviri. // Məşvərətçi, məsləhətçi. Bu, xanın vəziri və dövlətin müşaviri Molla Pənah Vaqif idi. Çəmənzəminli. Müşavir doğrudan da [Ağarzaya] bir kağız verdi. Mir Cəlal. Bu gənc, vəliəhdin müşaviri və Təbriz bəylərbəyisi idi. P.Makulu. müşavirə is. [ər.]\n1. Hər hansı bir məsələnin birlikdə müzakirəsi; iclas. İstehsalat müşavirəsi. Ümumittifaq müşavirəsi. Dilçilik müşavirəsi. – Söhbət qısa və konkret olduğundan müşavirə tez qurtardı. H.Seyidbəyli.\n2. Bir məsələni götür-qoy etmə; məsləhət, məşvərət. [Zeynal] bu gün özü ilə Mehribanın arasında olan ixtilafı həll .. etmək üçün evində bir müşavirə tərtib etmişdi. S.Hüseyn. müşavirəbaz is. [ər. müşavirə və fars. ...baz] Tez-tez müşavirə (iclas) çağırmağı sevən adam; iclasbaz (mənfi mənada işlənir). müşavirəbazlıq is. Tez-tez müşavirə çağırmaqla məşğul olma; iclasbazlıq (mənfi mənada işlənir). Get-gedə kolxozçular Xanpərinin müşavirəbazlığını lağa qoymağa başladılar. Ə.Vəliyev. müşavirlik is. Müşavirin vəzifəsi, işi. [Qoca] özü din xadimi, müfti, vaiz olmaqla qazı yanında müşavirlik də edərdi. “Qabusnamə”. müşayiət is. [ər.] Yanınca getmə, ötürmə. • Müşayiət etmək – 1) ötürmək, yola salmaq. [Mehriban] keçən gün [Səlimin] tövsiyələrini diqqətlə dinləmiş, onu vağzaladək müşayiət belə etmişdi. S.Hüseyn; 2) bir yerə qədər yanınca getmək, bərabər getmək. Nümayəndələri müşayiət etmək. – Fabrik müdiri də bizi müşayiət edirdi. M.İbrahimov; 3) qorumaq, yaxud da yol göstərmək, bələdçilik etmək üçün yanınca getmək. Generalı müşayiət etmək. – Vəliəhd döyüş səhnəsinə daxil olan kimi onu müşayiət edən iki yüz Gəncə atlıları geri çəkildilər. M.S.Ordubadi. ...müşayiəti ilə – 1) bərabər, bir yerdə, yanınca gedərək. Qətibə gözəl kənizlər və cariyələrin müşayiəti ilə daxil olub, böyük salonun ortasında dayandı. M.S.Ordubadi. Teymur şahidlərin müşayiəti ilə mağazanı gəzməyə başladı. H.Seyidbəyli; 2) mus. oxuyan və ya solo çalanla birgə çıxış edib öz çalğısını onların oxumasına və ya çalmasına uyğunlaşdıraraq. Nəhayət, Cimi tarın müşayiəti ilə oxumağa başladı. İ.Əfəndiyev. Bir salonda tar-kamança müşayiəti ilə oxunan xoş bir el mahnısının səsi gəlir. M.Rzaquluzadə. müşayiətedici (=müşayiətçi) is. Müşayiət edən, yanınca gedən, ötürən. Osman ağa da, onun müşayiətçisi də bir-birinə baxdılar. P.Makulu. müşayiətçi (=müşayiətedici) is. Müşayiət edən, yanınca gedən, ötürən. Osman ağa da, onun müşayiətçisi də bir-birinə baxdılar. P.Makulu. müşəbbək sif. [ər.] köhn. Şəbəkəli, şəbəkəsi olan. müşəmbə is. [əsli ər. müşəmbə] Su keçirməmək üçün bir və ya hər iki üzünə xüsusi maddə sürtülmüş parça. Ortada, üstünə müşəmbə salınmış stolun üzərində yanan çıraq ətrafa solğun bir işıq salırdı. S.Rəhman. Musa kişi .. masanın müşəmbəsini qaldırıb altına baxdı. Mir Cəlal. // Müşəmbədən olan, müşəmbədən tikilmiş, üzü müşəmbə olan. Müşəmbə plaş. – [Ağabala] bel kimi iri və bərk əlini kabinənin bozarmış müşəmbə döşəkcəsinə vurub deyərdi.. Mir Cəlal. müşəmbələmə “Müşəmbələmək”dən f.is. müşəmbələmək f. Müşəmbə ilə örtmək, üzünə müşəmbə çəkmək. Qapını müşəmbələmək. – [Uşaq:] Ata, məni ki suya atırsan, bir müşəmbə götür, sandığın ağzını müşəmbələ ki, su dolmasın. (Nağıl). müşəmbəli sif. Üstünə müşəmbə çəkilmiş. Müşəmbəli stol. müşərrəf sif. [ər.] köhn. Şərəflənmiş, şərəfə nail, şərəfli. • Müşərrəf etmək – öz gəlişi ilə şərəfləndirmək. Müşərrəf olmaq – özü üçün şan və şərəf bilmək (böyük bir şəxs tərəfindən qəbul edilməsini). [Xacə Mübarək:] Mövlana Cəmaləddin hüzuri-mübarəkə müşərrəf olmaq istəyir. M.F.Axundzadə. Mən elə hacı tanıyıram ki, özünün heç bir zada etiqadı olmaya-olmaya Məkkəyə müşərrəf olur. Ə.Qəmküsar. müşfiq sif. [ər.] Şəfqətli, mərhəmətli, mehriban, ürəyiyumşaq. Həsrət qalıb doğma yurdun nazlı, müşfiq qucağına; Gözlər yaşlı, boyun bükük vətənsizmi öləcəyəm? A.İldırım. müşk is. [fars.]\n1. Bir cins ceyranın göbəyindən çıxarılan xoş iyli maddə. Müşk qara rəngli maddədir. – [Şeyx Nəsrulla:] Ətirlərinizin əlası müşkdür ki, ahunun göbəyinin qanından ibarətdir. C.Məmmədquluzadə.\n2. Gözəl iy, ətir. Müşk qoxumaq. müşkbar sif. [fars.] klas. Müşk saçan, ətir saçan. müşkbu sif. [fars.] klas. Müşk qoxulu, müşk kimi ətirli. Rəhm eylə bu müşkbu qəzalə; Rəhm etməzmi kimi bu halə? Füzuli. müşkül [ər.]\n1. sif. Çətin, zor, çətin başa gələ bilən, çətin həll edilə bilən. Müşkül hal. Müşkül məsələ. – Mən and içirəm ki, indiyədək “Tərcüman” qəzetinin sahibi bir belə müşkül işə rast gəlməyib. C.Məmmədquluzadə. // Ağır, dözülməz. Səbr eyləmək olarmı bu müşkül müsibətə. A.Səhhət. • Müşkülə düşmək – çətinə düşmək, çıxılmaz vəziyyətə düşmək. Vay, vay! Nə yaman müşkülə düşdü işim, Allah! Fəryadimə yet kim, yanıram atəşə, billah! M.Ə.Sabir. Müşkül etmək – çətinləşdirmək, çətinə salmaq, ağırlaşdırmaq. Ta kuyi-yardə özümə mənzil etmişəm; Asan ikən özüm işimi müşkül etmişəm. S.Ə.Şirvani. Müşkül olmaq – çətin olmaq. Eşitmədinmi, könül, eşq müşkül olduğunu; Sənə bu müşkül işi kim dedi ki, bünyad et! Füzuli. Müşkül oldu çünki yol bulmaq onun imkanına; Göstərib lütfü-kərəm mən bəndeyi-fərmanına. M.P.Vaqif; // ağır olmaq, dözülməz olmaq. Elmsizlik bəlası müşkül olur, həqiqət. M.Ə.Sabir.\n2. is. Çıxılmaz vəziyyət, ağır vəziyyət; düyün. Müşkülü həll etmək. – Sən tanıtdın bu ellərə ömrün yazını; Varlıqdakı hər müşkülün öz mənasını. S.Rüstəm. [Mahmud üçün] bu böyük müşküldən çıxmağa bir yol var idi, o da intihar! Çəmənzəminli.\n3. məc. sif. Ağır, çox. Bu məlul, müşkül vaxtında Nigarın küsməyi Koroğlunun ürəyini qubarlandırdı. “Koroğlu”. müşkülat is. [ər. “müşkül” söz. cəmi]\n1. Həlli çətin iş; çətinlik, əngəl, maneə. Kim eylədi həll müşkülatın; Kim verdi bu qüssədən nicatın? Füzuli. Burada Ceyranın qarşısına yeni bir müşkülat çıxır. S.Hüseyn.\n2. Müşkülatla şəklində zərf – çətinliklə. Bu bir min ədədi ki, belə müşkülatla düzəldə bildik, iki min ədədə gücümüz çatsa, genə min şükür eləməli. C.Məmmədquluzadə. müşkülcə sif. Çox müşkül, çox çətin. Müşkülcə xitabdır xitabın; Bilməm necə verəyim cavabın. Füzuli. müşkülləşdirmə “Müşkülləşdirmək”dən f.is. müşkülləşdirmək f. Çətinləşdirmək. müşkülləşmə “Müşkülləşmək”dən f.is. müşkülləşmək f. Daha da müşkül olmaq, daha da çətin olmaq; çətinləşmək. müşküllük is. Çətinlik, ağırlıq. müşrik sif. [ər.] Bütpərəst, müsəlman dinində olmayan. müştaq sif. [ər.] şair. Candan istəyən, həsrətində olduğu bir şeyə can atan, arzusunda olan. Onun üçün göz kəsmərəm gözündən; Müştaqəm, ey şəkər kanı, mən sənə. M.P.Vaqif. Ələsgər müştaqdır xəttü-xalına; Məleykə şəklinə, mah cəmalına. Aşıq Ələsgər. Ey mənim dostum, gərək sən heç şübhə etməyəsən ki, mən sənintək vücudları görməyə müştaqəm. C.Məmmədquluzadə. • Müştaq olmaq – candan istəmək, arzu etmək, ürəkdən bağlanmaq, həsrətində olmaq. Bəlli Əhməd Koroğlunun sədasını eşidib ona müştaq olmuşdu. “Koroğlu”. Didarına müştaq olan əhli-beyt; Yüzün görüb şadü-xürrəm olubdur. Q.Zakir. müştəbeh sif. [ər.] Şübhəli, şəkli. • Müştəbeh etmək – şübhələndirmək, şəkləndirmək; şəkkə, şübhəyə salmaq. [Divanbəyi:] Bular da məni aşkar istəyirlər müştəbeh etsinlər. M.F.Axundzadə. Müştəbeh olmaq – şübhələnmək, şübhəyə düşmək. [Ağa Kərim:] Səni Hacı Qafurun arvadının yanında elə nəzərə verdim ki, əgər özün də orda olsaydın öz haqqında müştəbeh olardın. M.F.Axundzadə. Olduqca müştəbeh “qələt etmə, inan!” – dedin; Kim yaxşı söylədisə ona min yaman dedin. M.Ə.Sabir. müştərək sif. [ər.]\n1. Ümumi, ellik, birgə; elliklə, ortaqlı, birgə görülən (aparılan); kollektiv. Müştərək iş. Müştərək əkin. – Bütün kənd Novruza müştərək kağız yazıb göndərdi. S.Rəhimov. // Zərf mənasında. Müştərək işləmək. • Müştərək müqavilə – müəssisənin müdiriyyəti ilə həmkarlar ittifaqı təşkilatı arasında bağlanan əmək müqaviləsi. Müştərək təsərrüfat – kolxozun köhnə adı.\n2. Ümumi, bənzər, oxşar. [Çiçəklə] Xədicə arasında müştərək bəzi sifətlər bulurdum. S.Hüseyn. müştərəklik is. Müştərək olma, birgə olma; əlbirlik, şəriklik, ortaqlıq. müştəri I. is. [ər.]\n1. bax. alıcı1 1-ci mənada. Müştərilərə mədəni xidmət. Bu malın müştərisi yoxdur. – [Hacı Qara:] Buların qumaşı özgə qumaşdır, müştəri macal vermir, göydə götürür. M.F.Axundzadə. Bu arada müştərilər hərlənir, qiymət üstündə uzunuzadı çəkişirdilər. S.Rəhimov.\n2. Daimi alıcı, sifarişçi və ya bir iş üçün gələn. Atelyenin müştərisi. – Əti də Şeyx Şaban hər qəssabdan almazdı. Qəssabbaşı İmaməli ilə müştəri idi. Ə.Haqverdiyev. Usta bir müştərinin başını qırxıb, qurtarıb qanatdığı yerlərə pambıq düzürdü. C.Məmmədquluzadə.\n3. Pul müqabilində su, elektrik, telefon, radio və s.-dən istifadə edən, habelə qəzet, jurnal və s.-yə abunəçi olan şəxs. Bir qədər müştərimiz Bakı, Gəncə, Şamaxı və qeyri şəhərlərdə varımızdır. C.Məmmədquluzadə. [Cənnətəli] axırda qəzetlərə bir qədər müştəri toplayıb, Bakıya gedib ki, görsün, onun kəlamını niyə çap eləməyiblər. Çəmənzəminli.\n4. məc. İstəyən, arzu edən, həvəskar. [Hacı Fərəc:] Zinyət xanıma müştəri çoxalacaq, yatma, sərhesab ol, kişi! N.Vəzirov. Adına min yerdən min müştəri var. S.Vurğun. • Müştəri çıxmaq – 1) yiyələnmək, mənimsəmək istəmək. Kitaba müştəri çıxmaq; 2) bax. müştəri olmaq. Müştəri olmaq – istəmək, almağa hazır olmaq, almaq istəmək. Varın verən, deyərlər, utanmaz, məsəldi bu; Can nəqddi əldə, oldum o canənə müştəri. S.Ə.Şirvani. Camalın görən olur müştəri; Misirdə Yusifin bazarı kimi. Aşıq Ələsgər. ‣ Müştəri gözü ilə baxmaq zar. – bir həvəskar, maraqlanan bir adam alıcı gözü ilə baxmaq, qiymətləndirmək. Səlimnaz hər gün [Püstəxanımı] iş gördürmək bəhanəsi ilə evinə çağırır, altdan-altdan, oğrun-oğrun müştəri gözü ilə ona baxırdı. M.Hüseyn. [Əşrəf:] Ümid, .. bir o həkim qıza müştəri gözü ilə baxarsan. B.Bayramov.\n\nII. is. [ər.] Ərəb astronomiyasında: Yupiterin adı. Dəst tutsun Ütarid, Zöhrə, Müştəri; Fələkin şəmsilə mahı oynasın. Q.Zakir. müştərigir sif. [ər. müştəri və fars. ...gir] köhn. Alıcını cəlb edən, işə gedən, müştəri bəyənən, alıcısı, həvəskarı çox olan. Müştərigir mal. • Müştərigir olmaq – alıcının xoşuna gəlmək, müştərinin ürəyinə yatmaq, müştərisi çox olmaq. [Hacı Qara:] Mal gərək müştərigir olsun. Ə.Haqverdiyev. müştük is. [əsli alm. mundstuck]\n1. Papiros gilizinin içində tütün olmayan, çəkərkən ağıza salınan bərk hissəsi, papiros kötüyü. // Papiros və siqaretin keçirildiyi kiçik borucuq. Siqareti müştüyə keçirmək. – [Mehrəli] .. gilas ağacından qayrılmış uzun müştüyünü üfləyib, papirosu ucuna qondardı. Çəmənzəminli. Molla uzun və qara müştüyün başına sancılmış eşmə papirosa qullab vuraraq ətrafına tüstü yayırdı. T.Ş.Simurq.\n2. Nəfəsli musiqi alətlərinin ağıza salınan və ya dodağa söykənən hissəsi; ağızlıq. Klarnetin müştüyü. Fleytanın müştüyü. müştüklü sif. Müştüyü olan. Qısa müştüklü papiros. – ..Şahmar dəftərxanadan çıxıb uzun müştüklü papirosunu yandırdı... M.Hüseyn. // Müştükdə olan, müştüyə keçirilmiş. Müştüklü siqaret. mütabiq sif. [ər.] Bir-birinə uyan, tay gələn; uyğun, müvafiq. Əhkami-şərə mütabiq bir .. kimsənə nəzərdə varmı ki, səltənəti və taxtü-tacı ona vagüzar edək. M.F.Axundzadə. • Mütabiq gəlmək – eyni ölçüdə, biçimdə olmaq, bir-birinə uyğun gəlmək, bir-birindən fərqli olmamaq. Mütabiq olmaq – eyni ölçüdə, biçimdə olmaq, tən gəlmək, müvafiq olmaq. Olmuş dünümə günüm mütabiq; Gün görməz imiş bəlalı aşiq. Füzuli. Mütabiq tutmaq – bir-birinin eyni hesab etmək, iki şeyin arasında heç bir fərq görməmək, bir tutmaq. mütabiqət [ər.] bax. mütabiqlik. mütabiqlik is. Bir qaydada olma, birbirinə uyğun gəlmə; uyğunluq, müvafiqlik. mütaliə is. [ər.]\n1. Oxuma, qiraət. Hacı Nurməmməd də elə bizim öz şəhərimizdə nüsxəbənd kitablarının mütaliəsi və təcrübə ilə həkimliyi öyrənmişdi. C.Məmmədquluzadə. Cəmi yeddiillik təhsili olan Gülaçar qızğın mütaliə həvəskarı idi. İ.Əfəndiyev. • Mütaliə etmək (eləmək) – kitab, qəzet, jurnal və s. oxumaq. [Musanın nəvəsi] mütaliə edir, çalışır, elmin bir şöbəsində özünü mütəxəssis hesab edir. Qantəmir. Bir axşam ürəyim yenə təngləşdi. Mütaliə etdiyim kitabla maraqlana bilmədim. T.Ş.Simurq. // Kitab və s.-dən əxz edilmiş bilik, məlumat mənasında.\n2. Ətraflı düşünmə, götür-qoy etmə, fikirləşmə. Məsələni əvvəlcə mütaliə etmək lazımdır. mütaliəçi is. Mütaliə ilə məşğul olan, qiraət edən, mütaliəni çox sevən adam. mütaliəsiz sif. və zərf Düşünmədən, fikirləşmədən, götür-qoy etmədən. mütarikə is. [ər.] Hər iki tərəfin razılığı ilə müharibənin müvəqqəti olaraq kəsilməsi, dayandırılması. Mütarikə etmək. mütəaqib sif. [ər.]\n1. Bir-birinin arxasınca gələn, bir-birini təqib edən.\n2. Dalısınca, arxasınca, ondan sonra. [Ərən:] Bunu mütəaqib gözəl üzlü, qəvi əndamlı gənc bir oğlan da gəldi. Çəmənzəminli. mütəarif sif. [ər.] köhn.\n1. Məlum, məşhur, bilinən, tanınan. // Xəbər şəkilçisi ilə: mütəarifdir – tanınır, məşhurdur. Mirzə Fətəli “Səbuhi” təxəllüsü ilə mütəarifdir. F.Köçərli.\n2. Adi, həmişəki. Molla İbrahimxəlil tez mütəarif ev libasında .. çadırın qabağında durub şagirdi Molla Həmidi çağırdı. M.F.Axundzadə. Müəllim [Molla Xəlilin] qapısından ötüb keçdikdə “Yolunuzu yaxın ediniz! Qulluğunuzda olaq! – kimi mütəarif sözlərlə onu evinə çağırmışdısa da, məqsədinə yetişə bilməmişdi. S.Hüseyn. mütədavil sif. [ər.] Bir adət, moda halını almış; işlək, adi. Mütədavil şey. – Vəkil dəllallığı bir mütədavil peşə idi. Ə.Haqverdiyev. • Mütədavil olmaq – işlək olmaq, dəbdə olmaq, tədavüldə olmaq. Bu tərəfdən nəzmi-məmləkət üçün mütədavil olan tərzisiyasət hər aqili təhəyyürə salır. M.F.Axundzadə. [Murad] hər qisim ev maşınları [təmir] edər, o zaman çox mütədavil olan papirosyandıran qayırıb satardı. S.Hüseyn. mütəəllim I. sif. [ər.] köhn. Elm öyrənən, təhsil alan, dərs alan. [Xanmirzə bəy:] ..Bu gün məni tutub güclən müsəlman teatrına aparmaq istəyirdilər. Nədi ki, bəs, kasıb mütəəllimlərə pul yığacayıq. N.Vəzirov.\n\nII. sif. [ər.] köhn. Ələmli, qəmli, qüssəli. mütəəssib sif. [ər.]\n1. Öz adət və ənənələrini saxlamaqda ifratçılıq göstərən. ..Qeyrilər bizə görə öz dillərini və yazılarını çox işlədirlər, bu ondan ötrü deyil ki, onlar bu barədə bizdən mütəəssib və qeyrətlidirlər. C.Məmmədquluzadə. // məc. Bir şeyə dərin sədaqət bəsləyib onu ehtirasla müdafiə edən adam. Səhnədə Elxanla Aqşin qarşı-qarşıya durub öz məslək və dininin üstünlüyünü ən mütəəssib bir şəxs kimi müdafiə edirdi. M.Arif.\n2. Qatı dindar olub, kor-koranə yeniliyə, mədəniyyətə, tərəqqiyə düşmən olan. Ümum camaatın da qaliba mütəəssib və avamlığını da mülahizə edəndə tamam məyusluq və naümidlik üz verirdi. C.Məmmədquluzadə. mütəəssif sif. [ər.] Təəssüf edən, təəssüflənən, kədərlənən, özünə dərd edən, heyifsilənən. Əsmərin uşağı olmayırdı, Məmmədbağır bundan mütəəssif də deyildi. S.Hüseyn. • Mütəəssif olmaq – təəssüflənmək, təəssüf etmək, kədərlənmək, heyifsilənmək. Biz onu divanə hesab edib qüvveyi-əqliyyəsində vaqe olan xələl cəhətindən onun halətinə mütəəssif olacağıq. M.F.Axundzadə. mütəəssir sif. [ər.] Bir hal və hissin təsiri ilə dəyişilmiş, qüssələnmiş, dərdlənmiş, əhvalı pozulmuş, təsirlənmiş. Mütəəssir hal. – Zeynal çox mütəəssir idi. S.Hüseyn. • Mütəəssir etmək – halını dəyişdirmək, kefini pozmaq, əhvalını pozmaq, kədərləndirmək, təsirləndirmək. Möhsünzadə bir qədər həssas adam idi. Onu hər şeydən artıq aralıqda qalacaq uşaqların faciələri mütəəssir edirdi. S.Hüseyn. Mütəəssir olmaq – əhvalı pozulmaq, qüssələnmək, kədərlənmək, təsirlənmək. Səkkiz il əvvəl olan bu əhvalatı Cəmil xatırlayırdısa da, yenə mütəəssir olmurdu. Mir Cəlal. mütəfəkkir [ər.]\n1. is. Dərin fəlsəfi fikir sahibi olan adam. Qədim yunan mütəfəkkirləri. Böyük mütəfəkkir və şair Nizami.\n2. sif. və zərf klas. Fikirli, fikirli-fikirli, fikirxəyal içində olan, dalğın. Əvvəl hakimi-şər mütəfəkkir ayağa durub gedir. M.F.Axundzadə. Cavad çıxır, Nəcəf bəy xeyli vaxt mütəfəkkir gəzinir. Ə.Haqverdiyev. [Mənsur] mütəfəkkir evə girib dalınca qapını örtdü. C.Cabbarlı. mütəfəkkiranə zərf [ər. mütəfəkkir və fars. ...anə] bax. mütəfəkkir 2-ci mənada. [Rzaquluxan] deyəsən, bir nəfər gözləyir kimi mütəfəkkiranə baxırdı. M.S.Ordubadi. mütəğəyyir sif. və zərf [ər.] Dəyişmiş, başqalaşmış, əsil hal və surətini itirmiş, başqa hala (şəklə) düşmüş. Padşahın qızı (mütəğəyyir): – Söylə, söylə! Ə.Haqverdiyev. Fərhad bilirdi ki, Aslan onun halını mütəğəyyir görüb tez soracaq. C.Cabbarlı. • Mütəğəyyir olmaq – halı, sir-sifəti dəyişmək, haldan, sifətdən dönmək, pozulmaq. Saqi, mütəğəyyir oldu halım; Söyləməyə qalmadı məcalım! Füzuli. mütəhərrik sif. [ər.] Hərəkət edən, bir yerdə qərar tutmayan; oynaq. Mütəhərrik kölgələr gedir, gəlir, Əzizin başına toplanırdı. Ə.Əbülhəsən. [Casus] bayquş kimi boyunsuz, bədəninə görə yekə, lakin mütəhərrik başını əcaib və iyrənc bir surətdə hərləyib düz arxasına, indicə girdiyi qapıya baxdı. M.Rzaquluzadə. mütəhərriklik is. Hərəkətdə olma vəziyyəti; hərəkət etmə, dövr etmə. mütəhəyyir sif. [ər.] Özünü itirmiş, nə edəcəyini bilməyən, heyrətə düşmüş, çaşmış, çaşıb qalmış. Mütəhəyyir adam. // zərf Heyrət içində, çaşmış halda. Şah Abbas mat və mütəhəyyir tamaşa edir. Ü.Hacıbəyov. Gövhərtac özünü köməksiz görüb mat, mütəhəyyir divara yapışdı. Ə.Haqverdiyev. • Mütəhəyyir qalmaq – çaşıb qalmaq, heyrət içində qalmaq, təəccüblənmək, donub qalmaq, heyrətlənmək. Bu sözlərdən Hatəmxan ağa bir az mütəhəyyir qalır. M.F.Axundzadə. [Muzdur] saysız yüzlükləri kağız arasında gördükdə biixtiyar onları yerə buraxıb mütəhəyyir qaldı. S.M.Qənizadə. mütəhəyyiranə zərf [ər. mütəhəyyir və fars. ...anə] Çaşmış halda, heyrət içində, təəccüblə. Mütəhəyyiranə ətrafa baxmaq. mütəxəssis is. [ər.] Elm və ya texnikanın müəyyən sahəsində xüsusi biliyi olan, müəyyən ixtisas almış adam, ixtisas sahibi. Gənc mütəxəssis. Mütəxəssislərə qayğı bəsləmək. – İndi Bakı neft sənayesi şöhrəti uzaqlara yayılmış güclü mütəxəssislərə malikdir. İ.Əfəndiyev. Vahid heç bir mənsəb sahibi olmasa da, mütəxəssislər arasında böyük hörməti var idi. Mir Cəlal. mütəxəssislik is. Mütəxəssis olma, ixtisas sahibi olma. mütəkəbbir sif. [ər.] Lovğa, özündən razı; təkəbbürlü, məğrur, dikbaş. O vaxt acıqlı, qaşqabaqlı və mütəkəbbir müəllimlər ilə saziş eləmək doğrudan da ən çətin məsələlərdən birisi idi. F.Köçərli. [Zeynəb] kişilərə qarşı daimi mütəkəbbir və nifrət edər kimi dayanardı. Qantəmir. Firəngiz həmişəki kimi ciddi və mütəkəbbir idi. H.Seyidbəyli. mütəkəbbiranə zərf [ər. mütəkəbbir və fars. ...anə] Təşəxxüslə, təkəbbürlə, özünü dartaraq, lovğa-lovğa, məğruranə, dikbaşlıqla. Qulamxan mütəkəbbiranə salam verib yuxarı başda əyləşir. M.S.Ordubadi. mütəkəbbirlik is. Mütəkəbbir olma, özünü dartma; lovğalıq, məğrurluq, dikbaşlıq. mütəkkə is. [ər.] Uzunsov, dəyirmi balış. Mütəkkəyə dirsəklənmək. – Qonaq çadrasını başından açmayıb, oturdu mütəkkənin qabağında salınan döşəyin üstdə. E.Sultanov. Səfər cəld əlini mütəkkənin altına uzadıb xəncərini götürdü. Çəmənzəminli. mütəqabil sif. və zərf [ər.]\n1. Qarşı, qarşı-qarşıya olan, biri o birinin qarşısında olan. Mütəqabil tərəf. Mütəqabil durmaq.\n2. Qarşılıqlı. Mütəqabil yardım. – Mütəqabil məhəbbətlə dolu iki qəlb bir-birini danışıqsız anlayırdı. T.Ş.Simurq. Mütəqabil köməklik hər zaman mümkündür. M.S.Ordubadi. mütəlla sif. [ər.] köhn. Qızıl suyuna çəkilmiş, zərli. mütəllim sif. [ər.] köhn. bax. mütəəllim1. mütəmadi sif. [ər.] Sürəkli, ara verməyən, davamlı, daimi surətdə baş verib gedən. O gündən etibarən Qurbanlı mütəmadi ziyarətlərə davam etdi. Çəmənzəminli. Mütəmadi fikir, şiddətli ürək döyüntüsü [Əzizbəyovu] yatmağa qoymurdu. M.Hüseyn. // zərf Daim, arasıkəsilmədən, mütəmadiyən. Axşam Dilbər xörək yemir, mütəmadi ağlayırdı. C.Cabbarlı. mütəmadiyən zərf [ər.] Aramsız, ara vermədən, fasiləsiz, daim. Soyuq külək şiddətlə əsir, pəncərə şüşələrini mütəmadiyən cingildədirdi. M.Hüseyn. mütənasib sif. [ər.]\n1. Bir-birinə uyğun gələn, müvafiq olan, müntəzəm, bir nisbətdə olan. // Üz və bədən üzvləri bir-birinə tam uyğun olan; tənasüblü. [Xanım] uzun mütənasib boylu, sağlam bədənli, iri qara gözlü bir qadın idi. H.Nəzərli. Bəstəboy, mütənasib bədənli bu şux gəlin qızdan seçilmirdi. B.Bayramov.\n2. riyaz. Kəmiyyətlərindən birinin artıbəskilməsindən asılı olaraq eyni dərəcədə artıb-əskilən. Düz mütənasib kəmiyyətlər. mütənasiblik is. Hissələri arasında tam uyğunluq; tənasüblük. Abidənin mütənasibliyi. Bədənin mütənasibliyi. mütəncəm is. aşp. Tikə ətdən, qaysı, kişmiş və albuxaradan bişirilən xuruş. Bişdikcə qazan-qazan mütəncəm; Yad et məni, yağlı-yağlı yad et! M.Ə.Sabir. mütərcim sif. [ər.] Tərcüməçi, tərcümə edən. ..Bu müəssisə də daimi bir mütərcim saxladığı üçün [Zeynalın] oradan da əli çıxmışdı. S.Hüseyn. [Firəng:] Ağa mənim yanımca gələn mütərcim vasitəsilə arvadıma dedi.. Ə.Haqverdiyev. mütərcimlik is. Tərcüməçilik. mütərəddid sif. [ər.] Müəyyən qərara gələ bilməyən, qərarsız, çaş-baş qalmış, tərəddüd edən. Mütərəddid adam. – Ana mütərəddid halda bir xeyli səssiz dayanıb, köksünü ötürə-ötürə oğluna baxdı. M.Hüseyn. [Aydın] mütərəddid halda ovçuya, sonra divardakı şəkillərə baxdı. H.Seyidbəyli. • Mütərəddid qalmaq – çaş qalmaq, qəti qərara gələ bilməmək, tərəddüd içində olmaq. İndi Telli mütərəddid qalmışdı. S.Hüseyn. [Bəhram] da həmişə bir iş görəndə mütərəddid qalardı. Ə.Vəliyev. mütərəddidlik is. Tərəddüd etmə, qəti qərara gələ bilməmə, çaş qalma; qətiyyətsizlik. Bəzi mühərrirlərin xırda burjua mütərəddidliyi, .. məhdudluğu jurnalın səhifələrində əks olunmaya bilməzdi. M.İbrahimov. mütərəqqi sif. [ər.]\n1. Siyasi, ictimai və iqtisadi cəhətdən qabaqcıl, ictimai inkişafa kömək edən; qabaqcıl. Mütərəqqi bəşəriyyət. – [Həkim] bu işlərə qarışmasa da çox fikriaçıq və mütərəqqi bir şəxsdir. M.İbrahimov.\n2. Getdikcə artan, mütənasib surətdə çoxalan. Mütərəqqi əmək haqqı. mütərəqqilik is. Mütərəqqi olma, inkişafa kömək etmə; qabaqcıllıq. mütəşəkkil sif. [ər.]\n1. Təşkil olunmuş, ciddi nizam və intizama tabe. Mütəşəkkil mübarizə. Mütəşəkkil fəhlə hərəkatı. – ..Hərəkata səthi bir nəzər salanda .. mütəşəkkil və müntəzəm əllər tərəfindən düzəldiyi məlum olurdu. M.S.Ordubadi.\n2. Müəyyən bir məqsəd üçün birləşmiş, hər hansı bir təşkilata, cəmiyyətə və s.-yə daxil olmuş. Proletariatın mütəşəkkil dəstəsi. mütəşəkkilləşdirmə “Mütəşəkkilləşdirmək”dən f.is. mütəşəkkilləşdirmək f. Mütəşəkkil şəklə salmaq, müəyyən qayda və qanuna tabe etdirmək, nizama salmaq. mütəşəkkilləşmə “Mütəşəkkilləşmək”dən f.is. mütəşəkkilləşmək f. Mütəşəkkil şəklə düşmək, müəyyən qayda və qanuna tabe olmaq, mütəşəkkil olmaq. mütəşəkkillik is. Mütəşəkkil şeyin hal və keyfiyyəti. Mübarizənin mütəşəkkilliyi. mütəvəcceh sif. [ər.]: mütəvəcceh olmaq – 1) qulluq etmək, qayğısını çəkmək, baxmaq, gözü üstündə olmaq, muğayat olmaq. Uşaqlara mütəvəcceh olmaq. – [Məmmədhəsən əmi] gecə və gündüz bu heyvana mütəvəcceh olur ki, onu yolda qoymasın. C.Məmmədquluzadə. Şeyx Şabanın bu halətindən heç kəs ona mütəvəcceh olmurdu. Ə.Haqverdiyev; 2) üzünü tutmaq, müraciət etmək; // fikir vermək, diqqət yetirmək. Oğlan gəlmişəm, ay dərdin mənə gəlsin, ərzimə mütəvəcceh ol.. E.Sultanov. Şah bəşaşət ilə mollabaşıya mütəvəcceh olub sual etdi. M.F.Axundzadə. Doktor bundan sonra Münəvvər xanıma mütəvəcceh olub deyirdi.. M.S.Ordubadi. müti sif. [ər.] İtaət edən, hər şeyə boyun əyən, tabe olan, itaətli. – Görmə! – Baş üstə, yumaram gözlərim. – Dinmə! – Mütiəm, kəsərəm sözlərim. M.Ə.Sabir. Şərif ki hər zaman [Molla Xəlilin] müti və itaətkar bir müridi idi, bütün bayır işlərini ona gördürərdi. S.Hüseyn. müticəsinə zərf Hər əmrə, buyruğa hazır vəziyyətdə, tabe halda. Müticəsinə qulaq asmaq. Müticəsinə əmri yerinə yetirmək. mütiləşdirmə “Mütiləşdirmək”dən f.is. mütiləşdirmək f. İtaətə, boyun əyməyə, tabe olmağa, hər əmri yerinə yetirməyə məcbur etmək. mütilik is. Müti adamın vəziyyəti, itaət, hər şeyə boyun əymə. Muxtar bir uşaq mütiliyi ilə gözlərini döydü, papirosunu sümürəsümürə çadırdan çıxdı. B.Bayramov. mütləq zərf [ər.]\n1. Labüd, şübhəsiz, əlbəttə, yəqin, hər halda. Həqiqət axtarılan yerdə də mütləq ixtilaf olur. C.Məmmədquluzadə. [İsmət:] Getmiş, artıq əsər yox qəhrəmandan; Mütləq məni eyləyirmiş imtəhan. H.Cavid. // Hər necə olur olsun, hər bir halda, qeydsiz-şərtsiz. Kitabı mütləq mənə çatdır. Sabah mütləq sizə gələcəyəm. Bu gün mütləq gəlməlidir. – [Zinyət:] Öz-özümə söz vermişəm ki, payızda işimiz az olanda mütləq bir də gedəm. S.Rəhman.\n2. Əsla, heç, qətiyyən, qəti surətdə. Məhv olub onda mərdlik əsəri; Mütləq olmaz şücaətə cigəri. Füzuli. Mən cahan mülkündə mütləq doğru halət görmədim. M.P.Vaqif.\n3. İdealist fəlsəfədə: bütün varlığın daimi, dəyişməz ilk əsası (ruh, ideya, Allah).\n4. Müqayisə xaricində, heç bir hadisə, şərait və s.-dən asılı olmayaraq götürülən. Əhalinin mütləq artımı. ‣ Mütləq monarxiya – bax. mütləqiyyət. Mütləq sıfır – mümkün olan ən alçaq temperatur (mənfi 273,16°C). Mütləq çempion – müəyyən idman növünün hər hansı bir dərəcəsində yarış zamanı ən çox xal qazanmış idmançı. Mütləq çoxluq – böyük əksəriyyət. mütləqa zərf [ər.]\n1. Mütləq, əlbəttə, hər necə olursa, hökmən, sözsüz, danışıqsız, şübhəsiz. Belə bir qənaət var idi ki, artist mütləqa suflyor altında getməlidir. S.Rəhman. [Mirzə Həsən:] Bundan mütləqa istifadə etmək və xalqı bir daha hərəkətə gətirmək lazımdır. P.Makulu.\n2. Qətiyyən, əsla. Bunlar mənə əsər eylərmi? Mütləqa yox! Yox! C.Cabbarlı. mütləqiyyət is. [ər.] Ali dövlət hakimiyyətinin bir nəfərin – padşahın əlində olduğu idarə üsulu, qeyri-məhdud monarxiya, mütləq hakimiyyət. İnqilabi hərəkat genişlənərək mütləqiyyəti daha artıq sarsıtdıqca mətbuat və söz azadlığı üçün nisbətən geniş şərait yaranır. M.İbrahimov. mütləqiyyətçi is. Mütləqiyyət tərəfdarı; mütləqiyyətə əsaslanan. mütrüb is. [ər. mütrib]\n1. Keçmişdə musiqinin müşayiəti ilə toylarda rəqs edən oğlan (bəzən qız). ..Qorxurdum ki, özlərinə bir qəpik də saxlamayalar ki, mütrüb-zad oynadanda şabaş verələr. C.Məmmədquluzadə. Dəfçalan, zurnaçı, balabançı, mütrüb də manqalın başında oturardı. H.Sarabski.\n2. dan. Hərəkət və danışığında yüngül, qeyri-ciddi adam haqqında; oyunbaz. Mütrübün biridir. – [Molla Güləndam Hürzada:] Ay qız, ey mütrüb, mən sındırmalı qoz deyiləm sındırasan.. Çəmənzəminli. mütrüblük is. Özünü mütrübə oxşatma, oyun çıxartma; yüngüllük, oyunbazlıq. müttəfiq is. [ər.]\n1. Birlikdə hərəkət etmək və ya başqa bir məqsəd üçün ittifaq bağlamış tərəflərdən hər biri. Müttəfiqinə kömək etmək. Müttəfiqlərin birgə hərəkəti. – Müttəfiqlərin təyyarələri çox vaxt .. kiçik meydançanın üstündən uçub gedirdi. S.Vəliyev. • Müttəfiq olmaq – birgə hərəkət etmək üçün saziş bağlamaq, ittifaqa daxil olmaq.\n2. Həmfikir, həmrəy, əlbir, yekdil. [Yaşlı kişi:] Fəqət müxtəlif məzhəb və təriqətlərə mənsub olan müsəlmanlar hamısı bu barədə müttəfiq deyillər. S.Hüseyn. • Müttəfiq olmaq – həmrəy olmaq, həmfikir olmaq, birləşmək. ..Hər bir yanda ki, camaat istəsə ittifaq edə, əlbəttə ki, müttəfiq olanlar üçün bu bir məsləhətli iş olacaq. C.Məmmədquluzadə; // aralarında ittifaq bağlamaq. müttəfiqən zərf [ər.] Bir səslə, birlikdə, yekdilliklə, həmrəyliklə. Buranın kamil təbibləri müttəfiqən sənə vacib görürlər, fürsəti fövtə verməyib gedəsən İrəvana. C.Məmmədquluzadə. müttəfiqlik is. Müttəfiq olma; ittifaq, həmrəylik, birlik, bağlılıq. müttəhid sif. [ər.] Birləşmiş, birgə. müttəhim is. [ər.] İttiham olunan; günahkar, müqəssir, məhkəmədə ittiham edilən adam. Müttəhimi dindirmək. Müttəhimin müdafiəçisi. // Sif. mənasında. [Sədr:] Müttəhim Baxşının qiyamçılar təşkilatlarına mənsub olmağı haqqında sizin əlinizdə başqa bir sübut varmı? C.Cabbarlı. • Müttəhim etmək – ittiham etmək, təqsirləndirmək, günahlandırmaq. [Səba:] Bu sirri bir kimsəyə açma, çünki məni sarayın sirlərini satmaqda müttəhim edə bilərlər. M.S.Ordubadi. müttəhimlik is. Müttəhim olma; günahkarlıq, təqsirlilik. Müttəhimliyi üstündən götürüldü. müttəsil [ər.]\n1. sif. Arasıkəsilməyən, biri-birinin dalınca davam edən; bitişik, bağlanmış.\n2. zərf Arası kəsilmədən, ara vermədən davam edən. Bəzi vaxt yağış başlayanda bir həftə müttəsil yağır. Ə.Haqverdiyev. Nəriman babasının müttəsil yağdırdığı və bir-birindən vacib sualların bilmirdi hansına cavab versin. Mir Cəlal.\n3. zərf Həmişə, hər vaxt, daim, ara-bərəsiz. Ey Füzuli, müttəsil dövran müxalifdir mana. Füzuli. [Taybuynuz öküz] .. müttəsil övqatını zəhmət və məşəqqətdə keçirib, bir kəsdən çəkdiyi zəhmətin əvəzinə razılıq və xoş sifət görmür. F.Köçərli. müvafiq sif. [ər.] Uyğun, uyar, həmahəng. Sənsən mənə həmdəmi-müvafiq. Füzuli. [Odunçu və iki oğlu] musiqinin üsuluna (taktına) müvafiq odun yarırlar və balta endikcə, “hey!” edirlər. Ü.Hacıbəyov. • Müvafiq olmaq – uyğun olmaq, münasib olmaq, düz gəlmək. Olur tədbirimə bir gün müvafiq ruzigar, əlbət. S.Ə.Şirvani.\n2. Münasib, uyğun, yarar, yaraşan, əlverişli. Student özünə müvafiq bir ömür sürməkdə idi. Çəmənzəminli. Güləlioğlu isə fikrini demək üçün müvafiq bir dəqiqə gözlədi. M.Hüseyn.\n3. Razı, həmrəy, həmfikir. [Xəzinədar:] Çox yaxşı danışırsan! Bu xüsusda bilkülliyə mən səninlə müvafiqəm. M.F.Axundzadə. müvafiqət is. [ər.]\n1. Uyğun gəlmə, düz gəlmə, uyğunluq, münasib olma, münasiblik.\n2. Uzlaşma, razılaşma, həmrəylik. Aralarında müvafiqət yoxdur. müvazi sif. [ər.] Bir istiqamətdə, kəsişmədən yan-yana uzanan. Müvazi yol. Müvazi xətlər. – ..Uzanan şose yolu ilə müvazi (z.) şütüyüb gələn Alagöz çayı gürzə kimi parıldayırdı. M.Hüseyn. müvazilik is. Müvazi olma; paralelizm. müvazinə (=müvazinət) is. [ər.]\n1. fiz. Bərabər və əks istiqamətdə olduqlarına görə bir-birini məhv edən qüvvələrin təsiri nəticəsində cismin hərəkətsizlik, sükunət halı.\n2. Olduğu vəziyyəti saxlama, vəziyyətdə sabitlik; dayanıqlıq, duruş. Müvazinətini saxlaya bilməmək. – [Qüdrət:] Mən öz müvazinətimi itirirəm, Gülsabah! C.Cabbarlı. Zeynal sərxoşluğundan müvazinəsini saxlaya bilmədiyi üçün Mehribana gücü yetmirdi. S.Hüseyn. [Şəfi] özünü düzəltmək istədikdə müvazinətini itirib nərdivandan yumbalandı. Ə.Əbülhəsən.\n3. məc. Sükunət, sakitlik, aram. Ona əbədi görünən ruhi müvazinət içərisində sonsuz bir zövq duyurdu. M.İbrahimov. Arvadının belə acınacaqlı hala düşməsi onda daxili müvazinət yaratdı. H.Seyidbəyli.\n4. Bərabərlik, tarazlıq, uyğunluq. Qüvvələrin müvazinəti. müvazinət (=müvazinə) is. [ər.]\n1. fiz. Bərabər və əks istiqamətdə olduqlarına görə bir-birini məhv edən qüvvələrin təsiri nəticəsində cismin hərəkətsizlik, sükunət halı.\n2. Olduğu vəziyyəti saxlama, vəziyyətdə sabitlik; dayanıqlıq, duruş. Müvazinətini saxlaya bilməmək. – [Qüdrət:] Mən öz müvazinətimi itirirəm, Gülsabah! C.Cabbarlı. Zeynal sərxoşluğundan müvazinəsini saxlaya bilmədiyi üçün Mehribana gücü yetmirdi. S.Hüseyn. [Şəfi] özünü düzəltmək istədikdə müvazinətini itirib nərdivandan yumbalandı. Ə.Əbülhəsən.\n3. məc. Sükunət, sakitlik, aram. Ona əbədi görünən ruhi müvazinət içərisində sonsuz bir zövq duyurdu. M.İbrahimov. Arvadının belə acınacaqlı hala düşməsi onda daxili müvazinət yaratdı. H.Seyidbəyli.\n4. Bərabərlik, tarazlıq, uyğunluq. Qüvvələrin müvazinəti. müvazinətləşdirmə “Müvazinətləşdirmək”dən f.is. müvazinətləşdirmək f. Vəznlərini uyğunlaşdırmaq, tarazlaşdırmaq, bərabərləşdirmək. müvazinətləşmə “Müvazinətləşmək”dən f.is. müvazinətləşmək f. Vəznləri uyğunlaşmaq, tarazlaşmaq, bərabərləşmək. müvazinətli sif. xüs.\n1. Müvazinəti olan; vəzncə uyğun, taraz, bərabər.\n2. Sabit vəziyyətdə, durumda olan. // Sakit. müvazinətlilik is.\n1. Müvazinəti olan şeyin halı, uyğunluq, tarazlıq, bərabərlik.\n2. Sabit vəziyyətdə, durumda olma. müvazinətsiz sif. Müvazinəti olmayan, müvazinəti itmiş. müvazinətsizlik is. Müvazinəti olmayan şeyin halı; uyğunsuzluq. müvəffəq is. [ər.]: müvəffəq olmaq – nail olmaq, əldə etmək, istəyinə yetişmək, məqsədinə çatmaq. Zeynal ötəyə-bəriyə müraciət edib sabiq xidmətini geri istəyirdisə də, müvəffəq olmayırdı. S.Hüseyn. müvəffəqiyyət [ər.]\n1. is. Bir şeyi əldə etmə, istəyinə, məqsədinə nail olma, işdə əldə edilən yaxşı nəticə; uğur, nailiyyət. Müvəffəqiyyət qazanmaq. Müvəffəqiyyət əldə etmək. – Usta Zeynal Mirzə Səfərin oğluna xeyir-dua verib, yaxşı yol ilə müvəffəqiyyət diləyib bir qızıl saat da peşkəş verdi. Ə.Haqverdiyev. İlk müvəffəqiyyət məndə inam və ruh yüksəkliyi doğurdu. A.Şaiq.\n2. Müvəffəqiyyətlə şəklində zərf – öhdəsindən gələrək, qarşıya qoyulan məqsədə nail olaraq, qələbə ilə, yaxşı nəticə ilə. İşləri müvəffəqiyyətlə başa çatdırmaq. – [Teymur] yeddinci sinfi bitirib, sənət məktəbinə girmiş, oranı da müvəffəqiyyətlə qurtarmışdı. M.Hüseyn. İclasın müvəffəqiyyətlə keçməsinə, kəndlilər arasında canlanmaya baxmayaraq, Malik narahat idi. M.İbrahimov. müvəffəqiyyətli sif. Müvəffəqiyyət qazanan, müsbət nəticə verən, arzu və məqsədə müvafiq olan; yaxşı. Müvəffəqiyyətli əsər. Müvəffəqiyyətli tamaşa. müvəffəqiyyətlilik is. Müvəffəqiyyətli olma, müsbət nəticə vermə; yaxşılıq. müvəffəqiyyətsiz sif. Müvəffəqiyyət qazanmayan, müsbət nəticə verməyən, arzu edilən kimi olmayan, pis, uğursuz qurtaran. Müvəffəqiyyətsiz əməliyyat. müvəffəqiyyətsizlik is. Müvəffəqiyyət olmadığı hal; uğursuzluq, baş tutmama. Müvəffəqiyyətsizliyə uğramaq. İş müvəffəqiyyətsizliklə bitdi. – Ancaq bu müddətdə yalnız su quşları ovuna getdiyimdən turac-qırqovul ovunda bu ilk müvəffəqiyyətsizlik təbii idi. M.Rzaquluzadə. müvəkkil is. [ər.] Müəyyən bir işi görmək üçün vəkaləti, səlahiyyəti olan adam. Tədarük müvəkkili. Sığorta müvəkkili. – Pişxidmətbaşıya buyurdu ki: – Qarovul müvəkkillərinə tapşır, qərari-sabiq üzrə hər yerdə qarovul qoysunlar. M.F.Axundzadə. ..Baş əməliyyat müvəkkili kapitan Tərlanovdan xahiş edirdi ki, ciddi əməliyyatlara onu da özü ilə aparsın. H.Seyidbəyli. müvəkkillik is.\n1. Müvəkkil vəzifəsi, müvəkkil işi.\n2. Müvəkkilin işlədiyi idarə, müvəkkil idarəsi. Gəldiyev .. taxıl tədarükü müvəkilliyində çalışanda bir balaca dolaşan kimi olmuşdu. Mir Cəlal. müvəqqəti sif. [ər.] Həmişəlik deyil, müəyyən bir müddətdə olan, davam edən (daimi əksi). Müvəqqəti iş. // Zərf mənasında. Bir yerdə müvəqqəti yaşamaq. – Murad uzun mühakimələrdən sonra özünə çıxacaq yol tapmışdı ki, müvəqqəti olaraq evdən uzaqlaşsın. S.Hüseyn. Müalicə komisyonundan qayıdan kimi Zahid büro çağırıb katibliyi müvəqqəti Gəldiyevə həvalə etmişdi. Mir Cəlal. // Keçici, ötücü, az vaxt sürüb keçən, sürəksiz. Müvəqqəti hal. müvəqqətilik is. Həmişəlik deyil, az bir zaman, müddət üçün olma; keçicilik, ötücülük, sürəksizlik. müvərrix is. [ər.] köhn. Tarixçi. ..Burada qeyd olunan sözlər gələcəkdə müvərrixlər üçün bəlkə də xeyli lüzumlu bir material ola bilər. C.Məmmədquluzadə. müyəssər sif. [ər.] Asanlıqla hasil olan, asan başa gələn, imkan daxilində olan; mümkün, asan, qolay. Şah idim mən cahanda izzətlə; Hər murad istəsəm müyəssər idi. S.Ə.Şirvani. Oğlan qızı və qız oğlanı görmək ancaq qohumlarda müyəssərdir. R.Əfəndiyev. • Müyəssər olmaq – mümkün olmaq, imkan daxilində olmaq, başa gəlmək, əldə edilə bilmək: nəsib olmaq. [Ağabəyim] Vaqifi görmüşdü, lakin onun məclisində olmaq, onunla danışmaq hələ ona müyəssər olmamışdı. Çəmənzəminli. [Hacı Kamyab:] Hər adama müyəssər olan rütbə deyil. Ə.Haqverdiyev. müzakirə is. [ər.] Hər hansı bir məsələ ətrafında müəyyən mülahizə və nəticəyə gələrək qərar çıxarmaq üçün bir yerdə oturub danışıq aparma, fikir mübadiləsi etmə. Dissertasiyanın müzakirəsi. – [Şərif:] Ocaqqulu dayı, onları müzakirədə danışarıq. C.Cabbarlı. Bir çox danışıq və müzakirələrdən sonra razılıq əmələ gəldi. S.Hüseyn. • Müzakirə etmək – hər hansı bir məsələni və ya işi həll etmək və müəyyən qərara gəlmək üçün fikir mübadiləsi etmək. Qərarın layihəsini müzakirə etmək. – Bu maddələri briqadalardan tutmuş mədənlərə qədər hər yerdə müzakirə ediblər. M.Hüseyn. Müzakirə olunmaq – haqqında iclasda, müşavirədə və s.-də danışılmaq, fikir mübadiləsi yeridilmək. Məhsul hazırlığı, taxıl biçini müzakirə olundu. Ə.Vəliyev. Müzakirəyə qoymaq – müzakirə etmək üçün məsələni iclasa qoymaq. [Həsənqulu bəy:] Həzərat! Gəlin bu məsələni müzakirəyə qoyaq. Ü.Hacıbəyov. müzare is. [ər.] Qrammatikada: qeyriqəti gələcək zamanın köhnə adı. müzayidə is. [ər.] Hərrac, auksion. müzayiqə is. [ər.] Əsirgəməmə, qıymama. [Səltənət:] Bizim fikrimiz həmişə sizin yanınızdadır. Əlimizdən gələnə nə müzayiqə! Mir Cəlal. • Müzayiqə etməmək (eləməmək) – əsirgəməmək, qıymamaq, olan şeyi verməkdən çəkinməmək. ..Bu bədbəxtliyin müqabilində əlimizdən gələn köməkliyi müzayiqə etməyəcəyik. C.Məmmədquluzadə. [Hacı Mehdi:] Gərək əlindən gələni müzayiqə eləməyəsən. Ə.Haqverdiyev. Mən həqiqətən Tamamı çox istəyirdim və heç bir şeyi ondan müzayiqə etməzdim. S.S.Axundov. Müzayiqə(si) yoxdur – verməyə hazıram, əsirgəmərəm, danmaram, edərəm, etiraz etmərəm. [Hacı:] ..Hərgah cənabınıza canım, malım .. lazım olsa, müzayiqəsi yoxdur! Çəmənzəminli. [Səfər kişi:] Baş üstə, mənim əlimdən nə gəlirsə, baş üstə! Müzayiqə yoxdur! Mir Cəlal. müzəffər sif. [ər.] tənt. Üstün gələn (gəlmiş), zəfər qazanan (qazanmış), qələbə çalan (çalmış); qalib, qalibiyyətli. Müzəffər qoşun. Müzəffər yürüş. – Müzəffər ordumuz hər gün dənizlər, dağlar aşdıqca; Yerin qəlbində tufanlar, təlatümlər qopub çağlar. S.Vurğun. Napoleonun ordusu müzəffər xalq zərbələri altında tar-mar edildi. M.Hüseyn. • Müzəffər gəlmək (olmaq) – üstün gəlmək, qələbə çalmaq, qalib gəlmək (çıxmaq). müzəffəriyyət is. tənt. Zəfər, qələbə, qalibiyyət. müzəffəriyyətli sif. klas. Qalibiyyətli, qalib gələn, qələbə ilə nəticələnən. Müzəffəriyyətli ordumuz. Müzəffəriyyətli yürüş. müzəkkər is. [ər.] Ərəb qrammatikasında: kişi cinsi. müzəyyən sif. [ər.] Zinətlənmiş, bəzənmiş, bəzək verilmiş; zinətli, bəzəkli. Rəngarəng gül, giyah ilə müzəyyən çəməndə iki çadır qurulmuşdur. M.F.Axundzadə. Otağın iki üzbəüz tərəfi döşəklərlə müzəyyən idi. T.Ş.Simurq. • Müzəyyən qılmaq – bax. müzəyyən etmək. Kövkəblər! Ey səmanı müzəyyən qılan nücum; Etmişdir o yerlərə seyli-qəm hücum? M.Hadi. “Şərqi-rus”un səhifələrini əsr və zəmanəmizin şüəra və ədibləri öz gözəl və abdar əşar və kəlamları ilə müzəyyən qılırlar. F.Köçərli. Müzəyyən etmək – bəzəmək, zinətləndirmək, bəzək vurmaq. Fitrət yolunu müzəyyən etdi; Üzün şəmi ilə rövşən etdi. Füzuli. [Nəsir bəy:] Təvəqqe edirəm, birinci badəni içək məclisimizi müzəyyən edən iki gözəl xanımların sağlığına. M.Əliyev. müzikl is. [ing.] Estrada teatr növü. müzlim sif. [ər.] klas.\n1. Qaranlıq, zülmətli. Müzlim bir gecə.\n2. Məchul, şübhəli, qaranlıq. O məni özü ilə bərabər, sanki bildiyim və tanıdığım bu dünyadan daha müzlim, daha çirkin bir dünyaya sürükləyirdi. M.S.Ordubadi. Gənc qız bu alaqaranlıq otaqda müzlim kölgələr arasında doğma anasını belə Əminə ilə qarışıq salırdı. Ə.Əbülhəsən. müztərib sif. [ər.] klas. Sıxıntı və iztirab içində olan; çox təşvişli, rahatsız, narahat, iztirablı. Müztərib könül (qəlb). – Qoca tarzən Cavadın arvadı müztərib (z.) halda tez-tez qapını açıb küçəyə baxırdı və ah çəkərək otağa qayıdırdı. Ə.Haqverdiyev. Müztərib muzdur vaqonların pəncərələrinə baxabaxa vağzalın axır başınacan getdi. S.M.Qənizadə. [Qurbanəli] sakit və müztərib oğluna baxır. H.Nəzərli. • Müztərib etmək – iztiraba salmaq, rahatsız etmək, təşvişə salmaq. Bu hal o qadını daha artıq müztərib edəcəkdir. S.Hüseyn. Müztərib olmaq – iztirab keçirmək, rahatsız olmaq, narahat olmaq, təşvişə düşmək. Münəvvər xanım da təhsildən qalıb, .. yoldaşları yadına düşüb, qayət müztərib olmuşdu. M.S.Ordubadi. müzürr sif. [ər.] Zərərli, ziyan verən, ziyankar, zərər verən, zərəri toxunan. Müzürr adam. – [Mirzə Mustafa] hiyləgər, mərdimazar və Nikolay zamanından bizə irs qalan şeytanların və müzürr ünsürlərin birisi idi. E.Sultanov. Hələ bəziləri [Naşad əfəndinin] alçaq, müzürr bir şəxsiyyət olduğunu söyləyirdilər. S.Hüseyn. // Eyni mənada həşərat və bitkilər haqqında. Nn n 1. Azərbaycan əlifbasının iyirminci hərfi. bax. en.\n2. Adı çəkilmək istənilməyən yerə, hərbi hissəyə işarədir. N. şəhərində yaşamaq. N. hərbi hissəsi. – Mən N. qəzasında pristav idim. Qılıncımın dalı da kəsirdi, qabağı da. Ə.Haqverdiyev. Batalyonun qarşısında duran vəzifə N. təpəsini tutmaqdan .. ibarətdi. Ə.Vəliyev. na... [fars.] Sözlərin (əsasən isimlərin və sifətlərin) əvvəlinə gətirildikdə inkar və yoxluq mənasında sifət düzəldən və -sız/-siz, -suz/-süz mənasını verən şəkilçidir; məs.: naümid, nabələd, nalayiq, naməlum, naəlac və s. naavand sif. və zərf [fars.] Avand olmayan, qolay olmayan, qolaysız. • Naavand düşmək (olmaq) – tərs gəlmək, düz gəlməmək, avand olmamaq. İş naavand düşəndə, palta da diş çıxardar. (Ata. sözü). nabaliğ sif. [fars. na... və ər. baliğ] köhn. Həddi-büluğa çatmamış. [Heydər bəy Tükəzə:] Ərin uşaq deyildi, nabaliğ deyildi, biz onu tovlayıb aparaydıq! M.F.Axundzadə. Tifli-nabaliğ ikən məktəbə etdikdə davam; Sən təcəlla eləyib qəlbimə qıldın ilham. A.Səhhət. [Kəblə Rəcəbəli:] Bəli! Nabaliğ uşaq öz təklifini anlamaz. Ə.Haqverdiyev. nabat is. [ər.] Meyvə şirəsilə qənd qarışığından hazırlanan şəffaf kristallik şirni növü. Məşədi Hüseyn müştəriyə nabatı verəndən sonra Kərbəlayı Rzadan kağızı aldı.. C.Məmmədquluzadə. // məc. Çox şirin şey haqqında. Ey yanağı lalə, ləbləri püstə; Ağzı nabat, şəkkər zəban, bəri bax! M.P.Vaqif. Hər kəlmən şərbətdir, dodağın nabat; Haq səni göndərib aləmə sovqat. (Qoşma). nabəca sif. və zərf [fars.] köhn. Yersiz, münasibətsiz. Nabəca söz. Nabəca fikir. Nabəca hərəkət etmək. – Yox, əbəs fikirdir, xətadır bu; Nabəca, həm də narəvadır bu. A.Səhhət. nabəkar sif. və is. [fars.] köhn.\n1. İşə yaramayan, boş.\n2. Mərdimazar, yaramaz, alçaq. Nabəkar adam. – Bu şəhri-Qəzvində bir nəfər nabəkar peyda olubdur. M.F.Axundzadə. Düşeydi daş o günə kim, qəzet-məzet sözü çıxdı; Qəzet işin törədən nabəkarə lənət olaydı! M.Ə.Sabir. nabələd sif. və is. [fars. na... və ər. bələd]\n1. Bələd olmayan, tanımayan, başqa yerdən gəlmiş. Nabələd kor olar. (Məsəl). [Qəhrəman:] Qardaş, bunlar hər kəsdisə nabələd adama oxşayırlar. C.Məmmədquluzadə. Veys də, Zeynal və o biri üç nəfər də bura nabələd adam deyildilər. Ə.Əbülhəsən. • Nabələd olmaq – bələd olmamaq, bilməmək, tanımamaq. Həcər Qaradağ ətəklərinə nabələd olduğundan bir baş üzüaşağı enmiş, .. bura ilə irəliləmişdi. S.Rəhimov. Onun yerli olmadığını, yerli məişət və adətlərə nabələd olduğunu zənn etmişdim. Mir Cəlal.\n2. Tanış olmayan, yad, özgə. [Keşikçi:] Vallah, paşa sağ olsun, kövşəndə üç nabələd adam var. “Koroğlu”. Yetişmiş qızı olan bir ailəyə nabələd bir arvadın gəlib bəhanə ilə soxulması ev adamını şəkkə salardı. R.Əfəndiyev.\n3. Hələ öyrəşməmiş, vərdiş olmamış, alışmamış. İşə nabələddir. Hələ mühitə öyrənməyib, nabələddir. nabələdlik is. Bir yerə, adama, işə bələd olmayan adamın hal və vəziyyəti. [Rübabə] nabələdliyindən necə hərəkət etmək lazım olduğunu kəsdirə bilmirdi. Mir Cəlal. Savalan qadınların bu işə nabələdliklərini yaddan çıxarmırdı. Ə.Vəliyev. nabud sif. [fars.] köhn. Olmayan, mövcud olmayan. Qüvvətin varsa, yaşarsan məsud; Yoxsa, şəksiz, olacaqsan nabud. A.Səhhət. nacaq is.\n1. Enliağızlı, qısasaplı balta. Necə oldusa .. ustanın əlindən yekə nacaq sürüşüb dənizə düşdü. M.Hüseyn.\n2. Dərvişlərin əllərində gəzdirdikləri buna oxşar əl ağacı. Padşahla vəzir, hərəsi əlinə bir nacaq, bir kəşkül alıb, düşdülər İsfahan şəhərinə. (Nağıl). [Dərvişlərin] çiyinlərində tutduğu və əllərində oynatdığı nacaq və təbərzinlər bir meşə mənzərəsi təşkil edirdi. M.S.Ordubadi. nacins sif. [fars. na... və ər. cins]\n1. Cinsi təmiz olmayan, cinsi pozuq; cinssiz. Nacins qarpızın toxumu çox olar. (Ata. sözü).\n2. Alçaq, nanəcib, rəzil. [Qətibə:] Nacins qız öz sevgilisini öldürmək istəmədiyi üçün oğlu ölmüş ana kimi hönkürtmə vurub ağlamaqdadır. M.S.Ordubadi. // Çox pis. [Salman:] ..Qızdırma çox nacins şeydir. H.Seyidbəyli. nacinslik is. Alçaqlıq, nanəciblik, rəzillik. [Nəcəfalı Qarakişiyə:] Elə nacinsliyin, bax, burda da üzə çıxdı. B.Bayramov. naçaq sif. [fars.] bax. nasaz 1-ci mənada. Neçə ildir naçağam. – Qarınqulu yeməkdə qoçaq olar, köməkdə naçaq. (Məsəl). [Tarverdi:] ..Mən iki aydır azarlıyam, üç ildir naçağam! M.F.Axundzadə. Bir gün sağ olursan, yeddi gün naçaq; Övrətlər bağrını üzər, ağlarsan. M.V.Vidadi. naçaqlama “Naçaqlamaq”dan f.is. naçaqlamaq f. Xəstələnmək, azarlamaq. Gecə Şeyxin yanından mürəxxəs olandan sonra, eşşək səhrada naçaqlayıb vəfat elədi. E.Sultanov. naçaqlıq bax. nasazlıq 1-ci mənada. naçalnik is. [rus. naçalğnik]\n1. Bir idarəyə, müəssisəyə rəhbərlik edən vəzifəli şəxs; müdir, rəis. Nikolay hospital naçalnikinə raport yazdı. Ə.Əbülhəsən. // Belə şəxslərə müraciət. [Usta Xəlilova:] Xoş gördük, yoldaş naçalnik! M.Hüseyn. [Kişi:] Belədir, naçalnik! – deyə çeşməyini alnına qaldırıb başını şübhə ilə buladı. S.Rəhimov.\n2. İnqilabdan əvvəl: polis, jandarm rəisi. [Pirverdi bəy Kabla Qulamalıya:] Bu saat oğlun Mustafanı get, gətir cənab nəçərnikin hüzuruna! C.Məmmədquluzadə. Samovar üstə çaynik; Dostum olsun uryadnik; Dur, şikayətə gedək; Divan qursun naçalnik. Ə.Cavad. naçar sif. və zərf [fars.] Çarəsiz, əlacsız, naəlac. [Yusif şah] naçar ümuri-səltənətin icrasına iqdam etdi. M.F.Axundzadə. Aslan isə naçar öz qardaşını götürüb, bir balaca ev tutub orada sakin oldu. C.Cabbarlı. • Naçar qalmaq (dayanmaq) – əlacsız qalmaq, çarəsiz qalmaq, naəlac qalmaq, heç bir şeyə, yerə ümidi gəlməmək. Usta baxdı ki, Alı kişini aldada bilməyəcək, axırda naçar qalıb onun öz qılıncını özünə verdi. “Koroğlu”. Axacaq ürəyə, idraka işıq; Bəs niyə nigaran, naçar qalmışıq? Şəhriyar. naçarlıq dan. zərf Çarəsizlikdən, əlacsızlıqdan, məcburiyyət qarşısında. [Ağa Məhəmməd şah Qacar:] Naçarlıqdan itaətə gələn düşmənlə müdara etmək aqil iş deyil. Elə düşmənin bilmərrə kökünü kəsmək gərək. Ə.Haqverdiyev. naçiz sif. [fars.] köhn.\n1. Heç nəsiz.\n2. Heç dərəcəsində olan, lap az.\n3. Heç bir əhəmiyyəti olmayan. nadan sif. [fars.]\n1. Cahil, avam, biliksiz, geridə qalmış, məlumatsız. Nadan adam. Nadanın biridir. – Ağıllı düşmən nadan dostdan yaxşıdır. (Ata. sözü). Ey nadan mollaların sözünə qulaq asıb, məndən bir neçə günlüyə üz çevirən camaat! C.Məmmədquluzadə. // İs. mənasında. Sənə Vaqif kimi dərd bilən gərək; Layiq görməm hər nadanı mən sənə. M.P.Vaqif. Mən Zakirəm, budur sözüm, söhbətim; Nadan ilə hərgiz olmaz ülfətim. Q.Zakir. Fikrimi verməm əbəs, siz kibi nadanlara; Sövq edəsiz oğlumu bir para hədyanlara. M.Ə.Sabir.\n2. Xəbərsiz, bixəbər, qafil. [Həcər:] Özünü tez yetir, ay nadan Nəbi! Tüfəngi havada oynadan Nəbi! “Qaçaq Nəbi”.\n3. Öz həddini bilməyən; qaba, kobud, qanmaz. Nadan adam. Nadan (z.) hərəkət etmək. nadanlıq is. Cahillik, avamlıq, gerilik, biliksizlik, mədəniyyətsizlik, cəhalət. Görünür, bu da bir siyasətdir, – deyə [Səməd] öz nadanlığından və bu cür nazik mətləbi belə gec düşündüyündən öz-özünə acıqlandı. B.Talıblı. Bu gün bütün yamanlıqlar qolu bağlı; Bu gün bütün nadanlıqlar qolu bağlı. M.Araz. nadel [rus.] tar. 1917-ci il inqilabından qabaq Rusiyada: kənd icmasında hər bir kəndli ailəsinin istifadəsinə verilmək üçün ayrılan kiçik torpaq hissəsi; kəsik. İskəndərin atası əkinçi idi, 1-2 xalvar əlində nadel torpağı, qapısında iki boyun, yəni bir cüt öküzü, iki inəyi, 10-15 qoyun-keçisi, 6 da arı pətəyi var idi. E.Sultanov. [Kəndlilər] axırda öz fikirlərini padşaha yazdılar. Padşah kəndlilərin hərəsinə bir şırım nadel yer verdi. “Qatır Məmməd”. nadfil is. Xırda dişləri (kərtmələri) olan kiçik yegə. nadidə sif. [fars.] köhn.\n1. Görünməmiş, misilsiz, bərabəri olmayan.\n2. Qiymətli, az tapılan, az ələ düşən. nadinc sif.\n1. Dəcəl, şuluq, dinc oturmayan. Nadinc qız. – Çünki yazıq Cəmil doğrusu çox nadinc idi. C.Məmmədquluzadə. Nadinc uşaqlar .. bağırışırdılar: – Molla Qasım, qaç, xortdan gəldi. S.S.Axundov.\n2. məc. Dinc oturmayan, ona-buna sataşan, araqarışdıran, pozğunluq salan, fitnə törədən; təhrikçi. [Hacı Nuru:] Ümənayi-dövləti təqsirlidən, təqsirsizdən şikayət etmək ilə təngə gətirdin. Axırda nadinc adam qələminə getdin. M.F.Axundzadə. [Təbrizdə] nadinc adamların sayı çoxalır(dı). M.S.Ordubadi.\n3. məc. Sakitlik bilməyən, coşqun. Xəzərin nadinc dalğaları .. o tənha buruq ətrafında rəqs edir.. Ə.Məmmədxanlı. nadinclik is.\n1. Dəcəllik, şuluqluq. Nadinclik etmək. – O, öz nadincliyindən zövq alan bir dəcəl kimi şən-şən gülümsəyir. M.Rzaquluzadə.\n2. Dinc oturmama, rahat oturmama, ara qarışdırma. Hökumət rəiyyətin nadincini sevir, çünki onlar cəriməni ancaq nadinc adamlardan ala bilərlər. Bizim kənddə isə nadinclik yoxdur. M.S.Ordubadi. nadir sif. [ər.] Aztapılan, az təsadüf edilən, az ələ düşən. Nadir kitab. Nadir əlyazması. Nadir şey. – Səxavət olmayan kəsdə şücaət feli nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi. • Nadir hallarda – arabir, hərdənbir, təsadüfən, təkdənbir, çox seyrək, az. Tərlan adətən nadir hallarda əsəbiləşirdi. M.Hüseyn. “Baş üstə” sözünü nadir hallarda dilinə gətirən Rüstəm kişi bu dəfə ürəyindən keçsə də demədi.. M.İbrahimov. nadirülvücud sif. [ər.] köhn. Müstəsna, çox az tapılan, nadir hallarda təsadüf edilə bilən. Nadirülvücud şəxs. – Müsəlmanlar arasında belə bir abdar əşar müsənnifləri nadirülvücuddur. F.Köçərli. nadürüst sif. və is. [fars.] Fırıldaqçı, kələkbaz, hiyləbaz, əliəyri, cüvəllağı, haramzadə. [Gileygüzarov:] Arvad, gələn dəfə bu nadürüstü çağırsaq hər ikimizin atasına lənət! S.Rüstəm. Nərgizə baxıram; Mənə kəm baxan; Nadürüst gözləri unutmaq üçün... B.Vahabzadə. // Söyüş məqamında (əsasən kişilər haqqında). nadürüstlük is. Fırıldaqçılıq, hiyləbazlıq, əliəyrilik, haramzadəlik. [Cənnətəli ağa:] Qırışmal oğlu, nadürüstlük sənin özündəndir. Papağın yırtılar birini də allam.. N.Vəzirov. naehmal [fars. na... və ər. ehmal] bax. ehmalsız. Naehmal hərəkət. Naehmal danışıq. naəhl sif. [fars. na... və ər. əhl] Ləyaqətsiz, yaramaz, tərbiyəsiz, qanmaz. Naəhl adam. // İs. mənasında. Danışdın qaş-göz ilə hər ötən naəhl ilə, zalım! Q.Zakir. Naəhl olana mətləbi qandırmaq olurmu? M.Ə.Sabir. Nakəslər və naəhllər ilə dəxi dostluq etmək rəva deyil. F.Köçərli. naəhllik is. Ləyaqətsizlik, yaramazlıq, rəzillik, alçaqlıq, nanəciblik. naəlac [fars. na... və ər. əlac]\n1. bax. əlacsız 2-ci mənada. [İmran:] Bu gecəliyə qonaq olmağı rica etdi, naəlac qalıb razı oldum. S.S.Axundov. İnsanın sevgilisi, istəklisi, məşuqəsi əğyar ilə oturub, oynayıb gülsün, insan özü isə naəlac (z.) kənarda oturub baxsın. C.Cabbarlı. [Eyvaz:] Mən naəlac qalaraq ayağa durdum. İ.Əfəndiyev.\n2. İs. mənasında. Yazıq, fağır, əlacsız, əlsizayaqsız adam. ..Dünyada hər bir şeydən gözəlraq naəlaclara kömək etməkdir. N.Vəzirov. naəlaclıq bax. əlacsızlıq. [Əsəd] naəlaclıqdan yardım arayan adam kimi .. məktəb xidmətçisinə müraciət etdi. B.Talıblı. naftalan is. [yun.] Yumşaq kütlə halında olan, dezinfeksiyaedici, ağrıkəsici dərman preparatı. naftalin [yun. naphtha – neft] Kəskin iyli ağ kristallik maddə (texnikada, habelə yun və dərini güvədən qorumaq üçün işlədilir). Naftalin səpmək. Naftalin iyi. ‣ Naftalin iyi vermək – köhnəlmiş, vaxtı keçmiş şey haqqında. [Veysəl Zinyətə:] Yaxşı ki, naftalin iyi verən bu sözləri yadınızdan çıxarmamısınız. B.Bayramov. Naftalinə qoymaq – köhnəlmiş, vaxtı keçmiş şey haqqında. naftalinləmə “Naftalinləmək”dən f.is. naftalinləmək f. Güvədən qorumaq üçün naftalin səpmək, naftalin tökmək. [Musanın nəvəsi] köhnə kostyumlarını naftalinləyib sandığa yığdı. Qantəmir. [Adil:] Bir neçə gündən sonra atam anamın paltarını naftalinləyib sandığa yığdı. B.Bayramov. naftalinlənmə “Naftalinlənmək”dən f.is. naftalinlənmək məch. Güvədən qorumaq üçün naftalin səpilmək, naftalin tökülmək. Xalçalar naftalinlənib. naftalinli sif. Naftalin səpilmiş, naftalin tökülmüş, naftalinə qoyulmuş. Naftalinli palto. naftol [yun. naphtha – neft və lat. ol(eum) – yağ] Naftalindən alınan və boya rəngləyici maddəsi kimi istifadə edilən kimyəvi birləşmə. nagah zərf [fars.] Qəfildən, birdən, gözlənilmədən, xəbərsiz, ansızın. Nagah gözəl bir quş uçub gəldi sədayə; Guya dedi; səbr eylə, a Səhhət, bu bəlayə. A.Səhhət. [Xortdan:] Nagah xəyalimə cəhənnəm düşdü. Ə.Haqverdiyev. Yolçular çarəsiz qalıb nagah; İki-bir, üç-bir oldular həmrah. H.Cavid. nagahan [fars.]\n1. bax. nagahani. ..Orada cavanlar nagahan bəlalara düçar olurlar.. C.Məmmədquluzadə. ..Hələ ömrümdə belə nagahan şey görməmişəm. S.Rəhimov.\n2. zərf Gözlənmədən, birdən-birə, qəfildən, xəbərsiz. Nagahan küçədə ucaldı səda; Vur-haray düşdü, qopdu bir qovğa. M.Ə.Sabir. [Şeyx Hadi:] Nagahan başlayıb vəba, taun; Sardı ətrafı, xəlqi etdi zəbun. H.Cavid. Günlərin birində öz evində yaşadığı vaxtda, nagahan, Həsən yenə də azarladı.. B.Talıblı. nagahani sif. və zərf Gözlənilməyən, gözlənilməz, naqafil. Nagahani dərd. – Müəllim kəndə vaxtından əvvəl qayıtdı. Onun belə gəlişi Telli üçün nagahani idi. S.Hüseyn. ..Nagahani bir səs onu bu xəyaldan ayırdı. M.İbrahimov. [Vahid:] Yenə də axırıncı sözlər [kişinin] ağzından nagahani çıxdı. B.Bayramov. nagahanilik is. Gözlənilməzlik, naqafillik, ansızlıq. nagahdan (=nagahandan) zərf Gözlənmədən, qəfildən, bilmədən, təsadüfən, birdən. Nagahdan gözlərim görəndə səni; Qalmadı canımda ixtiyar, gəlin! M.P.Vaqif. Nagahandan düşdüm belə dərdə mən; Necə çəkim eşq üzünə pərdə mən. Aşıq Pəri. nagahandan (=nagahdan) zərf Gözlənmədən, qəfildən, bilmədən, təsadüfən, birdən. Nagahdan gözlərim görəndə səni; Qalmadı canımda ixtiyar, gəlin! M.P.Vaqif. Nagahandan düşdüm belə dərdə mən; Necə çəkim eşq üzünə pərdə mən. Aşıq Pəri. nagüman sif. [fars.] Gümanı olmayan, inanmayan, ümidsiz. Nagümanam mən bu dərddən sağalım; Təbib birdir, dərd min birdir, yarə yüz. Aşıq Qurbani. • Nagüman etmək (eləmək) – ümidsiz etmək, arzusunu ürəyində qoymaq. Sapan tək atma məni; Yadlara satma məni; Yolunu gözləyirəm; Nagüman etmə məni. (Bayatı). nagümanlıq is. Gümansızlıq, inamsızlıq, ümidsizlik. nagüvara sif. və zərf [fars.] köhn. Qeyridüzgün; zor, ağır, çətin. Zeynəbə Xudayar bəyin iri burnuna və kifir sifətinə baxıb, ona ər demək nagüvara və naxoş görünürdü. C.Məmmədquluzadə. nağara is. Hər iki üzünə dəri çəkilmiş silindrik gövdəli zərb musiqi aləti. Nağara çalmaq. – Kəndin yuxarı tərəfində qarazurna mələyir, nağara gumbuldayır, tar, qaval səslənir, kim isə şirin-şirin oxuyurdu. Ə.Vəliyev. • Nağara ağacı – nağara çalmaq üçün xüsusi şəkildə düzəldilmiş iki ağacdan hər biri. ‣ Toydan sonra nağara – bax. toy. Əbədilik bir ağrı tək; Sonra sizi yandıracaq, göynədəcək; Toydan sonra bu nağara; Kimə gərək; Nəyə gərək? B.Vahabzadə. nağaraçalan (=nağaraçı) is. Nağara çalan çalğıçı. [Cənnətəli ağa:] Qız uşağını öz başına qoysan ya aşığa gedər, ya nağaraçıya. N.Vəzirov. nağaraçı (=nağaraçalan) is. Nağara çalan çalğıçı. [Cənnətəli ağa:] Qız uşağını öz başına qoysan ya aşığa gedər, ya nağaraçıya. N.Vəzirov. nağaraçılıq is. Nağaraçının sənəti, peşəsi. Nağaraçılıq etmək. nağd is. [ər.]\n1. Pul (hər şəkildə olur olsun). [Hacı Saleh:] Pul istəyir, deyir pulu nağd verin. S.Rəhman. • Nağd etmək (eləmək) – hər hansı bir şeyi satıb pul etmək (eləmək).\n2. Puldan ibarət var, dövlət, sərvət. Min manat nağdı var. // Sif. mənasında. Hazırda mövcud olan, əldə olan, üzdə olan. Bir nəfər Hacının əqrəbasından getdiyi Kərbəlaya and içib, Hacı Səlimin bankda on altı milyon nağd pulunun yatdığını söyləyir. Ə.Haqverdiyev. // Məc. mənada. Nağd iyirmi adam var.\n3. məc. dan. Mütləq, sözsüz, şəksiz, şübhəsiz, yəqin. ‣ Nağd eləmək dan. – yəqin etmək (bəzən istehza ilə deyilir). Ezamiyyətə getməyi nağd eləmək. Nağdı qoyub nisyə dalınca getmək (qaçmaq) – yerinə yetirilməsi çətin olan bir işdən, şeydən yapışmaq. Bu nəqdi qoyub nisyə dalınca nə gedim mən. S.Ə.Şirvani. Nağdı nisyəyə satmaq – bax. nağdı qoyub nisyə dalınca getmək (qaçmaq). Axmaq o adamdır ki, nağdı nisyəyə satır. S.Hüseyn. nağıl is. [ər. nəql] Adətən əfsanəvi, fantastik qüvvələrin iştirakı ilə cərəyan edən uydurma hadisələr və şəxslər haqqında hekayə, rəvayət (şifahi xalq yaradıcılığının bir növü). Azərbaycan nağılları. Sehirli nağıllar. – Şirin-şirin nənəm nağıllar deyir; Mənim yuxum qaçır, nənəm əsnəyir. A.Səhhət. Yusif əmi hər gecə bizə şirin-şirin nağıllar danışar, çox qəribə tapmacalar deyərdi. A.Şaiq. • Nağıl etmək (eləmək) – şifahi surətdə bildirmək, danışmaq. [İskəndər:] Ey mənim gözəl Nazlı bacım.. Mənim yanıma gəlmirsən ki, gəzdiyim şəhərlərdən sənə nağıl eləyim. C.Məmmədquluzadə. [Mehriban] dördbeş illik həyatını, son günədək başına gələn hadisələrin hamısını ona nağıl etdi. S.Hüseyn. Nağıl kimi – əslən olmayan, uydurma, xəyali bir şey haqqında. Yaxşı və dəbdəbəli toy qıza nağıl kimi maraqlı görünürdü. M.İbrahimov. ‣ Nağıl açmaq – bir hadisə, iş haqqında uzun-uzadı danışmaq. Min də nağıl aç, birin aldatmayır; Keçdi gecə, mətləbə əl çatmayır.. M.Ə.Sabir. [Kərim kişi:] Yaxşı, nağıl açma, de görüm nə istəyirsən? İ.Şıxlı. nağılbaşı is. folk. Dinləyiciləri maraqlandırmaq, güldürmək üçün nağılların əvvəlində söylənən yüngül məzmunlu müqəddimə, giriş; məsələn, Hamam hamam içində; Xəlbir saman içində; Dəvə dəlləklik elər; Köhnə hamam içində və s. nağılbaz is. [ər. nəql və fars. ...baz] Nağıl danışmağı, yaxud nağıla qulaq asmağı çox sevən adam. İkinci gün [Sabirin] yadına .. nağılbaz qocalar düşürdü. S.Rəhimov. nağılbazlıq is. Nağıl danışmağı, yaxud nağıla qulaq asmağı sevmə. Bağır istədi desin ki, oxuma, səhər-səhər nə nağılbazlıqdı, nağılı gecələr danışarlar, .. amma deməyə macal tapmadı, çünki Nurcabbar artıq ayaq üstə idi. İ.Məlikzadə. nağılçı is.\n1. Çox nağıl bilən və onları məharətlə danışmağı bacaran adam. Nağılı nağılçıdan öyrən. (Ata. sözü). [Molla Abbas:] Necə nağıl de? Nə zəvzək danışırsan?.. Mən vaizəm, yoxsa nağılçıyam ki, sizə nağıl deyəm? C.Məmmədquluzadə. [Əsgər] nağılçı deyil. O sənə Leyli və Məcnun məsələsini misal göstərdi. M.S.Ordubadi.\n2. Çoxdanışan, çərənçi, boşboğaz, naqqal, lağlağı; uydurmaçı. [Məşədi Rüstəm:] Bizə nə versələr, ikiqat qiymətini alsınlar. Sən nə nağılçı kişisən. R.Əfəndiyev. Danabaşlılar [Xəlili] “nağılçı”, yaxud “qəzetçi Xəlil” adlandırırlar. M.İbrahimov. nağılçılıq is. Uzunçuluq, sözçülük. Yazıçı .. özbaşına təsviri istədiyi yerdə kəssə və ya əlavə edib uzatsa, nağılçılıq meydana çıxar. M.İbrahimov. nağılvari zərf və sif. Üslub və məzmun etibarilə nağıl kimi olan, nağıla oxşar. Nağılvari danışmaq. Nağılvari yazmaq. nahaq sif. [fars. na... və ər. həqq]\n1. Haqsız, ədalətsiz, haqq və insafa müğayir; qanunsuz. [Yusif şah:] Hakimi-vilayətlərə mənim tərəfimdən elan edərsiniz ki, Allahdan qorxsunlar, nahaq iş tutmasınlar.. M.F.Axundzadə.\n2. Əbəs, yersiz, boş, bihudə. Nahaq iş. – Nə layiqdir sənin kimi sərvərə; Bais ola belə nahaq işlərə. Q.Zakir. Nahaq söz od vurar qəlbə, fəqət haq söz keçər daşdan. S.Vurğun. • Nahaq yerə – boş yerə, əbəs, heç bir ehtiyac olmadan. Nahaq yerə gəlmək. Nahaq yerə cəncəl işə qarışdı. – [İbrahim bəy:] Mən bilmirəm, o kimə yamanlıq etmişdi, biçarə lap nahaq yerə bədbəxt oldu. N.Vəzirov. [Mirzə Cavad:] Ay balam, nahaq yerə bu əziyyət nə lazımdır, niyə özünü incidirsən? Ə.Haqverdiyev. nahaqca zərf Nahaq yerə, əbəs yerə. Qəlbini incitməsin nahaqca vicdanın sənin! Ə.Nəzmi. nahaqdan zərf Heç bir əsas və dəlil olmadan, haqsız olaraq. Nahaqdan işə düşmək. – Məsləhətçin eləyiblər neçə əşxası qaçaq; Neçə kəs var ki, nahaqdan olubdur dustaq.. S.Ə.Şirvani. // Nahaq yerə, əbəs yerə. [Rəhman:] Lap nahaqdan ləşkəri göndərdiniz belə uzaq. Ü.Hacıbəyov. nahaqlıq is. Haqsızlıq, ədalətsizlik, insafsızlıq. [Məhərrəm:] [İki cavanı zor ilə ayırmaq] ədalətsizlik deyilmi? Nahaqlıq deyilmi. C.Cabbarlı. nahamar sif. [fars. nahəmvar]\n1. Kələkötür, girintili-çıxıntılı, çala-çuxur, hamar olmayan. Nahamar yer. Nahamar taxta. – Sərbəndin nahamar olması [ustanı] ayağının da birini qaldırıb havada fırlamağa məcbur etdi. Çəmənzəminli. Nahamar yolda maşın atılıb-düşəndə az qala [Firəngizin] beyni tərpənirdi. B.Bayramov.\n2. məc. Kobud, qaba, yöndəmsiz, biçimsiz. Nahamar adam. – İbrahim başını qaldırıb baxanda gördü, bu bir nahamar ifritədir ki, alt dodağı yer süpürür, üst dodağı göy süpürür. (Nağıl). nahamarlıq is. Nahamar şeyin halı. Sahənin nahamarlığını düzəltmək. nahamvar klas. bax. nahamar. nahar is. [ər. nəhar]\n1. Günorta yeməyi. Nahar etmək. – Mirzə iştahasız nahar yeyib yatmaq istədi. Ə.Haqverdiyev. Hədiyyə naharını təzəcə bitirmişdi ki, qapıda maşın səsləndi. Mir Cəlal. // Bu məqsədlə hazırlanmış yemək, xörək. Nahar hazırlamaq. – ..Qız nahar bişirmək üçün ərzaq almağa getdi. M.S.Ordubadi.\n2. Həmin xörək yeyilən vaxt; günorta. Nahara qədər işləmək. – Səlimə qadınlar klubunda nahardan axşama qədər çalışır. H.Nəzərli. Əfruz bacı bir gün nahardan sonra Mədədi yaxaladı. S.Rəhimov. naharlıq sif. Nahara məxsus, nahara aid, nahar üçün. Naharlıq ərzaq tədarük etmək. – [Cəfər:] Qardaş, indi növbətdən çıxa bilərsən, iki naharlıq biletimiz var. Çəmənzəminli. naharsız zərf Yeməksiz, ac. Naharsız saxlamaq. – [Qaraca qız:] ..Anam sağ olanda məni də naharsız qoyardı. S.S.Axundov. nahiyə is. [ər.]\n1. 1917-ci il inqilabından əvvəl və inqilabın ilk dövründə qəza tərkibinə daxil olan inzibati-ərazi vahidi; rayon. [Kəndli:] Dedim heç belə bir iş olmaz, getdim nahiyəyə, ispolkoma dedim, dedi ərizə ver. T.Ş.Simurq. [Bəhram:] O vaxt bizim nahiyənin pristavı Navedski adında çox rəhmsiz və əclaf bir adam idi. Ə.Vəliyev.\n2. İnsan və heyvan bədənində hər hansı bir daxili orqanın yerləşdiyi sahə, yer. Ürək nahiyəsi. Döş nahiyəsi. nax is. Qafqaz qrupuna daxil olan dillərdən biri. naxa bax. naqqa. naxah [fars.] köhn. İstəmədən, istəməyərək, istəməyə-istəməyə. Camaatla xan danışan əsnada Allahqulu kənarda durub dinməz qulaq asır. Xan ona tərəf baxanda naxahi baş əyir. Ə.Haqverdiyev. naxələf sif. [fars. na... və ər. xələf] Əcdadına, əslinə, əsli-nəsəbinə layiq olmayan. Naxələf övlad. – Cahıllıq zamanı keçibdir əgər; Yenə yüz naxələf oğlana dəyər. Q.Zakir. Ax, naxələf oğlum, nə yaman eşqə düşübsən; Ey kaş, usanaydın! M.Ə.Sabir. // İs. mənasında. Sanki bu sözlərin ixtiyarı oğlunda, o naxələfin əlində idi. Mir Cəlal. Aşıq sözü şirin olur, o çalsın; Naxələfi doğan ana qocalsın. R.Rza. // Çörəkitirən, nankor, naşükür. • Naxələf olmaq (çıxmaq) – nankor çıxmaq, yaxşılığı itirmək, çörək itirmək, nanəcib çıxmaq. El bilir, uşaqlıqdan o, naxələf olmayıb. S.Rüstəm. [Pərzad:] Məni öldürün, mən naxələf oldum.. Mir Cəlal. [Bayramın] kürəkəni naxələf çıxdı. Ə.Vəliyev. naxələflik is. Ata-anaya qarşı nankorluq; naşükürlük. Ürəyim ona sıxılırdı ki, üç uşağımın biri başlayıb naxələflik göstərməyə. C.Məmmədquluzadə. // Nanəciblik, rəzillik, pislik, yamanlıq. [Göyçək Fərruxa:] Bizdə nə naxələflik görmüşdün? B.Bayramov. naxır is. Bir yerdə otlayan mal-qara sürüsü. ..Şiddətli çovğun başladığı üçün naxır çöldən tez qayıtdı. S.Hüseyn. Naxır tozlu yollardan axışıb gəlirdi. Mir Cəlal. • Naxıra getmək – naxır otarmaq, naxırçılıq etmək. ..Mövlamverdi kişi Nikolay vaxtı Güneyqışlaqda ən yoxsul adam olub naxıra gedərmiş. İ.Əfəndiyev. ‣ Bir naxır dan. – olduqca çox, sayca çoxlu. [İmamqulu:] Zarafat deyil, qardaş, bir naxır külfətim var. N.Vəzirov. naxırçılıq is. Naxırçının işi, peşəsi. Naxırçılıq etmək. naxırotaran (=naxırçı) is. Mal-qara otaran, naxıra baxan adam. [Kərbəlayı Məmmədvəli:] Sən mənə havaxt naxırçı olmusan ki, mənim malımın sayını biləsən, qoçaq! N.Vəzirov. [Gülsənəm:] ..Ağanın naxırçısı inəyimi damğalayıb bəyin naxırına qatmış. S.S.Axundov. naxırçı (=naxırotaran) is. Mal-qara otaran, naxıra baxan adam. [Kərbəlayı Məmmədvəli:] Sən mənə havaxt naxırçı olmusan ki, mənim malımın sayını biləsən, qoçaq! N.Vəzirov. [Gülsənəm:] ..Ağanın naxırçısı inəyimi damğalayıb bəyin naxırına qatmış. S.S.Axundov. naxış is. [ər. nəqş-dən]\n1. Rənglərin, cizgilərin, kölgələrin kombinasiyasından ibarət şəkil, çəki, bəzək və s. Onun divarları aləlvan naxış; Əsrdən-əsrə hədiyyə qalmış. S.Vurğun. Zərqələmin yadigarı üzərində naxışlar tikilmiş bir yaylıq idi. Ə.Sadıq. • Naxış vurmaq (salmaq) bax. naxışlamaq. [Turac:] Batmış gör necə də qəşəng naxışlar vurub!.. İ.Əfəndiyev. Şaxta pəncərəyə naxış salanda; Bir böyük heykəlin keçib yanından; Seyr edirəm onu mən heyran-heyran. N.Rəfibəyli.\n2. Kart kağızlarında xal, nişan. • Naxışı tutmaq – oyunda və s. əli gətirmək, udmaq. naxış-naxış sif. Naxışları olan, naxışlarla bəzəkli, naxışlı. Naxış-naxış köynək. naxışaçan is. Ağac, metal, daş və s. üzərində cürbəcür naxışlar salan, naxışlar həkk edən usta; naxış ustası. // Sif. mənasında. Naxışaçan usta. naxışçı is. Naxış vuran, naxış salan usta, naxışaçan. naxışlama “Naxışlamaq”dan f.is. naxışlamaq f.\n1. Cürbəcür rənglər, boyalar, saplar və s. ilə şeylərin üzərinə naxış salmaq, naxış vurmaq. Evin divarlarını naxışlamaq. Köynəyin yaxasını naxışlamaq. – Yaylıq, səni yar işlədi; Ətrafını naxışladı.. Aşıq Kərəm.\n2. Həkk etmək, qazımaq (ağacda, daşda, qabın üzərində). ..Qabları naxışlamaq, bəzəmək qoca bağbanın böyük qardaşı İbrahim Tahirin peşəsi idi. S.Rəhimov. naxışlanma “Naxışlanmaq”dan f.is. naxışlanmaq məch. Naxış vurulmaq, naxış salınmaq, naxışla bəzənmək. Evin divarları naxışlanıb qurtarmışdır. naxışlanmış f.sif. Üzərində naxış açılmış, naxış vurulmuş, naxışla bəzədilmiş; naxışlı. Naxışlanmış kəlağayı. Naxışlanmış divar. naxışlı sif.\n1. Naxış vurulmuş, naxış salınmış, naxışla bəzədilmiş. Naxışlı dəsmal. Naxışlı qab. Naxışlı mal. – Katib .. bir cüt qırmızı dilim naxışlı çaynik çıxartdı. S.Rəhimov. Xalçanın naxışlı yol-yol haşiyələri gözlərdə parıldayırdı. Mir Cəlal.\n2. məc. dan. Bəxtli, bəxti yaxşı olam, əli gətirən. Naxışlı adam. naxışsız sif. Naxışı olmayan; saya. Naxışsız parça. Naxışsız qab. naxoş is. [fars.] Xəstə, azarlı. Bir naxoşun üstə həkim gətirəndə həkim əvvəl yapışır naxoşun nəbzindən.. C.Məmmədquluzadə. [Sultan bəy:] Nə olub ki, naxoş deyilsən ki? Ü.Hacıbəyov. // Sif. mənasında. Naxoş adam. ‣ Səndən (sizdən) naxoş dan. – yeməkdən söhbət gedərkən “yerin(iz) məlum” mənasında işlədilən ifadə. Səndən naxoş, bir kabab yedik. – Uzun qış gecəsi, sizdən naxoş, plovu yemişdik. Qantəmir. naxoşlama “Naxoşlamaq”dan f.is. naxoşlamaq f. Xəstələnmək, azarlamaq. [İmran:] Yadındadırmı, anacan, atam bir dəfə naxoşladı.. Ə.Haqverdiyev. [Aydın Səkinəyə:] Əgər naxoşlayıb eləsən, yanıma gəl. H.Seyidbəyli. naxoşlatma “Naxoşlatmaq”dan f.is. naxoşlatmaq f. Xəstələndirmək, azarlatmaq, xəstəliyə salmaq, naxoşlamasına səbəb olmaq. Uşağı soyuğa verib naxoşlatmaq. – [Nisə xala:] Tərli-tərli içəndə su bizə ləzzət verir. Amma sizləri naxoşladır. Qantəmir. naxoşluq is. Xəstəlik, azarlılıq. Naxoşluğu uzun çəkmək. – [Əvvəlinci azarlı:] ..Bu zəhrimar naxoşluq yapışıb yaxamdan. C.Məmmədquluzadə. [Baxışoğlu Həsən] .. özünü azardan və naxoşluqdan hifz etməzdi. B.Talıblı. • Naxoşluğa salmaq – bax. naxoşlatmaq. Keyfiyyət Səfərə təsir edib, onu naxoşluğa salır. Ə.Haqverdiyev. naxünək is. Birinin üzüyumşaqlığından istifadə edərək şeyini götürmə (adətən naxünək vurmaq, naxünək etmək şəklində işlənir). – Ye bala, ye!.. – deyə Kərbəlayı özü də böyürdən naxünək vurmağa başladı. M.Hüseyn. Prokuror formalı bir nəfər naxünək papirosu yandıraraq sözə qarışdı. “Kirpi”. naxünəkçi is. Naxünək vurmağı adət etmiş adam. Naxünəkçinin cibi gen olar. (Məsəl). naxünəkçilik is. Naxünəkçinin xasiyyəti, sifəti. Naxünəkçilik eləmək. naib is. [ər.] tar.\n1. Böyük bir şəxsin yerini dolandıran şəxs; vəkil, canişin. Padşahın naibi.\n2. Yerli inzibati idarə rəisi, kənd icması başçısı. Nahiyə naibi. Qəza naibi. Şəhər naibi. – Keşikçi [qasidi] naibin yanına götürdü. M.S.Ordubadi.\n3. Köməkçi, əlaltı. [Xotkar:] Ondan sonra ya gərək gedib ona nökərdən, naibdən olaq, ya da ki, qaçıb dağlarda, daşlarda qaçaqlıq eləyək. “Koroğlu”. Hatəm xan nökər, naiblə birlikdə atlanıb, Yədulla xanın malikanəsinə üz qoydular. S.Rəhimov. naiblik is.\n1. Naibin işi, vəzifəsi; vəkillik, canişinlik.\n2. Naibin idarəsi altında olan yerlər. nail [ər.]: nail olmaq – əldə etmək, müvəffəq olmaq, çatmaq, yetmək. Məqsədə nail olmaq. İstəyinə nail olmaq. – [Dərviş:] Dilədiyimiz arzuya nail olduq. A.Divanbəyoğlu. Beləliklə, Naşad əfəndi öz məqsəd və məramına nail olmuş(du). S.Hüseyn. nailiyyət is. [ər.]\n1. Hər hansı bir sahədə, işdə əldə edilmiş yaxşı nəticə; müvəffəqiyyət. Azərbaycan xalqı hər sahədə yeni və böyük nailiyyətlər əldə etmişdir. M.İbrahimov. [Qurban] qazdığı hər quyuda .. elm və texnikanın son nailiyyətini cəsarətlə həyata keçirmişdir. Ə.Sadıq.\n2. köhn. Əldə etmə, nail olma, istəyinə çatma. nainsaf [fars. na... və ər. insaf] İnsafsız. Nainsaf qonşular Süleymanın bu qədər zəhmətinə baxmayıb, yenə də onu əvvəlki kimi “Süleyman” deyə çağırırdılar. B.Talıblı. // İs. mənasında. Nainsafın kəli qaçar. (Ata. sözü). ..Heç bir dəfə də olmuyub ki, bu nainsaflar, heç olmasa tək bircə dəfə bu xəstəlikdən şəfa tapmış olalar. C.Məmmədquluzadə. nainsaflıq is. İnsafsızlıq. Nainsaflıq etmək. – [Ana:] Hərgah Ülkər qızı aparmaq istəyirsə, üz vurma. Balanı anadan ayırmaq nainsaflıqdır. Ə.Vəliyev. nakam [fars.] bax. kamsız. Nakam cavan. Nakam ölmək. Nakam məhəbbət. – [Əbdül:] Sara da getdi! Yazıq qız, nakam qız! Onun ölümü mənim sinəmə bir dağ çəkdi. C.Cabbarlı. [Xan] gözlərini məchul bir nöqtəyə zilləmiş, igid oğlunun nakam taleyini, vəfalı arvadının qara bəxtini düşünürdü.. M.Rzaquluzadə. Ürəyində sevgisi nakam ölən qızların; Alacağam qanlıdan amansız qisasını. M.Rahim. • Nakam qalmaq – arzusuna çatmamaq, məqsədinə yetməmək, arzusu ürəyində qalmaq. Arzular, diləklər nakam qalmadı; Çöllər sudan doydu, gözlər işıqdan. O.Sarıvəlli. Nakam etmək (qoymaq) – bədbəxt eləmək, kama yetməyə qoymamaq, arzusunu ürəyində qoymaq. [Nüşabə:] Bil, sənə casusluq edən bu adam; Çağlayan eşqimi qoymuşdur nakam. A.Şaiq. Nakam olmaq – kama çatmamaq, arzusuna yetməmək, bədbəxt olmaq. Bir gülən yox bu qayğılı dünyada; Çoxlar nakam olub irməz murada. H.Cavid. nakamlıq is. Kama yetməmə; kamsızlıq. Olsa nakamlığım gər o pərinin kamı; Dilidivanəni həq dəhrdə nakam eləsin. S.Ə.Şirvani. nakəs sif. və is. [fars.] Şərəfsiz, yaramaz, alçaq, rəzil. Nakəs adam danışıqnan saz olu; Kərəmdən kəm, səxavətdən az olu. Aşıq Ələsgər. // İs. mənasında. Mərdlər ilən gəz ki, vəfadar olur; Nakəslərə yoldaş olan xar olur. M.V.Vidadi. Nakəslər və naəhllər ilə dəxi dostluq etmək rəva deyil. F.Köçərli. nakəslik is. Alçaqlıq, rəzillik, yaramazlıq. Nakəslik eləmək. nakişi sif. Namərd, xain. Nakişi adam. // İs. mənasında. [Mürsəl:] İlqarından dönən, andını pozan, verdiyi sözə əməl eləməyən nakişidir! Ə.Vəliyev. nakişilik is. Namərdlik, xainlik. Onda nakişilik olardı, axı, sən Hacı Atakişisən, .. uşaq-muşağa baş qoşmayacaqsan ki.. – deyə Əmir gülümsündü. Ə.Abasov. naqabil sif. [fars. na... və ər. qabil]\n1. Nalayiq, yersiz, münasibətsiz. Müdir cənablarına minnətdar olub, naqabil sözümdən üzr istəyirəm. Mir Cəlal. [Nənəqızın] dilinə naqabil kəlmə gəlməz, ağzından tikanlı söz çıxmazdı. Ə.Vəliyev. // İs. mənasında. Nalayiq, ləyaqətsiz adam; qanmaz. Nə işim var, naqabilə söz deyəm, damağına ya dəyməyə, ya dəyə. (Məsəl). Əlli min suxtə, əlli min sail; Əlli min hoqqabazi-naqabil. S.Ə.Şirvani.\n2. İmkansız, mümkün olmayan; çətin, mahal. O, naqabil bir işdir.\n3. Əxz etməyə, götürməyə qabiliyyəti, istedadı olmayan; qeyri-qabil. Tərbiyəyə naqabil. naqafil sif. və zərf [fars. na... və ər. qafil] Qəfildən, birdən, nagahan, gözlənilmədən, xəbərsiz. Naqafil azara düşmək. Naqafil söz demək. Naqafil gəlmək. – Az qalmışdı duram, bir özgə tərəfə üz qoyam, birdən, aha, rəfiqim Rzaqulu bu tərəfdən naqafil çıxdı. C.Məmmədquluzadə. [Kərbəlayı Rəcəb:] Balaqardaş zalım oğlu naqafil anbardan çıxdı, ürəyim qopdu. N.Vəzirov. naqafillik is. Gözlənilməzlik, nagahanlıq; gözlənilməz olma. Gəlişin naqafilliyi. Ölümün naqafilliyi. naqan [xüs. is.-dən] Hərlənən topu (barabanı) olan tapança növü. [Balaqardaş:] Güldəstə! Bir gözümün içinə dürüst bax! Bu naqanı görürsənmi? N.Vəzirov. Dəmirov .. naqanı götürüb, topunu hərlədi, sonra qobura qoydu.. S.Rəhimov. naqil is. [ər.]\n1. xüs. bax. keçirici. Metal elektrik naqilidir.\n2. köhn. Daşıyan, bir yerdən başqa bir yerə aparan, nəql edən. Mən ki böyük çayam, xalqa naqiləm; Səbəb odur bu qanuna tabeyəm. A.Səhhət.\n3. köhn. Nəql edən, rəvayət edən; eşitdiyi, bildiyi əhvalatı başqasına danışan, çatdıran; ravi. naqillik is. fiz. Nəql etmə, keçirtmə, ötürmə qabiliyyəti; keçiricilik. Metalların naqillik qabiliyyəti. naqis sif. [ər.]\n1. Tam və mükəmməl olmayan, yarımçıq, natamam, əskik. Naqis kitab. Naqis məktub. – Çağırdı yarımı əğyar, qaldı ülfəti naqis. S.Ə.Şirvani.\n2. Eyib və qüsuru olan; nöqsanlı, eyibli, qüsurlu. Cahangir ağa zəif iradəli, naqis ağıllı, düşkün fikirli bir adam idi. Ə.Vəliyev. • Naqis etmək – nöqsanlı etmək, şikəst etmək. [Həsən ağa:] Hüsnü xanım mənə yalvararaq: – Nə üçün məni naqis edirsən? – dedi. M.S.Ordubadi.\n3. riyaz. köhn. Çıxma əməli. Beş naqis iki – elər üç. naqislik is.\n1. Qüsurluluq, natamamlıq; qüsurlu, nöqsanlı olma. [Şagirdin] zəifliyi öz təbiətindən yox, bizim tərbiyə üsulumuzun naqisliyindən irəli gəlirmiş. M.Hüseyn.\n2. Naqis olma, eyiblilik, eyib və qüsuru olma. Bir qadın kimi [Səidənin] zahiri görkəmində böyük naqisliklər vardı. B.Bayramov. naqisüləql sif. [ər.] köhn. Ağıldan naqis, ağıldan zəif, kəm. naqqa (=naqqabalığı) is. zool. Şirin suda yaşayan üstü pulsuz, bığlı, iri yırtıcı balıq. Dəryalar tutdu məni; Naqqalar uddu məni. (Bayatı). Naqqabalığın çəkisi iki puda yaxın, uzunluğu təqribən iki metr idi. naqqabalığı (=naqqa) is. zool. Şirin suda yaşayan üstü pulsuz, bığlı, iri yırtıcı balıq. Dəryalar tutdu məni; Naqqalar uddu məni. (Bayatı). Naqqabalığın çəkisi iki puda yaxın, uzunluğu təqribən iki metr idi. naqqal sif. Çox, boş-boş danışmağı sevən; lağlağı, boşboğaz, gəvəzə, çərənçi. Naqqal adam. – Bu şəhərin arvadları çox dilli-ağızlı, özləri də çox naqqaldırlar. “Mol. Nəsr.”. // İs. mənasında. Nəfs deyir: baxma naqqal sözünə; Xeyrin gələn yerə ar eyləməynən. Aşıq Ələsgər. İndi də daş kimi dilsiz oturan adam danışdı: – Bu naqqal haradan gəlib çıxdı, baş-qulağımızı apardı. M.İbrahimov. naqqallama “Naqqallamaq”dan f.is. naqqallamaq f. Naqqallıq etmək, boşboş danışmaq, çərənləmək. naqqallaşma “Naqqallaşmaq”dan f.is. naqqallaşmaq f.\n1. Naqqal olmaq, naqqallığa alışmaq, adət etmək.\n2. Naqqallıq etmək, boşboğazlıq etmək. Siz buyuruğunuzu buyurun, bəy, – [deyə] Alagöz naqqallaşmağa başlayan Müqim bəyin sözünü kəsdi. S.Rəhimov. naqqallıq is. Boş-boş danışma; boşboğazlıq, çərənçilik. [Nəcəf:] Sən naqqallıqdan nə vaxt əl çəkəcəksən? Bu iş sənə baha oturar. Q.İlkin • Naqqallıq etmək (eləmək) – boş-boş danışmaq, çox danışmaq, boşboğazlıq etmək, çərənləmək. [Qıdı Kirvə:] ..Bağışlayasız, çox naqqallıq elədim, gedim görüm, qatırlarım necə oldu. N.Vəzirov. [Allahverdi İmamverdiyə:] Naqqallıq eləmə, yeri görüm! C.Cabbarlı. [Səfər bəy:] Bu gün Mirzə Turabın başı bir dəfə dolmuşdur, naqqallıq eləyir. B.Talıblı. naqqaş is. [ər. nəqqaş]\n1. Evlərin divarlarına, tavanına, şeylərin üstünə yağlı və ya sulu boya ilə naxış vuran sənətkar.\n2. Rəssam, şəkilçəkən. Məcmuəmizin naqqaşı səni görən kimi gözəl surətini məcmuəmizə salıb sənin .. məşhur olmağına cidd-cəhd edərdi. C.Məmmədquluzadə. naqqaşkar is. [ər. nəqqaş və fars. ...kar] Naxış ustası, naxış vuran sənətkar. naqqaşkarlıq bax. naqqaşlıq. Naqqaşkarlıq etmək. naqqaşlıq is.\n1. Naqqaşın işi, peşəsi; rəssamlıq.\n2. Naxış vurma işi. [İsmayılzadə:] Yaxşı, yoldaş mühəndis, bəs sarayın naqqaşlıq işi necə olacaq? Z.Xəlil. naqolay sif. və zərf Qolay olmayan; rahat olmayan. Naqolay stul. Naqolay oturmaq. Yerim çox naqolaydır. naqus is. [ər.] klas. Kilsə zəngi. Taki səsləndi qəflətən naqus; Oldum ol vaxt büsbütün məyus. A.Səhhət. nal I. is. [ər. nəl]\n1. Sürüşməkdən və zədələnməkdən qorumaq üçün at, qatır və s. heyvanların dırnaqlarına vurulan müvafiq formada hazırlanmış dəmir lövhəcik.\n2. Ayaqqabıların dabanına, bəzən pəncəsinin qabaq hissəsinə vurulan nazik dəmir lövhəcik. Çəkmə dabanına nal vurdurmaq. – Həkim başmağının nalını daşa vurub taqqıldada-taqqıldada .. getdi. Çəmənzəminli. Alışın başmaqlarının nalı köhnə taxtaları tərpədir, yuxuya getməyimizə mane olurdu. Ə.Vəliyev. ‣ Gah nala vurur (döyür), gah mıxa – fikrinin, sözünün üstündə durmur, tərəddüd edir.\n\nII. is. xüs. Tirin altına qoyulan ağac. Yeddi-səkkiz qadın Məşədinin yıxıq daxmasına hücum edir, qızlar daxmanın nallarına ip bağlayıb dartır, qara palçıqdan hörülmüş daşlar tökülür(dü).. Çəmənzəminli. nalan sif. və zərf [fars.] Ağlayan, ahzar edən, inləyən, nalə edən, fəğan edən, göz yaşı tökən. Çox eşqə həvəs edəni gördüm ki, həvasın; Tərk etdi sənin aşiqi-nalanını görgəc. Füzuli. ..Bu yerdə Əmir və hamı daxil olub Leylanı nalan gördülər. Ü.Hacıbəyov. nalayiq sif. [fars. na... və ər. layiq] Layiq olmayan, yaraşmayan, layiqsiz. Nalayiq hərəkət. Nalayiq söz. – [Müəllim:] Uşaqlarınıza nəsihət edin, belə nalayiq hərəkətlərdən əl götürsünlər. Ə.Haqverdiyev. ..Amma bununla belə, yenə də əvvəlki kimi [Tükəzbanın] dalınca nalayiq sözlər söylənilirdi. B.Talıblı. nalayiqlik is. Layiq olmama, yaraşmazlıq, layiqsizlik; nalayiq hərəkət, söz. nalbənd is. [ər. nəl və fars. ...bənd] Heyvanların ayağına nal vuran; nalçı. Axsaq atın kor nalbəndi olar. (Məsəl). Koroğlu baxdı ki, nalbənd çox xoşsifət bir kişidir. “Koroğlu”. Bakıda ümumiyyətlə peşəkarlar: nalbənd, qundaqsaz, bıçaqçı, başmaqçı və sairə çox olardı. H.Sarabski. ‣ Dəvə nalbəndə baxan kimi baxmaq – çox təəccüblə, heyrətlə, gözlərini bərəldərək baxmaq. Dəvə nalbəndə baxan kimi nə gözünü zilləyib baxırsan? “M.N.lətif.” nalə is. [fars.] Ah-zar, inilti, sızıltı, fəryad, fəğan. Seyyid, aşiq olanı bilmişəm aşiqlər işin; Ah imiş, nalə imiş, giryə imiş, şivən imiş. S.Ə.Şirvani. Məsum uşaqların naləsi, məzlum anaların fəryadı göylərə səda salmışdı. S.S.Axundov. • Nalə etmək (çəkmək, qoparmaq) – fəryad etmək, inləmək, ağlamaq. [Dərviş:] Qızım, neçə gün və neçə gecədir sən burada nalə edirsən?.. Ə.Haqverdiyev. Fəqət yenə ana qəlbi ayrılmamış övladından; Gecə-gündüz çörək deyib nalə çəkmiş hər laylası. S.Vurğun. ‣ Naləsi ərşə çıxmaq – ucadan ağlamaq, ah-zar etmək, fəryad etmək. [İmran:] O gün, yadındadırmı, göz ağrısından nalən ərşə çıxmışdı. S.S.Axundov. nalqıran sif. Çınqıllıq, xırda daşlıq; naltökən. Bunlarsız aşmaq olmaz qısıq, dar gədikləri; Nalqıran yoxuşları, sıldırımlı dikləri. M.Müşfiq. nallama “Nallamaq”dan f.is. nallamaq f. Nal vurmaq. Atı nallamaq. nallanma “Nallanmaq”dan f.is. nallanmaq məch. Nal vurulmaq. Dağlarda qar səsi var; Yox deyil, var səsi var; Kəhər atlar nallanır; Yenə səfər səsi var. (Bayatı). nallanmış f.sif. Nal vurulmuş; nallı. Nallanmış at. nallatma “Nallatmaq”dan f.is. nallatmaq icb. Nal vurdurmaq. [Koroğlu:] Yay olanda dağa yollat; Yaz olanda ipçin nallat! “Koroğlu”. [Niyaz] sabahı günü nalbənd çağırdı. Boz atı ipçin nallatdı. Ə.Vəliyev. nallı sif. Nal vurulmuş; nallanmış. Nallı at. – Əyilmiş çəkmənin nallı dabanı; Siyrilib papağın o yan-bu yanı. H.K.Sanılı. nalşəkilli sif. Nala oxşayan, nal kimi olan; yarımdairəvi. naltökən bax. nalqıran. Naltökən yamac. – Naltökən dağları yel kimi keçər; Hər zümrüd yamacdan bir çiçək seçər. S.Vurğun. nam is. [fars.]\n1. Ad. Koroğlu namın göNAMEHRİBANLIQ is. Qeyri-mehribanlıq, türən; Yurdunda son olan yoxdu. “Koroğlu”. Qəm yemə, təxfif ver amalına; Az çəkər, heykəl yaparlar namına. A.Səhhət. [Nümayəndə:] Torpaq komissarlığı namindən xəlayiqin səhhətinə bais olası bu suyun lentini kəsirəm. Ə.Haqverdiyev. • Nam almaq (çıxarmaq) – şöhrət qazanmaq, məşhur olmaq, adı çıxmaq. Qəflətdə yatıb, ad batırıb nam alırız biz; Başa yumruq zolladırız, kam alırsız biz. M.Ə.Sabir.\n2. Naminə şəklində tənt. – xatirinə, xatiri üçün, şərəfinə, uğrunda, ...üçün. İnsan səadəti naminə quruculuq, yaradıcılıq uğrunda mübarizə. – Bütün xalq .. böyük məqsəd naminə çalışır. M.İbrahimov. Dağ əzəmətli tanklar düşmənə hücum edir; Qopur “ura” səsləri azad vətən naminə. Ə.Cəmil. namaz is. [fars.] din. Müsəlmanların gündə beş dəfə müəyyən vaxtlarda müəyyən qaydalar üzrə icra etməli olduqları ibadət. • Namaz qılmaq – bu ibadəti icra etmək. [Məşədi Əhməd] adəti üzrə ucadan sübh namazını qılırdı. S.Hüseyn. [Kişi] bir bucaqda salınmış qələmkar canamaz üstə qiraətlə namaz qılır. H.Sarabski. namazgah is. [fars.] köhn. din. Namaz qılmaq üçün yer. [Birinci məmur] arqadaşına imamzadə ilə namazgahı göstərir. H.Cavid. Şah məscidinin çox böyük səhnindən başqa, bir neçə namazgahı da vardı. P.Makulu. namazlıq sif. dan. Üzərində namaz qılmaq üçün xalça, örtü və s. Namazlıq xalça. namdar sif. [fars.] klas. Ad qazanmış, adlı-sanlı, məşhur, şöhrətli, tanınmış. [Qərib:] Haq səni dünyada namdar eyləsin; Ağlaram, sızlaram, kimsəm yox mənim. “Aşıq Qərib”. İkinci otaqda .. səfəviyyə nəslindən vəfat edən padşahların və namdar şahzadələrin təsviri çəkilmişdi. M.F.Axundzadə. namehriban sif. və zərf [fars. na... və ər. mehriban] Mehriban olmayan, soyuq olan; sərt, şəfqətsiz. Əzəl gün mehr edərdin ta könül oldu giriftarın; Dönüb, ey səngdil, daşə, əcəb namehriban oldun. S.Ə.Şirvani. Rüstəm kişinin sözləri qiyabi olaraq Mayanın ürəyində Qoşatxana qarşı namehriban bir duyğu oyatmışdı. M.İbrahimov. şəfqətsizlik, münasibətdə soyuqluq, sərtlik. nameyi-əmal is. [fars. namə və ər. əmal] Dini etiqada görə, hər bir şəxsin bu dünyada gördüyü bütün savab və günahları yazılmış kitabça. [Məşədi:] Ay qurbanın olum, nameyi-əmalımı mənə daldan göstərirsən, mənim ki başımın dalında gözüm yoxdur. Ə.Haqverdiyev. // məc. zar. Bir şəxsin bütün əməlləri qeyd olunmuş kağız, sənəd. Onun nameyi-əmalını əlinə verdilər. – Çünki anketlər Anketov üçün nameyi-əmal hökmündə idi. Mir Cəlal. namə is. [fars.] Məktub, kağız. Bir namə yazım, badi-səba yarə yetirsin. Heyran xanım. Vaqifin Vidadiyə və Vidadinin Vaqifə yazdıqları namələri möhtərəm oxucular mütaliə buyursalar sözümüzü təsdiq edərlər. F.Köçərli. [Vaqif:] Oxu bu naməni, əzizim Eldar; Qoy mənim dərdimi dinləsin dağlar. S.Vurğun. ...namə [fars.] İsimlərə qoşularaq, onlardan göstərdiyi şeyə dair kitab, risalə, vərəqə, sənəd və s. mənası bildirən sözlər düzəldilir; məs.: “Şahnamə”, “Dərbəndnamə”, salnamə, əhdnamə, şəhadətnamə, etibarnamə, müraciətnamə və s. naməhrəm [fars. na... və ər. məhrəm]\n1. is. İslam dininə görə, qadının yaşınmalı olduğu kişi, yaxud kişinin görməyə ixtiyarı olmadığı qadın (qız). Naməhrəmdən yaşınmaq köhnədən qalma adətdir. – [Məşədi Qədir:] Yəni arvadlar gərək üzlərini açsınlar, naməhrəmlər də onlarla söhbət etsinlər. T.Ş.Simurq.\n2. sif. Şəriətə görə, məhrəm olmayan. [Sona xala:] A qoca qarı, heç həya etmirsən ki, üzünü açıb bu naməhrəm kişilərə göstərirsən. S.S.Axundov. [Yaşlı kişi:] Mən yad və naməhrəm qadınları qonaq saxlamağa hazır deyiləm, – dedi. S.Hüseyn.\n3. sif. Yad, özgə, kənar. Xotkar özü tapşırıb ki, gərək bir naməhrəm adam Nigar xanımın boyunu görməsin. “Koroğlu”. naməqbul sif. [fars. na... və ər. məqbul] Məqbul olmayan, qəbul oluna bilməyən, işə keçməyən. Naməqbul iş. // Münasib olmayan, namünasib. Mühərrir özgə bir əlac tapmayıb, məzkur həcvin bəzi naməqbul yerlərini atıb. F.Köçərli. naməlum sif. [fars. na ... və ər. məlum] Məlum olmayan, tanınmayan, bilinməyən; məchul. Naməlum yer. – Naməlum adam çayı keçmək üçün körpüyə yanaşmadı. M.S.Ordubadi. [Qoca usta] əsəbi bir halda işləyir, arabir şübhəli nəzərlə naməlum adama baxırdı. A.Şaiq. • Naməlum qalmaq – məlum olmamaq, bilinməmək, aydınlaşmamaq, məchul qalmaq, örtülü qalmaq. [Qarı:] Bir gün dedilər, Güləndam öldü; Nə dərddən öldü, orası naməlum qaldı. Çəmənzəminli. naməlumluq is.\n1. Məlum olmama, tanınmama, bilinməmə; məchulluq.\n2. Qeyri-müəyyənlik. ..Qarşıdakı naməlumluq .. Tapdığı qorxutmuşdu. Ə.Əbülhəsən. namərbut sif. [fars. na... və ər. mərbut] Nalayiq, namünasib. Namərbut söz. – [Fəxrəddin bəy:] Bilirsən nə var, ana, belə namərbut hərəkət ancaq bizim bu xaraba vilayətdə baş verə bilər.. N.Vəzirov. Camaat arasında namərbut, namünasib hərəkətlər artıb. Mir Cəlal. // Söyüş məqamında işlənir (bəzən zarafatla). [Hacı Mehdi:] Bəs, namərbut, neçə vaxtdır gəlib, mənə niyə xəbər eləməyibsən? Ə.Haqverdiyev. [Hacı Murad:] Kəs səsini nadürüst, namərbut! S.S.Axundov. namərd sif. [fars.] Alçaq, müxənnəs, nakişi, əclaf. Namərd adam. // Vəfasız. [Serqo:] Gözəl eşqində könül yanar, sızlar; İnsaf, mərhəmət yox namərd fələkdə. H.Cavid. • Namərd çıxmaq – əhdi pozmaq, vəfasızlıq etmək, xain çıxmaq, xəyanət eləmək. Gülnar xanım bir vaxt ayıldı, baxıb gördü, ay dad-bidad, heç kəs yoxdu. Elə o saat bildi ki, qız namərd çıxıb. (Nağıl). // İs. mənasında. [Koroğlu:] Xəbər alın o namərdin zatını; Aparıbdı mərd igidin atını. “Koroğlu”. Namərd körpüsündən rahət keçincə; Razıyam apara o sellər məni. Q.Zakir. [Pəri xanım:] Mən gərək ürəyimi sındıran, mənə zülm edən namərddən qisas alam. Ə.Haqverdiyev. namərdlik is. Alçaqlıq, nakişilik; xainlik, xəyanət, vəfasızlıq, əhdi pozma. [Süleyman:] [Qızı] elə gəlmişkən özüm üçün istəyim! Yox, bu, yoldaş haqqında namərdlik olar. Ü.Hacıbəyov. Cavan bir adamın arzusunu könlündə qoymaq namərdlik olar. Ə.Vəliyev. namxuda [fars. name-xuda] “Maşallah”, “gözə gəlməsin”, “göz dəyməsin” mənalarında işlədilən tərif sözü. [Heydərəli:] Maşallah, namxuda, heç builki kimi sən baş çapmamışdın. M.Əliyev. [Nənəqız:] ..Kişi elə yaxşılaşıb ki, namxuda, deyirsən, bəs heç üstündən qış addamayıb. Ə.Vəliyev. namizəd is. [fars.]\n1. Bir vəzifəyə, yerə seçilmək, irəli çəkilmək, təyin və ya qəbul olunmaq üçün adı göstərilən şəxs. Deputatlığa namizəd. – [2-ci qadın:] Biz səni kənd Şurası sədrliyinə namizəd seçmişik. Ə.Haqverdiyev. Məcnun roluna ən yaxşı namizəd Hüseynqulu idi. S.Rəhman.\n2. İlk, kiçik elmi dərəcəsi olan şəxs. Filoloji elmlər namizədi. Tibb elmləri namizədi.\n3. köhn. Nişanlı, adaxlı, ad olmuş. [Nisə xanım:] O, xana bildirəcəkdir sən guya onun namizədinə göz dikirsən.. M.F.Axundzadə. [Hambal:] Məşədi, deyəsən, qızın iki namizədi vardır. Ü.Hacıbəyov. namizədlik is.\n1. Namizəd (1-ci mənada) kimi çıxışetmə imkanı və ya hüququ. Namizədliyini irəli sürmək.\n2. İlk, kiçik elmi dərəcə ilə əlaqədar olan. Namizədlik dərəcəsi. Namizədlik imtahanı. – Mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyirdim. M.Hüseyn. • Namizədlik minimumu – seçilən sahədə elmi tədqiqat işi aparmaq, müvafiq elm sahəsində elmlər namizədi dərəcəsi almaq və dissertasiyanı hazırlamaq üçün lazım olan biliklərin məcmusu. Namizədlik minimumu vermək. namlu is. Lülə (topda, tüfəngdə və s.). ..Topun namlusundan mərmi çıxdıqca yer dartınıb gücə düşmüş kimi silkələndi, sarsıldı. Ə.Əbülhəsən. Tüfəng namlusuna söykənərək mən; Bu soyuq səngərdə təkcə durmuşam. Ə.Cəmil. nam-nişan is. [fars.] Ad, yer-yurd, əsilnəsəb mənasında. Nam-nişanını bilmək (öyrənmək). – [Hakim] arvadın nam-nişanını bilib, çıxıb gedir. “M.N.lətif.” namöhkəm sif. [fars. na... və ər. möhkəm] Möhkəm olmayan, davamsız. Bu da göstərir ki, mövqeyim olduqca namöhkəmdir. M.S.Ordubadi. namurad sif. və is. [fars. na... və ər. murad] Muradına çatmamış; uğursuz, bəxtsiz, talesiz. Rəhm et məni-zarü namurada; Qoyma bu məşəqqətü bəlada. Füzuli. Saqi, məni-namuradə; Dərdi-sər vermə ziyadə. Q.Zakir. Dar günümdə qohum-qardaş yad olu; Məğrurluq eyləyən namurad (z.) olu. Aşıq Ələsgər. namus is. [ər.]\n1. İnsanın öz şəxsi və ictimai davranışını təyin edən mənəvi və əxlaqi prinsiplərin məcmusu; şərəf, qeyrət, heysiyyət. [İmamverdi:] Bəy, namus bir bəyzadələrdə deyil, kasıb-küsubun da özünə görə namusu var və namusum da məni qeyzlənməyə vadar eləyir. Ə.Haqverdiyev. [Nazlı:] Maral! Maral!.. Həyat beşgünlükdür, fəqət namus... Namus əbədidir. H.Cavid. [Babası Fatmaya:] Sənin namusun olsa, mənim qapıma gəlməzsən, itil gözümün qabağından, çəngi! Çəmənzəminli. • Namusdan salmaq – ləkələmək, abırdan salmaq, biabır etmək, rüsvay etmək. Namusuna qısılmaq – abır gözləmək, öz heysiyyətini, şərəfini gözləmək. Namusuna toxunmaq – bax. qeyrətinə toxunmaq (“qeyrət”də). [Mərcan bəy:] Buraxın, məni tutmayın, bu saat mən bu kişini qanına bələşdirim, bu mənim namusuma toxunan işdir. Ü.Hacıbəyov. Namusunu satmaq – özünü rüsvay etmək, abırdan salmaq, öz heysiyyət və şərəfini atmaq. [Səttar xan:] Namərd sən özünsən, sən həm bacının, həm də vətənin namusunu satmaq istəyirsən. M.S.Ordubadi. [Gülnaz] qaravaş kimi işləyir, amma namusunu satmağa razı olmur. M.İbrahimov. // Bəkarət, ismət, təmizlik.\n2. Namusla şəklində zərf – 1) şərəflə, şərəf və heysiyyətini gözləyərək. Namusla yaşamaq. – Mən deyirəm; Bu namusla yaşayanlar bəxtiyardır. S.Vurğun. Namusla sürmüşəm öz dövranımı; Verərəm haqq üçün şirin canımı. M.Rahim; 2) çox yaxşı, yüksək səviyyədə, əla surətdə. Namusla işləmək. Öz vəzifəsini namusla və vaxtında yerinə yetirmək. namuslu sif. Abırlı, ismətli, əxlaqlı, qeyrətli, mənəviyyatca təmiz. [Anaxanım] namuslu və çalışqan bir qadın idi. A.Şaiq. [Dürrə] bilirdi ki, adaxlısı təmiz və namuslu adamdır. S.Vəliyev. // Təmiz, vicdanlı, düz. Namuslu adam. – Məşədi sadəürəkli, səmimi və son dərəcə namuslu bir oğlan idi. M.Hüseyn. namussuz sif. Namusdan məhrum, namusu olmayan, qeyrətsiz. Namussuz kişi. – [Sara:] Siz məni namussuz qızlaramı bənzədirsiniz! C.Cabbarlı. namussuzluq is. Qeyrətsizlik, şərəfsizlik, namusdan məhrumluq. [Huri xanım:] Mən bu namussuzluğu götürə bilmərəm. “Koroğlu”. namüəyyən sif. [fars. na... və ər. müəyyən] Müəyyən olmayan, qeyri-müəyyən. Namüəyyən məlumat. – Cavablar da namüəyyən, qısa, kiçik olur, heç kəsi təmin etmirdi. Mir Cəlal. namüəyyənlik is. Qeyri-müəyyənlik, müəyyən olmama. namümkün sif. [fars. na... və ər. mümkün] Mümkün olmayan, qeyri-mümkün. [Vasif:] Onu qandırmış o xain, lakin; Mən sağ olduqca bu iş namümkün. H.Cavid. namünasib sif. [fars. na... və ər. münasib]\n1. Münasib olmayan, qeyri-münasib, yersiz. ..İlin belə bir namünasib fəslinə baxmayaraq, təbiblərin əmrinə görə azarlını Tiflisə göndərməyə məcbur olduq. C.Məmmədquluzadə. Şərəfoğlunun belə namünasib vaxtda gəlməsi Rüstəm kişini çaşdırmışdı. M.İbrahimov. // Ləyaqətsiz, layiq olmayan; pis, yaraşmayan. Namünasib yerə gedib-gəlməyə; Namusu, qeyrəti, arı gərəkdir. Q.Zakir.\n2. Ədəbsiz, yaramaz, nalayiq. Namünasib hərəkət. Namünasib söz. – [Vəzir:] Əyərçi namünasib təklifdir, amma müzayiqə yoxdur. M.F.Axundzadə. [Axund:] Özünüz, şükür, durbin adamsınız. Beşinci ildən, iğtişaşlardan sonra camaat arasında namərbut, namünasib hərəkətlər artıb. Mir Cəlal. namünasiblik is. Münasib olmama, qeyri-münasiblik, yersizlik. namürüvvət sif. [fars. na... və ər. mürüvvət] Mürüvvəti olmayan, mürüvvətsiz, mərhəmətsiz. [Qədir:] Bu namürüvvət uşağını tanımırsanmı? Mir Cəlal. namütənahi sif. [fars. na... və ər. mütənahi] İntəhasız, nəhayətsiz, sonsuz, bitməyən, ucu-bucağı olmayan. [Əbülhəsən bəy:] Mənim varlığım, təbiri-cayizsə, təbiət fəlsəfələri kimi anlaşılmaz və axırı bilinməz namütənahi (z.) bir şəkil almışdır. M.S.Ordubadi. Öpərkən gecələr dəsti-səbahi; Duyurdum hərəkət namütənahi. S.Vurğun. namvar sif. [fars.] köhn.\n1. İgid, qəhrəman, pəhləvan.\n2. Adlı, sanlı. nan is. [fars.] klas. Çörək. Kəl qoşub kotan əkməyən; Nanın süfrəyə tökməyən; Arının qəhrin çəkməyən; Balın qədrini nə bilir? “Koroğlu”. Ey dərbədər gəzib ürəyi qan olan çocuq! Bir loğma nan üçün gözü giryan olan çocuq. M.Ə.Sabir. Olmur, qoy olmasın quru bir nanın, ay yazıq; İşlə çıxınca cisimdəki canın, ay yazıq! Ə.Nəzmi. nanay is. Uzaq Şərqdə yaşayan xalq; həmin xalqa mənsub olan adam. nandi is. Afrikada yaşayan qohum xalqlar qrupu. nbndu is. Uça bilməyən quşlar qrupu; Amerika dəvəquşuları. nanə [ər.] bot. Yeyilən çoxillik ətirli göyərti növü. Nanə qurutmaq. Üç dəstə nanə. • Nanə cövhəri (arağı) – nanədən çəkilən araq, cövhər (təbabətdə işlədilir). ‣ Ürəyi nanə yarpağı kimi (tək) əsmək (titrəmək) – bax. ürək. Üstündə nanə yarpağı tək (kimi) əsmək – son dərəcə əzizləmək, qeydinə qalmaq, nazını çəkmək. Uşağın üstündə nanə yarpağı tək əsmək. nanəcib sif. və is. [fars. na... və ər. nəcib] Haqq-say itirən; nankor, şərəfsiz, yaramaz, namərd, bədəsil. Nanəcib adam. – [Hafizə xanım:] Gəl bundan sonra nanəcibə yaxşılıq elə. Ə.Haqverdiyev. [Nəbi:] Amma bizim bu nanəcib bəylərimiz davam edirlər. S.S.Axundov. • Nanəcib çıxmaq – yaxşılığını itirmək, haqq-say itirmək, zəhməti batırmaq. [Mələyin anası:] Gədə çox nanəcib çıxıb. M.İbrahimov. nanəciblik is. Namərdlik, şərəfsizlik, nankorluq, haqq-say itirmə. Kasıblıq eyib deyil, nanəciblik eyibdir. Mir Cəlal. nanıx sif. məh. Bacarıqsız, fərsiz. nankor sif. və is. [fars.] Yaxşılıq bilməyən, haqq-say itirən, yaxşılığı yerə vuran, duz-çörək itirən. [Şeyx Hadi:] Mərvan! Görmədim mən sənin qədər nankor; Bir gözün kor deyil ki, vicdan kor! H.Cavid. [Gileygüzarov:] Mən bu hekayəni övladlarını başlıbaşına buraxmış nankor atalar əleyhinə yazmışam. S.Rüstəm. nankorluq is. Yaxşılıq bilməmə, haqq-say itirmə, yaxşılığı yerə vurma. [Hümmətəli:] .. nankorluğun bu cür ağır bir fəlakətə gətirib çıxaracağını əvvəldən düşünmədiyinə görə peşmançılıq çəkirdi. M.Hüseyn. napak sif. və is. [fars.]\n1. Pak olmayan, təmiz olmayan, murdar. Napakı hamam təmizləməz. (Ata. sözü). Arvadın bu sözləri, deyəsən, usta Ağabalanın ağlına batdı, bir az saqqalını tumarlayıb dedi: – Onda gərək gedim qabaqca hamama, yoxsa napak (z.) qəbz almaq olmaz. Çəmənzəminli.\n2. Mənən, əxlaqca təmiz olmayan; ləkəli. nar I. is. [fars.] İçərisində şəffaf pərdə ilə örtülmüş çoxlu turş, meyxoş və ya şirin dənələri olan sərt qabıqlı girdə meyvə. Gülöyşə nar. Şirin nar. Qırmızı nar. – Nar kollarının arasında üç əsgər söhbət edirdi. Ə.Əbülhəsən. // Bu meyvənin al-qırmızı rəngli gül açan tikanlı ağacı. • Nar kimi – qırmızı, qıpqırmızı. Nar kimi qızarmaq. Nar kimi yanaq. – [Atası] oğlunun pəncərəsinin yanından ötərkən nə gördü: oğlunun sifəti nartək qızarmış, gözləri böyümüş(dü). Ə.Haqverdiyev.\n\nII. is. [ər.] klas. Od, atəş. [Qərib:] Bir söz ilə eldən-elə atıldım; Bu qərib ellərdə yaxdı nar məni. “Aşıq Qərib”. narahat sif. və zərf [fars. na... və ər. rahət]\n1. Rahatlığı, dincliyi pozulmuş; rahatsız, rahatlığını itirmiş, təşviş və təlaş içərisində olan. Narahat vəziyyət. Narahat adam. – Qəhrəman bütün gecəni narahat yatmışdı. S.Rəhimov. Ovçu dostum narahat bir nəzərlə mənim üzümə baxdı. M.Rzaquluzadə. • Narahat etmək – 1) rahatsız etmək, istirahətini, rahatlığını pozmaq, əziyyət vermək, incitmək. Vurma şanə zülfünə narahət etmə könlümü. M.Ə.Sabir. [Nadiri] narahat edən məsələni Məciddən soruşmaq istəyirdisə də, cürət etməyirdi. B.Talıblı; 2) həyəcana salmaq, təşvişə salmaq, təlaşa salmaq, qorxutmaq. Hiss edirdim ki, mənim hüzurum və söhbətim [Ağaverdini] narahat edir. S.Hüseyn. ..Solmaz burada olsaydı, Şiraslan özünü narahat edən ürək sözlərini ona açar(dı). S.Rəhimov. Narahat olmaq – 1) rahatlığı, dincliyi pozulmaq; 2) həyəcana, təşvişə, təlaşa düşmək, iztirab keçirmək, nigaran olmaq. Əminə isə indi ən çox dəvəçilər haqqında narahat olur. Ə.Əbülhəsən. Birinci dəfə həkim nəbzini tutan vaxt Əziz bu cür narahat olmamışdı. Ə.Vəliyev.\n2. Rahat olmayan, münasib olmayan, uyğun olmayan, rahatsız edən, naqolay. Narahat yer. Narahat oturacaq. – O, narahat maşında da, açıq havada da, quru yerdə də yatıb yuxusunu alır. M.Rzaquluzadə. narahatca (=narahatcasına) zərf Narahatlıqla, narahat halda, təlaş içərisində, həyəcanla. Narahatcasına gözləmək. narahatcasına (=narahatca) zərf Narahatlıqla, narahat halda, təlaş içərisində, həyəcanla. Narahatcasına gözləmək. narahatlıq is.\n1. Rahatlıq olmayan hal, rahatlığı pozan şey. TU yerdən çox sürətlə qopsa da, sərnişinlər heç bir narahatlıq hiss etmir(dilər). M.İbrahimov.\n2. Sıxıntı hissi, həyəcan, təlaş, nigarançılıq, təşviş. [Mollayev] Aslanovla qabaqlaşanda, həmişə nədənsə ürəyində anlaşılmaz bir narahatlıq duyurdu. M.Hüseyn. Əfruz bacının narahatlığı Mədədin narahatlığını daha da artırır, onu belə götür-qoy etməyə məcbur edirdi. S.Rəhimov. • Narahatlıq keçirmək – bax. narahat olmaq (“narahat”da). Qəhrəman özü də başqa uşaqlar kimi narahatlıq keçirir. S.Rəhimov. nararmudu is. Meyvəsi dən-dən olan şirəli payız armudu növü. narazı sif. [fars. na... və ər. razı] Razı olmayan, narazılıq ifadə edən; qeyri-məmnun, incik. Narazı cavab. Narazı ton. – Gözəl qız, sənin bu narazı baxışların mənim buradan getməyimi tövsiyə edir. M.S.Ordubadi. // İs. mənasında. Çünki məmləkət daxilində yaşayan narazılar sərhəd xaricində olan düşmənlərin müttəfiqləridir. M.S.Ordubadi. • Narazı qalmaq (olmaq) – razı düşməmək, razı qalmamaq, məmnun olmamaq, incik düşmək. Salam Həbibin cavabından narazı qaldı. Mir Cəlal. Bu gözəl hər kəs idisə, qəzasından narazı olduğu nəğməsindən aşkar görünürdü. A.Divanbəyoğlu. Firəngiz köhnə şoferi dəyişib, [Şahini] qəbul eləyəndə anası narazı olmuşdu.. B.Bayramov. Narazı salmaq – özündən incitmək, küsdürmək, rəncidə etmək. Yoldaşını özündən narazı saldı. narazılıq is. Qeyri-məmnunluq, razı olmama, inciklik, bir şeyə mənfi münasibət. Narazılığını bildirmək. Narazılıq göstərmək. – Şükür açıqcasına görürdü ki, ətrafına toplaşan adamlarda ruh düşkünlüyü ilə qarışıq bir narazılıq var. S.Hüseyn. Kənd arasında narazılıq başlandı. İ.Hüseynov. • Narazılıq eləmək – razı qalmadığını, razı düşmədiyini bildirmək (göstərmək), narazı olmaq, mənfi münasibətini bildirmək. ..Anam həyatından narazılıq etmir, mənimlə təsəlli tapırdı. A.Şaiq. Bəziləri də moizədən narazılıq eləyirdilər. Mir Cəlal. narbiti is. zool. Ağacın yarpaqlarına zərər verən cücü. nardan (=nardança) is. Nardan bişirilən riçal. nardança (=nardan) is. Nardan bişirilən riçal. narəva sif. [fars.] Rəva görülməyən, xoşa gəlməyən, layiq olmayan, yol verilməyən namünasib; haqsız. Narəva iş. – [Şükür] hökumət kabinəsinin süqutilə bütün narəva hallara bir xatimə çəkiləcəyinə inanırdı. S.Hüseyn. nargilə I. is.\n1. [fars.] bax. sulu qəlyan (“qəlyan”da).\n\nII. is. [fars.] Azərbaycan oyun havalarından biri. Nargilə oynamaq. narın sif.\n1. Son dərəcə xırda, toz kimi. Narın torpaq. Narın qar. – Yenə saymazyana qırmaclayaraq Abşeronu; Sovurur xəzri narın qumları hiddətlə budur. S.Rüstəm. Yaşıl yarpaqlardan asta-asta damcılar damır, narın çiskin təpəl camışın saçaqlı tüklərindən üzüaşağı süzülürdü. S.Rəhimov.\n2. məc. Zərif, incə, nazik. Narın tük. Narın söz. – ..Uzaqdan incə və narın ahənglə çalğı səsi eşidilməyə başlar. H.Cavid. Qalxan dumandan çöllər narın sapdan hörülmüş tora bürünmüş kimi görünürdü. Ə.Əbülhəsən. // Zərf mənasında. Narın danışmaq. Narın yerimək. – Könül sən ki, düşdün eşqin bəhrinə; Narın çalxan, narın silkin, narın üz. Aşıq Ələsgər. Gəlin nə narın süzürdü! Nə dadlı səkirdi! Çəmənzəminli. narın-narın zərf Xırda-xırda, kiçik-kiçik. Narın-narın addımlamaq. – Adım yazdır, gələndə mən yağış yağar .. narın-narın; Ruhu gülər torpaqların. S.Vurğun. Şəhərin işıqları gecənin qaranlıq pərdəsini yırtır və sanki narınnarın tökülən yağışa yol açırdı. M.İbrahimov. narınc is. [fars.] Xoşiyli, acımtıl sitrus meyvəsi və bu meyvənin həmişəyaşıl ağacı. Narınca bax, narınca; Saxlaram saralınca; Şama döndü ürəyim; Səndən cavab alınca. (Bayatı). narınca sif. Son dərəcə narın, çox xırda; xırdaca. Uşaqlar narınca qum üstündə oynayırdılar. – ..[Həbibə] boylanıb pəncərədən yollara narınca (z.) çisələyən yağışa baxdı. Mir Cəlal. narıncı sif. Narınc rəngli, qırmızıya çalar sarı, portağal rəngində. Narıncı paltar. Narıncı örpək. – Getdikcə günəş qüruba doğru enir, üfüqün narıncı boyaları qırmızıya çalır. Çəmənzəminli. narındiş (=narındişli) sif. Dişləri sıx və incə; xırdadişli (daraq haqqında). narındişli (=narındiş) sif. Dişləri sıx və incə; xırdadişli (daraq haqqında). narınlaşdırma “Narınlaşdırmaq”dan f.is. narınlaşdırmaq f. Narın hala salmaq, narın etmək, xırdalamaq, toz halına salmaq. Duzu narınlaşdırmaq. Torpağı narınlaşdırmaq. narınlaşma “Narınlaşmaq”dan f.is. narınlaşmaq f. Narın hala düşmək, narın olmaq. narınlıq sif.\n1. Narın şeyin halı; xırdalıq. Qumun narınlığı.\n2. məc. Zəriflik, incəlik, naziklik. Tükün narınlığı. narıntük (=narıntüklü) sif. Tükü nazik, zərif, yumşaq olan. Narıntüklü quş. narıntüklü (=narıntük) sif. Tükü nazik, zərif, yumşaq olan. Narıntüklü quş. narınyarpaq (=narınyarpaqlı) sif. Kiçik, xırda, zərif yarpaqları olan. Narınyarpaq bitki. – Enliyarpaq əvəliyi, narınyarpaq əməköməcini, .. küsəyən bənövşənimi deyim?! Mir Cəlal. narınyarpaqlı (=narınyarpaq) sif. Kiçik, xırda, zərif yarpaqları olan. Narınyarpaq bitki. – Enliyarpaq əvəliyi, narınyarpaq əməköməcini, .. küsəyən bənövşənimi deyim?! Mir Cəlal. naringi is. Portağala oxşayan ətirli sitrus meyvəsi və bu meyvənin həmişəyaşıl ağacı; mandarin. Leyla gülümsünüb masanın üstünə çörək, ..alma və naringi mürəbbəsi olan vazlar qoydu. H.Seyidbəyli. narkomaniya is. [yun.] Narkotik maddələrdən müntəzəm istifadə etmək və ondan daimi asılılıqla səciyyələnən ictimai-psixoloji xəstəlik. narkotik [yun.] Təbabətdə ağrı kəsən və yuxuladıcı dərman kimi işlədilən maddə.\n\nII. sif. [yun.] Tərkibində narkoz olan. Narkotik maddələr. narkoz tib. [yun. narkosis – keyləşmə]\n1. Hər hansı bir orqanın süni surətdə hissizləşdirilməsi, yaxud operasiya olunan xəstənin süni surətdə yuxuladılıb hissizləşdirilməsi. Narkozla cərrahiyyə əməliyyatı aparmaq.\n2. bax. narkutik. narqovurma (=narqovurması) is. aşp. İçərisinə nar tökülmüş, narla hazırlanmış qovurma növü. narqovurması (=narqovurma) is. aşp. İçərisinə nar tökülmüş, narla hazırlanmış qovurma növü. narqurdu is. zool. Narı və bəzi başqa meyvələri zədələyən və onun çürüməsinə səbəb olan həşərat. narlı sif. Nar qatılmış, sində nar olan. Narlı fətir (qutab). narlıq is. Nar bağı, nar ağacları əkilmiş yer. [Camal və Zərəfşanın] Hacı Tarverdi narlığında bir-birinə rast gəlmələri təsadüfi deyildi. M.S.Ordubadi. narodovolçu is. tar. Rusiyada XIX əsrin 80-ci illərində “Narodnaya volya” adlı gizli siyasi təşkilatın üzvü. narodovolçuluq is. tar. Rusiyada XIX əsrin 80-ci illərində xalqçıların “Narodnaə volə” adlı təşkilatının rəhbərlik etdiyi ictimai-siyasi hərəkat (bu hərəkat mütləqiyyətlə kütləvi-siyasi mübarizəni siyasi suiqəsd və fərdi terrorla əvəz etməyə çalışırdı). narşərab is. Nar suyundan hazırlanan şirə. Balığı narşərabla yemək. – [Kişi:] Yaxşı, ürəyim narşərab istəyir, görəsən, orada narşərab verirlər? A.Şaiq. naryad [rus.]\n1. Hər hansı bir işi görmək, yaxud bir şeyi buraxmaq və ya vermək üçün sənəd, əmr, sərəncam. Direktorun əmri ilə naryad yazıb, Saleh kişiyə taxta verdilər. Mir Cəlal. [Şahpəri:] Sənə iş tapşırıblar, əməkgünlərini yaz, naryadları doldur. B.Bayramov.\n2. Xüsusi tapşırıq üzrə hərbi xidmətçinin gördüyü iş, yerinə yetirdiyi tapşırıq. Naryadda olmaq. Növbədənkənar naryad vermək. // Belə tapşırığı yerinə yetirən hərbi xidmətçi dəstəsi. Sərhəd naryadı. narzan [Şimali Qafqazda coğrafi addan] Kalium-karbonatlı mineral su. Narzan vannası. Narzan içmək. nas I. is. [ər. “insan” söz. cəmi] klas. İnsanlar, xalq, camaat, el. [Şah:] İndi mən əfradinasdən bir mərdi-fəqirəm – Abbas Məhəmməd oğlu. M.F.Axundzadə. Şeyx Sədi .. nəinki bir şirazlılara və yainki əhli-əcəmə, bəlkə ümum nasa gözəl nəsihətlər və hikmətamiz sözlər deyib. F.Köçərli.\n\nII. is. Dilin altına qoyulub çəkilən xına rəngli narın tütün növü. ..Türkmən müsafirləri və ya əlvan çapan Buxara tacirləri dizlərin qucuyub nas atırlar. S.M.Qənizadə. [Hərəmağası] dilinin altına bir az nas atıb, ulduzları seyr etməyə başladı. Çəmənzəminli. nasaz sif. və zərf [fars.]\n1. Kefsiz, xəstə kimi, süst, əzgin, xəstəhal. Nasaz hal. Nasaz olmaq. – [Cabbar:] Dünən bir az nasazdım, gəlmədim. N.Vəzirov. [Bülənd:] Müəllim, nasaz deyilsiniz ki? ..Kefsizsiniz əgər, istəyirsiniz evə gedin. Ə.Əbülhəsən. [Əlləzoğlu:] Bir az nasaz kimiydi, dərdin alım. İ.Hüseynov.\n2. Bir-birilə tutmayan, uyğun olmayan. Nasaz şey.\n3. Saz olmayan, qaydada olmayan, qüsuru olan, işləyəcək halda olmayan. Nasaz maşın. nasazlıq is.\n1. Kefsizlik, süstlük, əzginlik. Bir azca nasazlığım vardı. Uzanmışdım. S.Rəhman. Birdən, necə oldusa, canının nasazlığı .. Qulamın yadından çıxmış kimi oldu. Ə.Əbülhəsən.\n2. Nasaz şeyin halı. Maşında nasazlıq görünür. naseh is. [ər.] klas. Nəsihətçi, öyüdçü; öyüd verən, nəsihət verən. Məni rüsva görüb eyb etmə, ey naseh ki, məzurəm. Füzuli. Nasehlər edir mən məni mütribü neydən. Q.Zakir. nasəza sif. [fars.] klas. Ədəbsiz, namünasib, nalayiq, layiq olmayan, layiq görülməyən. Nasəza iş. Nasəza hərəkət. – Deməm ki, fasidi vəsf et, saqın fəsadından! Yamanə yaxşı demək nasəza deyil də, nədir? M.Ə.Sabir. Mən sinəmi sizin nasəza sözlərinizə sipər eləmişəm. Ə.Haqverdiyev. nasir I. is. [ər.] Nəsr yazan, nəsr əsərləri müəllifi, ədib. Nasirlərin yeni əsərləri.\n\nII. sif. [ər.] Kömək edən, köməkçi, yardımçı. nasizm is. [lat.] Alman faşist ideologiyası. nasos [rus.] Su və ya başqa mayeləri, habelə qazı çəkmək və ya vurmaq üçün maşın, mexanizm. Suyu nasosla vurmaq. Qaz nasosu. Nasosu quraşdırmaq. nasosçu is. Nasosa xidmət edən fəhlə. nasosxana is. [rus. nasos və fars. ...xanə] Nasosların yerləşdiyi bina, yer. [Mədənlərdə] havabölüşdürən budkaların və nasosxanaların təmirinə dair tapşırıq da yerinə yetirilmişdir. nasoslama “Nasoslamaq”dan f.is. nasoslamaq f. Nasosla çəkmək, nasosla vurmaq (suyu, başqa mayeləri və qazı). naşad sif. [fars.] klas. Qəmgin, kədərli, məhzun, sevinməyən. Yenə naşad könlüm buldu yüz yerdən məlal, ağlar. M.V.Vidadi. Bir mənim də nəzər et haləti-naşadıma bəs. C.Cabbarlı. naşatır is. [ər.] Ağ kristallik maddə, ammonium-xlorid (texnikada və təbabətdə işlədilir). • Naşatır spirti – kəskin iyli, şəffaf, rəngsiz sulu ammiak məhlulu (təbabətdə işlədilir). naşı sif. [ər.]\n1. Nabələd, xam, təcrübəsiz, bir işdən yaxşı xəbərdar olmayan. Naşı usta. Naşı adam. Naşı işçi. – Naşı ovçu bərə bəklər, əylənər; Marallar sayrışır yollara doğru. Qurbani. Ailəni iki nəfər naşı və həyata təzəcə atılan, eyni zamanda bir-birini sevən iki adam qurmağa məcburdur. M.S.Ordubadi. // məc. Bişməmiş, püxtələşməmiş, təcrübəsiz, qeyri-kamil. [Yazı] elə naşı, kobud yazılıb ki, bunu uşaqdan savayı heç kəs yaza bilməz. C.Məmmədquluzadə. Şüşənin altında naşı, lakin həyəcanlı bir xətlə .. yazılan bir kağız görürəm.. Mir Cəlal.\n2. Nabələd. Şamo naşı adam dolaşan kimi dolaşır, sonra çox çətinliklə bir nöqtəni tapır və başqa birisinə keçirdi. S.Rəhimov. // İs. mənasında. Burada bir naşı ağlar; Əlində kaşı ağlar.. (Bayatı). Qabağa salma naşını; Vurdurar öz yoldaşını. “Koroğlu”. naşılıq is.\n1. Xamlıq, təcrübəsizlik. Cəmil dostunun naşılığını onun özünə hiss etdirmək istəməsə də, Tahir bunu dərhal anlayıb, lap pul kimi qızardı.. M.Hüseyn. [Məşədi Müslüm:] İndi, yoldaş, neçə il naşılıq eləyəcəksən? Mir Cəlal.\n2. Qabiliyyətsizlik, bacarıqsızlıq, məharətsizlik. [Bəhlul:] O boyda vəzifə sahiblərindən bəlkə də heç kəs mənim naşılığıma bu qədər dözməzdi. B.Bayramov. naşir is. [ər.] Kitab və s. nəşr edən adam. Qəzetin naşiri Məmmədağa Şaxtaxtlı maarifpərvər, xeyirxah və mütərəqqi bir adam olmuşdur. M.İbrahimov. • Naşiri-əfkar köhn. – hər hansı bir siyasi təşkilata, ittifaqa, idarəyə aid olan və onların fikir və fəaliyyətini əks etdirən mətbuat orqanı. naşükür sif. [fars. na... və ər. şükür] Yaxşılığa qiymət verməyən, yaxşılıq bilməyən; qədirbilməz, nankor. Naşükür adam. – [Şəhrəbanu xanım:] Bu firənglər necə naşükür xalq olurmuşlar. Heç yaxşılıq bilməzmişlər. M.F.Axundzadə. [Cəmil:] Axı mənə deyən gərək, sənə nə düşüb ki, naşükür adama yaxşılıq edirsən? M.Hüseyn. • Naşükür olmaq – edilən hörmətdən, yaxşılıqdan məmnun qalmamaq, heç bir şeydən razı düşməmək, öz taleyindən şikayətçi olmaq, yaxşılıq bilməmək. [Piri baba:] Yasəmən, səbr et, naşükür olma! S.S.Axundov. [Qacar:] Yaxşı, gəl əl götür bu inadından; Bu qədər naşükür olmasın insan. S.Vurğun. naşükürlük is. Yaxşılıq, hörmət bilməmə, qədirbilməzlik, nankorluq. Amma bununla belə Zeynəb bir tikə naşükürlük eləmir. C.Məmmədquluzadə. [Bəy:] Yox, naşükürlük bir şey deyil. Mən yaradandan razıyam. Mir Cəlal. natamam sif. [fars. na... və ər. təmam]\n1. Bitməmiş, qurtarmamış, axıra çatdırılmamış, başa vurulmamış, yarımçıq qalmış. Natamam bina. Natamam əsər. – [Kamil:] Amma iş orasındadır ki, xəritə natamamdır, hələ hazır deyil. M.Süleymanov. • Natamam cümlə qram. – əsas üzvlərinin biri və ya ikisi buraxılmış cümlə.\n2. Qüsurlu, kəsirli, nöqsanlı. Natamam iş. – Yari-müvafiq olmasa, meydən nə faidə; Mey bəzmi birəfiq ola gər, natəmamdır. S.Ə.Şirvani. natamamlıq is.\n1. Natamam şeyin hal və keyfiyyəti; yarımçıqlıq. Ümumiyyətlə, pyesdə kompozisiya etibarı ilə bir natamamlıq vardır.\n2. Qüsurluluq, kəsirlilik. Natamamlığı aradan qaldırmaq. nataraz sif. [fars.]\n1. Kobud(ca), yekə, biçimsiz. Nataraz adam. – Pəri xanım gözlərini açıb gördü ki, evin ortasında nataraz bir pəhləvan oturub. (Nağıl). [Qurban:] Çox böyük işə girişirsən, Telli, orada elə nataraz kötüklər var ki. Ə.Məmmədxanlı. // Ümumiyyətlə, iri, yekə, cüssəli, azman. Deyirlər ki, [Koroğlu] çox nataraz adamdı. “Koroğlu”.\n2. məc. Kobud, yöndəmsiz, yonulmamış, yontalanmamış. Natarazın (is.) biridir. natarazlıq is.\n1. Nataraz şeyin halı.\n2. məc. Kobudluq, yöndəmsizlik. natəmiz sif. və zərf [fars. na... və ər. təmyiz-dən]\n1. Təmiz olmayan, çirkli, kirli. Natəmiz otaq. Natəmiz yer. – Kətxudalar Qəzvinin küçələrini natəmiz saxlayırdılar. M.F.Axundzadə. Şəhərin natəmiz havasından saralıb heyvaya dönən Nurəddini bir ayın ərzində tanımaq olmurdu. S.S.Axundov.\n2. məc. Qəlbiqara, qeyri-səmimi, xain ürəkli. Ürəkdən natəmiz və bic adamlar nə qədər küt və biliksiz olsa, bəşəriyyət üçün o qədər faydalıdır. M.İbrahimov.\n3. məc. Məqsədinə çatmaq üçün heç bir vasitədən çəkinməyən; əliəyri, əli təmiz olmayan. [Nəcəfalı:] Şahmar deyəndə ki, Hümmət natəmiz adamdır, inanmırdım, şübhə eləyirdim. B.Bayramov. natəmizlik is.\n1. Çirklilik, kirlilik. [Xarrat:] Biçarə uşaq diqqətsizlik, natəmizlik nəticəsi olaraq öldü. T.Ş.Simurq. [Həmid müəllim] cüzi natəmizlik üstündə hamını toplayacaq və acıqlanacaq. S.Rəhimov.\n2. məc. Natəmiz adamın xasiyyəti, natəmiz iş, hərəkət. natəvan sif. və zərf [fars.] klas. Zəif, taqətsiz, gücsüz, iqtidarsız; xəstə. Düşmüşəm bir halə sənsiz natəvanü zar olub; Kim, əcəl yanimdən ayrılmaz mənə qəmxar olub. Kişvəri. Bu qəm ki var bənim cani-natəvanimdə; Tamam xalq bəna olsa qəmküsar azdır. Qövsi. Xoş ol zaman ki, ol məh ilə həmzəban olam; Hər sözdə bir dilim tutulub natəvan olam. S.Ə.Şirvani. natıqburun sif. Burnunun ucu yastı olan. Natıqburun uşaq. natiq is. [ər.]\n1. Nitq deyən, nitq söyləyən; çıxış edən. Natiqlər coşaraq söylər azadlıq; Bir çoxu hayqırır: haqq verin bizə! A.İldırım.\n2. Yaxşı danışmaq qabiliyyətinə malik olan, gözəl danışmağı bacaran, natiqlik məharəti olan. Lütfəli bəy uzunboylu, .. şirindilli və natiq bir adam idi. İ.Musabəyov. Uca kürsülərdən danışanda mən; Həm natiq oluram, həm də dinləyən. B.Vahabzadə.\n3. köhn. Danışan, söyləyən, deyən. [Münəvvər:] ..İnsan eşitdiyi sözün natiqinə baxıb haman sözü qəbul edər. M.S.Ordubadi. natiqlik is. Aydın və gözəl danışma bacarığı, nitq söyləmə qabiliyyəti. [Mehmanın] natiqlik məharəti isə hamını heyran etməyə başlayırdı. S.Rəhimov. ..Müdərrislərimiz ondakı natiqliyə qibtə edirlərdi. İ.Əfəndiyev. nbtrium [lat.] Ağ rəngli yumşaq qələvi metal – kimyəvi element. natura [lat.]\n1. inc. Üzündən şəkli çəkilən təbii, canlı nümunə, yaxud şəklini çəkmək üçün rəssamın qabağında duran adam. [İndoneziya rəssamları] nə çəksələr, demək olar ki, hamısı naturadandır, xalq həyatından alınmışdır. M.İbrahimov. // Pavilyondan kənarda kinoşəkli çəkilən təbii şərait, yer. Naturada çəkilən mənzərə.\n2. Ödənc vasitəsi kimi pul əvəzinə verilən mal, məhsul və s. borcunu natura ilə ödəmək. natural sif. [lat.] Natura (mal, məhsul və s.) ilə ödənilən, alınan və ya verilən (bax. natura 2-ci mənada). Natural vergi. • Natural təsərrüfat – məhsulu satmaq üçün deyil, istehlakçının özünün istehlakı üçün istehsal olunan təsərrüfat. naturalist [lat.] Naturalizm tərəfdarı. naturalizm [lat.] XIX əsrin 60-cı illərin ədəbiyyat və incəsənətində meydana çıxmış burjua cərəyanı (bu cərəyan ictimai qanunları təbiət qanunları ilə eyniləşdirir, ictimai inkişaf qanunlarına etinasızlıq göstərir və varlığı ancaq zahiri cəhətdən, olduğu kimi, mexaniki cəhətdən təsvir etməyə çalışırdı). [“Koroğlu” operasının] ümumi stili klassik stildir, bu stilə yabançı olan hər cür formalizm və naturalizm ünsürləri buraya qarışdırılmamışdır. Ü.Hacıbəyov. natürmort [fr.] Təsviri sənətdə (əsasən boyakarlıqda) janr; qrup halında və ya ayrılıqda çəkilmiş cansız şeylərin şəkli, rəsmi. Mənzərə, natürmort, qrafika əsərləri .. sərgidə mühüm yer tutur. naümid sif. və zərf [fars.] Ümidsiz, ümidini itirmiş (halda). Candan qəmin içrə naümidəm; Şəmşiri-cəfa ilə şəhidəm. Füzuli. Züleyxa gəlib ağlaya-ağlaya əhvalatı Aslana söylədi, o da naümid evə qayıtdı. C.Cabbarlı. • Naümid etmək (eləmək) – ümidsiz etmək, ruhdan salmaq, ümidini boşa çıxartmaq, ümidini kəsmək. Əliqulu heç kəsə rədd cavabı vermirdi, heç kəsi naümid eləmirdi. S.Rəhman. Naümid olmaq – ümidsiz olmaq, ümidini itirmək (kəsmək), ruhdan düşmək, əlini üzmək. [Qazı Xudayar bəyə:] Əgər səndən bədgüman və naümid olsa idim, heç bu qədər danışmağa durmaz idim sənnən. C.Məmmədquluzadə. Fərəc yenə naümid olmadı. Qantəmir. naümidcəsinə zərf Ümidsizcəsinə, ümidsiz halda, ümidini itirmiş halda, ruhdan düşmüş halda. Naümidcəsinə cavab verdi. naümidlik is.\n1. Ümidsizlik. Naümidlik atəşinə yandım; Billah, bu vücuddan usandım. Füzuli.\n2. Naümidliklə şəklində zərf – bax. naümidcəsinə. [Məşədi Əsgər] naümidliklə yenə öz evi tərəfə üz döndərib, Qanlıtəpə üstünə qayıtdı. S.M.Qənizadə. navaxt is. köhn. Qazamat, həbsxana. [Polis yasavulu:] Xan, pristav buyurur ki, gələsiniz, .. kəndlinizə zamin olasınız, yoxsa zamini olmasa pristav göndərəcək navaxta. C.Məmmədquluzadə. navala is. Undan, kəpəkdən hazırlanan mal-qara yemi. Ağa gətirər navala, xanım tökər çuvala. (Məsəl). [Xəlil:] Qovurmanın ləzzəti elə ondadır ki, tikəni böyük götürüb dəvə navala udan kimi ötürəsən yerinə. N.Vəzirov. navalça is. Yağış, qar suyunun axması üçün damların kənarına qoyulan boru. Eşik divardan asılı duran navalça, ən naşı adamın çaldığı dəf kimi, qeyri-müntəzəm bir səslə danqıldadı. M.Hüseyn. Sallanmış yaşadığım evin navalçasından; Fil dişi, fil xortumu, fil başı kimi buzlar. S.Rüstəm. Quşlar uçur yuvasına fırıl-fırıl; Şırıldayır navalçalar şırılşırıl. M.Müşfiq. navar I. is. Toxunma şeylərin kənarına tikilən parça. Navarı olan cecim. Navar tikilmiş kilim.\n\nII. is. Heyvanı yüklədikdə belinə qoyulan içi küləşlə doldurulmuş torba; yəhəraltı. navarlı I. sif. Navar tikilmiş (bax. navar1). Navarlı cecim.\n\nII. sif. Belinə navar qoyulmuş (bax. navar2). Navarlı at. naviqasiya [lat.]\n1. Gəmiçilik, dənizçilik.\n2. İlin, yerli iqlim şəraitinə görə gəmilərin hərəkət etdiyi dövrü. Naviqasiya qurtardı.\n3. Gəminin getdiyi yolu hesablamaq və onun dənizdə olduğu yeri müəyyənləşdirmək üsullarından bəhs edən elm. Naviqasiyadan dərslik. naviqator [lat.] Naviqasiya (3-cü mənada) mütəxəssisi. nay bax. ney. Çalınmaqda şeypurlar, naylar; Ucalmaqda ləşkərdən urraylar. M.Ə.Sabir. Oynatdı məni həm dəfə, həm nayə bizim qız! Baxmaz nə o dünyayə, nə bu dünyayə bizim qız. Ə.Nəzmi. naz is. [fars.]\n1. Özünü bəyəndirmək, istətmək məqsədi ilə edilən saxta, süni hərəkət; şivə, işvə, qəmzə. Belə işvə, belə qəmzə, belə naz; Belə qamət, belə gərdən olurmu? Q.Zakir. [Mirqasım:] Matanda naz və şivə əsla yox idi. Çəmənzəminli. • Naz eləmək (qılmaq, satmaq, göstərmək) – nazlanmaq, əzilib-büzülmək, naz və işvə etmək. Bir belə cavanın ağlı kəm olsa; Baxasan ki, sevgisinə naz eylər. M.P.Vaqif. Hərçənd xublərdə bu adətdi, naz olur; Sən tək və leyk naz qılan yar az olur. S.Ə.Şirvani. Qızlardan birisi naz sata-sata həkimə bir şey anlatmağa başladı. Mir Cəlal.\n2. bax. naz-nemət. [Nəsir] istəyəcəkdi ki, qardaşı kimi naz və nemət içində yaşasın. S.Hüseyn. Ata-ana nazı ilə böyümüş Budaq indi çox şeyə tamarzı qalırdı. Ə.Vəliyev.\n3. məc. Nazənin, nazlı qız mənasında. Qızdı, nazdı, min tümən azdı. (Məsəl). [Nigar xanım:] Düşər daşın, qalar leşin; Dağlar, üç nazı neylədiz?! “Koroğlu”.\n4. Özünü bəyənməyən kimi göstərmə, bir şeyi qəbul etmək üçün özünə yalvarmağa, xahiş etməyə məcbur etmə (adətən “eləmək” feli ilə). Naz eləyir, alacaq. – [Sultan bəy:] Yaxşı, yaxşı, naz eləmə, bilirəm ki, ürəyində sevinirsən. Ü.Hacıbəyov.\n5. Şıltaq, ərköyünlük. • ...nazı ilə oynamaq – ...dediyini eləmək, ...istəyinə əməl etməyə, hər tələbini, şıltağını yerinə yetirməyə çalışmaq. Uşağın nazı ilə oynamaq. – [Səlimə:] Mən sənə ana olmuşam, bacı olmuşam, həmişə sənin nazınla oynamışam. Ə.Haqverdiyev. [Vahidov:] Şöhrət də övlad kimidir, Fizzə, olmayanda qüssəsini çəkirsən, olanda gərək nazıyla oynayasan. Ə.Məmmədxanlı. Nazını çəkmək – çox əzizləmək, hər əziyyətinə dözmək, hər istəyinə əməl etmək. Gözün gər içsə qanım nazını çəkmək münasibdir. S.Ə.Şirvani. [Atabala Arazın] hər nazını çəkir, hər şıltağına dözür. A.Şaiq.\n6. Nazla şəklində zərf – əzilə-əzilə, naz eləyərək, naz və qəmzə ilə, nazlı-nazlı. Nazla danışmaq. Nazla yerimək. – Qərq olsun yaşıla, ala sərasər; Naz ilə sallana-sallana gəlsin. Q.Zakir. ‣ Özünü naza qoymaq – əzilib-büzülmək, əda göstərmək, naz eləmək. Qızlar Güldanədən oxumasını xahiş etdilər. O, əvvəlcə özünü naza qoydu, razı olmadı. Ə.Vəliyev. nazbalınc (=nazbalış(ı)) is. İçində təmizlənmiş, yumşaq quş tükü olan balış (yastıq). [Ata] irəli gəlib süfrə başında salınmış döşəkcə üstə oturaraq, arxasına qoyulmuş nazbalışa söykənir. H.Sarabski. Onun qara, qıvrım və qalın saçları nazbalınca sərilmişdi. S.Rəhimov. nazbalış (=nazbalışı) (=nazbalınc) is. İçində təmizlənmiş, yumşaq quş tükü olan balış (yastıq). [Ata] irəli gəlib süfrə başında salınmış döşəkcə üstə oturaraq, arxasına qoyulmuş nazbalışa söykənir. H.Sarabski. Onun qara, qıvrım və qalın saçları nazbalınca sərilmişdi. S.Rəhimov. nazbalışı (=nazbalış) (=nazbalınc) is. İçində təmizlənmiş, yumşaq quş tükü olan balış (yastıq). [Ata] irəli gəlib süfrə başında salınmış döşəkcə üstə oturaraq, arxasına qoyulmuş nazbalışa söykənir. H.Sarabski. Onun qara, qıvrım və qalın saçları nazbalınca sərilmişdi. S.Rəhimov. nazbarı is. mus. Ağır-ağır oynanılan Azərbaycan oyun havalarından birinin adı. Nazbarı deyil ki, yeniyetmələr süzsün, Pərzad xala bacarmasın! Mir Cəlal. nazəndə bax. nazənin. Nazəndə dilbər. Nazəndə yar. Nazəndə gözəl. // Şairanə təşbehlərdə. Bu sualı verir mənə nazəndə bahar. S.Vurğun. Məhəbbətim səndə, könlüm səndədir; Bahar nə nazəndə, nə nazəndədir. N.Rəfibəyli. Boz dağları meşə örtdü, sahilləri gül; Bağ-bağçaya şeh çilədi nazəndə səhər. Ə.Cəmil. nazənin sif. [fars.] şair. Nazlı, işvəkar, cilvəli; incə və gözəl. Sorma, heç sorma, nazənin Xavər; Məni məhv etdi iztirabü kədər. H.Cavid. [Gəray:] Günəş öz aləmində seyr edəli; Görməmiş böylə nazənin gözəli. A.Şaiq. Doğrusu, belə bir nazənin sənəmin sumkasının boş olmasına insafım yol vermədi. Ə.Haqverdiyev. // İs. mənasında. Ey nazənin, bu gen, geniş dünyada; Namusu əğyarə satmaq nədəndir? Qurbani. Bu gün, bayram günü səhni-çəməndə; Gördüm nazəninlər xürrəm oturmuş. Q.Zakir. Salon. Qabaq sırada əyləşib bir nazənin; Əynindəki paltarı alışdımyandımdandır. R.Rza. // Gözəl, lətif, məlahətli. // Naz və nemət içərisində böyümüş, naz və nemətə alışmış. nazənin-nazənin zərf İncə-incə, nazla. Nazənin-nazənin edərsiz avaz; Ruh tazələnir, olur sərəfraz. M.P.Vaqif. nazik sif. [fars.]\n1. Qalın, yoğun olmayan; incə. Nazik kitab. Nazik təbəqə. – Maya nazik göy adyala bürünərək yuxulayırdı. M.İbrahimov.\n2. Yüngül, zərif materialdan hazırlanmış, qalınlığı az olan. Nazik şüşə. Nazik parça. – Bibixanım .. nazik stəkanda kişiyə çay süzdü. B.Bayramov. // En etibarilə, həcmcə kiçik olan, kiçik dairəli (yoğun müqabili). Nazik məftil. Nazik sap. – Yelkənin dörd tərəfində vurulan nazik dirəklərdən işıqlı fanuslar asılmışdı.. M.S.Ordubadi. ..Külək ağacların ancaq nazik budaqlarını tərpədirdi. H.Seyidbəyli. // Yüngül (qalın müqabili). Nazik pencək. Nazik paltar. – Firəngizin əynində nazik kofta vardı. B.Bayramov.\n3. məc. İncə, zərif, qəşəng, gözəl. Nazik bilək. Nazik barmaq. – Ağ nazik əlinlə bir dəstə bağla; Tər buxaq altında düz bənövşəni. Qurbani. Cismin nə nazikdir gül bədən kimi; Bir xoş qoxun gəlir yasəmən kimi. M.P.Vaqif. // məc. Zəif, yüngül. Gün yavaşyavaş batmaqda idi, nazik yel əsirdi. N.Nərimanov.\n4. Arıq, cansız, cılız, zəif. Qazızadədən sonra ucaboylu, qara, qıvrımsaçlı, nazik və arğazvücudlu Ənvər Rəşidli xitabət kürsüsünə yaxınlaşdı. S.Rəhimov.\n5. məc. İncətəbiətli, ədəbli, nəzakətli, incə. [Dəli Teymur:] Hacı ağanın qarnının böyüklüyünə baxma, mirzə! Təbiətcə nazik adamdır. H.Nəzərli. [Doktor] şıq geyinmişdi, rəftarı mülayim və nazik idi. Çəmənzəminli.\n6. məc. İncə. [Qız:] Dik-dik gözlərimin içinə baxaraq əvvəlkindən daha oğrun və nazik təbəssümlə dedi.. H.Nəzərli. Gəldiyev ilə [Vahidin] arasında keçən ildən bəri davam edən nazik bir mətləbi oxucular bilməlidirlər. Mir Cəlal. [Səməd] öz nadanlığından və bu cür nazik mətləbi belə gec düşündüyündən özü-özünə acıqlandı. B.Talıblı. ‣ Nazik damarını bilmək (tanımaq) – birinin xasiyyətinə, zəif cəhətinə incədənincəyə bələd olmaq, yaxşı bilmək. Gülsəhər ərinin nazik damarını bilirdi. Ə.Vəliyev. nazikanə zərf [fars.] Nazik, incə bir tərzdə, nəzakətlə, mədəni, ədəbli şəkildə, incəliklə. Nazikanə rəftar etmək. Nazikanə qəbul etmək. nazikbaldır is. bot. Sünbülə bənzər çiçək qrupu olan süpürgə tipli bitki cinsi. Nazikbaldır cinsinin .. çiçək qrupu sünbülə bənzər süpürgə tiplidir. Sünbülcükləri 2-5 çiçəklidir. H.Qədirov. nazikbel (=nazikbelli) sif. Beli nazik, incəbel(li). Nazikbel qız. – [Budaq:] Çavıstandan uzunboy, nazikbel bir arvad, iki uşaq çıxıb bizə tərəf gəldilər. Ə.Vəliyev. nazikbelli (=nazikbel) sif. Beli nazik, incəbel(li). Nazikbel qız. – [Budaq:] Çavıstandan uzunboy, nazikbel bir arvad, iki uşaq çıxıb bizə tərəf gəldilər. Ə.Vəliyev. nazikbədən (=nazikbədənli) sif. və is. Nazik, incə, zərif bədəni olan. Nazikbədən qız. – Bu yoldan gedən gözlər; Dayanar nədən gözlər; İntizardır, qoy gedim; O nazikbədən, gözlər. (Bayatı). nazikbədənli (=nazikbədən) sif. və is. Nazik, incə, zərif bədəni olan. Nazikbədən qız. – Bu yoldan gedən gözlər; Dayanar nədən gözlər; İntizardır, qoy gedim; O nazikbədən, gözlər. (Bayatı). nazikbığ (=nazikbığlı) sif. Nazik bığ qoymuş, nazik bığı olan. Nazikbığlı kişi. – Əli ortaboylu, nazikbığlı, pəjmürdə tüklü bir student idi. Çəmənzəminli. nazikbığlı (=nazikbığ) sif. Nazik bığ qoymuş, nazik bığı olan. Nazikbığlı kişi. – Əli ortaboylu, nazikbığlı, pəjmürdə tüklü bir student idi. Çəmənzəminli. nazikcə sif.\n1. Çox nazik, olduqca nazik. Nazikcə çubuq.\n2. məc. Çox incə, incəqəlbli, həssas, riqqətli. Mürsəl öz dostu haqqında söhbətə ara vermədi: – Ana, Ataş nazikcə bir oğlandır (dedi). Ə.Vəliyev. nazikdiş (=nazikdişli) bax. narındiş(li). [Ana] başımı dizinin üstünə qoyub gah sığallayır, hərdən də saçımı yuyub nazikdiş daraqla darayırdı. Ə.Vəliyev. nazikdişli (=nazikdiş) bax. narındiş(li). [Ana] başımı dizinin üstünə qoyub gah sığallayır, hərdən də saçımı yuyub nazikdiş daraqla darayırdı. Ə.Vəliyev. nazikdodaq (=nazikdodaqlı) sif. Dodaqları nazik olan. Nazikdodaq qız. nazikdodaqlı (=nazikdodaq) sif. Dodaqları nazik olan. Nazikdodaq qız. nazikqabıq (=nazikqabıqlı) sif. Qabığı nazik olan. Nazikqabıq nar. Nazikqabıq qoz. nazikqabıqlı (=nazikqabıq) sif. Qabığı nazik olan. Nazikqabıq nar. Nazikqabıq qoz. nazikqaş (=nazikqaşlı) sif. Qaşları nazik, incə olan. Nazikqaş gəlin. nazikqaşlı (=nazikqaş) sif. Qaşları nazik, incə olan. Nazikqaş gəlin. naziklənmə “Naziklənmək”dən f.is. naziklənmək bax. nazikləşmək. nazikləşdirilmə “Nazikləşdirilmək”dən f.is. nazikləşdirilmək məch. Daha da nazik hala salınmaq, daha nazik edilmək. nazikləşdirmə “Nazikləşdirmək”dən f.is. nazikləşdirmək f. Daha da nazik etmək, qalınlığını azaltmaq. Taxtanı nazikləşdirmək. Yorğanı nazikləşdirmək. nazikləşmə “Nazikləşmək”dən f.is. nazikləşmək f.\n1. Nazik olmaq, nazik hala düşmək; incələşmək. [Bəziləri] gecə evdə yatanda papaqlarını başlarından çıxartmırlar, bunun da nəticəsi bu olur ki, mürur ilə onların başlarının çanağı nazikləşir və kiçilir. C.Məmmədquluzadə.\n2. Arıqlamaq, cılızlaşmaq, zəifləşmək, incəlmək. [Rüxsarənin] saralmış üzündə və çubuq kimi nazikləşmiş (f.sif.) qollarında ətdən bir əsər də qalmamışdı. T.Ş.Simurq. [Tapdığın] gün-gündən bət-bənizi saralır, qoluqıçı nazikləşirdi. Ə.Vəliyev.\n3. Getdikcə incələşmək, naziklənmək. Sona uclara doğru nazikləşən (f.sif.) qalın qara qaşlarını çatıb dedi. B.Bayramov. naziklik is.\n1. Nazik şeyin halı (qalınlıq müqabili). Parçanın nazikliyi. Paltarın nazikliyi. – Hər şey nazikliyindən sınsa, insan yoğunluğundan sınar. (Ata. sözü).\n2. məc. İncəlik, həssaslıq, riqqət. Naziklik ilə qönçeyi-xəndanı edən yad; Etməzmi həya ləli-dürəfşanını görgəc. Füzuli. [Güldəstə:] ..Kərbəlayı, mən harda idim sən Zinət xanım ilə bu naziklikdə söhbət edəndə? N.Vəzirov. nazikməzac sif. [fars. nazik və ər. məzac] Məcazı, təbiəti, xasiyyəti zərif, incə, xoş olan. Nazikməzac adam. naziktər sif. [fars.] klas. İncə, zərif. Sona gər xidmət edən bir məhi-gül-peykər ola; Qaməti sərvdən əla, əli naziktər ola. Aşıq Mirzə. nazikürək (=nazikürəkli) sif. Ürəyi yumşaq, qəlbi nazik, tez riqqətə gələn; incəqəlbli. Nazikürək adam. – Kəl Həsən çox nazikürək idi. Cavana dedi: – Ay cavan, qəm yemə, bu dəqiqə səni məşuqənə yetirərəm. (Nağıl). nazikürəkli (=nazikürək) sif. Ürəyi yumşaq, qəlbi nazik, tez riqqətə gələn; incəqəlbli. Nazikürək adam. – Kəl Həsən çox nazikürək idi. Cavana dedi: – Ay cavan, qəm yemə, bu dəqiqə səni məşuqənə yetirərəm. (Nağıl). nazikvücud (=nazikvücudlu) bax. nazikbədən(li). [Budaq:] Ucaboy, nazikvücud Qarayev çox bikef idi. Ə.Vəliyev nazikvücudlu (=nazikvücud) bax. nazikbədən(li). [Budaq:] Ucaboy, nazikvücud Qarayev çox bikef idi. Ə.Vəliyev nazikyarpaq (=nazikyarpaqlı) sif. Yarpaqları nazik olan. Nazikyarpaqlı kol. qadlara görə Allah tərəfindən göydən düşmək, gəlmək, enmək. Allah-taalanın hər bir bəlası gərək bizim bədbəxt vilayətə nazil ola. C.Məmmədquluzadə. nazikyarpaqlı (=nazikyarpaq) sif. Yarpaqları nazik olan. Nazikyarpaqlı kol. nazil [ər.]: nazil olmaq klas. – dini etiqadlara görə Allah tərəfindən göydən düşmək, gəlmək, enmək. Allah-taalanın hər bir bəlası gərək bizim bədbəxt vilayətə nazil ola. C.Məmmədquluzadə. nazilmə “Nazilmək”dən f.is. nazilmək bax. nazikləşmək. Usta Ağabalanın saqqalı gicgahlarına getdikcə ucları nazilib gözəl surətdə qulaqlarına yapışırdı. Çəmənzəminli. Balaca qızın boğazı armud saplağı kimi nazilmişdi. M.Hüseyn. Qışqıraqışqıra getdikcə qatar; Çay nazilir gözlərimdə. O.Sarıvəlli. nazim is. [ər.]\n1. Nizama salan, tənzim edən, qaydaya salan. // bax. nizamlayıcı 2-ci mənada. Nazim çarxı.\n2. köhn. Bir əhvalatı, hekayəti nəzmə çəkən; şair. nazir is. [ər.]\n1. Nazirliyə (1-ci mənada) başçılıq edən hökumət üzvü. Maliyyə naziri. Maarif naziri. – Nazir onları öz kabinəsində qəbul etdi. S.Hüseyn. Bakıdan nazir kəndə gələndə birbaş maşını sürür tarlaya, kolxozçularla görüşür. Ə.Sadıq.\n2. Nəzarət edən, baxan, idarə edən; inspektor (2-ci mənada). ..Günlərin bir günü məktəbin naziri içəri girib uşaqlara deyir.. C.Məmmədquluzadə. Birdən qapı açıldı, məktəbin naziri (inspektoru) qızarmış bir halda üzərimizə .. elə çığırdı ki, yoldaşlarımızdan bəziləri qorxularından ağlamağa başladı. T.Ş.Simurq. ‣ Hazıra (hazırına) nazir – bax. hazır. nazirlik is.\n1. Dövlət idarəsinin hər hansı bir sahəsinə rəhbərlik edən mərkəzi hökumət orqanı, habelə həmin idarənin yerləşdiyi bina, ev. Maarif nazirliyi. Daxili işlər nazirliyi. Nazirlikdə işləmək. – [Ümid] sabah nazirliyə gedib əmrini alacaqdı. B.Bayramov.\n2. Nazir vəzifəsi (bax. nazir 1-ci mənada). naz-qəmzə is. [fars. naz və ər. qəmzə] İşvə, süzgün baxış, cilvə. Atdı müjgan oxun, keçdi sinəmdən; Naz-qəmzələri canıma düşdü. Aşıq Ələsgər. [Almaz:] Canım, bir kəlmə danış onlardan, zalım uşaqlarının naz-qəmzəsi adamın əqlini aparır. N.Vəzirov. nazlama “Nazlamaq”dan f.is. nazlamaq f. Əzizləmək, nazını çəkmək, oxşamaq, nəvaziş etmək. Uşağı nazlamaq. – Üstünə bəzəkli yumşaq taftadan; Alafa çəkərdi, nazlardı səni. R.Rza. nazlandırma “Nazlandırmaq”dan f.is. nazlandırmaq f. Oxşamaq, nazını çəkmək, əzizləmək, nəvaziş etmək. [Mirzə Cəmil:] Özü də [ər] elə adam olsun ki, [Hürünü] quş kimi yemləsin, nazlandırsın. Ə.Vəliyev. [Ədhəm] Nisəyə yaxınlaşdı, onu oxşamaq, nazlandırmaq xəyalına düşdü. B.Bayramov. nazlanma “Nazlanmaq”dan f.is. nazlanmaq f. Naz eləmək, işvə etmək, naz satmaq. [Koroğlu:] Qarı deyəndə tozlanır; Gəlin deyəndə nazlanır. “Koroğlu”. Sara xanım bu sözdən sonra qara kirpiklərini birbiri üzərinə tikərək nazlandı.. M.S.Ordubadi. Qarşımda nazlanıb yenə gülürsən; Bilsən gülüşlərin nəyə bənzəyir? M.Müşfiq. // Obrazlı təşbehlərdə. Nazlandıqca sərin külək; Sahillərə sinə gərək. S.Vurğun. Ay gümüş dalğalarda nazlanır gəmi kimi. N.Rəfibəyli. nazlı sif. Şivəli, qəmzəli, işvəli. Adətdir aşiqin nazlı yar ilən; Arasında belə çəm-xəm olubdur. Q.Zakir. Alagözlü, nazlı dilbər; Elindən xəbərin varmı? Aşıq Ələsgər. // Ərköyün, ərköyün böyümüş. Nazlı qız. // Obrazlı təşbehlərdə. Bizə bu nazlı aləm görünərdi qaranlıq; Gözəl çalışmasaydıq, gözəl yaşamasaydıq. M.Müşfiq. nazlıca “Nazlı”dan oxş. Dolanım başına, ey nazlıca yarım, bəri bax; İşvəli, qəmzəli, çəm-xəmli nigarım, bəri bax. S.Ə.Şirvani. nazlı-duzlu sif. dan. İşvəli, qəmzəli, qanışirin, xoş, şux. Nazlı-duzlu qız. Nazlıduzlu gəlin. naznazı is. mus. Ağır templi Azərbaycan oyun havalarından biri. naz-nemət (=nazü nemət) is. [fars. naz və ər. nemət] Tam firavanlıq, maddi rifah, səadət. [Alı kişi:] Həsən xan, insan üçün dünyada hər naz-nemətdən şirin şey gözdür. “Koroğlu”. [Nüşabə:] Durmayın, şahanə bir süfrə açın; Ortaya hər çeşid naz-nemət saçın! A.Şaiq. // Var, var-dövlət, sərvət mənasında. Dünyanın nazü neməti insan zəhmətinin başındadır, – deyə qoca bostançı öyünürdü. S.Rəhimov. • Naz-nemət içində yaşamaq (bəslənmək, böyümək) – həyatda heç bir şeydən çətinlik çəkməmək, firavan həyat keçirmək, xoşbəxt yaşamaq, var-dövlət içində bəslənmək. Naz-nemət içində bəslənən bəxtiyarlar; Sanki deyirlərdi ki, yazıq, nəhayətin nə? M.Müşfiq. nazü nemət (=naz-nemət) is. [fars. naz və ər. nemət] Tam firavanlıq, maddi rifah, səadət. [Alı kişi:] Həsən xan, insan üçün dünyada hər naz-nemətdən şirin şey gözdür. “Koroğlu”. [Nüşabə:] Durmayın, şahanə bir süfrə açın; Ortaya hər çeşid naz-nemət saçın! A.Şaiq. // Var, var-dövlət, sərvət mənasında. Dünyanın nazü neməti insan zəhmətinin başındadır, – deyə qoca bostançı öyünürdü. S.Rəhimov. • Naz-nemət içində yaşamaq (bəslənmək, böyümək) – həyatda heç bir şeydən çətinlik çəkməmək, firavan həyat keçirmək, xoşbəxt yaşamaq, var-dövlət içində bəslənmək. Naz-nemət içində bəslənən bəxtiyarlar; Sanki deyirlərdi ki, yazıq, nəhayətin nə? M.Müşfiq. naz-nəvaziş bax. nəvaziş. [Nadir] ağır və məsul çalışdıqdan sonra gəlib, evdə kimsənin naz-nəvazişini, mehriban rəftarını görmədiyini xatırladı. B.Talıblı. neandertal is. [xüs.] 250 min il öncə yaşamış qədim insan. necə 1. zərf Sual məqamında: nə təhər, nə cür. Necə getdin? Necə gəlmisən? Onu necə gördün? – [Sona xanım:] Dan yeri ağarıb sabah indicə açılar, bilmirəm necə edim? M.F.Axundzadə. [İskəndər:] Hə... ana, kefin necədir? C.Məmmədquluzadə. Firidun: – Necəsiniz? – deyə qızın halını sordu.. M.İbrahimov.\n2. zərf Nə dərəcədə, nə qədər (bəzən “də” ədatı ilə). Bura necə sakitlikdir. Bu iş necə çətin işdir. Necə də gözəldir.\n3. əd. Heyrət, təəccüb ifadə edir. Necə! Qayıtmışdır!.. Necə! Nə dedin? Necə! Bu sözü sən dedin?!\n4. əd. dan. ...kimi. Necə bir dost sənə məsləhət görürəm. ‣ Necə yəni – bax. necə ki. Necə ki, necə də – 1) cümlələri və ibarələri biri-birinə birləşdirən bağlayıcı söz. Müsəlman papaqlarının ağırlığı, böyüklüyü və formaları Molla Nəsrəddinin dostlarına, necə ki, lazımdır, əyandır. C.Məmmədquluzadə; 2) necə yəni, necə, necə olar ki. Qəribə axmaq olubsan, necə ki, sən məni öz evimə qoymazsan.. İ.Musabəyov. Necə gəldi – tələsik, atüstü, başdansovma. Necə gəldi işləmək. Şeyləri necə gəldi qoymaq. Necə olmuş olsa – yenə də, hər halda, buna baxmayaraq. Necə olmuş olsa, o bizim yoldaşımızdır. Necə olursa olsun – nə vasitə ilə (nə yolla) olur olsun; hər halda, mütləq. [Zərrintac xanım:] Şuşa qalasına yola düşməyi, necə olursa olsun “ayrı adamla” görüşməyi qət edirdi. S.Rəhimov. Hamı necə, mən də elə – hamının etdiyi kimi, bir cür, bir qaydada, bir sırada. Aslan köntöy-köntöy cavab verdi: – Getmirəm. Hamı necə, mən də elə. M.Hüseyn. necəlik is. Xüsusiyyət, keyfiyyət. [Rüstəm kişi:] Sən torpağın necəliyini məndən soruş, bala! M.İbrahimov. neçə 1. Əşyanın miqdarını müəyyənləşdirmək üçün işlədilən sual əvəzliyi: nə qədər, nə miqdar. Neçə kitab aldın? Bu gün neçə yerə getmisən? Neçə şagirddən dərs soruşdun? – [Məşədi İbad:] Qardaşoğlu, haqqhesabımız neçə elədi? Ü.Hacıbəyov.\n2. əvəz. Zaman bildirən isimlərdən əvvəl gələrək onların qeyri-müəyyənliyini bildirir. Neçə yüz ildən sonra biz də o məqama çata bilərik. C.Məmmədquluzadə. Neçə dəqiqə idi, sakitlik bərpa idi. Çəmənzəminli.\n3. əvəz. “Saat” sözündən sonra gələrək vaxtı öyrənmək üçün sual məqamında işlədilir. Saat neçədir? Saat neçədə gələcək?\n4. əvəz. Çox, çoxlu; bir neçə. [Əliməmməd Vaqifə:] Neçə belə bayramlar görək, kefimiz kök, damağımız çağ olsun! Çəmənzəminli. Üstündə ahı var neçə qəribin; Çeşməli dağların, sulu dağların. B.Vahabzadə.\n5. İs. mənasında. Birdən artıq (çox) adam. Şirvanın küçələri; Banlayır beçələri; Çağırdım öz yarımı; Hay verdi neçələri. (Bayatı). Neçəsinin əli dolu; Neçəsinin əli boşdur. B.Vahabzadə. [Sərvnaz:] Hümmət sənin [Şahpəri] fitvanla neçələrini gözümçıxdıya saldı? B.Bayramov. • Bir neçə – bir miqdar, qeyri-müəyyən miqdarda. Bir neçə adam.\n6. Neçəyədir, neçədəndir şəklində – qiyməti nə qədərdir, bahası nədir. Kitab neçəyədir? Parçanın metri neçəyədir? neçə-neçə zərf Bir çox, çoxlu, bir neçə. Neçə-neçə ölkələr gəzib. Neçə-neçə illər gəlib keçib. Bu işin neçə-neçə səbəbləri var. – Neçə-neçə qərinələrdən bəri müsəlman elə xəyal eləyir ki, “şeytan” adında onun bir düşməni var. C.Məmmədquluzadə. neçənci 1. Əşyanın sırasını müəyyənləşdirmək üçün sual əvəzliyi; hansı? Neçənci sinifdə oxuyursan? Neçənci mərtəbədə yaşayır?\n2. Zərf mənasında. Bir dəfə deyil, bir neçə dəfə; çox, təkrarən. Neçənci gündür gəlibgedir. Neçənci dəfədir zəng vurur. neçin (=neçün) “Nə üçün” sual əvəzliyinin şeirdə və canlı dildə işlənən forması. Təəccübəm ki, neçin rəhmə gəlmədin, zalım? Fəraq oduna yaxıb salmısan nə halə məni! X.Natəvan. [Mehriban:] Neçin gözləriniz xəyala daldı? Nə oldu rənginiz birdən saraldı? S.Vurğun. neçün (=neçin) “Nə üçün” sual əvəzliyinin şeirdə və canlı dildə işlənən forması. Təəccübəm ki, neçin rəhmə gəlmədin, zalım? Fəraq oduna yaxıb salmısan nə halə məni! X.Natəvan. [Mehriban:] Neçin gözləriniz xəyala daldı? Nə oldu rənginiz birdən saraldı? S.Vurğun. nefrit [yun.] tib. Böyrək iltihabı. neft is. Yanacaq kimi işlədilən, habelə bir çox müxtəlif məhsullar (benzin, vazelin, parafin və s.) almaq üçün xammal kimi istifadə olunan, adətən tünd-qəhvəyi və ya qara rəngli yağlı mineral maye. • Ağ neft – yanacaq kimi istifadə olunan təmizlənmiş neft. neftayıran is. Neftayırma sənayesi işçisi. Neftayıranların yarışı. // bax. neftayırma. [Zərifə] sənət məktəbində oxudu, oranı qurtarandan sonra neftayıran zavoda işləməyə getdi. H.Seyidbəyli. neftayırma is. və sif. Xam nefti üzvi hissələrinə ayırmaqla məşğul olan. Neftayırma zavodu. neftçıxaran is. Neftçıxarma sənayesi işçisi. Neftçıxaranlar bu gün təmirçilərin işindən çox razı qalmışdılar. (Qəzetlərdən). neftçıxarma is. və sif. Neft istehsalı ilə, neft çıxarılması ilə məşğul olan. Neftçıxarma briqadası. // Neft istehsalı ilə, neft çıxarılması ilə əlaqədar olan. Neftçıxarma planı. neftçi is.\n1. Neft sənayesi işçisi, həmçinin neft mütəxəssisi (mühəndis, texnik və s.). [Qüdrət:] Sevmək lazımdır gəncləri! Onlardan qorxmaq, özgələrinə yaraşsa da, biz neftçilərə qətiyyən yaraşmır. M.Hüseyn. Xəzər gülür, min qat düşür göy sulara; Bir neftçinin alnındakı qatlar kimi. Z.Tahir.\n2. köhn. Neft alveri ilə məşğul olan, neft satan. Neftçi dükanı. – Bakıda iri ticarətlə məşğul olan düyüçülər, xuşgəbarçılar, ipəkçilər, xalçaçılar, qara neftçilər də az deyildi. H.Sarabski. [Müəllim:] Yaxşı, otur. Sən oxu! Suçuya 3 manat 87 qəpik verilməlidir, neftçiyə 4 manat 20 qəpik. Ü.Hacıbəyov. neftçilik is. Neftçinin işi, peşəsi. neftdaşıyan sif. və is. Neft daşımağa məxsus (tanker, avtomobil və s.). Ertəsi gün sübh tezdən Azad tacir Hacı Hadinin neftdaşıyan barjında Həştərxana yola düşdü. A.Şaiq. neftli sif.\n1. Tərkibində neft olan; neft verən. Neftli lay.\n2. Neftə bulaşmış, neftə batmış. Neftli qab. Neftli əsgi. – Buruqların dörd tərəfində müxtəlif ölçüdə neftli, mazutlu borular... M.İbrahimov. neftlilik is. Neft vermə qabiliyyəti (torpaqda, yer laylarında). Layın neftlilik dərəcəsi. nefttəmizləyən sif. tex. Nefti sudan neolit [yun. neos – yeni və lithos – daş] ayıran. Nefttəmizləyən qurğu. nehrə is. Yağ çıxartmaq üçün içində qatıq çalxalanan saxsıdan və ya ağacdan qayrılmış uzunsov qab. Çöldə hər övrəti-qarabaği; Nehrədə çalxayır gözəl yaği. S.Ə.Şirvani. [Bahar:] Axşamacan cəhrə əyir, inək sağ, qatıq çal, nehrə çalxa, adını da tənbəl qoysunlar. Ə.Haqverdiyev. nekroloq is. [yun.] Ölən adamın həyat və fəaliyyəti haqqında məqalə-məlumat. nektar [yun.]\n1. Qədim yunan əsatirində allahlara əbədi gənclik və gözəllik verən içki; abi-həyat.\n2. bot. Ali bitkilərdə çiçək ballıqlarının ifraz etdiyi şəkərli şirə. nektari is. [yun.] bot. Ali bitkilərin güllərində nektar ifraz edən orqan. neqativ [lat. negativus – mənfi] Foto lövhəciyində və ya lentində bir şeyin tərsəsinə (ağın qara və qaranın ağ) düşmüş şəkli, həmçinin bu cür şəkil düşmüş fotoplastinkası və ya fotolenti. nemes [rus. nemeü] bax. alman. Qırdırma nemes xalqını haqsız yerə, zalım; Bir gün gələcək, qorx o cəza məhkəməsindən. Ə.Vahid. nemət is. [ər.]\n1. Yaşamaq üçün lazım olan şeylərin məcmusu (yeyəcək, içəcək və s.); rifah. ..Bazar-dükanda cəm olan dünyanın hər bir neməti yeməli və içməli qəbilindən – hamısı həməvaxt şəhər əhli üçün mühəyyadır. C.Məmmədquluzadə.\n2. məc. Xoşbəxtlik, səadət, yaxşılıq. [Heydər bəy:] İki il çöllərdə dərdinlə gün keçirib axır ki, arzuma yetişdim. Bu nemətin şükrünü yerinə yetirə bilmənəm. M.F.Axundzadə. Sözüm oradadır ki, doğrudan uşaqlıq bir gözəl nemət imiş ki, əldən çıxdı. C.Məmmədquluzadə. nen is. Nen, Yamal-Nen və Rusiya Federasiyasına daxil Taymır milli mahallarının əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. neo... [yun. neos – yeni] Bir sıra xarici sözlərin (isim və sifətlərin) qabağında, onlara yenilik mənası verən önlük; məs.: neolit, neologizm və s. neoantrop is. [yun.] Müasir insan növünün ümumiləşdirilmiş adı. Daş dövrünün axırıncı epoxası, yeni daş dövrü. neologizm [yun. neos – yeni və logos – anlayış] dilç. Dildə yeni əmələ gəlmiş söz və ya ifadə. neon [yun. neos – yenidən] Havanın tərkibinə daxil olan rəngsiz və iysiz qaz – kimyəvi element (elektrik lampalarında, siqnal, reklam və s.-dəki işıqlandırıcı cihazlarda işlədilir). • Neon lampası – içi neonla doldurulmuş qaz lampası – işıq cihazı (siqnalizasiya, reklam və s.-də işlədilir). nepman [rus. ngp – novaə gkonomiçeskaə politika (yeni iqtisadi siyasət) və alm. Mann – adam] tar. Yeni iqtisadi siyasət dövründə meydana gəlmiş sahibkar, alverçi. neptun is. [lat.]\n1. Günəş sisteminin Günəşdən məsafəsinə görə səkkizinci planeti.\n2. Qədim Roma mifologiyasında bulaqlar və çaylar allahı. nerv [lat.] dan. Sinir, əsəb. Burada Gülzarın artıq bütün nervləri, bütün ilikləri parçalanıb, boğuq səslə inlədi. C.Cabbarlı. neştər is. [fars.]\n1. Sancan heyvanlarda (əqrəb, arı və s.-də) sancdıqları yerə zəhər buraxmaq üçün orqan. Əqrəb kimi neştər gücü var dırnağımızda. M.Ə.Sabir. // Məc. mənada. Allah yaman gözdən saxlasın, gözəl ceyildir. Düşmən gözünün neştəridir. M.S.Ordubadi.\n2. Yaranı, çibanı və s. yarmaq, deşmək üçün ikiağızlı, itiuclu cərrah bıçağı. [Kəlbalı] yəhərqaş xurcunda həmişə neştər və biz gəzdirər. S.Rəhimov. Zabit elə bağırdı ki, sanki .. yetişmiş çibanına neştər soxdular. Ə.Vəliyev • Neştər kimi – ucu çox iti şey haqqında. ..[Qızın] kirpikləri isə bir neştər kimi göz bəbəklərini yarmağa çalışırdı. M.S.Ordubadi. ..[Qızın] bu yanıqlı sözləri və kədərli baxışı qocanın qəlbinə neştər kimi sancıldı. A.Şaiq. Neştər vurmaq – bax. neştərləmək. Aşiqəm bir dəm ara; Neştər vur bir damara; Məni zülfün vurubdu; Vurdurma bir də mara. (Bayatı). neştərləmə “Neştərləmək”dən f.is. neştərləmək f.\n1. Neştərlə deşmək, kəsmək, yarmaq. Xan Əsliyə həsrət qoydun Kərəmi; Xəncər alıb neştərlədin yaramı. Aşıq Kərəm.\n2. məc. dan. Sancmaq, acılamaq. Arı əlimi neştərlədi. // Məc. mənada. [Xanpəri:] Səndən söz soruşurlar, .. əvvəlcə cavab ver, sonra başla neştərləməyə. Ə.Vəliyev. neştərlənmə “Neştərlənmək”dən f.is. neştərlənmək məch. Neştərlə deşilmək. neştərli sif. Neştəri olan. Neştərli heyvanlar (arı, əqrəb və s.). nytto [ital.]\n1. Əmtəənin qabsız xalis kütləsi.\n2. İtkilər, ayırmalar və s. çıxıldıqdan sonra mənfəətin, büdcənin həcmi. nevralgiya [yun. neuron – damar və algos – ağrı] Hər hansı bir sinirin və onun qabığının zədələnməsi nəticəsində həmin sinirin keçdiyi yerdə əmələ gələn ağrı. nevrit [yun.] tib. Zədə, soyuqdəymə, infeksiya və s. nəticəsində törəyən sinir iltihabı. nevrologiya [yun. neuron – damar və logos – elm] Sinir sistemi və onun xəstəliklərindən bəhs edən elm. nevroz [yun.] Daxili üzvlərin funksiyalarının, mübadilə prosesinin pozulması və s. şəklində təzahür edən mərkəzi sinir sistemi xəstəliyi. Ürək nevrozu. Ümumi nevroz. ney is. [fars.]\n1. Qarğıdan, qamışdan düzəldilən, nəfəslə çalınan musiqi aləti. Çobanın çaldığı neyin səsi də qoyun mələşmələrinə qarışaraq bir musiqi ansamblını xatırladır. M.S.Ordubadi. Sahildə ağ yelkənli qayıqda xidmət edən dəstədən ney səsi ətrafa yayılırdı. S.Rəhimov. • Ney kimi (təki) – həzin-həzin, yanıqlı. Bənd-bəndim kəsələr eyləmərəm tərki-fəğan; Qoy nəva ney tək edim ta nəfəsim var mənim. S.Ə.Şirvani. // Qamış, qarğı.\n2. Qəlyanın, çubuğun, müştüyün ağıza salınan hissəsi, ağızlığı. [Hikmət İsfəhani] qəlyanın neyini əlinə aldı və dodağına yapışdırıb xoruldatdı. M.İbrahimov. neybət is. [ər.] Çirkin, kifir, eybəcər. Ağ üzdə qara xal ziynətdir, qara üzdə ağ xal – neybət. (Ata. sözü). Az qalır doxsana çatsın yaşı neybət kişinin; Varlığı bağrımı çatlatdı bu heybət kişinin. M.S.Ordubadi. neybətlik is. Çirkinlik, kifirlik, eybəcərlik. [Ələkbər:] Yox canım! Qumru hara, belə kifirlik, neybətlik hara! Mir Cəlal. neyçi is. Ney çalan musiqiçi. neyistan is. [fars.] klas. Qamışlıq, çoxlu qamış bitən yer. Üz qoyuram gah neyistanlara; Bir sürü aslan görürəm, qorxmuram. M.Ə.Sabir. Əsdikcə neyistanə bütün rəşə salır bad; Min nəğmeyi-cansuz edər ol nəğmələr icad. A.Səhhət. neylon [ing.] Süni lif növü, habelə lifdən toxunmuş parça. // Belə lifdən toxunmuş. Neylon kofta. Neylon paltar. – Naznaz atlaz paltarını yığıb, neylon corablarda işıldayan qılçalarını qabağa verərək maşından çıxır. M.İbrahimov. neyro... [yun.] Sinir sisteminə aid mürəkkəb sözlərin tərkib hissəsi; məs.: nevralgiya, nevropotologiya, nevropsixologiya və s. neyron is. [yun.] Sinir sisteminin əsas funksional və quruluş vahidi. neysan bax. niysan. Biri nökər, biri ağa; Göydən yerə neysan yağa. Aşıq Əli. Dağa qalxır dumanlar; Tez-tez yağır neysanlar. A.Səhhət. neytral [lat. neuter – nə o, nə bu]\n1. kim. Nə turşu, nə qələvi reaksiyası verməyən. Neytral məhlul.\n2. xüs. Orqanizmə nə müsbət, nə də mənfi təsir edən (maddə, dərman və s. haqqında). neytrallaşdırıcı is. və sif. kim. Neytral edən, neytral hala salan, neytrallaşdıran (bax. neytral). neytrallaşdırma kim. “Neytrallaşdırmaq”dan f.is. neytrallaşdırmaq f. kim. Məhlulun turşu xassəsini qələvi, qələvi xassəsini isə turşu vasitəsilə yox etmək. neytrallaşma “Neytrallaşmaq”dan f.is. neytrallaşmaq f. kim. fiz. Neytral hala keçmək, neytral olmaq (bax. neytral). neytron [lat. neutum – nə o, nə bu] Atomun nüvəsinin tərkibinə daxil olan elektrik yükündən məhrum hissəcik. nə I.\n1. sual əvəz. Bu və ya digər əşyanı, vəziyyəti, halı, hadisəni müəyyənləşdirmək üçün sual məqamında işlədilir. Nə dedin? Nə olan işdir? Nə olub? Bu nə evdir?\n2. əvəz. Təsdiq bildirən feillərə inkarlıq mənası verir. [Uğur:] Səndən yaxşılıqdan başqa nə görmüşəm? İ.Əfəndiyev.\n3. əd. Danışan şəxsin bir şeydən məmnunluğunu, o şeyin ürəyindən olduğunu bildirir. Nə ürəyimdən dedin? Nə yaxşı əsərdir? Qız nə qız? – Qədir yenə də əyilib baxırdı. Dərə nə dərə! Mir Cəlal.\n4. Cəm şəkilçisi ilə: “hər şey”, “hər nə istəsən” mənasında. Burada nələr yoxdur. O səndən nələr dedi. – Bu yoldan gələr, keçər; Ahular mələr, keçər; Oğulsuz anaların; Qəlbindən nələr keçər. (Bayatı). Nələr bitmir, nələr yoxdur torpağımızda. S.Rüstəm.\n5. Şəxs əvəzliklərindən sonra gələrək onlara inkarlıq mənası verir. Ona nə. Sənə nə. – [Növbətçi:] Mənə aid bir şey yoxdur. Şəhər stansiyası satıb, mənə nə? Mir Cəlal.\n6. Çıxışlıq halında “niyə”, “nə üçün”, “nə səbəbə”, “niyə görə”, “nədən” suallarını əvəz edir. Əzizim, qandı ürək; Yar sözün dandı ürək; Şirin şərbət içirtdin; Nədən bəs yandı ürək? (Bayatı).\n7. “İsə” qoşması ilə qeyri-müəyyənlik bildirir. Təcrübəli Fərhadoğlu vurnuxur, nə isə qəti bir qərara gələ bilmirdi. S.Rəhimov. Əbil Qənbərovun çıxışı .. adamlarda nə isə bir donuqluq əmələ gətirdi. Ə.Vəliyev.\n8. “Var” sözü ilə “heç nə”, “heç zad” mənası verir. Meyvəsiz bağda nə var? Bəhrəsiz tağda nə var? Məcnun xəyallı könlüm; Leylisiz dağda nə var? (Bayatı).\n9. Xəbər şəkilçisi ilə “nədir?” formasında sual kimi işlənir. [Ata:] Çarəsiz mağaraya girdim, bir də ağır bir xorultudan gözlərimi açdım: – Bu nədir? Məndən başqa burada adammı var? – dedim. A.Şaiq. Səlim indi Mehribana sanki fəlsəfə dərsi verirdi: həyat nədir, ölüm nədir – onu anladırdı. S.Hüseyn. ‣ Nə bilim – deyə bilmərəm, bilmirəm. [Qədir:] Ay bəy, Məşədi Ələkbər deyir, nə bilim, yüzbaşı özü də bizə baxır. Mir Cəlal. Nə borcuma (borcuna), nəyimə (nəyinə) gərək – bax. nə borcum(a), nə borcun(a), nə borcumuzdur, borcundur (“borc”da). Nə çarə – bax. çarə. ...Nə desən çıxar – xatakar, pis əməlli adam haqqında. [Sona:] Hə, onlardan nə desən çıxar. Ə.Əbülhəsən. Nə deyim – bax. demək1. Nə əcəb – bax. əcəb. Sual və təəccüblə onun üzünə baxabaxa dedi: – Nə əcəb, Vahid? Nə əcəb? Bu vaxt? Mir Cəlal. Nə fayda – bax. fayda. Ancaq nə fayda; Özü yıxılanın ağlamağından! B.Vahabzadə. Nə hə, nə yox – bax. hə. Nə isə – xülasə, müxtəsər, sözün qısası. Nə isə, Məsmənin yeganə əziz oğlu haqqında şirin xatirələri tükənməz idi. Mir Cəlal. Nə ki – hər nə qədər, nə qədər, mümkün qədər. Nə ki gözəl görmüşəm mən; Hamısından başdı Gözəl. Aşıq Ələsgər. [Hacı:] Şamaxılı Şamaxıdan, gəncəli Gəncədən, şəkili Şəkidən nə ki imkan var hümmət eləyək... Mir Cəlal. Nə lazım – əbəsdir, dəyməz, ehtiyac yoxdur. Nə lazım işi böyütmək. Nə olar – hər ehtimala qarşı. Demək nə lazımdı, özün bilirsən; Bir gün yaranırsan, bir gün ölürsən. Aşıq Ələsgər. Nə olar, nə olar ki, nə olaydı – ümid, arzu, istək mənasında işlənir. Nə olaydı mənim də adım xoşbəxtlər cərgəsində çəkiləydi. – Nə olar ki, hamıya məlum olan düşmənlərimizi bir saatlığa qoyaq kənara. C.Məmmədquluzadə. Nə olardı [Əntiqəni] də bu dərs otağına buraxaydılar, oturmağa qoyaydılar. Mir Cəlal. Könüllü gəlmədik bu dünyaya biz; Nə olar, dünyadan könüllü getsək?.. B.Vahabzadə. Nə olar, olar – gözlənilən təhlükə və ya hadisə, iş qarşısında işlədilir. [Əsgər:] Daha burada dayanmaq namərdlikdir, Mütəllim! Vuraq özümüzü çaya. Nə olar, olar. Ə.Vəliyev. Nə olursa olsun – hər necə olsa, hər nə olsa da, mütləq. Ey gənc! Səadəti bir xəyal bilmə; Nə olursa olsun, ancaq əyilmə! S.Vurğun. Durnanı möhkəm qucmuş Xasay bu il nə olursa olsun toy etmək, fikrində idi. Ə.Vəliyev. Nə sənə, nə mənə – heç bir şeyi nəzərə almadan, hesablaşmadan, gözləmədən. Adilə nə sənə, nə mənə, birdən anasının üstünə qışqırdı. Ə.Məmmədxanlı. Nə təhər (tövr) – bax. təhər. İmzalarla deyil, gözlə görsünlər; Ağlın duruluğu nə təhər olur; Hökmün bulannığı nə təhər olur. M.Araz. Nə üçünsə – səbəbi məlum olmadan. Nə üçünsə cavab vermədi. Nə üçünsə üzünü yana çevirdi. – Bəyim bilet alıb geri dönəndə bizi görüb nə üçünsə qızardı. İ.Əfəndiyev. Nə üzlə – bax. üz. Mən onun yanına gedim nə üzlə; Oyunlar oynadı bu dünya bizlə. S.Tahir. [Bəy:] Pristavın yanına bəs nə üzlə gedəcəksən? Mir Cəlal. Nə var, nə yox – bax. var1. Nə yaxşı – bax. yaxşı. İllər həsrətinə dözən şerimiz; Köhnəldi nə yaxşı, susdu nə yaxşı. M.Araz.\n\nII. bağl. Sadə cümlələrdə həmcins üzvləri, mürəkkəb cümlələrdə isə onun tərkibinə daxil olan cümlələri bir-birinə bağlayır (əsasən təkrar edilərək işlədilir, və, də, də ki bağlayıcılarından biri artırılır). Nə şiş yansın, nə kabab. (Məsəl). Nə göz görsün, nə ürək bulansın. (Məsəl). [Yusif:] Nə yorğan və nə döşək, nə də balış və nə də pul vardır. N.Nərimanov. Nə bir işıq görünür, nə də bir həyat səsi eşidilirdi. C.Cabbarlı. Səltənət nə döndü, nə tərpəndi, nə də ki cavab verdi. Mir Cəlal. nəbadə [fars.] dan. bax. məbadə. [Dəşgüvar:] Gərək siz evləri gəzib, taza anadan olan oğlan uşaqlarını oğurlayıb öldürəsiz. Amma nəbadə camaat bilə. (Nağıl). [Ana:] Yola salanda dedim, oğul, düşmənə nəbadə arxa çevirəsən, südüm sənə .. haram olar. Ə.Əbülhəsən. nəbat is. [ər.] klas. Bitki. nəbatat is. [ər. “nəbat” söz. cəmi]\n1. Bitki, bitki aləmi. Səbr ilə verir zəmin nəbatat. Xətayi. ..Nə olardı insan da bu nəbatat kimi, qış daxil olanda yuxuya gedib, bahar vaxtı bədənində təzə bir qüvvət olaraq oyana idi! Ə.Haqverdiyev.\n2. bax. botanika. Radioaktiv elementlərin nəbatatda, təbabətdə, sənayedə necə tətbiq olunduğundan [İkramın] az-çox məlumatı var idi. Ə.Əbülhəsən. nəbatatçı bax. botanik. nəbatatşünas [ər. nəbatat və fars. ...şünas] bax. nəbatatçı. nəbati sif. [ər.]\n1. Nəbata aid olan, bitkidən alınan, bitki mənşəli.\n2. Nəbat (bitki) şəklində olan. Nəbati ornament. Nəbati naxış. nəbi is. [ər.] klas. Peyğəmbər. Ya nəbi, lütfün Füzulidən kəm etmə.. Füzuli. nəbz is. [ər.]\n1. Ürəyin fəaliyyəti nəticəsində arteriya (qan damarları) divarlarının ritmik vurması (adətən biləyin yuxarı hissəsində duyulur). Bir naxoşun üstə həkim gətirəndə həkim əvvəl yapışır naxoşun nəbzindən. C.Məmmədquluzadə. [Mirzə Mehdi] sonra gəlib Fərmanın yastığının yanında əyləşib nəbzini tutdu. Ə.Haqverdiyev. // Biləkdə həmin titrəyişin hiss edildiyi yer. Nəbzini yoxlamaq. – Şair içəri girib salam verdi, Mədinənin taxtının üstündə oturub nəbzinə baxdı. Çəmənzəminli.\n2. məc. Bir şeyin (hadisənin, həyatın və s.) ritmi, tempi. Deyirlər ki, gələcək ancaq zamanın nəbzini düz tutanların, bu günü yaxşı anlayanlarındır. M.İbrahimov. [Xanmuradov:] Mən buraya baxarkən həmişə əsrimizin nəbzini duyaram. Ə.Sadıq. [Lalə] dördüncü buruğun nəbzini bir an əlindən buraxmaq istəmirdi. M.Hüseyn. nəcabət is. [ər.] Nəciblik, əsillilik, təmiz bir nəslə mənsubiyyət, soyluluq. [Naçalnik:] Oğlan, sözünü de, nəcabətini isbat eləmək qoy sonraya qalsın? M.F.Axundzadə. Qoy nə əslin, nəcabətin olsun; Nə nəcibanə halətin olsun. M.Ə.Sabir. [Nəcəf bəy:] Mənim əslim və nəcabətim heç vədə qəbul eləməz ki, mənim evimə it-qurd qızı gəlsin. Ə.Haqverdiyev. nəcabətli sif. Təmiz və əsil bir nəslə mənsub olan; soylu, əsilli, əsilli-nəsəbli, adlısanlı. Nəcabətli adam. – [Leyli:] İbn-Salam, sən nəcabətlisən, uca ruhlusan, sən mənə zülm etməyi rəva görməzsən. Ə.Məmmədxanlı. nəcat klas. bax. nicat. Ey mənşəyicövhəri-həyatım; Xoşnudluğundadır mənim nəcatım! Füzuli. ..Min il yuxuda olan camaat hökumətin əsarət zəncirini qırıb, özləri üçün bir nəcat yolu tapsınlar. C.Məmmədquluzadə. nəccar is. [ər.] köhn. Dülgər, xarrat. nəccarlıq is. köhn. Dülgərlik, xarratlıq. nəcib sif. [ər.]\n1. Nəcabəti, əsli olan; əsilli, soylu, nəcabətli. [Heydər bəy:] Amma sizə lazımdır ki, bizim kimi nəcib kimsənələrə bir çörək yolu göstərəsiniz. M.F.Axundzadə. [Həsən:] Kişi nəcib nəsildən olduğunu hamıya apaçıq göstərdi. Ə.Haqverdiyev.\n2. Alicənab, yaxşı, ürəyi təmiz. [Gülçöhrə:] Arşınmalçının üzü nəcib adamın üzünə oxşayır. Ü.Hacıbəyov. Silistçi Sədrəddin bəy yaxşı, nəcib adamlardan birisi idi. S.M.Qənizadə. Üz-gözündən bilinir ki, qonağın nəcib oğlandır. M.Hüseyn. // İs. mənasında. [Rəhim:] Belə olan surətdə rüsxət ver, gedim, sübut gətirim ki, mən özüm də nəciblərdənəm. N.Vəzirov.\n3. məc. Təmiz, pak, müqəddəs. Nəcib duyğu. Musiqi yüksək, nəcib hisslər ifadə edir. – Bəsləyirəm mən səni nəcib əməllərimlə; Deyirəm ki, bağban ol bizim bu gözəl bağa. S.Rüstəm. Yeni sədrin cəsarətli sözləri, nəcib arzuları Həbibə bir az qəribə görünsə də, Mədədin bugünkü söhbəti ona bərk təsir eləmişdi. Ə.Vəliyev.\n4. məc. dan. Qəşəng, gözəl, incə, zərif. Nəcib üz (sifət). – [Qızın] uzun, nəcib barmaqlarına diqqət edir, fikrinə gəlir ki, bu barmaqlar sənət üçün yaranmışdır. Mir Cəlal. ‣ Nəcib qazlar – adətən başqa qazlarla kimyəvi reaksiyaya girməyən qazlar. Nəcib metallar – havada oksidləşməyən metallar (qızıl, gümüş, platin). nəcibanə sif. [ər. nəcib və fars. ...anə] Nəciblərə məxsus, nəcib adamlar kimi. Nəcibanə sifət. Nəcibanə təbiət. – Qoy nə əslin, nəcabətin olsun; Nə nəcibanə halətin olsun. M.Ə.Sabir. Ağuşi-nəcibanədə, aldanma, yerin yox! Gər Qeys ilə həmdərdi-biyaban ola bilsən. C.Cabbarlı. // Zərf mənasında. Nəcibanə danışmaq. Nəcibanə hərəkət etmək. nəcibcəsinə bax. nəcibanə. nəcibləşmə “Nəcibləşmək”dən f.is. nəcibləşmək f. Nəcib olmaq, incələşmək, zərifləşmək, qəşəngləşmək. nəciblik is.\n1. Nəcabət, əsillilik, alicənablıq. ..Mən Bahadırın nəcibliyinə, kamalına ümid bağlayıb, yəqin edirdim, birlikdə çarə tapıla. N.Nərimanov. Musa yoldaşları arasında qorxmaz və cəsur olması ilə, nəcibliyi və mərdliyi ilə seçilirdi. Ə.Vəliyev.\n2. məc. Zəriflik, incəlik, qəşənglik, gözəllik. nəçi əvəz. Birinin sənətini, peşəsini, məşğuliyyətini bilmək üçün sual məqamında işlədilən söz. Bir qız tanıyırdım. Lakin nə adını bilirdim, nə də kim və nəçi olduğunu öyrənə bilmişdim. S.Hüseyn. // Eyni mənada nəçidir? nəçisən? şəklində. [Sultan bəy:] De yaxşı, bir məni başa sal görüm, sən kimsən, nəçisən və kimin adamısan? Ü.Hacıbəyov. nədamət [ər.]\n1. is. Peşmanlıq, peşman olma. Əyyaşlığın sonu yorğunluq və nədamət, səfalətin – heçlik və fəlakətdir... A.Şaiq. • Nədamət çəkmək – peşman olmaq, peşmançılıq çəkmək. Lalə yanağından, nərgiz gözündən; Qönçə gülüşündən nədamət çəkər. Aşıq Valeh.\n2. Nədamətlə şəklində zərf – peşmanlıqla, peşmançılıqla. Şirin .. dərin bir nədamətlə pıçıldadı. İ.Əfəndiyev. nədən əvəz. Nə üçün, nə səbəbə, nəyə görə, niyə? Nədən saralıbsan sən də mən kimi; Nədir dərdin, ey biçarə şamama? M.P.Vaqif. Fələ, mənə bir söylə, nədən hörmətin olsun? Axır nə səbəb söz deməyə qüdrətin olsun?! M.Ə.Sabir. • Nədən ki, nədəndir ki – çünki, o səbəbə ki. Mirzə Çopurov da oxuya bilməyibdir, nədən ki, külək kağızı cırıq-cırıq eləmiş(di). S.Rəhimov. nədənsə zərf Nə səbəbə görə isə, nəyə görə isə. [Kərim baba:] Hətta qurdu nişan alıb vurmaq istədim. Nədənsə fikrimdən vaz keçdim. A.Şaiq. Mehriban .. ona “Mehriban bacı!” – deyə xitab edən Səlimdə nədənsə bir səmimiyyət görürdü. S.Hüseyn. nədim is. [ər.] köhn.\n1. Sirdaş, yaxın adam, dost, həmsöhbət, həmməclis. Gördü ki, gəlir nədimi-kamil. Füzuli.\n2. Keçmişdə şahların, xanların məclislərində gülməli sözləri və hərəkətləri ilə onları əyləndirən adam – təlxək. Padşahın nədimləri, məzhəkəçiləri onu əyləndirmək üçün gülməli nömrələr hazırlayır və məşq edirdilər. M.S.Ordubadi. nədimə [ər. nədimət] köhn. “Nədim”in qadın cinsi (bax. nədim 2-ci mənada). [Mirzə:] Həmin Kərbəlayı Kazımın arvadı on ildir ki, hacının evində işləyir, özü də xanımın nədiməsidir. P.Makulu. nəf is. [ər.] klas. Xeyir, fayda, mənfəət. [İzzət:] Görək Xudayar bəynən sənin nə alıbverəcəyin var? Katdadı özünə katdadı. Görək [Xudayar bəyin] katdalığının sənə bir nəfi var? C.Məmmədquluzadə. Şəhər məktəbində təlim alan fəqir şagirdlərin nəfi üçün müəllimlərin hümməti ilə .. bir komediya göstərildi. F.Köçərli. • Nəf etmək (eləmək) – qazanmaq, fayda götürmək, xeyir görmək. Sən bizi nəfə etmədin vasil; Bari qoy özgə elm edək hasil. S.Ə.Şirvani. O il Ağa Hüseyn çox böyük nəf elədi və bu nəfi də Xəlilin ayağının sayəsindən hesab edirdi. Ə.Haqverdiyev. nəfbərdar sif. [ər. nəf və fars. ...bərdar] köhn. Xeyir görən, faydalanan, mənfəət götürən. • Nəfbərdar olmaq – fayda götürmək, xeyir görmək, faydalanmaq. ..Biz vaporun, teleqrafın, təbabətin nemətlərindən nəfbərdar oluruq. C.Məmmədquluzadə. [İmran Gülzara:] [Atanın] fikri odur ki, səni bir dövlətli adama verə ki, ondan nəfbərdar ola. S.S.Axundov. nəfər is. [ər.]\n1. Bir tək adam; kimsə, şəxs, fərd, kəs. ..Tək bircə nəfərin də fikrinə gəlmir ki, dünyada yaşamaq ibarət deyil ondan ki, səhər dükana gedib, axşam abgüştü yeyib yatasan. C.Məmmədquluzadə. [Sultan bəy:] Hə, indi nə deyirsən, bir nəfər molla, bir kəllə qənd və üç manat pul ilə aran necədir? Ü.Hacıbəyov. // Adam haqqında saylarla. Üç nəfər gəldi. On nəfər növbə gözləyirdi. – Faytondan iki nəfər yapıncılı adam düşdü. M.Hüseyn. Bir nəfər əvəz. – kim isə, birisi, qeyri-müəyyən şəxs, adam. Bir nəfər gəlib sizi soruşurdu. – [Nökər:] Vəzir sağ olsun, bir nəfər Şirazdan gəlib sizi görmək istəyir. Ü.Hacıbəyov. Təpə arasında .. tonqal yanırdı. Kənarında bir nəfər yatmışdı... Çəmənzəminli. Bir nəfərə (nəfərinə) qədər (kimi) – hamısını, başdan-başa, elliklə. Milis nəfəri – köhn. milisioner. Milis nəfərləri maşından düşüb şinellərini soyundular və təklif gözləmədən dəhrə, yaba götürüb kol qırmağa başladılar. Ə.Vəliyev. Polis nəfəri – polis idarəsi işçisi. Ucaboy və namərbud hərəkətli bir polis nəfəri içəri girdi. İ.Şıxlı.\n2. Adi əsgər, adi sıravi döyüşçü. Özünü bu şəhərin oğlu və bu mübarizənin nəfərlərindən sayan Nəriman, ürəyində xoş və parlaq bir hissin işıq kimi yandığını duydu. Mir Cəlal. ...nəfərlik – adətən saylara qoşularaq şeyin neçə nəfərə, neçə şəxsə məxsus, ya aid olduğunu göstərir, məsələn: üç nəfərlik yer tutmaq. Otuz nəfərlik süfrə hazırlamaq. – Veysin atası Həbib Abdullaoğlu bu daxmada beş nəfərlik bir ailə qoyaraq vəfat etmişdi. Ə.Əbülhəsən. nəfəs is. [ər.]\n1. Ciyərlə havanı içəri alıb buraxma (insan və heyvanlarda oksigen udub karbon qazı buraxma prosesi). Nəfəs üzvləri. Dərindən nəfəs almaq. // Ciyərlə alınıb buraxılan hava. [Müəllim və Tellinin] başları birbirinə çox yaxın olduğu üçün hər ikisi birbirinin nəfəsindən gələn sıcaqlığı hiss edirdi. S.Hüseyn. Əmirxanı oyatmayır, dincəlsin deyə; Bəzən onun nəfəsinə qulaq da asır. S.Vurğun. // məc. Əlamət, iz, qoxu, təzahür. Yazın ilk nəfəsi eşidilməyə başladığı bir gündə o, bütün bədəninin od kimi yandığını hiss etdi. M.İbrahimov. Yol onu dik qalxan bir yoxuşa gətirib çıxararkən yolçu üzündə, yaxınlığı hiss olunan dağların soyuq nəfəsini duydu. Ə.Məmmədxanlı. • Nəfəs(ini) dərmək – müvəqqəti rahatlanmaq, dincəlmək üçün dayanmaq, azacıq istirahət etmək, yorğunluğunu almaq. [Muzdur] axır bir nəfəsini dərib pulun hesabına getməyə başladı. S.M.Qənizadə. Bir hovur oturub nəfəs dərməyə bir daş kölgəsi də yox idi. Mir Cəlal. Nəfəsi qaralmaq (daralmaq, darıxmaq, tutulmaq) – boğulmaq, çətinliklə nəfəs almaq, tövşümək, təngnəfəs olmaq. [Yasavul:] Başınıza dönüm, ay ağa, ağzımı elə bağlasınlar ki, nəfəsim darıxmasın. N.Vəzirov. Xalidənin halına qalmaq lazım idi, nəfəsi qaralmış idi. S.Hüseyn. Nəfəsini qısmaq (gizləmək) – susmaq, sükut etmək, dinməmək. [Cavahir xatunun] hər bir kəlməsini yaxşı eşitmək üçün hamı nəfəsini qısıb dinlədi. M.Hüseyn.\n2. məc. köhn. “Söz”, “dil” mənasında. Heç doğru deyil bunun nəfəsi; Nə qəzetdir, tamam pul tələsi. S.Ə.Şirvani. Süleyman bəy keçmiş günlərdən – Tiflis, Kislovodsk, Vladiqafqaz, Moskva səyahətlərindən qızğın bir nəfəs ilə laf vurmaqda idi. Ə.Haqverdiyev.\n3. “Səs” mənasında. Xanəndənin nəfəsi dinləyiciləri valeh etdi. ‣ Nəfəs almaq (çəkmək) – 1) dincəlmək, istirahət etmək. [Qəhrəman:] Bizimkilər irəliləyəndə mən yoldaşlarım ilə bir az asudə nəfəs alırdıq. H.Nəzərli; 2) rahatlanmaq, sakitləşmək, əziyyətdən qurtarmaq, iztirab və gərginlikdən qurtarmaq. Hamının qəlbindən xof-xətər getdi və hamı [Məhəmməd Qacarın] qətlindən sonra asudə və arxayın nəfəs aldılar. F.Köçərli. Gənc ailə asudə nəfəs alaraq xoşbəxt yaşayışına yenidən davam etməyə başladı. Çəmənzəminli. Nəfəs vermək – ruhlandırmaq, həvəsləndirmək, ruh vermək. Ətrafdan baxan hər bir kəs sanki Fərhadoğlunun ürək döyüntüsünü eşidib ona cürət və nəfəs verirdi. S.Rəhimov. Nəfəs vurmaq din. – uğursuz söz demək, göz vurmaq, nifrin tökmək, qarğımaq. Nəfəsdən düşmək – əldən düşmək, üzülmək, taqətdən düşmək, incimək, əziyyət çəkmək. [İsrafil:] Ay arvad, altıma bir şey sal, nəfəsdən düşmüşəm. Ə.Haqverdiyev. Nəfəsi kəsilmək – 1) əldən düşmək, taqətdən düşmək, üzülmək; 2) məc. ölmək. Qızın gözləri çoxdan axmış, nəfəsi kəsilmişdi. Mir Cəlal. Nəfəsini kəsmək – 1) əldən salmaq, taqətdən salmaq, üzmək. Bu iş nəfəsimi kəsdi; 2) öldürmək. [Mirzə Heydər:] ..Tez buyur yazım, bəlkə Hacı oyandı elədi, mənim nəfəsimi kəsər. Ə.Haqverdiyev. Qatilləri onun nəfəsini kəsmək istəyirdilər. S.Hüseyn. Bir nəfəs – bir an, bir dəqiqə, bir saniyə. İstəriz azad olaq zindani-qəmdən bir nəfəs. M.Hadi. Son nəfəsdə – can üstə, ölərkən. Son nəfəsə qədər (kimi) – həyatının axırına kimi, ölənə kimi, ölənəcən. ..Qız yaxşı adama rast gələrsə, son nəfəsinə qədər sədaqət və məhəbbət saçaraq yaşayacaqdı. M.İbrahimov. ..Həyat özü darülfünundur, insan son nəfəsinə qədər öyrənməlidir. Ə.Sadıq. nəfəsalma is. Ciyərlə havanın içəri alınması. Nəfəsalma prosesi. nəfəsli sif. mus. Nəfəslə çalınan. Nəfəsli musiqi alətləri (ney, klarnet və s.). Dəniz sahilində nəfəsli hərbi orkestrin çaldığı adı şairanə valsın sədaları gah səmtini tez-tez dəyişdirən xəfif və sərsəri bir küləyin qanadına ilişərək gəlirdi. Ə.Məmmədxanlı. nəfəslik is. Otağın havasını dəyişdirmək üçün pəncərədə kiçik göz. Pəncərənin nəfəsliyini açmaq. // məh. Kiçik pəncərə. nəfəs-nəfəsə zərf Çox yaxın, lap yaxın, üz-üzə. Nəfəs-nəfəsə oturmaq. – Hey çalırlar, oxuyurlar nəfəs-nəfəsə; Mənsə baxıb ürəyimdə həsəd çəkirəm. S.Vurğun. nəfəssiz sif. və zərf\n1. Haldan düşmüş, cansız. Nəfəssiz düşüb qaldı. – Dinlədilər yolu bir az nəfəssiz; Qaldılar bir qədər səmirsiz, səssiz. H.K.Sanılı. Mən bu lövhələri xəstə, nəfəssiz; Seyr edərək həmən, yüyürdüm səssiz. S.Vurğun.\n2. məc. Adamsız, insansız. Demək, Ağbulaq meşəsi heç də nəfəssiz deyildi. S.Rəhimov. nəfəsvermə is. Ciyərdən havanın buraxılması. Nəfəsvermə prosesi. nəfir is. [ər.]\n1. Ucu getdikcə genişlənən boru şəklində olan nəfəsli çalğı aləti; şeypur. [Dərviş Məstəli şah:] Mən bu saat elə burada, bu otağın içində bir dairə çəkib əyləşərəm o dairədə, başlaram şah nəfiri çalmağa. Onda görərsən ki, necə sənin evin tarmar olub başına uçar. Ə.Haqverdiyev.\n2. köhn. məc. Xəbər yayma, şayiə buraxma. nəfis is. [ər.] Son dərəcə zərif, incə, gözəl, qəşəng. Nəfis sırğa. Nəfis parça. Nəfis şəkil. – Xalça Fərqanədə toxunmuş, olduqca zərif və nəfis ipəkdən idi. M.S.Ordubadi. [Mənsur və Sitarə] təmiz və nəfis ağ paltar geyib bağı seyr edirdilər. C.Cabbarlı. ..Faytondan ucaboylu, nəfis bir xanım düşüb mağazaya girdi. Çəmənzəminli. • Nəfis ədəbiyyat köhn. – bədii ədəbiyyat. Özünü ziyalı sayan hər bir adam nəfis ədəbiyyatı bilməlidir. M.Hüseyn. Nəfis sənətlər köhn. – incəsənət. nəfislik is. İncəlik, zəriflik, qəşənglik. nəfli sif. Xeyirli, faydalı. Əgər bizim xahişimiz qəzetəmizi nəfli və ləyaqətli etmək isə, onda borcumuz budur ki, onun ehtiyacatını düzəldək. F.Köçərli. Rəhim kişi hərçənd özü oxumuş adam deyil idisə də, lakin yenə elmin insana nəfli və fərz olduğunu yaxşıca bilir idi. İ.Musabəyov. nəfs is. [ər.]\n1. Ehtiras, şiddətli istək, arzu, meyil. ..Mənim belə yadıma gəlir ki, [türk padşahlarının] arzu və məşğələləri övrətbazlıq, millətin səadətini öz nəfslərinə qurban eləmək idi. C.Məmmədquluzadə. Onda Mahmudun ağlı və ixtiyarı oyanardı, korgözlü nəfsin arxasınca getməzdi. Çəmənzəminli.\n2. Tamah, tamahkarlıq.\n3. Tamah, daxili ehtiyac, arzu (adətən mənfi mənada). • Nəfsini öldürmək – istədiyini eləməmək, tamahını kəsmək. [Həmzə:] Bu .. qutulardan bir-ikicəsini verib, onun hələlik nəfsini öldürə bilərik. Ə.Əbülhəsən.\n4. İnsanda şəhvani hisslərə və yeyib-içmək kimi ehtiyaclara olan meyil. Nəfsini saxlamaq. Nəfsinə məğlub olmaq. – Molla qazı Teymur üçün aparanda nəfsini saxlaya bilməyib, bir budunu özü yeyir. “M.N.lətif.”\n5. köhn. “Adam”, “insan” mənasında. [Abbas bəy:] Qoy bir nəfs ölsün, bəlkə neçə min nəfs dirilə! Ə.Haqverdiyev. ‣ Nəfsi iti – 1) son dərəcə tamahkar. [Atlılar] Əlyar xanın xasiyyətinə bələd idilər, xan nəfsi iti bir adam kimi bütün mahalda məşhur idi. Ə.Məmmədxanlı; 2) ehtiraslı. nəfsani sif. [ər.] Ehtirasa, şəhvəti hisslərə aid olan. [Şeyx Sənan:] Mənə biganə zövqi-nəfsani; Sevdiyim yalnız eşqi-ruhani. H.Cavid. nəfskar sif. [ər. nəfs və fars. ...kar]\n1. Şəhvət düşkünü.\n2. Tamahkar, nəfsini saxlaya bilməyən. Əziz bir az acıqlandı: – ..Sənin kimi nəfskar, dünyanı dördəlli tutan bir adamı briqadir saxlamaq olmaz. Ə.Vəliyev. nəfsli sif.\n1. Çox tamahkar, hər şeydə gözü olan.\n2. Ehtiraslı, qızğın. nəfspərəst sif. [ər. nəfs və fars. ...pərəst]\n1. Öz nəfsini güdən, çox tamahkar, hər şeyi öz nəfsinə qurban edən. Nə vaxta qədər biz biçarələr bu kimi nəfspərəst qərəz sahiblərinin əlində oyuncaq olacağıq?! M.F.Axundzadə.\n2. Şəhvət düşkünü, şəhvətpərəst. nəğmə [ər.] bax. mahnı. Çün bülbüliaşiqi-xoşavaz; Eylərdi çəməndə nəğmə ağaz. Xətayi. Can verəndə oxuyun nəğməni Quran əvəzi. S.Ə.Şirvani. nəğməkar is. [ər. nəğmə və fars. ...kar]\n1. Nəğmə oxuyan; xanəndə. O məchul nəğməkar odunçu oğlu Valeh imiş. Ə.Məmmədxanlı. Susub durdu bülbül yenə; Həsrət qaldı bu dar qəfəs; Nəğməkarın nəğməsinə. B.Vahabzadə.\n2. Nəğmə qoşan. Nəğmələr içində mənim nəğməmin ayrı bir yeri var; Mən toxunulmaz hüququmun nəğməkarıyam. M.Müşfiq. nəh [fars.]: nəh demək (danışmaq) – bəd danışmaq, pis gətirmək. Əziziyəm, nəh demə; Nəh danışma, nəh demə; Qoy öpüm al yanaqdan; Mən də çatım əhdimə. (Bayatı). nəhayət [ər.]\n1. is. Son, axır, qurtaracaq. Hər şeydə başlanğıc və nəhayət vardır. Bu işin nəhayəti nə olacaq? – Həyat nəşəsilə titrəyir içim; Parlaq gələcəyim, nəhayətim var. M.Müşfiq. • Nəhayət vermək (qoymaq) – saxlamaq, dayandırmaq, son vermək. Geriliyə nəhayət vermək. İşə nəhayət vermək. – ..[Səlimə] yalnız tərəddüdlərinə bir nəhayət verdi. S.Hüseyn. Nəhayətə yetmək – sona çatmaq, axıra yetmək, qurtarmaq. Zülfiruxun hekayəti yetməz nəhayətə; Gər etsələr səfidü-siyəh sübhü-şam bəhs. S.Ə.Şirvani. Nəhayəti yetmək – axırı çatmaq, axırı olmaq, ölümü çatmaq. [Mənsur:] Hicrində yandım, ey mələk, dəxi yetdi nəhayətim. C.Cabbarlı.\n2. is. Qurtaracaq, uc. Məftilin nəhayətini bir nöqtədə birləşdirmək.\n3. zərf Axırda, sonda, nəticədə. Nəhayət gəldi çıxdı. Nəhayət başa düşdü. – [Rzaquluxanın] Parisin teatr və sair ədəbiyyat səhnələrində oxuduğu leksiyalar və müasir xitabələr ağızdan-ağıza dolaşaraq, nəhayət qəzetlərdə və jurnallarda dərc olunardı. M.S.Ordubadi. Bəhramı bir ceyran yamanca yordu; Nəhayət bir keçid başında vurdu. A.Şaiq. // Ara söz mənasında. Bir də, bunlardan əlavə, hər şeydən sonra. İstirahət üçün, nəhayət, şəhərdən kənara çıxmaq olardı.\n4. zərf Həddindən artıq, son dərəcə, olduqca. Ey mənim əziz qardaşlarım! Məktubunuzu açıb oxudum, nəhayət hər ikinizdən razıyam. C.Məmmədquluzadə. Biçarə qolunun ağrısından bitab düşüb, nəhayət məşəqqətlə özünü sınıqçı Kərbəlayı Piriyə yetirdi. S.M.Qənizadə. // Nəhayətdə şəklində həmin mənalarda. Nəhayətdə sevindi. – ..Keçən il nəhayətdə quraqlıq olmaq səbəbilə və Qəzvinin ətrafında suyun qıtlıq cəhətilə əksəri-məhsulat yanıb əmələ gəlməmişdi. M.F.Axundzadə. Ömər nəhayətdə ağıllı və kamallı oğlandır, amma bunun ilə belə atasının xoşuna gəlmir. N.Nərimanov. • Nəhayət dərəcədə – son dərəcə, çox, artıq, hədsiz dərəcədə. ..Məcmuəmizin açılması barəsində .. teleqram və məktub göndərənlərdən nəhayət dərəcədə məmnun olub, bizi yada salanlara izhari-təşəkkür edirik. “Mol.Nəsr.”. [Kəndin] əhalisi isə nəhayət dərəcədə avam, həkimsiz, dərmansız yaşayırdılar. S.S.Axundov. Vəhşi ilə Qaraçı kənddə böyüyüb nəhayət dərəcədə dost olurlar. H.Sarabski.\n5. Nəhayətində şəklində – sonunda, axırında, qurtaracağında. [Məsmə:] ..Həftə nəhayətində onu yoxlamağa getdim. S.Hüseyn. Küçənin nəhayətindəki fənər yandı. Ə.Məmmədxanlı.\n6. ara söz. Çoxdan gözlənilən bir işin başa gəldiyini, axırda müsbət nəticələndiyini və bundan duyulan məmnunluğu ifadə edir. Nəhayət, qız gəlib çıxdı. Nəhayət, maşın yola düşdü. Nəhayət, yay tətili yetişdi. – Nəhayət, komissiya üzvlərinin hamısı bir rəyə gəldi: “Ceyran düzü perspektivdən məhrumdur”. M.Hüseyn. Nəhayət, həsrətlə görmək istədiyimiz bu tarixi şəhərə qədəm qoyuruq. M.İbrahimov. nəhayətsiz sif. və zərf Sonsuz, bitməz, tükənməz, sonu-axırı, hədd-hüdudu olmayan. Nəhayətsiz dalğalar bir-birini qovurdu. Nəhayətsiz üfüq. Nəhayətsiz adam axını. – Novruzun hədəqədən çıxmış gözləri hənuz nəhayətsiz fəzalara dikilmişdi. H.Nəzərli. Doğrudan da Mərcan nənənin qəzəbi nəhayətsiz idi. Mir Cəlal. nəhayətsizlik is. Sonsuzluq, intəhasızlıq, axırı, sonu olmama. [Ceyranlar] incə qulaqlarını qısıb dalbadal havaya atlandıqca düzənliyin nəhayətsizliyi fonunda qəribə mənzərə yaranırdı. İ.Əfəndiyev. nəhəng sif. [ər.] Son dərəcə böyük, iri, çox yekə, azman. Nəhəng bina. Nəhəng adam. Nəhəng qala. – Buğlana-buğlana nəhəng maşınlar; Qar təpələrinə hücum çəkdi, bax! S.Vurğun. Bu işıqlar tapdanıb söndürülən nəhəng bir tonqalın közərən qığılcımlarına bənzəyir. M.Rzaquluzadə. // Məc. mənada. Nəhəng sənətkar. – ..Xalq isə bütün gələcək tarixin heyrət edəcəyi nəhəng çətinliklərdən şərəflə çıxdı. Ə.Məmmədxanlı. nəhənglik is. Həddindən artıq böyüklük; yekəlik, irilik, azmanlıq. nəhr is. [ər.] Böyük çay, axar su. Heç maraq etmə, yaxınlarda səni; Yenə Kür nəhri öpər. H.Cavid. Tərlan keçən ilin yazında olduğu kimi indi də Kür nəhrinin qudurğan bir sürətlə daşacağını heç gözləmirdi. M.Hüseyn. nəhs [ər.]\n1. sif. Uğursuz, məşum, ağır, tərs gətirən. Nəhs ay. Nəhs ayaq. – Elə ki, nəhs günlərə keçdim və istədim bu bəndi də oxuyam, qırmızısaqqal rəfiqim məni bu yerdə dayandırdı. C.Məmmədquluzadə. [Vaqif Əliməmmədə:] Novruz səhəri güldanım düşüb sındı. Bu, nəhs bir şey deyilmi? Çəmənzəminli. Ataş Mürsəli kəndə göndərmək fikrinə düşən günlərdə Qarabağın nəhs ilinin uğursuz ayı idi. Ə.Vəliyev. • Nəhs demək (gətirmək) – bəd danışmaq, ağzını bədə açmaq. Aşıq sözün nəhs dedi; Gəl dilimi kəs, dedi; Mən dedim, bir busə ver; O məndən can istədi. (Bayatı). [Paşa:] Sən niyə nəhs gətirdin, arvad? S.Rəhimov.\n2. is. Tərs, gəc, inad. Nəhs adam. nəhslik is. Uğursuzluq, məşumluq, pislik, bədlik. Kim isə bütün bu işləri bu yerin adının nəhsliyinə yozur.. Ə.Sadıq. nəhv [ər.] bax. sintaksis. nəhvi [ər.] bax. sintaktik. Aman, ay Molla, bu şeri oxu, mənasına bax! Sərfinə, nəhvinə, imlasına, inşasına bax! Ə.Vahid. nəhy is. [ər.]\n1. Qadağan, qadağan etmə. Zahid şərab nəhyi üçün ayə söyləyir; Lakin sorulsa, anlamayır hansı ayədir. Ə.Vahid. nəxş bax. naxış. nəinki Mənaca güzəşt bildirən mürəkkəb bağlayıcı. Vəliqulu nəinki anasına nisbət, bəlkə özgələrə görə də artıq üzüyola oğlandı. C.Məmmədquluzadə. nəkarə dan. “Kimdir?”, “Nəçidir?”, “Nə cürətin sahibidir?”, “Ağzı nədir?” mənalarında sual əvəzliyi məqamında işlənir. O nəkarədir bu sözü desin? – [Heydər bəy:] Özü sövdəgər, tacir kişidir, ta mənim kimi adama yanaşmasa, nəkarədir ki, Arazın o tayına ayaq basa bilə? M.F.Axundzadə. [Nurcahan:] ..Ağzı nədir, nəkarədir mənə güldən ağır söz deyə bilsin. N.Vəzirov. [Bir ayrısı:] Xan, başına dönüm, mən nəkarəyəm ki, sənnən güləşəm? Çəmənzəminli. nəqahət is. [ər.] Xəstəlikdən təzə qalxıb özündə əzginlik hiss edən, hələ tamamilə sağalmamış adamın halı; zəiflik, süstlük, əzginlik, nasazlıq. [Əliqulu:] Ancaq ərbabın bir balaca nəqahəti var. S.S.Axundov. nəqərat is. [ər.] mus. Nəğmənin hər bəndindən sonra təkrarlanan beyt və misralar. Kupletlər bir-birindən nəqərat vasitəsilə ayrılır. Ə.Bədəlbəyli. nəql is. [ər.]\n1. bax. nağıl. Qəhrəman balaca Sabir üçün müxtəlif nəql danışırdı. S.Rəhimov. • Nəql etmək – bir əhvalatı, hadisəni, hekayəni və s. ardıcıllıqla danışmaq, söyləmək. O qədər çox ki, böyük işlərimiz; Onu nəql etməyə şerim aciz. M.Müşfiq.\n2. köhn. Bir yerdən başqa yerə aparma, köçürmə, daşıma. • Nəql etmək – bir yerdən başqa yerə aparmaq, köçürmək, daşımaq. Başlarda bəlanı çox görüb əql; Bir özgə məqamə eylədi nəql. Füzuli. [Səkinə xanım:] Mən öləndən sonra məni qəbiristana nəql edin. M.F.Axundzadə.\n3. xüs. Cərəyan, səs və s. keçirən; keçirici. • Nəql etmək – keçirmək, ötürmək. Mis elektriki yaxşı nəql edir. nəqli [ər.]: nəqli cümlə qram. – müəyyən bir hadisə, əşya, əlamət və s. haqqında məlumat verilən cümlə növü. nəqliyyat is. [ər. “nəql” söz. cəmi]\n1. Xalq təsərrüfatının, adamların və yüklərin daşınması ilə əlaqədar olan sahəsi, habelə bu və ya başqa daşıma vasitələrinin hər hansı bir növü. Avtomobil nəqliyyatı. Dəmiryol nəqliyyatı. Yeraltı nəqliyyat (metropoliten). Şəhər nəqliyyatı (tramvay, avtobus, trolleybus, taksi).\n2. Yüklərin (sərnişinlərin) bir yerdən başqa yerə daşınması, aparılması, nəql edilməsi; daşıma işləri. Yüklərin nəqliyyatını gecikdirməməli.\n3. Xüsusi vəzifəli daşıma vasitəsi. Sanitar nəqliyyatı. nəqliyyatçı is. Nəqliyyat işçisi. Nəqliyyatçılar .. motovozları vaxtından qabaq təmir edib işə salmışlar. (Qəzetlərdən). nəqş [ər.] klas. bax. naxış. O, gözünü bir nöqtəyə, oturduğu xalçanın nəqşinə zilləmişdi. M.S.Ordubadi. Xalının rəngi, çeşnisi, nəqşi tərifəlayiq idi. Ə.Vəliyev. nəqşə [fars.] bax. plan 1 və 3-cü mənalarda. [Məsmə:] İndi öz otağıma daşındıqda, ta qızlığımdan xəyalımda nəqşəsini çəkdiyim otağı hazırlamağa başladım. S.Hüseyn. Nagəhani qərarla pozur bütün nəqşəni; Bir hərəkətlə yarır rəqibinin səddini. R.Rza. nəqşli bax. naxışlı 1-ci mənada. Belində zərif nəqşli tirmə .. var idi. M.Rzaquluzadə. [Aslan:] [Anamın] toxuduğu nəqşli ərəqçinlər hamını valeh edirdi. S.Vəliyev. nəlbəki is. Stəkan, fincan altına qoyulan müxtəlif ölçülü çini və ya şüşə qab. Dilşad xanım çayı nəlbəki ilə içər. T.Ş.Simurq. Sona .. öz çayını nəlbəkiyə tökəndə Qədirə işarə ilə rişxəndyana dedi.. Ə.Əbülhəsən. • Nəlbəki boyda (böyüklüyündə) – nəlbəkiyə oxşayan, nəlbəki kimi. Nəlbəki boyda gül. Nəlbəki boyda ay-ulduz. – [Kərbəlayı Məmmədəli:] ..Oradan, buyur, mənə bir medal gəlsin nəlbəki böyüklüyündə. N.Vəzirov. Qızılgül kolunun üstündə nəlbəki boyda iri güllər açılmışdı. İ.Əfəndiyev. nəleyin is. [ər.] köhn. Başmağa oxşar ayaqqabı. [Molla Qasım] ayağına qara meşindən dikdaban Təbriz dübəndisi və bəzi vaxt sarı rəngli nəleyin geyərdi. H.Sarabski. Ayaqlarındakı nəleyinləri sürükləyən bu qadınlar ağır-ağır yeriyirdilər. Ə.Məmmədxanlı. // Hamamda və s. nəm yerlərdə geyilən altı taxta ayaqqabı. nəm is.\n1. Yaşlıq, islaqlıq, rütubət. Nəm çəkmək. Nəmini almaq. // sif. Azca yaş, islaq, rütubətli. Nəm torpaq. Nəm divar. Nəm paltar. // Rütubət. İnsanı qəm çürüdər; Dəmiri nəm çürüdər. (Məsəl). Gəldiyev əlindəki kibrit çöpünü nəm çəkmiş zərflərin böyründən salır, bura-bura açırdı. Mir Cəlal.\n2. məc. “Yaş (göz yaşı)” mənasında. Göz neçin ağlayıb tökməsin nəmi; Heyvan ha deyil ki, çəkməyə qəmi. M.V.Vidadi. Ağlın olsun, sil gözünün nəmini; Dəxi geri gəlməz onlar, ağlarsan! M.P.Vaqif. Seyyid, əgər ol şəmə sənin yanmadı könlün; Pəs pərdeyi-çeşmində olan nəm nə üçündür? S.Ə.Şirvani. ‣ Nəm çəkmək – 1) rütubətdən islaq hala gəlmək, islanmaq, canına rütubət çəkmək; 2) məc. xarab olmaq, korlanmaq, qalıb köhnəlmək. nəmçiləmə “Nəmçiləmək”dən f.is. nəmçiləmək f. Narın-narın yağmaq, yağış çiləmək. Yavaş-yavaş yağış nəmçiləyir, xırda damcılar Gülzarın üzünə, döşlərinə toxunurdu. C.Cabbarlı. nəmçimə “Nəmçimək”dən f.is. nəmçimək f.\n1. Nəm çəkmək, yaş olmaq, nəm olmaq. İndi bildim ki, qocalmışam. Yoxsa mən olam, iş görəndə alnım nəmçiyə. Ə.Vəliyev.\n2. Yaşarmaq, doluxsunmaq, sulanmaq. Pası nəmçimiş (f.sif.) gözlərini silə-silə: – Ya bizi, ya da .. qohumunu!. – dedi. S.Rəhimov. Atamın cəbhəyə getdiyi günü xəyalıma gətirib kövrəldim, gözlərim nəmçidi. Ə.Vəliyev. nəməkbəharam sif. və is. [fars. nəmək bə... və ər. həram] Yaxşılığı itirən, nankor, duz-çörək itirən (çox vaxt söyüş mənasında). [Xan:] İkinizi də burada parça-parça eləyəcəyəm. Nacinslər, nəməkbəharamlar! Ə.Haqverdiyev. [Hacı Nəsir:] Ay nəməkbəharam, mən sənin kimi bir kasıb qızını dilənçilikdən qurtarıb özümə arvad etdim. S.S.Axundov. nəməkdan is. [fars.] Duzqabı. Süfrəyə nəməkdan qoymaq. – Dedim ki, nankorsan, duz-çörək yedin; Həyat süfrəsində sındı nəməkdan. Şəhriyar. nəməki sif. [fars.] Təbiətcə şux, məzəli, duzlu. O çox nəməki adamdır. – [Mirzə Ələkbər Sabir] nəməki danışmağı, şux, zərif və hazırcavablığı səbəbindən az zamanda üləma və əyanın yanında məruf və məşhur olur və ümumun məhəbbətini cəlb edir. A.Səhhət. nəməkov is. [fars.] Xarab olmamaqdan ötrü yağı, pendiri və s. qoymaq üçün hazırlanan duzlu su. nəmənə dan. köhn. “Nə?”, “necə?” mənalarında sual əvəzliyi. [Molla Səfi:] Ay Cəbi, bu qutudakı nəmənədir? N.Vəzirov. [Xortdan:] Mərdəki, burada nəmənə qayırırsan? Ə.Haqverdiyev. [Qafar arvadına:] Nəmənə? Səni teatra aparım? S.S.Axundov. nəmər is. etnoqr. Xalq adətincə toyda, nişanda paylanan şirni, pul və s. [Toyda] o qədər xələt, o qədər nəmər yığıldı ki, hədsizhesabsız. “Koroğlu”. Xanım nəmər bağışladı; Ələsgər yazdı dəftərə. Aşıq Ələsgər. nəmi is. məh. Alaçığın içəri-sində qarğıdan hörülmüş bağlı yer; anbar. [Güldəstə:] Atam karıxdığından nəminin qapısını açıq qoyub gedibdir. Ə.Haqverdiyev. Qəhrəman alaçıqdakı nəmidə gizləndi. Ə.Vəliyev. nəmiş sif. Rütubətli, yaş, nəm. Nəmiş külək. – [Odunçuoğlu] arxası üstə nəmiş torpaq döşəmə üstündə uzanmışdı. Ə.Məmmədxanlı. Nəmiş hava dərdli ana kimi ağlayır, göz yaşını quruda bilmirdi. Ə.Vəliyev. nəmişlənmə “Nəmişlənmək”dən f.is. nəmişlənmək bax. nəmlənmək. nəmişlik is.\n1. Yağmurluluq, yağışlılıq, yağıntı. Yaz nəmişlik (z.) keçdi. – [Babakişi:] Bu il, qızım, türkün sözü, nəmişlik olmadı, havalar quru keçdi, mən də borca düşmüşəm. C.Cabbarlı. [Ana:] Keçən il nəmişlik, bu il də quraqlıq. Ə.Vəliyev.\n2. Nəm, yaş, rütubətli. Yer nəmişlik idi. Gecənin ayazı adamın iliyinə işləyirdi. M.Hüseyn. nəmləndirmə “Nəmləndirmək”dən f.is. nəmləndirmək f. Nəm etmək, rütubətləndirmək. nəmlənmə “Nəmlənmək”dən f.is. nəmlənmək f. Nəm olmaq, canına su çəkmək; rütubətlənmək. Torpaq yağışdan sonra nəmlənib. nəmləşmə “Nəmləşmək”dən f.is. nəmləşmək f. Nəm olmaq, rütubətlənmək, yaş olmaq. nəmli sif.\n1. bax. nəm 1-ci mənada. Nəmli torpaq. Nəmli divar. – [Vaqif:] Gözümün işığı, canım, ciyərim; Bu nəmli torpaqlar olsa da yerim. S.Vurğun. [Firudin] nəmli kərpicin üstündə oturduqda hərəkət edib gedən maşının səsini eşitdi. M.İbrahimov.\n2. məc. Yaşarmış, doluxsunmuş, yaşla dolmuş. Nəmli kirpiklər. – Görünür o nəmli gözlərin mənə; Kirpikləri şehli qərənfil kimi. S.Rüstəm. Könül qəmli, gözlər nəmli; Başaşağı gedir hamı. B.Vahabzadə. nəmlik is. Yaşlıq, rütubətlik, rütubət. Havanın nəmliyi. Küləyin nəmliyi. – Qar az yağdığından torpağın nəmliyi kifayət deyil. Ə.Vəliyev. nəmlilik is. Nəm şeyin halı. Torpağın nəmliliyi. Havanın nəmliliyi. nəm-nüm nəm-nüm etmək (eləmək) dan. – özünü naza qoy-maq, zahirən narazılıq göstərmək, razı olmamaq. [Pərzad:] ..Bunun qabağında beş min manat başlıq nədir ki, ona [Hacı Seyidgil] nəm-nüm edirlər? Mir Cəlal. [Atam:] [Mirzə Cəmil] hərgah ədəbərkanla [qızı] verdi, məsələ qurtardı, nəmnüm eləsə gecənin birisində qızı götürüb qaçacağam. Ə.Vəliyev. nənə is.\n1. Atanın, yaxud ananın anası; nəvəsi olan qadın. ..İkramın fikri dəyişir, bütün günahları nənəsində görürdü. Ə.Əbülhəsən.\n2. Bəzi yerlərdə anaya deyilir.\n3. Yaşlı və hörmətli qadın, yaxud yaşlı qadına hörmətlə müraciət. [Yusif:] Xoş gəlibsən, Pərzad nənə! N.Nərimanov. // Çox qoca qadın haqqında. [Qarı:] Qurban sana qarı nənən; Xeyir xəbər gətirdim mən. S.Vurğun. // Bəzən xitab yerində işlənir. Nənə, buyurun, əyləşin. nənəcan is. Nənəyə, yaxud qoca qadına mehribanlıqla müraciət. Nənəcan, bir az oturub dincinizi alın. – [Qumru:] Köməyə gəl, nənəcan, mən tapa bilmirəm, o [boyaqgülü] hansıdır?.. Ə.Məmmədxanlı. nənəcik bax. nənəcan. nənəlik is.\n1. Ögey nənə. Məsmə Səlimin nənəliyi hesab olunurdu. Mir Cəlal.\n2. məc. Analıq. [Hacı Murad:] Durub təzədən ona nənəlik edə bilmərəm ki. S.S.Axundov.\n3. Nənənin nəvələri üzərindəki haqqı. // Nənə ilə nəvəsi arasındakı qan qohumluğu. nənni is.\n1. Körpə uşaqları yatırtmaq üçün asılan kiçik yatacaq. [Qumru] uşağı nənniyə salıb küncə qısıldı. Mir Cəlal. Tarlanın ortasında palıd ağacının budaqlarından çoxlu nənni asılmışdı. İ.Hüseynov.\n2. Uzanıb, ya oturub dincəlmək üçün ağaclara, dirəklərə bənd olunmuş asılı tor; qamak. nər sif. [fars]\n1. Erkək (dəvə). Sarbanın yerə yatırdığı nər dəvə onu belinə aldı, sonra nərildəyərək ayağa qalxdı. Ə.Məmmədxanlı. // İs. mənasında. Qoyun, quzu, at, eşşək; Salmış çölə qalmaqal; Dəvə, maya, nər, köşək; Lökləyirlər dalbadal. A.Səhhət. Haça buğurlar, dizi qara nərlər, gözəl arvanalar .. qoyun sürülərinin dalınca gəlirdilər. Ə.Vəliyev.\n2. məc. Qorxmaz, güclü, qüvvətli, cəsarətli. Qovğa günü öyündüyüm; Nər dəlilər yerindəmi? “Koroğlu”. Onun səadətini qoruyan nər oğullar; Sizin qollarınızda yeddi aslan gücü var! N.Rəfibəyli. • Nər kimi – qorxmadan, cəsarətlə, igidcəsinə. Nər kimi meydana atıldı. Nər kimi vuruşmaq. – Mərd olub nər kimi girək meydana; Gücümüzü göstərək bu gün divana. “Qaçaq Nəbi”. Bir qoçağam, qoç nər kimi yaşaram! M.Ə.Sabir. nərd is. [ər.] 24 xanası olan iki çərçivəli taxtadan, 30 daşdan və iki zərdən ibarət oyun aləti. // Həmin alətlə oynanılan oyun. Axşamçağı nərd oynamağa yanıma gəlmiş dostum içəri gircək yenə də köhnə adəti üzrə ikinci mühəndisi tərif eləməyə başladı. B.Talıblı. Bir otaqdan nərdin şaqqıltısı eşidilir, o biri otaqda gərgin bir sükut içində şahmat oynanılırdı. M.Rzaquluzadə. • Nərd atmaq (vurmaq) – nərd oynamaq. [Həsrət Yusifə:] Hə, necəsən, bir əl nərd ataq, ya yuxun gəlir? B.Bayramov. nərdivan is. [fars.] Bir yerə qalxmaq və ya enmək üçün ağacdan, dəmirdən, ipdən və s.-dən düzəldilmiş pilləli vəsait. Orada evin damına çıxan bir nərdivan var idi. H.Nəzərli. nərdtaxta bax. nərd. [Budaq:] Mirzə Alış məni Osman bəygildən nərdtaxta gətirməyə göndərdi. Ə.Vəliyev. nərə I. is. zool. Qiymətli əti, kürüsü olan, çaylarda, dənizlərdə yaşayan qığırdaqlı balıq.\n\nII. is. məh. Evlərin üstünə qoyulan tir. Su gəldi, pərə dəydi; Ox keçdi, nərə dəydi; Sənin kimi cavanlar; Tezliklə yerə dəydi. (Bayatı).\n\nIII. is. [ər.] Hücum, həmlə, vuruş əsnasında bərk bağırma; bağırtı. • Nərə çəkmək, nərə vurmaq – bərk bağırmaq. Koroğlu axırda bir dəli nərə çəkib, Dəli Həsəni götürüb yerə vurdu. “Koroğlu”. Nəbi bir nərə çəkdi ki, dağ-daş titrədi. “Qaçaq Nəbi”. // Ümumiyyətlə bərk qışqırıq; çığırtı. Muradqulu və Heydərqulunun nərələri evə bir elə vəlvələ saldılar ki, guya elə bu saat dünya və aləm dağılacaq? C.Məmmədquluzadə. [Rüstəm kişi] birdən elə nərə çəkib qışqırdı ki, səsinə çöllər titrədi. M.İbrahimov. nərgiz is. [fars. əsli yun.] Ətirli ağ və ya sarı çiçəkləri olan soğanaqlı gül. Nərgizi, bənövşəni; Qəddinə heyran elədin! Aşıq Ələsgər. // məc. Bəzən gözəlin gözləri bu gülə oxşadılır. Oğrun baxa-baxa, ey çeşmi nərgiz; Dərdə saldın məni, xəstəhal etdin. M.P.Vaqif. ..Ruqiyyə dəli kimi üzümə baxdı. Nərgiz gözləri yaşla dolub halqalandı. A.Divanbəyoğlu. Qara qış üstümə tökər qarını; Nərgiz gözlərindən məni ayırsan. M.Müşfiq. nərildəmə “Nərildəmək”dən f.is. nərildəmək f.\n1. Nərilti səsi çıxarmaq; bağırmaq, qışqırmaq, nərə vurmaq. [Pələng] iki-üç addım məndən aralı bir qaratikan kolu yanında yıxılıb nərildəyirdi. A.Şaiq. Xan acığından şəbkülahını başına basıb bir az vəhşi heyvanlar tək nərildədi. Çəmənzəminli.\n2. məc. Guruldamaq, uğuldamaq, gurultulu səs salmaq. Çay nərildəyib meşəyə səs saldı. – Qatar nəhəng bir əjdaha kimi yorğun və boğuq bir səslə nərildəyib getdi. M.Rzaquluzadə. nərilti is.\n1. Bağırtı, böyürtü, qışqırıq, çığırtı, nərə səsi. ..[Ovçular] mağaranın içindən ayının nəriltisini eşidib, tüfənglərini hazırladılar və itləri içəri qısqırtdılar. S.S.Axundov.\n2. məc. Gurultu, uğultu, dəhşətli səs. Hamı dənizin heybətli nəriltisini dinləyirdi. M.Hüseyn. Haradansa, uzaqlardan şiddətlə qayalara çarpan dəniz dalğalarının qorxunc nəriltisi gəlirdi. M.Rzaquluzadə. nəriltili sif. Gurultulu, uğultulu, son dərəcə səsli-küylü. Belə bir şaqqıltılı, nəriltili, gurultulu hala adət edib alışmış Fərhadoğlu dərin fikirdən ayrıldı.. S.Rəhimov. nərmə-nazik sif.\n1. İncə, zərif, nazik. Ağ biləklərində qızıl bilərzik; Zərif, lətif, sevimli, nərmə-nazik. A.Səhhət. [Zeynal:] Mənim belə nərmə-nazik dövlətli xanımlarından xoşum gəlmir.. Ə.Əbülhəsən. Teymurun qardaşı nərmə-nazik, ağbəniz və qəşəng olduğu üçün Şəmsi ona “qız Seymur” deyirdi. H.Seyidbəyli. // məc. Ruh oxşayan, ürəyəyatan; incə, zərif. Külli-Qarabağın abi-həyatı; Nərmə-nazik bayatıdır, bayatı. M.V.Vidadi.\n2. Ağır, çətin, fiziki işlərə adət etməmiş, ümumiyyətlə, fiziki işdən qaçan adam haqqında (yalnız mənfi mənada işlənir). nərmə-naziklik is. İncəlik, zəriflik, naziklik. nərtaxta bax. nərdtaxta. [Koroğlu:] Qurun nərtaxtanı, gəlin oynayaq; Atın ağ zərləri, şeşi beş olsun. “Koroğlu”. Oyun otağından nərtaxta səsi gəlirdi. Ə.Sadıq. nəsb is. [ər.]: nəsb etmək – rəbt etmək, bağlamaq, bənd etmək. nəsə dan. “Nə isə” sözünün ixtisar forması. Yol gəlir Kəsəməndən; Yar küsüb nəsə məndən; Qorxuram gec qayıdam; Meylini kəsə məndən. (Bayatı). Adamlar bu saat nəsə bir şey olacaq gümanı ilə intizar çəkirdilər. Mir Cəlal. nəsəb is. [ər.] Mənşə, nəsil, soy, əcdad silsiləsi (çox vaxt “əsil-nəsəb, əslü-nəsəb” şəklində işlənir). Əslü-nəsəbim sənə əyandır; Hökmüm neçə min evə rəvandır. Füzuli. [Heydər bəy:] Zatında şübhə olanlar öz nəsəbləri üçün şəhadətnamə qayırarlar. M.F.Axundzadə. nəsx is. [ər.] Əsasən kitab çapında işlədilən ərəb yazı xətlərindən birinin adı. nəsib is. [ər.] Qismət, hissə, pay, bəxtə çıxan şey, bəxt. • Nəsib etmək (eyləmək) – qismət etmək, uğruna çıxartmaq. Yarımı yar eylədin əğyarə, ey fələk; Etdin gülü nəsib genə xarə, ey fələk! S.Ə.Şirvani. Çoxdandır ki, sizin şərəfinizə piyalə qaldırmamışam, bu gecə iqbalımız bizə bu səadəti nəsib etmişdir. M.S.Ordubadi. Nəsib olmaq – qismət olmaq, bəxtinə çıxmaq, payına düşmək, çatmaq; müyəssər olmaq. [Pərzad:] ..Əyər mən vuran-yıxan oğlana nəsib olsaydım, sənə nəsib olardım. M.F.Axundzadə. [Vəliəhd:] Görüşə bildim, heç bir kəsə nəsib olmayan bir səadət ancaq mənə nəsib oldu. M.S.Ordubadi. nəsihət is. [ər.] Öyüd, yol göstərici sözlər. Ata nəsihəti. Nəsihətə qulaq asmaq. • Nəsihət vermək (etmək) – öyüd vermək, ağıl vermək. [Müəllim:] ..Təvəqqe eləyirəm, Mirzə Cəlala nəsihət eləyəsiniz ki, dərslərinə can yandırsın. C.Məmmədquluzadə. [Mirzə Cavad:] Ay oğul, nə olar bu qoca atana elədiyin nəsihətdən bir az da özünə eləyəsən. Ə.Haqverdiyev. nəsihətamiz sif. [ər. nəsihət və fars. ...amiz] Nəsihətverici, öyüd verən, ağıl öyrədən; nəsihətyana, nəsihətlə dolu; dərin, ağıllı. Nəsihətamiz atalar sözü. Nəsihətamiz aforizmlər. – Qaraş Mayanın nəsihətamiz şəkil alan sözlərinə dözə bilməyib ayağa durdu. M.İbrahimov. nəsihətamizlik is. Nəsihət xasiyyəti daşıma, nəsihət mahiyyətində olma. nəsihətçi is. Nəsihət verən, öyüd verən, yol göstərən. [Hacı Mehdi Sənəmə:] Başımdan açıl, ovqatımı təlx eləmə. Hələ gəlib mənə bir nəsihətçi olacaq. Ə.Haqverdiyev. nəsihətçilik is. Nəsihət, öyüdvermə xasiyyəti (meyli). Ədəbi əsərlərdə nəsihətçilik üsulundan uzaqlaşmaq. nəsihətyana zərf Nəsihət tərzində, nəsihət yolu ilə, öyüd məqsədi ilə, doğru yol göstərmək məqsədi ilə. Nəsihətyana danışmaq. – [Asya nəsihətyana:] Sən yekə qızsan, elə şeyləri başından çıxart, sən hara, bazarın gədəsi hara? Ü.Hacıbəyov. nəsil is. [ər.]\n1. Əcdadı bir olan qohumlar silsiləsi; soy. İkinci otaqda səfəviyyə nəslindən vəfat edən padşahların və namdar şahzadələrin təsviri çəkilmişdi. M.F.Axundzadə. Əsrlər, qərinələr gəlib keçir, insan nəsilləri dəyişir, .. lakin bu böyük dühalar köhnəlmir, qocalmır, çürümür. M.İbrahimov. • Nəsli kəsilmək – 1) tamam məhv edilmək, kökü kəsdirilmək (bir nəsil haqqında). Camaatın halına ağlayan, onun dərdinə dərman axtaranların nəsli kəsilir, izi itirilirdi. H.Sarabski; 2) tamamilə kökü kəsilmək, yoxa çıxmaq. Bəzi nadir heyvanların nəsli kəsilib. Nəslini kəsmək – bir nəsli tamam qırmaq, məhv etmək, kökünü kəsmək. [Mahmud bəy:] Əgər Pəri adı çəksən, Qara vəzir səni öldürər, mənim də nəslimi kəsər. “Qurbani”.\n2. Eyni vaxtda (dövrdə) yaşayan və birbirinə yaxın adamlar. Bizdədir sinfi şüurun əsli; Adımızdır yeni insan nəsli. M.Müşfiq. // Ümumi mənafe üçün fəaliyyət göstərən eyni dövrün adamları. Azərbaycan ədəbiyyatına son illərdə qüvvətli bir nəsil gəlmişdir. M.Hüseyn.\n3. xüs. Heyvan və bitki sistematikasında: ümumi əlamətlərə malik bir neçə növü birləşdirən qrup. nəsilbənəsil sif. Nəsildən-nəslə, nəsillər boyunca, ata-babadan tutmuş. [Zeyni baba:] Elədir, nəyimiz varsa nəsilbənəsil talanıb. Ə.Məmmədxanlı. Bu əsər nəsilbənəsil böyük artistlərimiz üçün məktəb əvəzini verib. S.Rəhman. nəsildəngəlmə sif. Nəslə aid olan, nəsillə bağlı olan; irsi. Nəsildəngəlmə xəstəlik. nəsildən-nəslə zərf Bir nəsildən digərinə. Yazı icad olunana qədər dərmanlar haqqında olan bilik və məlumat nəsildənnəslə şifahi surətdə keçirdi. S.Əliyev. nəsillik sif. Nəslə məxsus, nəslə aid. Nəsillik xəstəlik. Nəsillik torpaq. nəsillikcə zərf Nəslən, nəslin hamısı, bütün nəsil. Nəsillikcə oxumuş. – [Səməndər:] Deyəsən, sizin nəsillikcə doğru işdən xoşunuz gəlmir?! B.Bayramov. nəsilsiz sif. Nəsli olmayan, nəsil verməyən, övladı olmayan. nəsilsizlik is. Nəsil verməmə, övladı olmama, nəsli olmama. nəsim is. [ər.] Xəfif, yüngül yel; meh. Dərənin hər iki tərəfində bitmiş yüzillik palıd və fıstıq ağaclarının budaqları ahəstə əsən nəsimdən hərəkətdədir. M.F.Axundzadə. Havada xəfif bir axşam nəsimi hiss edilirdi. S.Hüseyn. nəslən zərf [ər.]\n1. Nəslə görə, nəsilcə. Nəslən ərəbdir.\n2. Bütün nəsil. Nəslən məhv olmaq. // Nəsildən gəlmə, irsdən keçmiş. Nəslən keçmə xəstəlik. nəsli sif. [ər.] Nəsildən-nəslə keçən, bir nəslə aid olan; irsi. Məsmənin dediyindən məlum olurdu ki, göz ağrısı [kor kişigildə] nəsli bir xəstəlik imiş. S.Hüseyn. Tərbiyə işi nəsli və irsi bir iş deyildir. M.S.Ordubadi. nəsr is. [ər.] Roman, hekayə, novella tərzində yazılmış (qeyri-mənzum) ədəbiyyat (nəzm əksi). Nəsr, dramaturgiya və publisistikada satiranın yaradıcısı Cəlil Məmmədquluzadə olmuşsa, poeziyada Sabir olmuşdur. M.İbrahimov. nəsrani is. [ər. əsli qədim yəh.] Xaçpərəst, isəvi, xristian. nəsrin [fars.] klas. bax. nəstərən. Bir əndamı nəsrin, dodağı qönçə; Bir qaməti gülbuy yarə aşiqəm. M.P.Vaqif. Hanı o sən görən əhmər yanaqlar; Müsəlsəl keysular, nəsrin buxaqlar? Q.Zakir. nəstərən is. [fars.] Ağ çiçəkli yabanı gül. Çıxarıb baş bənövşələr yerdən; Açılır bağda nəstərən, süsən. M.S.Ordubadi. Ərikgülü və ya nəstərən növü Azərbaycanda bir bəzək bitkisi kimi becərilir. M.Qasımov. // məc. klas. Ağ, zərif, gözəl üz mənasında. Ol lalə isə, bu nəstərəndir. Füzuli. Ağ buxağı tərütazə nəstərən; İşvə ilən nazü-qəmzə göstərən. Q.Zakir. nəş is. [ər.] Meyit, cənazə, ölü. Gəlmə nəşim üstə, versəm həsrə-tindən can əgər; Qeyrlər ta olmasın agah ki, yarımsan mənim. S.Ə.Şirvani. Tanrıverdi soyuq və laqeyd bir tövr ilə: – Hacı Qurbanın nəşi quyudamı qalacaq? – deyə soruşdu. A.Şaiq. nəşat is. [ər.] klas. Sevinc, şadlıq, kef. Mey sonulduqca doğar zövq, nəşat; Ölülər içsə bulur tazə həyat. H.Cavid. nəşə is. [ər.] Kef, sevinc, ləzzət, zövq. Mey nəşəsini zövq bilər, cam nə bilsin. M.Ə.Sabir. [Xəlilin] bir an sıxılan ürəyi haman açıldı, səbəbsiz bir nəşə ruhuna ha-kim oldu. Çəmənzəminli. Bir tərəfdən isti çayın nəşəsi və o biri tərəfdən yeni adaxlını aldatmaqdan ötrü qurmuş olduqları kələk [Mahmudla yoldaşını] şad edirdi. B.Talıblı. // Yüngülcə keflənmə. Şərabın nəşəsi. • Nəşə vermək – ləzzət vermək, kef vermək. Bülbüllərin nəğmələri, meşənin və çiçəklərin ətri, gecənin sərinliyi, buludsuz göydə səyahət edən ayın tamaşası çalanların və oxuyanların hamısına nəşə verirdi. Ə.Haqverdiyev. Burada yeni açılan həkim məntəqəsi, onun burada ağ xalat geyib müstəqil çalışması [Sevilə] xüsusi zövq və tükənməz nəşə verirdi. S.Rəhimov. ‣ Nəşəsi durulmaq (gəlmək) – kefi açılmaq, şadlanmaq, sevinmək. Muzdurun .. danışıqları, Pərinin gülüşləri yavaş-yavaş Qumrunun nəşəsini duruldurdu. Ə.Əbülhəsən. Nəşəsi qaçmaq – əhvalı birdən pozulmaq, pərt olmaq, məyus olmaq. Məşədi Əhmədin nəşəsi qaçdı. S.Hüseyn. Nəşəsini pozmaq (dağıtmaq) – pərt etmək, məyus etmək, kefini, əhvalını pozmaq. [Qızıl it] alaçıqdan çıxıb bir yana getdiyimi görüncə kəsik qulaqlarını oynadaraq qalın, boğuq səsi ilə hürər, nəşəmi pozardı. A.Şaiq. [Hidayət:] Ana, sən mənim canım, nənənin nəşəsini pozma! B.Bayramov. nəşələndirmə “Nəşələndirmək”dən f.is. nəşələndirmək f.\n1. Kefini açmaq, şadlandırmaq, əyləndirmək, kef vermək, ürəyini açmaq. Xanımın sol tərəfində duran gözəl qızlar əllərindəki udu çalır və xanımı nəşələndirirdilər. M.S.Ordubadi. // Ruh yüksəkliyi yaratmaq, ruhlandırmaq. [Kavus:] Musiqi zəhməti nəşələndirmək üçündür. Çəmənzəminli.\n2. Kefləndirmək, məst etmək, içkidən nəşələnmək. nəşələnmə “Nəşələnmək”dən f.is. nəşələnmək f.\n1. Şadlanmaq, fərəhlənmək, zövqlənmək, ürəyi açılmaq. Gerçək, bu nə? Oynayıb-çalan yox; Bir nəşələnib də zövq alan yox. H.Cavid. [Səbri] çaldığı əsərinmi, yoxsa ürəyinə axan sevincinmi təsirindən nəşələnib bir xeyli yoldaşının üzünə baxdı. M.Hüseyn.\n2. Keflənmək, yüngülcə məst olmaq. nəşəli sif.\n1. Şən, şad, fərəhli. Ceyran çox nəşəli görünürdü, danışır, gülür, əylənirdi. S.Hüseyn. Bu gün nəşəlidir söylədiyim qız; Bir qızartı çöküb yanaqlarına. S.Vurğun. Könüllər nəşəli, ürəklər sərin; Bülbül kimi ötür şirin dillərin. R.Rza.\n2. Ürək açan, ləzzət verən, zövq verən; xoş, gözəl. Nəşəli yer. – Gedirəm, yolum dağdı; Gör nə nəşəli bağdı; Çəkərəm yar qəhrini; Nə qədər canım sağdı. Sarı Aşıq. Ancaq birdən gözlənilməz bir hadisə bizim bu qızğın, nəşəli ovumuzu yarımçıq qoydu. M.Rzaquluzadə.\n3. Yüngülcə kefli, məst. // Zərf mənasında. Nəşə ilə, ləzzətlə. [Yaşlı kişi] nəşəli bir qullab vurub tüstüsünü başından yuxarı sovuraraq, hekayəsini davam etdirməyə başladı. S.Hüseyn. nəşəsiz sif. və zərf Bikef, pərt, məyus, kefi pozulmuş. Nəşəsiz sima. – Əşrəf Əhmədin otağından çox nəşəsiz çıxdı. A.Şaiq. nəşəsizlik is. Məyusluq, bikeflik, tutqunluq. nəşət is. [ər.]: nəşət etmək – törəmək, əmələ gəlmək, hasil olmaq, vücuda gəlmək, zahir olmaq, irəli gəlmək. Qüvvətə bağlıdır aləmdə həyat; Qüvvətdən nəşət edir mövcudat. A.Səhhət. Gövhərtacın mərəzinin istəklisinin fərağından nəşət etdiyini heç kəs bilmirdi. Ə.Haqverdiyev. [Qadının] qarabuğdayı üzündə bir dirilik, yanaqlarında vücudunun sağlamlığından nəşət edən bir qırmızılıq, gözlərində bir dərinlik mövcud idi. S.Hüseyn. nəşidə is. [ər.] şair. Şeir, mahnı, təranə. Yadımdadır bu gün belə; Bir bəxtiyar sevinc ilə; Könlümün ilk bəstəsini; Ruhumun nəşidəsini; Oxuduğum əziz günlər. M.Müşfiq. Hanı ağ suların xoş nəşidəsi; Burda nə ildırım, nə şimşək çaxar. H.Arif. // köhn. Bir şerin zərbi-məsəl halına düşmüş məşhur beyti, misrası. nəşr is. [ər.]\n1. Çap edib yayma, çap edilib yayılma. “Əkinçi”nin nəşri öz dövrü üçün böyük tarixi hadisə idi. • Nəşr etmək – çap edib yaymaq. Kitab nəşr etmək. Qəzet nəşr etmək. – Hər biri şərh edər öz əfkarın; Nəşr edər aləmara asarın. A.Səhhət.\n2. Dərc etmə, elan etmə. Qərarın nəşrindən 2 il keçib. • Nəşr etmək – dərc etmək, elan etmək. Fərman nəşr etmək.\n3. Nəşr edilmiş, çapdan çıxmış kitab, jurnal, məcmuə və s. Azərbaycan Elmlər Akademiyasının nəşri. Kitabın ikinci nəşri.\n4. Yayma, intişar etmə, dağıtma. • Nəşr etmək – yaymaq, intişar etmək, saçmaq. Padşahı da mümkün imiş lağa qoymaq və onu xoruz şəklinə salıb dünyaya nəşr etmək?! C.Məmmədquluzadə. Kiçik bir lampanın ziyası evə xəstə və ölgün bir işıq nəşr edirdi. S.Hüseyn. nəşriyyat is. [ər.] Kitab, qəzet, jurnal və s. nəşr etməklə məşğul olan müəssisə, idarə. Azərbaycan Dövlət Nəşriyyatı. Yazıçılar İttifaqı Nəşriyyatı. Musiqi Nəşriyyatı. nəşriyyatçı is.\n1. Nəşriyyat işçisi.\n2. köhn. Nəşriyyat sahibi. nəşvünüma is. [ər.] köhn. Böyümə, inkişaf və tərəqqi etmə, artma. Nəşvünüma etmək. Nəşvünüma tapmaq. – Əlli sənə millətə xidmət eləmək, onun ürəyində gözəl və pakizə hissiyyatın doğub nəşvünüma tapmasına səbəb olmaq – əlbəttə, böyük hünərdir. F.Köçərli. Anbaan bulduqca mən nəşvünüma; Ruhumu qaplardı bitməz bir səfa. H.Cavid. nət is. [ər.] Məhəmməd peyğəmbərin şəninə deyilmiş mədhiyyə. nəticə I. is. [ər.]\n1. Bir işdən, hadisədən və s.-dən doğan, çıxan hər hansı başqa bir hadisə və ya vəziyyət, hal; son, aqibət. İşin nəticəsi. Təcrübənin nəticəsi. – ..Əlbət ki, bunun bir nəticəsi olacaq, yoxsa bu işlər özbaşına deyil.. C.Məmmədquluzadə. Mirzə Mehrəli nəticəsindən qorxurdusa da, qubernatoru qarşıladıqda nitq söyləməyi qət etmişdi. Çəmənzəminli. • Nəticə bağlamaq – bax. nəticə vermək. Bədbəxt cavanın yuxusu tezliklə nəticə bağladı. İ.Musabəyov. Nəticə çıxarmaq – müəyyən bir fikrə, qərara, nəticəyə gəlmək, ibrət dərsi almaq. [Mirzağa] Cəmilənin hər bir hərəkətinə, sözünə ayrıca əhəmiyyət verir, öz faydasına olaraq ondan bir nəticə çıxarırdı. S.Hüseyn. [Sevinc:] ..Mən elə bilirdim ki, sən bugünkü iclasdan özün üçün həmişəlik bir nəticə çıxaracaqsan. Z.Xəlil. Nəticə vermək (çıxmaq, hasil olmaq) – bu və ya digər nəticəsi olmaq, bir şeylə bitmək, qurtarmaq. Deyirlər ki, cavanlıqda Mirzə Səfər özü şairlik fikrinə düşüb, şeir demək üçün çox çalışmışdı, lakin bir nəticə hasil olmamış idi. Ə.Haqverdiyev. Qonşumun bu iftirasından bir nəticə çıxmayacağını bilib, bu barədə ona heç bir söz demədim. S.Rüstəm. Nəticəyə gəlmək – müəyyən bir qərara, qənaətə gəlmək. Həkim .. müayinə edir, heç bir nəticəyə gələ bilmirdi. B.Bayramov. // Nəticədə şəklində, zərf mənasında: axırda, sonda, nəhayətdə. [Şeyda mürəttiblərə:] ..Mərhəmət xülyalarilə sürünəcək olsanız, nəticədə zillət və səfalətdən başqa bir şey bulmazsınız. H.Cavid.\n2. Bir əsərin, məqalənin və s.-nin əsas məzmununun, mahiyyətinin qısaca xülasəsi, yekunu. Kitab bir müqəddimə, beş fəsil və bir nəticədən ibarətdir.\n\nII. is. [ər.] Nəvənin uşağı. Qoca kişi gözü dolusu: – Nəticə, – dedi, – nəvənin uşağı nəticə olmurmu? S.Rəhimov. [Tahir:] Sən nəvə nədir, nəticəni də görəcəksən, hələ bir kötükcəni də. M.Hüseyn. nəticələndirmə “Nəticələndirmək”dən f.is. nəticələndirmək f. Bir nəticə ilə qurtarmaq, sona çatdır-maq, başa vurmaq, nəticə əldə etmək. nəticələnmə “Nəticələnmək”dən f.is. [Əhməd] işin bu cür nəticələnməsindən təəccüblənib dərin fikrə getdi. B.Talıblı. nəticələnmək f.\n1. Nəticəsi olmaq, bir nəticə ilə qurtarmaq, bitmək, sona çatmaq. İş bədbəxtliklə nəticələndi.\n2. Həyata keçmək, bitmək. İş nəticələndi. nəticəli sif. Nəticəsi olan, yaxşı nəticə verən, müvəffəqiyyətlə qurtaran. Nəticəli zəhmət. nəticəsiz sif. Nəticəsi olmayan, məqsədə çatmayan, heç bir. nəticə verməyən, sonu müvəffəqiyyətsiz, aqibətsiz. Nəticəsiz iş. // Zərf mənasında. Danışıqlar nəticəsiz qurtardı. • Nəticəsiz qalmaq – axırı boşa çıxmaq, sonu müvəffəqiyyətsiz olmaq, heç bir nəticə verməmək. Neçə-neçə hərbi xəstəxanada [Zeynalın] gözləri müalicə olunmuşdusa da, nəticəsiz qalmışdı. B.Bayramov. nəticəsizlik is. Nəticəsi, axırı olmama; müvəffəqiyyətsizlik, aqibətsizlik, uğursuzluq. Təşəbbüsün nəticəsizliyi. Danışıqların nəticəsizliyi. – ..Şiraslanın müvəffəqiyyətsizliyindən, bu işin nəticəsizliyindən [Solmaz] nə qədər də ağır iztirablar keçirib, yanıqlı nəğmələr oxuyacaqdır. S.Rəhimov. nəüzünbillah köhn. “Allah göstərməsin”, “Allah eləməsin”, “üzdəniraq” mənalarında ərəbcə tərkib. Nəüzünbillah, mənim yadıma belə gəlir ki, keçən türk padşahları quldurbaşı kimi bir zad imişlər. C.Məmmədquluzadə. Orasını demək istəyirik ki, [Mirzə Mustafanın] namaz qılmaqda qəsdi o idi ki, camaat onu dindar tanısın, deməsinlər ki, hərif dinsiz və nəüzünbillah, allahsızdır. E.Sultanov. nəva is. [fars.]\n1. Avaz, ahəng, musiqi səsi. Qoy nəva ney tək edim ta nəfəsim var mənim. S.Ə.Şirvani. Heyfa ki, çıxmadı tarın sədası; Ucalmadı kamançanın nəvası. A.Səhhət.\n2. İniltili səs. Ölümlərin pəncəsində hıçqıran; Məzlumların nəvasından yarandım. M.Müşfiq. [Xədicənin] səsində şikayət dolu bir nəva vardı. S.Rəhman.\n3. mus. Azərbaycan klassik muğamlarından biri. 12 əsas muğam bunlar idi: üşşaq, nəva, busəlik, rast, əraq, isfahan, zirəfkənd, büzürk, zəngulə, rəhavi, hüseyni və hicaz. Ü.Hacıbəyov. nəvazəndə is. [fars.] köhn. Çalan, çalğıçı. ..Yenə xanəndə və nəvazəndələr gözəl nəğmələr oxuyurmu? F.Köçərli. [Hacı Mehdi oğlu Əsgər] Turşsu deyilən yerə qonaq çağırıb xanəndə və nəvazəndələr ilə onlara kef verərdi. Ə.Haqverdiyev. nəvaziş is. [fars.]\n1. Oxşama, əzizləmə, mehribanlıq etmə, riqqət göstərmə; mehribanlıq, riqqət. Qəhrəman həqiqətən anası Gülüşgəlindən də böyük nəvazişlər görmüşdür. S.Rəhimov. • Nəvaziş etmək (göstərmək) – oxşamaq, əzizləmək, riqqət göstərmək. Ərinin sözünə əhəmiyyət verməyən Şölə xanım ona yaxınlıq və nəvaziş göstərmək istədi. Ə.Abasov.\n2. Nəvazişlə şəklində zərf – oxşayaraq, məhəbbətlə, mehribanlıqla, riqqətlə. Sonra nəvazişlə mənə söylədi: – De, səni göndərsin atan məktəbə. A.Səhhət. Sonra birdən ağ saçlarını xatırlayaraq [Ulduz] qüssə ilə gülümsündü və nəvazişlə yaralının üzərinə əyildi. Ə.Məmmədxanlı. nəvazişkar [fars.] bax. nəvazişli 1-ci mənada. Nəvazişkar ana. – Nizami gülümsəyərək nəvazişkar bir surətdə vəliəhdə yanaşıb: – Özünü şaşırma, – dedi. M.S.Ordubadi. Tahir Lətifənin nəvazişkar cavabından ürəklənərək elə bil açıqdan-açığa ona təşəkkür etmək istədi.. M.Hüseyn. nəvazişli sif. Nəvaziş göstərən, əzizləyici, oxşayıcı, riqqətli, riqqətlə dolu. ..[Muradın] sönmüş ruhuna yalnız Nigarın nəvazişli əli bir sıcaqlıq verə bilərdi. S.Hüseyn. nəvə is. Oğlun və ya qızın uşağı. Dövlətdə – dəvə, övladda – nəvə. (Ata. sözü). İzzət qarı dönüb yanında yatmış nəvəsi Qumruya baxdı. Ə.Məmmədxanlı. nəvə-nəticə top. Nəvələr, nəticələr hamısı birlikdə; uşaqlar, övladlar, nəsil mənasında. Ölməz-itməz Xədicə; Görər nəvənəticə. (Məsəl). [Bədircahan:] Nəvə-nəticələrindən artıq ömür edəcəksən.. N.Vəzirov. nəvvab is. [ər.] Naib sözünün cəmi; naiblər. nəzafət is. [ər.] Təmizlik, paklıq. nəzakət is. [ər., əsli fars.]\n1. Tərbiyə, ədəb, mərifət; ədəb qaydaları. [Müəllimin] özündən ədəb və nəzakət xaricində heç bir hərəkət baş verməmişdi. S.Hüseyn. Xəlil məqsədinə nail olacağını duyaraq nəzakətini bir qat daha artırdı. Çəmənzəminli.\n2. Zəriflik, incəlik, lətafət, naziklik, gözəllik. Cismi dolu, nazik bədəni, beli; Görməmişəm dilbər bu nəzakətdə. M.P.Vaqif.\n3. Nəzakətlə şəklində zərf – ədəblə, ədəb qaydalarını gözləyərək. Nəzakətlə cavab vermək. Nəzakətlə yer göstərmək. nəzakətli sif.\n1. Ədəbli, tərbiyəli, mərifətli. Nəzakətli qız. – [Günəş] nəzakətli, ciddi və iradəli bir qadın olmuşdu. A.Şaiq. [Xanım:] Nə qədər nəzakətlisiniz! – dedi, – heç qarşınızda duranın qadın olduğunu düşünürsünüzmü? H.Nəzərli.\n2. məc. İncə, zərif, lətif, nazik, gözəl. Böyük qız .. nəzakətli bir .. gözəl olduğunu sübut edirdi. S.S.Axundov. nəzakətlilik is. Nəzakət, ədəb qaydalarını gözləmə; ədəblilik, tərbiyəlilik, mərifətlilik, incəlik. nəzakətsiz sif. Ədəbsiz, tərbiyəsiz, mərifətsiz, kobud, qaba. Nəzakətsiz adam. nəzakətsizlik is. Ədəbsizlik, tərbiyəsizlik, mərifətsizlik, kobudluq, qabalıq. [Qətibə:] Səni sevdiyim üçün mənə əxlaqsız deməyin nəzakətsizlikdir. M.S.Ordubadi. nəzarət is. [ər.]\n1. Yoxlama məqsədilə baxma, göz qoyma, nəzər yetirmə, göz altında saxlama, fikir vermə, diqqət yetirmə. Hərbi idarələr [şəhərin] üzərinə ciddi nəzarət təyin etmişdilər. M.S.Ordubadi. İndi o, Qulamı öz nəzarəti altında saxlamaq istəyirdi. Ə.Əbülhəsən. • Nəzarət etmək – nəzər yetirmək, üstünə göz qoymaq, baxmaq, xətirdə, yadda saxlamaq.\n2. Hər hansı bir fəaliyyətə nəzarət edən idarə. Xalq nəzarəti. // köhn. bax. nazirlik 1-ci mənada. nəzarətçi is. Nəzarət edən, baxan: vəzifəsi bir şeyə nəzarət etmək olan; baxıcı. [Pristav] kəndə gəlib Əhmədlə söhbət elədiyi ilk andan ondan şübhələnmiş və qərara almışdı ki, şəhərə qayıdan kimi onun adını şübhəli adamlar siyahısına yazsın, ayrıca bir qovluq düzəltsin və Əhmədin üzərinə nəzarətçi qoysun. İ.Şıxlı. nəzarətçilik is. Nəzarətçinin işi, vəzifəsi; baxıcılıq, gözətçilik, keşikçilik. nəzarətsiz sif. və zərf Üstündə nəzarət (göz) olmayan (olmadan), nəzarət edilməyən, baxıcısız, heç kəs tərəfindən nəzarət edilməyən. Nəzarətsiz əkin. Nəzarətsiz tikinti. – ..Bostanı nəzarətsiz qoymağa Qaranın ürəyi gəlmirdi. Ə.Əbülhəsən. // Baxımsız. Nəzarətsiz uşaqlar. nəzarətsizlik is. Nəzarətsiz şeyin halı, vəziyyəti, nəzarət olmadığı hal. // Baxımsızlıq. nəzdində [fars. “nəzd”dən] Yanında, idarənin tabeliyində. İnstitutun nəzdində kitabxana var. – Məktəb nəzdində olan cəmiyyətixeyriyyə onun uşaqlarını dərs pulundan azad etmişdi. Ə.Haqverdiyev. Trest nəzdindəki qazıma idarəsinin iş sürəti artmışdısa da, Qüdrət bunu yalnız işdəki dönüşün ilk mərhələsi hesab edirdi. M.Hüseyn. nəzər is. [ər.]\n1. Baxma, baxış, baxmaq tərzi, gözlərin ifadəsi. Xoş nəzərlə baxmaq. Acıqlı nəzərlərlə süzmək. Küskün nəzər. İncik nəzər. – Ey gül, nə əcəb silsileyi-müşki-tərin var; Ahu nəzərin var! M.Ə.Sabir. [Ağsaqqal qocalar] .. qorxaq nəzərləri ilə bizi salamladılar. H.Nəzərli. // Göz, baxış. ..Hamının nəzəri onlara tərəf çevrildi. Mir Cəlal.\n2. məc. Nəzərində şəklində – ...gözündə, ...təsəvvüründə, ...düşüncəsinə görə. İşlərimiz avropalıların nəzərində elə bir .. əhəmiyyətli əhvalatdır ki, .. onlar indiyədək neçə cild kitablar yazıblar. C.Məmmədquluzadə. ..Fərruxun nəzərində tamam başqa bir aləm açıldı. Mir Cəlal.\n3. Göz, diqqət, himayə, kömək. Səməd dərhal Nadirin yanına yüyürüb [dedi:] – Bacıoğlu, xoş gəlmisən, sənin nəzərin bizim üstümüzdən əskik olmasın. B.Talıblı.\n4. məc. Bədbəxtlik, uğursuzluq, gözə gəlmə, gözdəymə. [Qadın:] ..Mat-məəttəl qalmışam ki, bu nə bəladı, nəzərdi, gözdü, afətdi. Mir Cəlal. ‣ Nəzər dəymək – bax. göz dəymək (“göz”də). Tanrıdan əhdim budur; Dəyməsin nəzər sənə. (Bayatı). Nəzər etmək (yetirmək, qılmaq) – nəzər salmaq, diqqət etmək, fikir vermək, maraqlanmaq, göz yetirmək. Nəzərdə tutmaq (saxlamaq) – nəzərə almaq, fikirdə tutmaq, haqqında düşünmək. [Aslanov:] Mollayev məni də çağırtdırıb, nəzərdə tut ki, bu gün bərk vuruşa bilərik. M.Hüseyn. Əntərzadə bütün bu mülahizələri nəzərdə tutub, bədii hissəyə hazırlıq görməmişdir. Mir Cəlal. Nəzərdən düşmək (çıxmaq) – unudulmaq, yaddan çıxmaq, etibardan düşmək; gözdən düşmək. Gövhəri-əşkim kimi düşdün nəzərdən aqibət. S.Ə.Şirvani. [Sara:] ..Səni sevəndən sonra hər bir şey nəzərimdən çıxıb. C.Cabbarlı. Nəzərdən keçirmək – gözdən keçirmək, baxmaq, göz yetirmək. ..Onların mənzillərini nəzərdən keçirdik. M.S.Ordubadi. [Oğlan] daş-qaşı bir-bir ehtiyatla götürüb, yanından sallanan qiymət kağızını nəzərdən keçirdi. S.Rəhimov. Nəzərdən qaçırmaq – diqqətsizlik üzündən unutmaq, gözdən qaçırmaq, yaddan çıxarmaq. [Sədr:] ..Lazımi idarələr bunu nəzərdən qaçırmışlar.. C.Cabbarlı. Nəzərdən qaçmaq – bax. gözdən qaçmaq (“göz”də). Bu şanlı vəzifəm, inan, şübhəsiz; Mənim nəzərimdən qaçmayıb, qaçmaz. S.Rüstəm. Nəzərə almaq – bax. nəzərdə tutmaq. Deyirəm, ölməyini, ay kişi, bir al nəzərə. M.Ə.Sabir. Nəzərə gəlmək – 1) görünmək, ...kimi görünmək. Rəngi saralmış, başının tükləri ağarmış Şaban altmış yaşında nəzərə gəlirdi. Ə.Haqverdiyev; 2) bax. gözə gəlmək 3-cü mənada (“göz”də). Nəzərə vermək – maraq oyatmaq, nəzər-diqqəti cəlb etdirmək, nəzərə çarpdırmaq. [Ağa Kərim:] Sənin canın üçün bir növ ilə səni Hacı Qafurun arvadının yanında nəzərə verdim. M.F.Axundzadə. [Mirzə İsmayıl:] Sonra mən səni xanın nəzərinə verərəm. Ə.Haqverdiyev. Nəzəri cəlb etmək – maraq oyatmaq, diqqəti cəlb etmək, hamının marağına səbəb olmaq. Bu sel kimi axan müxtəlif dəstələr sırasında hamının nəzərini özünə cəlb edən Azərbaycan qadınları dəstəsi idi. S.S.Axundov. nəzər-diqqət is. [ər.]: nəzər-diqqəti cəlb etmək – hamıda maraq oyatmaq, hamının diqqətini özünə çəkmək. [Xədicənin] başında açıq rəngli çadrası nəzər-diqqəti cəlb edirdi. S.Hüseyn. Bu adam, qatarı qarşılayan növbətçinin və sərnişinlərin nəzərdiqqətini cəlb etməməyə çalışaraq, stansiyadakı kiçik evlərin arasında gözdən itdi. S.Rəhman. nəzərən qoş. [ər.] klas. Görə, əsasən, baxılarsa, nəzərincə. Onun fikrinə nəzərən. – [Mahmud bəy:] Ümidim var ki, haqq aşıqlığına nəzərən Pərini sənə versin. “Qurbani”. nəzəri sif. [ər.]\n1. Nəzəriyyəyə əsaslanan, nəzəriyyə olan, nəzəriyyə ilə əlaqədar, nəzəriyyə əsasında qurulmuş. Nəzəri əsər. Nəzəri məqalə. Nəzəri nəticə. – [Zeynal] musiqinin, şeir və ədəbiyyatın bəzi nəzəri cəhətlərini bilirdi. S.Hüseyn. [Yunis] nəzəri dərslərdən gözəl imtahan verdi. Mir Cəlal.\n2. Mücərrəd məntiqi və ya riyazi hesablamalar yolu ilə alınan. Nəzəri hesablama. // xüs. İlkin əsaslara, şərtlərə görə mümkün ola bilən, nəzərdə tutulan. Maşının nəzəri məhsuldarlığı.\n3. Nəzəri məsələlərə həsr olunan, nəzəri məqsəd daşıyan. Nəzəri konfrans. Nəzəri məruzə. nəzərincə bax. nəzərən. nəzəriyyat is. [ər. “nəzəriyyə” söz. cəmi] Sırf elmi-nəzəri məsələ. nəzəriyyə is. [ər.]\n1. Biliyin hər hansı bir sahəsində rəhbər tutulan ideyalar sistemi, elmi sistem; ictimai-tarixi həyatın gedişində toplanmış təbiət və cəmiyyət haqqındakı biliklərin məcmusu. İnqilabi nəzəriyyə. Ehtimal nəzəriyyəsi.\n2. Təcrübi biliyin əksinə olaraq, hər hansı bir elmin, sənətin mücərrəd məntiqi planda işlənmiş ümumi əsasları. Nəzəriyyə ilə məşğul olmaq.\n3. Təcrübi fəaliyyət və ya həqiqi varlığın əksinə olan ümumi mücərrəd mühakimə. nəzəriyyəbaz is. və sif. [ər. nəzəriyyə və fars. ...baz] Ancaq nəzəriyyəyə, mücərrəd nəzəri mülahizələrə əsaslanan, nəzəriyyə ilə oynayan adam; yalançı alim. nəzəriyyəbazlıq is. Real varlıq və ya praktik fəaliyyətdən sərf-nəzər edərək, yalnız nəzəriyyə, mücərrəd mülahizələrlə məşğul olma. nəzəriyyəçi is. Elmin, incəsənətin hər hansı bir sahəsinin nəzəri məsələlərini işləməklə məşğul olan şəxs. Nəzəriyyəçi fizik. nəzəriyyəçilik is. Təcrübə deyil, yalnız nəzəri mülahizələrə əsaslanma. nəzir is. [ər.] Dindar, mövhumatçı adamların, istək və arzu etdikləri bir şeyin yerinə yetiril-məsi ümidi ilə yoxsullara və ya din xadimlərinə verdikləri pul və s. Qadınların mərsiyəxanlara ver-dikləri nəzir köhnə tuman-köynəkdən və sair şeylərdən ibarət idi. M.S.Ordubadi. Camaat məscid və molladan uzaqlaşmışdı. Nəzir .. də verən olmamışdı. B.Talıblı. nəzirə is. [ər.] ədəb. Bir şairin bir şerinə təqlidən yazılan, ya söylənən şeir; bənzətmə (2-ci mənada). Şəhriyar .. Seyid Əzimin “Gəlim” rədifli qəzəlinə gözəl bir nəzirə də yazmışdır... B.Nəbiyev. nəzirəçi is. Nəzirə yazan şair; təqlidçi. nəzirəçilik is. Nəzirə yazma, bənzədərək yazma; təqlidçilik. nəzirli sif. köhn. Nəzir üçün olan, nəzir edilmiş, nəzir məqsədilə edilən (bax. nəzir). nəzir-niyaz bax. nəzir. [Murad] vaxtilə yüzlərcə zəvvarın nəzir-niyaz gətirdikləri bu daşa diqqətlə baxdı. S.Hüseyn. nəzm is. [ər.] Poema, şeir tərzində yazılmış və ya söylənmiş mənzum ədəbiyyat (nəsr əksi). • Nəzm etmək, nəzmə çəkmək – bir hadisəni, vaqiəni nəzmlə təsvir etmək. [Ağa Zaman:] Ağzımda söz danışıram, məsləhət edirik, bu da gəldi ki, mən altmış il bundan əvvəl olan keyfiyyəti nəzm etmişəm. M.F.Axundzadə. Xəlqə xoş gəlmək üçün nəzm edərəm nəğmə, qəzəl. A.Səhhət. Çəkərəm nəzmə əgər olsa da hədyan, mənə nə?! M.Ə.Sabir. nəzmən sif. [ər.] Nəzmlə, mənzum olaraq, şeirlə. [M.Ə.Sabirin] məndə bir çox nəzmən və nəsrən yazılmış məktubatı var ki, cümləsi mənim məhəlli-iqamətim olan Qori şəhərində qalıbdır... F.Köçərli. nəzmiyyə is. [ər.] İranda polis, jandarm idarəsinin adı. Axşamüstü meyiti nəzmiyyəyə apardılar. P.Makulu. nığırtı bax. nıqqıltı. Düşməyə hazırlananların əvvəl nığırtıları, sonra da bağırtıları mənə dad verirdi. Qantəmir. nıx is. dan. İnadlıq, tərslik, sözündən dönməmə. • Nıx demək – inad göstərmək, sözünün üstündə durmaq, dediyindən dönməmək. Atası nə qədər dəlil-dəlayil dedisə mümkün olmadı. Qız nıx dediyin dedi. (Nağıl). [Molla Teymura:] Sən elə salmısan padşahlığına, nıx dediyin deyirsən. “M.N.lətif.”. ‣ Nıx dayanmaq – birdən susmaq, dayanmaq, davam etdirməmək. Mənzumə yarıya çatarkən Bülənd nıx dayandı. Ə.Əbülhəsən. nıqqıldama “Nıqqıldamaq”dan f.is. nıqqıldamaq f. Xəstəlikdən, ağrıdan inildəmək, zarıldamaq, şikayətlənmək, ax-uf etmək. Bir də məni vurma, aman, səngdil; Rəhm elə, nıqqıldayıram indi mən. M.Ə.Sabir. Sübhanverdizadə ağ mələfəli yorğan-döşək üzərində oturaraq xəstə kimi nıqqıldayırdı. S.Rəhimov. nıqqıltı təql. İnilti, sızıltı, ax-uf (xəstəlikdən, ağrıdan). Xəstənin nıqqıltısı eşidilirdi. nırç təql. Dili basaraq, “yox” demə mənasında səs çıxartma. Lal Hüseyn nırç edib dodağını tərpətdi. M.İbrahimov. nırçıldama “Nırçıldamaq”dan f.is. nırçıldamaq f. “Yox” mənasında nırç eləmək. Nə nırçıldayırsan? – Kətxuda nırçıldayaraq əlini havada oynatdı. M.Hüseyn. nırx is. Ən zəruri ehtiyacları təmin edən mallara hökumət orqanları tərəfindən qoyulan qiymət. Nırx kəsmək. – Gecə get cibinə beş, on manat sal; Gündüz gəlib nırxa, bahayə bir bax. Q.Zakir. [Hacı Murad:] Mən deyirəm, biz bazarın nırx məsələsinə qarışmayaq. M.S.Ordubadi. ‣ Köhnə bazara (şəhərə) təzə nırx qoymaq – köhnə qaydaları pozaraq, zahirən yenilik yaratmaq istəyən adam haqqında istehza kimi işlənir. [Tükəz:] A kişi, nə divan, sən köhnə şəhərə təzə nırx qoyacaqsan? S.Rəhimov. nırıldama “Nırıldamaq”dan f.is. nırıldamaq f. Nərə çəkmək, bağırmaq, bərkdən qışqırmaq. Maral yerə uzanıb nırnır nırıldayır. (Nağıl). nıtıq sif. Burnunda danışan. Nıtıq adam. nicat is. [ər.] Qurtuluş, xilas; xilas olma, azad olma, qurtulma. [Mirzə Rza:] Mən balalarımın nicatından daha əvvəl İranın nicatına ümid edib, Nəsrəddin şahın qətlinə iqdam etmişəm. C.Cabbarlı. [Qızın] gözləri nicat uman yazıq bir ifadə aldı. İ.Əfəndiyev. • Nicat tapmaq – xilas olmaq, azad olmaq, qurtulmaq. Qadın isə öz növbəsində məhbusları gördüyü zaman onlara xeyir-dua verir və nicat tapmaları üçün Allaha yalvarırdı. M.S.Ordubadi. Nicat vermək – xilas etmək, azad etmək, qurtarmaq. [Əbülhəsənbəy qıza:] Hər nə olursa olsun, sizə buradan nicat verəcəyəm. M.S.Ordubadi. Nicat yolu – qurtuluş yolu, çıxış yolu, çarə, əlac. [İskəndər xan:] ..Nə qədər fikir eləyirəm, nicat yolu tapa bilməyirəm.. N.Vəzirov. nicatverici sif. Qurtarıcı, xilasedici, azad edən. nida is. [ər.]\n1. Hiss, həyəcan bildirən səs. Bu sözləri o, kövrək bir nida ilə deyərkən Tahir söhbətə ara vermək və bir daha dostunun könlünə toxunmamaq istədi. M.Hüseyn. Nisə xala! – deyə nida ucalanda qadın ətrafına baxındı. Mir Cəlal.\n2. Səda, səs. Yetir itmamə kim, bu şeri Hatifdən nida gəldi. S.Ə.Şirvani. Sabahın bu ahəngdar musiqisini ordan-burdan ucalan insan bağırtıları, şeypur nidaları pozurdu. M.Rzaquluzadə.\n3. məc. Təlaş, iztirab, həyəcan. Zəkinin gözlərində bir sual, Məmmədbağırın da gözlərində bir nida əlaməti vardı. S.Hüseyn. Onun danışığı da sual və nida ilə dolu olacaqdı. Ə.Əbülhəsən.\n4. qram. Hiss, həyəcan, arzu və istək və s. ifadə edən, dəyişilməyən nitq hissəsi; məs.: ax! ah! eh! urra! • Nida işarəsi – nida cümlələrinin sonunda, həmçinin nida və xitablardan sonra qoyulan durğu işarəsi (!). Sarı üçbucağın üzərində iri bir nida işarəsi görünür. Bu, şoferə xəbərdarlıqdır. Ə.Vəliyev. nifaq is. [ər.] Pozuşma, çəkişmə, ixtilaf; ikitirəlik. [Mirzə Heydər:] Yol bir, məqsəd bir, əqidə bir olduqda arada nifaq mümkün deyil. Ə.Haqverdiyev. Kürdüstan dağlarında bəslənmiş bu iki çiçək .. nifaqa səbəb oldu. S.S.Axundov. • Nifaq düşmək – araları pozulmaq, ixtilaf törəmək, çəkişmə düşmək, ikitirəlik düşmək. ..Əmioğullarının aralarına nifaq düşməsinə səbəb olmamaq üçün anam onun getməyinə izin verir. S.S.Axundov. Mollanəsrəddinçilər hər vasitə ilə olursa olsun din ayrı qardaşların arasına nifaq və ədavət düşməsinə yol vermək istəmirdilər. M.İbrahimov. Nifaq salmaq (törətmək, etmək) – arada ixtilaf, narazılıq, çəkişmə yaratmaq, ikitirəlik salmaq. [Calal:] [O] indi bizi görəndə deyəcək ki, yenə uşaqlar ortalığa nifaq salırlar. Çəmənzəminli. nifrət is. [ər.]\n1. Bir adama, işə, hərəkətə və s.-yə qarşı dərin ikrah, kin, narazılıq hissi. ..Qıza qarşı [Ruhnəvaz xanımın] ürəyində anlaşılmaz bir nifrət əmələ gəldi. Çəmənzəminli. [Qəhrəman:] Mən [xanımın] hiyləgər və yağlı dilinə qarşı dərin bir nifrət hiss edirdim. H.Nəzərli. • Nifrət etmək (bəsləmək) – zəhləsi getmək, iyrənmək, acığı gəlmək, görmək istəməmək, kin bəsləmək. Etmisən hüsn ilə bu aləmə şöhrət məndən; Yeri vardır edəsən axırı nifrət məndən. S.Ə.Şirvani. ..Vaxtilə Məhsəti xanımlara nifrət bəsləyənlərin nəvələri öz babalarına nifrət bəsləyəcəklər. M.S.Ordubadi. Nifrət yağdırmaq – acığını, qəzəbini, nifrətini bildirmək, kinli-kinli danışmaq. Müsafirələrin bir çoxu: – Bu dağılmışda heç vaxt sağlam bir hava görmədik, – deyə Culfa mühitinə nifrət yağdırırdı. M.S.Ordubadi.\n2. Sonsuz qəzəb, acıq, kin, lənət bildirən nida məqamında işlənir. Nifrət! Qan çanağı taclara nifrət! Var olsun azadlıq, bir də məhəbbət! S.Vurğun.\n3. Nifrətlə şəklində zərf – nifrət hissi ilə, öz nifrətini bildirməklə, hiddətlə, son dərəcə narazılıqla. Təklifi nifrətlə rədd etdi. Nifrətlə cavab vermək. nifrətamiz sif. [ər. nifrət və fars. ...amiz] Nifrət oyadan, nifrətə səbəb olan. Nifrətamiz bir mənzərə. Nifrətamiz hərəkət. // Nifrət bildirən, nifrətlə dolu, nifrətli. Keçmişdə “millət” sözü bizim dilimizdə az işlənərdi və işləndikdə nifrətamiz bir mənanı ifadə edərdi. F.Köçərli. Hüseynağa qapıdaca Kərimə nifrətamiz bir nəzər saldı. M.İbrahimov. nifrətəşayan sif. [ər. nifrət və fars. ...şayan] Nifrətə layiq, ancaq nifrətə səbəb olan; pis, alçaq, mənfur. Nifrətəşayan adam. nifrətləndirici sif. Nifrət oyadan, nifrət doğuran, nifrət hissi oyadan; pis, alçaq. Nifrətləndirici hərəkət. nifrətləndirmə “Nifrətləndirmək”dən f.is. nifrətləndirmək f. Nifrət oyatmaq, nifrət doğurmaq, ikrah etdirmək. [Uşaqlar] “atacan” – deyə onun üstünə gələndə, onları döyüb özündən nifrətləndirirdi. İ.Musabəyov. nifrətlənmə “Nifrətlənmək”dən f.is. nifrətlənmək f. Nifrət etmək, zəhləsi getmək, acığı gəlmək, qətiyyən xoşlamamaq. [Əbülhəsənbəy:] ..Mən qızların bu adi və ani sevişindən olduqca nifrətlənirdim. M.S.Ordubadi. nifrətli sif. Nifrət doğuran, mənfur, iyrənc. nifrin is. [ər.] Lənət, bəddua, qarğış. [Qulu:] Heç hara qaçmaz, arxayın ol və o pulları salamat yeyə bilməyəcək, o qədər ki, nifrin ona olunur. N.Vəzirov. Orda-burda tutulan toyuqların qaqqıltısı, kəndli arvadlarının qarğış və nifrini kəndlə bir olmuşdu. Çəmənzəminli. • Nifrin etmək (yağdırmaq) – lənətləmək, bəddua etmək, qarğışlamaq. [Hatəmxan ağa:] ..Mənə Allah lənət etsin, əgər ona nifrin edib, onu oğulluqdan çıxartmasam. Ə.Haqverdiyev. [Sənubər] bəlkə də var qüvvəsilə nifrin yağdırmaq, lənətləmək istədi. B.Bayramov. nigah is. [fars.] klas. Baxış, baxma, nəzər. Həsrətli nigah. Şəfqətli nigah. – Qərəzin can isə bir tünd nigahın bəsdir; Heyfdir, atma oxun, hər biri min canə dəyər. Q.Zakir. Düşdükcə o istəkli səmtə nigahım; Əflakə ucaldı o zaman şöleyi-ahım. A.Səhhət. • Nigah etmək (qılmaq) – baxmaq, nəzər salmaq. Nərgis gözünə nigah edərdi; Yarın gözün anıb, ah edərdi. Füzuli. Mən bir güləgən adəmiyəm bax bu mühitin; Sən gülmə, düşün, canına diqqətlə nigah et! Ə.Nəzmi. nigahban is. [fars.] klas. Gözətçi, keşikçi, qarovul. Qeyrətü şənimi hifzində nigahban edərəm; Bir gün öz canımı hətta sənə qurban edərəm. M.Ə.Sabir. Sanma ki, bir ləhzə keşikçim yatır; Fikri qalıb məndə nigahbanımın. A.Səhhət. nigar is. [fars.] Əsil mənası “rəsm”, “şəkil”, “surət” olub, şeirdə məcazi olaraq “gözəl”, “məhbubə” mənasında işlənir. – Yox, – dedim! – Bir dayan! Hələ sözüm var; Gəl mənə bir danış, ey nazlı nigar! S.Vurğun. Bir yay aldım çıxmaq üçün şikarə; Tuş gəldim bir ahugözlü nigarə. M.Müşfiq. nigaran sif. və zərf [fars.] Təşviş içində, rahatsız, həyəcanlı, iztirablı, narahat. Dəlilər, xanımlar Koroğludan çox nigaran idilər. “Koroğlu”. [Soltan bəy:] Balam, o uşaqlar evdə tək qaldılar, nigarandırlar. Ü.Hacıbəyov. [Mirzə Məmmədqulu:] Məşədi Qulamhüseyn, mən evdən çox nigaranam. C.Məmmədquluzadə. • Nigaran qalmaq – bir adamın və ya bir işin tərəfindən narahat olmaq, təşvişdə qalmaq. [Qönçə:] Cavad, nə üçün nigaran qalırsan? Mənim üç gün burada qalmağımın nə zərəri var? B.Talıblı. [Səməd kişi:] Ay Rüstəm, sən Allah, bircə evə xəbər ver ki, Şahmuradı şəhərə apardım, nigaran qalmasınlar.. T.Ş.Simurq. Nigaran qoymaq – təşvişə salmaq, rahatsız etmək, narahat etmək. ..Tapdıq öz dostunu heç vaxt nigaran qoymazdı. Ə.Əbülhəsən. Bu cavab Salamı .. daha da nigaran qoydu. Mir Cəlal. Nigaran olmaq – bax. nigaran qalmaq. [Gülsüm xala:] ..Canım sənə qurban, ay bala, bilmirsən nə qədər səndən nigaran olmuşam? E.Sultanov. [Ataş] əmisindən nigaran olduğu kimi, əmisi oğlanlarından da çox incimişdi. Ə.Vəliyev. nigarançılıq is. Nigaran hal, narahat vəziyyət, narahatçılıq. Nigarançılıq çəkmək. Nigarançılıq keçirmək. – ..Son həftələr Ulduzun gözlərinə böyük bir nigarançılıq kölgə salmışdı. Ə.Məmmədxanlı. Ata, ana, Zöhrə böyük nigarançılıq içində idilər. Cavadın evə gəlməsi ilə bu nigarançılıq götürüldü. Ə.Vəliyev. nigaranlıq bax. nigarançılıq. Dördüncü məclis Şölə xanımın otağında vaqe olur. Şölə xanım və Nisə xanım qayət nigaranlıqla oturublar. M.F.Axundzadə. Səkinə .. uzun intizar və nigaranlıqdan silkinərək evə qayıtdı. Mir Cəlal. nihan sif. [fars.] klas. Gizli, məxfi, örtülü; gizli saxlanmış. Varımdı sinədə dərdü-qəminihan, ölürəm.. X.Natəvan. Yandırır qəlbimi bu dərdi-nihanım, nə edim? C.Cabbarlı. • Nihan etmək (eyləmək) – gizlətmək, gizli saxlamaq, üstünü örtüb gizləmək. ..Əql uçar başdan, ürək oynar, cəsəddən can çıxar; Göz ucuyla hər kimə eylər nihan ima pəri! M.P.Vaqif. Nihan olmaq – gizlənmək, itmək, görünməz olmaq. Cəmalın gözümdən nihan olalı; İstərəm baxmayım dünyayə, Pəri! M.P.Vaqif. Günəşin axırıncı zərrələri; Üfüqün arxasında oldu nihan. C.Cabbarlı. Nihan saxlamaq (tutmaq) – gizli saxlamaq, məxfi saxlamaq, gizlətmək, heç kəsə bildirməmək. Tənha səfər etmə, gəl apar canımı, əmma; Bu sirri nihan saxla, məbada bilə zülfün. M.Ə.Sabir. nihilist [lat. nihil – heç nə]\n1. XIX əsrin 60-cı illərində Rusiyada: zadəgan cəmiyyətinin ənənə və adətlərinə, təhkimçiliyə qarşı mənfi münasibət bəsləyən raznoçin ziyalı.\n2. Hamının qəbul etdiyi norma, qayda və qanunlara, prinsiplərə mənfi münasibət bəsləyən adam; ifrat skeptik. nihilistcəsinə zərf Nihilist kimi; heç bir norma, prinsip, ənənə qəbul etməyərək. Məsələyə nihilistcəsinə yanaşmaq. – [Səmirə:] Yox, Rima! Sən nahaq yerə adamlara bu cür nihilistcəsinə yanaşırsan. M.Hüseyn. nihilizm [lat.]\n1. XIX əsrin 60-cı illərində Rusiyada: burjua-zadəgan ənənə və adətlərinə, təhkimçilik ideologiyasına mənfi münasibət bəsləyən mütərəqqi ictimai cərəyan.\n2. Heç bir ənənə, qayda-qanun, prinsip qəbul etməmə. [Cəlil Məmmədquluzadə] kosmopolitizm və milli nihilizmə nifrət edirdi. M.İbrahimov. nijad is. [fars.] köhn. Nəsil, nəsəb, soy. Nijadın sual eylədi pəhləvan. M.Ə.Sabir. nikah is. [ər.] Kəbin, izdivac, evlənmənin qanuni şəklə salınması. [Arvadların] hər birisi ki, razı olsa ona dübarə Abbas Məhəmməd oğluna nikah oxuna və kəbin kağızı yazıla və hər birisi ki, razı olmasa, haman saat buraxıla.. M.F.Axundzadə. ..Bu nikah hər babətdən dayımın nəslinə xoş iqbal bəxş edəcəkdir. C.Məmmədquluzadə. • Nikah etmək (oxutmaq) – kəbin kəsdirmək. Qoçaq və işgüzar qızlardan olduğuna [görə] qayınatası Mələkdən əl çəkməyib on üç yaşında kiçik oğluna nikah etdi. A.Divanbəyoğlu. [İmran:] Yoxsa qoca kaftar güc ilə Gülzarın nikahını oxutdu?! S.S.Axundov. Nikah kəsmək – kəbin kəsmək. [Həmzə:] Səriyyə, bilirsən nə var? Səni Qurbana vermişəm. Bu gün nikah kəsməyə gedəcəyik. C.Cabbarlı. İkinci axşam da əlində Quran; Kəsdi nikahını bir uzun qazı. S.Vurğun. nikahlanma “Nikahlanmaq”dan f.is. nikahlanmaq f. Kəbini kəsilmək. nikahlı sif. Nikahı olan, nikahlanmış, kəbinli. ..Şəriətdə heç bir müsəlman dörd nikahlı arvaddan artıq arvad ala bilməz, istər xəlifə olsun, istər çoban olsun. C.Məmmədquluzadə. nikahsız sif. Nikahı olmayan, nikahı kəsilməmiş, qeyri-rəsmi surətdə yaşayan. nikbət is. [ər.] Talesizlik, bədbəxtlik, iqbalsızlıq. • Nikbət tutmaq – hər tərəfdən bəla üz vermək, bədbəxtlik basmaq. Nədənsə [Hacı Sultanı] yenə nikbət tutdu. S.Hüseyn. nikbin sif. [fars.] Həyatdan razı, şən, ümidli, gələcəyə inanan, gələcəyi yaxşı görən; optimist (bədbin əksi). Nikbin adam. – Niyaz ruhdan düşməmişdi, o yenə nikbin idi. M.Hüseyn. [Haşım] yaşının 100-ə yaxınlaşmasına baxmayaraq olduqca nikbindir. Ə.Vəliyev. nikbincəsinə zərf Nikbin əhvalruhiyyədə, şən, gələcəyə inamla. Şairin nikbincəsinə yazdığı əsər. nikbinlik is. Həyatda ancaq yaxşı cəhətləri görmə, müvəffəqiyyətə, gələcəyə inanma; şən və gümrah dünyagörüşü; optimizm (bədbinlik əksi). S.Vurğunun lirikasındakı nikbinlik. – Bir də aydın bir nikbinlik haradansa [Zeynalın] ruhunun dərinliklərindən zühur edib .. oynayırdı. Çəmənzəminli. nikel [alm. Nickel]\n1. Gümüşü-ağ rəngli, parıltılı, çətin əriyən metal – kimyəvi element.\n2. Üzərinə nikel sürtülmüş; nikelli, nikellənmiş. Nikel çaynik. – Kəllə pəncərələrin qabağında iki nikel çarpayı, küncdə yazı stolu qoyulmuşdu. Ə.Vəliyev. nikelçi is. Nikel çəkən usta. nikelləmə “Nikelləmək”dən f.is. nikelləmək f. Üzərinə nikel çəkmək. Samovarı nikelləmək. nikellənmə “Nikellənmək”dən f.is. nikellənmək məch. Üzərinə nikel çəkilmək. nikellənmiş f.sif. Üzərinə nikel çəkilmiş; nikelli. ..Zeynəb xala nikellənmiş, parpar parıldayan samovarı ortalığa gətirdi. M.İbrahimov. nikelli sif. Üzərində nikel olan, üzərinə nikel çəkilmiş. niknam sif. [fars.] köhn. Yaxşı ad qoymuş, yaxşılıqla xatırlanan, yad olunan. Həmiyyətkeş olub əhli-vətəndən ötrü bişübhə; Qazandı o bu niknamı olsun daima məzkur. “Əkinçi”. nikol is. [xüs. is.-dən] İsland mineral maddəsindən düzəldilmiş prizma. nikotin [xüs. is.-dən] Tütünün tərkibində olan narkotik maddə; tənbəki zəhəri. niqab is. [ər.]\n1. Duvaq, üz örtüsü. Niqab çəkib məndən yaşınma, zalım; Pərişan olubdur mənim əhvalım. M.P.Vaqif. ..Bu halda üçüncü qapıdan çıxmış padşahın qızı üzünün niqabını atır. Ə.Haqverdiyev.\n2. Keçmişdə döyüşçülərin, cəngavərlərin tanınmamaq və qorunmaq üçün taxdıqları üz zirehi. niqablı sif. Üzündə niqab olan, üzünə niqab salmış; duvaqlı. Qara saqqallı, üzü niqablı şəkillər xəmirlənərək taxçanın yanlarında divara yapışdırılmışdı. S.Rəhimov. nilufər is. [fars.] Suzanbağı. [Lətif dostuna:] Yaşıl yamacdan dəstə tut. Lalə, bənövşə, nərgiz, nanə, xətmi, nilufər nə desən taparsan. Mir Cəlal. nimcan is. [fars.] köhn. Çox zəif, yarımcan. Qonşuda lakin neçə üryan da var, – qış, boran; Giryə də var, naləvü əfğan da var, nimcan; Sən ki şəriətçisən, ey binəva, qıl həya! M.Ə.Sabir. Gördü qar üstündə yatıb bir ilan; Şiddəti-sərmadan olub nimcan. A.Səhhət. nimçə is.\n1. Boşqab. Dərin nimçə. Dayaz nimçə. – Zeynal bayaqdan bəri qabağındakı nimçədə doğramaq istədiyi bir parça əti eləcə qoyub əlindəki .. bıçağı yerə buraxdı. S.Hüseyn.\n2. Balaca mis sini. Kürsünün üstə nimçə və üstə qoyulub samovar. C.Məmmədquluzadə. Yuxarıda, buxarının qabağında mis nimçəyə qoyulmuş ağ samovar pıqqapıq qaynayırdı.. Ə.Sadıq. // Girdə, dəyirmi. ..[Mayorun] mis nimçə kimi girdə və qırmızı çöhrəsində razılıq təbəssümləri dolandığı halda uzunçuluq edirdi. Ə.Əbülhəsən. nimçəvari sif. Nimçə kimi; girdə, dəyirmi. nimdaş sif. [fars.] Bir qədər geyilmiş, işlənmiş, nisbətən köhnəlmiş, təzə olmayan. Nimdaş ayaqqabı. Nimdaş xalça. – Günlərin bir günü yenə də Koroğlu bir dəst nimdaş çodar paltarı geyib, Qıratı minib beləcə gəzməyə çıxmışdı. “Koroğlu”. [Ələsgər dayı] hər axşam nimdaş döşəkcənin üstündə oturub, bu sazı dınqıldadar və mahnı oxuyardı. İ.Əfəndiyev. nimdər is. [fars.] Balaca döşək, döşəkcə. [Bülənd] dərhal ..Nazlının saldığı nimdərin üstündə oturub yastığa söykəndi. Ə.Əbülhəsən. nimfa is. [yun.] Qədim yunan mifologiyasına görə, daşlarda, meşələrdə, bulaqlarda və s. yaşayan təbiət ilahələri. nimtən (=nimtənə) is. [fars.] Qolsuz üst qadın geyimi, gödəkcə. Güləbətin köynək, abı nimtənə; Yaxasında qızıl düymə gərəkdir. M.P.Vaqif. [Sayalı xala] sonra köhnə nimtənəsinin cibindən üç manat pul çıxarıb, Xasayın yastığının altına qoyur. Ə.Vəliyev. nimtənə (=nimtən) is. [fars.] Qolsuz üst qadın geyimi, gödəkcə. Güləbətin köynək, abı nimtənə; Yaxasında qızıl düymə gərəkdir. M.P.Vaqif. [Sayalı xala] sonra köhnə nimtənəsinin cibindən üç manat pul çıxarıb, Xasayın yastığının altına qoyur. Ə.Vəliyev. nimtənəli sif. Nimtənə geymiş, əynində nimtənə olan. Atlaz nimtənəli, ipək köynəkli; Yastı başı tirmə şallı Sənəm, gəl! Xəstə Qasım. ninni is. Layla, beşik mahnısı. // Məc. mənada. Fərivər küləkləri, gecənin qaranlığından istifadə edərək çiçəklərlə öpüşdüyü zaman, haqquşu da çinarların şaxələrində şirin yuxuya dalan minlərcə quşların ninnisini oxuyurdu. M.S.Ordubadi. Uzaqda bir düdük səsi yana-yana inlərdi; Mürgüləyən təbiətə qəmli ninni söylərdi. A.Şaiq. nisar is. [ər.] klas. Bağışlama, qurban etmə, vermə. Ələsgərəm, ismim deyim aşikar; Qədir bilən dosta başü-can nisar. Aşıq Ələsgər. • Nisar etmək – vermək, bağışlamaq, qurban etmək. Sənə gülşəndə nisar etmək üçün hər nərgis; Götürübdür başa altun dolu bir sim təbəq. Füzuli. [Ağa Kərim xan:] Bir səbəb yoxdur ki, mən Züleyxaya pis sifət göstərim, mən canımı, malımı sənin yolunda nisar etməyə hazıram. N.Vəzirov. [Pəri Cadu:] Belə bir zəif canımı sənin ayağının altında nisar edəcəyəm. Ə.Haqverdiyev. nisbət is. [ər.]\n1. Əlaqədarlıq, təəllüq, mənsubiyyət, bağlılıq, münasibət. Bunun o işə heç bir nisbəti yoxdur. – Bu sözə nisbət sənə gəl bir hekayət söyləyim; Lütf edib qıl bir nəzər, bu müxtəsər dastanə bax. M.V.Vidadi.\n2. İki şey arasında olan münasibət, oxşarlıq, uyğunluq, qiyas. Həqdi, gözəl çoxdu cahan içində; Ola bilməz sənə nisbət hər gözəl. Q.Zakir. • Nisbət vermək (eyləmək) – müqayisə etmək, oxşatmaq, bir tutmaq. Eşqimi eyləmə nisbət özünə, ey bülbül; O sənin istədiyin fəsli-gülüstan gülüdür. S.Ə.Şirvani.\n3. Qoş. mənasında. Görə, aid. [Məstəli şah:] Xanım, mənə nisbət nə qulluğunuz var? M.F.Axundzadə. Vəliqulu nəinki anasına nisbət, bəlkə özgələrə görə də artıq üzüyola oğlandı. C.Məmmədquluzadə. // bax. nisbətən.\n4. Nisbətdə şəklində – iki şey arasında müqayisə, hal və miqdar bildirir. [Turxan bəy:] Ömür artdıqca həyatdakı nəşə də o nisbətdə əskilir. H.Cavid. [Xədicənin] rəngi bir qədər ağarmış, gözəlliyi də o nisbətdə artmışdı. S.Hüseyn.\n5. Riyaziyyatda: böyük kəmiyyətin kiçik kəmiyyətə bölünməsi. Altının üçə (6/3) nisbəti. ‣ Nisbət şəkilçiləri qram. – əşyanın, hadisənin qrammatik şəxslərdən birinə aid olduğunu bildirən şəkilçilər; məs.: -ım, -ın, -ı və s. nisbətən zərf [ər.] Nisbət götürülərsə, müqayisə edilərsə; görə. Bu otaq o birisinə nisbətən böyükdür. Gecə gündüzə nisbətən sərindir. – [Qəhrəmanini] böyük bir həyətdən keçirib ikinci, nisbətən kiçik həyətə gətirdilər. M.İbrahimov. Səməndər Cəmilə nisbətən daha sadə və daha mehriban idi. M.Hüseyn. nisbətlə 1. bax. nisbətən. Zəki Məmmədbağıra nisbətlə çox qüvvətli idi. S.Hüseyn.\n2. Münasibətlə, ...görə. Bizə, ya nə nisbətlə töhmət gəlir; Qaç, oğlan, qaç, at basdı, millət gəlir. M.Ə.Sabir. nisbi sif. Müqayisə üçün olan, qiyas və müqayisə ilə olan, başqa bir şey (şərait, vəziyyət və s.) ilə müqayisə edilməklə müəyyənləşdirilən. Nisbi anlayış. Nisbi temperatur. nisbilik is. Nisbi şeyin halı. nisf is. [ər.] Yarı, yarım. [Aşıq Cünun] gecənin bir nisfinə qədər çalıb-oxudu. “Koroğlu”. [Hacı Nuru şair:] [Əvvəllər] yanına .. nə qədər qızıl və gümüş gətirdilər, nisfindən artıq oğurladın, mis və bürünc qatıb sahiblərinə rədd etdin. M.F.Axundzadə. nisgil is. Bir şeydən dolayı daim ürəkdə qalan məmnuniyyətsizlik hissi, ürəkdə çəkilən qüssə, dərd. Anasının sözləri Xəlilin ürəyində bir nisgil olub ölənədək qalmışdı. Ə.Haqverdiyev. [Kərbəlayı Eyvaz:] Yazıq Dürnisə! Nisgilin ürəyimi dağlayır! Çəmənzəminli. • Nisgil eləmək – özünə dərd eləmək, qüssələnmək, kədərlənmək. Hərçənd kasıbıq, ev-eşiyimizin ləyaqəti yoxdur. Amma yenə nisgil eləmədim. M.S.Ordubadi. ‣ Ürəyində nisgil qalmaq – arzusu, gözlədiyi şey vaxtında yerinə yetmədiyi üçün bir dərd olaraq ürəyində qalmaq. Vur-tut ikicə ilin gəlini olan Geysubəyimin nisgili ürəyində, arzusu gözündə qalmışdı. Ə.Vəliyev. Dostum, ürəyində qalmasın nisgil; Qoy açım sirrimi, sən də eşit, bil! R.Rza. nisgillənmə “Nisgillənmək”dən f.is. nisgillənmək f. Qəmlənmək, kədərlənmək, qüssələnmək, nisgil eləmək. Şairin sevinci evlə bir oldu. Anası da həm sevinir, həm nisgillənirdi. Çəmənzəminli. nisgilli sif. Ürəyində nisgil olan, daim qüssə çəkən, dərd çəkən, dərdli görünən; məhzun, kədərli, könlü tutqun. Nisgilli uşaq. Nisgilli qız. // Həsrət və dərdlə dolu; kədərli, yanıqlı. Ağıçının gözəl səsi və nisgilli ağısı adamı mütəəssir edirdi.. Çəmənzəminli. Nisgilli sözlərin, ey igid Osman; Eylədi bağrımı daraqtək şan-şan! H.K.Sanılı. nistaqm is. [yun.] Göz almasının qeyriiradi, ritmik hərəkəti ilə səciyyələnən patoloji hal. nistatin is. [lat.] Antibiotiklər qrupundan dərman preparatı. nisvan is. [ər.] köhn. Qadın (çox vaxt tərkib şəklində işlənir). Derdiz ki, gərəkdir açıla məktəbi-nisvan; Bir yanda dəxi məktəbisənət, uçitellər! M.Ə.Sabir. [Sarıqlı molla:] İnsaf eləyin! Əhli-nisvan nə günahın sahibidir, bəradər! Mir Cəlal. nisyan [ər.] klas. Unutma, yaddan çıxartma. Vətənin neməti nisyan olmaz; Naxələflər ona qurban olmaz. A.Səhhət. • Nisyan olmaq – unudulmaq, yaddan çıxmaq. İş necə oldu, onu alma xəbər; Bayaq ərz etdim, o, nisyan oldu. M.Ə.Sabir. nisyə is.\n1. Bir şeyin nağd pul olmadan alınması və ya satılması. // Bu cür alınmış, ya satılmış şeyin özü, yaxud nisyə satılmış və ya alınmış şeyin verilməli olan pulu. Nisyə girməz kisəyə. (Məsəl). [Məşədi Cabbar tacir:] Molla, mənim özümün pulum var, amma tamam nisyədədir. M.F.Axundzadə. [Hacı Rüstəmin atası] xırman zamanı da gedib, kəndbəkənd gəzib nisyə yığardı. Ə.Haqverdiyev.\n2. məc. Boş, əsassız, həyata keçə bilməyən, qeyri-real. Nisyə söhbətlər. – Gedib, vaiz deyən nisyə sözə ümmidvar olma. S.Ə.Şirvani. Şərifzadə ona bərk vurulmuşdu. Ancaq həkimin nisyə məhəbbətlə arası yox idi. M.Hüseyn. niş is. [fars.] bax. neştər. Nuşun dadan, nişin də dadmalıdır. (Ata. sözü). [Məstavər:] Gör mən sənə neylərəm, a dərviş; Gəlcək sənə öylə sancaram niş; Ta xalq tamam vəhşətə gəlsin. Ü.Hacıbəyov. nişan is. [fars.]\n1. Əsər, əlamət, iz. Vidadi xəstəni gəl indi tanı; Hanı o sən görən şəklü-nişanı? M.V.Vidadi. Amma sənin itəcəkdir ad-sanın; Qalmayacaq yer üzündə nişanın. A.Səhhət. Coşqun irmaq kənarında; Nə qızlardan bir nişan var; Nə oğlanlar islıq çalır; Nə qaynayan, nə coşan var. Ə.Cavad. • Nişan qoymaq – sonradan tanımaq, bilmək üçün işarə vurmaq, qeyd eləmək, nişanlamaq. Kitabın səhifələrinə nişan qoymaq. – İndidən çıxın, otaq seçin, nişan qoyun! Hazır olan kimi ora köçün! Mir Cəlal. Nişan vermək – tanıtmaq, göstərmək, bildirmək, adını vermək. [Heydər bəy:] A kişi, bilmirəm hansı ağzıdağınıq naçalnikə məni nişan veribdir. M.F.Axundzadə. [H.Ərəblinskini] “böyük artist” – deyə bir-birinə nişan verirdilər. S.Rəhman.\n2. Bir şeyi digərindən ayıran əlamət, tanınmaq üçün qoyulan işarə; nişanə. Ərəb atın dastanını söylərəm; Üç yaşında hər nişanı bəlli olur. “Koroğlu”. [Hacı Mehdi:] Övrətin bir para nişanların [Gülpəriyə] sadaladım. Ə.Haqverdiyev. // Yaxşı olmuş yaranın qalmış izi, əlaməti, yeri. Üzündə qılınc yarasının nişanı var. Qolunda güllə nişanı var.\n3. Güllə, ox və s. ilə vurulmalı olan hədəf, nöqtə; nişanə. Nişanı vurmaq. • Nişan almaq (götürmək) – silahı hədəfə tuşlamaq, yönəltmək. [İlyas:] Mən irəli atıldım və bir qızdırma içərisində Tərlanın altındakı qaşqanı nişan alaraq, lap yaxında tətiyi çəkdim. Ə.Məmmədxanlı. Nişan alıb ox atmağı, nə çarə; Daş ürəkli mələklərdən öyrəndim. M.Müşfiq. Nişana qoyub atmaq – hədəf edib güllə ilə vurmaq. Ovçu ov tapmayanda öz papağını nişana qoyub atar. (Ata. sözü).\n4. bax. nişangah 2-ci mənada.\n5. Hər hansı bir xidmət və ya hər hansı bir hadisənin xatirəsinə görə bir təşkilat tərəfindən verilən üstü yazılı, şəkilli metal və s.-dən hazırlanmış xüsusi lövhəcik. Universitet nişanı. Döş nişanı. Qızıl nişan. – Səttarzadə Gəldiyevin döşündəki .. nişanına baxıb dedi: – Yaxşı igid dayısına çəkər. Mir Cəlal.\n6. Oğlan tərəfindən qızı nişanlamaq məqsədilə göndərilən üzük, şirni və s. şeylər. Nişan üzüyü. Nişan xonçası. Nişan paltarı. – [Orxan:] Üzük, nişan yalnız könüldür, könül; Olma çocuq, sən gəl mənə ver könül. H.Cavid. [Yunis Yaquta:] Bu nişan pozulmalıdır. Ə.Məmmədxanlı. • Nişan qoymaq (taxmaq, vermək, aparmaq) – qızı nişanlamaq, üzük vermək, ad eləmək. [Sultan bəy:] ..Bu gün-sabah nişan qoyular, kəbin kəsilər, toy olar. Ü.Hacıbəyov. Nəriman inşaat mühəndisi diplomunu alan günün sabahı Kərim bəy yaxın yoldaşları ilə əncirli həyətə nişan apardılar. Mir Cəlal. nişanbazlıq is. bax. adaxlıbazlıq. [Laçın bəy:] ..Nişanbazlığa getmişmiş, bədbəxt, evdə duyublar .. nə yemisən turşulu.., vurublar ha.. N.Vəzirov. Mehtər Zamanın dünya vecinə deyildi. Əlindəki dəsmalında sovqatı, ayağında qıvraq çarığı şəhərin yavıqlığındakı kəndə nişanbazlığa gedirdi. Çəmənzəminli. // Nişan vermə, nişan alma işi. Nişanbazlıq adəti. – Köçəbə tayfalar arasında (məs.: Qazaxda, Borçalıda, Qarabağda) qudalıq əvəzinə nişanbazlıq adəti vardır. R.Əfəndiyev. nişanbənişan zərf [fars.] Bütün nişanları, əlamətləri, xüsusiyyətləri ilə. Nişanbənişan tanıtmaq. Nişanbənişan soraq vermək. – [Xudaverdi:] Əyərçi oğlum nişanbənişan səni [Hacı Qaranı] deyirdi. M.F.Axundzadə. nişançı is.\n1. Mahir nişan atan, düzgün nişan vuran; snayper. Dəstədə on nəfər əla nişançı, iki də şəfqət bacısı vardı. M.Hüseyn. Nişançılar dərhal kamanlarını çiyinlərindən çıxardıb, xurma ağacları içərisinə yüyürürlər. Ə.Məmmədxanlı.\n2. hərb. Odlu silahla silahlanmış piyada əsgəri. // Sif. mənasında. Nişançı polku (diviziyası). nişançılıq is. Nişana atmaqda məharət, hədəfə vurmaq məharəti; snayperlik. nişanə 1. bax. nişan 1, 2 və 3-cü mənalarda. Mənə gizlin bir nişanə göndərdin; Aşkara başıma qaxmağın nədir? M.P.Vaqif. Gövhər özünü küçəyə atdı, qızdan bir nişanə görmədi. Çəmənzəminli. • Nişanə olmaq – hədəfə çevirmək, hədəf yeri olmaq. Cəfa oxunu atır qeyrə ol yeganə, haray; Xədəngiqəmzəsinə olmadım nişanə, haray! S.Ə.Şirvani.\n2. is. Bir şeydən nümunə. Parçadan nişanə göstərmək. – Vidadi xəstədən Bağdad elinə; Siz yetirin bir nişanə, durnalar! M.V.Vidadi. Bir yana sifariş eliyəndə bir nişanə göndərmək qədim adətlərin biridir. C.Məmmədquluzadə.\n3. is. Ölən adamdan sonra qalan miras, övlad, şey mənasında. Bu uşaq ailədən qalan yeganə nişanədir. – Qəriblikdə ölənin börkü nişanə gərək. (Məsəl). Mən öldüm, anam qaldı; Oduma yanan qaldı; Bir balam, bir də atım; Mənim nişanəm qaldı. (Bayatı). nişangah is. [fars.]\n1. bax. nişan 3-cü mənada.\n2. Odlu silahlarda: hədəfi nişan almaq üçün lülə üzərində çıxıntı. İskəndər kişi onların qaraltısını görürdüsə də, tüfəngin nişangahını seçmirdi. M.Hüseyn.\n3. Bir şeyə, hadisəyə xatirə olmaq üçün nişan qoyulmuş yer, nişan basdırılan yer; nişanə. Dağ başında varsa da bir nişangah; Ətrafını basmış vəhşi gül, giyah. A.Səhhət. [Yunis] nişangahları yoxlayıb ağacdan sağasola ağ torpaq tökülən xətti bir də qələmlə işarə etdi. Mir Cəlal. nişanlama “Nişanlamaq”dan f.is. Ailənin başqa üzvləri də altdan-altdan gah Şəmsiyyəyə, gah Səlimiyə baxır, bugünkü naharı rəsmi nişanlama kimi bir şey hesab edirdilər. M.İbrahimov. nişanlamaq f.\n1. Cizgi, nöqtə və s. vasitəsilə nişan qoymaq, başqalarından fərqləndirici işarə qoymaq. Kitabın səhifələrini nişanlamaq. Pəncərəni nişanlamaq. – Turab Rəşidi buraxıb, qızın dalınca getdi, onun girdiyi evi nişanladı. M.Hüseyn.\n2. Ad eləmək, üzük taxmaq, adaxlamaq. Üç gün sonra “getmirəm” – deyə ağladığına baxmayaraq, [Gülzarı] nişanladılar. C.Cabbarlı.\n3. Nişanaya almaq, tuşlamaq. [Dursun] ..özünü toplayıb geri dönür və ayını nişanlayıb iki qolları arasından vurur. A.Şaiq. Qabaqda, düşmənin komandanını; Xumar nişanlayıb “tökdü qanını”. S.Vurğun. nişanlandırma “Nişanlandırmaq”dan f.is. nişanlandırmaq bax. nişanlamaq 2-ci mənada. İkinci xəbər bu idi ki, bacısını dayısı nişanlandırmışdı. S.Rəhman. nişanlanma “Nişanlanmaq”dan f.is. nişanlanmaq məch.\n1. Bir nişan və ya fərqləndirici işarə qoyulmaq.\n2. Ad olunmaq, nişan taxılmaq, adaxlanmaq. Bir həftə sonra doktor, Zibeydənin nişanlanmağını eşitdi. Çəmənzəminli. Bilmədən öylə nişanlandı ərə; Tutulub qaldı tükənməz kədərə. M.Müşfiq. nişanlatma “Nişanlatmaq”dan f.is. nişanlatmaq t-li. Nişan taxdırmaq, üzük verdirmək, ad elətdirmək. nişanlı sif.\n1. Adaxlı, nişanlanmış, ad edilmiş, deyikli. Nişanlı qız. Nişanlı oğlan. // İs. mənasında. Dedi, nişanlıyam, özgə malıyam; Sındı qol-qanadım, yanıma düşdü. Aşıq Ələsgər. Gülsüm, yəni Vəliqulunun nişanlısı Vəliqulunu görcək çadirşəbə bürünüb, pambıq boğçası kimi çəkilib oturdu qaranlıq bucaqda. C.Məmmədquluzadə.\n2. Nişanı olan, nişan taxmış, nişan vurmuş. Döşü nişanlı əsgər. – [Əmiraslan:] Kişi, .. başında nişanlı papaq uşaq gördünmü? S.S.Axundov. Başqasının alnı qanlı; Polad köksü üç nişanlı. S.Vurğun. nişansız sif. Heç bir nişanı, əlaməti, izi olmayan. Bu oxu kim atıb, nişansız hədəf; Hara dəyəcəkdir bu ox görəsən? S.Tahir. nişasta is. [fars.]\n1. Bitkilərdən hasil edilən tərkibi una oxşar karbohidrat: kraxmal. Nişasta zavodu.\n2. Bəzi bitkilərdən hazırlanan ağ, dadsız ovuntu (yeyinti, kimya, toxuculuq sənayesində işlənir). Kartof nişastası. Düyü nişastası. • Nişasta vurmaq – bax. nişastalamaq. [Bəhlul:] ..Nazlının nişasta vurub ütü çəkdiyi təzə qardan da ağ köynəyi geymişdim. B.Bayramov. nişastalama “Nişastalamaq”dan f.is. nişastalamaq f. Dəyişək döşəkağı və s. bu kimi şeylərə parıltı, bərklik vermək üçün nişastalı suya salmaq, nişasta vurmaq; kraxmallamaq. Balışüzlərini nişastalamaq. nişastalanma “Nişastalanmaq”dan f.is. nişastalanmaq məch. Nişasta vurulmaq, nişastalı suya salınmaq; kraxmallanmaq. ..[Muradın] nişastalanıb ütülənmiş, yaxası açıq ağ köynəyinə baxdım. İ.Əfəndiyev. nişastalanmış f.sif. Nişasta vurulmuş; nişastalı suya salınmış; kraxmallanmış. Üzərində ağ və nişastalanmış əl dəsmalları ehram kimi düzülən ağ örtüklü stollarda sükut hökm sürürdü. M.S.Ordubadi. [Zülfüqar oğlanın] .. nişastalanmış, ancaq maşında əzilib-qırışmış parusin köynəyinə nəzər saldı. B.Bayramov. nişastalı sif.\n1. Nişasta vurulmuş, nişastaya salınmış; kraxmallı. Nişastalı yaxalıq. – Əynində qara bir libas; Başında nişastalı ləçək. N.Rəfibəyli.\n2. Tərkibində nişasta olan. Kartof nişastalı bitkidir. nişastasız sif.\n1. Nişasta vurulmamış; kraxmalsız. Nişastasız döşəkağı.\n2. Tərkibində nişasta olmayan. nitq is. [ər.]\n1. Danışma, fikrini sözlərlə ifadə etmə qabiliyyəti. Nitq üzvləri. Nitqi inkişaf etdirmək. // Danışıq, danışma tərzi; tələffüz. Aydın nitq. Rəvan nitq. // Ümumiyyətlə, danışma, söz, kəlam. [Xurşid:] Sən mənimtək naçizin nitqin əcəb təqdir edib; Xalq ara timsal olub sənətə etdin ibtida. Ü.Hacıbəyov. O tayda çadrasız dolaşan qadına; Sual ver, nitqindən saçılsın ildırım. M.Müşfiq. • Nitqdən düşmək (qalmaq) – danışa bilməmək, susmaq, lal olmaq, dili tutulmaq. Nitqdən düşdüm ləbi-ləli-dürəfşanın görüb. Füzuli. Onun sanki dili nitqdən qalmışdı. Mir Cəlal. Nitqə gəlmək – danışmağa başlamaq, dilə gəlmək. Nitqi açılmaq – danışmağa başlamaq, dili açılmaq. [Hacı:] Şərab həmişə insanın mizacını açır, kefini yüksəldir, görürsən ki, şairin təbi gəlir, natiqin nitqi açılır. B.Talıblı. Nitqi tutulmaq (bağlanmaq, batmaq, kəsilmək, qurumaq, çəkilmək) – danışa bilməmək, dili tutulmaq, danışmaq qabiliyyətini itirmək (sevincdən, fərəhdən, həyəcandan və s.-dən). Könlüm açılır zülfi-pərişanını görgəc; Nitqim tutulur qönçeyi-xəndanını görgəc. Füzuli. Molla Tarıverdi başladı yarpaq kimi titrəməyə və nitqi kəsilib daha danışa bilmədi. E.Sultanov. Sual [Şirəlini] elə sarsıtdı ki, bir neçə saniyə nitqi qurudu. S.Rəhman. Eşitdiyi sözlərdən sanki [ovçunun] nitqi batmışdı. Ə.Məmmədxanlı.\n2. İclasda, yığıncaqda, mitinqdə və s.-də camaata, dinləyicilərə xitabən irad olunan söz. Hərdənbir teleqramlarda vəkillərimizin nitqlərini oxuyub günümüzü bir tövr keçiririk. C.Məmmədquluzadə. Kəndliləri yeni quruluşun qanunu ilə tanış etmək və onların biliklərini artırmaq üçün kənd camaatına tez-tez nitq və məruzələr oxuyurdular. S.S.Axundov. • Nitq irad etmək – nitq söyləmək. Edərək hər tərəfdə nitq irad; Xəlqi dəvətlə eylədik irşad. H.Cavid. Nitq söyləmək – kütləvi yerlərdə, yığıncaqlarda müəyyən məsələ ətrafında danışmaq, fikir söyləmək, çıxış eləmək. nitqpərdaz is. [ər. nitq və fars. ...pərdaz] Nitq söyləməyi sevən, həmçinin nitq söyləmək qabiliyyəti olan (çox vaxt istehza məqamında deyilir). Həmişə nitqpərdaz olan Ağasəfər indi nə üçünsə zıqqana-zıqqana bir-iki söz güclə dedi. Ə.Əbülhəsən. nitrasiya is. [yun.] Üzvi birləşmələrin molekullarına nitro qrupu daxil edilməsi. nitr..., nitro... [yun.] Azota aidlik bildirən kimyəvi, bioloji və s. terminlərin tərkib hissəsi; məs.: nitridlər, nitrifikasiya. nitroqliserin [yun.] Təbabətdə işlənilən, qan damarlarını genişləndirən dərman preparatı. Xəlilov uzun xiyabandakı ağac skamyada yanakı oturub.. nitroqliserin atırdı. M.Hüseyn. nival sif. [lat.] Qarlı, soyuq. Nival iqlim. nivxlər Amur çayının aşağı tərəfində və Saxalin adasında yaşayan xalq (giləklərin köhnə adı). niyabət is. [ər.] Vəkillik, naiblik. niyaz is. [fars.] klas.\n1. Yalvarış, yalvarma, mərhəmət istəmə, rica. • Niyaz etmək (qılmaq) – yalvarmaq, mərhəmət istəmək, təmənna etmək.\n2. köhn. Allah yolunda verilən şey, nəzir, sədəqə. Niyaz vermək. – Dua və niyazdan bir nəticə çıxmadığını görən Məşədi Qulu ikinci arvad almaq sevdasına düşmüş.. T.Ş.Simurq. niyə “Nə üçün?”, “nə səbəbə?”, “nəyə görə?” mənalarında işlənən sual əvəzliyi (bəzən “niyə görə?” şəklində işlənir). Niyə dünən gəlmədin? Niyə bu işə razı oldun? – [Telli:] Nə üçün, ay xanım, niyə elə danışırsan? Ü.Hacıbəyov. [Kazım Kərbəlayıya:] Niyə gözünü-zadını ağardırsan? Səndən qorxan yoxdur! Çəmənzəminli. niyyət is. [ər.]\n1. Məqsəd, məram, qəsd. Oxumaq niyyəti var. Niyyətini demək. Ov niyyətində olmaq. – Niyyətin hara, mənzilin də ora. (Ata. sözü). [Fərraşbaşı:] Bəli, Hacı Rəcəbəli Ağa Mərdan və Ağa Salmanın niyyətini duyub, şahzadəyə bildirmişdi. M.F.Axundzadə. • Niyyət etmək (eləmək, qoymaq) – bir iş görmək arzusunda, məramında olmaq. [Sitarə:] Gəl toyumuz barəsində niyyət eləyək, gedək bayıra, qulaq asaq, görək kim nə eşidər. C.Cabbarlı. [Fərəc:] Yox, niyyət eləmək azdır, Fizzə xanım, gərək ümumi iş uğrunda mübarizə edəsən! Ə.Məmmədxanlı. Niyyətdən düşmək – bir işi yerinə yetirmək fikrindən əl çəkmək, məramından vaz keçmək. [Əsgər bəy:] Heydər bəy, bu niyyətdən düş, mənə bir on beş gün möhlət ver, mən sənə toyxərci hazır edim. M.F.Axundzadə. Niyyəti yerinə gəlmək (baş tutmaq) – arzusuna çatmaq, məramına, məqsədinə yetmək. Tale atanın xətrini sındırmadı, Kərimbəyin niyyəti yerinə gəldi. Mir Cəlal. ...niyyətinə düşmək – bir şeyin qəsdində olmaq, bir şeyi məqsəd kimi qarşısına qoymaq, özünə məqsəd etmək. [Xəlil] o zaman Xədicəyə rast gəlmiş, evlənmək niyyətinə düşmüşdü. Çəmənzəminli.\n2. Niyyətlə şəklində zərf – ...məqsədlə, ...arzusu ilə, qarşısına məqsəd qoyaraq (əsasən, “o”, “bu” işarə əvəzlikləri ilə işlənir). Girdim bağa üzümə; Tikan batdı dizimə; Niyyətlə evdən çıxdım; Yar göründü gözümə. (Bayatı). Lotular bu niyyətlə evdən çıxıb padşahın imarətinə tərəf gəlməkdə oldular. “Aşıq Qərib”. [Mozalanbəy:] Mən Qafqazı səyahət edirəm və bu niyyətlə Gəncəyə gəlmişəm. Ə.Haqverdiyev. niysan is. [sür.] Aprel (canlı dildə “leysan” şəklində işlənir). Niysan yağışı. // Niysanda yağan yağış. niza is. [ər.] köhn. Çəkişmə, mübahisə, tutaşma, küsüşmə, qovğa, ixtilaf. Firqələr təşkil edilmiş anbaan; Olmamış əskik niza heç bir zaman. H.Cavid. [Aslan:] Ər ilə övrət arasında birlik olmayıb, niza, nifaq olarsa, onların övladları necə ittifaqa, ittihada nail ola bilərlər? İ.Musabəyov. • Niza etmək (eyləmək) – mübahisə etmək, bəhsləşmək, küsüşmək, dalaşmaq. Canı canan diləmiş, verməmək olmaz, ey dil; Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim. Füzuli. nizam is. [ər.]\n1. Qayda, tərtib, üsul. Nizam yaratmaq, – ..Hacı Məcid Əfəndi cümə məscid mədrəsəsinin nizamını pozdu. C.Məmmədquluzadə. • Nizam qoymaq – qayda-qanun yaratmaq. [Mirzə Rza Fərhada:] İranda dəmir yol çəkmək istəyirdin, İranda nizam qoymaq istəyirdin. C.Cabbarlı. Nizama düşmək – qaydaya düşmək, yoluna düşmək. Kasıb kəndçilər firqəyə yazılırdılar, fəqət işlər hələ yaxşı bir nizama düşməmişdi. E.Sultanov. Nizama salmaq (qoymaq) – qaydaya salmaq, tənzim etmək, qayda yaratmaq, yoluna salmaq. Tələbə məclisi nizama saldı, lakin söylənən sözlər heç kəsi kafi dərəcədə məmnun etmədi. Çəmənzəminli. [Mirzə Sadıq:] Əvvəllər şah özü məmləkəti nizama salmaq istəyirdi. C.Cabbarlı. Nizamdan düşmək – dağılmaq, pozulmaq, səliqədən düşmək.\n2. Sıra, cərgə, səf, düzülüş. • Nizama durmaq – sıralanmaq, cərgəyə durmaq, səf bağlamaq. Yenə düşmən gəlib nizama durdu; Naçalnik mat qalıb boynunu burdu. “Qaçaq Nəbi”.\n3. Nizamla şəklində zərf – müəyyən qaydada, müəyyən üsulla, tərtibatla, düzgün sıra ilə, sistemlə. Kitabları nizamla düzmək. Şagirdləri nizamla oturtmaq. – Yenə öz sürünü nizamla düzüb; Baş alıb gedirsən hayana, ceyran? S.Vurğun. nizami sif. [ər.]\n1. Düzgün, tərtibli, mütəşəkkil, müntəzəm.\n2. Ardıcıl hərbi hazırlıq keçmiş. Bir dəfə bizə əmr etdilər ki, orduda aşpaz olanlar bir tərəfə, nizami soldatlar isə başqa tərəfə keçsin. S.Vəliyev. • Nizami qoşun – ardıcıl hərbi hazırlıq görmüş və möhkəm hərbi təşkilatı olan daimi qoşun. Hər tərəfdə fədai və nizami qoşun nəfərləri intizamı qoruyurdu. M.İbrahimov.\n3. Hərbi, əsgəri, rəsmi. Nizami geyim. – Onun ayağındakı uzun-boğaz çəkmələr, əynindəki nizami pencək .. varlığının ayrılmaz bir parçası idi. M.İbrahimov. nizam-intizam is. [ər.] Müəyyən edilmiş qayda, üsul, qayda-qanun. İşdə nizamintizama riayət etmək. – Qabaq cərgələrdə nisbətən nizam-intizam vardı. S.Rəhman. Ey oğul, bil ki, adi adamların işlərində müəyyən bir qayda-qanun, nizam-intizam olmaz, onlar bir şeyin vaxtı olub-olmadığına fikir verməzlər. “Qabusnamə” nizamlama “Nizamlamaq”dan f.is. nizamlamaq f. Nizama salmaq, qaydaya salmaq, müəyyən sistemlə düzmək. nizamlanma “Nizamlanmaq”dan f.is. nizamlanmaq f. Nizama salınmaq, müəyyən qayda və sistemlə tənzimlənmək. nizamlayıcı sif.\n1. Nizama salan, qoyulmuş nizamı, qaydanı həyata keçirən. Küçə uzunu təhlükəsizlik xətləri çəkilir, habelə nizamlayıcı milis nəfərinin budkası və işıq fənərlərinin sütunları qoyulur. (Qəzetlərdən).\n2. tex. Mexanizmin düzgün işləməsini avtomatik surətdə təmin edən qurğu. Nizamlayıcı boru. nizamlı 1. bax. nizami. [Məmmədhəsən ağa:] Rusiyyə ilə, – dedi, – anlaşmaq lazımdır, vaxta ki, özləri də buna müştaqdır, böyük məmləkətdir, nizamlı qoşunu var. Çəmənzəminli.\n2. İntizamlı, nizam və intizama, qoyulmuş qayda-qanuna ciddi riayət edən. Nizamlı şagird. nizamnamə is. [ər. nizam və fars. namə] Hər hansı bir şeyin icrası və tətbiqi üçün müəyyən üsul və qaydalar; qanun, qərar, əmrnamə. Nizamnamə üzrə hərəkət etmək. // Hər hansı təşkilatın fəaliyyətini, quruluşunu müəyyən edən qanunlar toplusu; əsasnamə. Partiya nizamnaməsi. – [Nəriman Nərimanov:] Azərbaycan dram cəmiyyətinin yaradılması haqqında məsələ qaldırılır, lakin çar hökuməti nizamnaməni təsdiq etməyə razılıq vermir. Ə.Haqverdiyev. nizamsız sif. və zərf\n1. Səliqəsiz, qaydasız, qarmaqarışıq. Nizamsız ev. – Qız saçı, başı nizamsız özünü bayıra atır. H.Sarabski. Elə həmən gün Ülkər; Açaraq dolabları; Töküb yerə nizamsız; Düzülmüş kitabları. B.Vahabzadə.\n2. Pərakəndə, dağınıq, qeyri-müntəzəm. Nizamsız qoşun. – İraq və Bağdad qoşunu bütün qərargahını və ərzaq şeylərini, silah və yük mallarını buraxıb nizamsız və pozğun bir surətdə qaçmışdı. M.S.Ordubadi. Canım, heç başsız da iş yaranarmı? Nizamsız ordunun mənası varmı? S.Vurğun. nizamsızlıq is.\n1. Tərtibsizlik, qaydasızlıq, səliqəsizlik, qarı-şıqlıq, dağınıqlıq. Səltənət dərsə gedəndən sonra bəzən evdə nizamsızlıq olurdu. Mir Cəlal.\n2. Qayda-qanunsuzluq, hərc-mərclik, qarmaqarışıqlıq, intizamsızlıq. Bir neçə vaxt kəndə böyük nizamsızlıq düşmüşdü. N.Nərimanov. // Qanun və nizama zidd hərəkət. • Nizamsızlıq etmək – qayda-qanunu pozmaq, qarışıqlıq salmaq. Hər kəs nizamsızlıq etsəydi onu cərimə edərdilər. H.Sarabski. nizə is. [fars.] köhn. Uzun ağaca keçirilmiş ucu şiş, deşici qədim silah; cida, mizraq. Qarovul çiynində nizə o tərəf-bu tərəfə gəzir və bəzən nizəsinə söykənərək mürgüləyirdi. M.S.Ordubadi. O gündən şair Afaq ilə bərabər bağçalarının torpağını insan qanından, paslanmış nizə, qalxan və qılınc parçalarından təmizlədilər. Ə.Məmmədxanlı. // Süngü. nizəçi is. köhn. Nizə ilə vuruşan; nizə gəzdirən, nizə ilə silahlanmış əsgər. nizələmə “Nizələmək”dən f.is. nizələmək f. Nizə ilə vurmaq, nizə ilə deşmək. ‣ Ürəyini nizələmək – bax. ürək. noğul is. İçərisinə keşniş tumu qoyulmuş xırda, üstü kələ-kötür, yumru şirni növü. Xalq batıbdır noğla, şəkərə, qəndə; Bizim evdə axta zoğal da yoxdur. M.P.Vaqif. İyirmi-otuz adam qız evində yeyib-içib, hərə cib yaylığına yarım girvənkə noğul, şirni, konfet, qənd bağlayıb götürüb gedirlər. R.Əfəndiyev. noğuldan is. Kiçik taxça. ..Qız evində qıza cehiz üçün .. taxçalara, noğuldanlara, buxarıya əlvan pərdələr tikəcəklər. R.Əfəndiyev. nohur is. Güclü yağışdan, seldən sonra su yığılmış çökək gölməçə yer. Küçələr palçıq, səkilərin qabağı nohur olurdu. H.Sarabski. // Göl, gölcük. noxta is. Minik heyvanlarının başına salınan kəndir, qayış və s. At almamış noxta davası edir. (Ata. sözü). Əmiraslan Nurəddini ata mindirib noxtanın ucundan yapışdı. S.S.Axundov. Nisə xala gəlib noxtadan yapışdı və darvazaya tərəf yönəldi. Qantəmir. ‣ Noxtasını tutmaq (çəkmək dartmaq, vermək) dan. kob. – birini daim tabeliyində, əlində saxlamaq. [Molla Vəli Hacı Novruza:] İndi gördün ki, mən hər şeydən baxəbərəm? Camaatın noxtasını verəcəklər kor İsrafilin oğlu kimi it-qurdun əlinə... Ə.Haqverdiyev. noxtalama “Noxtalamaq”dan f.is. noxtalamaq f.\n1. Heyvanın başına noxta vurmaq, noxta salmaq. Atı noxtalamaq. – [Alo] Yabını noxtalayıb yekə toxum xurcununun yanına çəkdi. S.Rəhimov.\n2. məc. Daim birini öz tabeliyində saxlamaq, özündən asılı etmək, əlində tutmaq; yüyənləmək. [Mustafa bəy:] İndi gərək başımızı noxtalayıb verək oğul-uşaq əlinə. Ə.Haqverdiyev. [Yasavul:] ..Mənim bu keçəl kəlləm, əslində hər zaman [Talıbxanı] noxtalayıb, yedəyində hərləyibdir! S.Rəhimov. noxtalanma “Noxtalanmaq”dan f.is. noxtalanmaq məch. Başına noxta salınmaq, noxta vurulmaq. At noxtalanıb. noxud is. bot. Paxlalılar fəsiləsindən girdə dənəli birillik bostan bitkisi. Noxud əkmək. // Həmin bitkinin bişmişdə istifadə edilən dənələri. Bozbaşa noxud tökmək. • Noxud boyda (qədər) – çox az, kiçik, cüzi şey haqqında. [Kərbəlayı:] Əgər sizdə bir noxud qədər ağıl olaydı.. H.Nəzərli. noxuddan is. Noxud, su və azacıq ət qarışığı olan sulu xörək; noxud şorbası. noxudfalı is. Noxudla açılan fal. [Qızyetər:] Get, bir həmşəri Cahanı da çağır gəlsin. O, yaxşı noxudfalı açır. Ə.Haqverdiyev. noxudlu sif. İçərisinə noxud tökülmüş, noxudu olan. Noxudlu dovğa. – Noxudlu bozbaşdan aldığı iri loğmalar [Büləndin] boğazından aşağı ötdükcə o özündə dərin bir məmnuniyyət hiss edirdi. Ə.Əbülhəsən. noxudluq is.\n1. Noxud əkilmiş yer, sahə. Bostanın yarısı noxudluqdur.\n2. dan. “Bir” sözü ilə – noxud boyda, noxud qədər. [Gülsabah:] Qurban, sən allah, bir noxudluq da Ərdəbil cövhəri al. M.Əliyev. noxudu sif. Yaşılaçalan, sarı-boz (rəng). Noxudu şal. ‣ Noxudu gülüş – arası kəsilməyən, xırıltılı gülüş. [Salman] güləndə elə bil ki, daşın altında qurut əzirdilər, arasıkəsilməz xırıltılar eşidilirdi. Buna elarası noxudu gülüş deyirlər. M.İbrahimov. noxudvari sif. Noxud kimi, noxuda oxşar. Noxudvari muncuq. nokaut is. [ing.] Boksçunun aldığı zərbə nəticəsində huşunu itirməsi. Döyüşü nokautla uduzan boksçuya üç ay müddətində yarışlarda iştirak etmək qadağan olunur. nokdaun is. [ing.] Boksçunun aldığı zərbə nəticəsində başının gicəllənməsi. Nokdaun vəziyyətinə düşmüş boksçu hakim səkkiz sayınca özünə gəlib yarışı davam etdirmək iqtidarında olur. noktürn [fr.] Kiçik lirik musiqi əsəri. Noktürn (fransızca “gecə mahnısı” mənasını verən sözdən götürülmüş) kiçik instrumental əsərdir. Ə.Bədəlbəyli. noqay is. Şimali Qafqazda yaşayan türk xalqlarından biri və həmin xalqa mənsub olan adam. nola “Nə ola”, “nə olaydı” sözünün klassik şeirdə sual məqamında işlənən ixtisar forması. Ey Füzuli, nola gər saxlar isəm canı əziz; Vaxt ola, kim ola ol şuxi-sitəmkarə fəda. Füzuli. nom is. [yun.]\n1. Qədim Misirdə mahal, vilayət.\n2. Müasir Yunanıstanda inzibati-ərazi vahidi. nomarx is. [yun.] Nomun hökmdarı, başçısı. nomenklatura [lat. nomenclatura – siyahı, adların yazılışı]\n1. Hər hansı elm, incəsənət, texnika və s. sahəsində işlənən adların, terminlərin məcmusu, ümumi siyahısı. Coğrafi nomenklatura. Tibb nomenklaturası.\n2. Müəssisə mühasibatının açdığı hesablar siyahısı. ‣ Nomenklatur işçi – şəxsən yuxarı təşkilat tərəfindən vəzifəyə təyin və ya təsdiq edilən işçi. nominal [lat. nominalis – adlı, üstündə ad yazılmış] Qiymətli kağızlarda, kağız pul nişanlarında, sikkələrdə göstərilən nominal dəyər. nominasiya is. [lat.]\n1. Ad, advermə.\n2. Müsabiqəyə çıxarılan sahələr. nonet is. [ital.]\n1. Doqquz alət və ya səs üçün musiqi əsəri.\n2. Doqquz ifaçıdan ibarət musiqi ansamblı. norka is. [rus.] Dələlər fəsiləsindən yırtıcı məməli heyvan cinsi və onun dərisi. nord is. [alm.] Şimal. norma [lat.]\n1. Qanuna salınmış; qayda, üsul. Hüquq normaları. // Hamı tərəfindən qəbul edilmiş adi, məcburi qayda, nizam. Ədəbi dil normaları. Əxlaq normaları.\n2. Müəyyən edilmiş ölçü, miqdar, orta kəmiyyət. Normanı yerinə yetirmək. Normadan geri qalmaq. ‣ Normaya düşmək – təbii, adi vəziyyət almaq, adi qaydaya düşmək. normaçı is. Normalaşdırma işi ilə məşğul olan işçi. Normaçı əlində dəftər briqadaları gəzib qeyd götürürdü. Mir Cəlal. normal sif. [lat. normalis – düzxətli]\n1. Normaya uyğun, necə lazımsa elə; təbii, adi. Normal temperatur. Normal artım. – Zənnimcə qorxusu yoxdur, indi artıq ürəyi normal (z.) bir surətlə döyünməkdədir. H.Nəzərli.\n2. Ruhi cəhətdən sağlam. Normal adam. normalaşdırılma “Normalaşdırılmaq”dan f.is. normalaşdırılmaq f. Norma qoyulmaq, normaya tabe edilmək, hədd təyin edilmək. normalaşdırılmış f.sif. Normaya salınmış, normaya tabe edilmiş, yaxud yaxınlaşdırılmış. normalaşdırma “Normalaşdırmaq”dan f.is. normalaşdırmaq f. Bir şey üçün norma qoymaq, norma, hədd təyin etmək; normaya tabe etmək (bax. norma). normallaşdırılma “Normallaşdırılmaq”dan f.is. normallaşdırılmaq məch. Normal hala salınmaq, qaydaya salınmaq, yoluna salınmaq (bax. normal). normallaşdırma “Normallaşdırmaq”dan f.is. normallaşdırmaq f. Normal hala salmaq, qaydaya salmaq, adi hala salmaq (bax. normal). normallaşma “Normallaşmaq”dan f.is. normallaşmaq f. Normal hala (qaydaya) düşmək, adi halına düşmək. Vəziyyət normallaşmışdır. normanlar cəm VIII-XI əsrlərdə Avropa ölkələrinə basqınlar etmiş şimali german tayfaları. normativ [lat. normatio – qaydaya salma]\n1. Hər hansı bir işin görülməsi, icrası üçün əsas götürülən normalar göstəricisi. Plan normativi. Texniki normativlər.\n2. Hər hansı bir şey üçün norma müəyyənləşdirən, norma qoyan. Normativ qrammatika. Məktəb normativləri. norveç is. Skandinaviya ölkələrindən və xalqlarından birinin adı. nostalgiya is. [yun.] Xiffət, həsrət, qüssə. not [lat. nota – qeyd, işarə]\n1. Hər hansı musiqi səsinin şərti qrafik işarəsi. Bas notu.\n2. Musiqi və ya mahnıda səsin özü. Oxuduqda səsinin hər notunu gözləmək.\n3. Qrafik işarələrlə yazılmış musiqi əsərlərinin mətni; belə mətnlərdən ibarət dəftər, kitab və s. Not üzrə çalmaq. Not papkası. – Güllər .. not dəftərinə baxdı. İ.Əfəndiyev. Səbri tələsmədən not vərəqini çevirdi və gözlərini məchul bir nöqtəyə zilləyib yenə çalmağa başladı. M.Hüseyn. nota [lat. nota – işarə, məzəmmət, məktub] Bir hökumətin başqa hökumətə rəsmi yazılı diplomatik müraciəti. Etiraz notası. Nota mübadiləsi. – [Əbülhəsən bəy:] Ona təşəkkür etdim, sonra da qız Amerika konsuluna verilən notanı oxudu. M.S.Ordubadi. notarial sif. [lat.] Notariusa, hüquqi aktların, sənədlərin və onların surətlərindəki imzaların doğruluğunu və s. təsdiq etmək məsələsilə əlaqədar olan. Notarial kontor. Notarial surət. notarius [lat. notarius – mirzə, katib]\n1. Müxtəlif sənədləri, hüquqi aktları təsdiq etmək vəzifəsi daşıyan rəsmi şəxs. [Kərbəlayı Qubad:] ..Bəy, olmazmı ki, bu işi notarius əli ilə eyliyək. Ü.Hacıbəyov. Oğlan durub, sandıqdan notarius tərəfindən möhürlənmiş bir kağız çıxarıb müsafirin qabağına qoydu. Ə.Haqverdiyev.\n2. Notarius idarəsi, kontoru. Notariusa getmək. Notariusda sənədləri təsdiq elətdirmək. – Aslan bəyin əlində notariusdan verilmiş kağız vardır. A.Şaiq. notlu sif. Notla ifa edən, notla çalan. Notlu orkestr. – Azərbaycanda yeni operanın yaranması ilə bir zamanda dördsəsli xor, notlu orkestr, nota yazılmış muğamlar meydana gəlmişdir. Ü.Hacıbəyov. notsuz sif. və zərf Notu olmayan, notla ifa edilməyən. Notsuz musiqiçilər dəstəsi. Notsuz çalmaq. nov is. Su və s. axıtmaq üçün dəmirdən, ağacdan, daşdan və s.-dən yarımdairə şəklində düzəldilmiş axıntı yolu, su yolu; arx, kanal. Ağac nov. Saxsı nov. – [Qurban:] Onu dəyirmanın novundan salsan donuzluğundan diri çıxar. Ə.Haqverdiyev. Daxmanın qırıq novu da çoxdan su görmür, daş, torpaqla dolmuşdur. Mir Cəlal. novator [lat. novator – yenilik yaradan] Hər hansı bir fəaliyyət sahəsində yeni, mütərəqqi fikirlər, prinsiplər, üsullar irəli sürən və həyata keçirən adam; yenilikçi. Novator şair. İstehsalat novatoru. – Alim və novatorlarımız .. məhsuldarlığı daha da artırmaq yollarını axtarırlar. M.İbrahimov. novatorluq is. Novatorun fəaliyyəti; yenilikçilik; yenilik. Novatorluq deyəndə, biz Sabirin, Molla Nəsrəddinin, habelə bu gün şerimizin ideya istiqamətini müəyyən edən .. ənənələrdən öyrənmək məsələsini irəli sürməliyik. R.Rza. [Xəlilov:] Özgə vaxt cəsarətdən, novatorluqdan dəm vurursunuz. M.Hüseyn. novbahar is. [fars.] klas. Yazın əvvəli. Novbahar olsun, gül olsun, arədə xar olmasun. Nəsimi. Ey əndəlib, səndə bu nə qanundur; Fəğan çəkmək novbaharı görəndə. Q.Zakir.\n2. məc. Gənclik, cavanlıq mənasında. Ömrünün gülzarı xəzanə dönüb; Novbaharı gedən bəs ağlamazmı? M.V.Vidadi. novbar sif. [fars.]\n1. İlk yetişən meyvə; birinci, təzə meyvə. Novbar üzüm. Novbar yemiş. – [Yaylıq üzüm] tez yetişdiyinə görə novbar olur, çox sevilir, az tapılır, baha satılır. Mir Cəlal.\n2. məc. İlk övlad mənasında. [Ananın] ömrünün novbarı, bəxtinin çiçəyi, evinin dirəyi, igid oğlu Buğac ilk dəfə idi ki, atası ilə ova çıxmışdı. M.Rzaquluzadə. novcuq is. Balaca nov. novça is. Balaca nov. Qar şiddətlə əriyirdi, novçalar şırhaşır axırdı. Ə.Əbülhəsən. Qoşabulağın suyu axıb novçaya töküldükcə selin qabağınca gələn daşların şaqqıltısını xatırladırdı. S.Rəhman. novdan is. [fars.] bax. novça. Əriyən qarın axıb getdiyini, novdanlardan suyun töküldüyünü gördükcə yaz yada düşürdü. Mir Cəlal. Novdanları yağış döyür .. pəncərəmi yel qırır; Bir qapının arxasında körpə uşaq hıçqırır. Ə.Cəmil. // bax. nov. novella [ital.] ədəb. Qısa, kiçik hekayə. “Poçt qutusu” bədii forması, yazılışı və süjetin yığcamlığı, mənalılığı və şirinliyi etibarı ilə dünya ədəbiyyatının ən yaxşı novellaları ilə bir cərgədə durur. M.İbrahimov. novellaçı (=novellayazan) is. Novella yazan yazıçı, novella müəllifi. novellayazan (=novellaçı) is. Novella yazan yazıçı, novella müəllifi. novlu sif. Novu olan. novokain [lat. novus – yeni və (ko)kain] Keyləşdirmə və başqa müalicə məqsədləri üçün işlədilən tibbi preparat. novruz is. [fars. yeni gün] Baharın girdiyi ilk gün (martın 22-nə uyğun gəlir). Hər gün açır könlümü zövqi-visalın yengidən; Gərçi güllər açmağa hər ildə bir novruz olur. Füzuli. // Həmin gün edilən bayram. Ax, gözəl bayram, ax gözəl novruz! Ax min-min balaca uşaqların qəlblərini şad edən novruz! C.Məmmədquluzadə. Novruz bayramında qız üçün bayram xələti, novbar meyvə, yemiş alıb göndərərdilər. H.Sarabski. novruzgülü is. İlk baharda açılan sarı çiçəkli ətirli gül. Dağlar, çöllər dişərdi; Novruzgülü göyərdi. A.Səhhət. Salamladıq bülbülü; Açıldı novruzgülü. M.Dilbazi. novruzqabağı zərf Novruzdan əvvəlki günlər, novruza bir neçə gün qalmış, novruz ərəfəsi. [Nişanlı qıza] novruzqabağı çərşənbə yemişi, novruz bayramında tel, paxlava .. və s. həlviyyat xonçası, üstə bir əlbəsəlik ipək parça labüd gedəcəkdir. R.Əfəndiyev. Novruzqabağı idi. Bağışlanmaqdan danışırdılar. Mir Cəlal. noyabr [lat.] Təqvim ilinin on birinci ayı. nökər is. Keçmişdə ağasına xidmət edən və onun şəxsi tapşırıqlarını yerinə yetirən ev xidmətçisi (oğlan). [Əhməd tacirbaşı] özü sərkarını, sarbanını, bir də nökərlərini, gözəgələn igidlərini götürüb çıxdı bir uca təpənin başına. “Koroğlu”. Nökər içəri daxil olub, Bahadıra: – Bir şəxs sizi görmək istəyir, – dedi. N.Nərimanov. // nifr. Başqasına qulluq göstərən, yaltaqlıq edən adam haqqında. nökərçə is. Balaca nökər, nökərçilik edən balaca oğlan uşağı. [Qoca:] Nökərçəmiz bir cam buğlana-buğlana bişmiş süd gətirdi. A.Divanbəyoğlu. nökərçilik is. Nökər olma, nökərlik etmə. Nökərçilik etmə. – [Rəhim Leylaya:] Mən atamı, anamı unudub bu qapıda səndən ötrü nökərçiliyi qəbul eyləmişəm. N.Vəzirov. Bəxtiyar bütün ömrünü özgələrin qapısında nökərçiliklə keçirdiyindən nə dünya, nə də axirət işlərindən bir xəbəri olmuşdu. S.Hüseyn. // məc. Yaltaqlanma, xidmət göstərmə, özünü nökər kimi aparma. nökərlik is. Nökərin işi, vəzifəsi; nökərçilik. nöqsan is. [ər.]\n1. Çatışmayan cəhət, çatışmazlıq. Nöqsanları aradan qaldırmaq. – Nöqsana göz yummaq onun ömrünü uzatmaq deməkdir. M.İbrahimov.\n2. Qüsur, qəbahət, eyib, naqislik. Onun nöqsanı nədədir? – İndi sənin özün təsəvvür et, öz nöqsanını qarşına qoyub sənə tapşırılan vəzifə ilə müqayisə et? M.S.Ordubadi. [İskəndər:] Dişi, erkək bir candır; Bunlara tək yaşamaq nöqsandır. A.Şaiq.\n3. dan. Qeyri-kamillik, eyib, zədə. Bu malın nöqsanı var. nöqsanlı sif.\n1. Nöqsanı olan, qüsurlu, eyibli, kəsirli, səhvli. Nöqsanlı kitab. Nöqsanlı yazı. – Şagirdlərin yazı nitqləri çox nöqsanlıdır. M.İbrahimov.\n2. Qeyri-kamil, eyibli, zədəli, çatışmayan cəhəti olan. Nöqsanlı mal. nöqsanlılıq is. Nöqsanlı şeyin halı, qeyri-kamillik. nöqsansız sif. Heç bir nöqsanı, eybi, kəsiri olmayan; kəsirsiz, qüsursuz. Nöqsansız iş. Nöqsansız yazı. nöqsansızlıq is. Nöqsansız şeyin halı; qüsursuzluq, kəsirsizlik. nöqteyi-nəzər is. [ər.] Müəyyən bir məsələ haqqında fikir, görüş, mülahizə, baxış; baxım. • Bu nöqteyi-nəzərdən – bu baxımdan. ...nöqteyi-nəzərindən – ..baxımından. Hüquqi nöqteyi-nəzərdən bu sənəd saxtadır. Çəmənzəminli. nöqtə is.\n1. Qələm, karandaş, iynə və s. bu kimi şeylərin ucunun bir yerə batmasından, ya toxunmasından qalan girdə xalcıq, iz, ləkə. Nöqtələr şəklində güllər vurmaq. Xətt nöqtələrdən ibarətdir. // məc. Zorla seçilə bilən, nöqtəyə oxşayan kiçik şey haqqında. [Dərviş:] Ağartının ortasında bir qara nöqtə gördüm, qoça kişi yüyürdü, oradan bağırdı. A.Divanbəyoğlu. Birdən hər təyyarədən biriki nöqtə ayrılıb ağır-ağır yerə enməyə başladı. M.Rzaquluzadə. • Nöqtə kimi – çox kiçik, güclə seçilə bilən. Evlər uzaqda nöqtə kimi qaralırdı. – Mələyə elə gəldi ki, arvadın gözünün ağı həddindən artıq böyüyüb, qarası isə tən ortada, balaca bir nöqtə kimi işıldayır. İ.Şıxlı.\n2. qram. Cümləni ayıran, həmçinin sözləri ixtisar şəklində yazdıqda (və i.a. və s.) qoyulan durğu işarəsi (.). // Ərəb əlifbasında bəzi hərflərin altına, ya üstünə qoyulan kiçik işarə (məs.: ).\n3. Riyaziyyatın, habelə mexanika və fizikanın əsas anlayışı; ölçüsü olmayan yer, xətt kəsiyinin hüdudu. Xətlərin kəsişdiyi nöqtə. Dayaq nöqtəsi. – Çox kiçik cismin hərəkətinin öyrənilməsinin asanlığı bundan ibarətdir ki, onun ayrı-ayrı nöqtələrinin hərəkətləri bir-birindən çox az fərqlənir. Z.Xəlilov.\n4. Fəzada və ya bir şeyin üzərində müəyyən yer. Dağ silsiləsinin ən uca nöqtəsi.\n5. Bir iş görülən, ya bir şeyin yerləşdiyi yer, məntəqə. Ticarət nöqtəsi (mağaza və s.). Atəş nöqtəsi (pulemyot, top və s.). – Fişəng atılanda Fərhad düşmənin atəş nöqtəsini gördü. Ə.Vəliyev. // Mövqe, yer. Bir nöqtəyə yığılmaq (cəm olmaq). O nöqtəyə çatan kimi durduq.\n6. Yer, cəhət, səmt. Dünyanın heç bir nöqtəsində, heç bir tayfa arasında şeytan o qədər modda deyil ki, biz müsəlmanların arasındadır. C.Məmmədquluzadə. [Biz] ..aləmiislamın bəzi nöqtələrində müşahidə olunan tərəqqiləri görüb şad olduq. F.Köçərli. // “Bir” sözü ilə yenə müəyyən yer bildirir. Bir nöqtəyə baxmaq. Bir nöqtədə durmaq. – Yoldaşlar nəzərlərini bir nöqtəyə dikib, dərin bir xəyala dalmışdılar. H.Nəzərli.\n7. Məc. mənada tərkiblərdə: qəlbinin incə nöqtəsi, ruhunun həssas nöqtəsi və s. şəklində işlənir. Telli ixtiyarsız bir ah çəkdi. Müəllim onun ruhunun ən həssas nöqtəsinə toxunmuşdu. S.Hüseyn. [Qüdrət] adamların əhvali-ruhiyyəsindəki zəif nöqtələrin .. gizli qaldığına təəssüf edib, Fikrətin sözünü yarıda kəsdiyinə peşman oldu. M.Hüseyn.\n8. fiz. Hər hansı maddənin bir haldan (aqreqat vəziyyətindən) başqa hala keçməsini göstərən temperatur həddi. Qaynama nöqtəsi. Donma nöqtəsi.\n9. mus. Hədd, dərəcə. “Simayi-şəms” bütün əsərin (şurun) ən yüksək nöqtəsidir. Ü.Hacıbəyov. ‣ Nöqtə qoymaq – bitirmək, qurtarmaq, tamamlamaq, axıra çatdırmaq. Burada nöqtə qoy! – Gözlərindən axan yaş; Onun hicran kitabına nöqtə qoydu, qapandı. B.Vahabzadə. nöqtəbənöqtə zərf [ər. nöqtə və fars. ...bə...] Tamamilə, olduğu kimi, eynən, heç bir kəlmə buraxmadan, kəlməsi-kəlməsinə, sözbəsöz, bütün təfərrüatı ilə. Nöqtəbənöqtə danışmaq. Nöqtəbənöqtə yazıb vermək. – Yazılsa nöqtəbənöqtə, deyilsə hərfbəhərf; Qurtarmaz həşrə qədər halü-macərası gülün. X.Natəvan. [Bəy:] O da bizə məlumdur ki, mərhumun adı bu saat qubernatorun hüzurunda nöqtəbənöqtə yazılıbdır. Mir Cəlal. nöqtəcə zərf Son dərəcə az, olduqca az; zərrəcə. Dəhənin sirrini sordum, dedi, yoxdan nə deyim; Seyyidin nöqtəcə yox əqli, nə nadan görünür. S.Ə.Şirvani. nöqtələmə “Nöqtələmək”dən f. is. nöqtələmək f. Nöqtə və ya nöqtələr qoymaq, nöqtə düzmək. nöqtəsi-nöqtəsinə bax. nöqtəbənöqtə. nömrə [lat. numerus – ədəd]\n1. Bir şeyin eyni cinsli şeylər sırasında sıra sayı. Evin nömrəsi. İnventar nömrəsi. Biletin nömrəsi.\n2. Üzərində sıra nömrəsi yazılmış (pətə, kağız parçası və s.) hər hansı bir şeyin, xüsusən, paltarın, ayaqqabının və s.-nin ölçüsünü göstərən rəqəm. 21 nömrəli corab. 50 nömrəli palto. 5 nömrəli əlcək.\n3. Sıra nömrəsi ilə göstərilmiş hər hansı bir şey. Məcmuənin mart nömrəsi. Qəzetin növbəti nömrəsi. – Məlum oldu ki, biz doqquz ayın müddətində otuz doqquz nömrə “Molla Nəsrəddin” jurnalı yazmışıq. C.Məmmədquluzadə.\n4. Mehmanxanada, hamamda və s.-də ayrıayrı otaqlar. Axırda dedilər ki, hamamların birində nömrələr var. Ə.Haqverdiyev. Otel sahibi və onun dalısınca bir əcnəbi nömrəyə girdilər. S.M.Qənizadə.\n5. Hər hansı bir tamaşanın, konsertin və s.-nin tərkib hissələrindən hər biri. Konsertin sirk nömrəsi başlandı. – Diktor qocaman ifaçının adını xüsusi bir məhəbbətlə çəkərək konsertin növbəti nömrəsini elan edir. Ə.Bədəlbəyli.\n6. məc. dan. Gözlənilməz qəribə hərəkət, iş, oyun, hoqqa; kələk. Onun bu nömrəsi keçmədi. – ..Yox balam, deyəsən, nömrəynən bunu başa vermək olmayacaq. Ə.Əbülhəsən. [Şahin:] Mənim orijinal bir nömrəm var, o da kasa rəqsidir. Kasaları su ilə doldurub bir podnosa düzürəm və başıma qoyub rəqs eləyirəm. S.Rəhman. ‣ Nömrə gəlmək – aldatmaq, hiylə işlətmək, kələk gəlmək. Yoldaşına nömrə gəlmək. nömrəbaz sif. [lat. numerus və fars. ...baz] dan. Hiyləgər, fırıldaqçı, kələkbaz. Nömrəbaz adam. nömrələmə “Nömrələmək”dən f.is. nömrələmək f. Şeylərə sıra üzrə rəqəm yazmaq, nömrə qoymaq. Kitabları nömrələmək. Yerləri nömrələmək (teatrda, kinoda və s.-də). nömrələnmək məch. Nömrə yazılmaq, nömrə qoyulmaq. Qapılar nömrələnib. nömrələnmiş f.sif. Nömrə yazılmış, nömrə vurulmuş. Nömrələnmiş sənədlər. Nömrələnmiş yerlər. nömrəli sif. Nömrəsi olan, nömrə yazılmış, nömrə vurulmuş. Nömrəli qapı. Nömrəli maşın. – Qarı daima beş nömrəli yumşaq vaqona minərdi.. Ə.Əbülhəsən. nömrəsiz sif. Nömrəsi olmayan, nömrə vurulmamış, nömrə qoyulmamış. Nömrəsiz otaq. Nömrəsiz siyahı. – Nömrəsiz kamera bu hay-küydən uzaq idi. Mir Cəlal. nöş “Nöşün” sözünün canlı dildə işlənən ixtisar forması. Söz sözə mehribandı; Qaş gözə mehribandı; O ki düşmənə dostdu; Nöş bizə mehribandı? (Bayatı). [Pirəli:] Nöş mən gecəbəgündüz özümü oda, alova atıram? M.Hüseyn. nöşün “Nə üçün” sözünün canlı dildə işlənən təhrif edilmiş forması. Ey gözüm, nə dəyib kövrək könlünə? Ey şirin güftarım, nöşün ağladın? M.P.Vaqif. [Məşədi Püstə bacı:] Ay Xeyransa bacı, İnayəti nöşün evləndirmirsən? H.Sarabski. növ is. [ər.]\n1. Dürlü, cür, təhər, çeşid. Bu növ şey görməmişəm. – Zəmani-hicrdə gah ağlayıb, gah gülürəm; Bu eşq aləminin özgə növ haləti var. S.Ə.Şirvani. • Bir növ – birtəhər, nə yaxşı, nə pis, orta, babat. [Məcid:] ..Bir növ dolanırıq. N.Vəzirov. [Molla Cümə:] Məhərrəmlik gəlincəyədək gərək bir növ dolanaq. Ə.Haqverdiyev. Bu növ – bu qaydada, bu cür, bu üsulda. İslam uşağı yatsın ayağında falaqqa; Bu növ idi təlim; Vursun buların başına həm mirzə taraqqa. M.Ə.Sabir. O növ (ilə) – o cür, o təhər, o qaydada, elə. Nə gərəkdir bizə o növ söhbətlər; Eşidiz pəndlər, nəsihətlər. S.Ə.Şirvani. Nifrət edib cümlə qaçırdı ondan; O növ ilə ki, qaçarlar taundan. A.Səhhət.\n2. biol. Sistematikada: cinsin tərkibinə daxil olan və öz əsasından kəskin əlamətlərlə fərqlənməyən ayrıca qrup. Balığın növləri. Quş növləri. – Kəndin aşağısında tez-yetişən qırmızı alma növləri var. S.Rəhman. Yaylaqlardan ən yaxşı, ən çox çiçək, böcək növlərini [Bahar] toplayardı. B.Bayramov.\n3. Bir şeyin başqa bir şəkli, variantı, tipi. Yeni təlim növü.\n4. qram. Feildə: hərəkətin icrasının səciyyəsini göstərən qrammatik kateqoriya. Məlum növ. Məchul növ. ‣ Növi-bəşər köhn. – insan nəsli, inan cinsi, insanlar. Bəni-növi-bəşər – bax. bəniadəm (“bəni”də). [Taybuynuz öküz] həm öz cinslərinin və həm də bəni-növi-bəşərin nəzərində hörmətdən düşübdür. F.Köçərli. növarası sif. biol. Müxtəlif bitki və ya heyvan növləri arasında əmələ gələn. Növarası cütləşmə. növbə is. [ər.]\n1. Hər hansı bir işin icrasında ardıcıllıq, sıra qaydası. Məsələləri növbəyə qoymaq. Növbəyə riayət etmək. • Birinci (ilk) növbədə – hər şeydən əvvəl, hamıdan qabaq. Tresti kəsirdən qurtarmaq üçün birinci növbədə müşavirə və nitqləri ixtisara salmaq lazımdır. M.Hüseyn.\n2. Bu qaydada (bir-birinin ardınca) duraraq bir şey gözləyən adamlar sırası. Bilet üçün növbə. Kino kassasında böyük növbə var. – Ağa, səbr elə, hələ vaxta var və bizə növbə yetişməmiş bilet verməzlər. Ə.Haqverdiyev. • Növbəyə durmaq – bir şey üçün biri digərinin arxasında cərgə ilə durmaq. Şairləri salamlamaq üçün qızlar, gəlinlər birbirinin dalınca cərgə ilə növbəyə durmuşdu. M.S.Ordubadi. // Bu sırada tutulan yer. Növbəsini başqasına vermək. Növbədən çıxmaq. Növbə kimindir?\n3. İşləyən, oxuyan, istirahət edən bir qrup adamın digər qrupu əvəz etdiyi zaman, vaxt. Onlardan Sitarə birinci növbədə, Mehparə ikinci növbədə məktəbə gedirdi. S.Rəhimov. [Dostlar] indicə növbədən çıxıb istirahət etməyə gedirdilər. M.Rzaquluzadə.\n4. Keşik, qarovul. Növbə çəkmək. Növbədə olmaq. – Böyük Vətən müharibəsi günlərində kəndin cavanları [Qaratəpədə] növbə çəkib Arazın o tayını gözlədilər. Ə.Vəliyev. [Fərhad:] Bizim qoca bir həftədir hər gecə dənizdə növbə çəkir. Ə.Məmmədxanlı.\n5. Hər hansı bir xəstəliyin müəyyən vaxtlarda özünü göstərməsi və ya güclənməsi.\n6. “İlə” qoşması ilə yenə sıra, ardıcıllıq bildirir. Növbə ilə içəri girmək. Növbə ilə şagirdləri dindirmək. – Şəhərdə bir neçə şirin quyu vardı ki, buna da keşikçi qoyulmuşdu, növbə ilə xalqa su paylanırdı. Çəmənzəminli. növbədənkənar sif. Növbədə nəzərdə tutulmayan, vaxtı, müddəti qabaqcadan müəyyən olmayan. növbələnmə “Növbələnmək”dən f.is. növbələnmək bax. növbələşmək. növbələşmə “Növbələşmək”dən f.is. növbələşmək f. Növbə ilə biri digərini əvəz etmək, ardıcıl dəyişilmək, bir-birinin ardınca gəlmək. Dastan şeirlə nəsrin növbələşməsi prinsipinə əsaslanır. növbəli sif. Növbə ilə olan, növbəyə əsaslanan. • Növbəli əkin – əkinçilikdə: dənli bitkilərin, otların ardıcıl surətdə əvəzlənməsi üsulu. növbənöv sif. Cürbəcür, hər cür, müxtəlif. Süfrədə növbənöv yeməklər var. Onun növbənöv paltarları var. – Hacının sərvəti haqqında növbənöv hekayələr söylənirdi və onun banklarda olan pulunun qədərini milyon hesab edirdilər. Ə.Haqverdiyev. növbəsiz zərf Növbə gözləmədən, növbədənxaric, növbədənkənar. Növbəsiz içəri girmək. Növbəsiz bilet almaq. növbət bax. növbə. Bir gün növbət Mirzəyə gəlmişdi. Ə.Haqverdiyev. ..Gəlinlər birbir oynadılar, göyçək qızlar süzdülər, növbət gəlinə gəldi. Çəmənzəminli. növbətçi is.\n1. Növbədə durub qarovul çəkən; keşikçi, qarovulçu. Növbətçi postu. – Sarxan dəmiryol stansiyası növbətçisinin evindən çıxıb aşağı endi. M.Hüseyn. Təpənin lap üstünə çatarkən növbətçidən bir əsər görmədi. H.Nəzərli.\n2. sif. Növbə ilə hər hansı bir xidməti vəzifəni yerinə yetirən. Növbətçi həkim. Növbətçi müəllim. Növbətçi əsgər. – ..Əvvəl növbətçi əsgər; Bir qədər heyrət edir. R.Rza. // İs. mənasında. Keçirdiyi həyəcanı növbətçiyə sezdirməmək üçün jiletinin cibindən zəncirli saatını çıxardıb baxdı və astaca addımlarla dəhlizə yaxınlaşdı. İ.Şxlı. növbətçilik is.\n1. Növbədə olma, növbədə durma. Növbətçiliyini bitirmək.\n2. Növbətçinin vəzifəsi, işi. növbəti sif. [ər.]\n1. Növbədə olan, növbə üzrə, birinci, ən yaxın olan. Növbəti məsələ. Növbəti vəzifə. – Diktor, qocaman ifaçının adını xüsusi bir məhəbbətlə çəkərək konsertin növbəti nömrəsini elan edir. Ə.Bəbəlbəyli.\n2. Müəyyən edilmiş vaxtda ardıcıl olaraq baş verən, müəyyən ardıcıllıqla olan, növbə üzrə icra edilən, sıra ilə gedən. Növbəti məzuniyyət. Məcmuənin növbəti nömrəsi. Növbəti çağırış. – Ulduzun həyatındakı bu qəribə gecədən üç gün sonra, o, növbəti döyüşçünü atəş altından çıxarırkən birdən onun qolları sustaldı. Ə.Məmmədxanlı. Növbəti məşğələlərdən biri idi. Ə.Vəliyev.\n3. dan. Vaxtbavaxt baş verən, meydana çıxan (iş, hərəkət). Bu onun növbəti oyunlarından biridir. növcavan sif. və is. [fars.] Yeniyetmə, gənc. Ölüm həqdir, əmma növcavan ölmək nə müşküldür. M.V.Vidadi. Gözlərindi nərgis, qaşlarındı yay; Heç növcavan ola bilməz sənə tay. Q.Zakir. növhə is. [ər.] Hava ilə ölüyə oxunan hüznlü şeir, matəm nəğməsi; mərsiyə. Növhə başlandı. – Hüseynəli sinəsini açıb başladı növhənin havası ilə şart-şart sinəsinə çırpmağa. Ə.Haqverdiyev. növhəxan is. [ər. növhə və fars. ...xan] Növhə oxuyan, növhə deyən: mərsiyəxan. Məşədi Kazım ağa minbərin dibində növhə və fərd oxumaq üçün Təbrizin gözəl səsli gənc növhəxanlarını dəvət etmişdi. M.S.Ordubadi. növhəxanlıq is. Növhəxanın işi, peşəsi; mərsiyəxanlıq. Hacılar cümlə növhəxanlıqda; Məşədilərsə canfəşanlıqda. M.S.Ordubadi. növləşdirilmə “Növləşdirilmək”dən f.is. növləşdirilmək məch. Növlərə ayrılmaq, növlər üzrə seçilmək. növləşdirmə “Növləşdirmək”dən f.is. növləşdirmək f. Növlərə ayırmaq. Taxılı növləşdirmək. növ-növ bax. növbənöv. Xülasə, qalan yüz on beş kağız da bu məzmunda növ-növ iftira və yalan! C.Məmmədquluzadə. Kitab da növ-növdür insanlar kimi; Bədsifət, acıdil olur bir çoxu. S.Vurğun. növraq is. [ər. “rövnəq” sözünün təhrif forması] Bəzək, yaraşıq, lətafət, gözəllik, parlaqlıq. Qar tutub Şah dağını; Don vurub növrağını; Çəkilib tülək tərlan; Sar alıb ovlağını. (Bayatı). // Məc. mənada. Gül büsatı, gül əndamı, gül üzü; Mənim üçün hər növrağı şirindir. Aşıq Ələsgər. ‣ Növraq dönmək – zəmanə dəyişmək, əvvəlki işlərdən iz qalmamaq. [Qarı:] Növraq gör necə dönüb, a qız, qədim əyyamlarda çapqınçılığa, özü də harda, çöldə, kəndkəsəkdə gecə çıxardılar. Ə.Əbülhəsən. növrəs sif. [fars.]\n1. Yeni yetişmiş, təzə, novbar. Növrəs meyvə.\n2. bax. növrəstə. Dəhr vəqf etmiş məni növrəs cavanlar eşqinə. Füzuli. növrəsidə [fars.]\n1. bax. növrəstə. Növrəsidə, on üç, on dörd yaşında; Eyb olmaya kirpiyində, qaşında. M.P.Vaqif. Məgər heç düşünməz qəbahətini? Gedib növrəsidə cəvanə sevər. Q.Zakir. növrəstə sif. [fars.] Həddi-büluğa yetmiş, cavan, gənc. Növrəstə qız. Növrəstə oğlan. – Onda görürsən yıxılıb yanbayan; Bir neçə növrəstə cavan laybalay. M.Ə.Sabir. [İskəndər bəy:] Xala, sən nə diribaş qarısan? Mənə nə verərsən, sənə bir elə dava verim ki, növrəstə cavan olasan? N.Vəzirov. nöyüt is. dan. bax. neft. [Qaçay:] Üç gündür Mirzə Cəmil nöyüt vermir, stansiyada da tapmırıq. Ə.Vəliyev. nubiyalı is. Nil çayı (Afrika) sahillərində yaşayan xalq və həmin xalqa mənsub olan adam. nuh is. [ər.] Peyğəmbərlərdən birinin adı. Nuhun gəmisi. nuqa is. [fr.] Şəkər və qozdan hazırlanmış şirniyyat növü; qənnadı məmulatı. numizmatik [latıncadan] Numizmatika mütəxəssisi; qədim sikkələri və medalları yığan və tədqiq edən alim. numizmatika [lat. numisma – pul] Qədim sikkə və medalları toplayıb tədqiq edən elm. [Səməndər:] İsi dayı, siz özünüz numizmatikadan yaxşı baş çıxarırsınız. B.Bayramov. nun is. [ər.] Ərəb əlifbasında “ ” şəklində yazılan hərfin adı. // məc. Klassik şeirdə gözəlin qaşları bu hərfə – qövsə oxşadılır. Qaşın bir nundur, çəkmiş qəza qüdrətdən. M.V.Vidadi. ‣ Qəddi nun olmaq – bax. qəddi bükülmək (“qədd”də). nur is. [ər.]\n1. Aydınlıq, işıq. Günəşin nuru ətrafı işıqlandırmışdır. – Yaz mövsümü endikcə səmadan yerə axşam; Gün nuru verir dağlara min rəngi-dilara. A.Səhhət. Çıxdı günəş, doldu cahan nur ilə; Cütçü sürür tarlada cüt şur ilə. M.Ə.Sabir. Göy üzü damardamar; Göydən yerə nur damar. (Bayatı). • Nur almaq – bax. nurlanmaq. Nur saçmaq (səpmək, tökmək) – işıq vermək, işıqlatmaq, ziya saçmaq, parlatmaq. Gecəki yağışdan çiçəklərin, yarpaqların uclarından sallanan damlalar .. parıl-parıl parıldayır, ətrafına incə telli nurlar saçırdı. A.Şaiq. Göyün altun saçlı qızı nur saçar; İnsanların tutqun könlünü açar. H.Cavid. Nura boyamaq (qərq etmək) – işıqlandırmaq, işıq saçmaq, parlatmaq, şəfəqləndirmək. Nura boyanmaq (qərq olmaq) – hər tərəf aydınlıq, işıq içərisində olmaq, şəfəq vermək, parlamaq. Çilçıraqlar üstə yanır ağ şamlar; Möhtəşəm sütunlar nura boyanır. S.Vurğun. Günəş çoxdan doğmuş, ətrafı nura qərq eləmişdi. Ə.Vəliyev.\n2. məc. Maarif, aydınlıq, tərəqqi simvolu kimi işlənir. Elm bir nur, cəhl zülmətdir; Cəhl duzəxdir, elm cənnətdir. S.Ə.Şirvani. Bir gün eşitdim ki, “Nicat” az qalır yer üzünün cəmi müsəlmanlarının qara qəlblərinə maarif nuru ilə nicat versin. C.Məmmədquluzadə. nurani sif. [ər.]\n1. Nurlu, işıqlı, aydın.\n2. məc. Hörmətli, hörmətə layiq, müqəddəs simalı, üzündən nur yağan. Nurani qoca. – Bahadır o nurani kişini unutsa da, özünün bu qədər gücsüz qələmə verilməyinə razı olmadı. M.Hüseyn. [Buğac:] Burada bihuş yatarkən, ağsaçlı, ağsaqqallı nurani bir pir, .. mənə meydanda ad verən o qoca ozan gözümə göründü. M.Rzaquluzadə. nuranilik is. Nurani və hörmətə layiq adamın halı. Beləliklə, günlər gəlib keçir. Mirzə Valehin dən düşmüş saqqalı dümağ olur, ətrafa bir nuranilik saçırdı. S.Rəhimov. nurələnnur sif. [ər.]\n1. Lap işıqlı. Ətraf nurələnnur idi.\n2. məc. Yaxşıların yaxşısı, ən əla, ən yaxşı. Hanı mərd igidlər, boş qalıb yurdu; Səxavətdə Eldar nurələnnurdu. Aşıq Ələsgər. [Şeyx Səlim:] Əgər belə iş görsəniz, lap nurələnnur olar ki. P.Makulu. nuri-çeşmim (=nuri-didəm=nurieynim) köhn. Çox istəkli, çox əziz adama nəvazişlə müraciət məqamında, ya onun haqqında deyilir: gözümün işığı (nuru). Səni Yusif bilib verdim könül mülkündə sultanlıq; Əzizim, nuri-eynim, sən gəda oğlu gədasanmış. S.Ə.Şirvani. [Yusif:] Açım kağızı, görüm mənim əziz, nuri-çeşmim Şamdan bəy nə yazır? N.Nərimanov. Ah, nuri-didəm, halım nə qədər də qəmli, küskün; Bir şey yemək istəməzmi könlün? H.Cavid. nuri-didəm (=nuri-çeşmim=nurieynim) köhn. Çox istəkli, çox əziz adama nəvazişlə müraciət məqamında, ya onun haqqında deyilir: gözümün işığı (nuru). Səni Yusif bilib verdim könül mülkündə sultanlıq; Əzizim, nuri-eynim, sən gəda oğlu gədasanmış. S.Ə.Şirvani. [Yusif:] Açım kağızı, görüm mənim əziz, nuri-çeşmim Şamdan bəy nə yazır? N.Nərimanov. Ah, nuri-didəm, halım nə qədər də qəmli, küskün; Bir şey yemək istəməzmi könlün? H.Cavid. nurieynim (=nuri-çeşmim=nuri-didəm) köhn. Çox istəkli, çox əziz adama nəvazişlə müraciət məqamında, ya onun haqqında deyilir: gözümün işığı (nuru). Səni Yusif bilib verdim könül mülkündə sultanlıq; Əzizim, nuri-eynim, sən gəda oğlu gədasanmış. S.Ə.Şirvani. [Yusif:] Açım kağızı, görüm mənim əziz, nuri-çeşmim Şamdan bəy nə yazır? N.Nərimanov. Ah, nuri-didəm, halım nə qədər də qəmli, küskün; Bir şey yemək istəməzmi könlün? H.Cavid. nurlandırma “Nurlandırmaq”dan f.is. nurlandırmaq f.\n1. İşıqlı etmək, işıqlandırmaq. Canlı bir məşəl; Qaranlıq gecəni nurlandırırdı. M.Rahim. Göy üzünə səpələnmiş, çiçək kimi açılmış ulduzlar ətrafı nurlandırmışdı. Ə.Vəliyev.\n2. məc. Maarifləndirmək, mədəniyyətə çağırmaq. Xalqı nurlandırmaq. nurlanma “Nurlanmaq”dan f.is. nurlanmaq f. İşıqlanmaq, parlamaq. Üfüqlər bahar günəşinin ilk şəfəqləri ilə nurlanıb aydınlaşır. M.Rzaquluzadə. nurlanmış f.sif. İşıqlanmış, işıq almış, işıq gəlmiş. Maya .. ilahi məhəbbət duyğularının işığı ilə nurlanmış gözlərilə Qaraşı süzdü. M.İbrahimov. nurlatma “Nurlatmaq”dan f.is. nurlatmaq f. İşıqlandırmaq, nura boyamaq, nura qərq etmək. Gecənin nurladacaq alnını ay, ulduzlar; Səni yad eyləyəcək nazlı gəlinlər, qızlar. S.Rüstəm. nurlu sif. İşıqlı, aydın, parlaq. Doğrudan da bir an içində sabahın bu nurlu çağında hava qapqaranlıq oldu. M.Rzaquluzadə. nursaçan sif. İşıq saçan, ziya saçan, nur səpən. Qoca Qaf dağından Şərqə nursaçan; Şanlı bir dövlətsən, azad, bəxtiyar. Ə.Cəmil. nuş is. [fars.]\n1. klas. Dadlı, şirin. Qeyrə eylər bisəbəb min iltifat ol nuş ləb; İltifat etməz mənə mütləq, nədir bilməm səbəb. Füzuli. Mən zəhr bildiyim məni-miskinə nuş imiş; Biganə sandığım mənə xud aşina imiş. S.Ə.Şirvani. • Nuş olmaq – canına yatmaq (sinmək), xoş olmaq. Nuş olur canıma ət, xasa o həngamdə kim; Mən yeyəm, xırda uşaqlar baxa, ağlaşa ətə. M.Ə.Sabir. Hər günümüz bir köçəri quş olur; Yar əlindən badə alsan nuş olur. R.Rza.\n2. İçki. • Nuş etmək (eyləmək) – içmək. Nuş etdim röyadə eşqin camını; Göründü gözümə doğru rah mənim. “Aşıq Qərib”. ‣ Nuş olsun – bax. nuşcan. nuşcan [fars.] Çox vaxt “olsun” feli ilə canına nuş olsun! canına sinsin! Nuşcan olsun, qardaşlar, doyunca yeyin, doymasanız, yenə verərik. C.Məmmədquluzadə. nuşcanlıqla zərf Ləzzətlə, həvəslə, canına sinə-sinə. Nisə bərk acmışdı, əlin atıb armud ağacından bir neçə armud dərib nuşcanlıqla yedi. (Nağıl). nüans [fr.] Hər hansı bir şeydə (səsdə, rəngdə və s.-də) incə fərq; çalar. Nüans – musiqidə ayrı-ayrı frazalara – cümlələrə çox zərif tərzdə keçməyə deyilir. Ə.Bədəlbəyli. nücəba is. [ər. “nəcib” söz. cəmi] Nəcib adamlar, əsilli adamlar; kübarlar, zadəganlar. Belə idi adət əvvəl? Bəyə yalvarardı kasıb; Nücəbaləri görəndə ayağa durardı kasıb. M.Ə.Sabir. [Mirzə Əsgər:] Bir para adamı siz layiq bilmirsiniz, deyirsiniz ki, nanəcibdir, nücəbada da elə münasib oğlan yoxdur. N.Vəzirov. nücum is. [ər. “nəcm” söz. cəmi]\n1. Ulduzlar. Kövkəblər! Ey səmanı müzəyyən qılan nücum; Etmişmidir o yerlərə də seyli-qəm hücum? M.Hadi.\n2. Ulduzlar və onların vəziyyətinə görə insan və onun taleyi haqqında hökm çıxarmağın mümkün olması haqqında orta əsr sxolastik elmi; elmi-nücum, astrologiya. nüdrət is. [ər.] Nadir olma, az tapılma, seyrəklik. nüdrətdə zərf Nadir hallarda, nadir olaraq, bəzən, arabir, əyyamda bir dəfə. Nüdrətdə düşər şənbəyə novruz. (Məsəl). nüdrətən zərf [ər.]\n1. Hərdənbir, arabir, az-az, təsadüfdən-təsadüfə, nadir hallarda. Elə güman etmək lazım gəlmir ki, yuxarıda rəvayət olunan nüdrətən ittifaq düşən bir işdir. C.Məmmədquluzadə. [Ağdam bazarı] tuhaf bir bazardır. Alış-veriş nüdrətən olur. Ə.Haqverdiyev.\n2. Birdən, gözlənmədən. nüfuz is. [ər.]\n1. Bir adamın sözü keçmə, hörməti, etibarı, təsiri olma; hörmət, etibar, təsir; avtoritet. Naməlsəm camaatının arasında Əminin nüfuzu gündən-günə artır. N.Nərimanov. Cülus günündə iştirak etmək üçün xəlifə nüfuzu altında olan ölkələrin hökmdarları da öz mühafizə qoşunları ilə bərabər Bağdada gəlmişdi. M.S.Ordubadi. • Nüfuz qazanmaq – hörmət qazanmaq, hörməti, etibarı artmaq, avtoritet qazanmaq. Nüfuzdan düşmək – hörməti, etibarı itmək, əvvəlki etibarı qalmamaq. [Xəlil] onun yanında nüfuzdan düşməsin deyə, işi birtəhər, zarafatla yola vermək istədi, zorla gülümsündü. M.Hüseyn. Nüfuzdan salmaq – hörmətdən, etibardan salmaq, bihörmət etmək, alçaltmaq. [Sadıqov:] Bu məni biabır etməkdir, nüfuzdan salmaqdır. İ.Əfəndiyev.\n2. Təsir etmə, keçmə, içəriyə işləmə. • Nüfuz etmək – təsir etmək, işləmək, keçmək. Qurban .. sümüklərinə qədər nüfuz edən soyuqdan bir yumaq kimi büzüşdü.. A.Şaiq. Onun iti nəzərləri geniş üfüqlərə nüfuz edir. M.Hüseyn. May günəşi elə bil onun ürəyinin içinə qədər nüfuz edir. S.Rəhman. nüfuzedici sif. Təsirli, təsiredici; ifadəli. Nüfuzedici baxış. – Amma yenə də [Əlyarov] oğrun-oğrun qocanı süzürdü, gah onun ağarmış topa saqqalına, gah çuxurlarda gizlənmiş ağıllı və nüfuzedici gözlərinə .. baxırdı. M.Hüseyn. [Nəcmi] .. izdihamın ayrı-ayrı yerlərinə, sonra da Veysə, Zeynala diqqət edib nüfuzedici asta və qəti səslə dedi.. Ə.Əbülhəsən. nüfuzlu sif. Nüfuzu, hörməti, etibarı olan; sözükeçən. Nüfuzlu adam. – [Qəhrəman:] Eşitdiyimə görə bu evin sahibi şəhərin ən böyük və nüfuzlu bəyi imiş. H.Nəzərli. [Məsmə:] ..Onlar kənddə nüfuzlu, kəramət sahibi seyidlər hesab olunurdular. S.Hüseyn. nüfus is. [ər. “nəfs” söz. cəmi]\n1. Əhali, camaat. [İskəndərzadə:] ..Bu arvad və uşaqlarına nüfus hesabı ilə nə qədər yer düşürsə, müəyyən edib versinlər. Ə.Haqverdiyev.\n2. dan. Çirkin, bədheybət, kifir adam. Nüfusun biridir. nühusət is. [ər.] klas. Uğursuzluq, bədbəxtlik, məşumluq, nəhslik. [Mövlana:] Qibleyi-aləm bu əyyami-nühusətdə, yəni novruzdan on beş gün keçənədək gərək özünü səltənətdən xəl edə.. M.F.Axundzadə. Biz müsəlmanlar indiyədək günlərin səadətini və nühusətini istəməmişik mülahizə eliyək.. C.Məmmədquluzadə. nüktə is. [ər.] klas. Bir sözdən, ibarədən, ifadədən dolayısilə çıxarılan gizli, incə məna. Bu pünhan nüktəni bir vaqifi-əsrar olandan sor. Füzuli. Sirri-dəhani məndən eşit, kim bu nüktənin; Təlif olan kitabələri əzbərimdədir. S.Ə.Şirvani. nüktədan is. [ər. nüktə və fars. ...dan] klas. Sözdən, danışıqdan dərin incə məna çıxara bilən adam. ..Əhli-ürfan, nüktədan, şairsevən, aşiqpərəst; Bir müvafiq məhliqayimehriban sevmək gərək. M.P.Vaqif. Xəyalım hürr, can sərbəst, fikrim laübalidir; Məni azad edən sultani-əqli-nüktədanımdır. M.Hadi. nüktəli sif. İçərisində incə və dərin, bilavasitə başa düşülməyən mənası olan. Nüktəli söz. nümayan sif. [fars.] klas. Görünən, zahir olan, aydın olan. Çay kənarında bir meşə qaralır; O biri yanda kənd nümayandır. A.Səhhət. • Nümayan etmək (eləmək) – görsətmək, zahir etmək, aşkar etmək. Qəm büsatın xətm edibdir dövr Seyyid adına; Kim nəzərin dəhrdə hərgiz nümayan eyləməz. S.Ə.Şirvani. Zülmünü nümayan eylədin aşkar; Qurğular pozulub, sanlar itibdi. Aşıq Ələsgər. Nümayan olmaq – görünmək, zahir olmaq, aşkar olmaq. Abirudan məni sən saldın elə, ey idbar; Nagahan taki olub üzdə nümayan saqqal. M.P.Vaqif. Nümayan oldu nagah bir cənazə; Aparırlardı dəfn üçün məzarə. S.Ə.Şirvani. Hacı Mehdinin evi nümayan olur. Ə.Haqverdiyev. nümayəndə is. [fars.]\n1. Hər hansı bir kollektiv, təşkilat və s. tərəfindən seçilib bir yerə (məs.: konfransa, qurultaya və s.-yə) göndərilən və ya təyin edilən adam, vəkil edilmiş şəxs; müvəkkil. Nümayəndə seçmək. – Qara Kərəm oğlu sözü deyib durdu və dönüb, “Yeni həyat”ın nümayəndələrinə baxdı. M.İbrahimov. // Bir dövlətin və ya təşkilatın mənafeyini təmsil edən, rəsmi şəxs. Diplomatik nümayəndə.\n2. Öz simasında hər hansı bir təbəqənin sinfi və ya fəaliyyət sahəsini təmsil edən, onların mənafeyini ifadə edən şəxs. Xalqın ən qabaqcıl nümayəndələri. Səməd Vurğun Azərbaycan şerinin görkəmli nümayəndələrindəndir. nümayəndəlik is.\n1. Nümayəndə vəzifəsini, hüququnu yerinə yetirmə.\n2. Hər hansı bir dövlətin, yaxud təşkilatın, idarənin və s.-nin mənafeyini təmsil edən müəssisə, idarə. Ticarət nümayəndəliyi. nümayiş is. [fars.]\n1. Siyasi-ictimai əhval-ruhiyyəni ifadə etmək üçün düzəldilən kütləvi yürüş. – 1903-cü ildən etibarən bir-birinin ardınca fəhlə tətili və nümayişləri keçirməyə başlamışdı. A.Şaiq. Fəhlələr .. gurultulu nümayişlər düzəldib hər tərəfi titrədirdilər. M.Hüseyn.\n2. Bir şeyin geniş kütlələrə göstərilməsi. Kinofilmlərin nümayişi.\n3. Bir şeyin təzahürü, bir şeyin varlığını göstərən. Xalqın birliyinin nümayişi. Vətənpərvərliyin nümayişi. • Nümayiş etdirmək – göstərmək, bildirmək, ifadə etmək, təzahür etdirmək. Çevik məktəbli gənclər öz bacarıq və hünərlərini nümayiş etdirirdilər. M.Rzaquluzadə. nümayişçi is. Nümayişdə iştirak edən adam, nümayiş iştirakçısı. Nümayişçilər şəhərin baş küçəsinə doğru ağır-ağır irəliləyirdi(lər). A.Şaiq. Bir dəqiqədə bütün küçə nümayişçilərlə doldu. S.Rəhman. nümayişkaranə zərf [fars.] Nümayiş etdirərək, hamıya bildirərək, hamıya göstərmək üçün edilərək, nümayiş etdirmək üçün, göstərmək üçün, nəzərə çarpdırmaq üçün. Nümayişkaranə iclası tərk etmək. – ..[Təliə] vəliəhdi tək buraxıb nümayişkaranə bir surətdə getməyin nəzakətsiz olduğunu zənn etdi. M.S.Ordubadi. nümunə is. [fars.]\n1. Hər hansı bir məmulatın, şeyin haqqında təsəvvür yarada biləcək hissəsi, örnəyi, qismi. Yeni maşınlardan nümunə göstərmək. – Yusif .. torpaq nümunələrini elmi tədqiqat üzümçülük institutunda göstərdi. B.Bayramov. // Başqa oxşar şeylərin hazırlanması üçün əsas olan, örnək olan şey; model, çeşid. Yeni mal nümunələri.\n2. Bir şeyin həqiqətən necə həyata keçdiyini göstərən əyani misal, canlı şahid. Azərbaycan bütün Şərqə nümunə göstərilən azad bir ölkədir. M.Hüseyn. “Kəşkül” elm və mədəniyyətə çağırırkən bilavasitə Avropanın qabaqcıl ölkələrini nümunə alırdı. M.İbrahimov. Tikintidə necə işləmək lazım olduğunu göstərmək üçün [Cəlil və Fərman] canlı nümunə idilər. Ə.Sadıq. • Nümunə olmaq – bir neçə şeyin sırasında seçilmək, örnək olmaq. Lap yaxşı olardı ki, “Tazə həyat” Bakı cəmiyyətixeyriyyəsi barəsində bir məqalə yazaydı və bizim üçün də bir nümunə olaydı. C.Məmmədquluzadə. nümunəlik 1. bax. nümunəvi 1-ci mənada. Nümunəlik mal.\n2. bax. nümunə 1-ci mənada. Nümunəlik götürmək. nümunəvi sif. [fars. nümunə və ər. ...vi]\n1. Nümunə olan, nümunə ola biləcək. Nümunəvi iş üsulları. – Bu məktəb .. nümunəvi dərs başlamağı öz əlindən vermək istəmirdi. S.Rəhimov.\n2. Başqalarına nümunə ola bilən, gözəl, əla, hamıdan yaxşı. Nümunəvi tələbə. – [Qətibə:] Çünki şair mənim qeyd etdiyim asimani və nümunəvi kişilərdəndir. M.S.Ordubadi. nüsxə is. [ər.]\n1. Yazılı bir şeydən çıxarılan surətlərdən hər biri (əlyazmasının, yaxud çap olunmuş əsərin ayrıca surəti). Hər il ölkədə yüz min nüsxələrlə kitab buraxılır.\n2. məc. zar. Pis və ya qəribə xasiyyətlərinə görə fərqlənən adam haqqında; tip, vücud. [Mirzə Səməndər:] Qurban olum Məhəmmədin şəriətinə! Məhəmməd yaxşı bilirmiş ki, bu arvadlar necə nüsxədirlər. C.Cabbarlı.\n3. köhn. Resept. Həkimlər, həkimlər, sizdən əlhəzər! Dərmanınız eyni, nüsxəniz eyni. B.Vahabzadə.\n4. köhn. Üzərində dua sözləri yazılmış kağız; dua. nüsxəbənd is. [ər. nüsxə və fars. ...bənd] köhn.\n1. Aptekdə resept qəbul edən işçi; reseptçi, farmasevt.\n2. Xalq təbabətində: qədim tibb kitablarına baxıb dərman yazan şəxs, yaxud həmin dərmanlar və onların hazırlanmasından bəhs edən kitab. Hacı Nurməmməd də elə bizim öz şəhərimizdə nüsxəbənd kitablarının mütaliəsilə və təcrübə ilə həkimliyi öyrənmişdi. C.Məmmədquluzadə. [Əvvəlinci kəndli:] Həkim birgünlük yolda olur, .. qonşu kənddə bir otaylı nüsxəbənd var, həkimlikdən də azmaz başı çıxır. Ə.Haqverdiyev. nüsrət is. [ər.] köhn.\n1. Yardım, kömək. Əgər Allah xana verə nüsrətlər; Zaye olmaz heç çəkdiyin zəhmətlər.. M.V.Vidadi.\n2. Zəfər, qələbə. nütfə is. [ər.] biol. Spermatozoid, məni, maya, toxum. [Zibeydə:] Nə təfavütü! Nütfəsi ki əhli-zələmə nütfəsidir! M.F.Axundzadə. [Rizvan:] Hamının palçığı bir yerdən götürülüb, hamı bir nütfədən əmələ gəlibdir. Ə.Haqverdiyev. nüvə is.\n1. Bir şeyin daxili, mərkəzi hissəsi. Atom nüvəsi (atomun mərkəzi, müsbət yüklü hissəsi). Yerin nüvəsi. – Çalağanlar Yer üzündə səs oğruları; Sərhədlərdən sərhədlərə ölüm çəkənlər; Meşə qırıb, dağ uçurub; Çay, dəniz yarıb; Yer şarının nüvəsinə nüvə əkənlər... M.Araz. // biol. Hər cür bitki və heyvan orqanizmi hüceyrəsinin ən mühüm tərkib hissəsi. Nüvə protoplazmaya nisbətən daha bərk olmaqla protoplazmanın özü ilə əhatə olunur.\n2. Nüvə daxilində baş verən proseslərə, atom nüvəsi enerjisindən istifadəyə aid olan. Nüvə reaksiyası. Nüvə enerjisi. Nüvə silahı. • Nüvə reaktoru (ya qazanı) – içərisində atom nüvələrinin bölünməsinin zəncirvari reaksiyası əmələ gələn qurğu; atom reaktoru. Nüvə fizikası – fizikanın, atom nüvələri və onların təhəvvülatını öyrənməklə məşğul olan sahəsi.\n3. məc. Bir şeyin, yaxud bir kollektivin, təşkilatın, qrupun əsas hissəsini, özəyini təşkil edən hissəsi; özək. Qoşunların nüvəsini təşkil edən hissələr. nüvəcik kiç. Kiçik nüvə. nüvədaxili sif. xüs. Nüvə daxilində olan, nüvə daxilində əmələ gələn. Nüvədaxili proses. Nüvədaxili enerji. nüzül is. [ər.] köhn. Aşağıya enmə, nazil olma. • Nüzül etmək köhn. – enmək, düşmək. Paroxoddan çıxaraq körpüyə etdikdə nüzül; Deleqatlar tökülüb eylər idi rəsmiqəbul. M.S.Ordubadi. Oo o I. Azərbaycan əlifbasının iyirmi birinci hərfi. // “O” hərfi ilə işarə olunan saitin adı.\n\nII. Üçüncü şəxs əvəzliyinin təki; haqqında danışılan və ya göstərilən şəxsi bildirir. O gəldi. – Aşıq Qərib sözün deyər avazla; Dindirəndə canım alar o, nazla. “Aşıq Qərib”. İndi Ziba hər axşam onun yanına gəlib, ona bir çox şeylər danışıb nəql edirdi. S.Hüseyn.\n\nIII. iş. əvəz.\n1. Zaman və ya məkan daxilində bilavasitə göz qabağında olmayan, yaxud uzaq olan şeyi göstərir, həm də ismə konkretlik verir (bu müqabili). O kitablar mənimdir. O otaqda kim yaşayır? – Əsmər o evə heç getməmişdi. S.Hüseyn.\n2. Qoşa olan iki şeyin ikincisini göstərir (bu biri müqabili). Yolun o tərəfində. Gölün o sahili. – ..Molla Güləndam bacı on-on beş qız ilə çəpəri basıb o taya keçdilər. Çəmənzəminli.\n3. İs. mənasında. Haqqında danışılan, göz qabağında olmayan və ya uzaqda olan hadisə, şey. O mümkün deyil. – [Cahan:] Evlənmək su içmək kimi asan şeydir, onda nə çətinlik var ki? Ü.Hacıbəyov. ‣ O biri – 1) başqa, digər, özgə, o. O biri otaqdan Məşədi İbadı gətirirlər. Ü.Hacıbəyov. O biri xəstələrin sözlərini aydın eşitmədim. M.Hüseyn; 2) gələn, növbəti, sonrakı. O biri dəfə gələrəm; 3) ertəsi, sabahı. O biri gün onu görmədim. O cümlədən – çox şey və ya çox adam arasından bir şeyi və ya bir adamı ayırıb göstərmək üçün işlədilir. Hamı, o cümlədən mən də orada idik. – Zeynalabdin uşaqları, o cümlədən Güldəstəni tanıdı. H.Seyidbəyli. O gün olmaz (olmayıb) – həmişə, hər gün. O gün olmaz bizə gəlməsin. – [Qadir Sonaya:] O gün olmayıb karxanaya getməyəsən, lülə sarımayasan. Ə.Əbülhəsən. O halda – o vəziyyətdə, o zaman. [Şah:] O halda bizim qanımız sənə halaldır. Ü.Hacıbəyov. O ki qaldı – ...haqqında danışsaq, ...gəlincə, ...gəldikdə. O ki qaldı hökumət məktəbləri, .. burada, bir nəfər sarıqlı müəllim, əlbəttə, tapılar. C.Məmmədquluzadə. O ki var – çox, həddən artıq; lap çox. Lotular o ki var yedilər. “Aşıq Qərib”. Onunla belə – ...baxmayaraq. Onunla bərabər – eyni zamanda, yanaşı olaraq, birlikdə.\n\nIV. nida. Heyrət, təəccüb bildirir (bəzən təkrar edilərək işlədilir). O! Bu kimdir? O! Bu heç olmadı. oba is.\n1. Bir neçə evdən ibarət kiçik yaşayış məntəqəsi, kiçik kənd. [Şahmar:] Baharlıdan bura gələndə elə bilirsən, şəhərdən yöndəmsiz bir obaya gəlirsən. B.Bayramov.\n2. Köçərilərin, heyvandarların müvəqqəti sakin olduqları bir neçə alaçıq və ya çadırdan ibarət köç yeri; köçəbə, düşərgə. Çoban obası. – Qurban .. obalara gedib süd almalı və ağalar üçün çobanaşı bişirməli idi. T.Ş.Simurq. Hər il bu zaman yolun ətəklərinə qədər çadırlar, obalar düşərmiş. Mir Cəlal. obabaşı is. köhn. Obaya başçılıq edən adam, oba ağsaqqalı. obaşdan zərf\n1. Alaqaranlıq, səhər tezdən, hava açılmamış. Obaşdan oyanmaq. – Aslan isə, – vaxt keçir, – deyə obaşdan gedib vağzalı kəsdirib oturdu. C.Cabbarlı. Çiynindən aşırıb boz çantasını; Obaşdan məktəbə bir uşaq gedir. H.Arif.\n2. Orucluqda hava açılmamışdan, alaqaranlıqda dindar müsəlmanların yemək yedikləri vaxt. Orucluqda bir axşamdan, bir də obaşdandan yeyərdilər ki, bütün günü ac qalmağa imkan olsun. H.Sarabski. obaşdanlıq is. Oruc tutan müsəlmanların obaşdanda yedikləri yemək. [Arvad:] Sən gündüzləri oruc tutmursan, gecələri obaşdanlığa durursan. “M.N.lətif.” Minacat səsinə yuxudan ayılanlar obaşdanlıqla məşğul olub taam yeyirdilər ki, sabah oruc olacaqlardı. B.Talıblı. obelisk [yun. obelisikos, hərfi mənası – kiçik şiş] Yuxarıya doğru getdikcə nazikləşən, yonulmuş daş sütundan ibarət abidə. Obelisk qoymaq. Obeliskin açılışı. ober... [alm. ober – baş, böyük] Bir sıra xarici ölkələrdə bəzi dövlət rütbələri və mülki vəzifələri bildirən sözlərə artırılan ön sözü; məs.: ober-leytenant, ober-polismeyster, ober-burqomistr. oberton [alm. Obertone] mus. Əsas tona xüsusi çalarlıq, tembr verən əlavə ton. Bu [titrəyən] səslər əsas səsi müşayiət edərək, ona nisbətən zil olacaqlar ki, bunlara da oberton deyilir. “İbtidai musiqi”. oblast is. [rus.] Çoxölçülü fəzanın və ya metrik fəzanın yalnız daxili nöqtələrindən ibarət olan əlaqəli çoxluğu. obliqasiya is. [lat.] Qiymətli kağızların bir növü. oblomovçuluq is. [İ.Qonçarovun “Oblomov” romanının qəhrəmanı Oblomovun adından] Atillik, ifadəsizlik; fəaliyyətsizlik və tənbəllik halı. obraz is. [rus.] Obyektin insan şüurunda obyektiv inikas forması; surət. obrazlı sif. [rus. obraz sözündən] İfadəli, canlı, aydın (danışıq və s. haqqında). Obrazlı ifadə. Obrazlı (z.) danışmaq. – X.Rza real bədii təsvirə, obrazlı düşüncəyə, ifadə vasitələrinin təravətinə həmişə üstünlük verirdi. B.Nəbiyev. obrazlılıq is. Obrazlı olma; ifadəlilik, canlılıq, aydınlıq (danışıq və s. haqqında). Nitqin obrazlılığı. – Milli və beynəlmiləl münasibətlər problemi .. dünya ədəbiyyatında öz mütərəqqiliyini, obrazlılığını, nadir əhatəliyini və məhsuldarlığını bir daha Vahabzadə yaradıcılığında tapır. Ç.Aytmatov. obstruksiya [lat. obstructio – maneçilik] Səs-küy salmaq, məsələyə aid olmayan uzun-uzadı çıxışlar etmək və b. yollarla iclası, yığıncağı uzatmaq və ya pozmaq (əsasən parlament mübarizəsi) üsulu. obstruksionist [lat.] Obstruksiya iştirakçısı və ya tərəfdarı. obstruksionizm [lat.] Obstruksiyalar yolu ilə siyasi mübarizə üsulu. o-bu is. Hər kəs, adamlar. Ondan-bundan soruşmaq. Onun-bunun sözünə baxma. O-bu nə deyər? – Uşaq ona-buna toxuna-toxuna gedirdi. Çəmənzəminli. obyekt [lat. objectum – şey]\n1. fəls. Bizdən kənarda və şüurumuzdan asılı olmayaraq mövcud olan xarici aləm, maddi varlıq.\n2. Hər hansı bir şəxsin fəaliyyətinin, diqqətinin və s. yönəldildiyi hadisə, şey; hədəf, mövzu, bəhs. Tədqiqat obyekti. Müşahidə obyekti.\n3. Müəssisə, tikinti, yaxud bir şeyin təsərrüfat və ya müdafiə əhəmiyyəti olan ayrıca vahidi. Müdafiə obyekti. Tikinti obyekti. – [Aslan:] ..Belə böyük obyektlərdə işləməyə varam. S.Rəhman. ..Burda nə hərbi obyekt vardı; nə anbar, nə qoşun bölməsi. R.Rza. obyektiv I. sif. [lat. objectivus – şeyə aid olan]\n1. Şüurdan kənarda və ondan asılı olmayaraq mövcud olan. Təbiətin obyektiv qanunları.\n2. Qərəzsiz, tərəf tutmayan, bitərəf. Obyektiv nəticə. Hadisələrə verilən obyektiv qiymət. ‣ Obyektiv reallıq (gerçəklik) – şüurdan kənarda və ondan asılı olmayaraq mövcud olan hər şey.\n\nII. [lat.] Optik cihazın, baxılan və ya fotoşəkli çəkilən şeyə yönəldilmiş bir və ya bir neçə linzadan ibarət hissəsi. Fotoaparatın obyektivi. Mikroskopun obyektivi. obyektivcəsinə zərf Qərəzsizcəsinə, bitərəfcəsinə. Obyektivcəsinə təhqiqat aparmaq. obyektivizm [lat.]\n1. bax. obyektivlik 2-ci mənada.\n2. İctimai həyatdakı hadisələrə onları passiv surətdə qeyd etmək və beləliklə də onların zəruri olduğunu təsdiq etməyə və doğrultmağa aparıb çıxaran münasibət. obyektivlik is.\n1. Bir şeyin şüurdan asılı olmayaraq müstəqil bir obyekt kimi mövcud olması. Xarici aləmin obyektivliyi.\n2. Qərəzsizlik; bir şeyə qiymət verərkən bitərəflik göstərmə. Mühakimənin obyektivliyi. ocaq is.\n1. Xörək bişirmək, su, yaxud evi qızdırmaq üçün bir tərəfi açıq, üç tərəfi daşdan, kərpicdən hörülmüş kiçik tikili; ümumiyyətlə, od yandırmaq üçün yer. Ocağa odun qoymaq. Ocaqda xörək bişirmək. – Kərbəlayı Qurban başmaqlarını çıxardıb ocağın qırağında oturdu. Çəmənzəminli. Daxma qaranlıq idi, ancaq ocağın işıltısından künc-bucağı seçmək olurdu. Ə.Vəliyev. • Ocaq qalamaq – ocağa odun qoyub yandırmaq. Bu, əti doğrayır, o, ocaq basır; Bu, çörək bişirir, o, qazan asır. H.K.Sanılı. [Məzlum Aslana:] Dünən [komendantın] otağında ocaq qalayırdım. S.Vəliyev.\n2. xüs. Sobanın və ya buxar qazanının yanacaq yandırılan yeri, hissəsi. Parovozun ocağı. – Nəhəng ocaqların yeknəsəq uğultusu eşidilirdi. H.Seyidbəyli. //Kirəc yandırılan yer.\n3. din. Pir, müqəddəs yer, ziyarətgah. [Sönməz:] Ərəblər əvvəlləri heç olmazsa böyük mərkəzlərdəki ocaqlara, ibadətxanalara toxunmurdular. C.Cabbarlı. Şəhərdə böyük möcüzələr görünmüşdü, çoxlu ocaqlar, pirlər zühur etmişdi.. Çəmənzəminli.\n4. məc. Doğma ev, ev-eşik, yurd. Göz dikərək yad ellərin şəfa verməz ocağına; Böylə qərib bir parçacıq, kəfənsizmi öləcəyəm? A.İldırım.\n5. məc. Bir şeyin olduğu, törədiyi, yayıldığı yer; mərkəz; mənbə. Maarif ocağı. Elm ocağı. ‣ Ocaq yanmasa tüstü çıxmaz – bir şeyin səbəbsiz olmadığını, bir şey haqqında əsassız danışılmadığını bildirən atalar sözü. Nə isə, ocaq yanmasa tüstü çıxmaz, deyiblər. B.Bayramov. Ocağını söndürmək (kor qoymaq) – evini xaraba qoymaq, ailəsini dağıtmaq. [Turac Gülsabaha:] Sən neçin bizim ocağımızı söndürürsən? C.Cabbarlı. ocaqçı is. Ocağa, buxar qazanlarına xidmət edən adam (bax. ocaq 2-ci mənada). Hamamın ocaqçısı. – [Babakişi:] Deməli, Atakişi qazançıdır, mən də, türkün sözü, ocaqçı. C.Cabbarlı. Zakir isə ocaqçını çağırdı və bacalardan çıxan tüstünü göstərib acıqlandı. H.Seyidbəyli. ocaqçılıq is. Ocaqçının işi, vəzifəsi. Ocaqçılıq etmək. – [Sayad:] Bilmirəm necə deyim ki, sözlərimdən inciməyəsən. Axı, Xəlil hara, ocaqçılıq hara? İ.Məlikzadə. ocaqxana is. Buxar qazanlarının yerləşdiyi yer, bina. Ocaqxananı təmir etmək. Ocaqxana isti idi. ocaqlıq bax. ocaq 4-cü mənada. ocığaz əvəz. “O”dan oxş. Ocığaza yazığım gəldi. Ocığaz bərk xəstədir. oçerk is. [rus.]\n1. Müəllifin bilavasitə gördüyü, şahidi olduğu real faktlardan, hadisələrdən, adamlardan bəhs olunan kiçik ədəbi əsər. Hərbi oçerk. Qəzetdə maraqlı oçerk var.\n2. Bir-biri ilə əlaqəli məsələlərə həsr olunmuş xüsusi elmi əsərin adı (əsasən cəmdə işlədilir). “Ümumdünya tarixinə dair oçerklər”. “Azərbaycan ədəbiyyatı oçerkləri”. oçerkçi is. Oçerk yazan jurnalist və ya yazıçı; oçerkist. oçerkist [rus.] bax. oçerkçi. od is.\n1. Yanan bir şeydən çıxan qazlar; atəş. Odu söndürmək. Odda yanmaq. Odda qızdırmaq. Kömür odu. // məc. Obrazlı təşbehlərdə şiddətli hissiyyatın, ehtirasın, coşqunluğun, ruh yüksəkliyinin rəmzi kimi işlənir. Qəlbi od dənizi, gözüdür Bakı; Doğma Vətənimin gözüdür Bakı. B.Vahabzadə.\n2. Çox bərk isti. Göydən sanki od yağırdı. Nəfəs almaq çətin idi. S.Vəliyev.\n3. məc. Qızartı, qırmızılıq; hərarət. ..Yanaqlarının odu hələ də sönməyən qız .. anasının üzünə baxa bilmirdi. B.Bayramov. • Od parçası – çox zirək, diribaş, bacarıqlı adam haqqında. [Canəli:] Ay maşallah, sən lap od parçasısan ki... Mən bu andırın dilini bir aya güclə öyrəndim... İ.Məlikzadə. // Nadinc, yıxıb-dağıdan, daim hərəkətdə olan uşaq haqqında. Uşaq deyil, od parçasıdır.\n4. məc. dan. Ev, ailə, ocaq. Bu kənd üç yüz oddan ibarətdir. • Od qonşusu – yaxın, qapıbir qonşu. Gərdənlər çəkili, baxışlar soyuq; Sanki xəbərsizik, od qonşusuyuq. M.Araz. ‣ Od aparmış! – qarğış mənasında (əsasən uşaq haqqında deyilir). Od(u) ayaqlamaq – bir şeyi əldə etmək və ya məqsədə çatmaq üçün çox çalışmaq, səy göstərmək. Od eləmək – atəş açmaq, odlu silahla vurmaq. Gecənin bir vaxtı ortalıqda hazır toyuğu görən tülkü onu qapmağa gələndə [Yaşarın] atası od eləyib tülkünü vurmuşdu. M.Rzaquluzadə. Od götürmək – bərk hirslənmək, özündən çıxmaq, od tutmaq. Bu sözdən od götürdü. – Xalıqverdi kişini yenə də od götürdü. Ə.Vəliyev. Gülzarı od götürdü. Nə danışdığını özü də bilmədi. İ.Hüseynov. Od ilə su arasında qalmaq – çıxılmaz vəziyyətə düşmək, nə edəcəyini bilməmək. [Cavad:] Səfər bəy qıza bənd olub, istəyir ki, kəbinini kəsdirib, evinə aparsın, mən də qalmışam odla su arasında. B.Talıblı. Sanitar yaralının çox əsəbiləşdiyini görüb odla su arasında qalmışdı. M.Hüseyn. Od kimi – 1) çox isti, qaynar, qızmar. Çay od kimidir. Dəmirə əl vurmaq olmur, od kimidir; 2) çox cəld, sürətlə, becid. Od kimi getmək. Od tutub yanmaq – qızdırması qalxmaq, hərarəti yüksək olmaq, bərk qızdırmaq. Dürrə qızdırmadan od tutub yanırdı. S.Vəliyev. Şahpərinin od tutub yanan bədəni bircə an içində soyudu. B.Bayramov. ...od vurmaq – divan tutmaq, cəzalandırmaq. Uca, qocaman dağlarda bütün millətlərin mərd oğulları .. işğalçılara od vururdular. S.Vəliyev. Odla oynamaq – nəticəsi fəlakətlə qurtara biləcək bir iş görmək. Elə ki yandım; Odla oynamaqdan qorxdum, dayandım. B.Vahabzadə. Odlar yurdu (ölkəsi) – obrazlı ifadə kimi “Azərbaycan” mənasında işlədilir. [Leyla:] Sən Odlar yurdunun öz övladısan! B.Vahabzadə. Odu söndürüb külü ilə oynamaq – əsas məsələni qoyub ikinci dərəcəli məsələ ilə məşğul olmaq, böyük işi qoyub kiçiyindən yapışmaq. Odu yatırılmaq – sakitləşdirilmək, aram edilmək. oda I. Otaq. Zeynal geniş bir şüşəbəndi keçib yemək odasına girdi. S.Hüseyn. Teatrın aktyor və aktrisaları qabağımıza çıxıb bizi teatrın qonaq odasına dəvət etdilər. C.Cabbarlı.\n\nII. is. [yun.] ədəb. Lirik şeir və musiqi janrı. odabaşı is. köhn. Keçmişdə mehmanxanalarda, karvansaralarda və s.-də otaqlara baxan və onların açarlarını saxlayan adam. [Odabaşı:] Elə ölən gündən məni cəhənnəmdə odabaşı ediblər. Ə.Haqverdiyev. odadavamlı sif. xüs. Yüksək hərarətə davam gətirən. Odadavamlı gil. Odadavamlı kərpic. odadavamlılıq is. xüs. Odadavamlı şeyin xassə və keyfiyyəti. Gilin odadavamlılığı. odadavamsız sif. xüs. Yüksək hərarətə davam gətirməyən. Odadavamsız kərpic. odadavamsızlıq is. xüs. Oda davamı olmayan şeyin xassə və keyfiyyəti. od-alov 1. top. Alovla yanan od. Qaranlıqda od-alov görünür.\n2. məc. is. və sif. Zirək, diribaş, çevik, bir yerdə qərar tapmayan, nadinc (əsasən uşaq haqqında). Evin balaca qızı Ulduz isə anasının təbirinə görə od-alov idi. Ə.Məmmədxanlı. Odun-alovun biridir, – deyə Zakir [Nailəni] göstərdi. H.Seyidbəyli.\n3. məc. sif. Qırmızı mənasında. Bayraqlar yellənir od-alov rəngli. R.Rza. odekolun [fr. eau de Cologne – Köln şəhərinin suyu] Kosmetik maddə kimi işlədilən ətirli, spirtli məhlul. Odekolon şüşəsi. Yasəmən odekolonu. – [Həkim:] Firuzənin böyük bir həzlə ərinin üzərinə odekolon səpdiyini .. aydınca görürdüm. C.Cabbarlı. [Tahir] saçına odekolon vurub, səliqə ilə daradı. M.Hüseyn. odekolonlu sif. Odekolon vurulmuş, odekolon səpilmiş. Odekolonlu yaylıq. odlaq is. Od düşüb alışan, yanan yer, habelə oradan qalxan alov. // Yanıb sönmüş yer, yanmış bir yerin izi. odlama “Odlamaq”dan f.is. odlamaq f.\n1. Od vurub yandırmaq, yanğın törətmək. Ocağı odlamaq. Tonqalı odlamaq. // Alışdırmaq, yandırmaq. [Hüseynəli əmi] ..dəri kisənin içərisindən çaxmağı və daşı götürüb qovu odladı.. M.S.Ordubadi. Nəriman dərhal fitili odladı. Mir Cəlal.\n2. məc. Odlu silahla öldürmək, ya yaralamaq. [Sərvər Məşədi İbada:] Danışma, yaz, yoxsa odlaram səni! Ü.Hacıbəyov.\n3. məc. Bərk hirsləndirmək, əsəbiləşdirmək, özündən çıxartmaq. Qapıçıların sözləri Talış xanı odlayırdı. Çəmənzəminli. odlandırılma “Odlandırılmaq”dan f.is. odlandırılmaq məch. Od vurub yandırılmaq, yanğın törədilmək. Taya odlandırıldı. // Alışdırılmaq, yandırılmaq. Papiros odlandırıldı. odlandırma “Odlandırmaq”dan f.is. odlandırmaq bax. odlamaq. Siqareti odlandırmaq. Tonqalı odlandırmaq. odlanma “Odlanmaq”dan f.is. odlanmaq qayıd.\n1. Yandırılmaq, yanğın törədilmək. Evi odlanan mən, əli kösövlü sən. (Ata. sözü). // Od düşüb yanmaq, alışmaq, alışıb-yanmaq. [Yaqut] yanan canının ağrısını əks etdirən dəhşətli bir səslə: – Burax məni, Yunus, .. burax, sən də odlanacaqsan! – deyə qışqırıb qucağımda çırpınırdı. Ə.Məmmədxanlı.\n2. Odlu silahla öldürülmək, ya yaralanmaq. Uça bilmirdilər, odlanırdılar; Şama dəyib yanan pərvanə kimi. M.Rahim.\n3. məc. Bərk hirslənmək, əsəbiləşmək. Özündən çıxmaq. [Ruhnəvaz] Qurbanlıya qarşı göstərdiyi laqeydliyi və etinasızlığı xatırlayıb odlandı. Çəmənzəminli. odlu sif.\n1. Odu olan; yanar, alovlu, közərən. Odlu ocaq. – Çox zaman qurduğum tələdəki quşlar yerinə gözlərimə anamın dəhşətlə təsvir etdiyi əllərində odlu kösövlər olan inkirminkirlər görünürdü. M.İbrahimov. Səbzəlinin dodaqlarından papirosun odlu qoru tökülürdü. S.Rəhimov. • Odlu silah – barıt, yaxud başqa partlayıcı maddələrin alışması ilə atılan silah (tüfəng, tapança və s.).\n2. məc. Qırmızı, od rəngli. Onun dalısınca yarır mənim də; Odlu üfüqləri xəyalım yenə. M.Rahim.\n3. məc. Ehtiraslı, coşqun, yanar. Alaçıqdan on-on beş arşın ucada böyük bir quş iri qanadlarını açmış, odlu və acıqlı baxışlarla bizi süzürdü. A.Şaiq. Sanki Sədəf [Sonanı] odlu baxışları ilə əridir, .. yandırıb-yaxırdı. B.Bayramov. // məc. Atəşin, ehtiraslı, qızğın, hərarətli, coşqun. Odlu məhəbbət. Odlu salamlar. Odlu ehtiras. – Nədən söyləməsin ana dililə; Öz odlu nitqini yoldaş komissar? S.Vurğun. O, o qədər odlu (z.) danışırdı ki, tər başından üzünə, boyun-boğazına sızıb tökülürdü. Ə.Vəliyev.\n4. məc. Təsiredici, təsirli, yanıqlı, yandırıcı, yaxıcı. O qədər keçmədi qarşıkı dağdan; Ucaldı bir qəlbin odlu naləsi. S.Vurğun. Ürəyindəki odlu bir həsrətlə yalvarırdı. Mir Cəlal. odlu-odlu zərf Ehtirasla, hərarətlə, qızğın surətdə. Odlu-odlu [Rüstəm Mayaya] bildirdi ki, hər yerdə və hər zaman kişinin borcu qadına hörmət etməkdir, ona qulluq göstərməkdir. M.İbrahimov. odlu-alovlu sif. və zərf\n1. Gərgin, şiddətli, dəhşətli, qızğın. ..Hər yerdə odlu-alovlu vuruş gedir, nəriltili-gurultulu atışma kəsmək bilmirdi. S.Rəhimov.\n2. bax. odlu 3-cü mənada. Odlu-alovlu danışmaq. Odlu-alovlu nitq. odluq is.\n1. Samovar, soba və s.-də od yanan hissə. Lampanın odluğu. – Odluq içərisinə doldurulmuş ulas ağacının mis kimi möhkəm kömürləri qıpqırmızı qızarır, samovar yırğalanır, sanki ayaqlanıb yeriyirdi. S.Rəhimov.\n2. köhn. İbtidai tüfənglərdə, toplarda: barıtın alışdırıldığı hissə. Tüfəngin odluğu. od-ocaq top. Ocaq, tonqal, soba və s. Kür qırağı, Qarayazı, göy çəmən; Qoşa palıd, tüstülənən od-ocaq! S.Vurğun. Enirəm qazmaya; Qazma soyuq, dar; Od-ocaq yoxsa da bir işıltı var. Ə.Cəmil. odpüskürdücü (=odpüskürən) sif. İçərisindən od çıxan. Odpüskürən dağ (vulkan). odpüskürən (=odpüskürdücü) sif. İçərisindən od çıxan. Odpüskürən dağ (vulkan). odsaçan is. Yanar maye saçan odlu silah. Xüsusi ağır mina və odsaçan batareyalar, ağır top və tanklar gətirildi. Ə.Əbülhəsən. odsöndürən is. Yanğını söndürmək üçün xüsusi cihaz. [Zabit soldatları:] Tez şlanqları alın, odsöndürəni! Tez olun, tez! S.Vəliyev. odun is.\n1. Yandırmaq üçün kəsilmiş və doğranmış ağac parçası; ağac yanacağı. Yaş odun. Doğranmış odun. – Odunlar alışıb çıtırtı ilə yanmağa başlayanda bir neçə addımlıq yer işıqlandı. M.Hüseyn. Qərənfil xala quru odunlardan sobaya doldurdu. Ə.Vəliyev.\n2. məc. Hissiz, hissiyyatını itirmiş, keyləşmiş, hərəkətsiz adam haqqında. // məc. Qaba, kobud, qalınqafa adam haqqında. oduncaq is. Ağacın, yaxud kolun qabıq altında olan ən sıx, bərk hissəsi. oduncaqlaşma “Oduncaqlaşmaq”dan f.is. oduncaqlaşmaq bax. odunlaşmaq. odunçu is. Meşədən odun doğrayıb satmaqla məşğul olan adam. Gedər odunçu meşəyə, ağac qırar, odun kəsər. A.Səhhət. Odunçu öz iki oğlu ilə odun yığır. Ü.Hacıbəyov. odunçuluq is. Odunçunun işi, peşəsi, odun doğrayıb satma işi. [Qurban:] Axırda əlacım kəsildi, başladım odunçuluğa. Ə.Haqverdiyev. odunxana bax. odunluq 2-ci mənada. odunkəsən is. zool. Ağacların, kolların qabıq və oduncağını yeyən böcək və onun sürfəsi. odunqıran 1. sif. Odun qırmaq üçün işlədilən, odun doğramağa məxsus. Əhmədin arvadı Nisə götürüb odunqıran baltanı üz qoydu meşəyə. (Nağıl).\n2. bax. odunçu. odunlaşma “Odunlaşmaq”dan f.is. ..Fosfor gübrəsi meyvələrin inkişafını, kalium gübrəsi isə zoğların inkişafını və vaxtında odunlaşmasını təmin edir. İ.Axundzadə. odunlaşmaq f.\n1. Bərkiyib ağaca dönmək; oduncaqlaşmaq (bitkilərin zoğları haqqında).\n2. məc. Keyləşmək, hissizləşmək, oduna dönmək. odunluq sif.\n1. Odun üçün yarayan, odun kimi kəsmək üçün ayrılmış. Odunluq ağac.\n2. Odun saxlanılan yer, odun anbarı. Doğranmış odunu odunluğa yığmaq. od-yalov bax. od-alov. [Məşədi Müslüm:] ..Demə qız od-yalov imiş. Mir Cəlal. of bax. uf. [Əsgər Cahana:] Of, ay xala! Yenə bilmədin nə istəyirəm?.. Ü.Hacıbəyov. Of, həyat nə qədər şirindir. Mir Cəlal. ofisiant is. [lat.] Restoranda, aşxanada xörək paylayan. ofset [ing. offset] Çap üsulu: bu üsulda çap qəlibi üzərindəki rəng (şəkil) rezin lövhəyə, oradan da kağız üzərinə köçürülür. oftalmologiya [yun. oftalmos – göz və logos – elm, nəzəriyyə] Göz xəstəlikləri və onların müalicəsi üsullarından bəhs edən elm. oğlaq is. Körpə, südəmər keçi balası; çəpiş. Analarını əmməsinlər deyə quzuları, oğlaqları bir ağıla doldururdular. A.Şaiq. oğlan is.\n1. Kişi cinsdən olan uşaq. Uşaqlarından biri oğlandır, ikisi qız. – [Arvad:] Aradan bir az keçdi, Allah vurdu, mənə bir oğlan da verdi. Çəmənzəminli.\n2. Həddi-büluğa çatmış, lakin hələ evlənməmiş gənc. Getdim alagözlü yarla danışam; Dedi: – Oğlan, dur get, söz vaxtı deyil. M.P.Vaqif. Nazim də Nəcibə kimi atasızanasız böyümüş bir oğlan idi. Mir Cəlal. ‣ Oğlan gəlmisən, ya qız? – tapşırığı yerinə yetirib yetirmədiyini bilmək üçün birinə zarafat təriqində verilən sual. ...oğlan çağı – adətən fəsillərin adı ilə işlənib onların əsas xüsusiyyətlərini özündə əks etdirən dövrünü bildirir. Qışın oğlan çağı idi, bərk qar yağırdı. – Yazın oğlan vaxtı, selli çağları; Qanıq ilə Qavrı, bir də dəli Kür; Birləşib üçü də, uçurur, tökür. H.K.Sanılı. oğlancığaz “Oğlan”dan oxş. Oğlancığaz bərk xəstədir. oğlancıq is. Kiçik oğlan uşağı. oğlanlıq is. Kişi cinsinin evlənənə qədər olan halı, oğlan olma dövrü. oğlanlı-qızlı top. Həm oğlan(lar), həm də qız(lar), oğlanlarla qızlar birlikdə. Oğlanlı-qızlı köməyə gəlmək. – [Yaşlı kişi:] Oğlanlı-qızlı bir araya toplaşır, Şərəf xalagilin ağ və təmiz qumdan ibarət olan təpəliyində oynardıq. S.Hüseyn. ..Oğlanlı-qızlı hamısı çayın o tayına addamaq istəyirlər. Ə.Vəliyev. oğru 1. is. Oğurluq edən adam, oğurluqla məşğul olan adam. Casusmusan ki, yoxsa oğru? Ya əyrimisən ki, yoxsa doğru? Xətayi. Mollanın börkünü çalıb oğru; Yüyürüb qaçdı bir bağa doğru. M.Ə.Sabir.\n2. bax. oğrun. Bu bir gözəllikdir qızlara. Yalnız; Oğru baxışlardan saqınmaq gərək. S.Vurğun. • Oğru kimi – gizlicə, xəlvəti, başqalarına sezdirmədən. Oğru kimi içəri girmək. – Cuma .. öz evinə oğru kimi gəlmişdi. Ə.Əbülhəsən. oğrubaşı is. Oğru dəstəsinin başçısı, oğrulara başçılıq edən adam. [Qulu:] Bəli, Tehran həbsxanasından qaçmış oğrubaşı Səftərsən. S.S.Axundov. Zahirən Leylək zabitəli bir divanbəyi, içəridən bir oğrubaşı idi. S.Rəhimov. oğru-əyri top. Oğrular, oğurluqla məşğul olan adamlar, əli düz olmayan adamlar; cinayətkarlar. [Cındırlı kişi:] Burada oğruəyri çox olduğundan müştəriləri nərdivan ilə çıxardıb, sonra nərdivanı götürürük. Ə.Haqverdiyev. Çoxdan bəri əlinə oğru-əyri keçməyən milis müvəkkilinin gözləri parıldayırdı. B.Bayramov. oğru-quldur top. Oğurluqla, quldurluqla məşğul olan adamlar. Leylək oğruquldurun əzizi, iki gözü idi. S.Rəhimov. oğrun zərf və sif. Gizlicə, başqalarına sezdirmədən, başqalarına bildirmədən. Ovçu görmüş maral kimi səksənib; Oğrun baxabaxa bu yanə gəlsin! Q.Zakir. Səlimin oğrun baxışları Dilaranın xəyalından çıxmırdı. M.İbrahimov. oğrunca bax. oğrun. Oğrunca nəzər salmaq. – Nəbi kişi göz qapaqlarını qaldırıb tərs-tərs, ancaq oğrunca saqqalına dən düşmüş memara baxdı. S.Rəhimov. oğrun-oğrun zərf bax. oğrun. Gəlinin başına bəy alma atır; Gəlin oğrun-oğrun baxıb naz satır. Şəhriyar. oğul is.\n1. Kişi cinsindən olan övlad. Onun oğlu olub. İki qızı, bir oğlu var. – [Qurbanəli:] Qaldır başını, sən axı Qurbanəlinin oğlusan. H.Nəzərli. Son zaman Rüstəm kişi oğlunun tora düşməsində, pis bir günah işləməsindən qorxurdu. M.İbrahimov.\n2. Yaşlı adamın gənc oğlana nəvazişlə müraciəti. [Nisə xala:] Oğul, siz şəhər adamısınız? Qantəmir.\n3. Əlindən iş gələn, iş bacaran adam haqqında. Oğul ona deyərəm ki, bu işi görsün. oğulluq is.\n1. Oğulun ata-ana qarşısında borcu, vəzifəsi, haqqı; övladlıq. Oğulluq borcu. Oğulluq etmək.\n2. Biri tərəfindən övladlığa götürülmüş, yaxud ana ardınca kişinin evinə gətirilən oğlan uşağı. • Oğulluğa götürmək – doğma övlad hüququ verməklə oğlan uşağını ailəyə qəbul etmək. [Gülnisə Bəhrama:] Mən səni əvvəldən özümə oğulluğa götürmüşəm.. C.Cabbarlı. [Ata:] İdrisi oğulluğa götürmüşəm. Mir Cəlal. oğulsuz sif. Oğlan övladı olmayan, oğlu olmayan, yaxud oğlu ölmüş. Oğulsuz analar yasa batmışdır. S.Vurğun. oğulsuzluq is. Oğlan övladı olmayan ata-ananın halı, oğlu olmama. oğul-uşaq top. Oğullar, qızlar bir yerdə. [Murad] ..evli və oğul-uşaq sahibi idi. S.Hüseyn. [Cahan:] Əsgər, gəl evlən, ev-eşik yiyəsi ol, oğul-uşaq sahibi ol.. Ü.Hacıbəyov. oğurlama “Oğurlamaq”dan f.is. oğurlamaq f. Başqasına məxsus şeyi, malı, pulu və s.-ni gizlincə götürüb mənimsəmək, aparmaq. [Odabaşı Xudayar bəyə:] ..Yekə kişi, xalqın eşşəyini oğurlayıb gətirmisən, qatmısan mənim karvansarama. C.Məmmədquluzadə. [Dostəli:] Bilmək olmur ki, onları kim oğurlayır. Ü.Hacıbəyov. oğurlanma “Oğurlanmaq”dan f.is. oğurlanmaq 1. məch. Oğurluqla mənimsənilmək, aparılmaq, ələ keçirilmək. Kassa oğurlandı.\n2. f. Gizli olaraq görmək, başqalarına sezdirmədən görmək (bir işi). [Tutu] ..adamlardan oğurlanıb birbaş Mürsəlin yanına gəlir.. Ə.Vəliyev. oğurlatdırma “Oğurlatdırmaq”dan f.is. oğurlatdırmaq icb. Başqası vasitəsilə oğurlatmaq, ələ keçirtmək. O məlun kəbin verməmək üçün bu kağızı bizdən oğurlatdırmışdır. M.S.Ordubadi. oğurlatma “Oğurlatmaq”dan f.is. oğurlatmaq icb.\n1. Bir şeyi başqasının vasitəsilə xəlvəti əlinə keçirmək. [Xaqani:] Bir yanda toy-büsat, bir yanda matəm; Şah qız oğurladır, rəzalətə bax. M.Rahim.\n2. Bir şeyin oğurlanmasına səbəb olmaq, başısoyuqluq, diqqətsizlik, sayıqsızlıq göstərərək bir şeyin oğurlanmasına imkan vermək. Çamadanını oğurlatmaq. oğurluq is.\n1. Başqasının malını, şeyini, pulunu və s. oğurlama işi; oğrunun işi, peşəsi. Oğurluqla məşğul olmaq. Oğurluq cinayətdir. – [Şahbaz bəy:] Adam aclığından, susuzluğundan oğurluğa, quldurluğa qurşanar. M.F.Axundzadə. Ömründə oğurluq etməyən muzdur bir neçə an fikir etdiyindən qəbih əməlin qəbahətini düşünməyə başladı. S.M.Qənizadə.\n2. Oğurlanmış. Axşam satılan oğurluq maldan pristavın payı gətirilib qumar oynadığı yerdə özünə verildi. Ə.Haqverdiyev. oğurluqca zərf Gizlicə, xəlvəti, başqalarına sezdirmədən. Oğurluqca içəri girmək. – ..Mən üç yüz evin kattası ola-ola bir ulağ da tapa bilmirəm, gedərəm oğurluqca özgələrin eşşəyini gətirrəm? C.Məmmədquluzadə. oğursaq is. məh. Balası öldükdən sonra süd verən inək. Oğursağı sağmaq. oğuz is. Göytürk imperatorluğu dövründə 9 tayfadan birini təşkil edən, bugünkü Azərbaycan və Türkiyə türkləri ilə yanaşı türkmən və qaqauzların da mənşəyində dayanan böyük bir türk boyu (tarixən oğuzların bir qolu boz-ok, ikinci qolu isə üç-ok adlanmışdır). Oğuz boyları. Oğuzların məskəni. Oğuz adına ilk dəfə olaraq Yenisey abidələrində rast gəlinir. – Xanlar xanı xan Bayındır yildə bir kərrə toy edib, Oğuz bəglərin qonaqlardı. “Dədə Qorqud”. oh nida.\n1. Heyrət, təəccüb bildirir. Oh, nə hündür ağacdır.\n2. Qorxu, ürək sıxıntısı bildirir, yaxud zəhmət və sıxıntıdan qurtardığına dəlalət edir. Oh, canım qurtardı. – [Səməd] birdən beyninə hücum edən bu müdhiş sualın qarşısında donub qaldı, öz-özünə ucadan “oh!” – deyə bağırdı. M.Hüseyn. oha təql. İnək, öküz və b. iribuynuzlu heyvanları hərəkətə gətirmək və ya hərəkətini sürətləndirmək üçün çıxarılan səs. Oha var dağa çıxarar; Oha var dağdan endirər. (Məsəl). // İs. mənasında. Yorulmuş öküz ohanı Allahdan istər. (Ata. sözü). ohalama “Ohalamaq”dan f.is. ohalamaq f. “Oha” edərək inək, öküz və b. iribuynuzlu heyvanı hərəkətə gətirmək və ya hərəkətini sürətləndirmək. Xaraba kəndin küçəsi ilə gələn bir qoca, qabağında gedən öküzü ohalayırdı. Ə.Məmmədxanlı. oho nida. Gözlənilməz bir şey qarşısında təəccüb, heyranlıq, sevinc, yaxud tərif bildirir. [Səfər bəy:] Oho, xoş gəlmişsən, xoş gəlmişsən, elə bu saat sənin fikrini eləyirdik ki, niyə hacı dərviş gəlməyir.. B.Talıblı. [Aslan Məzluma:] Oho, lap qiyamətsən, pişiyimiz oğlan doğub. S.Vəliyev. ox I. nida.\n1. Təəssüf, məyusluq, peşmançılıq, narazılıq və s. hissləri ifadə edir. Ox, bu nə işdir, elədim. Ox, başımız getdi. Ox, sənin əlindən hara qaçaq? // Heyrət, təəccüb, heyranlıq, həsrət ifadə edir. [Pəri:] Ox, belə bir gözəl oğlandan əl çəkmək olarmı? C.Cabbarlı. // Sevinc, şadlıq, məmnunluq ifadə edir. Ox, nə gözəl havadır. – Ox, bir ay sonra orası nə qədər gözəl olacaq. A.Şaiq.\n2. Nəvaziş, şəfqət, oxşama məqamında işlənir. Ox, oğlum! – [Qəhrəman:] Ox!.. Mən o qədər gözəl, o qədər də qoçaq qız görməmişdim. H.Nəzərli.\n\nII. is.\n1. Yayla atılan itiuclu və ya ucuna iti dəmir keçirilmiş mil (qədim silah növü). Oxu yaya qoymaq. Oxla ovu vurmaq. – Bunu fikirləşib, Koroğlu başçı durnaya bir ox atdı. “Koroğlu”. Ox, kaman, qılınc və nizələr işlətməkdə .. [mahir] olan bu xalq əkin və torpaq işlərində də sənətkardır. M.S.Ordubadi.\n2. İstiqamət göstərmək üçün həmin mil şəklində işarə.\n3. Maşının, mexanizmin və s.-nin hərlənən hissəsinin, habelə çarxın keçirildiyi mil, tir. Avtomobilin oxu. – [Rəşid:] ..Bir araba atını yıxılmış, ya bir arabanı oxundan və ya da çarxından sınan görsəydi, [Qurbanqulu] dərhal kömək edərdi. T.Ş.Simurq. Yolda evimizin yaxınında faytonumun çarxı oxdan çıxdı. S.S.Axundov.\n4. Mehvər. Yer kürəsinin oxu. Planetlərin öz oxları ətrafında fırlanması.\n5. xüs. Hər hansı cismin simmetriya və ya ağırlıq mərkəzindən keçən düz xətt. Təyyarənin oxu. Fırlanma oxu. ‣ Ox kimi – 1) düz, düz istiqamətdə, düzünə. Maşınlar çölləri, təpələri, yarğanları və ox kimi düz yolları arxada buraxaraq “Qızıl bayraq” kolxozuna yaxınlaşmaqda idi. M.İbrahimov; 2) çox cəld, tez, sürətlə, güllə kimi. Kəklik onun əlindən ox kimi çıxdı və bir anda meşənin yarpaqları arasında qeyb oldu. A.Şaiq. Ox kimi gözə batmaq – tez-tez, daim, hər addımda görünmək, göz önündə olmaq (arzu edilməyən bir adam və ya şey haqqında). Hər gün küçələrdə ox kimi gözə batan qorodovoy və qazaqlardan, əsər yox idi. A.Şaiq. Ox mənzili – oxun və ya güllənin hədəfə dəyə biləcəyi məsafə. Xana bir ox mənzili qalanda, Buğac atın üstündə dikəlib oxunu atdı.. M.Rzaquluzadə. Oxu atıb yayını gizlətmək – sözünü tam deməmək, fikrini yarımçıq söyləmək, əsil mətləbi üstüörtülü buraxmaq, deməmək. [Yusif:] Pəri xanım, axı, gecə eyvanların altında gəzəni demədin, oxu atdın, yayını gizlətdin. B.Bayramov. Oxu daşa dəymək – uğursuzluğa düçar olmaq, işi nəhs gətirmək. Qurşunumuz keçməz boşa; Oxlarımız dəyməz daşa. A.Şaiq. oxabənzər bax. oxvari. oxalama “Oxalamaq”dan f.is. oxalamaq bax. ovxalamaq. [Yəhya Kamal] ..gözlərini oxalayıb bir də baxdı. Mir Cəlal. oxalanma “Oxalanmaq”dan f.is. oxalanmaq bax. ovxalanmaq. Mururizamanla oxalandı; Töküldü ehramların daşı. O.Sarıvəlli. oxatan I. is. köhn. Ox-kamanla silahlanmış əsgər.\n\nII. (lat. Sagittarius) – Zodiak bürcü. oxay nida. Məmnunluq, sevinc, bir şeydən xoşlanmanı, bir şeyin cana yayıldığını bildirir. [Təlxək Əcinnəyə:] Oxay! Canıma yayıldı.. Ə.Haqverdiyev. [Nəcəfalı Şahmara:] Oxay, ay varım-dövlətim, əlin nə yaxşı sərindir. B.Bayramov. oxdan is. köhn. Çiyindən asılan oxqabı, oxluq, sadaqa (dəridən və ya ağacdan olardı). [Qara Məlikin] kamanı köhnə oxdanı sadə bir dəridən ibarət idi. M.S.Ordubadi. ox-kaman top. köhn. Ox və kamandan ibarət primitiv silah; ox-yay. Elə ki, gün batdı, axşam oldu, Məlikməmməd qıvraq geyinib, ox-kamanını götürüb bağa getdi. (Nağıl). Qara Məlik vəliəhdin qəsdindən xəbərdar olduğu üçün qılıncını, ox-kamanını götürüb qaçaq düşmüşdü. M.S.Ordubadi. oxqabı bax. oxdan. oxlama “Oxlamaq”dan f.is. oxlamaq f.\n1. Oxla vurmaq. Ceyranı oxlamaq. – Yanaqların güldü, solmaz; Oxladın, yaram sağalmaz. Aşıq Ələsgər.\n2. dan. Ox keçirmək, ox salmaq (bax. ox2 3-cü mənada). Arabanı oxlamaq. oxlanma “Oxlanmaq”dan f.is. oxlanmaq məch.\n1. Oxla vurulmaq. İgidim oxlanıbdı; Ürəklər qara qandı. (Bayatı).\n2. dan. Ox keçirilmək, ox salınmaq (bax. ox2 3-cü mənada). oxlov is. Xəmir yaymaq üçün işlədilən ortası yoğun, ucları getdikcə nazikləşən taxta mildən ibarət alət. Oxlovla xəmir yaymaq. oxlovçu is. köhn. Çörəkxanada xəmir yayan işçi. Üzü pörtmüş şatır oxlovçunun verdiyi xəmiri .. təndirə yapırdı. P.Makulu. oxlovlama “Oxlovlamaq”dan f.is. oxlovlamaq f.\n1. Oxlovla yaymaq. Xəmiri oxlovlamaq.\n2. Oxlovla döymək, oxlovla vurmaq. Uşağı oxlovlamaq. oxlu sif. Oxu olan. Oxlu təkər. ‣ Oxlu kirpi zool. – gəmiricilər dəstəsindən kürəyi və yanları uzun tikanlarla örtülü məməli heyvan. oxluq is.\n1. Ox qayrılmaq üçün yarayan. Oxluq ağac.\n2. bax. oxdan. Şah oxluqdan bir ox alıb yaya qoyur. A.Şaiq. uxra is. [yun.] Açıq qəhvəyi rəngli təbii boya. oxranma “Oxranmaq”dan f.is. oxranmaq f. məh. Yavaşdan kişnəmək. At oxrandı. oxrantı is. məh. Yavaş kişnəmə, kişnərti. Oxrantı səsi. – [Qoca:] O yanda malın gövşəməsi, ilxının oxrantısı qulağıma gəlmir.. A.Divanbəyoğlu. oxşadılma “Oxşadılmaq”dan f.is. oxşadılmaq f. Bənzədilmək. oxşama “Oxşamaq ”dan f.is.\n\nII.\n1. “Oxşamaq2”dan f.is.\n2. əd. Azərbaycan şifahi xalq ədəbiyyatında lirik şeir formalarından biri. Səhhət, Cabbarlı və Vurğun kimi sənətkarlarımız öz əsərlərində oxşamalardan ustalıqla istifadə etmişlər. oxşamaq I. f. Bənzəmək. Anasına oxşamaq. Bir-birinə oxşamaq. – [Sona:] Baxıram, siz çox yaxşı adama oxşayırsınız. H.Nəzərli.\n\nII. f.\n1. Nəvaziş etmək, öz sevgisini, riqqətini ifadə etmək; nazlamaq. [Aslanın] belə kövrəldiyini görən Gilə arvad nəvəsini qucağına alıb .. oxşamağa başladı. Ə.Vəliyev. // Nəvaziş, sevgi, riqqət əlaməti olaraq əli ilə sığallamaq, əlini sürtmək. [Çoban:] Bunun nə qədər ağıllı və igid heyvan olduğunu bilsən, heç vurmazsan, – deyə itin başını əlləri ilə oxşadı. A.Şaiq. Gəl, ipək saçını oxşayım! Səninlə bir an da yaşayım.. M.Müşfiq.\n2. məc. Xoşlandırmaq, ləzzət vermək, ruhunu oxşamaq. Xoş bir yel insanı oxşayır, köksünə sirli bir fərəh doldururdu. Çəmənzəminli. Xaçın çayı aşağı əsən sərin külək Nəcəfalı kişini oxşadı. B.Bayramov.\n3. Ölü üçün oxuyub ağlamaq. Ölünü oxşamaq. oxşanma “Oxşanmaq”dan f.is. oxşanmaq məch. Əzizlənmək, nəvaziş olunmaq, sevilmək, nəvazişlənmək. Ana qucağında isinərkən, mehriban əllərlə oxşanarkən .. heç bir şey sənin üçün qorxulu deyil. Mir Cəlal. Sevildi, oxşandı o, məktəbdə də; Evdə olduğu tək ərköyün kimi. B.Vahabzadə. oxşar sif. Bənzər, oxşayan, bənzəyən. Cəmiləyə oxşar bir ana öz toppuş qızı ilə oynayırdı. S.Rəhimov. ..Əndamlı xanım xalata oxşar, qırmızıgüllü, sarı paltar geymişdi. M.İbrahimov. // Misl, bərabər. Oxşarı yoxdur. // İs. mənasında. Oxşarlıq, bənzəyiş, bənzərlik. Məhəmməd Həsən əminin eşşəyinin itməkliyinin özgə eşşəklərin itməkliyinə bir tük qədər də oxşarı yoxdu. C.Məmmədquluzadə. oxşarlıq is. Bənzərlik, uyğunluq, bənzəyiş, oxşama. Onların arasında heç bir oxşarlıq yoxdur. oxşatma “Oxşatmaq”dan f.is. oxşatmaq f.\n1. Bənzətmək. [Qulam müəllim] Dəmirovu oxşatmışdı, ancaq tanıya bilməmişdi. S.Rəhimov. Qız yenə gülümsündü və bu təbəssüm onu məsum bir uşağa oxşatdı. H.Seyidbəyli.\n2. Yanılıb bir şeyi başqa bir şey zənn etmək, yanılıb bənzətmək. Öz komandirinə oxşatmaq. oxşayıcı sif.\n1. Nəvazişli, şəfqətli, mehriban. Oxşayıcı baxış.\n2. məc. Mülayim, yumşaq, sakit; ruhu oxşayan. Gecənin sərin, oxşayıcı mehi [Qədiri] alıb ayrı aləmlərə apardı. Mir Cəlal. oxşayış I. is. Bənzəyiş, oxşarlıq, bənzərlik. Zahiri oxşayış.\n\nII. is. Nəvaziş. oxşəkilli sif. Ox şəklində olan, ucu ox kimi iti olan; oxvari. oxşəkillilik is. Oxşəkilli şeyin forması; oxvarilik. oxu is. Hər hansı mətni səslə və ya səssiz oxuma; qiraət. • Oxu zalı – kitab, qəzet və s. oxumaq üçün kitabxana, klub və s. yanında xüsusi otaq, zal; qiraətxana. Oxu zalında məşğul olmaq. oxucu 1. is. Kitab və s. oxuyan, mütaliəçi. Yazıçılarla oxucuların görüşü. – İndi xəbər verim oxucuma mən; Xəyalı küsdürən bir faciədən. S.Vurğun.\n2. is. Kitabxanaya yazılmış adam, kitabxana üzvü, kitabxanadan istifadə edən şəxs. Oxuculara nümunəvi xidmət. Oxucu bileti. • Oxucu zalı – bax. oxu zalı (“oxu”da).\n3. is. Tutuşdurub yoxlamaq üçün orijinalı və ya əvvəlki korrekturanı korrektor üçün oxuyan adam, korrektor köməkçisi. Oxucu vəzifəsi.\n4. sif. Oxuyan, ötən (quşlar haqqında). Cəhcəhə başladı oxucu quşlar; Dilləndi ağaclar, qarğı, qamışlar.. H.K.Sanılı. oxudulma “Oxudulmaq”dan f.is. oxudulmaq “Oxutmaq”dan məch. oxuma “Oxumaq”dan f.is. [Vahid:] Lakin [anamın] oxuması ilə ağlamasını seçmək çətin idi. B.Bayramov. oxumaq f.\n1. Yazılmış bir şeyi gözdən keçirib səslə və ya səssiz qiraət etmək, mütaliə etmək. İngiliscə oxumaq. – Cənab Bax kağızı .. diqqətlə oxudu, sətirlərə təkrar-təkrar göz gəzdirdi, bir qüsur tapa bilmədi.. Çəmənzəminli.\n2. Təhsil almaq, elm almaq, öyrənmək. Universitetdə oxumaq. Texniki peşə məktəbində oxumaq. – [Yusif:] Mən on il bundan müqəddəm Şamdan bəy ilə bir yerdə oxumuşam. N.Nərimanov. [Hacı] oxumamışdır, amma avam da deyil. Qantəmir. // Dərsi mənimsəmək, bilikləri, fənləri öyrənmək. Pis oxumaq. Əlaçı oxumaq. – Cəlil hərçənd məktəbə gedib-gəlirdi, ancaq oxuduğu bir şey yox idi. İ.Musabəyov. Qız böyüdükcə yaxşı oxuyur, ədəbiyyata xüsusi meyil göstərirdi. Ə.Əbülhəsən.\n3. Mahnı və s. ifa etmək, bir şeyi hava ilə ifa etmək. Xalq mahnıları oxumaq. Xorda oxumaq. – Rəqqasə ərəb qızları oynar və arasıra oxuyarlar. H.Cavid. Ürək kövrəkləşir sən oxuyanda; Sən də dinləsəydin mən oxuyanda! M.Müşfiq.\n4. Cəh-cəh vurmaq, civildəmək, ötmək (quşlar haqqında). Bülbüllər oxuyur. – Artıq sübh açılan vaxtı maral sürüləri .. dağlara qalxmır, günəş doğanda kənd bağlarında quşlar oxumurdu. Ə.Məmmədxanlı.\n5. məc. Hiss etmək, sezmək, duymaq. Qəlbini oxumaq. Baxışlarından oxumaq. – Oxuyuram yeni həyat sövdasilə çırpınan; Əksiliyə üsyan edən könülləri hər zaman. M.Müşfiq. Bir az əvvəl sən öz .. raportunu mənə oxuyarkən mən də sənin gözlərində başqa şeylər oxumuşdum. Ə.Məmmədxanlı. ‣ Meydan oxumaq – bax. meydan. oxumuş f.sif. Təhsil almış, məktəb qurtarmış; təhsilli, savadlı. Oxumuş qız. – [Kətxuda] bilirdi ki, İnmirə camaatının şəhərdə yaxşı iş bilən, oxumuş adamları vardır. N.Nərimanov. // İs. mənasında. Nə əhlimizdə ayıqlıq əlaməti görünəydi; Nə bir para oxumuşlarda bu zəkavət olaydı. M.Ə.Sabir. Kərim baba soyuq tövr ilə: – Bilmirəm bu oxumuşların səbri nə üçün az olur? Gəldiyiniz indidir, nə xəbər? – dedi. A.Şaiq. // Çox mütaliə etmiş, geniş dünyagörüşü olan, bilikli, məlumatlı. oxunaqlı sif. Həvəslə oxunan, maraqlı. Oxunaqlı kitab. – Məncə “Ana abidəsi” gərək faydalı, oxunaqlı bir roman olsun. S.Rəhimov. // Asan oxunan, rəvan, səlis. Əsərin oxunaqlı dili var. oxunma “Oxunmaq”dan f.is. oxunmaq məch.\n1. Gözdən keçirilərək səslə, ya səssiz qiraət edilmək. Bu kitablar oxunub. – O biri namələr oxunanda çoxlu qəzetçi adları söyləndi. Çəmənzəminli. ..Qış gecələrini bu ailə müharibə haqqındakı söhbətlərə, ya da bu barədə qəzetdən oxunanlara qulaq asmaqla keçirərdi. Ə.Əbülhəsən.\n2. Səslə mahnı və s. ifa edilmək. Konsertdə yeni mahnılar oxundu. – Xüsusən oxuyanın ürəyəyatımlı səsi, oxunan bayatıdakı məna gözəlliyi sazın uyğun səsinə qarışdığı zaman alınan təsir daha da qüvvətlənirdi. A.Şaiq.\n3. məc. Hiss edilmək, sezilmək, duyulmaq. Gözündən oxunmaq. Üzündən oxunmaq. – Həmişə [Səmədin] simasında dərin bir fikir, ya yüngül və şirin xəyalat oxunurdu. Çəmənzəminli. [Mehribanın] sürməyiyə çalan qara gözlərində həmişə kədər oxunur. H.Seyidbəyli. oxunuş is. Oxuma işi, oxuma tərzi; oxunma. Şerin oxunuşu. – Hamı ehtiramla fərmanın oxunuşunu dinlədi, sonra hərə öz ürək sözünü dedi. S.Rəhimov. oxuşma “Oxuşmaq”dan f.is. oxuşmaq qarş.\n1. Mahnı və s. oxumaqda yarışmaq; deyişmək. Aşıqlar oxuşurlar. – ..Mən səsdə oxuyanı və mənim tək artisti indiyədək dünya yaratmayıb. Hər kəs xahiş edərsə, buyursun oxuşaq. Ə.Haqverdiyev.\n2. Səs-səsə verib oxumaq; civildəşmək, ötüşmək. Quşlar gömgöy budaqlarda oturub oxuşurdular. S.S.Axundov. Meşənin tamam bülbülləri tarların səsinə cəm olmuşdular. Tar çalındıqca onlar da ağız-ağıza verib oxuşurdular. Ə.Haqverdiyev. oxutdurma “Oxutdurmaq”dan f.is. oxutdurmaq “Oxumaq”dan icb. Kağızı oxutdurmaq. – Hacı məktubu xanıma oxutdurmaq istəyirdi. M.S.Ordubadi. [Səriyyə:] [Əmim] 9 il zəhmətimi çəkib oxutdurdu. C.Cabbarlı. oxutma “Oxutmaq”dan f.is. oxutmaq icb.\n1. Oxumağı xahiş etmək (başqasından), oxumağa sövq etmək, yaxud icazə vermək. Pərinisə .. qardaşından təvəqqe elədi ki, kağızı aparıb bir adama oxutsun. C.Məmmədquluzadə. // Oxumağı məsləhət görmək. İndi mən bildim ki, kitabxanaçı; Neçin bu kitabı mənə oxutdu. B.Vahabzadə.\n2. Təhsil almasına kömək etmək, oxuyub təhsil almaq üçün məktəbə və s.-yə qoymaq. Həsən ağanın pulu aşıb-daşır, uşaqlarını öz xərci ilə oxuda bilər. Ə.Haqverdiyev. Əri öləndən sonra Pəri istədi, molla tutub Nurunu oxutsun, lakin ərinin dedikləri yadına düşdü. Ə.Vəliyev.\n3. Dərs vermək, savad öyrətmək, müəllimlik etmək, tədris etmək. Yaşlıları oxutmaq. – [Sadıq:] Xanların .. yoldaşıdır. Şəhərdə olur, uşaq oxudur. Qantəmir.\n4. Hava ilə bir şey oxumasını xahiş etmək, yaxud məcbur etmək. Xanəndəni oxutmaq. Ariya oxutmaq. oxuyan is.\n1. Xanəndə. Əntiqə indi nə oxuyur, nə də oxuyanlara yanaşırdı. Mir Cəlal. Ayna bulaqların ləzzəti varmı; Üstündə oxuyan, çalan olmasa? N.Rəfibəyli.\n2. Oxucu. Bu təsəvvürdə olan oxuyanlar az deyil. N.Nərimanov. Mən “Həyat”ın cəmi oxuyanlarını gərək müjdə alıb xəbərdar edəm. N.Vəzirov.\n3. Savadlı, oxumuş mənasında. Xanbibim falçı, nənəm bağtoxuyan; Bizdə haşa yox idi bir oxuyan! M.Ə.Sabir. oxu-yazı is.\n1. Oxuyub-yazmaqla məşğul olma, oxuma və yazma işi. Vaxtını oxuyazı ilə keçirmək.\n2. Oxuyub-yazmağı bacarma; savad. Nadir vuruşmalar əsasında oxu-yazı öyrənib, biliyini artırmışdı. B.Talıblı. oxuyub-çalan top. Xanəndə və sazəndə, oxuyan və çalan, xanəndə və çalğıçı. Toya oxuyub-çalan dəvət etmək. – [Səfərqulu bəy:] Ədə, oxuyan-çalanlara xəbər vermisənmi? S.S.Axundov. oxuyub-yazma “Oxuyub-yazmaq”dan f.is. oxuyub-yazmaq f. Oxumaq və yazmaqla məşğul olmaq, zehni işlə məşğul olmaq. Gecə-gündüz oxuyub-yazmaq. oxvari bax. oxşəkilli. oxyarpaq is. zool. Çayların sahillərində və ya bataqlıqda bitən ağ çiçəkləri və oxşəkilli yarpaqları olan ot bitkisi. ox-yay bax. ox-kaman. okean [yun. okeanos – ucsuz-bucaqsız dəniz] Dünyanın bütün su ilə örtülü, yaxud onun materiklər arasındakı hissəsi. Şimal Buzlu okeanı. Sakit okean. okeanoqraf [yun.] Okeanoqrafiya mütəxəssisi. okeanoqrafik sif. [yun.] Okeanoqrafiyaya aid olan, okeanoqrafiya ilə bağlı olan. Okeanoqrafik tədqiqat. okeanoqrafiya [yun. okeanos – ucsuzbucaqsız dəniz və grapho – yazıram] Fiziki coğrafiyanın dəniz və okeanlarda gedən fiziki, kimyəvi, geoloji, bioloji prosesləri və hadisələri tədqiq edən sahəsi. oksid is. [yun.] Kimyəvi elementlərin oksigenlə birləşməsi. oksigen [yun. oxys – turş və genos – əmələ gətirən] Havanın tərkibinə daxil olan, tənəffüs və yanmaq üçün zəruri olan, hidrogenlə birləşdikdə su əmələ gətirən rəngsiz və iysiz qaz – kimyəvi element. • Oksigen balışı (yastığı) – içi oksigenlə doldurulmuş kisəcik (xəstələrin oksigenlə nəfəs alması üçün). oktaedr [yun. okta – səkkiz və hedra – üz] riyaz. Səkkiz səthdən ibarət fiqur; səkkiztərəfli. oktava [lat. octava – səkkizinci] mus.\n1. Qammanın səkkizinci pilləsi, habelə müxtəlif yüksəklikdə olan ən yaxın eyniadlı səslər arasındakı interval.\n2. Ən alçaq bas səsi. oktyabr [lat. october, octo – səkkiz] Təqvim ilinin onuncu ayı. Oktyabr döyüşləri. Mübarizə oktyabrın 20-də üsyançıların tam məğlubiyyəti ilə qurtardı. Oktyabr ayı Cavidlər ailəsinin ayıdır. okulist [lat. oculis – göz] Göz xəstəlikləri mütəxəssisi olan həkim. ol “O” işarə əvəzliyinin klassik dildə işlədilən forması. Eşq əhlinə ol mah, Füzuli, nəzər etmiş; Sən həm özünü göstər, əgər bir hünərin var. Füzuli. Ol gün ki, sənə xaliq edər lütf bir övlad; Olsun ürəyin şad! M.Ə.Sabir. olacaq is.\n1. Tale, alın yazısı, labüd şey. [Mahmud bəy:] Olacağa çarə yoxdur, hacı! N.Vəzirov.\n2. İçində yaşamaq üçün yer (mənzil, ev və s.). [Alı Rövşənə:] İndi özümüzə bir olacaq, atlarımıza da bir tövlə tik. “Koroğlu”. olan-qalan sif. dan. İşlədildikdən, sərf olunduqdan sonra qalan. [Qurban:] Olanqalan pul da bir otuz manat olardı, toya xərc olundu, getdi. Ə.Haqverdiyev. Samovarda olan-qalan su axıb qurtardıqdan sonra içindəki od samovarın özünü yandırıb odluğunu çıxarardı. H.Sarabski. // İs. mənasında. İşlədildikdən, sərf olunduqdan sonra qalan pul, şey və s. [Oğlan] odur ki, olan-qalanını dəyərdəyməzinə satmağa başladı. S.Rəhman. olan-olmaz sif. dan. Hər nə var, mövcud. Olan-olmaz yem ehtiyatı tükəndiyindən qışda zəif düşmüş heyvanın saxlanması daha da çətinləşirdi. B.Bayramov. // İs. mənasında. Qalan-qalmaz, mövcud olan, qalmış olan pul, şey və s. Aslan bütün olan-olmazını xərcləmişdi. C.Cabbarlı. [Səfər kişi:] Yağınlıq olmadı, el düşdü dərdə; Olan-olmazı da məhv etdi dolu. S.Rüstəm. olay is. Hadisə, əhvalat. olduqca sif. Çox, xeyli, lap çox, həddən artıq. Olduqca mürəkkəb məsələ. – [Mehriban] xüsusilə çocuğu doğduqda olduqca ağır və böhranlı hallar keçirmişdi. S.Hüseyn. Gün olduqca isti idi. Ə.Vəliyev. oleandr [fr.] Xoşiyli qırmızı, al və ya ağ gülləri olan həmişəyaşıl kol bitkisi; söyüdgülü. Oleandr və ya söyüdgülü .. geniş becərilən bəzək bitkisidir, yarpaqları dəstə halında üç-üç düzülür. M.Qasımov. oliqarxiya [yun. oligarchia]\n1. Qədim və orta əsrlərdə: cəmiyyətin zadəganlardan ibarət yuxarı təbəqəsinin əsasında qurulan dövlət üsulu, habelə hakimiyyət sürən bu qrupun özü.\n2. məc. İri inhisarçı kapitalın nümayəndələrindən ibarət kiçik bir qrupun siyasi və iqtisadi hakimiyyəti. Maliyyə oliqarxiyası. olimp [yun. dağ adı] mif.\n1. Qədim yunan əsatirində: allahların məskəni, habelə yığışdığı yer.\n2. bax. olimpiya. Olimp oyunları. olimpiada [yun. olympias (olympiados)]\n1. Qədim Yunanıstanda: olimpiya oyunları bayramları arasındakı dörd ildən ibarət təqvim vahidi.\n2. Dörd ildən bir keçirilən beynəlxalq idman yarışları.\n3. İdman, teatr və s. yarışları. Bədii özfəaliyyət olimpiadası.\n4. Məktəblilər arasında ayrı-ayrı fənlər üzrə konkret tapşırıqları yerinə yetirmək üzrə yarış; məs.: riyaziyyat, biologiya, kimya, fizika və s. olimpiya [yun.]: olimpiya oyunları – qədim Yunanıstanda: Zevs adlı allahın şərəfinə Olimpiya yaxınlığında hər dörd ildən bir keçirilən ümumxalq oyunları, habelə idmanın bütün növləri üzrə keçirilən müasir beynəlxalq yarışlar. olimpiyaçı is. Olimpiya yarışlarında iştirak edən idmançı. Olimpiyaçıların müvəffəqiyyətləri. olma “Olmaq”dan f.is. Havaların isti olmasına baxmayaraq, qalın ipək parça və məxmər paltar geymiş [xanım] .. kölgəyə çəkilmək istəmirdi. P.Makulu. olmaq 1. Müstəqil feil kimi aşağıdakı mənalarda işlədilir: a) yaşamaq, sakin olmaq, ömür sürmək. İki il Bakıda oldum. O, yataqxanada olur. Siz hansı küçədə olursunuz? – Mərcan xanım uzaqda olmurdu. T.Ş.Simurq; b) mövcud olmaq, var olmaq. İnsan olmasaydı nəyə gərəkdi; Sənin gözəlliyin, ana təbiət! M.Dilbazi; c) iştirak etmək. Dərsdə olmaq. Qonaqlıqda olmaq. İclasda olmaq; ç) üz vermək, baş vermək, vaqe olmaq, əmələ gəlmək. Dünən balaca yanğın olmuşdu. – Azad çırpınacaq bütün vicdanlar; Nə hicran olacaq, nə də intizar. S.Vurğun. Qonşu, yenə nə olub? – deyə soruşdum. S.Rüstəm; d) doğulmaq, dünyaya gəlmək, anadan olmaq. – Onun nəyi olub? – Bir qızı olub. Uşaqlar ekiz olub. – ..Münəvvər xanımın binadan-başdan uşağı olmurdu. Mir Cəlal. Cavadla Zöhrə Aslan olandan sonra bir-birini daha da çox sevməyə başladılar. Ə.Vəliyev; e) bir yerə gəlmək (getmək), bir yeri gedib görmək. Saat ikidə məktəbdə olacağam. – [Maya] hələ ömründə çobanların yaşadığı alaçıqda olmamışdı. M.İbrahimov; ə) yerləşmək, sığmaq. Şeylər çamadana olmur. Papaq başına yaxşı oldu; f) malik olmaq. Pulu olmamaq. Bağı olmaq. Maşını olmaq. – Cəmi yeddiillik təhsili olan Gülaçar qızğın mütaliə həvəskarı idi. İ.Əfəndiyev; g) mümkün olmaq, icazə verilmək. Gəlmək olarmı? İçəri girmək olar; ğ) bir haldan başqa hala keçilmək, dəyişmək. Su donub buz oldu. Od sönüb kül oldu. – [Gilənin] axşamdan basdırdığı qaratikan kötüyü lülə köz olmuşdu. Ə.Vəliyev; h) gəlib çatmaq, yetişmək. Səhər oldu. Gecə yarı oldu. – Bayram oldu, heç bilmirəm neyləyim? Bizim evdə axta zoğal da yoxdur. M.P.Vaqif. Axşam hələ olmamışdı. S.Hüseyn.\n2. Köməkçi feil kimi işlədilir: a) ixtisas və sənət mənası verən isimlərdən sonra gələrək, həmin ixtisas və sənətə yiyələnməyi, onunla məşğul olmağı bildirir. Müəllim olmaq. Həkim olmaq. – Firəngistanda birisi ki istəyir alim ola, gərək gecələr yatmayıb zəhmət çəkə, elm oxuya.. C.Məmmədquluzadə; b) isim, sifət və saylardan sonra gələrək həmin sözlərdən -lan // -lən və -laş // -ləş şəkilçilərinin əlavəsilə düzələn feillərin sinonimləri olan mürəkkəb feillər əmələ gətirir; məs.: xəstə olmaq (xəstələnmək), yaxşı olmaq (yaxşılaşmaq), qoşa olmaq (qoşalaşmaq), yoxsul olmaq (yoxsullaşmaq), şən olmaq (şənlənmək); c) bir sıra sözlərdən sonra gələrək mürəkkəb feil və ifadələr düzəldilir; məs.: bənd olmaq, xaraba olmaq, daxil olmaq, aşiq olmaq.\n3. Oldu! şəklində – tabe şəxsin, verilən əmri, tapşırığı başa düşdüyünü və onu dərhal icra edəcəyini bildirən cavabı; baş üstə! ‣ Olan oldu (olub) – olub keçmiş, düzəlməsinə, islahına vaxt, imkan olmayan hadisə haqqında. Olan oldu, keçən keçdi – keçmiş ola, artıq gecdir, keçənə güzəşt deyərlər. Onlar deyən yalan oldu; Keçən keçdi, olan oldu. M.Müşfiq. Yaxşı, olan oldu, keçən də keçdi; İndi fikrin nədir, de görək indi? S.Vurğun. Ay oldu ha! – işin baş tutmayacağını bildirmək üçün işlədilən istehzalı ifadə. Bir dəfə (kərə) də olsun – heç, qətiyyən, əsla, tamamilə. Bir dəfə də olsun işə gecikməyib. – Mirzağa elmi tənəzzöhlərə, səyahətlərə bir kərə də olsun getməmişdi. S.Hüseyn. (Bu) olmadı – bir fikir və ya təkliflə razılaşmadıqda etiraz ifadəsi kimi işlədilir. Bu olmadı, o bizim ən yaxşı operatorlarımızdandır. Hər necə (cür) olursa olsun – 1) heç bir şeyə baxmayaraq. Hər necə olursa olsun getməlisən. – [Kor Seyid] hər necə olursa olsun arvadını aparacağını söyləyirdi. S.Hüseyn; 2) bax. hər necə olsa. Hər necə olsa – hökmən, mütləq, heç bir şeyə baxmayaraq. [Tubu:] Qızım, dəli olma, Həsən hər necə olsa, sənin atandır. Ona niyə kömək eləməyəsən? Ə.Haqverdiyev. olmalı sif. Olması, həyata keçirilməsi, varlığı, iştirakı lazım sayılan, arzu edilən, istənilən. Bu gün işdə olmalısan. olmaya 1. “Bəlkə”, “yoxsa” mənalarında ara söz. Olmaya, sən də bu fikirdəsən. Olmaya, onun da könlündən keçir. – Olmaya, sən məni biiqrar sandın; Zarafat eylədim, ona inandın. M.P.Vaqif. [Hambal:] Məşədi, olmaya, oğurluğa gedirsən? Ü.Hacıbəyov.\n2. bax. olmaya-olmaya. Olmaya, ora gedəsən! olmaya-olmaya zərf\n1. Bir işin icrasının qəti surətdə məsləhət görülmədiyini, tövsiyə edilmədiyini, bir işdən saqındırmağı bildirir; məbada. Olmaya-olmaya gedəsən! – [Tağı əmi:] ..Atı yavaş sür. Olmaya-olmaya çapasan. S.S.Axundov.\n2. Olmadığı halda, olmadığına baxmayaraq. Vaxtı olmaya-olmaya söz verir. olmaz 1. İmkan yoxdur, mümkün deyil. Qidasız yaşamaq olmaz. Razı olmamaq olmaz.\n2. İcazə yoxdur, qadağandır, yaramaz. İcazəsiz içəri girmək olmaz. Metroda papiros çəkmək olmaz. // Yaxşı deyil, ayıbdır, qeyrimümkündür. Belə söz demək olmaz. Cavab qaytarmaq olmaz. olmazın sif.\n1. Son dərəcə, həddən artıq, ölçüyəgəlməz, görünməmiş. Olmazın əziyyət. Olmazın ziyan. – Qazamat qulluqçuları Həcərə olmazın əziyyətlər verirlər. “Qaçaq Nəbi”. [Məsmə:] [Ərimi] xəstəxanaya yerləşdirmək üçün olmazın əmək sərf etdim. S.Hüseyn.\n2. Yolverilməz, namünasib, nalayiq, yaraşmaz. Olmazın söz. – Lakin bir saatdan bəri hamı ağzına gələni danışmaqdan və olmazın şeyləri eşitməkdən yorulmuşdu. Ə.Əbülhəsən.\n3. Mümkün olmayan, ola bilməyən, baş verə bilməyən. [Müşavir:] Dünyada olmazın iş yoxdur. P.Makulu. olsa-olsa ara s. Ancaq, ancaq-ancaq, ciddi qiymət verilərsə, ən çoxu. [Firəngiz:] Olsa-olsa [Muxtar] səhv etmişdir, işin mahiyyətini başa düşməmişdir. B.Bayramov. olsun 1. Yaxşı, razıyam, etirazım yoxdur. – Olsun, – deyə direktor gülümsündü.\n2. “Ki” bağlayıcısı ilə: olsun ki... – ola bilsin ki..., ola bilər ki..., mümkündür ki..., yəqin, ehtimal ki..., bəlkə də... Olsun ki, o bu təklifi qəbul etməsin. olub-keçən is. Olmuş əhvalat, keçmiş məsələ, vaqiə, iş, hadisə. Olub-keçənləri yada salmaq. – ..Qadirlə əmisi .. olub-keçəni daha yaxşı başa düşürlərmiş kimi, gözlərini birbirindən çəkmirdilər. Ə.Əbülhəsən. O vaxt olub-keçəni gətirib bir-bir yada; Mən söhbət açacağam əsgərlikdən, davadan. Ə.Cəmil. olub-keçmiş sif. Olmuş, olub-bitmiş, baş vermiş, keçmiş. Olub-keçmiş əhvalat. – [Gülnaz] olub-keçmiş hadisələri xatırlamamaq üçün başqa şey haqqında fikirləşirdi. Q.İlkin. olunma “Olunmaq”dan f.is. olunmaq “Olmaq”dan məch. İdarə olunmaq. Azad olunmaq. Təşkil olunmaq. Təklif olunmaq. oluş is. Kürəkayaqlılar fəsiləsindən bədəni və qanadları ağ iri quş. om [xüs. is.-dən] Elektrik müqaviməti vahidi. omaç is. Su səpilmiş unun ovuntularından bişirilən duru xəmir xörəyi. omar is. Onurğasız dəniz heyvanı; onayaqlı xərçəng. omba is. anat. Qıçın çanaqdan dizə qədər olan hissəsi. omeqa [yun. omeqa – böyük o] Yunan əlifbasının son hərfinin adı (ω). omlet is. [fr.] Su və ya süddə çalınmış yumurta yeməyi; qayğanağın bir növü. omonim [yun. homo – eyni və onyma – adlı] dilç. Eyni cür səslənən, lakin mənaca fərqlənən sözlərdən hər biri (məs.: alıcı – müştəri və alıcı – ovçu quş). omonimik sif. [yun.] dilç. Omonim olan. Omonimik sözlər. omonimika [yun.] dilç.\n1. Hər hansı bir dildəki omonimlərin məcmusu.\n2. Leksikologiyanın omonimləri öyrənən bölməsi. omonimiya [yun.] dilç. Mənaca müxtəlif olan sözlərin səslənmə cəhətdən bir-birinə uyğun gəlməsi. on say.\n1. Doqquzdan sonra gələn ədəd – 10.\n2. On birdən on doqquza qədər mürəkkəb sayların birinci tərkib hissəsi. on-on zərf Hər dəfə on dənə, hər adama on dənə, yaxud hər dəstədə on nəfər. On-on sıraya düzülmək. onaltılıq is. ədəb. Hər misrası on altı hecadan ibarət olan şeir ölçüsü. onatılan (=onaçılan) is. dan. Xəzinəsi on patron tutan tüfəng və ya tapança. [Həcər xanım] onaçılan tapança götürər, kişi kimi gəzərdi. “Aşıq Ələsgər”. Onların yanında yağlı bir nağan; Onun da altında bir onaçılan. S.Vurğun. [Hacı:] Onatılana gəlincə, sənin leşini on kərə yerə sərərlər, gədə! P.Makulu. // Sif. mənasında. Onatılan tüfəng. onaçılan (=onatılan) is. dan. Xəzinəsi on patron tutan tüfəng və ya tapança. [Həcər xanım] onaçılan tapança götürər, kişi kimi gəzərdi. “Aşıq Ələsgər”. Onların yanında yağlı bir nağan; Onun da altında bir onaçılan. S.Vurğun. [Hacı:] Onatılana gəlincə, sənin leşini on kərə yerə sərərlər, gədə! P.Makulu. // Sif. mənasında. Onatılan tüfəng. onaylıq sif.\n1. On ay üçün düzəldilmiş, on aylıq müddət nəzərdə tutulmuş, yaxud on ay ərzində olmuş. Onaylıq hesabat. Onaylıq kurs.\n2. Yaşı on ay olan. Onaylıq uşaq. onbaşı is.\n1. Fəhlə qrupuna başçılıq edən adam.\n2. köhn. On nəfərə başçılıq edən əsgər; yefreytor. onbaşılıq is. Onbaşı rütbəsi, vəzifəsi. onbeşlik is.\n1. ədəb. Hər misrası on beş hecadan ibarət olan şeir.\n2. On beş nömrəli, on beş vahiddən ibarət (ölçü, ya şey). Onbeşlik lampa. Onbeşlik taxta. onbirillik is. Təhsil müddəti on bir il davam edən, on bir il sürən məktəb. Onbirilliyi bitirmək. // Sif. mənasında. Onbirillik məktəb. onbirlik is. ədəb. Hər misrası on bir hecadan ibarət olan şeir ölçüsü. onbucaq (=onbucaqlı)\n1. is. On bucağı olan həndəsi cisim, onkünclü cisim.\n2. sif. On bucağı olan. Onbucaqlı fiqur. onbucaqlı (=onbucaq)\n1. is. On bucağı olan həndəsi cisim, onkünclü cisim.\n2. sif. On bucağı olan. Onbucaqlı fiqur. onca sif. Ancaq on, yalnız on. Onca qəpik pulum qalıb. // Bəzən təyin etdiyi sözə böyüdücülük çaları verir. Niyə xoşun gəlmir, onca manata almışam. onda zərf\n1. İndi yox, o zaman, o vaxt. Gələrəm, onda danışarıq. – Bir xəlvət yer ola, əğyar olmaya; Onda söhbət edək ikimiz belə. M.P.Vaqif.\n2. Elə isə, o halda, elədə. Onda düz demirsən. Onda görərsən. ondördlük is. ədəb. Hər misrası on dörd hecadan ibarət olan şeir ölçüsü. ongirvənkəlik sif. köhn. On girvənkə ağırlığında olan. Ongirvənkəlik daş. // is. On girvənkə ağırlığında olan çəki daşı. Ongirvənkəliyi tərəzinin gözünə qoymaq. ongünlük 1. sif. On gün sürən, on gün davam edən, yaxud on gün vaxt tələb edən. Ongünlük möhlət. Ongünlük yol. Ongünlük iş. // On günə çatan, kifayət edən. Ongünlük azuqə. Ongünlük ehtiyat.\n2. is. Bir şeyə həsr olunmuş on gün; dekada. Moskvada Azərbaycan incəsənəti ongünlüyü. onikibarmaq onikibarmaq bağırsaq anat. – nazik bağırsağın mədədən başlanan hissəsi (köndələninə on iki barmaq uzunluğunda olduğundan belə adlandırılmışdır). onikilik is. ədəb. Hər misrası on iki hecadan ibarət olan şeir ölçüsü. onillik sif.\n1. On il sürən, on il müddətli, on il davam edən. Onillik xidmət. // On il müddətinə tərtib olunmuş, on ili nəzərdə tutan. Onillik plan.\n2. Təhsil müddəti on il davam edən. Onillik məktəb. – [Rəhim:] Mən müharibədən əvvəl Bakıda dövlət konservatoriyası yanında onillik musiqi məktəbində oxuyurdum. Ə.Sadıq. // is. Təhsil müddəti on il davam edən tam orta məktəb. Onilliyi qurtarmaq. Onillikdə oxumaq. – Onillikdən sonra [Nəcəf] bir müddət kolxozda işlədi.. M.İbrahimov.\n3. On yaşında olan, onyaşar. Onillik ağac.\n4. On ildən qalma, on il ömrü olan. Onillik konyak.\n5. is. On ildən, əsrin onda birindən ibarət vaxt hesabı. XX əsrin birinci onilliyi. – Vaxt hesabında hər on il – bir onillikdən, hər yüz il – bir əsrdən, hər min il – bir minillikdən ibarətdir.. “Qədim dünya tarixi”. onkologiya [yun. onkos – kütlə, şiş və logos – elm] Tibbin, şişlərin əmələgəlmə səbəbini, inkişafını, klinik gedişini, müalicə və profilaktikasını öyrənməklə məşğul olan sahəsi. ONKOLOJİ́ sif. [yun.] Onkologiyaya aid olan, onkologiya ilə əlaqədar olan. Onkoloji tədqiqat. Onkoloji institut. onkoloq [yun.] Onkologiya mütəxəssisi, həkim. onkünc (=onkünclü) bax. onbucaq(lı). onkünclü (=onkünc) bax. onbucaq(lı). onqat (=onqatlı) sif.\n1. On mərtəbə(li). Onqatlı ev.\n2. Bir-birinin üzərində on lay olan. Onqatlı kordon. onqatlı (=onqat) sif.\n1. On mərtəbə(li). Onqatlı ev.\n2. Bir-birinin üzərində on lay olan. Onqatlı kordon. onqəpiklik sif. On qəpiyə dəyən, on qəpik qiymətində olan. Onqəpiklik marka. // is. İkişahılıq metal pul. onqramlıq is. On qram ağırlığında olan (daş və s.). Onqramlıq daş. onlar [üçüncü şəxs əvəzliyinin cəmi] Haqqında danışılan və ya göstərilən şəxsləri bildirir. Onlar getdilər. – Qurbanəli onlara başçılıq edir. H.Nəzərli. Onlar sevinirdilər, çünki hər ikisinin dərs və əxlaq qiymətləri əla və yaxşı idi. M.Rzaquluzadə. onlarla (=onlarca) sif. Sayı bir neçə on olan; çox, çoxlu. Onlarla adam. – Onlarca əllərin zərbəsi ilə parçalanmağa başlayan divar, .. yanğını keçirmək istəyənlərə mane olurdu. Ə.Əbülhəsən. ..Ov edərkən arxamızca, yan-yörəmizcə onlarca göz baxır, bizi izləyirlər. M.Rzaquluzadə. onlarca (=onlarla) sif. Sayı bir neçə on olan; çox, çoxlu. Onlarla adam. – Onlarca əllərin zərbəsi ilə parçalanmağa başlayan divar, .. yanğını keçirmək istəyənlərə mane olurdu. Ə.Əbülhəsən. ..Ov edərkən arxamızca, yan-yörəmizcə onlarca göz baxır, bizi izləyirlər. M.Rzaquluzadə. onluq sif.\n1. Onmanatlıq, on manat dəyərində olan. Aşıq Ələsgər belə deyəndə Məşədi Yolçu əlini salıb, cibindən bir onluq qızıl çıxartdı.. “Aşıq Ələsgər”. // is. Onmanatlıq, on manat qiymətində olan pul. Kələntər əlini şalvar cibinə salıb əzilmiş bir onluq çıxartdı. M.İbrahimov. Onluqdan tutmuş yüzlüyə qədər pullar sazın üstünə xəzəl kimi töküldü. B.Bayramov.\n2. Lampada işıq, taxtada qalınlıq dərəcəsini bildirir. Onluq taxta. – Buxarının üstündəki mıxa onluq lampa keçirilmişdi. M.Hüseyn. [Hümmət] stolun üstünə qoyulmuş şüşəsi hisli onluq lampanı yandırdı. B.Bayramov. // On xalı olan. Onluq kart. // İs. mənasında. [Nəbi:] Odur ki, bu gecə on bir əl dalbadal onluğa vuruldu. S.S.Axundov.\n3. ədəb. Hər misrasında on heca olan. Onluq şeir. ‣ Onluq kəsr riyaz. – məxrəci on, yüz, min və s. rəqəmlərdən ibarət olan kəsr. Onluq kəsrləri toplamaq. Onluq say sistemi – əsasını onluq(lar) təşkil edən, onluqlardan ibarət say sistemi. Hazırda insanlar onluq say sistemindən istifadə edirlər. Z.Xəlilov. onmanatlıq is. On manat qiymətində olan kağız pul; onluq. Onmanatlığı xırdalamaq. // sif. On manata dəyən, on manat qiymətində olan. Onmanatlıq parça. onmərtəbə (=onmərtəbəli) sif. On mərtəbəsi olan; onqat(lı). Onmərtəbəli bina. onmərtəbəli (=onmərtəbə) sif. On mərtəbəsi olan; onqat(lı). Onmərtəbəli bina. onminlik sif. Sayı on min olan, on min nəfərdən ibarət olan. Onminlik qoşun. onomastika [yun. onoma – ad]\n1. Dildə mövcud olan xüsusi adların hamısı.\n2. Dilçiliyin xüsusi adları öyrənən bəhsi. onotaqlı sif. On otağı olan, on otaqdan ibarət olan. Onotaqlı kənd xəstəxanası. onsinifli sif. On sinfi olan. Onsinifli məktəb. ontonluq sif. On ton yük və s. tutan. Ontonluq avtomobil. // On ton ağırlığında olan. Ontonluq yük. onuncu “On”dan sıra s. Onuncu sinif. Onuncu adam. Onuncu sıra. onurğa is. anat. Bel sümüyü. ‣ Onurğa beyni – onurğa kanalının içərisindəki ilik; haram ilik. onurğalı anat.\n1. sif. Onurğası olan.\n2. cəm. Onurğalılar şəklində – onurğalı heyvanlara verilən ümumi ad; onurğalı heyvanlar. onurğasız anat.\n1. sif. Onurğası olmayan. Onurğasız heyvan.\n2. cəm Onurğasızlar şəklində – onurğasız heyvanlara verilən ümumi ad; onurğasız heyvanlar. onyaşar sif. On yaşı olan. Onyaşar heyvan. onyaşlı sif. On yaşı olan. Onyaşlı şagird. onyerli sif. On adamlıq yeri olan. Onyerli avtobus. opal [lat.] Bəzi növləri qiymətli sayılan şəffaf şüşəvari daş. opera [ital.]\n1. Teatrda ifa olunmaq üçün instrumental musiqili dram əsəri, habelə iştirak edən şəxslərin əsərin sözlərini musiqinin müşayiəti ilə (hava ilə) söylədikləri teatr tamaşasının özü. Hüseynqulunun bəxtini bir şey açdı ki, məşhur musiqişünas Üzeyir bəy Hacıbəyov “Leyli-Məcnun” adında bir opera yazdı. S.Rəhman.\n2. Bu cür əsərlərin tamaşaya qoyulduğu teatr binası. Bu gün operada nə gedir? – [Şirin] tez-tez operaya gedirdi. İ.Əfəndiyev. operasiya [lat. operatio – təsir] Bəzi xəstəliklər, yaxud yaralanmalar zamanı müalicə məqsədilə icra edilən cərrahlıq əməliyyatı. Zeynal gözlərinin tezliklə operasiya olunmasını tələb edirdi. B.Bayramov. // dan. Cərrahlıq əməliyyatı vasitəsilə bədənin bir üzvü və ya hissəsinin kəsilib götürülməsi. Kor bağırsağın operasiyası. operativ sif. [lat.]\n1. Hərbi əməliyyata aid olan. Operativ plan. Operativ məlumat.\n2. Bir işi bilavasitə, əməli surətdə həyata keçirən, görən. Operativ qrup. Operativ şöbə. Operativ orqanlar.\n3. İşin gedişini tez qaydaya salan, düzəldən, yoluna salan, düzgün istiqamətə yönəldən. Operativ göstəriş. Operativ rəhbərlik. operativlik is. Operativ olma (bax. operativ 2-ci mənada). operator [lat.]\n1. xüs. Mürəkkəb mexanizmlərin işini idarə edən və ya müəyyən istehsal prosesinin icrasına cavabdeh olan yüksək ixtisaslı fəhlə. [Nailə Mansurova:] Gedək operator otağına, sabun, məhrəba verim, üzünüzü yuyun. H.Seyidbəyli. // Nəqliyyatda: dispetçerin göstərişlərini qəbul edən və hərəkət haqqında ona məlumat verən işçi.\n2. Filmin yaradıcılarından biri, filmi çəkən şəxs. operatorluq is. Operatorun işi, vəzifəsi. operetta [ital.] Oxumaq, rəqs və danışmaqla əlaqələndirilən gülməli musiqili səhnə əsəri. Ü.Hacıbəyovun operettaları. – Ümumiyyətlə, operetta çox gözəl təsir bağışlayırdı. İ.Əfəndiyev. // Həmin əsərlərin səhnədə tamaşaya qoyulduğu teatr. opponent [lat. opponentis – etiraz edən] Mübahisədə, müzakirədə, disputda və s.-də birinin fikrinə, dəlilinə, mülahizəsinə etiraz, yaxud onları təkzib ilə çıxış edən şəxs. Opponentə cavab vermək. – Sədr ayağa qalxıb deyir: – Opponentlər qurtardı. Çıxış etmək istəyən varmı? Q.İlkin. • Rəsmi opponent – dissertasiya müdafiəsində, elmi disputda çıxış etmək üçün qabaqcadan təyin olunmuş şəxs (alim). opponentlik is. Opponent olma, opponent kimi çıxış etmə (dissertasiya müdafiəsində, elmi disputda). Opponentlik etmək. opportunist [lat.]\n1. Opportunizm tərəfdarı, opportunizm siyasəti yeridən adam.\n2. Opportunizmə aid olan, opportunizm məsləkli. Opportunist qrup. opportunistcəsinə zərf Opportunist kimi, opportunistə yaraşan bir tərzdə. Opportunistcəsinə hərəkət etmək. opportunizm [fr. opportunis – faydalı] Fəhlə hərəkatında və proletar partiyalarında marksizm-leninizmə zidd cərəyan; opportunizm proletariatın sinfi mənafeyini burjuaziyanın mənafeyinə tabe edir, burjuaziya ilə sazişçiliyi, əməkdaşlığı və inqilabi mübarizədən əl çəkməyi təbliğ edir. optik I. sif. [yun.]\n1. Optikaya aid olan. Optik cihazlar.\n2. Optika hadisələrinə aid olan; işığın inikası və sınması qanunları üzündən törəyən, əmələ gələn. Optik hadisə. Optik müşahidə.\n\nII. [yun.]\n1. Optika mütəxəssisi.\n2. Optik şüşə və cihazlar hazırlayan usta. optika [yun. optike]\n1. Fizikanın işıq, onun xassə və qanunlarından bəhs edən şöbəsi. Optika qanunları.\n2. top. İşləməsi işığın inikası, sınması qanunlarına əsaslanan cihaz və alətlər. optimal sif. [lat. optimus – yaxşı] kit. Ən əlverişli, ən münasib, ən müvafiq. Ən optimal əkin dövrü. Optimal şərait. optimist [lat.] Optimizmə mail adam; nikbin. optimistcəsinə zərf Nikbincəsinə. optimistlik is. Optimist (nikbin) adamın hal və sifəti; nikbinlik. optimizm [lat. optimus – yaxşı] Həyatda hər şeyi yaxşı görmə, gələcəyə inam meyli və buna görə də özünü həmişə gümrah, şən hiss etmə; nikbinlik. Firəngizdəki sakitlik, optimizm ananı toxtadırdı. B.Bayramov. ora zərf (bəzən əvəzlik mənasında işlənir). O yer. Ora nə yaxşı yerdir? Ora haçan gedəcəksən? – Keçdi çox illər, olmadı orda; Bir müsafir gəlib sirab olsun. A.Səhhət. [Sultan bəy:] Srağagün həkim Mirzə Hüseynə deyirəm ki, oram ağrıyır. Ü.Hacıbəyov. ora-bura zərf\n1. Həm ora, həm bura; o tərəf-bu tərəfə, hər tərəfə. Ora-bura qaçmaq. – [Nəsir] yenə əvvəlki kimi ora-bura yortan .. idi. S.Hüseyn.\n2. Bütünlüklə deyil, hissə-hissə; müxtəlif yerdən, o yerindən-bu yerindən. [Rüstəm Mayaya:] Al, bir ora-burasından oxu, görüm nə yazır. M.İbrahimov. orada zərf (bəzən əvəzlik mənasında işlənir). O yerdə. Orada heç kəsi görmədim. – [Cavad:] Orada hava başqa rəngdədir. H.Nəzərli. [Məşədi İbad Sərvərə:] Bəs orada nə qayırırsan? Ü.Hacıbəyov. orada-burada zərf Müxtəlif yerlərdə; həm orada, həm də burada; adda-budda yerdə. Camaat vəkilləri yığılıb koma-koma oradaburada söhbət edirdilər. Ə.Haqverdiyev. oradaca zərf.\n1. Həmin o yerdə, lap orada. Oradaca dayandım. – [Usta:] Qan məni götürdü, yıxılıb oradaca qaldım. Çəmənzəminli.\n2. O zaman, o vaxt, o an. Oradaca dedi. – Lakin [Rüstəm] elə oradaca vədini unudaraq heç bir şey etməmişdi. M.İbrahimov. oradakı sif.\n1. O yerdə olan, o yerdə duran, o yerdəki. Oradakı kitabları oxu. Oradakı binalar qəşəngdir.\n2. Bəzən əvəzlik mənasında işlənir. Oradakıların xəbəri yoxdur. oradan zərf (bəzən əvəzlik mənasında işlənir). O yerdən. Oradan gəlirəm. – [Hacı:] Qəlbim alışıb bu macəradan; Tez qapdım o tifli mən oradan. C.Cabbarlı. ..Şofer .. təsadüfən oradan keçən başqa bir maşınla geri qayıtmışdı. S.Hüseyn. oradan-buradan zərf.\n1. Bir yerdən deyil, müxtəlif yerlərdən. Oradan-buradan yüz manat tapdım.\n2. Müxtəlif mənbələrdən, ayrı-ayrı məxəzlərdən. Oradan-buradan xəbər bilmək. orakul is. [yun.] Antik dövrdə qeybdən xəbər verən kahin; falçı, rəmmal. oraq is. Taxıl, ot və s. biçmək üçün qısadəstəli, yarımdairəvi kəsici kənd təsərrüfatı aləti. Oraqla ot biçmək. – Bir cüt oraqdan başqa bizdə bir zad yoxdur. M.F.Axundzadə. [Tanrıverdi] qıraq-bucaqda orağı hərlədi, xeyli ot çıxarıb düzə tökdü. S.Rəhimov. oraqçı is. məh. Biçinçi. oraqçılıq is. məh. Biçinçilik. oraqlama “Oraqlamaq”dan f.is. oraqlamaq f. Oraqla biçmək. Otu oraqlamaq. oraqlanma “Oraqlanmaq”dan f.is. oraqlanmaq məch. Oraqla biçilmək. Zəmi oraqlandı. oraqlatma “Oraqlatmaq”dan f.is. oraqlatmaq icb. Oraqla biçdirmək. Sahəni oraqlatmaq. oraqlı sif. Əlində oraq olan, oraqla işləyən. Oraqlı biçinçi. oraqvari sif. Oraq şəklində, orağa oxşayan, oraq kimi; yarımdairəvi. Qarayonca cinsinin paxlaları oraqvaridir. H.Qədirov. oralı sif. O yer əhalisindən olan, o yerli. Mən oralı deyiləm. oranjereya [fr.] İlin soyuq fəsillərində tərəvəz, gül, meyvə və s. yetişdirmək üçün şüşəbəndli yer; istixana. Oranjereyada pomidor əkmək. – [Mil düzündə] tamamilə müasir üsulda tikilmiş və bütün ittifaqımızda görkəmli yer tutan bir oranjereya vardır.. M.İbrahimov. oranqutanq [malay. orangutang – meşə adamı] İnsanaoxşar iri meymun. [Həsən bəy:] ..Mən özüm də meymuna bənzəyirəm. Amma bir o qədər yox. Məşədi İbad isə lap oranqutanq meymundur ki, durubdur. Ü.Hacıbəyov. oratoriya [ital.] Xor, solist müğənnilər və orkestr tərəfindən konsertlərdə ifa olunmaq üçün yazılmış dramatik mövzulu iri musiqi əsəri. Oratoriya – simfonik orkestr xor və solistlər üçün bəstələnən çoxhissəli, monumental və sanballı musiqi əsəridir. Ə.Bədəlbəyli. orbit [lat.]\n1. astr. Göy cisminin hərəkət etdiyi yol. Marsın orbiti. // Süni peyklərin, kosmik gəmilərin hərəkət etdiyi yol. Kosmik gəmi Yer səthi üzərində perigeyi 175 kilometr və apogeyi 302 kilometr olan orbitə çıxmışdır.\n2. məc. Mehvər. Tamahlar var, məqam tapıb orbitə çıxsa; Qitələrin gözlərinə qor atacaqdır. M.Araz. ord is. Ağız boşluğunun yanaqlar tərəfində olan hissələrindən biri. [Xanməmməd] ordlarının ikisi də şişik bir halda şəhərin yeni xəbərlərini nağıl eləməyə başladı.. Çəmənzəminli. Zurnaçı orduna doldurduğu havanı bilmədi hara üfürsün. Mir Cəlal. ‣ Ordu (ordları) batmaq – aclıq, xəstəlik və s. nəticəsində çox arıqlamaq, zəifləşmək. Batıb uşaqların aclıqdan ordu; Bir tərəf üsyandır, bir tərəf ordu. S.Vurğun. Xavər dörd aylıq dəhşətli əzablardan arıqlamış, ordları batmış Kərimxana baxır, gözünü sarıqlı gözündən çəkə bilmirdi. M.İbrahimov. Ordu orduna keçmək – bax. ordu (ordları) batmaq. Xəstənin ordu orduna keçmişdi. orden I. [alm. orden, lat. ordo – sıra, dərəcə] Hərbi və ya mülki xidmətlərə görə dövlət tərəfindən verilən müxtəlif dərəcəli və adlı fərqlənmə nişanı. “İstiqlal” ordeni. Ordenlə təltif etmək. – Mükafat alanlar birbir çağırılır, orden, yaxud medal verilir, təbrik edilir, müvəffəqiyyətlər arzulanırdı.. Ə.Vəliyev. Əsgər tək döşünü verib irəli; Ordenlər, medallar sinəsindədir. H.Arif.\n\nII. [lat.] Katolik kilsəsinin müəyyən məramnaməsi olan rahib və ya rıtsar-rahib icması; təriqət. Dominikan ordeni. // Bəzi gizli birliklərin, cəmiyyətlərin adı. Mason ordeni. ordenli sif. Ordeni olan, ordenlə təltif edilmiş (bax. orden1). Ordenli qəhrəman. – [Qəhrəman:] Həmin bu gördüyünüz ordenli Narıngül mənim anamdır. Ə.Vəliyev. order [fr. ordre – əmr] Yazılı sərəncam, əmr; bir şeyi vermək və ya almaq üçün sənəd. Kassanın məxaric orderi. – ..Yeni mənzil orderini də [müdir] özü vermişdi. Mir Cəlal. orderli sif. Order verilmiş, orderi olan. [Qədirin] yaşadığı otaqlara da əli orderli işçilər daşındığı üçün özü ailəsi ilə bərabər oranı tərk etməyə məcbur olmuşdur. S.Hüseyn. ordinar [lat.] köhn. 1917-ci il rus inqilabından əvvəl elmi vəzifə adlarının tərkibində “ştatda olan”, “ştatlı” mənasında işlənən söz. Ordinar professor. ordinat [lat. ordinatus – qaydada düzülmüş] riyaz. Nöqtənin fəzadakı vəziyyətini müəyyənləşdirən üç koordinatdan biri. ordinator [lat.] Xəstəxana, klinika və s.-də şöbə müdirinin rəhbərliyi altında işləyən, müalicə aparan həkim. ordinatorluq is. Ordinatorun işi, vəzifəsi. ordinatura [lat.]\n1. Təcrübi tibb aspiranturasının bir növü.\n2. Ordinator vəzifəsi. ordu is.\n1. Dövlətin silahlı qüvvələri (quru qoşunları, hərbi dəniz və hərbi hava qüvvələri). [Uğur:] Dördüncü kursdan orduya alındıq. İ.Əfəndiyev. [Mahmud:] Mən vaxtı ilə orduda qulluq etmişəm. S.Vəliyev.\n2. Hərbi dəniz və hərbi hava qüvvələrindən fərqli olaraq quru qoşunları. Ordu ilə hərbi dəniz və hərbi hava qüvvələrinin birgə təlimi.\n3. Bir neçə korpusdan, diviziyadan ibarət operativ qoşun birləşməsi. Birinci ordu. Beşinci ordu komandiri.\n4. məc. Ümumiyyətlə, çoxlu, saysızhesabsız adamlar toplusu haqqında. İşsizlər ordusu. ordubaşı is. köhn. Orduya komandanlıq edən şəxs; sərkərdə. ordugah is. Qoşunların, məskun məntəqələrdən kənarda müvəqqəti mənzil saldıqları yer. Qoşunlar ordugaha qayıtdılar. – Səhnə Tərtər çayı sahilində İsgəndərin ordugahını və çadırlarını təsvir edir. A.Şaiq. [Zabit:] Göz-qulaq ol! – əmrini verdikdən sonra ordugaha döndü. H.Nəzərli. orfoepik sif. [yun.] Orfoepiyaya aid olan, orfoepiya ilə əlaqədar olan. orfoepiya [yun. orthos – düzgün və epos – nitq] Düzgün ədəbi tələffüzü müəyyənləşdirən qaydalar sistemi. Azərbaycan dilinin orfoepiyası. // Tələffüz qaydalarını gözləmə. orfoqrafik sif. [yun.] Orfoqrafiyaya aid olan, orfoqrafiya ilə əlaqədar olan. Orfoqrafik səhv. orfoqrafiya [yun. orthos – düzgün və grapho – yazıram] Hər hansı bir dildəki bütün sözlərin hamı tərəfindən qəbul edilmiş düzgün yazılış qaydaları sistemi; imla. Azərbaycan dilinin orfoqrafiyası. // İmla qaydalarının gözlənilməsi. Əlyazmasının orfoqrafiyasını yoxlamaq. orgiya is. [yun.]\n1. Qədim Şərq, yunan, Roma allahlarına sitayişlə bağlı keçirilən bayram mərasimləri.\n2. Azğın kef məclisi. orijinal [yun.]\n1. is. Bir yazının, şəklin və s.-nin əsli (surət qarşılığı). Portretin orijinalı. Kitabın orijinalı. // Başqa dilə tərcümə üçün əsas olan mətn, başqa dilə tərcümə olunan mətnin əsli. Tərcümənin orijinala yaxınlığı. // Mətbəədə yığılan, yaxud kompyuterdə yazılan mətnin əlyazısı. Orijinalla tutuşdurub yoxlamaq.\n2. sif. Bir şeyin – yazının, şəklin və s.-nin əsli olan, surəti olmayan. Sikkələrin orijinal nüsxəsi.\n3. sif. Müstəqil yaradıcılıq məhsulu olan, başqalarından götürülməyən, başqasına təqlidən yaradılmayan, tərcümə olmayan. Orijinal əsər.\n4. sif. Başqalarına oxşamayan, təqlidçilikdən uzaq olan, ancaq özünə məxsus olan. Orijinal talant. // Qeyri-adi, qəribə. Orijinal adam. orijinallıq is.\n1. Başqalarına oxşamama, ancaq özünə məxsus olan hal, keyfiyyət və sifətlər. [Mirzağa Əliyevin] yaratdığı Kərəmov surəti öz təbiiliyi, satirik qüdrəti, orijinallığı ilə heç bir zaman unudulmayacaqdır. İ.Əfəndiyev.\n2. Orijinal adamın hal və hərəkəti; qəribəlik. oriyentalist [lat.] Oriyentalistika (şərqşünaslıq) mütəxəssisi; şərqşünas. oriyentalistika [lat.] Şərq ölkələrinin tarixini, iqtisadiyyatını, dillərini, incəsənətini və s. öyrənən elmlərin hamısı bir yerdə; şərqşünaslıq. oriyentalizm [lat.]\n1. Şərqə, Şərq mədəniyyətinə göstərilən maraq; Şərqi öyrənmə.\n2. Bir şeydə nəzərə çarpan Şərq ruhu, Şərq xüsusiyyəti; şərqçilik. oriyentir [lat.] Hərəkətin istiqamətini müəyyənləşdirmək, hədəfi tapmaq üçün açıq yerdə yaxşı görünən hərəkətsiz şey. orkestr [fr. orchestre, əsli yun. orchestra – qədim yunan teatrında səhnə qabağında yer]\n1. Musiqi əsərini müxtəlif alətlərdə bir yerdə ifa edən çalğıçılar dəstəsi, habelə bu müxtəlif musiqi alətlərinin hamısı bir yerdə. Simfonik orkestr. Xalq çalğı alətləri orkestri. Simli orkestr. – Qalxdıqca orkestrin ahəngi pərdə-pərdə; Torpaqdan qüvvət alıb göylərə uçuruq biz. S.Rüstəm.\n2. Teatrda, səhnə qabağında musiqiçilərin oturduqları yer. orkestrləmə “Orkestrləmək”dən f.is. orkestrləmək f.\n1. mus. Orkestr musiqi əsərini partitura şəklində işləmək, yazmaq. Operanı orkestrləmək.\n2. Hər hansı musiqi əsərini orkestrdə ifa olunmaq üçün uyğunlaşdırmaq. Fortepiano pyesini orkestrləmək. orkestrlənmə “Orkestrlənmək”dən f.is. orkestrlənmək məch. mus. Orkestrdə ifa olunmaq üçün işlənilmək, uyğunlaşdırılmaq (musiqi haqqında). orkestrovka [rus.] Orkestr üçün işlə(n)mə, uyğunlaşdır(ıl)ma; orkestrləmə. orqan I. [yun. organon – alət]\n1. İctimai həyatın hər hansı bir sahəsində müəyyən vəzifəni ifa edən idarə, təşkilat və s. Səhiyyə orqanları. Ali hakimiyyət orqanı. İnzibati orqanlar.\n2. Hər hansı bir partiyaya, ittifaqa, idarəyə mənsub olub onun fikrini və fəaliyyətini ifadə edən qəzet, jurnal və s. “Azərbaycan” jurnalı Azərbaycan Yazıçılar Birliyinin orqanıdır.\n\nII. [yun. organon – alət] İçərisinə körüklərlə hava doldurulan borular sistemindən ibarət olan iri klavişli musiqi aləti; ərğənun. orqançalan (=orqançı) is. Orqanda çalan musiqiçi. orqançı (=orqançalan) is. Orqanda çalan musiqiçi. orqanizm [lat.]\n1. Hər cür canlı vücud (insan, heyvan, bitki). Ən sadə orqanizmlər. Bitki orqanizmi. // Canlı insan və ya heyvan bədəni. İçki, papiros orqanizmə zərərdir. Orqanizmi bərkitmək. Orqanizmin davamlılığı.\n2. məc. Bir-birilə uyğun surətdə işləyən hissələri olan şey. İctimai orqanizm. Teatr mürəkkəb bir orqanizmdir. orman is. Meşə. Ətraf bir orman kimi ağaclıq idi. S.Hüseyn. Bülbüllər ormanda edirlər fəğan; Aydınlıq gecədir gündüztək hər yan. H.K.Sanılı. ormanlı sif. Meşəli, çox ağaclı. Bəli, bizim kənd, daha doğrusu, bizim oba Səngər adlanan, meşəli, ormanlı uca dağın ətəyində yerləşir.. S.Rəhimov. ormanlıq is. Meşəlik. Burası qalın, sıx ormanlıq, sərt qayalıq, uçurumlu dərdlərlə qucaqlanmışdı. A.Şaiq. ornament [lat. ornamentum – bəzək] Rəssamlıqda, heykəltəraşlıqda və s.-də: təkrarlanan həndəsi elementlərdən və ya bitki və heyvan motivlərindən ibarət naxış, bəzək. Xan sarayının ornamentləri. Qədim Şərq ornamentləri. ornamental sif. [lat.] Ornamentlərdən ibarət olan; ornament mahiyyətində olan, ornament mahiyyəti daşıyan. Ornamental memarlıq əsəri. – [“Azərbaycan xalçaları” kitabına] 20-ci illərdən bu günədək hazırlanan ornamental, portretli və yubiley xalçaları daxil edilmişdir. ornamentçi is. Ornament ustası olan sənətkar. ornamentçilik is. Ornamentçinin işi, sənəti. ornamentli sif. Ornamenti olan, ornamentlərlə bəzədilmiş; ornamental. Ornamentli divar yazısı. ornitologiya [yun. ornitos – quş və logos – nəzəriyyə] Zoologiyanın quşlar bəhsi. ornitoloji sif. [yun.] Ornitologiyaya aid olan, ornitologiya ilə əlaqədar olan. ornitoloq [yun.] Ornitologiya mütəxəssisi. orogen is. [yun.] Geosinklinalların inkişafının ikinci mərhələsi. oroqrafik sif. [yun.] Oroqrafiyaya aid olan, oroqrafiya ilə əlaqədar olan. oroqrafiya [yun. oros – dağ və grapho – yazıram] Fiziki coğrafiyanın, Yer səthinin relyefini öyrənən şöbəsi. oronim [yun.] Dağ adları. orta 1. is. Bir şeyin kənarlarından, uclarından az-çox bərabər dərəcədə aralı olan yer; bir şeyin mərkəzi. Kəndin ortası. – Otağın ortasında bir soba vardı. S.Hüseyn. Dördkünc həyətin ortasında dördkünc bir bağça, bağçanın ortasında yenə dördkünc bir hovuz vardı. Ə.Əbülhəsən. // Çay, yol və s.-nin hər iki tərəfindən az-çox bərabər məsafədə olan yer. Çayın ortasına gedəndə su [Eyvaz kişini] süpürlədi. Ə.Vəliyev. Vəkil yolun ortasında qanqal kolu kimi tənha görünürdü. Mir Cəlal.\n2. sif. Ortada olan, bir şeyin kənarlarından, uclarından eyni məsafədə aralı olan; iki nöqtə (xətt, şey və s.) arasında olan. Evin orta pəncərəsi. Orta otaq. – Danalar yenə əvvəlki kimi orta payanı söküb yeyirdilər. M.Hüseyn.\n3. is. Bir şeyin başlanğıcından, ya sonundan eyni dərəcədə uzaq olan vaxt, zaman. Yayın ortası. Ayın ortası. Günün ortasında. – İyul ayının ortası idi. N.Nərimanov.\n4. sif. Böyüklə kiçik, yüksəklə alçaq, ağırla yüngül və s. arasında olan. Orta və ağır tank. Orta və xırda burjuaziya. // sif. Təcrübəsi az olan; miyanə, babat. Orta dərzi. – [Rüstəm:] Mən bir şeyi başa düşmürəm, ortaların (is.) ayağı ilə yerimək irəli getməkdir? M.İbrahimov.\n5. sif. Bir neçə kəmiyyətin onların sayına bölünməsindən alınan; adi, nəzərdə tutulan hadisə və s. üçün tipik olan. Orta illik temperatur. Orta əmək haqqı. Orta sürət. // sif. Keyfiyyətcə nə yaxşı, nə də pis olan; babat, miyanə. Orta keyfiyyətli mal.\n6. is. Tələbələrin biliyinə verilən “pis” qiymətlə “yaxşı” qiymət arasındakı qiymət, kafi – “3”. Tarixdən “orta” almaq. “Orta” (sif.) qiymət.\n7. sif. Üçdən ikincisi. Orta qardaş (bacı).\n8. is. İki şey arasında olan boş yer; boşluq, ara, aralıq. Ülkər də seyr edib öz anasını; Ortada quş kimi qol-qanad açır. S.Vurğun. Çobanlar və yeniyetmələr alaçığın yanlarına çəkilərək yeməyi yığışdırıb ortanı açdılar, oynamağa başladılar. M.İbrahimov. ‣ Orta barmaq – şəhadət barmağı ilə adsız barmaq arasındakı barmaq. Orta əsrlər – V-XV əsrləri əhatə edən dövr. Orta əsr ədəbiyyatı. Orta əsrlərə aid memarlıq abidələri. Orta hesabla – təxminən, təxmini. Sortluq toxum məntəqələrində hər hektardan orta hesabla 170 sentner kartof məhsulu götürürlər. Orta məktəb – ali məktəbə daxil olmaq, yaxud ümumi və ya orta ixtisaslı mütəxəssis kimi işləmək üçün kifayət edən ümumi təhsil verən məktəb. Orta musiqi məktəbi. – Gülşad orta məktəbin son sinfində oxuyan vaxt müharibənin ağır ili idi. Ə.Vəliyev. Orta təhsil – orta məktəbdə alınan təhsil. Orta təhsil haqqında kamal attestatı. – [Şükür] orta təhsilini bitirmiş, ali məktəbə girmək istəməmişdi. S.Hüseyn. Orta yaş (sini) – nə cavan, nə qoca; cavanlıqla qocalıq arasındakı yaş. Mirzağa qısaboylu, şişmanqarınlı, cücəgözlü, yekəburunlu və qalındodaqlı, orta sinlərdə bir adam idi. H.Nəzərli. Ortada qalmaq – bax. arada qalmaq 1-ci mənada (“ara”da). Ortada yeyib qıraqda (kənarda) gəzmək – 1) bir işi görmədiyi halda başqalarının əməyinin səmərəsindən faydalanmaq; 2) boş-boş gəzmək, veyllənmək, avaralanmaq. Banıçiçəkdə gözü olanlardan biri də .. ortada yeyib qıraqda gəzən ağ bir bəy oğlu idi. M.Rzaquluzadə. Ortadan çıxarmaq – bax. aradan çıxarmaq (“ara”da). Bayram aşağı əyildi, yerə sərilmiş fəhlələrdən birini qucağına alıb ortadan çıxartdı. M.Hüseyn. Ortadan çıxmaq – bax. aradan çıxmaq (“ara”da). Ortadan qaldırmaq (götürmək) – bax. aradan qaldırmaq (götürmək) (“ara”da). Ortaya almaq – bax. araya almaq (“ara”da). Ortaya atmaq – bax. araya atmaq (“ara”da). Güləsərin əlacı olsa, onu [atasını] heç yana buraxmazdı. Özü qolunu çırmayıb ortaya atılardı. İ.Şıxlı. Ortaya çıxmaq – bax. meydana çıxmaq (“meydan”da). Bir çox çətinliklər ortaya çıxdı. – [Döyüş meydanında] qorxmaz, fərasətli adamlar tez ortaya çıxır. S.Vəliyev. Ortaya düşmək – 1) bir iş görməyə təşəbbüs etmək; 2) bax. araya düşmək (“ara”da). Ortaya gəlmək – bax. araya gəlmək (“ara”da). Siniyə çəkilən xingal buğlana-buğlana ortaya gələndə Tahir .. oturdu. M.Hüseyn. Ortaya qoymaq – bax. araya qoymaq (“ara”da). Uşaqlar çarpayılarından düşdülər. Əllərinə keçən kitabları vərəqlədilər. Kim nədən şübhələndisə gətirib ortaya qoydu. İ.Şıxlı. Ortaya söz salmaq – bax. araya söz salmaq (“ara”da). ortabab sif.\n1. Ortayaş(lı), orta yaşlarda olan; nə cavan, nə qoca. ..Şərəf ortabab, qara və arıq övrətdi. C.Məmmədquluzadə.\n2. Orta keyfiyyətli; miyanə. Əlikram gətirdiyi iki dənə ortabab Quba almasını qəzetdən açıb təbərrük kimi çıxartdı. B.Bayramov.\n3. Kiçik torpaq sahəsinə malik olub, onu öz əməyi ilə becərən və mülki vəziyyətinə görə yoxsulla qolçomaq arasında duran fərdi təsərrüfatçı kəndli. [Almas:] Yoldaşlar, mənim sözüm yoxsul və ortabab kəndlilərədir. C.Cabbarlı. Cavahir, doğrusu, mən muzdur oğlu; Sən də bir ortabab kəndli qızısan. M.Müşfiq. // İs. mənasında. Kənd yoxsulları ilə ortababların ittifaqı. ortabablıq is. Orta yaşda, orta vəziyyətdə olma. [İmanov] ortaboylu, bozumtul qısa saçlarını geri daramış, buğdayısifət, gözləri tünd-qara, gülümsər bir kişi idi. M.Hüseyn. Ortaboy ağ kəlağayılı bir qadın irəli yeridi. Mir Cəlal. ortaboylu is. Boyu orta olma. ortaq is. Birlikdə görülən işin, əsasən alverin iştirakçılarından hər biri; şərik. Ortaq çox olduqda ziyan az olur. (Ata. sözü). [Musanın nəvəsi] qəzada qalıb atasının ortağı ilə ticarətə qurşandı. Qantəmir. • Ortaq olmaq – başqası ilə birlikdə bir iş görmək, bir işə iqdam eləmək, şərik olmaq. Murovlar olublar oğruya ortaq. Q.Zakir. Yaz gələndə Qurban ala öküzü qoyub ortaq olur, çala yerini əkirdi. S.Rəhimov. // Zərf mənasında. Birlikdə, şərikli. [Əhməd] bir tacirlə də ortaq alver etmək istəyəndə etibarı olmadığından heç kəs ona yaxın durmayırdı. B.Talıblı. ‣ Ortaq bölən riyaz. – bir neçə ədədin qalıqsız bölündüyü ədəd; məs.: 3 ədədi 6, 12, 21 ədədlərinin ortaq bölənidir. Ortaq bölünən riyaz. – bir ədədə qalıqsız bölünən ədədlər; məs.: 4, 6, 20 ədədləri 2 ədədinin ortaq bölünənləridir. ortaqlaşma “Ortaqlaşmaq”dan f.is. ortaqlaşmaq f. Ortaq olmaq, şərik olmaq. ortaqlı sif.\n1. Bir neçə adamın iştirak etdiyi; şərikli. Ortaqlı təsərrüfat.\n2. Bir neçə ortaq, şərik tərəfindən istehsal olunan. Cəlil cavab verdi ki, yerini satmayacaqdır, ancaq bir hissəsini ortaqlı neft üçün verə bilər. İ.Musabəyov. ortaqlıq is. Ortaq olma; şəriklik. ortalıq is.\n1. bax. aralıq 1-ci mənada. Ortalıqda qalan şeyləri götürmək.\n2. Açıq yer, meydan, sahə. Ortalıqda qoca .. ağac, altında da Qoşabulaq durna gözü kimi qaynayır, göz yaşı kimi axıb ətrafı süd gölünə döndərir. “Koroğlu”.\n3. Adamların arasında qalan boş yer; aralıq. Ortalıqda oynayan iki qız süzə-süzə Kiçikbəyimin qarşısına gəldi, .. onu oyuna dəvət etdilər. Çəmənzəminli.\n4. Otağın və s.-nin içi, daxili, ortası. Otağın ortalığı. – Qamış evdə yanır bucaqda çıraq; Oynayır ortalıqda körpə uşaq. A.Səhhət.\n5. Ara, aralıq. Əl dəyəndə tez-tez küsə, barışa; Ortalıqda söhbət ola, söz ola. Aşıq Ələsgər. ortam is. Mühit, şərait, vəziyyət. ortancıl sif. Böyüklə kiçik arasında olan; orta (bacı, qardaş və b. haqqında). Ortancıl oğul düşmənin hücumundan qorxub qaçdı. F.Köçərli. [Kərbəlayı Mehdi:] Ortancıl qızım mənə oxşayıb, sözü dik deyir! Çəmənzəminli. ..Ortancıl bacı Asya orta məktəbi bitirdikdən sonra ərə getmiş(di). Ə.Məmmədxanlı. // İs. mənasında. Böyük qız lap kiçiyi yatırıb ortancılla oynayırdı. Ə.Vəliyev. Ortancıla çatdı növbət; Mənimkidir zəfər, əlbət; Deyib taxdı yarağını. M.Dilbazi. ortasin (=ortasinli) bax. ortayaş(lı). Ortasin(li) kişi. ortasinli (=ortasin) bax. ortayaş(lı). Ortasin(li) kişi. ortayaş (=ortayaşlı) sif. Nə qoca, nə də cavan; ortabab, ortasin(li). Ortayaş(lı) qadın. – Musa qarabənizli, ortayaşlı, ortaboylu, qorxunc simalı bir tipdir. H.Cavid. Çayxana müdiri qapıda durub ortayaşlı bir kişi ilə danışırdı. Çəmənzəminli. ortayaşlı (=ortayaş) sif. Nə qoca, nə də cavan; ortabab, ortasin(li). Ortayaş(lı) qadın. – Musa qarabənizli, ortayaşlı, ortaboylu, qorxunc simalı bir tipdir. H.Cavid. Çayxana müdiri qapıda durub ortayaşlı bir kişi ilə danışırdı. Çəmənzəminli. ortit is. [yun.] Radioaktiv mineral. ortodoks [yun.] kit. Ortodoksal görüşlü. ortodoksal [yun.] kit. Hər hansı bir əqidəyə, məsləkə, nəzəriyyəyə münasibətində sabit və ardıcıl olan; ardıcıl. ortodoksalcasına zərf kit. Ortodoks kimi, ortodoksal. ortodoksallıq is. kit. Öz məsləkində, əqidəsində, dünyagörüşündə sabitlik; ardıcıllıq. ortoqonal is. riyaz. Düzbucaqlı. ortoped [yun.] Ortopediya mütəxəssisi olan həkim; ortopedist. ortopedik sif. [yun.] Ortopediya ilə bağlı olan, ortopediya ilə əlaqədar olan. Ortopedik tədqiqat. // Bədənin hər hansı deformasiyasının müalicəsi üçün olan. Ortopedik gimnastika. Ortopedik ayaqqabı. ortopedist [yun.] bax. ortoped. ortopediya [yun. orthos – düz və paideia – tərbiyə] Tibb elminin, onurğa və hərəkət üzvlərinin (əllərin, ayaqların) sabit deformasiyalarının öyrənilməsi, müalicəsi və profilaktikası ilə məşğul olan bəhsi. oruc is. [fars. “ruzə”dən] din. Müsəlman dininin tələbinə görə ramazan (orucluq) ayında müsəlmanların gün çıxandan gün batana qədər heç bir şey yeyib-içməməsi. [Molla Kazım:] Deyirlər, oruc nahaq, namaz nahaqdır. Ə.Haqverdiyev. • Oruc açmaq – ramazan (orucluq) ayında günbatandan sonra yeyib-içmək. Oruc bayramı – bax. orucluq bayramı (“orucluq”da). Novruz bayramında və oruc bayramında [qız evinə] tel, paxlava və s. həlviyyat xonça .. labüd gedəcəkdir. R.Əfəndiyev. Oruc tutmaq – müsəlman dininin tələbinə görə ramazan (orucluq) ayında günçıxandan günbatana qədər heç bir şey yeyib-içməmək, ac qalmaq. [Xaspolad:] Vallah, indi heç orucluqda da oruc tutmuram. C.Cabbarlı. Orucunu yemək – oruc tutmamaq. [Kazım:] Deyirlər bir kənddə bir qocanı orucunu yediyinə görə döyüblər. Çəmənzəminli. orucluq is. köhn. Hicri-qəməri təqvimin ramazan ayında oruc tutulduğu üçün həmin aya verilən ad. [Molla Nəsrəddin:] Qazı ağa, orucluğun başlanmağını nədən bilmək olar? “M.N.lətif.” Orucluqda bir axşamdan, bir də obaşdandan yeyərdilər ki, bütün günü ac qalmağa imkan olsun. H.Sarabski. • Orucluq bayramı – müsəlmanlarda: orucluq (ramazan) ayının qurtarması münasibətilə edilən dini bayram; oruc bayramı, fitr bayramı. osetin (=osetinlər) Şimali Osetiyanın və Cənubi Osetiyanın əsas əhalisini təşkil edən xalq. osetinlər (=osetin) Şimali Osetiyanın və Cənubi Osetiyanın əsas əhalisini təşkil edən xalq. osetincə sif. və zərf Osetin dilində. Rusca-osetincə lüğət. Osetincə danışa bilmək. osmanlı (=osmanlılar) Türkiyədə yaşayan türklərin köhnə adı. Osmanlı deyir ki, millət azad olsun.. M.Ə.Sabir. osmanlılar (=osmanlı) Türkiyədə yaşayan türklərin köhnə adı. Osmanlı deyir ki, millət azad olsun.. M.Ə.Sabir. ostan is. [fars.] İranda inzibati ərazi vahidi. Ostanlara bölünmək. ot is.\n1. Ağaclara, kollara mənsub olmayan yaşıl gövdəli incə bitki. Alaq otu. Yem otu. Ot biçmək. – [Mələk] bulağın qırağından bir çəngə ot yolub sənəyin ağzına basdı.. A.Divanbəyoğlu. // Yerin həmin bitkilərdən ibarət yaşıl örtüyü. Otun üstü ilə getmək.\n2. Həmin bitkinin, yaş və ya quru halda heyvan yemi kimi işlədilən biçilmişi, açılmışı. İnəyə ot vermək. Quru ot. – Niyaz da gah [atın] qabağına saman tökür, gah da ot qoyurdu. Ə.Vəliyev. ‣ Ot kökü (kök) üstə bitər – övlad öz valideynlərinə çəkər, öz valideynləri kimi olar. [Hümmət Şahmara:] Bəs deyirlər ot kökü üstə bitər, Əsəd kimi adamdan belə törəmə?! B.Bayramov. Ot yolun gah altında (sağında) bitər, gah da üstündə (solunda) – həyatın həmişə bir tərzdə, bir qaydada getmədiyinə, gah pis, gah da yaxşı, gah yüngül, gah da ağır keçdiyinə işarə. [Səttar:] Buna dünya deyərlər ey! Ot yolun gah altında bitər, gah da üstündə! Ə.Əbülhəsən. Ota düşmək – ot yeməyə başlamaq (otyeyən körpə heyvanlar haqqında). Quzu ota düşüb. Buzov hələ ota düşməyib. otabənzər sif. Ota oxşayan, ot kimi. otaq is.\n1. Mənzilin, evin divar və ya arakəsmələrlə bir-birindən ayrılmış qisimlərindən hər biri. Üç otaqdan ibarət mənzil. Bu evdə neçə otaq var? – Qız cəld üstünü çırpıb, qızara-qızara otağa qaçdı. Çəmənzəminli. [Vəzir:] Siz gediniz, o biri otaqda gözləyiniz. Ü.Hacıbəyov.\n2. İdarədə, müəssisədə, vağzalda və s.-də xüsusi məqsədlər üçün ayrılmış yer. İstirahət otağı. Qəbul otağı. Vağzalda ana və uşaq otağı. otaqcıq (=otaqca) is. Kiçik otaq, balaca otaq. Otaqcığın bir tərəfində, balaca taxt üstündə samandan döşəkcə, illərlə üzü yuyulmamış balış. N.Nərimanov. otaqca (=otaqcıq) is. Kiçik otaq, balaca otaq. Otaqcığın bir tərəfində, balaca taxt üstündə samandan döşəkcə, illərlə üzü yuyulmamış balış. N.Nərimanov. otaqlı sif. Otağı olan, yaşamaq üçün yeri, mənzili olan. Qızı otaqlıya vermə, papaqlıya ver. (Ata. sözü). otaqsız sif. Otağı olmayan, yaşamaq üçün yeri, mənzili olmayan. ot-alaf top.\n1. Alaq otları. [Xarabalığa] gedən cığırı da ot-alaf basmışdı. M.İbrahimov. Daşlıq yolun kənarlarında ot-alaf elə ucalmışdı ki, deyərdin buralar xüsusi biçənək yeridir. Mir Cəlal.\n2. Quru ot, alaf, saman və s.-dən ibarət heyvan yemi. Ot-alaf tədarük etmək. – Mahmud .. ot-alaf yığılmış çardağın altına girdi. Ə.Əbülhəsən. otarılma “Otarılmaq”dan f.is. otarılmaq məch. Otlaqda heyvanlara ot yedirdilmək. otarma “Otarmaq”dan f.is. otarmaq f. Otlaqda heyvanlara ot yedirmək. Sürünü otarmaq. Quzuları otarmaq. – Alı kişi neçə illər idi ki, Həsən xana ilxı otarırdı. “Koroğlu”. [Uşaq] əlində uzun bir dəyənək beş-altı baş keçi və qoyunu otarmağa aparırdı. H.Nəzərli. otartma “Otartmaq”dan f.is. otartmaq icb. Yerdə bitən otu, bitkini otlamasına imkan vermək və ya bu işi gördürmək. ..Qonşunun əkinini otardanlar manifestə düşür, düşmənin tayasına od vuranlar manifestə düşür. C.Məmmədquluzadə. otbiçən is. Otbiçən maşın, alət. Otbiçəni təmir etmək. // Sif. mənasında. Ümid .. otbiçən maşının, kombaynın yan-yörəsinə dolandı. B.Bayramov. otçalan is. Otçalan maşın, alət; otbiçən. Otçalanı yoxlamaq. // Sif. mənasında. ..Kreditlə iki yüngül traktor, otçalan maşın və sairə aldım. M.İbrahimov. otdoğrayan is. Biçilmiş otu doğrayıb xırdalandıran maşın, alət. // Sif. mənasında. Otdoğrayan maşın. otel [fr.] Mehmanxana. Otel sahibi və onun dalısınca bir əcnəbi nömrəyə girdilər. S.M.Qənizadə. Restorandan aşağı Nemətin nəzərinə çarpan böyük bir otel oldu. Çəmənzəminli. otlaq is.\n1. Çoxlu ot bitən və mal-qara otarılan yer. Naxırı otlağa buraxmaq. – İnək, camış, qoyun, quzu çıxar naxırda otlağa; Köçər arandan el, gedər yavaş-yavaşca yaylağa. A.Səhhət. Otlaqdan geri dönüb; Gəlir kəndə quzular. M.Seyidzadə.\n2. bax. otluq. Kiçikbəyim fındıq və yemişan kollarını əyərək otlaq bir talaya çıxdı. Çəmənzəminli. Yol kənarları bağ-bağçalıq, otlaq idi. Mir Cəlal. otlama “Otlamaq”dan f.is. Quzuçuların həvəslə oynamaları, quzuların iştahla otlamaları Gülşada ləzzət verirdi. Ə.Vəliyev. otlamaq f. Otlaqda ot yemək. Quzuları otlamağa aparmaq. – [Vəzir:] Hər yerdə sürüylə otlayır ceyran. A.Şaiq. Sürülər çöldə otlayırdı. M.İbrahimov. otlatma “Otlatmaq”dan f.is. otlatmaq bax. otarmaq. [Şeyx Mərdan:] O qadından qaçan böyük Sənan; Donuz otlatmaq üzrə oldu çoban. H.Cavid. otlu sif. Ot olan, ot bitmiş. Otlu sahə. Otlu yer. otluq is. Çoxlu ot bitmiş yer; çəmən. Birdən otluqdan iki-üç qırqovul qalxdı. Çəmənzəminli. Ulaqları o tərəfdəki otluğa buraxıb gələn Yusif atasının yanında durdu. Ə.Abasov. otsuz sif. Ot bitməyən, ot olmayan; çılpaq. Otsuz düzənlik. ottarlalı sif. k.t. Torpağın məhsuldarlığını bərpa etmək üçün tarlada vaxtaşırı ot əkməkdən ibarət əkin üsulu. Ottarlalı əkin növü. ottisk is. [rus.] Çap olunmuş materialların ayrıca nüsxəsi; basmaca. otuxma “Otuxmaq”dan f.is. otuxmaq f. məh. Ot yeməyə başlamaq (körpə otyeyən heyvanlar haqqında). oturacaq is.\n1. Oturulan yer, üstündə oturmaq üçün şey, üstündə oturula biləcək hər şey. Maşının oturacağı. – Divara söykənmiş oturacaqlarda oturduq. S.Rəhimov. Əlabbas tütün qutusunu oturacağa qoyub traktorun altına keçdi. H.Seyidbəyli. // Stul, kürsü və s.-nin oturulan yeri. Oturacağı toxunma kürsünün üstündə əyləşmiş Murad oğluna baxıb gülümsündü. Ə.Vəliyev.\n2. Bir tikilinin özülünü təşkil edən, yerdə duran alt hissəsi; özül, əsas, altlıq. Binanın oturacağı. Heykəlin oturacağı. Stulun oturacağı.\n3. riyaz. Həndəsi fiqurun yerə dirənən aşağı hissəsi. Konusun oturacağı. oturacaqlı sif. Oturacağı olan. oturaq 1. sif. Köçəri həyat keçirməyən, daim bir yerdə yaşayan (köçəri ziddi). Oturaq əhali. – Lakin Camal kəndə gəlmək və oturaq həyat keçirmək istəmirdi. M.S.Ordubadi. Çox vaxt oturaq zehniyyəti ilə köçəri zehniyyəti bir-biri ilə toqquşaraq ortalıqda anlaşılmazlıq vücuda gəlirdi. Çəmənzəminli. // Eyni mənada quşlar haqqında. Oturaq quşlar bütün ili bir yerdə qalırlar. – Sərçə, sağsağan, daha şimal ölkələrimizdə isə çillər, tetra quşları oturaq quşlardandır. “Zoologiya”. // İqlim, yem və b. şəraitlə əlaqədar olaraq yerini dəyişməyən (mal-qara, balıq və s. haqqında). Oturaq maldarlıq. – İncənin hər tərəfi otlaqdır. Buranın mal-qarası köçəri deyil, oturaqdır. S.Rəhman.\n2. sif. Bir yerdə oturmaqla, yerindən tərpənməyi tələb etməyən işlə əlaqədar olan. Oturaq və hərəkətsiz həyat tərzi nəticəsində bədənin forması dəyişir, təndürüstlük pozulur.\n3. is. Oturulan, mənzil salınan yer, oturacaq yer, istirahət yeri, düşərgə və s. [Gözətçi] ay işığında daşa söykənib mürgülədiyindən, bizim oturağa yaxınlaşmamızdan xəbəri olmamışdı. H.Nəzərli. Yorulanda olur sizə oturaq; Göl kənarı, yaşıl çəmən, durnalar! S.Rüstəm.\n4. is. Bir şeyin alt tərəfi, yerə və ya başqa bir şeyə dirənən tərəfi. Qazanın oturağı ağzından gen olar. oturaqliq is. Oturaq həyat sürmə, oturaq həyat tərzi (köçərilik ziddi). oturdulma “Oturdulmaq”dan f.is. oturdulmaq məch. Oturmağa məcbur edilmək, əyləşdirilmək. oturma “Oturmaq”dan f.is. oturmaq f.\n1. Yanını bir yerə, ya oturacağa qoyub oturaq vəziyyət almaq, əyləşmək. Buyurun, oturun! – [Hacı Əhməd Almasa:] Heç, elə belə gəldik, baş çəkək. Oturmaq olar? C.Cabbarlı. Ruhnəvaz xanım ciddi baxışına heç də təğyir verməyərək Qurbanlının qarşısında oturdu. Çəmənzəminli.\n2. Hərəkət etməyib durmaq, qalmaq. Burada nə qədər oturub gözləyəcəyik? – Yusif və Bahadır gözlərini silib xeyli vaxt səssiz oturdular. N.Nərimanov. // Heç bir işlə məşğul olmamaq, vaxtını boş keçirmək, boş durmaq. Bu qədər oturmaq olar? Oturdun bəsdir. Oturmaqdansa, bir şeylə məşğul ol.\n3. Çökmək, dibi torpağa dirənmək, aşağı enmək. Gəmi saya oturdu. // Dibə çökmək, aşağı enmək. Sudakı duzlar şüşənin dibinə oturdu.\n4. Yerinə düşmək, yerinə girmək, uyğun gəlmək. Pəncərə çərçivəyə yaxşı oturmur.\n5. Əyninə yaxşı gəlmək, düz gəlmək, uyğun olmaq. Paltar bədəninə yaxşı oturur.\n6. dan. Minmək. Qatara oturmaq. – Atabala tramvaya oturub vağzala gedəsi oldular. Mir Cəlal.\n7. məc. Həbsdə olmaq, həbsxanada saxlanılmaq, məhbus olmaq. Oğurluq üstdə üç il oturdu. ‣ Oturduğu yerdə – bax. dayanıb duran yerdə (“dayanmaq”da). Oturduğum yerdə cəncələ düşdüm. oturtma “Oturtmaq”dan f.is. oturtmaq icb.\n1. Əyləşdirmək. Yanında oturtmaq. – Mənzilimdən sandalya alıb [gələnləri] münasib bir yerdə oturtdum. S.Hüseyn. Mədinə həmişəki kimin Vaqifi Topxanaya baxan bəzəkli pəncərənin içində oturtdu. Çəmənzəminli. Səkinə gəlini mütəkkə qoyulmuş divanda oturtdu. M.İbrahimov.\n2. Çökdürmək.\n3. Yerinə salmaq, yerinə girdirmək.\n4. Mindirmək. Uşaqları qatara oturtmaq.\n5. Həbsə aldırmaq, həbs etdirmək. oturub-durma 1. “Oturub-durmaq”dan f.is.\n2. Əlaqə, yoldaşlıq etmə, vaxtını bir yerdə keçirmə. oturub-durmaq f.\n1. Əlaqə saxlamaq, dostluq etmək, yoldaşlıq etmək. [Pəricahan xanım:] Mehdi ağanın nəvəsi Ağca xanıma bir qaraçı qızı ilə yoldaş olub, oturub-durmaq yaraşmaz. S.S.Axundov. [Balaş Sevilə:] ..Mən indi böyük cəmiyyət adamıyam, doktorlar, ədiblər, filosoflarla oturub-dururam. C.Cabbarlı.\n2. Oturub-durub şəklində – həmişə, daima, hər zaman. Gülü arvad oturub-durub uşaqlarına belə nəsihət verərdi. S.Rəhimov. Sevdim kişi haqqında Paşa bəy oturub-durub deyirdi.. Ə.Vəliyev. oturum is. Oturmaq işi, oturma. oturuş is. Oturma tərzi, oturma qaydası. Oturuşuna fikir vermək. – Oturuşu Şirin, duruşu Leyli; Həm özü, həm fikrü xəyali sərxoş! M.P.Vaqif. Gəldiyevin bu sakit oturuşu xiffət çəkən adamın oturuşuna oxşamır. Mir Cəlal. oturuşma “Oturuşmaq”dan f.is. oturuşmaq f.\n1. Hamı özünə yer tapıb oturmaq. Qonaqlar oturuşdular.\n2. məc. Yaşa dolmaq, ahıllaşmaq, köhnəlmək, qartmaq. oturuşmuş sif. və is. dan. Yaşlı, ahıl, qartımış. Müəllim yaşca oturuşmuş adamdı. Ə.Vəliyev. otuz say. İyirmi doqquzdan sonra gələn say – 30. Otuz manat. Otuz nəfər. – Altmış nisbi, otuz cüzi müttəsil; Doxsan min kəlmədə tamamı vardır. Aşıq Ələsgər. otuzca say. Ancaq otuz, yalnız otuz. Otuzca manat pulum var. - [Mirzədadaş:] Hətta mən ondan otuzca manat cib xərcliyi alaram. N.Vəzirov. otuzgünlük sif. Otuz gün sürən və ya sürmüş; biraylıq. Otuzgünlük ezamiyyət. // Otuz gün vaxt tələb edən; biraylıq. Otuzgünlük işimiz qalıb. otuzillik sif.\n1. Otuz il davam etmiş və ya edən. Otuzillik bir dövr. Otuzillik mübarizə.\n2. Otuz illiyə həsr olunmuş, otuz ilin tamam olması ilə əlaqədar olan. Otuzillik yubiley. otuzluq 1. is. köhn. Üç onluqdan ibarət, otuz manat dəyərində olan kağız pul. Otuzluğu xırdalamaq. – [Poçtalyon:] Elə ki, şad xəbər gətirirəm, çıxarıb bir otuzluq ilə yola salırsınız. Mir Cəlal.\n2. sif. Bir şeyin dərəcəsini, nömrəsini, otuz vahiddən ibarət olduğunu göstərir. Pəncərə önündə axşamdan otuzluq lampa yanırdı. M.Hüseyn. otuzmərtəbə (=otuzmərtəbəli) sif. Otuz mərtəbəsi olan. Otuzmərtəbəli bina. otuzmərtəbəli (=otuzmərtəbə) sif. Otuz mərtəbəsi olan. Otuzmərtəbəli bina. otuzuncu “Otuz”dan sıra s. Otuzuncu sıra. Otuzuncu ev. otyeyən sif. Otla qidalanan. Otyeyən heyvanlar. otyığan is. Biçilmiş otu yığan maşın, alət və s. // Sif. mənasında. Otyığan maşın. ov is.\n1. Vəhşi heyvan, quş vurma və ya tutma, həmçinin balıq tutma işi. Ova getmək. Ov eləmək. Ovumuz uğurlu oldu. – Atam məni həmişə ova aparırdı. M.Rzaquluzadə. • Ov heyvanı (quşu) – ov üçün heyvan (və ya quş), ovlanan (quş). Orada baş-başa vermiş qocaman ağaclar altında qiymətli ov heyvanları yatır. H.Nəzərli. Ov iti (tulası) – ovçunun özü ilə ova apardığı xüsusi təlim görmüş it. Eldarın tulası Xallı zahirən cins ov tulası idi. M.Rzaquluzadə.\n2. Ovda vurulmuş çöl heyvanı (quşu). Ovu evə aparmaq. – Ov ətlərindən şişlik bişirmək üçün incə ətirli budaqlardan şişlər hazırlanmışdı. M.Rzaquluzadə. // Tutulmuş balıq.\n3. məc. Oğurluq, soyğunçuluq, talançılıq və s. yolu ilə ələ keçirilən hər şey; qənimət. Neçə vaxt idi ki, bu lotuların əlinə bir ov keçmirdi. “Aşıq Qərib”. ova is. dan. Düzənlik, düzəngah, düzən yer; ovalıq. Bizimdir bu əngin, atlas ovalar; Qoynunda qartal bəsləyən qayalar. A.Şaiq. Çöldə traktorun səsi canlanır; Ovalar şənlənir, həyəcanlanır. S.Vurğun. oval is. [fr.] Qabarıq, yumurtaşəkilli. ovalanma “Ovalanmaq”dan f.is. ovalanmaq bax. ovulmaq1. ovalıq is. coğr. Dəniz səviyyəsindən aşağıda yerləşən düzənlik; hər hansı düzən yer; düzənlik. Kür-Araz ovalığı. – Azərbaycan ərazisində geniş düzənliklər və ovalıqlarla bərabər dərin dərələr və yüksək dağlar da vardır. M.Qaşqay. ovcalama dan. “Ovcalamaq”dan f.is. ovcalamaq dan. bax. ovuşdurmaq. [Hidayət] gülə-gülə gözünü ovcaladı. B.Bayramov. ovçu is.\n1. Ovla, ovçuluqla məşğul olan adam. Ovçu tüfəngi. Həvəskar ovçu. – Ovçu yanında göz qırpmaq olmaz. (Məsəl). Ovçular qızılquş, tazı, tula götürüb ova çıxırlar. A.Şaiq. [Milis müvəkkili Əzizə:] ..Silahınızı Ovçular İttifaqında qeydə aldırmısınız? B.Bayramov. // məc. Obrazlı təşbehlərdə. Ürək də ovçudur, ovlağı aləm; Hər zaman dolaşır, axtarır o da. S.Vurğun. • Ovçu gözü (gözləri) – iti görən, həssas, diqqətli gözlər haqqında. Midhət göylərə baxdı. Ovçu gözləri göyün ənginliklərini seçir, sirli və dərin havanın içinə girə bilirdi. Ə.Vəliyev. Ovçu yuxusu – sayıq yatan adamın yuxusu. Ovçu yuxusu sayıq olar. M.Rzaquluzadə. ovçuluq is.\n1. Ovçunun işi, peşəsi, məşğuliyyəti. [Şəmsi bəy:] Piri baba, bunlar mənim ovçuluğumu lağa qoyub güldü, fəqət öz qüsurlarını açmaq istəmirlər. S.S.Axundov. Bu gün [Buğac] .. ovçuluq məharətini atasına da göstərəcək idi. M.Rzaquluzadə.\n2. Təsərrüfatın, ov heyvanları, xüsusilə xəz dərili heyvanlar ovlamaqla məşğul olan sahəsi. Ovçuluq briqadası. – Burada ovçuluq da çox inkişaf etmişdir. M.İbrahimov. ovçuotu is. bot. Müxtəlif növləri olan sarı çiçəkli çəmən otu. ovdan is. [fars. ab-dan] Suyu yığıb saxlamaq üçün üstü tikili yeraltı hovuz, nohur. Yağış suyu bu ovdana axırdı. C.Cabbarlı. Güdə Qala deyilən yüksəklik üzərindəki ovdanların yanında idik. S.Hüseyn. ovduq is. [fars. abduq] Ayran. [Qız] kuzədən su töküb ovduq düzəltdi və Musa kişi ilə Firidunun qabağına qoydu. M.İbrahimov. Mirzə Alış ovduqdan stəkanlara doldurub onlara içirdirdi. Ə.Vəliyev. ovxaq sif. Tez ovulan, kövrək. ovxalama “Ovxalamaq”dan f.is. ovxalamaq bax. ovuşdurmaq. Beli ovxalamaq. – O, gündən qamaşan gözlərini ovxalayıb ətrafına baxdı. M.Hüseyn. [Zəhra] bir qədər gözlərini ovxaladı və dərhal geyindi. Ə.Vəliyev. ovxalanma “Ovxalanmaq”dan f.is. ovxalanmaq 1. bax. ovuşdurulmaq.\n2. Ovulub tökülmək. Neçə-neçə varağın kənarı; İllərin ağırlığına dözməyib, ovxalanıb toz olub. R.Rza. ovxalatma “Ovxalatmaq”dan f.is. ovxalatmaq bax. ovuşdurmaq. Kürəyini ovxalatmaq. ovxantı is. Ovuntu, qırıntı; ovulmuş, ovulub tökülmüş şeylər. ovqat is. [ər. “vəqt” söz. cəmi]\n1. klas. Vaxt, zaman. Bilmədin halını, bihudə keçirdin ovqat. Füzuli. Onunçün bir ovqat teleqrafları çap etməklə, gələcəkdə tazə bir qəzavüqədərə müntəzir olduq. C.Məmmədquluzadə.\n2. Əhval-ruhiyyə, ruhi vəziyyət, hal, kef. Ovqatı qarışıqdır. Mir Cəlal. ‣ Ovqatına soğan doğramaq zar. – kefini, əhvalını pozmaq. [Əşrəf bəy:] İndi mən bilirəm, şəhərdə bu xeyir xəbər neçə adamın ovqatına soğan doğrayıb. N.Vəzirov. Ovqatı təlx – kefi, əhvalı pozulmuş. Axşam xan ovqatı təlx evə qayıtdı. Çəmənzəminli. Əmi ovqatı çox təlx evə gəldi. N.Nərimanov. ovqatsız sif. Kefi, əhvalı, pozğun, çox pərt, dilxor. ovqattəlxlik is. Pozğunluq, kefsizlik, pərtlik, dilxorluq. [Kor Seyid] nə acı bir söz söyləyir, nə də ovqattəlxlik eləyir. S.Hüseyn. ovlaq is.\n1. Ov heyvanları və quşları çox olan yer, ov yeri. Ovlaqda quş vurmaq. – Yoxsa ən yaxşı ovlaqdan da nabələd ovçu əli ətəyindən uzun qayıdar. M.Rzaquluzadə. İsi dayı .. ovlaqdan əlidolu qayıdanda bütün ağrı-acını unudardı. B.Bayramov. // məc. Obrazlı təşbehlərdə. Dağlar dağımdır mənim; Qəm ovlağımdır mənim. (Bayatı). Ürək də ovçudur, ovlağı aləm; Hər zaman dolaşır, axtarır o da. S.Vurğun.\n2. Heyvan və s.-nin daim olduğu, yaşadığı yer. Belə deyirlər ki, guya o kahalar cin və şəyatin ovlağıdırlar. N.Vəzirov. Aslanların, pələnglərin ovlağıdır mənim yurdum. S.Vurğun. ovlama “Ovlamaq”dan f.is. ovlamaq f.\n1. Ov vurmaq, şikar etmək. Dovşan ovlamaq. – [Dəlilər] səhərdən kövşəndə ceyran ovlayırlar. “Koroğlu”. [Piri baba:] Yasəmən, gör sənə nə kök qırqovul ovlamışam. S.S.Axundov. // Balıq tutmaq.\n2. məc. Çalmaq; ələ keçirmək, ələ gətirmək. [Tarxan:] O gözəl qız, o ovçu, şux tərlan; Könlünü ovlamış sənin. A.Şaiq. Hər şeyi ovlamaq olsa da, məncə; Sevən könülləri ovlamaq olmaz. M.Müşfiq. ovlanma “Ovlanmaq”dan f.is. ovlanmaq məch. Ov vurulmaq, şikar edilmək. Çoxlu dovşan ovlandı. // Balıq tutulmaq. Hər gecə 40 sentner balıq ovlanmışdı. ovma I.\n1. “Ovmaq1”dan f.is.\n2. sif. Ovulmuş, narınlaşdırılmış, narın edilmiş. Qarakişi .. iri-iri doğrayıb cibinə yığdığı qəzetdən bir parça çıxarıb arasına ovma tənbəki doldurdu. B.Bayramov.\n3. is. məh. Pendir ovuntusu ilə kərə yağı qatışığından ibarət yemək. Çörəyi ovma ilə yemək. Ovma hazırlamaq.\n4. is. məh. Əldə toxunan yumşaq zərif parça. Ovma toxumaq.\n\nII. “Ovmaq2”dan f.is.\n\nIII. is. dan. Geniş yayılmış yoluxucu xəstəlik. ovmaca is. məh. Qarın ağrısı; sancı. ovmafətir is. Çox ovuşdurulmuş bərk xəmirdən bişirilən və kəsərkən, yeyərkən asan ovulan kövrək fətir. Ovmafətir bişirmək. – [Xonça] ibarətdir .. şəkərçörəyindən, ovmafətirdən və s. həlviyyatdan. R.Əfəndiyev. ovmaq I. f.\n1. Ovulmuş hala salmaq, narın etmək, narınlaşdırmaq. Maxorkanı ovmaq. – Xalıqverdi kişi köhnə məndulə kisədən tənbəki çıxarıb ovcunda ovdu. Ə.Vəliyev.\n2. Yuyub qazımaq (dağıtmaq), yuyub aparmaq, deşmək. Yarğan yarar sinəsini dağların; Sular ovar binəsini dağların. R.Rza. On-on beş metr uzunluğunda güclü su şırnağı .. dağı ovub dağıdırdı. Ə.Sadıq.\n3. Dəlmək, qazımaq. Dağların içini ovaraq bu tuneli açmışlar. M.İbrahimov. // Bıçaq və b. ucuiti şeylə pozmaq, silmək, pozub görünməz etmək. O sənin yazdığını; Ovub tökdü bıçaqla. Z.Xəlil.\n4. məc. Əzişdirmək, əzmək, əziyyət vermək. Həyat [Səriyyə və uşaqlarını] şüursuz və iradəsiz bir cisim kimi öz təkərinin altına alıb əzməyə, ovmağa başladı. M.İbrahimov.\n\nII. bax. ovuşdurmaq. [Camadar] başladı mənim canımı ovmağa, sora da kisələməyə. C.Məmmədquluzadə. ..Səriyyə gözlərini ovub ətrafa baxdı.. M.İbrahimov. ‣ Burnunu ovmaq – bax. burun. ovsaf bax. övsaf. ovsana ovsanadan çıxarmaq – edilən yaxşılığa, köməyə qiymət verməmək; unutmaq, qiymətdən salmaq. Yaxşılığımı ovsanadan çıxardı. Ovsanaya düşmək – vaxtı ilə edilən yaxşılığın, köməyin qarşılığını görmək, əvəzi çıxmaq, bədbəxt bir hadisədən, təsadüfdən, xatadan qurtarmaq; yerinə düşmək. Tikəsi ovsanaya düşmək. – [Məmiş:] Odun yardığım yerdə qamqalaq dəydi, dərdin alım, bir çörəyim ovsanaya düşdü. İ.Hüseynov. ovsar is. [fars.] Dəvə noxtası. Dəvə tanınmasa, ovsarı tanınar. (Ata. sözü). Dağların başından keçəmmir karvan; Ovsarı əlində ağlayır sarvan. “Koroğlu”. Bu çinarın dövrəsi ovsarları bir-birinə bağlanan dəvə karvanlarının, at-ulaqla yükdaşıyan çarvadarların düşərgə yeri olmuşdu. S.Rəhimov. ovsarlama “Ovsarlamaq”dan f.is. ovsarlamaq f.\n1. Dəvənin başına ovsar keçirmək, dəvəni noxtalamaq. Dəvəni əvvəl ovsarla, sonra Allaha ismarla. (Məsəl).\n2. bax. noxtalamaq 2-ci mənada. Lap bizi ovsarladılar, mindilər; Ay keçən əyyam, olasan indilər! M.Ə.Sabir. ovsarlanma “Ovsarlanmaq”dan f.is. ovsarlanmaq məch. Başına noxta keçirilmək, noxtalanmaq. Dəvə ovsarlandı. ovsarlı sif. Noxtalı, başında noxta olan (dəvə haqqında). ovsun is. [fars. əfsun] Sehr, cadu, pitik. İlan əvvəl ovsun oxuyanı öldürər. (Ata. sözü). ovsunçu is. köhn. Ovsunçuluqla məşğul olan adam; cadugər, pitikçi. [Mürsəl:] İlan ovsunçudan qorxan kimi [Veysəl] də məni görəndə dili girir qarnına. Ə.Vəliyev. ovsunçuluq is. Ovsunçunun işi, peşəsi; cadugərlik, pitikçilik. ovsunlama “Ovsunlamaq”dan f.is. ovsunlamaq f. Mövhumatçıların təsəvvürüncə: ovsunla özünə tabe etmək, öz təsiri altına almaq. [Vahimə] istəsə ilanı da ovsunlayıb yuvasından çıxardar. B.Bayramov. ovsunlanma “Ovsunlanmaq”dan f.is. ovsunlanmaq məch. Mövhumatçıların təsəvvürüncə: ovsunla özünə tabe edilmək, təsiri altına alınmaq. ovsunlu sif. Ovsun edilmiş, sehirli, cadulu. ovşala is. Su, şəkər və sirkədən (və ya limon turşusundan) hazırlanan sərinlədici içki; şərbət. Ovşala içmək. – Bir kasada şərbət, içində balaca stəkan qoyulardı. Ona ovşala deyərdilər. H.Sarabski. [Bir muzdur:] Amma o biri aşlarda ovşala qayırıb yanına qoyardılar, ya da iskəncəbi. Ə.Əbülhəsən. ovşar is. dan. Sağımdan əvvəl heyvanların, əsasən qaramalın əmcəklərini sığallama, ovuşdurma. • Ovşara gətirmək – bax. ovşarlamaq. Gülüstan [inəyi] yavaşıtmaq və ovşara gətirmək üçün oxşayırdı: – Nənəm, a Mərcan inək; Bacım, a Mərcan inək!.. Ə.Abasov. ovşarlama “Ovşarlamaq”dan f.is. Ovşarlama üsulu ilə sağmaq nəticəsində Həcər arvad hamıdan tez, hamıdan çox süd sağırdı. Ə.Vəliyev. ovşarlamaq f. Sağımdan əvvəl heyvanların, əsasən qaramalın əmcəklərini sığallamaq, ovuşdurmaq, ovşara gətirmək. Bu arvad inəyi adi sağıcılar kimi sağmır, ovşarlayırdı. Ə.Vəliyev. ovuc is.\n1. Əlin barmaqlar və ayadan ibarət hissəsi, əlin içi. Ovcunda saxlamaq. – ..Mən ixtiyarsız ovcumu açdım və quşcuğaz da şad bir səslə uçub getdi. S.S.Axundov. [Yaşlı kişi:] Ovcumu soyuq su ilə doldurub sinəsini və döşlərini islatdım. S.Hüseyn. // məc. “Əl” mənasında. [İsgəndər:] Gərək hər əmrimə baş əysin cahan; Ovcumda top kimi oynasın dövran. A.Şaiq.\n2. Ovuc tutan qədər, ovuca yerləşən miqdar (adətən saylarla). İki ovuc buğda. ‣ Ovuc (ovcun) içi kimi (tək) – aydın, aşkar, yaxşı. Ovcumun içi tək görürəm aydın; Bir şey yayınmayır nəzərlərimdən. B.Vahabzadə. ovuc-ovuc sif. və zərf Ovuclayaraq, ovuclarla, ovuc dolusu. [Nəbi:] Ovuc-ovuc içək düşmən qanını. “Qaçaq Nəbi”. Yayda mən ovuc-ovuc su içmişəm doyunca; Sənin barmaq donduran şır-şır bulaqlarından. S.Rüstəm. ovuclama “Ovuclamaq”dan f.is. ovuclamaq f. Ovucla götürmək, ovcunu ya ovuclarını doldurub götürmək. Arpanı ovuclamaq. – Suyu bulaq gözündən ovuclayıb içməyə öyrəşmiş mən bu təmli, qazlı suları içə bilmirdim. Ə.Məmmədxanlı. Əmrah sarı buğdanı ovuclayıb yuxarıdan sanki hamı görsün deyə yenə kisəyə tökür. Q.İlkin. ovuclanma “Ovuclanmaq”dan f.is. ovuclanmaq məch. Ovucla götürülmək. ovucu is. Ovan, masajçı. ovuq is.\n1. Ovulmuş, oyulmuş yer; koğuş. Dələ ovuqda gizləndi. Divardakı ovuq. – Axdı göz yaşı tək soyuq damlalar; Sehirli daşların ovuqlarından. M.Dilbazi.\n2. Ovuntu. Yoldaşı cibindən bir az qənd ovuğu çıxardıb deyir. “M.N.lətif.” ovuqlu sif. Ovuğu olan, koğuşlu. Ovuqlu ağac. Ovuqlu qaya. ovulma I. “Ovulmaq1”dan f.is.\n\nII. “Ovulmaq2”dan f.is. ovulmaq I.\n1. məch. Narınlaşdırılmaq, narın edilmək, ovuq hala salınmaq. Kisədəki tənbəki ovulmuşdur.\n2. Ovulub tökülmək.\n\nII. bax. ovuşdurulmaq. ‣ Burnu ovulmaq – bax. burun. ovum bax. ovuntu. ovundurma “Ovundurmaq”dan f.is. ovundurmaq f. Sakitləşdirmək, təskin etmək, təskinlik vermək, ovutmaq. Aslan uşaqların başını dizi üstünə qoyub ovundurmağa çalışırdı. C.Cabbarlı. [Fərhad:] Səni ovundurmaq üçün o, söz tapa bilmir. Ə.Məmmədxanlı. ovundurucu sif. Sakitləşdirici, təskinedici, ovuducu. ovunma “Ovunmaq”dan f.is. ovunmaq f. Sakitləşmək, təskinlik tapmaq, təsəlli tapmaq. [Yanardağ:] Acıqlı Əhrimən elimizə çox acıqlanmış, nə qədər adi qurbanlar verilirsə, ovunmur. C.Cabbarlı. Anası ona təsəlli verirdisə, Dilara ovunmurdu. Ə.Məmmədxanlı. ovunmaz sif. Heç bir şeylə təskinlik tapmayan, ovunmayan, sakitləşməyən, rahatlanmayan. ovuntu top. Bir şeyin ovulmuş hissəcikləri, qırıntıları. Çörək ovuntusu. Ağac ovuntusu. Qənd ovuntusu. Mərmər ovuntusu. – İndi sərçələr ovuntuları səylə dənləyirdilər. H.Seyidbəyli. ovurd bax. ord. Nəriman əmi ovurdlarını şişirdərək, əlini bığına çəkib məzəmmətlə Murada baxdı.. İ.Əfəndiyev. ‣ Ovurdları batıq – çox arıq, zəif. ..Balaca, ovurdları batıq qoca Fərəculla dilləndi. S.Rəhimov. Ovurdları batmaq (birbirindən keçmək) – son dərəcə arıqlamaq, narın edilmək, ovuq hala salınmaq. [Mürsəlin] ovurdları bir-birindən keçmiş, boğazı uzanmışdı. Ə.Vəliyev. ovurtdaq sif. dan. Sifəti koppuş, kök. Ovurtdaq hesabdar içini arıtlayaraq özündən razı bir sifətlə stolun arxasına keçdi. S.Rəhimov. ovuşdurma “Ovuşdurmaq”dan f.is. ovuşdurmaq f.\n1. Bədənin hər hansı bir yerini barmaqları ilə sıxmaq, əzişdirmək; əlini gəzdirib ovucla sıxmaq, ovmaq; masaj eləmək. Üzünü ovuşdurmaq. – Şeyda alnını ovuşduraraq düşüncəyə dalar. H.Cavid. Ovuşdurub bir az o əllərini; Əmr etdi qoşuna: – Vurun birbaşa! H.K.Sanılı.\n2. Masaj etmək, ovmaq. Bədənini ovuşdurmaq.\n3. Müalicə məqsədilə bədənin bir yerini yağlı dərmanlar və s. sürtməklə ovmaq. Kamfora sürtərək ovuşdurmaq. Ayağını qarla ovuşdurmaq. ovuşdurulma “Ovuşdurulmaq”dan f.is. ovuşdurulmaq məch. Masaj edilmək; ovulmaq. ovuşuq sif. Ovxalanmış, ovulmuş, əzilmiş, əzik. ovutma “Ovutmaq”dan f.is. ovutmaq bax. ovundurmaq. Uşağı ovutmaq. Xəstəni ovutmaq. – Çıx buludlardan, ey əfsanəli qız! Gəl ovut ruhumu, ey şən yıldız! H.Cavid. [Səməd:] Bacıoğlu qoymaz ki, məni incitsinlər, – deyə özünü ovutdu. B.Talıblı. oy bax. ay2 2-ci mənada. [Xanım:] Oy, nə qədər qorxuncsunuz, ya rəbbi! – dedi. H.Nəzərli. [Gülçöhrə:] Oy, qorxdum a... Ü.Hacıbəyov. oyadıcı sif. Oyadan, təsir edən, doğuran, törədici. İştahaoyadıcı dərmanlar. oyaq sif.\n1. Yatmamış, yuxulamamış, yuxuya getməmiş. Kim yatmış, kim oyaq? – [Miraxur Səfərə:] Yuxuda boğazıma kəmsik salıb məni boğmaq istəyiblər. Yaxşı ki, sən oyaq imişsən. Çəmənzəminli. [Türbət İmamyara:] Bu gecə qonaqlıqdır, adamlar hamısı oyaq olacaq.. C.Cabbarlı.\n2. məc. Ehtiyatlı, ehtiyatkar, ayıq, sayıq. Çox oyaq adamdır. oyaqlıq is.\n1. Yuxuda olmayan adamın halı; oyaq. • Yuxu ilə oyaqlıq arasında – yarıyuxulu halda. Mansur dizi üstə oturub baxırdısa da, heç bir şey görməyib yuxu ilə oyaqlıq arasında idi. C.Cabbarlı. İndi də [xan] kabusdan qurtarmayıb oğlunun hər bir hərəkətindən diksinir, .. yuxu ilə oyaqlıq arasında idi. M.Rzaquluzadə.\n2. məc. Ehtiyatlılıq, ehtiyatkarlıq, ayıqlıq, sayıqlıq. Əsil oyaqlıq indi tələb olunur. Ə.Vəliyev. oyalamaq f. Qurdalamaq, qarışdırmaq, altını üstünə çevirmək. oyandırıcı bax. oyadıcı. oyandırma “Oyandırmaq”dan f.is. oyandırmaq 1. Oyatmaq, yuxudan durğuzmaq. Uşağı oyandırmaq.\n2. məc. Hərəkətə gətirmək, doğurmaq, törətmək, qızışdırmaq, gücləndirmək. Dəfn edin siz məni Zabul segahın mayəsinə; Deyirəm, bəlkə, məni bir gün oyandırdı muğam. B.Vahabzadə. oyanıq bax. oyaq. oyanıqlıq bax. oyaqlıq. [Cəmil bəy:] Hər uyuyan oyandığı zaman başı ucunda sənin kimi bir mələk görəcəyini düşünsəydi, şübhəsiz, uyumağı, oyanıqlığa tərcih edərdi. H.Cavid. oyanış is. Oyanma; oyanma işi. Buludlar parçalanır, torpaq buğlanır, otlar baş qaldırır, quşlar civildəşməyə başlayırdı. Bu, bir oyanış idi. M.İbrahimov. oyanma “Oyanmaq”dan f.is. oyanmaq f.\n1. Yuxudan ayılmaq, gözlərini açmaq. Sübh tezdən yuxudan oyanan kimi eşitdim, .. rəiyyətin birinin evində qilüqal səsi gəlir. C.Məmmədquluzadə. Nənə dərin yuxusundan; Xeyli vaxtdır oyanmışdır. M.Dilbazi.\n2. məc. Canlanmaq, hərəkətə gəlmək. Kənd oyandı. – Tikintidə artıq həyat oyanırdı. Ə.Sadıq. // məc. Cana gəlmək, canlanmaq, dirilmək, inkişafa başlamaq. Hər şeydə fərəh, sevinc, təravət; Artıq oyanıb gülür təbiət. A.Şaiq. Bəzi yerlərdə torpaq yenicə oyanır, taxıllar boy atmağa başlayırlar. M.İbrahimov.\n3. məc. Gözü açılmaq, qəflət yuxusundan ayılmaq, hərəkətə gəlmək. Məzlum siniflər oyandı.\n4. məc. Əmələ gəlmək, doğmaq, törəmək. Birdən-birə məndə bağçaya baxmaq həvəsi oyandı. M.İbrahimov. Zeynəbin qəlbində qayğı və mərhəmət hissi oyandı. İ.Şıxlı.\n5. məc. Özünü tanımaq, özündə kişilik əlamətləri hiss etməyə başlamaq. oyatma “Oyatmaq”dan f.is. oyatmaq f.\n1. Yuxudan durğuzmaq, oyandırmaq, oyanmasına səbəb olmaq, oyanmağa məcbur etmək. Bir gün sübh tezdən Pərinisə yuxudan ayılıb başladı Kərbəlayı Məhəmmədəlini təpikləyib oyatmağa. C.Məmmədquluzadə. ..Ümid anasını oyadıb onunla birlikdə Sədəfin atası evinə getdi. B.Bayramov.\n2. məc. Canlandırmaq, diriltmək, həyat vermək. [Kolxozçular] torpağı təzədən qazıb oyatdılar, ona yeni toxumlar atdılar. Ə.Məmmədxanlı.\n3. məc. Qəflət yuxusundan ayıltmaq, gözünü açmaq, hərəkətə gətirmək. “Molla Nəsrəddin” xalqın şüurunu oyadırdı, cəsarət və hərəkətə gətirirdi. M.İbrahimov. Qoca Şərqi yuxusundan Bakı oyatmış. R.Rza.\n4. məc. Törətmək, əmələ gətirmək, doğdurmaq, yaratmaq. [Vaqif:] Mədinə, bilsən bu rəngin payız meşəsi məndə nə qədər dərd oyadır. Çəmənzəminli. oydurma “Oydurmaq”dan f.is. oydurmaq icb.\n1. Oyuq açdırmaq, qazdırmaq. oykonim is. [yun.] Yaşayış məntəqələrinin adını bildirən xüsusi isimlər; sözlər. oylaq is.\n1. Məskən, yer, meydan. [Aşıq Cünun:] Mərd oylağı Çənlibeldi; Məhbub xanım, bizim yerlər. “Koroğlu”. Qıjıltı, gurultu tutur qulağı; Buradır köhnədən qaçaq oylağı. H.K.Sanılı. Şairlər vətəni bizim tərəflər; Tərlanın oylağı yadıma düşdü. S.Vurğun. // Obrazlı təşbehlərdə. Könlüm oylağını yaxın gəzəli; Çoxları küsəndi mana, bənövşə! S.Vurğun. Yazda, payızda, qışda gülür çəmənim, bağım; Dəmir köksümsə çoxdan vuruşlar oylağıdır. S.Rüstəm.\n2. Düzənlik, geniş sahə. Sərin olur yaylaqları yurdumun; Vardır geniş oylaqları yurdumun. Aşıq Bəylər. Genişdir oylağı, gendir meydanı; Yenəndə çaylağa dağın dumanı. S.Vurğun. oyma I.\n1. “Oymaq1”dan f.is.\n2. is. Ağac, daş, sümük, metal və s. üzərinə həkk olunan və ya oyulmaqla açılan bəzək, zinət, naxış. Oyma dəzgahı.\n\nII. “Oymaq2”dan f.is. oymaçı is. Oyma ustası (bax. oyma1 2-ci mənada). oymaçılıq is. Oymaçı sənəti, oyma işləri ilə məşğul olma (bax. oyma1 2-ci mənada). oymaq I. bax. ovmaq1 2-ci mənada. Su axarkən yeri oyub çuxurlar, oyuqlar əmələ gətirərdi. S.S.Axundov.\n\nII. bax. ovuşdurmaq. [Kərəm:] Mən baxardım, didarından doyardım; Gizlingizlin bağrım başın oyardım. “Əsli və Kərəm”. Bəylərbəyinin övrəti Şahnavaz xanım [Münəvvərin] alnını oyub huşa gətirmək istəyirdi. M.S.Ordubadi.\n\nIII. is. Tikiş tikərkən iynə batmamaq üçün barmağa keçirilən bir ucu bağlı metal və ya başqa materialdan qalpaqcıq; üskük.\n\nIV. is. köhn. Kənd, el. [Quldurlardan biri:] Niyə, bir oymağın adamları deyilikmi? Ə.Haqverdiyev. Səfər əslən Qılınclar oymağından olub uşaqlığını kənddə keçirmişdi. Çəmənzəminli. oynağan sif. və is. Çox oynayan, daim oynayan, oynamağı sevən; oynaq. Oynağan yorulmaz. (Ata. sözü). Qəlbə fərəh verən şirin muraddır; Nəşəmiz oynağan bir şux Qıratdır. M.Rahim. oynaq I. sif.\n1. Mütəhərrik, oynar, oynayan, daim hərəkətdə olan. O baxışlarda dalğadan oynaq; Bir şəfəq var ki, nurdan şəffaf! A.Şaiq. [Elxan:] ..Qaldıracağım azadlıq bayrağının oynaq dalğaları [Solmazın] gülgün çöhrəsini öpəcəkdir. C.Cabbarlı.\n2. Oynağan, şux. Qapı laybalay açıldı. Gülər ürkək və oynaq bir dağ keçisi kimi irəli yeridi. C.Cabbarlı. Sən mənim köhlənim, oynaq atımsan; Mənim yaman gündə ehtiyatımsan. M.Müşfiq. // məc. Şux, şən, gümrah. Həmişə sərt görünən Mərdan indi oynaq bir hal alaraq nəşə saçırdı. Çəmənzəminli. // məc. Cilvəli, işvəkar, şux. Oynaq qız. – Elə bil ki, lap təzəcə toy eləmiş; Cavandılar; Necə oynaq, necə şıltaq; Mehribandılar. B.Vahabzadə.\n3. məc. İfadəli, təsirli, canlı; danışığa, sözə, üsluba yüngüllük, oynaqlıq, gözəllik verən. Oynaq dil. Oynaq ifadələr. – [Cabbarlının] əsərlərindəki qanadlı sözlər, oynaq cümlələr dillərdə dolaşırdı. S.Rəhman.\n\nII. is. anat. Buğum, məfsəl.\n\nIII. bax. oylaq. Tərpətdi düzlərlə Qanığa tərəf; Qaçaqlar oynağı Samuxa tərəf. H.K.Sanılı. Şirnuxu kəndinin yanında, Nəbi ilə Həcərin oynaqlarından birisi olan Şırlanbulağın yanında, sıx palıdlı meşədə düşdük. S.Rəhimov. oynaqlama “Oynaqlamaq”dan f.is. oynaqlamaq f. Atılıb-düşmək, oynamaq. Quzular oynaqlayır. – Gedək görək uşaqlar; Bağda nə cür oynaqlar. A.Səhhət. Buynuzu burma təkə oynaqlayır, atılıbdüşürdü. S.Rəhimov. oynaqlaşma “Oynaqlaşmaq”dan f.is. oynaqlaşmaq qarş. Birgə atılıbdüşmək, bir yerdə oynamaq (çoxları haqqında). Uşaqlar oynaqlaşırlar. – Kəndin ötəsində-bərisində yumurtadan yeni çıxmış cücələr, oynaqlaşan oğlaqlar görünür.. S.Hüseyn. oynaqlıq is.\n1. Oynaq şeyin halı; mütəhərriklik, qərarsızlıq. Payız havasının oynaqlığındanmı, yoxsa Bakı ilə buranın arasındakı məsafənin uzaq olmasındanmı, nə isə hava xeyli dəyişmişdi. M.Rzaquluzadə.\n2. Daim oynaqlama, atılıb-düşmə, oynama xasiyyəti; qərarsızlıq. [Dilbər] bir saniyə üçün keçmiş uşaq oynaqlığı ilə Məryəmin üzərinə atılmaq, qucmaq, öpmək istədi, amma dayandı. C.Cabbarlı.\n3. məc. Şuxluq, işvəkarlıq.\n4. məc. İfadəlilik, gözəllik, yüngüllük, canlılıq. Nitqin oynaqlığı. oynama “Oynamaq”dan f.is. oynamaq f.\n1. Oyuncaqla, yaxud əyləncə üçün olan oyunlardan biri ilə məşğul olmaq, onunla vaxtını keçirmək; əylənmək. Qaçdı-tutdu oynamaq. Gəlinciklə oynamaq. Uşaq bütün günü oynayır. – Uşaq vaxtı küçədə aşıq-aşıq oynayanda hərdənbir savaşardıq. C.Məmmədquluzadə. Rəhilə dərsdən çox yaşıdları ilə oynamağı xoşlayırdı. M.Hüseyn. // İstirahət və ya əylənmək məqsədilə idman növlərindən biri ilə məşğul olmaq. Şahmat oynamaq. Bilyard oynamaq. Nərd oynamaq. // Oynamaq üçün bir şeydən istifadə etmək. Topla oynamaq. // məc. Bir şeylə qeyri-ciddi məşğul olmaq, özünü işləyən kimi göstərmək. O şiləmir, oynayır. // məc. Boş vaxt keçirmək, vaxtını öldürmək, boş şeylərlə məşğul olmaq, əylənmək. ..Mən həyata oynamağa gəlmirəm. Mir Cəlal.\n2. Bir şeylə oyuncaq kimi rəftar etmək, bir şeyi məqsədsiz olaraq əlində oynatmaq, fırlatmaq və s. Açarla oynamaq. Əlindəki qaşıqla oynamaq. – ..Sona .. başından siyrilib çiyninə düşən ağ torunun ipək saçaqları ilə oynayırdı. Ə.Əbülhəsən. // məc. Bir şəxsə və ya şeyə oyuncaq, əyləncə kimi baxmaq, birinin arzu və iradəsi ilə hesablaşmayaraq onunla istədiyi kimi rəftar etmək. Adamlarla oynamaq olmaz. Əsəbləri ilə oynamaq. // Əylənmək, özü üçün oyuncağa, əyləncəyə döndərmək. Şirzad anladı ki, Yarməmməd mənliyi ilə oynayır. M.İbrahimov.\n3. bax. oynaşmaq. // məc. Sürətlə o tərəfbu tərəfə hərəkət etmək, hərəkət edərək tərpənmək. Dənizdə dalğalar oynayır.\n4. məc. Şəfəqlənərək, bir şeyin üzərində, yaxud bir şeydən inikas etmək, parlamaq, bərq vurmaq. Kənd üzərində günün al şəfəqləri oynayırdı. M.Hüseyn. // Sayrışmaq. Göydə ulduzlar oynayır.\n5. Təzahür etmək, görünmək, görsənmək, görünüb yox olmaq. Böyük bir maraqla açılan gözlərdə indi hədd-hüdudu olmayan bir təşviş və həyəcan kölgələri oynayırdı. Ə.Əbülhəsən.\n6. Rəqs etmək. Yallı oynamaq. Vals oynamaq. – Başına döndüyüm, toy adamları; Siz də deyin: toya gələn oynasın. M.P.Vaqif. Rəqqasə ərəb qızları oynar və ara-sıra oxuyarlar. H.Cavid.\n7. Teatr tamaşasında, kinoda, pyesdə və s.-də müəyyən rolu ifa etmək. Qəhrəman rolunda kim oynayır? // Tamaşaya qoymaq, göstərmək. Teatrda M.F.Axundzadənin “Hacı Qara” pyesini oynayırlar.\n8. Bir sıra isimlərdən sonra gətirilərək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: yerindən oynamaq, rol oynamaq, sözlə oynamaq, oyun oynamaq və s. oynaya-oynaya zərf\n1. Oynayaraq, oynamaq vəziyyətində, rəqs edə-edə. Oynayaoynaya oxumaq. – Aşıq .. balabançı ilə çiyinçiyinə verib oynaya-oynaya ortada hərlənirdi. İ.Əfəndiyev.\n2. məc. Asanlıqla, heç bir çətinlik çəkmədən. Tapşırığı oynaya-oynaya yerinə yetirmək.\n3. məc. Böyük həvəslə, məmnuniyyətlə, sevinə-sevinə. [Pəri:] [Ataş] hansına bircə dəfə göz eləsən, oynaya-oynaya gələr. Ə.Vəliyev. oynanılma “Oynanılmaq”dan f.is. oynanılmaq “Oynamaq”dan məch. Bir otaqdan nərdin şaqqıltısı eşidilir, o biri otaqda gərgin sükut içində şahmat oynanılırdı. M.Rzaquluzadə. oynanma “Oynanmaq”dan f.is. oynanmaq bax. oynanılmaq. Tamaşanın ikinci pərdəsi oynanırdı. Mir Cəlal. oynar sif.\n1. Oynayan, bir yerdə durmayan, qərar tapmayan, daim hərəkətdə olan, tərpənən.\n2. Rəqqas, kəfgir (saatda).\n3. məc. Oynaq (bax. oynaq1 2-ci mənada). oynarlıq is.\n1. Oynaq şeyin hal və keyfiyyəti.\n2. Oynaqlıq (3-cü mənada). oynaş bax. aşna 2-ci mənada. Oynaşa ümid olan ərsiz qalar. (Ata. sözü). [Məsmə:] [Ərim] elə zənn edirdi ki, guya mənim yanıma gələn oynaşlarım var imiş. S.Hüseyn. oynaşma “Oynaşmaq”dan f.is. oynaşmaq qarş.\n1. Bir-biri ilə oynamaq; əylənmək. İki çəlimsiz körpə çarpayının üstündə oynaşırdı.. Çəmənzəminli. ..Oynaşan .. uşaqlara tamaşa etməkdən doymazdım. Mir Cəlal. // Eyni mənada heyvanlar, quşlar və s. haqqında. Quzular, çəpişlər həyətdə oynaşır. – Xəzan yarpaqları oynaşan yerdə; Necə üşüməyim?.. Üşüyürəm mən. B.Vahabzadə. // Müxtəlif tərəflərə uçmaq və ya üzmək. Kəpənəklər oynaşır. – Mərmər hovuzlarda qızıl balıqlar oynaşırdı. Çəmənzəminli. Sarıköynəklər, qaranquşlar qayalar arasında oynaşır, kollar arasında itirlər. Mir Cəlal.\n2. məc. İrəli-geri gedib-gəlmək, hərəkət etmək; tərpəşmək, ləpələnmək. [Sonanın] xumarlanan gözləri oynaşan (f.sif.) dalğalara zillənmişdi. B.Bayramov.\n3. məc. Təzahür etmək, görünmək. Füzuli əyləşib otağında tək; Oynaşır üzündə qəm buludları. B.Vahabzadə.\n4. məc. Görünüb yox olmaq, sayrışmaq, işığı əks etdirmək. Projektor işıqları hər zamankı kimi yenə limanın üzərində oynaşır, küçələri işıqlandırırdı. S.Vəliyev. İşıq titrədikcə [Qaragünənin] qaya parçası kimi hərəkətsiz üzündə əcaib kölgələr oynaşır, .. sonra yenə donub qayaya dönürdü. M.Rzaquluzadə. oynatdırma “Oynatdırmaq”dan f.is. oynatdırmaq icb. Oynamağa məcbur etmək. Bəzən mötəbər adamların oğlunu yerindən qaldırıb toyda oynatdırardı. H.Sarabski. oynatma “Oynatmaq”dan f.is. oynatmaq f.\n1. Uşağı əlinə alaraq, atıbtutaraq əyləndirmək, yaxud oyuncaq və başqa vasitələrlə məşğul etmək və beləliklə, özü də əylənmək. Körpəni oynatmaq. Uşaqları oynatmaq. – Vahid uşağı yanına alıb oynadır, dilə tutub yatırtmaq istəyirdi. Mir Cəlal. // Oyuncaq və s. ilə oynamaq, məşğul olmaq. Gəlinciyi oynatmaq. – Müəllimlə Mayis getdikdən sonra da Tapdıq maşını oynatmaqdan doymurdu. Ə.Vəliyev. [Qız] küncdə oturub gəlin oynadarmış. Çəmənzəminli.\n2. O tərəf-bu tərəfə tərpətmək, qımıldatmaq. [Qızıl it] qulaqlarını oynadaraq qalın, boğuq səsi ilə hürər, nəşəmi pozardı. A.Şaiq. Ayaqlarımı soyuq suya salıb oynatmağa başladım. A.Divanbəyoğlu. // Tərpətmək. Kələntər qara qaşlarının altındakı qara gözlərini oynatdı. M.İbrahimov.\n3. icb. Oynamağa məcbur etmək, rəqs etdirmək. Vağzalı oynatmaq.\n4. Əlində atıb-tutmaq, fırlatmaq. [Doktor:] Hə, de anamın oğluyam, verim, – deyib, konfeti əlində oynadardı. M.İbrahimov. [Hidayət] əlində oynatdığı sarı yarpağı .. kənara fırlatdı. B.Bayramov.\n5. məc. Göstərmək, təzahür etdirmək. Şahnisə xanım yarı çevrilərək dodaqlarında mənalı bir təbəssüm oynatdı. Çəmənzəminli.\n6. məc. Ələ salmaq, dolamaq, sarımaq. [Şamama Cadu:] Sən belə güman etmə ki, sən məni oynadırsan deyibsən, mən də səni ələ salıb oynadıram. Ə.Haqverdiyev. [Elçi:] Məni oynatmaq olmaz. C.Cabbarlı. // məc. Aldatmaq, aldadaraq yormaq; yuxulatmaq. İki aydır ki, məni oynadır.\n7. məc. Yerindən eləmək. Yaxşı və dəbdəbəli toy qıza nağıl kimi maraqlı görünür, bütün xəyalını oynadırdı. M.İbrahimov. oyrotca sif. və zərf Oyrot dilində; altayca. oyrotlar cəm. Altaylıların köhnə adı. oyuq I. is.\n1. Oyulmuş yer; mağara, kaha. Qayaların oyuğunda yuva salar kəsəyənlər. O.Sarıvəlli. Kəklikli qayanın sinəsində iki böyük daş parçalanıb uçmuş, .. dərin oyuqlar açılmışdı. B.Bayramov.\n2. Bir şeyin üzərində dərmə-deşik, deşik, dəlik. Sanki çay daşların oyuqlarını, ağacların köklərini bu ucdan eşir və yerin tərkinə gedirdi. S.Rəhimov. // Çuxur, çala. Su axarkən yeri oyub, çuxurlar, oyuqlar əmələ gətirərdi. S.S.Axundov.\n3. sif. İçi oyulmuş, içi oyuq, boşluq əmələ gəlmiş. Dərə qərbə doğru getdikcə qayalıq, dağlıq, iri və oyuq daşlarla dolu qorxunc yerlərdən ibarətdi. A.Şaiq. // Gövdənin oduncağı çürümüş yerində əmələ gələn boşluq; koğuş. Meşənin içində, bir ağacın oyuğunda pişik göyərçini gizlətdi. (Nağıl).\n4. Divarda pəncərə, qapı və s.-nin yeri. Pəncərə oyuğu.\n\nII. bax. qorxuluq 2-ci mənada. Yolun üst tərəfi qoruq idi. Bir neçə yerdə oyuq qoyulmuşdu. Ə.Vəliyev. oyuqlu sif.\n1. Oyuqları olan. Yoxsa xəyalında canlanır yenə; Sıldırım qayalar, oyuqlu dağlar. R.Rza.\n2. Oyuğu olan, deşik, dəlik. Oyuqlu daş. // Koğuşu olan, koğuşlu. Oyuqlu ağac. oyulma “Oyulmaq”dan f.is. oyulmaq f. Oyuq əmələ gəlmək. oyun is.\n1. Əylənmək və vaxt keçirmək üçün bir neçə adam (əsasən uşaq) arasında icra olunan müxtəlif növlü əyləncə, məşğələ. Qaçdı-tutdu oyunu. Gəlin-gəlin oyunu. – Belə maraqlı oyunlardan biri də xalq arasında kosaldıqaç (kos aldın qaç) adı ilə məşhur olan oyundur. H.Sarabski.\n2. Müəyyən qayda, üsul və şərtlərlə icra edilən idman məşğələsi, idman növü. Şahmat oyunu. Basketbol oyunu. – Zorxanaya kim yazılsaydı, gərək hər gün oyuna gələydi. H.Sarabski. • Oyun kağızı – kart, qumar kağızı. Hənirtisiz ora yaxınlaşan Veys tez əyilib, oyun kağızlarından bir topa götürdü.. Ə.Əbülhəsən. // Görüş, yarış, matç. Rəqib komandaların oyunu. Oyun saat 6-da başlanır.\n3. Rəqs. Oyun havası. Vağzalı. oyunu. – Oyuna tək girən oğlan .. gözaltı elədiyi qızın qabağına yeriyir, .. onu oyuna dəvət edir. B.Bayramov.\n4. məc. Hoqqa, kələk, fənd, fırıldaq, hiylə. [İkinci kəndli:] Bu qədər oyun olmaz ki, Səfər bəy bizim başımıza gətirir. B.Talıblı. Səba xanım başladığı oyunun müsbət nəticə verəcəyinə ümid bəsləmirdi. M.S.Ordubadi.\n5. Müəyyən rolu oynama, ifa eləmə. Artistin oyunu tamaşaçıların xoşuna gəldi. ‣ Oyun tutmaq – bax. başına oyun gətirmək (“baş”da). [Ağa Həsən:] Yaxşı, sənə mən bir oyun tutum ki, tamam dastanlarda deyilsin. M.F.Axundzadə. [Ələsgər:] And olsun Allaha, sənə bir oyun tutacağam ki, atanın toyu yadına düşə. Ə.Haqverdiyev. Oyun çıxar(t)maq – 1) hoqqa çıxarmaq, gülməli hərəkətlər etmək (atılıb-düşmək, hoppanmaq və s.). [Təlxək] üzünə dəridən bir üzlük taxıb aşağıda oyun çıxarar və yamsılamaqla pul yığardı. H.Sarabski. [Təlxək] başlayır oyun çıxarmağa, gülməsək də, bir az kefimiz açılır. S.Rəhman; 2) məc. bir işlə qeyri-ciddi məşğul olmaq, zarafata salmaq. Oyun çıxar(t)ma, işinə fikir ver! Başına oyun açmaq – bax. baş. Başına oyun gətirmək – bax. baş. oyunbaz is.\n1. Gülməli oyunlar çıxarıb başqalarını güldürən adam; hoqqabaz, oyun çıxaran, masqaraçı. Adamlar özlərinə məzəli təlxək, oyunbaz, ya dəli düzəldib əylənir, meydançanı, bazarı yeni gülüşmə götürürdü. S.Rəhimov.\n2. Keçmişdə ruhanilərin və mürtəcelərin artistlərə verdikləri təhqirli ad. [Səməd Oqtaya:] [Ananı] yasxanalara buraxmırlar ki, oğlun oyunbazdır, arvad tumanı geyir. C.Cabbarlı.\n3. məc. Fırıldaqçı, hiyləbaz, kələkbaz. [Həsən:] Bu oyunbazların əlindən nələr çəkmişəm, onu bir tək mən bilirəm. Ə.Haqverdiyev. [Əhməd:] Nədən ötrü məni axtarırsan, ay hiyləbaz, kəndirbaz, oyunbaz, kəkilbaz? N.Vəzirov. oyunbazxana is. Keçmişdə ruhanilərin və mürtəcelərin teatra verdikləri təhqiramiz ad. [Qafar:] ..Səni teatra aparım? Oyunbazxanaya? S.S.Axundov. oyunbazlıq is.\n1. Müxtəlif gülməli oyunlar göstərmə; hoqqabazlıq. Məclis arəstə, ortalıqda bir sandıqça, içi dolu ilan, ilanları göstərib dərvişlər başladılar oyunbazlığa. N.Vəzirov.\n2. məc. Kələkbazlıq, fırıldaqçılıq, fəndgirlik. [Nəcəf:] Nə qədər gec deyil, oyunbazlıqdan əl çək! Q.İlkin. oyuncaq is.\n1. Uşaqların oynayıb əylənməsi üçün düzəldilmiş hər cür şey. Uşaq oyuncağı. Oyuncaq mağazası. – Sarı o biri otaqdan oyuncaqlarla əyləndirib saxladığı Çiçəyi buraxdı. S.Rəhimov. Səhər gün çıxandan gün batanadək uşaqlar oynar, ev tikər, palçıqdan oyuncaq düzəldərdilər. Q.İlkin. // məc. Oynamaq, əylənmək üçün obyekt olan hər bir şey. [Bəhram:] Saray olmuş bir oyuncaq; Meydan açır oğul-uşaq. A.Şaiq.\n2. məc. Kor-koruna başqasının iradəsi ilə oturub-duran, öz müstəqil fikri olmayan adam haqqında. [Molla Güləndam mütəəlliməyə:] ..Mən sənin oyuncağın deyiləm ki, məni ələ salasan. Çəmənzəminli. • Oyuncaq hökumət – başqa, daha güclü hökumət tərəfindən hakimiyyət başına gətirilən və ölkəni onun iradəsi ilə idarə edən hökumət. ‣ Əlində oyuncaq etmək – bax. əl. Əlində oyuncaq olmaq – bax. əl. oyunçu is.\n1. Hər hansı oyunda iştirak edən adamlardan hər biri. Oyunçular sıraya düzüldülər. Məşqçinin oyunçulara göstərişi. – [Oğlan:] Rəhmətlik oğlu, sən .. oyunçu deyilsən, odunçusan. Ə.Haqverdiyev.\n2. Rəqs edən, rəqqas(ə). Oyunçu (sif.) qız ləzginka oynayır. Ü.Hacıbəyov.\n3. bax. oyunbaz 1-ci mənada. [Həsən:] Rus oyunçularından əlli manatımın otuz səkkizini alınca anadan əmdiyim süd burnumdan gəldi. Ə.Haqverdiyev. oyun-oyuncaq top. Müxtəlif oyuncaq(lar). Edison uşaqlıq vaxtını başqa uşaqlar kimi yalnız oyun-oyuncaq ilə keçirməmişdi. “Məktəb”. // bax. oyuncaq 2-ci mənada. [Molla Güləndam mütəəlliməyə:] ..Mən sənin oyun-oyuncağın deyiləm ki, məni ələ salırsan? Çəmənzəminli. ozan is.\n1. qəd. El şairi, aşıq. [Elçin:] Bu cəngavər ozanın yarasını bağlayın tez! M.Hüseyn. Nə ozan var, nə yazan, nə şaman hey... Qoca Türkün düşdüyü dərd yaman hey... A.İldırım.\n2. məc. Çoxdanışan, lağlağı, uzunçu, naqqal. Sən keçən yolda görərək bir iz; İzin üstündə ozana döndüm! Ə.Cavad. ozanlama “Ozanlamaq”dan f.is. ozanlamaq f. köhn. Uzunçuluq etmək, çərənçilik etmək. ozanlıq is. Ozanın işi, peşəsi; aşıqlıq. ozon [yun. ozo – ətir saçıram] Oksigenin dəyişilmiş şəkli olub, qüvvətli oksidləşdirici və zərərsizləşdirici xassəyə malik qaz. ozonator [yun.] Havanı ozonlaşdırmaq (təmizləmək) üçün cihaz. ozonlaşdırma “Ozonlaşdırmaq”dan f.is. ozonlaşdırmaq f.\n1. kim. Ozona çevirmək.\n2. Ozonla təmizləmək. Suyu ozonlaşdırmaq. Havanı ozonlaşdırmaq. ozonlaşma “Ozonlaşmaq”dan f.is. ozonlaşmaq f.\n1. kim. Ozona çevrilmək.\n2. Ozonla təmizlənmək. Öö ö azərbaycan əlifbasının iyirmi ikinci hərfi. // “Ö” hərfi ilə işarə olunan saitin adı. öc is. İntiqam. [Tərxan:] Qaynayır qəlbimin içində öcüm; Bilirəm, çatmaz o nəhəngə gücüm. A.Şaiq. • Öc almaq – intiqam almaq. ..Yenə Kəpəzin ağsaçlı məğrur başı vüqarla ucalır, sanki işıq qaranlıqdan öc alırdı. M.Rzaquluzadə. öcəşkən sif. Öcəşməyi, sürtüşməyi sevən, mübahisə etməyi sevən. Öcəşkən adam. öcəşkənlik is. Öcəşməyi adət etmiş adamın xasiyyəti. Öcəşkənlik yaxşı şey deyil. öcəşmə “Öcəşmək”dən f.is. [Vaqif Şahnisəyə:] Xülasə, gecə-gündüz bu xanların bir-biri ilə öcəşməsindən heç başımız ayazımır. Çəmənzəminli. öcəşmək f. Çəkişmək, sataşmaq, sürtüşmək, mübahisə etmək, tutaşmaq. [Rzaqulu:] Qoy o məni yaxşı tanısın, mənə öcəşməsin, xataya salmasın.. N.Vəzirov. [Əbülhəsən bəy:] Çəkməsilən mənimlə öcəşməyə və məni ələ salmağa başlamışdı. M.S.Ordubadi. öd is.\n1. Qara ciyərin ifraz etdiyi sarıyaşıl rəngli acı maye. • Öd kisəsi – qara ciyərdə olan və öd ifraz edən kisəyəoxşar orqan; ödlük. Öd şirəsi – öd kisəsinin ifraz etdiyi maye; öd. Yem qursaqdan nazik bağırsağa daxil olan kimi onun üzərinə hiss-hissə mədəaltı şirəsi və öd şirəsi süzülür. “Qaramal”.\n2. məc. Çox acı şey haqqında. Öd kimi. ‣ Ödü ağzına gəlmək – iyrənməkdən, başı gicəllənməkdən qusmaq dərəcəsinə gəlmək, ürəyi bərk bulanmaq, bərk iyrənmək. Üfunətdən adamın ödü ağzına gəlir. öddək sif. məh. Qorxaq. ödək is. məh. Ödənməli plan, qaytarılmalı olan pul; borc. [Əlləzoğlu:] Mən bu qədər ödəyin altından necə çıxacağam? İ.Hüseynov. ödəmə “Ödəmək”dən f.is. ödəmək f.\n1. Başqasından aldığı, yaxud borc etdiyi şeyi qaytarmaq, vermək. Həsən çəkmə pulunu iki aya qədər ödəyə biləcək idi. Çəmənzəminli. [Rüstəm kişi] borclarını ödədi və hər əməkgününə üç kilo taxıl payladı. M.İbrahimov.\n2. Təmin etmək. [Gənc:] Üç ay tədarük olunan hərarət ölkənin doqquz aylıq ehtiyacını tamamilə ödəyir. Çəmənzəminli. Əvvəlki maaşından az maaş alarsa, komitə onun kəsrini ödəyəcəkdir. M.S.Ordubadi. // Bəs etmək, yetmək, çatmaq, kifayət etmək. Maaşı məxaricini ödəyir. – [Bəhlul:] Mənim təqaüdüm ev kirayəsini ödəyirdi.. B.Bayramov.\n3. Öhdəsinə götürmüş olduğu bir şeyi yerinə yetirmək. Planı artıqlamasilə ödəmək. ödənilmə “Ödənilmək”dən f.is. ödənilmək “Ödəmək”dən məch. Borc ödənildi. Bütün ehtiyaclar ödənildi. – Məcəllə hökmüylə xatırlanan borc; Yaxşıdır min dəfə ödənilməsə. B.Vahabzadə. ödəniş is.\n1. Ödənmə işi; ödənmə. Borcun ödənişi.\n2. Yerinə yetirilmə. Planın ödənişi. ödənmə “Ödənmək”dən f.is. ödənmək bax. ödənilmək. Borc ödəndi. ödəyiş is. Borcunu vermə, ödəmə. ödlük is. bax. öd kisəsi (“öd”də). ödül is. Mükafat, priz. ödünc is. Əvəzi eyni və ya bənzər şeylə verilmək (qaytarılmaq) şərtilə alınan şey (əsasən pul); borc. öfkə is.\n1. Ağ ciyər.\n2. dan. Hirs, qəzəb, hiddət. ‣ Öfkən (öfkəsi) yansın! – qarğış məqamında işlədilir. Səni görüm, öfkən yansın. – [Telli:] Məni qınayan, öfkən yansın! Ə.Məmmədxanlı. Öfkəyə dönmək – rəngi qaçmaq, ağarmaq. Katibin qanı qaçmış, öfkəyə dönmüş dodaqları gülümsünmək üçün aralandı. S.Rəhimov. Bəhramın dili-dodağı təpmiş, üzünün qanı qaçmış, öfkəyə dönmüşdü. Ə.Vəliyev. öfkələnmə “Öfkələnmək”dən f.is. öfkələnmək f. Hirslənmək, hiddətlənmək, qəzəblənmək, hiddətə gəlmək. öfkəli sif.\n1. Ürəkli, qorxmaz, cəsarətli, ciyərli. Öfkəli oğlan.\n2. dan. Hirsli, qəzəbli, hiddətli, acıqlı. Mühasib, Əbişin bu hala düşməyindən və Kosanın bu cürə öfkəli hökm etməyindən bu teleqramı öyrənməyə daha da artıq maraqlandı. S.Rəhimov. öfkəli-öfkəli zərf Hirsli-hirsli, qəzəbliqəzəbli, qəzəblə, hirslə, hiddətlə. [Murtuzov:] Yoxsa bu uşaq belə öfkəli-öfkəli danışmaz! S.Rəhimov. [Paşa bəy:] Çox da öfkəli-öfkəli danışma! Ə.Vəliyev. ögey sif. Doğma olmayan. Ögey ana. Ögey ata. Ögey bacı. - Uşaq anasına doğma olsa da; Qondarma ataya ögeydir, axı. B.Vahabzadə. ögey-doğmalıq is. Hamıya qarşı eyni münasibətin olmadığı hal; ayrı-seçkilik. Araya ögey-doğmalıq salmaq. – Bəli, elədir, – deyə mən Nəbi kişinin sözünü təsdiq etdim: – Yoxsa ögey-doğmalıq olar. S.Rəhimov. Deyən, əkizlərlə gəldi bərabər; Poladın evinə ögey-doğmalıq. M.Rahim. ögeylik is. Doğma olmama, ögey olma. Mənə neçə qadın analıq etdi; Dözdülər anasız məhəbbətimə; Mən isə dözmədim ana adıyla; Onların ögeylik sədaqətinə. S.Tahir. ögəc is. Üçyaşar erkək qoyun. Toğlu birillik, şişək ikiillik, ögəc üçillik olardı. H.Sarabski. öhdə is. [ər.] Öz üzərinə götürülən və yerinə yetirilməsi vacib olan vəzifə; təəhhüd, borc. • Öhdəsində qalmaq – himayəsində, iaşəsində olmaq, boynunda olmaq. [Nuriyyə:] Ata-anamın vəfatından sonra səkkiz yaşında bir uşaq öhdəsində qaldım. İ.Əfəndiyev. Öhdəsində olmaq – bir vəzifə olaraq üzərində olmaq, boynunda olmaq; ixtiyarında, idarəsində olmaq. [Məktəblərin] xərci dövlət xəzinəsinin öhdəsində idi. C.Məmmədquluzadə. Körpü xüsusi tapşırıq ilə Nərimanın dəstəsinin öhdəsində idi. Mir Cəlal. Öhdəsindən gəlmək – 1) bir işi yerinə yetirməyə gücü çatmaq, edə bilmək, bacarmaq. Vəzifənin öhdəsindən gəlmək. – Mehriban bu çətin işin öhdəsindən gələ biləcəkdimi? H.Seyidbəyli. [Xanım:] Mən dedim o, bu işin öhdəsindən gələ bilməz. M.Dilbazi; 2) mübarizədə və ya başqa bir işdə üstün gəlmək, bacara bilmək, gücü çatmaq. [Kərbəlayı Fatma xanım:] Mən hacının öhdəsindən gələ bilmirəm.. C.Məmmədquluzadə. [Çərkəz bəy:] [Camaatın] öhdəsindən gələ bilməyirəm.. Ə.Haqverdiyev. // məc. Dərsini vermək, divan tutmaq. Onun öhdəsindən yaxşı gəldilər. Öhdəsinə qoymaq (buraxmaq, atmaq) – birinin boynuna qoymaq, üzərinə qoymaq, tapşırmaq. Məsuliyyəti başqasının öhdəsinə qoymaq (buraxmaq). – [Pristav:] Turaclılarla haqqhesab çəkməyi qoy mənim öhdəmə. Ə.Vəliyev. Babacan .. evin iş-gücünü həmişəlik qızının öhdəsinə atmışdı. Ə.Əbülhəsən. Öhdəsinə düşmək – üzərinə düşmək, boynunda olmaq, yerinə yetirilməli olmaq. [Fəxrəddin:] Öz boynumu öhdəmə düşən məsuliyyətdən kənara çəkmək istəmirəm. M.S.Ordubadi. Öhdəsinə götürmək (almaq) – yerinə yetirməyi bir vəzifə olaraq boynuna götürmək, boyun olmaq, söz vermək, üzərinə götürmək. [Məhərrəm bəy:] Əlbəttə, hər bir xərci öhdəmə götürürəm.. S.S.Axundov. öhdəçi is. Hər hansı bir işi görməyə, yerinə yetirməyə söz verən, üzərinə təəhhüd götürən adam. öhdəçilik bax. öhdəlik. Bütün trestimiz üzərinə yeni öhdəçiliklər götürür. M.İbrahimov. [Fərəc kişi:] İndi də öhdəçilik götürüblər ki, biçini iki günə qurtarsınlar. Q.İlkin. öhdəlik is. Mütləq yerinə yetirilməli olan iş; öhdəçilik. Üzərinə öhdəlik götürmək. Öhdəlik şərəflə yerinə yetirildi. öhö (=öhö-öhö) təql. Öskürərkən çıxan səs. öhö-öhö (=öhö) təql. Öskürərkən çıxan səs. ökcə is. Ayaqqabı altının topuq altına düşən hündür hissəsi; daban. öksüz is.\n1. Yetim. Ta uşaqlıqdan öksüz qalmış Gülzar öz kor anası ilə yoxsul qardaşı Aslanın himayəsində yaşayırdı. C.Cabbarlı. // məc. Kimsəsiz, baxımsız. Öksüz uşaq.\n2. məc. Uğursuz, bədbəxt, talesiz. Əsrinin öksüzüdür dahilər. H.Cavid. Öksüz taleyimtək gecikdin nədən? Karvanqıran doğdu, görünmədin sən. C.Cabbarlı. öksüzlük is. Yetimlik. // Kimsəsizlik. Baxdım ki, sürünməyin sonu yoxdur, buraxdım; Qapadım bir məzara öksüzlüyün daşını. A.İldırım. öküz is.\n1. İş heyvanı kimi istifadə edilən buğa. Təpəl öküz. Öküzləri arabaya qoşmaq. – ..Kiçik çobanlar öküzlərə minib, malları evə sarı qovurdular. H.Nəzərli. Güneyləri şumlamaq üçün kotana öküz qoşurdular. B.Bayramov.\n2. məc. Çox yekə, nahamar, zorba adam haqqında. // məc. Qaba, kobud, qanmaz adam haqqında. ‣ Öküzün böyüyü pəyədədir zar. – işin çətini hələ daldadır, cəncəl hələ qurtarmayıb. [Sara bibi:] Hələ öküzün böyüyü pəyədədir. Qantəmir. öküzgözü is. bot. Sarı çiçəkləri təbabətdə işlədilən ot bitkisi. öküzlük is. Yekəlik, nahamarlıq, zorbalıq (adam haqqında). // məc. Qabalıq, kobudluq, qanmazlıq. ölçdürmə “Ölçdürmək”dən f.is. ölçdürmək icb. Ölçməyə məcbur etmək, yaxud xahiş edərək ölçmə işi gördürmək. ölçmə “Ölçmək”dən f.is. ölçmək f.\n1. Bir şeyin ölçüsünü, miqdarını qəbul olunmuş vahidlər əsasında müəyyən etmək, müəyyənləşdirmək. Südü ölçmək. Parçanı ölçmək. Otağın kvadraturasını ölçmək. Qızdırmasını ölçmək. – İstisini ölçüb dərhal; Ana deyir: – Dincəl bir az. M.Dilbazi.\n2. Mülahizə etmək, çıxış etmək, müqayisə etmək, tutuşdurmaq. Hər şeyi öz düşüncəsi ilə ölçmək.\n3. məc. dan. Vurmaq, gopamaq, çəkmək, ilişdirmək. Suyun gah soyuq və gah istiliyindən narazı olaraq [Məşədi Qulam] yaş əllərilə Cavahirin başına ölçərdi. T.Ş.Simurq.\n4. bax. ölçüb-biçmək 2-ci mənada. Sözünü ölç. Hərəkətlərini ölç. ‣ Əllərini ölçmək – bax. əl. Yüz ölç, bir biç – “bir iş görərkən qabaqca yaxşı-yaxşı, hərtərəfli fikirləş” mənasında ifadə. Küçələri ölçmək – avara-avara gəzmək, veyil-veyil gəzmək, veyillənmək. Öz arşını ilə ölçmək – bir adam və ya şey haqqında öz şəxsi baxımından, birtərəfli mühakimə yürütmək. ölçü is.\n1. Hər hansı bir şeyi ölçmək üçün qəbul edilmiş vahid. Uzunluq ölçüsü. Həcm ölçüsü.\n2. məc. Bir şəxsə, ya şeyə qiymət vermək, müqayisə etmək üçün əsas götürülən şey. ..Bu dünyada hər hansı qiymətin ölçüsü zəhmətdir. S.Rəhimov.\n3. Hər hansı bir şeyin müəyyən vahidlər əsasında təyin edilən böyüklüyü, kiçikliyi, biçimi, həcmi, dərəcəsi. Qızların hamısının libası bir qiymətdə, bir əndazədə və bir ölçüdə idi. M.S.Ordubadi. Buruqların dörd tərəfində müxtəlif ölçüdə neftli, mazutlu borular, dəmir və taxta parçaları gözə dəyirdi. M.İbrahimov. // Hüdud, hədd, sərhəd, çərçivə. Xüsusən gəncliyin arzuları göylərdəki ulduzlar qədər sayılmaz və ölçüyə yerləşməzdir. M.S.Ordubadi. Zaman və məkan yenidən öz həqiqi ölçüsünə qayıdırdı. Ə.Məmmədxanlı.\n4. Ölçmə işi; ölçmə. Sahədə ölçü işləri aparılır.\n5. bax. vəzn 2-ci mənada. Şerin ölçüsü.\n6. məc. dan. Əhatə dairəsi, görüş dairəsi. [Şirzad Rüstəmə:] Sən dar düşünürsən, ölçün balacadır. M.İbrahimov. ‣ Ölçü götürmək – tədbir görmək. Əvvəlcə Müqim bəy əla dərəcəli meyvəcatın Şuşa qalasına göndərilməsi üçün ölçü götürdü. S.Rəhimov. Tərlanov, Teymur Cahangirov haqqında ölçü götürəcəyinə söz verdi. H.Seyidbəyli. Ölçüyə gəlməmək – çox böyük, həddən artıq yekə, ölçülə bilməyən şey haqqında. Din ilə ucalır ruhumuz göyə; Göylər bir qiyasa, ölçüyə gəlməz. B.Vahabzadə. ölçü-biçi bax. ölçü 1 və 3-cü mənalarda. Kənd əhalisi isə uzun illər boyu müxtəlif ölçü-biçidə olan damlarda və qazmalarda yaşayırdı. S.Rəhimov. ‣ Ölçü-biçi bilməmək – 1) nə etdiyini, nə dediyini bilməmək, hədd-hüdud bilməmək, həddini aşmaq. Hərəkətlərində ölçü-biçi bilməmək. – Bilməyir heç bu ağız ölçü-biçi; Hey ötür, sanki sınıb bəndi, piçi. Ə.Nəzmi; 2) ölçüyə gəlməmək, ölçüsü olmamaq, həddihüdudu olmamaq. İnsan xəyalının ölçü-biçi bilməyən sürəti [Həcəri] götürdü. S.Rəhimov. ölçüb-biçmə “Ölçüb-biçmək”dən f.is. ölçüb-biçmək f.\n1. Tikiləcək paltarın və s.-nin ölçüsünü götürmək və bu ölçüyə əsasən parçasını kəsmək.\n2. məc. Götür-qoy etmək, hərtərəfli fikirləşmək. Ölçüb-biçib nəticə çıxarmaq. – [Gözəl] düşünməli, ölçüb-biçməli, cavab verməli idi. Ə.Vəliyev. Hidayət, kişinin bu vəziyyətində ona verəcəyi cavabı ölçüb-biçmədi. B.Bayramov. ölçücü is. xüs. Ölçən, bir şeyin ölçüsünü müəyyən edən cihaz, alət və s. // Sif. mənasında. Ölçücü cihazlar. ölçülmə “Ölçülmək”dən f.is. Taxılın ölçülməsi. Sahənin ölçülməsi. Paltarın ölçülməsi. ölçülmək “Ölçmək”dən məch. İnsanın qiyməti onun qabiliyyəti və əxlaqı ilə ölçülür. – Vəzni, dərəcəsi hər bir hörmətin; Zəhmətlə ölçülür vətənimizdə. B.Vahabzadə. ölçülməz bax. ölçüyəgəlməz. ölçülməzlik bax. ölçüyəgəlməzlik. ölçülü sif. Ölçüsü olan. ölçülüb-biçilmə “Ölçülüb-biçilmək”dən f.is. ölçülüb-biçilmək məch. Hərtərəfli düşünülmək, götür-qoy edilmək. ölçülüb-biçilmiş f.sif. Hərtərəfli düşünülmüş, hərtərəfli düşünüldükdən sonra qəbul edilmiş. Ölçülüb-biçilmiş qərar. ölçüsüz sif. Ölçüsü olmayan; çox böyük, geniş, ölçüyəgəlməz. Həyat ona nə böyük; Nə ölçüsüz (z.) görünür; Birdən qapıda əziz; Mehriban üz görünür. R.Rza. • Ölçüsüz corab – müəyyən ölçüsü olmayıb hər bir ayağa gələn elastik corab. ölçüsüz-biçimsiz zərf Ölçüb-biçmədən, götür-qoy etmədən, fikirləşmədən. [Hacı Əliqulu] ölçüsüz-biçimsiz söz danışan adam deyil. Qantəmir. ölçüsüzlük is. Ölçüsü olmama; çox böyüklük, ölçüyəgəlməzlik. ölçüyəgəlməz sif. Heç bir ölçü ilə ölçülə bilməyən; çox böyük, saysız-hesabsız, çox yekə, ucsuz-bucaqsız. Ölçüyəgəlməz miqdar. Ölçüyəgəlməz sahə. ölçüyəgəlməzlik is. Heç bir ölçü ilə ölçülə bilməmə; son dərəcə çoxluq, böyüklük, irilik, ölçülməzlik. öldü-qaldı is. Başına gələn hadisə; tale, aqibət. [Hacı Murad:] ..Öldü-qaldısından da xəbərim yoxdur. S.S.Axundov. ..Alagözün öldü-qaldısından xanıma səhih bir xəbər gətirə bilmirdi. S.Rəhimov. öldürmə “Öldürmək”dən f.is. öldürmək f.\n1. Cismən məhv etmək, həyatdan məhrum etmək, ölümünə səbəb olmaq; qətl etmək. ..[Mələyin] sevimli nişanlısını .. gecə oğurluqda öldürmüşdülər. A.Divanbəyoğlu.\n2. məc. Çox yormaq, çox üzmək, əziyyət vermək, əldən salmaq, incitmək, çox əzab və cəfa vermək. Bu yol lap məni öldürdü. Tər məni öldürdü.\n3. məc. Mənən sarsıtmaq, tamamilə ruhdan salmaq, çox ağır təsir etmək. Bu acı xəbər bizi öldürdü. Bir kəlmə söz onu öldürdü. Onun fikri məni öldürür.\n4. Puça çıxarmaq, puç eləmək, boş yerə sərf etmək; itirmək. Vaxtını öldürmək. – Sənət yaxşı şeydir. Sənət sahibi vaxtını boş öldürməz. Ə.Sadıq.\n5. Öldürsən də, öldürsəniz də, öldürsələr də, öldürsəydin də və i.a. şəklində – əsla, qətiyyən, heç bir vəchlə. Öldürsən də deməyəcəyəm. Öldürsələr də gedən deyiləm. – ..Bir müsəlman ki, bir rus məclisinə düşərdi, öldürsəydin də bir qətrə də içki dilinə vurmazdı. C.Məmmədquluzadə.\n6. Bir sıra isimlərdən sonra gələrək, müxtəlif tərkib və ifadələr düzəldilir; məs.: özünü öldürmək, nəfsini öldürmək, ruhunu öldürmək. ‣ Ölüb-öldürməyə çıxmaq – ölümlə nəticələnə bilən davaya başlamaq, bir-birini öldürmək dərəcəsinə gəlmək. Olmadılar razı onu bölməyə; Çıxdı iş axır ölüb-öldürməyə. A.Səhhət. öldürtmə “Öldürtmək”dən f.is. öldürtmək icb. Öldürülməsinə səbəb və ya vasitə olmaq, başqasının əli ilə öldürmək. [Çopur:] Mən çox nahaq qanlara fitva verib adam öldürtmüşəm. S.Hüseyn. öldürücü sif.\n1. Ölümlə nəticələnə bilən, ya nəticələnən; məhvedici, yoxedici, həlakedici. Öldürücü zəhər. Günəş şüaları bakteriyalara öldürücü təsir göstərir.\n2. məc. Son dərəcə ağır; dözülməz, müdhiş. Öldürücü zərbə.\n3. məc. Kəskin, amansız. Öldürücü tənqid. Öldürücü söz. – “Molla Nəsrəddin”in gülüşü kəskin bir gülüş, öldürücü bir satira idi.. M.İbrahimov. Telli əllərini belinə qoyub dayandı, Səlimin üzünə öldürücü nəzərlə baxmağa başladı. S.Rəhman. öldürülmə “Öldürülmək”dən f.is. öldürülmək məch. Cismən məhv edilmək, yox edilmək, aradan qaldırılmaq, qətl edilmək. ölət is. köhn. Öldürücü xəstəlik epidemiyası. [Hacı Qara:] Heç kəs malın üzünə baxmır. Deyəsən, ölətdən qırılanların sovxasıdır. M.F.Axundzadə. // Söyüş məqamında. [Yasavul:] Bəs niyə öldürmədin o öləti? S.Rəhimov. öləzik sif. məh. Alovu azalmağa, sönməyə başlamış; sönmüş, közərmiş. öləzimə “Öləzimək”dən f.is. öləzimək f. məh. Alovu sönməyə, közərməyə başlamaq; işarmaq, közərmək. Karvansaranın bir tərəfində qalanmış ocaq gah yanır, gah öləziyirdi. Ə.Vəliyev. // Zəifləmək, azalmaq (işıq haqqında). Mənzilə ölgün bir işıq süzülür, yavaş-yavaş öləziyirdi. Ə.Vəliyev. Get-gedə ocaq öləziyir, sazaq güclənir, ara vermiş qar indi qum kimi ələnirdi. B.Bayramov. ölgün sif. Canlılığı, təzəliyi, təravəti qalmamış; düşkün, solğun. İyirmi beş bahar görmüş bu adam altmış xəzan keçirmiş qoca kimi yorğun, xəstəhal və ölgün (z.) görünürdü. A.Şaiq. Aynada [Züleyxanın] sifəti çox ölgün (z.) görünürdü. S.Rəhimov. // məc. Cansız, ölmüş kimi görünən. Bir saat əvvəl səssizlikdən ölgün kimi görünən təbiət birdən-birə canlanır. A.Şaiq. // məc. Zəif, solğun, sönük. Kiçik bir lampanın ziyası evə xəstə və ölgün bir işıq nəşr edirdi. S.Hüseyn. Yolun kənarlarında qazma daxmalardan ölgün çıraq işığı gəlir, qapılarda ucadan itlər hürüşürdü. M.Hüseyn. ölgünləşmə “Ölgünləşmək”dən f.is. ölgünləşmək f. Ölgün hala gəlmək, ölgün kimi görünmək. Divardakı əcaib şəkillər Məşuqənin gözlərində ölgünləşirdi. S.Rəhimov. Yay günəşinin istisindən ölgünləşib, başını aşağı dikmiş yarpaqlar indicə tərpənib həzin-həzin səslənirdi. B.Bayramov. ölgünlük is.\n1. Ölgün şeyin halı.\n2. məc. Fəaliyyətsizlik, durğunluq, həyat əsərinin olmadığı hal. Şəhərin ölgünlüyünə baxmayaraq, yalnız bu zavod canlıdır. H.Nəzərli. ölkə is.\n1. Məmləkət, diyar; yer, ərazi. İsti ölkələr. Mərkəzi Afrikadakı ölkələr. Ölkə bütün dağlıqdır. – Var isticə ölkələr; Qışda bizə xoş gələr. A.Səhhət. [Vaqif:] Nadir ölkədə sağ yer qoymadı, hər yer xarabaya döndü. Çəmənzəminli.\n2. Bir dövlətin idarəsi altında olan yerlər; dövlət. Qonşu ölkələr. Xalq demokratiyası ölkələri. Yaxın Şərq ölkələri. Xarici ölkələrlə dostluq əlaqəsi.\n3. Tərkibində muxtar vilayət olan böyük inzibati-ərazi bölgü. Krasnodar ölkəsi. Primorsk ölkəsi. ölkədaş is. Bir ölkənin vətəndaşı olan adamlardan hər biri. ölkəşünas is. Ölkəşünaslıq mütəxəssisi. Ölkəşünasların qurultayı. ölkəşünaslıq is. Hər hansı bir ölkənin və ya onun müəyyən yerinin, rayonunun təbiəti, tarixi, iqtisadiyyatı və s. haqqındakı biliklərin məcmusu. Ölkəşünaslıq muzeyi. ölmə “Ölmək”dən f.is. ölmə-diril zərf dan. Zorla-güclə, gücbəla ilə, əziyyətlə, zillətlə, çətinliklə. Ölmədiril yaşamaq. – Payızı və qışı ölmə-diril başa vurmuş kəndlilər yazın gəlməsini dördgözlə gözləyirdilər. Ə.Vəliyev. ölmək f.\n1. Həyatı tərk etmək, vəfat etmək; keçinmək. ..Evin kişisi bir neçə il bundan qabaq ölmüşdür. C.Məmmədquluzadə. Bir gün qoca bağban xəstələnib öldü. M.Hüseyn. // Qırılmaq, tələf olmaq, məhv olmaq (heyvanlar haqqında). Qışda xeyli mal-qara öldü. // Tələf olmaq, məhv olmaq (ağac, ot və s. haqqında). Şaxtadan güllər öldü. – Çiçəyi soluxub, otu öləndə; Qaçardı üstündən quşu, heyvanı. H.K.Sanılı.\n2. məc. dan. Çox arzu etmək, can atmaq, çox istəmək, həsrətində olmaq. Oxumaq üçün ölür.\n3. məc. Özündən qabaq gələn sözün ifadə etdiyi şeyin şiddətini, təsirini bildirir. Sancıdan ölmək. Acından ölmək. Gülməkdən ölmək.\n4. Mən ölüm şəklində dan. – bir şeyi təkidli xahiş məqamında işlənir. Mən ölüm, tez gəl. Mən ölüm, bu işə qarışma. // Sən öl, sən öləsən, siz öləsiniz şəklində dan. – bir şeyə inandırmaq üçün işlənir: canın (canınız) üçün. [Məşədi İbad:] A kişi, sən öl, mən sənə; Nə qədər desən pul verərəm. Ü.Hacıbəyov. [Ata:] Siz öləsiniz, Arazda da heç belə nərilti olmazdı. S.Rəhimov. // ...ölsün – and içmək, inandırmaq məqamında işlənir. [Hacı Qara:] Oğlum ölsün ki, dəxi kisədə tənbəki yoxdur. M.F.Axundzadə. [Səfi:] Bu canım ölsün ki, bularda bir kələk var, gedim görüm nə danışırlar. Ü.Hacıbəyov. ölə-ölə zərf Güc-bəla ilə, zorla, çətinliklə, əziyyətlə. [Qurban:] Hər gün ölə-ölə gəl, ölə-ölə qayıt, belin olsun yağır. Ə.Haqverdiyev. Bu tövr ilə Fərhad ölə-ölə məktəbi tamam etdi. C.Cabbarlı. ölməli sif. dan. Ölməsi lazım olan; yaşamağa layiq olmayan, cəmiyyət üçün heç bir faydası olmayan. Mən hamayıl deyiləm; Ağlı zayıl deyiləm; Qoy ölsün ölməlilər; Sənə qayil deyiləm. (Bayatı). [Birisi:] Allah [Hacı Aslana] rəhmət eləsin, ölməli kişi deyildi. S.Hüseyn. ölməz sif.\n1. Həmişə yaşayan, heç bir vaxt ölməyən, yox olmayan; əbədi, həmişəlik. Xalq ölməzdir. – [Rizvan:] Ürəyimdə ölməz bir məhəbbət ilə ölümə gedirəm. Ə.Haqverdiyev. [Şiraslan düşünürdü:] Ölməz bir dastan yazmaq da qəhrəmanlıq kimi bir hünərdir. S.Rəhimov.\n2. məc. Hər hansı bir məziyyətinə görə xalqın xatirəsindən silinməyən, unudulmayan; unudulmaz. Ölməz sənətkar. Ölməz ad qoyub getmək. – Səndəki gözəllik ölməz sənətdir; İnsanlar sənətə gəlir səcdəyə. N.Rəfibəyli. ölməzlik is. Heç bir zaman ölməyib yaşama; ölümsüzlük, əbədilik. ..Xalqımız ölməzliyini böyük mübarizələrdə təcrübədən keçirdi. M.S.Ordubadi. Əbədiyyət və ölməzlik xalqdadır və xalqdandır. M.İbrahimov. ölmüş f.sif.\n1. Həyatı tərk etmiş, vəfat etmiş, keçinmiş. Bu səslər kimin isə, ölmüş bir adamın minacatını çəkirdi. Mir Cəlal. // İs. mənasında (adətən cəm şəklində). Ölü. Ölmüşlər və dirilər. – Belə ölmüşlərə fəda dirimiz. S.Ə.Şirvani. Könül var ki, vulkan kimi alov saçar hər yana; Həq söyləyən ilhamları ölmüşlərə can verər... H.Cavid.\n2. Nəvazişlə məzəmmət məqamında işlənir. [Bəy:] Ay ölmüş, nökər olanda nə olar, dedik bir söz danış, söz olsun. Mir Cəlal. // Eyni mənada körpə uşaq və ya heyvan haqqında. [Nərgiz] toppuşu göstərib tövşüyətövşüyə dedi: – Ölmüş gör necə qəşəngdir, ana! Ə.Məmmədxanlı. ölü 1. sif. Ölmüş, həyatı tərk etmiş, cansız (diri ziddi). // is. Ölmüş adam, meyit, cənazə. Ölülər və dirilər. Ölünü yarmaq. Ölünü basdırmaq. – [Nazlı:] Ana, deyirlər bu gələn qonağımız ölüləri dirildir. C.Məmmədquluzadə.\n2. sif. Gəbərmiş, canı çıxmış (heyvan haqqında). Ölü toyuq. Ölü pişik. // is. Ölmüş heyvan cəsədi; cəmdək. İt ölüsü. Qoyun ölüsü.\n3. sif. Qurumuş, solmuş, solğun, cansız (bitki haqqında). Ölü ağac. Ölü ot.\n4. sif. Cansız, həyat əlamətindən məhrum. Ölü çöl. Ölü şəhər.\n5. is. məc. Heç bir şeyə qabil olmayan, bacarıqsız, atil adam haqqında. Ölünün biridir.\n6. sif. məc. Durğun, ətalətli, fəaliyyətsiz, təsirsiz, çox zəif, cansız. ..Həmin bu zamanda Qafqaz türklərinin mətbuatı ölü, bəlkə yox bir halda idi. C.Məmmədquluzadə. ‣ Ölü dil – mövcud olmayan, lakin ancaq yazılı abidələrdən məlum olan qədim dil. Çiçəklərin; Böcəklərin; Küləklərin; Fələklərin; Adlarını yazır alim; Ölü dildə. B.Vahabzadə. Ölü düşmək – yorğunluq və s. nəticəsində hərəkətdən qalmaq, hərəkət edə bilməmək. Yorğunluqdan ölü düşmək. – Almazı o qədər vurdular ki, ölü düşdü. S.Rəhimov. Ölü rəngi – meyit rəngi, rəngi qaçmış, qanı qaçmış, saralmış. [Yasəmən və Qaraca qız] bihuş qalıb yerə sərilmişdilər, üzlərinin rəngi ölü rəngi kimi idi. S.S.Axundov. Qocanın sifəti ölü rənginə çalırdı. M.Hüseyn. Ölünü (yerdən) götürmək – ölünü dəfn etmək üçün qaldırıb aparmaq. Ölünü saat beşdə yerdən götürəcəklər. Ölü yesə dirilər – çox dadlı, cana xeyirli şey haqqında. Kababxanaya gələn müştərilər birdən duyuq düşdülər ki, a kişilər, bu Namaz elə piti bişirir, yeməknən doymaq olmur.. Namazın qoyduğu pitini ölü yesə dirilər. İ.Məlikzadə. Ölü nöqtədə – eyni vəziyyətdə, hərəkətsiz. ölüb-dirilmə “Ölüb-dirilmək”dən f.is. ölüb-dirilmək f. Bir işi görüncə çox əziyyət çəkmək, həddən artıq əzab və məşəqqət çəkməli olmaq, yaxud təhlükə keçirmək. ölüb-itən sif. və is. Ölən, məhv olan, aradan çıxan, sıradan çıxan. Hamısı sağ-salamatdır, ölüb-itən yoxdur. – Körpə quzuların, xırda beçənin; Yoxdur ki, son zaman ölüb-itəni? H.K.Sanılı. [Dilən:] Yox, – dedi, – gərək ölüb-itən olmasın. Mir Cəlal. ölüb-öldürmə “Ölüb-öldürmək”dən f.is. ölüb-öldürmək f. Bir-birini öldürməyə qalxışmaq, bir-birini öldürmək, vuruşmaq, qanlıbıçağa çıxmaq. Olmadılar razı onu bölməyə; Çıxdı iş axır ölüb-öldürməyə. A.Səhhət. Çox zaman bu dava ölüb-öldürməyə və ədavətə də çatardı. H.Sarabski. ölüxana is. Xəstəxanalarda və s.-də meyitlərin saxlandığı yer, bina; morq. ölüksünmə “Ölüksünmək”dən f.is. ölüksünmək bax. ölüşkəmək. ölüm is.\n1. biol. Orqanizmin həyat fəaliyyətinin həmişəlik dayanması və onun məhv olması, orqanizmdə və ya onun bir hissəsində maddələr mübadiləsinin dayanması, kəsilməsi. Fizioloji ölüm. Hüceyrənin ölümü. Bitkinin ölümü.\n2. İnsan və ya heyvanın həyatının sona çatması; ömrün nəhayəti; vəfat, ölmə. Naqafil ölüm. Vaxtsız ölüm. – Dünyada elə sular var ki, insanı ölümdən qurtarır.. C.Məmmədquluzadə. Güllü özünə ölüm arzuladı. Ə.Vəliyev. // Ölmə, ölmək vaxtı. Kərimxan insanın oturub dəqiqələri sayasaya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. M.İbrahimov. • Ölüm ayağında – ölmək, ya öldürülmək üzrə olma; ölərkən, ya öldürülərkən; ölüm qarşısında. Əbdülkərimi gətirib dar ağacının altında dayandırdılar. Heç bir baxan deməzdi ki, bu adam ölüm ayağındadır. Ə.Haqverdiyev. // məc. Bir şeyin sonu, məhvi. Kapitalizmin ölümü.\n3. Edam cəzası. Ölümə məhkum etmək.\n4. məc. Məhv olmaq təhlükəsi, dəhşətli fəlakət. Demək, biz şəhərimizi ölümdən qurtardıq. M.Hüseyn. ‣ Ölüm yuxusu – çox bərk yuxu. Çulğamışdı hər tərəfi dumanlıq; Aləm ölüm yuxusuna batmışdı. A.Səhhət. Ölüm rəngi – bax. ölü rəngi (“ölü”də). Kişinin sifətindən ölüm rəngi çətin-çətin çəkilirdi. B.Bayramov. Ölüm sükutu – son dərəcə sakitlik, tam sükut. Həbsxananı bir neçə saniyə ölüm sükutu bürüdü. H.Nəzərli. Ortalığı ölüm sükutu qaplamışdı. M.Hüseyn. Ölümə vermək – bada vermək, məhvinə səbəb olmaq, fəlakətə sürükləmək. Ata oğlunu ölümə verməyəcəkdir. S.Rəhimov. Ölümü gözünün altına almaq – ölə biləcəyini nəzərə alaraq qorxmamaq. Nə ölümü var? – nəyinə lazımdır? nə işi var? nəyinə gərək? [Ata:] Onun bu vaxt şəhərdə nə ölümü var? M.Hüseyn. Bu vaxt [qızın] küçədə nə ölümü var idi? H.Seyidbəyli. ölümcül sif.\n1. Ölümlə nəticələnə bilən, ya nəticələnən, ölümə səbəb olan. Ölümcül yara. – [Mirzə Cəmil:] [Qönçənin] anası ölümcül naxoşdur, yanında qalıb keşiyini çəkir. Ə.Vəliyev. // Can verməkdə olan, ölmək üzrə olan. [Ananın] ürəyi Bakıda ölümcül halda qoyub gəldiyi Əjdərin .. yanında idi. S.Rəhman.\n2. məc. Son dərəcə yorulmuş, yarımcan, haldan düşmüş. Ölümcül halda evə çatmaq. – [Kazım] qan-tər içində və ürək döyüntüsü ilə mənzilə çatar, ölümcül yorğun olsa da ata qulluq etməyə başlardı. Mir Cəlal. ölümcüllük is. Ölümcül vəziyyətdə olan adamın, ya heyvanın halı. ölüm-dirim ölüm-dirim məsələsi – çox vacib, son dərəcə mühüm, təxirəsalınmaz məsələ. [Əsgər:] Bizim millət bu hadisələrin ölüm-dirim məsələsi olduğunu anlamır. M.S.Ordubadi. Başmaq məsələsi [molla] üçün ölüm-dirim məsələsinə çevrilmişdi. Mir Cəlal. Ölüm-dirim döyüşü (vuruşu, savaşı, mübarizəsi və s.) – ölməkdən, yox olmaqdan, məhv olmaqdan qurtarmaq üçün aparılan döyüş (vuruşma, savaş, mübarizə və s.). Cəngavərlər sinələrini sipər edib ağ gün uğrunda ölüm-dirim döyüşlərinə atılırlar. S.Rəhimov. Elə bil iki böyük dəstə nərə çəkib bir-birilə ölüm-dirim vuruşuna girmişdi. M.Hüseyn. Böyük bir cəbhədə ölüm-dirim mübarizəsi getdikcə qızışır. M.İbrahimov. ölüm-itim is. Ölüm, fani, yoxluq. [Hacı Murad:] Dünya ölüm-itimdir.. S.S.Axundov. Badə qaldır, eşq adına içək gəl; Ömür gödək, dünya ölüm-itimdir. R.Rza. ölümqabağı sif. və zərf Ölümdən bir az əvvəl, ölməyinə az qalmış. Ölümqabağı vəsiyyət. ölümsüzlük bax. əbədiyyət. Bizdə, bilən bilir, bu səslər ən çox; Oyadır eşqini ölümsüzlüyün. M.Müşfiq. ölüm-zülüm zərf Çox çətinliklə, gücbəla ilə. Ölüm-zülüm işi qurtarmaq. – [Yolçular] ölüm-zülüm kəndin içindən çıxıb, gecə yarısı Usta şəyirdi dediyimiz yerə çatardılar. H.Sarabski. Ağazal ölüm-zülüm gəlib onuncu sinfə çıxmışdı. Ə.Əbülhəsən. ölüncə zərf\n1. Çox bərk, çox şiddətli, amansızcasına. Ölüncə döymək. – [Pərviz xan:] Doğrusunu de, yoxsa səni soyundurub bədəninə ölüncə çubuq vurduracağam. Ə.Haqverdiyev.\n2. Ölənə qədər. Ölüncə gözləmək. – İyid odu namusunu atmasın; Dost ölüncə dosta yalan satmasın. Aşıq Ələsgər. Hər zaman söylənib atan deyərdi: “Arvad tayfasıyla yoxam ölüncə!” M.Müşfiq.\n3. məc. Hədsiz dərəcədə, hədd bilmədən. Ölüncə yemək. ölüş is. Ölüm. Xəstə olsam, Əsli gəlməz üstümə; Qərib-qərib ölüşümə nə dersiz? “Əsli və Kərəm”. ölüşkəmə “Ölüşkəmək”dən f.is. ölüşkəmək f. Solmaq, saralmaq, solub-saralmaq, büzüşmək. Kirpikləri birbirinə qarışıb, bütün vücudu ölüşkəmiş və əndamı quru alma kimi büzüşmüşdü. M.S.Ordubadi. ölüvay sif. Əlindən iş gəlməyən; atil, bacarıqsız, aciz, key. [Pərini indi Teyyibə] ölüvay hesab eləyir, üstünə ayaq alırdı. M.Hüseyn. // İs. mənasında. Ölü-vayın biridir. – [Heybət:] Görürsən də, Xəlil dayı? Saatlılar məni ölüvayların cərgəsinə yazmışdılar. M.Hüseyn. ölüvaylıq is. Ölüvay adamın halı; bacarıqsızlıq, acizlik, keylik, atillik. ölüyuyan is. Müsəlmanlarda: meyit yumaqla məşğul olan adam; mürdəşir. ömür is. [ər.]\n1. İnsan, heyvan və ya bitkinin doğuluşundan ölümünə qədərki fizioloji vəziyyəti; həyat. Ömürdür, biri az yaşayır, o biri çox yaşayır. T.Ş.Simurq. Hayıf ömür qısa, arzu genişdir; Kim bu qayğı ilə titrəməmişdir. M.Müşfiq. • Ömür yoldaşı – arvad, zövcə, həyat yoldaşı. Ağlını başına vursun, görsün ki, tapdığı adam onunla ömür yoldaşı olacaqmı? Mir Cəlal.\n2. Ömrümdə, ömründə şəklində – heç bir zaman, heç vaxt, qətiyyən. Ömründə gəlməyib doğru dilinə. Q.Zakir. [Naşad] ömründə bu qədər sərt və dikbaş bir qadın görməmişdi. S.Hüseyn.\n3. Ömrüm-günüm şəklində – nəvazişlə, mehribanlıqla müraciət. [Qadın Tahirə:] Bəs mənim balamı niyə gətirmədin, ömrümgünüm? M.Hüseyn. ‣ Ömür (ömrü) bada getmək – ömrün hədər keçdiyinə təəssüf bildirir. Könül verdim hər bivəfa yadlara; Hayıf oldu, ömür getdi badlara. M.V.Vidadi. Ömür keçirmək (sürmək) – yaxşı və rahat yaşamaq; ümumiyyətlə, yaşamaq, həyat sürmək. Sür ömrünü, çək ləzzətini, can ələ düşməz. Ə.Qəmküsar. İkisi də əl-ələ verib, şad və xürrəm diriliyin geniş bağında ömür sürürdülər. Çəmənzəminli. Telli .. dörd il bundan əvvəl İslamın evinə gəlmiş, yalnız iki ilini bəxtiyar bir gəlin kimi ömür sürmüşdü. S.Hüseyn. Ömür vermək – həyat vermək, can vermək, yaşatmaq. Donbas bizə kömür verir; Ocaqlara ömür verir. M.Müşfiq. Ömür (ömrü) yarıdan keçmək – ömrün keçməsinə təəssüf bildirir. Baş ağardı, ömür keçdi yarıdan; Qurtarmadım hərgiz ahü zarıdan. Q.Zakir. Ömrü uzanmaq – daha çox yaşamaq, ömrü uzun olmaq. Bülbülün səsi kimi; Qaynayır incə səsin; Sanki ömrüm uzanır; Uzandıqca nəfəsin. Ə.Cavad. Ömrü vəfa etməmək – az ömür sürüb arzusuna, ümidinə yetişməmək, istədiyini, gözlədiyini görməmək, nəsib olmamaq. Ömrüm (ömrün, ömrü...) boyu (uzunu) – 1) həmişə, daima, bütün həyatım (həyatın, həyatı) boyunca. Ömrüm boyunca sənə minnətdaram. Ömrü boyunca işləyib; 2) heç bir zaman, heç bir vaxt. Ömrüm boyu unutmaram. Ömründə bir gün görməmək – ömrü boyu əzab-əziyyət çəkmək, xoş gün görməmək. [Balaş:] Yazıq nə hala düşmüş, necə də saralmış, solmuş, [Sevil] ömründə bir gün görməmiş(dir). C.Cabbarlı. Ömrün (ömrünüz) uzun olsun! – xeyir-dua, təşəkkür məqamında işlədilir. [Mirzə Səfər:] Ağa, məsləhətiniz çox gözəldir, ömrünüz uzun olsun, siz həmişə mənim uşaqlarımın qeydinə qalıbsınız. Ə.Haqverdiyev. Ömrünü çürütmək – uzun zaman vaxtını boş keçirmək. [Gəray bəy Cəlala:] Oğul, mən bilirəm, sevdaya düşən; İnsanlar ömrünü çürüdür bəzən.. S.Vurğun. Ömrünü sənə (sizə və s.) bağışladı – öldü, canı çıxdı. ömürbillah zərf [ər.]\n1. İndiyə qədər, heç bir vaxt. Ömürbillah belə şey olmayıb.\n2. Bütün ömrü boyu; həmişə, həmişəlik, daimi. Ömürbillah əl çəkmək. Ömürbillah incimək. ömürlü sif. Uzun ömür sürən, ya sürmüş. Ömürlü adam. ömürlük sif. Ömrünün axırına qədər davam edən, qüvvədə olan; həmişəlik. Ömürlük təqaüd. Ömürlük pasport. Ömürlük həbs cəzası. – Ömürlük yol yoldaşıdır; Doğrudan da bizə adət. S.Vurğun. Kosa .. özünü ömürlük kuryerlik vəzifəsindən azad olmuş sayırdı. S.Rəhimov. ömürsüz sif. Ömrü az olan, az yaşayan, ömrü uzun sürməyən. Ömürsüz ömürdən çox asılıyam; Gərəkdir söz deyəm, söz yastılayam. M.Araz. ömürsüzlük is. Ömrün az olması, az yaşama, az ömür sürmə. ön 1. bax. qabaq2 3, 4 və 6-cı mənalarda. Ön tərəf. Ön divar. Ön sıra.\n2. is. Üzə tərəf olan cəhət; qabaq. Evin önü. – [Zeynal] çox mütərəddid idi, öz qapısının önündə durub fikirləşməyə başladı. S.Hüseyn. • Göz önündə – göz qabağında, göz qarşısında. Cümlə maarif əhlinin haləti göz önündədir. M.Ə.Sabir. öncə zərf\n1. Qabaqca, əvvəlcə, birinci olaraq. Öncə ona söz verdilər. – [2-ci kor:] Nə öncə öylə səadət, nə böylə zillət olaydı. H.Cavid. // Qabaqda, irəlidə, öndə. Öncə kim gedəcək?\n2. Vaxtında, qabaqcadan. Tədbiri öncə görmək lazımdır. öncədən zərf Qabaqcadan, irəlicədən, əvvəlcədən, öncə. [Sirat] işin .. bitib-bitməyəcəyini öncədən bilmək istəyirdi. Ə.Əbülhəsən. öncül is. və sif.\n1. Qabaqcıl. ..Qəhrəman istəyir balaca Sabir .. öncül adamlardan olsun. S.Rəhimov. Lakin Qüdrət heç şübhə etmirdi ki, Aslanov yoldaş onun adını daha geridə qalanlar sırasında deyil, öncüllər sırasında çəkəcək. M.Hüseyn.\n2. Başçı, öndə gedən, qabaqda gedən, başçılıq edən. Öncülünü itirmiş durna dəstəsini andıran bu qız dəstəsinin səsi meşəyə düşür, ağacların arası ilə uzana-uzana gedirdi. Ə.Vəliyev. öncüllük is. Qabaqcıllıq. önçü dan. bax. öncül 1-ci mənada. Önçü qız. önçülük dan. bax. öncüllük. öndər is. Rəhbər, başçı. Mənim öz ulduzumu bağrına basmış hilalım; Dedi öndər: “Yönü bayraqdakı üç rəngdən alım”. B.Vahabzadə. önəm is. Əhəmiyyət, diqqət, fayda, xeyir. önlük is. İş görəndə paltar çirklənməsin deyə üstdən taxılan geyim; döşlük. Ballı .. göz yaşlarını önlüyünün ətəyi ilə qurudurdu. A.Şaiq. // Balaca uşaqlar üçün müşəmbə və ya parçadan tikilən döşlük. önlüklü sif. Önlük geymiş, önlük taxmış; döşlüklü. Önlüklü uşaq. – Biləklər çirməkli, döşlər önlüklü; Hamısı torbalı, hamısı yüklü. S.Vurğun. öpdürmə “Öpdürmək”dən f.is. öpdürmək icb. Öpməyə məcbur etmək, təhrik etmək, ya icazə vermək. öpmə “Öpmək”dən f.is. öpmək f.\n1. Sevgi, dostluq, sevinc əlaməti olaraq, yaxud görüşdükdə və ya ayrıldıqda dodaqlarını birinə və ya bir şeyə toxundurmaq; busə etmək, busə almaq. Gözlərindən öpmək. – Səhər Sona çay vaxtı adət üzrə anasını öpdü. N.Nərimanov. Mehriban məhəbbətlə qarışıq bir həyəcanla Rəmziyyənin üzündən, dodaqlarından, gözlərindən öpməyə başladı. S.Hüseyn. // Obrazlı təşbehlərdə. Axar çaylar öpdü o gün; Atlıların ayağından. S.Vurğun. Məzarı öpdükcə hörmətlə rüzgar; Düşür çöhrəsinə ilıq damlalar. M.Rahim.\n2. məc. Toxunmaq, təmas etmək, dəymək. [Arslan bəy Maralın verdiyi çiçəyi alaraq:] ..Əllərinizi öpmüş olan bu munis gülə ömrüm olduqca pərəstiş edəcəyəm. H.Cavid. öpülmə “Öpülmək”dən f.is. öpülmək “Öpmək”dən məch. Dan yeri söküləndə; Zülf üzə töküləndə; Şeh düşmüş gülə bənzər; Ağ üzdən öpüləndə. (Bayatı). öpüş is. Öpmək işi, öpmək tərzi; öpmə, busə. Mehriban məhəbbət qarışıq bir həyəcanla Rəmziyyəni öpüşləri ilə sanki yemək istəyirdi. S.Hüseyn. Görürəm, öpüşür qoşa ulduzlar; Ancaq xəsis olur öpüşə qızlar. S.Vurğun. • Öpüş almaq – öpmək, busə etmək. Əzizinəm, al bundan; Yanaq bundan, xal bundan; Şeytan vəsvəsə verir; Dur bir öpüş al bundan. (Bayatı). Öpüş göndərmək – əlini dodaqlarına aparıb, birinə tərəf işarə etməklə ona sevgi və qayğısını ifadə etmək. Öpüş vermək – öpülmək, busə edilmək. // Obrazlı təşbehlərdə. Ay işığı, gözəlliyin, qızlığın; Çiçəklərlə öpüşündən yarandın. Ə.Cavad. Şəfəqlər sökərkən öpüşlərindən; Yaranmış ağ, incə yanağın sənin. A.Şaiq. öpüşdürmə “Öpüşdürmək”dən f.is. öpüşdürmək icb. Məcburi və ya xahişlə bir-birini öpdürmək. Küsülüləri öpüşdürüb barışdırmaq. öpüşmə “Öpüşmək”dən f.is. öpüşmək qarş. Bir-birini öpmək. Qadınlar anamla öpüşür, söyləşir, gülüşürdülər. A.Şaiq. Dodaq-dodaqda öpüşdükcə xeyli söz verdin; Nə oldu, üz çevirib qaçdın aqibət məndən.. H.Cavid. // Obrazlı təşbehlərdə. Çayların ahəngi axır qanımda; Çiçəklər öpüşür hər dastanımda. S.Vurğun. ördək is. zool. Əti yeyilən vəhşi, ya əhli uzun boğazlı iri su quşu. ördəkburun is. zool. Sifəti ördək dimdiyi kimi enli, məməli heyvan (vətəni Avstraliya və Tasmaniyadır). örən is. Əkilməmiş sahə. örkən is. Minik heyvanlarının çulunu sarıyıb bərkitmək üçün başında doğanaq olan uzun ip; çatı. Örkən nə qədər uzun olsa, yenə də doğanaqdan keçər. (Ata. sözü). ‣ Örkən altına gətirmək – tabe etmək, ram etmək. [Yarməmməd:] Hörmətli sədrimizi lap örkən altına gətirəcəksiniz. M.İbrahimov. ...örkəninin üstünə odun yığmaq olmaz – etibarsız, inanıla bilməyən, bel bağlanılmaz adam haqqında. [Şahpəri Şahmara:] Bu sədrə çox da bel bağlama, onun örkəninin üstünə odun yığmaq olmaz. B.Bayramov. örkənli sif. Örkəni olan. örnək is. Nümunə, misal. [Elxan:] Biz hələlik vətənin yüksək dağlarına çəkiləcək, orada bütün bəşəriyyət üçün örnək ola biləcək bir ölkə düzəldəcəyik. C.Cabbarlı. ..Ziyalılarımız hər işdə əhaliyə örnək olduqları kimi, ailə quruluşunda, ailə həyatında da bir nümunə olmalıdır(lar). A.Şaiq. // Timsal. Qəlbim örnəyidir yanar bir dağın. M.Müşfiq. örnəklik is. Örnək, nümunə ola biləcək hər bir şey; nümunə. örpək is.\n1. Qadınların başlarına saldıqları iri ipək və ya başqa parçadan örtük, iri baş yaylığı. Şəhrəbanu xanım ərinin sağ böyründə çənəsini yaşmayıb, ağ örpək başında, həllaci, samit əyləşibdir. M.F.Axundzadə. [Mina] örpəyinin ucu ilə gözlərini sildi. Ə.Əbülhəsən.\n2. məc. Örtük mənasında. Dağlarının başı qardır; Ağ örpəyin buludlardır. S.Vurğun. örpəkli sif. Başına örpək örtmüş, başında örpək olan. Çəhrayı örpəkli bir gəlin ya da; Cavan bir qızsanmı, ey əlvan budaq? M.Dilbazi. örpəksiz sif. və zərf Örpəyi olmayan; başıaçıq. ört-basdır ört-basdır etmək (eləmək) – gizlətmək, üstünü malalamaq. [Gənc:] Öz tərəfdarlarının zəifliyini ört-basdır eləyən bir adam rəhbər ola bilərmi? M.Hüseyn. örtdürmə “Örtdürmək”dən f.is. örtdürmək icb. Örtmək işi gördürmək, örtməyə məcbur etmək. örtmə “Örtmək”dən f.is. örtmək f.\n1. Örtük salmaq, üzərinə bir şey salmaq. Kəlağayı örtmək. – Bu vaxt eşikdən Qulamxan səslənir: – Durun, başınızı örtün. M.S.Ordubadi. // Üzərinə bir şey çəkib görünməz etmək. Qızın başında çadrası olardı, lakin üzünü örtməzdi. R.Əfəndiyev. Hüsnünü örtməsin nə pərdə, nə rəng! S.Vurğun. // Qabağını kəsmək, görünməz etmək. Bütün sahili duman örtmüşdür.\n2. Bağlamaq, qapamaq. Qapağı örtmək. – [Sona] tez otağına gedib qapını örtdü. N.Nərimanov. Sürəyya yavaşca pəncərəni örtüb, ayağının ucunda ehmallıqla qayıdıb yatacağına uzandı. Çəmənzəminli.\n3. Üstünə bir şey salmaq, sərmək. Cərgə ilə düzülmüş yamyaşıl şam ağaclarını ağappaq qar örtmüşdü. M.İbrahimov. // məc. Bürümək, sarmaq, çulğamaq, tutmaq, basmaq. Mən çox istərdim ki, sənin hər zaman; Örtməsin o dilbər hüsnünü duman. S.Vurğun. Ancaq hərdən meşələri qalın duman bürüdüyü kimi Cavadın sifətini də kədər örtürdü. Ə.Vəliyev. örtü is.\n1. Başa örtülən hər hansı bir şey. Başındakı örtünü götürmək. – [Sevda] başındakı ağ ipək örtünü bir yana atar. H.Cavid. [Qətibə] baş örtüsünün qarşısına almaz, yaqut və incilərdən düzəlmiş bir cıqqa taxmışdı. M.S.Ordubadi.\n2. Pərdə. Sinəsini açar mana; Örtüsü ağ pəncərələr. S.Vurğun. Bu məxmər örtüyünün üzərinə də bir qədər ensiz ağ örtü çəkilmişdir. S.Rəhimov. // Məc. mənada. Üzündə qalmışdır qara ləkələr; Bir matəm örtüsü geyindi şəhər. S.Vurğun. örtüb-basdırma “Örtüb-basdırmaq”dan f.is. örtüb-basdırmaq f. Üstünü örtmək, üstünü malalamaq, gizlətmək. Pis əməllərini örtüb-basdırmaq. örtücü sif. Bir şeyi örtən, pərdələyən, bir şeyin üzərinə çəkilən, üstünü örtən. Örtücü şüşə. Örtücü boya. örtük is.\n1. Hər hansı bir şeyin üzərinə çəkilən, salınan parça. Xonça örtüyü. – Pərinin anası ilə Əşrəf baba içəri girib ölünün üstünə bir örtük çəkdilər. Ə.Məmmədxanlı. Mən bir də gözlərimi dolandırıb baxdım, gördüm ki, hələ neçə-neçə heykəl örtükdədir. S.Rəhimov. // Çexol. [Qəhrəman yüzbaşı] kamançanı götürür əlinə, başlayır örtüyünü açmağa. C.Məmmədquluzadə. İmi çəhrayı atlaz örtüyü açıb, başdan-başa sədəfə tutulmuş tarını ehtiyatla çıxartdı. İ.Əfəndiyev.\n2. Süfrə. ..Zəhra xala stol qoyub, üstünə qırmızı örtük salmışdı. Mir Cəlal. // Yorğan, balış və s. üstünə salınan parça. ..Sərvnaz öz otağında ipək yorğanına örtük tikirmiş. Ə.Vəliyev.\n3. bax. örtü. [Şah Sitarəyə:] Sənə hökm edirəm, kənar et örtüyü! C.Cabbarlı. Ağ örtüyə büründürür aləmi; Çulğalayır, geyindirir aləmi. A.Səhhət.\n4. xüs. Bir şeyi üstdən, üzdən örtən şey. Bitki örtüyü. Torpaq örtüyü. Asfalt örtü (yolun və s.-nin üzərinə döşənən asfalt qatı). örtüklü sif. Örtüyü olan, bir şeylə örtülmüş. Bunların qarşısında azca kənar; Yaşıl örtüklü bir böyük miz var. A.Səhhət. Hər iki divar uzunu ağ parusin örtüklü stullar düzülmüşdü. M.Hüseyn. örtülmə “Örtülmək”dən f.is. örtülmək f.\n1. Qapanmaq, bağlanmaq. Həyət qapısı örtüləndə sanki günəş də batdı. Tellinin sevinci yox olub getdi. Çəmənzəminli. ..Küçə qapısı açıldı, sonra da bərk örtüldü. Mir Cəlal.\n2. Sarılmaq, qaplanmaq, çulğalanmaq. Göy üzü qalın buludlarla örtülmüş, üfüqlər daralmışdı.. M.İbrahimov.\n3. Dam tikilib üstü bir şeylə qapanmaq. Evin damı örtüldü. – Qədimovun qırmızı kirəmitlə örtülmüş yeddiotaqlı, ikimərtəbəli evi Sabir adına onillik məktəbdən o qədər də uzaq deyildi. Ə.Əbülhəsən. örtülü sif.\n1. Üzərinə qapaq qoyulmuş, ya örtü salınmış. Örtülü tabaqlarda paypay bölünmüş təzə qurbanlıq ət qonşulara paylanırdı. Mir Cəlal.\n2. Örtülmüş, qapanmış. Örtülü qapı. Örtülü pəncərə.\n3. məc. Gizli. Onunçun da mərhumun övladının xatirinə dəyməsin deyə onun adını burada örtülü (z.) qoyduq. C.Məmmədquluzadə. // İkimənalı, qaranlıq, dumanlı. Örtülü (z.) danışmaq. – Örtülü bazar dostluğu pozar. (Məsəl).\n4. məc. Həll olunmamış. Məsələ örtülü (z.) qaldı. örtülülük is. Örtülü olma, qapalı olma, açıq olmama. örtülütoxumlular cəm, bot. Yumurtacıqları toxumluqla örtülü olan bitki dəstəsinin adı. örtüncək is. Örtünməyə yarayan hər bir şey; bürüncək. örtüncəkli sif. Örtüncəyi, bürüncəyi olan; bürüncəkli. örtünmə “Örtünmək”dən f.is. örtünmək qayıd. Öz üzünü, yaxud üstünü bir şeylə örtmək. örüş is. Mal-qara otarılan yer, geniş otlaq. Sürünü örüşə buraxmaq. – Bu zaman Nəbi örüşdə qoyun otarırdı. “Qaçaq Nəbi”. Səltənət camışı örüşə ötürüb qayıdırdı. B.Bayramov. öskürək is. Adətən nəfəs yollarının xəstələnməsi və ya qıcıqlanması ilə əlaqədar olaraq qeyri-ixtiyari çıxarılan xırıltılı, xışıltılı səs; öskürtü. [O] cavab vermək istədi, lakin vərəm öskürəyi danışmağa macal vermədi. M.S.Ordubadi. Bir-iki ağız quru öskürək qarının sözünü yarımçıq kəsdi.. Ə.Əbülhəsən. // Öskürmə xəstəliyi. Kəndimizdə nə çirk, nə öskürək, nə də azar var. S.Vurğun. öskürəkli sif. Öskürəklə birlikdə olan. öskürəkotu is. bot. Gilli torpaqlarda, rütubətli dərələrdə, uçqunlarda və sahillərdə bitən çoxillik ot-bitki. öskürmə “Öskürmək”dən f.is. Öskürmələr, asqırmalar, boğaz arıtmalar birbirinə qarışdı. M.S.Ordubadi. Qaraltının öskürməsi Qüdrətəli üçün naməlumu aşkar etdi. T.Ş.Simurq. öskürtmə “Öskürtmək”dən f.is. öskürtmək icb. Öskürəyə səbəb olmaq, öskürək gətirmək. [Daşdəmir:] Başqa tütün çəkəndə məni öskürdür. M.Rzaquluzadə. öskürtü bax. öskürək. Öskürtü səsi. – Hava sakit, kənd səssiz olanda qonaqların öskürtüsü eşidilir. Ə.Vəliyev. öskürüşmə “Öskürüşmək”dən f.is. Kolxoz tövlələrinin qabağında .. qoyun və keçilərin öskürüşməsi davam edirdi. Ə.Vəliyev. öskürüşmək qarş. Birdən, bir-birinin dalınca öskürmək (çoxları haqqında). Qoyunlar gövşəyir, keçilər öskürüşür, itlər hürüşür, çobanlar səs eləyib bir-birinin yatmasına mane olurdular. Ə.Vəliyev. ötə I. əvəz.\n1. Danışana görə əsas götürülən bir şeydən daha uzaq olan yeri, tərəfi bildirir (bəri müqabili). Ötədə oturmaq. Ötədən keçmək.\n2. Bir şeyin dal tərəfi, dalı, arxası. Dağın ötə tərəfində. Stolun ötəsinə keçmək.\n3. Sonrakı, ardı, dalı. Ötəsindən xəbərim yoxdur.\n\nII. sif. Üstün, artıq, ötkün. Hazırcavablıqda bacı qardaşından ötədir. – İlyas Əsmər xalanın ərininkindən də ötə olan deyintilərinə dözə bilərdi. İ.Hüseynov. ötə-bəri əvəz. Müxtəlif yerlər; orabura, o tərəf-bu tərəf. [Xəlil] xırda otağında bir-iki dəfə ötəyə-bəriyə gedib, sinirlərini yatırmaq üçün yazı masasına oturdu. Çəmənzəminli. [Molla Xəlil] ..qapının ötəsinibərisini yoxlamağa başladı. S.Hüseyn. • Ötədə-bəridə – orada-burada, addabudda. Ötədən-bəridən – oradan-buradan. [Telli] bir saata qədər müəllimlə ötədən-bəridən söhbət edirdi. S.Hüseyn. İki quda ötədənbəridən məhəbbətlə danışdılar. A.Şaiq. ötədəki sif. O yandakı, o tərəfdəki. Bu aralıq fürsətdən istifadə edən Dövlət bəy və tapançası düşmüş Qurban ötədəki otağa atılıb içəridən qapını bağlayırlar. C.Cabbarlı. ötəki sif. O biri, digər, başqa. Bu kitabı yox, ötəki kitabı verin. Ötəki otaq bundan daha genişdir. ötən sif.\n1. Keçən, bundan əvvəlki, keçmiş. Ötən gün bizə gəlmişdi.\n2. Ötənlərdə şəklində zərf – keçmişlərdə, keçmiş zamanda, keçmiş günlərdə, əvvəllərdə. ötərgi bax. ötəri1. Bəzən də ötərgi bir həyat qəmi; Ürəkdə böyüyüb bir dastan olur. S.Vurğun. [Oğlan] ötərgi Mustafanın kefini soruşdu. Mir Cəlal. ..Faytonçu bu mənzərəyə ötərgi baxıb atları qamçıladı. M.Hüseyn. ötəri I. sif. və zərf\n1. Gözucu, tez, ani. Ötəri baxmaq. – Sərnişin qızın gizləndiyi kabinəyə ötəri nəzər salıb, aşağı endi. Q.İlkin.\n2. məc. Səthi, dilucu, sözarası, könülsüz. Ötəri cavab. – [Yusif] Şahpərini Sərvnaz qarıgilin həyət qapısında görüb ötəri salam verdi. B.Bayramov.\n3. Müvəqqəti, keçici. Ələmdar elə bilirdi ki, Zərrintac xanımın gündüzkü qışqırtısı ötəri bir hal, bəy xanımlarına məxsus bir işvənazdır. S.Rəhimov.\n\nII. dan. bax. ötrü. Bir söyüşdən ötəri etmə əziyyət balama. M.Ə.Sabir. [Mehdi:] Xalqı incidirlər bizdən ötəri; Hünər meydanıdır igidin yeri. S.Rüstəm. ötkəm sif. və zərf Dilli-dilavər, lovğa, dikbaş, təkəbbürlü. Ötkəm adam. – Biz görən deyil Abdulla paşa; Cürət bahəm edib, ötkəm olubdur. Q.Zakir. [Arazın] belə kəsərli və ötkəm sözləri podratçının xoşuna gəldi. A.Şaiq. ötkəm-ötkəm zərf Lovğa-lovğa, dikbaşcasına. Ötkəm-ötkəm danışmaq. ötkəmlik is. Lovğalıq, dikbaşlıq, təkəbbürlük. ötkün sif.\n1. Ötmüş, həddindən artıq yetişmiş (meyvə, taxıl haqqında). // Həddindən artıq bişmiş, vaxtından artıq od üstündə qalıb keyfiyyətini itirmiş (bişmiş haqqında).\n2. Üstün. [Əlioğlu:] Hava açılır, bəlkə sən də getdin. Yenə ağıl ağıldan ötkün olar. S.Rəhimov.\n3. məc. Ötən, keçən, təsirli. Ötkün sözüm, kəskin bəxtim olaydı; Ağ otağım, zərrin rəxtim olaydı. Aşıq Ələsgər.\n4. məc. Məlahətli, zərif, ahəngdar, lətif. Qızın ötkün səsində xəfif bir titrəyiş vardı. M.Hüseyn.\n5. məc. Qüvvətli, təsirli. ötkünlük is. Ötkün şeyin halı, keyfiyyəti. ötmə I. “Ötmək1”dən f.is.\n\nII. “Ötmək2”dən f.is. ötmək I. f.\n1. Keçmək, keçib getmək, gəlib keçmək. Yoldan ötmək. – [Əsirlər] Aslanın, Uğurun və bir neçə partizanın köməyi ilə meşəni ötüb dağlara yetişdilər. S.Vəliyev. // Bir yerin, sahənin ortasından, içindən keçmək, keçib getmək. Kənddən ötmək. [Seymur] ..küçəni ötüb, dar dalanlarla evlərinə sarı tələsirdi.. H.Seyidbəyli. // Uçub getmək, uçaraq keçmək. Bir dəstə quş çayı ötdü. – Hərdənbir kəndin üzərindən .. durna dəstələri ötüb keçirdi. Ə.Məmmədxanlı.\n2. Hərəkətdə, yerişdə, qaçışda qabaqlamaq, irəli getmək, ötüb keçmək, geridə buraxmaq. Velosipedçini ötmək. Yük maşınını ötmək. // İrəlidə olmaq, keçmək. Yarışda ötmək. – Bəli, gərək Qəhrəman ötsün də! – deyə Rüstəm yenə də qəti cavab verdi. S.Rəhimov. // məc. Bir şeydə o birilərinə görə daha çox müvəffəq olmaq, daha çox nailiyyət əldə etmək. Dərsdə yoldaşlarını ötmək. Region dövlətlərini ötmək.\n3. Keçmək, aşmaq, atlamaq, sovuşmaq, qurtarmaq (saat, mövsüm, zaman, yaş haqqında). Saat ikini ötdü. Yaşı əllini ötüb. İsti günlər ötdü. – Qış da yavaş-yavaş qarı və soyuğu ilə ötüb getdi. Çəmənzəminli. Ötdü yaz, soldu çiçək, inlədi bülbül, kələbək. M.Müşfiq.\n\nII. f. Oxumaq, cəh-cəh vurmaq, civildəşmək. Səhər açıldı, quşlar ötdü. Ə.Vəliyev. // məc. Tərənnüm etmək. Yaşıl yamacda qumru tək; Ötür yanıqlı bir tütək. Ə.Cəmil. ötmüş f.sif.\n1. Ötüb-keçmiş, keçib-getmiş. Ötmüş günlər (hadisələr).\n2. Aşmış, keçmiş, addamış. Üçüncü adam yaşı qırxı ötmüş bir kişi idi. Ə.Əbülhəsən. Ağayar ucaboylu, sifətcə çox yapışıqlı, yaşı təzəcə qırxı ötmüş qarınlı bir kişi idi.. Ə.Əbülhəsən. ötrü 1. qoş. Çıxışlıq halda olan sözlərdən sonra gələrək səbəb, ya məqsəd bildirir. Pəs rəfiqlərimi intizarçılıqdan çıxarmaqdan ötrü genə gərək bir neçə söz ərz edəm. C.Məmmədquluzadə. [Sevər] Qızları da göndərərəm ki, çöldən sənin üçün tac qayırmaqdan ötrü çiçək dərsinlər.. C.Cabbarlı.\n2. Mürəkkəb qoşmanın ikinci tərkib hissəsi kimi işlədilərək, özündən əvvəlki fikrin sonrakı fikrə səbəb olduğunu bildirir. [Oğlan:] Nə olacaq, ondan ötrü niyə üzülürsən? Mir Cəlal. ötüb-keçmə “Ötüb-keçmək”dən f.is. ötüb-keçmək bax. ötmək1 1-ci mənada. Bu çinarın dövrəsi yay fəslində buradan ötüb-keçən arabaçıların .. düşərgə yeri olmuşdu. S.Rəhimov. ötürhaötür bax. ötür-ötür. [İsi dayı:] Bilmirəm ötürhaötür nə vaxt qurtaracaq. B.Bayramov. ötürmə “Ötürmək”dən f.is. ötürmək f.\n1. Yola salmaq. [Əli:] [Koxa] yola düşəndə heç kim onu ötürməyə çıxmasın. N.Nərimanov. Qalxıb getdikdə [Ceyranı] ötürmək məqsədi ilə dışarı çıxır. S.Hüseyn.\n2. Bir-birinə verərək göndərmək. Yazını qabaqdakına ötürmək.\n3. Bir şeyi tez, xəlvəti, başqalarına sezdirmədən qoymaq, salmaq, vermək. [Oğlan] qarşı tərəfdən beş nəfər silahlı adamın gəldiyini görür və bombanı cibinə ötürür.. M.S.Ordubadi.\n4. Üstündən keçmək, buraxmaq, fikir verməmək, nəzərdən qaçırmaq. Oxuyarkən iki sətir ötürmək. – [Dərviş:] Bir neçə məqamı mən özüm qəsd ilə ötürdüm. A.Divanbəyoğlu. Məclisdəkilər Qənbərovu böyük maraq və diqqətlə dinləyir, onun bir kəlməsini belə ötürmürdülər. Ə.Vəliyev.\n5. məc. Acgözlüklə, tez-tez yemək; aşırmaq. Kazım halvadan iri tikələr tutub ötürdükcə gözlərinə işıq gəlirdi. Çəmənzəminli. Sübhanverdizadə kababdan ötürərək birinci butulkanı boşaltdı. S.Rəhimov.\n6. Gəlməmək, iştirak etməmək, buraxmaq. Dərsi ötürmək.\n7. Qaçırmaq, əldən çıxarmaq, istifadə edə bilməmək, çata bilməmək. Trolleybusu ötürmək. Fürsəti ötürmək. ‣ İçəri ötürmək – bax. içəri. Köksünü ötürmək – bax. köks. ötür-ötür zərf Bir-birinə ötürmə. ‣ Ötür-ötürə salmaq – bir-birinə ötürmək, bir-birinin üstünə atmaq, qəsdən ləngitmək, bu gün-sabaha salmaq. İşi ötürötürə salmaq. ötürücü is.\n1. Ötürən, yola salan, müşayiət edən, yanınca gedən.\n2. tex. Hərəkəti və s.-ni maşının bir hissəsindən o birinə nəql edən qayış, dişli çarx və s. Hərəkət ötürücüsü. // Sif. mənasında. Ötürücü qayış. Ötürücü çarx. ötürülmə “Ötürülmək”dən f.is. ötürülmək “Ötürmək”dən məch. Ön cəbhədən bizə tərəf ötürülən (f.sif.) əsirlərin sayı yox idi. Mir Cəlal. ötürüm is. Udum. ..Pendir-çörəyi iki ötürümdə yedi. S.Rəhman. ötüş is. Ötüşmə, qaçışma, yüyürüşmə. Qaç oğlan! Qaç! At basdı! Millət gəlir! Ötüşdən çıxan bir camaat gəlir. M.Ə.Sabir. ötüşdürmə “Ötüşdürmək”dən f.is. ötüşdürmək 1. icb. Ötüşməyə sövq etmək, ötüşməkdə bir-biri ilə yarışdırmaq. Uşaqları ötüşdürmək.\n2. f. Ötürmək, sovuşdurmaq, başdan eləmək. Hərifi xoş dillə ötüşdür getsin. ötüşmə I. “Ötüşmək1”dən f.is.\n\nII. “Ötüşmək ”dən f.is. Turacların, bildirçinlərin ötüşmələri ən xoş bir musiqi təsiri ilə insanı heyran edirdi. M.Rzaquluzadə. ötüşmək I. qarş.\n1. Ötüb keçmək (çoxları haqqında). Oradan sürətlə ötüşdük. M.S.Ordubadi. [Ovçular] da mümkün qədər səs-küysüz ötüşməyə çalışırlar. M.Rzaquluzadə.\n2. Gəlib-keçmək, ötmək. Ötüşdü aylar, illər, evləndik o da, mən də; Ayağımız kəsildi bir-birinin evindən. S.Rüstəm. // Keçib-getmək, uzaqlaşmaq. Buralardan yüyür, tez ötüş barı; İlxının kişnəyir ayğır atları. A.Səhhət.\n3. Yüyürməkdə, qaçışda yarışmaq, birbirini ötməyə çalışmaq. Yığıb çantalara yerdən-yemişdən; Yolda gah yüyürüb, gah ötüşərdik. S.Vurğun.\n4. Birtəhər yaşamaq, güzəran keçirmək, keçinmək, dolanmaq. Çətinliklə ötüşmək. – Ailə isə pendir, çörək və bu kimi şeylərlə ötüşürdü. M.S.Ordubadi.\n\nII. qarş. Səs-səsə verərək oxumaq, cəh-cəh vurmaq, tərənnüm etmək. [Ağcaqız:] Şahsənəm, gəl çıxaq bağa, bülbüllər elə ötüşür ki, gəl görəsən. “Aşıq Qərib”. ..Quşlar həzin-həzin ötüşürdülər.. S.Vəliyev. övc is. [ər.] klas. Ən uca nöqtə. • Övcifəza, övci-fələk – göyün, fəzanın ən yüksək nöqtəsi. Övci-fəzadə görərək bayquşu; Səhnədə çaqqıllayıram imdi mən. M.Ə.Sabir. Övc atmaq – boy atmaq, böyümək. Yoxsa daha niyə burada böyürtkənlər belə suvarılmış kimi övc atsınlar. S.Rəhimov. Övc etmək (eləmək) – artmaq, böyümək, inkişaf etmək. [Səməd bəy] bir ildən sonra imtahan verdi, kənd müəllimi oldu, burada da artıq övc eləyə bilmədi. Çəmənzəminli. İndi arı yaman övc eləyir. S.Rəhimov. övkələmə “Övkələmək”dən f.is. övkələmək f. Əli ilə əzişdirmək. [Şərəfnisə xanım] şəkil kağızlarını dişindişinə qısıb əlində bərk-bərk övkələyir, salır ayağı altına. M.F.Axundzadə. ..Qapı açıldı, əlində şapkasını övkələyən usta Ramazan hirsli addımlarla içəri girdi. M.Hüseyn. // Ovuşdurmaq, ovmaq, masaj etmək. Boynunu övkələmək. Qolunu övkələmək. övkələnmə “Övkələnmək”dən f.is. övkələnmək “Övkələmək”dən məch. övkələtmə “Övkələtmək”dən f.is. övkələtmək icb. Ovuşdurtmaq, ovdurmaq. Kürəyini övkələtmək. övkəmə “Övkəmək”dən f.is. övkəmək bax. övkələmək. övkəşik sif. Övkələnmiş, əzilmiş. Övkəşik köynək. övlad is. [ər. “vələd” söz. cəmi]\n1. Oğul və ya qız; uşaq, oğul-uşaq. [Dərviş:] Bu binəvaların övlad sarıdan tək bir qızları var idi. A.Divanbəyoğlu. [Bəhram:] Ana öz övladının fikrini hamıdan artıq çəkir. C.Cabbarlı.\n2. Nəsil, soy, zürriyyət. Qəhrəmandır onun azad övladı; Qafqazda məşhurdur onların adı. A.Səhhət. övladcanlı sif. Öz övladını, oğul-uşağını çox istəyən; uşaqcanlı. Övladcanlı kişi. övladlı sif. Övladı olan, oğlu-qızı olan, oğul-uşaqlı. Övladlı ailə. övladlıq is.\n1. Övladın ata-anaya qohumluq münasibəti.\n2. Övladın ata-ana qarşısındakı vəzifəsi. Övladlıq borcu.\n3. Övladı olmayanların övlad kimi (rəsmi, ya qeyri-rəsmi) öz ailələrinə qəbul etdikləri uşaq. övladsız sif. Övladı, uşağı olmayan; oğul-uşaqsız, sonsuz. Övladsız ailə. övladsızlıq is. Övladın olmadığı hal; oğul-uşaqsızlıq, uşağı olmama, sonsuzluq. Bu arvadın dünyada övladsızlıqdan başqa bir qəm-qüssəsi yox idi. S.S.Axundov. övliya is. [ər. “vəli” söz. cəmi] Həyatını Allah yolunda sərf edərək ona yaxınlaşmağa nail olmuş müqəddəs şəxslər. // məc. Müqəddəs, təmiz, saf, pak (həlim və gözəl əxlaqa malik adam haqqında). [Xumar Şeyx Sənan haqqında:] Hələ dursun kamalı, mərifəti; Onda var sanki övliya sifəti. H.Cavid. [Qızlar:] Ay Sayalı xala, sənin üzündə övliya nuru var. Mir Cəlal. övraq is. [ər. “vərəq” söz. cəmi] klas. Kağız vərəqləri; yazılar. Yığ övraqın, qələmdanın; Həlakətdən qutar canın. Ə.Nəzmi. övrə is. Bəzi adamlarda: bir para şeyləri yedikdə bədənlərində əmələ gələn səpki, qızartı. övrət is. [ər.] köhn.\n1. Arvad, zövcə, həyat yoldaşı. Sağ tərəfdən hacının övrəti əyləşib əlində dəsmal. Ə.Haqverdiyev. [Hacı:] Bir övrət, bir qızım, iki cavan oğlum, özüm xoşbəxt! C.Cabbarlı.\n2. Qadın (ümumiyyətlə). Müsəlman övrətinin özgə kişiyə üzüaçıq görsənməyi xilafişərdir.. C.Məmmədquluzadə. Zalda çox adam var idi: övrət, uşaq, kişi.. Ə.Haqverdiyev. övrətbaz [ər. övrət və fars. ...baz] köhn. Arvadbaz. övrətbazlıq köhn. Arvadbazlıq. ..Mənim belə yadıma gəlir ki, [türk padşahlarının] arzu və məşğələləri övrətbazlıq idi. C.Məmmədquluzadə. övrətlik köhn. is.\n1. Arvadlıq. [Nəbi:] Mənim qızım da sənin evində beş il-altı il övrətlik eləyib. Ə.Haqverdiyev.\n2. bax. qadınlıq 1-ci mənada. övsaf is. [ər. “vəsf” söz. cəmi] klas.\n1. bax. vəsf. Müştəridir sənə Zöhrə fələkdə; Gecə-gündüz övsafını deməkdə. Q.Zakir.\n2. Səciyyəvi xüsusiyyətlər, bir şəxsin necəliyini göstərən sifətləri. Qasımbəy Qarabağ əhlinin övsaf və əxlaqını nəzmə çəkibdir. F.Köçərli. övza is. [ər. “vəz” söz. cəmi] klas. bax. vəziyyət. Xalqın övzaına xəbərdar ol. S.Ə.Şirvani. Bədirlənmiş ay qalxıb, göyün bir qatında durub, bu övzaya tamaşa edirdi. Ə.Haqverdiyev. öyəc bax. ögəc. öylə I. is. köhn. Günorta.\n\nII. köhn. bax. elə. öymə “Öymək”dən f.is. öymək f. Tərifləmək. Başladı tərifə palıd qamətin; Öydü özün, zorbalığın, halətin. M.Ə.Sabir. öynə is. məh.\n1. bax. növbə. Barmaqla nişan verib səni; Budur, – deyirlər; – Neçə dəzgah; Dalında bir öynədə çalışan. R.Rza.\n2. Dəfə, kərə. İşə buyurarsan, naxoşam deyər; Öynədə bir badya doğrama yeyər.. Aşıq Ələsgər. [Zeynal:] Kişi bu uzunqulağa gündə üç öynə arpa verirmiş, bir gün olur ki, kişi arpanın bir öynəsini yaddan çıxardır. Ə.Əbülhəsən. öynəlik is. məh. Dəfəlik, kərəlik. Bu dərman beş öynəlikdir. öyrədici sif. Öyrətmək məqsədini daşıyan, öyrədən, bilik verən. Yoxlama imla eyni zamanda öyrədici rola da malikdir. – Məhsuldar əmək öyrədici əməkdir. (Qəzetlərdən). öyrədilmə “Öyrədilmək”dən f.is. öyrədilmək “Öyrətmək”dən məch. Sənət öyrədilmək. Xarici dil öyrədilmək. Zəhmətə öyrədilmək. öyrəncək bax. öyrəncə(k)li. [Arvad:] A kişi, sən onların evini yıxırsan. Öyrəncək olurlar. M.Hüseyn. öyrəncəli (=öyrəncəkli) sif. Adətkərdə, öyrəşmiş, adət etmiş, vərdiş eləmiş, alışmış. Mən torpağı bölünməyə öyrəncəliyəm; Heç qazanan görməmişəm bölənləri də.. M.Araz. [Gülnaz:] Mən öyrəncəliyəm, – dedi, – heç bir şey olmaz. Q.İlkin. öyrəncəkli (=öyrəncəli) sif. Adətkərdə, öyrəşmiş, adət etmiş, vərdiş eləmiş, alışmış. Mən torpağı bölünməyə öyrəncəliyəm; Heç qazanan görməmişəm bölənləri də.. M.Araz. [Gülnaz:] Mən öyrəncəliyəm, – dedi, – heç bir şey olmaz. Q.İlkin. öyrənci 1. is. köhn. Öyrənən, şagird.\n2. dan. bax. öyrəncə(k)li. öyrənilmə “Öyrənilmək”dən f.is. öyrənilmək “Öyrənmək”dən məch. Klassiklər öyrənilir. öyrəniş is. Öyrənmə işi, öyrənmə; öyrənmə üsulu (tərzi). Bu öyrənişdə .. insan hər şeydən əvvəl .. səadətverici vasitələri düzgün təyin etməlidir. M.S.Ordubadi. öyrənişli bax. öyrəncəkli. öyrənişmə “Öyrənişmək”dən f.is. öyrənişmək f. Alışmaq, vərdiş olmaq, öyrəşmək, isinişmək. Rüstəm bəy mətanətli bir səslə: – Gün-gündən sizə öyrənişirəm. Çəmənzəminli. öyrənmə “Öyrənmək”dən f.is. öyrənmək f.\n1. Bilik əldə etmək, bir şeyi təcrübə ilə mənimsəmək. Tarda çalmağı öyrənmək. İngilis dili öyrənmək. İşin texnologiyasını öyrənmək. // Bir işlə (sənətlə, peşə ilə) məşğul olaraq ona sahiblənmək, yiyələnmək, bir sənət (peşə, ixtisas) əldə etmək. Dərzilik peşəsi öyrənmək. // Məşğul olaraq hazırlamaq, hazırlaşmaq. [Əsgər:] Rəsul, .. heç olmasa kitabı əlinə al, barı görsün ki, guya dərsini öyrənirsən. N.Vəzirov.\n2. bax. öyrəşmək 1-ci mənada. İstiyə öyrənmək. – Biz hərbiyyəlilər danüzü durmağa öyrənmişik. Mir Cəlal.\n3. Xəbərləşib, soraqlaşıb bilmək, məlumat əldə etmək, xəbər bilmək. Vəziyyəti öyrənmək. – [Xan Məmməd bəyə:] ..Bir öyrən gör Fətəlinin başında nə qədər adamı var. Çəmənzəminli. Lakin nə adını bilirdim, nə də kim və nəçi olduğunu öyrənə bilmişdim. S.Hüseyn. // Məc. mənada. Həyat nədir? Sual verdim özümə; Mənasını çiçəklərdən öyrəndim. M.Müşfiq.\n4. Tədqiq etmək, araşdırmaq, tədqiqat aparmaq. Füzulinin yaradıcılığını dərindən öyrənmək. Çayın su rejimini öyrənmək. öyrənmiş f.sif. Alışmış, vərdiş etmiş, adət etmiş, öyrəncəli. öyrəşmə “Öyrəşmək”dən f.is. öyrəşmək f.\n1. Vərdiş etmək, alışmaq, öyrənmək, adət etmək. Qaratoyuq əsarətə (qəfəsə) tez öyrəşir, sonra oxumağa başlayır. S.S.Axundov. [Tahir] lap uşaqlıqdan dağ havasına alışdığı üçün Bakının istisinə hələ də öyrəşə bilmirdi. M.Hüseyn.\n2. İsinişmək, alışmaq, öyrənmək. Yazıq Tamam bizim ailəyə öyrəşdiyindən ayrılmaq istəməyirmiş. S.S.Axundov. öyrətmə “Öyrətmək”dən f.is. öyrətmək icb.\n1. Bilik, sənət, peşə vermək, təlim etmək. [Adil:] [Atam] əlləri salamat olan müharibə əlillərinə xarratlıq öyrədirdi. B.Bayramov.\n2. Bilmədiyi şeyi bildirmək, başa salmaq. Bilmədiklərini öyrətmək. Bunları sənə kim öyrətdi?\n3. Vərdiş etdirmək, alışdırmaq. İşə öyrətmək. Soyuğa öyrətmək.\n4. Bildirmək, tanış etmək, izah etmək. Yolu öyrətmək.\n5. Dərs vermək. Rus dili öyrətmək.\n6. dan. Sövq etmək, təhrik etmək (adətən mənfi mənada). Pis işlərə öyrətmək. – Bizə meylin əzəlki tək nədən yox; Səni ha sonradan bir öyrədən yox. M.P.Vaqif.\n7. məc. Dərsini vermək, cəzalandırmaq, göstərmək. Ona mən öyrədərəm. öyüd is. Pis hərəkətlərdən saqındırmaq üçün deyilən sözlər; nəsihət. [Asya:] Ha öyüd, nəsihət edirəm olmur. Görünür ki, qız gədəyə çox bərk bənd olubdur. Ü.Hacıbəyov. Əmdik bir ananın ilıq südünü; Baş-başa dinlədik hər öyüdünü. S.Vurğun. • Öyüd almaq – nəsihət almaq, tərbiyə almaq, məsləhət almaq. [Kərəm:] Qana-qana öyüd alıb anadan; Ay həzərat, gedən ceyran mənimdi! “Əsli və Kərəm”. Öyüd vermək – birini pis hərəkətlərdən saqındırmaq üçün öyüdlü sözlər söyləmək, nəsihət etmək. Qulaq as, gör anan nə öyüd verir; Şərəflə, vüqarla yaşayın ancaq! S.Vurğun. [Vahimə Çiçəyə:] Ağbirçək arvadsan, niyə gəlininə öyüd verib demədin, xalqın .. evini dağıtma? B.Bayramov. öyüdləmə “Öyüdləmək”dən f.is. öyüdləmək f. dan. Öyüd vermək, nəsihət etmək. Uşağı öyüdləmək. öyüd-nəsihət bax. öyüd. [Məsumə Firəngizə:] Yox, bala, bu, öyüd-nəsihət məsələsi deyil. B.Bayramov. • Öyüd-nəsihət vermək (etmək) – bax. öyüd vermək (“öyüd”də). Xan özünə bir az öyüd-nəsihət verirdisə də, ürəyindəki söz ona sakitlik vermirdi. Çəmənzəminli. [Sultan bəy:] ..Siz Gülçöhrəyə öyüd-nəsihət edərsiniz, onu başa salarsınız. Ü.Hacıbəyov. öyüdverici sif. Öyüd, nəsihət mahiyyətində olan; nəsihətli. Öyüdverici sözlər. öyümə “Öyümək”dən f.is. öyümək f. Ürəyi qalxmaq, ürəyi bulanmaq, qusmaq istəmək. öyüncək bax. öyüngən. öyüngən sif. və is. Özünü çox öyən, tərifləyən, özünü tərifləməyi sevən, öyüncək (adam). öyüngənlik is. Öyüngən adamın xasiyyəti. öyünmə “Öyünmək”dən f.is. Ayrım qızının belə öyünməsindən, Kərim babanın elə sükut ilə büzülüb durmasından bir qəhqəhə qopdu. A.Şaiq. öyünmək f.\n1. Özünü öymək, özünü tərifləmək; lovğalanmaq. // Fəxr etmək. Öyünməsin kimsə gözələm deyib; Bir ayrı tövr olur halı gözəlin. M.P.Vaqif. [Şərəfnisə xanım:] Heç vaxt sən Parijə gedə bilməzsən. Ha vaxt getsən, öyün! M.F.Axundzadə.\n2. Arxalanmaq, bel bağlamaq, özünə arxa saymaq. Öz övladlarına öyünmək. – Qovğa günü öyündüyüm nər dəlilər yerindəmi? “Koroğlu”. öz əvəz.\n1. Şəxsinə, özünə aid olan, xas olan, mənsub olan. Öz kitabı. Öz şeyi. Öz yerindən durmaq. Öz vətəninə qayıtmaq. Öz fikrində qalmaq. – Birdən [İskəndərin] tərlan qanadlı xəyalı uçub, öz vətəninə – doğma Azərbaycan elinə getdi. Ə.Vəliyev. // Şəxsən, müstəqil olaraq özü tərəfindən yaradılmış, görülmüş, alınmış, əldə edilmiş və s. Öz şeirlərini oxudu. Öz bostanını bizə göstərdi. Öz zəhmətinin məhsulu. // Şəxsən özünə məxsus; şəxsi. Öz maşını var. Öz ev-eşiyi. Öz kitabı. Paltolar arasında öz paltosunu axtarmaq. – Lakin Müqim bəy öz dərdini örtbasdır edə bilmirdi. S.Rəhimov.\n2. Ancaq özünə, yaxud bir şeyə xas; xüsusi. Onun öz üslubu, öz metodu var. O, öz qəribəliyi ilə nəzəri cəlb edir. – ..Xudayar bəy zəmilərə cüt göndərib başladı sürdürməyə. Əkilmiş zəmiləri öz malı kimi biçirdi. C.Məmmədquluzadə. Bahadur öz gur və iti səsi ilə çağırdı.. S.Rəhman.\n3. Doğma, yaxın (iş, məslək, əqidə və fikir cəhətdən). Öz xalqımız. Öz adamımız. Öz uşağımız.\n4. Bir işdə şəxsən, bilavasitə iştirak edən (onun mənbəyi, ya obyekti olan) şəxsi, ya şeyi göstərmək üçün isimdən, şəxs əvəzliyindən sonra işlənir. Atası özü oğlunu şəhərə apardı. O özü də çox əziyyət çəkdi. İşin özü çox maraqlıdır. Bütün işləri özüm görürəm. – Nəhayət, iri qayaların və kolların arasından çayın özü görünməyə başladı. Çəmənzəminli. [Əsmər] artıq Məmmədbağırı dinləmək istəməyirdi. Tələb edirdi ki, onu öz kəndlərinə göndərsin. S.Hüseyn. Həmişəyev əmr verdi ki, Hidayət .. Sənubərin layihəsini şəxsən onun özünə, baş memara təqdim eləsin! B.Bayramov.\n5. İsim və ya şəxs əvəzliyi yerində müstəqil işlədilir. Özü yazıb. Özüm görmüşəm. – [Aslan bəy:] ..Yaxın yerdən bilmişəm. Özü xəbər göndərmiş. C.Cabbarlı. Həyat nədir? Sual verdim özümə; Mənasını çiçəklərdən öyrəndim. M.Müşfiq. // Eyni mənada bəzən cəm şəkilçisi ilə işlədilir. Özləri bilərlər. Özləri getsinlər. – İşıqların yaratdıqları parıltılar işıqların özlərinin gözünü qamaşdırırdı. B.Bayramov.\n6. Bir adamın və ya bir şeyin böyüklüyünü, əhəmiyyətini, mövqeyini nəzərə çatdırmaq üçün işlədilir. General özü gəlmişdi. Məni nazir özü qəbul etdi. ‣ Öz canı üçün qorxmaq – öz həyatını qorumaq, öz canına ziyan dəyməməsinə çalışmaq. Öz canının hayına qalmaq (hayında olmaq) – özünü təhlükədən, qorxulu vəziyyətdən qurtarmağa çalışmaq, tədbir aramaq. Həmzə indi burada öz canının hayında idi. Ə.Əbülhəsən. Öz əli, öz başı – sərbəst, azadə. Öz xoşuna qalmaq – ixtiyarı özündə olmaq, özbaşına qalmaq. Dövlətli baxır ki, qonşu öz xoşuna qalsa, bağçadan əl çəkməyəcək. “M.N.lətif.” Öz xoşuna qoymaq – sərbəst buraxmaq, öz istədiyi kimi hərəkət etməsinə imkan vermək, başlı-başına buraxmaq. Özüdür ki var – haqqında danışılan adamın və ya şeyin adı çəkildikdə, yaxud da onu gördükdə təsdiq məqamında işlədilən ifadə. Dadaşov içəri girdi. Arıq kişi əvvəlcə yerindən tərpənmək istəmədi, sonra ürəyinə damdı ki, ucaboy bu adam elə Dadaşov özüdür ki var. İ.Məlikzadə. Özüm ölüm – “canıma and olsun” mənasında and ifadəsi. Özündə olmamaq – özünü itirmək dərəcəsində hirslənmək, özündən çıxmaq. İndi isə Əmiraslan baba Kərimqulunun özündə olmadığını gördü. S.Rəhimov. Özündən çıxmaq – hirslənmək, əsəbiləşmək, coşmaq. Bu sözdən Sərdar Rəşid özündən çıxmış(dı).. M.S.Ordubadi. Zeynal tamamilə özündən çıxdı. S.Hüseyn. Özündən dəm vurmaq – özünü tərifləmək, özündən demək. Özündən düzəltmək – 1) başından çıxarmaq, fikirləşib tapmaq; 2) yalan demək, qondarmaq, uydurmaq. Özündən getmək – ürəyi getmək, bayılmaq, qəşş etmək, huşunu itirmək. Mehribanın ürəyi xarab olub özündən getmişdi. S.Hüseyn. Gəlin bayaq acı bir fəryad çəkib özündən getdi. Mir Cəlal. Özündən küs! – “özünü günahkar bil”, “təqsir səndədir” mənasında işlədilir. Özünə çıxmaq – mənimsəmək, götürmək, özünə aid etmək, öz ayağına yazmaq. Özünə gəlmək – 1) huşu özünə gəlmək, ağlı başına qayıtmaq (qəşş etmiş, huşunu itirmiş adam haqqında). Xəstə özünə gəldi. – [Atdan yıxılıb ürəyi getmiş halda] Nurəddin zəif səslə ufuldadı və sonra özünə gəlib İmamverdi babanı tanıdı. S.S.Axundov. Tərlan bir azdan sonra özünə gəldi. M.Hüseyn; Kişilər gülüşdülər, yaman gülüşdülər. Cavanşir isə sözü özünə götürüb pul kimi qızardı. İ.Şıxlı; 2) bax. özünü ələ almaq; 3) əvvəlki vəziyyətinə gəlmək, sağalmaq, düzəlmək, əmələ gəlmək (ağır xəstəlikdən sonra). Sevilin hər cür müalicəsinə .. baxmayaraq hələ də qız özünə gəlmir, səhhətini düzəldə bilmirdi. S.Rəhimov; 4) bir hadisənin, işin mənasını sonradan başa düşmək. Özünə gətirmək – 1) ürəyi getmiş adamı ayıltmaq; 2) məc. ayıltmaq. Onun vaxtı ilə söylədiyi bu söz məni lap özümə gətirdi. M.S.Ordubadi. Özünə görə – öz vəziyyətinə, öz mövqeyinə, öz vəzifəsinə layiq. [İmamverdinin] kənddə özünə görə yaxşı evi-mülkü vardı. S.S.Axundov. Özünə götürmək – 1) başqası haqqında deyilən sözü özünə aid etmək; 2) bax. özünə çıxmaq. Özünə gün ağlamaq – öz taleyini, öz gələcəyini düşünmək; çətin vəziyyətdən çıxmaq üçün yol axtarmaq. Özünü aparmaq – özünü idarə etmək (rəftar, davranış, əxlaq məsələlərində). Özünü bərkitmək – 1) qüvvə yığmaq, özünü möhkəmləndirmək; 2) var-dövlət yığmaq, varlanmaq. Özünü bilməmək – huşunu itirmək. Özünü çəkmək – lovğalanmaq, təşəxxüs satmaq. Yasavul .. özünü çəkdiyi vaxt bir neçə adam .. bir-birinə göz vurdu. S.Rəhimov. Özünü dartmaq – bax. özünü çəkmək. [Xankişi Haqverdiyə:] Gəl oyna, özünü dartma, bir görək; Qoy yenə sevinsin, açılsın ürək. Z.Xəlil. Özünü düzəltmək – maddi cəhətdən vəziyyətini yaxşılaşdırmaq. Özünü ələ almaq – huşunu, fikrini, ifadəsini toplamaq, özünü toplamaq, ağır bir vəziyyətdə iradəli olmaq, özünü itirməmək; sakit olmaq. Ürəyi tələssə də Həbib özünü ələ alır, toxtaq hərəkət eləyirdi. Ə.Vəliyev. [Mülayim:] Özünü ələ al, oğlum, yekə kişisən, mərd ol, möhkəm dur. B.Bayramov. Özünü ələ salmaq – özünü gicliyə vurmaq, axmaq hərəkətlər etmək (giclik, yüngüllük edən adam haqqında). Özünü göstərmək – 1) öz üstünlüyünü, bacarığını göstərmək; 2) nümayiş etdirmək, təzahür etmək. Burada ilk bahar bütün gücü və qüdrəti ilə .. özünü göstərirdi. S.Rəhimov. Özünü gözləmək – özünü qorumaq, mühafizə etmək. [Səlim:] Fırtınadan özünü gözlə! İ.Əfəndiyev. Özünü xəstəliyə (dəliliyə və s.) vurmaq (qoymaq) – yalandan özünü xəstə (dəli və s.) göstərmək. Nuşapəri xanım özünü yuxuluğa vurdu. (Nağıl). Molla Xəlil özünü avamlığa qoymuşdu. S.Hüseyn. Özünü itirmək – çaşmaq, nə edəcəyini bilməmək. Ucaboy, qoca, lakin qıvraq hakim içəri girəndə evdəkilər özlərini itirdilər. Mir Cəlal. Fərman həmişə belə qoçaq və dilavər qızların yanında özünü itirərdi. Ə.Sadıq. Özünü naza qoymaq – nazlanmaq, naz satmaq. Özünü oda-suya (oda-közə) vurmaq (atmaq) – bir iş üçün fədakarcasına çalışmaq, səyini, qüvvəsini əsirgəməmək, əziyyətə, məşəqqətə dözmək. Özünü o yerə qoymamaq – bir işə əhəmiyyət verməmək, özünü bilməməzliyə, eşitməməzliyə qoymaq. Məmməd dostunun üz-gözündən hirsli olduğunu başa düşdüsə də, özünü o yerə qoymadı. Ə.Əbülhəsən. Özünü ortaya salmaq (atmaq) – özünə aid olmayan işə qarışmaq. Özünü öldürmək məc. – çox zəhmət çəkmək, çox əlləşmək, çox çalışmaq. Özünü öldürüb ev tikmək. Özünü öymək – özünü tərifləmək, lovğalanmaq. Özünü saxlamaq – iradəsini toplayıb bir işi görməkdən vaz keçmək, saqınmaq, etmək istədiyi bir işi etməmək. Nurəddin özünü saxlayıb qəsdən [atasının meyitinin üstündə] ağlamırdı ki, Gülpəriyə oxşamasın. S.S.Axundov. Mehribanı gic bir gülmək tutdu, özünü saxlaya bilmədiyindən bayıra çıxdı. S.Hüseyn. Özünü sındırmamaq – pərt olmamaq, özünü tox tutmaq. Gəlin sapsarı saralsa da, özünü sındırmadı. İ.Şıxlı. Özünü soyuğa vermək – soyuq dəyib naxoşlamaq. Bir dəfə Həlimə hamamdan çıxanda özünü soyuğa verib, yorğandöşəyə düşdü. S.S.Axundov. Özünü tanımaq – həddi-büluğa çatmaq. Elə ki Məhəmmədhəsən əmi özünü tanıdı, gözünü açdı, baxdı gördü, qalıbdı lap lüt-madərzad. C.Məmmədquluzadə. Özünü təmizə (təmizliyə) çıxarmaq – özünə bəraət qazandırmaq, müqəssir olmadığını isbat etməyə, sübuta çalışmaq. Özünü toplamaq – bir şey qarşısında, ya bir şey etmək üçün qüvvə və iradəsini toplamaq. Surxay özünü topladı, irəli atıldı. M.Hüseyn. Əbil özünü toplayıb qəddini düzəltdi, mənalı-mənalı Gülsəhərin üzünə baxdı. Ə.Vəliyev. Özünü tutmaq – qeyri-qanuni yollarla varlanmaq. Xandəmirov çaldı, çapdı mahalı; O ki var tutub özün keçəl qurumsaq. Q.Zakir. Özünü yetirmək – çatdırmaq, vaxtında gəlib çıxmaq. Özünü qatara yetirdi. Özünü hadisə yerinə yetirdi. – Dərviş şəhərdən çıxıb özünü yetirdi başqa şəhərə. (Nağıl). Özünü yeyib tökmək – çox təşviş və iztirab keçirmək, narahat olmaq, əsəbiləşmək. Özünü yığışdırmaq – 1) fikrini, huşunu, qüvvəsini toplamaq, özünü ələ almaq. Dostlar özlərini yığışdırıb, İskəndərə qahmar çıxınca kişini camaat qabağında mühakimə elədilər. Mir Cəlal. Qız birtəhər özünü yığışdıraraq mühəndisin üzünə baxdı. Ə.Sadıq; 2) qəzəb, narazılıq doğurmamaq üçün öz hərəkətlərinə, davranışına fikir vermək, özünü düzəltmək. Rüstəm kişinin acıqlanaraq şapalağı işə salacağından qorxub, Salman özünü yığışdırdı.. M.İbrahimov; 3) özünü yığışdır! şəklində – hədə, qorxu məqamında işlədilir. Öz-özlüyümdə (öz-özlüyündə) – bax. özlüyündə. Öz-özlüyündə qərara gəlmək. – [Qüdrət:] Mən dinlədiyim adamların fikrini öz-özlüyümdə saf-çürük etmişəm. M.Hüseyn. Öz-özlüyündə – ayrılıqda, ayrılıqda götürdükdə. Öz-özlüyündə o şeyin heç bir qiyməti yoxdur. Öz-özünə – 1) öz bildiyi kimi, müstəqil olaraq; özü. Öz-özünə fikirləşmək. Öz-özünə öyrəşmək; 2) yavaşcadan, kimsə eşitmədən. Öz-özünə oxumaq. özbaşına zərf Öz bildiyi kimi, heç kəsdən soruşmadan, icazə almadan. Sabir .. söz verdi ki, bir də özbaşına belə yerə çıxmaz. S.Rəhimov. [Rəis:] Şahinin nə ixtiyarı var ki, ştatda yer olmaya-olmaya özbaşına adam götürür? S.Rəhman. // Nəzarətsiz, baxımsız, başlı-başına. Uşaqları özbaşına qoymaq olmaz. – [Şəhrəbanu xanım:] Hələ bir de görüm, sən özbaşınasan, ya sənin atan yerində bir böyüyün var? M.F.Axundzadə. Kərim babanın inəkləri özbaşına buraxması sahiblərinin xoşuna gəlməzdi. A.Şaiq. İstəristəməz Züleyxa özbaşına buraxılmışdı. M.İbrahimov. özbaşınalıq is. Hər hansı bir işdə qanuna, intizama, qəbul olunmuş nizam və qaydaya zidd hərəkət; başlı-başınalıq. Hacı Mirzağa Bülluri və Kəlbə Hüseyn Fişəngçinin bu hərəkəti özbaşınalıqdır. M.S.Ordubadi. Zeynal əvvəl qışqır-bağırla bu özbaşınalığın qabağını almaq istəyirdi. Ə.Əbülhəsən. özbək is. Özbəkistan Respublikasının əsas əhalisini təşkil edən türkdilli xalq və bu xalqa mənsub adam. özbəkcə sif. və zərf Özbək dilində. Özbəkcə öyrənmək. Özbəkcə qəzet. özcə sif. Özünə aid olan; özünün. Özcə işinlə məşğul ol. – [Şahpəri:] Mən hesabdarzad hesaba alan deyiləm. Hərə getsin özcə dərdini çəksin. B.Bayramov. özcüyəz əvəz. “Öz”dən oxş. [Gülöyşə Sənubərə:] Qoy özcüyəzi görüşsün, danışsın. B.Bayramov. özək is.\n1. Bitki gövdəsinin və ya kökünün daha yumşaq olan daxili mərkəzi hissəsi.\n2. Çibanın, çirkli yaranın ortasında olan bərk iltihablı hissə. Çibanın özəyi. • Özək bağlamaq – bax. özəkləmək. Yara özək bağladı.\n3. Böyük bir birləşmənin əsas tərkib hissəsini təşkil edən kiçik təşkilat qrupu; əsas, özül. [Barat:] Dərsdən sonra özəyimizin iclasını çağırmışam. C.Cabbarlı. Dilşad özək iclaslarında .. müəyyən çıxışlarda bulunur, ümumun təqdirini qazanırdı. T.Ş.Simurq. özəkləmə “Özəkləmək”dən f.is. özəkləmək f. Özək əmələ gəlmək, özək bağlamaq. Çiban özəkləyib. özəkli sif. Özəyi olan, özək bağlamış. özfəaliyyət is. İncəsənətdə (musiqi, teatr, xor və s.) peşəkar olmayan şəxslərin bədii yaradıcılıq fəaliyyəti. Özfəaliyyət dərnəkləri. – [Rəşid] ümumittifaq özfəaliyyət icraçıları baxışında birincilik qazanmışdır. M.Rzaquluzadə. [Sədəf:] [Xosrov] özfəaliyyət baxışlarında həmişə tərifləndi. B.Bayramov. özgə sif.\n1. Başqa, digər. Özgə məsələ. Özgə vaxt gələrsən. – Bundan əlavə, dəxi Yusif şahda həzar gunə özgə eyblər tapdılar. M.F.Axundzadə. // Aid olduğu sözə xüsusi emosionallıq verir. İlin hər fəslinin bir hüsnü var, amma qışın ləzzəti bir özgədir. C.Məmmədquluzadə. Deyirlər ki, evli olmağın, uşaq babası olub külfət arasında ömür sürməyin özgə bir ləzzəti var. A.Divanbəyoğlu.\n2. Həmin cəmiyyətə, kollektivə, ailəyə mənsub olmayan. Özgə uşaq. – [Müəllim:] Mən ki özgə adam deyiləm. H.Nəzərli.\n3. İs. mənasında. Kənar, yabançı, yad, özgəsi. [Dilbər:] Özgələri min iş görürlər, karvanı malı ilə yeyirlər, sarvanı şalı ilə. C.Cabbarlı. [Sərvər:] Rüstəm bəy Gülnazı özgəsinə ərə verir. Ü.Hacıbəyov.\n4. Qoşma vəzifəsində. Digər, başqa. Bahar fəsli el şad olur sərasər; Hərgiz məndən özgə yoxdur mükəddər. Q.Zakir. özgəyerli is. Yad, başqa yerli, gəlmə; yadelli. özgün sif. Özünəməxsus, özünə xas olan, orijinal. Sabir, İran tacirlərinin alayarımçıq işlərini, verdikləri vədə xilaf çıxmalarını özgün tərzdə tənqid edərək, onları kasıb balalarının şövqlə oxumalarını gözləri götürməməkdə, dargözlükdə günahlandırırdı. “Hophopnamə”. özləmə “Özləmək”dən f.is. özləmək f. şair. Bir daha görmək və ya qovuşmaq arzusunda olmaq; görmək istəmək, arzulamaq, həsrətində olmaq. [Şeyx Kəbir Sənana:] Cahil-arif, böyük-kiçik yeksər; Səni özlər, sevər, pərəstiş edər. H.Cavid. Çeynəndi, tapdandı özlədikləri; Gözlərində qaldı gözlədikləri. M.Müşfiq. özlü sif. Yapışqanlı, yapışqan kimi; yarımqatı. Özlü maddə. özlülük is. Yapışqanlılıq, qatılıq. Məhlulun özlülük dərəcəsi. özlüyündə zərf\n1. Öz fikrində, öz aləmində, öz düşüncəsində, öz-özlüyündə. Özlüyündə fikirləşmək. – Tapdıq özlüyündə sevindi ki, nə yaxşı ki, müəllim gəlib çıxmır. Ə.Vəliyev. Qoca isə özlüyündə Qəhrəmanla danışıb əylənirdi. S.Rəhimov.\n2. Ayrıca götürüldükdə, təklikdə; öz mahiyyəti etibarilə. Bu mövzu özlüyündə şagirdlərin mənimsəməsi üçün çox çətindir. özüaçılan sif. Öz-özünə açılan, avtomatik surətdə açılan. Özüaçılan qapılar. özüboşaldan sif. Banı yana və ya arxaya çevrilməklə özü yükünü boşaldan (avtomaşın haqqında). Yükünü özüboşaldan avtomobil. özül is. Bünövrə, təməl, əsas. Binanın özülü. – Qoyuldu özüllər, boylandı tağlar; Tikildi divarlar, şumal dirəklər. M.Müşfiq. Binanın özülünü qoymaq üçün bütün hazırlıq işləri görülmüşdür. Z.Xəlil. // Məc. mənada. Məktəbdə müəllim, evdə ana... Ana tərbiyəsi isə özüldür. S.Rəhimov. özüllü sif. Özülü olan, bünövrəli. özülsüz sif. Özülü, bünövrəsi olmayan; bünövrəsiz, təməlsiz. Bina tez uçular özülsüz olsa; Əməl də düz olar şüur düz olsa. B.Vahabzadə. özümünkü (=özümüzünkü)\n1. əvəz. Özüm(üz)ə aid olan, özüm(üz)ə məxsus olan; mənimki, bizimki. Kitablar özümü(zü)nküdür.\n2. İs. mənasında adətən cəm şəklində: özüm(üz)ünkülər – mənə, bizə yaxın olan adamlar, yoldaşlarım(ız). Özümü(zü)nkülər gəldilər. – [Südabənin anası:] Qonumqonşu dövrəmə yığışsın, gözümü özümüzünkülər bağlasınlar. M.İbrahimov. özümüzünkü (=özümünkü)\n1. əvəz. Özüm(üz)ə aid olan, özüm(üz)ə məxsus olan; mənimki, bizimki. Kitablar özümü(zü)nküdür.\n2. İs. mənasında adətən cəm şəklində: özüm(üz)ünkülər – mənə, bizə yaxın olan adamlar, yoldaşlarım(ız). Özümü(zü)nkülər gəldilər. – [Südabənin anası:] Qonumqonşu dövrəmə yığışsın, gözümü özümüzünkülər bağlasınlar. M.İbrahimov. özündənbəy is. zar. Özünü böyük göstərməyə çalışan adam. Özündənbəyin biridir. özündəngetmə is. Hissini, huşunu itirmə; qəşş etmə, ürəkkeçmə. özünəbəy bax. özündənbəy. özünəxidmət is. Özü-özünə xidmət etmə, öz məişət və s. ehtiyaclarını özü təmin etmə. Özünəxidmət mağazası. özünənəzarət is. Öz hərəkətinə, işinə, səhhətinə nəzarət etmə. Özünənəzarət həkim nəzarətini tamamlayan mühüm vasitədir. özünüçəkən sif. Özünü başqalarından yüksək tutan; lovğa, təkəbbürlü, özünü dartan. Əsədüddövlə təkəbbürlü, özünüçəkən, ağızdan cəfəng bir adam idi. P.Makulu. özünüdartan bax. özünüçəkən. özünüidarə is.\n1. Hər hansı bir təşkilatın, cəmiyyətin, təsərrüfat, yaxud inzibat vahidinin və s. öz daxili işlərini yerli qüvvələrlə həll etmə hüququ. [Mürtəcelər] 1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin Təbrizdə yaratdığı demokratik özünüidarə üsulunu .. məhv etdilər. M.İbrahimov.\n2. bax. muxtariyyət. özünüqoruma f. Özünü təhlükədən, zərbədən və s.-dən mühafizə etmə, qoruma. Zədələnmənin qarşısını almaq üçün qoruma və özünüqoruma tədbirlərinin çox böyük əhəmiyyəti vardır. özünümüdafiə is. Özünü hər hansı bir təhlükədən, hücumdan, düşmən hərəkətlərindən öz qüvvəsi ilə müdafiə etmə. Özünümüdafiə tədbirləri. Özünümüdafiəyə hazır olmaq. özünümüşahidə is. Öz üzərində müşahidə aparma, öz-özünü müşahidə etmə; öz hərəkətləri, hissləri, fikirləri üzərində müşahidə aparma. özününkü 1. əvəz. Özünə məxsus olan, özünə aid olan. Paltar özününküdür.\n2. İs. mənasında. Öz adamı, öz qohumu, öz yaxını, yaxud öz şeyi, öz fikri və s. [Tutubəyim ağa:] Qızım, bir özününkülərdən də oxu, .. qulaq assın. Çəmənzəminli. özünütənqid is. Öz işindəki nöqsanları aradan qaldırmaq üçün öz səhvlərini göstərərək tənqid etmə. Tənqidi və özünütənqidi genişləndirmək. özünütərbiyə is. Özünü tərbiyə etmə. özüyazan sif. Hər hansı göstəriciləri avtomatik surətdə qeyd edən. Özüyazan cihaz. özüyeriyən sif. Öz dartı qüvvəsi ilə hərəkət edən. Özüyeriyən kombayn. Pp p azərbaycan əlifbasının iyirmi üçüncü hərfi. bax. pe. paça is. [fars. paçə – kiçik ayaq]\n1. Bədənin, iki qıçın arasındakı hissəsi. Ördək qaz yerişi yeriyəndə paçası aralı qalar. (Ata. sözü). Teymur ağa təngə gəlib, bir əlilə yapışıb onun boynunun ardından, bir əlilə paçasından qaldırıb tullayır. M.F.Axundzadə. Bir qədər yol gedəndən sonra görürsən yabı öz yabılığını bildirdi: qulaqlar sallandı, paçanın arası köpükləndi, boyun düşdü, yabı yoruldu. Ə.Haqverdiyev. İdrisov oturduğu yerdə əllərini paçasının arasında qoşalaşdırdı. İ.Məlikzadə. // Baldır; ayağın dizdən aşağı hissəsi. [Qız] iki-üç yaşlı, paçası açıq bir oğlan uşağının lap böyründə durmuşdu. M.İbrahimov.\n2. Qoyun, keçi və malın ayrıca satılan dizdən aşağı hissəsi (ayaq və baldırları). // Bunlardan hazırlanan yemək. paçabənd is. [fars.]: paçabənd etmək (eləmək) – bax. paçalamaq. [Mirzə Səttar:] Xux, yeyərsiz məni, çox böyük adamlar gəlir, onları paçabənd eyləyib qoyaram altıma. M.Əliyev. paçalama “Paçalamaq”dan f.is. paçalamaq f. Paçasından tutmaq; yapışmaq, paçabənd etmək. Nuşapəri xanım səbir eləyə bilməyib tez yorğan-döşəkdən durdu, qarını paçalayıb, qoydu dizinin altına. (Nağıl). [Feyzi] cəsarətlə sürünün içinə yeriyib, ala əmliyi paçaladı.. B.Bayramov. padar is. Türk tayfalarından birinin adı və həmin tayfaya mənsub olan adam. padşah is. [fars.]\n1. Hökmdar, imperator, şah, sultan. Qoy səndən kiçiklər çapsınlar, sən çapma. Yalnız böyük padşahların qarşısında ad qazanmaq və ya özünü göstərmək üçün çapmağına dəyər. “Qabusnamə”.\n2. məc. dan. Yarışda, oyunda, məclisdə və s.-də başçılıq edən adama verilən ad. Yat, yat, İmamqulu! – deyə birdən padşah çığırdı, – yat, yat! Çəmənzəminli. Toy məclisidir. Qoçu Əsgər padşah olub, yuxarı başda əyləşibdir. Ü.Hacıbəyov. padşahlıq is. köhn.\n1. Padşah vəzifəsi; şahlıq. Məlik Çoban çox ədalətlə padşahlıq etməyə, camaatla yaxşı rəftar etməyə başladı. (Nağıl).\n2. Padşah tərəfindən idarə olunan dövlət quruluşu; şahlıq, imperatorluq. Padşahlığı yıxmaq. – Xəlifədən gələn nümayəndələr də Qızıl Arslanın padşahlığı qəbul etməsini təklif edirdilər. M.S.Ordubadi.\n3. Bir padşahın hakimiyyəti altında olan ərazi, ölkə, məmləkət. Padşahlığı idarə etmək.\n4. Padşaha mənsub, padşah hökumətinə məxsus; dövləti. [Vəli bəy:] Padşahlıq dumasının vəkili olmaq xatalı işdir. S.S.Axundov. [Ağa Məhəmməd şah Qacar:] Rəiyyət məhəbbəti qazanmaq padşahlığın ilk vəzifəsidir. Ə.Haqverdiyev. padşahpərəst is. [fars.] Padşah tərəfdarı, padşahlıq üsuli-idarəsi tərəfdarı; monarxist. padşahpərəstlik is. Padşah üsuliidarəsinə tərəfdar olma, onu yeganə dövlət üsulu kimi qəbul etməkdən ibarət mürtəce siyasi cərəyan. padşahyana sif. köhn. Padşaha layiq, padşahlarda olduğu kimi; şahanə. Kişi gedib bazardan bir dəst padşahyana libas aldı.. (Nağıl). padzəhər is. [fars.] Zəhərə qarşı maddə, dərman. İbn-Sina “Həkimlik sənətinin qanunu” adlı kitabda .. padzəhərlər haqqında ətraflı məlumat vermişdir. R.Əliyev. pafos [yun. pathos – ehtiras]\n1. Ehtiraslı ruh yüksəkliyi; təmtəraq. Pafosla danışmaq. Yalançı pafos. – Direktor .. saçlarını əsdirərək, tragik aktyor pafosu ilə ağlamsındı. M.Hüseyn.\n2. Hər hansı bir yüksək ideyanın doğurduğu şövq, ilham, vəcd, ruh yüksəkliyi, coşqunluq, ehtiras. Romantika Almazın enerjisində, yaradıcılıq pafosunda, onun cəsarət və fədakarlığında, onun nikbinliyində, gələcək gözəl həyata olan inam və ümidindədir. M.Arif. pafoslu sif. Ehtiraslı, coşqun, təmtəraqlı. Pafoslu nitq. Pafoslu çıxış. pah nida. Təəccüb, təəssüf, kədər kimi hissləri ifadə edir. Pah, nə pis oldu. Pah, nə çox kitabın var. Pah, yaman işə düşdük. • Pah atonnan dan. – cümlənin əvvəlində işlənərək təəccüb bildirir. Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə! Nə də tərpənməyir üstündəki yorğan, ölübə!.. M.Ə.Sabir. paho bax. pah. [Hamı:] Paho! Bu nə işdir, .. belə də adam aldatmaq olarmı? Ü.Hacıbəyov. Paho, strajnik gəlib ki, xoş gördük! – deyə Əhməd irəli gəlib Fərmanla görüşdü. Ə.Abasov. paxar is. Uzaq Şərqdə yaşayan etnik azlıqlar qrupu və həmin qrupa mənsub olan adam. paxıl sif. [ər. bəxil] Başqasının üstünlüyünə, xoşbəxtliyinə, rifahına, müvəffəqiyyətinə, qabağa getməsinə dözməyən, bundan dilxor olan, bunu gözü götürməyən; dargöz. Paxıl adam. – Bir adam paxıl olsa; Ömrü boyu dərd çəkər. (Bayatı). // İs. mənasında. Paxılın biridir. – Ürək sındırmadım, qəlb incitmədim; Paxıllar yüz yerdən çəkdi dağ mənə. B.Vahabzadə. paxıllıq is. Başqasının rifahına, üstünlüyünə, müvəffəqiyyətinə, xoşbəxtliyinə, qabağa getməsinə dözməmə, bundan dilxor olma, acıqlanma; gözügötürməzlik, dargözlük. [Hacı Fərəc:] ..Hər nə danışırlar qoy danışsınlar, .. hamısı paxıllıqdır. N.Vəzirov. Üzümə dost kimi bəzən gülürsən; Dalda paxıllıqdan yanıb ölürsən. S.Vurğun. • Paxıllıq etmək – dargözlük etmək, gözügötürməzlik etmək. Mahmuda xarici görünüşünə görə paxıllıq edənlər də olurdu. S.Vəliyev. Paxıllığı tutmaq – bax. paxıllıq etmək. Səfa elə baxır, elə bil ölümə məhkum olunmuş Hüsnübəyimə paxıllığı tutur, qibtə eləyir... İ.Məlikzadə. Paxıllığını çəkmək – bax. paxıllıq etmək. [Dəmir:] Sizin Qarabağ bəyləri həmişə bir-birinin paxıllığını çəkirlər.. Ə.Vəliyev. paxır bax. pas. Baxıb saxta gözümüzlə; Hamar gördük çuxuru biz; Saray bildik axuru biz; Görəmmədik qat bağlayan paxırı biz. B.Vahabzadə. paxırlanma “Paxırlanmaq”dan f.is. paxırlanmaq bax. paslanmaq. paxırlı bax. paslı. Qumru qalayı getmiş, paxırlı tiyançanı gətirib küncə qoydu. Mir Cəlal. [İlyas:] Yanımdakı kolların paxırlı yarpaqlarında bir-iki iri yağış damlası tappıldadı. Ə.Məmmədxanlı. paxla is. İçində iri dənələri olan bostan bitkisi. Paxlanı becərmək. // Həmin bitkinin plova qatılan iri toxumu. paxlalı sif. İçində paxla olan, paxla ilə bişirilmiş. Paxlalı aş. • Paxlalı bitkilər – bax. paxlalılar. Paxlalı bitkilər əkilən sahələrin torpağı azot birləşmələrilə zənginləşir və münbit olur. H.Qədirov. paxlalıq is. Paxla əkilmiş yer, paxla tarlası. Paxlalığı suvarmaq. paxlalılar cəm bot. Paxla məhsulu verən bitki fəsiləsi. paxlaplov is. Paxla və düyüdən bişirilən plov növü, paxlalı plov. paxlava is.\n1. Yayılmış xəmir qatları arasına döyülmüş badam (fındıq, qoz və s.) ləpəsi ilə şəkər tozu tökülən və romb şəklində kəsilərək bişirilən Şərq şirniyyatı. [Varlılar] bayrama xüsusi şəkərçörəyi, badamçörəyi, paxlava və sair bu kimi şirniyyat bişirib hazırlardılar. H.Sarabski.\n2. Paxlava (romb) şəklində naxışları olan. [Kişinin] qırxılmış başında paxlava çəkili ağ araqçın vardır. H.Sarabski. pak I. sif. [fars.] Təmiz. ..Hava gərək təmiz olsun, onun pak olmağı həyat və xarab olmağı ölümdür. H.Zərdabi. // Məc. mənada. Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol. M.Ə.Sabir. [Budağın] əxlaqı, pak və səmimi ürəyi .. onu müəllimlərə .. çox sevdirdi. Ə.Vəliyev. // məc. Müqəddəs, mübarək, əziz. ..Özgələr önündə pak görünməsi; O, hələ bilmir ki, ləkədir ona. B.Vahabzadə.\n\nII. is. [ing. pack] Qütb dənizlərində yaranan çox iri çoxillik üzən buz. Pakın qalınlığı 3-5 metr olur. paker is. [ing.] Quyunun neft, su və qaz təbəqələrini bir-birindən ayıran qurğu. paket is. [fr.]\n1. İçərisinə məktub qoyulmuş konvert, zərf. Pristav əlini cibinə salıb, göy bir paket çıxarıb açdı. H.Nəzərli. Firidun paketi açdı, ikicə sətir yazılmışdı. M.İbrahimov.\n2. Kağıza bükülmüş bir və ya bir neçə şey; bağlama. // İçinə ərzaq və s. qoyulmaq üçün kağız kisə. Mağazada şeylər paketdə satılır. ‣ Fərdi paket – özünün və ya başqasının yarasını sarımaq üçün xüsusi surətdə bağlanmış sarğı. pakizə sif. [fars.]\n1. bax. pak. [Seyid:] Təmizcə, pakizə müsəlman nömrələri saxlayıram.. Ə.Haqverdiyev.\n2. məc. Yaxşı, gözəl, qəşəng. [Hacı Nuru:] Mərhum zəhmət çəkib sənə pakizə dəlləklik öyrətmişdi. M.F.Axundzadə. Bu yaxında Məşədi Şərbətəlinin yaxşı, pakizə restoranı var. Ə.Haqverdiyev. • Çox pakizə – çox yaxşı, çox gözəl (bir şeyi bəyənmək, yaxud bir sözü təsdiq etmək məqamında işlənir). [Soltan bəy:] Çox gözəl, çox pakizə! Balam, heç sənin insafın-zadın yoxdur? Ü.Hacıbəyov. [Rəhim bəy:] Çox gözəl, çox pakizə! Elə mənim də axtardığım beləsi idi. M.Hüseyn. pakizəlik is. Paklıq, təmizlik. paklama “Paklamaq”dan f.is. paklamaq f. Murdar sayılan bir şeyi yumaqla pak etmək; təmizləmək. İt yalamış qabı paklamaq. paklanma “Paklanmaq”dan f.is. paklanmaq f. Təmizlənmək, yuyulub təmizlənmək. // qayıd. Yuyunub təmizlənmək. Biz indi dünənin çirkablarından; Necə təmizlənək, necə paklanaq? B.Vahabzadə. paklıq is.\n1. Təmizlik.\n2. məc. Mənəvi təmizlik, daxili saflıq. [Mahmud:] O gecə cəmi ömrümün gözəlliyini, paklığını, salamatlığını beş dəqiqəyə qurban verdim. Çəmənzəminli. pakt [lat.] Adətən böyük siyasi əhəmiyyəti olan beynəlxalq müqavilə. Hücum etməmək haqqında pakt. Paktı imzalamaq. paqqapaq təql. Qaynayan mayedən çıxan səs. Samovar paqqapaq qaynayır. paqqıldama “Paqqıldamaq”dan f.is. paqqıldamaq f. Paqqıltı səsi çıxarmaq, paqqapaq qaynamaq. Qazan paqqıldayır. // Qaynayan, yaxud bir qabın boğazından çıxan su haqqında. Durna bulağının daş şırranına söykənmiş balaca qırmızı sənəyin boğazından çıxan ağappaq su paqqıldayır. S.Rəhimov. pal is. Təzə qozun üst göy qabığı. [Veys] ..üstünə salınmış qurama yorğana, keçən il qoz palı ilə boyanmış bez mütəkkəyə işarə ilə dedi.. Ə.Əbülhəsən. palan I. is. [fars.]\n1. Minik üçün istifadə edilən heyvanların belinə qoyulan içi saman, ya küləşlə dolu primitiv yəhər. Ağa, palanı çox gözəl xalçadan tikilmiş bir uzunqulaq minmişdi. M.S.Ordubadi.\n2. Keçmişdə: hambalların dallarına qoyduqları xüsusi yastıq. Bir palan tikdir, yüngül taylardan-zaddan daşı, hamballıq elə. (Nağıl). Burda döngələrin yeri darısqal; Oturmuş palanın üstündə hambal. S.Vurğun.\n3. məc. dan. Qalın, ağır, kobud geyim haqqında. Bu palto deyil, palandır.\n\nII. is. [“plan” sözünün danışıqda işlədilən təhrif olunmuş forması] Şəhərin bir neçə evdən ibarət hissəsi; məhəllə, küçə. [Hacı Cəfər:] Mən çıxarmayacağam, pristav çıxardacaq, odur bax, palanın tinində durubdur. N.Vəzirov. palanduz is. [fars.] köhn.\n1. Palan tikən usta.\n2. İri qıyıq; çuvalduz. palanlama “Palanlamaq”dan f.is. palanlamaq f. Heyvanın dalına palan qoymaq; çullamaq (bax. palan1 1-ci mənada). [Mürşüdoğlu:] Öküzü palanlayıb göndərdim. S.Rəhimov. Aslan kişi gecə yarı olmamışdan yerindən qalxıb, paltarını, çarıq-corabını geyindi, eşşəkləri palanladı. Ə.Vəliyev. palanlı sif. Dalında palanı olan; çullu. Bir gün .. palanlı ata minmiş bir qocanı darvazamızın ağzında durmuş gördüm. S.S.Axundov. palata [lat. palatium – saray]\n1. Xəstəxanalarda və müalicə müəssisələrində xəstələr yatan otaqlardan hər biri. Bir az sonra həkim palataları gəzəcəkdi. Ə.Əbülhəsən.\n2. Bəzi ölkələrdə nümayəndəlik orqanlarının adı. Aşağı palata (bir sıra ölkələrdə birinci qanunvericilik instansiyası). Yuxarı palata (bir sıra ölkələrdə ali qanunvericilik instansiyası).\n3. Müəyyən işlə məşğul olan bəzi dövlət idarələrinin adı. Kitab palatası. Ticarət palatası. Çəki və ölçü palatası. palaz is. Yundan və ya pambıqdan toxunma enli, uzun, qalın, xovsuz xalça növü. Hücrənin fərşi ibarətdi bir palazdan. C.Məmmədquluzadə. palazqulaq sif.\n1. Qulaqları çox yekə olan; iriqulaqlı, yekəqulaqlı. Palazqulaq adam.\n2. məc. dan. zar. İri kağız pula zarafatla verilən ad. Palazqulaq iyirmibeşlik. – Bir palazqulaq yüzlük [məhkəməyə], bir palazqulaq yüzlük də pristavın ovcuna basdıq, qurtardı. M.S.Ordubadi. palazlıq sif. Palaz toxumaq üçün yarayan, palaz toxumaq üçün ayrılmış. Palazlıq iplik. palaztoxuyan sif. və is. Palaz toxumaqla məşğul olan (adam). palçıq is.\n1. İslanaraq horra halına gəlmiş torpaq. Ayaqqabılarını palçığa batırmaq. – ..Yolun palçığından tərpənmək olmayırdı. Ə.Haqverdiyev.\n2. Müalicə məqsədilə istifadə olunan dəniz, yaxud çay lili və ya tərkibində müxtəlif üzvi maddələr olan neft, su ilə torpaqdan ibarət zığ. Naftalan palçığı.\n3. Keçmişdə bədəndəki tükləri aparmaq üçün işlənən mürəkkəb tərkibli maddə.\n4. Suda həll olunmuş sement, əhəng, gil və qum qatışığından ibarət qatı maye (tikintidə yapışdırıcı maddə və mala çəkmək üçün işlədilir). Palçıq tutmaq. Gil palçığı. – [Rza:] Palçıq divarların içindəki həyətimiz uzun bir dərəyə oxşayırdı. M.İbrahimov. ‣ Palçıq yaxmaq (atmaq) – şər atmaq, ləkə vurmaq, böhtan atmaq. palçıqçı is. Palçıq (4-cü mənada) tutan və palçığı bənnaya verən bənna köməkçisi. Palçıqçı Bəşir donluğunu almış, borcları ilə tutuşduraraq evə qayıdırdı. C.Cabbarlı. palçıqçılıq is. Palçıqçının işi, peşəsi. Palçıqçılıqla məşğul olmaq. palçıqlama “Palçıqlamaq”dan f.is. palçıqlamaq f.\n1. Palçıq vurmaq, palçıq sürtmək; malalamaq. Divarı palçıqlamaq.\n2. Palçığa bulamaq (bulaşdırmaq), palçıqlı olmaq. Paltosunu palçıqlamaq. palçıqlanma “Palçıqlanmaq”dan f.is. palçıqlanmaq 1. məch. Palçıq vurulmaq, palçıq sürtülmək; malalanmaq. Divar palçıqlandı.\n2. qayıd. Palçığa bulanmaq. Üst-başı palçıqlandı. palçıqlatma “Palçıqlatmaq”dan f.is. palçıqlatmaq icb.\n1. Palçıq vurdurmaq, palçıq sürtdürmək; malalatmaq. Barını palçıqlatmaq.\n2. Palçığa bulatmaq, palçığa bulaşdırmaq. palçıqlı sif.\n1. Palçıq basmış, palçıqla örtülü. Palçıqlı yer. Palçıqlı səki. – Polad asfaltlı küçədən çıxıb, palçıqlı bir döngəyə girdi. S.Rəhman. Qabaqda sürüşkən və palçıqlı kənd yolu görünürdü. H.Seyidbəyli.\n2. Palçığa batmış, palçığa bulanmış. Palçıqlı ayaqqabı. Palçıqlı maşın. – ..Biçarə qardaşlarımız bir əldə süfrə və bir əlində palçıqlı başmaqları, süfrəni yerə döşüyüb başlayırlar küftə yeməyə. C.Məmmədquluzadə. [Rüstəm] çox gec, üst-başı palçıqlı və yorğun-arğın halda evə qayıtdı. M.İbrahimov. // Bulanıq, lehməli. Palçıqlı su. palçıqlıq is. Çoxlu palçıq olan yer; zığlıq, lehməlik. Palçıqlıqda batmaq. palçıqtutan sif. və is. Bina tikmək üçün palçıq (4-cü mənada) hazırlayan. Palçıqtutan fəhlə. – Burada bənnalar, daşdaşıyanlar, palçıqtutanlar həvəslə, tər tökərək işləyirdilər. M.İbrahimov. [Biri] palçıqtutan, daşyonan, divartikən bənnaya, fəhləyə dua eləyir, biri papiros yandırır, biri sərin su gətirir. Mir Cəlal. paleoantrop is. [yun.] 250-350 min il əvvəl Avropa, Asiya və Afrikada yaşamış qədim insanlar; neandertal adamı. paleoqraf [yun.] Paleoqrafiya mütəxəssisi, qədim əlyazmaları tədqiqatçısı. paleoqrafiya [yun. palaios və grapho] Yazı tarixini, onun qrafik formalarının inkişaf qanunauyğunluqlarını öyrənən tarixifiloloji fənn. paleolit [yun. palaios və lithos] Daş əsrinin ən qədim dövrü. Paleolit əsri. paleontologiya [yun. palaios, ontos və logos] Qazıntı nəticəsində tapılan nəsli kəsilmiş ən qədim heyvan və bitkilərin tədqiqi ilə məşğul olan elm. paleontoloji “Paleontologiya”dan sif. Paleontoloji tədqiqat. Paleontoloji atlas. paleontoloq [yun.] Paleontologiya mütəxəssisi. paleozavr [yun. palaios və zavros] Qazıntı nəticəsində tapılmış nəhəng kərtənkələ. paleozoy [yun. palaios və zoe] Yerin geoloji tarixində mezozoy dövründən əvvəlki dövr. Paleozoy dövrü. palıd is. bot. Qoza şəklində meyvəsi olan, möhkəm oduncaqlı, iri yarpaqlı ağac. [Dərviş:] Qoca baltanı götürüb, uzaqda duran palıd ağaclarının birinin böyründən əl böyüklüyü qədər ağartdı.. A.Divanbəyoğlu. palıdlı sif. Palıd ağacı olan, palıd ağacı bitmiş, palıd ağaclarından ibarət. [Qız dedi:] Nəbi ilə Həcərin oylaqlarından birisi olan Şırlanbulağın yanında sıx palıdlı meşədə düşdük. S.Rəhimov. Meşələr görmüşəm qoca palıdlı; Hündür vələsləri verib baş-başa. R.Rza. palıdlıq is. Çoxlu palıd ağacı olan yer, palıd meşəsi. Palıdlıqda odun doğramaq. palitra is. [fr.]\n1. Rəssamın iş prosesində rəng qarışdırdığı nazik taxta parçası; sini, saxsı lövhə.\n2. Rəssamın yaradıcılıq üslubuna xas olan bədii ifadə vasitələrinin məcmusu. pallı-paltarlı bax. pal-paltarlı. Zərnigar xanım bu dəfə dinmədi. Elə pallıpaltarlı yerinə uzandı. İ.Şıxlı. palma [lat.] Uca, düz gövdəsinin başında yelpikvari budaqlardan ibarət tacı olan, isti ölkələrdə bitən həmişəyaşıl ağac. Qatar, palma ağacları içərisində gizlənən stansiyanın qabağında dayandı. M.S.Ordubadi. palmalıq is. Çoxlu palma ağacı bitmiş yer. pal-paltar top. Paltar, geyim, üst-baş; paltarlar. [Muzdur] ..pal-paltarı öz tərtib və səliqəsi ilə bir-birinin üstünə dərişdirdi. S.M.Qənizadə. Anam pal-paltarımı səliqə ilə hazırladı. İ.Əfəndiyev. pal-paltarlı bax. paltarlı. Pal-paltarlı yatmaq. palpasiya is. [lat.] tib. Xəstəni müayinə etmək üsulu. paltar is. Əyinə geyilən hər növ geyim; libas. İş paltarı. Ev paltarı. Paltar tikdirmək. – Elçilər qızı təzə paltarda görəndə heyran-heyran bir-birlərinin üzünə baxdılar. Çəmənzəminli. [Nuriyyə:] İnstitutda oxuduğum zaman rəfiqələrim gündə bir dəst paltar geydikləri halda, mən bütün ili bir donla başa vurdum.. İ.Əfəndiyev. paltarasan (=paltarasılan) is. Paltar asmaq üçün xüsusi düzəldilmiş asqı aləti. İmran kişi papağını çıxardıb, dəmir paltarasılandan asdı. M.Hüseyn. Qapıların yanında .. qoz ağacından qayrılmış paltarasanlar qoyulmuşdu. M.İbrahimov. paltarasılan (=paltarasan) is. Paltar asmaq üçün xüsusi düzəldilmiş asqı aləti. İmran kişi papağını çıxardıb, dəmir paltarasılandan asdı. M.Hüseyn. Qapıların yanında .. qoz ağacından qayrılmış paltarasanlar qoyulmuşdu. M.İbrahimov. paltarbiçən sif. Parçadan paltar biçən. Paltarbiçən qadın. // İs. mənasında. Parçadan paltar biçən usta, dərzi. paltarçı sif. və is. İctimai yerlərdə gələnlərin paltarını saxlamaqla məşğul olan; qarderobçu. Paltarçı qadın. – Paltarçı qız çıxarılan paltarları yuyanlara, təmizləyənlərə və ütüləyənlərə verdi. M.S.Ordubadi. paltarkəsdi is. etn. Nişanlı qız üçün paltarlıq gətirmək və paltar biçmək mərasimi. Bir ildən sonra oğlan evi qız üçün paltar hazırlayıb qırmızı xonçalara qoyar və qız evinə aparardı. Bunun da adına paltarkəsdi deyərdilər. H.Sarabski. paltarlı sif. Əynində paltarı olan; geyimli. [Əsgərləri] qarşılayıb alqışlayan çox idi: cırıq çarıqlı, yırtıq paltarlı muzdurlar.. H.Nəzərli. paltarlıq sif. Paltar tikmək üçün yarayan, paltar tikmək üçün ayrılmış. Paltarlıq çit. – Rüxsarə Nənəqız üçün aldığı paltarlıq parçanı, haşiyəli yaylığı, bir cüt də yastıdaban ayaqqabını çıxartdı. S.Rəhimov. // İs. mənasında. Paltar üçün parça. 5 metr paltarlıq. paltartikən 1. is. Paltar tikməklə məşğul olan usta; dərzi.\n2. sif. Paltar tikməyə məxsus. Paltartikən maşın. paltaryuyan sif.\n1. İşi paltar yumaqdan ibarət olan, paltar yumaqla məşğul olan. Paltaryuyan qadın [Aslanı] səmimiyyətlə qarşılayıb oturmasını xahiş etdi. S.Vəliyev.\n2. Paltar yumağa məxsus. Yeni növ paltaryuyan maşınlar da öz quruluşu etibarilə çox maraqlıdır. // İs. mənasında. Mexaniki paltaryuyan maşın. Paltaryuyanı təmir etmək. Yeni markalı paltaryuyan. paltava is. Doşab, yağ və undan hazırlanan halva növü. palto [fr.] Paltar, kostyum və s. üstündən geyilən uzun üst geyimi. Uşaq paltosu. – [Mehriban] şkafdan paltosunu alıb geydi. S.Hüseyn. paltoluq is. Palto tikmək üçün yarar, palto tikmək üçün ayrılmış. Paltoluq drap. // İs. mənasında. Palto tikmək üçün yarayan parça. 3 metr paltoluq almaq. paltus is. Qalxanbalıqlar fəsiləsindən balıq növü. pamazı bax. bumaze. [Ağa Kərim xan:] ..Mən heç ömrümdə azar görməmişəm, pamazı paltarım olur həmişə qalın.. N.Vəzirov. pambıq is.\n1. Qozalarının içindəki liflərindən iplik hazırlanan kolşəkilli birillik cənub bitkisi, həmçinin bu bitkinin ağrəngli lifləri. Pambıq əkini. Pambıq tədarükü. Pambıq bitkisi ən qədim mədəni bitkilərdən biridir. – Yolun hər iki tərəfində pambıq kollarının düz cərgələri uzanıb gedirdi. Ə.Əbülhəsən. • Pambıq sovkası zool. – bitkilərə (əsasən, pambıq bitkisinə) ziyan vuran zərərverici. Pambığa ən təhlükəli ziyanvericilərdən biri pambıq sovkasıdır. Pambıq zavodu – yığılmış pambığı çiyid və s.-dən təmizləyərək onu ilk emal edən müəssisə. [Qaçay:] Pambıq zavodunda iş olduğunu eşidib, Mirzə Cəmilin hüzuruna təşrif gətirdi. Ə.Vəliyev. Pambıq məntəqəsi – yığılmış pambığı qəbul edib, pambıq zavodlarına göndərən məntəqə.\n2. Həmin bitkinin tibb və məişətdə işlədilən təmizlənmiş liflərdən ibarət tüklü tiftik kütləsi. Yaraya pambıq qoymaq.\n3. Pambıq ipliyindən toxunmuş, yaxud içərisinə pambıq qoyulmuş. Pambıq parça. Pambıq yorğan. pambıqatan is. Xam pambığı əl, ya maşında çiyid, zir-zibil və s.-dən təmizləməklə məşğul olan adam, fəhlə. [Hacı:] Ey Ağa Mirzə Mehdi, atanın pambıqatan olması oğluna eyib edər? N.Vəzirov. pambıqçı is. Pambıq əkib-becərməklə məşğul olan kəndli. Şirin .. Muğan pambıqçısı idi. Ə.Əbülhəsən. pambıqçılıq is. Kənd təsərrüfatının pambıq əkib-becərməklə məşğul olan sahəsi; pambıq əkib-yetişdirmə işi. Pambıqçılığı inkişaf etdirmək. – 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində Azərbaycan torpaqları pambıqçılığın meydanına çevriləndə Xəlilgilin [Xəlil Rzanın] babadan qalma bağları da əllərindən alınmış, şumlanıb yerinə çiyid səpilmişdi. B.Nəbiyev. pambıqqurudan sif. Pambığı qurutmağa məxsus. Pambıqqurudan meydançalar. pambıqlı sif.\n1. Pambıq olan, pambıq əkilmiş. Pambıqlı tarla. – Ağ pambıqlı geniş Muğan; Geniş çöllər bizimkidir. Aşıq Şəmşir.\n2. Pambığı olan, içərisinə pambıq qoyulmuş. Pambıqlı yorğan. – [Çimnaz] pambıqlı canlığını əyninə taxıb, qızına da təzə paltarını dəyişməyi təklif etdi. Ə.Əbülhəsən. pambıqlıq is. Pambıq əkilmiş sahə, pambıq tarlası. Pambıqlığı becərmək. Pambıqlığı sulamaq. pambıqtəmizləyən sif. Yığılmış pambığı çiyid, zir-zibil və s.-dən təmizləyən. Pambıqtəmizləyən zavod. pambıqyığan is. Pambıq yığmaq, pambıq toplamaqla məşğul olan adam. [Qulu:] Hər gün saat birdən üçə qədər pambıqyığanların istirahət saatlarıdır. İ.Əfəndiyev. // Sif. mənasında. Pambıqyığan qız. Pambıqyığan maşın. pamflet [ing. pamphlet] Hər hansı bir şəxs, yaxud ictimai quruluş, siyasi hadisə və s. əleyhinə yazılmış istehzalı publisistik əsər. Siyasi pamfletlər. Pamfletə yaxın publisistik əsərlər. Pamflet janr kimi Renessans dövründə formalaşmışdır. pamfletçi is. Pamflet yazan yazıçı, pamflet müəllifi. pampa is. [isp.] Cənubi Amerikada ot örtüyü ilə zəngin olan bəzi ərazilərə verilən ad. pampers is. [xüs.] Sidikhopduran. pan [pol. pan] Polyak, habelə 1917-ci il inqilabından əvvəl ukraynalı və belorus mülkədar; zadəgan, ağa. panama [coğr. is-dən]\n1. Yay şlyapası növü. Ağayarın halı çox pərişandı, həmişə qaşları üstünə əydiyi həsir panaması indi peysərinə aşmışdı. Ə.Əbülhəsən.\n2. Adətən birrəngli süni ipək parça növü. pandemiya [yun. pandemia – ümumxalq] Bütöv bir ərazini, ölkəni və s. tutan yoluxucu xəstəlik – epidemiya. pandit is. Kəşmir brahmanlarının ümumi adı. pandus is. [fr.] Binalarda pilləkən əvəzinə istifadə edilən maili müstəvi. panel [alm. paneel]\n1. Bina quraşdırma işlərində istifadə edilən iri dəmir-beton və ya taxta lövhə-plitə.\n2. Binanın içəri divarlarının aşağısına taxtadan, dəmirdən və s.-dən vurulan haşiyə, köbə və ya çəkilən rəng. panelli sif. Panellərdən tikilmiş, panellərdən quraşdırılmış. Panelli ev. Panelli divar. panno [fr.]\n1. Divarın, tavanın şəkil, yapma ornament və s. ilə bəzədilmiş hissəsi.\n2. Divarın, tavanın həmin hissəsini bəzəmək üçün şəkil, barelyef və s. panoram (=panorama) [yun. pan – hamı və horama – görünüş] 1.Yuxarıdan işıq düşən girdə binanın divarlarında çəkilmiş iri şəkil; məkan sənəti növlərindən biri. Panoramanın ən yaxşı nümunələri. Panorama tamaşaçıda real məkan illüziyası əmələ gətirir.\n2. Adətən yuxarıdan baxdıqda göz qabağında açılan geniş mənzərə. ‣ Panoram filmi – iri yarımdairəvi ekranda, yaxud tamaşaçıları hər tərəfdən əhatə edən ekranda nümayiş etdirilmək üçün xüsusi aparatlarla çəkilmiş kinoşəkil. Panoram kinoteatrı – panoram filmləri nümayiş etdirmək üçün xüsusi cihazlarla təchiz olunmuş kinoteatr. Panoramlı əsər – dolğun xarakterlərlə zəngin, müxtəlif epizodlardan ibarət əsər. panorama (=panoram) [yun. pan – hamı və horama – görünüş] 1.Yuxarıdan işıq düşən girdə binanın divarlarında çəkilmiş iri şəkil; məkan sənəti növlərindən biri. Panoramanın ən yaxşı nümunələri. Panorama tamaşaçıda real məkan illüziyası əmələ gətirir.\n2. Adətən yuxarıdan baxdıqda göz qabağında açılan geniş mənzərə. ‣ Panoram filmi – iri yarımdairəvi ekranda, yaxud tamaşaçıları hər tərəfdən əhatə edən ekranda nümayiş etdirilmək üçün xüsusi aparatlarla çəkilmiş kinoşəkil. Panoram kinoteatrı – panoram filmləri nümayiş etdirmək üçün xüsusi cihazlarla təchiz olunmuş kinoteatr. Panoramlı əsər – dolğun xarakterlərlə zəngin, müxtəlif epizodlardan ibarət əsər. pansion [fr.] Xarici ölkələrdə və 1917-ci il inqilabından qabaq Rusiyada: qapalı təhsil-tərbiyə müəssisəsi (burada tərbiyə olanların bütün təminatı həmin müəssisənin öhdəsində olur). [Pəricahan:] ..Mən irəliki kimi şəhərə köçəcəyəm və qızımı da pansiona verəcəyəm. S.S.Axundov. // İnqilabdan qabaq Rusiyada: bəzi orta məktəblərdə pullu ümumi yataqxana. [Faiq əfəndi:] Əsəd, .. Qori darülmüəlliminində olan pansiona bir nəfər şagird qəbul etmək üçün verdiyimiz ərizəni oranın müdiri qəbul etmişdir. A.Səhhət. // Yeməklə bərabər otaq verilən mehmanxana növü; pansionat. pansionat [fr.]\n1. Hər hansı bir yerdə yaşayan adamın hər şeylə təmin olunması (bəzi məktəblərdə, kurortlarda və s.-də).\n2. İstirahətə gələnlərin gecələməsi üçün yer, avtomobillərinin dayanması üçün dayanacaq və s. olan mehmanxana növü. Gölün mənzərəli sahilində mehmanxana və pansionat tikilmişdir. (Qəzetlərdən). panteist [yun.] Panteizm tərəfdarı. panteizm [yun. pan – hamı və theos – Allah] Allahı təbiətlə eyniləşdirən və təbiəti Allahın təcəssümü sayan dini-fəlsəfi dünyagörüşü. panteun [yun. pan – hamı və theos – Allah]\n1. Qədim yunanlarda və romalılarda: bütün allahların şərəfinə tikilmiş məbəd.\n2. Hər hansı bir çoxallahlı dinin bütün allahları bir yerdə.\n3. Görkəmli şəxsiyyətlərin dəfn olunduğu yer. pantokrin [monq. pynty – maral buynuzu və yun. krino – ayırıram] əcz. Maral buynuzundan hazırlanan dərman preparatı (müxtəlif xəstəliklərdə tonusu artırmaq üçün işlədilir). pantomima [yun. pantomimos] İştirakçılarının hiss və fikirləri danışıqla yox, jest (əl-qol hərəkəti) və mimika ilə ifadə olunan teatr tamaşası. // Adətən dili bilmədikdə və ya pis bildikdə, əlavə ünsiyyət vasitəsi kimi tətbiq edilən əl-qol hərəkəti, mimika. pantopon [yun. pan – hamı və lat. opium] əcz. Tərkibində morfi olan dərman preparatı (ağrıkəsən və yuxugətirən vasitə kimi işlədilir). papa [lat.] Roma katolik kilsəsinin başçısı. [İblis:] Bəzən oluram bir papa! Cənnət satıram mən; İsa dirilib gəlsə də qorxar qəzəbimdən. H.Cavid. papaq is.\n1. Əsasən tüklü dəridən tikilən baş geyimi. Buxara dərisindən papaq. Sur papaq. – Aslan zağarası getmiş papağını çıxardıb, əlindəki kağızı onun içinə qoydu.. M.Hüseyn. ..[Dadaş] kepkasını götürüb, gümüşü papağını başına qoydu.. S.Rəhimov. // Ümumiyyətlə, hər növ baş geyimi.\n2. Bir şeyi yuxarıdan örtən şey; qapaq. ‣ Papaq eləmək – bildirmək, xəbər eləmək. Xeyir iş olanda bizə də bir papaq elə. Papağını əyri (çəp) qoymaq – xatircəm olmaq, rahat olmaq; özünü qayğıdan, məsuliyyətdən azad hiss etmək. [Rüstəm:] Bizim zamanda planları yerinə yetirdin, papağını çəp qoy, neyləsən, söz deyən olmayacaq. M.İbrahimov. Papağını əyri (çəp) qoyub gəzmək – heç bir işlə məşğul olmamaq, boşboş, avara-avara gəzmək. Papağını göyə atmaq – çox razı olmaq, çox sevinmək. [Qızyetər Nəcəfə:] Sən papağını göyə at ki, Şirzadla gəzirəm. M.İbrahimov. Papağını qabağına qoymaq yaxud qabağına qoyub fikirləşmək – yaxşı-yaxşı düşünmək, hərtərəfli düşünmək, götür-qoy etmək. [Səkinə Rüstəmə:] Papağını qoy qabağına, ağlını yığ başına, ay kişi, Yarməmmədə, Salmana söykənən kəlləmayallaq uçar. M.İbrahimov. Papaq kimi qaralmaq – uzaqdan qaraltı kimi görünmək, nəzərə gəlmək. [Pəri nənə:] Gördüm ki, bir topa adam papaq kimi qaralır. S.Rəhimov. papaqaldıqaç (=papaqgötürdüqaç) is. İki dəstə uşağın papaqla oynadığı bir oyun. papaqgötürdüqaç (=papaqaldıqaç) is. İki dəstə uşağın papaqla oynadığı bir oyun. papaqcıq “Papaq”dan kiç. papaqçı is. Papaq tikən usta, papaq tikib satan adam. Məşədi Əhməd papaqçı idi. S.Hüseyn. Bakıda ümumiyyətlə peşəkarlar: xalçaçı, zərgər, papaqçı, saatsaz, minasaz, dəllək, boyaqçı və s. çox olardı. H.Sarabski. papaqçılıq is. Papaqçının işi, peşəsi, sənəti. Papaqçılıq etmək. – Papaqçılığın getgedə tənəzzülü [Məşədi Əhmədə] dükan saxlamaq imkanı verməmişdi. S.Hüseyn. papaqlama papaqlama qar – iri-iri parçalar şəklində yağan qar. Sübh açılır, külək əsir, şaxta daha da qüvvətlənir, papaqlama qar arasıkəsilmədən yağırdı. Ə.Vəliyev. papaqlamaq f. İri-iri parçalar şəklində, lopa-lopa yağmaq (qar haqqında). Dünəndən başlayan qalın qar papaqlayır, yer üzünü qaplayırdı. S.Rəhimov. papaqlanma “Papaqlanmaq”dan f.is. papaqlanmaq f. k.t. Yekəlib yumşalmaq (pambıq haqqında). papaqlı 1. sif. Başında papağı olan, papaq geymiş. Papaqlı kişi. – Aslan atasının papaqlı şəklini göstərmişdi. S.Rəhimov. // zərf Başında papaq olaraq, başında papaq olduğu halda. ..O biri uşaqlar [sinifdə] papaqlı otururdular. Ü.Hacıbəyov.\n2. bax. başıpapaqlı. papaqlıq sif. Papaq tikmək üçün yarar. Papaqlıq dəri. papaqsız sif. Başında papaq olmayan, papaq geyməmiş, başıaçıq. Papaqsız oğlan. // zərf Başıaçıq. Papaqsız gəzmək. papey f. köhn. İzləmə, təqib etmə. papış is. [fars.] Adətən evdə geyilən yüngül ayaqqabı. // Ümumiyyətlə, ayaqqabı mənasında. [Fatma xanım:] O uşaqdı?.. Xeyr, bəbədi. Ayağına papış gərək, döşünə döşlük. N.Vəzirov. papiros [alm. papier – kağız] Çəkmək üçün içi tütünlə doldurulmuş kağız lüləsi (gilizi). Papiros çəkmək. Papiros qutusu. – Mahmud dinməzcə bir papiros yandırıb, gözlərini yerə zillədi. Y.Əzimzadə. • Papiros kağızı – adətən papiros gilizləri hazırlamaq üçün işlədilən çox nazik şəffaf kağız növü. papirosalışdıran bax. papirosyandıran. papirosdolduran sif. Papiros gilizlərinə tütün dolduran. Papirosdolduran maşın. // İs. mənasında. Papiros dolduran alət, cihaz. papirosqabı is. Papiros qoymaq üçün qutu; portsiqar. [Nəsir bəy] küçə qapısında cibindən bir gümüş papirosqabı çıxarıb içindən bir papiros götürüb yandırdı. Ə.Haqverdiyev. papirosyandıran is. Papiros yandırmaq üçün alət; alışqan, papirosalışdıran. Kolxoz sədri masanın dalından qalxdı, papirosyandıranı çıxardı.. Ə.Əbülhəsən. papirus [yun.]\n1. Tropik qamış bitkisi.\n2. Həmin bitkinin, qədim misirlilərin və başqa qədim xalqların kağız kimi istifadə etdikləri yarpağı. // Bu material üzərində yazılmış qədim yazılar. papka [rus.] Kağız qoymaq üçün kartondan, dəridən və s.-dən qovluq. [Yaşar:] Hər nə var – proyekt və ya başqa hesablar hamısı bu papkadadır. C.Cabbarlı. Bu zaman katibə papka əlində içəri girdi. Q.İlkin. papuas (=papuaslar) cəm Yeni Qvineyanın və Melaneziyanın bəzi başqa adalarının yerli əhalisi. papuaslar (=papuas) cəm Yeni Qvineyanın və Melaneziyanın bəzi başqa adalarının yerli əhalisi. para I. is. [fars. parə]\n1. Bir parça, bir tikə, yarım, yaxud bütöv bir şeyin yarısı. // Parça, tikə. Xəlilin anası çiyninə heybə salıb, içinə para çörək qoydu, atasına qoşub, məktəbə yola saldı. Ə.Haqverdiyev. [Əlikram] kəsdiyi almanın parasını Güllüyə uzatdı.. B.Bayramov. // məc. Obrazlı təşbehlərdə. Qaşlarının qarası; Sənsən bağrım parası; Bir oğlan, bir qız ola; Bir güllü mağarası. (Bayatı). Keçilərin qarası; Layla, körpəm, a layla! Ürəyimin parası; Layla, körpəm, a layla! R.Rza. • Bir para – bəzi, bəzisi. Bir para şəxslər. Bir para məsələlər. – Axır vaxtlarda Qərb övrətləri barəsində müsəlman qəzetlərinin bir parasında bir neçə məqalələr gözümə sataşır. C.Məmmədquluzadə. ..Quşların bir paraları oxumaqda, o biri paraları uçub özləri üçün yem gəzməkdə .. idilər. A.Divanbəyoğlu.\n2. Rəqəmlərdən sonra və “kənd” sözündən əvvəl işlədilir. On dörd para kənd əhli bu məşrutə zamanı; Gər ac, susuz düşsə biyabanə, dolaşma! Ə.Qəmküsar. [Səlimi İsfahaniyə:] ..Azərbaycan və Mazandaranda altmış para kəndiniz var, bu kəndlərin çoxunu da heç görməmişsiniz.. M.İbrahimov. para-para sif. Parça-parça, doğramdoğram. • Para-para etmək (eləmək) – parça-parça etmək, doğram-doğram etmək, tikə-tikə etmək; parçalamaq, doğramaq. Yandıralar alovlara Zakiri; Eyləyələr parapara Zakiri. Q.Zakir. ..Qutu pəncərə şüşəsini para-para elədi. S.Rəhman. Para-para olmaq – parça-parça olmaq, doğram-doğram olmaq, tikə-tikə olmaq. [Uşaqların] ayaqları dizlərinədək palçığa batmışdı, paltarları parapara olub, bədənləri görünürdü. Çəmənzəminli.\n\nII. is. Pul. Keçən gün [Zeynal] səhər evdən çıxarkən vədə vermişdi ki, bu gün ən aşağısı üç yüz manat para alacaqdır. S.Hüseyn. Əhməd fındıq dükanını ləğv edib və ələ gətirdiyi paraları öz arxalığının astarına tikib yola düşdü. B.Talıblı. parabellum [lat. para bellum – müharibəyə hazırlaş] Avtomat tapança növü. Bozumtul adyalla örtülmüş taxta çarpayıların başından sarı qoburlu alman parabellumu asılmışdı. M.Hüseyn. parbaola [yun. parabola – yaxınlaşma] riyaz. Bütün nöqtələri bir nöqtədən (fokusdan) və bir düz xətdən (direktrisadan) eyni məsafədə olan qeyri-qapalı əyri. parabolik sif. [yun.]\n1. Parabola şəklində olan. Kometanın parabolik orbiti. Parabolik tağ.\n2. Paraboloid şəklində olan. Parabolik güzgü. // Parabola şəklində əyilmiş güzgüsü olan. Parabolik teleskop. paraboloid [yun. parabole və lidos] riyaz. Bir parabolanın ucunun hərəkətsiz duran başqa parabolaya sürtünməsi nəticəsində alınan səth. parad [fr.]\n1. Qoşunların təntənəli rəsmkeçidi; rəsm-keçid.\n2. İdman, tələbə, gənclər və s. təşkilatların üzvlərinin təntənəli yürüşü.\n3. Nümayiş. İdman paradı. paradırnaq sif. zool. Qoşadırnaq, haçadırnaq (heyvan). paradoks [yun. paradoxos – gözlənilməz, qəribə] Adi və hamı tərəfindən qəbul olunmuş fikrə, mühakiməyə, qənaətə qəti uyğun olmayan, (bəzən ancaq ilk baxışda) düzgün mühakiməyə zidd olan nöqteyinəzər, fikir. // kit. Elmdə adi təsəvvürlərə uyğun gəlməyən gözlənilməz hadisə. paradoksal sif. [yun.] Qeyri-adi, inanılmaz, ağlasığmaz. Lakin dünya xalqlarının tarixi müqəddəratında paradoksal hadisələr az deyil... Ə.Məmmədxanlı. paradoksallıq is. Qeyri-adilik, ağlasığmazlıq, inanılmazlıq. paraf [fr.] Qısa imza, adının və atasının, yaxud familiyasının adının ilk hərfləri – inisial (adətən diplomatik sənədlərdə). parafin [fr.] Neftdən, habelə torf və ya boz kömürdən quru distillə yolu ilə alınan mumaoxşar ağ və ya sarımtıl maddə. // Həmin maddədən düzəldilmiş. Parafin şam. parafinləmə “Parafinləmək”dən f.is. parafinləmək f. Üzərinə parafin sürtmək, parafin hopdurmaq. Çəlləyi parafinləmək. parafinlənmə “Parafinlənmək”dən f.is. parafinlənmək məch. Parafin sürtülmək, parafin hopdurulmaq. parafinli sif. Tərkibində parafin olan, parafin sürtdürülmüş, parafin hopdurulmuş. paraflama “Paraflamaq”dan f.is. Paraflamanın hüquqi əhəmiyyəti. paraflamaq f. dipl. Beynəlxalq müqaviləni, sazişi rəsmən imzalanana qədər ilkin imzalamaq (adının, atasının adının, yaxud familiyasının ilk hərflərini yazmaqla). Ticarət müqaviləsini paraflamaq. paraflanma “Paraflanmaq”dan f.is. paraflanmaq məch. dipl. Rəsmi imzalanmaya qədər ilkin imza (paraf) qoyulmaq (beynəlxalq müqaviləyə). Sülh müqaviləsi paraflandı. paraq is. Uzun qulaqları və yekə başı olan it cinsi. Qapıya paraq; Saqqala daraq. (Ata. sözü). Adətdir quyruğun buduna qısar; Hər yerdə ki, görsə köpəyi paraq. Q.Zakir. Hələ alaçıqlara xeyli qalmış qıllı paraqlar qabağımızı kəsdi. R.Rza. paraqraf [yun.]\n1. Kitab fəslinin, məqalə mətninin müstəqil əhəmiyyəti olan və adətən “§” işarəsi və sıra nömrəsi ilə ayrılan hissəsi. Nizamnamənin birinci paraqrafı.\n2. “§” işarəsinin özü. paraqvaylı is. Paraqvayda yaşayan əhali və həmin əhaliyə mənsub olan adam. paralama “Paralamaq”dan f.is. paralamaq f. Bütöv bir şeyi para-para etmək, parçalamaq, hissələrə bölmək. Sözün məni yaralar; Ürəyimi paralar. M.Ə.Sabir. paralanma “Paralanmaq”dan f.is. paralanmaq məch. Para-para olmaq, iki yerə bölünmək, parçalanmaq. paralatma “Paralatmaq”dan f.is. paralatmaq icb. Parçalatmaq, iki yerə böldürmək. paralel [yun. parallelos – yanaşı gedən]\n1. sif. bax. müvazi. Paralel səth. Paralel xətt. // is. Müvazi xətt. Paralel çəkmək. // Zərf mənasında. Otaqda paralel qoyulmuş iki taxtdan və bucaqdakı uzun qovaq taxtalarının üstünə səliqə ilə yığılmış köhnə yorğan-döşəkdən başqa gözədəyən bir şey yox idi. M.Hüseyn.\n2. coğr. Ekvatora müvazi xətt. Yer kürəsi zehnən ekvatora paralel olan müstəvilərlə kəsilə bilər. Bunun nəticəsində dairələr əmələ gəlir ki, bunlara da paralellər deyilir. “Ümumi coğrafiya”.\n3. Müqayisə, tutuşdurma. Tarixi paralellər. paralelepiped [yun. parallelos – paralel, epipedon – müstəvi] riyaz. Oturacağı paraleloqramlar olan çoxüzlü (cisim). paralelizm [yun.]\n1. bax. müvazilik. Xətlərin paralelizmi.\n2. Eyni işi görmə; təkrarlıq, təkrarlama, paralellik. İdarələrin işindəki paralelizm. Paralelizmi aradan qaldırmaq. paralellik bax. paralelizm. paraleloqram [yun. parallelos – paralel, qram] riyaz. Qarşı tərəfləri bərabər və paralel olan dördbucaqlı (cisim). parametr [yun. parametron]\n1. riyaz. Riyazi formula daxil olan və öz sabit qiymətini yalnız həmin məsələ şəraitində saxlayan kəmiyyət.\n2. fiz. tex. Hər hansı bir şeyin, hadisənin əsas xüsusiyyətlərini səciyyələndirən kəmiyyət və ya kəmiyyətlər. Elektron lampasının parametri. paranoyya is. [yun. paranoia – dəlilik] Sistematik sayıqlama ilə təzahür edən sabit psixi pozğunluq. Paranoyyanın gedişi. Şizofreniyadan fərqli olaraq paranoyyada hallüsinasiyalara təsadüf olunmur. parapet [ital. parapetto] Bir yerin boyunca uzanıb gedən alçaq divarcıq, məhəccər. parasız sif. Pulu olmayan, pulsuz, kasıb. Adəmi adəm eyləyən paradır; Parasız adəmin üzü qaradır! M.Ə.Sabir. // Müftə, havayı, pulsuz. [Şah] dillərdə söylənən hər cür ləzzətli yeməkləri bişirtdirdi, pulsuz, parasız (z.) gələnə, gedənə yedirtdi. (Nağıl). parasızlıq is. Pulsuzluq. Mehriban Zeynalın parasızlığının səbəbini bilirdi. S.Hüseyn. Bir yandan işsizlik, parasızlıq, .. bir yandan da sənət eşqi Həsəni rahat buraxmayıb, ruhuna əziyyət verirdi. B.Talıblı. paraşüt [fr.] Təyyarədən və ya başqa uçucu aparatdan yerə tullanmaq, yaxud yük düşürmək üçün havada böyük bir çətir (zontik) kimi açılan alət. [Paraşütçü] gülə-gülə paraşütü yığmağa başlayıb ona heyranheyran baxan Kamala yaxınlaşırdı. M.Rzaquluzadə. paraşütçü is. Paraşütizmlə məşğul olan adam. // Paraşütlə tullanan adam. Paraşütçü əsgər. paraşütçülük bax. paraşütizm. paraşütizm [fransızcadan] Paraşütlə tullanışın nəzəriyyə və praktikası; paraşüt idmanı. paratif [yun. para və tif] tib. Qarın yatalağı mikroblarına yaxın olan basillərin törətdiyi keçici xəstəlik. parazit [yun. parasitos] biol.\n1. Başqa bir orqanizmin üzərində və ya içində yaşayıb onun hesabına qidalanan bitki və ya heyvan; tüfeyli.\n2. Bit, birə, taxtabiti, gənə kimi həşərat haqqında. Parazitlərlə mübarizə.\n3. məc. İstismarçı, müftəxor, başqasının əməyi hesabına yaşayan adam; tüfeyli. Parazitin biridir. parazitizm [yun.] biol. Parazitlik, tüfeylilik, tüfeyli həyat. parazitlik is.\n1. biol. İki orqanizmdən birinin (parazitin) digərinin hesabına qidalanması (yaşaması); parazitizm.\n2. Başqasının hesabına yaşama; tüfeylilik. parazitologiya [yun. parasitos və logos] Parazitlər və parazitizm haqqında elm. parazitoloq [yun.] Parazitologiya mütəxəssisi. parç is. Tayqulp, birəlli, qulplu su qabı. Parçla su içmək. Bir parç su. – [Usta Zeynal Qurbana:] ..Get bizə, saxsı ləyən var, küpə var, oları və bir parç da götür, gəl. C.Məmmədquluzadə. Qızxanım .. parçı ağzına qədər ayranla doldurub, Almurad babaya verdi. İ.Əfəndiyev. parça I. is.\n1. Parçalanmış, sındırılmış, qırılmış, cırılmış şeyin kiçik tikəsi, qırığı, hissəsi. Kağız parçası. Odun parçası. – Buruqların dörd tərəfində dəmir və taxta parçaları gözə dəyirdi. M.İbrahimov. Dəstə sürüşkən daş və qaya parçalarının üzəri ilə aşağıya enməli idi. S.Vəliyev. // Tullantı, qırıntı. Şüşə parçaları.\n2. Bir əsərin, çıxışın müəyyən hissəsi. “Vaqif”dən parça göstərmək. Musiqi parçası. – Bir nəfər artist Kərimbəyin “Süngü” adlı təzə əsərindən parça oxudu. Mir Cəlal. Məktəbin divar qəzetində arabir [S.Vurğunun] kiçik parçalarını; şeirlərini oxumuşduq. O.Sarıvəlli.\n3. “Bir” sözü ilə: bir parça – bir az, bir tikə, bir qırıq. Zeynal bayaqdan bəri qabağındakı nimçədə doğramaq istədiyi bir parça əti eləcə qoyub, əlindəki bıçağı yerə buraxdı. S.Hüseyn. Hədiyyə bir parça çörək götürüb qəzetə bükdü. Mir Cəlal. parça-parça zərf və sif. Sınıq-sınıq, xıncım-xıncım, tikə-tikə. [Əlimuxtar:] Arif Hikmət elə vurdu yumruğu stolun üstə ki, stolun şüşəsi parça-parça oldu. C.Cabbarlı. İri güzgü sıçrayıb yerə düşdü və parça-parça oldu. S.Rəhman. // Cırıq-cırıq. Kərbəlayı Ağcanın köynəyi parça-parça olmuşdu. Çəmənzəminli. [Arvadın] saçları pırtlaşıb kilkələnmiş, üstü-başı parça-parça olmuşdu. Ə.Vəliyev. // Doğram-doğram, tikə-tikə. [Qız Məlikməmmədə:] Ay cavan, yazıqsan, qayıt gizlən, indicə div oyanar, səni parçaparça elər. Çəmənzəminli. [İncə:] ..Doğru bir şey bilərsə, inan, məni parça-parça doğrayar. C.Cabbarlı.\n\nII. is. Toxunma mallar: çit, bez, mahud və s.; arşınmalı. Ağır sandıq seçmə parçalarla dolu idi. Mir Cəlal. Göyçək parçanı alıb, o üz-bu üzünə baxdı. B.Bayramov. parçabozbaş is. Parça ətlə kartof, noxud və s.-dən hazırlanan bozbaş növü. parçacıq is. Kiçik parça; tikəcik. parçaçı 1. bax. bəzzaz.\n2. bax. bəzzaziyyə 2-ci mənada. [Xortdan:] Hacının şəhərdə parçaçı dükanı var idi. Ə.Haqverdiyev. parçadöşəmə is. Xuruşu düyünün altında bişən ət parçalarından ibarət plov növü. parçalama “Parçalamaq”dan f.is. parçalamaq f.\n1. Parça-parça etmək, tikə-tikə doğrayıb, kəsib paralamaq; doğramaq. Kağızı parçalamaq. – Köpək madyanın alt dodağını dartıb parçaladı. S.S.Axundov. // Bütöv bir şeyi kəsmək, bölmək, doğramaq. Əti parçalamaq. // Məc. mənada. [Şamil] uzaqdan-uzağa alman əsgərini görəndə .. birbaş irəli atılıb onu dırnaqları ilə parçalamaq istəyirdi. M.Hüseyn. // Dişi ilə kəsik-kəsik etmək, parça-parça etmək, dağıdıb tökmək, öldürmək. Canavar qoyunu parçalamışdı. – [Kərim baba:] ..Bir gün eşitdim ki, kəndin yaxınlığında pələng üç inək parçalamışdır. A.Şaiq. // Məc. mənada. İncə bir riqqət Rübabənin könlünü parçaladı. Mir Cəlal.\n2. Bir neçə hissəyə ayırmaq, bölmək.\n3. xüs. Tərkib hissələrinə, elementlərinə ayırmaq. Kimyəvi reaksiya nəticəsində suyu parçalamaq. parçalanma “Parçalanmaq”dan f.is. parçalanmaq 1.”Parçalamaq”dan məch.\n2. qayıd. Parça-parça olmaq, tikə-tikə olmaq; sınaraq, paralanaraq bütövlüyünü itirmək, dağılmaq. Kəklikli qayanın sinəsində iki böyük daş parçalanıb uçmuş, .. dərin oyuqlar açılmışdı. B.Bayramov. // Məc. mənada. Bir zülmkar dəmir qəfəs; Boğulacaq ömrüm yazıq; Parçalandı dərdli könlüm; Parçalandı sənsiz artıq. Ə.Cavad.\n3. Hissələrinə, elementlərinə ayrılmaq. ..Radium, uran və toriumun atomları özözünə parçalanır..\n4. Sınmaq, qırılmaq, para-para olmaq, tikətikə olmaq. Fincan yerə düşüb islanmış palçıq kimi parçalandı. Mir Cəlal. Səməd yerə dəyib parçalanan (f.sif.) qədəhin cingiltisinə dönəndə qəribə bir mənzərə gördü. İ.Hüseynov.\n5. Parçalanmış şəklində – qarğış məqamında işlədilir. Ay parçalanmış, harada idin? parça-tikə sif. Parça, qırıq, qalıq, xırda hissə. Parça-tikə çörək. // İs. mənasında. Parça-tikədən qurama tikmək. pardaq is. [fars. “pərdaxt”dan] Düz səth üzərində parıltı, parlaqlıq, cila. pardaqçı is. Sənəti mebel və s. pardaqlamaqdan ibarət olan, pardaqlama işi ilə məşğul olan; cilalayıcı, pardaqlayıcı (adam). Pardaqçı usta. pardaqlama “Pardaqlamaq”dan f.is. pardaqlamaq f.\n1. Üstünü bir şeylə sürtərək parıldatmaq, hamarladıb işıldatmaq; cilalamaq.\n2. Tütün yarpaqlarını ipə düzüb asmaq. pardaqlanma “Pardaqlanmaq”dan f.is. pardaqlanmaq 1. “Pardaqlamaq”dan məch. Stollar pardaqlandı. Dəri pardaqlandı.\n2. qayıd. Qəşəngləşmək, gözəlləşmək, təravətlənmək, çiçək kimi açılmaq. Pəri gül kimi pardaqlandı, yasəmən kimi çiçək açdı. “Qurbani”. [Nəcibə] gündən-günə tənək zoğu kimi boy atır, pardaqlanır, qızılgül kimi açılırdı. Mir Cəlal. pardaqlanmış bax. pardaqlı. Sən hələ bilmirdin sevgi xoş gülüş; Sevgi pardaqlanmış əyin-baş deyil. S.Tahir. pardaqlatma “Pardaqlatmaq”dan f.is. pardaqlatmaq icb. Pardaqlama işi gördürmək, işıldatmaq, parıldatmaq, parıltı verdirmək, cilalatmaq. Mebeli ustaya pardaqlatmaq. pardaqlayıcı 1. sif. Pardaqlama işi görən; pardaqlayan, cilalayıcı. Pardaqlayıcı dəzgah.\n2. bax. pardaqçı. pardaqlı sif. Üzərinə pardaq verilmiş; pardaqlanmış, cilalanmış, işıldadılmış. Pardaqlı dəri. paremiya is. [yun.]\n1. Dini-əxlaqi hekayə // Hədis.\n2. Kinayə, rəmz.\n3. İdiomlar. parez is. [yun.] Natamam iflic, bədənin müəyyən vəzifə daşıyan hissəsinin zəifləməsi. Parez olmaq. parəbizən is. [fars.] zool. Üzərində qırmızı, sarı və ya ağ xallar olan böcək; xanımböcəyi. parıldadılma “Parıldadılmaq”dan f.is. parıldadılmaq “Parıldamaq”dan məch. parıldama “Parıldamaq”dan f.is. Günün parıldamasına baxmayaraq, maşınla pambıq yığmaq mümkün deyildi. Ə.Vəliyev. parıldamaq f. Parıltı vermək, bərq vurmaq, parlamaq, işıldamaq. İşıq düşər qar üstünə, parıldar; Tapdalayan vaxtda onu xarıldar. A.Səhhət. ..Şərq buludları altun kimi parıldayır, Ay və ulduzlar sönük bir halda gözdən itirdi.. Çəmənzəminli. Dağlar, çəmənlər geyinər al, yaşıl; Yerlər, göylər parıldar işıl-işıl. H.Cavid. Mavi göylərdə axşam günəşinin son işıqları parıldayır. M.İbrahimov. // Az işıq vermək, işıq saçmaq, işarmaq, şəfəqlənmək. ‣ Gözləri parıldamaq – bax. göz. parıldaşma “Parıldaşmaq”dan f.is. parıldaşmaq qarş.\n1. Bərq vurmaq, parıltı vermək (çox şey haqqında); parlaşmaq. Pəncərələrdən içəri işıq dolur, teleqraf telləri, dəmir taxtapuşlar parıldaşırdı. Ə.Vəliyev. Yaşıl otlar üzərində xırdaca damcılar inci kimi parıldaşırdı. M.Rzaquluzadə.\n2. Azacıq işıq vermək, işarmaq (çox şey haqqında), işıldaşmaq, sayrışmaq. Göydə isə ara-sıra ulduzlar parıldaşırdı. S.Rəhimov. parıldatma “Parıldatmaq”dan f.is. parıldatmaq f. Bir şeyi silməklə, yaxud üzərinə bir şey sürtməklə, çəkməklə ona parıltı vermək; işıldatmaq. Taxtanı pardaqlayıb parıldatmaq. // İşıldatmaq, parlatmaq. Dirəkdən asılmış iri fənərlərin işığı asfalt yolu parıldadırdı. M.Hüseyn. parıl-parıl parıl-parıl parlamaq – bax. par-par parıldamaq (“par-par”da). Hanı parıl-parıl parlayan gözlər? S.Rüstəm. Samovarlar parıl-parıl parlayaraq qaynayırdılar. S.Rəhman. parıltı is. Qığılcım kimi saçan gözqamaşdırıcı işıq. Qaranlıq otaqda poqonların parıltısından özünü itirən, .. tüfəng-tapançalı Ələmdardan çəkinən Alagöz udqundu. S.Rəhimov. ..Brilyantların parıltısı qaranlıqda şəfəq saçdı. S.Vəliyev. // Parıldayan, sayrışan işıqlı nöqtələr, parıldayan dairəciklər. Volqa sahillərinin işıqları sayrışır; Ulduzların əbədi, sonsuz parıltısıtək! Ə.Cəmil. // Uzaqda görünən işıqlı şey. Gözümə bir parıltı dəydi. O parıltı nədir? parıltılı sif. Parıltısı olan, parıldayan, bərq vuran. Dağ gülünün çiçəkləri; Nanələrin ləçəkləri; Parıltılı şehlə doldu. M.Dilbazi. parik [fr.] Parçaya tikilmiş süni taxma saç. Parik qoymaq. Teatr pariki. – Parikin ən xırda təfərrüatında da zahiri bənzəyişə xüsusi fikir verilmişdi. M.Hüseyn. parikli sif. Başına parik qoymuş, başında parik olan. paritet is. [lat.] Bərabərlik, bərabər vəziyyət. park [ing.]\n1. Xiyabanları, çiçəklikləri, nohurları və s. olan böyük bağ, ağaclıq. Mərkəzi mədəniyyət və istirahət parkı. Dənizkənarı park. – Səlim [Mehribanı] əski qəbiristanın yerində yeni salınmaqda olan parka apardı. S.Hüseyn. Şəhərin ətrafında iki park, tingliklər, parniklər yaradılırdı. Ə.Sadıq.\n2. Nəqliyyat vasitələrinin dayandığı və təmir olunduğu yer. Trolleybus parkı. Avtobus parkı. Tramvay parka gedir.\n3. hərb. Müharibə zamanı ordunu döyüş sursatı, alətlər, ehtiyat hissələri və s. ilə təchiz etmək üçün səyyar anbar. Artilleriya parkı. parket [fr.]\n1. Hər hansı bir həndəsi şəkil formasında döşəmə salmaq üçün işlədilən kiçik hamar taxta parçaları.\n2. Belə taxtacıqlardan düzəldilmiş döşəmə. [Veysəl] nəzərlərini silinmiş parketdən ayırmadı. B.Bayramov. // Belə taxtacıqlardan düzəldilmiş, parketlə döşənmiş. Gülnaz parket döşəmənin üstündə yalın ayaqlarını şappıldadaraq pəncərəyə tərəf cumdu. Q.İlkin. Sultan ayağa qalxanda kreslonu elə qəzəblə itələdi ki, parket döşəmədə ağ qoşa cızıqlar düşdü. İ.Hüseynov. parketçi is. Parket ustası, parket düzən fəhlə. Parketçilər briqadası. parladılma “Parladılmaq”dan f.is. parladılmaq bax. parıldadılmaq. parlaq sif.\n1. Parıldayan, işıq verən, işıldayan, işaran, parıltılı. Parlaq günəş. – Atabala .. parlaq şimal ulduzuna doğru yol aldılar. Mir Cəlal. Parlaq günün şöləsində; Gah yüyürür, gah dururdu. N.Rəfibəyli. // İşıqlı, ziyadar. Ancaq sol tərəfdə vağzalın çıraqları parlaq (z.) görünürdü. S.M.Qənizadə. // Şəffaf və bərraq, parıldayan, bərq vuran, saf. Parlaq şeh. Parlaq şüşə. Parlaq su.\n2. məc. Çox gözəl, əla, çox görkəmli, unudulmaz, əvəzsiz. Parlaq istedad. Parlaq sima. – [Alp Arslan:] Burda, yox şübhə ki, Xəyyam ikidir; Biri alim, biri parlaq şair. H.Cavid. // məc. Çox böyük, müvəffəqiyyətli, şanlı. Parlaq qələbə. Parlaq nailiyyət. Vətənpərvərliyin parlaq nümunəsi. // məc. Möhtəşəm, təntənəli, calallı, büsatlı. Parlaq ziyafət. parlaqlıq is. Parlaq şeyin hal və keyfiyyəti. Lakın parlaqlığı. Şüşənin parlaqlığı. – Gülşən belə hesab edirdi ki, göy üzündəki ulduzlara parlaqlıq verən, onları ucaldan Qəhrəmanlar kəndinin zəhmətsevər, fədakar cavanlarıdır. Ə.Vəliyev. parlama “Parlamaq”dan f.is. parlamaq 1. bax. parıldamaq. Vaqifin sınaqlı gözləri arvadına rast gələrək parladı. Çəmənzəminli. Ulduzlar da parlayır bir cüt qara gözüntək.. M.Rahim.\n2. f. məc. Ad-san qazanmaq, nüfuz və etibar qazanmaq, adı yüksəlmək, adı çıxmaq, ad qazanmaq. Burda Lomonosov qalxdı, parladı; Oldu kainata məşəl dühası. M.Rahim. parlaman bax. parlament. O, bir gün parlaman önündə durmuş; Kimsəsizlər kimi boynunu burmuş; Baxırdı qayəsiz bir izdihama. M.Müşfiq. parlament [fr.] Bütünlüklə və ya qismən seçilmiş nümayəndələrdən təşkil olunmuş ali qanunverici məclis. Parlament binası. parlamentarizm [fr.] Başda parlament olan dövlət idarə sistemi. parlamentli sif. Parlamentarizmə əsaslanan. Parlamentli respublika. parlatma “Parlatmaq”dan f.is. parlatmaq bax. parıldatmaq. Ey div addımlarilə yüksələn diyar; Fikrini xalqımın zövqilə parlat! M.Müşfiq. parlayıcı sif. Parlaq, parlayan, parıldayan. parlayış is. Parlama, parıldama, işartı, işıq. Eldən qanad aldım, şimşəkdən sürət; Günəşdən parlayış, mühitdən qüvvət. A.Şaiq. parnik [rus.] Şitil, gül, tezyetişən tərəvəz, göyərti yetişdirmək üçün üstü şüşə salınmış çərçivələrlə örtülü ləklərdən ibarət oranjereya növü; şitillik. Parnikdə şitil yetişdirmək. Parnikdən xiyar dərmək. – [Teymur] atasından yadigar qalmış bağçanın bir küncündə parnik düzəldib, qışda da gül-çiçək əkirdi. M.Hüseyn. Şəhərin ətrafında iki park, tingliklər, parniklər yaradılırdı. Ə.Sadıq. parodiya [yun.] Satirik ədəbiyyatın növlərindən biri; hər hansı ədəbi cərəyanı, janrı, məşhur yazıçını, yaxud əsəri məsxərəyə qoymaq məqsədilə yazılan əsər. Sabirin parodiyaları. Musiqi parodiyası. Parodiya yazmaq. paroxod [rus.] Buxar mühərriki ilə hərəkətə gətirilən gəmi. paroxodçu is. köhn. Paroxod sahibi. parol [fr. parole – söz] Hərbi xidmət və ya gizli təşkilatlarda öz adamlarını tanımaq üçün işlədilən məxfi, şərti söz və ya ifadə. – Dayan! – Özgə deyil; – Söylə parolu! M.Rahim. parovoz [rus.] Dəmir yolunda qatarları çəkib aparmaq üçün buxar mühərrikli lokomotiv. Parovoz deposu. Parovoz tüstüsü. – Yalnız parovozun fiti eşidilirdi. M.Hüseyn. parovozçu is. Parovozu sürən, parovoza xidmət edən dəmiryolçu. par-par par-par parıldamaq – gözləri qamaşdıracaq dərəcədə parıldamaq. Pəncərələr par-par parıldayır. Stolun üstü par-par parıldayır. part təql. Partlayan, yaxud atılan və yaxud da yerə düşən ağır bir şeydən çıxan səs. partapart is. Çoxlu silahdan atəş açılarkən çıxan səs. Göydən dolu kimi top gülləsi tökülür, partapartdan qulaq tutulur. Ə.Əbülhəsən. parter [fr.] Tamaşa zalının tamaşaçılar üçün yerləri olan aşağı mərtəbəsi. Parterə bilet almaq. Parterin 3-cü sırası. partıldaq is. Ağacdan, qamışdan, kağızdan və s.-dən düzəldilmiş tapança kimi səslənən uşaq oyuncağı. partıldama “Partıldamaq”dan f.is. partıldamaq f. Partıltı səsi çıxarmaq; partlamaq, part-part eləmək. partıltı is.\n1. Partlayış səsi, partlayan şeyin çıxardığı səs, partlayışa bənzər səs. Ağayarın balkonunda yüngül bir partıltı eşidildi. Ə.Əbülhəsən.\n2. Hay-küy, dava-dalaş, qarğaşalıq. Bir partıltı qopdu ki... – [Ədil bəy:] Bu partıltını, gurultunu eşitmirsiniz! S.S.Axundov. partitura [ital.] Çoxsəsli musiqi əsərinin bütün partiyalarının (3-cü mənada) məcmusu. Operanın partiturası. // Belə əsərin bütün partiyalarının yazıldığı not dəftəri. partiya [fr.]\n1. Bir sinfin, siyasi təşkilat şəklində birləşmiş, öz sinfi mənafeyini ifadə və başqa siniflərlə mübarizəsinə rəhbərlik edən hissəsi. Siyasi partiyalar.\n2. Adətən böyük miqdarda olan şey, mal və s. Bir partiya mal. Yükləri partiyalarla göndərmək.\n3. Çoxsəsli musiqi əsərinin bir oxuyan və ya bir alət tərəfindən ifa olunan hissəsi. “Koroğlu” operasından Nigarın partiyası. Skripka partiyası. – Partiya – musiqi ansamblında (orkestrdə, xorda, opera əsərlərində, trioda və s.) iştirak edənlərdən hər biri üçün yazılmış musiqidir. Ə.Bədəlbəyli. // Belə hissənin notları. // Operada solo rolu.\n4. Əvvəldən axıra qədər şahmat, kart və s. oyunu. Bir partiya oynamaq. Üçüncü partiyanı udmaq. Dama partiyası. partizan [fr.] Düşmən arxasında müstəqil hərəkət edən silahlı xalq dəstələrinin iştirakçısı. Partizanlar tez-tez yerlərini dəyişir, hər gün də təzə bir üsul işlədirdilər. M.Hüseyn. partizançılıq is.\n1. Qeyri-mütəşəkkil, intizamsız, özbaşına hərəkət, özbaşınalıq. • Partizançılıq etmək – bir işi özbaşına etmək, bir işi özbaşına görmək, heç kəslə hesablaşmayaraq, intizam gözləmədən hərəkət etmək.\n2. bax. partizanlıq 1-ci mənada. partizanlıq is.\n1. Partizan mübarizəsində, partizan dəstəsində iştirak etmə; partizan hərəkatı, partizan mübarizəsi. • Partizanlıq etmək – partizan mübarizəsi aparmaq, partizan dəstəsində iştirak etmək, partizan olmaq.\n2. bax. partizançılıq 1-ci mənada. partladıcı sif. Partlatmaq işi ilə məşğul olan, partlatmaq üçün olan. Partladıcı maddə. Partladıcı qurğu. partladılma “Partladılmaq”dan f.is. partladılmaq “Partlatmaq”dan məch. Partladılmış (f.sif.) bomba. – Surxay partladılacaq qayaya göz gəzdirdi. Dinamit qoydurdu. M.İbrahimov. partlaq sif. Partlamış halda olan; partlamış. partlama “Partlamaq”dan f.is. partlamaq f.\n1. Partlama nəticəsində hissələrə ayrılmaq, parçalanmaq, xıncımxıncım olmaq, qəlpələnmək. Bomba partladı. Körpü minadan partladı. – Səfər və Tanrıverdi .. başlarını aşağı dikərək baxırkən quyu içində partlayan qazın gurultusundan diksinib çəkildilər. A.Şaiq. ..Cəlalgilin yurdunda mina partladı.. S.Vəliyev.\n2. Açılmaq (silah haqqında). Tapança partlar, Əşrəfin sol qolu yaralanar. H.Cavid. Bu mükalimə arasında Kəyan lap qulağının dibində bir neçə güllə partladığını eşitdi. Ə.Əbülhəsən.\n3. Deşilmək, cırılmaq (içi hava ilə dolu və ya boş şeylər haqqında). Futbol topu partladı. – [Tahir:] Maşınımın təkərinin kamerası partlamışdı, dəyişdirib təzəsini taxanacan şər qarışdı. M.Hüseyn.\n4. Çatlamaq, üzərində çatlaqlar əmələ gəlmək, cadar-cadar olmaq, parçalanmaq (bir şeyin qabığı, səthi, üzü). ..Ağaclarda partlamış (f.sif.) narların hər dənəsi .. qızarıb şəfəq verirdi. Çəmənzəminli. Dodaq cadarcadar olub partlayırdı. S.Rəhimov.\n5. məc. Adətən “hirsindən”, “acığından” və s. sözlərlə – bərk hirslənmək, coşmaq, acıqlanmaq, qəzəblənmək. Sarı Musa acığından partlayırdı. A.Şaiq. Bünyad Xəlilov qəzəbindən partlamaq dərəcəsinə gəldi. M.Hüseyn. // məc. Parçalanmaq (ürək haqqında). [Alı:] Bu qara xəbərdən partlayır ürək; Getmir boğazımdan nə su, nə çörək. S.Rüstəm. // məc. Hirsindən özünü saxlaya bilməyib demək. Cavan gəlin partlayıb bir sual verdi.. S.Rəhimov. Səlminaz arvad böyürdən partladı.. M.Hüseyn.\n6. məc. dan. Paxıllıq etmək, dargözlük etmək, gözü götürməmək, acıq çəkmək. [Rüstəm:] Camaatımız dargözdür, biri irəli gedəndə partlayırlar, ağızlarına nə gəldi deyirlər. M.İbrahimov. partlatma “Partlatmaq”dan f.is. [Daşlar] kanal qazılarkən aparılan partlatma işlərinin nəticəsidir.. M.İbrahimov. partlatmaq f.\n1. Partlayış nəticəsində dağıtmaq, parçalamaq. Dağı partlatmaq. – [Firəngiz:] Qabağı kəsən, mane olan sal qayaları necə də partladıb dərəyə endirirlər. B.Bayramov. // Partlayış əmələ gətirib dağıtmaq, məhv etmək. Düşmən gəmisini partlatmaq. Elektrik stansiyasını partlatmaq.\n2. məc. Güllə ilə vurub öldürmək. [Sərvər:] Qol qoy, yoxsa partladaram səni! Ü.Hacıbəyov.\n3. Partlamasına səbəb olmaq (şin və s. haqqında). Şini partlatmaq. Voleybol topunu partlatmaq.\n4. Yarıq-yarıq etmək, üzərində dərin çatlar əmələ gətirmək; çatlatmaq. Şaxta dərisini partlatdı. Yağış narları partlatdı. // məc. Daxili əzab vermək, incitmək, üzüntü vermək (adətən “ürəyini”, “başını” sözləri ilə). Haqsızlıq adamı partladır. – [İncə:] Dursun dayı, anlat ki, mən müqəssir deyiləm, mənim ürəyimi partlatmasınlar. C.Cabbarlı. Beynimdəki qara fikirlər başımı partlatmaq istəyirdi. H.Nəzərli. partlayan sif.\n1. bax. partlayıcı.\n2. Partlayış nəticəsində tələffüz olunan (bax. partlayış 3-cü mənada). Partlayan samitlər. partlayıcı sif. Partlayan, partladıcı. Partlayıcı maddələr. partlayış is.\n1. Partlama işi; partlama. Mərminin partlayışı. Bomba partlayışı. – [Əmrahov:] Bənd quranlar bu günlərdə partlayış [işləri] aparacaqlar. Q.İlkin.\n2. fəls. Hər hansı bir hadisənin, antaqonistik ziddiyyət əsasında köhnə keyfiyyətdən yeni keyfiyyətə sıçrayışvari keçməsi formalarından biri.\n3. dilç. Səsləri tələffüz edərkən qapanmış nitq üzvlərinin aralanması nəticəsində hava axınının ani olaraq çıxması.\n4. məc. Baş vermə, həyata keçmə; olma. İnqilabi partlayış. partlayışlı bax. partlayan. partnyor is. [fr.] Çeşidli sahələrdə birbirilə qarşılıqlı əlaqədə olanların hər biri; tərəf müqabili. parusin [rus. parusina – yelkənlik parça] Kobud bərk kətan parça növü. // Həmin parçadan tikilmiş. Parusin şalvar. – Hər iki divar uzunu ağ parusin örtüklü stullar düzülmüşdü. M.Hüseyn. [Oğlanın] əynində ütülənmiş ağ parusin paltar .. var idi. İ.Əfəndiyev. pas I. is.\n1. Havada və suda oksidləşmə nəticəsində dəmirin üzərində əmələ gələn qırmızı-qonur nazik təbəqə; paxır, cəng. Adətən üst-başı dəmir pası və yağdan çirklənmiş, paltarları yamaqlı olan fəhlələr yavaş-yavaş işə başlayır.. M.İbrahimov. • Pas atmaq (basmaq, tutmaq) – bax. paslanmaq. ..Rəflərdə pas basmış .. qablar üst-üstə yığılmışdı. Çəmənzəminli. Bu nizələr, bu süngülər muzeylərdə pas tutacaq. S.Vurğun. Pas yemək – pasdan xarab olmaq, yeyilmək (metal şeylər haqqında). ..Dəmir civləri, mıxları pas yeyib naziltmişdi. B.Bayramov. // məc. Obrazlı təşbehlərdə. Gözüm gördü, gönlüm qəmdən ayıldı; Şikəstə könlümün pası silindi. Aşıq Ələsgər. Çəkərəm hər zaman yası; Silinməz könlümün pası. Aşıq Kərəm.\n2. xüs. Bitkinin (əsasən yarpaq və gövdəsinin) üzərində tüfeyli göbələklər olan yerdə əmələ gələn sarı-narıncı rəngli ləkə.\n3. məc. Eyib, nöqsan, ləkə. • Pası (pasının üstü) açılmaq – eybi, nöqsanı, gizli işləri aşkara çıxmaq, faş edilmək, ifşa olunmaq. Pasını (pasının üstünü) açmaq – eybini, nöqsanını, gizli işlərini açıb demək, faş etmək, aşkara çıxarmaq. Mənə qohum oldu bu cür biədəb; Varımı korladı, pasımı açdı. M.S.Ordubadi.\n4. “Bir” sözü ilə – bir müddət, bir vaxt. ..Alı kişi ilxını çölə aparar, bütün günü otarar, gecədən də bir pas keçəndən sonra xalxala gətirərdi. “Koroğlu”. İlyas gecədən bir pas keçirdib, durub getməkdə olsun. (Nağıl).\n\nII. is. [fr.] Oyunda növbəni buraxmaq (“məndən keçdi” mənasında).\n\nIII. is. [ing.] Topu bir-birinə ötürmə. pasbj [fr.] Hər iki tərəfində dükanlar olan örtülü qalereya. Kitab pasajı. – [Oğlan] bir gün şəhərin ən məşhur pasajının anbarında olan meyxana qarşısında durub ov arayırdı. A.Şaiq. pasaq is. dan. Çirk, kir, his. Pasağını yumaq. pasaqlı sif. dan. Çirkli, kirli, hisli. Pasaqlı paltar. pasxa [qəd. yəh. pesah – keçmə]\n1. Xristianlığın əfsanəvi banisi sayılan İsanın “dirilməsinə” həsr olunmuş xristian yaz bayramı.\n2. Xristianlarda həmin bayram münasibətilə bişirilən dördüzlü kiçik piramida şəklində kəsmikli şirin yemək. pasiban is. [fars.] klas.\n1. Qarovulçu, qoruyucu, keşikçi, nəzarətçi. Vardı Bozlar adında bir köpəyi; Qoyunun pasibanı, həm köməyi. S.Ə.Şirvani. Bağçanın və sarayın ətrafında dolaşan pasibanların səslərindən başqa bir səs yox idi. M.S.Ordubadi.\n2. məc. Hami, himayəçi. Əxlaqı pozğun, adəti pis, pasibanı yox; Qəlbim yanar, ona deyərəm: “Ay yazıq çocuq!” A.Səhhət. [Bəhram Pəriyə:] Yox, yenə səhv edirsiniz, mən xidmətçi deyiləm, mən əmim qızının pasibanıyam. C.Cabbarlı. pasibanlıq is. köhn.\n1. Pasibanın işi, vəzifəsi; qarovulçuluq. Şəhər yatmışdı. Təkbir şəhər pasibanlığı edən xoruzlar birbirlərinə oyaq olduqlarını xəbər verirdilər. Ə.Haqverdiyev.\n2. Himayəçilik, hamilik. pasibansız sif. köhn. Pasibanı olmayan (bax. pasiban). Üç nəfər fələkzədə pasibansız dünya üzündə qaldı. C.Cabbarlı. pasifist [lat.] Pasifizm tərəfdarı. pasifizm [lat. pacificus – sakitləşdirən] Hər cür müharibəni, o cümlədən milli azadlıq, inqilabi və b. ədalətli müharibələri inkar edən və əbədi sülhü kapitalizm münasibətlərinin mövcudiyyəti ilə bağlayan siyasi cərəyan. paskvil is. [alm.] Təhqiredici, böhtançı əsər. paslandırma “Paslandırmaq”dan f.is. paslandırmaq f. Bir şeyin pas atmasına, paslanmasına səbəb olmaq. Yağış dəmiri paslandırdı. paslanma “Paslanmaq”dan f.is. paslanmaq f. Dəmir şeylərin üzərində pas əmələ gəlmək. [Ümid] açıq havada paslanmağa başlayan bir “Universal”a yaxınlaşıb baxdı. B.Bayramov. paslanmış f.sif. Pas atmış, üstünü pas basmış, pasla örtülmüş; paslı. Paslanmış qıfıl. Paslanmış bıçaq. – O gündən şair ilə Afaq bağçalarını paslanmış nizə, qalxan və qılınc parçalarından təmizlədilər.. Ə.Məmmədxanlı. paslatma “Paslatmaq”dan f.is. paslatmaq bax. paslandırmaq. paslı sif. Pası olan, pas atmış; paxırlı, cəngli. Paslı qazan. – Tez-gec qırılacaq paslı zəncirlər; Al geyib doğacaq azad bir səhər. S.Vurğun. [Otaqda] ağzından yumruq irilikdə paslı qıfıl asılmış sandıq, sandığın üstündə bir cüt qara xrom çəkmə .. vardı. İ.Hüseynov. // Məc. mənada. Əntiqənin səsi .. zülmət gecədə axan ulduz kimi paslı qəlblərə nur səpib tez ötər, təkrar olunmazdı. Mir Cəlal. paslılıq is. Paslı şeyin hal və keyfiyyəti. pasport [fr.]\n1. Sahibinin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd. Xarici pasport.\n2. Hər hansı bir maşın, avadanlıq, qurğu, təsərrüfat aləti və s. haqqında əsas məlumatlar yazılmış qeyd şəhadətnaməsi. Avtomaşının pasportu. Dəzgahın pasportu. Televizorun pasportu. pasportçu is. Pasportları qeyd edən işçi. Pasportçunun qəbul saatları. Pasportu pasportçuya vermək. pasportlaşdırılma f.is. Pasport sistemi tətbiq edilmə, pasport verilmə, bir şey üçün pasport tərtib edilmə. Əhalinin pasportlaşdırılması. Avadanlığın pasportlaşdırılması. passat is. [alm.] Şimal və cənub yarımkürələrində tropiklər və ekvator arasındakı sahələrdə əsən daimi şimal-şərq küləyi. Passatlar avropalılara hələ Kolumbun birinci ekspedisiyasından məlum idi. passiv I. [lat. passivus – fəaliyyətsiz] mal. Müəssisənin borc və təəhhüdlərinin məcmusu (aktiv2 əksi).\n\nII. [lat.]\n1. sif. Qeyri-fəal, laqeyd. Passiv münasibət. Passiv mübarizə. Passiv rol. Passiv müşahidə.\n2. qram. Feilin məchul forması. ‣ Passiv seçki hüququ – vətəndaşların nümayəndəli dövlət orqanlarına seçilmək hüququ. passivləşmə “Passivləşmək”dən f.is. passivləşmək f. Passiv olmaq, fəaliyyətsizləşmək, getdikcə fəaliyyətsiz olmaq, fəaliyyətdən düşmək. passivlik is. Fəaliyyətsizlik, laqeydlik, hərəkətsizlik. [Həsən] nöqsanları boynuna alır, üzvlərin kömək etmədiyindən, passivliyindən şikayətlənir. Mir Cəlal. pasta [ital.] Kosmetikada, kulinariyada, təbabətdə və s.-də işlədilən müxtəlif xəmirəoxşar özlü maddələrin adı. Diş pastası. Tomat pastası. – Xəlil .. əvvəlcə hazırladığı konfet, meyvə və pastaları masanın üzərinə düzdü. Çəmənzəminli. pastel is. [fr.]\n1. Boya, tabaşir və birləşdirici maddədən düzəldilən müxtəlif rəngli yumşaq qələmlər.\n2. Bu qələmlərlə yaradılan sənət əsərləri. pasterizə [fransız bakterioloqu Lui Pasterin adından] Yeyinti məhsullarının 100 dərəcədən yuxarı olmamaq şərtilə qızdırılması (bu halda zərərli mikroorqanizmlər məhv olur, ancaq məhsulun dadı, vitaminlər və s. saxlanılır). • Pasterizə edilmək (olunmaq) – yuxarıdakı üsul tətbiq edilmək. Xiyarın pasterizə edilməsi. Südün pasterizə olunması. Pasterizə olunmuş – həmin üsuldan keçirilmiş. Pasterizə olunmuş xiyar. pastor [alm. Pastor, əsli lat.] Protestant keşişi. pastoral [fr. pastorale; lat. pastoralis – çobansayağı]\n1. XIV-XVIII əsrlər Avropa ədəbiyyatında və incəsənətində çobanların təbiət ağuşunda həyatını idillik şəkildə təsvir edən janr, habelə həmin janrda əsər. Renessans dövründə Qərbi Avropada zəngin pastoral ədəbiyyatı yaranmışdı.\n2. sif. Həmin janrda olan. Pastoral roman. Pastoral sonata. paşa is. köhn. Keçmiş sultan Türkiyəsində, Misirdə və bəzi başqa müsəlman Şərq ölkələrində ali əsgəri vəzifə tutan şəxslərə və mülki məmurlara verilən fəxri ünvan, titul və belə titulu olan şəxs. Hələb paşasının adamları içəri girib, Qəribi tutub apardılar.. “Aşıq Qərib”. Aslan paşa car çəkdirib bütün camaatı meydana yığmışdı. “Koroğlu”. [Kəblə Gülü:] Nökərinin adı Kəblə Gülüdür, paşa! H.Nəzərli. paştet [alm.] Ovulub pasta halına salınmış ət, balıq və s.-dən ibarət yemək. pat [fr.] Şahmat oyununda: növbəti gediş zamanı şahı zərbə altına qoymaq təhlükəsinin əmələ gəldiyi və oyunun heç-heçə qurtardığı vəziyyət. patava məh. bax. dolaq 1-ci mənada. [Musa] yoğun baldırlarına boz patava dolaq, iri ayaqlarına qıvrıq çarıq geyərdi. B.Bayramov. patavalı bax. dolaqlı. Malik motal papaqlı, patavalı .. kəndliləri uzaqdan süzüb, qeyri-adi həyəcan içində olduqlarını anladı. M.İbrahimov. patefon [fransız firmasının adı Pate və yun. fon] Xüsusi vallara yazılmış səsi təkrarlayan musiqi cihazı. [Firuzə] ..quş kimi yüngül bir hərəkətlə qalxıb, balaca yeşiyin üstündəki patefona bir val qoydu. İ.Əfəndiyev. patent [lat. patentis – açıq, aydın]\n1. İxtiraçının ixtirasını təsdiq edən şəhadətnamə, sənəd.\n2. Alver, sənət və s. ilə məşğul olmaq hüququ verən şəhadətnamə. // Hər hansı hüququ, səlahiyyəti və s.-ni təsdiq edən şəhadətnamə. Konsul patenti (konsulun səlahiyyətini təsdiq edən sənəd). Gəmi patenti (gəminin bayrağını, mənsubiyyətini təsdiq edən sənəd). patentləmə “Patentləmək”dən f.is. patentləmək f. Bir iş haqqında patent vermək və ya patent almaq, onu patentlə birisinə aid etmək. İxtiranı patentləmək. patentli sif. Patenti olan. Patentli dərmanlar. patentsiz sif. Patenti olmayan, patentlə birisinə aid edilməmiş. // Zərf mənasında. Patenti olmadan. patıltı bax. tappıltı. [Azad] koridorda ayaq patıltısı eşidincə tez ayağa qalxıb qapı tərəfə gedir. A.Şaiq. patisson is. [fr.] Ağ qabaq növlərindən biri. patka [rus.] Tam şəkərləşməmiş nişastadan ibarət şirin qatı maddə. Çuğundur patkası. patogenez is. [yun.] İnsan və heyvan orqanizmlərindəki xəstəlik proseslərinin gedişində ardıcıllıq. patologiya [yun. pathos – xəstəlik və logos – elm]\n1. İnsan və heyvan orqanizmlərindəki xəstəlik proseslərini və onların halını öyrənən elm.\n2. məc. kit. Normadan kənara çıxma, qeyrinormallıq. patoloji sif. [yun.]\n1. Patologiyaya aid olan, patologiya ilə əlaqədar olan. Patoloji anatomiya. Patoloji fiziologiya.\n2. məc. kit. Qeyri-normal, normadankənar, xəstə. Patoloji hadisə. patoloq [yun.] Patologiya mütəxəssisi. patriarx [yun. patriarches]\n1. Qəbilə cəmiyyətində qəbilə başçısı.\n2. Bir ölkədəki pravoslav kilsəsinin yüksək ruhani rütbəsi və bu rütbəni daşıyan şəxs. patriarxat [yun.]\n1. bax. pədərşahlıq.\n2. Patriarxın idarəsi altında olan kilsə. patriarxlıq is. Patriarxın vəzifəsi, işi; patriarx titulu. patron [fr.]\n1. Odlu silahlarda, əsasən tüfəng və tapançada atmaq üçün barıt, qırma və ya güllə ilə doldurulmuş pistonlu (kapsullu) metal, ya karton tağalaq (giliz). [Şərifzadə] keşikçidən aldığı silahla müqavimət göstərməyə başlayanda tələsdi, patronları tez atıb qurtardı. M.Hüseyn. [Yoldaşım:] İki-üç yüz patronu elə bircə gündə atarsan. M.Rzaquluzadə.\n2. xüs. Müxtəlif qurğularda, cihazlarda lüləşəkilli, içiboş borucuq. patronaj is. [fr.] Ev şəraitində müalicə; profilaktik idarələrlə yanaşı, uşağın inkişafına və tərbiyəsinə nəzarət etmə. patrondaş [alm. patrontasche] Tüfəng və tapança patronlarını qoymaq üçün yuvacıqları (gözləri) olan kəmər. [İmamverdi:] A kişi, patrondaş hanı? Yalandan küyə basmışdım. C.Cabbarlı. Fərman evə girdi, tüfəngini, patrondaşını çıxardıb, divardakı mıxdan asdı. Ə.Abasov. patronlama “Patronlamaq”dan f.is. patronlamaq f. Silaha patron qoymaq; tüfəngi, ya tapançanı doldurmaq. patronlu sif. Patronu olan, patron qoyulmuş; dolu. Patronlu tüfəng. patronsuz sif. Patronu olmayan, patron qoyulmamış; boş. Patronsuz tüfəng. patrul [fr.] Müəyyən bir rayonun təhlükəsizliyinə, nizam və qaydasına nəzarət etmək üçün ayrılmış əsgər, milis və s.-dən ibarət kiçik silahlı dəstə və ya hərbi gəmi, təyyarə. Patrul dəstəsi. Patrul təyyarəsi. – Bu müddətdə patrul gəmiləri yenə də hər dəqiqə onların qabağını kəsə bilərdi. Q.İlkin. // Həmin dəstədə olan adam. Patrullar sənədləri yoxlayırlar. – Patrul qəzəbli bir pıçıltı ilə xəbər aldı: – Bu partizan qəzetini sən satmısan? S.Vəliyev. pauza [yun. pausis – kəsilmə]\n1. Danışıq zamanı müvəqqəti dayanma, fasilə, ara vermə.\n2. Musiqidə: ritm cəhətdən tənzim edilən fasilə. Musiqi əsərlərinin ifası zamanı işlədilən fasiləyə (tənəffüsə) pauza deyilir. “İbtidai musiqi nəzəriyyəsi”. // Həmin fasiləni notda göstərmək üçün işarə. pavilyon [fr.] Bağlarda, parklarda və s.-də hər hansı bir məqsəd üçün tikilən kiçik yüngül tikili. Su pavilyonu. Gül pavilyonu. – Mağaza və pavilyonların al-əlvan titrək illüminasiyası, bəzəkli vitrinlər adamsız çox qüssəli görünürdü. Q.İlkin. // Sərgidə eksponatları yerləşdirmək və nümayiş etdirmək üçün müvəqqəti və ya daimi bina. Pavilyona gələnlər sərgi haqqında çoxlu yaxşı və səmimi sözlər deyirlər. // Kino, foto şəkilləri çəkmək üçün xüsusi avadanlığı olan bina, habelə filmin ayrı-ayrı səhnələrini çəkmək üçün kinostudiya binasındakı dekorasiya. Filmin pavilyonda çəkilmiş kadrları. pay I. is.\n1. Bir neçə adam arasında bölünən şeydən hər birinə düşən hissə. [Heydər bəy:] Yoldaşlarım da bu səfər paylarını mənə verdilər. M.F.Axundzadə. // Eyni mənada xörək haqqında. [Nuriyyə:] [Ələsgərgili] nə bişirsəydilər payımı saxlardılar. İ.Əfəndiyev. • Pay çəkmək – hər bir adam üçün xörək çəkmək. Səlimnaz arvad oğluna və Rəşidə pay çəkib gətirəndə onları bayaq oturduqları yerdə tapmadı. M.Hüseyn. Xüsusi tikələrdən seçib Firəngizin payını çəkəndən sonra hərə öz qabını doldurdu. B.Bayramov. // Bir şeyin bölündüyü hissələrdən hər biri. Gecədən iki pay keçəndə dalandar pəlvanlarınan girib Ceyranın otağına gördülər ki, Ceyrannan Zərqova xanım yatıblar. (Nağıl). // Miras qalmış əmlakdan hər bir vərəsəyə çatan hissə. [Gülsəba:] Xanım, qardaşın arvadının məgər irsdə payı yoxdur? M.F.Axundzadə. [Hüseyn:] Qardaşdırlar, iki pay onlara düşər, bir pay mənə. S.Rəhman.\n2. Dəfə, kərə. [Məşədi İbad:] ..İndiki ahıllar indiki cahıllardan min pay yaxşıdırlar. Ü.Hacıbəyov. [Rəsul:] Belə gün, belə əziyyət çəkməkdənsə, bir yol ölüb qurtarmaq min pay yaxşıdır. N.Vəzirov.\n3. Hədiyyə, bəxşiş, sovqat. ..Qızın cehizində samovar yoxsa, əqrəbalardan samovar alıb pay gətirərlər. R.Əfəndiyev. • Payın (payınız) çox (artıq) olsun! – pay (bəxşiş, hədiyyə) verənə təşəkkür ifadəsi. Payın çox olsun, çox sağ ol! – [Çiçək Ümidə:] Payın çox olsun, bala, ömrün uzun olsun! B.Bayramov.\n4. məc. Bəxt, tale, qismət, nəsib. • Payına düşmək (çıxmaq) – qisməti olmaq, bəxtinə çıxmaq. Bizim payımıza düşmüş əzəldən; Qayğısını çəkmək olur-olmazın. M.Müşfiq.\n5. məc. Əvəz, qarşılıq. • Payını almaq məc. – əvəzini almaq, cəzalanmaq. [Rüstəm Pərişana:] Danışar, payını da alar! M.İbrahimov.\n6. Ümumi bir işə ayrı-ayrı iştirakçılar tərəfindən verilən, yaxud birinin hissəsinə düşən pul və s. miqdarı. Kooperativ payı. Üzvlərin payı.\n\nII. is. [fars.] klas. Ayaq. Düşəydi payinə bənövşə, sünbül; Xuraman-xuraman əlində də gül. Q.Zakir. Fəqət nə güclü, zəif bir vücud var, yahu! Ki, hazıram yıxılıb xaki-payinə hər gün. C.Cabbarlı. Görəndə qamətini göz yaşım olur cari; Çəməndə payinə sərvin axan şəlalə kimi. Ə.Vahid. paya is. Bir şeyi saxlamaq üçün tir, dayaq, sütun; dirək. Sınmış şalbanın altına paya vurmaq. – ..Bəziləri paya kəsib hazırlayır, çayın içinə salınmış iri daşların dalına sancıb şəl basır. Ə.Vəliyev. payacıq is. Kiçik paya, balaca paya. payaçəpəri is. dan. Yerə basdırılmış payalardan düzəldilmiş çəpər. Payaçəpəri çəkmək. payalama “Payalamaq”dan f.is. payalamaq f. Paya basdırmaq, paya vurmaq. Üzümlüyü payalamaq. payalanma “Payalanmaq”dan f.is. payalanmaq məch. Paya basdırılmaq, paya vurulmaq. pay-bölüş pay-bölüş etmək (eləmək) – bölüşdürmək, aralarında paylaşdırmaq. ..Şahmar bəy bir neçə ildi mal-dövləti pay-bölüş edib [Şah bəydən] aralanmışdı. Ə.Əbülhəsən. [Nəcəfalı:] Buyurun yenə başda əyləşin, elin var-yoxunu təzədən pay-bölüş eləyin. B.Bayramov. payçı is. Hər hansı bir işdə payına düşən pulu verərək üzv olan adam (bax. pay1 6-cı mənada). Payçıların iclası. paydar is. və sif. [fars.] klas. Davamlı, qaim, sabit, sürəkli. Bəxtəvər, Vahid, o kəslərdir ki, bu xoş aləmdədir! Hər zaman bu şən həyatı paydar istər könül. Ə.Vahid. • Paydar olmaq – sabit olmaq, qaim olmaq, davam etmək. [Vaqif İrakli xana:] İnşallah, bundan sonra da sədaqət və vəfadarlığımızda paydar olarıq. Çəmənzəminli. payə is. [fars.] klas.: nə payədə – nə dərəcədə, nə qədər. [Həsənağa Hacı Quluya:] Görürsən, hacı, xalq nə payədə qudurub?.. Ə.Haqverdiyev. İndi bu qədər pulun vəbalı nə payədə ağır olacağını qiyasa gətirib biçarə muzdur yenə ağlamağa başladı. S.M.Qənizadə. payəndaz [fars.] bax. ayaqaltı 1-ci mənada. payız is. [fars.] İlin yaydan sonra gələn fəsli. Payız yetişdikdə biz uşaqlar üçün yeni bir məşğuliyyət əmələ gəldi.. S.S.Axundov. payızgülü is. bot. Əsasən oktyabrnoyabr aylarında çiçəklənən müxtəlif rəngli iri gül; xrizantem. Ağ payızgülü. Payızgülü dərmək. payızlıq sif. Payıza, payız fəslinə məxsus, payız üçün ayrılmış, bir payıza bəs edəcək qədər olan. Payızlıq yem. Payızlıq taxıl. // Payızda yetişən, yaxud payızda açan. ..Bir neçə səbət payızlıq armud gətiriləcək. Ə.Əbülhəsən. // Payızda əkilən. Payızlıq əkin. // İs. mənasında. Yenə maşınlar yaşıllanan payızlıqların yanından ötüb keçirdi. M.İbrahimov. payızsiyənəyi is. zool. Siyənək balığının gözlərinin iriliyi ilə fərqlənən növü. paylama “Paylamaq”dan f.is. paylamaq f. Çoxları arasında bölüşdürmək, hərəyə öz payını vermək. Maaş paylamaq. – [Rüstəm kişi] borclarını ödədi və hər əməkgününə üç kilo taxıl payladı. M.İbrahimov. Yusif sovxozdan cibinə qoyduğu almaları uşaqlarına paylayıb atı rahatladı. B.Bayramov. paylanış is. Paylanma işi; paylanma. paylanma “Paylanmaq”dan f.is. paylanmaq məch. Çoxları arasında bölüşdürülmək, hərəyə öz payı verilmək. Dəvətnamələr paylandı. – Şəhərdə bir neçə şirin quyu vardı ki, buna da keşikçi qoyulmuşdu, növbə ilə xalqa su paylanırdı. Çəmənzəminli. Yataqxanada çarpayı paylananda hamı cumub özü üçün yaxşısını seçdi. Mir Cəlal. paylaşdırılma “Paylaşdırılmaq”dan f.is. paylaşdırılmaq məch. Çoxları arasında bölüşdürülmək, hərəyə öz payı verilmək. Vəzifələr yoldaşlar arasında paylaşdırıldı. M.S.Ordubadi. paylaşdırma “Paylaşdırmaq”dan f.is. paylaşdırmaq f. Çoxları arasında bölüşdürmək, hərəyə öz payını vermək. Rolları paylaşdırmaq. – [Oğlan:] Dedilər, bəyin hər nə mal-dövləti var, əlindən alıb camaata paylaşdıracağıq. Ə.Haqverdiyev. // Yerləşdirmək, yerbəyer etmək. paylaşma “Paylaşmaq”dan f.is. paylaşmaq qarş. Öz aralarında bölüşdürmək, hərə öz payını götürmək. paylayıcı is. tex. Maşınlarda, mühərriklərdə, cihazlarda və s.-də qaz, buxar, elektrik enerjisi və s.-nin verilməsini nizama salan hissə, qurğu. Avtomobilin paylayıcı qutusu. Paylayıcı qurğu. paylı-lüşlü sif. və zərf dan. Pay gətirən və ya aparan; payla gələn və ya yola salınan. Paylı-lüşlü qonaq. – Birinci dəfə [Veysəli] yadına salan, paylı-lüşlü yanına gələn usta Qaçay idi. Ə.Vəliyev. pay-lüş is. dan. Pay, hissə, qismət. Ellər bu dünyadan pay-lüş alanda; Azadlıq sovqatı adıma gəldi. M.Rahim. paymal is. [fars.]: paymal etmək (eləmək) – ayaq altına salmaq, zəlil etmək, təhqir etmək. Neyləmişdi sənə Vaqif, a zalım; Onu qəm əlində payimal etdin. M.P.Vaqif. Paymal olmaq – ayaq altına düşmək, heç olmaq, zay olmaq, məhv olmaq, xar və zəlil olmaq. [Oğlan:] Evim yıxıldı, cavan ömrüm paymal oldu.. E.Sultanov. [Süleyman bəy:] Cavan ömrüm paymal oldu, ax, ox! Ə.Haqverdiyev. pay-piyada dan. bax. piyada 1-ci mənada. Kəl Həsən Simurqun qanadınnan öpüb, pay-piyada gəlib çıxdı Bəndərpuşa. (Nağıl). [Murad:] Nuriyyə xanım stansiyadan paypiyada gəlirdi. İ.Əfəndiyev. paytaxt is. [fars.] Dövlətin, hökumətin və hökumət idarələrinin yerləşdiyi baş şəhəri. Bakı Azərbaycanın paytaxtıdır. paz is. Bir şeyi yarmaq, ya genəltmək üçün ucu nazik, getdikcə yoğunlaşan ağac və ya dəmir parçası. Ağacı pazla yarmaq. pazaq is. məh.\n1. Olduqca arıq adam.\n2. Yağsız ət. pazı is. məh. Çuğundur. • Pazı kimi – çuğundur kimi (tünd-qırmızı, qıpqırmızı). Həmişə belə tənbehdən sonra qulaqlarım pazı kimi qızarardı. C.Məmmədquluzadə. Pristav kitelinin dal cibindən yekə ağ dəsmal çıxarıb, pazı kini qırmızı peysərinin tərini sildi. Ə.Abasov. pazlama “Pazlamaq”dan f.is. pazlamaq f.\n1. Paz vurmaq, pazla yarmaq.\n2. Paz vurub bərkitmək, pazla möhkəmlətmək. Pərdinin yanını pazlamaq. pazlanma “Pazlanmaq”dan f.is. pazlanmaq məch.\n1. Paz vurulmaq, pazla yarılmaq (odun və s.). Kötüklər pazlandı.\n2. Paz vurulub bərkidilmək, pazla möhkəmlədilmək. pazşəkilli sif. Paza oxşar, paz kimi ucu nazik, getdikcə yoğunlaşan. pe “P” hərfinin və bu hərflə işarə olunan samitin adı. peç [rus.] is. Binaları qızdırmaq, üstündə xörək bişirmək və s. məqsədlər üçün kərpicdən, metaldan düzəldilmiş qurğu; soba. [Gülsənəm] ..otağın düz ortasında qoyulmuş dəmir peçi qaladı. M.Hüseyn. Peçin üstündə anasının çoxdan bəri qoyduğu qazançadan qalxan qızartma iyi Gülyazı məst elədi. Q.İlkin. peçat [rus.] bax. möhür 1-ci mənada. [Tofiq:] Gəl, gəl, bu saat mən “hə-yox” cavabını alım, ərizənə peçat basdırım. M.İbrahimov. peçeneqlər cəm Eramızın IX-XI əsrlərində Cənub-Şərqi Avropada köçəri həyat sürmüş türk mənşəli qədim xalq. peçenye [rus. peçenie – bişmiş] Kövrək, adətən şirin xəmirdən bişirilmiş şirniyyat növü. Nəcəflə Qızyetər zənbildən iki bükülü konfet, bir qutu peçenye və bir qutu şokolad çıxarıb stolun üstünə qoydular. M.İbrahimov. pedaqogika [yun. paidogogike] Tərbiyə, təlim və tədrisin forma və metodlarını öyrənən elm. pedaqoji sif.\n1. Pedaqoqla əlaqədar olan, pedaqoqla bağlı olan. Pedaqoji şura. Pedaqoji kadrlar. // Pedaqoqlar, müəllimlər hazırlamaqla məşğul olan. Pedaqoji texnikum. Pedaqoji institut.\n2. Pedaqogika ilə əlaqədar olan, pedaqogika ilə bağlı olan. Pedaqoji ədəbiyyat. Pedaqoji elmlər akademiyası. Pedaqoji elmlər namizədi. pedaqoq [yun. paidogogos] Sənəti müəllimlik və tərbiyəçilikdən ibarət olan adam, pedaqogika sahəsində mütəxəssis. Yusif bəy həqiqi pedaqoq idi. O, mənim bu pyesimi [“Hacı Daşdəmir”] bir növ dil ilə mənə qaytardı ki, mən nə ondan incidim və nə də həvəsdən düşdüm. Ə.Haqverdiyev. pedaqoqluq is. Pedaqoqun işi; müəllimlik, tərbiyəçilik. pedal [fr. pedale – ayaq] Müxtəlif maşınlarda, musiqi alətlərində və s.-də ayaq manivelası. Velosipedin pedalı. Royalın pedalı. – [Maşinist] qarşısındakı dəstəkləri və ayaqlarının altındakı pedalları çox məharətlə işlədirdi. Ə.Sadıq. pedant [ital.] Xırda və formal tələblərin yerinə yetirilməsinə həddindən (lüzumundan) artıq fikir verən adam; xırdaçı, hərf güdən. Pedantın biridir. pedantizm [ital.] Həddindən artıq formalizm (rəsmiyyətçilik); ifrat xırdaçılıq. pedantlıq is. Hər şeydə həddindən artıq xırdaçılıq göstərmə; pedantizm. pedi is. Cənubi Afrikada yaşayan xalqlardan biri. pediatr [yun.] Uşaq xəstəlikləri – pediatriya mütəxəssisi olan həkim; uşaq həkimi. pediatriya [yun. paidos – uşaq və iatreia – müalicə] Tibbin, uşaq xəstəliklərindən, onların müalicəsindən və qarşısını almaq üsullarından bəhs edən şöbəsi. pedikür [fr. pedicure, əsli lat. pedis – ayaq və curare – qayğısına qalmaq] Ayaq dırnaqlarının təmizlənməsi, cilalandırılması və ayaqlardakı döyənəklərin rədd edilməsi. pedikürçü is. Pedikürlə məşğul olan qadın (qız). pedinstitut is. Pedaqoji institut (orta məktəb müəllimləri hazırlayan ali məktəb). pedməktəb is. Pedaqoji məktəb (ibtidai məktəb müəllimləri və uşaq bağçası tərbiyəçiləri hazırlayan orta məktəb). pedsovet is. Pedaqoji şura (məktəb müəllimlərinin, təhsil və inzibati məsələləri həll etmək səlahiyyəti olan iclası). pemza [ing. əsli lat.] Süngər daşı. pencək [ing.] Kişi kostyumunun açıq, qatlanan yaxalığı və düymələnən ətəkləri olan hissəsi. Osmanla Səlim tanınmaz olmuşdu. Onların başında furajka var idi. Pencəklərinin düymələri və toqqaları parıldayırdı. İ.Şıxlı. pencəkli sif. Pencək geymiş, əynində pencəyi olan. Pencəkli oğlan. pencək-şalvar is. Pencək və şalvardan ibarət geyim komplekti; kostyum. Pencək-şalvar tikdirmək. pencər is. Müxtəlif yeməli yabanı otların (əməköməci, gicitkən, cincilim və s.) ümumi adı. [Nabat Firəngizə:] Böyük olanda nə olar, bıçağı götür, kətənin pencərini doğra. B.Bayramov. Güləsər taxılın içində pencər yığan qızlardan aralanıb atasına doğru gəlirdi. İ.Şıxlı. pencərlik is. Çoxlu pencər bitmiş sahə, yer. Pencərlikdən pencər yığmaq. pendir is. Maya vurulmuş süddən xüsusi surətdə hazırlanan bərk və ya yarıbərk kütlə şəklində qida məhsulu. Motal pendiri. – Arvadların bir qismi .. südü mayalayıb pendir tuturdu. İ.Əfəndiyev. penisillin [lat.] əcz. Kif göbələklərinin bəzi növlərindən alınan müalicə preparatı; antibiotik. penni is. Xırda fin pulu. pensiya [lat.] Qanunun müəyyən etdiyi hallarda (qocalıq, əlillik və s.) vətəndaşlara müntəzəm surətdə verilən pul yardımı. Pensiya almaq. Qocalığa görə pensiya. – [Əhməd:] Mənə hökumət tərəfindən xüsusi pensiya verilir. Ə.Vəliyev. pensiyaçı is. Pensiya alan adam. pensne [fr.] Yay vasitəsilə burunun üstünə taxılan gözlük (eynək). Sallaqbığlı, irigövdəli rəis pensnesini gözündən çıxarıb, təəccüblə Xəlil mirzəyə baxdı. Q.İlkin. pensneli sif. Gözündə pensne olan, pensne taxmış. [Roza ilə Şeyda görüşdüyü halda] şıq geyimli pensneli Əşrəf daxil olur. H.Cavid. penya is. [lat.] Borclu tərəf öhdəsinə düşən haqqı vaxtında vermədikdə ödəməli olduğu əlavə haqq. periferiya is. [yun.]\n1. Əyalət, ətraf.\n2. sif. anat. Ətraf üzvlər.\n3. is. riy. Çevrənin, fiqurun sərhədi. perigey [yun. peri – ətraf və ge – yer] astr. Günəş orbitinin Yerə ən yaxın nöqtəsi. perikmək f. Diksinmək, hövllənmək. perimetr [yun. perimetros] riyaz. Yastı həndəsi fiqurun bütün tərəflərinin uzunluğunun cəmi. periskop [yun. periskopeo – ətrafa baxıram] Örtülü yerdən, sualtı qayıqdan və s.-dən müşahidə aparmaq üçün optik cihaz. Sualtı qayığın periskopu. peritonit [yun.] tib. Qarın boşluğu divarlarını və üzvlərini örtən seroz qişasının iltihabı. perqament [Kiçik Asiyada qədim Perqama şəhərinin adından]\n1. Kağız icad olunana qədər üstündə yazı yazmaq üçün istifadə olunan xüsusi surətdə işlənmiş heyvan dərisi.\n2. Həmin material üzərində yazılmış qədim əlyazması. [Peterburq akademiyasında] üstü yazılı daşlar və qeyri qədim şeylər, o cümlədən perqament üstə yazılan Quran saxlanır. “Əkinçi”.\n3. Yağ və rütubət buraxmayan sıx və möhkəm kağız. permanent sif. [lat.] Arası kəsilmədən davam edən, daimi. Permanent inqilab. Permanent inkişaf. pero [rus. pero – lələk] Mürəkkəb, tuş və s. ilə yazmaq üçün yarıq sivri ucu olan metal qələm; qələmucu. Çernil, qrafil, pero, qarandaş; İcad edəni olaydı şil, kaş! M.Ə.Sabir. perpendikulyar [lat. perpendicularis – şaquli] Başqa bir düz xətt və ya müstəvi ilə düz bucaq təşkil edən düz xətt. Düz xəttə perpendikulyar çəkmək. perpendikulyarlıq is. Perpendikulyar vəziyyət, perpendikulyar olma. Müstəvinin perpendikulyarlığı. perron [fr.] Dəmiryol stansiyasında qatarların yanaşıb dayandığı meydança; sərnişin platforması. Qatar perrona yanaşdı. – Tiflisə gedənlərin hamısı gözləmə otağından perrona çıxdılar. Ə.Vəliyev. [Sadıq] ipək pijamada perronda gəzinirdi. Ə.Məmmədxanlı. persey is. [lat.] Göyün şimal yarımkürəsindəki bürcün adı. persol is. Paltar yuyulmasında istifadə olunan ağardıcı maddə. persona is. [lat.]\n1. Şəxs, zat, adam.\n2. Tanınmış adam. personaj [fr.] Bədii əsərdə iştirak edən şəxs; surət, tip. Mənfi personaj. Komik personaj. – [“Arşın mal alan”da] səkkiz personaj iştirak edir. Ə.Sultanlı. personal [lat. personalis – şəxsi] Hər hansı bir idarənin, müəssisənin şəxsi heyəti; bir peşə qrupuna daxil olan işçilər. Tibb personalı. perspektiv [fr.]\n1. rəs. Əşyanın, müşahidə nöqtəsindən uzaqlığından asılı olaraq, gözlə qavranılan cəhətlərinə uyğun şəkildə müstəvi üzərində təsviri. Şəkildə perspektiv yaxşı verilmişdir.\n2. Uzaq bir müşahidə nöqtəsindən görünən mənzərə, təbiət mənzərəsi.\n3. məc. Gələcək plan; nəzərdə tutulan, təxmin edilən, gözlənilən şey, gələcək imkanlar; gələcək. Onun yaxşı perspektivi var. İşin perspektivi. Perspektivi olan sahələr. // Sif. mənasında. Perspektiv plan.\n4. Perspektivdə şəklində – gələcəkdə, qarşıda, qabaqda. Perspektivdə böyük işlər var. perspektivli sif.\n1. Perspektivi, gələcəyi olan, inkişaf etməyə yaxşı şəraiti olan. Perspektivli neft sahəsi. Perspektivli iş.\n2. Perspektivdə əks olunan, perspektiv nəzərdə tutulan (bax. perspektiv 1-ci mənada). Perspektivli dekorasiya. perspektivlilik is. Perspektivli olma, gələcəyi olma. perspektivsiz sif. Perspektivi, gələcəyi olmayan, inkişaf etməyə şəraiti olmayan (bax. perspektiv 3-cü mənada). Perspektivsiz mədən. – [Mehdizadə:] ..Mən heç gözləməzdim ki, sən belə perspektivsiz işə razılıq verəsən. Y.Əzimzadə. perspektivsizlik is. Gələcəyi olmama, perspektivsiz olma. peso is. [isp.] mal. Cənubi Amerika ölkələrinin çoxunda dövriyyədə olan pul vahidi. pessimist [lat. pessimus – ən pis] bax. bədbin. pessimizm [lat.] bax. bədbinlik. peşə is. [fars.]\n1. Sənət. [Dövlətlilərin] .. peşə öyrənməyə də fikir verməyə macalları olmurdu. Ə.Əbülhəsən. // İş, məşğuliyyət, sənət. [Hacı Kamyab:] Sən oğluna nəsihət elə, getsin bir peşəyə yapışsın. Ə.Haqverdiyev. Axund, Tahirzadənin yaşını, işini, peşəsini, təhsilini soruşdu. Mir Cəlal.\n2. Adət, xasiyyət, vərdiş. [Fatmanisa:] Onun köhnə peşəsidir, getdiyi yerdə batıb qalar. Ə.Haqverdiyev. ..[Yusif] gecdən-gec dilləndi: – Dedi-qodu yaymaq Qaradonlunun köhnə peşəsidir.. İ.Hüseynov. peşəkar [fars.]\n1. is. Sənətkar. Kəndli qızıdır anam, bir peşəkardır babam. B.Vahabzadə.\n2. sif. Bir işi, məşğuliyyəti, fəaliyyəti özünə peşə seçmiş. Peşəkar boksçu. Peşəkar cani. – Peşəkar ovçular hər il dövlətə milyon manatlarla xeyir gətirən xəz-dəri və min tonlarla ət təhvil verirlər. M.Rzaquluzadə. // İs. mənasında. Peşəkarların boks yarışı. peşəkarlıq is. Sənətkarlıq. peşin [fars.] bax. avans. [Mayor Dilaraya:] Bəli, xanım, Cavanşir bəyin yalnız peşin olaraq bizdən aldığı məbləğ mühacirətdə sizə ömrünüzün axırına qədər kifayət edər! Ə.Məmmədxanlı. peşkəş is. [fars.] Bəxşiş verilən, bağışlanan şey; hədiyyə, bəxşiş. Evlənmək istəyən bir qədər peşkəş özü ilə götürüb, bəyin qulluğuna gedib ondan izn almaq məcburiyyətində idi. Ə.Haqverdiyev. • Peşkəş etmək (eləmək) – hədiyyə vermək, bağışlamaq. Peşkəş olmaq – hədiyyə olaraq verilmək, bağışlanılmaq. [Bayram:] Al bu yaylıq da [Zalxaya] peşkəş olsun. M.F.Axundzadə. peşman is. [fars.] Öz səhvini və ya nöqsanını başa düşərək buna təəssüflənmə. Hacı Nəsir ikinci dəfə evlənməyə çox peşman idi. S.S.Axundov. • Peşman olmaq – bax. peşmanlamaq. [Mozalanbəy:] Bu gecə dürüst fikir elə, peşman olmazsan. Ə.Haqverdiyev. [Həsən:] Böyük sözünə baxmayan peşman olar. H.Nəzərli. peşmançılıq 1. bax. peşmanlıq. Bunun axırı peşmançılıqdır, – deyə İmamverdi qardaşını məzəmmət edərdi. S.S.Axundov. Gözəlin səsindən peşmançılıq nidaları yağırdı. M.Hüseyn.\n2. Peşmançılıqla şəklində zərf – təəssüflə, təəssüf hissi ilə, peşman olmuş kimi. [Səməd] özünün “Adsız” şerində başına gələnləri sanki peşmançılıqla xatırlayır. O.Sarıvəlli. Ballı peşmançılıqla dala çəkildi.. Ə.Əbülhəsən. • Peşmançılıq (peşmançılığını) çəkmək – peşman olmaq, gördüyü bir işə sonradan təəssüflənmək. [Hacı Murad:] Yoxsa peşmançılığını çəkərəm. S.S.Axundov. peşmanlama “Peşmanlamaq”dan f.is. peşmanlamaq f. Peşman olmaq, peşmançılıq çəkmək. peşmanlıq is. Peşman olma, peşmançılıq. ..Peşmanlıq qara boğanaq kimi birdən [Zeynalı] bürüyüb sıxmağa .. başlayırdı. Çəmənzəminli. peşmək is. [fars.] Nazik tellər şəklində şərq şirniyyatı. Burada şit yağ, camış qatığı, həftəbecər, .. peşmək və iki şüşə konyak var idi.. B.Talıblı. petit [fr. petit – kiçik] Kiçik mətbəə şriftlərindən birinin adı. Mətni petitlə yığmaq. petlisa [rus. petliüa] Rəsmi geyimlərin yaxalığına tikilən rəngli fərqlənmə nişanı. petroqrafik sif. [yun.] Petroqrafiya ilə əlaqədar olan, petroqrafiyaya aid olan. Petroqrafik tədqiqat. petroqrafiya [yun. petros – daş, qaya və grapho – təsvir edirəm] Geologiyanın dağ süxurlarını, onların mineraloji və kimyəvi tərkibini, quruluşunu, yayılma, əmələgəlmə qanunauyğunluqlarını və s.-ni öyrənən sahəsi. pey is. [fars.] köhn.\n1. İz, ləpir.\n2. Ard, arxa.\n3. Kətan kirişi. peycer is. [ing.] Xəbər yetirən, məlumat çatdıran cihaz. peycinq is. [ing.] İnformasiya ötürmə və qəbul etmə. peyda [fars.]: peyda etmək (eləmək) – büruzə vermək, göstərmək. Çox eləyib iztirab peyda; Allahdan etdilər təmənna. Füzuli. Peyda olmaq – büruzə çıxmaq, zahir olmaq, aşkara çıxmaq, görünmək. Bir vaxt Mədinənin ətrafında böyük bir əjdaha peyda oldu. Ə.Haqverdiyev. Otuz beş-qırx il əvvəl, bilmirəm haradansa, meşədə bir pələng peyda olmuşdu. A.Şaiq. peydərpey zərf [fars.] Dalbadal, birbirinin ardınca, arasıkəsilmədən. Hava qaralır, ildırım şığıyır, göy peydərpey guruldayır.. Ə.Haqverdiyev. ..Gözlər təzədən qızıb, ürəklər təzədən döyünürdü, çomaqlar peydərpey enib qalxırdı.. Çəmənzəminli. peyğam is. [fars.] klas. Xəbər, sifariş. Vaqifəm, canana göndərdim peyğam; Gözüm yollarında qaldı sübhü şam. M.P.Vaqif. peyğəmbər is. [fars.]\n1. Müxtəlif dini etiqadlara görə, Allahın əmrlərini xəbər verən və şərh edən şəxs; rəsul, nəbi. Yüz iyirmi dörd min peyğəmbərimiz; Hər birinin ayrı məqamı vardır. Aşıq Ələsgər.\n2. məc. Gələcəkdən xəbər verən şəxs.\n3. məc. Təmiz, pak, müqəddəs adam mənasında. [Kərəm Salmana:] Sən də yaxşı deyirsən, tanımayan elə bilər ki, peyğəmbərsən. M.İbrahimov. peyğəmbərçiçəyi is. bot. Açıq-göy rəngli yabanı gül. peyğəmbəri bax. qarğıdalı. peyğəmbərlik is.\n1. Rəsulluq, nəbilik. Peyğəmbərlik tam ruhanilikdir, çünki insanlıq dərəcəsində peyğəmbərlikdən daha yüksək mövqe yoxdur. “Qabusnamə”.\n2. məc. Gələcəkdən xəbər vermə. • Peyğəmbərlik etmək – gələcəkdən xəbər vermək. peyin is. Üzvi gübrə kimi işlədilən saman, xəzəl və s. qatışığından ibarət heyvan və quş ifrazatı. At peyini. peyindağıdan bax. peyinsəpən. peyinqurdu is. zool. Peyinliklərdə yaşayan cücü. peyinləmə “Peyinləmək”dən f.is. peyinləmək f. Peyinlə gübrələmək, peyin vermək. Bostanı peyinləmək. peyinlənmə “Peyinlənmək”dən f.is. peyinlənmək məch. Peyinlə gübrələnmək, peyin verilmək. peyinli sif. Peyin səpilmiş, peyin tökülmüş, peyin verilmiş. Peyinli lək. peyinlik is. Peyin yığılmış yer, peyin olan yer. [Sərçələr qışda] gündüzlər özlərini həyətə, tövləyə, pəyəyə, peyinliyə, evlərin dəhlizlərinə soxaraq yem . S.S.Axundov. Çayqırağının yaxşı bir cəhəti də bu idi ki, su və peyinlik yaxın olduğundan, burada .. lobya, soğan əkirdilər. Ə.Əbülhəsən. peyinsəpən sif. k.t. Əkiləcək sahəyə peyin səpmək üçün işlədilən. Peyinsəpən maşın. // İs. mənasında. Peyinsəpəni təmir etmək. Yeni markalı peyinsəpən. peyk is. Planet və ya ulduzun ətrafında fırlanan göy cismi. Ay Yerin peykidir. Yupiterin 11 peyki vardır. • Süni peyk – tədqiqat məqsədi ilə raket vasitəsilə kosmosa buraxılan və göy cisimləri kimi müəyyən orbiti olan cihaz, qurğu. Yerin süni peyki. peykan is. [fars.] Əsil mənası “oxun ucundakı sivri dəmir” olub, klassik ədəbiyyatda “kirpik, (gözəlin kirpiyi)” mənasında işlənmişdir. Əlhəzər, yay qaşın, şux peykanından; Vurar, yıxar, ötmək olmaz yanından. Q.Zakir. Əzrayılı qanlı tutmasın anam; Məni bir kirpiyi peykan öldürür. Aşıq Ələsgər. peyləmə “Peyləmək”dən f.is. peyləmək f. dan. Xəncər, bıçaq və s. ilə vurmaq, vurub öldürmək, ya yaralamaq. [Siçan:] Bu pişiyin atını bir peyləyin; Xakə yıxın, ömrünü tey eyləyin. S.Ə.Şirvani. peylənmə “Peylənmək”dən f.is. peylənmək məch. dan. Xəncər, bıçaq və s. ilə vurulmaq, vurulub öldürülmək, ya yaralanmaq. İki dəqiqə çəkmədi ki, peylənmiş (f.sif.) dəvə kimi nərə çəkib göyə qalxdı. Mir Cəlal. peyman [fars.] bax. əhd 1-ci mənada. Nədən ləğv oldu peymanlar; Verildi odlu fərmanlar. M.Ə.Sabir. • Peyman bağlamaq (etmək) – əhd bağlamaq. Ovçu vermədi aman; Toruna düşdü tərlan; Yarla peyman bağlayıb; Qoymuşam yolunda can. (Bayatı). [Vahid:] [Anam] and içib peyman elədi ki, mən iyirmi beş yaşına çatanda atam barədə hər şeyi mənə açacaqdır.. B.Bayramov. Peymanını sındırmaq (pozmaq) – əhdini sındırmaq (pozmaq). Səbəb nə oldu ki, peymanü əhdi sındırdın? X.Natəvan. Unudur verdiyi əhdi, ilqarı; Pozur peymanını tez insan oğlu. Aşıq Şəmşir. peymanə is. [fars.] klas.\n1. Qədəh, piyalə. Sındırma qəlbini peymanə kimi. M.Rahim.\n2. məc. Çaxır, şərab mənasında. Qara gözlər süzülüb sərməst olur peymanədən; Ahu tək hərdən dönüb baxmağı öldürdü məni. M.P.Vaqif. Təğafül etməsin, işrət çağıdır; İçilir hər yerdə peymanə, gəlsin. Q.Zakir. peyrəvi is. [fars.] klas. Qabaqda gedən, rəhbər. // Dalınca gedən, arxasınca gedən. peysər is. [fars.] Başın arxa tərəfi. Bayram .. usta Pirəlinin qırmızı, dolğun üzünə və yoğun peysərinə baxırdı. M.Hüseyn. Şapkasının uzun günlüyü Səmədə diqqətlə baxmağa mane olurmuş kimi Yusif onu peysərinə itələdi. İ.Hüseynov. peyvənd is. [fars.]\n1. k.t. Müəyyən xüsusiyyət vermək üçün bir bitki gözcük və ya saplağının başqa bitkiyə calanması; qələm, calaq. • Peyvənd etmək (vurmaq) – qələm etmək, calamaq. Vurduq ağaclara biz peyvənd, calaq. M.Seyidzadə.\n2. tib. Hər hansı bir xəstəliyin qarşısını almaq və ya onu zəiflətmək məqsədilə bədənə vaksin yeritmə. Qızılcaya qarşı peyvənd. • Peyvənd etmək (vurmaq) – bədənə vaksin yeritmək. Uşağı peyvənd etmək.\n3. məc. Bitişmə, canlanma. Bir şişə ki, oldu parə-parə; Peyvəndinə varmı hiç çarə? Füzuli. • Peyvənd etmək – bir-birinə calamaq, bitişdirmək. Məryəm isə onun boynunu qucub sözlərini, sorğularını bir-birinə peyvənd edərək dedi.. C.Cabbarlı. peyvəndləmə “Peyvəndləmək”dən f.is. peyvəndləmək f.\n1. Peyvənd etmək, calaq etmək, qələm etmək. Alma ağacını peyvəndləmək.\n2. Peyvənd vurmaq, peyvənd etmək. Qripə qarşı peyvəndləmək. peyvəstə is. [fars.] klas. Daim, həmişə, müttəsil. Peyvəstə bizə yetər bəlası; Novfəl qəzəbindən et qiyası. Füzuli. Çox çəkir hicrini Vaqifi-xəstə; Leylü nahar, şamü səhər peyvəstə. M.P.Vaqif. pədər is. [fars.] klas. Ata. Pədərim Salehdir, madərim Reyhan. Molla Cümə. Şad oldu pədər, madəriniz, – bu boya çatdız. M.Ə.Sabir. pədərşahlıq is. tar. Kişi qohumluğu xəttinə əsaslanan və kişinin hakim olduğu qəbilə qruplarından ibarət ibtidai icma quruluşunun son dövrü; patriarxat. pəhləvan is. [fars.]\n1. Çox güclü adam; qəhrəman, igid. Gəzinir ortada səkkiz pəhləvan; Əyri qılınclardan sanki damır qan. H.K.Sanılı. Şərqin bütün pəhləvanları, sərkərdələri, qəhrəmanları, igidləri buradadır. M.S.Ordubadi.\n2. Güləşmə ilə məşğul olan idmançı; güləşçi. İkinci dərəcəli pəhləvan. pəhləvani bax. qəhrəmani. pəhləvanlaşma “Pəhləvanlaşmaq”dan f.is. pəhləvanlaşmaq f. Qoçaqlaşmaq, cəsurlaşmaq, pəhləvan olmaq, cəsarətlənmək. ..Ağagül pəhləvanlaşan (f.sif.) dostunun üzünə mat-mat baxdı. S.Rəhimov. pəhləvanlıq is. İgidlik, qəhrəmanlıq, qoçaqlıq. Kişilər dəm vurur pəhləvanlıqdan; Güləşdən, güllədən, ölümdən, qandan. S.Vurğun. Qollarını niyə çırmalamısan, kişi, yoxsa pəhləvanlıq eləmək fikrindəsən? M.İbrahimov. pəhmayi is. zool. Enli bədəni olan balıq növü. pəh-pəh bax. bəh-bəh. [Hacı Məhəmmədəli:] Pəh-pəh, pəh! Maşallah olsun doktor cənablarının elminə. C.Məmmədquluzadə. [Sultan bəy:] Bəli! Sultan bəyin qızı bir gədəyə aşıq olubdur, pəh-pəh, pəh! Ü.Hacıbəyov. pəhriz is. [fars.] Müəyyən yemək rejimi. Bu camıma şərab süz, pəhriz etmək hədərdir; İçimdə atəşim var, pəhriz edim mən nədən? Şəhriyar. • Pəhriz gözləmək (saxlamaq) – müəyyən yemək rejiminə riayət etmək. Xəstə pəhriz gözləməlidir. – [Həkim:] Beş-on il dözər can; Ciddi pəhriz saxlasan. R.Rza. pəhrizkar is. [fars.] Pəhriz gözləyən (saxlayan), pəhriz rejiminə riayət edən adam. pəhrizkarlıq is. Pəhrizini gözləmə, ona riayət etmə. Hər iki dünyanın neməti sənətdə, bütün sənətlərin açarı elm və tərbiyədədir. Xüsusilə, nəfsi tərbiyə etmək, təvazökarlıq, pəhrizkarlıq, düz danışmaq, təmiz adlı olmaq, başqalarına əziyyət verməmək və həyalı olmaq çox yaxşıdır. “Qabusnamə”. pəjmürdə sif. [fars.] Üzünün rəngi qaçmış, solğun, pərişan, halı pozğun. Halı pəjmürdə, sanki bir məcnun; Anlaşılmaz nədir məramı onun?! H.Cavid. Otaqdan qarasifət, dolaşıq saçlı, pəjmürdə bir qadın çıxıb balkonda durdu. Çəmənzəminli. Məşədi İbad pərişan və pəjmürdə bir hal ilə küçədə vaqe olur. Ü.Hacıbəyov. pəjmürdəlik is. Pəjmürdə adamın görkəmi; solğunluq, pərişanlıq. pəl is.: pəl qatmaq (vurmaq) – bir işə maneçilik törətmək, əngəl olmaq, pəlləmək. ..Onu vuran adam ümumi işə pəl qatır, tək özünə yox, gördüyü xeyirli işə də əngəl törədir.. M.Hüseyn. [Gilə Nəbiyə:] Biz toya çoxdan hazırıq. Gülüstanın ölümü, nə bilim, aranın qarışması işimizə pəl vurdu. Ə.Abasov. pələ sif. Yastı, enli. [Koroğlu] pələ bığlarını eşib qulaqlarının dalına keçirdi. “Koroğlu”. pələbığ (=pələbığlı) sif. Yekə, yastı və uzunbığlı. pələbığlı (=pələbığ) sif. Yekə, yastı və uzunbığlı. pələqulaq (=pələqulaqlı) sif. İri, yastıqulaqlı. Balacaboylu, kök, pələqulaq, yekəburun bir uşaq əlini yuxarı qaldırıb dedi. Ə.Abasov. pələqulaqlı (=pələqulaq) sif. İri, yastıqulaqlı. Balacaboylu, kök, pələqulaq, yekəburun bir uşaq əlini yuxarı qaldırıb dedi. Ə.Abasov. pələng is.\n1. Pişik cinsindən dərisi zolaqlı iri yırtıcı heyvan; qaplan. .. Sədinin bir sözü çıxmır yadımdan: Pişiyin duruşu rəngbərəng olur; Pələngi görəndə o, siçanlaşır; Siçanı görəndə o, pələng olur. X.Rza.\n2. məc. İgid, qoçaq mənasında. Baş bədənnən yarpaq kimi tökərəm; Mənəm əsil cəzirənin pələngi. “Koroğlu”. Əsirgəmir ondan patron-tüfəngi; Bəsləyir yoxsullar o gənc pələngi. H.K.Sanılı. Tüfəng tutan bu ərlər; Bəslədiyim pələnglər; Nəyim varsa sənindir. S.Vurğun. pələngi sif. Rəngarəng, ala-bəzək. Pələngi parça. pələnglik is. İgidlik, qoçaqlıq, rəşadət. pəlləmə “Pəlləmək”dən f.is. pəlləmək f. məh. İşə maneçilik törətmək, pəl vurmaq, pəl qatmaq. pəlmə is. dan. Tutqun, aydın olmayan, yarıişıq, zəif işıq. pəlmələnmə “Pəlmələnmək”dən f.is. pəlmələnmək f. məh. Rəngləri çıxaraq bir-birinə qarışmaq, ala-bula olmaq. Xalıların, cecimlərin .. və döşəklərin boyaları birbirinə qarışaraq pəlmələnmişdi. Çəmənzəminli. pəltək sif. Dilini dişlərinin arasına alaraq danışan, buna görə də “r”, “l” və s. səsləri düzgün tələffüz etməyən. Pəltək uşaq. – Pəltək oğlanın utandığını hiss edən Qüdrət, səsinə mehriban bir ifadə verdi.. M.Hüseyn. pəltəklik is. Danışarkən bəzi səsləri düzgün tələffüz edə bilməməkdən ibarət nitq nöqsanı. Pəltəkliyi müalicə etmək. – Oğlan məhz pəltəkliyinin gülüşə səbəb olduğunu düşünüb, qulağının dibinəcən qızardı. M.Hüseyn. pənah is. [fars]\n1. Sığınma, birinin yanına qaçıb ondan himayə və kömək istəmə. • Pənah etmək (eyləmək) – 1) özü üçün sığınacaq etmək, məskən etmək. Aləmin dərdü qəmindən xəbərin yox, Seyyid; Mən ki meyxanəni illərdi pənah eyləmişəm. S.Ə.Şirvani; 2) bax. pənah aparmaq. Pənah gətirmək (aparmaq) – bir adamın yanına, bir yerə sığınaraq ondan imdad, sığınacaq istəmək. ..Züleyxa çəkdiyi məşəqqətlərdən cana gəlib, öz qardaşlarının evinə pənah gətirdi. C.Cabbarlı. Pənah yeri – sığınacaq, pənahgah. [Köçəri quşların] bütün pənah yerləri bağların qaratikan çəpərləri idi ki, orada az-çox yem tapa bilirdilər. S.S.Axundov.\n2. məc. Himayəçi, arxa, dadaçatan, istinadgah, pənahgah. Səməd üzünü Məşədi Heydərə tutub, qaş-göz elədi və Nadiri göstərərək belə bir qüvvətli pənahı olduğunu işarə etdi. B.Talıblı. • Pənah çıxmaq – himayəsi altına almaq, qayğısını çəkmək. [Zeynəbə Qara Kərəmoğlu] bir qardaş, bir ata kimi pənah çıxdı, işə çəkdi, uşaqlarını kolxoz bağçasına aldı. M.İbrahimov. Pənah olmaq – 1) imdadına çatmaq, kömək etmək; 2) bax. pənah çıxmaq. Pənahında saxlamaq – himayə etmək, himayəsində saxlama, qayğısını çəkmək; qorumaq, hifz etmək. Hərami qaşların fitnədir karı; Onu pənahında saxlaya tarı. Q.Zakir. [Şamama Cadu:] Allah səni öz pənahında saxlasın, cavan qəddini yerə vurmasın. Ə.Haqverdiyev. // məc. Ümid, dayaq. Qarı öz yeganə pənahı nəvəsini bir parça çörəkpulu üçün yenə də bazara yola salmaq istəyirdi. S.Rəhimov. Körpələrin pənahısan; Anaların gözü səndə. N.Rəfibəyli. pənahgah is. [fars.]\n1. Pənah aparılan yer, pənah yeri, sığınacaq yeri. [Adamlardan biri:] Sən hər şeydən əvvəl bizə bir pənahgah tap ki, biz oradan düşmən ilə vuruşaq. P.Makulu.\n2. məc. Allah mənasında. [Gövhər xanım:] Ey cəmi yaranmışın pənahgahı! Oğlumu səndən istəyirəm. S.S.Axundov. pənahlanma “Pənahlanmaq”dan f.is. pənahlanmaq f. Pənah aparmaq, pənah gətirmək, imdad istəmək; sığınmaq. [Bədəl:] Yəqin hər kəs isə .. bizə pənahlanmağa gəlir, qoy gəlsin görək. Ə.Haqverdiyev. pənbə sif. şair. Açıq-al, gül rəngində. Sevda gəlinlərə məxsus pənbə tüllər içində olaraq gələr.. H.Cavid. Soldu yavaş-yavaş pənbə yanaqlar; Gülümsündü acı gülgün dodaqlar. Ə.Cavad. pəncə is. [fars.]\n1. Əl ayası ilə beş barmaq birlikdə. Pəncəsini açmaq. – Nəbi pəncəsinə sığmayan bafanı yerə qoyub, belini düzəltdiyi zaman günəş onu salamladı. Ə.Abasov. // Heyvanların qabaq ayaqlarının barmaqları ilə dırnaqları. [Pələng] də məni görmüşdü, pəncəsilə acıqlı-acıqlı yeri eşir, dırmalayırdı. A.Şaiq. [Tula] sağ pəncəsini yarı qaldırıb bükmüş, .. özü isə heykəl kimi hərəkətsiz durmuşdu. M.Rzaquluzadə.\n2. Ayağın dabandan başqa, barmaqların da daxil olduğu alt hissəsi. Pəncəsinə tikan batıb. – Eldar .. pəncələri üstündə yeriyərək reproduktorun səsini kəsmək üçün əlini uzatdı. M.Rzaquluzadə. ..[Zabit] pəncələri üstündə qalxıb-düşərək özündən razı halda səhranı seyrə daldı. M.İbrahimov. // Ayaqqabı altlığının həmin hissəsi. Çəkməyə pəncə vurdurmaq.\n3. Bir əl tutacaq qədər taxıl, ot və s. Alov iri ağzını geniş açaraq yığılmış taxılı, pəncələri, bağlanmamış bafaları udurdu. Ə.Vəliyev. Onların biçdikləri yerdə nəinki pəncə, hələ dərz də gözə az dəyirdi. Ə.Əbülhəsən. // Bir əl tutacaq miqdar. Bir pəncə plov.\n4. Kultivator və s.-də torpaqda kiçik şırımlar açan hissə. Kultivatorun pəncəsi.\n5. məc. Qüvvət, zor, zor-güc; məngənə. Ölümlərin pəncəsində hıçqıran; Məzlumların nəvasından yarandım. M.Müşfiq. Zülmün pəncəsində inlərkən cahan; İlk azadlıq sözü səndən ucalmış.. N.Rəfibəyli. ‣ Pəncəsindən qurtarmaq (xilas olmaq) – əlindən qurtulmaq, azad olmaq, xilas olmaq. Pəncəsinə düşmək (keçmək) – əlinə keçmək, tutulmaq. [Qacar:] Keçdi pəncəmizə gözəl Qarabağ; Öpsün qılıncımı hər qaya, hər dağ! S.Vurğun. Aya, hankı cəlladın pəncəsinə keçdiniz; Neçin böylə qəddiniz sındı, büküldü, dağlar? M.Müşfiq. pəncə-pəncə sif. Üzərində pəncə şəklində gülləri, naxışları olan. Pəncə-pəncə parça. – Bir də görərdin ki, dövlətli qadın pəncəpəncə donunu geydi. H.Sarabski. ‣ Pəncə-pəncəyə gəlmək – bax. pəncələşmək. Ölümlə pəncə-pəncəyə gəlmək. – Buludlar gəldikcə pəncə-pəncəyə; Sanasan varlığın ürəyi əsir. S.Vurğun. pəncəkeş is. [fars.] Çörəyin üzərinə naxış salmaq üçün alət. pəncələmə “Pəncələmək”dən f.is. pəncələmək f. Pəncəsi ilə qapıb götürmək. Plovu pəncələmək. pəncələşmə “Pəncələşmək”dən f.is. pəncələşmək f. Çarpışmaq, vuruşmaq, mübarizə aparmaq. Ölümlə pəncələşmək. – [Qüdrət:] Gecə ilə gündüz pəncələşir. M.S.Ordubadi. Dağlarla, daşlarla pəncələşərək; İnsan istiqbalı salama gəlir.. S.Vurğun. Bütün qışı tufanlarla; Pəncələşən neft ustası; Baxır aydın üfüqlərə; Ürəyində yaz sevdası. N.Rəfibəyli. pəncərə is.\n1. İşıq və hava gəlmək üçün evin və s. divarında açılan deşik və həmin deşiyi qapayan şüşəli çərçivə. Pəncərəni açmaq. Pəncərəyə şüşə salmaq.\n2. dan. Mühazirələr, dərslər arasında boş qalan vaxt; fasilə. Pəncərədə bekar qalmaq. pəncərəaltı is. Pəncərənin alt tərəfinə vurulan taxta. Pəncərəaltını yonmaq. pəncərəli sif.\n1. Pəncərəsi olan. Bu, qaya içində salınmış, qabağında kiçik daş səkisi olan, torpaq damlı, kiçikcə pəncərəli, bir qapıcığazlı daxma idi. Ə.Əbülhəsən.\n2. dan. Pəncərəsi olan; fasiləli (bax. pəncərə 2-ci mənada). Pəncərəli dərs cədvəli. pəncərəsiz sif. Pəncərəsi olmayan. [Almaz Camala:] Burada nə var? Uçuq-sökük daxmalar, pəncərəsiz, işıqsız komalar. C.Cabbarlı. pəncərəüstü is. Pəncərənin üst tərəfinə vurulan taxta və ya qoyulan iri daş. Pəncərəüstünü yonmaq. pəncəüzgəclilər cəm, zool. Üzgəcləri pəncə şəklində olan heyvanlar fəsiləsi. pəncşənbə is. [fars.] Cümə axşamı. Molla Xəlil həftənin pəncşənbə və cümə günlərini məsciddə oxuyacağını bildirmişdi. S.Hüseyn. pənd is. [fars.] klas. Nəsihət. Mürşidin pəndini eyicə saxla; Damardan, ilikdən, qandan içəri. Xətayi. pəpə is.\n1. uş. Çörək.\n2. Qırıntı, ovuntu. Çörək pəpəsi. pəpəş bax. pəpə 1-ci mənada. pəpəyeyən məməyeyəndən-pəpəyeyənə kimi (qədər) – bax. məməyeyən. Əhalidə olan bu sevinc məməyeyəndən-pəpəyeyənə kimi hamının ürəyindən axıb gəlirdi. Ə.Vəliyev. pər is. [fars.]\n1. Quş tükü.\n2. Qanad (klassik ədəbiyyatda çox vaxt “pərü bal” şəklində işlənmişdir). Bilməm bu qəfəsdə nola halım; Sındırdı bəla pər ilə balım. Füzuli. Mənim şahinim də pərü balını; Gərir üfüqlərə ehtişam ilə. M.Rahim. • Pər açmaq (vurmaq) – qanad açmaq, qanad çalmaq, uçmaq. Simurq göydə pər vurub, nər kimi nərildəyirdi. (Nağıl).\n3. bax. qanad 4-cü mənada. Suyun şəffaflığından dənizin dibi görünürdü: məxmər kimi yaşıl yosun, xırda və iri daşlar, üz-üzə pərlərini geniş açıb oynaşan balıqlar.. M.Süleymanov.\n4. Müxtəlif maşın və qurğuların fırlanan hissəsi, qanadı. Yeldəyirmanın pəri. Ventilyatorun pəri. Təyyarənin pəri. – Dəyirman pərləri elə fırlanır ki, görmək olmur. Mir Cəlal. // Dəyirman çarxının üzərinə su tökülüb hərəkətə gətirilən hissəsi. Novdan lülələnib çıxan qüvvətli su qocanın qayırmış olduğu bir cüt dəyirman daşının pərinə çırpılırdı. S.Rəhimov. pərakəndə zərf və sif. [fars.]\n1. Bir yerdə və müntəzəm halda olmayan; nizamsız, qarmaqarışıq, dağınıq. Qoşun dəstə-dəstə, pərakəndə bir halda gəlib-keçirdi. Çəmənzəminli. Direktor masanın üstündə pərakəndə halda olan kağızları nizama saldı. Q.İlkin. • Pərakəndə düşmək (olmaq) – dağılmaq, dağınıq hala düşmək, mütəşəkkilliyini itirmək, darmadağın olmaq. [Qasid:] Yerdə qalanın bir hissəsi Cəfərqulu xan tərəfə keçdi və qalanı pərakəndə olub, hərəsi bir yana qaçdı. Ə.Haqverdiyev. [Hadi Lələ:] Bu xanədanın, dağılıb pərakəndə düşməyinə bais olma. S.S.Axundov.\n2. Dağınıq, pərişan. ..Nərgizin görkəmi, Mixailin pərakəndə saqqalı karıxmış Gön Çərkəzin inamını artırırdı. B.Bayramov. [Məryəmin] pərakəndə halda çiyninə səpilmiş uzun şabalıdı saçları, təzə açmış gül kimi saf çöhrəsi .. Səlimi məst edirdi. H.Seyidbəyli. ‣ Pərakəndə satış tic. – topdan deyil, ədədlə və ya az miqdarlarla satılan, yaxud alınan (istehlak malları haqqında). ..Çoxişlənən mallar üçün aşağı salınan vahid dövlət pərakəndə satış qiymətləri qoyulmuşdu. (Qəzetlərdən). pərakəndəlik is. Pərakəndə şeyin hal və vəziyyəti; dağınıqlıq, nizam-intizamsızlıq, qarmaqarışıqlıq. Gənc leytenantın .. üzündə, uzun qara kirpikli gözlərinin qapanışında, qara, qıvrım saçlarının pərakəndəliyində çox pərişan bir görkəm var idi. Ə.Vəliyev. // Adda-buddalıq, dağınıqlıq, müəyyən qayda və səliqənin olmadığı hal. Belə pərakəndəlik, evlərin müxtəlif biçimi, .. yolların toz-torpaqlı olması [Şahmarı] darıxdırırdı. B.Bayramov. pərçim is. İki şeyi bir-birinə bağlamaq (bənd edib bərkitmək) üçün metal mil və onun döyülüb yastılanan ucu. • Pərçim etmək (eləmək) – 1) bax. pərçimləmək; 2) sıx bir yerə təpilmək, soxulmaq, girmək. Kəklik .. özünü bir kola pərçim elədi. B.Bayramov. Pərçim olmaq – 1) sığışmadığı dar bir yerə təpilərək heç bir yana dönə və ya çıxa bilməmək, sıxılıb qalmaq. Dar paltar geyəndə adam pərçim olur. Stoluna pərçim olmuş stolbazı; tanı, fəqət saya salma. X.Rza; 2) bir şeyin içinə girmək, sancılmaq, sancılıb qalmaq, ilişmək, ilişib qalmaq. Hirslə şığıyan tərlanın ürəyindən pərçim olan iti qələmənin neştər ucu onun kürəyindən çıxmışdı. S.Rəhimov. pərçimləmə “Pərçimləmək”dən f.is. pərçimləmək f.\n1. Pərçimlə bağlamaq, bərkitmək. Döşəməsilənin hissələrini pərçimləmək.\n2. Soxmaq, sancmaq. Xəncəri ürəyinə pərçimləmək. pərçimlənmə “Pərçimlənmək”dən f.is. pərçimlənmək məch.\n1. Pərçimlə bağlanmaq, bərkidilmək.\n2. Özünə yer eləmək, girmək. Kitab da vardır ki, hər sətri mismar; Zorla pərçimlənir beynə, ağıla. S.Vurğun.\n3. İlişib qalmaq, çıxmamaq, ilişmək. Balta quyuda pərçimləndi.\n4. Vurulmaq, sancılmaq, girmək, batmaq. Xəncər ürəyinə pərçimləndi. pərdə is. [fars.]\n1. Qapı, pəncərə və s.-dən asılan örtü və ya bir yeri iki hissəyə ayırmaq üçün asılan iri parça. Tül pərdə. Pərdə ilə otağı iki hissəyə bölmək. Qapıya pərdə salmaq. – Gün İmranın üstünə düşəndə qarı dirəklərin arasına pərdə tutardı. İ.Şıxlı.\n2. Teatrda səhnəni tamaşa salonundan ayıran asılmış iri örtü. Pərdə qalxır, Əsgər oxuyur.. Ü.Hacıbəyov. Səhnədən yeni pərdə asılmışdı. Ə.Sadıq.\n3. Səhnə əsərlərinin ən böyük hissələrindən hər biri. İki şəkildən ibarət pərdə. Balet üç pərdədən ibarətdir. Birinci pərdədə çıxış etmək. – Əsərin ən gərgin yerləri olan IV və V pərdələrdə Almaz şiddətli həyəcanlar keçirir. M.Arif. Tamaşanın ikinci pərdəsi oynanırdı. Mir Cəlal.\n4. Bəzi simli musiqi alətlərinin (tar, saz və s.) qolundakı bölmələrdən hər biri (bunların hər birinə barmaqla və ya mizrabla toxunduqda başqa bir səs çıxarır). Oğlan sazın zil pərdəsini dilləndirir. A.Şaiq. [Məmməd aşığa:] Barmağın gəzdikcə pərdələrdə, mən; Min ilham almışam o nəğmələrdən. Z.Xəlil. Muğamdakı həzin-həzin pərdələrdən; Divarların dönəminə naxış vurdun. B.Vahabzadə.\n5. Mayenin üzərində əmələ gələn təbəqə. Südün üzərindəki yağ pərdəsi. Gölməçə neft pərdəsi ilə örtülüdür.\n6. məc. Bir şeyi hər tərəfdən örtən, bürüyən, qapayan nazik təbəqə. Toz pərdəsi. Duman pərdəsi. – Gecənin pərdəsi tamam söküldü; Günəşin telləri yerə töküldü. H.K.Sanılı. Çiçək öz gülüşü ilə Muxtarın sifətindəki xəcalət pərdəsini yırtdı. Ə.Vəliyev.\n7. anat. Canlı orqanizmdə bir boşluğu ikiyə bölən nazik təbəqə. Qulaq pərdəsi. Göz pərdəsi.\n8. məc. Çarşab, ümumiyyətlə, görməyə mane olan şey mənasında. Pərdədə saxlanma, çıx, ey sevgili dildarımız. M.Hadi. • Pərdə çəkmək məc. – bax. pərdələmək. Məni çox gənc ikən ağlatdı zaman; Çəkərək pərdə o xoş mənzərəyə. Ə.Cavad. Pərdəyə bürünmək – üstü örtülmək, görünməz olmaq. Bütün şəhər qaranlıq bir pərdəyə bürünmüşdü. S.Rəhman.\n9. məc. Örtü, örtük. Dan yeli hər yana ətir dağıdır; Çöllərə çəkilir yaşıl bir pərdə. A.Şaiq. Qara buludlar qalın bir pərdə kimi göy üzünü örtmüşdü. M.İbrahimov. Elə bil üfüqə .. bozumtul pərdə çəkilmişdi. Ə.Əbülhəsən.\n10. məc. Böyüklə kiçik, yaxud qadınla kişi arasında gözlənilməli olan hörmət, abır-həya hissi. Arada pərdə olmalıdır. ‣ Pərdəni aradan götürmək – bax. pərdəni yırtmaq. [Məzlum:] Aslan, belə danışma, gəl pərdəni aradan götürməyək. S.Vəliyev. Pərdəni yırtmaq – böyüklə kiçik arasında gözlənilməli olan hörmət münasibətini pozmaq, gözləməmək; abır, həya hissini itirmək. İnsan nə iş görsə gərək pünhani görsün, pərdəni yırtmasın. S.Rəhimov. Pərdəsini qaldırmaq – açıb göstərmək, aşkara çıxarmaq, üzə çıxarmaq, aşkar etmək. Qaldır pərdəsini keçmişin bir az; Bax! Kimdir sahildə duran ixtiyar.. R.Rza. Gözdən pərdə asmaq – bax. göz. [Kazım:] Görürəm səninlə danışmaq çox çətindir, Kosaoğlu. Sən başa düşmürsən ki, hökuməti aldadıb gözdən pərdə asmaq ən böyük cinayətdir?! İ.Şıxlı. pərdə-pərdə zərf Bir pərdədən o biri pərdəyə keçərək, pərdələri səsləndirərək (bax. pərdə 4-cü mənada). Səsləndi pərdəpərdə ruhumdakı rübabım. M.Müşfiq. Tarçı çalaraq pərdə-pərdə qalxmağa başladı. Ə.Məmmədxanlı. pərdəarası sif. Pərdələr arasında olan (bax. pərdə 3-cü mənada). Pərdəarası fasilə. pərdələmə “Pərdələmək”dən f.is. pərdələmək f.\n1. Qabağını örtmək, tutmaq, görünməz etmək. Duman günəşi pərdələdi.\n2. məc. Üstünü örtmək, ört-basdır etmək, gizlətmək. Öz məqsədini pərdələmək. Cinayəti pərdələmək. – [Vəliəhd:] Əlbəttə, hər anda və hər kəsin andına inanmaq olmaz, çünki bəzən andlar yalanları doğrultmaq, bəzən də həqiqəti pərdələmək məqsədlərinə xidmət edir. M.S.Ordubadi. // Üzə vurmamaq, göstərməmək, büruzə verməmək, gizlətmək. Cuma arvadına qarşı duyduğu soyuqluğu pərdələmək haqqında düşündü.. Ə.Əbülhəsən. pərdələnmə “Pərdələnmək”dən f.is. pərdələnmək məch.\n1. Örtülmək, qabağı tutulmaq, görünməz olmaq. Ayın solğun işığı hərdən bulud ilə pərdələnib, uşaqları qaranlığa qərq edirdi. C.Cabbarlı.\n2. məc. Üstü örtülmək, ört-basdır edilmək, gizlədilmək. Rus ədəbiyyatının çox zəngin təcrübəsindən, elə də öz ədəbi təcrübəmizdən bilirik ki, heç bir böyük yazıçının yaradıcılığındakı nöqsanlar pərdələnmir. S.Rəhimov.\n3. qayıd. Örtünmək, özünü bir şeylə örtərək görünməz etmək. pərdəli sif.\n1. Pərdəsi olan, pərdə salınmış, pərdə asılmış. Pərdəli qapı. – Pəncərəsi ipək pərdəli evlərdə; Min təlaş var, min həşir. R.Rza.\n2. Saylardan sonra gələrək, səhnə əsərinin neçə pərdədən ibarət olduğunu göstərir. Üç pərdəli komediya. Dörd pərdəli drama.\n3. Zərf mənasında. Aradakı hörmət, həya, ədəb normalarına riayət edərək. [Mirzə Cəmil] qızla pərdəli dolanmaq, həyalı rəftar etmək fikrində idi. Ə.Vəliyev.\n4. məc. Açıq olmayan, üstüörtülü. Pərdəli söz. – [Qoca:] Oğlum, sən pərdəli (z.) danışdın, sözlərini anlamadım, nə demək istəyirsən? A.Divanbəyoğlu. Pərdəli, ikimənalı danışıqlardan da xoşum gəlməz. Ə.Vəliyev. pərdi is. Damın üstünə, taxta və ya küləşin altına qoyulan tir. Nazik pərdi. Damın pərdisi çürümüşdür. – Külək əsir, şaxta kəsir; Pərdilərdən asılmışdır sırsıralar. R.Rza. Pərdiləri və taxtaları hisdən qapqara olan tavandan asılmış yeddilik lampa .. buranı çox pis işıqlandırırdı. Ə.Əbülhəsən. pərdiləmə “Pərdiləmək”dən f.is. pərdiləmək f. Dama pərdi düzmək, damın üstünə pərdi uzatmaq. Damı pərdiləmək. pərdilik sif. Pərdi üçün yarar, pərdi üçün yonulub hazırlanmış. Pərdilik şalban. // İs. mənasında. Pərdilik kəsmək. pərə is. Burnun xarici deşiklərindən hər biri. [İlyas:] Hirsindən [Tərlanın] geniş açılmış burun pərələri elə bil od saçırdı. Ə.Məmmədxanlı. Qaya atın sakit qalxıb-enən burun pərələrini Cəmilə göstərdi. Q.İlkin. pərək I. is. Girdə yastı metaldan (əsasən qızıldan, gümüşdən) düzəldilmiş yastı, ortası deşik bütöv dəyirmi nazik lövhəciklərdən ibarət qadın bəzəyi. Qızıl pərək. Gümüş pərək. // Parıldayan materialın xırda, nazik qırıntısı. Gəlinin üzünə ağ-sarı pərəklər yapışdırıb, başına parlaq cığcığa tökdüklərindən onun hər tərəfi parlayırdı. M.S.Ordubadi.\n\nII. bax. pərə. ..Burun pərəkləri geniş açılmış .. zərif Qarabağ atı birdən qılçaları biçilmiş kimi yerə sərildi. M.Rzaquluzadə. pərəkli sif. Üzərində pərək olan, üzərinə pərək yapışdırılmış və ya səpilmiş (bax. pərək1). [Xanımın] ..ortadan ayrılmış saçlarının üzərində qızıl pərəkli araqçın yan qoyulmuşdu. Çəmənzəminli. Elə bil ulduzlar üzünə gümüş pərəkli bir duvaq salmış, .. sahildə cərgələnmiş şümşad qamətli ağaclar əsrlik tamaşasına durmuşdu. Ə.Məmmədxanlı. pərəqulaq sif. bax. sallaqqulaq. pərən-pərən pərən-pərən düşmək (olmaq) – bir-birindən aralı düşmək, birbirini itirmək, hərə bir yerə dağılmaq. Balaca uşaqlar ayaqyalın titrəyə-titrəyə və ağlayaağlaya pərən-pərən düşmüşdülər. C.Məmmədquluzadə. [Ağasıxan:] Kəndlər xaraba haldadır, hamı pərən-pərən olub, dağılıb. ..Bunun dalı aclıqdır. Çəmənzəminli. Düşdü quşun balaları; Yuvasından pərən-pərən. M.Dilbazi; pərən-pərən salmaq (etmək) – bir-birindən aralı salmaq, bir-birindən ayırmaq, hərəni bir yerə atmaq, dağıtmaq. Müharibə ailə üzvlərini pərən-pərən etdi. – Midhət də quzğun sürüsünü pərən-pərən saldı. Ə.Vəliyev. pərəstar is. [fars.]\n1. Xidmətçi, qulluqçu, qul, cariyə.\n2. məc. Pərəstiş edən, pərəstişkar. • Pərəstar olmaq – baxmaq, xidmət etmək, himayə etmək. pərəstarlıq is. Baxma, himayəçilik, himayə etmə, pərəstar olma. • Pərəstarlıq etmək – bax. pərəstar olmaq (“pərəstar”da). Ancaq Səfdərin bacısı Reyhan xanım naxoşa pərəstarlıq edirdi. T.Ş.Simurq. pərəstiş is. [fars.]\n1. Sitayiş etmə, tapınma, ibadət etmə, səcdə etmə. • Pərəstiş etmək – sitayiş etmək, tapınmaq, ibadət etmək, ilahiləşdirmək, səcdə etmək. Bütlərə pərəstiş etmək. – Bir güruh eylər pərəstiş vəhdətə.. H.Cavid. // Dərin hörmət.\n2. məc. Məftunluq, həddindən artıq vurğunluq; məhəbbət. • Pərəstiş etmək – məftun olmaq, həddindən artıq pərəstiş dərəcəsində sevmək. [Xavər Arifə:] Xavər sana etsə də pərəstiş; Heyhat, dönərmi bir də keçmiş!.. H.Cavid. [Surxay:] Sus, Aydın! Gültəkinin o şairanə heyətinə, o füsunkar gözəlliyinə hər kəs pərəstiş edir. C.Cabbarlı. pərəstişkar is.\n1. Pərəstiş edən, tapınan sitayiş edən; ibadət edən. • Pərəstişkar olmaq – pərəstiş dərəcəsində sevmək, məftun olmaq, vurulmaq. Sevgilim, eşqü həvəsdən daha mən bizaram; İndi bir başqa dilarama pərəstişkaram. A.Səhhət. [Əzra Zəhraya:] Səndə bir öylə hüsnü cazibə var; Ki, olur hər görən pərəstişkar. H.Cavid.\n2. məc. Pərəstiş dərəcəsində sevən; məftun, vurğun. [Rasim Yavərə:] Etiraf etməliyəm ki, mən də bu cür sənətin pərəstişkarıyam. M.İbrahimov. pərəstişkaranə zərf Pərəstiş edərcəsinə, sitayişkaranə, dərin hörmətlə. Şeyda dərhal yerindən qalxar, pərəstişkaranə bir tövrlə ona doğru irəlilər. H.Cavid. pərgar I. is. [fars.] Dairə çəkmək və çertyojlarda xəttin uzunluğunu ölçmək üçün iki qollu alət; sirkul. Pərgarla dairə çəkmək.\n\nII. sif. [fars.] Bacarıqlı, bacaran, usta. [Hacı Murad:] De görüm, yeməkdə pərgarsan, ya yox! S.S.Axundov. [Nərminə:] Deməyə, danışmağa pərgarsan, ancaq əlindən bir iş gəlmir. B.Bayramov.\n\nIII. is. [fars.] Qayda, səliqə, nizam; bir şeyin saz vəziyyəti. Evimizə ozan gəlibdir; Pərgar pozan gəlibdir; Gündüz olan işləri; Gecə yazan gəlibdir. (Bayatı).\n\nIV. is. [lat. Circinus] Göyün Cənub yarımkürəsində bürc. pərgarlama “Pərgarlamaq”dan f.is. pərgarlamaq f. Nizam-intizam yaratmaq, qaydaya, səliqəyə salmaq; sahmanlamaq. Sabahdan etibarən öz evlərini lazımınca pərgarlarsan. M.S.Ordubadi. ‣ Qurşağının altını pərgarlamaq – qarnını doydurmaq, yaxşıca yeyib doymaq. [Xəlil:] Qurşağın altını pərgarlayandan sonra bığları eşib, buğlana-buğlana gediniz. N.Vəzirov. pərgarlaşma “Pərgarlaşmaq”dan f.is. pərgarlaşmaq f. Ustalaşmaq, mahirləşmək, bişmək, məharət qazanmaq. İşdə pərgarlaşmaq. – Və o gündən .. zenit topları düşmən tanklarını yandırmaqda pərgarlaşmağa başladı. Ə.Əbülhəsən. pərgarlıq is. Ustalıq, mahirlik, bacarıq, məharət. pəri is. [fars.]\n1. Əsatirdə: cinlərin çox gözəl və cazibəli qadın şəklində təsəvvür olunan qismi.\n2. məc. Çox gözəl, məsum, xoşxasiyyət qadın və ya qız haqqında. Başına döndüyüm, ay qəşəng pəri; Adətdir, dərərlər yaz bənövşəni! Qurbani. Yox mənim başqa pərilərdə, gözəllərdə gözüm. S.Rüstəm. Ey könlümü bir yol güldürən pəri; Niyə ağlar qoydun illərcə məni. Ə.Cavad. ‣ İlham (şeir) pərisi – sənətkara ilham verən, onu ruhlandıran, şövqə gətirən amil. İlham pərisinin açdığı dadlı; Dillərdən küsərəm, səndən küsmərəm! M.Müşfiq. Ey ilham pərisi, varsansa əgər; Bu axşam üstümə qanadını gər; Qanım bir hərarət alsın qanından; Çıxım bu fikirlər burulğanından. M.Araz. pəricamal [fars. pəri və ər. cəmal] bax. pəriüz(lü). Yüz vədeyi-vüsal eləsin ol pəricamal; Nərgis gəlib görünməsinin ehtimalı yox. S.Ə.Şirvani. pəriçöhrə [fars.] bax. pəriüz(lü). Bu pəriçöhrələr eşqində gözəldir, Vahid! Qəzəli sən deyəsən, mən oxuyam əzbərdən. Ə.Vahid. pərisima [fars. pəri və ər. sima] bax. pəriüz(lü). Ey pərisima, sənin didarının müştaqiyəm. M.P.Vaqif. pərisurət [fars. pəri və ər. surət] bax. pəriüz(lü). pərişan sif. və zərf [fars.]\n1. Dağınıq, qatma-qarış, nizamsız. Ağarmış saçları çiyninə tökülmüş, pərişan saqqallı bir qoca .. dar küçə ilə gedirdi. Çəmənzəminli. ..Səlim [Mehribanın] tərləmiş üzünə tökülmüş pərişan saçlarını bir tərəfə edib alnının tərini sildi. S.Hüseyn. • Pərişan etmək – pərən-pərən salmaq, dağıtmaq, darmadağın etmək. Girsə o səngərə tək bir qəhrəman; Bütün bir alayı edər pərişan. H.K.Sanılı. Pərişan olmaq – darmadağın olmaq, pərən-pərən düşmək; dağılmaq. Havada parladı qızıl bir nişan; Gərayın dəstəsi olub pərişan.. S.Vurğun.\n2. Qəmli, kədərli, qüssəli. Pərişan gəzirsən bütün aləmi; Gözündə ilk bahar zimistan olur.. S.Vurğun. [Afət:] Yaramı açma gəl, Pəri, qan gedər; Afət bu dünyadan pərişan gedər. M.Rahim. • Pərişan etmək – çox məyus etmək, kədərləndirmək, qüssələndirmək, qəmləndirmək. Bir tərəf şanə dağıtdı zülfünü, bir yan səba; Hər tərəfdən hər biri könlüm pərişan etdilər. S.Ə.Şirvani. Bütün ömründə çox az xəstələnən, son illər heç xəstələnməyən Böyükkişinin qəflətən yorğandöşəyə düşməsi xanımın halını olduqca pərişan etmişdi. S.Rəhimov. Pərişan olmaq – qəmlənmək, kədərlənmək, qüssələnmək, çox məyus olmaq. İstəsən könlüm kimi zülfün pərişan olmasın; Ol qədər cövr et mənə ah etmək imkan olmasın! M.Ə.Sabir. pərişanlıq is.\n1. Dağınıqlıq, qatmaqarışıqlıq, nizamsızlıq. Pərişanlıq zülfün öz qaydasıdır; Nə badi-səbadən, nə şanədəndir. M.P.Vaqif.\n2. Qəmlilik, kədərlilik, qüssəlilik, məyusluq. Çünki var idi bizdə nadanlıq; Bizə üz verdi çox pərişanlıq. S.Ə.Şirvani. Hacı Nəsir .. [Nurəddinin] pərişanlığından qəmgin olardı.. S.S.Axundov. pəriüz (=pəriüzlü) sif. şair. Pəriyə oxşayan, pəri kimi gözəl (gözəlin epitetlərindən biri). pəriüzlü (=pəriüz) sif. şair. Pəriyə oxşayan, pəri kimi gözəl (gözəlin epitetlərindən biri). pərizad (=pərizadə) is. [fars.] Folklorda və şeirdə gözəlin epitetlərindən biri. Adam gərək görsün həqqi aradə; Hanı sənin kimi bir pərizadə. M.P.Vaqif. pərizadə (=pərizad) is. [fars.] Folklorda və şeirdə gözəlin epitetlərindən biri. Adam gərək görsün həqqi aradə; Hanı sənin kimi bir pərizadə. M.P.Vaqif. pərqu is. [fars.]\n1. Qu quşunun yumşaq tükü. Şiraslan üst-başı lələk, pərqu içində özünü içəriyə soxdu. M.Süleymanov.\n2. İçində pərqu olan. Pərqu balış. – Sən ki pərqu yorğan-döşəyə uzanan kimi qarın içinə uzanıbsan! M.Rzaquluzadə. pərli sif.\n1. Pər (3-cü mənada) olan. Balığın pərli üzgəci.\n2. Pər (4-cü mənada) olan. Pərli çarx. pərli-budaqlı dan. bax. qollu-budaqlı. ..Pərli-budaqlı buynuzunu şax tutub yeriyən maral onu görən kimi yaxınlaşıb əlini iylədi. İ.Şıxlı. pərpərəng (=pərpətöyün) is. bot. Yumşaq, ətli yarpaqları və incə çiçəkləri olan, yerə yatıq, bişirilib yeyilən yabanı ot-bitki. pərpətöyün (=pərpərəng) is. bot. Yumşaq, ətli yarpaqları və incə çiçəkləri olan, yerə yatıq, bişirilib yeyilən yabanı ot-bitki. pərpuç is. [fars.] köhn. Yox etmə, ləğv etmə, məhv etmə. Məktəbdə qoyun ustulu, dasqanı, – deyirlər; Pərpuç eləyin çubifələqqanı, – deyirlər... M.Ə.Sabir. pərsəng is. [fars. parə səng – daş parçası]\n1. Tərəzinin gözlərini tarazlaşdırmaq üçün qoyulan daş və s. Boş tərəzinin gözləri bir-birilə taraz gəlmədi. [Kosa] daşı götürdü, pərsəng atdı, qıraqları çürümüş çanaqları birtəhər düzəlişdirdi. S.Rəhimov. // İçində şeylə çəkiləcək qabın ağırlığı, çəkisi. • Pərsəngini tutmaq – qabın (taranın) çəkisini (ağırlığını) təyin etmək.\n2. məc. Çəki, əhəmiyyət, ağırlıq. Hər sözün bir pərsəngi var. (Ata. sözü). Geymisən pərsəngini; Gey, sallan pərsəngini; Desəm dağlar götürməz; Dərdimin pərsəngini. (Bayatı).\n3. məc. Danışarkən söz arasında yerliyersiz təkrar edilən, deyilən söz, ifadə. ‣ Pərsəng aparmaq – ağlı çatışmayan, özünü gic kimi aparan adam haqqında. pərşum is. k.t. Təkrar şum, ikinci şum. pərşumlama “Pərşumlamaq”dan f.is. pərşumlamaq f. k.t. Pərşum etmək, ikinci dəfə şumlamaq, təkrar şumlamaq. pərt sif. Əhvalı pozğun, tutqun, pərişan, bir şeydən inciyərək pozulmuş, məyus olmuş, incimiş; incik. Qüdrət İsmayılzadə .. evinə çox pərt (z.) qayıtmışdı. M.Hüseyn. Rüstəm kişi acıqlı, pərt və fikirli idi. M.İbrahimov. • Pərt etmək – bir söz deməklə utandırmaq, yaxud qəlbinə toxunmaq, məyus etmək, əhvalını pozmaq, ruhən incitmək. Səni son məktubumla bir az pərt eləmişdim; Bunu özümə sonra yaman dərd eləmişdim. S.Rüstəm. Pərt olmaq – bax. pərtləşmək. Rəşid pərt olub, çaşmış bir halda səkinin kənarında dayandı. Ə.Məmmədxanlı. Aydın utanıb, bir qədər pərt oldu. H.Seyidbəyli. pərt-pərt zərf Pərt halda. Mirzə Əliməmməd isə pərt-pərt qapıya baxaraq doğma qardaşının buraya gəlməsindən heç də razı qalmadı. Çəmənzəminli. pərtləşmə “Pərtləşmək”dən f.is. pərtləşmək f. Bir səbəb (söz, hərəkət və s.) üzündən pərt olmaq, ürəyi sınmaq, məyus olmaq, tutulmaq, qanı qaralmaq. Kazım bir az da pərtləşərək sözünə davam etdi. Çəmənzəminli. [Naşad] Mehribanın sözündən pərtləşdi. S.Hüseyn. pərtlik is. Pərt olmuş adamın halı; məyusluq, inciklik, qanıqaralıq. Rəhimbəy [oğlunun] pərtliyini yalnız neçə gündən bəri saxladığı küsü ilə izah edirdi. M.Hüseyn. Sübhanverdizadənin pərtliyi get-gedə artırdı. S.Rəhimov. pərtöv I. is. [fars.] klas. İşıq, nur, ziya, şüa, parlaqlıq. Xurşid rüxündən aldı pərtöv. Füzuli.\n\nII. sif. [fars.] Səliqəsiz, nizamsız, laqeyd. // Narahat; rahatlıq, sakitlik, dinclik bilməyən, daim çalışıb-çapalayan. ‣ Ağızdan pərtöv – bax. ağzıpərtöv. [Misir] ağızdan pərtöv, küsəyən idi.. Ə.Vəliyev. pərtövlük is. Səliqəsizlik, nizamsızlıq; laqeydlik. // Narazılıq, rahatsızlıq; sakitlik, dinclik bilməmə, daim çalışıb-çapalama. pərvanə is. [fars.]\n1. Adətən işığın ətrafına dolaşan kiçik gecə kəpənəyi. Məndən öyrənibdir oda yanmağı; Düşəndə xəbər al pərvanələrdən. Q.Zakir. [Ərəstu:] Pərvanə vurğundur işığa, nura. A.Şaiq. // Ümumiyyətlə, kəpənək.\n2. bax. pər 4-cü mənada. Növbə Kamala yetişəndə o, əlindəki modelin pərvanəsini buraxdı.. M.Rzaquluzadə. ‣ Pərvanə kimi (tək) başına fırlanmaq (dolanmaq) – həddindən artıq sevmək, istəmək, mehribanlıq göstərmək, nəvaziş etmək, nazlamaq, əzizləmək. Günəş, Arazın ciyərlərini sağaltmaq üçün onun başına pərvanə kimi dolanır. A.Şaiq. Vaxt məni pərvanətək başına dolandırır; Dünən qanmadığımı bu gün mənə qandırır. B.Vahabzadə. pərvaz is. [fars.]: pərvaz etmək – bax. pərvazlanmaq. Sürü yaxınlaşdıqca çöldəki quşlar qalxıb uçuşur, sonra oturur, yenə sürü yaxınlaşanda havaya pərvaz edirdilər. T.Ş.Simurq; // məc. uçmaq, şadlanmaq, ruhlanmaq, qanadlanmaq (adətən könlü, ruhu və s. sözlərlə birlikdə). Vaqifin də könlü çox edər pərvaz; Hərdən sizin ilə gəzə, durnalar! M.P.Vaqif. Gəlin sizə söhbət açım ürəyimin sözündən; Yenə könlüm pərvaz eylər bu dağları görəndə. S.Vurğun. pərvazlama “Pərvazlamaq”dan f.is. pərvazlamaq f.\n1. Uçurmaq. Quşu pərvazlamaq.\n2. məc. Ruhlandırmaq, qanadlandırmaq. Bu sayaq unudub ağır möhnəti; Rəna pərvazladı ilk məhəbbəti. M.Rahim. pərvazlanma “Pərvazlanmaq”dan f.is. pərvazlanmaq f.\n1. Uçmaq. Göyərçinlər pərvazlanır; Qərar tutmur yuvada. S.Rüstəm. Yalnız arabir su üzərində dəstə ilə uçuşan və təkdənbir suyun səthinə qədər enib, yenə də sürətlə havaya pərvazlanan (f.sif.) quşlar görünürdü. M.Hüseyn. // Qanad çıxarmaq, qanadı çıxmaq, uçmağa başlamaq. Laçın pərvazlanıb uçan vaxtıdır; Şikar ovlağına şux tərlan gəlir. Aşıq Şəmşir. Bala quş həmişə anasının yanında qalmır. Bir az böyüyəndən sonra pərvazlanır, özünə yuva tikir, ana olur. Ə.Abasov.\n2. məc. Qanadlanmaq, qol-qanad açmaq, ruhlanmaq. [Qəndab:] ..Çox eşitmişdim ki, qızın üstünə ad qoyulan kimi o, qol-qanad açır, böyüyür, pərvazlanır. B.Bayramov. pərvazlaşma “Pərvazlaşmaq”dan f.is. pərvazlaşmaq f. Pərvazlanmağa başlamaq, yenicə qanad açmaq. [Uşaqlar] hərdən əllərini quma verib dırmaşanda yeni pərvazlaşan (f.sif.) bala kəkliyə oxşayırdılar. Mir Cəlal. pərvərdigar is. [fars.] Allah, Tanrı. Kamalında, camalında eyib yox; Pərvərdigar vermiş hər hünər sənə. M.P.Vaqif. // Pərvərdigara şəklində – Ay Allah! Tanrım! (Allaha xitab). pərvəriş is. [fars.] Bəsləmə, yediribiçirmə, qulluq etmə, yetişdirmə, qulluq, tərbiyə. Üç körpə uşağın pərvəriş, təlim və tərbiyəsi anam Dürnisənin öhdəsinə düşür. S.S.Axundov. • Pərvəriş tapmaq (etmək) – böyümək, inkişaf etmək, yetişmək. ..Hər bir bakteri və mikrob süddə yaxşı pərvəriş edir, onun içinə düşüb xəstəliyə səbəb olurlar. H.Zərdabi. Dağların başında, təmiz havada pərvəriş tapan qız o qədər böyümüş və gözəlləşmişdi ki, gərək iki göz olub ona tamaşa eləyəydi. E.Sultanov. Pərvəriş vermək – böyütmək, bəsləmək, bəsləyib-böyütmək, yetişdirmək, tərbiyə vermək. pərvin is. [fars.] Ülkər, Yeddiqardaş ulduzu; Sürəyya. Bizim palıdlarımız kəmənd atır Pərvinə; Ay da, ulduz da düşər palıdın kəməndinə. Şəhriyar. pəs I. dan. bax. bəs2. Camaat yerbəyerdən dərvişi alqışlayıb deyirdilər: – Pəs belə padşah olmaz. (Nağıl). ..Pəs rəfiqlərimizi intizarçılıqdan çıxartmaqdan ötrü gənə gərək bir neçə söz ərz edəm.. C.Məmmədquluzadə.\n\nII. is. [fars. pəst] Aşağı səs, alçaq səs. Bülbül oxur, səsi var; Həm zili, həm pəsi var. Şirin sözlü dilbərin; Can alan qəmzəsi var. (Bayatı). pəsab is. [fars.] Alçaq keyfiyyətli sirkə, şərab və s. pəsdən zərf Alçaq səslə, aşağı səslə; alçaqdan, yavaşcadan. O xımır-xımır pəsdən oxuyan kim idi? – deyə soruşdu. A.Şaiq. Nəsimin laylayıdır, yoxsa neyin naləsidir; Dinlə pəsdən, ya da zildən niyə nalan gəldi? Şəhriyar. pəsənd is. [fars.]: pəsənd eləmək (etmək) – bəyənmək, xoşlamaq, saymaq. O zaman ayları, ulduzları sən; Gecələr eyləyəcəksənmi pəsənd? M.Müşfiq. Dövlətlilər .. yoxsul toylarında qarmonçalan Minayəni pəsənd eləməzdilər. Ə.Əbülhəsən. pəsxan is. [fars.] Aşağı səsdə oxuyan, bəmdə oxuyan xanəndə. [S.Şuşinski] həm bəm səsdə (pəsxan), həm orta səsdə (miyanəxan), həm də zildə (zilxan) məharətlə oxuyur. (Qəzetlərdən). pəsməndə sif. [fars. pəsmandə] dan. Yatıb qalmış, satılmayan, işə getməyən, artıq qalan. Nemətullayevin rəhbərliyi altında rayona gələn mallar bölünə-bölünə davam edər və dükanların qəfəsələrinə pəsməndə mallar gəlib çıxardı. S.Rəhimov. pəst is. [fars.] köhn.\n1. Alçaq (hündür, uca, yüksək olmayan).\n2. mus. Aşağı registrdə yavaş səslə oxumaq; bəm. Pəstdən oxumaq. pəstəha is. [fars.]\n1. Hissə, detal. Maşının pəstəhası.\n2. məc. Fırıldaq, hiylə, kələk, hoqqa. [Niyaz:] Di yaxşı, şələni götür, düş yola, səndən çox pəstəhalar çıxacaq. Ə.Haqverdiyev. [Hacı Fərəc:] Gəlsin görək qaraçı oğlu qaraçı, nə pəstəha olacaq. N.Vəzirov. pəşəng is. köhn.\n1. Üzüm salxımı.\n2. Tumluq üçün saxlanan tərəvəz bitkisi. pətə is. Bir şey almağa hüquq verən vərəqəcik. Benzin pətəsi. – Bir gün anam yüklərin hesabını saxlamaq üçün ona pətə verdikdə, o, anamın əlini tutdu. C.Cabbarlı. pətək is. Bir-birinə yapışmış xırda gözcüklərdən ibarət arı yuvası. İskəndərin atası əkinçi idi: iki inəyi, 10-15 qoyun-keçisi, 6 da arı pətəyi var idi. E.Sultanov. Həyətdə arı pətəyi saxlayan Məsmə bir səhər durub pətəklərin yerini boş görmüşdü.. Mir Cəlal. pətəklik is. Arı pətəkləri olan yer, arıçılıq təsərrüfatı; arıxana. pətənək is. Mədə (quşlarda). Pətənəkləri çuvaldan böyük, iştahaları həddən ziyadə... Utanmaq bilməzlər, həya etməzlər... N.Vəzirov. pəyə is. Tövlə. [Bir şəxs:] Məmmədhəsən əmi, tez oğlanı göndər, pəyədən eşşəyi çıxartsın.. C.Məmmədquluzadə. [Şahmar] pəyəni kürüyüb çıxanda başından buğ qalxırdı. B.Bayramov. pəzəvəng sif. Yekə, zorba, zırpı (bəzən söyüş mənasında). [Həsən:] Bilməm bu pəzəvəng haradan gəldi də işləri bərbad etdi. H.Nəzərli. [Ağasəfər:] Adə, ey .. çayqıraqlı pəzəvəng hərif! Ə.Əbülhəsən. pəzəvənglik is. Yekəlik, zorbalıq, zırpılıq. pıçapıç bax. pıç-pıç. Şəhərdə bir pıçapıç düşdü ki, day Allah göstərməsin. “Koroğlu”. pıçhapıç bax. pıç-pıç. Pıçhapıç danışmaq. – Aralığa pıçhapıç düşdü. S.Rəhman. pıçıldama “Pıçıldamaq”dan f.is. pıçıldamaq f. Yavaşcadan, pıçıltı ilə demək (çox vaxt “qulağına” sözü ilə). [Məhəmmədcəfər] əyilib yavaşcadan qulağıma pıçıldadı. Qantəmir. Diyar kişi dirsəyi ilə arvadına toxunub pıçıldadı. Ə.Məmmədxanlı. // məc. Obrazlı təşbehlərdə. Qovaq ağaclarının yarpaqları sanki yoldan ötənlərə nağıllar pıçıldardı. Ə.Məmmədxanlı. pıçıldaşma “Pıçıldaşmaq”dan f.is. Eyhamlar, tanış-biliş arasında pıçıldaşmalar .. indi də davam edirdi. İ.Hüseynov. pıçıldaşmaq qarş. Bir-biri ilə pıçıltı ilə danışmaq, söhbət etmək. Həmzə Allahqulu ilə bir az pıçıldaşıb, sonra dedi. Ə.Əbülhəsən. Oğlanlar [Mehribana] baxaraq pıçıldaşırdılar. H.Seyidbəyli. // məc. Obrazlı təşbehlərdə. Ləpələr pıçıldaşır. – Şam ağaclarının yaşıl budaqları qürurla səslənib, bir-birilə öpüşür, pıçıldaşırdı. S.Vəliyev. Gülün üzü işıqlandı; Pıçıldaşdı çəmən, çiçək. M.Dilbazi. pıçılğan is. bayt. Heyvanların diz və buzovluğunda dəmrov xəstəliyi. Kəlbalı at ustalığı edər, pıçılğanı rahatca sağaldar(dı). S.Rəhimov. pıçıltı is. Səs tellərinin iştirakı olmadan, yavaşca danışıq. [Rəhilənin] pıçıltısı gətirdiyi xəbərin dəhşətini azaltmadı. M.Hüseyn. Ovçu ağlamsınmış bir pıçıltı ilə öz-özünə dilləndi. M.Rzaquluzadə. // məc. Obrazlı təşbehlərdə. Uzaqdan dərə sularının xəlvət pıçıltılara bənzəyən səsi gəlirdi. Mir Cəlal. pıçıltılı sif. və zərf Pıçıltı ilə, yavaşcadan deyilən; pıç-pıç. Pıçıltılı danışmaq. – ..Pıçıltılı, mehriban; məhrəm, tənhalıq dolu; xoş səsindən uzaqda; yalqızlıq içindəyəm. R.Rza. pıç-pıç zərf və sif. Yavaşcadan, pıçıltı ilə. Pıç-pıç danışmaq. – Qonaqlar [Sitarəyə] zənn ilə baxıb, sonra anası ilə pıç-pıç danışdılar. Çəmənzəminli. // Pıçıltılı, pıçıltılı danışıq. Pıç-pıç başlandı. pıxtalandırma “Pıxtalandırmaq”dan f.is. pıxtalandırmaq bax. pıxtalaşdırmaq. pıxtalanma “Pıxtalanmaq”dan f.is. pıxtalanmaq bax. pıxtalaşmaq. pıxtalaşdırma “Pıxtalaşdırmaq”dan f.is. pıxtalaşdırmaq f. Özlülüyünü artırmaq, qatılaşdırmaq, pıxtalandırmaq. pıxtalaşma “Pıxtalaşmaq”dan f.is. pıxtalaşmaq f. Özlüyü artmaq, qatılaşmaq, pıxtalanmaq. pıqq təql. Qaynayan qatı mayenin çıxardığı səs. pıqqapıq (=pıqqapıqla) zərf Pıq-pıq səs çıxararaq (qaynayan maye və ya qaynayıb çıxan su haqqında). Səməni qazanı pıqqapıq qaynayırdı. Mir Cəlal. [Bulaqların] bəziləri daşların sinəsindən fışıltı ilə fəvvarə vurur, bəzisi isə pıqqapıqla sanki qaynaya-qaynaya çıxır. Ə.Abasov. pıqqapıqla (=pıqqapıq) zərf Pıq-pıq səs çıxararaq (qaynayan maye və ya qaynayıb çıxan su haqqında). Səməni qazanı pıqqapıq qaynayırdı. Mir Cəlal. [Bulaqların] bəziləri daşların sinəsindən fışıltı ilə fəvvarə vurur, bəzisi isə pıqqapıqla sanki qaynaya-qaynaya çıxır. Ə.Abasov. pıqqıldama “Pıqqıldamaq”dan f.is. pıqqıldamaq f.\n1. Pıqqıltı səsi çıxarmaq, “pıq-pıq” etmək, yaxud “pıq-pıq” qaynamaq (maye haqqında). Meşənin içindən çıxıb pıqqıldayan (f.sif.) bulaq şırhaşırla ağ çınqıllıq boyu aşağı axır(dı). S.Rəhimov. Arabanın üstündəki boçkanın ağzından sərin çeşmə suyu pıqqıldayaraq ətrafa səpələnirdi. Q.İlkin.\n2. Özünü saxlaya bilməyərək, səsini boğaraq gülmək. Teymur ağa pərdənin dalısında gülməyini saxlaya bilməyib pıqqıldayır. M.F.Axundzadə. Kişi özünü saxlaya bilməyib, yavaşcadan pıqqıldadı. Q.İlkin. pıqqıldaşma “Pıqqıldaşmaq”dan f.is. pıqqıldaşmaq qarş. Pıqqıldamaq (çoxları haqqında). Qızlar Xasayı görüb, Durnaya baxaraq pıqqıldaşdılar. Ə.Vəliyev. Bu dəfə bütün dəstə pıqqıldaşıb gülüşdü. İ.Hüseynov. pıqqıltı is.\n1. Mayenin qaynayarkən çıxardığı səs. Közü qaraldıqca yaraşıqlı ağ samovar pıqqıltısını kəsərək yavaşımaqda idi. M.İbrahimov.\n2. Səsini boğaraq gülmə. Onun bu hərəkətinə pıqqıltı ilə gülənlər də oldu. M.Hüseyn. pırçım-pırçım zərf.: pırçım-pırçım tər tökmək – çox işləməkdən, zora düşməkdən, istidən və s.-dən çox tərləmək, üz- gözündən damcı-damcı tər tökmək. Xudakərəm .. o qədər özünə güc verərdi ki, iki-üç dəqiqə danışmamış pırçım-pırçım tər tökər, ağzı köpüklənər və boğulmağa başlardı. S.Rəhimov. pırıldama “Pırıldamaq”dan f.is. pırıldamaq f. Qanadları ilə pırıltı səsi çıxararaq, “pırr” edərək uçmaq (quşlar haqqında). Yolun altından bir dəstə göyərçin pırıldayıb qalxdı. Ə.Vəliyev. Quşlar pırıldayır kollar içindən; Uçub çəpərlərə qonur xoruzlar. B.Vahabzadə. pırıldaşma “Pırıldaşmaq”dan f.is. pırıldaşmaq qarş. Qanadları ilə pırıltı səsi çıxararaq buradan oraya uçmaq (çoxlu quş haqqında). Meşə xoruzları pırıldaşarkən; Durmuşdular hazır atların üstə. H.K.Sanılı. Hava işıqlaşanda kolluqlardan bildirçin, turac, kəklik pırıldaşıb qalxdıqca [bəylər] alıcı quşları buraxıb ovlayırdılar. M.Rzaquluzadə. pırıltı is. Kiçik quşların qanad çalmasından çıxan səs. Tula o saat özünü bildirçinin üstünə atdı. Bildirçin pırıltı ilə qalxdı. S.S.Axundov. Zəminin kənarındakı yaşıl otluqdan ürkmüş bir turac pırıltı ilə havaya qalxıb, ayrı bir yerə düşdü. İ.Əfəndiyev. pırpız sif. Dik durmuş, vız durmuş. Pırpız saç. – Cəfər güldü və əlini pırpız saqqalına uzatdı. Çəmənzəminli. Çal, pırpız qaşlarını qaldırıb [Sultan] gözlərilə gəlinə işarə etdi, qımışdı, hətta, deyəsən, köksünü də ötürdü. İ.Hüseynov. pırpızlanma “Pırpızlanmaq”dan f.is. pırpızlanmaq f. Vız durmaq. Qocanın seyrək saçları pırpızlanmışdı. M.Hüseyn. pırpızlaşma “Pırpızlaşmaq”dan f.is. pırpızlaşmaq f. Pırpız olmaq, pırpızlanmaq. [Zakirin] pırpızlaşmış (f.sif.) saçları onun üzünə daha xoş bir ifadə verirdi. H.Seyidbəyli. pırtlaq sif. Pırtlamış halda olan; pırtlamış, qabağa çıxmış. Pırtlaq qarın. – Yusifin heybətli sifəti, qara və pırtlaq gözləri nəinki uşağı, hətta böyük adamı da qorxuya salırdı. S.S.Axundov. pırtlama “Pırtlamaq”dan f.is. pırtlamaq f.\n1. İrəli çıxmaq, qabarıb çıxmaq, qabarmaq. Ağlamaqdan gözü pırtlamaq. Qarnı pırtlamaq.\n2. Dar bir yerdən dışarıya çıxmaq. Yaralanan sol əli ilə başını düzəltdi və xəncəri müarizinin qarnına soxdu, piy pırtladı. Çəmənzəminli.\n3. bax. pırtlaşmaq. Həqiqətin qırmızı yanağını toz basmış, başının tükləri bir neçə yerdən pırtlamış .. daş aşıran yoldaşlarına baxırdı. Ə.Vəliyev. pırtlaşdırma “Pırtlaşdırmaq”dan f.is. pırtlaşdırmaq icb. Qarışdırmaq, pırtlaşıq salmaq, dolaşdırmaq, qarışdıraraq açılmaz hala salmaq. İpliyi pırtlaşdırmaq. – [Mirzə] başının tüklərini pırtlaşdırıb, özünə bir laübalı sifət verib aynaya baxdı və dedi.. Ə.Haqverdiyev. pırtlaşıq sif. Pırtlaşmış halda olan; qarışmış, dolaşıq. Pırtlaşıq sap. – Qarı əlini nəvəsinin pırtlaşıq və dolaşıq saçlarında gəzdirdi. S.Rəhimov. • Pırtlaşıq düşmək – 1) bax. pırtlaşmaq; 2) dolaşıq düşmək. İşim pırtlaşıq düşüb. pırtlaşma “Pırtlaşmaq”dan f.is. pırtlaşmaq f. Bir-birinə qarışmaq, dolaşmaq, pırtlaşıq düşmək, bir-birinə qarışaraq nizamsız hala düşmək. [Güləndam:] Ağa sabahdan saqqalını daramayıbdır, pırtlaşıb barmaqlarına ilişir. N.Vəzirov. [Arvadın] saçları pırtlaşıb kilkələnmiş, üstü-başı parçaparça olmuşdu. Ə.Vəliyev. pıspısa is. zool. Peyinliklərdə, rütubət yerlərdə yaşayan qabığı bərk qara böcək. ..Saraydan enərkən çıxdı qarşıma; Pıspısa, süsəli, ya cırcırama. Şəhriyar. pıtraq 1. is. bot. Kolluq və zibilliklərdə bitən ikiillik, yumru şəkildə olan üstü tikanlarla örtülü, dəydiyi şeyə yapışıb qopmayan ot-bitki. Adi pıtraq. Pıtrağın bütün növləri alaq bitkisidir.\n2. zərf Çox sıx. Pıtraq meyvə gətirmək. – ..Çəpərlərin diblərində balaca mavi çiçəklər pıtraq kimi qalxmışdı. İ.Şıxlı. pianizm [ital.] mus. Fortepianoda çalma məharəti, yaxud fortepiano musiqisinin səciyyəvi xüsusiyyəti. pianino [ital.] Üfüqi çəkilmiş simləri olan hündür yeşik şəklində fortepiano növü. Pianino çalmaq. – Salonun başında pianino dururdu, onun üstündə, divarda əlində gül, yarıçılpaq bir qadın təsviri asılmışdı. M.İbrahimov. pianinoçu is. Pianino çalan musiqiçi. piano I. is. dan. Pianino. ..Qurbanlı toz basmış pianonun üzərində qoyulmuş köhnə çərçivələrə nəzər yetirdi. Çəmənzəminli.\n\nII. mus. Çox yavaş, astadan (çalğı haqqında). Bir yanda kağıza mən söz yazıram; Bir yanda sevgilim piano çalır. S.Vurğun. pianoçu bax. pianinoçu. piastr is. [ital.]\n1. Qədim ispan sikkəsi pesonun italyanca adı.\n2. 1844 və 1916-cı illərdə Türkiyənin pul vahidi.\n3. Misir, Suriya, Sudan və Livanın pul vahidi. piç is. [fars.] Vint. Piçlə bağlamaq. ‣ Piçini burmaq – əl-ayağını yığışdırmaq, özbaşınalığına son qoymaq. Uşağın piçini burmaq. piçburan bax. vintburan. pifos is. [yun.] Antik dövrlərdə taxıl və başqa təsərrüfat ehtiyatlarını saxlamaq üçün böyük gil qab. Egey pifosları. Yunan pifosları bəzəksiz olurdu. Pifosları yerə basdırırdılar. pijama [ing. puyamaz] Xələt əvəzinə geyilən yüngül parçadan tikilmiş pencək və şalvardan ibarət yatmaq və ya ev paltarı. Kişi pijaması. Qadın pijaması. – Kişi heç kəsə bir söz demədən o biri otağa keçdi. Zolaq-zolaq pijamasını geyinib hamama getdi. İ.Şıxlı. pik [fr.] Sivriuclu dağ zirvəsi; formasından asılı olmayaraq dağ zirvəsinin ən yüksək nöqtəsi. Qələbə piki. ‣ Pik saatı (vaxtı) – nəqliyyatın, elektrik stansiyasının və s. ən gərgin iş vaxtı. pikador is. [isp.] Korridada nizənin ucu ilə öküzü qıcıqlandıran, qəzəbləndirən atlı. pikap is. [ing.] Sərnişin və yükdaşıyan, giriş qapısı arxadan olan kiçik avtomobil. piket [fr.] Kiçik qarovul dəstəsi. // Tətil olan yerlərdə qarovul çəkən tətilçilər dəstəsi. ..Nərildəyən qatar bizik, nəfəs dərir piketlərdə. X.Rza. piketçi is. Piketdə iştirak edən adam. piktoqram is. [lat. pictus – rənglə nəqş olunmuş və yun.] Şəkli yazı; qədim yazı növü. piqment [lat. pigmentum – rəng] biol. Orqanizmdə dəri və toxumalara rəng verən maddə. Bitki piqmenti. Təbiətdə piqmentin yayılması. Fotobioloji proseslərdə piqmentin mühüm rolu var. piqmentasiya [lat.] Heyvan və bitki orqanizmlərinin toxumalarında piqment rəng əmələ gəlməsi. pilə is. Baramadan alınan ipək. Qaranlıq bir otaqda üzü qırışmış bir qarı oturub, pilə əyirirdi. Çəmənzəminli. • Pilə kimi – yumyumşaq, ipək kimi yumşaq, incə, zərif. Rüxsarənin pilə kimi yumşaq əlindən keçən soyuqluq Sübhanverdizadənin əsəblərinə yayıldı. S.Rəhimov. Sərvinaz qarı hirsli də olsa, pilə kimi yumşaq əllərini Yusifin böyründə, ətsiz qabırğalarının üstündə gəzdirdi. B.Bayramov. pilək is.\n1. Kiçik yastı düymə.\n2. Boyunbağı, qolbaq və s.-də sallanan kiçik hissəcik. Qolbağın piləyi. Qızıl pilək. piləkləmə “Piləkləmək”dən f.is. piləkləmək f. Düymələmək, piləkləri bağlamaq. Donu piləkləmək. piləkli sif. Üzərinə piləklər tikilmiş, xırda yastı düymələrlə bəzədilmiş. Keçən zaman vurardılar; Piləkli pərdə qapıya. M.Möcüz. Qız başını qaldırdı, piləkli araqçını gördü. Mir Cəlal. piləqurdu bax. baramaqurdu. piləmə “Piləmək”dən f.is. piləmək f. Odu üfürüb alışdırmaq, yaxud nəfəsli musiqi alətlərini səsləndirmək üçün ağzını hava ilə doldurub püfləmək. Birisi sacın altını gah piləyir, gah ətəkləyirdi. Ə.Vəliyev. [Qız tumanı] dartınanda açılan dizlərini şalı ilə örtərək peçi piləməyə başladı. Ə.Əbülhəsən. pilətə is. [rus. plita] Üstündə xörək bişirmək və ya evi qızdırmaq üçün ağneftlə yanan fitilli cihaz; kerosinka. Səriyyə pilətənin üstündəki xörəyi qarışdırmağa getdi. M.Hüseyn. // Eyni məqsəd üçün işlədilən elektrik və ya qaz cihazı. Elektrik pilətəsi. – Qaz pilətəsinin üstündə bozbaş qazanı qaynayırdı. M.İbrahimov. pilətəçi is. Pilətə təmir edən usta. pilik is. Ocaq, tonqal və s.-ni yandırmaq üçün neft hopdurulmuş alışqan. Əskidən pilik. Ocağın altına pilik qoymaq. pillə is. [fars.]\n1. Pilləkənin çıxarkən və ya düşərkən ayaq qoyulan üfüqi hissələrindən hər biri. Ləman ucadan gülüb, bir neçə pillə qalxdı və Teymura sarı döndü. H.Seyidbəyli. // Cəm şəklində: pillələr – pilləkən. [Usta Ağabala] ..pillələr ilə aşağı endi və alçaq qapını taqqıltı ilə açıb girdi hamama. Çəmənzəminli. İşıqlı mərmər pillələrlə yer altına enirik.. M.İbrahimov. Çatıb evə, pillələri; Birnəfəsə çıxır Reyhan. M.Dilbazi. // məc. İnkişafın dərəcəsi, mərhələsi. Təmərküzləşmənin yüksək pilləsi. – İnkişafın aşağı pilləsində olan bir xalqın təşkilatı dağınıq, ictimai həyatı naqis olur. M.İbrahimov. // məc. Mərtəbə, səviyyə, dərəcə. Yarməmməd çoxdan hesabdarlıqdan bir pillə yuxarı qalxmaq fikrində idi. M.İbrahimov.\n2. Hissə. Raket bir neçə pillədən ibarətdir. pillə-pillə zərf\n1. Pillələri bir-bir çıxaraq və ya düşərək. Pilləkəni pillə-pillə çıxmaq.\n2. Mərtəbə-mərtəbə. Qayalıqlı dağın ətəyində pillə-pillə salınmış kəndin bomboz evləri ətrafdakı boz qayalıqdan seçilmirdi. M.Rzaquluzadə.\n3. məc.Tədricən, yavaş-yavaş.Ucalırıq pilləpillə; Boy atırıq qarış-qarış. B.Vahabzadə. pilləkən is. [fars.] Çıxmaq və düşmək üçün pillələrdən düzəldilmiş qurğu. Daş pilləkən. – [Yaşlı kişi:] Pilləkənə açılan qapını açdıqda qarşımda qara ipək çarşaba bürünmüş, üzünü rübənd ilə örtmüş bir qadın gördüm. S.Hüseyn. [Bəyim xala] Canbalayevlərin pilləkəninin o biri tərəfində, eynən mənimki tək balaca bir otaqda olurdu. İ.Hüseynov. pilləli sif.\n1. Saylardan sonra gələrək, pilləkənin neçə pillədən ibarət olduğunu göstərir. 10 pilləli pilləkən.\n2. Bir neçə pillədən ibarət olan, pillələri olan. Pilləli raket. pilot [fr.] Uçucu aparatları idarə edən təyyarəçi. Təklənmiş pilot quzğunların birini vurub yerə saldı. M.Hüseyn. O, bizim pilotlardır; Göz baxdıqca ucalır. M.Seyidzadə. pilotaj [fr.] Uçucu aparatları idarə etmə məharəti; təyyarə ilə manevr etmə. Yüksək pilotaj. pilotka [rus.] Əsgəri yay baş geyimi (ilk dövrlərdə ancaq pilotlarda). ..Pilotkalarını yanlarına atıb oturmuş üç əsgər söhbət edirdi. Ə.Əbülhəsən. Bir gün [Azad] pilotkasını yan qoymuş gözəl bir sanitarkanın yaralı gətirdiyini gördü. S.Rəhman. pilpilə is. məh. Palçıq vulkanı. Ləpələrin üstündə; Əbədi neft qaynayan; Pilpilələr görmüş o! İ.Səfərli. piltə is.\n1. Bəzi işıqlandırıcı və qızdırıcı cihazlarda (pilətə, lampa, şam və s.) yanan lent, ip, qaytan. Lampaya piltə salmaq. Şamın piltəsini düzəltmək. – Məşədi bəy tez ayağa qalxdı, lampanın piltəsini qaldırdı. M.Hüseyn. // Partlayış işləri apararkən alışqanı alışdırmaq və müəyyən məsafəyə ötürmək üçün qaytan; fitil. [İmamyar Türbətə:] Dinamitin piltəsini ki gördün? C.Cabbarlı.\n2. tib. Qanaxmanı dayandırmaq və ya çirki sorub çəkmək üçün yaranın içinə, yaxud boşluğa qoyulan mikrobsuzlaşdırılmış tənzif (cuna) parçası; tampon. Cərrah Səfərin yarasının piltəsini yenicə dəyişmişdi. Çəmənzəminli. piltələmə “Piltələmək”dən f.is. piltələmək f.\n1. Pilətə, lampa və s.-yə piltə keçirmək, piltə salmaq. Lampanı piltələmək.\n2. tib. Yaraya və ya boşluğa piltə (tampon) qoymaq. Yaranı piltələmək. pilyastr is. [fr.] Divarda şaquli çıxıntı. pinc is. köhn. Sınıq saxsı, çini və ya şüşə qabları yapışdırmaq üçün yumurta ağı, söndürülmüş əhəng və pambıqdan hazırlanan yapışqan. Sayad dağda tor qurmaz; Qurub boynunu burmaz; Sınıq qaba pinc qoysan; Yenə gedər, su durmaz. (Bayatı). pincləmə “Pincləmək”dən f.is. pincləmək f. köhn. Sınıq çini və ya şüşə qabı pinclə yapışdırmaq, pinc qoymaq. Bankanı pincləmək. pinə is. [fars.]\n1. Yamaq (ayaqqabıda). • Pinə eləmək – yamamaq. Otur evdə, atanın eylə pinə çul-çuxasın. C.Cabbarlı.\n2. Döyənək. • Pinə bağlamaq – döyənək olmaq. İşləməkdən əli pinə bağlayıb. – Namaz qılmaqdan [Şeyx İbrahimin] alnı pinə bağlamışdı. P.Makulu. pinəçi sif. və is. Ayaqqabı təmir etməklə (pinəçiliklə) məşğul olan adam. [Qafar:] Pinəçi Qafar tutduğu yerə kirə versin? S.S.Axundov. pinəçilik is. Pinəçinin işi, sənəti, peşəsi. ..Bu altı nəfər müsəlmanın biri usta Cəfər Hacı İman oğludur. Bunun sənəti pinəçilikdir. C.Məmmədquluzadə. Mən o Şeyx Şabanı deyirəm ki, yolun qırağındakı Məhəllə məscidinin qabağında əyləşib pinəçilik edirdi. Ə.Haqverdiyev. pinəki is. dan.: pinəki aparmaq (vurmaq) – oturmuş halda huşa getmək, yuxu aparmaq, mürgüləmək, yuxuya getmək. Yorğunluqdan pinəki vurur. pinələmək f. Pinə etmək, yamamaq (ayaqqabını).\n2. məc. Tez, başdansovma etmək. piniya is. [lat.] İynəyarpaqlı italyan küknar ağacı. pinq-ponq [ing. pinq-ponq] Stolüstü tennis. pinqvin [lat. pingouin – yağlı] zool. Kürəyəoxşar qanadları olan, yaxşı üzən, lakin uça bilməyən iri Cənub qütb dəniz quşu. pinset [pincette] bax. maqqaş 1-ci mənada. pinti sif.\n1. Üst-başına, təmizliyə, səliqəsahmana fikir verməyən; əyin-paltarı, ya bədəni kirli, pasaqlı. Pinti uşaq. – Qış getsə, gəlsə yaz; Pinti qız üzünü yumaz. (Ata. sözü). Əmi oğlu evə gələndə deyir ki, türk arvadları bircə qara quruşa dəyməzlər, özləri pinti, libasları yaraşıqsız, üstlərindən pis iy gəlir... Ə.Haqverdiyev. // İs. mənasında. Pintilər sırasına; Yazıldı onun adı. M.Dilbazi.\n2. məc. Səliqəsiz; təmiz iş görməyən. pintilik is. Pinti adamın halı; kirlilik, səliqəsizlik. [Firəngiz:] Bax, bu pintilik xəstəliyinə qarşı yürüş eləmək lazımdır. B.Bayramov. pion is. Qaymaqçiçəklilər fəsiləsindən iri, qırmızı və ya ağ gülləri olan çoxillik bəzək bitkisi. pioner I. is. [fr. pionnier – ilk yolaçan, bani, əsasını qoyan]\n1. Birincilər sırasında olaraq hələ tanınmayan yeni bir ölkəyə daxil olmuş və orada məskən salmış adam.\n2. məc. kit. Elm, mədəniyyət sahəsində yeni bir şeyin əsasını qoymuş adam; təşəbbüsçü. Kosmos pionerləri. – Qori seminariyasının tələbələri və oranı bitirmiş müəllimlər Şuşa teatrosunun birinci pionerləri olmuşlar. Ə.Haqverdiyev.\n\nII. is. [fr.] Sovet dövründə: könüllü uşaq kommunist təşkilatının üzvü. Gedir pionerin qızıl dəstəsi; Dağlara əks edir baraban səsi. S.Vurğun. pipet [fr.] Gözə damcı və s. tökmək üçün rezin ucluq keçirilmiş şüşə borucuq. pipik is. Bəzi quşların (məs.: xoruzun və bəzi toyuqların) başında olan qırmızı ət parçası, çıxıntı. Qaraş ərik ağacının başına dırmaşmış beçənin qanlı pipiyinə baxıb “baş üstə” dedi. M.İbrahimov. pipikli sif. Pipiyi olan. Pipikli toyuq. Pipikli quş. pir I. is. [fars.]\n1. Qoca, çox yaşlı kişi, ixtiyar. Pirə ata dedim, cavana qardaş; Ana, bacı bildim qızı, gəlini. Aşıq Ələsgər. [Buğac:] Burada bihuş yatarkən, ağsaçlı, ağsaqqallı nurani bir pir – mənə meydanda ad verən o qoca – ozan gözümə göründü. M.Rzaquluzadə. // Qoca adama müraciət. [Qurbanəli:] Ey pir, daha səbrim tükənmiş. S.S.Axundov.\n2. Bir təriqət banisi və ya başçısı. // məc. Ustad, başçı, müəllim. Qıraram dəstəni, vurram nəfəri; Ərənlərin piri yanımda gərək! “Koroğlu”. Şair olan dərsi alır pirindən; Baş açmadım səgrəqibin sirrindən. Qurbani. ‣ (A) pir olmuş – yarızarafat, yarıistehza ilə deyilən ifadə. [Rüstəm bəy:] A pir olmuş, azarlı orada can verir. S.S.Axundov. [Mustafa:] Pir olmuş, nə edim, əsgərlikdir, bəxtəvərliyə göndərmirlər ki... Ə.Məmmədxanlı.\n\nII. bax. ocaq 3-cü mənada. Şəhərdə böyük möcüzələr görünmüşdü: çoxlu ocaqlar, pirlər zühur etmişdi. Çəmənzəminli. Bakının ətrafındakı kəndlərin bir qismində bir çox pirlər, ocaqlar, ziyarətgahlar vardı. H.Sarabski. piramida [yun. pyramis, pyramidos]\n1. riyaz. Oturacağı çoxbucaqlı və ya üçbucaqlı; yanları isə üçbucaqlı olan həndəsi cisim. Dördbucaqlı piramida. Piramidanın yan üzləri.\n2. Qədim Misir fironlarının həmin şəkildə iri daşlardan qurulmuş çox nəhəng məqbərəsi.\n3. Həmin şəkildə üst-üstə yığılmış (qalanmış) şeylər qrupu. Bu taxta və sementi səhrada geodeziya piramidaları tikən inşaat briqadalarına göndərirlər. Ə.Sadıq.\n4. Sirkdə adamların bir neçə sıra bir-birinin üstündə durmasından ibarət gimnastik və ya akrobatik fiqur.\n5. Bilyard oyununda: oyunun başlanğıcında üçbucaq şəklində düzülən şarlar. Şarları piramida düzmək. piramidal sif. Piramida şəklində olan, piramidaya oxşayan. piramidka [rus.] Oxa keçirilən, getdikcə kiçilən müxtəlif rəngli halqalardan ibarət uşaq oyuncağı. piramidon [yun. pur – od, am(moniakon) – qətranlı kitrə və eigos – şəkil] əcz. Ağrıkəsən və qızdırmanı salan dərman. pirani sif. [fars.] Qoca, ağsaqqal, ixtiyar, nurani. Pirani kişi. – Qoca pirani bir kişi oturub qabağında manqal, əlində batman kitab. (Nağıl). Mən onu görmüşdüm pirani çağda; Uşaqdan da uşaq, uşaq kimiydi. M.Araz. // Məc. mənada. Bu nurani dünya, pirani dünya; Əzəldən meyvəli bir bağa bənzər. Şəhriyar. piranilik is. Qocalıq, ağsaqqallıq, ixtiyarlıq, nuranilik. pirat [lat. əsli yun.] tar. Dəniz qulduru. piratlıq is. tar. Dəniz quldurluğu. pirkeşik is. [rus. “prikazçik” sözünün təhrif olunmuş forması] 1917-ci il rus inqilabından qabaq: mağazada qulluq edən xidmətçi; satıcı. [Hacı Murad:] Tacirbaşı Hacı Əlinin o zaman bir pirkeşiyi vardı. S.S.Axundov. [Ana:] Oğlum, səni öz dükanına pirkeşik götürür. S.Rəhman. pirlik is. Qocalıq, ağsaqqallıq, ixtiyarlıq; nuranilik, piranilik. Pirlik etmişdi məni sərsəri; Qalmamışdı zövqü səfa əsəri... Q.Zakir. pirojki [rus. “pirojok” söz. cəmi] dan. Kiçik piroq, balaca piroq. Pirojki bişirmək. Ətli pirojki. pirojna [rus. pirojnoe] Adətən şirin iç (krem, badam və s.) qoyulmuş yağlı xəmirdən bişirilən şirniyyat məmulatı. Kremli pirojna. piroksilin [yun. pur – od və oxys – ağac] Partlayış işlərində və tüstüsüz barıt hazırlanmasında işlədilən partladıcı maddə. piroq [rus.] Hər hansı bir şeydən iç qoyulmuş xəmir məmulatı. Povidlo və riçal piroq və ponçik bişirmək üçün ən yaxşı şirnidir. pirotexnik [yun. pur – od və technike – bacarıq] Pirotexnika mütəxəssisi. pirotexnika [yun.] Texnikanın, alışqan xəlitələr, siqnal raketləri, fişəng və s. hazırlamaqla məşğul olan sahəsi. pis sif.\n1. Mənfi keyfiyyət və ya xüsusiyyətlərə malik, verilən tələbləri təmin etməyən, istənilən kimi olmayan, mənfi təsir bağışlayan; yaman, fəna (yaxşı əksi). Pis xörək. Pis xətt. Pis hava. // Öz işini yaxşı bilməyən, təcrübəsiz. Pis usta. Pis təşkilatçı. // Ətrafdakılara yaxşı təsir bağışlamayan; kobud, qaba. Pis xasiyyət. – [Sənəm:] İndi mən nə deyirəm ki, pis söz demirəm ki?! Ü.Hacıbəyov.\n2. Bəd, alçaq, rəzil, şərəfsiz, namərd. Pis adam. Pis qonşu. – [Əşrəf Zeynala:] Xülasə, pis övlad gərək ortalıqdan götürülsün. Çəmənzəminli. // Qeyri-əxlaqi, nalayiq, yaramaz, eyibli, nöqsanlı. Pis hərəkət. Pis (z.) danışmaq. Özünü pis (z.) aparmaq. // İs. mənasında. Pis adam. Üz vermə nadana, sirr vermə pisə; Axır qəlbin ya inciyə, ya küsə. Xəstə Qasım.\n3. Əzici, üzücü, sıxıcı, ağır, mənhus, xoşagəlməyən. Pis yuxu görmək. – Maralın vahiməsi Cumanı bəzən min cür pis fikrə, şübhəyə salırdı. Ə.Əbülhəsən. // Mənfi. Xəbər də, deyəsən, pis xəbər idi? Mir Cəlal. Ümid pis cavabı xəyalına gətirmək istəmirdi. B.Bayramov. ‣ Pis ağız – söyüşkən, ağzıyava, ağzıpərtöv, hərzə adam haqqında. Çox pis ağzı var. Pis ağzını açma! Pis göz – bir şeyi gördükdə ona xətər yetirən, onu gözə gətirən adam haqqında. Pis göz sənə dəyməz, gözəlim, xoş nəzərim var. Ə.Vahid. Pisinə gəlmək – xoşuna gəlməmək, acığına gəlmək. [Musa:] Doğrusu, mənim də pisimə gəldi, getmədim. Ə.Haqverdiyev. pisikdirmə “Pisikdirmək”dən f.is. pisikdirmək f. dan. Qorxutmaq, vahiməyə salmaq, çaşdırmaq, ürkütmək. Rüstəm kişi də məsələnin bu tərəfindən yapışıb [Nəcəfi] pisikdirdi. M.İbrahimov. Qumru istəyir ki, Babacanı pisikdirib, Bünyadı onun evindən çıxartsın, Bünyada özü getsin. Ə.Əbülhəsən. pisikmə “Pisikmək”dən f.is. pisikmək f. dan.\n1. Qorxmaq, vahiməyə düşmək, ürkmək. Qaranlıqda pisikmək.\n2. İncimək, qəlbinə dəymək. Yəhya Kamal pisikdi, küsdü, getdi. Mir Cəlal. piskəndə is. [fars.] məc. Qabığı soyulub qurudulmuş əncir. Nənə isə əncirin qabıqlarını soyandan sonra sərib, piskəndə qurudardı. H.Sarabski. pisləmə “Pisləmək”dən f.is. pisləmək f. Haqqında pis rəy, mənfi fikir söyləmək; pis hesab etmək. Hərəkətini (işini) pisləmək. pislənmə “Pislənmək”dən f.is. pislənmək məch. Haqqında pis fikir, pis rəy söylənmək, pis hesab edilmək. Hərəkəti pislənmək. İşi pislənmək. pisləşmə “Pisləşmək”dən f.is. pisləşmək f.\n1. Getdikcə pis olmaq, keyfiyyətini itirmək, xarablaşmaq. Məhsul pisləşib.\n2. Halı, vəziyyəti daha da xarab olmaq, daha da pis olmaq, ağırlaşmaq, kəskinləşmək, fənalaşmaq. Getdikcə Məmməd sövdəgərin əhvalı pisləşirdi. “Aşıq Qərib”. Almanlar əsirləri italyan torpağına gətirdikdə Məzlumun vəziyyəti daha da pisləşdi. S.Vəliyev. // Maddi və ya mənəvi vəziyyəti getdikcə xarab olmaq, ağırlaşmaq. Torpaqsız kəndlinin bəd idi falı; Pisləşirdi onun gün-gündən halı. H.K.Sanılı. pislik is.\n1. Pis şeyin hal və keyfiyyəti (yaxşılıq ziddi). Yolun pisliyi. – Yüz min camaat içdiyi suyun yaxşılığı və pisliyini təbib əvəzinə molladan və hacıdan soruşuruq. C.Məmmədquluzadə.\n2. Pis iş, alçaqlıq, rəzillik, pis əməl, pis hərəkət; fənalıq. Yetim diriləcək, Əzrailin pisliyi özünə qalacaq. (Ata. sözü). İnsanı pisliklərə sürükləyən bəlaların birisi və ən qorxulusu da şübhədir. S.Vurğun. • Pislik etmək – birinə qarşı pis iş görmək, alçaqlıq etmək, zərər vurmaq. [Oğlan:] O mənə nə pislik edibdir və nə qəbahətin sahibidir ki, mən onu gorsuz-kəfənsiz qoyub gedim? E.Sultanov. pisniyyətli sif. Niyyəti, arzusu, istəyi, məqsədi yaxşı olmayan; qarafikirli. pisniyyətlilik is. Niyyəti, məqsədi, arzusu, istəyi pis olma; qarafikirlilik. pis-pis sif. bax. pis (çoxluq bildirir). Pispis işlər. Pis-pis hərəkətlər. Pis-pis sözlər. – [Mirpaşa:] Mahmud qoşulub pis adamlara. Z.Xəlil. [Sona xanım:] Heç ürəyim bir dəqiqə sakit olmayır, başıma pis-pis fikir gəlir. Ə.Haqverdiyev. // Zərf mənasında. Pis-pis danışmaq. – Mühasib dişlərini qıcayaraq Sübhanverdizadəyə tərəf pis-pis baxıb qapını çaldı və çıxdı. S.Rəhimov. Mayis pis-pis altdan-altdan [Tapdığa] baxıb dəftərini istədi. Ə.Vəliyev. pistolet [fr.] Tapança. Zabit yerə yıxıldı, pistoleti əlindən düşdü. S.Vəliyev. • Pistolet-pulemyot – yaxın məsafələrə atmaq üçün sürətli avtomatik silah. piston [fr.]\n1. Patronda barıtı alışdırmaq üçün partladıcı qalpaqcıq. Patrona piston qoymaq. Pistonu nəmdən qorumaq. // Oyuncaq tüfəng və tapançalar üçün içi barıtlı xırda kağız piləkcik. Rəngarəng pistonlar. // Nasosun içində maye və ya qazı sorub çəkən girdə hissəcik; porşen.\n2. Nəfəsli mis musiqi alətlərində qapaqcıq. pistonlama “Pistonlamaq”dan f.is. pistonlamaq f. Piston qoymaq, piston salmaq. Patronu pistonlamaq. pistonlanma “Pistonlanmaq”dan f.is. pistonlanmaq məch. Piston qoyulmaq, piston salınmaq (patrona). pistonlu sif. Piston qoyulmuş, piston salınmış; pistonu olan. Pistonlu patron. pişdəraməd is. [fars.] mus. Muğamatda çalınan müqəddimə. Segah pişdəramədi. pişxidmət is. [fars. piş və ər. xidmət] köhn. Ev xidmətçisi, qulluqçu, nökər. Yeni qonaqlar oturan kimi pişxidmət hazır oldu. Çəmənzəminli. Pişxidmət iki balaca fincanda tünd çay gətirdi. M.İbrahimov. pişxidmətbaşı is. köhn. Padşahların, hökmdarların sarayında baş xidmətçi. Bu vaxt pişxidmətbaşı salona girib, aram addımlarla şaha yaxınlaşdı. P.Makulu. pişik is. Pələng, şir və s.-nin də daxil olduğu fəsiləyə mənsub (vəhşi növləri də olan) məməli ev heyvanı. Pişik öz balasını istədiyindən yeyər. (Ata. sözü). ‣ Pişiyə rast gələn (pişik görmüş) siçan kimi – qorxaraq, dəhşətə gəlmiş halda, dəhşət içində. Ənvər, pişik görmüş siçan kimi büzüşüb oturmuş, altdan-altdan gözünü Müşkünazın əlindəki konvertə zilləmişdi. Ə.Vəliyev. Pişiyimiz oğlan doğub! – birinin olmuş bir şeyə qarşı istehza və kinayəsini bildirir. [Aslan Məzluma:] Oho, lap qiyamətsən, pişiyimiz oğlan doğub. S.Vəliyev. pişikbaz is. Pişikləri çox sevən, çoxlu pişik saxlayan adam. pişikotu is. bot. Kökündən dərman hazırlanan ot bitkisi; valeryan. Pişikotu preparatları. pişim-pişimlə zərf Mehribanlıqla, oxşaya-oxşaya, acıqlandırmadan, dilə tutaraq. Mahmud pişim-pişimlə ürgəni yedəkləyib, yenə bulağın qırağına gətirəndə Minarə nə üçünsə bayaqkı maralları xatırladı. M.Hüseyn. [Koxa:] Tutmağa çalışdım bunları dilə; Yola gəlmədilər pişim-pişimlə. S.Rüstəm. pişnamaz is. [fars.] din. Məsciddə namaz qılanların qabağında duraraq namaz mərasimini idarə edən ruhani. Sonra [molla] qabağında duran pişnamaza bir kəllə vurub yerə yıxır. “M.N.lətif.” Bu vaxt pişnamaz gəlib zöhr – günorta, əsr namazını qılardı. H.Sarabski. piş-piş təql. Pişiyi çağırmaq üçün çıxarılan səs. Nə qədər piş-piş elədim, pişik gəlmədi. pişpişi is. bot.\n1. Tərkibində “C” vitamini olan, toxumlarının hər iki tərəfi seyrək tüklərlə örtülü birillik ot-bitki.\n2. Uşaq dilində: pişik. pişraz məh. [fars. pişrəst] sif. Tezyetişən, tezdəyən. Pişraz üzüm. Pişraz tut. pişrov sif. [fars.] köhn. İrəlidə gedən, öndə olan, qabaqcıl. piştaxta is. [fars.] Mağazada, dükanda satıcı ilə alıcını bir-birindən ayıran, üstündə mal göstərilən və buraxılan, qabaq tərəfi bağlı uzun stol. [Əmirmərduq:] Dərzi malı piştaxtanın üstünə qoyub açdı, qayçını götürdü və birdən bir şərqi oxudu. Çəmənzəminli. İlyas piştaxtanın üstündən əyilib, divardakı paltarlara diqqətlə baxdı. Mir Cəlal. // Bazarda, bufetdə və s.-də üstündə şey satmaq üçün xüsusi stol. Göyərtini piştaxtanın üzərinə düzmək. pişto (=piştov) is. dan. köhn. Tapança. [Əsgər:] Çıxardın piştovları, hazır olun! Ü.Hacıbəyov. Mən ömrümdə bir dəfə də pişto atmamışam. M.Hüseyn. piştov (=pişto) is. dan. köhn. Tapança. [Əsgər:] Çıxardın piştovları, hazır olun! Ü.Hacıbəyov. Mən ömrümdə bir dəfə də pişto atmamışam. M.Hüseyn. pişvaz is. [fars.] Gələn adamı qarşılama, qabağına çıxma. Hədiyyə də pişvaza gələnlər içərisində idi. Mir Cəlal. • Pişvaz etmək – gələn adamı qarşılamaq, qabağına çıxmaq. Mən qonaqların qabağına çıxıb sidqi-ürəkdən onları pişvaz edirdim. C.Məmmədquluzadə. Aşıq Cəlal qoca ustadını böyük bir hörmət və sevinclə pişvaz etdi. Ə.Məmmədxanlı. Pişvaza çıxmaq – bax. pişvaz etmək. Atası oğlunun gəlmək xəbərini eşidib pişvaza çıxdı. (Nağıl). [Hacı Nəsir:] Gülpəri .. gərək sənin pişvazına çıxılaydı, şadlıq olunaydı. S.S.Axundov. piti is. Hər adam üçün ayrı-ayrı güvəclərdə bişirilən bozbaş. Piti bişirmək. – [Ümid:] [Hətəmovun] yağlı pitisi olmasa, canı dinclik tapmaz. B.Bayramov. pitik is. köhn.\n1. Yazı, kitab, sənəd.\n2. Yazılmış dua, yazılı dua, ümumiyyətlə dua. [Kəndli:] Sən Allah, buna bir duadan, pitikdən yaz. “M.N.lətif.” // köhn. Dəri, əsgi və s.-nin içinə qoyulub ev heyvanlarının boynundan, buynuzundan asılan dua. Ağ qoçların boyunlarından ara-sıra gözmuncuğu və yaşıl meşindən tikilmiş içidualı üçkünc pitik asardılar. H.Sarabski. pivə is. [rus. pivo] Arpa səmənisindən hazırlanan azspirtli köpüklü içki. Pivə mayası. Mayaotu pivəyə xarakterik və acıtəhər dad verir. – [İlyas:] Mənə də iki stəkan pivə verdilər, içdim. Ə.Məmmədxanlı. pivəxana is. [rus. pivo və fars. ...xanə] Pivə satılan yer, dükan. piy is. Heyvan bədənində toplanıb yığılan yağ maddəsi və onun əridilmiş halda olan məhsulu. Mal piyi. Keçi piyi. – Ruzgar ancaq piydən qayrılmış şamları söndürə bilər. C.Cabbarlı. // İnsan bədənində yağ maddəsi. • Piy bağlamaq (basmaq) – çox kökəlmək. [Şərəfoğlu] indi də iyirmi il əvvəlki kimi, yaraşıqlıdır, nə qarnı piy bağlayıb, nə də boynunu, buxağını ət basmışdır. M.İbrahimov. piyada [fars.] zərf\n1. Miniklə deyil, ayaqları ilə. Piyada yola düşmək. Piyada yollanmaq. – Faytonu xanım bir az kənarda saxlatdı, qapıya qədər piyada getmək istədi. Çəmənzəminli. [Səkinə:] Yox, Əlabbas, sən sür, mən piyada gedəcəyəm. H.Seyidbəyli.\n2. sif. Ayaqla gedilən, ayaqla icra edilən. Piyada marş. Piyada kross.\n3. is. Miniklə yox, öz ayaqları ilə gedən adam. Piyadalar üçün keçid. Küçədə piyadaların gediş-gəlişini tənzim etmək. – Sən atlısan, mən piyada; Öldürəcək bu qəm məni! Aşıq Ələsgər.\n4. is. Piyada hərəkət edən və döyüşən qoşun növü. Piyadada xidmət etmək. // is. Həmin qoşun növündə xidmət edən əsgər. İrəlidə piyadalar çarpışır. H.Nəzərli. Piyadalarımız Üçtəpəyə iki kilometr qalmış dayandı. Ə.Vəliyev.\n5. is. Şahmat oyununda dəyərcə ən aşağı fiqur. Piyada ilə oyuna başlamaq. Piyadanı uduzmaq. – Şahmatda hər bir oyunçunun bir şahı, iki vəziri, iki topu, iki fili, iki atı və səkkiz piyadası olur.\n6. məc. sif. Kəmsavad, azsavadlı, bilik cəhətdən çox kasıb. Piyada adam. – [Xəlil Şahmara:] Yaxşı, yaxşı, elə sən də mənim kimi piyadasan, çox da qürrələnmə. M.Hüseyn. ‣ Piyada çəyirtkə zool. – adi çəyirtkədən kiçik, qanadsız çəyirtkə. piyadaçı bax. piyada 3 və 4-cü mənalarda. Piyadaçı əsgər. – Piyadaçılar iyirmi kişi olardılar. S.Hüseyn. piyadalanma “Piyadalanmaq”dan f.is. piyadalanmaq məch. Atdan və s.-dən düşüb piyada getmək. [Adil və Aqil] bir ehtiram və üzr əlaməti olaraq, atdan düşüb piyadalandılar. S.Rəhimov. piyadalıq is.\n1. Piyada olma; piyadanın vəziyyəti. Piyadalıq dəliləri əldən-dildən saldı. “Koroğlu”.\n2. məc. Biliksizlik, məlumatsızlıq, bilik cəhətdən kasıblıq. piyalə is. [fars.] Ağzı gen, dibi dar balaca içki qabı; qədəh. Su piyaləsi. – [Pəri Cadu:] Doldur piyaləni, anadan olandan indiyə kimi mən belə kefi görməmişəm. Ə.Haqverdiyev. Hamı bir ağızdan “urra” deyib piyalələri qaldırdılar. Ə.Vəliyev. // Həmin qabın çay içmək üçün olan növü. Piyaləyə çay tökmək. // Müxtəlif obrazlı təşbehlərdə. Sözləri qənd, ağızları piyalə; Şəkər əzmiş dilə, dodağa qızlar. M.P.Vaqif. Qaşının tağında piyalə gözlər; Yeni ay qoynunda ulduza bənzər. A.Şaiq. piyaləgöz (=piyaləgözlü) sif. Gözləri iri və girdə. piyaləgözlü (=piyaləgöz) sif. Gözləri iri və girdə. Piyaləgöz qız. – Biri qara dedi, biri alagöz; Bu, ceyrangöz dedi, o, piyaləgöz. R.Rza. piyan [rus. pğənıy] dan. Sərxoş, kefli. Adam var anlamır, danışır sözün; İçməmiş piyandı, itirib özün. Aşıq Ələsgər. • Piyan olmaq – içib keflənmək, sərxoş olmaq. piyləmə “Piyləmək”dən f.is. piyləmək f. Müalicə və b. məqsədlərlə bədənə və ya onun bir yerinə piy sürtmək, piy çəkmək. Uşağı piyləmək. – Ballı xala keçi piyi axtarırdı ki, Qulunu piyləsin. Çəmənzəminli. ‣ Başını piyləmək – bax. baş. piyləndirmə “Piyləndirmək”dən f.is. piyləndirmək f. Kökəltmək. • Qarnını (göbəyini) piyləndirmək – çoxlu yağlı, qidalı şeylər yeyərək kökəlmək. [Paşa bəy Fərruxa:] Mən sənə ümidəm, sən də göbəyini piyləndirməkdən başqa heç nəyə fikir vermirsən. Ə.Vəliyev. piylənmə 1. “Piylənmək”dən f.is.\n2. Kökəlmə. Ev heyvanlarının piylənmə; yetişmə meyli bol yemlənmənin nəticəsidir. “Ümumi zootexniya”.\n3. Həddən artıq kökəlməkdən ibarət xəstəlik halı. Piylənmənin qarşısını almaq. piylənmək 1. məch. Piy sürtülmək.\n2. qayıd. Çox kökəlmək. Erkəklər piyləndi. piyləşmə “Piyləşmək”dən f.is. Alkoqolun təsirindən ürək əzələlərində piyləşmə əmələ gəlir ki, bu da fiziki işlə məşğul olmaq üçün çətinlik törədir. piyləşmək bax. piylənmək 2-ci mənada. piyli sif.\n1. Kök, piyi olan. Piyli qoyun.\n2. Yağlı, çox piyi olan. Piyli ət.\n3. Tərkibində piy olan, piy vurulmuş. Piyli məlhəm.\n4. məc. Şişman, kök, yekə, piy basmış. Piyli göbəyini qabağa verib, hətta özünü günahkar sayardı. B.Bayramov. Gəl indi inan ki, onun ürəyi; Piyli mədəsinin içində deyil. O.Sarıvəlli. piylilik is.\n1. Köklük, köklük dərəcəsi. Keçinin piyliliyi.\n2. Yağlılıq, yağlılıq dərəcəsi. Ətin piyliliyi. piysiz sif.\n1. Arıq, piyi olmayan. Piysiz quzu.\n2. Yağsız, yavan. Piysiz ət. piysizlik sif. Yağsızlıq, arıqlıq, yavanlıq. Ətin piysizliyi. plafon is. [fr.] Tavana və ya divara bərkidilmiş elektrik lampaları örtüsü. plagiat [lat. plagium – oğurlanmış] Başqasının əsərini öz əsəri kimi vermə və ya müəllifi göstərilmədən başqasının əsərindən istifadə etmə; ədəbi oğurluq. plagiator [lat.] Plagiatla məşğul olan adam. plagiatorluq is. Plagiatla məşğul olma (bax. plagiat). plakat [lat. placatum – şəhadətnamə] Küçə və ya ictimai yerlərdə təbliğat, məlumat və ya reklam məqsədi ilə asılan qısa mətnli iri şəkil, böyük elan. ..Göy rəngli qapının sağ tərəfində iri plakat asılmışdı. Qaçay bu plakatı, oradakı maşın, pianino, motosiklet şəkillərini əvvəllər də görmüşdü. İ.Məlikzadə. plakatçı is. Plakat çəkən rəssam. Plakatçıların sərgisi. // Sif. mənasında. Plakatçı rəssamlar. plan [lat. planus – səth]\n1. Bir şeyin (yer, tikinti, qurğu və s.-nin), tənasübləri saxlanılmaqla müəyyən masştabda kağız və s. üzərində göstərilən cizgisi. Binanın planı. Şəhərin planı. – [Cinayətov] ayağa qalxıb, divardan asılan planın qabağına getdi. Mir Cəlal.\n2. Bir işin nə qaydada, nə kimi ardıcıllıqla və hansı müddətlərdə yerinə yetiriləcəyini və s. qabaqcadan nəzərdə tutan tədbirlər sistemi. Xalq təsərrüfatının inkişaf planı. İstehsalat planı. – Beşillik planı iki il yarımda yerinə yetirdik. M.Müşfiq.\n3. Nəzərdə tutulan, təxmin edilən şey; fikir, niyyət, təxmin, fərziyyə. Səfərimizin planı. Səyahət planı. Hərəkət planı.\n4. Bir şeyin şərhində müəyyən qayda və ardıcıllıq. Dərsin planı. Elmi əsərin planı.\n5. Hər hansı bir şeyin perspektivdə (gələcəkdə) nəzərdə tutulan mövqeyi. • ...planda məc. – 1) bir şəxsin, ya şeyin əhəmiyyətinə, vacibliyinə, lazımlığına görə tutduğu, ya tutacağı mövqeyi, yeri göstərir. Planda duran məsələlər; // kinoda şəkillərin böyük, ya kiçik masştabda verilməsi. Şəkli orta planda vermək. Aktyorun surəti böyük planda verilmişdir; 2) nöqteyi-nəzərdən, baxımdan. Əsəri nəzəri planda müzakirə etmək. – M.F.Axundzadə komediyaları böyük ictimai məsələləri əhatə edən, komik, planda ictimai xarakterlər yaradan klassik komediya əsərləri idi. M.İbrahimov. ‣ Plan tökmək (qurmaq, çəkmək) – niyyətini; arzusunu, məqsədini həyata keçirmək üçün yollar, vasitələr, üsullar, tədbirlər düşünmək. Ondan da dövlətlisini taparam, – deyə Əhməd özünə plan qururdu. B.Talıblı. Qaçaqlar oturub, çəkirlər plan; Qozluğun lap içi olacaq meydan. H.K.Sanılı. Məsum kişi .. möhkəm bir plan tökmüşdü. Mir Cəlal. planer [fr.] Yuxarıya qalxan hava axınının köməyi ilə havada süzən motorsuz uçucu aparat. planerçi is. Planerçiliklə məşğul olan idmançı; planer pilotu. Bu vertolyotlardan əllərində çiçək dəstələri olan təyyarəçi, planerçi və paraşütdən qızlar düşdülər. (Qəzetlərdən). planerçilik bax. planerizm. planerist [fr.] bax. planerçi. [Reyhan:] Bir dəfə Şamxordan, planeristlər yarışından bizi Bakıya apardılar. Mir Cəlal. planerizm [fr.] Planerlərdə uçmaq işi, planer idmanı ilə məşğul olma. planerodrom [fr. planeur və yun. dromos] Planerlərin durması və qalxması üçün meydança. planet [yun. planetes – dolaşan] Günəşin ətrafında fırlanan və Günəş işığının inikası ilə işıqlanan göy cismi; səyyarə. Böyük planetlər. Mars planeti. – Görəcəksiniz, Aya, Marsa və ya başqa planetlərə ilk ayaq basanların birincisi bizim bu təyyarəçilər olacaqlar. Mir Cəlal. // Dünya, Yer, Yer kürəsi, Yer üzü. Bütün planetdə insanlar bir-birinə yoldaşdır. Bizim planetimiz – Yer təxminən 3 milyard il bundan əvvəl əmələ gəlmişdir. planetari [yun.]\n1. Qübbəvari ekranda planet və başqa göy cisimlərinin yerini və hərəkətini göstərən cihazlar sistemi, qurğu.\n2. Belə qurğu vasitəsilə planetlərin yeri və hərəkəti nümayiş etdirilən xüsusi bina. Moskva planetarisi. planlama “Planlamaq”dan f.is. planlamaq f. dan. Planını çəkmək, planını almaq, planlaşdırmaq. planlaşdırılma “Planlaşdırılmaq”dan f.is. planlaşdırılmaq məch. Planı alınmaq, planı çəkilmək, planı tərtib edilmək. [Şirzad:] Məhsuldarlıq planlaşdırılarkən bütün imkanlarımız nəzərə alınmamışdır. M.İbrahimov. planlaşdırma “Planlaşdırmaq”dan f.is. planlaşdırmaq f.\n1. Tikinti, qurğu və s.-nin planını və ya layihəsini tərtib etmək, hazırlamaq, planlamaq. Binanı planlaşdırmaq.\n2. Plana, çertyoja əsasən düzəltmək, yerləşdirmək; bir şeyin çertyoja, plana əsasən qurulması, yerləşdirilməsi üçün yer ayırmaq. Parkı planlaşdırmaq.\n3. Hər hansı bir tədbirin, işin və s.-nin gedişi, inkişaf etdirilməsi planını tərtib etmək. Yaz tarla işlərini planlaşdırmaq. // Bir işin həyata keçirilməsi, başa çatdırılması üçün plan üzrə vaxt təyin etmək. Ekspedisiyanı may ayına planlaşdırmaq. İşin bitməsi, cümə gününə planlaşdırılmışdır. planlı sif. Əvvəlcədən müəyyənləşdirilmiş plana əsasən həyata keçirilən, plan üzrə olan. Planlı təsərrüfat. Planlı təchizat. Planlı tikinti. planlılıq is. Bir şeydə plan olması, bir şeyin plana tabe olması; müntəzəmlik, sistemlilik, mütəşəkkillik. plansız sif. Əvvəlcədən müəyyənləşdirilmiş plana əsaslanmayan, plan üzrə olmayan, plana tabe olmayan. Plansız tikinti. // Sistemsiz, qeyri-müntəzəm, qeyri-mütəşəkkil. Plansız (z.) işləmək. plansızlıq is. Planın olmadığı hal, plana uyğun gəlməmə, plan üzrə olmama; qeyrimüntəzəmlik, qeyri-mütəşəkkillik. Ən geridə qalan bu manqanın zəif cəhətləri intizamsızlıq, qeyri-mütəşəkkillik, plansızlıqdır. Ə.Vəliyev. planşet [fr.]\n1. geod. Çertyoj kağızını sərib üstündə işləmək üçün dördbucaq xüsusi taxta lövhə. Planşetlərin qar kimi ağ üzündə incə xətlərlə müxtəlif işarələr çəkilməyə başlanmışdı. Ə.Əbülhəsən.\n2. geod. Geodezik planaalma nəticəsində tərtib olunmuş plan. Sahənin planşeti.\n3. Xəritə qoymaq üçün şəffaf yastı çanta. Xəritəni planşetə qoymaq. plantasiya [lat. plantatio – əkin]\n1. Müəyyən kənd təsərrüfatı məhsulu (məs.: şəkər qamışı, pambıq, çay, qəhvə və s.) yetişdirmək sahəsində ixtisaslaşmış iri kapitalist əkinçilik təsərrüfatı.\n2. Xüsusi kənd təsərrüfatı bitkisi əkilmiş iri torpaq sahəsi; tarla, zəmi. Çay plantasiyası. – Ağacların qalın gövdələri arasından yaşıl tütün plantasiyası görünür, çöldə işləyən qızların mahnısı ucalırdı. H.Seyidbəyli. plantator [lat.] Plantasiya (1-ci mənada) sahibi. plaskart [alm.]\n1. Sərnişinə vaqonda nömrələnmiş yeri tutmaq hüququ verən sənəd.\n2. dan. bax. plaskartlı 2-ci mənada. Plaskart vaqon. plaskartlı sif.\n1. Plaskartı olan. Plaskartlı bilet.\n2. Plaskart üzrə sərnişinə verilən. Plaskartlı yer. plastır is.\n1. Dərmanlı parçadan lent, məlhəm.\n2. Dərinin deşilmiş yerini tutmaq üçün müvəqqəti yamaq. plastik [yun.]\n1. “Plastika”dan sif. Plastik incəsənət (heykəltəraş). // Xarici həcmi, formanın həmahəngliyi, müntəzəmliyi, ifadəliliyi ilə əlaqədar olan. Plastik təsvir.\n2. İncə, müntəzəm, gözəl (bax. plastika 3-cü mənada). Plastik hərəkətlər.\n3. Təzyiq altında hər cür şəkil alan və bundan sonra da həmin şəkli saxlama xüsusiyyətinə malik olan. • Plastik kütlə – qızdırıldıqda asanlıqla müəyyən forma alan, sonra isə həmin formanı saxlaya bilən süni və ya təbii material.\n4. tib. Dəri və ən yaxın dərialtı toxumaların sağlam yerdən xəstə yerə köçürülməsi ilə əlaqədar olan. Plastik operasiya. plastika [yun. plastike]\n1. inc. Heykəltəraşlıq sənəti. Antik plastika. Plastika məktəbi. // Heykəltəraşlıq əsərləri.\n2. inc. bax. plastiklik. Heykəlin plastikası.\n3. Bədənlə ritmik zərif hərəkətlər göstərmə məharəti. Balet icraçıdan plastika tələb edir. plastiklik is.\n1. Qəşənglik, zəriflik, ahəngdarlıq, vəznlilik. Hərəkətin plastikliyi. Heykəlin plastikliyi. – “Rənglilər rəqsi” musiqi və rəqsin plastikliyi cəhətdən çox zəngindir. S.Hacıbəyov.\n2. Yoğurula bilmə, istənilən şəklə salına bilmə. plastilin [yun. plastos] Heykəltəraşlıqda işlədilən gildən və ya mumdan hazırlanmış qurumayan plastik kütlə. plastinka [rus.]\n1. Səs yazılmış patefon və ya qrammofon valı. Plastinka hərləndi, qız nəşə ilə yerindən sıçrayıb, Aslana tərəf yüyürdü və hamar, parlaq parket üzərində süzməyə başladılar. C.Cabbarlı.\n2. Fotoaparatda şəkil çəkmək üçün işığa həssas emulsiya ilə örtülmüş şüşə. Fotoqraf bundan özünü itirdi və plastinka qutusu əlindən yerə düşdü. Q.İlkin. plaş [rus. plah] Yağmurdan qorunmaq üçün sukeçirməyən materialdan tikilmiş paltoya oxşar enli üst geyimi; bürüncək, yağmurluq. Tərlan əlini plaşının cibindən çıxartmayıb, Mürsəl kişinin yanındaca maşına söykəndi. M.Hüseyn. Əynində plaş olan bir adam evin qapısını döydü. Q.İlkin. plaş-çadır is. Həm plaş, həm də çadır kimi istifadə oluna bilən sukeçirməyən plaş. Zəhra yaralını plaş-çadırın arasına qoydu. Ə.Vəliyev. platforma [fr.]\n1. Möhkəm materialla örtülü hündür, düz meydança, səki. Zenit topunun platforması. // Stansiyada dəmiryol yatağı boyunca düzəldilmiş belə meydança, səki. Vağzalın platformasında bir neçə nəfər adam görünürdü. S.M.Qənizadə. [Stansiyada] zəif surətdə işıqlanmış platformada yuxulu sərnişinlər o yan-bu yana qaçırdılar. T.Ş.Simurq. // Kiçik dəmiryol stansiyası; yarımstansiya.\n2. Alçaq bortlu üstüaçıq yük vaqonu. Təknənin alt qapağı açılaraq torpaq platformaya boşalırdı. Ə.Sadıq. Açıq platformalarda gümüş rəngli kabel muftaları düzülmüşdü. H.Seyidbəyli.\n3. məc. Hər hansı partiya və qrupun fəaliyyət proqramı, məramı, siyasi tələbləri. Partiyanın seçki platforması. platin [isp. platina] Boz, ağ rəngli qiymətli metal; ağqızıl. plato is. [fr.] Aşağısı sıldırımlı olan düzənlik. platonik sif. [xüs. is.-dən]\n1. Platonizm fəlsəfəsi ilə əlaqədar olan.\n2. bax. əflatuni. Əsrlərdən bəri mistik dona geydirilmiş platonik eşqə qarşı poeziyaya bir növ epikürizm gəlir. M.İbrahimov. platonizm [xüs. is.-dən] Qədim yunan filosofu Platon və onun ardıcıllarının idealist fəlsəfəsi. plazma [yun. plasma] biol. Qanın maye hissəsi. plebey [lat.] tar. Qədim Romada: şəxsən azad, lakin əvvəllər heç bir siyasi hüquqa malik olmayan aşağı təbəqələrə mənsub adam. plebissit [lat. plebiscitum – xalqın qərarı] Ümumxalq rəy sorğusu; referendum. plenar sif. [lat. plenarius – tam] Hər hansı bir təşkilatın seçilmiş rəhbər orqanının bütün üzvlərinin iştirakı ilə olan, keçirilən. Plenar iclas. plenum [lat. plenum – tam] Plenar iclas. Plenumun qərarları. plevra [yun.] anat. Ağciyər və döş boşluğunun divarını örtən pərdə. plevrit [yun.] tib. Plevranın iltihabı. plitə [rus. plita]\n1. İri, yastı səthi düz daş, metal və s. parçası. Mərmər plitə. Beton plitə. Çuqun plitə.\n2. bax. pilətə. Qaz plitəsi. plitka [rus.]\n1. Kiçik plitə (bax. plitə 1-ci mənada). Keramika plitkası. // Bir şeyin kiçik, yastı, dördbucaqlı parçası. Şokolad plitkası.\n2. bax. pilətə. Elektrik plitkası. plomb [lat. – qurğuşun]\n1. Bağlanmış qapılara, qablaşdırılmış mallara, qapalı qutulara və s.-yə asılan, üzərinə damğa basılmış qurğuşun və ya başqa materialdan hazırlanmış möhür növü. Qutuya plomb vurmaq.\n2. Dişdəki oyuğu doldurmaq üçün işlədilən, sonradan bərkiyən xüsusi maddə. Dişə plomb vurmaq. Dişin plombu düşmüşdür. plombir I. [coğr. addan] Qaymağa meyvə, şirə və s. qatılmaqla hazırlanan dondurma növü.\n\nII. [lat.] Bağlı qapılara, mallara plomb vurmaq üçün alət. plomblama “Plomblamaq”dan f.is. plomblamaq f.\n1. Bağlı qapılara, mallara plomb vurmaq. Vaqonu plomblamaq. Malı plomblamaq. Kassanı plomblamaq.\n2. Plomb qoymaq. Dişi plomblamaq. plomblanma “Plomblanmaq”dan f.is. plomblanmaq məch.\n1. Plomb vurulmaq (qapıya və s.-yə).\n2. Plomb qoyulmaq (dişə). plomblu sif.\n1. Plomb vurulmuş, plombu olan; plomblanmış. Plomblu qapı. Plomblu kassa.\n2. Plomb qoyulmuş, plombu olan, plomblanmış. Plomblu diş. plombsuz sif. Plombu olmayan, plomb vurulmamış; plomblanmamış. plov is. Bişirilib süzülmüş düyüdən və müxtəlif xuruşlardan ibarət çoxlu növləri olan məşhur Şərq xörəyi; aş. Arabir plov, yazda da dolma hazırlanırdı. T.Ş.Simurq. [Seyid:] ..Müsəlman aşpazı saxlayıram, gözəl plov, dovğa, dolma, küftə bişirir ki, ölü yesə dirilər. Ə.Haqverdiyev. plutokrat [yun.] kit. Öz varı və dövləti sayəsində nüfuzu və hökmü olan adam. plutokratik [yun.] kit. “Plutokratiya” söz. sif. Plutokratik idarə üsulu. plutokratiya [yun. plutos – var-dövlət və kratos – hakimiyyət] kit.\n1. Dövlətin bir ovuc ən varlı adamlar tərəfindən idarə olunduğu siyasi quruluş.\n2. top. Plutokratlar. plutonium [xüs. is.-dən] Süni surətdə alınan radioaktiv xassəli kimyəvi element. plutonizm is. [yun.] Təbii səbəblərin təsiri ilə Yer örtüyünün silsiləvi dəyişkənliyi barədə XVIII əsrin sonlarında geologiyada mövcud olan istiqamət. plüralizm is. [lat.]\n1. Dünyanın əsasında müxtəlif müstəqil mənəvi mətləblərin durduğunu qəbul edən təlim.\n2. Bir məsələ barəsində müxtəlif rəylərin olması; çoxfikirlilik. plüş is. [alm.] Uzunxovlu məxmər örtüklü divan. plyaj [fr.] Çimmək və ya günəş vannası qəbul etmək üçün istifadə edilən dəniz, göl və çayın qumlu və ya çınqıllı sahil zolağı; çimərlik. Dəniz plyajı. Qumsal plyaj. – Bağda, ya plyajda papaq – yan gəzən; təptəzə xuliqan görürəm, qorxmuram. R.Rza. plyonka [rus. pl¸nka] Foto və kino şəkilləri çəkmək, yaxud səs yazmaq üçün xüsusi materialdan hazırlanıb üzünə işığa həssas emulsiya çəkilmiş şəffaf elastik lent. İmamzadə hirslə ayağa qalxdı, ipdən asılmış plyonkanı əlinə alıb baxdı. Q.İlkin. plyus is. [lat.] riy.\n1. Üstəgəl.\n2. Xeyir. Bu işin plyusu çoxdur. pnevmatik sif. [yun.] Sıxılmış hava ilə hərəkətə gətirilən. Pnevmatik silah. – Üç nəfər pnevmatik silah işləyirdi. Ə.Sadıq. // Sıxılmış havanın gücü ilə görülən. Pnevmatik qazıma. pnevmatika [yun. pneumatika – hava] Pnevmatik qüvvə ilə hərəkətə gətirilən mexanizm, qurğu və alətlər. PNEVMONİ́YA [yun. pneumon] tib. Ağciyər iltihabı. poçt (=poçta) [pol. poczta, əsli ital.]\n1. Adresatlara pul, məktub və s. göndərməklə məşğul olan rabitə idarəsi və həmin idarənin yerləşdiyi bina. Poçt işçiləri. Poçt binası. – Poçta yolum düşdü və bir açıq kağız alıb kəndimizə, Molla Cəfər rəfiqimizə müxtəsər yazdım... C.Məmmədquluzadə.\n2. Həmin idarə vasitəsilə alınan məktub, bağlama və s. Poçtu nəzərdən keçirmək. – Qız, bu nədir, bu nə poçtadır belə? – deyə Zahidoğlu təəccüblə soruşdu. S.Rəhimov. poçta (=poçt) [pol. poczta, əsli ital.]\n1. Adresatlara pul, məktub və s. göndərməklə məşğul olan rabitə idarəsi və həmin idarənin yerləşdiyi bina. Poçt işçiləri. Poçt binası. – Poçta yolum düşdü və bir açıq kağız alıb kəndimizə, Molla Cəfər rəfiqimizə müxtəsər yazdım... C.Məmmədquluzadə.\n2. Həmin idarə vasitəsilə alınan məktub, bağlama və s. Poçtu nəzərdən keçirmək. – Qız, bu nədir, bu nə poçtadır belə? – deyə Zahidoğlu təəccüblə soruşdu. S.Rəhimov. poçtalyon [ital. postiglione] Poçtla gələn məktubları, dövri mətbuatı və s.-ni adresatlara paylayan rabitə işçisi; məktubpaylayan. Günortaüstü poçtalyon Bahadıra təcili bir məktub gətirdi. S.Rəhman. Poçtalyon Leylaya bir məktub verdi. B.Bayramov. poçtalyonluq is. Poçtalyonun işi, vəzifəsi. poçtamt [alm.] Şəhərin baş poçtu, baş poçtxanası. Bakı poçtamtı. poçtçu is.\n1. Poçt işçisi, poçt xidmətçisi. Səhər tezdən Yəhya Kamal məktubu poçtçu Aslana verdi. Mir Cəlal.\n2. dan. Poçtalyon. poçtxana [ital. poczta və fars. ...xanə] Poçt idarəsinin yerləşdiyi bina; poçt. podaqra [yun. podagra] Orqanizmdə maddələr mübadiləsinin pozulması nəticəsində əmələ gələn və bədənin müxtəlif hissələrində duz yığılmasından ibarət olan oynaq və toxuma xəstəliyi. podaqralı sif. Podaqra xəstəliyi olan (adam). podium is. [lat.]\n1. Qədim Romada sirkdə hörmətli tamaşaçıların oturması üçün hündür yerlər.\n2. Heykəltəraş və rəssamların işləməsi üçün uca yer.\n3. Qədim romalıların sərdabələrində meyitin külü tökülmüş qabları qoymaq üçün yer. podnos [rus.] İçinə qab-qacaq qoymaq, süfrəyə xörək gətirmək və s. üçün işlədilən metal və sair materialdan düzəldilmiş məcməyi, sini. Şəmsiyyə kiçik bir podnosda üç stəkan çay, şokolad və başqa şirniyyat gətirdi. M.İbrahimov podpolkovnik [rus.] Mayor rütbəsindən sonra gələn zabit rütbəsi və habelə belə rütbəsi olan şəxs. Mahmud içəri girəndə podpolkovnik bir xəritənin qarşısında durmuş, düşünürdü. Ə.Əbülhəsən. podpolkovniklik is. Podpolkovnik rütbəsində olma. podrat [rus. podrəd] Müəyyən haqq müqabilində bir işi görməkdən ibarət öhdəlik və bu öhdəlik üzrə görülən iş. Podrat iş. • Podrata götürmək – 1) müəyyən haqq müqabilində bir işi görmək üçün iltizam qəbul etmək. [Şeyda:] İndi Aslan bəyin mədənini podrata götürmüşəm, ona iki buruq qazdırıram. A.Şaiq; 2) məc. dan. zar. başqasına macal verməyərək bütün işləri ancaq özü görməyə çalışmaq. [Sədr:] Ay Səlim! Bir macal ver, xalq da danışsın, danışmağı podrata götürməmisən ki? Ə.Vəliyev. podratçı is. Podrat üzrə işləyən adam və ya təşkilat. Podratçı Şeyda qarovulçunun üstünə bağırıb deyirdi. A.Şaiq. Kəndlilər daha ağır, daha dözülməz şərtlərlə adada neft anbarları qazan podratçıları işləməyə məcbur olurdular. Ə.Məmmədxanlı. // Sif. mənasında. Podratçı tikinti idarələri. podratçılıq is. Podratçının işi, podrat işi. Podratçılıq və mədən işlərinə bələd olmayan Qulu başını itirmişdir. A.Şaiq. podval is. [rus.] Qəzet səhifəsinin ayrıca məqalə çap olunmuş aşağı hissəsi; habelə qəzet səhifəsinin aşağı hissəsində dərc olunmuş məqalənin özü. poema [yun.]\n1. Mənzum hekayə janrı. Nizaminin poemaları. S.Vurğunun “Bəsti” poeması. – “Qız qalası” poemasını Cəfər Cabbarlı 1923-cü və 1924-cü illərdə çap etdirmişdi. M.Arif.\n2. Sərbəst formalı, adətən lirik və ya instrumental mahiyyətli bəzi musiqi əsərlərinin adı. Cahangir Cahangirovun “Arazın o tayında” simfonik poeması. poetik sif. [yun.]\n1. Poeziya ilə bağlı olan, poeziya ilə əlaqədar olan; bədii. Poetik əsər. // Poeziyaya xas olan; şairanə. Poetik gözəllik. Poetik nitq. Yazıçı poetik dilə malik olmalıdır.\n2. Yaradıcılıq istedadı ilə, şairlik qabiliyyəti ilə bağlı olan; bədii. Poetik istedad. Poetik təb.\n3. Estetik tələblərə cavab verən; gözəl, estetik, incə. [Q.Primovun] çaldığı musiqidə ən kiçik melodik cümlə, ən xırda guşə, ən balaca ibarə belə özlüyündə çox zərif, çox incə bir poetik məna kəsb edir. Ə.Bədəlbəyli. poetika [yun.]\n1. Ədəbiyyat nəzəriyyəsi, poetik yaradıcılıq haqqında elm.\n2. Hər hansı bir şair və ya ədəbi məktəbə xas olan xüsusiyyət, tərz, üsul. Füzulinin poetikası. poetiklik is. Şairanəlik, gözəllik, bədiilik, şeriyyət. Poetik əfsanələr. poeziya [yun.]\n1. Şeir. Nəsr, dramaturgiya və publisistikada inqilabi satiranın yaradıcısı Cəlil Məmmədquluzadə olmuşsa, poeziyada Sabir olmuşdur. M.İbrahimov. // Hər hansı bir xalqa, dövrə, ictimai qrupa və s.-yə məxsus şeir əsərlərinin məcmusu. Antik poeziya. Romantik poeziya.\n2. məc. Şeriyyət, lirizm, incəlik, bədiilik. poqon [rus.] Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Zabit poqonu. – [Xortdan:] Qolovinski çıxanda paqonları gün kimi parıldayırdı. Ə.Haqverdiyev. poqonlu sif. Poqonu olan. Poqonlu soldat. polad is. [fars.]\n1. Dəmir ərintisi ilə karbondan ibarət gümüşü-boz metal. Polad ərintisi. Paslanmayan polad.\n2. Poladdan qayırılmış, poladdan hazırlanmış. Polad rels. Polad dirək.\n3. məc. Çox güclü, qüvvətli şey haqqında. Polad əzələ. – Birdir bu dünyada rəngi, qabarı; Tarixi yaradan polad əllərin! S.Vurğun. // məc. Möhkəm, yenilməz, sarsılmaz. Polad iradə. poladəridən is. xüs. Polad əritməklə məşğul olan usta; poladtökən. poladəritmə sif. və is. Polad əritmək üçün olan, polad əridilən. Poladəritmə sənayesi. poladı sif. Polad rəngli, polad rənginə çalan, gümüşü-boz. Poladı parça. poladlama “Poladlamaq”dan f.is. poladlamaq xüs. Elektroliz vasitəsilə üzərinə nazik polad təbəqəsi çəkmək. poladlaşma “Poladlaşmaq”dan f.is. poladlaşmaq f.\n1. Polad halına gəlmək.\n2. məc. Bərkləşmək, möhkəmləşmək. poladyayan sif. tex. Poladı yayıb yastı hala salan. Poladyayan dəzgah. // is. Poladyayma ustası olan fəhlə. Poladyayanların yarışı. poladyayma is. xüs. Poladı yayıb yastı hala salma. polemika is. [yun.] Müəyyən bir məsələ barədə fikir mübadiləsi; mübahisə, müzakirə, dartışma. poliartrit [yun. poly – çox və arthron – oynaq] tib. Oynaqların iltihabı. polietilen is. [yun.] Sintetik material. polifonik sif. [yun.] Polifoniyaya aid olan; çoxsəsli. Polifonik musiqi. poliklinika [yun.] Müxtəlif ixtisaslar üzrə əhaliyə (istər gələn, istərsə də evdə yatan xəstələrə) həkim yardımı göstərən tibb müəssisəsi. polifoniya [yun. polyphonia] mus. Vokal və ya instrumental əsərlərdə bir neçə səsin bir vaxtda birləşməsi; çoxsəslilik. poliqlot [yun.] Çox dil bilən adam. poliqon [yun.] Hərbi təlim, habelə müxtəlif silahların sınaqdan keçirilməsi üçün böyük sahə. Poliqonda təlim keçmək. poliqrafçı is. Poliqrafiya sənayesi işçisi, poliqrafiya mütəxəssisi. poliqrafik sif. [yun.] Poliqrafiya ilə əlaqədar olan, poliqrafiyaya aid olan. Poliqrafik işlər. Kitabın poliqrafik keyfiyyəti. poliqrafiya [yun. polygraphia – çox yazı] Çap məhsulları istehsalının bütün növlərini əhatə edən texnika, sənaye sahəsi. polimerlər cəm [yun. polymeres – çox hissədən ibarət] Kimyəvi tərkibi eyni olan, lakin molekuldakı atomların miqdarına görə isə bir-birindən fərqlənən maddələr. // Həmin maddələrdən hazırlanan, düzəldilən. Polimer materiallar. polinyziya is. [yun.] Sakit Okean adalar qrupu. Polineziya adaları vulkan mənşəlidir. polineziyalılar cəm Sakit okean adalarının (Polineziyanın) yerli əhalisi. poliomielit [yun. polios – boz və myelos – ilik] tib. Uşaq iflici. polip [yun. poly – çox və pus – ayaq]\n1. zool. Yerindən hərəkət edə bilməyən dəniz heyvanı – bağırsaqboşluqluların oturaq növü. Şirin su polipi. Mərcan polipi.\n2. tib. Burunun, analığın və s.-nin selikli qişasında əmələ gələn xoşxassəli şiş – göbələkvari patoloji törəmə. polis [alm. polizai]\n1. Polisiyada xidmət edən adam. Araz cavab verməyib polislər ilə birlikdə qapıdan çıxdı. A.Şaiq.\n2. Polisiya, polis idarəsi. Qorodovoy Kərbəlayı Zal iyirmi beş ildən artıq polis idarəsində xidmət edirdi. Ə.Haqverdiyev. Polis idarələri bir-birinə dəymiş, Cabbar bəyə əl qaldıran adam o günün axşamı həbs olunmuşdu. M.Hüseyn.\n3. Polis və jandarmeriyaya əsaslanan, güc və zorakılıq əsasında həyata keçirilən. Polis terroru. Polis idarə üsulu. polisemiya [yun. poly – çox və sema – işarə] dilç. Bir sözdə bir neçə mənanın olması; sözün çoxmənalılığı. polisiya [alm. polizei]\n1. Mövcud quruluşun təhlükəsizliyini və onun qoymuş olduğu qanun-qaydaları qoruyan xüsusi inzibati orqan.\n2. top. Bu orqanda xidmət edənlər; polislər. polismen [ing. policeman] İngiltərə və ABŞ-da polis nəfəri; polis. polismeyster [alm. polizeimeistr] 1917-ci il inqilabından qabaq Rusiyada: iri şəhərlərin polis rəisi. politexnik sif. [yun.]\n1. Texnikanın müxtəlif sahələrinə aid olan, onlarla bağlı olan. Politexnik institut. Politexnik muzey.\n2. Politexnizm əsasında qurulmuş. Politexnik təhsil. politexniki bax. politexnik 2-ci mənada. politexnikum [yun.] Politexnik məktəb. politexnizm [yun.] Şagirdi istehsalatın bütün əsas sahələri ilə nəzəri və əməli tanış etmək əsasında qurulmuş təlim sistemi. politoloq is. [yun.] Siyasətlə və siyasət elmi ilə məşğul olan adam; siyasətşünas, siyasətçi. politura is. [lat.] Ağacdan olan məmulatın üzərinə çəkib işıldatmaq üçün spirtli lak, spirtdə həll edilmiş qatran məhlulu. polk is. [rus.] Adətən diviziya, ya briqada tərkibinə daxil olan müstəqil qoşun vahidi. Qvardiya polku. Polk komandiri. Tank polku. – Firidunu polk qərargahının qarşısında saxlamışdılar. Mir Cəlal. polka is. [çex. polka]\n1. Cəld oynanılan Avropa rəqslərindən birinin adı, habelə həmin rəqsin musiqisi. Nəfəsli musiqi çalsa polkanı; Qızışır köhnənin soyumuş qanı. H.K.Sanılı.\n2. Həmin rəqs ritmində musiqi əsəri. Raxmaninovun polkası. polkovnik is. [rus.] Podpolkovnik rütbəsindən sonra gələn zabit rütbəsi və ya adı, habelə belə rütbəsi və ya adı olan şəxs. Uzun, gözü eynəkli, polkovnik rütbəsində ikinci bir zabit də buraya yanaşdı. S.Vəliyev. polkovniklik is. Polkovnik rütbəsində olma. polonez is. [fr.] Milli polyak rəqsi. poloves is. Türk tayfalarından biri və həmin tayfaya mənsub olan adam; qıpçaqlar. polyak Qərbi slavyan xalqlarından biri və bu xalqa mənsub adam. polyakca sif. və zərf Polyak dilində. Polyakca kitab. Polyakca-rusca lüğət. polyarlaşma fiz. İşıq və elektromaqnit titrəyişlərinin müəyyən bir səth üzərində baş verməsi xassəsi. pomada [fr.] Müxtəlif ətirli maddələrin qatışığından ibarət kosmetik yağ. Dodaq pomadası. – Çantasında cürbəcür pomada, üzyağı var; Dillənir dindirməmiş gərəksiz bir saz kimi. S.Rüstəm. pomadalı sif. Pomada çəkmiş (çəkilmiş), pomada sürtmüş (sürtülmüş). Pomadalı qız. pomidur [ital. pomidoro] Quşüzümü ailəsinə mənsub bostan bitkisi. Pomidor şitil etmək. // Həmin bitkinin girdə qırmızı meyvəsi. Bazardan pomidor almaq. – [Məcid kişinin] qabağındakı ağ süfrənin üstündə göygöyərti, pendir, çörək, pomidor, bir kasa da qatıq vardı. İ.Məlikzadə. ponçik [pol. paczek] İçinə mürəbbə, riçal və ya başqa şirni qoyulan kömbə, qoğal. ponço is. [isp.] Düzbucaq biçimli plaş. poni [ing.] Kiçikboylu at cinsi. ponton [fr.]\n1. Müvəqqəti körpü və ya bir şeyi su üzərində saxlamaq üçün, yaxud da bərə kimi istifadə olunan yastıdibli gəmi, qayıq. // Belə gəmilərin üstündə qurulan müvəqqəti körpü. Ponton qurmaq. Ponton körpü.\n2. Batmış gəmiləri çıxararkən istifadə olunan boş çəllək və s. şəklində olan polad qurğu. pontonçu is. Mühəndis qoşunları hissələrində xidmət edən hərbi qulluqçu; ponton quraşdırma mütəxəssisi. poplin is. [fr.] Qabarıq zolaqlı ipək və pambıq qarışığından parça. populist is. və sif. [lat.] Populyarlıq və kütlənin rəğbətini qazanmaq üçün icrası qeyri-mümkün böyük vədlər verən siyasətçi və hərəkat. populyar sif. [lat. popularis – xalq]\n1. Anlaşılan sadə dildə yazılmış; məzmunu, ifadə tərzi sadə olan; kütləvi. Populyar kitab. Populyar dildə yazılmış əsər.\n2. Məşhur, geniş kütlələrin rəğbətini qazanmış. Populyar musiqi. Populyar müğənni. // Geniş yayılmış, kütləvi. Populyar məcmuə. populyarlıq is. Məşhurluq; geniş kütlə tərəfindən tanınma, sevilmə, onun rəğbətini qazanma. popurri is. [fr.]\n1. Populyar opera, operetta, balet, xalq mahnıları və rəqs motivlərindən tərtib edilən musiqi əsəri.\n2. Qarmaqarışıq. poroşok [rus.] Bərk maddənin toz halına salınmış hissəcikləri; toz. pors “Porüiə” sözünün canlı dildə işlənilən yanlış forması. [Tələbə:] Üçümüzə iki pors şişlik [sifariş] etdik. Qantəmir. porsiya [lat.] Yeməkxanada, restoranda bir adamlıq xörək və ya içki. [Mirzə Mahmud:] Mənim üçün, deginən, yarım porsiya kotlet versinlər. Ə.Haqverdiyev. porsuq is. zool. Dələ fəsiləsindən çənəsi iti, bədəni yöndəmsiz, uzun qaba yunluq, xəzli yırtıcı heyvan. Bostana girən porsuq yabanı qəbul eylər. (Ata. sözü). [Zeynal:] Aşağıgüllüyə gedirik, deyirlər, oralarda porsuq var. Ə.Əbülhəsən. porsumaq f.\n1. Turşumaq, kiflənmək.\n2. məc. Özündən çıxmaq, qabarmaq. porşen is. [rus.] Mayeləri, buxarı, qazları qovan silindrik hissə. portağal is. bot. Cənubda bitən həmişəyaşıl sitrus ağacı. [Səfərli:] Saysız-hesabsız meyvə, portağal ağacları çiçəkləyəcək. H.Seyidbəyli. // Həmin ağacın qalın narıncı qabıqlı, sulu, dilimli yumşaq meyvəsi. portal [lat. porta – giriş, darvaza] Böyük binanın memarlıq cəhətdən işlənmiş və ya ümumi fonda ayrılmış baş girəcəyi. Sütunlu portallar. portativ sif. [fr.] Yanda, əldə gəzdirilə bilən; yüngül, yığcam. Portativ maqnitofon. Portativ radio. portfel [fr.] Kitab, dəftər, kağız qoymaq üçün əldə gəzdirilə bilən dəstəli çanta. Dəri portfel. Qara portfel. – Qoltuqlarında kağız qovluğu və ya portfel olan çinovniklər, vəkillər girib-çıxırdılar. T.Ş.Simurq. Yarməmməd portfelindən bir dəstə əzik-üzük kağız çıxardı. M.İbrahimov. ‣ Nazir portfeli – nazir vəzifəsi. Redaksiya portfeli – bir redaksiyanın, nəşriyyatın çap olunmaq üçün qəbul etmiş olduğu əlyazmalarının hamısı bir yerdə. portfelli sif. Əlində portfeli olan, əlində portfel tutmuş. Portfelli kişi. – Bu saat qulluqdan çıxıb portfelli (z.) gələcək. H.Nəzərli. portfelsiz sif.: portfelsiz nazir – bəzi ölkələrdə: dövlət idarələrinin ayrıca bir sahəsinə rəhbərlik etməyən, lakin xüsusi tapşırıqları yerinə yetirən nazir. portmanat [fr. porte-monnaire “portmane” sözündən] Pulqabı, pul kisəsi. portret [fr.] Bir şəxsin və ya bir dəstə adamın rəssam tərəfindən çəkilmiş şəkli, yaxud heykəltəraş tərəfindən verilmiş təsviri. Xalının üstündə .. zərli çərçivəyə salınmış iri portret vardı. M.Hüseyn. Divara bir neçə məşhur artistin portreti vurulmuşdu. İ.Əfəndiyev. // Foto ilə çəkilmiş adam şəkli. // məc. dan. Başqasına çox oxşayan adam haqqında. Uşaq lap atasının portretidir. // Ədəbi əsərdə personajın xarici görkəminin təsviri; surət. C.Məmmədquluzadə portret ustasıdır. portretçi is. Portret çəkməkdə mahir olan rəssam. portsiqar [fr.] Papiros və ya siqaret qoymaq üçün kiçik yastı qutu, qab; papirosqabı. Əşrəf Sultanov stolun üstündə açıq qoyulmuş gümüş portsiqarından bir papiros götürüb yandırdı. İ.Əfəndiyev. portuqalca sif. və zərf Portuqal dili. Portuqalca danışmaq. portuqaliyalı is. Portuqaliyanın əsas əhalisini təşkil edən xalqa mənsub adam. portveyn [alm.] Tünd üzüm şərab növü. portye is. [fr.] Mehmanxana xidmətçisi, qapıçı. poruq bax. qurbağaotu. post [fr.]\n1. Bir şeyi və ya şəxsi müşahidə altında saxlamaq və ya mühafizə etmək üçün yer, məntəqə. Belə qorxulu vaxtda postdan uzaqlaşmaq olarmı? H.Nəzərli. [Keşikçilər] durmadan öz postları ətrafında dolaşırdılar. S.Vəliyev.\n2. Bir şeyi mühafizə etmək və ya müşahidə altında saxlamaq üçün müəyyən yerdə qoyulmuş növbətçi və ya əsgər dəstəsi. Mədədov taqımı gəzib, postları yoxlayıb, keşikdən azad olan əsgərin istirahət etdiyinə, yuxuladığına baxırdı. Ə.Əbülhəsən.\n3. xüs. İstehsal prosesinin telemexanika, siqnal və s. vasitəsilə idarə olunduğu yer. Rəis operator postlarından birinə çıxır, kimə isə göstəriş verir. (Qəzetlərdən).\n4. dan. Məsul vəzifə. Direktorluq postu. Məsul post. postament [alm. postamente]\n1. Abidə, sütun, heykəl və s.-nin özülü, altlığı. Qranit postament. Nizaminin heykəlinin postamenti.\n2. Muzey, sərgi və s.-də heykəlin qoyulduğu altlıq. Postamentin üstündəki təyyarə abidəsi gün işığında elə parıldayırdı, elə işıldayırdı, deyirdin bəs təyyarə deyil bu, qanadlı bir günəşdi doğub burda. İ.Məlikzadə. postsovet sif. [rus.] SSRİ-nin süqutundan, sovet quruluşu dağıldıqdan sonrakı dövr. Postsovet məkanındakı müstəqil türk respublikaları. postulat [lat.] fəls. Müəyyən elmi nəzəriyyənin başlanğıc nöqtəsi kimi qəbul edilən və bir qayda olaraq, həmin nəzəriyyə çərçivəsində isbat olunmayan prinsip və ya hökm. Məntiqdə və elmin metodologiyasında “postulat” anlayışından “aksiom” anlayışının sinonimi kimi də istifadə olunur. poşa is. köhn. Əxlaqsız, pozğun, tərbiyəsiz adam. [Şərəfnisə:] Parijdə sənin kimi oğlan bu poşaların əlindən sağ qurtara bilərmi ki, qayıdıb gələndən sonra adam kimi durub-otura. M.F.Axundzadə. pota 1. is. Adətən donuz, ayı balasına deyilir. Donuz potası. – Mağara o qədər kiçik idi ki, içindəki iki ayı balası (potası) apaçıq görünürdü. A.Şaiq.\n2. bax. potaboy(lu). Pota oğlan. Pota kişi. potaboy (=potaboylu) dan. Boyu alçaq, lakin kök, koppuş, dolğun. ..Potaboy adamın fəaliyyətsizliyi, kütlüyü Səmədi dəhşətə gətirirdi. İ.Hüseynov. potaboylu (=potaboy) dan. Boyu alçaq, lakin kök, koppuş, dolğun. ..Potaboy adamın fəaliyyətsizliyi, kütlüyü Səmədi dəhşətə gətirirdi. İ.Hüseynov. potaş [holl. potasch] Ağac və ya ot gülündən alınan kalium xlorid. potensial [lat. potentia – qüvvə]\n1. fiz. Müəyyən nöqtədə bir şeyin enerjisini, gərginliyini və s. səciyyələndirən vahidə bərabər kəmiyyət. Cazibə qüvvəsinin potensialı.\n2. məc. kit. Müəyyən məqsəd, iş üçün lazım olan şərtlərin, vasitələrin məcmusu. Dövlətin sənaye potensialı.\n3. sif. Üzə çıxa bilən, mümkün ola bilən, tez-gec özünü göstərə bilən; gizli şəkildə qalan. Triyestdə potensial bir qüvvə hökm sürürdü. S.Vəliyev. potensiya is. [lat.] İmkan, qabiliyyət, bacarıq, iqtidar. povest [rus. povest] Süjeti romana nisbətən daha sadə və həcmcə ondan daha kiçik olan bədii əsər. S.Rəhimovun “Aynalı” povesti. Povest yazmaq. povestçi is. Povest yazan yazıçı, ədib. povidlo [rus.] Şəkər və ya patkada bişirilmiş əzilmiş meyvə maddəsi; riçal. poza is. [fr.]\n1. Duruş, vəziyyət.\n2. məc. Səmimi olmayan davranış, riyakarlıq. pozan is. Yazı, şəkil və s. pozmaq üçün rezin parçası. pozdurma “Pozdurmaq”dan f.is. pozdurmaq “Pozmaq”dan icb. pozğun sif.\n1. Əxlaqsız, əxlaqı pis. [Qaçay:] Sizin məktəbin tələbəsi Mahmud Mərdanoğlu dünən axşam bir dəstə pozğun adamlarla qumar oynayırmış. Z.Xəlil.\n2. Pozulmuş halda olan, pozulmuş, dağılmış, bərbad hala gəlmiş, nizamsız. İraq və Bağdad qoşunu bütün .. qərargahını və ərzaq şeylərini, silah və yük mallarını buraxıb nizamsız və pozğun bir surətdə qaçmışdı. M.S.Ordubadi.\n3. Pərişan, pis. Əhvalım elə pozğun idi ki, yuxu-zad məndən çox uzaq idi. C.Məmmədquluzadə. pozğunlaşdırma “Pozğunlaşdırmaq”dan f.is. pozğunlaşdırmaq f.\n1. Pozğun hala gətirmək, bərbad hala salmaq, pozub dağıtmaq.\n2. Əxlaqca pozmaq. Pis mühit uşağı pozğunlaşdıra bilər. pozğunlaşma “Pozğunlaşmaq”dan f.is. pozğunlaşmaq f.\n1. Pozğun olmaq, əxlaqı pisləşmək, xarablaşmaq.\n2. Pozulmaq, pərişan olmaq, xarablaşmaq. [Dərviş:] Huşum və bədənim ləmsləşdi, pozğunlaşdı, özümü duymaz oldum.. A.Divanbəyoğlu.\n3. Pozğun hala gəlmək, intizamdan çıxmaq, qayda-qanuna riayət etməməyə başlamaq. Pozğunlaşmış silahlı dəstəni tərk-silah etmək. pozğunluq is.\n1. Əxlaqsızlıq, mənən pozulmuş adamın hal və keyfiyyəti. [Zeynal] get-gedə məişət pozğunluğunun çirkabı içinə yuvarlanırdı. S.Hüseyn.\n2. Nizamsızlıq, qarışıqlıq, pərakəndəlik, ixtilaf, pərtlik, dilxorluq. Məclisə pozğunluq düşmək. – ..Süfrə başında pozğunluq yaratmaq istəmədim. M.S.Ordubadi. // Məğlubiyyət, yenilmə. Pozğunluğa uğramaq.\n3. Pərişanlıq, xarablıq. Əhvalın pozğunluğu. – Arvad ərinin halətinin pozğunluğunu xəbər aldıqda Mirzə dedi: – Nə eləyim, ay arvad. Bu gün-sabah uşaqları məktəbdən xaric edəcəklər. Ə.Haqverdiyev. pozisiya is. [lat.]\n1. Mövqe.\n2. Duruş, vəziyyət.\n3. Döyüş meydanı.\n4. Baxım, rəy, münasibət. pozitivist [yun.] Pozitivizm tərəfdarı. pozitivizm [lat. positivus – müsbət] Obyektiv varlığın və şeylərin mahiyyətinin dərk oluna bilməsini inkar edən, təcrübəni təhrif edərək onu subyektiv hiss və təsəvvürlərin toplusu kimi izah edən, elmin rolunu, faktları təsvir etmək və sistemləşdirməklə məhdudlaşdıran, onların izahının mümkünlüyünü qəbul etməyən idealist fəlsəfi cərəyan. pozma “Pozmaq”dan f.is. pozmaq f.\n1. Yazını rezin və s. ilə silmək, yaxud üstündən xətt çəkməklə qaralamaq. Əlyazmasının bir abzasını pozmaq. – [Balarza:] Məni qana salma, poz, sənə deyirəm. C.Cabbarlı. Cəmilə yazdığını oxudu, bəyənmədi, pozdu, yenidən düzəltdi. S.Rəhimov.\n2. məc. İcazə verilməyən bir iş görmək, qaydadan kənara çıxmaq. Nizam-intizamı pozmaq. Qaydanı pozduğu üçün cərimələnmək. // İcazə verilməyən, qadağan olunmuş yerdən keçmək. Sərhədi pozmaq. – [İnci:] Düşmənlər hüdudu pozmuşdur deyə; Gedirəm xanıma xəbər verməyə. A.Şaiq.\n3. məc. Adi qayda ilə inkişaf etməsinə mane olmaq, qarmaqarışıqlıq törətmək, nizamsız hala salmaq, dağıtmaq. [Gənc:] Birinin işləyən, o birinin müftə yeyən olması insanların həyatını pozmuşdur. Çəmənzəminli. Amansız müharibə .. [kəndlilərin] yaşayışını pozmuş, yurdlarını dağıtmış, özlərini də dilənçi halına salmışdı. T.Ş.Simurq. // məc. Mane olmaq, maneçilik törətmək, əngəl törətmək. İşin gedişini pozmaq. – Xanlar bu hərəkətilə bayram təntənəsini pozmaq istəyirdi. Mir Cəlal. [Gülxar Nərgizə:] ..Gərək özgəsinin dincliyini pozmayasan. B.Bayramov.\n4. məc. Nizamsız hala salmaq, qarışdırmaq, səliqədən salmaq. Əl uzadıb baş bəzəyin pozasan; Hər birin bir yana atasan dürüst. M.P.Vaqif.\n5. məc. Dəyişmək, dəyişdirmək (əsasən inkarda işlədilir). Rüstəm kişi isə vəziyyətini pozmadan, soyuqqanlılıqla dedi. M.İbrahimov. Pristav camaatın arasında təmkin və vüqarını pozmamağa çalışdısa da bacarmadı. Ə.Vəliyev.\n6. məc. Danışmağa başlamaq, sükuta, sakitliyə son qoymaq. Sakitliyi pozmaq. – Aralığa çökən sükutu artıq heç kəs pozmadı. Ə.Məmmədxanlı. Araya çökən sükutu pozmaq .. məqsədilə dilləndim. M.Rzaquluzadə.\n7. bax. qarışdırmaq 3-cü mənada. Kefini pozmaq.\n8. “Əhdi”, “ilqarı”, “peymanı”, “vədini” sözləri ilə – verdiyi sözdən qaçmaq, əhdinə vəfa etməmək. [Nüşabə:] Olsa yer, göy mənə qarşı əlbir; Pozmaram əhdi, sözüm birdir, bir! A.Şaiq. Unudur verdiyi əhdi, ilqarı; Pozur peymanını tez insan oğlu. Aşıq Şəmşir. pozucu is.\n1. Hər hansı bir qaydanı, qanunu, üsulu və s.-ni pozan.\n2. Pozğunluq salan, nizamsızlıq, qaydasızlıq törədən. Pozucu ünsürlər.\n3. Dağıdıcı, yıxıcı, viranedici, xaraba qoyan. Pozucu basqınlar. pozuculuq is. Pozucunun gördüyü iş, pozğunluq salma işi. pozuq sif.\n1. Pozulmuş, silinmiş, qaralanmış. Sətirdə pozuq yeri oxumaq olmur.\n2. Bərbad, düzgün olmayan, təhrif edilmiş, düzgün tələffüz edilməyən. Pozuq dildə danışmaq. – [Zabit:] Sizin diliniz pozuq əcəm dilidir. H.Nəzərli. pozuqluq bax pozğunluq 3-cü mənada. pozulma “Pozulmaq”dan f.is. Övladı başlı-başına buraxmaq – ictimai asayişin pozulmasına səbəb olmaq, cəmiyyətə zərər vermək deməkdir. S.Rəhimov. pozulmaq məch.\n1. Üstündən xətt çəkilmək; silinmək, qaralanmaq (yazı haqqında). Yazılan pozulmaz. (Məsəl). Vaxtında dərsə gəlməyənlərin adı pozulacağı ehtimalı var idi. T.Ş.Simurq. Oğurluq haqqında çox yazıldı, pozuldu, heç bir şey çıxmadı. Mir Cəlal.\n2. məc. Əhvalı pisləşmək, məyus olmaq; kefsizləşmək. Əhvalı pozulmaq. – Araz onun bu sözündən olduqca pozuldu. A.Şaiq. Kamal yuxudan ayılıb, atasının getdiyini biləndə çox pozuldu. M.Rzaquluzadə.\n3. məc. Vəziyyəti pisləşmək, xəstəliyi ağırlaşmaq, halı xarablaşmaq. [Ağaverdinin] maaşı xərcinə çatmadığı bir zamanda səhhəti də pozulmuşdu. S.Hüseyn. [Hüseyn:] Hacı bu gün lap pozulubdur. Qantəmir.\n4. məc. Bir-birinə qarışmaq, səliqəsiz halda olmaq, səliqədən düşmək. Gənc mühəndis saçlarının səliqəsi pozulmadığına tamamilə əmin olduğu halda, yenə əlini başından ayırmadı. M.Hüseyn.\n5. məc. Adi qayda ilə inkişaf etməsinə maneçilik törədilmək, nizamsız hala salınmaq. Lakin bu gün Rüstəm kişinin evindəki ahəng pozulmuş, yerini soyuq bir sükuta vermişdi. M.İbrahimov. ..Kişisi cavan yaşında öldüyündən Durnanın həyatı pozulmuşdu. Ə.Sadıq.\n6. bax. qarışmaq 6-cı mənada. Günorta hava pozuldu.\n7. məc. İcazə verilməyən bir iş görülmək, qaydadan kənara çıxılmaq. Küçə hərəkəti qaydaları pozulmuşdur. İntizam pozulmuşdur.\n8. məc. Maneçilik törədilmək, həyata keçirilməsinə yol verilməmək. İclas pozuldu. – [Yunis:] Bu nişan pozulmalıdır. Ə.Məmmədxanlı. pozulmaz sif. Pozulmayan, başqa şəklə düşməyən, dəyişməz, sabit şəkildə qalan. Müəllimin bu sözləri özünün bütün mülayim ahəngi ilə, bütün mənalı ifadəsi ilə birlikdə bir vəsiyyət kimi, pozulmaz bir and kimi Firidunun xəyalına yapışardı. M.İbrahimov. pozulmuş f.sif.\n1. Üstündən xətt çəkilmiş; qaralanmış, silinmiş. Pozulmuş cümlə. – Yazısı pozulmuş kağız hisdən sapsarı saralmışdı. B.Bayramov.\n2. məc. Adi qaydadan çıxmış, nizamsız hala salınmış; nizamsız, pərakəndə. Pozulmuş quş dəstəsi yenidən cərgələnib uzaqlaşdı. H.Seyidbəyli.\n3. məc. Bikef olmuş, əhvalı qarışmış; məyus, pərt. Məsumə məktubu oxuyandan sonra əhvalı pozulmuş bir halda divanda uzanıb fikrə getdi. S.Şamilov.\n4. bax. pozğun 1-ci mənada. Yazıq! Zəhərlədi o gözəl qızı; Həyatın pozulmuş bir əxlaqsızı. S.Vurğun. pozuluşma “Pozuluşmaq”dan f.is. pozuluşmaq qarş. Araları dəymək, küsüşmək. [İnci:] Biz Mürşidlə bu binanın üstə pozuluşduq. S.Rəhman. pöhrə is.\n1. Ağac və kolların dibindən göyərən zoğ(lar), bic(lər). Ağacın pöhrələrini qırmaq. – İllərdən bəri suyun lilləndiyi bu adalarda balaca pöhrələr əmələ gəlmiş, getgedə qalınlaşıb meşəyə dönmüşdü. İ.Şıxlı.\n2. Cavan budaq, qol. // Cavan ağac, fidan. Bağban təzə basdırdığı; Bir pöhrəyə dayaq vurur.. N.Rəfibəyli. pöhrələnmə “Pöhrələnmək”dən f.is. pöhrələnmək f.\n1. Ağac və kolların dibindən pöhrə göyərmək. Nar ağacı tez pöhrələnir. – Yer buğlandıqca ağaclar pöhrələnir, güllər qönçələnir, taxıllar qalxırdı. İ.Şıxlı.\n2. Cavan budaqlar, qollar, zoğlar əmələ gəlmək. Ağaclar yenidən pöhrələnir. M.İbrahimov. pöhrəli sif.\n1. Pöhrəsi olan; zoğlu. Pöhrəli ağac.\n2. Çoxlu cavan ağaclar bitmiş. Qalın pöhrəli dağın ətəyini Qaradağ xanlığının geniş və qocaman bağı tutmuşdu. S.Rəhimov. pöhrəlik is. Çoxlu cavan ağaclar bitmiş yer, çoxlu cavan ağac olan sahə. Pöhrəliyi tarla üçün təmizləmək. – Qaçaq Nəbi ağ çadırı söküb, ağac-uğacına qədər pöhrəlikdə gizlətmişdi. S.Rəhimov. Rayon mərkəzindən çıxıb sola burulanda pöhrəliyin ortası ilə dolayı yol uzanırdı. Ə.Vəliyev. pörşələmə “Pörşələmək”dən f.is. pörşələmək f. Pörtüb tükünü çıxarmaq, təmizləmək. [Odabaşı:] İbrahim qırx-əlli cücə başı kəsib bədənlərini pörşələyirdi. Ə.Haqverdiyev. Növrəstə qazan asıb toyuğu pörşələməyə başladı. S.Rəhimov. pörtləmə I. “Pörtləmək1”dən f.is.\n\nII. “Pörtləmək2”dən f.is. pörtləmək I. bax. pırtlamaq 1 və 2-ci mənalarda.\n\nII. bax. pörtmək. pörtlətmə “Pörtlətmək”dən f.is. pörtlətmək “Pörtləmək2”dən icb. Göyərti yumşalana qədər ağzı örtülü qabda pörtlədin. pörtmə “Pörtmək”dən f.is. pörtmək f.\n1. Qırmızı olmaq, qırmızılaşmaq, qırmızı rəng almaq, qızarmaq. Kiçikbəyimin buğdayı üzü pörtür, nəşə ilə əllərini ovuşdurur.. Çəmənzəminli. Gülşən pörtdü. İşin içindən çıxmaq üçün yol axtardı. Ə.Vəliyev.\n2. Üzdən yanmaq, yanıb qızarmaq, qarsaqlanmaq. Alov üzümü pörtdü. – Uzun illərdən bəri oda yaxın olduğundan bu arvadın üzü .. pörtmüşdü. Ə.Əbülhəsən.\n3. Qaynar suya salıb çıxarmaq, üstünə qaynar su tökmək; pörtləmək. Aşpaz xoruzu pörtmək üçün qaynar su ilə dolu bir qazana salır. (Nağıl). [Çərkəz:] Pencər yaxşıdır. Heç bu il nubar eləməmişəm. İstəyirsən balığı da pörtdət. İ.Şıxlı. pörtülmə “Pörtülmək”dən f.is. pörtülmək f.\n1. Pərt olmaq, qızarmaq. [Sirat:] Gözlərin qızarıb, pörtülmüsən. Ə.Əbülhəsən.\n2. məch. Qaynar suya salınıb çıxarılmaq, yaxud üstünə qaynar su tökülmək. Pörtülmüş (f.sif.) badımcanları aşsüzənə yığıb suyunun tamam süzülməsi üçün üzərinə bir ağır qab qoymaq lazımdır. pörtüşmə “Pörtüşmək”dən f.is. pörtüşmək bax. pörtmək 1-ci mənada. Söylə, neçin pörtüşdün, söylə, qızardın neçin? S.Rüstəm. praktik sif. [yun.]\n1. Praktikaya aid olan, praktika ilə, real tələbat və imkanlarla əlaqədar olan; təcrübi. Praktik məqsəd.\n2. Bilavasitə bir işlə məşğul olan, bir işə, ya şəxsə rəhbərlik edən. Praktik rəhbərlik.\n3. Hər hansı elmi sahənin, bilik, nəzəriyyə və s.-nin praktikaya tətbiqi ilə bağlı olan, ona əsaslanan. Praktik məşğələ. – [Tərlan:] Sən [Xəlil] praktik işdə çalışa-çalışa öz səviyyəni artırmalısan. M.Hüseyn.\n\nII. [yun.] Öz işini təcrübi cəhətdən yaxşı bilən, öz ixtisası üzrə böyük təcrübəsi olan; ancaq praktika yolu ilə böyük təcrübə qazanmış adam. // İşgüzar adam. praktika [yun. praktikos – işcil] bax. təcrübə. Praktika göstərdi ki, opera bütünlükdə geniş tamaşaçı kütlələrinə çata bilmişdir və bunun səbəbi də operanı yazarkən onun musiqi tekstində və həmçinin yaradıcılıq fantaziyamda muğam sistemini əsas götürməyim olmuşdur. Ü.Hacıbəyov. praktikant [yun.] Təcrübə keçən adam; təcrübəçi. Praktikant tələbə. praktiki bax. praktik. Atasının təklifi [Əzizin] ağlına batsa da, bu işin praktiki həllində acizlik çəkirdi. Ə.Vəliyev. praktiklik is. Həyata praktik münasibət, hər şeydən fayda götürmə bacarığı; praktisizm (2-ci mənada). praktikum [yun.] Hər hansı bir fənn üzrə praktik məşğələ növü (əsasən ali məktəblərdə). Kimyadan praktikum. Praktikum rəhbəri. praktisizm [yun.]\n1. Nəzəri biliyin əhəmiyyətini qiymətləndirməyərək, praktik fəaliyyətə üstünlük vermə.\n2. Bir şeyə işgüzar münasibət. // İşləri öz xeyrinə qura bilmə bacarığı. praqmatika is. [yun.] İşarə sistemi ilə onu tətbiq edənin arasındakı əlaqəni öyrənən bilik sahəsi. praqmatist [yun.]\n1. Praqmatizm tərəfdarı.\n2. Tarixi faktların şərhində praqmatizm tərəfdarı olan tarixçi. praqmatizm [yun. pragma – iş, praktika]\n1. Müasir fəlsəfədə geniş yayılmış subyektiv idealist cərəyan (uzun müddət ABŞ-ın mənəvi həyatında hökmran olmuş, yalnız müharibədən sonra öz mövqelərini neopozitivizmə və dini konsepsiyalara vermişdir). Praqmatizm fəlsəfəsinin mərkəzində biliyin məzmununu onun praktik, əməli nəticələri ilə müəyyən edən “praqmatizm prinsipi” durur.\n2. Tarix elmində: inkişafın obyektiv qanunlarını açıb göstərmədən tarixi hadisələrin xarici əlaqə və ardıcıllığını izah etməklə kifayətlənən cərəyan. praporşik [rus.] Ordu və donanmada ən kiçik zabit rütbəsi; habelə belə rütbəsi olan hərbi xidmətçi. pravoslav [rus. pravoslavie]\n1. Xristianlığın mühüm bir qolu olub Bizansda təşəkkül tapan dini məzhəb. Pravoslav məzhəbinin nümayəndələri.\n2. Bu məzhəbə etiqad edən (adam). Pravoslav xalqlar. Pravoslav missionerlər. pravoslavlıq is. Xristianlığın başlıca olaraq Şərqi Avropa, Yaxın Şərq və Balkanlarda yayılmış mühüm cərəyanlarından biri. Pravoslavlığın ehkam mərkəzləri. Pravoslavlığın dini fəlsəfəsi. preambula is. [fr.] Hər hansı bir qanunun, qərarın giriş hissəsi. predikat [lat.]\n1. Məntiqdə: hökmün obyekti haqqında deyilən fikir; məntiqi xəbər. Predikatın və subyektin ənənəvi anlayışları. Predikatın yeni şərhi.\n2. qram. Xəbər. predikativ sif. [lat.] mənt. qram. Predikat funksiyasında işlənən, predikat olan. Predikativ zərf. predikativlik is. mənt. qram. Predikatın xassəsi. Predikativlik xüsusiyyəti. Predikativliyin ifadə vasitələri. prednizolon is. [lat.] tib. Metobolik prosesləri tənzimləyən hormonal dərmanlardan biri. prefektura is. [lat.]\n1. Qədim Roma imperiyasında inzibati bölgü.\n2. İnzibati ərazi vahidi.\n3. Ərazi vahidinin idarəetmə orqanı. preferans [fr.] Kart oyunlarından birinin adı. Preferans oynamaq. prefiks [lat. praefixus – artırılmış] qram. Ön şəkilçi. prelüd [lat.]\n1. Musiqi əsərinə giriş.\n2. Əsasən fortepiano üçün müəyyən quruluş forması olmayan müstəqil musiqi pyesi. Şopenin prelüdləri. premyera [fr. premiere – birinci] Pyes, opera, balet və s.-nin ilk tamaşası. Yeni baletin premyerası. preparat [lat. praeparatus – hazırlanmış]\n1. Tədqiqat, müşahidə və ya tədris məqsədi ilə hazırlanmış heyvan və ya bitki orqanizmi hissəsi. Anatomik preparat.\n2. Tədqiqat üçün hazırlanmış kimyəvi maddə. Radioaktiv preparat.\n3. Laboratoriya və ya fabrikdə hazırlanmış kimyəvi maddə və ya dərman. Vitaminli preparatlar. Yodlu preparat. preparatçı is. Preparat hazırlamaqla məşğul olan şəxs. pres [lat. presse – təzyiq] Materialları təzyiq vasitəsilə işləmək, emal etmək üçün maşın, qurğu; basqı aləti, məngənə, sıxac. Əl presi. Ştamp presi. Hidravlik pres. presləmə “Presləmək”dən f.is. presləmək f. Preslə basmaq, sıxmaq, təzyiq etmək; preslə işləmək, hazırlamaq; pres vasitəsilə emal etmək. preslənmiş f.is. Pres vasitəsilə sıxılmış, basılmış. Preslənmiş pambıq. Preslənmiş karton. presləyici is. Presə, pres maşınına xidmət edən, presdə işləyən fəhlə. preyskurant is. [alm.] Yemək və xörək adlarını və onların qiymətlərini göstərən sənəd. prezident [lat. praesidens – başçı, sədrlik edən]\n1. Cəmiyyət və ya idarəyə rəhbərlik etmək üçün seçilmiş sədr. Elmlər Akademiyasının prezidenti.\n2. Respublika idarə quruluşu olan ölkələrdə müəyyən müddətə seçilən dövlət başçısı. prezidentlik is.\n1. Prezidentin vəzifəsi, rütbəsi.\n2. Prezidentin fəaliyyət dövrü; prezidentin fəaliyyəti. Beş illik prezidentlik. • Prezidentlik etmək – prezident kimi fəaliyyət göstərmək, prezident vəzifəsini ifa etmək. prikaz [rus.] tar. XVI əsrdən XVIII əsrin əvvəllərinə qədər Rusiya dövlətində dövlət idarəsinin ayrıca sahəsinə baxan idarə. Cari idarə işləri üçün xüsusi müəssisələr vardı ki, bunlara da prikazlar deyilirdi. prima-balerina [ital. prima – balerina] Baletdə əsas rolu ifa edən rəqqasə. primitiv sif. [lat.] bax. ibtidai 2-ci mənada. primitivizm [lat.]\n1. Hər hansı bir hadisəyə çox bəsit münasibət.\n2. inc. XIX əsrdə – XX əsrin incəsənətində: primitivə – ibtidai sənət formalarına təqlid etmə, primitiv formalara qayıtma.\n3. Primitivlik. primitivlik is. İbtidailik, çox bəsitlik, çox sadəlik. Alətlərin primitivliyi. primus [lat. primus – ilk, ən yaxşı] Nefti odluğa vermək üçün nasosu olan qızdırıcı cihaz. prinsip [lat.]\n1. Hər hansı bir nəzəriyyənin, təlimin, əqidənin, dünyagörüşünün, elmin və s.-nin əsas müddəası, çıxış nöqtəsi. Təqib etdiyimiz məram və tutduğumuz prinsip bizim üçün müqəddəsdir. M.İbrahimov. // Hər hansı bir işdə rəhbər ideya, əsas istiqamət, gözlənilməli olan şərt, əsas. Könüllülük prinsipi. // Bir şeyə daxili inam; nöqteyinəzər, xətti-hərəkət norması. Onun prinsipi belədir.\n2. Prinsipcə şəklində zərf – əsasən, ümumiyyətlə, əsas etibarilə. Prinsipcə razılaşmaq. prinsipial [lat. principalis – əsas]\n1. Prinsipə aid olan, prinsipdən çıxan. Prinsipial sual. Prinsipial ziddiyyət.\n2. Prinsiplərə ciddi əməl edən, onlara əsaslanan, onlardan çıxış edən; prinsipli. Prinsipial tənqid. Prinsipial siyasət. Prinsipial adam. prinsipiallıq is. Sözdə və işdə ardıcıl surətdə müəyyən prinsipləri keçirmə, onlara ciddi riayət etmə. Ədəbi, nəzəri tənqid ardıcıllıq, prinsipiallıq tələb edir. S.Rəhimov. prinsipli sif. Prinsipə ciddi riayət edən, onu əsas götürən; prinsipial. Prinsipli adam. – Qaratel inad və prinsipli idi. Ə.Vəliyev. prinsipsiz sif. Müəyyən prinsipi, dəyanəti olmayan. Prinsipsiz adam. // Zərf mənasında. [Şirzad Rüstəm kişiyə:] Lakin böyüyə hörmət adamı prinsipsiz, simasız edirsə, belə hörmətdən əl çəkmək lazımdır. M.İbrahimov. prinsipsizlik is. Sözdə və işdə prinsipin olmadığı hal. prioritet sif. [alm.]\n1. Birincilik.\n2. Müəyyən bir sahədə üstünlük təşkil edən. pripiska is. [rus.]\n1. Əlavə yazma, artırma, olduğundan çox göstərmə.\n2. Bilərəkdən saxtakarlıq etmə. pristav [rus.] İnqilabdan əvvəl Rusiyada: yerli polis rəisi. Pristav, naçalnik gələndə kəndə; Obanı, oymağı vururlar bəndə. Aşıq Ələsgər. [Mirzə Kərim:] Naçalniklərə, pristavlara, yasavullara bel bağlamaq olmaz. Ə.Haqverdiyev. pristavlıq is. tar.\n1. Pristav vəzifəsi. Bəli, vaxt oldu ki, şəhərdə pristavlıq yeri açıldı. N.Nərimanov.\n2. Pristav idarəsi, yerli polis idarəsi. Pristavlıq qala düzündə “Dumun” yanında idi. Mir Cəlal. privat-dosent [lat. privatim docens – xüsusi yolla dərs deyən] 1917-ci il inqilabından əvvəl Rusiyada və Qərbi Avropa ölkələrində: ştatdankənar (Rusiyada: 1884-cü ildən həm də ştatda olan) ali məktəb müəlliminin alimlik adı, habelə belə adı olan şəxs. priz [fr.] Hər hansı bir yarışda qalib gələnə verilən mükafat. İdmançılar böyük priz uğrunda yarışlarda qalib gələrək qızıl medal qazanmışlar. prizçi is. Priz almış yarış iştirakçısı. Olimpiya oyunlarının prizçisi. // Sif. mənasında. Prizçi idmançı. prizma [yun.]\n1. riyaz. İki üzü bərabər və uyğun tərəfləri paralel çoxbucaqlı, qalan üzlərinin hamısı paraleloqram olan çoxüzlü (cisim).\n2. fiz. Mürəkkəb işığı spektrlərə ayırmaq, işıq şüalarının istiqamətini dəyişdirmək və b. məqsədlər üçün müxtəlif optik, spektral və başqa cihaz və aparatlarda işlədilən şəffaf maddədən qayrılmış həmin şəkildə cisim. prizmalı sif. Prizması olan, prizma ilə təchiz edilmiş. Prizmalı durbin. prizmaşəkilli bax. prizmavari. prizmavari sif. Prizma şəklində olan. probka [rus.]\n1. Ağzı girdə şüşə və s. qabların ağzını, aparat və cihazların deşiklərini qapamaq üçün rezin və s.-dən hazırlanmış tıxac.\n2. Elektrik qoruyucularından birinin adı. Sayğacın probkası yanmışdır.\n3. məc. Normal hərəkətə, gediş-gəlişə mane olan nəqliyyat və s.-nin bir yerə yığılıb durması. Yolda probka əmələ gəlib. probkalama “Probkalamaq”dan f.is. probkalamaq f. Probka ilə bağlamaq, tıxamaq. Şüşənin ağzını probkalamaq. probkalanma “Probkalanmaq”dan f.is. probkalanmaq məch. Probka ilə bağlanmaq, tıxanmaq. Şüşə probkalandı. Qabın deşiyi probkalandı. problem [yun. problema – vəzifə, tapşırıq] Həll olunmasını tələb edən nəzəri və ya əməli məsələ. Tərbiyə problemi. Kadr problemi. – “Ayrılan yollar” ..bir çox ictimaiəxlaqi problemlər ortalığa atır və onların bədii həllini verir. M.İbrahimov. problematik sif. [yun.] Sübut olunmamış, həll olunmamış, hələ problem kimi qalan. Problematik məsələ. // Şübhəli, ehtimalsız. problematika [yun.] Problemlər. Elmi işlərin problematikası. problematiklik is. Problematik məsələ və s.-nin xüsusiyyəti, problematik olma. prodüser is. [ing.] Filmlərin quruluşunu verən, kinostudiya rəhbəri. professional sif. [yun.] Müəyyən bir işi özünə peşə etmiş; peşəkar. Professional idmançı. Professional rəssam. – Ərəblinski səhnə fəaliyyətinə başladığı gündən əsil sənətkar, professional aktyor olmaq üçün möhkəm bir istiqamət tutmuşdu. Ü.Hacıbəyov. // İs. mənasında. Professionalların sərgisi. professor [lat. professor – tərbiyəçi] Ali məktəblərdə müstəqil kurs aparan ən ixtisaslı müəllimlərə, elmi tədqiqat müəssisələrində isə aspirantlara, elmi tədqiqat işlərinə rəhbərlik edən şəxsə verilən yüksək elmi ad, habelə belə adı olan şəxs. Qoca professor oğlanın gözlərini diqqətlə müayinə etdi. İ.Əfəndiyev. professorluq is. Professorun işi, professor vəzifəsi. professura [lat.]\n1. Professor adı, vəzifəsi.\n2. top. Professorlar heyəti. Universitet professurası. profil [ital. profil]\n1. Üzün və əşyanın yandan görünüşü. Bu şəklin üst tərəfində hörükləri çiynindən döşünə doğru sallanan bir qız profili görünürdü. M.Hüseyn.\n2. xüs. Hər hansı bir sahənin, səthin və ya əşyanın eninə və ya uzununa şaquli kəsilişi. Körpünün profili. Yolun profili.\n3. Təsərrüfatı, ixtisası, sənəti səciyyələndirən əsas tipik xüsusiyyətlərin məcmusu. Ali məktəbin profili. Müəssisənin profili. profilaktik sif. [yun.] Profilaktikaya aid olan, profilaktika məqsədi ilə görülən. Profilaktik tədbir. Maşınların profilaktik təmiri. profilaktika [yun. prophylaktikos – qoruyucu]\n1. tib. Xəstəliyin qarşısını alan və əhalinin əmək və məişəti üçün sağlam şərait yaradan tədbirlərin məcmusu.\n2. tex. Maşınların və b. texniki avadanlığın vaxtından qabaq xarab olmasının, köhnəlməsinin qarşısını almaq üçün görülən tədbirlər. Avtomaşının təmiri və profilaktikası. profilaktori [yun.] Sanatoriya tipli müalicə müəssisəsi. Gecə profilaktorisi. progimnaziya [rus.] 1917-ci il inqilabından əvvəl Rusiyada: oğlan və ya qızlar üçün natamam orta məktəb. Yeni təhsil ili başlananda progimnaziyada azərbaycanlı tələbələrin sayı otuz beşə çatdı. A.Şaiq. projektor [fr. projecteur, əsli lat. projectio – irəli atılmış] İstənilən tərəfə paralel işıq şüaları salan güclü işıqlandırıcı cihaz. [M.Qorki] xitabət kürsüsünə qalxdığı zaman hər tərəfdən projektorları ona tərəf yönəltdilər. M.Hüseyn. projektorçu is. Projektorlarla işləyən, projektoru idarə edən şəxs. prokat [rus.] tex. Metalı fırlanan vallar arasında sıxmaqla emal etmə. Boru prokatı. prokatçı is. Prokat sexində işləyən fəhlə. prokripsiya is. [lat.] Qədim Romada rəsmi şəkildə qanundankənar elan edilmiş şəxslərin siyahısı. prokuror [lat. procurare – qayğısına qalmaq]\n1. Qanunların dəqiq və dürüst yerinə yetirilməsi üzərində dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs. Rayon prokuroru. Prokurorun sanksiyası.\n2. Məhkəmə prosesində dövlət ittihamçısı. Məhkəmə sədri, üzvləri və prokuror daxil oldular. H.Nəzərli. prokurorluq is.\n1. Qanunların yerinə yetirilməsinə nəzarət edən və qanunu pozanları məsuliyyətə cəlb edən dövlət orqanı. Rayon prokurorluğu.\n2. Prokuror vəzifəsi, prokuror vəzifəsini ifa etmə. proqnoz [yun. prognosis] Əldə olan elmi dəlillərə əsasən hər hansı bir hadisənin gələcək inkişafı və nəticəsi haqqında fikir söyləmə. // tib. Xəstəliyin gedişindəki bütün məlumatlara əsasən onun nəticəsi haqqında fikir söyləmə. • Hava proqnozu – meteoroloji məlumatlara əsasən havanın necə olacağı haqqında qabaqcadan söylənilən fikir, məlumat. proqram [programma – elan, sərəncam]\n1. Görüləcək iş, fəaliyyət və s.-nin planı. Sənayeni inkişaf etdirmək proqramı.\n2. Siyasi partiyanın, yaxud hər hansı bir siyasi və ya ictimai xadimin öz qarşısına qoyduğu məqsəd və məramı şərh edən bəyanatı. Milli hökumət birdən-birə öz proqramını həyata keçirməyə başlaya bilmədi. M.İbrahimov. // xüs. Avtomatik hesablama maşınlarının görəcəyi, həll edəcəyi məsələlərin planı. Elektron hesablayıcı maşının proqramı.\n3. Bir işin həyata keçirilməsinin ardıcıllığı, sırası, planı. Nümayiş proqramı. Bayram şənliklərinin proqramı.\n4. Konsertdə, sirk tamaşasında və s.-də ifa olunan nömrələrin, əsərlərin məcmusu, toplusu; radio və televiziya verilişlərinin tərkibi. Konsertin proqramı. Televiziya verilişlərinin proqramı.\n5. Məktəblərdə tədris olunan fənn və ya kursun məzmun və metodoloji əsaslarının qısaca şərhi. Tarix proqramı. Onuncu sinfin ədəbiyyat proqramı. // Hər hansı bir məktəbdə, fakültə və ya kursda tədris olunan fənlərin məcmusu, toplusu. Orta məktəb proqramı. Filoloji fakültənin proqramı.\n6. Çap olunmuş hər hansı bir kitabın, ədəbi əsərin planı, qısa məzmunu. Romanın proqramı. // Musiqi əsərinin mövzusu, süjeti. proqul [rus.] Üzürsüz işə gəlməmə, işə çıxmama; işburaxma. ‣ Məcburi proqul – qanunsuz olaraq işə buraxılmadığına görə vəzifəsini yerinə yetirə bilməmə. proqulçu is. Üzürsüz işə çıxmayan, proqul edən işçi; işburaxan. proletar [lat.]\n1. Müasir cəmiyyətdə əsas siniflərdən biri, muzdlu fəhlə; fəhlə sinfi. Proletar sinfi. – Bir qolumuz oldu; bir də ki zindan; Tarix proletar ad verdi bizə. S.Vurğun.\n2. köhn. Yoxsul, heç bir mülkiyyəti olmayan adam. proletariat [lat. proletarius] bax. proletar 1-ci mənada. proletarlaşdırma “Proletarlaşdırmaq”dan f.is. proletarlaşdırmaq t-li. Muzdlu fəhləyə, proletara çevirmək; yoxsullaşdırmaq. proletarlaşma f.is. Kapitalizm şəraitində xırda əmtəə istehsalçıları (kəndlilərin, sənətkarların, kustarların və b.) labüd olaraq müflisləşib yoxsullaşması və proletarlara çevrilməsi. proletarlaşmaq f. Muzdlu fəhləyə, proletara çevrilmək. proloq [yun. pro – ön və logos – söz, nitq] Ədəbi və ya musiqi əsərinin giriş hissəsi. propeller [lat. propellere – irəli itələmək] Təyyarə, aeroxizək, qlisser və s.-ni hərəkətə gətirən hava vinti; pər. prorektor [lat. pro – yerində, əvəzində və rector – rəhbər] Rektorun müavini, köməkçisi. proses [lat. processus – gediş]\n1. Hər hansı bir hadisənin gedişi. Bitkinin inkişaf prosesi. // Müəyyən nəticə əldə etmək məqsədilə görülən ardıcıl işlərin məcmusu. Texnoloji proses. Neftçıxarma prosesi.\n2. Xəstəliyin aktiv inkişafı, gedişi. İltihab prosesi.\n3. hüq. Məhkəmədə işlərə baxılma qaydası, mühakimə üsulu. Mülki proses. prosessual sif. [lat.] hüq. Prosesə aid olan, proseslə (3-cü mənada) əlaqədar olan. Prosessual məcəllə. proskripsiya is. [lat.] Qədim Romada rəsmi şəkildə qanundan kənar elan edilmiş şəxslərin siyahısı. prospekt I. [lat. prospectus – görünüş, mənzərə] Şəhərdə böyük enli və düz küçə. Nərimanov prospekti.\n\nII. [lat.] Gələcək elmi əsərin, dərsliyin, məcmuənin və s.-nin müfəssəl planı. Kitabın prospekti. // Vərəqə və ya kitabça şəklində reklam. prostat is. Kişilərdə cinsiyyət vəzisi. protein is. [yun.] Sadə zülal. protektorbt [lat.] Güclü dövlətin zəif dövləti özünə tabe etmə formalarından biri (belə bir şəraitdə tabe ölkə öz dövlət quruluşunu saxlasa da, əslində müstəqilliyini tamamilə itirmiş olur). protestant [lat. protestans – etiraz edən] Protestantlığa (protestantizmə) mənsub olan, ona etiqad edən adam. protestantizm [lat.] XVI əsrdə katolisizmə protest əlaməti olaraq reformasiya ilə əlaqədar əmələ gələn müxtəlif xristian məzhəblərinin ümumi adı; protestantlıq. protestantlıq bax. protestantizm. protez [yun. prothese – əlavə etmək, birləşdirmək] Bədənin itirilmiş hissəsini əvəz etmək üçün onun formasında düzəldilmiş süni üzv. Diş protezi. protezçi is. Protez qayıran, protez hazırlayan mütəxəssis. protezləmə “Protezləmək”dən f.is. protezləmək f. xüs. Protezlə təmin etmək, itirilmiş bədən üzvünü protezlə əvəz etmək, protez qayırmaq. protokol [yun. protokollon] İclasda, müşavirədə, istintaqda və s.-də baş verən hadisələrin qeydiyyatının, görülən işlərin və qərarların yazıldığı sənəd. İclasın protokolu. – Qədirin iştirak etdiyi elə iclas yox idi ki, protokolun ayağında qətnaməyə zidd gedən olmasın. Mir Cəlal. // Hər hansı bir faktı, hadisəni təsdiq edən sənəd. Haman saat kənd Şurası sədri gəlib protokol yazdırdı. T.Ş.Simurq. proton [lat. protos – birinci] fiz. Oksigen atomunun nüvəsi olan və bütün maddələrin atom nüvəsinin tərkibinə daxil olan müsbət elektrik yüklü hissəcik. protoplazma [yun.] biol. Heyvan və bitki orqanizmləri hüceyrələrində gedən həyat proseslərinin əsasını təşkil edən maddə. prototip [yun.]\n1. ədəb. Ədəbi surət, habelə qəhrəman obrazı yaratmaq üçün müəllifin orijinal kimi istifadə etdiyi həqiqi şəxs. Babək “Od gəlini”ndəki Elxanın prototipidir.\n2. Sonra gələn bir şəxsin və ya şeyin sələfi olan şəxs, ya şey. provizor [lat. provisor – əvvəlcədən görən] Yüksək ixtisaslı aptek işçisi; əczaçı. provizorluq is. Provizorun işi; əczaçılıq. provokasiya [lat.] Ayrı-ayrı şəxsləri, yaxud qrupları, təşkilatları və ya ölkələri onların özləri üçün təhlükəli olan, bəzən də onların məhvinə səbəb ola bilən bir işə təhrik etmə: fitnəkarlıq, fitnə, araqarışdırma. // Gizli polis agentlərinin inqilabi təşkilatlara soxularaq onları pozmaq və dağıtmaq məqsədilə onların daxilində apardıqları xəyanətkarlıq və fitnəkarlıq işi. provokator [lat.]\n1. Provokasiya vasitəsilə iş görən polis casusu. Çar xəfiyyəsinin provokatoru.\n2. Təhrikçi, fitnəçi, fəsadçı. provokatorluq is. Fitnəçilik, fəsadçılıq, təhrikçilik. proyeksiya [lat. projectio – irəli tullama] riyaz. Hər hansı bir şeyin müstəvi üzərində təsviri. Xəttin proyeksiyası. prozektor [lat. prosector – yaran, parçalayan] Xəstəxananın patoloji anatomiya şöbəsinə rəhbərlik edən həkim. • Prozektor otağı – klinika və xəstəxanada meyit yarılan yer (otaq). prussaklar cəm Keçmiş alman əyaləti Prussiyada doğulmuş və ya yaşamış xalq; şimal-şərq almanları. psixeya is. [yun.] Qədim yunan mifologiyasında insan qəlbinin mücəssəməsi; bir qayda olaraq, kəpənək və ya qız şəklində təcəssümü. psixi sif. [yun. psyche] Ruhi. ‣ Psixi hücum – düşmənin (müqabil tərəfin) psixikasına təsir etmək, onun iradəsini qırmaq, sıralarını pozmaq, qorxutmaq məqsədilə edilən hücum. psixiatr [yun.] Ruhi xəstəliklər həkimi. psixiatrik sif. [yun.] Ruhi xəstəliklərlə əlaqədar olan. Psixiatrik müalicəxana. psixiatriya [yun. psyche və iatreia] Ruhi xəstəliklər və onların müalicə üsullarından bəhs edən elm. psixika [yun.]\n1. Beyinin xarici aləmi əksetdirmə xassəsi.\n2. Psixi xüsusiyyət, xarakter xüsusiyyət, ruhi hal, əhval-ruhiyyə. psixologiya [yun.]\n1. İnsanın psixikasından, psixi fəaliyyətinin proses və qanunauyğunluqlarından bəhs edən elm. Ümumi psixologiya. Patoloji psixologiya. Təcrübi psixologiya. // Bu elmin məzmununu təfsir edən fənn. Psixologiya dərsi. Psixologiya müəllimi. // Bu elmin məzmununu şərh edən kitab. Psixologiyadan dərslik.\n2. Psixi xüsusiyyətlərin məcmusu, ruhi hal; psixika, əhval-ruhiyyə. Şagirdlərin psixologiyası. Kütlənin psixologiyası. Uşağın psixologiyasına təsir etmək. psixoloji sif. [yun.]\n1. Psixologiyaya aid olan, psixologiya ilə bağlı olan. Psixoloji təcrübə.\n2. İnsanın psixoloji fəaliyyəti ilə bağlı olan. Məsələnin psixoloji tərəfi.\n3. Təsvir olunan surətlərin psixologiyasının dərin təsviri əsasında qurulmuş, yaradılmış. Psixoloji drama. Psixoloji roman. psixoloq [yun.]\n1. Psixologiya mütəxəssisi.\n2. İnsan psixologiyasının incəliklərini yaxşı bilən, həssas adam. psixopatiya [yun.] Ruhi fəaliyyətin pozulması; ruhi xəstəlik. psixopatologiya [yun. psycho, pathos və logos]\n1. Ruhi xəstəliklər haqqında ümumi elm; psixiatriya.\n2. Ruhi cəhətdən qeyri-normallıq. psixopatoloji sif. [yun.] Psixopatologiya ilə əlaqədar olan, psixopatologiyaya aid olan. Psixopatoloji tədqiqat. psixopatoloq [yun.] Psixopatologiya mütəxəssisi. psixoterapevt [yun.] Psixoterapiya mütəxəssisi olan həkim. psixoterapevtik sif. [yun.] tib. Psixoterapiyaya, psixoterapevtə aid olan. Psixoterapevtik müalicə üsulları. psixoterapiya [yun.] Xəstəyə psixi təsir (məs.: hipnoz, söhbət) vasitəsilə müalicə üsulu. psixoz [yun.] Ruhi xəstəlik, ümumiyyətlə, insan psixikasında anormallıq, qəribəlik. publisist [lat.] İctimai-siyasi mövzuda əsərlər yazan yazıçı; mühərrir. Böyük realist sənətkar olan N.Nərimanov eyni zamanda ehtiraslı bir publisistdir. M.Arif. publisistik sif. [lat.] Publisistikaya aid olan. Publisistik əsər. Publisistik məqalə. publisistika [lat. publicus – ictimai]\n1. Müasir aktual mövzuda yazılmış ictimaisiyasi əsərlərin daxil olduğu ədəbi janr. Cəlil Məmmədquluzadə dramaturgiya və publisistikada olduğu kimi nəsrdə də hər şeydən əvvəl tənqidi realist bir sənətkardır. M.İbrahimov.\n2. ədəb. Həmin janrda yazılmış əsərlər. Üzeyir Hacıbəyovun publisistikası. puç sif.\n1. İçi xarab olmuş, ləpəsi quruyub yeyilməz hala düşmüş. Puç fındıq (qoz, badam).\n2. məc. Boş, heç, fani, axırı olmayan. Ey Vidadi, sənin bu puç dünyada; Nə dərdin var ki, zar-zar ağlarsan? M.P.Vaqif. Həyatın mənası çalışmaqdadır; Əməksiz bir ömür puçdur, saxtadır. R.Rza. • Puç etmək (eyləmək) – məhv etmək, puça çıxarmaq, heç etmək, heçə çıxarmaq. [Hacı Nuru şair:] Sənin atan usta Rəhman dəllək, ülgüc, bülöv ilə məqul dövlət qazandı, sənsə puç etdin. M.F.Axundzadə. Puç eylədin, övrət, bu gözəl, sadə insanı! M.Ə.Sabir. [Xədicə:] Necə ağlamayım ki, illər ilə bəslədiyim məhəbbəti ruzigar puç etmək istəyir. N.Nərimanov. Puç olmaq – məhv olmaq, puça çıxmaq, heç olmaq. Amma elə ki, [Əmiraslanın] var-yoxunun hamısı eyş-işrətə qoyulub puç oldu, Gülpərini almaq fikrinə düşdü. S.S.Axundov. [Şahmar:] Mənim arzularım, gör necə puç oldu, kül kimi göyə sovruldu! B.Bayramov. Puça çıxarmaq – bax. puç etmək. Düşmənin məftil hasarını dağıtmaq, puça çıxarmaq vəzifəsini Fərhadın vzvoduna tapşırılmışdı. Ə.Vəliyev. Puça çıxmaq – bax. puç olmaq. Bu il çox yerlərdə quraqlıq keçir və əkinlər susuzluqdan yanıb puça çıxır... C.Məmmədquluzadə. Şahpərinin ümidi də puça çıxdı. B.Bayramov. puçal is. Cecə, torta. puçur is.\n1. Tumurcuq. Mən sakitcə dayanıb ağaca baxır, puçurlarına .. diqqət edirdim. Mir Cəlal.\n2. dan. Damcı-damcı axan tər, tər damcıları. Səhər keçir hücuma, puçur tərə batırsan.. M.Rahim. puçur-puçur sif. Damcı-damcı, damladamla. Alnında titrər; Puçur-puçur tər; Nə yazsa azdır; Min sinədəftər. S.Vurğun. • Puçur-puçur tər tökmək – işləməkdən, istidən və ya xəcalətdən tər tökmək. [Səməd:] Adamla üz-üzə duranda [gəlin] puçurpuçur tər tökür. İ.Hüseynov. puçurlama “Puçurlamaq”dan f.is. puçurlamaq f.\n1. Tumurcuqlamaq. Pəncərənin önündə bir ağac puçurladı; Yarpaq açdı aram-aram. N.Rəfibəyli. [Fərəcov:] Bir yaz gəlsin, tənəklər puçurlayıb yamyaşıl yarpaq açsın, gör nə tamaşa olacaq! B.Bayramov.\n2. Damcılar şəklində görünmək, damcıdamcı çıxmaq (tər). Şair gülümsəyir baxıb Sarvana; Sarvanın alnında puçurlayır tər. H.Arif. puçurlanma “Puçurlanmaq”dan f.is. puçurlanmaq 1. bax. puçurlamaq 1-ci mənada. Hava yavaş-yavaş işıqlanırdı, torağaylar uçuşub yeni-yeni puçurlanan (f.sif.) ağacların çılpaq budaqlarına qonurdu. M.Hüseyn.\n2. bax. puçurlamaq 2-ci mənada. Mahmud, alnında puçurlanmış (f.sif.) tər damlalarını silib özünü topladı. Y.Əzimzadə. pud [rus.] Metrik ölçü sistemindən əvvəl işlədilmiş, 16,4 kq-a bərabər ağırlıq ölçüsü. Mirzənin zamanında ucuzluq idi, yaxşı qoyun ətinin girvənkəsi dörd qəpik, çörəyin girvənkəsi iki qəpik, yağın pudu dörd manat idi. Ə.Haqverdiyev. [Yusif Şahmara:] Azarbezardan qorusan, bu xırdaca tənək iki pud üzüm verər. B.Bayramov. pudinq is. [ing.] Un və ya düyü unu, yumurta, süd, kişmiş və ədviyyatlardan hazırlanan milli ingilis yeməyi. pudlinq is. [ing.] Çuqundan dəmir hazırlanmasının köhnə üsulu. pudluq is. köhn.\n1. Bir pud ağırlığında çəki daşı. Pudluğu tərəziyə qoymaq.\n2. Saylardan sonra gələrək şeyin neçə puddan ibarət (neçə pud ağırlığı) olduğunu bildirir. İbiş hər gün on pudluq çəlləyini doldurmasaydı ürəyi dincəlməzdi. S.Vəliyev. [Zeynal:] Kişi beş pudluq cöngə kəsib. Ə.Əbülhəsən. pudra [fr.] Gigiyenik və ya kosmetik məqsədlə işlədilən (üzə sürtülən) nişasta və s. maddələrdən hazırlanmış çox narın, yumşaq, adətən ətirli toz. Üzünə pudra sürtmək. – Pudradan, boyadan xoşlanmaz Xumar; Onun qəlbi qədər sadəliyi var. S.Vurğun. pudraqabı is. Pudra üçün kiçik qutu. pudralama “Pudralamaq”dan f.is. pudralamaq f. Pudra vurmaq, pudra sürtmək. Xanım əvvəlki kimi tualetinə məşğul idi: gözəl geyinmişdi, üzünü pudralayırdı. Çəmənzəminli. Dəllək müştərisinin üzünü pudralayıb sildi. M.Hüseyn. pudralanma “Pudralanmaq”dan f.is. pudralanmaq qayıd. Üzünə pudra sürtmək. [Tələbə:] Pudralanıb bayıra çıxdım. Qantəmir. Cənnət xanım güzgü qabağında dayanıb pudralanırdı. Mir Cəlal. pudralı sif. Üzünə pudra sürtmüş; pudralanmış. Mənim nazlı yarımın pudralı camalı var; Boyalıdır saçları, iki yapma xalı var. H.Cavid. puf is. zool. Yumurtadan təzəcə çıxmış cücü. Məktəblilər cərgələr arasını gəzərkən hər bir yarpağı qaldırıb baxır, yumurtaları və pufları balaca qutulara, bankalara yığırdılar. Ə.Vəliyev. pul is.\n1. Alğı-satqı vaxtı qiymət ölçüsü kimi işlədilən metal və ya kağız parçası; bank bileti; ağca. Kağız pul. Xırda pul. – Yusif əmi hazır elədiyi pulu verib dedi ki, dəxi bundan savayı pulumuz yoxdur. C.Məmmədquluzadə. • Pul çıxarmaq – pul əldə etmək, gəlir götürmək. Hər şeydən pul çıxarmaq. Pul dartmaq (qoparmaq) – birisindən hər hansı bir yolla pul almaq və ya pul çəkməyə çalışmaq. Pul eləmək – satıb pula çevirmək, əvəzində pul almaq. İbrahim atın çıxartdı bazara, satdı, pul elədi. (Nağıl). Pul kəsmək – metal pul zərb etmək, kağız pul kəsmək. Pul qoymaq – hər hansı bir məqsədlə çoxlu pul xərcləmək. [Pəri:] Gərək lazım gələcək qədər pul qoyub [Gülnisəni] xilas edəm. C.Cabbarlı. Pul tökmək – çoxlu pul xərcləmək, pul qoymaq. ..Qızının sağalması üçün pul tökməyə, hətta var-yoxundan çıxmağa hazır idi. Ə.Abasov. Pul yemək – özünə tapşırılmış pulu mənimsəmək. Biri nəvvadeyi-dəllək Səfər, adı Sultan; Pul yeməkdən ötəri taki olubdur deptat. S.Ə.Şirvani. [Məşədi İbad:] Bəs bu nə kələkdir ki, Rüstəm bəy .. mənim başıma gətirir, özü də hələ mənim beş min manat pulumu yeyibdir. Ü.Hacıbəyov. Pulunu cibinə qoymaq məc. – sataraq pul hasil etmək, nağd pula çevirmək. ..Biz Allaha deyirik ki, biz sənə ibadət elədik, sən də bizə yağış göndər ki, pambıqlarımızı suvaraq və pambığı sataq, pulunu qoyaq cibimizə. C.Məmmədquluzadə.\n2. Kapital, dövlət, sərvət. Xudayar bəyin qəsdi Zeynəbin və səğirlərin var-yoxuna, puluna və mülkünə sahib olub Zeynəbi çölə ötürmək idi. C.Məmmədquluzadə. [Mərcan bəy:] Pulun ola, malın ola, amma arvad sənə göz verə, işıq verməyə? Ü.Hacıbəyov.\n3. Bəzən balıqların üzərindəki sədəf kimi parlaq pərəklər, pulcuqlar; ağca. Balığın pulunu təmizləmək. ‣ Pula dönmək – qıpqırmızı olmaq, bərk qızarmaq. Pultək (kimi) qızarmaq (olmaq) – xəcalətdən, utanmaqdan üzü bərk qızarmaq, qıpqırmızı olmaq. Xəcalətindən pul kimi oldu. – Kargüzar qız pul kimi qızarıb istər-istəməz yazmağa başladı. S.Rəhimov. Utandığındanmı, xəcalət çəkdiyindənmi başını yuxarı qaldıra bilmirdi. Sifəti pul kimi qızarmışdı. Ə.Vəliyev. pulcuq bax. pul 3-cü mənada. Balıqların əksəriyyətində bədənin üzəri pulcuqlarla örtülü olur. Y.Əbdürrəhmanov. pulcuqlu bax. pullu 3-cü mənada. Gümüş pulcuqlu balıq. pulemyot [rus. pulem¸t] Güllə atan avtomatik silah. Dəzgahlı pulemyot. Əl pulemyotu. – [Qəhrəman:] Mən burada dörd nəfər yoldaşım və bir pulemyot ilə həm körpünü, həm də meydanı yaxşıca atəşə tuta bilərdim. H.Nəzərli. Pulemyotların qaqqıltısı meşədəki uğultunu susdurmuşdu. Ə.Vəliyev. pulemyotçu is. Pulemyotdan atəş açan əsgər. Cavad atəş yağmuru altında irəlilədikdə sağ cinahı qoruyan pulemyotçu əsgəri yaraladılar. Ə.Vəliyev. pulgir bax. pulpərəst. pulgirlik bax. pulpərəstlik. pullanma “Pullanmaq”dan f.is. pullanmaq f. Çoxlu pul qazanmaq; varlanmaq, dövlətlənmək. [Hacı Nuru şair:] İndi istəyirsən ki, bir yalançı kimyagərin dövlətindən birdən pullanasan. M.F.Axundzadə. pullu sif.\n1. Varlı, dövlətli, zəngin. Pullu adam. – [Molla Salman:] Əyərçi nəqd pulunuz yoxdur, amma mən pullu Hacı Rəhim ilə dostam.. M.F.Axundzadə. [Həmzə:] [Siratın] birinci düşməni pullu qohumlarıdır. Ə.Əbülhəsən. // İs. mənasında. Şeyxə, bəyə, pulluya sarmaşmayın; Qışdı deyib, bunca qırıldaşmayın. Ə.Nəzmi.\n2. Əvəzində pul verilən (alınan), pulla olan. Pullu məktəb. Pullu tamaşa.\n3. Üzərində pul (3-cü mənada) olan, pulla örtülü; pulcuqlu, ağcalı. Pullu balıq. pul-mul (=pul-para=pul-pənə) top. dan. Az miqdarda pul. [Hümmətəliyə] oğlu Səməd də arabir puldan-paradan yollayırdı. M.Hüseyn. [Kərbəlayı Pirverdi:] Alimin buyurduğuna görə biz gərək sənə puldanpənədən yığıb verək. Qantəmir. pul-para (=pul-mul=pul-pənə) top. dan. Az miqdarda pul. [Hümmətəliyə] oğlu Səməd də arabir puldan-paradan yollayırdı. M.Hüseyn. [Kərbəlayı Pirverdi:] Alimin buyurduğuna görə biz gərək sənə puldanpənədən yığıb verək. Qantəmir. pul-pənə (=pul-mul=pul-para) top. dan. Az miqdarda pul. [Hümmətəliyə] oğlu Səməd də arabir puldan-paradan yollayırdı. M.Hüseyn. [Kərbəlayı Pirverdi:] Alimin buyurduğuna görə biz gərək sənə puldanpənədən yığıb verək. Qantəmir. pulover is. [ing.] Yaxalıqsız və düyməsiz toxunma köynək. pulpərəst sif. və is. [fars.] Pulu həddindən artıq sevən, pulgir, pul düşkünü. Pulpərəst adam. – Pirverdi ağır təbiətli, çalışqan olmaqla bərabər, son dərəcə pulpərəst və xəsis bir adam idi. A.Şaiq. pulpərəstlik is. Həddindən artıq pula aludəlik, pul düşkünlüyü. pul-pul zərf Xırda pul kimi. • Pul-pul olmaq – 1) xırda-xırda doğranmaq, tikə-tikə olmaq, parçalanmaq; sınmaq. Kərpic yarı yoldan yerə düşüb pul-pul oldu. S.Rəhimov. Avtomobilin şüşələri pul-pul olub yerə töküldü. P.Makulu; 2) qızarmaq (istidən, xəcalətdən, hirsdən və s.-dən). Üzü pul-pul olub. pulsuz sif.\n1. Əvəzində pul almadan; havayı, məccani. Pulsuz tamaşa. Pulsuz yemək. // Zərf mənasında. Pulsuz işləmək. Pulsuz oxumaq.\n2. Pulu olmayan; kasıb, yoxsul. Pulsuz adam. – Pulsuz kişi, insanlığı asanmı sanırsan?! M.Ə.Sabir. pulsuzlama “Pulsuzlamaq”dan f.is. pulsuzlamaq f. Pulu qurtarmaq, pulu olmamaq, kasıblaşmaq, yoxsullaşmaq. Hələ cavan vaxtlarında Molla Nəsrəddin yaman pulsuzlayır.. “M.N.lətif.” pulsuzluq is. Kasıblıq, yoxsulluq; pulu olmayan adamın halı. [Məşədi İbad:] Pul elə şeydir ki, qocanı eylər cavan və pulsuzluq da cavanı qoca eylər. Ü.Hacıbəyov. pulsuz-parasız sif. dan. Pulsuz. Pulsuz-parasız adam. // Zərf mənasında. Havayı, məccani, pulsuz. Çox adamın inanmağı gəlmirdi ki, lütün birinə pulsuz-parasız torpaq verələr. Mir Cəlal. pult [alm.]\n1. Uca ayaqlar üstə duran maili çərçivə şəklində not altlığı. Dirijor pultu.\n2. tex. Bir şeyi uzaqdan avtomatik idarə etmək üçün üstündə cihazlar qurulmuş, xüsusi stol, stend və s. şəklində qurğu. Ekskavatorun idarə pultu. pulverizator [fr.] Mayeni hava təzyiqi ilə toz halına salıb səpələmək üçün cihaz. punktir [lat. punctum – nöqtə] Nöqtə və ya kiçik cızıqlardan ibarət qırıq xətt. Punktir çəkmək. punktirləmə “Punktirləmək”dən f.is. punktirləmək f. Punktir çəkmək, punktirlə işarə etmək. punş [ing. punch] Şərabla su, qənd, limon və ya başqa meyvə şirəsindən hazırlanan, isti və ya soyuq içilən tünd içki. purgen is. tib. İşlətmə dərmanlar qrupundan dərman preparatı. purist [lat.] Purizm tərəfdarı. purizm [lat. purus – təmiz] Dili xarici sözlərdən təmizləmə cəhdi, ümumiyyətlə, dili yeni sözlərdən – neologizmlərdən, təhriflərdən və s.-dən təmizləmə cəhdində ifrata varma. pusqu is.\n1. Bir yerdə gizlənib adamı və ya ovu pusma, güdmə, gözləmə; marıq. Aslan həmişə pusquda idi ki, görək nə vaxt buna bir dilənçi rast olacaq. İ.Musabəyov. • Pusquda durmaq (dayanmaq) – gizlənib adamı və ya ovu güdmək; pusmaq, gözləmək; marığa durmaq. Kəngərli Həsrətlə Qüdrətin pusquda dayandığını zənn edib, geri qayıtmaq istədikdə Qaçay dilləndi.. Ə.Vəliyev. [Yaşarın] atası bir kərə tülkünü vurmaq üçün pusquda durmuşdu. M.Rzaquluzadə. Pusquya yatmaq – bax. pusquda durmaq (dayanmaq). [Əmiraslan ağa:] Qayadibi kəndinin arxasında pusquya yatarsan. S.S.Axundov.\n2. Adamı və ya ovu güdmək, gözləmək, pusmaq üçün gizlənilən yer, marıq yeri, pusqu yeri. Elə ki, Əhməd tacirbaşının karvanı gəlib çatdı, dəlilər pusqudan çıxıb kəsdilər başlarının üstünü. “Koroğlu”. Məşədi Əsgər öz pusqusundan çıxıb yenə çamadanın yanına gəldi. S.M.Qənizadə. pusquçu is. Pusquda duran, güdən, gözləyən, pusan adam. [Şölə xanım:] Özün bilmirsən ki, Ziba xanım yüz yerdə pusquçu qoyubdur ki, bu səbəblə səni ölümə verib bizi bədnam etsin. M.F.Axundzadə. pusma “Pusmaq”dan f.is. pusmaq f. Gizlincə üzərində göz olmaq, gözdən qoymamaq; güdmək. [Mərcan bəy:] Dur gedək o biri otağa, burada bizi pusarlar. Ü.Hacıbəyov. Uzaqdan bir kölgə onları [Səlim və Mehribanı] pusur, gizlicə təqib edirdi. S.Hüseyn. pusulma “Pusulmaq”dan f.is. pusulmaq məch. Gizlincə üzərində göz qoyulmaq; güdülmək. putyovka [rus.]\n1. Bir yerə (məs.: sanatoriyaya, istirahət evinə, kursa və s.) göndərilən adama verilən rəsmi vəsiqə; yol vərəqəsi. [Gənclərin] içlərində .. putyovka ilə gəlmiş texnikum və ali məktəb tələbələri də çoxdur. M.İbrahimov. [Cavadov] kassanı açıb, putyovkaları [Sərdarlıya] uzatdı. Q.İlkin.\n2. xüs. Sürücüyə, şoferə və b. verilən və nəqliyyatın marşrutu və görəcəyi işi göstərilən vərəqə. Sürücünün putyovkasını yoxlamaq. püf təql. İstidən, yorğunluqdan, ürək sıxıntısından bezmiş adamın dodaqlarını aralayaraq ağzından havanı buraxarkən çıxardığı səs. [Mərcan bəy:] Vallah, arvadın vəhmi məni basıbdır. Püf! Nə istidir! Ü.Hacıbəyov. püfə uş. Xörək, yemək, bişmiş. püfkürmə “Püfkürmək”dən f.is. püfkürmək bax. püfləmək. Papiros tüstüsünü püfkürərək ağzından; O dalıb fikrə, baxır qurğuya heyran-heyran. S.Rüstəm. püfləmə “Püfləmək”dən f.is. püfləmək f. Ağıza doldurulmuş havanı birdən buraxmaq, püf etmək; püfürmək. [Əhməd] arxalığının cibindən tənbəki kisəsini çıxartdı, çubuğunu əvvəl püfləyib sonra doldurdu. Çəmənzəminli. Lətifədən səs çıxmadığını görən katibə trubkanı püfləməyə başladı. M.Hüseyn. ‣ Püfləyə-püfləyə saxlamaq – bir şeyi çox ehtiyatla qoruyub saxlamaq. Suyu püfləyəpüfləyə içmək – çox ehtiyatlı hərəkət etmək. püfürmə “Püfürmək”dən f.is. püfürmək bax. püfləmək. Şamama suyu ağzına alıb Hafizənin üstünə püfürür. Ə.Haqverdiyev. püxtə sif. [fars.] Təcrübəsi olan; bişkin, bişmiş, yetkin, təcrübəli. Təcrübəli və püxtə yazıçı. • Püxtə olmaq – usta olmaq, yetkin olmaq, təcrübəli olmaq. [Qəmər:] Sən hələ xamsan, püxtə olmağa çox səfər gərək. S.S.Axundov. Sərhəng, işin içindən çıxmaq üçün yalana müraciət etdi və belə işlərdə püxtə olduğuna görə səsinə inam və qüdrət verdi.. M.İbrahimov. püxtələnmə “Püxtələnmək”dən f.is. püxtələnmək bax. püxtələşmək. püxtələşmə “Püxtələşmək”dən f.is. püxtələşmək f. Bir işdə təcrübə qazanmaq, təcrübələnmək, ustalaşmaq, bərkdən-boşdan çıxmaq, püxtələnmək, yetkinləşmək, bərkimək. Bütün ölkəni sel kimi bürüyən partizan dəstələri də bu dağlarda püxtələşmişdi. S.Vəliyev. püxtəlik is. Təcrübəlilik, bişkinlik, yetkinlik; bir işdə püxtə olma. Yaradıcılıq bitkinlik və püxtəlik tələb edir. S.Rəhimov. pünhan sif. və zərf [fars.] Heç kəsin bilmədiyi; gizli, xəlvət. Nə sözüm, söhbətim, nə həmdəmim var; Dərdim ürəyimdə pünhan, ağlaram. S.Vurğun. • Pünhan olmaq – 1) gizli olmaq, xəlvət olmaq, başqasına bildirilməmək, gizlədilmək. [Kəndli Balasultana:] Sultan ağa, səndən savayı bizim sahibimiz yoxdur və heç bir sirrimiz yoxdur ki, səndən pünhan olsun. C.Məmmədquluzadə; 2) gizlənmək. Naçar qalıb susdu daim ol zaman; Buludların altında oldu pünhan. A.Səhhət. pünhani sif. və zərf [fars.] Gizli(cə), xəlvəti. [C.Cabbarlı] tamaşa zamanı isə qaranlıq, pünhani bir küncdə ayaq üstdə dayanır, səhnəni və tamaşaçıları öz dərin müşahidələrindən keçirirdi. S.Rəhimov. püre [fr.] Əzilmiş göyərtidən, tərəvəzdən və meyvədən bişirilən xörək və ya xörək üstünə tökülən sous. Kartof püresi. Pomidor püresi. Alma püresi hazırlamaq. pürfənd sif. və zərf [fars. pür və ər. fənn] klas. Fəndgir, usta, mahir. • Pürfənd olmaq klas. – usta olmaq, ustalaşmaq, mahirləşmək, bicləşmək. pürhəvəs sif. [fars. pür və ər. həvəs] klas. Çox həvəsi olan; həvəsli. Pürhəvəs, şerə mübtəla bir qız; Nurə aşiq, sevimli bir yıldız. H.Cavid. püribarə sif. [fars. pür və ər. ibarə] kit. Təmtəraqlı, obrazlı, ibarələrlə dolu (söz, nitq haqqında). pürkamal sif. [fars. pür və ər. kamal] klas. Kamallı, ağıllı. pürqiymət [fars. pür və ər. qiymət] klas. Qiymətli. Tacir də bir xeyli pürqiymət parçanı bir xonçaya qoyub, padşahın hüzuruna aparır. (Nağıl). pürməlal sif. [fars. pür və ər. məlal] klas. Məlallı, məlalla dolu, çox kədərli. • Pürməlal eləmək (etmək) klas. – çox kədərləndirmək, məyus etmək. pürməna sif. [fars. pür və ər. məna] klas. Mənalı, çox mənalı, məna ilə dolu; dərin. [Cənnətəli:] Təbim mövzundur, yazılarım da pürməna. Çəmənzəminli. Yolda [Səməd] Əhmədi haradan tanıdığını sordu və Məşədi Məmməd pürməna təbəssümlə söylədi. B.Talıblı. pürrəng sif. [fars.] Yaxşı dəm almış; tünd (çay haqqında). Xan xadiməyə qışqırdı: – Mirzənin çayını pürrəng edin! S.Rəhimov. Həsrət [Yusif] üçün papiros bükdü, bir stəkan pürrəng çay da gətirtdi. B.Bayramov. pürvüqar [fars. pür və ər. vüqar] klas. Vüqarla dolu; vüqarlı. püskürmə “Püskürmək”dən f.is. püskürmək f.\n1. Öz içərisindən şiddətlə bir şey sovurub atmaq. Vulkan püskürür. Pilpilə püskürür.\n2. məc. Saçmaq, buraxmaq. [Knyaz:] Kin püskürən azğınlara yalnız; Dəhşətli ölüm vardır amansız!.. H.Cavid. Kürəyə od püskürən krana yaxınlaşmaq çətin idi. Mir Cəlal. püskürtmə “Püskürtmək”dən f.is. püskürtmək icb. Geri oturtmaq, geri atmaq, geriyə çəkilməyə məcbur etmək. Düşməni mövqelərindən püskürtmək. püskürtü is. Püskürmə işi; püskürmə. Vulkan püskürtüsü. // Püskürmə halında olan vulkanın ağzından çıxan kütlə; lava. püstə is. [fars.]\n1. bot. Qışda yarpağı tökülən, quraqlığa davamlı, qabıqlı meyvə gətirən subtropik ağac. Bağçanın ortasında tək bir püstə ağacı vardı. M.Hüseyn. Ovalıqların bəzi yerlərində kiçik püstə meşəlikləri tərkib etibarilə olduqca müxtəlifdir. M.Qaşqay.\n2. Həmin ağacın bərk və şəffaf qabıqlı ləpəsi olan yaşılımtıl meyvəsi. Püstə ləpəsi. – Üst qabıqdan ayrılan şirmayı kimi zərif ağ qabıqlı püstələr yerə düşüb diyirləndi. M.Rzaquluzadə. // məc. Adətən şeirdə gözəlin ağzı, dodaqları püstəyə oxşadılır. Ey yanağı lalə, ləbləri püstə; Ağzı nabat, şəkkərzəban, bəri bax! M.P.Vaqif. Mən demədim sənə: “Ay ağzı püstə! Havadır oylağın, yerdir vətənin”. S.Vurğun. püstəqarın sif. Azyeyən, azacıq yeməklə doyan. Püstəqarın adam. püstəlik is. Püstə ağacları əkilmiş yer. Püstəliyi becərmək. püstəyi sif. Püstə rəngdə olan; açıqyaşıl. Püstəyi parça. – [Kəblə Heybətin] ayağında püstəyi rəngdə sarı başmaq var idi. H.Sarabski. [Əsəd] .. püstəyi rəngli köynək geyib qırmızı zolaqlı qalstuk bağlamışdı. Ə.Sadıq. püşk is. Bir mübahisəni həll etmək, yaxud bir şeyə haqqı olduğunu və ya bir şeyin üsul və qaydasını müəyyən etmək üçün eyni cür nişanlar arasından bəxtəbəxt götürülən şərti nişan, şey. Püşk atdılar, püşk düşdü kiçik qardaşa. (Nağıl). püştə is. [fars.] köhn. Kiçik təpəcik; torpaq və ya qum topası, yığımı. püşti is. [fars.] köhn. Oturub söykənmək üçün divara dayadılan döşək. [Səkinə xanım:] Gülsəba, yerə bir döşək sal, dalısına bir püşti qoy. M.F.Axundzadə. Tut ağacının altında zərif Kaşan xalçaları salınmış, məxmər döşəkçələr, ipək püştilər, mütəkkələr düzülmüşdü. Çəmənzəminli. pyedestal [fr.] Üzərinə heykəl, sütun və s. dikəldilən bədii tərtibatlı özül; altlıq, postament. Qranit pyedestalın üzərində böyük şairin 5 metr hündürlüyündə tunc fiqurası qoyulmuşdur. pyes [fr.]\n1. Səhnədə göstərilmək üçün yazılmış dram əsəri. M.F.Axundzadənin pyesləri. Pyesi tamaşaya qoymaq. – 1922-ci ildən başlayaraq “Aydın” və “Oqtay Eloğlu” pyesləri Azərbaycan səhnəsində tamaşaya qoyulur. M.Arif.\n2. Kiçik musiqi əsəri. Musiqidə pyes adətən kiçik formalı instrumental musiqi əsərlərinə deyilir. Ə.Bədəlbəyli. Rr r azərbaycan əlifbasının iyirmi dördüncü hərfi. bax. er. rabitə is. [ər.]\n1. Bağlılıq, münasibət. Nəzəriyyə ilə təcrübə arasında rabitə. İşi ilə sözü arasında rabitə yoxdur. – Aldığım məktubla “sizi tanıyıram” sözü arasında sıxı bir rabitə vardı. S.Hüseyn. // Əlaqə, münasibət, irtibat. Rabitə xidməti. Canlı rabitə. Telefon rabitəsi. – [Müəllim:] Əlbəttə, həmişə kəndlə şəhərin arasında rabitə vacibdir. Ə.Haqverdiyev.\n2. Texniki vasitələrin köməyi ilə müəyyən məsafədə əlaqə saxlayan idarələr sistemi (poçt, teleqraf, telefon, radio). Rabitə işləri. Rabitə şöbəsi. Rabitə işçiləri. // Hərbi hissələr arasında müxtəlif vasitələrlə həyata keçirilən əlaqə xidməti; irtibat. Rabitə rotası. – Rabitə batalyonu və 3-cü briqadanın qərargahının komendant hissəsi isə şəhərin müsəlmanlar yaşayan şimal-qərb səmtində yerləşdirilmişdi. İ.Şıxlı. rabitəçi 1. is. Rabitə (2-ci mənada) işçisi. Rabitəçilərin yarışı. // Orduda: rabitə hissəsində xidmət edən şəxs. Rabitəçilərin təlimi. Rabitəçilərin igidliyi.\n2. Sif. mənasında. Orduda: başqa hərbi hissələrlə və ya adamlarla əlaqə yaradan, həmin əlaqəni həyata keçirən. Rabitəçi təyyarə. Rabitəçi əsgər. – [Kəyan] rabitəçisini (is.) Qulamın dalınca göndərmişdi. Ə.Əbülhəsən. “Rabitələndirmək”dən f.is. rabitələndirmək f. Əlaqə yaratmaq, rabitə düzəltmək; əlaqələndirmək, birbirinə bağlamaq. Müəllim sualların cavabı üzərində şagirdləri işlədir və ayrı-ayrı cavabları bir-birilə rabitələndirib yığcam və ardıcıl bir yazı mətni düzəldib. (Qəzetlərdən). rabitəli sif. və zərf Yaxşı ifadə edilən, məntiqi və qrammatik cəhətdən düzgün qurulmuş; tərtibli, müntəzəm. Rabitəli danışıq. Rabitəli danışmaq. rabitəlilik is. Məntiq və qrammatik cəhətdən müntəzəmlik, düzgünlük, tərtiblilik. rabitəsiz sif. Bir-biri ilə rabitəsi, əlaqəsi, münasibəti olmayan. [Nuriyyə:] Biz qırıq-qırıq, rabitəsiz sözlər danışa-danışa şəhərdən çıxmışdıq. İ.Əfəndiyev. rabitəsizlik is. Rabitənin, əlaqənin, münasibətin olmadığı hal; əlaqəsizlik. raca is. [sanskr.] Qədim Hindistanda rəhbərlik və hakimlik rütbəsi. rad is. [ing.] Udulan şüalanma dozasının sistemdənkənar vahidi. rada [ukr.] Ukraynada ali qanunvericilik orqanı. radar [ing.] bax. radiolokator. Radiolokasiyada işlədilən qurğulara radiolokator deyilir. Bəzi yerlərdə bunları müxtəsər olaraq radar adlandırırlar. “Radiolokasiya”. raddə is. [ər.] Vaxt bildirən rəqəmlərdən sonra gələrək həmin rəqəmin təxmini olduğunu göstərir (adətən “radələri” və “radələrində” şəklində işlədilir). Saat beş radələri idi. – Axşam saat on radələrindən xoruz səslənənədək içəridən həvəngdəstənin səsi gəldi. Ə.Haqverdiyev. Saat iki radələrində Mehman yan otağa keçib soyundu. S.Rəhimov. radə is. [ər.] Vaxt bildirən rəqəmlərdən sonra gələrək həmin rəqəmin təxmini olduğunu göstərir (adətən “radələri” və “radələrində” şəklində işlədilir). Saat beş radələri idi. – Axşam saat on radələrindən xoruz səslənənədək içəridən həvəngdəstənin səsi gəldi. Ə.Haqverdiyev. Saat iki radələrində Mehman yan otağa keçib soyundu. S.Rəhimov. radial [lat.] Radius istiqamətində yerləşən. Radial simmetriya. radiasiya [lat.]\n1. Hər hansı bir cismin elektromaqnit dalğaları şüalandırması; cismin buraxdığı elektromaqnit şüa enerjisi. Günəş radiasiyası.\n2. Bir şeyin mərkəzdən ətrafa şüa şəklində yayılması. radiator [lat. radiare – şüa buraxmaq]\n1. Motorda suyu soyudan cihaz. Təyyarənin radiatoru. Avtomaşının radiatoru.\n2. İçərisində isti su və ya buxar hərəkət edən borular sistemindən ibarət qızdırıcı cihaz. Su radiatoru. Buxar radiatoru. radikal I. [lat. radicalis – kök]\n1. riyaz. Kökalma əməliyyatını, eləcə də kökalmanın nəticəsini göstərən işarə ( ).\n2. kim. Bir kimyəvi birləşmədən başqa kimyəvi birləşməyə dəyişməz keçən molekulda sabit atomlar qrupu.\n\nII. [lat.]\n1. Radikallar partiyasının (sol siyasi partiyalardan birinin) üzvü, yaxud onun tərəfdarı olan şəxs (bu partiyaların proqramında dövlət çərçivəsində və onun mənafeyinə uyğun olaraq demokratik islahat irəli sürülür).\n2. İfrat siyasi görüşlər, qəti hərəkət və tədbirlər tərəfdarı.\n\nIII. sif. [lat.] Köklü, əsaslı, qəti, çox təsirli. Radikal tədbirlər. Radikal dəyişikliklər. radikalizm [lat.]\n1. Dövlətin mənafeyi çərçivəsində demokratik islahat həyata keçirməyi tələb edən siyasi cərəyan; radikalların (bax. radikal2 1-ci mənada) dünyagörüşü, onların həyata keçirdikləri siyasət.\n2. Nəzəri və təcrübi məsələlərin (xüsusən siyasi məsələlərin) həllində əsaslı qəti üsulların tətbiqi və bu üsulların müdafiə edilməsi. radikulit [lat. radicula – rişə] tib. Haram iliyi (onurğa beyni) kökcüklərinin iltihabı. radio [lat. radio – şüalandırıram]\n1. Elektrik enerjisinin rabitə, radioverilişi, televiziya, radioteleqrafiya, radiolokasiya və s. məqsədlə məftilsiz olaraq elektromaqnit dalğaları şəklində uzaq və yaxın məsafələrə verilməsi və qəbulu.\n2. Bu dalğalar vasitəsilə verilən siqnallar, səslər, radio və televiziya verilişi proqramları və s. Radioya qulaq asmaq.\n3. Radioqram. Moskvadan indicə radio alınmışdır. Paroxoddan hava haqqında radio alındı.\n4. dan. Radiostudiya. Radioda işləmək.\n5. dan. Radioqəbuledici, reproduktor. Yeni markalı radio. radio... [lat. radiare – şüalanmaq, şüa buraxmaq, radius – şüa] Mürəkkəb sözlərin birinci hissəsi olub aşağıdakı mənalarda işlənir: 1) radioya aid olan, radio ilə bağlı olan; məs.: radioklub, radioteleqram; 2) radiuma, radioaktivliyə, radiasiyaya aid olan; məs.: radioelement, radioizotoplar və s. radioaktiv sif. [lat. radiare – şüalanmaq və activus – fəal] Radioaktivliyə aid olan, radioaktivlik xassəsinə malik olan. Radioaktiv maddələr. Radioaktiv izotoplar. radioaktivlik is. Atom nüvələrinin nüvə hissəcikləri və ya qamma-kvantlar buraxaraq özbaşına və ya süni surətdə parçalanması (bu proses nəticəsində ilkin nüvələrdən fərqli olan yeni atom nüvələri əmələ gəlir). Uranın radioaktivliyi. radiobiologiya [lat. radiare, yun. bios və logos] Radioaktiv şüalanmanın orqanizmə təsirini öyrənən elm sahəsi. radioelektronika [lat. radiare və elektron] Elmin, radiotexnika və elektrotexnika əsasında inkişaf etmiş müxtəlif sahələrinin kompleksinin adı. radiokimya [lat. radiare və ər. əlkimya] Kimyanın, radioaktiv maddələrin fiziki-kimyəvi və kimyəvi xassələrini öyrənən sahəsi. radioqəbuledici is. Radiodalğaların enerjisini tutmaq, onu başqa şəklə salmaq və istifadə etmək üçün aparat, cihaz. radioqram [lat. radiare və gramma] Radioteleqraf vasitəsilə verilən məlumat. radiola [lat. radiare] Qrammofon vallarını çaldırmaq üçün qurğusu olan radio cihazı. Radiolanı işə salmaq. Yeni markalı radiola. “Radiolaşdırılmaq”dan f.is. radiolaşdırılmaq “Radiolaşdırmaq”dan məch. radiolaşdırma “Radiolaşdırmaq”dan f.is. radiolaşdırmaq f. Radioverilişi vasitələri, radio şəbəkələri, radioqəbuledicilər ilə təchiz etmək. radiolaşma “Radiolaşmaq”dan f.is. radiolaşmaq f. Radioverilişi ilə təchiz olunmaq. radiologiya [lat. radiare və yun. logos] Radium və b. radioaktiv maddələrin təsiri və tətbiqi haqqında elm. radiolokasiya [lat. radiare və locatio] Havada, su və yer üzərində olan obyektləri tapmaq və onların yerini həmin obyektlərin buraxdığı şüaların istiqamətinə görə müəyyənləşdirmək üsulu. radiolokator [lat.] Fəzada obyektlərin əks etdirdikləri radiodalğalar vasitəsilə onları tapmaq və olduqları yeri müəyyənləşdirmək üçün cihaz və qurğular sistemi. radioloq [yun.]\n1. Radiologiya mütəxəssisi.\n2. Radioaktiv izotoplarla müalicə üsullarından istifadə edən həkim. radiomayak [lat. radiare və rus. maək] Siqnallar vasitəsilə gəmi və təyyarələrin olduqları yeri onlara bildirən xüsusi verici radiostansiyası. radioreportaj [lat. radiare və fr. reportage] İşin gedişi, vəziyyəti və s. haqqında hadisə yerindən (stadiondan, müəssisədən və s.-dən) radio ilə birbaşa veriliş. radiostansiya [lat. radiare və stantio]\n1. Radiosiqnalları verən və qəbul edən müəssisə.\n2. Radiodalğalarını şüalandırmaq, habelə qəbul etmək üçün istifadə edilən texniki qurğu və aparatlar. Təyyarənin radiostansiyası. Səyyar radiostansiya. radiostudiya [lat. radiare və ital. studio] Radioverilişləri aparmaq üçün xüsusi təchiz olunmuş bina, otaq, yer. radiotexnik [lat. radiare və yun. technike] Radiotexnika mütəxəssisi. radiotexnika [lat. radiare və yun. technike] Yüksəkgərginlikli elektromaqnit rəqslərindən və onların rabitə, veriliş, naviqasiya, astronomiya və s.-də əməli tətbiqindən bəhs edən elm. radiotelefon [lat. radiare, yun. tele və phone] Radio ilə telefon rabitəsi saxlamaq üçün qəbuledici və verici aparatların məcmusu. radioteleqraf [lat. radiare, yun. tele və grapho]\n1. Radio ilə teleqraf rabitəsi saxlamaq üçün qəbuledici və verici aparatların məcmusu.\n2. Belə verilişləri aparan idarə, stansiya. radioteleqram [lat. radiare, yun. tele və gramma] bax. radioqram. radiotranslyasiya [lat. radiare və translatio] Radio proqramlarının məftilli rabitə xətti vasitəsilə verilməsi. radioverici is. xüs. Radio vasitəsilə rabitə, radiolokasiya və s. məqsədlə radiodalğaları vermək üçün qurğu, aparat. radioverilişi is.\n1. Radio dalğaları vasitəsilə danışıq, musiqi, şəkil və s.-nin məsafələrə verilməsi. Morze sistemi ilə radioverilişi. Radioverilişinin təkmilləşdirilməsi.\n2. Radio vasitəsilə xüsusi proqramla dinləyicilərə verilən musiqi, şəkil, danışıq və s. radiozond [lat. radiare və fr. sonde] Müxtəlif yüksəkliklərdə havanın təzyiqini, temperaturunu və rütubətini ölçmək üçün kiçik hava şarı vasitəsilə atmosferə qaldırılan və nəticəni avtomatik surətdə radio ilə yerə verən meteoroloji cihaz. radist [lat. radiare] Radiotexnika ilə məşğul olan şəxs, radioverilişləri mütəxəssisi. Qonaqlığın ən şirin yerində radist, Xəlilovdan radioqram gətirdi. M.Hüseyn. radium [lat. radiare] Gümüşü-ağ metal şəklində radioaktiv kimyəvi element. radius [lat. radius, hərfi mənası – təkər mili, şüa]\n1. riyaz. Şarın çevrəsinin və ya səthinin hər hansı nöqtəsini mərkəzi ilə birləşdirən düz xətt. // Bu xəttin uzunluğu.\n2. məc. Bir şeyin əhatə dairəsi, fəaliyyət sahəsi, yayılma dairəsi. Mərminin uçuş radiusu. radon [lat. rad(iare) və yun. ag(on)] kim. Radiumun parçalanması nəticəsində hasil olan radioaktiv kimyəvi element – qaz. rah is. [fars.] klas. Yol. Bu rahdan etmək olmaz ikrah; Xoş rahdurur sənə gedən rah. Füzuli. rahat sif. və zərf [ər.]\n1. Əziyyətsiz, əziyyət verməyən, narahat etməyən. Yarım saata qədər yenə rahat uçuruq. M.İbrahimov. Maşın təzə olduğundan çox rahat idi. Ə.Vəliyev. • Rahat durmaq – nadinclik etməmək, sakit durmaq, əl-qol açmamaq. Azanda div çöldə qalan çocuqları boğazlar; Tanrı bilməz, rahat durmaz insanları yeyərmiş... A.İldırım. Rahat etmək – bax. rahatlamaq. Qərib üçün xacə yer salıb, otaqların birində onu rahat etdi. “Aşıq Qərib”. [Nurəddini] .. gecə qulluqçu rahat edəndə anası yadına düşüb, təzədən ağlamağa başladı. S.S.Axundov. Rahat qoymamaq – incitmək, əziyyət vermək, narahat etmək, dinc qoymamaq, sakit qoymamaq. Ən gözəl bir nəğməni; Durub dinləyəndə mən; Yadıma düşürsən sən; Rahat qoymursan məni! Ə.Cavad. Rahat olmaq – bax. rahatlanmaq. [Yavər Mədinəyə:] Hə, indi rahat oldunmu, mənim əzizim? – deyib soruşdu. M.İbrahimov. Cavad gülümsündü, Aslanı göstərərək dedi: – Aslana yaxşı baxsan, mənim də ürəyim rahat olar. Ə.Vəliyev.\n2. Qayğısız, dərdsiz, dərdsiz-qəmsiz; sakit, asudə. Rahat yaşamaq. – Rahat nəfəs çəkə bilmir uyquda; San qatilin görür durmuş pusquda. A.Səhhət. [Mirzağa] yalnız evlənməklə öz həyatını müəyyən bir şəklə sala bilər, onun sayəsində asudə, rahat bir həyat sürə bilərdi. S.Hüseyn.\n3. Gen, gen-bol, narahat etməyən. Rahat paltar. rahat-rahat zərf Rahatcasına, rahatlıqla, narahat olmadan, sakit-sakit. Qalın paltolu adamlar rahat-rahat küçələrdən keçirdilər. A.Şaiq. Yerinə girən kimi dərin yuxuya getmiş Aşıq Calal rahat-rahat nəfəs alırdı. Ə.Məmmədxanlı. rahatca (=rahatcasına) zərf Rahat halda; narahat olmadan, rahat-rahat, xatircəmliklə. [Məcid] [Nadirin] iztirabını görməyib, rahatca öz söhbətinə davam edirdi. B.Talıblı. Rahatca xeyli göyərçin vurmaq mümkün idi. M.Rzaquluzadə. rahatcasına (=rahatca) zərf Rahat halda; narahat olmadan, rahat-rahat, xatircəmliklə. [Məcid] [Nadirin] iztirabını görməyib, rahatca öz söhbətinə davam edirdi. B.Talıblı. Rahatca xeyli göyərçin vurmaq mümkün idi. M.Rzaquluzadə. rahatlama “Rahatlamaq”dan f.is. rahatlamaq f.\n1. Yerini düzəltmək, rahat etmək, istifadə üçün münasib şəklə salmaq. Stulun yerini rahatlamaq. – [Yusif] gah sabunu köpüklədir, gah ülgücü əlinin tilinə çəkib itiləyir, .. güzgünün yerini rahatlayırdı. B.Bayramov.\n2. Rahat olmaq, istirahət etmək üçün hər cür şərait yaratmaq. Kosaoğlu köksünü ötürüb mütəkkəyə dirsəkləndi, ayaqlarını uzadıb yerini rahatladı, sağ əlini qırxıq başında gəzdirdi. İ.Şıxlı.\n3. Yəhər və ya çulunu götürərək yem və s. vermək (heyvanlar haqqında). Dalınca dolanan anası ilə danışa-danışa Şirməmməd öküzləri rahatladı, çullarını alıb, qabaqlarına yem tökdü. E.Sultanov. Əsgərlər atları rahatlayıb, qoz ağacının altında yerə sərildilər. H.Nəzərli. rahatlandırma “Rahatlandırmaq”dan f.is. rahatlandırmaq bax. rahatlamaq. rahatlanma “Rahatlanmaq”dan f.is. rahatlanmaq f.\n1. Rahatlıq tapmaq, rahat olmaq, istirahət etmək, rahat nəfəs almağa başlamaq, özünü rahat hiss etmək. Sadıq dalbadal bir neçə stəkan tünd çay içib qızışdı, rahatlandı. Mir Cəlal.\n2. Oturaraq və ya uzanaraq dincəlmək, dincini almaq, yorğunluğunu almaq. Söyüd ağacının kölgəsinə bir palaz döşədib orada rahatlandım. S.Hüseyn. [Dəmirov] çarpayı üzərində oturub rahatlandı və kəndə tərəf baxmağa başladı. S.Rəhimov. rahatlaşdırma “Rahatlaşdırmaq”dan f.is. rahatlaşdırmaq bax. rahatlandırmaq. Xəstəni rahatlaşdırmaq. Uşağı rahatlaşdırmaq. rahatlaşma “Rahatlaşmaq”dan f.is. rahatlaşmaq f. Rahat olmaq, sakitləşmək, narahatlığı keçmək. rahatlıq is.\n1. Qayğı, üzüntü, həyəcan, şübhə və s. olmadığı hal; asudəlik, dinclik, qayğısızlıq. Bu sözlərdən sonra Bəyim sanki öz qəlbində bir rahatlıq hiss etdi. İ.Əfəndiyev. [Hacı Murad:] Bu zalım uşaqlarının əlindən bir saat da rahatlığım yoxdur. S.S.Axundov. • Rahatlığını pozmaq – narahat etmək, rahat qoymamaq, dincliyini pozmaq. [Rza:] [Bayquş] gələn gündən atamın da, anamın da rahatlığı pozulmuşdu. M.İbrahimov. [Natiq:] Məni bağışlayın, Fərrux əmi, rahatlığınızı pozdum. B.Bayramov. Rahatlıq verməmək – daim narahat etmək, dinc qoymamaq, rahat buraxmamaq. [Pəri Gülnisəyə:] [Əbdül] daha bizə rahatlıq vermir, gedir, hərdənbir bəhanə ilə yüyürüb gəlir. C.Cabbarlı. Məlun şübhə Məmmədbağıra rahatlıq vermirdi. S.Hüseyn.\n2. İstirahət, dinclik, dincəlmə. Heç rahatlığı yoxdur. – Yazın istisində, qışın qarında; Rahatlıq bilmədən yürür bu karvan. M.Müşfiq. • Rahatlıq etmək (eləmək) dan. – dincəlmək, istirahət etmək, dincini almaq. Gülnar xanım bir az rahatlıq eləyəndən sonra bu gəlməyinin səbəbini dedi. (Nağıl).\n3. Rahatlıqla şəklində zərf – dərdqəmsiz, firavan, rahat. Hacı Sultan .. iki evindən aldığı kirələrin sayəsində rahatlıqla keçinirdi. S.Hüseyn. rahatsız bax. narahat. • Rahatsız etmək – narahat etmək. Bu acı düşüncələr [Poladı] rahatsız edirdi. A.Şaiq. rahatsızlıq bax. narahatlıq. [Nəbi:] Vallah, mən nökər belə rahatsızlığa davam edə bilmərəm. S.S.Axundov. Daxilən bir intizar, bir rahatsızlıq duyan Firidun axşam sərinində şəhəri gəzməyi qərara aldı. M.İbrahimov. rahətülhülqum is. [ər.] Şəkər və nişastadan (bəzən də içinə badam, fındıq və s. qoyularaq) hazırlanan Şərq şirniyyatı. rahəvi is. mus. Orta əsrlərdə Yaxın Şərqdə geniş yayılmış 12 əsas muğamdan biri. rahib is. [ər.] Monastırda yaşayıb rahibliyə girmə (saç kəsdirmə) mərasimindən keçərək monastır nizamnaməsinin tələblərinə uyğun olaraq tərki-dünya həyat keçirməyi əhd etmiş şəxs (kişi). Katolik rahiblər. // dan. Tənha tərki-dünya həyat keçirən adam (kişi) haqqında. rahibə is. [ər.] Qadın rahib (bax rahib). rahiblik is. Rahibin yaşayış tərzi, rahib olma. rahlama “Rahlamaq”dan f.is. rahlamaq bax. rahatlamaq. Rövşən qabaqca atasını rahladı, sonra qulunların yerini sahmanlayıb, tövləni hazırlamağa başladı. “Koroğlu”. raxit [yun. rhachis – bel sümüyü] Böyüməkdə olan orqanizmdə duzların çatışmaması nəticəsində sümüklərin qeyri-normal inkişafı, maddələr mübadiləsinin pozulması şəklində təzahür edən uşaq xəstəliyi. raxitizm [yun.] Raxit xəstəliyi əlamətlərinin məcmusu; raxit xüsusiyyətləri. raxitli sif. dan. Raxit xəstəliyinə tutulmuş. Raxitli uşaq. raket [alm.]\n1. Atəşfəşanlıq, habelə işıq siqnalları vermək üçün işlədilən içi barıt tərkibli maddələrlə doldurulmuş gilizdən ibarət mərmi. Siqnal raketi. İşıqlandırıcı raket.\n2. Reaktiv mühərrikli uçucu aparat. Kosmik raket. Çoxpilləli raket. // hərb. Çıxan qaz reaksiyasının gücü ilə hərəkətə gətirilən döyüş mərmisi. Yandırıcı raket. Fuqas raketi. – Atomunla, raketinlə; Sən elə zənn eləmə ki, Hakimisən yerin, göyün. B.Vahabzadə. ‣ Aparıcı raket – orbitə çıxana qədər Yer və ya Günəşin süni peykini aparan çoxpilləli raketin son pilləsi. raketçi is.\n1. Raketlə siqnal verən adam (bax. raket 1-ci mənada).\n2. Raketə xidmət edən əsgər (bax. raket 2-ci mənada). Raketçi bölməsi. raketka [rus., əsli fr.]\n1. Tennis oyununda: topu vurmaq üçün oval torlu kürəkcik. Tennis raketkası.\n2. Stolüstü tennis oynamaq üçün dairəvi kiçik kürəkcik. Stolüstü tennis raketkası. raketqayırma is. Raket istehsalı, raket qayrılması. Raketqayırma sənayesi. raketodrum [alm. raketa və yun. dromos] Raketləri təcrübədən keçirmək və buraxmaq üçün xüsusi yer, meydança. rakurs is. [fr.] Baxım nöqtəsi, bucağı. raqa is. [sanskr.] mus. Qədim Hind klassik musiqisi növlərindən biri. ralli is. [ing.] Avtomobil idmanı üzrə 1000-2000 km məsafədə keçirilən yarışlar kompleksi. ram [fars.]: ram etmək – özünə tabe etmək, özünə alışdırmaq, baş əydirmək, özünə lazım olan şəkildə dəyişmək; əhliləşdirmək. Kərəm bir neçə ildən sonra atı tutub öyrətdi, özünə ram elədi. M.Hüseyn. Ram olmaq – tabe olmaq, baş əymək. Görürəm, suların gizli qüdrəti; İnsanın əlində indi ram olur. R.Rza. [Qaşqa day] yavaş-yavaş adamlara ram olurdu. İ.Əfəndiyev. rama [rus.] xüs. Hər hansı bir maşının, qurğunun, mexanizmin aparıcı hissəsi. Avtomobilin (vaqonun, velosipedin) raması. ramazan is. [ər. rəməzan] Hicri qəməri ərəb təqviminin 9-cu ayı; orucluq ayı. [Cahan:] Bu ramazan yox, gələn ramazan gəlib ötəndən sonra [Əsgərin] iyirmi səkkiz yaşı tamam olacaqdır. Ü.Hacıbəyov. rampa [fr.] Səhnəyə yönəldilmiş işıqlandırıcı cihazları tamaşaçıdan gizlədən, səhnə boyu uzanan yastı sipər. ranet [fr.] Qiymətli alma növlərindən birinin adı. ranq is. [fr.] Fərqlənmə dərəcəsi; kateqoriya, rütbə. rapira [fr.] Dördüzlü uzun elastik tiyəsi olan itiuclu silah (indi ancaq təlim və qılıncoynatma idmanında işlədilir). Rapira üzrə dünya çempionatının qalibləri. rapiraçı is. idm. Rapira ilə çıxış edən idmançı. raport [fr.]\n1. Hərbi xidmətçinin öz böyüyünə verdiyi şifahi və ya yazılı məlumat, xəbər. Hüseyn raport verib komandirinə; Yönəlir katiblə iclas yerinə. M.Rahim. [Aslan] ..kiçik komandirlərin raportlarını dinləyir, yeni əmrlər verirdi. S.Vəliyev.\n2. Yuxarı, rəhbər təşkilatlara verilən yazılı və ya şifahi məlumat. rapsodiya [yun. rhapsodia]\n1. Qədim yunan səyyar xanəndələrinin (rapsodlarının) simli musiqi alətinin müşayiəti ilə ifa etdikləri epik nəğmələr.\n2. Xalq mahnı və rəqsləri mövzusunda yazılmış instrumental və ya vokal instrumental əsər. Müslüm Maqomayev “Azərbaycan çöllərində” və “Ceyran” rapsodiyalarını, bir sıra marşlar bəstələmişdir. rasion [lat. rationis – ölçü] Müəyyən vaxt üçün yemək norması, müəyyən vaxt üçün yemək payı; cirə. Əsgərin gündəlik rasionu. // Heyvanlara veriləcək gündəlik yemin miqdarı və tərkibi; yem norması. Normalara müvafiq olaraq heyvanın bütün ehtiyaclarını təmin edən yemlərin gündəlik yığımına yem payı (rasion) deyilir. “Ümumi zootexniya”. rasional [lat.] Ağıl və məntiqə əsaslanan; ağıllı, məqsədəuyğun, məqsədəmüvafiq. Xammaldan rasional surətdə istifadə. İşin rasional təşkili. rasionalist [lat.]\n1. Rasionalizm tərəfdarı (bax. rasionalizm 1-ci mənada).\n2. Həyatda ancaq məntiq və ağlın tələblərinə əsaslanan adam. rasionalizm [lat.]\n1. Ağlı idrakın yeganə mənşəyi hesab edən idealist fəlsəfi cərəyan.\n2. Həyata şüurlu münasibət, hərəkətlərində şüurluluq. rast I. [fars.] sif. Düz, müstəqim. • Rast gəlmək – bax. rastlaşmaq. Miraxur küçədə köhnə xəzinədara rast gəlib, ona yoldaş olub soruşdu ki.. M.F.Axundzadə. [Sultan:] Bu gün bazardan keçərkən, Quluya rast gəlib, əhvalını sual etdim. N.Nərimanov. Nurəddin meşə ilə iki saata qədər yol gedəndən sonra bir çaya rast gəldi. S.S.Axundov. Rast gətirmək – müvəffəq olmaq, düz gətirmək. [Xavər Kərimxana:] ..Sən nə bacarırdın, onu eləmisən. Allaha min şükür edirəm ki, məni sənə rast gətirdi. Mən başqa bir həyat istəmirəm!.. M.İbrahimov. Rast olmaq – bax. rast gəlmək. Lütfəli qapıdan içəriyə girəndə Qurban ona rast oldu. İ.Musabəyov. Süfrə başında əyləşəndə dərviş dedi: – Sən ağılda adam heç mənə rast olmayıb. (Nağıl). Rastına gəlmək (çıxmaq) – qabağına çıxmaq, rast gəlmək. [Dərviş:] ...Hər kəs rastıma gəlir, hamısını yavaş-yavaş dinə soyumuş görürəm. C.Məmmədquluzadə. [Mərcan bəy:] Bir göyçək arvaddır, rastıma çıxıbdır, alıram. Ü.Hacıbəyov.\n\nII. is. [fars.] mus. Azərbaycan klassik muğamlarından birinin adı. Cavad gözlərini yumdu, cavanlar tarı və kamançanı götürüb “Rast” dəstgahını başladılar. Ə.Haqverdiyev. rasta is. [fars.] köhn. Dükanların yerləşdiyi kiçik düz küçə; dükanlar sırası. Buzu aldım əlimə və sərin baqqal rastasından çıxdım günün qabağına. C.Məmmədquluzadə. rastabazar is. [fars.] köhn. Düz sıra ilə düzülmüş dükanlardan, mağazalardan və s.-dən ibarət bazar. Rastabazarda şirin alışveriş vardı, alıcının çoxu tərəkəmə idi. Çəmənzəminli. [Ağaqurbanın] Rastabazarda iki qapıdan ibarət böyük bəzzaz mağazası vardı. Ə.Haqverdiyev. rastlaşma “Rastlaşmaq”dan f.is. Ağasəfərlə rastlaşması heç də Nəcmiyə xoş gəlmədi. Ə.Əbülhəsən. rastlaşmaq f. Təsadüf etmək, üz-üzə gəlmək, qarşısına çıxmaq, görmək. Maşın üç at qoşulmuş bir araba ilə rastlaşdı. H.Seyidbəyli. ratifikasiya is. [lat.] Dövlətin ali hakimiyyət orqanının dövlət və ya hökumət nümayəndəsi tərəfindən bağlanmış beynəlxalq sənədləri (müqavilə, saziş) təsdiq etməsi. ratin [fr.] Üz tərəfində burulmuş xovları olan üst paltarlıq yun parça. 5 metr ratin. // Həmin parçadan tikilmiş. Ratin pencək. ratsiya is. Az güclü səyyar radiostansiya. raund [ing.] Boksda: vuruşun bir hissəsinin davam etdiyi iki və ya üç dəqiqəlik müddət. ravi is. [ər.] klas. Rəvayət edən, hekayə edən, bir əhvalatı olduğu kimi danışan. Ravi belə rəvayət eyləyir ki, bu zənən Bağdad padşahının baş hərəmi imiş. (Nağıl). ravvin is. [qədimi yəh. rabbi – mənim müəllimim] Yəhudilərin dini-əxlaqi həyatına başçılıq edən din xadimi, ruhani. ray [ing.] bax. rels. rayihə is. [ər.] Xoş iy, gözəl qoxu; ətir. Gülün rayihəsi. – Arazın mehi kənddən kövşənə xoş bir rayihə, gözəl bir qoxu gətirirdi. Ə.Vəliyev. [Allahyar] Mələyin sinəsindən və saçından gələn mixək iyinə bənzər rayihəni hələ də unuda bilmirdi. İ.Şıxlı. rayihəli sif. Gözəl iyli, xoş qoxulu; ətirli. Rayihəli çiçək. – Göz işlədikcə uzanan düzləri əlvan çiçəklər, rayihəli otlar cənnətə döndərmişdi. M.Hüseyn. raykom is. “Rayon komitəsi”nin ixtisarı (çox vaxt “rayon partiya komitəsi” mənasında işlənir). Raykom binası. Raykoma getmək. rayon is. [fr.]\n1. Bir ərazinin hər hansı bir coğrafi, iqtisadi və b. cəhətdən tam bir vəhdət təşkil edən hissəsi. Sənaye rayonu. Kənd təsərrüfat rayonu. Ölkənin şimal rayonları. Tərəvəzçilik rayonu. – Bibiheybət Bakının qədim neft rayonlarından biri sayılırdı. M.Hüseyn. // Yaşayış məntəqəsinin müəyyən xüsusiyyətləri ilə səciyyələnən hissəsi. Fəhlə rayonu. Mərkəzi rayon. // Bir hadisənin baş verdiyi və yayıldığı yer. Hərbi əməliyyat rayonu. Daşqın rayonu.\n2. Vilayət, ölkə və respublikaların, eləcə də böyük şəhərlərin tərkibinə daxil olan inzibati-ərazi vahidi. Şamaxı rayonu. Bakı şəhərinin Nəsimi rayonu. – Fərmanın uşaqlığı İsmayıllı rayonunun Zoğallı kəndində keçmişdir. Ə.Sadıq. // Həmin dövlət ərazi vahidinin inzibati mərkəzi və orada yerləşən baş idarələr. Rayondan göstəriş almaq. – [Qulu:] Hümmət söz verib ki, rayondan ekskavator da göndərsin. İ.Əfəndiyev. [Yusif Hümmətə:] İndi ki belə oldu, mən məsələni rayonda qoyacağam. B.Bayramov. rayonlararası sif. Bir neçə rayon üçün ümumi olan, təşkil olunmuş; bir neçə rayona aid olan (xidmət edən). Rayonlararası tikinti idarəsi. Rayonlararası mal-qara kökəltmə məntəqəsi. rayonlaşdırılma “Rayonlaşdırılmaq”dan f.is. rayonlaşdırılmaq məch.\n1. İnzibati, fiziki-coğrafi, iqtisadi və b. cəhətlərə görə rayonlara bölünmək.\n2. xüs. Müəyyən fiziki-coğrafi rayonların şəraitinə ən çox uyğunlaşdırılmaq, aid edilmək. Rayonlaşdırılmış (f.sif.) çiyid. rayonlaşdırma “Rayonlaşdırmaq”dan f.is. rayonlaşdırmaq f.\n1. Ərazini iqtisadi, inzibati və b. rayonlara bölmək.\n2. xüs. Müəyyən rayona (və ya rayonlara) uyğunlaşdırmaq, aid etmək. Buğda növünü rayonlaşdırmaq. raysovet is. tar. “Rayon soveti”nin ixtisarı. Raysovet sədri. Raysovetin qərarı. razı sif. və zərf [ər.] Bir şeydən razı olan; məmnun. Yüz cəfa eyləsən, ey şux, könüldür razi. S.Ə.Şirvani. Qubernatordan tutmuş axırıncı pristavadək [İskəndər bəyin] evinə gələrkən hər barədə razı gedərdi. Ə.Haqverdiyev. • Razı düşmək – razılaşmaq, razılıq ifadə etmək, razı olmaq. Vəzir nə qədər dedisə, padşah razı düşmədi. (Nağıl). Razı qalmaq – razı olmaq, məmnun olmaq. [Rəhim xan Sitarəyə:] Mən zənn edirəm ki, sən məndən razı qalarsan.. C.Cabbarlı. Qoca .. gözlərini yarı qapayaraq şagirdinə qulaq asdı, onun könlü xoş bir iftixar hissi ilə isindi, ustad şagirdindən razı qaldı. Ə.Məmmədxanlı. Razı olmaq – razılığını vermək, razılıq ifadə etmək. [Bayram:] Sənin ölümünə heç vaxt razı ola bilmənəm. M.F.Axundzadə. // Bir şeyə müsbət cavab vermək; icazə vermək, razılaşmaq. [Sərvər:] Hərgah sən mən deyənə razı olsan, işi düzəldərəm. Ü.Hacıbəyov. [Sevil Gülüşə:] Yox, a qız, heç Balaş razı olar? C.Cabbarlı. Razı salmaq – razı etmək, razılığını əldə etmək, məmnun etmək. [Alı kişi:] Oğul, Rövşən, get, buzov yiyəsini tap, buzovun cəriməsini ver, razı sal. “Koroğlu”. [Gültəkin Dövlət bəyə:] Mən heç bir şey istəmirəm. Yalnız [Aydını] razı salın. C.Cabbarlı. razılaşdırılma “Razılaşdırılmaq”dan f.is. razılaşdırılmaq məch. Başqasının və ya başqalarının razılığı alınmaq. Plan müəyyən idarələrlə razılaşdırılmışdır. razılaşdırma “Razılaşdırmaq”dan f.is. razılaşdırmaq f. Bir şey haqqında başqası və ya başqaları ilə danışaraq onun (onların) razılığını almaq, ümumi bir fikrə gəlmək. Layihəni lazımi təşkilatlarla razılaşdırmaq. razılaşma “Razılaşmaq”dan f.is. razılaşmaq f. Razı olmaq, razılıq vermək, öz razılığını bildirmək, düzgün hesab etmək. Başqasının fikri ilə razılaşmaq. – Kişi yenə də başını buladı və guya əlacsız qalıb razılaşdı. H.Seyidbəyli. razılıq is. Razı olma, məmnunluq hissi; məmnuniyyət. Ağrıdan, acıdan yaranır əsər; Ölər yaşanmamış söz bələyində; Bitməmiş, bitəmməz böyük bir əsər; Özündən razılıq kölgəliyində. B.Vahabzadə. • Razılıq (razılığını) almaq – razı olub-olmadığını öyrənmək, razılığını əldə etmək, razı olmasına nail olmaq. [Gülsabah:] [Qüdrət] səni atıb gedirkən səndən razılıq aldımı? C.Cabbarlı. ..Kamalın atası ova hazırlaşanda Kamal onunla getməyə razılığını aldı. M.Rzaquluzadə. Razılıq etmək – razılığını bildirmək, təşəkkür etmək. Nahar qurtarandan sonra Lütfəli razılıq edib öz evinə getdi. İ.Musabəyov. Fətulla hamının əlini sıxıb razılıq etdi. Mir Cəlal. Razılıq vermək – razı olmaq, razı olduğunu bildirmək; icazə vermək. [Sərətan:] Yox, gərək Afətə razılıq verəm; Yoxsa varlığımı parçalayar qəm. M.Rahim. razyana is. [fars.] bot.\n1. Efir yağı verən ot-bitki; həmin bitkinin şirin dadan və ədviyyə kimi işlədilən xoşiyli toxumu.\n2. Turşaşirin dadan alma növü. razyanalıq is. Çoxlu razyana bitmiş sahə. reabilitasiya is. [lat.]\n1. Təmizəçıxarılma.\n2. Hüquqların bərpası.\n3. Xəstəlik keçirmiş şəxslərin sağlamlığının və əmək fəaliyyətinin bərpası üçün tədbirlər kompleksi. reagent [lat. re... – əks və agens – edən] Kimyəvi reaksiyada iştirak edən maddə; reaktiv. reaksiya [lat. re... – əks və actio – hərəkət]\n1. Hər hansı bir təsirə cavab olaraq əmələ gələn təsir. // fiziol. biol. Orqanizmin xarici və ya daxili təxərrüşə münasibəti. Orqanizmin soyuğa qarşı reaksiyası.\n2. Əhvalda baş verən kəskin dəyişiklik; gərginlikdən, yüksəlişdən, yaxşılıqdan sonra əmələ gələn düşkünlük, zəiflik.\n3. kim. İki və ya bir neçə maddə arasında yeni maddələrin əmələ gəlməsinə səbəb olan qarşılıqlı təsir.\n4. bax. irtica. reaktiv I. [lat. re... – əks və activus – fəal] kim. Başqa maddə ilə birləşəndə xüsusi reaksiya əmələ gətirən və bununla da bu maddənin həmin tərkibdə olub-olmadığını aşkar etməyə imkan verən maddə.\n\nII. sif. [lat. re... – əks və activus – fəal] fiz. Qaz, buxar və s.-nin yaratdığı qüvvədən istifadə edən, həmin qüvvəyə əsaslanan. Reaktiv mühərrik. Reaktiv hərəkat. Reaktiv təyyarə. reaktor [lat.] Arasıkəsilməz və tənzim edilə bilən atom enerjisi almaq üçün qurğular sistemi (bu, atom nüvələrinin bölünməsinin zəncirvari reaksiyasından istifadə əsasında əmələ gəlir). Atom reaktoru. Nüvə reaktoru. real sif. [lat. realis]\n1. Xəyalda deyil, həqiqətdə mövcud olan; həqiqi, gerçək. Real həyat. Real varlıq. Real şey. // Həyata keçirilə bilən, yerinə yetirilməsi mümkün olan. Real plan. // Əsil, həqiqi. Real əsas.\n2. Həqiqi və obyektiv şəraitin, gerçək varlığın nəzərə alınmasına və izahına əsaslanan. Real siyasət. ‣ Real əmək haqqı – əmək haqqının alıcılıq qüvvəsi (real əmək haqqı verilən əmək haqqına nə qədər və nə kimi istehlak şeyi almaq mümkün olduğunu göstərir. realist [lat.]\n1. Real düşünən, öz işində, fəaliyyətində real varlığın şəraitini nəzərə alan və buna uyğun hərəkət edən adam. Sən lap realistsən, ay Məhər kişi, – deyə sədr gülə-gülə ona müraciət etdi. B.Bayramov.\n2. Ədəbiyyat və incəsənətdə realizm tərəfdarı olan. Realist rəssam. Realist yazıçı.\n3. Realizm tərəfdarı (bax. realizm 4-cü mənada).\n4. 1917-ci il inqilabından əvvəlki Rusiyada: realni məktəb şagirdi. Studentik, deyilik biz realist; Aramızdan çıkamaz idealist. A.Səhhət. realizə [lat.] Satma, satılma; satıb pula çevirmə, satılıb pula çevrilmə. İstehsal olunan məhsulun realizəsi. • Realizə edilmək – satılıb pula çevrilmək. Realizə etmək – satıb pula çevirmək. realizm [lat. realis – maddi, həqiqi]\n1. Həqiqi vəziyyəti, şəraiti, imkanları və qüvvələrin nisbətini dərketmə bacarığı.\n2. Obyektiv varlığı və onun tipik xüsusiyyətlərini düzgün əks etdirməkdən ibarət bədii idrak üsulu, habelə ədəbiyyat və incəsənətdə həqiqi varlığı daha dolğun, daha düzgün, daha real əks etdirməyi bir məqsəd olaraq qarşısına qoymuş cərəyan. M.F.Axundzadənin realizmi. Rəssamlıqda realizm. – N.Vəzirov və Ə.Haqverdiyevin əsərlərinin yaraşığı, hətta onların gücü, belə, həyata, varlığa sadiq olmalarında, ifadənin, bədii təsvirin həqiqiliyində, realizmindədir. M.İbrahimov.\n3. XIX əsr fəlsəfəsində idealizmə zidd cərəyanları göstərmək, müasir burjua fəlsəfəsində isə bir qayda olaraq bəzi cərəyan (məs.: neorealizm, tənqidi realizm və s.) tərəfdarlarının öz idealist mahiyyətlərini ört-basdır etmək üçün işlətdikləri termin.\n4. Ümumi məfhumların əşyalardan qabaq və onlardan asılı olmayaraq mövcud olduğunu iddia edən orta əsr dini-idealist fəlsəfi cərəyanının adı. ‣ Sosializm realizmi tar. – sovet bədii ədəbiyyatı və incəsənətinin, dünya inqilabi ədəbiyyatının yaradıcılıq metodu. Sosializm realizminin erkən sələfləri. Tənqidi realizm – sənətin inkişafında müstəqil mərhələ təşkil edən, başlıca xüsusiyyəti gerçəkliyin dərin və düzgün əks etdirilməsi, kapitalizm quruluşu qüsurlarının və ziddiyyətlərinin ifşası, demokratik sosial idealların əsaslandırılmasından ibarət olan bədii cərəyan. Tənqidi realizmin böyük ustaları. reallaşdırılma “Reallaşdırılmaq”dan f.is. reallaşdırılmaq məch. Həyata keçirilmək. // Həyata keçirilmək üçün şərait yaradılmaq. reallaşdırma “Reallaşdırmaq”dan f.is. reallaşdırmaq f. Həyata keçirmək, gerçəkləşdirmək. // Həyata keçmək üçün şərait yaratmaq. reallaşma “Reallaşmaq”dan f.is. reallaşmaq f. Həyata keçmək, həyata keçirilmək, real bir şəkil almaq; gerçəkləşmək. // Həyata keçirilmək üçün şərait yaranmaq. reallıq is.\n1. Obyektiv mövcud olan varlıq; gerçəklik, həqiqilik.\n2. Real olma, həqiqilik, həyatilik. Siyasətin reallığı. realni [rus., əsli lat.]: realni məktəb – 1917-ci il inqilabından əvvəlki Rusiyada: tədris planında təbii və dəqiq elmlərə çox yer verilən, qədim dillər keçilməyən orta məktəb. Qadir şəhərdən, oxuduğu realni məktəbdən qəsəbəyə tətilə gəldiyi vaxt bunu görürdü. Ə.Əbülhəsən. reanimasiya is. [lat.] Klinik ölüm vəziyyətində olan insanın canlanmasına yönəlmiş bədbəxt hadisə, xəstəlik nəticəsində həyat əlamətli orqanların qəflətən itirilmiş funksiyalarının bərpası üçün tədbirlər kompleksi. rebus is. [lat.] Fiqurlar, işarələr və rəsmlər vasitəsilə düzəldilən tapmaca. reçitativ [ital. recitatio] mus. İntonasiya və ritm cəhətdən ifadəli nitqə yaxın olan vokal musiqi əsər forması; hava ilə deyilən deklamasiya. redaksiya [lat. redaction – qaydaya, səliqəyə salma]\n1. Mətni işləmə və düzəltmə, redaktə etmə. Protokolun son redaksiyası. Əsərin redaksiyasını mütəxəssisə tapşırmaq.\n2. Hər bir nəşrin (kitabın, məcmuənin və s.-nin) nəşrinə rəhbərlik. Professorun redaksiyası altında dərslik. // Həmin işə rəhbərlik edən heyət, orqan. Baş redaksiya. Redaksiya şurası. Redaksiya heyəti.\n3. Bir fikrin, tezisin, müddəanın bu və ya digər şəkildə ifadəsi, ifadə forması. Nizamnamənin 3-cü paraqrafının yeni redaksiyası.\n4. Hər hansı bir bədii, musiqi və b. əsərin, yaxud onun ayrıca bir hissəsinin variantı. Romanın yeni redaksiyası. “İldırımlı yollarla” baletinin yeni redaksiyası.\n5. Dövri mətbuat orqanının çapa hazırlanmasına rəhbərlik edən əməkdaşlar kollektivi. “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyası. // Mətnin əlyazmasını işləyib çapa hazırlamaqla məşğul olan işçilər qrupu.\n6. Redaksiya əməkdaşlarının işlədiyi bina. Redaksiyanın ünvanı. redaktə is. [lat.] bax. redaksiya 1-ci mənada. Yaxşı bir şerimi redaktə vaxtı; “Hələ qalsın!” – deyə qoydu kənara. X.Rza. • Redaktə etmək – hər hansı bir mətni yoxlamaq və düzəltmək, sonuncu dəfə işləyərək çapa hazırlamaq. Əlyazmasını redaktə etmək. redaktor [lat.]\n1. Hər hansı bir işi (kitabı, qəzeti, jurnalı və s.) redaktə edən adam (bax. redaktə). Əsərin redaktoru. Texniki redaktor.\n2. Kitab, jurnal, qəzet və s.-nin nəşrinə rəhbərlik edən, onun məzmununu təsdiq edən şəxs. Qəzetin redaktoru. Baş redaktor. Məsul redaktor. – Jurnalın təşəbbüskarı, təşkilatçısı və redaktoru C.Məmmədquluzadə “Molla Nəsrəddin” imzası ilə müntəzəm surətdə felyetonlar, baş məqalələr dərc edirdi. M.İbrahimov. redaktorluq is. Redaktorun fəaliyyəti, işi, vəzifəsi. Sabirin “Nizədar” imzası ilə çap etdirdiyi satiralarının hamısı 1934-cü ildə yazıçı Seyid Hüseynin redaktorluğu ilə buraxılan “Bütün əsərlər”ə əlavə olunmuşdur. M.Məmmədov. reduksiya [lat. reducere – qaytarmaq, geri çəkmək]\n1. xüs. Mürəkkəb haldan sadə hala keçmə, bir şeyin bu və ya başqa cəhətdən azalması, zəifləməsi.\n2. biol. Bədən üzvünün öz funksiyasını itirməsi ilə əlaqədar olaraq ölməsi, həcmcə kiçilməsi, quruluşunun sadələşməsi. Gözün reduksiyası.\n3. kim. Maddənin oksiddən təmizlənib bərpa olunması, oksiddən azad olması.\n4. tex. Hər hansı bir kəmiyyətin azalması, kiçilməsi. Buxar təzyiqinin reduksiyası.\n5. dilç. Müəyyən fonetik vəziyyətdə səsin zəifləməsi. reduktor is. [lat.] Maşının təkərləri hərəkətə gətirən hissəsi. redut is. [fr.] Müdafiə üçün kvadrat, düzbucaqlı və ya çoxbucaqlı formasında düzəldilmiş qapalı səhra istehkam tikilisi. referat [lat. referre – məruzə etmək, məlumat vermək]\n1. Elmi əsərin, oxunmuş kitabın və s. şifahi və ya yazılı qısa məzmunu, xülasəsi. Referat yazmaq.\n2. Ədəbi və başqa məxəzlərin icmalına həsr olunmuş hər hansı mövzuda məruzə. referativ sif. [lat.] Kitab, məqalə və s.-nin məzmununu qısa referat şəklində ifadə edən. Referativ jurnal. referendum [lat. referendum – məlumat verilməli] Xüsusi əhəmiyyətli dövlət məsələlərinin həlli üçün ümumxalq sorğusu, ümumi rəy sorğusu. Konstitusiya haqqında referendum. referensiya is. Firma və ya müəssisənin alım-ödəmə qabiliyyətinin şəhadətlik zəmanəti. referent [lat. referentis – məlumat verən] Bir idarədə, təşkilatda müəyyən məsələlər üzrə məlumat və məsləhət verən vəzifəli şəxs. Referentlə məsləhətləşmək. Nazirliyin referenti. refleks [lat. reflexus – inikas, əksetmə]\n1. fiziol. Canlı orqanizmin qıcıqlanmaya, təsirə qarşı əsəb reaksiyası. Heyvanlar aləmi anadangəlmə reflekslərə, instinktlərə malikdir. M.Axundov.\n2. kit. Bir hadisənin doğurduğu ikinci hadisə, onun nəticəsi, əksi; inikas, nəticə. refleksiv (=reflektiv) sif. [lat.] Qeyrişüuri, mexaniki, şüursuz, refleks nəticəsində olaraq (bax. refleks 1-ci mənada). Refleksiv (reflektiv) hərəkət. reflektiv (=refleksiv) sif. [lat.] Qeyrişüuri, mexaniki, şüursuz, refleks nəticəsində olaraq (bax. refleks 1-ci mənada). Refleksiv (reflektiv) hərəkət. reflektor I. [lat. reflektor – inikas etmək, əks etmək]\n1. İşıq mənbəyindən çıxan şüaları əks etdirən. Lampanın reflektoru.\n2. Əksetdiricisi olan elektrik lampalı qızdırıcı cihaz.\n3. Əksetdirici batıq güzgüsü vasitəsilə əks alınan teleskop\n\nII. sif. [lat.] fiziol. Qeyri-şüuri, mexaniki. Reflektor hərəkət. reflektorlu sif. Reflektoru olan, reflektorla təchiz edilmiş. Reflektorlu teleskop. reformasiya [lat.] tar. XVI əsrdə Qərbi Avropada: kəndlilərin və törəməkdə olan burjuaziyanın feodalizmə qarşı mübarizəsi zəminində ortaya çıxaraq, sonradan katolik kilsəsinə qarşı dini mübarizə şəkli almış ictimai-siyasi hərəkat. reformist [lat.] Reformizm tərəfdarı. reformizm [lat. reformatio – dəyişmə, dəyişiklik] Fəhlə hərəkatında inqilabi sinfi mübarizənin, sosialist inqilabının və proletar diktaturasının zəruriliyini inkar edən və cüzi ictimai islahatlarla kifayətlənməyə, kapitalizmin əsaslarına toxunmamağa çalışan siyasi cərəyan. Reformizmin sosial zəmini. Reformizm təftişçiliklə sıx bağlıdır. refraktometr [lat. refractio – sınma və metreo – ölçürəm] Müxtəlif cisimlərdə işığın sınma göstəricilərini ölçmək üçün cihaz. refrijerator [fr.]\n1. Soyuducu maşının, mayenin buxarlandığı və aşağı temperaturun əmələ gəldiyi hissəsi; buxarlandırıcı.\n2. Tez xarab olan məhsulları daşımaq üçün soyuducu maşınlarla təchiz olunmuş vaqon, gəmi, avtomobil və s. Refrijerator vaqonu (gəmisi). regent [lat. regentis – idarə edən] Padşah əvəzinə ali hakimiyyəti həyata keçirən, dövləti müvəqqəti idarə edən şəxs. regentlik is. Padşahın xəstələnməsi, uzun müddət başqa yerdə olması, yaxud həddi-büluğa çatmaması və b. səbəblərə görə monarxiya ölkələrində dövləti bir və ya bir neçə şəxsin müvəqqəti idarə etməsi. region is. [lat.] Ərazi, ölkə, rayon. registr is. [lat.] Siyahı, göstərici. rejim [fr.]\n1. Dövlət quruluşu, idarə üsulu. Çar rejimi. Xalq demokratik rejimi.\n2. Yaşamaq, işləmək, istirahət etmək, yemək-içmək, yatmaq və s. üçün dəqiq müəyyən olunmuş qayda, üsul; nizam. Gündəlik rejim. Düşərgənin rejimi. Yemək rejimi.\n3. Bu və ya digər məqsədlə müəyyən edilmiş qaydalar, tədbirlər sistemi. Zavodda təhlükəsizlik rejimi. // Bir şeyin iş, fəaliyyət və s. şəraiti. Maşının iş rejimi. İstilik rejimi. rejissor [fr. regisseur, lat. rego – idarə edirəm] Teatr və ya kinematoqrafiya quruluşunun bədii rəhbəri; quruluşçu. Tamaşanın rejissoru. Rejissorun göstərişi. rejissorluq is.\n1. Rejissorun işi, sənəti, vəzifəsi.\n2. Tamaşanın, filmin quruluşuna rəhbərlik; rejissura. [Əmrulla:] Əsərin rejissorluğu Gülsabah xanıma tapşırılır. C.Cabbarlı. rejissura [fr.]\n1. Rejissorun fəaliyyəti, işi.\n2. Tamaşanın, filmin quruluşuna rəhbərlik.\n3. top. Tamaşa, film quruluşunun rəhbərləri; rejissorlar. [XIX əsrin ikinci yarısında] Azərbaycan teatrının professional rejissurası yox idi. C.Cəfərov. reklam [lat. reclamare – qışqırmaq]\n1. Bir adama və ya bir şeyə şöhrət qazandırmaq, yaxud istehlakçı, müştəri, tamaşaçı cəlb etmək məqsədilə görülən tədbirlər. Böyük dükanların vitrinləri, divarlar, hasarlar afişa, elan və reklamlarla dolu idi. S.Rəhman. [Bəhlul:] [Nənəm] ancaq parlaq reklam işıqlarını görə bilirdi. B.Bayramov.\n2. Məşhurlaşdırmaq, populyarlaşdırmaq məqsədilə bir adam və ya bir şey haqqında məlumat yayma.\n3. Bir adam və ya şey haqqında məlumat verən, diqqəti cəlb edən elan, plakat. reklamçı is. Reklam tərtib edən, reklam düzəldən; reklam tərtibçisi. reklamasiya [lat. reclamatio – inkar, etiraz] tic. Malın keyfiyyəti aşağı olduğu üçün zərəri ödəmək haqqında tələb, iddia. Parçanın pis rənginə görə reklamasiya. rekon is. [lat.] Genetik rekombinasiyanın elementar vahidi. rekord [ing.]\n1. İdman yarışında göstərilən ən yüksək nailiyyət. Dünya rekordu. Respublika rekordu.\n2. Əməyin, təsərrüfatın hər hansı bir sahəsində ən yüksək nailiyyət. Çay yığımında rekord. – Gündə iki yüz on səkkiz kiloqram pambıq yığmaq o zaman çox böyük iş hesab olunur, rekord sayılırdı. Ə.Sadıq. rekordçu is.\n1. bax. rekordsmen. Rekordçu neft ustası. Rekordçu ekskavatorçu.\n2. Rekordlara, rekordizmə çox uyan adam.\n3. Hər hansı bir xeyirli keyfiyyətinə görə rekord göstəricilərə malik ev heyvanı. Rekordçu camış. Rekordçu inək. rekordçuluq bax. rekordizm. rekordizm [ing.] idm. Qeyri-sağlam rəqabət nəticəsində rekord qazanmağa göstərilən ifrat səy, rekorda uyma; rekordçuluq. rekordsmen [ing.]\n1. Rekord əldə etmiş idmançı; rekordçu.\n2. dan. Əmək fəaliyyətində ən yüksək nailiyyətlər əldə etmiş adam. rektor [lat. rector – rəhbər, idarə edən] Ali məktəbə, habelə ali və orta dini məktəbə rəhbərlik edən şəxs. Universitet rektoru. Rektorun əmri. rektorat [lat.] bax. rektorluq 2-ci mənada. rektorluq is.\n1. Rektorun vəzifəsi, işi.\n2. Ali məktəbin, rektorun başçılıq etdiyi inzibati tədris idarəsi; rektorat. // Həmin idarənin yerləşdiyi bina. rekviyem is. [lat.] Dini matəm mərasimində oxunan çoxsəsli silsilə xor əsəri. rekvizit [lat. requisitum – tələb olunan] Tamaşa və ya kinofilm çəkilən zaman lazım olan bütün əşyalar. [“Hamlet”də] dekorlar, paltarlar, rekvizit, musiqi şərti bir Şərq üslubunda verilmişdi. C.Cəfərov. rekvizitçi bax. rekvizitor. rekvizitor [lat.] Teatrda, kinostudiyada rekvizitə baxan adam; rekvizitçi. reqbi [ing. rugby] Uzunsov topla oynanılan futbol oyunu növlərindən biri. reqbiçi is. Reqbi oynayan adam. reqlament [fr.] Müşavirənin, iclasın, qurultayın və s. aparılması qaydası haqqında qabaqcadan müəyyən və qəbul edilmiş nizamnamə. Reqlamentə riayət etmək. Reqlamenti pozmaq. Reqlamentdən kənara çıxmaq. reqlan [ing.] Qolları çiyni ilə bütöv biçilmiş, habelə bu cür biçilmiş palto və s. Reqlan palto. Reqlan paltar. reqressiya is. [lat.] Dənizin tədricən geri çəkilməsi halı. relaksiya is. [lat.]\n1. Zəifləmə.\n2. Gərginliyin özbaşına azalması halı. rele [fr.] Elektrik dövrəsini müəyyən hadisələr zamanı avtomatik olaraq açan və ya bağlayan alət. relikt is. [lat. relictum – qalıq] Çox qədim dövrlərin qalığı olan şey, hadisə; qalıq. Yalançı reliktlər. rels [ing. rails, rail, lat. regula – düz taxta, tir] Üzərində vaqon, vaqonet və s. təkərlərinin diyirlənərək hərəkət etdiyi ensiz polad tir, ray. [Qəhrəmani] vağzalın böyük binasından keçib relslərin üstündən adlayaraq depoya tərəf getdi. M.İbrahimov. Relslər uzandıqca, gödəlir yollar; Təpələr aşırıq, dağlar aşırıq. S.Rüstəm. relsli sif. Relslərdən düzəldilmiş, yaxud rels üzərində hərəkət edən. Relsli yol. Relsli nəqliyyat. relssiz sif. Rels döşənməmiş, rels üzərində hərəkət etməyən. Relssiz nəqliyyat. relyativist [lat.] Relyativizm tərəfdarı. relyativizm [lat. relativus – nisbi] fəls. İnsan idrakının nisbiliyi, şərtiliyi və subyektivliyi haqqında idealist cərəyan. Relyativizm fiziki idealizmin qnoseoloji mənbələrindən biri olmuşdur. relyef [fr. relief] Yer səthində olan müxtəlif kələ-kötürlük, dərə-təpə, dağ və düzənlik və s. Dəniz dibinin relyefi. Rayonun relyefi. remarka [fr. remarque] Pyes müəllifinin, hadisənin hansı şəraitdə gedəcəyini, personajların davranışının və xarici görkəminin xüsusiyyətlərini səciyyələndirən izahı. remedium is. [lat.] Qızıl sikkə standartı şəraitində sikkənin faktik çəkiyə və əyara görə qanuni normadan kənara çıxması. renta [alm. Rente, fr. rente]\n1. iqt. Sahibinin fəaliyyəti tələb olunmadan kapital, əmlak və ya torpaqdan müntəzəm alınan gəlir. Torpaq rentası.\n2. mal. İstiqraz vərəqəsi sahiblərinə daimi gəlir gətirən müddətsiz dövlət istiqrazı. Dövlət rentası. rentgen [alman fizikinin adından]\n1. Rentgen şüaları ilə işıqlandırma. Rentgenin nəticəsi. • Rentgen şüaları – qeyrişəffaf cisimlərdən keçə bilən qısa elektromaqnit dalğalardan ibarət gözlə görünməyən şüalar.\n2. Həmin şüalarla işıqlandıran cihaz. Rentgen kabineti. rentgenoqrafiya [rentgen və yun. grapho – yazıram] Rentgen şüaları vasitəsilə qeyri-şəffaf cisimlərin daxili quruluşunun şəklinin çəkilməsi. rentgenoqram [rentgen və yun. gramma – yazı] Rentgen şüaları vasitəsilə fotoplastinka və ya plyonkada alınan əks. rentgenologiya [rentgen və yun. logos] Tibbin, rentgen şüalarının diaqnostika və müalicə məqsədilə tətbiqindən bəhs edən şöbəsi. rentgenoloji sif. [rentgen və yun. logos] Rentgenologiya ilə əlaqədar olan, rentgenologiya ilə bağlı olan. Rentgenoloji üsul. rentgenoloq [rentgen və yun. logos] Rentgenologiya və rentgen şüaları ilə müalicə mütəxəssisi olan həkim. rentgenoskopik sif. [rentgen və yun. skopeo – baxıram] Rentgenoskopiyaya aid olan, rentgenoskopiya ilə əlaqədar olan. Rentgenoskopik üsul. rentgenoskopiya [rentgen və yun. skopeo – baxıram] Qeyri-şəffaf cisimlərin rentgen şüaları vasitəsilə tədqiq edilməsi, yoxlanılması. rentgenoterapiya [rentgen və yun. therapeia] Rentgen şüalarının müalicə məqsədilə tətbiqi. reostat [yun. rheos – axın və statos – hərəkətsiz] Elektrik çevrəsində enerjinin və gərginliyin gücünü nizama salan cihaz. repertuar [fr.] Teatrda, estradada, konsertdə və s.-də ifa olunan dramaturji, musiqi və s. əsərlərinin məcmusu. Teatrın repertuarı. // Birisinin ifa etdiyi rolların, musiqi əsərlərinin və s.-nin məcmusu. Artistin repertuarı. – Seyid Şuşinski həmişə dinləyicilər qarşısında zəngin və orijinal repertuarla çıxış etmişdir. repetisiya [lat.] Tamaşanın, konsertin, kinoçəkilişi üçün səhnənin və s. hazırlanması üçün görülən ilkin işlər; habelə nümunə üçün onların ifası; məşq. replika [fr.]\n1. Natiqin çıxışı və ya tamaşa zamanı yerdən atılan söz, edilən etiraz. Züleyxa sözünü bitirməmişdi ki, Aslan bir replika atdı. C.Cabbarlı. ..Dilbər xanım səhnəyə çıxan kimi ətrafımda oturanlardan belə replikalar eşidirdim. S.Rəhman.\n2. hüq. Tərəflərdən birinin məhkəmə prosesində etirazı. Replika vermək.\n3. teatr. Səhnədə bir rolda oynayan şəxsin tərəfi-müqabilin sözlərinə cavabı, habelə bir personajın axırıncı sözləri (ki, bunun ardınca o biri personajın sözləri gəlir).\n4. Musiqi frazasının başqa səs və ya başqa tonda təkrarı. reportaj [fr. reportage] Günün hadisələri haqqında dövri mətbuatda çap olunan və ya radio və televiziya ilə verilən məlumat. İdman yarışı haqqında radio ilə reportaj. reportyor [ing. əsli fr.] Yerli həyatda baş verən hadisələr, əhvalatlar və s. haqqında məlumat verən qəzet, jurnal, radio, televiziya, məlumat agentliyi və s. işçisi. reportyorluq is. Reportyorun işi, fəaliyyəti. repressiya is. [lat.]\n1. Təqib etmə, kütləvi cəzalandırma.\n2. Mənəvi təzyiq. repressor is. [lat.] Tənzimləyici xüsusi zülal. repriza is. [fr.]\n1. Musiqi əsərinin hər hansı bir hissəsinin təkrarı.\n2. Sirk və estradada klounun səslə, yaxud pantomima vasitəsilə ifa etdiyi məzhəkə, zarafat. reproduksiya [lat. re – yenidən və productio – düzəltmə]\n1. Poliqrafik və ya fotoqrafik üsulla şəkil, rəsm, çertyoj, çap olunmuş mətnin surətinin çıxarılması və çoxaldılması.\n2. Yenidən çap edilmiş şəkil, rəsm və s. Rəssamın əsərinin repreduksiyası. reproduktor [lat.] Radioverilişlərini ucadan səsləndirən cihaz, aparat; səsucaldan. Eldar .. pəncələri üstündə yeriyərək reproduktorun səsini kəsmək üçün əlini uzatdı. M.Rzaquluzadə. reps [fr.] Xırda qabarıq zolaqlı sıx parça. // Həmin parçadan tikilmiş. resept [lat. receptum – alınmış] Həkimin, qəbul edilmək qaydası da daxil olmaqla dərman hazırlamaq üçün aptekə yazılı göstərişi; nüsxə. Professor resept yazdıqdan sonra Səriyyə ilə vidalaşdı və sabah yenə gəlib xəstəyə baxacağını vəd etdi. M.Hüseyn. // Bir şeyi hazırlama üsulu, qaydası. // məc. dan. Bu və ya başqa təsadüfdə necə hərəkət etmək haqqında məsləhət, göstəriş. reseptar [lat.] Həkimin reseptinə əsasən dərman sifarişini qəbul edən aptek işçisi. reseptura [lat.] Dərman yazılması və hazırlanması qaydalarının məcmusu. // Bir şeyi hazırlamaq haqqında məlumatların məcmusu. Boyanın resepturası. residiv [lat. recidivus – qayıdan] hüq. Cəzasını çəkdikdən sonra eyni və ya başqa cinayəti təkrar etmə; təkrar cinayət. residivist [lat.] Cinayət üstündə cəza çəkdikdən sonra təkrar cinayət etmiş adam. respirator is. [lat.] Tənəffüs üzvlərini havadakı zəhərli maddələrdən qoruyan fərdi cihaz. respublika [lat. respublica, res – iş və publicus – ictimai, ümumxalq] Ali hakimiyyət orqanları xalq tərəfindən müəyyən müddətə seçilən dövlət idarə forması; belə idarə üsulu olan ölkə. • Xalq demokratik respublikası – siyasi əsasını xalq məclisləri və xalq Şuraları təşkil edən sosialist tipli dövlət idarə forması. respublikaçı is.\n1. Respublika idarə üsulu tərəfdarı.\n2. Respublika partiyasının üzvü. respublikalararası sif. Bir neçə respublikaya aid olan, bir neçə respublikanın təşkil etdiyi. Respublikalararası yarış. ressor is. [fr.] Amortizasiyaedici quruluş. restoran [fr.] Yüksək tipli aşxana. Bulvarda qaynaşan adamların gurultusu, bufet və restoranlarda çalınmaqda olan musiqilərin ruhnəvaz səsi eşidilirdi. S.Hüseyn. “İslamiyyə” restoranının qabağında böyük bir izdiham qaralır. Mir Cəlal. restorançı is. köhn. Restoran sahibi. [Tələbə:] Gördüm restorançı bizə qoxumuş lobyanı yedirmək istəyir. Qantəmir. resurs is. [fr.] Pul vəsaiti, sərvət; dövlət büdcəsində gəlir mənbəyi. retro is. [ing.]\n1. Geri qayıtmaq.\n2. Keçmişə uyğunluq, keçmişi təkrar yönümlü üslub. retuş [fr.] Fotoqrafiyada şəkilləri çap etmədən əvvəl şüşə və s. üzərində düzəltmə işi, üsulu. retuşçu is. Retuş edən, retuşlama mütəxəssisi. retuşlama “Retuşlamaq”dan f.is. retuşlamaq f. Retuşla düzəltmək, retuş etmək. revmatik [yun.] Revmatizm xəstəliyi olan adam. revmatizm [yun.] tib. Əsasən oynaqlarda və əzələlərdə kəskin ağrılar şəklində təzahür edən, xalq arasında “yel” adlanan xəstəlik. Xronik revmatizm. revyu is. [fr.] Çeşidli musiqili sənət əsərlərinin xüsusiyyətlərini özündə birləşdirən teatr tamaşası. reyd I. [holl. reed] dəniz. Gəmilərin, limanın daxilində və ya yaxınlığında lövbərdə durduqları yer. Reyddə durmaq. – Reyddə dayanan bütün gəmilər əlvan bayraqlarını qaldırmışdılar. (Qəzetlərdən).\n\nII. [ing. raid]\n1. hərb. Mütəhərrik hərbi qüvvələrin hər hansı bir məqsədlə düşmən arxasına soxulması, basqını. Süvari reydi. Partizanların müvəffəqiyyətli reydi.\n2. İctimai təşkilatların və ya mətbuatın tapşırığı ilə fəallar dəstəsinin gözlənilmədən apardığı təftiş, yoxlama. Axşam qızlar evə qayıdanda reydi yaxşı keçirmək məsələsini bir də müzakirə elədilər. Ə.Vəliyev. reyestr is. [lat.] Sənədləri və əmlakı qeydə alma kitabı. reyhan is. [ər.] bot. Xoşiyli, dekorativ, bəzi növləri yeyilən birillik mədəni bitki. Ey atam hünərli, babam fikirli; Ey reyhan nəfəsli, yarpız ətirli; Nağıl nənələrin ey laylay səsi. B.Vahabzadə. reyhani is. [ər.] mus. Ağır-ağır oynanılan Azərbaycan oyun havalarından birinin adı. reyxskansler [alm. Reichskanzler] Almaniyada: 1945-ci ilə qədər dövlət kansleri, hökumət başçısı. reyxstaq [alm. Reichstag] Almaniyada: 1933-cü ilə qədər seçilən (faşizm dövründə isə təyin olunan) alman parlamenti; habelə həmin parlamentin iclası keçirilən bina. ..Yandı reyxstaq; Quzğunlar yatağı, o qanlı yuva! S.Vurğun. reyxsver [alm. Reichswehr] Birinci dünya müharibəsindən sonra 1935-ci ilə qədər alman hərbi qüvvələrinin adı. reyka [rus.] Suyun səviyyəsini, qar və ya buz örtüyünün və s.-nin hündürlüyünü ölçmək üçün üzərində bölgülər olan dar, nazik taxta və ya ağac. Gülşənin göstərişilə manqa üzvləri pambıq kollarını yoxlayır, reyka ilə ölçür. Ə.Vəliyev. // geod. Geodeziya işlərində: iki nöqtənin nisbi hündürlüyünü müəyyənləşdirmək üçün işlədilən bölgülü taxta, ağac. // dan. Ümumən bir qaydada kəsilib rəndələnmiş uzun və ya qısa nazik taxta. reys [alm. Reise – gəzinti, səyahət] Müəyyən xətdə (marşrutda) işləyən gəmi, təyyarə, maşın və s. hərəkətinin başlanğıcı ilə sonu arasındakı məsafə, yol. Reysi başa vurmaq. İkinci reys. – Bir neçə reysdən sonra baş mühəndis Ələddinə tapşırdı ki, gedib gözləsin. H.Seyidbəyli. reysfeder [alm. Reizfeder] Tuş və ya həll olunmuş rənglə xətt çəkmək üçün rəsmxət aləti. reytuz is. [alm.] Dar şalvar; toxunma uzun darbalaq. rezident [lat. residens – oturan]\n1. İmperialist dövlətlərin protektoratda (himayələri altında olan ölkədə) əslində oranın hakimi olan nümayəndəsi.\n2. Səfirdən bir rütbə aşağı olan diplomatik nümayəndə.\n3. Bir ölkənin daim başqa ölkədə yaşayan vətəndaşı.\n4. Kəşfiyyat idarəsinin xarici dövlətin müəyyən rayonunda gizli nümayəndəsi. rezin [lat. resina – qatran]\n1. Kauçukun vulkanizə edilməsi nəticəsində alınan su və hava keçirməyən elastik material.\n2. bax. rezinka. [Gəldiyevin] düz on yeddi gün qələm, xətkeş, pərgar, rezin əlindən düşmədi. Mir Cəlal.\n3. Həmin materialdan düzəldilmiş, hazırlanmış. Altı rezin ayaqqabı. Rezin əlcək. – Bağban .. əlindəki rezin borunu bir az da yuxarı qaldırıb, Səmədi diqqətlə gözdən keçirdi. M.Hüseyn. [Sultanovun] ayağında uzunboğaz rezin çəkmə var idi. Ə.Sadıq. rezinka [rus.] Yazını pozmaq üçün rezin parçası; pozan, rezin. rəbb is. ər. Allah, Tanrı. [Sona] sonra “ah rəbbim!” – deyə taxtın üstə yıxıldı. N.Nərimanov. • Ya rəbb! – Allaha müraciət: ay Allah! İnsandan insana körpümüz sınıb; Ya rəbbim, hamımız sənə sığınıb. B.Vahabzadə. rəbiülaxir is. [ər.] Hicri qəməri ərəb təqviminin dördüncü ayı. rəbiüləvvəl is. [ər.] Hicri qəməri ərəb təqviminin üçüncü ayı. rəbt is. [ər.]\n1. Bağlama, ilişdirmə. • Rəbt etmək – bağlamaq, ilişdirmək, əlaqələndirmək. İki sözü bir-birinə rəbt edə bilmir.\n2. Əlaqə, münasibət, aidiyyət. “Şərqirus” qəzetinin söhbətini mən burada ondan ötrü açdım ki, bu söhbətlərin “Molla Nəsrəddin” tarixinə çox yavıq rəbti var. C.Məmmədquluzadə. rəcəb is. [ər.] Hicri qəməri ərəb təqviminin yeddinci ayı. Getdi rəcəb, indi də şəban gəlir; Cisminə kor mollaların can gəlir. Ə.Nəzmi. rəcəz is. [ər.] klas.\n1. Əruz vəznində olan şeir formalarından birinin adı.\n2. Döyüş və güləşmədən əvvəl pəhləvanların üz-üzə durub oxuduqları şeir. Uluq bəy əlindəki qılıncını göydə oynadaraq rəcəz oxuyur. A.Şaiq. Bəylər pəhləvan kimi meydana girib, bir-birinə rəcəz oxudular. Ə.Vəliyev. rəd is. [ər.] köhn. Göy gurultusu. rədd I. is. [ər.] Qəbul etməmə, yox cavabı vermə, mənfi cavab vermə. [Cavanşir:] Sasani qoşunlarının sərkərdəsi Bəhrama rədd cavabı verilsin! M.Hüseyn. Kazım əli ilə rədd işarəsi verdi. Mir Cəlal. • Rədd etmək – 1) qəbul etməmək, yox cavabı vermək, mənfi cavab vermək, razı olmamaq. [Mirzağa] qorxurdu ki, Cəmilə onun təklifini rədd edər. S.Hüseyn. Anam dayımın təklifini rədd etdi. S.S.Axundov; 2) özündən uzaqlaşdırmaq, başından eləmək. Gülpəri də [Baharın] ona Nurəddin barədə gizlin gözətçi olmasını duyub, Baharı bir yolla rədd etmək fikrində idi. S.S.Axundov; 3) qovmaq, qəbul etməmək. [Balaş:] Sevil! Diz üstə çöküb bir çocuq kimi yalvarıram; məni öldür, rədd etmə! C.Cabbarlı. [Xalıqverdinin] aləmində qonağı rədd eləmək nanəciblik idi. Ə.Vəliyev. Rədd ol! – birisini özündən uzaqlaşdırmaq, qovmaq məqamında işlədilir. [Məşədi İbad:] Əşi, rədd ol o yana, bir sən qalmışdın ki, məni soyasan. Ü.Hacıbəyov.\n\nII. is. [ər.] Ləpir, ayaq yeri, iz. Sabah olan kimi hər üç pəhləvan yola düşüb, qanın rəddi ilə düz zülmət quyusunun başına gəldilər. (Nağıl). Bura bax, Nadir, – deyə [Cəfər] rəddi göstərdi: – Görürsənmi, aşağıdan gəlib, bu tərəfə burulub. İ.Əfəndiyev. rəddedilməz sif. Rədd edilə bilməyən; əsaslı, sübutlu. Rəddedilməz dəlil. rədif is. [ər.] ədəb. Hər beytin axırında qafiyədən sonra təkrar edilən söz və ya söz birləşməsi. M.V.Vidadinin “Gəl çəkmə cahan qeydini sən, can belə qalmaz” müsəddəsində “belə qalmaz” rədifdir. rədifli sif. ədəb. Rədifi olan, rədiflə qurtaran. Sabirin “Oxutmuram, əl çəkin!” rədifli şeri. rəf I. is. [ər.] Qab-qacaq və s. düzmək üçün evin divarına və ya şkafa şaquli vəziyyətdə vurulan taxta parçası, yaxud divar tikiləndə qoyulan şaquli çıxıntı. Suvaqsız divarda qədim tüfənglər və qılınclar asılmışdı, rəflərdə pas basmış mis qablar üstüstə yığılmışdı. Çəmənzəminli. [Nuriyyə:] Gözüm otağın yarımqaranlığına alışandan sonra adi taxtadan düzəlmiş rəflərdəki kitabları gözdən keçirdim. İ.Əfəndiyev.\n\nII. is. [ər.] Qaldırma, aradan götürmə, rədd etmə, ləğv etmə, yox etmə. Ən əvvəl lazım olan budur ki, öz ehtiyacatımızı dürüst bilib, tədriclə bunların rəfinə çalışaq. F.Köçərli. • Rəf etmək (köhnə forması: rəf qılmaq) – aradan götürmək, aradan qaldırmaq, yox etmək, ləğv etmək, rədd etmək. Rəf qıl dərdimi, tut bir neçə camilə əlim; Saqiya, ol gözü xummardən oldum məyus. S.Ə.Şirvani. Poçt yolu ilə gəlib-gedənlərin hər ehtiyaclarını Rəhim bəy kəmali-məmnuniyyətlə rəf edirdi. Ə.Haqverdiyev. Rəf olmaq – aradan qalxmaq, yox olmaq, yox olub getmək. Yetişən zaman başa sinnü sal; Didarını görcək, rəf oldu məlal. Q.Zakir. Rəf olunmaq – yox edilmək, yox olub getmək. Ürəkdə həvəs cuş edəndə gözdən axan yaşla ürəkdəki ağırlıq rəf olunur. S.M.Qənizadə. rəfaqət is. [ər.] Yoldaşlıq, dostluq. Yox ikən sənlə bir rəfaqətimiz; Nərədəndir bu rütbə hörmətimiz?! M.Ə.Sabir. Yoxdur insafü sədaqət bizdə; Nə də düz-doğru rəfaqət bizdə. A.Səhhət. • Rəfaqət etmək – 1) yoldaşlıq etmək. [Xədicəyə] rəfaqət edəcəkdim. S.Hüseyn; 2) məc. həmişə bir yerdə olmaq, bərabər olmaq, müşayiət etmək. rəfedici sif. Rəf edən, aradan qaldıra bilən, öhdəsindən gələ bilən. Məktəb elmli, bilikli, məişətin ehtiyacatını rəfedici .. adamlar yetirə bilməyir. F.Köçərli. rəfətə is. Çörəyi təndirə yapmaq üçün alət. Üzü pörtmüş şatır oxlovçunun verdiyi xəmiri əlindəki rəfətənin üstünə yayıb təndirə yapırdı. P.Makulu. rəfiq is. [ər.] Yoldaş, dost, arqadaş. Yarım saatdan sonra neçə nəfər köhnə rəfiqlərlə Şaban daxil oldu. Ə.Haqverdiyev. Bir də rəfiqlərindən biri deyirdi ki, Ağəli xan yazıb, məndən yaranal sırması və şaşka istəmişdi. Çəmənzəminli. Güllər .. məktəb yoldaşını və onun rəfiqini gördü. İ.Əfəndiyev. rəfiqanə zərf və sif. [ər. rəfiq və fars. ...anə] Yoldaşcasına, dostcasına. Rəfiqanə hərəkət. – [Müəllif:] Bir azdan sonra biz rəfiqanə söhbət edirdik. T.Ş.Simurq. rəfiqə is. [ər.]\n1. Qız və ya qadının qız və ya qadın yoldaşı. Vəfalı Hüsniyyə rəfiqəsinin yanını kəsdirib, sübhə qədər gözlərini yummadı. S.S.Axundov. [Nuriyyə:] İnstitutda oxuduğum zaman rəfiqələrim gündə bir dəst paltar geydikləri halda mən bütün ili bir donla başa vurdum. İ.Əfəndiyev.\n2. Qadın, zövcə, yoldaş (3-cü mənada). [Şair] tifilə baxmadan əvvəl əyilib rəfiqəsinin solğun alnından öpdü. Ə.Məmmədxanlı. rəfiqəlik bax. bacılıq 2-ci mənada. [Ziba:] Çiçəyi bir ana qəlbi ilə tərbiyə etsəm, .. Həlimənin qabağında öz rəfiqəlik borcumu ödəmərəmmi? S.Rəhimov. rəfiqlik is. Yoldaşlıq, arqadaşlıq, dostluq. rəftar is. [fars.] Birisinə və ya bir şeyə qarşı göstərilən münasibət, davranış, hərəkət tərzi. Yaxşı rəftar. Pis rəftar. – [Vaqif Qızxanıma:] Səndən xoş rəftardan başqa bir şey tələb etmirəm. Çəmənzəminli. // Özünü aparma tərzi, özünü tutma qaydası. [Əşrəf bəy:] Ancaq təvəqqe eləyirəm, mənim bu cür rəftarımı biədəb hesab eləməyəsiz. N.Vəzirov. • Rəftar etmək (eyləmək) – birisinə və ya bir şeyə qarşı bu və ya başqa cür münasibət göstərmək, hərəkət etmək, davranmaq, özünü aparmaq. Sən muradım əksinə, ey çərx, rəftar eylədin. S.Ə.Şirvani. Aralıqda “cənnətin qəbzi” məsələsi olmasa idi, usta camadarla başqa cür rəftar edərdi. Çəmənzəminli. rəğbət [ər.] is. Meyil, təvəccöh. Hazırda həm iqbal, həm də məmləkət xalqının rəğbəti Qızıl Arslanın tərəfindədir. M.S.Ordubadi. • Rəğbət etmək (eləmək, bəsləmək) – meyil etmək, təvəccöh göstərmək, üz göstərmək, yaxınlıq etmək. [Fatmanisə:] [Almaz] məni nöşün götürür, mənə kim rəğbət eləyəcək. C.Cabbarlı. Firəngiz lap gənclikdən matadorlara rəğbət bəslərdi. B.Bayramov. rəğbətləndirmə “Rəğbətləndirmək”dən f.is. rəğbətləndirmək f. Özünə cəlb etmək, istətmək, rəğbət hissi oyatmaq. Uşağı rəğbətləndirmək. rəğbətli sif. Rəğbət hissi oyadan, xoşa gələn; yaxşı, abırlı. Rəğbətli geyim. rəğmən qoş. ...baxmayaraq, ...əksinə (olaraq); ...isə də, ...diyi (duğu) halda; amma, yenə də. Aslan, Mənsurun elmə həvəskar olmağına rəğmən onu oxutdururdu. C.Cabbarlı. Firuz bütün mətanəti və səbatına rəğmən dəniz sahilindəki qayalardan birinin arxasına düşdü. H.Nəzərli. rəhavi is. [fars.] Klassik musiqidə muğam adı. rəhbər is. [fars.]\n1. Hər hansı bir ictimai hərəkatın, partiyanın, sinfin ideoloqu, siyasi başçısı, yolgöstərəni. Hərəkatın rəhbərləri.\n2. Bir işin başında duran, onu idarə edən adam; başçı. Dram dərnəyinin rəhbəri. Şöbənin rəhbəri. – Jurnalın rəhbəri Cəlil Məmmədquluzadə bütün qüvvə və enerjisini, bütün fikir və vaxtını jurnala həsr etmişdi. M.İbrahimov. [Məmmədsadıq:] Səməndər elə rəhbərə rast gəlib ki, tükənməz bir xəzinədir. B.Bayramov.\n3. Yolgöstərən. Sən olmasan verəməzdim mən eşqə bir məna; Bu yolda sən mənə rəhbərsən, eyləməm inkar. H.Cavid.\n4. köhn. Arayış, məlumat kitabı; bir fənni, dili öyrənmək üçün kitabça. Rəhbəri-cəbr. rəhbərlik is. Bir işin başında durma, yol göstərmə. Partiyanın rəhbərliyi. • Rəhbərlik etmək – başçılıq etmək, bir işin başında durmaq, yol göstərmək. Bu halda əvvəlki gün mənə rəhbərlik edən ixtiyar qadın qarşıma çıxdı. S.Hüseyn. rəhm is. [ər.] Acıma, yazığı gəlmə, ürəyi yanma; mərhəmət. Şahın zülmü yüz olar; Rəhmini görən olmaz. (Bayatı). Onun heç bir rəhmi, insafı yoxdurmu? M.S.Ordubadi. • Rəhm etmək (köhnə forması: rəhm qılmaq) – yazığı gəlmək, halına acımaq, ürəyi yanmaq, mərhəmət etmək. Yandırma mənim canımı, öz canına rəhm et. Qövsi. Vaqifə rəhm eylə, bari, ilahi; Agah et dərdindən ol üzü mahi. M.P.Vaqif. Sənə nə qədr dedim, rəhm qıl mənə, getmə. X.Natəvan. Rəhm oyanmaq – bax. rəhmə gəlmək. [Nərgiz:] Qəsdən dayandım ki, bəlkə ürəyimə qan gələ, rəhm oyana. B.Bayramov. Rəhmə gəlmək – acımaq, yazığı gəlmək, ürəyi yanmaq. Aşiqinə qanlar ağladan dilbər; Rəhmə gəlib göz yaşını silməzmi? M.P.Vaqif. [Balaş Gülüşə:] Müqəssir mən özüməm, bacıcan, mənə rəhmin gəlsin. C.Cabbarlı. Rəhmə gətirmək – insafa gətirmək, ürəyində mərhəmət hissi oyandırmaq. Rəhmi gəlmək – bax. rəhm etmək. [Sultan bəy:] [Arşınmalçının] amma xalasını alardım və bir söz deyən olsa idi, deyərdim ki, bir fağır dul arvad idi, rəhmim gəldi, aldım. Ü.Hacıbəyov. Sənubərin sinəsi qabardı, anasına rəhmi gəldi. B.Bayramov. rəhmdil (=rəhmdilli) sif. [ər. rəhm və fars. dil] Ürəyi rəhmli, ürəyinazik, ürəyiyumşaq. Qaraca qızın ürəkyandırıcı faciəsindən rəhmdil Piri kişi xeyli qəmgin oldu. S.S.Axundov. Mən sənin bir rəhmdil səyyadınam, gəl qoynuma; Gəl öpüm, gəl oxşayım, ey nazənin ahu, səni. M.Müşfiq. rəhmdilli (=rəhmdil) sif. [ər. rəhm və fars. dil] Ürəyi rəhmli, ürəyinazik, ürəyiyumşaq. Qaraca qızın ürəkyandırıcı faciəsindən rəhmdil Piri kişi xeyli qəmgin oldu. S.S.Axundov. Mən sənin bir rəhmdil səyyadınam, gəl qoynuma; Gəl öpüm, gəl oxşayım, ey nazənin ahu, səni. M.Müşfiq. rəhmdillik is. Ürəyinaziklik, mərhəmətlilik, rəhmlilik, şəfqətlilik. Kürdüstan dağlarında bəslənmiş elmsiz, tərbiyə görməmiş bir qızda bu qədər rəhmdilliyə .. heyran qalıram. S.S.Axundov. Qaçayı fəhlələrə sevdirən isə onun rəhmdilliyi, hamıya bir növ ağsaqqallıq etməsi idi. Ə.Vəliyev. rəhmət is. [ər.] klas.\n1. Yazığı gəlmə, rəhm etmə, mərhəmət.\n2. məc. Nemət, bərəkət mənasında. Alqış sənə, ey zəhmət; Dünyaya saçan rəhmət; Sənsən bu əməklərlə. A.Şaiq.\n3. məc. Dindarların etiqadına görə, Allahın mərhəmətinin təzahürü olaraq yağan xeyirli yağış.\n4. Müsəlman dininə görə Allahın ölülərə rəhm edib günahlarını bağışlaması. • ...rəhmət! – Allah ... günahından keçsin! Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana; Zərrəcə qəti-məhəbbət etmədin, rəhmət sana. Füzuli. ‣ Rəhmət demək (oxumaq) – yaxşılıqla anmaq, yaxşılığına danışmaq. Düşmən düşmənə rəhmət oxumaz ki... – Sanma varis mənə rəhmət oxuyub heyf çəkər. M.Ə.Sabir. [Mirzə Heydər:] Cəmi-aləm [atama] rəhmət oxuyur. Ə.Haqverdiyev. [Qara kişi:] Gərək hamıya yaxşılıq eləyəsən ki, öləndə hamı rəhmət desin. B.Bayramov. Rəhmət etmək – bax. rəhmətə getmək. Rəhmətə getmək – ölmək. Vaxt yetişdi, anası .. rəhmətə getdi; Bu həsrətin ağrısını duydu Əmirxan. S.Vurğun. Allah rəhmət eləsin! – təsəlli və təziyə ifadəsi. Yazıq Molla Tanrıqulu, Allah sənə rəhmət eləsin! C.Məmmədquluzadə. [Molla Əkbər:] Bu tarçı .. Əsəd deyildi... Tanrıçı Əsəd idi... Yaxşı adam idi. Allah rəhmət eləsin... B.Talıblı. Allah(ın) rəhmətinə getmək – bax. rəhmətə getmək. [Səkinə xanım:] Qardaşım Allahın rəhmətinə getdi. M.F.Axundzadə. rəhmətlik is.\n1. Adı çəkilməyərək nəzərdə tutulan ölmüş şəxs; mərhum. Rəhmətlik məni çox istərdi, çünki məndən savayı bir özgə övladı yox idi. C.Məmmədquluzadə. [Cahan:] İndi Allah bilir ki, nə iş görür, rəhmətlik on iki ildir ki, ölübdür. Ü.Hacıbəyov.\n2. Bu söz vəfat etmiş adam xatırlanarkən adının ya əvvəlinə, ya sonuna gətirilir. [Qənbərqulu:] Rəhmətlik bibim buranın ağası olanda Cavadın atası ağsaqqal qoca bir kişi idi. B.Talıblı. Rəhmətlik qoca nənəm demişkən, tərpənib yeriyəndə elə bilərdin o yandan bir ağmaya gəlir. İ.Əfəndiyev.\n3. Yaşlı adama xitab, müraciət (tərkibdə işlənir, həm də narazılıq, məmnunsuzluq ifadə edir). [Sərnişin:] Sən də bu basabasda tramvaya yeşik çıxardırsan, ay rəhmətlik oğlu. Qantəmir. Ah rəhmətlik balası, başını qoyub yatsana. H.Nəzərli. rəhmkar sif. [ər. rəhm və fars. ...kar] Rəhmli. [Şah Abbas] çox rəhmkar şahdır. “Qurbani”. rəhmsiz sif. və zərf Rəhm bilməyən; mərhəmətsiz, insafsız, amansız. Rəhmsiz adam. Rəhmsiz baxışlar. – Jandarmların rəhmsiz sifəti, çapqın, talan, qanlı xəncərlər [Telli xalanın] gözü önündə dikəlirdi. Mir Cəlal. Qəhrəman ona sərt və rəhmsiz baxışlarla baxırdı. Ə.Vəliyev. rəhmsizlik is. Mərhəmətsizlik, amansızlıq, insafsızlıq. Rəhmsizlik etmək. rəhn is. [ər.]\n1. Girov. Onun bütün əmlakı rus bankının rəhnindədir. M.S.Ordubadi. [Hacı Vəli:] Evində iki otaq dolusu rəhn qoyulmuş şeylər var idi. Çəmənzəminli.\n2. məc. Əsas, şərt, mənbə. Təmizlik sağlamlığın rəhnidir. Birlik qalibiyyətin rəhnidir. rəhnüma is. [fars.] klas. Yolgöstərən, bələdçi. Ümmətin rəhnüması tərbiyədir; Millətin pişvası tərbiyədir. M.Ə.Sabir. // Rəhnümasilə şəklində – müşayiəti ilə. Yengələr .. dərhal ayağa qalxaraq alafa altına alınmış gəlini qız yengələrinin rəhnümasilə evdən çıxarardılar. R.Əfəndiyev. rəxnə is. [fars.]\n1. Yıxıq, dağınıq yer, çökmüş yer.\n2. məc. Zərər, ziyan. • Rəxnə salmaq – çaxnaşma salmaq, qarma-qarışıqlıq salmaq, vəlvələ qopartmaq. İlahi rəxnə salmasın; Bu qurğu, dövrana, deyin. Aşıq Ələsgər. Rəxnə vurmaq (yetirmək) – ziyan vurmaq, zərər yetirmək; dağıtmaq, pozmaq, kökünü tərpətmək. Məzhəbə rəxnə vurub, dinə salardı fəsad. M.Ə.Sabir. Ağır və məşəqqətli həyat [Araz və Günəşin] ailə həyatının sağlam təməlinə zərrə qədər rəxnə vura bilməmişdi. A.Şaiq. Heyf, səd heyf ki, ittifaqı pozan və [birliyin] bünövrəsinə rəxnə yetirən əvvəlcə o kəslər oldu ki, maarifpərvərlik ismini üstlərinə götürüb rəyasətlik iddiasındadırlar. F.Köçərli. Rəxnə yetişmək – dağılmaq, pozulmaq, kökü sarsılmaq. Az qaldı ki, evin bünövrəsinə rəxnə yetişsin ki, nagah dərviş mənzilə qayıtdı. M.F.Axundzadə. rəxnələnmə “Rəxnələnmək”dən f.is. rəxnələnmək f. Dağılmaq, sökülmək; kökündən sarsılmaq, ziyan çəkmək. rəxnələnmiş f.sif. Sökülmüş, dağılmış, kökündən sarsılmış; ziyan görmüş. Rəxnələnmiş həsarü divarı; Səqfi çökmüş, qədimi asarı. A.Səhhət. Qışda uçmuş damlar qayrılır, rəxnələnmiş hasarlar təmir olunub düzəlirdi. S.Hüseyn. rəxt is. [fars.] köhn.\n1. Minik atına lazım olan şeylər. [Heydər bəy:] Əmiraslan bəyin övladı genə dünən də Ağcabədi bazarında dədələri osmanlıda qəsb etdiyi gümüş rəxtlərdən satırdılar. M.F.Axundzadə.\n2. Döşənəcək, yataq. Ötkün sözüm, kəskin baxtım olaydı; Ağ otağım, zərrin rəxtim olaydı. Aşıq Ələsgər. rəxtxab is. [fars.] Yataq, yorğan-döşək. Güləndam rəxtxab götürüb getdi balaca otağa. Ə.Haqverdiyev. Axund o biri otağa girəndən sonra barmaqlarının ucunda yeridi, ipək rəxtxaba girdi. Mir Cəlal. rəis is. [ər.] İdarə edən, rəhbərlik edən, başçılıq edən adam. Milis rəisi. Sex rəisi. – [Çeşməkli kişi:] Mən bu tikintinin rəisini axtarıram. S.Rəhman. İş ilə tanış olandan sonra Vahidi axırıncı dəfə rəis özü dəyişdirdi. Mir Cəlal. // Başçı, müdir. Şamaxı realni məktəbinin rəisi Şamaxıya gələn kimi əvvəl bir müsəlmanlar ilə dadışdı.. C.Məmmədquluzadə. Hasılı Hacı Aslan çox böyük adam idi; çünki o, nüfuzlu bir məhəllə rəisi və ağsaqqalı idi. S.Hüseyn. // köhn. Bir heyət və ya məclisin başında duran şəxs; sədr. Vəkillər heyəti rəisi. Hökumət rəisi. rəislik is. Rəis vəzifəsi; başçılıq, rəhbərlik. rəiyyət is. [ər.] Bir dövlətin tabeliyində olan(lar); təbəə. Atabəy Məhəmməd, Marağa və Təbrizi alandan sonra şəhərlərə qasidlər göndərib, rəiyyətlərinə böyük qələbənin xəbərini elan etdirdi. M.S.Ordubadi. // Aşağı təbəqədən olan, yoxsul adam. Böyük-kiçik, rəiyyət, xanım, ağa; Yapışdılar hər biri bir peşəyə. A.Səhhət. [Şahnisə Vaqifə:] Kaş əliqabarlı bir rəiyyət olaydım, balalarım da gözümün önündə olaydı. Çəmənzəminli. rəiyyətpərvər (=rəiyyətpərəst) sif. [ər. rəiyyət və fars. ...pərvər, ...pərəst] köhn. Öz rəiyyətini sevən, onun rifahına çalışan. Atabəylər rəiyyətpərvər deyildir. M.S.Ordubadi. Möhsün .. özünü hər yerdə, hər bir məclisdə rəiyyətpərəst (z.) göstərir. S.Rəhimov. rəiyyətpərəst (=rəiyyətpərvər) sif. [ər. rəiyyət və fars. ...pərvər, ...pərəst] köhn. Öz rəiyyətini sevən, onun rifahına çalışan. Atabəylər rəiyyətpərvər deyildir. M.S.Ordubadi. Möhsün .. özünü hər yerdə, hər bir məclisdə rəiyyətpərəst (z.) göstərir. S.Rəhimov. rəqabət is. [ər.]\n1. Hər hansı bir sahədə eyni məqsədi əldə etmək üçün ayrıayrı şəxslər arasında mübarizə, çəkişmə. • Rəqabət aparmaq (etmək) – 1) üstünlük qazanmaq üçün cəhd etmək, mübarizə aparmaq (etmək); 2) məc. bərabər olmağa çalışmaq, geri qalmamaq, yarışmaq. Kürdüstan qızlarının gözləri dağlarda marallarla, çöllərdə ceyranlarla rəqabət edir. H.Nəzərli.\n2. Əmtəə istehsalında: əmtəəni daha mənfəətlə istehsal etmək və satmaq üçün xüsusi istehsalçılar arasında mübarizə, yarış; kapitalizm şəraitində – daha çox mənfəət götürmək üçün kapitalistlər arasında mübarizə. Böyük sərmayəyə malik olan əcnəbi şirkətləri ilə yerli neft sahibləri rəqabət edə bilməzlər. M.S.Ordubadi. Müftə qazanca dadanmış qoçular arasında rəqabət gedirdi. A.Şaiq. rəqəm is. [ər.]\n1. Ədədlərin, sayların yazıda işarəsi. 3 rəqəmi. 15 rəqəmi. – [Fərman] qabağına bir kağız qoyaraq, karandaşla bir çox rəqəm yazır və hesablayırdı. Ə.Sadıq. Rəqəmlər düzülüb yan-yana; İkiylə başlayanı var; üçlə başlayanı var; hələ beşi, yeddini demirəm. R.Rza. • Ərəb rəqəmləri – orta əsrlərdə ərəblərdən əxz olunmuş 1, 2, 3, 4 və b. rəqəmlər. Roma rəqəmləri – qədim romalılardan əxz olunmuş I, II, III, IV və b. rəqəmlər.\n2. klas. Yazı, yazı ilə qeyd, işarə. • Rəqəm etmək (qılmaq) klas. – 1) yazmaq, yazı ilə işarə etmək. Bir naməyə dərdimi rəqəm qıl; Sultanıma ərz et, kərəm qıl! Füzuli; 2) şəkil çəkmək. Rəqəm olunmaq klas. – 1) yazılmaq, yazı ilə işarə olunmaq; 2) şəkil çəkilmək, çəkilmək. Beşinci otağın divarlarında Şah İsmayıl Səfəvi ilə sairlərin mabeynində vaqe olan cənglərin surəti rəqəm olunmuşdu. M.F.Axundzadə. rəqib is. [ər.]\n1. Eyni şeyi tələb edən, istəyən, arzu edən şəxslərdən hər biri. [Gülüş Dilbərə:] Görürsünüz ki, rəqibiniz nə qədər gücsüzdür. C.Cabbarlı. Heç o qədər də arzulamadığı və rəqibi olan qonağın – Aslan bəyin gəlişi Qasım bəyi açmadı. A.Şaiq. // Bir qıza vurulan aşiqlərdən hər birinə nisbətən hər biri.\n2. İdman yarışlarında iştirak edənlərdən hər biri; qarşı tərəf. Rəqibə ciddi müqavimət göstərmək. – Məmməd rəqibindən cəmisi bir sinə irəli keçib yarışı aparmışdı. H.Seyidbəyli. rəqiq is. [ər.] köhn.\n1. İncə, nazik.\n2. məc. Hər şeydən mütəəssir olan, həssas. rəqqas I. is. [ər.] Rəqs edən, oynayan; balet artisti. Eh, keçən günlərim, keçən günlərim; Deyib qoca rəqqas ah çəkdi; Yenə... B.Vahabzadə.\n\nII. is. [ər.] Saatların mexanizminin hərəkətini təmin etmək üçün aşağı ucuna ağırlıq, yuxarı ucu isə sabit nöqtəyə bənd edilmiş olan hərəkət edən mil; kəfkir. Divar saatının rəqqası. // Cib və qol saatlarında bu vəzifəni görən yaylı çarx. rəqqasə is. [ər.] Rəqs edən, oynayan qız, qadın; balerina. Musiqi çalınır, rəqqasələr rəqs edirlər. M.S.Ordubadi. rəqqasəlik is. Rəqqasənin işi, sənəti; balerinalıq. rəqqaslıq is. Rəqqasın işi, sənəti. rəqs is. [ər.]\n1. Musiqinin tempinə uyğun olaraq ritmik bədən hərəkətlərindən ibarət incəsənət növü. Azərbaycan xalq rəqsləri. – Rəqs insanların hələ çox qədim zamanlarda yaratdığı bir sənətdir. Ə.Bədəlbəyli. [Bəhram:] Nə gözəldir bu rəqslər! Könüllərdən qaçır kədər. A.Şaiq. • Rəqs etmək – rəqs ifa etmək; oynamaq. Axışıb gələn dəstələr həyətdə toplanır, çal-çağır başlayır, gənclər yallı tutub rəqs edirdilər. S.Rəhimov. Qızlar əlvan paltar geyib; Rəqs edirlər qoşa-qoşa. M.Dilbazi.\n2. Həmin hərəkətlərin ritm, üslub və sürətinə uyğun musiqi əsəri. Bramsın macar rəqsləri.\n3. İştirakçıların belə hərəkətləri ifa etdikləri, oynadıqları şənlik, əyləncə. Klubda rəqs gecəsi təşkil olunmuşdu. rəqsçi bax. rəqqas1. rəqsçilik bax. rəqqaslıq. rəmə is. [fars.] Sürü. Qoyun sürüsü. rəməl is. [ər.] Əruz vəznində şeir forması. Mikayıl Müşfiq heca vəzninin bütün bölgülərində (üç hecalıdan tutmuş iyirmi hecalıya qədər), əruz vəzninin əsasən həzəc və rəməl bəhrlərində əsərlər, eləcə də sərbəst şeirlər yazmışdır. G.Hüseynoğlu. rəml is. [ər.] Rəmmalların qum üzərində müxtəlif işarələr çəkərək və ya başqa üsullarla fala baxıb gələcəkdən xəbər verməsi. • Rəml atmaq – qum üzərində müxtəlif işarələr çəkmək və ya başqa üsulla fala baxmaq. Bir küy düşdü ki, məşhur Seyid Mircəfər ağa rəml atıb hamını bu sirdən agah edəcək. Çəmənzəminli. rəmlçi bax. rəmmal. [Vəzir dedi:] Şah sağ olsun, bir rəmlçi tapmışam ki, yerin altını da bilir, üstünü də. (Nağıl). rəmmal is. [ər.] Rəml atan (bax rəml); falçı; rəmlçi. İnanma gər desə rəmmal, sirriqeybə agahəm. S.Ə.Şirvani. [Hünər:] Rəmmal deyib, yalnız qılınc; Mən də inanıram rəmmal deyənə. M.Rahim. Durub rəml atdırır rəmmalə, bəxti qarə iranlı. Şəhriyar. rəmmallıq is. Rəmmalın peşəsi; falçılıq, rəmlçilik. rəmz is. [ər.]\n1. Bir fikri və ya anlayışı ifadə edən rəsm, şəkil, hərf və s. işarə. Göyərçin sülh rəmzidir. – Bu həqiqi və kamil bir sənət əsəri deyildisə də, lakin sadə və təsiredici rəmzlərlə dolu bir tablo idi. Ə.Məmmədxanlı.\n2. İşarə ilə anlatma; işarə. Rəmz anlayan, söz düşünən, dərd bilən; Aləmlərdə şöhrətlənir, bəllənir. “Qurbani”.\n3. xüs. Bu və ya başqa bir fəndə qəbul edilmiş hər hansı bir kəmiyyətin şərti işarəsi; simvol. rəmzi sif. [ər.] Rəmzlə ifadə olunan, işarə ilə, dolayı yolla bildirilən; üstüörtülü. Rəmzi məna. – Sənətin, hünərin rəmzidir dağlar; Bizləri eşq ilə sənətə bağlar. Şəhriyar. rəna sif. və is. [ər.] şair.\n1. Gözəl (qız, qadın). Kim bilir, yollarında, ey rəna! Nə qədər, uf, boyun bükənlər var. A.Şaiq.\n2. Gözəl, lətafətli, qəşəng. Bu haman rəna qəzəldir ki, Nəvai söyləmiş. Qövsi. Kəlağayı gülgəz, libası əlvan; Bir güli-rənadır mənim sevdiyim. M.P.Vaqif. rənalıq is. şair. Gözəllik, göyçəklik, qəşənglik. Qopar qiyaməti sərvin girəm gülüstanə; İnanma sərv, sənubərdə var bu rənalıq. M.S.Ordubadi. rənc is. [fars.] klas.\n1. Əziyyət, zəhmət. Ah, bizlər çocuq ikən nə qədər; Vermişik valideynə rəncü kədər! M.Ə.Sabir. Nə çox vaxt xırman döyəndə yazığın [taybuynuz öküzün] ağzını da bağlayırlar ki, belə rənc və zəhmətlə döydüyü arpa-buğdanın küləşindən və ələfindən yeməsin. F.Köçərli.\n2. Zəhmət, əmək. [Qərib:] Gəl sən mənə izin ver gedim, öz əlimin rənci ilə qırx kisə qızıl qazanım.. “Aşıq Qərib”. rəncbər is. [fars.]\n1. Taxıl əkib becərməklə məşğul olan kəndli; əkinçi, taxılçı. İş rəncbərin, güc öküzün, yer özününkü; Bəyzadələri, xanları neylərdin, ilahi?! M.Ə.Sabir. [Molla Xəlil] gərək adi bir rəncbər kimi xışın dəstəsindən yapışsın, əkinçiliyə başlasın. S.Hüseyn.\n2. Zəhmətkeş, əməkçi kəndli. [Mirzə:] Bəylərin, xanların yerləri hamısı əllərindən alınıb camaata, rəncbərlərə verilir. Ə.Haqverdiyev. Ədhəm kişi ucaboylu, enlikürəkli, həddindən artıq genişalınlı, iri gözlərilə olduqca mehriban təsir buraxan bir rəncbər idi. M.Hüseyn. rəncbərlik is.\n1. Rəncbərin işi, peşəsi; əkinçilik, taxılçılıq. Kəndlilər rəncbərlik, maldarlıq və bağbançılıqla yarıac həyat sürərdilər.\n2. Zəhmətkeşlik, əməkçi kəndli. [İmdad:] Atamız [Paşa bəyin] atasına, özümüz özünə rəncbərlik eləyib, bəhrə vermişik. Ə.Vəliyev. rəncidə [fars.] bax. incik. [Qadın:] Xudahafiz. Mənim ərim bir qədər tündməcazdır. Xahiş edirəm rəncidə olmayasınız. Ə.Haqverdiyev. • Rəncidə etmək (salmaq) – incitmək, küsdürmək, ürəyini sındırmaq. Rəncidə elə xalqı, danış acı zəhərtək; Şirin danışar isə gər insan, nəyə lazım? Ə.Vahid. Rəncidə olmaq – incimək, ürəyi sınmaq, küsmək. [Zöhrə xanım:] Biz Çingizdən rəncidə olmuruq. S.S.Axundov. Şəfiqə cavab verdi ki, məndən rəncidə olub getdi. İ.Musabəyov. rəncidəqəlb (=rəncidəxatir=rəncidəhal) sif. və zərf [fars. rəncidə və ər. qəlb, xatir, hal] İncik, incimiş, küskün, küsmüş. Belə şübhəli və bir az da rəncidəxatir xan durub darvazadan çıxdı. Çəmənzəminli. Lakin müvəkkil rəncidəhal gedirdi. B.Bayramov. • Rəncidəqəlb (rəncidəxatir, rəncidəhal) etmək – incitmək, küsdürmək, qəlbini sındırmaq. Rəncidəqəlb (rəncidəxatir, rəncidəhal) olmaq – incimək, küsmək, qəlbi sınmaq. [Şah:] Hacı, deyəsən, məndən rəncidəxatir oldun. Ə.Haqverdiyev. Xanım, Qulam müəllimin rəncidəhal olduğunu görüb gülümsündü.. S.Rəhimov. rəncidəxatir (=rəncidəqəlb=rəncidəhal) sif. və zərf [fars. rəncidə və ər. qəlb, xatir, hal] İncik, incimiş, küskün, küsmüş. Belə şübhəli və bir az da rəncidəxatir xan durub darvazadan çıxdı. Çəmənzəminli. Lakin müvəkkil rəncidəhal gedirdi. B.Bayramov. • Rəncidəqəlb (rəncidəxatir, rəncidəhal) etmək – incitmək, küsdürmək, qəlbini sındırmaq. Rəncidəqəlb (rəncidəxatir, rəncidəhal) olmaq – incimək, küsmək, qəlbi sınmaq. [Şah:] Hacı, deyəsən, məndən rəncidəxatir oldun. Ə.Haqverdiyev. Xanım, Qulam müəllimin rəncidəhal olduğunu görüb gülümsündü.. S.Rəhimov. rəncidəhal (=rəncidəqəlb=rəncidəxatir) sif. və zərf [fars. rəncidə və ər. qəlb, xatir, hal] İncik, incimiş, küskün, küsmüş. Belə şübhəli və bir az da rəncidəxatir xan durub darvazadan çıxdı. Çəmənzəminli. Lakin müvəkkil rəncidəhal gedirdi. B.Bayramov. • Rəncidəqəlb (rəncidəxatir, rəncidəhal) etmək – incitmək, küsdürmək, qəlbini sındırmaq. Rəncidəqəlb (rəncidəxatir, rəncidəhal) olmaq – incimək, küsmək, qəlbi sınmaq. [Şah:] Hacı, deyəsən, məndən rəncidəxatir oldun. Ə.Haqverdiyev. Xanım, Qulam müəllimin rəncidəhal olduğunu görüb gülümsündü.. S.Rəhimov. rəncidəlik is. İnciklik, küskünlük, küsmə, incimə. [Müstəntiq:] Paşa bəylə pristav Kamalın arasında inciklik, rəncidəlik vardırmı? Ə.Vəliyev. rəndə is. [fars.] Taxtanı yonub hamarlamaq üçün dülgər aləti. [Fərmanın] atasından qalan rəndə və əl mişarının dəstəsi xurcunun ağzından görünürdü. Ə.Sadıq. Balta taqqıltıları, rəndə səsləri bir-birinə qarışmışdı. İ.Şıxlı. rəndələmə “Rəndələmək”dən f.is. rəndələmək f.\n1. Taxtanı rəndə ilə yonub hamarlamaq, rəndədən keçirmək. Bir yanda xarratlar taxta yonub rəndələyir, qapıpəncərənin çərçivəsini yerinə salır, döşəməni düzəldirdilər. M.İbrahimov. Qoca xarrat qutuları; Rəndələyib verdi sığal. M.Dilbazi.\n2. məc. Ora-burasını düzəltmək, yaxşı şəklə salmaq, qaydaya salmaq, abıra salmaq. ..Belə çirkin adətləri rəndələmək, özü də əməlli-başlı rəndələmək lazımdır. // məc. Tərbiyələndirmək; kobud, qaba cəhətlərini bir qədər yumşaltmaq, azaltmaq. Zaman onu xamır kimi; kündələdi; Yaman onu rəndələdi... B.Vahabzadə. rəndələnmə “Rəndələnmək”dən f.is. rəndələnmək məch.\n1. Rəndə ilə yonulub hamarlaşdırılmaq, yaxud rəndə ilə kəsilmək.\n2. məc. Ora-burası düzəldilmək, yaxşı şəklə, qaydaya salınmaq. rəndələtdirmə “Rəndələtdirmək”dən f.is. rəndələtdirmək bax. rəndələtmək. rəndələtmə “Rəndələtmək”dən f.is. rəndələtmək icb. Rəndə ilə yondurub hamarlatdırmaq. Taxtaları rəndələtmək. rəng is. [fars.]\n1. Bir şeyin işıq tonu. Tünd rəng. Qırmızı rəng. – Çöllər yuxudan olunca bidar; Min rəng çiçəklə doldu gülzar. A.Şaiq. Xoşdur mənə, xoşdur bu təbiətdəki rənglər. S.Rüstəm. • Rəngi qaçmaq (getmək) – öz təbii rəngini itirib bozarmaq, ağarmaq, solmaq. Kosanın şapkası günün və yağmurun təsirindən rəngi qaçmış, əyilərək təsəyə dönmüşdü. S.Rəhimov. Mənə aynabəndin rəngi getmiş qapısını açmaq kifayət idi ki, onu görüm. Ə.Məmmədxanlı. ...rəngə çalmaq – bir rəng vermək, bu və ya digər rəngə oxşamaq. Hər rəngə çalan cürbəcür cücülər otlara mərcan kimi sarılmışdı. S.S.Axundov. Tahirin yanaqları bozumtul rəngə çalırdı. M.Hüseyn. Rəngi qaçmış – öz rəngini itirmiş; ağarmış, bozarmış. Rəngi qaçmış çit. Rəngi qaçmış paltar.\n2. bax. boya 1-ci mənada. Yağlı rəng. Sulu rəng. – Dəftərdə qəşəng rənglə çəkilmiş quş, pişik və it şəkli vardı. Ə.Vəliyev.\n3. Qadınların dodaqlarına, üzlərinə çəkdikləri, əsasən, qırmızı boya. Dodağına rəng çəkmək.\n4. məc. Xüsusiyyət, zahiri görünüş, təzahür forması. ..Həyat öz rəngini və ahəngini dəyişməkdədir. M.İbrahimov. Varlığın rəngi sənsən, ahəngi sənsən; Çiçəklərin, nurların çələngi sənsən. M.Müşfiq.\n5. mus. Muğamatda təsnifdən sonra, bəzən və müstəqil olaraq çalınan musiqi parçası. Rəng çalmaq. ‣ Rəng korluğu tib. – bax. daltonizm. Rəng korluğu xromatik rəngləri duymağı və fərqləndirməyi bacarmamağa deyilir. M.Məhərrəmov. Rəng verib rəng almaq – 1) bax. rəngdən-rəngə girmək (düşmək). Dünən yağan şiddətli yağışdan sonra İncəli dərəsinin hər iki yanı rəng verib rəng alırdı. M.Hüseyn; 2) məc. pərtlikdən, hirsdən və s. qızarmaq, bozarmaq, pörtmək. ..Ruqiyyənin üzünə baxdım, yanaqları rəng verib rəng alırdı. A.Divanbəyoğlu. Hacının gecikməsinə qonaqlardan artıq Minaxanım əsəbiləşir, qəlbindəki sıxıntı və çırpıntıdan rəng verib rəng alırdı. A.Şaiq. Rəng vermək – başqa cür yozmaq, başqa məna vermək, deyildiyi kimi deyil, özü istədiyi kimi mənalandırmaq, rəng yaxmaq. Cəhd eylə, verilməsin sənə rəng! Derlər, səni eşqə mübtəlasan. Füzuli. Sabahdan bu işə min rəng verib bazarda danışdılar. Çəmənzəminli. Rəng yaxmaq – böhtan atmaq, ləkələmək. Rəngdən-rəngə girmək (düşmək) – 1) müxtəlif rənglər vermək, müxtəlif rənglərə çalmaq, tez-tez rəngi dəyişmək. Qızlar bütün bəzəklərini taxmışlar, üst-başları rəngdən-rəngə girərək alışıbyanır. S.Rüstəm; 2) məc. öz cildini dəyişmək, mühitə uymaq, dondan-dona girmək. ...rəngə girmək (düşmək) – bax. rəngdən-rəngə girmək (düşmək) 2-ci mənada. [Muxtar] özünü qarşısındakı adama bəyəndirib sevdirmək üçün hər rəngə müvəffəqiyyətlə girə biləcək bir istedada malik idi. S.Hüseyn. Rəngi üzündən götürülmək – bax. rəngi qaçmaq. Cümşüdün rəngi üzündən götürülmüşdü, xan ilə yalqız otaqda qalmaq ən böyük bir əzab idi. Çəmənzəminli. rəngarəng (=rəngbərəng) sif. [fars.]\n1. Müxtəlif rənglərdə olan; müxtəlifrəngli, əlvan. Rəngarəng pəncərələrdən içəri düşən işıq məbədin daxili gözəlliyini bir qat daha artırmışdı. Çəmənzəminli. Bağban gəlib salam verdi və bir dəstə rəngbərəng qərənfilin bir hissəsini qonağa, bir hissəsini də mənə verdi. T.Ş.Simurq.\n2. Cürbəcür, müxtəlif, növbənöv, müxtəlifnövlü. Pişxidmətlər rəngarəng təamlar hazır etdilər. M.F.Axundzadə. rəngbərəng (=rəngarəng) sif. [fars.]\n1. Müxtəlif rənglərdə olan; müxtəlifrəngli, əlvan. Rəngarəng pəncərələrdən içəri düşən işıq məbədin daxili gözəlliyini bir qat daha artırmışdı. Çəmənzəminli. Bağban gəlib salam verdi və bir dəstə rəngbərəng qərənfilin bir hissəsini qonağa, bir hissəsini də mənə verdi. T.Ş.Simurq.\n2. Cürbəcür, müxtəlif, növbənöv, müxtəlifnövlü. Pişxidmətlər rəngarəng təamlar hazır etdilər. M.F.Axundzadə. rəngarənglik (=rəngbərənglik) is.\n1. Rəngarəng (rəngbərəng) şeyin halı və görünüşü; əlvanlıq.\n2. Müxtəliflik, cürbəcürlük. Baletin kütləvi janr və qəhrəmanlıq səhnələri öz müstəsna dinamikliyi, rəqs vasitələrinin orijinallığı və rəngarəngliyi ilə fərqlənir. S.Hacıbəyov. rəngbərənglik (=rəngarənglik) is.\n1. Rəngarəng (rəngbərəng) şeyin halı və görünüşü; əlvanlıq.\n2. Müxtəliflik, cürbəcürlük. Baletin kütləvi janr və qəhrəmanlıq səhnələri öz müstəsna dinamikliyi, rəqs vasitələrinin orijinallığı və rəngarəngliyi ilə fərqlənir. S.Hacıbəyov. rəngin sif. [fars.] şair. Rəngli, əlvan. Hanı rəngin çiçəklərin, çəmən? Bir gözəl dəstə gül tutaydım mən. A.Şaiq. Əlvan boyalı yarpaqlarla, rəngin ipək xalılarla döşənmiş kimi görünən meşə indi tutqun, bozumtul bir rəng almışdı. M.Rzaquluzadə. rəngkar [fars.] bax. boyakar. Rəngkar rəssam. rəngkarlıq bax. boyakarlıq. rəngləmə “Rəngləmək”dən f.is. rəngləmək f. Bir şeyin üzünə rəng sürtmək, boya çəkmək, yaxud onu boyanın içinə salaraq müəyyən bir rəng vermək; boyamaq. Divarı rəngləmək. Yunu rəngləmək. – [Qızyetər Şirzada:] Biz də köhnə taxıl anbarını rəngləmişik, elə bilirik qəhrəmanlıqdır. M.İbrahimov. rənglənmə “Rənglənmək”dən f.is. rənglənmək məch. Rəng çəkilmək, rəng sürtülmək, boyadılmaq. [Məntəqənin] qapı-pəncərələri və üstüaçıq taxta balkonları rənglənməmişdi. Ə.Sadıq. Evlərimiz təmiz olur; Rənglənəndə döşəməsi. M.Dilbazi. rənglətdirmə “Rənglətdirmək”dən f.is. rənglətdirmək icb. Rəng (boyaq) çəkdirmək; boyatmaq. Divarları rənglətdirmək. rənglətmə “Rənglətmək”dən f.is. rənglətmək icb. Rəng (boyaq) çəkdirmək; boyatmaq. Jaketi rənglətmək. Otağı rənglətmək. rəngləyici sif. Rəngləmək üçün işlədilən; boyayıcı. Rəngləyici maddələr. rəngli sif.\n1. Rənglənmiş, rəng çəkilmiş; boyalı. Rəngli pəncərə. – Binanın adına layiq işıqlı bir şey vardısa, o da təzəcə salınmış rəngli qapısı idi. M.İbrahimov.\n2. Müxtəlifrəngli, rəngarəng, rəngbərəng, əlvan. Salman kişi [Aqilə] çoxlu dəftər, rəngli qələm alacağını vəd etdi. Mir Cəlal. [Müəllim] [Tapdığa] bir qutu rəngli karandaş gətirmişdi. Ə.Vəliyev.\n3. Rəng bildirən sifətlərdən sonra gələrək əşyanın həmin rəngdə olduğunu bildirir. Qırmızı rəngli bayraq. Qara rəngli parça. – Yadıma yurdumun çölü, çəməni; Suyu zümrüd rəngli göllərim gəlir! M.Dilbazi. rəng-rəng bax. rəngarəng, rəngbərəng. Əriklər, gilaslar sayrışdı rəng-rəng; Ağır şaftalılar yerə baş əydi. S.Vurğun. rəngsaz is. [fars.] Divara, tavana və s.-yə rəng çəkməyi özünə peşə etmiş usta; boyaçı. [İkinci işçi:] Rəngsazlar da orada avara qalıblar, materialları yoxdur. S.Rəhman. Bakıda ümumiyyətlə peşəkarlar: bənna, xarrat, dəmirçi, rəngsaz, malakeş və sairə çox olardı. H.Sarabski. rəngsazxana is. [fars.] Rəngsaz emalatxanası. rəngsazlıq is. Divara, tavana və s.-yə rəng çəkən ustanın sənəti, işi, peşəsi; boyaçılıq. [Mahmud Sevincə:] Mən əvvəllər elə bilirdim ki, rəngsazlıq adi bir fəhləlikdir. Z.Xəlil. rəngsiz sif.\n1. Rəngi getmiş, rəngi solmuş; ağarmış, bozarmış. Rəngsiz jaket. Rəngsiz paltar.\n2. Rəng çəkilməmiş, rəng vurulmamış; boyasız. Rəngsiz pəncərə. – Bir qədər irəlidə hisli-paslı iki kiçik pəncərə arasında alçaq, rəngsiz bir qapı vardı. A.Şaiq.\n3. Heç bir rəngi olmayan; şəffaf. Distillə edilmiş su rəngsiz və şəffaf olmalıdır. rəngsizləşdirmə “Rəngsizləşdirmək”dən f.is. rəngsizləşdirmək f. Rəngsiz etmək, rəngini aparmaq; ağartmaq, bozartmaq. Günəş paltarı rəngsizləşdirdi. rəngsizləşmə “Rəngsizləşmək”dən f.is. rəngsizləşmək f. Rəngi getmək, rəngini itirmək, ağarmaq, bozarmaq. Usta, Hidayətin bozarıb rəngsizləşmiş (f.sif.) üzünə qanlı-qanlı baxdı. B.Bayramov. rəsədxana [ər. rəsəd və fars. ...xanə] Astronomik, meteoroloji və s. müşahidələr aparmaq üçün optik cihaz və alətlərlə təchiz olunmuş bina; habelə belə tədqiqatlar aparılan müəssisə. Şamaxı astrofizika rəsədxanası. rəsm is. [ər.]\n1. Kağız, kətan və s. üzərində boya, qələm və s. ilə çəkilmiş hər hansı bir şeyin təsviri; şəkil. Təbiət rəsmləri. Dəniz rəsmi. Rəsm dəftəri. • Rəsm etmək – çəkmək (şəkil və s.). Naxışları rəsm etmək. Rəsmini almaq – şəklini çəkmək, surətini çıxartmaq.\n2. köhn. Ayin, dəb, adət, mərasim, üsul. Rəsm və təarifdən sonra ona qəlyan gətirdilər. M.S.Ordubadi. Barışdırmaq rəsmini tamam edəndən sonra qonaqlar şüru elədilər çay içməyə. Ə.Haqverdiyev. // köhn. Adət, qayda. Canım aldın, alma peykanın dilisuzandan; Rəsmdir kim, şahlar viranədən almaz xərac. S.Ə.Şirvani. rəsmçi is. Rəssam. [Səlimin] gözəl rəsmçi olduğunu hamı bildi. İ.Musabəyov. rəsmən zərf [ər.]\n1. Rəsmi olaraq, rəsmi surətdə. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə [Mingəçevirə] rəsmən şəhər adı verilmişdi. Ə.Sadıq. Ədhəm Kərəmzadə vəzifəni rəsmən qəbul etdi. B.Bayramov.\n2. məc. Zahirən, zahiri olaraq, rəsmiyyət xatirinə. Özünü rəsmən mədəni göstərmək. rəsmxət is. [ər.] Cizgi çəkmə fənni, cizgi dərsi. rəsmi sif. və zərf [ər.]\n1. Hökumət, müdiriyyət, vəzifəli şəxs tərəfindən və ya adından olan. Rəsmi sənəd. Rəsmi şəxs. Rəsmi danışıq. Rəsmi məlumat. – Rəsmi təftiş qırğı kimi [Balacayevin] üstünü almış(dı). S.Rəhimov. [Hümmət Yusifə:] Gərək hökumətin rəsmi icazəsini alaq. B.Bayramov. // Hökumət sənədlərinə xas olan. Rəsmi dil. Rəsmi terminologiya.\n2. Bütün qaydaları, rəsmiyyəti gözləyərək. Rəsmi dəvət etmək. Rəsmi hərəkət etmək. Rəsmi icazə almaq. – Əvvəlcə soyuq halda başlanan, rəsmi şəkil alan söhbət get-gedə qızışdı və otağın istiliyinə qarışdı. Ə.Vəliyev. // məc. Soyuq, lakin nəzakətli; soyuqqanlı. Rəsmi ton. Rəsmi dildə danışmaq. – Qiyasəddinov tam rəsmi bir ahənglə haqqhesab verirmiş kimi cavab verdi. S.Rəhimov. Gəldiyev danışanın Səttarzadə olduğunu bilib, sözünə daha rəsmi bir ifadə vermişdi. Mir Cəlal. rəsmiləşdirilmə “Rəsmiləşdirilmək”dən f.is. rəsmiləşdirilmək məch. Rəsmi şəklə salınmaq; qanuniləşdirilmək. rəsmiləşdirmə “Rəsmiləşdirmək”dən f.is. rəsmiləşdirmək f. Hər hansı bir işə rəsmi şəkil vermək, qanuni şəklə salmaq. İşi rəsmiləşdirmək. rəsmiləşmə “Rəsmiləşmək”dən f.is. rəsmiləşmək f. Rəsmi səciyyə almaq, rəsmi şəkil almaq; qanuniləşmək. Məsələ rəsmiləşdi. rəsmilik bax. rəsmiyyət. Firəngizin səsində və ifadələrindəki qeyri-adi rəsmilik bir daha [Muxtarı] silkələdi. B.Bayramov. rəsmiyyət is. [ər.] Bir iş yerinə yetirildiyi zaman tələb olunan şərtlər, qayda və üsullar; bir işin rəsmi cəhəti. Mirzənin dəfnindən sonra neçə gün xalq oğlanlarının yanına sər-səlamətliyə gəlib-getdilər. Bu gəlib-getməklik rəsmiyyət idi. Ə.Haqverdiyev. [Qəhrəman:] Yusif! Rica edirəm, rəsmiyyəti hələlik bir tərəfə buraxaq və səmimi danışaq. Ə.Vəliyev. • Rəsmiyyətə salmaq – rəsmi qayda-qanuna uyğunlaşdırmaq, rəsmi etmək, rəsmi xarakter vermək. Rusiya hökuməti üçün belə bir vəsiqə düzəltmək və Təbrizin işğalını rəsmiyyətə salmaq lazımdı. M.S.Ordubadi. Onu özümüz də yazıb rəsmiyyətə salarıq. Mir Cəlal. rəsmiyyətlə zərf Rəsmi olaraq, rəsmi şəkildə. Eldar rəsmiyyətlə onları [öz arvadı ilə Ceyranı] tanış edir. S.Hüseyn. rəsmiyyətçilik is. İşin əsil mahiyyəti zərərinə olaraq onun rəsmi (zahiri) cəhətinə həddindən artıq fikir vermə, bir şeyə qarşı ifrat dərəcədə rəsmi münasibət. Rəsmiyyətçilik etmək. rəsm-keçid bax. parad. rəsmli sif. Rəsm çəkilmiş, rəsm verilmiş, rəsmi olan; şəkilli. Rəsmli kitab. Rəsmli jurnal. rəssam is. [ər.] Təsviri incəsənət sahəsində yaradıcı işçi; rəsm çəkən sənətkar. Mənzərə rəssamı. – Rəssamın fırçası yorulmadan işlərdi. İ.Əfəndiyev. rəssamlıq is. Rəssam sənəti, rəssam peşəsi. Rəssamlıq etmək. – // Rəssamın işi ilə bağlı olan. Rəssamlıq salonu. Rəssamlıq sərgisi. rəsul is. [ər.]\n1. köhn. Elçi, səfir.\n2. Peyğəmbər, nəbi. Allahın rəsulu. – ..Elə zənn etdilər ki, bu əlamət rəsuli-Xudanın müsibətinə səbəb vaqe oldu. A.Ə.Axundzadə. rəşadət is. [ər.] İgidlik, qoçaqlıq, qəhrəmanlıq. Döyüş rəşadəti. Əmək rəşadəti. Əsgərlərin rəşadəti. – Ələsgər ağanın bu rəşadəti usta Ağabalanın yadından heç çıxmazdı. Çəmənzəminli. rəşadətli sif. İgid, qoçaq. Rəşadətli ordu. rəşə is. [ər.] Titrəmə, titrəyiş, əsmə. Atlı kəndin kənarına çatdıqda Tellinin vücudunu bir rəşə aldı. S.Hüseyn. Birdən rəssamın dodaqları rəşə ilə titrədi. İ.Əfəndiyev. rəşid is. [ər.] İgid, qoçaq, qəhrəman, rəşadətli. [Heydər bəy:] Heç kəs qorxudan gedib [qaçaq mal] gətirə bilmir, məgər handa bir rəşid və qoçaq adam cürət edib bir yük, iki yük çıxarda bilər. M.F.Axundzadə. Qabaqkı arvadı da rəşid idi, indiki arvadı da qoçaqdır. Ə.Vəliyev. rəşidlik is. Qoçaqlıq, igidlik, qorxmazlıq, rəşadət. [Əsgər bəy:] Biz ki [Hacı Qaranın] rəşidliyini danmırıq. M.F.Axundzadə. rəşq is. [ər.] köhn.\n1. İncə, nazik.\n2. Hər şeydən mütəəssir olan, həssas. rəşmə is. Lent. Bizim ağ rəşmə kimi burularaq gedən yollar xeyli uzaqlara qədər iki tərəfdən uca ağaclarla əhatə olunmuşdur. Mir Cəlal. rəva is. [fars.]\n1. Caiz, layiq, münasib. • Rəva bilmək (görmək) – məsləhət bilmək (görmək), caiz bilmək, layiq bilmək (görmək). [Pəri xanım:] Bəs bu axır ömrümdə, sən rəva görürsən ki, mən Şölə xanımın qucağında oğul görməyib ölüm? M.F.Axundzadə. [Baftai Pərşana:] Siz gərək rəva görməyəsiniz ki, Azər tapılmadığı üçün sərhəng Ehtişami məni baş vəzirin qəzəbinə qurban verə! Ə.Məmmədxanlı.\n2. Rəvadırmı və ya rəvamıdır şəklində – məsləhətdirmi, layiqdirmi, caizdirmi. [Qərib:] Rəvamıdır Qərib burda gözləyə. “Aşıq Qərib”. [Yusif:] Gör heç rəvadırmı ki, illər ilə bəslədiyin gözəl fikirlər bir dəqiqədə puç ola. N.Nərimanov. rəvac sif. [ər.] Müştərisi çox olan; tezsatılan, çoxişlənən, işəgedən. [Hacı Qara:] Zalım oğlu zalım, yüz yol Qurana, peyğəmbərə and içdi ki, çox rəvac maldır. M.F.Axundzadə. ‣ Rəvac tapmaq – irəli getmək, tərəqqi etmək, inkişaf etmək, irəliləmək. Vahidin işi günü-gündən rəvac tapırdı. Mir Cəlal. Rəvac vermək – irəli aparmaq, tərəqqi etdirmək, inkişaf etdirmək; irəlilətmək. Şərq musiqisinin yollarını müsbət bir surətdə təyin etmək və o yollar üzərində musiqimizin tərəqqisinə rəvac vermək üçün çoxdan bəri bir musiqi məktəbinə ehtiyac var idi. Ü.Hacıbəyov. rəvan sif. və zərf [fars.] Axıcı, səlis, aydın, asan oxunula və başa düşünülə bilən tərzdə. Xəyal etmişdi Vaqif kim, rəvan bir xoş qəzəl yazsın. M.P.Vaqif. // Oxunaqlı, aydın, səlis, aydın başa düşülən. Rəvan yazı. Əsərin dili rəvandır. Roman rəvan oxunur. ‣ Yoluna (yolu ilə) rəvan olmaq – yola düşmək, getmək. Qız cavab verməyib, atılıb qaçdı, Məşədi Qasım da yolu ilə rəvan oldu. Çəmənzəminli. Çəkirdi yaylıma sürünü çoban; Olurdu qaçaqlar yoluna rəvan. H.K.Sanılı. rəvanlıq 1. is. Aydınlıq, səlislik, oxunaqlılıq. Yazının rəvanlığı. Romanın dilinin rəvanlığı.\n2. Rəvanlıqla şəklində – rəvan surətdə; səlis, aydın. [Bəhlul:] Direktor hərdən mənə baxırdı, natiqlərə məxsus rəvanlıqla danışırdı. B.Bayramov. rəvayət is. [ər.] Bir hadisə, əhvalat və s. haqqında qısa nağıl; hekayət. İmamlar haqqında rəvayətlər. – Qulaq as, duzlu bir hekayətdir; Məzəli, gülməli rəvayətdir. Ə.Qəmküsar. • Rəvayət etmək – demək, danışmaq, nəql etmək. Ağıçı arvadlara mərhumun səxavət və kəramətindən rəvayət etmədə idi. Çəmənzəminli. Rəvayətə görə – deyildiyinə görə, danışıldığına görə. [Qudyal çayı] qədim bir çaydır və rəvayətə görə Quba şəhəri vaxtilə bu adla adlanmışdır. Ə.Sadıq. Rəvayətə görə niysan ayında olan belə yağışlı günlərdə balıqqulağı su üzünə çıxıb ağzını açır. S.Vəliyev. rəy is. [ər.]\n1. Bir şey haqqında fikir, mülahizə, söz. Bu barədə rəyin nədir? – [Katib] ərizəmi oxudu. Üzvlərin rəyini soruşdu. M.Hüseyn.\n2. Bir əsər, tamaşa, konsert, kinofilm və s.-nin təhlil və tənqidini ehtiva edən məqalə, yazı; resenziya. Əsər haqqında rəy yazmaq. Rəsmi opponentlərin rəyi.\n3. Fikir, mülahizə. Fərəc xan Bağır xanın əmisi oğlu və damadıdır, heç bir əmrdə onun rəyinə müxalifət etməz. M.F.Axundzadə. Xanın rəyi Vaqif vasitəsilə Kazım kişiyə bildirildi. Çəmənzəminli.\n4. Rəyimcə, rəyincə şəklində – 1) məncə, səncə, mənə görə, sənə görə, ona görə. Rəyimcə pis roman deyil; 2) mən (sən, o) istəyən kimi, mənim arzumca; sənin arzunca, onun arzusuna görə. Bu nə keyfiyyətdir, bu nə macəra; Rəyimcə dolanmaz təqdiri-qəza. Q.Zakir. [Əxsitan:] Rəyimcə dönməyir bu çərxi-dövran; Bəlkə susar bir az nankor əhali. M.Rahim. ‣ Rəy vermək, rəyə gəlmək – razılaşmaq. [Xudayar bəy Vəliquluya:] Sən istəsən, anan əlüstü rəyə gələr. C.Məmmədquluzadə. Bir rəyə gəlmək – müəyyən bir fikrə, nəticəyə gəlmək; razılaşmaq, sazişə gəlmək. Haqsız qanlar axmasın deyə; Səyavuşla Piran gəldi bir rəyə. H.Cavid. Nəhayət, komissiya üzvlərinin hamısı bir rəyə gəldi. M.Hüseyn. rəyasət is. [ər.] Rəislik, başçılıq, rəhbərlik. Vəliəhdin rəyasəti altında çağırılan hərbi müşavirə gecə saat 12-də qurtardı. M.S.Ordubadi. • Rəyasət heyəti – iclas və ya müşavirənin seçilən rəhbər orqanı. Rəyasət heyəti seçmək. – Mehman rəyasət heyəti içərisində oturmuşdu. S.Rəhimov. // Bəzi idarə və təşkilatların seçilən rəhbər orqanı. Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti; // həmin orqana daxil olan adamlar. Rəyasət heyətinin təklifi. rəyçi is. Rəy (2-ci mənada) yazan adam, rəy müəllifi. Elmi əsərin rəyçisi. rəzalət is. [ər.] Alçaqlıq, əclaflıq, alçaq iş. [Xaqani:] Bir yanda toy-büsat, bir yanda matəm; Şah qız oğurladır, rəzalətə bax!.. M.Rahim. Fürsət düşərsə bu qorxaq adam Bülənd haqqında heç bir rəzalətdən geri durmayacaqdı. Ə.Əbülhəsən. rəzə is. dan. Cəftə. Rəzəni bağlamaq. – Qəsrin qalın taxta qapısı rəzəsindən qopub ayaq altına düşmüşdü. M.Rzaquluzadə. Ağca xanım qapının rəzəsini vurdu. Mir Cəlal. rəzəli sif. Rəzəsi olan; cəftəli. Rəzəli qapı. – Rəzəli sandıqdakı boğçaların hərəsi bir ömrə bəs edərdi. Mir Cəlal. rəzil sif. [ər.] Alçaq, şərəfsiz. Rəzil adam. – Rəzil düşmən yaralanmış, yırtıcı bir canavardır. S.Vurğun. // İs. mənasında. [Gülnaz:] Onu da deyim ki, elə rəzillər mənim namusuma ləkə vura bilməzlər. Q.İlkin. • Rəzil etmək – alçaltmaq, şərəfsiz etmək. Bu vaxta qədər kimsə qarovulçunun qarşısına çıxmamış və onu belə rəzil və təhqir etməmişdi. A.Şaiq. Rəzil olmaq – rüsvay olmaq, biabır olmaq, alçalmaq. Yaşama dünyada, olma gəl rəzil; İnsansan, unutma, öz qədrini bil! H.K.Sanılı. rəzillik is. Alçaqlıq, şərəfsizlik. rısa is. İpə, sapa düzülmüş hər hansı bir şey. Nar rısası. Alana rısası. – Bu kişi şəhər küçələrindən birində oturub, halqa qoğallar satardı. Qolundan və boynundan asdığı qoğal rısaları onu çörək ağacına bənzədirdi. M.Arif. rısalama “Rısalamaq”dan f.is. rısalamaq f. İpə düzmək, sapa düzmək. Qoğalı rısalamaq. rial is. [fars.] İranda pul vahidi. riayət is. [ər.]: riayət etmək – gözləmək, əməl etmək. Ehtimal, həkim öz yerişində hifzüssəhhə qaydalarına riayət etmək istəyirdi. Mir Cəlal. Hüseyn dərhal edir əmrə riayət; Şığıyır bayıra, meydana gedir. M.Rahim. riayətsizlik is. Hörmətsizlik, sayğısızlıq, riayət etməmə. rica is. [ər.] Birinə müraciət edərək bir işin yerinə yetirilməsini arzu etmə, istəmə; xahiş. Ricasını yerinə yetirmək. – Min göz ilə ağlasın aləm gərək əhvalıma; Çünki əğyarın ricasilə məni yar öldürər. Heyran xanım. [Xədicənin] ricasını yerə salmaq istəmirdim. S.Hüseyn. • Rica etmək (eləmək) – xahiş etmək, yalvarmaq. Sonra hamı rica etdi ki, bu oyunu [Qaraca qız] bir də təkrar etsin. S.S.Axundov. Uşaqlardan biri .. həsrətlə baxdığımı görüb, anamdan mənim də onlarla iştirak etməyimi rica etdi. T.Ş.Simurq. ricət is. [ər.]\n1. Geriyə dönmə, qayıtma, gəldiyi yerə tərəf hərəkət; əvvəlki yerə qayıtma; geri çəkilmə. ..Siyasi mübarizədə yeni qüvvələr toplamaq üçün müvəqqəti ricət ən ağıllı bir üsuldur. M.S.Ordubadi. [Qoca:] Assuriya, Midiya, Elam və iskitləri titrədən ordu parslar tərəfindən ricətə sövq edildi. Çəmənzəminli. • Ricət etmək – geriyə dönmək, qayıtmaq; geri çəkilmək. Fədailər diliranə ricət etdi dübarə; Şahpərəstlər şikəs tapıb, üz qoydular fərarə. A.Səhhət.\n2. Dini etiqadlara görə qiyamət günü dirilib təzədən məhşərə qayıtma. Hər kəs ölənlərin ricətini, yəni dirilib bu dünyaya gəlməyini xahiş edir. C.Məmmədquluzadə.\n3. məc. Haşiyə çıxma, mətləbdən kənar çıxma. Əsərdə ritorik təsvirlər, ricətlər və uzunçuluq yoxdur. M.İbrahimov. riçal is. Doşabda bişirilən üzüm, əncir, tut və b. meyvələrin mürəbbəsi. Yemiş riçalı. Üzüm riçalı. – Baba əncirin yarıdəymişindən tabaqlara dərib nənəyə verərdi, nənə də alıb riçal bişirərdi. H.Sarabski. Xanpəri kərə yağla tut riçalı gətirib stolun üstünə qoydu. Ə.Vəliyev. ridikül is. Qadın əl çantası. rifah is. [ər.] Yaşayışda xoş güzəran, firavanlıq, bolluq və rahatlıq. Xalqın rifahına çalışmaq. rikoşet is.\n1. Səkdirmə.\n2. Uçan cismin dəyib yana sıçraması. rikşa [yapon.] Şərqi və Cənubi Asiyanın bəzi ölkələrində, həmçinin Cənubi Afrika İttifaqında: kiçik ikitəkərli arabaya qoşulub minik və yük aparan adam. Söz yox ki, sənaye inkişaf etdikcə, əhali işlə təmin olunduqda rikşanın müasirləşmiş forması olan bu nəqliyyat vasitəsi də götürüləcəkdir. M.İbrahimov. Gördün yazıq rikşaları; Ağalar sürür heyvan kimi. M.Rahim. riqqət is. [ər.] Ürək yumşaqlığı, ürək incəliyi, şəfqət. İlk dəfə idi ki, Sadıq kişi oğlunun, əziz-xələf oğlunun səsindəki həzin riqqəti görüb duyur, ürəyinin başı ağrıyırdı. Mir Cəlal. // Təsirlənmə, mütəəssir olma, acıma; təəssür. ..Tələbələrin səhnədə göstərdikləri müvəffəqiyyəti gördükcə riqqət və sevincindən gözləri yaşlar içində qalırdı. A.Şaiq. Toplaşanlardan çoxunun gözü həyəcan və riqqətdən yaşarmışdı. R.Rza. • Riqqətə gəlmək – bax. riqqətlənmək. Anasının mehribanlığından riqqətə gəlmiş və ürəyi açılmış Qaraş gülümsədi. M.İbrahimov. Bu söhbətdən sonra Ulduz riqqətə gəlmiş, artıq anasının könlünü sındırmayaraq o tibb institutuna daxil olmuşdu. Ə.Məmmədxanlı. Riqqətə gətirmək – bax. riqqətləndirmək. Axund Fərəc, vəhşi adlandırdığı bu .. xalqı ağladacaq, riqqətə gətirəcək və sonra bütün acığını çıxacağını zənn edirdi. Qantəmir. “Riqqətləndirmək”dən f.is. riqqətləndirmək f. Riqqətə gətirmək, mütəəssir etmək, təsirləndirmək, ürəyini nazikləşdirmək. riqqətlənmə “Riqqətlənmək”dən f.is. riqqətlənmək f. Riqqətə gəlmək, mütəəssir olmaq, təsirlənmək, ürəyi nazikləşmək. ..İnsan seyr etdikcə qəlbi riqqətlənib, ruhu ucalıb özündə bir ülviyyət, bir əzəmət hiss etməyə məcbur [olurdu] C.Məmmədquluzadə. Sonralar Rəhimovun 80 yaşlı atası da “oğlumu sizə tapşırıram”, – deyib riqqətləndi. R.Rza. riqqətli sif. Rəhm və şəfqət ifadə edən; rəhmi, şəfqəti olan; canıyanan, ürəyiyuxa. Riqqətli ürəyi var. Riqqətli ana qəlbi. // Təsirli, təsirləndirici; mərhəmət doğuran, acınacaqlı. Məsmənin səsi sakit, riqqətli, lakin qəti və kəsərli idi. Mir Cəlal. rind is. [ər.] klas. Vaxtını eyş-işrətlə keçirən laqeyd, laübalı adam; xərabati. Rindlər bəzmin gəzib bir-bir yetir məndən niyaz. Füzuli. Badə zövqün nə bilir rindi-kühəndən qeyri! Ə.Vahid. rinq idm. [ing.] Ətrafı kanatla tutulmuş boks yarışı meydançası. risalə is. [ər.]\n1. Məktub, namə, kağız. Ey əziz, yaxşı can, min dərdə dərman; Yazdığın risalə nə yaxşı-yaxşı. Aşıq Ələsgər. [Fərrux:] [Mollanın] müctəhiddən risaləsi, qazıdan icazəsi var. Ə.Vəliyev.\n2. Hər hansı bir məsələyə dair kiçik kitab; kitabça. // Jurnal, məcmuə. [Bax Nemətə:] Sizin ilk işiniz şəhəri dolanıb, bu risalə üçün elan toplamaqdır. Çəmənzəminli. risk [fr.] Təhlükə imkanı, ola biləcək təhlükə, qorxulu iş. // Yaxşı nəticələnəcəyi ümidi ilə hərəkət etmə, iş görmə, cəsarət etmə, təvəkkülü iş (görmə). Azca sonra maşın hərəkət edib Şimran yoluna düşdü. Firidun ancaq indi ağır bir riskə yol verdiyinin fərqinə vardı. M.İbrahimov. • Risk etmək (eləmək) – nə kimi nəticə verə biləcəyini göz önünə almadan hərəkət etmək, bir işə iqdam etmək, qorxmayaraq hərəkət etmək; özünü təhlükə altına atmaq. Cəhənnəmə olsun, necə olur olsun, risk eləmək lazımdır. S.Rəhman. riş is. [fars.] klas. Saqqal. Vəqta ki, qocaldın; Rişi döşə saldın; Pis günlərə qaldın; Onda biləcəksən! M.Ə.Sabir. Maşallah, bu deyil riş ki, mərcandır bu! Ə.Nəzmi. rişbaba is. Uzunsov iri gilələri olan üzüm növü. Rişbaba, həzarı, qaraşirə üzümü bütün Qarabağda məşhurdur. Ə.Vəliyev. rişə is. [fars.] Kök (bitkidə). Yazın bir ayında xoş keçər illər; Zoğ edib rişədən baş verər güllər. Aşıq Ələsgər. Göy otlar qaranlıq torpağın altından başlarını çıxarıb, yüksəlmək üçün bahar havasından rişələrinə qüvvət diləyirdilər. Ə.Haqverdiyev. • Rişə atmaq (salmaq) – kök atmaq, kök salmaq, rişələnmək. Çadır qarşılarında yanan məşəllərin şəfəqləri Araz çayının dalğalarına rişə atırdı. M.S.Ordubadi. Eşqin bu könlümdə atmış rişələr; Əcəlsə qoymadı versin bir səmər. A.Şaiq. [Sultan bəydə] şübhələnmək .. özünə məxsus rişə salmışdı. S.Rəhimov. rişəsiz sif. Köksüz. rişxənd is.\n1. Ələ salma, lağa qoyma, istehza etmə; masqara. Salavat bu açıq rişxəndi başa düşdü. Ə.Əbülhəsən. • Rişxənd etmək (eləmək) – ələ salmaq, istehza etmək, lağa qoymaq. Kosaya rişxənd edənin top qara saqqalı gərək. (Ata, sözü). [Ələsgər:] Qardaş, sən mənim çərçi olmağıma rişxənd eləyirsən? Ə.Haqverdiyev. Rişxəndə qoymaq – bax. rişxənd etmək (eləmək). Hər pirləri rişxəndə qoyub məsxərə qılma! Ə.Qəmküsar. Zeynal həm də türkcə danışaraq, Ağasəfəri rişxəndə qoyurdu.. Ə.Əbülhəsən. Rişxəndə salmaq – rişxənd üçün hədəf etmək.\n2. “ilə” qoşması ilə – ələ salaraq, masqara ilə, istehza ilə; rişxəndlə. Rişxənd ilə cavab vermək. – [İmran:] Sizdən rica edirəm ki, mənlə rişxənd ilə danışmayasınız. S.S.Axundov. [Gülsabah Mirzə Camala:] Siz bu sözləri mənə rişxənd ilə deyirsiniz? C.Cabbarlı. rişxəndcil sif. Rişxənd etməyi adət etmiş rişxənd etməyi sevən, adamı lağa qoyan. Rişxəndcil adam. rişxəndçi is. Hər şeyə rişxənd edən, adamı ələ salan; adamoynadan, masqaraçı, istehzaçı. rişxəndedici bax. rişxəndli. [Ev sahibi] rişxəndedici bir sima ilə: – Rüstəm bəy, şəkil barəsində mənim zövcəmlə danışmayın. Çəmənzəminli. rişxəndlə bax. rişxənd 2-ci mənada. Şahin birdən qəhqəhə çəkdi, rişxəndlə əlini tovladı.. V.Şıxlı. Həmzə gözlərini dolandırıb, Şahmara tərs-tərs baxdı, rişxəndlə gülümsündü. B.Bayramov. rişxəndli sif. Rişxənd bildirən, rişxənd ifadə edən; istehzalı. Rişxəndli gülüş. – Səməd həmişə Rüstəmin ibadətinə rişxəndli bir təbəssümlə tamaşa edərdi. Çəmənzəminli. [Qəhrəmanın] qulağı hələ rişxəndli sözlər eşidirdi. S.Rəhimov. rişxəndyana bax. rişxəndli. Rişxəndyana gülmək. – Burada Maralın solğun çöhrəsindən rişxəndyana bir təbəssüm keçdi. Ə.Əbülhəsən. Fərraşlardan biri rişxəndyana dedi: – Ağa, əllicə tümən. P.Makulu. riştə is. [fars.] klas.\n1. Əriştə. İki batman riştə kəssə on nəfər övrət yığar; Zəhrimar olsun həmi riştən, həmi yarman, bacı. M.Möcüz.\n2. məc. Tel, bağ, rabitə. [Vaqif, Vidadi, Zakir və Şirvaninin] qələmlərindən hər nə zühurə gəlibsə, demək olar ki, can riştəsi ilə və ürək qanı ilə təhrir və tənzim olunubdur. F.Köçərli. riştə-riştə zərf Nazik-nazik, əriştə kimi. [Murad:] Doğrayın məni riştə-riştə. H.Cavid. ritm [yun.]\n1. Bir şeyin (hərəkətin) bu və ya başqa şəkildə növbələnməsi; müntəzəmlik.\n2. Səs, nitq və s. ünsürlərinin təkrarlanmasında müəyyən ardıcıllıq; ahəng, vəzn. Musiqinin ritmi. – Şerin ritmində Koroğluya xas olan bir dotələblik vardır. M.Hüseyn. ritmik sif. [yun.] Ritmə tabe olan, müəyyən ritmlə ifa edilən; ahəngli, vəznli, müntəzəm. Ritmik hərəkət. Ritmik muğam. – Azərbaycan xalq musiqisi öz metro-ritmik quruluşuna görə iki yerə bölünür. Ü.Hacıbəyov. Bəlkə, elə burdan gəlir; Muğamların ilk rəngləri; Təsnifləri, ritmləri.. B.Vahabzadə. ritmika [yun.]\n1. Ritmin sistem və xüsusiyyəti. Musiqinin ritmikası.\n2. Ritm haqqında elm.\n3. Ritm duyğusu aşılamaq məqsədilə edilən bədən hərəkətləri sistemi. ritorik sif. [yun.] Ritorika qaydalarına əsaslanan. // məc. Təmtəraqlı, dəbdəbəli. Ritorik təsvir. – C.Cabbarlının əsərlərindəki ictimai fikir daha da dərinləşir, aktual mövzu şüarçılığa çevrilmir, ritorik şəklə düşüb adamı yormurdu. M.İbrahimov. [Səməd Vurğun] özündən əvvəl oxunan ritorik bir şerə işarə edərək nitqini təhlili sual ilə başladı. Mir Cəlal. ritorika [yun.] Natiqlik nəzəriyyəsi, natiqlik sənəti haqqında elm; bəlağət elmi, bəyan. // məc. Qəliz, ibarəli, təmtəraqlı üslub. Ritorikaya qapılmaq. rivanol is. [lat.] Antimikrob təsirli dərman preparatı. riya is. [ər.] İkiüzlülük. Məsciddə həsiri eləmə aləti-təzvir; Mərdanə qədəh tut, bu riyadən dəxi ar et. S.Ə.Şirvani. Ana ürəyi [yasavulbaşının] gözlərindəki saxta boyanı, sözlərindəki hiylə və riyanı duydu. M.Rzaquluzadə. riyakar sif. [ər. riya və fars. ...kar] İkiüzlü. Lakin vətən və xalq düşməni olan riyakar xanlar xəyanət yolu ilə Nadirə mane olurlar. M.Arif. Mirzə Mehdi riyakar bir əda ilə sözə başladı. A.Şaiq. // İs. mənasında. Mən hara, qaraya ağ demək hara? Mən ki düşmən idim riyakarlara. B.Vahabzadə. riyakarcasına zərf Riyakarlıqla, ikiüzlülüklə. Riyakarcasına hərəkət etmək. – Fərman riyakarcasına güldü. M.İbrahimov. riyakarlıq is. İkiüzlülük. Çökür abidəsi qanlı çarlığın; Çökür məhkəməsi riyakarlığın. M.Müşfiq. • Riyakarlıq etmək (eləmək) – ikiüzlülük etmək. [Dürrə] bilirdi ki, adaxlısı .. riyakarlıq etməyən təmiz və namuslu adamdır. S.Vəliyev. riyasız sif. Təmiz qəlblə edilən (olan, görülən), içində heç bir riya olmayan; təmiz, saf. // Təsirli, təsirləndirici; mərhəmət doğuran, acınacaqlı. [Şeyx Sədra:] Onların baxmayıb da zahirinə; Bax riyasız, təmiz ürəklərinə. H.Cavid. Qız eyni duru və riyasız gözlərini ani olaraq [Xavərin] gözlərinə dikdi və çəkdi. M.İbrahimov. riyazət is. [ər.] din. Allahdan qorxaraq, özünü dünya nemət və ləzzətlərindən məhrum edib zahidliyə qapılma. Adətim hər zaman riyazətdir; Bütün insanlara məhəbbətdir. A.Şaiq. riyazi sif. [ər.] Riyaziyyata aid olan, riyaziyyatla bağlı olan. Riyazi düstur. – Lalə son vaxtlarda qızının dərslərini yoxlamağa, çətin riyazi məsələlərin həllində ona kömək eləməyə daha çox imkan tapırdı. M.Hüseyn. riyaziyyat is. [ər.] Kəmiyyət münasibətlərini və obyektiv aləmin mücərrəd formalarını öyrənən elmlərin məcmusu. Ali riyaziyyat. Elementar riyaziyyat. riyaziyyatçı is. Riyaziyyat mütəxəssisi. [Həsən] ən güclü riyaziyyatçı idi. İ.Əfəndiyev. riyaziyyatşünas [ər. riyaziyyat və fars. ...şünas] bax. riyaziyyatçı. riz is. [fars.] dan. Cığır, iz. Böyük gəmiləri, dəmir yolları; Keçidləri, rizləri var ölkəmin. C.Cabbarlı. Biçinçilərdən bəzisi açdığı rizi düz apara bilmədiyindən cərgələr hərdən bir-birinə qarışırdı. Ə.Əbülhəsən. ‣ Riz itirmək – bax. iz itirmək (“iz”də). [Kərbəlayı Rəcəb:] Ay xanım! Güldəstə özü yaxşı bilir ki, mən nə usta Xəlili tanıyıram və nə də İran əhlindən bir kəsi... Güldəstə riz itirir, vəssalam. N.Vəzirov. riza is. [ər.] Razılıq. Soralım hər zaman rizalərini; Alalım xeyirli düalərini. M.Ə.Sabir. Üzərimdə olan ləkələri bir qadının riyasını əldə etməklə yox, təzə qanlar ilə təmizləmək mümkündür. M.S.Ordubadi. • Riza almaq – razılıq almaq. [Padşah:] Səidin övrətindən riza almaq sənin öhdənə tapşırılır. Ə.Haqverdiyev. Riza vermək – razılıq vermək, razı olmaq. [Ağa:] ..Qızının nikahının Fərmana cari olmasına riza verirsənmi? Ə.Haqverdiyev. // İstək, iradə, ixtiyar. • Öz rizası ilə – öz xoşu ilə, öz istəyi ilə, öz razılığı ilə. ‣ Allah rizasına – 1) savab üçün, Allah yoluna, Allaha xoş gedər. [Qurban:] Elə bil Allah rizasına, Allah yoluna verirsən, bir-iki manat verib yola salaydın. Ə.Haqverdiyev; 2) yalvarış mənasında – Allah xatirinə. [Səriyyə:] Səfər! Allah rizasına mənə rəhmin gəlsin. C.Cabbarlı. rizamənd [ər. riza və fars. ...mənd] klas. Razı qalan, razı. rizaməndlik is. klas. Razılıq. [Mollabaşı:] Bu xüsusda İran xalqından dəxi kəmali-rizaməndliyim var.. M.F.Axundzadə. Təbrik göndərənlərə birbəbir xüsusi surətdə məktub ya teleqram ilə rizaməndlik göndərmək bizə mümkün olmadı. “Mol. Nəsr.”. • Rizaməndlik almaq – razılığını almaq. Şabanın vədəsi tamam oldu. Amma qayıtmağı üçün gərək şəhər əhlindən rizaməndlik alına idi. Ə.Haqverdiyev. Rizaməndlik etmək – razılıq etmək, təşəkkür etmək, razı qaldığını söyləmək. Hər bir vaxt Mirzə Nəsibi görəndə Ağa Hüseyn rizaməndlik edir. Ə.Haqverdiyev. rizasız sif. Razılığı olmadan edilən, görülən, alınan və s. Rizasız tikənin ləzzəti olmaz! (Ata. sözü). rizə is. [fars.] Tikə, kiçik parça, qırıntı. rizə-rizə sif. və zərf Parça-parça, tikətikə. Rizə-rizə etmək. – [Şah:] Səni rizə-rizə elətdirərəm. C.Cabbarlı. rizq is. [ər.] Azuqə, yeyəcək, ruzi. Rizq artmaz, möhnət artar. (Ata. sözü). Arvad məni inandırır ki, bir çox ac itlər və heyvanlar öz rizqlərini zibildə tapırlar, onları doyurmaq da savabdır. C.Məmmədquluzadə. rizvan is. [ər.] klas.\n1. İslam əsatirində: cənnətin gözətçisi və qapıçısı olan mələkin adı. Rizvanlar təzim edib ustanın pak qədə mlərini təbrik etdilər. Çəmənzəminli.\n2. məc. Behişt. Öymə, ey zahid, mənə rizvanü cənnət bağını. Xətayi. Evlərin ətri, ənbəri; Bənzəyir rizvana, deyin. Aşıq Ələsgər. robot is. [çex.] İnsana məxsus işləri icra edə bilən avtomat maşın. rok is. [ing.]\n1. Səs-küylü müasir musiqi növü.\n2. Yırğalanma, yellənmə. rokoku [fr.] XVIII əsrdə Fransada meydana gəlib formalarının zərifliyi və mürəkkəbliyi, naxışlarının qəribəliyi ilə fərqlənən memarlıq və bəzək üslubu. Rokoko üslubunda mebel. rol [fr.]\n1. Artistin səhnədə, kinofilmdə təmsil etdiyi surət. Molla rolunu oynayan aktyor Sona xalaya sataşmaq məqsədilə .. zarafat etməyə başladı. S.S.Axundov. // Məc. mənada. Mahmud öz arvadına evdə lazımınca təlim etmişdi. İndi burada rolunu yaxşı ifa etməyinə şübhələnməyirdi. B.Talıblı. Yaxşı saxlaya bilmir öz rolunu yadında; Yanır, tüstüsüz yanır qısqanclığın odunda. S.Rüstəm.\n2. Pyesin, tamaşada iştirak edən hər bir aktyora aid olan mətni. Rolunu əzbərləmək. Rolunu oxuyub təkrarlamaq.\n3. Rolunda şəklinlə – ... sifətilə, bir ... kimi. Müşahidəçi rolunda iştirak etmək. Vəkil rolunda çıxış etmək. ‣ Rol oynamaq – əhəmiyyəti olmaq, təsiri olmaq, hər hansı bir yolla təsir göstərmək. Xalq tamaşaları hər bir zaman xalqların həyatında mühüm rol oynamışdır. Ə.Haqverdiyev. Rola girmək – başqa bir vəziyyəti, keyfiyyəti mənimsəmək, götürmək; öz vəzifəsini, vəziyyətini yaxşı mənimsəmək. Dadaşovun dodaqları qaçdı, ağappaq, sapsağlam dişləri göründü: – Eh, Sabit müəllim, – dedi. – Ömrümdə bircə dəfə rola girmişəm, onu da mənə çox görürsən. İ.Məlikzadə. rolik is. [rus. əsli alm.]\n1. Balaca metal diyircək, çarx, təkər (məs.: rahat hərəkət etdirmək üçün mebellərin, royalın və s. ayaqlarında).\n2. Elektrik məftillərini divarda, tavanda və s.-də bərkitmək üçün farfordan və s.-dən düzəldilmiş izolyator; fincan.\n3. Təkərcikli konki; ayaq diyircəyi. Rolik sürmək. rom [ing. rum] Şəkər qamışı və ya patkasının qıcqırdılmış şirəsindən hazırlanan tünd içki. romalı is. Qədim Roma dövlətinin vətəndaşı. roman is. [fr.]\n1. Həcmcə böyük, adətən nəsrlə yazılmış böyük hekayə. M.S.Ordubadinin tarixi romanları. – “Bahadır və Sona” öz üslubu ilə də fərqlənir. Bu kiçik roman lirik səpkidə yazılmışdır. M.Arif. Bu iki nəfərlik balaca ailənin roman qədər uzun, faciə qədər ağır bir keçmişi vardır. Mir Cəlal.\n2. dan. Kişi ilə qadın arasında yaranan sevgi macərası; eşqbazlıq. romançı is. Roman yazan yazıçı. M.S.Ordubadi Azərbaycan ədəbiyyatında romançı kimi tanınır. – Dil məsələsi dramaturq üçün daha ciddi bir məsələdir. Onun dili romançının dilindən fərqlidir. C.Cabbarlı. romanist is. [fr.] Roman filologiyası mütəxəssisi. romanistika [rus. əsli fr.] Roman dilləri və mədəniyyətini öyrənən elmlərin məcmusu; roman filologiyası. romanizm [fr.] Roman dillərindən alınmış söz və ya ifadə. romans [fr.]\n1. Fortepiano və ya başqa musiqi alətinin müşayiətilə oxunmaq üçün hər hansı bir şairin sözlərinə yazılmış kiçik vokal əsəri. İndi bizim şöhrət qazanmış simfonik əsərlərimiz, romanslarımız, mahnılarımız vardır. İ.Əfəndiyev. [Şura] gecə gözəl piano çaldı, rusca romanslar oxudu. A.Şaiq.\n2. Musiqiyə köçürülmüş kiçik lirik əsər. romantik [fr.]\n1. Romantizmin (1 və 2-ci mənalarda) tərəfdarı və davamçısı. Fransız romantikləri.\n2. İnsanları və həyatı idealizə edən; xəyalpərəst, hissiyyatçı.\n\nII. sif. [fr.]\n1. Əsasında romantika olan, romantika ilə dolğun. Romantik poeziya. – C.Cabbarlı Elxanı romantik boyalarla təsvir etmişdir. M.Arif. [Salman] Muğanda ovçuluqdan, çöllü həyatının qəribə romantik macəralarından şirin-şirin danışdı. M.İbrahimov. Gənclərin qarşısında romantik bir mənzərə açıldı. M.Hüseyn.\n2. Xəyalpərəst, xəyalpərvər, seyrçi. Romantik şair. – Dəmirçi Musa həyatı sevən, onun gözəlliklərindən mütəəssir olub vəcdə gələn, pisliklə, paxıllıqla işi olmayan, romantik xəyallarla yaşayan, təmiz, xeyirxah bir adamdır. İ.Əfəndiyev. romantika [fr.]\n1. bax. romantizm 1 və 2-ci mənalarda. Hüseyn Cavidin romantikası. – Romantika Almazın enerjisində, yaradıcılıq pafosunda, onun cəsarət və fədakarlığında, onun nikbinliyində, gələcək gözəl həyata olan inam və ümidindədir. M.Arif. Düşünüb deyirəm: nəyimə gərək; Uzaq sahillərin romantikası. S.Rüstəm.\n2. Emosional və yüksək hisslər yaradan hər hansı bir şey. Azadlıq mübarizəsinin romantikası. romantikləşdirilmə “Romantikləşdirilmək”dən f.is. romantikləşdirilmək məch. Romantik şəkildə təsvir edilmək, göstərilmək. Əsərin qəhrəmanı romantikləşdirilmişdir. romantikləşdirmə “Romantikləşdirmək”dən f.is. romantikləşdirmək f. Bir şeyi və ya adamı romantik, ideallaşdırılmış şəkildə göstərmək, təsvir etmək; ideallaşdırmaq. Keçmişi romantikləşdirmək. Qəhrəmanı romantikləşdirmək. – [Nizami, Xaqani, Nəsimi, Füzuli, Vaqif və Sabir] insan gözəlliyini tərənnüm etmiş, insan zəkasını şöhrətləndirmiş, insanın böyük qəlbini və qadir məhəbbətini romantikləşdirmişdir. M.Arif. romantizm [fr. romantisme, lat. romanus – Romaya aid]\n1. XIX əsrin birinci rübündə klassisizmin qanunları ilə mübarizə aparan, şəxsiyyət və hissiyyatı tarixi və xalq poetik mövzuları öz yaradıcılığı üçün əsas qəbul edən cərəyan.\n2. Ədəbiyyat və incəsənətdə: insanın yüksək mövqeyini optimistcəsinə parlaq surətlərlə göstərməyə çalışan bədii üsul. Mütərəqqi romantizm. İnqilabi romantizm.\n3. Hissiyyata qapılma, xəyalpərəstlik, seyrçilik. romb [yun.]\n1. Tərəfləri bərabər çəp paraleloqram.\n2. tar. Sovet ordusunda ali komanda heyətinin fərqlənmə nişanı (1943-cü ildə poqon tətbiqinə qədər). rombabənzər bax. rombşəkilli. rombaoxşar bax. rombvari. romboid [yun.] riyaz. bax. paraleloqram. rombşəkilli sif. Romba bənzəyən, romba oxşayan, romb kimi olan; paxlavaşəkilli. Rombşəkilli nişan. – Açdı, qoydu altıyeddi; romb şəkilli paxlavanı; Şam yandırdı, şölələri; necə parlaq, necə əziz. X.Rza. rombvari bax. rombşəkilli. rondo is. [ital.] Əsas mövzunun dəfələrlə təkrarlanması və onların arasında müxtəlif məzmunlu epizodların növbələşməsinə əsaslanan musiqi forması. rota [pol. rota] Batalyon tərkibinə daxil olan qoşun bölgüsü. [Quliyev] gecə ikən rotalara, vzvodlara getdi. Ə.Vəliyev. Öz rotasından hələ heç kəsin sorağını almaması Tapdığı çox darıxdırırdı. Ə.Əbülhəsən. rotasiya [lat. rotatio – fırlanma] mətb.: rotasiya maşını – fırlanan silindrik mətbəə forması (qəlibi) olan çap maşını. rotmistr [pol.] 1917-ci il bolşevik inqilabından əvvəlki rus süvari qoşunlarında zabit rütbəsi, habelə bu rütbədə olan zabit. [P.A.Qrinyov:] Adının İvan İvanoviç Zurin, özünün isə qusar alayı rotmistri olduğunu öyrəndim. A.S.Puşkindən. rotor [lat. rotare – fırlanma] Maşının (turbinin, motorun və s.-nin) fırlanan hissəsi. Göz qoydu fırlanan neçə rotora; Bu mədən ustası, mədən həkimi. S.Vurğun. Rotorun gurultusu bütün buruğu bürümüşdü. M.İbrahimov. royal [fr.] Metal simləri üfüqi düzülmüş klavişli (dilli) musiqi aləti. Royal çalmaq. royalist kit. Padşahpərəst, monarxist. royalizm [fr.] Padşah hakimiyyəti tərəfdarlığı; padşahpərəstlik. rozmarin [lat.]\n1. bot. Yarpaq və çiçəyindən ətirli yağ hasil edilən dodaqçiçəklilər fəsiləsindən həmişəyaşıl yarımkol.\n2. İncə ətri olan turşməzə qış alma növü. Ağ rozmarin. rövnəq is. [ər.] klas. Parlaqlıq, gözəllik, zinət; lətafət, təravət; işıq. Gülşənin rövnəqisən, zinəti bağü çəmənin. M.P.Vaqif. Nədən qəhrəmanım çıxmayır düzə? Rövnəq deyilmidir günəş gündüzə? M.Rahim. • Rövnəq tapmaq – daha da gözəlləşmək, təravətlənmək, parlaq olmaq. Ömür rövnəq tapır könül güləndə; İnsanın qədrini insan biləndə. S.Vurğun. Yarandı qardaşlıq, bir də məhəbbət; Könül rövnəq tapdı, qəlb işıqlandı. Aşıq Şakir. Rövnəq vermək – 1) bir şeyin gözəlliyini, parlaqlığını, yaraşıq və lətafətini artırmaq; gözəlləşdirmək, zinətləndirmək. Oxuyur hər biri beş-altı vərəq; Sonradan saqqala verir rövnəq. S.Ə.Şirvani. Ömrümə rövnəq verən, minnətsiz minnət çəkən, ağrıma dözən Ruqiyyə idi, Ruqiyyə... A.Divanbəyoğlu. Eşqin qüdrətlidir... Bu eşq ilə sən; Qara torpağa da rövnəq verərsən. B.Vahabzadə; 2) qüvvət vermək, rəvac vermək, daha da inkişaf etdirmək. İbrahim günü-gündən ticarətinə rövnəq verib böyük bir tacir oldu. (Nağıl). Rövnəqdən düşmək – gözəlliyini itirmək, təravətdən düşmək, əvvəlki gözəlliyini, təravətini, lətafətini, parlaqlığını itirmək. Buradan nə qədər gül-çiçək dərsəydilər, yenə də gülşən rövnəqdən düşməzdi. M.Hüseyn. Eyşü işrət məclisi, əlbəttə, rövnəqdən düşər; Naleyi-ney, şuri-mütrüb, nəğmeyi-tar olmasa. Ə.Vahid. Rövnəqdən salmaq – 1) təravətini, gözəlliyini pozmaq; 2) məc. yayılmağa, inkişaf etməyə qoymamaq. Təziyə məclislərini rövnəqdən salmaq məqsədilə kinolar və sair ictimai əyləncələr təşkil edilsin. M.S.Ordubadi. Rövnəqi pozulmaq – bax. rövnəqdən düşmək. Rövnəqi pozulub otağımızın; Ziyası qalmayıb çırağımızın. Q.Zakir. rövnəqləndirmə “Rövnəqləndirmək”dən f.is. rövnəqləndirmək f. bax. rövnəq vermək (“rövnəq”də). rövnəqlənmə “Rövnəqlənmək”dən f.is. rövnəqlənmək f. bax. rövnəq tapmaq (“rövnəq”də). rövnəqli sif. Gözəl, parlaq, təntənəli. Rövnəqli məclis. – ..Şəhərin halını qubernatora rövnəqli (z.) surətdə göstərməyi hər kəs özünə müqəddəs bir vəzifə bilirdi. Çəmənzəminli. rövşən sif. [fars.] klas. İşıqlı, parlaq, aydın. Səninlə rövşən idi qəlbim, ey gözüm nuri! X.Natəvan. Ey çocuq ruhu qədər şən Göy göl; Köksü almas kimi rövşən Göy göl! M.Müşfiq. • Rövşən etmək (qılmaq) klas. – işıqlandırmaq. Bir gecə ol şəmlə çeşmin sarayın rövşən et. Qövsi. Sinəsi büllur kimi; Ətrafı rövşən elədi. Aşıq Ələsgər. İştə bulud parçaları ayrıldı; Ay parladı, dünyanı rövşən qıldı. A.Səhhət. Rövşən olmaq – işıqlanmaq, aydın olmaq. Soyuq küləklər əsən bir yerdə, bir məkanda; İki yüz şam alışdır, yenə də rövşən olmaz. Şəhriyar. rövşənlik is. İşıqlıq, aydınlıq, parlaqlıq. Aləmin rövşənliyi gərçi günəşdəndir, vəli; Pərtovü mehri-cəmalın mahtab üstündədir. Xətayi. rövzə I. is. [ər.] din. Şiə imamlarının ölümü haqqında hekayə; mərsiyə. Mey gətir saqi, məni qurtar nəmazü rövzədən. Kişvəri. İyirmi beş gün tamamdır ki, bəstdə oturanlar gündüzlər rövzə və nitq söyləyirdilər. P.Makulu. // Bu cür hekayələr, mərsiyələr oxunulan yer, məclis. [Yaşlı kişi:] Mən günorta azanını gözləyirdim ki, qalxıb rövzəyə gedim. S.Hüseyn.\n\nII. is. [ər.] klas.\n1. Axar suyu, çəməni olan bağça (adətən “rövzeyi-gülşən”, “rövzeyi-kuy” və s. tərkib halında işlənir). Rövzeyi-kuyində gəzəndə əğyar; Çeşmim girdabında sellər dolanır. M.P.Vaqif.\n2. məc. Behişt, cənnət. • Rövzeyi-rizvan – cənnət, behişt. Şikəstə qafiləm, ey şux nigarım! Rövzeyi-rizvanım hanı, görünməz. Aşıq İbrahim. Bizə öz yurdumuz əfsanə behiştdən xoşdur; Zahid öz rövzeyi-rizvanına çıxsın, getsin. Ə.Vahid. rövzəxan is. [ər. rövzə və fars. xan] Rövzə oxuyan, mərsiyə deyən adam. Doğrudurmu ki, Bədəl də qoyub ağzın yabana; Danışır bir para sözlər ki, dəyir rövzəxana? M.Ə.Sabir. rövzəxanlıq is. Rövzəxanın işi, peşəsi; mərsiyəxanlıq. Molla Xəlil orucluqda vaizlik, məhərrəmlikdə rövzəxanlıq edər. S.Hüseyn. [Qurban:] Deməli, sən rövzəxanlıq eləyib, o alimi tərifləyəndə almalar tökülməyəcək? Ə.Məmmədxanlı. röya is. [ər.]\n1. Yuxu. [Xanəndə:] Röyadə mən keçən gecə eylərkən ahüzar; Sən vermədinmi bir əbədi vəsl için qərar?! H.Cavid. • Röya görmək – yuxu görmək. Hər gün əğyarə nəsib oldu cəmalın, ey məh; Olmadı bir gecə kim, mən səni röyadə görüm. S.Ə.Şirvani. [Qüdrətin] gözünə yuxu gedəndə qarışıq röyalar görməyə başladı. M.Hüseyn.\n2. Yuxuda görülən şey, vaqiə, hadisə. Bu sərv qamət, bu cazibəli gözlər, siyah danə... Bunlar röyamı? Çəmənzəminli. Bu, yuxu ilə oyaqlıq arasında elə bir hal idi ki, həqiqət, xəyal, röya bir-birinə qarışmışdı. M.Rzaquluzadə. ru (=ruy) is. [fars.] klas. Üz, çöhrə. Həsrətindən zəfəranə dönsə ruyim, yox əcəb; Qoymuş hicranda məni, bir gülüzarım gəlməmiş. M.P.Vaqif. Düşübdür xəyalım yarın ruyinə; Can quşu bənd olub zülfü muyinə. M.V.Vidadi. Zülfün ki, tutub ruyunu, çox qorxuram ondan; Aləm toxunar bir-birinə zülmət olanda. Ə.Vahid. • Ruyi-zəmin klas. – Yer üzü; dünya, aləm. Bu şəhri-Qəzvində bir nəfər nabəkar peyda olubdur ki, cəmi-ruyi-zəmində ondan qətlə müstəhəq bir kimsənə tapılmaz. M.F.Axundzadə. ruy (=ru) is. [fars.] klas. Üz, çöhrə. Həsrətindən zəfəranə dönsə ruyim, yox əcəb; Qoymuş hicranda məni, bir gülüzarım gəlməmiş. M.P.Vaqif. Düşübdür xəyalım yarın ruyinə; Can quşu bənd olub zülfü muyinə. M.V.Vidadi. Zülfün ki, tutub ruyunu, çox qorxuram ondan; Aləm toxunar bir-birinə zülmət olanda. Ə.Vahid. • Ruyi-zəmin klas. – Yer üzü; dünya, aləm. Bu şəhri-Qəzvində bir nəfər nabəkar peyda olubdur ki, cəmi-ruyi-zəmində ondan qətlə müstəhəq bir kimsənə tapılmaz. M.F.Axundzadə. ruba is. Bir pud ağırlığında olan köhnə çəki ölçüsü. [Xeyransanın] Hacı Manafdan aldığı isə yalnız bir ruba taxıl olmuşdu. S.Hüseyn. rubəru zərf [fars.] Üz-üzə, üzbəüz. Rubəru oturmaq. Rubəru dayanmaq. – Mirzə Rəhim ağa Böyükxanımın sözlərini eşidəndən sonra bir az da yaxınlaşıb rubəru əyləşmişdi. M.S.Ordubadi. [Rəşid:] İnanmayıram ki, bu iki ay qurtarsın və səninlə rubəru söhbət etmək bir daha mənə nəsib olsun. İ.Musabəyov. • Rubəru olmaq – bax. üzgöz olmaq (“üz-göz”də). ruh is. [ər.]\n1. İnsanın psixi aləmi, onun hiss və duyğuları, əhvali-ruhiyyəsi. [Xəlilin] bir an sıxılan ürəyi haman açıldı, səbəbsiz bir nəşə ruhuna hakim oldu. Çəmənzəminli. Torpağı bəzəsin bənövşə, nərgiz; Ruhuma doğmadır hər cığır, hər iz. H.Arif. // Fəlsəfədə və psixologiyada ideal olanla, şüurla, maddi başlanğıcdan fərqli olaraq qeyricismani başlanğıcla eyniyyət təşkil edən anlayış; sözün dar mənasında şüur, təfəkkür. Subyektiv ruh. Ruhun varlığı. Antik fəlsəfə ruhu nəzəri fəaliyyət hesab etmişdir. // Hər şeyin və hadisənin əsasını təşkil edən və materiyaya nisbətən birinci olan qeyri-maddi aləm. Mütləq ruh. // Təsəvvürə görə, insanda, onu digər canlılardan ayıran və Allaha qovuşduran ölməz, qeyri-maddi varlıq; can. [Molla Kazım:] Hamısının ruhu bu dəmdə cənnətdədir. Ə.Haqverdiyev. [Nənəxanım:] A kişi, .. bir yerdə yeyək, cümə axşamıdır, elə ölülərimizin də ruhu şad gedər. Çəmənzəminli.\n2. İnsanın daxili halı, mənəvi qüvvəsi, mənəviyyatı; həvəs, hiss, duyğu, canlılıq. Onun heç ruhu yoxmuş. – ..İnsanda bir azca ruh da gərək olsun, yoxsa qanacaqsız adamnan mənim aram yoxdur. C.Məmmədquluzadə. [Əsgər:] Ürəyin yanırsa görünür ki, sənin. ruhun var, ay xala! Ü.Hacıbəyov. // məc. Cürət, qoçaqlıq, cəsarət, mərdlik. Əsgərlərdə döyüş ruhu yaratmaq. – İlk müvəffəqiyyət məndə inam və ruh yüksəkliyi doğurdu. A.Şaiq. İşçilərin ruhları yüksək idi. H.Nəzərli.\n3. məc. Hər hansı bir şeyin səciyyəvi xüsusiyyəti, əsas mahiyyəti, ən lazımlı, ən əsas nöqtəsi. Məsələnin ruhunu tapmaq. Söhbətin ruhunu bilmək.\n4. Dini və mifoloji təsəvvürə görə: insanın həyatında və təbiətdə iştirak edən qeyrimaddi, fövqəltəbii bir varlıq.\n5. məc. Ürək, qəlb. Yar yarına gündə olsa müqarin; Könülü şən olur, ruhu tellənir. Qurbani. Qızdırmadan bədənim narahat olur, amma qızıl dükanlarından ruhum rahatsız olur. C.Məmmədquluzadə. Müəllim [Tellinin] ruhunun ən həssas nöqtəsinə toxunmuşdu. S.Hüseyn.\n6. Nəvazişli xitab yerində: mənim ruhum, ruhum şəklində işlənir. Ruhum! Ey şəhbazi-ülviyyət; Hümmətim tək fəzada pərvaz et! M.Ə.Sabir. [Qətibə:] Mənim ruhum, mənim sirr yoldaşım, sənə nə fəlakət üz vermişdir? M.S.Ordubadi.\n7. Ruhla şəklində zərf – 1) həvəslə, şövqlə, ruh yüksəkliyi ilə. Hidayət yuxudan həvəslə, ruhla ayılmışdı. B.Bayramov; 2) ...əhvali-ruhiyyə ilə. Fikirləşdi ki, indi [Səməd] əmisinin evinə tamam başqa bir ruhla qədəm basacaqdır. İ.Hüseynov. ‣ Ruh azarı – ruhi xəstəlik. [Hacı Nayib:] ..Doktor ruh azarının burada camaat içində nə şəkildə zühura gəlməyini tədqiq və təhqiq edib, .. elmi-psixiqə tətbiq buyursunlar. C.Məmmədquluzadə. Ruh düşkünlüyü – bədbinlik, düşkün əhvali-ruhiyyə, ümidsizlik. Bu müraciətnamədən sonra Təbriz xalqında böyük bir ruh düşkünlüyü yarandı. M.S.Ordubadi. Şükür açıqcasına görürdü ki, ətrafına toplaşan adamlarda ruh düşkünlüyülə qarışıq bir narazılıq var. S.Hüseyn. Ruh gəlmək – canlanmaq, cana gəlmək; ruhlanmaq; cəsarət gəlmək. Bizi vermə düşmana! Bir ruh gəldi Aslana. S.Vurğun. Ruh təzələnmək – şənlik düşmək, ürəklər açılmaq. [Çənlibeldə] məclis quruldu, keflər duruldu, saqi dolandı, ruh təzələndi. “Koroğlu”. Nazənin-nazənin edərsiz avaz; Ruhlar tazələnir, olur sərəfraz. M.P.Vaqif. Ruh vermək – ruhlandırmaq, ilhamlandırmaq, ilham vermək. [Günəş] sonra yavaş-yavaş qalxıb, .. ruh verən qızıl zərrələrini aləmə dağıdıb bütün yatmışları oyatdı. S.S.Axundov. Böyük Füzuliyə ruh verən ellər; Özünü tarixə göstərən ellər; Hər zaman Cəfəri yetirəcəkdir! M.Müşfiq. Ruha yatan – xoşa gələn, ürəyə yatan, ruhu oxşayan. Ruhdan düşmək – bədbin olmaq, həyatdan küsmək, bədbinləşmək. Kamal .. ruhdan düşməyib [Cavadı] başqa bir xəbərlə sevindirmək istədi. S.Vəliyev. Ruhdan salmaq – hərəkət və sözləri ilə birini işdən soyutmaq, həvəsdən salmaq, marağını öldürmək. Sığışdıra bilməyib; Paxıl arı bu dərdi; Dedi: – Gərək mən onu; Ruhdan salıb öldürəm. M.Dilbazi. Ruhu təzələnmək – ruha gəlmək, şənlənmək, canlanmaq, cana gəlmək. [Qurban:] Bəh... bəh... Ruhum təzələndi, qəribə içkidir. Ə.Haqverdiyev. Ruhu uçmaq – son dərəcə xoşlanmaq, ürəyi açılmaq, ruhlanmaq, cuşa gəlmək, son dərəcə fərəhlənmək. [Sara Pəriyə:] Gedək bağçaya, belə yaxşı havadır ki, insanın ruhu uçur. C.Cabbarlı. Ruhu(n) şad olsun! – vəfat etmiş bir adamı anarkən hörmət məqamında işlənən ifadə. [Bəxtiyar] Dedi: – Mən o günü gördüm, Şəhriyar; Qabaqda işıq var, ruhun şad olsun. B.Vahabzadə. Ruhunu dindirmək – bax. ruhunu oxşamaq. Ürkək baxışlarınla ruhumu dindirəydin; Məni sevindirəydin. M.Müşfiq. Ruhunu oxumaq – ürəyindən keçəni bilməyə çalışmaq, qəlbini oxumaq. Nadir bəy hər ikisilə [Səltənət və qızı Humayla] əl-ələ verib görüşər və Humayın ruhunu oxumaq üçün gözlərinə diqqət edər. H.Cavid. Ruhunu oxşamaq – məftun etmək, qəlbinə xoş gəlmək, ürəyinə yatmaq, qəlbini oxşamaq. [Xəyyam:] Yox, oxşayacaq ruhumu bir zərrə səadət; İzlər məni hər dürlü fəlakət. H.Cavid. [Sitarə:] Ax, Gülzar, məhəbbət .. hərdən ürəyimi parçalayır, hərdən ruhumu oxşayır. C.Cabbarlı. Ruhunu oynatmaq – həvəsləndirmək, fərəh vermək, cuşa gətirmək. Onun da ruhunu oynadır sənət; Qoynunda bəsləmiş onu təbiət. S.Vurğun. Ruhunu torpağa tapşırmaq (təslim etmək) tənt. – vəfat etmək, ölmək. Ruhunun da xəbəri olmamaq – qətiyyən xəbəri olmamaq, bilməmək, əlaqəsi olmamaq. Heç ruhu da inciməmək – heç xəbəri olmamaq, heç hiss etməmək, heç ağrı-əziyyət duymamaq; rahat, əziyyətsiz olmaq. Cəllad hazır olub dedi: – Şah sağ olsun, buyruq qibleyi-aləmindir! Kimi deyirsən, bu saat boynunu elə vurum ki, ruhu da inciməsin. (Nağıl). [Toğrul:] Özüm ölüm, iynəni elə vuracağam ki, heç ruhun da inciməyəcək. C.Cabbarlı. ruhani I. [ər.]\n1. is. Din xadimi. Əqdinikah mərasimi olduqca təntənəli keçdi, bütün Şuşa ruhanilərinə xələt verildi. Çəmənzəminli.\n2. sif. Din ilə bağlı olan, dinə aid olan; dini. ..Millətin ruhani ataları – mollalar millətin avamlıqda qalmaqlarından nəfbərdar olub, zahirdə dediklərinə batində əməl etmirlərmiş.. F.Köçərli. Atam ruhani idarəsindən çıxmağa məcbur olmuşdu. A.Şaiq. // Din tədris edilən. Ruhani məktəb.\n3. sif. Ruhla bağlı olan, ruha aid olan. Həyatın mənşəyinin ruhani başlanğıcla bağlılığı.\n4. sif. Qeyri-cismani, qeyri-maddi; mənəvi, xəyali, mücərrəd. Həqiqət, axır vaxtadək Bahadırın Sonaya və Sonanın Bahadıra olan ruhani məhəbbətlərində şəkk yox idi. N.Nərimanov.\n5. is. Sazda çalınan aşıq havalarından birinin adı. ‣ Ruhani ata məc. – tərbiyəçi, mürəbbi, tərbiyə verib yetişdirən adam; ustad, yol göstərən. Ruhani ataydı şagirdlərinə; Köksü dar gələrdi iftixarına; Ondakı məhəbbət, ondakı şəfqət; Sığmırdı insanlıq hüdudlarına. Şəhriyar.\n\nII. sif. [ər.] klas. Lətif, gözəl mənzərəli, ab-havası gözəl; ruhu oxşayan. Ruhani bir mənzərə. – Nə gözəl mənzəreyişəfqətza; Nə lətafətli, nə ruhani səfa. M.Hadi. Ən ruhani nəşələrdən qanadım; Çıxdım, səni buludlarda aradım! Ə.Cavad. ruhanilik is. Ruhani1 (1-ci mənada) olma, din xadimliyi, dini işlərlə məşğul olma. Peyğəmbərlik tam ruhanilikdir, çünki insanlıq dərəcəsində pəyğəmbərlikdən daha yüksək mövqe yoxdur. “Qabusnamə”. ruhaniyyə (=ruhaniyyət) [ər.] klas. bax. ruhanilik. ruhaniyyət (=ruhaniyyə) [ər.] klas. bax. ruhanilik. ruhən zərf [ər.] Mənən, mənəvi cəhətdən, ruhca. Ruhən bağlı olmaq. – Ruhən doğulan parıltı, rövnəq; Zahirdə verir büruzə, mütləq. Şəhriyar. ruhi sif. [ər.]\n1. İnsanın daxili aləmilə, mənəviyyatı ilə bağlı olan; mənəvi. Ruhi əzab. Ruhi vəziyyət. – Laçın heç vaxt bugecəki kimi ruhi iztirab keçirməmişdi. M.Hüseyn. [Bəhram] da ixtiyarsız olaraq ani bir ruhi sıxıntı duydu. Ə.Vəliyev. ‣ Ruhi xəstə – dəli. Ruhi xəstəliklər – insanın psixi fəaliyyətinin və əsəblərinin pozulması ilə bağlı olan xəstəliklər. ruhi-rəvan is. [ər. ruh və fars. rəvan] klas. Sevgili, istəkli. Sən mənim cananım, ruhi-rəvanım; Ləbləri şirinim, qönçə dəhanım. M.P.Vaqif. [Xanəndə:] Gəl sevgili yarım, gözəlim, qönçə dəhanım! Gəl, ruhirəvanım! H.Cavid. ruhiyyat [ər.] köhn. bax. psixologiya. Buna nə ruhiyyat alimi olmaq, nə də filosoflar içində görkəmli yer tutmaq kömək edə bilməzdi.. M.S.Ordubadi. ruhiyyatçı is. [ər.] köhn. bax. psixoloq. Mən sadə tacir deyiləm, mən müştərinin nə kimi mətaya maraqlı olduğunu gözlərindən oxuyan bir ruhiyyatçıyam. M.S.Ordubadi. ruhlandırıcı sif.\n1. Ruh verən, ruhlandıran, ruha gətirən, ilhama gətirən. Ruhlandırıcı amillər. Ruhlandırıcı mənzərə.\n2. Ürəkləndirən, cəsarətverici, qüvvətverici, qüvvət və təsirini artıran. Ruhlandırıcı sözlər. ruhlandırma “Ruhlandırmaq”dan f.is. ruhlandırmaq f. Ürək vermək, cəsarət vermək, ürəkləndirmək. Birinci gün olduğu kimi yenə də Cavad irəlidə gedir, döyüşçüləri ruhlandırırdı. Ə.Vəliyev. Arzusuna çatmaqdan doğan bir fərəh Fərmanı ruhlandırmışdı. Ə.Sadıq. ruhlanma “Ruhlanmaq”dan f.is. ruhlanmaq f.\n1. Ürəklənmək, cəsarətlənmək, qüvvət almaq, cuşa gəlmək. Ruhlanın Babəkin xatirəsindən; Bizi igidliyə çağırır Vətən. S.Vurğun. Mürsəl kişi danışdıqca ruhlanırdı. M.Hüseyn. // məc. Canlanmaq, cana gəlmək. Çiçəklər, otlar, güllər bahar günəşinin ilıq şüası altında ruhlanıb, təravətlənib gözəl qoxuyurdular. Çəmənzəminli.\n2. məc. Təbə gəlmək, vəcdə gəlmək, ilhamlanmaq. Oxu, tar, ruhlansın; Şirvanın, Gəncənin mehriban gözəli! M.Müşfiq. ruhlu sif. Ruhu (2-ci mənada) olan, həvəsli, gözəl bir şeydən ruhlanan, təsirlənən, vəcdə gələn, şövqlənən. Çox ruhlu adamdır. ruhnəvaz sif. [ər. ruh və fars. ...nəvaz] klas. bax. ruhoxşayan. ..Bufet və restoranlarda çalınmaqda olan musiqilərin ruhnəvaz səsi eşidilirdi. S.Hüseyn. ruhoxşayan sif. Ruha xoş gələn, ruhu oxşayan, ruh verən, ürəyəyatan. ..Ataş elə bil ömründə bu cür ürəyəyatan, ruhoxşayan, könülaçan axşam görməmişdi. Ə.Vəliyev. ruhoxşayıcı bax. ruhoxşayan. Simfoniyanın ruhoxşayıcı melodiyaları pərdəpərdə yayılır. ruhpərvər sif. [ər. ruh və fars. ...pərvər] klas. Həyat verən, ruha qüvvət verən; canlandırıcı. ruhlandırıcı. ..Mən bu gün bir neçə xəbərlər eşitmişəm ruhpərvər və pakizə, ona görə şadlığımdan bilmirəm nə edəm. N.Vəzirov. [Sitarə və oğlan] gül yığıb, çiçəklər dərib, qoxusundan ruhpərvər olurdular. Çəmənzəminli. ruhsuz sif. Süst, ölgün, ətalətli, həvəssiz, heç bir şeydən ruhlanmayan, təsirlənməyən. Ruhsuz adam. Ruhsuz (z.) danışmaq. – Nə gurultu, nə küy, nə səs vardır; Bir neçə ruhsuz qəfəs vardır. A.Səhhət. Yaşamaz eşqsiz, ruhsuz sənətkar; Onun varlığı da quru sümükdür. S.Vurğun. ruhsuzluq is. Süstlük, ölgünlük, ətalətlilik, həvəssizlik, maraqsızlıq; laqeydlik, ruh düşkünlüyü. İnci kimi tər tökən sinəsinin qaralıb təndir qapağına dönməsi onun üçün heç bir təəssüf, hüzn və ruhsuzluq gətirə bilmədi. Mir Cəlal. ruhşünas sif. [ər. ruh və fars. ...şünas] köhn. bax. psixoloq 2-ci mənada. [Mirzağa] Cəmilə kimi təmiz, ruhşünas, munis, eyni zamanda gözüaçıq, gözəl bir qız haradan tapacaqdı? S.Hüseyn. ruhverici sif. və zərf Ruh verən, ruhu oxşayan, ruhlandıran. Ruhverici musiqi. Ruhverici söhbət. – Məşədibəy dərdini-sərini demək, nə isə ruhverici bir söz eşitmək üçün yaxın bir dost axtarırdı. M.Hüseyn. rul [holl.] Avtomobilin, təyyarənin və s.-nin müəyyən istiqamətdə hərəkətini idarə etmək üçün qurğu; sükan. [Ağabala:] Buyur, əyləş rulun dalında, sür, biz də öyrənək! Mir Cəlal. [Səriyyə:] Mən rul arxasında oturmuş Adili görüb: – Bay! – deyə bərkdən səsləndim. İ.Əfəndiyev. rulet [fr.]\n1. Döyülmüş ətdən və ya kartofdan uzunsov şəkildə iç qoyularaq hazırlanan yemək.\n2. Lay-lay xəmirdən girdə və ya uzunsov şəkildə hazırlanan içli şirin çörək. ruletka [fr.]\n1. Futlyar içində vala sarınıb və lazım olduqca çıxarılan ölçü lenti (poladdan, kətandan və ya müşəmbədən qayrılır).\n2. Həmin adlı bir növ qumar oyunu üçün xüsusi qurğu (bu qurğu, üzərində nömrələnməsi yuvacıqlar olan, fırlanan dairə şəklindədir və udmaq üçün bu dairə içərisində yuvarlanan şar mütləq yuvacıqların birinin içinə düşməlidir). rulon [fr.] Lülə şəklində bükülmüş, sarınmış şey (müşəmbə, kağız, parça və s.). Kağız rulonu. Tol rulonu. rum klas. tar. Əslən yunan olub müsəlman məmləkətlərində yaşayan əhaliyə və bu əhaliyə mənsub adamlara verilən ad. Cəm oluban rumü əcəm oynasa; Həzzim olmaz hərgiz özgədən, gəlin! M.P.Vaqif. rumb [ing.] Kompasın dairəsində (horizontun 1/32 hissəsinə müvafiq olan) bölgü. rumba is. [isp.] Meksika mənşəli müasir rəqs növü. rumın (=rumınlar) Rumıniyanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. rumınlar (=rumın) Rumıniyanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. rumınca sif. və zərf Rumın dilində. Rumınca-rusca lüğət. Rumınca öyrənmək. rumka [holl. roemer – qədəh] dan. bax. qədəh. Meyxanada dostlar bir-birinin sağlığına hərəsi altı böyük rumka konyak vurdular və yaxşı Göycə balığının kababını məzə etdilər. E.Sultanov. [Rəcəb:] Bir rumka araq içsək, keçər gedər. Qantəmir. Naşad yenə onun rumkasını doldurdu. Zeynal bir də içdi. S.Hüseyn. rupiyə [sanskr.] Hindistanda, Pakistanda və bir sıra başqa ölkələrdə: pul vahidi, həmçinin Hindistanda və Pakistanda gümüş pul. rus is. Rusiya Federasiyasında yaşayan əhalinin əksəriyyətini təşkil edən Şərqi slavyan xalqı və bu xalqa mənsub adam. rusca sif. və zərf Rus dilində. Rusca danışmaq. Rusca-azərbaycanca lüğət. rusi köhn. Rus dili, rusca. Biri həm rusidir kim, bilməyi bizlərə lazımdır. S.Ə.Şirvani. rusist is. Rus filologiyası mütəxəssisi. rusistika [rus.] Rus dili və ədəbiyyatını öyrənən elmlərin məcmusu; rus filologiyası. rusiyalı sif. və is. Rus, Rusiya əhalisindən olan. Rusiyalı dostum. rusizm is. dilç. Rus dilindən alınmış söz və ya ifadə. ruslaşdırılma “Ruslaşdırılmaq”dan f.is. ruslaşdırılmaq məch. köhn. Rus dili və mədəniyyəti qəbul etdirilmək. ruslaşdırma is. köhn. Çar Rusiyasında: rus olmayan xalqlara rus dili və adətlərini zorla qəbul etdirmə siyasəti. ruslaşdırmaq f. köhn. Çar Rusiyasında: rus olmayan xalqları dil və adətlərə görə rus etmək. ruslaşma “Ruslaşmaq”dan f.is. ruslaşmaq f. köhn. Rus dili və adətlərini qəbul etmək; rus olmaq. Orda [Kremldə] sosialistlərin ruslaşan təməli var; Nerdə bir canavarlıq, bir cinayət çıxarsa; Orda barbar, kommunist Moskvanın əli var! A.İldırım. rustümbaz [fars.] bax. kəndirbaz. rutil is. [lat.] Qırmızımtıl rəngdə mineral. ruz is. [fars.] klas. Gün, gündüz. • Ruziəzəl klas. – ibtida, lap başlanğıc. Ruziəzəldən klas. – ibtidadan, birinci gündən, lal əvvəldən. Ruzi-məhşər (həşr) din. – qiyamət günü. Vaiza, təqrir qılma çox da ruzihəşrdən; Aşiq üçün ruzi-məhşər yarın ayrılmağıdır. S.Ə.Şirvani. Ruzü şəb – gecəgündüz. Kim ki, qeyrətə, zəhmətə alışar; Kəsbi-irfana ruzü şəb çalışar. M.Ə.Sabir. ruzi is. [fars.] Azuqə, yeyəcək. Qonağın ruzisi özündən qabaq gələr. (Ata. sözü). [Şahmar:] Əgər bu çinar yeməli meyvə gətirsə, özü də yaxşı tutsa, bütün bir kəndin ruzisi olar. B.Bayramov. • Ruzi etmək (eləmək) – azuqə kimi işlətmək, yeyəcək kimi istifadə etmək. [Fərəc:] Bir şey yığıb verərsiniz, mən də aparıb özümə ruzi edərəm. Qantəmir. [Mirzə] meşənin pencər və otundan ruzi etməyə başladı. S.Rəhimov. Ruzi qazanmaq, ruzisini çıxarmaq – gündəlik yemək-içməyini əldə etmək, çörəkpulu qazanmaq. [Kazım:] İndi .. xanın sayəsində təzətəzə uyuşub, balalarımın ruzisini çıxarıram. Çəmənzəminli. Ruzimi (ruzini, ruzisini) əldən buraxmaq (çıxarmaq) – əlinə düşən nemətdən, azuqədən məhrum olmaq; uduzmaq. [Ovçu:] Nə üçün ruzimi əlimdən buraxım, nə üçün halal malımı sənə bağışlayım? Ə.Məmmədxanlı. Ruzisini kəsmək – yeyəcəkdən məhrum etmək, yeyəcəyini əlindən almaq, yeyəcəksiz qoymaq; ac qoymaq. [Nəcəf] uşaqların ruzisini kəsəndə belə olar. İ.Əfəndiyev. ruzigar is. [fars.]\n1. Külək, yel. ..Bakı axşamına məxsus sərin ruzigar əsməkdə idi. M.S.Ordubadi. Çılğın kimi ruzigar vıyıldar; Qar parçaların göyə sovurar. A.Şaiq. Kəndin kənarındakı əkinlərin başaqları xəfifcə əsən bir ruzigarın təsiri ilə sakit bir dəniz kimi ləpələnir. S.Hüseyn. // məc. Təşbehlərdə: iti, sürətli mənasında. Uçun ey vətənin ruzgar qanadlı; Şahin təbiətli mərd oğulları! Ə.Cəmil.\n2. Hava mənasında. Ruzigar qaranlıqlaşdı. Ruzigar buludlaşdı. – Bəzən də ruzigar dəyişir, hava elə quraq keçir ki, cücü əlindən yollardan ötmək olmur. Mir Cəlal.\n3. məc. Dövran, zəmanə; tale, fələk. Olur tədbirimə bir gün müvafiq ruzigar, əlbət. S.Ə.Şirvani. [Xədicə:] Necə ağlamayım ki, illər ilə bəslədiyim məhəbbəti ruzigar puç etmək istəyir. N.Nərimanov.\n4. məc. Ömür, yaşayış, həyat, gün. Neçə gündür didarını görmənəm; Ruzigarım qara günə bağlandı. M.P.Vaqif.\n5. Güzəran, vəziyyət, gün, hal. Yenə tazələndi dövran; Nə gözəl ruzigar oldu. Q.Zakir. [Tafta:] Qabaqlar [Sevili] gördüm, göz gərək ruzigarına ağlasın. C.Cabbarlı. Ana mehriban gözlərini Cəmilə dikib balasının ağır ruzigarına acıyırdı. S.Rəhimov. • Ruzigarını keçirmək – gün(ünü) keçirmək, birtəhər yaşamaq, həyat sürmək. Yoldaşımın sənəti baqqaldı, yəni bir daxmaya üç-dörd pud duz, bir qutu kişmiş və dörd-beş paçka maxorka tütünü qoyub satır və o da bu cür ruzigarını keçirir. C.Məmmədquluzadə. ‣ Ruzigarı bəd əsmək – bəxti gətirməmək, bəxti küsmək, taleyi üz döndərmək. Biçarə Məhəmmədin ruzigarı bəd əsdi; Üzünə saldı, gəldi bu altıncı qız – “Bəsti”. Ə.Cavad. ruzisiz sif. və zərf Ruzisi olmayan, yeyəcəksiz, yeyəcəyi olmayan, azuqəsiz. • Ruzisiz qoymaq – azuqəsini, ruzisini əlindən almaq, yeyəcəksiz qoymaq, ac qoymaq, aclığa məhkum etmək. [Qurbanəli:] [Vəli bəy] uşaqlarımı ruzisiz qoydu. S.S.Axundov. ruznamə is. [fars.] köhn. Qəzet. İki sənə bundan əqdəm .. “İrşad” ruznaməsinin nömrələrində öz daxili işlərimizdən və dolanacağımızdan yazıb, bəzi mətləblərdən bəhs etmişdik. F.Köçərli. [Mirzə Əli Əkbər Səttarxana:] Deyirdin ruznamə çıxardaq, bu da ruznamə. P.Makulu. ruznaməçi köhn. bax. qəzetçi. ruznaməçilik köhn. bax. qəzetçilik. rüb is. [ər.]\n1. Dörddə bir; ilin dörddə bir hissəsi; üçaylıq, kvartal. Üçüncü rübü tamamlayan bu ay sənaye müəssisəsində ilin axırına necə çıxacağını çox aydın göstərə bilər. Ə.Sadıq.\n2. Bir saatın dörddə bir hissəsinə (15 dəqiqəyə) bərabər vaxt ölçüsü (bəzən “dəqiqə”, “vaxt” mənasında işlənmişdir). Saat on iki tamamda biz mənzilimizdən çıxdıq. On ikidən bir rüb keçəndə qapını itələdik, açılmadı. M.İbrahimov. rübab is. [ər.] Bir çox Şərq xalqları arasında geniş yayılmış simli musiqi aləti. Rübabın incə tellərdir, .. min aləm var təranəndə. S.Vurğun. Sən də alıb ələ bir qızıl rübab; İncə tellərini səsləndir, ay qız. M.Müşfiq. // məc. şair. Şairin ilham, yaradıcılıq mənbəyi, simvolu kimi işlənir. O indi susursa, inan qırılar; Şeir rübabının ən şaqraq simi. Ə.Cəmil. Xəyala hökm edən bu təntənədən; Şeir rübabımı dindirərəm mən. H.Arif. rübabçı is. Rübab çalan. Rübabçı qızlar ansamblı. rübai is. [ər.] Quruluşca dörd misradan ibarət olub, birinci, ikinci və dördüncü misraları həmqafiyə, üçüncü misrası isə sərbəst qalan dörd misralıq mənzum əsər. Ömər Xəyyamın rübailəri. Məhsəti xanım Gəncəvinin rübailəri. – Pəncərədən eşidilən rübai küçədə duranlar tərəfindən böyük bir maraqla qarşılandı. M.S.Ordubadi. rübənd is. [fars.] köhn. Üz örtüyü (qadınlarda). Məni qoca gördü, rübəndin açdı; Ala gözlərinə gözüm sataşdı. Aşıq Ələsgər. Axırda Minnət xanım rübəndini açıb Mərcanın üzünə baxır. Ü.Hacıbəyov. // məc. Təşbehlərdə: örtü, pərdə mənasında. Rübənd tut üzə, dağlar; Gəlməsin gözə dağlar. (Bayatı). Təbiət bürünür ağ rübəndinə; Dağların əhvalı pozulur yenə. S.Vurğun. Yatağından dirçəlməmiş Şahtaxtı kəndi; Gərilmiş hər pəncərəyə uyqu rübəndi. M.Müşfiq. rübəndli sif. Üzündə rübənd olan, üzünə rübənd taxmış. Rübəndli qadın. – Minnət xanım üzü rübəndli gəlib ortada durur. Ü.Hacıbəyov. Kənardakı hovuzun yanında .. ağ rübəndli bir qadın durub, gözlərini məscidin qapılarına dikmişdi. Çəmənzəminli. rüblük sif. Bir rüb (1-ci mənada) üçün nəzərdə tutulmuş, bir rübdə görülən, bir rüb davam edən, bir rübdə başa gələn. Rüblük plan. Rüblük gəlir. rücu is. [ər.] klas. Geri dönmə, qayıtma, ricət (etmə). • Rücu etmək – 1) müraciət etmək. [Nəsir Fərraş:] Şahzadə buyurdu ki, bu axşam bir mənim hüzuruma gəlsin ki, bir vacib işim var, ona rücu edəcəyəm! M.F.Axundzadə. Amma yaxşı olardı ki, hər məsələnin həlli üçün qazı cənablarına, yaxud Şeyx Nəsrullaha rücu edəydiniz, çünki elmdə mənim o qədər qüvvətim yoxdur. E.Sultanov. Naməlsəm məhəlləsi yenə Əliyə rücu etdilər. N.Nərimanov; 2) qayıtmaq. İndi məqalənin baş mətləbinə rücu edib deyə bilərik ki, mərəzlərimiz çox isə də, onların ümdəsi və mühliki cəhalət və nadanlıqdır. F.Köçərli; 3) geri dönmək (yoldan); geri almaq, geri götürmək (sözünü). rüfəqa is. [ər. “rəfiq” söz. cəmi] Rəfiqlər, yoldaşlar, dostlar. İndi məni hər kəs görər olsa rüfəqadan. M.P.Vaqif. rüfət is. [ər.] Yüksəklik, böyük rütbə. rüx is. [fars.] klas. Yanaq, üz. rüxsar is. [fars.] klas. Üz, çöhrə. Canımı yandırdı hicr, ey atəşin rüxsar, eşit! Qövsi. Firqətindən yarpaq kimi əsirəm; Rüxsarımı eynim yaşı yandırar. Aşıq Ələsgər. Mən bir ucaboylu gözəlin zülfünə bəndəm; Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir. Ə.Vahid. rükət is. [ər.] din. Namazda bir qiyam (ayağa qalxma) ilə bir rüku (əyilmə) və iki səcdədən ibarət hərəkət. Bir gün Şibli iki rükət namaz qılmaq və bir az dincəlmək üçün məscidə gedir. “Qabusnamə”. rükn is. [ər.]\n1. Bir şeyin ən sağlam və möhkəm tərəfi; təməl, dirək, istinadgah. // Məc. mənada. Ənənə cəmiyyətin rüknüdür. Çəmənzəminli.\n2. məch. Bir cəmiyyətin əhəmiyyətli, ən qüvvətli və etibarlı şəxsiyyətlərindən hər biri. [Mədinə Vaqifə:] Şair, .. xanlığın müşaviri, dövlətin rüknü olan bir adamdan bu sözləri eşitmək?.. Çəmənzəminli. rüku is. [ər.] din. Namazda əlləri dizlərə dayayıb əyilmə hərəkəti. Qünut, rükum, bir də səcdəm səhv olsa; Neyləsəm, səhihdi namazım mənim. Aşıq Ələsgər. rümuz is. [ər. “rəmz” söz. cəmi] klas. bax. rəmz. Nalə çəkib bülbül dedi: – Ey pəsər; Rümuzi-eşqidən olan bixəbər. Q.Zakir. [Qasım] toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli idi. Çəmənzəminli. rüsxət [ər.] İzin, icazə. Rüsxət istəmək. • Rüsxət almaq – icazə almaq, izin almaq. [Hacı Kərim] Kəldəkli Molla İbrahim Xəlil, deyirlər ki, Tiflisə gedib, rüsxət alıb, gəlib, Xaçmazın dağlarında çadır qurub kimya qayırır. M.F.Axundzadə. [Hümmət Yusifə:] Əgər könlündən sədr olmaq keçirsə, yuxarıdan rüsxət al, gəl əyləş. B.Bayramov. Rüsxət vermək – icazə vermək, izin vermək. rüsxətnamə is. [ər. rüsxət və fars. ...namə] Rüsxət vərəqəsi; icazənamə. rüsum I. is. [ər. “rəsm” söz. cəmi] Gətirilən və çıxarılan mallardan və s.-dən alınan dövlət vergisi; rüsumat. Gömrük rüsumu. // Dövlət tərəfindən tənzim edilən bəzi əməliyyat üçün alınan pul. Pasportu qeydetmə rüsumu. Gerb rüsumu.\n\nII. is. [ər.] bax. rəsm 2-ci mənada. Ancaq bu qudalıq rüsumunun başqa bir mənası nəzərdə tutulurdu. R.Əfəndiyev. rüsumat is. [ər. “rüsum” söz. cəmi] bax. rüsum1. Hələ İrana girdikləri dünəndir, gömrük rüsumatını tamamilə ləğv etmişlər. M.S.Ordubadi. rüsva (=rüsvay) is.\n1. Biabır olma, abırsızlıq, heysiyyətdən düşmə, abırdan düşmə. Nə çəmən cümlə cahandır məni-rüsvayə qəfəs. S.Ə.Şirvani. // klas. Bu sözlə bağlı olan birləşmələrin birinci tərkib hissəsi; məs.: rüsvayi-dünya, rüsvayi-eşq, rüsvayi-xəlq. Axır elə oldum rüsvayi-aləm; Düşmən tənə eylər, dost qınar məni. Q.Zakir. • Rüsva(y) etmək (eləmək) – abırdan salmaq, adını ləkələmək, biabır etmək (eləmək). [Əsli:] Nə gəzirsən məlul-məlul bu yerdə; Aman Kərəm, məni rüsvay eyləmə! “Əsli və Kərəm”. [Saray qızları:] Sevda?! Bu nədir, Sevda?! Etdin bizi sən rüsva. H.Cavid. [Seyfəli:] Allah sizi kəssin, bizi el içində .. rüsvay elədiniz! B.Bayramov. Rüsva(y) olmaq – biabır olmaq, heysiyyətdən düşmək, şərəfini itirmək, abırdan düşmək, adı ləkələnmək. [Ağa Mərdan:] Bir az ürəkli olsun, yoxsa mürafiə vaxtında, qorxuram, iqrara qadir olmuya, rüsva olaq! M.F.Axundzadə. Bir dərd əhli heç tapmadım burada; Nahaq yerə rüsvay oldum arada. Molla Cuma. [Yaxşı:] Mən bütün dünyada rüsvay olaram. C.Cabbarlı. Rüsvayialəm (cahan) etmək (eləmək) – cəmiyyət içərisində adını batırmaq, hörmətdən salmaq, biabır eləmək. Rüsvayi-aləm (cahan) olmaq – bax. rüsva(y) olmaq. Mən belə rüsvayi-cahan olduğumu bilməzdim. Mir Cəlal. rüsvay (=rüsva) is.\n1. Biabır olma, abırsızlıq, heysiyyətdən düşmə, abırdan düşmə. Nə çəmən cümlə cahandır məni-rüsvayə qəfəs. S.Ə.Şirvani. // klas. Bu sözlə bağlı olan birləşmələrin birinci tərkib hissəsi; məs.: rüsvayi-dünya, rüsvayi-eşq, rüsvayi-xəlq. Axır elə oldum rüsvayi-aləm; Düşmən tənə eylər, dost qınar məni. Q.Zakir. • Rüsva(y) etmək (eləmək) – abırdan salmaq, adını ləkələmək, biabır etmək (eləmək). [Əsli:] Nə gəzirsən məlul-məlul bu yerdə; Aman Kərəm, məni rüsvay eyləmə! “Əsli və Kərəm”. [Saray qızları:] Sevda?! Bu nədir, Sevda?! Etdin bizi sən rüsva. H.Cavid. [Seyfəli:] Allah sizi kəssin, bizi el içində .. rüsvay elədiniz! B.Bayramov. Rüsva(y) olmaq – biabır olmaq, heysiyyətdən düşmək, şərəfini itirmək, abırdan düşmək, adı ləkələnmək. [Ağa Mərdan:] Bir az ürəkli olsun, yoxsa mürafiə vaxtında, qorxuram, iqrara qadir olmuya, rüsva olaq! M.F.Axundzadə. Bir dərd əhli heç tapmadım burada; Nahaq yerə rüsvay oldum arada. Molla Cuma. [Yaxşı:] Mən bütün dünyada rüsvay olaram. C.Cabbarlı. Rüsvayialəm (cahan) etmək (eləmək) – cəmiyyət içərisində adını batırmaq, hörmətdən salmaq, biabır eləmək. Rüsvayi-aləm (cahan) olmaq – bax. rüsva(y) olmaq. Mən belə rüsvayi-cahan olduğumu bilməzdim. Mir Cəlal. rüsvayçı sif. Rüsvay edən, abırdan salan, adbatıran, utanılacaq, biabırçı. rüsvayçılıq is. Rüsvayedici iş, hərəkət, hal; rəzalət, biabırçılıq; eyib gətirən şey. [Qadın:] Nə istəyirsən istə, məni bu rüsvayçılıqdan qurtar! M.S.Ordubadi. Sədəf ölümə razı olar, ancaq rüsvayçılığa yol verməz. M.Hüseyn. rüsvayedici sif. Eyib gətirən, ləkələndirən, adbatıran, etibardan salan, utanılacaq. Rüsvayedici hərəkət. rüsvalıq (=rüsvaylıq) bax. rüsvayçılıq. Bu rüsvalıq mənə səndən degil, badi-səbadəndir. Füzuli. Xublar eşqində gör şimdi mənim rüsvalığım; Qisseyi-Fərhad ilə Məcnunu bir əfsanə tut. S.Ə.Şirvani. [Kərim:] Mən bacımın rüsvaylığını yerdə qoysam, gərək başıma papaq geyməyib, ləçək geyim. Ə.Haqverdiyev. rüsvaylıq (=rüsvalıq) bax. rüsvayçılıq. Bu rüsvalıq mənə səndən degil, badi-səbadəndir. Füzuli. Xublar eşqində gör şimdi mənim rüsvalığım; Qisseyi-Fərhad ilə Məcnunu bir əfsanə tut. S.Ə.Şirvani. [Kərim:] Mən bacımın rüsvaylığını yerdə qoysam, gərək başıma papaq geyməyib, ləçək geyim. Ə.Haqverdiyev. rüşdiyyə is. [ər.] Keçmişdə: uşaqların ibtidai məktəbi bitirdikdən sonra təhsil aldıqları məktəbin adı. rüşeym [ər.]\n1. biol. İnsan və heyvan embrionu (mayası). Döllənmiş yumurta hüceyrəsindən rüşeym əmələ gəlir.\n2. biol. Toxumun içində hüceyrədən törəmiş yeni bitki mayası. Qarğıdalı dəninin rüşeymi. Ləpə rüşeymi.\n3. məc. Bir şeyin başlanğıc, ibtidai halı. • Rüşeym halında – lap başlanğıcında, təzəcə əmələ gəlməyə başladığı anda. rüşvət is. [ər.] Öz xeyrinə olaraq bir iş gördürmək xatirinə hər hansı bir vəzifəli şəxsə verilən pul və ya şey. Rüşvət vermək. – Yalan deyən, rüşvət alan, tərəf tutan, üz görən! Dərdimizə qalmayanlar çıxsın bizim cərgədən! S.Vurğun. Bundan sonra kişi pristava, yasavula qızılların bahası qədər rüşvət verdikdən sonra malı əlinə gələrdi. H.Sarabski. rüşvətxor (=rüşvətçi) sif. [ər. rüşvət və fars. ...xor] Rüşvət alan. Rüşvətxor adam. – Mənə desəydilər ki, .. Yer üzündə bir rüşvətxor çinovnik yoxdur, inanardım. Ə.Haqverdiyev. // İs. mənasında. ..Çarın bu mahir rüşvətxoru özünün həyasızlığı ilə Təbriz tacirlərinin arasında zərbi-məsəl olmuşdu. M.S.Ordubadi. Yeni ildə heç kəsə; Üz verməsin kədər, qəm; Rüşvətxordan savayı! R.Rza. rüşvətçi (=rüşvətxor) sif. [ər. rüşvət və fars. ...xor] Rüşvət alan. Rüşvətxor adam. – Mənə desəydilər ki, .. Yer üzündə bir rüşvətxor çinovnik yoxdur, inanardım. Ə.Haqverdiyev. // İs. mənasında. ..Çarın bu mahir rüşvətxoru özünün həyasızlığı ilə Təbriz tacirlərinin arasında zərbi-məsəl olmuşdu. M.S.Ordubadi. Yeni ildə heç kəsə; Üz verməsin kədər, qəm; Rüşvətxordan savayı! R.Rza. rüşvətxorluq (=rüşvətçilik) is. Rüşvət alıb iş düzəltmə. Rüşvətxorluqla mübarizə. Rüşvətxorluq ən ağır cinayətdir. – Kiminin rüşvətxorluğu, qohumbazlığı; kiminin xəsisliyi, bəzisinin nadanlığı tənqid olunurdu. Mir Cəlal. rüşvətçilik (=rüşvətxorluq) is. Rüşvət alıb iş düzəltmə. Rüşvətxorluqla mübarizə. Rüşvətxorluq ən ağır cinayətdir. – Kiminin rüşvətxorluğu, qohumbazlığı; kiminin xəsisliyi, bəzisinin nadanlığı tənqid olunurdu. Mir Cəlal. rütbə is. [ər.]\n1. Xidməti dərəcə, ad. Zabitlik rütbəsi. – [Qorxmaz] sıravilikdən starşinalıq rütbəsinə qalxmışdı. Ə.Vəliyev. İndi o, hərbi qiyafədə serjant rütbəsində bir şəfqət bacısı idi. Ə.Məmmədxanlı.\n2. Vəzifə, mövqe, mərtəbə. Mənim nə rütbəm var, nə də mədənim; Kim olsa yaşatmaq borcumdur mənim. S.Vurğun. Çox şey Vətənsiz də yaşayır, ancaq; Şeirsə Vətənsiz, elsiz yaşamaz... Şairə vəzifə, rütbə nə gərək! B.Vahabzadə.\n3. məc. klas. Mövqe, dərəcə, mərtəbə. Seyyida, sal boynuna zünnari-zülfi-yarı sən; Eşqdə gər rütbeyi-Sənanə eylərsən həvəs. S.Ə.Şirvani. rütbəli sif. Rütbəsi olan, müəyyən rütbə sahibi olan. Əbülfət mirzə qapını açan kimi qarşısında böyük rütbəli bir İran məmurunu və iki nəfər də polis nəfərini gördü. M.S.Ordubadi. Hacı böyük rütbəli adamlarla oturub-durduğu kimi xırda-xuruş müəllimlərlə də söhbətdən xoşlanır. Qantəmir. rütbəsiz sif. Rütbəsi olmayan. Gör hökm-fərmanlar necə güclənib? Ölüm də rütbəsiz, çinsiz qalmadı! M.Araz. rütbəsizlik is. Heç bir rütbəsi, vəzifəsi, mövqeyi olmama. O, ömrünün bu çağında qulluqsuzluğun, rütbəsizliyin necə yaman dərd olduğunu bir daha duyub, koramal kimi qıvrıldı. S.Rəhimov. rütubət is. [ər.] Yaşlıq, nəmlik, islaqlıq. Bitki rütubəti sevir. Havada rütubət var. – Yağışın rütubəti səqfin uçan yerindən çəkilməmişdi. C.Məmmədquluzadə. Qurbanlı içəri girdi və qapını örtərkən içəridə onu rütubət iyi vurdu. Çəmənzəminli. rütubətlənmək f. Rütubətli olmaq, nəm çəkmək, nəmlənmək. Otağın divarları rütubətlənib. rütubətli sif. Rütubəti olan, yaş, islaq, nəm. Rütubətli torpaq. Rütubətli ev. – Payızın rütubətli havaları başlanmış olduğundan soyuqluq hiss olunurdu. T.Ş.Simurq. Tropik aranlara məxsus boğucu, rütubətli, fəqət aydınlıq bir gecə... H.Nəzərli. rütubətlilik is. Rütubətli şeyin halı; nəmlik, yaşlıq, islaqlıq. Torpağın rütubətliliyi. Havanın rütubətliliyi. Ss s azərbaycan əlifbasının iyirmi beşinci hərfi. bax. se. saam (=saamlar) is. Kola yarımadasında, habelə Norveçin, Finlandiyanın və İsveçin şimalında yaşayan uqrofin dil qrupuna daxil olan xalq. saamlar (=saam) is. Kola yarımadasında, habelə Norveçin, Finlandiyanın və İsveçin şimalında yaşayan uqrofin dil qrupuna daxil olan xalq. saat is. [ər.]\n1. Gecə-gündüzün iyirmi dörddə birini təşkil edən və 60 dəqiqədən ibarət olan vaxt ölçüsü vahidi. // Saat ölçüsü vahidi. İki saat işləmək. Üç saat gözləmək. Təyyarə iki saat gecikir. – Bir saat sonra alaçığımıza köçdük. A.Şaiq. [Şahmar Şahpəriyə:] Gündə kitabxananı cəmi bir saat açıq saxlamırsan. B.Bayramov. • Bu saat – indi, indicə. [Kazım:] Bu saat başını salamat saxlamaq istəyirsənsə, başını aşağı sal, kəsbkarlığına qurşan.. Çəmənzəminli. Elə bil bu saat bütün xarici aləm yalnız sədrdən asılı idi. İ.Əfəndiyev. Haman saat – bax. o saat. Haman saat işə başladı. O saat – tez, əlüstü, dərhal. Əgər mən biləm ki, qardaşım casusdur, o saat onu yaxalayıb, verərəm hərbi tribunala. H.Nəzərli.\n2. Günortadan, yaxud tən gecə yarıdan hesablanan 60 dəqiqəlik vaxt ölçüsü. [Mərcan bəy:] Aha, saat neçədir, o vaxta bir saat qalıbdır, zərər yoxdur, qurtardım Minnətin üzündən, qurtardım! Ü.Hacıbəyov. Saat üçdü... Kazım işdən qayıtmış; Vücudunu qaplamışdı yorğunluq. M.Müşfiq.\n3. Gecə-gündüz müddətində vaxtı təyin etmək üçün alət, cihaz. Divar saatı. Cib saatı. Qol saatı. – Usta Zeynal Mirzə Səfərin oğluna xeyir-dua verib, yaxşı yol ilə müvəffəqiyyət diləyib bir qızıl saat da verdi. Ə.Haqverdiyev. ..Əzizin gözləri saatın yanından asılmış böyük bir şəklə ilişdi. S.Rəhman.\n4. Tənəffüslə birlikdə dərsə, mühazirəyə sərf olunan 60 dəqiqəlik müddət. Akademik saat (texnikumlarda və ali məktəblərdə 50 dəqiqə davam edən vaxt, müddət). Dərs saatı (ümumtəhsil məktəblərində 45 dəqiqə davam edən məşğələ müddəti). Dərs proqramını saatlara bölmək. // Pedaqoji məşğələ, mühazirə. Saatlarımı yazdınmı? Xəstə müəllimin saatlarını kimə verdilər?\n5. Vaxt, çağ, an, zaman. Axşam saatlarında. – İraq olsun yaman gözdən, nə xoş saətdir ol saət; Ki, məşuqilə aşiq eyləyib nazişitab oynar. Füzuli. [Cavadın] dərələrdən quzuqulağı yığıb yediyi saatlar gözləri qabağında canlandı. Ə.Vəliyev.\n6. bax. saatlıq. Buradan oraya neçə saat yoldur? – Bakıdan buraya dörd saata gəlmişdik. M.Hüseyn. ‣ Bir saatın içində – dərhal, o saat, gecikmədən. Bir saatın içində ağa ikən qul oldum. B.Vahabzadə. Saatdan-saata – bax. saatbasaat. Bina saatdan-saata ucalırdı. – Üçüncü quyu ətrafında görülən işlər gündən-günə deyil, saatdan-saata artır. Y.Əzimzadə. saatbasaat zərf Vaxt keçdikcə, saatdan-saata, durmadan artaraq. Yağış saatbasaat güclənir. Camaatın sayı saatbasaat artır. – Səri-kuyin məhşər, qəddin qiyamət; Qiyamət edərsən saətbəsaət. Q.Zakir. saatqabı is. köhn. Saat qoymaq üçün üstü zərli saplarla, güləbətinlə naxışlanmış kisəcik. Üstünə güləbətin çəkilmiş daraqqabı, saatqabı da nəzəri cəlb edirdi. H.Sarabski. saatlarca bax. saatlarla. Saatlarca davam edən qarışıq fikirlər İbrahim xanı məşğul etdi. Çəmənzəminli. [Musanın nəvəsi] saatlarca aynanın qabağında öz vücuduna tamaşa edirdi. Qantəmir. saatlarla zərf Bir neçə saat, uzun müddət. Yağış saatlarla davam etdi. Saatlarla oxumaq. – [Kamal] saatlarla gözünü qarlı dağların təpəsinə zilləyib, onları seyr etməkdən doymazdı. M.Rzaquluzadə. Səməd yeməyib-içməyib saatlarla Muradın mahnılarını dinləməyə hazır idi. İ.Hüseynov. saatlıq Saylarla yanaşı işlənib, bir işin neçə saata görüldüyü, görülə biləcəyi, yaxud davam etdiyi müddəti bildirir. 8 saatlıq iş günü. – Yar, arxanda bir dağam; Yatmamışam, oyağam; Dola qolun boynuma; Bir saatlıq qonağam. (Bayatı). [Qəhrəman:] Günorta zamanı olardı. Şəhəri yarım saatlıq bir sükut bürüdü. H.Nəzərli. ‣ Bir saatlığa – müvəqqəti olaraq, hələlik, bir anlığa. Bir saatlığa belə tutaq ki, ... hərəmxana işləri tüpürməyə layiq bir şeydir. C.Məmmədquluzadə. saatsaz is. [ər. saət və fars. ...saz] Saat təmir edən usta. Bununla belə onun bircə nəfər həqiqi dostu var idi – saatsaz usta Zeynal. Ə.Haqverdiyev. Bakıda ümumiyyətlə peşəkarlar: xalçaçı, zərgər, papaqçı, saatsaz, minasaz, dəllək, boyaqçı və sair çox olardı. H.Sarabski. saatsazlıq is. Saatsazın sənəti, peşəsi. [Zeynal:] Mən də ki saatsazlığımla səndən çox qazanmıram. Ə.Haqverdiyev. sabah is. [ər.]\n1. Günün başlanğıcı, günün ilk saatları; səhər, sübh. Sabah erkən. Sabah yeli. Sabah ertə. Sabah günəşi. – Axşam, sabah, çeşmə, sənin başında; Bilirsənmi necə canlar dolanır? Aşıq Ələsgər. Ol qəmli gecə sabah olunca; Rahət yuxu yatdı bir doyunca. A.Səhhət. Mən də meşə cığırı ilə .. adət etdiyim sabah gəzməyindən evə hərəkət edirdim. A.Divanbəyoğlu. • Sabah açılmaq (olmaq) – səhər açılmaq, gündüz başlamaq. Bəli, sabah açıldı, üstünüzə çoxlu xoş sabahlar açılsın. “Abbas və Gülgəz”. Sabah olan kimi Məlikməmməd almaları yığıb, bir məcməyiyə qoydu və üstünə də örtük çəkib, atasına apardı. Çəmənzəminli. Sabaha qədər (kimi) – işıqlanana qədər, səhər açılana kimi, səhərədək. İşçilər bir çox danışıqdan sonra, sabahadək işləməyib cavab gözləməyi qərara aldılar. H.Nəzərli. Həmin gecə, demək olar ki, sabaha kimi Həmzənin zirzəmilərində, anbarlarında işıq yandı. Ə.Əbülhəsən. Sabahın(ız) xeyir! – səhərçağı bir-birilə görüşdükdə söylənilən ifadə. Gecəni sabah eləmək (etmək) – sabaha qədər bütün gecəni oyaq qalmaq, yatmamaq.\n2. Bu gündən sonra gələcək gün, ertəsi gün. Bu günün işini sabaha qoyma. (Ata. sözü). Sabahı günü Cəlil ağa gözlərini açanda özünü bir qeyri aləmdə, bir qeyri mühitdə gördü. İ.Musabəyov. [Murad:] Deyirlər sabah yaxşı film göstəriləcək. İ.Əfəndiyev.\n3. məc. Gələcək mənasında. [Əmiraslan baba uşaqlara:] ..Onu demək istəyirəm ki, sabah sizin, gələcək sizindir! S.Rəhimov. Yox, yox, ayrı deyildir gözəl sabahımızdan; Əziz xatirələrlə bizdən ayrılan illər. S.Rüstəm. Bugünkü əməliylə; O, sabahı yaradır. B.Vahabzadə. sabah-birigün zərf Yaxın gələcəkdə, yaxın günlərdə, yaxınlarda. sabahdan zərf\n1. Sabah başlanan kimi, günün başlanğıcından, günün ilk saatlarından; səhərdən. [Mahmud:] Sabahdan balta çalıram, bir qıxmıq da qopara bilmirəm. Ə.Haqverdiyev.\n2. Ertəsi gündən. Sabahdan işə başlayırıq. – [Əsgər:] Vallah, sabahdan arşınmal satan olacağam. Ü.Hacıbəyov. Sabahdan o uşaqlar qarının ümidinə qalacaq, dərslərinə baxan olmayacaq. M.Hüseyn. sabahgülü is. bot. Üzərinə günəş işığı düşdükdə açılan, kölgədə isə gülləri bükülən birillik gül bitkisi. sabahkı 1. zərf Ertəsi günü, sabahısı. Sabahkı günü bir kəllə qənd alıb məni bağışladı və günahımdan keçdi. C.Məmmədquluzadə. Sabahkı gün tarçı Əsədin cənazəsi arabaya qoyulub, həmişəki adət üzrə “ərrəhman” oxuna-oxuna qəbiristana aparıldı. B.Talıblı.\n2. sif. Sabah olacaq, ertəsi gün olacaq, sabaha təyin olunmuş. Sabahkı görüş. Sabahkı bayram. – Sabahkı vuruşma qəti və mühümdür. H.Nəzərli. Sabahkı tətilin bir məqsədi var; Gərək buraxılsın qaladan Xanlar! S.Vurğun. sabahlıq is. və sif.\n1. Sabah görüləcək, sabah olacaq. Ancaq sabahlıq işim qalıb.\n2. Sabaha bəs edəcək, sabahkı günə yetəcək. Sabahlıq çörəyimiz vardır. sabah-sabah zərf Səhər tezdən, sübh ertədən, gün təzəcə başlayanda. Sabah-sabah işini görüb qurtarmaq. – Nəhayət, son verildi yatmadığım gecəyə; Sabah-sabah bir mayis rəqs edərkən odamda. M.Müşfiq. ‣ Sabah-sabaha salmaq – çox yubatmaq, ləngitmək, gecikdirmək, bu gün-sabaha salmaq. [Piri:] Bir bu işi uzadıb, sabah-sabaha salan adamı verəydilər mənə.. M.Süleymanov. sabiq sif. [ər.] Əvvəldə olmuş, keçmişdə olmuş; keçmiş, köhnə, əvvəlki. Zeynal ötəyəbəriyə müraciət edib sabiq xidmətini geri istəyirdisə də, müvəffəq olmayırdı. S.Hüseyn. Sabiq tacir Ağa Qurbanı hamı tanıyırdı. Ə.Haqverdiyev. sabiqən zərf [ər.] köhn. Bundan əvvəl, keçmiş, qabaq. Yox ikən sabiqən gediş-gəlişi; İndi bir başqa rəng alıbdır işi. M.Ə.Sabir. sabit sif. [ər.]\n1. Hərəkət etməyən, hərəkətsiz, daim bir qərarda duran (qalan), dəyişməyən, tərpənməz; daimi. Sabit cərəyan. Sabit temperatur. Sabit qüvvə.\n2. məc. Səbatlı, möhkəm; fikrinin, əqidəsinin üstündə möhkəm duran, fikrindən, əqidəsindən dönməyən. Bircə Zeynal bəy toxtaq durub, əvvəlki layihəsində sabit idi... Çəmənzəminli. • Sabit qalmaq – bir şeyin üstündə möhkəm durmaq, fikrindən, əqidəsindən dönməmək. Xülasə, şəhərdə hər bir şey tərəqqi tapmışdı, dəyişilmişdi, abad olmuşdu, bircə usta Ağabala qədimliyində sabit qalıb otuz il idi ki, bu qərar ilə məişət keçirirdi. Çəmənzəminli. ‣ Sabit olmaq köhn. – sübut olunmaq, yəqin olmaq, sübuta yetmək. [Fərraşbaşı:] Ağa Şahzadə soruşur ki, Hacı Qafurun bacısının varisliyi sizin yanınızda sabit oldumu? M.F.Axundzadə. sabitqədəm sif. [ər.] Sözünün, fikrinin, vədinin üstündə möhkəm duran, sözündən, vədindən dönməyən; səbatlı, möhkəm. Zahid, ramazanda mənə bu tövbəni verdin; Get, başın üçün, tövbədə sabitqədəməm mən. S.Ə.Şirvani. Mən öz əhd-peymanımda möhkəm və sabitqədəməm. M.F.Axundzadə. Sabitqədəm olsaydı əgər yari-vəfadar; Aşiq dəxi qaçmazdı bəladan, dayanardı. M.Ə.Sabir. sabitləşdirilmə “Sabitləşdirilmək”dən f.is. sabitləşdirilmək məch. Sabit (1-ci mənada) hala salınmaq. sabitləşdirmə “Sabitləşdirmək”dən f.is. sabitləşdirmək t-li. Sabit (1-ci mənada) hala salmaq. sabitləşmə “Sabitləşmək”dən f.is. sabitləşmək f. Sabit olmaq, sabit hala gəlmək. sabitlik is. Sabit şeyin hal və vəziyyəti; daimilik, dəyişməzlik. Qiymətlərin sabitliyi. Valyutanın sabitliyi. – [Rüstəm bəy:] Təbiət müvazinəti pozulduqda əbədi qanunun sabitliyi sarsılır. Çəmənzəminli. sabotaj [fr. sabotage] Qəsdən işləməmək və ya işi pozmaq yolu ilə işə mane olma. sabotajçı is. Sabotaj edən, sabotajla məşğul olan adam. sabotajçılıq bax. sabotajlıq. sabotajlıq is. Sabotaj hərəkəti, sabotaj. sabun is. Kirli və ya yağlı şeyləri və s.-ni yuyub təmizləmək üçün yağlardan və qələvi maddələrdən hazırlanan, suda tez əriyib köpüklənən bərk və ya yarımmaye kütlə. Paltar sabunu. Əl-üz sabunu. Ətirli sabun. Hamam sabunu. – [Səriyyə:] Səhər tezdən ikimiz də eyni vaxtda qalxdıq. Məhrəba, sabun, diş fırçası götürüb suyun üstünə endik. İ.Əfəndiyev. ‣ Sabun köpüyünə (qovuğuna) dönmək – heç olmaq, puç olmaq, yox olmaq. ..Keçən ilin ortalarından tutulmağa başlanılan plan yeni ildə sabun qovuğuna dönmüşdü. “Kirpi”. sabunbişirən is. Sabunbişirmə mütəxəssisi, sabun istehsalatı fəhləsi; sabunçu. sabunçu is.\n1. köhn. Sabun bişirməklə məşğul olan adam.\n2. Sabun istehsalı işçisi. sabunçuluq is. köhn. Sabunçunun işi, peşəsi. sabunqabı is. İçinə sabun qoymaq üçün qab, qutu; sabunluq. sabunlama “Sabunlamaq”dan f.is. sabunlamaq f. Sabun sürtmək, sabunla yumaq. Əllərini sabunlamaq. Paltarları sabunlamaq. – Bədənimi kisələyib üstümə bir neçə dəfə isti su tökəndən sonra bu kişi [camadar] başladı başımı sabunlamağa. C.Məmmədquluzadə. sabunlanma “Sabunlanmaq”dan f.is. sabunlanmaq məch.\n1. Sabunlu suda yuyulmaq, sabunla yuyulmaq.\n2. Sabun sürtülmək, sabun çəkilmək. [Ocaqverdi:] Bəy, heç sizə əziyyət olmayacaq. Kəndir qayda ilə sabunlanıbdır. Ə.Haqverdiyev. sabunlu sif.\n1. Tərkibində sabun olan. Sabunlu su.\n2. Sabuna bulaşmış, sabun sürtülmüş. Sabunlu əl. Sabunlu paltar. sabunluq is. məh. bax. sabunqabı. sabunotu is. bot. Kökündə saponin olan zəhərli bitki. sabunsuz sif. Sabunu olmayan, sabun sürtülməmiş. [Mahmud:] Qarnım sabunsuz araba çarxı səsi verir. Ə.Haqverdiyev. sac is. Üzərində lavaş, yuxa, bozlamac, qutab və s. bişirmək üçün ortası qalxıq, dairəşəkilli çuqun və ya dəmir lövhə. [Gülsüm] birtəhər itdən xilas olub, özünü çörək təndirinə soxdu və dəmir sacı başına çəkdi. Çəmənzəminli. Səmədin nəzərləri .. sacın, içində qurumuş xəmirdə barmaq izləri görünən teştin və oxlovun üzərində gəzdi. İ.Hüseynov. // Sacda bişirilən. Sac qovurması (saciçi). – Hamımız bərabər yağ, süd və yenicə bişmiş sac çörəyi ilə qarnımızı doydurduq. H.Nəzərli. Mənə dağ havası verin! Sac yuxası verin! R.Rza. sacayaq (=sacayağı) is. Açıq havada xörək və s. bişirmək üçün üstünə qazan qoyulan üçayaqlı dəmir çənbər. Təzə qalaylanmış mis qablar, şiş, maşa, sacayaq, qiyməkeş və sair ailə mətbəxində işlənməsi lazım olan hacətləri cehiz adı ilə atası qızına verəcəkdir. R.Əfəndiyev. Xədicə səhər yığdığı pencəri qazana doldurub sacayağının üstünə qoymuş, yamaqlı qədək döşlüyü ilə təzə qaladığı ocağı ətəkləyirdi. Ə.Vəliyev. sacayağı (=sacayaq) is. Açıq havada xörək və s. bişirmək üçün üstünə qazan qoyulan üçayaqlı dəmir çənbər. Təzə qalaylanmış mis qablar, şiş, maşa, sacayaq, qiyməkeş və sair ailə mətbəxində işlənməsi lazım olan hacətləri cehiz adı ilə atası qızına verəcəkdir. R.Əfəndiyev. Xədicə səhər yığdığı pencəri qazana doldurub sacayağının üstünə qoymuş, yamaqlı qədək döşlüyü ilə təzə qaladığı ocağı ətəkləyirdi. Ə.Vəliyev. saciçi is. Sacın içində bişirilən ət qovurması. [Yüzbaşı:] Ağa, qurbanın olum, qarnınızı şor-çörəklə doydurmayın, saciçi bu saat hazır olar! – deyirdi. Çəmənzəminli. Almurad babanın bişirdiyi bu saciçi mənə o vaxta qədər yemiş olduğum bişmişlərin hamısından ləzzətli gəldi. İ.Əfəndiyev. saç is. İnsanın başında bitən tüklər. Qara saç. Xurmayı saç. – Külək [Dürrənin] qumral saçını üz-gözünə çırpırdı. S.Vəliyev. [Nərgiz] anasının ona ilk dəfə saç hördüyünü xatırlayırdı. B.Bayramov. // Hörük. [Koroğlu:] Siyah saçlar dal gərdənə düzülü; Qara gözlər xumarlanıb süzülü. “Koroğlu”. ‣ Saç ağartmaq – bax. baş ağartmaq (“baş”da). Ömür çürütməsən, saç ağartmasan; Yaranmaz sənətkar, yaranmaz sənət! Z.Xəlil. Saçı ağartmaq – yaşa dolmaq, qocalmaq. Artıq saçları ağarıb, qırmızı paltar ona yaraşmır. Saçı dabanında (olmaq) – uzun hörükləri olan qız (qadın) haqqında. [Yetər Kərbəlayıya:] Özü də çox gözəldir ... uzunboylu, saçı dabanında, uçuq evin dirəyi bir qızdır.. Çəmənzəminli. Saçına dən düşmək – başı (saçı) ağarmağa başlamaq, təktək, seyrək ağ tüklər görünmək. İllər ötdükcə saçlarıma dən düşdü. – Müsahibimin səliqə ilə vurulmuş saçlarına yenicə dən düşmüşdü. Q.İlkin. saçaq is.\n1. Bir şeyin (adətən pərdənin, paltarın və s.-nin) kənarları boyunca tikilən çox sıx, sallanan sap telləri. Xalçanın saçaqlarını düzəltmək. Şalın saçaqları. Pərdəyə saçaq tikmək. – Libasın əlvandır, çarqat narıncı; Saçaqlar yaraşır qıraqlarından. M.P.Vaqif. [Sona] ..başından sıyrılıb çiyninə düşən ağ torunun ipək saçaqları ilə oynayırdı. Ə.Əbülhəsən.\n2. bot. Bəzi bitkilərdə uzun nazik tellər. Qarğıdalı saçağı. – [Hurizadın] ..tükləri məzəli bir rəng alar – gah qarğıdalı saçağına, gah da kal qarpıza bənzər. Çəmənzəminli. [Səməndərin] gözünə ancaq söyüdün soyuq saçaqları göründü. B.Bayramov.\n3. məc. Şüa. Günün saçaqları yayılır düzə; Çünki təslim olur gecə gündüzə. S.Vurğun. Günəşin enerji ilə dolu qızıl saçaqlarının təsiri altında yarpaqlarda bütün canlıların həyatının əsasını təşkil edən qidalar, üzvi maddələr hazırlanmağa başlayır. M.Axundov. saçaqlama “Saçaqlamaq”dan f.is. saçaqlamaq f.\n1. Saçaq etmək, saçaq salmaq.\n2. Tel-tel etmək. Kəkliyi bıçaqlaram; Tüklərin saçaqlaram; Vədə verib gəlməsən; Balıncı qucaqlaram. (Bayatı). saçaqlanma “Saçaqlanmaq”dan f.is. saçaqlanmaq f. Saçaq-saçaq olmaq, saçaqlar şəklində sallanmaq. Qışda bu atların tükləri bir qarışdan da artıq saçaqlanır, sonra da yapağı bir yapıncı kimi üstlərinə yapışardı. S.Rəhimov. Yaşıl otlar qol-budaq verib, saçaqlanaraq arxın üstünü elə örtmüşdü ki, oradan su axdığını ancaq arasıkəsilməz şırıltıdan bilmək olurdu. M.İbrahimov. saçaqlı sif.\n1. Saçaqları olan, saçaq salınmış, saçaq qoyulmuş. Saçaqlı xalı. Saçaqlı süfrə. Saçaqlı yaylıq. Saçaqlı pərdə. – [Qadın] başına nə qədər sığal vurdusa da, kirpi saçlarını yatırda bilmədi, əlindəki saçaqlı dəsmalı başına dolamalı oldu. M.Hüseyn. Nazlı əlində bağlama, başında saçaqlı şal yüyürüb gəlir. Ə.Məmmədxanlı. • Saçaqlı konfet – keçmişdə: saçaqlı kağıza bükülmüş konfet növü. Teybə .. evə yolu düşəndə Bahadır üçün həmişə fındıq, qoz, saçaqlı konfet, iydə və bəzən xurma gətirərdi. M.Hüseyn. [Çərçi] bəzi vaxt saçaqlı konfet də gətirərdi. S.Rəhimov.\n2. Saçaq kimi sallanmış uzun tükləri olan. Saçaqlı qoyun. Saçaqlı it.\n3. bot. Kökü saçaq şəklində (tel-tel) olan. Saçaqlı köklər. – Eyvaz dayı da saçaqlı tütündən papiros çəkə-çəkə başlayırdı kolxozu tərifləməyə. İ.Əfəndiyev. saçaq-saçaq zərf Saçaqlardan ibarət, saçaq halında. Sənəmin başı .. saçaq-saçaq sallanan sünbüllərin arasına əyilmişdi. Ə.Əbülhəsən. Qaranlıq əriyib sabah olacaq; Günəş doğacaq, qızıl telləri saçaq-saçaq. R.Rza. saçayıran is. Keçmişdə: qadınların saçının tağ şəklində qalması üçün başa vurulan naxışlı sancaq. [Yengə xonçasında] olar: sabun, duxi, odekolon, iynə, üskük, saçayıran, yelpazə. R.Əfəndiyev. saçbağı is. Saça, hörüyə bağlanan lentşəkilli bağ. Yarpaqtək əsən olsan; Saçbağın kəsən olsan; Əzrail mənə neylər; Başım üstə sən olsan. (Bayatı). saç-birçək top. Başda olan saçın, birçəyin hamısı. ‣ Saç-birçək ağartmaq – bax. saç ağartmaq. Saç-birçək dalaşmaq (qoymamaq) – bax. saçyolmaya çıxmaq. [Səttar bəy:] Əlavə, Fatma xala ilə Çiçək xanım küçədə saçbirçək dalaşıblar. N.Vəzirov. Saçı-birçəyi ağarmaq – 1) qocalmaq, ahıllaşmaq (qadın haqqında); 2) bir işə çox zəhmət qoymaq, çox əlləşmək. [Gülzada:] Ondan xəbərim var ki, Səlbinin saç-birçəyi divanxana qapılarında ağarıb. Ə.Vəliyev. Saç-birçəyini yolmaq – dəhşət içərisində olmaq, dərd-qəm içərisində olmaq, dərin mənəvi həyəcan və iztirab keçirmək. Dərd əlindən solmuşam; Saç-birçəyim yolmuşam, Axır bu eşq odundan; Əriyib mum olmuşam. (Bayatı). saçılma “Saçılmaq”dan f.is. saçılmaq f. Dağılmaq, yayılmaq, səpələnmək, ətrafı bürümək. Göy səmti açıldıqca könüllər də açıldı; Dünya üzünə zövq, səfa endi, saçıldı. A.Səhhət. Güllərin ətri otların iyinə qarışıb ətrafa saçılmaqda idi. T.Ş.Simurq. Yamaclarda boynubükük bənövşələrin ətri saçılır, qönçələrə, düymələrə parlaq incilər düzülürdü. M.Rzaquluzadə. saçqıran is. Saçın qırılıb tökülməsinə səbəb olan xəstəlik; muryana. saçlama “Saçlamaq”dan f.is. saçlamaq f. Saçından tutub dartmaq. Kərbəlayı Həsən yerindən sıçrayıb arvadı saçladı və baş-göz deməyib, hər yerinə yumruqdan döşədi. Çəmənzəminli. Şahpəri sözünün dalını gətirməmiş, qarı yaşına yaraşmayan bir cəldliklə yerindən oynayıb onu saçladı. B.Bayramov. saçlanma “Saçlanmaq”dan f.is. saçlanmaq f. Başı saçla, tüklə örtülmək, saçı çıxmaq. saçlaşma “Saçlaşmaq”dan f.is. saçlaşmaq qarş. Bir-birinin saçından tutaraq dartmaq; dalaşmaq. [Asya:] [Gülsabah və Turac] az qalıb ki, lap saçlaşsınlar. C.Cabbarlı. saçlı sif. Başında saçı olan. Cavanların arasından çesuça kostyumla lak çəkmə geymiş saçlı, tökmərək bir oğlan çıxıb irəli gəldi. Ə.Əbülhəsən. saçlı-birçəkli sif. Gözəl uzun saçları olan. [Qızın anası:] Bax, saçlı-birçəkli, boylubuxunlu, ədəbli-ərkanlı, gözəl-göyçək qız bəsləmişəm. H.Sarabski. saçlı-saqqallı sif. Uzun saçı və saqqalı olan. Şəkildə saçlı-saqqallı bir kişi təsvir olunmuşdu. saçma 1. “Saçmaq”dan f.is.\n2. bax. qırma 2-ci mənada. Xəlil isə atdığı saçmanın gilizini çıxardıb üflədi. M.Hüseyn. Tək bir saçma [quşun] sol qanadının ucunu dəlib keçmiş, sümüyü sındırmamışdı. M.Rzaquluzadə. Məmmədxanla Yusifəli başqa şeylərlə, qızılquşla, ov tulası ilə, saçma, barıt və varlı uşaqlarına məxsus şeylərlə maraqlanırdılar. P.Makulu.\n3. Boş, yersiz, mənasız, rabitəsiz, məntiqsiz söz; hədyan. [Orxan:] O məcnundur, ondan bir şey umulmaz; Saçmadır hər sözü, əsla tutulmaz. H.Cavid. [Məhərrəm] yenə arabir saçma sözlər söyləyirdi. A.Şaiq. saçmaq f. Yaymaq, səpmək, tökmək. Günəşin şüaları qüvvədən düşmüş və yayda saçdığı hərarəti verməkdən aciz idi. T.Ş.Simurq. Sifətində şəfəq saçan; Bir sevincdir, bir də bahar. N.Xəzri. Başı üstündə o tiflin dayanan; Bəs o kimdir ürəyi gizli yanan; Saçan ətrafa o nur şöləsini; Anadır, bəsləyir öz körpəsini. M.Dilbazi. saçmalama “Saçmalamaq”dan f.is. saçmalamaq f. Mənasız, yersiz sözlər demək; boş, məntiqsiz danışmaq. saç-saqqal is. Başda, üzdə olan tüklər. Saç-saqqalını vurdurmaq. – [Hüseyn:] Mən sizi 6-7 ay əvvəl bir kişi ilə bərabər gəzən görərdim. Onun yıpranmış vücudu, bozarmış saç-saqqalı yaşının əllidən artıqlığını bildirirdi. S.Hüseyn. Saç-saqqalında bir dənə də ağ tük yox idi. M.Hüseyn. ‣ Saç-saqqal ağartmaq – bax. saçınısaqqalını ağartmaq. Sən səhnədə saç ağartdın, doğrudan da sənətkarsan; Sən daima ətir saçan, güllər açan bir baharsan. S.Vurğun. [Qoca:] Biz köhnələr bu çöllərdə çox vuruşmuşuq, saç-saqqalımız bu işdə ağarıbdır. H.Nəzərli. Saçı-saqqalı bir-birinə qarışmış – səliqəsiz, pəjmürdə, dalğın halda. Dükan qabağında isə saçı-saqqalı bir-birinə qarışmış bir dustaq dayanmışdı və Babək tələsik cibindən bir daraq çıxartdı. Ə.Məmmədxanlı. Saçını-saqqalını ağartmaq – bir işdə uzun müddət işləyib qocalmaq. [Alı] ömrünü, gününü [paşanın] qapısında çürüdüb, saçınısaqqalını ilxı dalında ağartmışdı. “Koroğlu”. [Baba:] Saçımı-saqqalımı bağ-bağça işində ağartmışam. Mir Cəlal. Saçının-saqqalının ağaran vaxtında – qocalanda, qoca vaxtında. Ancaq budur, saçının-saqqalının ağaran vaxtında yenə dinc dayanmamış, gedib cavanlara qoşularaq Gülsənəmi “od parçalarının” içində tək qoymuşdu. V.Şıxlı. saçsız sif. Başında saç, tük olmayan; tüksüz, daz. saçşəkilli sif. Saçabənzər, saç kimi, saç nazikliyində. saçyolma saçyolmaya çıxmaq – bərk dalaşmaq, bir-birinin saçını yolmaq (ancaq qadınlar haqqında). Ara qarışır, ana-qız düşürlər Haf Səkinənin üstə, saçyolmaya çıxırlar. M.Əliyev. sadağa bax. sədəqə. Sadağa saraydan çıxmaz. (Ata. sözü). Bənövşələr başın salsın aşağa; Nərgiz olsun gözlərinə sadağa. Q.Zakir. Ələsgər sənə sadağa; Üzün məndən niyə döndü? Aşıq Ələsgər. sadaq is. köhn. Oxqabı. Siyirə qılıncı, çəkə qalxanı; Səksən oxu sadağından boşala. “Koroğlu”. [Qaragünün] başının üstündən, divarda .. bir qılınc, qalxan, yay və sadaq asılmışdı. M.Rzaquluzadə. sadalama “Sadalamaq”dan f.is. sadalamaq f. Adbaad, bir-bir saymaq. Ev şeylərini bir-bir sadalamaq. Uşaqların adını sadalamaq. – Bundan əlavə, yenə də qeyri səbəblər ola bilər, hamısını sadalamağa ehtiyac yoxdur. F.Köçərli. Nəyiniz var? – soruşdum; O mənə daş-qaşlarını sadaladı. R.Rza. sadalanma “Sadalanmaq”dan f.is. sadalanmaq məch. Adbaad, bir-bir sayılmaq. Məqalədə ancaq faktlar sadalanır. – Gəldim, dərdim azala; Dərd ta da sadalandı. (Bayatı). sadə sif. [fars.]\n1. Mürəkkəb olmayan, çətin olmayan, asan həll olunan, bəsit, asan. Sadə məsələ. Sadə iş. – Bu şərtlər olduqca sadə idi. S.Hüseyn. [Orxan:] Bət-bənizin solmuş, çöhrən dəyişmiş; Qolay sanma, deyil bu sadə bir iş. H.Cavid.\n2. xüs. Tərkibcə bəsit olan, qatışığı olmayan, mürəkkəb olmayan. Sadə cisim. Sadə mexanizm.\n3. Təbii, adi, təmtəraqsız, sünilikdən uzaq, hamının başa düşəcəyi şəkildə, populyar. Sadə danışıq. Kitab sadə dildə yazılmışdır. – Telli arvadın sadə sözləri Qaraşın fikrini işıqlandırdı. M.İbrahimov. Bəzən əmisinin oxuduğunu arvadlar başa düşmədikdə Qadir sadə dillə bunu onlara izah edərdi. Ə.Əbülhəsən.\n4. Heç bir şeylə başqalarından fərqlənməyən, ən adi, bəzək-düzəksiz, zinətsiz. Sadə geyim. Sadə şey. Sadə yemək. – Beş il əvvəl mən [Xədicəni] zəngin bir əlbisədə görmüşdüm. İndi isə sadə bir libas geymişdi. S.Hüseyn. Qaratel sadə çit don geyib başına ağ krepdeşin örpək örtmüşdü. Ə.Əbülhəsən.\n5. Heç bir imtiyazı olmayan, adi, hamı kimi. Sadə fəhlə. Sadə müəllim babadır. – Rahatlıq bilməyib çalışan alimlərin vücudları biz sadə bəndələr üçün çox bahadır. C.Məmmədquluzadə. // Cəmiyyətin zəhmətkeş hissəsinə mənsub olan; əməkçi, zəhmətkeş. Dünyanın sadə adamları.\n6. məc. Ürəyiaçıq, sadədil, sadəqəlbli, biclik bilməyən, tezinanan. Çox sadə adamdır, hər şeyə inanır. – Əğyarə inanma, gözəlim, qorxuram ondan; Çox sadəsən, hər söz ki deyirlər, inanansan. Ə.Vahid. sadəcə sif. və zərf\n1. Sadə. [Cənnətəli:] Mənim cəmi şeirlərim belə abdar, belə sadəcədir. Çəmənzəminli. Dumanlı dağlara boylanıb durur; İndidən sadəcə rəsmlər qurur. S.Vurğun. [Qız] güllü çitdən sadəcə don geymiş, qalın hörüklərinin birini döşündən, o birini arxasından sallamışdı. M.Hüseyn.\n2. Ancaq, yalnız. Sadəcə mən gəldim. – Belə şirniyyat bişirməyə imkanı olmayanlar bayramı sadəcə xuşgəbarla keçirərdilər. H.Sarabski. O, bu sözlərə sadəcə gülümsünüb, heç bir cavab vermədi. M.Rzaquluzadə. • Sadəcə olaraq – “sadəcə” demək olub, mənanı bir qədər gücləndirir. Sadəcə olaraq tərslik eləyir. sadədil sif. [fars.] Ürəyi sadə, ürəyi təmiz, hiyləbilməz; sadəqəlbli, safürəkli. Sadədil adam. – Biçarə, sadədil, zavallı aşıq; Danışma bu sözü, danışma artıq. M.Müşfiq. // Avam, hər şeyə inanan, yazıq. Sadədil muzdur indi anladı ki, uzunboylu, qarabığlı müsafir xozeyin deyilmiş, oğru imiş. S.M.Qənizadə. Sadədil qadın Əşrəfin sözlərindən son dərəcə məmnun qaldı. A.Şaiq. // İs. mənasında. [Şeyda Məcid əfəndiyə:] Əcəba, qüsur kimdə? ..Məcid əfəndidəmi? Yoxsa ondan insaf, mərhəmət uman sadədillərdəmi? H.Cavid. // Avamlıq. sadədillik is. Sadədil olma, ürəyisaflıq, ürəyitəmizlik, hiyləbilməzlik, sadəqəlblilik, safürəklilik. Nazlı isə onun barəsində, sadədilliklə (z.) [Veysdən] soruşmuşdu. Ə.Əbülhəsən. sadəqəlb [ər.] bax. sadədil. sadəqəlblik is. bax. sadədillik. sadələşdirilmə “Sadələşdirilmək”dən f.is. sadələşdirilmək məch. Sadə hala salınmaq, daha sadə edilmək, bəsitləşdirilmək, asanlaşdırılmaq. sadələşdirmə “Sadələşdirmək”dən f.is. sadələşdirmək f. Sadə şəklə salmaq, bəsitləşdirmək, asanlaşdırmaq. Sxemi sadələşdirmək. Maşının konstruksiyasını sadələşdirmək. Orfoqrafiyanı sadələşdirmək. – Məşədibəy izahını daha da sadələşdirdi. M.Hüseyn. // məc. Bəsitləşdirmək, bayağılaşdırmaq, məzmunsuzlaşdırmaq, dayazlaşdırmaq, lorulaşdırmaq. Hadisələrin mənasını sadələşdirmək. – Tərlanov məsələni həddindən artıq sadələşdirir. H.Seyidbəyli. sadələşmə “Sadələşmək”dən f.is. Hər şey sadələşmədə, sən də sadələş; Bir insan kimi. M.Müşfiq. sadələşmək f. Daha sadə (bəsit) olmaq, bəsitləşmək; asanlaşmaq. sadəlik is.\n1. Sadə şeyin halı, bəsitlik. Layihənin sadəliyi.\n2. məc. Sadədillik, safürəklilik, düzürəklilik, hiyləbilməzlik, avamlıq dərəcəsinə çatan sadəlövhlük. Sadəliyindən, avamlığından [Səriyyə] hələ də başına gələn müsibəti tamamilə dərk edə bilmirdi. M.İbrahimov. Xasay öz sadəliyinə istehza ilə güldü. M.Hüseyn. // Hərəkətində, davranışında adilik, təbiilik, sünilikdən uzaqlıq; təvazökarlıq. Əvvəl gözəllərdə gərəkdir çağlıq; Ondan sonra ola sadəlik, ağlıq. M.P.Vaqif. Pudradan, boyadan xoşlanmaz Xumar; Onun qəlbi qədər sadəliyi var. S.Vurğun. Gözlərində və sözlərində elə bir sadəlik və səmimilik vardı ki, bu, dinləyənlərə də sirayət edirdi. M.Rzaquluzadə. sadəlövh [fars. sadə və ər. lövh]\n1. bax. sadədil. Məryəm on iki yaşında, qırmızıyanaq, sadəlövh bir qız idi. Çəmənzəminli. Sadəlövh arvadlar Cavahirin cavabından xəbərdar olandan sonra güman edirdilər ki, Cavahirin taqsırını bağışlayıb, onu tamamilə azad edəcəklər. T.Ş.Simurq.\n2. sif. və zərf Avamcasına, çox sadə. Dostunun sualı Cəmilə çox sadəlövh göründü. M.Hüseyn. sadəlövhanə zərf köhn. Sadəlövhcəsinə, avamcasına. Bir az sükutdan sonra Kərbəlayı Məhəmməd sadəlövhanə bir maraq ilə başladı. Çəmənzəminli. sadəlövhcəsinə zərf Sadəlövh adam kimi; avamcasına, cahilcəsinə, sadədilliklə. Lalə qonşusunun sadəlövhcəsinə dediyi bu sözləri bəyənmədi. M.Hüseyn. Onun etirafına belə sadəlövhcəsinə [Sultanın] inandığını görən Qoşqar özünü gülməkdən saxlaya bilmədi. İ.Hüseynov. sadəlövhlük bax. sadədillik. ..Hətta millətin dərisini soyan adamlar da millətpərəstlikdən dəm vurub, millət belə gəldi, millət belə getdi deyirlər. Bunların söylədiklərinə inanmaq .. sadəlövhlük deyilmi? F.Köçərli. [Qədir] aldandığını, bu bağışlanmaz sadəlövhlüyünü bir də xatırladı. Mir Cəlal. • Sadəlövhlük etmək – ürəyi təmiz olduğuna görə hər şeyə inanmaq, yaxud avamcasına hərəkət etmək. Biz düşünürdük ki, yoldaşımız Haşım sadəlövhlük edərək, heç də inspektorun bilməsi lazım olmayan sirrimizi açmışdır. T.Ş.Simurq. Ancaq onda, onunla heç bilmirəm niyə mən; Sadəlövhlük edərək; Yeyibiçdim sübhəcən. Z.Xəlil. sadəürəkli sif. Ürəyi sadə olan, hər şeyə, hər kəsə tez inanan; sadəlövh, sadədil. ..Müəllim on yaşında sadəürəkli və heç şeydən xəbəri olmayan bir uşağın sözünə inanmayaraq: – Səni qara basıb, – deyə cavab verdi. B.Talıblı. ..Dürdanə xanım xoştəbiətli, sadəürəkli, nazik, bir qədər mövhumatçı bir adamdı. Ə.Əbülhəsən. sadiq sif. [ər.] Sədaqəti olan, sədaqətli, vəfalı. Xacə Mübarək vaqiən çox saf və sadiq adam idi. M.F.Axundzadə. sadiqanə zərf [ər. sadiq və fars. ...anə] Sədaqətlə, ürəkdən, sədaqətli bir dost, yoldaş kimi. Rövşən olan etila sabahı; Payına yetər bu qəm, bu möhnət; Yad et məni, sadiqanə yad et. A.Səhhət. sadiqlik is. Sədaqətlilik, vəfalılıq, sədaqət, dostluqda sabitlik. Eşqdə sadiqlik izhar etdi dağın göstərib. Füzuli. [Ağa Bəşir:] Ağa Cabbar, sən mən axmağa de ki, bu mərtəbədə saf və sadiqlik olarmı ki, elə hər zada inanırsan? M.F.Axundzadə. sadir [ər.]: sadir olmaq – çıxmaq, baş vermək, zahir olmaq. [Ağa Həsən:] Xanım, nə taqsır məndən sadir olubdur ki, məni özündən uzaq edirsən? M.F.Axundzadə. [Yaşlı kişi:] Məndən heç bir “günah” əmr sadir olmamışdır. S.Hüseyn. sadist Sadizmə tutulmuş adam. Bilirsənmi, Fərman bəy müəllimləri atının quyruğuna bağlayıb sürütdürür. Onun vərdişi belədir... O, çoxdanın sadistidir. M.Hüseyn. sadizm [XVIII əsr fransız yazıçısı de Sad-ın adından]\n1. Öz ehtiraslarını təmin etmək üçün o biri şəxsə əziyyət vermək, onu incitməkdən ibarət cinsi pozğunluq.\n2. məc. Başqasına, ya başqalarına işgəncə, əziyyət verməkdən, incitməkdən, başqalarının əzab və iztirabından həzz alma. saət is. [ər.] bax. saat. İraq olsun yaman gözdən, nə xoş saətdir ol saət. Füzuli. Vaqif ilə döndü bir saətimiz; Nə səbrimiz qaldı, nə taqətimiz. M.P.Vaqif. saf sif. [ər.]\n1. Tərkibi təmiz olan, heç bir qatışığı olmayan, xalis qatışıqsız. Saf qızıl. Saf inci. Saf metal. – Ələsgərin ağlın aldın sərindən; Saf gövhərsən, sərraf seçib dərindən. Aşıq Ələsgər. [Bəxtiyar:] Saf incidir hər bir sözü; Onu seçməz qoca gözü. A.Şaiq. Bizi yola saldı Bakıdan bahar; Ləpələr Xəzərdə saf gümüşdülər. N.Xəzri.\n2. Sağlam, zədəsiz, salamat. Saf bədən. Saf ürək. Saf qan. – [Zakir:] Hüsnünə xiridar olandan bəri; Saf cana yetişib ziyan əlindən. Q.Zakir. [Oğlan] ..güləndə dodaqlarının arasından sədəf kimi saf dişləri ağarırdı. M.Rzaquluzadə.\n3. Təmiz, aydın, parlaq, duru, şəffaf. Ay saf göydə öz gediş sürətini artırmış, ağ pambıq kimi seyrək buludlar onu gəlin aparan kimi əhatə etmişdilər. H.Nəzərli. Duman tərk eləyir dağlar qaşını; Göstərir saf sular Ayı, ulduzu. N.Xəzri.\n4. məc. Təmiz, düz, namuslu. Saf adam. – Xacə Mübarək vaqiən çox saf və sadiq adam idi. M.F.Axundzadə. Qaratel İkramın xətrini çox istəyir, onu öz atası Qafar kimi saf və təmiz olduğuna şübhə eləmirdi. Ə.Əbülhəsən. // məc. Ləkəsiz, səmimi. Saf məhəbbət. Saf duyğu. Saf qəlb. – Təmiz qəlbimdəki saf niyyətimi; İstəyirsən bir də yoxla, sevirəm. S.Rüstəm. • Saf eləmək – təmizləmək, saflaşdırmaq, qatışıqlardan təmizləmək. Deyirlər şireyi-innab təndə qanı saf eylər; Çox əmdim ləli-yarı, görmədim, Seyyid, bir asarın. S.Ə.Şirvani. Ələsgər istər ki, bir bahar ola; Əridib gövhəri saf eyləmişəm. Aşıq Ələsgər. ‣ Özünü safa çıxar(t)maq – bax. çıxar(t)maq (“öz”də). İnsafdan xaricdir ki, biz öz qüsurumuzu bilkülliyyə özgənin boynuna atıb, özümüzü safa çıxardaq. F.Köçərli. saf-çürük saf-çürük eləmək – 1) bir şeyin safını çürüyündən ayırmaq. Meyvəni saf-çürük eləmək; 2) məc. seçmək, ayırmaq, özlüyündə qiymətləndirmək, yaxşını pisdən ayırmaq. Aşıq gözü sərraf olar, bircə dəfə baxmaqla adamları saf-çürük eləyər. “Koroğlu”. [Qüdrət:] Mən dinlədiyim adamların fikrini öz-özlüyümdə saf-çürük eləmişəm. M.Hüseyn. safdil [ər. saf və fars. dil] bax. safürəkli. [Həsənqulu bəy:] ..İndi mən onu demək istəyirəm ki, həmin o kənarda oturan Məşədi İbad həmin o safdil adamların ən böyüyüdür. Ü.Hacıbəyov. Otağın rahat və uyğunluğundan, qulluqçunun safdil və gözəlliyindən başqa, student üçün bir ayrı məsələ də var: bu da xanımın xoşsifətliyidir. Çəmənzəminli. • Safdildən – ürəkdən, təmiz qəlblə, səmimi olaraq, səmimiyyətlə. ..Otello dəxi ona aşiq olmağını bildirib, bir-birinə safdildən məhəbbət bağladılar. F.Köçərli. safdillilik bax. safürəklilik. safqanlı sif. Qanı saf, təmiz; əsil, cins. Safqanlı minik atları. safqanlılıq is. Qanı təmiz olma; əsillik, cinslilik. safqəlbli bax. safürəkli. [Yaşlı kişi:] Anamın mənimlə [Şirinnazın] arasında tərcümanlıq etməsi safqəlbli bir kəndli qadın olan Şərəf xalaya xoş gəlmədi. S.Hüseyn. safqəlblilik bax. safürəklilik. saflama “Saflamaq”dan f.is. saflamaq f. Tərkibini qatışıqlardan təmizləmək, safları çürüklərdən ayırmaq, safçürük eləmək. saflaşdırıcı sif. Saflaşdırma üçün olan, təmizləyici. Saflaşdırıcı maşın, qurğu. saflaşdırma “Saflaşdırmaq”dan f.is. saflaşdırmaq f.\n1. Qatışıqlardan təmizləyib saf hala salmaq.\n2. məc. Sağlamlaşdırmaq, gümrah etmək. [Piri baba:] Erkən durmaq yaxşı şeydir, bədəni saflaşdırır. S.S.Axundov. saflaşma “Saflaşmaq”dan f.is. saflaşmaq f. Qatışıqlardan təmizlənmək, saf hala gəlmək, təmizlənmək. // Durulmaq, şəffaflaşmaq. saflıq is.\n1. Saf olma, təmiz olma, qatışıqlardan təmizlənmiş, saf şeyin halı. Metalın saflığı. Qızılın saflığı. Toxumun saflığı. – Vaqifəm, çox əla bir gövhər idim; Saflıqda polada bərabər idim. M.P.Vaqif.\n2. məc. Təmizlik, şəffaflıq, aydınlıq. Oxqay! ..Havadakı saflığa bax bir; Könül təzələnir, can təzələnir. B.Vahabzadə.\n3. məc. Mənəvi təmizlik, düzgünlük, doğruluq, namusluluq. Ay yenə də gülümsədi... saçlarını dağıdaraq; Dedi, insan qəlbindəki sadəliyə, saflığa bax! S.Vurğun. Eldar hələ gözünün yaşı qurumamış, gülümsəyən bir körpə saflığı ilə, qəzəbli üzündə xəfif bir təbəssümlə mənə baxdı. M.Rzaquluzadə. safürəkli sif. Ürəyi saf, təmiz olan; səmimi, təmizürəkli, açıqürəkli. Safürəkli adam. – [Qız:] Aydın çox mütaliə sevən, yoldaşlıqda möhkəm, safürəkli bir gəncdir. M.Hüseyn. Gülşənə elə gəlirdi ki, göy üzü bəzən ona görə ləkəsiz və şəffaf görünür ki, onun altında Qəhrəmanlar kəndində safürəkli, xoşdiləkli, həqiqi məhəbbətli gənclər yaşayırlar. Ə.Vəliyev. safürəklilik is. Səmimilik, ürəyiaçıqlıq, təmizürəklilik. sağ I. sif.\n1. Diri, canlı, ölməmiş, salamat (ölü əksi). Atası hələ sağdır. Sağ qalsaq görərik. – Bəy xanımın əlini alıb .. dedi: – Nə qədər mənim canım sağdı, sənə mən nökərəm, ay xanım! C.Məmmədquluzadə. [Sultan bəy:] Ay... rəhmətlik Sona, sağ olaydı.. Ü.Hacıbəyov. Hər könüldən bir səs gəlir; Ölməmişəm, sağam! – deyə. S.Vurğun.\n2. Sağlam. Bu xəstələrin qanını dəyişdirib ondan maya qayırıb onu sağ adamın bədəninə çiçək döyən kimi döyüb onları bu xəstəlikdən mühafizə edirlər. H.Zərdabi. // Salamat, zədəsiz. Nə birincin, əgər nə yağın var; Şükr qıl, sağ əlin, ayağın var. S.Ə.Şirvani. • Sağ gün – xəstə olmayan gün (daim xəstə olan adam haqqında). Cahanın sağ günü yatacaqda keçirdi. İ.Musabəyov. Sağ qalmaq – salamat qalmaq, ölməmək, ölümdən qurtarmaq. Təpə uçdu, dağ qaldı; Maral qaçdı, sağ qaldı; Yar yada qismət oldu; Mənə ağlamaq qaldı. (Bayatı). Sağ-islahat (sağ yer) qoymamaq – tamam hər yerini əzmək, zədələmək, şikəst etmək. Hasan paşa yanındakı adamlarda sağ-islahat qoymadı. “Koroğlu”. Sağ yer qalmamaq – salamat yeri qalmamaq, hər yeri zədələnmək; bərk şikəst olmaq. Avariyaya düşüb, sağ yeri qalmayıb. – [Alını] o qədər döydülər ki, ağzının, burnunun qanı bir-birinə qarışdı, baş və gözündə sağ yer qalmadı. Çəmənzəminli.\n3. məc. Saf, xalis, bütöv, düz. [Əlləzoğlu:] Neçə ildə bizə bir sağ söz deyib şərt kəsmədin ki, ... mən də arxayın olam. İ Hüseynov. ‣ (Çox) sağ ol(un)! – 1) təşəkkür ifadəsi; təşəkkür edirəm, çox razıyam, minnətdaram. [Şeyx Sənan Özdəmirə:] Sağ olun, əskik olmayın, oğlum! H.Cavid. [Camadarlar:] Çox sağ ol, Məşədi! Allah bərəkət versin! Ü.Hacıbəyov; 2) vidalaşıb ayrılanda deyilir: salamat qal(ın). [Firidun:] Sağ ol, Gülnaz, gedirəm. – Gülnazı qapıya qədər .. ötürdü. M.İbrahimov. Sağ olsun – bir kəsin işindən, hərəkətindən məmnunluğu, buna görə də təşəkkürü, razılığı bildirir. Sağ olsunlar bizi qanan oxucularımız! Avama ümid yoxdur! C.Məmmədquluzadə. Bağça müdirəsi dilağız etdi: – Sağ olsun Şirzad yoldaş, gedib rayondan bu avadanlığı aldı, gətirdi. M.İbrahimov. (Ay) sağ olmuş – xitab, ya təşəkkür kimi işlənən ifadə. [Hacı Murad:] Ay sağ olmuş, mənim ömrüm keçmişdir. S.S.Axundov. [Bayram kişi:] Eh, sağ olmuş, hökumət kimdir, biz kimik? Hökumətin bir nümayəndəsi elə lap mən özüm. M.Rzaquluzadə. Sağ olmamış – qarğış məqamında işlənən ifadə.\n\nII. sif.\n1. Bədənin sol tərəfinin əksi olan hissəsində yerləşən. Sağ ayaq. Sağ göz. – Usta .. sağ əlini qaldırıb, bir az havada fırladı. Çəmənzəminli. [Qızın] sağ yanağındakı bir xal üzünə xüsusi bir gözəllik verirdi. Ə.Sadıq. // Sol qola müqabil olan qol tərəfdə yerləşmiş. Alı kişi qabaqca sağ axurdakı ata yaxınlaşdı. “Koroğlu”. Yanır sağ döşündə qızıl bir nişan. S.Vurğun. // Üzü cərəyana tərəf durduqda həmin səmtə uyğun gələn. Çayın sağ sahili. Arazın sağ kənarında.\n2. Siyasi və ictimai həyatda qabaqcıl cərəyanlara düşmən olan; mürtəce, mühafizəkar. // Hər hansı burjua partiyası üzvlərinin, yaxud siyasi, fəlsəfi cərəyan nümayəndələrinin əsas kütləsinə nisbətən daha mürtəce, daha mühafizəkar görüşləri müdafiə edən. Sağ leyboristlər. Sağ sosialistlər (bu məna parlament salonunda mürtəce partiyaların üzvlərinin sədrdən sağ tərəfdə oturması ənənəsindən gəlmişdir). Sağ partiyalar. // İs. mənasında – sağlar. Sağlara meyil edən qruplar. – Biz açarkən bizə düzgün yollar; Sürünür arxada sağlar, sollar. M.Müşfiq. ‣ Sağ əl məc. – ən yaxın adam, köməkçi sirdaş, sədaqətli dost, yoldaş. Molla Məmməd .. şeyxin sağ əlidir. E.Sultanov. [Nazlı:] Mustafa Fərhad qardaşın sağ əlidir. Ə.Məmmədxanlı. Sağ əli(n) başıma (başımıza, başınıza, başına) – birinə qismət olan, nəsib olan yaxşı bir şeyi, xoşbəxtliyi özü və başqaları üçün də arzu etmək mənasında ifadə. Sağ gözü kimi istəmək – çox istəmək, həddindən artıq əzizləmək. [1-ci əcinnə:] Sən qorxma, səni xanım sağ gözü kimi istəyəcək. Ə.Haqverdiyev. Sağına-soluna keçmək – 1) bax. sağınasoluna göz gəzdirmək. Qara şal çuxalı əlindəki siyahıya baxıb məhbusların sağınasoluna keçdi. Mir Cəlal; 2) yaltaqlanmaq, yalaqlıq eləmək. Düşdü əyyar onun ayağına; Soluna keçdi, gah sağına. S.Ə.Şirvani. Sağına-soluna göz gəzdirmək – hər tərəfi yoxlamaq, nəzərdən keçirmək. [Anam] sağına-soluna göz gəzdirir, yerə baxır, zıqqıldayırdı. Mir Cəlal. sağaldıcı sif. Sağaldan, şəfa verən, şəfaverici. Sağaldıcı dərman. Sağaldıcı amillər. sağalma “Sağalmaq”dan f.is. sağalmaq f. Xəstəlikdən qurtarıb ayağa durmaq, yaxşılaşmaq, şəfa tapmaq, sağlamlığını qaytarmaq. O gündən ziyarət başlandı. Naxoş gəldi, sağaldı, getdi. Çolaq gəldi, ayaqlı getdi. Ə.Haqverdiyev. [Ana qızına:] Ağlama, gözünə qurban, nə var ki səndə, sağalacaqsan, ağlama, axı evdə qonağımız var. Ə.Məmmədxanlı. // Keçib-getmək, bitişmək, əvvəlki halını almaq. Çibanı sağalmaq. Yarası sağalmaq. – Cavadın yarası ağır olmadığından sürətlə sağalmağa başladı. Ə.Vəliyev. sağalmaz f.sif. Heç zaman sağala bilməyən, sağaldıla bilməyən, əlacı, dərmanı olmayan. Dedi: anlatmışam mətləbi mərdə; Olunacaq çarə sağalmaz dərdə. H.K.Sanılı. Lakin son iki ildə [Gileygüzarov] sağalmaz bir xəstəliyə düçar olmuşdur. S.Rüstəm. // Məc. mənada. Nə batmısan qara sən; Könül yara-yara sən; Nə tükənməz dərd oldun; Nə sağalmaz yara sən. (Bayatı). ‣ Sağalmaz dərdə salmaq – çox ağır bir vəziyyətə salmaq, əlacsız dərdə salmaq, son dərəcə kədərləndirmək, böyük dərd vermək. [Kələntərli:] Əmirli yoldaş ikimizi də sağalmaz dərdə salıb, qardaş! İ.Hüseynov. sağaltma “Sağaltmaq”dan f.is. sağaltmaq f. Müalicə vasitəsilə sağlamlığını bərpa etmək, ayağa qaldırmaq. Xəstəni sağaltmaq. – Rüstəm kişini əvvəlcə soyuqdəymədən müalicə edərək sağaltmışdılar. M.İbrahimov. // Məc. mənada. Hər nə qədər fikrü-xəyal eylədim; Sağaltmadı heç bir çarə dərdimi. Q.Zakir [Nüşabə:] Qəlbimdə sızlayan dərin yaranı; Sağaldar ancaq bu qatilin qanı! A.Şaiq. Yenə dəniz sahilinin gülərüzlü xoş səhəri; Loğman olub sağaldacaq dərman üçün gedənləri. S.Vurğun. sağanaq is.\n1. Qaval, ələk, xəlbir və bu kimi dəyirmi şeylərə keçirilən çənbər; qasnaq. Dəf sağanağı. Xəlbir sağanağı. Təkər sağanağı. – [Vəzir:] Qəflətən [xəlbirin] sağanağının bir tərəfini basdıqda, o biri tərəfi qalxıb dizimə elə toxunubdur ki, indi ağrıdan qıçımı qaldıra bilmirəm. M.F.Axundzadə. [Mirzə Cəmil:] Zağarası getmiş papaq, sağanağı cırılmış ələk mənə qalmayıb ki! Ə.Vəliyev.\n2. Ümumiyyətlə, çənbər şəklində olan hər cür şey. Zülfüqar katibin yanından əl çəkmir, şüşəsiz sağanaqdan gözünü bərəldirdi. B.Bayramov. sağdırma “Sağdırmaq”dan f.is. sağdırmaq icb. Sağmağa məcbur etmək, başqasına sağma işi gördürmək. İnəyi sağdırmaq. Keçini sağdırmaq. sağdış is. Toy mərasimində: bəyin (oğlanın) və ya gəlinin sağ tərəfində oturan, yaxud onları müşayiət edən şəxs. Sonra sağdışlar [Şaqqulunu] aşağı endirib, saldılar gəlin otağına.. Çəmənzəminli. [Bəyin] yanına öz taytuşlarından iki nəfər rəhbər seçilir. Bunun biri “sağdış”, o biri “soldış”dır. R.Əfəndiyev. [Ana:] Qızım karet içində, üzündə duvaq, yanında sağdışı, soldışı otursun. A.Şaiq. sağdışlıq is. Sağdış vəzifəsi, sağdış işi. Toyda sağdışlıq etmək. sağdış-soldış is. Toy mərasimində: gəlinin və ya bəyin iki tərəfində oturanlar. Görüm, ay bəy, toyun mübarək olsun; Sağdışına-soldışına borc olsun. (El mahnısı). [Günəşin] göz yaşlarına baxmayaraq, gəlinlik paltarını geyindirib sağdış-soldış ilə bərabər xınaya oturtdular. A.Şaiq. sağıcı is. İnəkləri sağan və onlara qulluq edən şəxs (əsasən qadın, qız). Onun təcrübəsini bütün sağıcılar arasında tətbiq edirdilər .. Ə.Vəliyev. Sağıcılar içində .. Reyhan xala da var idi. İ.Əfəndiyev. sağıcılıq is. Sağıcının işi, peşəsi. Fermada sağıcılıq etmək. sağılma “Sağılmaq”dan f.is. sağılmaq 1. “Sağmaq”dan məch. Araz boyundakı şor qışlaqlarda; Doyunca nə qoyun, nə mal sağıldı. S.Vurğun.\n2. Sızmaq, yığılmaq, dolmaq. [Qarı:] ..Mürdəşir Səkinə nağıl eləyirdi ki, Güləndamın gicgahına qan sağılmışdı. Çəmənzəminli. [Onun] əlləri əsir, gözlərinin nazik damarlarına qan sağılırdı. M.Hüseyn. [Xosrov] qan sağılmış (f.sif.) gözlərini açdı. B.Bayramov. sağım is.\n1. Sağmaq işi; sağma. Süd sağımı. Sağıma başlamaq.\n2. Bir dəfədə, ya müəyyən müddət ərzində sağılan südün miqdarı. Sağım ildən-ilə artır. sağımlı sif. Çox süd verən, sağmal. sağın is.\n1. bax. sağım. Sabah idi, gün çıxıb xeyli qalxmışdı, mallar yavaş-yavaş sağına gəlirdilər. A.Divanbəyoğlu. Günorta çağında olurdu sağın; Yox idi miqdarı pendirin, yağın. H.K.Sanılı.\n2. dan. Südverən heyvan, sağılan heyvan. [Nisə xala:] Mən uzaq yerdən gəlmişəm, malım, sağınım gəlin ümidinə qalıb. Qantəmir. sağınçı bax. sağıcı. [Əhməd:] Əntiqənin böyüyü-zadı yoxdur, iki il olar ki, atası yatalaqdan öldü, ..anası da ki sağınçıdı, yamaqçıdı. Mir Cəlal. sağıntı is.\n1. Bədənin hər hansı bir yerinə sızan, yaxud çıxan qan.\n2. bax. sağın 2-ci mənada. sağır sif. [ər.] Kar. [1-ci kor:] Biz eşitdik yığın-yığın kor, lal; Hər tərəfdən sağır, çolaq və topal; Şeyx Sənana iltica edir. H.Cavid. // Məc. mənada. Ellər talan olur, vergilər ağır; Göylər cavabsızdır, buludlar sağır. S.Vurğun. Sağır göy altında gələrək vəcdə; Sonsuz bir heçliyə eylədi səcdə. M.Müşfiq. Ancaq minarədən ucaldı elə; Sağır göy üzünə “Allahü-əkbər”. M.Rahim. sağır nun dilç. Burunda tələffüz olunan “s” səsi. sağırlaşma “Sağırlaşmaq”dan f.is. sağırlaşmaq f. Karlaşmaq. sağırlıq is. Karlıq. sağlam sif.\n1. Bədəninin bütün üzvləri düzgün, sağ-salamat olan, normal işləyən, bədəni hər cəhətcə saz olan (xəstə ziddi). Sağlam gənc. Sağlam qadın. Sağlam bədən. – Qırdı şahpərini, kəsdi qolunu; Sağlam bir işçinin iti yumruğu. M.Müşfiq. Sağlam bir kişi alaçığa girdi. İ.Əfəndiyev. // Sağlamlıq ifadə edən, sağlam olduğunu göstərən. Sağlam görünüş. Yanağında sağlam bir qırmızılıq görünür. // məc. Düzgün, ağıllı, qüsursuz, dürüst. Sağlam düşüncə. Sağlam tənqid. Sağlam olmayan fikir. Sağlam tərbiyə. – [Uluca:] Budur ən doğru və sağlam tədbir; Olsun üç qonşu bu gündən əlbir. A.Şaiq. Azadlığın verdiyi nemətlərdən istifadə üçün sağlam şüur və beyin lazımdır. M.İbrahimov.\n2. Orqanizm üçün faydalı, xeyirli; təmiz, saf. Sağlam iqlim. – Müsafirlərdən bir çoxu: – Bu dağılmışda heç vaxt sağlam bir hava görmədik, – deyə, Culfa mühitinə nifrət yağdırırdı. M.S.Ordubadi. Şəhər sağlam, mülayim havanı uda-uda rahatca yuxuya getmişdi. B.Bayramov. // məc. Normal, lazımi. Sağlam mühit.\n3. məc. Möhkəm, sarsılmaz, işə qabil, müqtədir. Sağlam kollektiv.\n4. məc. Sağ, zədəsiz, salamat, xarab olmamış (çürük əksi). Sağlam qoza. Sağlam şitil. Sağlam dəri. sağlambədənli sif. Bədəni hər cəhətcə sağlam olan, bədəncə möhkəm, saz olan. Bu sözləri deyən, cavanların lap ortasında dayanmış enlikürəkli, kök və sağlambədənli, gülərüzlü bir oğlan idi. V.Şıxlı. sağlamlaşdırıcı sif. Sağlamlığı daha da yaxşılaşdırmağa yönəldilən. Sağlamlaşdırıcı tədbirlər. Üzgüçülüyün sağlamlaşdırıcı əhəmiyyəti son dərəcə böyükdür. sağlamlaşdırılma “Sağlamlaşdırılmaq”dan f.is. sağlamlaşdırılmaq məch. Daha sağlam hala salınmaq, səhhət üçün daha münasib bir vəziyyətə gətirilmək. Müəssisədə əmək şəraiti sağlamlaşdırılmışdır. sağlamlaşdırma “Sağlamlaşdırmaq”dan f.is. Sağlamlaşdırma tədbirləri. sağlamlaşdırmaq f.\n1. Sağlam etmək, orqanizmin düzgün, normal fəaliyyətinə çalışmaq. // Sağlamlıq üçün daha əlverişli şərait yaratmaq. Əmək şəraitini sağlamlaşdırmaq. Ərazini sağlamlaşdırmaq.\n2. məc. Daha normal, daha yaxşı, daha sağlam vəziyyət yaratmaq. Kollektivdə vəziyyəti sağlamlaşdırmaq. Maliyyə işini sağlamlaşdırmaq. sağlamlaşma “Sağlamlaşmaq”dan f.is. sağlamlaşmaq f.\n1. Xəstəlikdən sağalmaq, sağlam olmaq, qüvvətlənmək, yaxşılaşmaq, gümrahlaşmaq.\n2. məc. Möhkəm olmaq, sağlam əhvaliruhiyyə yaranmaq, yaxşılaşmaq, qaydaya düşmək. [Qoşqar:] Mən elə bilirdim, Sultandan sonra kollektivimiz xeyli sağlamlaşıbdır. İ.Hüseynov. sağlamlıq is.\n1. Orqanizmin sağlam vəziyyəti; bədən üzvlərinin hamısının düzgün işlədiyi, normal fəaliyyət göstərdiyi hal; gümrahlıq. Mən bu qadını bir az tanıyırdım, .. qarabuğdayı üzündə bir dirilik, yanaqlarında vücudunun sağlamlığından nəşət edən bir qırmızılıq, gözlərində bir dərinlik mövcud idi. S.Hüseyn. Ana bu qollardakı əzələlərin qüvvət və sağlamlığını hiss edirdi. İ.Əfəndiyev.\n2. Səhhət üçün yararlılıq, xeyirlilik, cana xeyirlilik. Dağ havasının sağlamlığı. Sağlamlığı təmin edən amillər. Ətraf mühitin sağlamlığı. • Sağlamlıq ocaqları – istirahət və müalicəyə xidmət edən, havası sağlam olan yerlər – kurortlar, sanatoriyalar, istirahət evləri və s. Azərbaycanda sağlamlıq ocaqlarının sayı ildən-ilə artır. (Qəzetlərdən). sağlıq is.\n1. Bədənin bütün üzvlərinin sağlam, saz olması, düzgün, normal işləməsi, salamatlıq, səhhət. Sağlığa ziyan verən şeylərdən qaçmalı. – Abır istəsən – çox demə; Sağlıq istəsən – çox yemə. (Ata. sözü). • Sağlıq olsa (olsun) – 1) salamatlıq arzusu bildirir; inşallah, Allah qoysa. [Qonaqlar:] İnşallah, sağlıq olsa gələrik... ancaq bir az yolumuz uzaqdır. E.Sultanov. [Sevil Balaşa:] Mən hər gün ürəyimi satacaq, beynimə yedirdəcəyəm, sağlıq olsun! C.Cabbarlı; 2) bəzən hədə mənasında. [Cavad:] Düşmənin də ömrü bu qar kimi əriyəcəkdir. Sağlıq olsun, səhər gərək onlara bir oyun tutaq ki, atalarının toyu yadlarına düşsün. Ə.Vəliyev. (Öz) sağlığında – yaşadığı zaman, yaşamaqda ikən, sağkən, diri ikən, diriliyində. Sağlığımda gəlmədin; Barı can verəndə gəl. (Bayatı). Öz xələfin gərək gözləyə kişi; Sağlığında ola alışverişi. Q.Zakir. [Əmiraslan baba:] Oğul gərək nəinki öz sağlığında, hətta özündən sonra da ad-san qoysun. S.Rəhimov.\n2. Məclisdə şərəfinə badə qaldırılan şəxsə xitabən deyilən xoş sözlər, tost. İdris onun sağlığına deyilən tostdan.. xəbərsiz yatırdı. Ə.Məmmədxanlı. • Sağlıq demək – məclisdə badələri müəyyən münasibətdə içməyi təklif etmək. Salman konyakın hamısını stəkana süzdü, sağlıq demədən başına çəkdi. M.İbrahimov. Həsrət ayaq üstə dayanıb bəylə gəlinin şərəfinə sağlıq deyirdi. B.Bayramov.\n3. Sağlığın(ız) şəklində – birindən haləhval soruşduqda müsbət mənada cavab kimi işlənir. – Nə xəbər var, Məşədi? – Sağlığın! M.Ə.Sabir.\n4. Sağlığına şəklində – ifadə olunan fikrə danışanın müsbət münasibəti, məmnunluğu bildirilir. Sağlığına, kefim kökdür. – [Bəbir bəy:] Bu saat, sağlığına, pristavın yanında bir sözüm iki deyil. Mir Cəlal. ‣ Sağlıqla qal(ın)! – bax. sağ ol(un) 2-ci mənada (“sağ2”da). Sağlıqla qal, əziz ana; Ölüm yoxdur qəhrəmana. N.Rəfibəyli. sağma “Sağmaq”dan f.is. sağmaq f.\n1. Südverən heyvanların yelinindən südü süzüb çıxarmaq. Camışı sağmaq. – Tez durub sübh sağardım inəyi; Xansənəmdən diləməzdim köməyi. M.Ə.Sabir. [Ayrım qızı:] İkimiz də cavan idik. Rəhim ağanın qapısında qulluq edərdik, [ərim] çoban idi, mən də ağalığın inəklərini sağar, yağ-pendirini tutardım. A.Şaiq. [Ana Pəriyə:] Qoy Əşrəf baba keçiləri sağsın, bu saat qonağımız üçün süfrə açarıq. Ə.Məmmədxanlı.\n2. məc. Birinin pulunu, malını tədricən əlindən almaq, birindən daim pul və s. çəkmək. [Nəbi:] [Ağamı] qumarda sağmal inək kimi sağırlar. S.S.Axundov. Hacısan, məşhədisən, sahibimizsən, ağasan; İstəyirsən həmi qırxıb bizi, həm də sağasan. Ə.Nəzmi. sağmal sif. Südü olan, süd verən, sağılan. Sağmal inək. – [Sürünün] içində bir dənə də olsun sağmal heyvan yoxdur. “Koroğlu”. Məclisin hər tərəfindən növbə ilə səslər çıxar: qayınata – bir sağmal camış. R.Əfəndiyev. [Ailənin] bir öküzü, bir-iki sağmal keçisi var idi. Mir Cəlal. ‣ Sağmal inək məc. – uzun müddət biri üçün gəlir, qazanc mənbəyi olan adam və s. haqqında. Xərcləri ödəməkçün; dövlət kassası hər gün; bir sağmal inək kimi; bollu-bollu sağılır. R.Rza. sağrı is. Heyvanın beli ilə quyruğu arasındakı dolğun və yuvarlaq tərəf. Atın sağrısı. – [Dərviş:] [Ruqiyyə] buzovu onun qabaq ayaqlarına bağladı, özü də inəyin sağrısına dirsəkləndi. A.Divanbəyoğlu. [Səməd kişi] axırıncı sözləri deyə-deyə dönüb öküzlərə tərəf baxdı və bir-iki ağac da onların tozlu və arıq sağrılarına “ho, ho” çığıraraq endirdi. T.Ş.Simurq. // İnsan bədəninin beldən aşağı oturaq hissəsi. ‣ Sağrı başmaq – keçmişdə: atın sağrı gönündən hazırlanan başmaq. Əyləş məclisində, gəlməsini gör; Sağrı başmaq geyib, gəlməsini gör. Aşıq Ələsgər. Çəkibdir burnuna qara yaşmağı; Ayaqda dikburun sağrı başmağı. H.K.Sanılı. sağrılı sif. Sağrısı dolğun olan. sağsağan is. zool. Qarğalar fəsiləsindən, ağ-qara tüklü, xarakter səs çıxaran quş; qəcələ. [Fatmanisə:] Ay oğul, sağsağan qırıldayır, çıx, gör atan gələcəkdirmi? Ə.Haqverdiyev. İndi tez-tez sağsağan, qarğa, tək-tək, ikibir, üçbir uçuşan göyərçinlərə rast gəlirdik. M.Rzaquluzadə. sağ-salamat zərf və sif. Heç bir xətər dəyməmiş, heç bir xataya, bəlaya uğramadan, saz. Sağ-salamat müharibədən qayıtmaq. Sağ-salamat qalmaq. – [Əhməd tacirbaşı:] Allah mənə yar olsa, inşallah, bu dəfə də karvanı sağ-salamat gətirəcəyəm. “Koroğlu”. Qüdrətin çevikliyi sayəsində qızın sağ-salamat qalmağı hamını sevindirirdi. M.Hüseyn. [Şahin:] Ləngidik, ancaq sağ-salamat çıxdıq. B.Bayramov. sağ-salamatlıq is.\n1. Salamatlıq, ölüm-itim olmama, əmin-amanlıq. Bizim tərəfdə sağ-salamatlıqdır. – [Gövhər xanım:] Hər nə olur olsun, ta ki sağ-salamatlıq olsun. S.S.Axundov.\n2. Hər şeyin öz qaydasında, normal vəziyyətdə olması, heç bir xoşagəlməz hadisənin olmaması. [Telli Qurbana:] Kolxozda işlər neçədir, sağ-salamatlıqdırmı? Ə.Məmmədxanlı. sağ-sol is. Həm sağ, həm sol; hər iki tərəf, ətraf. Sağ-soluna baxmaq. Sağ-solunu yoxlamaq. – Gələn atlılar sağa-sola (z.) səpələndilər. M.Hüseyn. Kiçik evlər şosenin sağsolunda dururdu. Ə.Əbülhəsən. ‣ Sağa-sola sovurmaq – pulu, malı, dövləti əbəs yerə dağıtmaq, puç etmək. [Əmirxan:] Əlikram Həmişəyev kimisi sağa-sola sovuranda .. sinəsini qabağa verib qənaət eləyən kim idi? B.Bayramov. sahə is. [ər.]\n1. Açıq yer, boş və geniş yer, tutulmamış yer; düzən. Geniş sahə. Qumluq sahə. // Torpağın müəyyən məqsəd üçün istifadə edilən parçası, qismi. Həyətyanı sahə. İnşaat sahəsi. Torpaq sahəsi. – Əkin sahəsi çaya lap yaxın olan manqabaşçısı Pəri orabura qaçır, çayın o tərəfinə keçməyə can atırdı. Ə.Vəliyev. Müdafiə xətti keçən sahələrdən [taxıl] kəndə daşınmışdır. Ə.Əbülhəsən. Sahə dörd tərəfdən çəkilmiş düz iplərlə əhatə olunmuşdu. H.Seyidbəyli.\n2. Müəyyən məqsəd üçün ayrılan və səthi kvadrat metrlərlə ölçülən yer. Yaşayış sahəsi. Mənzilin sahəsi 2 kv. metrdir.\n3. Hər hansı bir işin, yaxud elmin, fəaliyyətin ayrıca hissəsi, müstəqil şöbəsi. Elmin müxtəlif sahələri. Maarif sahəsi. sahəcik is. Balaca sahə, kiçik sahə. sahib is. [ər.]\n1. Yiyə. Bir şeyin sahibi. Bağın sahibi. – At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar. Ə.Haqverdiyev. At getdiyi yolla da qayıdıb sahibinə yanaşdı. M.Hüseyn.\n2. Köhnə məişətdə: ər mənasında. Mərhumun, yəni bizim bədbəxt Mahrunun sahibinin başını tapmışlar. M.S.Ordubadi. [Məmmədbağır] Sitarənin sahibi olmaqla bütün var-yoxuna sahib olacaqdı. S.Hüseyn.\n3. köhn. Bir sıra izafət tərkiblərində yiyə, ağa mənasında işlənir; məs.: sahibi-sərvət, sahibi-əql, sahibi-dövlət və s. Məzəmmət eyləmə mən binəvanı; Sahibi-səltənət, gövhərin kanı. Aşıq Ələsgər. [Şeyxlər:] Oyan şeyx, oyan şeyx, sahibi-kəramət. H.Cavid. ‣ Oğul-uşaq sahibi olmaq – evlənmək, ailə qurmaq, övladları olmaq. [Süleyman:] Oğul-uşaq sahibi olsunlar! Ü.Hacıbəyov. sahibə is. [ər.] Qadın sahib. [Qəhrəman:] Qarşımda kişi libası geymiş ev sahibəsi uzanmışdı. H.Nəzərli. Qadın içəridə ev sahibəsi əvəzinə Tahiri görəndə donub qaldı. M.Hüseyn. Gülü xanım ev sahibəsinin zəhmətə düşməyini istəməsə də, Əlikrama iştaha gəldi. B.Bayramov. sahibkar is. [ər. sahib və fars. ...kar] Sahib, yiyə. Bakı fəhlələrinin ümumi tətili sahibkarların qəti məğlubiyyəti ilə qurtarmışdı. M.Hüseyn. O zamanlar Bakı neft sahibkarları üçün ev ən böyük gəlir mənbələrindən biri idi.. S.Rəhman. // Məc. mənada. Şahinlər bütün aləmlərdə – yerdə də, suda da, havada da əsil sahibkar kimi gəzirlər. Mir Cəlal. sahibkarlıq is. Sahib olma, yiyə olma, yiyəlik. sahiblənmə “Sahiblənmək”dən f.is. sahiblənmək f. Sahib olmaq, tutmaq, yiyələnmək. Torpağa sahiblənmək. Bağa sahiblənmək. – Qiymətli kamana sahiblənmək üçün hər kəs qüvvətini sınadı. M.S.Ordubadi. sahibmənsəb sif. və is. [ər.] Yüksək mənsəb, vəzifə sahibi olan, yüksək mənsəbli (vəzifəli). [Hacı Həsən:] Şeyxəna! Bu Heydər ağadır ki, teleqrafxanada sahibmənsəb və əhli-elm bir vücuddur. C.Məmmədquluzadə. [İntizari:] Bir tərəfdən hökumətə qulluq edirsən, bir tərəfdən də sahibmənsəblərə yaman deyirsən? Ə.Məmmədxanlı. sahibsiz sif.\n1. Sahibi, yiyəsi olmayan; yiyəsiz, nəzarətsiz. Maral baxar təpəyə; Özün yıxar təpəyə; Oba sahibsiz olsa; Donuz çıxar təpəyə. (Bayatı). Ölkə tamamilə sahibsiz deyildi. S.Hüseyn.\n2. Ata-anasız, yetim, baxımsız. Mənim yetim uşağa rəhmim gəlir; çünki o uşaq sahibsizdir. C.Məmmədquluzadə. [Toxucuların] əksəriyyəti sahibsiz .. uşaqlar idi. Ə.Məmmədxanlı. sahibsizlik is.\n1. Sahibi, yiyəsi olmama.\n2. Ata-anası olmama; yetimlik, baxımsızlıq. sahil is. [ər.] Dənizin, çayın, gölün quru ilə birləşdiyi yer; dəniz (çay) kənarı. O göl sahilinə gələn qıza bax; Sanki budaqlar da ona əl edir. N.Xəzri. [Dənizin] ləpələri sahilin isti qumunu yalayaraq irəli cumur, təkrar geri çəkilirdi. S.Vəliyev. sahilsiz sif. Sahili görünməyən, ucsuzbucaqsız. Eşqdir çalxanan köpüklü dəniz; Ya fəzadır dərin və sahilsiz. A.Şaiq. sahman is. Qayda, səliqə, düzgün vəziyyət, qaydada, səliqədə olma. Ev sahmanda idi. Üst-başı sahmandadır. – Qız uşağının paltarı sahmanda idi, başında abı kəlağayı, əynində gödək kofta vardı. Mir Cəlal. Hər gün usta buruqlara baş çəkib gəzər; Quyuları sahman görüb fərəhlənərdi. Ə.Cəmil. • Sahmana düşmək – qaydaya düşmək, yoluna düşmək, hər şey öz yerində, qaydada olmaq. [Hümmət Yusifə:] Bəlkə dedilər, ay eloğlu, ..indi işlər sahmana düşür deyə gəlmisən? B.Bayramov. Sahmana gətirmək – bax. sahmana salmaq. Xavərnisə evi yığışdırıb, bağçaları sahmana gətirib də süfrələri hazırlayırdı. T.Ş.Simurq. Sahmana salmaq – qaydaya salmaq, səliqəyə salmaq, hər şeyi öz yerində düzgün yerləşdirmək. [Arvad] cəld hərəkətlərilə otağın içindəki avadanlığı sahmana salmağa başladı. H.Seyidbəyli. [Ümid] ..kanalın sahmana salınmasında az zəhmət çəkməmişdi. B.Bayramov. sahmanlama “Sahmanlamaq”dan f.is. sahmanlamaq f. Qaydaya salmaq, səliqəyə salmaq, nizama salmaq, düzəldib hazırlamaq. Mizin üstünü sahmanlamaq. Evi sahmanlamaq. Yorğan-döşəyi sahmanlamaq. – [Tapdıq] şananı əlində sahmanlayır, yabanı çəpərə ilişdirir, beləliklə, gününü keçirirdi. Ə.Vəliyev. Gəldiyev tez qalxıb üst-başını sahmanlayıb, masasının başına keçmişdi. Mir Cəlal. // Hazırlıq, tədbir görmək, şərait yaratmaq. Ya deyirik işləri sahmanlayaq; Məclisiəyanda vurur tək səbir. M.Ə.Sabir. sahmanlı sif.\n1. Sahmanda, səliqədə, qaydada olan, düzgün, səliqəli. Sahmanlı ev.\n2. Rahat, qayda-qanunda olan. [Hacı Qənbər:] Heç bir belə sahmanlı iş olmaz. N.Vəzirov. saxarin [yun. sakchar – şəkər] Çox şirin ağ kristallik maddə; şəkər surroqatı. Saxarinlə çay içmək. saxlama “Saxlamaq”dan f.is. saxlamaq f.\n1. Bir şeyi əlində (ağzında, dişində və s.-də) tutub düşməyə qoymamaq. Açarı əlində saxlamaq. İpi dişində saxlamaq. – Başımı aşağı dikib durduğum halda əlimdəki çörək qismətini yumruğumda saxlamağa başladım. A.Divanbəyoğlu. Bayram pulu açıb bir neçə dəqiqə əlində saxladı. M.Hüseyn.\n2. Hərəkətini kəsmək, dayandırmaq, əyləmək. Maşını qapıda saxlamaq. Avtobusu dayanacaqda saxlamaq. – Aralarında ən yaşlıları olan Rəşid atı saxladı. H.Nəzərli. [Leytenant] elektrik fanarları ilə işıqlanmış küçənin ortasında motosikli saxladı. İ.Əfəndiyev.\n3. Getməsinə, irəli hərəkətinə mane olmaq, qabağını kəsmək, dayandırmaq. Uşaqları meydanda saxlamaq. Adamların qabağını saxlamaq. – İnsanlar isə bu köhlən ata kəmənd atır, onu saxlamağa çalışırdılar. Ə.Vəliyev. Dürrə.. polislərə çatmağa az qalmışdı ki, kimsə onu saxladı... S.Vəliyev.\n4. Sahib olmaq, həvəskarı olmaq, bəsləmək (heyvan haqqında). İnək saxlamaq. Arı saxlamaq. İt saxlamaq. – Əmioğlumun peşəsi qoyun saxlamaq idi və qoyunları da kürd çobanlarına tapşırmışdı... C.Məmmədquluzadə. ..Güman etdim ki, Eldarın saxladığı ya poçt göyərçinləridir, ya da eləcə quşlara rəhmi gəlib onlar üçün hin qayırmışdır. M.Rzaquluzadə.\n5. Yaşamaq üçün lazım olan vəsaitlə təmin etmək, dolandırmaq. Yetimləri saxlayıb böyütmək. Ev saxlamaq. Uşaqlarını saxlamaq. – Nənəcan mamalıq edib qızını saxlardı və yaxşı da saxlardı. N.Nərimanov. [Ana Nərgizə:] Axı indi mən evi təkbaşıma saxlayıram, qızım, nahaq yerə niyə pul xərcləyək? Ə.Məmmədxanlı.\n6. Mühafizə etmək, qoruyub saxlamaq. Ana gəlinlikdən bir örpək saxlayırdı. C.Cabbarlı. Kərimbəy, kim bilir, haçandan saxladığı təzə, tiftik əlcəyi Nərimana verdi. Mir Cəlal.\n7. Gizlətmək, heç kəsə göstərməmək. Qiymətli şeyləri sandıqda saxlamaq. Sənədləri seyfdə saxlamaq. – [Gülbahar Məmmədkərimə:] Portfelinizi ayaq altına niyə qoymusunuz? Veriniz, şkafda saxlayım. H.Nəzərli. // Bir sözü, sirri və s.-ni heç kəsə deməmək, yaymamaq, gizli saxlamaq. [Dəmirqaya:] Hərbi sirri möhkəm saxlamamışdır. H.Nəzərli.\n8. Dayaq olmaq, yıxılmağa, uçmağa qoymamaq. Tirləri divar saxlayır. Balkonu dörd sütun saxlayır.\n9. Ehtiyat görmək, qoruyub saxlamaq. Qışa buğda saxlamaq. – Saxla samanı, gələr zamanı. (Ata. sözü).\n10. Müəyyən bir məqsəd ünün özünə köməkçi, xidmətçi tutmaq. Qulluqçu saxlamaq. – Varlıların çoxu özlərini və mədənlərini qorumaq məqsədilə yanlarında qoçu saxlayırdılar. A.Şaiq. [Yaşlı kişi:] Hacı Mirzə Baba mənə bir xidmətçi və ya aşpaz saxlamağı təklif etmişdisə də, qəbul etməmişdim. S.Hüseyn. Hacı Səmsam .. oğlu üçün lələ saxlamırdı. P.Makulu.\n11. Əvvəlki keyfiyyətini mühafizə etmək, qorumaq. Gözəlliyini saxlamaq. Dişini yaxşı saxlamaq. – “Molla Nəsrəddin” realizmi və satirası yenə də öz inkaredici, ifşaedici xüsusiyyətlərini saxlayır. M.İbrahimov. Yarpaqlar hələ də öz təravətini saxlayırdı. M.Hüseyn.\n12. Bir yerdə qalmağa, durmağa məcbur etmək. Komandanı arxların dərin bir yerində saxlamaq lazım idi. H.Nəzərli. Firidunu polk qərargahının qarşısında saxlamışdılar. Mir Cəlal. // Hər hansı bir vəziyyətdə qalmağa məcbur etmək. Şəhəri mühasirədə saxlamaq. Cəhalətdə saxlamaq. Şeyləri səliqəli saxlamaq. Təhlükə altında saxlamaq.\n13. Sözünü, işini və s.-ni davam etdirməyə qoymamaq, yarımçıq kəsmək. Elə burda saxla. Yığıncağı saxlamaq. – Saxlayıb iclası elə bu zaman; Süzür vuruşmanı igid pilotlar. M.Rahim.\n14. Bir sıra isimlərə qoşularaq müxtəlif ifadələr düzəldilir; məs.: ayaq saxlamaq, dilini saxlamaq, başını saxlamaq, özünü saxlamaq, göz üstə saxlamaq və s. saxlanc is. Ehtiyat üçün saxlanılan şey, yaxud içində şey saxlanılan qab və s. Yollara gül-çiçək saçsın gələcək; Ona qonaq gəlir yeni nəsillər; Açsın saxlancını şanlı fəsillər. M.Müşfiq. saxlanılma “Saxlanılmaq”dan f.is. saxlanılmaq “Saxlamaq”dan məch. Bu kitablar gizli saxlanılmalıdır. H.Nəzərli. saxlanma “Saxlanmaq”dan f.is. Qonaqlar şəhərdə, elmlilər evinin eyvanında toyuqcücə saxlanmasına gülüşdülər. B.Bayramov. saxlanmaq 1. bax. saxlanılmaq. Kənd təsərrüfat alətləri yay-qış uçuq-sökük, qaryağış tökülən bir xarabalıqda saxlanırdı. M.İbrahimov. Üçüncü darvaza sağ yandan .. mal-qara və bir neçə at saxlayan (f.sif.) tövlələr tərəfə açılırdı. Ə.Əbülhəsən.\n2. qayıd. Özünü bu və ya digər vəziyyətdə saxlamaq, gizlənmək. Pərdədə saxlanma, çıx, ey sevgili dildarımız. M.Hadi. saxlaşdırma “Saxlaşdırmaq”dan f.is. saxlaşdırmaq özünü saxlaşdırmaq – özünü saxlamaq. Professor cənabları da özünü saxlaşdırmadı və daha da ucadan qah-qah çəkib Zəki Əfəndiyə dedi: – Qulaq as, mən başdan oxuyum. C.Məmmədquluzadə. Rəfizadə özünü saxlaşdıra bilmədi. M.S.Ordubadi. saxlatdırma “Saxlatdırmaq”dan f.is. saxlatdırmaq bax. saxlatmaq. Firidun qəsdən maşını iki ev aralı saxlatdırıb düşdü. M.İbrahimov. Qalxanda kişilər bəzən davaya; Qılınclar boğaza dirənən zaman; Sən öz örpəyini atıb ortaya; Neçə yol ölümü saxlatdırmısan. N.Xəzri. saxlatma “Saxlatmaq”dan f.is. saxlatmaq icb. Saxlamasını, dayanmasını tələb, ya xahiş etmək. Faytonu xanım bir az kənarda saxlatdı, qapıya qədər piyada getmək istədi. Çəmənzəminli. Əbil maşını saxladıb düşdü. Ə.Vəliyev. saxsı is. Gildən hazırlanan dulusçuluq məmulatı. Saxsıya verə-verə, çıxdı misin bahası. (Ata. sözü). // Saxsıdan qayrılmış. Qələmkar süfrənin üstünə lacivərdi saxsı boşqablarda .. yemişlər qoyulmuşdu. Çəmənzəminli. Pəncərədən sarı şamdanlar, bəzi evlərdə isə saxsıdan çilçıraq (tunc rəngli) asılardı. H.Sarabski. // Bu məmulatın sınmış parçaları. Alim yenə qucaq-qucaq yığır qədim saxsıları; Yer altdakı hər kərpicin üstündəki yazıları. S.Vurğun. Mən cəbhədə, bir komada şeir yazıram; Yanır saxsı parçasının üzərində şam. R.Rza. saxsıçı is. Saxsı qablar qayıran usta; dulusçu. saxsıçılıq is. Saxsıçının işi, peşəsi; saxsı qablar qayırma sənəti; dulusçuluq. saxta sif. [fars.]\n1. Əsli olmayan, uydurma, yalan, oxşadılaraq qayrılmış və ya yazılmış; qəlp. Saxta vəkalətnamə. Saxta etibarnamə. – Dəstədə olan adamların biri Mirqasımdır ki, doğma bacısı Səkinənin malını yemək qəsdi ilə saxta kağız düzəltmişdi. C.Məmmədquluzadə. [Mahmud bəy:] Siz mənə heç inanmayırsınız. Hesabınızda saxta qəbzlər tapıblar. N.Vəzirov.\n2. məc. Süni, yapma, yalan, qeyri-səmimi. Saxta gülüş. Saxta söz. Saxta məğrurluq. – Biz içəri girən kimi Sərdar Rəşid saxta təbəssüm və süni bir məhəbbətlə bizi qarşıladı. M.S.Ordubadi. Bir neçə bənddən sonra sanki [İminin] üzündəki saxta ciddiyyət niqabını çıxarıb atdılar. İ.Əfəndiyev. saxtakar is. və sif. [fars.] Saxta, qəlp şey qayıran adam, saxtakarlıqla məşğul olan. Hər bir xalqın içərisində saxtakar, şərarətçi və axmaq adamların olduğu hamıya bəllidir. M.F.Axundzadə. saxtakarlıq is. Saxtakarlıqla məşğul olma, saxta iş görmə, saxta sənəd və s. düzəltmə. Balacayevi böyük bir dəhşət bürüdü. Onun boynuna üç təqsir sarınmışdı: “saxtakarlıq, israfçılıq və qatillik!” S.Rəhimov. [Dəmirçi Musa] saxtakarlığa, ikiüzlülüyə nifrət edir. İ.Əfəndiyev. saxtalaşdırılma “Saxtalaşdırılmaq”dan f.is. saxtalaşdırılmaq “Saxtalaşdırmaq”dan məch. saxtalaşdırma “Saxtalaşdırmaq”dan f.is. saxtalaşdırmaq f. Bir şeyin saxtasını düzəltmək, bir şeyi saxta şəklə salmaq; uydurmaq. saxtalıq is.\n1. Saxta şeyin halı; qəlblik. Sənədin saxtalığı bilindi.\n2. məc. Sünilik, riyakarlıq, ikiüzlülük, qeyrisəmimilik; saxta hərəkət. Dünyada saxtalığı, ikiüzlülüyü, riyanı və hiyləni sevməyən təmiz və səmimi bir şey varsa, o da sevgidir. M.S.Ordubadi. [Züleyxa] ..saxtalıq nə olduğunu bilmirdi. M.İbrahimov. // Yalan, hiylə, kələk. saxurlar Azərbaycanın Zaqatala rayonunda və Dağıstanda yaşayan etnik qrup. sail is. [ər.] Dilənçi, yolçu. Hüsnün sadağası, canın zəkatı; Sail olan binəvayə düşərmi? Aşıq Ələsgər. [Pəri xanım:] Dost, aşna, qonaq və sail üzünə həmişə bu qapı açıq olub. Ə.Haqverdiyev. saillik is. Dilənçilik, yolçuluq. Səndə kim var bu qədər dövlət; Dəxi sailliyə nədir hacət? S.Ə.Şirvani. Saillik etmək Məşədi Əkbər üçün ölümdən ağır görünürdü. S.M.Qənizadə. sair sif. [ər.] Başqa, qeyri, digər. Sair məsələlər. – Şabanın getməyini eşidib sair bikar tamaşaçılar da kənardan yığılmışdılar. Ə.Haqverdiyev. // İs. mənasında, cəm şəklində: sairləri – başqaları, o biriləri, digərləri. Sairləri də sənin kimi hərəkət etməli. Sairləri də biz deyəni deyəcək. sairə is. Bir neçə şey sayıldıqdan sonra, onların sayını yenə də davam etdirmək mümkün olduğunu bildirir (bu mənada adətən “və” bağlayıcısı ilə işlənir). Kitab, kağız və sairə. – [Pərşan:] Qadın içəri girəndə kişi ayağa durmalıdır, yer göstərməlidir, paltosunu tutmalıdır və sairə. M.İbrahimov. sait sif. [ər.] dilç. Hava axınının ağız boşluğundan heç bir maneəyə rast gəlmədən keçməsi yolu ilə əmələ gələn (səslər haqqında). Sait səslər. Azərbaycan dilində 9 sait səs var. // İs. mənasında. Bu vasitə ilə əmələ gələn səs. Azərbaycan dilinin saitləri. sajın [rus.] Metr sisteminin tətbiqindən əvvəl işlənmiş 2,134 m-ə bərabər uzunluq ölçüsü. [Qurban:] Molla əmi, yaman adamın quyusunda işləyirəm, quyu indi otuz sajından aşağı enmiş(dir). A.Şaiq. [Toğrul] yüz addım keçdikdən sonra bir sajın hündürlükdə açıqlıq bir təpəyə çatdı. H.Nəzərli. sajınlıq sif. Adətən saylarla işlənib sajının miqdarını göstərir. On sajınlıq quyu. sakin is. [ər.]\n1. Bir yerdə yurd salıb yaşayan, həmin yerin əhalisindən olan; oturan, oturucu. Mingəçevir şəhərinin sakinləri. Yeni qəsəbənin sakinləri. – Müxtəsər, biz hər ikimiz Danabaş kəndinin sakiniyik. C.Məmmədquluzadə. Aulun sakinlərindən heç biri ləkəli namusla yaşamaq istəmədi. M.Hüseyn. // Yaşayan, yerləşən. Binanın sakinləri. Mehmanxananın sakinləri. – Üç ildir ki, [evin] sakinləri bir qoca qarı, bir də onun nəvəsi balaca Svetlanadır. Ə.Məmmədxanlı. Bütün ev sakinləri ya qonaqlar bu darvazadan qəsəbəyə çıxırdılar. Ə.Əbülhəsən. • Sakin etmək (eləmək) – yerləşdirmək, məskən saldırmaq, oturtmaq. Hacı həyətdə olan kiçik daxmanı Aslana verdi ki, orada o öz qardaş və bacısını sakin eləsin. C.Cabbarlı. Sakin olmaq – bir yerdə (evdə və s.-də) yerləşmək, yaşamağa başlamaq, məskən salmaq. Görürəm mən dünən gecə yuxuda; Yenə də sakin olmuşam Bakıda. M.Ə.Sabir. [Qonça:] Mənim sakin olduğum evin yaxınlığına bir daha dolaşmayın. S.Hüseyn.\n2. Sakit, səssiz, hərəkətsiz. Sakin küçələr [Midhətə] geniş göründü, əsir şəhər hürr və məsrur idi. Çəmənzəminli. Yorğun maral kimi sakin baxışlar; Bir öpüşdən daha kəskin baxışlar; Səndə nələr yoxdur, nələr, ah, nələr... M.Müşfiq. • Sakin olmaq – sakitləşmək, rahatlanmaq. Dağlarda əkin olmaz; Heç kəs mən təkin olmaz; Sən yanıma gəlməsən; Ürəyim sakin olmaz. (Bayatı).\n3. Ərəb əlifbasında: hərəkəsiz, hərəkəsi olmayan, hərəkə ilə oxunmayan. Sakin hərf. – Habelə sakin “nun”dan ( ) ibarət olan tənvinlər də yazıda qeyd olunmalıdır. M.F.Axundzadə. sakit sif. və zərf [ər.]\n1. Bərkdən səslənməyən, yaxşı eşidilə bilməyən, asta, yavaş (gur, uca ziddi). Sakit səs. Sakit danışıq. – ..Teymur sakit bir səslə əmr etdi. H.Seyidbəyli. // Davasız, qalmaqalsız, qışqırıqsız, səs-küysüz, həyəcansız. İşi sakit aparmaq. Sakit danışmaq. Məsələni sakit həll etmək. – Əmi ilə qardaşoğlunun söhbəti çox sakit bir ahəngdə başlandı. M.Hüseyn.\n2. Susmuş, sükut içində olan, sükuta batmış. Sakit gecə. Sakit səhra. – Sakit Azərbaycan kəndi üzərinə bir yaz axşamı enirdi. Ə.Məmmədxanlı. ..Kəndin küçələri qapqaranlıq, həyətlər sakit idi. M.Rzaquluzadə. // Hərəkətsiz, səssiz-səmirsiz, hay-küysüz, sükunət içində olan. Sakit şəhər. Sakit küçə. – Hava sakit və ilıq idi. İ.Əfəndiyev. Yoxsa bu ikimərtəbə ağ evlə, bu sakit, sərin, ətirli bağla əlaqədar unudulmuş hisslər yenidən baş qaldırırdı? İ.Hüseynov.\n3. Rahat, həyəcansız, iztirabsız, qayğısız, aram. Sakit həyat. Sakit iş. Sakit günlər keçirmək. Həyatının ən sakit çağlarında.\n4. Dinc, əziyyət verməyən. Sakit körpə. Çox sakit uşaqdır.\n5. Mülayim, həlim, yumşaqxasiyyətli. Sakit baxışlı qara gözlərindən [Əsgərin] azərbaycanlı olduğu məlumdu. Ə.Əbülhəsən. Çox sakit və təvazökar olan Rəhim iş zamanı çöldə və istirahət zamanı çadır və ya qazmalarda gənclərin yanında olub onların söhbətlərinə diqqət yetirirdi. Ə.Sadıq.\n6. Soyuqqanlı, soyuqqanlılıqla, əsəbiləşmədən. Poladzadə sakit qulaq asa bilmir, ürəyindən qara qanlar axırdı. Ə.Vəliyev. • Sakit etmək – yumşaltmaq, ovundurmaq. [Mozalan bəy:] İndi bu xəyal ilə özümü sakit etmişəm. Ə.Haqverdiyev. Ata oğlunu sakit edib əyləşdirdi. Mir Cəlal. Sakit olmaq – sakitləşmək. Firqətdə lazımdır aşiqə əfqan; Sakit olmaq gərək yarı görəndə. Q.Zakir. Lağlağı sözümü kəsib qoymadı vərəqi axıra yetirəm. Mən sakit oldum və özü başladı oxumağa. C.Məmmədquluzadə.\n7. Dinc, rahat, arxayın, həyəcansız. Qəhrəman bir qədər sakit idi. H.Nəzərli. Qəlbimlə, ruhumla qoşuldum elə; Düşüncəm sakitdir o gündən belə. M.Müşfiq. • Sakit etmək – bax. sakitləşdirmək. Əlahəzrət üsyançı qoşunları sakit etmək və onları tərksilah etdirmək üçün iraqlılardan ibarət bir ordu düzəlməsinə əmr vermişdir. M.S.Ordubadi. [Malik] qızı ağır vəziyyətdən qurtarmaq və kəndliləri sakit etmək üçün özü irəli çıxdı. M.İbrahimov. Sakit olmaq – bax. sakitləşmək. Gün batdı. Hər kəs öz evinə və mənzilinə qayıtdı. Şuriş və qovğa sakit oldu. M.F.Axundzadə. Ustanın istidən döyünən ürəyi hənadan sonra sakit oldu. Çəmənzəminli. sakit-sakit bax. sakitcə. Sakit-sakit danışmaq. Sakit-sakit yerimək. Sakit-sakit cavab vermək. – [Salatın] Azacıq sonra .. gözlərini açıb döyükdü. Heç nə anlamadan sakit-sakit baxdı. İ.Şıxlı. sakitanə zərf [ər. sakit və fars. ...anə] Sükut içərisində, səssiz halda, sakit vəziyyətdə, sakit-sakit. Bu binanın sakitanə; Duruşunda nə hikmət var? B.Vahabzadə. // Sakitsakit, hay-küysüz, səssiz-səmirsiz. Süzür sakitanə göylər gəlini; Uzadır qələmə Hüseyn əlini. M.Rahim. sakitcə (=sakitcəsinə) zərf Sakit, sakit-sakit, səssiz, astaca, səs salmadan. Sakitcə çıxıb getmək. – İndi [Xədicənin] gözlərindən sakitcə axan yaşlar yanaqlarını isladıb axır... axır... bir dürlü bitmək bilməyirdi. S.Hüseyn. Pazıxın əlindən geri dartınan at bu dəfə Nisə xalanın əlində sakitcəsinə gedirdi. Qantəmir. sakitcəsinə (=sakitcə) zərf Sakit, sakit-sakit, səssiz, astaca, səs salmadan. Sakitcə çıxıb getmək. – İndi [Xədicənin] gözlərindən sakitcə axan yaşlar yanaqlarını isladıb axır... axır... bir dürlü bitmək bilməyirdi. S.Hüseyn. Pazıxın əlindən geri dartınan at bu dəfə Nisə xalanın əlində sakitcəsinə gedirdi. Qantəmir. sakitedici bax. sakitləşdirici. sakitlənmə “Sakitlənmək”dən f.is. sakitlənmək bax. sakitləşmək. sakitləşdirici sif. Sakit edən, ağrını kəsən; sakitedici. Sakitləşdirici dərman. sakitləşdirilmə “Sakitləşdirilmək”dən f.is. sakitləşdirilmək “Sakitləşdirmək”dən məch. Uşaqlar sakitləşdirildi. Dalaşanlar sakitləşdirildi. sakitləşdirmə “Sakitləşdirmək”dən f.is. sakitləşdirmək f.\n1. Sakit etmək, rahatlandırmaq; rahatsızlığını, iztirabını, həyəcanını aradan qaldırmaq; təskin etmək. [Aslanın] xoş və təbəssümlü baxışları ən qəzəbli və ya böyük həyəcan keçirən adamı belə sakitləşdirə bilərdi. S.Vəliyev. Sərvinaz qarı ilə Əsəd baba Şahmarı dilə tutub güclə sakitləşdirmişdilər. B.Bayramov. // Özünü sakit aparmağa məcbur etmək. Uşaqları sakitləşdirmək. Dalaşanları güclə sakitləşdirə bildik.\n2. Yatırtmaq, ləğv etmək. Qovğanı sakitləşdirmək. Həyəcanı sakitləşdirmək.\n3. Yüngülləşdirmək, ya aradan qaldırmaq, kəsmək. Diş ağrısını sakitləşdirmək. Əsəbləri sakitləşdirmək. sakitləşmə “Sakitləşmək”dən f.is. sakitləşmək f.\n1. Səs-küy azalmaq, ya kəsilmək, sakitlik düşmək. Gecədən keçmiş şəhər sakitləşdi. – Günəş günorta yerinə gələndə Tehranın bütün küçələri boşalmış və sakitləşmişdi. M.İbrahimov. // Sakit olmaq, gücü, şiddəti zəifləmək, yavaşımaq, kəsilmək, keçib getmək. Dəniz sakitləşdi. Külək sakitləşdi. – Su sakitləşmişdi ki, ikinci, üçüncü və dördüncü bombalar da bir-birindən aralı dənizdəki balaca qayığın ətrafına düşüb partladı. Ə.Vəliyev.\n2. Əsəbiliyi, həyəcanı, iztirabı keçmək; təskinlik tapmaq, rahatlanmaq, müvazinət kəsb etmək. Əgər Ağca tərəf qalib gəlsə idi, demək olar ki, Şükür sakitləşərdi. Çəmənzəminli. [Mehriban] axır zamanlar xeyli sakitləşmişdi. H.Seyidbəyli. [Zərnigar xanım] ..dava-dalaş salar, ağlayıb-sızlayar, sonra da sakitləşərdi. İ.Şıxlı. ‣ Ara sakitləşmək – bax. ara. Elə ki ara sakitləşdi, Məhbub xanım yavaşca qapını açıb gəldi Bəlli Əhmədin yanına. “Koroğlu”. Getgedə ara sakitləşdi. Sürülər kövşəyə yatdı. B.Bayramov. Ürəyi sakitləşmək – bax ürək. [Usta Ağabalanın] istidən döyünən ürəyi öylə bil xınadan sonra sakitləşdi. Çəmənzəminli. Əbil Qənbərovun ürəyi bir az sakitləşdi. Ə.Vəliyev. sakitlik is.\n1. Səs, danışıq, hay-küy olmadığı hal; tam sükut, səssizlik. Sakitliyi gözləmək. Sakitlik yaratmaq. Sakitliyi pozmaq. – Elə sakitlik idi ki, nə bir kimsənin səsi çıxırdı, nə də bir yarpaq tərpənirdi. S.S.Axundov. [Qəhrəman:] Sükut deyirəm, səhv etməyiniz. Onu ancaq o vaxt sakitlik adlandırmaq olardı. H.Nəzərli.\n2. məc. Dinclik, əmin-amanlıq, asayiş, əmniyyət; dinc, sakit həyat. Hər yerdə sakitlik hökm sürür. // Müvəqqəti sükut. Müharibə meydanında sakitlik idi, iki tərəf də evlərinə çəkilmiş idi. Çəmənzəminli.\n3. məc. Arxayınlıq, xatircəmlik; iztirab, həyəcan, qayğı olmadığı hal. Sakitliyini itirmək. – Rüstəm kişini təəccübləndirən Aslanın sakitliyi, hətta Yarməmmədin bir qədər mülayim rəftarı idi. M.İbrahimov. saklar is. Qədim İran tayfalarından birinin adı. saksafon [xüs. addan] Misdən nəfəsli musiqi aləti. saksaul is. bot. Orta Asiya səhralarında bitən alçaq ağac və ya kol. saksaulluq is. Saksaul bitmiş yer, saksaul kolluğu. sakslar is. German tayfaları. sakvoyaj [fr. sac – kisə və voyaqe – səyahət] Bağlanan yeri olan yol çantası. [Həmid] vaqonda sakvoyajını .. açdı, əczaların əl dəyməmiş bir halda unudulduğunu duyub, qəhqəhə ilə güldü. Çəmənzəminli. Körpüyə təpilmiş adamlardan bəzisi də balaca çamadan və ya sakvoyaj tutmuşdu. M.Hüseyn. saqa is. ədəb. Nəsrlə yazılmış qədim island əsərləri. saqındırma “Saqındırmaq”dan f.is. saqındırmaq f. Çəkindirmək, özünü gözləməyi, qorunmağı məsləhət görmək. // Saxlamaq, çəkindirmək, bir şeydən başqasını, özünü saxlamağa çalışmaq. Qəhrəman balaca Sabiri bəzək-düzək içərisində yaşamaqdan da saqındırmaq istəyirdi. S.Rəhimov. Xədicəni bu işdən saqındırmaq çox çətin olacaqdı. S.Rəhman. saqınma “Saqınmaq”dan f.is. saqınmaq f. Çəkinmək, qorunmaq, özünü saxlamaq. İçkidən saqınmaq. – Saqın, ağuludur, tök bu hərifin şərbətin, getsin. Q.Təbrizi. Könlümün şişəsi, saqın ki, sınar; Toxunursa ayna daşa, dayanmaz. Aşıq Ələsgər. [Xacə Nizam:] Saqın, aldırma ki, kor olsa cahan; Günəşin nuruna gəlməz nöqsan. H.Cavid. saqi is. [ər.] klas. Kef məclisində şərab və s. içki paylayan adam. Bir cam yetir, saqi, bu dövran belə qalmaz; Tək bir gün olur xak ilə yeksan, belə qalmaz. M.V.Vidadi. Saqilər şərbət piyalələrini paylayırdılar. M.S.Ordubadi. saqit sif. [ər.] köhn. Etibardan düşmüş, qüvvədən düşmüş, qüvvəsini itirmiş; daha hökm və etibarı olmayan. Şəban ayının 25-dən etibarən hökumətin imzası və hökumətin möhrü ilə buraxılan məktub və vəsiqələrin hamısı etibardan saqitdir. M.S.Ordubadi. • Saqit etmək – ləğv etmək, qüvvədən salmaq. [Məhərrəm bəy:] Dərhal durub gəldim ki, o borcu sizə verib, atamın boynundan saqit edəm. S.S.Axundov. Saqit olmaq – gücdən düşmək, hökmü qalmamaq. saqqa is. [ər.] köhn. Keçmişdə dalında, yaxud da araba ilə bulaqdan su daşıyan adam; suçu. saqqaquşu is. zool. Sərçəkimilər fəsiləsindən olub, başında və boynunda qırmızı və sarı tükləri olan oxuyan quş. saqqal is.\n1. Kişilərin üzündə və alt çənələrinin üstündə bitən tüklər. Uzun saqqal. Saqqal qoymaq. – [Məşədi İbad:] Hə... Çünki mən saqqalıma həna qoyuram, elə bildim ki, sən də saçına həna qoyursan. Ü.Hacıbəyov. [Musa:] Saqqal yalnız üzü örtən tüklərdən ibarətdir. S.Rəhman.\n2. Bəzi heyvanların və quşların çənəsinin altından sallanan tük topası. Keçi saqqalı. ‣ Saqqal ağar(t)maq – qocalmaq. Saqqal ağarıb, bel bükülüb, dinmə, filanı; Ovqatım olub təlx. M.Ə.Sabir. Ağardı saqqalı, saçı qar oldu; Sənəti sərxoşluq və qumar oldu. S.Vurğun. Saqqala (saqqal içinə) ağ düşmək – bax. saqqalı ağarmaq. Saqqala salam verməmək zar. – saymamaq, etinasızlıq göstərmək. Oğlan, saqqala niyə salam vermirsən? Ə.Haqverdiyev. [İnayət:] Xoş gördük, ay Məşədi Püstə bacı. Əlin böyüklər ətəyindədir, yenə saqqala salam vermirsən. H.Sarabski. Saqqala soğan doğramaq – ələ salmaq, oynatmaq, masqaraya qoymaq. [Rüstəm Səkinəyə:] Deməli, bu ağbirçək vaxtında saqqalıma soğan doğramaq qalmışdı, hə? M.İbrahimov. [Əşrəf Sədəfə:] Bacı, saqqalıma soğan doğrama. B.Bayramov. Saqqalbığ basmaq – üz-gözü tüklənmək, saqqalıbığı uzanıb bir-birinə qarışmaq. ..Qapıdan cır-cındır içində, saqqal-bığ basmış bir adam girdi. Çəmənzəminli. Saqqalı çallatmaq – bax. saqqal ağartmaq. [Səməndər Mixailə:] Saqqalı çallatsan da, yaman boşboğazsan ha! B.Bayramov. Saqqalı ələ vermək – başqasının təsiri altına düşmək, başqasının iradəsinə tabe olmaq, ixtiyarını başqasının əlinə vermək. Saqqalım yoxdur, sözüm ötmür – sözünə əhəmiyyət verilməyən, sayılmayan, dediklərinə qiymət verilməyən adamın özünə göstərilən münasibətə qarşı istehzalı cavab ifadəsi. [Salamov:] Gördün, ağa Bahadır, nə oldu? Salamməleyküm! Saqqalım yoxdur, sözüm ötmür. C.Cabbarlı. Saqqalın ağarsın! – qocal, uzun ömür sür mənasında alqış ifadəsi. Saqqalın tökülsün! – qarğış məqamında işlənən ifadə. [Arvad:] A kişi, mənim üstümə arvad alırsan? A sənin saqqalın tökülsün. Ü.Hacıbəyov. Saqqalına dən düşmək – qocalmağa, yaşa dolmağa başlamaq. Qərənfilin atası Rüstəm kişi qısaboy bir adamdı. Saqqalına dən düşmüşdü. S.Rəhman. Saqqalında bir tük (sağ) qoymamaq – bərk dalaşmaq, saqqalını yolmaq, saqqalının tüklərini didmək (ər haqqında). [Arvad:] Görək, Kərbəlayı Qubad, hərgah sənin saqqalında bir tük qoysam sağ, onda bu ləçək mənə haram olsun. Ü.Hacıbəyov. Saqqalını (saç-saqqalını) dəyirmanda ağartmaq – 1) çox görüb, çox işləyib böyük təcrübə qazanmaq; 2) qocaldığı halda heç bir şey öyrənməmək. Saqqalının ağ vaxtında – qoca vaxtında, yaşlı çağında. [Sultan kəndlilərə:] Balam, mən saqqalımın bu ağ vaxtında necə sizə izin verim ki, gedib quldurluq edəsiniz? C.Məmmədquluzadə. saqqallama “Saqqallamaq”dan f.is. saqqallamaq f. dan. Dalaşarkən birbirinin saqqalından yapışmaq, bir-birinin saqqalını yolmaq, dartışdırmaq; savaşmaq. saqqallanma “Saqqallanmaq”dan f.is. saqqallanmaq f. Üzünü saqqal basmaq, üzünə saqqal çıxmaq. saqqallı sif.\n1. Saqqalı olan, saqqal qoymuş, saqqal buraxmış. Saqqallı kişi. – Bu dərviş ucaboylu, arğaz, uzunsaçlı və saqqallıydı. A.Divanbəyoğlu. Dəmirovun belə saqqallı olmağı Məmmədcanın nə isə xoşuna gəldi. S.Rəhimov.\n2. Saqqalı olan. Saqqallı keçi. saqqalsız sif. Saqqalı olmayan. saqqız is. Saqqızağacından sızıb çıxan, çəkildikcə uzanmaq xassəsinə malik olan ağ kitrə (adətən ağızda çeynənmək üçün istifadə edilir). Səriyyə xanım .. ağzındakı saqqızını yavaş-yavaş çeynəyirdi. M.S.Ordubadi. [Məşədi İbad Sənəmə:] Buyur, bu abbasını saxla, lazım olar, saqqıza verib çeynərsən. Ü.Hacıbəyov. Əbil qamçını portfelinin üstünə qoyub saqqız yarmaçasının birini əlinə götürüb hazır dayandı. Ə.Vəliyev. • Saqqız kimi yapışmaq – bərk yapışmaq, qopmamaq, ayrılmamaq. Palçıq saqqız kimi yapışıb möhkəm; Qopmur uzunboğaz çəkmələrindən. B.Vahabzadə. ‣ Saqqız çeynəmək məc. – boş-boş söhbət etmək, heç bir xeyirli işlə məşğul olmamaq. [Zalxa:] İş görməkdənsə, saqqız çeynəyirsiniz. S.Rəhman. Saqqız oğurluğuna getmək – birinin yanına gedib rəyini bilməyə, fikrini öyrənməyə çalışmaq. Qız evinə saqqız oğurluğuna getmək. Saqqızını oğurlamaq – dilə tutub aldatmaq, qılığına girib özünə tərəf çəkmək, bir iş görməyə razı etmək. [Həsənağa] Hacı Sultanın tək bircə dənə olan qızının da saqqızını oğurlamışdı. S.Hüseyn. [Xədicə:] Belə sözlərlə saqqızımı oğurladı, sonra da qol-qanadımı qırıb atdı bir tərəfə... S.Rəhman. Yad qızı hələ evə ayaq basmamış gədənin saqqızını oğurlayıb. Mir Cəlal. saqqızağacı is. bot. Püstə cinsindən olub meşə zolaqlarında becərilən, oduncağı möhkəm, həm də qiymətli sayılan hündür ağac; yabanı püstə. Püstə cinsindən olan saqqızağacı da meşə zolaqlarında becərilmək üçün geniş istifadə oluna bilər. Saqqızağacı 15 metrə qədər hündürlükdə, qışda yarpağı tökülən ağacdır. Meyvəsi yeyilmir, oduncağı möhkəmdir və qiymətli hesab olunur. H.Qədirov. sal I. is. Plitə şəklində iri, bütöv yastı daş parçası. Həyətinə sal daşı döşənmiş ev iki kəllə, bir orta otaqdan ibarətdir. Ə.Vəliyev. Kim isə lap qədim zamanda bulağın ətrafını daş ilə hördürmüş, qabağına içi yonulmuş iri bir sal qoydurmuş, əmələ gələn kiçik hovuza novça qayırtdırmışdı. Ə.Sadıq. // Sif. mənasında. İri, bütöv. Sal buz. – Ətrafı boz daşdan uca bir hasar; Üstü sal dəmirli qalın qapılar. H.K.Sanılı. Mehmanxanada ilk nəzərə dəyən birinci mərtəbədəki böyük dairəvi dəhlizin bir neçə yerdən şırım-şırım çatlamış sal şüşəsidir. M.İbrahimov. [Səfərin] cavanlıq vaxtında .. ağ sal daşlara vurduğu tişənin ahəngdar səsi gecə də qulağından getməzdi. Mir Cəlal. // Sif. mənasında. Lay, təbəqə şəklində olan. Hər bir yay fəsli küçələrdə, arabalarda buz sallarını görəndə .. o buzu şampanskilərə və ləzzətli marojnalara işlədən xoşbəxtlər gözümün qabağına gəlir. C.Məmmədquluzadə. Bu zaman göy qübbəsi sal dəmirə dönür. S.Rəhimov.\n\nII. is. Üzərində suda üzmək, şey daşımaq və ya bir sahildən o biri sahilə keçmək üçün bir və ya bir neçə sıra bir-birinə bağlanmış şalbanlardan ibarət nəqliyyat vasitəsi. Uğuldayır uzaqda – o tayda toplar; Sal üstündə üzürəm o taya mən də. Ə.Cəmil. Salın üstündəkilərdən kim isə su üzərindəki səyahətdən nəşələnərək bir ağız bayatı çağırdı. Ə.Sadıq. salaka is. [rus.] Balıq növü. salam is. [ər.] Görüşərkən bir-birinə sülh və əmin-amanlıq diləmək ifadəsi. • Salam e(y)ləmək klas. – salamlamaq, salamını yetirmək. [Qərib:] Məndən Şahsənəmə sən salam elə; Gəlməsə dağıdaram bağı, Ağcaqız. “Aşıq Qərib”. Harda gördün, ona salam eylə; Baş əyib qultək, ehtiram eylə. S.Ə.Şirvani. Salam göndərmək – birisi ilə və ya məktub vasitəsilə uzaqda olan bir şəxsə öz dostluq hisslərini bildirmək. Salam vermək – biri ilə görüşərkən “salam” deyib təbrik etmək. Əsgər daxil olub, salam verir. Ü.Hacıbəyov. Salam(ını) almaq – salama salam ilə cavab vermək. [Dərviş:] Salamımı bir qoca ağsaqqal kişi aldı. A.Divanbəyoğlu. Lətifə [Tahirin] salamını aldı, nə üçün belə gec gəldiklərini soruşdu. M.Hüseyn. // Salam – görüşərkən təbrik sözü kimi işlənir. Salam, yoldaşlar! Salam, əziz vətəndaşlar! ‣ Salam atəşi – bax. salyut. Salam atəşləri isə o qədər də çox ara vermir, bir də uğuldayaraq yeri-göyü titrədirdi. M.Hüseyn. Salama durmaq – hörmət əlaməti olaraq ayaq üstə dayanıb durmaq. [İdris] ..Hərbi salama durub, hadisə haqqında qısa raport verdi. Ə.Məmmədxanlı. salamat sif. və zərf [ər.]\n1. Sağ, diri, xətərsiz-bəlasız, sağ-salamat. [Qurban:] Sonra yaz ki, mən də, şükür Allaha, sağ və salamatam. A.Şaiq. [Qəndab:] Məzahiri tapıb salamat olduğunu bildim. B.Bayramov. • Salamat çıxmaq – sağ qalmaq, diri qalmaq, ölməmək; salamat qurtarmaq. [İlyasın dayısı:] Tərlan olmasaydı, mən o axırıncı döyüşdən salamat çıxmayacaqdım. Ə.Məmmədxanlı. Salamat qalmaq – 1) ölməmək, sağ qalmaq, yaşamaq, xilas olmaq, xətərdən qurtarmaq. Bir müddət sonra isə Kərimxanın salamat qalan yoldaşları [Xavərə] əl tutmağa başlamışdı. M.İbrahimov; 2) bütöv qalmaq, sağ qalmaq, toxunulmaz qalmaq; zədəsiz, nöqsansız olmaq, dağılmamaq. Çox çəkmədi ki, gəlinlər gəlib [şairin] daxmasını suvardılar və kəndin salamat qalmış (f.sif.) yeganə çırağını da [şairə] bağışladılar. Ə.Məmmədxanlı. Salamat qurtarmaq – bax. salamat qalmaq 1-ci mənada. Hələ bu vaxta kimi bir adam onun əlindən salamat qurtarmayıb. “Koroğlu”. Odların içinə düşür, çox zaman; Salamat qurtarır ölməz qəhrəman. M.Rahim. Uşaq salamat qurtaranda elə bil dünya bizim olub. Mir Cəlal.\n2. məc. Sağlam, gümrah. O, sifəti qaraşın, hündür və salamat bir arvad idi. C.Məmmədquluzadə. ‣ Salamat qalın! – görüşüb ayrılarkən qalan adama (adamlara) deyilən əlvida ifadəsi. Bəlkə bu yerlərə bir də gəlmədim; Duman, salamat qal, dağ, salamat qal. M.Araz. Salamat yer qalmamaq – hər yeri, hər tərəfi zədələnmək, yaralanmaq. Şahnigar taqətdən düşmüşdü. Ayaqqabısının dabanı qopmuş, əynindəki paltar didik-didik olmuşdu. Bədənində salamat yer qalmamışdı. İ.Şıxlı. Salamat yer qoymamaq – hər yerini, hər tərəfini əzişdirmək, zədələmək, yaralamaq, yaxud dağıtmaq, korlamaq, bərbad hala salmaq. [Məhbusi:] Yavaş, Kərimxan, qardaşım, yavaş. Bişərəflər məndə salamat yer qoymadılar. M.İbrahimov. salamati is. [ər.] din. Səfərə çıxarkən salamat gedib-gəlmək üçün yoxsullara verilən nəzir; salamatlıq. salamatlaşma “Salamatlaşmaq”dan f.is. salamatlaşmaq f. Görüşüb ayrılarkən (bir-birinə) əl verərək sağollaşmaq, xudahafizləşmək. Bahadır salamatlaşıb troykaya əyləşdi. N.Nərimanov. Camaat hamısı durub Rəşid ilə salamatlaşdı. İ.Musabəyov. [Laçın:] Mən salamatlaşıb, əsgərlərin yanına qayıtdım. H.Nəzərli. salamatlıq is.\n1. Sağlıq, sağ-salamatlıq, ölüm-itim olmama. [Qoca ceyrana:] Qaç! İnsandan uzaq olmaq salamatlıqdır. Çəmənzəminli. [Şərəfoğlu Rüstəmə:] Otur görək, deməli, evdə salamatlıqdır. M.İbrahimov. // Əmin-amanlıq, sakitlik, dinclik. Hər yerdə salamatlıqdır. Təki salamatlıq olsun, hər şey düzələr.\n2. bax. salamati. salam-dua bax. salam. Yar yarın özün istər; Salam-duanı neylər? (Bayatı). [Nurəddin Cəfərə:] Məndən Bahara salam-dua yetir. S.S.Axundov. salaməleyküm I. , SALAMÜNƏLEYKÜM bax. salam. [Cümşüd bəy:] Salaməleyküm, qonşu, nə kefdəsən. E.Sultanov. [Hüseynqulu bəy:] Məşədi İbad, salamünəleyküm, a kişi, bu nə işdir, eşitdim ki, qızın iki adaxlısı vardır. Ü.Hacıbəyov.\n\nII. is. bot. Bataqlıqlarda, rütubətli yerlərdə, bəzən alaq kimi əkinlərdə bitən bir bitkinin adı. Salaməleyküm cinsinin nümunələri bataqlıqlarda, rütubətli yerlərdə, bəzən alaq kimi əkinlərdə yayılan çoxillik və ya birillik bitkilərdir. H.Qədirov. salam-kalam [ər.] bax. salam. Salamkalamdan sonra Pəri xanım soruşdu. “Abbas və Gülgəz”. ‣ Salam-kalamı olmaq – tanışlığı olmaq, yaxınlığı olmaq. [Kişi:] Mənim lap çoxdan onunla salam-kalamım var. S.Rəhman. salamlama “Salamlamaq”dan f.is. salamlamaq f.\n1. Salam vermək, salamla qarşılamaq. Ağsaqqal qocalar qatran çubuqlarını dodaqlarından çəkib, qorxaq nəzərlərlə bizi salamladılar. H.Nəzərli.\n2. məc. tənt. Təbrik etmək, alqışlamaq. Günəş qızıl şüaları ilə sanki azadlığa çıxan adamları salamlayırdı. S.Vəliyev. salamlaşma “Salamlaşmaq”dan f.is. salamlaşmaq qarş. f. Bir-birinə salam vermək. Qoca, əmim oğlu ilə görüşdü, salamlaşdı. S.S.Axundov. // Məc. mənada. Onlar salamlaşır aydın səhərlə; Dönürlər geriyə şən nəğmələrlə. M.Rahim. salamsız-kalamsız zərf Salam vermədən, salamlaşmadan; dinmədən, danışmadan. Qələmi mürəkkəbə batırdım. Salamsızkalamsız başladım. Mir Cəlal. salat I. [ər.] Dəfn günü vəfat edənin evinin üstündə uca səslə oxunan minacat. • Salat çəkmək – vəfat edənin evinin üstündə uca səslə minacat oxumaq. Bir küçənin içərisində dörd qapının önündə “tabut” qoyulmuş, dörd damda salat çəkilirdi. S.Hüseyn.\n\nII. [rus.] Tərəvəz, yumurta, bəzən ət və s. doğranaraq üstünə zeytun yağı, xama və s. tökülərək hazırlanan soyuq yemək. [Səriyyə] stolu bayıra çıxararaq, üstünə salat, göy-göyərti, çəngəl-bıçaq qoydu. İ.Əfəndiyev. salavat is. [ər.] din. Məhəmməd peyğəmbər və imamların şəninə oxunan dua. Hamının gözü salavat səsi gələn tərəfə baxırdı. M.S.Ordubadi. Salavat səsindən qulaq tutulurdu. E.Sultanov. • Salavat çəkmək (çevirmək, göndərmək, çöndərmək) – dua oxunduqdan sonra sağ əli üzə çəkmə ayini. Bu hində yuxudan oyanıb öz-özümə bir neçə dəfə salavat çöndərdim. C.Məmmədquluzadə. Ziyafət məclisindəkilər bir səslə peyğəmbərə salavat göndərdilər. M.S.Ordubadi. Mahmud əmi duanın arasında “allahüməssəlli” deyib, salavat çevirdi. B.Talıblı. salçı is.\n1. Sal düzəldən usta.\n2. Bərəçi. saldırma “Saldırmaq”dan f.is. saldırmaq f.\n1. Salmağa məcbur etmək. Molla tülkünün dalınca nə qədər qaçırsa, toyuğu saldıra bilmir. “M.N.lətif.”\n2. İki və ya bir neçə adamı, yaxud heyvanı qızışdırıb bir-birinin üstünə hücum etdirmək, salışdırmaq. [Müşavir:] Min zəhmətlə bunları bir-birinə saldırmışıq. P.Makulu.\n3. Tikdirmək, bina etdirmək, düzəltdirmək. ..Bir neçə mərdümazar adamlar məscid bağında istəyirlər, bir imarət saldırsınlar və orada bir məktəb açsınlar. C.Məmmədquluzadə. [Cənnətəli ağa:] Oranı mən, orada olanda istəyirdim bağ saldıram. N.Vəzirov.\n4. Döşətmək, yerə sərdirmək. Evə palaz saldırmaq. – Molla İrandan gəbələr aldırmış; Otağına, eyvanına saldırmış. A.Səhhət.\n5. məc. dan. Qənaət edərək yığmaq, toplamaq; dala atmaq. Maaşdan bir az saldırmaq. – Hacı Rüstəm burada da çalışırdı ki, bir neçə şahı, heç olmasa bir neçə qəpik saldırsın. Ə.Haqverdiyev.\n6. Qoydurmaq. Dalına banka saldırmaq. Zəli saldırmaq. – [Gəldiyev:] “Soyuqlamışam” – deyə neçə dəfə küpə saldırdı. Mir Cəlal. saldo [ital.] Mühasibatda: mədaxil ilə məxaric (debet ilə kredit) arasında olan fərq, qalıq. saleh sif. [ər.] köhn.\n1. Yararlı. Dedim: saxla məni, qul olum sənə; Qardaş yox, saleh oğul olum sənə. A.Səhhət.\n2. İxtiyarı olan. Saleh mindi qara nər; Süsən, sünbül, qaranər; Doğsa günəş camalın; Şah dağından qar ənər. (Bayatı).\n3. Dinin əmrlərinə uyğun hərəkət edən. Əməlləri saleh olmayanları; Orda özün kimi üryan görərsən; Qaynar tiyanlarda büryan görərsən. M.Müşfiq. salfet [ital. salvietta] Yeməkdən sonra ağzı və əli silmək üçün parçadan tikilmiş dördkünc dəsmal. Ənvər bıçağı, salfetləri götürüb geri qayıtdı. Ə.Vəliyev. Nəzakət xanım əlində ağ salfetə bükülmüş qab gəlir. İ.Əfəndiyev. // Bu formada yumşaq ağ və ya bəzəkli kağız parçası. İki paçka salfet almaq. salğar is. məh. Qayda, üsul. salxım is. Üzüm gilələrinin bir budaqcıqdakı topası. Şanı salxımı. Sarıgilə salxımı. – Üzüm salxımları budaqlardan sallanaraq ağacları yolka kimi bəzəyir... S.S.Axundov. Cabbar içəri girən kimi, Çimnaz süfrədə qalan... üzüm salxımını götürüb ona uzatdı. Ə.Əbülhəsən. // Bu şəkildə olan hər hansı şey. Arı salxımı. Buz salxımı. – Nə olar, bircə salxım yasəmən üz, ver mənə! Əllərinin gül ətri qarışsın yasəmənə. R.Rza. Bayaqdan bəri əncir-üzüm yeyib püstə salxımlarına gözaltı baxan ovçu dostum qəti olmayan bir hərəkətlə bir salxım püstə götürdü. M.Rzaquluzadə. salxım-salxım zərf Salxım kimi, salxımlar şəklində. Buz salxım-salxım sallanıb. – Yasəmənin gülləri salxım-salxım olub sallanırdı. İ.Əfəndiyev. [Çimnaz] indi bir tovuz kimi əlvan boyalarla bərq vurur, ..qızıl gərdənbəndlər, mirvari boyunbağılar boynundan salxım-salxım aşağı sallanırdı. Ə.Məmmədxanlı. salxımabənzər (=salxımvari) sif. Salxım kimi, salxıma oxşayan, salxım şəklində olan. Salxımvari çiçəklər. salxımvari (=salxımabənzər) sif. Salxım kimi, salxıma oxşayan, salxım şəklində olan. Salxımvari çiçəklər. salxımçiçək (=salxımçiçəkli) sif. Çiçəkləri salxıma oxşayan, salxım kimi sallanan. Salxımçiçək bitki. salxımçiçəkli (=salxımçiçək) sif. Çiçəkləri salxıma oxşayan, salxım kimi sallanan. Salxımçiçək bitki. salxımlanma “Salxımlanmaq”dan f.is. salxımlanmaq f. Salxım şəklinə düşmək. [İbrahim Xəlilin] yetişdirdiyi bağda almalar qızarır, heyvalar saralır, bal şəhdli üzümlər salxımlanıb sallanırdı. S.Rəhimov. Ümidlə Bahar .. salxımlanıb tökülən cökə ağaclarının altı ilə yan-yana gedirdilər. B.Bayramov. salxımlı sif. Salxımı olan, salxıma oxşar çiçəkləri olan. Kökü sudan ayrılmayan söyüd ağacları sıx və salxımlı budaqları yolun sağ-soluna sallayır. Mir Cəlal. salı is. Həftənin ikinci günü, çərşənbə axşamı, tək günü. salıq is. Xəbər, soraq, bildirmə. Ardınca verdim salıq; Tükəndi səbrim artıq; Ey işıqlı dövr, gəl. M.Müşfiq. [Səməd:] Ağacın yerini sənə dədəm salıq verdi. İ.Hüseynov. salıqçı is. Bələdçi. salım bir salım – az, azacıq; bir dəfə tökməyə, salmağa çatar. Bir salım çay. Bir salım ədvə. – O, düşəndə qonşusuna bir salım duz, yarım sərnic ayran verib savaba çatar. S.Rəhimov. salımlıq bax. salım. salınma “Salınmaq”dan f.is. salınmaq “Salmaq”dan məch. Yerə palaz salınmaq. Örtü salınmaq. Süfrə salınmaq. – Eyvaz ocağın kənarına salınmış (f.sif.) keçənin üstündə əyləşmiş(di).. İ.Əfəndiyev. salışdırma “Salışdırmaq”dan f.is. salışdırmaq f. İki tərəfi bir-birilə düşmən etmək, vuruşdurmaq, bir-birinin üzərinə saldırmaq, təhrik etmək. salim sif. [ər.] klas.\n1. Salamat. Tək-tək ayılan varsa da, haqq dadıma çatsın; Mən salim olum, cümlə cahan batsa da batsın. M.Ə.Sabir.\n2. Dinc, sakit, əmin. Başmaqçı usta Ağabala .. saleh, salim, mömin, Allah bəndəsi bir şəxs idi. Çəmənzəminli. sallabaş sif.\n1. Başı əsən, daim aşağı sallanan. Sallabaş adam.\n2. məc. Mızı, adamın üzünə baxmayan, qəlbiqara. sallabığ bax sallaqbığ(lı). Sallabığ kişi. sallağı zərf Sallanmış halda, bir tərəfə əyilmiş vəziyyətdə, çöməlmiş halda. [Arvad] ..uzun müddət sallağı oturmaq üçün şalı belinə bərk dolamışdı. H.Seyidbəyli. sallaq I. is. [ər.] Mal-heyvan kəsən, sallaqxana fəhləsi.\n\nII. sif. Sallanmış halda olan, sallanan, aşağıya tərəf uzanmış, ya bükülmüş. Tazının başı tülkü başı kimi uzun, qulaqları sallaq olardı. H.Sarabski. Dən düşmüş saqqalı, sallaq bığları; Göstərir yaşını qırxdan yuxarı. H.K.Sanılı. Kərim baba iri sallaq dodaqlarını geniş-geniş açaraq gözlərini daha da qıydı. A.Şaiq. // Asılı, asılı vəziyyətdə. [Qədir] bir əlilə qundaqdan, o biri əli ilə də tüfəngin qolundan tutub, sallaq bir vəziyyətdə saxlayır, gəzinirdi. Mir Cəlal. sallaqbığ (=sallaqbığlı) sif. Bığları sallaq olan. Sallaqbığ kişi. – Yaqubun böyründəki ağ kürklü, sallaqbığ, arıq kəndli qeyri-ixtiyari donqar hülqumunu qaldırıb saldı. M.Hüseyn. Sallaqbığlı qoca faytonçu belini düzəltdi və nədənsə şikayətlənərək yerə endi. Q.İlkin. sallaqbığlı (=sallaqbığ) sif. Bığları sallaq olan. Sallaqbığ kişi. – Yaqubun böyründəki ağ kürklü, sallaqbığ, arıq kəndli qeyri-ixtiyari donqar hülqumunu qaldırıb saldı. M.Hüseyn. Sallaqbığlı qoca faytonçu belini düzəltdi və nədənsə şikayətlənərək yerə endi. Q.İlkin. sallaqdodaq (=sallaqdodaqlı) sif. Uzun və sallaq dodaqları olan. Sallaqdodaq uşaq. sallaqdodaqlı (=sallaqdodaq) sif. Uzun və sallaq dodaqları olan. Sallaqdodaq uşaq. sallaqxana is. [ər. sallaq və fars. ...xanə]\n1. Mal-heyvan kəsilmək üçün xüsusi bina, yer. Sallaqxana sexi. – İt sallaqxanadan bir sümük aparar, öz ayağını kəsər. (Ata. sözü). [Qulu] son zamanlar qardaşını dükanda buraxıb, özü sallaqxananı icarəyə götürmüşdü. A.Şaiq.\n2. məc. Qırğın yeri, kütləvi qırğın, çoxlu adam öldürülən yer. Kazakxana həqiqi bir sallaqxanaya dönmüşdü. P.Makulu. • Sallaqxanaya göndərmək məc. – ölümə, qırğına göndərmək. sallaqqarın (=sallaqqarınlı) sif. Qarnı yekə və sallanmış kimi olan. Sallaqqarın adam. sallaqqarınlı (=sallaqqarın) sif. Qarnı yekə və sallanmış kimi olan. Sallaqqarın adam. sallaqqulaq (=sallaqqulaqlı) sif.\n1. Uzun və sallaq qulaqları olan (heyvanlar haqqında).\n2. məc. dan. Qeyrətsiz, heysiyyətsiz, öz hörmətini saxlamayan. Sallaqqulaq adam. sallaqqulaqlı (=sallaqqulaq) sif.\n1. Uzun və sallaq qulaqları olan (heyvanlar haqqında).\n2. məc. dan. Qeyrətsiz, heysiyyətsiz, öz hörmətini saxlamayan. Sallaqqulaq adam. sallaqlıq I. is. Sallağın işi, peşəsi; malheyvan kəsmə peşəsi. Sallaqlıq etmək. – Kişinin əlindən yaxşı sallaqlıq da gəlirmiş! “Kirpi”.\n\nII. is. Sallaq şeyin halı; sallanmış halda olma. sallama 1. “Sallamaq”dan f.is.\n2. zərf Bir ucunu aşağı salladaraq, uzadaraq. Belbağını sallama bağlamaq. Kəlağayını sallama örtmək. – Zərnigar xanım uzun donunun ətəyi ilə gözlərini silə-silə Şamxalın arxasınca cığıra düşdü və oğlunun enli kürəyinə yapışmış tərli köynəyinə, belindəki sallama kəmərinə .. baxdı. İ.Şıxlı.\n3. bax. çobanbayatısı. [Cəbi:] İndi sən bir sallama bayatı çal, gör mən necə oyadıram. S.S.Axundov.\n4. Sırğadan, çilçıraqdan və s.-dən bəzək kimi sallanan hissəciklər. Sallama sırğa taxmaq. Sallama çilçıraq. sallamaq f.\n1. Bir şeyi üzüaşağı tutmaq, uzatmaq, sallaq vəziyyətdə saxlamaq, ucunu aşağı endirmək; asmaq. Xalçanı balkondan sallamaq. Həyətə ip sallamaq. – Yenə böyük oğlan qabağa yeriyib dedi ki, gərək [quyuya] məni sallayasınız. Çəmənzəminli. [Səməd] yoldaşlarına üz tutub, borulardan birini şaquli vəziyyətdə suya sallamağı xahiş eləyir. M.Hüseyn.\n2. Aşağı əymək, sallaq vəziyyət vermək. Qurd quyruğunu sallayıb, dərənin bir o başına gedib, bir də dönüb gəlir. A.Şaiq. Başını sallayır şamlar, qovaqlar; Dillənib bir nəğmə ötür budaqlar. M.Rahim.\n3. məc. dan. Qaşqabağını tökmək, üzünü turşutmaq, dinib-danışmamaq. Nə sallamısan? – Mənim malıma mallanırsan; Məni görəndə sallanırsan. (Ata. sözü).\n4. Bir sıra sözlərin yanına gətirilərək, müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs.: qaşqabağını sallamaq, qarın sallamaq, damağını sallamaq və s. sallana-sallana zərf\n1. Əzilə-əzilə, nazlana-nazlana, nazla. Sallana-sallana gedən Salatın! Gəl belə sallanma, göz dəyər sənə. Qurbani. Qərq olsun yaşıla, ala gəlsin; Naz ilə sallana-sallana gəlsin. Q.Zakir. Sallana-sallana gedən Salatın; O sərxoş yerişin yola yaraşır. Aşıq Ələsgər.\n2. Yırğalana-yırğalana, yan basa-basa. Maşın uzaqlaşır, karvan sallana-sallana hərəkət edib gedirdi. M.İbrahimov. sallanış is. Yeriş tərzi, nazla, əziləəzilə yerimə. Oturuşun gözəl, duruşun gözəl; Sallanışın gözəl, yerişin gözəl. M.P.Vaqif. Gözəllər sultanı, ay Səlbixanım; Sallanışın bir mahala əvəzdir. Aşıq Ələsgər. sallanma “Sallanmaq”dan f.is. sallanmaq f.\n1. Üzüaşağı sallaq vəziyyətdə asılmaq. Stolun üstündəki göy mahud örtük yanlardan xeyli aşağı sallanmışdı. M.Hüseyn. Qarmaqdan çoxlu qiymətli şeylər sallanırdı. Mir Cəlal.\n2. məc. Nazla, əda ilə yerimək. Geyinib sallanan gözəllər çoxdu; Tərlan kimi süzmək ona yaraşır. “Koroğlu”. Yarım sallanıban gələndə bizə; Düşübən əl-ayağından öpəydim. M.P.Vaqif. • Sallanıb getmək (keçmək) – üz tutub getmək. Həkim başmağının dalını daşa vurub taqqıldada-taqqıldada .. bazaraşağı sallanıb getdi. Çəmənzəminli. Dedim öldür məni, sallanıb keçdi; Süzgün baxışları qəlbimi deşdi. H.Cavid.\n3. məc. Sallanan, enən kimi görünmək. Göydən qara, zəhmli buludlar sallanmışdı. Çəmənzəminli. Gün əyilmiş, kölgələr sallanmışdı. Mir Cəlal. sallaşma “Sallaşma”dan f.is. sallaşmaq bax. sallanmaq (çoxları haqqında). Tələbələr yenə dartındılar, qadın da onların ətəyindən tutub sallaşdı. Çəmənzəminli. sallatma “Sallatmaq”dan f.is. sallatmaq bax. sallamaq. salma I. “Salmaq”dan f.is.\n\nII. : salma çay – şirin çay. [Qulu:] Yəni altı-yeddi stəkan salma çay içdiyini də yalan deyirəm? S.S.Axundov. salmaq f.\n1. Bir şeyi hündür yerdən aşağı atmaq, tullamaq, buraxmaq, düşürmək. Asta qanad çalın, qafil telləri; Heyfdir, salarsız düzə, durnalar! M.P.Vaqif. Mən də bombaları salanda kəndə; Dedim: “Əl atmasa həkim bıçağa; Xəstə şəfa tapıb durmaz ayağa”. M.Rahim.\n2. Əlindən buraxmaq, düşürmək. Qabı salmaq. Qutunu salmaq. Boşqabı salıb sındırmaq. – Qız [müəllimi] görüncə şaşırıb üzünü örtməyə tələsdikdə səhəngini salıb qırmışdı. S.Hüseyn.\n3. Özü bilmədən bir şeyi düşürüb itirmək. Açarı bilmirəm harada salmışam.\n4. Əsasını qoymaq, təsis etmək, qurmaq, düzəltmək. Mədən salmaq. – ..Haman yerdə dam-daş tikdirib, bir balaca kənd salıblar. C.Məmmədquluzadə. Fəhlə qardaş, nə tikilir bu qum çölündə? Qəribmisən, nəsən, oğul? Şəhər salırıq. Ə.Cəmil.\n5. Tikmək, qurmaq, qayırmaq, düzəltmək. Yol salmaq. Bənd salmaq. – Çayların üstündən buz körpü saldı; Seyrəldi get-gedə gedişgəliş də. S.Vurğun.\n6. Keçirmək, taxmaq. Əmniyyə açarı qapıya saldı. M.İbrahimov. Gəldiyev əlindəki kibrit çöpünü nəm çəkmiş zərflərin böyründən salır, bura-bura açırdı. Mir Cəlal. ..Belindən qayışını açıb bir ucunu onun buynuzuna ilmək kimi salıb çəkdi. M.Rzaquluzadə.\n7. Örtmək. Üstünə yorğan salmaq. Başına şal salmaq. – Əvəz kişi çuxasını çiyninə salaraq qapını örtmək üçün getdi. Ə.Vəliyev. [Minayə] başına saldığı ağ torda çox yaraşıqlı görünürdü. Ə.Əbülhəsən. [Axund] qara gecə ləbbadəsini ehmalca çiyninə salıb, dəhlizə çıxdı. Mir Cəlal.\n8. Tez-tələsik oturmaq, özünü yerləşdirmək. Özünü divanın üstünə salmaq. Özünü boşalmış yerə salmaq. // Tez-tələsik girmək; yetmək, çatmaq, özünü çatdırmaq. Ruqiyyə durub alaçığa qaçdı, orada şarpadan yıxıldı. Qoca kişi də, qarı da oraya yüyürdülər. Mən də özümü oraya saldım. A.Divanbəyoğlu. Yoldaşlarım .. özlərini mənim yanıma saldılar. Mir Cəlal.\n9. Yerinə oturtmaq, keçirmək, geydirmək. Çıxığı salmaq. Stulun qıçını yerinə salmaq. – ..Faytonumun çarxı oxdan çıxdı, onu salıncan mən istədim ki, sizdə bir az qızınıb rahat olam. S.S.Axundov.\n10. Yatağına qoymaq, yerləşdirmək, rahatlamaq. Əynində ağ xalat olan təmiz geyimli, yaşlı arvad uşağı alıb yerinə saldı. M.İbrahimov. Gilə qucağındakı körpəni yerinə salıb ayağa qalxdı. Ə.Vəliyev.\n11. Tez yollamaq, dərhal göndərmək. Mən aşıq bu çağlara; Bülbül qonub bağlara; Qayıtmasan bərəyə; Ovçu sallam dağlara. (Bayatı). Nəbi Əsədi öldürəndən sonra kəndlərə adam saldı ki, mən Əsədə olan borcu vermişəm. Tay siz borc verməyəcəksiniz. “Qaçaq Nəbi”.\n12. Döşəmək, sərmək. Yeşiklərə kağız salmaq. Evlərə palaz salmaq. – [Hacı Həsən:] Adə Heydər! Durma tez evə xəbər elə ki, otlaqlara fərş salsınlar, qonaq gələcək. C.Məmmədquluzadə. Atam altına balaca döşəkçə salmış, bardaş quraraq arxasını balışa söykəmişdi. M.İbrahimov. Göyçək bacı sevincək halda eyvana naxışlı bir keçə saldı. Ə.Vəliyev.\n13. Bir şeylə örtmək, qapamaq; aşağı endirmək. Ağca xanım qapının rəzəsini vurdu, pərdəsini saldı. Mir Cəlal.\n14. Qoymaq. Xəstəyə banka salmaq. Boğazına zəli salmaq. – Kərimin ayağına yağlı xəmir salıb yerə uzatdılar. H.Sarabski.\n15. Ağac və s. göyərti əkmək. Bağ salmaq. Meşə salmaq. – .. Arvad-uşaq kiçik bostan salıb şaxa çıxan lobya, soğan əkirdilər. Ə.Əbülhəsən. ..Bizim məktəb kənddə gözəl bir meyvə bağı salmışdır. M.Rzaquluzadə.\n16. Yaymaq, yerləşdirmək. [Molla] baxır ki, halvaçı təzəcə halvanı tiyandan çıxarıb, salır tabaqlara. “M.N.lətif.”\n17. Tökmək. Samovara kömür salmaq. Xörəyə duz salmaq. – Noxudu bozbaşa salanda aşpazı qoyub axund ilə məsləhət eləyirik. C.Məmmədquluzadə. // Batırmaq (mayedə). [Dərviş:] Bir dua yazacağam, onu suya salıb verərsiz oğlana.. N.Vəzirov. Mollayev təzəcə gətirilmiş çaya limon saldı. M.Hüseyn.\n18. İçəri buraxmaq, daxil etmək. Heydərəli oğlanı içəri salıb, yenə o biri otağa çəkildi. M.Hüseyn. Sürmə xala Əzizi hamamxanaya salıb mətbəxə qayıtdı və tələsik yemək hazırlamağa başladı. S.Rəhman.\n19. Tikmək, naxışlamaq. Dəsmala gül salmaq. Divara naxış salmaq. – Axşamüstü Şəfiqə küçəyə baxan pəncərənin qırağında oturub, yaylığına haşiyə salırdı. H.Seyidbəyli.\n20. məc. Yoluxdurmaq, yaymaq. Xəstəlik salmaq.\n21. məc. Tutmaq, həbs etmək. Həbsə salmaq. Dama salmaq. – [İzzəddin:] Şah bizi istəsə zindana salar. M.Rahim.\n22. Devirmək, yıxmaq, taxtdan düşürmək. Hakimiyyətdən salmaq. Padşahı taxtdan saldılar.\n23. Bir sıra isimlərə qoşularaq müxtəlif ifadə və mürəkkəb feillər əmələ gətirir; məs.: məhəbbətini salmaq, könlünü salmaq, ələ salmaq, araya salmaq və i.a. salmonellyoz is. tib. İnsan və heyvanlarda kəskin infeksion xəstəlik. salnamə is. [fars.] İl ərzində bir yerdə baş verən tarixi hadisələri qeydə alan kitab və s. // Hadisələrin hər il qeydə alınması; gündəlik, xronika və s. həyat salnaməsi. [Mirzə Ələkbər Sabirin] şeirləri yarandıqları zamanın ən doğru bədii sənədləri, XX əsrin əvvəlinin salnaməsidir. salnaməçi is. Salnamə yazan şəxs. salul əcz. Bağırsaqları və sidik yollarını dezinfeksiya etmək üçün ağ rəngli kristallik maddə (dərman). salun [fr.]\n1. Qonaqlar üçün qəbul otağı. [Firəng səyyahı:] Bizi neçə otaqdan keçirib bir salonda əyləşdirdilər. Ə.Haqverdiyev.\n2. Zal. Məhkəmə salonu çadralı və çadrasız qadınlarla dolu idi. T.Ş.Simurq. Alqış səsləri salonu bürüdü. M.Hüseyn.\n3. Bərbərxanalarda: kişi, qadın və uşaqlara xidmət etmək üçün ayrılmış xüsusi otaq. Kişi salonu. Qadın salonu.\n4. Bədii şeylər və incəsənət əsərləri satılan mağaza.\n5. Avtomobillərin, avtobusların, trolleybusların və s.-nin sərnişinlərin oturduğu iç hissəsi. salto is. [ital.] Akrobatika və idman gimnastikasında xüsusi hərəkət növü; mayallaq, mayallaq aşma. saltus is. [lat.] Qədim Romada xüsusi şəxslərə icarəyə verilən meşə, otlaq və s. torpaq sahələri. salurlar is. Oğuzların 24 tayfasından biri. salyut [fr. salut – salamlama] Şanlı bir hadisə, yaxud görkəmli bir şəxsin şərəfinə hörmət əlaməti olaraq tüfəngdən və ya topdan atəş açmaq, əlvan fişənglər buraxmaq, bayraq qaldırıb endirmək (gəmidə) və s. ilə icra edilən təntənəli salam rəmzi. Tankerdən yüksələn sirena səsi adanın ilk sakinlərinə salyut verdi. M.Hüseyn. sam (=sam yeli) bax. səmum. Bəlkə bu gəlişdən sonra qızın həyat çəməninə sam yeli əsməyəcək, ..xüsusən Hidayətə açılması müşkül olan dərdi daha qövr etməyəcəkdi? B.Bayramov. sam yeli (=sam) bax. səmum. Bəlkə bu gəlişdən sonra qızın həyat çəməninə sam yeli əsməyəcək, ..xüsusən Hidayətə açılması müşkül olan dərdi daha qövr etməyəcəkdi? B.Bayramov. saman is. Taxıl döyüldükdən və təmizləndikdən sonra qalan çöpşəkilli hissəciklər, xırda-xırda doğranmış küləş. Saman sənin deyil, samanlıq ki sənindir. (Ata. sözü). Qorxurdular ki, atlarımız üçün arpa, saman, özümüz üçün yemək alıb, parasını verməyəcəyik. H.Nəzərli. Calal .. saman tayasının arasında .. mağarayabənzər daldalıq bir yer düzəltmişdi. S.Vəliyev. ‣ Saman altından su yeritmək – əl altından iş görmək, gizli-gizli iş görüb üzə vurmamaq, ara qarışdırmaq. Bu hərif Nikolay zamanı küçə vəkili idi, saman altından su yeridən idi.. E.Sultanov. [Səkinə Rüstəmə:] Yuxuma qara-qura gətirən .. saman altdan su yeridən Yastı Salmandır, bu qara əcinnələrdir. M.İbrahimov. Saman kimi – həddindən artıq çoxlu şey haqqında. [Rüstəm bəy qızına:] Sənin üçün bir ər tapmışam ki, bir ər tapmışam ki, dövlət nə dövlət, pul saman kimidir. Ü.Hacıbəyov. Dərisinə saman təpmək – bax. dəri. [Cəbi:] Rəhmətliyin oğlu, sən zarafata salmısan nədir? Vallah, hacı adamın dərisinə saman təpər. N.Vəzirov.\n\nis. [fars.] Var, dövlət, sərvət, malmülk. Fəqət zəhmət onun, saman sənindir! Söyüş, şallaq onun, vicdan sənindir. Ə.Nəzmi. samanı sif. Saman rəngində, sarıyaçalar, sarı. Samanı parça. samanlama “Samanlamaq”dan f.is. samanlamaq f.1. Saman qatmaq, saman vurmaq, saman tökmək. Palçığı samanlamaq.\n2. Heyvana saman vermək. Atı samanlamaq. samanlı sif.\n1. Saman qarışdırılmış, saman qatılmış. Samanlı kərpic. Samanlı palçıq.\n2. Samana batmış, samana bulaşmış. Yoğun aşpaz əlində kəfgir, qolları çirməkli, mehtər əlində xəlbir, üzü samanlı gəlirlər. Ü.Hacıbəyov. samanlıq is.\n1. Saman yığılan yer, saman saxlamaq üçün anbar, yer. Axund məhərrəmin 8-ci günü uzun bir samanlıqda təziyə büsatını qurmuş və bir sınıq sandığı minbər əvəzinə altına qoymuşdu. Qantəmir. Samanlığın qabağında iki yəhərli at dururdu. M.Hüseyn.\n2. məc. Səliqəsiz, qaydasız, nizamsız, natəmiz yer haqqında. Uşaqlara sən deyən kimi [yol] versəm, iki gündə bu evlər samanlığa dönər. Mir Cəlal. [Ümid:] Bizim idarəmiz gördüklərimizin yanında samanlığa oxşayır. B.Bayramov. sambo idm. [rus. “samozahita bez orujiə” söz. ixtisarı] Güləş zamanı şiddətli ağrılara yol verən idman güləşmə üsulu. // Özündən daha güclü və ya silahlı rəqiblə mübarizə zamanı özünü qoruma vasitəsi. samboçu is. Sambonu yaxşı bilən. Gözəl samboçu. samı is. Boyunduruğun hər iki ucundakı qoşa deşiklərə salınan nazik ağac. [Salman əmi] arabaçının samı qayırmaq üçün ağac axtardığını bilib sakit oldu. Mir Cəlal. samilər bax. semitlər. samit I. sif. [ər.] Səssiz, sakit, dinməz, sakitcə. Qanlıtəpə əhli sakit və samit dərin yuxuda idi. S.M.Qənizadə. // Zərf mənasında. Şəhrəbanu xanım ərinin sağ böyründə, çənəsini yaşmayıb ağ örpək başında, həllacı, samit əyləşibdir. M.F.Axundzadə.\n\nII. is. dilç. Səs axınının ağızda bu və ya başqa üzvün maneəsinə rast gəlməsi ilə tələffüz edilən səs. sammit is. [ing.] Dövlət başçılarının iştirakı ilə keçirilən zirvə toplantısı. samodilər cəm Bir sıra qohum şimal xalqlarının (nenlərin, selkupların və başqalarının) ümumi adı. samovbr is. [rus.] İçi kömürlə doldurulan odluğu olan çay üçün su qaynadılan metal cihaz. Ağ samovar. Armudu samovar. – [Arvad:] Hovuzun başında, kölgədə xalça salaram, samovarı sazlayıb qoyaram hovuzun başına, yaxşı çay dəmlərəm. E.Sultanov. [Gülbacı:] Axşamdır, samovarı qaynat! T.Ş.Simurq. samoyedlər cəm Samodi xalqlarının köhnə adı. samur is. zool. Dələlər sinfindən boz rəngli qiymətli xəzi olan yırtıcı heyvan. Sibir samuru. Samur dərisi. – Vəhşi heyvanlardan Lənkəran sahəsində bəbir və respublikanın bütün meşələrində çoxlu ayı, canavar, tülkü və Sibir samuru vardır. M.Qaşqay. // Samur xəzindən. Samur kürk. samuray [yap.] Feodal Yaponiyasında: imtiyazlı hərbi zadəgan silkinə mənsub adam, habelə, ümumiyyətlə, hərbi, cəsur döyüşçü. [Yunus:] Bacı, gedin rahat olun, adamlarınız sağ-salamatdır. Yapon samuraylarını da əzəndən sonra görüşəcəksiniz. Mir Cəlal. // Təcavüzkar yapon militaristlərinə verilən ad. san is. [fars.]\n1. Şöhrət, nüfuz, hörmət, şan-şərəf (adətən ad-san şəklində işlənir).\n2. bax. say 1 və 2-ci mənalarda. Könül həsrət, can müntəzir, göz yolda; Ömür azaldı, vədə keçdi san ilə. M.V.Vidadi. Ələsgər, üsyanın çıxıbdı sandan; Öldürsən zənburu, əl çəkməz şandan. Aşıq Ələsgər. Kim deyir ulduzun göydə sanı var? M.Rahim.\n3. köhn. Təlim, yürüş. Artıq İsfahan kəndində qoşuna san verildiyi zaman ordunun üç min nəfər atlıdan ibarət olduğu məlum oldu. M.S.Ordubadi.\n4. Sanki. [Külək] Vurur, yıxır, dağıdır, sındırır, ucaldır səs; Bəşər vücudun san göstərir ədavətini. C.Cabbarlı. sanama “Sanamaq”dan f.is. sanamaq dan. bax. saymaq 1 və 2-ci mənalarda. Muzdur .. sonra pulları sanayıb gördü ki, altmış doqquz min manat puldur. S.M.Qənizadə. [Hacı Murad] sandığın içindən mücrünü çıxardıb pulları sanayır. S.S.Axundov. [Mirzə Cəmil:] Allaha şükür, qız o qədərdir ki, hürkütməklə sanamaq olmur. Ə.Vəliyev. sanarlar is. Böyük Qafqaz dağlarının cənub ətəklərində yaşamış tayfa. sanasan bağl. Guya, sanki, elə bil. Yadıma hər bir düşəndə ol siyah kirpiklərin; Sanasan ki, sancılar bağrıma peykan, alaram. M.P.Vaqif. Məşşatə gözünə sürmə çəkəndə; Sanasan gözümə bıçağı çəkər. Q.Zakir. sanatoriya is. [lat. sanare – müalicə etmək] Xəstələr üçün xüsusi rejimi olan və müxtəlif müalicə üsulları (hava, mədən suları, palçıq və s.) tətbiq edilən istirahət və müalicə müəssisəsi. Sanatoriyada dincəlmək. Mədə-bağırsaq xəstəlikləri sanatoriyası. sanbal is. Çəki, ağırlıq, vəzn. sanballama “Sanballamaq”dan f.is. sanballamaq f.\n1. Bir şeyi əlinə götürərək ağırlığını, vəznini təxmini şəkildə yoxlamaq. Kisəni sanballamaq. Qutunu sanballamaq. – Kərbəlayı Hatəmxan vəl üçün gətirilmiş daşdan bir yekəsini əlində sanballayıb, nifrin edən bala dərvişin döşünə çırpdı. S.Rəhimov. [Paşa bəy] yastı bir daş götürüb sanballadı. Ə.Vəliyev.\n2. Sahmanlamaq, hazırlamaq. [Veys] iri zabit tapançalarını götürüb sanballadı.. Ə.Əbülhəsən. sanballı sif.\n1. Ağır, bərk, möhkəm, qurs. Daş balaca idi, amma çox ağır, çox da sanballı idi. “Koroğlu”. Dəmir qapıların sanballı qıfılları zırınqıltı ilə açıldı. Çəmənzəminli. [Xəlil:] Bu il məhsulumuz boldu. Maşallah, qozalar aman sanballıdı. M.Hüseyn.\n2. məc. Güclü, təsirli, dərin, ciddi. Sanballı ifadə. Sanballı cümlə işlətmək. – Gecəm belə keçdi, səhərim gəlsin! Dadıma sanballı sözlərim gəlsin! M.Müşfiq. [Qara Kərəmoğlunun] söz ağzından külçə kimi ağır və sanballı (z.) çıxırdı. M.İbrahimov. Vəzn xoşuma gəlmir, yenisini seçirəm; Daha da dolğun olsun; daha sanballı, möhkəm. R.Rza.\n3. məc. Təmkinli, ciddi, ağır, ağırbaşlı. [Sübhanverdizadə] özünü camaat arasında çox sanballı (z.) aparardı. S.Rəhimov. [Mürsəl:] [Ataş] həm də sanballı oğlandır, hər sözə cavab verməz. Ə.Vəliyev. // Yaşlı, abırlı, hörmətli. Sanballı adam. // Adlı-sanlı, hörmətli, mötəbər. Sanballı alim.\n4. məc. Əsaslı, böyük, dərin, ciddi. Sanballı musiqi əsəri. Sanballı kitab. sancağaoxşar bax. sancaqvari. sancaq is.\n1. Kağız vərəqlərini və s.-ni bir-birinə bəndləmək üçün dəmirdən qayrılmış ucu iti dəftərxana gərəyi. Sənədlərə sancaq vurmaq.\n2. Yaxaya, başa sancmaq üçün adi və ya qiymətli metaldan qayrılan müxtəlif ölçülü və formalı qadın bəzəyi. Yaqut qaşlı sancaq. Qızıl sancaq taxmaq. – Xonçada olar sabun, duxu, odekolon, sancaq, iynə, üskük, saçayıran, yelpazə. R.Əfəndiyev. Ərknaz heç kəsin ağlına gəlməyən sırğalar, kulonlar, qolbaqlar, bilərziklər, boyunbağılar, sancaqlar sifariş elərdi.. M.Hüseyn. sancaqlama “Sancaqlamaq”dan f.is. sancaqlamaq f. Sancaqla bənd etmək, sancaqla bərkitmək. Kağızları sancaqlamaq. Yaxasını sancaqlamaq. – [Firəngiz] saçlarını bütöv geriyə daradı, yumrulayıb sancaqladı. B.Bayramov. sancaqvari sif. Sancaq formasında, sancaq kimi, sancağaoxşar. sancı is. Bədənin hər hansı bir yerində, əsasən qarın boşluğunda, böyürdə baş verən kəskin ağrı. Sancısı keçmək. Sancısı güclənmək. – Sancıdan özümü toxdadıb, bir az da getdim. Çəmənzəminli. Teybə böyrünün sancısından udqunub susdu. M.Hüseyn. • Sancı tutmaq – qarın boşluğunda, yaxud böyrəyində birdən kəskin ağrı başlamaq. sancılanma “Sancılanmaq”dan f.is. sancılanmaq f. Qarnından sancı tutmaq, bərk ağrı tutmaq. Soyuqdəymədən sancılanmaq. – Gər dəysə soyuq, sancılanıb olsa da bimar; Hökm et, gələ cindar. M.Ə.Sabir. sancılı sif.\n1. Sancı tutmuş, sancılanmış.\n2. Sancılmış halda olan, batırılmış vəziyyətdə olan.\n3. Keçirilmiş, taxılmış, bənd edilmiş. Qutunun içində altı cərgə səliqə ilə kəpənək, çəyirtkə və qeyri böcəklər kağıza sancılı halda düzülmüşdü. Ə.Vəliyev. sancılma “Sancılmaq”dan f.is. sancılmaq məch.\n1. Batırılmaq, qaxılmaq. Külünglər torpağa sancıldı. Ə.Vəliyev.\n2. Taxılmaq, asılmaq, bənd edilmək, keçirilmək.\n3. Batmaq, keçmək, girmək. [Canbalayev:] ..Necə olursa stəkan qırığının bir parçası dabanına sancılır. İ.Hüseynov.\n4. Qürub etmək, batmaq. Axşam gün sancılanda Qədim dayı özünü şəhərə çatdırdı. S.Rəhimov.\n5. Dikilmək. Hamının nəzəri Şərifzadənin dodaqlarına sancıldı. M.Hüseyn. ..Sultanın gözləri qəribə parıltılı bir nəzərlə qardaşı oğlunun üzünə sancıldı. İ.Hüseynov. sancılmış f.sif.\n1. Batırılmış, qaxılmış. Yüz, yüz iyirmi addım uzaqda əl ilə sancılmış kimi, ağaca oxşayan yoluq bir şey seçilirdi. Mir Cəlal.\n2. Taxılmış, keçirilmiş. Qadir .. birdən bağçanın qırağındakı fənər sancılmış ağacın dibində Sonanı gördü. Ə.Əbülhəsən. [Musanın] ensiz toqqasına həmişə ya qəzet, ya da kitab sancılmış olardı. B.Bayramov. sancma “Sancmaq”dan f.is. sancmaq f.\n1. Batırmaq, geydirmək, soxmaq. Dərziyə dedilər köç, iynəni (papağına) sancdı. (Ata. sözü). Yetişmiş qızlar iynəni [Kiçikbəyimin] duvağına batırır, sonra yaxalarına sancırdılar. Çəmənzəminli. // Məc. mənada. Dağlar titrədi, ..göy qübbəsini doğrayan ildırımlar şığıyıb qızıl oxlarını qılınc qayaların təpələrinə sancdı. Ə.Məmmədxanlı.\n2. Taxmaq, ilişdirmək, keçirmək. Dəli dəlini görəndə çomağını belinə sancar. (Ata. sözü). [Koroğlu] durnanın telindən dəstə kəsib Eyvazın papağına sancdı. “Koroğlu”. // Bənd etmək, ilişdirmək, keçirmək. Səhər tezdən kişi sarayın yanına gəlir. Görür ki, molla çuxasının ətəyini sancıb belinə, əlində qazma sarayın divarının dibini qazır. “M.N.lətif.” Leyli .. ətəklərini nazik belinə sancıb rəqs edir. Ə.Məmmədxanlı.\n3. Dişləmək. Arı sancmaq. Əqrəb sancmaq. – Balaca uşaqlar gecələr yatmayıb şıltaq eləyəndə, anaları istəməyiblər şirin yuxudan ayılıb uşağa süd versinlər, ya görsünlər niyə uşaq ağlayır və bəlkə uşağı birə sancır, ya bəlkə bir özgə dərdi var. C.Məmmədquluzadə.\n4. Sanki bir şey batır kimi ağrımaq. Ürəyi sancmaq. Başı sancmaq. – [Sadıq kişi] soyuqda oturduqca, özünə gəldikcə vücudu ağırlaşır, kürəkləri sancır. Mir Cəlal. ..Mustafanın dirsəkləri elə bərk sancdı ki, gözləri yaşardı. S.Vəliyev.\n5. məc. Ağır söz deyib qəlbinə dəymək, incitmək, acılamaq, zəhərləmək. [Dilbər:] Gülüş, sancmağı burax. Söylə məndən nə istəyirsən? C.Cabbarlı. Səməndər Nərgizi sancmağa fürsət tapdı. B.Bayramov. sandblya [rus.] bax. səndəl2. Muxtar, sandalyasını xanımın masasına yaxınlaşdırdı və bir dəqiqədə yeməklərini də daşıyıb orada yerləşdi. Çəmənzəminli. O, yanındakı sandalyanın boş olduğunu ona andıran bir tövr ilə yerindən qımıldandı. H.Nəzərli. // Skamya. ..Kəndli bir söz deməyib, vaqon biletçisinin göstərdiyi skamyada (sandalyada) uzanmış bir müsafirin ayağı tərəfində yer tutdu. T.Ş.Simurq. Sandalyanın cırıltısına qadınlar da gülüşdülər. Mir Cəlal. sandıq is. [ər. sənduq]\n1. İçərisinə paltar və başqa şeylər qoymaq üçün taxtadan qayrılıb, üzəri dəmirlə işlənmiş, açarla açılıbbağlanan qapaqlı iri uzunsov qutu (keçmişdə üstünə yorğan-döşək yığılardı). Otağın divarlarındakı camaxatanda böyük sandıqların üstə ipək, zərzər üzlü əlvan yorğan-döşəklər və qu tüklü balışlar düzülərdi. H.Sarabski. Ağır sandıq seçmə parçalarla dolu idi. Mir Cəlal.\n2. xüs. Silahlarda patron, müxtəlif cihazlarda bir cür şeylər qoyulan qutu, borucuq və s. Fotoaparatın sandığı. Pulemyotun sandığı. ‣ Sandıq ədəbiyyatı zar. – nəşr edilməsi mümkün olmayan, heç kəsə lazım olmayan, zəif əsərlər haqqında. [Qız:] Müəllimimiz deyir ki, bundan sonra atanın o sandıq ədəbiyyatını oxumağı sənə qadağan eləyirəm. S.Rüstəm. sandıqça is. Kiçik sandıq. Üzükləri sandıqçaya qoymaq. – [Şəhrəbanu xanım:] Şərəfnisə xanım, balam, pul sandıqçasını bura gətir. M.F.Axundzadə. Kərbəlayı Xəlil pul sandıqçasından bir karandaş çıxarıb, teleqrafçı verdiyi kağızı türkcə imzaladı. T.Ş.Simurq. sandıqdar is. [ər. sənduq və fars. ...dar] köhn. Sarayda, yaxud zadəgan evlərində maliyyə (pul) işlərinə baxan şəxs. Bundan sonra Sərdar Rəşid sandıqdarı çağırdı, dörd yüz tümən gətirməsini əmr etdi. M.S.Ordubadi. sandıqxana is. [ər. sənduq və fars. ...xanə] köhn. Pul və qiymətli şeylər saxlanan yer. [Xırda xanım:] Taxtın altında bir cüt çəkmə var, onu və sandıqxanada bir yapıncı var, onu da sənə verdim. N.Vəzirov. sani sif. [ər.] İkinci. sanitar is. [lat. zanitas – sağlamlıq] Müalicə müəssisələrində xəstələrə və yaralılara xidmət edən, həmçinin binanın təmizliyinə baxan kiçik tibb xidmətçisi. Dülgərlər otaqlardan çıxar-çıxmaz sanitar-texniki briqada işə başlayır. Mir Cəlal. // Yaralıya ilk yardım göstərib, onu döyüş sahəsindən çıxaran sıravi tibb xidmətçisi. Sanitar dəstəsi. Sanitar briqadası. – Zəhra ağır yaralını sanitar batalyonuna çatdırdı. Ə.Vəliyev.\n2. sif. Sanitariyaya aid olan. Sanitar maarifi. Şəhərin sanitar vəziyyəti. sanitariya [lat. sanitars – sağlamlıq və ars – sənət] Əhalinin sağlamlığını mühafizə etməyə və təmizliyi gözləməyə yönəldilmiş, gigiyenanın elmi tələblərinə əsaslanan tədbirlər sistemi. Sanitariya qaydalarına əməl etmək. sanitarka is. [rus.] Xəstə baxıcısı (qadın). Sanitarka Günəş də bu il İstisuda çalışırdı. Ə.Vəliyev. Bir gün [Azad] pilotkasını yan qoymuş gözəl bir sanitarkanın yaralı gətirdiyini gördü. S.Rəhman. saniyə is. [ər.] Dəqiqənin altmışda bir hissəsi (vaxt ölçü vahidi). [Nurəddin] suya batdı və bir neçə saniyədən sonra suyun üzünə çıxıb, üzməyə başladı. S.S.Axundov. ..[Ümid] Tahirənin burada olduğunu unutmuş kimi, bir neçə saniyə şəklin önündə dayandı. B.Bayramov. • Bir saniyə – bir azca, bir qədər, az. Bir saniyə keçdi. – İki dünyadan o bir saniyə artıqdır – əgər; Aşiqin qəmli görüb naz ilə canan oxusun. Ə.Vahid. Bir saniyədə – ani, çox tez, göz açıb yumunca bir ləhzədə. Bir saniyədə yox oldu. saniyəlik is. Saniyə müddətində olan (adətən saylarla). Ortalığı bir neçə saniyəlik sükut bürüdü. H.Nəzərli. Enir bəbəkləri al qan içində; O bir saniyəlik toran içində; Xəyalən yanaşır Azərbaycana. M.Rahim. saniyən bağl. [ər.] klas. İkinci, ikincisi, ikinci olaraq. Əvvəla, o köhnə torlara ki biz düşmüşdük, parə-parə etməlisiniz, saniyən, tazə ixtiyarat tələb edib almalısınız. N.Vəzirov. saniyəölçən is. Saniyənin onda birinə qədər dəqiqliklə ölçən cihaz. Fasiləni saniyəölçənlə təyin etmək. sanki bağl. Elə bil (ki), guya. Bu ay bizim ölkə sanki bir behişt olur, dağ-daş, dərə-təpə, səhra, çəmən – hamısı yaşıla bürünür, rəngbərəng çiçəklər ilə bəzənir. E.Sultanov. Rüstəm kişi rayon mərkəzinə gəlib çatanda, sanki sinəsində iyirmi yaşlı bir cavanın ürəyi döyünürdü. M.İbrahimov. Ana ürəyindən sanki bir tel qırıldı. M.Rzaquluzadə. sanksiya [lat. sanctio – pozulmaz qanun]\n1. hüq. Qanunun pozulmasına qarşı təsir və ya cəza tədbiri.\n2. kit. İcazə, bəyənmə. [Məhəd:] Günahı olmaya-olmaya qardaşım Mədədi tutub salıblar dama. Deyirlər, prokurorun sanksiyasıynan tutulub. M.Hüseyn. sanqvinik is. [lat.] Qədim yunan həkimi Hippokratın aşkar etdiyi dörd temperament növündən biri. sanılı (=sanlı) sif. Sayılmış, sayla olan. Sanlı pul durumsuz olar. (Ata. sözü). sanlı I. sif. Sanı (1-ci mənada) olan; hörmətli.\n\nII. (=sanılı) sif. Sayılmış, sayla olan. Sanlı pul durumsuz olar. (Ata. sözü). sanma “Sanmaq”dan f.is. sanmaq f. Hesab eləmək, zənn etmək, güman etmək. Sənsən sözüm, fikrim, zikrim, xəyalım; Sanma ki, bir özgə hekayətim var. Q.Zakir. Mövti-cismani ilə sanma mənim ölməyimi; Seyyida, ölmərəm aləmdə səsim var mənim. S.Ə.Şirvani. [Vaqif Vidadiyə:] Ömrün nəşəsindən sevinən kimi, əzabını da toy-bayram sanmalısan! Çəmənzəminli. sanskrit is. Hind-Avropa dillərinə mənsub olan qədim hind ədəbi dillərindən biri. sansor bax. senzor. ..Əl yazısını kitab surətində birdəfəlik çap eləməgə sansor idarəsi mane olur. C.Məmmədquluzadə. santiqram [fr. senti – yüz və gramme] Qramın yüzdə birinə bərabər ağırlıq vahidi. santim is. [fr.] Belçika, İsveçrə, Lüksemburq və Fransa frankının 1/100-nə bərabər xırda pul. santimetr [fr. centi – yüz və metre]\n1. Metrin yüzdə bir hissəsinə bərabər uzunluq vahidi.\n2. Üzərində bu ölçüdə bölgülər çəkilmiş xətkeş, ya lent. Kətmənin ağırlığı kiloqramyarım, ağzının eni 25-26 santimetr, hündürlüyü 23-28 santimetr olmalıdır. Ə.Vəliyev. santimetrlik is. Bir santimetr ölçüsü olma, santimetr uzunluğunda olma. Santimetrlik radio dalğaları. // Adətən saylara qoşularaq uzunluğun, qalınlığın və s.-nin neçə santimetr olduğunu göstərir. Üç santimetrlik mıx. santonin [lat.] Hindyovşanından hazırlanan qurd dərmanı. santur is. [yun.] mus. Qanunaoxşar, toxmaqcıqlarla çalınan mis telli çalğı aləti. Al bu santurumu, çal, gəldi bahar əyyamı; Nəğmə əyyamı, mey əyyamı, xumar əyyamı. A.Səhhət. Çal, havalan, santurum; Çal ki, tellər oynasın! Donsun dərə, uçurum; Don ürəklər qaynasın! A.Şaiq. sap I. is. Pambıq liflərindən, ipək tellərindən, yaxud süni liflərdən nazik eşilmiş ip. Ağ sap. Qalın sap. İpək sap. – Səkinə də fikirli idi, .. bir dizinin dibində cürbəcür iynə, sap, düymə və çalkeçirt olan taxta qutu .. vardı. M.İbrahimov. Qərənfil bacı sap əyirirdi. İ.Əfəndiyev. • Sap kimi – son dərəcə nazik. ‣ Sap kimi incəlmək – çox arıqlamaq, həddindən artıq üzülmək. Qasid gəldi haf kimi; İncəlmişdi sap kimi; Gözlə yarın qəlbini; Qırma çini qab kimi. (Bayatı). Sapa düzmək – bax. ipə-sapa düzmək (“ip”də). Köhnə həyat bağından; İnci kimi bir dastan; Sapa düzmək istəyir. A.Şaiq. Günlərimi sapa düzdüm; Dərdi qovdum, qəmə dözdüm. B.Vahabzadə. Sapa düzülmək – bax. ipə-sapa düzülmək (“ip”də). Məclisdəkiləri tamamilə heyran edən bu sözlər sanki sapa düzülmüşdü.. Ə.Vəliyev. Sapı düyün salmaq – bax. kələfi dolaşdırmaq (“kələf”də). Ürəyinin sapı üzülmək – bax. ürək. Üzüldü durmaqdan ürəyin sapı; Axşama dönəndə açıldı qapı. H.K.Sanılı. Ürəyinin sapını qırmaq – bax. ürək. Gəl oxu eşqimin can kitabını; Qırma ürəyimin, qırma sapını. S.Rüstəm.\n\nII. bax. dəstə . Baltanın sapı. Külüngün sapı. – Lopatkanın sapı kişinin əlinə keçdi. Mir Cəlal. Belin sapını sıxdıqca [Səməd] ovuclarının qızışdığını hiss edir, əzələlərində tanış, ləzzətli bir sızıltı duyur. İ.Hüseynov.\n\nIII. is. Bitkilərin budaq, yarpaq, çiçək kimi hissələrini daşıyan və ağaclarda odunlaşaraq gövdə halını alan hissəsi. Armud ağzıma, sapı Savalana. (Ata. sözü). sapabənzər bax. sapvari. ..Hələ lap uzaqda, bir ucu sahilə xeyli uzanmış, bir ucu dənizdə olan, küləkdə dalğalanan sapabənzər bir xətt gördüm. M.Rzaquluzadə. sapan I. is. Xış.\n\nII. bax. sapand. [Əziz bəy:] Belə düşmənlərdən yüzü olsun, yüz qarğaya bir sapan daşı. M.F.Axundzadə. Kim isə daşı sapana qoyur, Bəbir bəyin gicgahına vurur. Mir Cəlal. sapand is. Daş atmaq üçün qədim silah. [Xaspolad:] ..Sapandımı görmədin? Budur bax, sabah tezdən gedərəm, gözlərəm, bayıra çıxdı, bir böyük daş ataram, başın-gözün yararam. C.Cabbarlı. [Səttarla Mahmud] ..kəndin bir tərəfində nişan qoyub sapand atardılar. P.Makulu. // Xırda daş və s. qoyub atmaq üçün hər iki ucuna rezin bağlanmış haça ağac. Sapandla quş vurmaq. sapbasağ bax. sapsağlam. Sapbasağ adam. Sapbasağ olmaq. – Məlhəm olurdu, sağalırdı yara; Əldə qalırdı yenə can sapbasağ. M.Ə.Sabir. sapdırma “Sapdırmaq”dan f.is. sapdırmaq f.\n1. Doğru yoldan çıxarmaq, pis yola salmaq, azdırmaq. [Tahir Muxtara:] Bilirsiniz, pis yoldaş adamı yoldan sapdırarmış. Çəmənzəminli. Bu yanlış mühakimə onu yolundan azdırmış, qaranlıq, uçurumlu yollara sapdırmışdı. A.Şaiq.\n2. Əsas məqsəddən uzaqlaşdırmaq, fikrini çaşdırmaq, yayındırmaq. [Əbülhəsən bəy:] ..Qızı düşüncəsindən sapdırmaq üçün – sənin düşündüklərindən çox uzaqdayam, – deyə, vannaya keçdi. M.S.Ordubadi. [Cavanşir:] Mənim fikrimi sapdırma, qoca. M.Hüseyn. sapfir is. [yun.] Göy və ya sürməyi rəngdə olan qiymətli daş. sapılca is. İçində ət və s. qızartmaq üçün uzundəstəli mis və s. metaldan qab. Sapılcada yağ dağlamaq. – ..Bir boşqab, bir fincan və bir sapılcadan ibarət mətbəx müxəlləfatımı bir tərəfə topladım. Çəmənzəminli. Tello qazanı düşürüb sapılcanı ocağın üstünə qoydu. S.Rəhimov. sapılma “Sapılmaq”dan f.is. sapılmaq f. Başqa tərəfə dönmək, başqa yola girmək, yayınmaq. [Dəmirçioğlu dedi:] Mərd igidlər müxənnətdən sapılsın; Qarı düşmən dərələrə təpilsin. “Koroğlu”. sapıtma “Sapıtmaq”dan f.is. sapıtmaq f. Ağlını, fikrini azdırmaq, çaşdırmaq, xərifləmək. [Xacə Nizam:] Hər nə olmuşsa, mən etməm təhrif; Son zamanlarda sapıtmış o hərif. H.Cavid. sapqın sif. [türk.] Yolundan çıxmış, yolunu azmış, doğru yoldan uzaqlaşmış. Sapqın adam. – [Şeyx Hadi:] Yola gəlsin də bəzi sapqınlar; Həq nədir, anlasınlar azğınlar. H.Cavid. sapqınlıq is. Doğru yoldan çıxma, azma. [Elxan:] Zatən hər bir düha mühitin sapqınlığından, hər bir dahi mühitin yumruqları, təpikləri altından doğur. C.Cabbarlı. saplaq is. Yarpağı, gülü, meyvəni budaqla birləşdirən nazik bərk hissəcik; bəndəm. Gülün saplağı. Almanın saplağı. – Sultan əlini soyuq kola uzadaraq dırnaqları ilə bənövşənin nazik saplağını kəsir. Ə.Sadıq. ‣ Boğazı (boynu) armud saplağına dönmək, boğazı armud saplağı kimi nazikləşmək (nazilmək) – son dərəcə arıqlamaq. Rüstəm bəy gülümsündü: – Onun üçün ikisinin də boynu armud saplağına dönüb də. Çəmənzəminli. Balaca qızın boğazı armud saplağı kimi nazilmişdi. M.Hüseyn. [Çimnaz arvad:] ..O qədər arıqlamısan ki, boğazın uzanıb armud saplağına dönübdür. Ə.Əbülhəsən. saplaqcıq is. Kiçik saplaq, nazik saplaq. Otun saplaqcığı. Gülün saplaqcığı. saplaqlı sif. Saplağı olan, bəndəmli. Saplaqlı meyvə. Saplaqlı gül. – Çəmənlər arası yamyaşıl budaqların ara-bərəsindən uzun saplaqlı armudlar saralır, yupyumru almalar qızarıb allanırdı. S.Rəhimov. saplama “Saplamaq”dan f.is. saplamaq f.\n1. İynənin gözünə sap keçirmək. İynəni saplamaq. – Həsən .. sap çıxardıb sapladı və barmağına üskük taxıb, şalvarın arxasını diqqətlə büzələməyə başladı. Çəmənzəminli. [Maritsa] iynəni çətinliklə saplayır, asta-asta tikirdi. S.Vəliyev.\n2. Əl yeri qayırmaq, sap taxmaq. Baltanı saplamaq. Çəkici saplamaq. – [Əsgər] ..xəlvət səngərə çəkilib çiynində kürk, əlində dəri əlcək bel saplayır, külüng itiləyir, kərki düzəldirdi. Mir Cəlal.\n3. Ucu şiş, iti aləti sapına (dəstəsinə) qədər soxmaq, keçirmək. [Yusif] qoynunda saxladığı ufaq xəncəri xaqanın köksünə saplar. H.Cavid. Üzərini qapladım; Ürəyinə sapladım; O dilbilməz bıçağı. S.Rüstəm. saplanma “Saplanmaq”dan f.is. saplanmaq məch.\n1. Dəstəsinə qədər batmaq, girmək, keçmək, soxulmaq. Onu hey andıqca hər axşam, səhər; Qəlbimin başına saplanır xəncər. A.Şaiq. // məc. Batmaq, sancılmaq. [Səlim:] Ah! Bu yalan bir söz, zəhərli bir ox; Ağzından uçub qəlbimə saplanır. H.Cavid. Fəqət bu qəhrəmanlıq, bu çevikliyə qarşı qüvvətli bir mizraq onun qəlbinə saplandı. H.Nəzərli.\n2. məc. Dikilib qalmaq (göz, baxış haqqında). Nəhayət, gözləri Mənsurun gözlərinə saplandı, baxdı, baxdı, heç bir söz demədi. C.Cabbarlı. saplı sif. Sapı, dəstəsi olan. Qara saplı bıçaq. Saplı bel. – Paşa bəy gümüş saplı qamçısını çəkməsinin burnuna vura-vura soruşurdu. Ə.Vəliyev. ..Uzun saplı qəlyanını tüstülədə-tüstülədə qulaq asan Nəcəfalı kişi boğazını arıtlayıb içəri girdi. B.Bayramov. saplıca bax. sapılca. Qərənfil xala yağı əritmək üçün saplıcanı ocağın üstünə qoydu. Ə.Vəliyev. sapma “Sapmaq”dan f.is. sapmaq f.\n1. Düz yoldan çıxıb, sağa və ya sola dönərək başqa bir yola girmək, başqa istiqamət almaq; yolu azdırmaq. [Kor aşıq Qəhrəmana:] Həmən qoşdum sağa-sola saparkən; Baxdım ki, səs gəlir bənövşəlikdən. H.Cavid. Atlı çaparaq; Yoldan saparaq; Günbatan tərəfə çapdı atını; Üfüqlər gizlədi o qaraltını. S.Vurğun.\n2. məc. Doğru yoldan çıxıb yanlış yola düşmək (çox vaxt “yol” sözü ilə bərabər işlənir). [Knyaz:] Sən də onlar kimi sapmış (f.sif.) başıboş. H.Cavid. Qapılıb hissə bu gün doğru yolumdan sapdım! S.Rüstəm. sappasağ bax. sapsağ. [Sərvinaz qarı:] Bir qoca sınıqçı taxta qoyub sarıdı, bir azdan sonra sappasağ oldu. B.Bayramov. sapsağ sif. Lap sağ, tamamilə sağlam, sapsağlam. Sapsağ uşaq. – Hüseynqulu ağa üzünü arvadına tərəf tutub dedi: – İndi sapsağ qızı azarlı edəcəksən. S.S.Axundov. [Rəşid:] Gövhər xanımı həyətdə sapsağ (z.) gördüyümü demək istəmirdim. İ.Hüseynov. sapsağlam sif. Heç bir xəstəliyi olmayan, tamamilə sağlam. Sapsağlam oğlan. – [Səlma] Şükür, çox şükür, sapsağlam, könlü şad; Bu gün, yarın gəlmək üzrə Qanpolad. H.Cavid. [Kərim baba] yaşlı olduğu halda, daima açıq, geniş çöllərdə yaşamış bu adamın üzü ətli, yanaqları qıpqırmızı, vücudu sapsağlam idi. A.Şaiq. sapsağlamlıq is. Tamamilə sağlam olma, heç bir xəstəliyi olmama; tamamilə sağlam adamın halı. sapsağlıq bax. sapsağlamlıq. sapsarı sif. Lap sarı, tamamilə sarı, çox saralmış. Kitabın sapsarı vərəqləri. – Sapsarıdır ağacların; Xəzəl olmuş yarpaqları. S.Vurğun. Gecə ay doğacaq, rəngi sapsarı; Göylərin sayrışan şux ulduzları; Buluddan buluda süzüləcəkdir; Sənsiz taqətləri uzüləcəkdir! M.Müşfiq. Bəhmən şaxta vurmuş adamlar təkin büzüşmüşdü. Bənizi sapsarı idi. İ.Məlikzadə. • Sapsarı saralmaq – xəstəlikdən, acından və s. səbəbdən rəngi saralmaq, solmaq. Gəlin sapsarı saralsa da, özünü sındırmadı. İ.Şıxlı. sapsarılıq is. Sapsarı şeyin halı. sapşəkilli sif. Sapa oxşayan, sap kimi; sapaoxşar. Sapşəkilli tük. Sapşəkilli qurd. sapvari sif. Sap kimi nazik, uzun; sapaoxşar. sapyor is. [fr.] Mühəndis işləri ilə məşğul olan hərbi qulluqçu; minatəmizləyən. sapyorluq is. Sapyorluq peşəsi. sar is. [fars.]\n1. Sərçələr sinfindən yırtıcı quş. Tərlan yerin sar tutmaz. (Ata. sözü). İtkin düşdü tülək-tərlan; Sar da kəklik alan oldu. Aşıq Ələsgər. Tutun keçidləri, kəsin yolları; Tərlan ovlağında sar görünməsin. H.Hüseynzadə.\n2. məc. Yırtıcı, vəhşi mənasında. [İskəndər:] Ey xaqan, mən hara, İskəndər hara? O igid qartalı bənzətmə sara. A.Şaiq. Bir tərlanı tora saldı qanlı sar; Bir göyərçin gəlib oldu xilaskar. M.Rahim. sarab bax. sərab. Lakin Ağabəyimin sığındığı sahil idimi, sarab idimi? Çəmənzəminli. sarafan [fars. – “fəxri geyim” sözündəndir]\n1. Uzun qadın paltarı, adətən qolsuz olur və köynəyin üstündən geyilir. (XIX-XX əsrlərdə Rusiyada ancaq kəndlərdə geyilərdi).\n2. Adətən çiyinliklə tikilən qolsuz, yüngül yay qadın paltarı. Çox çəkmədi, sarafan geymiş bir qadın içəri girdi. Mir Cəlal. sarağan is. bot. Sarıyaçalar gövdəsi və xırda çiçəkləri olan, süpürgəşəkilli hündür kollardan ibarət bəzək bitkisi (bu bitkidən boyaq maddəsi kimi də istifadə edilir). Şəmşir deyir, biilqarda bir etibar görmədim; Mən söyüddə, sarağanda, ulğunda bar görmədim. Aşıq Şəmşir. Əyinlərində sarağana, mazı xəmirinə, kəpək horrasına, əhəngə bulaşmış qısa tumanlı, bənizi soluq, arıq və xəstə görünüşlü fəhlələr nəzərə çarpır və onlar insana çox ağır təsir bağışlayırdı. P.Makulu. saralıb-solma “Saralıb-solmaq”dan f.is. saralıb-solmaq bax. saralmaq. Əlinlə qurduğun barlı bağçalar; Tufanlar qopsa da saralıb-solmaz. S.Vurğun. Düzənliklərdə alaqanqal enə-boya verir, tez baş qaldırıb, tez saralıb-solan (f.sif.) novruzgülləri hər yana sarı rəng çəkirdi. Ə.Vəliyev. saralma “Saralmaq”dan f.is. saralmaq f. Sarı rəng almaq, sarı olmaq. Stolların üstünə yığılmış qəzet, jurnallar rütubətdən saralmışdı. İ.Əfəndiyev. Yazısı pozulmuş kağız hisdən sapsarı saralmışdı. B.Bayramov. // Yetişmək (meyvə haqqında). Sonra o ilin payızında .. heyvalar saralanda, dam üstünə qalxmış tənəklərdə ağır üzüm salxımları aşağı asılanda Afaq da ilkini doğdu. Ə.Məmmədxanlı. “N” şəhərindən uzaqlaşarkən hər tərəfdə yetişmiş taxıl zəmiləri saralırdı. S.Şamilov. // Xəzan olmaq, solmaq, soluxmaq. Gün altında quruduqca vətən çölləri; Öz vaxtından tez saralır güllər, çiçəklər. S.Vurğun. Hava yavaş-yavaş tutulub qaralır, narın çiskin başlayır, asta yel saralan çinar yarpaqlarını töküb ətrafa səpələyirdi. S.Rəhimov. // Xəstəlikdən, dərddən, həyəcandan, qorxudan və s.-dən üzünün rəngi qaçmaq, solmaq. Azardan saralmaq. Qorxudan saralmaq. – Eşq oduna yanan aşkara yanmaz; Pünhan-pünhan mənim kimi saralı. Aşıq Ələsgər. Şahməmməd adı eşidəndə pişxidmətin rəngi saraldı. Çəmənzəminli. Hər yerdən “doğrudur, doğrudur!” səsi gəldikcə Yarməmməd ölür, Salman saralırdı. M.İbrahimov. saraltı is. Uzaqdan sarı rəngdə görünən şey. Uzaqda saraltı görünür. – Qalmışdı buludda azca saraltı; Aşırdı dağları iki qaraltı. H.K.Sanılı. Səməd gözlərini kəndin üzərindən o tərəfə, saraltıları çəkilməkdə olan üfüqə dikdi. İ.Hüseynov. saraltma “Saraltmaq”dan f.is. saraltmaq f. Saralmasına səbəb olmaq, soldurmaq. Dərd-qəm qızı saraltdı. Azar uşağı saraltdı. – Gecə keçdi qaraldan; Seçilmirsən maraldan; Nə dərdim var, nə qəmim; Sənsən məni saraldan. (Bayatı). [Şərəf xanım:] Görürəm, qızı nə hala salmısan. Saraldıb heyvaya döndərmisən. S.S.Axundov. saray is.\n1. Padşahın, dövlət başçısının, yaxud padşah ailəsinin daimi yaşadığı həşəmətli bina, ev. Şirvanşahlar sarayı. Qış sarayı. – Oxu tar... Səsini dinləmiş; Şahların, xanların sarayı. M.Müşfiq. // Ümumiyyətlə, öz həşəmət və əzəməti ilə nəzəri cəlb edən bina, ev. Mərmər saraylar.\n2. İctimai təşkilatların olduğu bəzi böyük binaların adlarının tərkibində işlənir. Səadət sarayı. Hökumət sarayı. – Klub və mədəniyyət saraylarında xalq çalğı alətləri ansamblları təşkil edildi. Ə.Bədəlbəyli. [Fərman] bu qızı bir həftə bundan əvvəl tikintinin mədəniyyət sarayında görmüşdü. Ə.Sadıq. ‣ Saray çevrilişi – geniş ictimai qüvvələrin bilavasitə iştirakı olmadan bir padşahın saraydaxili qrup tərəfindən zorakı yolla başqası ilə əvəz edilməsi. II Əbdülhəmid 1876-1909-cu illərdə Türkiyə sultanı olmuşdur. Liberal dairələrin başçısı Midhət Paşanın rəhbərliyi altında həyata keçirilən saray çevrilişi nəticəsində taxta əyləşmişdi. “Hophopnamə”. sarban is. [fars.] Karvanı aparan, karvana başçılıq edən adam; dəvəçi. Acıdın çobana, yoruldun sarbana. (Ata. sözü). Hər dəvənin örkəni şişpapaq, beli qəməli bir sarbanın əlində idi. Çəmənzəminli. Nəhayət, mahnı susarkən, qaranlıqdan sarbanın səsi eşidildi. Ə.Məmmədxanlı. sardelka [ital.] Qısa, yoğun sosiska. sardina [ital. Sardina adasının adından] zool. Siyənək fəsiləsindən xırda balıq. sarənc is. [fars.] Klassik Azərbaycan muğamlarından birinin adı. Bu əsas ladlardan başqa, xeyli yayılmış əlavə ladlar və lad şöbələri də vardır ki, bunlara misal olaraq aşağıdakıları göstərmək mümkündür: “Şahnaz”, “Sarənc”, “Bayatı-kürd”, “Hicaz”, “Qatar” və s. Ü.Hacıbəyov. sarğı is.\n1. Yaranı sarımaq, sınığı bağlamaq və s. üçün uzun kəsilmiş tənzif, bez və s. parçası; bint. Yaranı sarğı ilə bağlamaq. – Artıq sarğı hazır olduqda Vera Əjdərin köynəyini çıxarıb yarasını sarımaq istədi.. S.Rəhman. // Ümumiyyətlə, bir şey sarımaq üçün uzun kəsilmiş bez və s. parça. Baş sarğısı (əmmamə).\n2. Müəyyən məqsədlə qola bağlanan ensiz parça. Qollarında qırmızı sarğı olan nəzarətçilər gələnlərə yer göstərir, hamını nizam və qayda üzrə yerləşdirirlər. M.Rzaquluzadə. sarı I.\n1. sif. Narıncı rənglə yaşıl arasında olan (rəng), limon rəngi, qızıl rəngi. Kiçik süfrənin qırağında qoyulmuş sarı samovar buğlana-buğlana zümzümə edirdi. S.Qədirzadə. // sif. Bu rəngdə olan. Sarı çit. Sarı parça. Sarı saç. Sarı kəhrəba. – Döyülən sarı köynəkli gənc bir qadın idi. S.Hüseyn. // İs. mənasında. Sarıları ağlardan ayırmaq.\n2. Müxtəlif mürəkkəb sözlərin və ya terminlərin birinci tərkib hissəsi; məs.: sarı zanbaq, sarı qızılgül, sarı acıotu, sarı bıtraq və s. – Göy və sarı gilabı ilə baş yuyardılar. H.Sarabski.\n3. is. dan. Qızıl mənasında. Təmiz vicdanı heç bir sarı ləkələyə bilməz! S.Rəhimov. [Danışanlardan biri:] Sarı yaman şeydir. Kökü kəsilsin yer üzündən sarı qızılın. Mir Cəlal. ‣ Sarı ev köhn. – ruhi xəstələr üçün xəstəxana. ...sarı yağ kimi yayılmaq (ürəyinə, canına, bədəninə sözləri ilə) – çox xoşuna gəlmək, çox ləzzət vermək, çox məmnun olmaq. Bu söz ürəyimə sarı yağ kimi yayıldı. – İsti adamın bədəninə sarı yağ kimi yayılırdı. Ə.Vəliyev. Sarı simə vurmaq, sarı simdə çatdırmaq – bir sözü, işi, mətləbi çox incə bir yolla çatdırmaq, nazikanə demək. Əlikram Sənubərin memarlıqdan çox yer fizikası ilə məşğul olduğunu sarı simlərdə [Hidayətə] çatdırır. B.Bayramov.\n\nII. qoş.\n1. Tərəf, səmt. Qapıya sarı getmək. Evə sarı gəlmək. Üzünü pəncərəyə sarı çevirmək. – Bir uşaq .. təngnəfəs [Aynaya] sarı gəlirdi. Ə.Məmmədxanlı. Maşın cıdır düzünə sarı üz tutub sürətini daha da artırdı. H.Seyidbəyli.\n2. Ötrü, üçün (bəzən “ki” bağlayıcısı ilə). Ondan sarı ki, heçnən adam boğazlayırlar. Mir Cəlal.\n3. Sarıdan şəklində – tərəfindən, cəhətindən. Anam sarıdan nigaranam. – Bu gün neçə gündü canan sarıdan; Yetibdi guşuma səda, gedirəm. Q.Zakir. [Dərviş:] Bu binəvaların övlad sarıdan tək bir qızları var idi. A.Divanbəyoğlu. [Reyhan Əzizə:] Nə bilim, bala, ürəyim [Azər] sarıdan sakit deyil. Ə.Məmmədxanlı. sarıbaş sif. Başı (saçları) sarı, kürən. Sarıbaş uşaq. – [Tələbə:] Bir az dayanmışdım, yanımdan 15 yaşında, sarıbaş bir qız gəlib keçdiyini gördüm. Qantəmir. sarıbəniz (=sarıbənizli) sif.\n1. Sarışın. Sarıbəniz qız. – Uzunboylu, sarıbənizli, alagözlü taqım komandanı taqımı fişəng ilə təchiz edirdi. H.Nəzərli. Sarıbəniz uşaqlar həyəcanla bu məhbusları izləyirdilər. S.Vəliyev.\n2. Solğun sifətli, üzünün rəngi qaçmış, solğun. Sarıbənizli xəstə. – Buna görə də Şiraslan gündən-günə arıqlayır, onun sarıbəniz sifəti getdikcə tutulur(du). S.Rəhimov. sarıbənizli (=sarıbəniz) sif.\n1. Sarışın. Sarıbəniz qız. – Uzunboylu, sarıbənizli, alagözlü taqım komandanı taqımı fişəng ilə təchiz edirdi. H.Nəzərli. Sarıbəniz uşaqlar həyəcanla bu məhbusları izləyirdilər. S.Vəliyev.\n2. Solğun sifətli, üzünün rəngi qaçmış, solğun. Sarıbənizli xəstə. – Buna görə də Şiraslan gündən-günə arıqlayır, onun sarıbəniz sifəti getdikcə tutulur(du). S.Rəhimov. sarıbənövşə is. bot. Açıq və ya tündsarı, yaxud mixəyi rəngli gülləri olan çoxillik bitki; şəbgülü. Sarıbənövşə və ya şəbgülü .. açıq-sarı, tünd-sarı, mixəyi, tünd-mixəyi rəngli və kəskin xoş iyli çoxillik bitkidir, bağlarda və güllüklərdə becərilir. M.Qasımov. sarı-bozumtul sif. Sarıya və boza çalan, boza yaxın (rəng). Sarı-bozumtul parça. sarıbuğda is. k.t. İri, sarı dənəli buğda növü. Sarıbuğda unu. Sarıbuğda əkini. – Yenə aşıb-daşacaqdır sarıbuğda anbarımız. S.Vurğun. Hər tərəfdə uzun zəhmət və əməyin məhsulu olan sarıbuğda samandan ayrılır və koma-koma yığılırdı. M.İbrahimov. sarıbülbül is. zool. Parlaq sarı tükləri olan oxuyan quş. Sordum: – Nədən, sarıbülbül; Nəğməndən açılır könül? N.Rəfibəyli. Sarıbülbüllər, torağaylar, göycəqarğalar, cürbəylər, ənlikli bülbüllər hərəsi bir cür səslə oxuyub, səs-səsə verirlər. E.Sultanov. sarıcaotu is. bot. Sarı çiçəkləri bəzən sıx, bəzən də seyrək olan ot bitkisi. sarıçiçək is. bot. Sarı çiçəkləri olan kol-bitki. [Səriyyə:] Biz sarıçiçəklə örtülü yamaca çatanda günəş çıxdı. İ.Əfəndiyev. sarıdimdik is. zool. Dimdiyi sarı kiçik bir quş. sarıdöş is. Döş hissəsi sarı olan quş, at və s. // Sif. mənasında. Sarıdöş alnının ortasında boz zolaq olan qaşqa kəhər burnundan buxar çıxa-çıxa onlara yaxınlaşanda, Maya yəhərin üstündə oturmuş Salmanı tanıdı. M.İbrahimov. sarıgilə is. Girdə, şirin gilələri olan üzüm növü. sarıkol is. bot. Çubuqşəkilli uzun budaqları və sarı rəngli çiçəkləri olan kol bitkisi. Nazağacı və ya sarıkol 3-4 metrə qədər hündürlükdə, qışda yarpağı tökülən koldur. Çubuq şəkilli budaqları yaşıldır və ona görə bitki həmişəyaşıl kimi görünür. Sarı rəngli çiçəkləri may-iyun aylarında açılır. H.Qədirov. sarıkök is. bot. Köklərində efir yağları olan tropik bitki. // Bu bitkinin ədviyyə kimi işlənən kökü. Bığlarına bulaşan bozbaşın sarıkökünü yaylıqla sildikdən sonra Mirzə bu cürə başladı. Qantəmir. Gülgəz dərhal əmlik bir quzu kəsdirib ləzzətli yemək hazırladı. İçinə istiot, sarıkök, darçın vurdu. İ.Əfəndiyev. sarıköklü sif. Sarıkök vurulmuş. Sarıköklü piti. sarıköynək I. is. zool. Sarı dimdikli, oxuyan quş; zərd. Sarıköynəklər, qaranquşlar qayalar arasında oynaşır, kollar arasında itirlər. Mir Cəlal.\n\nII. is. bot. Qabığı sarı yemiş növü. sarı-kürən sif. Qonur, açıq şabalıdı rəngli (at rəngi). sarıq is.\n1. bax. çalma3 1-ci mənada. [Mərsiyəxan] məğrur bir halda .. nəleynini geydi və iki əli ilə tirmə sarığını düzəltdi.. Çəmənzəminli. Mən sənə buyururam ki, bu saat gedib bu sarığı başından açasan, açmasan, vay sənin halına. E.Sultanov.\n2. bax. sarğı 1-ci mənada. Qan quruyub sarığı daşa döndərmişdi. Ə.Əbülhəsən. Aslan cibindəki paketdən sarıq çıxarıb dedi.. S.Vəliyev.\n3. Sarğı ilə bağlanmış şey, bağlı. Müəllim birinci sarığı açdı. Ə.Vəliyev. sarıqanad (=sarıqanadlı) sif. Qanadlarının rəngi sarı olan. Sarıqanadlı kəpənəklər. sarıqanadlı (=sarıqanad) sif. Qanadlarının rəngi sarı olan. Sarıqanadlı kəpənəklər. sarı-qırmızı sif. Tünd-sarı, qırmızıyaçalar (rəng). Sarı-qırmızı kəlağayı. sarı-qızılı sif. Tünd-sarı, qızılaçalar (rəng). Sarı-qızılı parça. – Noyabrın sarıqızılı örpəyi; Açıldıqca xəzəl olar yarpaqlar. M.Dilbazi. sarıqlı sif.\n1. din. Başına sarıq qoymuş, başında sarıq olan, çalmalı. Bu küçənin .. başı sarıqlı axundları ilə başı silindrli ziyalıları bir müqəddərat daşıyırdılar. S.Hüseyn. Sarıqlı mollanın “cahad” haqqındakı sözləri çox adamlara yer elədi. Mir Cəlal. // is. Molla, ruhani, müsəlman din xadimi (bu mənada adətən “başısarıqlı” şəklində işlənir).\n2. Bint, sarğı və s. ilə sarınmış, bağlanmış (yara, sınıq və s. haqqında). Sarıqlı qol. Sarıqlı ayaq. Üzü sarıqlı olmaq. – Bir gün Hacı Rüstəmin dükan qonşusu usta Həsən papaqçı gördü: budur Hacı, başı, gözü sarıqlı yaman bir halda gəlir. Ə.Haqverdiyev. Xavər dörd aylıq dəhşətli əzablardan arıqlamış, ordları batmış Kərimxana baxır, gözünü sarıqlı gözündən çəkə bilmirdi. M.İbrahimov.\n3. İp, sarğı və s. ilə bağlanmış. Dərviş gözünü açıb gördü ki, bir divin dalısında əlayağı sarıqlı gedir. (Nağıl).\n4. Üzərinə bir şey sarınmış. Şəkildə görünən zatın başındakı sarıqlı fəs, əynindəki gen və biçimsiz şalvar, onun ayağındakı qıvraq çarıq qızın diqqətini özünə cəlb etmişdi. M.S.Ordubadi. sarılı sif. Sarılmış, sarğı ilə bağlanmış. Müəllimin böyründə qəzetə sarılı iki şey vardı. Ə.Vəliyev. sarılıq is.\n1. Sarı şeyin halı, sarı rəngdə olma.\n2. tib. Qaraciyərin fəaliyyətinin pozulması nəticəsində bəzən dərinin sarı rəng alması şəklində təzahür edən xəstəliyin adı. Bu hadisədən Molla Qasım sarılıq azarına düşüb xəstə yatdı. S.S.Axundov. sarılma “Sarılmaq”dan f.is. sarılmaq f.\n1. Bir şeyin ətrafına, dövrəsinə dolanmaq, dövrələnmək. Gülab ilə sığallanır, sulanır; Baş qoyur, sarılır qulağa zülfün. M.P.Vaqif. [Xanımın] çəhrayı arxalıq sinəsində yarımdairə təşkil edərək qızıl toqqa sarılmış (f.sif.) incə belində düymələnmişdi. Çəmənzəminli.\n2. Bükülmək. Parça kağıza sarılıb. – Tüfəng yağlı bir əsgiyə sarılıb küncdə qoyulmuşdu. M.Rzaquluzadə.\n3. məc. Bir-birini qucaqlamaq, qucaqlaşmaq. Kiçik daxmada üç nəfər fəlakətzədə xəyalat içində huşa gedib bir-birinə sarılmışdı. C.Cabbarlı. Ana-qız bir-birlərinə sarıldılar. S.Rəhman.\n4. məc. Bir şeydən bərk-bərk yapışmaq, böyük həvəslə, şövqlə bir şeyə girişmək. Bu varlığınla sarıl zəhmət ilə biliyə; Başın dönsün günəşə, qolların bir çəliyə. A.Şaiq. Deyirlər sarılıb diləklərinə; Zəhmətə məftunsan bir aşıq kimi. M.Müşfiq. • Qələmə sarılmaq – yazmağa, yazıçılığa, mühərrirliyə başlamaq. Nurcabbarın ürəyi dolu idi və ürəyini boşaltmaq üçün qələmə sarılmaqdan savayı əncam görmürdü... İ.Məlikzadə. ‣ Silaha (qılınca) sarılmaq – silahla silahlanmaq, qılıncla silahlanmaq, əlinə silah (qılınc) götürmək, silahdan (qılıncdan) yapışmaq. Bu gün silaha sarılaraq [inqilab] mübarizəsinə qalxan bütün təbrizlilər bilməli və yaddan çıxarmamalıdır ki, hazırda başladığımız bu qiyam rus xalqının əleyhinə deyil. M.S.Ordubadi. [Elçin:] Ağvan cəngavəri on səkkiz yaşından qılınca sarılır. M.Hüseyn. sarıma 1. “Sarımaq”dan f.is.\n2. Sarıma işi ilə məşğul olan, sarıyıcı. sarımaq f.\n1. Bir şeyin üzərinə dolamaq. Yumaq sarımaq. – O əllər .. cəhrə dolandırmaqdan, lülə sarımaqdan qabar olub, ağaca dönmüşdü. Ə.Əbülhəsən.\n2. İp və s. ilə üstündən, hər tərəfdən dövrələmə bağlamaq. Qutuları sarımaq. Kitabları sarımaq. // İp və s. ilə başqa bir şeyi üzərinə bağlayaraq bənd etmək. [Koroğlunu] sonra bir-iki kəndirlə də sarıdılar ata. “Koroğlu”. [Qədiri] dirəyə sarıdılar. Mir Cəlal. // Sarğı dolamaq, sarğı ilə bağlamaq. Ayağını sarımaq. Başını sarımaq. – Sınıqçı, Məşədi Əsgərdən üç manat alıb qolunu sarıdı. S.M.Qənizadə. Hənifə arvadla Gülgəz Səmədin dizinin tikanlarını çıxardıb yarasını sarımışlar.. İ.Hüseynov.\n3. məc. Bürümək, tutmaq, qaplamaq, çulğamaq. [Nüşabə:] Sənə qəlbimdə bir iman vardı; Könlümü şübhə, tərəddüd sarıdı. A.Şaiq.\n4. məc. Ələ salmaq, dolamaq, araya qoymaq. Bir başqa tələbə Əsədi sarımaq istədi. S.Rəhimov. sarımsaq is. bot. Soğan cinsindən çox kəskin iyi və dadı olan tərəvəz. sarımsaqlı sif. Sarımsaq qatılmış, sarımsaq vurulmuş, içində sarımsaq olan. [Məsumə] Firəngizin arzusu ilə bişirdiyi buğlamanı, sarımsaqlı qatığı süfrəyə gətirdi. B.Bayramov. [Sultan:] [Səməd] buralarda ol, gedək evə, sənin üçün sarımsaqlı, iştahaaçan şey bişirtdirim. İ.Hüseynov. sarımsaqotu is. bot. Meşəlik yerlərdə bitən ikiillik yabanı bitki. Sarımsaqotu .. meşəlik yerlərdə bitən və 20-100 sm hündürlükdə olan ikiillik qollu-budaqlı bitkidir. M.Qasımov. sarımsov (=sarımtıl) sif. Sarı rəngə çalan, sarıyaçalar. Sarımtıl saç. Sarımtıl parça. Sarımtıl qaş. – Bu zaman su sarımtıl bir rəngə çalırdı. S.Rəhman. [Leytenant] papiros çıxartdı, kibritin sarımtıl alovu [leytenantın] üzündə titrədi. İ.Əfəndiyev. sarımtıl (=sarımsov) sif. Sarı rəngə çalan, sarıyaçalar. Sarımtıl saç. Sarımtıl parça. Sarımtıl qaş. – Bu zaman su sarımtıl bir rəngə çalırdı. S.Rəhman. [Leytenant] papiros çıxartdı, kibritin sarımtıl alovu [leytenantın] üzündə titrədi. İ.Əfəndiyev. sarımtraq bax. sarımtıl. Sarımtraq üz. Sarımtraq lent. – [Araz] ayılarkən kameranın içərilərinə uzanan sarımtraq bir işıq zolağından səhər olduğunu bildi. A.Şaiq. sarınma “Sarınmaq”dan f.is. Pristav Mehdi bəyin ağaca sarınması xəbəri bütün mahala yayılır. “Qaçaq Nəbi”. sarınmaq f.\n1. Bürünmək, örtünmək. Çadraya sarınmaq. Örpəyə sarınmaq. – Mənim kimi bir sirdaşın yanında; Qayım-qayım sarınmağın nədəndir? M.P.Vaqif. Molla abasına bərk sarındıqdan sonra məktubu Qurbana oxudu. A.Şaiq.\n2. Sarğı ilə bağlanmaq. [Roza:] Əllərimlə sarınarsa bir yara; Zəhərli də olsa, çapuq sağalar. H.Nəzərli.\n3. İp, qayış və s. ilə başqa bir şeyin üzərini bərk-bərk bağlayıb bənd edilmək. Çarpayıya sarındığım üçün dikələ bilmədim. Mir Cəlal. sarıntı bax. saraltı. Doktor qabaqca Rzaquluxanın üzünü mülahizə edirdi. Çöhrəsi qayət solğun isə də yanaqlarında sarıntı ilə qarışıq bir qırmızılıq qalmışdı. M.S.Ordubadi. sarısaç (=sarısaçlı) sif. Saçı sarı; kürən. Sarısaçlı qız. Sarısaç uşaq. – ..İkinci maşının qabağında .. sarısaç bir oğlan durmuşdu. Mir Cəlal. ..Qaradinməz oğlana nəzər salan sarısaç katib əlini pəncərəyə tərəf tuşladı.. B.Bayramov. sarısaçlı (=sarısaç) sif. Saçı sarı; kürən. Sarısaçlı qız. Sarısaç uşaq. – ..İkinci maşının qabağında .. sarısaç bir oğlan durmuşdu. Mir Cəlal. ..Qaradinməz oğlana nəzər salan sarısaç katib əlini pəncərəyə tərəf tuşladı.. B.Bayramov. sarısəndəl zool. bax. sarıköynək1. ..Bir sıra quşların erkək və dişiləri rənglərinə və digər xarici əlamətlərinə görə fərqlənirlər. Məsələn, damsərçəsi, qırqovul, sarısəndəl .. və sairə rənglərinə görə seçilirlər. A.Ələkbərov. sarısifət (=sarısifətli) sif. Üzünün rəngi saralmış. Sarısifət adam. sarısifətli (=sarısifət) sif. Üzünün rəngi saralmış. Sarısifət adam. sarısüsən is. bot. Bataqlıq yerlərdə bitən sarı gövdəli bitki. sarışın sif. Sarıyaçalar, sarıyağız. Sarışın saç. Sarışın oğlan. Sarışın üz. – Şərifzadənin yanındakı gənc sarışın, enlikürəkli, xoşsima bir adam idi. P.Makulu. Səməd utancaqlıqla süfrənin böyründə durmuş, sarışın, çatmaqaş, cığalı qıza baxdı. İ.Hüseynov. sarışmaq bax. sarmaşmaq 2-ci mənada. Görüşübən eyləmədik xoş səfa; Qucaqlaşıb sarışmadıq, ayrıldıq. M.P.Vaqif. Gəlin, salamlayaq doğma baharı; Ana yurdumuzun ana qolları; Baharın boynuna sarışan gündür. N.Xəzri. sarıtikan is. bot. Yarpağı tikanlı, sarı gövdəli bitki. sarıyaçalar bax. sarımtıl. Sarıyaçalar parça. Sarıyaçalar sap. sarıyağız (=sarıyanız) sif. Üzünün rəngi və saçları sarıya çalan; sarıbəniz, sarışın. Feldşer yanındakı sarıyağız kök oğlana göz vurdu. M.Hüseyn. Sarıyağız, ucaboy, şıq geyimli bir kişi gözucu salam verib, [Vahid ilə Rübabənin] yanından ötdü. Mir Cəlal. sarıyanız (=sarıyağız) sif. Üzünün rəngi və saçları sarıya çalan; sarıbəniz, sarışın. Feldşer yanındakı sarıyağız kök oğlana göz vurdu. M.Hüseyn. Sarıyağız, ucaboy, şıq geyimli bir kişi gözucu salam verib, [Vahid ilə Rübabənin] yanından ötdü. Mir Cəlal. sarıyıcı is. Sap, ip və s. sarıyan fəhlə. İpək sarıyıcısı. Zavodun qabaqcıl sarıyıcısı. sarızanbaq is. bot. Zanbağın sarı növü. sarja [fr. serge] Sapı diaqonal toxunmuş astarlıq parça. sarkazm [yun. saqkasmos] ədəb. Çox acı, kəskin gülüş, kinayə. Bu yazılarda .. imperialistlərə qarşı öldürücü bir sarkazm vardır. M.İbrahimov. sarkofaq [yun. sarkophaqos] Qədim xalqlarda daş tabut; sonralar – məqbərə. sarkoma [yun. sarkoma – ət törəməsi] tib. Adətən sümük toxumalarında əmələ gələn xətərli şiş. Sümük sarkoması. sarqac is.\n1. Qapqara, makara.\n2. Məftil sarınmış çarx. sarma 1. “Sarmaq”dan f.is.\n2. Parça üzərində güləbətinlə işlənmiş incə naxış, bəzək. [Kənd qızları] yeridikcə köynəklərinin ətəklərinə, küləcələrinin yaxalarına tikdikləri sarmalar, gümüş pullar səslənirdi. Ə.Abasov. sarmaq f. Bürümək, tutmaq, çulğamaq, qaplamaq; yayılıb təsiri altına almaq. Sağ ol! Saq ol! – səsləri məclisi sardı. M.Müşfiq. Biz döyüşdük günəşə bağlı qalan ümidlə; Döyüşdük, gur səsimiz geniş çölləri sardı. R.Rza. sarmalamaq bax. sarmaq. Günəş məmnun gülümsəyərək qoltuğundakı şalla Arazı bir uşaq kimi sarır, sarmalayır. A.Şaiq. sarmaşıq is. bot. Ağ-qırmızımtıl çiçəkləri olan, sarmaşaraq uzanan bitki. Qəməriyənin dörd tərəfini əlvan çiçəkli sarmaşıqlar almış(dı). A.Şaiq. Pəncərədən baş uzatsın otaqlara sarmaşıq; Üzə gülsün hər səliqə, hər şeydəki yaraşıq. S.Vurğun. sarmaşma “Sarmaşmaq”dan f.is. sarmaşmaq f.\n1. Bir şeyin ətrafına dolanmaq, sarılmaq. Eləmi tikan gülə; Sarmaşıb tikan gülə; Fələk də göz dikibmiş; Mən gözüm dikən gülə. (Bayatı). Dəmirov Əlisanın yay otağını gözdən keçirib: – Doğrudan da gözəldir, – dedi, – sarmaşıqlar qəribə sarmaşıbdır. S.Rəhimov.\n2. Qucaqlaşmaq, bir-birinə sarılmaq. Beyrək və yoldaşları cəfakeş kürəkçilərlə həsrətli doğma qardaşlar kimi bir-birlərinə sarmaşdılar. M.Rzaquluzadə. Ana ilə bala bir-birinə sarmaşdılar. Ə.Məmmədxanlı. sarmatlar Eramızdan əvvəl VI-II əsrlərdə Volqa çayı, Qara dəniz və Azov sahillərindəki çöllərdə yaşamış köçəri tayfalardan bir qrupunun adı. sarp sif. Keçilməsi, üstünə çıxılması çox çətin olan; çox dik, sıldırım, yalçın. Yolun sağ tərəfindəki sarp qayanın arxasından üfüq ağarmağa başladı. H.Nəzərli. Tiflis şəhərini iki yerə təqsim edən Kür çayı sarp qayalara çarparaq hiddətlə çağlayırdı. A.Şaiq. Bir azdan Aran çayının sarp qayalıqları iniltili bir səslə əks-səda verdi. İ.Hüseynov. sarpinka is. [rus.] Nazik pambıq parça. sarpma “Sarpmaq”dan f.is. sarpmaq bax. sapmaq. [Qəhrəman] məsələni çox soyuqqanlılıqla həll etmək, Yusifi sarpdığı əyri yoldan doğru yola dəvət etmək istəyirdi. Ə.Vəliyev. sarsaq sif. Səfeh, gic, axmaq, abdal. Sarsaq köpək qaysavadan pay umar. (Ata. sözü). // Mənasız, boş, ağılsız (söz, hərəkət, iş və s.). [Cahangir ağa:] Ondan sarsaq iş baş verməz. Ə.Haqverdiyev. // Zərf mənasında. Sarsaq danışmaq. – [Niyaz:] A kişi, sarsaq olma, gəl odunu şələlə dalına, itil cəhənnəmə. Ə.Haqverdiyev. // İs. mənasında. Bəzən söyüş kimi işlənir. [Hacı Bayram:] Sarsağın qızı, məni kim öldürəcək?! Ə.Haqverdiyev. sarsaq-sarsaq zərf Gic-gic, axmaqaxmaq, mənasız. Sarsaq-sarsaq danışmaq. Sarsaq-sarsaq gülmək. – Teymur hirslənir ki: – Nə sarsaq-sarsaq danışırsan? Necə yəni qaz birqıçlı olar? “M.N.lətif.” sarsaqca (=sarsaqcasına) zərf Axmaqcasına, ağılsızcasına. Sarsaqcasına inad etmək. Sarsaqca hərəkət etmək. sarsaqcasına (=sarsaqca) zərf Axmaqcasına, ağılsızcasına. Sarsaqcasına inad etmək. Sarsaqca hərəkət etmək. sarsaqlama “Sarsaqlamaq”dan f.is. sarsaqlamaq f. Səfehləmək, ağlını itirmək, gicləşmək, axmaqlamaq; xərifləmək. Müəllimi gülmək tutmuşdu. Fikrinə gəlirdi ki, bu adam sarsaqlamışdır. S.Hüseyn. // Sarsaqlaşmaq, başı xarab olmaq. [Misir:] [Behbud] sizin nəslin hamısı qocalanda sarsaqlayır. Ə.Vəliyev. // Sarsaq iş tutmaq, sarsaq hərəkət etmək, sarsaq danışmaq. [Leyla:] A kişi, başa düş, gəl sarsaqlama; Ağrımaz başına yaylıq bağlama. S.Rüstəm. sarsaqlaşma “Sarsaqlaşmaq”dan f.is. sarsaqlaşmaq f. Getdikcə ağlını itirmək, gicləşmək, axmaqlaşmaq, xərifləmək. sarsaqlıq is. Axmaqlıq, ağılsızlıq, giclik, səfehlik. Sarsaqlığından işlər başına gəlir. – [Şamil:] Mənim dəstəmdən xain? Yaxşı, olsun! Əgər o doğrudan da sarsaqlıq eləmişsə, əmin olsun, cəzasını mən özüm verəcəm. M.Hüseyn. // Sarsaq hərəkət, axmaq iş. sarsıdıcı sif.\n1. Çox güclü, çox ağır, dağıdıcı, məhvedici. Sarsıdıcı zərbə endirmək. – Sarsıdıcı zərbə altında dayanmayan düşmən təyyarələri geri qaçırdı. S.Rəhimov.\n2. məc. Çox təsirli, çox həyəcanlı, çox güclü, adamı sarsıdan. Sarsıdıcı mənzərə. Sarsıdıcı hadisə. – Mahrunun gətirdiyi xəbər sarsıdıcı bir xəbər idi. M.S.Ordubadi. Rəisin sözləri həkim üçün nə qədər gözlənilməzdisə, bir o qədər də sarsıdıcı idi. Ə.Vəliyev. sarsılma “Sarsılmaq”dan f.is. sarsılmaq f.\n1. Şiddətli zərbədən dağılmaq, uçmaq, böyük zədə almaq; titrəmək. Bizim təyyarələr... Od saçır hər yan; Topların səsindən sarsılır cahan. M.Rahim. Yaxınlığa düşən mərmi partlayışından qazma möhkəmcə sarsıldı, lampa söndü .. ara qarışdı. Ə.Əbülhəsən.\n2. məc. Təsirli, kədərli bir xəbərdən, işdən, hadisədən və s.-dən çox böyük həyəcan keçirmək, ruhi əzab çəkmək, mütəəssir olmaq, sarsıntı keçirmək. Oğlan bu dəhşətli tələbdən sarsıldı. Mir Cəlal. Kamal bu sərt, amansız həqiqəti ona söyləyəndə ana sarsılmışdı.. M.Rzaquluzadə.\n3. məc. Qırılmaq, puç olmaq, alt-üst olmaq. Onun ümidləri hər tərəfdən sarsılmışdı. M.S.Ordubadi. sarsılmaz sif. Möhkəm, mətin, səbatlı, dayanıqlı, dəyişməz, dağılmaz, pozulmaz. Qətibə .. Nizaminin qadın gözəlliyi qarşısında sarsılmaz olduğunu bir neçə kərə sınaq etmişdi. M.S.Ordubadi. Paxır götürməyən düzlük, açıqlıq; Sarsılmaz qalamdır, yuvamdır mənim! X.Rza. sarsılmazlıq is. Möhkəmlik, səbatlılıq, dayanıqlılıq, dağılmazlıq, pozulmazlıq, dəyişməzlik. sarsıma “Sarsımaq”dan f.is. sarsımaq f.\n1. Güclü bir zərbədən titrəmək, lərzəyə gəlmək, yerindən oynamaq.\n2. məc. Güclü həyəcan keçirmək, sarsılmaq (bu mənada adətən tərkiblərdə işlənir). Sübhanverdizadə əli ilə onun saçını tumarlaya-tumarlaya barmağını onun çənəsinə toxundurdu və ildırım vurmuş kimi bütün vücudu ilə sarsıdı. S.Rəhimov. sarsıntı is.\n1. Bərk zərbə nəticəsində tərpənmə, lərzəyə gəlmə, yerindən oynama; titrəyiş, zəlzələ. Yer sarsıntısı (zəlzələ). – ..Möhkəm bünövrəsi olan bir binanı hansı sarsıntı uçura bilər? S.Rəhimov.\n2. məc. Həyəcan. Deyirsən, dərd oldu bizə eşqimiz; Sarsıntı, üzüntü yetməzmi artıq? B.Vahabzadə.\n3. məc. Ağır ruhi əzab, həyəcan, müsibət. Böyük sarsıntıya düçar olmaq. – Qaraş ruhi sarsıntı içərisində oturub fikrə getmişdi. M.İbrahimov. Muxtara getdikcə daha artıq sarsıntı üz verirdi. B.Bayramov. sarsıntılı sif.\n1. Silkələnən, yırğalanan, laxlayan, sarsıntıdan zədələnmiş; davamsız, etibarsız. Sarsıntılı divar. Sarsıntılı pilləkən. – Otaqdan qarasifət, dolaşıq saçlı, pəjmürdə bir qadın çıxıb, sarsıntılı balkonda durdu. Çəmənzəminli.\n2. məc. Qüssəli, kədərli, pəjmürdə, halı pozulmuş. sarsıtma “Sarsıtmaq”dan f.is. sarsıtmaq f.\n1. Lərzəyə salmaq, titrətmək, yerindən oynatmaq, laxlatmaq, dağıtmaq, pozmaq, alt-üst etmək. Zəlzələ bir çox binanı sarsıtdı. – Böyük bir gurultu ətrafı sarsıtdı. M.İbrahimov.\n2. məc. Dəhşətə gətirmək, lərzəyə salmaq. Faşizmin gözünə sancdınız bir ox; Sarsıtdı zərbəniz lovğa düşməni. R.Rza.\n3. məc. Müvazinətini pozmaq; bərk həyəcanlandırmaq. Başqa mühit, başqa vəziyyət meyli [Rozanın] dəruni aləmini sarsıtmışdı. Çəmənzəminli. Arvadının ölümü Haşım kişini bərk sarsıtmışdır. Ə.Vəliyev. sarvan bax. sarban. Sarvanlar uyqulu, dəvələr yorğun; Nədir bu heçlikdə bu gülünc oyun?! M.Müşfiq. “Allahü-əkbər!” – deyə sarvan dua oxuyur. B.Vahabzadə. sasanilər is. Sasanilər dövlətində (İran) hakimiyyətdə olan sülalə. sataşqan is. və sif. dan. Adama sataşmağı, öcəşməyi, sürtüşməyi sevən, adam ələ salan. Sataşqan adam. Yaman sataşqansan ha... sataşma “Sataşmaq”dan f.is. sataşmaq f.\n1. Birini acıqlandırmaq, pərt etmək, qanını qaraltmaq, təhqir etmək, ələ salmaq məqsədilə ona söz atmaq və ya başqa bir hərəkət göstərmək; sürtüşmək. [Murad bəy:] Bax, bu adam hər kəssə, sənə sataşmaq istəmişdir, aş qazanını aparmışdır. T.Ş.Simurq. [Gülzar:] Onların ağzı nədi sənə sataşırlar, birçəklərini bircə-bircə yolaram. İ.Hüseynov. // Zarafat məqsədilə söz atmaq, sürtüşmək, pərt etmək. Dilbərin rəfiqəsi yenə də oğlana sataşmaq istədi: – Kişi Fərhaddır, Fərhad! Görmürsən? Ə.Sadıq.\n2. Namusuna toxunmaq. [Qarı:] O Bəylər qarnı yanmış, qız dükana şey almağa gəldikdə çəkib namusuna sataşmışdı. Çəmənzəminli. [Əliyar Toğrula:] [Yaşar] suyumuzu kəsir, qənd vermir, çay vermir, üstəlik bir arvaduşağımıza da sataşır. C.Cabbarlı.\n3. Toxunmaq. [Həsənin] barmaqları zurnaya sataşcaq, əlinə alıb bir segah çaldı. B.Talıblı. ‣ Gözü sataşmaq – bax. göz. [Gülçöhrə:] [Arşınmalçının] gözü gözümə sataşanda elə bil ki, ildırım kimi məni vurur. Ü.Hacıbəyov. satdırma “Satdırmaq”dan f.is. satdırmaq icb.\n1. Satmağa məcbur etmək.\n2. Başqasının vasitəsilə satmaq. Köhnə paltarını satdırmaq. sathasat is. Çox qızğın, arasıkəsilməyən satış, alver. satıb-sovma “Satıb-sovmaq”dan f.is. satıb-sovmaq f. Hər nə var heçə-puça satmaq, dağıtmaq, korlamaq, axırına çıxmaq. Mal-dövləti satıb-sovmaq. – [Cənnətəli ağa:] Heydərqulu, doğrudurmu ki, sən gedib, mədaxilin hamısını satıb-sovub gəlmisən? N.Vəzirov. [Məsum kişi] tələm-tələsik hər şeyi dəyər-dəyməzinə satıb-sovdu. Mir Cəlal. satıb-sovurma “Satıb-sovurmaq”dan f.is. satıb-sovurmaq bax. satıb-sovmaq. Ailə çətinliklə dolanırdı. Evin bütün şeylərini satıb-sovurmuşdular. Q.İlkin. satıcı is. Hər hansı bir şey, mal satan adam. Bazar satıcılarla dolu idi. – Qonşum bazardakı satıcıları adbaad tanıyırdı. S.Rüstəm. // Ticarət müəssisələrində, mağazalarda, dükanlarda və s.-də işləyən, alıcılara mal satan işçi. Universamın satıcıları. – Çadırmağazanın qabağına toplaşıb deyişən arvadların səsi satıcını təngə gətirdi. B.Bayramov. satıcılıq is. Satıcı vəzifəsi, işi. Qonşum mağazada satıcılıq edir. satıl is. Su, süd və s. tökmək üçün armudu formada ağzı gen iri mis qab. Dərhal xəlfə ağ qalaylanmış mis satıllarda şərbət, əlində gülabzən camaat ilə bir yerdə küçəyə çıxardı. H.Sarabski. satılca is. Balaca satıl. Satılcanı şərbətlə doldurmaq. satılma “Satılmaq”dan f.is. satılmaq “Satmaq”dan məch. Axşam satılan (f.sif.) oğurluq maldan pristavın payı qumar oynadığı vaxt gətirilib özünə verilərdi. Ə.Haqverdiyev. [Telli:] Gözümün qabağında anamın birər nişanəsi və yadigarı olan xalçalarım üstümə gələcək arvada paltar alınmaq üçün satıldı. S.Hüseyn. satılmalı sif. Satılmaq üçün olan, satlıq. satılmaz sif. Satılmalı olmayan, satılmayan. // İşə getməyən. Satılmaz mal. satın satın almaq – 1) pulla almaq. Taxılı çəki ilə satın almaq. – Əlbəttə, müftə mal harada idi, pul ilə satın alaq. M.F.Axundzadə; 2) məc. pulla, rüşvətlə əldə etmək, öz tərəfinə çəkmək, öz iradəsinə tabe etmək. [Gültəkin Dövlət bəyə:] Siz məni pulla satın almaq istəyirsiniz? C.Cabbarlı. [Restoran şefi] skripkaçıya böyük ehtiyacı olduğundan [Məzlumu] komendantdan satın aldı. S.Vəliyev; 3) bir sıra isimlərdən sonra gələrək müxtəlif frazeoloji ifadələr düzəldilir; məs.: cənnəti satın almaq, davanı satın almaq. ‣ Elə bil satın alıb – bir şeyi həddindən artıq əzizləyən, qoruyan, ondan əl çəkmək istəməyən, onu özününkü hesab edən adam haqqında. satınalma sif. Pulla alınmış, əvəzində pul verilmiş. ‣ Satınalma qul (kimi) köhn. – itaətkar, hüquqsuz, müti adam haqqında. [Rəhim:] Məgər, Leyla xanım, görməyirsən, mən gecəgündüz xanın qabağında satınalma qul kimi əlibağlı durmuşam?.. N.Vəzirov. [Yusifəli:] Cənab Yavər, mən sənin satınalma qulunam. P.Makulu. satış is.\n1. Satmaq işi, satma, satım.\n2. Satış üçün qoyulmuş, ayrılmış, satılmaq üçün olan, satılan. Satışda olan malları gözdən keçirmək. – [Xərabati] satış üçün əlində tutmuş olduğu kitabları uzadaraq onlara göstərər. H.Cavid.\n3. Satılma. Bütün yol uzunu mənim dostum neft istehsal edilməsindən, satışından və bir də öz iki mühəndisindən danışırdı. B.Talıblı. satin [fr.] Möhkəm parlaq pambıq parça. // Satindən tikilmiş. Satin köynək. Satin tuman. satinet [fr.] Satinin nazik növü. satira [lat.]\n1. Cəmiyyətdəki mənfilikləri, eybəcərlikləri gülməli və kəskin şəkildə ifşa və təsvir edən bədii əsər. C.Məmmədquluzadənin satiraları. – Vaqif yolunun davamçısı olan Zakir şerimizə həqiqi satira gətirmişdir. A.Şaiq.\n2. İfşaedici, acı, öldürücü gülüş. “Molla Nəsrəddin”in gülüşü kəskin bir gülüş, öldürücü bir satira idi. M.İbrahimov. satirik I. sif. Satiraya xas olan, satiraya aid olan, satira mahiyyətində olan. Satirik komediya. Satirik məcmuə. – Satirik şeirlərdə Cəfər Cabbarlı böyük xalq şairi Ələkbər Sabirə oxşamağa çalışırdı. M.Arif.\n\nII. [lat.] is. İncəsənətin hər hansı sahəsində satira cərəyanının nümayəndəsi, satira yazan, satira müəllifi. Satirik yazıçı. Satirik rəssam. – Geniş oxucu kütləsi böyük satiriki “Molla Nəsrəddin”in adı ilə tanımağa başladı. M.İbrahimov. satqı bax. satış 1-ci mənada. satqın sif. Özünü, öz əqidəsini, məsləkini, heysiyyətini pula satan; şərəfsiz, alçaq, rəzil, xain, namərd. Bəndalı Mərəzədə satqın bir qarının evində necə gecələməli olduğunu anasına danışdı. Mir Cəlal. [Aslan Məzluma:] Hələlik öz işindir. Ancaq sonralar belə satqın başın qiyməti ucuz olacaqdır. S.Vəliyev. // İs. mənasında. [Nüşabə:] Satqını sürüyün cıdır düzünə; Hər görən tüpürsün murdar üzünə.. A.Şaiq. Niyə qara yaxır bu satqın bizə? B.Vahabzadə. satqınlıq is. Satqın adamın iş və hərəkəti; rəzillik, şərəfsizlik, namərdlik. [Adil Rəcəbə:] Bəlkə yenə satqınlıq eləmək istəyirsən? B.Bayramov. satlıq sif. Satılmaq üçün olan, satılmalı olan, satılan. Satlıq taxıl. Satlıq kartof. – Sağmal inək bizdə, satlıq yağ sizdə. (Ata. sözü). [Xortdan:] Bir yanda çuval-çuval buğda qoyulub, .. bir yanda satlıq qoyun və qaramal. Ə.Haqverdiyev. • Satlığa qoymaq – satmaq üçün ayırmaq, satmaq üçün qoymaq. [Məsumə Muxtara:] Kaş borcun çıxaydı, ananın paltarını satlığa qoyaydın, ancaq başımıza bu oyunu gətirməyəydin. B.Bayramov. satma “Satmaq”dan f.is. satmaq f.\n1. Pul alaraq əvəzində bir şey vermək. Şey satmaq. Mal satmaq. – [Cahan:] Mən arşınmalçının xalasıyam, özüm də qızlara, arvadlara mal satıram. Ü.Hacıbəyov.\n2. Satqınlıq etmək, xain çıxmaq, xəyanət etmək, ələ vermək. Dostunu satmaq. Yoldaşını satmaq. Vətənini satmaq. – Əgər bu saat [Əlyarovun] başqa bir şofer rastına düşsəydi, açarları Teymurdan alıb ona verərdi. “Rədd ol, get, xozeynini satan şofer mənə lazım deyil!” – deyərdi. M.Hüseyn. [Aslan Məzluma:] Olmaya andımızı pozmaq, düşmənə təslim olmaq və bizi satmaq istəyirsən? S.Vəliyev.\n3. Bir sıra isimlərdən sonra gətirilərək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ağırlıq satmaq, namusunu satmaq, naz satmaq, yalan satmaq və s. saturn is. [lat.]\n1. Günəş sisteminin planeti. Süheyl səyyarəsi.\n2. Qədim Roma mifologiyasında səpin allahı. sauna is. [ing.] Çox yüksək dərəcədə hərarəti olan xüsusi növ hamam. sava sif. Öz vaxtında deyil, sonradan cücərən, gecyetişən (faraş əksi). [Gülşən:] Gecikmiş balaca, sava lalələr yaqut kimi şəfəq saçırdı. İ.Əfəndiyev. savab is. [ər.] İslam dininə görə pis deyil, yaxşı iş görmə (günah əksi). Güman etməyin ki, Şeyx Şəban azan verməyinə muzd alırdı. Xeyr, əstəğfürullah azan verməyi məhz savab əməl hesab edərdi və əcrini qiyamətdə Allahdan gözləyirdi. Ə.Haqverdiyev. [Gülnaz:] Vay bizim halımıza ki, dünyada bir savab qazanmadıq. T.Ş.Simurq. // Canlı dildə, ümumiyyətlə, yaxşı, xeyirli, xeyirxah iş mənasında işlənir. ‣ Savab etmək (eləmək, qazanmaq) – 1) dini baxımdan yaxşı, xeyirli bir iş görmək; 2) ümumiyyətlə, yaxşı, xeyirli bir iş görmək. Heyran göz yaşı ilə sənə yazdı dərdini; Yazsan cavabını, edəcəksən böyük savab. Heyran xanım. [Nəcəfalı:] Gərək elə iş görəsən ki, el savabı qazanasan, bala! B.Bayramov. Savab yiyəsi olmaq – bax. savab etmək (görmək, qazanmaq). [Sultan bəy:] Mənim də muzdum budur ki, savab yiyəsi olaram. Ü.Hacıbəyov. Savaba batmaq – bax. savab etmək (eləmək, qazanmaq). [Ağafan:] Mirzə, savaba batdınız. Hacı kirə verməmək üçün bəhanə axtarırdı. Mir Cəlal. savad I. is. [ər.] Yazıb-oxumağı bacarma; yazı-pozu. [Mozalanbəy:] Axı rusca savadım yoxdur. Ə.Haqverdiyev. Şagirdlərin savadı müxtəlif idi. Aramızda əsla savadı olmayanlar da var idi. T.Ş.Simurq. • Savad almaq – yazıb-oxumağı öyrənmək. Savad vermək – yazıb-oxumağı öyrətmək. [Bəhlul:] [Nənəmin] sol əli anadangəlmə şikəst olduğu üçün atası, “bədbəxt qızın” halına acıyıb ona savad vermişdi. B.Bayramov.\n\nII. is. [ər.] xüs. Gümüşdən qayrılan şeylərin üzərinə salınan qara rəngli naxış. savadçı is. xüs. Savad ustası, gümüş şeylərə savad vuran, savadla bəzəmə ustası olan zərgər. savadlama “Savadlamaq”dan f.is. savadlamaq f. Gümüş şeylərin üzərinə qara naxışlar vurmaq. savadlandırılma “Savadlandırılmaq”dan f.is. Əhalinin savadlandırılması. savadlandırılmaq məch. Yazıboxumaq öyrədilmək. savadlandırma “Savadlandırmaq”dan f.is. savadlandırmaq f. Oxumaq və yazmaq öyrətmək, oxu-yazı öyrətmək. Savadsızları savadlandırmaq. – [İkinci qadın:] ..Savad kursları açıb tamam savadsız qadınları savadlandırarıq. Ə.Haqverdiyev. Firuzə bir neçə dəfə Həsəngilə gələrək Zəhranı savadlandırmaq istəmişdi. M.İbrahimov. savadlanma “Savadlanmaq”dan f.is. Köhnə ərəb əlifbasının çətinliyi geniş xalq kütləsinin savadlanmasına imkan vermirdi. S.S.Axundov. savadlanmaq f. Yazmaq və oxumaq öyrənmək. [Almaz Yaxşıya:] Əlində qazancın olar. Azad olarsan, adam olarsan, savadlanarsan. C.Cabbarlı. savadlı I. sif. Yazıb-oxumağı bacaran. Biçarə tacir məktubu əl-əl gəzdirib, heç bir kəs oxuya bilməyib, Gəncədə də ki savadlı molla tapmaq mümkün deyildir. C.Məmmədquluzadə. // Qrammatik cəhətdən çox düzgün yazan və danışan. Savadlı tələbə. Savadlı şagird. – Katibliyə savadlı adam olmadığından bu iş şəhərdən gələnin boynunda qaldı. Mir Cəlal. // məc. dan. Hər hansı bir sahədə yaxşı biliyi, məlumatı olan; bilikli. Savadlı həkim. – Mollayev savadlı adamlarla vuruşanda daha amansız olurdu. M.Hüseyn. Qadirin fikrincə Veys savadlı, bilikli adam olsaydı, sözünü belə qurtarardı. Ə.Əbülhəsən.\n\nII. sif. Üstünə qara naxışlar çəkilmiş, savad vurulmuş gümüş şeylər haqqında. savadlılıq is. Savadı olma, yazıboxumağı bacarma. savadsız sif.\n1. Savadı olmayan, yazıboxumaq bilməyən. İndi ölkəmizdə savadsız adam çətin tapılar. – [İkinci qadın:] ..Savadsız qadınlar üçün savad kursları açıb tamam savadsız qadınları savadlandırarıq. Ə.Haqverdiyev. Xədicə savadsız bir qız idi. S.Hüseyn.\n2. məc. Bacarıqsız, qabiliyyətsiz, biliksiz; naşı. [Hüsaməddin:] Mən qadınların ruhunu .. öyrənmək işində çox savadsızam. M.S.Ordubadi. // Avam, cahil. savadsızlıq is.\n1. Savadsız olma, yazıboxumağı bacarmama; avamlıq, cəhalət. [Mehribanın] nöqsanı yalnız savadsızlığı idi. S.Hüseyn. “Kəşkül” də “Əkinçi” kimi savadsızlıq və cəhalət əleyhinə çıxaraq, elm və mədəniyyətin yayılması uğrunda çarpışırdı. M.İbrahimov. Özünün iqrar etdiyinə görə tay-tuşları gecə kurslarında da olsa, oxuyub savadsızlıqlarını ləğv etdilər. Ə.Vəliyev.\n2. məc. Bacarıqsızlıq, qabiliyyətsizlik, biliksizlik, naşılıq. savanna [isp.] Tropik və subtropik zonalarda ot örtükləri. savar is. k.t. Vaxtından gec əkilən taxıl. Onlar elə düşünürdülər ki, “Böyük düz” [qonşu kolxoza] verilməzsə, pambıq üçün də torpaq bəs edər, savar səpilən gömgöy taxılı çevirib pambıq əkməzlər. Ə.Əbülhəsən. savaş is.\n1. Müharibə, döyüş, vuruşma, dava. Uzun sürdü qanlı savaş, xalqı ağır günlər aldı. A.Şaiq. Ən qanlı savaşlarda qorxu bilməyən... Qazan xan röyadan çox qorxardı. M.Rzaquluzadə.\n2. Söyüşmə, dalaşma, dava-dalaş. Yaz gününün yağışı – ər-arvadın savaşı. (Ata. sözü). [Gülşən:] Biz söz dedik, savaş demədik ki. O ki qaldı hazırlığa, hər işimiz yerindədir. Ə.Vəliyev. savaşdırma “Savaşdırmaq”dan f.is. savaşdırmaq icb. Bir-birinin üzərinə salışdırmaq, aralarına dava salmaq; vuruşdurmaq. savaşqan sif. Dalaşqan, davakar, savaşmağı, dalaşmağı, dava salmağı sevən. Savaşqan uşaq. savaşqanlıq is. Savaşmağı, dava salmağı xoşlayan adamın xasiyyəti. savaşma “Savaşmaq”dan f.is. Savaş, dava-dalaş. Savaşma daha da böyüyəcəkdi. S.Vəliyev. savaşmaq f. Dalaşmaq, vuruşmaq, söyüşmək, küsüşmək. Dost dost ilə əbəs yerə savaşmaz; Sevənin sevəndən könlü bulaşmaz. M.P.Vaqif. Gahdan xoşluğunan, gah savaşınan; Köksünü açmağın nə damağı var? Aşıq Ələsgər. Dünənki hərb günündə də; Savaşanda ana torpaq; O dəhşətli cəbhələri; Mən burada gördüm ancaq. B.Vahabzadə. savay (=savayı) qoş. Başqa, qeyri. Səndən savayı adamım yoxdur. Evdə uşaqdan savay adam yox idi. – Təsvir etdiyimiz Mirzə Mustafanın göstərdiyimiz sifətlərdən savayı bir başqa sifəti də var idi. E.Sultanov. [Gülpəri:] Ayrandan savay nəyim olacaqdır? N.Nərimanov. Başımı yavaşca qovzayıb yan-yörəmə baxdım. Heyvan sümüyündən və zibildən savayı bir şey görmədim. Çəmənzəminli. savayı (=savay) qoş. Başqa, qeyri. Səndən savayı adamım yoxdur. Evdə uşaqdan savay adam yox idi. – Təsvir etdiyimiz Mirzə Mustafanın göstərdiyimiz sifətlərdən savayı bir başqa sifəti də var idi. E.Sultanov. [Gülpəri:] Ayrandan savay nəyim olacaqdır? N.Nərimanov. Başımı yavaşca qovzayıb yan-yörəmə baxdım. Heyvan sümüyündən və zibildən savayı bir şey görmədim. Çəmənzəminli. say I. is.\n1. Ədəd, rəqəm. Sayı yadda saxlamaq. Sayı öyrənmək.\n2. Miqdar, kəmiyyət. [Həsən ağa:] Şükürlər olsun, gəldikcə ziyalılarımızın sayı artır, onları bir göndər, yanıma gəlsinlər, bir söhbət edək. Ə.Haqverdiyev. • Saya gəlməmək – sayı çox olmaq, miqdarı, kəmiyyəti bilinməmək. Dənizə bax, dənizə, saya gəlməz buruqlar; Suların altında da neft var, qara qızıl var. S.Rüstəm. Dedi: – Bahar əyyamıdır; Sevinclərim gəlməz saya. N.Rəfibəyli. ...sayı yoxdur, ...sayı-hesabı yoxdur – saysızdır, çoxdur. Qarışqanın sayı var idi, qoşunun sayı yoxdur. “Koroğlu”. [Hacı Murad:] Qapısında nökər-qulluqçunun sayı-hesabı yoxdur. S.S.Axundov.\n3. məc. Sayılan, seçilən, hörmətli. Sən ulduzsan, mən ayam; Say quşlardan mən sayam; Məcnun kimi gəzərəm; Leyli müştağındayam. (Bayatı). ‣ Saya almamaq – bax. saymaq 4-cü mənada. Amansız ölümü almayıb saya; Çıxdım qarşısına qara yellərin. S.Rüstəm. Yenidən girməkçin qızğın davaya; Onlar çətinliyi almayır saya. M.Rahim. Saya salmamaq – bax. saya almamaq. Dünyanı saya salmayırdı dəli şair; Dərin-dərin düşünərkən həyata dair. S.Vurğun. [Xuduş:] Bu boyda adamları da saya salmırlar. İ.Əfəndiyev. Saya-sana salmaq – bax. saymaq 3-cü mənada. Heyf ki, Musa dayının Təzə şəhər uşaqlarını saya-sana salmağı uzun çəkmədi. Mir Cəlal.\n\nII. is. Dənizdə, göldə, çayda gəmilər üçün təhlükəli olan dayaz yer. Gəmi saya oturdu. – Çıxır gəmi karvanları neçə dəryaya; Gedir böyük bir qürurla, oturmaz saya. M.Rahim. saya sif.\n1. Bir rəngdə olan, birrəngli. Saya parça. Saya gülməxmər. // Bu parçadan tikilmiş. Saya paltar. Saya kofta. // Naxışsız, gülsüz. Saya ləçək. Saya şal. – [Rüstəm] sətin köynəyi büzməli tumanın içinə salıb, üstündən göy saya jaket geymiş Tellini acıqlıacıqlı süzdü. M.İbrahimov.\n2. Mürəkkəb olmayan, sadə. Saya naxış. Saya ilgək vurmaq.\n3. Sadə. Saya adam. sayaçı is. ədəb. Qoyun, quzu və keçi haqqında mahnı qoşan və oxuyan adam. Sayaçı mahnıları. Sayaçı sözü. – Saya-saya sayadan; Yun gəlir qayadan; Sayaçıya pay verin; Mazlığı mayadan. (Bayatı). sayad bax. səyyad. Sayadam, duraram mən; Boynumu buraram mən; Harda bir tərlan görsəm; Ona tor quraram mən. (Bayatı). sayağı qoş. Sözə qoşularaq, onun ifadə etdiyi şeyə oxşarlığı bildirir: ...kimi, ...tək, ...bənzər, ...oxşar. İlan sayağı qıvrılıb. Yarpaq sayağı bükülmək. Canan sayağı geyinmək. sayaq I. zərf Bənzərlik bildirir: cür, kimi, tərzdə, vəziyyətdə, qaydada. Paltarlarının hamısını usta Ağabala topladı, dolma bükülü sayaq bir fitəyə büküb qoydu səkiyə. Çəmənzəminli. [Nəcminin] on dörd yaşlı ikinci oğlu Şirin hələ bu yaşdan karikatura sayaq şəkillər çəkirdi. Ə.Əbülhəsən. • Ayrı (özgə) sayaq – başqa cür, ayrı cür. Çünki qarı bildi bu keyfiyyəti; Özgə sayaq oldu onun niyyəti. A.Səhhət. Məşədibəyin və atalarının hər dəqiqə halını-əhvalını soruşduğu bu qonaq, deyəsən, ayrı sayaq adamdı. M.Hüseyn. Bir sayaq – birtəhər, bir cür, bir növlə. Bunların hamısına [müxtəlif ağır işlərə] yenə bir sayaq tab gətirmək olar, bunlar demək olar ki, dərdin yarısıdır. F.Köçərli. Bu sayaq – bu cür, bu təhər, bu qayda ilə. [Əsgər:] Yox, mən bu sayaq evlənmək istəmirəm. Ü.Hacıbəyov. İyirmi beş il bu sayaq bənnəlikdə çalışıb da, [Kərbəlayı Əzim] ad qazana bilmişdi. T.Ş.Simurq. Qabaqkı (əvvəlki, köhnə) sayaq – əvvəllərdə (qabaqlarda, keçmişdə) olduğu kimi, keçmiş kimi. ..Həkim [Molla Abbasın da] üz-gözünə qabaqkı sayaq baxdıqda Molla Abbas birdən “pıqq” eləyib göyə tullanır.. C.Məmmədquluzadə. Hər tərəfdə durur işlər elə əvvəlki sayaq. Ə.Nəzmi. Nə sayaq – necə, nə cür, nə təhər. Kassio dəsmalı tapıb çox heyrətə düşür ki, bu dəsmal nə sayaq və haradan onun otağına düşübdür. F.Köçərli. İndi mən bildim ki, qızların həyat məsələsi nə sayaq həll olunurmuş. T.Ş.Simurq.\n\nII. bax. sayıq 2-ci mənada. [Halaypozan] özü də elə sayaq yatardı ki, lap sərçə kimi. “Koroğlu”. Çadırlar uyqudadır, atanlar orda sayaq; Gəray bəyin yanında yalnız Cəlaldır oyaq. S.Vurğun. • Sayaq durmaq – diqqətli olmaq, sayıq olmaq, ayıq olmaq. Mənim göz olduğum sayaq durduğum dünyada; Mümkünmüdür səni salmamaq yada? M.Rahim. sayaqlama “Sayaqlamaq”dan f.is. sayaqlamaq bax. sayıqlamaq. Oğlan oyuna bir mərtəbədə aludə olmuşdu ki, gecə vaqiədə də oyundan sayaqlayırdı. Ə.Haqverdiyev. Xəstə sayaqlayır, hərarət içində çırpınıb dururdu. M.İbrahimov. [Hümmət Həmzəyə:] Sən də ağsaqqal əmin oğlu kimi görək nə sayaqlayacaqsan. B.Bayramov. sayalanma “Sayalanmaq”dan f.is. sayalanmaq f. məh. Sağalmaq Yara sayalanıb. – Nəzakət vaxtında, xublar çağında; Baxdım, yar yarası sayalanıbdı. “Qurbani”. sayca zərf Say etibarilə, sayına görə; miqdarca, miqdarına görə. Sayca çox. Sayca az dəstə. – [Döyüşçülər] kəndin sayca az və meşəyə qaçmış olan camaatını geri qaytardılar. Ə.Vəliyev. saydırma “Saydırmaq”dan f.is. saydırmaq icb.\n1. Saymağa, hesablamağa məcbur etmək, sayma işi gördürmək. Pulları təzədən saydırmaq.\n2. məc. Saymağa, hörmət etməyə, hesablaşmağa vadar etmək. Bir milləti saydırmaq üçün onun mədəni cəhətlərini göstərməlidir. Çəmənzəminli. sayə is. [fars.]\n1. Kölgə. Sən bir ağacsan ki, ömründə heç kəs; Nə sayə görübdür, nə səmər səndən. Q.Zakir. [Dərviş:] Ruqiyyə əvəzində duman arasında sayə görürdüm.. A.Divanbəyoğlu. • Sayə salmaq – kölgə salmaq, kölgələmək. Qaşın qabağında sığallı birçək; Sayə salmış üzə şölə mübarək. M.P.Vaqif.\n2. məc. Himayə, mühafizə, qoruma. [Pərvizxan:] Mərhəmətiniz artıq, lütfünüz ziyadə, sayəniz kəm olmasın. M.S.Ordubadi. • Sayə salmaq – himayə etmək, mühafizə etmək, kömək etmək, himayəsi altına almaq. Şahlar şahı sayə salsın üstümə; Ələsgərtək bəxtiqara dolansın. Aşıq Ələsgər.\n3. Sayəsində şəklində – “nəticəsində”, “səbəbilə”, “köməyilə” mənalarında. Müəllimlərin səyi və qeyrəti sayəsində çox qövm və tayfalar xoşbəxt olub ağ günə çıxıblar... F.Köçərli. ‣ Bu (o) sayədə – bunun (onun) nəticəsində, səbəbilə, üzündən. Qoy cahan elm ilə pürnur olsun; Vətən o sayədə məmur olsun. A.Səhhət. sayəban is. [fars.] klas. Üstü yarpaq, şax və s. ilə örtülü yer; çardaq, kölgəlik. Göstərdi bir tərəfdə bir sayəban; “Otur burda, bu yer sənindir” – dedi. A.Səhhət. sayğac is.\n1. Bir şeyi hesablamaq üçün xüsusi quruluşlu cihaz, alət. Elektrik (qaz) sayğacı (işlənən elektrikin, suyun, qazın miqdarını hesablayan cihaz). Taksi sayğacı (taksilərdə gedilmiş yolun məsafəsini və haqqını göstərən cihaz).\n2. Dördkünc çərçivədə köndələn millərə keçirilmiş yuvarlaq sümükcüklərdən ibarət sadə riyazi hesablamalar aparmaq üçün alət, çötkə. [Mədəd:] Mən isə idarədə oturub sayğac danələrinin səsinə qulaq asmazdım. Ə.Vəliyev. [Şahmar] o biri otaqda sayğacını aram-aram şaqqıldadan hesabdarın yanına keçdi. B.Bayramov. sayğı is.\n1. Hörmət, ehtiram, sayma, ehtiram etmə. [Birinci qulam:] Çəkil ordan, nə sayğı bilməz adam. H.Cavid.\n2. Sayıqlıq, ehtiyat. sayğılı sif.\n1. Başqalarına sayğı göstərən, hörmət edən; sayan.\n2. Sayılan, hörmətli, möhtərəm. sayğısız sif.\n1. Ehtiram göstərməyən, hörmət etməyən, hörmət gözləməyən, saymazlıq göstərən, saymaz. [Aydəmir heyrətlə gülərək:] Bu sayğısız adamlara vaqonlarda gözlənilməsi lazım olan qaydaları anladınız, – deyə ağzından köpük saçır. A.Şaiq. [Knyaz:] Ən qaba insan; Ən sayğısız, ən qorxulu düşmən. H.Cavid.\n2. Ehtiyatsız, diqqətsiz, laqeyd, təhlükəni, qorxunu vecinə, saya almayan. Zikirsiz mömini şeytan alladar; Sayğısız igidi düşmən alladar. Aşıq Ələsgər. sayğısızlıq is.\n1. Ehtiramsızlıq, saya almama, saymazlıq.\n2. Ehtiyatsızlıq, diqqətsizlik, saymazlıq, laqeydlik, fikir verməmə, aldırmama, vecinə almama. Bir zamanlar təkcə gecələrin qaranlığından vahimələnən Ulduz, indi zülmət gecələrdə canavar kimi ağzını açıb od püskürən topların üstünə bir sayğısızlıq və həqarətlə getməkdə idi. Ə.Məmmədxanlı. sayxaş sif. dan. Sakit, durğun, küləksiz. Sayxaş hava. sayxaşlıq is. dan. Sayxaş havanın vəziyyəti; sakitlik, durğunluq. sayxaşma “Sayxaşmaq”dan f.is. sayxaşmaq f. məh. Sayxaş olmaq, sakitləşmək. Hava sayxaşdı. ‣ Ara sayxaşmaq – bax. ara. sayıcı bax. hesablayıcı 1-ci mənada. sayıq sif. və zərf\n1. Öz işində, hərəkətində ehtiyatlı, gözüaçıq, ayıq, oyanıq olan, sərvaxt. Sayıq adam. – Hər cəbhədə ayıq, sayıq; Əsgər kimi durmalıyıq. S.Vurğun. Bizdən tələb edir quruluş; Belə sayıq yaşamağı. M.Rahim. • Sayıq olmaq – işində, hərəkətində ayıq olmaq, ehtiyatlı olmaq, sərvaxt olmaq. Nəbi deyir: sayıq olun, yatmayın; Düşmənə havayı güllə atmayın. “Qaçaq Nəbi”. [Gözətçi:] Ancaq ehtiyatlı və sayıq olmaq lazımdır. H.Nəzərli.\n2. məc. Dərin olmayan, yarıyuxulu, yarıayıq. [Göyçək] sayıq yatmalı idi.. Ə.Əbülhəsən. Reyhan tez-tez oyanaraq; Gecəni çox sayıq yatdı. M.Dilbazi. sayıqlama 1. “Sayıqlamaq”dan f.is.\n2. Huşunu itirmiş xəstənin, yaxud yuxuda olan adamın ağzından çıxan rabitəsiz, mənasız sözlər. Hüseyn bu qayda ilə səhərə kimi yarı qızdırma, yarı sayıqlama içərisində yatdı. S.Rəhman. O, ətrafında zəif iniltilər və sayıqlamalar eşitdi. Ə.Məmmədxanlı. Səməndər bunun sadəcə sayıqlama olduğunu düşünüb güldü. B.Bayramov. // Ümumiyyətlə, mənasız, məntiqsiz sözlər haqqında. sayıqlamaq f.\n1. Huşunu itirmiş halda və ya yuxuda ikən rabitəsiz, aydın olmayan sözlər danışmaq. Bütün gecəni sayıqlamaq. – Anaxanım gecə [xanın] yuxuda sayıqladığını .. dəfələrlə eşitmişdi. Çəmənzəminli. Birinci günlər Yaqut qızdırma içərisində sayıqlayır, yavaş-yavaş gözlərini açırdısa da, lakin heç kəsi tanımırdı. Ə.Məmmədxanlı.\n2. məc. Ağlına gələni danışmaq, rabitəsiz, məzmunsuz sözlər danışmaq; sarsaqlamaq. [Xacə Nizam:] Kimdir bu? Neçin böylə sayıqlar? H.Cavid. sayıqlıq is. İşində, hərəkətində sayıq, ehtiyatlı, diqqətli olma; oyanıqlıq, ayıqlıq, sərvaxtlıq. Sayıqlıq göstərmək. – [Qurbanəli:] Mən sayıqlığımı itirə bilmərəm. M.İbrahimov. Əhməddəki sinfi sayıqlıq və möhkəm iradə Yusifin fikrini alt-üst etmişdi. Ə.Vəliyev. sayılı sif.\n1. Sayı az olan, az təsadüf edilən, az görülən, tək-tək olan. Bəzi hadisələr tarixdə sayılıdır.\n2. Sayı, miqdarı bəlli olan. Sayılı kitablar. sayılma “Sayılmaq”dan f.is. sayılmaq məch.\n1. Hesablanmaq, sayı, ədədi bilinmək. Kitablar sayılıb qurtardı. Siyahılar sayıldı.\n2. Hesab edilmək, bilinmək, ...kimi qiymətləndirilmək. [Rzaquluxan] kəndlilərin içində azadiyyət sözləri danışdığı üçün başqa kənd sahibləri tərəfindən mənfur sayılırdı. M.S.Ordubadi. ..Ərə gedib boşanmaq böyük bir qəbahət sayılırdı. Çəmənzəminli. // ...kimi tanınmaq, hesab edilmək. Sayılırsan vətən övladlarının bir fərdi; Vətən imdadinə iştə çağırır hər fərdi. A.Səhhət. Bibiheybət Bakının qədim neft rayonlarından biri sayılırdı. M.Hüseyn. Oğlan indi evin böyüyü sayılırdı. S.Vəliyev. sayır-bayır sif. və zərf Mənasız, məzmunsuz, rabitəsiz, məntiqsiz. Sayır-bayır danışmaq. – Gülünün hərarəti çox artmışdı. O çapalayır, məzmunsuz və sayır-bayır danışırdı. S.Rəhimov. [Şirəli] köhnə əyyaşlar kimi sayır-bayır danışırdı. M.Hüseyn. sayqa is. zool. Xortum kimi burnu və lirayaoxşar buynuzları olan gövşəyən qoşadırnaqlı heyvan, antilopun bir növü. saylaşma “Saylaşmaq”dan f.is. saylaşmaq f. Dayazlaşmaq (göl, çay, dəniz və s. haqqında). sayma “Saymaq”dan f.is. saymaq f.\n1. Rəqəmləri sıra ilə demək, sadalamaq, sanamaq. Yüzə qədər saymaq. – Salman ona qədər saydı. S.Rəhimov. [Yusif Hümmətə:] Barmağınla sayırsan ki, filanıfilanı doldurmuşuq, yaxşı eləmisiniz. B.Bayramov. // Miqdarını bilmək üçün hesablamaq. Günləri saymaq. – Koroğlu da başladı pulu saymağa. “Koroğlu”. ..Bir qoca rus arvadı pullarını sayırdı. Ə.Haqverdiyev. [Şahin Firəngizə:] Onu demək istəyirəm ki, çox oxumuşam, hamısını bəlkə də saya bilmərəm. B.Bayramov.\n2. Bir-bir adlarını çəkmək, eyni cinsdən olan şeyləri adbaad sıra ilə demək; sadalamaq. Kitabları saymaq. Uşaqları saymaq. – Sinədə yarələrim saydı, dedi, min cərrah; Səhv edib, hələ bu mindən birinin sayı deyil. S.Ə.Şirvani. ..Saydığımız ağalar ən hörmətli üləma və sadat zümrəsindəndirlər. C.Məmmədquluzadə.\n3. məc. Ehtiram etmək, hörmətini saxlamaq, hörmət etmək; hesablaşmaq. Sayanın quluyam, saymayanın ağası. (Ata. sözü). Əsgər indi səni sayacaq. Ə.Əbülhəsən. Quliyev bu adamların onu bir o qədər də saymadıqlarını başa düşürdü. Ə.Sadıq.\n4. Ehtiyat etmək, çəkinmək. [Nəbi:] Qubernat, naçalnik gəlsə, saymaram; Düşmənin qanından içsəm, doymaram. “Qaçaq Nəbi”.\n5. məc. Bilmək, hesab etmək. [Hacı Qara:] Mənim sözlərimi zarafat sayırsınız? M.F.Axundzadə. Özünü yenidən dünyaya gəlmiş sayırdı. Mir Cəlal. Samirə mənim bu arzumu adi zarafatlarımdan biri sayırdı. M.Hüseyn. ‣ Saymaqla bitməz (qurtarmaz) – həddindən çoxdur, sayı-hesabı yoxdur. Saymaq ilə bitən deyil göstərdiyin hünərlər; Bülbül deyir bağçalarda dastanını hər səhər. S.Vurğun. saymamazlıq bax. saymazlıq. [Zaman:] Daha bu yerədək adamı saymamazlıq olmaz ki? Ə.Haqverdiyev. saymaz sif.\n1. Saymayan, məhəl qoymayan, vecinə almayan, diqqətsiz, laqeyd, başısoyuq. Saymaz adam. // Zərf mənasında. Saymazcasına, saymazyana, etinasız. Saymaz keçmək. Saymaz cavab vermək.\n2. İkrahla baxılan, sayılmayan, avara, vecsiz. Saymaz it adam tutar. (Ata. sözü). saymazca bax. saymazcasına. Usta Qiyas saymazca və ağır-ağır evə girib göstərilən yerdə oturdu.. M.İbrahimov. saymazcasına bax. saymazyana. saymazlıq is. Etinasızlıq, hörmətsizlik, saymaz münasibət. Ağca qarıya ərinin bu saymazlığı elə ağır gəldi ki, o dözməyib yerindən qalxdı. Ə.Əbülhəsən. saymazyana zərf Saymaz, saymazlıqla, etina etmədən, etinasızlıqla, saymazcasına. Saymazyana danışmaq. Saymazyana ötüb getmək. – [Məmməd bəy Səfərə:] İndi biz də saymazyana düşərgəyə girərik, elə bilərlər ki, .. ot dalınca getmişdik. Çəmənzəminli. [Əjdər] ..saymazyana geriyə nəzər salırdı. S.Rəhman. saymazyanalıq is. Saymazyana hərəkət, saymazlıq, etinasızlıq. Saymazyanalıq etmək. sayrı sif. qəd. Xəstə. Qurbani der: könlüm bundan sayrıdır; Nə etmişəm, yarım məndən ayrıdır? Qurbani. sayrılma “Sayrılmaq”dan f.is. sayrılmaq bax. sayrışmaq 1-ci mənada. Siyah zülfün buxaq altda qıvrılır; Ala gözlər can almağa sayrılır. M.P.Vaqif. Sən iti addımla qoşarkən iləri; Sayrılsın, gurlasın çaldığın kaman, hey! M.Müşfiq. sayrışma “Sayrışmaq”dan f.is. sayrışmaq f.\n1. Titrək, zəif işıq saçmaq, parlamaq, şəfəq buraxmaq. Məğrib səmtində hələ ulduzlar göy üzündə sayrışırdı. F.Köçərli. Gecə idi, göydə ulduzlar sayrışırdı. S.Rəhman. Bir-birinə sığınan ulduzlar sayrışmağa başladı. B.Bayramov. // məc. Bəlirmək, görünmək. Ana! Bayaq gördüm Mehribanıtək; Üzündə sayrışır xalları tək-tək. S.Vurğun. Sənin gözlərinmi gənclik çağında; Yoxsa nərgizlərin sayrışıb oynar? M.Müşfiq. Payızın sonu olduğuna baxmayaraq, evlərin qarşılarındakı bağçalarda al-əlvan güllər, çiçəklər sayrışırdı. M.Rzaquluzadə.\n2. Qaçışmaq mənasında. Naşı ovçu bərə bəklər, əylənər; Marallar sayrışar yollara doğru. “Qurbani”. say-seçmə sif. Seçilən, müəyyən üstünlüyü olan; seçmə. Koroğlu həmişə yazıqyuzuğun, əlindən iş gəlməyən adamların dalınca ya özü gedər, ya da dəlilərin sayseçmələrindən göndərər. “Koroğlu”. Aşıq Ələsgər .. gördü ki, bir-birinnən say-seçmə oğlanlardı. “Aşıq Ələsgər”. saysız sif. və zərf Sayca, miqdarca çox olan, sayılması mümkün olmayan, həddən artıq çox, saysız-hesabsız. Saysız qoşun. Saysız uşaq toplaşmaq. – Kameralarda saysız adam vardı. M.Hüseyn. saysız-hesabsız bax. saysız. Saysızhesabsız adam. – .. Saysız-hesabsız soyğunçu tayfa atlarının ayağı altında torpaq .. bərkimişdi. Ə.Məmmədxanlı. Gül və bülbül haqqında saysız-hesabsız əfsanələr hamıya məlumdur. M.Rzaquluzadə. saytal sif. məh. Boylu-buxunlu, enlikürək, bazburudlu; yekə, iri, sağlam. Saytal adam. – [Alo:] Qanlı hər adama əl vurmaz. O həmişə saytal axtarar, – dedi. S.Rəhimov. // İri, yekə, kök, ətli. Saytal qoç. – [Feyzi] sürünü saymamışdan qabaq on baş saytal quzulu qoyun seçib öz alaçığının yanına ötürmüşdü. B.Bayramov. saz I. is. [fars.] Mizrabla çalınan, armudvari çanağı olan simli xalq çalğı aləti. Saz çalmaq. – [Rəsul:] Mənə bir saz verin, dərdimi sazla deyəcəyəm. “Aşıq Qərib”. Sonra əlinə aldı qonağım bir qızıl saz; Qanadlandı, durmadı, bilməm neçin yerində. M.Müşfiq.\n\nII. sif. [fars.]\n1. İşlətmək üçün tam yararlı, hazır halda olan; sınığı, zədəsi, nöqsanı olmayan; yaxşı təmir olunmuş. Saz maşın. Saz alət. Saz saat. – [Xortdan:] Bala, faytonun sazdımı? Ə.Haqverdiyev. Alınca xəbəri qaçmışdı birbaş; Çiynində saz tüfəng, beldə patrondaş. H.K.Sanılı. • Saz eləmək (etmək) – düzəltmək, qaydaya salmaq, uyğunlaşdırmaq. Sən də, gözüm, Allaha baxıb zülmü az eylə; Peyvəstə könül yıxsan əgər, bir də saz eylə. M.P.Vaqif. Mən demənəm dərdüqəmim az eylə; Daim meylin meylim ilə saz eylə. Q.Zakir. Saz olmaq – uyğun olmaq, bərabər olmaq, tay olmaq. Zaman sənə saz olmasa, sən zamana saz ol. (Ata. sözü). Yara yar saz olmasa; Pünhanda tər-tər ağlar. (Bayatı).\n2. Möhkəm, qıvraq, sağlam, dözümlü. Bədəncə saz. Canı-başı saz. – [Muxtar] Feyzini səsləyib iki saz at yəhərləməsini tapşırdı. B.Bayramov. // Yaxşı, yerində. Onu Taşauzda gördüm, kefi saz; Ətirli tağlardan qovun dərərkən. S.Rüstəm. // Sazdır şəklində – yaxşıdır, düzgündür, qaydasındadır, yerindədir mənalarında. Demək ki, keyfiniz sazdır. M.S.Ordubadi. [Süleyman:] Şükür Allaha, hər şey öz yerində sazdır. Ü.Hacıbəyov. [Aslan starşinaya:] Hər şey öz qaydasındadır, maşın sazdır. S.Vəliyev. sazaq is. Bərk soyuq, şaxta. Sazaq adamın əl-ayağını kəsirdi. S.Rəhimov. – Qar yağırmı? – Elə yağır... sazaq qılınctək kəsir. Ə.Cəmil. // Quru soyuq külək. [Həcər:] Gorusun düzündə qopubdur sazaq... “Qaçaq Nəbi”. Qaranlıq qatılaşır, əl-ayaq çəkilir, gündüz adama xoş gələn sərinlik sazağa çevrilirdi. Mir Cəlal. Şər qarışır, sazaq başlayırdı. İ.Hüseynov. sazaqlı sif. Kəskin küləyi, sazağı, soyuğu olan; şaxtalı. Sazaqlı hava. – Sazaqlı bir sabah idi, yel adamı kəsirdi. Çəmənzəminli. Quru sazaqlı bir gündə Novruz yaş əlcəklərini topun qızmış lüləsi üstündə qurudurdu. R.Rza. Səhər tezdən sazaqlı qış gününün yenicə gözünü açdığı dəqiqələrdən [Ağabala] gəlib laboratoriya qabağında [Reyhanı] gözlədi. Mir Cəlal. sazan is. zool. Əsasən qamışlıq, ya durğun şirin sularda yaşayan, iri pulları olan balıq növü. sazanda is. [fars.] köhn. Çalğıçı. Xan uşaqları Keçiliyə həm ova, həm də kefə gəldiklərindən yanlarınca qrammofon, xanəndə, sazəndə və bolluca araq-çaxır gətirmişdilər. E.Sultanov. Bir az da sazəndə, zurnaçı çalsın; Ruhunuz burada ləzzət də alsın. H.K.Sanılı. Xanəndə və sazəndələr isə çalğı taqımını buraxıb bir tərəfə gedərlər. H.Cavid. sazandar bax. sazanda. [Pəri:] Anam sazandar və lazımlı şeylərin hamısını mühəyya edib, toy bu günlərdə başlanasıdır. C.Cabbarlı. Qurtardı dəsgahı zurnaçı Qazar; Götürdü tarını sonra sazandar. H.K.Sanılı. Cunalı bir xanım çıxdı eyvana; Baxdı sazandara soyuq, bigana. M.Rahim. sazbənd is. [fars.] köhn. Saz bağlayan, saz qayıran usta. Qəmbər onu apardı sazbəndin yanına. “Abbas və Gülgəz”. sazçalan (=sazçı) is. Saz çalan çalğıçı. Sazçalan gözəl bir aşıq mahnısı çaldı. Sazçı qızlar ansamblı. sazçı (=sazçalan) is. Saz çalan çalğıçı. Sazçalan gözəl bir aşıq mahnısı çaldı. Sazçı qızlar ansamblı. saziş is. [fars.]\n1. Qarşılıqlı razılığa gəlmə, qarşılıqlı razılıq, anlaşma, fikir birliyi, həmrəylik, birlik. Məişət ilə məktəbin mabeynində əsla ittifaq və saziş yoxdur. F.Köçərli.\n2. Müqavilə. Beynəlxalq sazişlər. Sazişi pozmaq. Sazişə riayət etmək. • Saziş bağlamaq – bir məsələ haqqında danışıq aparıb razılığa gəlmək, müqavilə bağlamaq. ‣ Saziş etmək (eləmək) köhn. – uyğunlaşmaq, ümumi dil tapmaq, düzəlişmək, uzlaşmaq, ünsiyyət tapmaq. Ol gül üzardə ərəqin xoş səfası var; Türfə budur ki, saziş edər atəş ab ilə. Q.Zakir. O vaxt acıqlı, qaş-qabaqlı və mütəkəbbir müəllimlər ilə saziş eləmək doğrudan da ən çətin məsələlərdən birisi idi. F.Köçərli. sazişçi is. Sinfi düşmənlə saziş, barışma, uzlaşma siyasəti aparan adam. // məc. Razılaşma, güzəşt tərəfdarı. sazişçilik is. Sinfi düşmənlə uzlaşma, barışığa gəlmə, ona güzəştə getmə; sinfi düşmənlə barışma siyasəti. sazlama “Sazlamaq”dan f.is. sazlamaq f. Saz hala salmaq, düzəltmək, təmir edib işləmək üçün hazır hala salmaq. Maşınları sazlamaq. // Hazır vəziyyətə gətirmək. Nəbi [Məmmədəli bəyi] vurmaq istəmirsə də, amma yenə keçmişi yadına salıb aynalını sazlayır. “Qaçaq Nəbi”. Tez aç qatarını, sazla tüfəngi; Başlayaq könlümüz sevdiyi cəngi. H.K.Sanılı. // Qaydaya salmaq, sahmana salmaq, hazırlamaq, qayırmaq. [Hacı Həsən:] Kabla Fatma, dəxi durmaq vaxtı deyil, ev-eşiyi sazla. C.Məmmədquluzadə. [Arvad:] Hovuzun başında, kölgədə xalça salaram, samovarı sazlayıb qoyaram hovuzun başına, yaxşı çay dəmlərəm. E.Sultanov. O, maxorka papiros sazladı, səngərin rütubətli divarına söykənərək .. papirosunu dumanlatmağa başladı. H.Nəzərli. // Təşkil etmək, düzəltmək. O vaxt mən görürdüm ki, bu on səkkiz manat qəzetə üçün xüsusi bir mətbəə sazlamağa sərf olunur. C.Məmmədquluzadə. sazlanma “Sazlanmaq”dan f.is. sazlanmaq f. Saz hala gəlmək, düzəlmək, sahmana düşmək, hazırlanmaq. sazlaşma “Sazlaşmaq”dan f.is. sazlaşmaq f. Saz olmaq, yaxşılaşmaq; işi, vəziyyəti, sağlamlığı yaxşı halda olmaq. sazlıq is. Saz şeyin halı, vəziyyəti. Aqreqatın sazlığı. Motorun sazlığı. // Sağlamlıq, canı-başı saz olma. se “S” hərfinin və bu hərflə işarə olunan samitin adı. seans [fr.] Bir işin icrasının arasıkəsilmədən davam etdiyi müddət, vaxt. Kinoya gündüz seansına bilet almaq. Masaj seansı. – Saat on birdə başlanan seansa qalmaq olmazdı. M.Hüseyn. Özünümasajlama seanslarının hər biri sığallama ilə başlanır və sığallama ilə qurtarır. Ə.Babayev. seçici is. Seçkidə iştirak edən, yaxud seçkidə iştirak etməyə hüququ olan adam. [Katib] qısa bir çıxış etdikdən sonra seçicilərin görüşünə gəlmiş namizəd barəsində də bir neçə kəlmə deyib, danışmaq üçün sözü Cahangirova verdi. S.Qədirzadə. seçilən f.sif.\n1. Seçki nəticəsində seçilmiş. Seçilən namizədlər. // İs. mənasında. Akademiyaya seçilənlər. Seçilənlər arasında cavanlar çoxdur.\n2. Nəzərə çarpan, fərqlənən, fərqləndirilən, başqalarından ayrılan. Firəngizin qaşları tünd-qara deyildi, onda güclə seçilən qızılı bir parıltı nəzərə çarpırdı. B.Bayramov. seçilmə “Seçilmək”dən f.is. seçilmək məch.\n1. Səsvermə nəticəsində üstünlük almaq. İclasa sədr seçilmək.\n2. Hər hansı xüsusiyyətinə, keyfiyyətinə və s.-yə görə başqalarından fərqlənmək, ayrılmaq. Qız ala gözləri ilə rəfiqələrindən seçilirdi. – Kamran bu barədə bizim hamımızdan seçilirdi. M.Hüseyn.\n3. Nəzərə çarpmaq, görünmək. Kəndin evləri ağaclar içində güclə seçilirdi. H.Seyidbəyli. seçilmiş 1. f.sif. Səsvermə nəticəsində üstünlük verilmiş, intixab edilmiş. Qurultaya seçilmiş nümayəndələr.\n2. sif. Çap edilmək üçün ayrılmış və bəyənilmiş. M.F.Axundzadənin seçilmiş əsərləri. A.Şaiqin seçilmiş əsərləri. seçim is.\n1. Seçib götürmə. 60-cı illərdə .. yazıçılar indi mövzu seçimində, yaradıcılıq axtarışlarında nisbətən sərbəst idilər. İ.Qasımzadə.\n2. Çeşid, assortiment. seçki is. Hər hansı bir vəzifəni yerinə yetirmək üçün səsvermə yolu ilə deputat və s. seçmə (bu mənada əsasən cəmdə işlənir). Hamı seçkilərə! – On səkkizi tamam olub, on doqquza girəcək o; Sabah bizim seçkilərdə ilk səsini verəcək o. N.Rəfibəyli. seçkiqabağı sif. Seçkilərin yaxınlaşması ilə əlaqədar olan, yaxınlaşan seçkilər şərəfinə olan, seçkidən qabaq olan. Seçkiqabağı yığıncaqlar. Keçən gün seçkiqabağı məni seçicilər arasında kütləvi iş aparmaq üçün Xıdırlıya göndərdilər. S.Rəhman. seçkili sif. Seçki ilə olan, seçilən. Seçkili vəzifə. seçmə I.\n1. “Seçmək”dən f.is.\n2. sif. Oxşarları, bənzərləri arasında ən yaxşısı, ən əlası, ən gözəli, ən xoşa gələni; əla, ən yaxşı. Seçmə üzük. Seçmə xalça. – Ağır sandıq seçmə parçalarla dolu idi. Mir Cəlal.\n3. sif. Ən hörmətli, ən görkəmli, ən seçilmiş, ən sayılan. Toya seçmə adamları çağırmaq. – [Bəhlul:] ..Mərziyənin xətrinə mən də çox yerə seçmələr (is.) sırasında dəvət edilirdim. B.Bayramov.\n4. is. biol. Canlı təbiətin inkişafı prosesində həyatın dəyişən şəraitinə ən çox uyğunlaşmış orqanizmlərin davam gətirib yaşaması. Beləliklə, mühit amilləri şəraiti ilə əlaqədar olaraq seçmə nəticəsində camışlarda tənəffüs (südlük) tipi formalaşmışdır. A.Ağabəyli. // Seleksiya. [Qarabağ atı] xalqın uzun əsrlər boyu apardığı yaradıcılıq işi nəticəsində, xalq seçməsi (selleksiyası) nəticəsində yaranmışdır. “Qarabağ atı”.\n5. sif. məc. Gözəl, xoş, ürəyəyatan. Birinə göz edirdi, bəzisinə gülümsünürdü və kimisinə də seçmə bir kompliment deyib nəzərini özünə cəlb edirdi. Çəmənzəminli.\n\nII. is. Saçma, qırma. Məni oğru bilib seçməni qarnıma doldurar. Mir Cəlal. seçmək f.\n1. Hər hansı bir əlamətinə görə çoxları arasından birini bəyənib ayırmaq, ona üstünlük vermək. Zövqünə görə parça seçmək. Qız seçmək. – Qızılgülü biçmişəm; Üstündə and içmişəm; Min gözəlin içindən; Bircə səni seçmişəm. (Bayatı). [Cahan:] Vallah, gedərəm, dolanaram, gəzərəm, baxaram, bəyənərəm, seçərəm, bir qız alaram ki, adam baxanda ağlı gedər. Ü.Hacıbəyov.\n2. Müəyyən bir şeyə, sənətə, işə və s.-yə daha çox maraq göstərmək, onu daha üstün tutmaq, üstünlük vermək. Mühəndis sənətini seçmək. Müəllimliyi seçmək.\n3. Yaxşını pisdən ayırd edə bilmək. Mey tökərdin, içərdik; Xeyri, şəri seçərdik; Bir əkər, bir biçərdik; Biz qardaş deyilmiyik? Ə.Cavad. [Balaxanım Dadaşı hədələdi:] Bu iki gözün o qazamatın bir dar deşiyindən işıldayanda baxarsan, adamı seçərsən, tanıyarsan. S.Rəhimov.\n4. Müəyyən vəzifəni, tapşırığı yerinə yetirmək üçün səsvermə yolu ilə bir və ya bir neçə şəxsə üstünlük vermək. Prezidium seçmək. İclasa sədr seçmək. Qurultaya nümayəndələr seçmək. – [Tələbə:] Məni ictimaiyyət dərnəyinə sədr seçdilər. Qantəmir.\n5. Müəyyən bir işi yerinə yetirmək üçün gün, vaxt, saat ayırmaq, təyin etmək. Müzakirə üçün şənbə gününü seçdilər. Seminar üçün həftənin birinci gününü seçdilər.\n6. Müəyyənləşdirmək, təyin etmək, ayırd etmək, bir-birindən ayırmaq. Açılan güllələrin haradan, kimə atıldığını seçmək də çətin idi. Mir Cəlal. [Vahid:] Lakin [anamın] oxuması ilə ağlamasını seçmək çətin idi. B.Bayramov.\n7. məc. Görə bilmək, görüb fərqləndirmək. Uzağı seçmək. Yazını seçə bilmədim. – Diqqət ilə baxıb tələni seçdi; Yavuğa düşməyib uzaqdan keçdi. Q.Zakir. ‣ Gözü seçməmək – bax. göz. [Mozalan bəy:] Ancaq “Molla Nəsrəddin” qəzetinin yazısını gözüm əməlli seçmir. Ə.Haqverdiyev. Maya kitabı aldı, lakin oturduğu yerdə işıq az olduğundan gözü hərfləri seçmədi. M.İbrahimov. seçmə-seçmə sif. Ən yaxşı, ən seçilmiş. Məclisə seçmə-seçmə adamlar gəldilər. – [Mehdiqulu:] Kəndin seçmə-seçmə oğlanlarını uşaq kimi iclasdan bayıra tökürəm. Mir Cəlal. segah is. [fars.] mus. Azərbaycan klassik muğamlarından birinin adı. Məclisin dalından kamança səsi eşidilir. Kamança segah çalır. Ə.Haqverdiyev. Dodaqaltı segah deyən qoca bənnalar; Sal daşlardan təməl qoyur, divar hörürdü. Ə.Cəmil.\n2. tar. Orta əsrlərdə Qərbi Avropada: eyni sənətlə məşğul olan şəhər sənətkarlarının təşkilatı. sehr is. [ər.]\n1. Köhnə mövhumi təsəvvürlərə görə, guya insanlara və təbiətə təsir yetirməyə qadir olan ecazkar üsullar: ovsun, cadu, gözbağlayıcılıq. [Müsyö Jordan:] Əlbəttə sehrdir, mat qalmalı işdi, bir türfətüleyndə qəflətən Parij xarab olubdur. M.F.Axundzadə.\n2. məc. İnsanı heyran edən hünər, məharət, qüvvə. Arzulardan arzu doğur... Yoxdur sonu arzunun; Bağlanmışdır məna dolu; Sehrinə hər kəs onun. N.Xəzri. sehrbaz is. [ər. sehr və fars. ...baz] Sehrbazlıqla məşğul olan adam; ovsunçu, gözbağlayıcı. Bu sehrbaza zirək, sağlam, gənc bir köməkçi lazımdı. S.Vəliyev. sehrbazlıq is. Sehrbazın işi, məşğələsi, ovsunçuluq, gözbağlayıcılıq. sehrkar sif. [ər. sehr və fars. ...kar]\n1. bax. sehrbaz. [Əbülhəsənbəy:] Ah, bu qız nə qədər sehrkar bir qız imiş. M.S.Ordubadi.\n2. məc. Məftunedici, füsunkar, fövqəladə gözəl. Doğrudan da bu saat Qaraş və Mayanın üzündə ürəklərinin dərinliklərindən qalxan həm sehrkar bir cazibənin, həm də xoş bir səadətin işıqları oynayırdı. M.İbrahimov. sehrkarlıq is.\n1. bax. sehrbazlıq.\n2. məc. Məftunedicilik, füsunkarlıq, fövqəladə gözəllik. Qılınc çəkdi hüsnün sehrkarlığı; Xan danışa bilmir, susur lal kimi. B.Vahabzadə. sehrləmə “Sehrləmək”dən f.is. sehrləmək f.\n1. Ovsunlamaq. Artıq ikinci dəfə idi ki, maral [ovçunu] bu cür sehrləyirdi. Ə.Məmmədxanlı.\n2. məc. Məftun etmək, valeh etmək. [Məzlum Aslana:] Skripka məni sehrlədi və onu bağrıma basıb çalmağa başladım. S.Vəliyev. Dünənə-srağagünə kimi hamının nəzərində bir “ana uşağı” olan Şahpəri birdən-birə Yusifi sehrləmişdi. B.Bayramov. sehrlənmə “Sehrlənmək”dən f.is. sehrlənmək məch.\n1. bax. ovsunlanmaq. [Ayna] artıq tamamilə sehrlənmişdi. Ə.Məmmədxanlı.\n2. məc. Valeh olmaq, məftun olmaq, vəcdə gəlmək. O bu ilk dialoqda Hüseynin füsunkar səsindən sehrlənmişdi. S.Rəhman. sehrli sif.\n1. Ovsunlu, ovsunlanmış, sehrlənmiş (nağıllarda). Sehrli xalat. Sehrli papaq. // məc. Əsrarəngiz, fantastik, sanki xəyal aləmində cərəyan edən. [Sənubər] layihəni unudub dumanlı, sehrli bir aləmlə qovuşdu, xəyallarla əlləşməyə başladı. B.Bayramov. [Teymur:] Göstər bizə o sehrli çeşməni. M.Seyidzadə.\n2. məc. Füsunkar, valehedici, cazibədar. sex [alm. seche]\n1. Sənaye müəssisəsinin, istehsal prosesinin müəyyən sahəsilə məşğul olan şöbəsi. Sex ustası. – [Lövhədə] ..hər sexin gündəlik işləri haqqında məlumat yazılıb asılırdı. Ə.Sadıq. Neçə gün idi ki, onların zavodu yeni bir sexi işə salmağa hazırlaşırdı. H.Seyidbəyli. // Belə şöbənin yerləşdiyi bina. Ehtiyat xala .. ipək fabrikində, boyaq-naxış sexində çalışırdı. Mir Cəlal. sekam is. [fr.] Rəngli televiziyanın yaddaşlı ardıcıl sistemi. sekresiya [lat. secretio – ifraz] fiziol. Vəzilərin orqanizmin fizioloji fəaliyyətinə lazım olan şirələri hazırlayıb ifrazetmə prosesi. sekret [lat. secretus – ayrılmış] fiziol. İnsan və heyvan bədənində vəzilərin hazırladığı maddə (mədə şirəsi, tüpürcək və s.). sekreter [fr. secretaire] Üstündə yazı yazmaq üçün açılıb-örtülən qapağı (taxtası) və kağız və s. qoymaq üçün gözləri olan yazı stolu növü və ya şkaf. seks is. [lat.] Kişi və qadın arasında fiziki yaxınlıq. seksiya [lat. sectio – bölmə]\n1. Bir idarənin, təşkilatın, cəmiyyətin və s.-nin şöbəsi və ya yarımşöbəsi; bölmə. Univermağın hazır paltar seksiyası. – [Tələbə:] Biologiya elminə maraqlandığımdan təbiyyat şöbəsinin bioloji seksiyasında oxumağa başladım. T.Ş.Simurq. // Xüsusi məsələləri müzakirə etmək üçün qurultayda, konfransda ayrılan bölmələrdən biri. Konfransın seksiyalar üzrə işi.\n2. tex. Qurğunun, tikilinin və s.-nin bir sıra detallardan, hissələrdən ibarət olan hissəsi; blok. Boru kəmərinin seksiyaları. Evin seksiyaları. – Nov sistemi ayrı-ayrı seksiyalarla məhlulun cərəyanı kəsilmədən təmizlənir. S.Quliyev. seksta [lat. sexta – altıncı] mus.\n1. Diatonik qammanın altıncı pilləsi.\n2. Diatonik qammanın birinci pilləsi ilə altıncı pilləsi arasında fasilə. sekta [lat. secta – nəzəriyyə, məktəb] Hakim dindən ayrılmış dini icma; təriqət. sektant [lat.] Təriqətçi. sektor is. [lat.] Bölmə, şöbə, sahə. sekundant [lat. secundans (secundantus) – köməkçi]\n1. köhn. Dueldə iştirak edənlərdən hər birinin şahidi və vasitəçisi. [Silvio:] Üç sekundantımla birlikdə təyin edilmiş yerdə dayanmışdım. Puşkindən. [Hüseyn:] Qardaşlar, buraya zəhmət çəkin, siz burada bizim sekundantımız olun. Ə.Haqverdiyev.\n2. idm. İdman (boks, şahmat) yarışı iştirakçısının vasitəçisi və köməkçisi. sel is. [ər.]\n1. Güclü yağmurlardan və ya əriyən qarlardan əmələ gəlib, qarşısına gələn nə varsa alıb aparan su daşqını; daşqın. Yağışdan sonra güclü sel başladı. – Dağlardan axan sellər alaçıqlara dolub, bəzilərini yumalayıb aparır. S.S.Axundov. Haray çəkib gəlir bahar; Daşır sellər, aşır sular. R.Rza. Dağlara səs düşsün, çöllərə səda; Gurlayan sellərin dinlə səsini. N.Xəzri. • Sel kimi – müqayisələrdə: çoxluq, bolluq bildirir. Qan sel kimi axır. Pul sel kimi başından tökülürdü. – Eşşək qulaqlarını sallamış, xamuş durmuşdu, Əhməd də göz yaşlarını sel kimi axıdaraq yalvarmağında davam edirdi. B.Talıblı. Camaat, arvadlı-kişili, sel kimi axıb gəlirdi. B.Bayramov.\n2. məc. Arasıkəsilmədən hərəkət edən insan kütləsi, izdiham, axın haqqında. [Əbülhəsən bəy:] ..Sən bu selin qarşısında dura bilməyəcəksən. M.S.Ordubadi.\n3. xüs. Bir yerdən çıxan maqnit, işıq, qaz və s. kütləsi. İşıq seli. Qaz seli. selab is. [ər. seyl və fars. ab]\n1. Sel suyu. Dağdan selab gəlir. – [Şahin:] Görəsən, selabda deyilik ki? B.Bayramov.\n2. Selin axarkən yuyub əmələ gətirdiyi dərə, oyuq, arx; selin açdığı yol. Dərin selab. Dayaz selab. – Bu zaman Mehdigil [kişini] süpürüb tutdular. Qabaqlarına qatıb selabnan yuxarı çıxartdılar. “Qaçaq Nəbi”. Dəvəboynu deyilən dağın ətəyindəki iki selab üzərindən də kiçik körpülər salınmasına başlanmışdır. İ.Əfəndiyev. selbasar is. Sel suyu ilə sulanan yerlər, selin basdığı yerlər. seleksiya [lat. selectio – seçmə] Heyvan cinsləri və ya bitki növlərini yaxşılaşdırma, habelə süni seçmə və ciftləşdirmə yolu ilə yeni heyvan cinsləri və bitki növləri yetişdirmə. Seleksiya işlərinin xalq təsərrüfatı üçün böyük əhəmiyyəti vardır. // Həmin işin nəzəriyyə və praktikası. seleksiyaçı is. Seleksiya mütəxəssisi, seleksiya ilə məşğul olan. selen is. [yun.] Kimyəvi element. selik is. Bəzi heyvan və bitki hüceyrələrinin ifraz etdiyi suvaşqan maddə. Balıq bədəninin səthi xüsusi sürüşkən seliklə örtülü olur. Y.Əbdürrəhmanov. selikli sif. anat. Seliyi olan, selik ayıran. Selikli qişa. selikvari sif. Seliyəoxşar, selik kimi. Selikvari maddə. selinti is.\n1. Selin yuyub apardığı yer, selin yatağı, selin açdığı yol. Selinti yerlərin və çayların üstündən yeni düzülən körpülər keçirilirdi. S.Rəhimov.\n2. Selin özü ilə gətirdiyi ağac, kol, kötük, çör-çöp və s. seliyəoxşar bax. selikvari. selkuplar cəm Krasnoyarsk ölkəsində və Tomsk vilayətində yaşayan şimal xalqı. selləmə 1. is. Böyük əkin sahələrinə sel kimi axıdılan su. Xanpərinin sahəsi selləmə sulandığı üçün isti günlərdə dərhal quraqsıyırdı. Ə.Vəliyev.\n2. sif. Güclü yağış, şiddətli yağmur, leysan yağış. [Sevdim kişi:] Havalar düzəlir, ay uşaq, Allah eləyəydi, bir selləmə (z.) yağaydı. Ə.Vəliyev. Qoşqar qış aylarında adamın qurşağına çıxan qalın qarı, yazda tez şaqqıldayan səmanı, selləmə yağışları .. lap körpəlikdən sevirdi. İ.Hüseynov. // İs. mənasında. Birdən selləmə başladı, iri yağış damcıları evlərin pəncərələrinə, küçələrin səkilərinə çırpıb, bütün şəhərə qəribə bir uğultu saldı. H.Seyidbəyli. selləmək f. Selləmə üsulu ilə suvarmaq. sellənmə “Sellənmək”dən f.is. sellənmək f. Sel kimi axmaq, selə çevrilmək. Gecə-gündüz, vaxtbivaxt ağlaram; Çeşmim yaşı Ceyhun olur, sellənir. Qurbani. Yağ, yağışım, sellənərək; Sırmalanıb tellənərək! M.Müşfiq. selli sif. Çox sel olan; çox yağışlı, yağmurlu, sulu. Selli aylar. – Yazın oğlan vaxtı, selli çağları; Qanıq ilə Qavrı, bir də dəli Kür; Birləşib üçü də, uçurur, tökür. H.K.Sanılı. sellik is. Selin yuyub gətirdiyi qum, xırda daş, ağac parçaları və s.; selinti. selli-sulu bax. selli. sellofan [lat. cellula – hüceyrə və phanos – açıq, şəffaf] Sellülozdan hazırlanan nazik, şəffaf suburaxmayan elastik plyonka (şey bükmək və s. üçün işlənir). // Həmin materialdan hazırlanmış. Sellofan kisə. sellüloid [lat. sellula – hüceyrə və yun. eidos – növ] Tezalışan elastik-plastik kütlə (müxtəlif şeylər, oyuncaq və s. qayrılır). [Kamal] yazı masasının dalında oturmuş, rəngli, şəffaf sellüloid parçalarından quraşdırdığı kiçik və gözəl bir təyyarə modelini qabağına qoyub ona baxırdı. M.Rzaquluzadə. selsi [xüs. addan] Suyun donma nöqtəsindən qaynama nöqtəsinədək 100 dərəcəyə bölünmüş termometr. sel-su top. Çox güclü yağış, su, yağmur, çox güclü sel. Bir saatda sel-su hər yeri basdı. – Eyni anda ildırım çaxıb sel-su axan çölü gündüz kimi işıqlandırdı. İ.Əfəndiyev. [Bayram kişi:] Sel gücü də məlumdur, odur, Mingəçevirdə bir dəsgah başlanıb ki, selin-suyun gücü ilə düz-dünyaya işıq və qüvvət verəcək. M.Rzaquluzadə. sel-sucaq bax. sel-su. Kəndi sel-sucaq basdı. selva is. Amazon çayı hövzəsində vaxtaşırı subasan rütubətli tropik meşələrə braziliyalıların verdiyi ad. semafor [yun. sema – işarə və phoros – aparıcı] d.y. Yolun açıq və ya bağlı olduğunu maşinistə bildirmək üçün dəmir yollarındakı işıq siqnalı qurğusu. Semafor açıqdır. – Əjdər, Cunyatovun göstərdiyi kimi, semafora qədər ağır addımlarla getdi, semaforun yanında münasib bir yer tapıb oturdu. S.Rəhman. semantik sif. Semantika (məna) ilə bağlı olan, semantika ilə əlaqədar olan. Semantik təhlil. Sözün semantik həcmi. semantika [yun. semanticos – anladan] dilç.\n1. Sözün, ifadənin, qrammatik formanın mənası.\n2. bax. semasiologiya. semasiologiya [yun. semasia – məna və logos – elm] Dilçiliyin söz və ifadələrin mənalarını və bu mənaların dəyişmələrini öyrənən bəhsi. semasioloji sif. [yun.] Semasiologiya ilə bağlı olan, semasiologiyaya aid olan. Semasioloji tədqiqat. semasioloq [yun.] Semasiologiya mütəxəssisi. sement [alm. Zement] Tikinti işlərində istifadə edilən, su ilə qarışdırıldıqda suvaşqan kütlə halına gələn, tez bərkiyən, tozşəkilli mineral maddə. Həyətin ortasında sement töküldü, balaca bir bağça salındı. Mir Cəlal. Sement kisələri balaca təpə kimi bir tərəfdə yığılmışdı. M.Süleymanov. // Sementlə örtülmüş, sementdən hazırlanmış, sement olan. Sement səki. Sement divar. – Sement döşəməsinə bahalı xalça salınmış bir hücrədə, göy döşəkçə üstündə çömbəlib oturan araqçınlı molla cəld ayağa qalxıb əmmaməsini başına qoydu. Mir Cəlal. sementçi is. Sement sənayesi işçisi, sement sənayesində işləyən. sementləmə “Sementləmək”dən f.is. sementləmək f.\n1. Sement məhlulu tökmək, sementlə malalamaq, üzərinə sement çəkmək, sementlə örtmək. Divarı sementləmək. Səkini sementləmək.\n2. tex. Sementlə bərkitmək, aralarını sementlə doldurub möhkəmləndirmək. [Xanmurad:] Sementlədiyimiz bəndi su yuyub aparıb. İ.Əfəndiyev. Çox keçmədi ki, Kamil borunu basdırıb sementlədi. M.Süleymanov. // məc. Möhkəmlətmək, bərkitmək. [Kələntər:] Mənə də Kələntər deyərlər, dövrəmi elə sementləmişəm ki, heç yeri qaza bilməzlər. M.İbrahimov. sementlənmə “Sementlənmək”dən f.is. Bülənd dərənin dibində sütunların sementlənməsinə baxırdı. Ə.Əbülhəsən. sementlənmək məch.\n1. Sementlə malalanmaq, sement çəkilmək.\n2. tex. Sementlə bərkidilmək, sementlə möhkəmləndirilmək.\n3. bax. sementləşmək 2-ci mənada. sementləşmə 1. “Sementləşmək”dən f.is.\n2. geol. Süxurların tərkib hissələrinin ərimiş mineral maddələrinə yapışıb bərkiməsi prosesi. sementləşmək f. Bərkiyib sementə dönmək, daşlaşmaq. sementləyici is. tex. Sement çəkmək üçün, sementləməyə məxsus. Sementləyici aqreqat. sementli sif.\n1. Tərkibində sement olan, sement qarışdırılmış. Sementli beton.\n2. Sement çəkilmiş, sement qarışığı ilə malalanmış, sementlənmiş. Sementli divar. Sementli quyu. semestr [lat. semestris – yarımillik] Ali və ya xüsusi orta məktəblərdə dərs ilinin yarısı. Semestrin ortalarında texnikumda bir mənzərə çəkmək üçün müsabiqə elan olundu. Mir Cəlal. seminar [lat. seminarium – ocaq]\n1. Ali məktəblərdə tələbələrin xüsusi fənn və ya mövzu üzrə keçirdikləri qrup məşğələsi. Azərbaycan ədəbiyyatı tarixindən seminar.\n2. İxtisası, ideya-siyasi səviyyəni artırmaq üçün qruplarla keçirilən xüsusi məşğələ. seminarist [lat.] Seminariya tələbəsi. seminariya [lat. seminarium – ocaq]\n1. Keçmişdə: orta pedaqoji məktəb. Müəllimlər seminariyası. – [Musanın nəvəsi] Qori seminariyasının pansionunda bircə il yaşadıqdan sonra mədəniyyət aləmində bu qədər tərəqqi etmişdi. Qantəmir.\n2. Orta ruhani məktəbi. semitlər [Bibliya əfsanələrinə görə insan nəslinin banilərindən olan üç qardaşdan birinin – Simanın adından] Qabaq Asiyada, Şimali və Şərqi Afrikanın bir hissəsində yaşamış və yaşayan xalqlar qrupu, samilər (buraya qədim babillilər, assurilər, finikiyalılar, qədim yəhudilər və başqaları, habelə müasir xalqlardan ərəblər, suriyalılar, yəhudilər və efiopiyalılar daxildir). semitologiya [semit və yun. logos – elm, anlayış] Semit dillərini və mədəniyyətini öyrənməklə məşğul olan elmlərin məcmusu. semitoloji sif. Semitologiyaya aid və ya mənsub. Semitoloji tədqiqat. semitoloq Semitologiya mütəxəssisi. sen is. Yaponiyada xırda pul. senat [lat. senatus – qədim]\n1. Qədim Romada yüksək hakimiyyət orqanı. Venetsiyanın işlərini senat dolandırırdı, padşahı yoxdu. Senat isə ibarət idi alinəsəb, dövlətmənd, ağıllı və insaflı əşxasın icmaindən. F.Köçərli.\n2. İnqilabdan qabaq Rusiyada: ali məhkəmə vəzifəsini görən və dövlət aparatı üzərində nəzarəti həyata keçirən hökumət orqanı.\n3. ABŞ-da konqresin baş palatası; Belçikada, Kanadada və bəzi başqa dövlətlərdə parlament. senator [lat.] Senat üzvü. senatorluq is. Senator vəzifəsi. sensualist [lat.] fəls. Sensualizm tərəfdarı. sensualizm [lat. sensus – duyğu] Duyğunun idrakın yeganə mənbəyi olduğunu iddia edən fəlsəfi cərəyan. sent is. [ing.] ABŞ və bəzi başqa ölkələrdə xırda pul. sentesimo is. [isp.] Panama, Uruqvay və Çilidə xırda pul. sentimental [fr.] sif.\n1. Sentimentalizmlə əlaqədar olan, sentimentalizmlə bağlı olan. Sentimental əsər. Sentimental mövzu.\n2. Çox tez təsirlənən, mütəəssir olan, həddindən artıq həssas olan, hissə qapılan. Sentimental adam. Sentimental hisslər. – [Reyhan Şahsuvarova:] Görünür, siz o gecə çox sentimental bir əhvali-ruhiyyədəymişsiniz. İ.Əfəndiyev. sentimentalist [fr.] Sentimentalizm (1-ci mənada) cərəyanı nümayəndəsi. Sentimentalist yazıçı. sentimentalizm [fr.]\n1. XVIII əsrin ikinci yarısı və XIX əsrin əvvəllərində Avropada meydana gəlmiş ədəbi cərəyan (bu cərəyan nümayəndələrinin əsərlərində insan hissiyyatına daha çox üstünlük verilir, zəiflərə və məzlumlara hüsn-rəğbət göstərilir. Sentimentalizmin ən səciyyəvi xüsusiyyəti həddindən artıq həssaslıq, hissə qapılmaqdan ibarətdir). Füzulinin dörd əsr bundan əvvəl yazdığı sentimentalist əsərlər bu gün belə bütün sentimentalizm ədəbiyyatının ilk sıralarında gedə bilər. C.Cabbarlı.\n2. bax. sentimentallıq. sentimentallıq is. Həddindən artıq nazikürəklilik, həssaslıq. sentimo is. [isp.] Venesuela, İspaniya, Paraqvay və başqa ölkələrdə xırda pul. sentner [alm. sentner, əsli lat. sentum – yüz] 100 kiloqrama bərabər metr ölçü sisteminin çəki vahidi. [Manya Fərmana:] İstəyirəm hər hektardan yüz sentner xalis pambıq götürüm. Ə.Sadıq. [Uğur:] Sən elə güman edirsən ki, yüz sentnerdə dayanacağıq. İ.Əfəndiyev. sentrizm [lat.] II İnternasional partiyalarında opportunizmin ən incə üsullarla maskalanmış forması. sentyabr [lat.] Təqvim ilinin doqquzuncu ayı. senyor I. [lat. senior – böyük] Qərbi Avropada orta əsrlərdə: özünə məxsus olan ərazi miqyasında dövlət başçısı hüququna malik torpaq sahibi, feodal.\n\nII. [isp. senör] Ağa, cənab. [Zabit:] Senyor, bağışlayın, buradan Qoritsiyaya neçə kilometrdir?.. S.Vəliyev. senz is. [lat.]\n1. Bir şəxsin bu və ya digər hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərt.\n2. Bir müəssisə bu və ya digər siyahıya daxil etmək üçün lazım olan şərt. senzor [lat.] Mətbuat üzərində nəzarəti həyata keçirən vəzifəli şəxs. senzorxana [lat. sensor və fars. ...xanə] köhn. Senzuranın yerləşdiyi bina, senzor idarəsi. Hökumətin senzorxanasına pişnihad edib bizə mühəvvəl olunan məmuriyyəti sədaqətlə yerinə yetirək. C.Məmmədquluzadə. senzorluq is. Senzorun işi, vəzifəsi. Və nə qədər ki onlar ölməyiblər və senzorluqda vardırlar, ruznaməyə izin ala bilsək də, bir şey yaza bilməyəcəyik. C.Məmmədquluzadə. senzura [lat.]\n1. Mətbuata nəzarət edən dövlət idarəsi.\n2. Çapa veriləcək, teatrda tamaşaya qoyulacaq əsərlərin və ya hər hansı bir materialın həmin idarə tərəfindən yoxlanması. separatist [lat. separatus-dan] Separatizm tərəfdarı. separatizm [lat. separatus – ayrılmış] Ayrılmağa çalışma. // Çoxmillətli burjua dövlətlərində: azlıqda qalan millətlərin, yaxud bir əyalətin dövlətdən ayrılaraq öz müstəqil dövlətini qurmağa çalışması. separator [lat. separator – ayıran] Bir maddəni digərindən ayırmaq üçün işlədilən müxtəlif cihazların adları. // k.t. Üzlü süddən qaymağı ayıran cihaz. ..Kərim dayı çardağın altında ağaran separatorlara sarı addımladı. İ.Hüseynov. separatorçu is. Separatorda işləyən adam. sepsis is. [yun.] İnsan və heyvanlarda irin törədən orqanizmlərin və onların toksinlərinin qan və toxumalara düşməsindən yaranan infeksion xəstəlik. septik is. [ing.] Az miqdarda məişət çirkab sularını təmizləmək üçün qurğu. septima is. [lat.] Musiqidə yeddi pərdə həcmində interval. ser is. [ing.] ABŞ-da və İngiltərədə möminlərin keşişlərə, şagirdlərin müəllimlərə müraciət edərkən işlətdikləri söz; cənab. seradella is. [ital.] Paxlalılar fəsiləsindən bitki cinsi. serb is. Yuqoslaviyada yaşayan cənubi slavyan xalqının adı və bu xalqa mənsub adam. serbcə sif. və zərf Serb dilində. Serbcə danışmaq. Serbcə-rusca lüğət. serenada [ital. serenade – axşam nəğməsi]\n1. Orta əsrlərdə İtaliya və İspaniyada: adətən, sevgilinin pəncərəsi altında oxunan nəğmə.\n2. İnstrumental ansambl üçün yazılmış süita tipli musiqi əsəri. Çaykovskinin simli orkestr üçün serenadası. seriya [lat. series – sıra]\n1. Bir-birinə eynilə oxşar və ya hər hansı ümumi əlamətə malik olan şeylər sırası. Karandaşla çəkilmiş rəsmlər seriyası. Uşaqlar üçün yazılmış kitablar seriyası. // Hər hansı bir işin, hərəkətin ardıcıl sırası. Gimnastika hərəkətləri seriyası.\n2. Bir standart üzrə hazırlanan şeylər, məmulat, detallar.\n3. Böyük kinofilmin bütün seans vaxtı nümayiş etdirilən müstəqil hissəsi. “Bacılar” kinofilmi üç seriyadır.\n4. Qiymətli kağızların (pul, istiqraz vərəqələri və ya sənədlərin) hərf, yaxud rəqəmlə işarə olunan dərəcəsi. serjant [fr. sergent] Orduda, polisdə kiçik komanda heyətinin rütbə adı və bu rütbəni daşıyan adam. Polis serjantı. Kiçik serjant. – Serjant, Mədəddən gözünü çəkmədən danışırdı. Ə.Əbülhəsən. İndi [Ulduz] hərbi qiyafədə serjant rütbəsində bir şəfqət bacısı idi. Ə.Məmmədxanlı. serologiya [lat. serum – zərdab və yun. logos – elm, anlayış] Biologiyanın, insan və heyvanların qan zərdabı xüsusiyyətlərini öyrənən şöbəsi. seroloji sif. Serologiyaya aid olan. Seroloji tədqiqat. seroz is. [lat.] Epitel qatı ilə örtülmüş birləşdirici toxuma. serpantin [fr. serpent – ilan] Bal, maskarad və karnavallarda oynayanların başına, üstünə tökülən rəngbərəng, uzun kağız lentlər. sertifikat [lat. certum – düzdür və fasere – eləmək]\n1. mal. Dövlətin maliyyə istiqraz iltizamnaməsi. // Bəzi dövlət istiqrazları biletinin adı.\n2. Xarici ticarətdə: göndərilən malların sortu (cinsi), çeşidi, qiyməti və s. haqqında sənəd.\n3. Hər hansı bir şey haqqında vəsiqə, şəhadətnamə. serum is. [lat.] Qan zərdabı. servant [fr.] Qab-qacaq, süfrə, dəsmal və s. yığmaq üçün alçaq bufet. serviz [fr.] Müəyyən miqdar şəxs üçün xörək və ya çay ləvazimatı (qabları) komplekti. Çay servizi. Xörək servizi. Çay-qəhvə və xörək servizləri on iki və altı nəfərlik olur. – Təzə samovar, bütün servizilə, .. boşqablar, dövrələr, podnoslar, lampalar, güzgülər və bir neçə qablar .. cehiz adı ilə atası qızına verəcəkdir. R.Əfəndiyev. sessiya [lat. sessio – oturma]\n1. Müxtəlif seçkili orqanların və kollegial idarələrin vaxtaşırı keçirilən iclasları, habelə bu iclaslar dövrü.\n2. Ali və orta ixtisas məktəblərində müəyyən vaxtlarda keçilən imtahanlar, habelə həmin imtahanlar dövrü. İmtahan sessiyası. Qış sessiyası. sessiyalararası sif. Sessiyalar arasında olan, sessiyalar arasında görülən, aparılan. seşənbə is. [fars.] Köhnə təqvimdə: həftənin dördüncü günü, təzə təqvimdə: çərşənbə axşamı; salı, tək gün. set is. [ing.] Voleybolda, tennisdə oyunun hissələri. setar is. [fars.] Şərq simli musiqi alətlərindən birinin adı; tarın bir növü. [Ərən:] İçəri, əlində setar, gözəl bir qız girdi. Çəmənzəminli. sevda is. [ər.]\n1. Sevgi, məhəbbət, eşq. Eşq sevdasına heç kəs pis deməz; Məhəbbət yolundan ayaq kəs, deməz. M.P.Vaqif. [Qəndab:] Sonra mənə məlum oldu ki, Çingizlə [Qönçənin] sevdası elə o vaxt baş tutmayıb. B.Bayramov. • Sevdaya düşmək – sevmək, məhəbbət yetirmək, eşqə düşmək, vurulmaq, məftun olmaq. Bir Leyli sevib eşqdə sevdalərə düşdüm; Məcnuna dönüb daməni-səhralərə düşdüm. S.Ə.Şirvani.\n2. Arzu, həvəs, şiddətli meyil. Mənə hökm eyləmişdi bir xülya; Atəşin şövq, odlu bir sevda. A.Səhhət. [Sitarə:] Yenə düşdü xəyalıma Vətən sevdası, ya rəbbi! C.Cabbarlı. Xəzan acısına edib məhəmmül; Gülün kölgəsində ötəndə bülbül; – Həyat, həyat! – deyə çırpınır könül; Könüldən, sevdadan necə əl çəkim? M.Müşfiq. • ...sevdasına düşmək – ...arzusunda olmaq, ...həvəsinə düşmək, can atmaq. Dul qalmasını görüncə, Məşədi övlad məsələsini ortaya salıb, Gülcahan xanımı almaq sevdasına düşmüşdü. T.Ş.Simurq. Nəcibə onilliyi qurtarandan sonra ali məktəb sevdasına düşdü. Mir Cəlal. sevdalı sif. Sevdaya düşmüş, məftun olmuş; məftun, vurğun, aşiq. Çəmən döşəyidir sevdalı yarın; Ona layla deyir səhər küləyi. S.Vurğun. Ətirlənir güllərin; Sevdalı bülbüllərin; Ötüşür can bağımda. M.Müşfiq. [Rza:] Gülər üzləri çoxdan kədər, aydın baxışları duman, sevdalı könülləri nifrət bürümüşdü. M.İbrahimov. sevdicik oxş. Adətən “sevdiciyim” şəklində – çox istənilən, əzizlənən adama müraciət tərzində işlənir. Lay-lay mələkim, sevdiciyim, yavrucuğum, yat! Bir də ələ düşməz bu çocuqluq dəmi, heyhat! A.Şaiq. Oxu sevdiciyim, öz həvəsinlə! İlham qanadlanır sənin səsinlə! M.Müşfiq. sevdirmə “Sevdirmək”dən f.is. sevdirmək icb. Sevməyə məcbur etmək, istətmək; nə yolla olur olsun bir şeyi başqasına istətməyə, bəyəndirməyə çalışmaq, birinin istəyini qazanmağa çalışmaq. Bir qadın gözəlliyi, mərifəti və özünü sevdirməyi bacarırsa, ona bağlanmaq mümkündür. M.S.Ordubadi. Gülü də sevdirən bizə ətirdi; Gəl hikmət axtaraq söz gülzarında. B.Vahabzadə. sevər Adətən “yerindən” sözü ilə: zəif, incə, çox qorxulu, xətərli. [Pəri ovçuya:] İndi əgər sən onu sevər yerindən yaralamısansa, mən də sağ qalmayacağam, laçınım. Ə.Məmmədxanlı. [Süleyman:] Güllə sevər yerindən dəyib, haman saat yıxılmasaydı, bunun xəncər dişlərindən qurtara bilməzdiniz. M.Rzaquluzadə. ...sevər sif. Mürəkkəb sözlərin “istəyən”, “sevən”, “tərəfdar olan” mənasında işlənən ikinci tərkib hissəsi; məs.: azadlıqsevər, sülhsevər, insansevər, kitabsevər. sevə-sevə zərf Sevərək, istəyərək, məhəbbətlə. Füzulini sevə-sevə oxumaq. – Onu dinləmişəm mən sevə-sevə; Gül açıb hər sözü dodaqlarımda. S.Rüstəm. “Aldanmış kəvakib” xalqımızın hər zaman sevə-sevə oxuduğu qüvvətli bir satiradır. S.Rəhman. sevgi is.\n1. Məhəbbət, eşq. Sevgim mübarizə, sevgilim həyat; Yəhərlənmiş bana qanadlı bir at. M.Müşfiq. Sevgi əzəl gündən sevir baharı; Baharda insanlar arzuya çatır. N.Xəzri.\n2. klas. Sevgili. Bir belə cavanın əqli kəm olsa; Baxırsan ki, sevgisinə naz eylər. M.P.Vaqif. Adətdir ki, olur xubruların; Sevgisinin yadigarı yanında. Q.Zakir. sevgili sif. Çox sevilən, əzizlənən, istənilən; əziz, mehriban. Sevgili uşaqlar. Sevgili dost. – Könlümün sevgili məhbubu mənim; Vətənimdir, Vətənimdir, Vətənim! A.Səhhət. // İs. mənasında. [Gülçöhrə:] Mən öz sevgilimi istəyirəm. Ü.Hacıbəyov. [Səriyyə Rüstəmə:] Nə üçün öz sevgilini zalımlar əlində qoyub xilas etmirsən? C.Cabbarlı. sevgisiz zərf və sif. Sevgi hissi olmadan, sevmədən, məhəbbətsiz, istəmədən. Sevgisiz ərə getmək. – [Aşıq Sultan:] Vicdanları parlaq tutan sevgidir; Sevgisiz könül ya daşdır, ya dəmir. H.Cavid. Sevgisiz, yoldaşsız bir gözəl kimi; Sükuta qərq olub yaşardın əlbət. M.Dilbazi. sevib-seçmə “Sevib-seçmək”dən f.is. sevib-seçmək f. İstəyərək, xoşlayaraq, bəyənərək bir neçə adamın, şeyin arasından birini ayırmaq, seçmək. Sevib-seçdiyi qız. Sevib-seçdiyi sənət. – [Bibixanım Göyçəyə:] ..Kimi sevib-seçsə, ürəyinə kim yatsa, ona da getsin. B.Bayramov. [Qoşqar:] Mən neçə dəfə təklif elədim ki, [kolxoza] Rəhimlini yox, camaatın özünün sevib-seçdiyi bir adam göndərək. İ.Hüseynov. sevici is. və sif. Sevən, vurğun, aşiq. [Oqtay:] Nəhayət, mən [Firəngizə] anladaram ki, mənim heç bir şeyim yoxsa, pak bir eşqim, sevici bir ürəyim .. [var]. C.Cabbarlı. Bu gözəl və gənc gadın [Yaxşı] nəcib duyğulara, sevici bir qəlbə, şairanə bir hissiyyata malikdir. M.Arif. sevilmə “Sevilmək”dən f.is. sevilmək “Sevmək”dən məch. Mən bəxtiyar oldum, o zamandan ki sevildim. B.Vahabzadə. sevimli sif.\n1. Mehriban, əziz, sevgili, istəkli. [İncə:] ..Uşaq könlüm heç fərqinə varmadı. O hər kəsdən dəyərli, igid, gözəl, sevimli... C.Cabbarlı. [Xaqani:] Oxu, bülbülciyim, səsinə qurban; Ey ilham pərisi, sevimli canan! M.Rahim.\n2. Xoşagələn, xoşlanılan, insanın məhəbbətini cəlb edən; cazibəli. Sevimli səs. Sevimli nəğmə. – Onun ən gözəl və sevimli xüsusiyyətlərindən birisi zahiri görünüşündə olan məhcubluğu, həyalılığı və utancaqlığı idi. M.S.Ordubadi. Bura mənim sevimli yerlərimdən biri idi. A.Divanbəyoğlu. sevimsiz sif. Sevilməyən, xoşa gəlməyən; cazibəsiz. Sevimsiz bir sima. sevinc is. Fərəh, şadlıq; sevinmə (kədər əksi). Hər şeydə fərəh, sevinc, təravət; Artıq oyanıb gülür təbiət. A.Şaiq. sevincək zərf Sevinə-sevinə, sevinərək, çox şad, fərəh içərisində. Sevincək daxil olmaq. Sevincək getmək. – Hamı sevincək ayağa qalxır. Ü.Hacıbəyov. Lətiflə Həsən .. sevincək əl-ələ verdilər və sağ tərəfdəki mərmər pilləkənlərlə yuxarı, ikinci mərtəbəyə qalxdılar. H.Seyidbəyli. sevincli sif. və zərf Sevinc içərisində, fərəhli, şad. [Student] sevincli bir halda qulluqçunu çağırdı, xanımın yanına kitab dalınca göndərdi. Çəmənzəminli. [Laçın] sonra isə baxıb sevincli bir hal ilə gülümsəməyə başladı. H.Nəzərli. [Quşlar] dəstə-dəstə uçub gəldilər, sevincli çığırtılarla Afaqın bağçası üstündə qanad çalıb dövrə vurdular. Ə.Məmmədxanlı. // Sevinc verən, sevindirən, fərəhli. sevincsiz sif. Fərəhsiz, pərişan, məyusedici, qəmləndirici, kədərləndirici. Sevincsiz mənzərə. sevindirici sif. Sevinc gətirən, fərəh oyadan, şad edən; fərəhləndirici, sevindirən, ürəkaçan, xoş. Sevindirici hal. Sevindirici xəbər. – [Məktəb müdiri] ayağa qalxıb şagirdlərə son dərəcə ciddi, həm də sevindirici bir xəbər verdi. H.Seyidbəyli. sevindirmə “Sevindirmək”dən f.is. sevindirmək f. Sevinməsinə səbəb olmaq, şad etmək, fərəhləndirmək, şadlandırmaq. Şad xəbər hamını sevindirdi. – Tahirin bu cür düşüncəli və ciddi bir əda ilə danışmağı Lətifəni sevindirdi. M.Hüseyn. Bilirəm, ən xoşbəxt, gözəl günlərim; Bu evdə hamını sevindirəcək. Ə.Kürçaylı. sevinə-sevinə zərf Şad, çox razı halda, sevinərək, sevinc içində. Sevinə-sevinə getmək. Sevinə-sevinə oxumaq. – Əhməd evdən ildırım kimi həyətə qaçıb, sevinə-sevinə və ləhləyə-ləhləyə gəldi anasının yanına. C.Məmmədquluzadə. Kəndlilər ağanın dağıdılmış evinə baxıb, dərindən nəfəs aldılar, sonra isə sevinə-sevinə evlərinə getdilər. S.Rəhman. sevinişmə “Sevinişmək”dən f.is. sevinişmək qarş. Hamı birlikdə sevinmək, şadlanmaq, fərəhlənmək. Şad xəbərdən hamı sevinişdi. – [Qızlar] sevinişdilər, nəhayət, atlar uzaqdan göründü. M.S.Ordubadi. sevinmə “Sevinmək”dən f.is. sevinmək f. Xoş xəbərdən, hadisə və ya işdən fərəh duymaq, şadlanmaq, vəcdə gəlmək. Şairin sevinci evlə bir oldu. Anası da həm sevinir, həm nisgillənirdi. Çəmənzəminli. Əziz mehribanım, çatdı məktubun; Nə qədər sevindik, bilsən, ürəkdən. M.Rahim. sevişmə 1. “Sevişmək”dən f.is.\n2. Sevgi, məhəbbət, eşq. sevişmək qarş. Bir-birini sevmək, birbirinə eşq yetirmək. Gülbənd ilə kiçik əmioğlumun sevişdiklərini bilirdim. S.S.Axundov. [Teymur] hələ on yeddi yaşında ikən özüylə birlikdə oxuyan Şogik adlı bir qızla sevişirdi. M.Hüseyn. sevmə “Sevmək”dən f.is. İnsanın insanı sevməsi, bir-birinə məhəbbət bağlaması təbiidir. N.Nərimanov. sevmək f.\n1. Eşq yetirmək, aşiq olmaq. Səni sevən çox bəlaya tuş olur; Əql gedir başdan, fəramuş olur. M.P.Vaqif. [Əsgər:] Əlbəttə, xanım. Göz gördü, könül sevdi. Ü.Hacıbəyov. Əşrəf Nazlını ilk görən gün sevdi. S.Rəhman. // Qəlbən bağlı olmaq, sadiq olmaq. Vətənini sevmək. Ailəsini sevmək. – [Nizami:] Mən bu yerləri sevirəm. Sevgi isə mənim ən böyük ilham mənbəyimdir. M.Hüseyn.\n2. Əzizləmək, oxşamaq, riqqət göstərmək. Həqiqət ər və arvad Bahadıra nəinki bir eyib tapmırdılar, hətta onu sevirdilər. N.Nərimanov. Aslan gah əmir, gah da döşdən ayrılıb hıçqırırdı. Onun belə kövrəldiyini görən Gilə arvad nəvəsini qucağına alıb, sevməyə, oxşamağa başladı. Ə.Vəliyev.\n3. Bir şeyin aludəsi olmaq, ona hədsiz maraq göstərmək, meyli olmaq, çox istəmək, xoşlamaq. Mütaliəni sevmək. Əl işlərini sevmək. – [Firidun Sərhəngə:] Sərhəng, mən sizin haqqınızda çox şey eşitmişdim, lakin şuxluğu sevən (f.is.) adam olduğunuzu eşitməmişdim. M.İbrahimov. Yer üzündə sevdiyim; Çiçəklərdir, çiçəklər. N.Xəzri. ‣ Allahı sevərsən – bax. Allah. Gəl, Allahı sevərsən, zahida, sən bu riyadan keç. S.Ə.Şirvani. [Hacı Osman:] Rəhim bəy, bir bəri gəl! Allahı sevərsən, bu xatanı mənim başımdan elə.. Ə.Haqverdiyev. seyf [ing. safe – təhlükəsiz, etibarlı] Qiymətli kağızları, sənədləri, pul və s. saxlamaq üçün yanmayan metaldan qayrılmış şkaf və ya yeşik. Kapitan .. seyfi açıb oradan bir qovluq çıxartdı. Ə.Əbülhəsən. Katib birdən nəyisə xatırlayıb seyfə yaxınlaşdı. B.Bayramov. seyid is. [ər.] din.\n1. Məhəmməd peyğəmbərin nəslindən olan müsəlmanların fəxri titulu. Hər vilayətdə var beş-on qəsəbə; Əlli min seyyidü axund, tələbə. S.Ə.Şirvani. [Məsmə:] Anam, dayılarım məni [kor kişiyə] verdilər. Çünki onlar kənddə nüfuzlu, kəramət sahibi seyidlər hesab olunurdular. S.Hüseyn.\n2. Ləqəb kimi seyidlərin adlarından əvvəl deyilir. Bir əlli-altmış il bundan əqdəm iki nəfər kukəmərli seyid – biri Seyid Əhməd və biri Seyid Səməd Qafqaza varid olurlar. Ə.Haqverdiyev. seyidmalı din. bax. xüms. [Seyidlər] cavab verdi ki, əlbət, sizdən seyidmalı xahiş edəcəklər. C.Məmmədquluzadə. seyiz is. Sürünün qabağında gedən təkə. seym is. [pol.] Bəzi ölkələrdə qanunverici orqan, parlament, məclis. seyr I. is. [ər.] Əylənmək və istirahət məqsədilə gəzinti, ayaqseyri, gəzmə, gəzinmə. • Seyr etmək – gəzmək, gəzintiyə, ayaqseyrinə çıxmaq. Çıxıb başmaqseyrinə, edib seyri-çəmən gəldim; Ayaq üstdən Qazağa bir gedib, gördüm vətən, gəldim. M.P.Vaqif. Seyrə çıxmaq – gəzintiyə çıxmaq, gəzməyə çıxmaq; gəzmək, gəzinmək; çəmənlikdə, bağda və s.-də əylənmək. Əğyar ilən çıxıb seyrə, dərməsin; Layiq olmaz anlamaza bənövşə. M.P.Vaqif. Yarpaqlanır ağaclar; Yaşıllanır yamaclar; Seyrə çıxır uşaqlar; Göy çəməndə oynaqlar. A.Səhhət.\n\nII. is. [ər.] Seyr etmə, baxma, tamaşa etmə, göz gəzdirmə. [Vaqif] meşənin seyrindən ayrılıb Mədinəni süzməyə başladı. Çəmənzəminli. • Seyr etmək – baxmaq, tamaşa etmək. Ətrafı seyr etmək. – Xanların sözünə baxmayaraq qapının aralığında durub yağışı seyr edirdim. Qantəmir. Seyr edib yaxını, gah da uzağı; Bir az seçə bildim qaranı ağdan. B.Vahabzadə. Seyrə dalmaq – fikri bir şeyin seyrinə getmək, seyr etmək. [Arxeoloq:] Bu bəzəkli çöllərin; Seyrinə dalan zaman; Coşmamış olmaz ürək. H.Hüseynzadə. seyran [ər. seyr və fars. ...an]\n1. bax. seyr1. • Seyrana çıxmaq – seyrə çıxmaq. Ay gecə qəbrində cövlana çıxsın; Ulduzlar süzülüb seyrana çıxsın. M.Müşfiq. Çıxmış dəniz sahilinə iki gənc qız seyrana; Xeyli gəzib dolaşırlar... Sonra isə yan-yana; Sahildəcə oturaraq başlayırlar söhbətə. N.Xəzri.\n2. bax. seyrəngah. Xoş gün bayramın olsun; Gülşən seyranın olsun! Niyə gec-gec gəlirsən? Canım qurbanın olsun! (Bayatı). seyrçi is.\n1. Seyrə, gəzməyə çıxan adam. Seyrçilər kəndə girərkən küçələrin tünlüyü daha da artmış oldu. Ə.Əbülhəsən.\n2. məc. Uzaqdan baxaraq işə qarışmayan, müşahidə etməklə kifayətlənən, müşahidəçi; bir hadisəyə, işə passiv, laqeyd münasibət göstərən adam. Hadisəyə bir seyrçi kimi baxmaq. • Seyrçi qalmaq – bir hadisə qarşısında heç bir maraq və əlaqə göstərməyərək, ona bir tamaşaçı kimi baxmaq, işə qarışmamaq. İşə seyrçi kimi qalmaq olmaz. seyrək sif.\n1. Bir-birindən aralı, uzaq, sıx, qalın olmayan, adda-budda (sıx əksi). Seyrək meşə. Seyrək ot. – Uzaqda görünən seyrək pöhrəliyin içi və dilik-dilik olan yalların sinəsi yarılırdı. S.Rəhimov. // Eyni mənada saç, tük haqqında. Gözlərinin mehriban gülüşü yadımdadır; Saçlarının seyrək gümüşü yadımdadır. R.Rza. [Xoşqədəm nənənin] çallaşmış seyrək qaşları altdan işıldayan, çuxura düşmüş, xırda, qara gözləri hələ öz nurunu itirməmişdi. S.Qədirzadə.\n2. Bütöv halında olmayan, parça-parça, ara-sıra. Ay saf göydə öz gediş sürətini artırmış, ağ pambıq kimi seyrək buludlar onu gəlin aparan kimi əhatə etmişdir. H.Nəzərli. Ağ seyrək dumanı aparır külək; Üzür bir oğlanla bir qız qayıqda. H.Hüseynzadə.\n3. Zərf mənasında. Ara-sıra, hərdənbir, azaz, tək-tək. Seyrək eşitdiyin hər söhbətində; Ölüm düşünərdi, ölmək arardı. S.Vurğun. Seyrək keçir hələ atlı, piyada; Bəzəkli faytonlar yoxdur orada. H.K.Sanılı. ‣ Ağıldan seyrək – bax. ağıldan kasıb (“ağıl1”da). seyrək-seyrək zərf Arabir, bəzən, hərdənbir, ara-sıra. Seyrək-seyrək atılan güllələr uzaqlaşaraq qeyb oldu. Ə.Vəliyev. Yavaşyavaş yelləncək havadan düşür, bayaqkı kimi yuxarı qalxmayaraq seyrək-seyrək yellənirdi. Ə.Əbülhəsən. seyrəkbığ (=seyrəkbığlı) sif. Bığı seyrək olan, qalın olmayan. Seyrəkbığlı kişi. seyrəkbığlı (=seyrəkbığ) sif. Bığı seyrək olan, qalın olmayan. Seyrəkbığlı kişi. seyrəkçətirlilər is. bot. Çətirləri sıx olmayan, seyrək olan bitkilər fəsiləsi. seyrəkdiş (=seyrəkdişli) sif. Dişləri seyrək, aralı olan. Seyrəkdişli uşaq. seyrəkdişli (=seyrəkdiş) sif. Dişləri seyrək, aralı olan. Seyrəkdişli uşaq. seyrəkləmə I. “Seyrəkləmək1”dən f.is.\n\nII. “Seyrəkləmək2”dən f.is. seyrəkləmək I. f. Seyrək etmək, birbirindən aralamaq, ara qoymaq, seyrək hala gətirmək. Bağı seyrəkləmək. Pambığı seyrəkləmək.\n\nII. f. Səfehləmək, ağlını azdırmaq, gicləşmək, axmaqlamaq. [Diyar kişi:] Nə seyrəkləyirsən, ay arvad! Ə.Məmmədxanlı. seyrəkləndirmə “Seyrəkləndirmək”dən f.is. seyrəkləndirmək f. Seyrək hala gətirmək, seyrək etmək. Tingləri seyrəkləndirmək. seyrəklənmə “Seyrəklənmək”dən f.is. seyrəklənmək 1. məch. Seyrək hala gətirilmək, seyrəldilmək. Bağda ağaclar seyrəklənmişdir.\n2. məc. Azalmaq. İdarəyə gələnə qədər Qorxmazın üzünü çulğamış qalın kədər dumanı indi parçalanmış, seyrəklənmiş və getgedə çəkilib gedirdi. Ə.Vəliyev.\n3. Bir-birindən aralanmaq, uzaqlaşmaq; dağılışmaq. Atlılar seyrəklənərək iki sıra olub, təpələrin arası ilə gedən ensiz cığıra buruldular. Ə.Vəliyev. seyrəkləşdirilmə “Seyrəkləşdirilmək”dən f.is. seyrəkləşdirilmək məch. Seyrək hala gətirilmək, bir-birindən aralı etmək. seyrəkləşdirmə “Seyrəkləşdirmək”dən f.is. seyrəkləşdirmək bax. seyrəltmək. Meynələri seyrəkləşdirmək. seyrəkləşmə “Seyrəkləşmək”dən f.is. seyrəkləşmək f.\n1. Seyrək hala gəlmək, bir-birindən aralı olmaq; sıxlığı, qalınlığı azalmaq. Kollar getdikcə seyrəkləşirdi. – ..Yaz buludları sanki tankın gurultusundan qorxub seyrəkləşir, hürkür, qaçışırdı. M.Hüseyn. // Getdikcə seyrək olmaq, sıxlığı, qalınlığı azalmaq. Qadir Zeynalın qışqırığını qalın meşəliyin çox seyrəkləşdiyi sarı qaya başlanğıcına yetişərkən eşitdi. Ə.Əbülhəsən.\n2. Azalmaq, ara-sıra olmaq, az-az nəzərə çarpmaq. Gəlib-gedən seyrəkləşdi. S.Rəhimov. seyrəklətdirmə “Seyrəklətdirmək”dən f.is. seyrəklətdirmək icb. Seyrək hala saldırmaq, bir-birindən aralatdırmaq. Ağacları seyrəklətdirmək. seyrəklətmə “Seyrəklətmək”dən f.is. seyrəklətmək bax. seyrəklətdirmək. seyrəklik is. Seyrək şeyin halı, azlıq (qalınlıq, sıxlıq ziddi). Saçın seyrəkliyi. Meşənin seyrəkliyi. seyrəksaç (=seyrəksaçlı) sif. Saçı seyrək olan, saçı qalın (sıx) olmayan. Seyrəksaç qız. – Orta yaşlarında, arğaz, seyrəksaç dəllək Leylək Ələmdarın heybətli sifətini görüncə hırıldayahırıldaya [dedi].. S.Rəhimov. seyrəksaçlı (=seyrəksaç) sif. Saçı seyrək olan, saçı qalın (sıx) olmayan. Seyrəksaç qız. – Orta yaşlarında, arğaz, seyrəksaç dəllək Leylək Ələmdarın heybətli sifətini görüncə hırıldayahırıldaya [dedi].. S.Rəhimov. seyrəksaqqal (=seyrəksaqqallı) sif. Saqqalı seyrək olan, saqqalı qalın (sıx) olmayan. Seyrəksaqqal kişi. – [Nəbi Həcərə:] Bəs seyrəksaqqal Sarımsaqoğlunu unutmusanmı? S.Rəhimov. seyrəksaqqallı (=seyrəksaqqal) sif. Saqqalı seyrək olan, saqqalı qalın (sıx) olmayan. Seyrəksaqqal kişi. – [Nəbi Həcərə:] Bəs seyrəksaqqal Sarımsaqoğlunu unutmusanmı? S.Rəhimov. seyrəktüklü sif. Tükü seyrək olan, tükü sıx (qalın) olmayan. seyrəkyarpaq (=seyrəkyarpaqlı) sif. Yarpaqları seyrək, aralı olan; az olan, sıx (qalın) olmayan. Seyrəkyarpaqlı ağaclar. Seyrəkyarpaq kol. seyrəkyarpaqlı (=seyrəkyarpaq) sif. Yarpaqları seyrək, aralı olan; az olan, sıx (qalın) olmayan. Seyrəkyarpaqlı ağaclar. Seyrəkyarpaq kol. seyrəkyun (=seyrəkyunlu) sif. Yunu seyrək olan, yunu sıx (qalın) olmayan. Seyrəkyunlu qoyun. seyrəkyunlu (=seyrəkyun) sif. Yunu seyrək olan, yunu sıx (qalın) olmayan. Seyrəkyunlu qoyun. seyrəldilmə “Seyrəldilmək”dən f.is. Pambıq əkininin seyrəldilməsi. seyrəldilmək bax. seyrəkləndirmək. seyrəlmə “Seyrəlmək”dən f.is. seyrəlmək f.\n1. Seyrək hala gəlmək, azalmaq, tökülmək (saç, qaş və s. haqqında). [Bəhlul:] Seyrəlmiş (f.sif.) tüklər [atamın] uzunsov başına yalanmış kimi yatmışdı. B.Bayramov.\n2. Parçalanmaq, dağılmaq, seyrəkləşmək. Torpaq qızır..., qar əriyir..., çaylar bulanır...; Gah seyrəlir, gah sıxlaşır əlvan buludlar. S.Vurğun. Yavaş və yeknəsəq piyada addımlarının səsi altında qaranlıq seyrəlir, üfüq işıqlanırdı. Mir Cəlal.\n3. Ara-sıra olmaq, hərdənbir olmaq, təktək görsənmək. Gələn-gedən seyrəlmişdi. – [Qəhrəman:] ..minlərlə atılan yaylım atəşləri bir az seyrəldi, topların səsi lap kəsildi. H.Nəzərli. Küçələrdə izdiham seyrəlmişdi. Ə.Məmmədxanlı. seyrəltmə “Seyrəltmək”dən f.is. Bitkinin seyrəltmə dövrü. – Gülşən seyrəltmə işlərilə eyni zamanda alaq vurmalarını manqa üzvlərinə məsləhət gördü. Ə.Vəliyev. seyrəltmək bax. seyrəkləşdirmək. Sərvinaz .. kösövləri qazanın altından çəkib közü seyrəltdikdən sonra başını qaldırdı. B.Bayramov. seyrəngah is. [ər. seyr və fars. ...gah] Seyr yeri, gəzinti üçün səfalı, mənzərəli yer. Kür qırağının əcəb seyrəngahı var; Yaşılbaş sonası, hayıf ki, yoxdur! M.P.Vaqif. Yayda yaylağımdır, qışda oylağım; Yazda seyrəngahım bu dağlar mənim! Aşıq Ələsgər. – Bəli, tanıyıram, – dağ gəldi dilə; – Qocaman Qafqazın seyrəngahını. N.Xəzri. seysmik sif. [yun. seismoz – zəlzələ] Zəlzələ ilə əlaqədar olan, zəlzələyə aid olan. Seysmik hadisə. Seysmik dalğa. // Zəlzələyə məruz, zəlzələ ola bilən. Seysmik sahə. – Seysmoloq .. şəhərin seysmik cəhətlərini telefonla .. bir daha aydınlaşdırdıqdan sonra təkidlə dedi... B.Bayramov. // Yer qabığında baş verən titrəyişlərin qeydə alınması ilə bağlı olan. Seysmik xəritə. Seysmik cihaz. – Şeyda əsasını qoymağa çalışdığı seysmik stansiyanın layihəsini özü işləmişdi. B.Bayramov. seysmoqraf [yun. seismos və grapho – yazıram] Yer qabığının titrəyişini avtomatik qeydə alan cihaz. seysmoqrafiya [yun.]\n1. Yer qabığındakı titrəyişin seysmoqraf vasitəsilə qeydə alınması.\n2. bax. seysmologiya. seysmoqram [yun. seismos – zəlzələ və gramma – yazma] Yer qabığının titrəyişinin seysmoqraf vasitəsilə avtomatik surətdə yazılması. seysmologiya [yun.] Geologiyanın, Yer qabığının titrəyişindən bəhs edən şöbəsi. seytnot is. [alm.] Şahmat və dama oyunlarında fikirləşmək üçün müəyyən olunmuş vaxtın darlığı. seyvan bax. eyvan. ‣ Qulaq seyvanı anat. – qulağın xarici hissəsi. sezarizm is. [lat.] Dövlət hakimiyyəti başında hakimiyyəti zorla qəsb etmiş şəxsin durduğu siyasi üsul; idarə. sezdirmə “Sezdirmək”dən f.is. sezdirmək f. Hiss etdirmək, dolayı yolla anlatmaq, bildirmək, büruzə vermək. Məşədibəy göz vura-vura anasının bərk incidiyini ona sezdirmək istəyirdi. M.Hüseyn. sezilmə “Sezilmək”dən f.is. sezilmək f. Duyulmaq, hiss edilmək, başa düşülmək. Üzüntülü bir intizar [Rübabənin] hərəkətlərindən sezilirdi. Mir Cəlal. Nabat xala güclə sezilən (f.sif.) bir təbəssümlə soruşdu. İ.Əfəndiyev. sezmə “Sezmək”dən f.is. sezmək f. Duymaq, hiss etmək, başa düşmək, anlamaq. Şadlığını üzündən sezmək. – Çinarlıqda yalnız başıma gəzdim; Bu halda incə bir inilti sezdim. H.Cavid. Vaqif bütün incəliklərinə qədər bələd olduğu bu çöhrədəki dəyişikliyi sezdi. Çəmənzəminli. Əsarətdə yaşayan insanların ahını; Baxışlarda sezmişəm, ürəklərdə görmüşəm. M.Rahim. səadət is. [ər.]\n1. Həyatda ən yüksək məmnunluq hissi; bir şəxsin hər hansı bir şeydən duyduğu dərin məmnunluq və sevinc hissi; xoşbəxtlik. [Murad] özünün səadət və istirahətini yalnız Nigarla bərabər yaşamaqda görürdü. S.Hüseyn. Şair anam Azərbaycan, sən vüqarımsan; Nəğməmsən, şerimsən, şeriyyətimsən; Sən mənim dünənki yaralarımsan; Sən mənim bugünkü səadətimsən! Ə.Kürçaylı. Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. İ.Əfəndiyev.\n2. məc. Obrazlı təşbehlərdə, məs.: səadət yolu, səadət qapıları, səadət məşəli, səadət nuru və s. – [Zəhra:] Ədalət dünyada əlvan gül açsın; Səadət günəşi nurunu saçsın. M.Rahim. Səadət qapıları [Zərqələmin] üzünə açılırdı. Ə.Sadıq. səadətli sif. Xoşbəxt, bəxtiyar, məsud, uğurlu. Səadətli günlər. Səadətli gələcək. – Hər quşun olmaz səadətli hümatək kölgəsi. Nəsimi. [Fəxrəddin:] Mənim ağam, nə üçün də utansınlar, bir halda ki, bunlar üçün səadətli və rahat gələcək düzəltməyə çalışırlar.. M.S.Ordubadi. səadətsiz sif. Bəxtsiz, bədbəxt, uğursuz. Sözün şənində şöhrət var, bu məna qəflətən solmaz; Çiçəksiz, sözsüz, insansız, səadətsiz bahar olmaz! S.Vurğun. səadətsizlik is. Bəxtsizlik, bədbəxtlik, uğursuzluq. səba (=səba yeli) is. [ər.] şair. Səhər əsən xəfif yel; meh. Səba, əhvalımı bir-bir; Varıb ol yarə ərz eylə. M.V.Vidadi. Səba, məndən söylə ol gülüzarə; Bülbül gülüstana gəlsin, gəlməsin? Ə.Nəbati. [Şair:] Gəl, gəl, geniş-geniş açım qolumu; Səni, səba yeli, basım bağrıma. N.Xəzri. səba yeli (=səba) is. [ər.] şair. Səhər əsən xəfif yel; meh. Səba, əhvalımı bir-bir; Varıb ol yarə ərz eylə. M.V.Vidadi. Səba, məndən söylə ol gülüzarə; Bülbül gülüstana gəlsin, gəlməsin? Ə.Nəbati. [Şair:] Gəl, gəl, geniş-geniş açım qolumu; Səni, səba yeli, basım bağrıma. N.Xəzri. səbat is. [ər.] Axıra qədər sözünün üstündə durma, iqrarında möhkəm olma; dəyanət, sabitlik, davamlılıq, möhkəmlik, mətanət, əzm. Bizimdir yüksəliş, bizimdir qanad; Bizimdir mətanət, bizimdir səbat. M.Müşfiq. səbatla zərf Mətanətlə, dözümlə, möhkəmliklə, səbat göstərərək. səbatlı sif. Sözünün üstündə duran, iqrarında möhkəm olan; dəyanətli, mətanətli, möhkəm, əzmli. Səbatlı tələbə. – [Məsmədə] ..əzmkar, səbatlı bir adamın hal və hərəkəti vardı və yaxud mənə elə təsir bağışlayırdı. S.Hüseyn. səbatsız sif. Sözünün, qərarının üstündə durmayan, sabit olmayan, möhkəm olmayan, mətanət göstərməyən; mütərəddid, dəyanətsiz. Səbatsız adam. səbatsızlıq is. Sözünün, qərarının üstündə durmama; dəyanətsizlik, qərarsızlıq. səbəb is. [ər.]\n1. Bir şeyin, hadisənin baş verməsini şərtləndirən başqa hadisə, şərait. Nöqsanların səbəbi. İşə gəlməməyinizin səbəbi nədir? Hər şeyin səbəbi var.\n2. Bais, baiskar, səbəbkar, təqsirkar. [Yaralı:] Səbəbin evi dağılsın. Gəldilər, camaatı başdan çıxartdılar. Ə.Haqverdiyev. Səriyyə xalanın Qərənfilə müştəri gözü ilə baxmasının əsas səbəbi Bahadur idi. S.Rəhman. • Səbəb olmaq – bais olmaq. Nə sən fəraqə səbəb olmusan, nə mən bais; Bu dərdə saldı bizi dövri-ruzigar, ey dust! S.Ə.Şirvani. Bu faciənin yaranmasına Surxay səbəb olmuşdu. Ə.Vəliyev.\n3. Bəhanə, əsas, dəlil. Dava salmaq üçün səbəb axtarır. • Səbəb eləmək – əlində bəhanə eləmək, əsas eləmək. [Güllü] bu kiçik çöpü, nə üçünsə, böyük bir səbəb eləmək istəyirdi. H.Seyidbəyli.\n4. ...səbəbinə şəklində – ...sayəsində, ...görə, ...ucbatından, ...hesabına. [Usta arvadına:] Belə kef! Özü də ayrı adamları [cənnətə] qoymazlar, biz ağanın səbəbinə gedəcəyik.. Çəmənzəminli. ‣ Bu səbəbə – bu səbəbdən, buna görə, bu üzdən. Nə səbəb (səbəbə, səbəbdən) – nə üçün, niyə. Nöqsanımı gördün sənə ixlas də əfzun, Lütfün nə səbəbdən belə, ey məh, kəm olubdur. S.Ə.Şirvani. ...Biz düz adam olsaq, nə səbəbə biz dara düşəndə və ehtiyac məqamında Allahı yada salırıq? C.Məmmədquluzadə. O səbəbə (ki) – ona görə (ki)... Qış fəsli nə qədər gözəl olsa da, yenə də bahar fəslinə bərəkət. O səbəbə ki, baharda ot bitir və acların dəxi Bakı milyonçularına ehtiyacı olmur. C.Məmmədquluzadə. səbəbkar is. [ər. səbəb və fars. ...kar] Bir şeyə səbəb olan, bais olan adam; təqsirkar. [Şəhrəbanu xanım:] Bəli, dəxi necə edək, Allah səbəbkara bəla versin! M.F.Axundzadə. [Gülzada:] [Səlbinin] ..uşaqları çörək istəyəndə baisə, səbəbkara ağzından gələni deyib. Ə.Vəliyev. [Səməndər] özünü bütün bu xoşagəlməz hadisələrə səbəbkar bilirdi. B.Bayramov. səbəbkarlıq is. Səbəbkar olma, bais olma; təqsirlilik. səbəbli sif. Müəyyən səbəbi olan, üzürlü. səbəbsiz sif. və zərf Heç bir səbəb olmadan, heç bir əsas olmadan, nahaq yerə. Səbəbsiz işdən qalmaq. Səbəbsiz gülmək. – Biri səbəbsiz ağlar; Biri bərk yıxılanda; Üzə vurmaz, ağartmaz! R.Rza. [Sultan:] Axı mən səbəbsiz hücum eləmirəm, oğul! İ.Hüseynov. səbət is. İçinə meyvə, göyərti və s. yığmaq üçün qarğıdan, qamışdan və s.-dən hörülən uzunsov zənbil. Bir səbət üzüm. Bir səbət əncir. – [Kəndçi] xurcunun hər gözündə bir yekə səbət nar yerləşdirmişdi. Qantəmir. Məşədi Şərif içalatı iri bir səbətə qoyub həyətə salladı. Ə.Vəliyev. səbət-səbət zərf Səbətlərlə, səbətlər dolusu. Səbət-səbət üzüm. Səbət-səbət gilas. – Edqar .. səbət-səbət meyvə daşıyan .. ərəbləri qonağından gizlədə bilməmişdi. S.Vəliyev. səbətcik is. Balaca səbət. səbətçi is. Səbətdə gəzdirib şey satan adam. səbəttoxuyan is. Peşəkar səbət toxuyan. səbi is. [ər.]\n1. Məğlub edilmiş tərəfdən əsir tutulub satılan adam.\n2. Həddi-büluğa çatmamış oğlan; gənc, uşaq. səbir I. is. [ər.]\n1. Xoşagəlməz, acı, haqsızlıq kimi üzücü hallar qarşısında səsini çıxarmadan onların keçib-getməsinə dözmə, təhəmmül etmə. Bir dərd var ki, yerə-göyə sığışmayan, ürək yandıran, insanı vərəmləndirən, səbir və təskinlik bilməyən; məsələn, birinin əziz bir övladı əlindən gedə... C.Məmmədquluzadə. • Səbir etmək (eləmək) – çətin iş, ağır vəziyyət və s. hallarda şikayətlənmədən dözmək, təhəmmül etmək. Bu söz-söhbətlərin, müamilə və rəftarın nə qədər Sürəyyaya acı təsiri olurdusa da, səbir eləyirdi. Çəmənzəminli. // Gələcək və olacaq bir şey üçün tələsməyib və təlaş göstərməyib gözləmə; hövsələ. • Səbir etmək – dözmək, hövsələ etmək, tələsmədən gözləmək. Lakin səbrin də bir dərəcəsi vardır. M.S.Ordubadi. İskəndər səbir edib, yarım ilə qədər gözlədi. Canına qulluq eləyib əkinəbiçinə getdi. M.Hüseyn. Səbri kəsilmək (tükənmək) – artıq dözə bilməmək, təhəmmül edə bilməmək. Səbrim kəsilib, yar mənim canımı alsın; Ya şad eləsin vəsl ilə, didarə yetirsin. Heyran xanım. [Nofəl Zeydə:] Burax atların cilovunu, Zeyd, kəsdiyimiz çörəyə and içirəm ki, artıq mənim səbrim tükənmək üzrədir. Ə.Məmmədxanlı. Səbrini basmaq – bax. səbir etmək. [Bədircahan:] Səbrini bas, ağa, hesabına bax! N.Vəzirov. [Rəşid:] Mən birtəhər səbrimi basıb, xörəkdən yeməyə başladım. İ.Hüseynov.\n2. Səbirlə şəklində zərf – təmkinlə, ağırağır. Səbirlə nağıl etmək. – Səbirlə toplamışdır gücünü damla-damla; Danışıb öz diliylə hər kəslə, hər adamla. R.Rza. [Qoşqar Əmirliyə:] Düz bir ildir, mən bu aparatda işləyirəm, bir dəfə görməmişəm ki, mənimlə səbirlə, soyuqqanlı danışasınız. İ.Hüseynov. ‣ Səbir kasası daşmaq (dolmaq) – daha dözə bilməmək, təhəmmül edə bilməmək, hövsələdən çıxmaq, təmkinini itirmək. [Gövhər xanım:] Daha bəsdir! Səbir kasam dolub daşmış. S.S.Axundov. Molla Şirəlinin səbir kasası daşdı, onsuz da gərgin olan əsəbləri qırıldı. S.Rəhman.\n\nII. is. Asqırma, asqırtı, asqırıq. ‣ Səbir gətirmək – asqırmaq. Tək səbir, cüt səbir – xalq arasında: guya bir dəfə asqırma nəhslik, uğursuzluq; cüt asqırma isə xeyir, uğur əlamətidir. Ta gəlirik biz də bir az anlayaq; Məhzəri-irfanda vurur tək səbir. M.Ə.Sabir. səbir-aram bax. səbir-qərar. Səbiraramı qalmamaq. – [Əbülhəsənbəy:] Səbrimaramım yox idi, çünki yoldaşları böyük təhlükə gözləyirdi. M.S.Ordubadi. səbir-qərar (=səbrü qərar) is. Səbir, təmkin, hövsələ, təhəmmül. Ey sevdiyim, səndən cüda düşəli; Nə səbrü qərarım, nə taqətim var. Q.Zakir. səbrü qərar (=səbir-qərar) is. Səbir, təmkin, hövsələ, təhəmmül. Ey sevdiyim, səndən cüda düşəli; Nə səbrü qərarım, nə taqətim var. Q.Zakir. səbirli sif. Səbri olan, səbir edən, təlaş və məyusluq və ya hövsələsizlik göstərməyib mətanətlə dözən, dözümlü. O, çox səbirli adamdır. – [Şahin Firəngizə:] Siz çox səbirli adamsınız, yoldaş Qaradağlı, mənim bağrım çatlayır, bu saat boğazımdan heç su da keçməz. B.Bayramov. səbirsiz 1. sif. Səbri olmayan, hövsələsiz, dözümsüz, tələsən. Səbirsiz adam.\n2. bax. səbirsizliklə (“səbirsizlik”də). Qız anasını harada axtaracağını bilməyərək, səbirsiz gözləməyə başladı. T.Ş.Simurq. Toplaşmışdıq, oturmuşduq; Gözləyirdik hey səbirsiz. N.Rəfibəyli. səbirsizlənmə “Səbirsizlənmək”dən f.is. səbirsizlənmək f. Özünü saxlaya bilməyib haldan çıxmaq, səbirsizlik göstərmək, səbirsiz olmaq, hövsələdən çıxmaq. Gündə bir dəfə qəzet idarəsinə baş çəkən Müsyö Qamel çox səbirsizlənirdi. Qantəmir. Bu fikirlə qarı oğlunu dinləyir, tez-tez ərinə baxaraq onun sözə başlaması üçün səbirsizlənirdi. Ə.Əbülhəsən. səbirsizlik is.\n1. Səbri olmama, səbir edə bilməmə, bir yerdə aram tapa bilməmə, hövsələsizlik, qərarsızlıq. Oğul, səbirsizlik adama həmişə ziyan verər. “Koroğlu”.\n2. Daxili həyəcan və iztirab, narahatlıq. Bütün günü səbirsizlik içində olmaq.\n3. Səbirsizliklə şəklində zərf – təlaşla, həyəcanla, təlaş və həyəcan içində. Nadir isə başını aşağı dikib diqqətlə dinləyirdi və böyük səbirsizliklə bu söhbətin sonunu gözləyirdi. B.Talıblı. Dəmirqaya ön sırada oturub səbirsizliklə məhkəmənin başlanmasını gözləyirdi. H.Nəzərli. Aslan səbirsizliklə [Lazarın] sözünü kəsib, incimiş halda dedi. S.Vəliyev. səbt is. [ər.]: səbt etmək – qeyd etmək, yazmaq. Od tutar kağızlar, alışar qələm; Səbt etsələr hər tumara dərdimi. Q.Zakir. Zəbaniərzi-halə cürətim yoxdur, deyim, axır; Bu üzdən səbt edib dərdi-dilim tumarə, göndərdim. S.Ə.Şirvani. Səbt olunmaq – qeyd edilmək, yazılmaq. Çox şairlərin əşarı [Mirzə Səfərin] sinə dəftərində səbt olunmuşdu. Ə.Haqverdiyev. səbuhi sif. [ər.] Səhərə aid olan, sübhə mənsub olan. səbzə is. [fars.]\n1. Əla kişmiş növü. Süfrədə tut qurusu, miyanpur, innab, ləbləbi, kişmiş, səbzə, alma, portağal da olardı. H.Sarabski.\n2. Göyərti, göylük, göyərtilik, yaşıllıq, çəmən. Rahat üçün fərş salmış səbzeyi-tər gülşənə. Füzuli. Dörd tərəfi səbzə bağlı; Bu Azərbaycana baxın. Aşıq Əsəd. səbzəli sif. Tərkibində səbzi (göyərti) olan; göyərtili. Səbzəli qovurma. səbzəvat [fars. səbzə və ər. ...at] Müxtəlif göyərtilər (səbzilər), göy-göyərti. [Koroğlu] ətrafa göz gəzdirib baxdı ki, yanında bir səbzəvat dükanı var. “Koroğlu”. səbzəvatçı is. Səbzi (göyərti) yetişdirib satan adam; göyərtiçi. səbzəvatçılıq is. Səbzi (göyərti) əkib satmaqla məşğul olma; göyərtiçilik. Səbzəvatçılıq etmək. səbzi is.\n1. Göyərti. Yeməklər yenə də düyü, ət, toyuq, yumurta və səbzilərdən bişirilmiş Təbriz xörəkləri idi. M.S.Ordubadi.\n2. bax. səbzə 1-ci mənada. Məcməyidə səbzi, iydə, səməni, sumaq, ayna və təhvil balığı vardı. P.Makulu. səbziqovurma is. Göyərti ilə ətdən bişirilən qovurma. Plovu səbziqovurma ilə yemək. – Usta qatıq kasasını .. səbziqovurmanın üstünə töküb ağız ləzzəti ilə yedi. M.Süleymanov. səbziqovurmalı sif. Xuruşu səbziqovurma olan. Səbziqovurmalı plov. səbziqovurmalıq sif. Səbziqovurma bişirməyə yarar. Səbziqovurmalıq ət. Səbziqovurmalıq göyərti. səbziyyat [fars. səbzi və ər. ...iyyat] bax. səbzəvat. Yolun bir tərəfində müsəlmanlar səbziyyat əkirdilər. Ə.Haqverdiyev. səccadə is. [ər.] din. Mömin müsəlmanların namaz qılanda istifadə etdikləri kiçik xalça və ya parçadan tikilmiş döşənək; canamaz. Bununla bərabər hacı dayım o qədər mömin və o qədər namaz qılan idi ki, səhərdən axşamadək səccadə qabağında namaz qılardı. C.Məmmədquluzadə. Hacının dəstəmaz suyu hələ qurumamışdı ki, səccadəni [sərib] müqəddəs əqidə ilə namaza şüru etdi. Çəmənzəminli. Bütün varım-yoxum bir əba, bir səccadə, bir kəşkül və bir də nacaqdan (təbərzindən) ibarətdir. N.Vəzirov. səcdə is. [ər.] din. Namazda alını möhürə söykəyib, Quranın bəzi ayələrini oxuyarkən alnını ona söykəyib dua oxuma. Məhəmmədhəsən əmi səbir eləyə bilməyib, ikinci səcdədə namazı yarımçıq qoyub özünü tulladı Əhmədin yanına. C.Məmmədquluzadə. • Səcdə etmək (qılmaq) – qabağında baş əymək, təzim etmək. Səcdə qıl yarə, könül, baxma o zahid sözünə; Adəm ol, mətləbi qan, eyləmə şeytan ilə bəhs. S.Ə.Şirvani. Qəmgin idim, sizi görüb gülərəm; Qiblədir qaşların, səcdə qılaram. Aşıq Ələsgər. [Hüseyn:] Nə zaman, harada əmr etsəniz, önünüzdə səcdə etməyə hazıram. S.Rəhman. Səcdəyə düşmək (getmək) – bax. səcdə etmək. Düşüb səcdəyə cümlə ixlas ilə; Niyaz etdilər niyyəti-xas ilə. M.Ə.Sabir. [Murad bəy] ..damağında papiros çöl balkona çıxanda camaat səcdəyə gedərdi. Qantəmir. səciyyə is. [ər.]\n1. Hər hansı bir şeyin və ya hadisənin başqalarından fərqləndirən xüsusiyyəti; xarakter. Hadisənin səciyyəsi. Ərazinin səciyyəsi.\n2. Xasiyyət, təbiət. Başqa-başqa səciyyəyə malik bu adamların adları da səciyyələrinə müvafiq idi. Çəmənzəminli. səciyyələndirmə “Səciyyələndirmək”dən f.is. səciyyələndirmək f. Bir şeyin səciyyəvi xüsusiyyətlərini vermək, göstərmək. // Bir şəxsin və ya şeyin fərqləndirici xüsusiyyətini təşkil etmək. səciyyələnmə “Səciyyələnmək”dən f.is. səciyyələnmək f. Səciyyəvi xüsusiyyətlərilə fərqlənmək, başqalarında olmayan səciyyəvi xüsusiyyətlərə malik olmaq. Azərbaycan ədəbiyyatı tarixində bu dövr bir tərəfdən mürəkkəbliyi ilə, ikinci tərəfdən mövcud ədəbi materialların, parlaq ədəbi şəxsiyyətlərin azlığı ilə səciyyələnir. səciyyəvi sif. [ər.] Bir şəxsə, ya şeyə xas olan, bir şəxsi və ya şeyi başqasından fərqləndirən. Səciyyəvidir ki, məsələn, Cəlil Məmmədquluzadənin öz əsərlərində hadisələrə xalq və xəlqilik cəbhəsindən yanaşdığı aydın görünür. M.Hüseyn. səciyyəvilik is. Məhz bir şəxsə, bir şeyə, bir dövrə, bir hadisəyə xas olma. səd miqd. s. [fars.] Yüz (adətən afərin, mərhəba, heyif kimi sözlərin əvvəlinə gətirilərək onların təsir gücünü artırmaq üçün nida məqamında işlənir). [Ustadlar:] Hər görən söyləyə: ay səd afərin! Nəinki məclisdə yüz qanan ola. “Lətif şah”. Oxudum, öpdüm, gözə sürtdüm, dedim: səd mərhəba! Gözüm üstə var yerin, ey gülüzarın kağızı! M.P.Vaqif. Məst olmadığım dəm yox idi dəhrdə bir gün; Səd heyf ölən vəqtdə huşyar ölürəm mən. S.Ə.Şirvani. səda is. [ər.] Səs, avaz. Orkestrin sədası yayıldı. Uşaqların sədası gəlirdi. – Quşlar .. cəh-cəh ilə min cürə nəğmələr oxuyub, meşəni sədaları ilə doldurmuşdular. A.Divanbəyoğlu. Melodiyanın ilk sədaları təzəcə dilə gəlmişdi.. Ə.Məmmədxanlı. • Səda düşmək – səs düşmək, yayılmaq. Hər yana səda düşür; İgidlər gəlir məclisə. Aşıq Ələsgər. Qar əriyir, çaylar daşır; Dağa-daşa düşür səda. B.Vahabzadə. Səda etmək – səsləmək, çağırmaq. Mollabaşının təhriki olmamış da bu halda kəmali-qeyz ona üz verib, Xacə Mübarəki qaim sövt ilə səda etdi. M.F.Axundzadə. Səda salmaq – 1) səs salmaq, gurultu qopartmaq, hay-küy qopartmaq. Göyün dağlara səda salan dəhşətli şaqqıltısı .. bir qızı yox, bütün kişiləri də qorxuya salır. S.S.Axundov. Deyirlər, qəlbində bir vulkan gömülü; Şir kimi nərə çək, səda sal cahana! M.Müşfiq; 2) məc. məşhurlaşmaq, gurultu qoparmaq. Onun qüvvəsilə sənin dəmirin; Ölkəmizə səda salır, Daşkəsən! Aşıq Məsum. sədaqət is. [ər.] Dostluqda, məhəbbətdə dəyanət, səbat, vəfa; sadiqlik, etibarlılıq. Ürək özünündür, özün bilərsən; Mənimsə əhdimə sədaqətim var. S.Rüstəm. Mən vermişəm ürəyimi yadigar sənə; Sənin mənə yadigarın sədaqətindir. N.Xəzri. sədaqətlilik is. Sadiq (sədaqətli) olma, etibarlılıq, vəfalılıq, vəfadarlıq. sədaqətsiz sif. Dostluğunda, məhəbbətində sadiq olmayan; etibarsız, vəfasız. Sədaqətsiz yoldaş. sədaqətsizlik is. Dostluqda, məhəbbətdə sadiq olmama; etibarsızlıq, vəfasızlıq. sədarət is. [ər.] Başçılıq, sədrlik, rəislik. Sədarət sandalyasında Koroğlu əyləşir, qalanları da iki tərəfdən əyləşirlər. Ə.Haqverdiyev. • Sədarət etmək – sədrlik etmək, başçılıq etmək. İclasa sədarət etmək. – Dəccal bu məclisdə sədarət edir. Ə.Haqverdiyev. Sədarətə keçmək (çıxmaq) – sədr seçilmək, sədr vəzifəsini ifa etməyə başlamaq, başçılıq etməyə başlamaq, bir işin başına keçmək. Ömər sədarətə çıxdıqda ürəklərə fərəh yayıldı. Çəmənzəminli. Cəmil sədarətə keçəndən sonra suala cavab verməyə başladı. Mir Cəlal. sədbər (=sədbərg) is. [fars.] bot. bax. mixəkgülü. Sədbər və ya mixəkgülü .. birillik bozumtul, keçətüklü, budaqlı bitkidir. M.Qasımov. sədbərg (=sədbər) is. [fars.] bot. bax. mixəkgülü. Sədbər və ya mixəkgülü .. birillik bozumtul, keçətüklü, budaqlı bitkidir. M.Qasımov. sədd is. [ər.]\n1. Müxtəlif məqsədlər üçün çəkilən divar, hasar. Bütün sədd boyu dalbadal atılan tüfənglərin arası kəsilmir. M.Rzaquluzadə. Minlərlə insan yorulmadan sədlər qururdu. M.Süleymanov.\n2. Suyun qarşısını almaq üçün betondan divar; dəhnə, bənd. Çay .. at kimi baş alıb gedir, bəndləri və sədləri uçururdu. Ə.Vəliyev. Borulardan sürətlə çıxan su bu beton səddə toxunaraq parçalanacaq və öz sürətini itirəcəkdi. Ə.Sadıq. Yaradırıq əməklə; Mingəçevir səddini. M.Seyidzadə. • Sədd çəkmək – suyun qarşısını almaq üçün betondan, sementdən və s.-dən bənd tikmək. Hər gölməçənin dörd yanına torpaqdan sədd çəkmişdilər. M.Hüseyn. Ənvər camaatı yığıb sədd çəkirdi. Ə.Vəliyev.\n3. məc. Maneə. Bir neçə dəqiqə içərisində Məşədi bəylə müəllim arasında sədd uçub töküldü. M.Hüseyn. Abdulla ilə öz arasında böyük sədd saydığı Leyla [Şəkərin] fikrincə aradan çıxırdı. B.Bayramov. ‣ Səddi-Çin, Çin səddi – xarici təsirdən tamamilə təcrid olunma mənasında (Çini Monqolustandan ayıran qədim bir səddin adından). Səddi-İskəndər (Makedoniyalı İskəndərin adından) – çox möhkəm divar mənasında. Atasının keçmişdə Kərbəlaya ziyarətə getməyi bu gün Mirzə Süleyman bəyin bütün amal, əfkarının qarşısında Səddiİskəndər kimi durub, onun gözəl məqsədinə nail olmağına mane olurdu. B.Talıblı. sədəf is. [ər.] Bəzi balıqqulağıların iç qatını təşkil edən və müxtəlif bəzək şeyləri hazırlamaq üçün istifadə edilən, müxtəlif rənglərə çalan parlaq bərk maddə. Yaxasına hərdən-hərdən; İnci sədəf düzən gözəl! Aşıq Ələsgər. İmi çəhrayı atlaz örtüyü açıb, başdan-başa sədəfə tutulmuş tarını ehtiyatla çıxartdı. İ.Əfəndiyev. // Sədəfdən qayrılmış, sədəflə bəzədilmiş. Sədəf düymə. Sədəf qaval. – Səba xanım öz etidalını itirmədi. Kamançanı götürüb başındakı sədəf qübbəni çıxardı, onun içərisindən kiçik bir məktub çıxarıb Atabəyə uzatdı. M.S.Ordubadi. Tarçı, köklə sarı simi; Bir şey çal ellər eşqinə! Durma, köklə sədəf tarı. M.Müşfiq. // məc. Öz parlaqlığı, zərifliyi, rənginin saflığı ilə sədəfi xatırladan (bəzən obrazlı təşbehlərdə işləyir). Bir şirin göftarlı, bir şəkər sözlü; Ağzı sədəf, dişi dürdanədəndir. M.V.Vidadi. Sədəf dəhanından çıxan sözlərin; Hər biri bir qeybixəzanədəndir. M.P.Vaqif. Gülzarın süzgün baxışı, yanaqlarının atlaz şəfəqi, gülümsədiyi zaman görünən ağ sədəf dişləri indi də Rüstəmin bu gün səhər gördüyü kimi qarşısında idi. T.Ş.Simurq. • Sədəf kimi – ağ, parlaq. Onun sədəf kimi ağ dişləri parıldayır, iki ala gözləri dərin bir səmimiyyətlə alışıb yanırdı. M.Hüseyn. ..Güləndə dodaqlarının arasından sədəf kimi saf dişləri ağarırdı. M.Rzaquluzadə. Sədəf saçmaq (səpmək) – nur saçmaq, işıqlandırmaq, parıldatmaq. Gündüz yağan qar toxtamış, Ay aləmə sədəf saçırdı. Çəmənzəminli. sədəfgülü (=sədəfotu) is. bot. Limonkimilər fəsiləsindən tərkibində efir yağı olan ağçiçəkli yarımkol bitkisi. sədəfotu (=sədəfgülü) is. bot. Limonkimilər fəsiləsindən tərkibində efir yağı olan ağçiçəkli yarımkol bitkisi. sədəfli sif. Sədəflə bəzədilmiş, sədəfə tutulmuş. Sədəfli tar. Sədəfli mücrü. – [Rəsul:] Əlimə almışam sədəfli sazı; Fələk yazdı mənə belə bir yazı. “Aşıq Qərib”. Vətən sədasına düşən sənətkar; De, indi nə çalır sədəfli sazın? S.Vurğun. sədəqə is. [ər.] Yoxsula, dilənçiyə verilən pul, şey. Sədəqə vermək. Sədəqə paylamaq. – Yolun o tay-bu tayında hasar təşkil edən dilənçilər, kor və şillər .. sədəqə diləyirdilər. Çəmənzəminli. Tapdıq olanda Göyçək çoxlu sədəqə paylamışdı. Ə.Vəliyev. // məc. Qurban edilən şey; qurban. Müddətdi həsrətəm, bir gəz bəri bax; O xan gözlərinin sədəqəsi canım. Q.Zakir. sədəmə is. [ər.]\n1. Çarpma, vurma, şiddətlə vurma.\n2. məc. Gözlənilmədən başa gələn bəla, müsibət, fəlakət, afət; insanın maddi və ya mənəvi halını sarsıdan hadisə; mənəvi zərbə. Fəqət, görürsünüz, bədən ruzgarın sədəmələrinə davam etməyir. N.Nərimanov. • Sədəmə toxunmaq – fəlakətə məruz qalmaq, bəla üz vermək, zərər dəymək, zərbə dəymək. [Qəhrəman:] Balaca Sabirə heç bir şey olmasın. Ona bir sədəmə toxunmasın. S.Rəhimov. [Hacı Rəsul:] Başımdan on beş dava keçib, bu az ömrümdə on beş padşah dəyişib, amma heç mənə sədəməsi toxunmayıb. Mir Cəlal. sədr is. [ər.]\n1. İclasa, yığıncağa başçılıq edən şəxs. Sədr iclası açdı. İclasa sədr seçmək.\n2. Dövlət, hökumət və ya ali dövlət orqanları rəhbərlərinin rəsmi adlarının tərkibində. Milli Məclisin Sədri. Nazirlər Sovetinin Sədri. // Bəzi idarələrin, təşkilatların, cəmiyyətlərin və şöbələrin rəhbəri, başçısı. Kolxoz sədri. Yerli komitə sədri. – Rüstəm kişi .. rayon icraiyyə komitəsi sədrinin yanına getməyi qərara aldı. M.İbrahimov. sədri is. [ər.] Uzun, nazik, sarıyaçalar düyü növü. Sədri düyüsündən plov. sədrlik is. Sədr vəzifəsi, sədr olma. [Alxan:] Gəlin bu elmli oğlanlardan birini keçirdək sədrliyə. İ.Əfəndiyev. • Sədrlik etmək – sədr vəzifəsini ifa etmək, sədr olmaq, başçılıq etmək. Atası Mahmudalı kişi sədrlik eləyəndə, Şamama “atama kömək edirəm”, – deyə həvəslə pambıq yığardı. Ə.Əbülhəsən. sədulu is. Azərbaycanlıların etnogenezində iştirak etmiş türk tayfalarından birinin adı. səf is. [ər.] Sıra, cərgə, düzgü. Elə ki səflər düzəldi, dəstələr hərə öz yerini tutdu, Koroğlu Tanrıtanımazı çağırdı. “Koroğlu”. // Qatar. Saqın gəzin, laçın gözü görməsin; Qorxuram, səfinizi poza, durnalar! M.P.Vaqif. • Səf bağlamaq (düzmək, çəkmək) – sıraya düzülmək, cərgə-cərgə durmaq. Qarabaşlar əlləri döşlərində səf çəkib, xanımları gözləyirdilər. Çəmənzəminli. Buğac atasının əlindən tutub bir neçə addım kənara çəkildi və səf çəkib yarımdairə vurmuş igidlərinə əlilə bir işarə etdi. M.Rzaquluzadə. səfa is. [ər.] Zövq, nəşə, ləzzət, kef; rahatlıq (adətən feillərlə işlənir). Səfa görmək. Səfa vermək. Səfa çəkmək. Səfa sürmək. – Çəkdim yar cəfasını; Görmədim səfasını, Siz tanrı, qoyun gedim; Bir bilim vəfasını. (Bayatı). Kim qaytarır bir də bizə gəncliyi; Bu dünyanın səfasını sürməsən? R.Rza. // Şənlik, əyləncə. ‣ Səfa gətirdin! – birinin salamına verilən qarşılıq söz. səfahət is. [ər.]\n1. Səfehlik. Güldü bir qədər onun səfahətinə; Dərkinə, fəhminə, fərasətinə. A.Səhhət.\n2. Zövq, əyləncə, kef düşkünlüyü, vaxtını bu cür işlərdə keçirmə. [Müfti:] Sərxoş olub aləmi sərsəmlədir; Anlayamam mən, bu səfahət nədir? H.Cavid. səfalət is. [ər.] Son dərəcə ehtiyac içərisində yaşama, sıxıntı çəkmə; yoxsulluq və ehtiyacdan çəkilən sıxıntı. Əyyaşlığın sonu yorğunluq və səfalət, səfalətin sonu heçlik və fəlakətdir. A.Şaiq. [Məsmə:] Düşdüyüm mühit məni zillət və səfalət içində sürünməyə məhkum etmişdi. S.Hüseyn. // Düşkünlük, səfillik, səfil həyat. Səfalət içində yaşamaq. səfalı sif. Səfa verən, zövq verən, ləzzət verən, ürəkaçan, xoşagələn, xoş. Fəsillərin ən gözəli, ən səfalısı bahar vaxtı olduğundan o tərəf-bu tərəf yaşıl otlar, əlvan çiçəklər ilə bəzənmişdi. T.Ş.Simurq. Yayın səfalı, lətif bir günü idi. S.Hüseyn. // Xoş mənzərəli, axar-baxarlı. Səfalı yer. Səfalı mənzərə. Səfalı təbiət. – [Səfərli Aydına:] Dağların döşündə .. səfalı istirahət evləri tikiləcək. H.Seyidbəyli. səfarət [ər.] bax. səfirlik 1-ci mənada. Rzaquluxan, səfarət ümurunda təcrübəm yox deyə, səfarətdən büsbütün imtina edirdi. M.S.Ordubadi. səfarətxana is. [ər. səfarət və fars. ...xanə] Səfirliyin yerləşdiyi bina, səfirin idarəsi. İngilis səfarətxanasının binası Tehranın şimal tərəfində ən gözəl məhəllələrin birində yerləşirdi. P.Makulu. səfbəsəf zərf [ər. səf və fars. bitişdirici bə] Cərgə-cərgə, sıra-sıra. [Göyxallı at] öz səsiylə balaca şəhəri ayağa qaldırdı. Demək olar ki, küçənin o tay-bu tayı səfbəsəf tamaşaya çıxdı. S.Rəhimov. İgidlər başaçıq durub səfbəsəf; Baxdılar hüzn ilə gündoğan tərəf. M.Rahim. səfeh sif. [ər.]\n1. Gic, ağıldan kəm, axmaq, sarsaq. Səfeh adam. Səfeh iş. – [Hacı Mehdi:] Səfeh şeydir, gündə biri gəlir, çığırırbağırır, gedir. Ə.Haqverdiyev. // İs. mənasında. O ki Səfdərqulu ağanın oğludur, o da səfehin birisidir; veyil-veyil gəzməkdən savayı bir işi yoxdur. N.Vəzirov. // Zərf mənasında. Səfeh danışmaq. Səfeh iş görmək.\n2. Vecsiz, mənasız, boş, yaramaz. Səfeh hərəkət. Səfeh söhbətlər. // Bəzən söyüş kimi işlənir. Nə eyib olacaq, səfeh, sənə deyirəm ki, olmaz da! E.Sultanov. səfehcə (=səfehcəsinə) zərf Səfeh kimi, gic kimi, ağılsızcasına, axmaqcasına, sarsaqcasına. Səfehcəsinə iş tutmaq, Səfehcəsinə inad göstərmək. səfehcəsinə (=səfehcə) zərf Səfeh kimi, gic kimi, ağılsızcasına, axmaqcasına, sarsaqcasına. Səfehcəsinə iş tutmaq, Səfehcəsinə inad göstərmək. səfehləmə “Səfehləmək”dən f.is. səfehləmək f. Gicləşmək, axmaqlamaq, sarsaqlamaq. // Səfeh hərəkət etmək, səfeh sözlər demək. səfehlik is. Ağıldankəmlik, giclik, axmaqlıq, sarsaqlıq. Səfehliyindən bəlaya düşmək. – [2-ci əcinnə:] Özünü vurubsan səfehliyə, xanımın xoşuna gəlib, səni çörəkləyib saxlayır. Ə.Haqverdiyev. // Səfeh hərəkət, səfeh iş. • Səfehlik eləmək – səfeh iş tutmaq, qanmazlıq etmək, ağılsızlıq göstərmək. [Allahqulu:] Mən lap nahaqdan o acgöz hacının felinə uyub, səfehlik elədim. Ə.Əbülhəsən. səfər I. is. [ər.]\n1. Səyahət, yola çıxma, yol. Səfərdə olmaq. Səfərə getmək. Səfər üçün hazırlıq görmək. – Qəribin anası gördü ki, oğlu səfər libasındadır, xəbər aldı: – Oğul haraya gedirsən? “Aşıq Qərib”. ..Üç gün idi ki, Gülpəri səfərə yığışırdı. S.S.Axundov. [Tahirzadənin] İraq, İran və Türküstan səfərlərində addımbaşı rast gəldiyi cansıxan lövhələr bir-bir gəlib nəzərində dayandı. Mir Cəlal. • Səfər etmək – bax. səfərə çıxmaq. Gördüm ki, gəlir təngə nigarım, səfər etdim. S.Ə.Şirvani. [Rəhim xan Cavad xana:] Hazırlaş, bu gün axşam Tehrana səfər etməlisən. C.Cabbarlı. Səfərə çıxmaq (getmək) – uzun müddət olduğu yerdən ayrılmaq, yolda olmaq. [Həmzə] belə bir səfərə çıxmaq üçün cahan müharibəsinin kəsilməsini, dünyanın düzəlməsini səbirsizliklə gözləyirdi. Ə.Əbülhəsən.\n2. Müharibəyə, döyüşə getmə.\n\nII. is. [ər.] Dəfə, kərə, yol. [Nazir:] Ağa, başına dönüm, bu səfər məni bağışla, dəxi bundan sonra heç vaxt belə iş olmaz. M.F.Axundzadə. [Əsgər:] Xanım, sizə yaraşan şeyim çoxdur, ancaq evdədir, inşallah, gələn səfər gətirərəm. Ü.Hacıbəyov. Budur ki, [Əhməd] nişanlısı ilə görüşüb və toy tədarükü görmək söhbətini gələn səfərə buraxaraq bollu qaçaq mal almağı qət etdi. B.Talıblı.\n\nIII. is. [ər.] Hicri qəməri ərəb təqviminin ikinci ayı. səfərbər sif. [ər. səfər və fars. ...bər] Müharibə elanı ilə əlaqədar olaraq hazır vəziyyətə gətirilmiş. • Səfərbər etmək – 1) müharibə elanı ilə əlaqədar olaraq ölkənin əsgəri və maddi ehtiyatlarını toplayıb hazır vəziyyətə gətirmək, xalq təsərrüfatının bütün sahələrini hərbi vəziyyətə keçirmək. Əsgəri qüvvələri səfərbər etmək. Sənayeni səfərbər etmək. Ölkəni səfərbər etmək. Bütün imkanları səfərbər etmək; 2) məc. hər hansı vacib bir işi, yaxud kütləvi tədbiri və s. müvəffəqiyyətlə həyata keçirmək üçün adamları, maddi vasitələri fəal bir hala gətirmək. səfərbəredici sif. Səfərbər edən, cəlb edən, çağıran. Səfərbəredici tədbirlər. Səfərbəredici şüarlar. səfərbərlik is.\n1. Müharibə elanı ilə əlaqədar olaraq, ehtiyatda olan müxtəlif yaşlıların və hərbi qulluğa yararlı olanların ordu sıralarına çağırışı. Səfərbərlik elan olunan gündən Gülpəri heç nəyə əl vurmamışdı. M.Hüseyn. // məc. Hər hansı bir işin, kütləvi tədbirin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün adamları cəlb etmə, səfərbər etmə. Müharibə dövründə işçi qüvvəsi çatışmadığından, çox vaxt bu işlər səfərbərlik şəklində həyata keçirilirdi. İ.Şıxlı.\n2. Ölkənin sülh vaxtı mövcud olan silahlı qüvvələrini müharibə şəraitinə keçirmə. Hava qüvvələrinin səfərbərliyi. Ölkənin bütün qüvvələrinin səfərbərliyə götürülməsi. // Xalq təsərrüfatının bütün sahələrini hərbi vəziyyətə keçirmə. səfərxana is. [ər. səfər və fars. ...xanə] köhn. Karvansara. [Əhvalat] vaqe olur Hacı Qurbanın səfərxanasında gecə vaxtı. N.Vəzirov. səfəvi (=səfəvilər) [ər.] 1501-1737-ci illərdə Azərbaycanda və İranda hakimiyyət sürmüş məşhur azərbaycanlı sülalə. səfəvilər (=səfəvi) [ər.] 1501-1737-ci illərdə Azərbaycanda və İranda hakimiyyət sürmüş məşhur azərbaycanlı sülalə. səfhə is. [ər.]\n1. Hər hansı bir hadisənin, prosesin və s.-nin inkişafında ayrıca mərhələ, dövr, faza.\n2. astr. Günəşdən işıqlanma və Yerə görə vəziyyətlərindən asılı olaraq Ay və planetlərin müxtəlif dövrələri. səfil sif. və zərf [ər.] Daimi yaşayış yeri olmayan, daimi məşğuliyyəti olmayan, səfalət içərisində yaşayan; avara, sərgərdan, sərsəri, veyil. Səfil adam. Səfil həyat sürmək. Səfil yaşamaq. – [Cavanşir bəy Dilaraya:] Sən o səfil rəssamdan əl çək! Ə.Məmmədxanlı. [Zeynal:] Mən əvvəlki səfil və rəzil həyatdan tamamilə əl çəkib sənə tərəf gəlirəm. S.Hüseyn. Ata-ana nazı ilə böyümüş Budaq indi çox şeyə tamarzı qalırdı. O, avara, səfil və sərgərdan həyat sürürdü. Ə.Vəliyev. // İs. mənasında. Dedik ki, torpaqda nə səfil, nə ac; Nə də bir kimsəsiz görünsün gərək! S.Vurğun. // Acınacaqlı, müsibətli, fəlakətli; səfalətli. [Qutluq:] Sən də məni məhv et, rica edirəm. Məni bu səfil həyatın əlindən qurtar. M.S.Ordubadi. səfilanə zərf [ər. səfil və fars. ...anə] Səfilcəsinə, səfalət içərisində, səfil kimi. Zeynal özü də burasını dərk edirdi ki, xidmətlərinin əlindən çıxması .. həyatını səfilanə keçirməsinə səbəb olmuşdur. S.Hüseyn. [Mirzə Rza:] Yazıq balalarım... Çil yavruları kimi hərə bir yana düşmüş, səfilanə sürünürlər. C.Cabbarlı. səfilcəsinə zərf Səfil kimi, səfil vəziyyətdə, səfilanə, sərsəri kimi, acınacaqlı halda. Səfilcəsinə küçələri dolaşmaq. – Zeynalın, başqa özü kimi səfilcəsinə küçə həyatı keçirən yoldaşları Mehribanın gözü qabağında keflənmişdilər. S.Hüseyn. səfillik is. Səfil adamın halı; məskənsizlik, işsizlik, veyillik. səfil-sərgərdan zərf [ər. səfil və fars. sərgərdan] Yersiz-yurdsuz, ac, pis vəziyyətdə, acınacaqlı halda. Səfil-sərgərdan qalmaq. – [Sevər:] Ac, səfil-sərgərdan küçələri dolaşıram. C.Cabbarlı. [Firidun] bazar və küçələri doldurmuş yurdsuz uşaqlara, səfilsərgərdan bir halda hər gələnə əl açan qadın və qızlara baxır. M.İbrahimov. səfinə is. [ər.] köhn.\n1. Gəmi.\n2. Cüng. səfir is. [ər.] Bir dövlətin digər dövlətdə olan yüksək dərəcəli diplomatik nümayəndəsi, elçisi. Səfir başda olmaq üzrə .. səfarətxananın işçiləri də təyyarə meydanına gəlmişlər. M.İbrahimov. səfirlik is.\n1. Bir dövlətin başqa dövlətdə səfirin başçılıq etdiyi diplomatik nümayəndəliyi, həmçinin bu nümayəndəliyin yerləşdiyi bina.\n2. Səfirin vəzifəsi, işi. səfra [ər.] bax. sifraq. səğir is. [ər.] köhn.\n1. Azyaşlı, kiçik, balaca, həddi-büluğa çatmamış uşaq. Pişvazə çıxıb səğirü kəbir; Ucalır ərşə naleyi-təkbir. S.Ə.Şirvani. [Molla Zaman:] [Həmidin] xoşbəxtliyi ondadır ki, səğirdir. Ə.Haqverdiyev.\n2. Həddi-büluğa çatmamış və qəyyuma möhtac olan yetim. Xudayar bəyin qəsdi Zeynəbin və səğirlərin var-yoxuna, puluna və mülkünə sahib olub Zeynəbi çölə ötürmək idi. C.Məmmədquluzadə. səhəng is. Su daşımaq üçün misdən və ya gildən qayrılmış qulplu, qarınlı, darboğaz qab; güyüm. Mis səhəng. Saxsı səhəng. – Su səhəngi suda sınar. (Məsəl). Bulaşıqlı səhəngdən bulanıq su tökülər. (Məsəl). ..Əmim arvadı iri mis səhəngi çiynimə verib, səhərdən axşama qədər mənə ayaqyalın, başaçıq su daşıtdırardı. İ.Əfəndiyev. səhər is. [ər.] Günün başlanğıcı, ilk saatları, sabah açıldığı vaxt, sübh. Səhər yuxusu. Səhər soyuğu. Səhər tezdən durmaq. Səhər yeməyi. Səhərdən işləmək. – Səhər Sona yuxudan ayılıb medalyonu açıq gördü. N.Nərimanov. Səhər yeli nəğmələr; Pıçıldayır güllərə; Elə bil ki, mənimçin; Bəzənib gözəlləşir. N.Xəzri. səhər-axşam zərf Həm səhər, həm axşam; hər vaxt, hər zaman, bütün günü. Dənizkənarı park səhər-axşam adamlarla dolu olur. Qız anasına səhər-axşam baş çəkir. – Göyərçin hər səhər-axşam Araz sahilinə uçub, bir müddət o tayı seyr edir. M.Rzaquluzadə. Dəniz dalğalanar hər səhər-axşam; Qarı əridikcə uca zirvənin. N.Xəzri. səhərcik is. Əsasən uşaqlar üçün düzəldilən səhər müsamirəsi, səhər tamaşası. Parkda uşaq səhərciyi keçirilirdi. səhərki sif. Səhər vaxtı olmuş, səhər baş vermiş. Səhərki yağış. Səhərki söhbət. Səhərki yığıncaq. – Analar körpələrini yatırdır, briqadirlər sabahkı iş üçün fikirləşir, manqabaşçıları səhərki tapşırığı üzvlərinə xəbər verirlər. Ə.Vəliyev. səhər-səhər zərf Səhər vaxtı, səhər tezdən, səhər olan kimi, sübhçağı. Səhərsəhər qapımızın ağzını kəsdi. – Səhər-səhər bağda gəzən nazənin; Dəstinlə qönçəni üz, qadan alım! Aşıq Ələsgər. Səhər-səhər “Azərşərabın” müştəriləri [Cəlilbəyi] qonaq eləmişdilər. S.Rəhman. səhhət is. [ər.] Sağlamlıq, cansağlığı. Səhhəti pozulmaq. Səhhətini qorumaq. – Gülnaz indi qalın cildli bir kitabı vərəqləyir, uşaq səhhətinə aid şəkillərə baxırdı. S.Rəhimov. Canına bax, elə olsun səhhətinə ziyan olmasın. Mir Cəlal. • Səhhət tapmaq – sağalmaq, yaxşı olmaq, şəfa tapmaq. [Fərhad:] Nəhayət, mən səhhət tapdım. C.Cabbarlı. ..Molla Cəfərqulu tibb elminə dara olduğundan möhtaci-dərman və müalicə olanlara müraciət edir və çoxları ondan səhhət tapır. T.Ş.Simurq. Səhhəti-vücud! – canın-başın sağ olsun! (Hamamdan çıxan adama səhhət arzusu bildirir). [Məşədi Qəzənfər:] Məşədi İbad, səhhəti-vücud! Allah mübarək eləsin! Ü.Hacıbəyov. səhifə is. [ər.]\n1. Kitab, dəftər, qəzet və s. vərəqinin bir üzü. Kitab 100 səhifədir. – Hər səhifədə hər gün; Neçə qələbə, zəfər; Neçə-neçə xoş xəbər... R.Rza. // Kitabda, dəftərdə vərəq. Kitabın birinci səhifəsi cırılmışdır. Səhifəni çevirmək. Əsərın üçüncü səhifəsində yazılmışdır.\n2. məc. Dövr, bir şeyin hissəsi. Tarixə yeni səhifə açmaq. – [Məsmə:] Mənim həyatımın ikinci səhifəsi iyirmi üçüncü ilin baharından başlayır. S.Hüseyn. ..Taqanroqu azad edən hissələr içərisində azərbaycanlılardan ibarət diviziya da öz döyüş şöhrəti ilə tarixin səhifələrinə imzasını atmışdı. Ə.Məmmədxanlı. səhifəbağlayan is. Mətbəədə yığılmış mətni (naboru) səhifələrə ayırıb düzən mətbəə işçisi; metranpaj. səhifələmə “Səhifələmək”dən f.is. səhifələmək f.\n1. Kitabın, jurnalın, dəftərin və s.-nin səhifələrini bir-bir çevirmək, gözdən keçirmək. Kitabı səhifələmək. Lüğəti səhifələmək.\n2. Mətbəədə yığılmış mətni səhifələrə ayırmaq, səhifə bağlamaq. Kitabı səhifələmək. Qəzeti səhifələmək.\n3. Yazılı mətnin səhifələrini sıra ilə nömrələmək. Məqaləni səhifələmək. Qrankaları səhifələmək. səhifələnmə “Səhifələnmək”dən f.is. səhifələnmək “Səhifələmək”dən məch. səhih sif. [ər.] Düzgün, doğru, gerçək, əsaslı, yalan olmayan. Səhih məlumat. Səhih söz. – Hələ indiyə qədər Araz qırağından səhih bir xəbər gəlməmişdi. Çəmənzəminli. Hamı Sərdarın dediklərini: – Doğrudur, səhih buyurursunuz, elədir, – deyə təsdiq etdi. P.Makulu. səhihlik is. Düzlük, doğruluq, düzgünlük, gerçəklik, əsaslılıq. İşin səhihliyi aşkar oldu. səhiyyə is. [ər.] Əhalinin sağlamlığını qoruma, xəstəliklərin qabağını alma, onları müalicə etmə və ictimai təmizliyi saxlama. Səhiyyə məntəqəsi. – Şirəli .. səhiyyə palatasına tərəf dırmanırdı. M.Hüseyn. [Əsgər] küçəaşağı səhiyyə şöbəsi yerləşən binaya tərəf yönəldi. S.Rəhimov. səhl sif. və zərf [ər.] klas. Asan iş. – Sizcə şairlik, ədiblik, görünür, səhl işdir; Xeyr əfkarınız ol barədə çox yanlışdır. A.Səhhət. ..Bəli, “papaq” məsələsini səhl saymaq olmaz. C.Məmmədquluzadə. səhləb is. [ər.] bot. Tərkibində selikli maddə və nişasta olan kökümsov gövdəli subtropik bitki və həmin bitkinin kökümsov meyvəsi. Azərbaycanda bitən səhləb, .. gecəbənövşəsi və yabanı səhləb cinslərinin bütün növlərinin yeraltı kök yumruları səhləb adlanır. M.Qasımov. səhlənkar sif. [ər. səhlən və fars. ...kar] Tapşırılan işə, vəzifəyə, tapşırığa laqeyd, soyuq baxan; diqqətsiz, qeydsiz, başısoyuq. Səhlənkar adam. – Qızyetərin işi bilməsi və möhkəm durub səhlənkar traktorçu ilə sinə-sinəyə verməsi [Rüstəmin] xoşuna gəlmişdi. M.İbrahimov. // İs. mənasında. Əlbəttə, səhlənkarı məsuliyyətə almaq lazımdır. S.Rəhimov. səhlənkarlıq is. İşə, tapşırığa, vəzifəyə soyuq baxma, laqeyd baxma; diqqətsizlik, başısoyuqluq. – Guya Zeynal vəzifəsinə çox soyuq baxır, dəfələrlə özünə xatırladılmasına baxmayaraq səhlənkarlıqdan qalmırmış. S.Hüseyn. [Baxış oğlu Həsən] ..bədəninin sağlamlığına çox səhlənkarlıqla (z.) baxardı. B.Talıblı. • Səhlənkarlıq etmək – tapşırılan işə yüngül münasibət bəsləmək, başısoyuqluq göstərmək. [Prokuror:] Əlbəttə, vəzifədə səhlənkarlıq edənlər də məsuliyyət daşıyırlar. İ.Şıxlı. səhm is. [ər.]\n1. Ayrı-ayrı müəssisənin işində və gəlirində iştirak etməyə hüquq verən pul payı; həmin pula bərabər qiymətli kağız.\n2. Faiz, pay, hissə. [Məmmədxan] kiçik bir nitqdən sonra qəsdən saldığı bu talanda özünün ən böyük səhm aparacağını eşitdirdi. P.Makulu. səhmdar is. [ər. səhm və fars. ...dar] Ticarət, sənaye və ya maliyyə müəssisələrində payı və ya hissəsi olan şəxs, payçı. Öncə səhmdarlar gəldi diz-dizə; Həpsi toxluğundan açdı ağzını. M.Müşfiq. • Səhmdar(lar) cəmiyyəti – səhm (pay) əsasında qurulan müəssisə, təşkilat. səhnə is. [ər.]\n1. Teatr tamaşalarının göstərildiyi xüsusi meydança. Pərdə qalxdı, səhnə göründü. – Divanə gedir, bir neçə saniyədən sonra dəstə dəxi dağılıb, səhnədə bir Şah Abbas və bir də Məstavər öz dükanında qalır. Ü.Hacıbəyov. Səhnəyə təzə bir pianino qoyulmuşdu. İ.Əfəndiyev. // Teatr fəaliyyəti, teatr. Səhnə ustaları. – Kələntərli keçən ildə .. artistkalardan üçünün xəstələnib uzun müddət səhnədən aralandığını, repertuar planının pozulduğunu söylədi. İ.Hüseynov. Natiq indi bütünlüklə səhnəyə bağlanmışdı. B.Bayramov.\n2. Teatr tamaşasının ayrıca bir hissəsi, ayrıca bir parçası; şəkil, məclis. Sonuncu səhnə daha maraqlıdır. – Əsər bədii cəhətdən nöqsansız deyildir. Müəyyən səhnələrdə əhvalat dramatizm və kəskin münaqişələrlə deyil, söhbət və təhkiyə yolu ilə verilir. M.Arif.\n3. Pyesdə, ədəbi əsərdə, şəkildə təsvir olunan ayrıca epizod. Əsərdə dramatik səhnələr çoxdur. Romandan qəhrəmanın ölüm səhnəsini bir də oxumaq.\n4. Həyatda təsadüf edilə bilən hadisə, epizod, əhvalat. Ölüm səhnəsi. Məhəbbət səhnəsi. – Bu qanlı səhnəyə heyran qalmayın; Mən öz gözlərimlə görürəm bunu. S.Vurğun. Alagöz öz daxili aləmi ilə bir cəzirə kimi yaşayan evdən qaçmış, həyatın faciəli səhnəsinə düşmüşdü. S.Rəhimov.\n5. məc. Fəaliyyət sahəsi (əsasən tərkib halında işlənir; məs.: tarix səhnəsinə çıxmaq, səhnədən getmək və s.). [Pəri Bəhrama:] Özün məktəb görmüş cavansan, məhəbbət səhnəsində ülviyyət dolaşarmı? C.Cabbarlı. Bu plantasiya bir həyat səhnəsi idi. H.Seyidbəyli. səhnəcik is.\n1. Səhnələşdirilmiş kiçik pyes, tamaşa. Televizor ekranında C.Məmmədquluzadənin bir neçə hekayəsinin səhnəciyi göstərildi. // Səhnə əsərindən bir hissə, bir parça. Tamaşaçılar “Sevil” operasından bir səhnəciyə baxdılar.\n2. bax. səhnə 4-cü mənada. Mən bu səhnəciyə inandım, gerçək; Var imiş həyatın xoş zamanları. S.Vurğun. səhnələşdirilmiş f.sif. Səhnədə göstərilmək üçün uyğunlaşdırılmış, pyes şəklinə salınmış. Səhnələşdirilmiş roman. Səhnələşdirilmiş hekayə. səhnələşdirmə “Səhnələşdirmək”dən f.is. səhnələşdirmək f. Hər hansı ədəbi əsəri teatrda və ya kinoda göstərmək üçün uyğunlaşdırmaq, pyes şəklinə salmaq. M.F.Axundzadənin “Aldanmış kəvakib” əsərini səhnələşdirmək. M.İbrahimovun “Böyük dayaq” romanını ekran üçün səhnələşdirmək. səhnəlik is. Səhnə üçün yazılmış, səhnəyə yarar. Səhnəlik əsər. səhra is. [ər.] Susuz və bitkisiz geniş çöl; biyaban, düz. Uzun aylarnan şəhərdə beynini yazı-pozu ilə yorandan sonra, birdən görürsən ki, səhranın ortasında, təmiz və saf havada, quşların və heyvanların içindəsən. C.Məmmədquluzadə. [Dərviş:] Heyvanlar da tək-təkinə dolanmayıb, arxadaşlar ilə gəzdikləri halda mən öz həmcinsimdən ayrı düşüb ormanlarda, səhralarda qalmışdım. A.Divanbəyoğlu. ‣ Səhraya (səhralara) düşmək – vətənindən, yurdundan ayrı düşmək. Olubdu vətəndən avarə Zakir; Düşüb səhralara, dağlara Zakir. Səhraya salmaq – vətənindən, yurdundan ayırmaq, avara-sərgərdan etmək. səhv is. [ər.] Yazıda, hesablamada, müəyyən məsələnin həllində, işdə və s.-də yanlışlıq; nöqsan, xata. İmla səhvi. Səhv hərəkət etmək. Səhv düşmək. – Demək, Nigar səhvini anlamış, başa düşmüşdür ki, ev kişisiz dolana bilməz. S.Hüseyn. Gəldiyev sinəsini irəli verdi, layihənin səhvini danışdı. Mir Cəlal. • Səhv etmək (eləmək, buraxmaq) – xataya, nöqsana yol vermək, yanılmaq, düzgün hərəkət etməmək. Birinci dəfə səhv etmək. Səhv buraxdığına görə töhmət aldı. – Aç qabağına tarixin səhifələrini və əgər gördün ki, bir vaxt insanlar bir para işlərdə səhv eləyiblər, dəxi sən haman səhvi eləmə. C.Məmmədquluzadə. [Süleyman:] ..Vallahi, çox böyük səhv eləmişəm, gərək bu qızı mən alaydım... Ü.Hacıbəyov. səhvən zərf [ər.] Səhv olaraq, yanılaraq, anlaşılmazlıq üzündən, yanlış olaraq, özü anlamadan, başa düşmədən. Səhvən yol azmaq. Səhvən şeyləri yığmaq. Səhvən yada düşməmək. – Padşah, xəlifə ya zamanının ən böyük ruhanisi tərəqqi yolunu camaatın üzünə qəsdən, ya səhvən bağlayıbdır. N.Nərimanov. Hətta [Gileygüzarov] mənim adıma gələn məktubları “səhvən” açıb oxuyar, heç üzr də istəməz. S.Rüstəm. səxavət is. [ər.] Əliaçıqlıq, comərdlik, genişürəklilik. [Vaqif:] Ağa, ..iltifat və səxavətiniz aləmə bəllidir, amma zövqü, görünür, tək almaq istəyirsiniz... Çəmənzəminli. [Mirzə:] Ağanın şanı, şövkəti, calalı, dövləti, səxavəti o qədərdir ki, yazmaqla qurtarmaz. Ə.Haqverdiyev. • Səxavət göstərmək – əliaçıqlıq etmək, comərdlik göstərmək. [Məcnun Nofələ:] Dostluğumuz xatirinə, səxavət göstərib [ovçunu] razı sal. Ə.Məmmədxanlı. səxavətli sif. Səxavət edən; əliaçıq, şeyini, pulunu əsirgəməyən, comərd, genişürəkli, könlüaçıq. Səxavətli adam. – Qaraca qız çox rəhmdil və səxavətli qız idi. Hər nə əlinə düşsəydi yoldaşları ilə bölüşərdi. S.S.Axundov. Bu səxavətli qonaqların hamısından artıq, nədənsə, Təbarəkin sovqatlarına fikir verilirdi. Mir Cəlal. səki is.\n1. Piyadaların gediş-gəlişi üçün küçənin hər iki tərəfində asfalt, daş, taxta və s. döşənmiş və adətən küçədən bir qədər hündür yol. Səki ilə getmək. Səkiyə çıxmaq. Səkidə üz-üzə gəlmək. – Faytonlar daş döşəməli bir səkinin ağzında durdular.. M.İbrahimov. Çobanlar ağır addımlarla kəndin orta küçəsi ilə uzaqlaşıb gedir, səkidə dirəyə söykənib dayanmış Qumru isə onların başı üstündən hara isə uzaqlara baxırdı. Ə.Məmmədxanlı.\n2. Oturmaq üçün həyətdə, hamamda, qapı ağzında və s.-də düzəldilmiş hündür yer. Şeyləri səkiyə yığmaq. – [Qadınlar] hər halda günəş istiliyini duymayırdılar, çadralarına bürünüb qır səki üzərində oturmuş və gözlərini məhkəmə qapısına dikmişdilər. T.Ş.Simurq. Bu, qaya içində salınmış, qabağında kiçik daş səkisi olan, torpaq damlı, kiçikcə pəncərəli, bir qapıcığazlı daxma idi. Ə.Əbülhəsən. səkil sif. Ayaqları qismən və ya bütünlüklə ağ rəngdə olan. Səkil dayça. Səkil qoyun. – Xosrov səkil atın belində bir qartal kimi qanadlanardı. S.Rəhimov. Bəy [atın] kəkilini sığalladı, səkil ayaqlarının tozunu təmizlədi. M.Hüseyn. səkili sif. Səkisi olan, səki tikilmiş. Səkili hamam. Səkili küçə. – Bütün kənd .. tək bacalı qara damlarda, ya da ömründə gün üzü görməyən qabağı səkili tövlələrdə yaşayırdı. S.Rəhimov. səkilli sif. Ayağı səkil olan. Səkilli at. Səkilli qoyun. – [İlyas Adiləyə:] “Tərlan” səkilli sol biləyini qaldırıb dırnağı ilə yeri döyəcləyir. Ə.Məmmədxanlı. səkkiz miqd. s. Yeddidən sonra gələn ədəd –\n8. Səkkiz kitab. Səkkiz ay. Səkkiz saat. Səkkiz döyüşçü. – [Əşrəf] cəmi səkkiz deşiyi olan adi, nazik mis tütəyi dodaqlarına yaxınlaşdırıb çalan adamı gözlərinin qarşısında canlandırmağa çalışdı. İ.Şıxlı. səkkizadamlıq sif. Səkkiz adam üçün ayrılan, səkkiz adam üçün olan; səkkiznəfərlik. Səkkizadamlıq yer tutmaq. səkkizaylıq sif.\n1. Səkkiz ay davam edən və ya davam etmiş, səkkiz ay üçün düzəldilmiş, səkkiz aylıq müddət nəzərdə tutulmuş. Səkkizaylıq məlumat.\n2. Yaşı səkkiz ay olan. Səkkizaylıq uşaq. səkkizbucaq is. hənd. Səkkiz bucağı olan cisim, səkkizbucaqlı cisim. səkkizbucaqlı sif. Səkkiz bucağı olan. Səkkizbucaqlı fiqur. – Zahirən Mahmudun dükanı səkkizbucaqlı bir qutuya bənzəyirdi ki, içində saqqız, tumanbağı .. tapmaq mümkün idi. B.Talıblı. səkkizcə sif. Ancaq səkkiz, yalnız səkkiz. Səkkizcə kitabım var. // Bəzən təyin etdiyi sözə böyüdücülük mənası verir. Səkkizcə manat pul vermişəm. səkkizcildli sif. Səkkiz cilddən ibarət olan. Səkkizcildli lüğət. səkkizcildlik 1. bax. səkkizcildli.\n2. is. Səkkiz cilddən ibarət kitab. səkkizdüymə sif. dan. Ölçüsü səkkiz düymə olan. səkkizguşə (=səkkizguşəli) bax. səkkizbucaqlı. Ağca uca taxtbəndli tavan altındakı hər bir otağın ortasındakı səkkizguşəli üç pilləli atəş nəhrinə gəldi. Ə.Məmmədxanlı. Səkkizguşə ulduzumda səkkiz cənnət qapısı var; Yalnız oğul qeyrətilə açılacaq bu qapılar. X.Rza. səkkizguşəli (=səkkizguşə) bax. səkkizbucaqlı. Ağca uca taxtbəndli tavan altındakı hər bir otağın ortasındakı səkkizguşəli üç pilləli atəş nəhrinə gəldi. Ə.Məmmədxanlı. Səkkizguşə ulduzumda səkkiz cənnət qapısı var; Yalnız oğul qeyrətilə açılacaq bu qapılar. X.Rza. səkkizgünlük sif. Səkkiz gün sürmüş və ya sürən, səkkiz gün üçün nəzərdə tutulmuş. Səkkizgünlük səyahət. Səkkiz günlük iş. səkkizhecalı sif. dilç. Səkkiz hecası olan. Səkkizhecalı söz. səkkizhədli is. riyaz. Səkkiz həddən ibarət olan cəbri ifadə. səkkizillik sif.\n1. Səkkiz il sürən, səkkiz il müddətli, səkkiz il davam edən. Səkkizillik dövr. – [Xınalıq kəndinin] səkkizillik məktəbində 260 şagird oxuyur. R.Rza.\n2. Səkkiz yaşında olan.\n3. Səkkiz ildən qalma, səkkiz il ömrü olan. Səkkizillik sirkə. Səkkizillik konyak. səkkizinci “Səkkiz”dən sıra sayı. Səkkizinci sinif. Səkkizinci mərtəbə. Səkkizinci sıra. – [Musa] səkkizinci günü Kür çayına yaxın “İ” kəndində Gülaranın və uşağının meyitinin tapılıb basdırıldığı xəbərini aldı. Ə.Vəliyev. səkkizkünc (=səkkizkünclü) bax. səkkizbucaqlı. [Çobanlar bulamanı] səkkizkünc qalın stəkanlara doldurub qoca çobana, Qoşatxana və Kərəmə təklif etdilər. M.İbrahimov. səkkizkünclü (=səkkizkünc) bax. səkkizbucaqlı. [Çobanlar bulamanı] səkkizkünc qalın stəkanlara doldurub qoca çobana, Qoşatxana və Kərəmə təklif etdilər. M.İbrahimov. səkkizqat (=səkkizqatlı) sif.\n1. Səkkiz mərtəbə(li). Səkkizqatlı bina.\n2. Bir-birinin üzərində səkkiz lay olan. Səkkizqatlı karton. səkkizqatlı (=səkkizqat) sif.\n1. Səkkiz mərtəbə(li). Səkkizqatlı bina.\n2. Bir-birinin üzərində səkkiz lay olan. Səkkizqatlı karton. səkkizlik 1. sif. Ölçüsü (eni, hündürlüyü, qalınlığı) səkkiz düymə (və s.) olan. Səkkizlik taxta. Səkkizlik mismar.\n2. is. Oyun kağızlarında səkkiz xalı olan vərəq, yaxud səkkiz nömrəli şey. Səkkizlik kart.\n3. Səkkiz hecalı şeir ölçüsü. səkkizmərtəbə (=səkkizmərtəbəli) sif. Səkkiz mərtəbəsi olan; səkkizqatlı. Səkkizmərtəbəli bina. səkkizmərtəbəli (=səkkizmərtəbə) sif. Səkkiz mərtəbəsi olan; səkkizqatlı. Səkkizmərtəbəli bina. səkkiznəfərlik bax. səkkizadamlıq. səkkizotaq (=səkkizotaqlı) sif. Səkkiz otağı olan, səkkiz otaqdan ibarət olan. Səkkizotaqlı ev. – İkimərtəbə səkkizotaq, böyük bir samanlıq, iri bir pəyə, aşpazxana, uzun bir anbar, çardaq – hamısı alov içində idi. Ə.Vəliyev. səkkizotaqlı (=səkkizotaq) sif. Səkkiz otağı olan, səkkiz otaqdan ibarət olan. Səkkizotaqlı ev. – İkimərtəbə səkkizotaq, böyük bir samanlıq, iri bir pəyə, aşpazxana, uzun bir anbar, çardaq – hamısı alov içində idi. Ə.Vəliyev. səkkizrəqəmli sif. Səkkiz rəqəmi olan, səkkiz rəqəmdən ibarət. səkkizsaatlıq sif. Səkkiz saat sürmüş və ya sürən; səkkiz saat vaxt tələb edən. Səkkizsaatlıq iş günü. səkkizsütunlu sif. Səkkiz sütunu olan. Səkkizsütunlu salon. səkkiztarlalı sif. k.t. Səkkiz ildən bir dövr edən (əkin dəyişmə). Səkkiztarlalı əkin. səkkizüzlü is. Səkkiz üzü olan həndəsi cisim. səkkizyaşar sif. Səkkiz yaşında olan, səkkizyaşlı. Səkkizyaşar uşaq. səkkizyaşlı sif. Yaşı səkkiz olan. Səkkizyaşlı uşaq. səkmə “Səkmək”dən f.is. səkmək f. Bir və ya hər iki ayaq üstündə sıçrayaraq yerimək, sıçramaq, hoppanmaq. Kəhər at səkərək qonşu evin həyətində göründü və bir göz qırpımında .. Cəmilin qarşısında dayandı. M.Hüseyn. Çayın o tayındakı düzəngahda kəhər ürkə səkməyə başladı. Ə.Vəliyev. // Bu qaydada uçmaq, yaxud yerimək. Uçuşur durnalar, səkir teyhular; Namərd adam qalibliyin arzular. Qurbani. Qayalarda kəklik səkir; Bulud qalxır, yağış tökür. Aşıq Şəmşir. // Məc. mənada. [Püstəbanu bəyim:] Zalım oğlunun gərdəni bir qarışdır. Yerişinə bax!.. Səkir... N.Vəzirov. Səkdi gəlin, süzdü gəlin, bir də məclisin ortasında duruxub, əlləri ilə üzünü qapadı, gəlin hönkürürdü. Çəmənzəminli. ‣ Quş da səkə bilməz (səkməsin) – cürət edib yanından ötə bilməz. – Bir quş da səkməsin onun yanından! – Baş üstə yatmaram gecəni bir an. S.Vurğun. [Ataş Mirzə Cəmilə:] Nə qədər ki Ataş sağdır, Qönçənin həndəvərinə quş da səkə bilməz. Ə.Vəliyev. Quş səkməz (səkməyən) yer – qorxulu, uçurum, insan ayağı dəyməyən yer haqqında. [Sübhanverdizadənin] yolu dibsiz dərələrin yaxası ilə bitişən dağların sıldırım döşü, quş səkməyən yeri ilə gedir. S.Rəhimov. [Qəhrəman:] On il bundan əvvəl quşlar belə qorxusundan səkə bilmədiyi meşələr indi necə azaddır. Ə.Vəliyev. səksəkə (=səksəki) is. Həyəcan, iztirab, təşviş, təlaş, narahatlıq. [Şəhrəbanu xanım:] Xanpəri, mən də onun cadusunun gücünü eşitmişəm. Amma genə bir az səksəkiyəm, etdiyi işlərdən heç bilirsənmi? M.F.Axundzadə. Sayad bacının ana ürəyi həmişə səksəkədə idi. M.Hüseyn. Ürəklərdə səksəkə; Baxışlarda intizar, İnsanlar axın-axın; Salona toplaşırlar. R.Rza. ‣ Səksəkə içərisində olmaq, ürəyi səksəkədə olmaq – narahatlıq keçirmək, həyəcan içərisində olmaq, iztirab keçirmək. Mindilli səksəkə içərisində, o yan-bu yana baxabaxa içəri keçir. S.Rəhman. səksəki (=səksəkə) is. Həyəcan, iztirab, təşviş, təlaş, narahatlıq. [Şəhrəbanu xanım:] Xanpəri, mən də onun cadusunun gücünü eşitmişəm. Amma genə bir az səksəkiyəm, etdiyi işlərdən heç bilirsənmi? M.F.Axundzadə. Sayad bacının ana ürəyi həmişə səksəkədə idi. M.Hüseyn. Ürəklərdə səksəkə; Baxışlarda intizar, İnsanlar axın-axın; Salona toplaşırlar. R.Rza. ‣ Səksəkə içərisində olmaq, ürəyi səksəkədə olmaq – narahatlıq keçirmək, həyəcan içərisində olmaq, iztirab keçirmək. Mindilli səksəkə içərisində, o yan-bu yana baxabaxa içəri keçir. S.Rəhman. səksəkəli (=səksəkili) sif. və zərf Həyəcanlı, iztirablı, narahat. Nə olub? – deyə, ürəyi səksəkəli rəiyyət bir-birinə dəydi. S.Rəhimov. Yolçular səksəkəli; Zirvələrə baxdılar; Qayadan bir daş uçdu. N.Xəzri. Ürəyi səksəkəli olan yasavulbaşı onu narahat etdikləri üçün hirslənmək istədisə də bacarmadı. M.Rzaquluzadə. səksəkili (=səksəkəli) sif. və zərf Həyəcanlı, iztirablı, narahat. Nə olub? – deyə, ürəyi səksəkəli rəiyyət bir-birinə dəydi. S.Rəhimov. Yolçular səksəkəli; Zirvələrə baxdılar; Qayadan bir daş uçdu. N.Xəzri. Ürəyi səksəkəli olan yasavulbaşı onu narahat etdikləri üçün hirslənmək istədisə də bacarmadı. M.Rzaquluzadə. səksən say. Yetmiş doqquzdan sonra gələn rəqəm – 80; həştad. Səksən manat. Səksən ədəd. Səksən adam. səksəndirmə “Səksəndirmək”dən f.is. səksəndirmək bax. diksindirmək. Qapıya vurulan təkan Həcəri səksəndirdi. S.Rəhimov. Mahmud hirslə “cəhənnəmə ki!” – deyərkən ürkəni səksəndirdi. M.Hüseyn. səksənillik 1. is. Səksən il davam etmiş dövr, ömür. Şairin səksənilliyi.\n2. Sif. mənasında. Səksən il davam etmiş, səksən il sürmüş. Səksənillik bir ömür. səksəninci “Səksən”dən sıra sayı. Səksəninci qapı. Səksəninci nömrə. Səksəninci illər. səksənlik sif. Səksən yaşında. Səksənlik qoca. səksənmə “Səksənmək”dən f.is. səksənmək bax. diksinmək 1 və 2-ci mənalarda. Sultan bəy səksənib dayanır. Ü.Hacıbəyov. Üzü o tərəfə dayanmış katib səksənib, çiyni üzərindən geri boylandı. M.Hüseyn. səksənyaşlı sif. Səksən yaşında olan. Səksənyaşlı qoca. səktə is. [ər.] köhn.\n1. Durğunluq, bir yerdə dayanıb qalma.\n2. Zərər, xələl, ziyan.\n3. Qan dövranının, ürəyin birdən-birə fəaliyyətdən düşməsi, hərəkətinin dayanması. səqf is. [ər.] Tavan, bağdatı. Alçaq səqfdən asılan otuzluq “molniya” lampası böyük otağı işıqlandırırdı. T.Ş.Simurq. Mən onları çətin vəziyyətdən çıxarmaq üçün gözümü səqfə dirəyib soruşdum. S.Rəhman. səqqa is. [ər.] köhn. Keçmişdə evlərə su daşıyan; su paylayan, suçu. Təbrizin məşhur səqqalərindən Tacı qızı Züleyxanın qapısını vururlar. M.S.Ordubadi. səlahiyyət is. [ər.] Vəzifəsinə görə bir işə qarışmağa, bir işi görməyə ixtiyarı, hüququ olma. [Səba:] Bilmirəm, ağanın gətirdiyi bu qədər zəngin bir hədiyyəni qəbul etməyə səlahiyyətim vardırmı? M.S.Ordubadi. Mehriban, Zeynalın öz üzərində bir “ər” olmaq sifətilə haqq və səlahiyyətini düşünürdü. S.Hüseyn. // Birinin ixtiyarı, hüququ dairəsində olan məsələlər, işlər. Məhkəmənin səlahiyyəti. Bu, mənim səlahiyyətimə daxil deyil. • Səlahiyyət vermək – ixtiyar vermək, hüquq vermək. [Xan] yerində qoyduğu Ağası bəyə xanlıqda asayişi təmin etmək üçün böyük səlahiyyət verdi. Çəmənzəminli. səlahiyyətdar [ər. səlahiyyət və fars. ...dar] rəs. köhn. bax. səlahiyyətli. O, peşəkarı hesab olunan Nizamülmülkün də işlərinə qarışmağa səlahiyyətdar deyildir. M.S.Ordubadi. səlahiyyətli sif. Səlahiyyət verilmiş, hər hansı bir səlahiyyəti, hüququ olan. Səlahiyyətli səfir. səlbə is.\n1. Ağacdan meyvəni salmaq, heyvanları qovmaq və s. üçün atılan ağac parçası. [İmamverdi:] Ağız, ..o nədir tolazlamısan səlbəni, gedib dəyib Haykanuşun danasının gözünə, o da gəlmişdi Allahverdi kişinin üstünə davaya. C.Cabbarlı.\n2. Səlbə kimi tullanılan, atılan hər hansı bir şey. Dəmir səlbəsi. Papaq səlbəsi. – [Şaqqulu] da əlini rəfə atıb, “köpək oğlu özünsən!” – deyib kərbəlayıya bir qazan səlbəsi vurdu.. Çəmənzəminli. səlbələmə “Səlbələmək”dən f.is. səlbələmək f. Səlbə vurmaq, səlbə atmaq. Ağacı səlbələmək. Heyvanları səlbələmək. səlcuqlar cəm XI əsrin ortalarında Kiçik Asiya ərazisində, İran və İraqda böyük dövlət qurmuş köçəri türkmən qəbilələri. səldirəmə “Səldirəmək”dən f.is. səldirəmək bax. səldirləmək. Faytonçu müvazinətini saxlaya bilməyib səldirədi, iki addımlıqdakı qaramıx kolunun üstünə yıxıldı, kürəyinə tikan doldu. M.Hüseyn. ..Onsuz da ayaq üstündə güclə duran qarı, böyrünə toxunan qolların təsirindən səldirədi. İ.Hüseynov. səldirləmə “Səldirləmək”dən f.is. səldirləmək f. Yıxılan kimi olub yerişini çaşdırmaq, ləngər vuraraq yerimək; səndələmək. Sərxoş səldirlədi. – Tərlan səldirləyə-səldirləyə (z.) paltarını geyib qapıya yanaşdı. M.Hüseyn. sələ is. Küpə və s. qabların ağzını bağlamaq üçün kənd yerlərində işlədilən, kəsilmiş heyvan qarnının təmizlənmiş bir parçası. Qız durdu ayağa, getdi, küpənin sələyin açdı. (Nağıl). sələf is. [ər.] Hər hansı bir sahədə, işdə, mövqedə fəaliyyəti o birindən daha qabaq olmuş, yaxud qabaq yaşamış adam (xələf ziddi). Sələflərə dərin hörmət. – Bizim emblemamız, rəmzimiz, şərəfimiz; Qoy olsun sələf, – dedik. B.Vahabzadə. sələm [ər.] bax. müamilə 3-cü mənada. Əmi qeyri adamlara da sələmlə pul verərdi. N.Nərimanov. Dadaş atlı gedir aşağı kəndə; Gedir kəndliləri salmağa bəndə; Gedir verilməyən sələm dalınca. M.Müşfiq. sələmçi bax. müamiləçi. [Veys:] Şura hökuməti qoymayacaq ki, sən [Allahqulu] tacir, sələmçi Hacı Tağını itələyib oturasan onun yerində. Ə.Əbülhəsən. sələmçilik bax. müamiləçilik. sələmxor [ər. sələm və fars. ...xor] bax. müamiləçi. Alo tərs baxışla sələmxor Məşədi Qulamı süzüb, əlavə etdi.. S.Rəhimov. səlib is. [ər.] Xaç. Bir çoxlarının başlarındakı səlib qırılmış, bir qisimləri yanı üstə yerə yıxılmışdı. S.Hüseyn. • Əhlü-səlib tar. – bax. səlibçi. ‣ Səlib müharibələri tar. – katolik kilsəsinin təşəbbüsü ilə dinsizlərlə mübarizə şüarı altında XI-XIII əsrlərdə Qərbi Avropa feodallarının Yaxın Şərq və Pribaltika əhalisinə, habelə Şərqi Avropa slavyanlarına qarşı apardıqları işğalçılıq yürüşləri. səlibçi is. tar. Səlib müharibəsi iştirakçısı. səliqə is. [ər.] Nizam və qayda, bir şeyin düzgün vəziyyəti, nizamda olması. Səliqəyə salmaq. Şeyləri səliqə ilə düzmək. Kitabları səliqədə saxlamaq. – Evin səliqəsində heç bir dəyişiklik yox idi. M.Hüseyn. Qədir kişi Fərmanın evinin səliqəsini çox bəyəndi. Ə.Sadıq. // Bir şeyi nizam və qaydada, gözəl vəziyyətdə saxlama və ya işləmə qabiliyyəti. Onun səliqəsinə söz yoxdur. • Səliqə ilə – bax. səliqəli 1 və 3-cü mənalarda. Oğlan çox səliqə ilə geyinmişdi. İ.Əfəndiyev. Cahangirovun seyrək ağ saçları səliqə ilə dala daranmışdı. S.Qədirzadə. səliqəli sif.\n1. Səliqəyə, üsula müvafiq, səliqəyə salınmış, müntəzəm, düzgün, nizamlı. Səliqəli iş otağı. Səliqəli yataqxana. Səliqəli ev. – [Hakim] səliqəli stolunun üstündə gördüyü lazımsız kağızları bir-bir cırıb səbətə atırdı ki, əl-ayağa dolaşmasın! Mir Cəlal. // Hər şey öz yerində, qaydada. Balaca həyət yenə əvvəlki kimi səliqəli idi.\n2. Səliqəsi olan, işi səliqə ilə görən, səliqə qaydalarını gözləyən. Səliqəli qız. Səliqəli şagird. – Səliqəli maldarlar axşam vaxtı çöldən naxır qayıdan zaman oğul-uşağı düzərlər qapılara ki, camışlar, öküzlər, inək və danalar düz girsinlər töylə həyətinə. C.Məmmədquluzadə.\n3. Zərf mənasında. Təmiz, diqqətli, dürüst, hər şey öz yerində. Skamyada mənimlə birlikdə səliqəli geyinmiş cavan bir gürcü də oturmuşdu. A.Şaiq. Şagirdlərdən, əyinlərinə geydikləri formanın son dərəcə səliqəli olmasını, düymələrinin, papaqlarındakı ulduzun par-par parıldamasını tələb edirdilər. Ə.Sadıq. səliqəlik (=səliqəlilik) is. Səliqəli olma, hər şeydə səliqə, qayda gözləmə; dürüstlük, dəqiqlik. Səliqəliliyə alışmaq. – [Əntərzadə] nəinki səliqəlik məharətini, hətta başını da itirdi. Mir Cəlal. səliqəlilik (=səliqəlik) is. Səliqəli olma, hər şeydə səliqə, qayda gözləmə; dürüstlük, dəqiqlik. Səliqəliliyə alışmaq. – [Əntərzadə] nəinki səliqəlik məharətini, hətta başını da itirdi. Mir Cəlal. səliqə-sahman is. [ər.] bax. səliqə. Səliqə-sahman yaratmaq. Səliqə-sahmanı gözləmək. Səliqə-sahmanı pozmaq. – Səliqəsahman yaxşı şeydir axı. Mir Cəlal. Aran yerlərindən gəlmiş adamlar öz səliqə-sahmanı, geyim-kecimi ilə dərhal fərqlənirdilər. B.Bayramov. səliqə-sahmanlı sif. Son dərəcə səliqəli, diqqətli, nizamlı. Səliqə-sahmanlı qadın. səliqəsiz sif. Səliqə olmayan, qaydasız, nizamsız, tərtibsiz. Səliqəsiz yeməkxana. Səliqəsiz iş. // Səliqəsi olmayan, səliqə bilməyən. Səliqəsiz adam. səliqəsizlik is. Səliqə, nizam və qaydanın olmadığı hal; nizamsızlıq, pozğunluq. İşdə səliqəsizlik. Evdə səliqəsizlik. – Müdirin otağındakı səliqəsizlik, narazı rəftar və danışığı işə can yandırmadığını göstərirdi. M.İbrahimov. səlis sif. [ər.] Rəvan, sərbəst, axıcı, hər cəhətdən mükəmməl. Səlis şeir. Səlis nitq. Səlis süjet. – Bir baxın, ana dilimizdə yazılan şeir nə qədər mövzun, nə qədər səlis, nə qədər də oynaq və bədiidir. M.S.Ordubadi. Bütün müdərrislərimiz ondakı səlis, axıcı natiqliyə qibtə edirdilər. İ.Əfəndiyev. səlislik is. Rəvanlıq, axıcılıq. Nitqin səlisliyi. Məqalə səlisliyi ilə fərqlənir. Yazıda ardıcıllığı, səlisliyi gözləmək. səlsələ is. [ər.] Göyərçinə bənzər böyük quş. səlt sif. dan. Bütünlüklə, başdan-ayağa, tamamilə, lap. Xörək səlt yağdır. Çörək səlt duzdur. səltənət is. [ər.]\n1. Padşahlıq, hökmdarlıq. Səltənətə keçmək. Səltənət əlindən çıxmaq. Səltənət sürmək. – ..İbrahim xan Qarabağa qayıdanda qardaşı Mehralı bəylə arasında səltənət davası düşmüşdü. Çəmənzəminli. Həddindən artıq təkəbbürlü və lovğa olan şah səltənət adamlarının tələbinə görə özünü daha da təkəbbürlü və qaşqabaqlı göstərməyə çalışırdı. P.Makulu.\n2. Dövlət, hökumət. [Müsyö Jordan:] Parij dağılıb, Tülyeri yıxılıb, Fransanın səltənəti pozulub, Kral avara düşüb. M.F.Axundzadə. Toğrulun təzədən səltənət başına gətirilməsi üçün xəlifənin də razılığı alınmışdır. M.S.Ordubadi. // məc. Var, dövlət, yaxud ən əziz, ən qiymətli şey, adam haqqında. [Araz:] Sağlamlıq və zəhmət ən böyük səltənətdir. A.Şaiq. Gözümün qarası, ciyərimin parası, taxtım, bəxtim, səltənətim, taci-sərim, qönçə gülüm, bülbülüm Ruqiyyə idi, Ruqiyyə. A.Divanbəyoğlu.\n3. məc. Obrazlı təşbehlərdə: bir şeyin hakim, hökmran, çox bol olduğu yer haqqında. Neft səltənəti. İşıq səltənəti. – Qarşımıza daha böyük bir dağ çıxdı. Bu dağı da aşdıq; çiçəklər səltənəti deyilməyə layiq bir açıqlığa çıxdıq. A.Şaiq. Nə sonsuzdur bu yerlərdə səltənəti qarın, buzun! R.Rza. səma is. [ər.] Göy, asiman. Yaz mövsümü endikcə səmadan yerə axşam; Gün nuru verir dağlara min rəngi-dilaram. A.Səhhət. Bu gün heç bilmirəm, nə üçün, nədən; Səma da mavidir; Torpaq da mavi. N.Xəzri. Gündoğan tərəf utancaq bir qız yanağı kimi qızarır, ..səma ağır-ağır dalğalanan bir sədəf gölü kimi hər an rəngdən-rəngə girirdi. M.Rzaquluzadə. səmavi sif. [ər.]\n1. Səmaya, göyə mənsub.\n2. şair. Səma rəngində, mavi. Allah, Allah! Nə qədər ülvi... O mavi gözlər. O səmavi gözlər. H.Cavid. Səmavi tüllərdən əynində köynək; Füsunkar bir gəlin oturmuşdu tək. M.Dilbazi.\n3. məc. şair. Gözəl, təmiz, saf, valehedici, qeyri-adi. Səmavi alnının uc tellərində; Ülkər tək parlayıb axan, a gözlər! A.Şaiq. O səmavi pərinin; Qəlbi intizardadır. N.Rəfibəyli. səmayi-şəms is. [ər.] mus. Azərbaycan klassik muğamlarından birinin adı. Səmayişəms oxumaq. səmə sif. Ağıldan kəm, ağlı çatmayan. səmənd sif. Qızılı ilə boz rənglər arasında xüsusi bir rəngdə olan (at haqqında). səməndər is. [fars.]\n1. İran əsatirində: odda yaşayan mövhumi bir heyvanın adı. Qaldım səməndərtək qəm dəryasında; Yandı balü-pərim nara dəyməmiş. Aşıq Ələsgər. Od-alov quşudur səməndər quşu; O nə göy quşudur, nə də yer quşu. B.Vahabzadə.\n2. zool. Həm suda, həm də quruda yaşayan kərtənkələyə oxşar heyvan. səməni is. etnoqr.\n1. Novruz bayramında boşqablarda göyərdilən buğda. Süfrənin ortasında ara-sıra boşqablarda yaşıl səməni qoyardılar. H.Sarabski. [Sultan və Vəli] bu bənövşə dəstələrini novruz-bayramı münasibətilə məcməyilərdə göyərdilmiş səmənilərin ortasına qoyacaqlar. Ə.Sadıq. • Səməni qoymaq – xalq adətincə Novruz bayramı münasibətilə boşqablarda buğda göyərtmək. Səməni də qoydu gəlin bayramqabağı; Palpaltarı, qab-qacağı çəkdikcə suya. S.Vurğun. Günəş öpdü çəməni; Evdə qoyduq səməni. M.Dilbazi.\n2. Göyərmiş buğda, şirəsindən bişirilən bir növ halva. Bəzi yerlərdə insana bir xəta üz verəndə nəzir elərlər və haman xəta rədd olandan sonra səməni qonşulara paylarlar. “Mol. Nəsr.” səmər [ər.] bax. səmərə. De görüm, onların nədir səməri? Bəlkə də hər kəsə çatır zərəri! M.Ə.Sabir. Belə acı sözlər təzə qəzetənin müştərilərini azaldıb və onu oxuyanları şövq və həvəsdən salmaqdan özgə bir səmər verməz. F.Köçərli. səmərə is. [ər.]\n1. Fayda, mənfəət, xeyir. Əməyin səmərəsi. – [Odabaşı:] Neçə gün ciddi axtarış getdisə də, bir səmərə hasil olmadı. Ə.Haqverdiyev. [Kərimxan Azadidə] öz zəhmətinin səmərəsini görən bir yaradıcı sevinci vardı. M.İbrahimov.\n2. Hər hansı işdən doğan yaxşı və ya pis nəticə. [Qurbanəli:] İndi, budur, səmərəsini öz gözünüz ilə görürsünüz. H.Nəzərli. Əgər indi toxumlar yer üzərində qalsa, onlar tuluqlayıb donacaq, heç bir səmərəsi olmayacaq və fayda verməyəcəkdi. S.Rəhimov. səmərələşdirici is. İstehsalatı, istehsal proseslərini səmərələşdirmək işi ilə məşğul olan adam. // Sif. mənasında. Səmərələşdirici fəhlə. Səmərələşdirici tokar. Səmərələşdirici təklif. səmərələşdirilmə “Səmərələşdirilmək”dən f.is. səmərələşdirilmək məch. Səmərəli hala salınmaq, daha məqsədəuyğun şəkildə təşkil edilmək; təkmilləşdirilmək, yaxşılaşdırılmaq. səmərələşdirmə 1. “Səmərələşdirmək”dən f.is.\n2. bax. səmərələşdirici. Səmərələşdirmə bürosu. Səmərələşdirmə tədbirləri. səmərələşdirmək f. Səmərələşdirmə işləri aparmaq. Maşın detalları hazırlamaq prosesini səmərələşdirmək. İstehsalatı səmərələşdirmək. səmərəli sif. Səmərə verən, yaxşı nəticə verən, faydalı, xeyirli, məqsədəuyğun, əlverişli. Səmərəli təklif. Səmərəli istirahət. Texnikadan səmərəli (z.) istifadə etmək. səmərəsiz sif. və zərf Heç bir səmərəsi, faydası, nəticəsi olmayan, məqsədəuyğun olmayan, faydasız, xeyirsiz. Kosa gah koridora daxil olur, gah balkona çıxıb gəzirdi. Onun əziyyətləri səmərəsiz qalırdı. S.Rəhimov. Şirzad bilirdi ki, yazda səmərəsiz keçən hər saat, yaxud vaxtında görülməyən ən xırda iş tonlarla məhsulun itməsi deməkdir. M.İbrahimov. səmərəsizlik is. Səmərəsiz olma, faydasızlıq, nəticəsizlik. səmimi sif. [ər.] Ürəkdən gələn; dəruni, həqiqi, xalis, ciddi, riyasız. Səmimi söz. Səmimi dostluq. – O, çox mehriban, səmimi bir təbəssümlə gülümsündü. M.Rzaquluzadə. // Həqiqi, doğru, ən yaxın, qəlbən bağlı. Səmimi dost. Səmimi adam. – Xədicə ilə yalnız barışmaqla qalmayıb səmimi bir arqadaş olduq. S.Hüseyn. Bu dəqiqə [Xasay] bayaqdan bəri daldığı şirin düşüncələrdən, səmimi cəbhə yoldaşlarından aralanmaq istəmirdi. Ə.Vəliyev. // Zərf mənasında. Təmiz ürəklə, candan, qəlbən. Səmimi qarşılamaq. Səmimi danışmaq. səmimi-qəlbdən zərf Ürəkdən, qəlbən. Səmimi-qəlbdən təşəkkür etmək. Səmimiqəlbdən təbrik etmək. səmimiləşmə “Səmimiləşmək”dən f.is. səmimiləşmək f. Bir-birinə daha da yaxın olmaq, səmimi olmaq, mehribanlaşmaq. [Hüseyn:] Qızla yenə yolumuza başladıq. Bu dəfə müsahibəmiz bir qədər daha səmimiləşmişdi. S.Hüseyn. səmimilik bax. səmimiyyət 1-ci mənada. [Daşdəmirin] gözlərində və sözlərində elə bir sadəlik və səmimilik vardı ki, bu, dinləyənlərə də sirayət edirdi. M.Rzaquluzadə. Çiçək Ümidin danışığına, sifətindəki uşaqlıq və səmimilik əlamətlərinə diqqət elədi. B.Bayramov. səmimiyyət is. [ər.]\n1. Səmimilik, açıqürəklilik; səmimi münasibət. Ailədəki səmimiyyət. Səmimiyyət göstərmək. – Bu nəğmələr dərin-dərin; Geniş-geniş ürəklərin; Səmimiyyət nəğməsidir. M.Müşfiq. Oğlanın sözlərindəki səmimiyyəti hiss edən Məşədibəy bir qədər arxayınlaşıb sükuta qərq oldu. M.Hüseyn.\n2. Səmimiyyətlə şəklində zərf – səmimi olaraq, səmimi; açıq ürəklə, saf qəlblə. Səmimiyyətlə cavab vermək. – [Mansur] ..hər dəfə əlimi əlinə aldıqda səmimiyyətlə sıxardı. Çəmənzəminli. Məmmədov böyük bir səmimiyyətlə arvadın əlini sıxdı. H.Seyidbəyli. səmir is. [ər.] Səs, səs-səmir. səmirmək f. məh. Kökəlmək, gombullaşmaq. səmizmək f. məh. Yağlanmaq, piylənmək. səmt is. [ər.]\n1. Cəhət, tərəf, yön. Günəş səmtinə baxmaq. Dəniz səmtinə tərəf getmək. – Ağac səmtinə yıxılar. (Ata. sözü). Axirüləmr [Məhəmmədhəsən əmi] gəldi, tövləsini ortadan yarı böldü və küçəyə səmt bir qapı açdı. C.Məmmədquluzadə.\n2. İstiqamət. Su səmtini tutmaq. Küləyin səmtilə getmək.\n3. məc. Yaxın adam, qohum-əqrəba mənasında. Öz səmtindən qız almaq. – Aşkardı ki, qlava öz səmtini qoyub özgəni katdalıqda saxlamayacaq. C.Məmmədquluzadə. ‣ Səmt düşmək – yaxınlaşmaq, yaxın düşə bilmək, yaxına getmək. Xosrovdan başqa heç kəs bu havalı ata səmt düşə bilmirdi. S.Rəhimov. səmtləndirmə “Səmtləndirmək”dən f.is. səmtləndirmək f. Bir şeyi müəyyən səmtə yönəltmək, istiqamətləndirmək. səmum is. [ər.] Asiya və Afrika səhralarında əsən çox şiddətli, isti və quru külək. // Ümumiyyətlə, şiddətli, isti külək. Deyirlər: çox güclü və dəhşətli olur, səmum küləkləri. O.Sarıvəlli. Səmum yeli gəlir, aman; Yaz çıxmamış isti yayı, görəcəkdir qoca Muğan. M.Dilbazi. // Məc. mənada. Olur qarşısında polad mum kimi; Güllələr yağdırır yada qum kimi; Əsir başı üstə bir səmum kimi. S.Rüstəm. Hansı dərddir səmum olub, qəlb evində hey əsən? Ə.Cəmil. sən Ikinci şəxs əvəzliyinin təki. Sən istəyən kimi oldu. – Sən demədinmi dumada rəf olur ehtiyacımız? Mən də dedimmi çox yemə, tez pozulur məzacımız. M.Ə.Sabir. [Əsgər:] Ay Süleyman, yaxşı oldu sən gəldin, axı deyirlər ki, sən bir ağıllı adamsan, gəl görək, sən nə məsləhət tökürsən? Ü.Hacıbəyov. ‣ Sən allah, sən allahın – bax. Allah. [Məşədi İbad:] A Həsənqulu bəy, sən allah, indi insaf eyləyin, sənin yanında Rüstəm bəy demədi ki, qızı sənə verirəm. Ü.Hacıbəyov. [Gülsənəm:] Ay yoldaş Ağa, sən allah, məni bu ağbirçək vaxtımda masqaraya qoyma. H.Nəzərli. Sən demə – bax. demə. Sən demə, şeytan-şuğul bunu bəyə xəbər verib. Ə.Vəliyev. Sən öl dan. – öz sözünü birinə inandırmaq istədikdə işlənir. Sən öl, düz deyirəm. Sən hara, bura hara! – gəlişi təəccüb doğuran, yaxud gözlənilmədən rast gələn adam haqqında. [Sultan bəy:] Paho, Süleyman, sən hara, bura hara? Xeyirxəbər olasan, əyləş görək, nə var, nə yox? Ü.Hacıbəyov. səna is. [ər.] klas. Tərif, mədh. Duaçınam, salma məni nəzərdən; Əskik olmayasan sənadan, Pəri. M.P.Vaqif. • Səna etmək klas. – mədh etmək, tərif etmək. Münəccimbaşı şahın hüzuruna daxil olub, ..əl-əl üstə qabaqda durub dua və səna etdi. M.F.Axundzadə. Dalda qeybət, üzdə səna etmərəm; Gizli söyüş, zahir dua etmərəm. M.Ə.Sabir. sənaməki is. bot. Yarpaqları və meyvəsi xalq təbabətində işlətmə dərmanı kimi işlədilən bitki. sənaye is. [ər.]\n1. Xalq təsərrüfatının, yeraltı sərvətləri çıxaran və xammalı emal edən müəssisələri birləşdirən sahəsi.\n2. Maşın texnikası tətbiq edən fabrik-zavod müəssisəsi. Neftçıxarma sənayesi. Yüngül sənaye. Ağır sənaye.\n3. klas. Sənətlər (peşə, sənət, iş). Mən anlamaram elm nədir, ya ki sənaye; Zarəm bu əməldən! M.Ə.Sabir. ‣ Sənayeyi-nəfisə köhn. – incəsənət(lər). sənayeçi is.\n1. Kapitalist sənaye müəssisəsi sahibi; mədənçi, fabrikçi.\n2. Mədəndə işləyən. Neft sənayeçisi. sənayeləşdirilmə “Sənayeləşdirilmək”dən f.is. sənayeləşdirilmək məch. Maşın texnikasına keçirilmək, maşın texnikası tətbiq edilmək. sənayeləşdirmə “Sənayeləşdirmək”dən f.is. Sənayeləşdirmə planı. sənayeləşdirmək f. Xalq təsərrüfatının müəyyən və ya bütün sahələrini maşın texnikasına keçirmək. Kənd təsərrüfatını sənayeləşdirmək. Ölkəni sənayeləşdirmək. sənayeləşmə “Sənayeləşmək”dən f.is. sənayeləşmək f. Maşın texnikasına keçmək, maşınlar tətbiq etmək. Ölkə yeni yollarla inkişaf etsin gərək; Sürətlə başdanbaşa tez sənayeləşərək. R.Rza. sənayeli sif. Sənayesi olan, sənayesi inkişaf etmiş, sənayeləşmiş. səncə Sənə görə, sənin fikrincə, sən biləni. Səncə, yarışın qalibi kim olacaq? Səncə, bu gün yığıncaq olacaq? – [Firəngiz Muxtara:] Buna, səncə, nə üçün “Gəlin qayası” deyirlər? B.Bayramov. səndəl I. is. [ər.]\n1. bot. Oduncağı efir yağı ilə zəngin olan ətirli, həmişəyaşıl tropik ağac. Aşığın sən dəlisi; Gözəllər sən dəlisi; Sevdiyim, zülflərindən; Gəlir səndəl iyisi. Sarı Aşıq. Nizami məzardaşını döyərək Xaqanini səslədi, gözündən bir damcı yaş düşərək qəbir daşının dalında yandırılan səndəlin üstünə düşdü. M.S.Ordubadi. // Bu ağacdan qayrılmış. Məst edər aləmi ənbərin budan; Hər gələndə səndəl darağa zülfün. M.P.Vaqif.\n2. Bu ağacın oduncağından, habelə bəzi başqa ağaclardan alınan boya.\n\nII. is. Dal söykənəcəyi olan qoltuqlu stul. [Mərcan bəy] yıxılır səndəlin üstə, ürəyi bitab olan tək olur. Ü.Hacıbəyov. Səndəllərin hamısına yumşaq və məxmər balışlar olduqca müntəzəm bir surətdə qoyulmuşdu. M.S.Ordubadi. [Mirzə Həsən atasına:] Kitab da yazmışam, hazırdır. Miz, səndəl hazır olunca onu çap etdirərəm. P.Makulu.\n\nIII. is. [yun.] Qədim yunanların və romalıların geydikləri dabansız, yüngül ayaqqabı. // Üzü bağla bağlanan dabansız, yüngül yay ayaqqabısı. Uşağa səndəl almaq. – [Aslan] çəkmə mağazasına girdi, axırıncı pulunu verib, bir cüt yüngül səndəl aldı. S.Vəliyev. səndələmə “Səndələmək”dən f.is. səndələmək f. Müxtəlif səbəblərdən müvazinəti itirərək, ayaq üstə dura bilməyib yırğalanmaq. Səlim sillənin zərbindən səndələdi. M.İbrahimov. [Firuz] müvazinətini itirərək yerində səndələdi. Ə.Məmmədxanlı. səndələyə-səndələyə zərf Yıxıla-dura, yırğalana-yırğalana, o yan-bu yana əyilərək. Məmiş kişi də mənim xətrimi çox istəyir – deyə, Səməd səndələyə-səndələyə Əlləzoğluna sarı yeridi. İ.Hüseynov. səndəli bax. səndəl2. Nəcəf kişi o zamanın adəti üzrə papağı başında, səndəlidə oturub dil-ağız etdi. M.İbrahimov. səndirləmə “Səndirləmək”dən f.is. səndirləmək bax. səndələmək. Ovçu nişan aldı, ox çıxdı yaydan; Alagöz bir maral qana boyandı; “Ah!” səsi yüksəldi bulaqdan, çaydan; Maral səndirlədi, maral dayandı. N.Xəzri. Nərgiz .. səndirləsə də, özünü düzəldə bildi, daşın üstünə çıxıb atı mindi. B.Bayramov. sənə is. [ər.] İl. Bir gecəlik mətləbin bir sənə mabədi var. M.Ə.Sabir. Millətin beş sənə bundan əqdəm; Yüz nəfərdən biri tutmazdı qələm. A.Səhhət. Çox vaxt bir sənəyə qədər nişanlı halında qız atası evində qalacaqdır. R.Əfəndiyev. sənəd is. [ər.]\n1. Bir şeyi, faktı təsdiq, bir şeyə olan hüququ sübut edən rəsmi kağız. Arxiv sənədləri. – C.Məmmədquluzadənin təsvirinə və tarixi sənədlərə görə o zaman Azərbaycan dilində qəzet çıxarmaq çox çətin məsələ imiş. M.İbrahimov.\n2. Təqdim edənin şəxsiyyətini təsdiq edən vəsiqə. Tələbənin sənədlərini yoxlamaq. – Dərs hissəsi müdiri sənədləri alıb nəzərdən keçirdi, başını qaldırıb onun üzünə gülümsədi. S.Rəhimov. Axırda qət olundu ki, tədqiqat getsin, Vahidin sənədlərini yoxlatmaq direktora tapşırılsın. Mir Cəlal. sənək bax. səhəng. Su sənəyi axırda suda sınar. (Məsəl). [Mələk] lalə kimi rəng verib, rəng ala-ala bulağa endi, sənəyi bulağa söykədi, su gurhagur sənəyə doldu. A.Divanbəyoğlu. Az keçməmiş gəlinlər gəlib onun komasını suvadılar, su dolu bir sənək gətirdilər. Ə.Məmmədxanlı. sənəm is. [ər.]\n1. klas. bax. büt 1-ci mənada. Surəti ziba sənəmlər yox demək bütxanədə; Var çox, əmma sənə bənzər büti-xunxar yox. Füzuli.\n2. Gözəlin epitetlərindən biri – dilbər. O qədər sənəm var ki, yasəmənə vaxt yoxdur. (Ata. sözü). Yenə yada düşdü bizim sənəmlər; Getməyin binası, hayıf ki, yoxdur. M.P.Vaqif. [Mərcan bəy:] Bir saatdan sonra bir nazənin sənəm gələcəkdir. Ü.Hacıbəyov. sənət is. [ər.]\n1. Müəyyən hazırlıq tələb edən və sahibinin yaşaması üçün əsas mənbə sayılan əmək fəaliyyətinin bir növü; peşə. Özünə sənət seçmək. Sənət öyrənmək. Sənətini dəyişmək. – [Yusif] usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində öyrənib Qəzvinə müraciət etdi. M.F.Axundzadə. [Qurban Nənəxanıma:] [Şaqqulunu] istəmişəm sənətə qoyam ki, avara qalmasın, demisən ki, o neynir sənəti, cavan uşaqdı, qoy böyüsün. Çəmənzəminli. ..Qulam müəllim bütün sənətlər içərisində öz sənətini [müəllimliyi] çox yüksək tuturdu. S.Rəhimov. // İş, peşə, məşğuliyyət. Hacının sənəti hamamçılıq idi... C.Məmmədquluzadə. Gördü ayı kəndli çəkir zəhməti; Var əcəb asudə, asan sənəti. // A.Səhhət. Gəmi muzdurçuluğu .. çox ağır sənətdir. S.M.Qənizadə // Məc. mənada. [Sultan bəy:] Qərəz ki, təklik bir sənət deyildir. Ü.Hacıbəyov. Yaxşılıq insana bir sənət olsun; Dünya başdan-başa qoy cənnət olsun. S.Vurğun.\n2. İncəsənətin qollarından hər biri. Musiqiçilik gözəl sənətdir. Bədii sənətin gücü. Sənət əsəri. – Əsil tamaşaçılar [Səttarzadəni] görəndə musiqi aləminin, sənət dünyasının zənginliklərini bir daha xatırlayırlar. Mir Cəlal.\n3. bax. sənətkarlıq 2-ci mənada. ‣ Sənət məktəbi – ixtisaslı fəhlə hazırlayan məktəb. [Aslan:] Mən sənət məktəbini təzə qurtarmış ustaların briqadiriyəm. S.Rəhman. Sənət məktəbinə məxsus göy rəngli paltar Həsənlə Lətifə çox yaraşırdı. H.Seyidbəyli. sənətçi bax. sənətkar 1-ci mənada. sənətkar is. [ər. sənət və fars. ...kar]\n1. Hər hansı bir sənətlə məşğul olan, sifarişlə iş qəbul edib öz əmək alətləri ilə, kustar üsulla məhsul hazırlayan şəxs, usta; bir sənətlə keçinən adam. Burada əlli üç minə qədər müxtəlif yerlərdən gəlmiş fəhlələr, ustalar, sənətkarlar vardır. M.S.Ordubadi. Gənc sənətkarlar neftçilər üçün borusıxan hazırlamalı idilər. H.Seyidbəyli.\n2. Öz işində, peşəsində, sənətində böyük məharət və ustalıq qazanmış şəxs. [Şair Ərəstun:] Elə mən də böyük sənətkarlardan, şeirdə böyük hünərdən, coşqun bir ilhamdan danışıram. S.Rəhimov. Heç şübhəsiz ki, Nizami, Xaqani və Nəsimi kimi böyük sənətkarlar müəyyən tarixi-ədəbi hazırlıq olmadan meydana çıxa bilməzdi. M.İbrahimov. sənətkaranə sif. və zərf [ər. sənət və fars. ...karanə] Sənətkarlıqla, ustalıqla, məharətlə, bacarıqla; mükəmməl surətdə, nümunəvi surətdə. Sənətkaranə işlənmiş divar naxışları. Sənətkaranə təsvir. sənətkarlıq is.\n1. Öz sənətini yaxşı bilmə; ustalıq. Dərzinin sənətkarlığına söz yoxdur.\n2. Hər hansı bir sahədə böyük bacarıq, məharət, hünər, ustalıq. Sənətkarlıq nöqteyinəzərindən zəif əsər. Aktyor sənətkarlığı. Müasirlik və sənətkarlıq bir-birini tamamlayır. sənətşünas is. [ər. sənət və fars. ...şünas] Sənətşünaslıq mütəxəssisi, incəsənətin hər hansı sahəsi üzrə mütəxəssis olan alim. sənətşünaslıq is. İncəsənətlər (əsasən təsviri incəsənət) haqqında elm. Sənətşünaslıq doktoru. səngək is. [fars.] Uzun, yastı çörək növü. sənubər is. [ər.]\n1. Şam ağacı, küknar. [Usta] şagirdinin vərdənə ilə yaydığı kündələri kürəyə sərir, tez-tez oda atır, neçə dəqiqə keçməmiş buğlanan səngəkləri qızmar kürədən çıxarırdı. Mir Cəlal. Ertəsi gün səhər tezdən Məmməd bazardan təzə səngəklə pendir aldı. P.Makulu. səngəkçi is. Səngək bişirib satan adam, çörəkçi. Qoca dayanır, səngəkçi şagirdi bir neçə səngək büküb qocaya verir. Ə.Məmmədxanlı. səngər is. Güllədən, qəlpədən qorunmaq üçün qazılan çuxur, xəndək. Səngər qazımaq. Səngərdə gizlənmək. – Nəbi cəld özünə bir səngər tapıb daldalanandan sonra aynalı tüfəngi işə salır. “Qaçaq Nəbi”. Döyüşçülər yeni qazıdıqları üstüörtülü səngərdə oturmuşdular. Ə.Vəliyev. səngərlənmə “Səngərlənmək”dən f.is. səngərlənmək qayıd. Səngərdə gizlənmək, səngərə girmək. Əsgərlər səngərləndilər. – Körpüdəki partizanlar .. çuxurlarda səngərləndilər. M.Hüseyn. səngimək f.\n1. Yavaşımaq, azalmaq.\n2. Daşlaşmaq (hərəkətsiz olmaq mənasında).\n3. İnkişafdan qalmaq, ləngimək. səngin sif. [fars.]\n1. Bərk, sərt.\n2. Ağır. Oylə səngindir ki, əsqali-təəssübdən yüküm; Gündə min tərpənsə yer, tərpənməz əsla bir tüküm! M.Ə.Sabir.\n3. məc. Qəddar. sənlik is. Sənə aid, səninlə bağlı, sənə dəxli olan. Bu məsələ sənlik məsələ deyil. – [Vəzir Hacı Salaha:] Olan, sənlik nə var? Sənə hər nə buyururam, elə elə. M.F.Axundzadə. [Hacı Mehdi:] Sənlik ki bir iş yoxdur. Ə.Haqverdiyev. sənli-mənli 1. is. Sən, mən, hamımız, hamı bir yerdə, hamılıqla, birgə. Sənli-mənli birləşək, işi yerinə yetirək. – [Qurban Telliyə:] Orası elədir, Telli, amma qorxuram sənli-mənli bütün kolxoza söz gələ. Ə.Məmmədxanlı.\n2. zərf Öz aralarında, ikilikdə; məhrəmanə, öz aramızda. [Telli] bu barədə düşünürdü; yenə əvvəlki kimi üzünü [müəllimdən] tutub yaşınsın və ya bu gecəki kimi onunla sənlimənli danışsın. S.Hüseyn.\n2. məc. Gözəlin boyu, qaməti. səpələmə “Səpələmək”dən f.is. səpələmək f.\n1. Bir şeyi müxtəlif tərəfə necə gəldi atmaq, dağıtmaq, töküşdürmək, yaymaq. Bunlardan əlavə, [Əbiş] şkafın gözlərini eşələyir, kağızlardan çıxarır, stolun üstünə səpələyirdi. S.Rəhimov.\n2. Səpmək, tökmək. Buğda səpələmək. Darı səpələmək. – ..Afaq çoxdan bu yerləri tərk etmiş quşları da geri qaytarmaq istəyərək, bağçadakı təpəciyə gətirib bir çanaq arpa səpələdi. Ə.Məmmədxanlı.\n3. Sovurmaq, sıçratmaq. Külək qarı səpələr, – Bəxtiyar! Ağ geyinər təpələr, – Bəxtiyar! R.Rza // Narın-narın yağmaq, çiləmək. Arabir narın yağış da səpələyir, soyuq adamın iliklərinə işləyirdi. M.Rzaquluzadə. səpələnmə “Səpələnmək”dən f.is. səpələnmək f.\n1. Dağılmaq, ora-bura tökülmək, qeyri-müntəzəm halda tökülmək. Kitablar yerə səpələnib. – Son dəftəri yoxlayıb qurtaran müəllim cib saatını çıxarıb baxdı, stol üstünə səpələnmiş (f.sif.) dəftərləri toplayıb sahmana saldı. S.Rəhimov. Lalənin ləçəkləri yerə səpələndi. M.Hüseyn. [Zakirin] saçları dağılıb üzünə səpələnmişdi. H.Seyidbəyli. // Tökülüşmək. Sərnişinlər qatardan yerə səpələndilər. – Rüstəm kişi dəstə-dəstə yollar boyu səpələnib irəliləyən kolxozçu qadın və kişiləri gördü. M.İbrahimov. Gələn atlılar sağa-sola səpələndilər. M.Hüseyn.\n2. Çilənmək. Qırov səpələndi çölə, yamaca; Göylərdə buz kimi dondu ulduzlar. S.Vurğun. Göydən xırda yağış səpələnirdi. Ə.Vəliyev. səpgi is. Dəri üzərində əmələ gələn keçici iltihablı qabarcıqlar; sızaq, səpişik. səpgili sif. Səpgi olan, səpmiş, səpməli. Səpgili üz. səpici 1. bax. səpinçi.\n2. bax. toxumsəpən. Səpici maşınlar. Səpici alət. səpilmə “Səpilmək”dən f.is. səpilmək “Səpmək”dən məch. Xanın yumruğunun zərbindən pəncərə çilik-çilik olub yerə səpildi. Çəmənzəminli. Düşdükcə günəş qırmızı bayraqların üstə; Güllər səpilər sanki bu torpaqların üstə. S.Rüstəm. Səpindən sonra cərgələrin üstünə çürümüş peyin səpilmişdi. Ə.Əbülhəsən. səpin is. k.t. Toxum səpmə işi. Səpin işləri yaxşı gedir. – Bəzi yerlərdə sabahdan səpinə başlamaq olardı. M.Hüseyn. Yaz gəlib səpin başlananda Əli əsil ustalığını, məharətini göstərdi. B.Bayramov. səpinçi is. Tarlaya, torpağa toxum səpən adam. Toxumsəpən maşına təcrübəli səpinçilər təhkim edilməlidir. səpinqabağı is. Tarlanın sürülməsi ilə səpin arasındakı vaxt, səpindən əvvəl. Səpinqabağı malalamaq. Əkin yerini səpinqabağı kol-kosdan təmizləmək. səpinti is. Hündürdən tökülən, fışqıran sudan əmələ gələn su zərrəcikləri; sıçrantı. [Ayın] işıqları böyük fontanın səpintiləri arasından keçir(di).. M.S.Ordubadi. səpişik bax. səpgi. səpki is. Şəkil, biçim, üsul, tərz, qayda. Bir səpkidə evlər tikilmək. Eyni səpkidə ağac əkmək. – Bəli, indi kəndlilərə bir səpkidə olan, bir biçimli, bir donlu adam kimi baxmaq dürüst olmazdı. S.Rəhimov. // Üslub, tərz, üsul. Şərq səpkisində musiqi. – Vaqifin əbnayivətənə vəz və nəsihət səpkisində yazdığı müxəmməsin məali-pürməzmunu həmişə doğruluq üzrə qalıb. F.Köçərli. “Bahadır və Sona” öz üslubu ilə də fərqlənir. Bu kiçik roman lirik səpkidə yazılmışdır. M.Arif. səpmə I. “Səpmək1”dən f.is.\n\nII.\n1. “Səpmək2”dən f.is.\n2. bax. səpki. səpmək I. f.\n1. Toxumu səpin üçün hazırlanmış torpağa səpələmək; toxum atmaq, əkmək. Çiyid səpmək. – ..Vəliqulu çöldə idi. Zəmiyə toxum səpirdi. C.Məmmədquluzadə. [Tarverdi:] ..İkicə pud bu il yerə [buğda] səpdim. C.Cabbarlı.\n2. Tökmək (toz halında olan şeylər haqqında). Tarlaya dərman səpmək. Qapının qabağına qum səpmək. – Firəngiz göbələklərin çökəyinə duz səpib, bir-bir közün üstünə düzürdü. B.Bayramov. // Dən atmaq, yem tökmək. [Novruzəli xana:] Xan, qadanı alım, bu xoruzlar qaldılar burada, heyvandılar, qoyaydın qıçlarını açıb bir az burada dən səpəydim. C.Məmmədquluzadə. Sənəm qarı balağından çəngə ilə dən götürüb .. toyuqcücələrə səpirdi. Ə.Məmmədxanlı. // Çiləmək, tökmək, səpələmək (maye haqqında). Başına ətir səpmək. – Araşqının təpəndə; Üzə gülab səpəndə; Könül çatar murada; Ağ üzündən öpəndə. (Bayatı). Əyyarlar başladılar Dəmirçioğlunun üstünə bihuşdarı səpməyə. “Koroğlu”. ..Nökərlər də Rzaquluxanın üzünə su səpib huşa gətirməyə çalışırdılar. M.S.Ordubadi.\n3. Pərakəndə halda atmaq, necə gəldi atmaq, tökmək, töküb-töküşdürmək. Paltarları evin içinə səpmək. – Bir gün Sürəyyanın cehizlərini qayınatası çıxardıb, evdən birbəbir həyətə səpdi. Çəmənzəminli. [Birinci fəhlə:] Budur ha, genə kağız səpiblər ki... H.Nəzərli.\n4. Yağmaq, səpələmək. Yağış səpir. – Səpir qarı ağaclara, kollara; Dərələrə, təpələrə, yollara. A.Səhhət.\n5. Atmaq (çoxlu miqdarda). Səlim dayana bilmədi. Bir qatar güllə səpdi.. Mir Cəlal.\n6. Obrazlı təşbehlərdə: işıq səpmək, nur səpmək, səadət çiçəyi səpmək və s.\n7. Bir sıra isimlərlə işlənərək müxtəlif ifadələr düzəldilir; məs.: yarasına duz səpmək, gözünə torpaq səpmək, ürəyinə soyuq su səpmək və s.\n\nII. f. Dərisi səpgi tökmək, səpgi çıxarmaq. Üzü səpmək. Qolları səpmək. səpsuvar sif. k.t. Səpindən sonra torpağı dərhal suvarma üsulu. Səpsuvar əkin. – [Oruc kişi:] Sən özün bilirsən ki, bu il mən də, bax bu Əlipaşa da arat qoya bilmədik. İkimiz də səpsuvar (z.) əkdik. T.Ş.Simurq. sər [fars.] klas.\n1. is. Baş. [Qurbani:] Sərim sadağadı, üzüm payəndaz; Candan qeyri yoxdur bir matah məndə. “Qurbani”. Ələsgərin ağlın aldın sərindən; Saf gövhərsən, sərraf seçib dərindən. Aşıq Ələsgər.\n2. sif. Ən yaxşı, əla, baş. [Nəbi:] Boz at, səni sər tövlədə bağlaram; Qabağına yağlı quyruq doğraram. “Qaçaq Nəbi”. sərab [fars.] bax. ilğım. Hər şey dəniz kimi bərq vuran bir sərab içində itib gedirdi. İ.Əfəndiyev. • Sərab olmaq, sərabə dönmək məc. – xəyal kimi yox olub getmək, puça çıxmaq, yox olmaq. Əməllərim bir səraba dönərkən; Çaşıb verdim şimşəklərə könlümü. M.Müşfiq. sərapərdə is. [fars.] köhn. Şərq padşahlarının saraylarında böyük qəbul otağının qapısında və ya hərəmxana ilə qonaq və qəbul otağı arasında böyük pərdə. Dövlət adamları həyətə yığılıb, şahın pəncərədə sərapərdənin arxasından görünməyini gözləyirdilər. Çəmənzəminli. // Keçmişdə padşahların özlərinə məxsus olan otaq. sərasər zərf [fars.] Başdan-başa, bütünlüklə, tamamilə, bütöv, tamam, başdanayağa. Sevdiyim, ləblərin yaquta bənzər; Sərasər dişlərin dürdanədəndir. M.P.Vaqif. Sərasər əlvana batsın gül bədən; Siyah zülfün töksün qamətinəmən. Q.Zakir. // Eyni mənada vaxt haqqında. [Səkinə xanım:] Biçarə iki il sərasər mərhum qardaşıma yalvardı ki, məni yola versin. M.F.Axundzadə. Neçə gündü ki, sərasər yağış yağırdı. H.Seyidbəyli. sərasimə zərf [fars.] Hövlnak, qorxu içərisində, dəhşət içərisində, vahiməli. [Molla] sərasimə yuxudan oyanıb yanında yatan arvadını dürtmələyir ki: – Arvad, dur! “M.N.lətif.” Şəhrəbanu xanım sərasimə yerindən qalxır, qorxu ilə gedir qapıya sarı. M.F.Axundzadə. sərbaz is. [fars.] Əsgər, döyüşçü (İranda). [Səttarxan:] Hər ikimiz üsyan ordusunun bir sərbazıyıq. M.S.Ordubadi. Divanxananın qabağı silahlı sərbaz və göy mahud geyimli vəliəhd fərraşları ilə dolu idi. P.Makulu. sərbazxana is. [fars.] Əsgər qışlası, sərbazların yaşadığı ev (İranda). Sərbazxananın iki qapısı vardı. P.Makulu. sərbazlıq is. Əsgərlik (İranda). sərbəsər [fars.] bax. sərasər. Tavuz kimi cilvələnə hər səhər; Bəzək verə camalına sərbəsər. M.P.Vaqif. Şaxta qurutmuş bədənin sərbəsər; Zərrəcə yox hissdən onda əsər. A.Səhhət. Vətənim al geyir indi sərbəsər; Göy şamlar bürüyür sahili yenə. O.Sarıvəlli. sərbəst sif. və zərf [fars.]\n1. Başqasından asılı olmayan, özü öz ixtiyarında, başqası ilə bağlı olmayan; müstəqil. Ah, bu çocuqlar olmasa idilər, Zeynal nə qədər sərbəst və bəxtiyar olacaqdı. S.Hüseyn. // Azad, hürr. Sərbəst həyat. – Söylə, nə göstərim bu günə dair; Könüllər sərbəstdir, duyğular azad. S.Vurğun. // Heç bir şeylə məhdud edilməyən, maneəsiz. Sərbəst seçkilər. Sərbəst ticarət. Sərbəst fikir mübadiləsi.\n2. Sıxılmadan, çəkinmədən, istədiyi kimi, təklifsiz. Mayanın Qaraşla belə sərbəst rəftarı, hətta ona söz buyurması Rüstəm kişiyə xoş gəlmədi. M.İbrahimov. // zərf Maneəsiz, çətinliksiz. Özünü sərbəst hiss etmək. – Sübhanverdizadə arxası üstə çevrildi. İndi onun qolları hər yana sərbəst hərəkət edə bilərdi. S.Rəhimov. Qadir, yəhərdə sərbəst oturmadığına baxmayaraq, dönüb .. qızılı şəfəqlərə diqqət etdi. Ə.Əbülhəsən.\n3. Öz gücü, öz bacarığı ilə, təkbaşına, müstəqil. Mövzunu sərbəst işləmək. // Asanlıqla, çətinlik çəkmədən. sərbəstcə (=sərbəstcəsinə) zərf\n1. Tamamilə sərbəst, müstəqil, başqasından asılı olmadan. Sərbəstcə yaşamaq. // Asanlıqla, heç bir çətinlik çəkmədən, tamamilə sərbəst. Rusca sərbəstcə danışır.\n2. Çəkinmədən, utanmadan, sayğısızcasına. Sərbəstcəsinə hərəkət. – Xalıqverdi kişinin gözlədiyinin əksinə, Ataş əsla utanmadan, sərbəstcə cavab verdi. Ə.Vəliyev. // Sadəcə, heç bir şeylə hesablaşmadan. [İskəndər kişi] şapkasını götürüb sərbəstcə stolun üstünə atdı. İ.Hüseynov. sərbəstcəsinə (=sərbəstcə) zərf\n1. Tamamilə sərbəst, müstəqil, başqasından asılı olmadan. Sərbəstcə yaşamaq. // Asanlıqla, heç bir çətinlik çəkmədən, tamamilə sərbəst. Rusca sərbəstcə danışır.\n2. Çəkinmədən, utanmadan, sayğısızcasına. Sərbəstcəsinə hərəkət. – Xalıqverdi kişinin gözlədiyinin əksinə, Ataş əsla utanmadan, sərbəstcə cavab verdi. Ə.Vəliyev. // Sadəcə, heç bir şeylə hesablaşmadan. [İskəndər kişi] şapkasını götürüb sərbəstcə stolun üstünə atdı. İ.Hüseynov. sərbəstləşmə “Sərbəstləşmək”dən f.is. sərbəstləşmək f. Sərbəst olmaq, heç kəsdən asılı olmamaq. sərbəstlik Azadlıq. [Məhkəmə sədri:] Sənin talaq verməməyin Tellinin sərbəstliyini əlindən ala bilməyəcəkdir. S.Hüseyn. Əbil fikir aləminə qapılıb kəhər atın cilovunu boşaltmış, ona tamam sərbəstlik vermişdi. Ə.Vəliyev. sərçə is. zool. Tükləri qəhvəyi-boza çalar, adətən yaşayış binalarının yaxınlığında yaşayan kiçik quş. Bala sərçə. – Builki sərçə bildirki sərçəyə cib-cib öyrədir. (Məsəl). sərdabə is. [fars.] Bir və ya bir neçə ölünün basdırıldığı üstü tikili qəbir; məqbərə. Tabutu sərdabəyə qoymaq. Şirvanşahlar sərdabəsi. – Sən get qəbiristanda bir sərdabədə gizlən ki, bu zalımlar səni tapa bilməsinlər. C.Cabbarlı. sərdar is. [fars.]\n1. tar. Keçmişdə: bir vilayəti idarə edən və dövlət başçısı adından sərəncam vermək hüququna malik olan hakim. Qafqaz sərdarı. – [Vəkillər] ..bu ərizələri və siyahıları makinada səliqə ilə çap eləyib, gətirib qoymuşdular sərdarın qabağına. C.Məmmədquluzadə. Gorus naçalnikindən başlayıb, Gəncə qubernatından ötüb, Tiflisdəki sərdara qədər padşaha hey xəbər yazılır, yuxarıdan hey fərman gəlirdi. S.Rəhimov.\n2. Başçı. [Koroğlu Eyvaza:] Səni Çənlibelə özümə oğul, dəlilərə sərdar eləməyə aparıram. “Koroğlu”. // məc. Obrazlı təşbehlərdə. Gözəllər sərdarı. – Hüsnün sərəsgəri, vəslin sərdarı; Haşa gələ bu sığnağın üstünə. Q.Zakir. Sən ey gül fəslinin dildarı lalə; Yaşıl çəmənlərin sərdarı lalə! N.Rəfibəyli. sərdarı is. köhn. Keçmişdə əyanların geydiyi uzun üst geyimi. Ləbbadəni çıxarıb yaxşı bir sərdarı geymiş olsaydın, lap nişanlı bir oğlan şəklinə düşəcəkdin, – deyə Sərdar güldü. M.S.Ordubadi. [Camaatın] içərisində .. sərdarı geyinmiş əyanlardan tutmuş, keçə börklü kənd varlılarınadək hər təbəqədən olanlara rast gəlmək olardı. P.Makulu. sərəfraz sif. və zərf [fars.] klas. Başı uca. Sərəfraz gəzirsən büllur otaqda; Uzaqda oduna yananı gözlə! Aşıq İman. • Sərəfraz buyurmaq tənt. – bax. sərəfraz etmək. Mən özümü borclu hesab edirəm, sizdən razılıq eləməyə ki, bu uzun yolu zəhmət ilə buraya gəlib, məni sərəfraz buyurubsunuz. C.Məmmədquluzadə. Xeyli sərəfraz buyurmuşsunuz, biz ata-babadan xalqın məsləhəti ilə hökumət sürmüşük... M.S.Ordubadi. Sərəfraz etmək (eyləmək, qılmaq) – gəlməyi və ya başqa bir hərəkəti ilə birinin başını uca etmək, hörmətini qaldırmaq, hörmətə mindirmək, adamların gözündə yüksəltmək; şərəfləndirmək. Məcnun dedi: Ey açan mənə raz; Lütfilə qılan məni sərəfraz! Füzuli. [Ağa Kərim xan:] Əziz qonaq bizi sərəfraz edib, xoş gəlib.. N.Vəzirov. Sərəfraz olmaq – başı uca olmaq, yüksəlmək. Nazənin-nazənin edərsiz avaz; Ruh tazələnir, olur sərəfraz. M.P.Vaqif. sərək is. Gic, səfeh. Tacir bilirdi ki, Səlim necə sərəkin biridi. Qızı ona vermək istəmədi. (Nağıl). [Sona Qadirə:] A sərək, mən sınamaq istəyirdim, – demişdi. Ə.Əbülhəsən. sərələnmə “Sərələnmək”dən f.is. sərələnmək bax. sərilmək1 1-ci mənada. [Mehriban] qapının ağzında yerə sərələndi. S.Hüseyn. sərəncam is. [fars.]\n1. Əmr, göstəriş. Səməndər qayda-qanunu bilmədiyi üçün sərəncam gözləyirdi. B.Bayramov. • Sərəncam çəkmək – bir şeyi həll etmək, qaydaya salmaq üçün sərəncam vermək, göstəriş vermək, tədbir görmək. İnmirə məhəlləsində bir ittifaq düşərdisə, tez [Əmi] özü gedərdi, işlərinə diqqətlə baxardı, sərəncam çəkərdi. N.Nərimanov. [Müdir:] İndi ki, deyirsən mən kəndli qızıyam, sözümüz yoxdur, gətir, ərizəni ver, görək bir sərəncam çəkə bilərikmi? – demiş və nəhayət, Zeynəbi məktəbə götürmüşdür. Qantəmir. // Həll etmək, xitam vermək. [İbrahim kişi:] Gərək, Mehralı, elə günü bu gün işə sərəncam çəkək. S.Rəhman. Sərəncam olmaq – göstəriş verilmək. Nahar tədarükü oldu sərəncam; Qoyuldu süfrəyə qımız, gümüş cam. A.Səhhət. Sərəncam vermək – göstəriş vermək, əmr vermək. Kağızlar qalaq-qalaq; Miz üstünə sərilir; Qol çəkilir anbaan; Sərəncamlar verilir. N.Xəzri.\n2. Aqibət, son, nəticə, axır. Yaxşı görünür surəti məhvəşlərin, əmma; Yaxşı nəzər etdikdə sərəncamı yamandır. Füzuli.\n3. Sərəncamında – əlində, ixtiyarında. Belə hallarda düşüncə və kədəri dostlara danışmaq və onların sərəncamında olan imkanlardan istifadə etmək lazımdır. M.S.Ordubadi. Opera əsərinin tərkibinə daxil olan bütün bu saydığımız cəhətlər göstərir ki, opera bəstələyən kompozitorun sərəncamında çox geniş ifadə imkanları vardır. Ə.Bədəlbəyli. sərəncamçı is. Tapşırılan işə məsul olan və bilavasitə ona rəhbərlik edən adam. sərf I. is. [ər.] Xərc; sərf etmə, xərcləmə, işlətmə. • Sərf etmək (eləmək, qılmaq) – 1) xərc etmək, işlətmək, xərcləmək, pul və s. qoymaq (bir işə). Əziz balalar!.. Məktəb vasitəsilə öyrəndiyimiz elmləri, fənləri insanlar arasında intişar etmək fikrində bulunduq, .. biz üç yoldaş qüvvətimizi sərf etdik. N.Nərimanov. Əziz artıq pul sərf edib özgə maşınına xəlvət minməyi sevməzdi. S.Rəhman; 2) xeyir vermək, xeyirli olmaq, lazım olmaq, sərfəli olmaq. Kar özünə sərf eyləyəni eşidər. (Ata. sözü); 3) həsr etmək. Qulam müəllimin arzusu o idi ki, yetmiş-həştad yaşına qədər ömür sürsün və bu ömrün hamısını da müəllimliyə sərf etsin.. S.Rəhimov. [Dustaq] vaxtının çoxunu oxumağa, yazmağa sərf edirdi. Ə.Vəliyev.\n\nII. is. [ər.] qram. Morfologiyanın köhnə adı. sərfə is. Mənfəət, xeyir, fayda. Bu işin sənə sərfəsi yoxdur. sərfəli sif. Xeyirli, mənfəətli, faydalı, əlverişli. Sərfəli iş. – [Dərya:] Belə bilirəm ki, adamın canına, ruhuna, əsəbinə bifayda mətləblərdən xali olsan sərfəlidir. B.Bayramov. sərfəsiz sif. və zərf Xeyirsiz, faydasız, əlverişsiz, əbəs, hədər. Sərfəsiz iş. Sərfəsiz saziş. – Nəqdi-ömrüm sərfəsiz xərc eylədim bazaridə. Q.Təbrizi. sərfiyyat is. [ər. “sərf” söz. cəmi] köhn. Sərf olunan şeylər, xərc olunan pullar; məxaric. sərf-nəhv is. [ər.] Qrammatikanın köhnə adı. sərf-nəzər is. [ər.]: sərf-nəzər etmək – bir şeyi nəzərə almamaq, fikrini, diqqətini, nəzərini ondan uzaqlaşdırmaq, ayırmaq; nəzərini çevirmək. Bu məsələdən sərfnəzər etdi. – [Sənubər Hidayətə:] Seysmik imkanlardan sərf-nəzər eləmək, .. əhalinin taleyini hər hansı göstərişə, tələbə qurban vermək olarmı? B.Bayramov. sərgərdan sif. və zərf [fars.] Yersizyurdsuz, sərsəri, avara. Sərgərdan adam. – Ata-ana nazı ilə böyümüş Budaq indi çox şeyə tamarzı qalırdı. O, avara, səfil və sərgərdan həyat sürürdü. Ə.Vəliyev. // Başını itirmiş, çıxış yolu tapa bilməyən. Yazıq Ələsgərəm, sərgərdan canım; Qurban sizin kimi dosta, gözəllər!.. Aşıq Ələsgər. Boynu çiynində, qoltuğunda əli; Zarü-məhzun, məlulisərgərdan. C.Cabbarlı. • Sərgərdan gəzmək (dolanmaq) – veyillənmək, işsiz-gücsüz, bikar gəzmək, avaralanmaq. Ey soran halım mənim, mən bir dili-sədparəyəm; Eşq səhrasında sərgərdan gəzən avarəyəm. M.V.Vidadi. Ömrü olduqca sərgərdan dolandı; Hər saatı min il olub uzandı. A.Səhhət. Sərgərdan qalmaq – əli hər şeydən çıxmaq, yersizyurdsuz qalmaq, işindən, yurdundan avara düşmək. Baş tülək deyilsən, çolpa balasan; Sərgərdan qalarsan, tora düşərsən. Aşıq Ələsgər. [Kəndli:] ..Biz 40 gün nə üçün avara, sərgərdan qalaq? Qantəmir. Sərgərdan qoymaq (eləmək) – işdən-gücdən eləmək, işindən ayırıb avara qoymaq. Bu dərdlər oyar məni; Al qana boyar məni; Ögeydən ana olmaz; Sərgərdan qoyar məni. (Bayatı). Bir nəzər qıl mənə, ey çeşmi-xumar; Eyləyibdir məni sərgərdan zülfün. M.P.Vaqif. [Mirzə:] Evi bərbad olmuş məni işimdən, gücümdən avara, sərgərdan eləyib, gətirib buraya. Ə.Haqverdiyev. sərgərdanlıq is. Sərgərdan adamın halı, vəziyyəti; özündən asılı olmayaraq heç bir iş görə bilməmə, avara qalma. Hicr sərgərdanlığın çərxi-fələkdən görməzəm; Bu cəfaları qılan ol yari-məhrudur mənə. Xətayi. Sərgərdanlığının üçüncü günü meşədə ona bir səs: – Dayan! – dedi. Mir Cəlal. sərgi is.\n1. Camaata göstərilmək üçün müəyyən qaydada qoyulmuş, ya asılmış şeylər və onların nümayiş etdirildiyi yer. Rəsm sərgisi. Sənaye sərgisi. Xalça sərgisi. – O günün sabahı, iclasdan əvvəl qurultay binasında təşkil edilmiş kənd təsərrüfat sərgisini gəzərkən Eldar [Ceyrana] yaxınlaşır. S.Hüseyn. [Lətifə:] Rəssam Mehmanzadənin fərdi sərgisi idi. M.Hüseyn. [Cavanşir bəy Bəhruza:] Opera teatrının foyesində sizin sərginizi düzəltmək olar. Ə.Məmmədxanlı.\n2. Qurumaq üçün sərilmiş meyvə və s. // Bunların sərildiyi yer. Baba bağın bir guşəsində mövcalan qayırardı ki, külək şiddətli əsəndə sərgini külək aparmasın. H.Sarabski. sərgüzəşt is. [fars.] Birinin başına gələn hadisə, qəziyyə, əhvalat, macəra. Başına gələn sərgüzəşti danışmaq. – Belə kiçik yaşda olan bir qızın nə kimi faciəli bir sərgüzəşti ola bilərdi. S.Hüseyn. [Qaraca qızın] başına gələn fəlakətlər, acı sərgüzəştlər daha çoxdur. S.S.Axundov. Mən Güneyqışlaqdan çıxandan bəri həyatımın bu kədərli sərgüzəşti haqqında kimsəyə bir söz deməmişəm. İ.Əfəndiyev. sərhesab sif. [fars. sər və ər. hesab] Gözüaçıq, ayıq, sayıq. • Sərhesab olmaq – ayıq olmaq, sayıq olmaq. [Şahmar bəy:] ..Gedin, görək, Allah nə istəyib, sərhesab olun, özünüzü gözləyin... N.Vəzirov. sərhəd is. [fars. sər və ər. hədd]\n1. Qonşu torpaqları, sahələri, ərazini bir-birindən ayıran xətt; mərz. Avropa ilə Asiyanın sərhədi. // Qonşu dövlətlərin ərazisini, ya sularını biribirindən ayıran xətt; hüdud. Dövlət sərhədi. Su sərhədi. Sərhədi pozmaq. – Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. M.Hüseyn. [Eldar:] Biz sərhəd boyunda yaşayırıq, buralarda tez-tez qəribə və gözlənilməz hadisələr baş verir. M.Rzaquluzadə.\n2. məc. Yol verilən norma; hədd, hüdud. Hər şeyin bir sərhədi olmalıdır. – Bəzən də heç bir sərhəd, heç bir məqam gözləməyən arvadı inandırmaq üçün çətin bəhsə girişməli olurdu. B.Bayramov. • Sərhəd qoymaq – son qoymaq, hədd qoymaq. Sərhədi keçmək – ədəb dairəsindən çıxmaq, cızığı keçmək, həddini aşmaq. sərhədçi is. Dövlət sərhədini mühafizə edən, onu qoruyan əsgər. Sərhədçi dəstəsi. Sərhədçilər marşı. – Burada sərhədin keşiyində duranlar yalnız rəsmi sərhədçilər deyil. M.Rzaquluzadə. sərhəng is. [fars]\n1. Qoşun böyüyü, alay komandiri.\n2. Polkovnik. sərxoş sif. [fars.] İçmiş, kefli. Sərxoş adam. – Yusif sərxoş (z.) halda, o tərəfə-bu tərəfə yırğalana-yırğalana gəlib çıxdı. S.S.Axundov. • Sərxoş etmək (eyləmək) – kefləndirmək, məst etmək. [Tərxan:] Etdi sərxoş məni bu bircə qədəh. A.Şaiq. Sərxoş olmaq – içib keflənmək. Səməd artıq sərxoş olduğunu, bir az da dayansa bəlkə çox şeylər danışacağını hiss etdi. İ.Hüseynov. // İs. mənasında. Dəli sərxoşdan qorxar. (Ata. sözü). // klas. Məc. mənada. Əzizim, məzə sizdə; Mey sizdə, məzə sizdə; Mən sənin sərxoşunam; Meysiz də, məzəsiz də. (Bayatı). // klas. Göz haqqında – xumar, süzgün. Dəli könül, gör başına bir çarə; Gözü sərxoş, zülfü ilan gəlməmiş. Q.Zakir. ‣ Sovet dövründə: Sərxoşları ayıltma məntəqəsi – sərxoşları ayıltmaq üçün tibb məntəqəsi. sərxoşluq is.\n1. Sərxoş adamın halı; keflilik. Çünki içmək onu xarab elədi, o qədər içirdi ki, bir saat da sərxoşluqdan ayıq olmurdu. E.Sultanov. Zeynal sərxoşluğundan müvazinətini saxlaya bilmədiyi üçün Mehribana gücü yetmirdi. S.Hüseyn.\n2. Daima içib keflənməyə adət etmə, içki düşkünlüyü. Vaxtını sərxoşluqda keçirmək. sərih sif. [ər.]\n1. Açıqdan-açığa, aydınca.\n2. Şəksiz-şübhəsiz. sərili I. zərf Sərələnmiş halda (olan), yerdə sərili qalmış.\n\nII. sif. Sərilmiş. Sərili paltar.\n\nIII. bax. sarılı. Sübhdən axşamadək Səməd ağaca sərili çığırardı, bağırardı və ağzına gələni də qardaşına deyərdi. Çəmənzəminli. sərilmə I. “Sərilmək1”dən f.is.\n\nII. “Sərilmək2”dən f.is. sərilmək I. f.\n1. Əl və ayaqlarını açıb uzanmaq. Divana sərilmək. Xalça üstünə sərilmək. – Qucağı uşaqlı arvadlardan bir neçəsi özündən gedib, qarın üstünə sərilmişdi. Çəmənzəminli. Hər ikisi yumşaq otların üzərinə sərildilər. H.Nəzərli. // Yerə dəymək, yıxılmaq. Yazıq Məşədi Teymur yerə dəyib çul kimi sərildi. Ə.Haqverdiyev. Məsmə .. [Seyidi] bütün qüvvətilə özündən o tərəfə itələyir. Kor Seyid üzü üstə yerə sərilir. S.Hüseyn. // Düşüb qalmaq, yıxılıb qalmaq. Yaxınlaşanda [İmamverdi] gördü ki, bir uşaq hərəkətsiz yerə sərilibdir. S.S.Axundov.\n2. məch. Salınmaq, döşənmək. Usta Ağabala... pəncərənin qabağında sərilmiş (f.sif.) fitələr üstə hənalanıb yatmış iki kişini süzdü. Çəmənzəminli. Sobanın yanında Tellinin yatağı sərilmişdi. S.Hüseyn.\n3. məch. Qurumaq üçün ip, məftil, ağac və s. üzərinə salınmaq, asılmaq.\n\nII. bax. sarınmaq. Qaraqaş tilsimli qılıncnan əjdahanı quyruğunnan yaraladı. Əjdaha dönüb sərildi Qaraqaşa. (Nağıl). Mahmud ağacın kötüyünə sərilmiş (f.sif.) yekə bir ilan gördü. S.Vəliyev. sərimə “Sərimək”dən f.is. sərimək f.\n1. bax. sarımaq 2-ci mənada. Əlini sərimək. Belini sərimək. – Kazımın başını səriyib bir tərəfə yıxmışdılar. Çəmənzəminli. ..Musa kişi keçə papağını başına basdı. Yun şərfini boğazına səridi. M.İbrahimov.\n2. bax. sarımaq 4-cü mənada. Məşədi Kazım ağa təəccüblə gözlərimin içinə baxaraq dedi: – Deyəsən, axı məni sərimisiniz? M.S.Ordubadi. sərin sif.\n1. Az soyuq, ilıq ilə soyuq arası. Sərin hava. Sərin su. Sərin çeşmə. Sərin meh. – İtlər, çobanlar meşələrə, sərin kölgələrə çəkilmişdilər. A.Şaiq. Sərin çeşmələrin qaynayır gözü; Yenə dinləyirəm aram-aram mən. N.Xəzri. // is. Sərin hava, sərin yer. Sərində oturmaq. Sərində yola düşərik. Sərinə çəkilmək. – ..Ətəyindən tutmuş və axşam sərinində titrəşən körpələr bir az da [Səriyyə xalaya] qısıldılar. M.İbrahimov. • Sərin düşmək – hava bir qədər soyumaq, sərinləşmək. Axşamlar sərin düşəndə əhali küçələrə tökülür. M.İbrahimov.\n2. məc. Arası soyuq, incik, incimiş. Əzizim, nə dərindi; Dəryalar nə dərindi; Mən yara nə dedim ki; O mənimlə sərindi? (Bayatı). Yarpız isə çox sərin (z.) və etinasız cavab verirdi. Mir Cəlal. ‣ Sərin baxmaq – laqeyd olmaq, ürəyi yanmamaq, vecinə gəlməmək. Yad yığılıb sərin baxar, ağlamaz; Qərib öldüm, bikəs öldüm, ad öldüm. M.V.Vidadi. Ürəyini sərin saxlamaq – bax. ürəyinə sərin su səpmək. sərincə sif. Bir az sərin, az sərin, bir az soyuq. Sərincə bir axşam. Sərincə yer tapıb oturmaq. – Evinin qabaq tərəfi eniş dağdır, dal tərəfi şəhərə baxır. Həmə vaxt sərincə yel əsər. N.Vəzirov. sərinkeş is. Otaqda, binada sərinlik yaratmaq üçün cihaz, qurğu; ventilyator. Sərinkeş bayırdan havanı çəkib süzgəcdən keçirərək soyudur, sonra isə ventilyator havanı otağa verir. sərinlədici sif. Sərinlik verən; soyuq. Sərinlədici içkilər. sərinləmə “Sərinləmək”dən f.is. sərinləmək 1. f. Sərin olmaq, sərin düşmək. Axşamüstü hava sərinlədi.\n2. bax. sərinlənmək. [Nuriyyə:] Mən arxın büllur kimi duru suyu ilə üzümü yuyub sərinlədim. İ.Əfəndiyev. Dərədə işləyənlər üçün isti olsa da, məktəb həyətində quyuqazanlar arabir əsən küləkdən sərinləyirdilər. Ə.Vəliyev. sərinlənmə “Sərinlənmək”dən f.is. sərinlənmək məch. Sərində oturmaq, yaxud sərin su içmək, sərin su ilə yuyunmaq və s. ilə özünü sərinlətmək, hərarətini azaltmaq. Balkonda oturub sərinləndim. Soyuq su içib sərinləndim. – [Şiraslan düşünürdü] ..hər çeşmədən yüz-yüz maşının min-min sərnişini yayın isti, qızmar günlərində bu sudan [turş sulardan] içib sərinlənərsə, .. bizim işçi adamlar üçün nə qədər də xeyirli bir iş görülmüş olar. S.Rəhimov. Pəncərəmi döyür çinar; Deyir çinar: – Çıx sərinlən kölgəmdə sən. N.Xəzri. // Sərin olmaq, sərin düşmək. Cığır aşağıya günəş şüaları buraxmayan bu göyçək əzəmətli ağacların arası ilə keçib dik yuxarı dırmandıqca meşə kölgələnib sərinlənirdi. Ə.Əbülhəsən. sərinləşdirici sif. Sərinlik yaratmaq, sərin etmək üçün işlədilən. Sərinləşdirici içkilər. sərinləşdirmə “Sərinləşdirmək”dən f.is. sərinləşdirmək bax. sərinlətmək. sərinləşmə “Sərinləşmək”dən f.is. sərinləşmək 1. bax. sərinləmək. [Pəri Cadu:] Sən də get içəri, su töksünlər, əl-üzünü yu, bir az sərinləş. Ə.Haqverdiyev. Sərinləşən (f.sif.) havada nəfəs almaq istəyənlər dəniz qırağına doğru axışmağa başlamışdılar. M.Hüseyn.\n2. məc. Münasibətlərində sərinlik, soyuqluq əmələ gəlmək. sərinlətmə “Sərinlətmək”dən f.is. sərinlətmək f.\n1. Sərin etmək, sərinləşdirmək. Yağış havanı sərinlətdi. – [Ağaclar] qəsrin alçaq hasarının dibində bitdikləri üçün qəsrin həyətini sərinlətmək vəzifəsini bitirirdi. M.S.Ordubadi. Təmiz hava yataq otağına dolub qızı sərinlətdi. Ə.Vəliyev.\n2. məc. Təskin etmək, təskinlik vermək, təsəlli verərək fərəhləndirmək. Sərinlətdin baxışınla könlümü; Buludların uçuşundan yarandın. Ə.Cavad. Vaxtsız qovlamayın siz məhəbbəti; Ürək sərinlədir eşqin şərbəti. S.Vurğun. sərinlik is.\n1. Sərin hava. Sərinlik düşmək. – Bir az əvvəl yağmış yağışdan sonra havada sərinlik və rütubət hiss olunurdu. T.Ş.Simurq. Dənizdən əsən xəfif meh fəhlə qəsəbəsinə xoş bir sərinlik gətirirdi. M.Hüseyn.\n2. Sərin yer. Sərinlikdə oturmaq. – ..Hava sərinlikdən xoş bir ətir gətirirdi. Mir Cəlal. [Yarpaqlar] ..sərinlik yaradır. Ə.Əbülhəsən.\n3. Sərin şeyin halı. Suyun, havanın sərinliyi.\n4. məc. Münasibətdə soyuqluq. Ancaq son zamanlarda Mürsəl ilə mənim aramdakı bu sərinlik birdən-birə gözlənilmədən çəkildi. Mir Cəlal. səriştə is. [fars.] Bir işə bələdlik, bir işi bacarma; təcrübə, bacarıq. Bağ işlərində səriştəm yoxdur. Ovçuluqda səriştəsi var. – [Sadıq kişinin övrəti ərinə:] Qaç tez usta Hüseynin yanına, onun həkimlikdə səriştəsi çoxdu. C.Məmmədquluzadə. səriştəli sif. Səriştəsi, bacarığı, təcrübəsi olan, bir işə bələd olan. Əkinçilikdə səriştəli aqronom. Dülgərlikdə səriştəli adam. səriştəsiz sif. Bir işdə səriştəsi, bacarığı, təcrübəsi olmayan, bir işə bələd olmayan. Səriştəsiz adam. sərkeş [fars.] bax. dikbaş. sərkərdə is. [fars.] Böyük qoşun birləşmələrinin başçısı; komandan. Əyinlərinə dəmir geyim geymiş sərkərdələr öz dəstələri ilə bərabər küçələrə çıxmışdılar. M.S.Ordubadi. sərkərdəlik is. Sərkərdə vəzifəsi, böyük qoşun hissələrinə başçılıq etmə; komandanlıq. Bu möhtəşəm qalanı hədələyən orduların ən böyüyünə o, sərkərdəlik etmişdir. M.Hüseyn. sərki is. Tənə, qaxınc, töhmət, məzəmmət, danlaq. Özüm də bilmirəm, nədir günahım; Başıma yer-yerdən sərkilər yağır. S.Rüstəm. ‣ (Başına) sərki vurmaq – etdiyi yaxşılığı üzə vurmaq, tənə etmək, başına vurmaq. [Gültəkin:] Neçin siz həmişə mənim başıma sərki vurursunuz? C.Cabbarlı. sərlövhə is. [fars. sər və ər. lövhə] Əsərin və ya qəzetin başda yazılan qısa adı; məqalənin adı; başlıq. Birinci hissənin sərlövhəsi. Məqalənin sərlövhəsi. Dastanın sərlövhəsi. – Məktubun sərlövhəsi “Vətənimizin sədaqətli oğlu Nuriyev yoldaşa” deyə başlayırdı. Ə.Vəliyev. Görən nə düşündü, görən nə andı; Oxucum görüncə bu sərlövhəni. B.Vahabzadə. sərlövhəli sif. Sərlövhəsi olan, sərlövhə qoyulmuş. Sərlövhəli məktub. – Bu şeir Lermontovun “Mələk” sərlövhəli mənzuməsinə nəzirədir, – dedim. T.Ş.Simurq. sərmayə is. [fars.] Bir şey üçün qoyulan və ya lazım olan pul, maya; kapital. [Hacı Fərəc:] ..Həmin o sərmayədir məni dəlidivanə eyləyən. N.Vəzirov. [Yusifəli Mahmuda:] Mənə də bir sərmayə lazımdır ki, başımı dolandırım. P.Makulu. sərmayəçi is. və sif. Sərmayəsi olan, varlı, dövlətli; kapitalist. sərmayəçilik is. Sərmayə sahibliyi; varlılıq, dövlətlilik. [Mahmud bəy:] Hacı! Belə müsibətlərə bais sərmayə və sərmayəçilikdir. N.Vəzirov. sərmayədar [fars.] bax. sərmayəçi. sərmayədarlıq bax. sərmayəçilik. sərmə “Sərmək”dən f.is. sərmək f.\n1. Bir şeyi qurumaq üçün ip və s. üzərinə salmaq. Xalçaları yuyub sərmək. – Qız anasının yuduğu paltarları sərmək üçün dam üstünə çıxmışdı. Ə.Məmmədxanlı. // Qurutmaq üçün meyvəni və s.-ni bir şeyin üzərinə nazik qat şəklində tökmək, yaymaq. Nanəni süfrə üstünə sərmək. – Qızılgülü dərəsən; Yaylıq üstə sərəsən; Yerin mənə nişan ver; At göndərim gələsən. (Bayatı). ..Vəliqulu əynində cındır gödək arxalıq və başında köhnə boz papaq kürəklə peyin sərirdi. C.Məmmədquluzadə.\n2. Bükülmüş, lülələnmiş, qatlanmış bir şeyi açılmış hala gətirmək. Mühəndis Haqverdizadə xəritəni götürüb bir də yerə sərdi və axtarıb burada olan Göy qayanı yoxladı. S.Rəhimov. Müdir girdələnib bükülmüş qəzeti şkafın üstündən götürüb stolun üstünə sərdi. M.İbrahimov.\n3. Döşəmək, salmaq. Palazı balkona sərmək. Xalçanı evin yerinə sərmək.\n4. Yerə yıxmaq, vurub salmaq. Dünyaya səs saldı öz səsilə o; O sərdi torpağa qanlı düşməni. N.Xəzri.\n5. Bükmək, sarımaq. Bəyaz-bəyaz vərəqlərə sərdik səni, ağ çiçək! N.Xəzri. ‣ Yatağa (yerə) sərmək – xəstə salmaq, yatağa düşməsinə səbəb olmaq, yorğandöşəyə salmaq. Heç bir xəstəlik bu vaxta qədər [Arazı] yatağa sərməmişdi. A.Şaiq. Şirəkeşlik yazıq kişini cavan yaşında yerə sərmiş və üç balasını yetim qoymuşdu. Ə.Sadıq. sərnic is. [fars.] Misdən, saxsıdan və s.-dən qayrılmış ağzıgen bir və ya iki dəstəli qab. Sərnic dolu süd. Sərnici yağla doldurmaq. – Böyüklər mis güyüm, cürdək, vedrə, sərnic götürmüşdü. Ə.Vəliyev. Xalisə arvad ağ mis sərnici dizləri arasında tutaraq inək sağır. İ.Əfəndiyev. sərnişin is. [fars.]\n1. köhn. Yuxarı başda əyləşən.\n2. Müxtəlif nəqliyyat vasitələrində hərəkət edən insanlar. Getdikcə vaqonda sərnişin çoxalırdı. S.Rəhman. // [Bəhram] Reyhanı sərnişin qatarına əyləşdirdi, cibinə beş yüz manat da pul qoyub yola saldı. Mir Cəlal. sərpayı is. [fars.] köhn. Böyük məclisi, toyu və s.-ni idarə edən adam; ayaqüstü. Məclisin sərpayısı. – Toy gecələrini idarə edənə sərpayı deyərdilər. H.Sarabski. sərpayılıq is. köhn. Toyda, məclisdə və s.-də qonaqlara xidmət etmə; ayaqüstü. Məclisdə sərpayılıq etmək. sərpmək f. Bədəndə yumşaq toxumaların zədələnməsi; yıxılmaq, dartınmaq. sərpuş is. [fars.]\n1. köhn. Baş örtüyü, örtük. Gəncin sərpuşu niqab qarışıq [Beyrəyin] qoltuğunda qaldı. M.Rzaquluzadə.\n2. Soyumamaq üçün xörək çəkilmiş qabın üstünə qoyulan kasayaoxşar mis qab; qalpaq. Plovun üstündə də bir mis sərpuş, yanında da bir boşqabın içində üstü qatıqlı dörd yarpaq dolması qoyulardı. H.Sarabski. sərrac is. [ər.] Yəhər və sair qoşqu ləvazimatı qayırıb satan adam. [Bir kişi:] Yoldaşımın adı Məşədi Səttardır. Şuşada sərrac dükanı var. Ə.Haqverdiyev. Qafqaz şəhərlərinin birində Usta Zeynal adlı bir sərrac öz arvadı Şərəfnisə ilə yaşayırdı. S.S.Axundov. // Dəridən müxtəlif məmulat hazırlayan usta. sərraclıq is. Sərrac işi, sərrac peşəsi, sənəti. Usta Zeynal sərraclıq etməklə külfətini bir tövr dolandırırdı. S.S.Axundov. // Dəridən müxtəlif şeylər hazırlayan. sərraf is. [ər.]\n1. Müəyyən faizlə pul dəyişməklə məşğul olan (adam). ..Kağızlarını yoxladığım zaman sərrafların yanında yüz min tümən əmanət pul qoyulduğunu gördüm. M.S.Ordubadi. [Səttar] sonra baratı dəyişmək üçün yaxındakı sərraf dükanlarının birinə tərəf getdi. P.Makulu.\n2. məc. Tez başa düşən, tanıyan, bilən; arif. Adam sərrafı (adamtanıyan). Söz sərrafı (sözləri yaxşı bilib yerində işlətməyi bacaran adam). – El gözü sərrafdır. (Ata. sözü). Aşıq gözü sərraf olar, bircə dəfə baxmaqla adamları saf-çürük eləyər. “Koroğlu”. Bu qoşmalar, Azərbaycan aşıq ədəbiyyatının klassiki sayılan Qurbani, Aşıq Abbas Tufarqanlı, Şəmşirli Aşıq Hüseyn, Aşıq Ələsgər kimi söz sərraflarının inciləri ilə yanaşı durur. M.İbrahimov. sərraflıq is. Sərraf (1-ci mənada) işi, peşəsi, sənəti. [Hacı Rəcəbəli:] Bu qəzvinli Şeydadır ki, gündüz sərraflıq elər, gecə əyyarlıq. M.F.Axundzadə. sərrast sif. və zərf [fars.]\n1. Duz, düzgün, dəqiq, hədəfi düz vuran. Sərrast atıcı. Gülləni sərrast atmaq. – Düşmən dərhal bizim sərrast top atəşimizin altına düşdü. Ə.Əbülhəsən. Belə müştərək ovun yaxşı cəhəti odur ki, bir neçə ovçudan hər halda biri sərrast atacaq.. M.Rzaquluzadə.\n2. məc. Düzgün, doğru, dəqiq, səlis, tutarlı. Gülşənin sözləri, sərrast danışığı Qorxmaz İlyasovun çox xoşuna gəldi. Ə.Vəliyev. sərrastca zərf Sərrast, düz, birbaşa. [Əsgər:] Hər halda bu top güllələrindən sərrastca gedib zabit qazmasına da düşəni olub. Ə.Əbülhəsən. sərrastlıq is.\n1. Sərrast şeyin halı.\n2. Düzgünlük, mütənasiblik (bədəndə), təndürüstlük. ..Qızın sifətindəki mərdanə gözəllik, sərrastlığı, ..danışığındakı cazibə .. [Səlimin] gözündən qaçmamışdı. B.Bayramov. sər-sahman is. Səliqə, qayda, nizam. Üst-başını sər-sahmana salmaq. Otaqda sərsahman yaratmaq. – Şəhərdə sakin olduqdan sonra Nurcahan xala evin sər-sahmanı ilə məşğul olardı. H.Sarabski. sərsəm sif. [fars.] Ağlını itirmiş, zehni qarışmış, fikri azmış. [Kabla Türbət:] Cənab həkim, mən bu dəli, sərsəm Heydərin atabir, anabir qardaşıyam. C.Məmmədquluzadə. Axırı Şaban sərsəm halətinə gəldi. Ə.Haqverdiyev. • Sərsəm eyləmək – dəli eləmək, ağlını əlindən almaq. Abad qaşın xəyali ilə sərsəm eyləyib; Mehrab içində bir bax onun guftügusuna. S.Ə.Şirvani. Sərsəm olmaq – ağlını itirmək, dəli olmaq, başı xarab olmaq, fikrini azdırmaq. [Göyçək:] ..Bəhanə gətirdi ki, ..sərsəm olmuşam. Ə.Əbülhəsən. sərsəmləmə “Sərsəmləmək”dən f.is. sərsəmləmək f. Hər hansı bir səbəbdən ağlını itirmək, gicəlmək, dəli kimi olmaq, zehni qarışmaq. [Şabanın] sərsəmləyən (f.sif.) vaxtda dilindən Gülsüm adı bilmərrə düşmürdü. Ə.Haqverdiyev. sərsəmlik is. Sərsəm hal və vəziyyət və ya sərsəmcəsinə iş, hərəkət; dəlilik, ağılsızlıq. [Musa:] Fəqət ilanı öldürüb də yavrusunu buraxmaq sərsəmlik deyilmi ... ya? H.Cavid. Qızın elçisiz, sorğusuz-sualsız qoşulub gəlməsi sərsəmlikdir, ağılsızlıqdır. M.İbrahimov. sərsər is. [ər.] Güclü və soyuq külək. sərsərə bax. dənlik 2-ci mənada. sərsəri sif. [fars.]\n1. İşi-gücü və müəyyən yeri olmayıb orada-burada dolaşan, heç bir işlə məşğul olmayan; avara, veyil. [Zeynalı] belə sərsəri həyata kefdən .. ayılmayan bəzi arqadaşları .. sürükləmişdi. S.Hüseyn. // İs. mənasında. Dəyibdir Zakirə eşqin əsəri; Kimi dəli deyir, kimi sərsəri. Q.Zakir. [Fərhad Sitarəyə:] Sən Nəsrəddin şahın hərəmi, mən səfalət içində çapalayan bir sərsəri, elə deyilmi? C.Cabbarlı.\n2. zərf Sərsəricəsinə, dəlicəsinə. Tamam içəridən çıxır və sərsəri, qorxunc bir qəhqəhə çəkərək ildırım kimi çaya tərəf qaçır. S.S.Axundov. • Sərsəri olmaq – dəli olmaq, ağlını itirmək. Aşığınam canü dildən, ey pəri! Dərdi-fərağından oldum sərsəri. Aşıq Pəri.\n3. Sahibsiz, yersiz-yurdsuz, avara. [Səfil uşaq] gündüz diləndiyi bir parça çörəyi şəhərin sərsəri itlərinə paylayırdı. Ə.Məmmədxanlı. sərsərilik is. Sərsəri adamın halı; avaralıq, veyillik. Sərsərilik etmək. sərt sif.\n1. Bərk, möhkəm. Sərt daş. – Bu vaxt yaxında, sərt qayaların dalında insan gülüşləri, külüng və motor səsləri eşidildi. Z.Xəlil.\n2. Şiddətli, kəskin (yumşaq, mülayim ziddi). Sərt iqlim. Sərt soyuq. Sərt şaxta. Sərt külək. – Əlimizi aparardı sərt ayaz; Ruzimiz olurdu gündən-günə az. Aşıq Ələsgər. [Seyfəli] aranın .. istisindən çıxıb yaylağın sərt soyuq havasına düşdüyü üçün üşüyüb acı alma kimi büzüşmüşdü. B.Bayramov. // Zərf mənasında. Ellərə car çəkən payızın səsi; Düzlərdə sərt əsən küləklərdədir. N.Xəzri.\n3. məc. Qaba, kobud, tünd, kəskin. Sərt adam. Sərt xasiyyət. – Rüstəm kişi Səkinəyə sərt bir cavab verdi. M.İbrahimov. Yaxşı, daha niyə belə lüt-üryan dayanmısan qabağımda, geyin gedək! – deyə, Sultan qardaşı oğlunu sərt nəzərlə süzdü. İ.Hüseynov.\n4. Cod, yumşaq olmayan. Sərt tük. Sərt yun. Sərt parça. sərtləşmə “Sərtləşmək”dən f.is. sərtləşmək f.\n1. Getdikcə yumşaqlığı, mülayimliyi azalmaq, kəskinləşmək, daha da sərt olmaq, daha da şiddətlənmək, qatılaşmaq. Hava daha da sərtləşir, külək daha da gücləşirdi. C.Cabbarlı. Külək gah mülayim əsir, gah sərtləşir. R.Rza.\n2. məc. Qabalaşmaq, kobudlaşmaq, kəskinləşmək. Xasiyyəti sərtləşmək. – Ağa Murad bəyin Reyhan xanımla rəftarı .. get-gedə sərtləşirdi. T.Ş.Simurq. Xəlil, deyəsən, katibin niyyətini duyub, birdən sərtləşdi. M.Hüseyn.\n3. Ciddi, sərt görkəm almaq, sərtlik ifadə etmək. Üzü sərtləşmək. – Səlimin gözləri də Kərimin gözləri kimi sərtləşdi. S.Rəhimov. Səmədin sifəti sərtləşdi. İ.Hüseynov. sərtlik is.\n1. Sərt şeyin halı, keyfiyyəti; bərklik, möhkəmlik. Qayanın sərtliyi.\n2. məc. Xasiyyətdə tündlük, tündməzaclıq, kəskinlik. Əsgər özünü yığışdırdı. O, Dəmirovun yumşaqlığı içərisində olan sərtliyini də yaxşı anlamışdı. S.Rəhimov. [Vahid:] Anamdakı sərtlik də, qəzəb də yavaş-yavaş azalmağa başladı. B.Bayramov. // Sərt hərəkət, sərt rəftar. Sərtlik göstərmək.\n3. məc. Möhkəmlik, səbat, mətanət, ciddilik, sarsılmazlıq. [Ataşın] gözlərindəki məna, üzündəki sərtlik, duruşundakı vüqar əsil kişilik xüsusiyyətləri idi. Ə.Vəliyev. ..Bununla belə əsgərlərin hamısının simasında bir sərtlik, gözlərində bir qətiyyət duyulurdu. Ə.Əbülhəsən. sərv is. [fars.]\n1. bot. Cənubda bitən iynəyarpaqlı, həmişəyaşıl ağac. Sərv 20-25 metr hündürlükdə, iynəyarpaqlı, həmişəyaşıl ağacdır. İynə yarpaqları pulcuqşəkillidir. H.Qədirov. Axşamlar [Afaq] şairlə bərabər bağçadakı qoşa sərv ağacları altında oturar, xəyalı şairin xəyalına qoşulub gələcəyə doğru uçardı. Ə.Məmmədxanlı.\n2. məc. Klassik şeirdə: gözəlin qaməti bu ağaca oxşadılır. Vey sərv, nə xoş canalıcı qəmzələrin var; Həm şivələrin var! M.Ə.Sabir. [Mərsiyəxan qadına:] Bu sərv qamət, bu cazibəli gözlər, siyah danə... Bunlar röyamı? Çəmənzəminli. sərvaxt sif. və zərf [fars. sər və ər. vəqt] Sayıq, gözüaçıq, ehtiyatlı, ayıq. Sərvaxt olmaq. – [Adilin] hər işində, hətta gülüşündə və zarafatında belə ciddi, sərvaxt bir ağılın hakim sürdüyü duyulurdu. İ.Əfəndiyev. Fərid relslər arasında addımlayır tək; Gərək burda sərvaxt ola yol gözətçisi. Ə.Kürçaylı. sərvaxtlıq is. Sərvaxt olma, ehtiyatlılıq, gözüaçıqlıq, ayıqlıq, sayıqlıq. Sərvaxtlıqdan söhbət gedəndə Paşa bəy bir neçə dəfə Xalıqverdinin adını çəkdi. Ə.Vəliyev. sərvboy (=sərvboylu) sif. şair. Sərv kimi boyu olan, uca və zərif qamətli. Hüsnünü yad eyləsəm, ey sərvboylu dilbərim; Firqətindən çeşmətək axar gözümdən yaşlar. Xətayi. // İs. mənasında. Dolan, sərvboylum, dolan; Sənsən məni eşqə salan. Aşıq Bəylər. sərvboylu (=sərvboy) sif. şair. Sərv kimi boyu olan, uca və zərif qamətli. Hüsnünü yad eyləsəm, ey sərvboylu dilbərim; Firqətindən çeşmətək axar gözümdən yaşlar. Xətayi. // İs. mənasında. Dolan, sərvboylum, dolan; Sənsən məni eşqə salan. Aşıq Bəylər. sərvər is. [fars.] klas. Başçı, rəis, rəhbər. // Məc. mənada. Mən şaham, ey gözəllərin sərvəri; Qurbanam Vaqif tək qul ilən sənə! M.P.Vaqif. O sərvəri-xuban, o şahisənəm; Mübarək əlilə etməsə məlhəm; Gözümün qan yaşı qurumaz bir dəm; Oxu sınıb dildə qalan gəlməmiş. Q.Zakir. sərvət is. [ər.]\n1. Var, dövlət. Böyük sərvət və mülk sahibi Hacı Kərim iki gün əvvəl vəfat etmişdi. Çəmənzəminli. Hacının sərvəti haqqında növbənöv hekayətlər söylənirdi və onun banklarda olan pulunun qədərini milyon hesab edirdilər. Ə.Haqverdiyev.\n2. Maddi nemətlər. [Yaşar:] Biz təsərrüfatı maşınlaşdırmaqla təbiətin əlində olan bütün sərvəti ancaq sinifsiz cəmiyyətin ixtiyarına verməliyik. C.Cabbarlı. Şairin vətənindən hər yana, dünyanın hər yerinə axan sərvət aşıbdaşırdı. Mir Cəlal. // məc. Hər hansı baxımdan yüksək qiyməti və əhəmiyyəti olan şey, hadisə. Musiqi sərvəti. Dil sərvətimizdir. sərvətdar f. [ər. sərvət və fars. ...dar] Sərvət sahibi olan adam; kapitalist, dövlətli, varlı. Kluba və bələdiyyəyə üzv olmaq sərvətdarlar arasında da böyük bir şərəf sayılırdı. A.Şaiq. Birdən eşidir ki, filan kənddə filan sərvətdar mərhum olubdur. Ə.Haqverdiyev. sərvətlənmə “Sərvətlənmək”dən f.is. sərvətlənmək f. Sərvət sahibi olmaq, sərvətə malik olmaq, sərvətli olmaq; varlanmaq. sərvətli sif. və is. Sərvəti olan, dövlətli, varlı, sərvətdar. Sərvətli adam. – Ətrafdan həyəcanlı səslər gəlirdi; sərvətlilər qızıllarını basdırırdılar, fəqirlər də damlara doluşub “Allah” sədasını göyə qovzayırdılar. Çəmənzəminli. // Zəngin. Gündüz baxdım göy dənizə dedim: nə çox suyun var; Dedi: məndən sərvətlidir yurdundakı buruqlar. R.Rza. sərvqamət (=sərvqamətli) (=sərvqəd(li)) bax. sərvboy(lu). Getdi başından, könül, ol sərvqəddin sayəsi; Ağla kim, idbarə təbdil oldu iqbalın sənin. Füzuli. sərvqamətli (=sərvqamət) (=sərvqəd(li)) bax. sərvboy(lu). Getdi başından, könül, ol sərvqəddin sayəsi; Ağla kim, idbarə təbdil oldu iqbalın sənin. Füzuli. sərvqəd (=sərvqədli) (=sərvqamət(li)) bax. sərvboy(lu). Getdi başından, könül, ol sərvqəddin sayəsi; Ağla kim, idbarə təbdil oldu iqbalın sənin. Füzuli. sərvqədli (=sərvqəd) (=sərvqamət(li)) bax. sərvboy(lu). Getdi başından, könül, ol sərvqəddin sayəsi; Ağla kim, idbarə təbdil oldu iqbalın sənin. Füzuli. sərvlik is. Sərv ağacları bitmiş yer, sərv ağacları əkilmiş yer. O səhra ki başdan-başa tikandı, qumdu; Döndü sərin kölgə salan sərvliklərə. Ə.Cəmil. sərzəniş is. [fars.]\n1. Qaxınc, danlaq, tənə, məzəmmət; başa qaxma. Məmməd bəy Ağabəyimin sərzənişinin mənasını anladı. Çəmənzəminli. [Arif:] Artıq yetişir bu sərzənişlər; Əfv eylə, qüsurə baxma, Xavər! H.Cavid. • Sərzəniş etmək – danlamaq, tənə etmək, məzəmmətləmək. [Əmiri-topxanə:] Yəqinimdir ki, bu söz Bağır xana əsər edəcək, çünki dünən səlami-ammdə şah ona qəzəbnak olub sərzəniş edibdir ki, çaxır içib, məst olub, namaz qılmağa məscidə daxil olubdur. M.F.Axundzadə.\n2. Sərzənişlə şəklində zərf – töhmətlə, tənə ilə, məzəmmətlə. [Yaşlı kişi:] Başını sərzənişlə bulayıb, Şirinnaz töhmətedici bir baxışla mənə baxdı. S.Hüseyn. Bülənd üzünü döndərib sərzənişlə qıza göz yetirdi. Ə.Əbülhəsən. səs is.\n1. Qulağa gələn, eşidilən səda; eşitmə orqanının qavradığı şey; ün, səda. Uzaqdan səs gəlir. Zurna səsi. Top səsi. – Həyətdə Cəfər əminin fiti və tənbəl-tənbəl atılan addımlarının səsi eşidilirdi. H.Nəzərli. // Danışma, oxuma, qışqırma və s. zamanı səs tellərinin titrəməsindən hasil olan və ucalığı, səslənməsi ilə fərqlənən səda. Nazik səs. Səsini ucaltmaq. Səsindən tanımaq. Yanıqlı səs. – Salam, yoldaş katib, icazə verin, əlinizi sıxım, – deyə, kim isə xoş bir səslə daldan Şirzada müraciət etdi. M.İbrahimov. Sonra qızın dizlərinin heyi kəsildi, yıxılmamaq üçün ovçunun qoluna söykəndi, zəif bir səslə yalnız: – Məni evə apar, laçınım, – dedi. Ə.Məmmədxanlı. • Səsi batmaq – hər hansı bir səbəbə görə səsi tutulmaq, eşidilməz olmaq. [Fərhad bəyin] ağzı qurumuş, səsi batmışdı. Qantəmir. Elə bil birdən səsim batdı. Ə.Məmmədxanlı.\n2. Səs tellərinin müğənnilik (vokal) qabiliyyətini göstərən səslənmə dərəcəsi. Zil səs. Gur səs. Səsini yoxlamaq. – [Xədicə] ..mahnı oxuyub səsini mənə eşitdirirdi. S.Hüseyn.\n3. Bəzi cansız şeylərin çıxardığı və onlar üçün səciyyəvi olan səda. Küləyin səsi. Selin səsi. Dalğaların səsi. – Quşların nəğməsi, suların səsi; İnsandan uzaq olmasaydı əgər. M.Dilbazi. [Məzlum] radioqəbuledici cihazın səsini aldı. S.Vəliyev.\n4. fiz. Hava və ya başqa mühit zərrəciklərinin titrəyiş hərəkəti. Səs nəzəriyyəsi. Səs sürəti. Akustikanın səs bəhsi.\n5. dilç. İnsan nitqinin aydın dərk edilən elementi; sövt. Burun səsləri. Diş səsləri.\n6. məc. Gurultu, patıltı; gurultu-patıltı; səssəda. Səsi sonra çıxacaq. • Səs qopmaq (düşmək) – şayiə yayılmaq, xəbər yayılmaq, gurultu qopmaq. İkindi çağı idi. Obada “Dursunu ayı basmış” deyə səs qopdu. A.Şaiq. Kəndə səs düşdü. R.Rza.\n7. məc. Mülahizə, rəy, mühakimə, fikir. Kütlənin səsi. Xalqın səsinə qulaq asmaq.\n8. Dövlət və ictimai idarələrdə hər hansı bir məsələnin həllində öz fikrini bildirmək hüququ. Həlledici səs. Məşvərətçi səs. • Səs vermək – 1) çağırışa cavab vermək, hay vermək. Eşidir, amma səs vermir. – Gəlirəm, anacan, – deyə, qız yuxarıdan anasına səs verir. Ə.Məmmədxanlı; 2) seçki zamanı bir məsələni, işi həll edərkən səsvermədə iştirak etmək, səsini bu və ya başqa adamın və ya bir işin lehinə vermək. Döyüşdə sınanmış mərd əsər kimi; Ellər vəhdətinə səs verək bu gün. M.Rahim. Səsə qoymaq – bir məsələnin və ya bir namizədin nə dərəcədə məqbul olub-olmadığını səsvermə yolu ilə müəyyən etmək. Yenə bir neçə yerdən səs gəldi ki, gündəlik təsdiq olunsun. Buna baxmayaraq, Nəcəf demokratiyanı gözləyərək səsə qoydu. M.İbrahimov. Şəhərli gənc, Xanlar Qasımoğlunun sədr olmasını səsə qoydu. Mir Cəlal. ‣ Səs çıxarmadan – sakitcə, səssiz, susaraq, dinmədən. Nəriman səs çıxarmadan ötənin qıçından tutdu və yerə çırpıb boğazladı. Mir Cəlal. Səs çıxmamaq – cavab verməmək, səssiz-səmirsiz oturmaq, danışmamaq, dinləmək, susmaq. Əvvəlcə heç kimdən səs çıxmadı. M.Hüseyn. Odunçuoğlu elə bil [tarçını] eşitmir, heç kəsin üzünə baxmır, başını aşağı dikib, yerindən qımıldanmır, ondan bir səs çıxmırdı. Ə.Məmmədxanlı. Səsə düşmək – bax. dilə-ağıza düşmək 1-ci mənada. Sözüm dilə düşdü, mən səsə düşdüm; Dilimin ucundan qəfəsə düşdüm. B.Vahabzadə. Səsi kəsilmək – susmaq, dinməmək, kirimək. Nə qədər ki gəlir təndə nəfəsim; Bülbüli-şeydatək kəsilməz səsim. Q.Zakir. Ol xoruzu öldürübən atdılar; Ta ki kəsilsin səsi asudəcə. A.Səhhət. Səsinə səs vermək – çağırışa cavab vermək, həmrəylik göstərmək. Xalqın ən yaxşı oğulları Zərdabinin səsinə səs verir və onun ətrafına yığışırdı. M.İbrahimov. Məsmə qadınlar arasında .. səsinə səs verənlər olduğunu görüb cürətləndi. Mir Cəlal. Səsini çıxartmamaq – susub qalmaq, dinməmək, danışmamaq, susmaq. Hacı Səməd isə səsini çıxartmayıb öz-özünə yavaşcadan oxumağa başladı. S.S.Axundov. [Veysəl:] Yatanların oyanmasından qorxub səsini çıxartmadı. Ə.Vəliyev. Səsini içinə (içəri) salmaq (çəkmək) – tam sükut etmək, səsini çıxartmamaq, tamamilə susmaq. Aşıq Sənan səsini içəri saldı. “Abbas və Gülgəz”. Şahin əvvəlcə üz-gözünü turşudub ufuldadı, sonra səsini içinə çəkdi. İ.Şıxlı. Səsini səsinə qatmaq – 1) səsinə səs vermək, birgə hərəkət etmək, həmrəy olmaq; 2) bax. səs-səsə vermək. Molla da bunun yanında əyləşib, səsini qatır onun səsinə, başlayır ağlamağa. “M.N.lətif.” Səs-səsə vermək – bir yerdə ağız-ağıza verərək oxumaq, yaxud danışmaq, qışqırmaq. Uşaqlar sözlərini qurtarmamış üçü də səs-səsə verib ağlaşdılar. Çəmənzəminli. ..Körpə uşaqlar quş kimi səs-səsə vermişdilər. Mir Cəlal. Qulağına səs gəlmək – eşitmək. Bir gün Mirzə Səfər rastabazardan ötərkən qulağına səs gəldi: Mirzə Səfər! Mirzə Səfər! Ə.Haqverdiyev. səsgücləndirici (=səsgücləndirən) is. xüs. Səsi (həm adam, həm musiqi alətlərinin və s.-nin səsini) gücləndirmək üçün cihaz. // Sif. mənasında. Səsgücləndirici cihazlar. səsgücləndirən (=səsgücləndirici) is. xüs. Səsi (həm adam, həm musiqi alətlərinin və s.-nin səsini) gücləndirmək üçün cihaz. // Sif. mənasında. Səsgücləndirici cihazlar. səsəqoyma is. Bir məsələnin, ya bir namizədin məqbul olub-olmadığını səsvermə yolu ilə müəyyən etmə. Səsəqoymanın nəticəsi. səskeçirməyən sif. Səsi buraxmayan, keçməyə qoymayan, səslərdən təcrid olunan. Səskeçirməyən kamera. Səskeçirməyən material. səs-küy is. Qışqırıq, qalmaqal, hay-küy, dava-dalaş səsi, qarışıq, bərk səs. Camaat hamısı dolur içəri, səs-küy düşür. Ü.Hacıbəyov. Səs-küy artdı, ara qarışdı, üstü içki və yeməklə dolu stollar çevrilib alt-üst oldu. S.Vəliyev. [Bəkir:] Mən ikicə kəlmə desəm, o saat səs-küyə səbəb olar. İ.Hüseynov. səs-küylü sif. Çox səs olan, gurultulu, gurultusu çox olan; qələbəlik. Səs-küylü yer. Səs-küylü bazar. Səs-küylü məclis. səsləmə “Səsləmək”dən f.is. səsləmək f. Çağırmaq, haraylamaq. Uşağı səslə, gəlsin. Qonşunu səsləmək. – Bahadır çox sağ ol, – deyib Novruzu səslədi. N.Nərimanov. ..Eldar boylanıb onları tanıdı və səslədi. M.Rzaquluzadə. Yamyaşıl zəmilər, gömgöy meşələr; Şirin nəğməsiylə səsləyir bizi. N.Xəzri. səsləndirmə “Səsləndirmək”dən f.is. səsləndirmək f. Hər hansı bir musiqi alətini, yaxud zəngi və s.-ni çalmaq, səsini çıxartmaq. Tarı səsləndirmək. Sazı səsləndirmək. – Sən də alıb ələ bir qızıl rübab; İncə tellərini səsləndir, a qız! M.Müşfiq. Hümmət sükut içində zəngi səsləndirdi. İ.Əfəndiyev. səslənmə “Səslənmək”dən f.is. Əhməd öz işlərinin musiqi dilinə köçürülməsini, bütün hava dalğalarında səslənməsini istəyirdi. S.Rəhimov. səslənmək f.\n1. Səs çıxartmaq. Budaqlar tərpəndi, ağaclar səsləndi. Mir Cəlal. Ağaclar başında səslənir külək; Yarpaqlar uzaqdan yelpiklənərək. B.Vahabzadə. // Səsi çıxmaq, səsi eşidilmək. Qonşu otaqdan zəng səsləndi, Firuzənin gülüşləri və mahnısı eşidildi. C.Cabbarlı. Radio səslənir: – Hüseyn, dön geri; Qalxmışdır ehtiyat təyyarələri. M.Rahim.\n2. Çağırana cavab vermək, səsini ucaltmaq. Bu vaxt eşikdən Qulam xan səslənir. M.S.Ordubadi. ..Nəriman əmi nəşə ilə səsləndi. İ.Əfəndiyev. ..Sahibkarlar və dükançılar dayanan topadan kimsə bərkdən səsləndi. Ə.Əbülhəsən. səsləşmə “Səsləşmək”dən f.is. Arabir kənd qaydası səsləşmə yolu ilə də komanda verilirdi. P.Makulu. səsləşmək 1. qarş. Bir-birini səsləmək. Qızlar bir-biri ilə səsləşdilər. – Hər evdən şən bir gənc səsi eşidilirdi. Səsləşdik. Çəmənzəminli. // Səs-səsə vermək, səslərini çıxarmaq (çoxları haqqında). Zərnişanın eyvanın yarısı boyda düzəltdirdiyi arakəsmə qəfəsdəki toyuqlar da çaxnaşır, səsləşirdi. B.Bayramov.\n2. məc. Bir-birinə uyğun gəlmək, daxilən oxşamaq, həmahəng olmaq, müvafiq olmaq. Müasir həyatla səsləşən əsər. – ..O zaman Qafqaz xalqlarının həyatında, sənət və ədəbiyyatında zəmanənin qabaqcıl fikir və idealları ilə səsləşən diqqətəlayiq təzahürlər olmuşdur. M.İbrahimov. səsli (=səsli-küylü) bax. səs-küylü. səsli-küylü (=səsli) bax. səs-küylü. səs-səda bax. səs 1-ci mənada. ..[Gecə yarısı] səs-səda kəsilir. M.S.Ordubadi. Közün üstünə düzülmüş göbələklərin cızıltısından özgə səs-səda eşidilmədi. B.Bayramov. səs-səmir is.\n1. bax. səs 1-ci mənada. Sonra səs-səmir kəsilib, kənd dərin bir sükuta qərq oldu. Çəmənzəminli.\n2. Xəbər, soraq, məlumat; söz-söhbət. Əcnəbidən daha səs-səmir yox idi. S.M.Qənizadə. səs-səmirsiz sif. və zərf Səs-siz, küysüz, səs çıxarmadan, sakitcə. [Yaşar] səssəmirsiz geyinib bayıra çıxdı. M.Rzaquluzadə. [Bəy öz-özünə:] Bəxt belə səs-səmirsiz açılır da. Mir Cəlal. səssiz sif. və zərf\n1. Səs çıxarmayan, səs çıxarmadan, asta(dan), yavaş(dan). Lakin [Nuriyyənin] balaca qəlbi səssiz, lal nəğmələr oxuyaraq məchul bir ümidlə yaşadı. İ.Əfəndiyev. O səssiz nəğmələri; Suların qucağından; Qopara bilsin gərək. B.Vahabzadə. // Dinməz, dinməz-söyləməz, kirimiş, susmuş (halda). Yusif və Bahadır gözlərini silib xeyli vaxt səssiz oturdular. N.Nərimanov. Gövhər nənə səssiz hər bir masanın kənarına bir stəkan çay qoyub qayıdırdı. S.Rəhimov.\n2. Sakit, səs-küysüz, sükut içində. Hər saat dolanır bir dəqiqə tək; Səssiz gecələrin ömrü gödəlir. S.Vurğun. Kənd səssiz bir halda məzar sükutu içində yatırdı. M.İbrahimov. səssizcə zərf Səssiz, səssiz-səmirsiz, sakitcə. Səssizcə oturmaq. səssizlik is. Heç bir səs olmadığı hal; tam sakitlik, sükut. səssiz-səmirsiz sif. və zərf Tamam səssiz, sakit, tam sükut içində. Səssiz-səmirsiz gecələr. Səssiz-səmirsiz kənd. Səssiz-səmirsiz oturmaq. – Avqust .. səssiz-səmirsiz otaqdan çıxıb yavaşca qapını örtdü. S.Vəliyev. [Şair:] Böyük məhəbbət də böyük çay kimi; Axar ürəklərdən səssiz-səmirsiz. N.Xəzri. səstutan is. xüs. Təyyarənin, sualtı qayığın və s.-nin səsini tutmaq üçün cihaz. // Sif. mənasında. Səstutan aparat. səsvermə is. Seçki zamanı və ya bir işi, məsələni kollektiv surətdə həll etdikdə öz səsini vermə, səs vermək vasitəsilə rəyini bildirmə; səs vermək vasitəsilə seçmə və ya bir məsələni həll etmə. Səsvermədə iştirak etmək. Səsvermənin nəticələri. Seçkilər gizli səsvermə yolu ilə keçirilir. səsyazan is. xüs. Danışıq səsini, musiqini lentə, lövhəciyə və s.-yə yazmaq üçün xüsusi cihaz. // Sif. mənasında. Səsyazan cihaz. sətəlcəm is. [ər.] Bərk soyuqdəymə nəticəsində ağ ciyərdə əmələ gələn iltihab – xəstəlik. Hacı Nəsir.. arvadının üstünə müalicə üçün bir neçə məşhur həkim gətirdisə də, sətəlcəm azarından sağalda bilmədi. S.S.Axundov. [Həkim Kərəmə:] İkitərəfli sətəlcəmdir, çox bərk soyuq dəyib. M.İbrahimov. səth is. [ər.]\n1. Bir şeyin xarici tərəfi, üst tərəfi, üz tərəfi. Yer kürəsinin səthi. Taxtanın səthi.\n2. Səviyyə. Pəncərənin yarısı küçənin səthindən aşağı olduğu üçün bütün zibilləri yel daşıyıb, buraya toplardı. Çəmənzəminli. // riyaz. Həndəsi cismi digər cisimdən və ya xarici fəzadan ayıran hədd, hüdud. səthi sif. və zərf [ər.]\n1. Səthə aid olan.\n2. məc. Dərin olmayan, dayaz, çox məhdud, qeyri-ciddi. Hadisələrə səthi münasibət. Səthi mühakimələr. – [Böyük oğlu] bisavad idi, səthi düşünürdü. Qantəmir. Vəlinin adamlar haqqındakı təsəvvürü çox səthi idi. M.Hüseyn. səthiləşdirilmə “Səthiləşdirilmək”dən f.is. səthiləşdirilmək məch. Səthi (2-ci mənada) hala salınmaq, bəsitləşdirilmək, sadələşdirilmək, bayağılaşdırılmaq. səthiləşdirmə “Səthiləşdirmək”dən f.is. səthiləşdirmək f. Səthi (2-ci mənada) hala salmaq, səthi etmək; bəsitləşdirmək, bayağılaşdırmaq. Bizcə, bu həm Kosaoğlunun təbiətinə ziddir, həm də surəti səthiləşdirir. M.İbrahimov. sətir is. [ər.] Hər hansı bir mətnin bir xətdə yazılmış hissəsi, yazı sırası. İki sətir yazı. – Səmədin köməyilə sətirləri höccələyəhöccələyə oxuduqca çobanın gözlərində qeyriadi bir parıltı əmələ gəlirdi. İ.Hüseynov. sətiraltı sif.\n1. Sətirlərin (səhifənin) altında olan. Sətiraltı qeyd, işarə.\n2. məc. Gizli, örtülü. Sətiraltı məna. sətirbaşı is. Mətnin hər hansı bir hissəsinin birinci sətrinin başında buraxılan açıq yer, boşluq; abzas. sətirbəsətir sif. [ər. sətir və fars. bitişdirici bə] Hər sətri ayrılıqda, sətir-sətir. Sətirbəsətir təhlil etmək. Sətirbəsətir tərcümə etmək. sətri sif. [ər.] Sətirbəsətir, hərfi. Sətri tərcümə. səttar sif. [ər.] köhn. Örtən, ört-basdır edən. səva klas. bax. savayı. Candan səva dəhanına yox nəzri Seyyidin; Olsun qəsəm o canına kim, yoxu vardır. S.Ə.Şirvani. səvab klas. bax. savab. Mənim könlüm olubdur səngdil bütlər evi, Qövsi; Səvab üçün onu mən dəxi viyran etməyim, neylim? Q.Təbrizi. Halvanın və xeyrat plovlarının səvabı və lazım olmağını dananlar kafir və mürtəddirlər. Ə.Haqverdiyev. səvayı klas. bax. savayı. Munca kim etdim tamaşa, sözlərə asdım qulaq; Kizbüböhtandan səvayı bir hekayət görmədim. M.P.Vaqif. Qəmdən səvayı qəm günü qəmxar yox, könül.. X.Natəvan. [Ömər:] Əvvəla, qızı görməmişəm və ondan səvayı, qız on, ya on bir yaşında. N.Nərimanov. səviyyə is. [ər.]\n1. Suyun və b. bir mayenin qalxma, yüksəlmə dərəcəsi. Çayda suyun səviyyəsi xeyli qalxmışdır. Dəniz səviyyəsi (yer səthində yüksəklikləri müəyyən etmək üçün əsas götürülən nöqtə).\n2. Bir şeyin hündürlüyünün hüdudunu təşkil edən şərti üfüqi xətt və ya səth.\n3. Bir şeyin inkişafının keyfiyyət və kəmiyyət dərəcəsi. Xalqın maddi və mədəni həyat səviyyəsi. Bilik səviyyəsi. Əsərin bədii səviyyəsi aşağıdır. – Yalnız kollektiv təsərrüfat quruluşu bizim kəndimizi indiki mədəni, varlı səviyyəyə gətirib çatdırmışdır. İ.Əfəndiyev. səy is. [ər.]\n1. Çalışma, çalışıb-çapalama, cəhd. Səyi bir nəticə vermədi. – Öhdəmizə götürdüyümüz vəzifəni əda etməkdə bacarığımızı və səyimizi əsirgəməyəcəyiz.. C.Məmmədquluzadə. • Səy etmək (eləmək) – bir işi yerinə yetirmək və ya bir şeyi əldə etmək üçün var gücü ilə çalışmaq, cəhd etmək, çalışıb-çapalamaq, əlləşmək. Aslan nə qədər səy eləyirdi ki, Əsgərin hüsn-rəğbətini qazansın, mümkün olmurdu. C.Cabbarlı. Eşikdə olanlar özlərini evə salmağa səy edirlər. Mir Cəlal. Səy göstərmək – çalışmaq, əlləşmək, cidd-cəhd etmək. Sosialistlərə yaxınlaşanda Kərim “səy” göstərdi, gözə girməyə, qabaq cərgəyə çıxmağa cəhd etdi. M.İbrahimov.\n2. Səylə şəklində zərf – səy göstərərək, çox çalışaraq, bacardığı qədər cəhd edərək, var gücü ilə. Ağdöşlüklü qadınlar müştərilərə səylə qulluq eləyirdilər. M.Hüseyn. Rüstəm kişinin başına [Yarməmməd] xüsusi bir səylə fırlanırdı. M.İbrahimov. səyahət is. [ər.] Müəyyən məqsədlə (elmi, bir yerlə tanışlıq, idman və s.) ayaqla, ya miniklə yaşadığı yerdən uzaqlara getmə, səfər etmə. Dağlarda səyahətdə olmaq. Dəniz səyahəti. – Mirzağa elmi tənəzzöhlərə, səyahətlərə bir kərə də olsun getməmişdi. S.Hüseyn. Validə məzuniyyətə çıxıb İbadla təzə maşında səyahətə getmişdi. H.Seyidbəyli. • Səyahət etmək – bax. səyahətə çıxmaq. Səyahətə çıxmaq – gəzmək, səfər etmək. Hacı Səlimin övladı yox idi, işlərinə arvadının qardaşı baxırdı, özü ildə bircə dəfə səyahətə çıxıb şöbələrinə və əmlakına nəzər yetirərdi. Ə.Haqverdiyev. [Gündüz Gülüşə:] Bax, bibi, biz dünən məktəbdə uşaqlarla dünya səyahətinə çıxmışdıq. C.Cabbarlı. səyahətçi is. Səyahət edən, səyahətə çıxan adam. Çayın üzərində bircə dənə də yelkən yox idi, çünki şəhərin bu tərəfləri uzaq olduğu üçün səyahətçilər mərkəzdə gəzməyi sevirdilər. M.S.Ordubadi. Bir də gördüm .. səyahətçi libasında bir şəxs .. imarətə baxır. S.S.Axundov. səyahətnamə is. [ər. səyahət və fars. ...namə] Səyahət zamanı səyahətçinin görüb, gözdən keçirdiyi şeylərə dair yazdığı kitab və s. [Mozalanbəy:] İranda da bir səyahətnamə yazaram, axırda genə Qafqaz durur, mən dururam. Ə.Haqverdiyev. Əski səyahətnamələrlə indikilər arasında çox ayrılıqlar var. Qantəmir. səyirmə “Səyirmək”dən f.is. səyirmək bax. səyrimək. Naçalnik Qulam dayının gözlərinin içinə baxdı, onun üst dodağı azca səyirdi. M.Hüseyn. səyirtmə “Səyirtmək”dən f.is. səyirtmək f.\n1. Çapmaq, dördnala sürmək (atı). [Ayaz] “Tərlanı” üzüyuxarı kəndə tərəf səyirtdi. Ə.Məmmədxanlı. Atımı dördnala səyirdərək mən; Nəhayət, Boz dağa gəlib yetişdim. H.Hüseynzadə.\n2. Uçurtmaq (quşlar haqqında). [Kərəm:] Şahini gəzdirər bəylər qolunda; Quşları səyirdər sagü solunda. “Əsli və Kərəm”. səyli sif.\n1. Səy edən, çalışqan, cəhdli. Səyli tələbə. – ..Ağabalanın çənəsindən tutub: – Maşallah, çox səyli uşaqdır! – deyirdi. Çəmənzəminli.\n2. İnadlı, ardıcıl, gərgin. Həkimin səyli müalicəsi, verdiyi dərmanlar bu xəstəliyin qabağında acizlik edirdi. S.Rəhimov. səyrimə “Səyrimək”dən f.is. səyrimək f. Hirsdən, acıqdan və s. hisslərdən əsmək, titrəmək (üz əzələləri). Ağzı səyrimək. Burun pərəkləri səyrimək. – İsmayılzadənin dodaqları xəfif bir tərzdə səyridi. M.Hüseyn. Hərdən Mirzə Cəlilin yanaqlarının əti səyriyir, dodaqları tərpənirdi. Ə.Vəliyev. səyrişmə “Səyrişmək”dən f.is. səyrişmək f.\n1. bax. sayrışmaq 1-ci mənada. Böyük əgər desə gündüzə gecə; De, göydə ulduzlar səyrişir necə! Q.Zakir. Şəhər elektrik içində səyrişir, göyün qübbəsindən təyyarələrin gurultusu gəlirdi. S.Rəhimov.\n2. Titrəmək, xəfif-xəfif əsmək, səyrimək. ..Sarayın darvazası açıldı, orada qaraltılar səyrişdi, cəsarətsiz qırıq səslər gəldi. Çəmənzəminli. Baxdıqca adama elə gəlir ki, [dağlar] xəfif-xəfif səyrişir. R.Rza. səyyad is. [ər.] klas. Ovçu. Gəzmə, ey könlüm quşu, qafil fəzayi-eşqdə; Kim, bu səhranın güzərgahlarda çox səyyadı var. Füzuli. Mən sənin bir rəhmdil səyyadınam, gəl qoynuma; Gəl öpüm, gəl oxşayım, ey nazənin ahu, səni! M.Müşfiq. səyyah [ər.] bax. səyahətçi. İki gündən bəri yeməmiş səyyahlar böyük bir iştaha ilə yeməyə başladılar. Çəmənzəminli. [Gilanqızı:] Siz özünüzün bir qəzet müxbiri, səyyah olduğunuzu söyləyirdiniz. S.Hüseyn. səyyahlıq is. Səyyah olma, səyahətə çıxma. Teymur müəllim bunu da bilirdi ki, o öz maraqlı hekayələri ilə şagirdlərin qəlbində səyyahlığa, kəşfiyyatçılığa böyük həvəs oyatmışdır. Ə.Sadıq. səyyal sif. [ər.] Axıcı, axan, sərbəst, rəvan. Tahir sükanı qaba və sərt hərəkətlərlə o yan-bu yana fırladır, maşının səyyal hərəkətinə mane olurdu. M.Hüseyn. səyyar sif. [ər.]\n1. Hərəkət edən, gəzən, dolaşan; bir yerdə durmayan. Səyyar ulduzlar.\n2. Daim bir yerdə qalmayan, yerini dəyişdirən, daim bir yerdə durmayıb istənilən tərəfə daşınan. Səyyar ticarət. Səyyar sərgi. Səyyar xəstəxana. – [Məmun] ..iki gün orda səyyar bir sarayı andıran qara məxmərli nəhəng çadırı altında istirahət edəcəkdi. M.İbrahimov. ..Bu [parlaq kölgələr] kolxoza gəlmiş səyyar kinonun ekranı idi. Ə.Sadıq. Balaqan səyyar küçə teatrına deyilir. Ə.Bədəlbəyli. səyyarə [ər.] bax. planet. Gah doğur, gah batır könül diqqətim; Tez-tez yanıb-sönən səyyarələrtək. S.Vurğun. Sən elə bir dəryasan ki, bütün çaylar axır sənə; Sən elə bir günəşsən ki, işıq alır səyyarələr. N.Xəzri. səza sif. [fars.] Layiq, uyğun, yaraşan, münasib. Məncə, təqdirə səzadır, kişi şeytandan alıb; Kamil öyrəndiyi elmilə, dürusilə belə. M.Ə.Sabir. sfera is. [yun.] Sahə, dairə, mühit, şərait. sferik sif. [yun.] Kürəşəkilli, kürəyəbənzər, yuvarlaq. sfinks is. Qədim Misirdə şir bədənli, insan başlı və ya heyvan başlı fantastik varlığın heykəli. sxem [yun. schema – şəkil, surət]\n1. Bir şeyin sistemini, quruluşunu və ya hissələri arasındakı rabitəni təsvir edən sadə çertyoj. Telefon qurğusunun sxemi. Radioaparatın sxemi. // Bir şeyin quruluşu, təşkili, planı. Başqa sxem üzrə qurulmuş təşkilat.\n2. Bir əsərin, yazının və s.-nin əsas fikirlərinin ümumi şəkildə verilmiş şərhi, təsviri, xülasəsi. Pyesin sxemi. Məruzənin sxemi.\n3. məc. Şablon fikir, bir şeyin çox bəsit və mücərrəd təsviri; basmaqəlib. Əsərdə canlı insanlar əvəzinə sxemlər verilmişdir. – Cabbarlı Almaz simasında cansız bir sxem yox, bütün xüsusiyyətləri ilə meydana çıxan, sevibsevilən bir insan surəti yaratmışdır. M.Arif. sxematik sif. [yun.]\n1. Sxem şəklində, sxem halında. Sxematik xəritələr.\n2. Ümumi şəkildə, təfərrüatsız, çox sadə şəkildə, yığcam. Əsərin sxematik şərhi. – Əsərdə Ağa Məhəmməd şah Qacarın cəllad, qatil və talançı sifəti sxematik şəkildə deyil, mürəkkəb bir xarakter kimi, kamil bədii xasiyyətnamə ilə canlandırılır. M.Arif. sxematiklik is. Sxematik (2-ci mənada) şeyin halı. Təsvirin sxematikliyi. Pyesin sxematikliyi. sxematizm [yun.] Təfəkkürdə, bir şeyin şərhində, təsvirində bayağılıq, şablonluq. Yazıçılarımız müasir qəhrəman surətinin təsvirində bəzi sxematizmə yol verirlər. sxolastik 1. Sxolastika (1-ci mənada) tərəfdarı.\n2. Sxolastika (2-ci mənada) ilə məşğul olan adam.\n\nII. sif. [yun.]\n1. Sxolastikaya (1-ci mənada) aid olan, sxolastika mahiyyətində olan. Sxolastik fəlsəfə.\n2. məc. Formal, zahiri, real məzmundan məhrum, real həyatdan uzaq. Sxolastik tənqid. Sxolastik mühakimə. – “Kəşkül” səhifələrində köhnə sxolastik ədəbiyyat üslubu ilə hakim ədəbi cərəyan olmağa başlayan realizm ədəbi üslubu mübarizə edir. M.İbrahimov. sxolastika [lat. scholasticus, əsli yun. shole – məktəb]\n1. Orta əsr fəlsəfəsində kilsə ehkamlarına mücərrəd, formal məntiqi dəlillərlə haqq qazandırmaq məqsədini daşıyan hakim cərəyan.\n2. məc. Real həyatdan, təcrübədən uzaq olan; boş, formal.\n3. məc. Boş mühakimə, həyat və təcrübədən uzaq formal bilik; əzbərçilik, əllaməlik. sıcaq sif.\n1. İsti.\n2. Mehriban, yaxın. sıçrama “Sıçramaq”dan f.is. sıçramaq f.\n1. Atılmaq, tullanmaq, hoppanmaq. Yerindən sıçramaq. İrəliyə sıçramaq. – Əsəd sıçrayıb bir daşın dalında gizlənərək bayaq gördüyü yerə baxdı. B.Talıblı. // Atlanıb (hoppanıb) keçmək. Gülşən Yasəmənin sözündən xoşlanmadı: – Arxı sıçramamış barakallah gözləməyin. Ə.Vəliyev. // Hoppanıb qalxmaq (oturmaq). Surxay kəhərin belinə sıçradı. M.İbrahimov. Oğul sıçradı ata, yel kimi uçdu getdi; Elə bil ov dalınca alıcı quşdu, getdi. R.Rza.\n2. Səpilmək, çilənmək. Sıçrayarkən işıldayar damcılar; San saçılar mirvaridlər, incilər. A.Səhhət. sıçrantı is. Sıçrayan, ya sıçradılan su və s. zərrəcikləri. sıçratma “Sıçratmaq”dan f.is. sıçratmaq f. Sıçramasına səbəb olmaq. Suyu sıçratmaq. sıçrayış is.\n1. Sıçrama işi, sıçrama tərzi; yerindən hoppanma, atılma. Zərəngiz sıçrayışa hazırlanan pişik kimi özünü yığışdırdı. H.Seyidbəyli.\n2. məc. Bir şeydə birdən-birə baş verən dəyişiklik.\n3. fəls. Tədriclə yox, birdən-birə və çox sürətlə bir keyfiyyətdən başqasına keçmə. İnqilabi sıçrayış. sıçrayışlı sif. Sıçrayışlarla olan, sıçrayışlarla inkişaf edən, baş verən; qeyri-müntəzəm. Sıçrayışlı inkişaf. sıçrayışvari sif. və zərf Sıçrayışlarla (3-cü mənada) inkişaf edən, baş verən; qeyrimüntəzəm. Sıçrayışvari inkişaf. sıfır is. [ər.]\n1. Kəmiyyətin olmadığını göstərən “0” şəklində rəqəm işarəsi (sağ tərəfdən hər hansı bir rəqəmin yanına gətirildikdə onun on dəfə artdığını bildirir).\n2. Bir şeyin temperaturunu hesablamaq üçün nisbət götürülən şərti kəmiyyət. Sıfır dərəcə. Sıfırdan aşağı üç dərəcə soyuq.\n3. məc. Heç bir əhəmiyyəti, rolu, qiyməti olmayan adam haqqında; heç. Tutaq ki, sən indi heç bir şeysən, bir sıfırsan.. Çexovdan. ‣ Sıfır dərəcə məc. – heç, qətiyyən, əsla. Əlikram bu danışığa sıfır dərəcə əhəmiyyət vermirmiş kimi Səlimin qalın cildini götürüb qoltuğuna vurdu. B.Bayramov. sığa is. [ər.] köhn.\n1. Kiçik uşaqlar.\n2. Yetimlər. sığal is. [ər. seyqəl]\n1. Bir şeyin üzərinə əlini yavaş-yavaş gəzdirmək və ya ona xəfif-xəfif toxundurmaqla öz sevgisini, nəvazişini göstərmə. • Sığal çəkmək məc. – oxşamaq, tumarlamaq, sığallamaq. Meh sığal çəkən zaman aqronomun telinə; Bir ovuc torpaq aldı o, fərəhlə əlinə. M.Rahim. Dağların küləyi, bağların mehi; İncik ruhumuza bir sığal çəkir. B.Vahabzadə.\n2. Cila, süs, bəzək. • Sığal vermək (vurmaq, çəkmək) – bəzək, süs vermək, yaraşıq üçün saçlarına, üst-başına səliqəli görkəm vermək. Canan sığal vurub çıxır otaqdan; Nə gözəl yaraşır bu gediş ona. S.Vurğun. O, fikrində bu məsələni vuruşdurduğu zaman Qərənfil Nərgizə sığal verdi. Ə.Vəliyev. Gözə sürmə, tellərinə sığal çək; Sənə heyran olub çəmən, gül, çiçək. A.Şəmşir. sığallama “Sığallamaq”dan f.is. sığallamaq f. Əllərini, barmaqlarını bir şeyin üzərində xəfifcə gəzdirərək onu hamar şəklə salmaq, düzəltmək; tumarlamaq. Saqqalını sığallamaq. Saçlarını sığallamaq. Telini sığallamaq. // Masaj eləmək, ovmaq. Əlacı üzülmüş Nərgiz gah oğlunu dilə tutur, gah qarıya kömək eləyib uşağın qarnını sığallayır. Ə.Vəliyev. // Nəvaziş, mehribanlıq, riqqət, oxşama əlaməti olaraq əlini xəfifcə birinin başına və ya üstünə sürtmək, çəkmək. Kosa isə öz işində olmaqla toyuqlardan tutub başını sığallayır və buraxırdı. S.Rəhimov. Kabla Novruzqulu [uşaqları] öpüb, sığallayıb, hərəsinin ovcuna bir ağ pul bayramlıq basardı. H.Sarabski. // Məc. mənada. Ləpələr sığallayır nəhəng gövdəsini “Avrora”nın; Yuxulu bir ananın əli kimi. R.Rza. sığallanma “Sığallanmaq”dan f.is. sığallanmaq qayıd. Özünə sığal, yaraşıq vermək, gözə xoş, gözəl görünmək üçün saçlarına, üz-gözünə, üst-başına səliqə vermək. Mənim yarım sığallanıb gələndə; Sanasan qan süzür dodaqlarından. M.P.Vaqif. [Milis müvəkkili] şıq geyinmişdi, sığallanıb toqqalanmışdı. B.Bayramov. // Məc. mənada. Qoca çinar! Bir sığallan kəhriz başında; Göy çəmənə xalı kimi öz kölgəni sər! S.Vurğun. Səhər yelləriylə sığallanmısan; Ay bizim çinara bənzəyən çinar! N.Xəzri. sığallı sif. Hamar, sığal çəkilmiş kimi olan; səliqəli. Sığallı saçlar. – Yuyundun, darandın, qarlar kimi saf; Tellərin sığallı, gözlərin şəffaf. Ə.Cavad. sığınaq (=sığınacaq) is. Sığınılacaq yer, daldalanmağa yarar yer; daldanacaq; sığıncaq. Partizanlar .. özlərinə sığınacaq bir yer düzəltdilər. M.Hüseyn. [Ana] ətrafına baxınır, gözləri daldalanmaq üçün bir bucaq, sığınaq axtarır. Ə.Məmmədxanlı. Nəriman zirzəminin sığınacaq olduğunu görüb sevindi. Mir Cəlal. // xüs. Bombadan, mərmidən, güllədən və ya zəhərləyici maddələrdən qorunmaq üçün xüsusi surətdə düzəldilib təchiz edilmiş yer, bina və s. Bomba sığınağı. sığınacaq (=sığınaq) is. Sığınılacaq yer, daldalanmağa yarar yer; daldanacaq; sığıncaq. Partizanlar .. özlərinə sığınacaq bir yer düzəltdilər. M.Hüseyn. [Ana] ətrafına baxınır, gözləri daldalanmaq üçün bir bucaq, sığınaq axtarır. Ə.Məmmədxanlı. Nəriman zirzəminin sığınacaq olduğunu görüb sevindi. Mir Cəlal. // xüs. Bombadan, mərmidən, güllədən və ya zəhərləyici maddələrdən qorunmaq üçün xüsusi surətdə düzəldilib təchiz edilmiş yer, bina və s. Bomba sığınağı. sığıncaq bax. sığınaq. Bu dağ başındakı möhtəşəm qala; Olmuş sığıncağı qəhrəmanların. S.Vurğun. sığınma “Sığınmaq”dan f.is. Dara qocanın etinasızlığına və heyvanın ona sığınmasına heyrət edərək hiddətlə: – Qoca! – deyir, – sən kimsən? Çəmənzəminli. sığınmaq f. Bir təhlükədən etibarlı bir yerdə gizlənmək və ya birinə pənah gətirmək, himayəsi altına girmək; daldalanmaq. Səhərlərə məxsus olan nəsimdən ara-sıra yarpaqlar qımıldanır, ..yaşıl yarpaqlar arasına sığınmış quşcuğazlar səs-səsə verib ötüşürdü. A.Şaiq. Bir gün toplanıb Almazın sığındığı qayınatası Ağa kişinin evinə getdik. S.Rəhimov. sığır is.\n1. Qaramal. [Çopo:] Piyaləni qaldırdım, yavaş səslə: – Sənin şərəfinə, – dedim, – xoşbəxt olaq, qəbilə sığırları kök, itləri itidişli olsun! Çəmənzəminli.\n2. zool. Belşəkilli buynuzları olan maral fəsiləsindən iri kövşəyən məməli heyvan. sığırçı is. Mal-qara çobanı; naxırçı. [Sona xanım:] ..Xalça burda qalıbdır. Yerdən qalxıb gəldim götürəm ki, tezdən sığırçıya, buzovçuya rast gəlib aparmasın. M.F.Axundzadə. Bizim qarabaş qız sığırçımızı oyadırdı. A.Divanbəyoğlu. Gəlir cənazəsi Hacının kəndə; Çoban, sığırçılar dağda, çəməndə; Baxırlar uzaqdan qanlı karvana. H.K.Sanılı. sığırçın is. Quşların sərçəkimilər dəstəsindən olan, tündtüklü, oxuyan, köçəri quş. Sığırçınlar səhərçağı gələr, budaqlara qonub səslənər, baharın müjdəsini gətirərlər. Mir Cəlal. Baharla birlikdə onun şux elçiləri: qaranquşlar, sığırçınlar.. hərəni öz dilində qarşılayırdılar... M.Rzaquluzadə. sığırdili is. bot. Ətirli yağ verən otbitki. Sığırdili .. alaq otlarındandır. Pipepə oxşar ətirli yağı vardır. M.Qasımov. sığırquyruğu is. bot. Kök ətrafında bölüm-bölüm yarpaqları olan ikiillik ot-bitki. sığışdırılma “Sığışdırılmaq”dan f.is. sığışdırılmaq məch. Yerləşdirilmək, zorla sığdırmaq. sığışdırma “Sığışdırmaq”dan f.is. sığışdırmaq f.\n1. Yerləşdirmək, güclə sığdırmaq. [Şair Ərəstun Şiraslana dedi:] ..[Ağbulağın işlərini] heç balaca bir şerə sığışdırmaq olarmı, şair? S.Rəhimov.\n2. məc. Dözmək, qatlaşmaq, sinirmək. Ayrım qızı .. naxır sahiblərinin töhmət və məzəmmətlərini izzəti-nəfsinə sığışdıra bilmədiyindən Kərim babanın arxasınca hər gün söylənərdi. A.Şaiq. Sığışdıra bilməyib; Paxıl arı bu dərdi; Dedi: “Gərək mən onu; Ruhdan salıb öldürəm”. M.Dilbazi. sığışma “Sığışmaq”dan f.is. sığışmaq bax. sığmaq. Geyib əsgər paltarını, silahlandı qəhrəman; Onun polad sinəsinə sığışmadı ürəyi. S.Vurğun. sığma “Sığmaq”dan f.is. sığmaq f. Yerləşmək, girə bilmək. [Məhəmmədcəfərin] portfeli o qədər dolmuşdu ki, qoltuğuna sığmayırdı. Qantəmir. Nəriman Ülfətin qucağına sığmırdı. Mir Cəlal. Nəbi pəncəsinə sığmayan bafanı yerə qoyub belini düzəltdiyi zaman günəş onu salamladı. Ə.Abasov. sığmaz f.sif. Bir araya sığışa bilməyən, bir araya sığışmaz, uyuşmaz. Ömür sürən bəxtiyar; Pozulmasın düz ilqar; Sığmaz bu dünyalara; Könlümdəki arzular. R.Rza. sığorta is. Təbii fəlakət və bədbəxt hadisə nəticəsində zərər görmüş şəxsə və ya təşkilata xüsusi təşkilat tərəfindən müntəzəm olaraq pul vermək vasitəsilə zərərini ödəməkdən ibarət təminat vasitələrindən biri. Dövlət sığortası. İctimai sığorta. Əmlakını sığorta etdirmək. – [Məhəmmədcəfər:] Bu üçüncü – sığorta dəftərim, bu da mənim Baksoyuz dəftərim. Qantəmir. [Məsmə:] Mənim həyatımın 2-ci səhifəsi 23-cü ilin baharından başlayır. Bu zaman ev qulluqçularının sığorta edilməsi üçün qanun nəşr edilmişdi. S.Hüseyn. Qələmi yaxana sanc! Məndən sənə nə qazanc! Mən ölümdən sığorta istəmirəm. R.Rza. sığortaçı is. Sığorta idarəsi işçisi. sığortalı sif.\n1. Sığorta edilmiş.\n2. məc. Əmniyyət altına alınmış; təminatlı. sıx sif.\n1. Ağacları, budaqları, yarpaqları və s. bir-birinə çox yaxın, bitişik. Sıx meşə. Sıx kol. Sıx çəmən. – ..Dərələrində adamboyu qalxan sıx, ətirli otlar bitən bu yerləri körpəlikdən sevirdi. İ.Hüseynov.\n2. Qalın, gur, yoğun. Sıx hörüklər. – Natiq sadə fəhlə paltarı geymiş, papağını əlinə almışdı. Onun sıx saçları uzanıb boynunun ardına sarı tökülmüşdü. M.Hüseyn. Füzuli çataraq sıx qaşlarını; Leylinin eşqinə saldı Məcnunu. S.Vurğun.\n3. zərf Bir-birinə yapışmış, çox yaxın. Cərgədə sıx durmaq. Şeyləri sıx qoymaq. // sif. və zərf Bir-birindən ayrılmaz, yaxın, əlaqəli (bəzən “sıxı” şəklində işlənir). Sıx əlaqə. – ..Arasında sıx bir rabitə vardı. S.Hüseyn. sıxac is. Bir şeyi sıxmaq, sıxıb saxlamaq üçün alət, qurğu. sıxcalama “Sıxcalamaq”dan f.is. sıxcalamaq f.\n1. Sıxıb əzmək, basıb əzmək.\n2. Sıxışdırmaq. sıxıcı sif.\n1. Sıxan, sıxmaq üçün olan. Sıxıcı alət.\n2. məc. Darıxdırıcı, üzücü, cansıxıcı. Sıxıcı bir mühit. – [Qətibənin Qızıl Arslana məktubundan:] Buna görə də hökmdar məni bu sıxıcı məngənənin altından qurtarmalıdır. M.S.Ordubadi. sıxılma “Sıxılmaq”dan f.is. Suyun sıxılma dərəcəsi. sıxılmaq f.\n1. Təzyiq, sıxma və s. nəticəsində həcmcə kiçilmək, sıxlaşmaq. // Daralmaq, sıxlaşmaq, balacalaşmaq. ..Getdikcə izdiham çoxalır, Ayazın ətrafını almış halqa daha da sıxılırdı. Ə.Məmmədxanlı. Nəhayət .. üç yol ayrıcında bu halqa tamamılə sıxıldı. H.Seyidbəyli.\n2. Büzüşmək, yığılmaq, qısılmaq. [Nadir:] Müharibə zamanı üzərimə minlərcə düşmən qurşunu yağdı da, heç qorxmadım. Burada nə üçün sıxıldım, cücəyə döndüm?! B.Talıblı. Zərifə təzədən oturduğu yerdə qurcalanıb dayısına sıxıldı. Ə.Əbülhəsən. [Tapdıq] bərk-bərk anasının qucağına sıxılıb dayandı. Ə.Vəliyev.\n3. Pərt olmaq, utanmaq, tutulmaq. Əhməd bundan bir şey anlamadı. Fəqət Zəkinin ona qarşı olan soyuq hərəkətindən çox sıxıldı. A.Şaiq. Fərman həmişə belə qoçaq və dilavər qızların yanında sıxılar və özünü itirərdi. Ə.Sadıq. ‣ Sıxılıb qalmaq – balaca, dar bir yerdə yaşamalı olmaq; sığınmaq, daldalanmaq. [Dilarə Qurbanlıya:] Bağışlayın, evimiz darkeşdir, iki otağa sıxılıb qalmışıq. Çəmənzəminli. Əri Heydərqulu [Hörməti] indi həyətin küncündə sıxılıb qalan və ailənin bir anbar kimi istifadə etdiyi bir daxmaya gətirmişdi. Ə.Sadıq. Ürəyi (könlü, qəlbi) sıxılmaq – qüssələnmək, darıxmaq, xiffət etmək. [Pərviz xan:] Ana, sən allah, burax qızı, aparaq, dərsini oxusun, hərgah Münəvvər orada olmasa bizim də qəlbimiz sıxılar. M.S.Ordubadi. [Rüstəm bəy:] Bir adam bir adama öyrəşir, alışır, onu görmədikdə könlü sıxılır. Çəmənzəminli. Qədirin ürəyi çox sıxıldı, yüzbaşını o indi başa düşmüşdü. Mir Cəlal. sıxıntı is.\n1. Çətinlik, qısıntı, yoxsulluq, ehtiyac, korluq, güzəran ağırlığı. [Əmrah] başdan-ayağa sıxıntı, fəryadla yoğrulmuş bir həyatdan küsməkdə haqlı idi. M.Hüseyn. Durnanın uşaqlığı sıxıntı içərisində keçmişdi. Ə.Sadıq. • Sıxıntı çəkmək – 1) maddi cəhətdən çətinlik çəkmək, korluq çəkmək, ehtiyac içində olmaq. Min sıxıntı çəkirsən, güzəranın ağırdır; Dərdini eşitməyir tanrın, niyə, sağırdır? N.Rəfibəyli; 2) əzab çəkmək, əziyyət çəkmək. [Aydəmir İnciyə:] İstəmirəm sən mənimçin bir sıxıntı çəkəsən, sənin adın çəkilsin. C.Cabbarlı.\n2. Darısqallıq nəticəsində duyulan narahatlıq. Ailə bir otaqda sıxıntı içərisindədir. – [Kənd məktəbinin müəllimi:] Sizin evdə [müəllim] sıxıntı çəkər. Ə.Haqverdiyev. sıxıntılı sif. Qüssəli, kədərli, ağır, üzüntülü, cansıxıcı. Gecə düşmüşdü. Bir neçə dəqiqə əvvəl sıxıntılı görünən otaq sanki istirahət saçmağa başladı. Çəmənzəminli. Ağır əzablar içində və olduqca sıxıntılı bir tərzdə o, gecəni səhər elədi. Ə.Vəliyev. sıxışdırılma “Sıxışdırılmaq”dan f.is. sıxışdırılmaq məch. Başqasının təzyiqinə, sıxıntısına məruz qalmaq; sıxışdırılıb aradan çıxarılmaq. sıxışdırma “Sıxışdırmaq”dan f.is. sıxışdırmaq f.\n1. Sıxmaq, sıxcalamaq. Kəndlilər bir-birini sıxışdıraraq aralığı açıb Firidunu qabağa buraxdılar. M.İbrahimov. Hümmətlə Yusif özünü yetirəndə Həmzə Şahmarı yaxalayıb, hesabdarın stoluna sıxışdırmışdı. B.Bayramov.\n2. Sıxıntı vermək, incitmək, əziyyət vermək, qısnamaq, qısqı gəlmək. Hacı Kərim [Bəxtiyarı] sıxışdırır və pulunu tələb edirdi. S.Hüseyn. [Bəhlul:] Baş mühəndis [Qaraxalovu] sıxışdırırdı. B.Bayramov. // Sıxışdırıb aradan çıxarmaq, təzyiq etmək, təsir etmək. İbrahim xanı sıxışdırmaq yaxın tədbirlərdən biri idi. Çəmənzəminli. sıxışma “Sıxışmaq”dan f.is. sıxışmaq f. Yan-yana gəlib bir-birinin təzyiqi altında olmaq, bir-birini sıxmaq, sıxışdırmaq. sıxlaşdırılma “Sıxlaşdırılmaq”dan f.is. sıxlaşdırılmaq məch. Daha sıx edilmək, daha sıx hala gətirilmək, birləşdirilmək. sıxlaşdırma “Sıxlaşdırmaq”dan f.is. sıxlaşdırmaq f. Daha sıx etmək, sıx hala gətirmək, birləşdirmək, lap yaxınlaşdırmaq. sıxlaşma “Sıxlaşmaq”dan f.is. sıxlaşmaq f.\n1. Getdikcə sıx olmaq, sıx hala gəlmək; kəsifləşmək, qatılaşmaq, qəlizləşmək. Göy üzündə... qara buludlar sıxlaşır, yavaş-yavaş yağış çisələyirdi. Ə.Vəliyev. Sıxlaşdı qaranlıq... gəldi çən, duman; Çəkildi üfüqdən Elbrus tamam. N.Xəzri.\n2. Bir-birinə lap yaxın durmaq, qovuşmaq, çox sıx dayanmaq. Məşədibəy cavab vermədi, onun üzündəki qırışlar daha da sıxlaşdı. M.Hüseyn.\n3. məc. Birləşmək, həmrəylik, birlik yaratmaq, birgə hərəkət etmək üçün bir araya toplaşmaq. Partiya sıraları döyüşlərdə sıxlaşan; Dənizlər, dağlar aşan; Müzəffər bir ordudur. Ə.Cəmil. Kəndlilər sıxlaşmağa başladılar. Ə.Vəliyev. sıxlıq is. Sıx şeyin halı; bir-birinə çox yaxın olma, bitişik olma. // Qalınlıq. Meşənin sıxlığı. sıxma “Sıxmaq”dan f.is. ‣ Bir sıxma – bir atım, bir çimdik. Xatun qayıdıb içəriyə girdi, xörəyə baxıb bir balaca sıxma duz atdı. S.Rəhimov. sıxma-boğma is. Bir-birini sıxma, sıxışdırma, basabas. [Əliqulu:] Sonra yavaş-yavaş sıxma-boğma başlandı. S.Rəhman. Bu sonsuz sıxma-boğmaya daha nə qədər dözmək olar. İ.Hüseynov. ‣ Sıxma-boğmaya salmaq – çox sıxışdırmaq, çıxılmaz vəziyyətə salmaq. [Pərişan:] Telli xala kimi ağbirçəklər milçəkdən dəvə qayıranda yazıq kişilər neyləsin, qulaqlarına çatır, arvadı salırlar sıxma-boğmaya. M.İbrahimov. Sona .. içəridə əmisi arvadını sıxmaboğmaya salanlara da eşitdirmək istəyib bərkdən dedi. Ə.Əbülhəsən. sıxmaq f.\n1. Üstündən, ya yanlarından basmaq, təzyiq etmək. Qarpızı sıxıb yoxlamaq.\n2. Kip birləşdirmək, bir-birinin üstünə bərk basmaq, qısmaq. Cavan müəllim .. susdu, dişlərini bir-birinə sıxdı, gözləri isə çox şeylər söyləyirdi. M.Rzaquluzadə. • Əlini sıxmaq – salamlama və ya başqa bir hissini (təşəkkür, hüsn-rəğbət, razılıq və s.) ifadə etmək üçün birinin əlini tutub bərk sıxmaq.\n3. Meyvəni əl və s. ilə bərk basıb (sıxıb) suyunu çıxarmaq. Üzüm sıxmaq. Meyvə sıxmaq. Limon sıxmaq. // Bərk buraraq suyunu çıxartmaq. Paltarları sıxmaq. – Kimi dolaqlarını açıb, çəkmələrini çıxarır, kimi patavalarını sıxıb yenə də yaş-yaş geyirdi. Ə.Vəliyev.\n4. məc. Sıxışdırmaq, ruhən incitmək, sıxıntı vermək. Belə hərəkət adamı sıxır. – Məni çox dərin bir kədər pəncəsinə alıb sıxmağa başladı. M.S.Ordubadi. Bilirəm, könlünü sıxır iztirab; Keçən məktubuna verirəm cavab. M.Rahim. Bəlkə mənim bu ziyarətlərim Yaqutu və gənc doktoru sıxırdı? Ə.Məmmədxanlı.\n5. Tətiyi çəkib boşaltmaq (odlu silahı). [Bahadır] bu sözləri yazandan sonra tapançanı gicgahına qoyub sıxdı... N.Nərimanov. ..Kəblə Abbasəli aşpazxananın səqfinə iki güllə sıxdı. Mir Cəlal.\n6. Dar gəlmək, dar olmaq (paltar, ayaqqabı). Tufli ayağımı sıxır.\n7. Bərk çəkib bağlamaq. [Gülbadam] boynuna düşmüş ağ çit, qara çiçəkli yaylığı başına salıb, boğazının altından sıxdı. N.Nərimanov. ‣ Sıxıb suyunu çıxartmaq məc. – bərk sıxışdırmaq, bərk tənqid etmək, abrını vermək. Çünki Qoşatxan büro iclaslarının birində [Rüstəmin] də sıxıb suyunu çıxartmışdı. M.İbrahimov. [Şofer:] Qayda-qanunu nə tez unutdun, ay Yusif? Bəs demirsən sessiyada sıxıb suyunu çıxartdılar? B.Bayramov. sıx-sıx zərf və sif.\n1. Çox sıx, bir-birinə çox yaxın, bitişik. Sıx-sıx kollar. Ağaclar sıxsıx əkilmişdir.\n2. Tez-tez, hər addımda. Belə hallara sıxsıx təsadüf edilir. sıxyarpaq (=sıxyarpaqlı) sif. Yarpaqları sıx olan. Sıxyarpaqlı ağac. sıxyarpaqlı (=sıxyarpaq) sif. Yarpaqları sıx olan. Sıxyarpaqlı ağac. sıldırım sif. Çılpaq, dik və uca; yalçın. Sıldırım dağ. – [İskəndər bəy] sıldırım bir qayanın başında laçın yuvasına bənzər, ağ daşdan bina olunmuş ikimərtəbəli sarayında oturub hər tərəfə fərman göndərərdi. Ə.Haqverdiyev. Xoş gəldin söyləyir yenə şairə; Sinəsi sıldırım qayalı dağlar. S.Rüstəm. // Sıldırımlı. Biz sıldırım və çətin bir yol ilə gedirik. M.İbrahimov. // is. Dik qaya. Uşaqlığım uçurumlar, sıldırımlar arasında keçmişdi. İ.Əfəndiyev. Nərgizin fikri .. qanad çalır, sıldırımlarda dayanan ağacların .. yanında süzürdü. B.Bayramov. // Uçurum, yarğan. [Koroğlu] atı vurub sıldırımın kənarına gəldi. “Koroğlu”. sıldırımlı sif.\n1. Sıldırım olan, sıldırım halında olan. [Ağbulaq kəndi] sıldırımlı dağların geniş ətəyində yerləşərək hər tərəfdən meşə ilə əhatə olunmuşdu. S.Rəhimov.\n2. Uçurumlu. Sıldırımlı sahil. Sıldırımlı dərə. sımsıq (=sımsırıq) sımsığına dəymək – bax. damağına dəymək (“damaq”da). [Xurşid:] Srağagün [Gülsabah] orada oturmuşdu, mən də .. çıxdım getdim. Bu [Gülsabahın] sımsığına dəyib. C.Cabbarlı. Sımsığını (sımsırığını) sallamaq – bax. qaş-qabağını sallamaq (“qaşqabaq”da). [Cəbi:] O arvaddan həzər etmək gərək, hansı ki əri evə gələndə sımsığın sallaya.. N.Vəzirov. Tapdıq sımsırığını salladı, bir müddət küsdü. Ə.Vəliyev. sımsırıq (=sımsıq) sımsığına dəymək – bax. damağına dəymək (“damaq”da). [Xurşid:] Srağagün [Gülsabah] orada oturmuşdu, mən də .. çıxdım getdim. Bu [Gülsabahın] sımsığına dəyib. C.Cabbarlı. Sımsığını (sımsırığını) sallamaq – bax. qaş-qabağını sallamaq (“qaşqabaq”da). [Cəbi:] O arvaddan həzər etmək gərək, hansı ki əri evə gələndə sımsığın sallaya.. N.Vəzirov. Tapdıq sımsırığını salladı, bir müddət küsdü. Ə.Vəliyev. sınaq is. Sınama işi, imtahan. Söhbətin bu yerində mən sınaq üçün xalça üstündə oynayan qızı çağırdım. S.Rəhimov. [Əlikram:] Səlim, ..bilirsən ki, yaradıcılıq böyük sınaqlar tələb edir. B.Bayramov. • Sınaqdan keçirmək – sınamaq, yoxlamaq, imtahandan keçirmək. Varaz oğlunun da cəsarətini bəyəndi, amma onu daha çətin bir sınaqdan keçirmək istədi. M.Hüseyn. [Fərrux] mollanın ağzını yoxlamaq, sınaqdan keçirmək üçün tədbir tökürdü. Ə.Vəliyev. Sınaqdan (sınaqlardan) keçmək (çıxmaq) – yoxlanmaq, sınanmaq, imtahandan keçmək. Bu rota böyük sınaqlardan çıxmışdı. S.Vəliyev. Həyat yolunda, yaxşılıq uğrunda bütün sınaqlardan keçməyə hazıram, sevincdən üz döndərmirəm, qəm-qüssədən qorxmuram. Ə.Məmmədxanlı. sınaqçı is. Aparatları, materialları və s.-ni sınaqdan keçirən mütəxəssis. Sınaqçı təyyarəçi. Sınaqçı şofer. sınaqlı sif. Təcrübəli, sınaqdan çıxmış. Vaqifin sınaqlı gözləri arvadına rast gələrək parladı. Çəmənzəminli. Səngərdən-səngərə verirlər xəbər; Seçirlər üç nəfər sınaqlı rəhbər. H.K.Sanılı. sınama “Sınamaq”dan f.is. sınamaq f. Yoxlamaq, təcrübədən, sınaqdan keçirmək. [Əhməd:] Qızım, mənim nə oğlum var, nə də qızım, səni sınayırdım, xatircəm ol, Qəribini tapıb sənə yetirərəm. “Aşıq Qərib”. [Elxan yoldaşlarına:] Qardaşlar, taleyimizi sınayaq. C.Cabbarlı. [Əsgər:] Mən də qəsdən demədim ki, qoy axıra kimi qızı sınayım. Ü.Hacıbəyov. sınanma (=sınanılma) “Sınan(ıl)maq”dan f.is. sınanılma (=sınanma) “Sınan(ıl)maq”dan f.is. sınanmaq (=sınanılmaq) məch. Sınaqdan keçirilmək (çıxarılmaq), yoxlanılmaq, təcrübədən keçirilmək. Adamlar təcrübədə sınanmalıdır. Ə.Əbülhəsən. Hüseyn yoldaşını qoyarmı darda; Sədaqət sınanıb vuruşmalarda. M.Rahim. sınanılmaq (=sınanmaq) məch. Sınaqdan keçirilmək (çıxarılmaq), yoxlanılmaq, təcrübədən keçirilmək. Adamlar təcrübədə sınanmalıdır. Ə.Əbülhəsən. Hüseyn yoldaşını qoyarmı darda; Sədaqət sınanıb vuruşmalarda. M.Rahim. sınanmış f.sif. Sınaqdan çıxmış, təcrübədən keçirilmiş, yoxlanmış. Döyüşdə sınanmış mərd əsgər kimi; Ellər vəhdətinə səs verək bu gün. M.Rahim. Burda çox sınanmış şerin hünəri; Bura ilham yurdu sənət şəhəri. N.Rəfibəyli. sınayıcı sif. Sınayan, bilmək istəyən, imtahanedici, sual ifadə edən. Mahmud .. ananın sınayıcı baxışlarının mənasını başa düşdü. Ə.Əbülhəsən. Polkovnik sınayıcı nəzərlə [kapitana] baxdı. S.Vəliyev. sındırma “Sındırmaq”dan f.is. sındırmaq f.\n1. Bərk bir şeyə vurmaqla, toxundurmaqla, yaxud yerə salmaqla parçalamaq, qırıb tökmək. Stəkanı yerə salıb sındırmaq. Su dolçasını sındırmaq. Güzgünü sındırmaq. – ..Birdən gülümü üzdüm, tacımı daşa vurdum, ..sındırdım. A.Divanbəyoğlu. Noldu, ehtiyatsız yenə dolandın; Bulaqda kuzəni sındırdın dünən. N.Xəzri. // Bütöv bir şeyi bərk bir şeyə vuraraq xıncım-xıncım etmək, qırmaq. Daş sındırmaq.\n2. Qopararaq üzmək, qırmaq. Şaxı sındırmaq. Stolun qıçını sındırmaq. – Getdi meşə içrə odun qırmağa; Şax budağı başladı sındırmağa. A.Səhhət. [Güllü:] Mən daha budaq sındırmayacağam. H.Seyidbəyli.\n3. Korlamaq, xarab etmək, yararsız hala salmaq. Saatı sındırmaq. Oyuncağı sındırmaq. Aləti sındırmaq.\n4. Şikəst etmək, qırmaq. Qolunu sındırmaq. Ayağını sındırmaq. – Molla bir uşağın ayaqlarını falaqqaya qoyanda on bir çubuq sındırır. C.Məmmədquluzadə. [Hambal:] A Məşədi, bu qədər xəlqə pul paylayırsan, mənə də bir abbası ver, belimi sındırıbsan. Ü.Hacıbəyov.\n5. məc. Məhv etmək, yox etmək, məğlub etmək, dağıtmaq. Köhnəlmiş idarə üsulunu sındırıb yenisini qurmaq. – Qoşun sındırmış, qala fəth etmiş əsgər sevinci ilə Durmuş yatağına girdi. Mir Cəlal.\n6. məc. Pərt etmək, xətrinə dəymək, məyus etmək. Səlim [Naşadı] son sözilə məclisdə sındırmışdı. S.Hüseyn. Bu gülüşlər də onu sındırmışdı. H.Nəzərli. Yoldaş komandir! Gəlin siz məni sındırmayın, mənim də taytuşum var. Ə.Vəliyev.\n7. məc. dan. zar. Həvəslə, şövqlə oynamaq (rəqs etmək). [Kərbəlayı Fatmanisə:] Vallahı, zalımın qızı elə sındırır ki, elə sındırır ki, bütün sümükləri beşatılan kimi şaraq-şaraq şaqqıldayır. C.Cabbarlı. • Sındıra-sındıra oynamaq – həvəslə, ehtirasla, şövqlə oynamaq. Gələnlərdən iki nəfəri ortada sındırasındıra oynayırdı. M.Hüseyn.\n8. Bir sıra isimlərin yanına gətirilərək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ürəyini sındırmaq, sözünü sındırmaq, başını sındırmaq, qol-qanadını sındırmaq, belini sındırmaq və s. sınıxma “Sınıxmaq”dan f.is. sınıxmaq f. Zəifləmək, arıqlamaq, ətini tökmək, üzülmək, ərimək. Kiçikbəyimin .. solğun çöhrəsi sınıxmışdı və dərin bir kədər saçırdı. Çəmənzəminli. Züleyxa bir tərəfdən ərinin rəftarını, digər tərəfdən qardaşının zəlalətini görüb günü-gündən sınıxırdı. C.Cabbarlı. [Çəpəl:] Qız, bu nə gündür, sınıxıb əriyibsən? Mir Cəlal. sınıq sif.\n1. Sınmış halda olan; qırıq. Sınıq dolça. Sınıq boşqab. Sınıq güzgü. Sınıq maşın. – Mirbalayev oturduğu sınıq taburetdən qalxaraq gəzinməyə başladı. M.Hüseyn. Dağınıq və uçuq evləri, küçələrə tökülmüş sınıq qab-qacaqları görərkən dağılmış insan yurdunun bu xarabazarlığı qarşısında yolçunun ürəyi sıxıldı. Ə.Məmmədxanlı.\n2. is. Sınmış, qırılmış bütöv bir şeyin kiçik hissəsi. Stəkan sınığı. Maşının sınıqlarını düzəltmək. Qabların sınığını atmaq.\n3. məc. Pərişan, qüssəli, dərdli. [Şükür] sınıq bir ürəklə kəndə qayıtmağa məcbur olmuşdu. S.Hüseyn. Acı qəmlərlə onun qəlbi sınıq, ruhu sınıq; Ona rəhm eyləyən əllər hanı? Olmuşmu qırıq? M.Müşfiq. [Sona:] Ay oğul! Gözümə bir az sınıq dəyirsən? Z.Xəlil.\n4. İflas etmiş, müflis.\n5. məc. Məğlubiyyətə uğramış, basılıb pozulmuş. Sınıq qoşun. ‣ Sınıq çıxmaq – iflas etmək, müflis olmaq. Nəhayət, Hacı Sultan sınıq çıxdı. S.Hüseyn. Həmzə sınıq çıxıb iflas etmiş “intiligent” tacir və əmisi oğlu Ağasəfəri öz yanında işə götürmək niyyətində idi. Ə.Əbülhəsən. Sınıq düşmək – 1) bax. sınıq çıxmaq; 2) məğlub olub dağılmaq, darmadağın olmaq. Sınıq düşən Səlim bəy suyu süzülənə-süzülənə Gorusa qayıdıb, istər-istəməz Peterburqa bir də xəbər yazdı. S.Rəhimov. Sınıq salmaq – dağıtmaq, basmaq, məğlub etmək, darmadağın etmək. Nəbi dağın bir tərəfində olan qoşunu sınıq salıb, dərə enişə qovdu. “Qaçaq Nəbi”. sınıqçı is. Çıxmış və ya sınmış sümüyü yerinə sala bilən arahəkimi. Biçarə qolunun ağrısından bitab düşüb, nəhayət, məşəqqətlə özünü sınıqçı Kərbəlayı Piriyə yetirdi. S.M.Qənizadə. Sınıqçı dalınca gedən atlı alçaqboy, qırmızısaqqal qoca bir kişi ilə qayıtdı. P.Makulu. sınıqçılıq is. köhn. Sınıqçının işi, peşəsi, sənəti. Sınıqçılıq eləmək. sınıqlıq is.\n1. Sınıq şeyin halı, qırıqlıq.\n2. Sümüklərdə, oynaqlarda, damarlarda küt ağrı; əzginlik, yorğunluq hissi. Mədəd işləyir, çalışır, heç bir işdən geri qalmır, ancaq yenə də özündə bir sınıqlıq hiss edirdi. S.Rəhimov. sınıq-salxaq sif. dan. Yarı sınıq, yarı sökülmüş; köhnəlmiş, yıpranmış, yararsız. Sınıq-salxaq yeşik. Sınıq-salxaq ev. Sınıqsalxaq körpü. – Xədicə bu sınıq-salxaq faytonun xatirinə hər zülmə dözürdü. S.Rəhman. Ətraf evlərdə yaşayanlar öz sınıq-salxaq daxmalarını tərk edirlər. H.Seyidbəyli. sınıq-sınıq sif. və zərf Sınıq, qırıq (çoxları haqqında). Sınıq-sınıq qablar. Boşqablar sınıq-sınıq olmuşdur. sınıq-sökük bax. sınıq-salxaq. Sınıqsökük divar. Sınıq-sökük daxma. – Yan küçədə sınıq-sökük darvazaya çəkmə şəkilli iri bir lövhə çalınmışdı. Çəmənzəminli. // is. Dağılmış, sökülmüş, yıxılmış, uçulmuş ev, bina və s. [İmran:] Hamı sınıq-söküklər kəndinizin içərisində düzələcəkdir. Ə.Haqverdiyev. sınırmaq f. Hüdudlaşdırmaq, məhdudlaşdırmaq. sınma “Sınmaq”dan f.is. sınmaq f.\n1. Bir şeyə bərk toxunaraq parçalanmaq, tikə-tikə olmaq, xırda hissələrə ayrılmaq; qırılmaq, zədələnmək. Boşqablar əlimdən düşüb sındı. Pəncərə sınıb töküldü. – Su səhəngi suda sınar. (Ata. sözü). ..Əli yumurtasının künəsini tutur və deyir: – Vur! Vəli vurmur, bilir ki, yumurtası sınacaq. C.Məmmədquluzadə. Gəminin şüşə-pəncərələri cingilti ilə sınıb töküldü. M.Rzaquluzadə. // Ağır bir şeyin təzyiqi altında əyilərək yerindən qopmaq, qırılmaq. Küləkdən ağacın budaqları sındı. // Bərk bir şeyə şiddətlə dəyərək, toxunaraq şikəst olmaq; qırılmaq, zədələnmək. Ayağı sınmaq. Qolu sınmaq. – [Hambal:] Məşədi, belim sınıbdır, bir abbası da verəcəksən. Ü.Hacıbəyov.\n2. məc. İncimək, xətrinə, qəlbinə dəymək, pərt olmaq. Xan, şahın bu təhqirli məktubundan sınmadı. Çəmənzəminli. Uzaqdan çaparın Mirzə Valehsiz qayıtdığını görən Yədulla xan bərk sındı və çox pərt oldu. S.Rəhimov. Qulam dayı sınmadı, nağılını söyləməyə davam etdi. M.Hüseyn.\n3. Basılmaq, məğlub olub dağılmaq, müqavimət qabiliyyətini itirmək. Düşmən qoşunu sınıb qaçandan sonra Nəbi dəstəsiynən Telli qarının meyiti yanına gəldi. “Qaçaq Nəbi”. Ən əvvəl Gamışvan tərəfindən hücum edən Maku ordusu sındı. M.S.Ordubadi.\n4. Azalmaq, zəifləmək, yenmək. Quyruq doğandan bir həftə sonra idi. Nədənsə istilər hələ sınmamışdı. Gün günortadan əyilsə də hava sərinləşmirdi. Ə.Vəliyev. Yavaş-yavaş hava sınır. B.Vahabzadə.\n5. məc. Aşağı düşmək, enmək. Qiymətlər sındı.\n6. məc. İflas etmək, müflis olmaq.\n7. Bir sıra isimlərdən sonra gətirilərək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ürəyi sınmaq, könlü sınmaq, canına sınmaq, qol-qanadı sınmaq və s. sıpa is. Bir yaşar qoduq (bəzən söyüş yerində işlənir). sıra is.\n1. Yan-yana və ya ard-arda duran adamlar və ya şeylər düzümü; səf, cərgə. Evlər sırası. İki sıra durmaq. – [Uşaqlar:] Sıralara duraq biz; İrəliyə, irəliyə; Yeni dünya quraq biz. C.Cabbarlı. [Xasay] sırada dayandı. Sıra nömrəsini saydı. Ə.Vəliyev. // Kinoda, teatrda və s.-də oturmaq üçün bir xətdə düzülmüş yerlər. Qabaq sırada oturmaq. Yerimiz dördüncü sıradadır. – Birinci sırada makinalara buraxılmış xam dəmir parçaları son sıralarda hazır avtomobil olaraq vaqonlara yüklənirdi. Çəmənzəminli. Qurultayın birinci iclasında təsadüfimi və ya bilərəkdənmi Eldar [Ceyranın] arxasındakı sırada oturur. S.Hüseyn.\n2. Bu və ya başqa bir münasibətlə, ya təşkilati cəhətcə bir arada birləşən adamlar toplusu; heyət. – [Fərman] həmişə bu yerlərin gələcəyini, sabahını görür və sabahı yaradanlar sırasında olması ilə fəxr edirdi. Ə.Sadıq. [Məzlum:] Məni sıranızdan pozun. S.Vəliyev.\n3. coğr. Cərgə, silsilə. Qarlı dağlar sırası. – Budur önümdədir təpəsi qarlı; Qafqazın möhtəşəm sıra dağları. M.Rahim.\n4. Növbə. Sırası gəldikcə. İndi sizin sıranızdır. Mənim sıram hələ gəlməyib.\n5. Sinif, dərəcə, cərgə, mərtəbə, rütbə, zümrə. Bizi onların sırasına daxil etməyin.\n6. Adətən “bir” sözü ilə: bir sıra – bir çox, bir miqdar, çoxlu, yaxud bir qədər, bəzi. Bir sıra məsələ. Bunun bir sıra səbəbi var. Oxuculardan bir sıra məktub gəlmişdir. ‣ Sıradan çıxartmaq – korlamaq, xarab etmək, işləməz, yararsız hala salmaq. Maşını sıradan çıxartmaq. – [Sultan:] Lap açıq demişəm ki, [Qoşqar], səni sıradan çıxartmaq üçün Sultan Əmirlinin kifayət qədər gücü də var idi. İ.Hüseynov. Sıradan çıxmaq – korlanmaq, xarab olmaq, daha işə yaramamaq, işləyə bilməmək. Maşın sıradan çıxmışdır. Sıradan qalmamaq – hamı ilə birgə hərəkət etmək, yoldaşlarından geri qalmamaq, ayaqlaşmaq. Oğul-uşaq zoğal, fındıq, moruq dərməyə gedərkən Kərim baba da sıradan qalmazdı. A.Şaiq. Sırası gəldikcə – yeri gəldikcə, növbəti gəldikcə. Bu sırada – bu vaxt, bu arada, bu zaman, bu anda. Bu sırada Rüstəm bəy də artıq gülməyə başladı. Çəmənzəminli. Bu sırada yaxında dörd-beş əl şiddətli tapança atılır. H.Cavid. Bu sırada zavallı mühəndisin gözlüyü də gözündən düşdü. B.Talıblı. O sıradan – o cümlədən. Qurultayın böyük tərbiyəvi əhəmiyyəti daha yaxından ədəbiyyatın və o sıradan dramaturgiyanın yeni yüksək pillələrə qalxmasına yardım edəcək, geniş imkanlarla özünü göstərmiş olacaqdır. C.Cabbarlı. sıraca is. bax. xanazır. sıralama “Sıralamaq”dan f.is. sıralamaq f. Sıraya düzmək, sıraya qoymaq, sıra-sıra düzmək, sıra halına gətirmək. sıralanma “Sıralanmaq”dan f.is. sıralanmaq f. Bir-birinin yanınca sıra ilə dal-dala düzülmək, sıra ilə düzülmək. Natiq .. sıralanıb baxan uşaqları göstərdi. – Bunlar, – dedi, – bu yeni nəsil səadət üçün, həyat və işıqlıq üçün doğulmuşdur. Mir Cəlal. Fabriklər, zavodlar sıralandı yan-yana; Xoşbəxt həyat verməkçün azad olmuş insana. R.Rza. sıralanmış f.sif. Bir-birinin yanınca sıra ilə düzülmüş. Lakin getdikcə Şirzad, Nəcəf və başqaları susaraq kənddəki səliqəyə, cərgə ilə sıralanmış evlərə, onların dal tərəfində uzanan bağçalara baxırdılar. M.İbrahimov. sıralı sif. Sıra ilə olan, sıra ilə düzülmüş, sıralanmış. Sıralı dağlar. sırasız sif. Sırada olmayan; qaydasız, nizamsız. sıratağ is. memar. Dirəklər və ya sütunlar üzərində duran tağlar sırası. sıravi sif. Rəhbər işdə olmayan, başqalarından fərqlənməyən; adi. Sıravi fəhlə. – Mollayev tək-tək nüfuzlu dostlarına arxalandığı halda, Aslanov saysız-hesabsız sıravi, sadə adamların gücünə söykənirdi. M.Hüseyn. [Bənövşə:] Sən burada sıravi mühəndis də işləmək istəmirsən? S.Rəhman. // Komanda heyətinə mənsub olmayan, adi. Mən sıravi bir əsgərəm xoşbəxt ana Vətənimdə. S.Rüstəm. Az bir müddətdə bütün orduda yüzlərlə sıravi .. əsgər komanda heyətinə irəli çəkilmişdir. M.İbrahimov. sırf sif. Xalis, məhz, ancaq, büsbütün. Sırf yalan. Sırf böhtan. – Mən heç vaxt damdandüşmə deməmişəm ki, .. hicab yoxdur. Bu söz mən Molla Nəsrəddinin barəsində sırf böhtandır. C.Məmmədquluzadə. Qulu təhsilə sırf tüccari bir zehniyyətlə getmişdi. “Oxumaq, qazanmaq, sərvət sahibi olmaq” – onun birinci şüarı idi. Çəmənzəminli. sırğa is. Qadınların qulaqlarına taxdıqları qızıl, gümüş və s.-dən qayrılmış müxtəlif formalı bəzək; tana. Brilyant sırğa. Yaqut sırğa. – Ərknaz heç kəsin ağlına gəlməyən sırğalar, klonlar, qolbaqlar, bilərziklər, boyunbağılar, sancaqlar sifariş elərdi... M.Hüseyn. [Sara xanımın] ..sırğası, qozası, ətəkliyi, nəyi, nəyi yox idi? Qantəmir. ‣ Qulağında sırğa olmaq – bax. qulaq. sırğacıq is. Balaca sırğa, kiçik sırğa. Qızın qulağına sırğacıq taxmaq. sırğalıq is. Qulağın ət halında olan aşağı hissəsi; mərçək. sırıq is. Paltara, yorğana və s.-yə atılan iri və möhkəm tikiş. Döşəyin sırığı açılıb. Paltonun sırıqları bilinir. – Aradan onun sırıq alt köynəyinin qırmızı sapla işlənmiş sırıqları görünürdü. S.Rəhimov. sırıqlı 1. sif. Sırıq vurulmuş, sırıq atılmış. Sırıqlı paltar. – [Rəiyyətin] isti-soyuqdan saxlayan motal papağı, bir də döşü sırıqlı, ətəyi büzməli arxalığı var idi. S.Rəhimov. [Əsgər bəy] sarı, ipək arxalığının sırıqlı boğazının cılıqqalarını açdı. Ə.Vəliyev.\n2. is. Gödəkcə, candonu. Sırıqlı tikdirmək. – Şofer əynindəki sırıqlını çıxarıb [Aydının] dalınca qışqırdı. H.Seyidbəyli. [Firəngiz Şahinə:] Əgər sən üşüyürsənsə, götür sırıqlını gey... B.Bayramov. sırıma 1. “Sırımaq”dan f.is.\n2. bax. sırıqlı 1-ci mənada. Bu adamlar (şəhərin alverçi, baqqal, tacir, dəllalları) çiyinlərinə güləbətinli sırıma ilə baftalı çuxa .. salardılar. H.Sarabski. sırımaq f.\n1. Arasına (içinə) yun, pambıq qoyulmuş mitili və s.-ni iri tikiş ataraq tikmək. Yorğança sırımaq. Döşək sırımaq. – [Gülcahan:] Vay, yorğanı sırıyanda yaddan çıxıb [qayçı] içində qalıbdır. T.Ş.Simurq. ..Əlində təzə yorğan sırıyan arvad ərinə müraciət elədi. Ə.Abasov.\n2. məc. dan. Zorla və ya aldatma yolu ilə qəbul etdirmək, almağa məcbur etmək. [Ələsgər:] Bir vədə var idi, arşını beş şahıya satdığın çiti Hacıya iki abbasıya sırıyırdın. Ə.Haqverdiyev. [Mirzə Cəlil:] Əsgər bəy yüz gədənin artığı baldızını mənə sırımaq istəyir. Ə.Vəliyev. sırınma 1. “Sırınmaq”dan f.is.\n2. bax. sırıqlı 2-ci mənada. Yunis sırınmanı alıb əyninə taxmamış Davud kəndiri belinə bağladı. Mir Cəlal. sırınmaq məch. Sırıq vurulmaq, sırıq atılmaq. Döşək sırınıb qurtardı. sırma is.\n1. Qızıl kimi parlayan incə gümüş tel.\n2. Əsgəri rütbələri bir-birindən ayırmaq üçün rəsmi paltarların qollarına, boyunlarına və s.-yə tikilən fərqlənmə nişanı. Bir də rəfiqlərindən biri deyirdi ki, Ağa Əli xan yazıb, məndən yaranal sırması və şaşka istəmişdi. Çəmənzəminli. // Ümumiyyətlə, bəzək üçün paltarın və s.-nin üstündən tikilən şey. sırmalama “Sırmalamaq”dan f.is. sırmalamaq f. Sırma tikmək, sırma ilə bəzəmək. Köynəyi sırmalamaq. sırmalı sif. Sırması olan, sırma tikilmiş, sırma ilə işlənmiş və ya bəzədilmiş. Sırmalı köynək. sırsıra is. Axmaqda olan su damcılarının donması nəticəsində əmələ gələn buz lülələri. Daşın kənarı sırsıra bağlamışdır. – Arada hava ayazıyıb açılanda ağaclardan sırsıra tərpənib töküləndə adamlar balta, dəhrəsini götürür.. S.Rəhimov. Külək əsir; Şaxta kəsir; Pərdilərdən asılmışdır sırsıralar. R.Rza. sırt I. is. Bel, kürək. Sırtına bir-iki tutarlı dartdı; Qolundan yapışıb, irəli atdı. H.K.Sanılı. Haydı, minib sırtına yel gedişli atların; Yerdə, göydə, dənizdə oynasın qanadların. M.Müşfiq. Suyu tamam çəkilməmiş xalçanın saçaqlarından süzülən iri damlalar onun enli sırtını, buğumlu topuqlarını isladırdı. İ.Hüseynov.\n\nII. is. məh. Yamac üstü, uzanan təpəliyin üstü. sırtıq sif. Utanmaz, həyasız, arsız, üzlü; özünü hər yerə soxan, heç şeydən utanmayan. [İsfəndiyar:] Mənim sırtıq adamdan xoşum gəlmir. Ə.Vəliyev. [Teymur:] Axı nəyi bilirsiniz? Mən sırtıq adam olsaydım, bütün günü ac qalmazdım. M.Hüseyn. // İs. mənasında. [Gülməli:] Mənim bir adamın sırtığından zəhləm gedir, bir də mozalan tutmuş danadan. Ə.Abasov. sırtıqlaşma “Sırtıqlaşmaq”dan f.is. sırtıqlaşmaq f. Daha da sırtıq olmaq; həyasızlaşmaq, arsızlaşmaq. Uşaq döyüldükcə sırtıqlaşar. sırtıqlıq is. Utanmazlıq, həyasızlıq, abırsızlıq, arsızlıq; sırtıq adamın xasiyyəti. Mayanın üzündə və gözlərində heç bir biclik, sırtıqlıq və ya bayağılıq yox idi. M.İbrahimov. sırtılma “Sırtılmaq”dan f.is. sırtılmaq bax. sırtıqlaşmaq. sısqa sif. Cılız, çox zəif, çox arıq. Səttar kişinin yanında oturan topsaqqal, amma buradakıların hamısı kimi sısqa bir kişi sözə qarışdı. Ə.Əbülhəsən. [Qəndab:] Onların yanında doğrudan da sısqa uşağa oxşayırdım. B.Bayramov. // Məc. mənada. Payızın sısqa yağışını da, çillənin amansız soyuğunu da eyni həvəslə təriflərdi. M.İbrahimov. Suçular əkini dərin şırımla və sısqa axınla suvardılar. Ə.Vəliyev. Bir az yuxarıda üstünü xəzəl basmış, lakin nazik budaqlarını göyə uzadan, yaşamaq istəyən sısqa kollar görünür. Mir Cəlal. sısqalaşma “Sısqalaşmaq”dan f.is. sısqalaşmaq f. Getdikcə zəifləmək, sısqa olmaq, arıqlamaq, cılızlaşmaq. sısqalıq is. Cılızlıq, arıqlıq, zəiflik. sıslamaq f. Təpinmək, üstünə qışqırmaq. sıtqamaq f. Ağlamaq, sızıldaya-sızıldaya ağlamaq, inləmək. sıyıq 1. sif. Yarıduru halda olan; horra. Sıyıq məhlul. Sıyıq gil. – Tüfəng açılan kimi, onun səsindən ürkən eşşək bir qoşa şıllaq atdı və “ovçu” aşıb başı üstə sıyıq palçığın içinə düşdü. M.Rzaquluzadə.\n2. is. Südlə və ya su ilə bişirilən duru xörək; qaşıqaşı, sıyıqaşı. Düyü sıyığı. Darı sıyığı. Ətli sıyıq. sıyıqaşı bax. qaşıqaşı. sıyıqlaşdırma “Sıyıqlaşdırmaq”dan f.is. sıyıqlaşdırmaq f. Daha da sıyıq etmək, yaxud qatı halda olan şeyi sıyıq hala salmaq; durulaşdırmaq. Palçığı sıyıqlaşdırmaq. sıyıqlıq is. Sıyıq şeyin halı, xassəsi, keyfiyyəti; duruluq (qatı ziddi). Məhlulun sıyıqlığı. – Şorbanın sıyıqlığı dənin azlığındandır. (Ata. sözü). sıyıqvari sif. Suyu çox olan, sıyığaoxşar, sıyıq kimi, horra kimi. Sıyıqvari məhlul. Sıyıqvari palçıq. sıyırım (=sıyırıntı) is. Sıyrılmış, sıyrılıb qopmuş, dərisi qopmuş (yıxılaraq, bir şeyə dəyərək). Üzünün sıyırıntısı görünür. Qolundakı sıyırıma yod sürtmək. sıyırıntı (=sıyırım) is. Sıyrılmış, sıyrılıb qopmuş, dərisi qopmuş (yıxılaraq, bir şeyə dəyərək). Üzünün sıyırıntısı görünür. Qolundakı sıyırıma yod sürtmək. sızağan is. Sızan, sızıb keçən su, maye. sızaq bax. sızanaq. Üzünü sızaq basmaq. sızanaq is. Dəri üzərində əmələ gələn irinli səpgi. Bədənini sızanaq basmaq. Sızanaq çıxarmaq. sızı is. bax. sızıltı. Bütün vücudumda bir qırıqlıq, bir sızı hiss edirəm. A.Şaiq. sızıldama “Sızıldamaq”dan f.is. sızıldamaq f.\n1. Yüngülcə ağrımaq, sızı vermək. Sümüklərim sızıldayır. Dişi sızıldamaq. – Zeynəb bucaqda ayaq üstə durmaqdan lap yoruldu. Qıçları ağrıyıb sızıldayırdı. C.Məmmədquluzadə. [Firuzun] sümükləri sızıldayır. Ə.Məmmədxanlı.\n2. məc. Halından, həyatından şikayətlənmək, ağlayıb-sızlamaq. Ey sevdiyim, səndən cüda düşəli; Qan-yaş töküb sızıldaram, yanaram. Q.Zakir. [Mirzə Bağır Mirzə Həsənə:] Sızıldamaq elə sənin köhnə peşəndir. Çəmənzəminli. // Zarımaq, inildəmək, ağlamaq. [Uşaq] neçə dəfə sızıldayıb anasını çağırdı. Mir Cəlal. [Camal] sızıldayır, arvadı Tükəzban da başına-gözünə vura-vura şivən qoparırdı. Ə.Abasov. Qapı ağzında xəstə, arıq, sarıbəniz bir uşaq yerə yıxılıb sızıldayırdı. S.Vəliyev. sızılma “Sızılmaq”dan f.is. sızılmaq bax. sızmaq. Palıdlı meşənin damarlarından sızılan (f.sif.) sular saxsı tünklərdə boğularaq şəhərin içində nəfəs alırdı. S.Rəhimov. [Kazım] meşənin sərin və ətirli havasını udaraq qayanın arasından sızılan (f.sif.) bulağın şırıltısını öz məhzun həyatının faciəsi kimi dinləyirdi. M.İbrahimov. sızıltı is.\n1. Xəfif və incə ağrı; göynərti, sızı, sızıldama. Dişin sızıltısı. Barmaqlarımın sızıltısından yata bilməmişəm. – Yazıq muzdur bir tərəfdən qolunun sızıltısı, bir tərəfdən də ürəyinin ağrısı ilə özünü evə yetirdi. S.M.Qənizadə. [Qazan xan] başında, bədəninin bəndlərində bir ağırlıq və sızıltı duydu. M.Rzaquluzadə.\n2. məc. Taleyindən, həyatından, halından şikayətlənmə; inildəmə, ağlayıb-sıtqama. // Yanıqlı, iniltili səs, çalğı. Alıpaşa ağa bu sözləri dedikcə səsində acı bir məğlubiyyət və küdurətli bir sızıltı eşidilirdi. Çəmənzəminli. Muxtar radionu söndürdü. İndi sızıltı ona da xoş gəlmədi. B.Bayramov. // Məc. mənada. Peçdə yanan yaş odunun sızıltısı eşidildi. M.Hüseyn. sızıltılı sif. Sızıltı ifadə edən; yanıqlı, təsirli, ağlar kimi səs çıxaran. Sızıltılı səs. – [Vaqif:] Şairə də bu lazımdır: sızıltılı bir ney, qan saçan bir qəlb, səmalarda dolaşan bir sevgi pərisi... Çəmənzəminli. Yaralı .. sızıltılı səslə dedi. Mir Cəlal. sızım bax. sızıntı. Neft sızımı. Su sızımı. sızıntı is. Sızıb axan maye. Su sızıntısı. Neft sızıntısı. sızqa sif. Suyu az-az, sızılaraq axan. Meşəli dağların ətəklərindən süzülən, sızqa bulaqlardan toplanıb üzüaşağı gələn su dərənin bir kənarını tuturdu. S.Rəhimov. Meşənin ortasından axan sızqa bulağın sakit şırıltısı xəzəllərin xışıltısı ilə həmahəng olmuşdu. Ə.Vəliyev. sızqov bax. sızqa. Hər yandan tel-tel, çubuq-çubuq, budaq-budaq axıb gələn sızqovlar, çeşmələr bir-birinə qarışaraq yetmiş dəyirmanlıq su olub. R.Rza. sızlama “Sızlamaq”dan f.is. sızlamaq f.\n1. bax. sızıldamaq. Muradın qəlbi [qəbirlərin] bu halına sızladı. S.Hüseyn. – Şahsuvar, Şahsuvar! – deyib ağladım; İçimdə sızladı bir yanıq kaman. M.Müşfiq.\n2. məc. Ağlamaq, inildəmək, yana-yana ağlamaq. [Əhməd:] Həq sənə göndərsin Xızır İlyası; Ağlar, sızlar gördüm nazlı sənəmi. “Aşıq Qərib”. Gilə isə bir müddət ağladı, sızladı, sonra kişini danlamağa başladı. Ə.Vəliyev. sızma “Sızmaq”dan f.is. sızmaq f. Bir şeyin arasından, məsamələrindən yavaş-yavaş, damcı-damcı sızıb çıxmaq, keçmək, dammaq (mayelər haqqında). Qayığa su sızır. Divarlardan su sızır. – Bu dərə başdan-başa su qaynağı idi. Hər ağacın, hər daşın dibindən su sızırdı. A.Şaiq. Qayalardan göz yaşı kimi şəffaf sular sızırdı. İ.Əfəndiyev. si is. Musiqi qamması notlarının yeddincisi. siam is. Tai tayfalarına verilən ad. sian is. Kəskin iyli, rəngsiz qaz (kimya). sianid is. Acı badam iyli rəngsiz uçucu maye. sibo is. Çində yaşayan xalq. sicilləmə sif. Uzun-uzadı, çox müfəssəl, çox ətraflı surətdə (adətən “bir” sözü ilə). Bir sicilləmə söz dedi. – [Rəşid:] Qapının arasından boğazını uzadıb mənə bir sicilləmə öyüd-nəsihət verdi. İ.Hüseynov. sicim is. Yundan, keçi qılından əyrilmiş ip. [Əsgər bəy:] Xurcundan sicimi çıxart, bura ver! M.F.Axundzadə. ..Abbas dəhrəsini və sicimini götürüb .. meşəyə üz qoydu. S.S.Axundov. sicimləmə “Sicimləmək”dən f.is. sicimləmək f. Sicimlə bağlamaq. Yükü sicimləmək. siçan is. Təsərrüfata ziyan vuran balaca, uzunsifət, uzunquyruq, adətən boz rəngli gəmirici. siçanabənzər (=siçanaoxşar) sif. Görünüşcə siçana oxşayan. Siçanaoxşar gəmiricilər. siçanaoxşar (=siçanabənzər) sif. Görünüşcə siçana oxşayan. Siçanaoxşar gəmiricilər. siçanquyruğu is. bot. Nazik köklü, dəstə şəkilli budaqları olan bitki. siçan-pişik is. Uşaq oyunlarından birinin adı. ‣ Siçan-pişik (oyunu) oynamaq – aldatmaq, bir-birinə kələk gəlmək. Fəqət dərd burasındadır ki, quldurlar bizimlə siçan-pişik oynayırlar. H.Nəzərli. siçovul is. zool. Siçanaoxşarlar fəsiləsindən, siçandan iri, uzun, xallı quyruğu olan boz rəngli gəmirici. [Adamlar Laləşova dedilər:] Tüklü bir siçovul kimi [kooperativdə] şəkər taylarını gəmirmisən! S.Rəhimov. [Saran:] İnsanlardan qorxum yoxdur. Mən qızılları siçovullardan gizlədirəm... M.Hüseyn. sidik is. Böyrəklərin, maddələr mübadiləsi məhsulu kimi ifraz etdiyi və orqanizmdən sidik tənasül üzvləri vasitəsilə çıxan su, maye. sidiklik is. anat. Orqanizmin sidik saxlayan üzvü; sidik kisəsi. sidq is. [ər.] Sədaqət, səmimilik, ürək təmizliyi. • Sidqlə, sidq ilə – bax. sidqiürəkdən. Bitibdir dağda lalə; Oxşar gül üzdə xalə; Sidqinən sevən ürək; Axır çatar vüsalə. (Bayatı). Artıran söz qədrini sidq ilə qədrin artırar; Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz. Füzuli. Sidqi-ürəkdən (ürəklə), sidqi-dildən (dillə) – səmimiyyətlə. Sidqiürəkdən təşəkkür etmək. Sidqi-dildən qulluq etmək... – Mən qonaqların qabağına çıxıb, sidqi-ürəkdən onları pişvaz edirdim və onlara – xoş gəldin – deyirdim. C.Məmmədquluzadə. [Kətxuda:] Hərgah doğrudan Əmi sidqi-ürəklə camaatın tərəfini saxlayır isə, əlbəttə, bir iş meydana gələcəkdir. N.Nərimanov. [Mirzə Cəmil:] Nə qədər canım sağdır, nəfəsim gedib-gəlir, ağama sidqi-dillə qulluq eləyəcəyəm. Ə.Vəliyev. sidr is. [ər.] bot. Ucaboylu, iynəyarpaqlı, həmişəyaşıl ağac. Şam ağacından fərqli olaraq sidr ağacının iynələri dəstələrlə yerləşir və bozumtul rəngli olur. H.Qədirov. sifariş is.\n1. Bir şeyi hazırlamağı, yerinə yetirməyi və ya gətirməyi tapşırma, ismarlama. Sifarişlər qəbulu. – Hər iki qonağın başı üstündə iki nəfər qız durub sifarişləri qəbul edirdi. M.S.Ordubadi. // Hazırlanması tapşırılan şey, sifariş edilmiş şey. Sifarişi qurtarmaq. Sifarişlərin verilməsi. Sifarişləri vaxtında yerinə yetirmək. – Kosa öz qohumu evində gecələmiş, Əsgərin sifarişini tədarük etmiş, indi də ağ bağlamada aparırdı. S.Rəhimov. • Sifariş eləmək (etmək) – bir şey hazırlamağı, ya gətirməyi tapşırmaq, ismarlamaq. Bir yana sifariş eləyəndə bir nişanə göndərmək qədim adətlərin biridir. C.Məmmədquluzadə. Kərbəlayı Xəlil bacısına dedi ki, bu gün yağ, yumurta və süd göndərər, əti də qəssaba sifariş edər. T.Ş.Simurq. [Mürsəl kişi Yunusa:] Atana üç dəfə kağız göndərmişəm, sifariş eləmişəm ki, tez səni göndərsin, imtahanlar qurtarıb, bu gün-sabah dərslər başlanacaq. Ə.Məmmədxanlı.\n2. Tapşırıq. ..Qayadibi camaatı Səfərdən dəhşətli bir sifariş aldı. S.S.Axundov. Bu iki ailənin qudalığı bir-birilə baş tutarsa, qız evi sifariş göndərir ki, filan gündə nişan gətirsinlər. R.Əfəndiyev. sifarişçi is. Sifariş verən, iş tapşıran. siferblat [alm. Zifferblatt] Əqrəbli ölçü cihazları üzərində ölçülən kəmiyyəti hesablamaq üçün cədvəl, rəqəm, işarə olan lövhəcik. // Saatlarda: üzərində rəqəmlər olan lövhəcik. sifət I. is. [ər.]\n1. Üz. ..Hər kəs [Xudayar bəyin] sifətinə diqqətlə baxsaydı, əlüstü duyardı ki, Xudayar bəy bu dəqiqə fikir dəryasına, bəlkə qəm dəryasına qərqdir. C.Məmmədquluzadə. [Gülçöhrə:] Asya demişkən arşınmalçının sifəti yaxşı idi. Ü.Hacıbəyov.\n2. Bir şəxsi və ya şeyi başqalarından fərqləndirən hal, surət, keyfiyyət. Mərdlik insana yaraşan ən gözəl sifətlərdən biridir. ‣ Sifət göstərmək – bax. üz göstərmək (“üz”də). Sifəti tutulmaq – qanı qaralmaq, üzü tutulmaq. Nazxanımın sifəti tutuldu. İ.Əfəndiyev. Sifətin tökülsün! – qarğış ifadəsi. Sifətini turşutmaq – bax. sir-sifətini turşutmaq. Kosa [Meşinovun] döşündən itələyərək bürüşmüş sifətini turşutdu. S.Rəhimov.\n\nII. is. [ər.] qram. Əşyanın əlamət və ya keyfiyyətini bildirən nitq hissəsi. Sadə sifət. Mürəkkəb sifət. Sifətin müqayisə dərəcəsi. sifətcə sif. Sifətinə görə, üzdən, sifətdən, sifət cəhətdən. [Musa] vücudca sağlam, boyca uca və sifətcə yapışıqlı idi. Ə.Vəliyev. Ağayar ucaboylu, sifətcə çox yapışıqlı, yaşı təzəcə qırxı ötmüş qarınlı bir kişi idi. Ə.Əbülhəsən. sifun [yun.]\n1. Mayeni yuxarı səviyyədə duran qabdan aşağı səviyyədə duran qaba axıtmaq üçün əyri boru.\n2. Qazlı və ya mədən suları üçün bu cür borusu olan qab. sifonlu sif. tex. Sifonu olan, sifon qoyulmuş. sifraq is. [ər. səfra] Öddəki yaşılımtraqsarı maddə; qusma, öyümə. Günvurmasının əlamətləri: bərk başağrısı, başgicəllənməsi, göz qaralması, dərinin qızarması, ürək bulanması, sifraqdır. Ə.Babayev. • Sifraq etmək – qusmaq, öyümək, ürəyi bulanmaq. siftə 1. sif. və zərf Qabaqca, əvvəlcə, əvvəl, ilk dəfə olaraq. Siftə Bayramdan başlamalıyam. Ə.Vəliyev. [Mərcan nənə:] Qız xeylağı elə siftə istəmir, sonra olur yağnan bal kimi. B.Bayramov. // İs. mənasında. İlk nəticə verən bir işin başlanğıcı. Siftəsi yaxşı gəlmək. – Sözüm bəyənilib, işim saz olub; Sən allah, siftəmi kor eyləməynən. Aşıq Ələsgər.\n2. is. Bir şeyi satıb və ya satın alıb alışverişə başlama. Siftə eləmək. Hələ siftə eləməmişəm. Siftəsi uğurlu oldu. siğə is. [ər.] Köhnə məişətdə: müvəqqəti nikah, evlənmə (çoxarvadlılığın bir növü). Qazı nikah siğəsini oxudu. M.S.Ordubadi. • Siğə etmək (eləmək) – köhnə məişətdə: mollaya kəbin kəsdirərək müvəqqəti evlənmək. [Qadın:] Ağa, qulluq deyil, şəriətipeyğəmbərdir. Məni özünə siğə etməni xahiş edirəm. Çəmənzəminli. Seyid Səmədə təklik əl verməyib, on altı-on yeddi yaşında bir qız siğə eləyib ocağın qırağında əyləşdi. Ə.Haqverdiyev. // Siğə qardaş, siğə bacı – köhnə məişətdə: əslində qardaş və ya bacı olmayıb müəyyən dini mərasimlə əhd-peyman bağlama nəticəsində qardaş, ya bacı olmuş oğlan, ya qız. Qərvənddə Zaman xan oğlu Qaraynan Aşıq Ələsgər siğə qardaşıydılar. “Aşıq Ələsgər”. Deyilməyə görə, Usta Ağabala Ələsgər Ağa ilə siğə qardaş imiş və ağa ustanın xatirini belə istəyirmiş ki, onu özü ilə cənnətə aparmağı da vəd etmiş imiş. Çəmənzəminli. • Siğə oxutdurmaq – siğələşmə ayini icra etmək. [Dursun:] Sabah şəhərə get, bir axunda bacı-qardaşlıq siğəsi oxutdur.. C.Cabbarlı. sikkə is. [ər.]\n1. Metal pul üzərinə vurulan damğa, naxış, yazı. Sikkə vurmaq. – Dəmirçioğlu bu dəfə pulları iki baş barmağının arasında sürtüb sikkələrini pozdu. “Koroğlu”.\n2. Kəsilmiş, zərb olunmuş pul. Sikkə kəsmək. – Kasıb deyiliz, sikkeyi-pulu tanırız biz. M.Ə.Sabir. Tahirin əlinə İran sikkəsi düşəndə, dağıtmadan cibində saxlayırdı. S.Rəhimov. [Təbriz inqilabçıları] ..Azərbaycanı bir müstəqil ölkə kimi idarə etmək istəyirlər. Bu günsabah yəqin onlar adlarına sikkə də kəsdirəcəklər. P.Makulu. sikkəxana is. [ər. sikkə və fars. ...xanə] Pul kəsilən yer, müəssisə. sikkəli sif. Sikkəsi olan, sikkə vurulmuş. [Hacı Kərim zərgər:] Şeyx Salah öz gözü ilə görübdür ki, Əylis erməniləri iyirmi beş min manat sikkəli pul gətirib, Molla İbrahim Xəlildən əlli pud xalis gümüş alıb aparıblar. M.F.Axundzadə. sikkəsiz sif. Sikkəsi olmayan. [Şeyx Salah:] ..Mən gözümlə gördüm ki, Molla İbrahim Xəlilə hər kəs sikkəli pul gətirdisə, iki çəkisi sikkəsiz xalis gümüş aldı, apardı. M.F.Axundzadə. sikl is. [yun.] Dövr, dövrə, silsilə. siklon [yun. kyklon – fırlanan]\n1. Sıx buludlu və yağmurlu havada atmosferin qasırğalı, burağanlı hərəkəti.\n2. Qasırğa, boran. siqar [fr. cigare] Çəkmək üçün lülə şəkildə sıx bükülmüş tütün yarpaqları. Siqar çəkmək. Siqar fabriki. – Çarşabın içindən gəlin əvəzinə Sərvər çıxıb, əlindəki siqarı tapança kimi uzadır Məşədi İbada tərəf. Ü.Hacıbəyov. Mayor masa üstündən iki siqar aldı, birini Kurta verib, birini özü yandırdı. Ə.Əbülhəsən. General da şəst ilə damağında siqarı; Dayanmış qərargahın o hündür eyvanında. B.Vahabzadə. siqarabənzər sif. Siqara oxşayan, siqar şəklində olan. siqaryt [fr.]\n1. Kiçik, nazik siqar. [Fərrux] ..siqareti ağ sümük müştüyə keçirib yandırdı və tüstülətməyə başladı. B.Bayramov.\n2. Müştüksüz papiros. Külqabı siqaret kötükləri ilə dolmuşdu. İ.Hüseynov. siqlət is. [ər.] Ağırlıq. Havanı görmək olmur, amma onun varlığına şəkk yoxdur, hətta onun siqlətini, yəni vəznini belə bilmək mümkündür. H.Zərdabi. Qız tutulub, heç bilməyir nə eləsin, nə? Sanki əzmiş siqlətilə güclü dağ onu. N.Xəzri. // Məc. mənada. Gəlin qurşunlardan tökək şeri biz; Hər sözün siqləti dönsün bir tona. S.Vurğun. Kim deyər ki, bu dərdin siqlətinə qədərdir? R.Rza. siqnal [alm. Signal]\n1. Hər hansı bir məlumatı, xəbəri, komandanı və s.-ni uzaqlara vermək üçün şərti səs və ya işıq işarəsi. İşıq siqnalı. Siqnal vermək. Hava siqnalı. – [Tahir] uzaqdan siqnal verdi. M.Hüseyn. Hava təhlükəsi siqnalı arasıkəsilmədən eşidilirdi. Ə.Vəliyev. Mehriban bütün gücünü toplayıb siqnallara cavab verməyə çalışır, lakin bacarmırdı. H.Seyidbəyli. // məc. İşarə. Fikrimiz və yolumuz sinifsiz gələcəyə siqnaldır. S.Vurğun.\n2. məc. Arzuedilməz bir işin baş verdiyi və ya baş verə biləcəyi haqqında xəbərdarlıq, məlumat. [Əlyarov Ərknaza:] ..Sənin barəndə siqnal var, Riqadan hökumət mağazasının qiymətli şeylərini götürüb qaçmısan. M.Hüseyn. siqnalçı is. Siqnal verən (adam). siqnalizasiya [rus., əsli alm. – Signaldan]\n1. tex. Bir yerdə tətbiq edilən siqnallar sistemi. Dəmiryolu siqnalizasiyası. Dəniz siqnalizasiyası.\n2. tex. Siqnal vermək üçün xüsusi qurğu, cihaz. Siqnalizasiya xarab olmuşdu. Siqnalizasiya yaxşı işləmir. silah is. [ər.]\n1. Hücum və ya müdafiə üçün alət; yaraq. ..Silahlarını yanlarına atıb oturmuş üç əsgər .. söhbət edirdi. Ə.Əbülhəsən. Əlinə silah alanlar .. düşmən üstünə yüyürdü. Mir Cəlal. İsi dayı silahı çarpayıya söykədi. B.Bayramov.\n2. məc. Bir şeyi əldə etmək üçün vasitə, üsul, yol. Qələm silahımız, səngər sıramız; Yarasa düşməni basmış qaramız. M.Müşfiq. [Ovçu anasına:] İndi bu kitablardır mənim silahım, indi işıqsaçan bu silahla mən əbədi olaraq qaranlığa qarşı vuruşacağam. Ə.Məmmədxanlı. • Silah oynatmaq – müharibə ilə hədələmək, qorxutmaq. Silaha sarılmaq – silahlanmaq, silaha əl atmaq. [Qoca:] Pars sarayında əsas təşkil edən yeddi əsil ailə nümayəndələri muğlara boyun əyməyərək silaha sarılıb Smerdisi devirdilər. Çəmənzəminli. Həqiqət qılıncla durur üz-üzə; Silaha sarılaq, ummayaq artıq; İlandan dostluq, qurddan aşnalıq. S.Vurğun. Soyuq silah – kəsici, ya batıcı silah (xəncər, qılınc, süngü və s.). silahdar [ər. silah və fars. ...dar] bax. silahdaşıyan. silahdaş is. Döyüş yoldaşı, mübarizə yoldaşı, birlikdə vuruşan adamlardan hər biri. Sərkərdənin silahdaşları. // Hər hansı fəaliyyət sahəsində yoldaş, tərəfdar, arxadaş. [Məhbubə:] Təzə silahdaşımıza eşq olsun! – deyə, ucadan səsləndi. H.Seyidbəyli. silahdaşıyan is. Orta əsrlərdə: rıtsarın silahlarına baxan, onları yanınca gəzdirən gənc əsgər. [Ovçular] yan-yana durduqda, Don Kixot ilə onun silahdaşıyanı Sanço kimi qəribə və gülünc görünürdülər. M.Rzaquluzadə. silahxana is. [ər. silah və fars.] Silah, hərbi sursat anbarı. silahqayıran sif. və is. Cürbəcür silahlar qayıran usta, sənətkar. silahlandırılma “Silahlandırılmaq”dan f.is. silahlandırılmaq məch. Silahla təchiz edilmək, yaraqlandırılmaq, əlinə silah verilmək. silahlandırma “Silahlandırmaq”dan f.is. silahlandırmaq f.\n1. Silahla təchiz etmək, əlinə silah vermək.\n2. Hər hansı bir iş üçün lazımi vasitələrlə təmin etmək. Sənaye sahələrini müasir texnika ilə silahlandırmaq. // məc. Məlumat, bilik vermək, nəzəri cəhətdən hazırlamaq. silahlanma “Silahlanmaq”dan f.is. silahlanmaq f.\n1. Özünü silahla təmin etmək, özü üçün silah tədarük etmək, silahlı hala gəlmək; yaraqlanmaq. [Kəndli Sultan ağaya:] ..Əgər bizə mərhəmət eyləsən və izin versən, bu saat atlara minib, silahlanıb karvanın qabağını kəsərik. C.Məmmədquluzadə. Onun mübarizə apardığı düşmən, təpəsindən dırnağına qədər silahlanmışdır. M.S.Ordubadi. Geyib əsgər paltarını, silahlandı qəhrəman. S.Vurğun.\n2. Hər hansı bir iş üçün lazımi vasitələr, materiallar və s. ilə özünü təmin etmək. Neft sənayesi qabaqcıl texnika ilə silahlanmışdır. // məc. Hər hansı bir iş üçün lazım olan bilikləri, məlumatı və s. əldə etmək. Qabaqcıl nəzəriyyə ilə silahlanmaq. silahlı sif. Silahı olan, silah daşıyan, əlində, üstündə silah olan, silaha sarılmış. Silahlı dəstə. – Ucqar stansiyalarda .. şuluqluq salan silahlı hərbçilərə rast gəlmək olur. Ə.Əbülhəsən. // Hərbi əməliyyat, hərbi toqquşma, əldə silah ilə aparılan, icra edilən. Silahlı hücum. Silahlı üsyan. Silahlı mübarizə. silahsız sif. və zərf\n1. Silahı olmayan. ..Düşmən qabağına silahsız çıxmaq olmaz. C.Məmmədquluzadə. İndi Məhərrəm bu silahsız ordunun baş komandanı sayılırdı. H.Nəzərli. Silahsız çıxan yoxdur küçələrə; Gecə tövşüyüb gedir; Gecə gedir səhərə. R.Rza.\n2. Silahla olmayan. Silahsız mübarizə aparmaq. silahsızlanma “Silahsızlanmaq”dan f.is. silahsızlanmaq f.\n1. Silahını, ya silahlarını tökmək, silahsız olmaq. // Öz silahlarını məhv etmək, ya azaltmaq. // Yerləşdirilmiş silahları götürmək, silahlardan məhrum olmaq (hərbi istehkamlar, gəmilər və s. haqqında).\n2. məc. Mübarizədən əl çəkmək, tabe olmaq, təslim olmaq. silahsızlaşdırılma “Silahsızlaşdırılmaq”dan f.is. silahsızlaşdırılmaq məch. Silahsız hala gətirilmək, silahları əlindən alınmaq. silahsızlaşdırma “Silahsızlaşdırmaq”dan f.is. silahsızlaşdırmaq f. Silahını əlindən almaq, silahsız etmək. silə is. [ər.]\n1. Qovuşma, əlaqə.\n2. Bağ, rabitə.\n3. Hədiyyə, mükafat. [Seyid Əzim Şirvaninin Sabirə yazdığı məktubdan] “Nuri-didəm Sabir! Qəzəlimin birinə yazdığın məlih və şirin cavab çox xoşuma gəldi. Hazırda başqa bir şeyə gümanım olmadığından həmin kitabı sənə silə göndərirəm...” A.Səhhət. silələmə “Silələmək”dən f.is. silələmək f. Ağzına qədər doldurmaq. Qabı silələmək. siləcək bax. silgi. silfon is. [ing.] Paslanmayan polad, bürünc, fosforlu və ya beriliumlu tuncdan hazırlanmış nazik divarlı köndələn büzməli borucuq. silgi is. Silmək üçün yarar əsgi və s.; siləcək. Çəkməsini silgi ilə silmək. Yazı taxtasının yanına silgi qoymaq. silib-süpürmə “Silib-süpürmək”dən f.is. silib-süpürmək f.\n1. Süpürgə, əsgi və s. ilə bir yeri silmək, süpürmək, təmizləmək. Dükançıların bir çoxu öz dükanlarının qabağını silib-süpürürdü. P.Makulu. [Bəyim xala] gündə iki-üç yol həyətimizi silibsüpürür. İ.Hüseynov.\n2. məc. Özü ilə yığıb aparmaq, götürüb aparmaq, heç bir şey qoymamaq. [Xəlil:] Zalım qızı otaqları elə silib-süpürüb aparıbdır ki, kağız-kuğuzdan savayı bir şey qalmayıbdır. N.Vəzirov. [Yusif:] Əşi, birdən elə sel gəlir ki, az qalır Sultanbud meşəsini silibsüpürüb apara. B.Bayramov. silikat [lat. silex (silicis) – çaxmaqdaşı] miner.\n1. Tərkibində silisium oksidi birləşmələri olan mineralların adı.\n2. Bu mineraldan qayrılmış məmulatın (şüşə, çini, sement, kərpic və s.) ümumi adı. Şofer gündüz saat ikidə sement anbarından beş ton sement və silikat tozu alıb şərqə tərəf yola düşdü. M.Süleymanov. silindr [yun. kylindros – diyirlədirəm]\n1. riyaz. Qapalı silindrik səth və onu qət edən iki paralel müstəvidən düzələn həndəsi cisim.\n2. tex. Bu cisim şəklində qurğu və ya maşın hissəsi. Mühərrikin silindri. Porşenin silindri.\n3. Təpəsi hündür, kənarları (dövrəsi) bərk şlyapa. Şoster, başına dövrəsi geniş qara atlaz silindr qoymuşdu. P.Makulu. silindrik sif. [yun.] Silindr kimi, silindrə oxşayan, silindr şəkilli. Silindrik forma. Silindrik boru. – Hazırda ayrı-ayrı yataqlardan neft çıxarmaq üçün yer üzərindən müxtəlif mexaniki vasitələrlə silindrik neft quyuları qazıyırlar. M.Məmmədli. silindrli sif. Başına silindr (3-cü mənada) qoymuş, başında silindr olan. Bu küçənin .. başı sarıqlı axundları ilə başı silindrli ziyalıları .. bir müqəddərat daşıyırdılar. S.Hüseyn. silindrşəkilli bax. silindrik. silinmə “Silinmək”dən f.is. silinmək məch.\n1. Yuyularaq, sürtülərək və ya silinərək təmizlənmək. Stollar, pəncərələr silinmişdir. – Kitab şkafının şüşələri tərtəmiz silinmişdi. Mir Cəlal.\n2. Pozulmaq, görünməz olmaq, silinib getmək, silinib yox olmaq. Divarın naxışları silinib. Abidənin yazıları silinmişdir. – Bunlardan aşağı bir pəhləvan çəkilib, boğuşan şirlərə tamaşa edirdi. Yağmurdan şirlərin birinin quyruğu silinib yox olmuşdu. Çəmənzəminli.\n3. qayıd. Öz bədənini, əlini-üzünü və s.-ni silmək; qurulanmaq. Xidmətçi əlində aftafaləyən içəri girdi. Mərsiyəxan əllərini yuyub silindi. Çəmənzəminli. Bədən yaş dəsmalla yuxarıdan aşağıya doğru silinməlidir. “Səhər gimnastikası”.\n4. məc. Unudulmaq, yaddan çıxarılmaq; yox olmaq, silinib getmək, izi qalmamaq. [İskəndər:] Ad-sanım dünyada bilinsin gərək! Fatehlər tarixdən silinsin gərək! A.Şaiq. Eşqin ürək yaxan hicranı da var; Fəqət casus kimi gəzən qanunlar; Tarixdən silinib getdiyi zaman; Azad bir eşq ilə güləcək insan. S.Vurğun. Yenə də Lətifə Tahirin təsəvvüründən silinib getmirdi. M.Hüseyn.\n5. məc. Çəkilmək, görünməz olmaq, yox olmaq. Hər iki qızı daha da məlahətli göstərən xəfif təbəssümlər heç birinin üzündən silinmirdi. M.Hüseyn. Rəhimlinin qıyıq gözlərindən silinməyən (f.sif.) təbəssüm qızartısı çəkilməyən, yumru, ətli, tüksüz sifətinə yaraşıq verirdi. İ.Hüseynov. silinməz sif.\n1. Silinə bilməyən, getməyən. Silinməz ləkə.\n2. məc. Yaddan çıxmaz, unudulmaz, xatirdə qalan. Silinməz iz. Silinməz xatirələr. – [Bu hadisə] .. qəlbimdə elə silinməz nəqş bağlamışdır ki, sanki .. dünən vaqe olmuşdur. S.S.Axundov. [Qəhrəman:] O gözlərdə, o dodaqlarda silinməz, ümidli və səmimi bir təbəssüm dururdu. H.Nəzərli. silisium [lat. silicium – çaxmaqdaşı] kim. Süxurların çoxunun tərkibində olan kimyəvi element. silist [rus. “sledstvie” sözündən] dan. İstintaq, dindirmə, sorğu-sual. [Hacı Qara:] Onların qılınc-tüfəngi o qədər məni qorxutmur ki, silisti, apar-gətiri canıma vəlvələ salır. M.F.Axundzadə. Tahirzadə cibindəki son manatı Məşədi İsmayıla verib silistdən qurtarmış kimi sevincək və cəld məscid həyətindən çıxdı. Mir Cəlal. • Silist etmək – dindirmək, istintaq etmək, sorğu-sual etmək, sorğu-suala çəkmək. ..Təəccüb budur ki, hamı silist edənə deyib ki, ..bəy tək olub, onun yoldaşı olmayıb. N.Vəzirov. [Hacı Murad:] İndi durub mənnən silist edəcəkdir. S.S.Axundov. silistçi is. [rus. “sledovatelğ” sözündən] dan. İstintaq aparan vəzifəli şəxs; müstəntiq. 1920-ci ilin noyabr ayında qəza milis idarəsindən Naxçıvan xalq silistçisinə .. bir təliqə gəlmişdi. E.Sultanov. Çayxananın pilləkənini çıxan Meşinov dönüb Əlyara dedi: – Sən öl, yoldaş silistçi, telefonçu gülünü vurdu. S.Rəhimov. silk is. [ər.]\n1. Feodalizm dövründəki sinfi münasibətlər əsasında meydana gələrək, varislik hüquq və vəzifələri qanunən möhkəmlənmiş ictimai qrup, təbəqə. İmtiyazlı silklər.\n2. Ümumiyyətlə, ictimai qrup, təbəqə, zümrə. Çünki Kərbəlayı Səlim bir mömin .. adam idi. İstədi ki, oğlu molla olub üləma silkinə daxil olsun. M.F.Axundzadə. ..Gündə min dəfə Allaha şükür və səna eləyirəm ki, ana dillərini bilməyən və iş görməyən müsəlman müəllimlərinin silkindən çıxıb alim, qabil və çalışan qlasnilərə yoldaş oldum. “Mol. Nəsr.” [Qocanın] ..qiyafəsindən hansı silkə mənsub olduğu belə sezilmirdi. Çəmənzəminli. silkələmə “Silkələmək”dən f.is. “TU”-da adi təyyarələrdə olduğundan daha sərbəst hərəkət etmək mümkündür. Burada kəskin silkələmə yoxdur. M.İbrahimov. silkələmək f.\n1. Təkan verərək, dartaraq bu tərəfdən-o tərəfə bərk tərpətmək, yerindən oynatmaq, sarsıtmaq. Gənc sərt əlilə Bayramı silkələdi. M.Hüseyn. Arvad [Aydının] üstünə atılıb bərk silkələdi. H.Seyidbəyli. // Meyvələri salmaq üçün ağacı bərk tərpətmək, əsdirmək. Tut ağacını silkələmək. // Bir şeyin üstündəki tozu, zibili və s.-ni təmizləmək üçün çırpmaq, bərk əsdirmək, silkib təmizləmək. Süfrəni silkələmək. Xalçanı silkələmək. – Pinəçi bir də Gülnaza baxıb fikrə getdi. Ayağa durub çirkli döşlüyünü silkələdi və: – Dalımca gəlin, – deyib, dükanın arxasına keçdi. M.İbrahimov. [Bəy] çubuğun külünü silkələyərək dik-dik rəncbərin üzünə baxırdı. Mir Cəlal.\n2. Atıb-tutmaq, yırğalamaq. Araba bizi yaman silkələdi. – Bir dəfə maşın nəyin isə üzərindən tullanaraq bizi bərk silkələdikdə dodaqlarım [leytenantın] kürəyinə toxundu. İ.Əfəndiyev.\n3. Oynatmaq, o tərəf-bu tərəfə əsdirmək, tərpətmək. Seyid Səməd başını bir silkələdi: – Bilirsənmi, dadaş! Burada başqa bir sirr yoxdur. Ə.Haqverdiyev. Boz at qəşəng başını silkələyib səkdi. Ə.Əbülhəsən. silkələnmə “Silkələnmək”dən f.is. silkələnmək 1. “Silkələnmək”dən məch.\n2. qayıd. Atılıb-düşmək, yırğalanmaq, o tərəf-bu tərəfə tərpənmək. Maşının üstündə bir qız dayanmışdı, hey o yan-bu yana silkələnirdi. M.İbrahimov. Arabanın təkəri yolun çuxur yerinə düşdükdə araba bərk silkələndi. Ə.Vəliyev. Maşında adam az olduğundan .. silkələnir(di). Ə.Əbülhəsən. silkəmə “Silkəmək”dən f.is. silkəmək f. Çırpmaq, silkələmək. Kankan Qeybəli ayağa qalxıb, ətəyini silkədi, öz palçıq kərpicli evinə tərəf yönəldi. S.Rəhimov. // Silkələyib, əsdirib yerə salmaq. Sizin kimi, kal meyvəni ağacdan silkəyib yerə tökmürük! A.Şaiq. silkinmə “Silkinmək”dən f.is. silkinmək 1. qayıd. Silkənərək üstündəki tozu-torpağı və s.-ni düşürmək. [Səfər kişi] divarın dalına çəkilib silkinər, ətəklərini çırpıb tez qaçardı. Mir Cəlal.\n2. Bütün bədəninin cəld hərəkəti ilə üstündəki şeydən azad olmağa çalışmaq; çırpınmaq. İslanmış qoyun, üşüyən at silkinər. (Məsəl). Sonatək silkinib gərdən çəkəndə; Bənzəyirsən quya, qaza, Müşkünaz! Aşıq Ələsgər.\n3. məc. Hərəkətə gəlmək, ayılmaq (adətən köməkçi feillərlə). Silkinib çıxmasa qadın mətbəxdən; Nə azad ana var, nə azad Vətən! S.Vurğun. Silkin, qoy dağılsın başının üstdən; Sənə gün verməyən qara buludlar. S.Rüstəm. silkmə “Silkmək”dən f.is. silkmək f.\n1. Bir şeyi, üstündəki tozu, xırda şeyləri düşürmək üçün əsdirmək, çırpmaq. Palazı silkmək. Üst-başını silkmək. – Qurban .. durdu ayağa və ətəklərinin gəcini silkib başmaqlarını geydi və yavaş-yavaş üz qoydu getməyə. C.Məmmədquluzadə. [Alo] iki əl səpdikdən sonra çuxasının ətəyini silkərək gəlib, cütün dəstəyindən yapışdı. S.Rəhimov.\n2. Silkələmək. Cənnət xanım.. başını silkib elə qışqırdı ki, üzündən pudra ələndi. Mir Cəlal. Bu zaman Natiq çiyinlərini silkib abanı minbərin üstünə saldı. P.Makulu. sill is. [ər.] köhn. Vərəm. [Ələkbər:] Hər kim bu arvadın üzünə baxsa, sill azarına düşər. N.Vəzirov. [Hacı Murad:] Malı, dövləti çox, özünün də sill azarı var. S.S.Axundov. sillabik sif. [yun. syllabikos] ədəb. Heca vəzninə əsaslanan, heca vəznində yazılmış. Sillabik şeir. sillə is. Açıq əllə, əl ayası ilə üzə vurulan zərbə. Sillə ilişdirmək. – [Məşədi İbad:] Rəhmətlik Pərizada günlərin bir günü bir sillə çəkdim ki, bir dişi sındı. Ü.Hacıbəyov. Nəzarətçi söyüş söydü və sağında dayanmış növbətçinin qırmızı yanağına əlinin tərsilə ağır bir sillə vurdu. M.Hüseyn. sillələmə “Sillələmək”dən f.is. sillələmək f. Sillə vurmaq. Gülnaz yerindən sıçrayıb durdu, mübaşir Məmmədi sillələdi. M.İbrahimov. sillələnmə “Sillələnmək”dən f.is. sillələnmək məch. Sillə vurulmaq. silmə “Silmək”dən f.is. silmək f.\n1. Dəsmal və s. ilə qurulamaq. Əl-üzünü silmək. Bədəni silmək. – [Tahir] yaylıqla Alının yanaqlarını və alnını silib təmizlədi. M.Hüseyn. Nərgiz hər tərəfdən üstünə yağan suallara cavab vermədən əvvəl qolu ilə gözünü sildi, başına yığılmış adamların üzünə baxdı. Ə.Məmmədxanlı. // Əsgi və başqa bir şeylə silib çirkini və s.-ni təmizləmək. ..Uşağın əlindəki taqalaq çörəklərin hərdən biri düşürdü yerə, arvad qaldırıb, tozunu silib verirdi uşağa. C.Məmmədquluzadə. Tüfənglərimizi silib təmizlədikdən sonra əlüzümüzü yuyub otağa keçdik. M.Rzaquluzadə.\n2. Pozmaq, üstündən xətt çəkmək, çıxarmaq. Siyahıdan silmək. Dəftərdən adını silmək. – Elə ki müəllimin adını sildilər, sədr dedi: – Adam verin, kandidat qoyaq. Mir Cəlal.\n3. məc. Unutmaq, xatirindən çıxartmaq. O ilin yay tətilini bitirərək şəhərə qayıdıb işlərimə başlayınca Ceyranı tamamilə xatirimdən sildim. S.Hüseyn. silos [isp. silo] Xırda-xırda doğranmış yem bitkilərini xüsusi yerlərdə (quyularda, xəndəklərdə və s.-də) qıcqırtma yolu ilə alınan şirəli heyvan yemi. Silos basdırmaq. Silos doğramaq. Qarğıdalı silosu. – [Gülsənəm:] [İmran] bildir o qədər silos basdırmışdı ki, indiyə də qalıb. M.Hüseyn. Quru ot, yonca, çuğundur, silos inəklərin xoşladığı yemdir. Ə.Vəliyev. silosdoğrayan is. Silos hazırlamaq üçün yem bitkilərini doğrayıb xırdalayan maşın. // Sif. mənasında. Silosdoğrayan maşın. siloslama 1. “Siloslamaq”dan f.is.\n2. Yem bitkilərinin qıcqırtma yolu ilə hazırlanması və saxlanması üsulu; silos hazırlama. Siloslama yolu ilə bir sıra yabanı otları (qamış, dəvətikanı, biyan və s.) qiymətli yemə çevirmək mümkündür. siloslamaq f. Silos etmək, silosa çevirmək, silos halına salmaq. Qarğıdalını siloslamaq. silsilə is. [ər.]\n1. Keçmişdə qadınların başlarına taxdıqları bir-birinə keçirilmiş halqalar, piləklər şəklində bəzək, zəncirə. Bir də görərdin ki, dövlətli qadın .. başına qızıl cütquqabağını bağladı. Onun üstündən cərgə gül, qızıl silsiləsini, həmailini bağladı.. H.Sarabski. // Zəncir.\n2. Bir-birinə bitişərək sıra təşkil edən şey. Dağ silsiləsi. – Silsilə dağlarından axan sellərin; Doğma bir oğluyam, doğma şairi. A.Şaiq. Silsilə dağlartək durub yan-yana; Bakının bəzəyi neft buruqları. S.Rüstəm. Bir azdan .. silsilə ilə görünən qum təpələri .. işığa qərq oldu. S.Rəhman. // Sıra dağlar. Dağ silsiləsi. – Uzanan dik qayalar, silsilələr; Qara yellər ora dörd yandan əsər. S.Vurğun. • Silsilə kimi – sıra ilə, bir-birinin yanında, zəncir kimi. Klavişlərin silsilə kimi düzülmüş bütün cərgəsinə klaviatura deyilir. Ə.Bədəlbəyli.\n3. Şəcərə, nəsil. Üçüncü otağın divarlarında İranın sair silsilədən olan padşahlarının timsalı nəqş olunmuşdu. M.F.Axundzadə. [Mehrəli bəy:] Ədil bəy, mənim silsiləmdə .. mehtər olmuş şəxs yoxdur. S.S.Axundov. Nəslimizin qırılmaz silsiləsi onun qoynunda qüvvət alıb gələcəyə yol açmışdır – o, ədəbi və yaradıcı bir anadır. Ə.Məmmədxanlı. // Zümrə, təbəqə.\n4. məc. Bir şeyin ardıcıl sırası. Xəlqilik böyük sənətkarın [C.Məmmədquluzadənin] xüsusən əsərlərinin surətlər silsiləsinə öz damğasını basmış, qabarıq və parlaq çıxmasına kömək etmişdir. M.İbrahimov. İndi o, fikir silsiləsinin qırıldığını görürdü. Ə.Əbülhəsən. // Seriya. Tənqidçinin jurnalda dərc etdirdiyi silsilə məqalələri. silsiləcünban is. [ər. silsilə və fars. cünban] zar., köhn. Bir məclisi idarə edən, bir dəstənin irəlidə gedəni; başçı. [Naşadın atası] ..məhərrəmlikdə məhəllə məscidində “silsiləcünban” olmuşdu. Ə.Hüseyn. Əhvalat vaqe olur məsciddə, camaat oturub sinələri açıq, .. silsiləcünban hacılara çay verir. M.Əliyev. silsiləli sif. Silsilə şəklində, silsiləyəoxşar, zəncirvari. silsiləvi sif. [ər.] Arasıkəsilmədən davam edən, fasiləsiz, arasıkəsilməz. Silsiləvi reflekslər. sil-süpür is. Bir yeri silib-süpürüb təmizləmə; yığışdırma. Evin sil-süpürü qurtardı. • Sil-süpür eləmək – yığıb-yığışdırmaq, qaydaya salmaq, təmizləmək. Həyəti sil-süpür eləmək. siluet [fr. silhouette] Kölgə; kölgə kimi görünən hər hansı bir şey; uzaqda, qaranlıqda, dumanda görünən şeyin çevrələri. Onlar sakit və oğrun addımlarla asta-asta yeriyib, qabaqda siluet kimi görünən ağ evin yanından sola döndülər. M.Hüseyn. silvi is. Silvilər fəsiləsindən quş cinsi. sim I. is.\n1. Simli musiqi alətlərinə çəkilən və tərpəndikdə səs verən elastiki tel (metaldan, bağırsaqdan və s.-dən). Tara sim çəkmək. Ağ sim. Kök sim. – Səba oturdu, kamançanın simlərini düzəltməyə başladı. M.S.Ordubadi. Tarçı tarını kökləyir, kamançaçı simləri düzəldir, nəğmə-ney səsi göy qayalardan əkssəda verirdi. S.Rəhimov.\n2. tex. Məftil, tel. Telefon simləri kəsilmişdi. M.S.Ordubadi. Mürsəlin göstərişilə parkın dörd tərəfinə elektrik simləri çəkilmiş və əlvan lampalar düzülmüşdü. Ə.Sadıq.\n\nII. is. [fars.] Yaranın iltihablanması nəticəsində mikrobların qana keçməsi. • Sim eləmək – bax. simləmək2. İndi Kərbəlayının başı sim eləyib, yatır və hərdən şişmiş gözlərini açıb arvada deyir.. Çəmənzəminli. Yara işləyib sim eləmiş, iki ay [sarıqlı mollanı] ibadətdən qoymuşdu. Mir Cəlal. sima is. [ər.]\n1. Üz, sifət, bəniz. Gözəl sima. Solğun sima. Uşağın siması. – Aşıq oldum simasına, boyuna; Hayıf ki, kamalda dərin görmədim. Aşıq Ələsgər. [Kərim babanın] hərəkətindən və simasından gəncliyində çox igid və qoçaq olduğu anlaşılırdı. A.Şaiq. • Mənəvi sima – bir şəxsin daxili aləmi, daxili keyfiyyətlərinin məcmusu. // Surət, sifət. [Qazı Xudayar bəyə:] Rəfiqim, mən şəxsin simasından bilirəm ki, bu nə tövr adamdı. C.Məmmədquluzadə. Bəli, çox fitnələr baş verər, inan; Mələk simasına girəndə iblis. M.Rahim.\n2. məc. Xarici görünüş, bir şeyi səciyyələndirən əlamətlərin məcmusu. Bakının siması gündən-günə dəyişir. – Biz kəndlərimizin simasının bu cür kökündən dəyişilməsinə sevinirik. Ə.Sadıq.\n3. Sənətkarın öz əsərində yaratdığı tip.\n4. Şəxsiyyət, şəxs. Öz musiqi və sənəti ilə, özünün dilrüba səsilə minlərin şadlığına səbəb olan bu tarixi sima ömründə kədərdən başqa bir mükafat qazana bilmədi. M.S.Ordubadi. Cəlil Məmmədquluzadə Azərbaycan klassik yazıçıları içərisində görkəmli və böyük simalardan biridir. M.İbrahimov. simasız sif. Siması olmayan, şəxsiyyəti olmayan, özünə məxsus sifətləri olmayan, fərdi xasiyyətləri olmayan, şəxsiyyətsiz. Nə zaman dünyadan silinəcəkdir; Simasız adamlar, yaltaq adamlar. M.Rahim. simasızlaşdırma “Simasızlaşdırmaq”dan f.is. simasızlaşdırmaq f.\n1. Simasını, fərdi xüsusiyyətlərini, şəxsiyyətini itirməsinə səbəb olmaq. Həyat Yarməmmədi əzib qorxuzmuş, simasızlaşdırmışdı. M.İbrahimov.\n2. məc. Məsuliyyətsizlik yaratmaq, iş üçün şəxsi məsuliyyət olmadığı bir şərait yaratmaq. Rəhbərliyi simasızlaşdırmaq. simasızlaşma “Simasızlaşmaq”dan f.is. simasızlaşmaq f. Simasını itirmək, özünə məxsus keyfiyyətlərini, xüsusiyyətlərini itirmək; şəxsiyyətsizləşmək. simasızlıq is.\n1. Siması olmama; fərdi xüsusiyyətlərdən, keyfiyyətlərdən məhrumluq; şəxsiyyətsizlik. Simasızlıq, yüz il ömür sürsən də sən; Alqış səsi eşitməzsən bircə kərə. S.Vurğun. Simasızlıq [Yarməmmədin] qalxanı idi. M.İbrahimov.\n2. məc. Tapşırılan iş, mexanizm, alət və s. üçün adamların şəxsən məsuliyyət daşımamasına imkan yaradan hal, iş şəraiti. İşdə simasızlıqla mübarizə. Simasızlığı aradan qaldırmaq. simfonik [yun. symphonos – ahəngdar] sif. mus.\n1. Simfoniya musiqi forması ilə bağlı olan. Mövzunun simfonik işlənməsi. Simfonik muğam.\n2. Nəfəsli, zərbli, simli ansamblın ifası üçün yazılmış; bu cür ifa ilə bağlı olan. Simfonik musiqi. Simfonik etüdlər. Simfonik konsert. – İndi bizim dünyada şöhrət qazanmış simfonik əsərlərimiz, romanslarımız, mahnılarımız vardır. İ.Əfəndiyev. ‣ Simfonik orkestr – üç qrup simli, zərbli və nəfəsli musiqi alətini birləşdirən musiqi ansamblı. Lakin bunun dalınca simfonik orkestr orta səviyyəli bir süita çalanda [Yavər] başını buladı. M.İbrahimov. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə bu orkestr “Arşın mal alan” musiqili komediyasında simfonik orkestri əvəz etdi. Ə.Bədəlbəyli. simfonist [yun.] Simfonik əsərlər yaradan bəstəkar, simfoniya müəllifi. simfoniya [yun. symphonia – ahəngdar] Orkestr üçün yazılmış bir-birindən sürət və ahənginə görə fərqlənən, adətən 3-4 hissəli böyük musiqi əsəri. Bu gün çaldığı əsər [Səlbinin] “Azad insan” simfoniyası idi. M.Hüseyn. Bax! Hər yandan səs gəlir; Simfoniyalar yüksəlir. M.Dilbazi. // məc. Çoxlu müxtəlif səslərin, rənglərin, tonların ahəngi, ahəngdar birliyi. Sanki simfoniyadır bu gözəl ahəng; Neçə sim üstündə o qurulmuşdur. S.Vurğun. ..[Ağbulaq meşələrinə] toplanıb gələn saysızhesabsız bülbüllərin ahəngdar nəğmələri bir simfoniyanı təşkil edirdi. S.Rəhimov. simfonizm [yun.] Simfoniya sənətkarlığı, simfoniya üslubu. ..“Yeddi gözəl” baletinin musiqisi simfonizm əzəmətinin yaratdığı vüsətə malik və emosional cəhətcə dolğun məzmunlu böyük bir ilham məhsuludur. Ə.Bədəlbəyli. simic sif. Xəsis, bərk. Simic adam. Simic (z.) olmaq. simicləşmə “Simicləşmək”dən f.is. simicləşmək f. Simic olmaq, xəsis olmaq. simiclik is. Xəsislik. [Faytonçu:] Sənin pulunun sayı-hesabı yoxdur; belə simiclik nəyə lazımdır? Ə.Haqverdiyev. [Rüstəm:] Qoy dost-aşna da deməsin ki, Rüstəm kişi simiclik elədi, malına qıymadı. M.İbrahimov. simin sif. [fars.] köhn.\n1. Gümüşdən qayrılmış, düzəldilmiş.\n2. Gümüşü. simləmə I. “Simləmək1”dən f.is.\n\nII. “Simləmək2”dən f.is. simləmək I. f. Sim çəkmək (musiqi alətinə). Tarı, kamançanı simləmək.\n\nII. f. Yaranın iltihabı nəticəsində qana keçmək (mikrob). [Allahqulu:] Güllə içəridə qalıb simləyər. Ə.Əbülhəsən. simli sif. Simi olan, sim salınmış. Simli saz. Simli tar. – Tar, məlum olduğu kimi, Əsədoğlu Mirzə Sadıqadək yalnız beş simli bir musiqi aləti idi. Ə.Bədəlbəyli. // Simlərlə çalınan, simlərlə səsləndirilən. Simli çalğı alətləri. Simli orkestr. simmental is. [fr.] İribuynuzlu malqara cinsi. simmetrik sif. [yun.] Simmetriyası olan, simmetriya qanununa görə qurulmuş; mütənasib. Simmetrik planlaşdırma. Şəkilləri divardan simmetrik (z.) asmaq. Şeylərin simmetrik düzülüşü. – Xalının üstündə simmetrik düzülmüş altı yumşaq kreslo vardı. M.İbrahimov. simmetriklik is. Simmetrik şeyin halı; bir şeydə simmetriya olması; mütənasiblik. simmetriya is. [yun. symmetria] Bütöv bir şeyin hissələrinin mərkəzə, ortaya görə uyğun, mütənasib düzülüşü, yerləşməsi; düzülüşcə uyğunluq, mütənasiblik. Həndəsi cisimlərin simmetriyası. İnsan bədəni hissələrinin simmetriyası. simpatiya [yun. sympatheia – rəğbət] Bir adama və ya bir şeyə qarşı rəğbət, meyil, cazibə. simpleks is. [lat.] Kombinator topologiyanın əsas anlayışlarından biri. simpozium [lat. simposium, əsli yun. kef məclisi] Hər hansı bir xüsusi elmi məsələyə dair bəzi, o cümlədən beynəlxalq müşavirələrin adı. Tarix məsələlərinə həsr olunmuş simpozium. Astronavtika üzrə beynəlxalq simpozium. simptom is. [yun.] Hər hansı bir şeyin, hadisənin əlamətləri. simsar sif. [fars.]\n1. Yaxın, daha yaxın.\n2. Gümüş rəngli, gümüşü. simurq is. [fars.] Qədim İran əsatirində guya Qaf (Elbrus) dağında yaşayan böyük bir quş. Qaf dağıdır bura, quşlar soltanı; Ancaq simurqlar qonan qayanı; Kim çulğayır qalın qara dumanlar. A.Səhhət. Hər cahangir bir dəfə dırmandı Qaf dağına; Bir çoxları qurşandı simurqun sorağına. Ə.Cavad. simvol [yun. symbolon] Hər hansı bir anlayışın, ideyanın şərti əlamətini ifadə edən işarə; rəmz. Göyərçin sülh simvoludur. Gənclik cəsarət simvoludur. – Gözəl Əlhəmra sarayları, həqiqət və mərdlik simvolu olan Madrid tar-mar edilirkən .. bəşəriyyət Münhen oyununun şahidi oldu. M.İbrahimov. Sevil Gülüşün köməyilə əsarətin simvolu olan çadranı Balaşın üzünə çırpıb evdən çıxır. M.Arif. // ədəb. Hər hansı fikri, duyğunu, hissiyyatı ifadə edən bədii obraz. Sevgi simvolu. Xalq qüdrətinin simvolu. Qəhrəmanlıq simvolu. // xüs. Hər hansı bir elmdə qəbul olunmuş kəmiyyətin şərti işarəsi, rəmzi. Kimyəvi elementlərin simvolu. Kristalloqrafiya simvolları. simvolik sif. [yun.] Simvoldan ibarət olan, bir şeyin rəmzi olan, hər hansı bir şeyi simvollarla ifadə edən; rəmzi. Simvolik təsvir. Simvolik rəsm. simvolika [fr. symbolon-dan]\n1. Fikirləri, məfhum və ya hissləri şərti işarələr (simvollar) vasitəsilə ifadə etmə.\n2. top. Simvollar; hər hansı simvolların məcmusu. simvolist [yun.] Simvolizm tərəfdarı. simvolizm [fr. symbolisme, əsli yun.] XIX əsrin axırlarında və XX əsrin əvvəllərində incəsənət və ədəbiyyatda burjuazadəgan əhvali-ruhiyyəsini ifadə edən cərəyan (simvolizm tərəfdarları öz fikirlərini eyhamlarla, kinayə və işarələrlə ifadə edir, siyasətə qarışmamağı və “sənət sənət üçündür” şüarını təbliğ edirdilər). sin [ər.] Ərəb əlifbasında ( ) hərfinin adı. sinaqoq is. [yun.]\n1. Yəhudi məbədi.\n2. Yəhudilərin ibadət etdikləri yer. sinc [fars.] İki metallik (mis) diskdən ibarət olub, bir-birinə vurduqda spesifik səs çıxaran musiqi aləti. [Xortdan:] Qədim zamanda gün çıxanda onu şeypur, təbil və sinc ilə istiqbal edirdilər. Ə.Haqverdiyev. [Harun:] Çalınsın təbil, sinc, qoşun rəqs etsin. Ü.Hacıbəyov. Sinclərin amansız cingiltisi, təbillərin müdhiş gumbultusu göyə yüksəlir. Ə.Məmmədxanlı. sincab is. [fars.] zool. Ağaclarda yaşayan və açıq-kül rəngində qiymətli xəzi olan gəmirici kiçik heyvan. // Bu heyvanın dərisindən tikilmiş kürk. sincçi is. Sinc çalan. sindikalist [yun.] Sindikalizm tərəfdarı. sindikalizm [fr. syndicalisme] XIX əsrin sonu – XX əsrin əvvəllərində fəhlə hərəkatında ortaya çıxmış xırda burjua cərəyanı; bu cərəyan tərəfdarları proletariatın sinfi mübarizəsini və proletar dövlətin yaradılması zəruriyyətini inkar edirdilər. sindikat [fr. syndicat]\n1. Kapitalist ölkələrində: satış bazarlarına hakim olmaq və ifrat qazanc götürmək üçün sahibkarların inhisarçı birləşmə formalarından biri.\n2. Fransada və bəzi burjua ölkələrində həmkarlar ittifaqlarının adı. sindikatlaşdırma “Sindikatlaşdırmaq”dan f.is. sindikatlaşdırmaq f. Sindikatlar şəklində birləşdirmək. Mədən və metallurgiya sənayesini sindikatlaşdırmaq. sindirmək f. məh.\n1. Əymək.\n2. Kiməsə, nəyəsə əyilməyə, tanınmağa məcbur etmək. sindrom is. [yun.] Hər hansı xəstəliyin səciyyəvi əlamətləri. sinekdoxa is. [yun.] Əks mənalı sözlər işlətməkdən ibarət olan stilistik üsul. sinel is. [fr.] Qotaz, saçaq qayırmaq üçün məxmər qaytan. sinə is. [fars.]\n1. Döş, köks. [Müəllim] Tellinin nəfəs aldıqca qalxıb-enən sinəsinə baxırdı. S.Hüseyn. Qız başını sinəsinə endirdi. M.Hüseyn. // Bədənin, ciyərlərin və ürəyin yerləşdiyi həmin nahiyəsi; döş qəfəsi.\n2. Yamac. Dağların sinəsindən axıb gələn bulaqlar və xırda çaylar isə birləşərək daha güclü və iri çaylara çevrilir. M.İbrahimov. Budur, dikbaşlı dağlar; Sinəsi daşlı dağlar; Yerli-dibli sökülür. M.Müşfiq.\n3. məc. Ürək, qəlb mənasında. Sinəm yanır. Sinəsində məhəbbəti olmaq. – Aləm bilir, çoxdur sinəmdə dərdim; Doqquz ay qoynumda oğul bəslədim. “Aşıq Qərib”. Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm; Fəda olum sənə, gəl eylə imtahan, ölürəm. X.Natəvan.\n4. Sinəsindən şəklində – özündən. Bundan sonra görüm kim cürət edib dilinə gətirə biləcək ki, belə iş yoxdur, bu əhvalatı dərviş öz sinəsindən icad edib. N.Vəzirov. ‣ Sinə gərmək – özünü qorxmadan qabağa verərək, mərdcəsinə qorumaq, müqavimət göstərmək; köks gərmək. O hər cövrə, cəfaya sinə gərdi, dayandı; Yanmadı tək həyatda, öləndə də o yandı! B.Vahabzadə. Sinə vermək – bax. sinə gərmək. Sinə vurmaq – məhərrəm ayında yas əlaməti olaraq əlləri ilə öz sinələrinə vurma mərasimi. [Uşaqlar] sıra ilə oturub, avaz ilə .. mərsiyə deyər, sinə vurardılar. H.Sarabski. [Fərəc:] Mən danışdıqca, ərz olsun, gərək siz də ağlayasınız və sinə vurasınız. Qantəmir. Sinəsinə dağ çəkmək – bax. ürəyinə dağ çəkmək (“ürək”də). [Əbdül:] [Saranın] ölümü mənim sinəmə dağ çəkdi. C.Cabbarlı. Rübabə bu rəftarı ilə Gəldiyevin sinəsinə sanki bir dağ çəkdi. Mir Cəlal. Mən tez endim atımdan, əyildim ona sarı; Sinəmə dağ çəkirdi həzin pıçıltıları. B.Vahabzadə. Sinəsinə sərin su səpmək – bax. ürəyinə buzlu su səpmək (“ürək”də). Nisə xalanın sinəsinə sərin su səpdilər. Mir Cəlal. Sinəsinə yatmaq (düşmək) – bax. ürəyinə yatmaq (“ürək”də). Dəmirin hərəkətləri, hazırcavablığı Sevdim kişinin sinəsinə yatırdı. Ə.Vəliyev. Sinəsini qabağa (irəli) vermək (sipər etmək) – bax. sinə gərmək. [Rüstəm Qızyetərə:] Nə deyəcəksən, həm manqabaşçısısan, həm də fəal, sinəni ver qabağa, katibi oturt yerində. M.İbrahimov. Cəngavərlər sinələrini sipər edib, ağ gün uğrunda ölümdirim döyüşlərinə atılırlar. S.Rəhimov. sinəbənd is. [fars.]\n1. Zinət üçün qadınların döşlərinə taxdıqları qızıl və ya gümüş bəzək, sancaq və s.\n2. Yəhəri saxlamaq üçün atın boynundan döşünə doğru çəkilən qayış. Ağ at gəlir enişdən; Sinəbəndi gümüşdən; Bizə də qismət olsun; Heybədəki yemişdən. (Bayatı). sinəbəndli sif. Sinəbənd taxmış. Sinəbəndli qız. sinədəftər sif. və is. [fars. sinə və ər. dəftər] Yaddaşı, hafizəsi möhkəm olan; çox bilən, ürəyində çox sözü olan, hazırcavab. [Mürsəl:] Dədə, deyirlər Turaclıda sinədəftər kişilər olub. Ə.Vəliyev. [Aşıq Valehin] gəncliyi gözəllərin həsrəti ilə yanmış, sinədəftəri qapanmış, səsindəki şux təranələr susmuşdu. Ə.Məmmədxanlı. // Hafizə, yaddaş. Çox şairlərin əşarı [Mirzə Səfərin] sinədəftərində səbt olunmuşdu. Şeirlər oxuyardı və oxuyandan sonra da onları əyri-üyrü rus dilinə tərcümə edərdi. Ə.Haqverdiyev. sinədən bax. döşdən. Sinədən demək, oxumaq. – O gündən camaatın içində yayıldı ki, Ələsgərə vergi verilib; sazı götürüb sinədən deyir. “Aşıq Ələsgər”. sinədolusu 1. zərf Dərindən, köks dolusu. [Tahirzadə] sərbəst sinədolusu nəfəs alaraq yoluna davam etdi. Mir Cəlal. Aydın .. sinədolusu rahat nəfəs aldı. H.Seyidbəyli.\n2. bax. ürəkdolusu. Belə gündə adamlar könüldolusu məhəbbət, sinədolusu iftixar hissi ilə bayram təntənəsinə gəlirlər. R.Rza. sinəgir [fars.] bax. astma. sinək is. Milçək, çibin. ‣ Sinək vızıltısı qədər – əsla, qətiyyən, zərrə qədər. Bu sözün Kərim babaya bir sinək vızıltısı qədər təsiri olmadı. A.Şaiq. sinəkqapan is. zool. Milçəkyeyən quş. sinfi sif. Müəyyən bir sinfə, onun ideologiyasına xas olan, bu və ya başqa sinfin mənafeyindən irəli gələn, doğan. Sinfi mübarizə. Sinfi ziddiyyətlər. Sinfi baxımdan. sinxron sif. [yun.]\n1. xüs. Sinxronizmi ilə fərqlənən; eyni zamanda, bir vaxtda olan, baş verən. Motorun sinxron fırlanması. Kinokadrların sinxron çəkilməsi (eyni zamanda şəkil çəkilməklə bərabər səsin yazılması). Sinxron tərcümə (danışanın sözlərini, o danışdıqca eyni zamanda tərcümə etmə).\n2. tex. Sinxronizm prinsipi tətbiqinə əsaslanan. Sinxron mühərrik. Sinxron motorlar. Sinxron kino çəkilişi. sinxronik sif. [yun.] Eyni zamanda, bir vaxtda olmasını göstərən, ifadə edən; eyni zamanda, bir vaxtda olan, davam edən, baş verən. sinxroniya [yun.]\n1. bax. sinxronizm.\n2. dilç. Hər hansı tarixi bir dövrdə bu və ya başqa dil elementlərinin eyni zamanda mövcud və bir-birindən asılı olması. sinxronizm [yun. synehronismos] kit. İki və ya bir neçə hadisənin və ya prosesin eynilə bir vaxtda, eyni zamanda olması. sinxronluq is. bax. sinxronizm. sini is. Misdən, bürüncdən və s.-dən qayrılmış böyük, dəyirmi, dayaz qab. Çörəyi siniyə qoymaq. Siniyə plov çəkmək. Şamları sininin ətrafına düzmək. – [Kərbəlayı Cəfər] ..naəlac qalıb getdi, süfrəni açdı ortalığa, bir az quru çörək doğradı siniyə.. C.Məmmədquluzadə. Hənifə qazanı içəri gətirib yerə qoydu, ətəyilə sininin üstünə tökülmüş külü sildi. İ.Hüseynov. sinif is. [ər.]\n1. Elmi və digər təsnifatda: a) biol. bitki və heyvanların təsnifatında böyük bölmələrdən (şöbələrdən) biri. Sudaquruda yaşayanlar sinfi. Məməlilər sinfi. İkiləpəli bitkilər sinfi. – Zooloji təsnifata görə bal və ya ev arısı buğumayaqlılar tipinin cücülər sinfindən, pərdəqanadlılar dəstəsinə daxil olan arılar fəsiləsinin bal verən arılar cinsindəndir. R.İbrahimov; b) mənt. müəyyən keyfiyyətə, xüsusiyyətə malik olan eynicinsli şeylərin məcmusu.\n2. Dərəcə, bölgü. // Gəmilərin, vaqonların, paroxodların və s.-nin quruluş tipindən və təchizatından asılı olaraq bölgü dərəcəsi.\n3. İctimai təbəqə, zümrə. Çexov müxtəsər və qısaca hekayələrdə rus millətinin hər bir sinfinə dair əhvalat yazıb. F.Köçərli. İki şey lazım olur: ya gərək sən elə bir zat olasan ki, bu söz sənə deyilsin, ya budur ki, sən haman sözü deyən sinifdən olasan. Qantəmir. Mən əzilən bir sinfin hayqıran; Haqq bağıran sədasından yarandım. M.Müşfiq.\n4. İbtidai və orta məktəb şagirdlərinin, oxuduqları dərs ilinə uyğun olaraq bölgüsü. İkinci sinif şagirdi. – Mirzə Səfərin iki oğlu ədliyyə məktəbinin beşinci sinfində oxuyurdular. Ə.Haqverdiyev. Aşağı siniflərdə birinci dərslərim pis keçmədi. A.Şaiq. // Musiqi və rəssamlıq məktəblərində müəyyən müəllimin rəhbərliyi altında məşğələ və ya müəyyən fənn keçən şagirdlər qrupu. Royal sinfi. Heykəltəraşlıq sinfi. // Məktəbdə dərs keçilən otaq. Sinif qapıları açılır birdən; Çıxır həyəcanla bir-bir uşaqlar. N.Rəfibəyli. Bir canlanma, bir şənlik var; Geniş sinif otağında. M.Dilbazi. sinifdaş is.\n1. Eyni ictimai sinfə mənsub olanlardan hər biri, eyni sinifdən olan adam.\n2. Bir sinifdə oxuyanlardan hər biri. sinifdənkənar (=sinifdənxaric) sif. Sinif, dərs məşğələləri zamanı deyil, kənar vaxtda olan. Sinifdənxaric məşğələlər. sinifdənxaric (=sinifdənkənar) sif. Sinif, dərs məşğələləri zamanı deyil, kənar vaxtda olan. Sinifdənxaric məşğələlər. sinifli sif. Siniflərə bölünmüş, sinifləri olan (bax. sinif 3-cü mənada). Sinifli cəmiyyət. sinifsiz sif. Siniflərə bölünməmiş, siniflər olmayan (bax. sinif 3-cü mənada). Sinifsiz cəmiyyət. sinir bax. əsəb. [Solmaz:] Bütün sinirlərim kaman teli kimi inləyir. C.Cabbarlı. [Xəlil] xırda otağında bir-iki dəfə ötəyəbəriyə gedib, sinirlərini yatırmaq üçün yazı masasına oturdu. Çəmənzəminli. sinirlənmə “Sinirlənmək”dən f.is. sinirlənmək bax. əsəbiləşmək. [Reyhan:] Möhsün, sakit ol, axır həkim sənə deyib ki, sinirlənmək olmaz. Çəmənzəminli. [Knyaz:] Heç sinirlənmə, yoruldun, enəlim; Musiqi dinləyərək əylənəlim. H.Cavid. sinirli bax. əsəbi. [Dilbər:] ..Belə sinirli bir halda [Balaşa] danışa bilmərəm. C.Cabbarlı. [Murad] ..hissiyyatına məğlub olan, zəif sinirli bir adam da deyildi. S.Hüseyn. sink [alm.] kim. Göyümtül-ağ rəngli döyülə bilən metal – kimyəvi element. // Sinkdən qayrılmış, sinkdən hazırlanmış. Sink vedrə. Sink əlüzyuyan. sinkləmə “Sinkləmək”dən f.is. sinkləmək f. Polad və çuqun məmulatı korroziyadan qorumaq üçün üzərinə sink çəkmək. sinklənmiş f.sif. Sink sürtülmüş, sinklə örtülmüş, üzərinə sink çəkilmiş. Sinklənmiş dəmir. Sinklənmiş vedrə. – Sinkdən olan və yaxud üzü sinklənmiş qablarda süd, qatıq, şorba və bu kimi turşulu və duzlu şeylər saxlamaq olmaz. A.Quliyev. sinkoqraf [alm. Zink və yun. grapho] Sinkoqrafiya mütəxəssisi. sinkoqrafiya [alm. və yun. graphio]\n1. Mətbəə çapı üçün sink klişe hazırlama üsulu.\n2. Bu cür klişelər hazırlayan müəssisə. sinqb [rus.] tib. Qidada vitaminlərin çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik. sinqalı sif. Sinqa xəstəliyi olan. sinli sif. Yaşlı, yaşa dolmuş, ahıl, qocalmış. Sinli qadın. Sinli kişi. sinmə “Sinmək”dən f.is. sinmək f.\n1. Gözə daha az çarpmaq üçün aşağı oturmaq, əyilmək, gizlənmək, çuxura yatmaq; qorxub büzülmək. Kərbəlayı Tapdıq bəllədiyi tağların dibinə sindi. Mir Cəlal. Tank Aslanın yerə sindiyi çökək üzərinə sıçradı. Ə.Məmmədxanlı. Bu quşlar çox vaxt tək-tək, bəzən cüt-cüt gəzər və bir təhlükə hiss etdikdə sinib gizlənər. M.Rzaquluzadə.\n2. Çökmək. Yeni gülümsəməkdə olan baharın həyatverici munis günəşi dağların arxasında gizləndiyindən ətrafa həzin bir axşam qaranlığı sinməkdə idi. İ.Hüseynov.\n3. Tutub əyilmək. Kərəm yəhərin qaşına sinmişdi. M.Hüseyn. Baxış bəy hirslə ata biriki şallaq vurub, onun yalına sindi. Ə.Abasov.\n4. məc. Cəsarəti qırılaraq səsini kəsmək, qorxmaq, çəkinmək. Xudayar bəy bir az sinib çəkildi kənara. C.Məmmədquluzadə.\n5. Tərkiblərdə: ürəyinə (canına və s.) sinmək – ürəyinə yatmaq, xoşuna gəlmək, ürəyincə olmaq. [Heybət Salmana:] Kökəlməyin də şərti var. Əgər istəyirsən yediyin canına sinsin, gərək mayana haram qatmayasan. M.Hüseyn. sinn is. [ər.] Yaş. Xudayar bəyin ancaq otuz yeddi-otuz səkkiz sinni olar, artıq olmaz, bəlkə, əskik ola. C.Məmmədquluzadə. Gülsüm xalanın sinni əlli beşə yaxınlaşırdı. Ə.Haqverdiyev. [Ağalarov Dilaraya:] Mənim sinnim altmışı keçmişdir, qızım! Ə.Məmmədxanlı. sinod is. [yun.] Pravoslav və protestant kilsələrində yüksək rütbəli ruhanilər məclisi. sinologiya [lat. Sina – Çin və yun. loqos – anlayış, elm] bax. çinşünaslıq. sinoloq bax. çinşünas. sinonim [yun. synonymos – eyniadlı] dilç. Mənaca başqa sözlə bir, yaxud ona çox yaxın, deyilişcə (səslənmə cəhətdən) isə müxtəlif olan söz; məs.: “ürək” və “qəlb”, “qoçaq” və “cəsur” və s. sinonimik sif. dilç. Sinonim olan, mənaca çox yaxın və ya eyni olan. Sinonimik ifadələr. sinonimika [yun.] dilç.\n1. Bir dilə məxsus sinonimlər.\n2. Leksikologiyanın sinonimlər bəhsi. sinonimiya [yun. synonymos – eyniadlılıq] bax. sinonimika 1-ci mənada. sinonimlik is. Sinonim olma, mənaca çox yaxın və ya eyni olma. Sözlərin sinonimliyi. sinoptik [yun.] Havanın proqnozunun necə olacağını qabaqcadan xəbər verən mütəxəssis – meteoroloq. sinoptika [yun. synoptikos] Hava və onun necə olacağı haqqında qabaqcadan məlumat verən elm. sinov sinov getmək dan. – bir şeyin tamarzısında, həvəsində, həsrətində olmaq. Belə şeyləri dirigözlü divanın ovcuna qoymaqdan ötrü, baxırsan ki, Göyərçin apaşkar sinov gedir. S.Rəhimov. [Tahir Səməndərə:] Ancaq qızdan nahaq əl çəkdin, görmürdün, oynamaq üçün sinov gedirdi? M.Hüseyn. [Mirzə Qərənfil:] Təqsir səndədir. Qızlar var ki, sənin üçün sinov gedirlər. Sən onları gözüyaşlı qoyub dağa-daşa əl atırsan. S.Rəhman. sinsimə “Sinsimək”dən f.is. sinsimək f. İncimək; birindən incidiyini başqasına söyləmək, şikayətlənmək, gileylənmək. sinsitmə “Sinsitmək”dən f.is. sinsitmək f. İncitmək, narahat etmək, iztirab vermək; xatirinə dəymək, narazı salmaq. Ehtiyac və aclıq qorxusu xüsusən yaşlı adamları, qocaları sinsidirdi. M.İbrahimov. Aldığın cavabdan gileylənmə sən; Qaydadır, sinsidər sevən sevəni. B.Vahabzadə. sintaksis [yun. syntaxis – tərtib] dilç.\n1. Bir dilə xas olan cümlə quruluşu və cümlədə sözlərin birləşməsi üsulu.\n2. Qrammatikanın, cümlə quruluşunu və cümlədə sözlərin birləşməsi üsullarını öyrənən bölməsi. sintaktik sif. [yun.] dilç. Sintaksisə aid olan. Cümlənin sintaktik təhlili. sintaqmatika is. [yun.]\n1. Dil tədqiqinin iki aspektdən biri.\n2. Nitq vahidlərinin birləşmə qaydaqanunlarının məcmusu. sintetik sif. [yun.]\n1. Sintez (1-ci mənada) tətbiqinə əsaslanan. Sintetik tədqiq üsulu.\n2. kim. Sintez (2-ci mənada) əsasında alınmış, sintez yolu ilə alınmış materialdan hazırlanmış; süni. Sintetik kauçuk. Sintetik lif. Sintetik yanacaq. Sintetik mallar.\n3. dilç. Cümlədə qrammatik əlaqələrin sözlərin formaları ilə ifadə olunması. Dilin sintetik quruluşu. • Sintetik dillər – elə dillərə deyilir ki, analitik dillərin əksinə olaraq, bunlarda sözlər bir neçə mənalı hissələrdən (morfemlərdən) əmələ gəlir və yalnız məlum anlayışı deyil, habelə cümlədə sözlər arasındakı qrammatik əlaqələri də ifadə edir. sintez [yun. synthesis – birləşmə]\n1. Bir şeyi və ya hadisəni küll halında, onu təşkil edən hissələri arasındakı qarşılıqlı əlaqə və vəhdəti daxilində tədqiq etmə üsulu; (analiz ziddi). Sintez elmi idrak prosesində analizlə bağlıdır. // kit. Birləşmə, ümumiləşmə, qovuşma. [Lətifə:] Bu cür əsərlər xalq sənəti ilə professional sənətin sintezindən əmələ gəlir. M.Hüseyn.\n2. kim. Bəsit maddə və ya elementləri birləşdirmə yolu ilə mürəkkəb kimyəvi birləşmələr alma. Zülali maddə sintezi. Mürəkkəb üzvi maddələr sintezi. sintezləmə “Sintezləmək”dən f.is. sintezləmək bax. sintezləşdirmək. sintezləşdirmə “Sintezləşdirmək”dən f.is. sintezləşdirmək f. kim. Sintez (2-ci mənada) yolu ilə almaq, əldə etmək. sintomisin is. tib. Antibiotik, levomisetin optik izomer qarışığı. sinus [lat. sinus – əyrilik] riyaz. Bucağın triqonometrik funksiyalarından biri. sionist Sionizm hərəkatına mənsub adam, sionizm məsləkində olan adam. sionizm [Qüds şəhəri yaxınlığındakı Sion dağının adından] XIX əsrin axırında bir sıra ölkələrin yəhudi burjuaziyası arasında meydana gəlmiş ən mürtəce burjua millətçi hərəkatı. sipər is. [fars.]\n1. Qalxan. Sipəri üzünə tutmaq. – Dövlətşin başını döndərdi və heç bir məna anlatmayan, donuxmuş gözlərini sipərə zillədi. Çəmənzəminli.\n2. Qoruyucu vasitə kimi istifadə edilən hər cür şey, qurğu və s. Yurdumuzun solu, sağı; Hər qaya bir sipər bizə. A.Şaiq. • Sipər etmək – qorunmaq üçün qabağa vermək. [Mehriban] başını sağ tərəfinə əyərək iki əlini qarşısına sipər edib qışqırmağa başladı. S.Hüseyn. // İstehkamda əsgəri düşmən mərmisindən və s.-dən qoruyan sədd, xəndək və s. // tex. Qoruyucu, pərdə. Elektrotutucunun sipəri. Qurğuşun sipər. ‣ Döşünü (köksünü, sinəsini) sipər etmək (qılmaq) – mərdcəsinə, qorxmadan müqavimət göstərmək, köks gərmək, özünü qabağa vermək, sinə gərmək. Zakirəm, sinəmi sipər bəlaya; Qılmışam, at oxun, pənah xudaya. Q.Zakir. [M.F.Axundzadə:] Mən sinəmi sizin nasəza sözlərinizə sipər eləmişəm. Ə.Haqverdiyev. sipərli sif. Sipər qoyulmuş; sipəri, qoruyucu vasitəsi olan. Sipərli qurğu. sirab sif. [fars.] klas. Doymuş (su və s. mayelərlə). • Sirab etmək (eləmək, qılmaq) – 1) klas. doydurmaq (su, şərab və s. ilə). Yarı gecələr ki çeşmeyi-xab; Gözlər çəmənin qılırdı sirab. Füzuli. Demərəm badə ilə et məni sirab, xuda; Bari, çox olmasa da, qismətimiz az olsun. S.Ə.Şirvani. Sirab eləyib ləli-ləbin Sabiri, ey şux! M.Ə.Sabir; 2) bolluca su vermək, su ilə doyuzdurmaq. Dağın sağ və sol ətəklərindən köpüklənərək sürətlə axan çay axırda iki mehriban qardaş kimi birləşib axaraq, düzlərdə yaşayan əhalinin bağlarını, əkinlərini sirab edir. Ə.Haqverdiyev. Sirab olmaq – doyunca içmək, içib doymaq. Qoymuşdum evə bir neçə şişə şərab; Yatdım ki, durub sübh olam ondan sirab. S.Ə.Şirvani. [Mirab:] Nə danışırsan ə! – deyə, Qədim dayını acıqlı-acıqlı süzdü. – Ağalığın yeri qovrulacaq, armudboğaz Qədim suya sirab olacaq?! S.Rəhimov. [Mühəndis Fərəcova:] Yuxarı Qarabağın neçə-neçə kolxozu sirab olacaq. B.Bayramov. sirat is. [ər.] klas.\n1. Yol.\n2. Dini etiqada görə cəhənnəm üzərində qurulmuş çox dar və keçilməsi çox çətin körpü; qıl körpü (guya məhşər günü adamlar bu körpünün üstündən keçməli olacaq, günahı olanlar cəhənnəmə, günahı olmayanlar isə behiştə vasil olacaqlar). Mizan, sirat, sual, qəbir əzabı; Bu işlər qabaqda var olacaqdı! Aşıq Ələsgər. sirayət is. [ər.] Yoluxma, keçmə. • Sirayət etmək – 1) yoluxmaq, keçmək. Xəstəlik sirayət etdi. Qrip sirayət edən xəstəlikdir; 2) keçmək, keçərək yayılmaq. Səs əvvəl [Zeynalın] qulaqlarında əcaib bir halda cingildəyib, cəmi bədəninə sirayət etdi... Çəmənzəminli. [Əhməd:] Durduğum yerdə ayaqlarımın xəfifcəsinə əsməsi bütün bədənimə sirayət etmişdi. T.Ş.Simurq. // Məc. mənada. [Daşdəmirin] gözlərində və sözlərində elə bir sadəlik və səmimilik vardı ki, bu, dinləyənlərə də sirayət edirdi. M.Rzaquluzadə. ..Bir anda qızın həyəcanı ovçuya da sirayət elədi, hər ikisi təpədən enib meşəyə sarı yüyürdü. Ə.Məmmədxanlı. Səməndərin gülüşü Nərgizə də sirayət elədi. B.Bayramov. sirayətedici sif.\n1. Keçici, yoluxucu, sirayət edən. [Sərdar:] Keçəllik, gözağrısı, qızdırma və başqa sirayətedici xəstəliklər xalqı qırıb qurtarır. P.Makulu.\n2. məc. Başqalarına tez keçən. Şirzad mülayim və sirayətedici baxışlarla Pərişanı süzərək sazı aldı və kökləməyə başladı. M.İbrahimov. İndi hamı Nərgizin çəngələyib dağıtdığı və anasına göstərdiyi Rəşidin krem çəkilmiş işıldayan saçlarına baxır, sirayətedici qəhqəhədən adamların gözləri yaşarırdı. Ə.Məmmədxanlı. sirdaş is. Bir-birinə ən yaxın, sadiq iki yoldaşdan, dostdan hər biri. Ataşa Qaçay kimi arxa, Qaçaya Ataş kimi sirdaş lazım idi. Ə.Vəliyev. Torpaqlara sinəsinə; Bəzən zülmət gecələrdə; Mən itirdim sirdaşımı. N.Xəzri. // Məc. mənada. Mənim bahar adlı bir sirdaşım var; Mən onu anıram, o məni anır. S.Rüstəm. Xəyal insanın ən yaxın sirdaşı, məsləhətçisidir. H.Seyidbəyli. sirena is. [fr.] Müəyyən tezlikli səs rəqslərini almaq üçün akustik şüalandırıcı. sirimsimək f. məh. Nəmləşmək, nəm çəkmək. sirişk is. [fars.] köhn.\n1. Göz yaşı. Ağlaram bülbül kimi bir gülruxin hicrində mən; Axar ol sərvin ayağinə sirişkim cu kimi. Ə.Vahid.\n2. Damla, zərrə, damcı. sirk [lat. circus – dairə]\n1. Akrobatlıq, canbazlıq, ekvilibristika, heyvanat və s. kimi tamaşaları özündə birləşdirən teatr sənəti növü. Sirkə tamaşa etmək. Sirki sevmək. – ..Elə haman gün Qarabağın qoca və cavan bəyləri “Sirk”də əvvəlimci cərgədə oturub sirk qızlarına .. tamaşa eləyirdilər. C.Məmmədquluzadə.\n2. İncəsənətin bu növünü nümayiş etdirməklə məşğul olan tamaşa müəssisəsi. Sirkdə işləmək. // Tamaşaçıların yerləşməsi üçün amfiteatr şəklində sahəsi olan bina. Böyük sirk maneji. – Oyunlar çox vaxt .. Nikitin qardaşlarının sirkində.. və bir neçə bu kimi yerlərdə gedirdi. S.Rəhman. sirkan is. bot. Sarı çiçəkli kol bitkisi. [Şirzad] yeridikcə hündür qalxmış qanqal və sirkan kolları qıçına dolaşırdı. M.İbrahimov. sirkanlıq is. Çoxlu sirkan bitmiş yer. [Mühəndis Mayaya:] Bir baxın, hər tərəf boş çöllər, arxlar, sirkanlıqlardır, qabağınıza tülküdən, çaqqaldan çıxar, qorxarsınız. M.İbrahimov. sirkə I. is. Qıcqırdılmış üzümdən hazırlanan tünd turş şirə. Sirkə turşusu. Xörəyə sirkə tökmək. Tünd sirkə. – Sirkə tünd olar, öz qabını çatladar. (Ata. sözü). Aşıq sözün bitirməz; Ovçu ovun itirməz; Üzüm gündə qalmasa; Dönüb sirkə yetirməz. (Bayatı).\n\nII. is. Bitin yumurtası. sirkəlik sif. Sirkə qoymağa yarayan. Sirkəlik üzüm. sirkulyasiya is. [lat.]\n1. Fırlanma.\n2. Dövr etmə. sirli sif.\n1. Ürəyində sirri olan. Sirli adama oxşayır.\n2. Məxfi, gizli, heç kəsin bilmədiyi. Çıxar sorağına dediyim gözəl; Könlündə sirli, gizli bir əməl. S.Vurğun. Xoş bir yel insanı oxşayır, köksünə sirli bir fərəh doldururdu. Çəmənzəminli. // Əsrarəngiz. Mən təyyarənin kiçik pəncərəsindən gah əbədi hərəkətdə olan dəryaya, gah da sakit, sirli göylərə baxırdım. M.İbrahimov. sirlilik is. Gizlilik, müəmmalıq, anlaşılmazlıq. Aldı öz qoynuna budaqlar bizi; Açdıq bu yerdəcə ürəyimizi; Bir sirlilik qalmadı bizim sirdə ki? N.Xəzri. sirr is. [ər.]\n1. Başqalarından gizli saxlanılan, başqalarına bildirilməyən, deyilməyən, hamının bilməli olmadığı söz, iş və s. Ev bizim, sirr bizim. (Məsəl). [Kəndli Balasultana:] Sultan ağa, səndən savayı bizim sahibimiz yoxdur və heç bir sirrimiz yoxdur ki, səndən pünhan olsun. C.Məmmədquluzadə. [Şərif Almaza:] Biz də deyirik ki, belə olsun ki, sirrimiz bayıra çıxmasın. C.Cabbarlı. [Südabənin anası:] Qulaq asın, sizə bir sirr deyəcəyəm. M.İbrahimov. // Gizli səbəb; bir şeyin daxili, gizli mahiyyəti. Müvəffəqiyyətin sirri. Qələbənin sirri.\n2. Hələ açılmamış, dərk edilməmiş, öyrənilməmiş bir müəmma kimi qalmış şey. Təbiətin sirləri. Kosmosun sirləri. – [Usta Ramazan] torpağın sirrini öz ürəyinin sirri kimi bilirdi. M.Hüseyn. Dünyanın bütün sirlərini öz arzu və əməllərinə görə açan və şərh edən insan özünü bu sirrə də vaqif bilirdi. M.Rzaquluzadə. // Başqalarının bilmədiyi məlumat, bilik, üsul, yol. Aktyorluq sənətinin sirlərini bilmək. Öz ixtisasının sirlərini dərindən öyrənmək. sirroz is. [yun.] Orqanın yeni birləşdirici toxuma əmələ gəlməsi nəticəsində böyüyüb bərkiməsi. sir-sifət is. Üz, sifət, üz-göz. Bir onun sir-sifətinə bax. Sir-sifəti qızarmaq. – [Səfdərin arvadı:] Sir-sifətlərini boyamaq [Zivərgilin] heç yadlarından çıxmır. S.Vəliyev. Səməd diqqətlə .. nə sir-sifətində, nə də xasiyyətində heç bir dəyişiklik olmayan Yusifə baxdı. İ.Hüseynov. // Üzün ifadəsi. Sir-sifətindən görünür... Sir-sifətindən bəllidir... – [Hacı Bayram:] Sir-sifətindən kamallı oğlana oxşayırdı. Ə.Haqverdiyev. ‣ Sir-sifətini turşutmaq (yığmaq) – bax. qaşqabağını sallamaq (turşutmaq, tökmək). Alməmmədov indi də ağzında acı bir şey varmış kimi sir-sifətini yığıb tamsınatamsına stolun qırağındakı düyməni basdı. B.Bayramov. [Məmməd] nə üçünsə sir-sifətini turşudub üzünü yana çevirdi. V.Şıxlı. sis (=sis-duman) is. Yerə çökmüş buluddan ibarət olan rütubətli duman; çən. Dağ başına sis gəldi; Ocaq yandı, his gəldi. (Bayatı). Gilanın üzərində qalın bir sis, günəşin ziyasına mane ola biləcək kəsif bir kölgə vardı. S.Hüseyn. Uca dağların almaz kimi parıldayan qarlı-buzlu təpələrindən sis-duman çəkilir. M.Rzaquluzadə. sis-duman (=sis) is. Yerə çökmüş buluddan ibarət olan rütubətli duman; çən. Dağ başına sis gəldi; Ocaq yandı, his gəldi. (Bayatı). Gilanın üzərində qalın bir sis, günəşin ziyasına mane ola biləcək kəsif bir kölgə vardı. S.Hüseyn. Uca dağların almaz kimi parıldayan qarlı-buzlu təpələrindən sis-duman çəkilir. M.Rzaquluzadə. sisli sif. Çənli, sis basmış, duman basmış. Qızarırdı daha az-az dan yeri; Açılırdı sisli payız səhəri. H.K.Sanılı. Alma, armud, gavalı dənizində batan ağacların arasından uzaqdakı mavi sisli meşə görünürdü. Çəmənzəminli. Sisli buludlarla qaralmış bayır; Mürgüləyir dağ, dərə, orman, çayır. A.Şaiq. sistem [yun. systema – bütöv]\n1. Bir şeyin hissələri arasında düzgün, müntəzəm düzülmüş və qarşılıqlı əlaqəyə əsaslanan müəyyən qayda, üsul. Kitabxanada kitabların düzülüş sistemi. Hər şeydə səliqə və sistem lazımdır. Yazdıqlarını sistemə salmaq. // Qəbul edilmiş qayda, üsul. Attestasiya sistemini tətbiq etmək. Teatrda abunəçilik sistemi. İşçilərin məzuniyyət sisteminə riayət etmək. // Adi qayda, üsul, nizam. Qəbul edilmiş sistem üzrə.\n2. zool. bot. Təsnifat, qruplaşdırma. Linneyin nəbatat sistemi.\n3. Hər hansı bir nəzəriyyənin, təlimin əsasını təşkil edən prinsiplərin məcmusu. Uşinskinin pedaqoji sistemi. Dekartın fəlsəfi sistemi.\n4. Bir şeyin (təsərrüfat, dövlət, siyasi və s. vahidlərinin) təşkilat, quruluş forması. Dövlət quruluşu sistemi. Məhkəmə sistemi.\n5. Bir-birilə qarşılıqlı surətdə bağlı hissələrdən ibarət struktur, quruluş. Günəş sistemi. Dilin qrammatik sistemi. Əsəb sistemi. Bitkinin kök sistemi. Qan sistemi. // geol. Qazıntı halında tapılan müəyyən heyvan və bitki qalıqları ilə səciyyələnən süxurların məcmusu. // Təşkilati cəhətdən birləşdirilmiş təsərrüfat, müəssisə, idarə vahidlərinin məcmusundan ibarət struktur. Xalq maarifi orqanları sistemi. Səhiyyə sistemi. Elmlər akademiyası sistemində işləmək. // Bir məqsədə xidmət edən mexanizm, maşın və s. vasitələrin qarşılıqlı əlaqəsi məcmusundan ibarət texniki qurğu. Elektrik şəbəkəsi sistemi. İsitmə (qızdırma) sistemi. // Bir-birilə bağlı olan və bir məqsədə xidmət edən maşınların, mexanizmlərin və s.-nin məcmusundan ibarət texniki qurğular.\n6. Texniki quruluş prinsipi; konstruksiya. Avtomat pulemyot sistemi. Hər cür sistemə aid traktorlar. sistematik sif. [yun. systematikos]\n1. Müəyyən bir sistem təşkil edən; müəyyən bir plan əsasında qurulmuş, müəyyən sistem üzrə qurulmuş. Sistematik təsvir. Sistematik kataloq. Sistematik surətdə.\n2. Müəyyən sistemə əsaslanan; tam, ardıcıl, planlı. Təbii sərvətlərin sistematik tədqiqi. Sistematik təhsil almaq. Xarici dillərin sistematik öyrənilməsi.\n3. Daimi, müntəzəm. Əməkçilərin həyat səviyyəsinin sistematik yaxşılaşdırılması. Tapşırıqların yerinə yetirilməsini sistematik yoxlamaq.\n\nII. [yun.] Sistematika (2-ci mənada) mütəxəssisi. sistematika [yun.]\n1. xüs. Hadisələrin, əşyaların təsnifi, qruplaşdırılması. İzotopların sistematikası.\n2. Botanika və zoologiyanın, bitkilərin və ya heyvanların təsnifi və təsviri ilə məşğul olan bölməsi. sistemləşdirilmə “Sistemləşdirilmək”dən f.is. Müşahidələrin sistemləşdirilməsi. sistemləşdirilmək f.\n1. Sistemə salınmaq, nizama salınmaq. İşlər sistemləşdirildi.\n2. xüs. Təsnif edilmək, qruplaşdırılmaq. sistemləşdirmə “Sistemləşdirmək”dən f.is. sistemləşdirmək f.\n1. Sistemə salmaq, nizama salmaq. Əsərin materiallarını sistemləşdirmək. Təcrübəni sistemləşdirmək.\n2. Təsnif etmək, qruplaşdırmaq. İzotopları sistemləşdirmək. sistemli sif.\n1. Hər hansı sistemə aid olan, sistem mahiyyətində olan. // Müəyyən sistem üzrə qayrılmış. ..Zirzəmidən on iki dənə cürbəcür sistemli tapança tapmışdılar. H.Seyidbəyli.\n2. bax. sistematik 2-ci mənada. Sistemli iş. sistemlilik is. Sistemli şeyin halı, xassəsi, keyfiyyəti; bir şeydə sistem olması; müntəzəmlik. İşdə sistemlilik. Qayda və sistemlilik müvəffəqiyyətin başlıca şərtlərindən biridir. sistemsiz sif. və zərf Heç bir sistemi, planı olmayan, heç bir sistemə riayət etməyən; plansız, qaydasız, nizamsız, tərtibsiz. Sistemsiz adam. Sistemsiz oxumaq. Sistemsiz işləmək. sistemsizlik is. İşdə müəyyən sistem olmadığı hal; plansızlıq, qaydasızlıq, nizamsızlıq, tərtibsizlik. İşdə sistemsizlik. Sistemsizliyi aradan qaldırmaq. sistern [lat. cisterna – hovuz] Neft, benzin və s. mayeləri saxlamaq və ya daşımaq üçün böyük çən, habelə belə çəni olan vaqon, avtomobil və s. Dəmiryol sisternləri. Neft sisterni. – [Zakirlə Mehriban] sistern vaqonunu andıran ağ, uzunsov bir çənin yanında dayandılar. H.Seyidbəyli. Böyük bir meydançada yerləşən avtobatalyonda bir-birindən aralı iyirmi sistern vardı. S.Vəliyev. sistit is. [yun.] Sidik kisəsinin iltihabı xəstəliyi. sital sif. Sırtıq, üzlü, nadinc. [Mələk:] Bəs deyil? Sital uşağı sital, lap zəhləmi tökdünüz. Çəmənzəminli. sitallaşma “Sitallaşmaq”dan f.is. sitallaşmaq bax. sırtıqlaşmaq. sitallıq bax. sırtıqlıq. Kirəçi sitallığa salıb, otaqda qalır və normaya görə də aylıq verirdi. Çəmənzəminli. sitarə is. [ər.] klas. şair. Ulduz. Ey bəxtimin sitarəsi, bu sübh açılmasın; Mahi-rüxun yetər bu gecə karivanə şəm! S.Ə.Şirvani. Camalın atəşinə ay və gün deyən çox olub; Üzündə xalına yanmış sitarə mən demişəm. Ə.Vahid. sitat [lat. citatum] Olduğu kimi, hərfihərfinə bir mətndən götürülmüş yazı. Klassiklərdən götürülən sitatlar. Bədii əsərlərdən sitat seçmək. sitatbaz is. [lat. citatum və fars. ...baz] Yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı; sitatçı. sitatbazlıq is. Həddindən artıq sitat gətirməyi sevmə, sitat həvəskarı olma, sitatçılıq. sitatçı bax. sitatbaz. sitatçılıq bax. sitatbazlıq. sitayiş is. [fars.] Pərəstiş, tapınma; dərin ehtiram, hörmət. • Sitayiş etmək – 1) ibadət etmək, pərəstiş etmək, tapınmaq, ilahiləşdirmək. Hələ tarixi-miladidən çox-çox əvvəl atəşpərəstlik meydana çıxdığı zaman bizim qədim babalarımız bir sıra atəşgahlar qurub, oda sitayiş edərlərmiş. M.Hüseyn. Deyirlər, Hindistanda indi də öküzə sitayiş edən tayfalar var. M.Rzaquluzadə; 2) bir şəxsi və ya bir şeyi pərəstiş dərəcəsində sevmək, dərin ehtiram əlaməti olaraq qabağında səcdə etmək, pərəstiş etmək, məftun olmaq. Bax, mən səni bu saat başa salım; bax, bu evdə üç qisim kitab var, biz üç qardaş bunlara sitayiş edirik. C.Məmmədquluzadə. sitəm is. [fars.] klas. Zülm, əziyyət, cəfa. [Sənəm:] Lənət olsun o günlərə, o dəmə! Yazıq canım necə dözsün sitəmə? “Aşıq Qərib”. Çərxin sitəmindən, dövrün zülmündən; Tökülər dəmbədəm yaşım, ağlaram. Q.Zakir. • Sitəm etmək (qılmaq) – zülm etmək, əziyyət vermək, cəfa vermək. Ey ağalar, necə sitəm etdilər; Vaqifin canını çox incitdilər. M.P.Vaqif. [Nazlı Ağabəyimə:] Təzə arvad günüsündən hər gün ərinə bir söz deyir, əri də yazıq arvada sitəm eləyirmiş. Çəmənzəminli. sitəmkar is. [fars.] klas. Zülm edən, əziyyət verən, incidən; zülmkar. Badi-səba, söylə ol sitəmkara; Ölürəm, eyləsin dərdimə çara! Q.Zakir. Bu çərxi-sitəmkarın aman məsxərəsindən! Bais, yalan olsun! M.Ə.Sabir. sitəmli sif. Əziyyət çəkən, zülm çəkən; məzlum. Sitəmli kəndlərdən qaçarkən dağa; Rast gəlib qozluqda bu yığıncağa. H.K.Sanılı. Mən ana görürəm yuxuda tez-tez; Gözləri qayğılı, könlü sitəmli. Ə.Kürçaylı. sitogenetika is. [yun.] İrsiyyətin qanunauyğunluqlarını hüceyrədaxili komponentlərin quruluş və funksiyası ilə əlaqəli surətdə öyrənən elm. sitra is. [alm.] Mizrabla çalınan simli musiqi aləti. sitramon is. tib. Tərkibində aspirin, fenasenin, kofein, kakao, limon turşusu və şəkər olan ağrıkəsici dərman. sitrus is [lat.] bot. İsti ölkələrdə yayılmış və tərkibində efir yağları olan, qabıqlı iri meyvələri olan kol və ya ağac (sitruslara portağal, limon, mandarin və s. aiddir). Sitrus cinsinin limon, naringi, portağal və sair növləri ağac və kollardır. M.Qasımov. Divarlarda .. sitrus bitkilərinin becərilməsi haqqında təlimatlar.. asılmışdı. H.Seyidbəyli. sitrusçu is. Sitrus bitkiləri mütəxəssisi; sitrus bitkiləri becərən adam. sitrusçuluq is. Sitrus becərmə işi, sitrus yetişdirməklə məşğul olma. situasiya is. [fr.] Vəziyyət, şərait, hadisələrin gedişi. sivil [lat.] Mülki, qeyri-hərbi. ..Hücrənin ətrafında yüz nəfərə qədər sivil paltarında mühafizəçilər gəzirdi.. M.S.Ordubadi. ..Zabitlər və sivil paltarlı saray adamları qonaqları böyük ehtiramla qəbul edib, onlara hər cür qulluq göstərməyə çalışırdılar. P.Makulu. sivişgən sif. Sürüşkən. sivişgənlik sif. Sürüşkənlik. sivişmə “Sivişmək”dən f.is. sivişmək f.\n1. Sürüşmək, sürüşüb çıxmaq. Qız sivişib [Mübaşir Məmmədin] qolları arasından çıxdı, otağın ortasında durub gözünün içinə baxdı. M.İbrahimov.\n2. Gizlincə çıxıb getmək, ötüb keçmək, aradan çıxmaq, qaçıb yaxasını qurtarmaq. Şahmar Xəlilin əlindən belə asanlıqla yaxa qurtardığına sevinib, yavaşcadan Əlyarovun böyründən sivişərək o biri otağa keçdi. M.Hüseyn. [Şirkət idarəsi] yanından keçərkən yenə iki itin sivişib həmin dəhlizə girdiyini gördüm. Ə.Məmmədxanlı. sivri sif. İti, şiş. Sivri qılınc. Sivri burun. – Zehnin, düşüncənin səyyar qanadı; Sivri bir ox kimi sancıldı yerə. S.Vurğun. [Firəngizin] sivri burnundan geniş, qaraşın alnına ağ bir keçid vardı. B.Bayramov. [Səməndər] bulaşmış barmaqları ilə tez-tez alnını eşir, hələ də uşaqlıq şəklini itirməmiş sivri çənəsini ovuşdururdu. Q.İlkin. sivriburun (=sivriburunlu) sif. Burnu sivri, iti olan. Sivriburun balıq. sivriburunlu (=sivriburun) sif. Burnu sivri, iti olan. Sivriburun balıq. sivriləşmə “Sivriləşmək”dən f.is. sivriləşmək f. Sivri şəkil almaq, sivri olmaq, ucu nazikləşmək. Şiddətli küləklərin nəticəsində qayalar get-gedə sivriləşirdi. S.Vəliyev. sivriuclu sif. Ucu sivri olan, itiuclu, şişuclu. Sivriuclu nizə. – Telli arvad cavab verməyib, köynəyinin ətəyini yığışdırdı, bürmələyib büzməli tumanının içinə saldı, sivriuclu beli götürüb Qızyetərə baxdı: – Hardan başlayaq, manqabaşçısı? Ə.Vəliyev. sivriyarpaq (=sivriyarpaqlı) sif. Yarpaqları sivri, ucu getdikcə iti, şiş olan. Sivriyarpaqlı ağcaqayın. sivriyarpaqlı (=sivriyarpaq) sif. Yarpaqları sivri, ucu getdikcə iti, şiş olan. Sivriyarpaqlı ağcaqayın. siyah [fars.] klas. Qara. Səf-səf duran siyah kirpiklərindir; Yoxsa ki gözümə millər görünür? M.P.Vaqif. siyahı is. [fars.] Üzərində sıra ilə adlar sadalanmış, yazılmış kağız və s. Şagirdlərin siyahısı. Kitabların siyahısı. Evlərin siyahısı. Seçicilərin siyahısı. – [Məhərrəm bəy:] ..Atamın siyahı dəftəri əlimə düşdü. S.S.Axundov. Qonaqların siyahısı otuz nəfərə çatanda Tərlanovun arvadı deyinməyə başlamışdı. H.Seyidbəyli. • Siyahı tutmaq – bir-bir, sıra ilə adları kağız üzərində yazmaq, sıralamaq. Kitabların siyahısını tutmaq. Gələnlərin siyahısını tutmaq. Siyahıya almaq (vurmaq, götürmək) – bax. siyahı tutmaq. [Oğlan:] Varlıların, tacirlərin, mülk sahiblərinin varyoxlarını siyahıya vurub əllərindən alıblar. Ə.Haqverdiyev. [Nuriyyə:] Balaca bir kataloq düzəltmək üçün kitabları yenidən siyahıya aldım. İ.Əfəndiyev. [Məmməd İsmayılov:] Elə isə, Murad, götür siyahıya, Hüseyn Xələfov. S.Rəhman. siyahıyaalma is. Hər hansı bir şeyin kütləvi şəkildə qeydə alınması işi. siyal is. məh. Üzümdə gülləmə xəstəliyi. siyasət is. [ər.]\n1. Dövlətin, partiyanın və ya hər hansı bir ictimai qrupun daxili dövlət və ya beynəlxalq münasibət məsələlərində öz sinfi mənafeyinə uyğun fəaliyyəti. Dövlətin daxili siyasəti.\n2. dan. İnqilabi işdə, inqilab hərəkatında iştirak etmə. Siyasət üstündə tutulmaq.\n3. Canlı dildə: hiylə, fənd; biclik, hiyləbazlıq, fəndgirlik mənasında. Siyasət işlətmək.\n4. klas. Cəza, tənbeh, cəza vermə. • Siyasət eyləmək (etmək) klas. – cəzalandırmaq. Neylərsən əgər atan eşitsə; Qəhr ilə sənə siyasət etsə? Füzuli. Üzündən göz götürməm, eyləsən yüz min siyasətlər. Q.Zakir. siyasətbaz is. [ər. siyasət və fars. ...baz] Prinsipsiz siyasətçi, öz məqsədinə çatmaq üçün heç bir vasitədən çəkinməyən adam. Burjua siyasətbazları. siyasətbazlıq is. Siyasətbaz adamın iş və hərəkəti. Siyasətbazlıq etmək. siyasətçi is.\n1. Siyasət məsələləri ilə məşğul olan adam, siyasi xadim. Uzaqgörən siyasətçi. Tərəqqipərvər siyasətçilər. – [Dilara Bəhruza:] Mən nə mübariz, nə də siyasətçiyəm, əzizim! Ə.Məmmədxanlı. // isteh. Siyasət məsələləri ilə çox maraqlanan, siyasətdən dəm vurmağı sevən adam.\n2. dan. Çox məharətlə iş görən, bic, fəndgir, hiyləgər adam haqqında. Yaman siyasətçidir. siyasi sif. [ər.]\n1. Siyasətlə bağlı, siyasətə aid olan, siyasəti həyata keçirməklə bağlı olan. Kütlələrin siyasi aktivliyi. Siyasi fəaliyyət. Siyasi sayıqlıq. Siyasi görüş dairəsi. – Dilbər nahar fasilələrində kolxozçulara qəzet oxuyur, ictimai və siyasi mövzularda söhbətlər edirdi. Ə.Sadıq.\n2. Dövləti-hüquqi. Siyasi quruluş. Siyasi rejim. Siyasi sistem.\n3. İnqilabi hərəkatda iştirakına görə həbs (sürgün) edilmiş. Siyasi dustaq. siyena is. [xüs. is.-dən] Açıq-qəhvəyi rəngdə təbii piqment. siyenit is. [yun.] Tam kristal süxur. siyənək is. Əsasən duzlanmış və hisdə qurudulmuş halda yeyilən xırda dəniz balığı. Xəzər-Qaradəniz siyənəkləri. siyimə “Siyimək”dən f.is. siyimək f. İşəmək. siyirmə I. “Siyirmək”dən f.is.\n\nII. is. Stolda, şkafda və s.-də giribçıxan yeşik; göz. Komodun siyirməsi. Şkafın siyirməsi. – ..Xəlil qürurla düşündü və kitabı stolun orta siyirməsinə qoyub ayağa qalxdı. M.Hüseyn. Veys .. haqq-hesab və nisyə dəftərləri qoyulan siyirməni çəkdi. Ə.Əbülhəsən. Sultan siyirməni açıb dərman çıxartdı. İ.Hüseynov.\n\nIII. is. Qapını, pəncərəni bağlamaq üçün hər iki tərəfdən halqalara keçirilib, irəligeri hərəkət etdirilə bilən ağac, dəmir parçası və s. Qapının siyirməsini vurmaq. siyirmək f.\n1. Şiddətlə toxunaraq, sürtünərək üzərindən qoparmaq, soymaq, aparmaq, cızmaq, qabığını çıxartmaq. Daş dizimi siyirdi. Ağac qolumu siyirdi.\n2. Qabda qalan yemək qalığını çörək və ya barmaqla silib təmizləmək. Boşqabı siyirmək. Qazanın dibini siyirmək. Nimçədəki xörəyi siyirmək.\n3. Qınından çəkərək çıxarmaq. Xəncəri siyirmək. Qılıncı siyirmək. – [İgid] Siyirə qılıncı, çəkə qalxanı! Səksən oxu sadağından boşana. “Koroğlu”. Cəllad gəlib, qılıncı siyirib hazır durur. Ü.Hacıbəyov. [Katib:] ..Sonra da xəncərimizi siyirib, Dövlətin evinə (gedək). Ə.Əbülhəsən. // məc. Ölümlə hədələmək, öldürməyə amadə olmaq. İndi azar soxulub; İliyinə, qanına; Ölüm qılınc siyirib; Həyat qəhrəmanına. R.Rza.\n4. Əynindən sürüşdürüb salmaq, çıxartmaq. [Nərgiz] ..[plaşını] siyirib otun üstünə saldı. B.Bayramov.\n5. Üzüb atmaq, kəsmək. ..[Kovxa] belindəki xəncərini çəkib xoruzun başını siyirdi. S.Rəhimov. ‣ Ürəyini siyirmək – bax. ürək. siyirməqılınc zərf Qınından çıxarılmış halda, qılıncla, yalınqılınc. Siyirməqılınc hücuma keçmək. – Fəxrəddin əlində siyirməqılınc atlının qabağında göründü. M.S.Ordubadi. Karetadan siyirməqılınc iki soldat çıxdı. M.İbrahimov. ‣ Siyirməqılınc eləmək – aradakı düşmənçiliyi, ədavəti, ziddiyyəti daha da kəskinləşdirmək; düşmən etmək. Gədə, niyə bunları mənimlə siyirməqılınc eləyirsən? M.İbrahimov. siyitmək icb. İşətmək. siyrilmə “Siyrilmək”dən f.is. siyrilmək f.\n1. Dərisi soyulmaq, dərisi qopmaq. Yerə dəyib dizi siyrildi. // Sürtünüb getmək, yeyilmək. Əyilmiş çəkmənin nalı, dabanı; Siyrilib papağın o yan-bu yanı. H.K.Sanılı.\n2. Qınından çıxarılmaq. Qılınclar siyrildi.\n3. Sürüşmək, sürüşüb düşmək. ..Sona da indi dönüb bayaqkı yerində dayanmış, başından siyrilib çiyninə düşən ağ torunun ipək saçları ilə oynayırdı. Ə.Əbülhəsən.\n4. Bir şeyin arasından, altından görünmək, bir şeyi yararaq çıxmaq. Kələ-kötür ocaq daşlarının arasından siyrilən (f.sif.) qırmızı dilli alov gecənin qaranlığını yararaq nəhayətsiz səhrada itirdi. M.İbrahimov. Üçgünlük ay bulud bölüyünün altından siyrilib çıxırdı. B.Bayramov.\n5. Açılmaq, aralanmaq. Buludun pərdəsi siyrildi bir az. R.Rza. Oyan, bu yatdığın yuxudan oyan! Siyrilsin pərdələr, açılsın müşkül. M.Rahim. siyrinti is. Siyrilmiş, qopmuş, soyulmuş şey. Uşağın qolunda siyrinti var. siz Ikinci şəxs əvəzliyinin cəmi; çox və ya bir neçə adama, həmçinin hörmət olaraq bir adama müraciət forması. Sizi bu gün gözləyirik. Siz sabahkı tamaşaya gələcəksiniz? – [Mərcan bəy:] Təzə arvad alıram, ona görə sizin hərənizə bir abbası pul bağışlayacağam. Ü.Hacıbəyov. Bir sözüm iz salsa ürəyinizdə; Bilin, mənim deyil, o da sizindir! N.Xəzri. sizal [xüs. is.-dən] Tor, kanat və s. hazırlanmasında istifadə olunan qaba toxuculuq lifi. sizcə əvəz. Sizin fikrinizcə. Sizcə yağacaq? Sizcə yarışda kim qalib gələcək? // Müsahibin fikrincə, istəyinə, arzusuna uyğun. Qoy sizcə olsun. sizinki əvəz.\n1. Sizə məxsus olan, sizə aid olan. O kitablar sizinkidir. – Şirvanın şirin narı; Dadlıdır şirin narı; Sizinki sizin olsun; Göndərin bizim yarı. (Bayatı).\n2. İs. mənasında, adətən cəm şəklində: sizinkilər – sizə yaxın olanlar (qohumlar), sizinlə bir yerdə olanlar, sizin ailənin üzvləri, sizin adamlar. Sizinkilər axşam teatrda idilər. sizli-bizli əvəz. Siz və biz birlikdə, həm siz, həm biz, hamımız bir yerdə. Sizlibizli bu işi düzəldək. – [Əjdər müəllim:] Mən deyirəm, elə olsun, hərtərəfli, sizli-bizli bu balaca Cəmişə kömək edək. S.Rəhimov. skafandr is. [fr.]\n1. Dalğıc geyimi.\n2. Stratonavt geyimi.\n3. Kosmos uçuşları üçün geyim. skamya [rus.] Üstündə oturmaq üçün dayaqlar üzərində düzəldilmiş söykənəcəkli kürsü. Bir ağacın altında skamyanın üstünə; Qəzet salıb oturmuş bir gözəl sarışın qız. S.Rüstəm. ..Fəridə Zərifə ilə bulvarda, skamyada əyləşmişdi. S.Vəliyev. ‣ Məktəb (institut və s.) skamyasında – hələ məktəbdə (institutda və s.-də) oxuyarkən, oxuduğu zaman. Məktəb (institut və s.) skamyasından – məktəbi (institutu və s.-ni) qurtaran kimi. Müttəhimlər skamyası – məhkəmə salonunda müttəhimlərin oturması üçün ayrılmış yer. Müttəhimlər skamyasında oturmaq – məhkəməyə düşmək, məhkəmədə işinə baxılmaq. skarlatin [ital. scarlattina – qıpqırmızı] tib. Boğazda ağrı və bədəndə qırmızı səpgilər şəklində təzahür edən, əksəriyyətlə uşaqları tutan çox yoluxucu xəstəlik. skelet [yun. skeleton – qurumuş bədən]\n1. İnsan və onurğalı heyvan bədəninin əsasını, gövdəsini təşkil edən sümüklərin hamısı bir yerdə. İnsan skeleti. Quş skeleti. At skeleti. // məc. Müqayisələrdə – quru cəsəd, bir dəri, bir sümük (çox arıq adam haqqında). [Gülara] zəiflikdən bir skelet şəklini almışdı. Ə.Vəliyev. [Zərqələmin] anası sanki canlı deyil, bir skelet idi. Ə.Sadıq. • Skeletə dönmək – son dərəcə arıqlamaq, bir sümük, bir dəri qalmaq. Lap skeletə dönüb.\n2. Bir şeyin əsası, gövdəsi, özülü. Yanmış buruqların skeleti çar xəyanətinin qara heykəli kimi baxırdı. M.S.Ordubadi.\n3. məc. Sonradan inkişaf etdiriləcək və ya qurulacaq bir şeyin əsasını, ən mühüm hissəsini təşkil edən cəhət. Əsərin skeleti hazırdır. skeptik is. [yun.]\n1. Skeptisizm tərəfdarı.\n2. Hər şeydən şübhələnən adam, hər şeyə şübhə ilə baxan adam; şəkkak. skeptisizm [yun. skepsis – baxma]\n1. Obyektiv varlığın insan tərəfindən gerçək dərk edilə bilməsini inkar edən idealist fəlsəfi cərəyan. Qədim yunan fəlsəfi cərəyanlarından biri skeptisizmdir.\n2. Hər şeyə tənqidlə, şübhə ilə baxma, hər şeyə şəkk etmə, bir şeyin varlığına, gerçəkliyinə şübhə etmə; şəkkaklıq. Xanım danışdıqca, elə bil.. rasionalizm və skeptisizm zəncirlərini qırır, sanki Muxtar yüngül-yüngül nəfəs almağa başlayırdı. Çəmənzəminli. sketç is. [ing.] Estrada üçün yazılmış kiçik məzhəkə. skiflər Eramızdan əvvəl VII əsrdən eramızın III əsrinə qədər Qara dənizin şimalında yaşamış müxtəlif köçəri xalqların ümumi adı. skipidar [rus.] İynəyarpaqlı ağacların qatranından hasil edilən kəskin iyli, rəngsiz və sarımtıl rəngli maye maddə (təbabətdə, lak-boya emalında işlənir). sklera is. [yun.] Göz almasının qeyrişəffaf xarici qişası. sklerit is. Göz ağı qişasının iltihabı. skleroz [yun. skleros – bərk] Bədənin müxtəlif orqanlarında bu və ya digər spesifik elementin azalması və onu birləşdirici sərt toxuma əvəz etməsi nəticəsində təzahür edən xəstəlik prosesi. Ürək sklerozu. Beyin damarları sklerozu. sklerozlu sif. Sklerozu olan. skripka [rus.] Diapazon cəhətcə ən yüksək olan, yayla çalınan dördsimli musiqi aləti. Daşıdığı adından bəlli olduğu kimi, simli orkestrin tərkibi yalnız simli musiqi alətlərindən (skripka, alt, violonçel və kontrabas) ibarətdir. Ə.Bədəlbəyli. Sarışın, gödəkboy bir oğlan özü ilə bir skripka gətirmişdi. Ə.Sadıq. skripkaçalan (=skripkaçı) is. Skripkada çalan musiqiçi. skripkaçı (=skripkaçalan) is. Skripkada çalan musiqiçi. skumbriya is. [yun.] Dəniz balığı. skuter is. [ing.] Daxiliyanma mühərriki ilə işləyən bir yerli idman qayığı. slalom is. [norveç.] Dağ-xizək idmanında qarlı dağ enişində bayraqlarla göstərilmiş “qapılardan” keçməklə dolanbac yolun qət edilməsi. slavyanizm is. dilç.\n1. Hər hansı bir slavyan dilindən qeyri-slavyan dilinə keçmiş söz və ya ifadə.\n2. Qədim slavyan dilindən rus dilinə keçmiş söz və ya ifadə. slavyanlar cəm Avropada yaşayan, dil və mədəniyyətcə bir-birinə yaxın böyük xalqlar qrupu. Slavyanlar üç qola bölünür: şərqi slavyanlar (ruslar, ukraynalılar, beloruslar), qərbi slavyanlar (polyaklar, çexlər, slovaklar, lujiçanlar), cənubi slavyanlar (bolqarlar, serblər, xorvatlar, slovenlər, makedoniyalılar). slavyanlaşdırma “Slavyanlaşdırmaq”dan f.is. slavyanlaşdırmaq f. Dil, adət cəhətdən slavyan etmək; slavyan xarakteri, şəkli vermək. slavyanlaşma “Slavyanlaşmaq”dan f.is. slavyanlaşmaq f. Dil və adət və s. cəhətdən slavyan olmaq. slavyanlaşmış f.sif. Dil, adət və s. cəhətdən slavyan olmuş. slavyanşünas is. Slavyanşünaslıq mütəxəssisi. slavyanşünaslıq is. Slavyan dillərini, ədəbiyyatını, mədəniyyətini, tarixini, onların adətlərini tədqiq edən elmlərin məcmusu. slayd is. [ing.] Proyeksiya fanarı vasitəsilə göstərilmək üçün şüşə və s. üzərinə salınan şəkil. slənq is. [ing.] Jarqon. slovakca sif. və zərf Slovak dilində. Slovakca əsər. Slovakca danışmaq. slovaklar cəm Çexoslovakiya Respublikasının tərkibinə daxil olan Slovakiyanın əsas əhalisini təşkil edən qərbi slavyan xalqı. slovencə sif. və zərf Sloven dilində. Slovencə danışmaq. slovenlər cəm Yuqoslaviyanın tərkibinə daxil olan Sloveniyanın əsas əhalisini təşkil edən cənubi slavyan xalqı. smeta is. Nəzərdə tutulan çıxar və gəlirin hesablanması; bir şeyin təxmini hesablanması. Smeta tutmaq. – Tikintinin layihə və smetası dövlət tərəfindən təsdiq edilmişdir. M.Rzaquluzadə. [Mirzə Salman:] Yox, qızım, sənin maliyyə işlərində heç bir səriştən yoxdur. Smeta gərək bank vasitəsilə yerinə yetsin. S.Rəhman. smetan [rus. smetana] bax. xama. Vera smetanı təzəcə soyumuş isti kartofun üstünə töküb qaşıqla əzir və yeyirdi. M.S.Ordubadi. snayper [ing. sniper] Mahir atıcı, sərrast nişançı. Qeyri-ixtiyari olaraq mən [cavanı] sərhəd boyunda keşikdə və ya cəbhədə snayper səngərində təsəvvür etdim. M.Rzaquluzadə. [Əsəd:] Bizim içərimizdə yaxşı snayperlər var. S.Vəliyev. soba is. Mənzili qızdırmaq, üstündə xörək bişirmək üçün damdan hörülmüş və ya metaldan qayrılmış qurğu; peç. Hollandiya sobası. Rus sobası. Kafelli soba. – [Müəllim] sobasını yenidən qalayıb, yatağına uzanmışdı. S.Hüseyn. Küncdə .. bir arvad sobanın üstündə xörək bişirirdi. Çəmənzəminli. soda 1. Texnikada, təbabətdə və məişətdə geniş işlənən bəzi natrium duzları karbohidratlarının adı.\n2. Təbabətdə və aşpazlıqda işlədilən ağ toz şəklində natrium-bikarbonat. sofa [fr. sofa, əsli ər.] Alçaq qoltuğu və söykənəcəyi olan yumşaq divan. sofi is. [ər., əsli yun.]\n1. Təsəvvüfə mənsub adam, təsəvvüflə məşğul olan adam (bax. təsəvvüf). // Dini ehkamlardan əsla kənara çıxmayan adam; zahid, dindar (müsəlman).\n2. məc. İkiüzlü, riyakar. sofilik is. Dindarlıq, zahidlik. sofist [yun. sophistes]\n1. Eramızdan əvvəl V-IV əsrlərdə: əsas diqqəti etika, siyasət, idrak nəzəriyyəsi məsələlərinə verən və öz fikirlərini məntiqi dəlillərlə sübut etməkdə ad qazanmış fəlsəfi məktəbin nümayəndəsi olan qədim yunan filosofu.\n2. kit. Açıqdan-açığa düzgün olmayan fikirləri sofizmlərlə (məntiqcə düzgün görünə bilən hökmlərlə) sübut etməyə çalışan adam. // Səfsətəçi. sofistika 1. Sofistlərin nəzəriyyəsi (bax. sofist 1-ci mənada).\n2. kit. Sofizmlərə əsaslanan mühakimələr, dəlillər, sübutlar; adamı yanılda biləcək sözlər; boş və əsassız sözlər; səfsətə. sofizm [yun. sophisma] Məntiqcə (zahirən) düzgün görünə bilən, həqiqətdə isə düzgün olmayıb qəsdən adamı yanılda bilən hökm, iddia; səfsətə. sofu is. [ər.] Hər şeydən iyrənən, şübhələnən, çəkinən; vasvası adam. soğan is. Bostan bitkisi və bu bitkinin lüləşəkilli yeməli yarpaqları və qat-qat qabıqlardan ibarət kökü. Baş soğan. – Soğan da meyvə cərgəsinə keçdi. (Məsəl). Bir dəqiqə əvvəl soyulmuş soğanın acısından [Xavərnisənin] gözləri yaşarmışdı. T.Ş.Simurq. ‣ Soğan (qabığı) kimi soyulmaq – varyoxu tamamilə əlindən çıxmaq və ya əlindən alınmaq; müflisləşmək. Onlar qarşılarında, əsir düşəndə soğan qabığı kimi soyulan və qılınc yaraları altında əsir düşən qızı deyil, qaragözlü bir Bağdad gözəlini gördülər. M.S.Ordubadi. [Məşədi Məmməd:] [Qazı] mənə bir dil tökdü, yazdı, verdi. Soğan kimi soyuldum, gəldim. R.Əfəndiyev. Soğan kimi qabığını soymaq – bütün var-yoxunu əlindən almaq. Kefinə (ovqatına) soğan doğramaq – bax. kef. Saqqala soğan doğramaq – bax. saqqal. Ürəyi soğan kimi soyulmaq – bax. ürək. soğanaq is. bot.\n1. Bəzi bitkilərin gövdələrinin qalınlaşmış, çox vaxt yumrulaşmış hissəsi. Lalə soğanağı. Zanbağın soğanağı. soğanbozbaşı is. Ət əvəzinə yağda qızardılmış soğanla bişirilən duru xörək; bozbaş. ..Hətta soğan belə yox idi ki, Fatma soğanbozbaşı bişirə. S.Vəliyev. soğança is. Yağda qızardılmış soğan. Soğança hazırlamaq. – [Fərrux:] Mənzər, soğançanı ayrı qızart, özünü də çox elə. Ə.Vəliyev. soğanlı sif. Soğan qatılmış, tərkibində soğan olan, soğanla bişirilmiş. soğanlıq is. Soğan əkilmiş yer. Bostanın bir tərəfi soğanlıqdır. soğdilər is. Mərkəzi Asiya və Qazaxıstanda, Savd vilayətində eramızdan əvvəl birinci minilliyin ortalarında məskunlaşmış olan İrandilli xalq. soxma “Soxmaq”dan f.is. soxmaq f.\n1. Bir şeyin altına, içərisinə, arasına və ya dalına qoymaq, daxil etmək; dar bir yerin içinə qoymaq. Parçanı dolaba soxmaq. – [Qız] məni görüncə yazdığı kağızı kitab altına soxub qalxdı. M.S.Ordubadi. Döşəyini söküb paketi yunların arasına soxdu. H.Nəzərli. // Zorla soxmaq, dürtmək. Dadaşım məni qalağın içinə soxandan sonra özü də başını uzatdı içəri.. C.Məmmədquluzadə. • Özünü soxmaq – zorla girməyə çalışmaq, özünü təpmək, dürtmək, girmək, soxulmaq. Bir bəhanə gətirməklə özünü o arvad, qız olan məhəlləyə soxardı. R.Əfəndiyev. [Gülsüm] birtəhər itdən xilas olub, özünü çörək təndirinə soxdu və dəmir sacı başına çəkdi. Çəmənzəminli.\n2. Salmaq. Əlimi hinə soxub suyun içindən cücələrin cəmdəklərini bir-bir çıxartdım. A.Şaiq. [Əşrəf] əlini sürətlə cibinə soxaraq təhdidamiz: – Musa! – qışqırdı. H.Cavid.\n3. Batırmaq, saplamaq, keçirmək. Elə bil qıçıma şiş soxdular.\n4. Bir sıra sözlərə qoşularaq müxtəlif ifadələr düzəldilir; məs.: baş soxmaq, gözə soxmaq, burun soxmaq. soxulcan is. zool. Yumşaq, uzun və əksərən yuvarlaq (halqalı) bədənli, torpaq içində, nəm yerlərdə yaşayan qurd. soxulcanaoxşar sif. Görünüşcə soxulcana oxşayan. Soxulcanaoxşar çıxıntı. soxulma “Soxulmaq”dan f.is. soxulmaq f.\n1. Özünü soxmaq, dürtmək; təpilmək, girmək. Sonra obaya gəldik. Sürülərin içinə soxulduq. Quzularla, oğlaqlarla oynadıq. A.Şaiq. Lakin dəstəbaşı araya soxulan (f.sif.) bu artıq adamı çıxarmaq istədi. Mir Cəlal.\n2. Zorla girmək, basıb girmək. Özgənin torpaqlarına soxulmaq.\n3. məc. Qarışmaq, müdaxilə etmək. Hər işə soxulmaq. soxuluşma “Soxuluşmaq”dan f.is. soxuluşmaq f. Soxulmaq (çoxları haqqında). soxuşdurma “Soxuşdurmaq”dan f.is. soxuşdurmaq f. dan.\n1. bax. soxmaq 1-ci mənada.\n2. məc. dan. Aldadaraq, dilə tutaraq, biclik işlədərək, hiss etdirmədən vermək, ötürmək, başından eləmək. sol is.\n1. Bədənin ürək yerləşən tərəfi, bədənin sağ tərəfinin əksinə olan hissəsi. // sif. Həmin tərəfdə olan, yerləşən. Sol əl. Sol ayaq. Sol böyür. – [Heydərqulunun] kürəyindən dəyən güllə sol ciyərini parçalayaraq döşündən çıxmışdı. Ə.Sadıq. Lakin Yusif yenə də tövbə deməmiş, dəcəlliyini tərgitmək əvəzinə, eşşəkdən yıxılıb sol biləyini sındırmışdı. İ.Hüseynov. // sif. Sağ qola müqabil olan, sol tərəfdə, ya tərəfdən yerləşmiş; sağ müqabili. Sol tərəfə döndü. Sol cibindən pul çıxartmaq. Kürün sol sahili. – Pərdə qalxmazdan qabaq Əsgər sağ tərəfdə və xalası sol tərəfdə oturublar. Ü.Hacıbəyov. Sol divarda bir əl, iki ayaq kölgəsi göründü. H.Seyidbəyli.\n2. sif. Siyasi cəhətdən başqalarına görə daha radikal olan (bu məna parlament salonunda radikal və inqilabçı partiyaların üzvlərinin sədrdən sol tərəfdə oturması ənənəsindən gəlmişdir). Parlamentin sol fraksiyaları. // Cəm şəklində: sollar – sol partiyaların üzvləri, sol partiyaların nümayəndələri. Səsvermədə sollar iştirak etmədilər. – Biz açarkən bizə düzgün yollar; Sürünür arxada “sağlar”, “sollar”. M.Müşfiq.\n3. sif. Ancaq üzdən radikal olub, öz mahiyyətlərini inqilabi ibarələrlə gizlədən opportunist. Sol təmayül. solaxay sif. və is. Hər işi sol əli ilə görən, sağ əlinə nisbətən sol əli ilə daha yaxşı yazan, işləyən. Solaxay adam. Solaxay tələbə. Tarçı solaxaydır. solaxaylıq is. Solaxay olma. solan (=solaqan) sif. Tez solan. solaqan (=solan) sif. Tez solan. solçu is. fəls. Öz xırda burjua görüşlərini inqilabi cümləpərdazlıqla gizlədən opportunist. solçuluq is. Solçu mövqeyində durma, solçunun yeritdiyi siyasət, solçunun görüşü; solluq. soldat [rus.]\n1. bax. əsgər.\n2. bax. valet. soldış is. etnoqr. Toy mərasimində bəyin (oğlanın) və ya gəlinin sol tərəfində oturan, yaxud müşayiət edən şəxs. [Bəyin] yanına öz tay-tuşlarından iki nəfər rəhbər seçilir. Bunun biri sağdış, o biri soldışdır. R.Əfəndiyev. Rüxsarə xanım Firəngizin soldışı idi. T.Ş.Simurq. soldurma “Soldurmaq”dan f.is. soldurmaq f. Solğun etmək, solğunlaşdırmaq. Hansı boyalardan vurmuşdu naxış; Soldura bilməmiş onu zaman da. N.Rəfibəyli. Payız gəlib .. meşələri solduranda, körpə Bahar daha da təravətlənmişdi. B.Bayramov. solfecio is. [ital.] mus. Musiqini eşitmə və duyma qabiliyyətini inkişaf etdirmək, eləcə də not oxumaq təcrübəsini artırmaq məqsədi daşıyan tədris fənni. solğun sif.\n1. Rəngi qaçmış, rəngi solmuş, soluq. Solğun çöhrə. – [Ovçunun] solğun dodaqları əsir, bir-birindən xeyli aralı olan qövsəbənzər qaşları çatılmışdı. M.Rzaquluzadə. [Mahmudun] solğun sifəti qızarmışdı. S.Vəliyev. // Təravəti getmiş, təravətini itirmiş, solmuş, saralmış, ölgün. Solğun çiçək. Solğun yarpaq. // məc. Pəjmürdə, tutqun, pərişan, dilxor. [Gülüş:] Sevil, nə üçün belə solğunsan, yoxsa bir yerin ağrıyır? C.Cabbarlı.\n2. Rəngi yaxşı bilinməyən, parıltısı nəzəri cəlb etməyən, ölgün. Solğun parça. Solğun pərdə. – [Hacı Qara:] Rus malı alıram, solğun (z.) çıxır, qızılbaş malı alıram, çürük çıxır. Ə.Haqverdiyev. // Ağarmış, bozarmış, rəngi getmiş. Orada-burada solğun paltarlı qocalar və arvadlar gözə çarpırdı. Çəmənzəminli. Kosa iki əli ilə öz başına bərk bir qapaz vurdu. Onun solğun kepkasının burnu öz burnu ilə qoşalaşdı. S.Rəhimov. // Parıltısız, tutqun, işığı zəifləmiş, ölgün. Solğun şəfəq. Solğun işıq. – Bəzən də göyləri gəzən solğun ay; Yarıb buludları hücuma çıxır. S.Vurğun. Günəş solğun, üfüq də tutulmuş kimi dərdə; Orda sarı buludlar sallanır pərdə-pərdə. M.Müşfiq.\n3. məc. Dili, üslubu təsirli, ifadəli olmayan; çox zəif. Solğun tərcümə. Əsərin solğun dili var. solğunlaşma “Solğunlaşmaq”dan f.is. solğunlaşmaq f.\n1. Rəngi solmaq, solğun olmaq. Üzü solğunlaşmaq. – [Bibixanımın] solğunlaşıb altı kölgələnən gözləri elə bil yenidən canlandı. B.Bayramov.\n2. məc. İfadəsini, təsirini itirmək, cılızlaşmaq. Xüsusən sona, finala doğru obrazlar solğunlaşır, dialoqlar təravətini, təzəliyini itirib adiləşir. S.Rəhman. solğunluq is. Solğun olma, saralma, rəngi qaçma, solğun şeyin halı. Lakin onun sifətində bir solğunluq nişanı var; Məncə onun bu dərdini dərd çəkənlər duyub anlar. S.Vurğun. Çimnaz arvad da gecə yatmadığından çox solğundu və bu solğunluğu ağbirçək, kiçik arvada çox yaraşır, onun qara qaş-gözünü daha gözəgəlimli göstərirdi. Ə.Əbülhəsən. solist [ital.] Solo ifa edən müğənni, rəqqasə və ya çalğıçı. sollaşma “Sollaşmaq”dan f.is. sollaşmaq f. Siyasi görüşcə sol partiyalara yaxınlaşmaq. solluq bax. solçuluq. solmaq f. Rəngi qaçmaq, rəngini, parlaqlığını itirmək, saralmaq, təravətini itirmək. Payız gəldi, yarpaqlar soldu. Gülü suya qoymasan solar. – [Xuraman:] Külək əsər, yarpaq düşər, çiçək solar; Viran qalmış mənim bu can otağımdan.. S.Vurğun. Kosanın bostanında xiyar tağları saralır, göy gülbəsərləri solurdu. S.Rəhimov. // Ağarmaq, bozarmaq, rəngini itirmək. Paltar günün altında geyinməkdən solub. // Məc. mənada. Adam haqqında. [Sənəm Züleyxaya:] Bir ildir gəlin gəlmisən, hələ səni şad görməmişik, .. dərd çəkməkdən gül kimi solmusan. Çəmənzəminli. [Asya və Telli:] Niyə solmuş rüxsarın; Gül-çöhrə, tez söylə. Ü.Hacıbəyov. Elə bir vaxt oldu ki, qız solmağa, çirkinləşməyə üz qoydu. M.Hüseyn. solmaz sif.\n1. Solmayan, təravətini itirməyən. Solmaz çiçək. – Siz bu xalıların parlaq və solmaz naxışlarında böyük bir xalqın arzularını, faciəsini, sevinclərini görə bilərsiniz. M.İbrahimov.\n2. məc. Həmişəyaşar, unudulmaz, əbədi. solo [ital. Solo – tək] Bir çalğıçı, bir müğənni tərəfindən ifa olunan musiqi əsəri və ya onun ayrıca bir hissəsi. Tarda solo. Skripkada solo çalmaq. – “Koroğlu” operasının üçüncü pərdəsində Çənlibeldə toplanmış Koroğlu dəstəsinin igidləri hərbi rəqs ifa edərkən, bu musiqinin solo hissəsi orkestrin müşayiəti ilə zurnada ifa edilir. Ə.Bədəlbəyli. // Bir rəqqas tərəfindən ifa edilən rəqs və ya onun ayrıca partiyası. soltan is. [ər. sultan] Padşah, hökmdar. Hər kimin ki, mövla olur köməyi; Nə işi var soltan ilə, xan ilə. M.V.Vidadi. Dindar camaatı hələ başa salmaq olmur ki, şahsız və soltansız məmləkət şura üsulu ilə idarə oluna bilər. M.İbrahimov. solub-saralma “Solub-saralmaq”dan f.is. solub-saralmaq f. Solmaq, saralmaq; rəngini, parlaqlığını, təravətini itirmək; bozarmaq. Burada sınıq budaqlı ağaclar susuz qalıb qurumağa başlamış, bağçalar solubsaralmış(dı).. Ə.Məmmədxanlı. soluxma “Soluxmaq”dan f.is. soluxmaq f. Solmaq. [Dostumun] rast və gözəl qaməti əyilib, rəngi soluxub, gözlərinin işığı gedib. F.Köçərli. Gün batdı, ağardı hər cığır, hər iz; Amma soluxmadı dağ başında nur. N.Xəzri. soluq sif. Solmuş, solğun, rəngi qaçmış, təravəti qaçmış. [Qurbanın] biixtiyar soluq dodaqlarından bütün iztirab və kədərlərinə tərcüman olan bir “of” uçdu. A.Şaiq. Ömür qəndilinin şölələrindən; Dərdiyi çiçəklər olacaq soluq. M.Müşfiq. solyari is. [lat.] Günəş vannası qəbul edənlər üçün avadanlığı olan yer. solyarka is. [rus.] Neft yanacağının bir növü. somatologiya is. [yun.] tibb. İnsan bədəninin ölçülərini və tənasübünü öyrənən elm sahəsi. sombrero is. [isp.] Kənarları enli şlyapa. son is.\n1. Bir şeyin qurtaracağı, nəhayəti, axırı; axır. Yolun sonu. Küçənin sonu. – Bayramın Məşədibəygilə qonaq gəldiyi ilk gün son gün olmadı. M.Hüseyn. Əhmədov Əzizi ancaq işin sonunu xəbər verən zəng çalınanda buraxdı. S.Rəhman.\n2. Eyni mənada zaman haqqında. İlin sonu. Ayın sonunda. İş gününün sonu. // Bir işin bitməsi, qurtarması, başa çatması. İşi sona çatır. Hadisənin sonunu gözləmək. // sif. Axırıncı, sonuncu. Yayın son ayı. Son cərgədə oturmaq. – [Nuriyyə:] Son kursda oxuyan Ayna adlı bakılı bir qızla dost olmuşuq. İ.Əfəndiyev.\n3. Aqibət, nəticə, axır. Kambayev dəhşətli sonun yaxınlaşdığını görürdü. S.Rəhman.\n4. məc. Ölüm, ölmə, son nəfəs. Sonu gəlib çatmışdır. Onun sonudur. Son nəfəsə kimi.\n5. Ən yeni, ən təzə, yenicə meydana çıxmış, axırıncı. Son moda. Elmin son nailiyyətləri. Son xəbərlər. – Patefonda son dəbli bir oyun havası çalınır. İ.Əfəndiyev. ‣ Son dərəcə – olduqca çox, lap çox. Son dərəcə gözəl. Son dərəcə çalışqan. Son dərəcə arıq. – [Fatma arvad] qonağının, bəlkə də gələcək gəlininin gəlişinə son dərəcə şad idi. Mir Cəlal. Leyla təəccübləndi: – Son dərəcə həssas oğlandır, – deyə, ürəyindən keçirdi. B.Bayramov. Son qoymaq (vermək) – nəhayət vermək, daha etməmək, yol verməmək, əl çəkmək, dayandırmaq. [Fərəc Qurbana:] Məsuliyyətsiz danışıqlara son qoymaq lazımdır. Ə.Məmmədxanlı. Cahandar ağa keçirdiyi iztirabların gözlərindən oxuna biləcəyini başa düşüb, nəzərlərini Əşrəfin üzündən yayındırdı və ani şaşqınlığa son qoyub, özünü toxtatdı. İ.Şıxlı. Son nəfəs – axır nəfəs, həyatının son dəqiqələri. Rzaquluxan isə son nəfəsdə ağlayırdı, həm də gülürdü. Zira doktorun sözlərinin təsəllidən ötrü olduğunu anlamışdı. M.S.Ordubadi. Son nəfəsdə qışqırırıq; Hava çatmır, hava çatmır. B.Vahabzadə. Sona yetirmək (çatdırmaq) – bitirmək, qurtarmaq, tamamlamaq, axıra çatdırmaq. Bütün gecəni yatmamış Firiduna elə gəldi ki, qorxunc və əzablı bir yuxu sona yetir. M.İbrahimov. Sanki bu nöqtədə çatırdı sona; Onun şıltaqları, onun nazları. B.Vahabzadə. Sonuna çıxmaq – bax. axırına çıxmaq (“axır”da). O səni yumruqla torpağa yıxdı; Bütün duyğuların sonuna çıxdı.. M.Müşfiq. sona is. Əsil mənası ördək olub, gözəlliyinə görə aşıq şerində gözəlin epitetlərindən biri kimi (çox vaxt yaşılbaş sona tərkibində) işlənir. Gecə-gündüz oda düşüb yanaram; Siyah telli bir sonanın ucundan. M.V.Vidadi. Könül, əbəs yerə üzmə canını; Sonaların əhdə olmaz vəfası. Q.Zakir. sonalama “Sonalamaq”dan f.is. sonalamaq f. Hər şeyə irad tutmağa çalışmaq, hər şeydə nöqsan axtarmaq. Əfruz bacı hər şeyi sonalayan idi. O, evin qabağında Kosanı qarşılayıb bala baxdı və qızışdı. S.Rəhimov. Öz evlərində heç bir şeyi sonalamayan, anası gətirən hər xörəyi yeyən Qədir qonaq getdiyi yerdə mərəkə açardı. Mir Cəlal. sonata [ital.] Xarakter və tempi etibarilə adətən üç və ya dörd hissədən ibarət instrumental musiqi əsəri. sonatina [ital.] mus. Kiçik sonata. sonbeşik is. Sonuncu, axırıncı uşaq, övlad. Ailənin sonbeşiyi. – Tükəzban ilk və sonbeşiyi olan Qüdrəti min əziyyətlə boya-başa çatdırdığından onun üstündə, öz təbirincə, nanə yarpağı kimi əsirdi. M.Hüseyn. Ulduz ailədə sonbeşik idi. Ə.Məmmədxanlı. soncuq is. Təpik, şıllaq. • Soncuq atmaq – bax. soncuqlamaq. Öküz soncuq atır. // Tərslik eləmək, deyilənə qulaq asmamaq. Gülsənəm arvad oğlunun sözlərindən bir az da əsəbiləşdi: – Eh, qurbanın olum, – dedi, – sevir sevsin, mən demirəm ki, onlar da düşmən olsun, amma sevməyin də bir təhəri var axı. Daha bundan ötrü niyə soncuq atır? M.Hüseyn. soncuqlama “Soncuqlamaq”dan f.is. Köçün yaraşığı dananın soncuqlamasıdır. (Ata. sözü). soncuqlamaq f. Soncuq atmaq, təpik atmaq, şıllaq atmaq. Cöngə isə hey soncuqlayır, təkə kimi atılıb-düşürdü. S.Rəhimov. sonet is. [fr.] Şeir janrı. sonluq is. qram. Sözün qrammatik dəyişən son hissəsi. Hal sonluqları. sonor is. [lat.] Səs tellərinin ahəngdar hərəkəti ilə yaranan samit səs. sonra 1. zərf Bir işin, hadisənin baş verməsində zaman ardıcıllığı göstərən zaman zərfi. Əvvəlcə müəllim, sonra uşaqlar danışdı. – Qonaq əvvəlcə Bayramla, sonra da Məşədibəylə vidalaşıb çıxdı. M.Hüseyn. On beş gün sonra aparılan işlərin ilk nəticəsi yoxlandı. H.Seyidbəyli.\n2. qoş. Arxasınca, ardınca, dalınca. Məndən sonra kimdir? Hamıdan sonra gəlmək. Saat 2-dən sonra. Yağışdan sonra gün çıxdı. – Uşaqlar dağılışdılar və xanım da ancaq bundan sonra eyvandan otağa çəkildi. P.Makulu. • Bir azdan (qədərdən) sonra – azacıq sonra, az, aradan çox keçməmiş. Bir qədərdən sonra qapı açılır. Ü.Hacıbəyov. Bir azdan sonra dəmirçi Musa gəlib çıxdı. M.Hüseyn. Bundan sonra – bundan belə, bir də, daha, artıq. Bundan sonra belə işlər etmə. Bundan sonra gözümə görünmə. // Yoxsa, əks təqdirdə. Ora getmə, sonra özün peşman olarsan.\n3. Bir də, ondan başqa, yenə, habelə. Sonra, canım sənə desin... sonradan zərf Sonra, axırda, nəhayətdə, nəticədə, aqibətdə; bir müddət, bir az keçəndən sonra. Məsələni sonradan başa düşdü. Sonradan peşman olmaq. Sonradan ağlına gəlmək. – [Kərəm:] Səgrəqibin fitnəsinə inandım; Firqət nə olduğun sonradan qandım. “Əsli və Kərəm”. Həqiqət halda Sitarə barəsində [Məmmədbağırın] belə, sonradan boşamaq fikri yoxdu. S.Hüseyn. sonradan-sonraya zərf Axırda, bir az keçəndən sonra, bir qədər fikirləşəndən sonra. İsmayıl kişi fikrə getdi. Sonradansonraya dedi: – Silahlarını ələ gətirə bilsək, daha yaxşı olar. P.Makulu. sonrakı zərf\n1. Sonra olan, sonra baş verən, bir şeyin ardınca gələn. Sonrakı hadisə. Sonrakı fikir. Sonrakı nəticələr. Sonrakı peşmançılıq fayda verməz.\n2. Gələcək, qarşıdakı, növbədəki. Sonrakı işləri fikirləşmək. – Sonrakı illər Nadirlə Züleyxanı bir-birinə daha möhkəm bağladı. H.Seyidbəyli. sonralar (=sonraları) zərf Bir hadisədən, əhvalatdan, işdən sonrakı vaxt, sonrakı vaxtlar(da). Əvvəl yaxşı idi, sonraları əhvalı pozuldu. – Bu əhvalatı mənə sonralar anam danışmışdı. M.Rzaquluzadə. Qəzənfər sonralar Dürrənin ailəsinə böyük yardım göstərdi. S.Vəliyev. Əvvəllər kənd uşaqları “xan cığal olar” – deyə, [Məmmədxanla] oynamaq istəməsələr də, sonralar razılıq vermişdilər. P.Makulu. sonraları (=sonralar) zərf Bir hadisədən, əhvalatdan, işdən sonrakı vaxt, sonrakı vaxtlar(da). Əvvəl yaxşı idi, sonraları əhvalı pozuldu. – Bu əhvalatı mənə sonralar anam danışmışdı. M.Rzaquluzadə. Qəzənfər sonralar Dürrənin ailəsinə böyük yardım göstərdi. S.Vəliyev. Əvvəllər kənd uşaqları “xan cığal olar” – deyə, [Məmmədxanla] oynamaq istəməsələr də, sonralar razılıq vermişdilər. P.Makulu. sonralıq 1. bax. sonradan. Bu kağızın məzmunundan və 2000 manat puldan hamısı şad olub, sonralıq xoşbəxt və şadlıq ilə yaşadılar. B.Talıblı.\n2. sif. Sonra görülməli olan, görüləcək; sonrakı vaxtı nəzərdə tutan. Bu, sonralıq işdir. sonralıqca zərf Sonradan, sonra. Sonralıqca hamı gəldi. – Bəs bu yazıq Tükəzbana niyə erkək deyirlər, əlbəttə, sonralıqca hamımız biləcəyik. B.Talıblı. sonrası zərf Axırı, ardı, nəticəsi, aqibəti. Sonrası bəlli olar. Sonrasına baxarıq. sonsuz I. sif. Sonu, nəhayəti, axırı olmayan; hədsiz, bitməz-tükənməz. Sonsuz qayğı. Sonsuz boşluq. Sonsuz bir maraq. Sonsuz məhəbbət. – Bu bəxtiyar üzlərdə nə nadir yaraşıq var! Sonsuz sevinc doğurur işıqların yanması. R.Rza. Sən açdın beləcə son səhərini; Son səhər bir sonsuz gecəyə döndü. N.Xəzri.\n\nII. sif. Uşağı, övladı olmayan. Sonra Tutu xala, mənim bu sonsuz mehriban xalam, ayağa qalxıb işığı yandırdı. Ə.Məmmədxanlı. Sonsuz, dul kişi [Sultan Əmirli] çox zaman evə baş salmaq belə istəməzdi. İ.Hüseynov. sonsuzluq I. is. Sonu, nəhayəti olmama; nəhayətsizlik, intəhasızlıq. Amma bu qısacıq məsafə Qulama sonsuzluq təsiri bağışladı. Ə.Əbülhəsən.\n\nII. is. Sonsuz olma, övladı, uşağı olmama. Sadığın qardaşı da ağlamsındı, sonsuzluğun bütün ağırlığını duymuş adamlar kimi büzüşdü. M.Hüseyn. [Məsumə Muxtara:] Sənin kimi övladdansa, sonsuzluq yaxşıdır. B.Bayramov. sonuc bax. son 3-cü mənada. sonuncu sif. Ən axırıncı, axırdakı, axırda olan. Sonuncu dərs. Sonuncu tamaşa. – Qoca kişi sonuncu daşı da yonub hazır etmişdi. S.Rəhimov. soplo is. tex. Ucluq. soprano [ital.] mus.\n1. Ən yüksək qadın səsi.\n2. Belə səsi olan müğənni haqqında. soraq is. Axtarma, arama, soruşma, soruşub bilmə (öyrənmə, xəbər tutma); soruşmaqla öyrənilən şey, xəbər, məlumat. Xucuklu Mahmudbəy çoxdandı ki, Nəbinin sorağında idi. “Qaçaq Nəbi”. // Biri haqqında məlumat, xəbər. [Ümid nazirə:] Bəs sizin sorağınız “Nərimanov” kolxozundan gəlir. B.Bayramov. • Sorağında olmaq – həsrətində olmaq, axtarmaq, təmənnasında olmaq. Vaqif durnalardan təmənna eləyir ki, intizarını çəkdiyi və sorağında olduğu alagözlü həmdəmdən görsünlər ona bir xəbər və əsər gətirə bilərlərmi? F.Köçərli. Soraq almaq – bir xəbər bilmək, məlumatı olmaq. Sorağını aldım. – [Əlyar xan] harada nadir, gözəl, diqqətəlayiq bir şeyin sorağını alardısa, hər necə vasitə ilə olursa olsun, dərhal onu ələ keçirməyə çalışardı. Ə.Məmmədxanlı. Soraq etmək – axtarmaq, aramaq, ondan-bundan soruşub öyrənmək, bilmək, xəbər tutmaq, məlumat almaq. – İnəyi itən soraq edər. (Ata. sözü). Haraları gəzib aramalı, kimi soraq etməli idim. S.Hüseyn. [Şahin:] [Müəllimimiz] fikirləşib ki, saatın itdiyini tələbələrdən soraq eləsəm yaxşı düşməz. B.Bayramov. Soraq vermək – xəbər vermək, məlumat vermək. Gələcək günlərdən verərək soraq; Oldu bir-birinə ürəklər dayaq. S.Rüstəm. [Katibədən] heç kəs bir soraq verməyirdi. Ə.Əbülhəsən. soraqçı is. Soraq edən, soruşan, axtaran. Soraqçının tüstüsü dabanından çıxar. (Məsəl). soraqlama (=soraqlaşma) “Soraqlamaq” və “soraqlaşmaq”dan f.is. soraqlaşma (=soraqlama) “Soraqlamaq” və “soraqlaşmaq”dan f.is. soraqlamaq (=soraqlaşmaq) f. Soruşmaq, soraq etmək, ondan-bundan soruşaraq bilmək. Yar dağdan aşdı, getdi; Ürəyi daşdı, getdi; Axtardım, soraqladım; Dedilər, qaçdı getdi. (Bayatı). [Əhməd:] Qoyaram yolunda şirin canımı; Soraqlaşıb Qəribini taparam. “Aşıq Qərib”. O, uzun müddət axtardıqdan, soraqlaşdıqdan sonra Gövhərin yerini öyrənmişdi. Ə.Vəliyev. soraqlaşmaq (=soraqlamaq) f. Soruşmaq, soraq etmək, ondan-bundan soruşaraq bilmək. Yar dağdan aşdı, getdi; Ürəyi daşdı, getdi; Axtardım, soraqladım; Dedilər, qaçdı getdi. (Bayatı). [Əhməd:] Qoyaram yolunda şirin canımı; Soraqlaşıb Qəribini taparam. “Aşıq Qərib”. O, uzun müddət axtardıqdan, soraqlaşdıqdan sonra Gövhərin yerini öyrənmişdi. Ə.Vəliyev. soraqsız sif. və zərf Xəbərsiz, xəbər vermədən, xəbərdarlıq etmədən. Soraqsız itmək. Soraqsız gəlmək. – [Mədinə Yavərə:] Bilmirəm səndə nə adətdir, soraqsız, xətərsiz adamın başının üstünü alırsan. M.İbrahimov. soraq-soraqla zərf Soruşa-soruşa, soruşub xəbər tutmaqla, axtara-axtara. Soraqsoraqla istədiyini taparsan. – Doğrudur, deyərlər ki, soraq-soraqla həccə getmək olar. M.Rzaquluzadə. sorğu (=sorğu-sual) is. Sual, sual etmə, verilən sual. Sorğuya qısa cavab vermək. – Ağsaçlı, ağbığlı, ağsaqqallı, ancaq lalə kimi qırmızıyanaqlı Əmiraslan baba nəvəsinin sorğularına cavab verirdi. S.Rəhimov. [Azad:] Qoy xəbər verim, yoxsa sorğu-sualdan yaxamızı qurtara bilməyəcəyik. S.Rəhman. Səfiyyə sorğu-sualı uzatmamaq üçün tələsik ünvanı, hətta evin nömrəsini də deyib getməyə icazə istədi. H.Seyidbəyli. // Dindirmə, suallar vermə, soruşma, istintaq. • Sorğu (sorğu-sual) etmək – soruşmaq, sual vermək. [Çiyələk] sorğu-sual eləmədi, lakin mahiyyətinə də enmədi. B.Bayramov. Sorğu-suala tutmaq – dalbadal sual vermək, çox dindirmək, soruşmaq. [Malik] məsələni anlamaq üçün kim gəldi, sorğu-suala tuturdu. M.İbrahimov. [Həkim:] [Ataşı] bu saat sorğu-suala tutmaq olmaz. Ə.Vəliyev. sorğu-sual (=sorğu) is. Sual, sual etmə, verilən sual. Sorğuya qısa cavab vermək. – Ağsaçlı, ağbığlı, ağsaqqallı, ancaq lalə kimi qırmızıyanaqlı Əmiraslan baba nəvəsinin sorğularına cavab verirdi. S.Rəhimov. [Azad:] Qoy xəbər verim, yoxsa sorğu-sualdan yaxamızı qurtara bilməyəcəyik. S.Rəhman. Səfiyyə sorğu-sualı uzatmamaq üçün tələsik ünvanı, hətta evin nömrəsini də deyib getməyə icazə istədi. H.Seyidbəyli. // Dindirmə, suallar vermə, soruşma, istintaq. • Sorğu (sorğu-sual) etmək – soruşmaq, sual vermək. [Çiyələk] sorğu-sual eləmədi, lakin mahiyyətinə də enmədi. B.Bayramov. Sorğu-suala tutmaq – dalbadal sual vermək, çox dindirmək, soruşmaq. [Malik] məsələni anlamaq üçün kim gəldi, sorğu-suala tuturdu. M.İbrahimov. [Həkim:] [Ataşı] bu saat sorğu-suala tutmaq olmaz. Ə.Vəliyev. sorma I. “Sormaq1”dan f.is.\n\nII. “Sormaq ”dan f.is. sormaq I. f. Soruşmaq, sual etmək, xəbər almaq. Gər sual eyləsə zahid, ki nədir nəşeyimey? Degilən, get onu meyxanədə sağərdən sor. S.Ə.Şirvani. Bahadır papiros yandırıb Sultandan sordu.. N.Nərimanov. Əhməd hekayəsini tamam etdi. İkimiz də bir-birimizin üzünə baxırdıq. Əhməd gözləyirdi ki, mən bir şey soracağam. T.Ş.Simurq.\n\nII. f.\n1. Əmmək. Boynum qolunu dilər həvadan; Ləlim ləbini sorar səbadan. Füzuli. Uşaq iydən ürkən kimi olub başını buladı, lakin yenə də döşü tapıb sordu. M.İbrahimov.\n2. Dil və dodaqların hərəkətilə konfet, qənd və bu kimi şeyləri ağzında yavaş-yavaş əridərək yemək. Monpası sormaq. Nabat sormaq. – [Mustafa] haradansa tapdığı çay daşını durmadan sorurdu. S.Vəliyev.\n3. bax. sovurmaq. Dağ üstə boran gəlir; Qarları soran gəlir. Atın dördnala çapır; Arxamda duran gəlir. (Bayatı). ‣ Qanını (şirəsini) sormaq – bax. qanını sormaq (“qan”da). ..Mir Yəhya ağalar avam qardaşlarımızın canına daraşıb .. qanlarını sorurlar. C.Məmmədquluzadə. Nə qədər ki, [mülkədarlar] yaşayırlar, sizin şirənizi soracaqlar. Ə.Vəliyev. sort [fr. sorte, əsli lat.]\n1. Hər hansı bir malın keyfiyyət və qiymət cəhətdən dərəcəsi, növü, çeşidi. Çayın sortu. Tütünün sortu. Birinci sort un. – [Xəlil:] Pambığı tez yığanda ikinci sortla təhvil verirlər. M.Hüseyn.\n2. Hər hansı bir mədəni bitkinin təsərrüfat üçün daha qiymətli xüsusiyyətlərə malik olan növü. Buğdanın quraqlığa davamlı sortu. Şərablıq üzüm sortları. Tezyetişən alma sortları. sortament is. [fr.] Eyni cinsli məmulat və materialların sort, növ, tip və ölçü cəhətdən çeşidi. sortlama “Sortlamaq”dan f.is. sortlamaq bax. sortlaşdırmaq. sortlaşdırma “Sortlaşdırmaq”dan f.is. sortlaşdırmaq f. Sortlara ayırmaq, növlərə ayırmaq; çeşidləmək. sortlayıcı is. Bir şeyi sortlara, növlərə, çeşidlərə ayıran işçi (maşın). sortluq is. Müəyyən sorta (2-ci mənada) aid olma; cins. Sortluq toxum. sortsınama is. k.t. Toxumların sortunu (növünü, cinsini, keyfiyyətini) yoxlayıb qiymətləndirmə. sorucu I. sif. Soran, sorub çəkən. Bitkinin sorucu rişələri. Sorucu həşərat. Sorucu orqan. // Sormağa, sorub çəkməyə məxsus. Sorucu klapan. Sorucu nasos.\n\nII. is. Sual edən, soruşan, sualedici, sual ifadə edən. Sorucu baxış. – Qız tanımadığı bu adamları utancaq və sorucu nəzərlərlə seyr edirdi. Ə.Sadıq. soruşma “Soruşmaq”dan f.is. soruşmaq f.\n1. Bir şeyi bilmək, bir şey haqqında məlumat almaq üçün birinə sualla müraciət etmək; sual etmək. Xəstənin halını soruşmaq. Dərslərini soruşmaq. Yaşını soruşmaq. – Kimin ixtiyarı var idi, soruşsun haradan [Xudayar bəyə] bəylik yetişib. C.Məmmədquluzadə. Bəli, mənim qürurum; Gəl, soruşma nədəndir; Çağlayan Xəzərimi; Bu cür sevdiyimdəndir. N.Xəzri. // Fikrini bilmək istəmək, icazə istəmək. Soruş, sonra get.\n2. Birini görmək, birilə görüşmək arzusunda olduğunu bildirmək. Kimsə sizi soruşurdu. Müdir səni soruşurdu.\n3. Üzərinə məsuliyyət düşmək, bir şey haqqında qaneedici cavab tələb etmək. Bu işi səndən soruşacaqlar. soruşulma “Soruşulmaq”dan f.is. soruşulmaq məch. Sual edilmək. Soruşula bilər ki, indi bundan sonra daha kim qaradama tövlə səkisindən qopub, pəncərəli bir otaqça tikib buraya çıxa bilərdi. S.Rəhimov. sosial [lat.] Mürəkkəb sözlərin sosialist mənasında olan birinci tərkib hissəsi; məs.: sosial-demokrat, sosial-demokratizm və s. sosial-demokrat Sosial-demokrat partiyasının üzvü, sosial-demokratiya tərəfdarı. sosial-demokratik sif. Sosial-demokratiyaya aid. Sosial-demokratik ideologiya. Sosial-demokratik görüşlər. sosial-demokratiya XIX əsrin sonuncu rübündə meydana gələn sosialist partiyalarının ümumi adı. Rusiya sosial-demokratiyası. Alman sosial-demokratiyası. sosial-demokratizm Sosial-demokratiyanın ideologiyası və taktikası. sosial-imperialist Sosial-imperializm siyasəti yeridən və ya bu siyasəti müdafiə edən adam. sosial-imperializm Opportunizmin bir növü, sosial-demokratların öz ölkələrinin imperialist hökumətini dayaqlama siyasəti. sosialist 1. Sosializm (2-ci mənada) tərəfdarı.\n2. Sosialist partiyasının üzvü. sosialistləşdirmə “Sosialistləşdirmək”dən f.is. sosialistləşdirmək f. Bütün cəmiyyətin mülkiyyəti etmək, sosialist mülkiyyətinə çevirmək. Ağır sənayeni sosialistləşdirmək. sosializm [lat. sosialis – ictimai, müştərək]\n1. Sosialist inqilabı, burjua hakimiyyətinin devrilməsi və proletar diktaturası yaradılması, istismarçı siniflərin ləğv edilməsi nəticəsində qurulan dövlət və ictimai quruluş – kommunizmin birinci fazası.\n2. Sosializm cəmiyyəti qurulması haqqında nəzəriyyə. Elmi sosializm.\n3. Bərabərçilik və ya antaqonist ziddiyyətləri yumşaltma əsasında kapitalist cəmiyyətini islah etmək haqqında müxtəlif xırda burjua və burjua nəzəriyyələrinin adı. Xalqçı sosializmi. Xristian sosializmi. sosial-revolyusioner [ixtisarı: “eser”] 1902-ci ildə Rusiyada xalqçı qrupları qalıqlarından əmələ gəlib, Oktyabr inqilabından sonra sovet hakimiyyətinə qarşı mübarizə aparmış əksinqilabçı qolçomaq partiyasının üzvü. sosiologiya [lat. societas – cəmiyyət və yun. logia – təlim] Cəmiyyət inkişafının ümumi qanunları haqqında elm. sosioloji sif. [lat.] Sosiologiyaya aid. Sosioloji qanun. Sosioloji nəzəriyyə. sosioloq [lat. societas – cəmiyyət və yun. logos – məfhum, təlim] Sosiologiya mütəxəssisi. sosiska [rus.] Bişmiş halda yeyilən nazik kolbasa. [Vəlibəy:] Canım, Allahın kələm suyu borşu istəyirsən, içindən sosiska çıxır. S.S.Axundov. sosiskaxana is. Sosiska bişirilib satılan qəlyanaltı dükanı. sosyarış is. “Sosializm yarışı” qısaltma forması. sous [fr. sauce] Xörək şirəsi. souslu sif. Sousu olan, sousla bişirilmiş. sovet I. is. [rus.] Müəyyən sahəyə aid mütəxəssislər qrupu; şura. Elmi sovet. Muharibə veteranları şurası.\n\nII. is. [rus.]\n1. köhn. Rusiyada sosializm cəmiyyətinin siyasi təşkilat forması. SSRİ Ali Soveti.\n2. köhn. Müxtəlif kollegial orqanların adı. Nazirlər Soveti. sovetləşdirilmə “Sovetləşdirilmək”dən f.is. sovetləşdirilmək məch. Sovet hakimiyyəti qurulmaq, Sovet hakimiyyəti orqanları yaradılmaq. sovetləşdirmə “Sovetləşdirmək”dən f.is. sovetləşdirmək f. Bir yerdə Sovet hakimiyyəti, Sovet hakimiyyəti orqanları qurmaq, yaratmaq. sovetləşmə “Sovetləşmək”dən f.is. sovetləşmək f. Sovet qaydasınca qurulmaq, sovet xarakteri almaq. sovxa is. Ölən adamın qalmış şeyləri. [Hacı Qara:] Heç kəs malın üzünə baxmır. Deyəsən, ölətdən qırılanların sovxasıdır. M.F.Axundzadə. • Sovxaya qalsın, sovxaya qalmış! – qarğış, nifrin mənasında. [Mürsəl:] Görüm ki, canını dərd, azar alsın; Süpürgə bığların sovxaya qalsın. S.Rüstəm. [Nisə xanım:] Sovxaya qalmış eynəyi tapa bilmirəm!.. Ə.Məmmədxanlı. // Söyüş yerində işlənir. sovxoz [rus. “sovetskoe xozəystvo” söz. ixtisarı] Dövlətə tabe olan kollektiv kənd təsərrüfatı; təsərrüfat birliyi. Qoyunçuluq sovxozu. Taxılçılıq sovxozu. Sovxoz direktoru. Sovxoz təsərrüfatı. – Sovxoz fəhlələri əllərində böyük zənbillər plantasiyalara yayılmışdılar. H.Seyidbəyli. Sov.İKP – Sovet İttifaqı Kommunist Partiyası. sovka [rus.] zool. Tırtılları kənd təsərrüfatı bitkilərinə ziyan verən gecə kəpənəkləri qrupunun adı. Kələm sovkası. – Alov burulaburula ətrafı qarsır, elə bil qəsdən çor və sovkanın artıb törəmək istədiyi yerləri yandırırdı. Ə.Vəliyev. sovqat is. Birinə göndərilən pay; hədiyyə, bəxşiş. [Vəzir:] Bağışlayanda mən deyəcəyəm ki, bacım, Hidayət xanın arvadı bu nimtənəni Şölə xanıma sovqat göndəribdir. M.F.Axundzadə. Kəblə Məmmədhüseynin kirvə oğlu “Qurdbasar” kəndindən bura bir quzu sovqat göndərmişdi. C.Məmmədquluzadə. Anam heybəni sovqatla doldurur, atam qoşulu araba yanında məni gözləyirdi. Ə.Məmmədxanlı. sovmaq f. Kənar eləmək, başdan eləmək. sovməə is. [ər.] İbadətxana, ibadətgah, hücrə. [Mirzə] əlləşib bu daşların arasında özünə bir sovməə tikdi. S.Rəhimov. Tağların bir başqasında balaca sovməələr olardı, bunlara da xəlvəti deyərdilər. H.Sarabski. sovurma “Sovurmaq”dan f.is. sovurmaq f.\n1. Havaya atmaq, sovurucu maşın vasitəsilə dəni samandan, zibildən təmizləmək. Bir azdan Dəmirov şana ilə taxılı sovurmağa başladı. S.Rəhimov. ..Döyülən taxılı sovururdular. Ə.Əbülhəsən.\n2. Havaya qaldırmaq, səpələmək, dağıtmaq. Hərdən külək qalxır, yerdən qarı qapıya sovurur; Gəlib-gedən insanların üz-gözünü qovurur. A.Səhhət. Biz şəhərə girdiyimiz zaman şiddətli xəzri əsir, küçələrin tozunu havaya sovurur, göydən başımıza torpaq yağırdı. A.Şaiq.\n3. məc. Hədər yerə, boş-boşuna xərcləmək, puç etmək; israfçılıq etmək.\n4. məc. Yağdırmaq, demək. [Qorxmaz Dönməzə:] Bir gün böyük bir izdihamın səni söyərək, lənətlər sovuraraq, səni daşladığını gördüm. C.Cabbarlı. [Rauf:] Evi [vaxtında] boşaltmadığı üçün biçarəni alçaqcasına təhqir etmiş, ağzına gələni sovurmuş. H.Cavid. ‣ Yelə sovurmaq – heç eləmək, puça çıxartmaq. [Atabala:] ..Çox müstəbidin ocağını söndürüb yelə sovurmuşdu. A.Şaiq. Külünü göyə (ərşə) sovurmaq – bax. sovurmaq. [Nizami:] Mən Əxi Fərruxun fikirləri üzərində böyük və qiymətli əsərlər yazmışdım, lakin onları sizin kürəkəniniz Atabəy Məhəmməd məhv etdirdi, onların külünü göyə sovurdu. M.S.Ordubadi. sovurucu is. k.t. Taxılsovuran maşın, alət. // Sif. mənasında. Sovurucu maşın. sovuruq 1. bax. burulğan 2-ci mənada. Qar sovuruğu. Çovğun sovuruğu.\n2. Taxılı təmizləmək üçün havaya atma. Firidun sovuruq ata-ata, Musa kişinin günəşdən tunc kimi qaralmış üzünə baxdı və heç bir söz demədi. M.İbrahimov. sovuşma “Sovuşmaq”dan f.is. sovuşmaq f.\n1. Getmək, keçmək, uzaqlaşmaq, çəkilmək (nəzərə çarpmadan). Arabir səkilərlə keçənlər mühüm bir işi olan adamlar kimi küçələrdən tez sovuşub gedirdi. A.Şaiq. Rüxsara bir şey edir kimi, çiyinləri üstündən geriyə baxdı, gödək tumanlı bir qaraltı sağdan sovuşub yuxarıya ötdü. S.Rəhimov. // Əkilmək, sivişmək, yayınmaq, xəlvəti qaçmaq. Balaca Sabir günorta yeməyini yeyib sovuşdu. S.Rəhimov.\n2. Ötmək, keçmək; keçib getmək, ötüb keçmək. [Axund:] Hərçənd ki, az qalmışdı aralıqda güllə mənə dəysin, amma şükür Allaha ki, xata yandan sovuşdu. B.Talıblı. [İlyas Adiləyə:] Beləliklə, ilk fəlakət sovuşdu, yoxsa hər ikimiz uçuruma aşıb məhv olacaqdıq. Ə.Məmmədxanlı. // Eyni zamanda vaxt, zaman, mövsüm haqqında. Həftə sovuşdu, getdi; Ay gəldi, başa çatdı. R.Rza.\n3. Dayanmaq, ara vermək, kəsmək, keçmək, ötmək. Qoy yağış sovuşsun, sonra söylə! Ə.Vəliyev.\n4. məc. Yaddan çıxmaq, unudulmaq; yox olmaq, keçib getmək. Amma o duyğu tez sovuşdu məndən; Vallah, gərək başın düşsün bədəndən. A.Səhhət. [Bəhram:] Bəhram, qorx! Qorx öz vicdanından! Sən ki Saranın xatiri üçün bu işə iqdam etmişdin, nə tez sovuşdun! C.Cabbarlı. Pirinin dilxorluğu bir anda sovuşdu. İ.Əfəndiyev. soy is. Əsil, əcdad, əsil-nəsəb, mənşə, cins. soya is. [yapon.] Paxla fəsiləsindən birillik bitki. soyad is. Şəxsi addan başqa nəslən verilən ad; familiya. soydaş is. Bir soydan, bir nəsildən, bir kökdən olan adamlardan hər biri. soyğun is. Soyma, talama, talan, çapqın. Şəhərdə böyük soyğun oldu. soyğunçu is. Soyğunçuluqla, qarətlə məşğul olan adam; çapovulçu, qarətgər, adamsoyan; quldur. Bakı yanğınların, barıt tüstülərinin, quldurların və soyğunçuların ixtiyarına verilmişdi. M.S.Ordubadi. Dağlar arasından keçdikcə, hər addımda oğru soyğunçu gözlənilirdi. Mir Cəlal. soyğunçuluq is. Talançılıq, çapqınçılıq, quldurluq, qarətgərlik. Gülpərini qorxuya salan dağlar arasından və meşələr içindən keçən yollardı ki, oralarda çox vaxtı soyğunçuluq ittifaq düşərdi. S.S.Axundov. [Həsən] ..keçmiş ağaların zülm və soyğunçuluğunun şahidi olmuşdu. M.İbrahimov. soyma “Soymaq”dan f.is. soymaq f.\n1. Hər hansı bir şeyin üst qabığını, dərisini çıxartmaq, yapışdığı yerdən qoparmaq, aralayıb götürmək. Alma soymaq. – İt yetib, arvadın əllərinin dərisini tamam dişləri ilə soyub tökdü. Çəmənzəminli. Arvad soyduğu kartofu bir yana qoyub təəccüblə Qəribova yaxınlaşdı. S.Rəhman. // Kəsilmiş heyvanın dərisini çıxartmaq. Qoyun soymaq. – Aşpazlar erkəkləri soyub dərilərini çevirməkdə idilər. Ə.Vəliyev.\n2. məc. Bütün var-yoxunu əlindən almaq; çapmaq, talamaq. [Murov Hacı Qaraya:] Bəs sən Əylis ermənilərini soyub, ipəklərini aparanların yoldaşı deyilsən? M.F.Axundzadə. ‣ Dərisini soymaq – bax. dəri. [Mirzə Hüseyn Nərimana:] Hacı Bayram kimi qan içənə, camaatın dərisini soyana nökərçilik edincə öz işinə qulluq edərsən. Ə.Haqverdiyev. Soyub soğana döndərmək – bax. soğan kimi (qabığını) soymaq. [Böyük oğul:] Həkimlərdə o təqsir var ki, əlinə azarlı keçəndə soyub soğana döndərirlər. Qantəmir. soysuz sif. Soyu, əsli olmayan, ya məlum olmayan. soyuducu is.\n1. Bir şeyi soyutmaq üçün aparat, cihaz. Neft emalı zavodlarında .. maye halında olan məhsulları soyudan aparatlara isə soyuducular deyilir. M.Məmmədli. // Bir şeyi soyutmağa məxsus maddə və s.\n2. Tez xarab olan məhsulları mühafizə etmək, soyutmaq üçün daxilində süni surətdə aşağı temperatur yaradılan cihaz, qurğu, otaq və s. [Səriyyə:] [Evimdə] televizor, soyuducu, paltaryuyan maşın, tozsoran vardı. İ.Əfəndiyev. Bibixanım Fərruxun işarəsi ilə soyuducudan içki çıxartdı. B.Bayramov. soyudulma “Soyudulmaq”dan f.is. soyudulmaq məch. Soyuq hala gətirilmək, hərarəti azaldılmaq. soyuğadavamlı sif. Soyuqdan, şaxtadan qorxmayan, soyuğa, şaxtaya davam gətirən. Soyuğa davamlı bitkilər. Soyuğadavamlı materiallar. soyuğadavamlılıq is. Soyuğadavamlı şeyin xassəsi. Bitkilərin soyuğa davamlılığı. soyuq sif.\n1. Hərarəti olmayan, temperaturu aşağı olan (hava və s. haqqında). Soyuq külək. Soyuq hava. Soyuq qış. – Usta ortadakı soyuq su hovuzunun yanından keçib keçə ilə döşənmiş səkinin üstündə oturdu. Çəmənzəminli. [Şofer:] Bir yandan islanıb soyuqdan əsirəm, bir yandan da qorxudan məni soyuq tər basıb. M.Rzaquluzadə. // İs. mənasında. Soyuq hava, şaxta. Bu soyuqda hara gedəcəksən? Soyuqda oturmaq. – [Kərbəlayı Qurban:] Tez ol, qapını aç, soyuq məni kəsdi! Çəmənzəminli. Qadın ayaqyalın idi və belə məlum olurdu ki, soyuğu hiss etmir. H.Seyidbəyli. // Cəm şəklində: soyuqlar – davamlı, sürəkli şaxtalar, soyuq hava. İlk soyuqlar. Soyuqlar düşdü. Soyuqlar hələ də davam edir. // Üşümə hissi, üşütmə. Canıma soyuq düşdü. • Soyuq aparmaq – don vurmaq, şaxtadan (soyuqdan) donmaq. Barmaqlarımı soyuq apardı. Soyuq dəymək (olmaq) – soyuqlamaq, soyuqdan azarlamaq. [Sultan bəy:] İndi üstüaçıq yatmışam, deyəsən, belimə soyuq dəyibdir. Ü.Hacıbəyov. Soyuq düşmək – soyumaq (hava haqqında). Axşam oldu, soyuq düşdü, dərələrdən duman qalxmağa başladı. S.S.Axundov. Dağlarda isə gözlənilmədən soyuq düşmüşdü. M.Hüseyn.\n2. Qızdırılmamış, qızdırılmayan, yaxud istini saxlamayan. Soyuq otaq. Soyuq zal. – [Nəbi] qışda odsuz-ocaqsız, soyuq tövlədə buza dönmüş bədənini qızdırmaq üçün özünü günə verdi. Ə.Abasov. // Bədəni soyuqdan qoruya bilməyən, soyuq keçən, istiliyi olmayan; nazik. Soyuq paltar. Soyuq yorğan. // Soyumuş, lazımınca isti olmayan. Soyuq çay. Soyuq xörək. Soyuq samovar. // Soyudulmuş halda hazırlanan və yeyilən. Soyuq qəlyanaltı. Soyuq yeməklər. // Şimali. Soyuq ölkələr.\n3. məc. Sərt, riqqətsiz, etinasız. Soyuq rəftar, münasibət. Soyuq cavab. Soyuq (z.) görüşmək. – Qız professora iti və soyuq (z.) bir nəzər salaraq heç bir cavab vermədi. İ.Əfəndiyev. Nərgiz Qorxmazı bir az soyuq (z.) qarşıladı. Ə.Vəliyev. // məc. Coşğunluğu, ehtirası, hərarəti olmayan; ehtirassız, üzügülməz. Soyuq qəlb. Soyuq adam. Soyuq baxış.\n4. məc. Darıxdırıcı, usandırıcı, ürəksıxan, cansıxıcı, maraqsız, süst. Məclis çox soyuq (z.) keçdi. Məclisi soyuq (z.) görən Məryəm qayıdıb getdi. B.Talıblı. ‣ Soyuq müharibə – imperialist dairələrin beynəlxalq münasibətlərdə gərginlik yaradan və yeni müharibə alışdırmağa doğru yönəldilən düşməncəsinə təcavüzkar siyasəti. soyuqdəymə is. Özünü soyuğa vermə; soyuqlama. [Şərəfoğlu Rüstəmə:] Hərarətini ölçmək lazımdır, başağrısı soyuqdəymədən də ola bilər. M.İbrahimov. [Nəcəfalı:] Bir aydır ki, bircə gecə çimir eləməmişəm, indi soyuqdəymədən qorxub taxılı bada verə bilmərəm. B.Bayramov. soyuqqanlı sif. və zərf\n1. Hər cür şəraitdə özünü sakit, səbirli, təmkinli, dözümlü apara bilən. Soyuqqanlı olmaq. – Çox mülayim və soyuqqanlı danışan İmran kişinin hər sözü [Hümmətəlinin] ortasından qılınc kimi keçirdi. M.Hüseyn. Bayraqcıqlarla tülkü və qurd ovuna çıxarkən, ovçu soyuqqanlı və cürətli, mahir iztapan olmalıdır. M.Rzaquluzadə. [Qoşqar Əmirliyə:] Düz bir ildir mən bu aparatda işləyirəm. Bir dəfə görməmişəm ki, mənimlə səbirlə, soyuqqanlı danışasınız. İ.Hüseynov.\n2. Qanısoyuq, xoşagəlməz, sevimsiz, ürəyəyatmaz. Çox soyuqqanlı adamdır. soyuqqanlılıq is.\n1. Soyuqqanlı adamın xasiyyəti; təmkinlilik, səbirlilik, təmkin. [Vaqif:] soyuqqanlılığını saxlayaraq ricaya gələnlərin bir-ikisini içəri çağırdı. Çəmənzəminli. [İslam:] “Belə mühüm” işlərdə insan gərək soyuqqanlılığını əldən verməsin. S.Hüseyn. Nadir [Məryəmin] xasiyyətini və soyuqqanlılığını bilirdi. B.Talıblı.\n2. məc. Laqeydlik, biganəlik. // Qanısoyuqluq, xoşagəlməzlik, sevimsizlik, ürəyəyatmazlıq. soyuqlama “Soyuqlamaq”dan f.is. soyuqlamaq f. Soyuqdəymədən xəstələnmək, özünü soyuğa vermək. Rüxsara xanım bir il bundan əvvəl soyuqlayıb naxoşlamışdı. T.Ş.Simurq. [Ana:] Bala, pəncərə qabağında çox oturursan, küləkdir, soyuqlayarsan! Mir Cəlal. soyuqlaşma “Soyuqlaşmaq”dan f.is. soyuqlaşmaq f. Get-gedə soyuq olmaq (hava haqqında). Avqust ayı aralığa gəldi, hava soyuqlaşdı. N.Nərimanov. Yavaş-yavaş havalar soyuqlaşdıqca bağ mövsümü başa çatardı. H.Sarabski. soyuqluq is.\n1. Soyuq şeyin halı, hərarət olmaması, hərarətsizlik; soyuq. Havanın soyuqluğu. Suyun soyuqluğu. Küləyin soyuqluğu. – Havanın artar istisi; Daha soyuqluq az olar. A.Səhhət. Payızın rütubətli havaları başlanmış olduğundan soyuqluq hiss olunurdu. T.Ş.Simurq. Payızdır... havada soyuqluq da var; Onunçun yarpağı tökür indi o. N.Xəzri.\n2. məc. Əvvəlki məhəbbətin, hörmətin, yaxınlığın olmadığı hal, soyuq münasibət; sərinlik. Aralarında soyuqluq var. – Bu səfər uşaqlar müəllimləri tərəfindən soyuqluq gördülər. Çəmənzəminli. [Murad Nigarın] rəftar və hərəkətlərində özünə qarşı bir soyuqluq hiss etdi. S.Hüseyn. • Soyuqluq göstərmək – soyuq münasibət göstərmək, soyuq qarşılamaq.\n3. məc. Başısoyuqluq, səhlənkarlıq. • Soyuqluq eləmək – öz işinə soyuq baxmaq, səhlənkarlıq, diqqətsizlik eləmək, fikir verməmək, laqeydlik göstərmək. [Qaragözov:] Soyuqluq eləməyin, müalicəni yarımçıq qoymayın! Mir Cəlal. soyuq-soyuq zərf Soyuq halda, qızdırılmamış. Xörəyi soyuq-soyuq yemək. soyulma “Soyulmaq”dan f.is. soyulmaq f.\n1. Qabığı, dərisi çıxarılmaq, kəsilib götürülmək.\n2. məc. Var-yoxu, paltarı və üstündə nə varsa əlindən alınmaq, qarət edilmək. Yenə kimin isə öldürüldüyünü, qız qaçırıldığını, ya adam soyulduğunu güman edirdilər. Mir Cəlal. Nə üçün sən soyulduğun haqda milis şöbəsinə xəbər vermədin? H.Seyidbəyli. soyuma “Soyumaq”dan f.is. Zeynalın evdən soyumasına səbəb yalnız Mehribanın xəstə yatdığı deyildi. S.Hüseyn. soyumaq f.\n1. Soyuq olmaq, hərarətini itirmək, temperaturu aşağı düşmək. Payız gəldi, havalar soyudu. – Hava da bərk soyumağa başlayırdı. M.Hüseyn. ..Xəzəllər töküldü, toz qopdu, hava soyudu. Mir Cəlal.\n2. məc. Getdikcə həvəsdən düşmək, ruhdan düşmək. İşdən soyumaq. – Elə mən özüm də bir həftə, bir ay; Yazmasam, şeirdən çox soyuyaram. S.Vurğun. [Dəmirov] işin qalmağından, adamların soyumağından ehtiyat edirdi. S.Rəhimov.\n3. məc. Getdikcə məhəbbətini, hissini itirmək, daha istəməmək. Uşaqlardan soyumaq. – [Sona xanım:] Heydər, görünür ki, məndən soyumusan? M.F.Axundzadə. ‣ Acığı (hirsi) soyumaq – bax. acıq. Zalış Məşədi Qasımı döyməklə soyumayıb, tamam boğdu. Çəmənzəminli. Tükəzbanın hirsi bir az soyudu və qaşqabağı da bir az açıldı. B.Talıblı. soyundurma “Soyundurmaq”dan f.is. soyundurmaq f. Paltarını çıxarmaq (başqasının). Xədicə oğluna təsəlli verdi, sonra .. soyundurub yatağa uzandırdı. S.S.Axundov. soyutma 1. “Soyutmaq”dan f.is.\n2. is. Suda bişirilmiş ət, toyuq. Soyutma hazırlamaq. – [Səlim bəy:] Qoyunlar axşamdan kəsilib, soyutma olub, cah-calal ilə, brovhabrov ilə düşürdük yola, guya bir qoşun gedir. Ə.Haqverdiyev. [Katibə:] Bu gün bufetdə soyutma (sif.) toyuq var. Gətirimmi? M.Hüseyn. soyutmaq f.\n1. Bir qədər soyuq eləmək, soyuq hala salmaq, soyumasına səbəb olmaq. Pəncərəni açıb otağı soyutmaq. Xörəyi soyutmaq. – Nə qədər yel soyutsa da havanı; Çoban artıq büründü bərk çuxanı. A.Səhhət. [Salman] özünü havaya verib, tərini soyudurdu. M.İbrahimov.\n2. məc. Ruhdan salmaq, həvəsdən salmaq, uzaqlaşdırmaq, gözündən salmaq. Sonra gündən-günə divanəsər etdin məni sən; Məktəbimdən soyudub dərbədər etdin məni sən. A.Səhhət. [Mirva] dünən bu qızı xəstə kimi qələmə verməkdə Aslandan soyutmaq istəyirmiş. S.Vəliyev. ‣ Acığını (hirsini) soyutmaq – acığını, hirsini yatırtmaq, sakitləşdirmək. ..Gülyaz qocanı dilə tutub yumşaltmaq, onun hirsini soyudub, öz istəkli qızını bu ağır xəstəlik yatağından qaldırmaq istəyirdi. S.Rəhimov. sozalmaq f. Rəngi ağarmaq, rəngi qaçmaq. söhbət is. Şifahi fikir, məlumat mübadiləsi; danışıq, müsahibə, ixtilat. Uzun-uzadı söhbət. – Əsas söhbətlər axşam şərbəti içilən zaman başlanacaq idi. M.S.Ordubadi. Tərbiyəçinin söhbətləri də gəzmək kimi ləzzətli idi. Mir Cəlal. • Söhbət açmaq – bir şəxs və ya şey haqqında danışmaq, fikir mübadiləsinə başlamaq. O biri otaqda Yetər macal tapıb istədi söhbət açsın. Çəmənzəminli. Söhbət aparmaq – fikir mübadiləsi etmək, müəyyən bir məsələ ətrafında müzakirə aparmaq, danışmaq, söhbət etmək. Cavad öz döyüşçülərini ətrafına toplayaraq müxtəsər bir söhbət apardı. Ə.Vəliyev. Söhbət etmək – bir yerdə oturub danışmaq. [Rüstəm bəy:] Bir neçə nəfər dost-aşna çağırmışam, indi bu saat gələrlər, oturub söhbət edərik. Ü.Hacıbəyov. İş üçün gələn kəndlilərlə həmişə Mirzə şirin dillə zarafat eyləyərək söhbət edərdi. Ə.Haqverdiyev. Qurban ilə Məsmə xala bir qədər söhbət elədilər. S.Rəhman. Söhbətə tutmaq – danışığa tutmaq, söhbətlə başını qarışdırmaq, söhbətlə fikrini yayındırmaq. Pəri [Bəhramın] başını qarışdırıb, söhbətə tutur. C.Cabbarlı. Söhbəti ayrı yerə salmaq – söhbəti dəyişdirmək, söhbət zamanı mətləbi qoyub başqa məsələyə keçmək. Səriyyə xala qızın utandığını görüb söhbəti ayrı yerə saldı. S.Rəhman. söhbətarası zərf Söhbət əsnasında, söhbət zamanı. Söhbətarası işarə vurmaq. Söhbətarası başa salmaq. – Qaraqum səhrasının bu gənc novatorunu; Qızlar söhbətarası məhəbbətlə anırdı. S.Rüstəm. O, söhbətarası durdu ayağa; Yandakı otağa apardı məni. Z.Xəlil. söhbətcillik is. Söhbətcil adamın xasiyyəti, söhbət etməyi sevmə. söhbətcil (=söhbətçi) sif. Söhbət etməyi sevən, yaxşı, maraqlı söhbətlər etməyi bacaran. Söhbətcil adam. – [Bir kişi:] [Məşədi Səttar] bir söhbətcil arif adam idi. Ə.Haqverdiyev. Adətən söhbətcil olan Qara Kərəmoğlu və Zeynəb Quliyeva da susmuşdu. M.İbrahimov. söhbətçi (=söhbətcil) sif. Söhbət etməyi sevən, yaxşı, maraqlı söhbətlər etməyi bacaran. Söhbətcil adam. – [Bir kişi:] [Məşədi Səttar] bir söhbətcil arif adam idi. Ə.Haqverdiyev. Adətən söhbətcil olan Qara Kərəmoğlu və Zeynəb Quliyeva da susmuşdu. M.İbrahimov. sökdürmə “Sökdürmək”dən f.is. sökdürmək icb.\n1. Sökmə işi gördürmək. Paltarı sökdürmək.\n2. Sökməyə, dağıtmağa məcbur etmək, dağıtdırmaq, uçurtdurmaq. Evi sökdürmək. sökmə “Sökmək”dən f.is. sökmək f.\n1. Qurulmuş bir şeyi uçurtmaq, dağıtmaq, yıxmaq. Hasarı sökmək. Köhnə evi söküb təzəsini tikdilər. – Bir neçə yerdə əli belli və kürəkli kişilər uçuq damların daşını və torpağını sökməkdə idilər. C.Məmmədquluzadə. Kəblə İsrafil iki atlını evin dalında qoymuşdu ki, Bəndalı damı söküb arxadan qaçmasın. Mir Cəlal. // Qurulu bir şeyi hissələrinə ayırmaq. Maşını sökmək. Cihazı sökmək.\n2. Tikişini açmaq. Döşəyini söküb paketi yunların arasına soxdu. H.Nəzərli.\n3. Xam torpağı işləmək, açmaq, qaldırmaq. [Muxtar kişi Adiləyə:] Eşidirsən təpənin dalından gələn o gur səsi? Təzə aldığımız traktordur, güney talada xam torpağı sökür. Ə.Məmmədxanlı. Kotan yeri sökən kimi, Nəcəfalı qarda şırım aça-aça getdi. B.Bayramov.\n4. İşıqlaşmaq, işıqlaşmağa başlamaq; işıqlandırmaq. Oyadır səhər-səhər; Quşlar məni yuxudan; Elə bil ki, mənimçin; Yenə sökür qızıl dan. N.Xəzri. Sarımtıl fişəng işığı yanvar gecəsinin qatı qaranlığını sökərək, yuxarı qalxdıqca zülmət seyrəlir. Ə.Əbülhəsən.\n5. məc. Parçalamaq, dağıtmaq, məhv etmək (bu mənada bəzən “söküb-dağıtmaq” şəklində işlənir). Zahirdi qəmzənin cigər sökməyi; Can almağı, nahaq qanlar tökməyi. Q.Zakir. [Qız:] Vərəm ciyərlərimi sökübdağıtdıqca qüvvədən düşdüm. Ə.Məmmədxanlı. sökük sif.\n1. Sökülmüş, uçulmuş, dağılmış halda olan. Sökük divar. Sökük döşəmə. Sökük daxma. – O zaman kolxoz idarəsi iki otaqdan ibarət köhnə və yan-yörəsi sökük bir binada yerləşirdi. M.İbrahimov. [Cinayətkar adamlar] ..dar dalanlar, sökük hasarlar, ucqar məhəllələr, kimsəsiz səhralar axtarır, öz çirkin işlərini belə yerlərdə görürdülər. H.Seyidbəyli. // is. Binanın və s.-nin sökülmüş yeri. Evin sökükləri görünür. Divarın söküklərini təmir etmək.\n2. Tikişi, sapı, hörgüsü açılmış, sapı qaçmış. Sökük xalça. Sökük papaq. Sökük ətək. – [Mürsəl:] ..Sınıq qələm, sökük zənbil heç kəsin evində yoxdur. Mir Cəlal. // is. Paltarın və s.-nin tikişi, sapı açılmış yeri. Paltarın söküyünü tikmək. Corabın söküyünü gözəmək. sökülmə “Sökülmək”dən f.is. [Şahlar] eyvanda dayanıb şəfəqin sökülməsinə tamaşa edirdi. B.Bayramov. sökülmək f.\n1. Tikişi açılmaq. Paltarımın qolu sökülüb. Paltonun astarı sökülüb. – Ələsgər, ağlayır qızlar, arvadlar; Söküldü döşəklər, yorğan qalmadı. Aşıq Ələsgər.\n2. məch. Uçurulmaq, dağıdılmaq (qurulu bir şey). Çal-çəpər sökülüb dağılmışdı. Malqara sürtünüb bəzi ağacların tənəyini salmışdı. B.Bayramov. // Məc. mənada. [Məşədi İbad:] Ə kişi, vallah, mən dağıldım, mən söküldüm, mən bu qədər pulu haradan alım verim? Ü.Hacıbəyov.\n3. İşıqlanmaq, açılmaq (adətən “üfüq”, “şəfəq” və s. sözlərlə). Dan yeri söküləndə; Zülf üzə töküləndə; Şeh düşmüş gülə bənzər; Ağ üzdən öpüləndə. (Bayatı). Yolda açdım səhəri; Üfüq üzümə güldü; Qızıl donlu dan yeri; Gözlərimdə söküldü. Ə.Kürçaylı. söküntü is.\n1. Paltarda və s. tikilmiş şeydə sökülmüş, tikişi açılmış, ipi qaçmış yer. Qolunda söküntü görünür.\n2. Sökülmüş şeyin qırıntıları, hissələri. Maşının söküntüləri yerə tökülmüşdü. söküşdürmə “Söküşdürmək”dən f.is. söküşdürmək f. Dartışdırmaq, didmək. ..Bir balaca uşaq bir övrətin döşlərini ağlayaağlaya söküşdürürdü. C.Məmmədquluzadə. söndürmə “Söndürmək”dən f.is. söndürmək f.\n1. Keçirmək (yanan şeyi). Papirosu söndürmək. İşığı söndürmək. Yanğını söndürmək. – Otaqda lampanı söndürmüşdüksə də, ancaq Ayın şöləsi pəncərədən düşüb otağın yarısını işıqlandırmışdı. M.Rzaquluzadə.\n2. məc. Yatırtmaq, boğmaq, qabağını almaq. Həvəsini söndürmək. Ədavəti söndürmək. Ehtirasını söndürmək. söndürücü is. xüs. Yanan bir şeyi, yanğını, işığı və s.-ni söndürməyə məxsus cihaz, alət və s. // Sif. mənasında. Söndürücü maddələr. söndürülmə “Söndürülmək”dən f.is. söndürülmək məch. Keçirilmək (yanan şeyi). Beş-on dəqiqədən sonra yanğın da söndürüldü. M.Hüseyn. Bu işıqlar tapdanıb söndürülən (f.sif.) nəhəng bir tonqalın közərən qığılcımlarına bənzəyir. M.Rzaquluzadə. sönmə “Sönmək”dən f.is. sönmək f.\n1. Keçmək (yanan şey). Ocaq söndü. Lampa söndü. – ..Ocağın alovu sönüb tamam olurdu. A.Divanbəyoğlu. [Pəncərə] şairin pəncərəsi idi ki, yalnız sübhə yaxın ağ vərəqlərin rəngi sarıya çalanda onun çırağı sönərdi. Ə.Məmmədxanlı.\n2. Qaralmaq, işığı kəsilmək. Daş əriyər, günəş sönər; Çıxmaz o gün yaddaşımdan. R.Rza. Səhər ovuna gecikməmək üçün hələ ulduzlar sönməmiş evdən çıxdıq. M.Rzaquluzadə.\n3. məc. Sakitləşmək, azalmaq, zəifləmək. Ər-arvad ixtilafı nəinki sönmür, daha da alovlanırdı. Mir Cəlal.\n4. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: şam kimi sönmək, ümidi sönmək, ocağı sönmək və s. sönük sif. və zərf\n1. Parlaq olmayan, parlamayan və ya çox az parlayan; parıltısız. Sönük işıq. – Dağların, bağların libası sarı; Günəşin də sönük ziyası sarı. A.Səhhət. // məc. Solğun, ölgün, cansız. [Ay] da Vaqif kimi eşq yorğunu olaraq, təpələr arxasından sönük çöhrəsi ilə aləmə tamaşa edir. Çəmənzəminli. Lakin bu suala cavab olmayaraq, [Qasımın] sönük gözləri həmişəlik yumuldu. T.Ş.Simurq.\n2. məc. Yekrəng, maraqsız, zəif. [Şair Ərəstun Şiraslana:] Sənətkarlıqla yazılmış balaca şerin özü hər hansı sönük bir poemadan qat-qat üstündür. S.Rəhimov. [Rasim Yavərə:] Necə ola bilər ki, xırda və sönük əsərə müasir və yeni deyəsən? M.İbrahimov. sönüklük is.\n1. Sönük şeyin halı.\n2. məc. Ölgünlük, ruhsuzluq, cansızlıq; ruh düşkünlüyü. // məc. Yekrənglik, maraqsızlıq, zəiflik. ..Təbiətdə bunların əksini gördükdə, bunun müqabilində rəssamın lövhəsinin sönüklüyünü dərk edir(sən).. M.Rzaquluzadə. sör-söküntü bax. söküntü 2-ci mənada. sövda [ər.] bax. ekzema. sövdalı bax. ekzemalı. sövdə is. [ər.] Alver, alış-veriş. [Həkim gülüb dedi:] Hacı ağa, belə də sövdə olarmı? Ə.Haqverdiyev. [Əli Sərdara:] Sövdənizin baş tutmaması, yəqin ki, heç xoşlarına gəlmədi. P.Makulu. • Sövdə etmək – alış-veriş etmək. [Hacı Qara:] Əgər nağd pulunuz yox isə, mən yağ ilə sövdə edərəm, bəşərti ki, xalis inək yağı ola. M.F.Axundzadə. sövdəgər is. [ər. sövdə və fars. ...gər] köhn. Parça alverilə məşğul olan adam, tacir, parça mağazası sahibi. [Hacı Saleh:] Sənə məlumdur ki, bu şəhərin sövdəgərlərinin əksərini mən pullu etmişəm. S.S.Axundov. [Qönçə:] [Mirzə Cəmil] məni Şuşa qalasında bir sövdəgər oğluna vermək istəyirdi. Ə.Vəliyev. sövdəgərlik is. köhn. Sövdəgərin işi, peşəsi; parça ticarəti ilə məşğul olma. [Hacı Qara:] ..Mən bir fağır adamam, peşəm sövdəgərlikdir. M.F.Axundzadə. sövdələşmə 1. “Sövdələşmək”dən f.is.\n2. məc. Dilləşmə, uzlaşma; gizli saziş, razılıq, sözbirlik. sövdələşmək f. köhn. Alverdə, sövdədə razılığa gəlmək, saziş bağlamaq, razılıq əldə etmək, razılaşmaq. – Sonra sövdələşərik, – deyib, tacir qeyri-müəyyən cavab verdi. M.İbrahimov. Gün olmaz ki, qızın özünə, ya nənəsinə deyən olmasın ki, “daha vaxtdır, bir halal süd əmmiş ilə tapışın, Allah xeyir versin, sövdələşin a!” Mir Cəlal. sövq is. [ər.]: sövq etmək – 1) gətirmək, qabağına qatıb sürmək, aparmaq, irəli gətirmək; 2) təhrik etmək, səbəb olub bir nəticəyə aparıb çıxarmaq, çəkib aparmaq, cəlb etmək, məcbur etmək, vadar etmək. Nəbini kəskin mübarizəyə, qaçaqlığa sövq edən torpaq məsələsi olmuşdur. “Qaçaq Nəbi”. Fikrimi vermərəm əbəs siz kimi nadanlara; Sövq edəsiz oğlumu bir para hədyanlara. M.Ə.Sabir. sövqi-təbii is. [ər.] bax. instinkt. Əlbəttə, burada sövqi-təbiinin də qüvvətli bir amil kimi böyük rolu vardı. Ə.Əbülhəsən. [Süleyman] əlində yalın xəncər durmuş Nüsrəti görərkən bir sövqi-təbii ilə tez Həmidin yatağına doğru atıldı və elə bu anda Nüsrət də Həmidə sarı cumdu. Ə.Məmmədxanlı. Ancaq [Kamalın] əlləri, ayaqları ona tabe olmur, sövqi-təbii ilə bu ölüm təhlükəsindən çəkinirdi. M.Rzaquluzadə. sövt is. [ər.] Səs, səda. Çıxanda sövtü o şirin kəlamımın, Seyyid; O sövtə başdan-ayaq guş olduğum gecələr. S.Ə.Şirvani. Xoş sövtlə söylənən sözlər təkcə-təkcə almaz danələri kimi düşüb göz şüşələrinə rəxnə salırdı. Çəmənzəminli. // Hava, avaz. ..Tamam Gülüstan [“Suliko” nəğməsini] sövt ilə oxuyur. F.Köçərli. sövtiyyat [ər.] köhn. bax. fonetika. söykək is.\n1. Dayaq, söykənəcək; söykənmək üçün hər cür şey. Salman söykəyə dirsəklənərək bir-iki dəfə öskürdü. Ə.Vəliyev. Növrəstə evdən mütəkkə gətirib Nəbiyə söykək qoydu. Ə.Abasov. • Söykək vermək – dayaq etmək. Dirsəyə söykək vermək. – Oğlan qolunu Nərgizin başına söykək verdi. B.Bayramov. Söykək durmaq – dayaq olmaq.\n2. məc. Kömək, arxalanılacaq, dayanılacaq şey. • Söykək durmaq – kömək etmək, dayaq olmaq. Yıxılana söykək durmaq.\n3. Yavanlıq mənasında. O kişi, atası rəhmətlik də bir yük kartof düzəldərdi, gətirib gələrdim, həm yavanlıq, həm də çörəyə söykək olardı. S.Rəhimov.\n4. Yapışıq, bitişik, söykənmiş, dayanmış, dirənmiş. Dağın bir tərəfi meşəyə söykəkdi. Ə.Vəliyev. Az keçməmiş, meşəyə söykək bir yerdə tonqal çatıldı. B.Bayramov. söykəkli sif. və zərf Söykənmiş halda, söykənərək, dayanaraq. Söykəkli yatmaq. – [Səlim] ayaq üstə ağaca söykəkli durdu. S.Rəhimov. söykəmə “Söykəmək”dən f.is. söykəmək f. Dayamaq, dirəmək, yapışdırmaq. Əlini başına söykəmək. Belini divara söykəmək. – Ağca başını oğlunun gen sinəsinə söykəyib mürgüləyirdi. Ə.Əbülhəsən. Nəriman yazı masasını şüşəbəndə söykəmişdi. Mir Cəlal. ..Yaşar tüfəngin lüləsini üst daşa söykəyib nişan aldı. M.Rzaquluzadə. söykənəcək is.\n1. Divanda, stulda, skamyada və s.-də kürəyi söykəmək üçün dayaq. [Qadın] yun şalını umuzundan alıb kreslonun söykənəcəyinə saldı. Ə.Əbülhəsən. Qoşqar kürəyini stulun söykənəcəyinə verib, başını sinəsinə əydi. İ.Hüseynov.\n2. məc. Dayaq, istinadgah, arxa, kömək, himayəçi. [Səlimi] bir yol axtarmalı idi. Özünə söykənəcək tapmalı idi. M.İbrahimov. Atalar oğul istər ki, qocalıqda söykənəcəkləri olsun. Mir Cəlal. söykənmə “Söykənmək”dən f.is. söykənmək f.\n1. Arxasını və ya bədənin bir yerini bir şeyə dayayaraq dayanmaq; durmaq, istinad etmək. Bir daşa söykənib, tüfəngimi [pələngə] tərəf yönəltdim. A.Şaiq. [Fərhad] əvvəlcə sağ əlinə söykənib güclə qalxdı. Ə.Vəliyev. Gecə keçmiş, ulduzlar ağ, göy, qara; Söykənmişəm qocaman bir çinara. R.Rza.\n2. məc. Arxalanmaq, güvənmək, etibar etmək. Atasına söykənmək. – Mollayev tək-tük nüfuzlu dostlarına arxalandığı halda, Aslanov saysız-hesabsız sıravi, sadə adamların gücünə söykənirdi. M.Hüseyn. // məc. Əsaslanmaq, istinad etmək. Qabaqcıl nəzəriyyəyə söykənmək. Faktlara söykənmək.\n3. Bir-birinə sıx qoyulmaq, durmaq. Çuval çuvala söykənib. – Dalda kisələr bir-birinə söykənmişdi. Ə.Əbülhəsən. söyləmə “Söyləmək”dən f.is. söyləmək f. Demək. Nə söyləyirsən? – [Sultan bəy:] Qızım, sənin istədiyin, kimdir? Söylə görək. Ü.Hacıbəyov. Zeynal yavaşca addımlarla Mehribana yaxınlaşdı. Bir söz deyəcəkdi. Söyləməyə üzü gəlmirdi. S.Hüseyn. // Anlatmaq, bildirmək, xəbər vermək. Əhvalatı olduğu kimi söylədi. Bunu sizə kim söylədi? – Badi-səba, söylə mənim yarıma; Gözəllər çıxıbdı seyrana, gəlsin. Q.Zakir. Molla Fərzəli əsnəyə-əsnəyə bir kağız parçasını dizi üzərinə alaraq: – Həmşəri nə yazılacaq? Söylə! – dedi. A.Şaiq. söylənmə “Söylənmək”dən f.is. söylənmək 1. qayıd. Öz-özünə danışaraq bir şeydən şikayətlənmək; deyinmək, donquldanmaq. Pərdə açıldıqda Qulu otağı süpürərkən öz-özünə söylənir. S.S.Axundov. Hər kəs qonşuluğundakı tiryəki kişinin arxasınca deyib söylənirdi. S.Hüseyn. Üç-dörd qadın oturub əllərini ölçə-ölçə nə isə söylənirdi. Ə.Vəliyev.\n2. məch. Deyilmək, danışılmaq. Bütün dağlar arasında İskəndər bəyin adı söylənirdi. İgidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yox idi. Ə.Haqverdiyev. Söylənir haqqında uzun dastanlar; Deyirlər bitməzmiş onda bostanlar. H.K.Sanılı. Çingiz rəsmən Həsənin yanında söhbətlərə qarışmırdısa da, bunun əleyhinə söylənənlərin hamısına şərik idi. Çəmənzəminli. söylənə-söylənə zərf Deyinə-deyinə, donquldana-donquldana, öz-özünə danışadanışa. Söylənə-söylənə çıxıb getdi. Söylənəsöylənə iş görmək. – Pası söylənə-söylənə hövl ilə dönüb, o biri otağa keçdi. S.Rəhimov. Səhərlər xalam söylənə-söylənə məni oyadır, durub könülsüz halda dərsə gedirdim. Ə.Məmmədxanlı. söyləşmə “Söyləşmək”dən f.is. söyləşmək qarş. Bir işin necə edilməsi haqqında danışmaq, müzakirə etmək; söhbətləşmək, dilləşmək, məsləhətləşmək. İstəyirik bir iş açaq filməsəl; Söyləşirik bir-iki il laəqəl. M.Ə.Sabir. Yusif xeyli fikirdən sonra dedi: – Qızım, mənim fikrimə bir şey gəlir. Səninlə bir yerdə Peterburqa gedəlim. Bahadır ilə bir yerdə sözləşəlim, bəlkə birlikdə bir çarə tapdıq. N.Nərimanov. söylətmə “Söylətmək”dən f.is. söylətmək icb. Söyləməyə məcbur və ya sövq etmək; danışdırmaq, dindirmək. Hankı bir sərxoşu söylətdim, inan; Bəhs edər gördüm o, huşyarlıqdan. H.Cavid. [Dərviş:] Əgər mənim başıma gələndən xəbərin var isə, niyə məni söylətmək istəyirsən? A.Divanbəyoğlu. [Kamal:] Hələ altı-yeddi yaşlarından hər gecə nənəsinə bir-iki nağıl söylətməmiş yatmazdı. M.Rzaquluzadə. söymə “Söymək”dən f.is. söymək f. Nalayiq, pis, ədəbsiz sözlərlə təhqir etmək. Kişi evə qayıdıb götürür dəyənəyi və arvadına bir-iki çəkib başlayır söyməyə. C.Məmmədquluzadə. [Əhməd:] Əlbəttə, adam kasıb olanda onu söyərlər də, döyərlər də. Ə.Haqverdiyev. // Pisləmək, danlamaq, kəskin sözlərlə məzəmmətləmək. Geridə qaldığımız üçün bizi söyürlər. – Səlim öz sadəliyinə zaman-zaman çox söymüşdü. B.Bayramov. söyüd is. bot. Adətən sulaq yerlərdə bitən, ensiz yarpaqları, elastiki budaqları olan ağac və ya kol. O tay-bu tay arx boyu düzülmüş cavan söyüdlərin zərif yarpaqları xəfif mehdən titrəşdilər. İ.Əfəndiyev. söyüdgülü is. bot. Ətirli çəhrayı və ya ağ çiçəkləri olan, ensiz yarpaqlı, həmişəyaşıl kol-bitki. Oleandr və ya söyüdgülü geniş becərilən bəzək bitkisidir, yarpaqları dəstə halında üç-üç düzülür. Bitki zəhərlidir, tərkibində storofantinə oxşar maddə vardır. M.Qasımov. Səfər kişi .. göy-göyərti əkibbiçir, şimala, cənuba gəlib-gedən yolçuların çoxunu söyüdgülü, ətirşahla qarşılayıb yola salır. Mir Cəlal. söyüdlü sif. Söyüd ağacları olan, kənarlarında söyüd bitən. Söyüdlü yollar. Söyüdlü bağlar. – Ey söyüdlü dərə, ey dumanlı dağ; Səfaya daldığım yerdir bu yerlər. M.Müşfiq. Həyat ona verib bütün rəngini; Söyüdlü çayların ilk ahəngini. N.Xəzri. söyüdlük is. Söyüd ağacları olan yer, söyüd olan yer. [Miraxurla Səfər] yaxındakı çayı keçib bir söyüdlükdə dayandılar. Çəmənzəminli. Biz görüşə gələndə söyüdlükdə durub tək; O gözləyir sübhədək. Z.Xəlil. söyülmə “Söyülmək”dən f.is. söyülmək məch. Söyüşə məruz qalmaq. // Danlanmaq, məzəmmətlənmək. Hər gün söyülürəm, hey danlanıram; Bəlkə danlaqlardan xoşhallanıram. B.Vahabzadə. söyüş is. Nalayiq, qaba, təhqirli söz(lər). Bu söz Qurban üçün söyüşdən də pis oldu. T.Ş.Simurq. Hacı Aslan söydükcə qızışır, qızışdıqca söyüşünü qəlizləşdirirdi. S.Hüseyn. • Söyüş söymək – qaba, nalayiq, təhqiredici sözlər söyləmək. Nəzarətçi söyüş söydü və sağında dayanmış növbətçinin qırmızı yanağına əlinin tərsilə ağır bir sillə vurdu. M.Hüseyn. söyüşçü (=söyüşcül) sif. və is. Söyüş söyməyə adət etmiş, çox söyüş söyən (adam). Söyüşçü adam. – Fərəc bəy .. böyük şəhərlər gəzməsinə, məktəblərdə oxumasına baxmayaraq, çox kobud, olduqca söyüşcül, dedikcə davakar imiş. Ə.Vəliyev. söyüşcül (=söyüşçü) sif. və is. Söyüş söyməyə adət etmiş, çox söyüş söyən (adam). Söyüşçü adam. – Fərəc bəy .. böyük şəhərlər gəzməsinə, məktəblərdə oxumasına baxmayaraq, çox kobud, olduqca söyüşcül, dedikcə davakar imiş. Ə.Vəliyev. söyüşkən bax. söyüşçü. Nadinc, söyüşkən, bu doqquz yaşında uşaq bütün müəllimləri təngə gətirmişdi. S.S.Axundov. Bəy yekəxananın biriminci mülkədarı, söyüşkən zülmkarı idi. S.Rəhimov. söyüşmə “Söyüşmək”dən f.is. söyüşmək f. Bir-birini söymək, birbirinə nalayiq, qaba, təhqirli sözlər demək. Qonşular bir az söyüşdükdən sonra iş vuruşmağa müncər oldu. Çəmənzəminli. Söyüşsələr də, döyüşsələr də .. bəzən Cəmil [Səməndərin] könlünü alar(dı).. M.Hüseyn. söz is.\n1. Bir şey və ya hadisə haqqındakı anlayışın səslə ifadəsindən ibarət olan nitq vahidi; kəlmə. Sözün mənası. – Hamıya bir vahimə düşdü, söz demək istəyənlərin sözləri boğazlarında qurudu. B.Talıblı. Əşrəfin danışdığı gözəl sözlərə qulaq asanlar heyran qalırlar. S.Rəhman.\n2. Dil, nitq. Doğma sözlərimizdən geniş istifadə etmək. Söz mədəniyyəti. Şairin silahı sözdür. – ..Hər kəs rusca, yainki erməni və gürcücə, yainki avropalılar işlətdikləri hürufat ilə yazı yazmaq bilir, – bizim sözlərimizi başa düşər və bilər ki, nə deyirik. C.Məmmədquluzadə.\n3. Danışıq, söylənilən şey, nitq. Sözünü qiymətdən salmaq. Sözünü bilməyən adam. – İmran kişi necə qəzəblənmişdisə söz deməyə dili də gəlmirdi. M.Hüseyn. Telli sözlərini bu cümlələrlə bildirdi. – Bu bizim ölkəmizin dəbidir. Bizdə bir arvadlı ev çox azdır. S.Hüseyn.\n4. Əmr, göstəriş. Sözündən çıxmamaq. Böyüyün sözün eşitmək. Onun sözü mənim üçün qanundur.\n5. Vəd. Sözünü yerinə yetirmək. O, sözündə duran adam deyil. – [Əsgər:] [Gülçöhrə] amma əcəb sözü üstə dayanan qızdır. Ü.Hacıbəyov. [Sona xala:] ..Qorxuram Bəşir sözündən qaça. S.S.Axundov. [Aslan Anitaya:] Komendant iki gün bizi tamam ac qoydu, ancaq heç birimiz sözümüzdən dönmədik. S.Vəliyev.\n6. Çıxıb danışmaq ixtiyarı, çıxış üçün icazə. Söz istəmək. Son söz demək. Söz verməmək. – [Kərbəlayı:] Yol verin, ay qardaşlar, Mirzə söz danışmaq istəyir. H.Nəzərli. Züleyxa iclasın lap axırında söz aldı. H.Seyidbəyli.\n7. Ancaq cəm şəklində – sözləri, sözlərinə – musiqi yazılan ədəbi mətn. “Sənsiz” romansının sözləri Nizaminindir. S.Vurğunun sözlərinə yazılmış romans.\n8. Fikir, mülahizə, rəy. ..Kişi sözünü deyib, dik-dik baxdı Məhəmmədhəsən əminin üzünə. C.Məmmədquluzadə.\n9. İş, hadisə mənasında. Bu əhvalat ki indi istəyirəm nəql eləyim, çoxdanın sözüdür. C.Məmmədquluzadə.\n10. Şayiə, xəbər. Ortalıqda söz dolaşır. ‣ Söz açılmaq – bir şey haqqında danışılmağa başlanmaq, danışmaq üçün fürsət düşmək, yeri gəlmək. [Gültəkin Aydına:] İndi söz açılmış, mən nə deyirəm: hamı mənə deyir ki, Aydın oynaq fikirli bir adamdır. C.Cabbarlı. [Avqust:] Yoldaşlar, söz açıldı, mən bu məsələni sizə xatırlatmaq istəyirəm. S.Vəliyev. Söz açmaq – danışmaq, söhbət açmaq, haqqında danışmağa başlamaq. İgid neftçi o günlərdən; Dönə-dönə söz açardı. N.Rəfibəyli. Deyin necə söz açmasın; Xudafərin körpüsündən. H.Hüseynzadə. Söz altında qalmamaq – özünə toxunan sözün qarşılığını, lazımi cavabını dərhal verə bilmək. Həkim çox görüb-götürmüş adam olduğundan, söz altında qalmadı. Ə.Vəliyev. Büləndin eşitdiyi sözə dodağı qaçır, gözündə şirin bir təbəssüm oynayırdısa, deməli, o, söz altında qalmayacaqdı. Ə.Əbülhəsən. Söz aramızda – danışılan sözün gizli qalmalı olduğunu bildirir. Söz aramızda, heç qızdan xoşum gəlmir. Söz atmaq – 1) birinin fikrini bilmək üçün bir söz demək, işarə vurmaq, eşitdirmək. Söz atdım, cavab gəlmədi; 2) üstüörtülü şəkildə söz demək, sataşmaq. Xanım yola düşdükdə bu da ardınca gedib söz atırdı. Çəmənzəminli. Ruxsara çamadanı götürüb qapıdan çıxarkən Gülöyşə arxadan: – Sağ gedib, salamat gələsən, ay qız! – deyərək söz atmışdı. S.Rəhimov. Söz çıxartmaq – şayiə yaymaq. Ay uzanauzana; Sözüm düşdü yazana; Hər adam sözü bilməz; Söz çıxardar yazana. Ə.Cavad. Söz (sözü, sözləri) dəymək – sözdən incimək, sözü toxunmaq. Pasının iyrəndirici sözləri Həsiyə güllə kimi dəydi. S.Rəhimov. Söz döyüşdürmək – bax. söz güləşdirmək. Söz düşmək – bax. söz açılmaq. Nağıl qurtaranda uşaqlar arasında kimin qorxaq olmağından söz düşdü. M.Hüseyn. Söz eləmək – dedi-qodu, söz-söhbət üçün hədəf olmaq, dedi-qodu salmaq. [Rübabə] bilirdi ki, qızın oğlana qoşulub getməsini söz eyləyərlər. Mir Cəlal. [Səriyyə:] Burada qız xeylağının oxumağını söz elərlər. İ.Əfəndiyev. Söz gəlmək – töhmət olunmaq, töhmət gəlmək. Sənin üstündə mənə söz gəldi. Söz gəzdirmək – xəbərçilik eləmək. Nə gülündən bülbül ayrılmaz, nə aşiq yardən; Ortada söz gəzdirən naəhl əğyar olmasa! Ə.Vahid. Söz güləşdirmək – boş-boşuna, yersiz mübahisə etmək, mübahisəyə girişmək. [Maya:] Onda da [Rüstəm] deyəcək ki, arvadsan, get işinə, kişi ilə söz güləşdirmə. M.İbrahimov. [Dilşad Lətafətə:] Mənimlə söz güləşdirirsən? İ.Əfəndiyev. Söz qoşmaq – 1) şeir demək. [C.Cabbarlı] bəzən xoşuna gələn adamlar barədə gülməli sözlər qoşardı. M.Arif. Aşıqlar [Yaquta] söz qoşaraq, saz çalıb mahnı oxuyurdular. Ə.Məmmədxanlı; 2) araya qoymaq, lağa qoymaq, məsxərə etmək, dolamaq. Söz qoymaq – bax. sözü bir yerə qoymaq. Bir gün xanlar xanı Bayandır xanın qonaqlığında Baybura bəy ilə Baybecan bəy söz qoymuşdular. M.Rzaquluzadə. Söz qoyurlar görüşüb; Sevda, Adilə, Zivər. M.Seyidzadə. Söz olmaq – dedi-qoduya mövzu olmaq. Bulaq başı toz olar; Üstü dolu qız olar; Əyil dəsmalın götür; Mən götürsəm söz olar. (Bayatı). Söz salmaq – bir şəxs və ya şey haqqında danışmaq, söhbət eləmək. Məryəm Səlimdən nigaran idi. Qulağı həmişə səsdə idi: bəlkə mədəndən qayıdan atası Səlimin adını çəkə, ondan söz sala. İ.Qasımov. Söz tutmaq – söz təsir etmək, bərk toxunmaq, sözdən pərt olmaq, tutulmaq. Onun söz tutmayan dodaqlarından; Bir sərxoş qəhqəhə qopdu, yayıldı; Yuxudaymış kimi, birdən ayıldı. B.Vahabzadə. Söz vermək – vədə vermək, öhdəsinə götürmək. [Gülsabah:] Sizə söz verirəm ki, [Qüdrət Arslan] yazar. C.Cabbarlı. [Ana:] Söz verirsən? [Nərgiz:] Anamın canı üçün. Ə.Məmmədxanlı. Söz yox – əlbəttə, şübhəsiz. Söz yoxdur – şübhə yoxdur, əladır. Sözə baxmaq – deyilən sözə əməl etmək, deyiləni qəbul etmək, qulaq asmaq. [Ana Nərgizə:] Sən mənim sözümə baxsan, mən heç vaxt ağlamaram. Ə.Məmmədxanlı. Sözə gəlmək – mübahisəsi çıxmaq, sözləşmək, mübahisə eləmək, toqquşmaq. Zeynəb də .. ağlayırdı, nəinki məhz oğluynan sözə gəlmək üstə, xeyr, ancaq keçən günləri yadına düşmüşdü. C.Məmmədquluzadə. Çimnaz arvad çarşab almaq barədə Veyslə əməlli sözə gəlmişdi. Ə.Əbülhəsən. Sözü azdırmaq – əsas mətləbdən uzaqlaşdırmaq, yayındırmaq. [Murtuz:] Yaxşı, Göyüş, bunlarda işimiz yox. Gəl, sözü azdırma. Ə.Abbasquliyev. Sözü bir yerə qoymaq – hamı bir qərara gəlmək, sözü bir eləmək, dilləşmək. Sözü keçmək – hörməti, nüfuzu olmaq, sayılmaq. [Gülgəz Hacıya:] ..Özün deyirsən ki, [Aslanın] divan-dərədə hörməti var, sözü keçir. C.Cabbarlı. Sözü uzatmaq – mətləbdən kənar danışmaq, mətləbi uzatmaq, uzunçuluq eləmək. Dilmanc dəxi səbir eləmədi və qoymadı Yarməmməd sözü uzatsın. C.Məmmədquluzadə. Sözü yerə düşmək – xahişi, istəyi, arzusu, tələbi nəticəsiz qalmaq, qəbul olunmamaq, rədd edilmək. Sözü yerə düşməmək – xahişi, tələbi yerinə yetmək, nəticəsiz qalmamaq, qəbul olunmaq. [Hacı Qurban:] ..Sənin heç yerdə sözün yerə düşməyibdir. N.Vəzirov. Söz (sözünü) qaytarmaq – qabacasına cavab vermək, etiraz etmək. [Veys] ömründə sözünü qaytarmadığı, həmişə hörmət etdiyi müəllimin pencəyinin ətəyindən tutdu, ağlamsıl, bir az da yalvarıcı səslə dedi. Ə.Əbülhəsən. Sözündən çıxmaq – deyilənə qulaq asmamaq, əməl etməmək, yerinə yetirməmək. [Zibeydə Səkinə xanıma:] Sən nəkarəsən ki, mənim sözümdən çıxasan. M.F.Axundzadə. [Səməd:] Ağam nə desə olur. Heç birisi onun sözündən çıxmaz. B.Talıblı. Sözünə baxmaq (qulaq asmaq) – deyilən sözə əməl etmək, deyiləni qəbul etmək. [Sərvər Gülnaza:] Ola bilsin ki, bu gün deyər və bir də sənə nə deyəcəkdir. Sənin borcun onun sözünə qulaq asmaqdır. Ü.Hacıbəyov. Uşaq böyüyün sözünə baxar. S.Rəhimov. Sözünü kəsmək, sözünü ağzında qoymaq – danışmağa imkan verməmək, sözünü yarımçıq qoymaq. Aslan səbirsizliklə [Lazarın] sözünü kəsib, incimiş halda dedi. S.Vəliyev. Oğlan onun sözünü ağzında qoydu: – Əvvəla onu deyim ki, burada milislik heç bir şey yoxdur. Q.İlkin. Atalar sözü – bax. ata. Mənə də müəllimimiz atalar sözündən bir hekayə düzəldib yazmağı əmr etmişdir. S.S.Axundov. sözanlayan sif. və is. Sözü, mətləbi, işarəni tez dərk edən, başa düşən; arif. sözarası ara s. Yeri gəlmişkən, yeri gəldikcə, söhbət əsnasında. Mirzə Kərim maaşının azlığını sahibkar olan Ağa Murad bəyə sözarası neçə dəfə söyləmişdisə də, lakin quru vəddən başqa bir şey almamışdı. T.Ş.Simurq. ..Rüstəm kişi sözarası ferma müdiri haqqında Kələntərin təklifini lağa qoyub gülmüşdü. M.İbrahimov. sözardı is. Əsərin (kitabın) axırında müəllif və ya naşir tərəfindən verilən son izah, məlumat, son söz. sözbaşı 1. zərf Hər sözün əvvəlində, tez-tez. Hacı hər sözbaşı gözünün ucu ilə ona baxıb qorxa-qorxa davam edirdi. Mir Cəlal.\n2. is. Giriş ( kitabda, əsərdə və s.-də). sözbaz sif. və is. Dedi-qoduçu, sözgəzdirən, qeybətçi, xəbərçi, uydurma sözlər yayan, söz şişirdən. Sözbaz adam. Sözbazın biridir. sözbazlıq is. Dedi-qoduçuluq, xəbərçilik, şayiə yayma, sözü şişirdib yayma, sözbazlıq eləmə. sözbəsöz zərf Kəlməbəkəlmə, bir-bir, kəlmə-kəlmə. Sözbəsöz oxumaq. sözbir sözbir eləmək (olmaq) – sözü bir yerə qoymaq, gizlicə sözləşmək. [Mirzə:] Sözbir, əlbir olandan sonra yenə də [korluq] çəkmərik. Mir Cəlal. sözbirlik is. Sözü bir eləmə, sözbirliyi, dilbirlik. sözçülük is. və sif. Əsərdə, danışıqda yığcamlığa, məzmunun dərinliyinə, dolğunluğuna deyil, artıq sözlərə, uzunçuluğa yol vermə. sözdəyişdirici sözdəyişdirici şəkilçi dilç. – ayrılıqda işlənməyən və sözlərin maddi hissəsinə bitişərək sözlər arasındakı qrammatik münasibəti bildirən, yəni həmin sözləri cümlədəki roluna görə bir-birinə bağlayan şəkilçi. sözdəyişmə is. dilç. Dildə sözlərin dəyişməsi, habelə belə dəyişmənin üsulları. Sözdəyişmənin məhsuldar növləri. sözdüzəldici sözdüzəldici şəkilçi dilç. – ayrılıqda işlənməyən, köklə sözdəyişdirici şəkilçilər arasında yer tutan, yəni sözlərin maddi hissəsinin axırlarına bitişərək, sözlər arasındakı qrammatik münasibəti deyil, sözlərin əsil mənalarını dəyişdirən şəkilçi. sözdüzəltmə is. dilç. Dildə sözlərin düzəlməsi, habelə bu düzəlmənin üsulları. sözəbaxan sif. Məsləhət qəbul edən, deyilənə əməl edən, razılaşan, söz eşidən, sözə qulaq asan. Sözəbaxan oğlandır. sözəbaxmaz (=sözəbaxmayan) sif. Deyilənə əməl etməyən, məsləhət qəbul etməyən, sözə qulaq asmayan. Sözəbaxmaz uşaq. sözəbaxmayan (=sözəbaxmaz) sif. Deyilənə əməl etməyən, məsləhət qəbul etməyən, sözə qulaq asmayan. Sözəbaxmaz uşaq. sözgəlişi zərf Yeri gəlmişkən, yerində, elə belə, məsəl üçün. [Balaş:] Dilbər, mən onu demədim, mən sözgəlişi deyirəm. C.Cabbarlı. [Vəfadar Səkinəyə:] Sözgəlişi deyirəm, ürəyinə pis şey gəlməsin. M.İbrahimov. sözgəzdirən sif. və is. Sözyayan, xəbərçi; arada söz, xəbər aparıb gəzdirən. sözgötürməyən (=sözgötürməz) sif. Məğrur, mütəkəbbir, dikbaş. Səkinə ərinin özünüsevən, sözgötürməz bir adam olduğunu bilirdi. M.İbrahimov. sözgötürməz (=sözgötürməyən) sif. Məğrur, mütəkəbbir, dikbaş. Səkinə ərinin özünüsevən, sözgötürməz bir adam olduğunu bilirdi. M.İbrahimov. sözləşmə “Sözləşmək”dən f.is. sözləşmək f.\n1. Bir-birilə danışıb razılığa gəlmək, razılaşmaq, müəyyən qərara gəlmək; qərarlaşmaq. Elçilər sözləşib evə qayıdırlar. Qurbanquluya xəbər verirlər ki, ona bir qız almışlar. T.Ş.Simurq. [Babəklə Cavidan] sözləşdilər, səhər açılanda Babək də onlarla birlikdə yola çıxdılar. M.Rzaquluzadə.\n2. Aralarında söz olmaq, davaları, mübahisələri düşmək, söyüşmək, sözə gəlmək. Qonşu ilə sözləşmək. – [Səfi bəy:] Dayı, deyəsən, yenə Şəmsi ilə sözləşmisən, çox hirsli gedirdi, mənə də məhəl qoymadı. S.S.Axundov. Kərimov Aydınla sözləşəndən sonra özünü qalib hiss edir. H.Seyidbəyli. sözlü sif. Deməyə sözü olan, ürəyində sözü olan, nə isə bir söz demək istəyən. Gülsabah atasının tez-tez ona baxmasının mənasını anladı; sözlü adam olduğunu başa düşüb, balkona çıxdı. Ə.Vəliyev. Sözlü adama oxşayırsan, Bağır, – deyə [Səttarxan] diqqətlə ona baxdı. P.Makulu. sözlük is. Lüğətlərdə izah və ya tərcümə ediləcək sözlərin tərkibi, lüğət üçün toplanmış sözlərin siyahısı. İzahlı lüğətin sözlüyü. Lüğətin sözlüyünü tutmaq. // Bəzən lüğət mənasında işlənir. Terminoloji sözlük. söz-sov is. Danışıq, söz, dedi-qodu, mübahisə, narazılıq. Əsgər bostan suvaranların danışığını və söz-sovlarını qaldırmaq üçün Kosanın bostanına çatacaq miqdarında su artırdı. S.Rəhimov. [Pərşan:] Qadanızı alım, qızlar, bir də əyər-əskiyi yoxlayın ki, söz-sov olmasın. M.İbrahimov. söz-söhbət 1. Söhbət, danışılan sözlər. Söz-söhbəti naz oğlan; Keyf-damağı saz oğlan; Özün gələ bilməsən; Nə sözün var yaz, oğlan. (Bayatı). Nə sözüm-söhbətim, nə həmdəmim var; Dərdim ürəyimdə pünhan, ağlaram. S.Vurğun. [Camal:] Necəsən, Nəbi dayı? Evdə darıxdım. Gəldim, bir söz-söhbət eləyək. Ə.Abasov.\n2. bax. söz-sov. Zənnimcə, isti-isti boşaldarsam könlümü; Sonralar aramızda artıq söz-söhbət olmaz. S.Rüstəm. Adam var ki, sözdən-söhbətdən həzz alar. Ə.Abasov. sözsüz sif. və zərf\n1. Danışmadan, söz demədən, sözlə başa salmadan, sözlə ifadə etmədən. Sözsüz rol. – [Komandir:] Biz o qədər ünsiyyət bağlamışıq ki, sözsüz də birbirimizi anlayırıq. M.İbrahimov. Plantasiyadakı sözsüz mahnı get-gedə genişlənib güclənirdi. H.Seyidbəyli.\n2. Danışıqsız, qeydsiz-şərtsiz, etirazsız. Göstərişə sözsüz əməl etmək. Əmri sözsüz yerinə yetirmək. sözsüzcə zərf Heç bir söz demədən, dinmədən, danışmadan, etirazsız. Təklifi sözsüzcə qəbul etdilər. sözsüz-sovsuz zərf Danışıqsız, mübahisəsiz, etirazsız, sakitcə. Abbas kişi hər işi sakitcə, sözsüz-sovsuz görməyi sevirdi. Ə.Vəliyev. – Kimsən, aşağı düş, – deyə çığırdı. O, sözsüz-sovsuz ağacdan düşüb əllərini yuxarı qaldırdı. M.Rzaquluzadə. sözübütöv (=sözübütün) sif. Dediyi sözün üstündə duran, sözündə sabit duran, dediyinə mütləq əməl edən. [Məşədi] ..onun sözübütöv adam olduğunu yaxşı bilirdi. S.Rəhimov. sözübütün (=sözübütöv) sif. Dediyi sözün üstündə duran, sözündə sabit duran, dediyinə mütləq əməl edən. [Məşədi] ..onun sözübütöv adam olduğunu yaxşı bilirdi. S.Rəhimov. sözüdüz bax. sözübütöv. sözükeçən (=sözükeçər) sif. Hörmətli, nüfuzlu. Sözükeçən adam. – [Hacı Sultan] sözükeçər ağsaqqalların iştirakı ilə Həsənağa ilə olan ixtilafını həll etmək istədi. S.Hüseyn. sözükeçər (=sözükeçən) sif. Hörmətli, nüfuzlu. Sözükeçən adam. – [Hacı Sultan] sözükeçər ağsaqqalların iştirakı ilə Həsənağa ilə olan ixtilafını həll etmək istədi. S.Hüseyn. spartakiada [xüs. addan] İdman komandaları və cəmiyyətlərinin idmanın müxtəlif növləri üzrə kütləvi yarışı (bu, bir neçə idman növü üzrə birlikdə aparılan yarışlardır, həmin yarışlarda da qabaqcıl kollektivlər, komandalar və idmançılar aşkara çıxarılır). spazma [yun.] Müəyyən əzələnin və ya əzələ qrupunun bir müddət sıxılması, yığılması, qıc olması. spazmatik sif. [yun.] Spazma nəticəsində olan, spazma ilə bağlı olan, spazmadan törəyən. Spazmatik öskürək. Spazmatik ağrı. spektr [lat. spectrum – görmə] İşıq şüaları; prizmadan və ya digər şüasındıran mühitdən keçərkən əmələ gələn rəngli zolaq. Spektrin əsas rəngləri. İşıq spektri. spektroskop [lat. spectrum – görmə və yun. scopeo – baxıram] Spektrləri müşahidə etmək üçün cihaz. sperma [yun. spermo – toxum] fiziol. Erkək (insan və heyvan) tənasül vəzilərinin hasil etdiyi maye; toxum, məni. spermatozoid [yun. sperma (spermatos) – toxum və zoon – canlı və eidos – növ] fiziol. Kişi tənasül hüceyrəsi. spesifika is. [lat.] Özümlük, özünə məxsusluq, yalnız ona xas olan. spidometr [ing. speed – sürət və yun. metreo – ölçürəm] Avtomobillərdə, motosikllərdə sürəti və keçilən məsafəni göstərən cihaz. spiker is. [ing.]\n1. Parlament sədri.\n2. Boks yarışında hakimlərin qərarını tamaşaçılara bildirən hakim. spinninq is. [ing.] Balıq tutmaq üçün uzun tilov. spiral is. [lat.] Buruq məftil, burulmuş məftil. spirant is. [lat.] Nəfəsli samit. spirit is. [lat.] Ölülərin ruhunu çağıran və onlarla əlaqə yarada bilən adam. spiroxet [lat. spira – əyri və yun. choete – uzun tük] Uzun spiral sap şəklində bakteriya. spirometriya is. Ağciyərin tutumunu ölçmək üsulu. spirt is. [lat. spiritus]\n1. Tərkibində çoxlu kraxmal və şəkər olan (buğda, kartof və s.) məhsullardan distillə yolu ilə alınan alışqan maye. Naznaz pambığı spirtə batırdı, Qaraşın barmağını silib təmizləməyə başladı. M.İbrahimov.\n2. kim. Öz tərkibində hidrogen atomu ilə oksigen atomu birləşmələri olan bir sıra üzvi birləşmələrin adı. Kamfor spirti. spirtli sif.\n1. Tərkibində spirt olan, spirtlə hazırlanan. Spirtli içkilər.\n2. Spirtdə isladılmış, spirt vurulmuş. Spirtli cuna. Spirtli pambıq. spirtölçən is. xüs. Spirtli mayelərdə spirtin miqdarını göstərən cihaz. Spirtin dərəcəsini spirtölçənlə təyin edirlər. sponsor is. [ing.] Müəyyən bir müəssisəni, layihəni və s. maliyyələşdirən hüquqi və ya fiziki şəxs. spontan sif. [lat.] Heç bir xarici təsir olmadan öz-özünə meydana çıxan; bədahətən. sport [ing. sport] Orqanizmi möhkəmlətmək və inkişaf etdirmək və insanda iradi keyfiyyətlər tərbiyə etmək məqsədilə edilən fiziki mümarisələr (gimnastika, güləşmə, müxtəlif oyunlar və s.); idman. Sportla məşğul olmaq. Sportu sevmək. – Əlavə, xanın sporta böyük həvəsi var imiş. Ə.Haqverdiyev. Ovçuluq yalnız xalq təsərrüfatı nöqteyinəzərindən deyil, sport və ölkə müdafiəsi nöqteyi-nəzərindən də böyük əhəmiyyətə malikdir. M.Rzaquluzadə. sportçu is. Sportu peşə etmiş adam, müntəzəm surətdə sportla məşğul olan adam; idmançı. [Səlim:] Darülfünun sportçuları arasında özünün qüvvəti ilə məşhur idi. S.Hüseyn. srağagün zərf Deyilən gündən iki gün qabaq, dünəndən qabaqkı gün. Heç kəs [Rəhilənin] sözlərini eşitməsin deyə pıçıldadı: – Zəfər dayını srağagün tutublar.. M.Hüseyn. Hər şeyi o qədər aydın görüb, hiss edirəm ki, elə bil bunlar hamısı dünən, srağagün baş verib. İ.Əfəndiyev. srağagünkü zərf Srağagün olmuş, srağagünə aid. Srağagünkü iclas. Srağagünkü oyun. Srağagünkü əhvalat. – Srağagünkü turnirdə Zəki qiyamət edirdi. M.Süleymanov. ssenari [ital.]\n1. Kinofilmin məzmununu təfsilatı ilə şərh edən və onun tərtibat cəhətlərini göstərən ədəbi əsər. Filmin ssenarisi.\n2. teatr. Dram əsərinin planı, süjet sxemi.\n3. teatr. Pyesdə iştirak edənlərin siyahısı (burada onların çıxış vaxtı və qaydası da göstərilir). ssenariçi (=ssenarist) is. Ssenari yazan, ssenari müəllifi. ssenarist (=ssenariçi) is. Ssenari yazan, ssenari müəllifi. SSRİ Sovet Sosialist Respublikaları İttifaqı. stabil sif. [lat.] Sabit, daimi, dəyişməz. Stabil dərslik. stabilizator [lat. stabilis – sabit] xüs.\n1. Hərəkət zamanı cismin sabitliyini saxlamaq üçün qurğu, cihaz. Avtomobilin stabilizatoru.\n2. Hər hansı bir kəmiyyətin sabitliyini saxlamaq üçün qurğu. Gərginlik stabilizatoru. stabillik is. Sabitlik, daimilik, dəyişməzlik. stadion [yun.] Sport-idman məşğələləri və oyunları üçün futbol meydançaları, qaçış yolları və tamaşaçılar üçün dairəvi tribunaları olan tikililər kompleksi. Stadionda voleybol yarışları keçirilir. staxanovçu is. [rus. xüs. addan] Yeni texniki vasitələri yaradıcı surətdə mənimsəmiş və sosializm yarışında adi istehsal normalarını çox-çox ötüb keçən qabaqcıl fəhlə (SSRİ-də 30-40-cı illərdə geniş yayılmış ad). [Reyhan] kolxozun staxanovçu sağıcısı hesab olunurdu. İ.Əfəndiyev. [Daşdəmir:] Sən staxanovçu olub bir gündə on-on beş norma ödəyəndə, mən niyə miçurinçi olmayım? M.Rzaquluzadə. staj [fr.]\n1. Hər hansı bir işin, fəaliyyətin davam etdiyi müddət. Əmək stajı. İstehsalat stajı. // Hər hansı ictimai təşkilatda olma müddəti. Otuz illik stajı olan Murad “Yeni həyat” kolxozunda briqadir işləyir. Ə.Vəliyev.\n2. Tələbənin istehsalat təcrübəsi, yenicə işə başlamış şəxsin öz ixtisası üzrə təcrübə qazanması. Təcrübə stajı keçmək. stajçı is. Praktik biliyini, iş təcrübəsini, ixtisasını artırmaq üçün bir idarə, ya müəssisəyə göndərilmiş mütəxəssis, fəhlə; təcrübəçi. Stajçı çilingər. stajçılıq bax. stajorluq. stajkeçən is. Təcrübə keçən şəxs. stajlı sif. Stajı olan. stajor [fr. stagiaire] bax. stajkeçən. stajorluq is. Təcrübə keçmə; stajçılıq. standart [ing.]\n1. Öz ölçüsünə, formasına, keyfiyyətinə görə tələbata cavab verən hər hansı bir şeyin nümunəsi. // Bir şeyin təşkilində, qurulmasında, hazırlanmasında, həyata keçirilməsində tətbiq edilən forma, eyni tip, eyni nümunə. Standart hissə. Standart mebel.\n2. məc. Bir-birinə oxşayan, şablon, basmaqəlib, orijinallıqdan məhrum. Standart sözlər. Standart ifadələr. Standart mövzular. Standart sual. standartlaşdırılma “Standartlaşdırılmaq”dan f.is. standartlaşdırılmaq məch. Standart (1-ci mənada) hala gətirilmək, standart şəklə salınmaq. standartlaşdırma 1. “Standartlaşdırmaq”dan f.is.\n2. Bir şey üçün məcburi standartlar müəyyən etmə, birtipli formalar tətbiq etmə. Detalları standartlaşdırma. Şriftləri standartlaşdırma. İnşaat işlərini standartlaşdırma. standartlaşdırmaq f. Hər hansı bir şey üçün standart (1-ci mənada) təyin etmək, standart şəklə salmaq. Detalları standartlaşdırmaq. İstehsalı standartlaşdırmaq. standartlıq is.\n1. Bir tipdə, bir ülgüdə, bir şəkildə olmaq; birtiplilik. Məmulatların standartlığı. Ölçülərin standartlığı.\n2. məc. Şablonluq, basmaqəliblik, orijinallıqdan məhrumluq. Sözlərin standartlığı. Çıxışların standartlığı. stanitsa is. [rus.] Kənd tipli yaşayış məntəqəsi. stansiya [lat. stansia – duracaq]\n1. Müəyyən marşrut üzrə hərəkət edən dəmiryol qatarlarının və digər nəqliyyat vasitələrinin dayanacağı. Metro stansiyası. Dəmiryol stansiyası. – ..Stansiyada izdiham çox idi. Sərnişinlər əldə bilet oturacaq yerlərini axtarırdılar. T.Ş.Simurq. [Nuriyyə:] Düşdüyüm stansiya balaca bir yer idi. İ.Əfəndiyev.\n2. Müəyyən əraziyə (hər hansı bir cəhətdən) xidmət edən və ya orada tədqiqat işi aparan xüsusi idarə, müəssisə. Meteoroloji stansiya. Seleksiya stansiyası. Meşəqoruma stansiyası. Telefon stansiyası. – Stansiya yenicə yaradılmışdı və rayonda ən cavan mts hesab olunurdu. M.İbrahimov. Kənddə stansiya olandan bəri; Sular təslim olur, baş əyir ona. Z.Xəlil. • Elektrik stansiyası – başqa enerji növlərindən elektrik enerjisi istehsal edən müəssisə. Gecənin bu vaxtı elektrik stansiyası həmişə işığı kəsirdi. H.Seyidbəyli. stapel is. [holl.] Tikilməkdə olan gəminin saxlandığı yer; tərsanə. starşinb [rus.]\n1. Sovet Ordusunun kiçik komanda heyətində ən yüksək rütbə. Rota starşinası. – Kəyan bölüyə tamaşa etməklə elə məşğuldu ki, starşinanın yaxınlaşıb batalyon komandiri ilə danışdığını eşitmədi. Ə.Əbülhəsən.\n2. Hərbi donanmanın kiçik komanda heyətində serjanta bərabər rütbə.\n3. köhn. Kətxuda, yüzbaşı. ..Belə bir məsələ üçün kətxuda [starşina] hər iki məhəllədən adam çağırardı, vəkillər dəvət edərdi. N.Nərimanov. start [ing.]\n1. Müəyyən məsafə üzrə idman yarışlarının başlanma momenti, vaxtı. • Start götürmək – yarışda qaçışa, üzməyə və s.-yə başlamaq. // Uçucu aparatların havaya qalxma momenti, vaxtı. Təyyarə starta hazırdır.\n2. Qaçış yarışında: yarışın başlandığı yer. Estafet iştirakçılarının starta çıxışı. // Uçuş aparatlarının havaya qalxdığı yer. startçı is. idm. Start (1-ci mənada) siqnalı verən hakim. stasionar [lat. stationarius]\n1. Daim, həmişə bir yerdə olan, yerini dəyişməyən, bir yerdən başqa yerə köçməyən idarə, müəssisə və s. Stasionar kitabxana. Stasionar xəstəxana. Stasionar kinoteatr.\n2. Ambulatoriyada deyil, xəstəxanada müalicə edilən. Stasionar xəstə. // Belə xəstələrə xidmət edən. Stasionar həkim. Xəstəxanada stasionar şöbə.\n3. Sabit, yer dəyişməz, hərəkətsiz, həmişə bir yerdə olan, bir yerə bənd edilmiş. Stasionar akkumulyator. statik sif. [yun.]\n1. Statikaya aid.\n2. Sabit, hərəkətsiz, inkişafsız (dinamik ziddi). statika [yun. statos – duran, dayanan]\n1. Mexanikanın, cisimlərin güc təsiri altında tarazlıq şərtlərindən bəhs edən bölməsi.\n2. Sükunət, müvazinət halı (dinamika ziddi). statist [yun.] Səhnədə ikinci dərəcəli, sözsüz rolları oynayan, kütləvi səhnələrdə iştirak edən aktyor. statistika [lat. status – vəziyyət]\n1. İnsan cəmiyyətinin və xalq təsərrüfatının inkişafında kəmiyyət dəyişikliklərini öyrənən və bu sahədə əldə edilən məlumatı (rəqəmləri) elmi və praktik məqsədlər üçün işləyib hazırlamaqla məşğul olan elm.\n2. Xalq təsərrüfatının, ictimai həyatın hər hansı bir sahəsində həmin elmin metodları ilə aparılan hesablama və bu hesablama nəticəsində alınan məlumat. Dəmiryol statistikası. Kənd təsərrüfatının statistikası. Əhalinin statistikası.\n3. Bir sıra elmlərdə, əsasən dəqiq elmlərdə tətbiq edilən xüsusi tədqiqat üsulu. Riyazi statistika. Dilçilik statistikası. stator is. [lat.] Maşınları və turbinləri hərəkətə gətirən mexanizm. status is. [lat.] Vətəndaşın, hüquqi şəxsin vəziyyəti. stellaj is. [alm.] Bir şeyi dikinə qoyub saxlamaq üçün mebel, qəfəsə. stend [ing.]\n1. Nümayiş etdirmək üçün üzərinə eksponatlar qoyulan lövhə, dəzgah, piştaxta. Sərgi stendləri.\n2. tex. Maşınları quraşdırmaq və yoxlamaq üçün xüsusi qurğu, yer. Sınaq stendi.\n3. idm. Sərrast atıcılıq sınaq və yarışları üçün xüsusi qurğuları olan meydança. Ovçuluq stendi. stenoqrafçı is. Stenoqrafiya mütəxəssisi. stenoqrafiya [yun. stenos – sıx və grapho – yazıram] Ağızdan çıxan sözləri olduğu kimi xüsusi işarələr və ixtisarlarla cəld yazma üsulu. stenoqraflama “Stenoqraflamaq”dan f.is. stenoqraflamaq f. Stenoqrafiya üsulu ilə yazmaq, stenoqrafiyasını götürmək. stereometriya [yun. stereos – məkan və metreo – ölçürəm] Həndəsənin, həndəsi fiqurların (xətt, cisim, səth) fəzada vəziyyətindən bəhs edən şöbəsi. stereoskop [yun. stereos – məkan və skopeo – baxıram] Hər iki gözlə baxdıqda iki eyni şəkli bir şəkil kimi göstərən cihaz. stereotip [yun. stereos – bərk və typos – iz] mətb. Metal, rezin və s. lövhəcik üzərinə keçirilmiş mətbəə naboru surəti (çoxtirajlı və təkrar nəşr çap etmək üçün işlədilir). steril sif. [lat.] Sterilizasiya yolu ilə mikroorqanizmləri məhv edilmiş, mikroblardan təmizlənmiş; mikrobsuz. Steril bint. Steril xalat. Steril pambıq. sterilizasiya [lat.] Suda qaynatma, filtrdən keçirmə və ya kimyəvi maddələrin təsirilə mikroorqanizmlərin məhv edilməsi; mikrobsuzlaşdırılma. Südün sterilizasiyası. Cərrahi alətlərin sterilizasiyası. sterilizator [lat.]\n1. Sterilizasiya üçün aparat, cihaz. Şprislər üçün sterilizator.\n2. Sterilizasiya mütəxəssisi. sterilizə sterilizə etmək – bax. sterilləşdirmək 1-ci mənada. Yeyinti məhsullarını sterilizə etmək. Konservləri sterilizə etmək. sterilləşdirmə “Sterilləşdirmək”dən f.is. sterilləşdirmək f.\n1. Mikrobsuzlaşdırmaq, mikroorqanizmləri məhv etmək, sterilizə etmək. Konservləri sterilləşdirmək.\n2. Dölsüzləşdirmək, axtalamaq. sterlinq [ing.] İngiltərə qızıl və gümüş pullarının qanuni standart meyarı. stil [fr. style] bax. üslub. stilistika [fr., əsli yun.]\n1. Ədəbiyyat nəzəriyyəsinin, bədii əsərlərin dil xüsusiyyətlərini və ifadə vasitələrini öyrənən bölməsi; üslubiyyat.\n2. Dilçilik elminin, dilin bədii ifadə vasitələrini öyrənməklə məşğul olan bölməsi. stimul [lat. stimulus] Həvəs və maraq oyadıcı amil, vadaredici səbəb. Əmək məhsuldarlığını yüksəldən stimul. stimulyator [lat.] Bitkinin inkişafını və böyüməsini sürətləndirmək üçün tətbiq edilən kimyəvi maddə. stimullaşdırma “Stimullaşdırmaq”dan f.is. stimullaşdırmaq f. Stimul yaratmaq, bir şeyin həyata keçməsini təzələşdirmək, gücləndirmək. stirol is. Paltar yumaq üçün sabunqələvi tozu. stol [rus.]\n1. Miz, masa. Uzunsov stol. Girdə stol. Yazı stolu. Cərrahiyyə stolu. – Zirzəminin ortasında palıd taxtasından iri bir stol qoyulmuşdu. S.Rəhman. Stolların üstünə yığılmış qəzet, jurnallar rütubətdən saralmışdı. İ.Əfəndiyev.\n2. məc. dan. Süfrə. Stol açmaq. Yaxşı stol düzəltmək. – [Səkinə Rüstəmə:] Özün deyirsən ki, stol açacağam, qoyun kəsdirəcəyəm, düyü islatdıracağam. M.İbrahimov.\n3. Xüsusi bir işlə məşğul olan idarə və ya onun bir şöbəsi. Adres stolu. Qeydiyyat stolu. Tapıntılar stolu. stolbaz [rus. stol və fars. ...baz] bax. vəzifəpərəst. [Dilşad:] Bu, Cahangir kimi stolbazların .. düzəltdikləri fitnədir. İ.Əfəndiyev. stolüstü sif.\n1. Stol üstünə qoyulmaq üçün düzəldilmiş, stol üstünə qoyulan, yaxud stol üçün uyğunlaşdırılmış. Stolüstü saat. Stolüstü oyunlar. Stolüstü tennis. – Hətəmov barmaqlarını stolüstü süfrəyə vuraraq düşünürdü. B.Bayramov. Stolüstü lampanın işığında, arxası üstə uzanmış Gülgəzin geniş açılmış gözləri parıldayırdı. İ.Hüseynov.\n2. məc. Həmişə lazım olduğuna görə daim stol üstündə saxlanılan, əl altında, yaxında olan (kitab, vəsait və s. haqqında). Bu lüğət mənim stolüstü kitabımdır. stomatologiya [yun. stoma (stomatos) – ağız və loqos – elm] Tibbin ağız boşluğu, dişlər, çənə və onlara yaxın yerlərin xəstəliklərindən bəhs edən şöbəsi. stomatoloji sif. [yun.] Stomatologiya ilə bağlı olan, stomatologiyaya aid olan. Stomatoloji klinika. Stomatoloji tədqiqat. stomatoloq [yun.] Stomatologiya mütəxəssisi. strategiya [yun. strategia – qoşun və ago – aparıram]\n1. Geniş miqyasda hərbi əməliyyat, müharibə hazırlama və aparma sənəti. Strategiya və taktika. // Müharibə aparma elmi. Strategiya haqqında leksiya. Strategiya kursu. // Müharibə, hərbi əməliyyat planı.\n2. məc. İctimai, siyasi mübarizəyə rəhbərlik etmək məharəti, bacarığı. strateji sif. [yun.]\n1. Strategiya ilə bağlı olan, strategiyaya aid, strategiya tələblərinə cavab verən, ümumi hərbi məqsədləri həyata keçirmək üçün əhəmiyyəti olan.\n2. Hərbi əhəmiyyəti olan, müharibənin ümumi məqsədlərinin həyata keçirilməsi baxımından əhəmiyyəti olan. Strateji xammal. Strateji tikintilər. Strateji ehtiyat qüvvələri. Cəbhənin strateji mərkəzi. • Strateji aviasiya – uzaq məsafələrdə əməliyyat aparmaq, uzaq məsafələri bombalamaq üçün aviasiya. Strateji xammal – müharibə üçün lazım olan materiallar.\n3. məc. Siyasi, inqilabi mübarizənin hər hansı bir mərhələsində ümumi əsas məqsədlərin həyata keçirilməsi üçün çox böyük əhəmiyyəti olan. Strateji plan. Strateji şüar. strateq [yun. strategos] Mahir sərkərdə, strategiyanı yaxşı bilən şəxs. // məc. tənt. İctimai, siyasi mübarizəyə rəhbərlik etməkdə böyük məharəti olan şəxs. stratosfer [lat. stratum – döşəmə və yun. sphaira – kürə, şar] Atmosferin dəniz səthindən 9-11 km yüksəklikdə olan üst təbəqəsi. stratostat [lat.] Stratosferə qalxmaq üçün aerostat. Stratostat qalxır boş ənginlərə; Rənglərə boyanan xoş ənginlərə. N.Rəfibəyli. streptokok [yun. streptos – zəncir və kokkos – toxum] tib. İrinli iltihablar, qızılyel və s. xəstəliklər törədən, zəncir təşkil edən girdə bakteriya. streptosid [yun. streptos və lat. caedere – öldürmək] Streptokok xəstəliklərinin müalicəsində tətbiq edilən dərman. [İmanov] ..ağ və qırmızı streptosidi, kalseksi qayda ilə [Tahirə] içirdir, amma qızdırmanın düşmədiyini, əksinə, yavaş-yavaş qalxdığını görəndə daha da qanı qaralırdı. M.Hüseyn. stress [ing. stress – gərginlik] Xarici və ya daxili mühitin mənfi qeyri-spesifik amillərinin təsirinə cavab olaraq canlı orqanizmdə əmələ gələn spesifik fizioloji reaksiya. strixnin [yun. strychnos] Hindqozu tropik bitkisi toxumlarından alınan, çox güclü zəhər (təbabətdə istifadə edilir). Strixnin rəngsiz, dördkünclü kristal olub suda və efirdə pis, spirt və benzolda isə asan həll olur. R.Əliyev. strukturalist Strukturalizm tərəfdarı. strukturalizm [lat. structura] Müasir dilçilik elmində dil vahidləri arasındakı daxili (struktur) əlaqələri dəqiq təsvir etmək üçün üsullar irəli sürən cərəyanlardan birinin adı. studiya [ital.]\n1. Rəssam və ya heykəltəraş emalatxanası.\n2. Artist, rəssam, heykəltəraş hazırlayan məktəb (bu məktəbdə keçirilən dərslər yaradıcı məşğələlərlə birgə aparılır). İndi məktəbin səhnəsinə çıxıram, bu üzümüzə gələn ildə dram studiyasına yazılacağam. S.Rəhimov.\n3. bax. kinostudiya.\n4. bax. radiostudiya. stul [rus.] Adətən bir nəfərin oturması üçün oturacağı və söykənəcəyi olan mebel növü; kürsü. Ortada dayanıb danışan adam yaxın stulların birində oturdu. S.Rəhman. Zala şəhərdən gətirilmiş yumşaq stullar düzülmüşdü. İ.Əfəndiyev. stüardessa [ing. stewardess] Təyyarədə sərnişinlərinə xidmət edən qadın. su is.\n1. Dənizləri, gölləri, çayları, bulaqları əmələ gətirən və hidrogenlə oksigenin kimyəvi birləşməsindən ibarət olan şəffaf rəngsiz maye. Yağış suyu. Çay suyu. İçməli su. – Stol üzərindəki qrafindən stəkana su töküb içdim. A.Şaiq. // Müalicə məqsədilə işlədilən mədən suları. Badamlı suyu. Borjom suyu. // Cəm şəklində: sular – mədən suları çıxan yerlər, bu sularla müalicə olunan kurort yerləri. Məktubundan belə görünür ki, yayda müalicə üçün sulara gedəcəksən. S.S.Axundov. // məc. Boş, mənasız sözlər, ibarələr, ifadələr, danışıqlar, əsərlər haqqında. Əsərdə su çoxdur. Kitabın yarısı sudur.\n2. Çayın, dənizin, gölün su kütləsi. Su ilə əhatə olunmaq. Sudan keçmək. // Çay, bulaq, axar su. [Kərəm:] Su başında duran qızlar, gəlinlər; Allı gəlin, Xan əslimə bənzərsən. “Əsli və Kərəm”. ..Naməlsəm məhəlləsinin bir neçə cavanları daha artıq səbir edə bilməyib əllərində bel su başına getdilər. N.Nərimanov. // Cəm şəklində – sular. Su sahələrinin, dənizlərin, göllərin, çayların bir hissəsi. Dövlət suları. Territorial sular.\n3. məc. Tər mənasında. Su içində gəlib çıxdıq. Uşaq su içindədir, paltarını dəyiş.\n4. Meyvədən, səbzəvatdan çıxarılan şirə. Nar suyu. Kök suyu. Alma suyu. Portağal suyu. // Bəzi ətirli bitkilərin yarpaq və çiçəklərindən distillə yolu ilə alınan ətirli maddə, maye. Gül suyu. Nanə suyu.\n5. Xörəyin duru hissəsi. Xörəyin suyunu çoxaltmaq. Düşbərənin suyu çox düşüb. ‣ Su(yunu) dəyişmək – müalicə məqsədilə yaşadığı yerdən başqa yerə köçmək, ya getmək, iqlimini dəyişmək, havasını dəyişmək. Su ilə od arasında qalmaq – çaşbaş qalmaq, nə edəcəyini bilməmək, çaşmaq. Su kimi – rahat, rəvan, səlis; tez, incimədən, çətinlik çəkmədən. Su kimi əzbərləmək. Su kimi cavab vermək. – [Səriyyə Saraya:] [Müəllim] dedi ki, iki ayda lap su kimi oxumaq öyrədəcəyəm. Mir Cəlal. Su kimi getmək – tez xərclənib getmək (pul haqqında). Sudan quru çıxmaq – çətin, ağır vəziyyətdən qurtarmaq, heç bir ziyan, cəza görmədən yaxasını qurtarmaq. [Qurban:] Elədir, bu haramzada sudan quru çıxacaq. Ə.Məmmədxanlı. Suyu bir yerdən axmamaq – düz gəlməmək, bir-birinə öyrəşə bilməmək, yola getməmək (adətən ər-arvad haqqında). Əmisi qızı ilə Cəmilin ər-arvadlığı cəmisi üç ay çəkdi. Onların suyu bir yerdən axmazdı, ulduzları barışmazdı. Ə.Vəliyev. Suyu bulandırmaq – aranı qarışdırmaq, araya fitnə salmaq. [Muxtar anasına:] Bunlar hamısı bəhanədir, suyu bulandırmaqdır. B.Bayramov. Suyu sovulmuş dəyirmana oxşamaq (dönmək) – xaraba qalmaq, pis kökə düşmək, dağılmaq, işləməz hala gəlmək. [Qəndab:] Çingizin yaşadığı otaq suyu sovulmuş dəyirmana dönmüşdü. B.Bayramov. Suyu süzüləsüzülə (süzələnə-süzələnə) getmək (qayıtmaq) – kor-peşman, qanı qara, kefi pozulmuş halda, pərt. Sınıq düşən Səlim bəy suyu süzələnə-süzələnə Gorusa qayıdıb, istər-istəməz Peterburqa bir də xəbər yazdı. S.Rəhimov. Suyu üfürə-üfürə içən – çox ehtiyatlı, vasvası adam haqqında. [Zeynəb Leyliyə:] Ölçüb-biçəndən, suyu üfürüb içəndən aşiq olmaz? Ə.Məmmədxanlı. Çox (nə qədər) su axmış – illər keçmiş, çox vaxt keçmiş, xeyli ötmüş. Bu illər ərzində nələr olmamışdı, nə qədər sular axmış, nə qədər adamlar həlak olmuş, torpağın üstündə nə qədər dəyişikliklər baş vermişdi. M.İbrahimov. Gözü su içməmək – bax. göz. Üzündə su yoxdur – bax. üz. Üstünə su ələnmək – bax. üst. suaxan is. Keçmişdə: çimmək üçün evlərin küncündə düzəldilən xüsusi yer. [Arvad] qazanda su qoyub qızdırdıqdan sonra Kəbleyini suaxanda yuyundurub yatırdır. H.Sarabski. sual is. [ər.]\n1. Bir şey haqqında cavab, məlumat almaq üçün müraciət etmə, soruşma; sorğu. Sualla müraciət etmək. Suala cavab vermək. Suallar barədə fikirləşmək. – Gülsənəm arvadın sualındakı təəccüb nidası çox qüvvətli idi. M.Hüseyn. • Sual vermək (etmək) – soruşmaq. Kitabı əlindən yerə qoyub, Sona Bahadırdan sual etdi.. N.Nərimanov. Həyat nədir? Sual verdim özümə; Mənasını çiçəklərdən öyrəndim. M.Müşfiq.\n2. Məsələ, problem. İndi [Şükürün] başında fikrini məşğul edən bir sual vardı. S.Hüseyn. sualbaz sif. [ər. sual və fars. ...baz] Yerli-yersiz sual verməyi sevən adam; sualçı. Bu zaman həmən sualbaz Şirəliyə yaxınlaşdı. S.Rəhman. sual-cavab bax. sorğu-sual. Sualcavab başlandı. Sual-cavab uzun çəkdi. Sualcavab zamanı. – Bu sual-cavabdan sonra tamam pərt olmuş “ovçu” çaşqın-çaşqın yanyörəsinə göz gəzdirdi. M.Rzaquluzadə. [Əliqulu:] Sual-cavabdansa, mənə bir əlac tap.. S.Rəhman. sualçı bax. sualbaz. sualedici sif. Sual ifadə edən; suallı. Sualedici gözlər. Sualedici baxış. – Diqqətlə, sualedici nəzərlərlə Ulduzun gözlərinə baxan qoca qadının birdən dodaqları titrədi. Ə.Məmmədxanlı. ..Cəlal sualedici bir nəzərlə [ustaya] baxdı. S.Vəliyev. suallı bax. sualedici. Hacı Rəsul Tahirzadənin suallı baxışını görüb əllaməlik büruzə vermək istədi. Mir Cəlal. sualtı sif.\n1. Suyun altında olan, icra edilən, su səviyyəsindən aşağıda olan. Sualtı daşlar. Sualtı axtarışlar. – Ara-sıra sualtı vulkanlar da püskürürdü. M.Qaşqay. Maşinist barkası sualtı qayalardan qoruya-qoruya irəliləyirdi. M.Süleymanov. // Su altında yaşayan, su altında bitən. Sualtı canlılar.\n2. Su altında hərəkət edən. Sualtı mina. Sualtı gəmi. // Su altında edilən, su altında görülən. Sualtı işlər. Sualtı kinofilm çəkmə. suaşıran is. tex. Artıq suyun axıb getməsi üçün bəndin divarlarında düzəldilən hidrotexniki qurğu, deşik, pəncərə, boru və s. suaşırı is. Çayda suyun iti axdığı yer. suayırıcı is. coğr. Çay hövzələrini, yəni suların axımını iki əks istiqamətə ayıran təpə, xətt. Suayırıcıdan axan çaylar. subasan (=subasar) bax. çaybasar. Subasan çəmən. – Qoy yamyaşıl məxmər geysin hər biçənək, hər zəmi; Körpə ceyran düzə gəlsin subasarı görəndə. S.Vurğun. Göz qaralan tarlaları pambıqlar örtsün bu yaz! Qoruqlarda, subasarda qalmasın bir yer boyaz! R.Rza. subasar (=subasan) bax. çaybasar. Subasan çəmən. – Qoy yamyaşıl məxmər geysin hər biçənək, hər zəmi; Körpə ceyran düzə gəlsin subasarı görəndə. S.Vurğun. Göz qaralan tarlaları pambıqlar örtsün bu yaz! Qoruqlarda, subasarda qalmasın bir yer boyaz! R.Rza. subay sif. Evlənməmiş. Subay oğlan. Subay qız. subaylıq is. Subay olma, əri və ya arvadı olmama, subay adamın vəziyyəti. Subaylıq sultanlıqdır. (Ata. sözü). [İlyas:] Əzizim, mən subaylıqda da xörəkdən, istirahətdən korluq çəkməmişəm. Mir Cəlal. subaysayağı sif. və zərf Subayda olduğu kimi, subay kimi. Subaysayağı süfrə. Subaysayağı yaşamaq. substansiya [lat. substantia] fəls. Bütün əşya və hadisələrin ilk əsası, mahiyyəti, məğzi. substantivləşmə is. dilç. Digər nitq hissələrinin isim kateqoriyasına keçməsi; isimləşmə. Sifətin substantivləşməsi. substantivləşmək f. dilç. İsim kateqoriyasına keçmək; isimləşmək. subtropik sif. Subtropik sahəyə aid, subtropikdə olan. Subtropik iqlim. – Elə subtropik bitki yoxdur ki, Azərbaycanda yetişməsin. İ.Əfəndiyev. subtropiklər [lat. sub – alt və yun. tropikos] cəm Yer kürəsinin tropik qurşaqla mötədil qurşaq arasında aralıq vəziyyət tutan iki fiziki-coğrafi zona. suburaxıcı is. tex. Suyu su anbarından su kəmərlərinə, suvarma və ya gəmiçilik kanallarına buraxmaq üçün qurğu. subyekt is. [lat. subjectum]\n1. fəls. Xarici aləmi (obyekti) dərk edən və öz əməli fəaliyyətində, işində ona təsir edən şəxs. // Şəxs, şəxsiyyət, adam. O subyekt kimdir? Bu subyekt mənə tanış gəlir.\n2. hüq. Müəyyən hüquq və vəzifələri olan şəxs və ya təşkilat, hüquq subyekti. Cinayət subyekti (cinayət işləmiş və buna görə də cinayət məsuliyyəti daşıya bilən şəxs).\n3. Məntiqdə: haqqında bəhs olunan şey, haqqında mühakimə yürüdülən şey. Mühakimə subyekti.\n4. qram. Mübtəda. subyektiv sif. [lat.] Subyektə, şəxsə, şəxsiyyətə aid olan, onunla bağlı olan, ondan asılı olan. Subyektiv səbəblər. Tarixdə subyektiv amil. İşin subyektiv tərəfi. // Tək bir şəxsə (subyektə) aid olan, xas olan, ancaq onun fikirlərini, hissiyyatını, təəssüratını əks etdirən; şəxsi, fərdi. Məsələyə subyektiv yanaşma. Bu sənin subyektiv fikrindir. // Qərəzkar, qeyri-obyektiv. Subyektiv olmaq. ‣ Subyektiv idealizm fəls. – idealizmin əsas formalarından biri, subyektivizm (1-ci mənada). subyektivist is. Subyektivizm (1-ci mənada) tərəfdarı. subyektivizm [lat.]\n1. Maddi aləmin obyektiv varlığını inkar edən idealist fəlsəfi cərəyan.\n2. Burjua sosiologiyasında: cəmiyyətin inkişafının obyektiv qanunlara əsasən deyil, guya subyektiv amillərə, yəni ayrı-ayrı şəxslərin iradəsinə, səyinə əsasən inkişaf etdiyini iddia edən idealist cərəyan.\n3. kit. Subyektivlik, bir şeyə məhdud subyektiv münasibət (obyektivlik ziddi). Elmdə subyektivizmlə mübarizə. subyektivlik is.\n1. Ancaq bir subyektə, şəxsə, fərdə aid olma; şəxsi, fərdi. Görüşlərin subyektivliyi.\n2. Bir şeyə həddən artıq subyektiv münasibət, qeyri-obyektivlik. Məsələnin həllində subyektivlik göstərmək. sucuq is.\n1. İçərisinə fındıq, qoz, şabalıd və s. doldurulmuş kolbasa şəkilli şirniyyat növü. İçində şabalıd, fındıqla üzüm; Qozlu sucuqlardan beş-altı düzüm. H.K.Sanılı.\n2. bax. tərək. suç is. köhn. Günah, təqsir. [Xəyyam:] İçsə o, bir suçmu bizim içməmiz; Qorxusu yox, sən də gəl iç, ey əziz. H.Cavid. suçəkən is. Suyu canına çəkən, hopduran kağız. // Suçəkən (suqurudan) kağız – bax. suçəkən. suçiçəyi is. tib. Yoluxucu uşaq xəstəliyi. suçiləyən bax. susəpən. ..Mehtər əlində xəlbir, üzü samanlı; birinin əlində süpürgə, suçiləyən və Gülpəri də gəlirlər. Ü.Hacıbəyov. suçlu sif. köhn. Təqsiri, günahı olan; müqəssir. suçu is.\n1. Keçmişdə dalında və ya başqa bir vasitə ilə su daşıyıb əhaliyə satan adam. Küçələrdə arabaçılar, suçular və qeyri qəsəbə əhli o yan-bu yana yeriməkdə idi. S.M.Qənizadə. Ucqarlara suçular su daşıyırdılar. A.Şaiq.\n2. Əkin, bağ və s.-ni suvaran adam. Mayanın suçularla söhbəti xeyli çəkdi. M.İbrahimov. Suçular əkini dərin şırımla və sısqa axınla suvardılar. Ə.Vəliyev. sudaşıyan is.\n1. bax. suçu 1-ci mənada.\n2. İçmək, sulamaq, işlətmək və s. üçün su aparan, su daşıyan maşın və s. sudur bax. suluq 1-ci mənada. Ayaqlarının altı yəqin sudur olmuşdur. M.Hüseyn. sudurlama “Sudurlamaq”dan f.is. sudurlamaq f. Sudur əmələ gəlmək, suluqlamaq. suf (=sufbalığı) is. zool. Xanı balığı fəsiləsindən qiymətli bir balıq. sufbalığı (=suf) is. zool. Xanı balığı fəsiləsindən qiymətli bir balıq. sufərəsi bax. cüllüt. sufi is. [ər.]\n1. Təsəvvüflə məşğul olan adam; mistik.\n2. Dindən, dini göstərişlərdən əsla kənara çıxmayan adam; zahid. suflyor [fr. souffleur] Artistlərə suflyorluq edən teatr işçisi. [Oqtay:] Xaspolad, haydı, sən də get, suflyordan kitabı al, sözlərinə bax. C.Cabbarlı. Belə bir qənaət var ki, artist mütləqa suflyor altında getməlidir. S.Rəhman. suflyorluq is. Tamaşa zamanı aktyorlara rolların sözlərini yavaşcadan söyləmə. • Suflyorluq etmək – tamaşa zamanı aktyorlara rollarının sözlərini demək. sugülü is. bot. Sulaq yerlərdə bitən, bəzi hallarda çiçək açan bitki. suxarı [rus. suxarğ] Qurudulmuş çörək tikəsi. Çörəyi suxarı eləmək. Suxarı qurutmaq. // Quru peçenye növü. Uşaqlar dinməzsöyləməz, xırpa-xırpla suxarı çeynəməyə başladılar. Ə.Əbülhəsən. sui-istifadə [ər.]: sui-istifadə etmək – bir şeyin və ya bir adamın zərərinə işləmək. Vəzifəsindən sui-istifadə etmək. Özünə olan etimaddan sui-istifadə etmək. – [Məmmədxanla Yusifəli] ..bəzən uşaqları iki yerə bölüb, hərəsi dəstənin birinə başçı olardı, öz xanzadəliklərindən sui-istifadə edərək onları vuruşdurardılar. P.Makulu. Yataqxana müdiri Rəhim vəzifəsindən sui-istifadə edir. M.Süleymanov. sui-qəsd is. [ər.] Birinin canına qəsd etmək, birini öldürmək və ya yaralamaq qəsdində olma. Rənaya qarşı düzəldilən sui-qəsd Nizamini hər şeydən çox düşündürürdü. M.S.Ordubadi. sui-qəsdçi is. Sui-qəsd edən, sui-qəsd hazırlayan. Vəsiqələrdən ən əhəmiyyətlisi suiqəsdçilərin ingilis konsuluna yazdığı məktub idi. M.S.Ordubadi. [Yazgül Şeydaya:] Kimdir sui-qəsdçi? Ə.Məmmədxanlı. suilanı is. zool. Bəzi zəhərsiz ilanların adı. [Lətifə:] Bir də onu gördüm ki, bax, bu qolum yoğunluqda suilanı qılçama dolanıb, məni dartışdırır. M.Hüseyn. suiti is. zool. Pərayaqlılar dəstəsindən dəniz heyvanı. Yeraltı gözə-gözə dəlmələrdə suitiləri yaşayır, balalayır, törəyir və artırdı. S.Rəhimov. Orada-burada dənizdə baş qaldıran suitiləri qayığın yaxınlaşdığını gördükcə dərhal suya cumub yox olur, özlərindən sonra dairəvi izlər buraxırdılar. M.Hüseyn. sukeçirməyən (=sukeçməz) sif. Suyu özündən keçirməyən, su keçməyən, suyu buraxmayan. Sukeçirməyən lay. Sukeçirməyən parça. Sukeçirməyən plaş. sukeçməz (=sukeçirməyən) sif. Suyu özündən keçirməyən, su keçməyən, suyu buraxmayan. Sukeçirməyən lay. Sukeçirməyən parça. Sukeçirməyən plaş. sukəsən bax. suyaran. suqamışı is. bot. Sulaq yerlərdə bitən, yarpaqlarından ip, kağız, səbət və s. hazırlanan, gövdəsi bəzi mal-qara üçün qiymətli yem sayılan ot bitkisi. suqaranquşu is. zool. Qağayılar fəsiləsindən su quşu. suqozu is. bot. Suda bitən ot bitkisi. suquzğunu is. zool. İribaşlı, əlvantüklü, uzundimdikli su quşu. sulaq is. Durğun su, bataqlıq, bataq yer. // Suyun yığıldığı yer, gölməçə. sulama “Sulamaq”dan f.is. sulamaq f.\n1. Sərinlik üçün su tökmək, su axıtmaq, su çiləmək, su səpmək. Küçəni sulamaq. Meydançanı sulamaq. – Hüseynəli əmi həyəti sulamaqda idi. M.S.Ordubadi. [Cəlil] dükanın qabağını süpürüb sulayardı. İ.Musabəyov. // Məc. mənada. ..Xəzri haradansa buludları qovub gətirmiş, Bakını şiddətli və qısa yağışla sulayandan sonra, birdən xırp kəsilmişdi. M.Hüseyn.\n2. bax. suvarmaq. [İlyas Adiləyə:] Məndən başqa bir neçə oğlan uşağı da göl qırağında atını sulayırdı. Ə.Məmmədxanlı.\n3. Dibinə su tökmək, su vermək. Ağacları sulamaq. Dibçəkləri sulamaq. – Südabə axşam sərini düşəndə balaca bağçasındakı qırmızı gülləri sulayıb çarhovuz daşının üstündə oturmuşdu. M.İbrahimov.\n4. Yumşaltmaq üçün su çiləmək. [Səriyyə:] ..Nazik ağ yuxadan bir neçəsini sulayıb qoydum. İ.Əfəndiyev. sulandırma “Sulandırmaq”dan f.is. sulandırmaq ağzını sulandırmaq – bax. ağız1. sulanma “Sulanmaq”dan f.is. sulanmaq f.\n1. bax. suvarılmaq. Əkin sahələri sulanıb. – Bağçanın ortasında yenə də dördkünc bir çarhovuz vardı, ..bu hovuzdan bağça sulanırdı. Ə.Əbülhəsən. Ancaq əkilən ağacların bir qismi Mingəçevirin yandırıcı hərarətinə davam gətirə bilmir, vaxtında sulanmadıqda quruyurdu. Ə.Sadıq.\n2. Su səpilmək, su çilənmək. Həyət sulandı. Küçə sulanıb. – Araz kimi bulannam; Bağça kimi sulannam. (Bayatı). Molla sulanıb süpürülmüş eyvanda, palazın üstündə namaz qılırdı. P.Makulu.\n3. Dəymək, yetişmək, sütülləşmək, su (şirə) salmaq. Armudlar sulanıb. – Meyvə vaxtı şəhər uşaqları sərçə kimi bu ağaca dırmaşar, alçaq budaqlarda ənciri sulanmağa qoymazdılar. Mir Cəlal. // Su salmaq, şirəsi çıxmağa başlamaq. Kabab yavaş-yavaş sulanır bu an; Ağ lavaş qoyulub yaşıl süfrəyə. H.Hüseynzadə.\n4. xüs. Suya salıb çıxartmaq, su vurmaq (kürədən çıxmış qızğın metal haqqında). Tiyəni sulamaq. Bıçağı sulamaq. – Atamın günəş altında qaralmış alnı, üzü və bütün bədəni kürədə döyülmüş və sulanmış (f.sif.) polad parçasına oxşayırdı. M.İbrahimov. Burada xəncərlər sulanır, itilənir, hər cür tüfənglər yoxlanır.. Mir Cəlal.\n5. Yaşarmaq. Anıb o günləri fikri dolandı; Sinəsi atlandı, gözü sulandı. H.K.Sanılı. [Yarməmməd] gözləri sulanıncaya qədər asqırdı. M.İbrahimov. ‣ Ağzı sulanmaq – bax. ağız1. sulaşma “Sulaşmaq”dan f.is. sulaşmaq f.\n1. qarş. Bir-birinə su atmaq. [Uşaqlar] bir-birilə ötüşərək, hay salıb gah üzür, gah batıb yox olur, birdən baş qaldırıb ikiəlli sulaşırdılar. Mir Cəlal. Bir ara dəhlizdən otağa, otaqdan mətbəxə qaça-qaça bu üç xoşbəxt adam nəşə ilə sulaşdılar, su qurtarandan sonra taxtabənddə üz-üzə durub, bir-birinə baxaraq gülüşməyə başladılar. Ə.Əbülhəsən.\n2. Su salmaq, su buraxmaq, sıyıqlaşmaq. suleyləyi is. zool. Ayağıpərdəlilər sinfindən suda yaşayan bir quş. sulfat [lat. sulfur – kükürd] kim. Kükürd turşusunun duzu. sulfazol [xar.] Kokkların törətdiyi xəstəliklərin müalicəsində işlədilən dərman preparatı. sulfidin [lat. sulfur – kükürd] Kokkların törətdiyi xəstəliklərin müalicəsində tətbiq edilən dərman preparatı. sulfit [lat. sulfur – kükürd] kim. Sulfit turşusunun duzu. Sulfit natrium. sulu sif.\n1. Tərkibində suyu, şirəsi çox olan; şirəli. Sulu gilənar. Sulu üzüm. – Ağaclar gümrahdır, meyvələr sulu; Nə yarpaq, nə də bir ot saralmışdır. S.Vurğun. // Tərkibində su olan. Sulu karbon. Sulu mineral turşular. Sulu neft.\n2. İslaq, yaş, rütubətli, nəm. Sulu torpaq. Sulu yer. • Sulu qar – tez əriyən, nəm halda olan qar. Gözlə bir şey görmək mümkün deyildisə də, sulu qarla qarışıq narın yağış yağdığı hiss olunurdu. M.Rzaquluzadə. Sulu qar yağdıqca yer təkinə qədər islanır, elə bil köpüb şişirdi. Ə.Əbülhəsən.\n3. Duru. Sulu xörək. Sulu xingal. suluf bax. darı. Çəltik xatirinə suluflar da su içir. (Ata. sözü). Azərbaycanın çəltik tarlalarında olan əsas alaq otları iridənli darı, çəltik darısı, toyuq darısı adlanır. Bizim kəndlərdə bu cür alaq otuna suluf deyilir. X.Axundov. suluq is.\n1. İçi maye ilə dolu qabarcıq; qabartı, uçuq. [Mahmud:] Balta vurmaqdan qollarım düşdü, əllərim suluq-suluq qabar oldu. Ə.Haqverdiyev. [Sitarənin] əllərinin içi qabar-qabar olmuşdu. Bir yerdən isə suluq atmışdı. Ə.Abbasquliyev.\n2. məh. Qoyunun ilk südündən hazırlanan pendirəoxşar ağartı. Güllü qarı uşaqların hərəsinə bir parça suluq verdi. İ.Əfəndiyev. suluqlama “Suluqlamaq”dan f.is. suluqlamaq f. Suluq əmələ gəlmək, qabarlamaq. ..Üç qardaşın üçünün də əli üç dəfə qabar qoyub suluqladı. S.Rəhimov. [Səməndər] əlləri suluqlayana qədər günbəzin bünövrəsinə külüng çaldı. B.Bayramov. suluqlanma “Suluqlanmaq”dan f.is. suluqlanmaq f. Suluq bağlamaq, suluqlar əmələ gəlmək, qabar olmaq. Dar çəkmədən ayağı suluqlanıb. sululuq is. Sulu şeyin halı və keyfiyyəti; şirəlilik. Meyvənin sululuğu. sumağı sif. Sumaq rəngində, tündqırmızı. Züleyxa gen, sumağı paltarda idi. Ə.Əbülhəsən. sumaq is. Yarpaqlarından aşı, boyaq və dərman maddələri hasil edilən ağac və ya kol. Sumaq üç metrə qədər hündürlükdə, qışda yarpağı tökülən alçaqboylu ağac və ya koldur. Yaşıl-ağ rəngli çiçəkləri iyunda açır, tünd-qırmızı rəngli meyvəsi sentyabrda yetişir. Yarpağından dəri aşılamaqda geniş istifadə olunur. H.Qədirov. // Həmin ağacın xörəklə yeyilən qurudulub döyülmüş tündqırmızı meyvəsi. sumaqdaşı is. geol. Püskürmə, ya çöküntü süxurların quruluşunun dəyişməsi yolu ilə əmələ gəlmiş daş. Eyvanın sütunları sumaqdaşından idi. M.S.Ordubadi. sumbata is. Şüşəni, metalı, daşı cilalamaq, parıldatmaq, hamarlamaq, habelə metaldan qayrılmış şeyləri sürtüb təmizləmək üçün narınlaşmış halda istifadə edilən mineral. // Üzərinə lay şəklində həmin mineral ovuntusu yapışdırılmış kağız, ya parça. Sumbata kağızı. sumbatalama “Sumbatalamaq”dan f.is. sumbatalamaq f. Sumbata çəkmək, sumbata ilə sürtüb cilalamaq, parıldatmaq, təmizləmək. sumbatlı sif. Görkəmli, yaraşıqlı, ləyaqətli. Sumbatlı oğlan. sumkb [rus.] Dəridən, parçadan və s. materialdan hazırlanmış, adətən tutacağı olan qadın çantası. Sumkasında cürbəcür pomada, üzyağı var; Dillənir dindirməmiş gərəksiz bir saz kimi. S.Rüstəm. [Səkinə Mayaya:] Xoş gəlmisən, bala! Qədəmlərin xoş olsun! – deyib, noxudu rəngli balaca sumkasını əlindən aldı. M.İbrahimov. sunərgizi is. bot. Nohurların, göllərin ətrafında bitən sarıçiçəkli ot-bitki. suölçən is. Sərf olunan suyun miqdarını göstərən cihaz. sup [rus.] Şorba. Sup gətirdilər, yoldaşlarının hamısı xörəyə məşğul idi, Nərimanın isə iştahası yox idi. Mir Cəlal. superfosfbt [lat. super və phoros] Təbii fosfatlardan, apatit, fosforit və s.-dən alınan fosforlu gübrə. supərisi is. Xalq əfsanələrində: suda yaşayan, dağınıq uzunsaçlı, balıqquyruqlu çılpaq qadın surətində təsəvvür olunan əfsanəvi vücud. surə is. [ər.] Quranın bölündüyü 114 fəsildən hər biri. Səhər uşaq mollaxanaya gedər, Quranın axırıncı surəsini əzbərdən oxuyardı. H.Sarabski. Molla Əkbər tamam gecəni can verən Baxışoğlu Həsənin başı üstə oturub, təsbeh çevirib, yasin surəsini oxumaqla məşğul idi. B.Talıblı. surət is. [ər.]\n1. Zahiri görünüş, şəkil. Surəti dəyişmək. – [Yusif:] On ildir ki, Şamdan ilə görüşməmişəm. İndi görək ki, surəti də təğyir tapıbdır. N.Nərimanov. Bədənnüma güzgüdə o; Baxıb görür surətini. N.Rəfibəyli. // Üz, sifət, çöhrə, sima. O saat sevgili anasının surəti [Nurəddinin] gözlərinin önündə durdu. S.S.Axundov. ..Mehriban çobanın surəti gözləri önünə gəldikdə, Səmədin qəlbində nakam məhəbbətin yarası daha şiddətlə sızıldamağa başlamışdı. İ.Hüseynov.\n2. Şəkil, üsul, qayda, tərz. [Odabaşı:] Bu məhəbbət onlar böyüdükcə təbəddülata uğrayıb axırda başqa bir surət aldı. Ə.Haqverdiyev.\n3. Bir şeyin əslindən eynilə köçürülmüş nüsxəsi, üz. Protokolun surəti. Şəhadətnamənin surəti. – Gəldiyev əvvəl bu vərəqənin surətini çıxartdırdı. Mir Cəlal. Bu, Yusifin öz xahiş ilə .. azad olunması barədə əmrinin surəti idi. B.Bayramov.\n4. Yazıçının, rəssamın, artistin yaratdığı tip, obraz, xarakter. Yeni insan surəti. Səhnə surətləri. – Gənc Baxşı Cabbarlının maraqlı surətlərindəndir. M.Arif.\n5. Şəkil, portret, təsvir. İndi başına daş düşmüş müsəlman belə surətləri görüb dinindən dönəndə deyirlər: “dəli olub”. Ə.Haqverdiyev.\n6. riyaz. Kəsirdə: bölünən ədəd. Kəsrin surəti.\n7. “Surətdə” – şəklində bir sıra sözlərlə işlənərək zərf birləşmələri düzəldilir; məs.: süni surətdə, narazı surətdə, belə olan surətdə, təcili surətdə, rəsmi surətdə və s. ‣ Bu surətdə – belə olduqda, bu halda. [Hacı Nuru şair:] Bu surətdə mənim hünərimdən nə fayda hasil olacaq, mənim şerim nəyə məsrəfdir? M.F.Axundzadə. Bu surətlə – bu qayda ilə, beləliklə. [Qızılquş balalarının] anası bu surətlə balalarına ovçuluq öyrədər. A.Şaiq. O surətdə – onda, o zaman, o halda. Bu elçinin oğlan evinə gətirdiyi məlumat əlverişli olsa, .. o surətdə oğlanın ana və bacısı o evə rəsmi surətdə elçi gələcəklər. R.Əfəndiyev. surətpərəst sif. və is. [ər. surət və fars. ...pərəst] Gözəl surəti, zahiri gözəlliyi sevən, zahiri gözəlliyə aldanan (adam). surğuc is. Asanlıqla əriyən və tez bərkiyən rəngli bərk qatran (və ya mum) (konvertləri möhürləmək, şüşələrin ağzını bərkitmək üçün işlədilir). Qubernator əlini uzadıb dörd tərəfi surğucla möhürlənmiş (f.sif.) bir paket çıxartdı. M.S.Ordubadi. Katib güclə stolun gözündən qırmızı surğuc, spiçka və ağ saplı iynə çıxartdı. S.Rəhimov. surğuclama “Surğuclamaq”dan f.is. surğuclamaq f. Surğuc vurmaq. Konvertləri surğuclamaq. Bağlamanı surğuclamaq. surğuclu sif. Surğuc vurulmuş, surğuclanmış, surğucu olan, surğucla möhürlənmiş. Mühasib surğuclu konverti aldıqdan sonra çox maraqlanmışdı: “Açım, açmayım?” – deyə, çox düşünmüşdü. S.Rəhimov. surroqat is. [lat.]\n1. Nəyisə qismən əvəz edə bilən qayırma (geydirmə) məhsul; bədəl.\n2. Saxta şey. sursat is.\n1. bax. azuqə. [Qatırlara] su tuluqları, asma manqal, cürbəcür sursat yüklənmişdi. Çəmənzəminli. [Allahverdi İmamverdiyə:] Dayan, mənim heybəmdə sursat var. C.Cabbarlı.\n2. Güllə, mərmi, patron və s. hərbi ləvazimat. Gələn kimi bölüyə nə qədər döyüş sursatı lazımdısa almış, bölüyü sursatla təmin etmişdi. Ə.Əbülhəsən. Şəhərdə bütün əhalini ayağa qaldırmaq, düşmənin hərbi sursat və avadanlıq aparmasına yol verməmək lazım idi. S.Vəliyev. susama “Susamaq”dan f.is. susamaq f.\n1. Su içməyə şiddətli ehtiyac hiss etmək, özündə yanğı hiss etmək. Bərk susamaq. Yayda adam tez-tez susayır. – Qəlbi sınmış, gözü dolmuş, pozulmuş; İstidən susamış, acmış, yorulmuş. A.Səhhət. Susamışdı atlılar; Hamı axtarırdı su. M.Seyidzadə.\n2. məc. Bir şeyin həsrətində, arzusunda olmaq. Mənim namərd əmim onun nəyinə susadı? Ə.Haqverdiyev. Həqiqətə susayan tərlan könlündən üzr istəmişdi ki, “bu qəfəsdən mən səni əlbəttə azad eyləyərəm...” Mir Cəlal. susamuru is. zool. Tünd-qonur rəngli qiymətli xəzi olan yırtıcı su heyvanı. susdurma “Susdurmaq”dan f.is. susdurmaq icb.\n1. Susmağa, dinməməyə, səsini kəsməyə məcbur etmək. [Birinci rəqqasə:] Dur, getmə, səadət quşu, bir dur; Bas bağrına məşuqini, susdur! H.Cavid. Məni susdursa zaman; Səni özüm sanaram; Səhər kimi oyansan; Günəş kimi yanaram. N.Xəzri.\n2. məc. Bir şeyi təzahür etməyə, üzə çıxmağa qoymamaq; boğmaq. Kədərini susdurmaq. – [Muradın] kefini pozmamaq üçün marağımı susdurdum. Çəmənzəminli. susdurulma “Susdurulmaq”dan f.is. susdurulmaq məch. Susmağa, səsini kəsməyə, dinməməyə məcbur edilmək. Pulemyot şaqqıltısı eşidildi. Ancaq o, tezcə susduruldu. S.Vəliyev. susevən (=susevər) sif. Suda bitən, rütubət yerlərdə bitən, rütubətsevən, yaxud suda yaşayan, suyu sevən. Susevən bitkilər. Susevər heyvanlar. susevər (=susevən) sif. Suda bitən, rütubət yerlərdə bitən, rütubətsevən, yaxud suda yaşayan, suyu sevən. Susevən bitkilər. Susevər heyvanlar. susəpən is. Sulamaq, su çiləmək üçün lüləyinin başında xırda deşiklər olan vedrəşəkilli qab; suçiləyən. Susəpənlə gülləri sulamaq. – Qızlar susəpənlə küçə suvarır; Sərvlər baş əyib xəyala varır. S.Vurğun. susqun zərf Dinməz, susmuş (halda), sakit, dinməz-söyləməz. [Toğrul Elxana:] Halbuki bu tərəfdə susqun oturub kimsəyə görünməyəcəyinə söz vermişdin. C.Cabbarlı. Onlar hər ikisi bir vaxt sevinclə getdikləri yolu bu dəfə susqun və fikirli bir halda çıxmağa başladılar. Ə.Məmmədxanlı. Sən, ey mənim xəyalımtək; Göy havanı dələn qartal! Qonub dağlar zirvəsinə; De, susqunsan nədən, qartal? N.Xəzri. susqunluq is. Susma, danışmama, sükut etmə. Kosanın susqunluğuna qarşı Sübhanverdizadə bağırdı. S.Rəhimov. İzdihamın susqunluğu yalnız bir neçə an sürdü. M.Hüseyn. susma “Susmaq”dan f.is. susmaq f.\n1. Dinməmək, danışmamaq, dinməz oturmaq, ağzını açıb bir söz deməmək. Qaragün, xanın sarsıldığını, susduğunu görüb ürəkləndi. M.Rzaquluzadə. Bütün bu söhbət vaxtı Teymur bərk həyəcan keçirməsinə baxmayaraq susurdu. H.Seyidbəyli. // Kəsmək, dayanmaq, daha səsi eşidilməmək, gəlməmək, kəsilmək (səs). Quşlar susdu. Musiqi səsi bir anlıq susdu. – Çalğı susduqdan sonra Səlim öz badəsini qaldırdı. M.İbrahimov. // Eyni mənada top, tüfəng və s. səsi haqqında. Cəbhə susdu. Top səsləri susdu. Minaatanlar susdu. // Məc. mənada. ..Ucalır bağçadan bülbülün səsi; Çay susur, əsməyir çəməndə yel də. N.Xəzri. Susurdu əsən külək, susurdu axan bulaq; Qəlbinin səslərini eşidirdi o ancaq. B.Vahabzadə. // Cavab verməmək, səs verməmək. Nə üçün susmusan, cavab vermirsən? Susub, özündən heç bir xəbər bildirmir.\n2. məc. Öz duyğusunu, hissini büruzə verməmək. Zəhra susub dolduqca Həsənin şübhələri dərinləşirdi. M.İbrahimov. Məsum kişi bütün bu gözlənilməz şeylərə susur, səbir edirdi. Mir Cəlal.\n3. Əmr şəklində: sus! – danışma, dinmə, səsini kəs. [Hüseynqulu ağa Pəricahan xanıma:] Sus! Tezliklə sənə göstərərəm ki, bu evin sahibi mənəm. S.S.Axundov. susmaz sif. Susmayan, dayanmayan, ara verməyən (səs haqqında). suspenziya is. [lat.] Maye dispersiya (ayrılma, səpilmə, parçalanma) mühitində yayılmış bərk hissəciklərdən (dispers fəzadan) ibarət dispers sistem. sustalma “Sustalmaq”dan f.is. sustalmaq bax. süstləşmək. [Qoca Baxşı:] Sona havanın birinci yarısını oxumuşdu, birdən sustaldı, uzandı, susdu. C.Cabbarlı. [Yoldaşımız:] Yavaş-yavaş qulağıma tar-qaval səsləri də gəlməyə başladı. Əlimayağım sustaldı. M.Rzaquluzadə. susuz sif.\n1. kim. Tərkibində su olmayan. Susuz efir. Susuz spirt.\n2. Suyu olmayan, suyu çəkilmiş. Uşaqsız ev susuz dəyirman kimidir. (Ata. sözü).\n3. Quru, suyu qurumuş, quraq. Susuz çöl. Susuz çay. Susuz bulaq. – Çobanlar Turutun susuz çölündə; Boğulub batırdı qəmin selində. H.K.Sanılı. Boğazın o tayında susuz ada qəsəbəsinin çıraqları xeyli seyrəkləşmişdi. M.Süleymanov. // Sudan məhrum, su cəhətdən çətinlik çəkən. Port-Səid şəhərinin bütün əhalisi susuzdu. S.Vəliyev. susuzlama “Susuzlamaq”dan f.is. susuzlamaq bax. susamaq 1-ci mənada. susuzluq is.\n1. Ürəyi bərk su istəmə, su içmə ehtiyacı; yanğın. [Yaralı:] Ay bala, susuzluqdan yandım. Ə.Haqverdiyev. Şirzad susuzluqdan dodağının quruduğunu hiss edib düşərgəyə tərəf yollandı. M.İbrahimov. [Nuriyyə:] Mən aclığa davamlıyam, susuzluğa yox. İ.Əfəndiyev.\n2. Quraqlıq, rütubətsizlik. [Tahir:] Həmən kanal susuzluqdan yanan düzlərə can verəcək. M.Hüseyn. susünbülü is. bot. Uzunsaplaqlı, çiçəkli, ortayarpaqlı su bitkisi. sutkb [rus.] 24 saata bərabər vaxt ölçüsü, gecə və gündüzün davam etdiyi müddət; gün. Düz yeri bir yupyumru şey qapır; Həm də deyir, sutkada bir fırlanır. M.Ə.Sabir. [Qədir] bir sutka ayaq üstə durdu. Mir Cəlal. sututar is. Sonradan istifadə etmək üçün su toplanılan yer, gölməçə. Təbii sututarlar. Süni sututar. suvacaq is. Su bəndlərində suyu buraxmaq üçün qapağı olan deşik. suvaq is. Binaların divarlarına, içinə və s.-yə çəkilən suvaşqan maddələrin qum və su ilə qatışığından ibarət tikinti məhlulu; mala. Divara suvaq çəkmək. // Binaların tavanında, iç və bayır divarlarında həmin məhlulun bərkimiş təbəqəsi; mala. Divarlardan asılmış xəritələr .. olmasaydı, suvaqların töküldüyü zahirə çıxardı. H.Nəzərli. ..Divarların suvağı xal-xal olmuş, yağışdan yuyulmuş kərpiclərin sarı samanı biz-biz çıxmışdı. İ.Hüseynov. suvaqçı is. Suvaq çəkən fəhlə, suvaq ustası; malaçı, malakeş. [Direktor:] Bizə xarrat, suvaqçı lazımdır. M.Hüseyn. Otaqları boşaldın, yoldaşlar! – deyə, üst-başı müxtəlif rəngə boyanmış suvaqçılar, malakeşlər, rəngsazlar gəlirdi. Mir Cəlal. suvaqlama “Suvaqlamaq”dan f.is. suvaqlamaq f. Suvaq çəkmək, mala çəkmək, malalamaq. suvaqlı sif. Suvaq çəkilmiş, suvağı olan; malalı. Üz-üzə durmuşdur suvaqlı damlar; Hay verib, hay alır gümrah adamlar. S.Vurğun. Sahil. ..Suyun gümüş aynasında əks olunur; Ağ suvaqlı böyük bir bina. O.Sarıvəlli. suvaqsız sif. Suvaq çəkilməmiş, suvağı olmayan; malasız. Suvaqsız divarda qədim tüfənglər və qılınclar asılmışdı, rəflərdə pas basmış mis qablar üst-üstə yığılmışdı. Çəmənzəminli. suvama “Suvamaq”dan f.is. suvamaq f. Suvaq çəkmək, malalamaq. Çox çəkmədi ki, gəlinlər gəlib [şairin] daxmasını suvadılar. Ə.Məmmədxanlı. suvand bax. əyə2. İlk əyələr (suvand) köpəkbalığının dərisindən hazırlanmışdır. Belə əyələrlə ağacı, hətta mərməri cilalamaq olurdu. suvandlama “Suvandlamaq”dan f.is. suvandlamaq bax. əyələmək. suvanma “Suvanmaq”dan f.is. suvanmaq məch. Suvaq, mala çəkilmək; malalanmaq. İndi də divarlar sementlə suvanır, körpüyə döşənəcək taxtaya mazut sürtülür, qaralmış, qalın pərdilər körpü salınan yerə yaxın çəkilib rahlanırdı. Ə.Əbülhəsən. Otaqların üstü palçıqla suvanmışdı. B.Bayramov. suvarma 1. “Suvarmaq”dan f.is.\n2. Suvarmaqla bağlı olan, suvarmaya məxsus. Suvarma sistemi. Suvarma kanalı. Suvarma qurğusu. suvarmaq f.\n1. Süni vasitələrlə torpağı, yeri islatmaq, nəmləndirmək; sulamaq. Ləkləri suvarmaq. Əkin yerlərini suvarmaq. – Hər suçunun cirəsi gündə bir hektar yeri suvarmaqdır. Ə.Vəliyev. Çəpərin kölgəsində yaşıl qalmış nar kollarının dibinə [Səməd] arx çəkdi, suvardı. İ.Hüseynov. // Dibinə su tökmək. Ağacları suvarmaq. – Hüseynəli əmi .. gülləri suvarırdı. M.S.Ordubadi. Ağ saçlı bir qadın əlində vedrə, köhnə mis dolça pomidor və xiyar tağlarını suvarırdı. H.Seyidbəyli.\n2. Su vermək, su içirtmək. Qoyunları suvarmaq. Mal-qaranı suvarmaq. – Tağı əmi .. atları suvarmağa göndərəndə mənə də boz madyana minməyə izin verərdi. S.S.Axundov. ..Xırman döyənlər öküzləri vəldən açıb suvarır, yemləyir, tövlələrdə, həyətlərdə rahatlayırdılar. Ə.Abasov. suvaşqan sif. Yapışan, yapışqan. Suvaşqan maddələr. suvaşqanlıq is. Suvaşqan maddənin xassəsi. Kitrənin suvaşqanlığı. suvaşma “Suvaşmaq”dan f.is. suvaşmaq f. Yapışmaq (suvaşqan şey haqqında). Yastı-yapalaq evlər, odu sönməyən ocaqlar, palçığı yapışqan ayağa suvaşan torpaq [insana] yüz qat əziz görünür. M.İbrahimov. [Adil:] O qədər yaxşı bişməmiş çörək xəmir kimi adamın əlinə, dişlərinə suvaşırdı. B.Bayramov. // Məc. mənada. Oğlan uşağı atasına suvaşıb qışqırıq qopardı. M.İbrahimov. [Həbibə:] Saqqız kimi suvaşan sən idin, mən? Mir Cəlal. suvat is. Çaydan, arxdan və s.-dən su götürülən, habelə malların su içdikləri dayaz yer. İnəkləri suvata yönəltmək. // Heyvanların su içməsi üçün içinə su doldurulan müxtəlif materiallardan düzəldilmiş qurğu. suvenir is. [fr.] Yadigarlıq hədiyyə, yadigarlıq şeylər. suveren sif. [fr. souverain] Beynəlxalq hüquqda: ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici işlərində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan. Suveren dövlət. suverenlik is. Müstəqillik, öz dövlətində hökmran olma, başqa dövlətlərdən asılı olmama; hakimiyyət hüququ. [Asiya ölkələri] müstəqil milli xarici siyasətlərini davam etdirərək öz dövlət suverenliklərini xeyli möhkəmlətmiş və milli iqtisadiyyat yaratmaq yolunda çox irəliləmişlər. suyacaq is. Çimmək üçün daş və s. ilə axar suyun qarşısı tutulan yer; gölməçə. Suyacaq qayırıb səndə yay günü; Nə qədər çimmişəm mən sərin-sərin. B.Vahabzadə. suyaran is. Gəmi burnunun suyu yaran hissəsi. suyolu is. Binanın və s.-nin altında suyun axıb getməsi üçün balaca yol; arx. Ev sahibi qapısını bağlamışdısa da, altındakı suyolunu açıq buraxmışdı. S.Hüseyn. suyuşirin sif. Gözə xoş gələn, yapışıqlı, yaraşıqlı, gözəşirin, qanışirin. Suyuşirin qız. Suyuşirin uşaq. – [Eyvaz] suyuşirin, çevik bir oğlan idi. B.Bayramov. suyuşirinlik is. Suyuşirin adamın xassəsi, yapışıqlılıq, qanışirinlilik. suzanbağı is. bot. Sulaq yerlərdə bitən çiçəkli su bitkisi. Suzanbağı fəsiləsinin nümayəndələri durğun və ya yavaş axan sularda bitən qədim (relikt) bitkilərdir. M.Qasımov. sübh is. [ər.] Səhər erkən çağı, günün başlanğıcı, günün ilk saatları; səhər, sabah. Sübh tezdən. Sübh saat beşdə. Sübh alaqaranlıqda. – Qurbanqulu çox işsevən bir cavan idi. Sübh hamı qonşularından ertə durub oduna, biçinə, alağa, xıra, bağa gedərdi. T.Ş.Simurq. ..Sübhün əbədi aşiqləri olan boz torağaylar havalanıb səhər nəğmələrini oxuyur, bildirçinlər, turaclar səs-səsə verib doğacaq günəşi pişvaz edirdi. M.Rzaquluzadə. sübh-şam [ər. sübh və fars. şam] klas. bax. səhər-axşam. sübut is. [ər.] Hər hansı bir şeyin həqiqiliyini, düzlüyünü göstərən fakt, mülahizə, müddəa, dəlil. [Almaz:] [Kəndin ağalarının] əlində sübut var. C.Cabbarlı. Müəllim hiss etdi ki, belə mühüm bir məsələni Telli kimi avam bir qadına qandırmaq üçün əsaslı dəlillər və sübutlar lazım gələcəkdir. S.Hüseyn. • Sübut etmək (qılmaq) – bir faktın olduğunu dəlillərlə birinə qəbul etdirmək, təsdiq etdirmək. Yaqo .. Kassio ilə Dezdemonanın mabeynində məhz ülfət və məhəbbət olduğunu qisim-qisim dəlillər ilə ərəbə sübut qılır. F.Köçərli. Ovçu .. məharətini sübut etmək üçün ətrafa göz gəzdirdi. H.Seyidbəyli. Sübuta yetirmək – sübut etmək. ..Mədəd bu saat həmdəm axtarırdı ki, Xanpəri haqqında ürəyini boşaltsın. Özünün haqlı olduğunu, Xanpərinin səhv etdiyini sübuta yetirsin. Ə.Vəliyev. sübutlu sif. Sübutu, dəlili olan. sübutsuz sif. Heç bir sübutu, dəlili olmayan, sübut edilə bilməyən. Sübutsuz ittiham. Sübutsuz iddialar. sübutsuzluq is. Heç bir dəlili, sübutu olmama, sübut edilə bilməyən şeyin halı. süd is.\n1. Balalarını yedirib bəsləmək üçün qadınların və məməli heyvanların məmələrindən gələn ağ, qidalı maye. Uşağa süd vermək. Qoyun südü. İnək südü. – [Səkinə:] Vallah, döşümdə südüm quruyub. H.Nəzərli. Qərənfil bacı südü ağ qalaylı mis qazana boşaldaraq, həyətdə qaladığı ocağın üstünə qoydu. İ.Əfəndiyev. • Süd vermək – əmizdirmək (uşağı).\n2. Bəzi bitkilərin ifraz etdiyi ağ maye. ‣ Süd anası (nənəsi) – körpəyə süd verən başqa qadın; dayə, tərbiyə edib böyüdən qadın. [Xarrat:] Oradan da [uşağı] kənddə bir süd anasına (dayəyə) verdilər. T.Ş.Simurq. Süd dişi – uşağın çıxartdığı ilk diş. Təzə çıxan süd dişinə; Qəhqəhəli gülüşünə; Tırıp-tırıp yerişinə; Çox baxıb heyran olmuşam. M.Dilbazi. Süd gölünə düşmək – rifah və səadət içərisində yaşamaq, həyatın bütün nemətlərindən faydalanmağa başlamaq. Əhmədlə Məmməd çatdıqları gündən süd gölünə düşüblər. S.Rəhimov. Süd kimi – 1) ağappaq, qar kimi. Yer süd kimi dümağ, üfüqlər açıq, hava durğun idi. Mir Cəlal; 2) aydın, təmiz. Gecə süd kimi aydın idi, ağaclar hərəkətsiz dayanmışdı. Ə.Məmmədxanlı. Süd kimi aydınlıq bir gecə idi. Ə.Vəliyev. Süd qardaşı (bacısı) – bir vaxtda bir ananın südünü əmən uşaqlardan hər biri. Məzkur abxazlının süd qardaşı qabardalı Səfər bəy ona qonaq olur. F.Köçərli. Südüm halal olsun! – ananın öz övladının hərəkətindən məmnunluğunu bildirən ifadə. [Səlma:] Südüm halal olsun, oğul! Qanpolad! H.Cavid. Anasının südü halal olsun! – yaxşı, nəcib uşaq haqqında. Halal süd əmmiş – bax. halal. [Kərbəlayı:] Doğrudan, arvad, bir halal süd əmmişini tapsa idin, yaxşı olardı. Çəmənzəminli. südaşı is. Südlüsıyıq, südlüaş. südçü is.\n1. Südsatan adam. Oba içində gəzinirdim. O gün südçülərdən biri şəhərə çox tez qayıtmışdı. A.Şaiq. [Əhməd:] Bildim ki, görmüş olduğum gözəl qız südçü Fətəlinin qızı imiş. T.Ş.Simurq.\n2. Süd satılan. [Məmmədcəfər:] Bax, qabağımızdakı südçü dükanını görürsənmi? Qantəmir. Tahirzadənin ilk işi o oldu ki, şərikli kəsdikləri şişəyin bütöv bir şaqqasını ayırıb südçü məhəlləsinə, Məsmənin evinə göndərdi. Mir Cəlal. südçülük is.\n1. Südçünün işi, peşəsi. Südçülük eləmək.\n2. Süd məhsulları hazırlama. Südçülüyün inkişafı. süddaş sif. Eyni anadan süd əmən uşaqlardan hər biri; süd qardaşı (bacısı). südəcər sif. Bir-birinin dalınca doğulan. Südəcər uşaqlar. – [Pəri nənə:] [Hümmətin] bir böyük külfəti vardır. Südəcər, əkiztay, cin çolpası kimi zılğa-zılğa bir-birinə qarışmışdı. S.Rəhimov. südəmər sif.\n1. Döş əmən, süd əmən; körpə, çağa. [Ceyran:] Qucağındakı südəmər uşağını nə etsin? S.Hüseyn. ..[Fotoqraf] südəmər uşaq tutan qadın gördükdə diksindi. S.Vəliyev. // İs. mənasında. Qocaların, cavanların, südəmərlərin; Üz-gözündən səhər kimi nurlar tökülür. S.Vurğun.\n2. isteh. Uşaq, körpə (təcrübəsiz mənasında). Sarı Musa acığından titrəyirdi, çünki o bilirdi ki, sabah “Sarı Musanın tüfəngini gecə südəmər bir uşaq əlindən almışdır” – sözləri dillərdə dastan olacaqdı. A.Şaiq. Biz kimə arxalanıb turbin qazmasına keçəcəyik? Südəmər uşaqlaramı? M.Hüseyn. südxana is.\n1. Süd məhsulları hazırlanan və saxlanılan yer, bina. Heyvandarlıq fermalarında tikilən köməkçi binalar: yem sexi və ya yem mətbəxi, qüvvətli yemlər saxlamaq üçün anbarlar, tərəvəz anbarı, silos qülləsi (quyusu, xəndəyi), südxana və başqalarından ibarətdir. “Qaramal”.\n2. Süd və süd məhsulları satılan mağaza, dükan. // Qəhvəxana. südqabı (=süddan) is. Süd tökmək üçün qab. süddan (=südqabı) is. Süd tökmək üçün qab. südləyən is. bot. İçində süd kimi ağ maye olan bitki növü. südlü sif.\n1. Yaxşı süd verən, südü çox olan. Südlü inək. Südlü qoyun.\n2. Südlə bişirilmiş, südlə hazırlanmış, südlə qarışıq. Südlü çay. Südlü qəhvə. südlüaş bax. südlüplov. Aşpaz aşpazlığını artırıb, südlüaşa soğan doğrayır. (Məsəl). südlük is. Süd vermək üçün yetişdirilən, südverən, sağmal. Südlük cins. südlülük is. Ev heyvanlarının bu və başqa miqdarda südvermə qabiliyyəti. Heyvanların yüksək südlülüyü. Bu inək öz südlülüyü cəhətdən başqalarından fərqlənir. südlüplov is. Südlə hazırlanan plov; südlüaş. Südlüplov yeyildikdən sonra süfrə yığılır. H.Sarabski. [Ramazan] nahar üçün hazırlanmış südlüplovu ləzzətlə yeyib, çay içir, radio ilə musiqiyə qulaq asırdı. M.Hüseyn. südlüsıyıq is. Südlə düyüdən hazırlanan duru xörək; südaşı. Nəriman əllərini yuyub otağa girəndə, anası onun qabağına bir boşqab südlüsıyıq qoydu. M.İbrahimov. Südlüsıyıq bişirmək üçün Susənbərin həyətdə qaladığı ocaq balaca ailəni öz başına yığdı. B.Bayramov. südsatan bax. südçü. südur sif. [ər.] köhn. Zahir olma, hasil olma, çıxma, baş vermə. südverən bax. südlü 1-ci mənada. Südverən inək. südyolu bax. kəhkəşan. süflə sif. [fars.] köhn. Deşilmiş, dəlinmiş. süfrə is.\n1. Yemək stolunun üstünə, yaxud yerə salınan xüsusi parçadan tikilmiş örtük. Kətan süfrə. Tikməli süfrə. Böyük süfrə. – ..Kənizlər tut ağacının altında süfrə salmağa başladılar. Çəmənzəminli. Bir azdan sonra ortalığa süfrə döşəndi. H.Nəzərli.\n2. Yemək, xörək; süfrə üstünə qoyulan yeməklər. Yaxşı süfrələri vardı. Zəngin süfrə düzəltmək. – Muxtar istəsə də, istəməsə də, Şahini süfrəyə dəvət etməli oldu. B.Bayramov. süxur is. [ər. “səxr” söz. cəmi] Yer qaSÜKUT is. [ər.]\n1. Susma, danışmama, dinbığının tərkib hissəsini təşkil edən, müəyyən dərəcədə sabit tərkibli mineral. Vulkan süxurları. Dağ süxurları. // Yer altından çıxarılan hər cür qiymətli mineral. süita [fr.] Ümumi bədii qayə və ya proqram cəhətdən eyni olan bir neçə müstəqil hissədən ibarət musiqi əsəri. // Bir mövzu ətrafında birləşmiş bir neçə rəqsdən ibarət kompozisiya. süjet [fr. sujet]\n1. Ədəbiyyatda: əsərdə iştirak edən surətlərin xarakterlərini açıb göstərən və əsərin əsas konflikti ilə bağlı olan hadisələrin məcmusu; mövzu, məzmun. Əsərin süjeti həyatdan alınmışdır. – Qüdrət arvadına romanın süjetini danışdı və son səhifələrini ucadan oxuyub, Lalənin də eyni dərəcədə həyəcanlandığını hiss elədi. M.Hüseyn.\n2. Təsviri incəsənətdə: təsvir obyekti. sükan is. [ər.]\n1. Gəmidə, avtomobildə, təyyarədə və s.-də istənilən istiqamətə yönəlmək üçün hərəkəti idarə edən qurğu. Gəmi sükanı. Avtomobilin sükanı. Velosiped sükanı. Kombaynın sükanı. – Kamal qəti bir hərəkətlə sükanı çəkdi. M.Rzaquluzadə. [Kamil] sükanı məharətlə idarə edirdi. M.Süleymanov.\n2. məc. Başçılıq, rəhbərlik, idarə vasitəsi. Dövlət idarəsi sükanı. sükançı is.\n1. Gəmidə sükanı idarə edən dənizçi.\n2. məc. Rəhbər, başçı, idarə edən. [Almaz:] Bir də, yoldaşlar, sovet sədri kənddə ictimai işlərin sükançısı olmalıdır. C.Cabbarlı. sükun is. [ər.] klas. Sakitlik, asayiş, aram, iztirabsızlıq. Qurd-quş dəxi girmiş aşiyanə; Çökmüş də ağır sükun cahanə. A.Şaiq. sükunət is. [ər.]\n1. Sakitlik, aram, asayiş, rahatlıq. Yandıraram sükutu da, sükunəti də; Qəlbimi alovlandıran yaşamaq-yaratmaq gözüylə. R.Rza. [Nuriyyə:] Bu aydınlıq çöllərin mehriban sükunəti.. indi mənə anlaşılmaz bir təsəlli, məchul bir ümid təlqin edirdi. İ.Əfəndiyev. O, sükunət içində ömrünü başa vurdu. B.Vahabzadə. • Sükunət etmək – 1) aram tutmaq, sakit olmaq; 2) sakin olmaq. Otellonun əsli ərəbdir, Afrika qitəsinin şimal səmtində sükunət edən Marokko tayfasındandır. F.Köçərli.\n2. xüs. Durğunluq. Cismin sükunət halı. məmə. // Sakitlik. Bir qədər sükutdan sonra Tahir söhbətin mövzusunu dəyişdi.. M.Hüseyn. Gör nələr danışır o qərib sükut; Bəli, sükutun da öz dili vardır. N.Xəzri. • Sükut etmək – dinməmək, danışmamaq, susmaq. Heç yazmayım, dedim, istəyim söndü; Qələm sükut etdi, könlüm düşündü. Ə.Cavad. Bəxtiyar-bəxtiyar açılar səhər; Dünya sükut edib səni dinləyər; Sən danışanda. N.Xəzri. Sükuta dalmaq (batmaq), sükuta qərq olmaq – bax. sükut etmək. Dostlar .. gözlərini bir-birinə zilləyib, sükuta daldılar. M.Hüseyn. Birdən-birə aləm sükuta dalır. Mir Cəlal. Sevgisiz, yoldaşsız bir gözəl kimi; Sükuta qərq olub yaşardın, əlbət. M.Dilbazi. Sükuta getmək – bir müddət danışmamaq, dinməmək, səsini çıxarmamaq. Cənnətəlinin .. məzəli hoppanmalarının bəxş etdiyi təsir sayəsində cavanlar bir müddət sükuta getdilər. Çəmənzəminli. Sükutu pozmaq – danışmağa başlamaq, sakitliyi pozmaq. Kənarda dayanıb deyilənlərə qulaq asan Mürsəl sükutu pozdu. Ə.Vəliyev. Müəllim sükutu pozdu. S.Vəliyev.\n2. Aram, rahatlıq. Dilbər, sən gedəndən bəri könlümün; Nə səbri, sükutu, nə qərarı var. Q.Zakir. süqut is. [ər.] Düşmə, aşağı enmə, yıxılma, dağılma. Təhkimçilik üsulunun süqutu. Roma imperiyasının süqutu. – Bu şadlıq gecəsində Eldəniz xanədanının süqutuna əsas qoyuldu və hökmdarlara qarşı .. sui-qəsdin müqəddiməsi başlandı. M.S.Ordubadi. • Süqut etmək – yıxılmaq, dağılmaq, düşmək, məhv olmaq. Ənisə çox yaxşı bilirdi ki, ər evinə getməklə istər özünün, istər atası Məşədi Əhmədin maddi həyatı qismən yoluna düşə bilər. Fəqət mənəviyyatca özü süqut edəcəkdi. S.Hüseyn. sülalə is. [ər.] Qohumluq və varislik hüququna əsasən taxtda ardıcıl surətdə birbirini əvəz edən, eyni soydan olan padşahlar, hökmdarlar sırası. Səfəvi sülaləsi. Şirvanşahlar sülaləsi. sülb I. is. [ər.] köhn. Sülalə, nəsil.\n\nII. sif. [fars.] köhn.\n1. Bərk, sərt, qatı.\n2. Hissiz, heç nədən təsirlənməyən. süleymani is. [ər.] Güclü zəhər; dezinfeksiya vasitəsi kimi boya istehsalında və s.-də işlədilən ağ toz. sülənmə “Sülənmək”dən f.is. sülənmək f. Daima yemək ardınca düşmək, yemək axtarmaq, yemək olan yerə getmək; sümsünmək (əsasən it haqqında, ya da təhqir, söyüş mənasında adam haqqında). [Mayor:] Sən Məhəmməd yüzbaşının oğlu deyilsənmi ki, mənim qapımda dünənəcən sülənirdin? N.Vəzirov. [Şeyda qarovulçuya:] De görüm, gecə sümsük it kimi harada sülənirdin? Hanı bu taxtalar? A.Şaiq. sülh is. [ər.]\n1. Barış, əmin-amanlıq, dinclik, sakitlik. Sülh uğrunda mübarizə. – ..Silahını bağrına basmış döyüşçülərin gözündə əbədi sülhün işıqları yanırdı. M.İbrahimov. // Müharibə edən tərəflərin müharibəni dayandırmaq haqqında razılığı; saziş, barış, barışıq. • Sülh etmək – barışmaq, barışmaq haqqında müşahidə bağlamaq.\n2. İncikliyi, ədavəti, küsülülüyü aradan qaldırma, barışma. Yox, kərbəlayıya hirs qalib olub, sülhlə arası yoxdur. Çəmənzəminli. [Molla Xəlil] qalibiyyətinə xatircəm deyildi. Bunun üçün müəllimə sülh təklif edirdi. S.Hüseyn. sülhpərvər sif. [ər. sülh və fars. ...pərvər] bax. sülhsevər. [Bağır xan:] Biz düşmənin sülh təklifini qəbul etməklə, sülhpərvər dünyanın məhəbbətini daha artıq qazana bilərik. M.S.Ordubadi. sülhsevər sif. və is. Sülh tərəfdarı, xalqlar arasında sülh olmasını istəyən (adam), sülhpərvər. Sülhsevər siyasət. Sülhsevər dövlət. sülügən is. Tərkibində qurğuşun olan mineral. // Qırmızı-narıncı və ya qırmızıqəhvəyi rəngində boya. sülük is. Baldırı koğuş bitkilərin (qarğının və s.-nin) təzə göyərmiş gövdəsi. Qarğı sülüyü. Qanqal sülüyü. – Göy soğan su içəndən sonra sülük (sif.) qarğı kimi dayanmışdı. B.Bayramov. sümsü is. Quşları aldadıb tutmaq üçün onların səsini yamsılayan ovçu aləti. [Kərim baba:] Sümsü quş kimi oxuyur, bununla qızılbaş balası tutarlar, – dedi. A.Şaiq. // Ümumiyyətlə, qarğıdan qayrılan primitiv çalğı aləti; tütək. Beləliklə, insanlar sümsü, tütək kimi musiqi alətlərini icad etmişlər. Ə.Bədəlbəyli. sümsük sif. Daim sülənən, sümsünən (it haqqında, çox vaxt söyüş, təhqir mənasında işlənir). Faşizm qısqırdaraq sümsük itləri; Dalayır, talayır məmləkətləri. M.Müşfiq. [Şamxal:] Sənə neçə dəfə demişəm ki, bizim bu it sümsüyün biridi, qabağına bir tikə şey atan kimi aldanandı. İ.Əfəndiyev. sümsünmə “Sümsünmək”dən f.is. sümsünmək f. Qapıları gəzib dilənmək, əl açmaq, yemək aramaq (çox vaxt təhqir, söyüş kimi işlənir). İt itliyini tərgidər, sümsünməyini tərgitməz. (Ata. sözü). [Hacı:] Bu donuz harada sümsünür? – deyə sordu. A.Şaiq. sümük is.\n1. İnsan və onurğalı heyvan skeletinin ayrı-ayrı tərkib hissəsi. Qol sümüyü. Baldır sümüyü. – [İmanqulunun] bədəni elə tərpənirdi ki, elə bil heç sümüyü yox idi. Çəmənzəminli. [Məsmə] özünü bərkə verən kimi kürəklərindən ağrı qopur, damarları gizildəyir, sümükləri sancırdı. Mir Cəlal.\n2. Müxtəlif şeylər qayırmaq üçün istifadə edilən bəzi heyvanların (fil, suiti) dişi, yaxud buna oxşar başqa bərk cisim. Qarmona sümük dil salmaq. Fil sümüyündən hazırlanan sancaq. – Tahir sümük çərçivəli eynək taxmış ucaboy, buğdayısifət, qıvrımsaç alimi yaxşı xatırlayırdı. M.Hüseyn. [Fərrux] siqareti ağ sümük müştüyə keçirib yandırdı və tüstülətməyə başladı. B.Bayramov. // Sümükdən qayrılmış. Sümük daraq. Sümük dəstək.\n3. Zər (nərd və s. oyunlarda). • Sümük atmaq – nərd oynamaq. Bəzən də yuxudan yarımçıq qalxıb; Aylı gecələrdə sümük atardıq. S.Vurğun. ‣ Sümük sındırmaq – çox əziyyət çəkmək, çalışmaq; can qoymaq. Elmi təhsil etmək lazımdır, sümük sındırmaq lazımdır. C.Məmmədquluzadə. [Fərhad:] Bu sözləri buyurursan, amma məgər mən bundan ötrü sümük sındırmışam?! Ə.Haqverdiyev. Sümük sındırmış – təcrübəli; can qoymuş. O isə belə işlərdə sümük sındırmış adamdır. “Kirpi”. Sümükləri çıxmaq – çox arıqlamaq. Sümükləri çıxmış – çox arıqlamış. Arvad sümükləri çıxmış əli ilə [Südabənin] ətir qoxusu verən qara saçlarını, başını oxşadı. M.İbrahimov. Sümükləri çürümək – tamamilə məhv olmaq, nişanı, izi-tozu qalmamaq. Sümüklərini qırmaq (sındırmaq) – bərk döymək, əzişdirmək. Sümüyünə (sümüklərinə) düşmək (oyun havası haqqında) – xoşu gəlmək, oynamağa həvəsləndirmək, sövq etmək. Bu oyun havası adamın sümüyünə düşür. Sümüyünə qədər işləmək – çox dərin təsir etmək. Şiddətli külək, sən hər yerdə amansızsan! Sən soyuq şaxtadan da pissən, sən insanın sümüyünə işləyirsən! S.Vəliyev. Ağzına sümük atmaq – susdurmaq üçün bir şey vermək. Bir dəri, bir sümük – bax. dəri. Karl bir dəri, bir sümük olmuşdu. Ə.Əbülhəsən. sümükaltı sif. anat. Sümüyün altında olan. sümükarası sif. anat. Sümüklərin arasında olan. sümükləşmə “Sümükləşmək”dən f.is. sümükləşmək f. Bərkimək, qurumaq, sümük kimi olmaq. Çörək qalıb sümükləşib. sümüklü sif.\n1. Sümüyü olan. Sümüklü ət.\n2. Sümükləri çıxmış, sümükləri bilinən. Sümüklü əl.\n3. məc. Boylu-buxunlu, şaqqalı, sümükləri iri. Natiqin bir suyu Veysə oxşayırdı. Ancaq bu ondan cavan, boylu, özü də sümüklü adamdı. Ə.Əbülhəsən. sümüksüz sif. Sümüyü olmayan. Sümüksüz ət. Sümüksüz heyvanlar. ‣ Sümüksüz dil – danışığını bilməyən, ağzına gələni danışan, danışdığı sözlərə fikir verməyən adam haqqında. sümüküstlüyü is. anat. Sümüyü örtən birləşdirici toxumalardan ibarət nazik qişa. sümükvari sif. Sümük kimi, sümüyə oxşar. sümürgə is. bot. Sümürgən fəsiləsindən iki ləpəli, bir, iki və çoxillik ot, az halda yarımkol, kol, ağac və sarmaşıq bitkisi. sümürmə “Sümürmək”dən f.is. sümürmək f.\n1. Ağız və dodaqları ilə bir şeyi sorub çəkmək: əmmək. Suyu sümürmək. Papirosu sümürmək. – Cümşüd bəy qəlyanı hərdənbir sümürüb qəhvəni qarışdırır və qurtum-qurtum içib söhbətə qulaq asırdı. E.Sultanov. Qarı bu suala diqqətlə qulaq asıb çubuğunu sümürdü.. S.Rəhman.\n2. məc. Aldadaraq, dilə tutaraq birinin varyoxunu sorub çəkmək, soymaq. ‣ Qanını sümürmək – bax. qanını sormaq (“qan”da). [Şeyda:] Təbii, o sizin qanınızı sorub sümürmək istər. H.Cavid. [Qarakişi Hümmətə:] ..Taxtabiti kimi kolxozun qanını sümürdün, indi də bizim üstümüzə yıxırsan?! B.Bayramov. sünbə is. Odlu silahların lüləsinin içini təmizləmək, yağlamaq, habelə bir şeyi bir yerə təpmək və ya çıxarmaq üçün uzun dəmir mil. Tüfəng sünbəsi. – [Məşədi:] Bu sünbə nəinki tamam artıqdır, hətta arşından iki verşok da azdır. Ə.Haqverdiyev. [Ovçu] sonra sünbəni bayırdan tutub gördü ki, lülənin dibindən aralı durur. M.Rzaquluzadə. sünbəki sünbəki getmək (vurmaq) – danışmağa başlarkən sözü tələffüz etməkdə çətinlik çəkməkdən, kəkələməkdən ibarət nitq nöqsanı. sünbələmə “Sünbələmək”dən f.is. sünbələmək f. Sünbə ilə təmizləmək (tüfəngin və s.-nin lüləsinin içini). sünbül is.\n1. Taxıl bitkilərinin gövdəsinin başında dənlərin yerləşdiyi hissə. Dənli sünbül başını aşağı salar. (Məsəl). Taxıllar boy atmış və sünbül bağlamağa başlamışdı. Ə.Sadıq. Sənəmin başı sünbüllərin arasına əyilmişdi. Ə.Əbülhəsən.\n2. Salxım şəklində ətirli çiçəkləri olan bir bitki. Süsəndən, sünbüldən, lalə, nərgizdən; Siyah tellərinə düz, qadan alım! Aşıq Ələsgər. sünbülçiçək is. bot. Uzunsov yarpaqları və ətirli çiçəkləri olan dekorativ ot bitkisi. sünbülqıran is. zool. Tarlaya, taxıla ziyan vuran siçanaoxşar gəmirici. sünbüllənmə “Sünbüllənmək”dən f.is. sünbüllənmək f. Sünbül bağlamaq, sünbül əmələ gəlmək. Taxıl sünbüllənib. sünbülləşmə “Sünbülləşmək”dən f.is. sünbülləşmək f. Sünbül halına gəlmək, sünbül bağlamaq; sünbüllənmək. Səməd .. sünbülləşməmişdən yanıb qaralmış zəmilərə, uzaqdan görünən kimsəsiz tarlalara baxdıqca ürəyi sıxılırdı. İ.Hüseynov. sünbüllü sif. Çox sünbül olan, iri sünbüllü. Qurban olsun canımız; Bu sünbüllü çöllərə; Bu mehriban ellərə. S.Vurğun. süng is. [fars.]: süng eləmək – bütünlükdə var-yoxunu əlindən çıxarmaq, yox etmək, dağıtmaq, yoxa çıxarmaq, müflis etmək. Süng olmaq – var-yoxu əlindən çıxmaq, yoxa çıxmaq, yox olmaq, müflis olmaq. Süngə çəkmək – bax. süng eləmək. [Nəbi:] Cəbi, sən öləsən, bu gecə ağan Mehdi bəyi tamam süngə çəkiblər. S.S.Axundov. süngər is. zool.\n1. Dənizdə yaşayan ibtidai, çoxhüceyrəli, bitkiyəoxşar heyvan tipi. ..Bitki və heyvanların ibtidai formaları arasında kəskin sərhəd qoymaq lazım deyildir. Məsələn, süngər, polip, mərcan və s. bu kimi heyvanlar bitki kimi bir yerə yapışaraq yaşayır. M.Qasımov.\n2. Bu heyvanların, suyu asanlıqla canına çəkən və yuyunmaq üçün istifadə edilən bəzi növlərinin yumşaq, məsaməli gövdəsi. // Təbii süngərə oxşayan məsaməli, elastik rezin məmulat. süngərdaşı is. Cilalama, taraşlama işlərində və s.-də istifadə edilən süngər kimi məsaməli, çox yüngül vulkanik süxur; dabandaşı, pemza. süngü is. Tüfəng lüləsinin başına taxılan ucuşiş silah. Süngü ilə vuruşma. Süngü davası. – Sən süngünlə, dırnağınla yer altına yol açırsan; Sən qaranlıq gecələrə gözlərindən nur saçırsan. S.Vurğun. Lakin bir azdan sonra düşmən süngü zərbinə dözməyərək çəkildi. Ə.Əbülhəsən. süngüləmə “Süngüləmək”dən f.is. süngüləmək f. Süngü ilə vurmaq, süngü batırmaq. Dənizdə parlayan elektrik işıqları onu süngüləmək istəyən bir dəstə çar soldatını xatırlatdı. M.S.Ordubadi. süngüləşmə 1. “Süngüləşmək”dən f.is.\n2. Süngü davası. süngüləşmək qarş. Bir-birini süngü ilə vurmaq, süngüləmək. süngülü sif. Süngüsü olan, süngü taxılmış. Süngülü tüfəng. süni sif. [ər.]\n1. Təbii deyil, insan əli ilə düzəldilmiş, əslində olduğu kimi düzəldilmiş. Süni dişlər. Süni lif. Süni dəri. Süni işıq.\n2. Saxta, uydurma, qeyri-səmimi. Süni gülüş. – [Oqtay:] Mən artıq süni bir həyata soxulmaram. C.Cabbarlı. [Cəlil Məmmədquluzadə] heç vaxt süni süjetlər, uydurma hekayələr yaratmır. M.İbrahimov. Səfir süni təbəssümlə ayağa qalxdı və ona tərəf getdi. P.Makulu. süniləşdirilmə “Süniləşdirilmək”dən f.is. süniləşdirilmək məch. Süni hala gətirilmək, qeyri-təbii hala salınmaq, saxtalaşdırılmaq, bayağılaşdırılmaq. süniləşdirmə “Süniləşdirmək”dən f.is. süniləşdirmək f. Süni etmək, qeyritəbii hala salmaq, saxtalaşdırmaq, bayağılaşdırmaq. sünilik is. Saxtalıq, qeyri-təbiilik, qeyrisəmimilik. [Mirzə Cəmilin] səsində, danışıq tərzində heç bir sünilik duyulmurdu. Ə.Vəliyev. Səməd əmisinin qaqqıltılı gülüşündəki qeyri-təbiiliyi duymasa da, öz gülüşünün sünililiyini hiss etdi. İ.Hüseynov. sünnət is. [ər.] din. Müsəlmanlarda, yəhudilərdə: yetkinlik yaşına çatmamış oğlan uşaqlarının kişilik əzasının ucunu örtən dərinin kəsilməsindən ibarət əməliyyat. • Sünnət toyu – köhnə məişətdə: uşağın sünnət edilməsi münasibətilə düzəldilən şənlik. [Mirzə Bağır Mirzə Həsənə:] Qarğadələn Mələkin oğlunun sünnət toyunda Nazı Ağakişinin Zurnaburun Abbasqulunu öldürməyi yadındadırmı? Çəmənzəminli. [Qaçay Veysələ:] Əvvəlcə sənin toyunu mən eləyəcəyəm, sonra sünnət toyuna gedəcəksən. Ə.Vəliyev. sünni is. [ər.] İslam məzhəblərindən birinin adı. Bu kəndin [Mərğuzlunun] əhli sünni, Mollu kəndinin əhli isə şiədir. “Qaçaq Nəbi”. Şiəyəm, amma nə bu əşkaldən; Sünniyəm, amma nə bu əmsaldən; Sufiyəm, amma nə bu abdaldən; Həq sevən insanəm, a şirvanlılar! M.Ə.Sabir. sünnilik is. Sünni məzhəbinə mənsubluq. Sünnilik ilə şiəliyi qaldıracaqlar; İslama yetib rəxnə, xələldar olacaqdır. M.Ə.Sabir. süprək is. bot. Taxıllar fəsiləsindən birillik ot cinsi. süprüm is. bot. Yetişdikdə kökündən ayrılaraq küləklə diyirlənib yox olan çöl və ya səhra bitkisi. süpürgə is. Süpürmək üçün topa halında bağlanmış nazik çubuqlardan, ya budaqcıqlardan ibarət alət. Narın süpürgə. Şax süpürgə. Çubuq süpürgə. – Səfər əlində süpürgə daxil olur. C.Cabbarlı. Dalandar əlindəki süpürgəni divara söykədi. M.Hüseyn. ‣ Süpürgə çəkmək – yığıb-yığışdırmaq, aparmaq, hər nə var götürüb aparmaq. Oğrular evə süpürgə çəkdilər. – [Əminə Allahquluya:] O gördüyün zirzəmiyə elə bil süpürgə çəkilib. Ə.Əbülhəsən. süpürgəçi is.\n1. Vəzifəsi binanı, həyəti, küçəni və s.-ni süpürmək olan adam. Süpürgəçi qadın otaqları təmizləyirdi. Mir Cəlal.\n2. Süpürgə bağlayıb satan adam. Süpürgəçidən bir süpürgə aldım. süpürgəçilik is. Süpürgəçinin işi. [Firəngiz:] Yeddinci sinfi bitirənə qədər süpürgəçilik elədim. B.Bayramov. süpürgəçöpü is. bot. Dağlıq yerlərdə bitən, süpürgə bağlanan bitki. süpürgələmə “Süpürgələmək”dən f.is. süpürgələmək f. Süpürgə ilə təmizləmək, süpürgə ilə süpürmək. Otaqları süpürgələmək. süpürgəsaqqal 1. is. İrisaqqallı, qorxunc görkəmli, mövhumi vücud (uşaqları qorxutmaq üçün işlənir). Əsəd, xortdan deyil, süpürgəsaqqaldır, – deyə biri söylədi. B.Talıblı.\n2. sif. Sıxsaqqallı, irisaqqallı. süpürləmə “Süpürləmək”dən f.is. süpürləmək f.\n1. Birdən üstünə atılıb əlləri ilə bərk-bərk yapışmaq, tutub yıxmaq. [Cənnətəli ağa:] Ay.. hanı o günlər ki, on beş nökər ilə kəndin üstünə bulud kimi çöküb, bunu burda süpürləyir idim, onu orda. N.Vəzirov.\n2. Hamısını qapıb götürmək, qarışdırmaq. Şeyləri süpürləmək. – Palina güzgünün qabağındakı ətir şüşələrini süpürləyib səbətə doldurdu. H.Seyidbəyli. süpürləşmə “Süpürləşmək”dən f.is. Qurbanın evində görünməyən bir süpürləşmə əmələ gəldi. S.Rəhimov. süpürləşmək f. Bir-biri ilə qarpışmaq, tutuşmaq, qapışmaq. Pəhləvanlar süpürləşdilər. – Uşaqlar torpaqdan sümüyü götürəndə bir-birinə aman vermir, süpürləşib yerə yıxılırdılar. Çəmənzəminli. ..Qapıçı Qədim dayını geri itələdi. Onlar süpürləşdilər. S.Rəhimov. süpürmə “Süpürmək”dən f.is. süpürmək f.is. Bir yerin zibilini, töküntüsünü və s.-ni süpürgə, ya şotka ilə təmizləmək. Evi süpürmək. Həyəti süpürmək. – ..[Ağabala] məktəbi hər gün süpürər, bazara gedib mollaya piti alardı. Çəmənzəminli. [Səfər Səriyyəyə:] Xanım, dur, o biri otağa keç, buranı süpürüm. C.Cabbarlı. ‣ Süpürüb yemək – tərtəmiz yemək, boşqabda heç bir şey qoymayıb hamısını yemək. Razaqla Burun Fərəc plovu süpürüb yedilər. S.Rəhimov. süpürtmə “Süpürtmək”dən f.is. süpürtmək icb. Süpürgə ilə zir-zibili təmizlətmək. Həyəti süpürtmək. – [Pristav Zeynal bəyə:] Barı dəftərxanaya gələn küçəni süpürt ki, qubernator görüb acığı tutmasın. Çəmənzəminli. süpürülmə “Süpürülmək”dən f.is. süpürülmək məch. Süpürgə ilə təmizlənmək. Həyət tərtəmiz süpürülüb. – Yardım olmaq üçün otağın süpürülüb təmizlənməsini [Sarıköynəyə] tapşırar, zəhmət haqqı verərdim. S.Hüseyn. süpürüntü is. Süpürülən yerdən çıxan zir-zibil, tör-töküntü. Süpürüntünü aparıb atmaq. süpürüşmə “Süpürüşmək”dən f.is. süpürüşmək bax. süpürləşmək. Şehlidə bir neçə qız-gəlin .. yasavulun otaqçasında pörtüncəyə qədər bir-birilə süpürüşərdilər. S.Rəhimov. Cavanlar oynaşıb, süpürüşürdülər; Zarafat eyləyib, gülüşürdülər. H.K.Sanılı. sürahi is. [ər.]\n1. Su və ya şərab tökmək üçün uzunboğaz şüşə qab. [İbrahim:] Bilmək istəyirəm, bu sürahilərdə nə var? N.Vəzirov. [Qaragün] tez-tez yerində o tərəf-bu tərəfə çevrilir, ufuldayır, sürahidəki tünd-al şərabdan piyalə-piyalə içir, yenə rahat ola bilmirdi. M.Rzaquluzadə. // məc. Şairanə təşbehlərdə gözəlin boyuna, gərdəninə işarə, yaxud incəlik, zəriflik, ağlıq mənasında. Boyun sürahidir, bədənin büllur; Gərdənin çəkilmiş minadan, Pəri. M.P.Vaqif. Bilmədim qədrini günəş camalın; Sürahi gərdənin, çöhrəyi-alın. Q.Zakir. Həsənin kobud və nahamar əlləri Sitarənin sürahi əllərinə toxunanda sanki Mənsurun ürəyinə ildırım toxundu. C.Cabbarlı.\n2. Məhəccər. Vaqif başını artırmanın sürahisindən aşağı sallayıb: – Ay camaat, xan bugünkü dustaqlarının təqsirini .. bağışlayır. Çəmənzəminli. Telli içəri keçir, Fəridə sürahiyə yaxınlaşır. Ə.Məmmədxanlı. sürbə is. Sürü, dəstə, qatar. Qaz sürbəsi. – Şahin, şonqar sürbənizi dağıdar; Boyanarsız qızıl qana, durnalar! M.V.Vidadi. Uçurdu havada durna sürbəsi; Gəlirdi qulağa qurqur nəğməsi. H.K.Sanılı. sürdürmə “Sürdürmək”dən f.is. sürdürmək I. icb. Bir səmtə, bir tərəfə yönəltdirmək, istiqamət verdirmək. [Nuriyyə:] Maşını Ələsgər dayıgilə sürdürdüm. İ.Əfəndiyev. ..[Mirzə:] Fayton çağırdım. Birbaş kəndə sürdürdüm. Mir Cəlal. Kamil ən uca qayaya çıxmaq üçün qayığı o səmtə sürdürdü. M.Süleymanov.\n\nII. icb. Şumlatmaq. Rüstəm kişinin fikri bu idi ki, maşın-traktor stansiyası ilə danışsın, cücərməyən sahələri pambıq şumunun içinə qatsın, traktorla sürdürüb əkdirsin. M.İbrahimov. sürək I. is. Bir şeyin sürdüyü, davam etdiyi müddət; davam.\n\nII. is.\n1. Heyvan sürüsü, böyük sürü. Öküz alırsan sürəkdən al, qoyun alırsan maldardan. (Ata. sözü).\n2. Bir və ya bir neçə heyvanın ovçular tərəfindən dövrəyə alınması, yaxud yuvasından çıxarılması işi. Sürəkdən qurtarmış körpə maraltək; Saçları dağınıq, əlində ətək; Yellənə-yellənə gəlir, qaçaraq. H.K.Sanılı. sürəkçi is. ovç. Kollektiv heyvan ovunda ovu ovçulara tərəf qovan adam. sürəkli Çox sürən, davamlı, uzun. Sürəkli xəstəlik. – Sürəkli alqışlarla Sona xala kürsüdən endi. S.S.Axundov. [Yağış] bir saat sürəkli yağarsa, aləmi tufana verir. A.Şaiq. Dəstənin sürəkli atəşi hamıya ürək verdi. M.Hüseyn. sürəklilik is. Sürəkli olma, uzun sürmə, davamlılıq. sürəksiz sif. Çox sürməyən, çox davam etməyən, çox çəkməyən, davamsız, çox qısa. sürəksizlik is. Sürəksiz olma, çox sürməmə, çox davam etməmə, qısalıq. sürət is. [ər.]\n1. Hər hansı bir hərəkətin itilik, tezlik dərəcəsi; çapıqlıq. Qaçışın sürəti. Səsin sürəti. Uçuşun sürəti. – Ay saf göydə öz gediş sürətini artırmamış, ağ pambıq kimi seyrək buludlar onu gəlin aparan kimi əhatə etmişdilər. H.Nəzərli. Maşın get-gedə sürətini artıraraq yağ kimi sürüşürdü. S.Rəhman. • Sürət qatarı – böyük sürətlə işləyən, çox iti gedən qatar. // Hər hansı prosesin, işin gedişindəki tezlik dərəcəsi. Əqrəbin sürəti. Hesablamanın sürəti. Atışın sürəti.\n2. fiz. Cismin keçdiyi yolun müvafiq saata olan nisbəti. Sürət vahidi. Sürətin hesablanması. sürətçi is.\n1. Çox sürətli iş üsulları mütəxəssisi, çox sürətli üsullarla işləyən fəhlə. Sürətçilər briqadası.\n2. Sürətli qaçış ustası olan idmançı. sürətlə zərf Tez, cəld, iti. Sürətlə uzaqlaşmaq. Sürətlə addımlamaq. – Xudat stansiyasından Qusara gələn avtobus sürətlə boşaldı. Çəmənzəminli. Çayın dilə gəlmiş suyu sürətlə ətrafa yayılır, o taydakı çəltik və pambıq əkinlərini yalayıb udurdu. Ə.Vəliyev. sürətləndirici is. tex. Bir prosesi sürətləndirən cihaz, qurğu, maddə və s. // Sif. mənasında. Sürətləndirici cihaz. sürətləndirmə “Sürətləndirmək”dən f.is. sürətləndirmək f.\n1. Sürətini artırmaq, tezləşdirmək. Addımlarını sürətləndirmək. İşi sürətləndirmək. – Bəbirbala maşını sürətləndirdi. S.Rəhimov.\n2. Tezləşdirmək, zamanca yaxınlaşdırmaq. Səfəri sürətləndirmək. Müalicəni sürətləndirmək. sürətlənmə “Sürətlənmək”dən f.is. sürətlənmək f.\n1. Daha da sürətli olmaq, sürəti artırmaq, tezləşmək. Hərəkət sürətləndi. Sel get-gedə sürətləndi.\n2. Tezləşmək, qabağa düşmək, tez əmələ gəlmək, tez baş vermək. Hadisələr sürətləndi. sürətli sif. Çox iti, çox yeyin, çox çapıq (hərəkət haqqında). Sürətli cərəyan. Sürətli qaçış. – Sürətli dalğalarla siz bizə yaxlaşınca; İçimizə həyatın cilvələri saçılır. M.Müşfiq. Tahirzadə sürətli addımlarla qabağa keçəndə hamı susdu. Mir Cəlal. sürətölçən is. Avtomobilin, motosiklin hərəkətinin sürətini, habelə onların keçdiyi məsafəni göstərən cihaz; spidometr. İndi sürətölçənin əqrəbi axıra dirənsə də, Çiçək Ümidi danlayırdı. B.Bayramov. sürəyya is. [ər.] Yeddiqardaş ulduzlar, ülkər, pərvin. sürfə is. [ər.] zool. Canlı orqanizmin (həşəratın, cücülərin və s.-nin) ilk inkişaf mərhələlərindən biri, pupun ilk inkişaf dövrü. sürgəc is. Kirşələrin ağac (ya metal) parçasından ibarət olan, qar üzərində sürüşən alt hissələrindən hər biri. sürgü is. Qapını, pəncərəni daldan bağlamaq üçün ağac və ya dəmir parçası; kilid, qol. Qapının sürgüsünü vurmaq. // Cəftə, rəzə. sürgüqolu is.\n1. tex. Maşında, mexanizmdə pistonu (porşeni) mühərrikin valı ilə birləşdirən və işləyəndə hərəkəti ötürən detal, hissə. Pistonun aşağıya hərəkəti sürgüqolu vasitəsilə dirsəkli vala keçərək onu fırlanmağa məcbur edir. “Traktorçuya kömək”.\n2. xüs. Bəzi odlu silahlarda atəş açmaq üçün müxtəlif şəkildə qurulmuş mexanizm. ..[Kəyan] pulemyotun dalına atılıb, sürgüqolunu iki dəfə dala verdi. Ə.Əbülhəsən. sürgün is.\n1. Məhkəmənin hökmü ilə cəza olaraq bir şəxsi məcburi surətdə başqa (adətən uzaq) bir yerə köçürmə, cəza çəkmək üçün yaşadığı yerdən başqa bir yerə göndərmə. Sürgün cəzası. Ömürlük sürgün. Sürgünə göndərmək. – Axırda [Seyranı] da, fəhlə yoldaşlarının bir neçəsini də Sibirə sürgün elədilər. M.Hüseyn. ..Kütləvi həbslər zamanı Kərimxan Azadini də tutmuş və iki ay zindanda saxladıqdan sonra cənuba sürgün eləmişdilər. M.İbrahimov. // Sürgündə olan adam.\n2. Sürgün yeri. Sürgündə qalmaq. – Dolmuş ağzınadək bütün qalalar; Zəncirlər səslənir uzaq sürgündə. S.Vurğun. ..Azadlıq üçün minlər və on minlərlə inqilabçılar sürgünlərdə, həbsxanalarda canlarını çürüdüblər. Ə.Sadıq. sürmə I. is.\n1. Qadınların qaşlarına, gözlərinə çəkdikləri qara boya, toz. Sürmə çox olanda gözə də çəkərlər, qaşa da. (Məsəl). Sürmə çəksin gözlərinə, qaşına; Gündə yüz yol mən dolanım başına. Q.Zakir. [Hafizə xanım Sayada:] O nə sürmədir gözünə çəkibsən? İtil burdan. Ə.Haqverdiyev.\n2. Kimyəvi element, gümüşü kövrək metal. Ayrı-ayrı kimyəvi elementlərdən isə alüminium, vanadium, sürmə, volfram, nikel, kobalt, qurğuşun və radioaktiv metalların yeni yataqlarının axtarışı xüsusi əhəmiyyət kəsb edir. M.Qaşqay.\n3. Sünbüldə dənlərin qaralıb toz halına gəlməsindən ibarət taxıl xəstəliyi.\n\nII. is. bax. siyirmə2. Stolun sürməsini açmaq.\n\nIII. bax. siyirmə3. [Gilə] içəri girib qapını örtdü və sürməsini vurdu. Ə.Vəliyev. [Hacıgili] ..qapını əl ilə bağlayıb, açılmasın deyə uzun ağac sürməni də keçirmişdilər dalına. İ.Əfəndiyev. sürmək I. f.\n1. Qabağına qatıb irəli hərəkət etdirmək, aparmaq, istiqamətləndirmək. Qoyunları sürmək. Naxırı çölə sürmək. – Divar dibində, kölgədə xoruz, toyuqlar uyqular; Naxırçılar qaramalı sürüb sərin suya salar. A.Səhhət. // Arabaya və s.-yə qoşulmuş heyvanı yeriməyə təhrik etmək, məcbur etmək, haylamaq. Əsəd “he-he” deyə-deyə öküzləri sürməkdə idi. C.Məmmədquluzadə. Novruz istəyirdi atları sürsün. N.Nərimanov. Qatırı sürən (f.sif.) kişi dəstəni saxladı. S.Vəliyev.\n2. Hərəkət edən şeyi (avtomaşını, təyyarəni, gəmini və s.-ni) idarə etmək. Kombayn sürmək. Velosiped sürmək. Tramvay sürmək. – Şofer maşını geriyə döndərdi və hamar yolla sürərək vağzala istiqamət aldı. M.Hüseyn. [Xala Yunisə:] Deyirlər, Yaqut əyriplan sürür, göydə uçur. Ə.Məmmədxanlı.\n3. Qovmaq, sürgün etmək, cəza olaraq uzaqlara göndərmək. [Paşa bəy xana:] A kişi, indi danışanda bizi sürməyəcəklər ki, sözdür... Çəmənzəminli.\n4. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ömür sürmək, həyat sürmək, dövran sürmək, cəfa sürmək və s.\n\nII. f.\n1. Davam etmək, çəkmək. Külək üç gün sürdü. İclas iki saat sürdü. Xəstəliyi uzun sürdü.\n2. Vaxt keçmək, zaman keçmək. Heç bir saat sürmədi ki, özü gəldi.\n\nIII. f. Şumlamaq. Tarlanı sürmək. sürmələnmə “Sürmələnmək”dən f.is. sürmələnmək qayıd. Qaşlarına, gözlərinə, kirpiklərinə sürmə çəkmək. Bir qıya çəkəndə aldı canımı; Gözləri qüdrətdən sürmələnibdir. Aşıq Ələsgər. Şəhla xanım sürmələnmiş (f.sif.) qaşlarını dartdı. S.Rəhimov. sürməli sif. Sürmə çəkilmiş. Qaş-gözü sürməli qadın. – [Gəlin] sürməli gözlərini yerə dikib, utandığından kimsəyə baxa bilmirdi. Çəmənzəminli. [Nabat] ucaboylu, tənumənd, gözləri yaranışından sürməli bir qadın idi. İ.Əfəndiyev. sürməyi is. Qara ilə göy arasında tünd rəng. // sif. Bu rəngdə olan. Sürməyi parça. Sürməyi rəng. Sürməyi paltar. – [Nərimanın] ayaqlarında uzunboğaz çəkmə, əynində sürməyi yun parçadan köynək-şalvar var idi. İ.Əfəndiyev. [Mehribanın] sürməyiyə çalan qara gözlərində həmişə kədər oxunurdu. H.Seyidbəyli. sürpriz is. [fr.] Gözlənilməyən hədiyyə, yaxşılıq, xoş xəbər. sür-sümük top. İri və xırda sümüklər. Adama elə gəlirdi ki, [Karlın] tərpənən kimi bütün sür-sümüyü bəndlərindən aralanıb töküləcəkdir. Ə.Əbülhəsən. // Ümumiyyətlə, sümüklər, sümük qırıntıları. Bu ət deyil, sürsümükdür. – Bu işıldayanlar yaz balıq ovu zamanından burada tökülüb qalmış fosforlaşmış balıq çürüntüsü və sür-sümükləri idi. M.Rzaquluzadə. sürtgəc is.\n1. Tərəvəzi və s.-ni xırdalamaq, meyvənin suyunu çıxarmaq üçün iti dişcikləri və deşikləri olan metal və s.-dən alət, lövhəcik. Kələmi sürtgəcdən keçirmək. Çuğunduru sürtgəcdən keçirmək.\n2. Suvağın üzünü düzəltmək və hamarlamaq üçün dəstəkli kürəkcik – malakeş aləti. Divarı sürtgəclə hamarlamaq. sürtkü is. Sürtməyə məxsus maddə. • Sürtkü yağları – bir şeyi yağlamaq, sürtmək üçün neftdən emal edilən yağların ümumi adı. Yanacaq və sürtkü yağları ehtiyatı. – [Mazutdan] vazelin, parafin və sürtkü yağları alırlar. “Üzvi kimya”. sürtmə “Sürtmək”dən f.is. sürtmək f.\n1. Əlini bədənin müəyyən yerinə basa-basa o tərəf-bu tərəfə gəzdirmək, ovxalamaq. Qolunu sürtmək. Üzünü sürtmək. Kürəyini sürtmək. – [Fatma:] Hərdən əlini başına sürtüb, al qana bulaşmış bir halda ay işığına tutur, şikayətlənirdi... Çəmənzəminli. [Yusif:] Qara kəlin boynuna keçi piyi sürtməklə onun yerişini, gücünü artırmaq olmaz, onun ayağı ilə maşına çatmaq olmaz. B.Bayramov.\n2. Sürtərək xırdalamaq, doğramaq, şirəsini çıxartmaq. Çuğunduru sürtgəcə sürtmək.\n3. Hərəkət zamanı ağrı vermək, dərini incitmək, əziyyət vermək, zədələmək. Çəkmə ayağımı sürtür.\n4. Çəkmək, toxunduraraq gəzdirmək, dəydirmək. [At] Kərbəlayı Qasımın dalınca gedəgedə hərdən alnını sürtürdü Kərbəlayı Qasımın kürəyinə. C.Məmmədquluzadə. Sürtdü kamançaya ayı əllərin; Az qaldı ki, lap qopara tellərin. A.Səhhət.\n5. Qum, pasta və s. ilə sürtüb təmizləmək. Qabları sürtmək. Vannanı sürtmək. – Qız əlində samovarın qara qapağını sürtə-sürtə saçı, başı nizamsız özünü bayıra atır. H.Sarabski.\n6. məc. məh. Süründürmək. Mədət başını bulayaraq oturmuş, Sübhanverdizadəyə olan borcunu necə olur olsun bu ayın içində vermək qərarına gəlmişdi. Əfruz bacı isə bu pulu sürtməyi qət etmişdi. S.Rəhimov. sürtük I. sif.\n1. Sürtülmüş halda olan, çox sürtülməkdən yazısı, naxışı silinib getmiş, pozulmuş. Sürtük sikkə.\n2. məc. Sırtıq, üzlü, həyasız, utanmaz. Sürtük adam.\n\nII. [fr. surtout – enli üst paltarı] Beli dar, uzunətəkli, ikibortlu kişi üst geyimi. Həsənqulu bəy sürtükünü geyir. Ü.Hacıbəyov. [Xortdan:] Bir nəfər arıq, əynində bozarmış sürtük .. bir hampa kəndli ilə mübahisə eləyirdi. Ə.Haqverdiyev. sürtüklük is.\n1. Sürtülmüş şeyin halı.\n2. məc. Sırtıqlıq, üzlülük, həyasızlıq, utanmazlıq. sürtülmə “Sürtülmək”dən f.is. sürtülmək 1. “Sürtmək”dən məch. Aynabəndin döşəməsi ayaqlar altında o qədər sürtülmüşdü ki, taxtaların talaşası çıxmışdı. Mir Cəlal. Musa kişi daha tərəddüd etmədən əlini cibinə salıb, üzü sürtülmüş (f.sif.), dördqat dəftərçəsini çıxartdı. B.Bayramov.\n2. Çəkilmək, yaxılmaq. Dezinfeksiya üçün yaraya yod sürtülür. – Get-gedə Müqüm bəy Cavanşirin zabitəsi birə yüz artır, o, sürtülüb yağlanan bir qılınc kimi bərq verirdi. S.Rəhimov. sürtünmə “Sürtünmək”dən f.is. sürtünmək qayıd. Özünü bir şeyə sürtmək, toxundurmaq. Divara sürtünmək. Ağaca sürtünmək. – Naxırdan ayrılaraq həyətə dönmüş sarı inək ağır-ağır yeriyib Səkinənin yanına gəldi, yorğun-yorğun ona sürtündü. M.İbrahimov. Mal-qara sürtünüb bəzi ağacların tənəyini salmışdı. B Bayramov. sürtüşkən sif. Sürtüşməyi (adama sataşmağı) sevən, adama sataşmağı adət etmiş, adama sataşan. sürtüşkənlik is. Adama sürtüşmək, sataşmaq xasiyyəti. sürtüşmə “Sürtüşmək”dən f.is. sürtüşmək f.\n1. qarş. Bir-birinə sürtünmək, toxunmaq. // Toxunmaq, dəymək, sürtünmək. [Münəvvər xanım:] Vallah, mərəzin şiddətindən libaslarım bədənimə sürtüşəndə bədənim bütün sızıldayır. M.S.Ordubadi. [Dadaş Balaxanıma dedi:] Keçinin əcəli gələndə çobanın çomağına sürtüşər. S.Rəhimov.\n2. məc. Sataşmaq, toxunmaq. [Telli:] Min yol sənə demişəm, mənə sürtüşmə, xeyir aparmazsan. N.Vəzirov. sürü is. Bir yerdə otlayan, adətən bir cür heyvan dəstəsi. Qoyun sürüsü. İnək sürüsü. Quzu sürüsü. – Sürülər, itlər, çobanlar ormana, sərin kölgəliklər altına çəkilmişdi.. A.Şaiq. Ferma işçiləri sürünü qarşıladı. M.İbrahimov. // Bir yerdə saxlanan bir cür quş, balıq və digər heyvan qrupu. Bir neçə həftə az qala ayaq altında üzən ördək sürüsü, indi Qara daşlardan otuz-otuz beş addım uzaqda idi. M.Hüseyn. // məc. Qarmaqarışıq, nizamsız böyük insan dəstəsi. ‣ Bir sürü – çoxluq bildirir. [Mirzə:] Bizim bir balaca hesabımız var, ondan ötrü gəlmişəm, vəssalam, nə lazım qardaş, kasıb adamam, bir sürü külfət sahibiyəm, zarafat deyil. N.Vəzirov. [Ağa:] Kəndin bir sürü itləri tökülüb üstümə, başladılar məni dartışdırmağa. Ə.Haqverdiyev. sürü-sürü sif. Sürülərlə, böyük-böyük dəstələrlə; çoxlu, saysız-hesabsız. Sürü-sürü qoyun-quzu. – O qarlı dağları duman bürüdü; Çar tərəfdə qoşun sürü-sürüdü. “Qaçaq Nəbi”. Sürü-sürü qoyunları çoban yamacda otladır; Alar ələ papağını, oxur şikəstə, fit çalır. A.Səhhət. sürücü is. Maşını, traktoru və s.-ni idarə edən, sürən adam (şofer, traktorçu və s.). Üç yolun ayrıcında dayanmış traktorun; Sürücüsü yol verir gedən-gələn maşına. Ə.Cəmil. sürücülük is. Sürücü işi, nəqliyyat vasitəsini və s.-ni sürmə işi. Sürücülük vəsiqəsi almaq. Sürücülük təlimi keçmək. Sürücülük öyrənmək. sürükləmə “Sürükləmək”dən f.is. sürükləmək f.\n1. Bir şeyi yerdən qaldırmadan sürüyə-sürüyə aparmaq, çəkə-çəkə (darta-darta) aparmaq; sürümək. [Kimon] İncini dar ağacına sarı sürükləyir. A.Şaiq. [Səməd:] Qolçomaqlar bizim kolxozu görmək istəməyirlərdi... Axırda onların hamısını sürükləyib kənddən çıxartdıq. T.Ş.Simurq. Ayaqlarındakı nəleyinləri sürükləyən bu qadınlar qaz kimi yayxana-yayxana elə ağır-ağır yeriyirdilər ki, canım sıxılırdı. Ə.Məmmədxanlı.\n2. məc. Çəkib aparmaq, sövq etmək, cəzb etmək, cəlb etmək; aparıb çıxarmaq. ..Digər tərəfdən cazibəli bir qüvvə [Fatmanı] qapıya doğru sürükləyirdi. Çəmənzəminli. İnsanı pisliklərə sürükləyən bəlaların birisi və ən qorxulusu da şübhədir. S.Vurğun. ..Həyatın təbii axını [Səriyyəni] bir kor kimi istədiyi səmtə sürükləyirdi. M.İbrahimov. sürüklənmə “Sürüklənmək”dən f.is. sürüklənmək bax. sürünmək 1-ci mənada. sürülmə I. “Sürülmək1”dən f.is.\n\nII. “Sürülmək2”dən f.is. sürülmək I. məch.\n1. Qovulmaq, aparılmaq. Naxır fermaya sürüldü.\n2. Sürgün edilmək. [Hacı Nuru şair Səfər bəyə:] Axırda nadinc adam qələminə getdin. Üç il divana düşdün, üç il sürgünə sürüldün, gözəl ömrün keçdi. M.F.Axundzadə. [Kətxuda:] Bir-iki adam gərək bu kənddən sürülə, özü də sizin məhəllədən. N.Nərimanov.\n\nII. f.\n1. Şumlanmaq. Sürüləcək yerin hələ ondan biri şumlanmamışdı. M.İbrahimov. Hatəm dayı .. sürülmüş (f.sif.) zəmilərə .. baxırdı. Mir Cəlal.\n2. məc. Sövq edilmək, cəlb edilmək. Lakin bunu bilməlisiniz ki, sizə güllə atan soldatlar da sizinlə müharibəyə məcburiyyətlə sürülür. M.S.Ordubadi. sürümə “Sürümək”dən f.is. sürümək f. Zorla çəkib aparmaq və ya gətirmək; dartmaq, çəkmək, darta-darta, çəkəçəkə, sürüyə-sürüyə aparmaq (gətirmək). Uşağı əlindən tutub sürümək. – [Usta:] Qorxumdan səsimi çəkdim içəri. İpi bağladılar, söyə-söyə sürüyüb apardılar. Çəmənzəminli. Tövlənin qapısı açıldı və cahıllar kəhildəyəkəhildəyə atları tövləyə çəkib, kişmiş taylarını sürüyüb saldılar tövlənin bucağına. C.Məmmədquluzadə. [Durna:] ..Çay başından gəlirkən saçlarımı əllərinə doladı. Kəndin içindən sürüdü.. C.Cabbarlı. süründürmə 1. “Süründürmək”dən f.is.\n2. Süründürməçilik. süründürməçi is. Bir işi, ya bir adamı qəsdən süründürən, get-gələ salan, özünə tapşırılan bir işi qəsdən uzadan, ləngidən adam. [Yusif:] Yoldaş Əlizadə, nə qədər elə süründürməçilər tapılsa, yeri düşdükcə, başımız ağrıyacaqdır. B.Bayramov. süründürməçilik is. Bir işi, məsələni qəsddən uzatma, həllini gecikdirmə, ləngitmə, get-gələ salma; lüzumsuz rəsmiyyətçilik. Süründürməçiliklə mübarizə. süründürmək f. Bir işi qəsdən ləngitmək, uzatmaq, yubatmaq, gecikdirmək; başda dolandırmaq, get-gələ salmaq. İşi süründürmək. – [Nazlı Nataşaya:] Eh, siz şəhər qızları çox ərköyünsünüz. Əzilirsiniz, süründürürsünüz, adamın canın üzürsünüz. Ə.Məmmədxanlı. [Yusif müavinə:] Yekə kişisən, ver planı, sənə deyirəm. Bu qədər süründürdün bəsdir. B.Bayramov. sürünənlər cəm zool. İlan, kərtənkələ, tısbağa, timsah və s. heyvanların daxil olduğu onurğalı heyvanlar sinfinin ümumi adı. sürüngəl is. Dağlarda sürüşkən, dar yerlər. sürünmə “Sürünmək”dən f.is. sürünmək f.\n1. Üzüstə bütün bədənilə bir səth üzərində hərəkət etmək (sürünən heyvanlar haqqında). Yolun kənarında ilan sürünür. – ..Bir əllərimi al-qırmızı boyayan qana, bir də otlar üstündə inildəyə-inildəyə sürünən (f.sif.) o kiçik heyvana baxdım. A.Şaiq. // Qalxmadan, əlin, ayağın köməyilə qabağa doğru hərəkət etmək. Bunu deyib, qadın gözlərindən yaş tökərək oğlanın ayağına sürünmək istədi. Ə.Haqverdiyev. Əşrəf yavaşcadan sürünüb kola yaxınlaşdı. S.Rəhman.\n2. məc. Zəhmət və məşəqqət içində yaşamaq, səfalət içində yaşamaq, acınacaqlı həyat keçirmək. [Mirzə Rza:] Yazıq balalarım, .. Çil yavruları kimi hərə bir yana düşmüş, səfilanə sürünürlər. C.Cabbarlı.\n3. məc. Yavaş-yavaş hərəkət etmək. Dərələrdən ağır duman sürünür; Göy yamaclar ağ örpəyə bürünür. R.Rza. Qıvrılıb ətəkdə bulud sürünür. B.Vahabzadə. sürüşdürmə “Sürüşdürmək”dən f.is. sürüşdürmək f. Hamar bir səth üzrə hərəkət etdirmək, qaldırmadan irəli itələmək. Lakin vəzifəlilər qədəhləri qabaqlarından ortaya süründürdülər. B.Bayramov. sürüşək (=sürüşkən) sif. Tamamilə hamar, üstündə hərəkətə mane olacaq heç bir ilişik olmayan, üzərində heç bir şeyi saxlamayan. Sürüşkən yol. Sürüşkən buz. Sürüşkən qaya. – Uşaq nə qədər çapaladısa, sürüşkən xəndəkdən çıxa bilmədi. M.İbrahimov. Ancaq sürüşkən otların üstü və sıx qamışların arası ilə yeyin getmək o qədər də asan bir iş deyildi. M.Rzaquluzadə. Sürüşkən daşın arasında bəzən balığın ancaq quyruğunun ucu ələ dəyərdi. İ.Hüseynov. sürüşkən (=sürüşək) sif. Tamamilə hamar, üstündə hərəkətə mane olacaq heç bir ilişik olmayan, üzərində heç bir şeyi saxlamayan. Sürüşkən yol. Sürüşkən buz. Sürüşkən qaya. – Uşaq nə qədər çapaladısa, sürüşkən xəndəkdən çıxa bilmədi. M.İbrahimov. Ancaq sürüşkən otların üstü və sıx qamışların arası ilə yeyin getmək o qədər də asan bir iş deyildi. M.Rzaquluzadə. Sürüşkən daşın arasında bəzən balığın ancaq quyruğunun ucu ələ dəyərdi. İ.Hüseynov. sürüşkənlik is. Sürüşkən şeyin halı. ..Təhlükəli cığırların yağışdan sonra daha təhlükəli olmuş sürüşkənliyi, atların daha ehtiyatlı addımları və yenidən başlayan çiskinin üz-gözümü sancan soyuq iynələri məni bu xəyal dünyasından ayırdı. R.Rza. sürüşmə “Sürüşmək”dən f.is. sürüşmək f.\n1. Hamar, sürüşkən səth üzərində hərəkət etmək. Kirşə buzun üstündən sürüşüb keçdi.\n2. Asanlıqla hamar səth üstü ilə hərəkət etmək, irəliləmək. [Qasım:] Dənizin üzü dələmə kimi idi. Gəmi suyu yara-yara sürüşürdü. T.Ş.Simurq.\n3. Sürüşüb düşmək, yerindən qaçmaq. Papaq başından sürüşüb düşdü. – [Sona anım:] Xalçanı götürüb gəlirdim, başmağımın tayı ayağımdan sürüşüb çıxdı. M.F.Axundzadə. Ayaq altında dayanmayan narın isti qum sürüşüb aşağı getdikcə uşaqlar baxmır, tövşüyətövşüyə, ağır-ağır diklənirdilər. Mir Cəlal. Qızın qara çadrası başından sürüşüb boynuna düşdü... Ə.Məmmədxanlı.\n4. Sürüşə-sürüşə düşmək.\n5. Çəkilmək. İzzət Əhmədin yanına sürüşüb əlini qoydu oğlunun çiyninə və başını əydi onun başının üstə. C.Məmmədquluzadə. Pası bir qədər kənara sürüşərək əllərini dizinə vurub: – Bir qulaq kağıza yüz manat, – dedi. S.Rəhimov. [Surxay:] Mehralı dayı, bir az o yana sürüş, qonağımız əyləşsin. S.Rəhman.\n6. məc. Gözə görünmədən, heç kəsə hiss etdirmədən getmək, yox olmaq, çəkilmək; əkilmək. [Molla] başmağını astanada qoyub, ətəyini ovcuna yığdı, oğru pişik kimi sürüşdü. Mir Cəlal. Leytenant tezcə sürüşüb çıxdı. S.Vəliyev. sürvə is. bot. Dodaqçiçəklilər fəsiləsindən çoxillik və birillik ot və kolcuqlar. süs is. Bəzək, zinət, bərbəzək. [Qızların] boyunlarında, başlarında və barmaqlarında qızıl zinət və süs olmazdı. H.Sarabski. Belə gürşad yağmurlar üçün babalar deyiblər ki, “yağış yağar, varlının süsünü aparar, yoxsulun hisini – ağ ilə qara aşkar olar”. M.Rzaquluzadə. Biri deyir: həyatın hüsnü, süsüdür sənət; Biri deyir: ürəyin döyüntüsüdür sənət. B.Vahabzadə. • Süs vermək – bəzək vermək, süsləmək. Pəncərənin xırda, rəngbərəng şüşələrindən içəri düşən şüalar yerə döşənmiş xalıların boyalarına ayrıca bir süs vermişdi. Çəmənzəminli. süsən is. bot. İri bənövşəyi, göy və ya sarımtıl gülləri olan bitki və bu bitkinin gülü. Süsəndən, sünbüldən, lalə, nərgizdən; Siyah tellərinə düz, qadan alım! Aşıq Ələsgər. Gəl qələm götürüb, qoşa saz tutaq; Süsənlər, sünbüllər, güllər bizdədir. S.Vurğun. süsləmə “Süsləmək”dən f.is. süsləmək f. Bəzəmək, zinətləndirmək, bəzək, yaraşıq vermək. Şairləri qanadında bəsləyən; İnsanların həyatını süsləyən; İncə ruhlu mələklərə and olsun. M.Müşfiq. süslü sif. Bəzəkli, zinətli. Xacə Nizamın işarəti və Hacibin toxunması ilə ortadakı pərdə qalxar, son dərəcə parlaq və süslü bir aləm görünər. H.Cavid. [Sönməz:] Solmaz atəşgahın süslü bir gəlinidir. C.Cabbarlı. süst sif. [fars.]\n1. Hərəkət etməyə iqtidarı olmayan, halsız, taqətsiz. Süst düşüb (z.) qalmaq. – [Aslan bəy doktora:] Bədənim elə süstdür ki, bu əl, bu ayaq, bu baş, bu gövdə sanki mənim deyildir. A.Şaiq. [Rizvan] vaqonun pilləkənindən süst halda üzü aşağı düşdü. S.Rəhimov. Hamısı süst və şüursuz düşüb ağırlaşmışdı. Mir Cəlal.\n2. məc. Hissiz, duyğusuz, key. Bu sözlərin hamısını rədd edən Cəfərə Nelli süst bir sima ilə baxdı. Çəmənzəminli. [Dərviş:] Ruqiyyənin belə süst halı binəva qarını qorxudurdu. A.Divanbəyoğlu. • Süst olmaq – keyləşmək, kütləşmək. ..Əşyasına baxanda ləzzət alan gəlin indi çox laqeyd və süst olmuşdu. M.Hüseyn.\n3. məc. Cansıxıcı, maraqsız. Yığıncaq çox süst keçdi. – [Koxa:] Qoy gəlsin, bizi əyləndirsin, yoxsa məclis çox süst keçir. S.Rəhimov. süst-süst zərf Süst halda, key-key. Süstsüst dolaşmaq. süstləşdirmə “Süstləşdirmək”dən f.is. süstləşdirmək f. Süstləşməsinə səbəb olmaq, keyləşdirmək. Bədbin hisslər [Nemətin] bədənini süstləşdirməkdə idi. Çəmənzəminli. Görünməmiş vəhşiliklər Azərbaycan oğullarının əqidəsini süstləşdirmir, tutduqları yolun haqq və ədalət yolu olduğuna bir tikə şübhə oyandıra bilmir. M.İbrahimov. süstləşmə “Süstləşmək”dən f.is. süstləşmək f.\n1. Hissini, duyğusunu itirmək, sustalmaq, keyimək. Güldəstə birdən-birə süstləşdi. H.Seyidbəyli.\n2. Donub qalmaq, quruyub qalmaq, kütləşmək. Heyrətə düşmüş bağban, saçları çiyinlərindən üzü aşağı tökülən Həcəri gördü və heyrətlə süstləşib dayandı. S.Rəhimov. Cəlil danışdıqca Nəriman fikrə gedib süstləşirdi. M.İbrahimov. süstlük is. Hissizlik, kütlük, keylik. Özündə süstlük hiss etmək. – Qar lopa-lopa yağırdı. Gecəki kefdən sonra hər kəsdə bir süstlük vardı. Çəmənzəminli. İndi [Veysəlin] ürəyindəki nisgil azalmış, vücudundakı süstlük yoxa çıxmışdı. Ə.Vəliyev. Əsəbi gərginlikdən sonra, Səməd hər şeyə qarşı bir etinasızlıq, bədənində süstlük və yorğunluq hiss edirdi. İ.Hüseynov. sütlükən is. bot. Zəhərli ağ südəoxşar şirəsindən təbabətdə və s.-də istifadə edilən ot bitkisi. sütun is.\n1. arxit. Binalarda və s. tikililərdə mərmərdən, daşdan və s.-dən düzəldilən hündür dirək. Sarayın bəzəkli sütunları. – Telli, qıyqacı çadralı başını balkonun sütununa söykəyib baxırdı. S.Hüseyn. Rüstəm kişi ikimərtəbəli binanın kərpic sütunundan tutdu. M.İbrahimov. // məc. İstinadgah, əsas, dayaq. [Kəndli:] Ey ağalar, düzünü axtarsanız, hökumətin sütunu biz kəndlilərlə o qantər içində yük daşıyan fəhlələrdir. S.S.Axundov. Köhnə yaşayışın əsas sütunları yıxıldı. T.Ş.Simurq.\n2. Qəzetdə, kitabda və s.-də səhifənin yuxarıdan aşağıya doğru bölünmüş hissələrindən hər biri. Müdir cənablarının bu cür tərifi qəzetin bir uzun sütununu doldurub. C.Məmmədquluzadə. Sabaha çırpınan fikirlərimi; Milyonlar oxuyur sütunlarında. B.Vahabzadə.\n3. məc. Aşağıdan yuxarıya dikələn, qalxan şey haqqında. Yanğından qalxan tüstü sütunu. – Sütun kimi dikəlmiş bir başdaşı. A.Səhhət. Alovun işığı samovardan qalxan buxara əks edərək, masadan tavana qədər qızıl bir sütun təşkil edirdi. H.Nəzərli. sütunlu sif. Sütunu, sütunları olan. Sütunlu eyvan. İttifaqlar Evinin Sütunlu zalı. – Sütunlu binanın içində xüsusi və qaynar bir həyat başlamışdı. S.Rəhimov. sütül sif.\n1. Hələ yetişməmiş, tamam dəyməmiş. Sütül qarğıdalı. – Arpanı sütül, buğdanı ötür. (Ata. sözü). Sütül sünbüllər ağır başlarını əyib sanki biçinçini gözləyir. Mir Cəlal. // İs. mənasında. [Gülməli:] Gördüm ki, Toppuzlular məhəlləsindən bir tüstü, bir alov qalxır ki, gəl tamaşasına. Dedim, bəlkə bu tezdən sütül ütürlər. Ə.Abasov.\n2. Az bişmiş, alabişmiş. [Satıcı:] Qovurma. Ay sütül ciyər kababı; Hər kimin pulu var, yeyər kababı. M.Rahim. [Hatəmov Ümidə:] ..Sütül kababdan danışıb ağzımızı sulandırmaq istəyirsiniz? B.Bayramov.\n3. məc. Yeniyetmə, tər. 15 yaşını yenicə doldurmuş sütül gəlinlərə ancaq bu dairədə rast gəlmək olar. Qantəmir. Bu otaqların binasını qoyanda, yaxşı yadıma gəlir, mən lap sütül cavandım. Mir Cəlal. sütüllənmə “Sütüllənmək”dən f.is. sütüllənmək f. Təzə-təzə yetişməyə başlamaq, tam yetişməmək, sütül halına gəlmək. Arpa sütüllənib. Qarğıdalı sütüllənir. – Bu saat özünüzü Şamaxı yamaclarında, dəmyə zəmilərdə, adamboyu qalxan, sütüllənən (f.sif.), dəniz kimi ləpələnən sıx buğda sünbüllərinin arasında düşünün. Mir Cəlal. sütülləşmə “Sütülləşmək”dən f.is. sütülləşmək bax. sütüllənmək. sütüllük is. Sütül olma, yetişmək üzrə olan taxılın və s.-nin halı. Qarğıdalının sütül mərhələsi. Taxıllar sütüllükdür. süvar zərf köhn. [fars.] Ata və ya başqa heyvana minmiş. Nagah bir süvar peyda oldu. M.F.Axundzadə. Baharın bir belə günlərinin birində əlvan çiçəklərlə bəzənmiş səhrada .. eşşəyə süvar bir cavan gedirdi. E.Sultanov. • Süvar olmaq – minmək. Mollalar.. ağ eşşəklərə süvar oldular. M.S.Ordubadi. [Rəşid:] Dərhal Qurbanqulu əhvalatdan müxbir olub, ərizəni şəhərə aparıb, vəkillərə verməyi öhdəsinə götürdü və haman saat atına süvar olub yollandı. T.Ş.Simurq. süvari sif. [fars.] Ata minmiş, atlı. // İs. mənasında. Atlı əsgər. [Qartal:] Mən öz odlu qılıncımla yüzə qədər süvarini biçib tökmüşəm.. M.Hüseyn. Qızıl süvarilər isə qəti hücum gözləyirdilər. H.Nəzərli. Süvarilər Tülkü təpəsindəki camaata çatarkən ikinci zurnaçılar dəstəsi fəaliyyətə başladı. P.Makulu. süysün is. Atlarda və digər qoşqu heyvanlarında boynun bel sütunu ilə birləşən hissəsi. [Koroğlu] əlini atın süysünündən qoyub sağrısına qədər çəkdi. “Koroğlu”. süyüm is. məh. İnsan bədəninin quruluşu; qamət. süzələnmə “Süzələnmək”dən f.is. süzələnmək bax. süzülmək 2-ci mənada. Mən istidən qan-tərin içində idim və bir yandan alnımın təri damcı-damcı axırdı və bir yandan da buz.. əriyib süzələnirdi. C.Məmmədquluzadə. Bir azdan [Mirzənin] ağ saqqalından son göz yaşları süzələndi. S.Rəhimov. süzənək is. [fars.] Sidik yollarına düşmüş qonokokk mikroblarının törətdiyi yoluxucu zöhrəvi xəstəlik; tripper. süzgəc is.\n1. Bir şeyi süzmək üçün ələk və s. alət. Süd süzgəci. Süzgəcdən keçirmək. // Mayeləri və s.-ni lazım olmayan bərk hissəciklərdən, qatışıqlardan və s.-dən ayırıb təmizləmək üçün alət və ya maddə. Tor süzgəc. Kağız süzgəc. Qum süzgəc. – Maye maddə bərk maddə ilə qarışıq halda isə, ..onu adi qıfda süzgəc kağızı vasitəsilə süzüb bərk maddədən ayırırlar... “Üzvi kimya”. // xüs. Şüanı, cərəyanı və s.-ni saxlamaq və ya zəiflətmək üçün cihaz. süzgün sif. Yarıaçıq, yarıyumulu. // Nazqəmzəli, nazlı, qəmzəli göz, baxış haqqında. Sallanıb-sallanıb özünü öymə; Elə süzgün (z.) baxıb qəlbimə dəymə. Aşıq Ələsgər. [Xəyyam:] Sərpildi alov ruhuma süzgün baxışından; Sarsıldı bütün mənliyim, ey afəti-dövran. H.Cavid. [Əhməd:] Mən bunu onun baxışında, qara gözlərinin süzgün baxışında gördüm. T.Ş.Simurq. süzmə I. “Süzmək”dən f.is.\n\nII. is. Suyu süzülərək qatılaşmış qatıq. Tərs kimi qonaqlar da bir torba süzmə qatıqdan başqa bir şey gətirməmişdilər. Çəmənzəminli. süzmək f.\n1. Mayeni qatışıqdan, xıltdan və s.-dən təmizləmək, saflaşdırmaq üçün süzgəcdən keçirmək. Məhlulu süzmək. Nefti süzmək. // Suyunu çıxarmaq, sudan ayırmaq. Düyünü süzmək. Qatığı süzmək. – [Göyçək] şoru torbaya töküb süzdü. Ə.Vəliyev.\n2. Tökmək (ancaq içməli şeylər, xüsusən çay haqqında). Miss Hanna.. ikinci çayı süzməyə başladı. M.S.Ordubadi. Nahardan sonra çayı Səkinə özü süzüb verdi. Ə.Abasquliyev.\n3. məc. Oynamaq, rəqs etmək. Nərgizi üzüm, lay-lay; Yaxana düzüm, lay-lay; Sən böyü, mən qocalım; Toyunda süzüm, laylay. (Bayatı). [Cahan:] Toyunda da sənin, bala; Bax beləcə süzərəm. Ü.Hacıbəyov. “Nazbarı” deyil ki, yeniyetmələr süzsün, Pərizad xala bacarmasın. Mir Cəlal.\n4. Yarıqapalı gözlərlə baxıb nəzərdən keçirmək. Başdan-ayağa süzmək. – Xəlil yuxusuzluqdan tutqunlaşmış qonur gözlərini qaldırıb, sərt və ağır baxışı ilə Şahmarı süzdü. M.Hüseyn. Kərim Hüseynağanı başdanayağa süzdü. M.İbrahimov. Nərgiz ..acizanə bir baxışla oğlanı süzdü. B.Bayramov.\n5. Qanad çalmadan sakit-sakit, səssiz uçmaq. Təsbeh kimi qatarınız düzərsiz; Havalanıb ərş üzündə süzərsiz. M.V.Vidadi. Bu yerlərə gəlmiş quşlar .. çay üzərilə süzürdülər. S.Rəhimov. ‣ Gözlərini süzmək – bax. göz. süzülmə “Süzülmək”dən f.is. süzülmək f.\n1. Qatışıqdan, aşqardan və s.-dən təmizlənmək, süzgəcdən keçirilmək. Məhlul süzüldü. Su süzüldü. // Sudan ayrılmaq. Qatıq süzüldü. Düyü süzülüb.\n2. Axmaq, damcı-damcı tökülmək, sızmaq. Sarxan.. yanaqlarına süzülən (f.sif.) iri yaş damlalarını sildi. M.Hüseyn. Maya da özünü saxlaya bilməyib başını Səkinənin sinəsində gizlədərək süzülən (f.sif.) damcıları sildi. M.İbrahimov. Dinlə, meşədəki bulaq nə deyir? Baxma ki, süzülür o, gilə-gilə. N.Xəzri. // Sızıb keçmək. ..Dan yeri sökülməyə başlayır, içəriyə işıq zolaqları süzülürdü. M.Hüseyn. Gülyanağa elə gəlirdi ki, göydən yerə süzülən (f.sif.) şəfəq Qəhrəmanlar kəndindəki gəncliyin, cavanların oxuduğu şən mahnının, qızların sevincinin, adamların məsud həyatının timsalıdır. Ə.Vəliyev. Günəşin ilk şüaları hisli bacadan içəri süzülərkən Fatı yorğanı üstündən götürüb tulladı. Ə.Abasov.\n3. Yarıyuxulu kimi olmaq; xumarlanmaq, axmaq (göz haqqında). Yuxusuz maraltək hərdən süzülüb; Axan gözlərinin sədəqəsi canım. Q.Zakir. Nə gözəl süzülür qara gözlərin; Əcəba, onları süzmək vaxtımı? M.Müşfiq.\n4. Üzülmək, ilmələri qaçmaq, seyrəkləşmək. Şalvarın dizləri süzülüb. Pencəyin qolları süzülmüşdür. süzülmüş f.sif.\n1. Süzgəcdən keçirilmiş (keçmiş). Süzülmüş bal. Süzülmüş süd.\n2. bax. süzgün. süzüntü is. Süzüləndən sonra qalan qalıq, xılt, torta və s. Süzgəcdəki qalığı sıxıb süzdükdən sonra yeni süzüntü alırlar. R.Əliyev. svanlar cəm Qərbi Gürcüstan əhalisinin bir hissəsini təşkil edən xalq, dağlılar. svetofor [rus.] Küçələrdə, yollarda hərəkəti nizama salmaq üçün qırmızı, sarı, yaşıl şüşələri olan elektrik siqnal fanarı. // Müxtəlif maşınlarda, qurğularda işıq siqnalı cihazı. Lokomotiv svetoforu. – [Qız:] [Tahir] bizi saymadı, biz də gərək [Tahirin] svetoforunu bağlayaq. M.Hüseyn. svev is. [lat.] Eramızdan əvvəl I əsr – eramızın II əsrində yaşamış bir sıra qədim German tayfalarının ümumi adı. sviter [ing. sweater – tərləmək] Başdan geyilən döşübağlı, hündür boyunluqlu toxunma yun köynək – fufayka. Şş ş azərbaycan əlifbasının iyirmi altıncı hərfi. bax. şe. şabalıd is.\n1. Qoz, fındıq cinsindən qabıqlı meyvə və bu meyvənin ağacı. Şabalıdın çox dadlı, qidalı meyvələrindən və ağaclarının oduncağından geniş surətdə istifadə edilir. Meyvələri çiy, qovrulmuş və bişirilmiş halda işlədilir. İ.Axundzadə. Yarımişıqlı otağımızın ortasında dördbucaq şəklində qayrılmış ocağın dövrəsində döşəkcələrə düzülüb oturardıq, .. şabalıd qovurardıq. Çəmənzəminli.\n2. Qəhvəyi, şabalıdı. Şabalıd rəngli. Şabalıd rəngli şal. – Nazlı əynindəki tünd şabalıd rəngli ipək köynəyini çıxartdı... S.Rəhimov. ‣ Şabalıd cinsi – çox xəsis, xeyirverməz adam haqqında. Bu yerlərin dağı yox; Bağçası var, tağı yox; Cinsi şabalıd cinsi; Görkəmi var, yağı yox. (Bayatı). Şabalıddan yağ çıxartmaq – mümkün olmayan şeydən də fayda görməyə çalışmaq. şabalıdı sif. Şabalıd rəngində, qəhvəyi. Şabalıdı saç. Şabalıdı saqqal. – Mir Məhəmməd Kərim ağa şabalıdı rəngli, qolsuz əbasını çiynindən endirib ayağa durdu. Mir Cəlal. Azacıq sonra Həmzə .. başında şabalıdı Buxara papağı olduğu halda .. otağın yuxarı başında dayandı. Ə.Əbülhəsən. [Güləsərin] yemlik yeməkdən əlləri və dodaqları bir az qaralıb, şabalıdı rəngə düşmüşdü. İ.Şıxlı. şabalıdlıq is. Çoxlu şabalıd ağacı bitən yer, şabalıd meşəsi. şabaş is. [fars.] Toy məclislərində oynayanlara xanəndə və çalğıçılar üçün verilən pul. Gənclər oynayanda yoldaşları onların başına kağız pul (əsginas) şabaş tökərdilər. H.Sarabski. ..Xanəndə çalar, cavanlar oynar, şabaş toplanar. R.Əfəndiyev. Bəzən oynayanlar utanıb şabaş almırdılar. S.Rəhman. şablon [alm.]\n1. Ülgü, qəlib. // Hazır məmulatın formasını yoxlamaq üçün alət.\n2. məc. Çeynənmiş, bayağı, basmaqəlib. Aydının fikrincə, şair adi və şablon sözdən qaçıb, təzə bir istilah yaratmışdı. M.Hüseyn. şablonluq is. Şablon, çeynənmiş, bayağı şeyin halı; adilik, bayağılıq. şad sif. [fars.]\n1. Sevinən, şən, fərəhli, məmnun. Şad adam. Şad üz. Şad gözlər. Könlü şad olmaq. – Daşdəmir əmi öz tütünü barəsində belə tərifləri çox eşitmiş olduğunu göstərən şad bir səslə dedi. M.Rzaquluzadə. • Şad etmək (eləmək, qılmaq) – sevindirmək, fərəhləndirmək, şadlandırmaq, məmnun etmək. Cövrlər kim, eyləmişdin birbəbir yad eyləyib; Şami-hicran könlümü bu növ ilə şad eylərəm. S.Ə.Şirvani. Bəzədin sən bu gün bizim çəməni; Şad qıldın bu gəlməginlə məni. M.Ə.Sabir. Məni unutmayın, tez-tez yad edin; Bu küskün könlümü sizsə şad edin. M.Rahim. Şad olmaq – sevinmək, şadlanmaq, fərəhlənmək, məmnun olmaq. Ələsgərəm, şad olmadım dünyada; Səni gördüm, dərdim oldu ziyada. Aşıq Ələsgər. [Rzaquluxan:] Qızım, çox şad oluram ki, sənə xərc etdiyim pullar hədər getməyibdir. M.S.Ordubadi.\n2. Ürəkaçan, fərəhli, sevindirici, xoş. Şad xəbər. // Zərf mənasında. Çünki bilir rahət əziyyətdədir; Şad yaşamaq səydə, qeyrətdədir. M.Ə.Sabir.\n3. Şadəm (şadam) şəklində – sevinirəm, məmnunam (bir şeydən şad, məmnun olmağı bildirir). Yarın xəyalilə bu gün mən şadəm; Qəribliyə düşsəm qan ağlar didəm. M.P.Vaqif. Bu gün şadam, oxuyuram, çalıram; Sən yaşa dolduqca mən ucalıram. Aşıq Hüseyn. ‣ Şadlığından yerə-göyə sığmamaq (sığışmamaq) – hədsiz sevinc içərisində olmaq, şad olmaq, sevinmək, şadlıq eləmək. Şadlığından sığışmayıb yer ilə göyə; Öz eşqini övlad kimi bağrına basır. S.Vurğun. şadara is. Buğdanın, arpanın zibilini, torpağını təmizləmək üçün xəlbir. • Şadara kimi – deşik-deşik, dəlik-dəlik. İynə vurdurmaqdan bədəni şadara kimidir. şadaralama “Şadaralamaq”dan f.is. şadaralamaq f. Şadaradan keçirmək, şadarada təmizləmək. Buğdanı şadaralamaq. şadaralanma “Şadaralanmaq”dan f.is. şadaralanmaq məch. Şadaradan keçirilmək, şadarada təmizlənmək. şadənə sif. İri dənələri olan, iri dənəli. Şadənə noxud. Şadənə buğda. – Bildirçin yediyi adi darı olardı. Arabir şadənə də verərdilər ki, quş qızışsın. H.Sarabski. şadxəbər şadxəbər olasan! – xoşxəbər gətirən adama qarşılıq olaraq deyilən təşəkkür ifadəsi. [Xavərnisə:] Şadxəbər olasan! Ağlamıram, soğan şoqəribin acısıdır ki, gözlərim yaşarmışdır. T.Ş.Simurq. şad-xürrəm sif. və zərf [fars. və ər.] Çox şad, kefi kök, sevinc içərisində. [Odabaşı:] [Oğlan] hər yerdə özünü şad-xürrəm .. lətifəgu göstərirdi. Ə.Haqverdiyev. Axırda hamı şad-xürrəm yıxılıb yatdı. S.S.Axundov. Qız xoşbəxt, oğlan xoşbəxt – ikisi də əl-ələ verib şad-xürrəm, diriliyin geniş bağında ömür sürürdülər. Çəmənzəminli. şadlandırıcı sif. Sevindirici, fərəhləndirici; şadlıq gətirən, sevinc gətirən, şadlandıran, sevindirən, ürəkaçan. Şadlandırıcı xəbər. şadlandırma “Şadlandırmaq”dan f.is. şadlandırmaq f. Şad etmək, sevindirmək, fərəhləndirmək, ürək açmaq. Bu xəbər bizi olduqca şadlandırdı. – Məktub Hacını həddindən artıq şadlandırdı. M.S.Ordubadi. şadlanma “Şadlanmaq”dan f.is. şadlanmaq f. Şad olmaq, sevinmək, fərəhlənmək. Rüstəm Hümmətəlinin vəhşi çəngəlindən xilas edilmiş Gülzara baxdıqda şadlanır. T.Ş.Simurq. Gəl ki, sən gələndə şadlanır ömür; Gül açır gəncliyin dili, ağızı. S.Vurğun. şadlıq is. Sevinc, fərəh. Dağıldı bu şadlıq xəbəri, dərbədər oldu; Yandı oda qəmlər. M.V.Vidadi. Öz musiqi və sənəti ilə, özünün dilrüba səsilə minlərin şadlığına səbəb olan bu tarixi sima ömründə kədərdən başqa bir mükafat qazana bilmədi. M.S.Ordubadi. // İnsana fərəh, sevinc, məmnunluq verən hadisə, şey; nəşə, kef, əyləncə, toy, bayram. [Mərcan bəy qonaqlara:] Oturun burada, yeyin, için, kef çəkin. Bu gün şadlıq günüdür, gərək şad olasınız. Ü.Hacıbəyov. [Vəzir:] Şadlıq dəmi çatdı, durun! Şahanə bir məclis qurun! A.Şaiq. • Şadlıq eləmək (etmək) – çalıboynamaq, əylənmək, kef eləmək, şadlanmaq. Toydan qabaq gəlinin başına və əl-ayağına xına yaxardılar. O gecəni səhərədək dəf, dumbul çalıb, oynayıb şadlıq edərdilər. H.Sarabski. şadlıqla zərf Sevinclə, sevincək, fərəhlə, şad halda, məmnuniyyətlə. [Hüseynqulu:] Birpərdəli bir vodevil belə yazılsaydı, təzə olduğundan çox şadlıqla oynardıq. H.Sarabski. Naznaz telini geri itələyib Qaraşa baxaraq şadlıqla gülümsədi. M.İbrahimov. Sərvinaz cavan ərinə şadlıqla baxıb gülümsədi. İ.Əfəndiyev. ‣ Şadlıqla qalın! – birilə ayrılarkən deyilən xoş arzu ifadəsi. Şadlıqlarda görüşək! – matəm yerində birilə görüşərkən deyilən arzu ifadəsi. şadman sif. və zərf [fars.] klas. Şad, sevinc, məmnun. Durdu qazi şahə vida etdi; Evinə xeyli şadman getdi. S.Ə.Şirvani. Olmadım hiç şadman, əfsus! X.Natəvan. [Odabaşı:] Dostu, Fərmanı bir növ şadman görüb yəqin etdi ki, əhvalatdan xəbəri yoxdur. Ə.Haqverdiyev. şad-şad zərf Sevinə-sevinə, sevinc içərisində, fərəhli, məmnun halda. Məktub alanlar şad-şad çəkildi, almayanlar sakit-sakit addımladı. S.Rəhimov. şad-şalayın dan. bax. şad. [Ana] sonra bişirdiyi xörəyi ortalığa gətirdi. Şad-şalayın yeyib qurtardı. Ə.Vəliyev. şadyana sif. Şadlıqla, sevinclə, məmnunluqla. Şadyana qəbul. Şadyana məclis. şadyanalıq is. Şadlıq, şənlik, bayram. [Rüstəm bəy:] Məşədi İbad, mən sənin qohumluğunu özüm üçün böyük bir fəxr bilirəm. Ona görə bir balaca şadyanalıq edək. Ü.Hacıbəyov. // zərf Sevinə-sevinə, şadlıqla. Bir dəstə arvad-uşaq şadyanalıq ilə səslənib, gələnlərin qabağına çıxdılar. Mir Cəlal. şafran [ər.] Sarı-qırmızı meyxoş alma növü. şaftalı is. [fars.] Qabığı hovlu, sarıqırmızı rəngli, iritumlu, şirəli meyvə. Şaftalı gəlməmiş tabağı gəldi. (Məsəl). Şaftalı, ərik və tut ağacları baş-başa verərək günün qabağını çətir kimi tutur, yaşıl otların, tər yoncanın üzərinə sərin kölgə salırdı. İ.Əfəndiyev. // Şaftalıdan bişirilmiş, hazırlanmış. Şaftalı mürəbbəsi. Şaftalı cemi. şaftalılıq is. Şaftalı ağacları əkilmiş yer, şaftalı bağı. şagird is. [fars.]\n1. İbtidai və ya orta məktəbdə oxuyan uşaq; məktəbli. Məşədi bütün sinifdə ən yaxşı oxuyan şagirdlərdəndir. M.Hüseyn. Teymur müəllim şagirdlərə vətənpərvər bir ruhun tərbiyə olunmasına çox əhəmiyyət verirdi. Ə.Sadıq.\n2. Hər hansı bir usta yanında sənət, peşə öyrənən gənc. Dərzi şagirdi. Çilingər şagirdi. – [Cavan oğlan:] Qardaş, – dedi, – burada o kişinin naibi olmamış olmaz! – Var, – dedilər, – burada şagirdi var. Mir Cəlal.\n3. Birinin təliminə, məsləkinə, əqidəsinə, işinə tərəfdar olan və onun işini davam etdirən şəxs. şagirdlik is.\n1. Şagird olma, şagird həyatı, məktəbdə oxuma, tələbəlik. Şagirdlik illəri.\n2. İxtisas təlimi. Fabrik-zavod şagirdliyi. şah I. is. [fars.]\n1. Keçmişdə İran və Əfqanıstanda padşahın, hökmdarın titulu, həmçinin bu titulu daşıyan şəxs. [Vəzir:] Qorxma, sənin duan şahın üstündədir. Ü.Hacıbəyov. İmamlar, nəbilər, sultanlar, şahlar; Min il at oynatdı kürəyimizdə. S.Vurğun.\n2. Şahmat oyununda: baş fiqur.\n3. məc. Ən birinci, ən yaxşı, ən nümunəvi. Formanın kamilliyi və əsərin bütün ünsürləri arasındakı bədii vəhdətə gəldikdə isə “Ölülər” Azərbaycan dramaturgiyasının şah əsəri sayıla bilər. M.İbrahimov. // Obrazlı təşbehlərdə: seçilən, başda duran, birinci yeri tutan. Gözəllər sultanı, mələklər şahı; Ala gözlü xanım, getmə, amandı. Aşıq Ələsgər. Qızılgül şahıdır bütün güllərin; O hələ qönçədir, yuxusu dərin. N.Rəfibəyli.\n4. Arı ailəsində dişi arıya deyilir. Piri kişi Ağca xanıma dedi: – Hər yuvada bir dişi arı olar, ona şah deyərlər. S.S.Axundov. ‣ Şah(ın) tənbəli – çox tənbəl, özünü zəhmətə, canını işə vermək istəməyən adam haqqında. [Bahar:] Gör mən necə yaxşı arvadam ki, sənin kimi şah tənbəlinə çarıq alıram. Ə.Haqverdiyev. [Ballı və Xallı:] Ay qağa, vallah, özciyəzləri şah tənbəlidirlər. S.Rəhimov.\n\nII. Atın dal ayaqları üstündə qalxıb durması. • Şahə qalxmaq – iki dal ayaqları üstə qalxıb durmaq (at haqqında). Köhlən at şahə qalxdı. M.Hüseyn. [İlyas Adiləyə:] Tərlan kişnəyib şahə qalxır, sonra irəli atılıb düşmən əhatəsini yararaq məni götürüb qaçır. Ə.Məmmədxanlı. At birdən şahə qalxdı. M.Rzaquluzadə. şahad is. Dəyirmanda üyüdülən taxıl üçün alınan haqq; dəyirman haqqı. Dəyirmanda dənim yox, şahad üstə başım yarılır. (Ata. sözü). [Dəyirmançı yüzbaşıya:] Varımıyoxumu apardılar, bilirsən ki, əkinim yox, biçinim yox, şahadla dolanıram, yeyənim də yeddi başdır. Çəmənzəminli. şahanə sif. [fars.] Şaha, şahlığa məxsus və ya şaha, hökmdara layiq. [Vəzir:] Sonra üzün dörd nəfər hazırda olan pişxidmətlərə tutub dedi ki, xələti-şahanəni gətirin, qibleyialəmi geyindirin. M.F.Axundzadə. [Vəzir:] Şadlıq dəmi çatdı, durun; Şahanə bir məclis qurun. A.Şaiq. // məc. Çox nəfis, çox mükəmməl. şahani bax. şahanə. Gözəl gül, şahani gül; Ləbi gül, dəhani gül; Öz gülümü istərəm; Bürüsə cahani gül. (Bayatı). şahbal bax. şahpər. şahbaz is. [fars.]\n1. Tərlan, şahin. Ələsgər, torunu sən tərlana qur; Bəlkə tora düşən bir şahbaz ola. Aşıq Ələsgər. Qızılcadır soyuq bulaq yaylağı; Bərələri şahin, şahbaz oylağı. Aşıq Dilqəm.\n2. məc. İgidliyi, qoçaqlığı, cəsarəti ilə fərqlənən adam haqqında. Çanaqqala, Sarıqamış; İgidləri şahbaz gördüm. “Koroğlu”. // məc. Xalq şerində məğrur gözələ işarə. Vaqifi atəşi-hicran öldürdü; Aman, verin o şahbaza bir xəbər. M.P.Vaqif. // Şairanə təşbehlərdə: gözəlin məğrur gözlərinə, baxışına işarə. O şahbaz gözlərini görəndə; Uçar mürğiruhum, durmaz bədəndə. Q.Zakir. O mələk simalım, şahbaz baxışlım; O dodağı ballım, ceyran yerişlim. S.Vurğun. şahbeyt is. [fars. şah və ər. beyt] Şerin birinci beyti, mətlə; həmçinin bir şerin ən gözəl, seçilmiş beyti. şahdamar is.\n1. bax. aorta.\n2. məc. Ən mühüm, ən əsas, başlıca yol. şahənşah is. [fars.]\n1. tar. 1979-cu il İran islam inqilabına qədər İran şahlarının titulu. Şücaiddövlə imperator hökuməti ilə şahənşah hökuməti arasında keçilməsi mümkün olmayan bir uçurum yaratmışdı. M.S.Ordubadi.\n2. məc. Başçı, padşah. [Qaz:] Bəs mənəm quşların şahənşahı; Durna oldu bu nəqlin agahı. S.Ə.Şirvani. şahı is. [fars.] köhn. Beşqəpiklik qara pul (adətən saylarla). Abbasını bəyənməyən beş şahı çıxardar. (Ata. sözü). [Hacı Qara:] Bu kasad bazarda mənim bir şahı qazancım yoxdur, abbasını haradan alıram?.. M.F.Axundzadə. [Mərcan bəy:] Cibimdə beş-altı şahı var, o da özümə lazımdır. Ü.Hacıbəyov. şahid is. [ər.]\n1. Bir hadisəni, əhvalatı, işi öz gözü ilə görmüş və ya görən adam. Mən bu hadisələrin şahidiyəm. – Mənim sakin olduğum otağın üzü [Sarıköynəkgilin] həyətinə olduğu üçün hər işinə şahid olurdum. S.Hüseyn. Onsuz da evin hər tərəfində keçmiş vuruşmaların şahidi olan bir çox uçuqsöküklər var idi. H.Nəzərli. Mən bir çox belə hadisələrin nəinki şahidi, hətta bir neçə dəfə iştirakçısı da olmuşam. M.Rzaquluzadə.\n2. Özünə məlum olan bir iş haqqında şəhadət vermək üçün məhkəməyə çağırılan şəxs. Şahidləri dinləmək. – Dava üçün bir qazı, isbat üçün min şahid. (Ata. sözü). [Səfər Həmzəyə:] Ağa, şahidlərin biri mən. C.Cabbarlı. İslam, ərizəsində bir çox şahidlər göstərirdi. S.Hüseyn. Şahid lazım olmadı, çünki Şəfiqə özü boynuna götürdü. İ.Musabəyov. • Şahid çağırmaq (çəkmək, göstərmək) – bir şeyin həqiqətən olub-olmadığını sübut etmək üçün rəsmi şəkildə adam göstərmək, ona isnad etmək. Uçurub kökündən nəmli zindanı; Şahid çağıraram bütün dünyanı. S.Rüstəm. Qədir üzünü qonşulara tutub şahid çəkirdi. Mir Cəlal. Şahid durmaq (olmaq) – öz gözü ilə gördüyü bir şey, hadisə haqqında ifadə, məlumat verməklə onun doğru olub-olmadığını göstərmək. [Çimnaz Səriyyəyə:] Özüm gedib şahid duraram ki, sən özün-özünü öldürmüşsən. C.Cabbarlı. [Maral:] Sözlərini təkrar elə, Mirzə Qərənfil mənim şahidim olacaq. S.Rəhman. şahidlik is.\n1. Gözü ilə gördüyü və ya bildiyi bir hadisə və ya iş haqqında bir şəxsin məlumat verməsi, şahid durması.\n2. Bir şeyin həqiqiliyini, düzlüyünü rəsmən təsdiq etmək üçün bir işdə iştirak etmə. O günün sabahı Şərifzadə və Qəmər xanımın şahidliyi ilə Zeynalın Mehribanla yenidən evlənməsi zaqsda qeyd olundu. S.Hüseyn.\n3. Məhkəmədə: şahidin verdiyi məlumat; şəhadət. Şahverdi yalançı şahidlik eləyib çox adamı nahaqdan tutdurubmuş. İ.Əfəndiyev. şahid-sübut is. [ər.] Sübut edən şey, dəlil. Mənə şahid-sübut lazım deyil. – Göy guruldadı, tufan qopdu, ildırım çaxıb evimi, mülkümü yandırdı. Ondan qalan bu kömür parçalarıdır ki, onu da şahid-sübut kimi gətirmişəm. “Kirpi”. şahin is.\n1. Möhkəm əyridimdikli, uzun, itiqanadlı yırtıcı quş. Şahin, şunqar sürbənizi dağıdar; Boyanarsız qızıl qanə, durnalar! M.V.Vidadi. [Tərxan:] Ovçu şahinə qırqovul neylər! Tükün qanlı caynağında didər! A.Şaiq.\n2. məc. Cəsur, mərd, igid, qorxmaz adam haqqında. ...Təbriz, inqilablar ocağı Təbriz; Aslanlar, şahinlər oylağı Təbriz. Şəhriyar. // məc. Obrazlı təşbehlərdə. Təyyarə və təyyarəçilərə verilən təntənəli ad. Bəzən də qartal kimi sən iki qanad üstdə; Şahinlərin qonduğu zirvələrə dayanır... A.İldırım. şahincəsinə zərf Şahin kimi, qəhrəmancasına, mərdcəsinə, igidcəsinə, qorxmadan. Hamı səbirsizliklə komanda gözləyir, bu saat şahincəsinə düşmənin üstünə şığımaq istəyirdi. Mir Cəlal. şahlıq is. köhn.\n1. Padşahlıq, hökmdarlıq. // Şahın idarəsi altında olan məmləkət, torpaq və s. • Şahlıq etmək köhn. – 1) padşahlıq etmək; 2) məc. hökmranlıq etmək, hökm sürmək. Meşədə caynaqlı bir şir şahlıq eləyirdi. S.Rəhimov. şahmar is. [fars.]\n1. Zəhərli, iri ilan cinsi. İndi Kür boyunca, Araz boyunca; Gürzələr, şahmarlar çəkilir qına. S.Vurğun.\n2. Obrazlı təşbehlərdə: gözəlin saçına işarə. Kəmənd kimi tökülübdür gərdənə; Dönübdür sərasər şahmara tellər. M.P.Vaqif. Zülfü şahmar, mina gərdən mötədil; Zəbərcəd kəlməli, misali-bülbül. Aşıq Ələsgər. şahmat is. [fars. “şah öldü”]\n1. 64 açıq və tünd xanası olan taxta üzərində 16 ağ və 16 qara fiqurdan hər birini müəyyən qaydalarla hərəkət etdirərək oynanılan oyun. Şahmat da həyat kimidir – mübarizəsiz və ehtirassız oynayanda ləzzət vermir. M.İbrahimov. // Şahmat oyunu üçün fiqurlar komplekti. [Yusif şahmatı bir kənara itələyir:] Həvəsim yoxdur. Qalsın sonraya. M.İbrahimov. [Adil:] Mən bütün şahmat fiqurlarının qabaqcadan əsaslı surətdə .. hərəkət etməsini istəyirdim. İ.Əfəndiyev.\n2. Şahmat taxtası kimi (xana-xana şəklində) olan. Dəyirmi binanın ətrafındakı xiyabanın qırmızı əqiq daşları şahmat taxtası şəklində döşədilmişdi. M.S.Ordubadi. Xüsusilə minaatanlar şahmat qaydasilə düz vurur, vzvodun bir addım da olsun irəli getməsinə aman vermirdilər. Ə.Vəliyev. şahmatçı is. Şahmat oyunçusu. Məmun ehtiraslı .. şahmat həvəskarı idi. Orta asiyalı məşhur şahmatçı Rəb-rəbi sarayına gətirdərək tez-tez hüzurunda şahmat yarışları keçirərdi. M.İbrahimov. şahnaz is. [fars.]\n1. Azərbaycanın klassik muğamlarından birinin adı. Rüstəm bəyin həyəti. Pərdə qalxdıqda həyətdə Sərvər ilə Gülnaz görünür. Pərdədən qabaq musiqi çalınır. Sonra tarda “Şahnaz” çalınır. Ü.Hacıbəyov.\n2. Keçmişdə: zərli, ipək parça növünün adı. Şahnazdan paltar tikdirmək. şahnişin [fars.] köhn.\n1. Otağın küçə tərəfə çıxan pəncərəli çıxıntısı; erker. Şahın taxtı şahnişində qoyulmuşdu. P.Makulu.\n2. Faytonda, arabada sürücünün oturduğu yer. şahpər is. [fars.] klas. Quş qanadının uzun tükləri, lələk; qanad. Al məni şahpərin üstündə, apar balaya; Oradan ta ki həqarətlə baxım dünyaya. A.Səhhət. O dərinliklərə, boşluqlara uçduqca xəyal; Sanki çırpınmada bir şahpəri yanmış qartal. H.Cavid. // Obrazlı təşbehlərdə. Fikir, xəyal şahpərində çöllər keçər, dağlar aşar; Dərdinə tapmaz bir çarə, ona yalnız bir təsəlli. A.Şaiq. şahrah is. [fars.] Baş küçə, geniş əsas yol; magistral. // məc. Bir şeyin hərəkətində və ya inkişafında əsas xətt, istiqamət. şahsöyüd is. bot. Şoran torpaqlarda, düzəndə bitən söyüdəbənzər kol. şahtərə is. bot. Aran yerlərdə taxıl zəmilərində bitən və xalq təbabətində istifadə edilən bitki və onun çiçəyi. şahtut is. Calaq edilmiş tut ağacı və onun meyvəsi. Şahtut ağacı. – Xasay həyətdəki şahtutun altında oturub, fikirdən aralana bilmir, bu dəqiqələr özünü cəbhədə hiss edirdi.. Ə.Vəliyev. şahzadə is. [fars.] Şah oğlu və ya padşah ailəsindən olan şəxslərin övladlarından biri. İkinci otaq da fərşlə döşənmişdi və divarlarında Səfəviyyə nəslindən vəfat edən padşahların və namdar şahzadələrin təsviri çəkilmişdi. M.F.Axundzadə. Bağdadı iflas edən tacirlər, şahzadələr, xəlifə ailələri minlərcədir, qiymətli şeylər də bunların əlindədir. M.S.Ordubadi. şax 1. is. Ağacdan, koldan ayrılan budaq, qol; dal. Ağacdan iki şax ayrılıb. Pambıq kollarının şaxı. – Quşlar qayıdıb oxur təranə; Şaxlarda tikirlər aşiyanə. A.Şaiq. [Əmiraslan Nurəddinə:] O əlin ilə tutduğun budağın başında gör nə çox gilas var, çıx o şaxı sındır. S.S.Axundov.\n2. Ağacın qırılıb yerə tökülmüş yarpaqlı qol-budağı. Kəlbalını yolun qırağında şax, şəvəlin içərisində zarıyan bir halda tapmış və götürmüşdülər. S.Rəhimov.\n3. məc. Soyuqluq, şaxta. Gün çıxdı, havanın şaxı sındı. – Havaların şaxı sındığından bu tərpəniş Muzdura çox ilıq gəlirdi. Ə.Əbülhəsən.\n4. sif. Hamar, düz; əzgin olmayan. Şax paltar. – Soydular Hacının şax paltarını; Tüfəngtapançanı, üç qatarını. H.K.Sanılı. Yazarsanmı, ay komandir, bax, kağız da tapmışam; Şeri bina köçürməkçin şax kağız da tapmışam. Z.Cabbarzadə.\n5. sif. Düz, sərrast, dümdüz, dik. ..[Şərəf] qələmə ağaclar kimi şax və nazikbədənli Şirzadı içəri buraxdı. M.İbrahimov. Məmmədcəfər Məmmədəlidən bir yaş böyük, uzunboylu, şax, qüvvətli bir kişi idi. S.Rəhman. • Şax durmaq (dayanmaq) – düz durmaq, özünü dik saxlamaq. Soldatlar şax durub çest verirdilər. Ə.Haqverdiyev. Qadın diksinmiş kimi düzəlib şax durdu. Mir Cəlal. ‣ (Üzünə) şax baxmaq – cəsarətlə, çəkinmədən, qürurla baxmaq. Özünü şax tutmaq – qürurlu, təşəxxüslü olmaq. [Gülara] özünü şax tutardı. İ.Əfəndiyev. ..Fərman özünü elə şax tutardı ki, elə bil, atasına tapşırılan işin yarısını o görəcəkdi. Ə.Sadıq. Sözü şax (üzünə) demək – birinin yanında heç bir eybi, utanılacaq işi olmadığına görə sərbəst halda fikrini demək, çəkinmədən sözünü demək. [Nəsir] hər kəsin çirkin əməlini şax üzünə deyərdi. S.S.Axundov. [Surxayın] sözü .. şax deməsi Həsən kişiyə ləzzət verirdi. M.İbrahimov. ..[Usta] yaramaz işlərinin üstünü açır, nöqsanlarını şax üzünə deyirdi. M.Hüseyn. Şax gəzmək – heç kəsin yanında eybi, qəbahəti, nöqsanı olmadığına inandığı üçün özünü alnıaçıq, başıuca, dikbaş aparmaq. [Fərman:] Bilirsiniz, həmişə şax gəzmiş bir adamam, indi məni əmim götürüb elə yerə çırpıbdır ki, xəcalətimdən insan arasına çıxa bilməyirəm. Ə.Haqverdiyev. Elə buna görə də [Babacan] hələ şax gəzir, açıq danışır, özünə isnad olunan bir çox nöqsanları boynuna götürmür(dü). Ə.Əbülhəsən. Üzünə şax baxa bilməmək – birinin yanında qüsuru, günahı olduğu üçün ondan utanmaq, xəcalət çəkmək. [Səmirə:] Nə uşaqların, nə də qayınanamın üzünə şax baxa bilirdim. M.Hüseyn. Üzünə şax baxmaq – birinin yanında eyibli işi, qəbahəti olmadığı üçün özünü onun qabağında sərbəst hiss etmək, ona qürurla, cəsarətlə baxa bilmək. [Qulu:] Deyirəm, Cimi, vicdanın olsun, elə elə ki, mən də sənə əməkgünü yazanda utanıb tər tökməyim. Camaatın üzünə şax baxım. İ.Əfəndiyev. şax-budaq top. Ağacın iri budaqları, şaxələri. Getdi meşə içrə odun qırmağa; Şaxbudağı başladı sındırmağa. A.Səhhət. [İlyas Adiləyə:] Mən əzilmiş kol-kosları, sınıq şaxbudaqları gördüm, lakin Tərlanı görə bilmədim. Ə.Məmmədxanlı. • Şax-budaq atmaq – bax. şaxələnmək. şax-budaqlı sif. İri şaxları, budaqları, qolları olan. Şax-budaqlı ağac. – Münbit və səxavətli torpaq bu, cəmisi yarım hektarlıq yerdə elə qüvvətli, şax-budaqlı ağaclar yetişdirmişdi ki, payızda meyvəsini yığıbyığışdırmaq olmurdu. S.Rəhman. [Qaçaqlar] yerli-yataqlı, şax-budaqlı qocaman bir çinarın dibində doyunca yeyib, al şərabdan içmiş, yatıb xumarlanırdılar. M.Rzaquluzadə. // Şaxəli, şaxələnmiş, haçalanmış. Maral yüyürdükcə tez-tez büdrəyir, şax-budaqlı buynuzları ağaclara toxunurdu. M.Hüseyn. şaxə bax. şax 1-ci mənada. Fərivər küləkləri, gecənin qaranlığından istifadə edərək çiçəklərlə ötüşdüyü zaman, haqquşu da çinarların şaxələrində şirin yuxuya dalan minlərcə quşların ninnisini oxuyurdu. M.S.Ordubadi. Ötürdü şaxədə şur ilə bülbül. M.Rahim. şaxələnmə “Şaxələnmək”dən f.is. şaxələnmək f. Şaxələrə, qollara ayrılmaq, şaxə vermək. Dəfələrlə [ağacın] budaqları kəsilsə də, yenə şaxələnib, qol-qanad açıb bar gətirirdi. Ə.Vəliyev. Toplandı bir yerə çaqıl, kirəc, su; İşçi qüvvəsilə şaxələndilər. M.Müşfiq. şaxəli sif. Şaxələri olan, qollu-budaqlı. Şaxəli ağac. – Şaxəli sünbülün, yerin sirdaşı; Polad da əridir alovda, odda. S.Vurğun. şaxıma “Şaxımaq”dan f.is. şaxımaq f. Güclü təsir etmək, vurmaq. Qarabağın isti günü şaxıdıqca az qala ağızlarda dili də qurudurdu. Ə.Vəliyev. [Nuriyyə:] Gün dik adamın təpəsindən şaxıdığından biz qayıdıb otağa girdik. İ.Əfəndiyev. [Fizzə xanım:] Nə yağış yağır, nə gün şaxıyır, amma [Nisə xanım] gərək aerodroma da yapon çətiri ilə gələ.. Ə.Məmmədxanlı. şaxis is. [ər.] geod. Yer səthi nöqtələrinin nisbi yüksəkliyini təyin etmək üçün alət; nivelir. şaxlama 1. “Şaxlamaq”dan f.is.\n2. Ağacın qurumuş qol-budağını kəsmə. Söyüdü şaxlama.\n3. Torpağa şax ilə (1-ci mənada) mala çəkmə. // bax. şaxmala. şaxlamaq f.\n1. Ləklərə şax vurmaq, ləkləri şaxla ayırmaq.\n2. Şax döşəmək, şaxla örtmək. Xəndəyin kənarlarını şaxlamaq. Barama qurdunun üstünü şaxlamaq. şaxlanma “Şaxlanmaq”dan f.is. şaxlanmaq f.\n1. Lovğalanmaq, təkəbbürlənmək, iddialanmaq, kəkələnmək. [Xudayar bəy övrətinə:] Dədən evindən mənə çox dövlətlər gətirmisən, bir az da şaxlan mənim üstümə. C.Məmmədquluzadə. Lal Hüseyn ürəklənib şaxlandı. M.İbrahimov.\n2. Şax dayanmaq, dikəlmək. ..Kəyan ayağa qalxdı və ufultu ilə bir şaxlanıb belini dikəltdi. Ə.Əbülhəsən. // Dal ayaqları üzərinə qalxmaq, şahə qalxmaq (at). şaxlı sif.\n1. Şax, şaxı olan, qatlanmamış. Şaxlı parça. – [Ərən:] Mariqerini hamama aparıb, ona uzun ipək paltar, şaxlı ipəkdən ləçək verdilər. Çəmənzəminli.\n2. Şaxı, qolu olan, qollu-budaqlı. Şaxlı ağac. – Girib belləmədi bir dəfə bağı; Qurutdu susuzluq şaxlı budağı. M.Dilbazi. şaxlı-budaqlı sif. Çoxlu şaxı, budağı olan, qollu-budaqlı. [Nurəddin] yoldan bir az kənar bir şaxlı-budaqlı ağac tapıb üstünə çıxdı ki, orada gecə yatsın. S.S.Axundov. şaxlıq is. Şax şeyin (parçanın) halı. Paltara şaxlıq vermək üçün nişastalayırlar. şaxmala is. Şaxlardan düzəldilmiş primitiv mala. şaxsey nida. Fəlakətli, dəhşətli, faciəli bir hadisə qarşısında çıxarılan fəryad səsi. Şəhərin arvadları dəstə-dəstə Hacının böyük bacısı Pərinisanın evinə dolub boşalmaqda idilər. Şaxsey və şivən səsi asimana bülənd olmuşdu. Ə.Haqverdiyev. [Heydər bəy:] ..Bizimkilər də şaxsey deyə, saçlarını yolurlar. S.S.Axundov. • Şaxsey vurmaq (təpmək, getmək) – yasda, məhərrəmlikdə ölü üçün saç yolmaq, fəryad qopararaq ağlamaq. [Fatma xanım:] Sənin kimi oğlun paltarın töküm, üstə şaxseyni təpim. N.Vəzirov. [Səttar:] Məhəlləmizdə şaxsey gedəcəklər, – dedi. – Gəlin, biz də gedib baxaq. P.Makulu. şaxsey-vaxsey is. din. Məhərrəmlikdə: imam Hüseynin qətli günlərində şiələrin mərsiyə, növhə oxuya-oxuya başlarına, sinələrinə vurub şivən qoparma mərasimi (sözün əsli “Şah, Hüseyn! Vah, Hüseyn!”-dir). Səhnənin dalından təbil və sinc səsi gəlir. Şaxseyvaxsey sədası eşidilir. Ə.Haqverdiyev. şax-şax şax-şax baxmaq – təşəxxüslə, qürurla, cəsarətlə baxmaq. [Məsmə] üzünü Şərəbanı arvada tutub şax-şax baxdı. Mir Cəlal. şaxşax is. Silkələdikdə içərisindəki xırda daşlardan səs çıxan uşaq oyuncağı. Uşaq üçün şaxşax almaq. – [Oyuncaqsatan:] Ay yaxşı şaxşax, banlayan xoruz! M.S.Ordubadi. şax-şəvəl top. Şax, ağac qırıntıları, kolkos. Yolun kənarlarını şax-şəvəl basmışdı. – Kəlbalanı yolun qırağında şax-şəvəlin içərisində zarıyan bir halda tapmış və götürmüşdülər. S.Rəhimov. Tutu dinləyib gözünü Qönçədən çəkdi, dərədəki şax-şəvələ baxdı. Ə.Vəliyev. ..Suyun bir hissəsini arxa döndərmək üçün adamlar məftillə sarınmış şaxşəvəldən hər birisi iki yük maşını boyda “qomlar” düzəldib çaya salırdılar. İ.Əfəndiyev. şaxta I. is. Çox soyuq, qış havası, bərk soyuq, sıfırdan aşağı hava temperaturu. Qar basmış küçələrdə şiddətli xəzri vıyıldayırdı. Şaxta insanın nəfəsini belə dondururdu. M.Hüseyn. Şiddətli yanvar şaxtası kəsib tökürdü. Mir Cəlal.\n\nII. [alm.]\n1. Faydalı qazıntıların çıxarıldığı və yeraltı işlərin aparıldığı yer. Don hövzəsi şaxtaları. Metro tikintisi şaxtası.\n2. tex. Bəzi konstruksiyalarda uzun, vertikal boşluq. şaxtaçı is. Şaxtada işləyən fəhlə, mədən fəhləsi. Şaxtaçı günü. Metro inşaatı şaxtaçıları. – Şaxtaçılar çalarkən zərbəsini dağlara; Radiodan yayıldı bu səda uzaqlara. M.Rahim. Yarışır hər şaxtaçı, metalçı, neftçi fəhlə. Ə.Cəmil. şaxtalı sif. Bərk soyuq. Şaxtalı günlər. Şaxtalı gecə. – Dərəcəsi, ölçüsü; Mənim vaxt ölçüm oldu; Bir şaxtalı qışdayam; Mənə əlvan baharı; Unutduran sən oldun. B.Vahabzadə. Cahandar ağa .. nə qədər çalışdısa da, əllərinin, çənəsinin əsməsini dayandıra bilmədi. Sanki onu şaxtalı, boranlı qış günündə buzlu suya saldılar. İ.Şıxlı. şaxtyor bax. şaxtaçı. şaiq [ər.] klas. Bir şeyə böyük şövqü, həvəsi, meyli olan; şövqlü. [Molla İbrahimxəlil:] Mən də sizi görməyə çox şad idim. M.F.Axundzadə. Yaran, bahar mövsümüdür aşiq olmalı; Canan yolunda ölmək üçün şair olmalı. A.Səhhət. şair is. [ər.] Şeir söyləyən və ya yazan şəxs; təbiətində şeir söyləmək və yazmaq qabiliyyəti olan şəxs. Sabir Azərbaycanın böyük satirik şairidir. – Bizdə şeir də var, sənət də vardır. Şairə, sənətə hörmət də vardır. S.Vurğun. Aləmə vəlvələ salmaq lazım; Quruluş şairi olmaq lazım. M.Müşfiq. şairanə sif. və zərf [ər. şair və fars. ...anə]\n1. Şairə xas, şair kimi, şairə məxsus; bədii. Xosrov yeddiillik məktəb qurtarmış, şeirlər yazmış və şairanə duyğularla yaşayan bir gənc olmuşdu. S.Rəhimov.\n2. məc. Gözəl, qəşəng, füsunkar, məftunedici, valehedici. [Şeyx Sənan:] Nə qədər şairanə bir xilqət! Yerə enmişdir adətən cənnət! H.Cavid. Şairanə bir gecədir Kür qırağında; Ağ ulduzlar çiçək-çiçək, göy üzü çəmən. S.Vurğun. şairə is. [ər.] Qadın şair. Cəfərin bibisi şairə idi. M.Arif. Səsimizi eşitdi; Tez gəldi şairə də; Görəndə səni birdən; Yerində dondu qaldı. R.Rza. şairkönüllü sif. Şair xasiyyətli, şair təbiətli, həssasqəlbli, incəqəlbli. Şairkönüllü adam. – Gecə açılmayır, doğmayır sabah; O şairkönüllü, xoşxəyallıya. S.Vurğun. şairlik is. Şeir yazma, şeir qoşma sənəti. Cəfər [Abdulla Şaiqin] hər bir addımını, hərəkətini təqib edir, elə bil, ondan şairlik ilhamı almağa çalışırdı. M.Arif. şakər is. [ər.] Xasiyyət, adət, vərdiş, əda. Bildirçinin bir qəribə şakəri vardır ki, yeri gen olsa oxumaz. H.Sarabski. Əhli-eşqə bu qədər naz eləmək yaxşı deyil; Bəsdir, insaf elə, əl çək bu yaman şakərdən! Ə.Vahid. şaqhaşaq zərf Şarıltı ilə, gurultu ilə, gur səslə. Sel şaqhaşaq üzüaşağı tökülürdü. – Guruldadı göy şaqhaşaq; İldırımlar şığıyaraq; Qaranlıqda tez-tez çaxdı. M.Dilbazi. şaqırdamaq bax. şaqqıldamaq 5-ci mənada. Ağzında min bir dastan; Bülbül kimi şaqırdar. A.Şaiq. şaqırtı bax. şaqqıltı. İri qanad şaqırtısına bənzər bir səs hələ alaçığımızın üstündə eşidilirdi. A.Şaiq. şaq (=şaqq) təql. Atılan güllədən və ya sınan ağacdan, budaqdan çıxan səs. Şaqq güllə səsi eşidildi. Şaqq ağac sındı. – Bu səslə tapança da dilləndi. Şaq, şaq güllələr açıldı. Mir Cəlal. şaqq (=şaq) təql. Atılan güllədən və ya sınan ağacdan, budaqdan çıxan səs. Şaqq güllə səsi eşidildi. Şaqq ağac sındı. – Bu səslə tapança da dilləndi. Şaq, şaq güllələr açıldı. Mir Cəlal. şaqqa I. is. İkiyə parçalanmış cəmdək. [Fərhad:] Bir qoyunun da şaqqasını yemək olarmı? Ə.Haqverdiyev. Tahirzadənin ilk işi o oldu ki, şərikli kəsdikləri şişəyin bütöv bir şaqqasını ayırıb, südçü məhəlləsinə, Məsmənin evinə göndərdi. Mir Cəlal.\n\nII. (=şaqqanaq) şaqqa(naq) çəkmək, şaqqa(naq) çəkib gülmək – bərkdən gülmək, qəhqəhə ilə gülmək, şaqqıltı ilə gülmək. Dəli Həsən bir Koroğluya baxdı, bir dönüb başının adamlarına baxdı, hündürdən bir şaqqa çəkib güldü. “Koroğlu”. ...Xan şaqqa çəkib güldü. S.Rəhimov. şaqqanaq (=şaqqa) şaqqa(naq) çəkmək, şaqqa(naq) çəkib gülmək – bərkdən gülmək, qəhqəhə ilə gülmək, şaqqıltı ilə gülmək. Dəli Həsən bir Koroğluya baxdı, bir dönüb başının adamlarına baxdı, hündürdən bir şaqqa çəkib güldü. “Koroğlu”. ...Xan şaqqa çəkib güldü. S.Rəhimov. şaqqalama “Şaqqalamaq”dan f.is. şaqqalamaq f. Şaqqa halında bölmək, parçalamaq; iki parçaya ayırmaq. [Qulu] ..qəssab kimi qızğın halda inəyi şaqqalayırdı. M.İbrahimov. Məmməd kişi həyətdə təzəcə kəsdiyi qoyunu şaqqalayırdı. S.Rəhman. Sonra Soltan xəncərini siyirib, ayını şaqqaladı. İ.Əfəndiyev. // Məc. mənada. [Fatma xanım:] Xiyar əyri bitəndə, a qız, analı-qızlı məni şaqqalayacaqsınız. N.Vəzirov. şaqqalanma “Şaqqalanmaq”dan f.is. şaqqalanmaq f.\n1. Uzununa iki tən hissəyə bölünmək.\n2. İki yerə ayrılma, haçalanmaq. Dağ iki yana şaqqalanmışdı. – İki yana şaqqalanmış (f.sif.) .. Tərtər çayının oynaq səsi .. dağlara çal-çağır salırdı. S.Rəhimov. şaqqalatma “Şaqqalatmaq”dan f.is. şaqqalatmaq icb. Uzununa iki hissəyə parçalatmaq, tən yarıya böldürmək. Qoyunu şaqqalatmaq. şaqqalı sif. Enlikürək, gövdəli, iri. Məmmədyarov kök, şaqqalı, qapqara saqqalı, bığı olan bir adamdı. S.Rəhman. [Ağasəfər] .. şaqqalı cavan oğlana baxdı və qrammofonun susduğundan yalnız indi xəbər tutmuş kimi təəccüblə soruşdu. Ə.Əbülhəsən. şaqqaşaq təql. Ağac və s. kövrək şeylərin sınmasından və ya bir-birinə toxunmasından hasil olan səs. // zərf Şaqqıltı ilə. [Oğlan] daş-qaşı bir-bir ehtiyatla götürüb yanından sallanan qiymət kağızını nəzərdən keçirdi, sayğacdakı dənələri şaqqaşaq tərpətdi. S.Rəhimov. Küçədə adam artırdı. Kitabsatan vəziyyəti belə gördü, tez qıfılı əlinə aldı, qapılarını şaqqaşaq çəkib bağladı. Mir Cəlal. şaqqıldaq is.\n1. Şaqqıltı səsi çıxaran uşaq oyuncağı; şaxşax. // Probka gülləatan uşaq tapançası.\n2. Ritmik səs yaratmaq üçün zərbli musiqi aləti. şaqqıldama “Şaqqıldamaq”dan f.is. şaqqıldamaq f.\n1. Şaqqıltı səsi çıxarmaq. Dağların başında gurultu güclənir, ildırım şaqqıldayır, yeri-yurdu tərpədirdi. S.Rəhimov. Göy gurultusu .. qulaqbatıran bir dəhşətlə şaqqıldayırdı. M.Hüseyn.\n2. Çatırdamaq, çırtıldamaq, şaq-şaq səs çıxarmaq. Sübhün həzin küləyi yaşıl yarpaqları bir-birinə vurub şaqqıldadırdı. Çəmənzəminli. Kəhrəbadan seçilməz alxımlar nəzərində; Ağzında şaqqıldayıb hər giləsi bal dadar. S.Rüstəm. Üzüm nə üzüm! Şəkər kimi şaqqıldayır, diş vuran kimi qana keçir. Mir Cəlal.\n3. Tərpəndikcə, bir-birinə dəydikcə şaqqıltı səsi çıxar(t)maq (bədən sümükləri haqqında). [Dərviş:] Canımda bir uçunma peyda oldu, dişlərim şaqqıldamağa az qaldı, canıma yanğı düşdü. A.Divanbəyoğlu. [İlyas:] Tərlanın boynu şaqqıldadı. O, yanakı sıçrayıb sıldırım qırağıyla çaparaq, enişə doğru getdi. Ə.Məmmədxanlı.\n4. Şaqqanaq çəkib gülmək, qəhqəhə ilə gülmək. Məşədibəy şaqqıldayıb güldü və yumurtanı əlinə aldı. M.Hüseyn. Nəriman əmi .. əllərini bir-birinə vuraraq bərkdən şaqqıldadı. İ.Əfəndiyev.\n5. Cəh-cəh vurmaq, cəh-cəhlə ötmək, oxumaq. Meyvəlidir ormanında ağaclar; Şaqqıldayır qırqovullar, turaclar. A.Səhhət. şaqqıldaşma “Şaqqıldaşmaq”dan f.is. şaqqıldaşmaq qarş.\n1. Şaqqıldamaq, şaq-şaq səs çıxarmaq (çox şey haqqında). Bir tərəfdə çeşmələr şaqqıldaşırdı. Bir tərəfdə gözəl çiçəklər qoxuyurdu. Mərmər hovuzlarda qızıl balıqlar oynaşırdı. Çəmənzəminli.\n2. Qəhqəhə çəkib gülmək (çoxları haqqında). ..Traktoristlər artıq özlərini saxlaya bilməyib, şaqqıldaşıb gülüşdülər. Ə.Məmmədxanlı. şaqqıldatma “Şaqqıldatmaq”dan f.is. şaqqıldatmaq icb. Bir şeyi digərinə vuraraq, toxunduraraq, çırparaq şaqqıltı səsi çıxartmaq. Sayğacın daşlarını şaqqıldatmaq. Qamçını şaqqıldatmaq. – Əmirqulu muşquraraq şallağını havada şaqqıldatdı. M.Hüseyn. şaqqıltı is.\n1. Sınan, partlayan, birbirinə dəyən şeylərdən, habelə ildırım çaxmasından, tez-tez atılan güllədən çıxan bərk qırıq səs. Birdən dışarıda şaqqıltı gəldi, sonra otağın qapıları açıldı, içəri bir kişi itələyib saldılar. Çəmənzəminli. ..Göyün dağlara səda salan şaqqıltısı .. bütün kişiləri də qorxuya salır. S.S.Axundov. Pulemyotların şaqqıltısından qulaq tutulurdu. Ə.Vəliyev.\n2. Bərkdən gülüş səsi, qəhqəhə səsi. Elə ki ikimiz olardıq, bir demək, bir danışmaq, bir qaqqıltı, bir şaqqıltı. Mir Cəlal. şaqqıma “Şaqqımaq”dan f.is. şaqqımaq bax. şaqqıldamaq. Göydə nə ay, nə ulduz, bütün dünya qapqara; İldırımlar şaqqıyır tərpənməyən dağlara. S.Vurğun. şaqraq I. sif. Şən, nəşəli, sevincgətirən, fərəhgətirən, ürəkaçan. Gözəldir baharın ilıq nəfəsi; Gözəldir bülbülün şaqraq nəğməsi. A.Şaiq. Şəhər tərəfdən qopan şən və şaqraq səslər şüalar kimi aləmə yayıldı. Mir Cəlal. Uşaqlar içində bir qız da vardı; Könlümü oxşardı şaqraq səsiylə. B.Vahabzadə.\n\nII. bax. qarquşu. şaqren is. [fr.] Yumşaq meşin dəri; qoduq dərisi. şaq-şaq zərf Qəhqəhə ilə, şaqqanaq çəkərək. Şaq-şaq gülmək. şaqşaraq bax. şaqhaşaq. Artıq “şaqşaraq” gurultu gəlir, sanki Dəlidağ aşağı ağarıb axan, köpüklənən nəhəng bir çayın ağzı açılırdı. S.Rəhimov. şaqul is. [ər.] Divarın şaquliliyini, düzlüyünü yoxlamaq üçün ucuna kiçik ağırlıq bağlanmış qaytan və ya ipdən ibarət alət; şüyül. şaquli sif. [ər.] Şaqul kimi yuxarıdan aşağıya enən; şaqul vəziyyətində olan; vertikal. Şaquli xətt. – Bu zaman məzarın başı ucunda qoyulmuş top kimi yuvarlaq və şaquli şəkilli bir çox təbii daşlar gördüm. A.Şaiq. [Səməd] yoldaşlarına üz tutub, borulardan birini şaquli vəziyyətdə suya salmağı xahiş eləyir. M.Hüseyn. şal is.\n1. Yundan və s.-dən toxunmuş böyük baş örtüyü. İpək saçaqlı şal. Tirmə şal. – Köçən qızı şal, yaxud çarşaba bürüyüb, o yığıncağın bir səmtində oturdardılar. R.Əfəndiyev. Sənəm dönüb, otaqdan yun şalını götürdü. S.Rəhimov.\n2. Nazik, yumşaq yun parça. [Kişinin] əynində qara şaldan beli büzməli don vardı. H.Sarabski. Güllü arvad sumağı şaldan genbol qırmızı tuman, yaxası və qolunun ağzı baftalı uzun arxalıq geymişdi. Ə.Əbülhəsən. // Şaldan tikilmiş. Şal paltar. – ..[Ərşadın] əynində əldətoxunma yun şal pencək-şalvar .. gəldi. İ.Əfəndiyev. Kəşmiri şal – vaxtilə Hindistanın Kəşmir vilayətindən gətirilən zərif, yumşaq və spesifik naxışlı yun parça, şal. şalaxo is. [gürc.] İti oynanılan şən oyun havası. şalaq is. məh.\n1. İri, sarı yemiş. Məlumdur ki, bir az hava qızdı, tərəkəmə əhli aranda dayana bilməz. Gərəkdir yaylağa qaçsın və orada soyuq düşənə kimi gərək bağ-bostan solmamış özünü arana yetirib, şalaqdan və kal meyvədən yeyib qızdırmaya düşsün. F.Köçərli. • Şalaq qovun (yemiş) – tezyetişən iri qovun növü.\n2. Kələmin kökünün dibində olan iri, qalın yarpaq.\n3. məc. dan. Abırsız, həyasız. O, şalağın biridir. şalapay [rus.] Avara, veyil. Amma xalaoğlum Əhməd şalapay çıxdı və özünü binamazlara yavıq saxladı. C.Məmmədquluzadə. şalban is. Şaxı, budağı, üst qatı təmizlənmiş böyük ağacın gövdəsi; dirək. Şalbanın bir ucu sənin çiynindədir. (Ata. sözü). [Mətbəxlərdə] şalbanlardan asılan, qışdan qalmış balqabaq, kudu, soğan, quru balıq, dəstə ilə qurumuş qarğıdalı, narın süpürgə, bezdən qab dəsmalları nəzərə çarpırdı. H.Sarabski. şalğam is. Xörəyə qatılan və ya heyvan yemi kimi işlədilən kökü yumru və ya uzun bostan bitkisi. Şalğam şorbasında turp özünü yağ sanar. (Məsəl). ‣ Şalğam etmək (eləmək) – darmadağın eləmək, qılıncdan keçirmək. [Dəlilər] Xəlil paşanın qoşununu hər tərəfdən şalğam eləyib, arakəsməyə salıb təklədilər. “Koroğlu”. şalğamlıq is. Şalğam əkilmiş yer, şalğam bostanı. şallaq bax. qırma(n)c. Küçədən fərraş Şimirəli əlində şallaq daxil olur. C.Məmmədquluzadə. Əmirqulu muşquraraq, şallağını havada şaqqıldatdı. M.Hüseyn. • Şallağa tutmaq – bax. şallaqlamaq. Sən hey de yoxumdur, çıxarıb canını allam! Vallah, oyub dideyi-giryanını allam! Şallağa tutub peysəriüryanını allam! M.Ə.Sabir. şallaqlama “Şallaqlamaq”dan f.is. şallaqlamaq f. Şallaqla vurmaq, qamçılamaq, qırmanclamaq. Atı şallaqlamaq. – Sanki Əsgər yuxuda idi, indi ayıldı, kəlləri şallaqlamağa başladı. Ə.Vəliyev. // Məc. mənada. [Mustafa həkimə:] Axı bu dəlini gətirib buraya qatmısınız, bizim günahımız nədi, bizi şallaqlayır? C.Məmmədquluzadə. şallaqlanma “Şallaqlanmaq”dan f.is. şallaqlanmaq məch. Şallaqla döyülmək, qırmanclanmaq, qamçılanmaq. şallı sif. Başına şal örtmüş, yaxud belinə şal bağlamış. şalvar is. Bədənin beldən aşağı hissəsini və qıçları örtən ikibalaqlı üst kişi geyimi. Şərəfoğlu .. şalvarının cibindən balaca bir açar çıxarıb, stolun siyirməsini açdı və oradan böyük bir kağız vərəqi götürdü. M.İbrahimov. Muxtar Zeynalov .. əllərini şalvar cibinə salıb, kabinetində gəzinməyə, dodaqaltı deyinməyə başladı. Ə.Vəliyev. şalvarlıq sif. Şalvara yarar. Yaxşı şalvarlıq parçadır. – [Bəy xonçasında] dolaqlar, bir şalvarlıq mahud və bunların əmsalı cehizlər qoyulmuş olur. R.Əfəndiyev. // İs. mənasında. Mağazadan şalvarlıq almaq. şam I. is. [ər.] İçinə fitil qoyulmuş piyli maddələrdən hazırlanan silindrik işıq ləvazimi. Yanır qəribanə kənd axşamları; Titrək işıqlarla məscid şamları. S.Vurğun. Çapıq Abbas cibindən uzun bir şam çıxarıb ortaya qoydu. S.Rəhman. // Lampa və s. işıq cihazları mənasında. Axşam oldu, gün batdı, şamlar yandı. A.Səhhət. ‣ Şam kimi (təki) sönmək – puça çıxmaq, yox olmaq. Orada ağladıqca hər dustaq ürək; Şam təki sönmüşdür ümidlə dilək. S.Vurğun. Şam kimi ərimək, şama dönüb ərimək – gündən-günə ərimək, çox arıqlamaq, ətini tökmək. Mələk şam kimi ərisə də, dərdini heç kəsə açmırdı. İ.Şıxlı. Zeynalın verdiyi şəklə baxandan sonra Mülayim arvad ikicə günün içində şam kimi ərimişdi. B.Bayramov. Burnuna şam iyi dəyməyib – bərkdən-boşdan çıxmamış, dərd görməmiş adam haqqında.\n\nII. is. [fars.]\n1. Axşam. Şam süfrəsi. • Şam(ü) səhər – axşam-səhər, səhəraxşam. Şamü səhər bülbül kimi ağlaram; Qorxuram qönçədən gülüm pozula. Aşıq Murad. Gəl, baba, məscidlərə, ehsanı gör! Şamü səhər aşı, fisincanı gör! Ə.Nəzmi. Şam ta səhər klas. – axşamdan-səhərədək. Dolanım başına şam ta səhər; Şəmi-camalının pərvanəsiyəm. Q.Zakir.\n2. Axşam yeməyi. ..Yusif şah buyurdu: – Tapşır, mənə şam hazır etsinlər ki, bu gün bir zad yeməmişəm. M.F.Axundzadə. Şamdan sonra xan yenə özünü çırthaçırtla yanan buxarının yanına verib oturdu. Çəmənzəminli. Hamı yedi, şam bitdi. Amma Məstan bəyin gözü yolda qaldı. B.Talıblı. • Şam etmək (eləmək) – axşam yeməyi yemək. Saat on birdə yenə qonaqları dəvət elədilər xörək otağına və yenə ağalar və xanımlar xörək stolunun ətrafına düzülüb başladılar şam eləməyə. C.Məmmədquluzadə.\n\nIII. , ŞAMAĞACI is. bot. İynəyarpaqlı, həmişəyaşıl, xırda qozaları olan ağac. [Şəmsiyyə və Səlimi] həyətə çıxdılar, cərgə ilə düzülmüş şamağaclarının arasında gəzməyə başladılar. M.İbrahimov. Şıdırğı yaz yağışından sonra qarağac, qələmə, şamağacları sükuta qərq olmuşdu. Mir Cəlal. şamama is. [ər.] Çox ətirli və şirin, adətən yeyilməyən kiçik yemiş növü. Mən gələndə şamamalar gülüdü; Dörd yanımı atlı kazaq bürüdü. “Qaçaq Nəbi”. Cavanlar özləri ilə toyxanaya alma, portağal, şamama, .. püstə, badam gətirərdilər. H.Sarabski. Xarabalar əvəzinə qovunlar, şamamalar rəng verib rəng alırdı. M.Hüseyn. • Şamama kimi – 1) çəhrayı, təzə, tər. Qumrunun şamama kimi tər, mərmər kimi ağ vücudunu gördükdə atlı içindən qovrulur(du). Mir Cəlal; 2) yumru, girdə. şaman is. [tunq.] Ruhlara, magiyaya inanan xalqlarda (əsasən şimal xalqlarında): sehrbaz, ovsunçu, cadugər (şamanlar oxumaqla, dəf çalıb-oynamaqla özlərini cuşa gətirərək, guya ruhlarla münasibətə girərək, adamların xəstəliklərini sağaltdıqlarına, onlara uğurlu ov təmin etdiklərinə və s.-yə inanırdılar). şamanizm bax. şamanlıq. şamanlıq is.\n1. Bəzi şimal, Orta Asiya, İndoneziya, Okeaniya, Amerika, Afrika xalqlarında ruhlara, magiyaya sitayiş etməkdən ibarət din forması.\n2. Şamanın işi, peşəsi; sehrbazlıq, cadugərlik. şamata bax. şəmatət. şamayı is. [fars.] Xəzər, Qara dəniz, Azov dənizləri hövzələrində çox yayılmış balıq. Şamayı .. pulcuqları gümüşü, bel tərəfi tünd-yaşıl, üzgəcləri isə açıq rəngdə olur. Y.Əbdürrəhmanov. şamdan is. [ər. və fars.] Şam qoymaq üçün altlıq. Otaqlarda yanan şamdanlar söndürülmüşdü. M.S.Ordubadi. Pəncərədən sarı şamdanlar asılardı. H.Sarabski. şamdançı is. Keçmişdə: saraylarda işıq işlərinə baxan şəxs. şamdangülü is. bot. Ətirşah fəsiləsindən bəzək bitkisi. Ətirşah fəsiləsinin şamdangülü cinsinin növləri bəzək bitkiləridir. M.Qasımov. şamil is. [ər.] İçinə alma, qaplama, aid olma, dəxli olma (adətən “etmək”, “olmaq” köməkçi feillərilə işlənir). Bu məsələ sizə də şamildir. Göstəriş hamıya şamildir. • Şamil etmək – aid etmək. [Nuxulular:] Saniyən, hər birimiz bir töhfeyi-həqir xidmətinə gətirmişik, əgər qəbul edib öz şəfqətini bizə şamil edə. M.F.Axundzadə. Xəlifə onların hər birisinə tək-tək cavab verib, onlar üçün Allah dərgahından səadət və dövlət rica edəcəyini və duasını onların barəsində şamil edəcəyini vədə verdi. M.S.Ordubadi. şamkimilər cəm bot. Çılpaq-toxumlu, iynəyarpaqlı bitkilər fəsiləsinin adı. Şamkimilər fəsiləsinin .. yarpaqları xırda pulcuq şəkilli və ya dəstələrlə yığılmış iynəşəkillidir. Toxumdaşıyan qozaları nisbətən kiçik olub girdədir, toxumları yetişəndə ağaclaşır və ya giləmeyvə şəklini alır. H.Qədirov. şamlıq I. is. Axşam yeməyi, axşam üçün hazırlanan yemək(lər). Şamlıq nəyiniz var? Şamlıq hazırlamaq.\n\nII. is. Çoxlu şam ağacı bitən yer, şam meşəsi. Kəndin üst tərəfi şamlıqdır. – Doktor otağına qayıtdı. Şamlığa açılan pəncərələri geniş-geniş açdı. A.Şaiq. şamot is. [fr.] Odadavamlı bişmiş gil və həmin gildən hazırlanmış kərpic. şampan [coğrafi addan] Köpüklənən, qazlı üzüm şərabı. Azərbaycan Şampan şərabı. şampanski [rus. “şampanskoe”dən] dan. bax. şampan. [Səfdərqulu bəy:] Mənim sağlığıma bir stəkan şampanski içməyə də vaxtın yoxdur. S.S.Axundov. [Əsgər:] Elə belə, komandirsən, gəl gedək, bizim komanda məntəqəsinə bax: lampası... peçi... çayı, şampanskisi... Ə.Əbülhəsən. şampun [ing.] Baş yumaq üçün ətirli duru sabun və ya sabun tozu. şamsız zərf Axşam yeməyi yemədən. Qonşuya ümid olan şamsız yatar. (Ata. sözü). Çox gecəm var ki, şamsız yatıram; Çaysız, həm təamsız yatıram. S.Ə.Şirvani. [Pəricahan xanım:] [Ağca xanımı] otağına aparın. Bu gecə şamsız qalacaqdır. S.S.Axundov. şan I. is. [ər.] Ad-san, şöhrət, şərəf. Bürüyüb aləmi şanın, şöhrətin; Bir de, qoç Koroğlu, nədən məlulsan? “Koroğlu”. [Cəngavər:] Səyavuş bu yurdun fəxri, şanıdır. H.Cavid.\n\nII. is. Balı saxlamaq və toxum tökmək üçün arıların pətəkdə mumdan düzəltdikləri gözcüklər. Bu təsəlli mənə bəsdir, olar asudə halım; Ki, bu şanlarda mənim də var iki qətrə balım. A.Səhhət. Kosa əlindəki suyu süzülən şanları pəncərəyə qoyub çıxa-çıxa deyindi.. S.Rəhimov. şana is. Otu, samanı, küləşi yığmaq üçün uzunsaplaqlı diş-diş dəmir və ya ağac alət, yaba. Qəhrəman .. xırmandan kənara çıxmır və şananı yerə salmırdı. S.Rəhimov. [Musa:] Oğlan, şananı mənə ver.. M.İbrahimov. şanagüllə is. bot. Sulaqlı yerlərdə bitən çiçəkli su bitkisi.. şanalama “Şanalamaq”dan f.is. şanalamaq f. Şana ilə otu, küləşi, samanı və s.-ni yığmaq, yaymaq, atmaq, səpələmək. Həsi bu gün böyük xırmanın qırağını əvvəlcə çaldı, sonra şanaladı. S.Rəhimov. şanapipik is. zool. Əyri dimdiyi, darağabənzər kəkili, ala-bəzək lələyi olan quş; şinəbub. şana-şana sif. Göz-göz, dəlik-dəlik. şan-beçə is. Cavan bal arısı. Şan-beçə balı. – Yetər bu dəfə böyük və ağ süfrə ilə örtülü bir məcməyi gətirib ortalığa qoydu, ..[məcməyidə] sapsarı təzə nehrədən çıxmış inək yağı, bir yekə nimçə şan-beçə balı, bir böyük kasa camış qatığı, altı yumurtanın qayğanağı (vardı). Qantəmir. şanə is. [fars.] klas. Daraq. Xumar-xumar baxmaq göz qaydasıdır; Lalətək qızarmaq üz qaydasıdır; Pərişanlıq zülfün öz qaydasıdır; Nə badi-səbadan, nə şanədəndir. M.P.Vaqif. şanələnmə “Şanələnmək”dən f.is. şanələnmək f. klas. Şanə-şanə olmaq. // məc. Dəlik-dəlik, deşik-deşik olmaq, parçalanmaq. Qəmzə xəncərindən, müjgan oxundan; Ciyər parə-parə, dil şanələnmiş. M.V.Vidadi. şanə-şanə zərf klas. Parça-parça, tikətikə, deşik-deşik. • Şanə-şanə olmaq klas. – parça-parça olmaq, tikə-tikə olmaq, dəlikdəlik olmaq, şanələnmək. şanı is. Çox şirin, şirəli, ətirli üzüm növü. Ağ şanı. Qara şanı. – [Səkinə qarı:] Qarpız da almışam, hələ Buzovnadan şanı da gətiriblər. M.İbrahimov. şanlı sif.\n1. Rəşadətli, cəsur, qəhrəman. Şanlı əsgərlərimiz. // Şöhrətli, şərəfli, uca. – [Nüşabə:] Şanlı tariximiz görməmiş ləkə; Zəfərlər qazanmış bu şanlı ölkə! A.Şaiq. Bu günlər, şanlı günlər, şən günlər; Yoluna düşən günlər; Hələ qarşımızdadır. M.Müşfiq.\n2. Möhtəşəm, əzəmətli. Şanlı saray. şanlı-şərafətli (=şanlı-şərafətli şöhrətli) bax. şanlı-şövkətli (şöhrətli). şanlı-şərafətli şöhrətli (=şanlı-şərafətli ) bax. şanlı-şövkətli (şöhrətli). şanlı-şövkətli (=şanlı-şövkətli şöhrətli) sif. Yüksək şanlı, şərəfli, yüksək mənsəbli. // Dəbdəbəli, həşəmətli, cah-calallı. şanlı-şövkətli şöhrətli (=şanlı-şövkətli ) sif. Yüksək şanlı, şərəfli, yüksək mənsəbli. // Dəbdəbəli, həşəmətli, cah-calallı. şans is. [fr.] Uğur qazanmaq imkanı. şanson is. [fr.] XV-XVI əsrlərdə fransız musiqi renessansının (intibahının) görkəmli nümayəndələrinin yaradıcılığında aydın milli xüsusiyyətlər kəsb edən polifonik mahnılar. şan-şan sif. Şanlar şəklində, göz-göz, deşik-deşik. ..Sinənin içində olan ağ ciyər şan-şandır. H.Zərdabi. • Şan-şan etmək (eləmək) – deşik-deşik etmək. Güllə sinəsini şan-şan elədi. – Hamı adamların gözünün qabağında Nəbigil Məcid bəyi güllələyib şanşan elədilər. “Qaçaq Nəbi”. Vurub bağrını [tərlanın] elədi şan-şan. M.Seyidzadə. Şanşan olmaq – bax. şanə-şanə olmaq (“şanəşanə”də). Çöldə taxıl şan-şan olur, tellənir; Dərya kimi ləpələnir, yellənir. A.Səhhət. ‣ Bağrı (ürəyi) şan-şan olmaq – bax. bağrı qan olmaq (“bağır”da). Fələk saldı dürlü-dürlü odlara; Şan-şan olmuş, parələnmiş könlümü. M.V.Vidadi. Qara bağrım şan-şan oldu, dəlindi; Gahdan ağla, gahdan yada sal məni. Aşıq Abbas. Kimsənin Veysin şan-şan olan bağrından xəbəri yox idi. Ə.Əbülhəsən. Bağrını (ürəyini) şan-şan eləmək – bax. bağrını qana döndərmək (“bağır”da). Aşiqlər bağrını şan-şan eylərsən; Gündə birin kəsib qurban eylərsən; Hər qıya baxanda yüz qan eylərsən; Müşküldür dolanmaq, yağı, səninlə. Q.Zakir. Çəkib almaz kirpiyini; Bağrımı şan-şan elədin. Aşıq Ələsgər. şan-şərafət bax. şan-şövkət (şöhrət). şan-şövkət (=şan-şövkət şöhrət) is. Şöhrət, həŞAPIR-ŞAPIR zərf Səs çıxara-çıxara, tezşəmət, şan, ad-san. Hanı nizəm, hanı atım? Kəsildi şanı-şövkətim... “Koroğlu”. Tərk edərək bütün istirahəti; Qazanmışam mən bu şanü şövkəti. A.Səhhət. Qəhrəmandır, igidin hörməti var; Özü gənc olsa da şanşöhrəti var. A.Şaiq. şan-şövkət şöhrət (=şan-şövkət ) is. Şöhrət, həşəmət, şan, ad-san. Hanı nizəm, hanı atım? Kəsildi şanı-şövkətim... “Koroğlu”. Tərk edərək bütün istirahəti; Qazanmışam mən bu şanü şövkəti. A.Səhhət. Qəhrəmandır, igidin hörməti var; Özü gənc olsa da şanşöhrəti var. A.Şaiq. şantaj is. [fr.] İfşaedici məlumat yayma hədəsi ilə nə isə tələb etməkdən ibarət cinayət. şantan is. [fr.] Əyləncə müəssisəsi. şapalaq is.\n1. Əlin içi ilə vurulan zərbə, şillə. Üzünə bir şapalaq çəkdi. – Məşədi Salman axırıncı dəfə bu cavabı eşitdikdə Məmmədə bir şapalaq vurdu. T.Ş.Simurq. ..[Çobanların] çomaqları ki əlindən düşdü kütləşdilər, yəni yumruqla, şapalaqla bir şey eləyə bilmirdilər. İ.Əfəndiyev.\n2. Ovuc, əliçi. Qoca yemə cumdu, .. iki şapalaqda payının yarısını ötürdü. M.Hüseyn. • Şapalaq vurmaq – ovcu ilə, əlinin içilə götürmək, ovuclamaq. Bəziləri, xüsusən kişilər sol əllərini yerə verib, sağ əli ilə aşa iri şapalaqlar vururdular. Ə.Əbülhəsən. ‣ Şapalaqla üz qızartmaq – bir şeyi süni yolla gizlətməyə, yaxşı göstərməyə çalışmaq. [Hacı:] Mən şapalaqla üz qızardıram, xaricilər elə bilirlər ki, Hacının qızılı daşır. M.S.Ordubadi. şapalaqlama “Şapalaqlamaq”dan f.is. şapalaqlamaq f. Şapalaq vurmaq, şillələmək. [Müqim bəy] sonra da ayaqlarının ucunda dikəlib, peysərini şapalaqladı. S.Rəhimov. [Mollabacı] ..qulağımdan tutub, şapalaqlamağa başladı. H.Sarabski. Geysubəyim Manafı şapalaqlamağa, üzünə tüpürməyə, yenə də hərzə-hədyan danışmağa başladı. Ə.Vəliyev. şapalaqlanma “Şapalaqlanmaq”dan f.is. şapalaqlanmaq məch. Şapalaqla vurulmaq, şapalaq yemək. şapatlama “Şapatlamaq”dan f.is. şapatlamaq f. Arasıkəsilmədən, dalbadal, şappaşap vurmaq. [Kəndli] şəhərə bir azca ertə çatmaq üçün; Tələsirdi qabaqca satmaq üçün; Çün bu işdə qazanc adı var idi; Qazları incidib şapatlar idi. A.Səhhət. [Hacı Qambay] əlindəki qamçı ilə çatdığı uşağı şapatlayırdı. Qantəmir. şapır-şapır zərf Səs çıxara-çıxara, tez-tez; marçamarç. Buzov şapır-şapır anasını əmirdi. // Məc. mənada. Bu səfahət və əyyaşlığın onlar bir gün cəzasını çəkəcəklər. Çəkincəyə qədər də həyatın bütün zövq və nəşəsini şapır-şapır əməcəklər. A.Şaiq. şapırdatma “Şapırdatmaq”dan f.is. şapırdatmaq bax. şappıldatmaq. [Sadıq] balın yarısını qayğanağa qarışdırandan sonra qatığın çox hissəsini də üstünə töküb, ağzını şapırdata-şapırdata yeyir. Q.Qantəmir. şapiroqraf [xüs. ad və yun. grapho – yazıram] Təkmilləşdirilmiş hektoqraf; əlyazmasını və ya çap ottisklərini çoxaltmaq üçün alət. şapka [rus.] Əsasən isti, yumşaq baş geyimi, papaq. Başına şapka qoymaq. – Kərbəlayı Zalın arvadı hərdənbir deyirdi: – A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Ə.Haqverdiyev. [Musanın nəvəsinin] başındakı xaki rəng şapkasını görüb, zənn etmə ki, daha onun başqa borcu yoxdur. Qantəmir. şapkaçı is. Şapka tikən usta. Şapkaçı dükanı. şapkalı sif. Başında şapka olan, şapka geymiş. Bir gün [çayçı dükanına] qara şapkalı, çənəsində kiçik qarasaqqallı, qara paltarlı bir müsafir gəldi. H.Nəzərli. Məktəbin .. şapkalı tələbələri Hüseynin arıq və əsəbi üzünə yan-yanı baxır, onun cırıq paltarına, atasından qalma köhnə, iri ayaqqabılarına masqara edib gülürdülər. S.Rəhman. şaplama “Şaplamaq”dan f.is. şaplamaq f. Şapalaq vurmaq, şapalaqlamaq. [Əhməd:] İstəyirsənmi, peysərinə bir, beş, on yol da şaplayım, elə düz gedəsən?.. N.Vəzirov. şappadan zərf Birdən, qəfildən, gözlənilmədən. Şappadan pəncərədən bir şey düşdü. şappıldama “Şappıldamaq”dan f.is. şappıldamaq f. Şappıltı səsi çıxarmaq. şappıldatma “Şappıldatmaq”dan f.is. şappıldatmaq icb. Bir şeyi başqa bir şeyə vuraraq, çırparaq, toxunduraraq şappıltı səsi çıxartmaq. Yenə də məsciddə heyrət başlandı, yenə də dilləri damaqlarda şappıldatmağa başladılar. M.S.Ordubadi. ..[Nəzarətçilər] qamçını .. bir-birinin qalın meşin çəkmələrinin boğazlarına çırpıb şappıldadır, bundan zövq alırdılar. M.Rzaquluzadə. şappıltı is. Bir şeyin başqa bir şeyə, şarappadan bax. şappadan. Birdən yaxud bir-birinə dəyməsindən hasil olan səs. Bir şappıltı eşidildi. – Cavab əvəzinə itlərdən birinə zərblə dəyən qırmancın şappıltısı eşidildi. M.Hüseyn. Bir də çayın içində şappıltı səsi eşidildi. T.Ş.Simurq. şap-şap (=şap-şup) is. Yüngül, dabanı açıq, yastı ayaqqabı. Keçmiş zamanlarda .. hər arvadın ayağında şap-şapı və yastıdaban bir başmağı vardı. Qantəmir. şap-şup (=şap-şap) is. Yüngül, dabanı açıq, yastı ayaqqabı. Keçmiş zamanlarda .. hər arvadın ayağında şap-şapı və yastıdaban bir başmağı vardı. Qantəmir. şar [rus.]\n1. riyaz. Öz diametri ətrafında dairənin fırlanmasından yaranan həndəsi cisim; kürə. Şarın radiusu. Şarın səthi.\n2. Bu şəkildə olan şey. Bilyard şarı. Fənər şarı.\n3. köhn. Keçmişdə səsvermə zamanı istifadə edilən şarşəkilli şey (namizədin lehinə və əleyhinə verilən səsin miqdarı qutuya atılan şarın miqdarına əsasən təyin edilirdi). Şarla səsəqoyma. Ağ şar (lehinə səs). Qara şar (əleyhinə səs). şaraban [fr.]\n1. Keçmişdə bir neçə sıra uzununa oturacaqları olan dördçarxlı açıq minik arabası.\n2. Biratlı, ikiçarxlı yüngül minik arabası. Boş vaxtı axşam ki oldu, budur ha, faytonların, şarabanların başı açılırdı. M.Rzaquluzadə. şarabənzər sif. Şar kimi girdə, yumru, şaraoxşar, kürəşəkilli. şarada is. [fr.] Cavabı müxtəlif sözlərdən ibarət tapmaca. İsti + ot = istiot. şaraqqaşaraq bax. şaqqaşaq. şaraqqıltı bax. şaqqıltı. Şamxal [Çərkəzə] çaxmaq şaqqıltısını eşidib dinləndi: – Ə, mənəm, nə səs-küy salıbsan? İ.Şıxlı. şaraq-şaraq zərf Şaraqqıltı ilə, şaraqqaşaraq. Su şaraq-şaraq axaraq daşı, qumu bir-birinə qatıb gəlirdi. M.İbrahimov. Meşələr və uçurumlu dərə şaraq-şaraqla dolmuşdu. İ.Əfəndiyev. Darvazalar şaraq-şaraq; Gah örtüldü, gah açıldı. B.Vahabzadə. şaraoxşar bax. şarabənzər. şarap təql. Ağır bir şeyin bütün ağırlığı ilə yerə dəyməsindən hasil olan səs. Şarap, yük düşdü yerə. – [Əsgər:] Bir də gördüm, dalımca gələn götürüldü, ədə dayan, ədə dayan... Dayanmadı, part bir güllə. Bir də gördüm, şarap yıxıldı yerə. Ü.Hacıbəyov. Məmməd gördü ki, heyvanın gözləri yavaşyavaş süzülüb yumuldu, qulaqları sallandı, durduğu halda yıxılıb, şarappadan yerə düşdü. E.Sultanov. şarappaşarap təql. zərf mənasında. Şappıltı ilə, şappıltı səsi çıxararaq. Bir azdan yenə də həmin oynaq dalğalarda bir adam şarappaşarapla qayıtdı. S.Rəhimov. ..Cənnət xanımın hirsi soyumadı, şarappaşarap ilə əlüzünü yudu. Mir Cəlal. şarf bax. şərf. Müəllim göründü. Boynunu şarfla sarımışdı. S.Hüseyn. şarhaşar zərf Şiddətlə, şarıltı ilə (gur axan su haqqında). Şarhaşar tökülmək. Navalça şarhaşar axırdı. – Tökdü birdən-birə yağış şarhaşar; Həyətdə, küçədə su daşdı, getdi. R.Rza. Bir azdan sonra yağış çiləməyə başladı və çox keçmədən şarhaşarla tökdü. Ə.Sadıq. şarıldama “Şarıldamaq”dan f.is. şarıldamaq f. Şarıltı ilə axmaq, tökülmək və yaxud çarpmaq. Dəniz yavaş-yavaş uğuldayır, dalğalar zərblə qayalara çırpılaraq şarıldayırdı. M.Hüseyn. şarıltı is. Gur axan sudan çıxan səs. [Xanlar] ..sahilə çırpınan dalğaların şarıltısını belə eşitməmişdi. S.Rəhimov. şarıl-şarıl zərf Şarıltı ilə, şır-şır. Sular şarıl-şarıl axır. şarj is. [fr.] Bir şəxsin və ya şeyin qəsdən gülünc, karikatura şəklində təsviri (söz və şəkillə). şarlatan [fr.] Bir şey bilmədiyi halda, özünü bilən, mütəxəssis kimi göstərərək adamları aldadan, nadan; yalançı, fırıldaqçı, cüvəllağı. Şarlatanın biridir. – Bunlar da yaxşı adamlardır, amma şarlatandırlar. C.Məmmədquluzadə. // zar. Yüngül söyüş mənasında. [Məşədi İbad:] Tuf!.. Rədd ol, şarlatan!.. Ü.Hacıbəyov. Namuslu insanların içində; Orda-burda şarlatanlar da vardır. R.Rza. şarlatanlıq is. Adamların məlumatsızlığından istifadə edərək onları həyasızcasına aldatma; kələkbazlıq, cüvəllağılıq. [Kərbəlayı Rəcəb:] Zamanə cahılları şarlatanlıqdan başqa bir şeyə yaramazlar. N.Vəzirov. Hacı Saleh çox çalışdı ki, oğlunu oxutsun, ancaq Əsgər şarlatanlıqdan əl çəkib oxumadı. C.Cabbarlı. • Şarlatanlıq eləmək – şarlatan kimi etmək, adamları aldatmaq. şarlı sif. Şarı olan; öz quruluşunda, konstruksiyasında şaraoxşar hissələr olan. Şarlı lampa. Şarlı fənər. – Birdən-birə enli, iki tərəfi xiyaban, baş küçədə cərgə-cərgə iri ağ şarlı işıqlar yandı. M.Rzaquluzadə. şarnir is. [alm.] Mexanizmin hərəkətini təmin edən hissələrinin mühərrik birləşməsi. şarp (=şarpadan) zərf Gözlənilmədən, qəfildən, birdən. Uşaq şarpadan üzüqoylu yıxıldı. – [Dərviş:] Ruqiyyə durub alaçığa qaçdı, orada şarpadan yıxıldı. A.Divanbəyoğlu. şarpadan (=şarp) zərf Gözlənilmədən, qəfildən, birdən. Uşaq şarpadan üzüqoylu yıxıldı. – [Dərviş:] Ruqiyyə durub alaçığa qaçdı, orada şarpadan yıxıldı. A.Divanbəyoğlu. şarpaşarp zərf Dalbadal, arasını kəsmədən, şiddətlə. Şarpaşarp təpəsinə çırpmaq. Şarpaşarp kürəyinə vurmaq. – [Odabaşı:] [Ana] qızını bu halətdə görüb başladı şarpaşarp dizlərinə döyməyə. Ə.Haqverdiyev. Araba sürən cavan uşaqlar ayağa qalxıb, zoğal ağacı ilə şarpaşarp öküzləri döyəclədilər. Mir Cəlal. şarpıldatma “Şarpıldatmaq”dan f.is. şarpıldatmaq f. Əl, qamçı və s. ilə dalbadal çırpmaq, vurmaq, şappıldatmaq. [Bəbir bəy] gah fit çalır, gah da çəkməsinin boğazından asılan qamçını şappıldadaraq həzz alırdı. Mir Cəlal. şarpıltı bax. şappıltı. şar-şar (=şar-şarla) bax. şarhaşar. ..Tulumbarların taq-taqla qalxıb-düşməsi və qara neftin dağ çayları kimi şar-şar axıb çənlərə tökülməsi .. əhəng və əzəmət təşkil edirdi. B.Talıblı. şar-şarla (=şar-şar) bax. şarhaşar. ..Tulumbarların taq-taqla qalxıb-düşməsi və qara neftin dağ çayları kimi şar-şar axıb çənlərə tökülməsi .. əhəng və əzəmət təşkil edirdi. B.Talıblı. şartaşart təql. Dalbadal açılan güllə, yaxud qamçı səsinə təqlidən deyilir. Boyaboy bir-iki addım atıb, ayağını ağacların və kol-kosun seyrəldiyi yerə basınca şartaşartla onun lap qulağının dibindən bir-iki güllə keçdi. Ə.Əbülhəsən. şarthaşart zərf Güclü alovla, səslə (yanan quru ağac, odun və s. haqqında). Qaratikanlar şarthaşart yanır, alovlanır, burula-burula göyü bürüyürdü. Ə.Vəliyev. şartıldama “Şartıldamaq”dan f.is. şartıldamaq f. Şart-şart səs çıxarmaq. Musiqi susan kimi toybəyinin zoğal qamçısı şart-şart şartıldayırdı. Mir Cəlal. şart-şart təql. Güllə və ya nazik çubuq, qamçı zərbəsinin səsinə təqlidən deyilir. Birdən şart-şart bir neçə güllə səsi eşidildi. Ə.Əbülhəsən. şassi [fr.] tex.\n1. Müxtəlif maşın və qurğuların kuzovsuz çərçivəsi və ya özülü. 5 at gücündə olan motor maşını həm yedəkçi traktor kimi, həm də asma kənd təsərrüfatı alətləri ilə birlikdə motorlu şassi kimi işlətməyə imkan verir. (Qəzetlərdən).\n2. Müxtəlif cihazların, radioaparatlarının və s.-nin əsas hissələrinin üzərində quraşdırılan özülü.\n3. Təyyarələrdə: göyə qalxıncaya qədər və enəndən sonra onların aerodrom üzərində hərəkətinə xidmət edən və yerə endikləri zaman zərbə gücünü azaldan qurğu, hissə. şaşdırma “Şaşdırmaq”dan f.is. şaşdırmaq f. Heyrətə salmaq, çaşdırmaq, sarsıtmaq. [Rzaquluxan:] ..Qızım, sənin adın yanımda çəkiləndə, arzu və amalımın natamam qaldığı gözümün önündə mücəssəm durur. Məni şaşdırıb qoyur. M.S.Ordubadi. ‣ Ağlını şaşdırmaq (çaşdırmaq) – 1) ağlını əlindən almaq, dəli etmək. [Ustanın arvadı:] A kişi, cin-zad səni vurub, ağlını-zadını şaşdırmayıb ki, hədərən-pədərən danışırsan. Çəmənzəminli; 2) ağlı başından getmək, ağlı azmaq, başı xarab olmaq. şaşırma “Şaşırmaq”dan f.is. şaşırmaq f. Bir iş, bir hadisə və s. qarşısında özünü itirmək, çaşıb qalmaq, nə edəcəyini bilməmək. Dilaranın səsinə çıxan anası da şaşırmışdı. C.Cabbarlı. Qız [müəllimi] görüncə, şaşırıb üzünü örtməyə tələsdikdə, səhəngini salıb qırmışdı. S.Hüseyn. şaşırtma “Şaşırtmaq”dan f.is. şaşırtmaq f. Çaşdırmaq, karıxdırmaq. “Cənab Bax” sözü pristavı da şaşırtdı, əllərini çırpdı, yerindən qalxdı. Çəmənzəminli. Ömür dedikləri sorsalar nədir? Xətləri qarışıq bir xəritədir; İnsanın gözünü şaşırdır bəzən... S.Vurğun. şaşkb [rus.] Tiyəsi uzun, azca əyri, ucu şiş, kəsici soyuq silah; qılınc. Şaşka taxmaq. – Zadeyi-Hacı Məlik tazə kvartalni olub; Belinin üstə asıbdır bir uzun şaşkanı. S.Ə.Şirvani. [Süvari] qotazlı şaşkanın dəstəsindən tutub sinəsinə yapışdırdı. S.Rəhimov. şaşkalı sif. Şaşka taxmış, şaşka gəzdirən, şaşkası olan. Şaşkalı zabitlərin ağır addımları döşəmədə fəlakət kimi səslənəndə evdə vaveyla ucaldı. Mir Cəlal. şaşqın sif.\n1. Nə edəcəyini bilməyəcək dərəcədə fikirli, özünü itirmiş, çaşmış, çaşıb qalmış, qarıxmış, çaşqın. Hikmət İsfahani ağır bir təəssürat altında saraydan çıxdı. Fikri şaşqın, qəlbi həyəcanlı idi. M.İbrahimov. Qız [oğlanın] şaşqın tərəddüdünü görüb gülümsədi. İ.Əfəndiyev. // Zərf mənasında. Gülzar bir şey axtaran və ya kömək gözləyən kimi, şaşqın o yan-bu yanına baxdı. T.Ş.Simurq. Gülyaz gecəyarısı şaşqın halda oyanıb, Səmədi evdə görmədi, onun haraya getdiyini dərhal anladı. M.Hüseyn.\n2. Sərsəm, ağlını itirmiş. [Qızlar:] Şaşqındır o divanə; Gəl, gəl, oluruz rüsva. H.Cavid. // is. Şaşqın adam. [Rauf:] Əvət, şaşqınlar daim əsəbi və bədbin olurlar. H.Cavid. şaşqınca zərf Şaşqın kimi, çaşmış halda, dəlicəsinə. [Xəyyam:] İştə, bir səs ki edər göylərə şaşqınca xitab; O sağır göy, əcəba, kimsəyə vermişmi cavab? H.Cavid. şaşqınlaşma “Şaşqınlaşmaq”dan f.is. şaşqınlaşmaq f. Şaşqın hala gəlmək. şaşqınlıq is.\n1. Şaşqın adamın halı; çaşqınlıq. [Firidun] böyük bir gərginliklə şaşqınlığını, həyəcanını və iztirablarını boğaraq, sərtiblə vidalaşdı. M.İbrahimov. Bircə qırpım sürən şaşqınlıqdan sonra gənc qız çevik bir hərəkətlə əlini atıb, çəkməsinin boğazından almaz kimi parıldayan kiçik, əyri bir xəncər çıxardı. M.Rzaquluzadə.\n2. Ağlını itirmə, sərsəmlik. şaşma “Şaşmaq”dan f.is. şaşmaq f. Özünü itirmək, çaşmaq, çaşıb qalmaq. Nemət şaşdı və sənədi geri alıb baxmaq istədikdə cənab Bax vermədi. Çəmənzəminli. Mən isə bu iki qüvvə arasında şaşmış, tamamilə ağlımı itirmişdim. T.Ş.Simurq. şatır is. [ər.] Çörəkbişirən, çörəkyapan, çörəkçi. [Bəndalı] ustanı burada, xəmirxanada bir şatır olaraq tanımışdı. Mir Cəlal. Üzü pörtmüş şatır oxlovçunun verdiyi xəmiri əlindəki rəfətənin üstündə yayıb təndirə yapırdı. P.Makulu. şatırlıq is. Şatır işi, çörəkbişirmə peşəsi, çörəkçilik. şatir sif. və zərf [ər.] klas. Şən, şux. [Əhməd] yenə nəşəsini toplamış, şən və şatir görünməyə alışmış olan siması sevinclər içərisində qalmışdı. A.Şaiq. şava bax dava-şava. [Hacı Mehdi:] Övrət gətirdim, canıma bir od gətirdim. Axşamadək dava, axşamadək şava. Ə.Haqverdiyev. şayan sif. [fars.] klas. Layiq, münasib, yaraşan. Səy elə, sən də böyük insan ol; Doğruluqda bu ada şayan ol. A.Səhhət. Kim bilir! Düşsə cənnətə yolunuz; Bulunur bəlkə boylə bir sima... O da şayani-şübhədir, əlbət. H.Cavid. Hər aşiqə ümmid günü var olsa qiyamət; Gül onda da sən, vəslinə şayan ola bilsən. C.Cabbarlı. şayani-diqqət sif. köhn. kit. bax. diqqətəlayiq. şayba [alm.]\n1. tex. Vint və ya qaykanın altına qoyulan yastı halqa şəklində altlıq. Dairələr bölməsinə şaybalar, pistonlar, dişli çarxlar, makaralar, qasnaqlar və sairə daxildir. Ə.Mustafayev.\n2. idm. Xokkey oyununda işlədilən ağır rezin disk. şayəd bağl. [fars.] Bəlkə. Mən ağlayıram, yatmaya ta mərdumi-aləm; Əgər mən Məşədi Qulamhüseyni yaxşı tanımamış olsaydım, xəyalıma gələrdi ki, şayəd yalan deyir. C.Məmmədquluzadə. şayəstə [fars.] klas. Layiq, yaraşan. [Şah:] Sən tədbirli kişisən, belə danışıq sənə şayəstə deyil. Ə.Haqverdiyev. [Mirzə Rəhim ağa:] Nə qədər ki, bu naməhrəmlik vardır, sənin işinə baxa bilmərəm. Çünki xilafi-şərdir. Şəriətmədarlara bu iş şayəstə deyil. M.S.Ordubadi. şayiə is. [ər.] Yayılmış, dillərdə gəzən danışıq, söz-söhbət. ..Qızıl Arslanı yaxından tanıyanlar onun Qətibə ilə evlənəcəyi haqqında buraxılan şayiələrin heç birisinə inanmırdı. M.S.Ordubadi. şe “Ş” hərfinin və bu hərflə işarə olunan samitin adı. şedevr is. [fr.] İncəsənətin, ədəbiyyatın, sənətin ən nümunəvi əsəri, şah əsər. şef [fr.]\n1. Başçı, rəis, rəhbər. Katib bir az dayandı, sonra şefini çox hirsləndirməmək üçün ehtiyatla dedi. S.Rəhman.\n2. Bir şəxsə və ya şeyə hamilik etməyi öhdəsinə götürmüş adam və ya təşkilat. Yaralılardan bir neçəsi çıxış edib, hospitalın şefi olan fabrikə təşəkkür etdikdən sonra, danışmaq üçün Dursun arvada söz verildi. Ə.Əbülhəsən. şeflik is. İstehsal, mədəni, siyasi və s. cəhətdən müntəzəm yoldaşlıq köməyi göstərməkdən ibarət ictimai fəaliyyət, hamilik. [Toğrul:] Mən o qızı tovlamaq istəyirdim, mən [Niyazı və Yaqutu] ata-bala şefliyə götürmüşdüm. C.Cabbarlı. [Fərəc Telliyə:] Bizim elmi tədqiqat bağçılıq institutu sizin kolxozu şefliyə götürəndə bulaq başında nitq deyən kim idi? Ə.Məmmədxanlı. şeh is. Rütubətli havada gecələr torpaq, bitki və s.-nin üzərinə qonan incə su damcıları; qırov, şəbnəm. Yumşaq göy çəmənin üstə düşüb şeh gecədən; İsti yoxdur, hələ var bir balaca meh gecədən. A.Səhhət. Şeh düşər otların üstə gecədən. S.Vurğun. ..Üstünü şeh və qırov basmış körpə otlar Günəşin işıqları altında parıldayırdı. M.İbrahimov. şehduran is. bot. Gülçiçəklilər fəsiləsindən yüksək dağ çəmənlərində bitən bir bitki. Gülçiçəklilər fəsiləsinin bir-birindən az fərqlənən cavan növləri vardır. Belə cavan və filogenetik inkişafda olan cinslərə yemişan, gül və itburnu, böyürtkən, qaytarma, şehduran və sair cinslər daxildir. M.Qasımov. şehlənmə “Şehlənmək”dən f.is. şehlənmək f. Üstü şehlə örtülmək, üstünə şeh qonmaq. şehli sif.\n1. Üzərində şeh olan, üzərinə şeh düşmüş. Şehli kollar. Şehli otlar. – Ovçu Piri, lap ayağının ucundan qalxıb yaxındakı şehli yovşan koluna qonan çobanaldadandan gözünü çəkib başını qaldır(dı).. İ.Əfəndiyev. Şehli çəmənlərdə qaçdığım anlar; Yadıma islanmış tellərim gəlir. M.Dilbazi.\n2. məc. Tər, təzə, təravətli. Şehli meyvələr. şehlik 1. bax. şehli 1-ci mənada. Şehlik və nəmişlik gündə duza artıq meyil edən təpəl camış müti bir qul kimi Qaraxana baxmağa başlardı. S.Rəhimov.\n2. məc. Təzə, tər, təravətli. Gəncliyin ən şehlik və təravətli vaxtlarını müsəlmanların qorxusundan damın altında keçirmişəm. Çəmənzəminli. şeir is. [ər.] Ritmik vəzndə ahəngdar poetik əsər, nəzmə çəkilmiş bədii əsər. Klassik şeir. – Vaqif yolunun davamçısı olan Zakir şerimizə həqiqi satira gətirmişdir. A.Şaiq. şelf [ing. shelf] coğr. Materikin [qurunun] su altında 200 metrə qədər dərinlikdə olan davamı, hissəsi. Adaların bir qismi şelfin qalxması nəticəsində əmələ gəlmişdir. M.Qaşqay. şellak is. [holl.] Heyvan mənşəli təbii qatran. şellənmə “Şellənmək”dən f.is. şellənmək f. Sevinmək, fərəhlənmək. şenlik is. Abad yaşayış yeri, ümumiyyətlə, məskun yer, məntəqə; qəsəbə. [Arazgili] şenliyin qırağında, gözəl mənzərəli bir yerdə kiçik otaq tutdular. A.Şaiq. ..Təklikdə davam eləməyib, “öldürsə də, qoy məni həmcinsim öldürsün” deyib, meşəni tərk etdim, şenlik olan tərəfə rəvan oldum. A.Divanbəyoğlu. Qərib qış axşamları yollara qar yağanda; At sürüb bir şenliyə, gecələdim Muğanda. Ə.Cəmil. şenliksiz sif. Adam az olan, əhalisi az olan. [Ana:] Bala, məktəbə gedəndə həmişə küçənin ortası ilə get-gəl, şenliksiz küçəyə ayaq basma. Çəmənzəminli. şenyon is. [fr.]\n1. Başın arxasında toplanmış saç tellərindən düzəldilmiş qadın saç düzümü.\n2. Yapma saç maskası. şeriyyət is. [ər.] Bədiilik, ahənglilik, gözəllik, emosionallıq. Əsil məharət də bundan ibarətdir ki, ifaçı çaldığı musiqi əsərini yüksək şeriyyətlə mənalandırsın. Ə.Bədəlbəyli. şeirləşmə “Şeirləşmək”dən f.is. şeirləşmək f. Şeir deməkdə bir-birilə yarışmaq. şeş I. is. [fars.] Altı. Dünən beş, bu gün şeş. (Məsəl). // Nərd oyununda. Çahar atdım, şeş gəldi. (Məsəl).\n\nII. is. Top, tüfəng lüləsinin içindəki halqavari cızıqların hər biri; yiv, xır. Şeşi getmiş tüfəng. şeş-beş is. Nərd oyununun başqa bir adı. Gəl bir şeş-beş oynayaq. – [Şikayətçi:] Nə vaxt [ipək idarəsinə] müdirin yanına gedirsən, görürsən ki, kişi oturub şeş-beş oynayır. Elə ki əli gətirmədi, vay o günü onu axtaranların halına. C.Gözəlov. şeşdrəngi is. [fars.]\n1. Altı cür xuşgəbardan (kişmiş, qurağa, albuxara və s.) hazırlanan plov xuruşu. [Xanım:] Qəsdim lap şeşdrəngi xörək etməkdir, abırlı olsun. S.Rəhimov.\n2. məc. Dikbaş, lovğa, iddialı, təkəbbürlü. şeşə sif. Dik, sivri. [Vaqif:] Niyə, qulağınız çoxdan şeşədir; Böhtan eşidəndə qızarıb yanar; Doğru söz gələndə pambıq tıxanar. S.Vurğun. Qubernator dəstəsilə gəldi. Atın üstündə şeşə bığlarına əl vurmadan “millət naminə” bir nitq söylədi. Mir Cəlal. şeşəbığ sif. Bığlarının tükləri cod və dik olan. Şeşəbığ kişi. – Hərdənbir poqonlu, şeşəbığ, çəkməsi məhmizli, başıaçıq adamlar çadırdan görünür, yenə səsin içinə batırdılar. Mir Cəlal. şeşəbuynuz sif. Dikbuynuz, itibuynuz. Zərrintac xanım, Leyləyi öz nəzərindən rədd etdikcə, yaşı ötən şeşəbuynuz bir öküz kimi hey irəliyə dürtülürdü. S.Rəhimov. şeşələmə “Şeşələmək”dən f.is. şeşələmək f. Dikəltmək, dik saxlamaq, iti tutmaq. Qulaqlarını şeşələmək. şeşələnmə “Şeşələnmək”dən f.is. şeşələnmək f. Acıqlanmaq, qışqırmaq, sərt söz demək, qabarmaq, xoruzlanmaq. [Sədr:] Bu ixtiyarı sənə kim verib? – deyə o, Xəlilin üstünə şeşələndi. M.Hüseyn. [Cahandar ağa oğluna:] Ə, qoduq, mənim üstümə şeşələnirsən? İ.Şıxlı. şeşələtmə “Şeşələtmək”dən f.is. şeşələtmək bax. şeşələmək. Şeşələtdi bığlarını; Gözlərin rövşən elədi. Aşıq Ələsgər. şeşəlik is. Lovğalıq, dikbaşlıq, təşəxxüs. şeşli sif. İçində şeşi olan, yivli, xırlı. Şeşli lülə. şeşpər is. [fars.] Altıdilli toppuz – qədim silah. [Dəmirçioğlu:] Mən onun nə qılıncından qorxuram, nə şeşpərindən. “Koroğlu”. Keçdi xəyalından əlində şeşpər; Qıratın belində baban Koroğlu. Ə.Ziyatay. şevalye is. [fr.] Feodal Fransada zadəgan rütbəsi. şevret [fr. shevrette – çəpiş] Qoyun dərisindən hazırlanmış sevroya oxşar dəri. Qoyun dərilərini .. xrom duzu vasitəsilə aşıladıqda ona şevret deyilir. A.Quliyev. şevro [fr.] Keçi dərisindən hazırlanan yumşaq, zərif dəri növü. // Həmin dəridən tikilmiş. [Cavad] ipək arxalıq, mahud çuxa, boz və qiymətli Buxara dərisindən papaq, şevro çəkmə, belində qızıl kəmər, döşündə çarpaz asılmış qızıl saat zənciri .. onun libası həmişə bu idi. Ə.Haqverdiyev. şevron is. [fr.] Rəsmi geyimin qoluna vurulmuş bucaqşəkilli tikmə. şevyot [ing. yer adından] Yüngül, yumşaq, incə xovlu yun və ya yarıyun parça növü. Mağazadan üç metr şevyot aldım. // Şevyotdan tikilmiş. Şevyot kostyum. – Baş aqronom ayağa qalxanda, qara şevyot şalvarının qalifeyi körük kimi şişib boşaldı. Ə.Vəliyev. [Dilbər] əynindəki göy şevyot pencəyini çıxarıb məhəccərin üstünə atdı. Ə.Sadıq. şey is. [ər.]\n1. Məişətdə, işdə və s.-də lazım olan hər hansı bir cisim, maddə, zad, əşya, nəsnə. [Əsgər:] Xanım, sizə yaraşan şeyim çoxdur, ancaq evdədir. Ü.Hacıbəyov. Müəllimin böyründə qəzetə sarılı iki şey vardı. Ə.Vəliyev. [Qulu:] Otaq təmizdir. Ancaq şeyimiz yoxdur ki, qoyaq. N.Nərimanov. • Bir şey – 1) qeyri-müəyyən, qeyri-məlum şey, hadisə və s. Sənə bir şey verdimi? Bazardan bir şey ala bildin? Bir şey bilə bildinmi? Ona bir şeymi olub? 2) əhəmiyyət bildirir. Elə demə, o da bir şeydir, lazım olar. // Adətən cəm şəklində – özünə məxsus pal-paltar və s. Şeylərini zalın küncünə yığıb, özləri də baxırdılar camaata. Ə.Haqverdiyev. Rübabə yəqin elədi ki, Vahid şeylərini yığışdırıb yola düşüb. Mir Cəlal. // Bir yerdən başqa yerə aparmaq üçün yığılıb bağlanmış yük, çamadan və s. Şeyləri maşına yığmaq. Şeyləri baqaja vermək. – Yenə [hambal] şeyləri götürüb qabağa düşdü. Ə.Haqverdiyev.\n2. dan. Ədəbi, bədii, elmi və s. əsər. Bir dənə də olsun iri şey yazmamışdır. Yazdıqları elə bir şey deyil.\n3. Fakt, iş, real hadisə. Qeyri-adi şey. Məsələyə ciddi bir şey kimi baxmaq lazımdır. Belə şeylərə yol vermək olmaz. Belə bir şey başıma gəlib.\n4. İş, hərəkət, əməl. Belə şeylərə baş qoşma. Bu kimi şeyə mən razı ola bilmərəm. • Heç bir şey – heç nə. şeyda sif. [fars.] şair. Dəlicəsinə vurğun, eşq divanəsi, məftun (bəzən “şeyda bülbül” tərkibində işlənir). Vaqif bir şeydadır, dolanır bağı; Xəstədir, dərmanı dilbər dodağı. M.P.Vaqif. Qonub pəncərəyə bu halda Osman; Şeyda bülbül kimi edirdi əfğan. H.K.Sanılı. [Vaqif:] Oxu bu naməni, əzizim Eldar; Qoy mənim dərdimi dinləsin dağlar; Bir tərlan xəyallı, qəlbi xəstəyəm; Bir şeyda bülbüləm, daş qəfəsdəyəm. S.Vurğun. • Şeyda olmaq – dəlicəsinə vurulmaq, məftun olmaq. Zimistan qəhrini çəkən bülbüllər; Şeyda olsun, gülüstana can desin. Aşıq Ələsgər. şeydabaz is. [fars.] Arvadbaz. Molla şeytan idi, axund şeydabaz; Məşədi, kablayı lotu çıxmışdı. Aşıq Ələsgər. şeydalıq is. Dəlicəsinə vurğunluq, aşiqlik, məftunluq, eşq və məhəbbətdən irəli gəlmiş divanəlik. Şeydalığım oldu aləmə faş; Nifrət qılar oldu yarü yoldaş. Füzuli. şeyhə is. Atın bərk kişnəməsi. Birdən ayıldım, duydum bir bağırtı; Xəncər bərqi, at şeyhəsi, çığırtı. A.Səhhət. // Qışqırıq, bağırtı. • Şeyhə çəkmək – bərkdən qışqırmaq. şeyx is. [ər.]\n1. Ərəbistanda qəbilə və ya əşirət başçısı. Digər şeyxlər və müridlər də gəlib birər-birər [dərvişin] ətrafına toplaşırlar. H.Cavid.\n2. Təriqət başçısı və hər hansı bir təriqətə mənsub olub orada ibadətlə məşğul olan, dərvişlərə başçılıq edən şəxs. Şeyxlər meyxanədən üz döndərərlər məscidə. Füzuli. Bir gün şəhərdə belə şayiələr dövran edirdi ki, guya üsulilər ilə şeyxlərin davası olacaq. Çəmənzəminli.\n3. Pirə baxan, pirdə nəzir yığan adam. Pirin şeyxi qısaboylu, qarnı və peysəri yoğun, ağbənizli, uzunsaqqal bir molla idi. E.Sultanov. şeyxəna is. [ər.] Ey şeyx, şeyximiz (şeyxə hörmətlə müraciət). [Hacı Həsən:] Şeyxəna, doğrusu, mən övladdan sarı bədbəxt olmuşam, bir qələtdir eləmişəm. C.Məmmədquluzadə. şeyxülislam is. [ər.] Müsəlmanların dini işlərinə baxan baş ruhani. Həmin günün axşamı Tiflisdə iqamət edən Zaqafqaziyanın şeyxülislamı rus dilində ... bir teleqram aldı. E.Sultanov. // Şiələrin baş ruhanisi. Şiələrin ruhani idarəsinin rəisi şeyxülislamdır. M.F.Axundzadə. şey-mey dan. bax. şey-şüy. Nuşapəri xanım aşpazdan ayrılıb, şey-meyini götürüb getdi. (Nağıl). şeypur is. Əyri boru şəklində ağzıgen musiqi və ya siqnal aləti. Bayraq çadırdan çıxarıldığı zaman şeypur səsləri ucaldı, atlılar bir kərə qılınclarını qınından çıxardılar. M.S.Ordubadi. Xanın buyruğu ilə şeypurlar çalındı. M.Rzaquluzadə. şeypurburun sif. Burnunun deşikləri iri və çevrik olan. Şeypurburun adam. şeypurçalan (=şeypurçu) is. Şeypur çalan çalğıçı, şeypurla siqnal verən. Musiqi komandasının şeypurçusu. şeypurçu (=şeypurçalan) is. Şeypur çalan çalğıçı, şeypurla siqnal verən. Musiqi komandasının şeypurçusu. şey-şüy is. Hər cür lazımi şeylər, avadanlıq, müxəlləfat və s. [Kərbəlayı Fatma xanım:] Ay qız, hələ tələsmə. Qoy hələ görək. Gedib şey-şüyü gətirib bura tökmə. C.Məmmədquluzadə. [Qız:] Getdim, çağırdım, dedim ki, kooperativdə şey-şüy verirlər. Qantəmir. şeytan is. [ər.]\n1. Dini təsəvvürlərə görə şəri təmsil edən mövhum varlıq; cin, iblis (dini əfsanələrə görə mələklərdən olub, guya Adəm peyğəmbərə səcdə etmədiyinə görə göydən qovulmuş və o zamandan bəri insanları pis yollara çəkməyə çalışan bir varlıq). Ayda-ildə bir namaz, onu da şeytan qoymaz. (Məsəl). Səcdə qıl yarə, könül, baxma o zahid sözünə; Adəm ol, mətləbi qan, eyləmə şeytan ilə bəhs. S.Ə.Şirvani. Artıq nə molla var, nə cin, nə şeytan; Nə yumruq, nə qamçı, nə nökər, nə xan. S.Vurğun.\n2. məc. Araqarışdıran, fitnəkar, xəbərçi, çuğul adam haqqında. [Nəsir:] Şeytana rast gəlməsən, nə var ki. H.Nəzərli. [Qəhrəman:] Sən demə, şeytan-şuğul bunu bəyə xəbər verib. Ə.Vəliyev. // məc. zar. Çox bic, kələkbaz. [Əsgər:] Halal olsun, Süleyman, sən nə kələkbazsan, şeytan! Öyrədib məni yola saldın, mənə rast gəldi yarcan. Ü.Hacıbəyov. // məc. Dəcəl. Şeytan bir qız nəvəsi də; Ayaq üstə dayanmışdı. N.Rəfibəyli. ‣ Şeytan fəhləsi – yorulmadan havayı, müftə işləyən adam haqqında. [Molla Cəfər Qasım əmiyə:] Gərək düşəsən bu kənd mənim, o kənd sənin, arvadın nə qədər qohumqardaşı, cicisi, bacısı .. hamısını daşıyıb tökəsən Danabaş kəndinə. Kişi, sən şeytan fəhləsisən məyər? C.Məmmədquluzadə. Şeytana bac vermək – biclik, hiylə işlətmək. Şeytana papış tikər – çoxbilmiş, çox bic, hiyləbaz, fırıldaqçı adam haqqında. [Ağa Kərim:] Amma Ağa Salmana mənim təlimim lazım deyil. O özü şeytana papış tikər. M.F.Axundzadə. Sənin bicliyini kim bilmir, sən az qalırsan ki, şeytana papış tikəsən, sən mətləbi başa düşmürsən? E.Sultanov. Şeytanın ayağını (qıçını) sındırmaq zar. – çox az-az bir yerə gəlib-getmək, hərdənbir görünmək. Cabir məni hərdən yada salırdı. ..Ayda arabir şeytanın qıçını sındırırdı. Ə.Vəliyev. Bu meydan, bu da şeytan – hər hansı bir şeyi sübut etmək üçün əsas, dəlil göstərmək mənasında ifadə. [Bəxti:] Deyin görək, mən kimə nə eyləmişəm? Bu meydan, bu da şeytan, bu göydəki allah, bu yerdəki insanlar. S.Rəhimov. Lənət kor şeytana – bax. lənət sənə kor şeytan! (“lənət”də). şeytanağacı is. bot. İynə kimi tikanları olan bəzək ağacı. Şeytanağacı 20 metr hündürlüyündə, iri və budaqlanan tikanlara malik, qışda yarpağı tökülən ağacdır. Xırda çiçəkləri may-iyun aylarında açılır, iri meyvələri sentyabrda yetişir və bütün qışı ağacdan asılı şəkildə qalır. H.Qədirov. şeytancasına zərf Şeytan kimi; iblisanə, xaincəsinə. şeytançılıq dan. bax. şeytanlıq. şeytandırnağı is. Dırnağın dibində siyrilmiş dəriciklər. şeytandolaşığı bax. şeytandüyünü. şeytandüyünü is. Çox çətin açıla bilən düyün. İpə lap şeytandüyünü vurmusan. şeytanfikir sif. [ər.] Fikri-zikri adamlara pislik etmək, araqarışdırmaq, fitnə-fəsad salmaq, iblislik etməkdən ibarət olan adam haqqında. [Bayram:] Namaz bir tamahkar, şeytanfikir adamdır. M.F.Axundzadə. şeytanı I. is. Tətik (odlu silahda). [Vəli Tarverdiyə:] ..Əgər ayaq geri qoysan, şeytanını çəkib qarnını tüstü ilə doldurram. M.F.Axundzadə. Onlar dayanıb özlərini toxtatdılar. Hər ikisinin əli birdən tüfənglərin şeytanını çəkdi, qoşagüllə Heydəri yerə sərdi. S.Rəhimov.\n\nII. is. tib. Kişilərdə adətən yuxuda qeyri-iradi olaraq toxumtökmə hadisəsi. Şeytanı olmaq.\n\nIII. sif. [ər.] Şeytana xas olan, şeytana layiq olan; şeytancasına, ibliscəsinə. [Yaşlı kişi:] Şeytani fikirlər bir anda başımdan silinib getdi. S.Hüseyn. şeytanlama “Şeytanlamaq”dan f.is. şeytanlamaq f. Gizli olaraq vermək, xəbər aparmaq, casusluq etmək, çuğullamaq, satmaq. [Mehdi:] Məni şeytanladılar. C.Cabbarlı. Elə bu vaxtlar o, kooperativ müdiri olan otuz yaşlı qardaşını şeytanladı. Ə.Əbülhəsən. şeytanlıq is. Xəbərçilik, casusluq, çuğulluq. [Dəmirqaya:] Mirzəağa məni aldadıb. O casusdur. Mən onun etdiyi şeytanlıqlara şahidəm. H.Nəzərli. • Şeytanlıq etmək (eləmək) – xəbərçilik etmək, çuğulluq etmək, casusluq etmək, xəbərçiliklə, çuğulluqla məşğul olmaq, şeytanlamaq. [Namaz:] İndi məlum olur ki, belə ustalıq ilə söz qayırmaq, şeytanlıq eləmək onların işi imiş. M.F.Axundzadə. [Həsən:] Sən bir fikir elə, qol saatın ilə bilərziyini aparsam, Allahın izniylə on pud qənd alaram, heç də gətirib burada satmaram ki, şeytanlıq edib tutdursunlar. Qantəmir. [Sərvinaz:] [Fətişin] şeytanlıq eləyib, camaatı nahaqdan tutdurmasından deyəydi. İ.Əfəndiyev. şeytansifət sif. [ər.] Şeytana oxşayan, şeytan kimi, şeytan xasiyyətli. [Sənəm:] Kişi, keçən keçibdir, Allah şeytana, şeytansifətə lənət eləsin. Ə.Haqverdiyev. şeytanşapalağı is. Çox balaca adam haqqında. Bu kişi lap şeytanşapalağıdır. – [Oğlan:] Bir bunun sir-sifətinə bax, elə bil ki, şeytanşapalağıdır. P.Makulu. şeytan-şeytan zərf Bic-bic. Pərşan .. gah xəyala gedir, gah da şeytan-şeytan Qaraşa baxaraq pıçıldayırdı. M.İbrahimov. şeytan-şuğul is. Xəbərçi, çuğul, adamsatan. El-oba Nəbini öz gözünün didəsi kimi qoruyub saxlasa da, Sarımsaqoğlu kimi şeytan-şuğul qızıl vədindən ötrü işə girişirdi. S.Rəhimov. [Xalıqverdi Paşa bəyə:] Mənim haqqımda deyilənin hamısı şeytan-şuğul sözüdür. Ə.Vəliyev. şeytənət [ər.] klas. Şeytanlıq, iblislik; hiylə, fitnə, fəsad. [Bu ləkə] Naxçıvan ilə Lənkəran qulluqçularının içinə çox vaxtdan bəri düşən şeytənət ləkəsidir. C.Məmmədquluzadə. Otellonun poruçiki, Yaqo ki onun ziri-dəstində qulluq edirdi, öz ağasından narazı idi. Narazılığına ümdə səbəb onun zatında olan .. şeytənət, büxl və həsəd idi. F.Köçərli. şezlonq is. [fr.] Yüngül, mütəhərrik kreslo. şəb is. [ər.] köhn. Gecə. şəbab (=şəbabət) is. [ər.] klas. Gənclik, cavanlıq. Fəqət bahari-şəbabımda bir çiçək buldum; Qaçırdım əldən, onun həsrətilə məhv oldum. H.Cavid. [Əmir qızlara:] Bir nəğmə çalın, həm oxuyun qəlbimi şad eyləyəsiz; Həm şəbabətdə keçən günləri yad eyləyəsiz. Ü.Hacıbəyov. Qocaldım, gedibdir zamani-şəbabım; Alınmaz sualım, verilməz cavabım. Ə.Nəzmi. • Şəbabətə yetmək – gənclik dövrünə yetmək (ayaq basmaq), cavanlıq dövrü başlamaq. Cavan qızın sinni şəbabətə yetmişdi. Zahir və batində çocuqluq əsərləri məhv olub gedirdi. Çəmənzəminli. şəbabət (=şəbab) is. [ər.] klas. Gənclik, cavanlıq. Fəqət bahari-şəbabımda bir çiçək buldum; Qaçırdım əldən, onun həsrətilə məhv oldum. H.Cavid. [Əmir qızlara:] Bir nəğmə çalın, həm oxuyun qəlbimi şad eyləyəsiz; Həm şəbabətdə keçən günləri yad eyləyəsiz. Ü.Hacıbəyov. Qocaldım, gedibdir zamani-şəbabım; Alınmaz sualım, verilməz cavabım. Ə.Nəzmi. • Şəbabətə yetmək – gənclik dövrünə yetmək (ayaq basmaq), cavanlıq dövrü başlamaq. Cavan qızın sinni şəbabətə yetmişdi. Zahir və batində çocuqluq əsərləri məhv olub gedirdi. Çəmənzəminli. şəbahət is. [ər.] Oxşarlıq, bənzərlik. Hamısı kafirə bənzər o haramzadələrin; Nə müsəlmanlığa onlarda şəbahət var idi. M.Ə.Sabir. Bu uşaqların yalnız adında yox, sifətində və taleyində də şəbahət gördü. Mir Cəlal. şəban is. [fars.] Qəməri ərəb təqvimində səkkizinci ayın adı. Həmişə şəban, bir yol da ramazan. (Məsəl). Şəbanda gərçi bir neçə gün içmədim şərab. S.Ə.Şirvani. İndi şəbanın onun idi. S.Hüseyn. şəbbu (=şəbbugülü) is. [fars.] Axşamçağı və gecə ətirsaçan rəngbərəng gül; mixəkgülü. Şəbbugülü Azərbaycanda geniş becərilən ətirli bəzək bitkilərindəndir. H.Qədirov. Xiyabanın hər iki tərəfini xeyri, şəbbu, qırmızı zanbaq və sair rəngarəng çiçəklər bürümüş idi. M.S.Ordubadi. şəbbugülü (=şəbbu) is. [fars.] Axşamçağı və gecə ətirsaçan rəngbərəng gül; mixəkgülü. Şəbbugülü Azərbaycanda geniş becərilən ətirli bəzək bitkilərindəndir. H.Qədirov. Xiyabanın hər iki tərəfini xeyri, şəbbu, qırmızı zanbaq və sair rəngarəng çiçəklər bürümüş idi. M.S.Ordubadi. şəbçiçək is. bot. Gecələr açılan çiçək növü. [Nisə xanım:] Sənin üçün buket bağlamaq istəyirdim. Sədəf, amma nə qərənfil tapdım, nə şəbçiçək. Ə.Məmmədxanlı. şəbədə is. [ər.] Rişxənd, ələ salma, araya qoyma; hoqqabazlıq. [Knyaz:] Yapdığın şəbədələr gizli deyil. H.Cavid. • Şəbədə qoşmaq, şəbədəyə qoymaq – rişxənd eləmək, ələ salmaq, söz qoşmaq. [Hüseyn:] İndi mənim dalımca şəbədə qoşanlar, məni hoyduhoyduya götürənlər o zaman Hüseyn Xələfov adı gələndə ayağa durarlar. S.Rəhman. şəbədəbaz is. və sif. [ər. şəbədə və fars. ...baz] Hoqqabaz, adam ələ salan, adamı lağa qoyan, adamoynadan, adama söz qoşan. Bu növ artistlərin yeri şəbədəbazlar məclisidir. Ə.Haqverdiyev. şəbəkə is. [ər.]\n1. Ağacdan, metaldan, daşdan, məftildən qayrılmış tor, hörgü, barmaqlıq; ornament. Pəncərə şəbəkəsi. Qapı şəbəkəsi. // Toraoxşar, toru xatırladan şey; tor.\n2. Hər hansı bir yerdə müxtəlif istiqamətlərdə yolların, rabitə xətlərinin, kanalların və s.-nin məcmusu. Dəmiryol şəbəkəsi. Elektrik şəbəkəsi. Telefon xətlərinin şəbəkəsi.\n3. Hər hansı bir ərazidə yerləşən oxşar idarələrin, müəssisələrin və s.-nin məcmusu. Müalicə şəbəkələri. Ticarət şəbəkəsi. şəbəkəçi is. Şəbəkə (1-ci mənada) ustası; ornamentçi. şəbəkəçilik is. Şəbəkə kəsmə, şəbəkə qayırma sənəti. şəbəkəli sif. Şəbəkə şəklində qayrılmış, şəbəkə qoyulmuş, şəbəkəsi olan. Şəbəkəli qapı. Şəbəkəli divar. Şəbəkəli pəncərə. – Bu gecə dəmir şəbəkəli qoşa pəncərədən işıq süzülmürdü: artırma da, həyət də qaranlıq idi. İ.Məlikzadə. şəbgülü is. bot. Sarı, mixəyi rəngdə çiçəkləri olan çoxillik bitki; sarıbənövşə. Sarıbənövşə və ya şəbgülü .. açıq-sarı, tünd-sarı, mixəyi, tünd-mixəyi rəngli və kəskin xoşiyli çoxillik bitkidir, bağlarda və güllüklərdə becərilir. M.Qasımov. şəbxun is. [fars.] Gecə vaxtı düşmən üzərinə gözlənilməz basqın. Dəstə bir yerdə şəbxun atır, o biri yerdə özünü göstərir və birdən yox imiş kimi çəkilib itirdi. S.Rəhimov. [Nəriman] düşmən dəstələrinin hissəyə soxulduğunu və şəbxun vurduğunu yəqin edib daldanacaq aradı. Mir Cəlal. şəbih is. [ər.]\n1. klas. Bənzər, oxşar. Şəbihi yoxdur.\n2. din. Keçmişdə: məhərrəm ayında aşura günü şiələrin göstərdikləri Kərbəla hadisələrinə həsr olunmuş faciəli tamaşa, mərasim. Camaat dörd ətrafda oturardı, şəbih göstərərdilər. Bu şəbihlər teatr tamaşalarını xatırladırdı. H.Sarabski. [Ağa:] Nəbiqulu məsləhət gördü ki, onunla birləşib Dəcəlləbadın meydanında şəbih çıxardaq. Ə.Haqverdiyev. şəbihgərdan is. [ər. şəbih və fars. gərdan] Şəbihi hazırlayan, şəbih mərasimini idarə edən adam. Cəm olunan pullar nəyə sərf olunardı? – Çaya, qəndə, .. imam yolunda çalışan hədsiz Allah bəndələrinə ki ibarət olsun məscid və minbər xadimlərindən, şəbihgərdan dəstələrindən... C.Məmmədquluzadə. şəbihgərdanlıq is. Şəbihgərdanın işi, şəbih mərasimini idarə etmə. Şəbihgərdanlıq tam mənası ilə xalq teatrı idi. Çəmənzəminli. // məc. Oyunbazlıq, hoqqabazlıq. şəbkorluq is. bax. gecəkorluq. şəbkülah is. [fars.] köhn. Gecəpapağı. [Kərbəlayı Həsən] .. şəbkülahını geyinib arvada tapşırdı ki, bu gecə ölülər gələcək, .. dava-şava olmasın. Çəmənzəminli. [Molla Qasım:] Hərdənbir şəbkülah da qoyardı. H.Sarabski. şəbnamə is. [fars.] İntibahnamə, bəyannamə. Şəbnamələr hazır idi. M.S.Ordubadi. O, mizin üstünə şəbnaməni qoyanda əlahəzrət Hümayuni aynada onu görüb tutmuşdu. P.Makulu. şəbnəm is. [fars.] bax. şeh. [Dərviş:] Gül qonçasında şəbnəm parıldayan kimi, [Ruqiyyənin] dodaqları arasında dişləri almaz kimi parıldadı. A.Divanbəyoğlu. [Əhməd:] Yerə düşmüş şəbnəm hələ qurumamışdı. T.Ş.Simurq. şəbnəmli sif. Şəbnəm (şeh) düşmüş, şehli. Şəbnəmli çiçəklər səhər çağları; Yaqut gözlərilə qəmzə satardı. R.Rza. şəbpərə is. [fars.]\n1. Yarasa, gecəquşu. Şəbpərə gecə gəzər, gündüz gəzməz; Elə bilər, özü bilər, özgə bilməz. (Məsəl). ..Azacıq tar olursa indi hava; Sevinir hər tərəfdə şəbpərələr; Aldanıb qafilanə rəqs eylər. H.Cavid.\n2. məc. Kor, işıqdanqorxan, mədəniyyət düşməni. şəcərə is. [ər.] Bir sülalənin, xanədanın və s. nəsil qollarını (qollu-budaqlı ağac şəklində) göstərən cədvəl. Nəsil şəcərəsi. şəddə is. [ər.]\n1. bax. təşdid.\n2. Sapa düzülmüş mirvari, inci. Qətibə əlini atıb, kiçik cəbədən bir şəddə iridənəli inci çıxarıb Səba xanımın boynuna saldı. M.S.Ordubadi. İri mirvarilər beş-altı şəddə; Danənin hərəsi bir fındıq həddə.. H.K.Sanılı. şədid sif. [ər.] klas. Şiddətli, sərt, çox ağır. ..Nadanlığa yaşlı gözlərilə baxa-baxa biçarə Məryəm saraldı, soldu, bir gün də şədid həyatından aralanıb rahətliyə çıxdı. Çəmənzəminli. şədidlik is. Şiddətlilik, şiddət. Bu təzyiq [kişilərin qadınlar üzərində təzyiqi] tarixin hər pilləsində bir şədidlikdə olmayıb və ayrı-ayrı qövmlərin dərəceyi-mədəniyyətlərinə bağlı deyildi. Çəmənzəminli. şəfa is. [ər.] Xəstəlikdən qurtarma, sağalma, yaxşılaşma. Şirin, meyxoş meyvələri; Min bir dərdə şəfa bağlar! Qoynu dolu səfa bağlar! R.Rza. Şəfqət! Nə ülvisən, şəfa səndədir; Ağır xəstələrə dava səndədir. M.Rahim. • Şəfa tapmaq (bulmaq) – xəstəlikdən qurtarmaq, sağalmaq. Ol vaxt mənim əhvalım o qədər pis deyil idi və İvanov həkimin davalarını yeyib gündən-günə şəfa tapırdım. C.Məmmədquluzadə. Dedim: “– Əl atmasa həkim bıçağa; Xəstə şəfa tapıb, durmaz ayağa”. M.Rahim. Şəfa vermək – sağaltmaq, xəstəlikdən qurtarmaq. Ver şəfa ləbindən, yazığam, mənə; Zəhri-fəraqınla ağulanmışam. Q.Zakir. Ağlar da, için-için edə ah; Bu körpəmə sən şəfa ver, Allah! A.Şaiq. ‣ Şəfa evi – bax. şəfaxana. Məktəblərə, şəfa evlərinə, yetim evlərinə ciblərindən pul çıxarıb verən üləmadır. C.Məmmədquluzadə. Allah şəfa versin – xəstələrə sağalma arzusunu bildirən ifadə. [Xala Yunisə:] Gördüm, bala, fağırın [Yaqutun] üzü-gözü çox yanıb, Allah özü şəfa versin. Ə.Məmmədxanlı. şəfabəxş [ər. şəfa və fars. ...bəxş] klas. bax. şəfaverici. şəfaət is. [ər.] klas. Bir günahkarın bağışlanması və ya bir möhtacın ehtiyacının yerinə yetirilməsi üçün başqası tərəfindən edilən vasitəçilik, iltimas. // Rəhm, mərhəmət, şəfqət. Ey əhli-şimal, bu azarın dərmanı kövkəbi-hürriyyətin şəfaətidir. S.S.Axundov. şəfaətçi is. klas. Şəfaət edən, rəhm edən, mərhəmət göstərən, yazığı gələn, dərdinə əlac edən. Hər kəs qəzet oxusa, istəyir müsəlman qəzeti, istəyir qeyri bir dildə, qiyamət günü ona şəfaətçi olmayacaq. “Mol. Nəsr.” şəfaxana is. [ər. şəfa və fars. ...xanə] köhn. Xəstəxana, müalicəxana. [Yusif Sərrac buyurdu:] ...Hər yerdə yollar təmir olunsun və lazımi məqamlarda və mənzillərdə körpülər və karvansaralar tikilsin və hər vilayətdə şəfaxanalar qayrılsın. M.F.Axundzadə. şəfaiyyə is. [ər.] köhn. Səhiyyə, sağlamlıq. ..Rusların cəmi mülki idarələri millət vəkillərinin əlində idi ki, rusca həmin vəziidarənin adı Zemstvodur, məsələn: kəndlərin maarif işləri, şəfaiyyə işləri.. C.Məmmədquluzadə. şəfalanma “Şəfalanmaq”dan f.is. şəfalanmaq f. Şəfa tapmaq, sağalmaq. Xəstə şəfalanar təri gələndə; Təbib ona yönü bəri gələndə. A.Şəmşir. şəfalı sif. Şəfa verən, şəfaverici, sağaldıcı. Şəfalı hava. Şəfalı əl. Günəşin şəfalı şüası. – Bilmirəm, İsti suyun; Şəfalıdır qaynağı; Yoxsa onun hüsnüdür; Bu dirilik bulağı? N.Rəfibəyli. şəfaverici sif. Şəfa verən, şəfalı, sağaldan, sağaldıcı. Şəfaverici dağ havası. Şəfaverici mədən suları. şəfəq is. [ər.]\n1. Gün çıxmadan və ya batarkən göydə görünən qızartı. Od tutub qırmızı atəşlə yenə yandı üfüq; Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq. A.Səhhət.\n2. məc. Parıltı, bərq, şölə. [Qadın] üzərinə o qədər daş-qaş tökmüşdü ki, güzgünün qabağında durduğu zaman özünün belə şəfəqdən gözləri qamaşırdı. M.S.Ordubadi. [Hacı Murad:] ...Almazların şəfəqi gözlərimi qamaşdırır. S.S.Axundov. • Şəfəq vermək (salmaq, saçmaq) – parıldamaq, bərq vurmaq, işıq saçmaq, şölələnmək. Burdan bir atlı getdi; Atın oynatdı, getdi; Gün kimi şəfəq saldı; Ay kimi batdı, getdi. (Bayatı). Buludlar dağlara yavıqlaşdıqca kənarları ağarıb gümüş kimi şəfəq verirdi. Çəmənzəminli. şəfəqqət bax. şəfqət. Madərləriniz etdi sizə mehrü məhəbbət; Ağuşi-şəfəqqətdə sizi bəslədi rahət. M.Ə.Sabir. [Xarrat:] Məncə bütün məxluq .. mümkün olan şəfəqqət və himayeyi-insaniyyətdən məhrum qalmamalıdır. T.Ş.Simurq şəfəqləndirmə “Şəfəqləndirmək”dən f.is. şəfəqləndirmək f. İşıqlandırmaq, şölələndirmək. ..Axşamdan yanan çırağın saralmış alovu birdən titrəyib uzandı, yuxarıya doğru qanad çalıb bir an ətrafı daha artıq şəfəqləndirdi. Ə.Məmmədxanlı. şəfəqlənmə “Şəfəqlənmək”dən f.is. şəfəqlənmək f. İşıqlanmaq, şölələnmək, parıldamaq, şəfəq saçmaq, bərq vurmaq. Günəşin işığından şəfəqlənən qılınclar qırx min ildırımın birdən şığıdığını andırdı. M.S.Ordubadi. Sırğa taxıb qulağına göy otlar da şəfəqləndi; Yuvalardan çıxan quşlar süzüb keçdi bütün kəndi. B.Vahabzadə. şəfəqli sif. Şəfəqsaçan, parlayan, işıqsaçan, bərq vuran, şöləsaçan. Şəfəqli almaz. Şəfəqli çilçıraq. – [Rüstəm bəy:] .. Pürqiymət daşlar cərgəsində [almaz] ən gözəl şəfəqli və kimya aləmində bundan bərk və səxt daş hələ bu vəqtə tək dünyada tapılmayıb. C.Məmmədquluzadə. Hər tərəfi nə səhərin şəfəqli, nə də axşamın munis toranlığına bənzəməyən xoşagəlməz bir qaranlıq bürümüşdü. M.Rzaquluzadə. şəffaf sif. [ər.] Baxdıqda o biri tərəfi görünən, işığı asanlıqla buraxan, içindən keçirən. Şəffaf şüşə. Şəffaf cisim. // məc. Aydın, tərtəmiz, dumduru. Şəffaf göy. Şəffaf su. – O yerdə kim, göyün üzü şəffafdır; Çeşmələri qayət sərindir, safdır. A.Səhhət. Yuyundun, darandın, qarlar kimi saf; Tellərin sığallı, gözlərin şəffaf. Ə.Cavad. Qış gecəsinin şəffaf havasında mayakın işığı çox yaxşı görünürdü. M.Rzaquluzadə. şəffaflaşdırma “Şəffaflaşdırmaq”dan f.is. şəffaflaşdırmaq f. Şəffaf hala salmaq. şəffaflaşma “Şəffaflaşmaq”dan f.is. şəffaflaşmaq f. Şəffaf olmaq, açılmaq, aydınlaşmaq, aydın görünmək. şəffaflıq is. Duruluq, təmizlik, aydınlıq; şəffaf şeyin halı. Suyun şəffaflığından çayın dibi görünür. // Məc. mənada. Sonatada musiqinin şəffaflığı, formanın aydınlığı nəzəri cəlb edir. şəfiq is. [ər.] klas. Şəfqətli, mərhəmətli, ürəyinazik. Fəğan ki, tez yetir əncamə, dustlər, şəbi-vəsl; Rəfiq çox ki, şəfiq oldu, yol iraq gərək. Q.Təbrizi. şəfqət is. [ər.] Rəhm, mərhəmət, acıma, yazığı gəlmə, ürəyi yanma, riqqət. [Hatəmxan ağa:] Sənə lazım olan ərəb, fars, türki, rus dilləridir ki, Allaha şükür, dövləti-əmniyyəmizin şəfqətindən açılan mədrəsələrdə hamısını oxuyub öyrənibsən. M.F.Axundzadə. [Zeynəbin] kişilərə qarşı olan nifrəti azalır, qəlbində mərhəmət və şəfqət hissi oyanırdı. Qantəmir. // Ananın övladına olan məhəbbəti kimi ürəkdən gələn dərin məhəbbət. Ana şəfqəti. – Ana! Sənin tükənməz əməyin, oxşayıcı şəfqətin, bəsləyici məhəbbətin, qəlb ülviyyətin kimə məlum deyil. Mir Cəlal. ‣ Şəfqət bacısı – xəstəxanalarda: orta tibb təhsili olan tibb işçisi (qadın-qız). Şəfqət bacısı özünü saxlaya bilməyib ağlamağa başladı. Ə.Vəliyev. Dəstədə on nəfər əla nişançı, iki də şəfqət bacısı vardı. M.Hüseyn. şəfqətli sif. Mərhəmətli, riqqətli, mehriban, şəfqəti olan. Qadın! Ey sevgilim, şəfqətli mələk! Bu qədər səbrü təhəmmül nə demək? H.Cavid. Zeynal indi öz evinə qayıtmaq, ailəsinin şəfqətli qanadları altına sığınıb, qənaətkar bir zəhmətkeş həyatı yapmaq istəyirdi. S.Hüseyn. Kamal anasının şəfqətli gözlərinə, mehriban üzünə baxıb dinmirdi. M.Rzaquluzadə. şəfqətsiz sif. Rəhmsiz, mərhəmətsiz, amansız, daşürəkli. Şəfqətsiz adam. şəfqətsizcəsinə zərf İnsafsızcasına, rəhmsizcəsinə, amansızcasına, qəddarcasına. şəfqətsizlik is. Rəhmsizlik, mərhəmətsizlik, insafsızlıq, amansızlıq, qəddarlıq. şəhab [ər. şihab] klas. Alov, şölə, şərarə, qığılcım; ildırım. Düşdü şəhablar, ildırımlar, odlar. A.Səhhət. Firuzun parlaq qılıncı havanı bir şəhab kimi yarır. H.Nəzərli. şəhadət is. [ər.]\n1. Şahidlik. [Ağa Salman:] ..Gedim, sərbazları görüm, əhvalat xəbər alım ki, mürafiə vaxtında şəhadətlərini əda etsinlər. M.F.Axundzadə. // Dəlalət, sübut. Xəlqə şərh etmək qəmi-hicrin nə hacətdir mənə; Laləvəş sinəmdəki dağlar şəhadətdir mənə. Q.Zakir. • Şəhadət etmək – 1) bax. şəhadət vermək; 2) göstərmək, sübut etmək, dəlalət etmək, təsdiq etmək. Şagirdin cavabları onun zəkalı olmasına şəhadət edir. Şəhadət vermək – şahidlik etmək, şahidlik göstərmək, gözü ilə gördüyü bir işin həqiqətən olduğunu təsdiq etmək. [Axund Çimnaza:] Yaxşı, sən öz qızın üçün şəhadət edirsən ki, Səriyyə Qurbana getməyə razıdır? C.Cabbarlı. Oğrular üzə çıxdılar. Amma onlar kor Hümmətin tapşırığı ilə İskəndərin əleyhinə şəhadət verdilər. M.Hüseyn.\n2. Şəhidlik, şəhid olma (bax. şəhid). • Şəhadətə yetişmək – şəhid olmaq, həlak olmaq (yüksək bir amal yolunda). [Şeyx Nəsrulla qəbiristanlığı göstərib:] Ondan ötrü ki, [bunlar xudavəndi-aləmin] göndərdiyi bəladan qaçmayıb şəhadətə yetişiblər. C.Məmmədquluzadə. ‣ Şəhadət barmağı – baş barmaqla orta barmaq arasındakı barmaq (bir şeyi göstərmək istəyəndə bu barmaqla göstərilir). Kərbəlayı Heydər əmi çıxardı küçəyə, sağ əlinin şəhadət barmağını yuxarı qovzuyub, ancaq mənə bircə bunu deyərdi ki: “Qırışmal! Uşağı döymə!” C.Məmmədquluzadə. Kərbəlayı Xəlil şəhadət barmağını əvvəlcə alnına tərəf uzadıb, sonra üst dodağı qarşısında saxladı. T.Ş.Simurq. şəhadətnamə is. [ər. şəhadət və fars. ...namə] Bir şeyi təsdiq edən, bir şeyə icazə verən sənəd, rəsmi kağız; vəsiqə. Realni məktəbin birinci sinfinə 11-12 yaşından yuxarı şagirdlər qəbul edilməyirdi, buna görə də yaş göstərən təvəllüd şəhadətnaməsi tələb olunurdu. T.Ş.Simurq. şəhd is. [ər.] Şan balı, bal, şirə. Üst-üstə yığılan pətəklərdən və bağçada qoyulan qırmızırəngli yeşiklərdən arılar dəstə-dəstə çıxır, dərələrə yayılır, şəhd toplayır və qayıdırdılar. S.Rəhimov. şəhər is. [fars.] İnzibati idarələr, sənaye, ticarət və mədəniyyət mərkəzi olan böyük yaşayış məntəqəsi. Sənaye şəhəri. Böyük şəhər. – ..Bir saata yavıq [Məhəmməd Həsən əmi] şəhəri o üzə-bu üzə dolandı ki, bəlkə Xudayar bəyi tapa. C.Məmmədquluzadə. şəhərbəşəhər zərf Bir-bir şəhərləri gəzərək, bir şəhərdən digərinə, şəhər-şəhər. Şəhərbəşəhər gəzmək. Şəhərbəşəhər axtarmaq. – [İranlı:] Mən sənin sorağını kəndbəkənd, şəhərbəşəhər alıb, gəlib burada tapmışam. Ə.Haqverdiyev. Gəzirəm kəndbəkənd, şəhərbəşəhər; Gəlir qulağıma şirin nəğmələr. M.Rahim. şəhərcik is.\n1. Balaca şəhər.\n2. Hər hansı bir məqsədə xidmət edən yaşayış və ya müəssisə binaları qrupu. Fəhlə şəhərciyi. Akademiya şəhərciyi. Universitet şəhərciyi. şəhərətrafı sif. Şəhərə yapışıq olan, şəhərin ətrafında, kənarında olan. Şəhərətrafı bağlar. Şəhərətrafı dəmir yolu. – Bakıda və rayonlarda idarələrin çoxu şəhərətrafı təsərrüfat ilə məşğul olur. M.İbrahimov. şəhərkənarı bax. şəhərətrafı. şəhərarası (=şəhərlərarası) sif. Şəhərlər arasında olan, işləyən. Şəhərlərarası telefon stansiyası. Şəhərlərarası avtobuslar işləyir. şəhərlərarası (=şəhərarası) sif. Şəhərlər arasında olan, işləyən. Şəhərlərarası telefon stansiyası. Şəhərlərarası avtobuslar işləyir. şəhərli sif. Şəhər əhli, şəhərdə yaşayan. Şəhərli qız. – Səlim .. yağışa düşmüş bir şəhərliyə bələdçilik etdiyini danışdı. Mir Cəlal. Gözəl sürü idi, – deyə, şəhərli islığı kəsərək bayaqkı sözlərini təkrar etdi. İ.Əfəndiyev. şəhərsalma is. Şəhər bina etmə, şəhər yaratma. şəhərsayağı sif. və zərf Şəhər qaydasında, şəhərdəki kimi. Şəhərsayağı geyinmək. – Qərənfil bacının əynində indi yaşıl parçadan şəhərsayağı tikilmiş tuman-kofta var idi. İ.Əfəndiyev. şəhərtipli sif. Şəhərə oxşar, şəhər kimi, şəhərdəki kimi. Şəhərtipli qəsəbə. Şəhərtipli xəstəxana. Şəhərtipli yaşayış məntəqələri. şəhəryanı bax. şəhərətrafı. şəhid is. [ər.] Yüksək amal, məslək, əqidə yolunda ölən, həlak olan, canını fəda edən adam. Bu təmənnadəyəm, ey gül, ki, şəhidin mən olam; Ölərəm, qeyrini gər mən bu təmənnadə görəm. S.Ə.Şirvani. Vətənin yolunda ölən şəhidlər; Ölmür, qovuşurlar əbədiyyətə... B.Vahabzadə. • Şəhid olmaq – yüksək amal, əqidə, məslək yolunda canını fəda etmək, həlak olmaq, ölmək. Şəhid olmaq fəqət hürriyyət uğrunda səadətdir; Əsarətlə həyatın bisəmər zövqü səfasından. Ə.Vahid. şəhla sif. [ər.] İri tünd-mavi. Şəhla gözlərində səadət gülər; Sanki hər afətdən pərəstiş dilər; Sənin Məcnunların Leylanı neylər? H.Cavid. ..Tamam mənə təsəlli verərək sakit edirdisə də .. yaş ilə dolmuş şəhla gözlərindən məlum olurdu ki, bu ayrılıq ona da böyük təsir edir. S.S.Axundov. şəhlagöz (=şəhlagözlü) sif. Gözləri tünd-mavi olan. O şəhlagöz, xumargöz; Yar əğyarə yumar göz; Bir qəlbim var, verirəm; Canımı da umar göz. (Bayatı). şəhlagözlü (=şəhlagöz) sif. Gözləri tünd-mavi olan. O şəhlagöz, xumargöz; Yar əğyarə yumar göz; Bir qəlbim var, verirəm; Canımı da umar göz. (Bayatı). şəhlalanma “Şəhlalanmaq”dan f.is. şəhlalanmaq f. İri açılmaq (gözlər haqqında). Ala gözlər nərgisi-məstanə tək şəhlalanır; Elə ki süzgünləşir, yüz mərtəbə zibalanır. M.P.Vaqif. şəhrə is. Açıq yara. şəhriyar is. [fars.] klas. Hökmdar, padşah, şah. Maral isə, ahu isə bu şikar; Belə seyd olur layiqi-şəhriyar. M.Ə.Sabir. O söylədi: – Yaşasın şəhriyari-hürriyyət. B.Vahabzadə. şəhriyarlıq is. köhn. Şahlıq, xanlıq. [Elxan:] İki addımlığında Şirvan şəhriyarlığı da [ərəb xilafətinə] qarşı vuruşur. C.Cabbarlı. şəhvani sif. [ər.] Şəhvətə, cinsi əlaqəyə aid. Şəhvani hisslər. şəhvət is. [ər.] Şəhvani ehtiras, cinsi əlaqə meyli. Toğrulun xanəndələri hökmdarın şəhvət və nəşəsini coşdura biləcək təzə qəzəl və rübailər öyrənirdilər. M.S.Ordubadi. Şəhvət hissi Fərhadın ürəyində bir dərəcəyə çatdı ki, tamam dərs, məktəb nəzərindən qeyb oldu. C.Cabbarlı. şəhvətkar sif. [ər.] Şəhvət və fars. ...kar] bax. şəhvətpərəst. şəhvətli sif. Şəhvətlə dolu, şəhvət ifadə edən, ehtiraslı. Şəhvətli gözlər. – Yüksəldi hər tərəfdən; Şəhvətli, kirli səslər; Alınlarda dolandı; Ölüm iyli nəfəslər. Ə.Cavad. şəhvətpərəst sif. [ər. şəhvət və fars. ...pərəst] Şəhvət düşkünü. O, bu qədər şəhvətpərəst və kənizpərəst xəlifənin paytaxtından qızları nə cürə qurtara biləcəyi barəsində düşünürdü. M.S.Ordubadi. şəhvətpərəstlik is. Şəhvət düşkünlüyü. şəxs is. [ər.] Cəmiyyətdə ayrıca adam; fərd, kimsə. Hər bir şəxs. Bir şəxs sizi görmək istəyir. – Vətəni sevməyən insan olmaz; Olsa, ol şəxsdə vicdan olmaz. A.Səhhət. Aslan mərhəmətli və əxlaqı düzgün bir şəxs idi. C.Cabbarlı. şəxsən zərf [ər.] Arada heç bir şəxs iştirak etmədən, heç bir vasitə olmadan, bilavasitə özü (özünü). Bu adamı şəxsən tanıyıram. – Keçmiş zaman şəxsən [Mirzağanın] özü üçün qaranlıq idi. S.Hüseyn. İmran kişi şəxsən [Tahirin] nə ilə məşğul olduğunu xəbər aldı. M.Hüseyn. Gəldiyevi belə bir tədbirə vadar eləyən o idi ki, şəxsən özü layihə düzəltmək niyyətində idi. Mir Cəlal. // Bilavasitə. Məktub şəxsən ona aiddir. Məsələni şəxsən özünə bildirin. şəxsi sif. [ər.] Bir şəxsə, adama məxsus (aid) olan, şəxsən onun özü üçün olan, özünün. Budur, bu məclisə yığışanların hamısı öz şəxsi həyatlarını, hörmətlərini təhlükə altına salaraq gəlmişlər. S.Rəhman. // Bir şəxsin özünə məxsus olan, onun istifadəsində olan; xüsusi. Şəxsi mülk. Şəxsi maşın. // Ayrıca bir şəxsə aid olan, ancaq ona xidmət edən. Şəxsi katib. Şəxsi mühafizə dəstəsi. // Müəyyən şəxsə xas olan. Şəxsi fikir. Şəxsi rəy. Şəxsi təcrübə. // Bir şəxsin xüsusi ailə həyatına, ailə münasibətlərinə aid olan. Başqalarının şəxsi həyatına qarışmaq. Şəxsi həyatları yaxşı deyil. // Şəxsiyyətə aid. Vətəndaşların şəxsi hüquqları. Şəxsi toxunulmazlıq. Şəxsi vəsiqə. // Müəyyən şəxsə yönəldilmiş, ona toxunan. Şəxsi təhqir. Mən bunu özümə şəxsi həqarət sayıram. ‣ Şəxsi heyət – hər hansı bir idarədə, müəssisədə, hərbi hissədə və s.-də xidmət edən şəxslərin heyəti. Şəxsi iş – bir idarədə, müəssisədə, hərbi hissədə xidmət edən və ya bir yerdə oxuyan şəxsə aid sənədlərin məcmusu. şəxsi-qərəz is. [ər.] Gizli ədavət, gizli düşmənçilik, gizli niyyət, məqsəd, qərəz. Siz bu xəbərin şəxsi-qərəzdən doğmadığını haradan bilirsiniz? M.S.Ordubadi. Zeynal .. şöbə müdirinin özü ilə şəxsi-qərəzi olduğundan .. şikayət edirdi. S.Hüseyn. [Səməd:] Yoldaş sədr, bu kişi yalan danışır. Üstümə ləkə atır. Mənimlə şəxsi-qərəzi var. B.Talıblı. şəxsi-qərəzlik is. Birilə şəxsi ədavəti, qərəzi olma; şəxsi ədavət, qərəz. ..Şəxsiqərəzlik üzündən haqqı inkar etmək kişilikdən deyildir. M.F.Axundzadə. [Barat:] Mən ancaq onu deyə bilərəm ki, bunların hamısı şəxsi-qərəzlikdir. Bizim kəndimizə [Almaz] kimi işləyən müəllimə gəlməmişdir. C.Cabbarlı. ..Nəticədə yazılanların şəxsi-qərəzlik və böhtan olduğu aydın edilir. S.Rəhman. şəxsiyyət is. [ər.]\n1. Bir şəxsə xas olub onun fərdiyyətini müəyyən edən xüsusiyyətlərin məcmusu. Alarsa hər gecə üç-dörd nəfər əşxas gər vədim; Nə qəm, beş-altı da olsa, mənim şəxsiyyətim artır. M.Ə.Sabir.\n2. Öz xarakteri, əxlaqı, cəmiyyətdə mövqeyi və s. baxımından insan, şəxs, sima. Böyük şəxsiyyət. Görkəmli şəxsiyyət. Tanınmış şəxsiyyətlər. – [Qadın:] Şairlər nə qədər həssas şəxsiyyət imiş. M.S.Ordubadi. Mollayev öz əcəli ilə ölmüş görkəmli şəxsiyyətlərdən də əl çəkmirdi. M.Hüseyn. şəxsiyyətsiz sif. Şəxsiyyəti, mənliyi, siması olmayan; simasız, mənliksiz. [Qədim Romada] arvad şəxsiyyətsiz bir parça şey hesab olunurdu, ona görə də özünə məxsus mal və sərvəti ola bilməzdi. Çəmənzəminli. şəxsiyyətsizlik is. Şəxsiyyəti, siması, mənliyi olmama; simasızlıq; mənliksizlik. şəxsli sif. qram. Şəxs qrammatik kateqoriyasını bildirən. Şəxsli cümlə. şəxssiz sif. qram. Mübtədası olmayan və təsəvvür olunmayan. Şəxssiz cümlə. şəkər is. [fars.]\n1. Qənd. Xalq batıbdır noğla, şəkərə, qəndə; Bizim evdə axta zoğal da yoxdur. M.P.Vaqif. // məc. Şirin, dadlı, ləzzətli şey mənasında. Danışanda şəkər damar sözündən; Qaymaq dodaqları ballı sənəm, gəl! Xəstə Qasım.\n2. tib. Şəkər xəstəliyi, diabet. Şəkəri olan adam ciddi pəhriz gözləməlidir. – Eşitdim; top gurultusu eşidən kimi: – Şəkər! Gözlərimi həkimin gözündən çəkmədim. R.Rza. şəkərarmudu is. Sarı rəngli, çox şirin armud növü. şəkərbağı is. Tumana, şalvara və s.-yə salınan uzun qaytan. şəkərbura is. İçərisi şəkər tozu ilə qoz, fındıq və ya badam ləpəsi qatışıq içlə doldurulmuş, kənarları vintvari burulmuş və üstü naxışlı şirniyyat növü. Bir sininin kənarında; Yaxılırdı iki-üç şam; Qarşımızda şəkərbura; Noğul-nabat, püstə-badam. M.Müşfiq. Tabaq-tabaq paxlava, şəkərbura, nabat, qənd; Xonçaların bəzəyi bənd etmişdi məni, bənd. X.Rza. şəkərçörəyi is. Şəkər, yağ, un və s.-dən bişirilən şirin qoğal növü. [Xonça] ibarətdir yağlı şəkər bişmişlərdən – şəkərburadan, şəkərçörəyindən, ovma fətirdən və s. həlviyyatdan. R.Əfəndiyev. [Səriyyə:] Stolun üzərinə ağ süfrə saldım. Şəkərçörəyi, konfet qoydum. İ.Əfəndiyev. şəkəri bax. şəkərarmudu. şəkərləmə 1. “Şəkərləmək”dən f.is.\n2. Şəkər şirəsində qaynadılıb xarlanmış meyvə. Məhərrəm əmi çox oturmadı, şəkərləmə ilə bir fincan südlü qəhvə içdikdən sonra getdi. A.Şaiq. şəkərləmək f. Şəkər səpmək, şəkər qarışdırmaq, yaxud şəkər şirəsində qaynatmaq. Meyvəni şəkərləmək. şəkərlənmə “Şəkərlənmək”dən f.is. şəkərlənmək f. Şəkər təbəqəsi ilə örtülmək, xarlanmaq. şəkərli sif. Şəkər (qənd) qatılmış, tərkibində şəkər olan; şirin. Şəkərli qoğal. şəkil is. [ər.]\n1. Bir şeyin, ya adamın xarici görünüşü; sifət, surət. Uşaq böyüdükcə şəklini dəyişirdi. – Vidadi xəstəni gəl indi tanı; hanı o sən görən şəklü nişanı. M.V.Vidadi. • Şəkli düşmək – hamar, parlaq səth üzərində surəti, əksi düşmək (görünmək). Suya ağacların şəkli düşmüşdür.\n2. Bir şeyin və ya şəxsin əl və ya foto ilə çəkilmiş surəti; tablo, rəsm. Əsgər şəkli. Divardan böyük bir şəkil asılmışdı. – [Qulu:] Özgələrin evinə gedirsən – bir küncdə divan, bir yanda stullar və stollar, divarlarda xalılar və şəkillər asılıb. N.Nərimanov. Novruzun qəzetdə çıxmış şəkli əldən-ələ dolaşır, onun adı dillərdə əzbər olurdu. S.Rəhman. • Şəkil çəkmək – 1) rəsm çəkmək; 2) fotosurətini çıxarmaq. Şəklini çəkdirmək – fotoqrafiya üsulu ilə öz əksini çıxartdırmaq. // Surət, obraz, təsvir, bənzər, timsal. Onun şəkli indi də gözümün qabağından getmir.\n3. məc. Öz xarici gözəlliyi, bədiiliyi ilə adamı heyran edən şey haqqında. İnsan deyil, bir şəkildir. • Şəkil kimi – gözəl, göyçək qəşəng (adam haqqında). [Gülgəz:] Mənim oğlum Bakı kimi yerdə oxuyur. Şəkil kimi oğlandır. İ.Əfəndiyev.\n4. Dram əsərlərində ayrıca dekorasiya tələb edən pərdənin bir hissəsi. “Vaqif” pyesi 5 pərdə 11 şəkildir. – Kinostudiya bir şəklin ayrı-ayrı hissələrini çəkmək üçün ekspedisiyaya hazırlaşırdı. İ.Əfəndiyev.\n5. məc. Mənzərə, təsəvvür olunan şey. Gələcək şəhərin şəklini göz qabağına gətirmək. Qürubun valehedici şəklinə tamaşa etmək.\n6. Kinofilm. Dünən klubda maraqlı bir şəkil göstərdilər.\n7. Vəziyyət, hal, forma, xarakter. İlyasın söhbəti çox ciddi şəkil aldı. M.S.Ordubadi. • Şəklə düşmək (girmək) – bu və ya başqa bir şəkil almaq, dona girmək, şəklini dəyişmək. Bu halda bir qoca ağsaqqal kişi əlində ağac və bir neçə jandarm daxil olurlar. Onlardan biri deyir: “Qanun hökmünə görə dustaq edərəm sizi”. Laçın bəy, Cahangir bəy, Qulu bəy hərəsi bir şəklə düşür. N.Vəzirov. şəkilcə zərf Formaca, forma cəhətdən. [Nizami Fəxrəddinə:] Tovus quşunun tərbiyəsi və onun vücudunun istiliyi ilə yumurtadan çıxan qarğanın cücəsi şəkilcə qarğa olsa belə, ədəb və tərbiyə cəhətcə tovus quşunun yolunu təqib edər. M.S.Ordubadi. şəkilçəkən dan. bax. fotoqraf. şəkilçi is. qram. Sözün ayrılıqda işlənməyən, müstəqil mənaya malik olmayan və söz köklərinə bitişdikdə onların ya şəklini, ya da şəkli ilə birlikdə məzmununu dəyişən qismi. Sözdüzəldici şəkilçi. Sözdəyişdirici şəkilçi. şəkilçiləşmə “Şəkilçiləşmək”dən f.is. şəkilçiləşmək f. qram. Şəkilçi şəklini almaq, dönüb şəkilçi olmaq. şəkildən-şəklə zərf Bir haldan (vəziyyətdən, formadan) başqa hala (vəziyyətə, formaya). Ağız-burnunu şəkildən-şəklə salır. şəkildəyişmə is. Bir şəkildən başqa şəklə düşmə, zahiri görünüşünü dəyişmə. şəkilli sif.\n1. İçində şəkillər olan; rəsmli. Şəkilli jurnal. Şəkilli məcmuə. – Qonça şəkilli kitabı istəyir, Aqil vermir, bacısına gözlərini ağardırdı. Ə.Vəliyev.\n2. məc. Gözəl, göyçək, qəşəng, gözə xoşgələn, gözəşirin. Yaylığı kirli balam; Qəlbi fikirli balam; Cahıl-cuhul içində; Mənim şəkilli balam. (Bayatı). Biri sərtasər ağ, həm siyah telli; Biri buğdayıdır, alma şəkilli. M.P.Vaqif. [Nəcibə] alagöz, ağbəniz, qırmızıyanaq, qara şəvəsaç, ucaboy, şəkilli .. ceyran kimi bir qızdır. Mir Cəlal.\n3. Adətən rəqəmlərlə – səhnədə və ya kinoda göstərilən əsərin neçə şəkildən ibarət olduğunu bildirir. 10 şəkilli əsər. – Səməd Vurğun şerinin yüksək inkişaf nümunəsi, şübhəsiz ki, şairin 1938-ci ildə yazdığı on bir şəkilli “Vaqif” adlı dramatik poemasıdır. M.Arif. şəkilpərəst sif. [ər. şəkil və fars. ...pərəst] bax. surətpərəst. [Qətibə:] [Kişilər] qadının qəlbi ilə yox, şəkli ilə maraqlanırlar, ümumiyyətlə, onlar şəkilpərəstdirlər. Gözəlliyi, hətta boyalı gözəlliyi sevirlər. M.S.Ordubadi. şəkilsiz sif.\n1. Şəkli, rəsmləri olmayan; rəsmsiz. Şəkilsiz jurnal.\n2. məc. Biçimsiz, görünüşsüz, görünüşcə nəzəri cəlb etməyən. şəkil-şəmayil bax. şir-şəkil. Münəvvər xanımın şəkli-şəmayili Hacını lap əvvəl gündən cəlb eləmişdi. Mir Cəlal. şəkk is. [ər.] Bir şeyin gerçəkliyinə, doğruluğuna şübhə etmə; şübhə, güman, zənn. Leyli dedi: – Çün sənə şəkkim var; Məcnun isən, eylə halın izhar. Füzuli. Əziz balalar!.. Sizin bizdən xoşbəxt olmağınıza heç şəkk yoxdur. N.Nərimanov. [Hacı Osman:] Vəli kişinin qoçaq olmasına şəkkin yoxdur ki, Cavad bəy? N.Vəzirov. • Şəkdən çıxartmaq – inandırmaq, şübhə üçün arada yer qoymamaq, şəkk-şübhədən qurtarmaq, inandırmaq. [Seyid Əhməd Seyid Səmədə:] Andına inanıram. Amma gərək bir şeyə də and içib, məni dürüst şəkdən çıxarasan. Ə.Haqverdiyev. Şəkdən çıxmaq – bax. şəkk-şübhədən çıxmaq. Şəkkə düşmək – özündə şübhə doğmaq, şübhə eləmək, şübhə altına almaq. [Dərviş] mənim şəkkə düşməmi anladı. A.Divanbəyoğlu. Mətbəxdəki arvadlar qara çadraya bürünmüş qadını gördükdə, şəkkə düşmüş və cürbəcür fikirlər irəli sürməyə başlamışdılar. T.Ş.Simurq. Şəkk eləmək (etmək) – bir işin doğruluğuna, həqiqiliyinə, gerçəkliyinə inanmamaq, şübhə etmək. [Səməd kişi:] Xeyr, xeyr, əstəğfürullah elə, Allahın hünərinə şəkk eləmə. T.Ş.Simurq. Bu elə hikmətli çarə idi ki, şəkk eləməyə heç kəsin cürəti çatmırdı. S.Rəhman. Şəkk gətirmək – bax. şəkkə düşmək. Sən mənim sözümə heç gətirmə şəkk; Bizim evlərdə də gəl görün tək-tək. M.P.Vaqif. [Qəhrəman:] Rəhmətliyin qızı, sən də şəkk gətirirsən? S.Rəhimov. şəkkak sif. və is. [ər.] Hər şeyə şübhə edən, şübhə ilə baxan, heç şeyə inanmayan, şəkli. [Molla Kərim:] Dünyanın axırıdır. Şəkkakə lənət, – deyə dışarı sıçradı. B.Talıblı. [Nəcəfalı:] Şəkkakdır o, şəkkak. Heç şeyə inanmır. B.Bayramov. Belə olan təqdirdə o şəkkakları necə qandırasan ki, siz hələ birini görmüsünüz... S.Qədirzadə. şəkkaklıq is. Hər şeyə şəkk-şübhə etmə, şəkk-şübhə ilə baxma. şəkk-şübhə is. [ər.] İnamsızlıq, inanmama, bədgümanlıq; şəkk, şübhə. Bu işin şəkk-şübhəsi yoxdur. Şəkk-şübhədən qurtarmaq. – [Bənna:] Rəhmətlik öləndən sonra uşaqları .. bircə otağın divarından iki sandıqça qızıl tapıblar. Yaxşı axtarsalar, milyona şəkkim-şübhəm yoxdur. M.Hüseyn. • Şəkkşübhədən çıxartmaq – şübhədən qurtarmaq. [Məşədi İbad:] Bağışla, bəy, Allah səndən razı olsun ki, bizi şəkk-şübhədən çıxartdın. Ü.Hacıbəyov. şəkk-şübhəsiz zərf və sif. Heç bir şəkk, şübhə olmadan, yəqin, sözsüz, gerçək. Şəkkşübhəsiz bu iş yerinə yetiriləcəkdir. – [Seyrəksaç dəllək:] Birisi bu dünyada günahsız yerə bir qarışqanı tapdayıb öldürmüş olsa, orada şəkk-şübhəsiz sorğu-sual olunacaqdır. S.Rəhimov. şəkləmə “Şəkləmək”dən f.is. şəkləmək qulaqlarını şəkləmək – bax. qulaq. Birdən atlar səs eşidib qulaqlarını şəklədilər. T.Ş.Simurq. Əsgər ağa birdən qulaqlarını şəklədi, ətrafı dinləməyə başladı. S.Rəhman. şəklən zərf [ər.] Şəklinə görə, şəkilcə, zahiri görünüşcə. Şəklən artistə oxşayır. şəkləndirmə “Şəkləndirmək”dən f.is. şəkləndirmək icb. Şəkkə salmaq, şübhəyə salmaq, şübhələndirmək. şəklənmə “Şəklənmək”dən f.is. şəklənmək f. Şəkkə düşmək, şübhə etmək, şübhələnmək. Həmin şəxs bir saat bundan qabaq küçədə gəzərkən İslamiyyə mehmanxanasına cəm olan müsəlmanlara diqqət salıb şəklənmişdi ki, bunlar işsiz deyillər. C.Məmmədquluzadə. şəklətmə “Şəklətmək”dən f.is. şəklətmək f. Şəkkə salmaq, şübhəyə salmaq, şübhələndirmək, şübhə oyatmaq. [Əhməd:] Adamsan, adam oğlusan, beş manat nə puldur ki, sən o yandan bəri şəklədirsən? N.Vəzirov. şəkli I. sif. Şübhəli, şübhə doğuran; inam, etibar doğurmayan. Şəkli adam. Şəkli iş. Birbirindən şəkli olmaq. // is. Şəkk edən, şübhə edən; şəkkak.\n\nII. sif. [ər.] Zahiri görünüşcə (görünüşünə görə), zahirən. şəksiz zərf Şübhəsiz, yəqin, əlbəttə. [Ağa Səttar:] Bəli, elə kişidən şəksiz saleh övlad qalacaqdır. M.F.Axundzadə. Qüvvətin varsa, yaşarsan məsud; Yoxsa, şəksiz olacaqsan nabud. A.Səhhət. şəksiz-şübhəsiz bax. şəksiz. Səməd bu sözləri özü-özünə söylər və istiqbalının parlaq olacağına şəksiz-şübhəsiz inanardı. B.Talıblı. Sənsən bahar, sənsən şəksizşübhəsiz; Nəğməmin ahəngi, şerimin rəngi. S.Rüstəm. şəkva is. [ər.] klas. Şikayət. • Şəkva etmək (eyləmək) – şikayət etmək. Cənnət həramım olsun, əgər şəkva eyləsəm. S.Ə.Şirvani. Usan, etmə şikayət bizdən əsla; Get, öz baxtından eylə indi şəkva. M.Ə.Sabir. şəqaiq is. [ər.] Laləgülü, xoruzgülü, gəlincikgülü. Şəqaiq, qərənfil, süsən, nəstərən; Zəbani-hal ilə oxur müstəhsən. Q.Zakir. şəlalə is. Çay yatağında sıldırım qayadan tökülən güclü su axını; çağlayan, şır-şır. Qaraca qız iki arşın ucalıqdan tökülən şəlalənin altında durub çimdiyinə görə Yasəmənin səsini eşitmədi. S.S.Axundov. Nəbi .. qıjıltı ilə gedən çaylara, qayalardan çağlayıb tökülən şəlalələrə tamaşa edirdi. S.Rəhimov. şəlaləcik is. Kiçik şəlalə; süni surətdə düzəldilmiş kiçik şəlalə. şəlaləli sif. Şəlaləsi, ya şəlalələri olan. ..Çopur qara qayaların arasından pıqqıldayapıqqıldaya dəlicəsinə çıxan şəlaləli çay öz hay-harayı ilə Qarabağ düzənlərinə tərəf gedirdi. S.Rəhimov. Şəlaləli qoca Tərtər; Xaçın çayı, dəli Qar-qar. Aşıq Hüseyn. şələ is. Arxada aparıla biləcək qədər bağlanmış yük (şax, odun və s.). Şələ bağlamaq. – [Niyaz:] Sən də ki odunçusan, hər gün gəlib, burada bir şələ odun tapırsan, deyirsən, bəxtim gəlib. Ə.Haqverdiyev. Bir gün eşq sevdasından məst olmuş Nadir dalında bir şələ odun gətirdi. B.Talıblı. [Gülcahan:] Get, meşənin ətrafından quru odun budaqlarından bir şələ topla gətir. T.Ş.Simurq. ‣ Şələni qoy, gəl dalaşaq (döyüşək) – heç bir səbəb olmadan dalaşmağa can atan adam haqqında. [Kişi:] Gördüm ki, bu oldu şələni qoy yerə, gəl döyüşək. “Kirpi”. Şələsini sudan çıxarmaq (çıxara bilmək) – bax. çulunu sudan çıxarmaq (“çul”da). [Xanpəri:] Bu gündən sübut edəcəyəm ki, mənim heç kimə minnətim yoxdur. Özüm öz şələmi sudan çıxara bilərəm. Ə.Vəliyev. Şələsini tutmaq – bax. yükünü tutmaq (“yük”də). şələkət sif. məh. Çox sakit, xay. Şələkət bir gecə idi. S.Hüseyn. şələ-külə bax. şey-şüy. ‣ Şələ-küləsini (şələ-şüləsini) qoltuğuna vermək – bax. şələ-küləsini bayıra atmaq. [Gülzar:] Şələ-küləsini verdim qoltuqlarına, qovdum, getdilər. İ.Hüseynov. Şələ-küləsini bayıra atmaq – şey-şüyünü əlinə verərək qovalamaq; qovmaq. Şələ-küləsini dalına sarımaq – bax. şələ-küləsini qoltuğuna vermək. Şələ-küləsini yığmaq (yığışdırmaq) – nəyi varsa özü ilə götürmək. Molla Nəsrəddin [Teymurun] bu xasiyyətini bilən kimi şələ-küləsini yığışdırıb, birbaş qaçır kəndlərinə. “M.N.lətif.” [Ağayev:] Əgər [Qurban] ayağını yerə dirəməsəydi, Qumadadan şələ-küləmizi yığışdırıb çoxdan çıxmışdıq. M.Süleymanov. şələquyruq is. Tülküyə verilən ləqəb. Bir demədin ki, tülkü; Quyruqsuz neyləsin bəs; Şələquyruq olmasa; Tülkü baba keçinməz. R.Rza. şələləmə “Şələləmək”dən f.is. şələləmək f. Şələ bağlayıb arxasına götürmək, dalına qoymaq, yükləmək (bəzən “dalına” sözü ilə). [Niyaz:] A kişi, sarsaq olma, gəl odunu şələlə dalına, itil cəhənnəmə. Ə.Haqverdiyev. Arvadlar və iri qızlar bu palçıqdan qazıb, torbalarda dallarına şələlər, satmaq üçün aparardılar. Ə.Əbülhəsən. Məsmə, Səkinə, Pəri çəkillikdə ipək qurdu üçün budaq qırır, şələləyərək daşıyırdılar. Mir Cəlal. şələlənmə “Şələlənmək”dən f.is. şələlənmək məch. Şələ edib dalına götürmək, yüklənmək, dalına yük çatmaq. Kosa, Mədətin kara gələcəyi qorxusundan Əfruz bacıya təslim olub boyun əydi. O, kisəni şələləndi, toyuqları aldı. S.Rəhimov. şələli sif. Dalına şələ götürmüş, yüklənmiş. Yolla şələli adam gedirdi. şələpapaq sif. Başına uzuntüklü dəridən papaq qoymuş. Şələpapaq kişi. Şələpapaq kəndli. – [Hüseynqulu:] Əmim oğlu komandir olduğuna görə rəngi saralmış, əynində dəridən paltar, başında bir şələpapaq sükançının yanında durmuşdu. H.Sarabski. şələ-şələ zərf Şələlərlə, bağlı-bağlı, yığın-yığın. [Ayrım qızı] meşədən şələ-şələ odun daşıyar, sac asar, nehrə çalxayar və yorulmaq nə olduğunu bilməzdi. A.Şaiq. [Mücü] köklərindən hər gün şələ-şələ kəndə daşındı. R.Rza. şələ-şiltə bax. şəlpə-şülpə. [Qoca:] Çata bilmərik, yağı xanı, bəyləri də basar alar, şələ-şiltəsini toplar, gedər, bizə ar olar. M.Rzaquluzadə. şələ-şülə bax. şələ-şiltə. [Hacı Murad:] ..Get, şələ-şüləni yığışdır. S.S.Axundov. [Tahir:] Bilsəm ki, azarım-bezarım yoxdur, o dəqiqə şələ-şüləmi yığıb gedərəm. M.Hüseyn. şəlləmə “Şəlləmək”dən f.is. şəlləmək f. Dalına almaq, yükləmək. Ata [Saranı] arxasına şəlləyib qoyun otardı. İ.Əfəndiyev. şəlpə bax. şəlpə-şülpə. Süzmə dəxi, gözlərin aç, a Babayi-Əmir; Şəlpələrin tez yığıb qaç, a Babayi-Əmir. C.Cabbarlı. şəlpə-şülpə top. dan. Pal-paltara, yaxud xırım-xırda şeylərə saymazyana verilən ad. şəltə is.\n1. Qadın alt tumanı, dizlik.\n2. dan. Cır-cındır, yıpranmış, üzülmüş, köhnə-kürüş şeylər (xalça, palaz, geyim, parça və s.). Otaq kasıb döşənmiş, dörd-beş şəltədən ibarət idi. A.Şaiq. ‣ Şəltəsi işləməmək (keçməmək) – kələyi baş tutmamaq, hiyləsi keçməmək. ..Dəni məqsədlilərin burada şəltəsi işləməz. Onlar zərərdən savay heç bir xeyir yetirə bilməzlər. Ü.Hacıbəyov. Qarı bu yerdə şəltəsini işlədə bilmədi. Mir Cəlal. şəltəlik is. Şəltəyə (1-ci mənada) yarar parça. // Sif. mənasında. Şəltəlik parça. şəltə-şəltə zərf dan. Parça-parça, tikə-tikə. [Humayın] papağına dörd tolamaz birdən dəydiyi üçün papağın sağanağı şəltəşəltə oldu. Ə.Vəliyev. şəltə-şültə dan. bax. şəltə. şəm klas. bax. şam. Nə xoş olur eşq əhlinin bu halı; Şəmə yanə pərvanənin misalı. M.V.Vidadi. [Padşahın qızı:] Çünki atam bilsə [Rizvanı] yüz parça elər. Odur ki, danışa bilməyib, gün-gündən şəm tək əriyirəm. Ə.Haqverdiyev. şəmatət is. [ər.] klas.\n1. Birinin başına gələn bəla və müsibətdən düşmənin sevinib kam alması; bədxahlıq.\n2. Tənə, məzəmmət, danlaq. Olmayaydım ol pəri eşqində rüsvayi-cəhan; Çəkməyəydim dustü düşməndən şəmatət kaş ki. S.Ə.Şirvani. Müftəxorluq nə gözəl peşə idi, tutmuş idim; Nə açan üstünü karın, nə şəmatət var idi. M.Ə.Sabir. • Şəmatət etmək klas. – tənə vurmaq, ayıblamaq, danlamaq, məzəmmətləmək. Bir qədər [gəncə] ağır gəlirdi; İlmək boğaza keçib asılmaq; Təhqir ilə yellənib də qalmaq; Meydanda duran bütün cəmaət; Hərdən edələr ona şəmatət. A.Səhhət. şəms is. [ər.] Günəş, gün. O necə quş idi anasını əmər; Havada dövr edər, şəms ilə qəmər? Xəstə Qasım. Camalın xəcil elər, Şəms ilə mahı, müxtəsər. Aşıq Ələsgər. şəmsiyyə is. [ər.] Günlük, çətir, zontik. [Qız] əda ilə əlindəki ağ və pənbə ipəkli şəmsiyyəsini oynada-oynada hər kəsin önündən sallanaraq keçər(di). A.Şaiq. Hər tərəfdən ağ geyimli altı qız fironun xanımının başına tavus lələklərindən yapma şəmsiyyələr tutmuşdular. Çəmənzəminli. Sona qaranlıq küçədə şəmsiyyəsiz yağışın altında durmuş(du).. Ə.Əbülhəsən. şəmşir is. [fars.] Qılınc. İş atışmadan ötüb, şəmşir və xəncər ilə bir-birinə həmlə etməyə çatdı. M.F.Axundzadə. Yanımda gər dura cəllad əlində şəmşiri; Ölüm gücüylə mənə hökm edə olum təslim; Əyilmərəm yenə haşa. C.Cabbarlı. • Şəmşir çəkmək klas. – qılıncla vuruşmağa hazırlaşmaq, qılınc çəkmək, qılınca əl atmaq. Şəmşir çəkdi, qətlin üçün gəldi ol pəri; Sandın ki, rəhm edər sənə ol dilruba, könül. S.Ə.Şirvani. şəmşirbaz sif. [fars.] Qılıncoynadan. Görməmişəm, qızdan şəmşirbaz olmaz; Maralım, ceyranım, dönmərəm səndən. (Qoşma). şəms-qəmər is. [ər.] şair. Günəş və Ay (Şərq ədəbiyyatında gözəlin camalına təşbeh). Ey şəms-qəmər yüzlü, şirin dodağın duzlu; Vey şəhdü şəkər sözlü, didarına müştaqəm. Nəsimi. Camalındı şəms-qəmər; Dərdin bu sinəmdə dəftər; Ucundan yazıq Ələsgər; Dönübdür abdala, Maral! Aşıq Ələsgər. şən I. sif. Sevinc, sevincli, şad, məmnun. [Sevda:] Güldükcə günəş mən də gülərdim; Şən könlümü azadə dilərdim. H.Cavid. Böyük günlər, şanlı günlər, şən günlər; Yoluna düşən günlər; Hələ qarşımızdadır. M.Müşfiq.\n\nII. bax. şan1. Getdi şənimiz, etibarımız; Varmı rütbəmiz, iqtidarımız? M.Ə.Sabir. [Səfər bəy:] Xayır, bu heç mənim şənimə yaraşan ad deyil! Qoy desinlər “ət yeyən Səfər bəy”, “yağ yeyən Səfər bəy”. B.Talıblı. Mən sevirəm dövlətimi; Onun şəni böyükdür. Ə.Cəmil. • Şən qazanmaq – şöhrət tapmaq, hörmət qazanmaq, məşhurlaşmaq, ad çıxartmaq. ..Şən qazanmağın özü də, əslinə baxsan, yaxşı sifətlərdən biridir. Ü.Hacıbəyov. Şəni uca olmaq – ad-san qazanmaq, şöhrətlənmək, xalqın gözündə yüksəlmək. [Vəzir:] ..Əgər sən bir sənət və peşə bilsən, sənin şənin daha da uca olar. Ü.Hacıbəyov. // Bir adama layiq olan keyfiyyət, sifət, ləyaqət, şərəf. Ələsgər şənində desin dastanı; Fəxr eləsin doğan ana, can desin. Aşıq Ələsgər. Bu haman dayımdır ki, otuz il ondan sonra Sabir onun şəninə bir belə qəzəl yazdı. C.Məmmədquluzadə. [Xan:] Leylanın şəninə onda gərək sən; Burda bədahətən şeir deyəsən. B.Vahabzadə. ‣ Şəninə dəymək (toxunmaq) – özü üçün alçaqlıq hesab etmək, mənliyinə toxunmaq. [Qoca:] Ay Mirzə, niyə bəs kola girirsən? Yoxsa mal otarmaq sənin şəninə dəyir. S.Rəhimov. Şəninə kəsir saymaq – özünə, adına layiq bilməmək, ar bilmək, özü üçün əskiklik saymaq. Deyək lap Müqim bəy bilmədi, yaxud Zərrintac xanım da bu əhvalatı şəninə kəsir sayıb, sirri başqa bir kəsə bildirmədi, bəs onda bu daş-qaşın qədrini kim bilər? S.Rəhimov. Şəninə layiq bilməmək, yaraşdırmamaq (sığışdırmamaq) – özünə layiq bilməmək, öz ləyaqətini gözləmək, nüfuzunu, heysiyyətini saxlamaq. Yadlar ilə danışmaya, gülməyə; Hər sözü şəninə layiq bilməyə; Namünasib yerə gedib-gəlməyə; Namusu, qeyrəti, arı gərəkdir. Q.Zakir. [Səmirə:] Xüsusən ilk beşiyim Kəmalə birinci sinifdən əlaçı olduğu üçün müəllimlərinə zəif cavab verməyi şəninə sığışdırmırdı. M.Hüseyn. şənbə is. [fars.] Həftənin cümədən sonra gələn günü. Şənbə günü. – [Yusif:] Uşaqlar, bilirsiniz, şənbə, nə təhər olsa, gedirəm. Çəmənzəminli. şəndir sif. dan. Yavan, yağsız (çox zaman “şəndir-şündür” şəklində işlənir). Şəndir ət. – Fəqir-füqəra, əlsiz-ayaqsızlar, yoxsullar, dilənçilər gəlib, sədəqə istədikdə min cür danlaqdan sonra, ağalar qoyunun sürsümük və şəndir-şündüründən verib rədd edərdilər. H.Sarabski. şənləndirilmə “Şənləndirilmək”dən f.is. şənləndirilmək məch. Şən edilmək, şadlandırılmaq, fərəhləndirilmək. şənləndirmə “Şənləndirmək”dən f.is. şənləndirmək f. Şən etmək, fərəhləndirmək, könlünü açmaq, canlandırmaq, ruhlandırmaq. Şənləndirir hər kəsi; Bir musiqi məclisi. A.Şaiq. Bir neçə il sonra körpə uşaqlar [Qədirgilin] ailəsini şənləndirəcəkdi. S.Hüseyn. Səadət xanım məclisi qat-qat şənləndirdi. Mir Cəlal. şənlənmə “Şənlənmək”dən f.is. şənlənmək f.\n1. Sevinmək, fərəhlənmək, şadlanmaq, açılmaq; üzü gülmək. [Gəray:] Söyləmiş, biz onunla əyləndik; O da şənləndi, biz da şənləndik. A.Şaiq. Gümüş qədəhləri qaldırın görək; Bu məclis şənlənib qızışsın gərək. S.Vurğun.\n2. məc. Canlanmaq, ruhlanmaq. şənləşmə “Şənləşmək”dən f.is. şənləşmək bax. şənlənmək. şənlətmə “Şənlətmək”dən f.is. şənlətmək bax. şənləndirmək. // məc. Canlandırmaq, can vermək. [Bəypolad Cəmil bəyə:] Turxan bəydən ayrıldığımız gecə gözlərim bağçanı şənlədən çiçəklərə ilişdi. H.Cavid. şənlik is.\n1. Şadlıq, sevinc, fərəh. O hara gəlsə şənlik gətirir. – İş keçsə bu surət bir müddət əgər; Qalmaz Qarabağda şənlikdən əsər. Q.Zakir. Bəndalı həmişə evə gələndə bir şənlik, xoşluq gətirərdi. Mir Cəlal.\n2. Təntənə, şadlıq məclisi, şadyanalıq, çalıb-çağırma, bayram. Xalq şənliyi. Məktəbdə şənlik keçirilirdi. – Mədəniyyət sarayında bu gün şənlik vardı. S.Rəhman. [Əsgər:] Düşmən pilotu bizi görsəydi, yəqin ki, bir qatar pulemyot gülləsi atar, şənliyimizi pozmağa cəhd edərdi. M.Hüseyn. • Şənlik etmək (eləmək) – şadyanalıq etmək, deyibgülmək, çalıb-çağırmaq, bayram etmək. Yığışın, şənlik edək, qərnimizin bayramıdır; Sil gözümdən bu yüz ildən bəri göz yaşlarımı. Şəhriyar. ..Şura hökuməti qurulduğuna görə çayqıraqlılar şənlik eləyirlər. Ə.Əbülhəsən. şənliksiz sif. Şənlik olmayan, çalçağırsız, sakit, süst. [Mirzə Mahmud:] Mən də boynuburuq və peşman bir halda şənliksiz guşədə durub, aləmin böyük həngaməsinə tamaşa edirəm. Çəmənzəminli. // Zərf mənasında. Məclis şənliksiz keçdi. şənlik-şadlıq bax. şənlik. Adət belədir – bayramda sevinib gülərlər, şənlik-şadlıq düzəldərlər. M.İbrahimov. şən-şən sif. və zərf Sevinə-sevinə, fərəhlə, şən halda, sevinclə. Bu gördüyün şənşən ellər bizimdir; Qarlı dağlar, coşqun sellər bizimdir. A.Şaiq. Yaşıl çəmən bayraq edər laləni; Ötərsiniz onda şən-şən, durnalar. S.Rüstəm. şən-şərafət is. Hörmət, etibar, sayğı, şərəf, heysiyyət. Şən-şərafətlə gün keçirmək. – Ağcanın uşaqlıq günləri beləcə şənşərafətlə, əzizlik, bəxtiyarlıqla keçdi. Mir Cəlal. // Əsil, nəcabət. şən şövkət (=şənü şövkət) klas. bax. şan-şövkət. Deyildir bərabər heç kimsənəyə; Xubların şahıdır şənü şövkətdə. M.P.Vaqif. Şənü şövkət, ey əmir, səndən artıq kimdə yox; Həm ədalət, həm səxavət, həm şücaət səndə çox. Ü.Hacıbəyov. şənü şövkət (=şən şövkət) klas. bax. şan-şövkət. Deyildir bərabər heç kimsənəyə; Xubların şahıdır şənü şövkətdə. M.P.Vaqif. Şənü şövkət, ey əmir, səndən artıq kimdə yox; Həm ədalət, həm səxavət, həm şücaət səndə çox. Ü.Hacıbəyov. şər I. is. [ər.]\n1. Pislik, yamanlıq, fənalıq, pis iş. Xeyir və şər. – Şər deməsən, xeyir gəlməz. (Ata. sözü). Dünyanın gərdişindən; Təng oldum hər işindən; Mərdin başı qal çəkir; Namərdin şər işindən. (Bayatı). Bəxtəvər başına sənin, ey rəqib; Xeyir sənə qismət oldu, şər mənə. Q.Zakir. [Cümrü Ağamalı] xeyir və şərdə can-başla iştirak edərdi. H.Sarabski.\n2. Böhtan, iftira, fitnə, intriqa; xata, xatabala. [İmamverdi nəvəsinə:] Yox, daha səni orada qoymaq olmaz. Mən azarlıyam, durmağa taqətim yoxdur, səni o iki şeytanın şərindən mühafizə etməyi bacarmıram. S.S.Axundov. Vaqonlar [Rübabəni] götürüb, sanki Gəldiyevin şərindən uzaqlaşdırmaq üçün yeyinlədilər. Mir Cəlal. • (Üstünə) şər atmaq – üstünə böhtan atmaq. [Gülnisə:] Yalandır, atamın canı üçün yalandır; üstümə nahaqdan şər atırlar. Ə.Haqverdiyev. [Süleyman Heydərquluya:] Sən canını qurtarmaq üçün gərək Abbasın üstünə bir şər atasan. M.İbrahimov. Şərə düşmək – dayanıb durduğu yerdə, nahaqdan böhtana, iftiraya məruz qalmaq, böhtana düşmək. Şərə düşmək qəfil gülləyə düçar olmaq kimidir. Ə.Vəliyev. Şərə salmaq – iftira edərək, böhtana salaraq dolaşdırmaq. [Vəzir:] ..Bir təhər elə, onu şərə sal, öldürək. “Qurbani”.\n3. sif. Böhtançı, iftiraçı, fitnəçi, intriqaçı, xatakar. Şər adamdır, ondan uzaq ol. ‣ Şər qarışmaq (qovuşmaq) – qaranlıqlaşmaq, qaranlıq düşmək, qaş qaralmaq. Şər qovuşanda dəstə kəndə çatdı. – [Tahir:] Maşınımın təkəri partlamışdı, dəyişdirib təzəsini taxanacan şər qarışdı. M.Hüseyn. Şər qarışanda məscid həyətinə otuza qədər gənc yığılmışdı. Mir Cəlal. Axşam şər qarışıb, qaş qaralanda; Şairin qapısı döyüldü birdən. B.Vahabzadə. Şəri başdan uzaqlaşdırmaq – xata-balanı özündən uzaqlaşdırmaq, gözlənilən böhtanın, iftiranın qarşısını almaq, özünü xətərsizləşdirmək. [Salonda] səslər eşidilməyə başlandı: – Bir gədənin birinə əlli manat verə bilməzsiniz ki, bir gecənin içində şərini başınızdan uzaqlaşdırsın. M.S.Ordubadi. [Yaşlı kişi:] Mən onu qovub şərini başımdan uzaqlaşdırmalı idim. S.Hüseyn. Xeyirə-şərə yaramaz – bax. xeyir-şər.\n\nII. is. [ər.] klas. Şəriət. [Şah:] Əhkamişərə mütabiq kimsənə nəzərdə varmı ki, səltənəti və təxtü tacı ona vagüzar edək? M.F.Axundzadə. Söz yox ki, badə şərdə olmuş bizə həram; Zənnim budur ki, yar ilə içsən həlal olur. S.Ə.Şirvani. şərab is. [ər.] Üzümdən hazırlanan spirtli içki; çaxır. Şərab şər gətirər. (Ata. sözü). [Qaraş] məclisdən-məclisə bir-iki qədəh şərab içsə böyük işdi. M.İbrahimov. Əlyarov qırmızı şərabla dolmuş stəkanı son damlasına qədər içib, şəstlə süfrəyə çırpdı. M.Hüseyn. şərabçı is.\n1. Şərab hazırlayan, çaxırçı.\n2. Şərabsatan. ..Şərabçılar içəri girib ağızları yaşıl ipəklərlə sarınmış şüşələri açıb rətlin içinə tökməyə başladılar. M.S.Ordubadi. şərabçılıq is.\n1. Şərab hazırlama, şərabçı peşəsi. Şərabçılıqla məşğul olmaq.\n2. Üzüm və başqa meyvələrdən şərab hazırlama işi. Şərabçılıq sənayesi. şərabxana is. [ər. şərab və fars. ...xanə] Şərab çəkilən karxana; şərab çəlləklərinin saxlandığı yer. Girdi şərabxanəyə bir gün pişik; Ta ki, siçan tutmağa çəkdi keşik. S.Ə.Şirvani. // Şərabçı dükanı, şərab içilən yer; meyxana. şərabxor sif. [ər. şərab və fars. ...xor] Şərab düşkünü, içki düşkünü, içkiçi. Alagöz Zərrintac xanıma, Cavanşirə sığınmaqla öz olan-qalan azadlığını da əlindən vermiş, bu ehtiraslı şərabxor xanıma bağlanmışdı. S.Rəhimov. // İs. mənasında. Bütün şərabxorlar kimi Qədirdə də bu ləyaqəti gözləmək əbəs idi. Mir Cəlal. şərafət is. [ər.] Şərəf, hörmət, etibar. Əql ilədir şərafəti-insan zəmanədə. S.Ə.Şirvani. Elm idi əgər bəxş edən insana şərafət; Millət nə səbəbdən ona göstərmədi rəğbət? M.Ə.Sabir. // Heysiyyət, mənlik. [Gülnaz mübaşir Məmmədə:] Şərafətiniz varsa, ağa, bu qapıdan qonaq kimi girmişsiniz, qonaq kimi də çıxıb gedin. M.İbrahimov. şərafətli sif. və zərf Şərəfli, hörmətə layiq, mübarək, əziz. Haman şərafətli ayın adı mahi-mübarəki-rəmazandır. C.Məmmədquluzadə. [Növrəstə:] Bugünkü bayramımızı şərafətli keçirməliyik. Ə.Haqverdiyev. şərait is. [ər. “şərt” söz. cəmi]\n1. Bir şeyin həyata keçməsi üçün lazım olan şərtlərin məcmusu; vəziyyət. Hər şey şəraitdən asılıdır. – Qəhrəman köhnə bir müəllim kimi mühit və şəraitə ciddi fikir verirdi. S.Rəhimov.\n2. Şərtlər. // Bir işin, hadisənin, prosesin baş verdiyi, cərəyan etdiyi mühit. Həyat şəraiti. Danışıqlar qarşılıqlı anlaşma şəraitində keçdi. şərakət is. [ər.] klas. Şəriklik, şərik olma, bərabər iştirak etmə, yoldaşlıq. • Şərakət etmək – bir işdə yoldaşlıq etmək, iştirak etmək; şərik olmaq. Sidqi bu ki, bu barədə rəyimdir əlavə; Sizlə edə bilməm də şərakət, uçitellər! M.Ə.Sabir. ..Biz qonşularımızdan heç bunu gözləmirik də və görmürük də ki, onlar bizim cümələri tətil eləsinlər və bayramlarımıza şərakət etsinlər. C.Məmmədquluzadə. şərakətli sif. və zərf Şərikli, müştərək, bir yerdə, ortaqlı. Şərakətli bağ salmaq. – [Fərhad:] Siz xahiş eləsəniz, hər beş adama bir koma tikdirib şərakətli barama saxlaya bilərsiniz. Ə.Haqverdiyev. şərar (=şərarə) is. [ər.] klas. Qığılcım. Nagəhan bir şərarə qəlyandan; Düşdü əmmaməsinə sol yandan. S.Ə.Şirvani. Gətirdiyin yumurtadan nəticə cücə gözləmə; Qazanda qayğanağa bax, ocaqdakı şərarı gör. M.Ə.Sabir. şərarə (=şərar) is. [ər.] klas. Qığılcım. Nagəhan bir şərarə qəlyandan; Düşdü əmmaməsinə sol yandan. S.Ə.Şirvani. Gətirdiyin yumurtadan nəticə cücə gözləmə; Qazanda qayğanağa bax, ocaqdakı şərarı gör. M.Ə.Sabir. şərarəli sif. Qığılcımlı, qığılcımsaçan. Qara buludlar Günəş şüasını bizdən gizləyirkən, gün o şərarəli oxlarını bizə çatdırmağa çalışırdı. T.Ş.Simurq. şərarət is. [ər.] klas. Yamanlıq, pislik, mərdimazarlıq, şər iş; fitnə; fəsad. Hər kəs şərarət əksə, peşmanlıq bitər. (Ata. sözü). Həddən aşıb büxlü həsəd, şərarət; Yoldaş yoldaşına eylər xəyanət. Q.Zakir. [Camal bəy:] ..Ağa İsmayıl bəy, farağat otur, bəsdir şərarət. N.Vəzirov. • Şərarət etmək – şər iş görmək, yamanlıq eləmək, mərdimazarlıq eləmək; fitnə, fəsad salmaq. Molla dayı, etmə şərarət belə. M.Ə.Sabir. şərarətçi is. Fitnəçi, fəsadçı, mərdimazar. şərbaf is. [fars.] Nazik saplardan əl ilə bafta və sair bu kimi şeylər toxuyan, tikmə tikən usta. Bir dənə dülgərimiz, bir dənə dərzimiz yoxdur. Papaqçı, dəmirçi, nalbənd, başmaqçı və şərbafdan başqa sənətkara gümanımız gəlmir. Çəmənzəminli. Ərlik yekə qızdır, deyirəm: get ərə, getmir; Şərbaf Qasıma, bəzzaz ağa Qənbərə getmir. Ə.Nəzmi. [Ağasəfər] bir-iki nəfər muzdurun bayaqkı qısaboylu şərbafa yaxınlaşdığını gördükdə canını dişinə tutaraq dedi. Ə.Əbülhəsən. şərbaflıq is. Şərbaf peşəsi, şərbaf sənəti. Şərbaflıq eləmək. – Ömrünün tamam iyirmi dörd ilini Həmzənin toxucu karxanasında şərbaflıqla, muzdurçuluqla keçirən otuzyaşlı Veys, böyük peşmanlıqla öz-özünü danlayırdı. Ə.Əbülhəsən. şərbaz sif. [ər. şər və fars. ...baz] Şər, böhtan atmağı sevən; iftiraçı, fitnəçi. Şərbaz adam. şərbət is. [ər.]\n1. Meyvə şirələrinə və ya adi suya qənd qatmaqla hazırlanan şirin içki. // Sirop. Bayram zamanı hil, darçın, zəncəfil, qəhvə çayı da vermək adət idi. Bundan əlavə, şərbət də verərdilər. H.Sarabski. Surahılar şərbət və şərablarla doldurulub, sərin bulaqlara qoyulmuş məzələr, xuruşlar boşqablara düzülmüşdü. M.Rzaquluzadə.\n2. məc. Müqayisələrdə şərbət kimi şirin şey mənasında. Hər kəlmən şərbətdir, dodağın nabat; Haq səni göndərib aləmə sövqat. (Qoşma). Nə şərbətdir qəmin kim, içdikimcə əskilir səbrim; Nə sehr eylər rüxün kim, baxdığımızca rəğbətim artar. Füzuli. şərbətçi is. Şərbət hazırlayıb satan adam. Yaşıl dalları ətrafa sarqan iri püsküllü söyüd altında şərbətçi sıra iskəmlə üzərində oturan müştərilərinə şərbət verir. H.Cavid. şərbətçilik is. Şərbətçi peşəsi, şərbətçi işi. şərbəti is. Şərbət qabı. Süfrəyə şərbətilər düzülmüşdü. şərbətlik is. Şərbət hazırlamağa lazım olan, şərbətə yarar. Şərbətlik ədvə. Şərbətlik şirə. şərçi sif. Şər söyləyən, başqasına şər atan, iftiraçı, böhtançı. Şərçi adam. şərəf is. [ər.]\n1. İnsanın ictimai və şəxsi davranışında tutduğu mənəvi-əxlaqi prinsiplərin məcmusu; mənəvi yüksəklik, ululuq, heysiyyət. Şərəfini qorumaq. – Ədəbdən, elmdən gər feyziyab olsa əvamünnas; Düşər şənü şərəfdən mollalar, işanlar, insanlar. M.Ə.Sabir. // Fəxr, iftixar ediləcək şey. ..[Rüstəm bəy:] [Məşədi İbad ilə] qohumluğu özüm üçün böyük bir şərəf hesab edirəm. Ü.Hacıbəyov. // Namus, mənəvi saflıq, təmizlik, bəkarət. Şərəfini ləkələmək. Qadınlıq şərəfi. – Telli kənd içində, el arasında [İslamın] papağını yerə soxmuş, namus və şərəfini ayaqlar altına salmışdı. S.Hüseyn. Odur ki, Qulu [Teymurbəyi] təhrik etmək üçün daim şərəf məsələsindən bəhs edərdi. Çəmənzəminli. // Yaxşı ad, etibar. Müəssisəmizin şərəfini qoruyaq.\n2. Ehtiram, sayğı, hörmət. Xaki-dərgahinə hər sübh sürtər gün üzünü; Qaliba ondan ona hasil olubdur bu şərəf. Füzuli.\n3. Şərəfinə şəklində – birinə hörmət əlaməti olaraq, birinin adına, xatirəsinə. Ceyran evdə olduqca böyük bir süfrə görür. Eldar onun şərəfinə böyük bir hazırlıq yapdırmış(dı).. S.Hüseyn. [Firəngiz] ilk badələri Səmədin şərəfinə qaldıraraq, öz sözləri ilə dedi. B.Bayramov.\n4. Şərəflə şəklində – ləyaqətlə, vicdanla, üzüağ. Vəzifəsini şərəflə yerinə yetirmək. Vətən naminə şərəflə çalışmaq. – Qulaq as, gör anan nə öyüd verir; Şərəflə, vüqarla yaşayın ancaq. S.Vurğun. ‣ Şərəf lövhəsi köhn. – istehsalatda ən yaxşı, ən qabaqcıl işçilərin adı və şəkli vurulan lövhə. Sarayın geniş, işıqlı, yaraşıqlı foyesində neft qabaqcıllarının şəkilləri vurulmuş böyük şərəf lövhəsi var idi. M.Rzaquluzadə. şərəfə is. [ər.] Minarənin azan verilən yeri. Şərəfədən sonra davam edən çıxıntı isə minarənin ümumi vertikal kompozisiyasını tamamlayır. Ə.Salamzadə. şərəfləndirmə “Şərəfləndirmək”dən f.is. şərəfləndirmək f. Şərəfli etmək, hörmətini, şərəfini artırmaq; başını uca etmək. Öz gəlişinizlə məclisimizi şərəfləndirdiniz. şərəflənmə “Şərəflənmək”dən f.is. şərəflənmək f. Şərəfli olmaq, şərəf və hörməti artmaq, etibarı, qiyməti artmaq, ucalmaq; başı uca olmaq. Dağlar şərəflənər öz tərlanilə; Vətən fəxr eləyər qəhrəmanilə. M.Rahim. şərəfli sif.\n1. Hörmətli, ehtiramlı, sayğılı, vüqarlı, şanlı. Müəllim adı şərəfli addır. – Adın şərəflidir sənin, ey qadın; Dahilər anası çağrılır adın. S.Vurğun.\n2. Hörmət, şərəf, şan-şöhrət gətirən, iftixar doğuran. Şərəfli iş. Şərəfli əmək. Şərəfli zəhmət. şərəfsiz sif. Şərəfi, heysiyyəti olmayan; namussuz, vicdansız, alçaq, rəzil. Kim keçər bu yerin daşından, deyin?! Vətəndən ayrılar hanki şərəfsiz? S.Vurğun. Heyhat! Bir gün, nə deyim, eloğlum, düşdün dara; Diri təslim olmadın şərəfsiz cəlladlara. S.Rüstəm. // Rüsvayçı, biabırçı, rəzil, alçaq, pislənməyə layiq. Şərəfsiz ölüm. şərəfsizcəsinə sif. və zərf Şərəfsiz surətdə, alçaqcasına, rəzalətlə, rüsvaycasına. Şərəfsizcəsinə hərəkət (etmək). Şərəfsizcəsinə ölüm. şərəfsizlik is. Şərəf və namusdan məhrumluq; şərəfi, heysiyyəti olmama; vicdansızlıq, alçaqlıq, namussuzluq, rəzillik. Sevgi insanı bəzən şərəfsizliyə sürüklədiyi üçün insan təhqirin acılıqlarını hiss etmir. M.S.Ordubadi. Cuma bu vaxta qədər belə bir şərəfsizliyə, tənəzzülə dözdüyünə indi təəccüb etməyə başlayırdı. Ə.Əbülhəsən. // Zərf mənasında. Şərəfsizliklə unutmaq. şərəfyab sif. [ər. şərəf və fars. yab] klas. Şərəf və hörmət qazanan, şərəflənən. • Şərəfyab etmək klas. tənt. – şərəfləndirmək. Hər ayinə belə olsa, o öz mədhiyyələrini və qəsidələrini söylər, məxlüqati-aləmi küllən feyzyab və şərəfyab edər. S.Rəhimov. Şərəfyab olmaq klas. tənt. – ...şərəfinə nail olmaq, ...şərəf və etibarını qazanmaq. [Səttarxan:] Ağaların burada olduğu vaxtda şərəfyab olmaq lazım idi. P.Makulu. şərən zərf [ər.] İslam şəriətinə uyğun olaraq, şəriətə görə, dini ehkamlara görə; şəriətcə. [Bəhram Pəriyə:] Mənim səni öpməyə şərən ixtiyarım yoxdur. C.Cabbarlı. [Mir Hadi:] Oğul, Hacı ağa bu vəsiyyətnaməsində özü üçün ehsan, xeyrat ayırmayıb, qorxuram şərən düz olmasın. Qantəmir. şərər (=şərərə) [ər.] klas. bax. şərar(ə). Şikəstə Zakirəm, ahım şərəri; Od salıbdı asimana, ay Mədəd! Q.Zakir. Ahın şərəri etməz əsər bir kəsə, Hophop; Bu od sənin ancaq alışan canın üçündür. M.Ə.Sabir. şərərə (=şərər) [ər.] klas. bax. şərar(ə). Şikəstə Zakirəm, ahım şərəri; Od salıbdı asimana, ay Mədəd! Q.Zakir. Ahın şərəri etməz əsər bir kəsə, Hophop; Bu od sənin ancaq alışan canın üçündür. M.Ə.Sabir. şərəşur (=şərəşurə) sif. [fars.] dan. Hərəkətləri düz olmayan, cəncəl, xatakar, davaaxtaran. Şərəşur adam. – [Qara xan Koroğluya:] Sən, deyəsən, şərəşurə adamsan. “Koroğlu”. şərəşurə (=şərəşur) sif. [fars.] dan. Hərəkətləri düz olmayan, cəncəl, xatakar, davaaxtaran. Şərəşur adam. – [Qara xan Koroğluya:] Sən, deyəsən, şərəşurə adamsan. “Koroğlu”. şərəşurluq is. dan. Düzgün olmayan işlər, xatakarlıq, davakarlıq. [Nəcmi:] Hökumət ki, elm dalıncan düşdü, şərəşurluğa rəvac vermədi, ona bel bağlamaq olar. Ə.Əbülhəsən. şərf is. [fars.] Başa, boyuna sarımaq, yaxud çiyinə salmaq üçün uzunsov parçadan tikilmiş və ya yundan, iplikdən, ipəkdən toxunmuş məmulat. [Qəhrəman:] [Xanımın] başında ağ ipək şərf var idi. O, bəzənmişdi. H.Nəzərli. şərh is. [ər.] Açma, anlatma, izah (etmə), təfsir (etmə), bildirmə. // Bir şey haqqında izahedici və tənqidi qeydlər, mühakimələr. Siyasi mətbuatda şərh. • Şərh etmək (eləmək, qılmaq) – açmaq, anlatmaq, izah etmək. Mən nə hacət ki, qılam daği-nihanim şərhin? Füzuli. Çox təbibə şərh elədim dərdimi; Heç görmədim çarələnmiş könlümü. M.V.Vidadi. Gəl yazaq şərt üçün öz tərcümeyi-halımızı; Həm də doğru olaraq şərh edək əhvalımızı. M.Ə.Sabir. şərhçi is. Yazı, hadisə və s.-ni şərh edən şəxs; kommentator. Nəsirəddin istedadlı ədəbiyyatşünas olmaqla bərabər, görkəmli mütərcim, redaktor, mətnşünas və şərhçi olmuşdur. “Ədəb. və inc.”. şəri I. is. [ər.] [köhn.] Nazik damar, kapillyar.\n\nII. [ər.] din. Şəriətcə qanuni, halal. ..[Məhkəmə] Telli Rüstəm qızının əlindən yapışıb, onu öz şəri və halal əri İslama tapşırsın. S.Hüseyn. // Şəriətə aid və ya müvafiq olan. Nə cür olmasın ki, əqli və şəri dəlillərlə mübahisə edib həqiqəti axtaracağımız yerdə, hər birimiz başımıza bir avam dəstəsi yığıb “təkfir” silahı ilə vuruşmağa başlayırıq. C.Məmmədquluzadə. şərid is. [ər.]\n1. Lent, yastı qaytan. // İp. İsti paltarların boğçadan çıxarılıb həyətlərdə, eyvanlarda çırpıldığını, şəridə asıldığını görmək olurdu. Mir Cəlal. Şəridi bağlamaq üçün çinarın gövdəsinə arvadların vurduqları dəmir çivləri, mıxları pas yeyib nəziltmişdi. B.Bayramov.\n2. Texniki və s. məqsədlər üçün işlənən hər hansı bir materialdan hazırlanan dar, uzun zolaq.\n3. məc. Lent kimi uzanıb gedən şey haqqında. Maşın böyük əziyyətdən qurtardığına sevinirmiş kimi, həvəslə qaçıb, elə bil, yolun boz şəridini təkərlərinə dolayırdı. R.Rza. Burada, aşağıda göz işlədikcə düzənliklər, sıx meşələr, gümüş şərid kimi axan çaylar, məxmər çəmənlər görünürdü. M.Rzaquluzadə. şəriət is. [fars.] İslam dini və hüquqi normalarının məcmusu, islam qanunları. Mərifət şərbətin içə bilmirəm; Şəriət dəryadı, keçə bilmirəm... Aşıq Ələsgər. Əsmər yenə şəriətin hökmüncə [Məmmədbağırın] halal arvadı olub qalırdı. S.Hüseyn. şəriətxana is. [ər. şəriət və fars. ...xanə] Ruhani idarəsi, qazıxana. [Nurəddin ağa:] Cənab Heydər, qalx ayağa, gedək şəriətxanaya. N.Vəzirov. // Mollaxana. şəriətmədar is. [ər. şəriət və fars. mədar] İslamda: şəriət qanunlarını şərh və tətbiq etmək hüququna malik olan yüksək rütbəli din xadimi. [Mirzə Rəhim xan:] Nə qədər ki, bu naməhrəmlik vardır, sənin işinə baxa bilmərəm. Çünki xilafi-şərdir. Şəriətmədarlara bu iş şayəstə deyil. M.S.Ordubadi. Şəriətmədarların içinə vəlvələ salan bir şair indi özü onların içinə gəlir, onların cərgəsində yer axtarırdı. Mir Cəlal. şərif is. [ər.] klas.\n1. Şərəfli, şərəf sahibi, mübarək, müqəddəs, əziz.\n2. Nəcib, əsil, şərafətli, nəcabətli, əsilli. şərik is. [ər.]\n1. Hər hansı bir işdə (ticarətdə və s.-də) başqası ilə birgə iştirak edən adam; ortaq. Əbülhəsənbəy cavahirfüruş və onun şəriki Ağa Əsəd Tütünçü oğlu öz ticarət işlərinə baş çəkməkdən ötrü Culfaya gedirlər. M.S.Ordubadi. Hacı Nəsir ayrı bir yerdə yaşayan şərikilə hesab çəkməyə getmişdi. S.S.Axundov. • Şərik etmək (eləmək) – özünə ortaq etmək. [Əsgər bəy:] Mən onun özünü də tovlaşdırıb özümüzə şərik edə billəm. M.F.Axundzadə. [Ruqiyyə Əhmədə:] Dərdinə məni şərik et. A.Divanbəyoğlu. Şərik olmaq – 1) ortaq olmaq. Alverdə şərik olmaq, ortaq olmaq; 2) iştirak etmək, yoldaşlıq eləmək, birləşmək. Öz müsibətimi unudub [Xədicənin] qəminə şərik oldum. S.Hüseyn; 3) razılaşmaq, qoşulmaq. Dostumun fikrinə şərik oldum. Şərik çıxmaq – bir işdə iştirak etmədiyi halda, şəriklik iddiasında olmaq.\n2. İştirak edən, əli olan, əlbir olan. [Fərraşbaşı:] Bəli, batində o da Ağa Mərdanın şəriki imiş. M.F.Axundzadə. [İbrahim bəy:] ..Belə işdə Camal bəylə şərik iş görənin biri də o Hacı Qurban lənətullahdır. N.Vəzirov.\n3. Şərikəm şəklində – razıyam, qoşuluram, etirazım yoxdur. [Həcər xanım:] Mən də onun fikrinə şərikəm. S.S.Axundov. [Ata:] Mən sənin sözünə şərikəm, Heybət, – dedi. S.Rəhimov. şərikləşmə “Şərikləşmək”dən f.is. şərikləşmək f.\n1. Şərik olmaq, ortaq olmaq.\n2. Razılaşmaq, həmrəy olmaq, qoşulmaq. şərikli sif. Ortaqlı, hamaş, birgə. Şərikli mülk. – [Mustafa bəy:] Zalım uşaqları, mənimlə şərikli kəhriz çıxartdırıbsınız ki, suyumu da oğurlayırsınız. Ə.Haqverdiyev. Tahirzadənin ilk işi o oldu ki, şərikli kəsdikləri şişəyin bütöv bir şaqqasını ayırıb südçü məhəlləsinə, Məsmənin evinə göndərdi. Mir Cəlal. // Bölünməz, ayrılmaz, ortaqlı. Şərikli mal. Şərikli şey. şəriklik is. Ortaqlıq, hamaşlıq, müştərəklik. [Rüstəm:] Hər kəs şəriklikdə işləməsə, ona heç bir şey verilməz. T.Ş.Simurq. şəriksiz sif. Heç bir şəriki, ortağı olmayan. Şəriksiz mülk. şərir sif. və is. [ər.] Şər işlər görən, iblis, fəsadçı, dələduz, yaramaz, pis (adam). O səbəbə Xudayar bəy Zeynəbi boşamazdı ki, qorxurdu, şərir adamların birisi Zeynəbi ala və başlıya Xudayar bəydən səğirlərin malmülkünü iddia eliyə. C.Məmmədquluzadə. [Camal bəy:] Hərgah siz şərir adamların sözünə baxıb, inanıb iş görsəniz, uyezdi xaraba qoyarsınız. N.Vəzirov. şərq is. [ər.]\n1. Dünyanın dörd cəhətindən biri – günçıxan tərəfi; günçıxan, gündoğan. Evin pəncərələri şərqə baxır. – Şərqdə dan yeri yenicə sökülürdü. Ə.Sadıq. // Qərbə (günbatana) müqabil cəhət, istiqamət. Şəhərin şərq tərəfində gözəl bağ salınmışdı. – Ərşad bilirdi ki, şəhərin şərq qurtaracağında Mahmud bəyin evlərini veriblər milis rəisinə. İ.Əfəndiyev. Şərqə doğru bir adam gedirdi. Ə.Məmmədxanlı.\n2. Günçıxan səmtdə yerləşən ölkələr (bu mənada “Ş” böyük hərflə yazılır). Şərqə səyahət. Yaxın Şərq. Uzaq Şərq. Şərqi öyrənmək. – Elə ucaldı ki, o böyük insan; Şərqin hər yerindən xalqa göründü. B.Vahabzadə. // Həmin ölkələrə aid olan, mənsub olan. Şərq memarlıq abidələri. Şərq mədəniyyəti. Şərq xalqları. – “Şəbi-hicran”, qoca Şərqin öz varlığı, öz adıdır; Məhkum olan millətlərin “yandım” deyən fəryadıdır. B.Vahabzadə. şərqi I. sif. [ər.] Şərqə aid olan, Şərqə məxsus olan, Şərq ilə bağlı. Şərqi Avropa. Şərqi Sibir.\n\nII. is. [ər.] Nəğmə, mahnı. Günəş qübbənin ortasına gələr-gəlməz bir şərqi səsi eşidildi. Çəmənzəminli. Vücudunun son bahar yarpağından fərqi yox; Dodağında bir gülüş, bir qaynayan şərqi yox. M.Müşfiq. Bir doyumluq möhlət umdum ömürdən; Qara dəniz, heç şərqindən doymadım. M.Araz. şərqiyyun is. [ər.] kit.\n1. Şərq məmləkətləri əhalisi, şərqlilər, Şərq xalqı.\n2. bax. şərqşünas. şərqli sif. Şərq ölkələrindən birinin əhalisinə mənsub olan adam, Şərq əhli. Şərqlilərin adət və ənənələri. Şərqli geyimində bir adam. – ...Şərqlilərin zövqünü korlayıb hətta ruhlarını belə incidən bir şey varsa, o da bu saxta “Şərq stili”dir... Ü.Hacıbəyov. şərqşünas is. [ər. şərq və fars. ...şünas] Şərqşünaslıq mütəxəssisi. M.F.Axundzadənin komediyaları 1817-1874-cü illərdə Mirzə Cəfərin tərcüməsi ilə fars dilində Tehranda daş çapı ilə nəşr olunmuşdur. Avropa şərqşünasları bizim yazıçının əsərləri ilə bu tərcümənin sayəsində tanış olurlar. Ə.Haqverdiyev. şərqşünaslıq is. Şərq ölkələrinin tarixini, iqtisadiyyatını, dillərini, mədəniyyətlərini və s. öyrənən elmlərin hamısına verilən ümumi ad. Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun arxiv şöbəsində şərqşünaslığa aid nadir elmi əsərlərin fotosurətləri və mikrofilmləri toplanmaqdadır. şərm is. [fars.] klas. Abır, həya, utanma, xəcalət. Nə rəhm bilər, şərm qanar, ağlamaq anlar; Böylə fələk olmaz. M.Ə.Sabir. • Şərm etmək (qılmaq, eyləmək) klas. – utanmaq, həya etmək, xəcalət çəkmək. Arif ola, eyhamnan söz qana; Naməhrəmdən şərm eyləyə, utana. Aşıq Ələsgər.\n3. “İlə” qoşması ilə – utana-utana, xəcalət çəkərək. şərməndə sif. [ər.] klas. Utanan, utancaq. // Xəcalətli, üzüqara. Deyirlər ki, sabah gələcək yarım; Şərməndəyəm, artıb dərdü qubarım. Q.Zakir. [Güllü:] Allah gətirib, salıb məni bu odun-alovun içinə. Qohumdan şərməndə, dostdan, aşnadan şərməndə. Ə.Haqverdiyev. • Şərməndə etmək (qılmaq) – utandırmaq, xəcalət çəkdirmək. Bağda gülü şərməndə qılar qönçə dodağım; Süzgün baxışım, qarə gözüm, alma yanağım. M.S.Ordubadi. Şərməndə olmaq – utanmaq, xəcalət çəkmək, xəcalətli olmaq. [Molla İbrahim Xəlil:] Vallah, sizin kimi əziz qonaqlardan şərməndə oluram. M.F.Axundzadə. Tellərin dönüb kəməndə; Gözəllər olub şərməndə; Qara saçın dal gərdəndə; Hör, başına dolandığım. Aşıq Hüseyn. şərməndəlik is. Utanma, xəcalət çəkmə, utanılacaq hal, vəziyyət; üzüqaralıq. Bəsdir mənə çəkdiyim xəcalət; Şərməndəliyimdəki məlamət. Füzuli. şərmsar is. [fars.] bax. şərməndə. Minmin şükürlər olsun, ancaq sənin sayəndə; Olmadıq bu həyatda biz şərmsar, musiqi. Şəhriyar. şərmsiz sif. Abırsız, həyasız, utanmaz. [Səlbi:] Sizin əndamınıza piltə qoyulsun, ay şərmsiz, həyasız şəhər qızları. Ə.Vəliyev. şərt is. [ər.]\n1. Bir şeyin var olması, həyata keçməsi üçün lazım olan amillər; əsas, zəmin. Fiziki hazırlıq uçuş üçün əsas şərtdir. İcranın yoxlanması müvəffəqiyyətin mühüm şərtidir. – Yalnız qabaqcıl fikirlərlə yaşamaq azdır, bu fikirləri yüksək bədii şəkildə əks etdirmək də sənət əsəri üçün zəruri şərtdir. M.İbrahimov.\n2. Bir-birilə saziş bağlayan tərəflərdən hər hansı birinin irəli sürdüyü tələb və ya təklif. [Məmmədbağır] axırda Əsməri tapıb onunla evləndi, çünki Əsmər onun istədiyi şərtlərə tamamilə uyğun idi. S.Hüseyn. • Şərt etmək (qılmaq, kəsmək) – əvvəlcədən razılaşmaq, uzlaşmaq, sözü bir etmək, kəsdirmək. Aqibət şərt qıldı iki təbib; Hərə bir zəhr eyləsin tərtib. S.Ə.Şirvani. [Zakirov Nisə xanıma:] Nisə, evdən çıxanda səninlə söz danışdıq, şərt kəsdik. Ə.Məmmədxanlı.\n3. Müqavilənin, tərəflərin bu və ya digər öhdəliyini müəyyənləşdirən maddəsi. • Şərt bağlamaq – bir şey haqqında razılığa gələrək yazılı və ya şifahi şəkildə qarşılıqlı öhdəlik götürmək.\n4. İki və ya bir neçə şəxs arasında saziş, uzlaşma, bağlaşma, şərtləşmə. Şərtə görə o, işi dünən qurtarmalı idi. • Şərt bağlamaq – müqavilə (saziş) bağlamaq, şərtləşmək. Sizin yanınızda şərt bağladıq biz; Boyun qaçırmadıq öz vədimizdən... S.Vurğun. ‣ Şərti şumda kəsmək – sonradan mübahisə, anlaşılmazlıq olmasın deyə, bir şey haqqında qabaqcadan razılığa gəlmək, əvvəlcədən razılaşmaq, şərtləşmək, qərarlaşmaq. Dəstəyə təzə adamlar gələndə Şamil əvvəlcədən şərti şumda kəsərdi. M.Hüseyn. [Allahqulu:] Kənddə belə məsəl çəkərlər ki, “şərti şumda kəsək, xırmanda yaba qapmayaq”. Ə.Əbülhəsən. şərti sif. [ər.]\n1. Aralarında şərtləşdirilmiş, qabaqcadan şərtləşmiş. Partizanlar meşənin kənarında durub şərti işarəni gözləyirdilər. S.Vəliyev.\n2. Müəyyən şərtlərlə məhdud edilmiş, ancaq müəyyən şərtlər əsasında qüvvəsi olan. Şərti razılıq. Şərti cəza (cəzaya məhkum olmuş şəxsin sınaq müddəti ərzində heç bir günah işləmədiyi təqdirdə həyata keçirilməyən cəza).\n3. Nisbi, məşrut; başqa şəraitdə başqa cür ola bilən. Həyatda bir çox şey şərtidir. Deyilənlərin hamısı şərtidir.\n4. Həqiqətdə təsvir edildiyi, göstərildiyi şəkildə mövcud olmayan. Hüdudlar arasında şərti xətt çəkmək. Bir şeyin şərti təsviri.\n5. Hadisəni olduğu kimi yox, simvolik surətdə əks etdirən, qeyri-real. Şərti səhnə kompozisiyası. Şərti gözəllik. şərtilik is. Şərti olma. Cəzanın şərtiliyi. şərtləndirilmə “Şərtləndirilmək”dən f.is. şərtləndirilmək məch. Bir şərtlə bağlanmaq, qabaqcadan şərt qoyulmaq, müəyyən şərtlərə tabe və ya onlarla məhdud edilmək. şərtləndirmə “Şərtləndirmək”dən f.is. şərtləndirmək f.\n1. Bir şərtlə bağlamaq və ya məhdudlaşdırmaq, şərt qoymaq.\n2. Bir şeyin törəməsinə əsas olmaq, səbəb olmaq. Aydındır ki, xalqlar arasındakı belə dərin münasibət öz növbəsində yüksək səviyyədə duran millətin ədəbiyyatının o biri millətlərin ədəbiyyatları üzərinə təsirini də şərtləndirir. M.Hüseyn. şərtləşmə 1. “Şərtləşmək”dən f.is.\n2. Şərtnamə. şərtləşmək f. Bir-birilə şərt bağlamaq, qabaqcadan sözləşmək, söz qoymaq, vədələşmək, müəyyənləşdirmək. Professor Aslanla şərtləşdiyi yerdə görüş(dü).. M.Rzaquluzadə. şərtli sif. Əvvəlcədən şərtləşdirilmiş, şərt qoyulan, müəyyən şərtlə bağlı olan. şərtnamə is. [ər. şərt və fars. ...namə] İki tərəfin razılığı əsasında yazılı şəkildə tərtib edilən bağlaşma, müqavilənamə; kontrakt. Mədət muzdurlar komitetinin təlimatçılığı vəzifəsində çalışar, əsas etibarilə kulaklarla muzdurlar arasında şərtnamə bağlardı. S.Rəhimov. şərtsiz sif. Heç bir şərtlə məhdudlaşmayan, bağlı olmayan, şərtlənməyən; danışıqsız. // Zərf mənasında. Təkliflərin şərtsiz qəbulu. şərt-şürut (=şərti-şürut) bax. şərt 2-4-cü mənalarda. Müsəlmanın da öz şərt-şürutu var. C.Məmmədquluzadə. • Şərt(i)-şürut bağlamaq – şərtləşmək, şərt bağlamaq. ..Cəlil ağa Olya ilə şərti-şürut bağlayırdı ki, o, sirkdən çıxsın və həmişə ona yar olsun, yoldaş olsun. İ.Musabəyov. şərti-şürut (=şərt-şürut) bax. şərt 2-4-cü mənalarda. Müsəlmanın da öz şərt-şürutu var. C.Məmmədquluzadə. • Şərt(i)-şürut bağlamaq – şərtləşmək, şərt bağlamaq. ..Cəlil ağa Olya ilə şərti-şürut bağlayırdı ki, o, sirkdən çıxsın və həmişə ona yar olsun, yoldaş olsun. İ.Musabəyov. şəst is. [fars.] Ləyaqət, vüqar, şərəf, heysiyyat; təşəxxüs. // Şəstinə şəklində – şəninə, adına, ləyaqətinə. Dərədən çıxanda bir bölük qazaq; Aynalı işlədi, qopdu tozanaq; Nəbinin şəstinə bu sözü yazaq. “Qaçaq Nəbi”. • Şəstinə dəymək (toxunmaq) – mənliyinə toxunmaq, özünə layiq bilməmək ad-sanına, hörmətinə toxunmaq; şəninə kəsir saymaq. şəstlə zərf Vüqarla, qürurla, təşəxxüslə, lovğa-lovğa. Şəstlə qabağa gəlmək. Şəstlə durmaq. – Hünər istər ki, İskəndər kimi bir şit gəlib şəstlə dursun meydanda və desin: – Cənab Şeyx, hər nə qədər bu qəbiristanlıqda ölü dəfn olunub, hamısını dirilt. C.Məmmədquluzadə. [Əbuzərbəy] əllərini şalvar cibinə salıb, zabitin yanında şəstlə dayanmışdı. M.Hüseyn. şəşbər sif. məh. Yoğun, dik bığ. Bir sənin şəşbər bığın yüz Nikolaya dəyər. S.Rəhimov. şəşbərləmə “Şəşbərləmək”dən f.is. şəşbərləmək f. məh. Dikəltmək, qalxızmaq, qabartmaq. şəşəə is. [ər.] klas. tənt.\n1. Parlaqlıq, parlama, parıltı. Şəmi-rüxün surəti qarşıma gəlmişdir; Şəşəəsindən bənə şölə düşər, yanaram. Nəsimi.\n2. məc. Dəbdəbə, təmtəraq; zahiri bəzək, zinət, parlaqlıq. şəşəədar sif. [ər. şəşəə və fars. ...dar] klas. tənt. Parıldayan, parlayan, parıltılı. Mənsur axırıncı gücünü yığıb qanlı göz yaşları arasından: – Sitarə! Məni yandırma, gəl, gəl, ey həyatımın zöhreyi-şəşəədarı. C.Cabbarlı. // bax. şəşəəli. şəşəəli sif. Təntənəli, dəbdəbəli, təmtəraqlı, parıltılı. İkinci məclis birinci şəkil İsfəhan şəhərində, padşahın sarayında vaqe olur. Saray mümkün mərtəbədə şəşəəli döşənmişdir. Ü.Hacıbəyov. [Nigarın] üzündə gənclik təravəti o qədər şəşəəli idi, danışanda səsində bəkarət canlanır, süslənirdi. Çəmənzəminli. şətarət is. [ər.] klas. Şənlik, şuxluq. [Sevda:] Heyrət!.. Nə gözəllik, nə şətarət; Seyr et! O nə daşqınca bəkarət. H.Cavid. Əşrəf indi büsbütün dəyişmiş, əvvəlki gözəlliyini, şən və şətarətini itirmişi(di).. A.Şaiq. şətarətli sif. Şən, sevincli, şux. Şətarətli nəğmə. – Nə şətarətli bahar, iştə baxın; Sarmış ətrafı bədii bir axın. H.Cavid. şətəl I. dan. bax. cığal. Şətəl adam.\n\nII. is. məh. Yun corab. şətəllik bax. cığallıq. Şətəllik eləmək. şətrənc is. [fars.] Şahmat. Zülm zəncirinin altında çəkir işgəncə; Eybdir sən uyasan gəncəfəyə, şətrəncə. A.Səhhət. [Rəmziyyə] rusca az-çox oxuyur, yazır, danışır, nərd, şətrənc oynamağı, yoldaşlarını məşğul etmək yollarını bilir(di). A.Şaiq. şəvə is. [fars.]\n1. Əqiq (qiymətli daş).\n2. məc. Qara. Şəvə saç. Şəvə bığ. – [Zabit:] Yox, birdən-birə o şəvə gözlər açılıb adamın üzünə baxanda Günəş qabağında polad kimi şəfəqlənib, ox kimi insanın ürəyindən keçir. E.Sultanov. • Şəvə kimi – zil qara, qapqara. [Məşədi İbad:] Mən saqqalıma həna qoydum, qoymadım, həmişə qapqara şəvə kimidir. Ü.Hacıbəyov. [Nuriyyə:] [Leytenantın] səsini eşidib, ay işığında şəvə kimi parlayan iri, qara gözlərini görərkən diksindi. İ.Əfəndiyev. // Qara rəngli iri, qiymətli muncuq; qara kəhrəba. [Xanımın] ətəyində bir sıra əşrəfi, boynunda qızıllı şəvəsi vardı. Çəmənzəminli. şəvəl bax. şax-şəvəl. şəvəllik is. Şəvəl tökülmüş yer. [Cəmillə Səltənət] dəhrələri və ipləri ağacın altına qoyub, qalın şəvəlliyə girdilər. Ə.Vəliyev. şəvəsaç sif. Saçı qapqara olan. Qara şəvəsaç gəlin; Dur qapını aç, gəlin; Atan səni verməyir; Kəhəri min qaç, gəlin. (Bayatı). şəvval is. [ər.] Hicri qəməri ərəb təqvimində onuncu ayın adı. [Sara xanım:] Demisən ki, şəvval ayının birində gərək hamı latın dili danışsın, bu da borcuma deyil, bir sən bil, bir də sənin Allahın bilsin. Qantəmir. şəyatin [ər. “şeytan” söz. cəmi] Şeytanlar. [Salman bəy:] Bu ev cin, şəyatin ocağıdı. N.Vəzirov. şıdırğı sif.\n1. Arasıkəsilmədən şiddətlə yağan; gur (yağış haqqında). Amma məzə burasındadır ki, yağış da nataraş kimi başlayır şıdırğı ilə yağmağa. C.Məmmədquluzadə. Toran qarışanda şıdırğı yağış başladı və Əziz bundan da xəbər tutmadı... Dünyadan səssizsəmirsiz köçdü. İ.Məlikzadə.\n2. məc. zərf Aravermədən, cəld, çox sürətlə. Başqa şeydə göstərirəm istedadımı; Mən şıdırğı həftədə bir roman yazıram. S.Rüstəm. şığıma “Şığımaq”dan f.is. şığımaq f.\n1. Çox böyük sürətlə enərək hədəfə hücum etmək, üzərinə atılmaq. Təyyarələr düşmən üzərinə şığıdılar. – Mübaşir Məmməd [Gülnazın] üstünə şığıdı. M.İbrahimov. İki qartal qıy vuraraq şığıyır və qəzəblə didişirdi. Ə.Sadıq.\n2. Çaxmaq. Hava qaralır, ildırım şığıyır, göy peydərpey guruldayır. Ə.Haqverdiyev. Dağlar titrədi, göy qübbəsini doğrayan ildırımlar şığıyıb qızıl oxlarını qılınc qayaların təpələrinə sancdı. Ə.Məmmədxanlı. ..Buludlarda şığıyan şimşəklərdən yerə tökülən qığılcımlar hər tərəfi çulğayan bir yanğına çevrilir. M.Rzaquluzadə. şığıyıcı şığıyıcı təyyarə – şığıma üsulu ilə hücum edən hərbi təyyarə. şıq (=şıq şık) [fr. chic] dan. Zahiri bəzək, zinət, dəbdəbə, cah-calal. // Gözəl, zərif, moda ilə, süslü, qəşəng. Ortaboylu, şıq qiyafəli bu oğlan heç kəsə diqqət etməyərək yalnız parada baxırdı. M.S.Ordubadi. O vaxt Əhməd də .. gimnaziya tələbəsi idi, həm də Əhməd şıq gəzən tələbələrdən idi. T.Ş.Simurq. [Musanın nəvəsi] öz şəhərinə qayıdanda o qədər şıq, o qədər zərif geyinmişdi ki, hamının gözü bunda idi. Qantəmir. şıq şık (=şıq ) [fr. chic] dan. Zahiri bəzək, zinət, dəbdəbə, cah-calal. // Gözəl, zərif, moda ilə, süslü, qəşəng. Ortaboylu, şıq qiyafəli bu oğlan heç kəsə diqqət etməyərək yalnız parada baxırdı. M.S.Ordubadi. O vaxt Əhməd də .. gimnaziya tələbəsi idi, həm də Əhməd şıq gəzən tələbələrdən idi. T.Ş.Simurq. [Musanın nəvəsi] öz şəhərinə qayıdanda o qədər şıq, o qədər zərif geyinmişdi ki, hamının gözü bunda idi. Qantəmir. şıqq təql. Sınan və ya bir-birinə toxunan ağac və s. bərk, kövrək şeylərdən çıxan səs. şıqqaşıq zərf Şıqq səsi çıxardaraq, şıqqıldayaraq. Külək əsdikcə kollar şıqqaşıq salır. şıqqıldama “Şıqqıldamaq”dan f.is. şıqqıldamaq f. Şıq-şıq səs çıxarmaq. şıqqıltı is. Ağac, budaq və s. bərk, kövrək şey bir-birinə dəydikdə hasil olan səs. ..Mirzə Cəmil kəhrəba təsbehini əlinə alıb, əsəbi halda çevirir, muncuqların şıqqıltısından həzz alırdı. Ə.Vəliyev. şıqlıq is. Zəriflik, gözəllik, qəşənglik, modaya uyğunluq. Paltarın şıqlığı. Yaşlı adama o qədər şıqlıq yaraşmaz. şıllaq is. Ayaqla vurma, təpik atma; təpik. Kəndliyə gəldi, vurdu bir şıllaq; Arıları dağıtdı ol sarsaq. S.Ə.Şirvani. [Kişi:] Gərək [atın] başını çəkəm, qorxuram, şıllağa qalxıb özünü səqət eləsin. S.Rəhimov. • Şıllaq atmaq – 1) təpik atmaq, şıllaqlamaq. Düz yerdə gəzə bilmir, şumda şıllaq atır. (Məsəl). Tüfəng açılan kimi, onun səsindən ürkən eşşək bir qoşa şıllaq atdı.. M.Rzaquluzadə; 2) məc. dan. Qızışmaq, həyasızlaşmaq, cızığından çıxmaq. [Cəbi:] O arvaddan həzər etmək gərək, hansı ki, əri evdən gedəndən sonra şıllaq ata. N.Vəzirov. // Azğınlaşmaq, qudurmaq. [Kürd Musa:] Ay Eldar! Doğrusu bu bəylər ki, var; Bir azca arpası çox düşən zaman; Yabı cinsi kimi şıllaq atırlar. S.Vurğun. Şıllağa durmaq – bax. şıllaq atmaq 2-ci mənada. [Hacı Murad:] ..Yeyin mənim yağlı-yağlı xörəklərimi, sonra qızışıb şıllağa durun. S.S.Axundov. şıllaqatan (=şıllaqçı) sif. Təpik (şıllaq) atmaq xasiyyəti olan. Şıllaqatan at. şıllaqçı (=şıllaqatan) sif. Təpik (şıllaq) atmaq xasiyyəti olan. Şıllaqatan at. şıllaqlama “Şıllaqlamaq”dan f.is. şıllaqlamaq f. Şıllaq atmaq, təpik atmaq. şıllaqlaşma “Şıllaqlaşmaq”dan f.is. şıllaqlaşmaq qarş. Bir-birinə şıllaq atmaq, təpik atmaq, təpikləşmək (at və s. haqqında). şıltaq 1. is. Mənasız tələb, iddia, arzu, istək. Vəliqulu da başlayıb şıltağı və davamərəkəni. C.Məmmədquluzadə. [Əlyarov:] Hər yoldan ötənin şıltağından ötrü biz adamlarımızı çölə tökə bilmirik ki? M.Hüseyn. // sif. Daim şıltaqlıq edən, şıltaqçı. Dürdanə xanımın qızı Sonanı da, o baş çıxarmadığı şıltaq qızı da indi Qadir görmək istəmirdi. Ə.Əbülhəsən. // Ağlayıb-qışqırmaqla öz istəyindən əl çəkməyən; inadcıl, inad, tərs. Şıltaq uşaq. // Kefsizlik, ağrı və s. səbəblər üzündən uşaqlarda ağlamaq və ya çığırmaq şəklində təzahür edən narahatlıq, əsəbiyyət halı. [Atabala] bu çocuğun nazını çəkir, hər şıltağına dözür. A.Şaiq. • Şıltaq etmək (eləmək) – 1) ağlamaqla narahatlığını bildirmək. Balaca uşaqlar gecə yatmayıb şıltaq eləyəndə, anaları istəməyiblər şirin yuxudan ayılıb uşağa süd versinlər. C.Məmmədquluzadə; 2) məc. Naz eləmək, özünü ərköyün kimi aparmaq. Qız çox şıltaq edəndə Bülənd ona nəsihət edərdi. Ə.Əbülhəsən.\n2. sif. məc. Dəyişkən, qərarsız, sabit halda olmayan, gözlənilmədən dəyişən. Şıltaq dəniz. Şıltaq hava. – Necə sakitcə, baxır gör, necə şıltaq Xəzərim; Başqa aylardasa hər dalğası bir dağ Xəzərim. S.Rüstəm. şıltaqcıl bax. şıltaq. şıltaqçı sif.\n1. Şıltaq, şıltaqlıq edən, heç şeydən razı qalmayan. [Əbülhəsənbəy:] Mən qarşımda .. şıltaqçı bir qız görürdüm. M.S.Ordubadi. [Bacım:] [Xədicə] xəstədir, anası yoxdur, şıltaqçıdır. S.Hüseyn.\n2. Ağlağan, tərs, inadcıl. Çoxlarının bezdiyi və uzaq qaçdığı inadlı, şıltaqçı və ağlağan uşaqları Nazimə sanki əfsun ilə ələ alır. Mir Cəlal. şıltaqlıq bax. şıltaq (1-ci mənada). Mən onu özümdən razı salmaq üçün hər işi bacarardım, nə inad, nə də şıltaqlığa yol verməzdim. M.S.Ordubadi. [Əyyar:] Bir ərköyün uşaqsan sən; Şıltaqlıqdır işin-peşən. A.Şaiq. [Tərlan:] Mən qız deyiləm, şıltaqlıq eləyəm. M.Hüseyn. şındır is. Ətin atılan hissələri. şıppıltı is. Bir şey suya düşdükdə və ya suya dəydikdə, yaxud da dalğalar bir-birinə dəydikdə hasil olan səs. Avarların şıppıltısı. Dalğaların şıppıltısı. şırhaşır (=şırhaşırla) zərf Şır-şır səs çıxaraçıxara, şırıltı ilə. Su şırhaşırla yerə töküldü. M.İbrahimov. [Afaq:] Mən bu vətən torpağını yaxşı tanıyıram, elə ki insan əli ona toxundu, elə ki şırhaşır su axıb gəldi, o, təzədən çiçək açıb gülüstana çevriləcək. Ə.Məmmədxanlı. şırhaşırla (=şırhaşır) zərf Şır-şır səs çıxaraçıxara, şırıltı ilə. Su şırhaşırla yerə töküldü. M.İbrahimov. [Afaq:] Mən bu vətən torpağını yaxşı tanıyıram, elə ki insan əli ona toxundu, elə ki şırhaşır su axıb gəldi, o, təzədən çiçək açıb gülüstana çevriləcək. Ə.Məmmədxanlı. şırıldama “Şırıldamaq”dan f.is. şırıldamaq f. Şırıltı ilə axmaq, tökülmək (su, yağış və s.). Bulaqların daşdandaşa tökülüb şırıldamağı gözəl bağlara bir ayrı lətafət verirdi. Çəmənzəminli. Dalbadal şimşək çaxdı və sonra yağış şırıldadı. İ.Əfəndiyev. [Mələk:] [su] yenə qayaların arasından sızdıqca şırıldayırmı? İ.Şıxlı. şırıldaşma “Şırıldaşmaq”dan f.is. şırıldaşmaq f. Şırıltı ilə, şır-şırla axan çoxlu və ya çağlayan su haqqında; şırıldamaq. Aşağılarda yaşıl otlar su ilə öpüşür, şəlalələr şırıldaşır. M.Hüseyn. şırıldatma “Şırıldatmaq”dan f.is. şırıldatmaq f. Şırıltı ilə tökmək, axıtmaq, birdən tökmək, boşaltmaq (maye şey haqqında). [Roza] dolçadakı ilıq suyu qaldırır, birdən-birə ləyənə şırıldadır. S.Rəhimov. şırıltı is. Axan, tökülən sudan hasil olan səs; şırıldama səsi, şır-şır. Suyun şırıltısından savayı bir səs, ün yox idi. E.Sultanov. ..İki qrantdan su şırıltı ilə tökülürdü iki hovuza. C.Məmmədquluzadə. Yaxındakı bulağın şırıltısı gecənin sakitliyi içərisində həzin bir inilti kimi eşidilirdi. S.Hüseyn. şırıltılı sif. Şırıltı ilə axan, şır-şır axan. Oğlanları baş daşını; Qoydu onun həmin dağda; Ona şirin nəğmə dedi; Şırıltılı gur bulaq da. M.Dilbazi. şırıl-şırıl bax. şır-şır. Səhər şırıl-şırıl səsin gələndə; Bənəfşələr gülsün, güllər sevinsin. R.Rza. Axıb gedir qapımızdan kiçik çay şırıl-şırıl. Z.Xəlil. şırım is.\n1. k.t. Torpaqda kotanın və ya başqa alətin açdığı dərin iz, zolaq. Tarlalar şırımlarla suvarılır. – Gülşən dayanıb traktorun səsinə qulaq asır, çevirdiyi torpağa, açdığı şırımlara tamaşa edirdi. Ə.Vəliyev. Şumlanan düzlərə baxıram, odur; Uzanır çöl boyu ağ-ağ şırımlar. Ə.Cəmil.\n2. məc. Zolaq, xətt, tikiş yeri, çapıq yeri. Üz-gözündə şırım görünür. şırımlama “Şırımlamaq”dan f.is. şırımlamaq f.\n1. Şırım açmaq.\n2. məc. Şırım-şırım eləmək, cırmaq. şırım-şırım sif. Zolaq-zolaq, zol-zol, cızıq-cızıq, şırımlar halında. Şırım-şırım paltar. – Mehmanxanada ilk nəzərə dəyən birinci mərtəbədəki böyük dairəvi dəhlizin bir neçə yerdən şırım-şırım (z.) çatlamış sal şüşəsidir. M.İbrahimov. şırınqa [yun.] bax. şpris. şırmanma “Şırmanmaq”dan f.is. şırmanmaq f. məh. Yaxına gəlmək, qucaqlamaq, boynuna sərilmək. Uşaq anasına şırmandı. şırnaq is. Nazik su axını; fəvvarə. Quyunu su şırnağı ilə yumaq. – On-on beş metr uzunluğunda güclü su şırnağı .. dağı ovub dağıdırdı. Ə.Sadıq. şırp zərf dan. O saat, dərhal, birdən. Şırp qapı açıldı. – [Yəhya Kamal] Hacının evi yanına çatmamışdı ki, şırp dayandı. Mir Cəlal. şırpaşırp zərf Tez-tez, ara vermədən, qızğın. Şırpaşırp iş görmək. – [Usta:] Başmaqçılar da hamısı işləyirlər. Şırpaşırp çust tikirlər. Ə.Əbülhəsən. şırpıltı bax. şappıltı. Əfruz bacının gözləri axdı, şırpıltı ilə döşəməyə düşdü. S.Rəhimov. şırran is. Şəlalə. Xatun .. vedrəni götürüb, dağdağan dibindəki şırrana tərəf suya yollandı. S.Rəhimov. şır-şır təql.\n1. is. Bir qaydada axan, tökülən sudan və ya yağışdan hasil olan səs. // Zərf mənasında. Səssiz dərədə bərq vurar şır-şır axan su. A.Səhhət. Yenə baş götürüb oynayır həyat; Axır şırıl-şırıl şır-şır bulaqlar. S.Vurğun. Yağış bütün şiddətilə yağır, şır-şır şırıldayırdı. M.Hüseyn.\n2. bax. şırran. şırtıldama “Şırtıldamaq”dan f.is. şırtıldamaq f. Şırtıltı səsi çıxartmaq. [Şərifzadənin] ikinci qamçı qulağının dibində şırtıldadı. M.Hüseyn. şırtıltı is. Qamçı, yaxud nazik çubuqla vurduqda çıxan səs. şırvanmaq f.\n1. Nəvaziş göstərmək.\n2. Yalmanmaq (itlərdə). İt sahibinə şıvranırdı. // Quyruq bulamaq. şibid is. bot. Xalq təbabətində dərman kimi işlənən çətirçiçək fəsiləsindən xoşiyli bitki. şiblyt [alm. Stufelette] Qaytanlı kişi botinkası. [Heybət] bəzən yanı rezinli jığ-jığ şiblet də geyərdi, xoşuna gəlməyən adamların kürəyinin arasını “sığallamaq” üçün əlində daima tatarı gəzdirərdi. H.Sarabski. şibletli sif. Ayağında şiblet olan, şiblet geymiş. şibyə is. bot. Göllərin, hovuzların kənarında, daşların, ağac gövdələrinin üzərində bitən çiçəksiz çoxillik bitki. şiddət is. [ər.] Qüvvət, güc, kəskinlik, sərtlik. Yaz gəldi, bahar oldu, qışın şiddəti getdi; Qar bitdi, külək yatdı, soyuq axıra yetdi. A.Səhhət. [Mehriban] acılarının şiddətindən çapalarkən .. [Zeynalı] görmək və onun iztirablarından təsəlli almaq istərdi. S.Hüseyn. // Artıqlıq, güclülük, şiddətlilik. Böyükxanım şiddəti-cəhalətdən bu sözlərə qurumuş qalmış(dı). M.S.Ordubadi. • Şiddət etmək (eləmək, göstərmək) – get-gedə artmaq, güclənmək, qüvvətlənmək, sərtləşmək, kəskinləşmək. Derlər ki, ağlama mənə hicrani-yardən; Eşqim bu pənddən eləyib şiddət, ağlaram. S.Ə.Şirvani. Naxoşluq getdikcə şiddət etdi. Axırı Şaban sərsəm halətinə gəldi. Ə.Haqverdiyev. şiddətlə zərf Bərk, güclü, çox sərt, qüvvətlə, şiddət göstərərək. Külək şiddətlə əsirdi. – Bir az əqdəm başlamış qar şiddətlə yağırdı. T.Ş.Simurq. Bayırda şiddətlə göy guruldadı, şimşək parıldadı. İ.Əfəndiyev. şiddətləndirilmə “Şiddətləndirilmək”dən f.is. şiddətləndirilmək məch. Daha da (getdikcə) qüvvətləndirilmək, gücləndirilmək, sərtləndirilmək; gücü, təsiri artırılmaq. şiddətləndirmə “Şiddətləndirmək”dən f.is. şiddətləndirmək f. Gücləndirmək, qüvvətləndirmək; şiddətini, gücünü, təsirini daha da artırmaq. [Mirzə Şəfi] əl-qolunu ölçərək ifadəsini şiddətləndirdi. Mir Cəlal. şiddətlənmə “Şiddətlənmək”dən f.is. şiddətlənmək f. Şiddəti, gücü, qüvvəsi, təsiri daha da artmaq, güclənmək; daha da sərtləşmək, qızışmaq. Axşamdan yağan yağış səhərə yaxın daha da şiddətləndi. – [Qəhrəman:] Atəş getdikcə şiddətlənir və vəziyyətin ciddiliyini andırırdı. H.Nəzərli. Hava getdikcə şiddətlənən küləyin vıyıltısı ilə və dənizin səslərinə qarışan quş səsləri ilə dolurdu. M.Rzaquluzadə. şiddətli sif. Çox güclü, çox qüvvətli; dəhşətli. [Əsgər:] Mədəndə şiddətli bir yanğın vardı. M.Hüseyn. [Qəhrəman:] İkinci gün şəhərdə olduqca şiddətli bir vuruşma gedirdi. H.Nəzərli. // Eyni mənada təbiət hadisələri haqqında. Göyün üzünü qar havasına məxsus bir tutqunluq bürümüş, şiddətli küləklə qar yağırdı. S.Hüseyn. Bu il şiddətli bir qış gəldi. Ə.Məmmədxanlı. şiə is. [ər.] din. İslamiyyətdə ayrıca bir cərəyan təşkil edən məzhəb. şiəlik is. din. Şiə məzhəbinə mənsubiyyət. Arvadlar arasında danışılırdı ki, bir ingilis mollası şiəliyi qəbul edib adını da dəyişib “Mirzə Kamil” qoymuşdur. Qantəmir. şifahi sif. [ər.] Yazı ilə deyil, dil ilə; dilcavabı, ağızdan (yazılı əksi). Şifahi imtahan. Şifahi nitq. – Əlibəy haqqında şifahi və ya yazılı danışıqların neçə illik tarixi vardı. Mir Cəlal. ‣ Şifahi ədəbiyyat – bax. folklor 1-ci mənada. Xalq mahnıları da şifahi ədəbiyyat kimi nəsildən-nəslə keçərək xalq həyatındakı əhəmiyyətli tarixi hadisələri .. əks etdirir. Ə.Bədəlbəyli. şifer [alm. Schiefer]\n1. Qara və ya kül rəngli gilli şist.\n2. Gildən və ya asbest-sementdən plitka şəklində hazırlanan dam örtüyü. Uzun və geniş bir binanın şiferlə örtülmüş taxtapuşu altında çoxlu traktor, kombayn vardı. M.İbrahimov. Cəmi dörd-beş evin taxtapuşuna şifer vurulmuşdu. İ.Əfəndiyev. şiferli sif.\n1. Damına şifer vurulmuş, damı şiferlə örtülmüş. Şiferli bina. – Şiferli damlardan qalxan boz tüstülər küləksiz havada yuxarı millənir, göyün bir qatında əriyib yox olurdu. B.Bayramov.\n2. Tərkibində şifer (1-ci mənada) olan. şifun [fr. shiffon] Nazik pambıq və ya ipək parça. Güllü şifon. Saya şifon. – Şifon çox nazik və seyrək olur, sadə üsul ilə toxunur, qadın paltarlığı və koftalar üçün işlənir. A.Quliyev. // Bu parçadan tikilmiş. Şifon paltar. şifoner [fr. chiffonier] Paltar, dəyişək və s. saxlanmaq üçün şkaf. Aynalı şifoner. İkilaylı şifoner. – İndi Azərbaycan kəndlisinin evində şifoner, tül pərdələr görürsən. İ.Əfəndiyev. Birdən Maralın gözü şifoner aynasında öz əksinə sataşdı. Ə.Əbülhəsən. şifr [fr. shiffre, əsli ər. sifir]\n1. Gizli yazı üçün şərti işarələr sistemi.\n2. Kitabların, yazıların, əlyazmalarının və s.-nin saxlandığı yeri göstərən şərti işarə. şifrçi is. Şifrləyən və şifri açan adam. şifrləmə “Şifrləmək”dən f.is. şifrləmək f. Şifrlə yazmaq. şifrlənmə “Şifrlənmək”dən f.is. şifrlənmək məch. Şifrlə yazılmaq. şifrlənmiş f.sif. Şifrlə yazılmış, gizli işarələrlə (xətlə) yazılmış. şifrləyici bax. şifrçi. şifrli sif. Şifrlə yazılmış. Şifrli məktub. – Teleqramlar şifrli olduğu üçün bir şey anlaşılmırdı. M.S.Ordubadi. şifroqram [fr. shiffre və yun. gramma] Şifrlə verilən teleqram, şifrli teleqram. şixta is. [alm.] Koks almaq üçün müxtəlif metallardan ibarət kütlə. şikar is. [fars.] Ov. Cümə bekar, şənbə şikar. (Məsəl). [Kərim babanın] indi belə fikri-zikri daima seyrü səfada, ovda və şikarda idi. A.Şaiq. Bir yay aldım çıxmaq üçün şikarə; Tuş gəldim bir ahugözlü nigarə. M.Müşfiq. • Şikar etmək (eyləmək) – ovlamaq. Şikar edib, tutdum bir şux tərlanı. “Koroğlu”. Açdı siçanlara pişik dəstini; Beş siçanı eylədi zalim şikar. S.Ə.Şirvani. Şikara çıxmaq (getmək) – ova çıxmaq, ova getmək. [Şirin:] Nurcahan qarı, axirətsiz, nə tez xam yerə şikara çıxmısan? N.Vəzirov. Tez-tez şikara çıxmağı vərdişt etmiş şahin, indi bağlanmaqda qaldığından çox bərk darıxır, iki gün olardı ki, o, dimdiyini ətə də vurmurdu. S.Rəhimov.\n2. Ovlanan heyvan (quş). Aslan ağzından şikar alınmaz. (Ata. sözü). Boğulduqca dara düşmüş o şikar; Maral kimi dil çıxarıb hayqırar. S.Vurğun.\n3. məc. Hiylə, kələk yolu ilə ələkeçən, toradüşən adam haqqında. Bir dəfə nişanladığı şikarından [Ağa Murad bəy] məqsədinə nail olmayınca əl çəkməzdi. T.Ş.Simurq. Araq öz işini görmüşdü. Şikarını dəhşətli caynaqlarına almışdı. İ.Musabəyov. [Beşaçılanlı adam:] Şikarı əldən çıxarmaq olar? Di, tez olun. Mir Cəlal. şikarçı is. Ovçu. Xanın sağında-solunda düzülən yasavullar, .. yedəklərində tazı-tula gedən şikarçılar, nökərlər böyük bir yarımdairə təşkil etmişdilər. M.Rzaquluzadə. şikari sif. [fars.] Ova məxsus, ovda işlənən. [Oğlan] şikari papağını sol qulağına tərəf əydi. M.Hüseyn. şikayət is. [ər.]\n1. Öz halından və ya başına gələn bir dərd və acıdan ah-zar etmə; məmnuniyyətsizliyini izhar etmə; giley. İllər ayrısıyam, gəl qucaqlaşaq; Sevdiyim, şikayət zamanı deyil. Q.Zakir. Ata-anasını görcək qız həyatından şikayətə başlardı. H.Sarabski. Bu nə şikayətdir, bu nə nalədir? B.Vahabzadə. • Şikayət etmək (eləmək) – narazılığını, məmnunsuzluğunu bildirmək, gileylənmək, ah-zar etmək. Xəstəliyindən şikayət etmək. – Şikayət eyləmə, biganədən səfa gəlməz; Nə gəlsə başına, ey xəstə, aşinadəndir. S.Ə.Şirvani. [Mirzağa] hər zaman şikayət edər, keçmiş günləri xatırlar, onların geri qayıtmasını arzu edərdi. S.Hüseyn.\n2. Birinin haqsızlığı və düzgün olmayan hərəkəti barəsində rəsmi şəkildə verilən məlumat, ərizə. [Qasıməli:] Xala, qlava Xudayar bəyin şikayətinə görə oğlun Vəliqulunu tutub atdı dama. C.Məmmədquluzadə. • Şikayət etmək – 1) birinin özü barəsində edilən haqsızlıq haqqında rəsmi məlumat vermək. Kimin İskəndər bəyin əlindən hökumətə şikayət etməyə cürəti vardı? Ə.Haqverdiyev; 2) şikayətlənmək. Birindən şikayət edəsən əgər; Danışmağa qoymaz, sözünü kəsər. Q.Zakir. şikayətcil sif. Şikayət bildirən, həmişə şikayət edən, narazı. [Dürdanə] qızının saçını sinəsindən topladı, kəlağayısını başına çəkdi, şikayətcil (z.) əlavə etdi. Ə.Əbülhəsən. Öz stolunun arxasında oturmuş Şəmistan çox danışan, şikayətcil ferma müdirlərinin sözlərindən daxilən narahat olsa da, çınqırını çıxarmır(dı).. İ.Hüseynov. şikayətçi sif. və is. Şikayət edən, şikayətə gələn. [Dilşad:] Ev dönəcək divanxanaya, şikayətçinin biri gedib o biri gələcək. M.Süleymanov. şikayətkar sif. [ər. şikayət və fars. ...kar] köhn. Şikayət edən, şikayətçi, şikayət mahiyyətində olan. Şirəli dayısının şikayətkar danışığını eşidərkən təəccübləndi. M.Hüseyn. // məc. Kədərli, yanıqlı, iniltili. Qocanın otağından şikayətkar bir tar təranəsi gəldi. İ.Əfəndiyev. şikayətlənmə “Şikayətlənmək”dən f.is. Rüstəm kişini həmişə qüvvətli və dönməz görməyə alışmış Səkinə şikayətlənməsinə dözə bilmədi. M.İbrahimov. şikayətlənmək f. Halından, vəziyyətindən, taleyindən və s.-dən şikayət etmək, məmnunsuzluğunu bildirmək. İzzətin səsküyündən şikayətlənən bu ev indi çıraqsız, zülmət bir dama bənzəyirdi. Mir Cəlal. // Şikayət etmək, gileylənmək. [Hacı Mirzağa] Məşədi Kazım ağadan şikayətləndi. M.S.Ordubadi. şikayətli sif. Şikayət ifadə edən, dərdli, iniltili. // Məc. mənada. [Qəhrəman:] Kənarda buzlu ruzgar şikayətli bir yaralı heyvan iniltisi ilə telefon tellərinə toxunur və uğuldayırdı. H.Nəzərli. [Yaşar] zorla çəkmək istəyəndə çəpiş şikayətli bir səslə mələdi. Mir Cəlal. şikayətnamə is. [ər. şikayət və fars. ...namə] Yazılı şikayət. şikəncə bax. işgəncə. şikəst sif. [fars.]\n1. Bədənin hər hansı bir üzvündən məhrum olmuş və ya hər hansı bir səbəbə görə onu itirmiş; əlil. Uşaq anadangəlmə şikəst (z.) doğulmuşdur. Şikəst oğlan. Şikəst qoca. – Əlbəttə, əzadan ki bir zad əskik olsa, şikəst hökmündədir. C.Məmmədquluzadə. [Hacı Bayram:] Onu bil ki, sənin şikəst atana, qoca anana rəhmim gəlib, istəmişəm, sizə bir qədər çörək verim. Ə.Haqverdiyev. Qocanın isə bu şikəst qızdan başqa dünyada heç kimi yoxdur. Ə.Məmmədxanlı. // İs. mənasında. Müharibə şikəstləri. Şikəstlərə kömək. • Şikəst etmək (eyləmək) – 1) bədən üzvlərindən birini sındırmaq, qırmaq, zədələmək. Səng şikəst eylədi balü pərim; Banlamağın hasilini anladım. M.Ə.Sabir. [Hambal:] Məşədi, Allah qüvvət versin, amma belimi şikəst eylərsən. Ü.Hacıbəyov. [Sərvinaz:] Necə qıydın, o cür gözəl atı şikəst elədin? İ.Əfəndiyev; 2) məc. Korlamaq, xarab etmək, pozmaq. O kəslər ki, müəllimlik kimi .. xidməti tərk edib, qeyri peşə dalısınca gediblər, mənəviyyat cəhətincə öz əhdü peymanlarını şikəst ediblər. F.Köçərli; 3) məc. Müharibədə məğlub etmək. Düşmənin qoşununu şikəst etmək. Şikəst olmaq (tapmaq) – 1) xəstəlikdən və ya başqa bir səbəbdən bədən üzvlərindən birini itirmək və ya sıradan çıxarmaq; əlil olmaq. Müharibədə ayağından şikəst oldu. – [Gülbəniz:] Buruqda döşəmə və körpü həmişə palçığın içində olur. Fəhlə sürüşüb şikəst ola bilər. M.Süleymanov; 2) məc. Xarab olmaq, korlanmaq, pozulmaq, nöqsanlı olmaq. Əgər şerim şikəst olsa, mənə etmə məlamət, kim; Şikəstə söz bəyan etmək şikəst təbə mədyundur. Heyran xanım; 3) məc. Müharibədə məğlub olmaq, basılmaq, sınmaq, pozulmaq. Ona binaən Yusif şahın həvaxahları şikəst tapıb, hər kəs bir növ ilə başın mərəkədən qıraq çəkdi. M.F.Axundzadə.\n2. məc. Sınıq, nöqsanlı. Stolun bir qıçı şikəstdir. şikəsteyi-fars is. [fars.] mus. Azərbaycan klassik muğamlarından birinin adı. Sərvər şikəsteyi-fars oxuyur. Ü.Hacıbəyov. Çalğıçılar şikəsteyi-farsa keçəndə Cavad hövlnak yerindən qalxıb qışqırdı: – Dayan! Ə.Haqverdiyev. şikəstə [fars.]\n1. Segah məqamında zərbli muğam. Sürü-sürü qoyunları çoban yamacda otladır; Alır ələ papağını, oxur şikəstə, fit çalır. A.Səhhət. Həzin şikəstə oxuması Gülzarın fikrini dağıtmaq əvəzinə daha da onu qəhər və yas içində boğurdu. T.Ş.Simurq. İçi adamla dolu qayıqlarda xanəndələr şikəstə oxuyurdular. Ə.Məmmədxanlı.\n2. sif. məc. klas. Sınıq, qırıq, qırılmış, sınmış. İntizarın mən çəkirəm neyvəstə; Könül pərişandır, xatir şikəstə. M.V.Vidadi. Sınıq səbudə su tutmaz qərar, mey durmaz; Şikəstə könlümə məhvəm ki, qan ilən doludur. Q.Təbrizi. [Cavan sevgilisinə:] Nə oldu? Söylə, neçin böylə bivəfa çıxdın? Şikəstə könlümü, bilməm, neçin yaxıb yıxdın? H.Cavid. • Şikəstə etmək klas. – sındırmaq, qırmaq, üzmək. Etmə şikəstə Seyyidi, ey badəxar, xar; Etsin sənə həmişə bu əhli-dua, dua. S.Ə.Şirvani.\n3. sif. məc. Qəlbi qırılmış, qəlbi yaralı, ürəyi sınmış. Şikəstə Zakirəm, sevmişdim səni; Atəşi-fəraqə yandırdın məni. Q.Zakir. Hicran tüccariyəm, qəm şikəstəsi; Axtarıram bu dünyanı sini-sin. Aşıq Ələsgər.\n4. is. Fars yazısında işlədilən, sürətlə yazılan yazı xətlərindən birinin adı. Şikəstə xətti. şikəstədil sif. [fars.] klas. Ürəyi sınmış, qəlbi qırılmış, incik, kədərli, incimiş. [Həcər xanım:] ..Zöhrəni elə şikəstədil (z.) gördükdə ürəyim paralanır. S.S.Axundov. şikəstəxatir sif. [fars. şikəstə və ər. xatir] klas. Qəlbi sınmış, ürəyi sınmış, qəlbiqırıq, incik. Sənsiz mən idim şikəstəxatir; Yüz şükr, sənə yetişdim axir. Füzuli. şikəstənəfs sif. [fars. şikəstə və ər. nəfs] Tələbkar olmayan, sadə təbiətli, təvazökar. ..Qənaət söhbəti də düşəndə yenə dirsəyimin gücü ilə bir elə gözəl-gözəl sözlər danışım və elə gözəl-gözəl sözlər yazım və elə hesablar verim ki, hamı desin: – Bu adam nə həqirdir, nə şikəstənəfsdir. C.Məmmədquluzadə. şikəstənəfslik is. Təvazökarlıq, təbiətcə sadəlik, tələbkar olmama. • Şikəstənəfslik etmək – təvazökarlıq etmək, sadəlik, təvazö göstərmək. şikəstlik is.\n1. Şikəst adamın və ya heyvanın halı, şikəst olma, əlillik. [Usta:] Şükür ki, şikəstlik də olmadı. Mir Cəlal.\n2. məc. Sınıqlıq, pozuqluq, uğursuzluq. Qardaş, nə olub, genə belə qəm dəryasına qərq olubsan? Ticarətində nə şikəstlik var? (Nağıl). şikvə [ər.] klas. Şikayət. İgidlər könlünə şikvə gətirməz; Necə dağdır, quzeyində qar olmaz. Qurbani. İstərəm ki, varam yarın kuyinə; Şikvə edəm qəmi-pünhan əlindən. Q.Zakir. Nə ki var, dinlənildi şikvası; Yerinə gəldi hər təmənnası. M.S.Ordubadi. şil sif. və is. [fars.] Çolaq, qolsuz, əlsizayaqsız, əlil. [Yusif Sərrac:] Dullara və yetimlərə və şillərə və karlara ianət və himayət göstərilsin. M.F.Axundzadə. [Gülçöhrə:] [Arşınmalçı] bilirəm ki, şil deyil, kor deyil, keçəl deyil, sifəti də xoşuma gəldi. Ü.Hacıbəyov. ‣ Şil olmuş, şil olasan! – qarğış, nifrin ifadəsi. Çernil, qrafit, ruçka, karandaş; İcad edəni olaydı şil, kaş! M.Ə.Sabir. Lal olsun hiyləgər danışan dilin! Şil olsun əllərin, bükülsün belin! Aşıq Hüseyn. şilə I. is. Qatı düyü şorbası. Nə yemisən turşulu şilə. (Ata. sözü). Elədir, plov gərək abırlı olsun. Yoxsa keçəl plovdan nə çıxar? Onda adına şilə deyərlər. S.Rəhimov.\n\nII. is. Qırmızırəngli sadə pambıq parça; bez. Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. M.F.Axundzadə. Çayçı dükanında divarın dibində 50 santimetr hündürlüyündə, 75 santimetr enliyində dövrə skamya olardı. Onun qabağı qırmızı şilə ilə örtülü olardı. H.Sarabski. Veys özü izah etdi: – Bu qırmızı şiləni Həmzənin dükanından götürmüşəm. Ə.Əbülhəsən. şiləmə “Şiləmək”dən f.is. şiləmək f. dan. Dalbadal vurmaq, gülləyə tutmaq. Abdulla onları gülləyə basdı. Onlar da kəndi şiləməyə başladılar. Ə.Vəliyev. şiləplov is. Südlü aş, südaşı. şiləyi sif. köhn. Şilədən tikilmiş. Köhnə çarqat, köhnə ağ çit arxalıq və köhnə solmuş şiləyi dizlik – övrətin libası budur. C.Məmmədquluzadə. şilgir is. bot. Gilasaoxşar yeməli, yabanı meyvəsi olan kol bitkisi. şilgirlik is. Şilgir kolları bitmiş yer. [İlyas:] Tərlan gah kol topaları üzərindən sıçrayır, gah qabağımıza çıxan şilgirliyi döşüylə yarıb keçir(di).. Ə.Məmmədxanlı. şil-küt şil-küt etmək (eləmək) – bərk döyüb əzişdirmək, qol-qabırğasını sındırmaq, şikəst eləmək, çolaq eləmək. [Hacı Qara:] Ta mən sizin ikinizi də şil-küt etməsəm, ölkə sizin əlinizdən dincəlməz. M.F.Axundzadə. [Günəş Araza:] Mən arvadlığımla bunların hər üçünü şil-küt edib yola salaram. A.Şaiq. Şil-küt olmaq – bərk döyülməkdən şikəst olmaq, bədəni əzik-əzik olmaq, hərəkətsiz hala düşmək; // məc. Sınıq-sınıq olmaq, qırılmaq, sınıb tökülmək. Şil-küt olmuş ağaclar yaralarını sağaldır, şivləyirdi. S.Rəhimov. şillə bax. sillə. [Dərviş:] Ruqiyyəni güclə itələyib, bir şillə üzünə vurdum. A.Divanbəyoğlu. şillələmə “Şillələmək”dən f.is. şillələmək 1. bax. sillələmək. Lalə Şirmayını yalnız bir dəfə özündən kiçik bir qızı döyüb ağlatdığı üçün bərk şillələmişdi. M.Hüseyn. Salatın anasının titrədiyini və birdən geri dönüb gəlini şillələdiyini gördü. İ.Şıxlı.\n2. Əldolusu, ovuclayıb götürmək. Ocaqqulunun arvadı xörəyi çəkib gətirdi, koxa şillələyib plovu ötürdü. S.Rəhimov. şillik is. Şil adamın halı, çolaqlıq, əlillik. şillinq [ing. shilling] Funt-sterlinqin /20-nə bərabər ingilis pulu. şiltənglik bax. şitəngilik. [Gülçöhrə] şiltənglik başlayıb yenə bacısının tərəfinə əlini uzadır. M.F.Axundzadə. şiltə-şiltə zərf Parça-parça, cırıqcırıq, yıpranmış halda. • Şiltə-şiltə olmaq – parça-parça olmaq, tikə-tikə olmaq, cırıqcırıq olmaq, yıpranmaq. [Humayın] papağına dörd tolamaz da birdən dəydiyi üçün papağın sağanağı şiltə-şiltə oldu. Ə.Vəliyev. şimal is. [ər.] Dünyanın cənuba əks olan cəhəti. Kompasın əqrəbi şimalı göstərir. // Cənuba əks olan səmt, cəhət. Həm buludlar gedir şimala sarı; Gün də qalxır yavaşyavaş yuxarı. A.Səhhət.\n2. Yer kürəsinin soyuq və mötədil soyuq iqlim zonasında yerləşən sahəsi. Şimal havası. – Uzaq şimal tayqasında ayaq xizəyində quş kimi süzən bir gənc uca bir küknarın dibində bir anlığa durub tüfəngini çiynindən aşırır. M.Rzaquluzadə. // (Böyük hərflə). Avropa və Asiya qitələrinin lap qurtaracağı boyunca soyuq iqlim zonasında yerləşən ərazi, habelə Yer kürəsinin ona bitişik olan qütb sahəsi; Arktika. Şimal xalqları. Şimal ekspedisiyası. şimali sif. [ər.] Şimala mənsub, şimala aid; şimalda, şimal tərəfdə olan. Şimali Avropa. Şimali Afrika. şimal-qərb is. Üfüqün şimalla qərb arasındakı hissəsi, cəhəti. Şimal-qərb istiqaməti. Şimal-qərb küləyi. // Ölkənin, dövlətin, qitənin bu istiqamətdə, bu səmtdə yerləşən yerləri, hissəsi. Qafqazın şimal-qərbi. Orta Asiyanın şimal-qərbi. şimallı sif. Şimal ölkələrinin birində doğulub yaşayan. // İs. mənasında. Şimallıların adət və ənənələri. şimal-şərq is. Üfüqün şimalla şərq arasındakı hissəsi, səmti. Şimal-şərqə tərəf istiqamət almaq. // Ölkənin, dövlətin, qitənin bu istiqamətdə yerləşən yerləri, hissəsi. Avropanın şimal-şərqi. Afrikanın şimal-şərqi. şimaltülküsü is. zool. Şimalda yaşayan, qiymətli xəzi olan tülkü cinsi. şimpanzy [fr. chimpanze] Tropik Afrika meşələrində yaşayan insanabənzər meymun. şimşək is. İldırım. Payızda şimşək nadir bir hadisə idi. M.Hüseyn. ..Bayırda şiddətlə göy guruldadı, şimşək parladı. İ.Əfəndiyev. şimşəkli sif. İldırımlı. Dağ kimi dalğaların; Qatarını sökək! Şimşəkli bulud kimi; Düşmən üstünə çökək. R.Rza. şimşirəkli bax. şimşəkli. Bahar olsun fırtınalı; Şimşirəkli, gurultulu; Hər zərbəsi qüdrət dolu; hər parçası həyat dolu. R.Rza. şin is. [alm. Schine]\n1. Təkər qurşağı; təkərin üstünə taxılan dəmir çənbər. Təkərin dəmir şini xırda daşları əzib qıcırdadı. İ.Şıxlı. // Avtomobil təkərinin, içi hava ilə doldurulan rezin çənbəri. Şinlər [avtomobilin] sərbəst gedişini təmin etmək və hərəkət hissələrini tez yeyilmədən qorumaq üçündür. Ə.Əliyev.\n2. tib. Bədənin (çox vaxt qolun, qıçın) bintlənmiş yerinin tərpənməməsi üçün sarğının altından qoyulan lövhəcik. şinel [rus.] Xüsusi biçimdə tikilmiş əsgəri qış paltosu. Heybət ocağın qırağında uzandı. Sırıqlı pencəyinin üstündən şinelini saldı. M.Hüseyn. Mən də yorulmuşdum, şineli açıb yarısını yerə saldım. H.Nəzərli. şinelli sif. Əynində şinel olan, şinel geymiş. Qarşımda ucaboylu, uzun əsgər şinelli bir kişi dururdu. C.Cabbarlı. Tahirlə Qulam müəllimin söhbətinə fikir verən müsahiblər, gündüzkü əzinik şinelli və uzunboğaz çəkməli adama baxırdılar. S.Rəhimov. şinəbub bax. şanapipik. Dinləməyə başladıq; Bağçada “hop-hop” deyən; Şinəbubun səsini. B.Vahabzadə. şingilə is. bot. Kauçuklu bitki. şingilim is. bot. Xırda, qırmızı toxumları olan kol – bitki. şinləmə “Şinləmək”dən f.is. şinləmək f. Şin çəkmək. Təkərləri şinləmək. şinli sif. Şin çəkilmiş, şini olan. Rezin şinli fayton. şipşirin sif. Çox şirin, bal kimi şirin. Şipşirin üzüm. Şipşirin armud. şir I. is. [fars.]\n1. Pişiklər fəsiləsindən qısa, sarımtıl tüklü, iri gövdəli məməli yırtıcı heyvan; aslan. Əlbir olub bir ayı bir şir ilə; Ovladılar dovşanı tədbir ilə. A.Səhhət.\n2. məc. Çox qoçaq, qorxmaz, qüvvətli adam haqqında. Qoçaqdı, şirdi balam; Qiblədi, pirdi balam; Gəl, fələk, qıyma mənə; Yazığam, birdi balam. (Bayatı). • Şir kimi – aslan kimi, qorxmadan, igidcəsinə, qəhrəmancasına. [Gülnar:] Nə var, lap yaxşıdır, şir kimi sağdır; İndi ova gedib, bu saat gələr. S.Vurğun. De hansı qəhrəman, hansı komandan; Şir kimi cəbhələr yardığı zaman; Qəşş edib ayağı yerdən üzüldü? B.Vahabzadə. Şirə dönmək – qızmaq, ürəklənmək, cəsarətlənmək. Həlim, mehriban, təmizürəkli Gülbadam birdən-birə şirə döndü. N.Nərimanov.\n\nII. is. Saxsı qabların üzünə çəkilən şüşəyəoxşar parlaq ərinti. şiranə zərf [fars.]\n1. Şir kimi, aslan kimi. Şiri şiranə tutarlar. (Ata. sözü).\n2. məc. Qəhrəmancasına, şücaətlə, cəsarətlə. Ta müqabildə duraq şiranə; Yaşamaqçın çalışaq mərdanə. A.Səhhət. şirazi sif. [fars. coğr. addan] Şirazda qayrılmış, Şiraz səpkisində hazırlanmış. Şirazi kürk. – Xidmətçi qapını açaraq şirazi qəlyanı gətirdi və hələ də qəzetləri eşələyən Hikmət İsfəhaninin qabağına qoydu. M.İbrahimov. [Mərsiyəxan] qara şirazi müştüyünün ucuna taxdığı papirosun uzanan külünü külqabına boşaltdı. Qantəmir. şirbirinc is. [fars.] Südlüsıyıq. Bir az vaxtdan sonra bir ədəd yaqut məcməyidə .. şirbirinc gəldi. Ə.Haqverdiyev. şirbit is. zool. Çəki balığının bir növü. şirçi is. Şir çəkən, rəngsaz. şirçilik is. Şirçi sənəti, rəngsazlıq. şirdan is. [fars.] Kövşəyən heyvanların ikinci mədəsi; qursaq. Tam məhlul halına salınmış yem qursaqdan – şirdandan nazik bağırsağa keçir. şirə I. is. [fars.]\n1. Toxumalarda, hüceyrələrdə, bitki və heyvan orqanizmi boşluqlarında olan duru maddə, maye. Mədə şirəsi. // Bitkilərdən, çiçəklərdən sızan şirin maye. Şirə yığmaqda idi bal arısı zəhmət ilə; Qaraquş gördü onu, söylədi çox nifrət ilə. A.Səhhət. Qırx gözəl qız bir anda yamaca yayılıb, ana vətənin şirəsini içmiş ətirli dağ çiçəkləri yığdılar. M.Rzaquluzadə.\n2. Meyvə suyu. Üzüm şirəsi. Çiyələk şirəsi. – Baba isə .. üzümləri dərib gətirər, tapdalayar və şirə yığardı. H.Sarabski.\n3. məc. Bir şeyin məğzi, cövhəri. O, sözünü belə başladı və Əlimərdan bəyə tərcümə eləməsini tapşırdı: – Burada oturanlar müsəlman ruhunun şirəsidir. M.S.Ordubadi.\n4. k.t. Sulu gübrə. Şamama sahəsinə peyin şirəsi də vermişdi. Ə.Əbülhəsən.\n5. Yaşlıq, rütubət. Torpağın şirəsi. ‣ Şirə çəkmək məc. – ləzzət aparmaq, nəşə çəkmək, şəhvani zövq almaq. [Usta Həsən:] Danışma, dur düş qabağıma, sən dişini çəkdirərsən, mən də bir az şirə çəkərəm. Ə.Haqverdiyev. Mirzə Mustafa çadraya bürünüb arvadların içinə məclislərdə, toylarda və təziyələrdə qarışırdı, şirə çəkirdi. E.Sultanov. Şirəsini sormaq – qanını sormaq, istismar etmək. Nə qədər ki [mülkədarlar] yaşayırlar, sizin şirənizi soracaqlar. Ə.Vəliyev. Dişində şirə qalmaq – bax. diş.\n\nII. is. Xüsusi gil növü və divarlara çəkmək üçün ondan hazırlanan məhlul. Şirə ilə evi ağartmaq. Eyvana şirə çəkmək. şirə-boran is. Çox güclü yağış. Çox yox, yarımca saat şirə-boran yağış yağsaydı, az qala qozalardan üzülüb yerə tökülən pambığı zay eləyə bilərdi. M.Hüseyn. Bayırda şiddətli göy gurultusu eşidilir. Şirəboran yağış tökür. İ.Əfəndiyev. // İs. mənasında. Çox güclü, arasıkəsilməz yağış. Bayırda şirə-borandır. şirəxana is. [fars.] köhn. Şirə (tiryək) çəkilən yer, tiryəkxana. Qoqanda, Tusda hərçənd şirəxana az olmur; Və leyk Rəştdə, yəni Gilanda görməli imiş. M.Ə.Sabir. // Şərabçı dükanı, meyxana. [Ata:] Mənim bir pişiyim olsa, onu da Səfərə vermərəm, oruc tutmaz, namaz tanımaz, ..axşamadək .. şirəxanada oturub çaxır içir. Ə.Haqverdiyev. şirəxək is. [fars.] Şirə qarışıq torpaq. Bir cürə ağrəngli torpaq vardır, şirəyə ondan qatıb süzdükdən sonra doşab turş-şirin olardı. Bu torpaqdan qatılmasa idi, doşab turş-şirin olmazdı. Onun adına şirəxək deyərdilər. H.Sarabski. şirəkeş is. [fars.] Tiryəkçəkən, anaşaçəkən, anaşaxor, tiryək düşkünü. Nə bəngiyəm, nə pəlakeş, nə şirəkeş, nə filan.. M.Möcüz. şirəkeşlik is. Tiryəkçilik, tiryəkçəkmə, anaşaxorluq, tiryək düşkünlüyü. Şirəkeşlik yazıq kişini cavan yaşında yerə sərmiş və üç balasını yetim qoymuşdu. Ə.Sadıq. şirəki bax. şirəkeş. Zalım oğlu Kərbəlayı şirəki də kəndə gələn divan adamlarını dördəlli qarmalayır. S.Rəhimov. şirələmə “Şirələmək”dən f.is. Şirələmə işi. şirələmək f. Şirə vurmaq, şirə çəkmək, şirə ilə örtmək. Qazıma zamanı quyuda cərəyan edən gilli məhlul onun divarlarını şirələyir. S.Quliyev. şirələnmə “Şirələnmək”dən f.is. şirələnmək f.\n1. Şirə ifraz etmək, şirə buraxmaq, şirə salmaq, sulanmaq, tam yetişmək. Payız vaxtı bağçamızın heyvaları dəyəndə; Şaftalılar şirələnib budağını əyəndə; Xonça tutub göndərərəm sənin də öz payını. S.Vurğun.\n2. Şirə vurulmaq, şirə çəkilmək. Divarlar tərtəmiz şirələnmişdir. şirəli sif.\n1. Şirəsi olan, sulu. Şirələ meyvə. Şirəli yem. Şirəli bitki. – Ənvər şirəli üzümdən yeyir, qırmızı yanaqları gözəllənir, qüvvəsi birə yüz artırdı. Ə.Vəliyev. [Çəpəl:] Arvad dediyin bal arısıdır. Şirəli çiçəyə qonar. Mir Cəlal.\n2. Şirə vurulmuş, şirə çəkilmiş, şirələnmiş. Həyətin o biri tərəfində nazik bir daş divarla müntəzəm tikilmiş .. şirəli mətbəx, yanında isə dörd bir tərəfi əhənglənmiş toyuq hini, bəzi həyətlərdə köpək damı da görmək olardı. H.Sarabski.\n3. Şirəyə bulaşmış, şirə sürtülmüş. Şirəli əl. Şirəli paltar. – Katib bu fikirdə ikən üstüörtülü qaloşunu ayaqlarında sürütləyən, şirəli ağ sarığı əlində sallayan Kosa .. özünü katibin üstünə atdı. S.Rəhimov.\n4. məc. Təravətini, məlahətini itirməmiş, gözəşirin, xoş, duzlu. Dürdanə xanım yaşı altmışa yaxın, qədd-qamətli, hələ çox canı şirəli bir arvaddı. Ə.Əbülhəsən. şirəlik I. is. Şirə çəkmək üçün yararlı, şirə çəkməyə məxsus. Şirəlik meyvə. Şirəlik üzüm.\n\nII. is. Şirə çıxarılan yer, şirədən ibarət torpaq (bax. şirə2). ..[Tamam] şirəlikdə şirə qazırdı. Ə.Əbülhəsən. şirəpus (=şirəpust) is. [fars.] köhn. Şirə çəkməyə məxsus tüklü dəri parçası. Qıza bir darbalaq tuman geydirib, əlinə bir parça şirəpus verib gününü göy əsgiyə düyünlərdilər. H.Sarabski. şirəpust (=şirəpus) is. [fars.] köhn. Şirə çəkməyə məxsus tüklü dəri parçası. Qıza bir darbalaq tuman geydirib, əlinə bir parça şirəpus verib gününü göy əsgiyə düyünlərdilər. H.Sarabski. şirəyi is. Sarırəngli, girdədənəli, tezyetişən, şirin üzüm növü. şiri-jəyan is. [fars.] Qızmış şir, qızmış aslan təşbeh məqamında işlənir. [Murtuzaqulu xan:] Afərin, .. igidlər hər biri bir şirijəyan tək dava edirlər. Ə.Haqverdiyev. Ay baba, mən bu sözü yazdım əyan olmağa; Bakılılar and içib şiri-jəyan olmağa. C.Cabbarlı. şiriklənmək f. Meyillənmək. Həvəsində olmaq. Aludə olmaq. Aludəçilik etmək. şirin sif. [fars.]\n1. Ağızda şəkər, bal və s. kimi xoş tam verən; dadlı, ləzzətli (acı ziddi). Şirin armud. Şirin meyvə. – [Tapdıq] bir stəkan şirin çay içdi. Ə.Vəliyev. Respublikamızda şirin nar, göy nar, mələkeş narı .. və sair qiymətli yerli nar sortları da becərilir. İ.Axundzadə. // Şəkərlə, balla, mürəbbə və s. ilə hazırlanan. Şirin qoğal. Şirin yeməklər.\n2. zərf məc. Ləzzətlə, böyük həvəslə, iştaha ilə, şirin-şirin. ..Rəna elə şirin yatmışdı ki, qulağının dibində top da atılsaydı oyanmazdı. E.Sultanov. [Səlim] gələrkən qonaqlar şirin yeməklə məşğul idilər. S.Hüseyn. [Pərzad xala] bişirdiyi xörəyin şirin yeyilməsindən bildi ki, o hər şeydə naşı olsa da, əl suyu verməkdə, aş bişirməkdə ustadır. Mir Cəlal.\n3. İçməli, içməyə yarar (su haqqında). [Növrəstə:] Bu gün, günorta çağı su budkası açılıb, kəndə şirin bulaq suyu axacaqdır. Ə.Haqverdiyev. // Tərkibində duz olmayan (şor ziddi). Şirin su balıqları.\n4. məc. Xoş, səfalı, dadlı, zövqverici, ləzzətli. Şahın ömründən ancaq iyirmi iki il keçmişdi. Məlumdur ki, bu sində həyat necə şirin və əzizdir, xüsusən ki, .. təxti-səltənətin üstündə. M.F.Axundzadə. // məc. Çox qiymətli, çox əziz. [Alı:] Həsən xan, insan üçün dünyada hər naz-nemətdən şirin şey gözdür. “Koroğlu”. [Əhməd:] Qoyaram yolunda şirin canımı; Soraqlaşıb Qəribini taparam. “Aşıq Qərib”. İstədi, can verdim, qədir bilmədi; O şirin canına qurban olduğum. Ə.Cavad.\n5. məc. Ürəyəyatan, xoşagələn, xoş. Şirin söz. Şirin danışıq. – [Rüstəmin] indi də üzgözü gülür, səsi şaq-şaq şaqqıldayır, ağzından şirin və mehriban sözlər çıxırdı. M.İbrahimov. [S.Vurğunun] hər məclisdə şirin sözü, söhbəti vardı; Dolaşırdı nəğmələri ellər içində. Ə.Kürçaylı. • Şirin dil – ürəyəyatan, xoşagələn. [Şahbaz bəy:] Necə şirin dil ilə yaxasın qıraq çəkir, dəxi niyə titrəyirsən? M.F.Axundzadə. Mirzə Möhsün tarixə yaxşı bələd, hafizəsi düzgün, söhbəti və dili şirin, qoca bir müəllimdir. Qantəmir.\n6. məc. Xoş, səfalı, fərəhli, məsud. Şirin tələbəlik illəri. Şirin ailə həyatı. – Uşaqlıq! Nə şirin, nə təmiz, gözəl aləmsən. Mir Cəlal. // məc. Qızğın, canlı, maraqlı. Lütfəli bəy və bir neçə bəylər oturub şirin söhbət eyləyən vaxtda Nəbi içəri girir. “Qaçaq Nəbi”. Qarı şirin söhbətlə hamının diqqətini cəlb etmişdi. S.Qədirzadə. [Fərəc kişi:] Şirin (z.) işlədiyimiz yerdə birdən-birə fısıldayıb durdu. Q.İlkin. // məc. Xoşagələn, mehriban, riqqətli. [Nadir] .. yorğan-döşəkdə yatdığını və anasının mehriban rəftar və şirin sözlərindən təsəlli tapdığını xatırladı. B.Talıblı. Gəncliyin qəribə xəyalları [Nuriyəyə] şirin vədlər verirdi. İ.Əfəndiyev. • Şirin gəlmək – xoş gəlmək, ləzzət vermək, ürəyə yatmaq. ..Orada sakin olanların malı quldurlara çox şirin gəlir. Ə.Haqverdiyev.\n7. Bəzi yeməli bitkilərin adlarının tərkib hissəsi. Şirin biyan. Şirin bibər.\n8. Çox gözəl olmadığı halda, olduqca sevimli, cazibəli görünən; qanışirin, suyuşirin. Şirin qız. Şirin uşaq. ‣ Şirin cana qəsd eləmək – 1) öldürmək. Əyibdi qəddimi qaşların tağı; Qəsd eləyib şirin cana gözlərin. Sarı Aşıq; 2) zar. Çox işləməklə, çalışmaqla özünə əziyyət, əzab vermək. [Fərəcov Yusifə:] Şirin cana yaman qəsd eləmisən ha! B.Bayramov. Şirin dil tökmək, şirin dilə tutmaq – şirin sözlərlə aldatmağa, yola gətirməyə çalışmaq. [1-ci kəndli:] Eşidirsən, nə şirin dillər tökür? Ə.Haqverdiyev. Xumar [Mehrinin] yan-yörəsinə keçdi, şirin dilə tutdu, rəfiqəsinin boynuna sarıldı. V.Şıxlı. Şirin ət – bədənin hər hansı bir yerinin yumşaq, qalın əti. Qıçın şirin əti. Qolun şirin əti. – Qarşı-qarşıya duran iki qəbilə müməssilərinin sol əllərini qaldıraraq, baş barmaqlarının şirin ətini cızdılar və çıxan qanı .. yeddi daşa yaxdılar. Çəmənzəminli. Şirin yuxu görmək, şirin yuxuya getmək, şirin yuxuda olmaq – xoş; rahat, ləzzətlə yatmaq mənasında. [Qaraş] Mayanı şirin səhər yuxusundan ayıltmaq istəməyərək ehtiyatla geyinib çölə çıxdı. M.İbrahimov. Xasay şirin bir yuxudan ayılmış kimi geri qanrılaraq anasına tərəf baxdı. Ə.Vəliyev. Bülbül, fəğan etmə bu gecə yarı; Şirin yuxudadır hələ nazlı gül. N.Rəfibəyli. şirincə sif. Bir az şirin, azca şirin, şirintəhər. // Çox şirin. Aşıq şirin camalım; Versin şirin cam, alım. Qonşuda bir qız sevdim; Odur şirincə malım. (Bayatı). [Kərbəlayı Tapdıq] şirincə yuxuda idi. Mir Cəlal. şirindil (=şirindilli) sif. Xoşdanışan, dilişirin, gülərüzlü. Şirindil qız. – [Rəhim bəy] dünyagörmüş .. naçalniklər yanında xidmət etmiş, şirindil, zərif, gödəkboylu, altmış sinnini ötmüş bir kişi idi. Ə.Haqverdiyev. şirindilli (=şirindil) sif. Xoşdanışan, dilişirin, gülərüzlü. Şirindil qız. – [Rəhim bəy] dünyagörmüş .. naçalniklər yanında xidmət etmiş, şirindil, zərif, gödəkboylu, altmış sinnini ötmüş bir kişi idi. Ə.Haqverdiyev. şirinhal bax. şirintəhər. şiri-nər [fars.]\n1. Erkək aslan.\n2. məc. Təşbeh məqamında işlənir. Mənəm şiri-nərtək meydanda gəzən; Xışm ilə düşmənin bağrını əzən. “Koroğlu”. şirinqovurma is. Kişmiş, qaysı, alça qurusu və s. ilə hazırlanan xuruş. Şirinqovurma plovla yeyilir. şirinləndirmə “Şirinləndirmək”dən f.is. şirinləndirmək bax. şirinləşdirmək. şirinləşdirmə “Şirinləşdirmək”dən f.is. şirinləşdirmək f. Şirin etmək. Çaya qənd salıb şirinləşdirmək. Xəmirə şəkər qatıb şirinləşdirmək. şirinləşmə “Şirinləşmək”dən f.is. şirinləşmək f.\n1. Şirin olmaq, şirin dad vermək. Xəmirə şəkər qatıldığından şirinləşdi.\n2. Daha şirin olmaq. Meyvələr dəyib şirinləşdi.\n3. məc. Sərtliyi, qabalığı atmaq, xoşsifət, şirindil olmaq. Danışığı şirinləşib. – Bülbülün qarşısında açıl, şirinləş; Qızılgül kimi. M.Müşfiq.\n4. məc. Daha da qızışmaq, daha maraqlı olmaq, canlı olmaq. [Ata:] Söhbətimiz çox şirinləşdi. Ə.Haqverdiyev. Söhbət şirinləşir və uzanırdı. H.Nəzərli. Həbib çay içir, Gözəl fındıq sındırır, söhbət həm qızışır, həm də şirinləşirdi. Ə.Vəliyev. şirinlətmə “Şirinlətmək”dən f.is. şirinlətmək bax. şirinləşdirmək. şirinlik is.\n1. Şirin şeyin halı; şirin dad; dadlılıq, ləzzətlilik. Şanı şirinlikdən boğazı yandırır. // Dad, ləzzət. Şirinliyindən adam doymur.\n2. məc. Səmimilik, mehribanlıq. Bu şirinlik ki, var mabeynimizdə yar ilə, Seyyid! Əgər bilsə qiyamətlər qopar başına Fərhadın. S.Ə.Şirvani. // Zövq, səfa, ləzzət. [Qüdrət] ailə həyatının şirinliyindən doymadığını sözdə arvadına bildirməyi artıq bilib susdu. M.Hüseyn. Sərvinaz ona elə bir ifadə ilə baxdı ki, elə bil dayısı oğlunun öpməyində bu qədər şirinlik olduğuna təəccüb edirdi. İ.Əfəndiyev.\n3. məc. Zəriflik, incəlik, yapışıqlıq, ürəyəyatma. [Zeynalın] ..səsində dinləyənlər üzərinə bir musiqi təsiri buraxacaq məlahət və şirinlik yoxdu. S.Hüseyn.\n4. məc. Xoşluq, səmimilik. Qızın üzündə şirinlik var. ‣ Şirinlik içilmək – bax. şirni içilmək (“şirni”də). Şirinlik içilən axşam qonaqlar mübarəkbadlıq edib dağıldılar. Mir Cəlal. Şirinlik (şirinliyini) vermək – şirni vermək, şirni paylamaq. Nişanın şirinliyini vermək. – [Səhnəbanı:] Ələsgər, paltarın mübarək olsun; nə yaxşı da yaraşır, gərək şirinliyini verəsən. “Aşıq Ələsgər və Səhnəbanı”. Ağız şirinliyi – el adətincə xeyir işdə camaata paylanan, verilən şirni. [Xudayar bəy qoca kişiyə:] Qəndi gətirmişəm qazı ağaya. Bir xeyir işimiz var. Bu da ağız şirinliyidir. C.Məmmədquluzadə. şirinsöhbət (=şirinsöhbətli) sif. Danışığı, söhbəti xoş olan, xoşa gələn; söhbəti səmimi, ürəyəyatan. Şirinsöhbət adam. – Teymur müəllim şirinsöhbət və xəyalpərvər bir gənc idi. Ə.Sadıq. şirinsöhbətli (=şirinsöhbət) sif. Danışığı, söhbəti xoş olan, xoşa gələn; söhbəti səmimi, ürəyəyatan. Şirinsöhbət adam. – Teymur müəllim şirinsöhbət və xəyalpərvər bir gənc idi. Ə.Sadıq. şirin-şirin zərf Həvəslə, şövqlə, ləzzətlə, iştaha ilə. Dilənçi dağarcığından bir qədər quru çörək və soğan çıxarıb Nurəddinə verdi. Nurəddin alıb şirin-şirin yeməyə başladı. S.S.Axundov. [Ağsaqqal kişi] şor-çörək tikəsini orduna basır, yağ-bal kimi şirin-şirin yeyirdi. Mir Cəlal. // sif. məc. Şirin, xoş, dadlı. Şirin-şirin sözlər. Şirin-şirin yuxular. – Məktəbdə var şərafət; Dəftərdə var lətafət; Cari olur qələmdən; Şirin-şirin hekayət. M.Ə.Sabir. Yusif əmi hər gecə bizə şirin-şirin nağıllar danışır, çox qəribə tapmacalar deyərdi. A.Şaiq. şirintəhər sif. Azca şirin dadı verən, bir az şirin, bir qədər şirin. Şirintəhər meyvə. – Qabığı təmizlənmiş qozanı (palıd qozasını) 3-4 gün suda saxlayırlar, bu müddət ərzində suyunu 3 dəfə dəyişirlər, .. şirintəhər olan bu qozaları əvvəlcə havada, sonra sobada qurudub üyüdürdülər. “Elm və həyat”. şirkət is. [ər.] Şəriklik əsasında ticarət və ya sənaye birliyi. Aksionerlər şirkəti. Kredit şirkəti. – Fransız şirkətinin paroxodu ilə Batumiyə gizli ədəbiyyat göndərilmişdi. M.S.Ordubadi. // Birlik, cəmiyyət. Məşədi Əsgər tərəqqi edəndən sonra öz köhnə muzdur yoldaşlarından bir neçələrini başına yığıb, onlara əl tutmaq üçün gəmiçilik şirkəti bina qoydu. S.M.Qənizadə. // Şəriklik, ortaqlıq. şirləmə “Şirləmək”dən f.is. şirləmək f. Üzərinə şir çəkmək. Çini qabların üzərini şirləmək üçün çöl şpatı, kaolin, silisium ilə bərabər təbaşir və əhəngdaşı da işlədilir. A.Quliyev. // Üstünü rəngləmək, boya ilə boyamaq. şirlənmə “Şirlənmək”dən f.is. şirlənmək məch. Üzərinə şir çəkilmək, şir vurulmaq. // Rənglənmək, boyanmaq. ..Taxta fərşlər təzə şirlənmişdi. C.Məmmədquluzadə. şirli sif. Şir vurulmuş, şir çəkilmiş. [Sadıq] içi kərə yağla dolu şirli küpəni döşəməyə qoydu. Mir Cəlal. // Rəng vurulmuş, rənglənmiş. Şirli qapı. Şirli divar. şirma [alm. Schirm]\n1. Üzərinə parça və ya başqa material çəkilmiş çərçivələrdən ibarət açılıb-bükülən arakəsmə.\n2. məc. Bir şeyi örtüb gizlətmək üçün örtü, pərdə. şirmayı is. [fars. şirmahi]\n1. Fil sümüyü və ya ona bənzər maddə. Şirmayı dillərdə süzür barmaqlar; “Səadət nəğməsi” yaradır bahar. S.Vurğun. Minayə .. incə, uzun barmaqlarını pianonun şirmayısı tökülmüş dillərinin üstündə oynadır. Ə.Əbülhəsən. // Sədəf. [Buğacın] belində zərif naxışlı tirmə qurşağa taxılmış ağ şirmayı dəstəkli, qırmızı məxmər qınlı bir bıçaq var idi. M.Rzaquluzadə.\n2. sif. məc. Sədəf kimi, ağappaq. Şirmayı dişlər. Şirmayı dəri. – Şirmayı rəngli maşının; Rulundan yapışıb; Şirmayı barmaqlı əllər; Sürür maşını küçələrlə. N.Rəfibəyli. şirni is. Qənd, şəkər, konfet, nabat və s. şirin şeylər; şirniyyat, qənnadı. Şirni almaq. Şirni yemək. – Hünər heç vaxt öz əlində bu qədər şirni görməmişdi. Mir Cəlal. At kişmiş qoxusunu alaraq, Ayaza yaxın gəldi və şirnini onun ovucundan sümürdü. Ə.Məmmədxanlı. ‣ Şirni içilmək – nişanlanmaq, üzük taxılmaq. Bir həftə sonra şirni içildi, kəbin kəsildi, toy dəsgahı Məşədi Cavadın vəfatının ili çıxmasına qaldı. B.Talıblı. Şirni içmək – nişanlamaq. [Novruzqulu:] Kəbleyi, nə vaxt buyurursunuz, şirni içməyə gələk? H.Sarabski. Şirni vermək – xoş, xeyir bir iş münasibətilə şirniyə qonaq eləmək. Təzə evin şirnisini vermək. Paltarın şirnisini vermək. şirniçi is. Şirniyyat hazırlayıb satan adam, şirniyyatçı. Səriyyə bir işçi qızı idi. Şirniçiyə ərə verilmişdi. Mir Cəlal. şirnikdirici sif. Şirnikləndirən, həvəsləndirici, rəğbətləndirən, maraq oyadan. Şirnikdirici tədbirlər. şirnikdirmə “Şirnikdirmək”dən f.is. şirnikdirmək f. Həvəsləndirmək, rəğbətləndirmək, şövqləndirmək, rəğbət oyatmaq, maraq oyatmaq. Hacı Tağı Allahqulunu şirnikdirmək üçün ərə getmək vaxtı çoxdan keçmiş, çirkinlikdə özünə oxşayan təkcə qızını da ona verməyi vəd etmişdi. Ə.Əbülhəsən. şirnikləndirmə “Şirnikləndirmək”dən f.is. şirnikləndirmək f. Bir işə həvəsləndirmək, daha da həvəs oyatmaq, rəğbətləndirmək, şövqləndirmək. şirniklənmə “Şirniklənmək”dən f.is. şirniklənmək f. Həvəslənmək, həvəsə gəlmək, şövqlənmək. Əhməd şirnikləndi, oğlu Əmrahı yuxuda qoyub arx yuxarı getdi. (Nağıl). şirnikmək f. Alışmaq, öyrəşmək, uyuşmaq, həvəslənmək. [Bağban:] Nə deyim, qızdır, şirnikməsə, qaçmaq istəsə, ona da həmiyyət göstərərəm. Ə.Məmmədxanlı. şirniklik is. Şirni olaraq verilən pay. [Arvad dərzisi:] Qayçım parçanı kəsmir, şirniklik üçün “qayçıkəsməz” verin, qayçım da kəssin. R.Əfəndiyev. şirniyyat is. [fars.] Şirnidən hazırlanan hər növ dadlı, şirin şeylər, qənnadı məmulatı. Süfrəyə şirniyyat düzmək. – Bayrama xüsusi şəkərçörəyi, badamçörəyi, paxlava sair bu kimi şirniyyat bişirib hazırlardılar. H.Sarabski. [Ceyran xala:] Bənövşə, nişanlın üçün xüsusi şirniyyat bişirmişəm. S.Rəhman. şirpəncəsi is. bot. Yaşımtıl çiçəkləri və qırış-qırış yarpaqları olan ot bitkisi. şir-şəkil is. dan. Üz, sifət, görkəm, sirsifət. Onun şir-şəkili xoşuna gəlmir. Bu nə şir-şəkildir? şirvanşahlar is. Ərəb işğalına qədərki Şirvanşahlar dövlətində hökmdarlar sülaləsi. şist is. geol. Quruluşca lay-lay olan dağ süxuru. Gil layları güclü təzyiqin və istiliyin təsirindən şistə çevrilir. M.Qaşqay. şiş I.\n1. is. Bədənin hər hansı bir yerində əmələ gələn toxuma qabarması; ur. Üzdə şiş. Başda şiş. Qıçının şişi çəkilmək. – [Kişi:] Dirsəkdən yuxarı qolumda şiş əmələ gəldi. M.İbrahimov. // tib. Hər hansı bir bədən üzvü toxumasının qeyri-normal böyüyüb artması. Qorxusuz şiş. Qorxulu şiş.\n2. sif. məc. Köp, qabarıq, irəliyə doğru çıxmış. Şiş qarın. // Qalın, şişmiş. Yarməmməd şiş qovluğu açdı. M.İbrahimov.\n\nII.\n1. is. Kabab bişirmək üçün ucu iti dəmir və ya ağac çubuq. Əti şişə çəkmək. Bir şiş kabab. – [Çingiz:] ..Bir budu şişə çəkib, iki çörək ilə tək yemişəm. Ə.Haqverdiyev. ..İncə ətirli budaqlardan şişlər, ocaqlarda yaqut kimi qızarar közlər hazırlanmışdı. M.Rzaquluzadə.\n2. sif. İti, sivri. [Pəricahan xanım:] [Onlar] o şiş papaqlarını qoyub qaçmışlar. S.S.Axundov. Şiş ucları buludlarla döyüşən; Dağlarında buzları var ölkəmin. C.Cabbarlı. ‣ Şişə taxmaq (çəkmək) məc. – əziyyət vermək, zülm etmək, bərk incitmək. Ögey ana uşaqları şişə taxır. – Xanzadələr şişə taxır rəyəti. Q.Zakir. Şişdə ütmək – bax. şişə taxmaq. şişbaş (=şişbaşlı) sif. Başı uzunsov, uzunbaşlı. şişbaşlı (=şişbaş) sif. Başı uzunsov, uzunbaşlı. şişburun sif. Burnunun ucu iti, nazik. Şişburun oğlan. – Direktor iri göz, şişburun bir adamdı. Mir Cəlal. şişdirmə “Şişdirmək”dən f.is. şişdirmək bax. şişirtmək. şişə bax. şüşə. Bir səbət şişə bir nəfər hammal; Aparırdı dalında malamal. S.Ə.Şirvani. şişəbənd bax. şüşəbənd. Zeynal geniş bir şişəbəndi keçib yemək otağına girdi. S.Hüseyn. şişək is. Müxtəlif yerlərdə müxtəlif (2-4) yaşlarda olan erkək qoyun. Toğlu birillik, şişək ikiillik, öküz üçillik olardı. H.Sarabski. [Ərşad] ..öz sürüsünə qatdığı toğludan, şişəkdən gecə dayısıgilə ötürməyi unutmurdu. İ.Əfəndiyev. Tahirzadənin ilk işi o oldu ki, şərikli kəsdikləri şişəyin bütöv bir şaqqasını ayırıb, südçü məhəlləsinə, Məsmənin evinə göndərdi. Mir Cəlal. şişik bax. şişkin. şişirdilmə “Şişirdilmək”dən f.is. şişirdilmək f.\n1. Şişkin hala salınmaq, üfürülüb qabarılmaq, köpürülmək.\n2. məc. Artırılmaq, üstünə qoyulmaq, mübaliğə edilmək. Damcılı bulağa söz qoşulur, az qala damcısı bir dərya boyda şişirdilirdi. S.Rəhimov. // məc. Lüzumsuz yerə artırılmaq. Əsər 200 səhifədən 400 səhifəyə qədər şişirdildi. şişirdilmiş sif.\n1. Şişkin hala gətirilmiş, üfürməklə doldurulmuş (qazla, hava ilə), köpdürülmüş.\n2. məc. Artırılmış, üstünə qoyulmuş, mübaliğə edilmiş; mübaliğəli. Şişirdilmiş hadisə. // məc. Olduğundan daha artıq, daha güclü bir şəkildə təqdim edilmiş, göstərilmiş. Şişirdilmiş məlumat. Şişirdilmiş hesabat. Şişirdilmiş rəqəmlər. şişirilmək bax. şişirdilmək. şişirilmiş bax. şişirdilmiş. Sensasiya xasiyyəti daşıyan şişirilmiş xəbərlərdən .. [Firidun] rəsmi dairələrdə Kərimxangilin tutulması ilə əlaqədar nə kimi fikirlər hakim olduğunu müəyyən etmək istəyirdi. M.İbrahimov. şişirtmə 1. “Şişirtmək”dən f.is.\n2. Sif. mənasında. Mübaliğəli. Qocalar gülüşür, ovçuluq çağlarının şişirtmə nağıllarına dadlı-dadlı qulaq asardılar. S.Rəhimov. şişirtmək f. Üfürüb doldurmaq, köpürtmək, qabartmaq, şişkin hala gətirmək. Şarı şişirtmək. Ordlarını şişirtmək. – Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Çəmənzəminli. Nəriman əmi ordlarını şişirdərək əlini başına çəkib, məzəmmətlə Murada baxdı. İ.Əfəndiyev. // Böyütmək, qabartmaq, artırmaq, yekəltmək. Bostandakı kələmlər enə verir, balqabaqlar qarınlarını şişirdir, pomidorların sifəti qızarırdı. Ə.Vəliyev.\n2. Olduğundan daha güclü, daha artıq, daha mübaliğəli şəkildə təqdim etmək, təsvir etmək, söyləmək. Məsələni şişirtmək. – Hansı bir yazıçı olur olsun, nə onu qərəzkarlıqla kiçiltmək, nə də qəsdən şişirdib böyütmək olmaz. S.Rəhimov. [Salman:] Yoldaş Şirzad çox tünd gedir, nöqsanları şişirdir!.. M.İbrahimov. ‣ Özünü şişirtmək – lovğalanmaq, qürrələnmək, təkəbbür satmaq, özünü dartmaq. şişkin sif. Şişmiş halda olan. [Sübhanverdizadənin] bir az şişkin olan sifəti indi yanar köz kimi qızarmış(dı).. S.Rəhimov. // Qabarmış, şişmiş, içi dolu. Katib, Məmməd Həsənoviçin bozardığını gördükdə könülsüz geri dönər, qoltuğundakı şişkin qovluğu tərpədərək qapıdan çıxardı. M.İbrahimov. şişkinləşmək f. Şişkin olmaq, şişmək. Qarnı şişkinləşmək. şişkinlik is. Şişmiş, köpmüş, qabarmış şeyin halı; şişmanlıq. şişqarın sif. Qarnı şiş, qabağa çıxmış; yekəqarın, şişman. Bayram olcaq şövkətlilər, şanlılar; Dövlətlilər, pullular, milyanlılar; Tirboyunlar, şişqarınlar, canlılar. M.Ə.Sabir. şişqulaq sif. Qulaqları şiş. Şişqulaq it. şişləmə “Şişləmək”dən f.is. şişləmək f.\n1. Şiş etmək, ucunu iti eləmək, şiş hala gətirmək. Student Həmzəbəy .. başını darayırdı, bığlarının uclarını maşa ilə şişləyib yuxarı qovzayırdı. Çəmənzəminli.\n2. Şişə keçirmək, şişə keçirib düzmək. Əti şişləmək. // Şişlə deşmək. şişlənmə “Şişlənmək”dən f.is. şişlənmək f.\n1. Şiş durmaq, qabarmaq. Onun əlləri titrəyirdi, bığları qaplan bığları kimi şişlənirdi. M.S.Ordubadi.\n2. Getdikcə daralmaq, ensizləşmək. Yol getdikcə şişlənir. şişlik is.\n1. Şişə çəkilərək od üstündə bişirilən tikə-tikə ətdən ibarət yemək; tikəkabab (rus dilində “şaşlık” şəklində işlənir). Ov ətlərindən şişlik bişirmək üçün incə ətirli budaqlardan şişlər, ocaqlarda yaqut kimi qızaran közlər hazırlanmışdı. M.Rzaquluzadə.\n2. Ucu şiş alət. Əlində şişlik meydana atıldı. şişman sif. Çox kök, yekəqarın, şişqarın. Ayrım qızı qısaboylu, şişman bir qadın idi. A.Şaiq. // Qabağa çıxmış, şişmiş, qabarmış halda olan. Ağ çuxalı, ağ arxalıqlı, ikiüzlü Buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş kəmərli Mirzə Səfəri hamı tanıyırdı. Ə.Haqverdiyev. şişmanca sif. Şişman, bir qədər şişman, bir qədər kök, dolğun. [Qonaq] şişmanca bir adam idi. S.Hüseyn. Bu sırada şişmanca, ortaboylu, ciddi simalı Məcid əfəndi Rauf ilə bərabər çıxar. H.Cavid. şişmanlaşma “Şişmanlaşmaq”dan f.is. şişmanlaşmaq f. Şişman olmaq, çox kökəlmək, qarın sallamaq. şişmanlıq is. Şişman adamın halı, köklük. şişmansifət (=şişmansifətli) sif. Sifəti şişman, dolu olan, köksifət. Şişmansifət adam. şişmansifətli (=şişmansifət) sif. Sifəti şişman, dolu olan, köksifət. Şişmansifət adam. şişmə “Şişmək”dən f.is. şişmək f.\n1. Xəstəlik, zədə və s. nəticəsində qalxmaq, köpmək, qabarmaq. Ayağı şişmək. Üzü şişmək. – Gözün üstü şişib olubdu qovuq; Zahirən bu gecə dəyibdi soyuq. S.Ə.Şirvani. Bayramın göz qapaqları şişib qırmızı olmuşdu. M.Hüseyn. // İslanıb köpmək, böyümək, qabarmaq. Noxud suda şişir. – Şeyxlər kişmişin bütöv olaraq xörəyə qatılmasını haram bilirdilər, çünki kişmiş şişdikcə içində dönüklük əmələ gəlib çaxır ola bilərdi. Çəmənzəminli. Sulu qar yağdıqca yer təkinə qədər islanır, elə bil köpüb şişirdi. Ə.Əbülhəsən.\n2. məc. Çox kökəlmək, piylənmək. Yaman şişmisən ha. – Spekulyantlar tamam şişib filə dönmüşdülər. E.Sultanov. [Xacə Firuz:] Amma bunlar yeyib şişirlər. Ə.Haqverdiyev.\n3. məc. dan. Umsunmaq, tamarzı qalmaq, gözü qalmaq. Kabab iyindən qonşular şişə bilər. – Bir tikə bozbaşdan ötrü ağlama! Umma, şişərsən, bala, sarsaqlama! Ə.Nəzmi. ‣ Başı şişmək – bax. baş. Ürəyi şişmək – bax. ürək. şişpapaq sif.\n1. Papağı dik, şiş olan, başına şiş papaq qoymuş. Şişpapaq kişi. – Hər dəvənin örkəni şişpapaq, beli qəməli bir sarbanın əlində idi. Çəmənzəminli. // İs. mənasında. İçərişəhərdə Qala küçəsi ilə gedirdim. Bir nəfər şişpapaq qabağımı kəsdi. H.Sarabski.\n2. məc. dan. Lovğa, özünüçəkən, təşəxxüslü. şiştəpə is. coğr. Dağın şiş təpəsi, zirvəsi; pik. // sif. Təpəsi şiş. Şiştəpə dağ. şit sif.\n1. Duz qatılmamış, duzsuz. Şit pendir. Şit kərə. – [Mahmud:] Bir kətəyə bax, şit yağı da basıblar arasına, adamın ağzının suyu axır. Ə.Haqverdiyev. // Duzu az, lazımınca duzlanmamış. Şit xörək.\n2. məc. Danışığı, hərəkətləri yüngül, qeyriciddi, bayağı; duzsuz. Şit adam. – Zeynalın şit hərəkəti bitməyirdi. A.Şaiq. [Qumru] Bünyada şit görünən bir tərzdə gülümsünüb dedi. Ə.Əbülhəsən. // məc. Dəcəl, sırtıq, üzlü, həyasız, şuluqçu. Bizim şit uşaqlar və başqasına istehza etməkdən zövq alan adamlarla işimiz yoxdur. M.İbrahimov. // Çox maraqsız, duzsuz, ət tökən. Şit söhbətlər. Şit zarafat. ‣ Şit çıxmaq – yerinə düşməmək; yersiz, münasibətsiz, qeyri-ciddi görünmək. Yox, çoban, bu tutmadı, – deyə, Alı güldü, – budəfəki məsələn şit çıxdı. Ə.Əbülhəsən. Şiti çıxmaq – 1) həddindən artıq bayağı görünmək, yersiz olmaq, həddini aşmaq, ifrata varmaq; 2) həddindən artıq çox olmaq, görünmək. Şitini (şitini-şorunu) çıxartmaq – öz hərəkətində hədd-hüdud bilməmək, həddini aşmaq, ağ eləmək, ifrata varmaq. Lap şitini çıxartdıq. şitab [fars.] klas. Tələsmə, sürət, tezlik. • Şitab etmək (eyləmək) klas. – tələsmək. Sonradan olur peşiman; Hər kimsə ki, şitab eylər. Q.Zakir. Gün qürub etməyə edirdi şitab; Kainata enirdi bir zülmat. C.Cabbarlı. şitəngi sif. Nadinc, dəcəl, şuluq, üzlü, şit. Şitəngi uşaq. – Sevdim isə şitəngi, dəcəl, həm də mollanın qələmini tutan, üzünə deyən idi. Ə.Vəliyev. şitəngilik is. Nadinclik, dəcəllik, şuluqçuluq, üzlülük, şitlik. • Şitəngilik etmək – nadinclik etmək, şitlik etmək. [Şərəfnisə xanım:] Uşağı yerə girsin. Dinc oturur məgər. Səhərdən bəri qoymuyub ki, iki çəngə yun darıyım, elə şitəngilik edir. M.F.Axundzadə. Biz uşaqlıqda çox şitəngilik elərdik. C.Məmmədquluzadə. şitənmə “Şitənmək”dən f.is. şitənmək f. Nadinclik etmək, dəcəllik etmək, şitlik eləmək. Şitənmək, dalaşmaq və barışmaq – onların yoldaşlığı belə başlamışdı. S.Rəhimov. şitil is. Sonradan çıxarılıb başqa yerdə əkilmək üçün parnikdə (istixanada) və ya xüsusi ləklərdə yetişdirilən bitki. [Sona:] Canı çıxsın, buraxmasın danasını evimizin yanına. Baxşı üçün qərənfil şitili əkmişəm, gəlib hamısını yeyib. C.Cabbarlı. şitiləkən is. Şitil əkməyə məxsus maşın, alət. şitilləmə 1. “Şitilləmək”dən f.is.\n2. k.t. Bitki becərmə üsullarından biri (bax. şitilləmək). Respublikamızın cənub-şərq tərəfində olan Astara, Lənkəran və Masallı rayonlarında çəltik şitilləmə vasitəsilə yetişdirilir. şitilləmək f. k.t. Bitkini seyrəltmək, çıxarıb seyrək əkmək. şitillik is. Şitil yetişdirilən yer; tinglik. [Eyvaz:] Mən ondan ayrılaraq, təzə bağın qurtaracağında saldığımız şitilliyə getdim. İ.Əfəndiyev. şitlənmə “Şitlənmək”dən f.is. şitlənmək f. Yüngüllük eləmək, qeyriciddi hərəkətlər göstərmək, şit-şit danışmaq. şitlik is.\n1. Şit, duzu az şeyin halı, keyfiyyəti. Şitliyindən xörəyi yemək olmur.\n2. məc. Qeyri-ciddi, yüngül, bayağı, duzsuz hərəkət, söz. // məc. Nadinclik, dəcəllik, üzlülük; şit hərəkətlər, şit sözlər və s. Müəllimənin gözləri .. bəzi uşaqların şitlik və dəcəlliyinin qarşısını almaqda onun əsas köməkçilərindən idi. S.Rəhimov. • Şitlik eləmək – 1) nadinclik eləmək, dəcəllik eləmək, üz gətirmək. [Güləsər] tez-tez şitlik edir(di). İ.Şıxlı; 2) yüngüllük eləmək, hərəkətində, sözündə ifrata varmaq. Amma Molla özü heç qorxmayıb, əvvəlkindən də bir az artıq şitlik eləyir. “M.N.lətif.” şit-şit zərf Şit, qeyri-ciddi, yüngülyüngül. Şit-şit danışmaq. Şit-şit gülmək. // məc. Yüngüllük, bayağılıq, qeyri-ciddilik; yüngül, bayağı, qeyri-ciddi hərəkət. şit-şor şitini-şorunu çıxarmaq dan. – bax. şitini çıxar(t)maq (“şit”də). şiv is. Ağacın nazik, kiçik budağı, cavan budaq. Qonaqlar Gülşənin göstərdiyi şivlərə, tez-tez qoparıb atdığı qönçələrə uzun müddət baxdılar. Ə.Vəliyev. Söyüd şivləri qırıldıqca yasavullar yenisini gətirirdilər. Mir Cəlal. şivaizm is. Hindistanda dağıdıcı allah Şivanın adından dini cərəyan. şivə is. [fars.]\n1. Danışma tərzi, tələffüz tərzi, tələffüz. Dostum haman kitabı bükdü, qoydu stolun üstə və durdu, getdi, şkafdan yenə bir köhnə kitab çıxartdı, gətirdi və həmən kitabı iki əlilə yuxarı qalxızdı, şairanə bir şivə ilə mənə dedi. C.Məmmədquluzadə. Tətbiq edəcəkdir yazını şiveyi-türkə. M.Ə.Sabir. Süleyman bəy ağzını açan kimi gördülər ki, hərif dilin dəyişib, daha İstanbul şivəsilə danışmır. B.Talıblı. // Üsul, tərz, tövr. [Odabaşı:] Bu başqa bir şivə ilə meydana çıxmışdı. Ə.Haqverdiyev. // dilç. Bir əraziyə, məhəllə aid olan dialektin yerli növü.\n2. Naz, qəmzə, əda, işvə. Canımın cövhəri ol ləli-gühərbarə fəda; Ömrümün hasili ol şiveyi-rəftarə fəda. Füzuli. Zeynal çox mütəəssir idi. Mehribanın xoş bir işvə ilə ona xitab etməsi həyəcanını artırdı. S.Hüseyn.\n3. məc. Hərəkətdə, danışıqda sünilik, saxtalıq, ikiüzlülük. [Laçın bəy:] ..Cəmilin hərəkətləri olub yalan, büxl, şivə, müftəxorluq. N.Vəzirov.\n4. klas. bax. şivən. Batdın genə bəxtim kimi bilməm nə qərayə; Qurban sənə, bu şivəyimatəm nə üçündür? S.Ə.Şirvani. şivəbaz sif. [fars.] Şivəli, nazlı, ədalı. şivəbazlıq is. İşvəbazlıq; naz satma, işvə satma xasiyyəti. şivəkar bax. işvəkar. Hər əhli hüsn kim, mən bədbəxtə yar olur; Bilməm, nə rəmzdir ki, dönüb şivəkar olur. S.Ə.Şirvani. Günəş İşıqlı dağının dalından şivəkar qızlar kimi gülümsəyir və yavaş-yavaş kölgələri udurdu. Ə.Vəliyev. şivəli sif. Yazlı, qəmzəli, ədalı, cilvəli, işvəkar. Şivəli gözlər. şivən is. [fars.] Fəryad, fəğan, nalə, bərk ağlaşma, matəm, yas. Seyyid, aşiq olalı bilmişəm aşiqlər işin; Ah imiş, nalə imiş, giryə imiş, şivən imiş. S.Ə.Şirvani. Bülbül dedi: “– Dünyada o kimdir gülə bir gün; İllərcə zəbun etməyə şən könlünü şivən”. H.Cavid. • Şivən etmək (qaldırmaq, qılmaq, qoparmaq, salmaq) – bərk ağlamaq, fəryad qoparmaq, fəğan etmək. Gedərəm, kuyində qıllam şivəni; Yığaram başıma dostu, düşməni. M.P.Vaqif. Sərdarovların evində şivən qopmuşdu. Dörd bacının bircə qardaşının Türküstanda öldüyü xəbəri teleqrafla gəlmişdi. Ə.Haqverdiyev. // Qiyamət qoparmaq, haray salmaq, mərəkə qoparmaq. Əvvəllər evlənmək söhbəti düşəndə Şərif bir tikə narahat olub şivən eləməzdi. C.Məmmədquluzadə. // Yas, matəm, ağlaşma. Ölüsü bir gün, şivəni min gün. (Ata. sözü). • Şivən qurmaq – matəm məclisi qurmaq, yas tutmaq. Namərd müxənnətin boynu vurulsun; Vay düşsün evinə, şivən qurulsun. Aşıq Ələsgər. Şivən qopmaq – fəryad qopmaq, bərk ağlaşma düşmək. ..Yenicə yatağıma uzanmışdım ki, qonşu evdən acıqlı və yanıqlı bir şivən qopdu. A.Şaiq. Bir az əvvəl qəmli və ağır sükuta batmış qadınlardan yenə şivən qopdu. M.Hüseyn. şivənli sif. Faciəli, dəhşətli, məşum. Şivənli səs. – Axşam çökdü şəhərə; Bir südlü, aylı axşam; Çoxlu xəbər gətirdi; Şivənli, vaylı axşam. Ə.Cavad. şivərək sif. Düz, uzun və nazik. Şivərək ağac. Şivərək budaq. – İndi getdikcə kolkosluq azalır, meşənin dibi açılaraq, yanyörədə şivərək boz puf ağacları göyə baş qaldırırdı. Ə.Əbülhəsən. // məc. Nazik və boylubuxunlu. Şivərək oğlan. Şivərək uşaq. şivərən is. bot. Xalq təbabətində toxumu yanğıkəsən dərman kimi işlədilən ot bitkisi. şivləmə “Şivləmək”dən f.is. şivləmək f. Şiv əmələ gəlmək, şiv qalxmaq, şiv çıxmaq. Şil-küt olmuş ağaclar yarpaqlarını sağaldır, şivləyirdi. S.Rəhimov. şizofreniya [yun. schizophren] Səbəbi bəlli olmayan ruhi xəstəlik. şkaf is. Paltar, kitab, qab-qacaq və s. qoymaq üçün irili-xırdalı gözləri olan qapılı mebel növü; dolab. Divar şkafı. Güzgülü şkaf. Kitab şkafı. – [Kitabpaylayan:] O qədər lazımlı kitablar var ki, üstünü toz basa-basa qalıb bu şkaflarda. Ə.Haqverdiyev. Qafar əllərini yuduqdan sonra kiçik şkafdan stol üstünə boşqab və çəngəl qoydu. Ə.Əbülhəsən. şkala [lat.]\n1. Müxtəlif ölçü cihazlarında dərəcələrə bölünmüş lineyka və ya siferblat. Manometr ilə seçilməlidir ki, təzyiq işlək halda olduqda əqrəb şkalanın orta hissəsində dayansın. M.Sultanov.\n2. Hər hansı bir kəmiyyəti müəyyənləşdirmək üçün qəbul olunmuş rəqəmlər sistemi. Vergi şkalası. şkif is. [holl.] Qayış və ya kanat vasitəsilə hərəkət ötürücü çarx. şkiper is. [holl.] köhn.\n1. Ticarət gəmisi kapitanı.\n2. Gəmi əmlakına baxan. şlak is. [alm.]\n1. Metal kəfi və daş kömür külü.\n2. Gərəksiz şey. şlaqbaum [alm.] Dəmir yolunu kəsib keçən şose yolunu qatar gələndə, yaxud adi yollarda hər hansı bir səbəbə görə onları açıbbağlamaq üçün endirilib qaldırılan tir. Növbətçisi olan dəmir yolu keçidi qarşısında hər iki tərəfdən şlaqbaum qoyulur. Ə.Əliyev. şlam is. [alm.] Qiymətli hissələrindən istifadə etmək üçün xırdalanan filiz və ya kömür. şlanq [alm.] tex. Maye, qaz və s. kimi şeyləri sorub çəkmək və ya keçirmək üçün rezin, yaxud su keçirməyən materialdan qayrılmış boru. [Mühəndis] şlanqlar quyuya enib-qalxdıqca baltanın səsinə qulaq asmağa başladı. A.Şaiq. Boş vaxtlarında [ustanı].. əlində şlanq ağaclar arasında dolanan görərdin. Mir Cəlal. şlem [rus.] bax. dəbilqə. şlemli sif. Başında şlem olan, başına şlem qoymuş, dəbilqəli. İçəridə qızınan şlemli qızıl əsgər nədənsə çox ərinə-ərinə cavab verdi. M.Hüseyn. şleyf is. [alm.] Qadın paltarının arxadan sürünən ətəyi. şlif is. [alm.] Mədən süxurunun və yaxud mineralının yaxşı pardaxlanmış lövhəciyi. şlix is. [alm.]\n1. Kənar qarışıqlardan təmizlənmək üçün xəlbirdən keçirilən yuyulmuş qızıl və ya platinli qum.\n2. Metal əritmək üçün xırdalanmış filiz. şlüz [alm.]\n1. tex. Gəmilərin suyu müxtəlif səviyyədə olan çay və kanallardan keçməsi üçün xüsusi hidrotexniki qurğu. Gəmimiz birinci şlüzə daxil oldu. M.İbrahimov. Biz birinci darvazadan keçdik, kanalın ilk şlüzündə dayandıq. Mir Cəlal.\n2. tex. Çayda, kanalda suyu saxlamaq və lazım gəldikdə açıb buraxmaq üçün xüsusi qapı. Kür çayında müxtəlif şlüzlər düzəldiləcək ki, bu da su daşqınının qarşısını alacaqdır. M.Qaşqay.\n3. məd. İçərisində qızıl olan qumu və ya xırda süxuru yumaq üçün təknəyə və ya çalovaoxşar qurğu. şlüzləmə “Şlüzləmək”dən f.is. şlüzləmək f. tex.\n1. Şlüz düzəltmək, şlüz qurmaq.\n2. Şlüzdən buraxmaq, keçirmək. Gəmiləri şlüzləmək. şlyapa [rus.] Fetrdən, plüşdən, həsirdən hazırlanan baş geyimi. İskəndər şlyapasını krovatın üstünə çırpıb, başlayır papiros eşməyə. C.Məmmədquluzadə. [Nəriman] üzünü tərtəmiz taraş etdirərək həsir şlyapa qoymuşdu. İ.Əfəndiyev. [Cavan] xüsusən yoldaşımın qalstukuna, gözlüyünə və divarda mıxdan asılmış fetr şlyapasına ötəri nəzər saldı. M.Rzaquluzadə. şlyapalı sif. Başında şlyapa olan, başına şlyapa qoymuş. Şlyapalı qadın. Şlyapalı oğlan. – Göy şlyapalı kişi bu sözə doyunca gül(dü).. S.Rəhman. // İs. mənasında. Başında şlyapa olan. Şlyapalı irişib arğaz adama işarə elədi. B.Bayramov. şofer [fr. chauffeur] Avtomobil sürücüsü. Şofer maşını geriyə döndərdi və hamar yolla sürərək vağzala istiqamət aldı. M.Hüseyn. Bu zaman qırx yaşında, enli qaraqaş, qarabığ şofer də eyvana çıxdı. İ.Əfəndiyev. şoferlik is. Şofer sənəti, şofer peşəsi. Şoferlik etmək. Şoferlik kursunda oxumaq. – ..Dursun şoferliyə qızlardan şagird qoydu. Ə.Əbülhəsən. şoğərib is. və sif. dan. Xoşagəlməz bir şey haqqında yüngül söyüş. [Səfər:] Şoğərib [qənd] o qədər ağırdır ki, çiynimi lap üzüb. C.Cabbarlı. [Xavərnisə:] Ağlamayıram, soğan şoğəribin acısıdır ki, gözlərim yaşarmışdır. T.Ş.Simurq. [Hacı:] Görürsənmi, şoğərib adamı necə danışdırır. İndi bir az da içsə, lap müctəhid olacaq. B.Talıblı. ‣ Şoğəribə qalsın! (qalaydı!) – “yiyəsiz qalsın” mənasında qarğış ifadəsi. Kəblə Novruzqulu səsdən təngə gəlib: – Ə... ə... köpək oğlunun malları, şoğəribə qalasınız, xeyrata kəsiləsiniz, – deyə mırıldanırdı. H.Sarabski. [Bəhlul:] Köhnələr demişkən, kaş təzə geyimim şoğəribə qalaydı. B.Bayramov. şok [fr.] tib. Ağır fiziki travma və ya ruhi sarsıntı nəticəsində orqanizm funksiyalarının kəskin surətdə pozuluşu. Xəstə şok halındadır. – Fəqərələrin, çanaq və omba sümüklərinin və başqa bu kimi sümüklərin sınması ilə nəticələnən ağır zədələnmə hallarında orqanizmin ümumi fəaliyyəti pozularaq şok halına düşə bilər. Ə.Babayev. şokolad [isp.]\n1. Kakao toxumu ilə şəkər və ədvə qatışığından hazırlanan kütlə və ya poroşok. // Bu kütlədən hazırlanan konfet və plitka şəklində qənnadı növü. Kimi qəhvə, kimi şokolad, təyyarəçi də çaxır ilə məzə istədi. Çəmənzəminli. Qadın masanın üstünə şokolad və konfet düzüb, Hüseynə lap yaxın oturdu. S.Rəhman.\n2. Bu poroşokdan südlə hazırlanan içki. şokoladlı sif. Şokolad qarışıq, tərkibində şokolad olan. Şokoladlı dondurma. Şokoladlı konfet. Şokoladlı tort. // məc. Çox dadlı, ləzzətli şey haqqında. Bu kabab deyil ki, marmeladdı, şokoladdı. N.Vəzirov. şol “Ol” işarə əvəzliyinin qədim forması. Daima istər Xətayi şah cəmalın görməyə; Şol gədayi-alihimmət talibi-didar məst. Xətayi. Şol qamətin yayınanda gözümdən; Sanasan ki, həşrü qiyamətimdir. M.P.Vaqif. Böyük oğlun gəzir payi-piyadə; Şol biri də tələf oldu aradə. Q.Zakir. şomu is. məh. İspanaq. Tərəçiçəklilər .. fəsiləsindən becərilən cinslərdən biri də ispanaq və ya şomudur. M.Qasımov. şonqar bax. şahin. İki şonqar dalaşanda bir qarğaya cürm düşər. (Ata. sözü). Şahin, şonqar sürbənizi dağıdar; Boyanarsız qızıl qana, durnalar. M.V.Vidadi. Xanın sağındasolunda düzülən yasavullar, qollarında qızılquş, şonqar, qaraquş aparan quş bəyləri, şikarçılar, nökərlər böyük bir yarımdairə təşkil etmişdilər. M.Rzaquluzadə. şor I. is. Çürüdülüb süzülmüş ayrandan hazırlanan ağartı (qatı kütlə halında sadə pendir). [Sənəm] pəncərənin qabağında bir süfrə salardı, üstünə çörək, pendir, şor, kərə .. qoyardı. E.Sultanov. [Göyçək] ayranı çürüdüb şor elədi. Ə.Vəliyev.\n\nII. sif.\n1. Tərkibində çox duz olan, duzlu. Şor su. Şor pendir. ..Görürsünüz ki, Kür suyunun dadı nə acıdır, nə şordur, pis qoxusu var, nə iylidir. C.Məmmədquluzadə. [Kəblə Rəcəb:] Kor da bilir ki, balıq şordur. Ə.Haqverdiyev. Kamil qocanın ortaya qoyduğu çörəklə şor balığı acgözlüklə yeməyə başladı. M.Süleymanov. // Duzlu suya qoyulmuş, şoraba edilmiş, tutulmuş. Şor kələm. Şor xiyar. // Duzu çox düşmüş. Şor xörək. – Çay gec oldumu, xörək isti verildimi, bozbaş bir az şor oldumu, arvad döyüləcəkdi. T.Ş.Simurq.\n2. Şoran. Araz boyundakı şor qışlaqlarda; Doyunca nə qoyun, nə mal sağıldı. S.Vurğun. Şor düzlərə böyük arxlar çəkilib; Toybayramın tamaşası yaxşıdır. Aşıq Əhməd. ‣ Şorunu-şitini çıxartmaq bax. şitini (şitini-şorunu) çıxartmaq. şora is. Çeşidli metalların qarışığından düzəldilib partlayıcı maddələr texnikasında aqranomiyada gübrə kimi işlədilən azot duzu. şoraba is. Duzlu suya (duza) qoyulan tərəvəz. Xiyar şorabası. Pomidor şorabası. – Nahar süfrəsi üçün də göy-göyərti, soğan, sirkə, şoraba, nə lazımdırsa hazırlandı. Ə.Vəliyev. [Səriyyə:] Stolun üstünə təzə ağ süfrə saldım. Badımcan şorabası doğradım. İ.Əfəndiyev. şorakət bax. şoran. Tərəçiçəklilər fəsiləsində şorakət və şoran torpaqlarda yayılmış bitkilər və alaq bitkiləri daha çoxdur. H.Qədirov. şorakətləşmə “Şorakətləşmək”dən f.is. şorakətləşmək bax. şoranlaşmaq. Qarabağ düzündə boz torpaqlar şorakətləşərkən onların lil hissəciklərinin bir hissəsi aşağı qatlara hərəkət edir. E.Salayev. şorakətli bax. şoranlı. şorakətlik bax. şoranlıq. [Naz ağacı] güney yer sevən, küləyə və torpağın şorakətliyinə nisbətən davamlı, becərmə etibarilə az tələbkar bitkidir. H.Qədirov. şoraq sif. Dadı şor olan, şor. Şoraq xörək. şoralama “Şoralamaq”dan f.is. şoralamaq f. Yüksəkdən tökmək, axıtmaq. Südü şoralamaq. Suyu şoralamaq. şoralanma “Şoralanmaq”dan f.is. şoralanmaq f. Birdən tökülmək, güclü axmaq. Qab əyilən kimi su yerə şoralandı. Uşağın qolundan qan şoralandı. şoran 1. sif. Duzlu, duz hopmuş. Şoran torpaq. Şoran yerlər. – Un ələnmiş kimi ağımtıl-sarı şoran torpağın üzərində təzəcə ceyran izləri aydın görünürdü. M.Rzaquluzadə.\n2. is. Duzlu (duz hopmuş) torpaq. Şoranda heç şey bitməz. şoranlaşma 1. “Şoranlaşmaq”dan f.is.\n2. Torpaqda mineral duzların çoxalması və onun əkinçilik üçün yararsız hala gəlməsi. şoranlaşmaq f. Duzlu olmaq, tərkibinə çoxlu duz yığılmaq, duzlanmaq. Çox şoran olan torpaq suları dayazdadır, bu isə torpağın şoranlaşmasına səbəb olur. şoranlı sif. Tərkibində duz olan, duzlu. Şoranlı torpaqlar. şoranlıq is. Şoran, şoran yer, torpaq. Bir-birini qova-qova gəlib keçir aylar, illər; Şoranlıqda bağ salınır, bataqlıqda qızılgüllər. S.Vurğun. Əkilmiş yerlərdən sonra Günəşin altında yanıb sifətinə boz ləkə düşmüş şoranlıqlar başlanırdı. Ə.Vəliyev. şoranotu is. bot. Şoranlıqlarda bitən boz gövdəli kol – ağac. [Şoranotu] hündür kol və ya kiçik ağac olub, açıq-boz rəngli qabıqla örtülmüş gövdəyə və rəngli qol-budaqlara malikdir. Növbə ilə düzülmüş 4-8 sm uzunluqda davamsız və sapvari yarpaqları vardır. R.Əliyev. şorazar bax. şorakət. Şorazar torpaqlar. şorba is. Ət, toyuq (və ya onlarsız) düyü, turşu və s. ilə hazırlanan duru xörək. [Şərəf:] İndicə şorba bişirəcəyəm, doyunca yeyib yatarsan. Ə.Haqverdiyev. ..[Ağca xanım] qəsdən şorbanı süfrəyə tökdü ki, bəlkə onu tənbeh edib, yenə Baba otağına salalar.. S.S.Axundov. şordüzən is. Şoranlıqdan ibarət düzən, çöl. [Yaşar:] Beləliklə, bir az keçmədən şordüzən zəngin bir pambıq tarlasına çevrilmiş olar. C.Cabbarlı. şorgöz sif. vulq. Qadın düşkünü, arvadbaz. Şorgöz bizim vilayətdə o kişilərə deyirlər ki, həmişə gözləri arvadların dalınca olur. E.Sultanov. [Telli:] Yaxşı ki, qonaq gəldi, məni ağamın əlindən qurtardı. Belə şorgöz kişi olmaz. Ü.Hacıbəyov. şorgözlük is. vulq. Şorgöz kişinin xasiyyəti, qadın düşkünlüyü. ..Şorgözlük başqa bir şey deyil, məhz mərəzdir. E.Sultanov. [Kəlbalı:] Sənin canın üçün, Göyərçin, mən dünyada şorgözlük nə olduğunu əsla bilmərəm. S.Rəhimov. şorqoğalı is. İçərisində un, yağ, ədvə ilə qarışıq şorməzə iç qoyulan qoğal növü. Ramazan ayının özünəməxsus süfrəsi vardı: firni, tərək, balhalvası, nazik yuxa, şorqoğalı və sairə. H.Sarabski. şorlanma “Şorlanmaq”dan f.is. şorlanmaq f. Şor olmaq, şor dadı vermək. [Veysin] hərdənbir dili dodağına dəyərkən ağzı şorlanırdı. Ə.Əbülhəsən. şorlar cəm Şimali Altayda yaşayan türkdilli xalq. şorlaşdırma “Şorlaşdırmaq”dan f.is. şorlaşdırmaq f. Tərkibinə duz hopdurmaq, şorluğunu artırmaq, duzlu etmək, şor etmək, şoranlaşdırmaq. ..İzafi rütubətin buxarlanması zamanı duzlar torpağın səthinə qədər qalxaraq onu şorlaşdırır. H.Salayev. şorlaşma “Şorlaşmaq”dan f.is. şorlaşmaq bax. şoranlaşmaq. şort [ing.] Qısa şalvar növü. şortma “Şortmaq”dan f.is. şortmaq f. dan. Bərk qaçmaq. şortu sif. vulq. Əxlaqsız, pozğun, son dərəcə həyasız, usanmaz, abırsız. şortuluq is. vulq. Əxlaqsızlıq, pozğunluq, ifrat dərəcədə həyasızlıq, utanmazlıq, abırsızlıq. şoryarpaq is. bot. Turşəngə oxşar turş bitki. şose [fr.] Çınqıl döşənmiş və ya asfalt, yaxud sement-betonla örtülmüş yol. [Cəmilə və Mirzağa] ahəstə addımlarla yan-yanaşı olaraq mədənlərin arasilə uzanıb gedən şose yolu ilə gedirdilər. S.Hüseyn. Səlim yağışın torpağa çoxmu, azmı işləmiş olduğunu yoxlamaq üçün bir addım şosedən kənara çıxdı. M.Rzaquluzadə. şoşaq is. məh. Selik, ağız suyu. Dabaq öküz kimi axır şoşağı; Saqqalı uzunu damır aşağı. H.K.Sanılı. [İlyas:] Payızda hər gün yanıma qaçırdılar ki, yoldaş zootexnik, bəs deməzsənmi, heyvanın ağzından şoşaq tökülür. İ.Hüseynov. şotka [rus. h¸tka] Paltar, ayaqqabı və ya başqa bir şeyin tozunu almaq, təmizləmək üçün müxtəlif ölçü və biçimli lövhəcik üzərində sıx-sıx bərkidilmiş qıl və ya buna bənzər sərt tellərdən ibarət alət. Paltar şotkası. Diş şotkası. Çəkmə şotkası. – [Ortağı Musanın nəvəsinə] çəkmə, qol saatı, gözlük, manjet, bığ şotkası aldı. Qantəmir. şotkalama “Şotkalamaq”dan f.is. şotkalamaq f. Şotka ilə təmizləmək. Arvadı da [Mədədin] dediklərinə əməl edib, hər gün ərinin çəkmələrinə yağrəng sürtüb şotkalardı. Ə.Vəliyev. [Hüseyn] şalvarını çox diqqətlə şotkaladı. S.Rəhman. şotkalanma “Şotkalanmaq”dan f.is. şotkalanmaq məch. Şotka ilə təmizlənmək, şotka vurulmaq. şotkalı sif. Şotkası olan. Şotkalı tozsoran. şot-kök şot-kök eləmək – iri, qaba tikiş vurmaq. Arvad bir saatda köynəyi şotkök eləyib geydi. şotlandca zərf Şotland dilində. Şotlandca danışmaq. şotlandka is. [rus.] Xana-xana pambıq və ya ipək parça növü. Paltarlıq şotlandka. // Bu parçadan tikilmiş. Şotlandka köynək. Şotlandka paltar. şotlandlar cəm Şotlandiyanın əsas əhalisini təşkil edən xalq. şou is. [ing.] Əyləncəli estrada. şovinist [fr.] Qatı millətçi. şovinizm [fr. xüsusi addan] İfrat millətçilik; başqa millətlərə qarşı ədavət və nifrət təbliğ edən ən mürtəce burjua millətçiliyi. şöbə is. [ər.]\n1. Bir idarənin, təşkilatın və ya müəssisənin bölməsi, hissəsi. Xəstəxananın cərrahiyyə şöbəsi. // Bir sistem daxilində ayrıca idarə, təşkilat və s. Milis şöbəsi. Rabitə şöbəsi. Trestin rayon şöbəsi.\n2. Fakültə mənasında. Universitetin hüquq şöbəsi. Biologiya şöbəsi. – Ancaq arzusuydu oxumaq onun; Tarix şöbəsində darülfünunun. B.Vahabzadə.\n3. mus. Hissə, parça mənasında. “Mayeirast”dan sonra gələn növbəti şöbə “Hüseyni”dir. Ü.Hacıbəyov. şöhrət is. [ər.]\n1. Zəhmət, xidmət, istedad, məharət və s. nəticəsində hamı tərəfindən tanınma; məşhur olma, şərəfli ad qazanma, məşhurluq, ad-san. Əmək şöhrəti. Artistin şöhrəti. Alimin şöhrəti dünyaya yayılmışdır. – [Ağa Mərdan:] Əgər bu iş mən deyən kimi baş tutsa, Təbrizdə mənim şöhrətim ərşifələyə çıxacaq. M.F.Axundzadə. Hüseynin [Ərəblinskinin] şöhrəti də, təcrübəsi də getgedə artırdı. S.Rəhman. // Adı çıxma, ad qazanma. C.Məmmədquluzadəni ədəbiyyata gətirən nə pul qazanmaq, nə də şöhrət həvəsi idi. M.İbrahimov. • Şöhrət etmək – məşhur olmaq, tanınmaq, ad çıxartmaq. [Hacı Nuru şair:] Mərhum zəhmət çəkib sənə pakizə dəlləklik öyrətmişdi, sən ona razı olmayıb, Tiflis həkimləri kimi, istədin ki, həkimlikdə dəxi şöhrət edəsən. M.F.Axundzadə. Şöhrət qazanmaq (tapmaq) – məşhur olmaq, hamı tərəfindən tanınmaq, məşhurlaşmaq. ..Qeyrətimə sığışdıra bilmirəm ki, mən dura-dura və mən olan yerdə məndən savayı bir özgə adam gəlib burada bir ad çıxartsın, gəlib Tiflisdə şöhrət qazansın. C.Məmmədquluzadə. Tapdıq qazmaçılar arasında öz mehribanlığı ilə şöhrət qazanmış (f.sif.) mahir bir usta idi. M.Hüseyn.\n2. Şöhrətbazlıq, şöhrət düşkünlüyü. Teymurbəyi .. sövq edən yeganə amil şöhrət və heysiyyət məsələsi idi. Çəmənzəminli.\n3. Şan, şərəf, iftixar. Əmək ölkəmizdə şərəf işinə çevrilmişdir. – Hər kəndə, hər şəhərə zinətdir bayrağımız; Alnıaçıq hər kəsə şöhrətdir bayrağımız. S.Rüstəm. şöhrətbaz [ər. şöhrət və fars. ...baz] bax. şöhrətpərəst. şöhrətbazlıq bax. şöhrətpərəstlik. şöhrətgir sif. [ər. şöhrət və fars. ...gir] klas. Şöhrətli, şöhrət qazanmış, şöhrəti aləmi tutan, şöhrət tapmış, namdar. [Əzra Zəhraya:] Bir baban var, cahanda şöhrətgir; Fazilibinəzir, Şeyxi-Kəbir. H.Cavid. şöhrətləndirilmə “Şöhrətləndirilmək”dən f.is. şöhrətləndirilmək məch. Hamıya tanıdılmaq, məşhurlaşdırılmaq, məşhur edilmək, şöhrəti artırılmaq. şöhrətləndirmə “Şöhrətləndirmək”dən f.is. şöhrətləndirmək f. Hamıya tanıtmaq, ad qazandırmaq, məşhur etmək, məşhurlaşdırmaq. şöhrətlənmə “Şöhrətlənmək”dən f.is. şöhrətlənmək f. Hər yerdə, hamı tərəfindən tanınmaq, məşhur olmaq, ad qazanmaq, şöhrət qazanmaq. Rəmz anlayan, söz düşünən, dərd bilən; Aləmlərdə şöhrətlənir, bəllənir. Qurbani. “Flankəsi” barmaqnan göstərirlər, yəni gör nə qədər şöhrətlənib ki, hər yanda adı dillərdə söylənir. C.Məmmədquluzadə. şöhrətli sif. Məşhur, məşhur olmaq, ad-san qazanmış, şöhrət qazanmış, tanınmış, namdar. Şöhrətli kompozitor. Şöhrətli qəhrəmanlarımız. – Məlum şeydir ki, alimlərimiz və şöhrətli yazıçılarımızın çoxu Bakidədirlər. C.Məmmədquluzadə. şöhrətpərəst sif. [ər. şöhrət və fars. ...pərəst] Şöhrət düşkünü; vəzifə, fəxri mövqe, ad, vəzifə və s.-yə həddən artıq can atan; təkəbbürlü, lovğa. O çox şöhrətpərəst adamdır. – Çox savadlı və çox bilikli, şöhrətpərəst, xudbin, hakimiyyət sevən oğrunun, həris və yalançının öhdəsindən gəlmək çox çətindir. M.İbrahimov. şöhrətpərəstlik is. Şöhrət düşkünlüyü, şöhrətə, adı çıxmağa, böyük vəzifə, mövqe tutmağa həddindən artıq can atma; təkəbbür, lovğalıq. İctimai mənşə etibarı ilə onlara yabançı olan bu adamın [Siratın] şöhrətpərəstliyi də Bülənddən gizli deyildi. Ə.Əbülhəsən. şök sif. Dik. Xoşuna gəldimi Kürün kənarı? Gördünmü, gördünmü şök çinarları? O.Sarıvəlli. şökə is. Nazik çubuq dəstəsi. Yolunan yeddi yaşında bir oğlan .. ayaqyalın, qabağına bir dəstə quzu qatıb və əlindəki şökə ilə bu quzuları vura-vura gəlir kəndə. C.Məmmədquluzadə. şökləmək f. Arxa ayaqlar üstündə oturmaq (it). şölə is. [ər.] Alov, parıltı, işıltı, şəfəq. [Xortdan:] Səhranın günbatan tərəfindən, gördüm, bir şölə asimanə bülənd olub. Ə.Haqverdiyev. Qaraca qızın sevgili şəlaləsi Günəşin qırmızı şöləsindən parlayırdı. S.S.Axundov. Aslanın gözlərində ani bir şölə parıldayıb söndü. M.Hüseyn. • Şölə çəkmək – alovla yanmaq, zəbanə çəkmək, alovlanmaq; işıq saçmaq. Gəldi həm növ-növ şərbətlər; Şəmlər asimanə şölə çəkər. S.Ə.Şirvani. [Qızıl qayada] yer altından çıxan qaz, kim bilir, nə zaman bir yolçunun, bir ovçunun ya bir çobanın çaxmaq daşından od alıb gecəgündüz şölə çəkib yanır. R.Rza. // Məc. mənada. Alışıb şölə çəkib suz ilə yandım, gördüm; Hicrini atəşi-niyran dedilər, gərçək imiş. S.Ə.Şirvani. Şölə vermək (saçmaq) – qızarmaq, allanmaq; parıldamaq, işıldamaq, şölələnmək, işıq saçmaq. Başına dönüm, ay saqi; Doldur piyalədən yaxşı; Yanaqların şölə verir; Qırmızı lalədən yaxşı. Aşıq Rəcəb. Yer üzündə şölə saçır neçə min çıraq; Şəfəqlərin ağ sütunu ərşə toxunur. S.Vurğun. şöləcik “Şölə”dən kiç. Bir şöləcik parlayıb söndü. şölələndirmə “Şölələndirmək”dən f.is. şölələndirmək f. Alovlandırmaq, işıqlandırmaq, şəfəqləndirmək. ..Gün dağlara düşəndə günün şəfəqi dağların gah bu tərəfini şölələndirib, o tərəfinə qara kölgə salır, gah da əksinə. C.Məmmədquluzadə. şölələnmə “Şölələnmək”dən f.is. şölələnmək f. Şölə saçmaq, alovlanmaq, alışıb-yanmaq, işıqlanmaq, işıq vermək, şəfəqlənmək. Yenə od tutdu dan yeri, yandı; Şölələndi üfüq, alovlandı. A.Səhhət. Düz stolun üstündən ləmpədən asılmış onluq lampa şölələnirdi. B.Bayramov. şöngümə “Şöngümək”dən f.is. şöngümək f. Çömbəlmək. Alabaş quyruğu üstə şöngüyüb aram-aram hürür, gah da eyvanın altına tərəf soxulurdu. B.Bayramov. şötdəmə “Şötdəmək”dən f.is. şötdəmək f. dan. Tez-tələsik tikmək. Paltarın ətəyini şötdəmək. şötük is. məh. Dəvənin belinə bağlanan enli ip. şövkət is. [ər.] Calal, dəbdəbə, ehtişam, həşəmət (klassik şeirdə bəzən tərkibdə “şövkəti-şan” şəklində işlənir). Xublara vermişəm din-imanımı; Şövkəti-şanımı, ad və sanımı. M.P.Vaqif. Məndədir dəbdəbə, şövkət və hünər; Ulduzlu göylərə çəkmişəm əsgər. A.Şaiq. şövkətli sif. tənt. Əzəmətli, həşəmətli (padşahlara, hökmdarlara verilən ünvan). [Əsli:] Ey şövkətli paşa, Kərəmə rəhmin gəlsin. “Əsli və Kərəm”. At oynatdı kuyində hər cahangir bir kərə; Ərəb meydan oxudu şövkətli qeysərlərə. Ə.Cavad. // Cah-calal sahibi, dövlət sahibi. şövq is. [ər.]\n1. Şiddətli meyil, həvəs, arzu, istək. [Nuxulular] Molla İbrahim Xəlili bu halət ilə görməkdən vəch edib, şövqdən qayəm sövt ilə çağırırlar. M.F.Axundzadə. [Tahirzadə:] Məsmə bacı, qızın oxumağa çox can atır, çox şövqü var. Mir Cəlal. • Şövqə gəlmək – həvəsə gəlmək, vəcdə gəlmək, ilhama gəlmək, ruhlanmaq. ..[Əmiraslan] şövqə gəlib sazını götürər, süzə-süzə çalardı. S.Rəhimov. Şövqə gətirmək – həvəsləndirmək, şövqləndirmək, vəcdə gətirmək, ruhlandırmaq, ilhamlandırmaq. Qanuni-əsasi arvadları o dərəcədə şövqə gətirib ki, dəxi gözləri naməhrəm kişiləri görmür. C.Məmmədquluzadə.\n2. İşıq. Eləmi sözü xoş; Kəmalı xoş, özü xoş; Aldı gözüm şövqünü; Xumar baxan gözü xoş. (Bayatı). Ay kimi şövq salıb ayna qabağın; Çoxların eyləyib divanə, Telli! Aşıq Ələsgər. şövqlə zərf Böyük həvəslə, ruh yüksəkliyilə, vəcdlə, ürəklə, ilhamla, sevə-sevə. Şövqlə oxumaq. Şövqlə işləmək. Tamaşaya şövqlə baxmaq. – Vəfasızdır, könül, hər kim əsirgər canı canandan; Gərək canan yolunda keçsin aşiq şövqlə candan. Ə.Vahid. şövqləndirici sif. Həvəsləndirici, ruhlandırıcı. şövqləndirmə “Şövqləndirmək”dən f.is. şövqləndirmək f. Şövqə gətirmək, ruhlandırmaq, həvəsləndirmək, ilhamlandırmaq. Atası Fərmanın oynamasına və dülgərlik həvəsinə düşməsinə mane olmaz, əksinə, onu şövqləndirərdi. Ə.Sadıq. şövqlənmə “Şövqlənmək”dən f.is. şövqlənmək f. Şövqə gəlmək, bərk həvəslənmək, həvəsə gəlmək, vəcdə gəlmək, ilhama gəlmək, ruhlanmaq. şövqlü sif.\n1. Şövqü, həvəsi olan; şövqə, həvəsə gəlmiş; bir şeyin şövqündə, həvəsində, arzusunda olan, həvəsli.\n2. Şən, nəşəli, keyf içində olan. şövqsüz sif. və zərf Həvəssiz, könülsüz, ruhsuz, istəmədən. Şövqsüz işləmək. şpal is. [rus.] Dəmir yollarında relslərin altına düzülən ağac, metal və ya beton tir. şpat I. is. [alm.] Silikatlar turşusundan olan müxtəlif mineralların adı.\n\nII. is. [alm.] Atın ayaq sümüklərinin iltihabı. şpik is. [rus.] Donuz piyi. şpindel is. [alm.] Metalkəsən dəzgahın ştabel is. [alm.] Tikinti materiallarının hərlənən vərdənəsi (valı). şpinel is. [alm.] Növlərindən biri qiymətli daş sayılan minerallar qrupu. şpion [alm.] Casus. [Vəli:] Bu nə sözdür, biz məgər şpionuq? Ə.Haqverdiyev. Darülfünun binası ətrafında atlı və piyada polis nəfərləri qoyulmuşdu. [Polis məmurları] tələbələr içərisinə şpionlar göndərmişdilər.. T.Ş.Simurq. şpionluq is. Casusluq. ..Bir para müsəlman müəllimlərinin canına bir cin müsəllət olub ki, yoldaşları öz aralarında hər nə deyir, danışırlarsa, haman cin gedib qorodovoya .. xəbər verir; yəni şpionluq edir. C.Məmmədquluzadə. şplint is. [alm.] Tən ortadan əyilmiş məftil, mil. şpon is. [alm.] poliq. Yığılan mətni səhifələrə ayırarkən sətirlər arasındakı məsafəni artırmaq üçün işlədilən boşluq materialı. şpris [alm. Spritze] Dəri altına dərman yeritmək, həmçinin dəri altından mayeni sorub çəkmək üçün içiboş iynəli cərrahiyyə aləti. Masanın üstündə tənziflə örtülü şprislər, pinsetlər .. vardı. Ə.Əbülhəsən. şprot is. Siyənəkkimilər fəsiləsindən xırda balıq növü. şpur is. [alm.] tex.\n1. Partladılması nəzərdə tutulan süxurlarda açılan dar deşik.\n2. Əridici sobalarda maye axıtmaq üçün deşik. şrapnel [ing.] Düşmənin canlı qüvvəsini məhv etmək üçün içi yumru güllələrlə doldurulmuş top gülləsi. Şrapnellər cavab verdi; “Bala” deyən anaların səsinə. R.Rza. [Əsgər] .. elə o dəqiqə gözləmədiyi bir amansız şrapnel və sağdan isə pulemyot və silah atəşi altına düşmüşdü. Ə.Əbülhəsən. şrift [alm.] poliq. Müxtəlif ölçü və biçimdə olan mətbəə hürufatı. ştab [alm.] Hərbi hissələrdə, birləşmələrdə qoşunları idarə edən orqan, habelə həmin orqanın tərkibinə daxil olan şəxslər; qərargah. Qoşun keçdikdən çox sonra qoşun komandanı .. öz ştabı ilə gəlib keçdi. M.S.Ordubadi. Cavad əsirlərdən bir-iki məlumat öyrəndikdən sonra onları ştaba göndərib, yenə ehtiyatla yoluna davam etməyə başladı. Ə.Vəliyev. nizamla yığımı. ştamm is. [alm.] Morfoloji və fizioloji xüsusiyyətləri öyrənilmiş müəyyən mikroorqanizm növünün təmiz becərilməsi, yetişdirilməsi. ştamp [ital.]\n1. İdarənin, müəssisənin və s. adı olan möhür. Süleyman .. kağızları da və ştampı da guya bilmədən yerə tökür. M.İbrahimov. // Vurulan ştampın izi, yeri. // məc. Damğa.\n2. tex. Ştamplama yolu ilə standart detallar (hissələr) və ya başqa şeylər hazırlamaq üçün metal qəlib.\n3. bax. basmaqəlib 1-ci mənada. ştampçı bax. ştamplayıcı. ştamplama “Ştamplamaq”dan f.is. Ştamplama sexi. ştamplamaq f.\n1. Ştamp (2-ci mənada) vasitəsilə hazırlamaq.\n2. Ştamp (1-ci mənada) vurmaq. // məc. Damğa vurmaq. ştamplanma “Ştamplanmaq”dan f.is. ştamplanmaq məch.\n1. Ştamp (2-ci mənada) vasitəsilə hazırlanmaq. Qazıma qıfıllarının hər iki hissəsinin içiboş şəkildə pəstahısı ştamplanır. Ə.Mustafayev.\n2. Ştamp (2-ci mənada) vurulmaq. // məc. Damğa vurulmaq.\n3. məc. Basmaqəlib edilmək, tez-tələsik, başdansovma hazırlanmaq, görülmək. ştamplayıcı is. Ştamp (bax. ştamp 2-ci mənada) vasitəsilə məmulat hazırlayan fəhlə. ştamplı sif. Ştamp vurulmuş, ştampı olan. ..Partizanların ştamplı .. blankları da ələ keçə bilər. Ə.Əbülhəsən. ştanq [alm.]\n1. Bir çox alətlərdə, mexanizmlərdə detal kimi istifadə edilən metal ox. Qazıma ştanqı. – Vışkanın təpəsindən bucurqada sarınan kanatı keçirmək üçün bir blok asılır və dəmir ştanqlara bağlanmış balta quyuya endirilib qaldırılır. S.Quliyev.\n2. idm. Ağır atletikada (ağırlıq qaldırmaqda) işlənən, hər iki başına taxılıb çıxarıla bilən disklər bərkidilmiş metal alət. ştanqist (=ştanqçı) idm. Ştanq qaldırmaqla məşğul olan idmançı. Ştanqçılar komandası. Ştanqistlərin yarışı. ştanqçı (=ştanqist) idm. Ştanq qaldırmaqla məşğul olan idmançı. Ştanqçılar komandası. Ştanqistlərin yarışı. ştbpel [alm. Stapel] Süni və ya sintetik lif və bu lifdən toxunan parça. ştat I. [alm. Staat] Bəzi burjua federativ dövlətlərin tərkibində müəyyən dərəcədə özü-özünü idarə edən dövlət ərazi vahidi. Amerika Birləşmiş Ştatları (dövlət adı). Avstraliya ştatları.\n\nII. [alm. Staad] Bir idarə və ya müəssisədə çalışan işçilərin sabit heyəti. Ştatları ixtisar etmək. Ştat cədvəli. Ştatda on işçi var. ştatdankənar sif. Ştata daxil olmayan, ştatda nəzərdə tutulmayan, ştat xaricində. Ştatdankənar işçi. ştativ is. [alm.]\n1. Fotoqrafiya, geodeziya və s. aparatlarını bərkitmək üçün açılıbbağlanan üçayaqlı səyyab vasitə.\n2. ıLaboratoriya aparatı və qablarını bərkitmək üçün şaquli dayaq. ştatlı sif. Ştatda olan, ştatda nəzərdə tutulan. Ştatlı işçi. Ştatlı vəzifə. ştempel [alm.] Üzərində qabarıq şəkil və ya yazı olan möhür, damğa. ştepsel [alm.] Elektrik cihazlarını (məs.: lampanı, qızdırıcı cihazları və s.) elektrik xəttinə calamaq üçün haçaşəkilli metal alət. ştift is. [alm.] Detalları birləşmək üçün işlədilən silindr mil. ştof is. [alm.] Mebel üzünə çəkmək və ya pərdə üçün ağır yun və ya ipək parça. ştok is. [alm.] Dağ süxurlarının böyük kütləsi. ştopor is. [alm.]\n1. Burğulu butulka açan.\n2. Təyyarə ilə vintvari xətt üzrə sürətlə başı aşağı enmə üsulu. ştrek is. [alm.] Yeraltı yol. ştrix is. [alm.]\n1. Cizgi.\n2. Xüsusiyyət, səciyyəvi cəhət. şturman [holl.] Sualtı və suüstü gəmiləri, təyyarələri, dirijablları idarə edən mütəxəssis. şturval is. [holl.] Gəmidə, təyyarədə sükan. şuğul I.\n1. bax. şüvül.\n2. Tarazlıq oxu. Laboratoriyada kimyəvitexniki tərəzilərin daimi yeri olur və bunların yerini tez-tez dəyişdirmək yaramaz. Bu tərəzilərdə olan şuğul, onları duracağı yerdə düzgün yerləşdirməyə imkan verir. C.Zülfüqarlı.\n\nII. bax. çuğul. [Qoca:] O dünyada da elənçi şuğulları heç kəs içərisinə qoymur, burnuna vurub qovur. S.Rəhimov. // Bəzən “şeytan-şuğul” şəklində işlənir. [Xalıqverdi:] Mənim haqqımda deyilənin hamısı şeytanşuğul sözüdür. Ə.Vəliyev. şuğulluq bax. çuğulluq. Yasavul .. Talıbxanın xidmətində özünün şuğulluğu ilə xüsusi məharət göstərir(di). S.Rəhimov. şux sif. [fars.]\n1. Şən, xoştəbiət, xoşədalı, işvəli, oynaq. Gözlərin şuxdu sənin; Kirpiyin oxdu sənin; Dərdin məni öldürür; Xəbərin yoxdur sənin. Sarı Aşıq. Ta ki xəbər gəldi xublar şuxundan; Əl çəkdim cahanın varıyoxundan. M.V.Vidadi. Fəxrəddinin diqqətnəzərini gözəl və şux bir qız cəlb etdi. M.S.Ordubadi.\n2. məc. Nəzərəçarpan, ürəkaçan, parlaq. Şux rəng. – [Şəbbu:] Gər yox isə sevimli rəngim mənim; Şux deyildirsə də həngim mənim; Ətrim uzaqdan bürüyür aləmi. A.Səhhət. ..[Qumru] hansı tərəfə dönürdüsə, daha şux bir rəng gözlərini oxşayıb, onu özünə doğru çağırırdı. Ə.Məmmədxanlı. şuxluq is.\n1. Oynaqlıq, şivəlilik, nazlılıq, gülərüzlülük; naz, şivə, sərbəst və nazlı hərəkət. Həmzəyə həmişəki kimi, yenə də Sonanın bu şuxluğu çox xoş gəldi. Ə.Əbülhəsən.\n2. Qəşənglik, incəlik, zəriflik, məlahət. [Qızların] əndamına şuxluq verən xüsusiyyətlərdən birisi də boyunlarının ağlığı və uzunluğudur. M.S.Ordubadi. Quşun tüklərinin oynaqlığını, şuxluğunu, zərifliyini, bir sözlə, gözəlliyini təsvir etməyə nə mövcud rənglər, nə məlum kəlmələr kifayət etməz. M.Rzaquluzadə.\n3. məc. Zarafat. • Şuxluq eləmək – zarafat eləmək, əylənmək. [Pəri:] Şuxluq edirəm, Bəhram, Sara harada olursa, bizə mane ola bilməyəcək. C.Cabbarlı. Usta Kazım Azadı öz övladı kimi istəyir, onunla danışanda şuxluq eləyirdi. S.Rəhman. Şuxluğa salmaq – zarafata salmaq. [Kişi] söz arasında çox zaman şuxluğa salıb ruhanilər əleyhinə təbliğat aparırdı. Ə.Haqverdiyev. şuluq sif.\n1. Nadinc, dəcəl, şuluqçu. Şuluq uşaq.\n2. is. Dələduz. Yoluğun nəyi var, şuluğa versin. (Ata. sözü).\n3. is. Hərc-mərclik, qarışıqlıq, qalmaqal, qayda-qanunsuzluq. [Məmmədəli:] Güləndam, itin olum, küçüyün olum, bu ev çox şuluqdur, aman günüdür. N.Vəzirov. ..Məsciddə şuluq başlandı.. M.S.Ordubadi. • Şuluq salmaq – qarışıqlıq salmaq, qarışdırmaq, pozğunluq salmaq, iğtişaş salmaq, qayda-qanunu pozmaq. [Bülənd:] Dövlət yazır ki, Veys şuluq salıb, beş-on adam tutdurub. Ə.Əbülhəsən. ‣ İş şuluqdur – iş əngəldir, yaxşı deyil, içindən xata çıxacaq. [Süleyman:] Sənin işin şuluqdur. M.İbrahimov. [Kişi:] Bala, bu işlərin axırı şuluqdur. Qantəmir. şuluqçu sif. və is.\n1. Şuluq eləyən, nadinc, dəcəl. Şuluqçu uşaq. – [Sabir:] Bizdə bir Məmmədağa var, çox yaman şuluqçudur. S.Rəhimov.\n2. Dələduz, qalmaqalçı, araya şuluqluqsalan. Şuluqçu adam. şuluqçuluq bax. şuluqluq. şuluqluq is.\n1. Nadinclik, dəcəllik. Şuluqluq eləmək.\n2. Hərc-mərclik, araqarışma, qarışıqlıq, çaxnaşma, iğtişaş, özbaşınalıq. // Qovğa, mərəkə, həngamə, qarışıqlıq. Bəzən yerbəyerdən mütrübü çağırardılar. Şuluqluq başlanardı. H.Sarabski. [Cavan oğlan:] Şuluqluqdan qardaş qardaşı itirir. Mir Cəlal. • Şuluqluq düşmək – ara qarışmaq, qayda, nizam pozulmaq, çaxnaşma düşmək. Hamı yığılır. “Nə oldu, nə oldu!” deyib, aralaşdırırlar, şuluqluq düşür. Ü.Hacıbəyov. Şuluqluq salmaq – aranı qarışdırmaq, qarışıqlıq salmaq, qalmaqal salmaq, nizamsızlıq törətmək. [Mirzə Cəmil] xeyli düşünüb-daşınandan sonra bu qərara gəldi ki, fəhlələr arasında şuluqluq salan Ataşdır. Ə.Vəliyev. Ucqar stansiyalarda şuluqluq salan silahlı hərbçilərə rast gəlmək olar. Ə.Əbülhəsən. şulum sif. məh. Pinti, səliqəsiz. şum I. sif. [ər.] klas. Uğursuz, məşum, nəhs, bədbəxtlik gətirən. [Zəhra Sənana:] Məndə, bilməm, nədir bu talei-şum! Sana halım deyilmidir məlum? H.Cavid. [Mirzə Əliəkbər:] [Bu ruznamə] düşmənlərimizin şum niyyətini daha tez ifşa edə bilər. P.Makulu.\n\nII. is. Şumlanmış torpaq. Yaz şumu. Payız şumu. – Şumdan qabaq ..hər hektara 5 kiloqram fosfor gübrəsi verilmişdi. Ə.Əbülhəsən. • Şum eləmək – şumlamaq. Taxıl yerin şum eyləyib əkin əkər əkinçilər; Əlində dəryaz ot biçər mayis ayı biçinçilər. A.Səhhət. Hələ öhdəçilikdən əlavə şum eləyənlər də vardı. M.Hüseyn. ‣ Dondurma şumu – bax. dondurma1. şumal sif.\n1. Hündür, düz, sərrast. Şumal çinar. Şumal ağac. – Tikildi divarlar, şumal dirəklər. M.Müşfiq. [Yunis:] Bu taxta qurudur, şumaldır. Mir Cəlal.\n2. məc. Ucaboy, boy-buxunlu, təndürüst, qədd-qamətli. Şumal oğlan. Şumal qız. – Aşağı tərəfdə samovarın yanında ev xanımı oturmuşdu. İrigözlü, uzunkirpikli şumal bir qız çay fincanları(nı) düzməkdə idi. Çəmənzəminli. Heybət qabaqdakı qıvrımsaçlı, qarayanız, şumal oğlana müraciət elədi. M.Hüseyn. şumaltı sif. k.t. Şumlanmış torpağın alt qatı. Şumaltı lay. şumlama “Şumlamaq”dan f.is. şumlamaq f. Torpağı kotanla sürmək, şum eləmək, yumşaltmaq. Cütçü batıb qantərə, yer şumlayır; Şumladığı tarlasını şumlayır. M.Ə.Sabir. Gülşən briqadirin yanına gedib, tələb etdi ki, onun sahəsini yenidən şumlasınlar. Ə.Vəliyev. şumlanma “Şumlanmaq”dan f.is. şumlanmaq məch. Şum edilmək. Maya ətrafda şumlanaraq payız əkinləri üçün hazırlanmış tarlaların arxlarını yoxladı. M.İbrahimov. şumlanmış f.sif. Şum edilmiş. Traktorla şumlanmış zəmi. – Qızlar belləri qapıb təzəcə şumlanmış sahənin traktor tuta bilməyən qırağını belləməyə başladılar. M.İbrahimov. şumluq is. Şum edilmiş, şumlanmış yer. şur I. is. [fars.] Azərbaycan klassik muğamlarından birinin adı. “Rast”, “Şur”, “Segah”, “Şüştər”, “Çargah”, “Bayatı-Şiraz” və “Humayun” Azərbaycan musiqisinin yeddi əsas ladıdır. Ü.Hacıbəyov. [Ağai-Füzulüzzakır:] ..neçə dəfə səyahətdə bizim üçün öz segahları ilə, şurları ilə, xüsusən bayatıqacarları ilə ləzzəti-ruhani veribdir. Ə.Haqverdiyev.\n\nII. is. [fars.]\n1. Vəcd, şövq, cuşa gəlmə; coşqunluq. Dili-divanə sevər cantək o zülfisiyəhi; Başının şurini gör, eşqdə sevdasına bax. S.Ə.Şirvani. Məcnun öz şurilə çox da aləmə səs salmasın; Hansı namərd can əsirgər bir nigarın eşqinə? S.Vurğun. // Gurultu, patırtı. • Şur etmək – bax. şur salmaq. Şur salmaq – səs-küy salmaq, gurultu qoparmaq. Şura gəlmək – vəcdə gəlmək, cuşa gəlmək, ruhlanmaq, şövqlənmək. Tarçı şura gələr tarı görəndə. M.Rahim. Şura gətirmək – vəcdə gətirmək, cuşa gətirmək, ruhlandırmaq. Pərini almaq həvəsi onu tamam şura gətirmişdi. Ə.Əbülhəsən.\n2. “ilə” qoşması ilə – vəcdlə, həvəslə, şövqlə, ruh yüksəkliyi ilə. Çıxdı günəş, doldu cahan nur ilə; Cütçü sürür tarlada cüt şur ilə. M.Ə.Sabir. Ötürdü şaxədə şur ilə bülbül. M.Rahim. şura is. [ər.]\n1. Hər hansı bir məsələni, işi və s. müzakirə etmək, məsləhətləşmək üçün bir yerə yığışma; müşavirə, məclis. Valideynlər şurası.\n2. Hər hansı bir təşkilat, idarə, cəmiyyət yanında sərəncamverici və ya məşvərətçi orqan. İnstitutun elmi şurası. Həmkarlar İttifaqları Şurası. – Rüstəm dönüb atını çəkmək istərkən, Qəhrəman pedaqoji şuranın üzvlərilə içəridən çıxdı. S.Rəhimov. [Zakirov:] Flora, elmi şura üzvləri gəliblər? Ə.Məmmədxanlı. • Şura etmək – iclas çağırmaq, məclis qurmaq, yığışıb məsləhətləşmək.\n3. bax. Sovet (bəzən cəm şəklində: şuralar). Şura katibi Məmmədəli də asudə, fikirsizzikirsiz gəlib dəftərxananın sol küncündə öz yerində oturdu. B.Talıblı. Şuralar hökumətində qadınlara zülm və cəbr edənlərin yeri həbsxanadır. S.Hüseyn. [Kərim:] ..Şuranın qurulmağından on il keçir, [Ərşad] niyə gətirib tüfəngi hökumətə təhvil verməyib? İ.Əfəndiyev.\n4. Seçilmiş və ya təyin olunmuş şəxslərdən ibarət olub, dövlət, yaxud onun hər hansı bir sahəsində rəhbər rol oynayan bəzi dövlət orqanlarının adı. Müdafiə şurası. Xalq təsərrüfatı şurası. şuralaşma “Şuralaşmaq”dan f.is. bax. sovetləşmə. şuralaşmaq bax. sovetləşmək. Ölkəmiz şuralaşanda Mirzə Mustafa üzünə pərdə çəkib qırmızılaşdı, özünü kommunist qələmə verdi. E.Sultanov. [Hacı:] Bu il aprel də gəlsə, düz on il olur ki, Azərbaycan şuralaşıbdır. Qantəmir. şurəvi sif. [ər.] tar. Sovetlərə, sovetlər ölkəsinə, sovet adamlarına xas və aid olan. Şurəvi qardaşlar, bizim sözlərimizi eşidin və şura fəhlələrinə yetişin. M.İbrahimov. şurf is. [alm.] Mədən yataqları tapmaq üçün qazılan quyu. şuriş is. [fars.] Qarışıqlıq, qarğaşalıq, iğtişaş, şuluqluq. Qazax mahalının vəkili Pənah ağanın zamanında bir para şuriş və inqilabın vüquinə görə Qazax mahalından bir neçə elat keçib Qarabağ vilayətinə, İbrahim xanın təhti-himayəsinə gediblər. F.Köçərli. [Mozalan bəy:] Ay Allah, İranın bu şuriş vaxtında, görəsən, başıma nə müsibətlər gələcək.. Ə.Haqverdiyev. • Şuriş düşmək – qarışıqlıq, qarğaşalıq düşmək, iğtişaş qalxmaq, ara qarışmaq. Kənddə şuriş düşdü. C.Məmmədquluzadə. [Vəzir:] Sus! Öylə söz demə, yoxsa camaat xəbərdar olsa, haman dəm şuriş düşər. Ü.Hacıbəyov. Şuriş salmaq – 1) qarışıqlıq salmaq, qarğaşalıq salmaq, aranı qarışdırmaq, iğtişaş salmaq, şuluqluq törətmək. Müdir [Qurban Mərəndini] vətənpərəstlik hisslərini itirməkdə və şuriş salmaqda ittiham etdi. M.İbrahimov; 2) səs-küy salmaq, gurultu salmaq. Gəlin, indi nəğməni başdan çalaq; Dağa, daşa, səhraya şuriş salaq. A.Səhhət. şurup is. [alm.] Burğulu mıx, vint. şüa is. [ər.]\n1. Günəşdən və başqa bir işıq mənbəyindən çıxan işıq telləri. Günəş şüası. İşıq şüası. – İlk baharın yeni həyatverici günəşi, özünün ilıq və munis şüasını ətrafa saçmaqla qışın bıqdırıcı və soyuq havasına qələbə çalmaqda idi. S.Hüseyn. Günəşin şüaları qüvvədən düşmüş və yayda saçdığı hərarəti verməkdən aciz idi. T.Ş.Simurq.\n2. xüs. Adətən cəm şəklində. Hər hansı enerjinin yayılma xətti. Rentgen şüaları. İstilik şüaları. Radium şüaları. ‣ Şüa xəstəliyi – radioaktiv maddələrin orqanizmə təsiri nəticəsində törəyən xəstəlik. şüalandırma “Şüalandırmaq”dan f.is. şüalandırmaq f.\n1. Şüa buraxdırmaq, şüa saçdırmaq.\n2. fiz. Radioaktiv elementlərin təsirinə məruz buraxmaq. şüalanma is.\n1. “Şüalanmaq”dan f.is.\n2. fiz. Radioaktiv elementlərin şüaburaxma xassəsi. şüalanmaq f. Şüa buraxmaq, şüa saçmaq, şüa vermək. Elektrik aparatlarında sərbəst elektronlar mənfi kontaktın səthində şüalanır. P.Rüstəmzadə. şüalı sif. Şüaburaxan, şüaverən, şüası olan. Şüalı ulduz. şüar is. [ər.]\n1. Siyasi partiyanın müəyyən tarixi şəraitdə kütlələr qarşısında irəli sürdüyü rəhbər ideyanı, vəzifəni və ya tələbi qısa və aydın şəkildə ifadə edən müraciət; çağırış. // Üstündə belə çağırış sözləri olan plakat. Nümayişçilərin əllərində şüarlar irəliləyirdilər.\n2. məc. Bir şəxsin məsləkini, hərəkət tərzini, məqsəd və ya tələbini ifadə edən kəlam və ya ifadə. Hacı Rüstəmin həmişə şüarı bu idi: “Fürsəti fövt eyləməz aqil, məgər nadan ola”. Ə.Haqverdiyev. Oxumaq, qazanmaq, sərvət sahibi olmaq [Qulunun] birinci şüarı idi. Çəmənzəminli. şüarçılıq is. Əməli hərəkət, iş deyil, ancaq şüar irəli sürməklə kifayətlənmə. ..Cabbarlının əsərlərindəki ictimai fikir daha da dərinləşir, aktual mövzu şüarçılığa çevrilmir. M.İbrahimov. şüasaçan (=şüasaçıcı) sif. Şüaburaxan, şüayayan. şüasaçıcı (=şüasaçan) sif. Şüaburaxan, şüayayan. şüasaçma bax. şüalanma 2-ci mənada. şüavari sif. Şüayaoxşar, şüa kimi. şübhə is. [ər.] Bir şeyin gerçəkliyinə xatircəm olmama, bir şeyin həqiqətə uyğun ola biləcəyi haqqında fikir, güman, şəkk, tərəddüd. [Nüşabə:] Sənə qəlbimdə bir iman varıdı; Könlümü şübhə, tərəddüd sarıdı. A.Şaiq. Məlun şübhə Məmmədbağıra rahatlıq vermirdi. S.Hüseyn. Məşədi Şərifin ürəyi sakit olmur, şübhə, narahatlıq, təşviş onun yaxasından əl çəkmirdi. Ə.Vəliyev. • Şübhə doğurmaq (oyandırmaq) – şübhələndirmək, şübhəyə səbəb olmaq. ..Qızın yaxşı geyimi məndə şübhə oyandırdı. M.S.Ordubadi. ..Leylək özünü düzəltməyə, izafi şübhə doğurmamağa, ağasının müqabilində gözükölgəli olmamağa çalışırdı. S.Rəhimov. Şübhə etmək – bir şeyin gerçəkliyinə tam inanmamaq, xatircəm olmamaq, arxayın olmamaq. Xəbərin düzlüyünə şübhə edirəm. Şübhə etməmək (eləməmək) – inanmaq, xatircəm olmaq, arxayın olmaq. Anam buna razı oldu, çünki ondan ayrılmayacağıma şübhə etmirdi. S.S.Axundov. Tahir Lətifənin aydın baxışlarındakı səmimiyyətə qətiyyən şübhə eləmirdi. M.Hüseyn. Şübhədən çıxartmaq – inandırmaq, şübhə yeri qoymamaq. Bir neçə gündən sonra görürsünüz varislər şübhədən çıxmaq üçün özləri gəlib azdan-çoxdan məşədiyə verib halallıq alırlar. Ə.Haqverdiyev. Şübhəyə düşmək – şübhələnmək, şübhə əmələ gəlmək. [Axund:] Amma indi ki siz deyirsiniz, [Səriyyə] razı deyil, ərz olsun, mən də şübhəyə düşdüm. C.Cabbarlı. Şübhəyə salmaq – şübhə doğurmaq, şübhələndirmək. [Nigar:] Koroğlu, bu qızın sözü məni şübhəyə salıb. “Koroğlu”. Heç şübhə yoxdur ki... – şübhəsiz, inanın, həqiqətən, gerçəkdən, yəqin. Heç şübhə yoxdur ki, [qız] vəliəhdi sevdiyini demək istəyirdi, lakin buna cəsarət etmirdi. M.S.Ordubadi. [Xəyyam:] Varlığım bir heçə bənzər mübhəm; Heç var olmaz, buna yoxdur şübhəm. H.Cavid. şübhələndirmə “Şübhələndirmək”dən f.is. şübhələndirmək f. Şübhə oyatmaq, şübhəyə salmaq, şübhə doğurmaq. Onun haqqında eşitdiyi bəzi şeylər Büləndi Camaldan şübhələndirirdi. Ə.Əbülhəsən. şübhələnmə “Şübhələnmək”dən f.is. şübhələnmək f.\n1. Bir şeyin gerçək olub-olmadığını kəsdirə bilməmək, şübhə etmək, şəkk etmək, inanmamaq. Seyid Əhməd mədaxili az görüb yoldaşından şübhələndi.. Ə.Haqverdiyev. Mehriban şübhələnməyə başladı. S.Hüseyn. Vahid və Rübabəni tanıyanlar arasında elə adam yox idi ki, bu iki cavanın evlənəcəyinə şübhələnsin. Mir Cəlal.\n2. Gümanı getmək, güman etmək, zənn etmək. Dağda dərviş gəzdiyini ömründə xəbər verən yox idi. Mən bundan şübhələndim. A.Divanbəyoğlu. Məhərrəm onun başqa bir aləmdən gəlmiş fövqəladə insan olduğuna şübhələnirdi. H.Nəzərli. şübhəli sif.\n1. Şübhə oyadan, şübhə doğuran, şübhəyə səbəb olan. Şübhəli adam. Şübhəli məsələ. – Katibin yumşaq rəftarı Salmana bir cür gəlir, şübhəli görünür, qorxudurdu. M.İbrahimov. Mən diqqətlə ağaca baxıb qalın budaqların arasında şübhəli bir qaraltı gördüm. M.Rzaquluzadə.\n2. O qədər də inanılası olmayan, niyyəti, ləyaqəti, mənəvi keyfiyyətləri şübhə doğuran. Şübhəli adam. Əxlaqı şübhəli.\n3. Hər şeyə şübhə ilə baxan, hər şeydən şübhələnən, son dərəcə ehtiyatlı. Aydəmir bir qaçaqdır, hər bir şeydən şübhəli. C.Cabbarlı. şübhəlilik is. Şübhəli olma, şübhəli şeyin halı. şübhəli-şübhəli zərf Şübhəli halda, şübhə edircəsinə, şübhə ilə. Bağban şübhəlişübhəli Həcəri nəzərdən keçirtdi.. S.Rəhimov. Mürsəl duruxa-duruxa, şübhəli-şübhəli pıçıldadı. Ə.Vəliyev. şübhəsiz 1. zərf Mütləq, şəksiz. Şübhəsiz mən də gələcəyəm. Şübhəsiz bu gecə yola düşməliyik. – [Gəray:] Beləliklə o tabe olsa bizə; Şübhəsiz baş əyər hər əmrimizə. A.Şaiq.\n2. ara s. Əlbəttə, təbii. O, şübhəsiz, doğru deyirdi. Şübhəsiz, mən onu təhqir etmək istəmirdim. • (Heç) şübhəsiz ki, şübhəsizdir ki... – yəqin ki, əlbəttə ki, görünür ki, yəqin ki. Şübhəsizdi ki, Əhməd kişi də qızı dediyi sözləri deyəcəkdi. M.S.Ordubadi. Heç şübhəsiz ki, Zərdabiyə qarşı olan şiddətli, həyasız hücum, Seyid Əzim Şirvani kimi qüdrətli bir şair mövcud ikən, cavabsız qalmayacaqdı. M.İbrahimov. [Məmmədov:] Şübhəsiz ki, hamının işlədiyinə baxmayaraq, bu işlərdə [Kərimovun] böyük fəaliyyəti olmuşdur. H.Seyidbəyli. şücaət is. [ər.] İgidlik, rəşadət, cəsarət, cəngavərlik, qoçaqlıq, bahadırlıq, mərdlik. Səxavət olmayan kəsdə şücaət feli nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi. [Vəzir:] Leyla, bu nə halətdir? Sən hara, Harun hara. Harun şücaət və cəsarətdə ad qazanmış bir pəhləvandır. Ü.Hacıbəyov. • Şücaət göstərmək – hünər göstərmək, igidlik, qoçaqlıq eləmək. [Toğrul:] Eh, çox böyük şücaət göstərmişsən. C.Cabbarlı. şücaətli sif. Cəsarətli, cəsur, bahadır, qoçaq, igid. Övladları qeyrətlidir, damarlı; Şücaətli, hünərli, etibarlı. A.Səhhət. [Nəcəf bəy Dilaraya:] Şücaətli qardaşın bu gün hökumətin əmri ilə Bakı milyonerlərindən Ağabalayevi həbs eləmişdir. Ə.Məmmədxanlı. şüəra is. [ər. “şair” söz. cəmi] klas. Şairlər. Əgərçi Sədi və Hafizdən sonra İranda şeir qayətdə tənəzzülə düşüb, şüəranın əşarı küllən biməzmun və məhz puç ləffazlıq olmuşdu. M.F.Axundzadə. Seyyida, bunca ki məsciddən edirlər nifrət; Nə görüblər, görəsən kim, şüəra məsciddə? S.Ə.Şirvani. ..Bizim şüəra cismən fövt olublarsa da, ruhən və mənən həlak olmayıblar. F.Köçərli. [A.Səhhət] gənc ikən şeirlə maraqlanaraq Seyid Əzimə təqlidən bir çox qəzəl yazmışdır. Ədəbi qaydanı, xüsusən, əruz vəznini Şamaxı şüəra və ürəfasından sayılan Hacı Cabbar Sabitdən öyrənmiş(di).. A.Şaiq. şüğl is. [ər.] klas. İş, məşğələ, məşğuliyyət. [Pəri xanım:] A qadan alım .. sözümə qulaq as, o qədər şüğlüm var ki, səni görmək olmur. M.F.Axundzadə. Ər deyil, şair imiş xanəxərab; Fikri yazmaq, oxumaq, şüğlü kitab. M.Ə.Sabir. [Səlimə nənə:] Şüğlüm çoxdur; vaxt tapmayıram ki, gəlib səninlə söhbət edəm. S.S.Axundov. // Əlləşmə, bir şeylə məşğul olma. şüğülzümmə is. [ər.] köhn. din. Müsəlmanlıqda: Allah qabağında günahkarlıq, təqsirkarlıq. • Şüğülzümmə eləmək (etmək) – günaha batırmaq, günahkar eləmək. Mərhumun varisləri bir-birlərinin üzünə baxıb, ürəkləri yumşalmış hallarında ölülərini şüğülzümmə eləmək istəməyib pulları verirlər. Ə.Haqverdiyev. Şüğülzümmə olmaq – günaha batmaq, günahkar olmaq. şühudi sif. [ər.] dilç. Felin iki keçmiş formasından birinin adı. Şühudi keçmiş. şükkütmə “Şükkütmək”dən f.is. şükkütmək f. Qondurmaq, oturtmaq. [Səlim bəy:] Amma indi... Bir çolaq yabını minirsən, bir quşu şükkütürsən barmağının başına, onun da bir gözü kor, bir gözü də məyub. Ə.Haqverdiyev. şükran is. [ər.] klas. Yaxşılıq bilmə, edilən yaxşılığa müqabil edilən minnətdarlıq, təşəkkür, şükür. Sən azad eylədin qəmdidə hürriyyətpərəstanı; Sənə ləbrizi-şükrandır bütün əhrar, hürriyyət! M.Hadi. şükranə [ər. şükr və fars. ...anə] klas.\n1. bax. şükran. [Divanbəyi:] Bari bu işin şükranəsinə nizama tabe olun, əyərçi heç nizamı və zabitəni anlamırsınız! M.F.Axundzadə. // Şükranla şəklində – minnətdarlıqla, təşəkkürlə, dərin razılıq hissi ilə. Ey əzizidilü can, ey fərəhi-qəlbi-məlul! Edərəm iştə bu təklifini şükranə qəbul. A.Səhhət.\n2. is. Təşəkkür, minnətdarlıq, razılıq əlaməti olaraq verilən şey. şükrlillah (=şükrüllah) [ər.] ara s. Allaha şükür, xoşbəxtlikdən, bəxtimdən. Mən Vaqifəm, kuyin mənə Kəbədir; Şükrlillah, müsəllayə dönmüşəm. M.P.Vaqif. Şükrlillah, hər nə istərdim, mühəyyadır mənə. Q.Təbrizi. şükrüllah (=şükrlillah) [ər.] ara s. Allaha şükür, xoşbəxtlikdən, bəxtimdən. Mən Vaqifəm, kuyin mənə Kəbədir; Şükrlillah, müsəllayə dönmüşəm. M.P.Vaqif. Şükrlillah, hər nə istərdim, mühəyyadır mənə. Q.Təbrizi. şükufə is. [fars.] Gül, çiçək. Baş çıxarmış şükufələr seyr elər; Yaşılına, o alına sevdiyim! M.V.Vidadi. Səba gətirdi genə müjdəyi-gülüstanı; Şükufələr açılır, fəslinövbahar gəlir. S.Ə.Şirvani. Bəzəklənir, düzəklənir, bağın fəzası rənglənir; Yaşıllanır, həm allanır, şükufələr çiçəklənir. A.Səhhət. şükufələnmə “Şükufələnmək”dən f.is. şükufələnmək f. Açılmaq, çiçəklənmək, zahir olmaq (gül haqqında). Şükufələnmiş (f.sif.) güllər nəsimin dəyməsindən enib qalxdıqca Gülsümün vidasına cavabən “Get, Allah səni xoşbəxt eləsin!” deyirdilər. Ə.Haqverdiyev. şükuh (=şükuhə) [fars.] klas. Böyüklük, ululuq, əzəmət, calal, həşəmət; şan-şərəf. Bir təxtirəvan içində Leyli; Nə şövkətə, nə şükuhə meyli. Füzuli. Gərək küllən gedib, kəmalişükuh və təntənə ilə [Yusif Sərracı] gətirib, bu təxtin üstündə oturdub müstəqillən özünü padşah biləsiniz. M.F.Axundzadə. Hər bir təkyə sahibi, təziyəsinin şükuhu üçün Sofi Hüseyni çağırmağı vacib bilərdi. Ə.Haqverdiyev. şükuhə (=şükuh) [fars.] klas. Böyüklük, ululuq, əzəmət, calal, həşəmət; şan-şərəf. Bir təxtirəvan içində Leyli; Nə şövkətə, nə şükuhə meyli. Füzuli. Gərək küllən gedib, kəmalişükuh və təntənə ilə [Yusif Sərracı] gətirib, bu təxtin üstündə oturdub müstəqillən özünü padşah biləsiniz. M.F.Axundzadə. Hər bir təkyə sahibi, təziyəsinin şükuhu üçün Sofi Hüseyni çağırmağı vacib bilərdi. Ə.Haqverdiyev. şükuhlu sif. klas. köhn. Təntənəli, əzəmətli, calallı; şan-şərəfli. Toy çox şükuhlu (z.) keçdi. Ə.Haqverdiyev. şükür is. [ər.] Edilən yaxşılığa qarşı minnətdarlıq, təşəkkür, razılıq ifadəsi. [Kərbəlayı Məhəmməd:] Pərvərdigara! Səndən üzülməyənə heç zad olmaz imiş. Sənə min şükür! – deyib, əlini ustanın toqqasına atdı. Çəmənzəminli. [Əli əmniyyəbaşı:] Bir gecəlik qonağıq, ev sahibi nə versə, ona da şükür. M.İbrahimov. • Şükür (şükür-səna) etmək (eləmək, qılmaq) – razılıq etmək, minnətdarlığını bildirmək, təşəkkürünü ifadə etmək, razılığını bildirmək. Birini gör, fikir elə; birini gör, şükür elə. (Ata. sözü). Mehman kişi qızının gözlərinə diqqətlə baxdığı vaxt Qəmərin ürəyi dağ boyda olur, qəlbən fərəhlənir, sürdükləri asudə həyat üçün şükür-səna edirdi. Ə.Vəliyev. ‣ Şükür Allaha (Tanrıya, Yaradana və s.) – 1) yaxşı ki oldu, xoşbəxtlikdən, bəxtimizdən (bəxtinizdən). [Xəstə sövdagər:] Şükür olsun Allaha, şəfa tapdım, daha canımda bir dərd qalmadı. E.Sultanov; 2) razılıq, minnətdarlıq, təşəkkür ifadəsi. [Sənəm:] Nə üçün, şükür Allaha, yaxşıyam. Ü.Hacıbəyov. [Qurban:] Nə deyim, haqqın kərəminə şükür. Ə.Haqverdiyev. [Ana:] Oğlumu evləndirəndə, onun arvadına [hamayili] bağışlayaram. Nə eləyim? Şükür dərgahına, qismət deyilmiş. B.Talıblı. Şükür (şükürlər) olsun! – bax. Allaha şükür! Hədsiz şükürlər olsun dünyada gördüyüm günlərə! C.Məmmədquluzadə. [Həsənağa:] Şükürlər olsun, gəldikcə ziyalılarımızın sayı artır, onları bir göndər yanıma, gəlsinlər bir söhbət edək. Ə.Haqverdiyev. Şükür olsun ki, hazırda ixtiyar əlimizə keçmişdir. M.S.Ordubadi. şülə is. məh. Hər iki tərəfə uzadılmış qolların arasındakı məsafə (şərti uzunluq ölçüsü). şülək is. Parça zolağı, parça topu. Pəncərədən düşən işıq ağ ipək şüləyi kimi uzanıb, Muradın sol döşünə yayılmışdı. Ə.Vəliyev. Bircə dəqiqənin içində qırmızı şüləklər qollara bağlandı. Ə.Əbülhəsən. şüləkləmə “Şüləkləmək”dən f.is. şüləkləmək f. Şülək halına salmaq, sarıyaraq top halına salmaq. Parçanı şüləkləmək. – Veys özü izah etdi: – Bu qırmızı şüləni Həmzənin dükanından götürmüşəm, – parçanı şüləkləməyə başladı. Ə.Əbülhəsən. şümal sif.\n1. Yeni dikəlib göyərən budaq, zoğ. Çəkil şümalı. – Bir şümal pöhrəni; Bir vurğuda qələm elədi; Və qürurla dedi; Ovxarını gördünmü baltanın? R.Rza.\n2. Düz, hamar. Sahildəki şümal və ziləv daşların bir parası yuyulub təmizləndikdən sonra daha parlaq görünür. Ə.Vəliyev. Yunis bıçağa işarə etdi: – Yaxşı itilənsə, yüz əlli ödəyərsən. Bu taxta qurudur, şümaldır. Mir Cəlal.\n3. məc. Yeniyetmə, boylu-buxunlu. Məmməd bəy on iki-on üç yaşında alagözlü, qumralsaçlı, genişkökslü, şümal bir oğlandı. Çəmənzəminli. şümar is. [fars.] Say, hesab. • Şümara gəlməmək – saya, hesaba gəlməmək. Məkani-əslimdən düşdüm avarə; Dərdimin ədədi gəlməz şümarə. Aşıq Baxış. şümarə is. [fars.] köhn. Əqrəb (saatda). Saatı çıxardım, qoydum stolun üstə ki, görüm, saatın şümarələri nə vaxt gəlib 3-ün üstündə duracaqdır ki, börkümü götürüm, qaçım evə. C.Məmmədquluzadə. şümərək sif. Cavan, yenicə qalxmış. Zeynalın, üzərində dayandığı bu cığır bitməztükənməz şümərək ağaclar arasında qaib olur. Ə.Əbülhəsən. şümşad is. [fars.]\n1. Cürbəcür alətlər, ev əşyalari və s. hazırlanan çox möhkəm oduncaqlı həmişəyaşıl ağac.\n2. Müqayisələrdə işlənir. Könül mayil olub siyah telinə; Nazik barmağına, şümşad əlinə. Aşıq Ələsgər. Bir az müddət keçəndən sonra qız şümşad əlini yaxasına uzadıb saata baxıb və yerindən tez durub getdi. N.Nərimanov. Hamıdan irəlidə dayanmış nazik əndamlı, qarabirçək, şümşad qamətli gəlin Xəlilin salamını almağa macal tapmadı. M.Hüseyn. şümul is. [ər.] klas. Şamil olma, dəxli olma, aid olma; aidiyyət. [Mollabaşı:] Ona binaən mən cəmi xütəbaya hökm yazdım ki, tamam vilayətlərin mənabirində xalqa elan etsinlər ki, haman əhadisin silsileyi-səfəviyyəyə şümulu yoxdur. M.F.Axundzadə. şümür is. [ər. xüsusi addan – Şümr] Zalım, qaniçən, qatil, cəllad mənasında. Düzü elə millətin əyri-üyrüsü üçün sənin kimi əli əsməyən bir şümür lazımdır! – deyə, Müqim bəy Cavanşir Mirzə Polad müəllimi gözlərinin qabağına gətirib hiddətlə söyləndi. S.Rəhimov. [Həsənov:] Şümürə, Yezidə gələn lənət mənim atama gəlsin, əgər mən [Abbası] kolxoza buraxsam. M.İbrahimov. şüru [ər.]: şüru etmək (eləmək) – başlamaq. Sərdar Zaman xan sözə şüru elədi. M.F.Axundzadə. ..Məşədi Əsgər gəmiçilik işinə mahir olduqda özü üçün bir barkaz alıb işləməyə şüru etdi. S.M.Qənizadə. Orada bir həftənin ərzində təzə bir otaq tikməyi bizə tapşırdı. Biz işə şüru etdik. M.İbrahimov. şürut [ər. “şərt” söz. cəmi] Şərtlər (bəzən şərt-şürut şəklində işlənir). [Şeyx Əhməd:] Keçər. Amma ortada bir neçə şərt var. [Şeyx Nəsrulla:] İki dost arasında nə şərt, nə şürut. S.Rəhman. • Şürut bağlamaq (qoymaq) – şərt (şərtnamə) bağlamaq. [Yusif şahın hökmranlığı dövründə Qolland tayfasından] ..bir elçi əmələsi ilə Qəzvinə varid oldu ki, İran dövləti ilə .. ticarət üçün şürut bağlasınlar. Elçinin əmələsi ilə Yusif şahın hüzuruna yetirdilər. M.F.Axundzadə. şüş is. Nazik ağac, çubuq. Lobya ləklərinə şüş basdırmaq. şüşə is.\n1. Kvarslı qumu əridib kimyəvi üsulla işləmək nəticəsində alınan sərt, şəffaf material. Şüşə istehsalı. Tutqun şüşə. Naxışlı şüşə. Şüşə zavodu. • Şüşə kimi (tək) – 1) öz parıltısı, şəffaflığı və s. cəhətdən şüşəyə oxşayan (təşbehlərdə işlənir). Silinib çəkməsi, şüşətək parlaq; Daranmış saçları geriyə qıvraq. H.K.Sanılı; 2) məc. Durğun, ölgün, hərəkətsiz, cansız. Qaraşın sifəti iri, durğun, şüşə kimi soyuq gözləri vardı. M.Hüseyn.\n2. Bu materialdan hazırlanan nazik lay, təbəqə və ya başqa formalı şey, məmulat. Stolüstü şüşə. Şüşə güldan. Lampa şüşəsi. Şüşə tıxac. Şüşə boru. – Kitab şkafının şüşələri tərtəmiz silinmişdi. Mir Cəlal. Qutu pəncərə şüşəsini para-para elədi. S.Rəhman. // Şüşə qırığı, şüşə parçası. Əlimi şüşə kəsib. • Böyüdücü şüşə – şeyi çox böyüdülmüş şəkildə göstərən linza, ədəsə. // Butulka. Bir şüşə limonad. İki şüşə şərab. – Mirzə Səfər eşitmişdi ki, şeir yazmaq üçün iki vasitə lazımdır: xəlvət otaq və bir şüşə şərab. Ə.Haqverdiyev. Murad bəy və yoldaşları içki şüşələrindən bir neçəsini boşaltmış və oturmaqdan yorulub uzanmışdılar. T.Ş.Simurq. şüşəbənd bax. aynabənd. ..Sona xala şüşəbənd otaqda masaya süfrə salıb məni oraya təklif etdi. S.S.Axundov. Zeynal geniş bir şüşəbəndi keçib, yemək otağına girdi. S.Hüseyn. şüşəbəndli bax. aynabəndli. Qoca usta fikirli-fikirli, beş-altı pilləli daş pilləkənlə qalxıb şüşəbəndli balkona çıxdı. M.Hüseyn. İki tərəfinə yeni səliqə ilə balkonlu, eyvanlı, dik damlı, şüşəbəndli qəşəng evlər düzülmüş asfaltlı küçə gündüz kimi işıq idi. M.Rzaquluzadə. şüşəcik is. Kiçik şüşə alət. Sınaq şüşəciyi. Mikroskop şüşəciyi. şüşəçi is.\n1. Şüşə sənayesi fəhləsi, şüşə istehsalı işçisi.\n2. xüs. Ərgin şüşədən üfləmə yolu ilə müxtəlif qablar, fiqurlar və s. hazırlayan usta.\n3. bax. şüşəsalan. şüşəçilik is. Şüşəsalanın işi, sənəti, peşəsi. şüşəkəsən sif. Şüşə kəsməyə məxsus. Şüşəkəsən alət. // İs. mənasında. Şüşəkəsənlə şüşələri kəsmək. şüşəki is. məh. Rişxənd, ələsalma, arayaqoyma; masqara, fitəbasma. • Şüşəkiyə basmaq (qoymaq) məh. – lağa qoyub gülmək, istehza etmək, araya qoymaq, ələ salmaq, fitə basmaq. ..Əgər buraya bir qəribin yolu düşsə, onu şüşəkiyə basacaqlar. C.Məmmədquluzadə. şüşələmə “Şüşələmək”dən f.is. şüşələmək f. Şüşə salmaq. Pəncərələri şüşələmək. şüşələnmə “Şüşələnmək”dən f.is. şüşələnmək f. Şüşə vurulmaq, şüşə salınmaq. Otağın işıq mənbəyi bircə qapı və bir də damdakı şüşələnmiş (f.sif.) balaca pəncərəvari bir baca olduğundan otaq lazımi qədər işıq deyildi. T.Ş.Simurq. şüşələşdirmə “Şüşələşdirmək”dən f.is. şüşələşdirmək f. Əridib şüşə halına salmaq, şüşə kimi etmək. Qumu şüşələşdirmək. şüşəsalan is. Şüşə salmaqla məşğul olan adam; aynasalan, aynasaz, şüşəçi. [Məmməd Əliyev] yaxşı dülgər, səliqəli şüşəsalan, mahir daşyonan idi. Ə.Sadıq. şüşəsilən (=şüşətəmizləyən) sif. Avtomobilin, nəqliyyat vasitələrinin nəzarət şüşəsini təmizləyən. Açar horizontal vəziyyətdə saxlandıqda şüşətəmizləyən cihaz işləmir. Ə.Əliyev. // İs. mənasında. Bu işi görən cihaz. Maşının şüşətəmizləyəni işləmir. şüşətəmizləyən (=şüşəsilən) sif. Avtomobilin, nəqliyyat vasitələrinin nəzarət şüşəsini təmizləyən. Açar horizontal vəziyyətdə saxlandıqda şüşətəmizləyən cihaz işləmir. Ə.Əliyev. // İs. mənasında. Bu işi görən cihaz. Maşının şüşətəmizləyəni işləmir. şüşəüfürən bax. şüşəçi 2-ci mənada. şüşəvari sif. Şüşəyəbənzər, şüşə kimi, şüşəyəoxşar. Şüşəvari cisim. Şüşəvari material. – Lava Yer üzərində tez soyuması nəticəsində tərkibinin bir qismi kristallaşır, digər qismi isə xırda kristallik və yaxud şüşəvari olur. M.Qaşqay. // Şüşə kimi şəffaf. şüşəyəbənzər (=şüşəyəoxşar) bax. şüşəvari. Şüşəyəbənzər cisim. şüşəyəoxşar (=şüşəyəbənzər) bax. şüşəvari. Şüşəyəbənzər cisim. şüştər is. [fars.] mus. Azərbaycan klassik muğamlarından birinin adı. Ələ aldı qavalı ol düxtər; Oxudu çəm-xəm ilə bir “Şüştər”. S.Ə.Şirvani. “Rast”, “Şur”, “Segah”, “Şüştər”, “Çargah”, “Bayatı-Şiraz” və “Humayun” Azərbaycan musiqisinin yeddi əsas ladıdır. Ü.Hacıbəyov. şütülləmə “Şütülləmək”dən f.is. şütülləmək bax. şütümək. Dağların başında bulud oynaşır; İlan kimi şütülləyir, dırmaşır. A.Səhhət. şütümə “Şütümək”dən f.is. şütümək f. Bərk qaçmaq, sürətlə getmək, bərk sürüb getmək, ötüb keçmək. ..Balaca Sabir şütüyüb, o tərəf-bu tərəfə qaçırdı. S.Rəhimov. Beş dəqiqədən sonra maşın Araz çayına doğru şütüdü. M.Hüseyn. şüur is. [ər.]\n1. Dərrakə, anlaq, düşünmə; dərk etmə, anlama qabiliyyəti. • Şüuru dolaşmaq – sözünü, işini, hərəkətini bilməmək; ağlı çaşmaq. [Alagöz] başını itirir, onun .. şüuru dolaşırdı. S.Rəhimov. Şüuruna çatmaq – başa düşmək, anlamaq. Bayram gah yasavullara, gah da kəndlilərə baxır və elə bil qocanın sözləri onun şüuruna çatmırdı. M.Hüseyn. Bu dəfə qızın sualı İlyasın şüuruna çatdı. Ə.Məmmədxanlı. // Şüurluluq. Şüurun inkişafı tərbiyənin ən əsas məqsədlərindən biridir. Şüurunu itirmək – 1) bayılmaq, ağlını itirmək. Xəstə qızdırmanın şiddətindən şüurunu itirdi. – [Səmirə:] Nə vaxt və necə şüurumu itirdiyim yadıma gəlir. M.Hüseyn; 2) dəli olmaq, sərsəmləmək, ağlı başından çıxmaq.\n2. Düşüncə, ağıl, fəhm. [Yaşlı kişi:] Gənclik hissiyyatım məni ona tərəf çəksə də, şüurum belə bir işdən çəkinməyi mənə tövsiyə edirdi. S.Hüseyn. // Qanacaq.\n3. İctimai həyatın insan və ya bir qrup adam tərəfindən dərk edilməsi, başa düşülməsi, anlaşılması. Siyasi şüurun artması. Vətəndaşlıq şüuru. – ..Bir yazıçının şüuruna başqasının fikrini yerləşdirmək xam xəyallardandır. M.S.Ordubadi.\n4. fəls. psix. İnsan beyninin gerçəkliyi əks etdirmə prosesi. Şüur beynin funksiyasıdır. Materiyanın birinciliyi və şüurun ikinciliyi. // Müəyyən ictimai sinifləri təmsil edən adamların psixologiyası, siyasi və fəlsəfi baxışları, dini, bədii və s. görüşləri. Varlıq şüuru müəyyən edir. İctimai şüur. Dini şüurun formaları. şüurlanma “Şüurlanmaq”dan f.is. şüurlanmaq f. Şüurlu olmaq, şüuru artmaq, daha şüurlu olmaq, ağıllanmaq. şüurlu sif. Şüuru olan, anlaqlı, dərrakəli, düşüncəli, fəhmli, qanacaqlı. Şüurlu tələbə. Şüurlu uşaq. – [Süleyman:] Xeyr, bəy, Əsgər çox gözəl oğlandır, çox ağıllı, yaraşıqlı və çox da şüurlu oğlandır. Ü.Hacıbəyov. // Şüurun inkişafı ilə, şüurla bağlı olan. Şüurlu yaş. Şüurlu həyat. Şüurlu sevgi. Ömrünün şüurlu dövrü. // Hər hansı bir görüşə, prinsipə istinad edən. Şüurlu ateist. Şüurlu materialist. // Zərf mənasında. Ağılla düşünərək, fikirləşərək. İşə şüurlu yanaşmaq. // Qəsdən, qərəzlə, bilə-bilə edilən. Şüurlu hərəkət. şüurluluq is. Şüurlu olma, dərrakəsi olma; fəhmlilik, düşüncəlilik, dərrakəlilik. şüursuz sif.\n1. Şüuru olmayan; dərrakəsiz, fəhmsiz, düşüncəsiz, anlaqsız. Şüursuz adam. – [Səlimbəy:] ..Mənim qızım oynamaq bilsəydi, başına dolanardım. Amma nə etməli ki, atası kimi şüursuz (z.) çıxıb, ayaq atmağı da bilmir. S.S.Axundov. // Ağılsız, ağla uymayan, ağla, şüura zidd, qanacaqsız. Şüursuz hərəkət. Şüursuz iş. // zərf Qeyri-şüuri, qeyriiradi. Şüursuz təqlid etmək.\n2. Bayğın, bayılmış, özündən getmiş, şüurunu itirmiş. Gözlərini (z.) şüursuz yummuş halda. – Xəstə gözlərini böyük-böyük açmış, ətrafı şüursuz nəzərlərlə seyr edirdi. H.Nəzərli. şüursuzluq is.\n1. Dərrakəsizlik, fəhmsizlik, düşüncəsizlik, ağılsızlıq; qanacaqsızlıq. Bu adamın hərəkətləri şüursuzluğundan irəli gəlir.\n2. Ağla, şüura uymayan hərəkət, düşüncəsiz; ağılsız iş. Şüursuzluq etmək. şüvə bax. şəvə. [Zalxa:] Ətin tökülsün, a kişi! O uzun, şüvə saqqala hayfın gəlmədi? S.Rəhman. şüvərə şüvərəyə vermək dan. – öz hərəkəti ilə birini ağır, çıxılmaz, qorxulu vəziyyətə salmaq, ümidini puça çıxartmaq, aldatmaq, satmaq, ölümünə və yaxud bədbəxtliyinə səbəb olmaq. şüvərən is. bot. Çəmənlərdə bitən, sarıləçəkli, buynuzşəkilli meyvələri xalq təbabətində dərman kimi istifadə edilən ikiillik bitki. Dəllək Usta Cəfər xəstənin başının üstünü kəsib qan aldı, Gülsüm xala da şüvərən bişirdi, gətirdi.. C.Məmmədquluzadə. şüvül is. Uzun, düz ağac. Bir gənc əlinə uzun, şüvül bir ağac – müvazinət ağacı (ləngər) alaraq, kəndirin üstündə rəqs edərdi. H.Sarabski. şüy is. Cavan, nazik budaq, zoğ. şüyüd is. bot. Çətirlilər fəsiləsindən yeməli, ətirli bostan bitkisi. Tərkibində vitamin olan keşniş, şüyüd, tərxun kimi göyərtiləri, xörək bişirib hazırladıqdan sonra tökmək lazımdır. C.Nuriyev. şüyüdplov is. Düyüyə şüyüd qatılaraq bişirilən plov növü. şveller is. [alm.] P şəkilli yayma palaz tir. şvertbot is. [alm.] Birdorlu, yelkənli yüngül idman gəmisi. Tt t azərbaycan əlifbasının iyirmi yeddinci hərfi. bax. te. ta əd.\n1. Bir şeyin başlandığı nöqtəni bildirir; lap (ondan sonrakı isim çıxışlıq halda olur). ..Dənizin ta göbəyindən qopub gələn dalğalar .. gəmini bir top kimi atıb-tuturdu. A.Şaiq. [Tahir] bəlkə də sərnişinlərin hamısından əvvəl pəncərəyə yanaşıb, ta uzaqlardan şəhərə baxırdı. M.Hüseyn. İnad və qətiyyət ta uşaqlıqdan [Ərəblinskinin] qəlbinə hakim olmuşdu. S.Rəhman.\n2. Bir işin həddini, qurtaracağını, sonunu bildirir (ondan sonrakı isim yönlük halda olur). Onu ta saat üçə qədər gözlədik. Küçənin ta axırına qədər yüyürdüm. – [Məlik Məmməd] ta sübhə kimi barmağının ağrısından yata bilmədi. Çəmənzəminli. Məktəbin gen, hündür qapısından ta darvazaya qədər olan bir-iki yüz addımlıq ensiz xiyaban bir az kölgəlikdi. Ə.Əbülhəsən. Qayanın altındakı uçurumdan çınqıl süzərək ta dərəyə qədər gedirdi. B.Bayramov.\n3. Məqsəd bildirir – ta ki, madam ki. Bahadır istədi ki, gizlənsin, ta qız onu görməyə. N.Nərimanov. • Ta ki – bax. ta (3-cü mənada). Ta ki mənzurun olubdur, Qövsi, ol qamət sənin; Yey gəlir min sərvdən bir misrəimövzun sənə. Q.Təbrizi.\n4. Daha, bir də, artıq, bundan belə. [Niyazalı:] Məni öldürmə, ta heç kəsnən işim olmaz. “Qaçaq Nəbi”. // Daha. [Məşədi Ağakişi:] A balam, getmirsən getmə, ta yalan niyə deyirsən? C.Məmmədquluzadə. [Hacı Mehdi:] İndi ta mən bir zad bilmirəm. Ə.Haqverdiyev. taam is. [ər.]\n1. Xörək, yemək, bişmiş. Taam bişirmək. – [Pişxidmətbaşı:] Tapşırmışam, aşpazlar şam üçün taam hazır etməyə məşğuldurlar. M.F.Axundzadə.\n2. Yemək, yemə, yemək işi. İnsafımın və vicdanımın yanında məsul olaram, əgər yalan desəm ki, təqribən yarım saat mənim taamım çəkdi. C.Məmmədquluzadə. Taamdan sonra Qızxanım süfrəni yığışdıraraq dedi. S.S.Axundov. • Taam etmək – xörək yemək. taarüf is. [ər.] Bir-birini tanıma, birbiri ilə tanış olma, bir-birini tanıma. tab is. [fars.] Güc, qüvvət, taqət. Əlinin tabı yoxdur. – Yatmaq üçün gözlərimin xabı var; Dərd çəkməyə mən yazığın tabı var. “Qurbani”. • Tab (tabı) qalmamaq – gücdən düşmək, taqətdən düşmək, üzülmək. Artıq qollarımda qalmamışdı tab; Üzmüşdü canımı çəkdiyim əzab. Ə.Cavad. Tab etmək (gətirmək) – dözmək, davam gətirmək. [Abbas:] Könül necə tab eyləsin; Mən səndən ayrılım, gedim? “Abbas və Gülgəz”. Əridir mum kimi daşı fəraqın, ey gül; Mən necə atəşi-hicranına bəs tab eləyim? S.Ə.Şirvani. Tab gətirməmək (gətirə bilməmək) – 1) özünü saxlaya bilməmək, dayana bilməmək, dözməmək. Əvvəl kağız yazdım və sonra tab gətirmədim, bir teleqraf da vurdum. C.Məmmədquluzadə. Arvadlar tab gətirə bilməyib ağladılar, kişilər başlarını yerə dikdilər.. N.Nərimanov. Çoban onu bir az da sualcavaba tutsaydı, Gözəl tab gətirməyib yenə ağlayacaqdı. M.Hüseyn; 2) duruş gətirə bilməmək, davam gətirə bilməmək. Düşmən tab gətirə bilməyib qaçır. “Qaçaq Nəbi”. Tab tutmamaq (tuta bilməmək) – bax. tab gətirməmək (gətirə bilməmək). [Ağa Kərim xan:] Ürəyim tab tutmayır, minbaşı, məni qınama, qınama!.. N.Vəzirov. Bir azdan Gülöyşə ilə Xanım yerlərində tab tuta bilməyib, küçə tərəfə gəldilər. S.Rəhimov. Tabdan düşmək – taqətdən düşmək, gücdən düşmək, haldan düşmək, üzülmək. Hüseyni o qədər vurdular ki, tabdan düşdü. S.Rəhman. [Odunçuoğlu] tabdan düşmüş halda güclə ayaqlarını sürüyərək xan malikanəsindən uzaqlaşmağa başladı. Ə.Məmmədxanlı. Tabı gəlməmək – gücü olmamaq, gücü çatmamaq, bacarmamaq. ..Vahid adi bir tələbə idi, Gəldiyev ilə tutaşmağa tabı gəlməzdi. Mir Cəlal. Tabı kəsilmək – bax. tabdan düşmək. Hicrində gecələr kəsilib tabım; Günbəgündən artar cövrü əzabım. Q.Zakir. tabaq is. Düyü, buğda və s. hövsərləmək, yaxud şey qoymaq və ya başqa məqsədlər üçün enli taxtadan oyulmuş ağacdan hazırlanan dayaz, girdə, ya uzunsov qab. Böyük tabaqlara buğda töküb isladardılar. H.Sarabski. [Fatma arvad] obaşdandan qalxıb çirmənmiş, tabağı qabağına qoyub, pud yarım buğda unundan xəmir yoğurmuşdu. Mir Cəlal. // Təknə. Bəzən Mələk bacı işdən qayıdarkən eyvanda stolun üstündə dəyirmandan yenicə gətirilmiş bir tabaq un, təzə bişirilmiş çörək və ya bir dolça süd görərdi. Ə.Sadıq. tabaqça is. Kiçik tabaq, balaca tabaq. Tabaqçada xəmir yoğurmaq. tabaqçalanma “Tabaqçalanmaq”dan f.is. tabaqçalanmaq bax. tabaqlanmaq. Qızılgül axçalandı; Gülü tabaqçalandı; Can verəndə gəlmədin; Qəbrim də mıxçalandı. (Bayatı). tabaqçı is. köhn.\n1. Tabaqda şey gəzdirib satan adam. Naməlum şəxs tez-tez saatına baxır, tabaqçı müsəlmandan şeylərini götürüb oradan başqa yerə getməsini tələb edirdi. M.S.Ordubadi.\n2. Tabaq qayıran usta. tabaqlanma “Tabaqlanmaq”dan f.is. tabaqlanmaq f. Tabaq kimi enli – yastı olmaq; açmaq. Vaxt yetişib vədə çatanda, qızılgül kolları da düymələnib qönçələnir, sonra tabaqlanıb açır, bağçanın təmtərağını artırırdı. S.Rəhimov. Baharın elə vaxtı idi ki, adam iki göz də satın alıb, açılan çiçəyə, tabaqlanan (f.sif.) güllərə baxmaq istəyirdi.. B.Bayramov. taban is. [fars.] köhn. Parlaq, parıldayan, işıqlı. tabasaranlar cəm Dağıstanın Tabasaran və Xiv rayonlarında yaşayan, iberQafqaz dillərinin ləzgi qrupuna daxil olan bir dildə danışan kiçik xalq və bu xalqa mənsub adamlar. tabaşir is. [fars.] Kimya, rezin və s. sənaye sahələrində işlədilən yumşaq ağ əhəngdaşı. // Həmin əhəngdaşının yazmaq, bir şeyi ağartmaq və s. üçün işlədilən parçası, tozu və ya məhlulu. Divarı tabaşirlə ağartmaq. – Semyonov lövhədə tabaşirin saat mexanizmi kimi ahəngdar şəkildə taqqıldamasından dərsin necə keçdiyini müəyyənləşdirərdi. İ.Şıxlı. ‣ Tabaşir dövrü geol. – mezozoy erasının üçüncü geoloji dövrü. tabaşirli sif.\n1. Tabaşir tozu qonmuş, tabaşirə bulanmış. Əlləri bütün tabaşirlidir.\n2. Tərkibində tabaşir olan. Tabaşirli məhlul. • Tabaşirli kağız – üzərinə ağ yapışqan rəngi çəkilmiş kağız. tabe is. [ər.] Başqasının tabeliyində, hökm və iradəsi altında olan, ondan asılı olan, onsuz heç bir şey edə bilməyən, tabe olan. // sif. Tabe olan, asılı olan, tabeliyə əsaslanan. Tabe dövlətlər. // İs. mənasında. Xidmət üzrə özündən böyüyə tabe olan vəzifəli şəxs. Müdirin öz tabeləri ilə rəftarı gözəldir. • Tabe etmək – asılı etmək, itaəti altına almaq, öz iradəsinə uyğun olaraq hərəkət etməyə məcbur etmək, ram etmək. [Səməd bəy] hamını öz fikrinə, öz arzusuna tabe etmək istərdi. Çəmənzəminli. [Elçin:] ..Başsız axan suları özümüzə tabe etsək də, hələlik göylərə gücümüz çatmır. Z.Xəlil. Tabe olmaq – birinin və ya bir şeyin hökmü altına düşmək, onun iradəsi ilə hərəkət etməyə məcbur olmaq, razı olmaq, itaət etmək, boyun əymək. [Gəray:] Beləliklə, o tabe olsa bizə; Şübhəsiz, baş əyər hər əmrimizə.. A.Şaiq. tabeiyyət [ər.] köhn. bax. tabelik. [Şah:] Mirzə Təqi xan, mən də istəmirəm, mənim tabeiyyətimdə olan məmləkətdə zülm olsun. C.Cabbarlı. tabel [alm. Tabella]\n1. Cədvəl.\n2. Fəhlə və qulluqçuların işə gəlibgetmələrini qeydə almaq üçün jetonlu lövhə (habelə jetonun özü) və ya dəftər. Tabelə qol çəkmək. tabelçi is. İdarə və müəssisələrdə işçilərin işə gəlib-getmələrinin tabel üzrə uçotunu aparan işçi. tabeli sif.: tabeli mürəkkəb cümlə qram. – budaq cümləsi baş cümləyə tabe olan mürəkkəb cümlə; məs.: Yasəmən Qaraca qızı səslədi ki, gəlib onun başına su töksün. S.S.Axundov. tabelik is. Tabe olma, asılılıq, tabeiyyət. • Tabelik göstərmək – tabe olmaq. Tabeliyində olmaq – birindən asılı vəziyyətdə olmaq, sərbəst olmamaq. Tabeliyində saxlamaq – özündən asılı vəziyyətdə saxlamaq, sərbəstlik verməmək. Əri Həmzədən başqa hamını, öz tabeliyində saxlamaq istəyib, buna da müvəffəq olan Əminənin gərək indi də əmri yerinə yetə idi. Ə.Əbülhəsən. tabesiz sif.: tabesiz mürəkkəb cümlə qram. – iki və daha artıq müstəqil cümlədən düzələn mürəkkəb cümlə; məs.: Hava tutqunlaşır, ətraf dumanlı bir pərdəyə bürünürdü. M.Hüseyn. tablama “Tablamaq”dan f.is. tablamaq bax. tablaşmaq. Bu dərdə tablamaq müşkül olsa da; Eşqsiz ürəyi daş sanıram mən. B.Vahabzadə. – De, niyə qaçaqsan aran yerindən? – Doğrusu, istiyə tablamıram mən. H.Hüseynzadə. tablaşma “Tablaşmaq”dan f.is. tablaşmaq f. Tab gətirmək, davam gətirmək, dözmək, tablamaq. [Bayram:] [Pərzadın] ölümünə heç vaxt razı ola bilmərəm və Tarverdiyə də arvad olmağına tablaşmanam! M.F.Axundzadə. [Rüstəm:] Bir az tablaş, səni dəmirçigilə köçürəcəyəm. S.Rəhimov. tablı sif. Dözümlü, dayanıqlı, davam gətirən, davamlı. Məni belə tablı edən; Ancaq onun öz əlidir. M.Rahim. tablo [fr. tableau]\n1. rəss. Şəkil, rəsm, iri şəkil. Güldanın üzərində Bağdad həyatının cürbəcür tabloları var idi. M.S.Ordubadi. Səttar Bəhlulzadənin ilk yaradıcılıq sərgisində 180-dən yuxarı tablo və etüd toplanmışdır. (Qəzetlərdən).\n2. xüs. Nəzarət altında olan obyektlərin vəziyyətini göstərmək üçün üzərində işıq və ya elektromaqnit göstəricilər olan siqnal (işarə) lövhəsi. tabor is.\n1. Bir yerdən başqa yerə köçən qaraçı dəstəsi, habelə onların düşərgəsi, atarabası. Dağların ətəyində yerləşən üzüm bağlarının kənarında köçəri qaraçı taboru dincəlir.\n2. Qədimdə: istehkam halına gətirilmiş kazak düşərgəsi (at-arabaları ilə bir yerdə).\n3. köhn. hərb. Batalyon. Tabor komandiri. – Alay üç tabordur. H.Nəzərli. Mirbalayev tabora “azad” komandası verdi. M.Hüseyn. tabsız sif. Gücsüz, taqətsiz, qüvvətsiz. tabsızlaşma “Tabsızlaşmaq”dan f.is. tabsızlaşmaq f. Tabdan düşmək, taqətsiz olmaq, gücdən düşmək. tab-taqət (=tabü-taqət) (=tab(ü)-tavan) is. [fars.] Güc, qüvvət, taqət, tavan. [Zəhra:] Qalmamış məndə zərrə tabü-tavan; Məni qəhr et də, lakin atma, aman!.. H.Cavid. [Gülçöhrə:] Yox, mən bu hala davam edə bilmərəm. Daha məndə tabü-taqət yoxdur. Ü.Hacıbəyov. tabü taqət (=tab-taqət) (=tab(ü)-tavan) is. [fars.] Güc, qüvvət, taqət, tavan. [Zəhra:] Qalmamış məndə zərrə tabü-tavan; Məni qəhr et də, lakin atma, aman!.. H.Cavid. [Gülçöhrə:] Yox, mən bu hala davam edə bilmərəm. Daha məndə tabü-taqət yoxdur. Ü.Hacıbəyov. tab-tavan (=tabü-tavan) (=tab(ü)-taqət) is. [fars.] Güc, qüvvət, taqət, tavan. [Zəhra:] Qalmamış məndə zərrə tabü-tavan; Məni qəhr et də, lakin atma, aman!.. H.Cavid. [Gülçöhrə:] Yox, mən bu hala davam edə bilmərəm. Daha məndə tabü-taqət yoxdur. Ü.Hacıbəyov. tabü tavan (=tab-tavan) (=tab(ü)-taqət) is. [fars.] Güc, qüvvət, taqət, tavan. [Zəhra:] Qalmamış məndə zərrə tabü-tavan; Məni qəhr et də, lakin atma, aman!.. H.Cavid. [Gülçöhrə:] Yox, mən bu hala davam edə bilmərəm. Daha məndə tabü-taqət yoxdur. Ü.Hacıbəyov. tabu [Polineziya dilindən]\n1. İbtidai xalqlarda: əfsanəvi etiqadlara, mövhumi təsəvvür və zehniyyətlərə görə işlənməsi (dilə gətirilməsi) mütləq bədbəxtliyə səbəb olacaq və buna görə də söylənməsi qadağan olunmuş söz.\n2. Müasir dildə: senzura tərəfindən işlənməsi qadağan edilmiş söz, yaxud qaba, ədəbsiz sayıldığına görə işlənməsi qeyri-münasib hesab edilən söz. taburet (=taburetka) [rus.] bax. kətil 1-ci mənada. Tahir böyründəki taburetdə [Lətifəyə] yer göstərdi. M.Hüseyn. Gülzar .. qayıdıb, yaş taburetkaları divar dibindən çəkdi. İ.Hüseynov. taburetka (=taburet) [rus.] bax. kətil 1-ci mənada. Tahir böyründəki taburetdə [Lətifəyə] yer göstərdi. M.Hüseyn. Gülzar .. qayıdıb, yaş taburetkaları divar dibindən çəkdi. İ.Hüseynov. tabut is. [ər.] Cənazəni qoymaq üçün iri qutu. Mehralı bəyin tabutunu xanlıq imarətinin bağına qoymuşdular. Çəmənzəminli. Zəfər bayraqlarını başı üstündə tutun; O şəfəqli, o nurlu, o işıqlı tabutun. Ə.Cəmil. tac is. [fars.]\n1. Hökmdarlıq rəmzi olaraq padşahların başlarına qoyduqları qızıl və cavahiratla bəzənmiş papaq. Padşah bunların ağıl-dərrakəsin görüb, yavaşca durdu ayağa, tacı götürüb qoydu oğlanın başına. (Nağıl). [Vaqif:] Nifrət! Qan çanağı taclara nifrət; Var olsun azadlıq, bir də məhəbbət! S.Vurğun.\n2. məc. Padşah hakimiyyəti. Tacdan əl çəkmək. İmperiya dağılır, taclar düşür.\n3. məc. Taca oxşayan, tacı xatırladan şey. // Bəzi quşların başında daraq şəklində çələng. // Zinət üçün başa qoyulan çələng və s. [Qəmər:] Bunlardan tac hörüb sənin başına qoyacağam. S.S.Axundov. [Səvər:] Qızları da göndərərəm ki, çöldən sənin üçün tac qayırmaqdan ötrü çiçək dərsinlər. C.Cabbarlı.\n4. məc. Son zirvə, ən yüksək zirvə; ən sevimli, ən qiymətli adam, şey haqqında. Sən mənim həyatım, ömrüm, tacımsan. M.Rahim. Eşq sözü sözlərin sultanıdır, tacıdır; Eşq həyat ağacıdır. B.Vahabzadə.\n5. astr. Günəşin, Ayın və ya parlaq ulduzların ətrafında görünən parlaq işıq dairəsi; halə. Tam Günəş tutulma zamanı xromosferin parlaq gümüşü rəngli geniş təbəqə ilə əhatə olunduğunu görürük. Buna Günəş tacı deyilir. R.Hüseynov.\n6. bot. bax. taccıq. ‣ Başına tac qoymaq məc. – yaxşı işə, münasibətə qarşı yaxşılıq etmək. tacbıtraq is. bot. Kolluq sahələrdə və meşənin açıq yerlərində bitən çoxillik ot bitkisi. taccıq is. bot. Gülün, ayrı və ya bitişik ləçəklərdən ibarət hissəsi; tac. tacdar is. [fars.] Padşah, hökmdar (adətən şahlara, padşahlara təntənəli müraciət zamanı işlədilən epitet). Dedi Xubçöhr: – Ey şəhi-tacdar; Hüzurunda olsam gərək bəxtiyar! M.Ə.Sabir. [Vəzir:] Çox sağ ol, şövkətli, şanlı tacdar! A.Şaiq. tacik is. Tacikistanın əsas əhalisini təşkil edən irandilli xalq və bu xalqa mənsub adam. tacikcə sif. və zərf Tacik dilində. Tacikcə kitab. Tacikcə öyrənmək. tacir is. [ər.] Ticarətxanası olan; xüsusi ticarətlə məşğul olan adam. [Yaşlı kişi:] Hacı Ramazan adlı bir tacirin ticarətxanasında ayda otuz manat maaşla qulluq edirdim. S.Hüseyn. [Sultan bəy:] Səni bir tacir oğlana verirəm ki, həmi cavan, həmi pullu, həmi mallı... Ü.Hacıbəyov. tacirlik is. Xüsusi ticarətlə məşğul olma. Qasım bəydə tacirlik damarı daha qüvvətli idi. A.Şaiq. [Əsgər:] ..Mən Hacı Mürsəl oğlu Əsgərəm, sənətim də tacirlikdir. Ü.Hacıbəyov. tac-taxt bax. taxt-tac. [Qızıl Arslanı] Həmədana çağırıb hörmət göstərmək və əlahəzrətin tac-taxtına sədaqət göstərməsi üçün təminat almaq lazımdır. M.S.Ordubadi. tafta is. [fars.] Sıx toxunmuş ipək və ya pambıq parça. [Tarverdi:] A gədə, nə böyük sandıqlardır! Yəqin içindəki tamam taftadır. M.F.Axundzadə. // Həmin parçadan tikilmiş. [Tarverdi:] Pərzad elə yaşı olduqca tafta tuman-köynək geysin. M.F.Axundzadə. [Sara xanımın] tafta köynəyi, zərxara arxalığı, nəyi, nəyi .. yox idi. Qantəmir. tağ I. is. Qovun, qarpız, xiyar, pomidor və s. bostan bitkilərinin yerlə sürünən kolu. Pomidor tağı. – Onu Taşauzda gördüm, kefi saz; Ətirli tağlardan qovun dərərkən. S.Rüstəm.\n\nII. is. [farscadan] Bəzi binaların yarımdairə şəklində olan damı; qübbə, günbəz. Hədsiz səslər bir-birinə qarışıb – hamamın tağlarına düşmüşdü.. Çəmənzəminli. Nəriman kənarda dayanıb, binanın tağına baxmaq fikrində idi. Mir Cəlal. // Körpünün iki dayağını birləşdirən qövsşəkilli hörgü. // Böyük qapıların adətən qövs şəklində olan üst hissəsi. Qəmərin nallarından qopan səs qala qapısının tağına düşüb cingildədi. Çəmənzəminli. // Sif. mənasında. Tavanı bu şəkildə olan; tağlı. İçərişəhərdə, yuxarı bazarda, Qoşa karvansaranın altında tağ bir zirzəmi vardı. H.Sarabski.\n\nIII. is. Saçın iki yerə ayrılan yeri; həmin hissələrdən hər biri. Əlilə tağını düzəldən zaman; Yaxından duyuldu ayaq səsləri. M.Müşfiq. • Tağ ayırmaq – saçı iki hissəyə ayırmaq. tağalaq I. is. Sap, iplik və s. sarınan çarx. ..Arvad ayağa qalxdı və nə isə çaşqınlıqla cəhrənin ora-burasını, tağalağını, iyini, dəstəsini yoxladı. Ə.Əbülhəsən. [Tapdıq] özünü divarın dibinə verib, tağalağı dığırlatdı. Ə.Vəliyev.\n\nII. bax. taqqanaq. ..Uşağın əlindəki tağalaq çörəklərin hərdən biri düşürdü yerə, arvad qaldırıb, tozunu silib verirdi uşağa. C.Məmmədquluzadə. tağar is. məh. 83,2 kiloqram ağırlığında çəki vahidi. Beş tağar arpa. – [Həmzə:] Məsələ bir-iki desyatin yerdə, bir-iki tağar buğdada, ya da beş-on baş qaramalda deyil. Ə.Əbülhəsən. tağbənd sif. [fars.] arxit. Tağ şəklində olan; yarımdairəvi. Tağbənd körpü. – ...Uşaq bu saat hücrənin qoşa tağbənd pəncərələri arxasında göz üzündən ötüb keçən sərsəri buludların içəridəki işığı tez-tez dəyişdirdiyinin fərqinə varacaq halda deyildi. Ə.Məmmədxanlı. tağlı sif.\n1. Tağı, tağları olan. Tağlı bina.\n2. Hörgüsü tağ şəklində olan. Tağlı pəncərə (qapı). – Mədəniyyət evinin tağlı, naxışlı qapılarını [Qızyetər Yarməmmədə] göstərdi. M.İbrahimov. Taxtadan tikilmiş iki otaqlı; Döşəməsi torpaq, tavanı tağlı. B.Vahabzadə. tahir is. [ər.] köhn. Təmiz, pak. taxça is. [fars.] Şey qoymaq üçün divarda açılan oyuq. Taxçalara düzülübdü bir neçə samovar, sandıqça .. və xırdavat şeylərdən. C.Məmmədquluzadə. Mətbəxin divarlarında xırda taxçalar olardı. H.Sarabski. taxeometr is. [yun.] Üfüqi və yer ölçmə işlərində işlədilən şaquli bucaqları ölçmək üçün geodeziya aləti. taxeometriya is. [yun.] Yerin qabarıqlı planını düzəltmək üçün uzaqdan topoqrafik şəkilalma üsulu. taxıl top. Dənindən un və ya yarma hazırlanan bitkilərin (arpa, buğda, çovdar və s.) ümumi adı. Taxıl bitkiləri. Taxıl əkmək. – Taxıllar boy atmış və sünbül bağlamağa başlamışdı. Ə.Sadıq. // Həmin bitkilərin dəni. 2 ton taxıl. – [Şərəfoğlu Rüstəmə:] Keçən il hər hektardan neçə sentner pambıq, neçə sentner taxıl götürmüşsünüz? M.İbrahimov. taxılbiçən is. Taxıl biçmək üçün maşın, alət. Yeni markalı taxılbiçən. // Biçinçi. // Sif. mənasında. İndi sovxoz tarlalarında yük avtomobilləri görünür, traktor və taxılbiçən maşınlar işləyir. Ə.Vəliyev. taxılbiti zool. bax. buğdabiti. taxılçiçəklilər cəm bot. Taxılların və bəzi başqa bitkilərin daxil olduğu bitki fəsiləsi. taxılçı is. Taxılçılıqla, taxıl əkibbecərməklə məşğul olan adam. Taxılçının qarşısında isə çörək bolluğu yaratmaq vəzifəsi durmuşdu. S.Rəhimov. taxılçılıq is. Kənd təsərrüfatının taxıl əkib-becərməklə məşğul olan sahəsi. taxıldöyən is. Biçilmiş taxılı döyüb dəni samandan ayıran maşın. // Sif. mənasında. Taxıldöyən maşın, vəl azlıq eləyirdi. Ə.Əbülhəsən. taxılqurdu is. zool. Taxıla ziyan verən cücü. taxılqurudan is. Taxılı qurutmaq üçün maşın. // Sif. mənasında. Taxılqurudan maşın. taxılma “Taxılmaq”dan f.is. taxılmaq “Taxmaq”dan məch. taxılsəpən is. Toxum səpmək üçün maşın. // Sif. mənasında. Taxılsəpən maşın. taxılsovuran is. Taxılın dənini samandan ayıran maşın. // Sif. mənasında. Xırmanın bir tərəfində qoyulan taxılsovuran maşınların da gurultusu eşidilirdi. Ə.Əbülhəsən. taxıltəmizləyən is. Taxılın dənini zibildən, xırda daşlardan və s.-dən təmizləmək üçün maşın. Taxıltəmizləyəni işə salmaq. // Sif. mənasında. Qoca taxıltəmizləyən maşına baxır.. taxikardiya is. [yun.] Ürək yığılmalarının tezləşməsi, ürək döyüntüsü. taxma “Taxmaq”dan f.is. taxmaq f.\n1. İki şeyin uclarını bir-birinə keçirmək, ilişdirmək, yaxud bir şeyi başqa bir şeyə keçirmək. Kişi müştüyə taxmaq istədiyi papirosa sığal verirdi. Mir Cəlal. [Bəyim xala] ..bağırsaq kimi çözələnən rezin borunun bir ucunu su kranına taxıb asfaltı yuyurdu. İ.Hüseynov. // Sancmaq, ilişdirmək, keçirmək. Mən bir yolçu olub yoldan keçərkən; Qoparıb köksümə taxardım səni. H.Cavid. Taxır sinəsinə güldən, çiçəkdən; Açır süfrəsini bulaq başında. S.Vurğun.\n2. Keçirmək. Qolbaq taxmaq. Barmağına üzük taxmaq. – [Suğra] güllü-çiçəkli krepdeşindən lap yeni dəblə tikilmiş uzun bir don, lak tufli geymiş, hətta sırğa da taxmışdı. M.Hüseyn.\n3. Bir şeyi bir şeyin üstünə qoymaq, bənd etmək, ilişdirmək. Tahir sümük çərçivəli eynək taxmış ucaboy, buğdayısifət, qıvrımsaç alimi yaxşı xatırlayırdı. M.Hüseyn. Bəzən Lətif işini qurtarıb qəlibçilər şöbəsinə gəlir, gözlük taxmış gənc metaləridənlərə .. sataşırdı. H.Seyidbəyli.\n4. dan. Əyninə, əlinə keçirmək, geymək. Nəriman, sevinmiş kimi əlcəyi barmaqlarına taxdı. Mir Cəlal. [Çimnaz] ...pambıqlı canlığını əyninə taxıb, qızına da .. paltarını dəyişməyi təklif elədi. Ə.Əbülhəsən. taxt is. [fars.]\n1. Söykənəcəyi olmayan enli divan. Mayaya elə gəldi ki, əldən düşmüş, taxtın üstündə nimdaş və yamaqlı yorğandöşəkdə uzanan bu xəstə öz doğma bacısı, öz doğma anasıdır. M.İbrahimov. Sərvinaz sandıqçanı taxtın altından çıxartdı. B.Bayramov.\n2. Padşahların, hökmdarların rəsmi qəbul və təntənəli mərasimlər zamanı oturduqları zəngin bəzədilmiş kürsü. • Taxta oturmaq (çıxmaq) – padşahlığa, hakimiyyətə başlamaq. Taxtdan salmaq – padşahı hakimiyyətdən məhrum etmək, devirmək. taxta is. [fars.]\n1. Şalbandan mişarla kəsilmiş çox qalın olmayan yastı ağac parçası. Ağacdan taxta kəsmək. – Zalın baş tərəfində sadəcə şam taxtalarından qayrılmış hündür, enli bir bufet vardı. M.Hüseyn. [Direktor] addımını atdıqca döşəmənin taxtaları cırıldayırdı. B.Bayramov. // Taxtadan qayrılmış, taxtadan olan. [Bürcəliyev:] Hamısı biclikdir, – deyə, taxta çarpayıdan ayağa qalxdı. S.Rəhimov. Qabaqda İmran kişi, onun ardınca Tahir taxta pilləkənlə ikinci mərtəbəyə qalxıb, balkonla sola doğru getdilər. M.Hüseyn.\n2. Taxtadan qayrılmış qapı, pəncərə və s. tayı, layı. Xasay lampanı söndürdü, pəncərənin o biri taxtasını da atdı. M.Hüseyn.\n3. Hər hansı bir məqsəd üçün taxtadan hazırlanmış lövhəcik və s. Çertyoj taxtası. Şahmat taxtası. Yazı taxtası.\n4. Parça (qumaş) zolağı. Üç taxtadan tikilmiş yorğanüzü. – Göyərçin üstdən on iki taxta, ayağı yaşıl lentli tuman geymişdi. S.Rəhimov. [Nənə:] Bir gör nə deyirəm, ay qız, neçə taxtadan bir tuman çıxardı. Mir Cəlal. // Torpaq zolağı. Bu taxtada darı əkiləcək. ‣ Taxta kimi – çox arıq, bir sümük, bir dəri. Əlləzoğlu taxta kimi quru ovcunu qorun üstünə basıb cəld yerə atıldı. İ.Hüseynov. taxtabənd is. [fars.] Hər hansı məqsəd üçün taxtadan düzəldilmiş qurğu, yaxud taxtadan döşəmə vurulmuş yer. Tut ağacının altında taxtabənddə oturmaq. taxtabiti is. zool. Qansorucu kiçik tüfeyli cücü. Taxtabiti dərmanı. taxtaçəkən bax. taxtakəsən. taxtakəsən is. Şalbanlardan taxta kəsən maşın; taxtaçəkən. // Sif. mənasında. [Qonaqlar] taxtakəsən, dəmiryonan dəzgahların .. komandirlərini danışdırıb sevinir, qibtə edirdilər. Mir Cəlal. taxtalama “Taxtalamaq”dan f.is. taxtalamaq f. Taxta vurmaq, taxta düzmək. Evin damını taxtalamaq. taxtalanma “Taxtalanmaq”dan f.is. taxtalanmaq məch. Taxta vurulmaq, taxta düzülmək. taxtalatma “Taxtalatmaq”dan f.is. taxtalatmaq icb. Taxta vurdurmaq, taxta düzdürmək. Mətbəxin damını taxtalatmaq. taxtalıq 1. sif. Taxta kəsmək üçün yarayan. Taxtalıq şalban.\n2. is. Rəqəmlərdən sonra gələrək şeyin neçə taxtadan (4-cü mənada) tikildiyini göstərir. On taxtalıq tuman. taxta-para top. Taxta parçaları, yararsız taxta qırıqları, tikə-para taxtalar. taxtapuş is. [fars.] Şifer və s. vurmaq üçün evin və b. tikilinin damında taxtadan qurulan çardaq. // Üstü şifer, dəmir və s. ilə örtülmüş dam. Narın çiskin sıxlaşmış dumanın arasından ələnir, taxtapuşların qırmızı borularından sızqa-sızqa süzülürdü. S.Rəhimov. Evin hündür taxtapuşu əvvəlki kimi öz heybətli görünüşü ilə irəlidə qaralırdı. Q.İlkin. // Həmin çardaqla dam arasındakı yer. Taxtapuşa kartof tökmək. taxtapuşçu is. Taxtapuş ustası olan dülgər. taxtapuşlu sif. Taxtapuşu olan, damında taxtapuş düzəldilmiş. Birdən [Tapdığın] nəzəri kəndin qırağındakı qırmızı taxtapuşlu, ağ imarətin həyətində oynayan çoxlu uşağa sataşdı. Ə.Vəliyev. taxta-şalban top. Taxta və şalbandan ibarət tikinti materialı; taxta və şalban. taxtayonan is. Kələ-kötür taxtaları yonub hamar etmək üçün maşın. Taxtayonanı işə salmaq. // Sif. mənasında. [Yunis] transportyorların ilişərək getdiyini görüb, cihazların, taxtayonan maşının yoxlanmasını əmr etdi. Mir Cəlal. taxt-rəvan is. Keçmişdə: kübarları, əyanları, xüsusən onların qadınlarını bir yerdən başqa yerə aparmaq üçün nəqliyyat vasitəsi kimi istifadə edilən, iki və ya dörd adam tərəfindən qaldırılıb gəzdirilən evcik. Sevda qara qulların daşıdığı taxt-rəvanda gələr, ətrafında saray qızları coşqun bir sevinclə şərqi söyləyərlər. H.Cavid. taxt-tac (=taxtü tac) is. Hakimiyyət, hökmdarlıq rəmzi olan taxt və tac. Hikmət İsfahani çoxdan İran taxt-tacına göz dikmişdir. M.İbrahimov. taxtü tac (=taxt-tac) is. Hakimiyyət, hökmdarlıq rəmzi olan taxt və tac. Hikmət İsfahani çoxdan İran taxt-tacına göz dikmişdir. M.İbrahimov. takelaj [holl. takelage]\n1. Gəmi iplərinin (kəndir və metal) hamısının bir yerdə adı.\n2. xüs. Yükləmə-boşaltma və yükü yaxın məsafələrə aparmaq üçün istifadə edilən vasitələrin (iplərin, blokların, zəncirlərin, qurğuların) hamısı bir yerdə. takelajçı is. Takelaj işləri görən fəhlə. taksi [ing., fr. taxi] Gedilən yolu və onun haqqını hesablamaq üçün sayğacı olan minik və ya yük avtomobili. Taksi dayanacağı. Taksi şoferi. Taksidə işləmək. – [Rəşid:] Biz bulvardan çıxan kimi Bəkir taksi saxladı. İ.Hüseynov. taksiçi is. Taksi maşını sürücüsü, şoferi. taksir is. [ing.] Sayğacı olan minik və ya yük avtomobili. taksometr [lat. taxo və yun. metr] Yol haqqını hesablayıb göstərən taksi sayğacı. taksomotur [lat. taxo və lat. motor] bax. taksi. Taksomotor parkı. takt [alm. Takt, əsli lat. tactus] bax. vəzn 2-ci mənada. taktik I. sif. [yun.]\n1. Taktikaya aid olan, taktika ilə bağlı olan, döyüşü, vuruşu, ayrıca hərbi əməliyyatı aparmaqla əlaqədar olan. Taktik məşğələlər. Taktik üstünlük. Qoşunun taktik keyfiyyəti.\n2. Taktika (2-ci mənada) ilə əlaqədar, taktika baxımından edilən. Taktik nəticələr. Taktik hərəkət. Taktik prinsiplər. Taktik mülahizələr.\n\nII. [yun.] Hərbi taktikanı yaxşı bilən, taktika mütəxəssisi (bax. taktika 1 və 2-ci mənalarda). taktika [yun. taktike]\n1. Döyüşə hazırlıq və döyüşü aparmaq üsulları haqqında nəzəriyyə və praktika; döyüş vaxtı qoşun hissələrini idarəetmə üsulu. [Cavad] ..siyasi rəhbərlə birlikdə ocaq ətrafında toplanan döyüşçülərlə düşmənin taktikasını müzakirə etdi. Ə.Vəliyev.\n2. məc. İctimai, siyasi mübarizə aparma üsul və qaydaları. Terror taktikası. // İdmanda, idman oyunlarında tətbiq edilən üsul və qaydalar. Şahmat taktikası.\n3. məc. Bir şeyi əldə etmək üçün istifadə edilən yollar və üsullar; birisinin götürdüyü hərəkət xətti. Haşımov taktikanı dəyişdi. R.Rza. taqanok [rus.] Xörək bişirmək, su qızdırmaq və s. üçün stol üzərində qurulmuş ikigözlü qaz cihazı; pilətə. Taqanokda xörək bişirmək. taqət is. [ər.] Güc, qüvvət. Ustanın dili daha söz tutmurdu, ayaq üstə durmağa taqəti yox idi. Çəmənzəminli. Qışın taqəti yoxdur; Döyüşməyə baharla. R.Rza. • Taqət qalmamaq – bax. taqətdən düşmək. Artıq [Qurbanın] dizlərində taqət, vücudunda qüvvət qalmamışdı. A.Şaiq. [Səriyyə:] Mənim dəxi səbir etməyə taqətim qalmadı. C.Cabbarlı. Taqətdən düşmək – gücdən düşmək, daha taqəti qalmamaq, üzülmək. Qəribin getməsindən düz altı ay yarım keçmişdi, Qəribin anası da taqətdən düşmüşdü. “Aşıq Qərib”. [Sevinc:] Az qala taqətdən düşüb yolda qalmışdı. Z.Xəlil. Taqətdən salmaq – əldən salmaq, üzmək. Saldı məni taqətdən ol afəti-dövranım. Heyran xanım. Aclıq, zəiflik bir tərəfdən, yorğunluq və qorxu digər tərəfdən zavallı uşağı taqətdən salmışdı. S.S.Axundov. Taqəti kəsilmək – bax. taqətdən düşmək. [Səriyyə:] Ah, Rüstəm, ürəyim çatlayır! Taqətim kəsilir! C.Cabbarlı. [Yaşlı kişi:] Taqətim tamamilə kəsildiyi üçün paltarımı soyunmadan yatağa sərildim. S.Hüseyn. taqətsiz sif. və zərf Gücsüz, qüvvətsiz; əldən düşmüş (halda), üzgün (halda). [Dərviş:] Ruqiyyə bu yana-o yana ilan kimi taqətsiz yollandı. A.Divanbəyoğlu. [Aydın] taqətsiz halda çarpayının üstünə yıxılıb ağır yuxuya getmişdi. H.Seyidbəyli. taqətsizlik is. Gücsüzlük, qüvvətsizlik, heysizlik; üzgünlük. Mən əsəbilik, taqətsizlikdən otura bilmədim. Mir Cəlal. taqım is. köhn.\n1. bax. vzvod. Uzunboylu, sarıbənizli, alagözlü taqım komandiri taqımı fişənglə təchiz edirdi. H.Nəzərli. Hacıyev taqım komandiri idi. Neçə aydı ki, taqımı ilə məşğul olur, onu öyrədir, döyüşə hazırlayır. Ə.Əbülhəsən.\n2. bax. komplekt. Xəlilin qoltuğunda bir bağlı yataq taqımı və Əhmədin əllərində bişmiş, polis dairəsinə girdilər. Çəmənzəminli.\n3. “Bir” sözü ilə: bir taqım – 1) bir yığın, bir dəstə. [Yaşlı kişi:] Şəhərin bir mənzilliyində mənimlə birlikdə gələn bir neçə zəvvarı bir taqım adamlar qarşıladılar. S.Hüseyn; 2) bir miqdar, bir qədər, bir sıra, cürbəcür, dürlü-dürlü. Hər zaman Zeynal [Mehribanı] bir taqım quru və boş vədlərlə dolandırırdı. S.Hüseyn. Fəqət işin çoxluğundan bədii ədəbiyyata istədiyim qədər vaxt sərf edə bilmədiyimə görə, bir taqım yazılarımın hələ indi də natamam qalmasına təəssüf edirəm. T.Ş.Simurq. taq (=taqq) təql. Düşən və ya bir şeyə dəyən bərk şeylərin çıxardığı səs. taqq (=taq) təql. Düşən və ya bir şeyə dəyən bərk şeylərin çıxardığı səs. taqqanaq sif. dan. Çox quru, qupquru. Taqqanaq çörək. taqqataq təql. Davamlı taq-taq səsi. Döyülür dabanlar yerə taqqataq; Gurultu, şaqqıltı... tutulur qulaq. H.K.Sanılı. taqqıldama “Taqqıldamaq”dan f.is. taqqıldamaq f. Taqqıltı səsi çıxartmaq, taq(q) etmək. Lap yaxında pəncərələrdən birinin qapısı açılıb taqqıldadı. M.Hüseyn. // Döyülmək, taqqıldadılmaq, taqqıltı səsi çıxmaq. Əminə darvazanın taqqıldadığını eşitdi, dərhal da bunun nə ola biləcəyini düşünüb darvazaya cumdu. Ə.Əbülhəsən. taqqıldatma “Taqqıldatmaq”dan f.is. taqqıldatmaq f. Bir şeylə vuraraq taqqıltı səsi çıxartmaq; döymək. İldırımzadə qapıya yanaşıb taqqıldatdı. S.Rəhimov. Təzə şəhər klubunun pəncərəsini içəridən taqqıldatdılar. Mir Cəlal. taqqıltı is. Bərk bir şeyin bərk bir cismə toxunmasından çıxan səs, taq-taq səsi. [Əsgər bəy:] Taqqıltı gəlir, çıx gör nədir, deyəsən, qonaqlar gəlirlər. Ə.Haqverdiyev. [Qızın] tuflilərinin taqqıltısı qaranlıq gecənin sükutunda qəribə səslənirdi. H.Seyidbəyli. taq-taq 1. təql. Dəmir, taxta və s. bu kimi bərk cisimlərin bir-birinə dəyməsi nəticəsində çıxan səs.\n2. Taq-taqla şəklində zərf – taq-taq edərək, taq-taq səsi çıxararaq, taqqıldatmaqla. Dəmirçinin ömrü taq-taqla, leyləyin ömrü laq-laqla keçər. (Ata. sözü). ..Tulunbaların taq-taqla qalxıb düşməsi və qara neftin dağ çayları kimi şır-şırla axıb çənlərə tökülməsi .. ahəng və əzəmət təşkil edirdi. B.Talıblı. tal is. [holl.] Yükqaldıran mexanizmlərin bir növü. tala is. Meşədə ağacsız, çılpaq yer, sahə; açıqlıq. Kiçikbəyim fındıq və yemişan kollarını əyərək otlaq bir talaya çıxdı. Çəmənzəminli. Meşə qurtarırkən qarşılarında kiçik bir tala açıldı. Ə.Məmmədxanlı. talaq is. [ər.] köhn.\n1. Boşama, boşanma, nikahı ləğv etmə. Məşədi Qulamın talaq məsələsini aralığa qoymaması və hətta o barədə eşitmək belə istəməməsi Cavahirin ərdən çıxmasını daha artıq çətinləşdirirdi. T.Ş.Simurq. • Talaq (talaqını) almaq – boşanmaq, çıxmaq, ayrılmaq. [Kərbəlayı Qubad:] Bəli, bu gün səndən talaq alacaqdır. Ü.Hacıbəyov. Talaq (talaqını) vermək – boşamaq, çıxarmaq. [Nəbi:] Elə sən, gəl, hacı, bu qızın talaqını ver. Ə.Haqverdiyev. [Minnət xanım:] Bu saat mənim talaqımı ver. Ü.Hacıbəyov.\n2. Kəbin kəsilərkən kişinin arvada verdiyi kəbin kağızınla qeyd edilən miqdarda məbləğ (pul). Arvad bədbəxt olub atası evində qalardı. Atası da axund otağında, divanxanalarda kəbin və talaq davası edərdi. H.Sarabski. talaqlı sif. köhn. Talaqı olan; kəbinli. Talaqlı arvad. talaqsız sif. köhn. Talaqı olmayan; kəbinsiz. Talaqsız arvad. talalıq is. Meşədə ağacsız, açıq yer; tala, açıqlıq. O biri tərəfdə qabaq-qənşər isə açıq talalıq idi. S.Rəhimov. talama “Talamaq”dan f.is. talamaq f. Qarət etmək, çalıb-çapmaq, soyub talan etmək. Oradan töküldülər bazara, tamam dükanları və karvansaraları taladılar. M.F.Axundzadə. // Var-yoxunu güc, ya hiylə ilə əlindən almaq. talan is. [fars.]\n1. Qarət, çapovul, çapqın, soyğun. Qabaqlarda dağlarda talan və qarətlə məşğul olan quldurlar çoxdan tutulmuşdur. Ə.Vəliyev.\n2. Əhalinin hər hansı milli və ya ictimai qrupuna qarşı mürtəce şovinistlərin quldurcasına çıxışı, onların mal-mülkünün qarət edilməsi və adamlarının öldürülməsi. Şəhərdə talanlar başlandığı haqqında ciddi şayiələr buraxıldı. M.S.Ordubadi. // məc. Soyğunçuluq. Bu, alver deyil, talandır. • Talan etmək – bax. talamaq. Xanlar, bəylər talan etmiş rəiyyətin yurdunu; Eyləyirlər mühafizə xain İran qurdunu. A.Səhhət. Talan olmaq – bax. talanmaq. Züleyxa və Cəlil yenicə atasız qalmışlardı. Ataları kəndləri talan olan zaman öldürülmüşdü. T.Ş.Simurq. talançı is. Talanla məşğul olan, talan edən; qarətkar, çapovulçu, çapqınçı, soyğunçu, quldur. Araz talançı (sif.) adamı yaxşı tanımışdı. A.Şaiq. Zeynalın və o biri əlitüfənglilərin hədə-hərbəsi, başlarının üstündən güllə atması da bu talançılara kar eləmirdi. Ə.Əbülhəsən. talançılıq is. Talanla məşğul olma; soyğunçuluq, quldurluq. talanma “Talanmaq”dan f.is. talanmaq məch. Var-yoxu əlindən alınmaq, talan edilmək, talan olunmaq. Bir evdə ki belə gözəl olmaya; O ev bərbad olub talanmaq gərək. M.P.Vaqif. Dağıldı ölkələr, talandı ellər; Sonalar oylağı tarü-mar oldu. M.Müşfiq. talbnt [yun. talanton] İstedad. Bizə həyat gərəkdir! Bizə həyat gərəkdir! Həyat hər talant üçün su, hava və çörəkdir. R.Rza. [Nərminə:] Gələcək göstərər ki, böyük talant sahibi kimdir. B.Bayramov. talantlı sif. İstedadlı. [Elçin:] Sevinc, Qaçay .. gənc ustaların ən talantlısıdırlar. Z.Xəlil. talassemiya is. [yun.] İrsi qan xəstəliyi. talaşa is. Balta ağzından çıxan kiçik ağac, taxta parçaları. Taxta zavodunda gecəgündüz kəsilən, yonulan taxtaların talaşası .. böyük bir sahəni tuturdu. Mir Cəlal. Kiçik Fərman saatlarla atasının yanında durub ona tamaşa edər, onun mişarlayıb atdığı taxta parçaları və talaşalarla oynardı. Ə.Sadıq. tale is. [ər.]\n1. Bəxt, qismət. [Nazlı:] Heç böylə padşah sarayında yaşayan bir xanım da taleyindən şikayət edərmi? H.Cavid. [Kiçikbəyimin] taleyə boyun əyməkdən başqa çarəsi yox idi. Çəmənzəminli.\n2. Müqəddərat, gələcək, iqbal. Biçarə ana ölümünü deyil, əziz .. balalarının taleyinin necə olacağını fikir edib ağlayırdı. C.Cabbarlı. ‣ Tale ulduzu – bax. bəxt ulduzu (“bəxt”də). Tale (taleyi) üz çevirmək – uğursuzluğa uğramaq, işi bəd gətirmək, həyatında çətin və ağır dövr başlanmaq. Yoxsa tale Salatından üz çevirmişdi? Ə.Məmmədxanlı. Taleyi gətirmək (açılmaq) – bəxti gətirmək. [Əhməd:] Qardaş, hər nə deyirsən de, bu almada bizim bəxtimiz var. Daha taleyimiz bu almaynan açılacaq. (Nağıl). Taleyi gülmək (gülümsəmək, üzünə gülmək) – bəxti gətirmək, işi düz gətirmək. Rəsmi bir yığıncaqda Tükəzban xalanın taleyi üzünə güldü və bir səslə birinci qadınlar qurultayına nümayəndə seçildi. B.Talıblı. Demək, [Aslanın] taleyi gülməyəcəkmiş! Aslan xoşbəxt deyilmiş! S.Vəliyev. Taleyindən (taleyə) küsmək – öz bəxtindən küsmək, təqsir özündə olmaq. Taleyini... bağlamaq – gələcəyini, müqəddəratını birinə, ya bir şeyə, hadisəyə bağlamaq, özünü bir şeyə həsr etmək. Taleyini kor qoymaq – təqsir özündə olmaq, öz təqsiri üzündən müvəffəqiyyətsizliyə uğramaq. [Ayaz:] Sən öz taleyini kor qoydun, ona mən neyləyim, – deyə, cavab verdi. A.Şaiq. talesiz sif. Bəxtsiz, bədbəxt, uğursuz. [Zeynal:] Mən talesiz bir adamam. S.Hüseyn. Səfdər özünü yalnız ona görə bədbəxt və talesiz (z.) hesab edirdi ki, arvadı Rüxsara xanımın naxoşluğu uzanırdı və arzu etdiyi kimi tez tamam olmayırdı. T.Ş.Simurq. // İs. mənasında. [Şeyda:] Bəxtiyarların ölməsində, talesizlərin yaşamasında nə məna var? H.Cavid. talesizlik is. Bədbəxtlik, bəxtsizlik, uğursuzluq. [Cəmil bəy:] Of! Bəxtiyarlıq içində talesizlik, nə böyük fəlakət! H.Cavid. taleyikəm sif. [ər. tale və fars. kəm] köhn. Bəxtsiz, bədbəxt. Taleyikəm adam. talğa is. məh. Medal. talxa is. Sarı və qara xalları olan zəhərli ilan. talışca sif. və zərf Talış dilində. Talışca danışmaq. talışlar cəm Azərbaycanın cənubşərqində və Cənubi Azərbaycanın şimal hissəsində yaşayan irandilli kiçik xalq və bu xalqa mənsub adamlar. talib is. [ər.] klas.\n1. İstəyən, birinə evlənmək istəyən oğlan, kişi və ya birinə ərə getmək istəyən qız, qadın. [Platon:] İlk talib Xumar için hər kim; Hər kim olmuş olursa, rədd etməm. H.Cavid. • Talib olmaq – istəmək, evlənmək və ya ərə getmək istəmək. Qız hər necə olsa yarə talib; Əlbəttə, gərək həyası qalib. Füzuli.\n2. Meyil edən, istəyən, həvəsində olan, arzusunda olan. Mən nəinki bircə tuta, bəlkə də meyvəcatın heç birinə o qədər talib deyiləm. C.Məmmədquluzadə. Mən nura fəqət talibəm, atəş nəmə lazım. H.Cavid. talibə is. [ər.] Qız tələbə. Ənisənin öhdəsinə bir vəzifə verilmişdi: söylənəcək təbrik nitqlərinə cavab olaraq talibələr tərəfindən cavab vermək. S.Hüseyn. talk is. [ər.] Adətən toz halında təbabətdə və tibdə işlədilən ağ və ya göy rəngli yumşaq mineral. talmud is. qəd. Yəhudilərin ehkamçı, dini-etik və hüquqi müddəalarının külliyatı. talon [fr.]\n1. Bir şey almaq hüququ verən kiçik vərəqə şəklində sənəd; pətə. [Adil:] Məktəbdə bir dəst paltar talonunu .. başqa bir şagirdə verib dükana yolladılar. B.Bayramov.\n2. Çek, order dəftərçəsinin kökündə qalan surəti (dublikatı).\n3. Qiymətli kağızların (akkreditivin, aksiyaların və s.-nin) əsas hissəsi. talvar is.\n1. Günəşdən, yağışdan qorunmaq və ya başqa məqsədlər üçün dirəklər üzərində qurulmuş üstüörtülü kölgəlik; çardaq. Talvarın altında yüyürək yelləyən; Qarı tez dikəldi salam səsinə. B.Vahabzadə. Dörd yöndəmsiz dirək üzərində qurulmuş talvarın üstündəki hər bir şey uzaqdan aydın seçilirdi. Q.İlkin.\n2. Evin girəcəyində qapıya yapışıq üstüörtülü yer. Evin talvarı. – Mədəd idarənin qapısındakı talvarda oturmuşdu. Ə.Vəliyev. // Ətrafı görmək üçün gözətçinin üstündə durduğu hündür tikili. ..Keşikçi talvarından başqa heç nə görünmürdü. Ə.Əbülhəsən.\n3. Tənək üçün dirəklər üzərində üstünə nazik taxtalar, borular düzülən və ya məftil çəkilən qurğu. Üzüm talvarı. Tənəyi talvara çıxarmaq. – ..Talvarları bürümüş iri meynələr .. bağın gözəlliyini daha da artırırdı. S.Vəliyev. talvarlama “Talvarlamaq”dan f.is. talvarlamaq f. Tənək üçün talvar düzəltmək; tənəyi talvara qaldırmaq. Tənəkləri talvarlamaq. talvarlı sif. Talvarı olan, talvar düzəldilmiş. Talvarlı həyət. Talvarlı ev. tam I. sif. [ər.]\n1. Başdan-başa, bütünlüklə, tamam, bütöv. Tam qaranlıq. // Mütləq, tamamilə, ən yüksək, ən mükəmməl. Tam qələbə. – [Çingiz:] Tam bir müvəffəqiyyət əldə etmək üçün bütün tələblərimiz işə cəlb olunmalıdır. Çəmənzəminli.\n2. Vaxt bildirən saylardan əvvəl gələrək vaxtın bütövlüyünü, qalığı, kəsiri, əskiyi olmadığını bildirir; düz. Tam bir saat gözlədim. – Məmmədbağır tam üç il olardı ki, Əsmərlə evlənmişdi. S.Hüseyn.\n3. Bütöv, bitmiş, qurtarmış, tamamlanmış (natamam əksi) . Tam əsər. // Heç bir şeylə məhdud edilməyən; qeyri-məhdud. Tam hakimiyyət. Tam azadlıq vermək. Tam (z.) sahib olmaq.\n4. Müəyyən, lazımi ölçüdə, normada olan. Tam metr. Tam iş günü.\n5. riyaz. Kəsri olmayan, kəsrlərdən ibarət olmayan. Tamı tama bölmək. Tamdan kəsri çıxmaq. • Tam ədəd riyaz. – kəsri olmayan, yalnız tam(lar)dan ibarət ədəd. Say prosesi ancaq tam ədədləri verir. Z.Xəlilov. ‣ Tam mənasında (mənasilə) – tamamilə, bütünlüklə. Dil tam mənasilə canlı bir orqanizmdir. M.İbrahimov. Fərmanı sözün tam mənasında gülərüz və xoşsifət adlandırmaq olardı. Ə.Sadıq. Tam məsuliyyətlə – 1) bütün məsuliyyəti, cavabdehliyi öz üzərinə götürərək. Tam məsuliyyətlə demək; 2) bütün bacarığı ilə, bütün qüvvəsini sərf edərək. Gənc oğlan bu etimadı yüksək qiymətləndirdi və tam məsuliyyətlə işə girişdi. Ə.Sadıq. Sözün tam mənasında – bax. tam mənasında (mənasilə).\n\nII. [ər.] bax. dad1 1-ci mənada. Telli kimi dadlı, ətirli, tamından doymaq olmayan xörək bişirən nəinki Çiçəklidə yox idi, hətta rayon mərkəzi İşıqlıda da bu barədə arasıra söhbət gedirdi. Ə.Vəliyev. tamada is. Qonaqlıqlarda, toylarda və s.-də məclisi idarə edən şəxs; süfrəbəyi, masabəyi. Qüdrət toy məclisinin tamadası oldu. M.Hüseyn. tamadalıq is. Tamadanın işi; süfrəbəyilik, masabəyilik. [Nəsir bəy:] Şərif, tamadalıq səninlədir.. M.Əliyev. tamah is. [ər. təmə] Bir şeyi əldə etməyə göstərilən hədsiz arzu; hərislik, acgözlük, bir şeydə gözü qalma. Artıq tamah baş yarar. (Ata. sözü). [Əliqulu:] ..Mənim dünya malına tamahım yoxdur. S.S.Axundov. ‣ Tamah dişini çəkmək – vaz keçmək, gözünü çəkmək, əlini üzmək, ümidini kəsmək. Tamaha düşmək – acgözlüklə istəmək, həris olmaq. Əyləşənlərin hamısı tamaha düşdü. B.Bayramov. Tamahı güc gətirmək (zor eləmək) – tamahını, nəfsini saxlaya bilməmək, özünü saxlaya bilməmək, həddindən artıq tamahkarlıq göstərmək. [Kərəməli:] Demədimmi yoldaşlarından ayrılma, tamahın güc gətirdi, gəldim. M.F.Axundzadə. [Hacı Qara:] Əlacım kəsildi, tamah zor elədi, dedim, bu bəylər ilə gedərəm Təbrizə. Ə.Haqverdiyev. tamahkar sif. [ər. təmə və fars. ...kar] Hər şeyə tamah edən, hər şeydə gözü olan; varlanmağa, şey yığmağa həddən artıq həris olan; acgöz. [Qız:] Əmim para düşkünü, tamahkar bir adam olduğundan, məni belə zəngin bir adama vermək istəyirdi. S.Hüseyn. ..Əbülfət mirzənin və ümumiyyətlə Qacar şahzadələrinin tamahkar və rüşvətxor olduqlarını bilirdim. M.S.Ordubadi. // İs. mənasında. Tamahkarın biridir. tamahkarlıq is. Tamahkar adamın xasiyyəti; hərislik, acgözlük. Lakin Qətibənin özü onun tamahkarlığını bilirdi, deyilən sözlərin heç birisinə inanmırdı. M.S.Ordubadi. [Allahqulunun] tamahkarlığından Həmzə istifadə etməli idi. Ə.Əbülhəsən. tamahlandırma “Tamahlandırmaq”dan f.is. tamahlandırmaq f. Tamaha salmaq, tamahsılandırmaq. Sən məni lap tamahlandırdın. S.Vəliyev. tamahlanma “Tamahlanmaq”dan f.is. tamahlanmaq f. Bir şeyi əldə etməyə, bir şeyə sahib olmağa həvəs göstərmək; nəfsini saxlaya bilməmək; tamahsılanmaq. ..Bu biçarə qızın zahiri çirkinliyi bir yana dursun, ..azacıq bir cehizi də yox idi ki, bəlkə də bəzi cavanlar canına görə də olmasa, malına görə tamahlanıb alsınlar. B.Talıblı. Arabaçı tamahlanıb arabasını yağ boçkaları ilə doldurduğundan arabanın təkərləri bərk cırıldayıb səslənirdi. S.Rəhimov. tamahsılandırma “Tamahsılandırmaq”dan f.is. tamahsılandırmaq bax. tamahlandırmaq. tamahsılanma “Tamahsılanmaq”dan f.is. tamahsılanmaq bax. tamahlanmaq. tamahsıma “Tamahsımaq”dan f.is. tamahsımaq bax. tamahsılanmaq. tamahsıtma “Tamahsıtmaq”dan f.is. tamahsıtmaq bax. tamahsılandırmaq. tamahsız sif. Tamahı olmayan, heç bir şeydə gözü olmayan; gözütox, təmənnasız. Tamahsız adam. tamahsızlıq is. Heç bir şeydə tamahı, təmənnası olmama. tamam is. [ər.]\n1. Bitmə, qurtarma, sona çatma, bitirmə. • Tamam etmək (eləmək) – 1) qurtarmaq, bitirmək, axıra çatdırmaq, tamamlamaq. Barışdırmaq rəsmini tamam edəndən sonra qonaqlar şüru etdilər çay içməyə. Ə.Haqverdiyev. [Əsəd:] Oxudum, dərsimi tamam etdim. C.Cabbarlı; 2) məc. öldürmək, canını almaq. Tamam olmaq – 1) qurtarmaq, bitmək, tamamlanmaq. Artıq Əlyar xanın ov dəstgahı tamam olmuşdu. Ə.Məmmədxanlı. İnsan dünyaya gəlir; Doqquz ay tamam olcaq. B.Vahabzadə; 2) məc. ölmək, keçinmək. Qulamhüseyn nökər başına çalıb deyirdi: – Ağam tamam oldu, qapımız bağlandı. M.S.Ordubadi.\n2. Tamamilə, bütünlüklə, büsbütün. Otaqda adam xarici aləmi, sükutu, soyuğu tamam unudur. Mir Cəlal. ..Eldar birdən ürəyinin sirrini tamam açmaqdan çəkinib, söhbəti dəyişmək istəyirmiş kimi, nəğməni kəsdi. M.Rzaquluzadə.\n3. Bütün, hamısı. Meşənin tamam bülbülləri tarların səsinə cəm olmuşdular. Ə.Haqverdiyev. Bu iki ilin ərzində Səlim tamam işlərini düzəltdi. İ.Musabəyov.\n4. bax. tam1 2-ci mənada. ..Bu işin üstündən tamam üç il keçdi. E.Sultanov. Tamam beş gün beş gecə idi ki, gərgin mübarizə gedirdi. S.Rəhimov. // Saatda dəqiqəni deyil, düz, tam saatı göstərir. Tramvay yolunun üzərində bulunan elektrik saatını gecə saat iki tamamı göstərirdi. S.Hüseyn. Saat on iki tamamda katib .. direktorun gəldiyini söylədi. B.Bayramov. tamam-dəsgah bax. dəsgah 1-ci mənada. tamamən [ər.] bax. tamamilə. Bu yerin əhalisi tamamən seyiddilər. Ə.Haqverdiyev. tamamilə zərf Tamam, tamamən, bütün olaraq, bütünlüklə; tamam-kamal. Hələ bəzi vaxtlar Şərifə evə tamamilə əliboş qayıdırdı. S.Hüseyn. Bir azdan sonra günəş tamamilə buludların dalında qeyb oldu. H.Seyidbəyli. tamam-kamal zərf Tamamilə, bütünlüklə, bütün, tam və kəsirsiz. Borcunu tamamkamal ödədi. – Cahangir tamam-kamal başına gələn əhvalatı nağıl elədi. (Nağıl). tamamlama 1. “Tamamlamaq”dan f.is.\n2. is. Əgər-əskiyini düzəltmə, kəm-kəsirini düzəldib, tam, bitmiş şəklə salma. tamamlamaq f.\n1. Tamam etmək, tam hala gətirmək, əlavə edib doldurmaq, bütövləşdirmək. • Bir-birini tamamlamaq – bir tam, bir bütöv əmələ gətirmək, bir-birinə əlavə olmaq, tamlamaq. Danışıqlar uzanır, zarafatlar, gülüşlər bir-birini tamamlayırdı. Ə.Vəliyev.\n2. Sona yetirmək, qurtarmaq, axıra çatdırmaq. Kitabı oxuyub tamamlamaq. – Həcər sözünü tamamlayıb, gözünü yollara dikmişdi. “Qaçaq Nəbi”. Bayram ehmalca gülümsündü. Mənə cavab verməyib öz fikrini tamamladı. Ə.Vəliyev. tamamlanma “Tamamlanmaq”dan f.is. tamamlanmaq məch.\n1. Tam hala gətirilmək, kəsir və nöqsanları aradan qaldırılmaq, çatışmayan yerləri düzəldilmək. Ev tikilib tamamlandı.\n2. Tamam olmaq, sona yetirilmək, axıra çatdırılmaq, bitirilmək. tamamlayıcı sif. Tamamlayan, yekunlaşdıran, bitirici, son, axır. Məruzənin tamamlayıcı hissəsi. tamamlıq is.\n1. Tam şəkildə olma; tam, bütöv şeyin halı; tamlıq, bütünlük.\n2. qram. Üzərində iş, hal və hərəkətin icra olunduğu obyekti bildirən ikinci dərəcəli cümlə üzvü. Vasitəli tamamlıq. Tamamlıq daha çox isimlə ifadə olunur. tamarzı is. [ər. təmə və fars. arzu] Yeməli, içməli bir şeyin arzusunda, həsrətində olma. Kəndlinin uşağı isti xörəyə tamarzı idi. Ə.Vəliyev. // Ümumiyyətlə, bir şeyin həsrətində olma. Dünyada bir neməti yoxdur ki, mən ona özümü tamarzı hesab edəm. C.Məmmədquluzadə. Hamı onunçun tamarzı idi, [Cabbarlını] bir dəfə görməkçün hamı həsrət çəkirdi. S.Rəhman. // Belə bir arzuda, həsrətdə olan adam haqqında. Zurna-qaval səsi düşür dağlara; Buna həsrət çəkir çox tamarzılar. M.Müşfiq. tamarzılıq is. Bir şeyin həsrətində, arzusunda olma; nisgillik. [Qönçənin] qəlbində nisgil, tamarzılıq, qibtə bir-birinə qarışmışdı. Ə.Vəliyev. tamasa is. Müxtəlif məqsədlər üçün yonulub hazırlanmış nazik ensiz taxta; reyka. tamaşa is. [fars.]\n1. Baxıb seyr etmə. Siz hərəkət edən gəminin göyərtəsindən .. alçaq və uca dağların tamaşasına dalmağın zövqünü dadmısınızmı? M.İbrahimov. • Tamaşa etmək (eləmək) – 1) baxıb seyr etmək, baxmaq. Axşam vaxtları kəndin kənarında durub yaşıl çəmənlərə tamaşa eləyəndə görürsən ki, naxır üz qoyub kəndə gəlməyə. C.Məmmədquluzadə. Nahardan sonra Bahadır pəncərədə oturub, qabağındakı meşəyə tamaşa edirdi. N.Nərimanov; 2) diqqətlə nəzərdən keçirmək; bütün diqqətini toplayaraq baxmaq. Şəha, müddət cəhanı mən də gəzdim, dərbədər gördüm; Tamaşa eylədim yaxşı-yamanı, xeyrü-şər gördüm. M.V.Vidadi. Hüsaməddin bunları deyəndən sonra sakit olub, Toğrulun nə kimi bir vəziyyət aldığına tamaşa edirdi. M.S.Ordubadi. Tamaşa qılmaq klas. – bax. tamaşa etmək. Dil zülfülə rüxsarüvə çün qıldı tamaşa; Avarə qalıb küfr ilə iman arasında. Heyran xanım.\n2. Görməli, baxmalı, tamaşa etməli, yaxud gəzməli yer, mərasim və s. Xalı, xalça, palaz, fənər tanış evlərdən yığıb toyxananı döşərlər və lampaları yandırıb toya, tamaşaya yığışarlar. R.Əfəndiyev. Bu səhər Vahid Rübabəni Cıdır düzünə tamaşaya aparmalı idi. Mir Cəlal. // Göz qabağında açılan mənzərə; seyrəngah. Hər yamacda bir tamaşa; Könlüm uçur dağa-daşa. M.Müşfiq.\n3. Teatrda, sirkdə, kinoda və s.-də tamaşaçılara göstərilən şey. Azərbaycanın qabaqcıl oğulları əsərə və tamaşaya yüksək qiymət vermişlər. M.İbrahimov. Tamaşanın ikinci pərdəsi oynanırdı. Mir Cəlal. • Tamaşa etmək – teatr, kino, sirk tamaşasına baxmaq. “Vaqif”ə tamaşa etmək. Baletə tamaşa etmək. Tamaşa zalı (salonu) – teatr, kinoteatr, mədəniyyət sarayı və s.-də tamaşa göstərilən zal (salon). Camaat tamaşa zalına axışırdı. S.Rəhman. Gülyanaq tamaşa zalına girəndə özünü başqa aləmdə hiss etdi. Ə.Vəliyev. Tamaşaya qoymaq – səhnədə göstərmək, oynamaq. “Koroğlu” operasını bir neçə rejissor tamaşaya qoymuşdur. Tamaşaya qoyulmaq – oynanılmaq, səhnədə göstərilmək, səhnəyə qoyulmaq. 1926-cı ildə “Hamlet” Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyuldu. M.Arif. “Karmen” operası ilk dəfə tamaşaya qoyulurdu. İ.Əfəndiyev. ‣ Tamaşa elə – hədə, xəbərdarlıq bildirir; bax..., görərsən... [Əhməd:] Yaxşı, ata, indi mən yer deşiyindən pul çıxardım, sən də tamaşa elə! Ə.Haqverdiyev. [Balaxanım:] Hələ mən səni öz atımın dırnaqları altında tapdadanda tamaşa elə, Dadaş Lələşov! S.Rəhimov. tamaşaçı is.\n1. Teatr, kino, sirk və s. tamaşalara, yaxud televiziya verilişlərinə baxan adam. Tamaşaçılarla görüş. – Tamaşaçılar Qaraca qızın gözəl səsinə və oynamasına təəccüb edib heyrətdə qalırdılar. S.S.Axundov. Tamaşaçılar arasında cürbəcür söhbətlər olurdu. M.S.Ordubadi.\n2. Bir işə qarışmayıb kənardan baxan, seyr edən adam; seyrçi. [Ənisə] .. kənardan gəlmiş bir adam kimi hər işə tamaşaçı olurdu. S.Hüseyn. tamaşagah is. [fars.] köhn. Tamaşa yeri, teatr. tamaşaxana is. [fars.] Tamaşa göstərilən bina. tamaşalı sif.\n1. Tamaşa edilməyə, görməyə, baxmağa layiq; gözəlliyi ilə diqqəti cəlb edən; gözəl, qəşəng, maraqlı. Tərlan tamaşalı, maral baxışlı; Qədəm qoyub astaasta, xoş gəldin! Aşıq Ələsgər. Mən üməralar bağının malıyam; Güllər arasında tamaşalıyam. A.Səhhət. // Mənzərəli, baxmalı, axarbaxarlı. Tamaşalı yerlər. Tamaşalı sahil.\n2. məc. zar. Hər hansı bir cəhətdən qəribə görünən; əcaib, təəccüblü. Tamaşalı adam. – Veys bunlara baxır: – Ay dünya, – deyə, fikirləşirdi: – Sənin tamaşalı işlərin varmış. Ə.Əbülhəsən. tambur [fr. tambourin] Dəmiryol sərnişin vaqonunda hər tərəfi bağlı meydança. Yer olmadığından sərnişinlərin bir çoxu tamburlarda dayanmışdı. tamburin is. [fr.] Silindrik formalı kiçik təbil. tamet is. Tikinti materialı. tamhüquqlu sif. Bütün hüquqlara malik olan, hər cür hüququ olan. Tamhüquqlu vətəndaşlar. tamhüquqluluq is. Bütün hüquqlara malik olma, hər cür hüququ olma, tamhüquqlu olma. tamlama “Tamlamaq”dan f.is. tamlamaq bax. tamamlamaq. tamlı sif.\n1. Dadlı, ləzzətli. Tamlı xörək. Tamlı yeməklər.\n2. Bir qədər başqa dad verən, başqa dadan, ...dadlı. tamlıq is. Tam şeyin halı; tam halda olma; tamamlıq, bütünlük, bütövlü. T.Məmmədovun bu heykəl qrupu tamlıq və möhtəşəmlik təsiri oyadır. “İncəsənət”. tammetrajlı sif. Kino. Bir seansda göstərilmək üçün kifayət qədər uzunluğu olan (kinolent, film haqqında). tampon [fr.] bax. piltə 2-ci mənada. tana is.\n1. Sırğa. Qızıl tana. – Qızıl üzük, zər bilərzik; Qulağında tana gəlir. Aşıq Əli.\n2. Texnikada: əsasən halqa və ya yarımhalqa şəklində müxtəlif birləşdirici detalların adı. tanıq is. qəd. Şahid. tanıma “Tanımaq”dan f.is. tanımaq f.\n1. Bir adamı, şeyi və s. görərkən, keçmişdə onunla tanış olduğunu, tanışlığını xatırlamaq. Cəbhə dostunu tanımaq. Keçmiş sinif yoldaşını tanımaq. // Tanış olmaq, tanışlığı olmaq. [Yaqut:] Onu tanıyıram. Adı Yaşardır. C.Cabbarlı. [Süleyman:] Bəy, sən onun özünü tanımasan da, atasını yaxşı tanıyarsan. Ü.Hacıbəyov. // Bilmək, başqalarından fərqləndirmək, kim olduğunu seçmək. Sizi birdən-birə tanımadım. Bu adamı tanımadın? Yerişindən tanımaq. – Aslan Səlminaz arvadı səsindən tanıyıb, cəld pəncərəyə yanaşdı. M.Hüseyn. // Ayırd edə bilmək, fərqləndirə bilmək, seçmək. Dostla düşməni tanımaq. – Namərdlə mərdi tanı; El sevər mərd atanı; Oğul fərsiz çıxanda; Öldürər dərd atanı. (Bayatı).\n2. Bir adam və onun bütün xüsusiyyətləri haqqında aydın təsəvvürü olmaq, onu yaxşı bilmək. Mən onu tanıyıram, o belə iş görməz. Sən hələ onu yaxşı tanımırsan. – [Yusif:] Elə ki mən [Şamdan bəyi] tanımışam, heç kəs tanımaz. N.Nərimanov.\n3. İtaət etmək, tabe olmaq. Kiçik böyüyü tanımayanda iş görmək çətindir.\n4. Saymaq, əhəmiyyət vermək, hesablaşmaq. [İbrahim xan Məmməd bəyə:] ..Kəlbəli qudurub, məni tanımaq istəmir. Onun burnunu ovmaq lazımdır. Çəmənzəminli.\n5. dipl. Yeni dövləti rəsmi dövlət kimi qəbul edib, onunla diplomatik əlaqə yaratmaq. Afrikada yaranmış yeni dövlətləri tanımaq. tanımazlıq is.: özünü tanımazlığa vurmaq (qoymaq) – özünü tanımır kimi, tanış olmayan kimi göstərmək. Əsli xan özünü tanımazlığa vurdu ki, qızlar bilməsinlər. “Əsli və Kərəm”. tanınma “Tanınmaq”dan f.is. tanınmaq “Tanımaq”dan məch. [Xaqani:] Yazsaydım qəsidə əgər hər zaman; Şərqə tanınmazdı sevimli Şirvan. M.Rahim. Ağazal öz motosikletinin yanında durub, başına qazan kimi girdə papaq qoymuşdu, üzü yaxşı seçilmirdi, güclə tanınırdı. Ə.Əbülhəsən. tanınmaz zərf və sif.\n1. Tanınmayacaq dərəcədə dəyişmiş, tanınmayacaq şəklə düşmüş, çox dəyişilmiş, əvvəlki vəziyyətindən heç bir əsər-əlamət qalmamış. Zavod tanınmaz dərəcədə genişləndiriləcəkdir. • Tanınmaz olmaq – tamamilə başqa şəklə düşmək, öz əvvəlki şəklini, görkəmini tamamilə itirmək. Fabrikimiz tanınmaz olmuşdu. – Yeni şəhər aylar müddətində deyil, həftələr, günlər ərzində dəyişilir, böyüyüb artır və tanınmaz olur. Ə.Sadıq.\n2. Tanış olmayan, tanınmayan, tanına bilməyən. Qız zənn edir, səfərdən gəlir knyaz; Birdən görür, bir qonaqdır tanınmaz. A.Səhhət. tanınmazlıq is. Tanınmaz şəklə düşmüş adamın və s.-nin halı. tanınmış sif. Məşhur, adlı-sanlı, ad qazanmış. Tanınmış alim. Tanınmış artist. Tanınmış idmançı. – [Fərman] ölkənin məşhur, tanınmış qızı ilə yarışa girmişdi. Ə.Sadıq. tanış sif.\n1. Tanışlığı olan, əvvəllər görüşmüş, bir-birini tanıyan. İndidən hər kəs ki tanış kəndlilərindən birinə rast gəlir, qaçıb kəndlinin qabağını kəsib deyir. C.Məmmədquluzadə. [Şükür] nazir ilə tanış bir parlaman üzvü tapdı. S.Hüseyn. // is. Tanış adam. Rast gəlir yenə də dostlar, tanışlar; Görüşür əl verib, öpüşürük biz. S.Vurğun. Qəhrəmanın Bakıda tanışı yox idi. Ə.Vəliyev. • Tanış etmək – 1) iki və ya bir neçə adamı birbirinə təqdim edərək aralarında tanışlıq yaratmaq. [Murad] məni yoldaşı Badisəba xanımla tanış etdi. Çəmənzəminli. [Gülsabah Qüdrətə:] Siz məni heç kəslə tanış etmədiniz, hamısını bir-bir özüm soruşmalıyam? C.Cabbarlı; 2) bir şey haqqında məlumat verərək, danışaraq, göstərərək birində təsəvvür oyatmaq, məlum etmək. Döyüşçüləri vəziyyətlə tanış etmək. Tanış olmaq – 1) birisi ilə və ya bir şeylə tanışlıq əldə etmək, bir-birini tanımaq, aralarında ülfət yaranmaq. [Balaş:] Xalq öz işində, gücündə, gedim tutum ki, gəl mənim arvadım [Dilbər] ilə tanış ol? C.Cabbarlı. Siz kənarda dayanmayın, bir yaxın gəlin; Qayıqdakı üç nəfərlə tanış olaq biz. Ə.Əlibəyli; 2) bir şey haqqında məlumat almaq, bilik əldə etmək, bələd olmaq. Klassik musiqi ilə tanış olmaq. – İş ilə tanış olandan sonra Vahidi axırıncı dəfə rəis özü dindirdi. Mir Cəlal.\n2. Qabaqlar təsadüf olunmuş; məlum, bələd. Tahir .. tanış həyətlərə göz gəzdirir, qohum-əqrəbaya rast gələcəyini düşünədüşünə irəliləyirdi. M.Hüseyn. Tanış bir səs nagahani bir zərbə kimi [Gülnazı] sarsıtdı. M.İbrahimov. ‣ Tanış gəlmək – qabaqlar tanış olduğu halda yaxşı tanıya bilməmək, tanış kimi görünmək. Bu səs Məmmədə tanış gəldi. M.S.Ordubadi. Qadının yerişi, bədəninin hərəkəti mənə tanış gəlirdi. S.S.Axundov. tanış-biliş top. Birisinin tanıdığı adam(lar); dost(lar), tanış(lar), yaxın adam(lar). Məsmənin yanına bir çox tanış-bilişləri gəlirmiş. S.Hüseyn. [Gövhər xanım:] Bu boyda şəhərdə zəng eləmədiyim tanış-biliş qalmayıb. İ.Hüseynov. tanışdırma “Tanışdırmaq”dan f.is. tanışdırmaq f. Tanış eləmək. [Aydın Surxaya:] Sən niyə məni [Gültəkinlə] tanışdırdın, niyə? C.Cabbarlı. tanışlıq is. Tanışların bir-birinə münasibəti, tanış olma. Şahmar hələ tanışlıqlarının ilk günlərində .. Nərminəni özündən bircə an da ayrı təsəvvür etmirdi. B.Bayramov. // Yaxınlıq, bələdlik; ünsiyyət. Könlümün səninlə tanışlığı var; O səni gördükcə təsəlli duyar. Ə.Cavad. • Tanışlıq vermək – özü haqqında məlumat vermək və ya əvvəllər tanış olduqlarını xatırlatmaq, kim, nəçi olduğunu bildirmək. [Leytenant:] Bəs niyə bayaqdan tanışlıq vermirsiniz? İ.Əfəndiyev. Fərəcov sədrin susduğunu görüb tanışlıq verdi. B.Bayramov. tanışma “Tanışmaq”dan f.is. tanışmaq qarş.\n1. Bir-biri ilə tanış olmaq. // Görüşmək, əlaqə saxlamaq, aralarında ülfət yaranmaq. Fatma çox görmüşdü ki, oğlan özgə vilayətlərdə biri ilə tanışır. Mir Cəlal.\n2. məc. Tanış olmaq, məşğul olmaq. Gah yazır, gah oxuyur, gah danışır; Gündə bir hərzə kitabnan tanışır. M.Ə.Sabir. tanış-tunuş dan. bax. tanış-biliş. Danışıqlar çox idi və tanış-tunuş da komandan dəftərxanasının qarşısına toplanmışdı. B.Talıblı. tanıtdırma “Tanıtdırmaq”dan f.is. tanıtdırmaq f.\n1. Tanış olduğunu bildirmək, bir-birlərini tanıdıqlarını bildirmək; tanışlıq vermək. [Hümmət] ..əvvəlcə səs eləyib, özünü itə tanıtdırardı. B.Bayramov.\n2. Məşhurlaşdırmaq, ad-san qazandırmaq. Pyes dramaturqu xalqa tanıtdırdı. tanıtma “Tanıtmaq”dan f.is. tanıtmaq f.\n1. Tanış etmək, kim olduğunu bildirmək, tanışlıq vermək. İndi bizə lazımdır ki, Yusif Sərracı tanıdaq ki, kimdir? M.F.Axundzadə. Kimdir axı, adı nədir? Tanıt bir bu adamı. N.Rəfibəyli.\n2. Məşhurlaşdırmaq, şöhrətini yaymaq, adını yaymaq, populyarlaşdırmaq. [Cavanşir:] Ağvanın həkimi, heykəltəraşı, ozanı Odlar yurdunun şöhrətini bütün dünyaya tanıtmadıqca mənim ürəyim rahat döyünməyəcək. M.Hüseyn. tanin is. [fr.] Dəri aşılanmasında, yazı mürəkkəbi istehsalında və s. istifadə olunan bitki mənşəli aşılayıcı maddə. tank I. [ing.] Çətin keçilən yerlərdə hərəkət edə bilən, top və pulemyotlarla silahlanmış tırtıllı zirehli döyüş maşını. Tank qoşunları. Tankların hücumu. – Tanklardan açılan sürəkli pulemyot atəşi dərələrə səs saldı. M.Hüseyn.\n\nII. [ing.] xüs. Mayeləri saxlamaq və ya daşımaq üçün xüsusi şəkildə düzəldilmiş bak, sistern və s. tankçı is. Tank qoşunlarında xidmət edən hərbi qulluqçu. tanker [ing.] Maye yükləri daşımaq üçün böyük gəmi (bu gəmilərdə neft və s. mayelər birbaşa gəminin bölmələrə – tanklara ayrılmış korpusuna tökülür). Ağır-ağır hərəkət edən böyük sahil kranları, gəmilər, tankerlər, ..dəniz üzərində şəbəkə kimi yüksələn yaxın və uzaq buruqlar qəribə seyrək meşəyə bənzəyirdi. H.Seyidbəyli. tanket (=tanketka) I. [rus., əsli ing.] Pulemyotlarla silahlanmış itigedən kiçik tank.\n\nII. [rus., əsli ing.] dan. Altlığı pəncədən dabana doğru getdikcə qalınlaşan yüngül ayaqqabı. tanketka (=tanket) I. [rus., əsli ing.] Pulemyotlarla silahlanmış itigedən kiçik tank.\n\nII. [rus., əsli ing.] dan. Altlığı pəncədən dabana doğru getdikcə qalınlaşan yüngül ayaqqabı. tankqayıran sif. Tank qayırmaqla məşğul olan. Tankqayıran zavod. tankqayırma is. Tank və ya tank üçün alət və cihazlar qayırmaq sahəsinə aid (zavod və s.) Tankqayırma sənayesi. tankodrom [ing. tank və yun. dromos] Tankları sınaqdan keçirmək və tankçılarla təlim keçmək üçün xüsusi yer. tankvuran sif. Düşmən tanklarını vurmaq üçün işlədilən. Burada bir dəstə əsgər avtomatı, ikinci dəstə tankvuran silahı öyrənirdi. Ə.Əbülhəsən. tanqah is. köhn. Pul, var-dövlət, dövlət. ..Qasımdan sonra ailəsi üçün nəinki heç bir tanqah qalmamışdı, hətta kişinin uzun müddət işsiz və naxoş olması və axırda ölməsi ailəni böyük borca salmışdı. T.Ş.Simurq. tanqahlı sif. köhn. Tanqahı olan; varlı, dövlətli, pullu. tanqo [isp. tango] Ağır-ağır oynanılan ikibölgülü rəqs və həmin rəqsin musiqisi. tanrı is. Allah. [Elxan:] Mənim tanrım başqalarına zərər verməz azad diləklərimdir. C.Cabbarlı. ‣ Tanrı bəndəsi – bax. Allah bəndəsi (“Allah”da). [Nənəxanım:] [Şaqqulunun] özünün də avara gəzdiyi bəsdir, gedim, bir tanrı bəndəsinin qızını gətirim, bəlkə küçələrdən daşına. Çəmənzəminli. Tanrı bilir – bax. Allah bilir (“Allah”da). [Əmrah:] İllər ilən gözüm baxsa gözünə; Tanrı bilir, səndən dönən deyiləm. “Əmrah”. Tanrı qoysa – arzu bildirir. Tanrının verən günü – bax. Allahın verən günü (“Allah”da). Tanrısına təpik atmaq – qudurmuş, yolunu azmış, naşükür, nankor adam haqqında. [Anası qızına:] Adam tanrısına təpik atmaz. Ə.Haqverdiyev. Tanrıya bax! – bax. Allaha bax! (“Allah”da). Əqlə gəl, tanrıya bax, eyləmə qəflət, Hadi. S.Ə.Şirvani. Tanrıya şükür – bax. Allaha şükür (“Allah”da). Sən (siz, sizi) tanrı – bax. sən (siz) allah (“Allah”da). Sizi tanrı, bircə dürüst diqqət ilə hesab ediniz. N.Vəzirov. tanrıçı sif. köhn. Allahpərəst, Allaha inanan, mömin. [Molla Əkbər:] Bu, tarçı Əsəd deyildi... tanrıçı Əsəd idi... Yaxşı adam idi... B.Talıblı. tantal is. [lat.] Elementlərin dövrü sisteminin V qrupundan Ta-kimyəvi element. tap təql. Yuxarıdan düşən şeyin çıxardığı səs. tap-tap, tap-tup təql. Təkrarlanan “tap” səsi. Ayaqların tap-tupu arasından yalnız bu sözləri eşitmək olurdu. B.Talıblı. tapan is.\n1. Qırı, asfaltı, torpağı döyəcləyib bərkitmək və hamarlamaq üçün ortasına dəstə vurulmuş qalın taxta parçasından ibarət alət; döyəc. Tapanla asfaltı tapanlamaq.\n2. Müxtəlif hörgülərdə hissələri bir-birinə bənd etmək üçün qurşaq. tapança is. Müxtəlif sistemli odlu kiçik əl silahı. Tapança atmaq. Tapança patronu. Tapança qoburu. – Tərlan özünü itirməyib cibindəki tapançasını çıxartdı. M.Hüseyn. ‣ Tapança kimi açılmaq – bax. barıt kimi açılmaq (“barıt”da). tapançalı sif. Tapança ilə silahlanmış, tapançası olan. Əlləri tapançalı cavanlar otağa girdilər.. Çəmənzəminli. ..Kişilər içəri, Veysin yanına girdilər. Bunlardan tək-tək tüfənglisi, tapançalısı da vardı. Ə.Əbülhəsən. tapanlama “Tapanlamaq”dan f.is. tapanlamaq f. Tapanla döyəcləyib bərkitmək və hamarlamaq. ..Torpağı Səriyyənin dediyi kimi tapanlayıb səpinə hazırlamışdılar. M.Hüseyn. tapdaq is. Üstündə çox gəzməkdən, tapdalanmaqdan bərkimiş yer. Tapdaq yer. ‣ Tapdaq olmaq məc. – ayaqları altında qalmaq, tapdalanmaq, işğal olunmaq, tutulmaq. Yurdum-yuvam yadlara tapdaq olmasın deyə; Dizə qədər su dolmuş palçıq səngərdə yatdım.. S.Rüstəm. Bilsin yaxın, uzaq, bəd ayaqda da; Bu vətən baş əyib tapdaq olmadı. H.Hüseynzadə. tapdalama “Tapdalamaq”dan f.is. tapdalamaq f.\n1. Ayaqlamaq, ayağı ilə basdalamaq. Müəllim ayağı ilə qarı tapdalayıb Telli üçün yol açırdı. S.Hüseyn. İnəklər bütün sahəni tapdalaya bilərdi. Ə.Vəliyev. // Ayağı ilə basıb əzmək. Bu zaman Xasay pencəyini ayaqları altına salıb tapdalamağa, alovu söndürməyə başladı. Ə.Vəliyev. ..Xəlil onun ardınca baxdı, papirosun kötüyünü yerə çırpıb, ayağı altında tapdaladı. M.Hüseyn.\n2. məc. Qabacasına saymazlıq göstərmək, heç yerinə qoymaq; saymamaq. Maya Rüstəm kişinin çoxdan alışdığı, qanına, iliyinə işləmiş adət və təsəvvürləri tapdalamışdı. M.İbrahimov. tapdalanma “Tapdalanmaq”dan f.is. tapdalanmaq məch.\n1. Ayaqlanmaq, ayaqla basdalanmaq, tapdanmaq. ..Həyət ağır ayaqlarla tapdalandığından xırman kimi çılpaq və qurudur. Mir Cəlal.\n2. məc. Sayılmamaq, saymazlıq göstərilmək. tapdama “Tapdamaq”dan f.is. tapdamaq bax. tapdalamaq. Düşünür asta-asta: küçələr, ay küçələr! Mən sizin sinənizi tapdamışam nə qədər. B.Vahabzadə. tapdanma “Tapdanmaq”dan f.is. tapdanmaq bax. tapdalanmaq. Evlər, damlar, taxtapuşlar gümüş kimi ağarır; Qar tapdanıb, palçıq olub, dağda cığır qaralır. A.Səhhət. Torpaq tapdanıb bərkimişdi. Ə.Məmmədxanlı. tapdıq is.\n1. Gözlənmədən tapılan, ələ keçirilən şey. Bu kitab lap tapdıq oldu.\n2. məc. Təəccüb doğuran, təəccüblü, əcaib, qəribə. Tapdıq şey. tapdırma “Tapdırmaq”dan f.is. tapdırmaq icb. Tapmağa məcbur etmək, tapmağı tapşırmaq, başqası vasitəsilə əldə etmək. Çənlibeldi mənə pənah; Tapdıraram həkim, cərrah. “Koroğlu”. [Hacı mərsiyəxana:] Ağa, qırqovuldan meyil buyurun, onu .. sizin üçün tapdırmışam. Çəmənzəminli. tapılma “Tapılmaq”dan f.is. Tapdığın tapılmasında ər və arvad od ayaqlamışdılar. Ə.Vəliyev. tapılmaq “Tapmaq”dan məch. İtən şey tapıldı. Axtardığım adam tapıldı. Meşədə azmış uşaqlar tapıldı. Xəstəliyə qarşı yeni dərmanlar tapılmışdır. Zəngin neft yataqları tapılmışdır. Mənim ayağıma ayaqqabı çətin tapılır. tapınma 1. “Tapınmaq”dan f.is.\n2. is. Sitayiş, səcdə, pərəstiş. tapınmaq f.\n1. Səcdə etmək, sitayiş etmək, ibadət etmək, pərəstiş etmək. [Xəyyam:] Bir tanrıya lazımsa tapınmaq; Zövq əhli tapınsın sana birdən. H.Cavid. [Elxan:] ..Bütün varlıq mənim qılıncıma deyil, azad diləklərə, azad vicdanlara tapınmalıdır. C.Cabbarlı.\n2. məc. Pərəstiş dərəcəsində sevmək, məftun olmaq. Gözəlliyə tapındığı o gündən bəri; Bir başqalıq duyulmaqda onun səsində. Ə.Cavad. Mən qapandığım, tapındığım hissiz, sükut aləmindən qayıdıram. Mir Cəlal. tapıntı is. Tapılan şey. Arxeoloji tapıntılar. tapışma “Tapışmaq”dan f.is. tapışmaq qarş.\n1. Bir-birini tapmaq, birbiri ilə görüşmək. Gün gələr, yenə də biz tapışarıq; Qucaqlar hər ana qalib oğlunu. R.Rza. Elə bil ki, iki həsrət, iki nisgil tapışdı; Qız əlilə şinelimin düyməsindən yapışdı. Ə.Cəmil.\n2. Dostlaşmaq, yaxınlaşmaq, bir-birini tapmaq, bir məqsəd üçün birləşmək (adətən xasiyyətcə, meyil və niyyətləri bir-birinə uyğun olan adamlar haqqında). Həriflər tapışdılar. – Piri kişi həmişə [Qaraca qızla qara köpəyi] bir yerdə görəndə gülüb deyirdi: – İki qara yaxşı tapışmısınız. S.S.Axundov. tapqı (=tapqıntı) bax. tapıntı. Veys bu yeni tapqılara sevinir. Ə.Əbülhəsən. tapqıntı (=tapqı) bax. tapıntı. Veys bu yeni tapqılara sevinir. Ə.Əbülhəsən. tapqır is. Atın belində yəhərin dal tərəfə sürüşməməsi və yanlara əyilməməsi üçün döşünün altından keçirilən qayış. Oğlan atdan düşdü, yüyənin kəmini atın ağzından çıxarıb, tapqırını boşaltdı, otlamağa buraxdı. Çəmənzəminli. Yüyəni, tapqırı bütün yağladı; Qantarğaya təzə qayış bağladı. H.K.Sanılı. tapma “Tapmaq”dan f.is. tapmaca is.\n1. Hər hansı bir şeyi və ya hadisəni bənzətmə yolu ilə, qəsdən üstüörtülü şəkildə təsvir edən yığcam məcazi ifadədən ibarət müəmma (şifahi xalq ədəbiyyatı növlərindən biri). Yusif əmi hər gecə bizə şirin-şirin nağıllar danışar, çox qəribə tapmacalar deyərdi. A.Şaiq.\n2. məc. Aydın olmayan və ya qeyrimüəyyən, üstüörtülü söz, məsələ, danışıq; müəmma. Bu məsələ mənim üçün bir tapmacadır. – [Cəbrayıl Firəngizə:] Mənim heç uşaqlıqdan tapmaca ilə aram olmayıb. B.Bayramov. tapmacalama “Tapmacalamaq”dan f.is. tapmacalamaq f. Qeyri-müəyyən, üstüörtülü danışmaq, müəmmalı söz demək. Usta Ramazan yalnız böyründəki adamların eşidə biləcəyi bir səslə tapmacaladısa da, hamı onun sözünü eşitdi. M.Hüseyn. tapmacalı sif. Qeyri-müəyyən, üstüörtülü, müəmmalı (söz, danışıq və s. haqqında). Tapmacalı söz. tappadan zərf Tap səsi çıxararaq, tap edərək, tappıltı ilə. Birdən [dəli] yenə tappadan yerə yıxıldı və dırnaqları ilə torpağı eşərək ağladı. M.İbrahimov. tapmaq f.\n1. Axtarış, aramaq nəticəsində meydana çıxarmaq, üzə çıxarmaq, əldə etmək. Axtardığı kitabı tapmaq. – Gəzib güclə bir qapı tapa bildim. S.Rəhman. Əlində zərf gəzib tapır ünvanı; Qaynayıb, başına vurur al qanı. M.Rahim. // Eyni mənada adam haqqında. [Sultan bəy:] Axır gəlib səni tapdım, maralım, maralım, dilbilməz! Ü.Hacıbəyov. [Mərcan:] Tapmısan, tut ətəyindən, bərk tut; Başqa dilbərləri artıq sən unut! A.Şaiq. // İtirdiyi və ya bir yerdə unutduğu şeyi təzədən əldə etmək, özünə qaytarmaq. İtirdiyi pulu tapmaq. Açarı stolun yeşiyindən tapmaq. // Eyni mənada itkin düşmüş və ya yeri məlum olmayan adam haqqında. Oğlunu tapmaq. – ..Millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina etməyə üz qoydular. C.Məmmədquluzadə. [Qəndab:] Məzahiri tapıb salamat olduğunu bildim. B.Bayramov. // Əldə etmək, ələ keçirmək. [Səlim qızı:] Biz bu kənddə iki nəfər kimsəsiz... yavan çörək, onu da güclə tapırıq.. C.Cabbarlı. [Fərhad] sağ cibini qurdaladı. Bir loğma quru qara çörək tapdı. Ə.Vəliyev. // Xüsusi tədqiqat, araşdırma, axtarış nəticəsində aşkara çıxarmaq, açmaq, kəşf etmək. Qazdan kauçuk almaq üsulunu tapmaq. Yeni neft yataqları tapmaq. – ..Bəzi naxoşların qanında bakteri və mikrob adlı xırda heyvanat və ələfiyyət tapdılar ki, onlar çirkab və qeyri natəmiz yerlərdə nəşvü nüma edirlər. H.Zərdabi. // Hesablayaraq, fikirləşərək bir şeyin nəticəsini, cavabını müəyyən etmək, əldə etmək. Məsələnin cavabını tapmaq. Sözün kökünü tapmaq.\n2. Çox axtararaq axırda əldə etmək; tapıb almaq. Ayağıma, nəhayət, ayaqqabı tapdım. – Neft səltənəti Bakıda neft tapmaq əzablı bir işə çevrilmişdi. A.Şaiq.\n3. məc. Görmək, hiss etmək. Tahir bu balacaboy uşağın varlığında suçu uşaqların kədər və iztirablarını tapırdı. S.Rəhimov. [Bibixanım] elə bir xüsusiyyət tapa bilmirdi ki, xoşuna gəlməsin. B.Bayramov. // məc. Birini hər hansı bir vəziyyətdə, halda görmək. Atasını xəstə halında tapdı. // məc. Əldə etmək, nail olmaq. [Gəldiyev] illərdən bəri arzuladığı “normal” həyatı tapmışdı. Mir Cəlal.\n4. Danışılan bir sözə və s.-yə istehzalı münasibət bildirir. Deməyə söz tapmısan! Tərifləməyə adam tapdınız!\n5. Bir sıra isimlərdən sonra gələrək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: fürsət tapmaq, macal tapmaq, söz tapmaq, nöqsan tapmaq, yol tapmaq və s. tappatap (=tappatup)\n1. təql. Bir-birinə və ya başqa şeyə toxunan taxta və s. şeylərdən çıxan aramsız səs. Ağarzanın evindən tappatap səsi gəlirdi. Mir Cəlal.\n2. zərf Tappıltı ilə, ayaqlarını tappıldadatappıldada. Bir qorodovoy küçənin ortası ilə tappatup gəlib çamadanın yanından sovuşdu. S.M.Qənizadə. tappatup (=tappatap)\n1. təql. Bir-birinə və ya başqa şeyə toxunan taxta və s. şeylərdən çıxan aramsız səs. Ağarzanın evindən tappatap səsi gəlirdi. Mir Cəlal.\n2. zərf Tappıltı ilə, ayaqlarını tappıldadatappıldada. Bir qorodovoy küçənin ortası ilə tappatup gəlib çamadanın yanından sovuşdu. S.M.Qənizadə. tappatapla (=tappatupla) zərf Tappıltı ilə. Alma-armud ağaclarından meyvələr tappatapla tökülürdü. S.Rəhimov. tappatupla (=tappatapla) zərf Tappıltı ilə. Alma-armud ağaclarından meyvələr tappatapla tökülürdü. S.Rəhimov. tappıldama “Tappıldamaq”dan f.is. tappıldamaq f. Tappıltı səsi çıxarmaq, tap-tap etmək. Boz at quyruğunu buladıqca xurcuna dəyir və taqqıldayırdı. S.Rəhimov. tappıldatma “Tappıldatmaq”dan f.is. tappıldatmaq f. Bir şeyi bir şeyə vuraraq və ya yerə ataraq tappıltı səsi çıxartmaq. tappıltı təql.\n1. Hərəkət edən insan və ya heyvanın ayağının yerə dəyməsi nəticəsində çıxan səs. [Zeynal] bir qədər sonra qapı arxasında ayaq tappıltısı duydu. S.Hüseyn. Bayramın qulağına at ayaqlarının tappıltısı dəydi. M.Hüseyn.\n2. Bir şeyin düşməsindən və ya başqa bir şeyə dəyməsindən hasil olan qısa qırıq səs və ya dalbadal eşidilən belə səslər. Yaşıl qapı açılıb tappıltı ilə divara dəydi. H.Seyidbəyli. [Aynanın] sanki kömək istəyən əlləri bir an havada asılı qalıb, tappıltı ilə yanına düşdü. İ.Hüseynov. tapşırıq is.\n1. Tapşırılmış şey, yerinə yetirilməsi, ifa və ya həll edilməsi bir vəzifə olaraq həvalə edilmiş iş, məsələ və s. İctimai tapşırıq. Partiya tapşırığı.\n2. İşin qabaqcadan müəyyən olunmuş və ya göstərilmiş həcmi. İstehsalat tapşırıqları. – ..Briqadirlər sabahkı iş üçün fikirləşir, manqabaşçıları səhərki tapşırığı üzvlərinə xəbər verirlər. Ə.Vəliyev. // Dərsdənkənar vaxtda öyrənmək və ya həll etmək üçün şagirdlərə verilən dərs. Həndəsədən tapşırıq. Ev tapşırığı. Tapşırığı yazmaq. // Göstəriş, əmr, sərəncam. Direktorun tapşırığı. – [Xanlar:] Mən atamın tapşırığını yerinə yetirməyə çalışaram, – dedi. S.Rəhimov. // hərb. Operativ vəzifə. İskəndər Quliyev döyüş tapşırığını döyüşçülərə başa saldıqdan sonra qərargaha qayıtdı. Ə.Vəliyev. tapşırılma “Tapşırılmaq”dan f.is. tapşırılmaq “Tapşırmaq”dan məch. Vəzifə tapşırılmaq. Siyahıların tutulması ona tapşırılmışdır. – Bütün kisələri aparanlara “qonşunla bölüşdürəcəksən” deyilib, möhkəm tapşırılırdı. Ə.Əbülhəsən. tapşırma “Tapşırmaq”dan f.is. tapşırmaq f.\n1. Həvalə etmək, üzərinə qoymaq. Səadət xanım Səriyyə xala və Gülnaza bəzi işlər tapşırdı. M.İbrahimov. Sədəf xala təzəcə yoldan gəldiyindən çay hazırlamağı Sürmə xalaya tapşırmışdı. S.Rəhman.\n2. Birisinin və ya bir şeyin qayğısına, qeydinə qalmağı həvalə etmək; inanaraq, etibar edərək öhdəsinə buraxmaq, himayəsinə buraxmaq; qızmaq. Ona şey tapşırmaq olmaz. – Əmioğlumun peşəsi qoyun saxlamaq idi və qoyunları da .. çobanlara tapşırmışdı. C.Məmmədquluzadə. [Afaq:] İlyas, körpə Məmmədimi sənə tapşırıb gedirəm, – dedi.. Ə.Məmmədxanlı. ‣ Torpağa tapşırmaq tənt. – bax. torpaq. Can (canını) tapşırmaq – bax. can. tar I. is. Azərbaycan və İranda çox yayılmış mizrabla çalınan simli musiqi aləti. Tar çalmaq. Tar Azərbaycanın milli musiqi alətidir.\n\nII. sif. [fars.] klas. Qara. Könlümü qarət edir öylə ki, tari-zülfün; Rumə sanki həbəşi ləşkəri-yəğma gətirir. X.Natəvan. // Tutqun, donuq, aydın görünməyən. Tar şüşə. – Bu gün mənim gözümə afitab tar (z.) gəlir. S.Ə.Şirvani. • Tar olmaq – qaranlıq çökmək, qaranlıqlaşmaq. Dağlar başı qar oldu; Bulud gəldi, tar oldu. (Bayatı).\n\nIII. is. Ev quşlarının üstündə durub gecələməsi üçün hinə qoyulan ağac. Bir qış axşamıydı, qapıda soyuq; Qalxdı tar üstünə bizim çil toyuq. S.Vurğun. Tardakı xoruz qanadlarını şappıldadıb banladı. S.Rəhimov. ‣ Toyuq tara çıxanda (çıxan vaxt) – bax. toyuq. Toyuq tardan düşəndə (düşən vaxt) – bax. toyuq.\n\nIV. is. Üst-üstə dərəyə yağıb yığılmış qalın qar yığını. Tara düşmək. Tara batmaq. – Dağ başında çar qala; Duman keçə, tar qala; Bir arzum var ürəkdə; Mən ölsəm də yar qala. (Bayatı). [Bəylər] tarın yanına gəlib gördülər ki, Nəbigil tüfənglən ayaqyolu açıb addamışlar o tərəfə. “Qaçaq Nəbi”. • Tar bağlamaq – yağıb bir yerə yığılmaq, təpə əmələ gətirmək (qar haqqında). Elə ki əsnədi çovğunla külək; Çöldə tar bağlayıb qar çıxdı dizə. S.Vurğun. tarac is. [fars.] Qarət, çapovul, talan; talama. • Tarac etmək – 1) talan etmək, qarət etmək, çapıb talamaq. Külli-varin etdilər tarac, yəğma, tarümar. M.V.Vidadi; 2) məhv etmək, dağıtmaq, yox etmək, puç etmək, puça çıxarmaq. Pulunu tarac etmək. Tarac olmaq – 1) talan olmaq; 2) məhv olmaq, dağılmaq, yox olmaq, puç olmaq. [Nurəddin ağa:] Mədrəsə yerinə, azarxana yerinə, bax gör, hansı yolda tarac olur sərmayə. N.Vəzirov. Bəylərin, xanların – qansoranların; Taxtı tarac oldu tamam onların! S.Vurğun. tarakan is. [rus.] Mətbəxböcəyi, mətbəxqurdu. taraqqa is. İçi barıtla doldurulmuş kağızdan düzələn partlayıcı fişəng (atəşbazlıqda əyləncə üçün işlənir). taraq-taraq (=taraq-turuq) is. Təkrar edən, davamlı taqqıltı səsi. Mədəniyyət evinin yeni binasında taraq-turuq səsindən qulaq çatlayırdı. M.İbrahimov. Hey atılır güllələr; Atılır taraq-taraq. B.Vahabzadə. taraq-turuq (=taraq-taraq) is. Təkrar edən, davamlı taqqıltı səsi. Mədəniyyət evinin yeni binasında taraq-turuq səsindən qulaq çatlayırdı. M.İbrahimov. Hey atılır güllələr; Atılır taraq-taraq. B.Vahabzadə. tarbn [rus., əsli. yun.] hərb.\n1. Öz təyyarəsini, gəmisini, ya tankını düşmən təyyarəsinə, gəmisinə, ya tankına zərblə vurmaqdan ibarət döyüş üsulu. Birdən gur səs ilə deyir ucadan: – Gülləm yoxsa əgər, üsul var! Taran! M.Rahim.\n2. Düşmənin cəbhəsini yarıb onun mövqelərinə soxulmaqdan ibarət döyüş əməliyyatı, həmçinin bu əməliyyatı həyata keçirən zərbə.\n3. bax. qoçbaşı. taranlamaq f. hərb.\n1. Öz təyyarəsinin, gəmisinin və ya tankının gövdəsi ilə düşmən təyyarəsinə, gəmisinə və ya tankına zərbə endirmək. Düşmən təyyarəsini (tankını) taranlamaq.\n2. Taran (2-ci mənada) üsulu ilə düşmənin cəbhəsini yarmaq. Cəbhəni taranlamaq. tarantella is. [ital.] Coşqun xarakterli italyan xalq rəqsi. taraş is. [fars.]\n1. Qırxma. • Taraş etdirmək – qırxdırmaq. Başını taraş etdirmək. Taraş etmək – qırxmaq. Üzünü taraş etmək.\n2. köhn. Üzdən, üstündən səthi surətdə yonma. • Taraş etmək – üzdən yonmaq. Karandaşları taraş etmək. // Bu iş üçün alət, yonma qələmi. taraşlama “Taraşlamaq”dan f.is. taraşlamaq f. Taraş etmək, qırxmaq. Saqqalını taraşlamaq. taraşlı sif. Taraşlanmış, taraşla yonulmuş. • Taraşlı stəkan – tin-tin stəkan. taraz [fars.]\n1. sif. və zərf Düz, dümdüz, bərabər, eyni bərabərdə, eyni vəzndə. Boş tərəzinin gözləri bir-birilə taraz gəlmədi. [Kosa] daş götürdü, pərsəng atdı, qıraqları çürümüş çanaqları birtəhər düzəlişdirdi. S.Rəhimov. • Taraz olmaq – bərabər olmaq, bərabərləşmək. O gün ki fəsli-yaz olur; Gecə, gündüz taraz olur. A.Səhhət.\n2. is. xüs. Dülgərlikdə, torpaq və bənnalıq işlərində səthin düzlüyünü yoxlamaq üçün alət. ..Fəhlələr yer qazar, evin binəsini qoyar, usta taraz ilə ölçər, .. başlayıb divarı qaldırardı. Mir Cəlal. tarazı [fars. tərazu] bax. tərəzi. tarazlama “Tarazlamaq”dan f.is. tarazlamaq f. Düzləmək, taraz etmək, bərabərləşdirmək. Tərəzinin gözlərini tarazlamaq. – ..Kamil özünü qabağa atıb sükanı burdu, pozulmuş müvazinəti tarazladı və qayığı batmaqdan qurtardı. M.Süleymanov. tarazlanma “Tarazlanmaq”dan f.is. tarazlanmaq qayıd. Düzlənmək, birbirinə taraz olmaq. tarazlaşdırılma “Tarazlaşdırılmaq”dan f.is. tarazlaşdırılmaq məch. Taraz edilmək, müvazinətləşdirilmək. tarazlaşdırma “Tarazlaşdırmaq”dan f.is. tarazlaşdırmaq f. Düzləşdirmək, müvazinətləşdirmək, uyğunlaşdırmaq. Hər anda inersiya qüvvəsi ilə nöqtəyə təsir edən qüvvələr və reaksiya qüvvələri bir-birini tarazlaşdırır. Z.Xəlilov. tarazlaşma “Tarazlaşmaq”dan f.is. tarazlaşmaq qarş. Düzləşmək, taraz olmaq, bərabərləşmək, müvazinəti bir-biri ilə uyğunlaşmaq. Mənfi balansda bədənin qida maddələri dağılır, maddələr tarazlaşanda isə onların gəliri çıxarına bərabər olur. “Ümumi zootexniya”. tarazlıq is.\n1. Üfüqi cəhətdən düzlük. Divarın tarazlığını yoxlamaq.\n2. İki şeyin bir-biri ilə uyğunluğu, eyni ağırlıqda, vəzndə olması; müvazinət. Tərəzi gözlərinin tarazlığı. tarçalan (=tarçı) is. Tarda çalan çalğıçı; tarzən. Ey tarçı, çal, oxu! Könlümü al, oxu! M.Müşfiq. Qurban təzə-təzə əlinə tar almağa başladığı zamanlar Qarabağda tarçalan Sadıq yaşayırdı. İ.Əfəndiyev. tarçı (=tarçalan) is. Tarda çalan çalğıçı; tarzən. Ey tarçı, çal, oxu! Könlümü al, oxu! M.Müşfiq. Qurban təzə-təzə əlinə tar almağa başladığı zamanlar Qarabağda tarçalan Sadıq yaşayırdı. İ.Əfəndiyev. tarçılıq is. Tar çalma sənəti, tarçı peşəsi. tarım zərf Tarımlanmış, bərk dartılıb çəkilmiş halda olan (adətən “çəkmək”, “çəkilmək” feilləri ilə işlənir). İpi (məftili) tarım çəkmək. – Kotan yerə işlədikcə zəncir tarım çəkilir, öküzlər yamac yuxarı .. sürünürdü. B.Bayramov. tarımlama “Tarımlamaq”dan f.is. tarımlamaq f. Tarım çəkmək, bərk dartıb çəkmək, tarım etmək. İpi (burazı) tarımlamaq. tarımlıq is. Tarım çəkilmiş ipin, zəncirin və s.-nin halı. tarif [fr.] Rəsmən müəyyən edilmiş ödünc, vergi, rüsum, maaş və s. miqdarı (cədvəli). Gömrükxana tarifi. Əmək haqqı tarifi. Poçt tarifi. tarifləşdirilmə “Tarifləşdirilmək”dən f.is. tarifləşdirilmək məch. Tarifləşdirmə aparılmaq. tarifləşdirmə “Tarifləşdirmək”dən f.is. Tarifləşdirmə komissiyası. tarifləşdirmək f. Vergi və ya ödünc obyektlərinin təsnifi əsasında tarif təyin etmək, tarifləşdirmə aparmaq. Müxtəlif işləri tarifləşdirmək. tarix is. [ər.]\n1. Bir hadisənin baş verdiyi, cərəyan etdiyi vaxt; keçmiş həyata aid olub adamların hafizəsində qalmış fakt və hadisələrin məcmusu. Tarixin təcrübəsi göstərir ki... Məsələnin tarixi. – [Nüşabə:] Şanlı tariximiz görməmiş ləkə; Zəfərlər qazanmış bu şanlı ölkə! A.Şaiq.\n2. İnkişaf prosesindəki gerçəklik. Tarixin qanunları. Tarixin dialektikası. Tarixin gedişi.\n3. İnsan cəmiyyətinin inkişafı haqqında elm. Azərbaycan tarixi. Orta əsrlər tarixi. – Tarix insan cəmiyyətinin həyatı haqqında elmdir. “Qədim dünya tarixi”. // Həmin fənnə aid kitab, dərslik, dərs. Tarixdən “5” almaq. Tarix kitabı.\n4. Bir şəxs və ya şeylə bağlı olan fakt və hadisələrin tarixcə məcmusu. Sumqayıt şəhərinin tarixi. Onun başına gələn hadisələrin tarixini heç kəs bilmir. – [Qaraş:] Yaxşı, Qızyetərin tarixini danışma, sözünü de. M.İbrahimov.\n5. Bir hadisənin, şeyin inkişafının gedişi, ardıcıl inkişafı. Yer qabığının təşəkkül tarixi. Hadisələrin inkişaf tarixi.\n6. Təbiətin, mədəniyyətin, elmin hər hansı bir sahəsinin ardıcıl inkişaf və dəyişməsini öyrənən elm. Musiqi tarixi. Ədəbiyyat tarixi. – Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) Azərbaycan mədəniyyəti və maarifi tarixində tamamilə yeni və parlaq bir dövr açdı. M.İbrahimov.\n7. Əhvalat, hekayə, rəvayət. Tarix uzundur... Tarixi gözdən keçirmək.\n8. Keçmiş. [Xristofor:] Bu şux zahirin də faciəli bir tarixi var. Çəmənzəminli.\n9. Bir hadisənin dəqiq təqvim vaxtı. Doğum tarixi. // Sənəddə, məktubda və s.-də onun yazılması vaxtı haqqında qeyd (il, ay, gün). Teleqramın tarixi. Əmrin tarixi. Təliqəyə tarix qoymaq. ‣ Tarix boyu – bütün tarix ərzində, bütün dövrlərdə, lap əvvəldən bu günə kimi. Bu qurultay tarix boyu görünməmiş nəhəng bir sıçrayış dövrünün başlandığını xəbər verəcək. M.Hüseyn. Tarixdə görünməmiş – heç vaxt olmamış, bu vaxta qədər misli görünməmiş hadisə haqqında. Tarixdən əvvəl (qabaq) – miladi tarixindən əvvəl (qabaq). Rüstəm kişi Mayanın sözünü kəsdi: – Tarixdən üç yüz il əvvəl deyirsən, onda neçə il elər? M.İbrahimov. Tarixdən əvvəlki (qabaqkı) – 1) miladi tarixindən əvvəlki (qabaqkı); 2) qədim dövrlərə aid olan, yazılı sənəd olmayan. Tarixdən əvvəlki dövrlər. Tarixə (tarixdə) yazılmaq – heç vaxt unudulmamaq, həmişə yadda qalmaq. [Koroğlu:] Mən gərək o Rum paşasına bir divan tutam ki, tarixlərdə yazıla. “Koroğlu”. Tarixin təkərini geri döndərməyə çalışmaq – tarixin qanunauyğun inkişafının qarşısını almağa, geri qayıtmağa çalışmaq. Canlı tarix – bax. canlı. Xəstəlik tarixi – bax. xəstəlik. tarixçə bax. tarix 4-cü mənada. Teymurun İsmayılzadələrlə dostluğunun tarixçəsini yaxşı bilən İmanov zarafat tərzində Qüdrətə dedi.. M.Hüseyn. Kənddə olmuş hər bir hadisənin, salınan hər bağın, əkilən hər ağacın, tikilən hər evin tarixçəsini [Xoşqədəm nənədən] soruşardılar. S.Qədirzadə. tarixçi is. Tarix mütəxəssisi; tarix elmi ilə məşğul olan alim; tarixşünas. tarixən sif. [ər.] Tarixə görə, tarix etibarilə, tarix baxımından. Tarixən düzgün qiymətləndirmək. Tarixən doğru deyil. tarixi sif. [ər.]\n1. Həqiqətən olmuş, həqiqətə uyğun olan, uydurma olmayan. Tarixi fakt. Tarixi şəxsiyyət. Tarixi şərait.\n2. Tarix üçün əhəmiyyəti olan, tarixə daxil olmuş; əhəmiyyətli, əlamətdar. Tarixi qurultay. – Bakı ən mühüm, ən tarixi günlər keçirirdi. M.S.Ordubadi.\n3. Tarixdə olmuş hadisəyə əsaslanan, tarix əsasında qurulmuş, tarixdən götürülmüş. Tarixi roman. Tarixi dram.\n4. Hadisələrə, onların törəmə və inkişafı baxımından yanaşan, baxan, tədqiq edən. Müasir dil faktlarının tarixi izahı. Hadisələrə tarixi baxış. // Hadisələri, ardıcıl inkişafı baxımından tədqiq edən, öyrənən. Tarixi coğrafiya. Tarixi qrammatika.\n5. Cəmiyyətin inkişafının müəyyən mərhələsi ilə bağlı olan; daimi olmayan, keçici. Tarixi kateqoriya.\n6. Tarixdən əvvəlki dövrlərə deyil, maddi abidələrin qaldığı dövrə aid olan. Xalqın həyatının tarixi dövrü. ‣ Tarixi materializm – bax. materializm. tarixi-hicri is. [ər.] Hicri tarix (Məhəmmədin Məkkədən Mədinəyə köçdüyü vaxtdan hesablanan müsəlman təqvimi). tarixilik is.\n1. Hər hansı bir şey və ya hadisənin törəməsinin və inkişafının, onu doğuran konkret tarixi şəraitlə bağlı olaraq öyrənilməsi, hadisələrə tarixi yanaşma prinsipi.\n2. Tarixi faktlarla uyğunluq, tarixən dəqiq və düz olma. Tarixi romanda tarixilik prinsipinə riayət etmək əsas şərtdir. tarixi-miladi is. [ər.] Miladi tarix (İsanın anadan olduğu gündən hesablanan təqvim). tarixli sif. Tarixi yazılmış, yazıldığı vaxt qeyd olunmuş, göstərilmiş. 1977-ci il 15 may tarixli məktub. 2 avqust tarixli “Molla Nəsrəddin” jurnalı. tarixnəvis [ər. tarix və fars. ...nəvis] köhn. bax. tarixyazan. [Şah Abbas:] Fərraş göndər, Sərdar Zaman xanı, Mirzə Yəhyanı, Möhsün xanı, tarixnəvis İskəndər bəyi, Molla Səmədi hüzuruma çağır. M.F.Axundzadə. tarixsiz sif. Tarixi qoyulmamış, yazıldığı vaxt (il, ay, gün) göstərilməmiş. Tarixsiz məktub. Tarixsiz sənəd. tarixşünas [ər. tarix və fars. ...şünas] bax. tarixçi. tarixyazan is. Şahidi olduğu hadisələri qələmə alan, ümumiyyətlə, hadisələri yazan şəxs; tarixçi, tarixnəvis. tarik I. is. [ər.] köhn. Tərk edən, gedən, dünyadan əl üzən.\n\nII. sif. [ər.]\n1. Qaranlıq.\n2. Qara. tar-qaval top. Tar və qaval (və bəzən kamançadan) ibarət çalğı. Bu zaman doğrudan da tar-qaval səsi gəldi. M.Hüseyn. tarla is. Taxıl, pambıq, qarğıdalı və s. əkilmiş böyük sahə, əkin (yeri); zəmi. Bu qız üç gün əvvəl atası ilə çəltik tarlasında çalışırdı. Mir Cəlal. • Tarla düşərgəsi – tarlada işləyənlərin istirahəti, yeyib-içməsi və s. məqsədlər üçün onun yanında düzəldilən tikili (talvar və s.). Sədrlə katib başqa manqaların sahəsinə gedəndə qızlar tarla düşərgəsinə gəlib səhər yeməyi yeyirdilər. Ə.Vəliyev. tarlaçı is. Tarlada işləyən kolxozçu və ya sovxoz fəhləsi. Tarlaçıların yarışı. tarlaçılıq 1. is. Tarlaçının işi, tarlada işləmə.\n2. Sif. mənasında. Tarlaçılardan təşkil olunmuş, tarlaçılardan ibarət olan. Tarlaçılıq briqadası. tarlaqoruyucu sif. Tarlanı küləyin təsirindən qorumaq üçün əkilən. Tarlaqoruyucu meşə zolaqları. tarlanma “Tarlanmaq”dan f.is. tarlanmaq f.\n1. Qaralmaq, tutulmaq. Hava tarlandı.\n2. Qırt yatmaq (toyuq). tarlaşma “Tarlaşmaq”dan f.is. tarlaşmaq f. Tar olmaq, alaqaranlıq olmaq, qaranlıq düşmək. Hava tarlaşmışdı. tarlıq is. Tar olma; alaqaranlıq, toranlıq, tar şeyin halı. tar-mar sif.\n1. Bir-birinə qarışmış, dolaşıq, nizamsız, qarışıq; pərişan. [Süleyman Əsgərə:] Nədir sənin dərdin, bu nə ah-zardır; Nədir sənin fikrin belə tar-mardır. Ü.Hacıbəyov. Məzar... Şaxta kəsir, o tənha xəyal; Yönəlir yoluna fikri tar-mar. M.Rahim.\n2. Xaraba, dağınıq, dağılmış, viran qalmış. Tar-mar ev. ‣ Tar-mar etmək – 1) bir-birinə qarışdırmaq, dolaşdırmaq, nizamsız hala salmaq; 2) xaraba qoymaq, dağıtmaq, viranə qoymaq. [Hacı Murad:] Məhərrəm bəy mənim atamın yurdunu tar-mar edər.. S.S.Axundov; 3) məhv etmək, yox etmək, dağıtmaq, darmadağın etmək. Düşmənin səflərini eləyəndə tar-mar; Bilirlər ki, arxada neft dəryası Bakı var. R.Rza. Tar-mar olmaq – 1) bir-birinə qarışmaq, nizamsız hala düşmək, dolaşmaq; 2) xaraba qalmaq, dağılmaq, alt-üst olmaq. [Məmməd:] Padşah yıxıldı, gorbagor oldu; Uçdu sarayları, tar-mar oldu. Z.Xəlil; 3) dağılmaq, məhv olmaq, darmadağın olmaq. Hitler Almaniyası tar-mar oldu. Ə.Sadıq. tarp təql. Bərk, ağır bir şeyin birdən-birə yerə düşməsindən və ya ağır, bərk şeylərin bir-birinə toxunmasından çıxan səs. [Odabaşı:] Hacı bunu eşidən tək tarp dəydi yerə. Ə.Haqverdiyev. tartan-partan is. Boş, mənasız sözlər, danışıq; hədyan. Tartan-partan (z.) danışmaq. tarzən [fars.] bax. tarçı. Tarzən ilə kamançaçı məharətlə çalır, qavalvuran oğlan isə boğazını arıtlayıb oxumağa hazırlaşırdı. M.Hüseyn. tas I. is. Enli, dairəvi, dayaz metal qab; teşt, ləyən. Hamam tası. – Hənifə bir əlində tas, o biri əlində isti su ilə dolu vedrə .. tövşüyətövşüyə içəri girdi. İ.Hüseynov.\n2. Köhnə məişətdə: tas qurmaqla fala baxma, tas falı. [Sərvinaz xanım:] Deyib, arxayın ol, arvad, tas yaxşı göstərir. N.Vəzirov. • Tas qurmaq – köhnə məişətdə: içi su ilə dolu tası müşahidə etməklə fala baxmaq. Nəhayət, uşaq üçün fala baxdırıb tas qurdurar və dua yazdırardılar. H.Sarabski. Falçı [Sayalı arvadla] tas qurardı. Mir Cəlal. ‣ Köhnə hamam, köhnə tas – hər şey əvvəldə olduğu kimi, qətiyyən heç bir şey dəyişmədən (dəyişməmiş).\n\nII. is. [ər.] Nərd oyununda üç, bəzən də dörd xal qazanıb oyunu udma və ya üç, bəzən də dörd xal itirib oyunu uduzma. tasa I. is. [fars.]\n1. Qəm, qüssə, kədər.\n2. Çırpınmaq, narahatlıq, qərarsızlıq.\n\nII. is. məh. Qəzəb, hirs. tasabaxan is. köhn. Tasla fala baxan adam; falçı (bax. tas1 2-ci mənada). taskabab is. Taskababıda bişirilən xırda küftə və ya doğranmış ət və kartofdan ibarət xörək. taskababı is. Ağzı kip örtülən ikiqulplu qazança. taskülah is. [fars.] köhn. Dəbilqə. taskülahlı sif. köhn. Başında taskülah olan; dəbilqəli. Ümumi sakit ikən etdi mətləbə ağaz; Dəmir geyimli, polad taskülahlı bir knyaz. A.Səhhət. taslaq is. Bir şeyin hələ qəti bir şəkil almamış halı; eskiz, sxem. tat is. Azərbaycan, Dağıstan və İranda yaşayan irandilli xalq və bu xalqa mənsub adam. tatar is.\n1. Tatarıstanın əsas əhalisini təşkil edən türkdilli xalq və bu xalqa mənsub adam.\n2. Volqaboyunda, Sibirdə və s.-də yaşayan türkdilli bəzi kiçik xalqların adı.\n3. XIII-XV əsrlərdə Qızıl Orda dövlətini təşkil edən müxtəlif türk, monqol və b. tayfaların adı. tatarca sif. və zərf Tatar dilində. Tatarca öyrənmək. Tatarcadan tərcümə. tatarı is. Qırmanc, qamçı. Çiynində tüfəngi, döşdə qatarı; Belində xəncəri, əldə tatarı. H.K.Sanılı. tatarılama “Tatarılamaq”dan f.is. tatarılamaq f. Tatarı ilə vurmaq; qırmanclamaq, qamçılamaq. taun is. [ər.]\n1. Qusma və ishal şəklində təzahür edən çox yoluxucu ağır epidemik xəstəlik.\n2. Qarğış məqamında işlənir. Səni taun tutsun! tau-saqqız is. bot. Dağlarda bitən çoxillik kauçuklu ot-bitki. Tau-saqqız .. çoxillik, yoğun, kobud kökləri olan və kök bicləri verən bitkidir. M.Qasımov. tava I. is. İçində ət və s. qızartmaq üçün kənarları yastı, dairəvi metal qab. Mis tava. Tavada ət qızartmaq. – [Sayad] tez dönüb, qara tavanı yerə qoydu. M.Hüseyn. Pərşan ocağı alışdırdı, tavaya yağ atdı. M.İbrahimov.\n\nII. bax. tavadaşı. tavadaşı is. İri, əsasən yastı daş; tava. Hamamın yeri təmiz yonulmuş ağ tavadaşılarla döşənmiş olardı. H.Sarabski. tavakababı is. Ayrıca tavada bişirilən kiçik küftə və yumurtadan ibarət xörək. Uşaqlar Fatma xalanın onlar üçün hazırladığı ağ, təmiz bağlamanı açıb, çörək arasındakı tavakababılarını böyük iştaha ilə yedilər.. H.Seyidbəyli. tavalıq is. Qayalıq, daşlıq. Tavalıqda xırman sürmək. tavan I. is. Binanın daxilinin üst örtüsü; səqf. Bir qoca da zilləyərək gözlərini tavana; Ovuşdurub ovucunda tütün tökür qəlyana. S.Rüstəm. Alçacıq tavandan torpaq tökülür; Lakin üzlər gülür, baxışlar gülür. Ə.Cəmil. ‣ Tavan altda (altında) qalan deyil – borcundan çıxar, əvəzini verər, xəcalətindən çıxar. ..Özün bilirsən ki, mən tavan altda qalan oğlan deyiləm, arxayın ol, xəcalətindən çıxaram. “Kirpi”.\n\nII. is. [fars.] Güc, qüvvət, qüvvə (çox vaxt “tab” sözü ilə bərabər işlənir). Dedim, ayrılığa yoxdur tavanım; Ayrılıb getməsin sərvi-rəvanım. Ə.Cavad. tavana is. [fars.]\n1. Maddi imkan, pul, var, dövlət. Ev boş, ev soyuq; Bircə şam almağa tavanası yox. B.Vahabzadə.\n2. bax. tavan2. Əlinin tavanası yoxdur. tavanalı sif. Maddi imkanı olan, varı, pulu, dövləti olan; pullu, dövlətli, varlı. [Qorxmaz:] Mən bu fikirdəyəm ki, biz daha iri, tavanalı və güclü bir kolxozda birləşməliyik. Ə.Vəliyev. tavanasız sif. Maddi imkanı olmayan, pulu olmayan; kasıb. tavanlı bax. tavanalı. Naməlsəm məhəlləsinin camaatı ata-babadan yerli, tavanlı olub, günlərini müttəsil eyş və işrətdə keçirən bir xalq idi. N.Nərimanov. tavar I. is. Balaq (camış balası).\n\nII. sif. məh. İri, böyük, yekə.\n\nIII. sif. məh. Çalışqan, bacarıqlı, zirək. tavot is. Sürtkü yağlarının bir növü. tavr is. Krımın cənub hissəsinin qədim əhalisi. tavtologiya [yun. tauto – o özü və logos – söz] Əvvəl deyilən şeyin başqa şəkildə və ya başqa söz və ya ifadə ilə təkrarı. tay I. is. Bab, bərabər, münasib, misl. [Züleyxa xanım:] ..Altmış yaşında qoca ona taydı? N.Vəzirov. Xasay bir oğlandır, ona tay hanı? Var adı, qulluğu, şöhrəti, şanı. S.Vurğun. • Tay etmək – bərabər tutmaq; bir tutmaq. Mələkdən də səni billəm ziyadə; Tay etmərəm heç insanı mən sənə. M.P.Vaqif. Mənim qızımı bir qaraçı qızına taymı edirsən, – deyə Hüseynqulu ağa bağırdı. S.S.Axundov. Tay olmaq – bab olmaq, bərabər olmaq. [Ahıl qadın:] İndi biz gəlib Cahan xalaya tay ola bilmərik. Ə.Haqverdiyev. Cuma... özünə tay olacaq bir əsgər .. gözaltı etməyə çalışacaqdı. Ə.Əbülhəsən. Tayını tapmaq – hər cəhətdən özünə uyğun, özünə bab, özünə münasib adam tapmaq, yoldaş tapmaq. Tərlan idin, öz tayını tapmadın; Getdi, qismət oldu sarə zülflərin. Aşıq Ələsgər. Tay tutmaq (qoymaq) – bax. tay etmək. Dağarcığını çuvala tay tutur. (Ata. sözü). [Hafizə xanım:] Bəxtəvər başıma, gör məni aparıb kimə tay qoydu. Ə.Haqverdiyev.\n\nII. is.\n1. Tək, bir. Öküzün taydı, işin aydı. (Ata. sözü).\n2. Ümumiyyətlə, qoşa şeylərdən hər biri. Qırılmış cilovun, taydır üzəngin. M.Rahim. // Eyni mənada ayaqqabı, corab, əlcək və s. haqqında. Əlcəyin tayı. Corabın bir tayı cırılıb. – [Sona xanım:] ..Başmağımın tayı ayağımdan sürüşüb çıxdı, qaranlıqda axtarıram, tapmıram. M.F.Axundzadə. // Eyni mənada qapı, pəncərə haqqında; lay. Yunis qapının bir tayını açanda iri bir şəkil gözünə sataşdı. Mir Cəlal. tay-tay bax. taybatay. Geniş pəncərələr açılar tay-tay. S.Vurğun.\n\nIII. is.\n1. Kisəyə, yeşiyə və s.-yə qablaşdırılmış yük. Hər birinə ağır taylar çatdılar. Q.Zakir. ..Gah da Aşqabadda Hacı Zeynalabdın Tağıyevin doqquz tay manufaktur malını oğurlayırlar. C.Məmmədquluzadə.\n2. bax. taya. Küləş tayı. tay-tay sif. Taylarla, çox, çoxlu, kisələrlə, yeşiklərlə, top-top. İndi top-top, tay-tay parça, kisə-kisə şəkər, un, düyü daşınırdı. Ə.Əbülhəsən.\n\nIV. is. Bir yeri iki hissəyə bölən şeyin tərəflərindən biri. Divarın bu tayı. – Pərdənin o tayında da sükut vardı. S.Rəhman. // Eyni mənada dağ, dərə və s. haqqında. Rübabə dərənin o tayında, lap aşağıda qarda yüyürən bir adam gördü. Mir Cəlal. Azərbaycan cənubda – Xəzər sahilində, Qafqaz sıra dağlarının o tayında gözəl bir ölkədir. Ə.Məmmədxanlı. // Eyni mənada çay, göl, dəniz və s. haqqında; sahil, tərəf, yan. ..Girdiman torpağının sərhədi Kür çayının o tayından başlanır. M.Hüseyn. Çayın o tayındakı yoncalıqlarda çoxlu kəpənək və çəyirtkə vardı. Ə.Vəliyev.\n\nV. “Ta” (4-cü mənada) sözünün danışıq dilində işlənən forması. Hökumət adamları Nəbinin dalıncan tay kəndə gəlmirdilər. “Qaçaq Nəbi”. [Süleyman:] Naharı elədik, tay nə oturaq, dur gedək bağa. Ə.Haqverdiyev. taya is. Üst-üstə yığılmış ot, taxıl, saman, odun və s. qalağı (yığını). Taxıl tayası. Küləş tayası. – Bir tərəfdən tayanın dibində su bardağı, çörək düyünçəsi, əyin paltarı və bir neçə boş çuval. C.Məmmədquluzadə. Evin yanında bir taya təndir odunu var idi. B.Talıblı. • Taya basmaq (vurmaq) – taxılı, odunu və s.-ni bir yerə toplayıb taya düzəltmək. Pambıqdan taya vurmaq. – Məşədi İslam taya basırdı. Mir Cəlal. Bir taya – çox, çoxlu. Bir taya çirk paltar. tayacıq is. Kiçik taya, balaca taya. Ot tayacığı. Saman tayacığı. tayalama “Tayalamaq”dan f.is. tayalamaq f. Otu, küləşi, pambığı, taxılı və s.-ni saxlamaq üçün bir yerə toplayıb taya düzəltmək, taya vurmaq. Pambığı tayalamaq. – [Arvadlar] ..çoxdan quruyub qotmanlarda qalan otu tayalayırdılar. Ə.Əbülhəsən. [Sadıq:] Yəqin İskəndər bu saat Həsən kişinin qapısında ot tayalayır. Ə.Haqverdiyev. tayalatma “Tayalatmaq”dan f.is. tayalatmaq icb. Ot, küləş, taxıl, pambıq və s.-ni saxlamaq üçün toplayıb taya düzəltdirmək, taya vurdurmaq. Qurumuş otu tayalatmaq. Pambığı tayalatmaq. tayavuran is. Ot, taxıl, pambıq və s.-dən taya düzəldən maşın və s. // Sif. mənasında. Tayavuran maşın. tayayaq (=tayayaqlı) bax. tayqılça(lı). Tayayaq qoca. tayayaqlı (=tayayaq) bax. tayqılça(lı). Tayayaq qoca. taybatay zərf Hər iki tayı tamamilə açıq halda. Pəncərə taybatay açıqdır. – Mən özümü eşitməməzliyə qoyub, qapını taybatay açdım. Qantəmir. Çox çəkmədi ki, darvaza cırıltı ilə taybatay açıldı. Q.İlkin. tay-bərabər bax. bərabər 4-cü mənada. Bütün dağlılar arasında İskəndər bəyin adı söylənirdi. İgidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tay-bərabəri yox idi. Ə.Haqverdiyev. Ürəyini boşaldıb, baxdı ata oğluna; Tay-bərabər görmədi bu dünyada oğluna. S.Rüstəm. taybuynuz (=taybuynuzlu) bax. birbuynuzlu1. Taybuynuz öküzün halı belədir ki, onun buynuzunun biri yoxdur və belə olan surətdə o yazıq, necə ki lazımdır, özünü xata və bəladan mühafizə edə bilmir. F.Köçərli. taybuynuzlu (=taybuynuz) bax. birbuynuzlu1. Taybuynuz öküzün halı belədir ki, onun buynuzunun biri yoxdur və belə olan surətdə o yazıq, necə ki lazımdır, özünü xata və bəladan mühafizə edə bilmir. F.Köçərli. taydəyişik sif. Cüt olmayan, komplekt olmayan, dəyişik salınmış. Taydəyişik tufli. • Taydəyişik düşmək – bütövlüyü, tamlığı, komplektliliyi pozulmaq, birinin yerinə başqası düşmək, yerləri səhv düşmək. Ayaqqabılar taydəyişik düşüb. Taydəyişik geymək – sağ ayaq (əl) üçün olan ayaqqabını (əlcəyi) səhvən sol və ya əksinə, sol ayaq (əl) üçün olan ayaqqabını (əlcəyi) sağ ayağa (ələ) geymək. Ayaqqabını taydəyişik geymək. – Köynəyini tərs geyirsən; Çəkmələri taydəyişik; Addımını atdıqca sən; İşıqlanır bu ev-eşik. Ə.Kürçaylı. Taydəyişik salmaq – 1) bax. taydəyişik geymək. Ayaqqabılarını taydəyişik salmaq; 2) səhvən birisini, ya bir şeyi başqası ilə qarışdırmaq, çaşdırmaq. [Hüseyn:] Mirmahmud, deyəsən, axı bunlar bizi taydəyişik salıblar.. S.Rəhman. tayfa is. [ər. taifə]\n1. Sinifli cəmiyyətdən əvvəlki dövrdə adamların qohumluq münasibətinə, dil və ərazi ümumiliyinə əsaslanan birliyi; qövm. Köçəri tayfalar.\n2. dan. Xalq, millət mənasında.\n3. dan. Qohum, qəbilə, qohum-əqrəba. Müəllim yaxşı bilirdi ki, Qəhrəmangilin bütün tayfasında bir nəfər də olsa savadlı adam yoxdur. S.Rəhimov. Şirzad kişi tayfasını Pərşanın hücumlarından qorumaq təşəbbüsünün nahaq olduğunu düşünüb dinmədi. M.İbrahimov.\n4. dan. zar. Ümumi bir xüsusiyyəti (əsasən ixtisası, sənəti, zehniyyəti) ilə birləşən adamlar dəstəsi, qrupu. [Bəylərdən birisi:] ..Həkim taifəsinin ehtiramı vacibdir, xalqın vecinə gəlirlər. M.F.Axundzadə. [Sultan bəy Süleymana:] Orasını doğru deyirsən, həqiqət tacir tayfası mənim xoşuma gəlir. Ü.Hacıbəyov. [Muxtar Firəngizə:] Şofer tayfası elə şeydir ki, üz versən astarını ikiqat istər. B.Bayramov. taygöz (=taygözlü)\n1. bax. birgözlü 1-ci mənada. [Xan] qəbul otağına keçəndə taygöz yasavulbaşını qapıda gördü. M.Rzaquluzadə.\n2. sif. Bir gözünün şüşəsi olmayan və ya sınıq olan (eynək, binokl və s. haqqında). Sarxan əlindəki taygözlü durbini yanına salıb, uzandığı səngərdə dizi üstə qalxdı. M.Hüseyn. Zülfüqar deyinə-deyinə taygöz çeşməyi burnunun üstünə qoyub, sədrin yanına qaçdı. B.Bayramov. taygözlü (=taygöz)\n1. bax. birgözlü 1-ci mənada. [Xan] qəbul otağına keçəndə taygöz yasavulbaşını qapıda gördü. M.Rzaquluzadə.\n2. sif. Bir gözünün şüşəsi olmayan və ya sınıq olan (eynək, binokl və s. haqqında). Sarxan əlindəki taygözlü durbini yanına salıb, uzandığı səngərdə dizi üstə qalxdı. M.Hüseyn. Zülfüqar deyinə-deyinə taygöz çeşməyi burnunun üstünə qoyub, sədrin yanına qaçdı. B.Bayramov. taykeş bax. taydəyişik. [Uşaqlar:] Molla əmi, başmağın niyə taykeşdir? Mir Cəlal. tayqa [yakutcadan] Avropa, Asiya və Amerikanın şimalında çətin keçilən iynəyarpaqlı meşələr zonası. tayqılça (=tayqılçalı) (=tayqıç(lı)) sif. Bir qıçı olmayan, bir qıçı kəsik; birqıçlı. Bu ortaboylu, tayqıç, çalsaqqal kişinin qəribə tərcümeyihalı vardı. S.Vəliyev. [Adil:] Atam cəbhədən tayqılça (z.), qolunun biri də girdən düşmüş halda qayıtdı. B.Bayramov. tayqılçalı (=tayqılça) (=tayqıç(lı)) sif. Bir qıçı olmayan, bir qıçı kəsik; birqıçlı. Bu ortaboylu, tayqıç, çalsaqqal kişinin qəribə tərcümeyihalı vardı. S.Vəliyev. [Adil:] Atam cəbhədən tayqılça (z.), qolunun biri də girdən düşmüş halda qayıtdı. B.Bayramov. tayqıç (=tayqıçlı) (=tayqılça(lı)) sif. Bir qıçı olmayan, bir qıçı kəsik; birqıçlı. Bu ortaboylu, tayqıç, çalsaqqal kişinin qəribə tərcümeyihalı vardı. S.Vəliyev. [Adil:] Atam cəbhədən tayqılça (z.), qolunun biri də girdən düşmüş halda qayıtdı. B.Bayramov. tayqıçlı (=tayqıç) (=tayqılça(lı)) sif. Bir qıçı olmayan, bir qıçı kəsik; birqıçlı. Bu ortaboylu, tayqıç, çalsaqqal kişinin qəribə tərcümeyihalı vardı. S.Vəliyev. [Adil:] Atam cəbhədən tayqılça (z.), qolunun biri də girdən düşmüş halda qayıtdı. B.Bayramov. tayqol (=tayqollu) bax. birəlli1 1-ci mənada. Tayqollu muzdur imperialları sanayıb gördü ki, iki yüz imperialdır. S.M.Qənizadə. tayqollu (=tayqol) bax. birəlli1 1-ci mənada. Tayqollu muzdur imperialları sanayıb gördü ki, iki yüz imperialdır. S.M.Qənizadə. tayqulaq (=tayqulaqlı) sif. Bir qulağı olmayan, bir qulağı kəsik. Tayqulaq Kəblə Novruza rast gəldim. M.S.Ordubadi. tayqulaqlı (=tayqulaq) sif. Bir qulağı olmayan, bir qulağı kəsik. Tayqulaq Kəblə Novruza rast gəldim. M.S.Ordubadi. tayqulp is. Birqulplu kiçik qazan, tava, suqabı və s. [Mürsəl:] ..[Anam] yumurta bişirmək üçün aldığım təzə tayqulpa qıymır. Mir Cəlal. taylaşdırma “Taylaşdırmaq”dan f.is. taylaşdırmaq f.\n1. Bir-birinə oxşayan, bir-birinə uyğun gələn şeyləri qruplaşdırmaq.\n2. bayt. Müxtəlif xüsusiyyətlərinə görə uyğun gələn erkək və dişi heyvanları seçib cütləşdirmək. taylaşma “Taylaşmaq”dan f.is. taylaşmaq f. Tay olmaq, bərabər olmaq, bərabərləşmək; uyğunlaşmaq. taytaq sif. və is. Axsaq, çolaq. taytaqlıq is. Axsaqlıq, çolaqlıq. taytıma “Taytımaq”dan f.is. taytımaq f. Axsamaq. tay-tuş top. Həmyaş və ya hər cəhətdən bir-birinə uyğun olan adamlar, yaxın yoldaşlar, yaşıdlar. [Şahbaz bəy:] Mənim taytuşlarım tamam mərifət sahibi olub, qulluq edib, hörmət, izzət tapıb xoşbəxt olublar. M.F.Axundzadə. Şahmar nənəsini tək qoyub, hara gedə bilərdi? El-oba, tay-tuş ona nə deyərdi? B.Bayramov. tazı is. Bərkqaçan, uzunqıçlı, arıq, qıvraq ov iti cinsi. Dovşana qaç deyir, tazıya tut. (Ata. sözü). Ovçular qızılquş, tazı, tula götürüb ova çıxırlar. A.Şaiq. taziyanə is. [fars.] köhn.\n1. Qırmanc, qamçı. [Koroğlu] Qırata bir taziyanə vurdu. “Koroğlu”.\n2. məc. ədəb. Kiçik satirik şeir. Sabirin taziyanələri. te “T” hərfinin və bu hərflə işarə olunan samitin adı. teatr [yun. teatros]\n1. İncəsənətin, aktyorların tamaşaçılar qarşısında göstərdikləri səhnə tamaşaları vasitəsilə həyatı bədii surətdə əks etdirən növü. Azərbaycan teatrının tarixi. – Hüseynin indi yadına düşdü ki, Həbib bəy o zaman teatrdan danışmışdı. S.Rəhman.\n2. Səhnə tamaşaları göstərən və bunun üçün ixtiyarında hər cür lazımi imkanları (artist kollektivi, bina və s.) olan idarə, təşkilat, müəssisə. Opera və balet teatrı. Musiqili teatr. Dram teatrı. Kukla teatrı. – [Qoşqar:] İndicə yolda teatrın direktorunu gördüm. İ.Hüseynov.\n3. Tamaşa göstərilən bina. [Nuriyyə:] ..Ayna zorla məni yedirir, hər gecə kinoya, teatra aparırdı. İ.Əfəndiyev. // dan. Səhnə tamaşası; tamaşa. Teatr göstərmək. Bu axşam klubda yaxşı teatr var.\n4. Bu və ya digər müəllifə, yaxud ədəbi məktəbə və s.-yə aid dram əsərlərinin məcmusu toplusu. M.F.Axundzadə teatrı.\n5. məc. dan. Gülməli, masqaraya qoyulmalı, qeyri-ciddi hadisə, iş, adam və s. haqqında. İclas deyildi, teatr idi. Onun işi lap teatrdır. teatrşünas is. [yun. teatros və fars. ...şünas] Teatrşünaslıq mütəxəssisi. teatrşünaslıq is. Sənətşünaslığın, teatrın inkişafını, onun ictimai həyatda rol və əhəmiyyətini öyrənən sahəsi. teflon is. ABŞ-da istehsal olunan sintetik materiallardan birinin ticarətdə işlədilən adı. texminimum [yun. techne və lat. minimum] Texniki minimum müəyyən ixtisas sahəsində çalışan fəhləyə lazım olan biliklərin məcmusu, həmçinin fəhlələrin istehsalatdan ayrılmadan müəssisədə aldıqları texniki təhsil. Texminimum dərnəyi. texnik [yun. technike]\n1. Texnikanın müəyyən sahəsində çalışan orta texniki təhsilli mütəxəssis. Mühəndislər və texniklər. Mədən texniki. Texnik-elektrik.\n2. Texnika sahəsində işləyən adam. ‣ Diş texniki – diş protezi qayıran mütəxəssis. texnika [yun. technike – bacarıq, ustalıq]\n1. İctimai istehsalda tətbiq edilən alət və vasitələrin məcmusu, habelə insanın onları öyrənmək, tətbiq etmək və təkmilləşdirmək sahəsindəki fəaliyyəti. Elm və texnika. Texnikanın inkişafı. Elm və texnikanın nailiyyətləri. Qabaqcıl texnika. // top. Maşınlar, mexaniki alətlər, qurğular. Texnikanı qorumaq. Kənd təsərrüfatı texnikası. Texnikanı təmir etmək. Hərbi texnika.\n2. Hər hansı bir işdə, sənətdə istifadə olunan professional üsulların məcmusu. Şahmat oyununun texnikası. ‣ Təhlükəsizlik texnikası – iş şəraitinin təhlükəsizliyini təmin edən vasitələr və üsullar sistemi. texniki sif.\n1. Texnikaya aid olan, texnikadan istifadə ilə əlaqədar olan. Texniki tərəqqi. Texniki gerilik. Texniki bilik. – Texniki elmlər fakültəsinin binasından çıxarkən bir dəstə tələbə qabağımızı kəsib, bizimlə söhbət etmək istədiyini bildirdi. M.İbrahimov.\n2. Maşın və mexanizmlərin işinə aid olan, bir şey istehsal etmək prosesi ilə bağlı olan. Avtomobillərə texniki baxış. // Hər hansı bir istehsalatın texnikasına xidmətlə bağlı olan. Texniki xidmət. Texniki şura.\n3. Sənayedə istifadə və emal edilmək üçün olan. Texniki bitkilər (qənd çuğunduru, pambıq, günəbaxan və s.). Texniki yağlar. Meyvənin texniki sortları.\n4. Bir işdə müxtəlif köməkçi işləri görən. Səhnənin texniki işçiləri. – Bu zaman texniki katib yenə qapını açıb içəri baxdı. Q.İlkin.\n5. Texnika və ya elmin hər hansı sahəsinə aid xüsusi anlayışı ifadə edən (professional söz, ifadə haqqında). Texniki terminlər. Texniki ifadə. ‣ Texniki redaktor – kitab, jurnal, qəzet və s.-nin poliqrafik tərtibatını verən və ona rəhbərlik edən adam. texnikum [yun.] Orta ixtisas təhsili verən texniki və ya ümumiyyətlə, peşə məktəbi. Tikinti texnikumu. Kənd təsərrüfatı texnikumu. Texnikuma daxil olmaq. texnologiya [yun. techne və loqos – məfhum, elm] İstehsal proseslərini həyata keçirmək üsul və vasitələri haqqında biliklərin məcmusu, habelə bu üsulların özü. texnoloji sif. [yun.] Texnologiyaya aid olan, texnologiya üsulları ilə əlaqədar olan. Texnoloji institut. Texnoloji bilik. Texnoloji tələblər. texnoloq [yun.] İstehsalın müəyyən sahəsinin texnologiya mütəxəssisi. Mühəndis-texnoloq. Kimyaçı-texnoloq. teizm is. [yun.] Allahın fövqəltəbii vücud kimi varlığına, bütün maddi və mənəvi proseslərə onun zəka və iradəsinə təsir göstərməsini qəbul edən dini, fəlsəfi təlim. tekstologiya is. [lat.] Filologiya və tarix elmlərinin mətnlərin tədqiqi və nəşri ilə məşğul olan sahəsi; mətnşünaslıq. tektonik sif. [yun.] geol.\n1. Yer qabığının hərəkətinə və deformasiyasına aid olan, onun nəticəsi olan. Tektonik zəlzələ. Tektonik dağlar.\n2. Yer qabığının quruluşu və inkişafına aid olan. Tektonik xəritə. Tektonik dövr. tektonika [yun. tektonike – tikinti sənəti] Geologiyanın, yer qabığının quruluşunu, hərəkət və deformasiya qanunauyğunluqlarını öyrənən sahəsi. tel I. is.\n1. Saçın hər bir dənəsi. Məryəm qara saçlarından üç tel ayırdı. “Əsli və Kərəm”. // Ümumiyyətlə, saç. Telini daramaq. – Gülsəhər kəlağayını irəli çəkib, sağ əli ilə telini sığalladı, köksünü ötürdü. Ə.Vəliyev. // Tük. Koroğlu durnanın telindən bir dəstə kəsib, Eyvazın papağına sancdı. “Koroğlu”. Əzəl başdan Bəsrə, Bağdad eliniz; Bəylər üçün ərməğandır teliniz. M.V.Vidadi. // Alına tökülmüş qısa saç, zülf.\n2. Sapa bənzəyən, sap kimi olan hər şey. Rüstəm kişi .. tütünün ətrindən, saçaqlı tellərinin rəngindən xüsusi ləzzət alardı. M.İbrahimov. // məc. Obrazlı təşbehlərdə işlədilir. Toğrul otağı dolaşır və Hüsaməddinlə danışmaq istədiyi sözləri seçib fikrinin telinə düzürdü. M.S.Ordubadi. Mən sevirəm üzərində boy atdığım torpağı; Ürəyimin bir telidir hər otunun yarpağı. Ə.Cəmil.\n3. Tar, kamança və s. simi. Sürtdü kamançaya ayı əllərin; Az qaldı ki, lap qopara tellərin. A.Səhhət.\n4. Məftil, naqil, sim. Küləyin qüvvəsindən elektrik telləri vıyıldayır, sanki bir faciəni oxşayırdı. T.Ş.Simurq. Bu gün səhər çəkilib qurtarmış elektrik telləri Yenikəndi bəzəmişdi. M.Hüseyn.\n5. məc. Bağ, əlaqə, rabitə.\n6. məc. “Ziya”, “şüa” mənasında. Öpsün torpağını səhər yelləri; Üstündə titrəsin günün telləri. M.Müşfiq. Günəş öz tellərini yayan kimi düzlərə; Gecə öz sirlərini danışdı gündüzlərə. B.Vahabzadə.\n\nII. is. məh. Düyü unu və şəkərdən bişirilən tel şəklində ağ və kövrək şirniyyat növü. [Novruz] bayramında və oruc(luq) bayramında tel, paxlava, peşmək və s. həlviyyat xonçası üstə bir əlbəsəlik ipək parça labüd gedəcəkdir. R.Əfəndiyev.\n\nIII. “Teleqram” sözünün qısaltması. [Hacı Salman:] Hacı əmin sənə qurban, bu teli bir oxu. N.Vəzirov. [Göyçək Ümidə:] [Çiçək] getdi ki, nazirliyə vurduğu telin cavabını soruşsun. B.Bayramov. telbasan is. Saçları başda düzgün saxlamaq üçün qadınların saçlarına sancdıqları əşya. tele... [yun. tele – uzaq] Mürəkkəb sözlərin birinci tərkib hissəsi olub, “uzaq məsafələrə işləyən, verilən, göndərilən, uzaq məsafələrdən görülən, eşidilən, yazılan” mənasını ifadə edir; məs.: teleqram, teleskop, telefilm və s. telefon [yun. tele və phone – səs] Danışığı uzaq məsafəyə verən qurğular sistemi – elektrik rabitə növü; habelə danışıq üçün siqnal zəngi və əldə tutmaq üçün dəstəsi olan aparat. • Telefon etmək (eləmək) – zəng etmək, telefonla danışmaq. [Nisə xanım Zakirova:] [Şeyda] Moskvadan telefon eləmişdi ki, Çaykovski salonundakı konsertlərə gedir. Ə.Məmmədxanlı. telefonçu is.\n1. Telefon stansiyası işçisi.\n2. Telefon xətti çəkən hərbi rabitəçi. Telefonçu bölməsi. telefonlaşdırılma “Telefonlaşdırılmaq”dan f.is. telefonlaşdırılmaq məch. Telefonla, telefon rabitəsi ilə təmin edilmək. telefonlaşdırma “Telefonlaşdırmaq”dan f.is. Telefonlaşdırma işləri. telefonlaşdırmaq f. Telefonla, telefon rabitəsi ilə təmin etmək. Kəndi telefonlaşdırmaq. telefonoqrbm [yun. tele, phone və gramma] Telefon vasitəsilə verilən və qəbul edilərkən yazılan rəsmi məlumat; habelə üzərində belə məlumat yazılmış blank. Telefonoqram müzakirəyə qoyulurkən qapı açıldı. M.S.Ordubadi. telekinu [yun.] Televiziya verilişlərinin böyük kinoekranlarda göstərilməsi. tyleks is. [ing.] Beynəlxalq abonent teleqrafının telefonlu rabitə şəbəkəsi. teleqraf [yun. tele və grapho – yazıram]\n1. Təcili məlumatları tez uzaq məsafəyə verən elektrik və ya radio rabitəsi növü. • Teleqraf agentliyi – öz ölkəsinin və xarici ölkələrin həyatına dair mətbuat orqanlarına iqtisadi, siyasi və s. məsələlər haqqında məlumat verən idarə.\n2. Belə məlumatları qəbul edən və verən rabitə idarəsi, habelə həmin idarənin yerləşdiyi bina; teleqrafxana. Teleqrafda işləmək.\n3. Belə məlumatı verən və qəbul edən aparat. Yeni markalı teleqrafı işə salmaq. teleqrafçı is. Teleqramları qəbul edən və verən teleqraf işçisi. Birdən teleqrafçı daxil olub Kərbəlayı Xəlilə bir teleqram verdi. T.Ş.Simurq. teleqrafxana is. [yun. tele, grapho və fars. ...xanə] bax. teleqraf 2-ci mənada. teleqram [yun. tele və gramma – yazı] Teleqrafla verilən xəbər, məlumat, habelə məlumat yazılmış blank. Təbrik teleqramı. Teleqram göndərmək. Evdən teleqram almaq. – Xəlil izin almadan onun kabinetinə girəndə Tərlan yenicə alınmış teleqramları oxuyurdu. M.Hüseyn. telemexanika [yun. tele və mechanike] xüs.\n1. İstehsal proseslərinin rabitə vasitələrinin köməyilə uzaq məsafədən idarə olunması.\n2. Bu cür idarə vasitə və üsullarını öyrənən elm sahəsi. telemexanikləşdirmə is. İstehsal proseslərini uzaq məsafədən idarə etmək üçün rabitə vasitələrin tətbiq etmək. teleobyektiv [yun. tele və lat. objectum] Uzaqda olan şeylərin şəklini iri miqyasda çəkmək üçün foto və ya kinoaparat obyektivi. telepatiya is. [yun.] Hiss orqanlarının köməyi ilə fikir və hisslərin məsafəyə ötürülməsi. teleskop [yun. tele və skopeo – baxıram] Göy cisimlərini müşahidə etmək üçün optik astronomiya cihazı. teletayp [ing. teletype] Yazı maşını tipli klaviaturası olan, hərf çap edən teleqraf aparatı. teletaypçı is. Teletaypda işləyən rabitə işçisi. televeriliş is. Televiziya verilişi. Televeriliş vaxtı. Televeriliş proqramı. televiziya [yun. tele və lat. visio – görmə] Əksin elektrik və ya radiorabitə vasitəsilə uzaq məsafəyə verilməsi. Televiziya proqramı. Televiziya antenası. • Televiziya mərkəzi – televiziya verilişləri üçün texniki vasitələrlə təchiz olunmuş idarə. televizor [yun. tele və lat. visio – görmə] Televiziya verilişlərini və onların səsini qəbul edən radiotexniki qurğu, cihaz. Saat iki olar. Uşaqlar üçün; Televizor kino verəcək bu gün. M.Rahim. telli sif. Telləri olan; tellərini alnına tökmüş; saçlı. tellur is. [lat.] Elementlərin dövrü sisteminin VI qrupunda kimyəvi element. telsiz sif. Telləri olmayan, saçsız. tema [yun.] bax. mövzu. tematik sif. [yun.] Müəyyən mövzuya (temaya) aid. Mühazirələrin tematik planı. // Hər hansı bir mövzuya (temaya) həsr olunmuş. Tematik sərgi. Tematik konsert. tematika [yun. thematike] Mövzular, mövzular məcmusu. Elmi əsərlərin tematikası. Ədəbiyyatda istehsalat tematikası. tembr [fr. timbre] Hər bir səs və ya musiqi aləti üçün səciyyəvi olan xüsusi səs keyfiyyəti, səs çaları; ton. Musiqi ifadəliyinin bir çox mühüm ünsürləri (kök, vəzn, tembr və sairə) məhz melodiyanın tərkibində birləşərək bir vəhdət təşkil edir. Ə.Bədəlbəyli. temp [lat. tempus – vaxt]\n1. Musiqi əsərinin ifasının sürət dərəcəsi. Sürətli tempdə uvertüra. Ariyanın tempi. // idm. Təkrar edilən hərəkətlərin və ya müntəzəm hərəkətin sürət dərəcəsi. Qaçış tempi. Oyun sürətli tempdə keçdi.\n2. Bir şeyin həyata keçirilməsi, cərəyanı, sürəti, dərəcəsi. Sənayenin inkişaf tempi. Silahlanma tempi. Hücum tempi. temperament is. [lat.] Şəxsiyyətin psixi fəaliyyətində dinamik cəhətlərin xarakteristikası. temperatur [lat. temperatura – vəziyyət]\n1. Cismin istilik dərəcəsi. Havanın temperaturu. Suyun temperaturu.\n2. İnsanın sağlamlıq vəziyyətini göstərən istilik dərəcəsi. Xəstənin temperaturunu ölçmək. Yüksək temperatur. // dan. Xəstəlik zamanı bədənin yüksək istilik dərəcəsi; istilik. Uşağın temperaturu var. tendensiya is. [alm.]\n1. Meyil, fikir, ideya gedişatı.\n2. Təmayül. tender I. is. [ing.] Paravozun su, yanacaq saxlanılan hissəsi.\n\nII. is. [ing.]\n1. Təklif, arzu.\n2. Müsabiqə (təkliflər müsabiqəsi). tennis [ing. lawn tennis] Oyunçuların xüsusi meydançada topu raketkaların zərbəsilə tor üstündən bir-birinə atmasından ibarət idman oyunu. • Stolüstü tennis – bax. pinqponq. tennisçi is. Tennis oynayan oyunçu. Tennisçilərin yarışı. tenor [ital.] Ən uca zil kişi səsi. // Belə səsi olan müğənni. Tenor artist. tent [ing.] Günəş və yağışdan qorunmaq üçün parusin örtük. Avtomaşının tenti. teologiya is. [yun.] İlahiyyat, din elmi. teorem [yun. theorema – fikirləşirəm] Düzgün sübutlarla müəyyən edilən riyazi müddəa. Teoremi sübut etmək. Pifaqor teoremi. teploxod [rus.] Daxili yanacaq mühərriki ilə hərəkətə gətirilən gəmi. teplovoz [rus.] Daxili yanacaq mühərriki ilə hərəkətə gətirilən lokomotiv. Teplovoz sürmək. terapevt [yun. therapeutes – xəstəyə qulluq edən] Daxili xəstəliklər mütəxəssisi olan həkim, can həkimi. terapiya [yun. therapeia – qulluq etmə, müalicə] Təbabətin, daxili xəstəlikləri öyrənməklə məşğul olan sahəsi və onların dərmanlar və qeyri-cərrahi vasitələrlə müalicəsi. termin [lat. terminus – hədd, sərhəd]\n1. Elm, texnika, incəsənət və s. müəyyən ixtisas sahəsinə aid anlayışı dəqiq ifadə edən söz (və ya söz birləşməsi); istilah.\n2. Məntiqdə: hökmün tərkib elementi (subyekt və predikat). terminator is. [lat.] İşıqla kölgənin sərhədi. terminologiya [lat. terminus və yun. logos – məfhum, təlim] Elmin, texnikanın, incəsənətin, ictimai həyatın hər hansı bir sahəsində işlədilən terminlərin məcmusu. Dilçilik terminologiyası. Tibb terminologiyası. terminoloji sif. Terminologiyaya aid olan, terminologiya ilə əlaqədar olan. Terminoloji lüğət. termo... [yun. thermos – isti] Xarici mürəkkəb sözlərin, istilik mənasında olan birinci tərkib hissəsi; məs.: termometr, termodinamika və s. termodinamik sif. Termodinamikaya aid olan, termodinamika ilə əlaqədar olan. Termodinamik müvazinət. termodinamika [yun. thermos və dynamikos] Fizikanın, istiliyin müvazinət qanununu və enerjinin başqa növlərinə keçməsi hallarını öyrənən bəhsi. termoqraf [yun. thermos və grapho – yazıram] Temperaturun dəyişməsini avtomatik qeyd edən cihaz. termometr [yun. thermos və metreo – ölçürəm] Hərarətölçən cihaz. Civəli termometr. Termometrlə xəstənin hərarətini ölçmək. – Aydın termometri yoxlayıb uşağın qoltuğuna qoyduqdan sonra ondan soruşdu. H.Seyidbəyli. termos [yun.] İçindəki isti və ya soyuq şeyi olduğu kimi saxlayan xüsusi qab. Termosda sərin su var. Çayı termosa tökmək. – [Firəngiz] yolda termosa doldurduqları sərin sudan içdi, yeməyi yığışdırdı. B.Bayramov. termostat [yun. thermos və statos – duran] Daimi temperaturu saxlamaq üçün aparat. Hava termostatı. terras is. [fr.]\n1. Dərə yamacları, göl və dəniz sahillərinin pilləvari relyef formaları.\n2. Səki, meydança.\n3. Eyvan, veranda, artırma.\n4. Yer səthinin bir-birinin üstündə yerləşən üfüqi və ya bir az meyilli çıxıq hissələri. terror [lat. therror – qorxu, dəhşət] Öz siyasi və sinfi düşmənlərinə qarşı onları cismən məhv etməyə qədər zorakı tədbirlər siyasəti; tədhiş. Faşist terroru. terrorçu is. Fərdi terror tərəfdarı və iştirakçısı. Terrorçu qrup. terrorçuluq is. Terror siyasəti və taktikası; tədhişçilik. Hərbi terrorçuluq. tersiya is. [lat.]\n1. Diatonik qammanın üçüncü pilləsi.\n2. Saniyənin 1/60 hissəsi. test is. [ing.]\n1. İnsanın zehni inkişafını, bacarığını yoxlamaq üçün standart tapşırıq.\n2. Ali məktəblərə qəbul imtahanlarının aparılması üsulu. tester is. [ing.] Bir şeyi yoxlamaq, sınaqdan keçirtmək cihazı. teşt is. [fars.] İri mis tas. [Dərviş:] Xanım, buyurun, bir teşt su gətirsinlər. N.Vəzirov. Feyzi iç qovurmasını teştdə cızhacız gətirdi. B.Bayramov. tet-a-tet zərf [fr.] Təklikdə, üzbəüz. tey sif. dan.\n1. Qatışığı olmayan, xalis, xəlitəsiz, saf. Tey buğda unu.\n2. Tamam, bütün, səlt. Xörək tey yağdır. – [Banıxanım:] Bağrımı döndərdin tey qızıl qana; Oğul, gedib, ağlar qoyma sən bizi! “Aşıq Qərib”. teyf is. [ər.] Qarabasma, kabus; vahimə. teyxa zərf məh. Tamam, tamamilə, büsbütün. teyləmə “Teyləmək”dən f.is. teyləmək f. İti bir şeylə yaralamaq; batırmaq. Dərin-dərin dəryaları boyladı; Xəncər alıb qara bağrım teylədi. Qurbani. Həsrətin atmacası neştər olub Qüdrətin qəlbini teylədi. Ə.Vəliyev. teylənmə “Teylənmək”dən f.is. teylənmək məch. İti bir şeylə deşilmək; yaralanmaq. Səlbi boyun görən kimi əylənir; Yar ucundan bağrım başı teylənir. “Əmrah”. tez zərf\n1. Dərhal, gecikmədən, gecikdirmədən, əlüstü, az zaman ərzində, sürətlə, cəld. Tez əlac etmək. – Telli tez qalxıb öz otağına çəkildi. S.Hüseyn. Sərvərov tez stol yeşiyindən kağız çıxarıb, əmr qaraladı, özü aparıb makinaçıya verdi. Mir Cəlal. • Tez eləmək – sürətləndirmək, gecikdirməmək, yubatmamaq. Tez olmaq – cəld hərəkət etmək, yubanmamaq. [Kərbəlayı Qurban:] Tez ol, aç qapını, soyuq məni kəsdi. Çəmənzəminli.\n2. Qabaq, əvvəl. Hamıdan tez işə gəlmək. – Bu gün kənd həmişəkindən tez oyanmışdı. S.Qədirzadə. tezalışan (=tezalovlanan) sif. Tez alışıb-yanan, tez odlanan. Tezalışan maddələr. tezalovlanan (=tezalışan) sif. Tez alışıb-yanan, tez odlanan. Tezalışan maddələr. tezbazar dan. tezbazar etmək – 1) bir işi tələsik, keyfiyyətsiz, atüstü görmək. Məsələni tezbazar həll etmək. Tapşırığı tezbazar yerinə yetirmək; 2) tez axırına çıxmaq, öldürmək. [Abbas:] İlqarından dönən yarı; Tanrı tezbazar eyləsin! “Abbas və Gülgəz”. Tezbazar olmaq – 1) atüstü, tələsik, keyfiyyətsiz görülmək (iş). Bu lap tezbazar oldu; 2) vaxtsız, tez etmək. Kim bilsin, [kişi] hansı məqsəd üçün gəlirmiş, tezbazar olub. Mir Cəlal. tezböyüyən sif. xüs. Sürətlə böyüyən, tez boy atan. Tezböyüyən balıq. Tezböyüyən ağac. tezcə zərf Tez, tez bir zamanda. Dərənin sinəsi ilə şaqqıldayıb axan sarı köpüklü sel tezcə yavaşıdı. B.Bayramov. // Əlüstü, o saat, tez, dərhal, tez-tələsik. Tezcə otaqdan çıxdıq. – Hələ çalınmamış biçənəyin bir tərəfində tezcə çadırlar qurulmağa başlandı. B.Bayramov. tezdən zərf\n1. Alaqaranlıqdan, hava açılmamışdan, sübh erkəndən. Tezdən tarlaya getmək. – ..Məmmədhəsən əmi sübh tezdən yuxudan durub, geyinib, namaz qılıb çıxdı, bir həyəti dolandı. C.Məmmədquluzadə. [Züleyxa] tezdən qulluqçusunu ayağa qaldırdı. S.Rəhimov.\n2. Vaxtından əvvəl, qabaq, tez. Gülsənəm arvad tezdən yatmadığına sevinirdi. M.Hüseyn. tezdəyən sif. Tezyetişən, pişraz. Tezdəyən alça. – Tənəklərdə qoralar ətə-cana dolur, tezdəyən üzümlər xal salırdı. İ.Qasımov. tezəriyən sif. Az hərarətdə əriyən. Tezəriyən metallar. tez-gec bax. gec-tez. Tez-gec o cığırı tamamilə alaq basacaqdır. Ə.Məmmədxanlı. tezis [yun. thesis]\n1. mənt. Doğruluğu sübut edilməli olan müddəa. Tezis irəli sürmək. Öz tezisini müdafiə etmək.\n2. Bir məruzənin, mühazirənin, məlumatın və s.-nin qısaca ifadə edilmiş əsas müddəaları (adətən cəm şəklində işlənir). Tezis yazmaq. Mühazirənin tezisləri. – [Nərgiz] xitabət kürsüsünə yaxınlaşıb məruzəsinin tezislərini qarşısına qoydu. Ə.Vəliyev. tezkeçən sif. Tez yox olub gedən, uzun çəkməyən, sürəksiz. Tezkeçən yağış (xəstəlik). tezləndirmə “Tezləndirmək”dən f.is. tezləndirmək bax. tezləşdirmək. tezləşdirmə “Tezləşdirmək”dən f.is. tezləşdirmək f. Sürətləndirmək. [Adamlar] qələbə gününü necə tezləşdirməyi fikirləşirlər. M.İbrahimov. tezləşmə “Tezləşmək”dən f.is. tezləşmək f. Sürəti artmaq, sürətlənmək, daha da sürətli olmaq. [Adamlar] əvvəlcə musiqiyə görə ağır, sonra musiqi tezləşdikcə tez-tez oynayırlar. Ü.Hacıbəyov. tezlik is.\n1. Tez vaxt, az zaman; tez.\n2. xüs. Hərəkətin, rəqsin və s.-nin vahid zamanda tez-tez olma dərəcəsini bildirən kəmiyyət. Saat əqrəbinin tezliyi. – Ürək döyüntülərinin tezlik və qüvvəsi də orqanizmin tələblərilə tamamilə uyğun surətdə dəyişir. “İnsan anatomiya və fiziologiyası”. Bir saniyədə olan dövrlərin sayına dalğanın tezliyi deyilir. “Radiolokasiya”. // Yeyinlik, itilik, sürət.\n3. Tezliklə şəklində zərf – tez bir zamanda, yaxın vaxtda, çox yaxın gələcəkdə. Tezliklə görüşmək. tezsınan sif. Davamsız, asanlıqla sınan, kövrək. Tezsınan qab. Tezsınan ağac. Tezsınan material. tez-tez zərf\n1. Hər anda, ara vermədən, aralarından çox keçmədən. Cavan enişi çox çətinliklə enirdi, çünki yedəyindəki atın ayaqları yamacda tez-tez sürüşürdü. E.Sultanov. Qızlar bu gün Gülnazın çox narahat olduğunu, gizlincə tez-tez saata baxdığını hiss edirdilər. Q.İlkin.\n2. Həmişə, daim. [Əliqulu:] Ancaq başsız qoymayacağam, tez-tez göz olacağam. S.Rəhman. [Eldar:] Biz sərhəd boyunda yaşayırıq, buralarda tez-tez qəribə və gözlənilməz hadisələr baş verir. M.Rzaquluzadə.\n3. Sürətli, sürətlə. Tez-tez getmək. Tez-tez yemək. – [Yasəmən:] Onsuz da elə tez-tez danışırlar ki, heç nə yaza bilmirəm. S.Rəhman. tez-tələsik zərf\n1. Sürətlə, becid, teztez, çox tez, iti. Tez-tələsik getmək. – Səkilər tez-tələsik yeriyən adamlarla dolu idi. M.Hüseyn.\n2. Cəld, əlüstü.\n3. Keyfiyyətinə fikir vermədən; atüstü. İşi tez-tələsik görmək. Paltarı tez-tələsik tikmək. tezyetişən bax. tezdəyən. Tezyetişən üzüm. – Kəndin aşağısında tezyetişən qırmızı alma növləri var. S.Rəhman. // Faraş. təam is. bax. taam. təb I. is. [ər.] Şeir demək, musiqi yazmaq, mahnı oxumaq həvəsi, meyli; ilham. [Rüstəm bəy Sofyaya:] Məndə təb əsla yoxdur, bircə dəfə, yadımdadır, bir qıza şeir yazmışdım, o da xoşuna gəlməmişdi. Çəmənzəminli. Mənə deməyin ki: – Bu təb, bu ilham; Bir cüt qanad olub səni ucaldar. Ə.Cəmil. • Təbi açılmaq (gəlmək, cuşa gəlmək) – ilhama gəlmək, şeir yazmağa və ya deməyə, musiqi yazmağa, mahnı oxumağa ruhlanmaq, ilhamlanmaq. Kərəmin təbi cuşa gəldi. “Əsli və Kərəm”. Şərab içdikdən sonra təb açılıb, şeir öz-özünə su kimi axacaqdır. Ə.Haqverdiyev. Az qalıb təbim də gəlsin, indicə şeir dəyəcəyəm. Çəmənzəminli. ‣ Təbdən çıxartmaq – coşdurmaq, hirsləndirmək, özündən çıxartmaq, halını pozmaq. Nə hədə-qorxu, nə atılan güllələr Bəndalını təbdən çıxara bilmədi. Mir Cəlal. Təbdən çıxmaq – coşmaq, hirslənmək, özündən çıxmaq. Şahpəri, qarının tamamilə təbdən çıxdığını görüb sarsıldı. B.Bayramov. Təbdəntəbə düşmək – bir haldan başqa hala keçmək, əhvalı tez-tez dəyişmək, haldan-hala düşmək. Beləliklə, Rüxsarə təbdən-təbə düşürdü. S.Rəhimov. ..Veysəl kəlmə kəsmir, təbdən-təbə düşürdü. B.Bayramov. Təbi dəyişmək – halı dəyişmək, əhvalı dəyişmək (pozulmaq). Heydərin rəngi qaçdı, onun təbi dəyişdi. S.Rəhimov.\n\nII. is. [ər.] köhn. Çap (etmə), nəşr (etmə). • Təb etmək köhn. – çap etmək, nəşr etmək. Kitabı təb etmək. Təb olunmaq köhn. – çap olunmaq, nəşr olunmaq. Məcmuə təb olundu. təbabət is. [ər.] Xəstəliklər, onların müalicəsi və qarşısının alınması haqqındakı elmlərin məcmusu; tibb. Təbabət elmi. Təbabətə dair ədəbiyyat. təbdil is. [ər.] köhn.\n1. Dəyişmə, dəyişdirmə. • Təbdil etmək – dəyişmək. Havanın hər bir zərrəsi həmişə hərəkət edib yerini təbdil edər. H.Zərdabi. Təbdil olmaq – dəyişilmək, əvəz olunmaq. İyirmi beş il bundan irəli qəzet haqqında yazılan həcv və föhşlərin indi mədh və tərifə təbdil olması, əlbəttə, bizim üçün böyük bir mayeyi-iftixardır. F.Köçərli.\n2. xüs. Mövzusu başqa əsərdən götürülüb yeni mühitə, yeni şəraitə uyğun şəkildə işlənmiş ədəbi əsər. Bakı işçi teatrı [repertuar qıtlığını] ləğv etmək üçün, başlıca olaraq, tərcümə və təbdillərdən istifadə edirdi. C.Cəfərov. təbəddül is. [ər.] köhn. Dəyişmə, başqa bir şəklə düşmə. təbəddülat is. [ər. “təbəddül” söz. cəmi] Dəyişiklik. Bu böyük tarixi təbəddülatdan ruhlanan cənubi azərbaycanlılar da azadlıq mübarizəsini gücləndirmişdilər. M.İbrahimov. təbəə is. [ər. “tabe” söz. cəmi] Bir dövlətə tabe olan, onun vətəndaşı olan əhali, adam. İran təbəəsi. – [Qoca:] Hökmdar ilə təbəələr arasında sədlər çəkildi. Çəmənzəminli. təbəəlik bax. vətəndaşlıq 1-ci mənada. təbəxxür is. [ər.] Buxarlanma, buğa çevrilmə. • Təbəxxür etmək – 1) buxarlanmaq, uçub getmək, buğa çevrilmək. Qaz təbəxxür etdi; 2) məc. zar. yox olma, yoxa çıxmaq. təbəqə I. is. [ər.]\n1. Bir şeyin başqa bir şeyin üstünü örtən kütləsi və ya hissəsi; qat, lay. Buz təbəqəsi. Hava təbəqəsi. – Qarın nazik təbəqəsi qırova bənzəyirdi. M.Hüseyn. Havaya qatı bozumtul toz təbəqəsi qalxırdı. Ə.Əbülhəsən.\n2. Adamların, əhalinin, cəmiyyətin öz ictimai, mədəni və s. əlamətlərinə görə yekcins olan hissəsi. Əməkçilərin qabaqcıl təbəqəsi. Yoxsul təbəqə. – [Məmməd:] ..Qızım Nərgizxanımı varlı yerə ərə vermə, çünki o təbəqə çox nanəcib olur. “Aşıq Qərib”.\n\nII. is. [ər.] Vərəq. Katib canının dərdindən .. bərk qorxuya düşdü, bir neçə təbəqə kağız çıxarıb qabağına qoydu. S.Rəhimov. təbəqələşmə “Təbəqələşmək”dən f.is. Tez-tez bir dəstə feodal təbəqəsinin hakimiyyəti digər dəstənin hakimiyyətilə dəyişilirdi, ictimai-siyasi təbəqələşmə güclənirdi. M.İbrahimov. təbəqələşmək f. İctimai, mədəni və s. cəhətdən yekcinsliyini itirərək təbəqələrə bölünmək (adamlar, cəmiyyət və s. haqqında). təbərrük is. [ər.]\n1. Dindarlara görə, xoşbəxtlik, uğur gətirən, xəstələri sağaldan müqəddəs torpaq, su, müqəddəs adamın geyiminin kiçik parçası və s. Novruz bayramında təhvil saxlayıb, təhvil suyunun üstündə dava-mərəkə salardılar və ağsaqqal, qarasaqqal o təbərrük suyu qapış-qapış edərdilər. Ə.Qəmküsar.\n2. məc. Az tapılan, az ələ düşən hər bir şey. Əlikram gətirdiyi iki dənə ortabab Quba almasını qəzetdən açıb təbərrük kimi çıxartdı. B.Bayramov. təbərzin is. [ər.]\n1. Baltaya bənzəyən qədim silah. Orta Asiyanın qədim tayfalarının silahları ox, nizə, qılınc və təbərzindən ibarət imiş.\n2. Keçmişdə: dərvişlərin gəzdirdikləri aypara şəklində baltacıq. Boynundan bir çox kiçik və iri muncuqlar asmış bir dərviş əlində kəşkül və təbərzin oxuya-oxuya gedir. A.Şaiq. təbəssüm [ər.]\n1. is. Gülümsəmə. [Qocanın] sallaq iri dodaqlarında, yanları cizgilərlə bürüşmüş kiçik gözlərində, sümükləri qalxaq, ətli, qırmızı üzündə bir təbəssüm vardı. A.Şaiq. Xanların istehzalı təbəssümü birdən yoxa çəkildi. M.Hüseyn. • Təbəssüm etmək (eyləmək) – gülümsəmək. Könlün xoş isə təbəssüm eylə! Mehrin var isə tərəhhüm eylə! Füzuli. Çün baxıb əhvalıma, etdi təbəssüm nazilən; Qönçeyi-baği-behişti gör nə xəndan eylədi. Heyran xanım.\n2. Təbəssümlə şəklində zərf – gülümsəyəgülümsəyə, gülümsəyərək. Qətibə başını qaldırıb, Səba xanımın üzünə baxıb təbəssümlə dedi. M.S.Ordubadi. təbib is. [ər.] Həkim. Təbib olsam, yaraların bağlaram; Sinəm üstə düyünlərəm, dağlaram. Aşıq Ələsgər. [Padşahın qızı:] Məmləkətdə bir təbib qalmayıbdır ki, atam onu məni müalicə etmək üçün gətirməmiş olsun. Ə.Haqverdiyev. təbiblik is. Həkimlik. [Həkimbaşı:] Mən qırx beş ildir ki, təbiblik edirəm. Ə.Haqverdiyev. təbiət is. [ər.]\n1. Yerdə təbii şəraitin (yerin səthi, bitki aləmi, iqlim və s.) məcmusu; üzvi və qeyri-üzvi aləm, yerdə insan, fəaliyyəti ilə yaradılmamış hər şey. Təbiətin qanunları. – Təbiət canlanır, bahar çağıdır; Bağçalar, yamaclar çiçəklənmədə. A.Şaiq. // Hər hansı bir yerin xüsusiyyətlərinin məcmusu (onun relyefi, bitki və heyvanlar aləmi, iqlim şəraiti və s.). Qafqazın təbiəti. Azərbaycanın dağlıq rayonlarının təbiəti. – Şimalın təbiəti çox zəngindir. M.İbrahimov.\n2. Şəhər və ya başqa yaşayış məntəqəsindən kənar yer və ya yerlər (meşə, dağ, çay və s.). Təbiətə yaxınlıq. Təbiətə çıxmaq. – İnci heyrətlə təbiətin bu gözəlliyinə tamaşa edir. A.Şaiq. Hər yamacda bir tamaşa; Könlüm uçur dağa-daşa; Seyr etdikcə təbiəti. M.Müşfiq.\n3. Xasiyyət, xarakter. [Badisəba:] Zatən, təbiətimiz [Muradla] bir-birinə uyğun gəldi, mən də fırtına keçirməyi sevmərəm. Çəmənzəminli. Bu iki adamın [Kərim baba və Ayrım qızının] təbiəti bir-birinə əsla uymurdu. A.Şaiq. təbiətcə zərf Təbiətinə görə, xasiyyətinə görə; xasiyyətcə; təbiətən. Mehriban açıqdan-açığa görürdü ki, Səlim əxlaq və təbiətcə ətrafında gəzib-dolaşan, evinə qonaq gələn [kişilərin] heç birinə bənzəməyir. S.Hüseyn. təbiətçi bax. təbiətşünas. Gənc təbiətçilər dərnəyi. təbiətən zərf [ər.] Xilqətcə, fitrətən, yaradılışında. [Fərman] təbiətən diribaş yaranmışdı. Ə.Sadıq. // bax. təbiətcə. Şirzad bilirdi ki, Rüstəm kişi təbiətən məğlub olmağı, ikincilər cərgəsində oturmağı, dalda qalıb ayağını sürüməyi sevmir. M.İbrahimov. İsmayılzadə təbiətən diplomatik hiylələrə yad bir adamdı. M.Hüseyn. təbiətşünas is. [ər. təbiət və fars. ...şünas] Təbiətşünaslıqla məşğul olan adam, təbiətşünaslıq alimi; təbiətçi, naturalist. [Qoşatxan] üzünü müdirə tutdu: – Sən təbiətşünassan, Həsən bəy Zərdabini tanıyarsan. M.İbrahimov. təbiətşünaslıq is. Təbiət hadisələri və qanunauyğunluqları haqqında elm; təbiət elmləri. təbii sif. [ər.]\n1. Təbiətə (yer səthinə, iqlimə, heyvan və bitki aləminə və s.) məxsus olan, təbiət tərəfindən yaradılmış. Ölkənin təbii sərvətləri. Təbii sərhədlər. Təbii otlaqlar.\n2. Təbiət qanunlarından irəli gələn, törəyən, onlardan asılı olan. Təbii ölüm.\n3. Anadangəlmə, fitri. Üzün təbii rəngi. – Hüseyn öz təbii gözəlliyə malik səsinə hakim, bu səsi məharətlə idarə etməyi bacaran bir aktyor idi. S.Rəhman.\n4. Adi, normal. Bu iş bizə təbii göründü. – Səadət və əmin-amanlıq məişətimizin əsil rəngi, əsil boyası kimi təbii və adi bir şey idi. M.İbrahimov.\n5. Həqiqi, əsil, natural (süni əksi). Təbii ipək. Təbii dəri. – Deməli, təbii mis və ya təbii kükürd izotopların qarışığından ibarətdir. C.Zülfüqarlı.\n6. Ara s. Əlbəttə, yəqin ki, şübhəsiz ki. Təbii, siz də iştirak edəcəksiniz.\n7. Təbiidir, təbiidir ki şəklində ara s. – adi haldır, normaldır, belə də olmalıdır. Təbiidir ki, bu inam kolxoz sədri Rüstəm kişinin ürəyində daha güclü idi. M.İbrahimov. ‣ Təbii halından çıxmaq (çıxarmaq) – adi halından çıxmaq (çıxarmaq), hirslənmək (hirsləndirmək). Bu cür söhbətlər sıra ilə duran qızları təbii halından çıxarmaqda idi. M.S.Ordubadi. Təbii seçmə biol. – canlı təbiətin elə bir inkişaf prosesidir ki, bu prosesdə həyatın dəyişməkdə olan şəraitinə ən çox uyğunlaşan orqanizmlər yaşayıb öz varlığını saxlayır. Darvin yaxşı uyğunlaşanların qalmasına və pis uyğunlaşanların tələf olmasına təbii seçmə adını vermişdir. M.Axundov. təbiilik is. Təbii, qeyri-süni şeyin halı (sünilik əksi). Qızın səsində bir təbiilik var idi. İ.Əfəndiyev. təbil is. [ər.] İri nağara. Səhnənin dalından təbil və sinc səsi gəlir. Ə.Haqverdiyev. [Cavanşir:] Qoy şeypurlar gurlasın, təbil səsləri dağları titrətsin. M.Hüseyn. təbilçi is. Təbil çalan çalğıçı. Təbilçi Qurban, Qara Məlikin gecələr xəlvətcə Təbrizə gəlib, Rüxsarə ilə görüşdüyünü Nəsrəddinə xəbər verdi. M.S.Ordubadi. təbir is. [ər.]\n1. Söz, kəlmə, ifadə.\n2. Yozma. • Təbir etmək – yozmaq, məna çıxarmaq, məna vermək. Məhsəti xanımın hökumət əleyhinə olmasında şeir və sənəti əxlaq pozğunluğu kimi təbir edənlər müqəssirdir. M.S.Ordubadi.\n3. Təbirincə, təbiri ilə, təbirinə görə şəklində – ...dediyi kimi, ...sözləri ilə desək. Evin balaca qızı Ulduz isə, anasının təbirinə görə, od-alov idi. Ə.Məmmədxanlı. ‣ Təbir caizsə, təbir caiz görülsə – ...demək olarsa, ...demək mümkündürsə, ...demək münasibdirsə. Təbir cayiz görülsə, demək olar ki, Hacı Aslan bu küçənin can damarı misalında idi. S.Hüseyn. Qazançalara termosdan isti xörək .. töküldü və təbir caizsə, ziyafət başlandı. Ə.Əbülhəsən. təbiyyat is. [ər.] köhn. Təbiət elmləri. təbiyyatçı is. köhn. bax. təbiətşünas. təbliğ is. [ər.] Hər hansı bir əqidəni, nəzəriyyəni, biliyi və s.-ni yayma və dərindən başa salma. Elmi biliklərin təbliği. // Geniş kütlələrə siyasi cəhətdən təsir göstərmə. • Təbliğ etmək – 1) hər hansı bir fikri, nəzəriyyəni, əqidəni və s.-ni yazılı və ya şifahi surətdə yaymaq; 2) dan. bir fikri, əqidəni və s.-ni başqasına inandırmağa, ona təsir göstərməyə çalışmaq. Qardaşım dün gecə iclasdan çıxıb; Doyunca atamı təbliğ eylədi. M.Müşfiq. təbliğat is. [ər. “təbliğ” söz. cəmi] Bir nəzəriyyəni, ideyanı, biliyi və s.-ni kütlə arasında yayma, təbliğ etmə. • Təbliğat aparmaq – bir nəzəriyyəni, ideyanı, biliyi şifahi surətdə kütlə arasında yaymaq, intişar etmək, təbliğ etmək. təbliğatçı is. Təbliğatla məşğul olan adam. Kitabxanaçı həm də kitab təbliğatçısıdır. // Partiyanın qərarlarını mühazirə və müsahibələrində izah edən, siyasi məşğələlərə rəhbərlik edən partiya üzvü. İnqilabdan sonra kəndə gələn təbliğatçılardan Molla Xəlil çox qorxmuşdu. S.Hüseyn. təbliğatçılıq is. Təbliğat aparma, təbliğatçının apardığı ictimai iş. təbrik is. [ər.] Xoş xəbər, sevindirici hadisə, bayram və s. münasibətilə yazılı və ya şifahi gözaydınlığı. Təbrik məktubu. – [Qulamrza:] Bu gün hər yerdə təbriklə qarşılanmışam. Çəmənzəminli. .. İranın hər tərəfində yaşayan azərbaycanlılar firqənin müqəddəs məramını alqışlayır, minlərlə məktub və təbrik teleqramları göndərirlər. M.İbrahimov. • Təbrik etmək – xoş xəbər, sevindirici hadisə, bayram və s. münasibətilə yazılı və ya şifahi olaraq birinə gözaydınlığı vermək. Komissar əvvəlcə [döyüşçüləri] təbrik etdi. Mir Cəlal. [Mirpaşa Sevincə:] Saray açılanda sizi fəhlələr, bütün rayon təbrik edəcək. Z.Xəlil. təbrikləmə “Təbrikləmək”dən f.is. təbrikləmək f. Təbrik etmək. təbriknamə is. [ər. təbrik və fars. ...namə] Yazılı təbrik, təbrik məktubu. Yubiley münasibətilə təbriknamə göndərmək. təcavüz is. [ər.]\n1. Başqa bir dövlətin ərazisini zəbt etmək, azadlığını əlindən almaq və ya məhdudlaşdırmaq, demokratiyanı boğmaq və irticaçı rejimlər yaratmaq məqsədilə onun üzərinə hücum etmə. // Hücum, həmlə, basqın. Düşmənin qəfil hava təcavüzünə uğramamaq üçün uzun-uzadı əsgər sıraları səkilərdə divar dibi ilə yeriyirdi. Ə.Əbülhəsən.\n2. Zorakılıq, təzyiq, zülm, sıxıntı. Yasavulbaşı bilirdi ki, bəlkə də xan özünə qarşı edilən sui-qəsdi əfv edə bilər, amma elə, xalqa qarşı təcavüzü əsla bağışlamaz. M.Rzaquluzadə. // Hüququna toxunma, haqsızlıq etmə, haqsızlığa yol vermə. ..Əsgər keçən yerdə heç bir qız və qadın özlərini kişilərin təcavüzündən saxlamağa qadir deyildi. Çəmənzəminli. • Təcavüz etmək – hüququna toxunmaq, zorakılıq etmək, qəsd etmək. [Gözəl:] [Ölkəmizdə] adam döymək, adam öldürmək, birisinin malına və torpağına təcavüz etmək yoxdur. M.S.Ordubadi. təcavüzçü bax. təcavüzkar. təcavüzçülük bax. təcavüzkarlıq. təcavüzkar is. və sif. [ər. təcavüz və fars. ...kar] Təcavüz edən, təcavüz (hücum) edən tərəf; qəsbkar, təcavüzçü. Təcavüzkar bloklar. – Şimali Atlantika İttifaqının təcavüzkar mahiyyətini hər kəs anlaya bilər. M.İbrahimov. təcavüzkarca (=təcavüzkarcasına) zərf Təcavüzkar kimi; qəsbkarcasına. Təcavüzkarcasına hərəkət etmək. // Düşməncəsinə. təcavüzkarcasına (=təcavüzkarca) zərf Təcavüzkar kimi; qəsbkarcasına. Təcavüzkarcasına hərəkət etmək. // Düşməncəsinə. təcavüzkarlıq is. Təcavüz etmə, təcavüz siyasəti, başqa dövlətin torpağını tutmaq üçün onun üzərinə hücum etmə; qəsbkarlıq. İmperializm təcavüzkarlığı. Təcavüzkarlıq müharibəsi. təcdid is. [ər.] Təzələtmə, yenilətmə. təcəddüd is. [ər.] Yenilənmə, təzələnmə. təcəlla is. [ər.] Əyan olma, görünmə, təzahür etmə təcəssüm is. [ər.] Bir şeyin maddi, cismani ifadəsi, təzahürü. • Təcəssüm etmək – görünmək, göz önünə gəlmək, cismani şəkildə təzahür etmək, canlanmaq. Bu cavanlıq xatirəsi dərhal Bəhramın xəyalında canlandı və gəlib gözlərinin önündə təcəssüm etdi. Ə.Vəliyev. təchiz is. [ər.] Lazımi şeyləri tədarük etmə, hazırlayıb vermə. • Təchiz etmək – lazım olan şeyləri vermək, təmin etmək. təchizat is. [ər. “təchiz” söz. cəmi] Hər hansı təşkilat və ya əhalinin maddi ehtiyaclarını təmin etmək üçün lazım olan şeylərin, avadanlıq və s.-nin məcmusu. Təchizat idarəsi. Mərkəzi təchizat orqanları. – [Hacıyev:] Bu üsul texniki təchizat, material cəhətdən varlı olan trestlər üçündür. Mir Cəlal. təchizatçı is. Təchizat orqanları işçisi, təchizat idarəsi işçisi, təchiz etməklə məşğul olan (idarə, işçi). təcil I. is. [ər.] klas.\n1. Tələsdirmə. • Təcil etmək (qılmaq) – tələsmək. Əksiliyini budur yəqin bil; Bəs qılma dəxi işində təcil. Xətayi. Bəs ki eylərdi sübh üçün təcil; Hər dəqiqə gəlir ona bir il. S.Ə.Şirvani.\n2. fiz. Vaxt vahidi müddətində sürətin dəyişmə kəmiyyəti.\n\nII. is. [ər.] klas. Möhlət vermə, müəyyən bir vaxta qədər təxir etmə. təcilən zərf [ər.] Təcili (surətdə), tələsik, tez-tələsik, yubanmadan. Məşədi Əsgər təcilən [müsafirə] tərəf yan alıb çamadanını aparmaq üçün öz dili ilə ona iltica etdi. S.M.Qənizadə. təcili zərf [ər.]\n1. Tələsik, tez, dərhal, əlüstü, çapıq. Təcili cavab. Adamlar təcili hazır oldular. – [Kərəm] Qaragözə təcili çay hazırlatdı.. M.İbrahimov. Bahadurun .. təcili gedişi Rənanın ürəyində dərin bir kədər doğurdu. S.Rəhman.\n2. Gecikdirilə bilməyən, tez edilməli olan; təxirsiz, təxirəsalınmaz. Təcili iş. Təcili tapşırıq. – Keçmiş vaxtlarda dəftərxanalarda qulluqçuların gündə biri idarə bağlandıqdan sonra qalıb təcili məktubları, teleqramları qəbul edərdi. Ə.Haqverdiyev. Uşaq ki bu qədər həyəcanlı çığırırdı, deməli, təcili məsələ vardı. B.Bayramov. ‣ Təcili yardım – 1) təxirə salınması mümkün olmayan hallarda xəstələnənlərə, zərərdidələrə ilk tibbi yardım göstərmək və müalicə müəssisələrinə aparıb çatdırmaqla məşğul olan tibb-sanitar idarəsi; 2) həmin iş üçün istifadə olunan avtomobil. təcnis is. [ər.] ədəb. Cinas üzərində qurulub əsasən üç, bəzən də beş bənddən ibarət klassik və aşıq ədəbiyyatında işlədilən lirik şeir formalarından biri. Aşıq Ələsgərin “Qarlı dağlar gəldi, düşdü araya” təcnisi. təcrid is. [ər.] Ayırma, təkləmə. • Təcrid edilmək (olunmaq) – ayrılmaq, başqalarından ayrı saxlanmaq, təklənmək. Təcrid etmək – ayırmaq, başqalarından ayrı saxlamaq, təkləmək. Yoluxucu xəstəliklərə tutulanları təcrid etmək. təcrübə is. [ər.]\n1. Sınama, sınaq, yoxlama. Təcrübə uçuşu. Təcrübə müddəti. Təcrübə məşğələləri. – Bu ildən təcrübə üçün xüsusi bir sahədə əkməyə icazə verdilər. M.Rzaquluzadə. • Təcrübə etmək (aparmaq) – təcrübə yolu ilə yoxlamaq, sınamaq. Yeni buğda növü üzərində təcrübə aparmaq. – İndi .. addımlayan ekskavatorla yükləməyi də təcrübə etmək pis olmazdı. Ə.Sadıq. Təcrübədən çıxmaq – yoxlanmaq, sınanmaq. Təcrübədən çıxmış – təcrübəli, bərkdənboşdan çıxmış, sınaqdan çıxmış, sınanmış. Bir para təcrübədən çıxmış dovşanlar çarpaz yolla qaçaraq tazıları çaşdırar, arabir də vaz atardılar. H.Sarabski. Təcrübədən keçirmək – yoxlamaq, sınamaq. Məhsuldar pambıq növünü təcrübədən keçirmək.\n2. Tədqiq etmək üçün hər hansı bir hadisəni süni surətdə yaradılmış şəraitdə təkrar etmə; elmi bilikləri laboratoriya yolu ilə yoxlama. Təcrübə gözlənilən nəticəni vermədi. Alimin apardığı təcrübələr müsbət nəticə verdi. – [Yaşarın] bu axırıncı təcrübəsindən bir şey çıxarsa, bütün kimya elmində bir inqilabdır.. C.Cabbarlı. Bir ay sonra Murad klinik təcrübəsini yarımçıq buraxıb, Bakıya getdi. Çəmənzəminli.\n3. Həyatdan, praktiki fəaliyyətdən və s.-dən əldə edilmiş biliklərin, vərdişlərin məcmusu. İstehsalat yenilikçilərinin təcrübəsi. Həyat təcrübəsi. – [Məşədi Həsən:] Şəxs dünyada nə qədər ömür etmiş olsa, bir eylə onun təcrübəsi artıq olar. Ə.Haqverdiyev. // Keçmişdə olmuş, işdə, həyatda yoxlanmış, sınanmış, əvvəllər təsadüf olunmuş şey. Şəxsi təcrübənin nəticəsi. – Özümə görə də təcrübə hasil eləmişəm. C.Məmmədquluzadə.\n4. Adamların, cəmiyyətin yaşaması üçün lazım olan şəraiti yaratmağa yönəldilmiş fəaliyyətin məcmusu; praktika. Nəzəriyyənin təcrübəyə təsiri.\n5. Hər hansı nəticələrin, müddəaların praktik işdə tətbiqi və yoxlanması. Səmərələşdirici təklifləri təcrübədə tətbiq etmək.\n6. Hər hansı bilik və vərdişlərin işdə tətbiq edilməsi, bir işi yaxşı mənimsəmək üçün müntəzəm məşğul olma, təlim keçmə. Gənc fəhlə birillik təcrübədən sonra usta oldu. – Keçən illərin təcrübəsi göstərmişdi ki, çoxlu pambıq götürmək üçün birinci şərt torpağı əvvəlcədən hazırlamaqdır. İ.Əfəndiyev. // Tələbələrin, şagirdlərin və b.-nın nəzəri biliklərinin, tədris prosesinin tərkib hissəsi kimi işdə tətbiqi və sabitləşməsi. Tələbələrin pedaqoji təcrübəsi. İstehsalat təcrübəsi. təcrübəçi is.\n1. Təcrübə keçən, praktikant. Təcrübəçi tələbə. // bax. stajçı. Təcrübəçi çilingər. Təcrübəçi toxucu.\n2. Adətən hər hansı kənd təsərrüfatı bitkiləri yetişdirmək, yeni növlər almaq və s. məqsədlərlə təcrübə keçirən adam. Təcrübəçi seleksioner. Təcrübəçi bağban. təcrübəçilik is. Təcrübə ilə məşğul olma, təcrübəçinin (2-ci mənada) gördüyü iş; təcrübə işi. Təcrübəçiliklə məşğul olmaq. təcrübələnmə “Təcrübələnmək”dən f.is. təcrübələnmək f. Təcrübə qazanmaq, təcrübəli olmaq, təcrübə əldə etmək. “Yatağan” balıqlar artıq “təcrübələnmişdilər”. Təhlükə hiss edən kimi qayanın altına şütüyür, .. dəlmə-deşiyə dürtülürdülər. İ.Hüseynov. təcrübəli sif. Bir işdə, ixtisasda, sənətdə, peşədə təcrübəsi, biliyi, vərdişi, böyük səriştəsi olan. Təcrübəli müəllim. Təcrübəli sürücü. – Fərman verir qoşunlara ağsaqqal; Təcrübəli, acıqlı bir general. A.Səhhət. Mədən işlərinə olan böyük həvəsi sayəsində [Araz] artıq ən təcrübəli bir usta olmuşdu. A.Şaiq. // Böyük həyat təcrübəsi olan, bərkdən-boşdan çıxmış; dünyagörmüş. Təcrübəli qadın. – [Məşədi Həsən:] ..Upravada gərək təcrübəli adamlar əyləşsinlər. Ə.Haqverdiyev. Təcrübəli Fərhadoğlu vurnuxur, nə isə qəti bir qərara gələ bilmirdi. S.Rəhimov. təcrübəlilik is. Təcrübəli olma, təcrübəli adamın hal və keyfiyyəti. Həkimin təcrübəliliyi. təcrübəsiz sif. Təcrübəsi, biliyi, vərdişi olmayan və ya az olan. Təcrübəsiz usta. – ..Onda da bu quşlar təcrübəsiz və əsəbi ovçunu diksindirər.. M.Rzaquluzadə. Barama bəsləmək çox incə və çətin iş olduğundan təcrübəsiz adam onun öhdəsindən gələ bilməz. Ə.Sadıq. // Həyat təcrübəsi olmayan, bərkdənboşdan çıxmamış. [Nazir:] Siz .. görürəm, təcrübəsiz bir gəncsiniz. S.Hüseyn. təcrübəsizlik is. Təcrübənin olmadığı hal, təcrübənin olmaması. Təcrübəsizlikdən qəzaya yol vermək. təcrübəvi sif. [ər.] Təcrübəyə aid olan, təcrübə üçün olan, təcrübə ilə bağlı olan; əməli, təcrübi. ..K.A.Timiryazev birinci dəfə olaraq enerjinin saxlanması qanununu fotosintezdə təcrübəvi surətdə isbat etmişdir. “Bitki fiziologiyası”. təcrübi [ər.]\n1. bax. təcrübəvi. Şiraslanın indiki təcrübi işi, gərgin vəziyyəti heç də onun ötən arzularından ayrılmırdı. S.Rəhimov.\n2. sif. Təcrübəyə əsaslanan, eksperimental. Təcrübi elmlər. Təcrübi təbabət. Təcrübi metod. Təcrübi yolla sübut etmək. tədarük is. [ər.] Bir şeyi qabaqcadan hazırlama; bir işi görmək üçün əvvəlcədən hazırlıq görmə; hazırlıq, ehtiyat. Yun tədarükü. Heyvanlar üçün yem tədarükü. // Həmin şeylərin özü. Bəylə xanımın çamadanı və yol tədarükü daşındı. Ə.Vəliyev. • Tədarük etmək (görmək) – (qabaqcadan) hazırlamaq, hazırlıq görmək, ehtiyat görmək. [Əmir:] Mürəxxəssiniz, gedin, qoşun tədarük edin. Ü.Hacıbəyov. [İmamverdi:] Gülpəri, tez ol, nahar tədarük et, Hacı Nəsir yol gəlib, acdır. S.S.Axundov; // hazırlaşmaq, hazırlıq görmək. [Kəblə Rəcəbəli:] Çox gözəl! Axşam üçün tədarük görərik. Ə.Haqverdiyev. tədarükçü is. Tədarük işi ilə məşğul olan adam. Ət tədarükçüsü. tədavi is. [ər.] köhn. Müalicə etmə, müalicə aparma; müalicə. tədavül is. [ər.] iqt. Əmtəə təsərrüfatında: əmək məhsulunu və başqa mülkiyyət obyektlərini alğı-satqı yolu ilə dəyişmə forması. Əmtəə tədavülü. tədbir is. [ər.]\n1. Bir işi görmək, həyata keçirmək üçün üsul(lar), vasitə(lər), yol(lar). Məhsuldarlığı artırmaq tədbirləri. Ərzaq problemini həll etmək üçün tədbirlər. Kütləvi tədbirlər. • Tədbir tökmək (görmək) – bir şeyi əldə etmək üçün fikirləşib yollar aramaq, yol tapmaq. [Əsgər Süleymana:] İndi, aşna, bir iş də var, hərgah ona da bir tədbir töksən, onda bilərəm ki, başdan-ayağa qədər ağıllısan. Ü.Hacıbəyov. // məc. Bir şeyi əldə etmək üçün düşünülən yol, vasitə, üsul; hiylə. Dəlini zəncirlə yox, tədbirlə tutarlar. (Ata. sözü). • Tədbir etmək – qərarlaşmaq, qərara gəlmək. [Səfər:] Divan tədbir edib sizi tutmağa; Meydanı qızdırıb at oynatmağa. H.K.Sanılı.\n2. Təhlükədən qorunmaq üçün görülən hazırlıq. Qripə qarşı mübarizə tədbirləri. tədbirli sif. Tədbirlə iş görən, ehtiyatlı, işini bilən, ağıllı. [Seyid:] Bax, indi gör ki, mən necə tədbirli şəxsəm. Ə.Haqverdiyev. Ona elə gəldi ki, qarşısında çox ağıllı, tədbirli .. bir adam dayanmışdı. B.Bayramov. tədhiş is. [ər.] köhn. Dəhşətə salma; çaşdırma. // Terror. tədhişçi is. köhn. Terrorçu. tədiyə is. [ər.] mal. Ödəmə, ödənmə; ödənilən məbləğ. Tədiyə borcu. • Tədiyə etmək – borcunu ödəmək. [Yaşlı kişi:] Vaxtlı-vaxtında verəcəyini tədiyə edərdi, aramızda veksel olmazdı. S.Hüseyn. tədiyəçi is. Borcunu verən, ödəyən. tədqiq is. [ər.]\n1. Bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə dəqiq elmi araşdırma; tədqiqat. Torpağın tədqiqi. Arktikanın tədqiqi. Atom enerjisindən istifadə sahəsində tədqiq. • Tədqiq etmək – 1) elmi cəhətdən araşdırmaq, öyrənmək, tədqiqat aparmaq. [Nərgiz:] Tapılan şeyləri biz yuxarı göndəririk, orada alimlər tədqiq edirlər. B.Bayramov; 2) bir şeyi müəyyənləşdirmək üçün diqqətlə ona baxmaq, gözdən keçirmək. Mərdan .. yarımişıq otaqda çocuğun üzünü tədqiq etməyə başladı, özünə bənzər cəhətlər aradı. Çəmənzəminli.\n2. Cəm şəklində tədqiqlər – elmi əsər(lər), tədqiqat əsər(lər)i. Azərbaycan dili tarixinə aid tədqiqlər. tədqiqat is. [ər. “tədqiq” söz. cəmi]\n1. bax. tədqiq 1-ci mənada. Elmi tədqiqat institutu. Tədqiqatın nəticəsini istehsalata tətbiq etmək.\n2. bax. tədqiq 2-ci mənada. tədqiqatçı is. Bir şeyi tədqiq etməklə, dərindən öyrənməklə məşğul olan, tədqiqat aparan adam, alim. Tədqiqatçıların çıxardıqları elmi nəticələr. tədqiqatçılıq is. Tədqiqatla məşğul olma, tədqiqat işləri aparma; tədqiqat işi. tədric is. [ər.]\n1. Dərəcə-dərəcə, yavaşyavaş irəliləmə (irəlilətmə), az-az hərəkət.\n2. ədəb. Bədii əsərdə ifadənin mənaca getgedə, dərəcə-dərəcə qüvvətlənməsi, yaxud zəifləməsi. tədricən zərf [ər.] Yavaş-yavaş, tədriclə, az-az, dərəcə-dərəcə. Keçəngünkü hadisədən və gecəki ciddi iztirablardan sonra Əbiş tədricən öz mühakiməsini itirmək üzrə idi. S.Rəhimov. tədrici sif. [ər.] Yavaş-yavaş olan, yavaş-yavaş baş verən, cərəyan edən. Tədrici hərəkət. tədriclə bax. tədricən. İnsan hər şeyə tədriclə alışır. – ..Firiduna elə gəldi ki, onu da yavaş-yavaş, tədriclə çürütmək üçün [zindana] salmışlar. M.İbrahimov. Sahibsiz uşaqları tədriclə uşaq evlərinə yığacaqdılar. Ə.Sadıq. tədris is. [ər.] Dərs vermə; dərs oxuma, təhsil alma, dərs keçmə. Ali məktəbdə xarici dillərin tədrisi. Tədris planı. – Darülfünuna daxil olduğum tədris ili darülfünun tələbələrinin tətili ilə başlandı. T.Ş.Simurq. təəccüb is. [ər.]\n1. Qeyri-adi, gözlənilməz, qəribə, anlaşılmaz şeydən doğan güclü təəssürat nəticəsində insanda əmələ gələn hal; heyrət. Asəf onları heyrət və təəccüb içərisində Altun qəsrdən çıxardı. M.S.Ordubadi. [Nuriyyə:] ..Muradın baxışlarındakı təəccübü hiss edərək daha ciddi bir görkəm aldım. İ.Əfəndiyev. • Təəccüb etmək (eləmək) – təəccüblənmək, heyrətlənmək. Mənə can vermədə minlərcə polad zərbəçilər; Gördüyüm işlərə düşmən də təəccüb eylər. M.Müşfiq. Belə ağır bir mərasimdə, belə ağır fəlakət müqabilində ananın dözümünə çoxları təəccüb edirdi. Mir Cəlal.\n2. Əcaib, qəribə, təəccüblü, heyrət doğuran. Təəccüb şeydir... – [Harun:] Cürətin, Zeyda, təəccübdür sənin. Ü.Hacıbəyov.\n3. Təəccüblə şəklində zərf – təəccüblü nəzərlə, heyrətlə. Bu çəkməli kimdir belə? – deyə bəy təəccüblə soruşur. S.Rəhimov. Arvad təəccüblə Teymura baxıb tələsik cavab verdi. H.Seyidbəyli. təəccübləndirmə “Təəccübləndirmək”dən f.is. təəccübləndirmək f. Təəccüb doğurmaq, heyrətləndirmək. Gəncin sözləri və şəhərdə gördükləri səyyahları son dərəcə təəccübləndirdi. Çəmənzəminli. Aslangili kimi bir külfətdən mühəndis çıxması hamını təəccübləndirirdi. C.Cabbarlı. təəccüblənmə “Təəccüblənmək”dən f.is. təəccüblənmək f. Təəccüb etmək, heyrət etmək. Ləman əvvəl təəccübləndi, sonra gülməyini güclə saxlayıb, sərbəst bir hərəkətlə başını geri atdı, xurmayı saçları dalğalandı. H.Seyidbəyli. təəccüblü sif. Təəccüb doğuran, gözlənilməz, qəribə, heyrətə salan. Təəccüblü iş. – Həkim təəccüblü (z.) baxır hacılara tərəf və bir şey başa düşmür. C.Məmmədquluzadə. Murad üçün ən təəccüblü bu idi ki, bəzi adamlar uşaqdan bezir, tənhalıq arzulayırlar. Mir Cəlal. təəhhüd is. [ər.] köhn. Öhdəyə götürmə; öhdəyə götürülmüş şey; öhdəlik. Götürdüyü təəhhüdün yarısını [Səkinə] bir ayın ərzində yerinə yetirmişdi. H.Seyidbəyli. təəhhüdnamə is. [ər. təəhhüd və fars. ...namə] köhn. Öhdəyə götürülmüş şeyin, öhdəliklərin yazıldığı sənəd. təəllüq is. [ər.] Asılı olma, əlaqəli olma, ilişkə. təərrüz is. [ər.] Sataşma, təcavüz etmə, hücum etmə. təəssüb is. [ər.]\n1. Bir fikrə, əqidəyə, məsləkə kor-koranə bağlanıb, başqalarına kin və ədavət bəsləmə; qeyrətkeşlik, fanatizm. Bağdad xalqının gözü qarşısında meyitlərin üç gün dar ağacında qalması ərəb təəssübünün bir daha coşmasına səbəb ola bilər. M.S.Ordubadi.\n2. Qeyrət, namus. Həqiqi şair .. gərəkdir öz səsini millətin səsinə qoşub, onun qeyrət və təəssüb damarını hərəkətə gətirə. F.Köçərli. [Qəmər:] [Züleyxa] özgə qızı da olsa, yenə təəssübü sənin üstünə gələcək. M.İbrahimov. • Təəssüb çəkmək – qeyrət çəkmək, namusunu qorumaq. təəssübkeş is. [ər. təəssüb və fars. ...keş]\n1. Təəssüb çəkən; fanatik. Təhmasibin yaratdığı Əbu-Übeyd son dərəcə təəssübkeş bir ərəb xadimi və islam mücahidi idi. C.Cəfərov.\n2. Qeyrət çəkən, namusunu qoruyan, qeyrətkeş. [Leylək Ələmdar:] Göydəki bir tanrı bilir ki, mən necə təəssübkeşəm. S.Rəhimov. təəssüf is. [ər.]\n1. Kədərlənmə, acıma, heyifsilənmə, təəssüflənmə; kədər hissi. • Təəssüf etmək (eləmək) – bax. təəssüflənmək 1-ci mənada. [Şeyx Hadi:] Çarəsiz biz də Hindi tərk edərək; Geri döndük təəssüf eyləyərək. H.Cavid. [Əkrəm:] Təəssüf edirəm ki, sənin yazını oxuyub anlaya bilmədim. S.Hüseyn.\n2. Birisinə acıma, ona canı yanma, yazığı gəlmə. • Təəssüf etmək (eləmək) – bax. təəssüflənmək 2-ci mənada. ‣ Təəssüf ki, təəssüflər olsun ki – heyif ki, əfsus ki. [Uğur:] Təəssüf ki, müharibə imkan vermədi, qurtaram. İ.Əfəndiyev. [Yaqub Aslana:] Təəssüf ki, ailəmizi tanımırsan. S.Vəliyev. təəssüflənmə “Təəssüflənmək”dən f.is. təəssüflənmək f.\n1. Təəssüf etmək, kədərlənmək, heyifsilənmək. Həmzə isə artıq, məsələni gizlətməyin lüzumsuz olduğunu düşünüb, açıqca təəssüflənirdi. Ə.Əbülhəsən. Kələntərli isə elə bil ki, .. cavan oğlanla axıra qədər söhbət eləyə bilmədiyinə təəssüflənirdi. İ.Hüseynov.\n2. Ürəkdən acımaq, heyifsilənmək, təəssüf etmək. Bir çoxları qızın bağrı çatlamış olduğunu zənn edərək təəssüflənirdi. M.S.Ordubadi. təəssür is. [ər.]\n1. Bir şeyin təsiri altında olma, təsirini hiss etmə, duyma, mütəəssir olma.\n2. Hiss, təəssürat, ruhi iztirab (hiddət, qeyz, qorxu, sevinc və s.); emosiya. Evinə çatmadan altı aydan bəri [Qurbanlıda] doğan hisslər və təəssürlər tamamilə silinib getdi. Çəmənzəminli. təəssürat is. [ər. “təəssür” söz. cəmi] Xarici aləmdəki əşya və hadisələrin insan şüurunda buraxdığı iz, onların əksi, ona təsiri. [Nadir bəy:] İnsanlar arasında ülfət ziyadələşdikcə, şübhəsiz, könüldəki təəssürat və məhəbbət də o nisbətdə artmağa başlar. H.Cavid. Axırda da Aslan öz təəssüratını nəql etdi. M.İbrahimov. təəşşüq is. [ər.] Aşiq olma, qarşılıqlı sevgi. təfavüt is. [ər.] İki adam və ya iki şey arasındakı fərqli cəhət; fərq. [Tarverdi:] Fəqət yenə bilmədim ki, şeytan ilə bu Aslanın təfavütü nədədir? C.Cabbarlı. [Qoca:] Bizim üçün şah və gəda – təfavütü yoxdur. A.Divanbəyoğlu. • Təfavüt qoymaq – bir-birindən fərqləndirmək, fərq qoymaq. Duz ilə doşaba təfavüt qoymur. (Ata. sözü). Təfavüt etməmək (eləməmək) – fərqi olmamaq. [Mozalan bəy:] Sizin üçün də təfavüt eləməz. Ə.Haqverdiyev. təfcimək f. məh. Yamamaq, yamaq qoymaq. təfəkkür is. [ər.]\n1. fəls. İnsanın fikirləşmək, düşünmək, nəticə çıxarmaq bacarığı; şüurun obyektiv varlığı əksetdirmə prosesində xüsusi pillə. Elmi təfəkkür. Beyin təfəkkür orqanıdır.\n2. klas. Fikir. • Təfəkkür etmək (qılmaq) – fikir etmək, fikirləşmək, düşünmək. Məcnun dedi: – Eyləmə təfəkkür! Füzuli. təfərrüat [ər. “təfərrü” söz. cəmi]\n1. Əsas mətləbə az dəxli olan təfsilat; ikinci dərəcəli əhəmiyyəti olan məsələlər, xırda məsələlər. // Bir şeyin ən kiçik, ən xırda, ən incə cəhətləri. Bir nöqtə, kiçicik bir cizgi və təfərrüat belə yerinə düşməsə o, sənət əsərini korlaya bilər. S.Rəhimov. Dilbər ekskavator üstündəki görüşün bütün təfərrüatını xatırlayaraq bu fikri başından qovdu. Ə.Sadıq.\n2. Təfərrüatla şəklində zərf – incədənincəyə, müfəssəl şəkildə, ətraflı, hərtərəfli, təfsilatla. [Rəşid:] [Bəyim xala] cəmi-cümlətanı iki kərə mənim suallarıma bir qədər təfərrüatla cavab vermişdi. İ.Hüseynov. təfriqə is. [ər.]\n1. Narazılıq nəticəsində araya ikitirəlik düşmə; ayrılma, ayrılıq, ittifaqsızlıq, ikitirəlik. [Mirzə Heydər:] Belə təfriqədən burjua hökumətləri isə istifadə edirlər. Ə.Haqverdiyev. O hələ uşaq ikən; Düşünmüş için-için; “Bu yollar, təfriqələr; Təriqətlər nə üçün?” B.Vahabzadə. • Təfriqə düşmək – ikitirəlik düşmək, ədavət düşmək, düşmənçilik düşmək. Təfriqə salmaq – ikitirəlik salmaq, düşmənçilik salmaq. Saldı arayə təfriqə gülçini-ruzgar; Ol gül yanında qalmadı bir etibarımız. S.Ə.Şirvani.\n2. köhn. Qəzet səhifəsinin ayrılmış bir yerində hissə-hissə dərc olunan hekayə, məqalə və s.\n3. köhn. bax. vodevil. “Məstəli şah”dan sonra “Könülsüz” ünvanında bir pərdədə tərtib olunmuş təfriqə (vodevil) oynandı. F.Köçərli. təfriqəçi is. Bir təşkilata təfriqə salan, ikitirəlik salan, onun vəhdətinin pozulmasına, onun parçalanmasına səbəb olan adam. təfriqəçilik is. Təşkilatda, partiyada və s.-də təfriqə salma, onun vəhdətini pozma, təfriqəçinin gördüyü pozuculuq işi; ikitirəlik. Təfriqəçiliklə mübarizə. təfsil is. [ər.] bax. təfsilat. Qurşaq da, bilirsən ki, on arşın gərək olsun; Təfsilə nə hacət. M.Ə.Sabir. Macəranın təfsilini, inşallah, özüm gələndə dilcavabı nəql elərəm. C.Məmmədquluzadə. təfsilat is. [ər. “təfsil” söz. cəmi]\n1. Bir işin, hadisənin və s.-nin ən kiçik, ən cüzi təfərrüatı. Məsələnin təfsilatı. – [Fərman] .. qızla olan ilk görüşünün təfsilatını xəyalında canlandırdı. Ə.Sadıq. Verdiyev [Gəldiyevi] yaxşı başa düşür, söhbətinin təfsilatını da bilirdi. Mir Cəlal.\n2. Təfsilatla şəklində zərf – müfəssəl surətdə, təfsilən. Mürsəl kişi olub-keçənləri təfsilatla yazmışdı. M.Hüseyn. təfsilən zərf [ər.] Təfərrüatı ilə, təfsilatı ilə, müfəssəl surətdə. Şeyx əyləşəndən sonra Məmməd əhvalatı başdan-ayağadək təfsilən nəql elədi. E.Sultanov. [Vəkillər] kəndlilərin adlarını, acların sayını və istədikləri pulun qədərini adbaad, kəndbəkənd hamısını təfsilən yazıb, yekə-yekə kitablar bağlamışdılar. C.Məmmədquluzadə. təfsilli sif. Müfəssəl, təfsilatla, təfsilən. Əsər çox təfsilli yazılmışdı. M.S.Ordubadi. təfsir is. [ər.] Şərh, izah; şərh və bəyan etmə, izah etmə. • Təfsir etmək – izah etmək, şərh etmək. [Murad] bəzi cümlələrin üzərində uzun-uzadı düşünür, özlüyündə onları təfsir edirdi. S.Hüseyn. təfsirçi is. Hər hansı bir əsəri şərh və bəyan edən, izahını verən şəxs; şərhçi. təftiş is. [ər.]\n1. İşlərin düzgünlüyünü və qanuni olub-olmadığını yoxlamaq məqsədilə hər hansı idarə və ya vəzifəli şəxsin fəaliyyətinin təhqiq edilməsi, yoxlanması. Bürcəliyev açılmış qapıdan təftiş heyəti işləyən otağı dinlədi. S.Rəhimov. [Yusif Həsrətə:] Təftiş komisyonunun sədri fağırın biridir. B.Bayramov. • Təftiş etmək – yoxlamaq, yoxlama aparmaq, təhqiqat aparmaq. [Qarovul] ..diqqətli bir surətdə malların hamısını təftiş etməyə başladı. B.Talıblı. [Hümmət aqronoma:] Bura köməyə gəlmisiniz, ya təftiş eləməyə? B.Bayramov.\n2. Hər hansı dünyagörüşünün və ya nəzəriyyənin əsasını sarsıtmaq və ya təhrif etmək məqsədilə onun müddəalarını nəzərdən keçirmə. təftişçi is. Təftişçilik tərəfdarı, təftişçiliklə məşğul olan adam. təftişçilik is.\n1. İnqilabi marksizmin siyasi, fəlsəfi və iqtisadi əsaslarını təftiş etmək, yenidən nəzərdən keçirmək və ya təhrif etmək, onları kapitalizmin xeyrinə, sosialist inqilabının və proletar diktaturasının zərərinə olaraq dəyişmək məqsədini güdən məfkurəvisiyasi cərəyan.\n2. Hər hansı bir dünyagörüşünü, nəzəriyyəni təftiş edən cərəyan. təğyir is. [ər.] Dəyişmə, dəyişiklik, dəyişdirmə, başqalaşma. Balalar müəllimdə zühur edən təğyiri düşündülər və hamısının üzündə məyusluq əsəri göründü. Çəmənzəminli. • Təğyir etmək (tapmaq, vermək) – dəyişmək, dəyişilmək. [Yusif:] On ildir ki, Şamdan ilə görüşməmişəm. İndi gərək ki, surəti də təğyir tapıbdır. N.Nərimanov. Namazı qurtarıb [Xudayar bəy] üzünü tutdu Vəliquluya, amma surətinə təğyir vermədi. C.Məmmədquluzadə. təharət is. [ər.] Təmizlik, paklıq. təhdid is. [ər.] Qorxutma, hədələmə; hədə, qorxu, hədə-qorxu. Aslan bəy təhqir və təhdidin bu qədərinə dayana bilmədi. A.Şaiq. ..Mürtəcelər fitnəkarlıq və təhdidə əl atırdılar. M.İbrahimov. • Təhdid etmək – hədələmək, hədə-qorxu gəlmək, qorxutmaq. [Sara Bəhrama:] Hərgah səni bu evdən qovmaqla təhdid edərlərsə, eybi yoxdur. C.Cabbarlı. Qətibə Toğrulun danışdıqlarına çox böyük əhəmiyyət verdi, çünki bu sözlərlə Toğrulun onu təhdid etdiyini anlayırdı. M.S.Ordubadi. təhdidedici (=təhdidli) sif. Hədələyici, təhdid edən, hədələyən. Qaçaqların bu təhdidedici sözlərinə yolçuların anlamadığı şeylər də qarışırdı. Mir Cəlal. təhdidli (=təhdidedici) sif. Hədələyici, təhdid edən, hədələyən. Qaçaqların bu təhdidedici sözlərinə yolçuların anlamadığı şeylər də qarışırdı. Mir Cəlal. təhəmmül is. [ər.] klas. Səbir etmə, dözmə, qatlaşma. [İsmət:] Lakin təhəmmüldən başqa çarə nə? H.Cavid. • Təhəmmül etmək – səbir etmək, dözmək, qatlaşmaq. Seyyid, təhəmmül et təbi-hicranə, çəkmə ah. S.Ə.Şirvani. təhər [ər. tövr-dən]\n1. is. Cür, üsul, qayda, yol. Nə təhər adamdır? Bu təhər hərəkət etmək olmaz. – [At] dilə gəlib dedi: – Padşah bir uzun örkən, bir də poladdan bir bıçaq qayıtdırsın, sonra mən sənə təhərini deyərəm. (Nağıl). • Təhərini bilmək – qaydasını, yolunu bilmək, necə hərəkət edəcəyini bilmək. ..Tacirlərə yanaşmağın təhərini bilmək lazımdır. M.S.Ordubadi. [Hümmət Qarakişiyə:] [Yusif] elə ki işləmədi, onda təhərini bilirəm. B.Bayramov. Bu təhər – bu qayda ilə, bu yolla, bu cür, beləliklə. Bu təhər Şaqqulu sabahı gün qızı görüb aşıqladı və səbirsiz toyu gözləyirdi. Çəmənzəminli.\n2. qoş. Kimi, bənzər, oxşar. Atası təhəri hündürboydur. – Qoca usta yerindəcə doğrulub Paşanı qucaqlayanda Nisa təhəri ağlamadı. M.Hüseyn.\n3. bax. təhər-töhür.\n4. is. dan. İmkan, həvəs, arzu. Onlara getməyə təhərim yoxdur. – Varsa qaçaqların əgər təhəri; Kəssinlər hər yandan əyri yolları. H.K.Sanılı. ...təhər mürəkkəb sifətlərin ikinci tərkib hissəsi olub təxminlik bildirir – ...kimi, azacıq..., bir az... Qırmızıtəhər rəng. Acıtəhər dad. – Bu hibridin meyvələri şirin və bir qədər turştəhər olub çox dadlıdır. M.Axundov. ‣ Təhər çəkmək – yoluna qoymaq, həll etmək, tədbir görmək, çarə çəkmək, əncam çəkmək. [Sərvər:] ..Sən atana deyinən ki, özün bilərsən. Sonra sənin işin yoxdur. Mən bu işə təhər çəkmişəm. Ü.Hacıbəyov. [Safo:] Alo əmi, Allah bu işlərə təhər çəkməyəcəkdir. S.Rəhimov. Təhərdən çıxarmaq – xarab etmək, korlamaq. [Münəvvər xanım Rzaqulu xana:] Cəmi təqsirlər səndədir ki, ayda yüz tümən pul verib, uşaqları təhərdən çıxarırsan. M.S.Ordubadi. Təhərdən çıxmaq – adi, təbii görkəmini itirmək, pis şəklə düşmək, xarab olmaq. Minlərcə biletsiz sərnişinlərin şinellərində gətirdiyi tozdan və çəkmələrindəki palçıqdan pilləkənlər, göyərtələr təhərdən və şəkildən çıxmışdı. Ə.Əbülhəsən. Təhərə düşmək – normal şəklə düşmək, adi, təbii halını almaq, qaydaya düşmək. Təhərə salmaq – normal şəklə salmaq, adi, təbii halına salmaq, qaydaya salmaq. Təhərim yoxdur – istəmirəm. Qonaqların yanında qızarmağa təhərim yoxdur. Mir Cəlal. Təhərini pozmadan – təbii halını pozmadan, etidalını pozmadan, həmişə olduğu kimi, həmişəki kimi. Ataş təhərini pozmadan cavab verdi. Ə.Vəliyev. Aslan təhərini pozmadan gülümsündü. S.Vəliyev. Bir təhər olmaq – bax. bir. təhərsiz sif. Biçimsiz, xarici görünüşü pis, eybəcər, yaraşıqsız. təhər-töhür is. Xarici görünüş, görkəm (çox vaxt istehza, mənfilik çaları ilə). Bunun təhər-töhürünə baxın. – Təhər-töhüründən mollaya oxşayan qoca bir kişi isə adamların siyahısını tuturdu. Ə.Abasov. təhəssür is. [ər.] köhn. Həsrət çəkmə, həsrətində olma. təhəvvül is. [ər.] köhn. Haldan-hala keçmə, başqa hala keçmə, dəyişmə. təhəyyür is. [ər.] köhn. Heyran olma, heyrətə düşmə, heyrətə gəlmə, mat qalma, matı-mutu quruma. təhkim is. [ər.] (əsasən “etmək”, “edilmək”, “olmaq”, “olunmaq” köməkçi feilləri ilə işlənir).\n1. Birinin sərəncamına, ixtiyarına vermə (məşğələ keçmək, öyrətmək, xidmət etmək və s. üçün), birinin üzərinə bu və ya başqa vəzifə qoyma. Geri qalan şagirdləri əlaçılara təhkim etmək. – Azərbaycan qadınları arasında işləmək üçün firqə [Məsməni] çalışmaqda olduğu arteldən alıb, qadınlar şöbəsinə təhkim edir. S.Hüseyn. [Firəngiz:] Ancaq aranızda olan ferma, yaylaq işçiləri, yaxşı olar ki, ..təhkim olunduğu fermaya getsin(lər). B.Bayramov.\n2. Hər hansı bir məqsədlə, yaxud xidmət və ya istifadə üçün bir yerə qeyd olunma (etmə). Pəhriz yeməkxanasına təhkim olunmaq. təhkimçi I. is. tar. Rusiyada təhkimçilik ictimai quruluşunda: təhkimçilik hüququna malik olan mülkədar.\n\nII. is. Təhkim olunmuş, təhkim edilmiş adam (bax. təhkim 1-ci mənada). Bir də yeddi nəfərlik köməkçilər heyəti; Bir də məsul təhkimçi qeyd edildi nəhayət. R.Rza. [Nuriyyə:] Səriyyə əvvəlcə məni mərkəzdən gəlmiş təhkimçi hesab etdi. İ.Əfəndiyev. təhkimçilik is. tar. Mülkədarların, onlara məxsus olan kəndlilərin əməyinə, malına, canına tam sahib olduqları ictimai quruluş; krepostnoyluq. Təhkimçilik dövrü. Təhkimçilik münasibətləri. Təhkimçilik təsərrüfatı. • Təhkimçilik hüququ tar. – mülkədarlara, onlara məxsus olan kəndlilərin şəxsiyyəti, əməyi və əmlakı üzərində tam ağalıq etmək ixtiyarı verən hüquq. təhkimli is. tar. Təhkimçilik ictimai quruluşunda: təhkimçilik hüququna əsasən mülkədara məxsus olan kəndli. // Sif. mənasında. Təhkimli kəndli. – Hanı ömrü nəhayətsiz əzablar içərisində keçmiş təhkimli mujiklər? M.İbrahimov. təhkiyə is. [ər.] ədəb. Bədii əsərin, təsvir və mükalimədən fərqli olan, hərəkət, iş, hadisə haqqında izahdan ibarət hissəsi. təhqiq is. [ər.] Həqiqəti üzə çıxarmaq, bir şeyin düzgün olub-olmadığını müəyyən etmək məqsədilə araşdırma; təhqiqat (əsasən “etmək” və “olmaq” köməkçi feilləri ilə işlənir). Bir neçə gündən sonra Kamil .. işin təzədən təhqiq edilməsini tələb etdi. C.Cabbarlı. [Vəzir:] Olmazmı ki, sizin əvəzinizə mən gedim, bu işi yerində təhqiq edim? Ü.Hacıbəyov. təhqiqat is. [ər. “təhqiq” söz. cəmi] Təhqiq etmə, araşdırma, yoxlama. Məhkəmə təhqiqatı. – [Şərif Almaza:] Orası bizə də, kəndimizə gələn təhqiqat [komissiyasına] da məlumdur. C.Cabbarlı. • Təhqiqat aparmaq – həqiqəti ortaya çıxarmaq üçün təhqiq etmək, araşdırmaq, yoxlamaq. təhqiqatçı is. Təhqiqat aparan rəsmi şəxs. təhqir is. [ər.] Heysiyyətini alçaltma, mənliyinə toxunma, şərəfsiz etmə; həqarət, alçalma, alçaltma. [Xəyyam:] Xəyyamə nə lazımdı ki, zəncir; Onsuz da köləndir, bu nə təhqir? H.Cavid. [Qulu:] Mən belə təhqirlərə dözə bilmərəm. İ.Əfəndiyev. • Təhqir etmək – heysiyyətini alçaltmaq, mənliyinə toxunmaq, şərəfsiz etmək, alçaltmaq. [Gəray:] Məni Nüşabə eylədi təhqir; Tökürəm intiqam üçün tədbir. A.Şaiq. Onlar təhqir etmədi; Sən təhqir etdin onu. B.Vahabzadə. təhqiramiz [ər. təhqir və fars. ...amiz] bax. təhqiredici. Qonşunun təhqiramiz sözü yenə Güldəstənin yadına düşdü. Çəmənzəminli. təhqiranə [ər. təhqir və fars. ...anə] bax. təhqiredici. [Zəhra] Həsənin ona əl qaldırmasını və təhqiranə sözlərini heç cür unuda bilmirdi. M.İbrahimov. təhqiredici (=təhqirli) sif. Heysiyyəti alçaldan, mənliyinə toxunan, təhqir edən; təhqiramiz, təhqiranə. Təhqiredici söz. – Xan şahın bu təhqirli məktubundan sınmadı. Çəmənzəminli. [Bəndalının anası] ona təhqirli (z.) baxır. Mir Cəlal. təhqirli (=təhqiredici) sif. Heysiyyəti alçaldan, mənliyinə toxunan, təhqir edən; təhqiramiz, təhqiranə. Təhqiredici söz. – Xan şahın bu təhqirli məktubundan sınmadı. Çəmənzəminli. [Bəndalının anası] ona təhqirli (z.) baxır. Mir Cəlal. təhlil is. [ər.]\n1. Tamı, bütövü tərkib hissələrinə, tərkib ünsürlərinə ayırmaqdan ibarət elmi tədqiqat üsulu (tərkib əksi). // bax. analiz. Kimyəvi təhlil. Qanın təhlili.\n2. Bir şeyi gözdən keçirmə, araşdırma, tədqiq etmə. Tənqidi təhlil. – Midhət əfəndi Bəyazid meydanı ilə gedərkən Türkiyənin keçirdiyi macəranın təhlili ilə məşğul idi. Çəmənzəminli.\n3. qram. Tərkibini, quruluşunu müəyyənləşdirmə. Cümlənin morfoloji təhlili. Sözün fonetik təhlili. təhlükə is. [ər.]\n1. Qorxu törədən hal; xətər, xətərli iş. Özünü təhlükəyə atmaq.\n2. Xoşagəlməz, qorxulu, ağır bir hadisənin baş vermək ehtimalı. Hər yerdə müharibə təhlükəsindən böyük nifrət və həyəcanla danışırlar. M.İbrahimov. təhlükəli sif. Təhlükəsi olan, həyat üçün qorxusu olan; xətərli, qorxulu. Təhlükəli vəziyyət. Təhlükəli iş. Təhlükəli yol. – Parovozlar isə təhlükəli dairədən qatarları çəkərək uzağa apardı. Ə.Sadıq. // Fəlakətlə, uğursuzluqla nəticələnə bilən. Təhlükəli siyasət. Təhlükəli başlanğıc. – [Səlim və Məryəm] ayrılığa dözə bilmir, çox təhlükəli addım atırdılar. İ.Qasımov. təhlükəsiz sif. Heç bir təhlükəsi, qorxusu olmayan; xətərsiz. Təhlükəsiz vəziyyət. – Su yolu dəmir yoldan daha təhlükəsiz və nisbətən etibarlı idi. A.Şaiq. təhlükəsizlik is. Heç bir təhlükə olmadığı hal, vəziyyət, şərait. Beynəlxalq təhlükəsizlik. Yol hərəkəti təhlükəsizliyi. • Təhlükəsizlik texnikası – iş şəraitinin təhlükəsizliyini təmin edən əmək vasitələri və üsulları sistemi. [Cəmil] özü də ilk dəfə bura gələndə fəhlələrdən biri onu təhlükəsizlik texnikalarının ən zəruri tələbləri ilə tanış eləmişdi. M.Hüseyn. təhr dan. bax. təhər. [Alo:] İndi, arvad, təhrimiz ancaq səbir eləməkdir! S.Rəhimov. [Şirzad:] Ay Salman, böyük bir kolxozun mühasibisən, neçə yerdə oxumusan, neçə kurs qurtarmısan, yenə də adamla danışmağın təhrini bilmirsən. M.İbrahimov. təhrif is. [ər.] Bir sözün, ifadənin hərflərini dəyişdirməklə mənasını, mahiyyətini pozma, yanlış şəklə salma. • Təhrif etmək – dəyişərək nöqsanlı etmək, korlamaq, yanlış şəklə salmaq. Fikri təhrif etmək. Əsərin məzmununu təhrif etmək. – Romançılıq bəzi tarixi həqiqətləri də təhrif edir. M.S.Ordubadi. təhrik is. [ər.] Sözlə və ya başqa şirnikləndirici vasitələrlə birini bir iş görməyə vadar etmə, sövq etmə, meyilləndirmə, həvəsləndirmə. [Kitabpaylayan:] Sonra eşitdim ki, bir mollanın təhrikinə görə gəlib, məndən kitabları alıb, aparıb odluyublar. Ə.Haqverdiyev. • Təhrik etmək – 1) bir iş görməyə həvəsləndirmək, sövq etmək. [M.F.Axundzadəni] yazıçılığa təhrik edən də bədii zövqündən daha artıq ictimai məfkurələri idi. C.Cabbarlı; 2) pis bir işə sövq etmək, həvəsləndirmək. Oğurluğa təhrik etmək. Cinayətə təhrik etmək. təhrikçi is. Təhrik edən, həvəsləndirən, sövq edən adam (pis işə). təhrikedici sif. Təhrik edən, həvəsləndirən, sövq edən (adətən pis işə). təhrir is. [ər.] klas. Yazma, yazı; qələmə alma. // Yazılmış, yazılı şeir, kitab və s. Cəhd edin, göndərdiyim təhrirlər puç olmasın! M.Ə.Sabir. • Təhrir etmək (qılmaq) klas. – yazmaq, qələmə almaq. Təhrir qılıb münasibihal; Bu şeri həm etdi ona irsal. Füzuli. Gəlməyimdə əgərçi var təxir; Edirəm mən risaləmi təhrir. S.Ə.Şirvani. təhriri sif. və zərf [ər.] Yazılı, yazılmış surətdə (şifahi əksi). Təhriri cavab. Təhriri surətdə. – Dəmirov yol barəsində tərtib etdiyi təhriri məruzəni çıxarıb, yenə sədrə təqdim etdi. S.Rəhimov. Katib Cəmilin yazdığı təhriri məlumata bir də nəzər salıb başını qaldırdı. Q.İlkin. // Zərf mənasında. Təhriri danışmaq. təhsil is. [ər.]\n1. Oxumaqla elm və bilik əldə etmə. Bir neçə ildən sonra Yusif Sərrac təhsili-elm üçün İsfahana getdi. M.F.Axundzadə.\n2. Oxumaq nəticəsində əldə edilən biliklərin məcmusu. Orta təhsil. Uşaqlara təhsil vermək. Xüsusi təhsil. – [Qaraş Mayaya:] Mənim sənə görə təhsilim azdır. M.İbrahimov. təhsilli sif. Təhsil almış, oxumuş, bilikli. Yoldaşların ikisi də ali təhsillidirlər. Ə.Vəliyev. təhsilsiz sif. Heç bir təhsil görməmiş; oxumamış. təhsilsizlik is. Təhsil görməmiş, oxumamış adamın halı. təhsin is. [ər.] Bir işi və ya şeyi bəyənib tərifləmə, alqışlama; təqdir, tərif. Malikin sözlərini [kəndlilər] diqqətlə təhsin səsləri ilə dinləyirdilər. M.İbrahimov. [Buğac] atasının təhsin və təqdirini qazanacaqdı... M.Rzaquluzadə. • Təhsin etmək – bəyənərək tərifləmək, təqdir etmək, alqışlamaq. Hürriyyətpərəst müsəlmanlar millət bahadırı Səttarxanı tərif və təhsin edirlər. F.Köçərli. təht is. [ər.] Adətən təhtində şəklində – altında, hakimiyyəti, idarəsi altında, tabeiyyətində, tabeliyində. [Vaqif:] [Fətəlinin] təhtindəki yerlərin də yönü Dərbəndə tərəfdir, bir iş olsa beli [Rusiyaya] bağlıdır. Çəmənzəminli. // köhn. Eyni mənada izafət birləşmələrinin birinci tərkib hissəsi şəklində işlənir. Səməd valideyninin təhti-nəzarətindən qurtarıb, avara gəzməyə daha da meydan vermişdi. Çəmənzəminli. Qazax mahalından bir neçə elat köçüb Qarabağ vilayətinə, İbrahim xanın təhti-himayətinə gediblər. F.Köçərli. təhtəlhesab is. və sif. [ər.] Sonradan haqq-hesab vermək şərtilə alınan pul. Təhtəlhesab pul almaq. təhvil is. [ər.] (adətən “almaq”, “etmək” köməkçi feilləri ilə işlənir)\n1. Təzə işə keçərkən və ya işdən çıxarkən tapşırılmış işi, vəzifəni, şeyi başqa adama vermə. [Nüsrət:] Toğrul, sən işləri təhvil al! C.Cabbarlı. Beş gündən sonra Tərlanov işi təhvil verib, Teymuru yanına çağırdı. H.Seyidbəyli. // Öz əməyinin nəticəsini, məhsulunu istifadə olunmaq üçün lazımi yerə və ya şəxsə vermə. [Əmrulla:] [Qüdrət] pyesi qurtarıbdır, gətirdi təhvil versin. C.Cabbarlı. [Yusif Həsrətə:] O barədə işimiz pis deyil. Şahmar taxıl təhvilində iştirak eləyir. B.Bayramov.\n2. Hicri-şəmsi təqvimində köhnə ilin qurtarıb yeni ilin daxil olması. [Əliməmməd Vaqifə:] ..Hələ il təhvil olmamışdır, dəstəyə bir saat qalanda olacaq. Çəmənzəminli. Təbil və şeypur səsləri ilin təhvil olduğunu Təbriz xalqına bildirdi. M.S.Ordubadi. təhvilçi is. Bir şey təhvil verən adam. təxəllüs is. [ər.] Adətən yazıçıların, rəssamların və b.-nın işlətdikləri qondarma ad. Az bir zamanda onun böyük şair olub Nəsimi təxəllüsü daşıdığı şəhərə yayıldı. Çəmənzəminli. təxəllüslü sif. Təxəllüsü olan, təxəllüslə yazan. “Füyuzat”ın 24-cü nömrəsində, axırıncı səhifədə “Azad” təxəllüslü şair üzünü xanımlara tutub [deyir].. C.Məmmədquluzadə. təxərrüş is. [ər.] Xarici mühitin, bir şeyin (səs və s.-nin) orqanizmə və ya onun bir hissəsinə təsiri nəticəsində əmələ gələn hal; qıcıqlanma, qıcıq. • Təxərrüşə gəlmək – qıcıqlanmaq. [Əsgər:] Birdən onlara yox, bizimkilərə dəydi, – deyə, düşünərək təxərrüşə gəlmiş əsəblərini sakit eləməyə başladı. M.Hüseyn. Təxərrüşə gətirmək – qıcıqlandırmaq. Spirt mədə şirəsinə qarışıb onun tərkibini dəyişdirir, selik qişasını təxərrüşə gətirib, iltihab, yara və mədə xərçəngi kimi xəstəliklər törədir. təxəyyül is. [ər.] Bir adamı və ya bir şeyi zehnində, xəyalında təsəvvürə gətirmə, canlandırma; xəyala, xəyalata qapılma. // Xəyal, xülya, xəyalat. Rüxsarə o qədər təxəyyül aləminə qapılmışdı ki, elə bil lap salonda əyləşmişdi. S.Rəhimov. // Yaradıcılıq fantaziyası. təxfif is. [ər.]\n1. Sözün müəyyən hissəsinin ixtisarı.\n2. Asanlaşdırma.\n3. Azaldılma. təxir is. [ər.] Yubanma, gecikmə, ləngimə. ..Məktub sahibi gəldi idarəyə və ruznamənin təxirindən başladı giley eləməyə. C.Məmmədquluzadə. • Təxir etmək – yubatmaq, gecikdirmək, ləngitmək, sonraya saxlamaq (keçirmək). [Mələkə:] Zənn edirəm ki, hökmdar mənim bu arzumu yerinə yetirməkdə təxir və tərəddüd etməyəcəkdir. M.S.Ordubadi. Təxirə düşmək – yubanmaq, gecikmək, ləngimək. ..Azərbaycan nümayəndələri yubandığı üçün bu iş bir az təxirə düşmüşdü. M.S.Ordubadi. Təxirə salmaq – yubatmaq, gecikdirmək, ləngitmək, sonraya qoymaq. [Sədr:] Hələlik tədbir görülməni təxirə salmaq tərəfdarları əllərini qaldırsın. Çəmənzəminli. [Cavanşir:] Biz hücumu təxirə sala bilmərik. M.Hüseyn. təxirəsalınmaz sif. Təxirə salına bilməyən, yubadıla bilməyən, gecikdirilə bilməyən; təcili. Təxirəsalınmaz vəzifə. – [Həkimin] elə bil çox tələsik, təxirəsalınmaz işi var.. H.Seyidbəyli. təxliyyə is. [ər.] köhn. Boşaltma, boşaldılma. təxmin is. [ər.] Güman, zənn, ehtimal. Bu söhbətdən bir az sonra [Məşədinin] təxmini düz çıxdı. M.Hüseyn. • Təxmin etmək – güman etmək, zənn etmək, ehtimal etmək. [Hidayət] əhvalatın nə yerdə olduğunu təxmin edirdi. B.Bayramov. təxminən zərf [ər.] Bir qədər az və ya bir qədər çox, bir az tez və ya bir az gec və s.; təqribən (əsasən say və rəqəmlərdən, ölçü və vaxt adı bildirən sözlərdən əvvəl işlədilir). Təxminən yanvar-fevral aylarında. – Bu kəndlərin meyvə bağları təxminən 12-13 kvadrat kilometr yer tutaraq uzaqdan baxdıqda böyük bir meşəyə bənzəyirdi. S.S.Axundov. Dilbərin tikintiyə getməsindən təxminən iki həftə sonra bir gün axşam Həcər qarının ailəsinin üzvləri evə yığışmışdılar. Ə.Sadıq. təxmini sif. [ər.] Həqiqətə az və ya çox dərəcədə yaxın olan; təqribi. Təxmini plan. – Rəis lülələnmiş bir kağız gətirib açdı. Bu, tikinti sahəsinin təxmini xəritəsi idi. Mir Cəlal. təxribat is. [ər. “təxrib” söz. cəmi]\n1. Müharibə, təbii fəlakət və s. nəticəsində dağıntı. Zəlzələnin törətdiyi təxribat. – ..Vətəndaş müharibəsi zamanından qalan təxribatın cansıxıcı əsərləri gözə çarpırdı. H.Nəzərli. [Dünya] müharibəsi öz təxribatını get-gedə artırır, işlər cığırından çıxır, pozulur, dağılırdı. Qantəmir.\n2. Xarici dövlət və sinfi düşmən təşkilatları agentinin (və ya agentlərinin) yanğın, partlayış və s. şəklində törətdikləri pozuculuq işi. təxribatçı is. Təxribatçılıqla məşğul olan adam. təxribatçılıq is. Hər hansı ölkədə xarici dövlətin casusları tərəfindən ziyankarlıq məqsədilə hərbi və dövlət əhəmiyyətli obyektlərin dağıdılması, sıradan çıxarılması. Düşmən casuslarının təxribatçılığı. təxsis is. [ər.]: təxsis etmək – müəyyən məqsəd üçün ayırmaq. [Xəlil:] Mənim anlayışımca, on manat təxsis etməli və növbə ilə yemək daşımağa adam təyin etməli. Çəmənzəminli. [Məlikşah:] Məmləkətin gözəl bir tərəfində ona malikanə verəcəyəm, böyük və təminedici maaş təxsis edəcəyəm. M.S.Ordubadi. Təxsis olunmaq – müəyyən edilmək, ayrılmaq. Otaqların biri qadınlara, ikisi də kişilərə təxsis olunub. Çəmənzəminli. təxsisat is. [ər. “təxsis” söz. cəmi]\n1. Bir iş üçün ayrılan pul.\n2. Pul və ya natural şəkildə qaytarılmaq şərtilə verilən borc (pul, şey və s.). Pul təxsisatı. Təxsisat buraxmaq. – [Şah:] Arandan Darüssəlamın beytülmalına göndərilməyən dördillik təxsisat göndərilməlidir. M.S.Ordubadi. təxt bax. taxt. ..Səfəviyyə nəslindən bir şahzadəni təxtə oturdaq ki, barı nəcabətinə görə təxt və taca səzavar olsun! M.F.Axundzadə. Məşədi Həsən gedəndən sonra uzandım təxtin üstünə. Ə.Haqverdiyev. tək I.\n1. say. Təkcə, bircə, bir, ancaq bir, yeganə. İki bacının tək qardaşı. Tək övlad. – Bütün evin lampaları kimi, bu axşam həyətin bu tək fənəri də yandırılmamışdı. Ə.Əbülhəsən. • Tək ədəd riyaz. – qalıqsız ikiyə bölünməyən ədəd (cüt əksi).\n2. sif. Qoşa bədən üzvlərindən hər biri (əsasən o biri üzv şikəst olduqda işlənilir). Xosrovun tək gözü təlaş içində parıldayır, o, qardaşı Sultanı arzulayırdı. S.Rəhimov. Xanmuradov məmnun halda tək əlini [Rəhimin] çiyninə qoydu. Ə.Sadıq.\n3. sif. və zərf Köməksiz, arxasız, yalnız, yalqız. [Hüseyn:] O məni qoymadı döyüşlərdə tək; Dalımca yönəldi o böyük ürək. M.Rahim. [Səməndər] Nərgizi selə-suya tək buraxmaq istəmirdi. B.Bayramov.\n4. zərf və sif. Ancaq, yalnız, yalqız, təkcə, başqaları olmadan, təkbaşına. Tək qalmaq. – Gülpəri yaxşı bilirdi ki, .. Hacı Nəsirin cəmi mal və dövləti tək Nurəddinə qalacaqdır. S.S.Axundov. Poladzadə kabinetində tək oturmuşdu. Ə.Vəliyev.\n5. “Ancaq”, “yalnız”, “təkcə” mənasında. Ölən-qalanın dərdinə qalan həkimin nəinki tək bu kənd üçün, hətta bütün Qubadlı nahiyəsi üçün bir sehr olduğu da təəccüblü deyildi. S.Rəhimov. [Müəllim] tək uşaqlara savad öyrətməklə kifayətlənmirdi. S.Qədirzadə.\n6. Bənzərlik, oxşarlıq bildirir: ...kimi. Onuntək. Sənintək. – Qəm-qüssəm başımdan aşıb; Məntək dərdə qalan yoxdu. “Koroğlu”. [Xurşid:] Könlümdəki yaram da; Qızılgültək açıldı. Ü.Hacıbəyov. ‣ Tək əldən səs çıxmaz – bir adam işin öhdəsindən gələ bilməz, tək adam heç bir şey edə bilməz. [Məcid əfəndi Musaya:] İş çox deyil, fəqət tək əldən səs çıxmaz. H.Cavid. Tək günü – salı, çərşənbə axşamı. Çərşənbə, şənbə və tək günü qəbiristana və hamama getmək olmaz. C.Məmmədquluzadə. Üç cüt bir tək – çox az şey haqqında.\n\nII. is. Dib. Mən cəhənnəmə daxil olanda haman quyunun təkindən “vay, dədəm vay” naləsi eşitdim. Ə.Haqverdiyev. Divar kimi dik təpədən göz işlədikcə baxırsan, dərənin təki görünmür. Mir Cəlal. // Dərinlik, alt. Torpağımın təkində nələr, nələr yox idi; Muğanımda, Milimdə nə xəzinələr yox idi. R.Rza. Yerin təkində bəzi mədənlər bir-birindən ayrı halda yerləşmir. M.Qaşqay.\n\nIII. Cümlədə adətən feildən sonra gələrək, haqqında danışılan işin dərhal baş verdiyini bildirir: ...kimi. O, gələn tək sakitlik düşdü. – [Xortdan:] Yay qurtaran tək .. taxılı döydürüb, satıb .. qumar borclarına veriblər. Ə.Haqverdiyev. Yuvasından qara böcək; Çölə çıxdı yaz gələn tək. M.Dilbazi. təkadamlıq bax. biradamlıq. Təkadamlıq kamera. təkallahlılıq bax. monoteizm. təkaltı is. Yəhərin altından atın belinə qoyulan, üstü dəri, qalın astarlı yumşaq keçə parçası. təkamül is. [ər.]\n1. Bir şəxsin, bir şeyin təkmilliyə doğru dəyişməsi, inkişafı; kamilləşmə. // Ümümiyyətlə, inkişaf, dəyişmə, yeniləşmə. Ehtiyac təkamülün babasıdır. (Ata. sözü). [Rasim Yavərə:] Siz razılaşın ki, hər şey kimi musiqi də təkamülə möhtacdır. M.İbrahimov. • Təkamül etmək – yavaşyavaş inkişaf etmək, dəyişmək, yeniləşmək, təkmilləşmək, kamilləşmək.\n2. fəls. Təbiətdə və cəmiyyətdə hərəkət formalarından biri – inqilabi dəyişmədən fərqli olaraq, arasıkəsilmədən yavaş-yavaş cərəyan edən dəyişmə. ‣ Təkamül nəzəriyyəsi – üzvi aləmin bir üzvi formadan başqa üzvi formaya keçmək yolu ilə inkişafı haqqında nəzəriyyə. təkamülçü is. Təkamül nəzəriyyəsi tərəfdarı. təkan is.\n1. Bir şeyi özündən uzaqlaşdırmaq məqsədilə bərk itələmə və ya zərbə. [Növrəstə] tərəkəmələrdən qalmış köhnə keçəni üstünə çəkdiyi zaman qapıya bir təkan vuruldu. Ə.Abasov. // Zərbə və ya silkələnmə nəticəsində sarsıntı. Yeraltı təkanlar. – [Şeyda:] Əlikram əmi, zəlzələ, təkan, atom zəmanəsi deyilən çox mühüm amili hesaba almırsınız? B.Bayramov.\n2. məc. Hər hansı bir işin həyata keçməsi, sürətlənməsi və ya inkişafı üçün stimul ola biləcək daxili və ya xarici amil (bu mənada adətən “vermək”, “vurmaq” feilləri ilə işlənir). ‣ Təkan vermək – itələmək. [Gəldiyev] qapıya təkan verəndə bağlı olduğunu bildi. Mir Cəlal. təkanlama “Təkanlamaq”dan f.is. təkanlamaq f. İtələmək. ..Aralığa basabas düşür. Bu onu, o bunu təkanlayır. C.Məmmədquluzadə. təkatlı bax. biratlı. təkavarlı sif. Bir avarla sürülən, hərəkətə gətirilən (qayıq haqqında). Təkavarlı qayıq. təkayaqlı bax. birayaqlı. təkbarmaq sif. Bir barmağı olan. • Təkbarmaq əlcək – bir böyük barmağı olan əlcək. təkbarmaqlı bax. birbarmaqlı. təkbaşçı is. Təkbaşçılıq üsulu ilə rəhbərlik edən adam. təkbaşçılıq is. Rəhbərliyin bir adamın əlində olduğu iş üsulu. təkbaşına zərf\n1. Yalqız, yalnız, təkcə, tək özü. Təkbaşına qalmaq. – Xan divan otağına gəlib, orada təkbaşına oturdu. Çəmənzəminli. [Murad] ..nə vaxtadək bayquş kimi təkbaşına yaşayacaqdı? S.Hüseyn.\n2. Başqasının köməyi olmadan; tək, təkcə. Təkbaşına məsələni həll etmək. – [Südabə:] Təkbaşına Zal oğlu; Üstün gələr onlara. H.Cavid. // Özbaşına, nəzarətsiz, baxımsız. [Səlim:] ..Hər kəs təkbaşına işləsə, arxın içinə uzadıb ölüncə döyəcəklər. C.Cabbarlı.\n3. Öz-özünə, müstəqil, rəhbərsiz, müəllimsiz. təkbətək zərf\n1. Birbəbir, bir-bir, hərəni ayrı-ayrılıqda. Xalqın hünərindən danışar sənə; Dindirsən təkbətək hər kəsi burda. S.Rüstəm. Murad dayı bizim hamımızı təkbətək tanıyır. İ.Əfəndiyev.\n2. Mübarizədə, vuruşmada, yarışda iki nəfərin üz-üzə gəldiyi hal. Təkbətək vuruşmaq. təkbir is. [ər.] Namaz qılan zaman deyilən “Allahu əkbər” (Allah böyükdür). təkbuynuz (=təkbuynuzlu) sif. Yalnız bir buynuzu olan; birbuynuzlu, taybuynuz. Təkbuynuz öküz. təkbuynuzlu (=təkbuynuz) sif. Yalnız bir buynuzu olan; birbuynuzlu, taybuynuz. Təkbuynuz öküz. təkcə sif. Ancaq tək, bircə. [Durna:] Bu Aydəmir mənim təkcə qardaşımın yoldaşıdır. C.Cabbarlı. // zərf Ancaq özü, tək. Təkcə oturmaq. Təkcə qalmaq. təkdənbir bax. arabir. Gülpəri ocağın qırağında oturub, sinidə düyü arıtlayır, təkdənbir də əsnəyirdi. M.Hüseyn. Hərdən maşın səsi eşidilir, yaxın yollarda təkdənbir arabaya rast gəlmək olurdu. Ə.Əbülhəsən. təkdırnaqlılar cəm zool. Bir və ya üç dırnağı olan məməli heyvanlar. Atların, eşşəklərin və kərgədanların barmaqlarının sayı tək (bir və ya üç) olur. Bu heyvanlar təkdırnaqlılar dəstəsinə aiddir. təkdir is. [ər.] kit. Pisləmə, qəbahətləndirmə, danlama, bəyənməmə. ..Tiflisdə “Molla”nın intişarı şəriətmədarların əlinə təkdir çomağı verdi. C.Məmmədquluzadə. • Təkdir etmək – pisləmək, pis hesab etmək, qəbahətləndirmək, danlamaq. təkə is.\n1. Erkək keçi.\n2. Vəhşi keçi, dağkeçisi. On addım kənarda yatmayır təkə; Gəzinir oylağa baş çəkə-çəkə. S.Vurğun. Dağlarında sürü-sürü; Maral, təkə varmış. R.Rza. təkəbbür [ər.]\n1. is. İddia, təşəxxüs, lovğalıq, özünü çəkmə, fors. [Rüstəmovun] ..hər şeyə yuxarıdan baxan büzük gözlərinə hüdudsuz bir təkəbbür çöküb qalmışdı. M.İbrahimov.\n2. sif. Təkəbbürlü, iddialı, dikbaş, təşəxxüslü, lovğa, forslu. [Piri baba:] Rəhmətlik qardaşımın cəmi xasiyyəti oğlu Əlimərdana keçmişdir. Atası kimi təkəbbür, kinli, höcət, qoçaq bir dəliqanlıdır. S.S.Axundov. Dünyada şöhrətpərəst və təkəbbür adamlar çox qorxaq olar(lar). M.İbrahimov.\n3. Təkəbbürlə şəklində zərf mənasında. Cəmil də öz növbəsində təkəbbürlə döşünü qabardaraq Tahirə baxıb dedi. M.Hüseyn. .. Bir gəlin, öz gözəlliyini dərk edən qadınlara məxsus bir təkəbbürlə gəlib [Sultan ilə Səmədin] qarşısından keçdi. İ.Hüseynov. təkəbbürlü sif. və zərf İddialı, təşəxxüslü, lovğa, mütəkəbbir, forslu. Təkəbbürlü adam. – Xanpəri özündən bədgüman, keçmişinə arxayın, təkəbbürlü, heç kəsi bəyənməyən, bir sözlə, lovğa və forsludur. Ə.Vəliyev. təkəbbürlük is. Lovğalıq, təşəxxüs, iddialılıq, mütəkəbbirlik, forsluluq. Atasının əli aşağı düşməyindən [Nurəddin] bir o qədər qəm çəkmirdi, çünki təbiətində təkəbbürlük, təşəxxüslük əsla yox idi. S.S.Axundov. təkəlduz is. [tək, əl və fars. ...duz – tək əllə tikilən] İranda, Orta Asiyada, Azərbaycanda ipək saplarla əyri xətlər və nəbati ornamentlər şəklində tirmə, mahud, şal və s. üzərində bədii tikmə növü və üsulu. Məxmər, mahud və ipək parçalar təkəlduz üçün ən münasib parçalardır. “Azərbaycan xalq sənəti”. təkəlduzçu is. Təkəlduz tikən usta (bax. təkəlduz). təkəlduzçuluq is. Tətbiqi xalq sənətinin təkəlduz tikməklə məşğul olan sahəsi. Xalq yaradıcılığının başqa sahələrinə nisbətən təkəlduzçuluq sahəsi ən az tədqiq olunan sahədir. “Azərbaycan xalq sənəti”. təkələnmə “Təkələnmək”dən f.is. təkələnmək f.\n1. Böyüyüb təkə olmaq (erkək keçi haqqında).\n2. məc. zar. Həddi-büluğa çatmaq, böyük oğlan olmaq, yetkinləşmək. təkəlli bax. birəlli1. Təkəlli işləmək. təkəllüf is. [ər.] köhn.\n1. Zəhmətə, əziyyətə qatlaşma.\n2. Çapalama.\n3. Saxta hərəkət, sünilik. təkəmmül is. [ər.] Kamala çatma, mükəmməlləşmə, təkmilləşmə, bitkinlik. təkəmseyrək sif. və zərf Adda-budda, orada-burada, seyrək. Bu söz iclasda təkəmseyrək gülüşməyə səbəb oldu. Ə.Vəliyev. Meşənin ətəyindən, təkəmseyrək kolların arasından qarapaltarlı, irigövdəli bir arvad çıxdı. İ.Hüseynov. təkər is. [ər.]\n1. Ox ətrafında fırlanıb təkərli nəqliyyat vasitələrini hərəkətə gətirən dəndəli və ya bütöv dairə; çarx. Faytonçu muşqurdu. Təkərlərin yeknəsəq səsi at ayaqlarının tappıltısına qarışdı. M.Hüseyn. Göy otlar yatardı təkərlər altda; Beləcə düşərdi bağa ilk cığır. N.Xəzri.\n2. məc. Təkərə oxşayan hər cür şey; qövs, dairə. Əjdər öz-özünə gümüldənirdi; Günəşin təkəri daha enirdi. H.K.Sanılı.\n3. məc. Obrazlı ifadələrdə: tale, qismət, bəxt. Dünyanın təkəri gerimi döndü; Yoxsa üfüqlərdə günəşmi söndü? S.Vurğun. ‣ Tarixin təkərini döndərməyə çalışmaq – tarixi inkişafın qanunauyğun gedişinin qabağını saxlamağa, geriyə qaytarmağa çalışmaq. təkərcik is. Kiçik təkər, balaca çarx; çarxcıq. Dişli təkərcik. Oyuncağın təkərciyi. təkərək is. Təkərcik. Şofer traktoru işə salıb təkərəyi yavaş-yavaş burmağa, kəndirin gərginliyini artırmağa başladı. Mir Cəlal. təkərli sif. Təkəri olan, təkərlə hərəkətə gətirilən; çarxlı. Təkərli traktor. təkərvari sif. Təkər şəklində olan; girdə, dairəvi, çarx kimi. təkəsaqqal (=təkəsaqqallı) sif. Çənəsində az uzun seyrək saqqalı olan. [Nəcəfalı:] Arıq, gödək, təkəsaqqal bir kişi eyvana çıxdı. B.Bayramov. təkəsaqqallı (=təkəsaqqal) sif. Çənəsində az uzun seyrək saqqalı olan. [Nəcəfalı:] Arıq, gödək, təkəsaqqal bir kişi eyvana çıxdı. B.Bayramov. təkəş sif. məh. Lovğa, özünü çəkən, özünü dartan, forslu. təkətək bax. təkbətək. Təkətək öhdəsindən gəlmək. – Bünyad Canı ilə belə təkətək görüşməmişdi. Ə.Əbülhəsən. təkfir is. [ər.] din. köhn. Kafir elan etmə, mürtəd elan etmə, lənət oxuma; küfr, lənət. • Təkfir etmək – lənətləmək, lənət oxumaq, kafir elan etmək, mürtəd elan etmək, dinsiz elan etmək. Ziddimə söz deyən olsaydı edərdim təkfir; İşimi qurdalasın, kimdə nə cürət var idi? M.Ə.Sabir. [Mirzə Turab:] ..Mollalar məni təkfir etdilər, mənə babi dedilər. B.Talıblı. təkgöz (=təkgözlü) bax. birgözlü. təkgözlü (=təkgöz) bax. birgözlü. təkhakimiyyətli sif. Hakimiyyət bir adamın əlində olan, qeyri-məhdud hakimiyyəti olan. Təkhakimiyyətli idarə üsulu. təkhakimiyyətlilik is. Hakimiyyətin bir adamın əlində toplanması; birisinin qeyri-məhdud hakimiyyəti. təkhecalı bax. birhecalı. təkhədli bax. birhədli. təkhüceyrəli sif. biol. Tək bir hüceyrəsi olan, bir hüceyrədən ibarət olan. Təkhüceyrəli yosunlar. Təkhüceyrəli ibtidai canlılar. təki 1. Cümlədə arzu bildirən hissəcik. Təki siz gələsiniz. Təki tez çıxıb gedəydik. Təki sən deyən kimi olaydı. – [Gültəkin Aydına:] Paltar da istəmirəm, təki sən fikir çəkməyəsən, nə eləyirəm paltarı? C.Cabbarlı. Mənsiz bu dünyanın olsan qonağı; Nə olar, sevgilim, sağ ol təki sən. R.Rza. // əd. Kaş, kaş ki. Təki [Mədəd] Gövhərdən, Hacıyevdən bir xəbər biləydi. Ə.Əbülhəsən.\n2. bax. tək1 6-cı mənada. [Hacı Fərəc:] ..Bədənim poladdan bərk, özüm saz, iyirmi yaşında cavan təki. N.Vəzirov. Əmək cəbhəsində də çalışdı əsgər təki; Al ipək pijamadır bu günsə əynindəki. B.Vahabzadə. təkid [ər.]\n1. is. Bir şeyin üstündə durma, israr etmə; israrla tələb etmə; israr. Rəisin təkidinə baxmayaraq, Səlim sarı şineli götürmədi. S.Rəhimov. • Təkid etmək (eləmək) – bir şeyin üstündə durmaq, israrla tələb etmək, israr etmək. Atası çox təkid edəndə Əmiraslan dedi: – Dədə, mən məktəbə getməyəcəyəm. Orada molla adamın ayağını falaqqaya salıb döyür. S.S.Axundov. Məşədibəy bir də təkid elədi, uşaq razı oldu. M.Hüseyn.\n2. Təkidlə şəklində – bax. təkidən. təkidən zərf [ər.] Təkid edərək, təkidlə, israrla. [Çopo:] Təkidən söylədim ki, onun nicatı ordu toplayıb, xaqanın hücumundan özünü müdafiə etməsindədir. Çəmənzəminli. təkidli sif. Təkid edərcəsinə, israrlı, inadlı. Midhədin təkidli tələbləri komandirin ürəyinə təsir eləmişdi. Ə.Vəliyev. təkir sif. Qırmızı lələkli (quşlar haqqında); qızıl pullu, qırmızı ağcalı (balıqlar haqqında). təkqat (=təkqatlı) bax. birqat(lı). təkqatlı (=təkqat) bax. birqat(lı). təkqol (=təkqollu) bax. tayqollu. Təkqollu kişi. təkqollu (=təkqol) bax. tayqollu. Təkqollu kişi. təkqulp (=təkqulplu) bax. birqulplu. Bu çölü şumlarkən 75 santimetr dərinlikdən qırmızı gildən hazırlanmış qadın fiquruna oxşar bir təkqulp qab tapmışdılar. (Qəzetlərdən). təkqulplu (=təkqulp) bax. birqulplu. Bu çölü şumlarkən 75 santimetr dərinlikdən qırmızı gildən hazırlanmış qadın fiquruna oxşar bir təkqulp qab tapmışdılar. (Qəzetlərdən). təkləmə “Təkləmək”dən f.is. təkləmək f. Ətrafındakılardan, yanındakılardan və ya yoldaşlarından ayırıb tək qoymaq, təcrid etmək. Axırda [dəliləri] birbirlərindən ayrı salıb təklədilər. “Koroğlu”. // Tək olmağından istifadə edərək üzərinə atılmaq və ya sıxışdırmaq. [Telli Şeydaya:] Eşitdim, bala, eşitdim, orda, institutda səni necə təkləyiblər. Ə.Məmmədxanlı. // Təklikdə görüşmək, danışmaq. təklənmə “Təklənmək”dən f.is. təklənmək f. Yoldaşlarından, yanındakılardan ayrılıb tək qalmaq, tək özü qalmaq. [Durna] dolu torbanı çiyninə alıb, qızlardan aralandı, təklənib kəndə tərəf getdi. Ə.Vəliyev. [Ədhəm] bilirdi ki, Səlim təklənəndə öz təsir gücünü xeyli itirir, çaşır, təntiyir. B.Bayramov. təklif is. [ər.]\n1. Qəbul edilmək üçün irəli sürülən fikir. [Cəmilə] kimsənin təklifini yerə salmamış, bir neçə gənc oğlanla bərabər oynamışdı. S.Hüseyn. Adamların çoxu məmnuniyyətlə öz öhdəsinə yeni vəzifələr götürmüş və işin sürətlə getməsi üçün bir çox əməli təkliflər irəli sürmüşdü. Ə.Sadıq.\n2. Başqalarının müzakirəsinə verilən məsələ, onun haqqında irəli sürülən rəy. Əjdər gurultunu kəsib, təklifi səsə qoydu.. S.Rəhimov. // Namizəd irəli sürmə. Milli Məclisə deputatlığa namizəd haqqında təklif.\n3. Bir işi görməyə dəvət etmə; dəvət. Saat iki tamamda otaq gənc qonaqlar ilə dolmuşdu. Bir azdan sonra Nurəddin qonaqlarını yemək otağına təklif etdi. S.S.Axundov. ..Qulluqçu qız sol tərəfdəki qapını açıb, [Rüstəm bəyə] otağa baxmağı təklif elədi. Çəmənzəminli.\n4. Göstəriş, əmr. Məşədi Həsənin təklifinə “baş üstə”dən özgə cavab tapmayıb durdum ayağa... Ə.Haqverdiyev. Milis nəfərləri maşından düşüb, şinellərini soyundular və təklif gözləmədən dəhnə, yaba götürüb, kol qırmağa başladılar. Ə.Vəliyev.\n5. Borc, vəzifə. Üzərinə təklif düşmək. ‣ Təklifini bilmək (qanmaq) – nə edəcəyini bilmək, öhdəsinə düşən vəzifəni dərk etmək. [Müsafir:] Ey müsəlman qardaşlar!.. İki kəlmə sözümüz var, deyək, eşidin sonra siz də təklifinizi bilin, bizə də kömək eləyin. C.Məmmədquluzadə. [Süleyman bəy:] Mən uşaq deyiləm və öz təklifimi çox yaxşı qanıram. Ə.Haqverdiyev. təklifsiz sif. və zərf Ədəb normalarını, nəzakət qaydalarını gözləməyən, hörmət gözləməyən; həyasız, ədəbsiz, sırtıq. Təklifsiz adam. Təklifsiz içəri girmək. təklifsizcə (=təklifsizcəsinə) zərf Hörmətsizcəsinə, nəzakətsizliklə, həyasızcasına, sırtıqcasına, rəsmiyyət gözləmədən. təklifsizcəsinə (=təklifsizcə) zərf Hörmətsizcəsinə, nəzakətsizliklə, həyasızcasına, sırtıqcasına, rəsmiyyət gözləmədən. təklifsizlik is. Təklifsiz adamın hərəkət tərzi; hörmətsizlik, ədəbsizlik, nəzakətsizlik, sırtıqlıq; hörmət, rəsmiyyət gözləməmə. təklik is.\n1. Onluqda birinci, ən kiçik say; həmin sayı ifadə edən 1 (bir) rəqəmi. // Çoxrəqəmli ədədlərin axırıncı rəqəmi. Yüzlük, onluq və təklik.\n2. Yalqızlıq, tək olma; tək qalmış adamın halı. Bəli! İndi mən təkəm və bu təkliyimlə də fəxr edirəm. Ə.Haqverdiyev. Birdən Mayaya elə gəldi ki, qəriblik, təklik hiss etdiyi bu qəribə yerlərdə Qaraşdan başqa bir ümidi yoxdur. M.İbrahimov. // Əri olmayan arvadın və ya arvadı olmayan kişinin halı; dulluq, ərsizlik və ya arvadsızlıq. [Sultan bəy:] Olmur, təklik mənə əl vermir. Ü.Hacıbəyov. [Gülsənəm] əri öləndən bəri təkliyin ağrısını getdikcə daha çox duyurdu. M.Hüseyn.\n3. Bir manat dəyərində olan pul; birmanatlıq, manatlıq. ..Kərbəlayı Cəfər çıxdı eşiyə və bir qədər yubanıb gəldi, oturdu və cibindən bir beşlik və iki təklik çıxarıb qoydu Xudayar bəyin qabağına. C.Məmmədquluzadə. təklikdə zərf\n1. Təkcə, ayrıca, yalqız. Şair təklikdə oturub, saatlarla xəyala dalmağı da çox sevirdi. S.Rəhimov.\n2. Başqasının və ya başqalarının köməyi olmadan; təkbətək, tək özü, təkbaşına. Sülü təklikdə Əliqulu ilə bacarmadı, Əliqulu yerdən qalxıb Sülüyə bir ağac vurdu. Çəmənzəminli. təklülə is. Bir lüləsi olan tüfəng, ya tapança. Qarakişi .. gah Şahmara, gah Yusifə, gah da təklüləsinə baxıb qapıdan çıxdı. B.Bayramov. // sif. Bir lüləsi olan. [Səlim] özünə bir dəst yaxşı ov paltarı, rezin çəkmə və bir təklülə qatlama tüfəng almışdı. M.Rzaquluzadə. təkmənalı sif. dilç. Ancaq bir mənası olan (çoxmənalı əksi). Təkmənalı söz. təkmənalılıq is. dilç. Bir mənası olma (çoxmənalılıq əksi). Sözün təkmənalılığı. təkmil is. [ər.] klas. Bir işin qurtarması, sona çatması, bitməsi. • Təkmil etmək klas. – qurtarmaq, sona yetirmək, bitirmək, başa çatdırmaq, tamamlamaq. Söylə mənə: – Gər eyləməsəm dərsimi təkmil; Girməz başıma ər sözü, gər bitməsə təhsil. M.S.Ordubadi. // Bütün, tam, əskiksiz, nöqsansız, kəsirsiz. • Təkmil olmaq – qurtarmaq, tamamlanmaq. [Molla İbrahimxəlil:] ..İkinci kürənin iksirinin təkmil və tamam olmağına bir ay qalıbdır. M.F.Axundzadə. təkmilləşdirilmə “Təkmilləşdirilmək”dən f.is. təkmilləşdirilmək məch. Daha yaxşı, daha mükəmməl hala gətirilmək; mükəmməlləşdirilmək. Neftçıxarma üsulları getdikcə təkmilləşdirilir. təkmilləşdirmə “Təkmilləşdirmək”dən f.is. Ustalığı təkmilləşdirmə. Texnikanı təkmilləşdirmə. təkmilləşdirmək f. Daha yaxşı, daha mükəmməl hala gətirmək, mükəmməlləşdirmək. Neftayırma üsullarını təkmilləşdirmək. təkmilləşmə “Təkmilləşmək”dən f.is. təkmilləşmək f. Daha yaxşı, daha mükəmməl hala gəlmək; mükəmməlləşmək. MTS-lər birləşib təkmilləşəndə Hatəmov da .. işə çox ciddi girişmişdi. B.Bayramov. təkmillilik is. Təkmil olma, mükəmməllilik, nöqsansızlıq, kəsirsizlik. Yağlama sisteminin təkmilliliyi. təknə is.\n1. Əsasən xəmir yoğurmaq üçün işlədilən dərin, iri, taxta mətbəx aləti; dərin tabaq. Mələk bacı dizləri üstə oturub, kəndli qadınlara məxsus təmkin və səliqə ilə təknədə xəmir yoğururdu. Ə.Sadıq. Burada təknə, tabaq, oxlov, qazan, sacayaq və yemək-içməyə gərək olan sair qab-qacaq az deyildi. Ə.Əbülhəsən.\n2. Ekskavatorun çalovu. Yarım ton ağırlığında olan təknə yüngül bir top kimi bir tərəfdən o biri tərəfə tullanırdı. Ə.Sadıq. Mazuta bulaşmış torpaq sahəsinin kiçik parçasını nəhəng bir ekskavatorun təknəsi ilə çevirmişdilər. Y.Əzimzadə.\n3. Bir təknə tutan miqdar. İki təknə buğda. Üç təknə un. – Tamam boşaldı anbar; Bircə təknə unum var. S.Vurğun. təkrar is. [ər.] Bir işi bir daha, yenidən görmə, bir neçə dəfə etmə; bir sözü bir daha, yenidən söyləmə. Məqalədə təkrar çoxdur. – [Şeyx Sənan:] İbn Məryəm asıldı darə, fəqət; Onu təkrarə varmıdır hacət? H.Cavid. Yəqin ki, təbiət də sənət kimi təkrarı sevmir. M.Rzaquluzadə. // Zərf mənasında. Kazım əllərini təkrar döşünə qoyub baş əydi, sonra dizi üstə döşəkçəsinin üstündə oturdu. Çəmənzəminli. Mehriban təkrar hirsləndi. S.Hüseyn. • Təkrar etmək – bax. təkrarlamaq. Eldar qayıdıb gəldikdə Daşdəmir əminin sözlərini təkrar etdi. M.Rzaquluzadə. Ləmanın Seymur haqqında dediklərini o da eynilə anası üçün təkrar edirdi. H.Seyidbəyli; // dərsi və ya başqa bir şeyi daha dərindən mənimsəmək üçün təkrarən oxumaq. Məsələni təkrar həll etmək. – [Nuriyyə:] Keçdiyimiz bütün riyaziyyat düsturlarını, qaydalarını bir də təkrar etdim. İ.Əfəndiyev. təkraredilməz sif. Tayı-bərabəri olmayan, təkrar edilə bilməyən. Təkraredilməz sənət əsəri. təkrarən zərf [ər.] Təkrar olaraq, təkrar-təkrar. Kərimzadə, Sənubərin gözünün içinə baxıb, Həmişəyevin fikrini təkrarən təsdiq elədi. B.Bayramov. təkrarlama “Təkrarlamaq”dan f.is. təkrarlamaq f. Təkrarən etmək, bir şeyi neçə dəfə etmək; bir sözü yenə də, bir daha, yenidən söyləmək. Elə bil təbiət bir şair kimi; Sevdiyi misranı təkrarlamışdır. N.Xəzri. [Səməndər:] İki-üç anlamazın dediklərini niyə təkrarlayırsan, ay ana? B.Bayramov. təkrarlanma “Təkrarlanmaq”dan f.is. təkrarlanmaq məch. Təkrarən edilmək, bir neçə dəfə edilmək, təkrar olunmaq; təkrarən, yenidən, bir daha söylənmək. Söhbət təkrarlandı. Səhvlər təkrarlandı. Qapının zəngi təkrarlandı. təkrarlatma “Təkrarlatmaq”dan f.is. təkrarlatmaq icb. Təkrarən etdirmək, bir işi bir neçə dəfə gördürmək, təkrar etdirmək. təkrarolunmaz bax. təkraredilməz. təkrar-təkrar zərf Təkrarən, bir neçə dəfə, dəfələrlə. Dinləmişəm gənc ikən Bakıda təkrar-təkrar; Sizin Şirvanzadəni, bizim Şirvanzadəni. S.Rüstəm. təkrir is. [ər.] Təkrarlama, təkrar. təksəsli sif. mus. Yalnız bir səslə ifa edilən, bir səsdən ibarət olan. Beləliklə, əvvəllər yalnız təksəsli olan musiqi getdikcə çoxsəsli musiqi ilə əvəz edilmişdir. Ə.Bədəlbəyli. tək-tək sif. və zərf\n1. Birbəbir, bir-bir, ayrı-ayrılıqda. Mirqasım mollaların bəzilərinə tək-tək salam verməyə başladı. S.Rəhman.\n2. Hərdənbir, arabir, bəzən, nadir. Məni də yorduqca arabir şəhər; Muğanın seyrinə çıxıram tək-tək. S.Vurğun. [Coğrafiya müəllimi] ancaq tək-tək hallarda gimnazistlərə yüksək qiymət verərdi. Q.İlkin.\n3. Birgə deyil, ayrı-ayrılıqda bir-bir, ayrıayrı. Hamı tək-tək gəlib Cəfərqulu ilə əl-ələ görüşdü. Qantəmir. Bu quşlar çox vaxt təktək, bəzən də cüt-cüt gəzər, ..yalnız düz üstlərinə çıxdıqda havaya qalxarlar. M.Rzaquluzadə.\n4. Adda-budda, bir-birindən aralı. Ötədəbəridə tək-tək ulduzlar fərq edilirdi. S.Hüseyn. Külək ağacları gətirir dilə; Fənərlər alışır yollarda tək-tək. H.Hüseynzadə. tək-tənha sif. və zərf Yalqız, tək, təkcə. Cəlal indi tək-tənha idi. S.Vəliyev. Ağappaq xalat geyinmiş Aydın tək-tənha öz otağında oturub gözləyirdi. H.Seyidbəyli. təktəsərrüfatçı is. Ayrıca müstəqil təsərrüfatı olan və kənd təsərrüfatı artelinin üzvü olmayan kəndli. Təktəsərrüfatçı əmlakı. tək-tük sif. Tək-tək, arabir. Ancaq təktük üstüörtülü faytonlar içində miniklər görünürdü. S.M.Qənizadə. [Koroğlu:] Doğrudur, indi də aramızda tək-tük ziyalılar tapılır. Ə.Haqverdiyev. təkyə I. is. [ər.]\n1. köhn. Söykənəcək, dayanacaq. • Təkyə eləmək (etmək) – 1) söykənmək, dayanmaq. Rzaquluxan suyu içdikdən sonra balışa təkyə edib, yavaş-yavaş göz yaşı tökməyə başladı. M.S.Ordubadi; // söykəmək, dayamaq, dəstəkləmək. [Molla Həmid:] Başını yuxarı qovzuyub, gözünü çadırın səqfinə dikib, sağ əlinin baş barmağı ilə çənəsinə təkyə edib, .. cavab verir. M.F.Axundzadə; 2) əsaslanmaq, istinad etmək. Rəsmi mənbədən bizə çatan bəzi məlumata təkyə etsək, görərik ki, keçən il təhsili qurtaran on səkkiz nəfər [azərbaycanlı] mamaların bir çoxu kəndlərə dağılıbdır. C.Məmmədquluzadə.\n2. Məhəccər, söykənəcək, sürahi. Qərənfil bacı eyvanın təkyəsinə yaxınlaşaraq .. səslədi. İ.Əfəndiyev.\n\nII. is. [ər.] Təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yer. Dərvişlikdən xəbəri yox, gecə-gündüz təkyə axtarır. (Ata. sözü). Odur ki, hər bir toya, təziyəyə, təkyəyə adam çağırmaq lazım olsa, bunu da Hacı Tağıya tapşırırlar. Ə.Haqverdiyev. // Təziyə, yas, hüzr yeri. Bir gün, baharın son ayında Şərəbanı xanım qonşuya təkyə yerinə getmişdi. E.Sultanov. • Təkyə saxlamaq – hüzr məclisi qurmaq, təziyədarlıq etmək. Məhərrəmlik münasibətilə bu karvansaranın həyətində təkyə saxlayıb təziyədarlıq edilərdi. S.Hüseyn. təkyələnmə “Təkyələnmək”dən f.is. təkyələnmək f. Söykənmək, dayaq vermək, dayanmaq. Çomağa təkyələnmək. – [Əsgər] təkyələndiyi çantadan başını qaldırdı. H.Nəzərli. təkzib is. [ər.] Bir məlumatın, xəbərin, şayiənin və s.-nin yalan olduğunu məlumat, çıxış, məqalə və s. ilə sübut etmə; yalanlama. • Təkzib etmək – yalan olduğunu, doğru olmadığını sübut etmək, elan etmək, bildirmək. Mərdan bir söz deməyə cəsarət etmədi, gəlinin halət və hərəkəti qayınananın iftirasını təkzib edirdi. Çəmənzəminli. təkzibedilməz (=təkzibolunmaz) sif. Təkzib oluna bilməyən; mübahisəsiz, şübhəsiz. Təkzibedilməz (təkzibolunmaz) fakt. – Azərbaycanın əfsanə və nağılları [Nazlı üçün] təkzibolunmaz bir həqiqət kimi yığılıb, sinədəftərində səbt olunmuşdu. Çəmənzəminli. təkzibolunmaz (=təkzibedilməz) sif. Təkzib oluna bilməyən; mübahisəsiz, şübhəsiz. Təkzibedilməz (təkzibolunmaz) fakt. – Azərbaycanın əfsanə və nağılları [Nazlı üçün] təkzibolunmaz bir həqiqət kimi yığılıb, sinədəftərində səbt olunmuşdu. Çəmənzəminli. təqaüd is. [ər.]\n1. Tələbələrə, aspirantlara müntəzəm surətdə verilən pul müavinəti, yardımı; stipendiya.\n2. bax. pensiya. Fərdi təqaüd. Təqaüd almağa bir ili qalıb. Təqaüdə çıxmaq. – Təqaüdlə saxlayırdı; İndi ana körpələri. M.Dilbazi. təqaüdçü is. və sif.\n1. Təqaüd alan tələbə; stipendiyaçı. Təqaüdçü tələbə.\n2. bax. pensiyaçı. təqaza is. [ər.] klas. Tələb. Neçin dəyişməsin fikri insanın; Təqazası deyilmi bu, dünyanın. A.Səhhət. Ərbabi-qələmimizə borcdur [qəzetin] mündəricatını xeyirli və zəmanənin təqazasına müvafiq məlumat ilə doldursun. F.Köçərli. təqdim is. [ər.] Bir şeyi vermək üçün əlində tutaraq birinin (adətən böyük və ya hörmətli bir şəxsin) hüzuruna gətirmə, ona vermə. • Təqdim etmək – 1) vermək üçün əlində tutaraq birinin (adətən böyük və ya hörmətli bir şəxsin) qabağına gətirmək, vermək. Dörd nəfər gözəl kəniz əlvan yeməklər gətirib, qadına və Fəxrəddinə təqdim etdilər. M.S.Ordubadi; 2) tanış etmək. İşə yeni qəbul olunanları bir-bir sex müdirinə təqdim etdilər. – Teymur bəy ev sahibəsini və qızını müsafirlərə təqdim etdi. Çəmənzəminli; 3) elmi şura, iclas və s.-nin müzakirəsinə, təsdiqinə vermək. Dissertasiya işini müdafiəyə təqdim etmək. – Memar Sadıqzadənin təqdim etdiyi layihələr salondakılar tərəfindən təqdir edildi. S.Rəhimov. təqdimat is. [ər. “təqdim” söz. cəmi] rəs. Yuxarı təşkilatlara yazılı məlumat, müraciət, yazılı bəyanat. Mükafat haqqında təqdimat yazmaq. təqdir is. [ər.]\n1. Qəbul (etmə), bəyənmə, qiymətləndirmə, alqışlama; dəyərini, əhəmiyyətini anlama. [Buğac] .. atasının təhsin və təqdirini qazanacaqdı. M.Rzaquluzadə. • Təqdir etmək – qəbul etmək, bəyənmək, qiymətləndirmək, alqışlamaq. Nə qədər ki Cavahir atasının evində idi, heç kəs bunun işini təqdir etməyirdi. T.Ş.Simurq. Zalda müxtəlif səslər eşidildi. Kimi Zeynəbin təklifini təqdir edir, kimi şübhə altına alırdı. M.İbrahimov.\n2. klas. Qismət, nəsib, tale (bəzən “təqdiriqəza” şəklində). [Kərəm:] Bizə belə imiş təqdirin işi; Axıtdı gözümdən qan ilə yaşı. “Əsli və Kərəm”.\n3. ...təqdirdə – şərt bildirir; ...halda, əgər... Gəldiyi təqdirdə (əgər gəlsə, gələrsə). • Əks təqdirdə – əks halda, belə olmadıqda. [Partizanlar] əks təqdirdə [Silanı] bu döyüşə göndərməzdilər. S.Vəliyev. O təqdirdə – elə olduqda (olsa), o halda. təqdirəlayiq sif. Təqdir edilə bilən; bəyənilməli, yaxşı. Təqdirəlayiq təşəbbüs. Təqdirəlayiq hərəkət. təqdis is. [ər.] klas. Müqəddəs bilmə, müqəddəsləşdirmə, sitayiş etmə, tapınma. • Təqdis etmək – müqəddəsləşdirmək, sitayiş etmək, tapınmaq. [Bir mələk Şeyx Sənana:] Səni təqdis edər mələklər, inan; Heç təlaş etmə gəl, böyük Sənan! H.Cavid. [Ruhnəvaz:] Tolstoyla Turgenevi çox oxuyuram, Mopassanı təqdis edirəm. Çəmənzəminli. təqəllüb is. [ər.]\n1. Dönmə, başqa tərəfə çevrilmə.\n2. Fırıldaq, kələk. təqib is. [ər.]\n1. İzinə düşmə, ardınca getmə, addımbaaddım dalına düşmə, izləmə. Maral başını aşağı salıb ağac gövdəsinə söykənmiş, elə bil məruz qaldığı təqiblərdən yorulub indi dərin fikrə getmişdi. Ə.Məmmədxanlı.\n2. məc. Narahat etmə, əziyyət vermə, təngə gətirmə. İki ay əvvəl [Surxay] təqibdən qaçıb kəndə gəlmişdi. Ə.Vəliyev. // Sıxışdırma, zülm etmə. Təzyiq və təqiblərə baxmayaraq, Bakı fəhlələri gizlində üsyana hazırlaşırdılar. Q.İlkin. ‣ Təqib etmək – 1) tutmaq, ələ keçirmək, göz qoymaq və s. məqsədlə birinin izini tutub dalınca getmək; izləmək. Ovu təqib etmək. – Bölük, qaçan düşməni təqib etməkdə idi. H.Nəzərli; 2) ardınca getmək, dalınca getmək, müşayiət etmək. Zeynal matəm alayını təqib edənlərə məxsus məyus addımlar ilə sahil boyu ilə evə qayıdırdı. S.Hüseyn; 3) məc. bir-birinin ardınca gəlmək, bir-birini izləmək. Hadisələr bir-birini təqib edirdi. S.Hüseyn. ..Bir-birini təqib edən dəhşətli gurultular dağlarda əks-səda verə-verə uzaqlara yayıldı. B.Bayramov; // ardınca gəlmək, dalınca gəlmək. Qışı bahar təqib edər. – Hər vüsalı daima təqib edər bir ayrılıq. H.Cavid; 4) məc. sakitlik verməmək, narahat etmək, əziyyət vermək. Fikir onu daim təqib edirdi. – ..“Əkinçi” qəzeti üçün Zərdabini hər yerdə, hətta öz evində belə təqib edirdilər. C.Cəfərov. təqlid is. [ər.]\n1. Başqasının hərəkətini, danışıq tərzini və s.-ni eynilə təkrar etmə, özünü ona oxşatmağa çalışma; yamsılama. • Təqlid etmək – başqasının hərəkətlərini, danışıq tərzini və s. xüsusiyyətlərini təkrar etmək, özünü ona oxşatmağa çalışmaq, yamsılamaq. Marat danışanda açıqdan-açığa Tərlanı təqlid edirdi, bəzi sözləri onun kimi cəld və kəskin deməyə xüsusi fikir verirdi. M.Hüseyn. 3-4-cü sinfin uşaqları İlyas müəllimin dərsini vaxtında öyrənir, sözünə qulaq asır, hərəkətini təqlid edirdilər. Mir Cəlal. Təqlidini çıxarmaq – gülmək üçün başqasını yamsılamaq. Əyyar Bəhramın iki şir arasından tacı götürüb başına qoyduğunun təqlidini çıxarır. A.Şaiq. [Nəbi:] Biz, ağaların qumar oynamalarının təqlidini çıxardırıq. S.S.Axundov.\n2. Başqa əsərə bənzədilərək yaradılan əsər; oxşatma, bənzətmə. Əsər orijinal əsər deyil, təqliddir. təqlidçi is. Başqasını təqlid edən adam, təqlid çıxaran. təqlidçilik is. Təqlid etmə, təqlid çıxarma xasiyyəti. Təbriz xalqında təqlidçilik Şərqin başqa xalqlarına nisbətən bir neçə qat artıqdır. M.S.Ordubadi. təqlidən zərf [ər.] Təqlid edərək, oxşadaraq, bənzədərək, yamsılayaraq. Tibb bacısı yenə həkimə təqlidən rəsmi bir əda ilə dedi. M.Hüseyn. təqribən zərf [ər.] Dəqiq deyil, təxmini, təqribi; təxminən. [Çopo:] Təqribən on səkkiz-on doqquz yaşlarında olan bu qız son dərəcə ciddi və bəlkə bir az da sərt-təbiətli idi. Çəmənzəminli. Təqribən bir-iki saat keçmiş qəfildən ayıldım. Ə.Məmmədxanlı. təqribi sif. [ər.] Təqribən, təxminən, təxmini. Təqribi hesablama. təqrir is. [ər.]\n1. Yerini təyin etmə.\n2. Möhkəmləndirmə.\n3. Bəyan etmə. təqsim is. [ər.] Hissələrə bölmə, bölüşdürmə; bölgü. ..Vərəsələr bu təqsimə razı idilər. S.Hüseyn. • Təqsim etmək – bölmək, bölüşdürmək. Çünki Sərdar Rəşidin vərəsələri Təbrizə gəldikdən və ev şeylərini öz aralarında təqsim etdikdən sonra, orada Mahru üçün heç bir şey qalmırdı. M.S.Ordubadi. Təqsim olunmaq – bölünmək, bölüşdürülmək. [Molla Xəlil] kəndlilərin boynuna böyük bir minnət qoyardı, çünki kəndin ölüləri onun namazı və quranı ilə dəfn edildiyi kimi, malları da onun əli ilə vərəsələr arasında təqsim olunar(dı). S.Hüseyn. təqsir is. [ər.] Adi, hamı tərəfindən qəbul olunmuş, hamı üçün məcburi qaydalara, əxlaq norma və qaydalarına zidd hərəkət; günah, suç. Əmiraslan təqsiri boynuna alıb əmisindən üzr istədi. S.S.Axundov. Peşimanam, bağışla, sorma təqsir kimdədir. S.Rüstəm. təqsirkar is. [ər. təqsir və fars. ...kar] bax. təqsirli. // Səbəbkar. təqsirkarlıq is. Təqsirlilik, günahkarlıq, müqəssirlik, suçluluq. təqsirli sif. Təqsiri, günahı olan, bir şeydə təqsirləndirilən; suçlu, təqsirkar. [Heydər bəy:] Murov, naçalnikin qərəzi nədir, buyursun görüm, burada təqsirli yoxdur ki, ondan qaça! M.F.Axundzadə. təqsirnamə is. [ər. təqsir və fars. ...namə] İttihamnamə, ittiham vərəqəsi. [Muxtar Firəngizə:] Bağışlanmaz bir canini mühakimə edərkən belə, təqsirnaməsini ondan gizlətmirlər. B.Bayramov. təqsirsiz sif. Təqsiri, günahı olmayan: günahsız, gücsüz. təqsirsizlik is. Təqsiri, günahı olmama: günahsızlıq, suçsuzluq. təqti is. [ər.] ədəb. Şerin hər misrasında durğuya, fasiləyə əsaslanan bölgü (həm heca və əruz vəznlərində, həm də sərbəst nəzmdə olur). təqvim is. [ər.]\n1. Vaxtın, təbiətin dövraşırı hadisələrinə əsasən hesablanma sistemi; kalendar. • Hicri təqvim – bax. tarixihicri. Miladi təqvim – xristian dininə görə İsanın anadan olduğu gündən hesablanan və hazırda işlənən təqvim.\n2. İlin bütün günlərini (habelə istirahət, bayram, yaxud əlamətdar hadisə günlərini) göstərən, bəzən cürbəcür məlumat yazıları olan dəftərçə və ya vərəqə. Divar təqvimi. – Divarlarda təqvimlər, xəritələr, teleqraf kağızları və məktublar asılmış(dır). H.Cavid. Gülpərinin gözü stolun üstündəki təqvimə sataşdı. Ə.Vəliyev. təlaş [ər.] is.\n1. Həyəcan, iztirab, təşviş, həyəcan və iztirab içində tələsmə, əl-ayağa düşmə, təşvişə düşmə. Tellinin təlaşı [Səfəri] heyrətə gətirdi.. Çəmənzəminli. • Təlaş etmək – bax. təlaşa düşmək. [Cəmil bəy Humaya:] Heç quru bir heykəl edam ediləcəyi üçün təlaş edərmi? H.Cavid. Fəlakət başımızın üzərində idi. Təlaş edirdik. S.Hüseyn. Təlaşa düşmək – həyəcana düşmək, təşvişə düşmək, əl-ayağa düşmək, vahiməyə düşmək. [Vaqif:] Belə mülahizə edirəm ki, hələ təlaşa düşmək lazım deyildir. Çəmənzəminli. Qaranlıqda qalan ana sevinməyə macal tapmamış təlaşa düşdü. Ə.Məmmədxanlı.\n2. Həyəcan, gurultu-patıltı. Meydanda bir təlaş var. təlaşlı sif. və zərf İztirablı, təşvişli, həyəcanlı, təlaş içərisində. Ulduz təlaşlı fikirləri başından qovmaq üçün daha artıq səylə işləyir, özünü yorurdu. Ə.Məmmədxanlı. təlatüm is. [ər.]\n1. Tufan, bərk ləpələnmə, dalğalanma, coşma. Dənizdə .. elə bir təlatüm var idi ki, heç deməyə gəlməz. Ə.Sadıq. • Təlatümə gəlmək – bərk dalğalanmaq, ləpələnmək, coşmaq. Bir azdan sonra, bərk yel əsib tufan qopdu, dərya təlatümə gəldi. (Nağıl). Təlatümə gətirmək – bərk dalğalatmaq, ləpələndirmək, coşdurmaq. Gilavar dənizi təlatümə gətirdi. M.Hüseyn. // Obrazlı təşbehlərdə. Sənin varlığından bir an içində; Milyon təlatümlər, tufanlar keçir. N.Xəzri. Hisslər, döyüntülər təlatümündə; Üzür Cəmilənin fikri, xəyalı. B.Vahabzadə.\n2. məc. Çaxnaşma, vəlvələ, həyəcan, keşməkeş. • Təlatümə gəlmək – həyəcanlanmaq, coşmaq. Təlatümə gətirmək – həyəcana gətirmək, hərəkətə gətirmək, çaxnaşdırmaq, təlaşa salma. Bu dastan.. Yavərin sinəsində arxayın yatan duyğuları təlatümə gətirdi. M.İbrahimov. təlatümlü sif. və zərf\n1. Coşqun, dalğalı, tufanlı. Bu gün Adriatik dənizi son dərəcə təlatümlü idi. S.Vəliyev.\n2. məc. Həyəcanlı, təlaşlı, iztirablı; kəşməkeşli. Məsumə daxilən nə qədər təlatümlü idisə, zahirən o qədər sakit və təmkinli görünürdü. B.Bayramov. tələ is. Vəhşi və ov heyvanlarını və ya quşları, eləcə də siçan və s. tutmaq üçün cürbəcür qurğu. Sərçəni bir qırğı edərkən şikar; Bir tələyə oldu qəzadan düçar. A.Səhhət. Tələyə də bir zorba siçovul çoxdan düşüb gəbərmişdir. H.Sarabski. // məc. Hiylə, qurğu. [Mahmud bəy:] Çoxdandır gözləyir yolunu tələ; Nəbi bu gün-sabah keçəcək ələ. S.Rüstəm. ‣ Tələ qurmaq məc. – birini aldatmaq üçün qurğu qurmaq, tədbir görmək, hiylə işlətmək. [Səfi bəy:] Çingizə bir elə tələ qurmuşam ki, əlimdən qurtarası deyil. S.S.Axundov. Tələyə düşmək məc. – hiyləyə uymaq, hiyləyə aldanmaq, tora düşmək. Dəmirov tələyə düşdüyünü anlayırdı. S.Rəhimov. Tələyə salmaq məc. – hiylə ilə birini çıxılmaz vəziyyətə salmaq, tora salmaq. [İbrahim bəy:] ..Mən onu elə bir tələyə salım ki, ölənə qədər çıxa bilməsin. N.Vəzirov. [Veysəl:] İki yüzdən artıq fəhlə səni görəndə zağ-zağ əssin, iki gədə səni tələyə salsın?! Ə.Vəliyev. tələb is. [ər.]\n1. Bir şeyi israrla, qəti şəkildə xahiş və ya təklif etmə, istəmə. Onun tələbini nəzərə aldılar. Sənin tələbin nədir? – Teymurun yalvarışları da, tələbi də, təhdidi də nəticəsiz qaldı. M.Hüseyn. • Tələb etmək – 1) bir şeyi israrla, qəti şəkildə istəmək, xahiş və ya təklif etmək. Vəsiqəsini tələb etmək. Haqqını tələb etmək. İşsizliyin ləğv edilməsini tələb etmək. – ..Hökumət və partiya hər kəsdən öz vəzifəsini düzgün yerinə yetirməyi tələb edir. Ə.Sadıq; // gözləmək, ummaq. Ondan nə tələb etmək olar? 2) bir şeyə ehtiyacı olmaq; istəmək. Köhnəlmiş bina əsaslı təmir tələb edir. Bu iş çoxlu vəsait tələb edir. Quru torpaq bollu su tələb edir; 3) bir yerə gəlməyi təklif və ya məcbur etmək; çağırmaq. Onu polis idarəsi tələb edir.\n2. Qəti şəkildə ifadə olunan inadlı, təkidli xahiş, arzu, istək, təklif. Tətilçilərin tələbi. – [Xanlar:] İndi pul davası aparmırıq biz; İndi çox böyükdür tələblərimiz. S.Vurğun. [Ataş:] Tələblərimizə əməl olunmayınca sözümüzdən dönməyəcəyik! Ə.Vəliyev.\n3. Bir şəxsin və ya şeyin uyğun gəlməli olduğu şərtlərin və xüsusiyyətlərin məcmusu; norma (adətən cəm şəklində). Doktorluq dissertasiyasının qarşısında qoyulan tələblər. Ali məktəbə girmək üçün tələblər. Müasir tələblərə cavab vermək.\n4. Ancaq cəm şəklində: tələblər – tələbat, ehtiyac. Cəmiyyətin mədəni tələbləri. Oxucuların tələbləri. – Vəkil də bütün tələbləri ödəyir, kisə-kisə əşrəfi xərcləyirdi. Çəmənzəminli. Kolxozlarımız varlandıqca kəndlinin mədəni tələbləri də çoxalır. İ.Əfəndiyev. tələbat is. [ər. “tələb” söz. cəmi]\n1. Tələb, tələb etmə, tələb olunan şeylər. Xalqın tələbatı. – Günlərin birində Qətibə bu tələbatı bir daha aralığa atdığı zaman Qızıl Arslan qəti surətdə rədd cavabı verib dedi. M.S.Ordubadi.\n2. iqt. Bir mala, işçi qüvvəsinə olan tələb. Təklif və tələbat. Xalqın artan tələbatı. tələbdar [ər. tələb və fars. ...dar] köhn. bax. müddəi 1-ci mənada. [Məmmədəli:] Məcid və Qurbanəli, duruz qabağa; Məcid tələbdar, Qurbanəli cavabdeh. N.Vəzirov. tələbə is. [ər.] Ali məktəb və ya texnikumda oxuyan adam. Mən təklif edirəm, birinci sözü aramızdakı yaşlı yoldaşlara verək, – deyə, bir tələbə yerindən dilləndi. S.Hüseyn. Bilikli müəllimin tələbəsi olmaq böyük şərəfdir. Ə.Vəliyev. tələbəlik is. Ali məktəbdə və ya texnikumda tələbə olma, oxuma, təhsil alma. Sonradan polis məmurları darülfünun binasında durub, gələn tələbələrin tələbəlik biletlərini yoxlamağa başladılar. T.Ş.Simurq. [Cəmilə] Əhmədin tələbəlik həyatını gözü qabağına gətirir. S.Rəhimov. tələbkar sif. və is. [ər. tələb və fars. ...kar]\n1. Çox böyük və ciddi şeylər tələb edən, hər şeyə çox ciddi yanaşan; ciddi, zabitəli. Tələbkar müəllim. Tələbkar sex rəisi. – [Salman] zəif və qorxaqlara özünü təpərli, tələbkar, amansız göstərirdi. M.İbrahimov.\n2. bax. müddəi 1-ci mənada. Qazı qabaqca tələbkarı danışdırır. “M.N.lətif.” tələbkarlıq is. Tələbkar olma. Özünə qarşı tələbkarlıq. – Mustafanın tələbkarlığı, işin ağası kimi tərpənməsi bütün az çalışıb çox qoparmaq istəyənlərin bəhanəsini kəsdi.. Mir Cəlal. tələbnamə is. [ər. tələb və fars. ...namə] Bir şeyin verilməsi və ya bir işin görülməsi, yaxud bir şəxsin müəyyən adamın sərəncamına göndərilməsi haqqında rəsmi xahiş (kağız). Amerika qəzetləri yazırlar ki, buranın arvadlar cəmiyyəti hökumətə tələbnamə verib, dövlət qulluqlarında kişilər ilə bir ixtiyar sahibi olmaqlarını .. istəyirlər. C.Məmmədquluzadə. Sədr tələbnaməni oxuyub oturmadan karandaşın yaşıl tərəfilə yazdı.. S.Rəhimov. tələf is. [ər.]: tələf etmək (eləmək) – məhv etmək, yox etmək, öldürmək, yoxa çıxarmaq. [Koroğlu:] Şəhərə belə girsək, bizi tanıyar, uşaqları tələf eləyərlər. “Koroğlu”. Ovları qorumaq lazımdır ki, hər ötən öz nadanlığına salıb, onları qırıb tələf eləməsin! S.Rəhimov. Tələf olmaq – məhv olmaq, yox olmaq, ölmək. Əcəb əyyam imiş əyyami-sələf; Gərək o günlərdə olaydıq tələf. Q.Zakir. tələfat is. [ər. “tələf” söz. cəmi] Hərbi əməliyyat, təbii fəlakət, qəza və s. nəticəsində sıradan çıxan adam, əşya, maşın, tikili və s.; zayeat. Müəllim Mirzə Əliqulu bizə dedi ki, zəlzələnin zərəri nəhayətdir, xah can tələfatı, xah zərəri. C.Məmmədquluzadə. • Tələfat vermək – hərbi əməliyyat nəticəsində canlı qüvvə cəhətdən zayeata uğramaq, itki vermək. [Zeynəb:] Düşmən çoxlu tələfat verib qaçdı. M.S.Ordubadi. Vuruşma zamanı hər iki tərəf böyük tələfat vermiş(di). S.Vəliyev. tələffüz is. [ər.] Bir hərfi və ya sözü, kəlməni söyləmə xüsusiyyəti, tərzi. Tələffüz xatası. Aydın tələffüz. Düzgün tələffüz. • Tələffüz etmək – sözü, kəlməni düzgün və ya yanlış söyləmək, demək. ..[Dürrə] “plankton” sözünü çətinliklə tələffüz etdi. S.Vəliyev. tələfxərc [ər.] bax. bədxərc. tələfxərclik bax. bədxərclik. [Səttar bəy:] Bu gör necə höcətdir ki, onların acığına qızıllarını satıb, daha da artıq tələfxərclik edir. N.Vəzirov. tələkə sif. Köhnə cır-cındır. tələm-tələsik zərf Tez, tələsik; tələsə-tələsə, əlüstü. Mehman birtəhərlə tələmtələsik aradan çıxdı. S.Rəhimov. Qadınlar tələm-tələsik tabağı, süfrəni, təndiri örtdülər. Mir Cəlal. tələsdirmə “Tələsdirmək”dən f.is. tələsdirmək f. Bir işi tez görməyi xahiş və ya tələb etmək, işi tələsik gördürmək. Rizvan Gülpərini tələsdirirdi. S.Hüseyn. tələsə-tələsə zərf Tələsik, tələsərək, tələm-tələsik, səbirsizliklə. Aydın məcbur oldu ki, tələsə-tələsə öz plan və arzularını Kərimova danışsın. H.Seyidbəyli. tələsik zərf Tələsə-tələsə, tez-tez, tələm-tələsik; tez, cəld. [Mərcan bəy] tələsik daxil olur, yaxşı geyinmişdir. Ü.Hacıbəyov. Şair tələsik qocadan ayrılıb, özünü içəri saldı. Ə.Məmmədxanlı. // sif. Təcili, təxirsiz. Əlimdə tələsik iş var. tələskən sif. İş görərkən çox tələsən, səbirsizlik göstərən. Tələskən adam. tələskənlik is. Tələsmə xasiyyəti; səbirsizlik, hövsələsizlik. tələsmə “Tələsmək”dən f.is. tələsmədən zərf Tələsməyərək, aramla, sakitcə, yavaş-yavaş, ağır-ağır. Teymur tələsmədən ağır addımlarla yoluna davam etdi. H.Seyilbəyli. tələsmək f. Bir işi mümkün qədər tez, çapıq yerinə yetirməyə çalışmaq; səbirsizlik göstərmək, əcələ etmək. Fərmanla Dilbər öz aralarında evlənmək işini danışıb qurtarsalar da, toy etməyə tələsmirdilər. Ə.Sadıq. Şamama aramla danışsa da, bir az tələsirdi. Ə.Əbülhəsən. // Tez-tez, becid getməyə səy etmək, bir yerə tez çatmağa çalışmaq. Evimizdən ayrılanda çox da tələsmirdim. C.Məmmədquluzadə. ..Ağarza kəmərini bağlayıb .. tələsdi. Mir Cəlal. tələt is. [ər.]\n1. Üz, sima.\n2. Görkəm, zahiri görünüş.\n3. Tülu etmə, çıxma (Günəş). təlx sif. [fars.]\n1. Acı.\n2. məc. Pis. təlxək is.\n1. Keçmişdə: padşahların, feodalların saraylarında gülməli hərəkətləri və zarafatları ilə öz ağalarını və onların qonaqlarını əyləndirən şəxs. Saray təlxəyi. – Təlxəklər bütün kələklərini meydana qoydular. Çəmənzəminli.\n2. Keçmişdə: meydanlarda, küçələrdə və s. yerlərdə gülməli nömrələr göstərən şəxs; oyunbaz. [Təlxək] üzünə dəridən bir üzlük taxıb, aşağıda oyun çıxarar və yamsılamaqla pul yığardı. H.Sarabski. // Adamları güldürən, əyləndirən, zarafatcıl adam. [Ədhəm] istedadlı bir təlxək idi, həm özü gülürdü, həm də başqalarını güldürürdü. M.Hüseyn. [Məsumə Firəngizə:] Burax [Köçərini] getsin, təlxəyin birisidir, dilinə dil çatdıra bilməzsən. B.Bayramov. təlxəklik is.\n1. Təlxəyin işi, peşəsi (bax. təlxək 1-ci mənada). [Xan:] Belə mirzələrin peşəsi təlxəklikdir. S.Rəhimov.\n2. Adam güldürmə, oyunbazlıq. Təlxəklikdən əl çək! təlif is.[ər.] Kitab tərtib etmə, əsər yazma. təliqə is. [ər.] Müəyyən məsələ haqqında rəsmi məktub. Rüstəm bəy hirsindən təliqəni kənara atıb düşüncəyə daldı. Çəmənzəminli. [Sədr] dərkənar qoyulmuş təliqəni Dəmirova uzatdı. S.Rəhimov. təlim is. [ər.]\n1. Öyrətmə, dərs vermə, oxutma, tədris. Zərdabi Azərbaycan dilində təlimə xüsusi diqqət verirdi. • Təlim etmək (vermək) – dərs vermək, öyrətmək. ..Balalara təlim vermək kimi uca bir vəzifəyə napaklıq yaraşmırdı. Çəmənzəminli.\n2. Qoşun və s. nizami bölmələrdə əsgərə döyüş və silah işlətmə üsul və qaydalarını öyrətmə; əsgəri məşq. Atəş təlimi .. Topçuluq təlimi. – Böyük bir həvəslə bağlandı möhkəm; Hərbi təliminə, hərbi məşqinə. M.Rahim. Təlimdən yorğun-arğın və islanmış halda qayıdan əsgərlər çadırlara doldular. Ə.Abasov. • Təlim vermək – sirk və s.-də çıxış etmək üçün heyvanlara müxtəlif hərəkətlər öyrətmək. Ayıya təlim vermək. Təlim keçmək – təlimatçının rəhbərliyi altında məşq keçmək; öyrətmək. Qarovul batalyonunda üç aydan artıq idi ki, təlim keçirdik. Mir Cəlal.\n3. Hər hansı bir sahə haqqında nəzəriyyə, nəzəri sistem, nəzəri müddəaların məcmusu. // Hər hansı bir alimin, mütəfəkkirin əsas müddəaları, görüşlərinin məcmusu, görüşlər sistemi. H.Zərdabinin təbiət haqqındakı təlimi. təlimat is. [ər. “təlim” söz. cəmi] Bir şeyi həyata keçirmək üçün qayda və üsullar müəyyən edən yazılı göstəriş; əmrnamə. [Əbülhəsənov:] Təlimatda, göstərişdə ayrı şeylər də yazılıb. Ə.Vəliyev. Divarlarda .. sitrus bitkilərinin becərilməsi haqqında təlimatlar asılmışdı. H.Seyidbəyli. təlimatçı is.\n1. Dövlət, kooperativ və ya ictimai təşkilatların, öz tabeliklərində olan idarələrin və işçilərin fəaliyyətini yoxlayan və işi necə qurmaq haqqında onlara göstəriş verən işçisi. Seçki günü camaat toplandı, mərkəzdən gələn təlimatçı nitq söylədi və nitqdə kəndin ümum qadınlarının seçkidə ciddi iştirakını tələb etdi. B.Talıblı.\n2. Müəyyən sənət, ixtisas öyrədən adam. İstehsalat təlimi təlimatçısı. İdman təlimatçısı. təlimatçılıq is. Təlimatçının işi. Mədəd muzdurlar komitəsinin təlimatçılığı vəzifəsində çalışar, əsas etibarilə kulaklarla muzdurlar arasında şərtnamə bağlardı. S.Rəhimov. təlimatlandırma “Təlimatlandırmaq”dan f.is. təlimatlandırmaq f. Bir işi necə görmək haqqında izahat vermək, təlimat vermək, rəhbər göstəriş vermək, öyrətmək. Katib .. ayrılan on iki nəfəri təlimatlandırırdı. Ə.Əbülhəsən. təlimçi is. Heyvanlara təlim verməklə məşğul olan adam. ..Ayı təlimçisi Valentin Filatovun çıxışları tamaşaçıları xüsusilə valeh edir. “Bakı”. təlimnamə [ər. təlim və fars. ...namə] bax. təlimat. Direktor zəngi basıb, hesabdardan təlimnaməni istədi. Mir Cəlal. Sənət məktəbinə qəbul haqqında təlimnaməni hələ də Üçtəpəyə göndərə bilməmişəm. Q.İlkin. təlis I. is. bax. kisə.\n\nII. is. Əl-üz dəsmalı.\n\nIII. is. Əl-üzyuyan.\n\nIV. is. Üstünə tut çırpılan iri parça. təlqin is. [ər.]\n1. Hər hansı bir fikri, əqidəni, hissi qəbul etdirmək üçün birinin iradəsinə, psixikasına təsir etmə, beyninə yeritmə. Tahir .. yenə qocanın mənalı-mənalı baxan, təlqin dolu gözlərini, qüvvətlə gurlayan səsini unutmurdu. M.Hüseyn. • Təlqin etmək – bir şeyi anladıb inandırmaq, beyninə yeritmək, qəbul etdirmək. Çox həqiqət mənə təlqin eləyir vicdanım; Yoxdur ondan birini söyləməyə imkanım. A.Səhhət. Bu dayə pakürəkli, saf bir qadındı və bu saflığı ilə də Səməd bəyə düzlük və doğruluq təlqin eləmişdi. Çəmənzəminli.\n2. din. Müsəlmanlarda: meyit dəfn olunandan sonra molla tərəfindən məzar başında oxunan dua. təlqinedici sif. Bir şeyi birinə təlqin edən, inandırıb beyninə yeridən; inandırıcı. ..Bir ara susub durdum, sonra təlqinedici tövrlə sözümə davam etdim. M.S.Ordubadi. Bəkir öz güclü, təlqinedici səsi ilə ara vermədən ötür, nə isə sirli xəbərlər söyləyir.. İ.Hüseynov. təll is. Uzun təpə. [Bəxtiyar] gözünü açanda gördü, doğrudan da bir təllin dibindədi. Yavaş-yavaş təllin başına çıxıb, gördü bir qalaça var. (Nağıl). [Cəfərqulu xan:] Qardaş, buyur, bu təllin üstünə çıx! Ə.Haqverdiyev. təlləmə “Təlləmək”dən f.is. təlləmək f. dan. Uzun təpə kimi yığmaq. Daşı təlləmək. təllənmə “Təllənmək”dən f.is. təllənmək məch. Uzun təpə kimi yığılmaq, təpə əmələ gəlmək. Dərənin içinə basdırılacaq payalar bir tərəfə çinlənir, qum ələnir, əhəng, torpaq bir qırağa təllənirdi. Ə.Vəliyev. təltif is. [ər.]\n1. Yaxşı xidmətə və ya bir işdə fərqlənməyə görə orden, medal, fəxri ad, keçici bayraq, qiymətli şey və s. vermə. Xəstəxanada yatdığının üçüncü günü [Cavadı] fərəhli bir xəbərlə – təltif xəbərilə təbrik etdilər. Ə.Vəliyev. • Təltif etmək – orden, medal, fəxri ad, keçici bayraq, qiymətli şey və s. vermək. Kərimin fəaliyyətini qiymətləndirən komandanlıq onu “Qızıl Ulduz” ordeni ilə təltif etməyi qərara almışdı. S.Rəhimov.\n2. Həmin münasibətlə verilən orden, medal, fəxri ad, keçici bayraq, qiymətli şey və s. təm [ər.] bax. tam2. Dedi: – Meylin olurmu aluyə; Təmi meyxoş qızıl gəvaluyə? M.Ə.Sabir. təmas is. [ər.]\n1. Bir-birinə dəymə, toxunma. [Zeynal bıçağın] itiliyini nümunə etmək üçün barmağı ilə tiyəsinə təmas etdi. Çəmənzəminli. [Oğlan] birdən Məryəmin qoluna təmas edib dayandı. M.Hüseyn.\n2. məc. Yaxınlıq, əlaqə. Yelkən kimi ağardıqca qağayılar göy sularda; Dalğalarda təmas edir xəyalımın qanadları. S.Rüstəm. təmayül is. [ər.]\n1. Meyil. [Roza xanım:] Eh, sizdə heç yüksəliş təmayülü yoxdur. Çəmənzəminli. Xədicənin bu fəlakətini evdə eşitdikdə ona qarşı məndə bir təmayül hissi oyandı. S.Hüseyn.\n2. məc. Partiyanın əsas xəttindən sapma, kənara çıxma.\n3. Hər hansı bir ixtisaslaşma tərəfinə meyil, istiqamət. Texnikumda üç təmayül üzrə dənizçi hazırlanır. təmayülçü is. Partiyanın əsas xəttindən sapan, kənara çıxan, təmayülçülüyə meyil göstərən adam. Bizə lazımmı təmayülçülərin falçılığı? Nə deyirlərdi, beşillik yetirilməz yerinə! M.Müşfiq. təmayülçülük is. Partiyanın əsas xəttindən kənara çıxmağa meyil göstərmə. təmayüllü sif. Müəyyən ixtisaslaşmaya meyil göstərən; ixtisaslaşan. Riyaziyyat təmayüllü orta məktəb. təməl [ər.]\n1. Bünövrə, özül. Binanın təməli. Divarın təməli. – [Yusif:] Evlər təməlindən yıxılıb, qalmadı bir dam. H.Cavid.\n2. məc. Bir şeyin əsası, kökü. Mənə bir qocaman dağı andırır; Eşqimin təməli şəhərim Bakı. S.Rüstəm. • Təməlini (təməl daşını) qoymaq məc. – əsasını qoymaq. təməlli sif. Bünövrəli, özüllü, əsaslı. təməlsiz sif. Təməli olmayan, bünövrəsiz, özülsüz, əsassız. təmənna is. [ər.]\n1. Arzu, istək, dilək, xahiş. Bəxti-mənhusimə bax, mən bu təmənnada ikən; Şişməyə başladı indi üzü qarə cigərim. M.Ə.Sabir. Var idim çoxdan ol təmənnadə; Dolaşaydım çıxıb bu səhradə. A.Səhhət. • Təmənna etmək – rica etmək, xahiş etmək. Vaqif durnalardan təmənna eləyir ki, intizarını çəkdiyi və sorağında olduğu alagözlü həmdəmdən, görsünlər, ona bir xəbər .. gətirə bilərlərmi? F.Köçərli. [Şamo:] Mən özüm şəxsən sizdən heç bir şey təmənna etmirəm. S.Rəhimov.\n2. Müəyyən məqsədlə edilən yaxşılıq, kömək. O heç bir kəsin təmənnasını qəbul etmir. Ə.Vəliyev. // Arzu olunan şey, tələb, məqsəd. [Pristav Mürsələ:] Sənin Turaclıya nə təmənna ilə gəldiyin də mənə məlumdur. Ə.Vəliyev. təmənnasız sif. Özü üçün bir məqsəd, fayda, mənfəət güdməyən. Təmənnasız yardım. – Bəli, xalqdan böyük dayaq yoxdur, – deyib Şərəfoğlu qocanın sözünü təsdiq etdi, – xalq təmənnasız dostdur, ədalətlidir. M.İbrahimov. // Zərf mənasında. Siz də təmənnasız buyurun hər an; Bu sənət bağımdan gül-çiçək dərin. S.Rüstəm. [Rəşid:] Qəribə idi ki, mənim üçün bu qədər sonsuz və təmənnasız qayğı göstərən [Bəyim xala] Canbalayevlərin qapısını bir dəfə də açmamışdı. İ.Hüseynov. təmərküz is. [ər.] Mərkəzləşmə, mərkəzləşdir(il)mə. // Bir yerə toplanma, yığılma, cəmləşmə. təmərküzləşdirilmə “Təmərküzləşdirilmək”dən f.is. təmərküzləşdirilmək məch. Bir yerə toplaşdırılmaq, yığışdırılmaq, cəmləşdirilmək. təmərküzləşdirmə “Təmərküzləşdirmək”dən f.is. təmərküzləşdirmək f. Bir yerə toplaşdırmaq, yığışdırmaq, cəmləşdirmək. Sənayeni təmərküzləşdirmək. təmərküzləşmə “Təmərküzləşmək”dən f.is. Kapitalın təmərküzləşməsi. təmərküzləşmək f. Bir yerə toplanmaq, yığılmaq, cəmləşmək. təməssük is. [ər.] bax. veksel. Kağızları da yoxladıq, bunlar pul təməssükləri, mülk qəbalələri və sair lazımsız kağızlardı. M.S.Ordubadi. [Əbdüləli bəy:] Balaş, sizin təməssükün vaxtı dünən qurtarmışdır. C.Cabbarlı. təmhid is. [ər.] köhn.\n1. Yayma, döşəmə.\n2. Nizama salma.\n3. Hazırlıq. təmim is. [ər.]\n1. Ümumiləşdirmə.\n2. Yayma, paylama. təmin is. [ər.] Adətən “etmək”, “edilmək” köməkçi feilləri ilə – 1) bir şeylə lazımi dərəcədə təchiz etmək, lazım olan bütün şeyləri vermək. [Xacə Nizam:] Bir də kaşanə gərək məsrəf üçün; Hər nə lazımsa edərlər təmin. H.Cavid; 2) inandırmaq, qane etmək. Bu cavab Salamı təmin etmirdi. Mir Cəlal; 3) bir şeyi həyata keçirmək üçün lazımi şərait yaratmaq. [Midhət Münir bəyə:] Şuraların yardımı ilə istiqlaliyyətimizi təmin və ingilisləri məhv edəcəyik. Çəmənzəminli. təminat is. [ər. “təmin” söz. cəmi]\n1. Birisinin həyatını təmin etmək üçün ona verilən pul, maddi vəsait və s. Aslan da düşünərək, çalışaraq ailəsinə təminat yolu tapmışdı. A.Şaiq.\n2. Bir şeyin qorunub saxlanmasını, yerinə yetirilməsini, həyata keçirilməsini təmin edən amillər; zəmanət. Eyvazın dəstənin başında durması mənim üçün bir təminatdır. C.Cabbarlı. təminatlı sif. Təminatı olan, təmin edilmiş. Təminatlı əmək haqqı. təminedici sif. Təmin edən, qane edən, razı salan. Təminedici cavab. Təminedici izahat. təmir is. [ər.] Bir şeyin xarab olmuş, sınmış, dağılmış, sökülmüş yerini düzəltmə, qaydaya salma. Ayaqqabı təmiri. Təmir emalatxanası. – Traktorçular traktor təmirinə məşğuldular. M.İbrahimov. Bu maşını cüzi təmirdən sonra hərəkətə gətirmək olardı. B.Bayramov. • Təmir etmək – 1) bir şeyin xarab olmuş, sınmış, sökülmüş yerini düzəltmək. Evi təmir etmək. Yolu təmir etmək. – Ev sahibi evin qədrini bilsə, görər ki, ev uçacaq və elə ki, gördü uçacaq, başlar təmir eləməyə. C.Məmmədquluzadə. [Rəhim:] Bizim işimiz depoda parovoz təmir etmək idi. Ə.Sadıq; 2) köhn. tikmək, bina etmək. Bir də gördün ki, eyləyib tədbir; Bir gözəl xanə etdilər təmir. S.Ə.Şirvani. təmirarası sif. xüs. Təmirlər arasında olan, həyata keçirilən. Neft quyusunun təmirarası işləmə müddəti. – [Mehriban:] Məsələn, sən öz sexində təmirarası müddəti nə qədər uzatmısan? H.Seyidbəyli. təmirat [ər. “təmir” söz. cəmi] klas.\n1. is. Təmir, təmir işləri. [Rüstəm bəylə Çingiz] yanğından saxlanılmış, xırda təmiratla alayarımçıq süs verilmiş bir otağa girdilər. Çəmənzəminli. [Həmid Əlyarov:] Yoldaşlar, bu təmiratı hələlik təxirə salmalısınız. M.Hüseyn.\n2. top. köhn. Binalar, tikililər. [Xortdan:] Təmirat hamısı oddandır. Ə.Haqverdiyev. təmirçi is. Təmir işi ilə məşğul olan fəhlə. Təmirçi çilingər. Yeraltı təmirçilər. təmirxana is. [ər. təmir və fars. ...xanə] Təmir işləri aparılan emalatxana. – [Sədr:] Amma Hüseynqulunun Təzə şəhərdə bir mexaniki sex düzəltməyi, təmirxana, dəmirçixana qurmağı mənim üçün bilirsən nə olar? Mir Cəlal. təmiz sif. və zərf\n1. Çirk olmayan, kirli olmayan, ləkəli olmayan, çirklənməmiş, kirlənməmiş, yuyulmuş. Təmiz yaylıq. Təmiz dəsmal. – Feldşerin peşkəş verdiyi təmiz xalat [Mahirəyə] çox gözəl yaraşırdı. M.Hüseyn. Kəniz Həlimə içəri girib, dəyirmi stolun üstünə təmiz süfrə saldı. Ə.Abasov. // Silinib təmizlənmiş, süpürülüb təmizlənmiş, səliqəli. Təmiz otaq. – Adamlar daş pilləkənlərdən təmiz küçəyə enəndə qırılmış boyunbağı kimi səpələnib dağılırdılar. Mir Cəlal. Bizim iş yerimiz təmiz olmalıdır, maşınlarımız vaxtında yağlanıb təmizlənməli, üst-başımız da silinmiş maşın kimi parıldamalıdır. Ə.Sadıq.\n2. Məharətlə, ustalıqla, dəqiq və səliqəli görülmüş, düzəldilmiş, qayrılmış, heç bir qüsuru olmayan. Təmiz iş.\n3. Sonuncu dəfə üzü köçürülmüş, səhvi düzəlmiş, pozulmuş yerləri olmayan. Təmiz yazı. Təmiz səhifələri gözdən keçirmək.\n4. Doldurulmamış, yazı, şəkil və s. üçün istifadə edilməmiş, yazılmamış. Təmiz blank. Təmiz kağız. // Üzərində çil, sızanaq və s. olmayan. Təmiz dəri. Təmiz üz. // Zərf mənasında. Tərtəmiz. Məzlum .. üzünü təmiz qırxdı, xırım-xırda şeylərini və skripkasını yerbəyer edib çamadana yığdı. S.Vəliyev. // Dumansız, buludsuz, açıq-aydın. Təmiz fəza. – Musa kişi Firəngizin başı üstündəki təmiz göyə baxabaxa qalxırdı. B.Bayramov.\n5. Qarışığı olmayan və ya çox az olan; xalis. Təmiz qızıl. Təmiz spirt. Təmiz qum. // Bulanıq olmayan. Təmiz su. // Alaqsız, alağı olmayan. Təmiz bostan. // Təmizqanlı, cinsi təmiz, cins (heyvanlar haqqında).\n6. Müəyyən qaydalara, normalara uyğun gələn; düzgün (dil, üslub və s. haqqında). Ərəbcə təmiz (z.) danışmaq. – Aslan slovencə hələ təmiz danışa bilmirdi, ancaq hər şeyi başa düşürdü. S.Vəliyev.\n7. məc. Mənəvi cəhətdən nöqsansız, qüsursuz; heç bir pis niyyəti, qərəzi olmayan; doğruçu, namuslu. Təmiz adam. – Mirzənin təmiz qulluqçu olmağına qiymət qoyurdular və yoldaşları da onu çox istəyirdilər. Ə.Haqverdiyev. Novruzəli və Usta Zeynallar daxilən çox təmiz və xoşniyyət adamlardır. M.İbrahimov. // Yüksək mənəviyyata əsaslanan; ülvi, pak. Təmiz sevgi. – Təmiz və pak məhəbbətlə isinən qadın yatağı müqəddəsdir. M.İbrahimov. // Məsum, bakir, bəkarətli, ləkələnməmiş, korlanmamış. Təmiz qız. – [Mirzağa] Cəmilə kimi təmiz, munis, eyni zamanda gözüaçıq, gözəl bir qız haradan tapacaqdı. S.Hüseyn.\n8. Bir şeyi çıxdıqdan sonra qalan, alınan. Təmiz çəki (əmtəənin qabsız çəkisi). Təmiz gəlir (xərc və vergiləri çıxdıqdan sonra qalan gəlir). // Tamamilə, büsbütün, tam. Nurəddinin ayağı təmiz sağalmışdı. S.S.Axundov. Eldarın etdiyi söhbətlər, xüsusən çalıb-oxumağı ovu təmiz yadımdan çıxarmışdı. M.Rzaquluzadə. təmizcə sif. və zərf\n1. Çox təmiz, lap təmiz; təmiz. [Seyid:] [Mehmanxanada] təmizcə, pakizə müsəlman nömrələri saxlayıram. Ə.Haqverdiyev.\n2. Tərtəmiz. [Musanın nəvəsi] ..şalvar cibindən çıxardığı ağappaq bir yaylıqla səhənglərinə bulaşan qatığı təmizcə sildi. Qantəmir. təmizcinsli bax. təmizqanlı. təmizkar sif. Təmizliyi, səliqəni sevən. Təmizkar qadın. – Ataş görürdü ki, Mirzə Cəmil çox təmizkar, səliqəni sevən adamdır. Ə.Vəliyev. təmizkarlıq is. Təmizkar adamın xasiyyəti, təmizkar olma. [Feodor İvanoviç Rüstəm bəyə:] [Xanım] sizin təmizkarlığınızı isə çox bəyənir, mənə həmişə məmnuniyyətlə söyləyir.. Çəmənzəminli. təmizqanlı sif. Qarışığı olmayan, cins, təmizcinsli (ev heyvanları haqqında). Təmizqanlı Qarabağ atı. – Əmtəə fermalarında naxırın təmizqanlı, yəni təmizcinsli heyvanlardan ibarət olması vacib deyildir. A.Ağabəyli. təmizqəlbli bax. təmizürəkli. Təmizqəlbli adam. təmizləmə “Təmizləmək”dən f.is. təmizləmək f.\n1. Çirkini, ləkəsini yumaq və ya başqa yolla aparmaq, təmiz etmək; təmizləmə işi aparmaq. Ayaqqabının palçığını təmizləmək. – Quşlar yuvalarında oturub dimdiklərini təmizləyirdilər. N.Nərimanov. // Tərkibcə təmiz etmək, başqa şeyin qarışığından azad etmək. Qazı təmizləmək. Otağın havasını təmizləmək. // Çırpmaq, püfləmək və s. yolla üzərindəki tozdan, qardan və s.-dən təmiz etmək. ..Marallarım .. moizə kitablarını rəfdən alıb, tozlarını təmizləyib başlayırlar əzbərləməyə. Ə.Haqverdiyev. [Xosrov] əl-qolunu atıb qarı təmizlədi. B.Bayramov. // məc. Korlayan, xarab edən, pozan, yad ünsürlərdən azad etmək, təmiz etmək. Dili ehtiyac olmadan işlədilən yabançı sözlərdən təmizləmək. // məc. Mənəvi cəhətdən təmiz etmək. Əziz balalar! Bizə yemək-içməkdən başqa, ruhumuzu təmizləmək, ağlımıza sığal vermək lazımdır. N.Nərimanov.\n2. Üz hissəsini, qabığını və s.-ni soyub atmaq, kənar etmək. Kartofu təmizləmək. Balığı təmizləmək. Yumurtanı təmizləmək.\n3. Bir yerdən artıq, lazımsız, kənar şeyləri götürmək. Stolun üstünü təmizləmək. Otağı artıq şeylərdən təmizləmək. // Üstündəki lüzumsuz, mane olan şeylərdən azad etmək. Yolu təmizlədilər. Bir dəstə soldat Montini qazamatdan məhkəməyə gətirirdi. M.S.Ordubadi.\n4. Bir yeri düşməndən, arzu edilməyən kənar adamlardan azad etmək. Səhər açılanda bizim hissələr cəbhənin bu sahəsini tamamilə düşməndən təmizlədilər. M.İbrahimov.\n5. Yığışdırmaq, sil-süpür etmək. Otağı təmizləmək. – Hər gün saat beşdə doktorgildən qayıdan Xavər evi təmizlər, xörək hazırlar, çay qoyar(dı). M.İbrahimov.\n6. məc. dan. Nə varsa hamısını aparmaq, oğurlamaq. Oğrular evi təmizləmişdilər.\n7. məc. İçində olan şeyin hamısını yemək, yeyib qurtarmaq. Kasanı təmizləmək. təmizlənmə “Təmizlənmək”dən f.is. [Sarıköynəyə] yardım olmaq üçün otağımın süpürülüb təmizlənməsini ona tapşırar, zəhmət haqqı verərdim. S.Hüseyn. “Təmizləmək”dən məch. Ev süpürülüb təmizləndi. – [Maya] kifayət qədər hərəkət etdikdən sonra yuyundu, təmizləndi. M.İbrahimov. təmizləyici is. və sif. Bir şeyi təmizləmək üçün cihaz, qurğu və ya maddə. Avtomaşının təmizləyicisi. Təmizləyici qurğu. təmizlik is.\n1. Təmiz şeyin halı. Otağın təmizliyi. Köynəyin təmizliyi. Qab-qacağın təmizliyi. – Siniflərin geniş və təmizliyi, laboratoriya və kabinələrin mükəmməlliyi .. [səyyahların] heyrətinə səbəb oldu. Çəmənzəminli.\n2. Saflıq, qarışıqsızlıq, xalislik. Suyun təmizliyi. Havanın təmizliyi.\n3. məc. Mənən nöqsansızlıq; saflıq, düzlük, paklıq. Ana zəifdir, lakin dünyanın güclüləri və zalımlarının hiyləgərliyi və fırıldaqçılığına qarşı onun qüdrətli silahı təmizlik və düzlükdür. M.İbrahimov. təmizürəkli sif. Ürəyi təmiz, safqəlbli, səmimi. Təmizürəkli adam. – Həlim, mehriban, təmizürəkli Gülbadam birdən-birə şirə döndü. N.Nərimanov. [Vahid] təmizürəkli, qızğıntəbiətli, mərd və məğrur oğlan idi. İ.Hüseynov. təmkin is. [ər.]\n1. Özünü ələ ala bilmə bacarığı, soyuqqanlılıq, özünü itirməmə; ciddilik, ağırlıq, vüqar. Yazıçı heç zaman öz müvazinətini, təmkin və sakitliyini itirmir. M.İbrahimov. [Fərman və Cəmilin] danışıqlarında, hərəkətlərində bir təmkin nəzərə çarpırdı. Ə.Sadıq.\n2. Təmkinlə şəklində zərf – vüqarla, ciddi surətdə, özünü itirməyərək, soyuqqanlılıqla, öz halını pozmadan. Qafar təmkinlə öz fikrini anlatdı. Ə.Sadıq. Mürsəl nə qədər odlu danışırdısa, Ataş bir o qədər toxdaq və təmkinlə cavab verməyə can atırdı. Ə.Vəliyev. təmkinli sif. və zərf Ağır, ağır sanballı, vüqarlı; özünü ələ ala bilən, özünü itirməyən, halını pozmayan. Təmkinli adam. – Yapıncılı kişi çox mülayim və təmkinli danışırdı. Ə.Vəliyev. Qaranlıqdan Azadın sakit və təmkinli səsi eşidildi. Ə.Məmmədxanlı. təmkinlilik is. Təmkinli olma, vüqarlılıq, ağırlıq, vüqar, soyuqqanlılıq. Mehdizadə çox vaxt dostunun zarafatlarına davam gətirməyib təmkinliliyini itirir. Y.Əzimzadə. təmrin is. [ər.]\n1. Təkrar etdirə-etdirə alışdırma, öyrətmə; təkrar edə-edə alışma, öyrənmə. // Bu məqsədlə şagird və ya tələbəyə verilən misallar və bu misallardan ibarət kitab, dərslik.\n2. Bəzi idman növlərində (gimnastika, atletika və s.) icra edilən ayrı-ayrı hərəkət. təmsil is. [ər.]\n1. Bənzətmə, oxşatma, təşbeh. • Təmsil etmək – birinin müvəkkili olmaq, bir işdə onu əvəz etmək, onun adından danışmaq; birinin mənafeyini, fikrini, görüşünü və s.-ni ifadə etmək. Xalqın mənafeyini təmsil etmək. – Bosforda lövbər atıb dayanmış iki gəmi; Hərəsi təmsil edir bir yurdu, bir aləmi. N.Rəfibəyli.\n2. ədəb. Adamları və onların əməllərini eyhamlı şəkildə təsvir edən, əksərən mənzum, nəsihətamiz qısa ədəbi əsər. Zakirin təmsilləri. “Ağacların bəhsi” təmsili. Krılovun təmsilləri. // köhn. Tamaşa, pyes, səhnə üçün yazılmış əsər (bu mənada əsasən toplu – “təmsilat” şəklində işlənmişdir). Biz qurban bayramı münasibətilə gərək teatr hazırlayaq, götürürük Mirzə Fətəli Axundzadənin təmsilatı ki ibarət olsun, “Sarab xanının vəziri” komediyasından. S.Rəhman. təmtəraq is. [ər.] Dəbdəbə, təntənə, calal. Mədinə təmtərağı və israfı sevməzdi. M.İbrahimov. Heç vaxt aldatmasın təmtəraq səni; Zəhmətlə şöhrətə çatar hər insan. B.Vahabzadə. təmtəraqlı sif. Dəbdəbəli, təntənəli, calallı. [Ağbulaq kəndində] bu mədəniyyət sarayı .. təmtəraqlı bir kaşanə kimi ucalmışdı. S.Rəhimov. // Zahirən çox bəlağətli və parlaq. Təmtəraqlı nitq. Təmtəraqlı ibarələr. – [Mühərrir:] Belə təmtəraqlı sərlövhələr oxucuları cəlb edir. S.Vəliyev. təmyiz [ər.] köhn. bax. kassasiya. tən I. sif. və zərf Ölçü, boy və s. cəhətdən başqası ilə eyni olan; bərabər. Dost dost ilə tən gərək; Tən olmasa, gen gərək. (Məsəl). Qalxdın şahin kimi üfüqlərlə tən; Vuruldun öz ana torpağına sən. N.Xəzri. // Lap, düz, tam. Cəfərin atası kömürçülüklə qazandığı pulun tən yarısını hər ay müntəzəm halda oğluna göndərmiş, onu oxutmuşdu. Ə.Vəliyev. [Yazgül:] Tikanlı məftilin tən ortasında iri bir doqqaz var. Ə.Məmmədxanlı. • Tən gəlmək – tam uyğun gəlmək, bərabər olmaq, düz gəlmək. [Rəşid:] Bu barədə mənim köhnə dostum Qəhrəman müəllimlə də fikrimiz tən gəlir. S.Rəhimov. [Qadir:] Yoldaş Bülənd, sənnən mən elə tən gələrik.. Ə.Əbülhəsən.\n\nII. is. [fars.] klas. Bədən. Can əgər çıxsa tənimdən əsəri-mehrin ilə; Əsəri-mehrini sanman ki, çıxar canımdan. Füzuli. Deşikdeşik olur nər bədənləri; Döşənir torpağa aslan tənləri. H.K.Sanılı.\n\nIII. [ər.] klas. bax. tənə 1-ci mənada. Alma ağacı dibində sayə; Tən eylər idi bulud da Ayə.. Xətayi. Mənə tən eyləyən qafil səni görcək utanmazmı? Füzuli. Gözəlliklər yapma, duyğular cansız; Mənə tən eyləyir hər yetən qansız. Ə.Cavad. tənasüb is. [ər.] Uyğunluq, mütənasiblik; aralarında uyğunluq və münasiblik olma, bir-biri ilə tutma, bir-birinə yaraşma. [Qızın] dalğın baxışı, vücudunun tənasübü hər kəsi .. özünə baxmağa məcbur edərdi. S.Hüseyn. Mehriban çox gec-gec gülümsəyir, gülümsəyəndə də üzündəki tənasüb pozulur. H.Seyidbəyli. tənasübsüz sif. Tənasübü, uyğunluğu olmayan; əndazəsiz, uyğunsuz. tənasübsüzlük is. Tənasüb, uyğunluq, əndazə olmadığı hal; uyğunsuzluq, əndazəsizlik. tənasüx is. [ər.]\n1. Ruhun bir bədəndən başqasına, bəzən insandan heyvana və əksinə keçməsi.\n2. Qurdun (həşərat) kəpənəyə çevrilməsi kimi dəyişmələr. Barama qurdu vaxtı çatanda kəpənəyə dönür. tənasül is. [ər.]\n1. Nəsil yetişdirmə; doğub-törəməklə artma.\n2. Qadın və kişilərdə cinsiyyət üzvü. tənavül is. [ər.] Yemək-içmək, qidalanma, xörək. tənbeh is. [ər.] Məzəmmət, danlama, danlaq. Pərşan pis bir tənbeh eşidəcəyi duyğusu ilə anasının qoluna qısıldı. M.İbrahimov. • Tənbeh etmək (eləmək) – məzəmmət etmək, danlamaq. Uşağı tənbeh etmək. – [Hacı Bayram:] Günahım varsa tənbeh eləyin, yox isə qalım burada. Ə.Haqverdiyev. // Ümumiyyətlə, cəza. [Hökumət] kəndlərdə tənbeh üçün qazaq qoyurdu. E.Sultanov. Xırda işlərdən ötrü suda düşən işlər və yüngül tənbehlərin hamısı manifestə düşür. C.Məmmədquluzadə. • Tənbeh etmək (eləmək) – cəzalandırmaq. Uşağı nadinclik üstündə tənbeh etmək. – Bayraməli arvadının qaçmağından xəbərdar olub, ona tənbeh eləmək üçün tutub, əl-ayağını bağlayıb sabahadək döyür, bir neçə dəfə də əlindəki xəncərlə başını kəsmək istəyir. Çəmənzəminli. tənbəki is. Çəkilmək üçün papiros, siqaret, çubuq və s.-yə doldurulan xırda doğranmış tütün yarpağı. [Hacı Qara:] ..Dəxi kisədə tənbəki yoxdur. M.F.Axundzadə. Qarakişi .. iri-iri doğrayıb cibinə yığdığı qəzetdən bir parça çıxarıb arasına ovma tənbəki doldurdu. B.Bayramov. ‣ Başına tənbəki oyunu açmaq – bax. baş. tənbəl is. və sif. Tənbəllik edən; işdən, zəhmətdən qaçan; işləməyi, zəhməti sevməyən (adam). Tənbəl adam. Tənbəl uşaq. – İşdən ötrü ki getmədi tənbəl; İşinin axırı olar əngəl. A.Səhhət. Mədəd “tənbəl” sözünü deyəndə Güldanəyə elə gəldi ki, onu ilan çaldı. Ə.Vəliyev. // İşdə ağır tərpənən, ağır yeriyən, ağır hərəkət edən. Tənbəl heyvan. ‣ Bağdad tənbəli, tənbəli-Bağdad – çox tənbəl, heç bir iş görmək istəməyən, işləməklə arası olmayan adam haqqında. Olmuşuq misli-tənbəli-Bağdad; Edirik cümlə bəxt əlindən dad. S.Ə.Şirvani. tənbəl-tənbəl zərf Tənbəlcəsinə, həvəssiz, könülsüz. Həyətdə Cəfər əminin fiti və tənbəl-tənbəl atılan addımlarının səsi eşidilirdi. H.Nəzərli. ..Tox inəklər quyruqlarını bulaya-bulaya tənbəl-tənbəl yeriyirdilər. İ.Hüseynov. tənbəlcəsinə zərf Tənbəl-tənbəl, laqeydcəsinə. tənbəllənmə “Tənbəllənmək”dən f.is. tənbəllənmək f. Tənbəllik etmək, tənbəl olmaq, tənbəlləşmək. Usta geri dönməyə tənbəllənib, eşşəyin altından zorla keçib getdi. Çəmənzəminli. tənbəlləşmə “Tənbəlləşmək”dən f.is. tənbəlləşmək bax. tənbəlləşmək. ..Əmioğlum tənbəlləşib, getmək istəmirdi. C.Məmmədquluzadə. tənbəllik is.\n1. Tənbəl adamın hal və keyfiyyəti. Kim ki tənbəlliyə məhəbbət edər; Daim əyləncələrlə ülfət edər. M.Ə.Sabir. [Sevinc Mahmuda:] Səni kəndə qaçmağa məcbur edən tənbəllikdir. Z.Xəlil.\n2. Başısoyuqluq, səhlənkarlıq. [Qulu:] Etiraf etməliyik ki, idarə bir az tənbəllik göstərir. Çəmənzəminli. [Prokuror Firəngizə:] Görünür, hələ tənbəllikdən yaxamızı tamam qurtara bilməmişik. B.Bayramov. tənbur is. [ər.] Armudvari çanağı olan qədim Şərq simli musiqi aləti. Tənbur ilə telli sazı; Qabaqlaşıb çalaq barı. S.Vurğun. təndir is. Çörək yapmaq üçün gildən düzəldilən konusşəkilli, üstü kəsik, yerə qoyulub ətrafı səki kimi tikilən və ya yerə basdırılan iri kürə. Təndirdə çörək yapmaq. Təndir çörəyi (təndirdə bişmiş yastı çörək). – [Adil:] Təndirdən yenicə çıxmış isti çörəkləri götürüb alverə yollandım. B.Bayramov. • Təndir salmaq – çörək bişirmək üçün təndirə odun qoyub yandırmaq. [Gülsüm:] Kişi, nə vurmusan özünü yerə, dur, bir az odun yar, təndir salacağam. C.Cabbarlı. təndirxana is. Təndirin yerləşdiyi yer, tikili. [Məhəmmədəli:] Təndirxana uçmuşdu, onu qayırmışam. N.Vəzirov. Həyətin ortasında üstü taxtapuşlu təndirxana görünürdü. Ə.Vəliyev. təndürüst sif. [fars.] Bədəncə heç bir nöqsanı, şikəstliyi olmayan, bədəncə sağlam; gümrah. Təndürüst adam. – [Dostumun] rast və gözəl qaməti əyilib, rəngi soluxub, ..qərəz, canı-başı salamat, təndürüst və müqtədir bir halda ikən, indi çox həqir və məyus görünürdü. F.Köçərli. təndürüstlük is. Təndürüst adamın hal və keyfiyyəti; bədənin hər cür nöqsan və şikəstlikdən salamat olması; sağlamlıq. Uşağın təndürüstlüyü. tənə [ər.]\n1. is. Danlaq, məzəmmət. [Çopo:] Ceynizin gülüşündə mənim keçmiş ənənəpərəstliyimə qarşı bir tənə duydum. Çəmənzəminli. Xanpərinin ucundan [Mədədin] üzü çoxlu danlaq yeyib, qulağı hədsiz tənələr eşidibdir. Ə.Vəliyev. • Tənə etmək – danlamaq, məzəmmət etmək. Axır elə oldum rüsvayi-aləm; Düşmən tənə eylər, dost qınar məni. Q.Zakir. // Birisinin gizli işini, nöqsanını, eybini və s. xoşagəlməz cəhətlərini üzünə vurma, demə, tən. • Tənə etmək (vurmaq) – birisinin gizli işini, nöqsanını, eybini və s. xoşagəlməz cəhətlərini üzünə vurmaq, demək.\n2. sif. Tənəli. Ov gəlsə ötürmərəm; Tənə söz götürmərəm; Yüz il ömrümdən keçsə; Səndən əl götürmərəm. (Bayatı). Çəkilib pünhana, deyir, dərdə döz; Cəhənnəm odundan pisdi tənə söz. Aşıq Ələsgər. tənəffüs is. [ər.]\n1. Canlı orqanizmlərdə oksigeni udma və karbonu buraxma prosesi. Tənəffüs üzvləri. // Ciyərlərin havanı alıb buraxması; nəfəsalma və nəfəsvermə. Təri soyuduqca bədəni ağırlaşan qocanın tənəffüsü də çətinləşir, .. sinəsindən bir xırıltı qopurdu. B.Bayramov.\n2. Məktəbdə dərslər arasında fasilə. Sabahı günü böyük tənəffüs zamanı müdir məktəbin həyətinə çıxdıqda şagirdlərin bir yerə toplandığını gördü. S.Rəhman. Tələbələr tənəffüs vaxtı kağız rəflərinə yanaşır, gələn məktubları nəzərdən keçirirdilər. B.Bayramov.\n3. İstirahət üçün işin müvəqqəti olaraq dayandırıldığı müddət, işin müvəqqəti dayandırılması ilə başlanması arasındakı vaxt; fasilə, ara. Manqanın qızları o qədər həvəs və səylə işə girişmişdilər ki, çox zaman Şamama tarladan onları tənəffüsə güclə çıxarırdı. İ.Əfəndiyev. tənək is. Üzüm ağacı, meynə. Tənək əkmək. – Salxım-salxım olacaqdır ağ üzümü tənəklərin; Yelinləri dolacaqdır yenə sağmal inəklərin. S.Vurğun. ..Quma yatan tənəkləri sanki ağır, iri salxımlar çəkib yerə yapışdırmışdı. Mir Cəlal. tənəkə is. Nazik dəmir təbəqəsi. Tənəkə parçası. // Tənəkədən düzəldilmiş. Tənəkə vedrə. Tənəkə suqabı. tənəkəçi is. Tənəkədən müxtəlif şeylər qayıran usta, dəmirçi. tənəklik is. Çoxlu tənək əkilmiş yer; üzümlük, meynəlik. Tənəkliyi becərmək. tənəli sif. Tənə ilə deyilən, tənə ilə dolu; məzəmmətli. Tənəli sözdənsə, iti qılınc. (Ata. sözü). [Musa] iş yoldaşlarının tənəli baxışlarını gördükdən sonra daha səy etmədi. S.Vəliyev. tənəzzöh is. [ər.] Ekskursiya, səyahət. tənəzzül is. [ər.]\n1. Enmə, aşağı düşmə; geriləmə, dala getmə, geri getmə, inkişafdan qalma (tərəqqi ziddi). İnkişaf və tənəzzül. Kapitalizmin tənəzzülü. • Tənəzzül etmək – enmək, aşağı düşmək, geriləmək, geri getmək, dala getmək. Hacı Nəsirin ticarət işləri tənəzzül etməyə, yavaş-yavaş var-yoxu əlindən çıxmağa başladı. S.S.Axundov. Şərq aləmi get-gedə tənəzzül edirdi. S.Hüseyn.\n2. məc. Düşkünlük, rəzalət, özünü alçaltma, heysiyyətini itirmə. Cuma bu vaxta qədər belə bir şərəfsizliyə, tənəzzülə dözdüyünə indi təəccüb etməyə başlayırdı. Ə.Əbülhəsən. ‣ Tənəzzül etmək – özünə eyib, ar bilməmək, özü üçün alçaqlıq hesab etməmək, iltifat göstərmək. Xəspuşlardan birisi: – Xoş gördük, Varis bəy! Sən də tənəzzül edib bizim şəhərimizə gəlmisən? A.Şaiq. Adil və Aqil də bilirdi ki, Mirzə Valeh tənəzzül edib gəlməyəcəkdir. S.Rəhimov. təng sif. [fars.] Dar, sıx. ..Məlum edirəm ki, yazdığınız namələr öz vaxtında gəlib yetişibdi. Cavab yazmamağıma bais vaxtın təng olmağıdı. “Mol. Nəsr.” [Cəfər kişi:] Srağagün vaqon doldururduq, yük çox idi, taylar ağır, vaxt təng. M.İbrahimov. ‣ Təngə gəlmək – bezmək, bezikmək, usanmaq, cana gəlmək, bıqmaq, bezar olmaq. [İmran:] ..Məni çox incidir ki, təngə gəlib gedəm. S.S.Axundov. [Bədəl:] Camaat xanların zülmlərindən təngə gəlib. Ə.Haqverdiyev. Təngə gətirmək – bezikdirmək, usandırmaq, cana gətirmək, bıqdırmaq, zəhləsini aparmaq, bezar etmək. [Hacı Murad:] Daha məni təngə gətirmisən. S.S.Axundov. [Dilənçilər] bəzi adamları təngə gətirib bezikdirmək və zəhlələrini aparmaqla da pul alırdılar. Ə.Sadıq. təngimə “Təngimək”dən f.is. təngimək bax. təngləşmək 2-ci mənada. Od tökür, od tökür günəş ağzından; Torpağın nəfəsi təngiyir hərdən. S.Vurğun. təngişdirmə “Təngişdirmək”dən f.is. təngişdirmək icb.\n1. Sıxmaq (paltar haqqında).\n2. Əsəbiləşdirmək, ürəyini sıxmaq, darıxdırmaq. [Əhməd:] [Cəmilə] öz-özünü də daha yorub üzməz və təngişdirməz. S.Rəhimov. təngişmə “Təngişmək”dən f.is. Mirzə özü də bu darıxmaqlığın, bu təngişmənin səbəbini bilmir, açıq-aydın edə bilmirdi. S.Rəhimov. təngişmək f. Təng olmaq, çətinliklə nəfəs almaq, tövşümək, ürəyi sıxılmaq. [Gövhər xanım:] Oturub bir az özümü havaya verim, nəfəsim təngişir. S.S.Axundov. Ər-arvad içəridə çəkişdi, axırda Şəbistan təngişib bayıra çıxdı. S.Rəhimov. təngitmə “Təngitmək”dən f.is. təngitmək bax. təngləşdirmək 2-ci mənada. Asfaltın boğuq istisi adamın nəfəsini təngidirdi. M.Hüseyn. təngləşmə “Təngləşmək”dən f.is. təngləşmək f.\n1. Təngə gəlmək, cana gəlmək, bezmək. Katib təngləşib çıxardı, baş qoşmazdı. Mir Cəlal.\n2. Təng olmaq, sıxılmaq, nəfəsi çətinləşmək, ürəyi sıxılmaq, təngimək. Bir axşam ürəyim yenə təngləşdi. T.Ş.Simurq. Süsən yenə dinmədi. Onun nəfəsi təngləşdi. M.Hüseyn. tənglik is. Təngnəfəslik, çətin nəfəs alma, hava çatışmazlığı. [Cuma] köksündə nə isə bir tənglik, bundan başqa, boğazında da bir quruluq hiss edirdi. Ə.Əbülhəsən. təngnəfəs zərf [fars. təng və ər. nəfəs] Nəfəsi kəsilə-kəsilə, nəfəsi tutula-tutula; tez, cəld. [Şair] dəli kimi irəli atıldı, təngnəfəs özünü içəri saldı. Ə.Məmmədxanlı. – Yoldaş Cəlalov! Yoldaş Cəlalov! – deyə, Nailə təngnəfəs halda özünü yetirdi. H.Seyidbəyli. təngnəfəslik is. Nəfəs təngliyi, çətinliklə nəfəs alma, boğulma, nəfəsi çatmama, hava çatışmazlığı. Hidayətə gözləmədiyi halda, birdən-birə təngnəfəslik gəldi. B.Bayramov. // Astma, sinəgirlik xəstəliyi. tənha sif. və zərf [fars.]\n1. Tək, yalnız, yalqız. Səhrayə düşüb günəş misali; Tənha yürür oldu laübali. Füzuli.\n2. Kimsəsiz, adamsız. Bu anda qarşıdakı tindən bir neçə qaraltı çıxaraq, tənha küçə ilə mənə tərəf irəliləməyə başladı. Ə.Məmmədxanlı. Burda bir dalğalardı; Bir də tənha qayalar. Ə.Cəmil. tənhalıq is.\n1. Təklik, yalnızlıq, yalqızlıq, kimsəsizlik. Könlümü tənhalıq eylərdi pərişan sinədə; Olmasaydı cəm hər yanımda peykanın görüb. Füzuli.\n2. Boş yer, kimsəsiz yer, adam olmayan yer; issızlıq. [Qasım:] Mən bu tənhalıqda çox qüssələndim. S.Vəliyev. tənqid is. [ər.]\n1. Yaxşı cəhətlərini üzə çıxarmaq, nöqsanlarını göstərmək və düzəltmək məqsədilə müzakirə, təhlil. Tənqid və özünütənqidi inkişaf etdirmək. – [Hikmət Kamal:] Biz görürük ki, yoldaş Əmrulla bolşevik tənqidindən qorxur və metodoloji cəhətcə yabançı olan bir əsəri keçirmək istəyir. C.Cabbarlı. // dan. Bir şey haqqında mənfi fikir, rəy. Hər şeyi tənqid etmək.\n2. Bir şeyin düzlüyünün, səhihliyinin elmi cəhətdən yoxlanması, tədqiq olunması. Tarixi mənbələrin tənqidi.\n3. Ədəbi-bədii, elmi və s. əsərlərin təhlili ilə məşğul olan xüsusi ədəbi janr. Ədəbi tənqid. Teatr tənqidi. // Tənqidi məqalə (yazı). Əsər haqqında qəzetdə böyük tənqid çıxıb. Tənqidin müəllifi kimdir? ‣ Heç bir tənqidə layiq deyil – cüzi tələblərə cavab verməyən şey haqqında. tənqidçi is. Tənqidlə məşğul olan adam (bax. tənqid 3-cü mənada). Musiqi tənqidçisi. Tənqidçinin qeydləri. Teatr tənqidçisi. – Pis tənqidçilər tez unudulur, amma yaxşı əsərlər qalır. M.Hüseyn. // Tənqid edən. Tənqidçimiz göstərir ki... Tələbkar tənqidçi. tənqidi sif. [ər.]\n1. Tənqidə həsr edilmiş, tənqid mahiyyətində olan, tənqid edən (bax. tənqid 3-cü mənada). Tənqidi əsər. – ...Canbalayevin ilk tənqidi məqalələri otuzuncu illərdə çıxmışdı. İ.Hüseynov. // Zərf mənasında. Əsəri tənqidi gözdən keçirmək. Bir şeyə tənqidi yanaşmaq.\n2. Tənqid edən, nöqsanları və onların düzəlməsini göstərən. İclasda tənqidi çıxış. Tənqidi mülahizə. ‣ Tənqidi realizm – incəsənət və ədəbiyyatda burjua-mülkədar quruluşunun həllolunmaz ziddiyyətlərini açıb göstərən bədii cərəyan. Müəllif “Anamın kitabı”nda da öz tənqidi realizminə sadiq olaraq tipləri, hadisələri, komediyanın süjetini həyatdan, real varlıqdan alır. M.İbrahimov. tənqit is. [ər.] köhn. bax. durğu işarələri (“durğu”da). tənləşdirilmə “Tənləşdirilmək”dən f.is. tənləşdirilmək bax. bərabərləşdirilmək. tənləşdirmə “Tənləşdirmək”dən f.is. tənləşdirmək bax. bərabərləşdirmək. tənləşmə “Tənləşmək”dən f.is. tənləşmək bax. bərabərləşmək. Gecə-gündüz tənləşir; Hava hərdən çənləşir. A.Səhhət. tənlik is. riyaz. Bir və ya bir neçə məchul kəmiyyəti olan və həmin məchul kəmiyyətlərin müəyyən qiymətləri zamanı öz bərabərliyini saxlayan riyazi bərabərlik. Diferensial tənlik. Birməchullu tənlik. təntənə is. [ər.]\n1. Təmtəraq, dəbdəbə, büsat. Nəsillər! Qulaq asın diqqətlə bir də mənə; Göydəndüşmə deyildir bu calal, bu təntənə. S.Rüstəm. ..Qızın göz yaşlarına baxmayaraq, zahiri bir təntənə ilə şirnisini içdilər. M.İbrahimov.\n2. Təntənəli məclis, mərasim, ziyafət, bayram. [Əxsitan:] Özgə təntənədir... Kabab, mey, məzə; Deyirəm, keyf versin qoy Süheyl bizə. M.Rahim. Xanlar bu hərəkətilə bayram təntənəsini pozmaq istəyirdi. Mir Cəlal.\n3. məc. Qələbə, qalibiyyət. Səkinənin açıq təntənəsi Rüstəm kişini pərt etmişdi. M.İbrahimov. təntənəli sif. və zərf\n1. Təntənə ilə keçirilən; dəbdəbəli, təmtəraqlı, əzəmətli. Təntənəli iclas. – Əqd gecəsi çox təntənəli keçmişdi. S.Hüseyn.\n2. Ruh yüksəkliyi ilə, təmtəraqla, təmtəraqlı surətdə. [Sürəyya:] Tanış olun, bu Mehribandır? – deyə təntənəli surətdə onu təqdim etdi. H.Seyidbəyli. təntik sif. dan.\n1. Sadədil, sadəlövh. Təntik qoca.\n2. Ağzı söz tutmayan, sözləri aydın deyə bilməyən. [Əlləzoğlu] tövşüyə-tövşüyə papağı ilə tərini sildi, təntik (z.) halda kəkələdi. İ.Hüseynov. 3.Tələsik, tələsə-tələsə. Günəş çox təntik bir halda tövşüyə-tövşüyə içəri girdi. Ə.Vəliyev. təntikləmə “Təntikləmək”dən f.is. təntikləmək bax. təntimək. təntiklik is. dan.\n1. Sadədillik, sadəlövhlük.\n2. Ağzı söz tutmama, sözləri aydın deyə bilməmə. təntimə “Təntimək”dən f.is. təntimək f. dan. Tələsmək, darıxmaq, hövsələsini itirmək, tələsməkdən canı sıxılmaq. Baş çatlayır istidən; Göydən yerə od yağır; Dəvələr də təntiyib; Yeriyir ağır-ağır. B.Vahabzadə. [Nailə:] Allah məni öldürsün, qardaş, lap acından təntidin, – deyə mənim qarşımda öz kasıb süfrəsini nizama salırdı. İ.Hüseynov. təntitmə “Təntitmək”dən f.is. təntitmək f. Tələsdirərək çaşdırmaq, sıxma-boğmaya salmaq. Abdulla [quldurları] təntitdi. Ə.Vəliyev. [Gülsənəm:] Gör bir uşağı nə təntidiblər! M.Hüseyn. Əhməd indicə atı ilə bərabər Qadirin qayadan yuvarlanacağını dəhşətlə gözləyir, onu təntitmək üçün atını sürüb qaya cığırına salmayır(dı).. Ə.Əbülhəsən. tənumənd sif. [fars.] Boylu-buxunlu, qədd-qamətli. Ucaboylu, tənumənd qadın irəli yeriyib, oğlunun üzündən öpdü. Ə.Haqverdiyev. İki tənumənd kişi qarşı-qarşıya dayanmışdı. B.Bayramov. tənzif is. [ər.] Əsasən sarğı materialı kimi işlədilən seyrək toxunmuş nazik pambıq parça; cuna. [Gülyaz] tələsik çəkməsini çıxarıb tənziflə ayağının yarasını sarıdı. Q.İlkin. [Səməndər:] Yaralanan yerə yod vurub, tənziflə bağlamaq lazımdır. B.Bayramov. tənzim is. [ər.] Nizama salma (salınma), qaydaya salma (salınma), nizamla(n)ma. • Tənzim etmək – nizama salmaq, qaydaya salmaq. [Musa dayı] ..novdan tökülən suyu tənzim etmək üçün yenə də mexaniki bir şey qayırmışdır. İ.Əfəndiyev. tənzimçi bax. tənzimedici, tənzimləyici. Tənzimçi orqan. tənzimedici (=tənzimləyici) is. və sif. Bir prosesi və ya onun ayrı-ayrı anlarını nizama salan, tənzim edən qurğu, mexanizm, cihaz, alət və s. tənzimçi. Tənzimedici (tənzimləyici) qayka. tənzimləyici (=tənzimedici) is. və sif. Bir prosesi və ya onun ayrı-ayrı anlarını nizama salan, tənzim edən qurğu, mexanizm, cihaz, alət və s. tənzimçi. Tənzimedici (tənzimləyici) qayka. tənzimləmə “Tənzimləmək”dən f.is. tənzimləmək f. Tənzim etmək, nizama salmaq, qaydaya salmaq. təpcək is.\n1. Təpilmiş və ya yumşaq torpağı bellə döyəcləyib bərkitmə. • Təpcək vurmaq – torpağı bellə döyəcləyib bərkitmək. Arx qazanda [Gülşən] kimi təpcək vuran olmazdı. Ə.Vəliyev.\n2. Tüfəngin döşə dirənən (təpən) hissəsi; dibçək. təpçevir sif. və zərf k.t. Torpağı başaşağı çevirməkdən ibarət təpmə üsulu. Təpçevir təpmək. təpçimə “Təpçimək”dən f.is. təpçimək f. Parçanı üz-üzə qoyaraq qırağını tikmək, qırağını közəmək. [Qadın paltarları] bir-bir götürərək tələsmədən düyməsi qırılanın düyməsini tikir, cırıq olanına yamaq salır, təpçiyir və bu biri tərəfə qoyurdu. M.İbrahimov. təpdirmə I. “Təpdirmək1”dən f.is.\n\nII. “Təpdirmək2”dən f.is. təpdirmək I. bax. bellətmək. Bağı təpdirmək.\n\nII. “Təpmək1”dən icb. Cəfər paşa da hər gün onu yeddi pəhləvana döydürüb, sonra da dərisindən bir qarış soydurub yerinə saman təpdirirdi. “Koroğlu”. təpə is.\n1. Hündür yer, hündürlük; kiçicik dağ. Səpir qarı ağaclara, kollara; Dərələrə, təpələrə, yollara. A.Səhhət. Camaatın yarısı çıxmışdı kəndin kənarına və təpələrə dırmaşıb boyluyurdular ki, görsünlər gəlirmi naçalnik. C.Məmmədquluzadə.\n2. Bir şeyin ən yuxarı hissəsi, başı, zirvəsi. Dağın təpəsi. Yamacın təpəsi. Qüllənin təpəsinə çıxmaq. – Qocaman bir dağın təpəsinə dırmaşdıq. A.Şaiq. [Kamal] saatlarla gözünü qarlı dağların təpəsinə zilləyib onları seyr etməkdən doymazdı. M.Rzaquluzadə.\n3. Qalaq, taya. Ot təpəsi. Saman təpəsi.\n4. İnsan və heyvan başının ən üst hissəsi; kəllə, baş. Qoyunun təpəsinə damğa vurmaq. – [Məmur:] Qılıncı xainin təpəsinə çal. M.Rahim. // Papağın üst tərəfi, üstü. Papağın təpəsi məxmərdəndir. – [Hüseynəli əmi] əlini aparıb börkünün təpəsindən bir parça qov çıxardı. M.S.Ordubadi. ‣ Təpədən-dırnağa qədər – başdan-ayağa (qədər). [Sara xanım] hamamdan qayıdanda da təpədən-dırnağa qədər qara çarşaba bürünərdi. Qantəmir. İyirmi beş yaşlı bu cavan oğlan; Təpədən-dırnağa nəğməydi ancaq. B.Vahabzadə. Təpədən-dırnağa qədər süzmək – bax. başdan-ayağa süzmək (“başdan-ayağa”da). İskəndər Quliyev döyüşçünü bir də təpədən-dırnağa qədər süzdü. Ə.Vəliyev. Təpəsi üstə – başaşağı, kəlləmayallaq. [Əhməd:] Bir badalaq lazımdır, özü də çox balaca, təpəsi üstə dəysin yerə, beyni burnundan gəlsin... N.Vəzirov. Təpəsi üstə gəlmək – 1) başaşağı gəlmək, kəlləmayallaq yıxılmaq. Uşaq məhəccərə dırmaşanda təpəsi üstə yerə gəlib. Mir Cəlal; 2) məc. tez və həvəslə gəlmək, o saat gəlmək. [Yədulla xan:] Naməni elə yazmışam ki, Mirzə Valeh təpəsi üstə gələr. S.Rəhimov. Telli xalaya xəbər gedən kimi təpəsi üstə gəldi. Mir Cəlal. təpəcik is. Kiçik təpə, balaca təpə. ..Afaq çoxdan bu yerləri tərk etmiş quşları da geri qaytarmaq istəyərək bağçadakı təpəciyə ..bir çanaq arpa səpələdi. Ə.Məmmədxanlı. təpəl bax. qaşqa 1-ci mənada. Təpəl balaq dingildəyib həyətdən çıxdı, özünü camışın altına atdı. B.Bayramov. Gün altında tövşüyür; Qara kəl, təpəl öküz. H.Hüseynzadə. təpələmə I. sif. və zərf Qabı, səbəti və s.-ni kənarlarından artıq doldurma; dopdolu, ağzınacan dolu, ləbələb. [Yusif] kolun altında gizlənmiş tənəyin üzümündən dərib, səbəti təpələmə doldururdu. B.Bayramov.\n\nII. “Təpələmək”dən f.is. təpələmək f.\n1. Təpə kimi yığmaq, təpə əmələ gətirmək; qalaqlamaq. Torpağı təpələmək.\n2. Başına qapaz vurmaq. təpələnmə “Təpələnmək”dən f.is. təpələnmək f. Təpə kimi yığılmaq, təpə əmələ gəlmək; qalaqlanmaq. Maşından boşalan qum təpələndi. – Şəkər süfrənin üstündə girdə məcməyi dolusu qalxıb təpələndi. B.Bayramov. təpəli sif. Təpəsi, təpələri olan; sivri. Təpəli dağ. Təpəli yer. təpəlik is.\n1. Təpə olan yer, təpə yer, dərəli-təpəli yer. [Yaşlı kişi:] Oğlanlı-qızlı bir araya toplaşar, Şərəf xalagilin ağ və təmiz qumdan ibarət olan təpəliyində oynardıq. S.Hüseyn. – Onlar qaçacaq! – Tutaq təpəliyi düşməndən qabaq! S.Vurğun.\n2. Kişi, ya qadın papağının təpəsinə dəyirmi kəsilib tikilən parça və s. Məxmər təpəlik. təpər is. Qeyrət, namus, bacarıq. Adın varmış, təpərin yox. (Ata. sözü). təpərli sif. Qeyrətli, namuslu, bacarıqlı. [Salman] zəif və qorxaqlara özünü təpərli (z.), tələbkar, amansız göstərirdi. M.İbrahimov. təpik is. Ayaqla vurulan zərbə. Telli bütün acığını [pişikdən] çıxarmaq istəyirdi. Ayağilə ona bir təpik ilişdirdi. S.Hüseyn. // Şıllaq. • Təpik atmaq – ayağı ilə vurmaq, vurmaq üçün ayağını, ya ayaqlarını işə salmaq (at və s. heyvanlar haqqında). [Nabat:] ..Gülsüm bacı, hərdənbir o düyəyə də baxarsan, Allah vurmuş dəlidir, təpik atıb südü dağıdar, arvadı vurar, yıxar. C.Cabbarlı. Təpiyə qalxmaq – hər iki ayağı ilə təpik vurmaq, təpikləmək, təpik atmaq. [Gülo:] Yaman dəymişi gözlə, yoxsa bu da vəlləyib dərzi dağıdacaq, – dedi və özünü təpiyə qalxan ala cöngəyə tərəf tulladı. S.Rəhimov. ‣ Təpik-təpiyə vermək (gəlmək) – təpikləşmək, yola getməmək. [Qurban Telliyə:] Zarafat deyil, o böyük alim Mudrova zidd gedirik. Akademiklə təpik-təpiyə vermişik! Ə.Məmmədxanlı. təpikatan bax. təpikcil. təpikcil sif. Çox təpik atan, şıllaq atan (heyvan haqqında). Təpikcil at. təpikləmə “Təpikləmək”dən f.is. təpikləmək f.\n1. Təpiyi ilə vurmaq, təpik vurmaq, ayaqları ilə zərbə endirmək. [Bayraməli bəy:] ..Yoxsa istəyirsən yıxım, qarnını təpikləyim? N.Vəzirov. Zalış [Məşədi Qasıma] bir badalaq atıb yıxdı və Qənbəri də çağırıb bunu təpikləməyə başladılar. Çəmənzəminli.\n2. Getməsi və ya sürətini artırması üçün ayaqları ilə minik heyvanının yanlarını döyəcləmək. Kərbəlayı Qasım atı çəkdi yavığa və Qurbanəli bəy tez qalxdı atın üstünə və heyvanı təpiklədi. C.Məmmədquluzadə. Şirəli qara madyanı təpiklədi. M.Hüseyn. təpiklənmə “Təpiklənmək”dən f.is. təpiklənmək məch. Təpiklə vurulmaq, təpiklər altında qalmaq, ayaqlanmaq. Müharibə meydanında mərmər başlar əzilməkdə idi, qarınlar təpiklənməkdən ayran tuluğuna dönmüşdü. Çəmənzəminli. təpikləşmə “Təpikləşmək”dən f.is. təpikləşmək qarş. Bir-birini təpiklə vurmaq, təpikləmək. Dayçalar təpikləşir. – [Uşaqların] bəziləri təpikləşir, bəziləri qoşa durub yüyürür, bəziləri isə ..yoldaşlarından geri qalırdılar. M.Hüseyn. təpilmə I. “Təpilmək1”dən f.is.\n\nII. “Təpilmək2”dən f.is. təpilmək I. bax. bellənmək. Meynəlik təpildi.\n\nII.\n1. f. Soxulmaq, zorla girmək, dürtülmək, özünü soxmaq. Uşaq anasının qucağına təpildi. – [Sara] vaxsey, ciyərin yansın! Kişi bilər, – deyə, evə təpildi. Mir Cəlal. [Arvad] üstünə işıq düşən toyuq hininə təpildi. B.Bayramov.\n2. məch. Çətinliklə torbaya, yeşiyə və s.-yə qoyulmaq, basılmaq, dürtülmək, doldurulmaq. Təpilir bir yanda tumac xurcuna; Qənaət etmirlər qaçaqlar buna. H.K.Sanılı. təpimə “Təpimək”dən f.is. təpimək f. dan. Qurumaq, qupquru olmaq, suyu çəkilmək. Gülpərinin özü də susuz idi. Dili-dodağı təpimişdi. M.Hüseyn. Gecə külək əsdiyi üçün yol təpimiş sahə qurumuşdu. Ə.Vəliyev. təpinmə “Təpinmək”dən f.is. təpinmək f.\n1. Acıqlanmaq, bərk danlamaq, üstünə qışqırmaq; hədə-qorxu gəlmək. [Balaqardaş:] Rzaquluya elə təpinmişəm ki, qorxusundan evdən çölə çıxa bilməyir. N.Vəzirov. Qardaş da bacısına təpinmək üçün onu yanladı. B.Bayramov.\n2. Üstünə cummaq, hücum etmək, həmlə etmək, şığımaq. Nəbigil atlarını minib təpindilər qoşuna. “Qaçaq Nəbi”. Nərə çəkib təpinəndə soldata; Sel kimi axıdır qanı Dəli Alı. Aşıq Ələsgər. təpişdirmə “Təpişdirmək”dən f.is. təpişdirmək f.\n1. Təpib doldurmaq, basıb doldurmaq.\n2. məc. Acgözlüklə yemək, içəri ötürmək. Varis qarşısındakı soyuq şorbanı təpişdirərkən qızı gözucu süzdü. A.Şaiq. təpitmə I. is.\n1. Xalq təbabətində: bədənin sınıq, çıxıq, əzik yerinə qoyulan yağlı isti xəmir parçası. Sınıq yerə təpitmə qoymaq. – [Mustafa bəy:] Get, gədələrə deginən, bədəninə təpitmədən-zaddan salsınlar. Ə.Haqverdiyev.\n2. Xingal bişirmək üçün yayılıb doğranmış və azacıq qurudulmuş xəmir tikələri. Yuxası nazik yayılmış, təpitməsi yaxşı hazırlanmış xingal sinidə buğlana-buğlana ortaya gəldi. Ə.Vəliyev.\n\nII. “Təpitmək”dən f.is. təpitmək f. Od üzərində və ya gündə azacıq qurutmaq. Xəmiri təpitmək. // Ümumiyyətlə, qurutmaq. təpmə I. bax. təpitmə1 1-ci mənada. [Cabbar bəy:] Əndamına təpmə qoymaqdan qollarım az qalıbdır qurusun. N.Vəzirov.\n\nII. is. Tüfəng, top və s. odlu silahların atılan zaman şiddətlə geriyə basması. Topun təpməsi. – ..Tüfəng açıldı. Özüm də təpmənin şiddətindən kəlləmayallaq qayığın dibinə aşdım. M.Rzaquluzadə. təpmək I. f.\n1. Bir şeyi başqa bir şeyin içərisində yerləşdirmək; soxmaq, salmaq. [Xırdaxanım:] Qırqovul başını kola təpər, dalından xəbəri olmaz. N.Vəzirov. Səttar xanın bu söhbətdən xoşlanmadığını hiss etdim, çünki daima bu kimi hallarda bığlarını burub, uclarını ağzına təpərdi. M.S.Ordubadi. // Güclə soxmaq, doldurmaq, yerləşdirmək, basmaq, qoymaq, dürtmək, dürtüşdürmək. Paltarları çamadana təpmək. Samanı kisəyə təpmək.\n2. Hücum etmək, həmlə etmək, şığımaq, üzərinə atılmaq. [Pası] gecələr də adamları rahat buraxmır, çobanları oyadıb: – Sərvaxt olun, heyvana canavar təpər [deyərdi]. S.Rəhimov.\n3. Basmaq, təpməklə, təpikləməklə hazırlamaq (keçə). Şah bu sözlərini qurtaran tək [keçəçilər] təsnif oxuya-oxuya keçə təpirlər. Ü.Hacıbəyov.\n4. dan. Təpik atmaq, təpikləmək. Danasını bir gün qoymaz yanına; Bizim inək təki təpər, ağlarsan. M.V.Vidadi.\n5. Atarkən şiddətlə geri itələmək, basmaq, ağzı geri qayıtmaq (odlu silahlar haqqında). ..Tüfəng Yaşarı elə təpdi ki, o, arxası üstə yerə yıxıldı. M.Rzaquluzadə. ‣ Başına at təpmək – bax. baş. Dərisinə saman təpmək – bax. dəri.\n\nII. f. Belləmək. Gülşən elə cəld, elə sürətlə yer təpirdi ki, onun üz-gözündən tər axırdı. Ə.Vəliyev. təptəzə sif. Lap təzə, tamamilə təzə, qədtəzə, heç işlənməmiş. Təptəzə köynək. Təptəzə ev. – Təptəzə, püstə rəngində “Pobeda” maşını asfalt yolla süzürdü. Ə.Sadıq. Təptəzə bir paltar geyib əyninə; Qovuşub yurdumun xoş səhərinə. N.Xəzri. tər I. is.\n1. Xüsusi dərialtı vəzilərin ifraz etdiyi şəffaf maye. Maşında oturanların alnından tər süzülürdü. M.İbrahimov. Arvad kişinin alnının dərin qırışlarına dolmuş soyuq təri sildi. B.Bayramov. • Tər aparmaq (basmaq) – çox işləməkdən və ya istidən çox tərləmək. Bir anda Nisa xalanı tər apardı. Mir Cəlal. Tər vəzisi anat. – tər ifraz edən dərialtı vəzi.\n2. Daha yüksək temperaturu olan hava mühiti ilə təmas etdikdə əşyaların üzərində əmələ gələn yaşlıq. ‣ Tər tökmək məc. – 1) bir şeyi əldə etmək üçün çox çalışmaq, çapalamaq, çox əlləşmək, çox zəhmət çəkmək; 2) məc. xəcalət çəkmək, utanmaq. Ona fikir verin, danışdıqca biz; Tər tökür, sıxılır, utanır hər an. B.Vahabzadə. Alın təri – bax. alın. Alın təri ilə qazanmaq – bax. alın. Alın təri tökmək – bax. alın.\n\nII. sif. və zərf Hələ solmamış, təzə, təravətli (gül, göyərti və s. haqqında). Tər göy soğan. Tər bənövşə. Tər xiyar. – Aylı gecə, çay kənarı, suların səsi; Ürəyimin məhəbbəti tər çiçəyimdir. N.Xəzri. // məc. Cavan, təravətli. Hər bir şeyə həyat verən, hər bir şeyi tər və təzə qılan məhəbbətdir! F.Köçərli. [Nisə xalanın] yaşı əllidən keçdiyi halda, necə olub da onun belə diri və tər qaldığına ilk görüşdə təəccüb edirdim. Qantəmir. təranə is. [fars.] Mahnı, şərqi, nəğmə; ahəng. Yayılıbdır ətrafa; Quşların təranəsi. M.Seyidzadə. // Obrazlı təşbehlərdə. Burdadır şairin eşqi, ilhamı; Bu günün, sabahın öz təranəsi. H.Hüseynzadə. təravət is. [ər.] Təzəlik, lətafət, gözəllik. Çiçəklərin artdı təravətləri; Fərəh verir qəlbə lətafətləri. A.Səhhət. Bahar bütün təravəti və gözəlliyi ilə [Ümidin] gözləri qarşısında dayandı. B.Bayramov.\n2. Təmizlik, saflıq. Saf, səmimi, heç vaxt öz təravətini itirməyən, solmayan eşq nə gözəldir! Ə.Sadıq.\n3. Sərinlik, təmizlik (hava haqqında). Bundan əlavə, ağaclardan .. təravət yayılırdı. H.Seyidbəyli.\n4. Sağlamlıq, sağlam görünüş (əsasən gənc yaşlarda). Gənclik təravəti. – Əsmərin gəncliyi, təravəti Məmmədbağıra oğlan uşağı qədər lazım idi. S.Hüseyn. Ana oğlunun təravət və gəncliyini bütün vücudu ilə duyurdu. İ.Əfəndiyev. ‣ Təravət vermək – 1) gözəlləşdirmək, lətafət vermək. Yaz yağışı təbiətə təravət verir. – Yayın günəşi, qışın şaxtası qızın yanaqlarına xoş bir qırmızılıq və təravət vermişdi. M.Rzaquluzadə; 2) rövnəq vermək, rövnəqləndirmək. [Xanım] rəngsiz dodaqlarını dili ilə isladıb, əsgimiş üzünə təravət vermək istədi. Çəmənzəminli. Təravətdən düşmək – 1) təzəliyini, gözəlliyini, tərliyini, lətafətini itirmək; solmaq, solğunlaşmaq. Çöllərdəki yaşıl əkinlər lazımınca boy atmadan təravətdən düşürdü. S.Hüseyn; 2) qocalmaq və ya xəstələnmək nəticəsində sağlamlığını, gümrahlığını, sağlam görünüşünü itirmək. Dilbərim yorulub səyahətindən; Düşübdür o keçən təravətindən. S.Vurğun. təravətlənmə “Təravətlənmək”dən f.is. təravətlənmək f.\n1. Təzələnmək, tərlənmək, lətafətli olmaq. Sulandıqda güllər təravətlənir. – Aralanır buludlar; Təravətlənir otlar. A.Səhhət.\n2. Sərinləşmək, sərin olmaq. Hava təravətlənir.\n3. Sağlamlaşmaq, gümrahlaşmaq, canlanmaq. Dağda adam təravətlənir. – Payız gəlib, meşələri solduranda körpə Bahar daha da təravətlənmişdi. B.Bayramov. təravətli sif. və zərf\n1. Təravəti olan; tər, təzə. Təravətli gül. – ..Hər tərəfdə otlar göyərmiş, ağacları təravətli yarpaqlar örtmüşdür. M.İbrahimov.\n2. Təmiz, saf, sərin. Bayırda gözəl, ilıq dağ yerlərinə məxsus yüngül təravətli bir iyun sabahı açılırdı. M.Rzaquluzadə. Öz canından əziz tutur; Təravətli yaylaqları. H.Hüseynzadə.\n3. Sağlam, sağlam görünüşlü, gümrah, gözəl, cazibəli. Təravətli gənc. – [Şəmsiyyə] incə, ətirlənmiş və təravətli bir xanımdır. M.İbrahimov. tərbiyə is. [ər.]\n1. Təhsil verməklə, hər hansı adət, ədəb və davranış qaydaları və s. aşılamaqla yetişdirib böyütmə. ..Əhməd bir daha evlənməyi özünə artıq bilib, daim [Rəfiqənin] tərbiyəsilə özü məşğul olardı. İ.Musabəyov.\n2. İnsanın, ümumi inkişaf, sistematik təsir və təlim nəticəsində biliyə, mədəni vərdişlərə və s.-yə yiyələnməsi; gözəl əxlaq. Gənclərin tərbiyəsilə yaxından məşğul olmaq lazım gəlirdi. Ə.Sadıq. Bəzən cavanların tərbiyəsi ilə də məşğul olmaq lazım gəlir. H.Seyidbəyli. • Tərbiyə vermək (etmək) – bax. tərbiyələndirmək. Mirzə qazandığı pul ilə dolanıb, oğlanlarına da tərbiyə verirdi. Ə.Haqverdiyev. Qəhrəman yaxşı dərk edirdi ki, övlad yetişdirib tərbiyə etmək ağır dağı çiyinə qaldırmaq deməkdir. S.Rəhimov. tərbiyəçi is.\n1. Uşaq tərbiyə müəssisələrində (körpələr evi, uşaq bağçası, uşaq evi və s.) uşaqların tərbiyəsi ilə məşğul olan adam. Ağlı söz kəsəndən bəri ana nəvazişini tərbiyəçilərdə görən.. Budaq xalasının söhbətindən sonra uzun müddət ata və ana haqqında düşünürdü. Ə.Vəliyev. // Sif. mənasında. Tərbiyəçi qadın. – Tərbiyəçi müəllim [uşağı] danladı. Ə.Sadıq.\n2. Öyrədib yetişdirən adam; müəllim. Azərbaycan aktyorlarının birinci nəslinin tərbiyəçisi gözəl komediya aktyoru Cahangir Zeynalov olmuşdur. M.Məmmədov. tərbiyələndirilmə “Tərbiyələndirilmək”dən f.is. tərbiyələndirilmək məch. Tərbiyə edilmək. tərbiyələndirmə “Tərbiyələndirmək”dən f.is. tərbiyələndirmək f.\n1. Tərbiyə vermək, tərbiyə öyrətmək. Uşağı tərbiyələndirmək.\n2. Sistematik təsir və təlim vasitəsilə birinin və ya bir çoxlarının inkişafına, təfəkkür tərzinə, hisslərinə təsir etmək; böyütmək, yetişdirmək. Məsuliyyət hissi tərbiyələndirmək. Azadlıq uğrunda mübarizlər tərbiyələndirmək. tərbiyələnmə “Tərbiyələnmək”dən f.is. tərbiyələnmək f. Tərbiyə almaq, tərbiyə öyrənmək. Uşaq valideynlərindən tərbiyələnir. – Altı il ərzində Budaq oxudu, tərbiyələndi. Ə.Vəliyev. tərbiyəli sif. Yaxşı tərbiyə görmüş, özünü aparmağı bacaran; əxlaqlı. Tərbiyəli oğlan (qız). – Qoşatxan mədəni və tərbiyəli adam idi. M.İbrahimov. tərbiyəsiz sif. Yaxşı tərbiyə görməmiş, özünü aparmağı bacarmayan; əxlaqsız, ədəbsiz. Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama! M.Ə.Sabir. tərbiyəvi sif. [ər.] Tərbiyə üçün edilən, tərbiyə üçün əhəmiyyəti olan, tərbiyəyə aid olan, tərbiyə baxımından. [Qüdrət:] Tərbiyəvi məqsədlə deyilən bir sözə əsasən istehsalatın taleyini həll etmək nə mənə yaraşır, nə də sizə. M.Hüseyn. 1928-ci ilin axırlarında tamaşaya qoyulan “Sevil” pyesinin tərbiyəvi rolu çox böyük idi. M.Arif. tərcibənd is. [ər. tərci və fars. bənd] ədəb. Mövzu və vəzn etibarilə bir olub, birinci bəndin bütün misraları həmqafiyə, ikinci bəndin son beyti istisna olmaqla bütün misraları, axırda isə birinci bəndin son beyti nəqərat kimi təkrar edilən klassik şeir formalarından biri. Füzulinin “Mən kiməm? – Bir bikəsü biçarəvü bixaniman” tərcibəndi. tərcih is. [ər.]: tərcih etmək – üstün tutmaq, üstünlük vermək. [Ramazan] buğlanan yağlı bozbaşı mübahisəyə tərcih etdi. M.Hüseyn. tərcüman is. [ər. “tərcümə”dən] köhn.\n1. Tərcüməçi. Həmin məsələlərdən birisi də sabiq alman konsulxanası tərcümanlarından Əbülfət mirzənin evini axtarmaq və bəzi məsələləri aydın etməkdən ibarət idi. M.S.Ordubadi.\n2. məc. İfadə edən, bildirən, əks etdirən. [M.F.Axundzadə] ədəbiyyatı öz duyğularının, öz məfkurələrinin bir tərcümanı kimi tanıyır, .. “sənət həyat üçündür” prinsipini irəli sürürdü. C.Cabbarlı. tərcümeyi-hal is. [ər.] Bir şəxsin həyatının təsviri; həyat tarixçəsi; bioqrafiya. [Budaq] istəyirdi ki, öz tərcümeyi-halını yazsın. Ə.Vəliyev. [Fərəc Fəridəyə:] Mən ancaq onu demək istəyirdim ki, siz [Şeydanın] tərcümeyi-halına bələd deyilsiniz. Ə.Məmmədxanlı. // Birisinin həyatı, həyat yolu. Veteranın ibrətamiz tərcümeyi-halı. – Əsədin qəribə tərcümeyi-halı vardı. S.Vəliyev. tərcümə is. [ər.] Bir dildən başqa dilə çevirmə (çevrilmə). Sərbəst tərcümə. “Şahnamə”nin tərcüməsi. – Usta Zeynalın dükanında Mirzə qəzəllər oxuyub, sonra oxuduğu qəzəlləri rus dilinə tərcümə edirdi. Ə.Haqverdiyev. [Rüstəm bəy Sofiyaya:] [Ömər Xəyyam] dünyanın hər bir dilinə tərcümə olunmuşdur. Çəmənzəminli. tərcüməçi is. Bir dildən başqa dilə tərcümə etməklə məşğul olan adam; mütərcim. Teymur tərcüməçi vasitəsilə alimə müraciət edərək soruşur.. “M.N.lətif.” tərə bax. pencər. Tərə yeyən də yaza çıxar, kərə yeyən də. (Ata. sözü). tərəcə is. Üstünə barama qurdu buraxmaq və ya üstündə pambıq, meyvə və s. qurutmaq üçün qamış, qarğı və s.-dən hörgü. Baramanı tərəcəyə buraxmaq. – Bütün manqalarda pambığı havada qurutmaqdan ötrü hər yığıcı üçün qamışdan bir səyyar tərəcə hazırlanmışdır. Ə.Vəliyev. tərəçiçəklilər cəm bot. Bəzi ot, yarımkol və kolların daxil olduğu bitki fəsiləsi. tərəddüd is. [ər.]\n1. Bir işi görməkdə, bir məsələni həll etməkdə qətiyyət göstərməmə, qərarsızlıq göstərmə, nə edəcəyini bilməmə, qəti qərara gələ bilməmə; qərarsızlıq. [Əli] daima axtarış yolunda, tərəddüd içində yaşayırdı. Çəmənzəminli. Təliə də tərəddüdlər içərisində olduğuna baxmayaraq, vəliəhdə göz qoyurdu. M.S.Ordubadi. • Tərəddüd etmək (göstərmək) – qəti qərara gələ bilməmək, çətinlik çəkmək.\n2. Gediş-gəliş, əlaqə, hərəkət. Yollarda tərəddüd getdikcə çoxalmışdır. • Tərəddüd eləmək köhn. – gedib-gəlmək, hərəkət etmək. Küçələri arşından qalın qar elə tutmuşdu ki, tərəddüd eləmək mümkün deyil idi. C.Məmmədquluzadə. Tərəddüd kəsilmək – gediş-gəliş kəsilmək, əlaqə kəsilmək, hərəkət olmamaq. Yollar bağlandı, tərəddüdlər kəsildi. C.Məmmədquluzadə. İlin səkkiz ayını Zəngəzur yollarını qar basar, tərəddüdlər kəsilər. Ə.Haqverdiyev. tərəddüdlü sif.\n1. Tərəddüd keçirən, nə edəcəyini qəti bilməyən, bir qərara gələ bilməyən, tərəddüd içərisində qalmış. Tərəddüdlü adam. // Tərəddüdlə edilən, qəti olmayan. Tərəddüdlü cavab.\n2. Çox gediş-gəliş olan: hərəkətli. Hərçənd Danabaş kəndi tərəddüdlü deyil, amma çox yekə kənddi. C.Məmmədquluzadə. tərəddüdsüz zərf Tərəddüd etmədən, qəti olaraq. Bəli, Bağdad! – deyə, Zahidoğlu tərəddüdsüz cavab verdi. S.Rəhimov. tərəddüm is. [ər.] köhn. İrəlidə olma, ötmə. tərəf is. [ər.]\n1. Bir şeydən hər hansı istiqamətə doğru yerləşən sahə, yer; həmin istiqamətin özü; cəhət. Müxtəlif tərəflərə getmək. Çöl tərəfdən. Meşə tərəfə. Evə tərəf. // Bir şeyin ortasından və ya orta xəttindən sağda və ya solda yerləşən sahə, yer; habelə bir adamdan və ya şeydən sağa və ya sola doğru olan istiqamət; cəhət. Sağ tərəfə dönmək. – Məmmədhəsən əminin sol tərəfində oturan kişi bir məsələ saldı ortalığa. C.Məmmədquluzadə. // Bir şeyin kənarlarında yerləşən sahə; kənar. Küçənin sol tərəfi. Çayın o biri tərəfi. – İki tərəfi ağac, əkin və bostanla bəzənmiş bir yol ilə gedirdik. A.Şaiq. Kazarma küçənin o biri tərəfində idi. M.Hüseyn.\n2. Hər hansı bir səbəblə bir-birinə qarşı duran şəxs və ya qruplardan hər biri. Mübahisə edən tərəflər. Danışıq aparan tərəflər. Tərəflər razılığa gəldilər. – Əgər Ağca tərəf qalib gəlsə idi, demək olar ki, Şükür sakitləşərdi. Çəmənzəminli. Tərəflər dalğalandı; Qarşı-qarşıya gəldi. B.Vahabzadə.\n3. Hər hansı bir şeyin üzlərindən hər biri. Parçanın üz tərəfi. Yeşiyin alt tərəfi.\n4. Yer, ölkə (bu mənada çox vaxt cəm şəklində işlənir). Bizim tərəflərdə qar yağıb. Bu tərəflərdə az görünürsünüz. – Sən bizim tərəfə xoş buyurmusan; Qardaşım, bir gün də mən sizə gəlləm. H.Hüseynzadə.\n5. riyaz. Həndəsi fiqurun kənarında olan düz xətt kəsiyi. Düzbucaqlı üçbucağın tərəfləri. Çoxbucaqlının tərəfləri.\n6. bax. tərəfdar. [Fatma xala:] Kasıbın nəyi var ki, ona tərəf olan da ola? Ə.Əbülhəsən.\n7. Aid olduğu sözlə birlikdə hərəkətin hansı istiqamətə yönəldiyini bildirir; ...sarı, ...doğru, ...tərəfə. Əhli-qəryə yüyürdü dağ tərəfə; Getməsin ta qoyun, quzu tərəfə. M.Ə.Sabir. Əsəd vəldən enib kəndə tərəf baxır. C.Məmmədquluzadə. ‣ Tərəfində durmaq – bax. tərəfini saxlamaq. Kimi dindirsəydin Hikmətin tərəfində duracaqdı. Mir Cəlal. Tərəfini saxlamaq (tutmaq) – tərəfdar olmaq, müdafiə etmək, tərəfində durmaq. Qız ailədə həmişə anasının tərəfini saxlasa da, Ziba atasının tərəfini saxlamış və onun dediklərinə tərəfdar çıxmırdı. S.Rəhimov. Dörd (hər) tərəf – ətraf. [İzzəddin:] Burda məclis quraq, gözəl çəməndir; Hər tərəf nərgizdir, tər yasəməndir. M.Rahim. Hər tərəf sükut içindəydi. İ.Əfəndiyev. tərəfdar is. [ər. tərəf və fars. ...dar] Birinin tərəfini saxlayan, tərəfində duran, onu müdafiə edən adam; tərəfgir. Molla Xəlil açıqdan-açığa görürdü ki, kənddə müəllimin tərəfdarları vardır. S.Hüseyn. Çıxmısan meydana, yalqızsan, tərəfdarın hanı? Ə.Nəzmi. // Hər hansı bir dünyagörüşünə, əqidəyə, məfkurəyə şərik olan, onu müdafiə edən; müdafiəçi. Sülh tərəfdarları. Demokratiya tərəfdarı. – [İşçilərdən biri:] Bizə nə düşübdür ki, Nikolaya tərəfdar olaq. C.Cabbarlı. tərəfdarlıq is. Tərəfdar olma, tərəfini tutma, tərəfgirlik. tərəfgir [ər. tərəf və fars. ...gir] bax. tərəfdar. tərəfgirlik bax. tərəfdarlıq. Təəssüf ki, bəzən tənqiddə xoşa gəlməyən bir tərəfgirlik, dostbazlıq baş verir ki, baxanda quruyub qalırsan. S.Rəhimov. tərəhhüm is. [ər.] klas. Rəhm, mərhəmət. Olmazmı kəniz cinsi-mərdüm? Yoxdurmu kənizə həm tərəhhüm? Füzuli. • Tərəhhüm etmək (eyləmək) klas. – rəhm etmək. [Vəzir:] Başına dönüm, keçən padşahlar ədalətin icrasında övlad və əqrəbalarına tərəhhüm etməyiblər. M.F.Axundzadə. Tərəhhüm eyləmədin axır, ey cavan, ölürəm. X.Natəvan. tərək is. [fars.] Yağda qovrulmuş şəkər və undan hazırlanan halva növü; sucuq. Ramazan ayının özünə məxsus süfrəsi vardı: firni, tərək, bal halvası, nazik yuxa, şorqoğalı .. və sairə. H.Sarabski. tərəkə is. [ər.] Mirasın varislər arasında bölümü. tərəkəmə is.\n1. Keçmişdə: Azərbaycanda köçəri heyvandarlara verilən ad. Tarverdi başıbağlı, koxa və Məşədi Qurban və Nəcəf, Namaz və başqa tərəkəmələr oturublar. M.F.Axundzadə. Məlumdur ki, bir az hava qızdı, tərəkəmə əhli aranda dayana bilməz, gərəkdir yaylağa qaçsın. F.Köçərli.\n2. Azərbaycan xalq oyun havalarından birinin adı. Tərəkəmə oyun havası ilə ənzəli oyun havasını müqayisə etsək, burada hər iki havanın vəzninin eyni və çalınmaq sürətinin də təxminən bərabər olduğunu görərik. Ə.Bədəlbəyli. tərəqqi is. [ər.] İrəliləmə, irəliləyiş, inkişaf. Mədəniyyətin tərəqqisi. – Aqronom, baytar, zootexnik, mühəndis, yerölçən yeni kəndin tərəqqisi uğrunda ciddi işə girişdi. Ə.Vəliyev. • Tərəqqi etmək – irəliləmək; inkişaf etmək. [Oqtay:] Tərəqqi etməmək yaşamamaq deməkdir. C.Cabbarlı. Tərəqqi tapmaq – bax. tərəqqi etmək. Şəhərdə hər bir şey tərəqqi tapmışdı, dəyişmişdi, abad olmuşdu. Çəmənzəminli. tərəqqipərvər sif. [ər. tərəqqi və fars. ...pərvər] İctimai tərəqqiyə çalışan, ona xidmət və yardım edən; ictimai-iqtisadi cəhətdən qabaqcıl. Tərəqqipərvər adam. Tərəqqipərvər qüvvələr. – Ağəli tərəqqipərvər iranlıların ən qeyrətli, ən məsləkli cavanlarından idi. Çəmənzəminli. tərənnüm is. [ər.] Gözəl səslə yavaşdan oxuma, ötmə. Quşların şən tərənnümü. • Tərənnüm etmək – 1) gözəl səslə yavaşdan oxumaq. Quşlar tərənnüm edir; 2) nəğmələrdə, mahnılarda, şeirdə təsvir etmək, şöhrətləndirmək. Əmək igidliklərini nəğmələrdə tərənnüm etmək. – Xalq [Səfəri] ..igid, mərd, ədalətli bir adam kimi tərənnüm edirdi. Çəmənzəminli. El aşıqları incə Azərbaycan dilində xalqımızın mərdliklərini tərənnüm edən ölməz dastanlar qoşurdular. İ.Əfəndiyev. tərəssüd is. [ər.]\n1. Diqqətli baxış, göz dikmə.\n2. Arzu etmə. tərəvəz is. Yemək və xörək üçün işlədilən bostan bitkiləri (xiyar, kök, çuğundur, pomidor, badımcan və s.). tərəvəzçi is. Tərəvəz əkib becərməklə məşğul olan adam. Tərəvəzçilər briqadası. tərəvəzçilik is. Kənd təsərrüfatının tərəvəz əkib-becərməklə məşğul olan sahəsi. Tərəvəzçilik sovxozu. Tərəvəzçilik gəlirli sahədir. // Tərəvəz əkib-becərmə, tərəvəzçiliklə məşğul olma. tərəvəzlik is. Tərəvəz əkilmiş yer, tərəvəz tarlası, dirrik. Əsəd həyətdəki tərəvəzlikdə qurdalanırdı. S.Rəhman. tərəzi is. [fars. tərazu] Ağırlığı çəkib müəyyənləşdirmək üçün cihaz. Tərəzi başında duran kolxozçu tez-tez pambıq kisələrini çəkir, rəqəmləri ucadan deyir, briqada başçısı da dəftərçəsinə qeyd edirdi. T.Ş.Simurq. ‣ Tərəziyə vurmaq – çəkmək. Tərəziyə girmək – özünü tay tutmaq, ayaqlaşmaq. [Həsən ağa:] Sənə varlılarla tərəziyə girmək nə yaraşar, yorğanına bax, ayaqlarını uzat. Ə.Haqverdiyev. tərəziçi is. Şeyləri tərəzidə çəkən və ya onların çəkilməsinə nəzarət edən işçi. // Qapançı. tərəzipulu is. Şeyləri tərəzidə çəkmək üçün alınan rüsum. tərgitdirmə “Tərgitdirmək”dən f.is. tərgitdirmək icb. Tərgitməyə məcbur etmək. tərgitmə “Tərgitmək”dən f.is. tərgitmək f. Adət etdiyi pis və ya zərərli adətdən əl çəkmək, həmin işi daha etməmək. İçkini tərgitmək. Papirosu tərgitmək. – Əsil məsələ [tənbəllərə, şöhrətpərəstlərə, aravuruşduranlara] bu xasiyyətləri tərgitməkdir. Ə.Sadıq. Nə çıxar fikirdən, boş-boş xəyaldan; Tərgitmək gərəkdir bu pis vərdişi! B.Vahabzadə. tərhalva is. Yağda qovrulmuş un və doşabdan bişirilən halva növü. tərxan is.\n1. Orta əsrlərdə türk xalqlarında hökmdarların titulu.\n2. Zaqafqaziya və Mərkəzi Asiyada, Kazan, Həştərxan xanlıqlarında feodalların dövlət vergilərindən azad edilmiş mülkü və torpağı. tərxis is. [ər.] hərb. Ordunun sülh şəraitinə keçdikdən sonra hərbi xidmətdən buraxılması. Sıravi heyətin tərxisi. • Tərxis etmək – buraxmaq, ordu sıralarından azad etmək. Ordunu tərxis etmək. Tərxis olunmaq – buraxılmaq, ordu sıralarından azad olunmaq. [Qələndər:] Bəli, tamam tərxis olunmuşam. Anam necədir? Q.İlkin. tərxun is. Nazik, uzun yarpaqları yeməyə işlədilən çoxillik göyərti. İki dəstə tərxun. – ..Kənarda keşniş, kəvər və tərxun ləkləri gözə çarpırdı. Çəmənzəminli. tərif is. [ər.]\n1. Bir şəxsin, ya şeyin yaxşı cəhətlərini, məziyyətlərini, müsbət xüsusiyyətlərini demə; mədh, vəsf. İndi Sona gözəl cümlələr, təriflər .. dinləmək istəyirdi. B.Bayramov. // Şöhrət, ad. Əyri qılıncı belində; Tərifi mərdlər dilində. “Koroğlu”. • Tərif etmək – bax. tərifləmək. Vaqif zülflərini tərif edəndə; Gərəkdir ki, əvvəl yaza bənövşə. M.P.Vaqif. Əminə nə qədər diqqət versə də, Rayanın tərif etdiyi qızı görə bilmirdi. M.S.Ordubadi.\n2. Bir şeyin məzmununu, mahiyyətini, əsas xüsusiyyətlərini qısa şəkildə ifadə edən formul; xülasə. Cümlənin tərifi. Okeanın tərifi. Məntiqi tərif. tərifəgəlməz sif. Hər cür tərifdən yüksək; çox gözəl, çox yaxşı. Tərifəgəlməz gözəllik. tərifəlayiq sif. Tərifli, tərif edilməyə layiq olan, çox gözəl, əla. Tərifəlayiq təşəbbüs. tərifləmə “Tərifləmək”dən f.is. tərifləmək f. Tərif etmək, vəsf etmək, mədh etmək. Yarış qabaqcıllarını tərifləmək. təriflənmə “Təriflənmək” dən f.is. Büləndin təriflənməsindən acığı gəldiyi, həm də əsil mətləbə keçmək vaxtı olduğu üçün Sirat sözü dəyişib dedi. Ə.Əbülhəsən. təriflənmək məch. Tərif edilmək, vəsf edilmək, mədh olunmaq. Yaxşı işinə görə təriflənmək. – Hər üç-dörd ayda, hər kənd təsərrüfat kampaniyasının axırında bir təriflənmək [Rüstəm kişinin] cirəsi idi. M.İbrahimov. tərifli sif. Tərifəlayiq, tərifə dəyər, yaxşı, gözəl, təriflənməli. [Çingiz:] Cəbi lələ, get, Piri babanın o tərifli balından kəs, gətir, yeyək. S.S.Axundov. tərifnamə is. [ər. tərif və fars. ...namə] Yaxşı işləməyə, yaxşı oxumağa, yarışda, baxışda və s.-də qabaqcıl yer tutduğuna görə birinə verilən rəsmi sənəd. Orta məktəbi tərifnamə ilə bitirmək. Konkursda tərifnamə almaq. – Həmişə tərifnamə arzulayan Kosanın indi töhmət sözündən gözü bərələ qalmışdı. S.Rəhimov. təriq is. [ər.] klas. Yol. Bir il əvvəl Varşava təriqi ilə Avropaya səfər edən bir İran [vətəndaşı] bir neçə gün Kiyev səfirinin müsafiri olmuşdu. Çəmənzəminli. [Həmzənin] böyük planları vardı, ticarətini Tiflis və Batum təriqi ilə İstanbula, oradan da o yana yeritmək istəyirdi. Ə.Əbülhəsən. təriqət is. [ər.] din. Hakim dindən ayrılmış dini icma, islam məsləklərindən, məzhəblərindən hər biri. [Yaşlı kişi:] Fəqət müxtəlif məzhəb və təriqətlərə mənsub olan müsəlmanlar hamısı bu barədə müttəfiq deyillər. S.Hüseyn. Şərqin dərdi böyükdür qədim tarixi qədər; Didir biri-birini təriqətlər, nəsillər. B.Vahabzadə. təriqətçi is. Bu və ya digər təriqətə mənsub olan adam. təriqətçilik is. Təriqətlərdən birinə mənsub olma. tərk I. is. [fars.]: tərk etmək (eləmək) – 1) qoyub getmək, çıxıb getmək, buraxıb getmək, atıb getmək. Evi tərk etmək. Vətənini tərk etmək. – Reyhan səssiz tərk eləyir; Nənəsinin otağını. M.Dilbazi; 2) yarımçıq qoymaq, daha davam etdirməmək, buraxıb getmək. İşi tərk etmək. – ..[Səməd bəy] orta məktəbin dördüncü sinfində dərsi tərk etdi. Çəmənzəminli. Tərkini qılmaq – bax. tərk etmək (eləmək). Kərbəlayı Eyvaz bu səfər ev-eşiyin tərkini qıldı. Çəmənzəminli.\n\nII. bax. tək2. ..[Məlikməmməd] quyunun tərkinə çatan kimi bir o yana-bu yana baxıb gördü ki, bir yol var. Çəmənzəminli. Dərənin tərkindən, göz güclə işləyən yerdən parıltı gəlir, ancaq su görünmür. Mir Cəlal.\n\nIII. is. Atın belinin yəhər qoyulan yerinin dal tərəfi. ..Çavuş qəndabı içib, corabı aldı və qoydu atının tərkindəki xurcuna. C.Məmmədquluzadə. Sadıq kişi atın tərkinə bağlanmış dolu heybəni götürdü. M.Hüseyn. • Tərk xurcunu – atın tərkinə, yəhərin dalına qoyulan kiçik xurcun. Tərk xurcununun bir gözündə bir neçə qutu qrim, on-on iki müxtəlif parik vardı. Ə.Vəliyev. Tərkinə mindirmək (almaq, götürmək) – öz arxasında atın və ya başqa heyvanın tərkinə mindirmək, oturtmaq. Aldı arxasına Qurban çobanı; Götürdü tərkinə igid Osmanı. H.K.Sanılı; // eyni qaydada motosikletə, velosipedə və s.-yə mindirmək. Yusif eyvanın başından motosikli endirdi, işə salıb, Şahmarı da tərkinə aldı. B.Bayramov. Tərkinə minmək – atlının arxasına, minik heyvanının tərkinə minmək. Bir nəfər ağ atlı [Qəribin] qabağına çıxıb salam verdikdən sonra dedi: – Gəl min tərkimə! “Aşıq Qərib”. tərkaltı is. Yəhərin, at və ya başqa minik heyvanının tərkində olan dal hissəni. [Həsrət:] Saxla, bala, keç tərkimə, yəhərdəki döşəkçəni də tərkaltının üstünə at. B.Bayramov. tərkib is. [ər.]\n1. Mürəkkəb bir şeyi əmələ gətirən hissələrin, şeylərin, ünsürlərin məcmusu. Dilin lüğət tərkibi. // Hər hansı kimyəvi birləşməyə, xəlitəyə, məhlula daxil olan maddələrin toplusu. Kimyəvi birləşmənin tərkibi. Qazın tərkibi. Dəniz suyunun tərkibi.\n2. Müxtəlif element və ya maddələrdən ibarət birləşmə, xəlitə, məhlul. Dərman tərkibləri. Dəriyə xüsusi tərkib hopdurmaq.\n3. Bir kollektivin, təşkilatın heyətini təşkil edən adamlar toplusu. Komissiyanın tərkibi. Rəyasət heyətinin tərkibi.\n4. dilç. Bir neçə sözdən əmələ gələn birləşmə, ifadə, ibarə; söz birləşməsi. Feli sifət tərkibi. Söz və tərkib. – Füyuzatçılar ərəb və fars sözlərini, tərkiblərini yerli-yersiz işlədir, dili zibilləyirdilər. M.İbrahimov.\n5. mus. Şüştər və hümayun dəsgahlarında muğam hissəsinin adı. Tərkibin birinci ifadəsi ümumiyyətlə mayənin üst aparıcı tonu ilə başlanır. Ü.Hacıbəyov. tərkibbənd is. [ər. tərkib və fars. bənd] ədəb. Mövzu və vəzn etibarilə bir olub, müxtəlif qafiyə sisteminə malik klassik şeir formalarından biri. Füzulinin “Mənəm ki qafiləsalarikarivani-qəməm” tərkibbəndi. S.Ə.Şirvaninin tərkibbəndləri. tərkibli sif. Bir elementin tərkibinə daxil olan. Xüsusi tərkibli maye. Mürəkkəb tərkibli cümlə. tərki-dünya is. [ər.] din. Bu dünyanın nemətlərindən, zövq və səfasından əl çəkib, o dünyanın eşqi ilə yaşayan adam; asket, münzəvi. [Pərşan İntizariyə:] Səni – tərki-dünya bir qocanı aclar qorxudur. Ə.Məmmədxanlı. tərki-dünyalıq is. Bu dünyanın nemət və zövqü-səfasından əl çəkib, o dünyanın eşqi ilə yaşama; asketizm, münzəvilik. tərki-ədəb is. [ər.] Ədəb xaricində, ədəb və əxlaq qaydalarından kənarda olan iş, hərəkət və s. tərki-vətən is. [ər.] Vətənini tərk edib başqa yerə getmə, başqa yerdə yaşama; calayivətən. Nə Otello, nə Faustdur bizim qəhrəman; Nə də tərki-vətən olmuş Harolda bənzər. S.Vurğun. tərkləşmə “Tərkləşmək”dən f.is. tərkləşmək f. Birisinin tərkinə minmək (bax. tərk3). [Səttar:] Qal, axşam ikimiz tərkləşərik. P.Makulu. tərköynək is. Altdan geyilən köynək, alt köynəyi. // Sif. mənasında. Tərköynək uşaqlar Mədədin əl-ayağına sarındılar. S.Rəhimov. tərk-silah is. [ər.]\n1. Silahlarını əlindən alma, silahını, ya silahlarını atmağa məcbur etmə; silahsızlaşdırma. • Tərk-silah edilmək – silahı əlindən alınmaq; silahsızlaşdırılmaq. [Əsgərlər] çayın o tərəfi ilə yuxarı qalxdıqları vaxt səkkiz nəfər fin soldatının tərk-silah edilib gətirildiyini gördülər. Ə.Vəliyev. [Ağagül:] Yunkerlər tərk-silah edildi. Ə.Məmmədxanlı. Tərk-silah etmək – silahlarını əlindən almaq; silahsızlaşdırmaq. Sergey bu zaman baş nəzarətçini yerə yıxıb tərk-silah etdi. S.Vəliyev.\n2. Bütün və hər cür silahlı qüvvələrin buraxılması, bütün silahların məhv edilməsi, yaxud silahlı qüvvələrin əsaslı surətdə ixtisar olunması və silahlanmanın məhdudlaşdırılması üçün həyata keçirilən tədbirlər. tərlan is.\n1. zool. Güclü dimdiyi və uzun qanadları olan yırtıcı quş. Bir yanında tərlanlar, dumanlı dağlar; Bir yanda kəkliklər, ayna bulaqlar. M.Müşfiq. // məc. Obrazlı təşbehlərdə. Doğrudan da getdikcə Solmazın yeri görünür, o şux tərlanın səsi eşidilmirdi. S.Rəhimov. [Natiq:] Ancaq heç biri mənim könlümün tərlanını ovlaya bilməz. B.Bayramov.\n2. məc. Qoçaq, igid, zirək, qəşəng mənasında. Misri qılınc bağlamışam belimə; Tərlanların tavarına gəlmişəm. “Koroğlu”. Əjdər o tərlanı basdı bağrına; Qadın tək ağlamaq gəldi arına. H.K.Sanılı. // məc. Obrazlı təşbehlərdə qoçaq təyyarəçilərə verilən ad. Uçun, tərlanlarım! Öpürəm sizi; Qəlbimdə döyünən saf qəlbinizi. S.Vurğun. tərlədici sif. Tərlədən, tər əmələ gətirən, tər tökdürən. Tərlədici dərman. tərləmə “Tərləmək”dən f.is. tərləmək f.\n1. Bədəni tərlə örtülmək, tər tökmək, dərinin məsamələrindən tər sızmaq. İstidən tərləmək. Alnı tərləmək. – Bilqeyis həyəcanından tərləmişdi. S.Vəliyev. İşləməyə adət etmədiyindən [Aydının] əlləri tərləyib qabarlaşmışdı. H.Seyidbəyli. // məc. Bir işlə çox və ciddi məşğul olmaq, bir şey üzərində işləməkdən çox yorulmaq. Məsələnin həlli üzərində tərləmək.\n2. Çökmüş buxardan nəm olmaq, nəm çəkmək. Hopduqca səhranın gövdəsinə su; Tərlədi qaxsımış bir bədən kimi. S.Vurğun. Qurumağa üz tutmuş ağaclar su içib cana gəldi, torpaq tərləməyə, nəfəs almağa, yenidən dirçəlməyə başladı. Ə.Məmmədxanlı.\n3. Bir tərəfi isti, o biri tərəfi soyuq olan boru, şüşə və s. kimi şeylər üzərində su damlaları əmələ gəlmək; nəmlənmək. Pəncərənin şüşələri tərləyib. İstidən su borusu tərləyib.\n4. məc. dan. zar. İstəmədiyi halda xərcləməyə, verməyə məcbur olmaq (pul haqqında). 100 manat tərlədim. ‣ Bığ(ının) yeri (yenicə) tərləmək – bax. bığ. tərlətmə “Tərlətmək”dən f.is. tərlətmək f.\n1. Bir şeyin təsiri ilə tər əmələ gətirmək, tər tökdürmək, tərləməsinə səbəb olmaq. İsti havada çay adamı tərlədir. Banka qoyub xəstəni tərlətmək.\n2. məc. Çox yormaq, üzmək, əldən salmaq. Bu iş məni lap tərlətdi. tərli sif.\n1. Tərləmiş, üstündə tər olan. Tərli at. Tərli bədən. – [Qadınlar və qızlar] iki-üç kilometr piyada gəldiklərindən tərli üzləri qızarmışdı. M.İbrahimov.\n2. Tərdən islanmış. Ana yurdun qız-gəlini! Yuyub qurudun; O qocanın əynindəki tərli köynəyi. S.Vurğun.\n3. Üzərində tər (3-cü mənada) olan. Tərli şüşə. tərli-tərli zərf Tərli halda, tərli ikən, təri qurumamış. Tərli-tərli soyuq su içmək olmaz. tərlik is.\n1. Yəhər altından atın belinə qoyulan keçə parçası. Cəmil tərliyi Qaşqanın üstünə atıb onu həyətdən çıxardı. Q.İlkin.\n2. Keçmişdə yaşlı kişilərin papaq altından qoyduqları nazik parçadan tikilmiş baş geyimi. Sətin tərlik. – Molla əmmaməsini yenə minbərin üst pilləsinə qoymuş, başında tərlik, yerə oturmuşdu. P.Makulu.\n3. İç tərəfdən ayaqqabının altına yapışdırılan nazik dəri, parça, karton və s. Tuflinin tərliyi. tərpədilmə “Tərpədilmək”dən f.is. tərpədilmək “Tərpətmək”dən məch. Stol yerindən tərpədildi. – Dəyirmi dəyirman daşı yavaş-yavaş yerindən tərpədildi və sürütmənin üstünə mindirildi. S.Rəhimov. tərpəniş is.\n1. Tərpənmə, hərəkət, tərpənti, canlanma.\n2. Hərəkət, davranış, hərəkət tərzi. Xəlilin hər addımında, hər tərpənişində özünün də yaxşı dərk edə bilmədiyi bir qürur vardı. M.Hüseyn. Səməd [qadının] üzünü görməsə də yerişindən, boy-buxunundan, tərpənişindən onun lap cavan olduğunu dərhal bildi. İ.Hüseynov. tərpənişmə “Tərpənişmək”dən f.is. tərpənişmək f. Tərpənmək, hərəkətə gəlmək (çoxlu adam haqqında). İclasdakılar bayaqdan çox belə şey eşitdiklərinə baxmayaraq, yenə də söz bura çatanda oturduqları yerdə tərpənişdilər. Ə.Məmmədxanlı. tərpənmə “Tərpənmək”dən f.is. • Yer tərpənmə – zəlzələ. tərpənmək f.\n1. Yerindəcə hərəkət etmək, hərəkətə başlamaq, tərpəşmək, qımıldanmaq. Tərpənməyir gecə yarı; Ağacların yarpaqları. S.Rüstəm. [Eldar:] Tələsməyin, mən deməmiş tula yerindən tərpənən deyil. M.Rzaquluzadə. • Yer tərpənmək – zəlzələ olmaq.\n2. Yola düşmək, hərəkət etməyə başlamaq. Telli isə qəti surətdə bir yana tərpənməyəcəyini bildirirdi. S.Hüseyn. [Nərgiz:] Tez ol ata, deyəsən, anagilin dəstəsi tərpənir.. Ə.Məmmədxanlı.\n3. Bir işi görməyə başlamaq, bir işə girişmək, hərəkətə gəlmək. [Qönçə atasına:] Bəlkə sən tərpənincə onlar gecənin birində məni apardılar? Ə.Vəliyev. tərpənti bax. tərpəniş 1-ci mənada. [Dərya:] O kəsin ki ömrü zəlzələdə keçsin... yerin-göyün tərpəntisindən onun xəbəri çətin ki ola! B.Bayramov. tərpəşmə 1. “Tərpəşmək”dən f.is.\n2. is. Hərəkət, canlanma, həyəcan. Heyət üzvləri arasında tərpəşmə əmələ gəldi. Ə.Vəliyev. tərpəşmək f.\n1. Hərəkətə başlamaq, hərəkətə gəlmək (çoxları haqqında).\n2. bax. tərpənmək 1-ci mənada. Hərdən külək əsər ki, yarpaq düşər; Ancaq onda suyum bir az tərpəşər. A.Səhhət. [İzzət] nə zarıyır, nə tərpəşir, nə xırıldayırdı. Mir Cəlal. tərpətmə “Tərpətmək”dən f.is. tərpətmək f.\n1. Hərəkətə gətirmək, hərəkət etdirmək; qımıldatmaq. Kərim baba sükut ilə başını tərpətdi. A.Şaiq. [Rəşid] ani olaraq uzun kirpiklərini döyərək qara, nazik qaşlarını tərpətdi. M.İbrahimov. // Əsdirmək, titrətmək, laxlatmaq, yerindən oynatmaq. Basdırılmış ağacı tərpətmək olmaz.\n2. Hərəkətə gətirmək, getmək üçün hərəkət etdirmək. Faytonçu atları tərpətdi. Ə.Haqverdiyev. Ayaz atı tərpədib həyətdən çıxdı. Ə.Məmmədxanlı. tərs is. və sif.\n1. Bir şeyin əks tərəfi, arxası, dalı. Nəzarətçi söyüş söydü və sağında dayanmış növbətçinin qırmızı yanağına əlinin tərsi ilə ağır bir şillə vurdu. M.Hüseyn. [Veys] ..səliqəsiz qara bığlarını əlinin tərsi ilə silib, borc və nisyə dəftərlərini götürdü. Ə.Əbülhəsən. // Parçanın və s. dal üzü (avand əksi). Parçanın tərsi.\n2. Biri o birisinin əvəzinə və ya əksinə olan. Ayaqqabını tərs geymək.\n3. Öz dediyindən, öz əməlindən, öz xasiyyətindən əl çəkməyən, tərslik edən; inad, höcət. [Mehralı:] Musa çox tərs adamdır, sən onun dilini bilməzsən. S.Rəhman. [Qızyetər:] Rüstəm dayı əl qatmasa Şirzadın işi düzələn deyil. Elə bir tərsə rast gəlib ki!.. M.İbrahimov.\n4. Acıqlı, hirsli, qaşqabaqlı. Sarı özü də işlər müdirinin tərs baxışlarından bir növ mətləbi anlayırdı. S.Rəhimov. Mirzə yenə üzümə tərs baxdı. Mir Cəlal.\n5. Əksinə, tərsinə. [Məhəmməd:] Ey müəllim, sən mənə neçə il dərs demisən; İndi belə görünür, hər şeyi tərs demisən. B.Vahabzadə. ‣ Tərs damarına düşmək (salmaq), tərs damarı (tərsliyi) tutmaq – tərsliyə başlamaq, tərslik eləmək, dediyindən, öz əməlindən, öz bildiyindən əl çəkməmək; inad etmək. [İmran:] [Ananın] tərs damarına düşdü, qurtardı. M.Hüseyn. [Rüstəm:] Görürsən tərs damarı tutub, danışma, çıx get, havası keçəndə qayıt.. M.İbrahimov. [Nisə xanım Zakirova:] Nə qədər dedim ki, uşağa ayda bir-iki min cibxərcliyi göndər, saldın tərs damarına. Ə.Məmmədxanlı. Tərs damarını sındırmaq – tərslikdən vaz keçməsinə nail olmaq, yumşaltmaq, yola gətirmək, razılığına nail olmaq. [Xəlil:] ..Yığsın başına dost-aşnanı, o Əliqulu kişinin tərs damarını sındırsın. S.Rəhman. Tərs kimi – elə bil, acıqdan, əksinə. [Mərcan bəy:] Tərs kimi kəbin pulu da beş min manat yazılıb. Ü.Hacıbəyov. Yumurtası tərs gəlmək – əl-ayağa düşmək, bir yerdə qərar tapa bilməmək, özünə yer tapa bilməmək. Yumurtası tərs gəlmiş toyuq kimi – bir yerdə qərar tapa bilməyən, özünə yer tapa bilməyən adam haqqında. tərsa is. [fars.] klas. Xristian, xaçpərəst, isəvi. Tərsa qızı (xristian qız). – Qövmi-tərsayə mən tanıtdım rah. Füzuli. Sərasər sövdayieşqi tərsanın; Apardı əqlini Şeyx Sənanın. Q.Zakir. tərsanə is. [ər. darüssəna-dan] is. Gəmi düzəldilən və təmir olunan yer, verf, zavod. tərsə sif. və zərf Tərs, əks, tərsinə, əksinə. Hacının oğlu çox bədbin bir adamdır. Hər şeyə şübhə ilə baxır, hər sözdən tərsə bir məna çıxarmaq istəyir. Qantəmir. tərsəsinə zərf Əksinə, ziddinə, tərsinə. Bəli, zəmanə dolandı və dəyirman tərsəsinə çevrildi.. C.Məmmədquluzadə. tərsim is. [ər.] Rəsm çəkmə, cızma. tərsinə bax. əksinə. Diqqət edib baxsan əgər dərsinə; Hər şeyi təlim eləyir tərsinə. M.Ə.Sabir. [Mozalan bəy:] Amma burada işlər tərsinədir. Ə.Haqverdiyev. tərslik is. Tərs adamın xasiyyəti; inadcıllıq, inadçılıq, inadkarlıq, höcətlik. Kolxoz sədri Qara kişinin tərsliyini bilirdisə də, yenə bir şey deməkdən özünü saxlaya bilmədi. Ə.Əbülhəsən. • Tərslik eləmək (etmək) – inad etmək, inadkarlıq göstərmək. [Lütfəli bəy:] Şəfiqə, gəl sən tərslik eləmə, bircə dənə balana rəhmin gəlsin. İ.Musabəyov. Tərsliyi tutmaq, tərsliy(in)ə salmaq – tərslik etmək, inadkarlıq göstərmək. Tərsliyi tutan Həmzədən heç nə eşidə bilməyəcəklərinə qane olan qohum-qonşu arvadları çıxıb getdi. Ə.Əbülhəsən. Axırda Qədir tərsliyə salaraq böyük xalçanı üç yerə bölməyi təklif etdi. Ə.Sadıq. tərtəmiz sif. Lap təmiz, olduqca təmiz. Qırxılıb çənəsi, buxaq tərtəmiz; Durur qabağında örtüklü bir miz. H.K.Sanılı. [Nuriyyə:] Stəkanları bir dəqiqənin içində yuyub tərtəmiz (z.) sildim. İ.Əfəndiyev. tər-təzə bax. təptəzə. Tər-təzə otların ətri insanı bihuş edirdi. C.Cəbrayılbəyli. Bina təzə, ağac təzə, yer təzədir; Ördəklərin yuvası da tər-təzədir. H.Hüseynzadə. tərtib is. [ər.]\n1. Ayrı-ayrı hissələri, şeyləri seçib birləşdirərək tam bir şey əmələ gətirmə, düzəltmə, yaratma. Dərsliyin tərtibi. Smeta tərtibi. Lüğət tərtibi. – İş məntəqələri, zavodlar, sexlər, emalatxanalar öz planlarını gözdən keçirir, yeni planlar tərtib edirdilər. Ə.Sadıq.\n2. Təşkil, təşkil etmə, yaratma, düzəltmə (qrup, kollektiv). Bir neçə adamdan ibarət xor tərtib etmək. Yeni hökumət tərtib etmək. // Hazırlamaq, düzəltmək. Böyük bir ziyafət tərtib etdilər.\n3. bax. tərtibat 1-ci mənada.\n4. Səliqə, səliqə-sahman, qayda, üsul, nizam. [Muzdur] ..ağ pal-paltarı öz tərtib və səliqəsilə bir-birinin üstünə [yığdı]. S.M.Qənizadə. • Tərtibə salmaq – qaydaya salmaq, səliqəyə salmaq, nizama salmaq. İzin olsa, məhəbbətlə deyərdim sənə, saqi! Sal məclisi tərtibə səbəbkar gəlincə. Ə.Vahid.\n5. Yazma, inşa. • Tərtib etmək – yazmaq, inşa etmək. Nemətullayev hər haqq-hesabı düzgün saxladığından nəticədə təftiş komissiyası gözəl bir akt tərtib edər və burada Nemətullayevin mükafatlanmasını irəliyə sürərdi. S.Rəhimov.\n6. mətb. Çap üçün mətbəə şriftlərinin bir yerə gətirilərək düzülməsi, yığılması, mürəttib işi; mürəttiblik. tərtibat is. [ər. “tərtib” söz. cəmi]\n1. Tərtib olunmuş bir şeyin xarici görünüşünü, görkəmini təşkil edən xüsusiyyətlərin (kitabın, qəzetin şəkillərinin, şriftlərinin, ya səhnə tamaşasının dekorasiya və geyimlərinin və s.-nin) məcmusu. Səhnəyə müəyyən bir rəssam tərtibat vermirdi. S.Rəhman.\n2. bax. tərtib 1-ci mənada. Külliyyatın tərtibatı, müqəddiməsi və qeydləri professor M.Arifindir. tərtibatçı is. Tərtibat işləri ilə məşğul olan, kitabın, tamaşanın tərtibatını verən adam. // Sif. mənasında. Tərtibatçı rəssam. tərtibçi is. Tərtib işləri ilə məşğul olan, tərtib edən adam. Lüğətin tərtibçisi. Tənqidi mətnin tərtibçisi. tərz is. [ər.]\n1. Üsul, qayda. Ey dilbəranə tərzdə cövlan edən çocuq! M.Ə.Sabir. Arvad gözucu vərəqəyə baxıb, bir ağzının qalın dodaqlarını iyrənc bir tərzdə büzdü. H.Seyidbəyli.\n2. İzafət birləşməsinin birinci tərəfi kimi işlədilir; məs.: tərzi-hərəkət (hərəkət tərzi), tərzi-təfəkkür (təfəkkür tərzi), tərzi-həyat (həyat tərzi). təsadüf is. [ər.]\n1. Baş vermiş gözlənilməyən, nəzərdə tutulmayan hadisə; qəziyyə, vəqə, əhvalat. [Tosya Fəraməzə:] Neçin bir neçə ay əvvəl təsadüf bizi bir-birimizə rast gətirdi? Çəmənzəminli.\n2. Gözlənilmədən rastlaşma, görüşmə. Məhərrəm bu təsadüfdən çox sevindi. H.Nəzərli. • Təsadüf etmək – 1) gözlənilmədən rast gəlmək, birdən qarşısına çıxmaq. O günün sabahı məktəbə gedərkən [qıza] təsadüf etmədim. S.Hüseyn; 2) görmək, rastlaşmaq. Arasıra istidən divarın dibindəki kölgəliyə qısılaraq yeriyənlərə də təsadüf etmək mümkündür. M.İbrahimov. İndi vaqonlarda bir-iki sərnişinə təsadüf etmək olurdu. H.Seyidbəyli.\n3. Hal, vəziyyət. Təliə bir çox təsadüflərdə Əbubəkrin ona diqqət verib-vermədiyini də öyrənməyə çalışırdı. M.S.Ordubadi. // Gözlənilmədən ortaya çıxan keyfiyyət, hadisə, şərait. [Arif Rənaya:] Nə səadət, nə xoş təsadüf, inan; Səni gördükdə bitdi tabü-təvan. H.Cavid. Uşağı bir xoşbəxt təsadüf saxladı. Mir Cəlal. təsadüfən zərf [ər.] Gözlənmədən, gözlənilmədən, təsadüfi olaraq, təsadüfi. Təsadüfən Nəbi o gün yoldaşlarını Dəvəboynuna göndərmişdi. “Qaçaq Nəbi”. Haman qəribə “ovçunun” təsadüfən vurduğu bu göyərçini götürüb yarasını yoxladım. M.Rzaquluzadə. təsadüfi sif. [ər.]\n1. Nəzərdə tutulmadığı, gözlənilmədiyi halda baş verən, təsadüf nəticəsində olan. Təsadüfi görüş. Təsadüfi uyğunluq. – Rüstəm [Şərəfoğluna] üçüncü dəfə tamamilə təsadüfi olaraq, 1942-ci ildə Ukraynada rast gəldi. M.İbrahimov.\n2. Hərdənbir, təsadüfdən-təsadüfə olan, baş verən, əldə edilən; daimi olmayan. Təsadüfi gəlir.\n3. Lazımi qədər əsası, səbəbi olmadığı halda, səbəbsiz törəyən, zərurətdən doğmayan, qanunauyğun törəməyən. “Anamın kitabı”nı Cəlil Məmmədquluzadə yaradıcılığında təsadüfi bir hadisə hesab etmək olmaz. M.İbrahimov. təsbeh is. [ər.] Zikr edilən duaları saymaq, indi isə məşğuliyyət üçün istifadə edilən sapa keçirilmiş muncuq və s. dənələri düzümü. Molla İbrahimxəlil sabah vaxtı səccadə üstündə başında əmmamə, əlində uzun təsbeh, dizi üstə oturub övrad oxumağa məşğuldur. M.F.Axundzadə. Mirzə Cəmil kəhrəba təsbehini əlinə alıb, əsəbi halda çevirir, muncuqların şaqqıltısından həzz alırdı. Ə.Vəliyev. təsbit is. [ər.] Əvvəl deyilmiş bir sözün, fikrin və s.-nin düzgünlüyünü təsdiq etmə, qəbul etmə, sabitləşdirmə. Konstitusiyada təsbit olunmuş hüquqlar. Lüğətdə təsbit edilmiş sözlər. // Bir şeyin doğruluğunu sübut edən dəlil. təsdiq is. [ər.] Deyilən sözün, başqasının mülahizəsinin, yaxud bir sənədin, faktın və s.-nin gerçək olduğunu iqrar etmə, təsdiqləmə. // Yəqinlik. [Ağasəfər] pis xəbərin təsdiqini eşidəcəyindən qorxdu, qondarma bir vəcdlə ətrafına işarə edib dedi... Ə.Əbülhəsən. • Təsdiq etmək – 1) bir şeyin gerçək olduğunu qəbul etmək; təsdiqləmək. [Sədr:] Məsələ aydındır, aldığımız materiallar vətəndaş Yaqut Niyaz qızının sözlərini təsdiq edir. C.Cabbarlı; 2) bir şeyin düzgünlüyünü rəsmiləşdirmək, qanuni şəklə salmaq. Diplomun surətini təsdiq etmək; 3) rəsmi olaraq qəti qərar çıxarmaq, qəti şəklə düşmüş hesab etmək. Gündəliyi təsdiq etmək. Tezisləri təsdiq etmək. Mövzunu elmi şurada təsdiq etmək. Əsəri çapa təsdiq etmək. təsdiqedici sif. Təsdiq edən, gerçəkliyini, doğruluğunu, həqiqiliyini qəbul edən; razılıq, təsdiq, qəbul bildirən. Təsdiqedici cavab. Təsdiqedici nəzər. təsdiqləmə “Təsdiqləmək”dən f.is. təsdiqləmək f. Təsdiq etmək. Məclisdəkilər də mehtər Murtuzun sözünü təsdiqlədilər. “Koroğlu”. Gülxan Gülşənin dediklərini təsdiqlədi. Ə.Vəliyev. təsdiqnamə is. [ər. təsdiq və fars. ...namə] Bir şeyin təsdiq edilməsi haqqında rəsmi kağız, sənəd. təsəddüq is. [ər.] Sədəqə vermə; yoxsullara, dilənçilərə verilən pul və s.; sədəqə. • Təsəddüq etmək – sədəqə vermək. təsək is. Adətən gecə başa qoyulan toxunmuş və ya parçadan tikilmiş papaq; araqçın. Nə əynində arxalıq görürəm, nə başında naxışlı təsək. R.Rza. ..Sonanın atası başında təsək, gözlərində eynək olduğu halda.. məcmuələrdən cürbəcür məlumatlar oxuyardı. Ə.Əbülhəsən. təsəlli is. [ər.] Bir acını az da olsa unutduracaq, dərdi, qəmi yüngülləşdirəcək, təskin edəcək söz, nəsihət və ya yaxşılıq; ovundurma, təskinlik. Bir təsəllidir sənə ol söz ki derlər var sübh. Füzuli. Bu təsəlli mənə bəsdir, olar asudə halım. A.Səhhət. • Təsəlli vermək – dərdinə, qəminə şərik olub onu sakitləşdirmək, ürək-dirək vermək, təskinlik vermək. Zərnigar dərdini deyib, başladı ağlamağa. Qarı qıza təsəlli verib, durub gəldi padşahın yanına. (Nağıl). Elə bil [Məşədibəy] əlini Səlimin çiyninə qoyub təsəlli verirdi. M.Hüseyn. Təsəlli tapmaq – sakitləşmək, dərdini unutmaq. təsəlliverici sif. Təsəlli verən, təsəlliyə səbəb olan; təskinedici. Təsəlliverici xəbər. təsərrüf is. [ər.]\n1. Yiyələnmə, zəbt etmə.\n2. Qənaətlə işlətmə. təsərrüfat is. [ər.]\n1. iqt. Hər hansı bir ictimai quruluşun istehsal üsulu, istehsal münasibətlərinin məcmusu. Kapitalist təsərrüfatı. Natural təsərrüfat. Sadə əmtəə təsərrüfatı. Kapitalist təsərrüfat sistemi.\n2. İstehsala xidmət edən, istehsalı təşkil edən, onun üçün olan hər şey; iqtisadiyyat. Xalq təsərrüfatı.\n3. İstehsalın hər hansı bir sahəsi, habelə hər hansı istehsal vahidi. Şəhər təsərrüfatı. Meşə təsərrüfatı. – Nəticədə kənd təsərrüfatı dağılır, kəndli torpağı buraxıb şəhərlərə qaçırdı. M.S.Ordubadi. // Hər hansı istehsala və ya istehsal vahidinə aid olan avadanlıq, inventar, tikili və s. Kolxoz təsərrüfatı. Yol təsərrüfatı. // Kənd təsərrüfatının, alətləri, istehsal vasitələri, əkin yerləri, heyvanları və s. olan istehsal vahidi. Xırda kəndli təsərrüfatı.\n4. Məişət və ev ehtiyaclarını təmin etmək üçün lazım olan vəsaitin məcmusu. Tamaşa bütün ailəsini kənddən, təsərrüfatdan ayıraraq stansiyaya, rayon mərkəzinə gətirmişdi. Ə.Əbülhəsən. [Cəlalın atası] ..kiçik bir təsərrüfat düzəldə bilmişdi. S.Vəliyev. // İdarədə, müəssisədə və s.-də lazım olan şeylərin məcmusu. Təsərrüfat şöbəsi. Direktorun təsərrüfat üzrə müavini. – Təsərrüfat müdiri lampanı rəfdən götürüb ortalığa gətirdi və kibriti Rəhimə verdi. Ə.Sadıq. təsərrüfatçı is. Sənayenin, kənd təsərrüfatının hər hansı sahəsinin təsərrüfatına rəhbərlik edən adam. Təsərrüfatçı [Qədirə] qırıq bir taxt göstərib dedi: – Hələlik ötüş! Mir Cəlal. təsərrüfatçılıq is. Təsərrüfatı yaxşı, qənaətlə idarə etmə bacarığı. təsərrüfatsızlıq is. Təsərrüfatı idarə edə bilməmə və ya pis idarə etmə nəticəsində əmələ gələn vəziyyət, pozğunluq, qənaətsizlik. Təsərrüfatsızlığa qarşı mübarizə. təsəvvüf is. [ər.] bax. mistika. təsəvvür is. [ər.]\n1. Xəyala gətirmə, xəyalən göz qabağına gətirmə. Ucsuz-bucaqsız bir meşə təsəvvür edin. – Xanım .. Qafqazın şəklini xəyalına gətirərək onu füsunkar bir ölkə kimi təsəvvür edirdi. Çəmənzəminli. // Xəyal, fikir. Sədrin təsəvvüründə arzu etdiyi düz və ayna kimi yollar parıldamağa başladı. S.Rəhimov.\n2. Bir şeyi, adamı fikrində canlandırma, zehində surət vermə, bir fikirdə olma. Mən bu işi başqa cür təsəvvür edirdim.\n3. Bir şey, bir adam haqqında bilik, ümumi tanışlıq. Heç bir təsəvvürü yoxdur. Botanikadan ümumi təsəvvürü var.\n4. Fikir, xəyal, təxəyyül. Tahirin gözləri dənizə baxır, amma təsəvvüründə yalnız və yalnız Lətifə dolanırdı. M.Hüseyn. Qəhrəmanın təsəvvüründə iki ata, iki oğul canlanırdı. S.Rəhimov.\n5. fəls. psix. Olmuş hadisəni xəyalına gətirmə, zehində canlandırma. Təsəvvür prosesi. // Əvvəllər hiss orqanlarına təsir etmiş, indi isə bilavasitə təsir etməyən, lakin xəyalda əks olunan əşya və hadisələrin konkret surəti. təshih is. [ər.]\n1. Yazı və s.-də səhvləri, nöqsanları düzəltmə; düzəliş. • Təshih etmək – düzəliş aparmaq, düzəltmək. Firidun öz məqaləsini bir də oxudu, .. bəzi təshihlər etdi. M.İbrahimov.\n2. köhn. Korrektura. İftadə mətbəə əməkçisi idi. Təshihə baxar və arabir şeir də yazardı. Çəmənzəminli. təsxir is. [ər.] Ələ keçirmə, zəbt etmə. təsir is. [ər.]\n1. Əsər etmə və bunun nəticəsində əmələ gələn hal, əlamət, iz. Təsir altında olmaq. Təsir altına düşmək. Günəş şüalarının bədənə xoş təsiri. – Küləyin təsirindən sonra ocağın qırağında oturmaq Giləyə o qədər xoş gəldi ki... Ə.Vəliyev. • Təsir etmək – 1) əsər etmək, təsiri olmaq, nüfuz etmək. Söz ona təsir etmir. Nə qədər dedik, təsir etmədi. Dərman yaxşı təsir etdi; 2) riqqətləndirmək, kədərləndirmək. Bu səs adama ağır təsir edir. Xəbər bizə çox təsir etdi. – Bu sözlər Göyüşə təsir etdi. Mir Cəlal. ...təsiri bağışlamaq – bir şey haqqında bu və ya başqa fikir oyatmaq, təsəvvür yaratmaq.\n2. Müəyyən bir enerjinin, gücün, qüvvənin özünü büruzə verməsi, göstərməsi. Mexaniki təsir. Qüvvənin cismə təsiri. təsiredici sif. Təsir edən, təsir göstərən, təsirli. Hüseyn çox mülayim və təsiredici səsi olan bu müəllimin danışıqlarına diqqətlə qulaq asırdı. S.Rəhimov. təsirlənmə “Təsirlənmək”dən f.is. təsirlənmək f. Təsir altına düşmək, bir şeyin təsirini hiss etmək. // Kədərlənmək, doluxsunmaq, riqqətə gəlmək, mütəəssir olmaq. Kişi daha da təsirləndi. Mir Cəlal. təsirli sif. Təsir edən, təsir göstərən, təsiri olan, təsiredici. Təsirli musiqi. Təsirli dərman. – Xoş və təsirli bir səs meşəyə yayıldı. Ə.Sadıq. Mən bu təsirli musiqinin və nəğmənin hələ çox uzanmasını arzu edirdim. M.Rzaquluzadə. ‣ Təsirli feil qram. – vasitəli tamamlıq tələb edən feil. “Yumaq” və “oxutmaq” təsirli feillərdir. təsirlik is.: təsirlik hal qram. – ismin kimi, nəyi (müəyyən təsirlik hal), bəzən də kim, nə (qeyri-müəyyən təsirlik hal) suallarına cavab olan halı. təsirlilik is. Təsir etmə; təsir qabiliyyəti (gücü). Dərmanın təsirliliyi. Musiqinin təsirliliyi. təsirsiz sif. Təsir etməyən, təsir göstərməyən, heç bir təsiri olmayan, nüfuz etməyən. Təsirsiz nitq. ‣ Təsirsiz feil qram. – vasitəsiz tamamlıq tələb edən feil. “Yuyunmaq” və “yatmaq” təsirsiz feillərdir. təsirsizlik is. Təsir etməmə, nüfuz etməmə, heç bir təsiri olmama. Dərmanın təsirsizliyi. Sözün təsirsizliyi. təsis is. [ər.] Əsasını, binasını, təməlini qoyma; qurma, yaratma. • Təsis etmək – əsasını, təməlini qoymaq, yaratmaq. O vaxtlar hökumət təsis edən məktəblərin proqramında xala xətrin qalmasın babətindən həftədə bir neçə saat [Azərbaycan] dili dərsi deyilirdi. C.Məmmədquluzadə. Ə.Haqverdiyev aktyor C.Zeynalovla birlikdə daimi teatr cəmiyyəti təsis etməyə çalışmış, lakin münasib şərait olmadığından bir nəticə əldə edə bilməmişdir. C.Cəfərov. təsisat is. [ər. “təsis” söz. cəmi] kit.\n1. Qurulmuş, təsis edilmiş, yaradılmış müəssisələr, idarələr, qurğular.\n2. İctimai idarə; ictimai quruluşun, nizam və qaydanın bu və ya başqa forması. Siyasi təsisat. təskin is. [ər.] Sakitləşdirmə, təsəlli vermə; sakitlik, təsəlli. Dərdli könüllərə təskindir şerim. S.Rüstəm. • Təskin etmək – sakitləşdirmək, təskinlik vermək, rahatlandırmaq, təsəlli vermək. Bu xəbərlərin heç birisi Həcər xanımı təskin etmirdi. S.Hüseyn. [Züleyxa] ..pis də yaşamadım, – deyib özünü təskin etmişdi. M.İbrahimov. Təskin tapmaq – bax. təskinlik tapmaq (“təskinlik”də). [Bəhram:] Mən qızdırmalı kimiyəm. Bu çiçəkləri iyləyim, bəlkə bir az təskin tapım. C.Cabbarlı. təskinedici sif. Sakitləşdirici, rahatlandırıcı, təsəlliverici. Toxtamış Səba xanıma müraciət edərək həyəcanını təskinedici bir surətdə dedi: – Həyatda bu cür hadisələr çox ola bilər. M.S.Ordubadi. [Bahar] .. təskinedici sözlər danışıb [Sonanı] ..mətanətli olmağa çağırırdı. B.Bayramov. təskinlik is. Sakitlik tapma, rahatlıq tapma, təsəlli tapma, aram tapma; sakitlik, rahatlıq, təsəlli. Sevgilin həsrətlə baxır üzünə; Səndən söz istəyir, təskinlik umur. N.Xəzri. • Təskinlik tapmaq – sakit olmaq, rahat olmaq, təsəlli tapmaq, sakitləşmək, aram tapmaq. [Kərbəlayı:] Nə edim? Allah məni fəqir yaradıb, – sözləri ilə təskinlik tapırdı. Çəmənzəminli. ..Züleyxa heç bir şeylə təskinlik tapmırdı. S.Vəliyev. Təskinlik vermək – sakit etmək, təsəlli vermək. [Sərdarlı] gözləri ilə qızına sanki təskinlik verirdi. Q.İlkin. [Bəhlul:] Psixologiya elminin köməkliyi ilə özümə təskinlik verirdim. B.Bayramov. təslim is. [ər.]\n1. Bir şeyi lazımi yerinə və ya şəxsə vermə, tapşırma. • Təslim etmək – lazımi yerinə və ya şəxsə vermək. [Zeynalın] əlindəki kitabları tərcümə edib təslim etməyincə yeni kitab götürməyə də imkanı yoxdu. S.Hüseyn. [İnsan] axırda bütün ömrü boyu qazandıqlarını təslim etməli, qoyub getməli olur. Mir Cəlal.\n2. Müharibədə, mübarizədə öz məğlubiyyətini etiraf edərək müqaviməti dayandırma. • Təslim olmaq – müqavimətdən ümidini kəsərək hərbi əməliyyatı dayandırmaq, düşmənin irəli sürdüyü şərtlər əsasında ona tabe olmaq, silahı yerə qoymaq. Düşmən ordusu təslim oldu. Qaçaqlar təslim oldular. – Lakin Qara Məlik təslim olmadı. M.S.Ordubadi. Yolunu kəssə də ölüm anbaan; Təslim olmayacaq bizim qəhrəman. M.Rahim; // mübahisədə, yarışda, güləşdə və s.-də müqavimətini dayandırmaq.\n3. Güzəştə getmək, razı olmaq, öz dediyində, tələbində daha israr etməmək. Əvvəlcə deyilənlərə razı olmadı, sonra təslim oldu. – Fazilov jurnalı pəncərəyə qoyub əllərini göyə qaldırdı: – Almaz xanım, mən təslim! Mir Cəlal.\n4. məc. Tabe olma, ram olma. • Təslim olmaq – 1) tabe olmaq, ram olmaq. Təslim olmuş dalğalar; Polad adacıqların; Ayağını yaladı. İ.Səfərli; 2) Çətinliklər qarşısında geri çəkilmək, tamahını saxlaya bilməmək. Qəhrəman bir an da olsun çətinlik və maneələr qarşısında təslim olmamalıdır. ‣ Canını (ruhunu) təslim etmək – bax. can. təslimçi is. siyasi Çətinliklər qarşısında təslim olan, xaincəsinə geri çəkilən adam. təslimçilik is. siyasi. Təslimçinin hərəkəti; mübarizəni davam etdirməkdən xaincəsinə boyun qaçırma. təsnif I. is. [ər.]\n1. Hər hansı fərqlənmə əlamətlərinə və ya xüsusiyyətlərinə görə siniflərə, qruplara, dərəcələrə ayırma; təsnifat. Balıqların (heyvanların, bitkilərin) təsnifi. – Kitabda dərman növlərinə aid verilən təsnif rus alimlərinin.. nəzəriyyələrinə əsaslanmışdır. A.Əliyev. • Təsnif etmək – hər hansı fərqlənmə əlamətlərinə və xassələrinə görə siniflərə, qruplara, dərəcələrə ayırmaq. Mineralları təsnif etmək. Məfhumları təsnif etmək.\n2. köhn. Kitab tərtib etmə; təlif.\n\nII. is. [ər.] mus. Dəsgah şöbələri arasında əvvəlkinə nəhayət vermək sonrakına keçmək üçün ifa olunan mahnı formasına bənzər dəqiq və sabit ölçülü nəğmə. Hümayun təsnifi. – Aydın vəzndə olan musiqiyə xalq mahnıları, müxtəlif xalq rəqs havaları, habelə təsniflər (vokal musiqisi) və rənglər (çalğı musiqisi) daxildir. Ü.Hacıbəyov. təsnifat is. [ər. “təsnif” söz. cəmi] Hər hansı eynicinsli şeylərin və ya anlayışların müəyyən ümumi əlamətlərə görə siniflərə, qruplara, bölmələrə ayrılması sistemi; klassifikasiya. Bitkilərin təsnifatı. Mineralların təsnifatı. təsnifatçı is. Təsnifat mütəxəssisi; klassifikator. təsrif is. [ər.]: felin təsrifi qram. – felin şəxs, kəmiyyət və zamana görə dəyişməsi. təsvib is. [ər.] Bəyənmə, təsdiq. Komisyon məsələnin həll olunması yolunu tapıb, təsvib üçün dövlətə və əncümənə versin. M.İbrahimov. • Təsvib etmək – bir fikir və ya hərəkətin, işin doğru olduğunu söyləmək; bəyənmək, təsdiq etmək, alqışlamaq, tərifəlayiq bilmək. [Çopo:] Xaqan hər kəsi dinlədikdən sonra mənim rəyimi təsvib etdi. Çəmənzəminli. təsvibedici sif. Təsvib ifadə edən, təsdiqedici, tərifləyici. Təsvibedici cavab. Təsvibedici alqışlar. – Qonaqlar təsvibedici sima ilə başlarını tərpətdilər. Çəmənzəminli. təsvir is. [ər.]\n1. Şeyin surətini, şəklini çəkmə; şəkil, rəsm. Mənzərə təsviri.\n2. Bir adam və ya şey haqqında yazılı, ya şifahi surətdə nəql etmə, danışma. Şərifzadə vəziyyəti [Mehribana] lazımınca təsvir etmiş, əlavə olaraq demişdi.. S.Hüseyn. ..Tehran qəzetləri dediyimiz fikri sübut edən qəribə bir əhvalatın təsvirilə dolu idi. M.İbrahimov.\n3. Elmi məqsədlə bir şeyin xüsusiyyətlərini, əlamətlərini və s.-ni müntəzəm şəkildə şərh və ifadə etmə. Ləhcələrin xüsusiyyətlərini təsvir etmək. // Bir şeyin sanki rəsmini çəkər kimi onu gözəl surətdə tərif etmə. Üfüqdə günün batması elə gözəl görünürdü ki, təsvir etmək mümkün deyildir. M.Rzaquluzadə. təsvirçi sif. İşin və ya şeyin mahiyyətinə deyil, xarici görünüşünün təsvirinə həddən artıq fikir verən sənətkar (rəssam, qrafika ustası, heykəltəraş, yazıçı, şair). təsvirçilik is. İncəsənət və ədəbiyyatda: hadisələrə üzdən yanaşma, onların dərin mahiyyətinə deyil, zahiri görünüşlərinin təsvirinə meyil etmə. Bu əsər təsvirçilikdən başqa bir şey deyil. təsvirəgəlməz sif. Çox gözəl, çox maraqlı, çox təsirli olduğu üçün təsvir oluna bilməyən; əla. Təbriz baharının təsvirəgəlməz bir gözəlliyi var. M.İbrahimov. təsviri sif. [ər.] Təsvirlə əlaqədar olan, təsvir olunan, bir şeyi əyani surətdə təsəvvür etməyə, təsvir etməyə kömək edən. Təsviri üsul. ‣ Təsviri sənət (incəsənət) – səth üzərində bədii təsvir (incəsənət) növlərinin ümumi adı (rəngkarlıq, qrafika, heykəltəraşlıq). təsviyə is. [ər.] Ləğv, aradan qaldırma. • Təsviyə etmək – 1) ləğv etmək, fəaliyyətini dayandırmaq, bağlamaq. Şamaxı İcraiyyə Komitəsinə əmr olunurdu ki, ərzaq idarəsini tezliklə təsviyə etsin. Qantəmir; 2) ödəmək, vermək, əda etmək. Borcunu təsviyə etmək. təsviyəçi is. tar. Təsviyəçilik tərəfdarı olan adam. təsviyəçilik is. tar. 1908-1912-ci illərdə RSDFP-də proletariatın qeyri-leqal inqilabi partiyasını təsviyə (ləğv) etməyə və inqilabi mübarizənin zəruriliyini inkar etməyə çalışan irticaçı menşevik cərəyanı. təşbeh is. [ər.]\n1. Bənzər, oxşar; bənzətmə, oxşatma, bənzəmə, oxşama. Ağ günə təşbehdir sənin cəmalün; Eşqindən salmışam aləmə bir ün. M.P.Vaqif. Oxşarı, təşbehi, kölgəsi deyil; Dünyada hər şeyin özü gözəldir. B.Vahabzadə.\n2. ədəb. Bədii əsərdə bir hadisəni, adamı və ya şeyi başqa bir hadisəyə, adama və ya şeyə bənzətməkdən ibarət məcaz. Realizm və xəlqilik Vaqifin seçdiyi mövzularda, dil və təşbehlərdə də özünü göstərir. M.İbrahimov. Səmədin o dövrdəki ədəbi dili təşbehlər, idiomlarla dolu canlı xalq dilidir. O.Sarıvəlli. təşbehli sif. Təşbehi olan, təşbehlə ifadə olunan (bax. təşbeh 2-ci mənada). Təşbehli ifadə. Təşbehli təsvir. təşdid is. [ər.] Ərəb əlifbasında samit hərfin iki dəfə oxunması üçün onun üzərinə qoyulan işarə (məs.: – şiddət, hiddət və s.). təşəbbüs is. [ər.]\n1. Bir işə başlama, iqdam etmə. Rzaquluxan hansı təşəbbüsə başladısa da, yarımçıq qaldı. M.S.Ordubadi. [Mürşüd:] Özün də bilirsən ki, bu iş bizim təşəbbüsümüzdür. S.Rəhman. • Təşəbbüs qaldırmaq – yeni təşəbbüs irəli sürmək, qarşısına yeni məqsəd qoymaq. [Qərənfil:] İnişil təşəbbüs qaldırdınız ki, hamam tikək, hələ hörgüsü bir arşın qalxmayıb. İ.Əfəndiyev. // Hər hansı bir işdə rəhbər rol, birincilik, başçılıq. Təşəbbüsü əldən verməmək. Rəqib komandanın təşəbbusü.\n2. Təşəbbüskarlıq; müstəqil, fəal hərəkət etmək qabiliyyəti. [Firəngiz Cəbrayıla:] Mən səndə hələ cəsarətli bir ..təşəbbüs görməmişəm. B.Bayramov. təşəbbüsçü is. Hər hansı işə başlamaq niyyətində olan, buna təşəbbüs göstərən adam; təşəbbüskar. [İldırımov:] Bir-iki kəlmə danışmaq üçün ilk təşəbbüsçüyə söz verilir, – dedi. S.Rəhimov. təşəbbüsçülük is. Təşəbbüs göstərmə, bir işi birinci olaraq başlama; təşəbbüskarlıq. təşəbbüskar [ər. təşəbbüs və fars. ...kar] bax. təşəbbüsçü. təşəbbüskarlıq is. Təşəbbüskar olma, təşəbbüs irəli sürmə; təşəbbüsçülük. Təşəbbüskarlıq gənclərin əsas xüsusiyyətidir. təşəxxüs [ər.] is.\n1. Lovğalıq, təkəbbür; özünü çəkmə, iddia satma. [Nökər] ancaq təşəxxüs üçün, kim bilsin, hansı yaralının köhnə paltarını geyinibdir. S.M.Qənizadə. Ancaq gənclik təşəxxüsü, lovğalıq [Polada] mane olur. Ə.Vəliyev. • Təşəxxüs etmək – lovğalanmaq. [Aşıq Vəli:] Qohum-əqrəbasına, yalı artanda, təşəxxüs edənə lənət! N.Vəzirov.\n2. Təşəxxüslə şəklində zərf – lovğalanaraq, lovğalıqla, lovğalana-lovğalana, lovğa-lovğa. Xülasə, çox təşəxxüslə bəy paşpurtunu verdim mehmanxana nökərinə apardı. Ə.Haqverdiyev. Məni görən kimi yerindən qalxdı; Hərif təşəxxüslə baxdı, nə baxdı! S.Vurğun. ‣ Təşəxxüs satmaq – lovğalanmaq, təşəxxüslənmək. İndi qələmnən təşəxxüs satmaq vaxtı deyil! C.Məmmədquluzadə. [Əhməd] ..əgər Nabat xala təşəxxüs satıb, çox iddia edərsə, nişanlısından da əl çəkə bilməsini mümkün görürdü. B.Talıblı. təşəxxüslənmə “Təşəxxüslənmək”dən f.is. təşəxxüslənmək f. Lovğalanmaq, təşəxxüs etmək, təkəbbürlənmək. təşəxxüslü sif.\n1. Lovğa, təkəbbürlü, mütəkəbbir. Fərəc bəy atası kimi forslu, təşəxxüslü, paxıl, dargöz bir adam imiş. Ə.Vəliyev. [Eyvaz:] Qonağın üzündə isə ciddi və doğrusunu deyim ki, bir az da təşəxxüslü bir ifadə var idi. İ.Əfəndiyev.\n2. Hörmətli, hörmət doğuran. Baxıb görürəm ki, bəylik bir təşəxxüslü şeydir, mən də dinməz-söyləməz adımın axırına götürürəm, bir “bəy” qondarıram. C.Məmmədquluzadə. təşəxxüslük is. Lovğalıq, mütəkəbbirlik, təkəbbür. [Atasının] əli aşağı düşməyindən [Nurəddin] bir o qədər qəm çəkmirdi, çünki onun təbiətində təkəbbürlük, təşəxxüslük əsla yox idi. S.S.Axundov. təşəkkül is. [ər.] İnkişaf prosesində müəyyən xüsusiyyət və şəkil alma, müəyyən bir şəklə girmə; formalaşma. Azərbaycan dilinin təşəkkülü. • Təşəkkül etmək (tapmaq) – formalaşmaq. təşəkkür is. [ər.] Edilən yaxşılığa, göstərilən diqqətə görə razılıq, minnətdarlıq. Ata Gülyazın əlini tutub təşəkkürünü bildirmək üçün sıxdı. Q.İlkin. Aydın təşəkkür dolu nəzərlə qıza baxdı. H.Seyidbəyli. // Bu hissi ifadə edən, minnətdarlıq bildirən (söz, məktub və s.). Təşəkkür məktubu. – Adam bunları Abbasqulu ağaya söylərkən bu cür mühüm bir xəbərdarlıq üçün ondan təşəkkür gözləmir. Ə.Sadıq. • Təşəkkür etmək – təşəkkür ifadə edən sözlər söyləmək, öz razılığını, minnətdarlığını bildirmək; minnətdarlıq etmək. Bayram yalnız təşəkkür eləmirdi. Bayram and içirdi. M.Hüseyn. // Birisinin zəhmətinə verilən rəsmi müsbət qiymət. Əmrlə təşəkkür elan etmək. təşəkkürnamə is. [ər. təşəkkür və fars. ...namə] Təşəkkür yazılmış rəsmi sənəd, təşəkkür bildirən kağız, yazı. [Yazgül Fərəcə:] Mən gənc təbiətçiyəm, yetişdirdiyim bu çiyələk növü üçün .. təşəkkürnamə almışam. Ə.Məmmədxanlı. təşər sif. Nadinc. Təşər uşaq. təşhir is. [ər.] Şöhrətləndirmə, xalq arasında yayma. təşxis is. [ər.]\n1. Tanıma, tanınma.\n2. Təyin etmə. təşkil is. [ər.]\n1. Düzəldilmə, təsis olunma, əsası qoyulma; düzəltmə, təsis etmə, əsasını qoyma. Yeni nazirliyin təşkili. • Təşkil etmək – 1) düzəltmək, təsis etmək, əsasını qoymaq, yaratmaq. İdman cəmiyyəti təşkil etmək. Yeni şöbə təşkil etmək; 2) qaydaya salmaq, planlı surətdə həyata keçirmək. Əməyi elmi əsaslarla təşkil etmək. – Rüstəm kənd təsərrüfatını yeni qayda ilə təşkil etmək işini bugünkü məruzədən öyrənmiş olduğundan dedikcə məmnun idi. T.Ş.Simurq; 3) əmələ gətirmək, meydana gətirmək, ibarət olmaq.\n2. Bir şeyin quruluşu. Sexin təşkilində dəyişiklik etmək. təşkilat is. [ər. “təşkil” söz. cəmi] İctimai birləşmə və ya dövlət idarəsi. Birləşmiş Millətlər Təşkilatı. Ticarət təşkilatları. – [Eyvaz:] Qərarı heç bir təşkilat çıxarmamışdır. C.Cabbarlı. Rüstəm kişi rayonun rəhbər təşkilatları ilə mübahisə etməyi lazım bilmədi. M.İbrahimov. təşkilatçı is. Bir şeyi təşkil edən, təşəbbüsçü olan adam. Ekspedisiyanın təşkilatçısı. – Jurnalın təşəbbüskarı, təşkilatçı və redaktoru C.Məmmədquluzadə “Molla Nəsrəddin” imzası ilə müntəzəm surətdə felyetonlar, baş məqalələr dərc edirdi. M.İbrahimov. // Təşkilatçılıq qabiliyyəti olan adam. İstedadlı təşkilatçı. O çox yaxşı təşkilatçıdır. təşkilatçılıq is. Təşkilatçı bacarığı, təşkil etmə bacarığı. [H.Ərəblinskinin] böyük aktyorluq, rejissorluq, təşkilatçılıq istedadı vardı. S.Rəhman. // Təşkil etmə. Təşkilatçılıq işi. Təşkilatçılıq fəaliyyəti. təşkiledici is. Təşkil edən, düzəldən, təşkilatçı. İdman yarışlarının təşkiledicisi. təşnə is. və sif. [fars.] klas.\n1. Susamış, susuzluqdan yanan, susuz. Bir təşnə qaynayan bulaq görüncə; İtirər özünü mənim də könlüm. M.Müşfiq.\n2. məc. Bir şeyin çox həvəskarı olan (adam); bir şeyin həsrətini çəkən (adam). Əsrlər uzunu elm və ürfana yaxın buraxılmayan qadınlar təşnə adam kimi susuzluqlarını söndürməyə nail olmuşlardı. T.Ş.Simurq. Az bir zamanda yüz minlərlə insanların milli azadlıq hərəkatına qoşulması.. azadlıq idealının təşnəsi olduğunu meydana çıxartdı. M.İbrahimov. təşrif is. [ər.] Öz gəlişi ilə bir şəxsi və ya yeri şərəfləndirmə; gəlmə, gəliş, buyurub gəlmə. Rövşən et xanəmizi bir gecə təşrifinlə. S.Ə.Şirvani. • Təşrif aparmaq – getmək (hörmət və nəzakət məqamında işlənir). Xülasə, axırda övrət təşrif aparır. C.Məmmədquluzadə. [Hacı Murad:] Bu gün-sabah [İmanqulu] təşrif aparacaqdır. S.S.Axundov. Təşrif gətirmək (etmək, buyurmaq) – gəlmək, buyurmaq (hörmət və nəzakət məqamında işlənir). Səfalar gətirib, təşrif buyurdun; Qədəm basdın bizə, qurban olduğum. M.P.Vaqif. [Əmrulla:] Yeri, bircə o Gülbadam xanıma de ki, özək komisyonu gözləyir, zəhmət çəkib təşrif gətirsin. C.Cabbarlı. Təşrif qılmaq – bax. təşrif gətirmək. [Abbas:] Başına döndüyüm, ay Əsmər xanım; Təşrif qılıb sən bu bağa xoş gəldin! “Abbas və Gülgəz”. təşrifat is. [ər. “təşrif” söz. cəmi] Təntənəli mərasimlər zamanı rəsmən qəbul edilmiş üsul və qaydaların məcmusu, habelə bu mərasimin özü. təşrih is. [ər.]\n1. Bədəni müəyyən üsulla kəsib əməliyyat aparma (operasiya).\n2. köhn. Şərhetmə. təşt bax. teşt. [İncə:] Neyləyirəm qızıl təşti ki içinə qan qusuram. C.Cabbarlı. Səmədin nəzərləri .. sacın içində qurumuş xəmirdə, barmaq izləri görünən təştin və oxlovun üzərində gəzdi. İ.Hüseyn. təşviq is. [ər.]: təşviq etmək – bir işi görmək üçün dilə tutmaq, həvəsləndirmək, şirnikləndirmək, şövqə, qeyrətə gətirmək, həvəs və arzusunu artırmaq. Atası da Hüseyni hər zaman rus dilini öyrənməyə təşviq edirdi. S.Rəhman. təşviqat is. [ər. “təşviq” söz. cəmi] Geniş xalq kütlələrinə siyasi nüfuz göstərmək məqsədi güdən şifahi və ya yazılı fəaliyyət. Siyasi təşviqat. Təbliğat və təşviqat. təşviqatçı is. Təşviqatla məşğul olan, təşviqat aparan adam (bax. təşviqat). Siyasi təşviqatçı. Təşviqatçıların seminarı. təşviş is. [ər.]\n1. Bir-birinə əks hisslərin mübarizəsindən doğan narahatlıq; təlaş, həyəcan. [Bayram:] Ancaq elə ondan ötrü təşvişdəyəm, ağa, .. bir sevgilim var. M.F.Axundzadə. Ovçu təşviş içərisində gənc həkimə baxdı. H.Seyidbəyli. • Təşviş etmək (keçirmək), təşvişə düşmək – narahat olmaq, təlaşa düşmək, həyəcanlanmaq. [Almaz:] Ay ana, sən elə nahaq yerə belə təşvişə düşürsən. C.Cabbarlı. Mənzil alanların bu qədər təşviş keçirmələrinin əsas iki səbəbi vardı.. B.Bayramov. Təşvişə salmaq – narahat etmək, təlaşa salmaq, həyəcanlandırmaq. Getmişdi on günə, çıxdı on beşə; Neçin saldı məni belə təşvişə? Ə.Cavad.\n2. Təşvişlə şəklində zərf – narahatlıqla, həyəcanla, təlaşla. Yoxsullar soyuq və sərt Bakı qışını təşvişlə qarşılayırdılar. A.Şaiq. Seymur əlini [Teymurun] sağ əlinə toxundurub təşvişlə soruşdu.. H.Seyidbəyli. təşvişli sif. Təşviş keçirən, narahat, həyəcanlı; təşviş, təlaş ifadə edən. Təşvişli baxış. – Bəs buruq? – deyə, səhiyyə nazirinin bu sözlərdən sonra təşvişli səsi eşidildi. S.Rəhimov. Gənc qadın təşvişli nəzərlərlə fotoqrafa baxdı. S.Vəliyev. tətbiq is. [ər.] Həyata keçirmə, icra etmə, işə salma, felə keçirmə. Elmi nailiyyətlərin istehsalata tətbiqi. Mütərəqqi iş üsullarının tətbiqi. – ..Qulu planlarının tətbiqi üçün var qüvvəsini sərf edir.. Çəmənzəminli. • Tətbiq etmək – həyata keçirmək, felə keçirmək, işlətmək. [Mirzəyev] kursda oxuduqlarını, öyrəndiklərini öz işinə tətbiq edir, planın artıqlamasilə yerinə yetirilməsində qazandığı bilikdən istifadə edirdi. Ə.Sadıq. tətbiqi sif. [ər.] Sırf praktiki əhəmiyyəti olan, praktikada tətbiq olunan. Tətbiqi elmlər. Tətbiqi biliklər. • Tətbiqi sənət (incəsənət) – sənətin elə sahəsinə deyilir ki, onun istehsal etdiyi məişət şeyləri eyni zamanda bədii əsər hesab olunur. tətəbbö is. [ər.]\n1. Tədqiq etmə, araşdırma.\n2. Mütaliə, mütaliə etmək.\n3. Ardınca, arxasınca getmək. tətik is. Odlu silahların atəş açmaq üçün barmaqla geri çəkilən manivelası. Avtomatın tətiyi. Tüfəngin tətiyi. – Ancaq tüfəng çox uzun və ağır olduğundan [Yaşarın] əli tətiyə zorla çatdı. M.Hüseyn. O cani tətiyi çəkmişdi, bəli; Güllə açılmışdı... o dəyməliydi. N.Xəzri. tətil is. [ər.]\n1. İşin kütləvi və mütəşəkkil surətdə dayandırılması. Aprelin iyirmi doqquzunda başlanan xırda tətillər iyulun ikisindən ümumi tətil şəklini aldı. M.S.Ordubadi. Fəhlələrin bir həftə əvvəl başlanmış tətili hələ də davam edirdi. M.Hüseyn.\n2. Şagirdlərin istirahəti üçün təhsil müəssisələrində, təhsildə fasilə. Məktəblərdə yay tətili. Şagirdlər tətildədirlər. – Məktəb tətillərinə az qalmışdı. H.Seyidbəyli. tətilçi is. Tətildə iştirak edən adam (bax. tətil 1-ci mənada). Tətilçilərdən bir çoxu öldürülüb, 800 nəfər də sürgün olunmuşdur. M.S.Ordubadi. təvazö is. [ər.] Öz üstünlüklərini, məziyyətlərini gözə çarpdırmağı, öz xidmətləri ilə qürrələnməyi sevməmə, şöhrətpərəstlikdən, lovğalıqdan uzaq olma; sadəlik. Yunis mexanikə baxıb ürəyində deyirdi: – Dostum, indi təvazö göstərərsən. Mir Cəlal. təvazökar sif. [ər. təvazö və fars. ...kar] bax. təvazölü. Təvazökar adam. Təvazökar alim. – Bütün mülahizələrdən Firidun belə nəticəyə gəldi ki, Şəmsiyyə xanımla gələcək əlaqələrində mümkün qədər təvazökar (z.) dolanmalıdır. M.İbrahimov. təvazökarcasına zərf Təvazökarlıqla, təvazökarlıq göstərərək. Təvazökarcasına cavab vermək. təvazökarlıq is. Təvazökar adamın xasiyyəti; sadəlik, təvazö. təvazölü sif. Öz üstünlüyünü, məziyyətlərini gözə çarpdırmağı, öz xidmətləri ilə qürrələnməyi sevməyən, şöhrətpərəstlikdən, lovğalıqdan uzaq olan; özünü sadə aparan. Təvazölü adam. təvəccöh is. [ər.] Rəğbət (göstərmə), gülər üz (göstərmə), yaxınlıq hiss etmə (birinə). Camaatın təvəccöhü yavaş-yavaş mollalardan dönür. Ə.Haqverdiyev. • Təvəccöh etmək klas. – nəzər salmaq, diqqət vermək, fikir vermək. [Yusif Sərrac:] Təəccüb edirəm bu dövlətə ki, ..paytaxtının rövnəqinə təvəccöh etmir. M.F.Axundzadə. Təvəccöhünü qazanmaq – rəğbətini qazanmaq, meylini, məhəbbətini oyatmaq. təvəkkül is. [ər.] din. Hər şeyi Allaha buraxma, ondan kömək və imdad gözləmə, taleyə bel bağlama. Usta Zeynal üçün yaşayışın mənası bir təvəkküldən ibarətdir. M.İbrahimov. təvəkkülü zərf [ər.] Bəxtəbəxt, müvəffəqiyyətinə ümid edərək, riskə gedərək. təvəqqe is. [ər.] Xahiş, dilək. Sizdən təvəqqem budur ki... – [İskəndərbəyov:] Sizdən bir təvəqqem vardır. H.Nəzərli. Atasının təvəqqesinə görə Arzu qız öz yazdığı “Günəşin tülusu” əsərini zərif barmaqları ilə pianoda dilə gətirdi. S.Rəhimov. • Təvəqqe etmək – xahiş etmək. [Xədicə:] Səndən [Nazlıdan] təvəqqe edirəm ki, bu gün necə olsa Yusifə deyəsən, mənim yanıma gəlsin. N.Nərimanov. Bir axşam yığıncaqda Cəfərquludan təvəqqe etdilər ki, o da durub danışsın. Qantəmir. təvəqqeçi is. Bir şey xahiş etmək üçün birinin yanına gələn şəxs. təvəllüd is. [ər.] Doğulma, anadan olma, dünyaya gəlmə, doğum. Hacı Nəsir .. oğlunun təvəllüdünü şadlıq edib, şəhərin fəqirfüqərasına pul və xörək payladı. S.S.Axundov. Təvəllüd tarixi heç bir yerdə qeyd edilmiş olmadığından [Rüstəmin] yaşını doğru bilən yox idi. T.Ş.Simurq. • Təvəllüd şəhadətnaməsi (kağızı) – doğum kağızı, təvəllüdnamə. Realni məktəbin birinci sinfinə 11-12 yaşından yuxarı şagirdlər qəbul edilməyirdi, buna görə də yaş göstərən təvəllüd şəhadətnaməsi tələb olunurdu. T.Ş.Simurq. təvəllüdnamə is. [ər. təvəllüd və fars. ...namə] köhn. Bir şəxsin anadan olma vaxtını və yerini təsdiq edən rəsmi sənəd; təvəllüd (yaş) şəhadətnaməsi (kağızı). ..Bir neçə gün bundan əqdəm şirvanlı Həsən bəy Əzizbəyov gedib Məhəmməd Ağanın yanına ki, öz oğluna təvəllüdnamə yazdırsın. “Mol. Nəsr.” təyin is. [ər.]\n1. Müəyyən etmə, aydınlaşdırma. Zeynal şaşırdı. Nə [edəcəyini] təyindən aciz kimi idi. S.Hüseyn. • Təyin etmək (eləmək) – 1) müəyyən etmək, müəyyənləşdirmək, aydınlaşdırmaq, qərarlaşdırmaq. İndi Minayəyə hər şey aydındı, Mahmud onunla görüş təyin edirdi. M.Hüseyn; 2) hər hansı bir vəzifəyə, işə qoymaq, müəyyən iş, vəzifə tapşırmaq. İdarəmizə yeni müdir təyin etdilər. – Mühəndis Sultanov isə cavan oğlanın dülgərlik məharətini görərək [Fərmanı] dülgər təyin etdi. Ə.Sadıq.\n2. qram. Cümlədə isimlə ifadə olunan üzvlərin əlamətini; (necəliyini) bildirən və “necə”, “nə cür”, “hansı” suallarından birinə cavab olan ikincidərəcəli cümlə üzvü. ‣ Təyini-müqəddərat – öz müqəddəratını özü təyin etmə, özü istədiyi kimi həll etmə. təyinat is. [ər. “təyin” söz. cəmi] Kurs, məktəb və s. qurtarmış mütəxəssisləri müəyyən yerlərə işə təyin etmə, göndərmə. təyinedici sif. Bir şeyin əsasını təşkil edən, şərtləndirən. təyinnamə is. [ər. təyin və fars. ...namə] Bir işə, vəzifəyə, yerə təyin olunmaq haqqında sənəd. Səriyyə gəlib çıxmadısa da, Salam gözləmədi. Təyinnaməsini alıb yeni iş yerinə yola düşdü. Mir Cəlal. [Fəridə:] Siz yığışıb gedin, ana, mən təyinnaməmi alıb işə başlayacağam. Ə.Məmmədxanlı. təyyarə is. [ər.] Mühərriki və hərəkət etməyən qanadları olan havadan ağır uçucu aparat. Reaktiv təyyarə. Sərnişin təyyarəsi. Dördmotorlu təyyarə. Hərbi təyyarə. – Kərim göyə tərəf boylanır, buludlarda dolanan təyyarələrə baxırdı. S.Rəhimov. təyyarəçi is. Təyyarə sürücüsü; pilot. təyyarəçilik is.\n1. Təyyarəçinin işi, sənəti, təyyarə sürücülüyü; pilotluq. Əşrəf təyyarəçilik oxuyan yoldaşlarından ikisini yanına salıb evlərinə gətirdi. Mir Cəlal.\n2. Təyyarə sürməyin nəzəriyyə və praktikası; aeronaviqasiya. Təyyarəçilik nəzəriyyəsi. təyyarəqayıran sif. Təyyarə qayırmaqla məşğul olan. Təyyarəqayıran zavod. təyyarəqayırma is. Təyyarə istehsalı ilə məşğul olma, təyyarə qayırma sahəsinə aid olma. Təyyarəqayırma sənayesi. təyyarəvuran sif.: təyyarəvuran top hərb. – mərmi ilə düşmən təyyarəsini vurmaq üçün xüsusi top. təzad is. [ər.]\n1. Ziddiyyət, əkslik. Vaxtilə bir-birini anlamamış iki aləm bütün təzadı ilə qarşı-qarşıya gəldi. Çəmənzəminli. Tehran qabarıq bir təzad içərisində öz adi həyatını yaşayırdı. M.İbrahimov.\n2. ədəb. inc. Müəyyən bir fikir və hissi daha qabarıq, canlı və təsirli göstərmək üçün birbirinə zidd olan həyat lövhələrinin yanaşı verilməsi. təzadlı sif. Ziddiyyətli, əks, bir-birinə əks olan; bir-birini inkar edən. Təzadlı düşüncələrlə [Firidun] .. yaxınlaşdı. M.İbrahimov. təzahür is. [ər.] Üzə çıxma, zahir olma, özünü göstərmə, özünü büruzə vermə; ifadə, təcəssüm. [Vaqif:] İnsan təbiətinin də son təzahürü sevgidir. Çəmənzəminli. • Təzahür etmək – üzə çıxmaq, zahir olmaq, özünü büruzə vermək, özünü göstərmək. ..Siyasi xadimlərin mətanət və iradəsi daha bariz şəkildə təzahür edər. M.İbrahimov. təzə sif. [fars.] Yeni. Aptekdən təzə dərman gətirmişdilər. C.Məmmədquluzadə. [Gülyaz:] Kəndimizə xəbər yayılıb ki, Bakıdan gələn var, Turşsu barəsində özləri də təzə sözlərdən danışacaqlar. S.Rəhimov. təzəbəy is. Yenicə evlənmiş, təzəcə ailə qurmuş oğlan. təzəbinə sif. dan. Özünə yenicə ailə düzəltmiş, ev tikmiş, ev-eşik düzəltmiş, təzə yerdə yaşamağa başlamış. Təzəbinə ailə. – Biz, necə deyərlər, təzəbinəyik, yoldaşlar! Sizdən ummağa haqqımız var! Mir Cəlal. təzəcə 1. sif. Təzə, təptəzə. Təzəcə paltar. Təzəcə şey.\n2. zərf Yenicə, lap yaxında. Xiyar təzəcə çıxmışdır. Evə təzəcə gəlmişdim ki... – Samirə orta məktəbi bitirəndə on yeddi yaşına təzəcə girmişdi. M.Hüseyn. Gördü, otlar təzəcə baş qaldırıb cücərir; İlk bahar dağ-dərəyə yamyaşıl xalça sərir. B.Vahabzadə. təzədən zərf Yenidən, bir daha, yenə. Təzədən başlamaq. Təzədən işə girişmək. Sözü təzədən təkrar etmək. – [Gülüş:] Mənə qalırsa, lap evi dibindən söküb yerə qoymaq və təzədən tikmək lazımdır. C.Cabbarlı. ..Ana, oğul, gəlin və nəvə təzədən və həmişəlik birləşdilər. H.Seyidbəyli. təzəgəlin is. Yenicə ərə getmiş, təzəcə ailə qurmuş qız. Belə ki təzəgəlin üstü-başı cırıq, üzü saralmış, zavallı bir şəklə girən qulluqçuya dönərdi. H.Sarabski. təzək is. Qurudulduqdan sonra yanacaq kimi işlədilən qaramal peyini. Qara damlar adda-budda salınmışdı, dal tərəflərində təzək qalaqlanmışdı. Çəmənzəminli. Sacın altına qalanmış təzək tüstüləyirdi. Ə.Vəliyev. təzələmə “Təzələmək”dən f.is. təzələmək bax. yeniləmək. Xudayar bəy katda olan kimi lap dəyişildi. Paltarını təzələyib, xəbər verdi ki, onun adı Xudayar deyil, Xudayar bəydi. C.Məmmədquluzadə. Həyatdakı siyasi, ictimai və iqtisadi dəyişikliklər Mirzağanın əski ruhunu təzələyə bilməmişdi. S.Hüseyn. təzələnmə “Təzələnmək”dən f.is. təzələnmək bax. yenilənmək. [Şair:] Təzə arzularım, təzə sözlərim; Bu gün ürəyimdə təzələnibdir. N.Xəzri. təzələşdirmə “Təzələşdirmək”dən f.is. təzələşdirmək bax. yeniləşdirmək. təzələşmə “Təzələşmək”dən f.is. təzələşmək bax. yeniləşmək. təzəlik bax. yenilik. ..Bildim ki, dostum burada yenə bir təzəlik yaratmaq istəyir. Qantəmir. təzəlikcə bax. təzəcə 2-ci mənada. təzənə is. Mizrab (saz). təzim is. [ər.] Baş əyərək salam vermə; baş endirmə. • Təzim etmək – 1) baş əyərək salam vermək, baş endirmək. Elçi şaha təzim edib, çıxıb getdi. (Nağıl). Vaqiflə Mirzə Əliməmməd xalqa təzim edə-edə yuxarı başa keçib, göstərilən yerdə əyləşdilər. Çəmənzəminli; 2) hərb. farağat vəziyyətində sağ əlinin barmaqlarını birləşdirib gicgahına aparmaqla əsgəri salam vermək. Növbətçi təzim edərək uzaqlaşdı. M.Hüseyn. [Midhət] qan-tərə batabata aerodroma gəldi. Komandana təzim elədi. Ə.Vəliyev. təziyə bax. yas 1-ci mənada. Atasının dəfn və təziyəsi Nurəddinə yuxu kimi gəlirdi. S.S.Axundov. Bəlkə Züleyxanın başı ərinin təziyəsinə qarışdığı üçün bu işin dalına düşən olmadı. Ə.Vəliyev. • Təziyə saxlamaq – bax. yas saxlamaq (“yas”da). El adətilə üç gün .. təziyə saxlayıb, üçüncü gün Əkbəri gətirib, atasının dükanını açıb əyləşdirdilər. Ə.Haqverdiyev. [Şahnisə xanım Vaqifə:] Kərim xana, deyəsən, təziyə saxlamaq istəyirsiniz? Çəmənzəminli. təziyədar sif. [ər. təziyə və fars. ...dar] köhn. Yaslı, təziyəli. [Kazım Vaqifə:] Demə bu şəhərdə adamı ölənin papağına palçıq sürtərmişlər ki, təziyədar olduğu bilinsin. Çəmənzəminli. təziyəli bax. yaslı 1-ci mənada. təzkirə is. [ər.] Görkəmli şəxsiyyətlərin, xüsusən şair, rəssam və b.-nın həyatı haqqında qeydlər və əsərlərindən nümunələr verilən əsər. Lütfəli bəy Azər Beqdelinin “Atəşgədə” təzkirəsi. təzkirəçi is. Təzkirə yazan adam, təzkirə müəllifi. təzmək f. məh. Hürkmək, hürküb qaçmaq. təzminat is. [ər. “təzmin” söz cəmi] Məğlub dövlətin qalib dövlətə verməli olduğu pul; kontribusiya. // Düşmənin işğal etdiyi ərazinin əhalisindən aldığı pul, ərzaq və s. təzvic is. [ər.] Ərə vermə. təzvir is. [ər.]\n1. Saxtalaşdırma.\n2. köhn. Hiyləbazlıq. təzyiq is. [ər.]\n1. Öz ağırlığı ilə basma, sıxma; basqı. Qarın təzyiqi altında budaqlar sındı. // Qazların və mayelərin elastiklik dərəcəsi. Buxarın təzyiqi. Atmosfer təzyiqi.\n2. Zorakı təsir, məcbur etmə; basqı. Zəif inkişaf etmiş dövlətlərə iqtisadi təzyiq. təzyin is. [ər.] Bəzək-düzək vermə, bəzəndirmə. tfu təql.\n1. Tüpürərkən çıxarılan səs. Əcnəbi .. tfu deyərək, gözlərini ovuşdurmağa başladı. S.M.Qənizadə.\n2. Danışanın bir şeyə və ya şəxsə qarşı nifrətini və ya bir şeydən və ya şəxsdən əsəbiləşdiyini, hiddətləndiyini ifadə etmək üçün işlədilir. Tfu sənə! Tfu, bu nə biabırçılıqdır! – [Qurban:] Tfu sizin kimi insafsız adamlara! A.Şaiq. tığ is. Böyük qalaq, yığın. Kərbəlayı Hatəmxan əlindəki kürəyi buğda tığına vurub, ağa dərvişə tərəf yeridi. S.Rəhimov. Dağ ətəklərində isə hələ də soyuqlar davam edir, quzeylərdəki qar tığları gömgöy göyərirdi. B.Bayramov. • Tığ vurmaq – qalaq vurmaq, qalaqlamaq, tay vurmaq. Yusif gülə-gülə izah elədi: – Qardan indi çoxlu yığıb tığ vuracağıq. B.Bayramov. tığlama “Tığlamaq”dan f.is. tığlamaq dan. Tığ vurmaq, qalaqlamaq. Samanı tığlamaq. Buğdanı tığlamaq. tığlanmış f.is. Tığ vurulmuş, qalaqlanmış. Budur ..tayalarla dolu xırman, sovuruq, tığlanmış kəhrəba buğda! Mir Cəlal. tıx is.\n1. Ucu iti balıq sümüyü. Balığın ətini tıxından ayırmaq.\n2. İtiuclu tilişkə, tikan və s. Əlimə tıx batıb. tıxac is.\n1. Şüşə və s. bu kimi boğazlı qabların ağzını və ya müxtəlif cihazların deşiklərini qapamaq üçün dairəvi mantar və ya başqa şey; probka. [Musa kişi:] parçadan tikilmiş və nazik iplə kuzənin qulpuna bağlanmış tıxacı açdı. M.İbrahimov. Tıxac sıçrayıb qapıya dəydi, konyak yerə çiləndi. İ.Hüseynov.\n2. məc. Normal hərəkətə, axına mane olan şeylərin toplusu; probka. Maşınlardan küçədə tıxac əmələ gəlmişdi.\n3. Neft quyularında borunun içinə yığılan və nasosun normal işləməsinə mane olan parafin və s. qatı. Borunu dəyişmək lazımdır, – deyə qoca usta, nəhayət qamətini düzəltdi: – Yoxsa yenə tıxac bağlayacaq. Y.Əzimzadə. Çıxmalıdır quyudan; Tıxac tutmuş borular. Ə.Əlibəyli. tıxacçıxardan is. Şüşənin tıxacını çıxarmaq üçün yivli oxu və dəstəsi olan alət; probkaaçan. Bu zorba bıçağın üç-dörd tiyəsi, qayçısı, dırnaqtutanı, konservaçanı, vintburanı, tıxacçıxardanı vardı. M.Hüseyn. tıxaclama “Tıxaclamaq”dan f.is. tıxaclamaq f. Tıxac tıxamaq, şüşə və s.-nin ağzını tıxacla bağlamaq; probkalamaq. tıxaclı sif. Ağzı tıxacla bağlanmış, tıxacı olan; probkalı. Ağzı tıxaclı litrlik şüşəni pəncərə qabağına qoydu. Mir Cəlal. tıxama “Tıxamaq”dan f.is. tıxamaq f.\n1. Güclə sığışdırmaq, yerləşdirmək; soxmaq, dürtmək. Serdyuk.. əsgini [Təvəkkülün] ağzına tıxadı.. Ə.Əbülhəsən. // Dəliyi, deşiyi, bir şeyin aralarını əsgi və s. şeylə tutmaq, qapamaq. [Niyaz] bir gün səhərdən-axşama kimi tövlə qapısının bütün işıq gələn yerlərinə köhnə və cır-cındır tıxadı. Ə.Vəliyev.\n2. Yolunu kəsmək, qapamaq. [Şamilin] nəfəsini ağır bir şey tıxamış, gözləri dumanlanmışdı. A.Şaiq. ‣ Qulağına pambıq tıxamaq – bax. qulaq. tıxanma “Tıxanmaq”dan f.is. tıxanmaq 1. məch. Nəfəs ala bilməmək, nəfəsi kəsilmək, nəfəsi tutulmaq. [Qurban:] Aşağıya getmək çox çətindir, neftin qoxusundan nəfəs tıxanır. A.Şaiq. Ağayar boğazı tıxanmış kimi susdu. Ə.Əbülhəsən.\n2. f. Yapışan, özlü, qəliz, qatı bir şeyin içinə batmaq. [Atakişi:] Bir yerdə xırtdəyədək tıxandıq [palçığa]. C.Cabbarlı.\n3. f. Dar, darısqal bir yerdə yerləşmək. Qonaqlar Səfərin xatiri üçün bu dar, çubuq otağa tıxanıb qalmışdılar. Çəmənzəminli. [Nofəl atlılara:] Orada düşmənin sağ cinahı tar-mar oldu. Siz isə qoyun kimi bura tıxanıbsınız! Ə.Məmmədxanlı. tıxılı sif. Güclə basılmış, güclə yerləşdirilmiş. Yun tıxılı kisə. tıxılma “Tıxılmaq”dan f.is. tıxılmaq məch. Güclə yerləşdirilmək, soxulmaq, basılmaq, keçirilmək, soxuşdurulmaq. Paltarlar çamadana tıxıldı. tıxıma “Tıxımaq”dan f.is. tıxımaq bax. tıxamaq. Yorğan-döşəyi məfrəşə tıxımaq. tıxışdırma “Tıxışdırmaq”dan f.is. tıxışdırmaq bax. tıxımaq. tıxlanma “Tıxlanmaq”dan f.is. tıxlanmaq f. Balaca balıqlarda tıx əmələ gəlmək. tıxlı sif. Tıxı olan. Tıxlı balıq. tıxma “Tıxmaq”dan f.is. tıxmaq f. dan. (Acgözlüklə) yemək. Getdim, o arsıza deyim ki, gəlsin; Tıxsın zəhrimardan, qarnı kökəlsin. H.K.Sanılı. [Veys:] Biz işləmişik bu vaxta kimi [dövlətlilər] tıxıblar, qoy indi onlar işləsinlər, biz yeyək! Ə.Əbülhəsən. tıxnaşdırma “Tıxnaşdırmaq”dan f.is. tıxnaşdırmaq f. dan.\n1. Zorla tıxımaq, soxmaq, soxuşdurmaq.\n2. bax. tıxmaq. tıxnaşma “Tıxnaşmaq”dan f.is. tıxnaşmaq qarş. Güclə bir yerə girmək, soxulmaq, soxuluşmaq, sıxışmaq (çoxları haqqında). Arxadan çapıb gələn dəstə atların cilovunu çəkib, dar keçidə tıxnaşır. Ə.Məmmədxanlı. tıxsız sif. Tıxı olmayan. ‣ Tıxsız balıq məc. – heç kəslə işi olmayan, heç kəsə nə yaxşılığı, nə də pisliyi keçən adam haqqında. Tıxsız balığın biridir. tıqq təql. Yuxarıdan düşən və ya bir şeyə dəyən bərk bir şeyin çıxardığı səs (bəzən təkrar edilərək işlədilir). tıqqıldama “Tıqqıldamaq”dan f.is. tıqqıldamaq f. Tıqq (tıq-tıq) səsi çıxarmaq, tıq-tıq eləmək. Küləkdən qapı tıqqıldadı. tıqqıldatma “Tıqqıldatmaq”dan f.is. tıqqıldatmaq f. Yavaşca taqqıldatmaq, tıq-tıq etmək. Çingiz gülüş vəziyyətindəki simasını ciddiləşdirərək masanı tıqqıldatdı.. Çəmənzəminli. Koridorda qapı ağzında dayanan Rüxsarə şəhadət barmağını qatlayaraq üç dəfə qapını tıqqıldatdı. S.Rəhimov. tıqqıltı is. Tıqq (tıq-tıq) səsi. Sayad Pəri tıqqıltı eşidib qarabaşı Ağcaqızı dürtmələdi. “Əmrah”. A kişi, bilmirəm gecənin nə vaxtı idi, yuxuda qulağıma bir tıqqıltı gəldi. C.Məmmədquluzadə. tıq-tıq 1. bax. tıqq.\n2. Zərf mənasında. Tıq-tıq edərək, tıqqıldaya-tıqqıldaya. Saat küncdə tıq-tıq ötür; Dəqiqələr keçib gedir. M.Dilbazi. tıncıxma “Tıncıxmaq”dan f.is. tıncıxmaq f. məh. Çətinliklə nəfəs almaq, nəfəsi təng olmaq. Qızdırmadan tıncıxmaq. – İstidən ürəkləri tıncıxanlar (f.sif.) da divarlara dalbadal tüpürüb canlarını rahat edirdilər. Çəmənzəminli. [Əsgərin] nəfəsi tıncıxdı, artıq dayana bilməyib, Kosa ilə danışmağa girişmək qərarına gəldi. S.Rəhimov. tın-tın sif. və zərf Bəzi səsləri burunda deməkdən ibarət tələffüz tərzi, burnunda danışma. Tın-tın danışmaq. – Mən də dedim, amma indi sözə qulaq asan hanı? – deyə tıntın Qaytaran burnunda cavab verirdi. S.Rəhimov. tıppıldama “Tıppıldamaq”dan f.is. tıppıldamaq f. Tıppıltı (tıp-tıp) səsi çıxarmaq. // Tıp-tıp etmək, döyünmək, çırpınmaq (ürək haqqında). Bağ yiyəsinin qorxusundan ürəyi tıppıldayan (f.sif.) xam bülbül belə oxuyar. “M.N.lətif.” tıppıltı is. Tıpp (tıp-tıp) səsi. Tıppıltı eşitmək. tıp-tıp 1. təql. bax. tıppıltı.\n2. zərf Tıppıltı ilə. • Ürəyi tıp-tıp döyünmək – qorxudan, həyəcandan, sevincdən və s. səbəbdən ürəyi bərk döyünmək, çırpınmaq. [Telli:] [Gəlini] otağa aparıb gərdək dalında oturdurlar, ürəyin tıp-tıp döyünə-döyünə gözləyirsən. Ü.Hacıbəyov. tırıldama “Tırıldamaq”dan f.is. tırıldamaq f. Tırıltı səsi çıxarmaq. Motor tırıldadı. tırıltı is. Tır-tır səsi. Həyətdə eşidilən motor tırıltısı Qoşqarın əzablı düşüncələrini yarıda qırdı. İ.Hüseynov. tırtıl is.\n1. zool. Bir neçə cütayaqlı qurdabənzər bədəni olan kəpənək sürfəsi. Kəpənək tırtılı.\n2. Yoldakı maneələri keçmə qabiliyyətini artırmaq üçün maşında, traktorda, tankda, ekskavatorda və s.-də təkəri əvəz edən enli zəncir. Ekskavatorun (traktorun) tırtılı. tırtıllı sif. Tırtılı olan, tırtılla hərəkət edən. Tırtıllı traktor. tısbağa is. zool. Bədəni sümük qınla örtülü, qısa ayaqları ilə çox yavaş hərəkət edən, ayaqlarını və başını qının içində gizlədən sürünən heyvan. Quru tısbağası. Dəniz tısbağası. Bataqlıq tısbağası. – Bir ilan, bir dəvə, bir də tısbağa; Yoldaş olmuşdular bunlar sabiqa. Q.Zakir. Birdən maralın sağ tərəfindən, bulanıq sular arasından bir tısbağa başını çıxarıb onu salamladı. M.Hüseyn. ‣ Tısbağa kimi – çox yavaş, çox ağır. Parovoz tısbağa kimi ağır-ağır gedirdi. M.S.Ordubadi. Tısbağa kimi başını qınına çəkmək – 1) ictimai işlərdən kənara çəkilib öz xüsusi işləri ilə məşğul olmaq; 2) öz evində oturub heç bir yerə getməmək, evdən bayıra çıxmamaq. Camaatı talamağa adət etmiş xainlər tısbağa kimi başını qınına çəkib dışarı çıxmağa cürət etmirdi(lər). M.S.Ordubadi. Tısbağa qınından çıxıb, (öz) qınını bəyənmir – böyüyüb, boya-başa çatdığı ailəni, mühiti, kollektivi, yeri bəyənməyən adam haqqında. [İmran kişi:] Bəlkə tısbağa qınından çıxıb, qınını bəyənmir, hə? M.Hüseyn. Tısbağa sürəti (yerişi, gedişi) – çox yavaş, çox kiçik sürət, çox ağır yeriş. Tısbağa sürəti ilə getmək. – [Rüstəm kişi:] Tısbağa yerişi ilə gedən bir kolxozu iki-üç ilə o hündürlüyə qalxızmaq qeyri-mümkündür. M.İbrahimov. tısıldama “Tısıldamaq”dan f.is. tısıldamaq f. Çox yeməkdən nəfəsi çətinləşərək fışıltılı səs çıxarmaq. Qarı yaz öküzü kimi o qədər yemişdi ki, tıs-tıs tısıldayırdı. (Nağıl). tısmaq f. İncimək, küsmək, narazı qalmaq. tiamin is. B1 vitamini. tibb is. [ər.]\n1. Xəstəliklər, onların müalicəsi və qarşısını almaq haqqındakı elmlərin məcmusu. Aynadan beş-altı yaş böyük olan qardaşı tibb institutunda dosent idi. İ.Əfəndiyev. • Tibb bacısı (qardaşı) – müalicə müəssisələrində orta təhsilli tibb işçisi.\n2. bax. səhiyyə. Tibb işçiləri həmkarlar ittifaqı. – [Sevinc Qaçaya:] Durmayın, tez tibb məntəqəsinə aparın. Z.Xəlil. tibbi sif. [ər.] Tiblə, təbabətlə, müalicə işi ilə əlaqədar olan, təbabətə aid olan. Tibbi yardım. Tibbi müayinə. – Rüxsarə bəzən şəhərə getmək, işə düzəlmək, sonra da ali tibbi təhsil almaq qərarına gəlirdi. S.Rəhimov. // Təbabətdə işlədilən, müalicə əhəmiyyəti olan. Tibbi yağlar. – Tibbi sabunlar yağ turşularının metal duzlarından ibarətdir. R.Əliyev. ticarət is. [ər.] Mal alıb-satma, geniş miqyasda alver, alğı-satqı. Xarici ticarət. Xüsusi ticarət. Ticarət əlaqəsi. – [Həmzənin] böyük planları vardı, ticarətini Tiflis və Batum təriqi ilə İstanbula, oradan da o yana yeritmək istəyirdi. Ə.Əbülhəsən. ticarətçi is. Tacir. Nemətullayev illər uzunu bir mahir ticarətçi kimi bu işlə yaşardı. S.Rəhimov. ticarətxana is. [ər. ticarət və fars. ...xanə] Ticarət evi, ticarət müəssisəsi, ticarət kontoru. Türküstanda [Sərdarovun] ticarəti, hər şəhərdə mülkü, karvansarası, ticarətxanasının şöbələri var idi. Ə.Haqverdiyev. [Yaşlı kişi:] Hacı Ramazan adlı bir tacirin ticarətxanasında ayda otuz manat maaşla qulluq edirdim. S.Hüseyn. tifaq is. [ər.]\n1. Ailə ocağı, dudman, yurd. Ə.Haqverdiyevin “Dağılan tifaq” draması. – [Yaşlı kişi:] Bizim əvvəlki illərdəki tifaqımızdan bir əsər qalmayıb, tamamilə dağılmışdı. S.Hüseyn. • Tifaqı dağılmaq – asudə, firavan həyatı pozulmaq, dudmanı dağılmaq. [Surxay:] O kimdi elə tifaqı dağılan? S.Rəhman. Tifaqın dağılsın! – qarğış məqamında işlədilir. tifil is. [ər.] Uşaq. [Kazım Allahquluya:] ..Başını aşağı sal, kəsbkarlığına qurşan, bu tifilləri saxla. Çəmənzəminli. Çox analar bu iki tifilin tərbiyəsinə həsrət çəkirdilər. S.S.Axundov. // məc. Aciz, yazıq, zavallı. [Salman bəy:] Bəs o biçarə tifillər necə olacaqlar? N.Vəzirov. [Qoca Bayrama:] O qız xeylağıdır, günahı varmı? Tifil bir insanı vurmaq olarmı? M.Müşfiq. tifilciyəz oxş. Yazıq, fağır, aciz (uşaq). [Böyükxanım Ağacavada:] Tifilciyəzimi o məktəbə qoya bilmərəm ki, Baləlinin uşaqları gündə təpəsinə döysünlər.. B.Bayramov. tifillik is. Uşaqlıq. tiftik is.\n1. Qoyunun, keçinin, dəvənin baharda qırxılan zərif və yumşaq yunu. Yunu, tükü və tiftiyi qoyundan, keçidən, dəvədən, atdan, inəkdən və s. heyvanlardan alırlar. “Əmtəəşünaslıq”. // Həmin yundan toxunmuş. Camal əmi səliqə ilə .. üç cüt yun, bir cüt tiftik əlcək, beş cüt yun corab, bir yun başlıq, dörd dənə əl dəsmalı yeşiyə qabladı. Ə.Vəliyev. Sol tərəfdəki ağ, bəzəkli uşaq [çarpayısının] toru cırıldadı, üstündəki tiftik adyal tərpəndi. Mir Cəlal.\n2. Əl silmək üçün ip, lif topası. Əziz çəkici gətirdi və əllərini ucu cibindən bayıra çıxıb sallanmış yumşaq, çirkli tiftiklə sildi. Q.İlkin. tiftiklənmə “Tiftiklənmək”dən f.is. tiftiklənmək f. İplikləri, telləri birbirindən ayrılmaq, sökülmək, tiftik-tiftik olmaq, didilmək. Bu parça çox tez tiftiklənir. – Süni ipək təbii ipəyə nisbətən qaba, çox parlaq, qoxulu, tez tiftiklənən (f.is.) və davamsız olur, ancaq ucuz qiymətlidir. “Əmtəəşünaslıq”. tiftikli sif. Tiftiyi olan, xovlu. [Nəriman] tiftikli ağ məhrəba ilə bərk-bərk qurulandıqdan sonra stulda əyləşdi. İ.Əfəndiyev. tiğ is. [fars.]\n1. klas. Qılınc. // Obrazlı təşbehlərdə. Qəmzə tiğin çəkdi, çaldı canımı; Bir cəllada döndü, aldı canımı. M.P.Vaqif. Çək tiğini, gər var isə günahım; Öldür, gərdən mənim, ixtiyar sənin. Q.Zakir. tik [holl. tyk, ing. tick] Döşəküzü, çexol və s. tikmək üçün işlədilən miləmil qalın parça. tikan is.\n1. Dəvətikanının, qızılgülün və bəzi başqa bitkilərin iynə kimi itiuclu hissəsi. Ayağına tikan batmaq. Nar ağacının tikanı. – Evi süpürəndə süpürgənin tikanı.. düşüb fərşin üstünə və batıb qonağın yumşaq yerinə. C.Məmmədquluzadə. // Tikanlı kol, dəvətikanı. Çəpərlərdən çıxan tikan kolları oynayaoynaya gəlib yol çuxurlarında bənd alır. Mir Cəlal. Bu yerin on-on iki addımlığında iri bir tikan tayası var idi. M.Rzaquluzadə. // Bir şeyin iti ucu, batan tərəfi. Məftilin tikanı.\n2. Bəzi heyvanların bədənini örtən iynələrdən hər biri. Kirpinin tikanı.\n3. bax. tıx. Balığın tikanı. ‣ Tikan olub gözünə batmaq – görmək istəmədiyi, zəhləsi getdiyi bir şey, ya adam daima gözü qabağında olmaq. [Ələmdar:] Ancaq düzü, bu Nikolay poqonları mənim gözümə tikan olub batır, bəy! S.Rəhimov. Tikan üstündə oturan kimi – çox narahat halda, nigarançılıq içində, iztirab çəkə-çəkə. Tikan üstündə oturmaq – çox narahat olmaq, nigarançılıq çəkmək, iztirab içində olmaq. (Ürəyindən) tikan çıxarmaq – qisasını almaq, əvəzini çıxmaq, ürəyini soyutmaq. [Şirəli:] Sağ ol, bala! Hamımızın ürəyindən tikan çıxartmısan. S.Rəhman. tikancıq is.\n1. Balaca tikan, kiçik tikan. Qızılgülün tikancığı. Əlinə tikancıq batmaq.\n2. Balaca tıx, nazik tıx. Siyənək balığının tikancığı. tikançı is. Keçmişdə: tikan qırıb satmaqla məşğul olan adam. Biri vardı, biri yoxdu, bir tikançı vardı. (Nağıl). tikanlı sif.\n1. Tikanı olan (bax. tikan 1-ci mənada). Tikanlı bitkilər. – Alağa – qərənfil, yovşana – reyhan; Tikanlı qanqala – gül desəm olmaz. Aşıq Şəmşir. Aydın tikanlı kollar arasından çıxıb, sinədolusu rahat nəfəs aldı. H.Seyidbəyli.\n2. Üzərində tikanlar olan. [Şeyda Fəridəyə:] İndi bizim bağla sizin bağ arasında tikanlı məftildən qara bir çəpər var. Ə.Məmmədxanlı.\n3. məc. Qəlbə, ürəyə toxunan; acı, ağır, zəhərli, qaba, kobud. Lakin Rüstəm kişi [Şirzadın] gözlərində bu sözləri oxumadı; orada yalnız tikanlı bir ifadə gördü.. M.İbrahimov.\n4. Tıxlı. Tikanlı balıq. tikanlıq is.\n1. Çoxlu tikan kolları bitmiş yer, tikan kolluğu. Qaraatlılar da özlərini tikanlığa vurdular. “Koroğlu”. Nəbi tikanlıqda gedirmiş kimi yavaş-yavaş ağacın üstü ilə yeriməyə başladı. Ə.Abasov.\n2. Yandırmaq və ya başqa məqsəd üçün yerdən çıxarılmış tikanın saxlandığı yer. Tikanlıqdan tikan götürmək. tikansız sif. Tikanı olmayan. [Orxan:] Bəllidir ki, olmaz tikansız qönçə. H.Cavid. ‣ Tikansız balıq – heç bir kəsi özündən incitmək, heç bir kəsə nə pislik, nə də yaxşılıq etmək istəməyən adam haqqında. Tikansız balığın biridir. tikanyarpaq (=tikanyarpaqlı) sif. Yarpaqları tikan kimi, itiuclu olan. Tikanyarpaqlı otlar. tikanyarpaqlı (=tikanyarpaq) sif. Yarpaqları tikan kimi, itiuclu olan. Tikanyarpaqlı otlar. tikdirmə I. “Tikdirmək1”dən f.is.\n\nII. “Tikdirmək2”dən f.is. tikdirmək I. icb. Başqasına bina və s. tikmə işi gördürmək. Ev tikdirmək. – [Sara bibi:] Rəhmətlik öz sağlığında tikdirdiyi tövlədir. Qantəmir. [Nəriman:] Əşi, o boyda mədəniyyət sarayı tikdirmişik, qalıb ağzıbağlı.. İ.Əfəndiyev.\n\nII. icb. Sifarişlə birinə paltar və s. tikmə işi gördürmək. Özünə palto tikdirmək. – [Mirzağa] toy üçün özünə yenicə tikdirdiyi paltarını geymiş, özünün görünüşünü Cəmilənin xoşuna gələcək bir şəklə salmışdı. S.Hüseyn. Veys kiçik bacısına qanovuzdan tuman, al faydan kofta tikdirmişdi. Ə.Əbülhəsən. tikə is.\n1. Böyük bir şeydən sınmış, qopmuş, ayrılmış və ya kəsilmiş kiçik hissə, parça, qırıq. [Rövşən] salam-əleykəssalamdan sonra daşın bir balaca tikəsini ustaya verib dedi.. “Koroğlu”. // Yeyilən şeyin bir hissəsi. Pendir tikəsi. – [Musa kişi:] Arvad, sən allah, yadından çıxmasın, bu ətdən bir tikə də o Həsənəlinin yetimlərinə göndər, yazıqdırlar.. M.İbrahimov. // məc. Yaşamaq üçün vəsait; yeyəcək, yeyiləcək şeylər. Tikəsini dostu ilə bölmək. – Düşmənin tikəsindən dostun şilləsi yaxşıdır. (Ata. sözü). İnsan gərək dayanıbdurmasın, yatıb vaxtını, gününü öldürməsin, çıxan tüstü, hazır tikə axtarmasın. S.Rəhimov.\n2. “Bir” sözü ilə – bir tikə – 1) bir az, bir zərrə, bir qırıq, zərrə qədər, qətiyyən, əsla. Bacardıqca vermə yer beynində artıq yükə; Mənə bax, ay qız, mənə, dərd çəkmirəm bir tikə. S.Rüstəm. Havada bir tikə də bulud, duman və tüstü yox idi. M.İbrahimov; 2) balaca, kiçik, bambalaca. Bir tikə uşaq. ‣ Tikə boğazından getmək – həyəcandan, yorğunluqdan, hirsdən və s. hisslərdən dolayı heç nə yeyə bilməmək. Haram tikə – bax. haram. Ürəyi bir tikə olmaq – bax. ürək. Yağlı tikə – bax. yağlı 3-cü mənada. tikə-parça bax. tikə-tikə. • Tikəparça eləmək – tikə-tikə eləmək, əzib tökmək. Küçələrdə ildırım kimi çaxıyan avtomobillər axır vaxtlarda başlayıblar uşaqları əzib tikə-parça eləməyə. C.Məmmədquluzadə. tikə-tikə zərf Parça-parça, doğramdoğram, tikə-parça. Kağızı tikə-tikə etmək. – [Pəri Cadu:] İtil gözümün qabağından. Bir də səni görsəm, tikə-tikə elərəm. Ə.Haqverdiyev. [Sultan bəy:] Öldürəcəyəm! Bu papaq mənə haram olsun ki, bir də arşınmalçı adı tutsan, tikə-tikə doğrayacağam. Ü.Hacıbəyov. tikili I. is. Bina, tikinti; tikilmiş ev, bina və s. Daş tikili (daşdan tikilmiş bina, ev və s.). – [Şəhər] gözəl bir səhranın ortasında idi, yaxşı başıqübbəli məscidi, böyük karvansarası, müsafirxanası və qeyri tikililəri var idi. E.Sultanov. Maşının keçdiyi yerlərdə, onun arxasınca, uçurulan evlərin yerində indiki tikililərə bənzəməyən evlər tikilir. S.Hüseyn.\n\nII. sif. Tikilmiş. Tikili paltar. Qoyun dərisindən tikili kürk. tikiliş I. is. Tikilmə, inşaat, tikinti; tikmə işi. Məktəbin tikilişi. – İşçilər yığılıb, hökumət sarayı tikili-şinə baxmağa getdilər. Mir Cəlal.\n\nII. is. Paltar və s. tikmə; tikmə işi, tikmə tərzi; tikim. Paltarın tikilişi. tikilmək I. “Tikmək1”dən məch. Boş yerlərdə indi çoxlu ev tikilmişdir. – Qoyuldu özüllər, boylandı tağlar; Tikildi divarlar, şumal dirəklər. M.Müşfiq. Mədəniyyət evi kəndin cənub qurtaracağında tikilmişdi. İ.Əfəndiyev.\n\nII. “Tikmək2”dən məch. Paltar yaxşı tikilmişdir. Şalvar çox enli tikilib. – [Tahirin] pencəyi təzə dəbdə, uzun və gen tikilmişdi. M.Hüseyn. tikim bax. tikiliş2. Paltonun tikimi. tikinti is.\n1. Bina, tikili. Möhtəşəm tikintilər; Qurulur ölkəmizdə. M.Seyidzadə.\n2. Tikmə, inşaat. Nümayəndə heyəti əvvəlcə tikinti işləri ilə maraqlandı. Ə.Vəliyev.\n3. Tikinti işi aparılan yer, inşaat meydançası. Salman kişi axşam tikintiyə qayıdanda briqada üzvlərini orada gördü. Mir Cəlal. tikirtgə bax. kanifol. Baxşı cəld durur ayağa, kamançanı alır, çəkilib oturur dizi üstə, cibindən tikirtgə çıxarıb kamanı çəkir tikirtgəyə.. C.Məmmədquluzadə. tikiş is.\n1. Tikmək işi, tikmə, tikim. Tikiş dərnəyi. Tikiş maşını. – [Gülnisə:] Bu saat duraram, ana, tikişimin bir azca yeri qalıb, onu qoy qurtarım. Ə.Haqverdiyev. • Tikiş tikmək – iynə-saplayan tikiş maşınında bir şey tikməklə, tikişlə məşğul olmaq. Hacı Mehdinin ikinci övrəti Güllü oturub tikiş tikir.. Ə.Haqverdiyev. Pinəçi Qafar başmaq yamarkən oxuyur, Şahsənəm də tikiş tikir. S.S.Axundov.\n2. Tikilmiş parça, dəri və s. parçalarının birləşdiyi yer. Köynəyin tikişi. Tikişi sökülmək.\n3. Bir şeyin hissələrinin bitişdiyi, calaşdığı, bənd olduğu yer, bitişmə yeri. Borunun tikişi. // tex. Eyni mənada detallar, qurğular və s. haqqında. Qaynaq edilmiş metalın tikişi. // tib. Cərrahiyyə əməliyyatında toxumaların tikilib bitişdirildiyi yer. Yaranın tikişi sökülüb. // Bu cür tikiş nəticəsində dəridə əmələ gələn qırış; qırışıq. Üzündə yara tikişi var. ‣ Tikiş qoymaq – yaranın kənarlarını birləşdirib xüsusi materialla tikmək. Tikişi açmaq – tikilmiş yara sağaldıqdan sonra onun saplarını açmaq, çıxarmaq. tikişçi is. Tikiş sənayesi işçisi; dərzi. Tikişçilərin bayramqabağı əmək nailiyyətləri. // Sif. mənasında. tikişli sif.\n1. Tikişləri olan, bitişik, bənd edilmiş yerləri olan, bütöv olmayan. Tikişli boru.\n2. Qırış, qırışıq (cərrahiyyə əməliyyatı nəticəsində). O vaxtdan Qəhrəmanın üzü tikişli qalmışdı. Ə.Vəliyev. tikişsiz sif. Tikişi, tikiş yeri olmayan, bütöv hazırlanmış. Tikişsiz boru. tikmə I. “Tikmək1”dən f.is.\n\nII. “Tikmək2”dən f.is.\n2. is. Parça üzərində rəngbərəng saplarla müxtəlif naxışlar salmaqdan ibarət xalq sənəti, habelə belə məmulatın özü. Qarşı divara yekə bir tikmə vurulmuşdu. B.Bayramov. tikməçi is. Tikmə ustası (bax. tikmə2 2-ci mənada). tikmək I. f.\n1. Daşdan, kərpicdən, taxtadan və s.-dən bina, divar və s. ucaltmaq, qurmaq. Ev tikmək. Məktəb tikmək. Divar tikmək. – [Atası Rövşənə:] İndi sən gərək böyük bir tövlə tikəsən. “Koroğlu”.\n2. Düzəltmək, qurmaq, hazırlamaq (yuva). Tikəndə quş yuva, çör-çöp; Yığıban, zir-zibil istər. Q.Zakir. Tikan üstə qonan quşlar; Qonmaz bura, tikməz yuva! Z.Xəlil.\n3. Təyin etmək, qoymaq. Sonra camaat Qaraqaşı tikdi padşah. (Nağıl). [Xan:] Mən [İsanı] Dızaq sığnağına yüzbaşı tikdim, daha demədim ki, başıma bəla olsun.. Çəmənzəminli.\n\nII. f.\n1. Tikmə işi görmək, tikişlə məşğul olmaq. Tikiş maşınında tikmək. İynə ilə tikmək.\n2. Parçanın, dərinin və s.-nin kənarlarını iynə-sapla bir-birinə calayaraq paltar, ayaqqabı və s. hazırlamaq. Kostyum tikmək. Ayaqqabı tikmək. – Yusif Sərrac ... oturub, əlində bir cilovu tikib tamam edirdi.. M.F.Axundzadə. Mən körpəykən özü biçib, özü tikmiş paltarımı; Gülüşündə görmüşəm öz çiçəklənən baharımı. S.Rüstəm.\n3. Parça və s. üzərində rəngbərəng saplarla həndəsi və ya nəbati naxışlar, şəkillər toxumaq. Təkəlduz tikmək.\n4. Cərrahiyyə əməliyyatında: toxumaları iynə-sapla birləşdirmək, bitişdirmək. Şərəfoğlunun qarnını yarmış, bağırsağını kəsib tikmişdilər. M.İbrahimov. ‣ Gözünü tikmək – bax. gözünü dikmək (“göz”də). tikməli sif. Tikməsi olan, tikmə tikilmiş, tikmə naxışlı, tikmə ilə bəzədilmiş (bax. tikmə2 2-ci mənada). Tikməli yaylıq. tilavət is. [ər.] Quranı avazla oxumaq. tilişkə is. Taxtanın iynə kimi iti uclu kiçik hissəsi. Rüxsarə yaxına gəlib [Kosanın] əlinə diqqətlə baxdı. Onun ovcunun içi doğrudan da qaralmışdı, orada odun tilişkəsi var idi. S.Rəhimov. til (=till) is.\n1. Kənar, qıraq. Yolun tili. – İndi Şamo gah cığırla.. və gah da cığırın tili ilə gedirdi. S.Rəhimov.\n2. Əlin çeçələ barmaqdan ovuca tərəf olan hissəsi. [Yusif] ..gah ülgücü əlinin tilinə çəkib itiləyir, gah da qabağına qoyduğu dəyirmi güzgünün yerini rahatlayırdı. B.Bayramov.\n3. Uzunsov təpənin üstü. Təpənin tili. – Atlar tildən üzüaşağı addım-addım enirdilər. S.Rəhimov.\n4. İki səthin kəsişdiyi yer. Piramidanın tili. till I. (=til) is.\n1. Kənar, qıraq. Yolun tili. – İndi Şamo gah cığırla.. və gah da cığırın tili ilə gedirdi. S.Rəhimov.\n2. Əlin çeçələ barmaqdan ovuca tərəf olan hissəsi. [Yusif] ..gah ülgücü əlinin tilinə çəkib itiləyir, gah da qabağına qoyduğu dəyirmi güzgünün yerini rahatlayırdı. B.Bayramov.\n3. Uzunsov təpənin üstü. Təpənin tili. – Atlar tildən üzüaşağı addım-addım enirdilər. S.Rəhimov.\n4. İki səthin kəsişdiyi yer. Piramidanın tili.\n\nII. bax. qalaq. Bəzi Para xırmanlarda döyülən taxıllar xüsusi yığanlarla toplanır və qabaq tərəfdə till vurulurdu. S.Rəhimov. tilləmə “Tilləmək”dən f.is. tilləmək bax. qalaqlamaq. tilov is. Balıq tutmaq üçün ucu iti çəngəl; qarmaq. [İmamverdi Nurəddinə:] Sənə tilov qayıracağam, hər gün çayda balıq tutarsan. S.S.Axundov. • Tilov atmaq – balıq tutmaq üçün tilovu suya salmaq. tilsim is. [ər.] Mövhumatçılara görə, sehrli qüvvəyə malik söz və s.; ovsun, sehr (ən çox nağıllarda işlənir). İbrahim bir tilsim oxuyub, oldu tülkü, çıxıb kolun dibindən, yapışdı dəbrüşün boğazından, boğub öldürdü. (Nağıl). Bir tilsim oxuyub, oğlan oldu həminki Qaraqaş, özü də yıxılıb yatdı. (Nağıl). • Tilsim etmək – bax. tilsimləmək. Tilsimə düşmək – 1) bax. tilsimlənmək. [Gülzar Bəhruza:] Düz deyirəm, oğul, sən bu evdə tilsimə düşmüsən. Ə.Məmmədxanlı. Amma indi [Zəhra] elə bil tilsimə düşmüşdü. Y.Əzimzadə; 2) dan. çətinliyə düşmək, dolaşığa düşmək. İşi tilsimə düşmək. Tilsimə salmaq – bax. tilsimləmək. [Dərviş] Qaraqaşı görən kimi nə ki tilsimlər vardı, oxudu ki, Qaraqaşı tilsimə salsın. (Nağıl). [Telli arvad:] Baxıram bu sədr qızının gözlərinə, elə bilirəm, igidləri tilsimə salan sehr-cadudur. M.İbrahimov. tilsimbənd sif. [ər. tilsim və fars. bənd] Tilsimlənmiş, tilsimə salınmış, ovsunlanmış, ovsunlu. Qəmər vəzir də bilirdi ki, qız tilsimbənddi. Qızı əmisi oğlu ala bilməyəcəkdir. (Nağıl). tilsimçi is. və sif. Nağıllarda: tilsim edən adam; sehrbaz, ovsunçu. Tilsimçi qoca üzüyü özü üçün götürüb, çətirlə xurcunu Əhməd Mirzəyə verib dedi.. (Nağıl). tilsimləmə “Tilsimləmək”dən f.is. tilsimləmək f. Tilsim etmək, tilsim oxumaq, tilsimə salmaq, ovsunlamaq. tilsimlənmə “Tilsimlənmək”dən f.is. tilsimlənmək məch. Tilsim edilmək, tilsimə salınmaq, tilsimə düşmək, ovsunlanmaq. tilsimlənmiş f.sif. Tilsimə salınmış, tilsim edilmiş, sehrlənmiş, ovsunlanmış. tilsimli sif. Tilsim edilmiş, tilsimə salınmış, tilsimlənmiş. [Padşah:] O Qaçaq Nəbi girinizə keçən kimi onun, o güllə batmayan tilsimli Boz atının şəklini də aldırıb mənə göndərin. S.Rəhimov. timik is. məh. Bir şeyin iti çıxıntısı, tini. timikli sif. məh. İti çıxıntısı, tini olan. timol is. [lat.] Səciyyəvi iyi olan rəngsiz kristal maddə. timpan is. [yun.] Qədim zərb musiqi aləti. timsah is. [ər.] zool. Tropik və subtropik ölkələrdə yaşayan qalın və sərt dərili sürünən yırtıcı iri heyvan. Timsah dərisi. timsal is. [ər.]\n1. Nümunə, örnək, misal.\n2. Məsəl, zərbi-məsəl. Məşədi Həsən əmi əlavə olaraq.. tat şivəsi ilə bir timsal da söylədi. S.Hüseyn. [Hacı:] Nə qədər timsal və zərbi-məsəllər eşitsəniz, uşaqlarınıza deyin, dəftərlərinə yazsınlar. Qantəmir.\n3. klas. Şəkil, rəsm, surət, təsvir. Üçüncü otağın divarlarında İranın sair silsilədən olan padşahlarının timsalı nəqş olunmuşdu. M.F.Axundzadə.\n4. köhn. bax. təmsil 2-ci mənada. Rusların məşhur ədibi.. Krılov “Ağacın yarpaqları və kökləri” adlanan bir timsalında yazır. F.Köçərli. timsinmə “Timsinmək”dən f.is. timsinmək f. məh. Tələsmək. [Dərviş:] ..Qoca qarı balasının imdadına çatmaq qəsdi ilə timsindi. A.Divanbəyoğlu. tin is.\n1. Bir şeyin iki xarici tərəfinin birləşdiyi, kəsişdiyi yer. Şkafın tini. // İki küçənin kəsişdiyi yer. Bu anda qarşıdakı tindən bir neçə qaraltı çıxaraq tənha küçə ilə mənə tərəf irəliləməyə başladı. Ə.Məmmədxanlı. Maşın tini döndü. H.Seyidbəyli.\n2. Bir şeyin kənarı, qırağı. Sonra Veys pəncərə tinində oturub dedi.. Ə.Əbülhəsən.\n3. Tində olan, tində yerləşən; tindəki. [Həmzə:] Qurban! Səfəri apar, bu tin dükandan bir kəllə qənd al, ver ona gətirsin, gedək axundun yanına. C.Cabbarlı. ‣ O tində-bu tində – orada-burada, hər yerdə, hər tində. ..Getdikcə evdə də, çöldə də Mayanın ətrafında danışıqlar artırdı, o tindəbu tində Qaraşın qulağına bir söz çatırdı. M.İbrahimov. tinbaşı is. zərf Hər tində. Tinbaşı əl açardı adama dilənçilər. S.Rüstəm. // məc. Hər yerdə, hər addımda. Hər tinbaşı Hacı Aslan xasiyyət.. adamlar ortaya çıxmışdı. S.Hüseyn. tindəki sif. Tində olan, tində yerləşən. [Böyükoğlu:] Kağızı gətirdim o tindəki aptekə. Qantəmir. tinət is. [ər.] klas. Xilqət, fitrət, təbiət, yaradılış. [Məhəmməd:] Qara torpaq olsa da ilk və axır yerimiz; Eşqdir tinətimiz, eşqdir cövhərimiz. B.Vahabzadə. ting is. Calaq vasitəsilə yetişdirilən ağac şitili. Alma tingi. – Tikinti rəisi hələ yazda Qubadan və başqa rayonlardan xeyli ağac tingləri gətirib küçələrə əkdirmişdi. Ə.Sadıq. tingə bax. tin 1-ci mənada. [Məşədi Əsgər] evin tingəsinə gedib əvvəlcə bağçasına baxdı. S.M.Qənizadə. Birdən tingə başından qəfildən bir dəstə qız [Aynanın] qarşısına çıxdı. Ə.Məmmədxanlı. tinglik is. Ting yetişdirilən sahə, yer. Şəhərin ətrafında iki park, tingliklər, parniklər yaradılırdı. Ə.Sadıq. tinktura [lat.] Spirt və ya efirdən hazırlanmış dərman maddəsi. tinli sif. Tini olan; tilli. İti tinli stol. tip [yun. tynos – nümunə, forma]\n1. Şeylərin, hadisələrin məlum qrupuna uyğun gələn nümunə, model və ya variant; forma, növ. Sərnişin təyyarəsinin tipləri. Torpaq tipləri. Kazarma tipində ev.\n2. biol. Heyvan və bitki sistematikasında: qohum sinifləri birləşdirən bölgü. Gül bitkilərinin tipi. Buğumayaqlı heyvanlar tipi.\n3. İnsanın etnik mənsubiyyəti ilə bağlı olan səciyyəvi fiziki quruluşu, siması. Afrikalı tipi. Monqol tipi. Şərq tipi. // Sifət, xarici görünüş haqqında. Kəndli tipi. Şofer tipində bir adam.\n4. İctimai, peşə, mənəvi və s. xüsusiyyətləri bir cür olan adamlar kateqoriyası, habelə hər hansı belə bir qrupun bariz nümayəndəsi. Gənc kəndli tipi. – Usta Zeynal tamamilə dolğun, bitkin və parlaq ictimai tipdir. M.İbrahimov.\n5. ədəb. və inc. Hər hansı bir insan qrupunun səciyyəvi xüsusiyyətlərini özündə birləşdirən bədii surət. Meşşan tipi. Alim tipi. Komik tip.\n6. dan. Adətən qəribə və ya mənfi xasiyyətli adam haqqında. Qəribə tip. Tipin biridir. – [Məhəmməd:] Kolxozumuzun xeyri üçün gərək belə pozğun tiplərə divan tutanda uf deməyəsən! M.Hüseyn. tipaj [fr. typoge, əsli yun. typos]\n1. tex. Hər hansı məmulat növlərinin, modellərinin məcmusu. Təyyarələrin tipajı. Traktorların tipajı.\n2. inc. Adamların hər hansı ictimai kateqoriyası, tipi üçün səciyyəvi olan əlamətlərinin məcmusu. İctimai tipaj.\n3. kino. Öz səciyyəvi xarici görünüşünə görə hər hansı bir rola, surətə uyğun gələn aktyor. tipik sif.\n1. Müəyyən tipə xas olan, müəyyən tipi təmsil edən.\n2. Müəyyən xüsusiyyətlərə malik olan; səciyyəvi. Tipik hadisə.\n3. ədəb. və inc. Bir sıra adam, hadisə üçün səciyyəvi olan əlamət və xassələri özündə birləşdirən, əks etdirən. [Ü.Hacıbəyov] ailə həyatını tipik şəraitdə açır.. Ə.Sultanlı. tipikləşdirmə “Tipikləşdirmək”dən f.is. tipikləşdirmək f. Tipik etmək, tipik şəklə salmaq. tipiklik is.\n1. Tipik olma.\n2. ədəb. və inc. Bir çox şəxs və ya hadisə üçün səciyyəvi olan fərdi əlamət və xüsusiyyətlərin bir şəxs və ya hadisədə birləşməsi. tipləşdirmə “Tipləşdirmək”dən f.is. tipləşdirmək f.\n1. xüs. Müəyyən tipə uyğunlaşdırmaq. Texnoloji prosesləri tipləşdirmək. Tikinti obyektlərini standartlaşdırmaq və tipləşdirmək.\n2. ədəb. və inc. Tipik cəhəti seçib konkret bədii surətlərdə, formalarda təcəssüm etdirmək, canlandırmaq. tipoqraf [yun.]\n1. Mətbəə işi mütəxəssisi, mətbəə işçisi; mətbəəçi.\n2. köhn. Sətirtökən, mətnyığan maşın növü. tipoqrafiya [yun. typos və grapho] bax. mətbəə. tipologiya [yun. typos və logos] Şeylərin və ya hadisələrin hər hansı ümumi xüsusiyyətlərinə görə təsnifi. tipoloji sif. [yun.] Şeylərin, hadisələrin hər hansı tipinə aid olan. Tipoloji fərq. Tipoloji xüsusiyyətlər. // Şeylərin, hadisələrin əlamətlərinin ümumiliyini müəyyənləşdirməyə əsaslanan. Dillərin tipoloji təsnifi. Tipoloji tədqiqat. tir I. is.\n1. Kəsilmiş böyük ağacın budaqlardan təmizlənmiş və başı kəsilmiş gövdəsi: şalban, diniş. Bir vaqon tir. – Məktəbin yanına kərpic və tir yığılmışdı. Ə.Məmmədxanlı.\n2. Ağac və ya dəmir şalban, dirək. Talvarın tiri. – Ev köhnə evə oxşayırdı, çünki tirlərin çoxusu əyilibdir. C.Məmmədquluzadə. [Kosa] üzərinə qoşa tir atılmış çayın üstünə çıxdı. S.Rəhimov.\n\nII. [fars.] klas. bax. ox2. Ətrafım tir, kaman, oxdu; Dəlilər yanımda yoxdu. “Koroğlu”. Versəydi əgər dəstimə tir ilə kamanın; Seyd olmaz idim, mən dəxi seydəfkən olurdum. S.Ə.Şirvani.\n\nIII. [fr.] Təlim məqsədilə odlu və ya pnevmatik əl silahlarından nişana atmaq üçün xüsusi avadanlıqla təchiz edilmiş yer, bina. Alt otaqların birində tir düzəltmişdilər. Ə.Vəliyev. tiraj I. [fr.]\n1. İstiqraz və ya lotereya uduşlarının oynanması. Dövlət istiqrazının növbəti tirajı.\n2. İstiqraz vərəqlərinin və ya başqa kağızları buraxan idarə tərəfindən ödənilməsi. Ödəniş tirajı.\n\nII. [fr.] Buraxılmış çap nəşrləri nüsxələrinin sayı. Qəzetlərin tirajı. Bədii əsərlərin böyük tirajla çap edilməsi. tiran is. [yun.]\n1. Qədim Yunanıstanda və XIII-XVI əsrlərdə İtaliyada hakimiyyəti zorla ələ keçirən şəxs.\n2. Ölkəni zorakılıqla idarə edən amansız hökmdar. tirannozavr is. Nəhəng yırtıcı dinozavr cinsi. tirbaşı is. Tirin başından kəsilmiş parça (bax. tir1 1-ci mənada). tircik is. Balaca tir. tire [fr.]\n1. Uzun üfüqi xətt (–) şəklində durğu işarəsi.\n2. Morze əlifbasında belə işarə, habelə həmin işarəyə uyğun səs siqnalı. tireoidin is. [yun.] Qaramalın qurudulmuş qalxanabənzər vəzisindən alınan dərman preparatı. tirə I. is.\n1. Nəsil, tayfa. [Dadaş Lələşov:] El bilir ki, onların törəməsi ilə bizim tirə əmiuşağı olubdur. S.Rəhimov.\n2. Bir-biri ilə düşmənçilik edən və ya yola getməyən dəstələrdən hər biri. Naxçıvan əhli, demə, üç tirədir, beş tirədir. Ə.Qəmküsar. Əlləri xəncərli və qılınclı qumuqlar iki tirə olub, bir-birinə soxulmaq istəyirdilər. Çəmənzəminli.\n\nII. is.\n1. Arx, xəndək və s.-nin kənarlarında tökmə torpaq; azacıq hündür yer, təpəcik, təpəlik, dikdir. Çayırlı tirə. // Bölmə, bölüm, blok.\n2. Qıraq, kənar. Pəncərə tirəsində oturduqda [Həmzənin] gözü fikirli-fikirli bir kənarda dayanmış Qadirə sataşdı. Ə.Əbülhəsən. tirələnmə “Tirələnmək”dən f.is. tirələnmək f. Dəstələrə, bloklara ayrılmaq. Səs-küy qopdu. Xırmançılar tirələnib tərəfbətərəf oldular. S.Rəhimov. tirlənmə “Tirlənmək”dən f.is. tirlənmək f. Tir çəkmək, sərələnmək, uzanmaq. Bozdar da divarın dibinə tirlənərək dilini çıxarmış, ləhləyirdi. Ə.Vəliyev. [Arvad:] Allah, sən saxla, Allah, sən saxla, – deyib, şarpıltı ilə qarın içinə tirləndi. S.Rəhimov. tirli sif. Tiri (tirləri) olan, üstünə tir qoyulmuş, yaxud tir dayağı olan. tirmə is. Şərqdə: yun və ya ipəkdən toxunma naxışlı qiymətli şal parça; tirməşal. 5 metr tirmə. // Həmin parçadan olan. Balaca nimçələrdə tirmə süfrənin ortasına düzülmüş xuruşlar və yeməklər hamıdan artıq Məşədi Məmmədin diqqətini cəlb edirdi. B.Talıblı. [Qadın] tirmə şallı, cavan və yaraşıqlı bir gəlin idi. Mir Cəlal. tirməli sif. Tirmədən tikilmiş paltar geymiş və ya şal örtmüş. Tirməli gəlin lap cavan idi. Mir Cəlal. tirməşal bax. tirmə. Bu küçənin tirməşal qurşaq tacirləri ilə boğazı qalstuklu fabrikant və mədənçiləri.. bir müqəddərat daşıyırdılar. S.Hüseyn. tirtap zərf: tirtap düşmək (uzanmaq) – çox yorğun olduğundan əl və ayaqlarını uzadaraq uzanmaq, bərk yatmaq. [Rizvan] durub, canın dişinə alıb, özün yetirdi məndəcarlığa. Gördü ki, arvadı Nisə tirtap uzanıbdı. (Nağıl). Əleyhqazlarımızı başımızın altına qoyub tirtap düşərdik. Mir Cəlal. tir-tir zərf: tir-tir titrəmək (əsmək) – soyuqdan, qorxudan, həyəcandan bərk titrəmək, əsim-əsim əsmək. [Ərən:] Hər kəs Nəbini dəhşətlə dinləyir, qorxudan tir-tir əsirdi. Çəmənzəminli. tiryək is. [fars.] Yetişməmiş xaşxaşın qüvvətli narkotik maddə olan qurudulmuş şirəsi (bəzən dərman maddələri istehsalında istifadə olunur). [Xart Tehraniyə:] Tiryək sizi qurutmuşdur, qoca, hansı aslan ağzına alsa, ürəyi bulanıb geri qaytaracaq. Ə.Məmmədxanlı.\n2. Beyini, ağılı kütləşdirən, həqiqi varlığı düzgün dərk etməyə mane olan şey haqqında. Din yoxsullar üçün bir tiryəkdir ki, onları qəflətdə saxlayıb oyanmaqlarına mane olmuşdur. S.S.Axundov. tiryəkçi bax. tiryəki. Burada köhnə tiryəkçilər var, otuz illik stajı olanlar var. B.Talıblı. tiryəkxana is. [fars.] Tiryək çəkilən yer. Abkənarda çayxana olmadığı kimi, tiryəkxana da yox idi. S.Hüseyn. Bir kimsə qalmadı tiryəkxanada; Azacıq halına yoxdur yanan da. M.Müşfiq. tiryəki sif. [fars.] Tiryək çəkən adam; tiryəkçi, narkoman. [Qadın:] Bu mənim oğlumdur, .. tənbəl, biqeyrət, biar və tiryəkinin birisidir. S.Hüseyn. Mən cılız və tiryəki bir adamın səsinə oxşar bir səs eşitdim.. M.İbrahimov. tisəkləmə “Tisəkləmək”dən f.is. tisəkləmək f. Çisəmək, çiskinləmək, narın-narın yağmaq (yağış haqqında). Bəzən tisəkləyən, bəzən də güclənən bahar yağışı belə [Tərlangili] yerlərindən tərpədə bilmədi. M.Hüseyn. tişə is. [fars.]\n1. Daş və s. üzərində naxış qazımaq üçün ucuiti alət; qələm.\n2. Külüng. [Səfərin] cavanlıq vaxtında.. ağ sal daşlara vurduğu tişənin ahəngdar səsi gecə də qulağından getməzdi. Mir Cəlal. titan [yun.]\n1. kim. Boz-gümüşü rəngli bərk metal-kimyəvi element.\n2. Su qaynatmaq üçün xüsusi quruluşlu böyük qab, cihaz. titanit is. [yun.] Şəffaf növləri yarımqiymətli daş olan mineral. titə is. Bəzi adamların göz bəbəyində olan ağ ləkə. titəli sif. Titəsi olan, ləkəli. Titəli göz. titr [fr.]\n1. Kinolentdə yazı, izahedici və ya danışıq mətni.\n2. kim. Titrləmə üçün işlədilən məhlulun qatılığı.\n3. Toxuculuq sənayesində: ipək sapın və ya lifin qalınlığının çəki vahidləri ilə ifadə olunan xarakteristikası. Təbii ipək saplarda nömrə əvəzinə titr işlədilir. Titr 45 metr uzunluğunda olan sapın çəkisi deməkdir. “Əmtəəşünaslıq”. titrədici sif. Sarsıdıcı. Araz çayı körpüsündən İrana keçən ağır topların gurultusu hava gurultusu qədər dəhşətli və titrədici idi. M.S.Ordubadi. titrək sif.\n1. Titrəyən, titrər, əsən. Arvad zəif, titrək əlilə uşağın başını oxşayıb ovutmağa çalışırdı. M.İbrahimov. Nə xoşbəxtəm, bir yerdəyəm öz anamla indi mən; Əllərimi çəkməyirəm onun titrək əlindən. Z.Xəlil. // Məc. mənada səs haqqında. O gün sənin titrək laylan yollarıma işıq salır. Ə.Cavad. Boğulmasın titrək səsin; Saçlarına dən düşməsin. S.Vurğun.\n2. məc. Yanıb-sönən, sayrışan (işıq haqqında). Yanır qəribanə kənd axşamları; Titrək işıqlarla məscid şamları. S.Vurğun.\n3. Tərpənən, azacıq ləpələnən. Titrək dəniz. – Elə uçur, qanadlanır ki; Onun tək zərifdir, titrəkdir Göygöl. N.Xəzri. titrəquş is. dan. Soyuğa həssas olan, azacıq soyuqdan titrəməyə başlayan adam. Titrəquşun biridir. titrəmə “Titrəmək”dən f.is. İşığın titrəməsi. Monometr əqrəbinin titrəməsi. – [Mələyin] canı sızıldayır və ağladığı səsinin titrəməsindən anlaşılırdı. A.Divanbəyoğlu. İkram, qızın zərif əllərinin titrəməsindən, yas və iztirabla dolu gözlərinin küskün baxışlarından nə isə bir az ehtiyat elədi. Ə.Əbülhəsən. titrəmək f.\n1. Titrəmə tutmaq, əsmək. Geyər cırıq bürünməsin, soyuqda titrəyər, əsər; Gedər odunçu meşəyə, ağac qırar, odun kəsər. A.Səhhət. Mehriban əsəbiləşdiyindən titrəyən (f.sif.) əllərilə kəlağayısını başına doladığı halda [dedi]. S.Hüseyn. // məc. Əsmək. Qoca kövrək səsinin titrədiyini duyub susdu. M.Hüseyn.\n2. məc. Yanıb-sönmək, sayrışmaq, titrək işıq vermək. O gündən titrədi məscid şamları; Qərib gecələrin Ay işığında. S.Vurğun.\n3. məc. İztirab, narahatçılıq keçirmək, narahat olmaq. Qəhrəmanın öz oğlu üçün nə qədər titrədiyini Firəngiz yaxşı bilirdi. S.Rəhimov. // Dalğalanmaq, əsmək. Xalqın ciyərindən dalğalanaraq; Əllərdə titrədi bir qızıl bayraq. S.Vurğun.\n4. məc. Hərəkətə gəlmək, təlatümə gəlmək, sarsılmaq. Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar. C.Məmmədquluzadə. Göyə lərzə düşür bomba səsindən; Dağlar da titrəyib gəlir baş-başa. S.Vurğun. titrər bax. titrək. [Dərviş:] Ruqiyyənin yarpaq kimi titrər əlindən mənim əlimə bir atəş [keçdi]. A.Divanbəyoğlu. titrəşmə “Titrəşmək”dən f.is. titrəşmək qarş. Titrəmək (çox adam və ya şey haqqında). Göyərtədə durmuş adamların rəngbərəng yaylıqları titrəşirdi. M.Hüseyn. Səhərdir, titrəşir otlar, tər otlar. N.Xəzri. titrətmə 1. “Titrətmək”dən f.is.\n2. bax. titrətmə-qızdırma. titrətmək t-li.\n1. Azacıq o yan-bu yana hərəkət etdirmək, əsdirmək, tərpətmək. ..Sübhün həzin yeli yaşıl yarpaqları titrədir, ..çiçəklər baş-başa verərək bülbülün yanıqlı nəğməsinə səbəb olurdu. Çəmənzəminli. [Fəhlə] gözünü yavaş-yavaş aşağı enən kvadrata dikərək tormozun dəstəyini asta-asta titrədir və qazırdı. M.İbrahimov. // məc. Sarsıtmaq, yerindən tərpətmək. Hər gün top kimi guruldayan səslər yüksək, başıqarlı, dağları titrədir. M.İbrahimov. Bütün gecəni davam edən şiddətli tufan səhərə kimi dağları, dərələri titrətdi. Ə.Məmmədxanlı.\n2. Bədəninə titrətmə, üşütmə düşmək. [Fatma xanım:] Bu gecə sabaha kimi titrətmişəm. N.Vəzirov. [Sərvnaz Şahmara:] Nəcəfalı titrədib, yıxılıb yorğan-döşəyə. Od kimi yanır, heç halı özündə deyil. B.Bayramov.\n3. məc. “Ürəyini”, “qəlbini”, “vücudunu” və s. sözlərlə – həyəcanlandırmaq, həyəcana gətirmək, sarsıtmaq. Həzin musiqi səsi ürəkləri titrədir. – Barmağını zəngin düyməsinə basdıqda, içəridən [Mehribanın] yeknəsəq.. səsi eşidildikdə Zeynalın sanki vücudunu titrətdi. S.Hüseyn. titrətmə-qızdırma is. Titrədibqızdırma; titrətmə, malyariya. titrətməqovaq is. bot. bax. əsməqovaq. titrətməli sif.\n1. Titrətmə (malyariya) xəstəliyinə tutulmuş; titrətmə-qızdırmalı. ..Titrətməli adamlar kimi dişləri bir-birinə dəyə-dəyə pəncərənin altında çömbəltmə oturdu. Ə.Abasov.\n2. Titrətmə xəstəliyi mənbəyi olan, titrətmə-qızdırma xəstəliyini yayan. Bağ salır keçmişin məkan tutduğu; Sarı, titrətməli göllərdə gürcü. M.Müşfiq. titrəyiş is. Titrəmə, əsmə; titrəmə işi. Danışdıqca Zeynəbin səsi titrəyirdi, bu titrəyişdə həm dərin bir iztirab, .. həm də incə giley-küsü vardı. M.İbrahimov. Veys yorulmuşdu, onun qollarında və dizlərində nə isə bir gizilti və titrəyiş vardı. Ə.Əbülhəsən. titrləmə f.is. Hər hansı məhlulda olan maddələrin miqdarını, onun reaksiyasını, maddələrinin miqdarı məlum olan reaksiyalarla müqayisə edəcək müəyyənləşdirmə. titrləmək f. kim. Titrini müəyyən etmək (bax. titrləmə). titul [fr. titulus]\n1. Feodal və ya burjua cəmiyyətində: nəsildən-nəslə keçən, yaxud sonradan verilən fəxri ad, rütbə. İmperator titulu. Knyaz titulu. Xan titulu.\n2. mətb. Kitabın sərlövhəsi, adı. // Kitabın adı, müəllifinin adı, nəşr olunduğu il, yer və s. göstərilən birinci səhifəsi.\n3. xüs. Sovet dövründə: titul siyahısına daxil edilmiş əsaslı tikinti smetasının obyektlər üzrə adı. • Titul siyahısı xüs. – layihə və smetası təsdiq olunmuş əsaslı tikinti obyektlərinin siyahısı.\n4. hüq. Burjua hüquqşünaslığında: hər hansı bir hüququn əsası. Mülkiyyət titulu. tiyan is. Adətən içində qır əridilən, dəmirdən və s. metaldan qayrılmış çox iri, dərin qazan. Qırı tiyana tökmək. – [Xoca Əziz] ocağı asıb, qır-saqqızı tökdü tiyana, əridib elədi mum kimi. “Koroğlu”. // İri qazan. Anbardan sonra Rüstəm bəy bişmiş tiyanına yanaşdı, xörəyi daddı, məmnun qalmadı, ağıza alınası deyildi. Çəmənzəminli. Gömgöy su ilə doludur; Qalaylı tiyan. R.Rza. tiyança is. Balaca tiyan, kiçik tiyan. Qumru qalayı getmiş paxırlı tiyançanı gətirib küncə qoydu. Mir Cəlal. tiyançı bax. qırçı. tiyançılıq bax. qırçılıq. tiyə is. Qılınc, bıçaq və s. kəsici alətlərin kəsən (iti) tərəfi, ağzı. [Zeynal bıçağın] itiliyini nümunə etmək üçün barmağı ilə tiyəsinə təmas etdi. Çəmənzəminli. Bu zorba bıçağın üç-dörd tiyəsi, qayçısı... vardı. M.Hüseyn. tizfəhm sif. [fars. tiz və ər. fəhm] Tez başa düşən, çox anlaqlı, çox zirək, çox fərasətli, zəkalı. Mansur böyük bir həvəslə oxumaqla bərabər, çox zirək və tizfəhm olduğu üçün arif olanlar gələcəkdə bu yetim cavanı gözəl səadət gözləyəcəyini bilirdilər. C.Cabbarlı. toğay is. coğr. Çay vadilərində meşə, çaybasar meşə. toğlu is. On aylıq (bəzən də birillik) qoyun balası. Erkək toğlu. Dişi toğlu. – [Şərəfnisə xanım:] Neyləyək, ana, bir-iki yüz toğlu satarıq, genə pul olar. M.F.Axundzadə. toğlubaşı sif. dan. Tikintiyə yaramayan əyri-üyrü, kələ-kötür daş. Bəziləri paya kəsib hazırlayır, çayın içinə salınmış iri daşların dalına sancıb şəl basır və böyürlərinə toğlubaşı daşlardan töküb, çayın ağzını əkinlərin üzərindən azdırırdılar. Ə.Vəliyev. // İs. mənasında. Toğlubaşıdan divar olmaz. tox I. sif.\n1. Aclıq hiss etməyən, yeməyə ehtiyacı olmayan, yeyib doymuş (ac ziddi). Tox adam. – Təranə deyir: – Toxam; Yemək istəmirəm mən. R.Rza. • Tox olmaq – yeyib doymaq, daha yemək istəməmək, ac olmamaq. Tox oldu, ac qarınlar cümlə doldu. S.Ə.Şirvani. // İs. mənasında. Toxun acdan nə xəbəri. (Məsəl).\n2. Bəslənmiş, yedirdilmiş, bəslənib kökəldilmiş, yeyib doymuş. Tox inəklər quyruqlarını bulaya-bulaya tənbəl-tənbəl yeriyirdilər. İ.Hüseynov.\n3. məc. Firavan yaşayan, dövlətli, varlı. Tox adam. Tox (z.) yaşamaq. // məc. Özündənrazı, lovğa, harın. Rüxsarə xanım Kərbəlayı Səfdərin tox və harın sifətini görüb bir söz demədi, ətrafına göz gəzdirdi. T.Ş.Simurq.\n4. məc. Təngə gəlmiş, çiyrənmiş, doymuş. “Sözdən, məhəbbətdən toxam” – dedin; İndi də sən məndən həyat istədin. B.Vahabzadə. ‣ Gözü tox olmaq – bax. göz. Özünü tox tutmaq (saxlamaq) – özünü saxlamaq, özünü sındırmamaq.\n\nII. sif. Rəng adlarının əvvəlinə gəlib tündlük mənası verir; tünd. Tox qırmızı. toxa is. Kətmən. Pas atır toxalar, bellər, kürəklər; Barmaqlar dincəlir, əllər şad olur. S.Vurğun. Kəndli qadın əlində alakeş, kürək, toxa gəlirdi. Mir Cəlal. toxac is. Yeri, torpağı, qırı, asfaltı və s.-ni döyüb, ya basıb bərkitmək üçün alət. toxaclama “Toxaclamaq”dan f.is. toxaclamaq f. Toxacla döyəcləyib (basıb) bərkitmək. toxaclanma “Toxaclanmaq”dan f.is. toxaclanmaq məch. Toxacla döyəclənib (basılıb) bərkidilmək. toxalama “Toxalamaq”dan f.is. toxalamaq f. Kətmənləmək. Pambıq sahəsini toxalamaq. toxalanma “Toxalanmaq”dan f.is. toxalanmaq məch. Kətmənlənmək. Bitkilərin arası toxalandı. toxalma “Toxalmaq”dan f.is. toxalmaq f. dan. Yeyib doymaq, tox olmaq. Ver Çakərə yüz-yüz ki yesin, qarnı toxalsın. Ə.Qəmküsar. toxqarın is. Doymuş, ac olmayan, tox. [Həkim kişiyə:] Yəqin toxqarına özünü soyuğa verib. Çəmənzəminli. toxluq I. is.\n1. Tox olma, ac olmama, yeyib doyma (aclıq əksi). Yaxşılıq, yamanlıq, toxluq və aclıq məfhumlarına qarşı yenə yad və laqeyd idim. Çəmənzəminli. ..Professor toxluqdan təngişən nəfəsini güclə alırdı. B.Bayramov.\n2. məc. Harınlıq, lovğalıq. Aclıq nəyi yedirtməz; Toxluq nəyi dedirtməz? (Ata. sözü). ‣ Toxluq etmək (eləmək) – həddən artıq yeməkdən xəstələnmək. [Rəhim:] Səfərəlinin fikri odur ki, qonaqları o qədər yedirtsin ki, yazıqlar toxluq eyləyib qırılsınlar. N.Vəzirov. [Veys:] Heç eşitməmişəm deyələr, filan dövlətli toxluq eləyib ölüb. Ə.Əbülhəsən.\n\nII. is. Tündlük (bax. tox2). Rəng nəzəriyyəsinə görə rəng qüvvəsi onun həm toxluğundan, həm də aclığından asılı olan bir keyfiyyətdir. A.Qazıyev. toxmacar is. Çoxillik bitkilərin toxumlarından alınan cavan bitki şitili. Tut toxmacarı. – [Nəriman:] ..Dəyirman altındakı açıqlığı .. toxmacar şitilliyi eləyək. İ.Əfəndiyev. toxmacarlıq is. Toxmacar əkilmiş sahə, yer. [Suçu:] Murad dayı, sabah təzə toxmacarlığı suvaraqmı? İ.Əfəndiyev. toxmaq is.\n1. Ağacdan yonulmuş iribaşlı çəkic, çox yoğun taxta çəkic. Çadır mıxlarına vurulan toxmaqların səsi Culfa dağlarını və Ələncik qalasını titrədirdi. M.S.Ordubadi.\n2. Dəyənək, çomaq, kötək. Çoban toxmağı. – Divanəmisən? Yaxud da axmaq; Get, yoxsa yeyərsən əlli toxmaq. Xətayi.\n3. Keçmişdə qapını döymək üçün qapılara asılan çəkicəoxşar alət. Həmzə ilə işi olan muzdur darvazanın dəmir toxmağını döyəndə Əminə darvazanı açardı. Ə.Əbülhəsən.\n4. Paltarı suyun içində döyəcləyib təmizləmək və ya başqa məqsədlər üçün istifadə edilən bir başı qalın və yastı ağac parçası. ‣ Nə tüfəngə çaxmaq(dır), nə sünbəyə toxmaq; nə tüfəngin çaxmağıdır, nə sünbənin toxmağı – əlindən heç bir iş gəlməyən, heç bir işə yaramayan adam haqqında. Nə tüfəngə çaxmaq, nə sünbəyə toxmaq. (Ata. sözü). Bir tanış var, kəsilməyir yanımızdan ayağı; Nə tüfəngin çaxmağıdır, nə sünbənin toxmağı. S.Vurğun. toxmaqcıq is.\n1. Kiçik toxmaq, balaca toxmaq.\n2. bot. Yoğun, bəzən ətləşmiş, sünbülə oxşayan ot-bitki. toxmaqçiçəkli (=toxmaqçiçəklilər) cəm bot. Birləpəli bitkilərin daxil olduğu bitki sırası. toxmaqçiçəklilər (=toxmaqçiçəkli) cəm bot. Birləpəli bitkilərin daxil olduğu bitki sırası. toxmaqlama “Toxmaqlamaq”dan f.is. toxmaqlamaq f. Toxmaqla vurmaq, döymək. Keçəni toxmaqlamaq. toxmaqlanma “Toxmaqlanmaq”dan f.is. toxmaqlanmaq məch. Toxmaqla vurulmaq, döyülmək. toxmaqlı sif.\n1. Əlində və ya yanında toxmaq olan.\n2. Toxmağı olan (bax. toxmaq 3-cü mənada). Toxmaqlı qapı. – Dəmir toxmaqlı darvazalar tez-tez açılıb-örtülür. Ə.Əbülhəsən. toxtaq sif. və zərf Sakit, rahat, aram, arxayın. Yusif yenə də toxtaq danışır, sabah hər şeyin aydın ola ağını inamla söyləyirdi. B.Bayramov. • Toxtaq vermək – bax. toxtaqlıq vermək (“toxtaqlıq”da). [Kərbəlayı Fatma:] Kişi, gəlib eləyən yoxdur. Özünə toxtaq ver. Səni qara basıb. M.Əliyev. Salman vaxtında cilovu çəkib, [Mayaya] toxtaq verdi. M.İbrahimov. Özünü toxtaq saxlamaq – bax. toxtamaq 1-ci mənada. [Piri baba:] Özünü itirmə, toxtaq saxla. S.S.Axundov. [Gülməmməd:] Özünü toxtaq saxla, budur, camaat qayıdır. Ə.Haqverdiyev. toxtaqlanma “Toxtaqlanmaq”dan f.is. toxtaqlanmaq bax. toxtamaq 1-ci mənada. [Dərviş:] Özümə gəldim, toxtaqlanıb, özümü Ruqiyyənin üstünə saldım. A.Divanbəyoğlu. toxtaqlıq is. Toxtaq olma; arxayınlıq, xatircəmlik, rahatlıq, səbir, dözüm. Toxtaqlıq, təskinlik bədbəxt hadisəni geri qaytarmır. Ə.Vəliyev. • Toxtaqlıq vermək – bax. toxtatmaq. Haya gələn ağsaqqal, qarasaqqal Rüstəmə toxtaqlıq verməyə başladı. S.Rəhimov. Sərvinaz qarı kişinin fikrini başa düşmüş, ona toxtaqlıq vermişdi. B.Bayramov. toxtama “Toxtamaq”dan f.is. toxtamaq f.\n1. Dayanmaq, dözmək, səbir etmək, duruxmaq; sakit olmaq, özünü saxlamaq, özünü ələ almaq. Sən bir toxta. Toxta görüm. – Gülsəhər bir az toxtadı. Ə.Vəliyev. İsa burada toxtayıb, bir az təşvişlə arvadı Güllüyə baxdı ki, bunun da səbəbi vardı. Ə.Əbülhəsən. // Dayanmaq, kəsilmək, sakitləşmək (ağrı haqqında). Dişin ağrısı bir az toxtadı.\n2. Bir yerə gəlib çatmaq, yetişmək, çatıb dayanmaq. Biz gəlib kənddə toxtadıq. toxtatma “Toxtatmaq”dan f.is. toxtatmaq f. Sakit etmək, rahat etmək, toxtaq vermək. Miraxur özünü toxtatmaq üçün çubuğa bir qullab vurdu. Çəmənzəminli. Gecənin sərinliyi sinəsinə dolub [Xanpərini] toxtadırdı. Ə.Vəliyev. toxucu is.\n1. Dəzgahda parça və s. toxuyan fəhlə, usta. Alimlər də, toxucular da bu fikirdədirlər ki, Əzizin tapdığı və təcrübə üçün əkdiyi toxumun böyük gələcəyi vardır. Ə.Vəliyev. // Sif. mənasında. Toxucu qızlar.\n2. bax. toxuculuq 1-ci mənada. Bakıda işçilər tətil etmişlər, toxucu fabriki tətilçilərin əlindədir. H.Nəzərli. Toxucu karxanaları bağlanır, darvazalar tez-tez açılıb-örtülürdü. Ə.Əbülhəsən. toxuculuq is.\n1. Yüngül sənayenin parça toxumaqla məşğul olan sahəsi. Toxuculuq fabriki.\n2. Toxucunun sənəti, peşəsi, işi. Toxuculuq kursu. toxum is. [fars.]\n1. Ali bitkilərin adətən mayalanmadan sonra inkişaf edən və maya ilə qabıqdan ibarət olan rüşeymi; tum. Keşniş toxumu. – Şair ilə Afaq ləklərə çiçək, yonca toxumu səpib, çəpər boyu cavan ağaclar əkdilər. Ə.Məmmədxanlı. Gülqönçə toxumları yığmaq istəyir. H.Seyidbəyli. // Bitkilərin yemək üçün və ya başqa məqsədlərlə istifadə olunan rüşeymi (tumu). Şirli bardaqlarda içinə reyhan toxumu salınmış şərbətlər qoyuldu. Çəmənzəminli.\n2. Əkmək üçün ayrılmış dən. Əla toxum cinsi. – Kiminin öküzü, çoxunun toxumu, bəzilərinin də cütü yox idi. Ə.Vəliyev.\n3. fiziol. Sperma, döl. Merinos qoyunun toxumu. // Nəsil, soy, döl. ‣ Toxumu (toxumunuz) kəsilsin! (yer üzərindən götürülsün!) – qarğış ifadəsi. [Hacı Qara:] Səni lənətə gələsən arvad, toxumunuz yer üzündən götürülsün! M.F.Axundzadə. toxuma 1. “Toxumaq”dan f.is. Toxumanı davam etdirmək üçün ip sol əlin şəhadət barmağı üzərində eyni qaydada saxlanılır.\n2. is. Toxunmuş arşınmalı, parça. İpək toxuma. Dekorativ toxuma.\n3. is. biol. Bir-birilə bağlı olan və orqanizmdə eyni vəzifələri görən eynicinsli hüceyrə qrupu. Əzələ toxuması. Birləşdirici toxuma. toxumaq f.\n1. Uzununa (əriş) və eninə (arğac) sapları bir-birinin arasından keçirməklə parça, xalça və s. hazırlamaq. Mahud toxumaq. Çit toxumaq. – Mürgüləyir nənəm taxıb çeşməyi; Düşür yerə toxuduğu əlcəyi. A.Səhhət. [Sarıköynək] çox vaxt həyətdə oturub həsir toxuyardı. S.Hüseyn. // Eyni üsulla parça üzərində naxış, şəkil hörmək. Təkəlduz toxumaq. Buta toxumaq.\n2. Hörmək. Ağabəyim bütün günü .. rəngin xəzəldən çələng toxuyur, dayəsinə min bir sual verirdi. Çəmənzəminli. Çələng toxumağa, gül var, çiçək var. N.Xəzri.\n3. “Özünü” sözü ilə – bax. vurmaq 20-ci mənada. Fatma qırğı kimi özünü təndirə toxuyur, kəhrəba kimi sarı çörəkləri əlində çıxarıb, buğlana-buğlana süfrənin üstünə atırdı. Mir Cəlal.\n4. məc. dan. Uydurmaq, özündən quraşdırmaq. Yalan toxumaq. toxumcuq “Toxum”dan kiç. Tumcuq. toxumçu is. Toxumçuluq mütəxəssisi. toxumçuluq is.\n1. Bitkiçiliyin, toxumçuluq bitkilər yetişdirmək və cins toxumlar almaqla məşğul olan sahəsi. Toxumçuluq sovxozu. Toxumçuluq təcrübə stansiyası.\n2. Toxumçunun işi, peşəsi, ixtisası. Toxumçuluqla məşğul olmaq. toxumlama “Toxumlamaq”dan f.is. toxumlamaq f.\n1. Toxum əmələ gəlmək, toxumu yetişmək. Kələm toxumladı.\n2. dan. Toxum səpmək. Ləkləri toxumlamaq. toxumluq is.\n1. Toxum kimi əkilmək üçün ayrılmış dən; tumluq. Mirzə Valeh arpadan .. ayırıb, gələcək toxumluq üçün saxladı. S.Rəhimov. Səriyyə isə buğdaları yoxlayıb, gələn il üçün toxumluq ayırırdı. M.Hüseyn. // Sif. mənasında. Əkmək üçün yararlı, əkilmək üçün ayrılmış; tumluq. Toxumluq qarğıdalı. // Toxum almaq üçün əkilmiş sahə. ..Tarla və bostanların toxumluqları belə çalınmışdı. Çəmənzəminli.\n2. fiziol. Erkək cinsiyyət vəzisi. Erkəklərin toxumluq adlanan çoxalma üzvləri də qoşa olur. Toxumluqlar içərisində spermatozoid adlanan toxum hüceyrələri əmələ gəlir. “Zoologiya”. // bot. Çiçəyin toxum əmələ gələn hissəsi. Çiçəyin toxumluğu yuxarıda çox vaxt 3 yuvalı, bəzi hallarda isə 4 və ya 6 yuvalı olur. “Çay bitkisi”. toxumsəpən sif. Toxum səpməyə məxsus (maşın); əllə toxum səpən (adam). [Malik] yaxın günlərdə kolxozun bir traktor və iki toxumsəpən maşın alacağını bildirdikdə isə hamı “çox sağ ol, çox sağ ol!” – deyib sevindi. M.İbrahimov. // İs. mənasında. Toxumsəpən maşın. Toxumsəpənləri təmir edirlər. M.İbrahimov. toxunan is. və sif. riyaz. Əyri xətlə bir ümumi nöqtəsi olan, lakin onunla kəsişməyən (düz xətt). Çevrəyə toxunan çəkmək. toxundurma “Toxundurmaq”dan f.is. toxundurmaq f. Toxunmasına səbəb olmaq; dəydirmək. İki şeyi bir-birinə toxundurmaq. Əlini topa toxundurmaq. toxunma I. “Toxunmaq1”dan f.is.\n\nII.\n1. “Toxunmaq2”dan f.is.\n2. sif. Toxunmuş, trikotaj. Toxunma məmulat. toxunmaq I. f.\n1. Əl və ya bədənin başqa bir üzvü ilə bir şeyə dəymək, təmas etmək, əlini vurmaq. [Vaqif] qeyri-ixtiyari olaraq əlini pəncərəyə tərəf hərləyəndə güldana toxunub saldı. Çəmənzəminli. Diyar kişi dirsəyi ilə arvadına toxunub pıçıldadı... Ə.Məmmədxanlı.\n2. Əl vurmaq, qarışdırmaq, dəymək. Mənim şeylərimə toxunma! Bu kitablara kim toxunub? Heç kəs bu kağızlara toxunmasın.\n3. məc. Üstündə ötəri dayanmaq, bəhs etmək, danışmaq.\n4. məc. Pis təsir etmək, təhqir etmək, könlünə dəymək, sataşmaq. Könlünə toxunmaq. – Qismət olsa, bundan belə yazmaram; Toxunarsa sözüm elə, yazmaram. M.Ə.Sabir. Bu sual şəfqət bacısına toxundu. Ə.Sadıq. // məc. İnkar şəklində: toxunmamaq – əl dəyməmək, işi olmamaq, dəyməmək, dəyibdolaşmamaq, sataşmamaq. Mənə toxunma! – ..Anatoli işarə etdi ki, [faşistə] toxunmasınlar, çünki əsas plan pozula bilər. S.Vəliyev. Bu eybəcər quşa kimsə toxunmaz; Səsindən, özündən həzz alaq deyə. B.Vahabzadə.\n5. məc. Aidiyyəti olmaq, əlaqəsi olmaq, dəxli olmaq. Bu məsələ mənə toxunmur. – Çingiz .. müsəlman “zemlyaçestvo”sunun sədri olduğu üçün bu şikayətlər ən əvvəl ona toxunurdu. Çəmənzəminli.\n\nII. “Toxumaq”dan məch. Parça toxunmaq. Əlcək toxunmaq. Xalça toxunmaq. – [Nəcəfalının] əynində güzəmdən toxunmuş (f.sif.) şalvardan, çit köynəkdən başqa heç nə yox idi. B.Bayramov. toxunmuş f.sif. Toxunmaqla hazırlanmış. Toxunmuş jaket. toxunulmaz sif.\n1. Vaxtı çatana qədər qorunub saxlanılmalı olan, istifadə olunmayan, sərf olunmayan, işlənməyən. Toxunulmaz ehtiyat. Toxunulmaz fond. // məc. Heç kəsin toxunmağa, qəsd etməyə, pozmağa ixtiyarı olmayan. Elə bil [Həmişəyevin] toxunulmaz hörmətinə zədə dəymişdi. B.Bayramov.\n2. Birinin toxunmasından, qəsdindən qanunən qorunan, qanunun himayəsi altında olan. Toxunulmaz şəxsiyyət. toxunulmazlıq is. Toxunulmaz şəxs, ya şeyin halı. Diplomatik toxunulmazlıq. tokar [rus.] bax. tornaçı. Bəli, [Həsən] tokar olacaqdı. H.Seyidbəyli. tokarlıq bax. tornaçılıq. tokkata [ital.] mus. Fortepiano və ya orqanda sürətlə və canlı ritmik hərəkətlə ifa olunan musiqi pyesi. toksemiya [yun. toxikon – zəhər və haima – qan] tib. Toksinin qana düşməsi nəticəsində orqanizmin zəhərlənməsi. toksik sif. [yun. toxikon-dan]\n1. Zəhərli, zəhərləyici. Toksik maddələr. Nikotinin toksik təsiri.\n2. Toksinin təsiri nəticəsi olan. Sinir sisteminin toksik zədələnməsi. toksikologiya [yun. toxikon – zəhər və logos – elm] Zəhərləri və onların orqanizmə təsirinin xüsusiyyətlərini öyrənən elm. toksikoloji “Toksikologiya”dan sif. toksikoloq [yun. toxikon və logosdan] Toksikologiya mütəxəssisi. toksikoz [yun. toxikon-dan] tib. Orqanizmin, zəhər və zəhərli maddələrin (toksinlərin) təsiri nəticəsində əmələ gələn xəstəlik vəziyyəti. toksin [yun. toxikon – dan] biol. və tib. Bəzi mikroorqanizmlərdə, eləcə də bəzi heyvanlarda və bitkilərdə əmələ gələn zəhərli maddələr. toksoplazmoz is. tib. İnsan və heyvanlarda toksoplazmaların törətdiyi parazitar xəstəlik. toqqa is. Qayışı, kəməri çəkib bağlamaq üçün onun başında olan qarmaqlı bənd. Sübhanverdizadə dərindən nəfəs alaraq yan yemək otağına keçdi. Yaxasının düymələrini açdı və toqqasının dilini boşaltdı. S.Rəhimov. [Xasay] bu əmri birinci olaraq yerinə yetirdi. Toqqasını bərkidib düzəltdi. Ə.Vəliyev. // Ümumiyyətlə, kəmər, qayış. Axırda Dəmirçioğlu atasından gizlin bir canlı kotan zəncirini də götürüb, toqqa əvəzinə belinə bağladı, Çənlibelə tərəf yola düşdü. “Koroğlu”. [Musanın] ensiz toqqasına həmişə ya qəzet, ya da kitab sancılmış olardı. B.Bayramov. ‣ Toqqanın altını bərkitmək zar. – yaxşıca yemək. Toqqanın altını bərkidib aşıq; Bir də telli sazı basır bağrına. H.Hüseynzadə. toqqac is. Yorğan-döşək, palaz və s. çırpmaq üçün nazik çubuq. Gülaranın palazlara, gəbələrə endirdiyi toqqacların taqqıltısı ətrafa yayılırdı. Ə.Vəliyev. toqqaclama “Toqqaclamaq”dan f.is. toqqaclamaq f. Toqqacla vurmaq, toqqacla çırpmaq. toqqalanma “Toqqalanmaq”dan f.is. toqqalanmaq f.\n1. Belinə toqqa (qayış, kəmər) bağlamaq. [Əlisgəndər] köynəyini geyib toqqalandı. Ə.Vəliyev. [Milis müvəkkili] şıq geyinmişdi, sığallanıb toqqalanmışdı. B.Bayramov.\n2. Bir şeyi ortasından toqqa, qayış və ya iplə bağlamaq. [Rizvanın] ortadan toqqalanmış (f.sif) çamadanını Nənəqız darvazanın ağzında əlindən alıb boynunu qucaqladı. S.Rəhimov. toqqalı sif.\n1. Belinə toqqa bağlamış; qayışlı, kəmərli. Yaxası açıq, toqqalı, pencəksiz, nazik bir oğlan içəri girdi. Mir Cəlal.\n2. Toqqa, qayış, ip və s. ilə bağlanmış. Toqqalı məfrəş. toqquşdurma “Toqquşdurmaq”dan f.is. toqquşdurmaq f. Bir-birinə toxundurmaq, bir-birinə vurmaq. Maşınları toqquşdurmaq. // məc. Aralarında ziddiyyət yaratmaq, aralarını vurmaq, dalaşdırmaq, toqquşmalarına səbəb olmaq. Qonşuları toqquşdurmaq. – Görünür, vəziyyət özü [Tərlanı] Əlyarovla toqquşduracaqdı. M.Hüseyn. toqquşma 1. “Toqquşmaq”dan f.is.\n2. Mübahisə, münaqişə, sözə gəlmə, dalaşma, dava-dalaş. [Həcər xanım:] Şəmsinin fikrini anlayıram, o qorxur ki, yenə aralarına toqquşma düşər. S.S.Axundov. Elə bil [Mirzə Polad] heç Müqim bəylə üz-üzə gəlməmiş, onların arasında heç bir toqquşma olmamışdır. S.Rəhimov.\n3. Vuruşma, çırpışma, döyüş. Elə bu zaman polislə nümayişçilər arasında ilk toqquşma oldu. S.Rəhman. toqquşmaq f.\n1. Qarşı-qarşıya hərəkət edərkən üz-üzə gələrək bir-birinə bərk toxunmaq, dəymək, çarpmaq. Qatarlar toqquşdu. – ..Hovuzun bu başından girib, o biri başına çatana qədər on adama toqquşursan. Çəmənzəminli. // məc. Aralarında ziddiyyət baş vermək; dalaşmaq, küsüşmək. Yenə də Şəfiqə ilə Zeynal toqquşdular. H.Seyidbəyli.\n2. Gözlənmədən təsadüf etmək, təsadüfən rast gəlmək, birdən rastlaşmaq, üz-üzə gəlmək. Komendant özünü itirmiş halda qayıdıb çölə çıxarkən qapıda Həkimülmülk və sərtib Səlimi ilə toqquşdu. M.İbrahimov.\n3. Üz-üzə gəlib vuruşmağa başlamaq; döyüşmək, vuruşmaq. Düşmənlə toqquşmaq.\n4. məc. Maraqları, mənafeləri, əqidələri, tələbləri müxtəlif olduğu üçün bir-biri ilə mübarizə aparmaq. [Saltik:] Şübhə yox, toqquşacaq xeyirlə şər. A.Şaiq. Gülşən indi toqquşan (f.sif.), çarpışan iki fikir arasında qalmışdı. Ə.Vəliyev. tol [fr.] Damı örtmək üçün xüsusi tərkibli maddə hopdurulmuş karton. tolazlama 1. “Tolazlamaq”dan f.is.\n2. bax. atmaca. [Şamo:] Camaat içində mənə bir tolazlama söz atdı. S.Rəhimov. tolazlamaq f. Əlini dala gərərək bir şeyi uzağa atmaq, tullamaq. [İmamverdi:] A qız [Sona], o nədir tolazlamısan səlbəni, gedib dəyib Haykanuşun danasının gözünə? C.Cabbarlı. Qaraca çoban əlindəki məşəli və çomağı bir-bir yaxınlaşan atlılara sarı tolazlayıb bir neçəsini atdan yıxdı. M.Rzaquluzadə. tolstovka [Yazıçı L.N.Tolstoyun adından] Qırçınları olan kəmərli, enli, uzun kişi üst köynəyi. Mirzə Mustafanın zahiri sifəti başqalarından seçilmirdi üzü qırxıq, bığları gödək kəsilmiş, başında fəhlə kepkası, əynində tolstovka xələti və i.a. E.Sultanov. tolstoyçuluq is. [Yazıçı L.N.Tolstoyun adından] Öz dövrünün ictimai quruluşunu və mədəniyyətini patriarxal kəndli mövqeyin ən tənqid və inkar edən və əxlaqi təkmilləşmə və pisliyə qarşı müqavimət göstərməmək ideyasını təbliğ edən dini-etik nəzəriyyəsi. toluol is. [isp.] İyli, yanar rəngsiz maye. tomağa is. Bəzi quşların (o cümlədən bəzi toyuqların) başındakı kəkil. Laçın təki başda ala tomağa; Yaşmağı tutmaya dişə, dodağa. M.P.Vaqif. // Bəzi bitkilərin yumru və ya qoza şəklində olan toxumluğu. tomağalı sif. Tomağası olan, kəkilli. Tomağalı toyuq. tomat [isp.] Pomidor pastası (sousu). Tomatda bişirilmiş balıq. tomatlı sif. Tomat tökülmüş, tomatla bişirilmiş. Tomatlı şorba. tombul sif. dan. Ağ və yumşaq. Ağ tombul pambıqlar da; Açılar tarlalarda. N.Rəfibəyli. // Ağ və koppuş. Anuş o tombul, o pambıq əllərini mənə uzadırkən: – Biz çoxdan tanışıq! – deyə əlini tutdum. A.Şaiq. tomoqrafiya is. [yun.] Rengenoloji müayinə üsulu. tompak is. [fr.] Bürüncün bir növü. ton I. [fr.] Metrik ölçü sistemdə 1000 kiloqrama bərabər çəki vahidi.\n\nII. [yun. tonos – səsin yüksəldilməsi]\n1. fiz. Havanın dövraşırı titrəyişindən ibarət olub onun yüksəklik dərəcəsini müəyyən edən səs. Yüksək ton. Aşağı ton. // Müəyyən yüksəklikdə plan musiqi səsi.\n2. tib. İşləyən ürəyin, onun qapaqlarının səsi; insan bədəninin içiboş üzvlərini tıqqıldadanda çıxan səs. Ürəyin tonu.\n3. mus. İki yarımtondan ibarət olan və səsin yüksəkliyinə görə fərqini müəyyənləşdirmək üçün vahid kimi götürülən interval. Ariyanı iki ton aşağı salmaq.\n4. mus. Tonallıq. Major ton. Minor ton. // məc. Emosional əhvali-ruhiyyə. Şerin major tonu.\n5. Musiqi alətinin və ya səsin səslənmə çaları, xüsusiyyəti. Təmiz ton. Fortepianonun tonu. // İfaçının alətə və ya səsə verdiyi səslənmə xüsusiyyəti. // Danışan adamın səsinin yüksəkliyi və ya gücü; səs. Səsinin tonunu qaldırmaq. – Uzun bir nitq söyləməyə hazırlaşmış kimi görünən katib birdən səsini alçaldıb danışığın tonunu dəyişdi.. Ə.Sadıq.\n6. Nitqin səslənməsinin xarakteri, danışanın (və ya yazanın) hisslərini, onun haqqında danışdığı şeyə olan münasibətini, əhvaliruhiyyəsini və s.-ni ifadə edən tələffüz (və ya yazı) xüsusiyyəti, tərzi. Amiranə ton. Mülayim ton. – Səlim bəzən acıqlı-acıqlı, bəzən həyasız bir tonda cavab verirdi. M.İbrahimov. // Üslub, ifadə tərzi. Tənqidi məqalənin tonu.\n7. Rəng, çalar, habelə hər hansı bir rəngin açıqlıq və ya tündlük dərəcəsi. Açıq tonlar. Tünd ton. – Rəng tonu yalnız xromatik rənglərə mənsub olub, rəngin qırmızıya, sarıya və s. çalmasını müəyyən edir. A.Qaziyev. ‣ Ton vermək – işin gedişini lazımi istiqamətə yönəltmək. tonal [yun.]\n1. mus. Bir tondan başqa tona keçmə (bax ton2 1 və 5-ci mənalarda).\n2. mus. və inc. Tonallığa aid olan (bax. tonallıq). Musiqi əsərinin tonal quruluşu. tonallıq is.\n1. mus. Musiqi ladının (kökünün), xromatik qammanın bu və ya digər pərdəsinin düzülüşündən asılı olaraq çıxardığı səslərin səciyyəvi xüsusiyyəti. Do major tonallığı. Si bemol minor tonallığı.\n2. inc. Rəsmdə hər hansı bir əhvali-ruhiyyə əmələ gəlməsinə kömək edən əsas, üstün rəng, kolorit. Tonallığın pozulması. ton-kilometr is. xüs. Bir ton yükü bir kilometr məsafəyə aparmaq əsasında hesablanan yükdaşıma vahidi. tonqal is. Yanan, yaxud yandırmaq üçün üst-üstə yığılmış odun, çör-çöp, şax-budaq və s. yığını. Bir neçə tayqada sönən tonqalın; İstisi şerimdə, sözümdə qaldı. N.Xəzri. [Qarı:] Çobanlardır, tonqal qalayıblar, – dedi, – gedək, biz də qızınıb paltarımızı qurudaq. Ə.Məmmədxanlı. tonqalotu is. bot. İri çiçək qrupu və sünbülcükləri olan ot-bitki. tonluq sif. Rəqəmlərdən sonra gələrək maşının neçə ton yük apardığını, kranın neçə ton qaldırdığını və s. bildirir. 25 tonluq maşın. ton-mil is. dəniz. Bir ton yükü bir mil məsafəyə aparma əsasında hesablanan gəminin yükdaşıma vahidi. tonnaj [fr.]\n1. dəniz. Gəminin (gəmilərin) sututumu və ya yükgötürmə, yükdaşıma qabiliyyəti. Gəminin tonnajı.\n2. xüs. Nəqliyyat vasitələrinin, nəqliyyatın yükgötürmə, yükdaşıma qabiliyyəti. Vaqonun tonnajı. Təyyarənin tonnajı.\n3. xüs. Hər hansı bir məhsulun çəki ilə buraxılması. tonus [lat. tonus, əsli yun. tonos – gərginlik]\n1. fiziol. Sinir sisteminin və əzələ toxumalarının yorğunluq törətməyən uzunmüddətli qıcıqlanması (fəaliyyəti). Toxumaların tonusu. Sinir sisteminin tonusu.\n2. məc. Həyat fəaliyyəti, fəaliyyət. tonyarımlıq sif. 1500 kiloqram yük götürən. İsti və bürkülü iyun günlərinin birində tonyarımlıq yük maşını Dəmirçilər kəndində kolxoz idarəsinin qabağında dayandı. Ə.Vəliyev. Qafar tonyarımlıq maşına atılıb, kəsə yolda toz qopara-qopara usta dalınca getdi. Q.İlkin. top I. is. Bərk səthə dəyəndə geri sıçrayan elastik materialdan hazırlanmış bütöv və ya içiboş şar. Futbol topu. Voleybol topu. Rezin top. Topla oynamaq. ‣ Top kimi (sağlam) – çox sağlam, heç bir xəstəliyi olmayan, sapsağlam. Canımız top kimi sağlam, qıvraq. M.Müşfiq. Sıralarda oturan sakit, top kimi sağlam kənd uşaqları müəllimlərinin xasiyyətinə öyrənmişdilər. Mir Cəlal.\n\nII. is.\n1. Artilleriya silahlarının ümumi adı. Artilleriya topu. Zenit topu. – Evlərin ürəyi qopur yerindən; Sarsılır varlığı top səslərindən. M.Rahim. // Uzunlüləli artilleriya silahı. Uzunlüləli top. • Topa tutmaq – hədəfə top atmaq, top atəşi açmaq. Az qalıb bizimçün qiyamət qopa; Tutacaqlar bizi bu saat topa. H.K.Sanılı. [Cavad:] De görək, Qarabağda kəndliləri topa tutan kimdir? H.Nəzərli.\n2. tib. Radioaktiv maddələrin şüaları ilə müalicə edən cihaz. Kobalt topu.\n3. şahm. Diaqonal üzrə istənilən qədər hərəkət edən fiqur. Topla şah elan etmək. – Hər bir oyunçunun bir şahı, iki vəziri, iki topu, iki fili, iki atı və səkkiz piyadası olur. “Şahmat oyunu”. ‣ Top gülləsi (mərmisi) kimi partlamaq – bərkdən səslənmək, bərk səs çıxarmaq, beyni sarsıtmaq. Bu səs işçilərin qulağında bir top mərmisi kimi partladı. H.Nəzərli. Şofer maşını işə salanda motorun gurultusu top gülləsi kimi Rüstəmin başında partladı. M.İbrahimov. Top kimi açılmaq – birdən hiddətlə bərk qışqırmaq. Sübhanverdizadə Kosanın üstünə top kimi açıldı. S.Rəhimov. Top kimi partlamaq – bax. top gülləsi (mərmisi) kimi partlamaq. [Ağa:] Bir də eşitdim, bir şey top kimi partladı. Ə.Haqverdiyev.\n\nIII. is.\n1. Nazik taxtaya sarınmış və ya lülə şəklində parça, arşınmalı. 3 top ağ. – [Əsgər bəy:] Mən ki bilirəm, [Hacı Qara], Ağcabədidə üç aydır üç top çit, qədək satmayıbsan, dərya zərərin vardır. M.F.Axundzadə. [Mirzədadaş:] O mahud topunu bəri ver, görüm necə şeydir.. N.Vəzirov. // Girdə saralmış kağız, divar kağızı və s. Bir top kağız.\n2. Eynicinsli və ya əlaqədar şeylərin toplusu, komplekti. Bir top iynə.\n3. Təkərdə dəndələrin və ya dəyirman pərlərinin bənd edildiyi hissə.\n4. Top halında yığılıb bağlanmış şeylər. Topları maşına yükləmək. – Çamadanın içində ən əvvəlcə bir neçə top ağ köynək və zircamə və bir neçə dənə ağ dəsmal vardı. S.M.Qənizadə. // sif. Toplu, toplanmış, cəm. [Xan:] İlyas, – dedi, – ə, ağlın başında heç topdurmu? S.Rəhimov. ‣ Top etmək (eləmək) – bax. toplamaq. [Xan:] Əşi, ağlını başına top elə! S.Rəhimov. top-top sif. Çoxlu, toplarla. Burada nə yoxdur, qəfəslərdə top-top çit, parça... Ə.Əbülhəsən. topa sif. və is.\n1. Qalaq, yığın. Torpaq topası. – Dəyədən bir az aralıda, topa şeylərin arasında Rüxsarə bükülüb uzanmışdı. S.Rəhimov. [Hatəm] ..xırman topasının qabağında oturmuşdu. Ə.Əbülhəsən.\n2. Bir yerə toplaşmış, bir yerə yığılmış adamlar; dəstə, yığın. Başqa bir topa uşaq da Xəzər sahilindən .. söhbət açıb keçirdiyi günlərdən qızğın danışırdı. S.Rəhimov. ..Sahibkarlar və dükançılar dayanan topadan kimsə bərkdən səsləndi. Ə.Əbülhəsən. // Eyni mənada heyvanlar haqqında. Tapdıq papağını çıxarıb, kəpənək topasının üstünə atdı. Ə.Vəliyev.\n3. Sıx, qalın (seyrək ziddi). Qalın topa birçəkləri öz qanilə boyanmış; Bağlarının kənarı da qan laxtası dayanmış. A.Səhhət. Vəli kişi topa saqqalını sığallayıb, qəti və bir az da acıqlı etiraz etdi. M.İbrahimov. topa-topa sif. və zərf\n1. Qalaq-qalaq, yığın-yığın. Aşağılarda kəndin üstündə .. topa-topa buludlar hərəkət edirdi. M.İbrahimov.\n2. Dəstələr halında, dəstə-dəstə, yığınyığın. Ətrafda bütün damlar üstündə adamlar topa-topa dayanıb, qərbə tərəf boylanırdılar. Ə.Məmmədxanlı. Meydançada dəstə-dəstə; Kiçikyaşlı vətəndaşlar; Oynayırlar, qaçışırlar; Topa-topa, qatar-qatar. N.Rəfibəyli. topacıq is. Kiçik topa, kiçik qalaq. Pambıq topacığı. Qar topacığı. topaçiçək sif. bot. Çiçəkləri topa şəklində olan. Topaçiçək ot. • Topaçiçək dəlicincilim bot. – üstü tüklə örtülü birillik ot bitkisi. topal sif.\n1. Bir ayağı, ya bir qolu şikəst və ya o birindən qısa olan. [Məmmədin] ayaq barmaqları yanmış və ayaqları da topal bir şəkil almışdı. T.Ş.Simurq. O gündən bir qolu topal (z.) yaşadı; “Topal Gəray” deyə, çağrıldı adı. S.Vurğun.\n2. məc. Ayaqlarından biri sınıq olan. Topal stol. ‣ Topal olmuş – qarğış məqamında işlədilir. [Əhməd:] ..Onu mən tanıyıram, bax odur ey, topal olmuş gəlir, mən getdim. N.Vəzirov. Topal yulafca bot. – bax. topalaq. topalaq is. bot. Kökü xalq təbabətində işlədilən soğanaqlı bitki. topalama “Topalamaq”dan f.is. topalamaq f. Yığıb topa halına gətirmək, bir yerə yığmaq; qalaqlamaq, toplamaq. Otu topalamaq. Samanı topalamaq. topalanma “Topalanmaq”dan f.is. topalanmaq məch. Bir yerə yığılıb topa halına gətirilmək, bir yerə yığılmaq, toplanmaq. Qurudulmuş pambıq topalandı. topalaşma “Topalaşmaq”dan f.is. topalaşmaq qarş. Bir yerə yığışmaq, toplaşmaq. Uşaqlar topalaşdılar. topaldıqaç is. İki dəstəyə bölünmüş uşaqların topu ağacla vurmaqla oynadıqları uşaq oyunu. Topaldıqaç oynamaq. topallaşma “Topallaşmaq”dan f.is. topallaşmaq f. Topal olmaq, qolundan, ya qıçından şikəst olmaq; şikəstləşmək. topallıq is. Bir ayağın, ya qolun o birindən qısa və ya şikəst olması. topalotu is. bot. Qılçıqsız və ya kiçik qılçıqlı çoxillik ot bitkisi. Yanlardan ağarmağa başlayan topalotları və yaşıl pöhrələr dar cığırı örtürdü. S.Rəhimov. topalotukimi (=topalotukimilər) cəm bot. Birçiçəkli və ya çoxçiçəkli birillik və çoxillik otların daxil olduğu bitki cinsi. topalotukimilər (=topalotukimi) cəm bot. Birçiçəkli və ya çoxçiçəkli birillik və çoxillik otların daxil olduğu bitki cinsi. topasaqqal (=topasaqqallı) sif. Sıx, qalın saqqalı olan, yekəsaqqal. Yuxarı başda topasaqqal, qorxunc sifətli, təqribən əlli yaşında bir adam oturmuşdu. Çəmənzəminli. Topasaqqal, qırmızıyanaq, dolu, gödəkboy Məşədi Nuru güləgülə dedi. Ə.Abasov. topasaqqallı (=topasaqqal) sif. Sıx, qalın saqqalı olan, yekəsaqqal. Yuxarı başda topasaqqal, qorxunc sifətli, təqribən əlli yaşında bir adam oturmuşdu. Çəmənzəminli. Topasaqqal, qırmızıyanaq, dolu, gödəkboy Məşədi Nuru güləgülə dedi. Ə.Abasov. topayarpaq sif. bot. Yarpaqları topa halında sıx olan. Topayarpaq bitkilər. topaz is. [fr.] Şəffaf kristalları qiymətli daş olan rəngsiz, mavi, çəhrayı mineral. topbığ (=topbığlı) sif. Qısa, qalın bığları olan. Topbığ qoca. topbığlı (=topbığ) sif. Qısa, qalın bığları olan. Topbığ qoca. topçək is. Qurumuş torpaq parçası; kəsək. • Topçək vurmaq – kəsəkləri bellə vurub əzmək, belləmək, təpmək. [Güldanə] dayanıb fikirləşirdi... Topçək vurub Gülşən kimi və başqa qızlar təkin qan-tərə batsınmı? Ə.Vəliyev. topçiçək (=topçiçəkli) sif. Çiçəkləri top şəklində olan. Topçiçək gül. topçiçəkli (=topçiçək) sif. Çiçəkləri top şəklində olan. Topçiçək gül. topçu is.\n1. Artilleriya (topçu hissələr) əsgəri. Keçir uzaqvuran toplar bir alay; Bizim topçulara yoxdur əsla tay! Ə.Cəmil. O bizim topçulardır; Göz olur yerə-göyə. M.Seyidzadə.\n2. bax. artilleriya 2-ci mənada. Topçular alayı gəlir arxadan; Fırlanır dolaşıq təkər səsləri. S.Vurğun. Qoçəlinin topçu batareyasına yaxınlaşan düşmən tanklarını bir-bir dənləmək əmr olundu. Ə.Vəliyev. topçuluq is.\n1. Topçunun vəzifəsi, işi.\n2. bax. artilleriya 3-cü mənada. topdağıtmaz sif.\n1. Gücçatmaz, məğlubedilməz, yenilməz, alınmaz. El gücü, el köməyi; Topdağıtmaz qaladır. M.Rahim.\n2. məc. Çox zəngin, çox varlı, avadanlıqla, qiymətli şeylərlə dolu. [Rüstəm bəy:] Mən haman Rüstəməm ki, topdağıtmaz Cümşüd bəyin evini xaraba qoydum. N.Vəzirov. Dörd otaqdan ibarət, ağzınacan dolu, topdağıtmaz ev-eşik təkcə [Ağcaya] qalmışdı. Mir Cəlal. topdan zərf və sif. İri partiyalarla, toplarla, taylarla, böyük miqdarda, bütöv-bütöv (pərakəndə ziddi). Topdan və pərakəndə satış. topdansatış is. İri partiyalarla, toplarla, taylarla satış, bütöv taylarla ticarət. Ağır sənaye məhsulunun topdansatış qiymətlərinin və yükdaşıma tariflərinin aşağı salınması. topdansatışçı is. Malını pərakəndə deyil, topdan satan tacir. topxana is. köhn. Artilleriya, toplar, topçu hissələri. [Xəzinədar:] Gedək əmiritopxananın yanına, onun rəyini dəxi hasil edək. M.F.Axundzadə. topquyruq (=topquyruqlu) sif. Qısa, qalın quyruqlu. Topquyruq qatır. – Qəhrəman çəkinəçəkinə topquyruq atın belinə qalxdı. S.Rəhimov. topquyruqlu (=topquyruq) sif. Qısa, qalın quyruqlu. Topquyruq qatır. – Qəhrəman çəkinəçəkinə topquyruq atın belinə qalxdı. S.Rəhimov. topladılma “Topladılmaq”dan f.is. topladılmaq məch. Başqası vasitəsilə toplamaq. Xırman döyüldü, topladılıb buğda bir yerə. Ə.Nəzmi. toplama 1. “Toplamaq”dan f.is.\n2. bax. üstəgəl. Toplama və çıxma. – Say prosesində təbii olaraq ilk dəfə toplama əməli yaranmışdır. Z.Xəlilov. toplamaq 1. bax. yığmaq 1, 2, 4 və 6-cı mənalarda. Uşaqları tapıb, çiyələk, göbələk toplamağa gedirdik. A.Şaiq. Sübhanverdizadənin topladığı iki cild material Əbişin zəhri-bağrını yarırdı. S.Rəhimov.\n2. Toplama məqsədilə iki rəqəmi bir-birinin üstünə gəlmək (bax. toplama 2-ci mənada). 3 ilə 4-ü toplamaq. toplanan is. və sif. riyaz. Toplama əməlində iştirak edən rəqəmlərdən hər biri. Toplanan rəqəm. Toplananların yerini dəyişdikdə cəm dəyişmir. toplanılma “Toplanılmaq”dan f.is. toplanılmaq məch. Başqası vasitəsilə toplamaq; yığılmaq, bir yerə cəm olunmaq. Bir neçə dəqiqənin içində bütün qaçqınlar toplanıldı. Ə.Vəliyev. ..Bu cəbhəyə külli miqdarda böyük bombardmançı və qırıcı təyyarə birləşmələri də toplanmışdır. Ə.Əbülhəsən. toplanış is.\n1. Müəyyən bir iş görmək üçün bir yerə toplaşma, yığılma; toplantı. Nümayişə toplanış səhər saat 8-də olacaq. – Bu dirəyin ətrafı fəhlələrin toplanış yeridir. S.Rəhman.\n2. Hər hansı bir təşkilat, kollektiv üzvlərinin yığıncağı. Hər axşam [klubda] toplanış olurdu. S.Hüseyn. [Reyhan:] Sabah bunu toplanışda; Gərək əzbər söyləyək biz. M.Dilbazi. // Belə yığıncağın iştirakçıları, üzvləri. Toplanışın qərarı.\n3. Hərbi mükəlləfiyyətli şəxslərin qısamüddətli təlim üçün hərbi idarənin sərəncamında olması. Zabitlərin toplanışı. Düşərgə toplanışı. // Təlim, məşq, təlimat məqsədilə qısa müddətə bir yerdə olma. Təbliğatçıların toplanışı.\n4. Dərmə, yığma, toplama. ..Bir azdan məhsul toplanışı başlanacaq, iş qızışacaqdır. S.Rəhimov. Kəndlərdə məhsul toplanışı qızğın surətdə gedirdi. Ə.Vəliyev. toplanma “Toplanmaq”dan f.is. toplanmaq f.\n1. Toplaşmaq, yığışmaq, cəmləşmək. Bayram axşamının gecəsi bütün ailə evə toplanardı. H.Sarabski. Bir dəqiqədə arvad-uşaq gəlinin başına toplandı. Çəmənzəminli.\n2. məch. Bir yerə, üst-üstə və ya yan-yana yığılmaq, topa, qalaq vurulmaq. Yığılmış pambıq bir yerə toplandı. – Uca dağların başına toplanmış (f.sif.) ağ buludlar pambıq mahlıcına oxşayırdı. Ə.Vəliyev. toplantı bax. toplanış 1 və 2-ci mənalarda. ..Ağaxan bəy kimiləri .. toplantı yeri olan Danzaver kəndinə yığışdı. S.Rəhimov. toplaşdırılma “Toplaşdırılmaq”dan f.is. toplaşdırılmaq məch. Bir yerə cəmləşdirilmək, yığışdırılmaq, toplanmaq. toplaşdırma “Toplaşdırmaq”dan f.is. toplaşdırmaq f. Yığışdırmaq, bir yerə yığmaq. toplaşma “Toplaşmaq”dan f.is. toplaşmaq f.\n1. Yığışmaq, bir yerə cəmləşmək, toplanmaq. [Mehrəli bəy:] Biz buraya Əmiraslan ağanın məsləhətilə toplaşmışıq. S.S.Axundov. [Gülüş Balaşa:] Mən bura gələrkən qapınızın yaxınlığında bir qadın yıxılmışdı. Kişilər başına toplaşmışdı(lar). C.Cabbarlı.\n2. Toplanmaq. Dağların üstünə toplaşan (f.sif.) buludların hər biri bir rəngə çalırdı. B.Bayramov. toplatma “Toplatmaq”dan f.is. toplatmaq icb. Başqası vasitəsilə toplamaq, başqasına toplama işi gördürmək; yığdırmaq. Məhsulu toplatmaq. Taxılı toplatmaq. toplayan (=toplayıcı) sif. Bir yerə yığan, toplayan; yığıcı. toplayıcı (=toplayan) sif. Bir yerə yığan, toplayan; yığıcı. toplu I. sif. Topu olan, toplarla silahlanmış. Qoşunun toplu hissələri.\n\nII.\n1. is. Bir yerə yığılmış adamlar; dəstə, yığın. Uşaq toplusu. – Gövhər birdən adam toplusunu gördü, diksindi, bərkdən bir qıy çəkdi. Ə.Vəliyev.\n2. sif. qram. Bir tam kimi başa düşülən şeylərin, adamların və s.-nin məcmusunu ifadə edən; ismi-cəm. “Xalq” sözü toplu isimdir.\n3. Məcmuə. “Qobustan” toplusu. topluluq is.\n1. Toplu halda, cəmləşmiş halda olma, toplu şeylərin halı.\n2. Bir yerə toplanmış, yığılmış adamlar; toplu. toplu-tüfəngli bax. top-tüfəngli. Xəlvəti işə girişən şeytan-şuğul kar görməyəndə toplu-tüfəngli padşah qoşunu hərəkətə gəlir, bölük-bölük soldat, dəstə-dəstə qazaq yeriyirdi. S.Rəhimov. topoqraf [yun.] Topoqrafiya mütəxəssisi (bax. topoqrafiya 1-ci mənada). topoqrafik sif. Topoqrafiyaya və ya topoqrafa aid olan, topoqrafiya ilə və ya topoqrafla əlaqədar olan. Topoqrafik xəritə. Topoqrafik dəstə. ‣ Topoqrafik anatomiya – anatomiyanın, bədən üzvlərinin və hissələrinin qarşılıqlı yerləşməsindən bəhs edən şöbəsi. topoqrafiya [yun. topos – yer və grapho – yazıram]\n1. Geodeziyanın, Yerin forma və ölçüsünü öyrənən və Yer səthinin böyük sahələrini ölçüb planını çəkməklə məşğul olan şöbəsi.\n2. Hər hansı bir ölkənin və ya yerin səthinin və onun nöqtələrinin, hissələrinin qarşılıqlı yerləşməsi. Şəhərin topoqrafiyası. toponimik sif. Toponimikaya aid olan, toponimika ilə əlaqədar olan. Toponimik adlar. toponimika [yun.]\n1. Hər hansı bir yerin coğrafi adlarının (yaşayış məntəqələrinin, çayların, göllərin və s. adlarının) toplusu.\n2. dilç. Leksikologiyanın coğrafi adları öyrənən bəhsi. toponimiya [yun.] bax. toponimika 2-ci mənada. toppuş sif. Kök və sağlam; koppuş. Toppuş uşaq. – [Elxan] toppuş ayaqlarını qaldırıb xalçaya endirdi. S.Rəhimov. toppuz is.\n1. Başı girdə çomaq, dəyənək. Teymurun başına yenə də elə bil ağır bir toppuz endirdilər. H.Seyidbəyli. // Başı bu şəkildə olan. ..Evin aşağı tərəfində divara söykənmiş başı toppuz çomağını götürüb getdi. Ə.Abasov.\n2. Ucu toxmaqlı zopadan ibarət qədim silah. Dəmirçioğlu getdi, qılınc, qalxan, cida, gürz, toppuz götürdü, Koroğlunun yanına qayıtdı. “Koroğlu”. [Uluq bəy:] Döyüşün üz-üzə bir ləzzəti var; Süzməsə göydə qılınc, toppuzlar. A.Şaiq. toppuzlama “Toppuzlamaq”dan f.is. toppuzlamaq f. Toppuzla vurmaq, toppuzla döymək. toppuzlu sif.\n1. Başında toppuzu olan. Toppuzlu çomaq. // Əlində toppuz olan. Toppuzlu çoban.\n2. köhn. Toppuzla silahlanmış. Toppuzlu pəhləvan. toppuztikan is. bot. Kolluq və zibilliklərdə bitən çoxillik ot bitkisi. topsaqqal (=topsaqqallı) bax. topasaqqal(lı). Topsaqqal kişi. – [Sadıq] çox qaradı və kosadı, amma mən ağımtıl və topsaqqalam. C.Məmmədquluzadə. Necə Heydərəli? – deyə, Sultan alnını qırışdırdı, topsaqqallı çənəsini qaşımağa başladı. S.Rəhimov. topsaqqallı (=topsaqqal) bax. topasaqqal(lı). Topsaqqal kişi. – [Sadıq] çox qaradı və kosadı, amma mən ağımtıl və topsaqqalam. C.Məmmədquluzadə. Necə Heydərəli? – deyə, Sultan alnını qırışdırdı, topsaqqallı çənəsini qaşımağa başladı. S.Rəhimov. top-top is. Topla oynanılan uşaq oyunu; kos-kos. Səhər tezdən böyük bir həvəslə məktəbə axışıb gələn uşaqlar hələ meydançada top-top oynayırdılar. M.Hüseyn. Azadım, diqqətlə bax, gəl bu yamyaşıl bağa; Orda toptop oynayan xoşbəxt oğul-uşağa. S.Rüstəm. top-topxana is. Artilleriya. Həm çalınır təbil, kusü nağara; Daldan gəlir top-topxana, qumbara. A.Səhhət. top-tüfəng 1. top. Toplar, tüfənglər, odlu silahlar. Top-tüfəng səsləri batandan bəri; Gəzir qayalarda dağ keçiləri. S.Vurğun.\n2. məc. Top-tüfənglə şəklində zərf – 1) səs-küylə, gurultu ilə, dəm-dəsgahla. [Sultan bəy:] ..Bir də təzədən top-tüfənglə evlənmək mənə yaraşmaz. Ü.Hacıbəyov; 2) hədə-qorxu ilə. Top-tüfənglə üstümüzə gəldilər. – [Qüdrət Gülbahara:] Siz içəri gəlirkən elə bir top-tüfənglə gəldiniz ki, hamımız özümüzü itirdik. C.Cabbarlı. top-tüfəngli sif. Top və tüfənglə silahlanmış, odlu silahlı. Top-tüfəngli dəstə. topuq is. Ayaqda: baldır sümükləri ilə pəncə sümüklərinin birləşdiyi yerdə yanlara çıxan oynaq. Topuğu ağrımaq. – Avtor əsərinin başlanğıcında yazır ki, qızın uzun saçları topuğuna dəyirdi. M.Hüseyn. ‣ Ağlı topuğunda – gic, ağılsız adam haqqında. Araz aşığından, Kür topuğundan – bax. aşıq2. Daldan atılan daş topuğa dəyər – bax. dal. Dili topuq çalmaq (vurmaq) – bax. dil. topuqlama “Topuqlamaq”dan f.is. topuqlamaq f. Arxadan qovub çatmaq; haqlamaq. Camışlar evdən uzaqlaşan kimi [uşaq] camışları topuqladı. S.Rəhimov. topuqlu sif.: topuqlu başmaq köhn. – uzunboğaz ayaqqabı, boğazlı çəkmə. [Sara xanım:] Bəlkə sən qurşağa, topuqlu başmağa, yun papağa, büzməli arxalığa etiraz edəcəksən. Qantəmir. topuş bax. toppuş. Cavan ana yenə də qırmızıpaltarlı, qıvrımsaçlı, topuş qızını atıb-tutur, ..uşağı güldürür, danışdırırdı. S.Rəhimov. tor is.\n1. Balıq, quş və s. tutmaq üçün ipdən çarpaz toxunaraq bərabər məsafələrdə düyünlə bərkidilmiş alət. Balıq toru. – Sahibi tor götürüb dənizə gedəndə [Çupçik] də sümsünə-sümsünə yortardı. Mir Cəlal. Mən yaralı göyərçini tordan çıxarıb [Eldara] uzatdım. M.Rzaquluzadə.\n2. Çarpaz toxunmuş ip, məftil və s. ibarət müxtəlif ləvazimat. Çarpayının toru. Futbol toru.\n3. dan. İçinə ərzaq, xırda şey və s. qoyub aparmaq üçün ipdən və s.-dən toxunmuş zənbil, çanta, kisə. İpək tor. Şeyləri tora qoymaq. – [Göyərçini] diri saxlamaq niyyətilə üsulluca tor çantaya salıb Eldarın yanına qayıtdım. M.Rzaquluzadə.\n4. Seyrək toxunmuş köynək, baş yaylığı, pərdə və s. Sona da indi dönüb bayaqkı yerində dayanmış, başından siyrilib çiyninə düşən ağ torunun ipək saçaqları ilə oynayırdı. Ə.Əbülhəsən. // Tordan hazırlanmış, tor şəklində olan. Tor köynək. Tor layka. – Pəncərələrdən tor pərdələr sallanırdı. S.Rəhimov.\n5. Hörümçəyin ifraz etdiyi yapışqanlı şirədən əmələ gələn çarpaşıq nazik tellər. Hörümçək toru.\n6. məc. Hiylə, kələk, tədbir, qurğu. ‣ Tor gənəciyi zool. – bax. çor. Tor gənəciyi, pambıq mənənəsi, pambıq qurdu tarlaların məhsuldarlığını xeyli aşağı salır. Tor qurmaq – 1) quş, balıq və s. tutmaq üçün tor quraşdırmaq və ya suya salmaq. Ovçu bərədə durub; Bərə üstə tor qurub. (Bayatı); 2) məc. hiylə qurmaq, qurğu qurmaq, kələk düzəltmək. [Əbdül:] İndi [Gülnisə] istəyir ki, yazıq Sara üçün tor qurub, öz qızı Pərini Bəhrama versin. C.Cabbarlı. Tora düşmək – aldanaraq pis işə qoşulmaq, kələyə düşmək, hiyləyə uymaq, tələyə düşmək. Son zaman Rüstəm kişi oğlunun tora düşməsindən, pis bir günah işləməsindən qorxurdu. M.İbrahimov. Amma Göyçək bir gün tora düşəcəyindən qorxurdu. Ə.Əbülhəsən. Tora salmaq – hiylə gəlmək, kələk gəlmək, tələyə salmaq. [Tehrani Ehtişamiyə:] Bəlkə sən məni tora salmaq istəyirsən, Sərhəng? Ə.Məmmədxanlı. torağay is. zool. Əsasən səhralarda və çəmənliklərdə yaşayan sərçəkimilər dəstəsindən oxuyan quş. Qəhqəhə başladı qızılgöz kəklik; Torağay oxudu qalxa-qalxa dik. H.K.Sanılı. toran is.\n1. Səhər hava işıqlanan və ya axşam hava qaralmağa başlayan vaxt; alaqaranlıq. Axşam toranı. – [Kazım] səhər toranında meşəyə girdi. M.İbrahimov. • Toran çağı (vaxtı) – səhər havanın hələ işıqlanmadığı və ya axşam hələ qaranlıq düşmədiyi vaxt; alaqaranlıq. Toran çağı bir zorba kişi asta-asta o evə gedir. S.Rəhimov. Toran qovuşmaq (qarışmaq, düşmək, çökmək) – bax. toranlaşmaq 1-ci mənada. [Nazlı Ağabəyimə:] Daha toran qovuşur, evə gedək. Çəmənzəminli. Toran qarışıb duman çökəndə Hümmət evinin dalına hərlənib Qarakişini səslədi. B.Bayramov.\n2. məc. Qaranlıq, duman. Neçin gözlərində aləm torandır; Yoxsa əcəl gəlir, axır zamandır? M.Rahim. toranlaşma “Toranlaşmaq”dan f.is. toranlaşmaq f.\n1. Axşamüstü hava qaralmağa, qaranlıq düşməyə başlamaq, toran qovuşmaq (düşmək, çəkmək).\n2. məc. Gözü qaralmaq, gözləri dumanlanmaq. Hüseyn ağlaşma səsini eşidərək toranlaşan (f.is.) və yaşla dolan gözlərini silib soruşdu. S.Rəhman. toranlıq is. Toran vaxtı (bax. toran 1-ci mənada). Səhər toranlığı. – [Ağasəfər] axşam toranlığında çox qəribə görünən, alyaşıl ipək geyimli arvadlara sarı baxıb, Həmzənin arvadı Əminə xanımı işarə ilə yanına çağırmaq istədi. Ə.Əbülhəsən. Hürküdür toranlığı; Gülərüzlü günəşin; Odlu qızıl şöləsi. İ.Səfərli. • Toranlıq qovuşmaq (düşmək, çökmək) – bax. toranlaşmaq 1-ci mənada. Bayıra isə yavaş-yavaş axşam toranlığı çökür. Ə.Əbülhəsən. torba is.\n1. Balaca kisə. [Gülnisə:] Ana, düyü torbası haradadır? Ə.Haqverdiyev. [Qəhrəman:] Özümü pulemyot qoyulan, torpaq doldurulmuş torbanın arxasına yıxdım. H.Nəzərli. // Minik və ya yük heyvanını dayanacaqlarda yemləmək üçün içinə yem tökülüb boynundan asılan kiçik kisə. At elin, torba əmanət, bizim daha nəyimiz var? (Ata. sözü). Cəmil arpanı xəlbirləyib, atların torbasına tökdü, torbaları atların başına keçirtdi. Ə.Vəliyev.\n2. dan. Torba tutan qədər şeyin ağırlığı. Bu sözlərdən sonra Camal əmi səliqə ilə .. bir torba qovurğa, bir torba iydə yeşiyə qabladı. Ə.Vəliyev.\n3. Bədənin bu və ya başqa bir yerində içinə irin, su, hava və s. yığılmış sallaq şiş, ur, tuluq. ‣ Boynuna torba salmaq – dilənçilik etmək, dilənmək. Axırda tamahkar qarı boynuna torba salıb şəhərə yollandı. S.Rəhimov. torbacıq is. Kiçik torba, balaca torba; kisəcik. torbalama “Torbalamaq”dan f.is. torbalamaq f. Dayanacaqlarda yemləmək üçün minik və ya yük heyvanının başına torba salmaq. Atı torbalamaq. torbalı sif. Torbası olan, kisəli; əlində torba, kisə olduğu halda. Biləklər çirməkli, döşlər önlüklü; Hamısı torbalı, hamısı yüklü. S.Vurğun. torçu is. Torla balıq tutan adam. Bir torçu vardı, həmişə dəryadan balıq tutardı. (Nağıl). torçuluq is. Torçunun işi, peşəsi; balıqçılıq. toreador is. [isp.] Korridada öküz döyüşünün iştirakçısı. torf [alm.] Çürümüş bataqlıq bitkiləri qalıqlarından əmələ gələn bərk kütlə (yanacaq, gübrə kimi və müxtəlif texniki məqsədlərlə istifadə olunur). Torf çıxarmaq. torflu sif. Torf olan. Torflu sahə. // Tərkibində torf olan. Torflu torpaq. Torflu gübrə. torfluq is. Torf yatağı, torflu bataqlıq, torflu yer. Torfluqdan istifadə etmək. tori is. [ing.] İngiltərədə mühafizəkar siyasi partiya. torit is. Qara, qırmızımtıl, qonur rəngli mineral. torlama “Torlamaq”dan f.is. torlamaq f. Tor çəkmək, tor vurmaq, torla qapamaq. Pəncərəni torlamaq. torlanma “Torlanmaq”dan f.is. torlanmaq məch. Tor çəkilmək, torla örtülmək. Pəncərələr torlanmışdır. torlu sif.\n1. Tor çəkilmiş, torla örtülmüş, tor pərdə asılmış. Torlu pəncərə.\n2. Tordan düzəldilmiş, tor çəkilmiş, yaxud tor kimi materialdan düzəldilmiş, tor şəklində olan. Torlu hasarın hündürlüyü ən azı 180 sm olmalıdır. ‣ Torlu qişa anat. – göz almasının daxili səthini örtən, işığa çox həssas qişa. Torlu qişada görmə sinirinin ucları yerləşir. tormoz [yun.] Hər hansı bir maşının hərəkətini dayandırmaq və ya sürətini azaltmaq üçün qurğu. Traktorun tormozu. Avtomobilin tormozu. – Qüdrət təmkinlə tormoza keçir. M.İbrahimov. tormozçu is. xüs. Qazıma qurğusunda tormozu idarə edən fəhlə. Gənc tormozçu kənarda; Qəzetləri yoxlayır. İ.Səfərli. tormozlama “Tormozlamaq”dan f.is. tormozlamaq f. Tormoz vasitəsilə maşını dayandırmaq və ya sürətini azaltmaq. [Ağa Saleh:] Adə Musa bəy, qoyma, qoyma. Çarx dönmüş, tormozla, tormozla. S.S.Axundov. // Öz hərəkətini birdən dayandırmaq və ya azaltmaq. Maşın birdən tormozladı. // Ləngitmək, ağırlaşdırmaq. tormozlanma 1. “Tormozlanmaq”dan f.is.\n2. is. fiziol. Qıcıqlandırıcı amilin davamlı təsiri nəticəsində orqanizm toxumalarında qıcıqlanmanın zəifləməsi və ya dayanması; sinir mərkəzlərinin və ya işlək orqanların fəaliyyətinin ləngiməsi. Tormozlanma mərkəzləri. tormozlanmaq məch.\n1. Tormoz vasitəsilə dayandırılmaq və ya sürəti azaldılmaq. Tormoz pedalını basdıqda təkərlərin dördü də tormozlanır.\n2. fiziol. Tormozlanmaya səbəb olmaq (bax. tormozlanma 2-ci mənada). torna [ital.] tex. Metal, ağac və s. materialları yonmaq üçün dəzgah; tokar dəzgahı. Bakıdakı mexaniki zavodlarda təsadüf oluna bilən son sistemli torna, deşmə dəzgahları yan-yana işləyirdi. Ə.Sadıq. tornaçı is. Torna dəzgahında işləyən fəhlə; tokar. Tornaçılar briqadası. tornaçılıq is. Tornaçı peşəsi: tokarlıq. toros is. Dəniz, çay və göllərdə buz parçaları yığını. torpaq is.\n1. Planetimizin bitki aləminin inkişaf etdiyi üst qatı. Yer qabığının istilik, rütubət, hava və orqanizmlərin fəaliyyəti təsiri altında dəyişmiş üst qatı torpaq adlanır. “Ümumi fiziki coğrafiya”. // Yer qabığının tərkibinə daxil olan yumşaq, dənəvər, tündqonur rəngli maddə. Qumlu torpaq. Torpaq yığını. Meşə torpağı. Torpağın məhsuldarlığını artırmaq. – Gözlər qır rəngli torpağa dirənir. M.İbrahimov. // Torpaqdan olan, torpaqdan düzəldilmiş və ya tikilmiş, döşəməsi quru torpaqdan ibarət olan. Torpaq yol. – Hənifə balağı haşiyəli tumanı ilə torpaq döşəməni süpürə-süpürə eşiyə yüyürdü. İ.Hüseynov.\n2. Birinin ixtiyarında, istifadəsində olan yer, ərazi, sahə. Mülkədar torpaqları. – Çox adamın inanmağı gəlmirdi ki, lütün birinə pulsuz-parasız torpaq verələr. Mir Cəlal.\n3. Yer (göy qarşılığı). Səmada, torpaqda düşür qırhaqır, Yerdən alov yağır, göydən od yağır. M.Rahim.\n4. Toz-torpaq. Biz şəhərə girdiyimiz zaman şiddətli xəzri əsir, küçələrin tozunu havaya sovurur, göydən başımıza torpaq yağırdı. A.Şaiq.\n5. Dövlət, məmləkət, ölkə. Faşistlərin yuqoslav torpağına hücum etməsi çox oğulları öz yurdundan, ailəsindən ayırdı. S.Vəliyev.\n6. məc. Vətən, yurd, el. Torpağına girsə düşman; Köksün olsun süngü, qalxan!.. A.Şaiq. Torpağın eşqilə vurur ürəyi; Vətənə bağlıdır qəlbi, diləyi. M.Rahim. ‣ Torpağa düşmək köhn. – qabağında diz çökmək, ayağına yıxılmaq. Gül camalın görüb düşsün torpağa; Bülbülü götürüb əfğanə gəlsin! Q.Zakir. [Gültəkin:] Dövlət bəy, aciz bir qadın kimi diz üstündə torpağa düşüb sizə yalvarıram. Məndən uzaqlaşın. C.Cabbarlı. Torpağa getmək – ölmək, vəfat etmək. Qəflətən Möhsün müəllim xəstələndi və gözlənilmədən bu pak insan torpağa getdi. S.Rəhimov. Torpağa (qara torpaqlara) tapşırmaq (gömmək) – bax. torpağa təslim etmək. [Musa:] Bir dənəcik yavrumu, vərəmli qardaşımı .. bu tək əlimlə qara torpaqlara gömdüm. H.Cavid. Torpağa təslim etmək tənt. – basdırmaq, dəfn etmək. Pərini torpağa təslim edəndən sonra bütün oba... ovçunu da laləli dərənin kənarına qədər ötürdü. Ə.Məmmədxanlı. Torpağı qədər (sanı) yaşasın (yaşayasan) – ölü haqqında danışarkən qarşısındakı adama uzun ömür arzulamaq mənasında işlənir. Məmmədcəfər də bəzi işlərində (torpağı sanı yaşayasınız) rəhmətlik dayısı Hacı Səttar bəyə çox oxşayır. Qantəmir. torpaqaltı sif. Torpağın altında olan; yeraltı. Torpaqaltı sular. Torpaqaltı sərvətlər. torpaqarası sif. Torpağın altında, yerin qatları arasında olan. Torpaqarası su. torpaqbasdı is. Keçmiş zamanlarda: hər hansı bir hakimin tabeliyində olan əraziyə ayaq basdıqda adamdan alınan bir növ vergi, rüsum. [Allahqulu:] Karvan gedir, ..hansı xanın mülkündən keçir, torpaqbasdı alırlar. Çəmənzəminli. torpaqbərkidən sif. Torpağı bərkitmək üçün istifadə edilən. Torpaqbərkidən maşın. // İs. mənasında. Torpağı basıb bərkitmək üçün maşın. Yeni markalı torpaqbərkidən. torpaqdaşıyan sif. Torpaq daşımaqla məşğul olan (fəhlə), torpaq daşımağa məxsus (maşın). torpaqqazan sif. Torpaq qazımaqla məşğul olan (fəhlə), torpaq qazımaq üçün istifadə edilən (maşın). Torpaqqazan maşınların ahəngdar səsləri eşidilir. // İs. mənasında. Torpaqqazan maşın, torpaqqazan fəhlə. Müxtəlif peşə sahibi olan yüzlərlə inşaatçı – torpaqqazanlar, betontökənlər, armaturquraşdıranlar və başqaları işə başladılar. torpaqlama “Torpaqlamaq”dan f.is. torpaqlamaq f.\n1. Üstünü və ya yanlarını torpaqla örtmək. Çən dolduqdan sonra borunun deşiyini probkalayıb üstünü torpaqlardılar. H.Sarabski. [Əmiraslan babanın] calaq vurduğu, qabıq qoyub, hərləmə ilə bağlayıb sarıdığı, kəsik yerlərini torpaqladığı naziknazik çubuqlar artıq yeni kök üstündə özlərinə yer etmişdi. S.Rəhimov.\n2. Torpağa basdırmaq, dəfn etmək. Ölünü torpaqlamaq.\n3. dan. Torpaqla sürtüb təmizləmək, yumaq. Hisli qazanı torpaqlamaq. torpaqlanma “Torpaqlanmaq”dan f.is. torpaqlanmaq məch.\n1. Üstü və ya yanları torpaqla örtülmək. Bütün bostanlarda kartoflular boğaza qədər torpaqlanmışdı. S.Rəhimov.\n2. Torpağa basdırılmaq, dəfn edilmək.\n3. dan. Torpaqla təmizlənmək, yuyulmaq. Qablar torpaqlandı. torpaqlı sif.\n1. Torpağı olan, torpaqla örtülmüş. Eləmi daşlı yerlər; Torpaqlı, daşlı yerlər; Bu dünyada hələ var; Gözləri yaşlı yerlər. (Bayatı).\n2. Torpaq sahibi, torpaq yiyəsi olan, torpağı olan. Torpaqlı kəndli.\n3. Tozlu. Gəlir o torpaqlı duman iləri; Tünd olur daha da gəldikdə bəri. H.K.Sanılı. torpaqölçən is. Torpaq sahəsini ölçən və bölən mütəxəssis. Kolxozun torpaq ölçəni. torpaqsoran sif. Güclü nasos vasitəsilə sıyıqlaşdırılmış torpağı çıxarıb bir yerdən başqa yerə vuran. Kürdə, indi isə Mingəçevir dənizində torpaqsoran maşınlar işləyir. (Qəzetlərdən). // İs. mənasında. Torpaqsoranı işə salmaq. torpaqsız sif. Torpağı olmayan. Torpaqsız kəndli. torpaqsızlıq is. Kənd təsərrüfat işləri aparmaq üçün torpağın çatışmazlığı, torpağın olmaması. torpaqşünas is. Torpaqşünaslıq mütəxəssisi. torpaqşünaslıq is. Torpaqları öyrənməklə məşğul olan elm (bax. torpaq 1-ci mənada). torpaqüstü sif. Torpağın üstündə olan; yerüstü. Bitkinin torpaqüstü hissələri. Torpaqüstü sular. torpaqyumşaldan sif. Torpağı yumşaltmağa məxsus. Torpaqyumşaldan maşın. torped (=torpeda) [lat.] Özü hərəkət edən və öz-özünə idarə olunan siqaraoxşar sualtı mərmi. // Torpedlərlə silahlanmış, torpedləri olan. Torped gəmisi. torpeda (=torped) [lat.] Özü hərəkət edən və öz-özünə idarə olunan siqaraoxşar sualtı mərmi. // Torpedlərlə silahlanmış, torpedləri olan. Torped gəmisi. torpedçi is. Torped(a) katerində xidmət edən hərbi dənizçi, matros. torpeddaşıyan sif. Torpedlərlə silahlanmış. Torpeddaşıyan təyyarə. torpedləmə “Torpedləmək”dən f.is. torpedləmək f.\n1. Torpedlə hücum etmək; torpedlə vurmaq. Düşmənin sualtı qayığını torpedləmək.\n2. Quyunu genişləndirmək və s. məqsədlər üçün onun içində partlayıcı maddə partlatmaq. Neft quyusunu torpedləmək. torşer is. [fr.] Yerdən qoyulan hündür dayaqlı işıqlandırma cihazı. tort [ital.] Yağ, şəkərtozu, yumurta qatılmış xəmirdən hazırlanan şirniyyat məmulatı. Meyvə tortu. Qozlu tort. torta is. Yağ və s. əridilərkən qabın dibinə çökən çöküntü. Kərə yağın tortası; Qızıl kəmər ortası; Allah muradın versin; Gələn bazar ertəsi. (Bayatı). [Molla Həmid:] Sən iki pudu dəxi misin tortasına-zadına çıx, gələn ayın əvvəlində otuz pud gümüş mövcuddur. M.F.Axundzadə. tortalı sif. Tortası olan, torta verən. Tortalı yağ. torvari sif. Tora oxşayan, tor kimi. tosqun is. Dolğun, kök, şişman. Tosqun kişi. Tosqun adam. tosqunlaşma “Tosqunlaşmaq”dan f.is. tosqunlaşmaq f. Kökəlmək, bədəncə dolğunlaşmaq. tost [ing.] Süfrə başında birinin ünvanına deyilən xoş arzu, xoş sözlər; bir adamın sağlığına şərab və s. içmək təklifi; sağlıq. [Firidun bəy:] Mənim tostum var, mən danışan yerdə gərək heç kəsdən səs çıxmasın. Ə.Haqverdiyev. • Tost demək – birinin ünvanına xoş sözlər deyərək sağlığına içməyi təklif etmək, sağlıq demək. [Zakirov Şeydaya:] Sədəf xanım tost deyəndə sən məclisdə yoxdun. Ə.Məmmədxanlı. // Bir adamın və ya bir şeyin sağlığına qaldırılan badə. Birinci tost səbəbkarın sağlığına içildi. total sif. [lat.] Hər şeyi əhatə edən, qavrayış; ümumi. totalitbr [fr. totalitaire, əsli lat.] Burjuaziyanın açıq terrorçu diktaturasına əsaslanan; faşist. Totalitar rejim. Totalitar dövlət. totalitarizm [fr. totalitaire lat.] Totalitar rejim. totem [Şimali Amerika hindularının dilindən] Bəzi ibtidai xalqlarda tayfanın əcdadı və himayəçisi sayılıb sitayiş edilən heyvan (bəzən isə bitki və s.). [Çopo:] Xalq bizi totemləri olan qoçun şərəfinə “mə-ə-ə” deyə mələşərək qarşıladı və ayaqlarımızın altına çiçəklər atdı. Çəmənzəminli. totemizm [Şimali Amerika hindularının dilindən] Bəzi ibtidai xalqlarda din forması totemlərə sitayiş. totuq sif. Sağlam, kök, koppuş, ətli-canlı. Totuq gəlinlər bir-bir oynadılar, göyçək qızlar süzdülər. Çəmənzəminli. Palıd ağacı tərəfdən pırpız saçlı, qaraşın, totuq bir oğlan uşağı gəldi. İ.Hüseynov. // Eyni mənada hər hansı bir bədən üzvü haqqında. Uşaq totuq əlini yanağına söykəyib çoxdan yatmışdı. Çəmənzəminli. Atan sənin şəklini; İstəyir məndən, bala; Sabah totuq üzünü; Çəkdirib sallam yola. S.Rüstəm. totuqluq is. Sağlamlıq, köklük, koppuşluq. totuş məh. bax. totuq. tov is. Sığal, sığallama. • Tov vermək – sığallamaq, yaraşıq vermək. Yanağın yanında zülfə tov vermiş; Ucun sancmış tər duvağın üstündən. M.P.Vaqif. ‣ Tov tutmaq – bax. toy tutmaq (“toy”da). [Şəhrəbanu xanım:] Vallah, ona bir tov tutaram ki, gəldiyi yolu da azar, özü də Pariji unudar. M.F.Axundzadə. Tova düşmək – əngələ düşmək, fəlakətə uğramaq, bəlaya düçar olmaq. tovxan is. Aşıq-aşıq oyununda: aşığın bir üzü – alçı üzün arxa tərəfi. Aşıq oyununda iki şey var: tovxan və alçı. Ü.Hacıbəyov. tovlama I. “Tovlamaq1”dan f.is.\n\nII. “Tovlamaq2”dan f.is. tovlamaq I. f. Tərpətmək, hərəkət etdirmək. [Zamanov] qol-qılçasını tovlayıb boz atı yortdururdu. S.Rəhimov. Hacı istehza ilə əlini tovladı. Mir Cəlal. // Oynatmaq. [Dəli Həsən:] Misri qılınclar tovladıq; Dərin dəryalar boyladıq. “Koroğlu”. Oğlan dedi əzəmətlə: – Mənim də qüvvətim var; Cəbhələrdə at çaparaq qılıncını tovladı. N.Xəzri.\n\nII. f. Dilə tutmaq; aldatmaq, başdan çıxarmaq, yoldan çıxarmaq. [Süleyman bəy:] Məni tovlayan çörəkçi Qulunun uşaqları oldular.. Ə.Haqverdiyev. Nə qədər müəllim [Tapdığı] tovladı, müəllimin arvadı onu dilə tutdusa da, heç kəsə qulaq asmadı. Ə.Vəliyev. ‣ Başını tovlamaq – bax. baş. tovlanma “Tovlanmaq”dan f.is. tovlanmaq məch. Aldadılmaq, yoldan çıxarılmaq. tovlaşdırma “Tovlaşdırmaq”dan f.is. tovlaşdırmaq bax. tovlamaq2. [Şəhrəbanu xanım:] Mən bu saatda Hatəmxan ağanı çağırram, görüm, Müsyö Jordan nəçidir ki, onun qardaşı oğlunu tovlaşdırıb Parijə aparır? M.F.Axundzadə. tovuz is. [ər.] zool. Rəngarəng tükləri və iri yarımdairə şəklində quyruğu olan, Cənubi Asiyada yaşayan iri quş. • Tovuz kimi məc. – çox bəzənmiş, bəzənib-düzənmiş, cilvəli gözəl haqqında. Tovuz kimi xoş bəzənib durubsan; Ala gözə siyah sürmə vurubsan. Aşıq Ələsgər. toy is. Evlənmə mərasimi, habelə həmin mərasimlə əlaqədar olaraq düzəldilən şənlik, şadlıq məclisi. Bir yığıncaq gördüm, dedim; Bəlkə toydur, qızlar oynayır? Ə.Cavad. Min ölüm xəbəri ürəkdə yandı; Nə bir toya getdik, nə də şadlığa. S.Vurğun. • Toy eləmək (etmək, qurmaq, vurdurmaq, çaldırmaq, tutmaq və s.) – evlənmə münasibətilə şənlik məclisi düzəltmək. Qızılgül butam, layla! Ətrinə batam, layla! Balam ərsəyə gələ; Toyunu tutam, layla! (Bayatı). Çoban anar səni, tütəyi sızlar; Ellər toy eləməz, yolunu gözlər. Ə.Cavad. Tiqran yenicə evlənmişdi. O, kasıb da olsa, toy çaldıranda var-yoxunu əsirgəməmişdi. M.Hüseyn. [Pərşan:] Hə, hə, ay nənə, Qaraş qağama bir yaxşı toy quraq! M.İbrahimov. [Yusif] qaradonlu Gülbənizi instruktor Məsimə verdi. [Onlar] bir cahcalal açdılar, bir toy vurdular ki, bütün rayon tökülüb gəldi. İ.Hüseynov. ‣ Toy tutmaq məc. – divan tutmaq, bərk cəzalandırmaq. [Sənəm:] And olsun Allaha, sənə bir toy tutaram, özünü itirərsən. Ə.Haqverdiyev. Sevinc ilə o baxırdı döşündəki nişana; Toy tuturdu yağılara ürəyində qəzəb, kin. N.Xəzri. Toydan sonra nağara – vaxtı keçəndən sonra görülən faydasız bir iş haqqında. Toydan sonra nağara, – deyə Aslan qımışdı. Ə.Məmmədxanlı. [Sənubər:] Kənd camaatı demişkən, toydan sonra nağara? B.Bayramov. toybaşı (=toybəyi) is. Toy məclisini idarə edən adam; sərpayı. Yuxarı başda toybaşı əyləşib. Ə.Haqverdiyev. [Həsrət:] Toybəyinin göstərişinə tabe olmaq borcumuzdur. B.Bayramov. toybəyi (=toybaşı) is. Toy məclisini idarə edən adam; sərpayı. Yuxarı başda toybaşı əyləşib. Ə.Haqverdiyev. [Həsrət:] Toybəyinin göstərişinə tabe olmaq borcumuzdur. B.Bayramov. toy-bayram is. Şənlik, şadlıq, bayram; şənlik məclisi, təntənə, toy-düyün, toy, toybüsat. [Qiyas] toy-bayram adamına bənzəyir. Mir Cəlal. // məc. Xoşbəxtlik mənasında. [Yasəmən:] Bir yerdə olmaq bizim üçün toy-bayramdır. S.Rəhman. toy-büsat bax. toy-bayram. Sağdışı Mələkdi, var toy-büsatı; Anası Nazənin, həmzədir zatı. Aşıq Ələsgər. • Toy-büsat qurmaq – şənlik etmək, təntənə düzəltmək. Hər tərəfdə quran toy-büsat mənəm; Ulduzlarla edən ixtilat mənəm. M.Müşfiq. toyçu is. Toyda çalan çalğıçı. Pristav xanımın gileyini başa düşəndən sonra toyçulara çığırdı ki, daha çalmasınlar. C.Məmmədquluzadə. toy-düyün Toy, toy məclisi. // Təntənə, şadyanalıq, şadlıq. İnandım ki, uzaq deyil, vüsal günüm yaxındır; Arazın o tayında da toy-düyünüm yaxındı. S.Rüstəm. toyxana is. Toy məclisi üçün düzəldilən yer, böyük otaq və s. Həyətdə toyxana özləri tikib, xalı, xalça, palaz, fənər tanış evlərdən yığıb, toyxananı döşərlər. R.Əfəndiyev. Toy gecəsinə çox adam gələrdi. Bunun üçün böyük bina olmalı idi. Toyxana köhnə bazarlarda, böyük dükanlarda və geniş tay anbarlarında qurulardı. H.Sarabski. toy-mağar (=toy-nağara) is. Toy büsatı; çalğı, zurna-nağara, zurna-balaban, təntənə. Məsumu toy-nağara ilə otağa apardılar. “Məsum”. Fikirli-fikirli susduqca dağlar; Ucalır göylərə toy-mağar səsi. N.Xəzri. toy-nağara (=toy-mağar) is. Toy büsatı; çalğı, zurna-nağara, zurna-balaban, təntənə. Məsumu toy-nağara ilə otağa apardılar. “Məsum”. Fikirli-fikirli susduqca dağlar; Ucalır göylərə toy-mağar səsi. N.Xəzri. toypayı is.\n1. Toy hədiyyəsi. [Qız] anasının aldığı gərdənbəndi xan tərəfindən ancaq toypayı hesab edirdi. Ə.Haqverdiyev.\n2. Keçmişdə: şah, xan sarayında olan toy münasibətilə əhalidən yığılan natural vergi. Sarayda toy hazırlığı gedirdi: biçilir, tikilir, kəndlərdən toypayı yığılır, gələcək qonaqların siyahısı tutulurdu. Çəmənzəminli. toyuq is.\n1. Yumurta, tük və ət almaq üçün saxlanan ev quşu. Ətlik toyuq. Toyuq hini. // Həmin quşun əti. Toyuq bişirmək. // Sif. mənasında. Həmin ətdən bişirilmiş, hazırlanmış. Toyuq kababı. Toyuq şorbası. – [Mirzə Cəmil] toyuq çığırtmasından iki tikə ağzına qoyub dayandı və Pərinin danışığının dalına qulaq asdı. Ə.Vəliyev.\n2. zool. Toyuqkimilər dəstəsindən olan quşların dişisi. Qırqovul toyuğu. ‣ Toyuq bir qıçlıdır (ki, bir qıçlı) – dediyi söz səhv də olsa, onun üstündə duran, dediyindən əl çəkməyən, inadkar, tərs adam haqqında. [Qara Kərəmoğlu:] Kərim bəy tərsin biri idi. Dedi, toyuq bir qıçlıdır, deməli, bir qıçlıdır, daha danışıq ola bilməzdi. M.İbrahimov. Toyuq kimi büzüşmək – soyuqdan, ya qızdırmadan büzüşmək. Soyuqdan boynunu qısıb toyuq kimi büzüşmüş halda həyətə girdi. Ə.Abasov. Toyuq kimi (təki) hinə girmək – axşam tezdən evə girib qapı-pəncərəni bağlamaq, evdə oturmaq və ya yatmaq. [Camal:] Əşi, ay Nəbi dayı, indidən niyə toyuq təkin hinə girmisiniz? Ə.Abasov. Toyuq ölsə bir çəngə tükdür, dəvə ölsə dərisi bir yükdür – kiçik şeylə böyük şeyi müqayisə məqamında işlədilir. Toyuq tara çıxanda (çıxan vaxt) – hava qaralan vaxt, al qaranlıq olanda, axşam. Toyuq tardan düşəndə (düşən vaxt) – hava işıqlaşanda, alaqaranlıqdan, səhər tezdən. Pambıq zavodunun həyətində, fəhlələrin qapısında toyuqlar tardan düşəndə kəl arabasına beş gözəmə buğda yüklədilər. Ə.Vəliyev. Bişmiş toyuğun gülməyi gəlir (tutur) – mənasız, cəfəng şey və ya söz haqqında. [Asya:] Elə söz danışırsan ki, bişmiş toyuğun gülməyi tutur. Ü.Hacıbəyov. toyuqbiti is. zool. Əsasən toyuq kimi quşların tükləri arasında yaşayan qansoran xırda parazit. toyuqçiçəyi is. tib. Keçici uşaq xəstəliyi; suçiçəyi. toyuqçuluq is. Quşçuluğun toyuq saxlayıb bəsləməklə məşğul olan sahəsi. Toyuqçuluğu inkişaf etdirmək. // Yumurta və ət almaq üçün toyuq, saxlayıb bəsləmə. toyuqkimilər cəm zool. Qısa və möhkəm dimdiyi, qüvvətli ayaqları olan kəklik, qırqovul, bildirçin və s.-nin daxil olduğu quş dəstəsi. toyuqlu sif. Toyuq ətindən bişirilmiş, toyuq əti olan. Toyuqlu xəmiraşı. toyuqplov is. Dəmə qoyularkən bütöv bişmiş toyuğu qazanın dibinə qoymaqla bişirilən plov növü. Varlılar yeddi gün yeddi gecə cibidolu başıboşlara, din dəllallarına toyuqplov verərdilər. H.Sarabski. toy-vay top. Toy və ya yas məclisi, hər cür məclis, xeyir-şər. [Qarı:] Bu abırla elə toya-vaya gedirsən? S.Rəhimov. toz is.\n1. Hava axını ilə yerdən qalxıb şeylərin üzərinə qonan xırda hissəciklər. Kömür tozu. Ayaqqabının tozunu silmək. – ..Marallarım.. moizə kitablarını rəfdən alıb, tozlarını təmizləyib başlayırlar əzbərləməyə. Ə.Haqverdiyev. ..Maşın dümağ tozun içində gah görünməz olur, gah da irəli şütüyüb toz boğanağını arxada qoyurdu. B.Bayramov. • Toz basmaq – üzərinə çoxlu toz qonmaq. [Oğlanın] paltarını, çəkməsini, hətta qıvrım saçlarını belə toz basmışdı. S.Rəhman. Tozunu almaq – tozunu silmək. Kostyumun tozunu almaq.\n2. bax. tozcuq. • Toz kisəsi (yuvacığı) bot. – bax. tozluq. Tozluqların iki toz yuvacığı olur.\n3. Bərk cismin narın üyüdülmüş ovuntusu; poroşok. Diş tozu. Şəkər tozu. – [Həkim:] Aptekxanalarda taxtabiti tozu satırlar, get, bir az al, səp yorğan-döşəyin ətrafına. N.Vəzirov. • Toz dərman – un kimi narın dərman; poroşok. ‣ Toz qaldırmaq (qoparmaq) məc. – sürətlə getmək, çapmaq, çaparaq getmək. Kəhər quyruğunu düyüb toz qaldırdı. M.İbrahimov. Kosmik toz – bax. kosmik. tozağacı is. bot. Ağ qabığı olan yarpaqlı ağac. tozanaq is. Külək nəticəsində qalxan toz. Yaman tozanaqdır. – Bakının dəhşətli, gözçıxaran tozanağı hamıya məlumdur. H.Sarabski. Külək titrədərdi göyü, yeri də; Tozanaq üstündən bir də tozanaq. N.Xəzri. // sif. Külək nəticəsində çox toz olan, tozanaqlı, tozlu (hava haqqında). ‣ Tozanaq qaldırmaq (salmaq, qoparmaq) – təsir etmək üçün yalana zor vermək, gözdən pərdə asmaq. tozanaqlı sif. Çox tozlu, tozla qarışıq. Bir həftə idi ki, tozanaqlı külək adada bayquş kimi ulayırdı. Ə.Məmmədxanlı. tozcuq is. bot. Toxumlu bitkilərin tozluğunda inkişaf edən və hamısı birlikdə toz əmələ gətirən toxumcuqlar şəklində çoxlu xırda mikroskopik törəmələrdən hər biri. Miçurin müxtəlif armud sortlarının tozcuqlarını bir yerə toplayıb qatışdırdı. M.Axundov. // Narın toz. toz-duman is. Havada həm toz, həm də duman olduğu hal; toz və duman. Kül rəngli havada toz-duman var; Dəhşətli soyuq, ayaz, boran var. A.Şaiq. Motorlar Bozdağı yarıb sökdükcə; Toz-duman içindən hara baxırsan? S.Vurğun. tozgötürən bax. tozyığan 1-ci mənada. Tozgötürən parça. tozlama 1. “Tozlamaq”dan f.is.\n2. f.is. bot. Mayalama məqsədilə çiçəyin tozcuğunu erkəkcikdən dişiciyə keçirmə. Süni tozlama.\n3. f.is. Ziyanvericiləri və xəstəlikkeçirici həşəratı məhv etmək üçün bitkiləri zəhərli tozla dərmanlama. tozlamaq f.\n1. Toza bulamaq, tozlu etmək. Pencəyi tozlamaq. Paltarını tozlamaq.\n2. Toz qaldırmaq, tozlu etmək. // Toz kimi sovurmaq. Maşın tərpəndi, dolama yollarla qarı eşə-eşə tozladı. S.Rəhimov.\n3. bot. Tozlama aparmaq (bax. tozlama 2-ci mənada). Çiçəyi süni tozlamaq.\n4. Bitkiləri zəhərli tozla dərmanlamaq (bax. tozlama 3-cü mənada). Pambıq sahəsini tozlamaq. Ağacları tozlamaq. tozlandırma 1. “Tozlandırmaq”dan f.is.\n2. bax. tozlama 2-ci mənada. tozlandırmaq bax. tozlamaq. Miçurin bu iki bitkini bir-birilə çarpaz tozlandırmağa başladı. M.Axundov. tozlanma “Tozlanmaq”dan f.is. tozlanmaq məch.\n1. Toza bulanmaq, toz basmaq, tozla örtülmək, tozlu olmaq.\n2. Tozlama aparılmaq (bax. tozlama 2-ci mənada). Qırmızı yonca cır arıların vasitəsilə tozlanır. M.Axundov.\n3. Zəhərli tozla dərmanlamaq (bitkilər haqqında). Pambıq sahəsi tozlandı.\n4. Toz halına gəlmək, toza dönmək. İkicə günün ərzində günəş yolu o qədər qurutmuşdu ki, maşınların təkərinin altından boz torpaq tozlanıb havaya qalxırdı. M.İbrahimov. tozlanmış f.sif.\n1. Toz basmış, toza batmış, üstü tozla örtülmüş, üstünə toz qonmuş. Üstü-başı gəc ilə tozlanmış ulağı.. gətirdilər. C.Məmmədquluzadə. Şərəfoğlu stolun alt gözünü açdı, oradan işlənmədiyi üçün tozlanmış bir külqabı çıxartdı.. M.İbrahimov.\n2. xüs. Tozlama işi aparılmış (bax. tozlama 2 və 3-cü mənalarda). Tozlanmış tarla. tozlayıcı is. xüs. Bitkiləri tozlamaq üçün cihaz (bax. tozlamaq 4-cü mənada). // Sif. mənasında. Tozlayıcı əl aparatları. tozlu sif. Toz basmış, toza bulaşmış, tozlanmış, üstünə toz çökmüş. Tozlu palto. – [Fərhad:] Bu gələn kişilərin tozlu, çirkli ayaqları çox adamın ürəyindən təmizdir. Ə.Haqverdiyev. Qoşqar da parusin kostyum geymiş, şalvarının balağını tozlu brezent çəkmənin boğazına salmışdı. İ.Hüseynov. // Toz, toz-tozanaqlı. Tozlu hava. – Bu soyuq tozlu gecədə biçarə Məşədi Əsgər adlı bir kişi əli qoynunda o küçədən bu küçəyə, bu küçədən o küçəyə sərgərdan [gəzib] balaları üçün ruzi axtarırdı. S.M.Qənizadə. tozluq is. bot. Çiçək erkəkciyinin toz əmələ gələn yuxarı hissəsi; toz kisəsi, toz yuvacığı (bax. toz 2-ci mənada). Çiçək açıldıqdan az sonra tozluqlar partlayır. “Pambıqçılıq”. tozsoran is. Müxtəlif şeylərin tozunu təmizləmək üçün cihaz; tozyığan. Yeni markalı tozsoran. Tozsoranla xalçanın tozunu təmizləmək. toztəmizləyən (=toztəmizləyici) is.\n1. Küçədə, yolda olan tozu təmizləyən maşın. Toztəmizləyənlə küçəni təmizləmək. // Sif. mənasında. Toztəmizləyən maşın.\n2. bax. tozsoran. toztəmizləyici (=toztəmizləyən) is.\n1. Küçədə, yolda olan tozu təmizləyən maşın. Toztəmizləyənlə küçəni təmizləmək. // Sif. mənasında. Toztəmizləyən maşın.\n2. bax. tozsoran. toz-torpaq is. Toz və torpaq, həm toz, həm də torpaq. Cana gəldim toz-torpağın əlindən. M.Müşfiq. [Bulud:] Çəmənlərdən toztorpağı silərsən; Yağ, yağışım, al çiçəklər açılsın. M.Dilbazi. toz-torpaqlı sif. Toz və torpaq basmış. Belə pərakəndəlik, evlərin müxtəlif biçimi, ..yolların toz-torpaqlı olması [Şahmarı] darıxdırırdı. B.Bayramov. toz-tozanaq is. Bərk tozanaq, küləklitozlu hava. // Toz, tozanaq. Külək əsir, qum sovrulur, gözə girir toz-tozanaq; Qoca alim yer altından ayrılmayır hələ ancaq. S.Vurğun. toztutan (=toztutucu) is. xüs. Havanı tozdan təmizləmək üçün cihaz; toztəmizləyən. toztutucu (=toztutan) is. xüs. Havanı tozdan təmizləmək üçün cihaz; toztəmizləyən. tozvari sif. Toz kimi, un kimi, narın. Tozvari reagentlər. tozyığan 1. sif. Tez tozlanan, tozu özündə saxlayan; tozgötürən (parça haqqında).\n2. bax. tozsoran. Tozyığanla döşəmənin tozunu silmək. töhfə is. [ər.] Hədiyyə, bəxşiş, ərməğan, pay. [Məhəmməd:] Bizim eşqimizdən bir xatirətək; Bu kiçik töhfəni alasan gərək. B.Vahabzadə. // Məc. mənada. [Kərəm:] Fələk mənim ilə inad eylədi; Qəm ilə hicrandır töhfən, söylədi. “Əsli və Kərəm”. töhmət is. [ər.] Danlama, danlayış, məzəmmət, danlaq. Lətif .. Mərdanovanın ona dikilmiş düşüncəli gözlərində həm özünə qarşı töhmət, həm də böyük qayğı hiss etmişdi. H.Seyidbəyli. Sona bu töhmətlərdən yuxuda da can qurtara bilmirdi. B.Bayramov. • Töhmət etmək – danlamaq, məzəmmət etmək. Mayaya [Səkinənin] ürəyi yandı, Rüstəm kişiyə töhmət etdi. M.İbrahimov. // Birinin hərəkətinə, işə münasibətinə rəsmən verilən mənfi qiymət. Həmişə tərifnamə arzulayan Kosanın indi töhmət sözündən gözü bərələ qalmışdı. S.Rəhimov. • Töhmət almaq – pis əməlinə və ya işə pis münasibətinə görə töhmətləndirilmək, yazılı və ya şifahi töhmət verilmək. İşə gecikdiyi üçün töhmət almaq. Töhmət vermək – pis əməlinə görə töhmətləndirmək, yazılı və ya şifahi töhmət vermək. [Sevinc:] Mahmudla dalaşdığı üçün ona da töhmət verdilər. Z.Xəlil. töhmətedici sif. Töhmətli, məzəmmətli; töhmətləndirici, məzəmmətedici, töhmət, məzəmmət ifadə edən. [Yaşlı kişi:] [Şirinnaz] başını sərzənişlə bulayıb, töhmətedici bir baxışla mənə baxdı. S.Hüseyn. töhmətləndirmə “Töhmətləndirmək”dən f.is. töhmətləndirmək f. Töhmət etmək, danlamaq, məzəmmət etmək, pisləmək. [Nadir] ..özünü töhmətləndirib, Məcidin hərəkətini haqlı görərək onun evləndiyini ağıllı iş hesab edirdi. B.Talıblı. töhmətli bax. töhmətedici. [Dəlilərin] töhmətli sözləri Koroğluya dağdan ağır gəlirdi. “Koroğlu”. tökdürmək icb. Tökmə işi gördürmək; boşaltdırmaq, tökməyə məcbur etmək. Dəni kisələrə tökdürmək. Suyu vedrələrə tökdürmək. Qumu maşından yerə tökdürmək. tökmə 1. “Tökmək”dən f.is.\n2. is. tex. Əridilib qəlibə tökülmüş metal məmulat. Polad tökmələr.\n3. sif. Tökmə yolu ilə hazırlanmış, qəlibə tökülməklə hazırlanmış. Tökmə polad. Tökmə dəmir.\n4. sif. Öz-özünə əmələ gəlməyib, əl, maşın və s. vasitəsilə düzəldilən. Tökmə təpə. tökməbədən (=tökməbədənli) sif. dan. Sağlam, möhkəm, sərrast bədənli. Gödəkboy, tökməbədən, kürən Daşdəmirin yanaqları yaylaq havasından qıpqırmızı idi. B.Bayramov. tökməbədənli (=tökməbədən) sif. dan. Sağlam, möhkəm, sərrast bədənli. Gödəkboy, tökməbədən, kürən Daşdəmirin yanaqları yaylaq havasından qıpqırmızı idi. B.Bayramov. tökməçi is. Tökmə işi mütəxəssisi (bax. tökmə 2-ci mənada). tökməçilik is. Tökməçinin işi, sənəti, ixtisası. tökməxana is. xüs. Tökmə üsulu ilə metal məmulat hazırlanan emalatxana, sex. tökmək f.\n1. Mayeləri, narın və ya dənəvər halında olan şeyləri olduqları qabdan başqasına və ya başqa yerə boşaltmaq. Buğdanı anbara tökmək. Odun üstünə su tökmək. – Stol üzərindəki qrafindən stəkana su töküb içdim. A.Şaiq. Bəhram makaralarla dama çıxarılan daşı ustasına verir, sement tökürdü. Mir Cəlal. // Üstündə olan bir şeyi salmaq, düşürmək, atmaq. – Payızda ağaclar yarpaqlarını tökür. Toyuq tükünü tökdü. – Sitarə ixtiyarsız çiçəkləri əlindən yerə töküb, yenə pəncərənin qabağına çəkilirdi və başını çiyninə qoyub fikrə gedirdi. Çəmənzəminli. // Ümumiyyətlə, hər hansı şeyi bir yerdən başqa yerə boşaltmaq. Dam üstündəki kərpicləri yerə tökmək. – Bəziləri toğlubaşı daşlardan töküb, çayın ağzını əkinlərin üzərindən azdırırdılar. Ə.Vəliyev.\n2. Aramsız yağmaq. Quşbaşı qar hələ də tökürdü. A.Şaiq. Yağış sel kimi tökürdü. S.Rəhimov.\n3. Sallandırmaq, sallamaq, salmaq. [Qulu] seyrək tüklərini darayıb, geniş alnına tökmüşdü, nazik qaşlarının altından baxan xırda gözləri hiylə saçırdı. Çəmənzəminli. Tök alnına o avara telləri; Qoy olayım bundan belə sərsəri. Ə.Cavad.\n4. Bir yerə çoxlu adam və ya şey gətirmək, yığmaq. Balaca Sabirə suyuq olanda Qəhrəman bir göz qırpımında şəhərin həkimlərini evə tökür. S.Rəhimov.\n5. tex. Ərimiş metaldan tökmə üsulu ilə məmulat hazırlamaq, detallar istehsal etmək. Bolt tökmə. // Tökmə üsulu ilə heykəl hazırlamaq.\n6. Bir sıra isimlərdən sonra gələrək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: tədbir tökmək, qan tökmək, qaşqabağını tökmək, acığını tökmək, plan tökmək və s. tökmərək sif. Kök, dolğun. Cavanların arasından çesuça kostyumla lak çəkmə geymiş, saçlı, tökmərək bir oğlan çıxıb irəli gəldi. Ə.Əbülhəsən. töküb-töküşdürmə “Töküb-töküşdürmək”dən f.is. töküb-töküşdürmək f. Nizamsız, qarışıq halda tökmək, şeyləri ora-bura necə gəldi atmaq. Evi töküb-töküşdürmək. tökücü bax. tökməçi. tökülmə “Tökülmək”dən f.is. [Xəlil:] Bax, çay hazır, tökülməsi də gənc xanıma həvalə olunur. Çəmənzəminli. tökülmək f.\n1. Axmaq, yuxarıdan aşağıya hərəkət etmək (mayelər haqqında). Budur, böyük bir şəlalənin suyu gurultu ilə axıb tökülür, aşağıda köpüklənərək yayılır. M.İbrahimov. Gümüş rəngli çənlərə; Axıb dağ seli kimi; Qara qızıl tökülür. İ.Səfərli. // Düşmək (səpələnən, dənəvər, ya xırda şeylər haqqında). Tavanın suvağı tökülür. Buğda kisədən tökülür. Torpaq başımıza tökülür. // Düşmək, yerindən çıxıb düşmək. Dişləri tökülmək. Saçı tökülmək.\n2. Axmaq, süzülmək, dammaq, sızmaq. Göz yaşı tökülmək. – Cəlal qaranlığa sıxdı naqanı; Töküldü yəhərə Gərayın qanı. S.Vurğun. [Səlim] o qədər odlu danışırdı ki, tər başından üzünə, boyun-boğazına sızıb tökülürdü. Ə.Vəliyev.\n3. dan. Şiddətlə, aramsız gəlmək, yağmaq. Qar ara vermədən tökülür. // məc. Yağmaq, gəlmək, enmək, saçmaq. Yunis çöl istisinin şiddətini ancaq indi hiss edirdi, göydən od tökülürdü. Mir Cəlal. Buludlarda şığıyan şimşəklərdən yerə tökülən (f.sif.) qığılcımlar hər tərəfi çulğayan bir yanğına çevrilir. M.Rzaquluzadə.\n4. Dənizə, gölə və ya başqa çaya axmaq, onunla birləşmək, qovuşmaq (çay haqqında). Araz Kürə tökülür. Volqa çayı Xəzər dənizinə tökülür. – Cüt axıb tökülür çaylar ümmana; Uca-uca dağlar lap baş-başadır. N.Rəfibəyli.\n5. Kütlə və ya izdiham halında çıxmaq, gəlmək, getmək, axışıb gəlmək, tökülüşmək. Bunların çığırtısına hər iki məhəllədən adamlar töküldülər. N.Nərimanov. Uşaqdan böyüyə, qarıdan qocaya hər kəs ünləşib, Cavanşir qəsəbəsinin küçələrinə tökülmüşdü. S.Rəhimov. // Eyni mənada heyvanlar haqqında. Gəlsin bahar fəsli, açılsın yazlar; Göllərə tökülsün ağ qular, qazlar. Qurbani. Gün çeşt yerinə qalxanda ilxı kəndə töküldü. Ə.Vəliyev. • Üstünə tökülmək – üstünə hücum etmək, tökülüşmək. Köpəklər [Qumrugilin] üstünə töküldü. Mir Cəlal.\n6. Düşmək, enmək, tökülüşmək. Sərnişinlər qatardan tökülürdülər. – Təpədə, tarlada qatırçılar qatırdan töküldülər. Mir Cəlal.\n7. Sallanmaq, düşmək. Saçı üzünə tökülmək. – [Abbas:] Dal gərdənə tökülübdü hörmələr; Mina gərdən, incə beli bürmələr. “Abbas və Gülgəz”.\n8. Yerindən qopub, yaxud sınıb, xarab olub düşmək; uçulmaq. Divarın suvağı töküldü. – Deşilir pəncərə, tökülür şüşə; Partıltı səsinə səs verir meşə. H.K.Sanılı.\n9. məc. Köhnəlib yıpranmaq, yararsız hala gəlmək. Uşaqlar cirə ilə yaşamaqdan və soyuqdan sapsarı olmuşdular. Üst-başları da tökülmüşdü. M.İbrahimov.\n10. məc. Yağmaq. Hər tərəfdən güllə tökülür. – İnsan düşünməyə tapmayır macal; Tökülür meydana bomba dalbadal. M.Rahim.\n11. Çıxmaq, düşmək (dişlər haqqında). Ağzında bütün dişləri tökülüb. – Qabaq dişim tökülüb; Azılarım sökülüb; Mənə qoca deməzlər; Bir az belim bükülüb. M.Ə.Sabir.\n12. İfadə etmək, görünmək, görsənmək, bilinmək. [Sarxan] gözlərindən hiyləgərlik tökülən (f.sif.) alman əsgərinin üstünə təpindi. M.Hüseyn. Yerli camaata oxşamır qonaq; Doğmalıq tökülür üzündən ancaq. B.Vahabzadə.\n13. Gəlmək (çoxlu şey haqqında). “Molla Nəsrəddin” idarəsinə hər yerdən və hər tərəfdən gündə əlli-altmış məktub töküldü. C.Məmmədquluzadə.\n14. Yorğunluqdan, ya soyuqdan üzülmək, ağrımaq, sızıldamaq. [Bahar:] Ayaqlarım tökülür, qatığı satdım üç abbası bir şahıya. Ə.Haqverdiyev.\n15. “Tökmək”dən (1 və 5-ci mənalarda) məch. Çəpərlər aradan bir-bir sökülsün; Palçıqlı yollara çınqıl tökülsün. S.Vurğun. Evin ortasına çoxlu yorğan-döşək yunu, balış tükü tökülmüşdü. Ə.Vəliyev. Dəvələr dal həyətdə boşalıb, taxıl elə dəvəçilərin köməyi ilə də anbara tökülmüşdü. Ə.Əbülhəsən. tökülüşmə “Tökülüşmək”dən f.is. tökülüşmək bax. tökülmək 5 və 6-cı mənalarda. Uşaqlar qatardan bir-bir tökülüşdü. S.Rəhimov. Qonşular tökülüşüb, anabalanı kiridirdilər. Mir Cəlal. • Üstünə tökülüşmək – üstünə hücum etmək, yerbəyerdən hücum etmək (çoxları haqqında). Aşağı məhəllənin itləri hürüşüb Tahirin üstünə tökülüşdülər. M.Hüseyn. töküntü bax. tullantı. Mədəndən əla daş da çıxır, töküntü də. Mir Cəlal. // Bir şeyin işləndikdən, yeyildikdən sonra artıq qalan hissəsi; qalıq. Süfrə töküntüsü. töküşdürmə “Töküşdürmək”dən f.is. töküşdürmək f. Nizamsız, səliqəsiz halda tökmək, qoymaq, dağıtmaq. Şeyləri töküşdürmək. – Polislər evi töküşdürməyə, yorğan-döşəyi sökməyə, uzun şişlərlə divarları belə deşməyə başladılar. Mir Cəlal. törə sif. məh. Hündür olmayan, yastı, kiçik. Törə ağac. törəboy sif. məh. Boyu törə, bəstəboy, alçaqboy. Boz şaldan pencək-şalvar geyinmiş, şirvani çarıqlı, törəboy, çatmaqaş uşaq madyanı kənara çəkdi. Ə.Abasov. törədici is.\n1. k.t. Nəsil törədən erkək. Qabaqcıl fermaların təcrübəsi geniş yayılır, ..cins inək və törədicilərin gətirilməsinə fikir verilir. (Qəzetlərdən). // Sif. mənasında. Törədici merinos qoçu.\n2. Bir prosesi əmələ gətirən, törədən, törəməsinə səbəb olan mikrob və s. Xəstəlik törədicisi. törədilmə “Törədilmək”dən f.is. törədilmək məch. Yaradılmaq, meydana gətirilmək, vücuda gətirilmək. törəmə 1. “Törəmək”dən f.is.\n2. is. Nəsil. [Mirzə Cəmil:] Böyük bir törəmənin içində vur-tut fərasətlisi ortancıl əmimin oğlu idi ki, fələk əlimdən aldı. Ə.Vəliyev. // Övlad, nəvə-nəticə, oğul-uşaq. [Əmiraslan:] ..Buradakıların çoxu elə mənim öz törəməm deyilmi, arvad? S.Rəhimov. [Hümmət Şahmara:] Bəs deyirlər, ot kökü üstə bitər, Əsəd kimi adamdan belə törəmə? B.Bayramov.\n3. Hər hansı bir proses nəticəsində törəyən, əmələ gələn şey. Dağ törəmələri. – Torpaq əmələgəlmə prosesi nəticəsində [boz torpaqlarda] yeni karbonatlı törəmələr az müşahidə olunur. “Qarabağ düzünün torpaqları”. // Bir şeydə əmələ gəlmiş, törəmiş yeni ünsür, forma və s. Ciyərdə yeni törəmələr. Dilin lüğət tərkibində yeni törəmələr. // Sif. mənasında. Özünə bənzər şeydən əmələ gəlmiş, törəmiş. Törəmə söz. Törəmə kəmiyyət. törəmək f.\n1. Əmələ gəlmək, baş vermək, meydana gəlmək, vücuda gəlmək, doğmaq. Kürdüstan dağlarında bəslənmiş bu iki çiçək .. digər tərəfdən nifaqa və ondan törəyən (f.sif.) faciəli hadisələrə də səbəb oldu. S.S.Axundov. Həngamə ondan törəmişdi ki, Bəndalı gəlib bura çıxmışdı. Mir Cəlal.\n2. Doğulmaq, dünyaya gəlmək. ..Hacı Yusif və Molla Nəsrəddin Molla Sədrəddin əmioğlunun əmioğlanları və qohumlarıdır və bir atadan və bir anadan törəyənlərdir. C.Məmmədquluzadə. [Qartal:] Böyük sərkərdəm Cavanşirdən belə xain övlad törəyə bilməz. M.Hüseyn.\n3. Nəsli artmaq, çoxalmaq, törəyib-artmaq, doğub-törəmək. [Muradın] müəyyən bir planı da vardı, toyuqlarını çoxaldacaq, keçiləri doğub-törəyəcək, keçən payızda aldığı düyəsi gələn il bala verəcəkdi. S.Hüseyn. törənəcək is. Əmələgəlmə, törəmə, yaranma; törədən amil, törədən səbəb, zəminə ..Bu arzuya vasil olmaq ancaq o vaxt mümkün olar ki, əşar və asarın törənəcək yeri hissiyyat ola.. F.Köçərli. törəniş is. Törənmə, əmələ gəlmə. törənmə “Törənmək”dən f.is. törənmək bax. törəmək. Səndən törənibdir bizim evdə belə bidət. M.Ə.Sabir. törətmə “Törətmək”dən f.is. törətmək f.\n1. Əmələ gətirmək, yaratmaq, meydana gətirmək, doğurmaq, baş verməsinə, törəməsinə səbəb olmaq. [Həyat:] ..Bütün bu narazılığı törədən (f.sif.) səbəbləri aradan qaldırarıq. M.İbrahimov. Bu qanlı, qorxunc işi; Kimlər idi törədən? Ə.Cavad.\n2. Nəsil artırmaq, dünyaya gətirmək, törədib-artırmaq. [Rüstəm bəy:] Yaranmışlar müəyyən yaşa çatıb törətmək qabiliyyəti duyar-duymaz hiss onları idarə etməyə başlayır. Çəmənzəminli. törpü is. Müxtəlif formalarda olan iridişli yeyə növü. Törpü ilə dəmiri yonmaq. törpüdəyməmiş (=törpügörməmiş) sif. və is. Kobud, qanmaz, yontalanmamış. [Sədr:] Əziz kimi özündən bədgüman və törpüdəyməmişlərlə mübarizəmiz hələ qabaqdadır. Ə.Vəliyev. törpügörməmiş (=törpüdəyməmiş) sif. və is. Kobud, qanmaz, yontalanmamış. [Sədr:] Əziz kimi özündən bədgüman və törpüdəyməmişlərlə mübarizəmiz hələ qabaqdadır. Ə.Vəliyev. törpüləmə “Törpüləmək”dən f.is. törpüləmək f. Törpü ilə yonmaq; yeyələmək. tör-töküntü is.\n1. bax. qalıq 1-ci mənada. Qurban boşalmış içki şüşələrini, yeyilmiş qəlyanaltının tör-töküntüsünü süfrədən yığdı. T.Ş.Simurq.\n2. məc. Məhv olmuş ictimai quruluşun mənfi qalıqları, izi; cəmiyyətin mənən pozulmuş ünsürləri. [Mürşüd:] İnci, axı o gün mən sənə isbat elədim ki, qısqanclıq kapitalizmin tör-töküntüsüdür. S.Rəhman.\n3. top. Səliqəsiz halda yerə tökülmüş şeylər, qarmaqarışıqlıq haqqında. Gülzar yığışdırır tör-töküntünü; Sonra da həyətdə çırpır örtünü. S.Vurğun. Ev tör-töküntü idi. Xanım Balacayeva arada eşələnir və Gülöyşə ilə danışırdı. S.Rəhimov. tör-töküntülü sif. Səliqəsiz, qarmaqarışıq, tör-töküntü olan. Azacıq sonra Həmzə zinətli, amma tör-töküntülü otağın yuxarı başında dayandı. Ə.Əbülhəsən. tör-töküntülük is. Tör-töküntülü yerin halı; səliqəsizlik, qarmaqarışıqlıq. tösbərək sif. Qısaboylu, gödək. tövbə is. [ər.] Etdiyi pis əməldən peşman olub bu işi daha etməyəcəyinə söz vermə, əhd etmə. [Camaat:] [Hacının] tövbəsi bizə lazım deyil. Ə.Haqverdiyev. // Bəzən nida məqamında işlənir. [Tarverdi:] Vay aman, qələt elərəm, quldurluğa dəxi çıxmanam, heç kimi soymanam, tövbə, tövbə! M.F.Axundzadə. // din. Günah və qəbahətlərindən əl çəkib, Allaha üz tutaraq bir daha etməyəcəyinə söz vermə. [Xanım] ..qarşısında sönük işıq yanan İsanın təsvirinə yanaşdı, dizi üstə düşüb tövbəyə başladı. Çəmənzəminli. • Tövbə etmək (qılmaq) – 1) din. günahlarından peşman olub, bir daha onları təkrar etməyəcəyinə söz vermək, and içmək: 2) təqsirlərini boynuna alıb, daha təkrar etməyəcəyinə söz vermək, and içmək. Ənvər yalvarıb-yaxardı. Müşkünazın qarşısında diz çöküb dil çıxartdı. Tövbə eləyib üzr istədi. Ə.Vəliyev. [Ehtişami Azərə:] Son dəfə təklif edirəm, tövbə et, Azər, tövbə etsən, boş vəzir özü bura gəlib, günahından keçəcək! Ə.Məmmədxanlı; 3) tərgitmək, əl çəkmək. Mən qumarı tövbə etmişəm. S.S.Axundov. tövbələtmə is.: tövbələtmə (tövbələtmə dərsi) vermək – pis işi bir daha təkrar etməmək üçün birini tənbeh etmək, cəzalandırmaq, qulaqburması vermək. [Hacı Qara:] Hamısına tövbələtmə verrəm ki, dəxi heç qaçaqçının qabağın kəsməsinlər. M.F.Axundzadə. [Nəriman Sahibə:] Mən də dedim ki, gəlin birləşək, birdəfəlik tövbələtmə dərsi verək. M.İbrahimov. tövbəli sif. Tövbə etmək, bir işi görməyəcəyinə and içmiş, söz vermiş andlı. O vaxtdan indiyə kimi Sevdim mollaxana ilə arvada tövbəlidir. Ə.Vəliyev. tövhid is. [ər.]\n1. Bir neçə şeyi birləşdirmə.\n2. Allahın birliyinə, vahid olmasına inam. tövlə is. At, inək və s. ev heyvanlarının saxlandığı bina. İmarətin sol tərəfində tövlələr, anbarlar, mərəklər tikilmişdi. Çəmənzəminli. Bu zaman Nəriman əmi tövlədən yedəyində bir qaşqa ürkə çıxarıb ağaca bağladı. İ.Əfəndiyev. tövrat is. [qəd. yəh. tora] Yəhudilərin müqəddəs dini kitabı. Bibliyanın (İncil) ilk beş kitabıdır. Əhdi-ətiqə daxildir. tövsif is. [ər.] Tanıtma, xüsusiyyətlərini açıqlama. tövsiyə is. [ər.]\n1. Necə hərəkət etmək, bir işi necə görmək haqqında təklif, məsləhət, tapşırıq. [Mehriban] keçən gün [Səlimin] tövsiyələrini diqqətlə dinləmiş, onu vağzaladək müşayiət belə etmişdi. S.Hüseyn. [Mələk xanım Mehmana:] Mənim sənə analıq tövsiyəm vardır. S.Rəhimov.\n2. Yaxşı rəy. ‣ Tövsiyə etmək (eləmək) – 1) məsləhət vermək, məsləhət görmək, arzu etmək, təklif etmək. [Şahin:] Müəllim and verdi, [saatı] əbədi saxlamağımı tövsiyə elədi. B.Bayramov; 2) bir işə yaxşı rəy vermək. tövşük is. Tövşümək işi, tövşümə. • Tövşüyünü almaq – nəfəsini dərmək, dərindən nəfəs almaq. Kəngərli gözlərini yerə zilləyib tövşüyünü aldı. Ə.Vəliyev. tövşümə 1. “Tövşümək”dən f.is. [Ninanın] həyəcan və iztirabı köksünün döyünməsindən və tövşüməsindən bəlli olurdu. M.S.Ordubadi.\n2. Təngnəfəslik. Yenə tövşüməm tutdu. tövşümək f. Çətinliklə nəfəs almaq, təngnəfəs olmaq, nəfəsi təngləşmək. Dağı birnəfəsə qalxıb aşan kəs; Tövşüdü qalxanda pilləkənləri. N.Xəzri. Gün altında tövşüyür; Qara kəl, təpəl öküz. H.Hüseynzadə. töycü is. Keçmişdə: kəndlilərdən alınan vergilərdən biri (vergini və ya ümumi borcu ödəmək üçün camaatdan yığılan pul və s.). [Allahverdi:] ..Bildirki töycünün altından çıxa bilmirdik, indi də dinməver gəlib. C.Cabbarlı. trafaret [ital. traforetta – deşilmiş]\n1. Bir şeyə köçürülməli olan şəkil və ya yazı nümunəsi kəsilmiş nazik lövhə. Naxışlı trafaret. // Belə lövhənin (lövhəciyin) vasitəsilə alınan şəkil, yazı.\n2. Basmaqəlib, şablon. tragediya [yun. tragoedia]\n1. Əsasını barışmaz həyat konfliktləri, xarakter və ehtirasların kəskin toqquşması təşkil edən və adətən qəhrəmanının ölümü ilə nəticələnən dramatik əsər; faciə. Şekspirin tragediyaları. “Şeyx Sənan” tragediyası.\n2. məc. Çox acı, dəhşətli hadisə; bədbəxtlik, faciə. tragik I. [yun. tragikos] Tragik (faciəvi) rollar ifa edən artist; faciə artisti. H.Ərəblinski Azərbaycanın məşhur tragikidir.\n\nII.\n1. “Tragediya”dan sif. Tragik janr. Tragik artist.\n2. Faciəli. Tragik mənzərə. tragikomediya [yun. tragoedia və ital. commedia] Həm tragik, həm də komik ünsürləri özündə birləşdirən dramatik əsər. tragizm [yun.] Dramatik və musiqi əsərində və ya onun ifasında faciə ünsürü; faciəlilik. Süjetin tragizmi. Surətin tragizmi. traxeya is. [yun.] Boğaz, nəfəs yolu. traxoma [yun. trachys – kələ-kötür] tib. Göz konyuktivinin keçici xronik xəstəliyi. traxomalı sif. Traxoması olan, traxoma olmuş. Traxomalı göz. traktat [lat. tractaus – müzakirə]\n1. Ayrıca bir məsələdən, problemdən bəhs edən elmi əsər. Fəlsəfi traktat. Əbu Əli ibn Sinanın “Qanun” traktatı.\n2. dip. Beynəlxalq müqavilə, saziş, bağlaşma. traktor [ing.] Kənd təsərrüfatı alətlərini və başqa alətləri çəkib aparmaq üçün özüyeriyən maşın. Tırtıllı traktor. – Çöldə traktorun səsi canlanır; Obalar şənlənir, həyəcanlanır. S.Vurğun. Heybətin traktoru guruldamağa başladı. M.Hüseyn. traktorçu is. Traktor sürücüsü. Traktorçu sürüb gəldiyi sahələrin yaşıl bitkilərinə, kollu məhsuluna baxanda da ləzzət duymalıdır. M.İbrahimov. Yarışır yer şumlayan cavan traktorçular. Ə.Cəmil. traktorçuluq is. Traktorçunun işi, peşəsi, sənəti. traktorlaşdırılma “Traktorlaşdırılmaq”dan f.is. Kənd təsərrüfatının traktorlaşdırılması. traktorlaşdırılmaq məch. Xalq təsərrüfatının hər hansı bir sahəsində traktorlar, traktor dartı qüvvəsi tətbiq edilmək. traktorlaşdırma “Traktorlaşdırmaq”dan f.is. Traktorlaşdırma tədbirləri. traktorlaşdırmaq f. Xalq təsərrüfatının hər hansı bir sahəsində traktorlar, traktor dartı qüvvəsi tətbiq etmək. traktovka [rus.] Şərh, izah. Pyesin rejissor traktovkası. tral is.[ing.] Balıq ovlamaq üçün iri tor. tramplin [fr. tremplin]\n1. Tullanarkən adamı itələyən və tullanılan məsafənin uzunluğunu və ya hündürlüyünü artırmağa kömək edən xüsusi qurğu. Tramplindən suya tullanma. Xizək tramplini.\n2. məc. Hər hansı bir işə başlamaq üçün dayaq, çıxış nöqtəsi; istinadgah. tramvay [ing.]\n1. Yerüstü relsli şəhər elektrik nəqliyyat növü.\n2. Bir və ya bir neçə vaqondan ibarət qatar. Tramvaya minmək. – İndi tramvay daha enli bir küçə ilə gedirdi. M.Hüseyn.\n3. Canlı dildə bəzən şəhərətrafı elektrik dəmir yoluna və onun qatarına verilən ad. Gəl minək tramvaya, gedək bir Buzovnaya; Bir heykələ bənzəyir sahilində hər qaya. S.Rüstəm. ‣ Çay tramvayı – şəhər dairəsində çayda hərəkət edən kiçik sərnişin gəmisi və ya kateri. tramvayçı 1. Tramvay işçisi. // Tramvay parkının çilingəri.\n2. Tramvaysürən. Tramvayçılar zəngi daha da bərk vurur(lar). Mir Cəlal. tramvaysürən is. Tramvay maşinisti, tramvay sürən adam; tramvayçı. transfer is. [ing.] Yer, iş dəyişmək, idmanda bir komandadan başqasına keçmək. transformasiya [lat. transformatio]\n1. kit. Bir şeyin öz şəklini dəyişməsi, başqa şəklə düşməsi, bir haldan başqa hala keçməsi; dəyişmə, dəyişilmə. Hava kütləsinin transformasiyası. İşığın transformasiyası.\n2. fiz. Elektrik cərəyanının transformator vasitəsilə dəyişməsi.\n3. Aktyorun öz zahiri görkəmini (kostyumunu, qrimini, parikini və s.) cəld dəyişməsi əsasında qurulan teatr və ya sirk nömrəsi. transformbtor [lat. transformare – dəyişmə] Dəyişən elektrik cərəyanının gərginliyini artırmaq və ya azaltmaq üçün aparat. transkripsiya [lat. transcriptio – üzünü köçürmə]\n1. dilç. Hər hansı bir dilin, qrafik və orfoqrafik normalarından asılı olmayaraq, bütün incəliklərinin mümkün qədər dəqiq verilməsi üçün tətbiq edilən yazı, ya işarələr sistemi. Fonetik transkripsiya. Dialektoloji materiallarda transkripsiya tətbiq etmək.\n2. bax. transliterasiya. Fars sözlərinin Azərbaycan hərfləri ilə transkripsiyası.\n3. mus. Bir alət və ya səs üçün yazılmış musiqi əsərinin başqa alətdə və ya səslə ifa etmək üçün uyğunlaşdırılması. Simfonik əsərin fortepiano üçün transkripsiyası. transliterasiya [lat. trans – vasitəsilə və littera – hərf] dilç. Bir əlifbanın hərflərinin başqa əlifbanın hərfləri ilə verilməsi. translyasiya [lat. translatio – verilişdən]\n1. Səs, musiqi, təsvir və s.-nin radio, televiziya və ya məftil vasitəsilə uzaqlara verilməsi; veriliş. Teatrdan operanın translyasiyası. Stadiondan futbol matçının translyasiyası.\n2. dan. Bu üsulla verilən veriliş. Translyasiyaya baxmaq. transmissiya is. [lat.] Fırlanma hərəkətini mühərrikdən enerji istehlakçılarına – işlək maşınlara ötürən qurğu və ya sistem. transparant is. [fr.] Yazının təmiz kağızda düzxətli alınması üçün onun altına qoyulan tünd xətlərlə cizgilənmiş vərəq; şüarlar yazılmış çeşidli lövhələr. transportyor is. [fr.]\n1. Konveyer.\n2. Qarajda avtomobilin yerini dəyişdirmə qurğusu.\n3. Nəqliyyat işləri ilə məşğul olan. tranşey is. [fr.]\n1. hərb. Səngər.\n2. Karxana.\n3. Uzun xəndək, qanov. tranzistor [ing.] Elektrik siqnallarını gücləndirmək üçün yarımkeçirici cihaz (radiotexnikada, elektronikada çox vaxt elektron lampalarının əvəzinə işlədilir). // Həmin prinsip əsasında işləyən portativ radioaparat. tranzistorlu sif. Tranzistoru olan, tranzistorla işləyən. Tranzistorlu radiocihaz. tranzit [lat. transitus – keçid] Yolda üçüncü bir ölkədən keçməklə, bir ölkədən digərinə və ya aralıq məntəqələrdən keçməklə bir məntəqədən digərinə yük və ya sərnişin daşıma. // Tranzit qaydası ilə həyata keçirilən. Tranzit ticarət. Tranzit yükdaşıma. // Təyin olunmuş yerinə qədər tranzit qaydası ilə daşınan; tranzit qaydası ilə gedən. Tranzit vaqon. // Müəyyən məntəqədə bir qatardan düşüb, o birisinə minməklə təyin olunmuş yerə gedən. Tranzit sərnişin. // Belə sərnişinlər üçün olan. Tranzit bilet. Tranzit kassa. Tranzit zal. trap [holl.]\n1. Gəmidə pilləkən. Maşın şöbəsinin trapı. // Gəminin bortuna girmək və ondan düşmək üçün qurğu. İp trapı. // Təyyarənin yanına gətirilib qoyulan pilləkən. Trapla təyyarədən düşmək.\n2. xüs. Bəzi işlərdə (tikintidə, dalğıclıqda və s.-də) istifadə olunan müxtəlif növlü və quruluşlu pilləkən, nərdivan. Tikinti trapı. Dəmir trap. trapesiya [yun. trapezion]\n1. hənd. İki paralel tərəfi olan dördbucaq.\n2. İki tros və ya ipdən asılmış tirdən ibarət gimnastika aləti. Trapesiyada çıxış etmək. travma [yun. trauma] Hər hansı xarici təsir (yaralanma, əzilmə, yanma və s.) nəticəsində bədən toxumalarının və ya üzvlərinin zədələnməsi; zədə. Kəllə travması. İstehsalat travması. // Əsəb sarsıntısı (adətən “əsəb”, “psixi” sözləri ilə birlikdə). Mənəvi travma. travmalı sif. Travması olan, zədəli. Travmalı xəstə. travmatik “Travma”dan sif. Travmatik zədə. Travmatik nevroz. travmatizm [yun.] Hər hansı bir şeylə əlaqədar olan travmatik zədələnmə. Məişət travmatizmi. İdman travmatizmi. travmatologiya [yun. trauma və logos] Tibbin, travmatik zədələr və onları müalicə üsullarından bəhs edən şöbəsi. travmatoloji “Travmatologiya”dan sif. trayektoriya [lat. trajectus – hərəkət] Hərəkət edən hər hansı bir nöqtə və ya cismin fəzada cızdığı xətt. Yerin süni peykinin trayektoriyası. Meteoritin trayektoriyası. // hərb. Mərminin, güllənin, minanın və s.-nin uçuş xətti. tred-yunion [ing. trade-union] İngiltərədə: həmkarlar ittifaqlarının adı. tred-yunionist [ing. trade-unionist] Tred-yunionizm tərəfdarı. tred-yunionizm [ing. trade-unionism] Fəhlə hərəkatının vəzifələrini kapitalizmin əsaslarına toxunmadan fəhlələrin inqilabi tələblərini həyata keçirmək məsələsi ilə məhdudlaşdıran opportunist cərəyan. trek is. [ing.] idm. Tamaşaçı tribunaları ilə əhatələnən və bərk örtüyü (beton, asfalt və s.) olan idman qurğusu. trest [ing.]\n1. Bir sahənin bir neçə müəssisəsinin birləşməsi, habelə belə birləşmənin mərkəzləşdirilmiş idarəsi, aparatı.\n2. iqt. İstehsal əməliyyatlarını və satışı mərkəzləşdirmə yolu ilə həddən artıq gəlir almaq məqsədi güdən kapitalist inhisar formalarından biri (bu inhisar formasında birləşdirilmiş müəssisələr ticarət və istehsalat sahəsindəki müstəqilliklərini itirmş olur). tribun [lat.]\n1. tar. Qədim Romada müxtəlif vəzifəli şəxslərin adı. Xalq tribunu. Hərbi tribun.\n2. Görkəmli natiq və publisist olan ictimai xadim; natiq. İnqilab tribunu. tribuna [fr. tribune, əsli lat. tribunal]\n1. Stadionlarda, meydançalarda camaat, tamaşaçılar və ya parad qəbul edənlər, nümayişi təbrik edənlər və b. üçün düzəldilmiş hündür sıralı yerlər. Mərkəzi tribuna. – Firidun və Kürd Əhməd özlərini ikinci mərtəbədə bir evin balkonunda düzəlmiş tribunaya çatdırmağa cəhd edirlər. M.İbrahimov.\n2. Xitabət kürsüsü. Əynində hərbi köynəyi olan ortayaşlı bir adam tribunaya qalxdı. Ə.Sadıq. // məc. Siyasətçilərin, publisistlərin və b.-nın ictimai fəaliyyətlərinin həyata keçirildiyi yer, mühit. Ədəbi tribuna. tribunal [lat.]\n1. Hərbi və çox ağır mülki cinayət işlərinə baxan fövqəladə məhkəmə orqanı. Hərbi tribunal. // top. Hakimlər; bu orqanın məhkəmə heyəti. Tribunalın hökmü.\n2. Belə orqanların cinayət işlərinə baxması. İşi tribunala vermək. // Bu orqanın məhkəmə iclası. triko [fr.]\n1. Üst paltar üçün naxışlı yun parça. Kostyumluq triko. – Məktəbə açıqsumağı trikodan qəşəng kostyum geymiş bir cavan gəlirdi. Ə.Əbülhəsən. // Həmin parçadan tikilmiş. Səlim təzə tikdirdiyi damadama triko kostyumunun pencəyini düzəltdi.. M.Süleymanov.\n2. Teatr və ya idman kostyumu kimi geyilən, bədənə sıx yapışan trikotaj paltar. Rəqqasə trikosu.\n3. Belə qədər bədənin aşağı hissəsini örtən qadın trikotaj alt paltarı. İsti triko. trikotaj [fr.]\n1. Maşında toxunmuş parça; toxuma. İpək trikotaj. // Belə parçadan hazırlanmış. Trikotaj kofta.\n2. top. Belə parçadan hazırlanmış məmulat. İdman trikotajı. trikotajçı is. Trikotaj sənayesi işçisi. triqonometrik sif. [yun. trigonon və metreo]\n1. Triqonometriyaya aid olan, triqonometriya ilə əlaqədar olan. Triqonometrik cədvəl.\n2. geod. Geodezik ölçmə ilə əlaqədar olan, trianqulyasiya üsulu ilə görülən. Triqonometrik işarə. Triqonometrik məntəqə. triqonometriya [yun. trigonon – üçbucaq və metreo – ölçürəm] Həndəsənin, üçbucağın tərəfləri və bucaqları arasındakı münasibətləri öyrənən bəhsi. Düzxətli triqonometriya. Sferik triqonometriya. trilogiya [yun.] Bir müəllifin ideya ümumiliyi və mövzu ardıcıllığı ilə birləşən üç ədəbi və ya musiqi əsəri. Əzizə Cəfərzadənin “Eldən-elə”, “Aləmdə səsim var mənim” və “Vətənə qayıt” trilogiyası. trilyon [fr.] Min milyarda bərabər say. trio [ital.]\n1. Hər birinin müstəqil partiyaları olan üç alət və ya üç səs üçün yazılmış musiqi əsəri. Çaykovskinin triosu. Pianino, klarnet və faqot üçün trio.\n2. Üç ifaçıdan (müğənni, ya çalğıçıdan) ibarət ansambl; üçlük. Qarmonçular triosu. triumf is. [lat.]\n1. Qədim Romada qalib sərkərdənin qoşunu ilə birgə paytaxta təntənəli surətdə daxil olması.\n2. Parlaq qələbə. trofik sif. fiziol. İnsanın qidalanmasını və fəaliyyətini tənzim edən. trolleybus [ing.] Elektrik qüvvəsi ilə hərəkət edən çoxyerli sərnişin maşını; relssiz şəhər elektrik nəqliyyatı növü. tromb [yun. trombos – laxta] Qan damarlarında əmələ gələn qan laxtası. tromboflebit [yun.] tib. Vena divarlarında tromb əmələ gəlməsindən ibarət xəstəlik. trombon [ital.] Aşağı və güclü tembrli nəfəslə çalınan boru şəklində musiqi aləti. trombonçu is. Trombonda çalan musiqiçi. tromboz [yun.] tib. Damarlarda tromb (laxta) əmələgəlmə prosesi. tropik [yun. tropikos]\n1. Yer kürəsinin səthində ekvatora paralel və ondan 23°27 şimala və ya cənuba tərəf uzaqda olan iki xəyali dairədən hər biri. Oğlaq tropiki. (ekvatordan cənuba tərəf). Xərçəng tropiki (ekvatordan şimala tərəf).\n2. Adətən cəm şəklində tropiklər – Yer kürəsinin, həmin dairələr arasında ekvatorun hər iki tərəfində yerləşən isti qurşağı. Ən isti ölkələrdə – tropiklərdə çay kolu bütün il boyu inkişaf edir və çiçək açır. “Çay bitkisi”.\n\nII. sif. [yun. tropikos] Tropiklərdə yerləşən, olan. Tropik qurşaq. Tropik təbiət. Tropik meşə. Tropik bitkilər. // Tropiklərdə yayılmış, tropiklərə xas olan. Tropik isti. Tropik xəstəliklər. ‣ Tropik il astr. – Günəşin, yaz gecəgündüz bərabərliyi nöqtəsindən iki dəfə keçməsi arasındakı dövr. troyka is. [rus.] Üçatlı minik arabası və ya kirşə. truba [rus.] Ucunda ağızlıq olan nəfəsli mis musiqi aləti. truppa [fr. troupe] Teatr, sirk artistləri dəstəsi. trusik (=trusı) [rus.] Gödək idman şalvarı (tumanı); bu cür kişi və ya qadın alt yay tumanı. trusı (=trusik) [rus.] Gödək idman şalvarı (tumanı); bu cür kişi və ya qadın alt yay tumanı. tualet [fr.]\n1. Güzgülü və qutulu kiçik stol. [Oğlan] tualet önündə bir qadın qədər özünə yaraşıq verdi. A.Şaiq.\n2. İctimai yerlərdə (teatr, kino, restoran və s.-də) ayaqyolu.\n3. Zahiri görkəm, yaraşıq, bəzək-düzək. Məclis üçün hazırlıq görülürdü, xanımlar geyim və tualetlərinə son dərəcə əhəmiyyət verirdilər. Çəmənzəminli. ‣ Cərrahın tualeti tib. – operasiyadan qabaq mikrobsuzlaşdırılmış paltar geymə və əlləri yuma. tuf [lat. tofus-dan] Vulkanik və ya çökmə mənşəli məsaməli dağ süxuru (tikinti materialı kimi işlədilir). [Zəylik yatağını] təşkil edən süxurlar əsas etibarilə yura dövrünün porfiritləri, tufları və əhəngdaşılarıdır. M.Qaşqay. tufan is. Çox şiddətli, küləkli qar və ya yağış; qasırğa, çovğun, boran, fırtına. Yox, bizim bağlarımız bunlara öyrəncəlidir; Dözəcək yellərə, tufanlara öyrəncəlidir. S.Rüstəm. Tufan həftələrlə davam etdi. S.Rəhimov. • Tufan qopmaq – tufan olmaq, tufan başlamaq. Tufan qopar, el ağlar; Çaylar daşar, sel ağlar; Qəriblikdə ölənin; Yasın tutar el, ağlar. (Bayatı). Əssə külək, qopsa da tufan yenə; Əyməyə əsla gücü çatmaz mənə. M.Ə.Sabir. // Tufanlı hava. Bu tufanda hara gedirsən? – Usta gəmiçilər tufanda belə; Sükanı düz tutar öz əllərilə. S.Vurğun. // məc. Keşməkeş; ağır həyat təcrübəsi, ağır sınaq. [Əlikram Hidayətə:] Eşit bu tufanlardan dipdiri çıxmış kişini. B.Bayramov. ‣ Tufan qoparmaq (salmaq) – bax. qiyamət qoparmaq (“qiyamət”də). Koroğlu qayıtmaz, tufan salmasa; Cida işlətməsə, qılınc çalmasa. “Koroğlu”. tufanlı sif. Qasırğalı, boranlı, tufan olan. On üçüncü ilin qış fəslində tufanlı bir gecənin səhərində Həsənağanın meyiti məscid divarının dibində bulundu. S.Hüseyn. // məc. Keşməkeşli, qovğalı, dəhşətli. Sabahkı tufanlı hərb meydanında; Ağ olsun üzümüz ata yanında. S.Vurğun. tufli [rus.] Ayağın topuqdan aşağı hissəsini örtən ayaqqabı. Dabanlı tufli. Lak tufli. – [Qəhrəmanın] əynində bahalı kostyum, boğazında ipək qalstuk, ayağında sarı tufli, başında koverkot kepka vardı. Ə.Vəliyev. tuğ is.\n1. Qədimdə: padşahların, vəzirlərin və ya yüksək rütbəli şəxslərin baş geyimlərinə taxdıqları tük və ya saçaq şəklində bəzək.\n2. Qədimdə: at quyruğu qıllarından düzəldilmiş qoşun bayrağı; ümumiyyətlə, bayraq.\n3. Keçmişdə: məhərrəmlik mərasimində güzgülər və s. ilə bəzədilmiş cürbəcür şəbih və dəstə əlaməti. ‣ Tuği-lənət olub boğazına keçmək – əl çəkməmək, təngə gətirmək, yapışıb əl çəkməmək. tuğra is. [ər.]\n1. Gerb, dövlət nişanı.\n2. Şah fərmanı. tul [ər.] köhn. dan. Uzun. [Ata:] Bu tul ömrümdə çox vilayətlər gəzib, cürbəcür adamlara rast gəlmişəm.. Ə.Haqverdiyev. • Tul çəkmək (tapmaq) – uzanmaq, uzun olmaq, uzun çəkmək. Tul tapar kəlamımız, qareə həm məlal olar. M.Ə.Sabir. Görmüşəm çox gözəlgözəl şeylər; Söyləsəm gər, bəyani tul çəkər. A.Səhhət. Tul etmək – uzatmaq. Bəsdir daha tənqid elədin xas ilə amı; Çox yazma, danışma, daha tul etmə kəlamı. C.Cabbarlı. tula is.\n1. Hamar uzun tüklü, uzun qıçlı, iri ov iti cinsi. ..Turac-qırqovul ovunda müvəffəqiyyət tulanın məharət və təcrübəsindən asılıdır. M.Rzaquluzadə.\n2. Söyüş mənasında. [Zeynal:] ..Sözlərinə bir baxın, nanəciblər, qudurğanlar, tulalar!.. C.Cabbarlı. tulanbar is. köhn. Hamamda suyu qızdırmaq üçün ocaq; külxan. Yer üzündə ikicə şəhərdə hamamların tulanbarında peyin yandırırlar: bir Naxçıvanda, bir də Təbrizdə. C.Məmmədquluzadə. // Qazanxana. tulanbarçı is. köhn. Tulanbara xidmət edən adam; ocaqçı, külxançı. Konsul dərhal tulanbarçının gətirilməsinə əmr verdi. M.S.Ordubadi. tulani sif. [ər.] Uzun-uzun, çox uzun, uzun-uzadı, uzun. Tulani şikayətlər edərdin bizə, Seyyid; Bəs ağ şəhi görcək nə üçün müxtəsər etdin? S.Ə.Şirvani. tulapayı is. dan. Birisini öz tərəfinə çəkmək, ələ almaq üçün ona verilən və ya təklif edilən cüzi pul və s., birinə saymazcasına verilən pul; dilənçipayı. [Xanlar:] Cənab Abuzər bəy, ..sənin tulapayına mənim ehtiyacım yoxdur. M.Hüseyn. tullama “Tullamaq”dan f.is. tullamaq f.\n1. Bir şeyi az və ya çox şiddətli bir hərəkətlə yaxına və ya uzağa, yuxarıya və ya aşağıya atmaq; fırlatmaq. Adətimiz daş idi dəva günü; Tullar idik əldə sapan qıjhaqıj. M.Ə.Sabir. Rəfizadə şərab şüşəsini götürüb, Mahmud xana tulladı. M.S.Ordubadi. [Qəhrəman] .. sapanda daş qoyub hərləyən kimi hərlədi və var gücü ilə ilanı qayadan aşağı tulladı. Ə.Vəliyev. // Bir şeyi əldən buraxaraq yerə düşürmək, yerə atmaq. Papiros qırıntılarını yerə tullamaq olmaz!\n2. Çəkmək, itələmək, kənara çəkmək, atmaq. ..Zərrintac xanım bəzəkli yorğanı üstündən kənara tulladı. S.Rəhimov.\n3. Tökmək, salmaq. Biz laqeyd olsaq əgər; Onlar məşum bombanı; Tullaya bilər yekə; İnsanlığın ömrünə. R.Rza. Təyyarələr beş yüz kiloqram ağırlığında olan bombaları yerə tulladı. Ə.Vəliyev.\n4. Tərk etmək; buraxıb getmək. Hələlik tullamışıq xaneyi-viranələri; Dolanıb kişvəriTiflisdə kaşanələri. M.Ə.Sabir.\n5. məc. Əl çəkmək, atmaq. Qırxların əlindən bir badə içdim; Tulladım namusu, həyadan keçdim. Molla Cümə.\n6. məc. dan. İçmək. Cümşüd bəy evdən çıxmamış bir neçə piyalə qırmızı çaxır tullayıb getdi. E.Sultanov. tullanış is.\n1. Tullanma işi, tullanma tərzi; tullanma. İdman tirində tullanış.\n2. xüs. Qazın və ya mayenin quyudan fasilələrlə vaxtaşırı çıxması, dışarı vurması. ..[Hüseynağa] hələ də qaz tullanışı əlamətləri gözləyir. M.İbrahimov. tullanma “Tullanmaq”dan f.is. tullanmaq f.\n1. Sıçramaq, hoppanmaq, atılmaq, atılıb-düşmək. Harın at qalxdı dik ayaq üstə; Ox dəyən ahu kimi tullandı. A.Səhhət. Qatar gedə-gedə Rüstəm tullanıb, birbaş kəndlərinə doğru yollandı. T.Ş.Simurq. // Paraşütlə atılmaq, enmək, düşmək. Təyyarənin ağır zədələndiyini görən təyyarəçi paraşütlə dənizə tullandı. Ə.Vəliyev.\n2. Bir şeyin üstündən atlanıb keçmək, aşmaq, aşıb keçmək, üstündən hoppanmaq. Tullan bağda hasarı; Ya ağ geyin, ya sarı. (Bayatı). Ağaclara dırmanır; Kiçik arxdan tullanır. M.Dilbazi.\n3. İdmanın hündürlüyə və uzununa tullanmaqdan ibarət yüngül atletika növü. [Katib:] Qəmər çox zirək qızdır. Bildir rayonda yüyürməkdə birincilik, tullanmaqda ikincilik qazandı. Ə.Vəliyev. Çeviklik üçün edilən hərəkətlər .. idman alətlərində edilən gimnastika hərəkətlərindən, şey atmaqdan, tullanmaqdan ibarət olan hərəkətlər olub, insan orqanizminə, xüsusən mərkəzi sinir sisteminə çox güclü təsir göstərir. Ə.Babayev.\n4. Atlanıb-düşmək, hoppanıb-düşmək, oynaşmaq. Hamı oturub baş, bədən, qolqıçlarını tərpədərək yerlərində tullanardılar. H.Sarabski. İt istəyir ki, sür-sümükdən yeyib doysun; Quyruğunu belinə qoysun; Oynaqlasın, tullansın. N.Rəfibəyli. tullantı is. Bir şeyin, işləndikdən sonra artıq qalan və həmin iş üçün yaramayan hissələri, qalıqları. Sənaye tullantıları. tuluq is.\n1. İçində maye, yağ və s. saxlamaq, nehrə çalxalamaq üçün qab kimi işlədilən, aşılama ilə hazırlanmış bütöv qoyun və ya keçi dərisi. Çoban qarşılayır bizi xoşsifət; Tuluqdan süd tökür: Buyurun, – deyir. S.Vurğun. [Göyçək] südü bişirdi, iki gündən qalmış qatığı tuluğa yığıb çalxadı. Ə.Vəliyev.\n2. bax. dol. Mahmudun çox yaxşı yadındadır ki, o, dolamaçarxı hərlədib tuluqla quyudan su çəkərdi. Y.Əzimzadə.\n3. köhn. Bir tuluq tutan qədər maye ölçüsü. [Zümrüd Məlikməmmədə:] Onda gərək qırx şaqqa ət, qırx tuluq da su alıb gətirəsən. Çəmənzəminli. [Həsənov:] Deyirlər ki, .. fermaya get, bir tuluq yağdan, pendirdən götürmə.. M.İbrahimov. ‣ Zəhər tuluğu – çox acıdil adam haqqında işlədilir. Şişib tuluğa dönmək – 1) çox şişmək; 2) həddən artıq kökəlmək. tuluqbalabanı (=tuluqzurnası) is. İçərisinə hava üfürülərək basdıqca uzun və yeknəsəq səs çıxaran bir-birinə bənd edilmiş tuluq və zurnadan ibarət primitiv musiqi aləti. tuluqzurnası (=tuluqbalabanı) is. İçərisinə hava üfürülərək basdıqca uzun və yeknəsəq səs çıxaran bir-birinə bənd edilmiş tuluq və zurnadan ibarət primitiv musiqi aləti. tuluqlanma “Tuluqlanmaq”dan f.is. tuluqlanmaq f.\n1. Şişmək. Rəisin tuluqlanmış (f.sif.) qəzəbli gözlərindən qığılcım töküldü. M.Hüseyn.\n2. Nəmdən şişmək (toxum haqqında). Əgər indi toxumlar yer üzərində qalsa, onlar tuluqlanıb donacaq, heç bir səmərəsi olmayacaq və fayda verməyəcəkdir. S.Rəhimov. tulumba [ital.] köhn. Kaçalka, nasos. Quyulardan neft dartan dərin tulumbaların yeknəsəq səsləri eşidilirdi. S.Hüseyn. Tulumbaların taq-taqla qalxıb-düşməsi və qara neftin dağ çayları kimi şır-şırla axıb çənlərə tökülməsi .. əzəmət təşkil edirdi. B.Talıblı. tum is. dan.\n1. Toxum. Kələm tumu. Soğan tumu əkmək. – Sonra bir ağacın tumunu, o biri ağacın şitilini salmaq, üçüncüsünü peyvənd etmək zəruridir. S.Rəhimov. // Günəbaxan toxumu. Tum çırtlamaq. – Onbaşı iki stəkan tum alıb qızlara payladı. M.S.Ordubadi.\n2. məc. Nəsil, soy, döl. ‣ Tumunuz kəsilsin – bax. toxumunuz kəsilsin (“toxum”da). tumac is. Aşılanmış nazik və yumşaq keçi və ya qoyun dərisi. [Rəisin] ayaqlarında bahalı tumacdan uzunboğaz çəkmə var idi. İ.Əfəndiyev. // Həmin dəridən tikilmiş. Tumac məs. – [Hacı] sonra əlini cibinə atıb, ..yekə tumac kisəsini çıxartdı, onu açıb, əzilmiş və sürtülmüş kağızları dartıb çıxartdı. S.Rəhimov. tuman is. Beldən aşağı qadın geyimi və ya qadın paltarının həmin hissəsi. Sənəm .. koftasının ətəyini tumanının altına salmışdı. Ə.Əbülhəsən. Axşamüstü Xoşqədəm nənə yaşıl məxmər donunu, qara atlaz tumanını sandıqdan çıxarıb geyindi. S.Qədirzadə. // Beli bağlı və ya rezinli, düyməsiz kişi şalvarı. Satin tuman. tumanbağı is. Tumanı saxlamaq üçün belinə keçirilən bağ. [Ağa Kərim xan:] Bu şalvara nə üçün düymə tikilib, məgər tumanbağı yaramaz? N.Vəzirov. tumançaq sif. və zərf Əynində tumanı olmayan, əyninə heç bir şey geyməmiş, tumansız. [Musanın nəvəsi] dörd yaşına qədər tumançaq (z.) gəzərdi. Qantəmir. Geyinməmiş, tumançaq, ayaqyalın balalar maşınları dövrəyə aldılar. B.Bayramov. tuman-köynək is. Tuman və köynəkdən ibarət alt geyimi (komplekti). Sila soldatların tuman-köynəklərini yuyub, kolun üstünə sərdiklərini gördü. S.Vəliyev. tumanlı sif. Tuman geymiş, əynində tumanı olan. [Almaz:] Oyanda da qırmızı tumanlı bir qız yekə bir çomaqla və muncuqlu keçilərini suya aparır. C.Cabbarlı. tumanlıq is. Tuman tikmək üçün yarayan (parça). [Mahmud Sonaya:] Hələ gör sənə nə gətirmişəm; çit, şal, yorğanüzü, tumanlıq. Z.Xəlil. // Sif. mənasında. Tumanlıq çit. tumar I. is. Səliqə vermək üçün saçı, tükü əllə sığallama, sığal-səliqə vermə; sığal. • Tumar vermək (çəkmək) – bax. tumarlamaq. Başına tumar çəkmək. – Niyaz atı çulladıqdan sonra onun başını sığalladı, yalına tumar verdi, gözlərini yumdu. Ə.Vəliyev. Yenə sükut aldı lal otağını; Baxdı... saqqalına tumar da verdi. N.Xəzri. Özünə tumar vermək – üst-başına, saçlarına sığal-səliqə vermək. Student Həmzə bəy güzgünün qarşısında durub özünə tumar verirdi. Çəmənzəminli.\n\nII. is. köhn. Lülələnmiş ağ və ya yazılı kağız. [İbn Davud] ..qurşağından tumarı çıxartdı, kağız kəsib götürdü. M.S.Ordubadi. // Namə, kitab, dəftər. Od tutar kağızlar, alışar qələm; Səbt etsələr hər tumara dərdimi. Q.Zakir. tumarlama “Tumarlamaq”dan f.is. tumarlamaq f. Səliqəyə salmaq üçün sığallamaq, sığal-səliqə vermək. Hacı .. börkünü tumarladı. M.S.Ordubadi. // Nəvaziş əlaməti olaraq əlini birinin başına və s. çəkmək; oxşamaq. Pişiyi tumarlamaq. – Uşaqlar əllərilə ördəkləri tumarlayıb suallar yağdırırdılar. H.Seyidbəyli. tumarlanma “Tumarlanmaq”dan f.is. tumarlanmaq qayıd. Özünü, saçını, başını səliqəyə salmaq, özünə sığal, sığalsəliqə vermək. Salavatlar məxrəcdən gəlmədə davam edir, saqqallar tumarlanırdı. Çəmənzəminli. tumbul sif. Gombul, koppuş. Tuturam oğlumun tumbul əlindən; O gedir yanımca gülümsəyərək. N.Xəzri. Orada, pəncərənin qabağında tumbul bir körpə oynayır. B.Bayramov. tumcar is. Çəltik şitili. tumcarlıq is. Çəltik şitilliyi. tumlama “Tumlamaq”dan f.is. tumlamaq f. dan.\n1. Tum hasil etmək, tum əmələ gətirmək; toxumlamaq. Alaq otları qaldıqca tumlayır.\n2. Toxum səpmək. Cütçü batıb qan-tərə, yer şumlayır; Şumladığı tarlaları tumlayır. M.Ə.Sabir. tumlu sif. Tumu olan, çəyirdəkli. Tumlu meyvələr. tumluq is. və sif. dan. Əkmək üçün ayrılmış və ya yarayan; toxumluq. [Aslan bəy Tarverdiyə:] Keçən qışda gəldin, .. 3 pud tumluq buğda çəkdim, apardın. C.Cabbarlı. tumov bax. zökəm. [Gənc:] Ağalar, son xəbər! General həzrətləri tumov olmuşdur. Ə.Məmmədxanlı. tumovlu sif. Tumov (zökəm) olmuş. Tumovlu adam. tumsəpən bax. toxumsəpən. tumsuz sif. Tumu, çəyirdəyi olmayan; çəyirdəksiz. Tumsuz üzüm. tumturş sif. Lap turş, çox turş. Tumturş alça. tumurcuq is. Gül, yarpaq və ya zoğun rüşeymi; düymə, puçur. Qızılgülün tumurcuğu. – Ağacların tumurcuqları açılıb, yarpaq olmuşdu. B.Bayramov. tumurcuqlanma “Tumurcuqlanmaq”dan f.is. tumurcuqlanmaq f.\n1. Tumurcuq əmələ gəlmək, düymə açmaq; puçurlanmaq. Aprel-mart aylarında ağaclar tumurcuqlanır. – İlk gül, çiçək torpaqdan baş qaldırmaq üçün yerdə tumurcuqlanmışdı. S.Rəhimov.\n2. məc. Əmələ gəlmək, doğmaq, yetişmək, çiçək açmaq. Sıxdımı dost kimi əlimi bahar; Qəlbimdə arzular tumurcuqlanar. S.Rüstəm. tumurcuqlu sif. Tumurcuğu olan, tumurcuq əmələ gətirmiş, tumurcuq açmış. Tumurcuqlu zoğ. tunc is.\n1. Qalay, qurğuşun və s. metallarla qarışıq mis ərintisi. Oymaqlar əksəriyyətlə çuqundan, poladdan və tuncdan hazırlanır. • Tunc rəngi – qızılı-qəhvəyi rəng. İkindi günəşinin altında sular tunc rənginə çalırdı. Mir Cəlal. Dağ günəşi tunc rəngə; Boyamışdı gözəli. N.Rəfibəyli. // Tuncdan qayrılmış, tuncdan tökülmüş. Tunc dəstək. – Yaşıl məhəccərli dördkünc bağçada ..Nizaminin tunc heykəli qoyulmuşdu. M.Hüseyn. 2 məc. Sarsılmaz, möhkəm, bərk, qüvvətli mənasında. Qüdrətimiz bəllidir hər yerdə, hər bucaqda; Sarsılmaz qurduğumuz dostluğun tunc qalası. S.Rüstəm. Sən yüksəldikcə bir səs deyir: – Min illər yaşa; Üfüqlərə toxunsun tunc biləkli qolların! M.Müşfiq. ‣ Tunc dövrü arxeol. – tunc (metal) işləndiyi ən qədim dövr (bu dövrdə hələ dəmir məlum deyildi və müxtəlif şeylər qayırmaq üçün əsas metal tunc idi). tunclama “Tunclamaq”dan f.is. tunclamaq f. Üzünə nazik tunc təbəqəsi çəkmək və ya tunc rənginə boyamaq. tundra [fin.] Yer kürəsinin arktik qurşağının sərt iqlimi, daimi donuşluq və az bitkisi olan meşəsiz sahəsi. tunel [ing.] Yer altında və ya dağların içindən koridor şəklində qazılmış keçid, yol. Dəmiryol qatarı uzun tuneldən çıxıb, yaşıl meşənin qoynuna girdi. M.S.Ordubadi. Şəfəqi sayrışan bir səhər olur; Günəşli metrolar, aylı tunellər. S.Vurğun. tunelçi is. Tunel qazıyan fəhlə. tunq [çin.] bot. Qiymətli texniki yağ alınan tropik ağac. Tunq yarpağı. – [Səfərli Aydına:] Saysız-hesabsız tunq ağacları çiçəkləyəcək. H.Seyidbəyli. // Həmin ağacın toxumundan alınan. Tunq yağı. tur is. [fr.] Yarış zamanı idman tədbirinin müəyyən bir hissəsinin başa çatdığı dövr, mərhələ. turac is. zool. Toyuq cinsindən ov quşu. Bir məsəl qalmışdır ata-babadan; Ucarda turacdır, qaçarda ceyran. S.Vurğun. turbaza [rus. “turistiçeskaə baza”nın ixtisarı] Turist bazası; turistlərin istirahəti və qalıb gecələməsi üçün lazımi şeylərlə təchiz edilmiş yer. turbin [lat.] Buxar, qaz, su enerjisini pərli rotor vasitəsilə mexaniki enerjiyə çevirən mühərrik. turbinçi is. Turbin mütəxəssisi və ya turbinə xidmət edən fəhlə. Turbinçi çilingər. turbobur [rus.] Dərin quyuları qazımaq üçün hidravlik qazıma mühərriki. turist [fr. touriste] Turizmlə məşğul olan adam. İlk turist dəstələri. turizm [fr. tourisme] İstirahət və öz vətəninin müxtəlif yerləri ilə və ya başqa ölkələrlə tanış olmaq məqsədilə edilən səyahət; piyada, velosiped, xizək və s. ilə səyahətdən, yürüşdən ibarət idman növü. İdman turizmi. Dağ turizmi. turnik [fr. tourner – fırlanma] Üfüqi vəziyyətdə iki dayağa bərkidilmiş girdə metal tipdən ibarət gimnastika aləti. Ancaq bircə nəfər kim idisə, həyətdə turnikdə idman eləyirdi. Mir Cəlal. turniket [fr. tourniquet] İctimai bağlara, stadiona, stansiyaya və s.-yə gələn adamların bir-bir içəri keçməsi üçün çarpaz birləşdirilmiş tirlərdən ibarət fırlanan qurğu. turnir [alm.] Orta əsrlərdə: rıtsarların cəngavərlik yarışı. // Bütün iştirakçıların birbiri ilə ancaq bir dəfə görüşməsindən ibarət idman yarışı. Futbolçuların Olimpiya turniri. Şahmat turniri. turp is. Qalın kökü-başı olan birillik bostan bitkisi – tərəvəz növü. Ağ turp (ağrəngli iribaşlı turp). Qırmızı turp (qırmızırəngli xırdabaşlı turp). Ala turp (alarəngli xırdabaşlı turp). – Ənvər ləzzətli dolmanı iştaha ilə yeyir, kəvərdən, turpdan tez-tez götürüb ağzına qoyurdu. Ə.Vəliyev. ‣ Başında turp əkmək – çox incitmək, bərk cəzalandırmaq, əziyyət vermək. Xan yanında nökərəm; İşim yoxdur, bekaram; Töycünü gətirməsən; Başında turp əkərəm. (Bayatı). Yurdunda (yerində) turp əkmək – xaraba qoymaq, viran qoymaq, dağıtmaq. [Kor:] Ağaxan bəy sənin yurdunda .. bir yekə turp əkəcəkdir. S.Rəhimov. turpəng is. bot.\n1. Xaççiçəklilər ailəsindən olub, toxumundan texniki yağ alınan mədəni bitki.\n2. Sarı çiçəkləri olan alaqotu. turş sif. [fars.] Sirkə, limon, lavaşana və s. dadında olan. Turş pomidor. Turş alça. – Heç kəs ayranına turş deməz. (Məsəl). ..Görürsünüz ki, Kür suyunun dadı nə acıdır, nə şordur, nə turşdur, ..nə iylidir. C.Məmmədquluzadə. turşalma “Turşalmaq”dan f.is. turşalmaq f. Turş olmaq. Alçadan ağzım turşaldı. turşaltma “Turşaltmaq”dan f.is. turşaltmaq f.\n1. Turş etmək.\n2. “Üzünü”, “üz-gözünü” və s. sözlərlə məc. – narazılıq, məmnunsuzluq əlaməti olaraq üz-gözünü yığmaq, büzüşdürmək, qaşqabağını tökmək. [İbrahim bəy:] Nə olub yenə qaşqabağını turşaldıbsan? Ə.Haqverdiyev. Usta yarı yol getməmişdi, bir ayrı kişi ilə baş-başa gəlib toqquşdular və ikisi də üzlərini turşaldıb sudan çıxdılar ki, bir-birini döysünlər. Çəmənzəminli. turşaşirin sif. [fars.]\n1. Dadı həm turş, həm də şirin olan; meyxoş. Turşaşirin nar. // is. Belə dadan içki, maye. [Bir muzdur:] Suya .. alça lavaşanası salırlar. O qədər qalır ki, əriyir. Sonra da qənd qatırlar, olur turşaşirin.. Ə.Əbülhəsən.\n2. Alaqoradan bişirilən turşməzə doşab növü. turşəng is. [fars.] Turş dadan, uzunsov yarpaqları olan yeyilən göyərti. İki dəstə turşəng. Dovğaya turşəng tökmək. ‣ Turşəng turşusu kim. – rəngsiz kristallar şəklində üzvi birləşmə (kimya və toxuculuq sənayesində işlədilir). turşgilə is. bot. Bütün il boyu tökülməyən gümüşü-yaşıl rəngli yarpaqları olan zərif kol bitkisi. turşlaşdırma “Turşlaşdırmaq”dan f.is. turşlaşdırmaq f. Turş hala salmaq, turş etmək. turşlaşma “Turşlaşmaq”dan f.is. turşlaşmaq f. Turş olmaq, turş hala gəlmək, turşumaq. turşluq is.\n1. Turş şeyin halı; turş dad, turş dadma.\n2. məc. Narazılıq, inciklik. ..[Qonaq] elə ki balaca bir turşluq sezdi, daha onun üçün hər şey qurtardı. S.Rəhimov. turşməzə sif. Azacıq turş dadan; turştəhər. Turşməzə nar. Turşməzə dovğa. – [Hümmətəli] həmişə cibini meyvə qurusu ilə, turşməzə konfetlərlə doldurar, rast gəldiyi dost-aşnasını bu şeylərə qonaq eləməyi sevərdi. M.Hüseyn. turşməzəlik is. Turşməzə şeyin halı; turşməzə dad, turşməzə dadma. turşsu is. Müalicə sularından birinin adı (Şuşada Turşsu deyilən bulağın adından). turşu is.\n1. İçi doğranmış sarımsaq, bibər, göyərti və s. ilə doldurulub sirkəyə qoyulan badımcan, bibər, göy pomidor. // top. Duza və ya sirkəyə qoyulan xiyar, badımcan, pomidor, bibər və s. [Səlimə:] Küpənin dibində bir az gərək turşu olsun. Ə.Haqverdiyev.\n2. Turş dad vermək üçün yeməyə salınan, qatılan alça qurusu, lavaşana, albuxara və s. Ətə turşu qatmaq. Bozbaşa turşu salmaq.\n3. kim. Adətən turş dadan hər hansı bir kimyəvi birləşmə. Sulfat turşusu. Turşu oksidi. Yağ turşusu.\n4. xüs. Bir şeyin tərkibində turşunun dərəcəsi. Mədədə turşunun artması. Torpaqda turşunun miqdarını təyin etmək. ‣ Turş sular – tərkibində karbon turşusu olan müalicə (mədən) suları. turşubadımcan is. İçi doğranmış sarımsaq, bibər, göyərti və s. ilə doldurulub sirkəyə qoyulan badımcan. turşuqovurma is. Qızardılmış ət, soğan, şabalıd və albuxaradan ibarət plov xuruşu (qarası). Turşuqovurma bişirmək. turşuqovurmalı sif. Xuruşu (qarası) turşuqovurmadan ibarət olan (plov haqqında). [Səriyyə:] Mənim plovum Adilin çox xoşuna gəlirdi. Ona görə də düyü arıtlayıb, turşuqovurmalı plov bişirərək dəmə qoydum. İ.Əfəndiyev. turşulu sif. Turşusu olan, turşu ilə bişirilən, turşu ilə yeyilən. [Məşədi Səməd:] Hələ bunun turşulu dolması var. S.S.Axundov. turşuluq is. Turşu (1-ci mənada) hazırlamaq üçün. Turşuluq badımcan. turşuma “Turşumaq”dan f.is. turşumaq f.\n1. İstidən, çox qalmaqdan və s. səbəblər üzündən qıcqırıb xarab olmaq, şişib qoxumaq. Qatıq turşuyub. // Qıcqırma halında olmaq; acımaq, qıcqırmaq. ..Şərab ağzıaçıq qalanda turşuyub sirkə olur və sirkə açıq qalanda dönüb su olur. H.Zərdabi.\n2. “Üzü”, “üz-gözü” və s. sözlərlə məc. – narazılıq, məmnunsuzluq əlaməti olaraq üzgözü yığılmaq, büzüşmək, qaş-qabağı tökülmək. Yarməmmədin üz-gözü yığışdı, turşudu. M.İbrahimov. turşumuş f.sif.\n1. İstidən, çox qalmaqdan və ya başqa səbəbdən qıcqırmış, qıcqırıb xarab olmuş, şişib qoxumuş. Turşumuş süd. – İrəlidəki qalın meşədən turşumuş xəzəl qoxusu gəlirdi. M.Hüseyn.\n2. məc. Narazı, pərt; narazılıq ifadə edən. Narazılığı turşumuş üzündən bilinir. – Nurcahan xala həyətə girər, nəzəri kişinin turşumuş sifətinə sataşdıqda qıçları quruyardı. H.Sarabski. turşutma “Turşutmaq”dan f.is. turşutmaq f.\n1. Turşumasına səbəb olmaq; qıcqırtmaq. Qatığı turşutmaq. Südü turşutmaq.\n2. “Üzünü “, “üz-gözünü” və s. sözlərlə məc. – narazılıq, məmnunsuzluq əlaməti olaraq üz-gözünü yığmaq, büzüşdürmək, qaşqabağını tökmək. Bu əsnada şeyx cənabları birdən üzünü naxoş kimi turşudub əlini qoyur belinə və “boy-boy” deyib üzüqoylu düşür. C.Məmmədquluzadə. Əmrah üzünü narazılıqla turşutdu. Q.İlkin. turşuyadavamlı sif. xüs. Turşu təsir etməyən. Turşuyadavamlı materiallar. Turşuyadavamlı qablar. turşuyadavamlılıq is. Turşuyadavamlı şeyin halı. Materialların turşuyadavamlılığı. turunc bax. narınc. [Əmrah:] Alması, heyvası, narı, turuncu; Payız yaxşı olur qora bağları. “Əmrah”. turuncu bax. narıncı. tuş I.\n1. is. Qabaq, qarşı, ön, qənşər. Arvad çay verdikdən sonra [ərinin] tuşunda stulda oturdu. Ə.Vəliyev. • Tuş gəlmək (olmaq) – 1) rast gəlmək, təsadüf etmək, qabağına çıxmaq, rastlaşmaq. [Nəbi:] Maltəpədə düşmən bizə tuş oldu. “Qaçaq Nəbi”. Ədalət canavara tuş gəlmiş quzu kimi, naçar nəzərlərlə aşağıdan-yuxarı zabitə baxırdı. Mir Cəlal; 2) məc. mübtəla olmaq, düçar olmaq, uğramaq. [Kazım Vaqifə:] Amma olmasın ki, xanın qəzəbinə tuş gəlim. Çəmənzəminli. Daim sevinc axtaran daim qəmə tuş olur. B.Vahabzadə.\n2. zərf Birbaşa, düz, bilavasitə. [Katib:] Bu yarğanın başından tuş İstisuya gözəl bir funikulyor çəkmək olardı. B.Bayramov.\n\nII. [alm. Tusch] Bir təntənə münasibətilə (birisinin şərəfinə düzəlmiş məclisdə, birini təbrik zamanı, mükafat veriləndə və s.) çalınan qısa musiqi pyesi. Salonda tuş çalındı.\n\nIII. [alm. Tusche] Xüsusi surətdə hazırlanmış qara və ya başqa rəngli sulu boya (çertyoj, rəsm çəkmək və yazmaq üçün). tuşatan (=tuşvuran) is. və sif. Nişanı tuş vuran, nişanı düz vuran, mahir atıcı (nişançı), sərrast atıcı. tuşvuran (=tuşatan) is. və sif. Nişanı tuş vuran, nişanı düz vuran, mahir atıcı (nişançı), sərrast atıcı. tuşqul is.\n1. Nişanalma, nişanlama, qarovullama.\n2. sif. bax. tuşatan, tuşvuran. [Qoca:] Belə tuşqul atıcı mən görməmişəm, qarovullamağı da çox uzaq çəkmədi, amma yenə düz vurdu. A.Divanbəyoğlu. tuşqullama “Tuşqullamaq”dan f.is. tuşqullamaq bax. tuşlamaq. Alı tutduğu işin nəticəsini fikirləşmədən bu dəfə həmən yasavulu tuşqulladı. M.Hüseyn. tuşqullanma “Tuşqullanmaq”dan f.is. tuşqullanmaq bax. tuşlanmaq. [Oğulun] enli kürəklərinə tuşqullanan (f.sif.) tapançanı kaş anasının ürəyinə sıxaydılar. Mir Cəlal. tuşlama “Tuşlamaq”dan f.is. tuşlamaq f.\n1. Nişan almaq, nişanlamaq, tuş qarovullamaq, hədəfə yönəltmək. Yaşar haman saat tüfəngi [qurda] tuşlayıb çaxdı. M.Rzaquluzadə.\n2. Yönəltmək, səmtləndirmək. Kamal gözlənilməz bir sürətlə havada ilmək vurub, ..təyyarəsini faşist təyyarəsinə tuşladı. M.Rzaquluzadə.\n3. Bir şeyi nişanlayıb ona tərəf getmək; yönəlmək. Yavaşca özümüzü sol tərəfə verdik və dəryanı tuşlayıb gəldik, çıxdıq bulvara. C.Məmmədquluzadə. Maya birbaşa qaragözlü qızı tuşlayıb getdi. M.İbrahimov. • Əlini (barmağını) tuşlamaq – əli (barmağı) ilə bir şeyi və ya bir tərəfi göstərmək, əlini (barmağını) uzatmaq. tuşlanma “Tuşlanmaq”dan f.is. tuşlanmaq məch. Nişan alınmaq, nişanlanmaq, tuşqullanmaq, yönəldilmək. [Səfər:] Stolun üstündə parlayır naqan; Düz mənə tuşlanır bu ara lülə. N.Xəzri. tut is. Ağ, qara növləri olan xırda, şirəli meyvə və onun ağacı (ağ tut şirin, qara tut isə turşməzə olur). Tut çırpmaq. Tut qurusu. Tut doşabı. – [Allahverdiyev:] Tut bəhməzi bişirtdirərik. Ə.Əbülhəsən. tutacaq is.\n1. Bir şeyin tutulacaq yeri; dəstə, qulp, tutqac. Pəri nənənin qılçaları titrədi, o, qapını tutacağından çəkdi. S.Rəhimov. Sirat əli qapının tutacağında olduğu halda .. baxdı. Ə.Əbülhəsən.\n2. Əl tutmaq üçün körpünün və s.-nin yanlarına vurulan taxta və s. məhəccər. Balkonun tutacağı. Pilləkənin tutacağı. – Buruğa yalnız bir tərəfdən tutacağı olan ensiz bir körpü uzanmışdı. Y.Əzimzadə.\n3. İsti şeyləri götürmək üçün kiçik döşəkçə; tutqac. Gözəl tutacaqla çayniki götürüb, stəkanlara süzəndə Həbib otağın qapısını döydü. Ə.Vəliyev. // İsti tava və s. götürmək üçün alət; tutqac. Tutacaqla tavanı götürmək.\n4. məc. Bəhanə, bəlgə, dəlil. ..[Kişi] bəhanəni əldə tutacaq edib, övrəti beş-on gün salır kötəyin altına, axırda da övrət cana doyandan sonra çıxıb qaçır. C.Məmmədquluzadə. tutaq (=tutaqki) bax. tutalım ki. [Məmmədhəsən əmi Məşədi Oruca:] İndi mən gedib, tutaq, ziyarət edib gəlmişəm evimə, sən nə deyirsən, gəlməzsən mənim görüşümə?.. C.Məmmədquluzadə. [Carçıyev:] Mən, tutaq ki, avantüristləri müdafiə edirəm, bəs sən kimi müdafiə edirsən? İ.Hüseynov. tutaqki (=tutaq) bax. tutalım ki. [Məmmədhəsən əmi Məşədi Oruca:] İndi mən gedib, tutaq, ziyarət edib gəlmişəm evimə, sən nə deyirsən, gəlməzsən mənim görüşümə?.. C.Məmmədquluzadə. [Carçıyev:] Mən, tutaq ki, avantüristləri müdafiə edirəm, bəs sən kimi müdafiə edirsən? İ.Hüseynov. tutaqlaşma “Tutaqlaşmaq”dan f.is. tutaqlaşmaq bax. tutaşmaq. Xırmançıların gəldiyini görən Alo ürəklənərək özünü qaratikan kollarının başından tulladı. Bir az keçmədən o, cöngə ilə tutaqlaşdı. S.Rəhimov. tutalım (=tutalımki) ara s. Deyək ki, fərz edək ki, belə hesab edək ki. Tutalım, çox ağıllı tacirsən; İş aparmaqda xeyli mahirsən. A.Səhhət. [Əbdürrəhman bəy:] Deyim ki, gəl mənim qızımı al, tutalım ki, dedim, axır alarmı? N.Vəzirov. tutalımki (=tutalım) ara s. Deyək ki, fərz edək ki, belə hesab edək ki. Tutalım, çox ağıllı tacirsən; İş aparmaqda xeyli mahirsən. A.Səhhət. [Əbdürrəhman bəy:] Deyim ki, gəl mənim qızımı al, tutalım ki, dedim, axır alarmı? N.Vəzirov. tutam is. Bir dəfədə və birdən tutulacaq miqdar. Bir tutam ot. – [Molla Nəsrəddin:] Padşah mənim bir tutam saqqalımı bir arşın görəndə onun kəndxudası da əlli pud taxılımı beş yüz pud görər də. “M.N.lətif.” tutar is. Güc, qüvvət, taqət, təpər. [Əzimin] nə ayaqda durmağa halı, nə danışmağa tutarı vardı. A.Şaiq. Verdin öz ömrünü şeirə, sənətə; Qaynar gözlərində qalınca tutar. O.Sarıvəlli. tutarlı sif.\n1. Əsaslı, yerli-yerində, sübutlu, inkaredilməz, hədəfə düşən, düzgün, dəqiq. Tutarlı sübut. Tutarlı cavab. – Lakin bir adamı yıxmaq üçün tutarlı bir bəhanə də lazımdır. Mir Cəlal. Vəkilin tutarlı dəlillərini; Eşidib, az qalır, qalxıb əl vura. B.Vahabzadə.\n2. Bərk, möhkəm. Tutarlı zərbə. – Uşaq [Əkbərin] baldırına tutarlı bir çubuq çəkib gülə-gülə qaçdı. Mir Cəlal. tutarlılıq is. Tutarlı şeyin xassəsi, tutarlı olma; sübutluluq, əsaslılıq. Sübutların tutarlılığı. tutarsız sif. Tutarı olmayan, sübutsuz, dəlilsiz, əsassız. Tutarsız sözlərə inanan olmaz; Gərək uyğun gələ sözünlə işin. İ.Soltan. tutarsızlıq is. Sübutsuzluq, əsassızlıq, dəlilsizlik. tutaş sif. Qalın, sıx, yaxın, bitişik. Eloğlu kəndindən fərqli olaraq, Dağətəyi də Şahlı kimi qalın və tutaş meşəliyin əhatəsində idi. S.Rəhimov. Şəkər islanmış tutaş kirpiklərini qaldırıb Leylanın .. üzünə baxdı. B.Bayramov. tutaşma “Tutaşmaq”dan f.is. tutaşmaq f. Vuruşmaq, döyüşmək, yaxalaşmaq, dalaşmaq, qovğa etmək, höcətləşmək. Vəziyyətdən aydın idi ki, Orucov alman kəşfiyyatçısı ilə tutaşmışdır. Mir Cəlal. [Səfər:] Buna şübhən varsa, gəl bir tutaşaq; Ağzın süd qoxuyur, uşaqsan, uşaq. S.Rüstəm. // Mübarizə aparmaq, döyüşmək, mübarizə etmək. Doğrudur, Vahid adi bir tələbə idi, Gəldiyev ilə tutaşmağa tabı gəlməzdi, lakin bir adamı yıxmaq üçün tutarlı bir bəhanə də lazımdır. Mir Cəlal. tutçuluq is. Kənd təsərrüfatının, yarpaqları barama qurdu üçün yem olan tut ağacları əkib-becərməklə məşğul olan sahəsi. Tutçuluğu inkişaf etdirmək. tutdurma “Tutdurmaq”dan f.is. tutdurmaq icb. Yaxalatmaq, həbs etdirmək, həbsə saldırmaq, tutulmasına səbəb olmaq. [Şölə xanım:] Xan [Teymur ağanı] axtardır ki, tutdursun, öldürsün. M.F.Axundzadə. tuthatut is. Kütləvi miqyasda aparılan həbs. tutqac bax. tutacaq. Körpünün tutqacından tutmaq. Çayniki tutqacla götürmək. – O gənc qadın, əri olan otağın qapısında bir əli tutqacda ..durmuşdu. İ.Əfəndiyev. tutqun sif.\n1. Batqın, batmış, batıq (səs haqqında). Mərsiyəxan .. bir neçə nərə çəkib, tutqun səsi ilə çığırdı. Çəmənzəminli. Tutqun kal səsilə telefon yenə; – Dur gəl, sözüm vardır! – deyir Hüseynə. M.Rahim.\n2. məc. Qəmli, kədərli, məyus, pərişan, qəmgin, qaşqabaqlı. Tutqun üz. Tutqun görünüş. – Tutqun, məhzun sima ilə sakit, şirin yatmışdır; Döşündəki az yaradan qan fəvvarə atmışdır. A.Səhhət. Cəlal dəyişmişdir, Cəlal tutqundur; Xəyalı dağınıq, fikri uçqundur. S.Vurğun.\n3. Açıq olmayan, buludlu. Tutqun hava. Göyün üzü tutqundur. // məc. Kədərləndirici, cansıxıcı, darıxdırıcı. ..Getdikcə hava sərtləşir, tutqun payız ruzgarı sərt bir qışa çevrilməyə başlayırdı. S.Rəhimov. Hava tutqun olan kimi Əziz də bikef idi. Ə.Vəliyev.\n4. məc. Üstüörtülü, aydın olmayan, dumanlı, anlaşılmaz. Tutqun iş. – [Bəhlul:] Düşünməli, bir çox tutqun mətləbləri aydınlaşdırmalı oldum. B.Bayramov.\n5. Zəif, ölgün, donuq. Yağışın arasında küçələrdə yanan elektrik işıqları tutqun bir ziya nəşr edirdi. S.Hüseyn. Çırağın tutqun işığında [Qaragünənin] iri, ətli üzündəki çopurlar daha dərin görünürdü. M.Rzaquluzadə.\n6. məc. Gərgin, qızğın. İşin ən tutqun vaxtı, yorğun və əzgin bir halda hisli-paslı paltarın içində Nadir yatmaq üçün evə gəldi. B.Talıblı.\n7. Açıq olmayan, tünd (rəng haqqında). [Boz Ukrayna qaramalı] əsasən boz, gümüşü, yaxud tutqun polad rəngindədir, belində uzunu ağımtıl zolaq vardır. “Qaramal”. tutqunlaşma “Tutqunlaşmaq”dan f.is. tutqunlaşmaq f.\n1. Tutulmaq, tutqun olmaq, qaralmaq. Göyün üzü getdikcə tutqunlaşır, hava tutqunlaşmışdı, narın qar yağırdı.\n2. Rəngi qaralmaq, tündləşmək. Yağlı boya ilə işlənmiş bədii və köhnə əsərlər tutqunlaşdıqda üzərlərinə lak çəkirlər. A.Qazıyev.\n3. məc. Tutulmaq, pozulmaq, pərt olmaq. Zeynəbin ..ağ üzü tutqunlaşdı. M.İbrahimov. Murad qaşlarını çatdı, üzü birdən-birə tutqunlaşdı. İ.Əfəndiyev. tutqunluq is.\n1. Buludluluq, dumanlılıq; tutqun havanın, göyün vəziyyəti. Göyün üzünü qar havasına məxsus bir tutqunluq bürümüş, şiddətli küləklə qar yağırdı. S.Hüseyn. Hər tərəf yaş, duman kimi boz bir tutqunluq içində idi. Mir Cəlal.\n2. Batqınlıq, batıqlıq, boğuqluq (səs haqqında). Valentinanın səsində tutqunluq, yaxud da qondarma bir gümrahlıq duyulsa idi, bəlkə də sözləri bu üç-dörd nəfərdə əks-təsir oyadar(dı). Ə.Əbülhəsən.\n3. məc. Qəmlilik, kədərlilik, məyusluq, pərişanlıq, qəmginlik, pərtlik. Gülyanağın indicə gülümsədiyinə baxmayaraq, sifətindəki tutqunluq, fikir-düşüncənin əksi hələ də qalırdı. Ə.Vəliyev. Əlikram daxili narazılığını və tutqunluğunu boğub örtülü saxladı. B.Bayramov.\n4. məc. Bir şeydə aydınlığın olmaması; dumanlılıq, qeyri-müəyyənlik. Çar konsulu beynəlxalq vəziyyətin tutqunluğunu hiss etdirməyə çalışırdı. M.S.Ordubadi.\n5. Tutqun şeyin halı; solğunluq. İşığın tutqunluğu. Rəngin tutqunluğu. tutma 1. “Tutmaq”dan f.is. [Ayrım qızı] cücələri tutmaması üçün əlinə böyük bir ağac alıb, “kiş, kiş” edərək qızılquşu qovlamağa başladı. A.Şaiq.\n2. is. Hər hansı bir xəstəliyin birdən özünü büruzə verməsi, güclənməsi, kəskinləşməsi, növbə (xəstəlikdə). // Yoluxucu, keçici xəstəlik. ‣ Tutması tutmaq məc. – birdən hirslənmək, coşmaq, tərsliyə başlamaq. [Qasıməli:] Tutması tutanda da, Allah göstərməsin, öhdəsindən gəlmək olmur. C.Məmmədquluzadə. [Zalxa:] Budur ha, yenə tutması tutdu, çıxdı göylərə. S.Rəhman. tutmaq f.\n1. Əli və ya əlləri ilə bir şeydən yapışmaq. Məhəccərdən tutmaq. Divardan tutmaq. – Hacı Rəsul, Bəndalının zərbəsindən yıxılmamaq üçün qapıdan bərk tutdu. Mir Cəlal. Poçtalyon, Xoşqədəm nənənin qolundan tutub onu maşına tərəf çəkdi. S.Qədirzadə. // Hər hansı bir vəziyyətdə əlində saxlamaq. Gah çəkic vurdu əlim, gah da qələm tutdu əlim. S.Rüstəm. [Oğlan] indi tüfəngi rahat tuta bilirdi. M.Rzaquluzadə.\n2. Hədəfə dəymək, toxunmaq. Şillə onu tutdu. – İkram başını cəld yana əydiyinə görə birinci yumruq onun çiynini tutdu. Ə.Əbülhəsən. Fatı yerdən daş götürüb itə atdı, lakin daş ala köpəyi tutmadı. Ə.Abasov.\n3. Diri-diri ələ keçirmək, ovlamaq. Ceyran tutmaq. Balıq tutmaq. – On səkkiz yaşında Bəşir çıxır çinar ağacına dolaşa tutsun, quşu cibinə qoyandan sonra ağacdan yıxılır, qılçası sınır. C.Məmmədquluzadə. Mən gedib göyərçini tutdum. M.Rzaquluzadə. // Həbs etmək, ələ keçirmək, yaxalamaq. Oğrunu tutdular. – Pristav Əliağa bəy Cavanşirov Nəbini tutub qazamata göndərir. “Qaçaq Nəbi”.\n4. Bir şeyin tutumunu, həcmini, yerləşdirmə qabiliyyətini bildirir. Çamadan paltarları tutdu. Səbət 5 kiloqram meyvə tutur. Stəkan 20 qram tutur. – Meydan izdihamı tutmurdu. Ə.Abasov.\n5. İşğal etmək, zorla bir yeri almaq, ələ keçirmək, bir yerə daxil olmaq. Gün əyilən zaman [döyüşçülər] yeni bir kəndi tutdular. Ə.Vəliyev.\n6. Sirayət etmək, yoluxmaq, xəstələnmək. Qrip tutmaq. – Məlumdur ki, çiçək naxoşluğunu o uşaqlar tutur ki, onlara çiçək döyülməyibdir. C.Məmmədquluzadə.\n7. Göyərmək, bitmək. Tinglərin bir hissəsi tutmadı. Şitillərin hamısı tutdu. – [Kərəm:] Qərənfillər tutmaz imiş; Gül tikansız bitməz imiş. “Əsli və Kərəm”. // Başqa bitki ilə bitişmək, calanmaq. Qələm tutdu. Calaqların bir hissəsi tutmadı.\n8. Qapmaq, dişləmək. [Yazgül:] Deyəsən, yamandəymiş Bobik zəncirini qırıb, gedib istirahət evinin qızlarını tutub. Ə.Məmmədxanlı. [Fatı:] Məni o azar dəymiş it tutdu, bala! Ə.Abasov.\n9. Qapamaq, örtmək, əli və ya başqa bir şeylə görünməz etmək. Ağzını tutmaq. – Əntiqə “Oğru gəlib! Evimizə oğru gəlib!” – deyə ikiəlli gözlərini tutub, hönkür-hönkür ağlayırdı. Mir Cəlal. Ümid əlini ağzına tutub, xəlvətcə əsnəyir, gözlərini ovuşdururdu. B.Bayramov.\n10. Yaxşı göstərmək, uyğun gəlmək, yaraşmaq. Bu paltar onu yaxşı tutur. – [Yunis xalasına:] Yaqut sənə demirdi ki, bu şapka məni tutmur? Ə.Məmmədxanlı.\n11. Bir iş görmək istəyənə mane olmaq, əlqol açmağa qoymamaq. [Mərcan bəy:] Ay camaat, məni tutmayın, bu kişini öldürəcəyəm. Ü.Hacıbəyov.\n12. Müəyyən şərtlərlə bir işə qəbul etmək, götürmək. [Hacı Mehdi:] Birini qovub, ayrısını tutursan, o, əzzəlkindən pis çıxır. Ə.Haqverdiyev. [Ağca] dünyagörmüş xanımların məsləhətilə bir dayə tutub, uşağı ona tapşırdı. Mir Cəlal.\n13. məc. Kirələmək, kirayə etmək, icarə etmək, pul verərək müvəqqəti istifadə etmək. Taksi tutmaq. Mehmanxanada nömrə tutmaq. – [Qız dedi:] Bir münasib mənzil tut, yığışaq ora. (Nağıl).\n14. məc. Uyğun gəlmək, bir gəlmək, düz gəlmək. Atlı ilə piyadanın yoldaşlığı tutmaz. (Ata. sözü). Deyirsən, mənimki tutar səninlə; Gəl birgə əbədi bir həyat quraq. S.Rüstəm.\n15. məc. Toxunmaq, bərk təsir etmək. Söz onu bərk tutdu. – Hümmətyarla Mədədin söhbəti Xanpərini bərk tutmuşdu. Ə.Vəliyev.\n16. Tutmamaq şəklində – nəticə verməmək, müvəffəqiyyətsizliyə uğramaq, baş tutmamaq. [Vaqif:] İbrahim xan qardaşı Mehralı bəyin dul arvadına evlənmək istədi, tutmadı. Çəmənzəminli.\n17. ...tutmuş şəklində – ...başlamış, ...başlayaraq mənasında işlədilir. Krasnovodskdan tutmuş ta Daşkəndə kimi hər yerdə bu qəsəbənin cavan tacirlərinə rast gəlmək mümkündür. Ə.Əbülhəsən.\n18. Bir sıra isimlərdən sonra gələrək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: yükünü tutmaq, acığı tutmaq, yer tutmaq və s. ‣ Tutdu qatıq, tutmadı ayran – nəticəsindən asılı olmayaraq edilən təşəbbüs haqqında. Tutduğunu buraxmamaq – öz dediyindən əl çəkməmək, inad etmək, istədiyini, dediyini etmək. tutmalı sif. Tez-tez tutmalara (2-ci mənada) məruz qalan, tutması olan. Tutmalı qoca. tutu 1. bax. tutuquşu 1-ci mənada. Hər tərəfdə tutu, qumru; Coşur, oxur indən belə. “Əsli və Kərəm”.\n2. məc. Dili şirin, gözəl sözlər danışan gözəl haqqında. Tutu danışıqlı, qumru ağızlı: Şirin dili canım aldı, əfəndim! “Koroğlu”. Şəkər söhbətlidi, şirin dillidi; Tutu kimi xoşzəbanım gedibdi. Aşıq Ələsgər. // məc. Mənasını anlamadan uzun-uzadı danışan adam haqqında. tutucu is. Bir şeyi tutmaq üçün düzəldilmiş mexanizm, qurğu və s. Tutucunu işə salmaq. // Sifət mənasında. Tutucu alətlər. tutuq bax. tutqun. Verdiyev .. tutuq səslə cavab verdi. Mir Cəlal. tutuqluq is. Tutqunluq. Havanın tutuqluğu. Səsin tutuqluğu. tutuquşu is.\n1. zool. Tropik və subtropik ölkələrin meşələrində yaşayan alabəzək rəngli quş; tutu.\n2. məc. dan. Öz müstəqil fikri olmayıb başqasının fikrini, sözlərini təkrar edən adam haqqında. ‣ Tutuquşu kimi ötmək (danışmaq) – dilavərcə, səlis danışmaq, rəvan danışmaq. Teymur baxır ki, bayaqdan tutuquşu kimi danışan vəzirlər, əyanlar Molla Nəsrəddini görcək lal oldular. “M.N.lətif.” [Şahmar:] ..Kinolarda min dəfə görmüşəm ki, sevən oğlanlar tutuquşu kimi ötürlər. B.Bayramov. tutulma 1. “Tutulmaq”dan f.is. [Valentinov:] Tutulması çətindir. Gerisindən qorxmayın. C.Cabbarlı.\n2. is. Göy cisminin müvəqqəti olaraq başqa göy cismi ilə örtülməsi və ya başqa göy cisminin kölgəsində qalması. Günəşin tutulması. Ayın tutulması. tutulmaq 1. “Tutmaq”dan məch. Xəstəliyə tutulmaq.\n2. f. məc. Pərt olmaq, pozulmaq. Zahidoğlu danışa-danışa qaralır, çox bərk tutulurdu. S.Rəhimov.\n3. f. Müvəqqəti olaraq başqa göy cismi ilə örtülmək və ya başqa göy cisminin kölgəsində qalmaq (göy cisimləri haqqında). Ay (Günəş) tutulmaq. tutulmaz sif. Tutula bilməyən, ələ keçirilə bilməyən, tutulması, yaxalanması mümkün olmayan. tutum is. Müəyyən qədər şeyi tutmaq, öz içərisində yerləşdirmək qabiliyyəti; həcm. Sisternin tutumu. tutumlu sif. Müəyyən miqdarda şey tuta bilən; həcmli. 5 litr tutumlu neft qabı. // Çoxlu miqdarda şey tutan; irihəcmli. Tutumlu çən. tutumsuz sif. Az şey tutan, tutumu kiçik olan; kiçikhəcmli. Tutumsuz qazan. tutuşdurma “Tutuşdurmaq”dan f.is. tutuşdurmaq f. Oxşar və fərqli cəhətlərini, yaxud bir şeyin o biri şeydən üstünlüyünü müəyyən etmək üçün onları qarşılaşdırmaq, müqayisə etmək. [Telli] o gün Molla Xəlildən eşitdiyi sözlərlə əvvəlcə müəllimdən eşitdiyi sözləri bir-birilə tutuşdururdu. S.Hüseyn. Rəis hesabı qurtarıb, onu kağızdakı rəqəmlə tutuşdurduqdan sonra qəddini düzəldərək astadan əsnədi. İ.Əfəndiyev. tutuşma “Tutuşmaq”dan f.is. tutuşmaq 1. bax. tutaşmaq. [Nazlı] bu saat Camalın qardaşı ilə tutuşacağını zənn edirdi. Ə.Əbülhəsən.\n2. Alışmaq, yanmağa başlamaq, alışıbyanmaq. [Əsli:] Ağa Kərəm, Paşa Kərəm, Xan Kərəm! Alış Kərəm, tutuş Kərəm, yan Kərəm! “Əsli və Kərəm”. [Tarxan:] Uf, yanar odlara tutuşdum mən! A.Şaiq.\n3. Azacıq bərkimək, qurumaq; suyu çəkilmək. Palçıq tutuşdu. – Sement tutuşub qurtardıqdan sonra bərkiməyə başlayır. S.Quliyev.\n4. qarş. Qurşaq yapışmaq, küştü tutmaq, güləşmək. Dedi: – Olmaz ki, olmaz. – Xülasə, əlacım kəsildi, elə zorxanada tutuşduq. Çəmənzəminli. tutuzdurma “Tutuzdurmaq”dan f.is. tutuzdurmaq f. dan. İlişdirmək, bərk vurmaq, çəkmək. tutya is. [ər.]\n1. köhn. Kimyəvi maddə – sink.\n2. məc. Mövhumatçıların müqəddəs saydıqları hər hansı bir şey. Xalq dalınca yüyürüşüb [mollanın] uzunqulağının ayaqlarının izindən torpaq götürüb tutya kimi evlərində saxlayırdılar. Ə.Haqverdiyev. tuvaca sif. və zərf Tuva dilində. Tuvacarusca lüğət. tuvalılar cəm Tuva Respublikasının əsas əhalisini təşkil edən xalq. tuz [pol. tuz, əsli alm. Dous]\n1. Qumar kağızlarında: ortasında bir xal olan qiymətcə ən yüksək kart. Xaç tuz. – [Cəbi:] Xeyr, olmaz, gərək tuz vuraq, kimə çıxsa o, bank qoysun. S.S.Axundov.\n2. məc. dan. Hər hansı bir mühitdə yüksək mövqe tutan nüfuzlu şəxs. Maliyyə tuzları. – [Rəşid:] ..Bu saat Bakının tuzları fəhləyə ləbbeyk deyir, o ki qaldı mən olam. M.Hüseyn. // Hər hansı bir mühitdə şöhrət qazanmış, tanınmış şəxs. Teatr tuzları. Tuzlar yığışıblar. tüccar is. [ər. “tacir” söz. cəmi] köhn. Tacirlər. Dedi: – Məşhur tacirəm məni-zar; Tanıyırlar məni hamı tüccar. S.Ə.Şirvani. Müsəlmanlardan xeyli camaat: nücəbadan, tüccardan və sair əsnafdan tamaşa üçün teatra toplaşdılar. F.Köçərli. tüfeyli is. [ər.]\n1. biol. Başqa orqanizmin üzərində və ya içində yaşayıb onun hesabına qidalanan bitki; parazit. Bit camışın xüsusi tüfeylisidir. A.Ağabəyli. // Sif. mənasında. Tüfeyli bitkilər.\n2. məc. Başqasının zəhməti hesabına yaşayan adam; müftəxor, parazit. Cəfər irəli yüyürüb tapançanı xozeyindən almaq, böhtan danışan və yalan şayiə yayan bu tüfeylini camaat içərisində ifşa etmək istədikdə tapança açıldı. Ə.Vəliyev. Beləliklə, Rüstəm bəyi əhatə edənlər ..cəmiyyətin tüfeyliləridir. Ə.Sultanlı. // Sif. mənasında. Tüfeyli siniflərin ləğv edilməsi. Tüfeyli həyat.\n3. dan. Söyüş kimi işlədilir. Tüfeylinin biri. tüfeylilik is.\n1. biol. Bir orqanizmin o biri orqanizmdən qida mənbəyi kimi istifadə etməsi; parazitlik, parazitizm.\n2. məc. Başqasının əməyini istismar etmək hesabına yaşama; parazitizm, parazitlik. [Zərdabiyə] elə gəlirdi ki, nəsihətlə bəyi, xanı, mollanı başa salmaqla, maarif və mədəniyyəti yaymaqla tüfeyliliyi yox etmək olar. M.İbrahimov. tüfəng is. Uzun, ya qısa lüləli, əllə tutulub atılan odlu silah. Ov tüfəngi. Qoşalülə tüfəng. Tüfəng atmaq. – Bəxtiyar tüfəngi doldurub qalxdı; Zilləyib gözünü bir az da baxdı. S.Vurğun. [Qarakişi] içəri girəndə əvvəlcə tüfənginin lüləsi göründü. B.Bayramov. tüfəngli sif. Tüfəngi olan, tüfənglə silahlanmış. Tüfəngli əsgər. – [Uşaqlar] tüfəngli fədai dəstələrinin nümayişini görərkən əvvəlcə bu nümayişləri də bundan əvvəl olan sadə nümayişlərdən biri hesab edirdilər. Ə.Sadıq. tüğyan is. [ər.] Daşma, qabarma, qaynama, coşub-daşma. // məc. Həyəcan, təlatüm. • Tüğyan etmək məc. – şiddət etmək, qaynamaq, coşmaq, azğınlıq etmək, qızışmaq. [Vaqif İbrahim xana:] ..Fətəli xan bir az çəkinirdi, indi qorxuram, o da tüğyan eləyə. Çəmənzəminli. Hava yenə də tüğyan elədi. S.Rəhimov. Tüğyana gəlmək – bax. tüğyan etmək. Coşdum zaman-zaman, gəldim tüğyana. M.Rahim. Qoca aşığın könlü sanki tüğyana gəldi. Ə.Məmmədxanlı. tühaf sif. [ər.]\n1. Qəribə, görünməmiş, anlaşılmaz. Tühaf hərəkət. Tühaf iş. – [Rüstəm bəy] bir-iki addım getməmiş tühaf bir mənzərəyə təsadüf etdi. Çəmənzəminli.\n2. Gülünc, güldürücü, məzhəkəli, əyləncəli. Tühaf iş. Tühaf söhbətlər. tük is.\n1. İnsan və heyvan dərisinin üstündə çıxan sapvari buynuz törəməsi. Ağ tük. – Qurd tükünü dəyişər, xasiyyətini dəyişməz. (Ata. sözü). [Qarovulçunun] üzündəki seyrək tüklər biz-biz durmuşdu. M.Hüseyn. // Saç. Qulunun başının tükləri, qaşları və kirpikləri xına rəngində idi. M.İbrahimov.\n2. Heyvanların müxtəlif məqsədlər üçün istifadə edilən yunu, qılı. Keçi tükündən toxunmuş örkən. – Ələklər ipək sapdan, tükdən, bürünc və ya polad məftildən hazırlanır. R.Əliyev. • Tük güllə – tir tüfəngindən atılan, arxa tərəfində tük olan güllə. Avtomata dönmüş cavab, tirdə atılan tük güllə kimi yenə qanadlanıb düz hədəfin ortasına yapışdı. B.Bayramov.\n3. Quşların bədənini örtən belə yumşaq və incə tellər. ..[Martı quşları] öz tüklərini tumarlayırdılar. H.Seyidbəyli. // Kəsilmiş quşların, balış və s. üçün işlədilən çıxarılmış pəri; pərqu. Balış üçün tük almaq. Qu tükü. // İçində pər olan, içinə pərqu doldurulmuş. Tük balış.\n4. Bəzi meyvələrin və ya yarpaqların üzərində, yaxud da altında olan xırda tükcüklər; xov. Gicitkənin tükləri.\n5. Hər hansı bir mexanizmdə, cihazda və s.-də incə sap, yay, məftil və s. Saat mexanizminin tükü. Elektrik lampasının tükü. ‣ Tük qədər – zərrə qədər, heç, qətiyyən. Tük qədər qorxmamaq. Tük salmaq (tökmək) – bərk qorxmaq, dəhşətə gəlmək, dəhşətlənmək. Tük tökər məndən paşalar; Xotkarlar çəkər haşalar. “Koroğlu”. [Qurd Kərim:] Səlim bəy nə qədər güclü olsa da, Nəbidən tük salır. S.Rüstəm. Tükdən asılı olmaq – qorxulu, ümidsiz vəziyyətdə olmaq, ölüm ayağında olmaq. Tükləri biz-biz durmaq (olmaq) – dəhşət götürmək, bərk qorxmaq. Elə bir hala düşərsən ki, tükün biz-biz olar; Əyninə geyməyə şey tapmasan; astar üz olar! M.Ə.Sabir. İndi də bu hadisə yadıma düşəndə tüklərim biz-biz durur. S.S.Axundov. Tükləri qabarmaq (qalxmaq, ürpərmək) – bax. tükləri biz-biz durmaq (olmaq). Pələngdən elə bir bağırtı qopdu ki, səsindən dam-daş titrədi. Gözlərim qaraldı. Tüklərim ürpərdi. A.Şaiq. [Nənəqız] elə ağı deyir ki, adamın başının tükləri qabarır. S.Rəhimov. Tükü tərpənməmək – halına qətiyyən təsir etməmək. Rəhim bəyin sözlərini dinlədikcə Bayramın tükü də tərpənmirdi. M.Hüseyn. Tükü tükdən seçmək – ən incə mətləbi başa düşmək, tez başa düşmək. Vəzirlər həmişə gərək tükü tükdən, sözü sözdən seçsinlər. (Nağıl). [Qubernator:] Diplomat tükü tükdən seçər. C.Cabbarlı. Tükü yatımına sığallamaq məc. – bir işi yaxşılıqla, mübahisəsiz yola vermək. [Rəhimli:] ..Mən həmişə tükü yatımına sığallayıram, inciyən adam deyiləm. İ.Hüseynov. Tükünü (tüklərini) didmək – divan tutmaq, cəza vermək, cəzalandırmaq. [Oddamdı:] Vay, [ərəblər] mənim cücə kimi tüklərimi didəcəklər. C.Cabbarlı. tükbaş sif. Başına heç bir şey örtməmiş; başaçıq. Tükbaş qız. tükcə sif. və zərf Tük qədər, zərrə qədər, qətiyyən, əsla. [Kərbəlayı Qubad:] Vallah, səni mən tükcə incitmərəm! Ü.Hacıbəyov. tükcük is. İncə, zərif, xırda tük. Yarpağın tükcüyü. tükəndirmə “Tükəndirmək”dən f.is. tükəndirmək f. Hamısını işlədib qurtarmaq, sərf edib qurtarmaq, axırına çıxmaq. • Səbrini tükəndirmək – bax. səbir kasasını doldurmaq (“səbir”də). Rüstəm kişi tutuldu, Telli arvadın susmaq bilməyən dili onun səbrini tükəndirdi. M.İbrahimov. tükənmə “Tükənmək”dən f.is. tükənmək f. Qurtarmaq, bitmək, tamamilə işləyib qurtarmaq, daha qalmamaq. ..Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. M.İbrahimov. Yusifgilin kənardan çəkib gətirdikləri ələf də tükənirdi. B.Bayramov. // Sona çatmaq, bitmək, qurtarmaq. Ömrün tükənib oldu nəhayət şəbi-vəslin. S.Ə.Şirvani. tükənməz sif. Tükənməyən, bitməyən, bitməz, qurtarmayan, qurtarmaz, çox, saysız-hesabsız. Dağlardan axıb gələn çay suyu .. yaşıl bağlar üçün tükənməz bir həyat mənbəyidir. M.İbrahimov. Alın tərilə əkən, biçən; İnsanların fərəhi, sevinci tükənməzdir! N.Rəfibəyli. tükətmə “Tükətmək”dən f.is. tükətmək f. Axıra çatdırmaq, bitirmək, sona çatdırmaq. [Şah Abbas:] Tükətdi ömrümü zindan, yox oldu səbrü-qərar. Ü.Hacıbəyov. tüklənmə “Tüklənmək”dən f.is. tüklənmək f.\n1. Üzünə tük çıxmaq, tük gəlmək, tük basmaq. Cavadın mülayim və mehriban rəftarını gördükdən sonra [uşaq] da əllərini Cavadın tüklənmiş (f.sif.) üzündə gəzdirməyə başladı. Ə.Vəliyev.\n2. Tük çıxarmaq, tük əmələ gəlmək (quş balası, cücə və s. haqqında). Şəhərdən gətirdiyim toyuğumun cücələri böyümüş, tüklənmiş, xoruzu, fərəsi bəlli olmuşdu. A.Şaiq. tüklü sif.\n1. Tükü olan, bədəni tüklə örtülü, tük basmış. Xanməmməd üstü tüklü burnunu çəkə-çəkə içəri girdi. Çəmənzəminli. [Nəriman] ..şapkasını təkyənin üstünə ataraq ağ, tüklü biləklərini çirməyib əlüzyuyana yaxınlaşdı. İ.Əfəndiyev. // Üzü qırxılmamış, üzünü tük basmış. Tüklü üz. – Fərhad gözlərini açanda yaş damcıları tüklü sifətinə axdı. Ə.Vəliyev. // Qıllı. Tüklü heyvan.\n2. Tüklü dəridən tikilmiş. Tüklü kürk. – [Məşədi Əhməd] evdə işlər, qoyun və quzu dərisindən tikdiyi tüklü papaqları bazarda və meydanda satardı. S.Hüseyn.\n3. Tükü olan (bax. tük 4-cü mənada). Tüklü heyvan. – Bu toxumlardan yetişən sağlam, yarpaqları tüklü olan gözəl şitillər inkişaf etdi. M.Axundov. tüklülük is. Tüklü olma, qıllılıq. tüklüpapaq sif. Başında tüklü dəridən tikilmiş papaq olan. Tüklüpapaq, ayaqyalın birisi daxil olub, bir stul gətirdi. T.Ş.Simurq. tüksüz sif.\n1. Tükü olmayan, qılsız. Tüksüz dəri.\n2. Üzünə hələ tük gəlməmiş (yeniyetmə oğlan haqqında). // Üzü qırxılmış, üzündə tük olmayan. Rəhimlinin qıyıq gözlərindən silinməyən təbəssüm qızartısı çəkilməyən, yumru, ətli, tüksüz sifətinə yaraşıq verirdi. İ.Hüseynov.\n3. Tükü olmayan (bax. tük 4-cü mənada). [Pambığın] bütün hissələri, ya azca tüklü, ya da tamam tüksüz olur. “Pambıqçılıq”. tükügödək sif. Tükləri qısa olan; qısatüklü. tükürpərdən (=tükürpərdici) sif. Adamın tüklərini ürpərdən, çox ağır, sarsıdıcı, dəhşətli. Tükürpərdən (tükürpərdici) mənzərə. – Daşürəkli keşikçilər belə [xanın] tükürpərdən bir səslə: “Oğul... Buğac!..” fəryadını eşidəndə sarsılırdılar. M.Rzaquluzadə. tükürpərdici (=tükürpərdən) sif. Adamın tüklərini ürpərdən, çox ağır, sarsıdıcı, dəhşətli. Tükürpərdən (tükürpərdici) mənzərə. – Daşürəkli keşikçilər belə [xanın] tükürpərdən bir səslə: “Oğul... Buğac!..” fəryadını eşidəndə sarsılırdılar. M.Rzaquluzadə. tül [fr. tulle] Çox vaxt güllü naxışları olan yüngül, toraoxşar şəffaf parça. Pərdəlik tül. // Həmin parçadan tikilmiş. Tül kofta. – Açıq pəncərədən tül pərdə asılmışdı. İ.Hüseynov. tülək sif. Tükünü, yununu tökmüş. Tülək tərlan. – [Çopo:] Bir dəfə də tülək şahinə rast gəldim, hasarın üstündə oturub dimdiyini daşa sürtürdü. Çəmənzəminli. tüləmə “Tüləmək”dən f.is. tüləmək f. Müəyyən vaxtlarda köhnə tükünü, yununu, qabığını tökmək, təzələmək (heyvanlar və quşlar haqqında). [Çopo:] Beş addım o yanda tükünü tüləmiş (f.sif.) qoca və çəlimsiz bir köpək yatmışdı. Çəmənzəminli. At gündən-günə tükünü tüləyir, kökəlir, sağrısı düzəlirdi. Ə.Vəliyev. tülkü is.\n1. zool. İtlər ailəsindən, uzunsifət, uzuntüklü, quyruqlu yırtıcı məməli heyvan. Boz tülkü. – Tülkü gəzər ikən oldu bir qurda düçar. Q.Zakir. Elə bu anda yanımdakı iri böyürtkən kolundan bir tülkü çıxaraq düzlərə sarı götürüldü. İ.Əfəndiyev.\n2. məc. Hiyləgər, bic, kələkbaz, yaltaq adam haqqında. Yaman tülküdür. – [Xart:] Bu baş vəzir cənabları qoca tülküdür. Ə.Məmmədxanlı. // məc. Qorxaq, ağciyər adam haqqında. Aslanam, deyiləm tülkü; Tanımaram qorxu, hürkü. “Koroğlu”. [Ataş:] Qaçayla Ataş olan yerin həndəvərinə Kəngərli kimi tülkülər hərlənə bilməz. Ə.Vəliyev. tülküdurmazdan zərf Səhər tezdən, alaqaranlıqdan, sübhçağı. Sabah tülküdurmazdan Gülməmməd dağa yollandı. Ə.Vəliyev. tülküxasiyyət (=tülküxasiyyətli) sif. Bic, hiyləgər, kələkbaz, yaltaq. tülküxasiyyətli (=tülküxasiyyət) sif. Bic, hiyləgər, kələkbaz, yaltaq. tülküquyruğu is. bot. Süpürgəvari çiçək qrupu olan yem bitkisi – ot. tülkülük is. Hiyləgərlik, kələkbazlıq; hiylə, biclik. Bu Məhbub xanımda bir tülkülük var. “Koroğlu”. ‣ Özünü tülkülüyə vurmaq (qoymaq) – biclik etmək, yaltaqlanmaq, hiyləbazlıq etmək. tülküsifət (=tülküsifətli) sif. Sifəti tülkü sifətinə oxşayan, tülküsima adam haqqında. ..Başının ortası dazlaşmış, tülküsifət bir adamın nitqi Tahiri yaman qəzəbləndirdi. M.Hüseyn. tülküsifətli (=tülküsifət) sif. Sifəti tülkü sifətinə oxşayan, tülküsima adam haqqında. ..Başının ortası dazlaşmış, tülküsifət bir adamın nitqi Tahiri yaman qəzəbləndirdi. M.Hüseyn. tüllab is. [ər. “tələbə” söz. cəmi]\n1. köhn. Ruhani məktəbində oxuyan tələbələr. Şeyx Əbu Səid gecələr əvvəli-təbdə tüllaba dərs verərdi. M.F.Axundzadə. Məsələ məscid hücrələrində yaşayan tüllab arasında da atəşli münaqişə və mübahisəyə səbəb oldu. Çəmənzəminli.\n2. məc. Yüngül, dəmdəməki, lotu-bambılı adam haqqında. Tüllabın biridir. tüllablıq is.\n1. köhn. Tələbəlik (dini məktəb tələbəliyi).\n2. məc. dan. Yüngüllük, ciddiyyətsizlik, ləyaqətsizlik, vecsizlik, bambılılıq. Bəsdir tüllablıq elədin. tülu is. [ər.]\n1. Doğma, çıxma, zühur etmə (Günəş haqqında). • Tülu etmək (eyləmək) – doğmaq, çıxmaq, zühur etmək (Günəş). Gün tülu etdi üfüqdən, yerə taban gəliri. Heyran xanım. Gün tülu etdi, ucaldı fələkə; Ufacıq biz demə yatdıq bu gecə! Ə.Nəzmi. // Dan yeri sökülən vaxt, sabah açılan vaxt, sübh işıqlanan vaxt. Sübhün tüluunda gecələmiş çil xoruz oyanıb, uca və zil səslə banladı. S.S.Axundov.\n2. məc. Başlanğıc, ibtida, törəniş; çıxma, zahir olma. Günün ömrü öz vaxtında uzanır; Öz vaxtında gödəlir; Həyatın tüluu da; Bu qanuna düz gəlir. B.Vahabzadə. tümən is.\n1. İranda: 10 riala bərabər pul vahidi. [Xortdan:] Rəştə teleqram çəkib, beş min tümən pul istədi. Ə.Haqverdiyev. [Səttarxan:] Bəs bunun 210 tümənini kim verir? M.S.Ordubadi.\n2. qəd. On min. tünbətün [fars.] Söyüş məqamında işlənən söz. [Hacı Qənbər:] Tünbətünün qızı, sürün buradan! N.Vəzirov. • Tünbətün olsun (düşsün) – söyüş, qarğış, lənət məqamında işlənən ifadə. [İzzət:] Atana lənət, Xudayar bəy! Anana lənət, Xudayar bəy! Dədən tünbətün düşsün, Xudayar bəy! C.Məmmədquluzadə. [Ocaqqulu:] Qatırı axsaq olanın atası tünbətün olsun! C.Cabbarlı. tünd sif. [fars.]\n1. Rəngi açıq olmayan, qaraya yaxın olan, tutqun. Tünd paltar. Tünd rəng. // Qəliz, kəsif, tərkibində çoxlu miqdarda həll olmuş maddələr olan. Tünd qəhvə. Tünd məhlul. – Qüdrət xörəyini həris bir iştaha ilə cəld yeyib, üstündən də iki stəkan tünd çay içdi. M.Hüseyn. Yaqub .. dəmlənmiş tünd çayı ləzzətlə içməyə başladı. S.Vəliyev.\n2. Hiss orqanlarına bərk təsir edən; kəskin. Tünd tütün. – Yenə də üz-üzə deyə qalxaraq; İçirtdi dostları ona tünd araq. M.Rahim. Gəmi sahibi bir yandan içdiyi bol müftə və tünd şərabın, bir yandan da on qat artıq aldığı pulun nəşəsi ilə sərməst idi. M.Rzaquluzadə.\n3. məc. Bərk, iti, becid. Tünd at. – Məstan da özünə görə göyçəkdi, amma sağ topuğundan, tünd (z.) yeriyəndə bir balaca axsaqlığı vardı. (Nağıl).\n4. məc. Hirsli, acıqlı, ağırxasiyyətli, tündməzac, ağır. Tünd adam. – [Əziz bəy:] (Tünd halda) Səkinə xanım, axır mənim günümü bu yerə yetirdin! M.F.Axundzadə. [Sultan:] Yoldaşlardan biri mənə dedi, eşitmişik, xasiyyətin bir az tünddür, buna görə də raykoma müvəqqəti göndəririk. İ.Hüseynov. • Tünd olmaq – hirslənmək, qəzəblənmək, acıqlanmaq, hiddətlənmək, qanı qaralmaq. Səni görcək özün soxar içəri; Tünd olub qapını bidəmaq çəkər. Q.Zakir.\n5. məc. Bərk, şiddətli, güclü, qatı. ..Cənab şəriətmədar küçə ilə gedərkən bir tünd yel əsdi. Axundun əmmaməsi düşdü yerə. “Mol. Nəsr.” ‣ Tünd getmək məc. – ifrata varmaq, şişirtmək. Salman Şirzadı danışmağa qoymayıb dedi: – Yoldaş Şirzad çox tünd gedir, nöqsanları şişirdir! M.İbrahimov. tünd... [fars.] Mürəkkəb rəng adlarının, onların açıq olmadığını, qaraya yaxın olduğunu göstərən tərkib hissəsi; məs.: tünd-qara, tünd-sarı, tünd-yaşıl, tünd-qəhvəyi, tünd-göy və s. tündxasiyyət (=tündxasiyyətli) sif. Tez hirslənən, tez özündən çıxan, tez coşan, tündməzac. [Sultan:] ..Mən rayona qayıdanda birinci işim bu oldu ki, ətrafıma özüm kimi tündxasiyyət adamları yığdım. İ.Hüseynov. Əvvəllərdə də elə bir az tündxasiyyət olan Mahmud axır vaxtlar lap dəyişmişdi. Y.Əzimzadə. tündxasiyyətli (=tündxasiyyət) sif. Tez hirslənən, tez özündən çıxan, tez coşan, tündməzac. [Sultan:] ..Mən rayona qayıdanda birinci işim bu oldu ki, ətrafıma özüm kimi tündxasiyyət adamları yığdım. İ.Hüseynov. Əvvəllərdə də elə bir az tündxasiyyət olan Mahmud axır vaxtlar lap dəyişmişdi. Y.Əzimzadə. tündxasiyyətlik (=tündxasiyyətlilik) is. Tündməzac adamın xasiyyəti; tez özündən çıxma, coşma; tündməzaclıq. tündxasiyyətlilik (=tündxasiyyətlik) is. Tündməzac adamın xasiyyəti; tez özündən çıxma, coşma; tündməzaclıq. tündləşmə “Tündləşmək”dən f.is. tündləşmək f.\n1. Rəngi tünd olmaq; tutqunlaşmaq, qəlizləşmək. Abışın rəngi tündləşdi. B.Bayramov.\n2. Kəsifləşmək, qəlizləşmək, qatılaşmaq, kəskinləşmək, artmaq. Havada tündləşir barıt qoxusu; Berlinin üstündə ölüm yuxusu. S.Vurğun.\n3. məc. Hirslənmək, qəzəblənmək, acıqlanmaq, qızmaq, qızışmaq. Yeri gələndə tündləşən (f.sif.) qocanın xasiyyətinə Qəhrəman yaxşı bələd idi. S.Rəhimov. İsi dayı Səməndərin tündləşdiyini görüb, araya sülh qoymağa çalışdı. B.Bayramov.\n4. məc. Güclənmək, şiddətlənmək, gücü, şiddəti daha da artmaq. Elə bil hava istiləşib bürkü tündləşdikcə milçək artırdı. Ə.Əbülhəsən. tündlük is.\n1. Rəngi tünd olan şeyin halı; tünd olma, tutqun olma, tutqunluq. Rəngin tündlüyü.\n2. Kəsiflik, qəlizlik, qatılıq, kəskinlik. Qoxunun tündlüyü.\n3. Tünd olma dərəcəsi; bərklik, qəlizlik. Şərabın tündlüyü. Tütünün tündlüyü.\n4. məc. Xasiyyətcə ağırlıq, tündməzaclıq; tez hirslənmə, tez özündən çıxma xasiyyəti. İmanovun xasiyyətində nə isə bir tündlük vardı. M.Hüseyn. tündməzac [fars. tünd və ər. məzac] bax. tündxasiyyət(li). Məşədi Qulam ev daxilində çox tündməzac idi. T.Ş.Simurq. Çünki Çərkəz həddindən artıq zarafatcıl, aşıq isə tündməzac idi. İ.Əfəndiyev. tündməzaclıq bax. tündxasiyyət(li)lik. [Köməkçi] Xoruzoğlunun tündməzaclığından və adam döyməyindən bərk çəkinirdi. S.Rəhimov. tündrəngli bax. tünd 1-ci mənada. tünlük is. Qələbəlik, adam çox olan yer, basabas. Sahənin o biri briqadasının üzvləri də buraya gəldikləri üçün çardağın altında əməlli-başlı tünlük idi. Ə.Əbülhəsən. Artyom adasındakı ovlaqda xüsusən istirahət günləri çox tünlük olur. M.Rzaquluzadə. tünük sif. dan. Nazik, zəif. Tünük taxta. Tünük bez. tünüklük is. dan. Tünük şeyin halı; naziklik. Parçanın tünüklüyü. tüpürcək is. Ağızdan tüpürülən ağız suyu; bəlğəm. ‣ Tüpürcəyi qurumaq məc. – bərk qorxmaq, qorxu keçirmək. Keçəl Həmzənin tüpürcəyi qurudu. “Koroğlu”. Tüpürcəyini yalamaq – bax. tüpürdüyünü yalamaq (“tüpürmək”də). [Məzlum:] Mən tüpürcəyimi yalayan deyiləm. S.Vəliyev. tüpürcəkqabı is. İçinə tüpürmək üçün qab. Xəstənin ayrıca cib və üz dəsmalı, qabqacağı, tüpürcəkqabı olmalıdır. tüpürcəkləmə “Tüpürcəkləmək”dən f.is. tüpürcəkləmək f. Tüpürcəyə batırmaq, tüpürcək sürtmək. tüpürmə “Tüpürmək”dən f.is. tüpürmək f.\n1. Ağız suyunu, bəlğəmi, tüpürcəyi və s.-ni ağzından rədd etmək, atmaq. Xanlar .. ovcuna tüpürüb, lopatkanı torpağa batırdı. M.Hüseyn. Musa kişi demisindən dərin bir qullab alaraq kənara tüpürdü. İ.Əfəndiyev.\n2. Tüpürüm (tüpürəsən) şəklində – bir şeyə, ya şəxsə qarşı tam etinasızlığı, laqeydliyi, saymazlığı ifadə etmək üçün işlədilir. ‣ Tüpürdüyünü yalamaq – əvvəl dediyi sözdən, verdiyi vəddən, razı olduğu bir şeydən, əvvəlki qərarından imtina etmək; sözünün üstündə durmamaq, sözündən qaçmaq. [Telli Rüstəmə:] Sən özün öz abrını aparmısan, mən niyə? Bir sədr ki tüpürdüyünü yalaya, onda abırmı qalar? M.İbrahimov. Dabanına tüpürmək – bax. daban. türbə is. [ər.] Qəbir, məzar. // Böyük, yaxud müqəddəs sayılan şəxslərin qəbirləri üzərində tikilən və sonradan çox vaxt ziyarətgah olan bina; məqbərə, mavzoley. Qızıl Arslan İraqdakı türbələri ziyarət edəndən sonra Bağdada qayıtdı. M.S.Ordubadi. Biz Nizaminin türbəsinə çatarkən yuxarı dağların zirvəsindən qapqara bir bulud parçası qopub, günün qabağını tutan buludla birləşdi. İ.Əfəndiyev. türbət is. [ər.]\n1. Torpaq. Elə bir ölkədə doğulmuşam ki; Onun türbətinə minnətdaram mən. M.Rahim. // məc. Müqəddəs torpaq. Ana torpağından bir ovuc alıb; Vətən türbəti tək gəzdirən ərlər. N.Xəzri.\n2. Keçmişdə: dindarların müqəddəs saydıqları yerlərdən, müqəddəslərin qəbrinin üstündən, pirlərdən və s.-dən götürülən torpaq. [Xortdan:] Bu türbətin təlatüm yatırtması dəfəatla imtahan olunubdur. Ə.Haqverdiyev. türfə sif. və zərf [ər.] klas. Zərif, incə, füsunkar, məlahətli, qəşəng. Zar ağlar ikən bu rəsmə ol mah; Bir türfə səda eşitdi nagah. Füzuli. Tazə gəlin kimi bəzəndi Bakı; Çox türfə bəzənib-düzəndi Bakı. Ə.Cavad. türfətüleyn zərf [ər.] klas. Göz açıb yumunca, bir göz qırpımında, bir anda, bir an içində, dərhal. Türfətüleyndə cəlladi-mühib belində xəncər, əlində tənab içəri girdi. M.F.Axundzadə. türk is. Türkiyənin əsas əhalisini təşkil edən və türk dillərindən birində danışan xalq və bu xalqa mənsub adam. ‣ Türk demişkən, türkün sözü – “necə deyərlər” mənasında ara söz kimi işlənir. [Babakişi Sevilə:] Bu il, qızım, türkün sözü, nəmişlik olmadı, ..mən də borca düşmüşdüm. C.Cabbarlı. Türk dilləri – müxtəlif türk xalqları dillərinin daxil olduğu dil qrupu. türkcə sif. və zərf Türk dilində. Türkcə öyrənmək. Türkcə-rusca lüğət. türkəçarə is. Xalq təbabətinin müalicə üsullarından biri; arahəkimliyi. Evdə Xanpəri, Gülpəri, Fatmanisə yığılıb, uşağın dərdini başa düşməzdilər, olmazın türkəçarə davaları ilə bu uşağın qarnını doldurardılar. H.Sarabski. [Dükançının] üstəlik türkəçarə ilə məşğul olan fırıldaqçı bir bacanağı vardı. Ə.Vəliyev. • Türkəçarə etmək – türkəçarə yolu ilə müalicə etmək. [Məmmədin] arvadı Banuxanım əri üçün yer salıb, türkəçarə eləməyə başladı. “Aşıq Qərib”. [Rəşid:] Bir qədər türkəçarə edəndən sonra, belə məlum olur ki, guya Qurbanqulunun bacısı qorxmuş(dur). T.Ş.Simurq. türkəçarəçi is. Keçmişdə: xəstəni türkəçarə yolu ilə müalicə edən adam; arahəkimi. türkəsaya (=türkəsayaq) sif. dan. Sadədil, sadəlövh, biclik bilməyən, ürəyisadə (bəzən “avam” mənasında işlənir). Türkəsaya qoca. – [Həsən:] [Zəhra] yazıq, türkəsaya adamdır. M.İbrahimov. türkəsayaq (=türkəsaya) sif. dan. Sadədil, sadəlövh, biclik bilməyən, ürəyisadə (bəzən “avam” mənasında işlənir). Türkəsaya qoca. – [Həsən:] [Zəhra] yazıq, türkəsaya adamdır. M.İbrahimov. türkəsayalıq (=türkəsayaqlıq) is. Türkəsayaq adamın xasiyyəti; sadədillik, sadəlövhlük, ürəyisadəlik (bəzən “avamlıq” mənasında işlənir). Rüstəm kişi sədrin fikrini axıra qədər bilmək üçün özünü türkəsayalığa vurdu. M.İbrahimov. türkəsayaqlıq (=türkəsayalıq) is. Türkəsayaq adamın xasiyyəti; sadədillik, sadəlövhlük, ürəyisadəlik (bəzən “avamlıq” mənasında işlənir). Rüstəm kişi sədrin fikrini axıra qədər bilmək üçün özünü türkəsayalığa vurdu. M.İbrahimov. türkmən is. Türkmənistanın əsas əhalisini təşkil edən türkdilli xalq və bu xalqa mənsub adam. türkməncə sif. və zərf Türkmən dilində. Türkməncə dərs kitabı. Türkməncə danışmaq. türkologiya is. Türk dillərini və ədəbiyyatlarını, folklorunu öyrənən elmlərin bir yerdə adı. türkoloji sif. Türkologiyaya aid olan, türkologiya ilə əlaqədar olan. türkoloq is. Türkologiya mütəxəssisi. türkü is. klas. Mahnı, nəğmə, şərqi. O yerdə ki quşlar oxur, söylənilən türkülər; Andırır ki, o torpağın zəngin təbiəti var. S.Vurğun. Oxuduğum türkülərin kölgəsidir övladım; Mənə məxsus vərəqlər var hər kitabda, hər dildə. M.Müşfiq. tüstü is.\n1. Yanan bir şeydən havaya qalxan dumanaoxşar qazvari kəsif zərrəciklər. Papiros tüstüsü. Qara tüstü. – O taydan bu taya işıqlar gəlir; Tüstülər burulub göyə yüksəlir. S.Vurğun.\n2. tar. Keçmişdə vergi vahidi kimi götürülən ev, təsərrüfat. O zaman bu kənddə cəmicümlətanı 15-20 tüstü var idi. S.Rəhimov. ‣ Başından (təpəsindən) tüstü çıxmaq – bax. baş. tüstüləmə “Tüstüləmək”dən f.is. tüstüləmək f.\n1. Tüstü vermək, çoxlu tüstü buraxmaq, tüstüsü çıxmaq. Yenə trubka tüstülədi.. M.İbrahimov. Nə tüstüləyib gedən qatarlar, nə sürətlə ötən maşınlar bu məxluqa baxmırdı. Mir Cəlal.\n2. Yaxşı yanmamaq, közərib tüstülənmək, alışıb-yanmamaq, sönmək üzrə olmaq. Kösöv tüstüləyir.\n3. bax. tüstüləndirmək. Papirosunu tüstüləmək. tüstüləndirmə “Tüstüləndirmək”dən f.is. tüstüləndirmək f. Papiros, qəlyan və s. çəkərkən tüstü buraxmaq, tüstü ilə doldurmaq (bir yeri). Otağı yaman tüstüləndiriblər. – Musa qəlyanını tüstüləndirirdi. M.Hüseyn. tüstülənmə “Tüstülənmək”dən f.is. tüstülənmək f. Tüstü buraxmaq, tüstüsü çıxmaq, tüstülənmək. Kəndçi də söylənir: – Ədalət hanı? Yanıb tüstülənir ağac qəlyanı. S.Vurğun. Ocaq tüstülənir... o fikirlidir; Uşaqlıq çağımı yadına düşdü? H.Hüseynzadə. // Tüstü ilə dolmaq, tüstü qalamaq. Otaq bərk tüstülənib. // Alovsuz yanmaq, zəif yanmaq, alışmadan yanmaq, közərmək. Fitil tüstülənir. Kömür tüstülənir. tüstülətmə “Tüstülətmək”dən f.is. tüstülətmək f. Tüstülənməsinə səbəb olmaq, tüstü çıxmasına kömək etmək; tüstüləndirmək, tüstüləmək. Qoca bağban.. qaşqabağını turşudub, demisini çəkdi və tüstülətdi. S.Rəhimov. tüstülü sif.\n1. Tüstü verən, tüstüsü çıxan. Tüstülü ocaq.\n2. Tüstü basmış, tüstü dolmuş, tüstü qaplamış, tüstü ilə dolu. Yenə də küy qopdu tüstülü zalda; Yenə şüşələrdən daşdı şərablar. N.Xəzri.\n3. İçərisindən tüstü çıxan. Yenicə puçurlamış ağacların, söyüd salxımlarının arasında damların tüstülü bacaları görünür. Mir Cəlal. tüstüsüz sif.\n1. Tüstüsü olmayan, tüstü çıxmayan, yanarkən tüstü verməyən. Tüstüsüz barıt.\n2. İçərisindən tüstü çıxmayan; yanmayan. Tüstüsüz damlar; Sarı badamlar; Tənbəl adamlar; Bu balama qurban. (Layla). ‣ Tüstüsüz yanmaq məc. – yanıbqovrulmaq. Yaxşı saxlaya bilmir öz rolunu yadında; Yanır, tüstüsüz yanır qısqanclığın odunda. S.Rüstəm. tütək is. Qarğıdan və s.-dən qayrılmış nəfəsli xalq musiqi aləti. Tütək çalmaq. – Çoban anar səni, tütəyi sızlar; Ellər toy eləməz, yolunu gözlər. Ə.Cavad. Ayna bir müddət uzaqdan gələn tütək səsinə qulaq verdi. Ə.Məmmədxanlı. ‣ Tütəyin dilini (içəri) çəkmək – danışığını kəsmək, susmaq, dinməmək. [Zeynal:] ..Biz tütəyin dilini çəkməyə məcbur olduq. Ə.Əbülhəsən. Şahpəri Sərvnaz qarının qırımını görüb, tütəyin dilini çəkdi. B.Bayramov. tütəkçalan (=tütəkçi) is. Tütək çalan musiqiçi. tütəkçi (=tütəkçalan) is. Tütək çalan musiqiçi. tütmə “Tütmək”dən f.is. tütmək f. Yanmaq, tüstüsü çıxmaq. Orda-burda ocaq tütür, evlər çıraq yandırır; Uçan durna, sönən qürub nağılları andırır. Ə.Cəmil. tütün is.\n1. Yarpaqlarında nikotin olan quşüzümü ailəsindən ot-bitki. Tütün zəmisi. Tütün yığımı. – Ağacların qalın gövdələri arasından yaşıl tütün plantasiyası görünür, çöldə işləyən qızların mahnısı ucalırdı. H.Seyidbəyli. Tütün ən çox papiros istehsalı üçün becərilir. H.Qədirov.\n2. Həmin bitkinin papiros çəkmək, iyləmək və ya çeynəmək üçün işlədilən qurudulmuş və xırda doğranmış və ya ovulmuş yarpaqları. Siqaret tütünü. Əla növ tütün. • Tütün çəkmək – papiros (siqaret) çəkmək. O deyir: – Havada deyil bu mümkün; Döyüş zamanları çəkəsən tütün. M.Rahim.\n3. Tüstü. Oturdu diz-dizə qaçaqlar bütün; Çadırı doldurdu şərabla tütün. S.Vurğun. ‣ Başından (təpəsindən) tütün çıxmaq – bax. başından (təpəsindən) tüstü çıxmaq (“tüstü”də). tütünçü is. Tütün əkib-becərməklə məşğul olan adam. Povestin mövzusu Azərbaycan tütünçülərinin həyatından götürülmüşdür. tütünçülük is. Kənd təsərrüfatının, sənaye məqsədləri üçün tütün bitkisi əkibbecərməklə məşğul olan sahəsi; ümumiyyətlə, tütün becərmə işi. Tütünçülük briqadası. Uu u I. Azərbaycan əlifbasının iyirmi səkkizinci hərfi və bu hərflə işarə olunan saitin adı.\n\nII. nida.\n1. Uğultu səsinə təqlid kimi işlənir (adətən uzadılaraq deyilir – u-u-u-u, u-u-u). Uzaqdan u-u səsi gəldi.\n2. Səbirsizlik, hövsələsizlik, narazılıq yaxud da inciklik, tənə və s. hissləri ifadə edir. U! Bu heç yaxşı olmadı. U! Qulağımız dəng oldu.\n3. Hürkmə, diksinmə, yaxud təəccüb ifadə edir. U! İlana bax! U! Nə dərin quyudur! U! Nə gözəldir! uc is.\n1. Bir şeyin sivri, şiş, nazik, batıcı tərəfi, kənarı. İynənin ucu. Mıxın ucu. Süngünün ucu. – Bekar yabanın ucunda bir çəngə alovlu tikan götürüb, bayraq kimi göyə qaldırmışdı. Mir Cəlal. Səlim qələmin ucunu akta söykəyib oğluna dik baxdı. B.Bayramov. // Parçanın, paltarın və s.-nin bucaq şəklində olan hissəsi, kənarı. Ətəyin ucu. Brezentin ucu. Xalçanın bir ucundan yapışmaq. – Kərim baba da palazın bir ucunda Ayrım qızı ilə yan-yana oturdu. A.Şaiq. Qaragöz tez küncə qaçıb, ucları alaçığın iki tərəfində bərkidilib asılmış balaca nənnini yellətdi. M.İbrahimov. // Bir şeyin qurtaracaq hissəsi, kənarı, bir başı. Bağın bu biri ucunda. Dünyanın o ucunda. Şəhərin o biri ucunda. – Qurban Şeytanbazarın ucunda məktub yazan həmşəhərlisi Molla Fərzəlinin yanında oturmuş(du). A.Şaiq. // Uzun şeyin hər iki qurtaracaq tərəfindən biri; baş. [Camal bəy:] Xanımlar əllərində uzun ağac ucunda ağ dəsmal duracaqlar qəlbidə. N.Vəzirov. [Bəyim] bağırsaq kimi çözələnən rezin borunun bir ucunu su kranına taxıb asfaltı yuyurdu. İ.Hüseynov. // Bir şeyin kənarını təşkil edən kiçicik hissəsi. Burnun ucu. Barmaqların ucu. – Usta Ağabalanın saqqalı gicgahlarına getdikcə ucları nazilib, gözəl surətdə qulaqlarına yapışırdı. Çəmənzəminli. [Quşun] yaralı qanadının ucu sallanmışdı. M.Rzaquluzadə. // Axır, son, intəha. Cənnət qoxan qırlar, əngin obalar; Bir atlasdır yaşıl, ucu görünməz. A.Şaiq. [Vəli:] Milin düzündə qoyun korluq çəkər? Allah abad eləsin, ucu yox, bucağı yox. N.Vəzirov.\n2. Baş, təpə. Evinizin dalı iydə; İydənin ucları göydə. “Əsli və Kərəm”. Günəş yaxın dağlar ucundan doğar; Buludları gözəl rənglərlə boyar. A.Şaiq.\n3. Ucundan şəklində – ...səbəbindən, ...üzündən, ...ucbatından, ...görə. [Xədicə:] Biçarə Yusif mənim ucumdan nələr çəkibdir. N.Nərimanov. Sizin ucunuzdan üzümə söz gəlir, siz isə məni ələ salırsınız. Ə.Vəliyev. ‣ Ucu açılmaq – izdihamla gəlməyə, yeriməyə, irəliləməyə başlamaq. Gözlə ha gözlə, gözlə ha gözlə, axırda dəstənin ucu açıldı. “Koroğlu”. Ucundan tut, göyə çıx – çox güclü yağış haqqında. Gur-gur guruldadı göy, tökdü yağış; Ucundan tut, göyə çıx! R.Rza. Ucundan tutub ucuzluğa getmək – danışığında hədd-hüdud bilməmək, artıq-əskik danışmaq, sözünün dalını-qabağını bilməmək. [Surxay:] Mehralı dayı, ucundan tutub ucuzluğa getmə. S.Rəhman. Ucunu qaçırmaq – hesabı çaşdırmaq, dolaşıq salmaq. Ucunu tapmaq – həllini tapmaq, həllinə yol tapmaq. ...ucu ilə – ...nəzərə alaraq, ...müvafiq olaraq, ...görə. Əfqanıstan iğtişaş və üsyanından biz hərçənd ki uzağıq, amma zehin ucu ilə deyə bilərik ki, burada ingilis barmağı var. C.Məmmədquluzadə. Ayağının ucunda – yavaşca, üsulluca, ehmallı, səs çıxarmadan, yeridiyini hiss etdirmədən. Sürəyya yavaşca pəncərəni örtüb, ayağının ucunda ehmallıqla qayıdıb, yatacağına uzandı. Çəmənzəminli. Ana uşağı oyatmağa qıymayaraq ayağının ucunda evi dolaşdı, işlərini gördü. Ə.Vəliyev. Baş ucunda – yanında. Baş ucumda birdən-birə; Qüvvətli bir səs ucalır. N.Rəfibəyli. Bir ucdan – bir tərəfdən, bir başdan, arasıkəsilmədən, dalbadal. Zərgər... bir ucdan oğurlar, bir ucdan satar. Q.Zakir. Arvad kişini bir ucdan hey dürtmələyirdi. S.Rəhimov. Bir ucu – bir tərəfi, bir tərəfdən. [Şahmar bəy:] Dadaş, bu, yaxşı olmadı. Bu sözün bir ucu da sizə toxunur. N.Vəzirov. Burnunun ucunda – lap yaxınında, lap yaxın, yanındaca. Dilinin ucunda – yadda olub deyiləcək anda yaddan çıxan şey haqqında. Onun adı dilimin ucundadır. Dilimin ucunda idi, yadımdan çıxdı. Gözünün ucu ilə baxmaq – bax. gözucu. Əlisəfa gözünün ucu ilə pula baxdı. S.Hüseyn. Mən bilirdim ki, artıq hər şey məhv olmuşdu, lakin yenə də gözümün ucu ilə də olsa, onu görmək istəyirdim. Ə.Məmmədxanlı. uca sif.\n1. Yüksək, hündür. Uca boy. Uca bina. Uca ağac. – Buludlara dəyir uca dağları; Cənnət guşəsidir gözəl bağları. A.Səhhət. Xudayar bəyin ancaq otuz yeddi-otuz səkkiz sinni olar. Boyu ucadı, çox ucadı. C.Məmmədquluzadə. // Ucaboylu, boylubuxunlu. Uca oğlan. Uca kişi. – Heç yadımdan çıxmır, konsul özü bir uca adamdır, amma mən alçaq adam. C.Məmmədquluzadə. // Çox hündürdə, çox yüksəkdə yerləşmiş. Uca yer. Uca ulduzlar. Dağlıq rayonun ən uca kəndi. // is. Uca yer. Çıxım gədiklərnən, izin izləyim; Ucalardan alçaqları gözləyim. “Koroğlu”.\n2. məc. Yüksək, ali, ülvi. ..Min cürə uca fikirlər və müqəddəs hisslər şairin silsileyitəbinə hərəkət versə, daha [gözəl] olmazdımı? F.Köçərli. Gözəldir bir uca əməl bəsləyib; Bu əməl uğrunda qan-tərə batmaq. M.Müşfiq.\n3. Yüksək, yuxarı, zil; ucadan, bərkdən. Günorta idi. Müəzzin uca səslə azan verirdi. Çəmənzəminli. [Böyükxanım] axırda uca səslə ağlayaraq... durub genə əlini Rzaquluxanın çiyninə qoyub deyirdi. M.S.Ordubadi. ‣ Özünü uca tutmaq – təkəbbür satmaq, başqalarına xor baxmaq, özünü hamıdan yüksək saymaq. [Sərdar Rəşid] özünü çox uca tutur. M.S.Ordubadi. Uca tutmaq – yüksək tutmaq, yüksəklərə qaldırmaq, şərəfləndirmək. [Hidayət Mürşidə:] İnsanlıq ləyaqətini uca tutduğunuza görə sizə təşəkkür edirəm. B.Bayramov. ucaboy (=ucaboylu) (=ucaqamət(li)) sif. Boyu uca, boylu-buxunlu, qədd-qamətli. Ucaboy oğlan. Ucaboy qadın. – [Əmi] ucaboy, gərdənli, qarasaqqal, xoşsima bir kişi idi. N.Nərimanov. Sona xala kişi təbiətli, ucaqamətli .. bir qadın idi. S.S.Axundov. ucaboylu (=ucaboy) (=ucaqamət(li)) sif. Boyu uca, boylu-buxunlu, qədd-qamətli. Ucaboy oğlan. Ucaboy qadın. – [Əmi] ucaboy, gərdənli, qarasaqqal, xoşsima bir kişi idi. N.Nərimanov. Sona xala kişi təbiətli, ucaqamətli .. bir qadın idi. S.S.Axundov. ucaqamət (=ucaqamətli) (=ucaboy(lu)) sif. Boyu uca, boylu-buxunlu, qədd-qamətli. Ucaboy oğlan. Ucaboy qadın. – [Əmi] ucaboy, gərdənli, qarasaqqal, xoşsima bir kişi idi. N.Nərimanov. Sona xala kişi təbiətli, ucaqamətli .. bir qadın idi. S.S.Axundov. ucaqamətli (=ucaqamət) (=ucaboy(lu)) sif. Boyu uca, boylu-buxunlu, qədd-qamətli. Ucaboy oğlan. Ucaboy qadın. – [Əmi] ucaboy, gərdənli, qarasaqqal, xoşsima bir kişi idi. N.Nərimanov. Sona xala kişi təbiətli, ucaqamətli .. bir qadın idi. S.S.Axundov. ucadan zərf\n1. Bərkdən, yüksəkdən, zildən. Ucadan danışmaq. Ucadan gülmək. Ucadan demək. Ucadan oxumaq. – [Adamlar] ucadan və həyəcanla danışır, nə barədə isə mübahisə edirdilər. M.İbrahimov. [Dürrə adamların] bu sözünü eşidib ucadan soruşdu. S.Vəliyev.\n2. məc. Yüksək mövqedən, yuxarı vəzifədən. İndi dünyada qayda belədir ki, birisi ucadan alçağa yenə, dövlətlilikdən kasıblığa düşə, söhbəti həmişə aparıb çıxardacaq keçən günlərinə. C.Məmmədquluzadə. ucalan f.sif. Uzaqdan görünən, qalxan, yüksələn (uca bina, ağac və s. haqqında). [Sarxan] istər-istəməz gözlərini dərədə qara zolaqlar kimi ucalan tüstüyə dikdi. M.Hüseyn. // Havaya qalxan, yüksələn, havalanan. Ucalan təyyarə (balon). ucalandırma “Ucalandırmaq”dan f.is. ucalandırmaq f. Ucaltmaq, yüksəltmək, uca etmək, qaldırmaq. • Adını ucalandırmaq – adını yüksəltmək, şöhrətləndirmək. Bu iş Əminin adını daha da ucalandırırdı. N.Nərimanov. ucalanma “Ucalanmaq”dan f.is. ucalanmaq f. Ucalmaq, yüksəlmək, yüksəklərə qalxmaq, uca olmaq. Dul övrət isə sailə olsun, oda yansın; Ancaq mənim avazeyi-şənim ucalansın. M.Ə.Sabir. ucalaşma “Ucalaşmaq”dan f.is. ucalaşmaq f. Yüksəlmək, getdikcə qalxmaq, ucalmaq. Səs ucalaşdı, qoymayın! Millət oyaşdı, qoymayın! M.Ə.Sabir. ucaldılma “Ucaldılmaq”dan f.is. ucaldılmaq “Ucaltmaq”dan məch. ucalıq is.\n1. Yüksəklik, hündürlük. Dağın ucalığı. Boyun ucalığı. Tavanın ucalığı. – Siz öləsiz, elədi, bax, odu, Hacı Namazalı özüdü, papağının ucalığı burdan da görsənir. C.Məmmədquluzadə. // Ətraf sahəyə nisbətən daha hündür olan sahə, yer; təpə. Ölçüsüz ucalıqda; Qorxunc bir külək qopar; Kəsərdi yollarını qanadlarımın. R.Rza.\n2. məc. Yüksək ictimai mövqe, vəziyyət. Əzalar isə süst olub indi qocalıqdan; Bir dadrəsim yox, görməzmisən əhvalımı, düşdüm ucalıqdan. M.Ə.Sabir. [Səkinə:] Yox, Rüstəm, sən heç şeyə aldanma, nə elə ucalığını istəyirəm ki, əl çatmasın, nə də elə yıxılmağını ki, ayaqlar altına düşəsən. M.İbrahimov.\n3. məc. Mənəvi yüksəklik, təmizlik, nəciblik, alicənablıq; şərəf. İstəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq. S.Rüstəm. [Tahir] yenə də bu xüsusda düşünür, Lətifənin mənəvi ucalığı ilə fəxr eləyirdi. M.Hüseyn. ucalma “Ucalmaq”dan f.is. ucalmaq f.\n1. Daha da yüksəlmək, qalxmaq, yuxarıya doğru artmaq. Suyun səviyyəsi xeyli ucalmışdır. Binanın divarları gündəngünə ucalır. // Uzaqdan görünmək (uca şeylər haqqında). Artıq Şuşa şəhəri görünür, Xanqızının ağ imarəti ucalır. S.Rəhimov. Torpaq yoldan bir az kənarda, yastı yamacda bir fin evi, ağ çadır və buruq vışkası ucalırdı. M.Süleymanov. // Boy atmaq, qalxmaq. [Cavan qızın] boyu ucalıb, köksü dolğunub, simasında da ayrı məlahət görünürdü. Çəmənzəminli. Daşlıq yolun kənarlarında ot-ələf elə ucalmışdı ki, deyərdin, buralar xüsusi biçənək yeridir. Mir Cəlal.\n2. Qalxmaq, qopmaq, yüksəlmək, güclənmək, ucadan eşidilmək (səs haqqında). Nagəhan küçədə ucaldı səda; Vurharay düşdü, qopdu bir qovğa. M.Ə.Sabir. Heyfa ki çıxmadı tarın sədası; Ucalmadı kamançanın nəvası. A.Səhhət.\n3. məc. Hörməti, nüfuzu artmaq, yüksəlmək, hörmətə minmək. Camaat arasında ucalmaq. – Aşıq qocalar, gəzər; Eldə ucalar, gəzər; Sonsuz öləndən sonra; Ruhu bacalar gəzər. (Bayatı). Şəmşir kimi sən də doğru, düz dolan; Çox olub tarixdə enən, ucalan. Aşıq Şəmşir. // Yüksəklərə qalxmaq, göyə qalxmaq. ..Qırmızı bayraqlar ucalmış göyə; Hazırlıq görürlər, qovğa var deyə. A.Şaiq. ucaltma “Ucaltmaq”dan f.is. ucaltmaq f.\n1. Yüksəltmək, daha uca etmək, qaldırmaq, getdikcə hündürlüyünü artırmaq (bina və s. haqqında). Yeni binaları ucaltmazdan əvvəl köhnə evləri sökmək lazım idi. H.Seyidbəyli.\n2. məc. İctimai mövqeyini, əhəmiyyətini, nüfuzunu, hörmətini artırmaq, yüksəltmək. Alicənab hərəkəti cəmiyyətin nəzərində onu xeyli ucaltmışdır. – Meydana buraxdığın böylə şah əsərlərlə; Ucaldırsan ölkəmin şöhrətini, şanını. M.Müşfiq.\n3. Gücləndirmək, yuxarı qaldırmaq, zilləşdirmək (səs haqqında). Məmmədhəsən əmi oğluna yalvardıqca oğlan səsini ucaldırdı. C.Məmmədquluzadə. Salman kişi səsini getgedə ucaldırdı. Mir Cəlal. ucamərtəbəli sif.\n1. Uca, yüksək, hündür, çoxmərtəbəli. Ucamərtəbəli ev (bina).\n2. məc. köhn. Yüksək vəzifə sahibi olan, yüksəkvəzifəli. ucbatından zərf ...səbəbindən, ...üzündən, ...təqsiri üzündən, ...səbəbilə. Sənin ucbatından bizə də söz gəldi. – Ac da qalsanız, susuz da, bu, bizim ucbatımızdan deyil. M.Hüseyn. [İlyas Adiləyə:] Tərlan da dayımın atı idi, amma mənim ucbatımdan o möcüzə məhv oldu. Ə.Məmmədxanlı. uc-bucaq is. Kənar, son hədd, həddhüdud. Bu bizimçün elə bir dünya idi ki, ucubucağı yox idi. S.Rəhman. Edqarın ixtiyarında olan üzüm bağının ucu-bucağı yox idi. S.Vəliyev. • Ucu-bucağı görünməmək (olmamaq) – sonu, ətrafı gözlə qavranıla bilməyən çox geniş sahə haqqında. Ucu-bucağı görünməyən .. məhsuldar çöllər yorulmadan və inadla çalışan insanlarla doludur. M.İbrahimov. Yolumuz ucu-bucağı görünməyən yaşıl tarlalar, təzə salınmış meşə zolaqları arasından keçirdi. M.Dilbazi. // Böyük izdiham, saysız-hesabsız insan kütləsi haqqında. [Atakişi:] Adamın ucu-bucağı yox idi. C.Cabbarlı. ‣ Ucundan-bucağından – oradan-buradan. Mən kitabı tapdım, ucundan-bucağından oxudum. M.S.Ordubadi. uc-bucaqsız sif. Ucu-bucağı olmayan, hədd-hüdudu olmayan; çox geniş, intəhasız. İnandığım ərənlərin birini; Uc-bucaqsız bir səhrada tapmışam. Ə.Cavad. ucdan-qıraqdan (=ucdan-qulaqdan) zərf Başqalardan, özgələrdən; bilavasitə deyil, bilvasitə. Ucdan-qıraqdan qulağına dəyən sözlər Hürüyə mənasız görünürdü. M.İbrahimov. [Rəşid:] Mən nəfəs almadan, heç olmasa ucdan-qulaqdan bir şey eşitməyə çalışdım. İ.Hüseynov. ucdan-qulaqdan (=ucdan-qıraqdan) zərf Başqalardan, özgələrdən; bilavasitə deyil, bilvasitə. Ucdan-qıraqdan qulağına dəyən sözlər Hürüyə mənasız görünürdü. M.İbrahimov. [Rəşid:] Mən nəfəs almadan, heç olmasa ucdan-qulaqdan bir şey eşitməyə çalışdım. İ.Hüseynov. ucdantutma zərf və sif. Fərq qoymadan, ayırmadan, arada buraxmadan, hamını, başdan-başa, bilavasitə bir-birinin ardınca, bir-bir. Ucdantutma siyahıya alma. Ucdantutma səfərbərlik. – Kim insanları ucdantutma pis hesab eləyirsə, onun öz ürəyi təmiz deyil. M.Hüseyn. [Ataş:] Gündə iki dəfə mənzili axtarılanda, ucdantutma çölə tökülüb işsiz qalanda fəhlə də qırmızı bayraq qaldırar. Ə.Vəliyev. ucqar is. Bir yerin ən uzaq hissəsi, kənarı. Nigar nə Koroğluya baxdı, nə dəlilərə baxdı, yavaş-yavaş təpənin lap ucqarlarına gəldi. “Koroğlu”. ..Meşənin ucqarında dağkeçisi görünür. S.Rəhimov. // Şəhərin, qəsəbənin mərkəzindən kənarda olan hissəsi, məhəlləsi. Ucqarlara suçular su daşıyırdılar. A.Şaiq. Şəhərin ucqarı olan bu küçədə .. heç kəs gözə dəymirdi. Ə.Məmmədxanlı. // Uzaq. Mənə gəl-gəl deyir hər ev, hər ocaq; Yurdumun ən ucqar bucağındayam. S.Rüstəm. Divardan asılmış Azərbaycan xəritəsində ucqar dağlar qoynunu göstərdi. M.Rzaquluzadə. // Ölkənin, dövlətin mərkəzdən uzaqda olan vilayəti, rayonu. ucluq is. Bir şeyin ucuna keçirilən, taxılan, geydirilən adətən konusşəkilli qalpaqcıq. Karandaş ucluğu. Mərmi ucluğu. ucsuz-bucaqsız bax. uc-bucaqsız. Ucsuz-bucaqsız tarlalar. Ucsuz-bucaqsız ölkəmiz. – Qarşıda ucsuz-bucaqsız geniş bir çöl sərilmişdi. H.Nəzərli. Arxa tərəfdən ucsuzbucaqsız geniş düzənlik uzanıb gedirdi. İ.Əfəndiyev. ucubiz sif. Ucu biz kimi olan, ucuşiş, ucu getdikcə nazikləşən. Ucubiz burun. ucuiti sif. Ucu iti olan, ucuşiş. Ucuiti dəmir. Ucuiti yaba. ucundan bax ucbatından. Gecə-gündüz oda düşüb yanaram; Siyah telli bir sonanın ucundan. M.V.Vidadi. Bir-iki nəfərin ucundan iki ay təkrar təlimə saxlanan əsgərlər də, komandirlər də dərsi bilməyənlərə acıqlanmışdılar. Mir Cəlal. ucuşiş bax. ucubiz. ucuz sif.\n1. Az pula satılan, qiyməti aşağı olan, dəyəri baha olmayan (baha ziddi). Ucuz palto. Ucuz parça. Ucuz enerji. – Ucuz ətin şorbası olmaz. (Məsəl). Söz yox, ulaq atdan yaxşıdır. Əvvələn, ondan ötrü, ulaq atdan ucuzdu. C.Məmmədquluzadə. Burada nisbətən ucuz qiymətə şərab da tapmaq olurdu. Ə.Əbülhəsən. İndi o qədər ov tüfəngi var ki, özü də qiymətdə ucuz. M.Rzaquluzadə. // Zərf mənasında. [Cavad ağa:] Taxılı ucuz buraxın, çox buraxın, çörək də ucuz olsun. M.S.Ordubadi. Malı ucuz alıb, baha satanlar; Dəllaldır, onları cilovlayaq biz. B.Vahabzadə.\n2. məc. Zəhmətsiz, əziyyətsiz, asanlıqla əldə edilən (başa gələn). Ucuz şöhrət ardınca qaçmaq. Ucuz qazanc. – [Leyla:] De ki, üz döndərib məhəbbətimdən; Ucuz şöhrətlərə əyilmərəm mən! B.Vahabzadə. // məc. Heç bir qiyməti, dəyəri olmayan; dəyərsiz, əhəmiyyətsiz, boş, bayağı. Ucuz söhbətlər. – Nahaq söz od vurar qəlbə, fəqət haq söz keçər daşdan; Ucuz söz qan qaraldar ki, küsərsən dostla sirdaşdan. S.Vurğun. ‣ Ucuz başa gəlmək (oturmaq) – zəhmətsiz, əziyyətsiz, asanlıqla başa gəlmək, əldə edilmək. Lakin Əmir Həşəməti və onun təşkilatını dağıtmaq təşəbbüsü çar konsuluna ucuz oturmadı. M.S.Ordubadi. Ucuz qurtarmaq – xoşagəlməz, yaxud xətərli bir işdən, hadisədən çox asanlıqla, başına bir iş gəlmədən qurtarmaq. Ucuz olmaq məc. – qiymətdən düşmək, yüngül olmaq, hörmətdən düşmək, heysiyyətini, mənliyini itirmək. Təmkini cünunə qılma təbdil; Qızsan, ucuz olma, qədrini bil! Füzuli. Ucuz tutmaq – əhəmiyyət verməmək, saymazlıq göstərmək, qiymətləndirməmək. Onun sözlərini ucuz tutma. – Görəsən vicdanı salırmı yada; Eşqin mənasını ucuz tutanlar?! S.Vurğun. [Şərəfoğlu:] Haqq-sayı, yoldaşlığı, dostluğu da belə ucuz tutmaq olar? M.İbrahimov. ucuzca sif. və zərf Çox ucuz. Ucuzca mal. Ucuzca satmaq. // Məc. mənada. [Şamama Cadu:] Allahın bu ucuzca ölümü də gəlib məni tapmır. Ə.Haqverdiyev. ucuzçu sif. Malını ucuz satan, yaxud ucuz mallar axtarıb satın alan adam. ucuzlanma “Ucuzlanmaq”dan f.is. ucuzlanmaq bax. ucuzlaşmaq. ucuzlaşdırılma “Ucuzlaşdırılmaq”dan f.is. Qiymətlərin ucuzlaşdırılması. ucuzlaşdırılmaq məch.\n1. Ucuz edilmək, qiyməti aşağı salınmaq.\n2. məc. Qiymətsizləşdirilmək, qiymətdən salınmaq, hörmətdən salınmaq. ucuzlaşdırılmış f.sif. Qiyməti aşağı salınmış, daha ucuz edilmiş. Ucuzlaşdırılmış mallar. Ucuzlaşdırılmış qiymət. Ucuzlaşdırılmış paltar mağazası. ucuzlaşdırma “Ucuzlaşdırmaq”dan f.is. ucuzlaşdırmaq f.\n1. Qiymətini aşağı salmaq, daha ucuz etmək. Sənaye mallarının qiymətini ucuzlaşdırmaq. – Axır zamanlarda tikintinin hər yerində qənaət, maya qiymətini ucuzlaşdırmaq, israfa yol verməmək haqqında danışırdılar. Ə.Sadıq.\n2. məc. Qiymətdən salmaq, qiymətsizləşdirmək, hörmətdən salmaq, etibardan salmaq, ayağa salmaq. Sözləri ucuzlaşdırmaq. ucuzlaşma “Ucuzlaşmaq”dan f.is. ucuzlaşmaq f. Daha ucuz olmaq, qiyməti enmək. Bazarda meyvə çox ucuzlaşmışdır. – [Xalası Adilə:] Xala qurban, deyəsən, bazarda çörək ucuzlaşıb? B.Bayramov. // məc. Qiymətdən düşmək, əhəmiyyətini itirmək; hörmətdən düşmək. ucuzlu sif. Ucuz, daha ucuz. [Anam:] Təzə nəlbəkini qonaq qabağına qoyaram, ucuzlusunda özüm çay içərəm. Mir Cəlal. ucuzluq is. Qiymətlərin ucuz olduğu vəziyyət (bahalıq ziddi). Ucuzluqda alıcının, bahalıqda satıcının üzünü görmə. (Ata. sözü). Mirzənin zamanında bazarda ucuzluq idi. Ə.Haqverdiyev. ucuzvari sif. Bir qədər ucuz. Ucuzvari palto. Ucuzvari şey. uçağan I. , UÇAĞANOTU is. bot. Söyüdçiçəklilər fəsiləsindən çoxillik ot bitkisi. Uçağanotunun toxumları xırdadır. Toxumlarının aşağısında uçağan rolunu oynayan bir dəstə tükcük vardır. H.Qədirov. Al laləyə qara qurşaq! Uçağana tükdən papaq; Verdi yazda ana torpaq. M.Dilbazi.\n\nII. bax. parabüzən.\n\nIII. sif. İti uçan, qaçağan. Uçağan at. uçar sif.\n1. Uçan, təbəxxür edən, başqa hala keçib havaya qarışan. Uçar mayelər. Uçar qaz.\n2. Uçan, havada, göylərdə seyr edən. Uçar quşlar. – Uçarda turacdır, qaçarda ceyran. S.Vurğun. uçqun is. Dağlardan, qayalardan, ümumiyyətlə, hündür yerlərdən qopub düşən qar, daş, qaya, torpaq koması. Birdən ordan qar uçqunu uçdu; Bərk səsilə guruldayıb düşdü. A.Səhhət. Dörd il əvvəl bu ailənin Hənifə adlı böyük qızı gilabı qazdığı yerdə uçqun altında qalıb həlak olmuşdu. Ə.Əbülhəsən. uçqunyanaqlı sif. Yanaqları batmış, ordları batmış, ordubatıq. Bu, on beş-on altı yaşlarında, ortaboylu, qaragözlü, uçqunyanaqlı, sarımtraq .. bir qızcığazdı. C.Cabbarlı. uçma I. “Uçmaq1”dan f.is.\n\nII. “Uçmaq2”dan f.is. Qatırçılar bu yollarda araba aşmasından, adam uçmasından faciəli hadisələr danışırdılar. Mir Cəlal. uçmaq I. f.\n1. Qanadlar vasitəsilə havada hərəkət etmək, havaya qalxıb getmək, havada gəzmək. Havada quşlar uçur. – Hələ tamam qurumamış yağış gölləri; Üzərində bulud-bulud uçur milçəklər. S.Vurğun. Dağın baş tərəfinə yaxın bir yerdə qartallar uçurdu. Mir Cəlal. // Uçub gəlmək, uçub qonmaq, uçub getmək. Mən bir bəlalı quşdum; Dağdan qayaya uçdum. (Bayatı). Pendir ağzında bir qara qarğa; Uçaraq qondu bir uca budağa. M.Ə.Sabir. // Uçucu maşınlar – təyyarə, dirijabl və s. haqqında. Uçur dağıdaraq buludu lay-lay; Təyyarə göylərin yeddi qatında. B.Vahabzadə. // Təyyarə ilə getmək. Bu gün Türkiyəyə uçuram. Saat neçədə uçursan? Sizinlə daha kimlər uçur? – Hətta bir dəfə mən özüm də aeroplanda uçmuşam. H.Nəzərli. İndi Əşrəf də ulduznişan bir təyyarədə uçur(du). Mir Cəlal. // Havada qanad çalmaq, pər vurmaq. Quşlar uçdu havada; Balası var yuvada. (Bayatı). // Havada seyr etmək, dolaşmaq, hərəkət etmək. Uçur buludlar üfüqlərdə, toplanır əlvan; Alırdı başqa lətafət dərə, təpə, orman. A.Şaiq. Uzaq üfüqdə dağlar qaralır, göydə tez-tez ulduz uçurdu. İ.Əfəndiyev. // Külək, təkan və s. gücü ilə havada hərəkət etmək, getmək. Güllələr başımızın üstündən uçurdu. Qığılcımlar parıldaya-parıldaya uçur.\n2. Qaz, ya buxar halına keçib havada yox olmaq, qarışmaq, təbəxxür etmək (bu mənada çox vaxt “uçub getmək” şəklində işlənir). Dərmanın spirti uçub. – Buzu qoydum yerə, gördüm ki, od kimi isti torpağa buz cızıltı ilə yapışıb, az qaldı havaya uçsun. C.Məmmədquluzadə.\n3. məc. Çox sürətlə getmək, keçmək, ötmək, ötüb getmək. Vaxt nə tez uçdu? – Zamanın budağından; Qoparaq xəyal kimi; Yenə uçurdu günlər. R.Rza. // məc. Çox sürətlə yerimək, getmək, çaparaq getmək (bu mənada bəzən “qanadlanıb”, “yel kimi”, “quş kimi” və s. sözlərlə birlikdə işlənir). Qırat yeldən qanad taxıb uçurdu. “Koroğlu”. Atlar buğlana-buğlana uçur, vağzala yaxınlaşırdı. M.Hüseyn.\n4. məc. Çıxmaq, qopmaq. [Səlim:] Ah! Bu yalan bir söz, zəhərli bir ox; Ağzında uçub qəlbimə saplanır. H.Cavid.\n5. məc. Solmaq, rəngi qaçmaq, rəngi çəkilmək, silinib getmək. Astanada tüstülənir böyrübatıq samovar; Ləmədəsə rəngi uçmuş beş-on nimçə, kasa var. S.Rüstəm.\n6. məc. Hara isə getmək, haralarda isə dolaşmaq (fikri, xəyalı və s.). Könlüm uçur dağa-daşa; Seyr etdikcə təbiəti. M.Müşfiq. Sahili döydükcə bəzən ləpələr; Şairin xəyalı uçub yüksəlir. S.Vurğun. ‣ Buğlanıb (buğ olub) havaya uçmaq – yox olmaq, yoxa çıxmaq, hədər getmək, nail olmaq. ..Gərək başlarımızın çanaqlarını da bərkitmək fikrində olaq ki, təhsil elədiyimiz elmlər buğlanıb havaya uçmasınlar. C.Məmmədquluzadə. Göyə uçmaq – bax. qanadlanıb uçmaq. Fərhad yalandan özünü təriflədikcə Aslan şadlığından, fərəhindən az qalırdı göyə uçsun. C.Cabbarlı. Qanadlanıb uçmaq – son dərəcə sevinmək, ruhlanmaq, sevincindən yerə-göyə sığmamaq. Qadın az qaldı qanadlanıb uçsun. Mir Cəlal. [Zərqələm] beş qranı alınca sevinər, bir quş kimi qanadlanıb evlərinə uçardı. Ə.Sadıq.\n\nII. f.\n1. Hər hansı bir səbəb üzündən yıxılmaq, dağılmaq; öz ağırlığının təsiri altında düşmək; yıxılmaq, uçulmaq. Dam uçdu. Qaya uçanda toz qopar. – Qışda uçmuş (f.sif.) damlar qayrılır, rəxnələnmiş hasarlar təmir olunub düzəlirdi. S.Hüseyn. // məc. Dağılmaq, yıxılmaq, yox olmaq, məhv olmaq, alt-üst olmaq, yerlə yeksan olmaq. Uçdu xalqlar məhbəsi; Ellər bərabər oldu. R.Rza.\n2. Uca bir yerdən yıxılmaq, düşmək, üzüaşağı aşmaq, yuvarlanmaq. [Qurban:] Pənah Allaha, haraya çıxım, qoy dağdan, qayadan uçum, yırtıcı heyvanat məni dağıtsın. Ə.Haqverdiyev. Elə uçurum, sıldırım qayalıq yerlərdən keçirdim ki, ayağımın altından bir daş uçsa idi, birbaş dərəyə yuvarlanıb parçaparça olacaqdım. A.Şaiq. uçot [rus.] Hesabaalma, siyahıyaalma, hesablayaraq qeydəalma. Malların uçotu. Yeni uçot formaları. Mal-qaranın uçota alınması. uçotçu is. Uçot işləri aparan şəxs. uçucu sif.\n1. Uçan, havada uça bilən, havada uçmaq üçün düzəldilmiş, ya uyğunlaşdırılmış. Uçucu aparatlar (təyyarə, dirijabl, vertolyot və s.).\n2. xüs. Tez buxarlanan, buxarlanıb havaya qarışan, buxar, ya qaz halına keçə bilən. Uçucu maddələr. Uçucu efir yağları. Spirt nə qədər qatı olarsa, o qədər də uçucudur. uçuculuq is.\n1. Uçucu aparatlarda havada uçma sənəti, bacarığı, işi. Pilotun uçuculuq məharəti. Təyyarənin uçuculuq qabiliyyəti.\n2. Maddələrin tez buxarlanıb havaya qarışması xassəsi. Mayenin uçuculuğu. uçuq I.\n1. sif. Uçulmuş halda olan, yıxıq. Uçuq dam. Uçuq pəncərə. – Hamamın alçaq və uçuq divarları böyük günbəzlərə söykənərək yüz illərdən bəri bu hal ilə dayanırdı. Çəmənzəminli. Yolçu .. qarşısına çıxan ilk uçuq daxmalardan birisinə girdi. Ə.Məmmədxanlı.\n2. is. Uçulmuş binanın və s.-nin qalıqları, uçulmuş yer; xarabalıq. Adamlar dəstə-dəstə olub əllərində kürək, bel, külüng uçuqları [zəlzələdən uçmuş evləri] qazmağa başladılar. S.S.Axundov. Bu arada olan ev nişangahları və bu uçuqlar içindən qalxan palıd ağacları çox uzaqları xatırladırdı. S.Rəhimov.\n\nII. is. Qızdırmadan və ya başqa səbəbdən dodaqda çıxan qabarcıq(lar). Dodağına uçuq çıxmaq. uçuqlama “Uçuqlamaq”dan f.is. uçuqlamaq f. Qızdırmadan və ya başqa səbəbdən uçuq çıxmaq, uçuq(lar) əmələ gəlmək. Dodaqları uçuqlamaq. uçuq-sökük bax. uçuq1. [Almaz Camala:] Burada nə var? Uçuq-sökük daxmalar, pəncərəsiz, işıqsız komalar. C.Cabbarlı. Onsuz da bu evin hər tərəfində keçmiş vuruşmaların şahidi olan bir çox uçuq-söküklər var idi. H.Nəzərli. uçulma “Uçulmaq”dan f.is. uçulmaq bax. uçmaq2. [Türbət:] Ay haray, köməyə gəlin, taxtabənd uçuldu, adamlar qaldı altında. C.Cabbarlı. [Calalın atası] .. tövlə uçularkən bərk yaralanıb ölmüşdü. S.Vəliyev. uçuncaq is. Yellənmək üçün düzəldilən qurğu; yelləncək. Oğlan-qızla dolu uçuncaqlar, yelləncəklər havada fırlanırdı. S.Rəhimov. uçunma 1. “Uçunmaq”dan f.is.\n2. is. Titrəmə, əsmə; titrəyiş. [Dərviş:] Canımda bir uçunma peyda oldu.. A.Divanbəyoğlu. Göyərçini titrətmə və uçunma götürdü. S.Rəhimov. uçunmaq f. Titrəmək, əsmək, çırpınmaq. Bədənim uçunur. – Bəy qəzəbindən qızdırmalı adamlar kimi uçundu. M.Hüseyn. [Xanın] saçı-saqqalı qar kimi ağarmış, çuxura düşmüş gözlərinin dövrəsi qaralmış, əliayağı əsir, bütün vücudu uçunurdu. M.Rzaquluzadə. uçuntu is. Uçulub tökülmüş şeylər; töküntü. uçurdulma I. “Uçurdulmaq1”dan f.is.\n\nII. “Uçurdulmaq2”dan f.is. uçurdulmaq I. “Uçurtmaq1”dan məch. Göyərçin uçurduldu.\n\nII. “Uçurtmaq2”dan məch. Köhnə evlər uçurduldu. uçurma I. “Uçurmaq1”dan f.is.\n\nII. “Uçurmaq2”dan f.is. uçurmaq 1 bax. uçurtmaq\n1. Quşları uçurmaq. Planer uçurmaq. Badban uçurmaq. – Budur, xəyal məni yerdən uçurur; O mənə göylərdə aşiyan qurur. S.Vurğun.\n\nII. bax. uçurtmaq2. [İncə:] ..Fəqət atam, bilmirəm kimdən eşitmiş, istəyirdi bütün evi uçursun. C.Cabbarlı. Çay səllimi at kimi baş alıb gedir, bəndləri və sədləri uçururdu. Ə.Vəliyev. uçurtma I. “Uçurtmaq1”dan f.is.\n\nII. “Uçurtmaq2”dan f.is.\n\nIII. is. Badban, çərpələng. Avropa üsulu ilə tərbiyə verən atalar uşaqlarını çox sevərlər, oxşarlar, onlara uçurtma verərlər. “Məktəb”. uçurtmaq I. f. Uçmağa sövq və ya məcbur etmək, uçmasına kömək etmək, uçmağa buraxmaq. Quşu uçurtmaq. – Soldurma gəl gülümü; Uçurtma bülbülümü; Bir xəlvət yerdə otur; Deyim dərdi-dilimi. (Bayatı).\n\nII. f.\n1. Tikili, qurulu bir şeyi dağıtmaq, yıxmaq, uçqun hala gətirmək, xarabaya döndərmək. Köhnə binanı uçurtmaq. – Hitler Polşanı ayaqlarkən dahi şair Adam Mitskeviçin heykəlini uçurtdu. M.Hüseyn.\n2. məc. Devirmək, yıxmaq sındırmaq, son qoymaq, yoxa çıxarmaq. Zaman bir gün uçurtdu şöhrət taxtından məni; Dar günümdə görmədim yanımda bir an səni. S.Rüstəm. uçurulma I. “Uçurulmaq1”dan f.is.\n\nII. “Uçurulmaq2”dan f.is. uçurulmaq I. “Uçurmaq1”dan məch. Quşlar yuvalarından uçuruldu. – Yoxsa bunlar da qızıl quşlarmı? Göyə yerdən uçurulmuşlarmı? M.Müşfiq.\n\nII. “Uçurmaq2”dan məch. Ümumi iclasdan on gün sonra, isti may günlərinin birində çaylağın o tərəf-bu tərəfindəki yarğanlar uçurulmağa başladı. Ə.Vəliyev. Dünən bu yerdəki böyük bir bina; Bu gün uçurulub olmuş virana. M.Rahim. uçurum is.\n1. Çox sarp, dik və dərin yamac; yarğan, sıldırım. Sağımız dağ, solumuz qorxunc uçurum, meşəlik, dağlıqdır. S.Rüstəm. Uçurumun dibi böyük tikan kolları ilə örtülmüşdü. Ə.Məmmədxanlı. // sif. Uçurumlu, sıldırımlı, sıldırım. ..Qaraca qızın qabağına bir uçurum dərə çıxdı. S.S.Axundov. Kəşfiyyatçılar iri gövdəli qalın meşədən birdən uçurum bir dərəyə düşdülər. S.Rəhimov.\n2. məc. Dərin fərq, ayrılıq, ziddiyyət. [Rəşid Naşad] ər ilə arvad arasındakı uçurumu dərinləşdirirdi. S.Hüseyn.\n3. məc. Təhlükə, dəhşət, faciə, fəlakət; fəlakətli aqibət. Qudurğan qasırğa, çarpaşıq yollar; Yolumda zülmət var, uçurumlar var. Ə.Cavad. Qarafikirli adamlar Təbriz xalqını .. uçurumlara çəkirdi. M.S.Ordubadi. uçurumlu sif. Uçurumları və yarğanları çox olan; sıldırımlı, yarğanlı. Bu yer qalın, sıx meşəlik, çılpaq qayalıq, uçurumlu dərələrlə qucaqlanmışdı. A.Şaiq. Kür sahili uçurumlu və qorxuludur. M.Hüseyn. uçuş is.\n1. Uçma işi, uçan bir şeyin havada hərəkət etməsi. Mərminin uçuşu. Arıların uçuşu. – Toyuğun uçuşu zibilliyə qədər olar. (Ata. sözü). Tamaşaçılar heyran-heyran bunlara baxır və böyük maraqla modellərin uçuşunu gözləyirdilər. M.Rzaquluzadə. // Uçma tərzi, qaydası, üsulu. Tərlan uçuşundan tanınar. // Çox sürətli yeriş. Tərlana bənzər uçuşun; Əl çatmaz ipək alına! “Koroğlu”. // Müəyyən vaxtı nəzərdə tutan təyyarə reysi. Gecə uçuşları. Təyyarələrin uçuş cədvəli.\n2. məc. tənt. Vüsət, yüksəliş, coşqunluq. Şeir, sənət daima mübarizə, uçuş, yüksəliş tərəfdarıdır. S.Rəhimov. uçuşma “Uçuşmaq”dan f.is. Yaşıl yarpaqların uçuşmaları, quşların nəğmələri qaranlıq dərəni oyadırdı. S.Rəhimov. uçuşmaq qarş.\n1. Birlikdə, bir-birlərinə qarışaraq uçmaq. Uçuşurdu yanaşı; Göyərçinlə qızılquş! Ə.Cavad. Hinin üstündəki göyərçinlər, çardaqdakılardan da bir neçəsi həmin saat uçuşub həyətə qondular. M.Rzaquluzadə.\n2. məc. Saçmaq, çıxmaq. [Kərim baba] ..Qalın iri dodaqlarında daşqın sevinc qığılcımları uçuşaraq: – Qızılquş, balasını bu səslə çağırır, – dedi. A.Şaiq.\n3. Yelləncəkdə yellənmək. ud I. is. [ər.] Vətəni Hindistan sayılan, yandırılanda xoş iy verən bir ağac (xoş qoxu vermək üçün otaqlarda xüsusi qablarda – buxurdanlarda yandırılardı).\n\nII. is. [ər.] Yaxın Şərqdə simli musiqi alətinin adı. Oxuyub-çalanlar yavaş-yavaş kamança və udu hazırlayıb çalmağa başladılar. M.S.Ordubadi. Ud, ney, tar, kaman çaldırdıq; Qışqırıb həşir qopartdıq bu gecə! Ə.Nəzmi. uddurma “Uddurmaq”dan f.is. uddurmaq icb.\n1. Udmağa məcbur etmək.\n2. məc. Qəbul etdirmək, qəbul etməyə məcbur etmək. ‣ Qan uddurmaq – bax. qan. udel [rus.] tar.\n1. Qədim Rusiyada: knyaz və onun ailəsinin ayrı-ayrı üzvlərinə məxsus olan yerlər, torpaqlar, mülklər. Hər bir böyük knyazlıq udellərə, yəni ayrı-ayrı knyaz ailəsinin üzvlərinə məxsus olan kiçik mülklərə ayrılırdı. “SSRİ tarixi”.\n2. İnqilabdan əvvəlki Rusiyada: imperator malikanələri, padşaha məxsus mülklər. udin (=udinlər) Azərbaycanın şimalında yaşayan, iber-Qafqaz dillərinin birində danışan xalq. udinlər (=udin) Azərbaycanın şimalında yaşayan, iber-Qafqaz dillərinin birində danışan xalq. udincə sif. və zərf Udin dilində. Udincəazərbaycanca lüğət. Udincə danışmaq. udqunma “Udqunmaq”dan f.is. udqunmaq f.\n1. Reflektiv (qeyri-ixtiyari) olaraq boğazında, burnunda əmələ gələn seliyi udmaq, boğazı sanki bir şeyi udur kimi hərəkət etmək.\n2. Sözünü deyə bilməmək, deməyə söz tapmamaq, sözü boğazında qalmaq, tutulmaq. [Zərifə] tez udqundu, yaşarmış gözlərini əlindəki kiçik yaylığın ucu ilə sildi. T.Ş.Simurq. Kamal udqundu, duruxdu, tutuldu, düşündü. C.Cabbarlı. Bəhram udqundu, bir neçə saniyə cavab vermədi. Ə.Vəliyev. udlaq is. anat. Həzm cihazının bir hissəsi – ağız boşluğunu qida borusu ilə birləşdirən əzələ borusu. Çeynənmiş və ağız suyu ilə islanmış qida udlaq və qida borusu ilə asanlıqla mədəyə ötürülür. “Zoologiya”. Tənəffüs zamanı hava burun boşluğundan keçərək orada tozlardan təmizlənir, isinir və nəmlənərək udlağa keçir. “Qaramal”. ‣ Udlağına dirənmək – bax. boğazından yapışmaq (“boğaz1”da). udma I. “Udmaq1”dan f.is. Udma prosesi. Udma zamanı boğazda ağrı hiss etmək.\n\nII. “Udmaq2”dan f.is. udmaq I. f.\n1. Udlaq əzələlərinin hərəkəti ilə bir şeyi ağız boşluğundan qida borusuna və mədəyə ötürmək. Həbi udmaq. Bütöv tikəni udmaq. – Dəryalar tutdu məni; Naqqalar uddu məni; Əziz, istəkli dostum; Nə tez unutdu məni? (Bayatı). Qoca hülqumunda düyünlənən iri bir tikəni udan kimi oldu. M.Hüseyn. // məc. Öz içinə alıb yox eləmək, məhv eləmək, həmişəlik aparmaq. Arvad yerində qımıldandı: – Necə Ayaz gəlmədi?! Vay, kül mənim başıma, olmaya bu cəhənnəm uşağı da uddu!.. M.İbrahimov. Ona çox görmə sən, gəl bu anları; Vuruş bəzən udur qəhrəmanları. M.Rahim. // məc. Ümumiyyətlə, məhv etmək, yox etmək, puç etmək. [Nigar xanım dedi:] Üç igidi udan dağlar; Dağlar, Eyvazı neynədiz?! “Koroğlu”. [Vaqif qapıçıya:] Bu torpaq [Qacarı] da udar. S.Vurğun. // məc. Çökmək, qaplamaq, qavramaq, içinə alaraq görünməz etmək. Çayın dilə gəlmiş suyu sürətlə ətrafa yayılır, o taydakı çəltik və pambıq əkinlərini yalayıb udurdu. Ə.Vəliyev. Ağır buludlar get-gedə yerə enir, elə bil hər şeyi udmaq istəyir. H.Seyidbəyli.\n2. məc. Qanunsuz olaraq yiyələnmək, mənimsəmək, yemək, zora salıb almaq. Başqasının malını udmaq. – Rüşvət haramdır, – dedin, aldın, utanmadın! Mali-yetimə “od” deyə uddun da, yanmadın! M.Ə.Sabir.\n3. məc. Dözmək, təhəmmül etmək, qatlaşmaq, dözərək sükut etmək, üzə verməmək. [Səkinə] dırnağına .. batan iynənin ağrısını udub, uf da demədən yenə öz işi ilə məşğul idi. M.İbrahimov. // məc. Xoşagəlməz, təhqirli bir sözə, hərəkətə sakitcə, etirazsızca dözmək, ötürmək, cavabsız qoymaq, fikir verməmək. Belə sözləri daha ud, bəy! – deyə, Alagöz qışqırıb qaçmaq istərkən Müqim bəy qapının ağzını kəsdi. S.Rəhimov. [Zəhra] Həsənin ona əl qaldırmasını və təhqiranə sözlərini heç cürə uda bilmirdi. M.İbrahimov. [Yunis xalasına:] Əgər sən bilsəydin ki, mən nəyi udub danışmıram.. Ə.Məmmədxanlı.\n4. məc. Aydın, bütöv deməmək, yarımçıq demək, yaxud heç deməmək. Sözü udmaq. Həyəcandan cümlənin axırını udmaq. – Xəlilov dilinin ucuna gələn sözünü güclə uddu. M.Hüseyn. ‣ Acı həb kimi udmaq – bax. udmaq1 3-cü mənada. Qurban sakitcəsinə bu zarafatlara və kəskin sözlərə dözür və hamısını acı həb kimi udurdu. T.Ş.Simurq. Qan udmaq – bax. qan. Hava udmaq – təmiz havada dərindən nəfəs alaraq havanı içəri çəkmək, hava udmağa çıxmaq. Dağlarda təmiz hava udmaq. ...havasını udmaq məc. – ...havası ilə nəfəs almaq. Zəhər kimi udmaq – bax. acı həb kimi udmaq. Hər kəs peşmançılığını bir zəhər kimi udmaq istəyirdisə də, bacarmır. B.Bayramov.\n\nII. f.\n1. Oyunda, yarışda üstün gəlmək, aparmaq. Nərddə udmaq. Komanda 3:1 hesabı ilə rəqibini uddu. – [Rəsul] gördü ki, bu zalımlar udduqları pullarla kifayətlənməyib, üstəlik yatdıqları yorğan-döşək və balışları da aparmışlar. “Aşıq Qərib”. [Mərcan bəy:] Mən qumar oynamamışam ki, udam ya uduzam... Ü.Hacıbəyov.\n2. Lotereya, loto, istiqraz oynanışında uduş əldə etmək, bəxtinə çıxmaq. Üçfaizli istiqraz bileti üzrə yüz manat udmaq. Pul-şey lotereyasında xalça udmaq. – İkinci tirajda da Ağaverdi bir şey uda bilmir. S.Hüseyn.\n3. məc. Bir şeydə üstünlük qazanmaq, fayda, xeyir götürmək, xeyrinə həll olmaq. Hər halda bu məsələdə o uddu. Mübahisəni kim uddu? – Siyasət hər zaman bir oyuncaqdır; Kim usta tərpənsə, o udacaqdır. S.Vurğun. udmurt (=udmurtlar) Udmurt Respublikasının əsas əhalisini təşkil edən xalq. udmurtlar (=udmurt) Udmurt Respublikasının əsas əhalisini təşkil edən xalq. udmurtca sif. və zərf Udmurt dilində. Udmurtca qəzet. Udmurtca danışmaq. uducu sif. və is. xüs. Buğu, nəmi, rütubəti və s.-ni canına çəkən, udan. Uducu cisimlər. Uducu maddələr. – Bu borular bir tərəfdən təmizləyici cihazlar, o biri tərəfdən isə uducularla rəbt olunur. M.Mövsümzadə. Kameraya karbon qazı uducuları, havavuran nasos, soyuducu və rütubətudan cihaz birləşdirirlər. “Ümumi zootexniya”. uduxmaq f. Sözü demək istəmək, amma deyə bilməmək; boğazında qalmaq. udulma I. “Udulmaq1”dan f.is.\n\nII. “Udulmaq2”dan f.is. Udulmasından asılı olaraq həblər bir neçə vəzndə buraxılır. R.Əliyev. udulmaq I. “Udmaq1”dan məch.\n\nII. “Udmaq2”dan məch. Lotereyada üç maşın udulmuşdur. udum is. Udarkən udlaq əzələlərinin birdəfəlik hərəkəti, udma hərəkəti. Qarı əvvəlcə uşağa xeyli su içirtdi və tapşırdı ki, son udumunu udmayıb ağzında saxlasın, elə ki püflədi, o vədə udsun. Ə.Vəliyev. • Bir udum – bir dəfəyə udulacaq qədər, bir dəfə udmaq üçün kifayət edəcək qədər, bir qurtum. Dərviş handan-hana özünə gəldi, bir udum çay aldı, boğazını yaşladı, yenə danışmağa başladı. A.Divanbəyoğlu. Qəhrəman stol üstündə buğlanan çay stəkanını əlinə alıb bir udum içdi. Ə.Vəliyev. ‣ Bir udumda – dərhal, bir anda, o saat. Bir udumda konyak yoxa çıxdı. B.Bayramov. Udum-udum zərf Udumlarla, qurtumqurtum, az-az. Tofiq isti çaydan udum-udum içə-içə təəccüblə boylanıb bayıra baxdı. M.Rzaquluzadə. uduş is. İstiqrazda, lotereyada və s.-də udulmuş pul, şey. Uduşların ödənilməsi. Uduş cədvəli. – [Ağaverdi] böyük uduşlar barəsində düşünmürmüş. S.Hüseyn. uduşlu sif. Uduşa hüquq verən, udan, uduş düşən. Uduşlu əmanət. Uduşlu bilet. uduşsuz sif. Uduş düşməyən, udmayan. Uduşsuz lotereya bileti. uduzma “Uduzmaq”dan f.is. uduzmaq f.\n1. Oyunda, yarışda, döyüşdə, mübahisədə və s.-də məğlub olmaq, basılmaq, yenilmək. Şahmatda uduzmaq. Yarışda uduzmaq. Müharibədə uduzmaq. – [Dəstə] kəşfiyyatdan əliboş qayıdarsa, vuruşmanı düşmən mütləq uduzacaqdır. M.Hüseyn.\n2. Qumarda pul və ya şeyini baxtalamaq, itirmək, əlindən çıxarmaq. [Həpo:] Bu gecə on beş tümənin hamısını bir yerdə uduzdum. M.F.Axundzadə. [Qayınatası Sürəyyaya:] Daha nə vaxtacan [Səməd] mənim malımı, pulumu aparıb uduzacaq? Çəmənzəminli.\n3. məc. Üstünlüyünü, yaxşı, əlverişli imkanını, xeyrini, yaxud fürsəti əlindən qaçırmaq, itirmək, malik olduğu və ya ola biləcəyi şeydən məhrum olmaq. Amma [Koroğlu] tələssin, yoxsa uduzar. “Koroğlu”. Biz əldə edilmiş qələbəni uduzmamaq üçün tədbirlər görməliyik. M.S.Ordubadi. Rüstəm bildi ki, işi uduzub. M.İbrahimov. ‣ Ağlını uduzmaq – bax. ağıl1. [Ələsgər:] Bir də ağlını uduzma. Ə.Haqverdiyev. uduzulma “Uduzulmaq”dan f.is. uduzulmaq “Uduzmaq”dan məch. Oyun uduzuldu. – İşlər belə gedərsə, müvəffəqiyyətin uduzulacağı şübhəsizdir. M.S.Ordubadi. uf (=uff) nida. Kədər, təəssüf, məyusluq, ağrı, yorğunluq, bezginlik, bəzən də fərəh, sevinc hisslərini ifadə edir. [Orxan:] Uff! Ağrıdan sanki çatlayır başım. H.Cavid. Kim bilir, yollarında ey rəna; Nə qədər, uf, boyun bükənlər var. A.Şaiq. Anketov “uff” eləyib özündən getdi. Mir Cəlal. // Yüngüllük, xoşlanma, ürayəyatma hisslərini ifadə edir; uxay! Uf, necə rahat oldum! Uf, adam özünü gecə yüngül hiss edir. Uf, nə sərin hava gəldi. uff (=uf) nida. Kədər, təəssüf, məyusluq, ağrı, yorğunluq, bezginlik, bəzən də fərəh, sevinc hisslərini ifadə edir. [Orxan:] Uff! Ağrıdan sanki çatlayır başım. H.Cavid. Kim bilir, yollarında ey rəna; Nə qədər, uf, boyun bükənlər var. A.Şaiq. Anketov “uff” eləyib özündən getdi. Mir Cəlal. // Yüngüllük, xoşlanma, ürayəyatma hisslərini ifadə edir; uxay! Uf, necə rahat oldum! Uf, adam özünü gecə yüngül hiss edir. Uf, nə sərin hava gəldi. ufacıq sif. Kiçicik, çox kiçik, çox xırda, çox balaca. Ufacıq işləri hünər sanma; Belə işlər keçər sühulət ilə. M.Ə.Sabir. // Zərf mənasında. Azacıq, bir az, cüzi. Sona da Bahadırın əksini ufacıq çəkdirib medalyonda döşündən asırdı. N.Nərimanov. ufaq sif. Kiçik, balaca, xırda. Bu kəndin qurtaracağında, meşənin başlanğıcında əski və ufaq daxmada Qızxanım adlı bir qadın 12 yaşlı oğlu ilə yaşayırdı. S.S.Axundov. Məhərrəm ufaq zəngi çaldı, otağı sükut bürüdü. H.Nəzərli. ufaqlıq is. Kiçiklik, balacalıq, xırdalıq. ufaq-tufaq sif. Kiçik və əhəmiyyətsiz, xırda-xırda, xırda-xuruş. Ləmədə bəzi ufaqtufaq qab-qacaq görünürdü. S.Hüseyn. ufaltma (=ufalatma) “Ufal(a)tmaq”dan f.is. ufalatma (=ufaltma) “Ufal(a)tmaq”dan f.is. ufaltmaq (=ufalatmaq) f. Xırdalatmaq, ovaraq, ya əzərək xırda etmək, xırda-xırda parçalara ayırmaq. Əlindəki kağıza bükülü ətmək parçasını ufaldaraq balıqlara atar. H.Cavid. ufalatmaq (=ufaltmaq) f. Xırdalatmaq, ovaraq, ya əzərək xırda etmək, xırda-xırda parçalara ayırmaq. Əlindəki kağıza bükülü ətmək parçasını ufaldaraq balıqlara atar. H.Cavid. ufuldama “Ufuldamaq”dan f.is. ufuldamaq f. Yorğunluq, üzüntü, ağrısızı duyaraq zarımaq, inləmək. Yaralananlar ufuldayıb ilan kimi qıvrılırdılar. Çəmənzəminli. [Mürsəl] ufuldayırdı, çünki yarası zoqquldayırdı. Ə.Vəliyev. ufultu is. Ufuldama səsi; zarıltı, inilti. Qaraca qız tamam gecəni ufultu və zarıltı ilə keçirib sübhə yaxın yuxuya getdi. S.S.Axundov. [Dərviş:] Ruqiyyədən gələn ah-zar, ufultu bir çibin qədər də qulağımda vızıldamayırdı. A.Divanbəyoğlu. uğrama “Uğramaq”dan f.is. uğramaq f.\n1. Rast gəlmək, üz-üzə gəlmək, rastlaşmaq. [Mirzə Səfər:] Qafiyə tapmaqda çətinliyə uğradıqda iki dəfə qeyzlə təpiyini yerə çırparsan, o saat qafiyə öz-özünə tapılar. Ə.Haqverdiyev. [Mansur xan:] Səhərsəhər nə gözəl bir şikara uğramışam. C.Cabbarlı.\n2. Düçar olmaq, məruz qalmaq, giriftar olmaq. Bəlaya uğramaq. Fəlakətə uğramaq. Müvəffəqiyyətsizliyə uğramaq. – Keşlə yaxınlığında qatarımız dayanmağa məcbur oldu, irəlidəki qatar qəzaya uğramışdı. S.Hüseyn. uğraşma “Uğraşmaq”dan f.is. uğraşmaq f.\n1. Uzun müddət bir şeylə məşğul olmaq, çalışmaq, bir şeyə başı qarışmaq. [Naib:] Bu cəbr, həndəsə bilməm nə demək? Uğraşan beynimi incitmiş olur. H.Cavid. Əvvəllər Nəriman dərs ilə uğraşmağa çalışdı. Mir Cəlal.\n2. bax. uğramaq 1-ci mənada. Bir rahgüzərdə ol nigarə; Uğraşdı və qıldı bir nəzarə. Füzuli.\n3. Gəzmək, dolanmaq, keçərkən müvəqqəti bir yerdə olmaq, durmaq. Mən ki bir şux madmazel eşqində əldən getmişəm; Şəhrdənşəhrə gəzib Avropanı uğraşmışam. M.Ə.Sabir. uğratma “Uğratmaq”dan f.is. uğratmaq f. Düçar etmək, giriftar etmək, məruz etmək, uğramasına səbəb olmaq. Bəlaya uğratmaq. Məğlubiyyətə uğratmaq. Müvəffəqiyyətsizliyə uğratmaq. – [Kərəm:] Pəncərəyə çəkib pərdə; Sən uğratdın məni dərdə. “Əsli və Kərəm”. uğrunda qoş. ...yolunda, ...üçün, ...xatirinə, ...naminə. Vətən uğrunda. Sülh və azadlıq uğrunda mübarizə. – Gözəldir bir uca əməl bəsləyib; Bu əməl uğrunda qan-tərə batmaq. M.Müşfiq. Bu dünyada insan oğlu beş gün qonaqdır; El uğrunda qurban gedən həmişə sağdır. M.Rahim. uğuldama “Uğuldamaq”dan f.is. uğuldamaq f.\n1. Uğultu səsi çıxarmaq. Külək uğuldayır. – [Qəhrəman:] Kənarda buzlu ruzigar şikayətli bir yaralı heyvan iniltisi ilə telefon tellərinə toxunur və uğuldayırdı. H.Nəzərli. Çılğın kimi ruzigar uğuldar; Qar parçaları səmaya fırlar. A.Şaiq. // Bu cür səsin qulaqda hiss olunması haqqında. Bünyadın qulaqları uğuldayırdı. Ə.Əbülhəsən. Onun qulaqları uğuldadı, elə bil qorxunc, dəhşətli əks-səda eşidilirdi. Q.İlkin.\n2. Göyərçinlərin çıxartdığı səs haqqında – quruldamaq. Məscidin damındakı göyərçinlər kəsik-kəsik uğuldayırdılar. M.Hüseyn. uğultu is.\n1. Qulağa gələn sürəkli, gurultulu, boğuq səs. Damda, bacada həzin gurultu; Səhraları inlədir uğultu. A.Şaiq. Susmuş izdiham içərisindən yenidən bir uğultu qopdu. Ə.Məmmədxanlı.\n2. Arıların çıxardığı səs; vızıltı. uğunma “Uğunmaq”dan f.is. uğunmaq f. Adətən gülməkdən uğunmaq, uğunub getmək şəklində: gülməkdən qəşş eləmək. Mədinənin zarafatı Vaqifin çox xoşuna gəldi, uğunub getdi. Çəmənzəminli. [Buğacın] qıdığı tutub gülməkdən uğunardı. M.Rzaquluzadə. uğur is. Bəxt, səadət, xoşbəxtlik. [Sərətan Afətə:] Uğurlar dilərəm ürəkdən sizə; Görüm çatasınız məqsədinizə! M.Rahim. Rübabə baxıb fərəhlənir, uğura doğru getdiyinə inamı artırdı. Mir Cəlal. [İsmayıl:] Uğrumuza əcəb şey çıxdı! P.Makulu. // Bir işin, arzunun və s.-nin müvəffəqiyyətli sonu, aqibəti, müsbət nəticəsi; müvəffəqiyyət, nailiyyət, qələbə. İşdə uğur diləmək. Hücum uğurla nəticələndi. ‣ Uğur(lar) olsun! – bir işə iqdam edən, başlayan adama müvəffəqiyyət, qələbə, səadət, xoşbəxtlik arzusu bildirir. Yaxşı yollar, yaxşı uğurlar olsun! M.S.Ordubadi. Gedin, dostlar, uğur olsun; Pozulmasın andınız. S.Rüstəm. Uğura qənşər gələsən! – bax. uğur olsun! [Qoca:] Uğura qənşər gələsən, oğul! M.Rzaquluzadə. Uğur(lar) demək – uğur arzu etmək. Əqlimlə biliyim tutub qolqola; Uğurlar deyərək düşdüm bu yola. A.Şaiq. Qoy səsindən gülsün Vətən; Ellər baxıb uğur desin. S.Vurğun. Uğruna gəlmək – bəxtinə çıxmaq, qabağına çıxmaq. [Sultan bəy:] Hanı bir elə arvad ki uğruma gələ idi, ala idim! Ü.Hacıbəyov. uğurlu sif. Müvəffəqiyyətli, sonu, nəticəsi yaxşı olan, müsbət nəticələnən. Uğurlu nəticələr. Uğurlu ov. Zəhmətinin nəticəsi uğurlu oldu. Hücum uğurlu (z.) bitdi. – Kazım fəqət xəbərsizdi bu işdən; Xəbərsizdi bu uğurlu gedişdən. M.Müşfiq. Gümanlı-gümansız bu axtarışlar; Bəzən uğurludur, bəzən uğursuz. B.Vahabzadə. // Xoşbəxtlik gətirən; xoşbəxt, səadətli, şükümlü. Sən gəzdiyin yerlər gülçiçək açar; Çünki uğurludur ayağın sənin. S.Vurğun. Ölkəmizin günləri bir-birindən nurludur; Qayəmiz aydın, açıq, yolumuz uğurludur. R.Rza. • Uğurlu olsun! – uğur arzusu bildirir. Dağ-dərəni addan sən; Keç alovdan, oddan sən; Yolun uğurlu olsun; Gözlə özün yaddan sən. (Bayatı). Ey yolçu, uğurlu olsun səfərin! Buludsuz günəşlə doğsun səhərin! A.Şaiq. Yaxşı, səfərin uğurlu olsun, Ələmdar qardaş! – deyə, dəllək özünü ələ almağa çalışır, ancaq bacarmırdı. S.Rəhimov. uğursuz sif.\n1. Bədbəxtlik gətirən, bədbəxtliyə səbəb olan; şükümsüz, məşum, bədşüküm, bədbəxt, fəlakətli. Qonaqsız ev uğursuz olar. (Ata. sözü). [Hannanın] gözəl səsi mənim qulaqlarımda bir bayquş səsindən daha uğursuz idi. M.S.Ordubadi. Qardaşlarımdan üçü müharibədən qayıtmamış, biri öz əcəli ilə vəfat etmiş, Səmədin atası Mədəd isə uğursuz bir təsadüfün qurbanı olmuşdu. İ.Hüseynov. // Nəhs, mənhus, pis. Uğursuz bir gündə acı bir külək; Dağları, daşları bir yerdə qatdı. S.Vurğun. // Bədbəxt, talesiz, bəxtsiz. [Vəzir:] Xeyir olsun, ah, gəlir uğursuz insan; Gözündə oynayır ehtiras, al qan. A.Şaiq. O öz həyatını, cavan ömrünü; Uğursuz taleyin hökmünə verdi. B.Vahabzadə.\n2. Uğursuzluqla nəticələnən, heç bir müsbət nəticə verməyən, heç bir şeylə nəticələnməyən; müvəffəqiyyətsiz. Uğursuz təşəbbüs. Uğursuz uçuş. Uğursuz axtarışlar. Bütün cəhdləri uğursuz (z.) qurtardı. uğursuzluq is.\n1. Məşumluq, şükümsüzlük, bədbəxtlik, fəlakət, bəxti gətirməmə. Adamlar həmişə bir fəlakətə, uğursuzluğa düçar olanda kor şeytandan görərdilər. Mir Cəlal.\n2. Müvəffəqiyyətsizlik, nəticəsizlik. Cəhdlərin uğursuzluğu. Təşəbbüsün uğursuzluğu. Axtarışların uğursuzluğu. uxay nida. Məmnunluq, cana sinmə, xoşlanma hisslərini ifadə edir. [Təlxək əcinnə:] Uxay! Canıma yayıldı... Ə.Haqverdiyev. [Səttar:] Uxay deyib, tirtap ayaqlarımı uzatdım, amma gözümə yuxu getmədi. Ə.Əbülhəsən. uklad is. Quruluş, sistem, qayda, üsul, forma. ukraynaca sif. və zərf Ukrayna dilində. Ukraynaca-rusca lüğət. Ukraynaca danışmaq. ukraynalı is. Ukraynanın əsas əhalisini təşkil edən Şərqi Slavyan xalqı və bu xalqa mənsub adam. uqor is. Mərkəzi və Şərqi Avropada, habelə Asiyanın şimal-qərbində yaşayan xalqlar. uqro-fin bax. fin-uqor. ulaq is. Yük və ya minik heyvanı. Ulaqları o tərəfdəki otluğa buraxıb gələn Yusif atasının yanında durdu. Ə.Abasov. // Eşşək. Əziziyəm, nə dəm var; Nə söhbət var, nə dəm var; Dəyirmana getməyə; Nə ulaq var, nə dən var. (Bayatı). Bəli, Məmmədhəsən əmi bir ulaq aldı. Amma bu ulaq başıbəlalı ulaq imiş. C.Məmmədquluzadə. ulaqçı is. köhn. Keçmişdə: ulaqla yük daşıyan adam. Ulaqçı çuvalları ulağın üstünə atıb, heyvanın ombasından bir dəyənək endirib həyətdən çıxdı. C.Məmmədquluzadə. ulama 1. “Ulamaq”dan f.is.\n2. İt, qurd və bəzi başqa heyvanların, habelə bayquşun çıxardığı sürəkli inilti səsi. Çaqqal ulaması. Uzaqdan canavarın ulaması eşidilir. – Oradan-buradan gecəquşlarının iniltiyəbənzər ulamaları eşidilirdi. M.Rzaquluzadə. ulamaq f.\n1. Ulama səsi çıxarmaq. İt ulayır. Bayquş ulayır. – Dərələrdə ulardı çaqqallar; Zənn edərdin ki, bir çocuq ağlar. A.Səhhət. // Ulama səsinə bənzər səs çıxarmaq; vıyıldamaq, uvuldamaq. Ancaq quduz xəzri dəqiqə-dəqiqə ara verib, damlar başında ulayırdı. S.M.Qənizadə. Kəsməyib xəzri hələ, ac canavartək ulayır. S.Rüstəm.\n2. dan. Səslə ağlamaq, zarıldamaq. Nə ulayırsan, bəsdir! Bu uşaq nə üçün səhərdən belə ulayır? ulan is. [pol., əsli türkcədən] tar. Çar Rusiyası ordusunda və bəzi xarici ordularda yüngül süvari əsgəri, ya zabiti. Ulan polku. – Doğrudan da, nahar yeyilən kimi uzunbığlı və mahmızlı yerölçən Şmidt və kapitanispravnikin bu yaxınlarda ulan hissəsində qulluğa girmiş on altı yaşlı oğlu gəlib çıxdı. Puşkindən. İstiraja durur Qozluğun üstə; Ulan kazakları burda on dəstə. H.K.Sanılı. ulartı is. Ulama səsi, ulama. Midhət .. bayquşların ulartısını eşitməməsi üçün öz zədəli maşınını .. düşmən qırıcısına elə vurdu ki, qulaqları dərhal batdı. Ə.Vəliyev. ulas is. bot. Tozağacı fəsiləsindən dağlıq yerlərdə bitən ağac; vələs. Ulas meşəsi. – Uzun ulas ağacı öz kökündən qopub yerə gəlmişdi. S.Rəhimov. ulaşma I. “Ulaşmaq1”dan f.is. Uzaqlardan ara-sıra canavar ulaşması eşidilir. Q.İlkin.\n\nII. “Ulaşmaq2”dan f.is. ulaşmaq I. qarş. Ağız-ağıza verib ulamaq, hamı birdən ulamaq.\n\nII. f. Yetişmək, görüşmək, qovuşmaq. Vəfa qıl bir vəfadarə; Ulaşma hər biiqrarə; Mətain atma bazarə; Xəridar olmayan yerdə. M.V.Vidadi. ulduz is.\n1. Öz təbiəti etibarilə günəşə bənzəyən və gecələr göydə parıldayaraq nöqtə kimi görünən göy cismi. Göydə ulduzlar parlayır. – Uzaq üfüqdə dağlar qaralır, göydə tez-tez ulduz uçurdu. İ.Əfəndiyev. Birbirinə sığınan ulduzlar sayrışmağa başladı. B.Bayramov.\n2. məc. Hər hansı bir sahədə məşhur, tanınmış şəxs haqqında. Elm aləminin məşhur ulduzları. Kino ulduzu (ən məşhur kinoartist). Futbol ulduzu.\n3. Dairə üzrə bərabər ucuşiş çıxıntıları olan həndəsi cisim; mərkəzdən çıxan şüaları olan fiqur; həmin fiqur şəklində olan şey. Beşguşəli ulduz. Ulduz şəkli çəkmək. //Həmin şəkildə olan fərqlənmə nişanı. Marşal ulduzu. // Təşbehlərdə: parlayan şey haqqında. Araz öz adını elə cəsarətlə dedi ki, fəhlələrin gözləri onun ulduz kimi yanan parlaq gözlərinə dikildi. A.Şaiq. ‣ Ulduz ulduzu çağırır şair. – gecə ulduzların par-par parıldaması haqqında. Onlar kəndə yetişəndə artıq gecə idi. Göydə ulduz ulduzu çağırırdı. M.Hüseyn. Ulduzu (ulduzları) barışmaq – bir-birilə dil tapmaq, yola getmək, bir-birilə xoş keçinmək. [Pakizə:] ..Yox, bunların ulduzu barışıb, – deyə, o yoxsul ailənin keçirdiyi bu sadə həyata heyrət edirdi. A.Şaiq. [Qaraş Mayaya:] Sağ ol ki, görən kimi ulduzun barışdı, axı, gəlin-qayınana işi uzun işdir. M.İbrahimov. Ulduzu batmaq – bəxti sönmək, şöhrətdən düşmək, nüfuzunu itirmək, gözdən düşmək. Bircə günün içində xalqı tir-tir əsdirən qorodovoyun ulduzu batdı. S.Rəhman. Ulduzu doğmaq – xoşbəxtliyə çıxmaq, bəxti üzünə gülmək. [Cəmil bəy həqarətlə:] Demək ki, taleyimizin ulduzu doğmağa başlamış da xəbərimiz yox.. H.Cavid. ulduzaoxşar (=ulduzvari) sif. Ulduz şəklində olan. Ulduzvari nişan. ulduzvari (=ulduzaoxşar) sif. Ulduz şəklində olan. Ulduzvari nişan. ulduzlu sif. Ulduzlarla örtülü, ulduzlarla dolu, çoxlu ulduz olan. Ulduzlu göy. – Sərin və ulduzlu bir gecə idi. A.Şaiq. Ulduzlu ayaz gecə Muğanın üstünü almışdı. M.İbrahimov. // Üstündə ulduzaoxşar şəkil, ya naxışları, bəzəkləri olan. Ulduzlu dəsmal. Ulduzlu parça. // Üstündə ulduz nişanı olan. Ulduzlu təyyarə. – Ulduzlu şahinlər indi məzar qoxusu gətirən kor bayquşları ovlamaq üçün bu gecə qalxmışdılar. S.Rəhimov. ulduznişan (=ulduznişanlı) sif. Üstündə ulduz şəklində nişanı olan. Ulduznişan papaq. Ulduznişan bayraq. – İndi Əşrəf də ulduznişan bir təyyarədə uçur(du). Mir Cəlal. ulduznişanlı (=ulduznişan) sif. Üstündə ulduz şəklində nişanı olan. Ulduznişan papaq. Ulduznişan bayraq. – İndi Əşrəf də ulduznişan bir təyyarədə uçur(du). Mir Cəlal. ulduzşəkilli bax. ulduzaoxşar. ulduzu bax. ulduzaoxşar. [Ananın] yarıçılpaq vücuduna amansız qış gecəsi başqa bir don biçir, başqa bir örtü geyindirir, şaxtanın buz barmaqları ona ulduzu naxışlardan zərif bir libas toxuyur.. Ə.Məmmədxanlı. ultimbtum [lat. ultimatum] Dövlətlərarası münasibətlərdə: bir dövlətin başqa dövlətə verdiyi qəti tələb (ultimatumun mahiyyəti ondan ibarət olur ki, o heç bir mübahisə və etiraza yol vermir və irəli sürülən tələblər müəyyən müddət ərzində yerinə yetirilmədiyi təqdirdə dərhal qüvvə və s. tədbirlər tətbiqini nəzərdə tutur. // məc. Ümumiyyətlə, hədə-qorxu ilə verilən tələb. Hacı titrəyə-titrəyə gəldisə də, bəyə bir ultimatum gətirdi. Mir Cəlal. Şahpərinin bu gün ultimatum şəklində dediyi bu sözlər qızın ürəyini, necə deyərlər, şan-şan eləmişdi. B.Bayramov. • Ultimatum vermək məc. – hədə-qorxu gəlmək. ultra [lat. ultra] Siyasətdə: ifrat, ifratçı. ultra... [lat. ultra] Bir sıra mürəkkəb sözlərin “üstün”, “son”, “ifrat” mənasında olan birinci tərkib hissəsi; məs.: ultrabənövşəyi, ultramikroskop. ultrabənövşəyi ultrabənövşəyi şüalar fiz. – gözlə görünməyən elektromaqnit şüaları. Ultrabənövşəyi şüalar gözlə görünməyən qısadalğalı şüalardır. R.Hüseynov. ultraqısa fiz. Son dərəcə qısa. Boyu bir metrdən 10 metrədək olan dalğalar ultraqısa dalğalar adlanır. ultramikroskup [lat. ultra və mikroskop] Adi mikroskoplarda görünməyən ən kiçik zərrəcikləri görməyə imkan verən mikroskop. 0,1 mikrondan 0,001 mikrona qədər böyüklüyü olan hissəcikləri ultramikroskop vasitəsilə görmək olur. H.Şahtaxtinski. ulu sif. Çox böyük, ən böyük, böyük. Ulu divanlarda çəkilir adım; Ərşə bülənd oldu dadü fəryadım. Qurbani. Yenilməz bir xalqıq, əcdadı ulu; Qoruyur sinəmiz vətən mülkünü. Ə.Cəmil. ululuq is. Böyüklük, əzəmətlilik, yüksəklik. Ululuq istərkən qulluq eylə; Ayaq birbir basarlar nərdibanə. Xətayi. [Məsmə:] Keçmişdə deyərdilər: – Nə hal ilədir; Nə mal ilədir; Fəqət ululuq; Kamal ilədir. Mir Cəlal. ulus is. qəd. El, oba, yurd, kənd. Vətənimdən, ulusumdan yad oldum; Yada salmaz qohum, qardaş, el məni. “Koroğlu”. umac is. Ovulmuş undan bişirilən duru xörək və bu xörək üçün üstünə su səpilərək hazırlanan xəmir ovuntularının özü (xalq arasında adətən tərləmək üçün soyuq dəymiş adamlara verilir). [Ağa Kərim xan:] ..Haflama gürzə, qurutlu aş, mal ətinin küftəsi, umac – bunlar hamısı ürəktutan şeylərdir. N.Vəzirov. [Nəcəfalı Şahmara:] Nənən kəklikotu dəmləsin, bir də əvəlikli umac bişirsin, tərləyib ayılarsan. B.Bayramov. umacaq is. Umulan, gözlənilən, könüldə tutulan, istənilən, intizarı çəkilən, ürəyindən keçən şey. [Vidadi:] Sən də qurtarmasan Vaqifi dardan; Yoxdur umacağım pərvərdigardan. S.Vurğun. [Qəhrəman] bilirdi ki, atasının ondan kənar və başqa umacağı yoxdur. S.Rəhimov. umacaşı is. Umacdan bişirilən duru xörək; umac. ummaq f. Bir şeyi könlündən keçirmək, ürəyində tutmaq, olmasını istəmək, arzu etmək, ümid etmək. Uman yerdən küsərlər. (Məsəl). Bəşər nicat umur bayrağımızdan; Səadət açarı bizdədir ancaq. S.Rüstəm. Əvəzin oğlundan böyük şey ummağa haqqı var idi. Ə.Vəliyev. umsuq sif. Öz ümidində aldanmış; intizarı, gözləməsi, arzusu boşa çıxmış. • Umsuq etmək – ümidini boşa çıxarmaq, aldatmaq, umsundurmaq. Umsuq etdin, məni qoydun avara; Dedim, yəqin bir şir, aslandı indi. “Qurbani”. Umsuq olmaq – ümidi boşa çıxmaq, aldanmaq, gözü qalmaq, umsunmaq. umsundurma “Umsundurmaq”dan f.is. umsundurmaq f. Ümidini boşa çıxarmaq, aldatmaq, umsuq etmək. umsunma “Umsunmaq”dan f.is. umsunmaq f. Ümidi boşa çıxmaq, aldanmaq, umsuq olmaq, gözü qalmaq, ümidində aldanmaq. umsutma “Umsutmaq”dan f.is. umsutmaq f. Umsuq etmək, umsuq qoymaq, ümidini boşa çıxarmaq; umsundurmaq. umu-küsü is. Umma, küsmə, incimə, şikayətlənmə, giley. Töhmətdən çox umuküsüyə bənzəyən bu sözləri deyərkən [Xanların] səsi titrədi. M.Hüseyn. Küçə dinmədi; Sükut etdi; Müdrik bir insan kimi; Sanki eşitmədi; Mənim umu-küsümü. R.Rza. • Umuküsü etmək – şikayətlənmək, narazılıq etmək, narazılığını bildirmək, incikliyini bildirmək, gileylənmək. Nəriman umu-küsü elədi: – Elə olar, elə olar! Daha bizləri tanımazsan katib olandan sonra.. Mir Cəlal. Tapdıq .. umu-küsü etdi. Ə.Əbülhəsən. umulma “Umulmaq”dan f.is. umulmaq “Ummaq”dan məch. Söylə, gözəllərin dodaqlarından; Bu oynaq gülüşlər umulmuşmudur? M.Müşfiq. • Umulmadığı yerdən – gözlənilmədiyi halda. Bəzən əsla umulmayan yerdən; Nə qədər bəxtiyar olur insan. H.Cavid. umuz is. Çiyin. [Zaman:] Mən tüfəngi umuzuma sıxaraq gedirdim. C.Cabbarlı. Yun şalını umuzundan alıb kreslonun söykənəcəyinə buraxdı. Ə.Əbülhəsən. umuzdurma “Umuzdurmaq”dan f.is. umuzdurmaq f. Umsuq etmək, umsutmaq. un is.\n1. Taxıl bitkiləri dənlərinin toz halına salınmış məhsulu. Buğda unu. Qarğıdalı unu. Un çuvalı. – Bu dəfə on pud unun çörəyi gərək yapılaydı. C.Məmmədquluzadə. Havada buğda ununun qoxusu duyulurdu. İ.Əfəndiyev.\n2. Toz halına salınmış heyvan sümüyü, ya mineral maddə. Sümük unu. Fosfor unu. unifikasiya [lat. unus – bir və facere – etmək, yaratmaq] Ümumi bir qaydaya salma, hamısını bir şəklə, bir qaydaya salma. Orfoqrafiyanın unifikasiyası. uniforma [fr.] Rəsmi paltar, geyim. ..Helli, İbrahim Fövzi də öz yavərləri ilə bərabər rəsmi və hərbi uniformada idi. M.S.Ordubadi. [Gənc] rus müəllimlərinə məxsus uniforma geymişdi. P.Makulu. unikal sif. [lat.] Nadir, yeganə. union is. [lat.] İttifaq, birlik. unison is. [ital.]\n1. mus. Ahəng uyğunluğu.\n2. fiz. İki titrəyiş mənbəyində tənliklər bərabərliyi.\n3. məc. Fikir dəstəkliyi, fikir birliyi; yekdillik. unitar sif. [fr.] Birləşmiş, vahid. unitaz [firmanın adından – Unitas] Kanalizasiyası olan evlərin ayaqyollarında (tualetlərində) çirkabların axıb getməsi üçün xüsusi quruluşlu çanaq. univermaq is. “Universal mağaza” söz birləşməsinin ixtisar forması. Mərkəzi şəhər univermağı. universal I. sif. [lat.]\n1. Müxtəlifcəhətli, hərcəhətli, hərtərəfli, hər şeyi qavrayan. Universal adam. Universal peşə. Universal bilik.\n2. Bir çox məqsədlər üçün yararlı, müxtəlif işlərdə istifadə edilə bilən, müxtəlif vəzifələr görə bilən. Universal maşın. Universal dəzgah. Universal traktor. Universal yapışqan. ‣ Universal mağaza – ən müxtəlif sənaye malları satılan böyük mağaza; univermağ.\n\nII. sif. [lat.]\n1. Öz sənətinin bütün ixtisaslarına yaxşı bələd olan işçi. Universal çilingər. Universal konstruktor.\n2. astr. geod. Həm şaquli, həm də üfüqi səthdə bucaqları ölçmək üçün alət. universallıq is.\n1. Biliyin ən müxtəlif sahələrinə bələdlik, hərtərəfli məlumatı olma; hərtərəflilik, hərcəhətlilik.\n2. Universal şeyin hal və keyfiyyəti. Maşının universallığı. universam [rus. universalğnıy maqazin samoobslujivaniə] Özünəxidmət üsulu ilə işləyən universal mağaza. universitet [lat. universitas – toplu, məcmu] Tərkibində müxtəlif ictimai və təbiiyyat-riyaziyyat şöbələri (fakültələri) olan elmi təmayüllü ali məktəb. Bakı Dövlət Universiteti. uniya is. [lat.]\n1. Birlik, birləşmə, ittifaq.\n2. Katolik kilsəsinin Roma papasının başçılığı ilə pravoslav kilsəsinin bir hissəsilə birləşməsi. unlama “Unlamaq”dan f.is. unlamaq f. Üstünə un səpmək, un tökmək. Xəmiri unlamaq. unlu sif. Üstünə un səpilmiş (tökülmüş); una batmış. Üstü-başı bütöv unludur. unluca is. bot. Şoran torpaqlarda yayılmış ot və ya yarımkol bitki. unluq is. Dəyirmanın un tökülən çuxur yeri. Qarı unluğun dibini, yan-yörəsini silibsüpürdü, iki ovuc un yığdı. (Nağıl). unsiya is. [lat.]\n1. Bir sıra ölkələrdə müxtəlif (28, 35 qramadək) çəki vahidi.\n2. 1881-ci ilədək işlənmiş köhnə italyan, ispan, Meksika, Argentina, Boliviya qızıl, Mərakeş gümüş pulu (sikkəsi). unta is. Maral, qoyun və s. dərisindən uzunboğaz isti çəkmə. unter is. [alm.] Xarici ölkə ordularında aşağı komanda heyətinə mənsub hərbi rütbə. unudulma “Unudulmaq”dan f.is. unudulmaq məch. Yaddan çıxarılmaq, yaddan çıxmaq. Bir az sonra Xədicənin xəstəliyi tamamilə unuduldu. S.Hüseyn. Planda heç bir şey unudulmamış, hətta yeni şəhərdə 60 min ağac əkmək belə nəzərdə tutulmuşdu. Ə.Sadıq. unudulmaz sif. Unudula bilməyən, yaddan çıxarıla bilməyən, həmişə yadda qalan, yadda qalmalı olan; xatirdən silinməz. Unudulmaz dost (yoldaş). – Kənd həyatında – təbiətin o zəngin və geniş qucağında nə qədər canlı lövhələr, unudulmaz xatirələr vardır! A.Şaiq. Doğrudan da yaşlandıqca Qaraş və Pərşan Rüstəmin ocağına unudulmaz bir sevinc, xoş bir şadlıq gətirmişdi. M.İbrahimov. unudulmuş f.sif. Yaddan çıxmış, yaddan çıxarılmış. Unudulmuş hadisələr. – [Züleyxa] unudulmuş günləri xatırlayır, hər bir nöqtəsini təhlil edir və qibtə ilə düşünürdü. Çəmənzəminli. Hər daşı qaldırıb altına baxsan; Ordan unudulmuş bir nalə gəlir. S.Vurğun. unutdurma “Unutdurmaq”dan f.is. unutdurmaq icb. Unutmağa, yadından çıxarmağa məcbur etmək, unudulmasına, yaddan çıxmasına səbəb olmaq. Bu yerlərin səhərləri, axşamları mənə hər şeyi unutdururdu. A.Şaiq. Yanına gələnlər isə şairin iztirablarını unutdurmağa çalışır, xəstəlikdən yox, başqa, ürəkaçan söhbətlər edirdilər. Mir Cəlal. unutqan sif. Tez yadından çıxaran, unudan, yadında saxlaya bilməyən, yaddaşı olmayan, huşsuz. Unutqan adam. unutqanlıq is. Unutqan adamın hal və keyfiyyəti; yaddaşsızlıq, huşsuzluq. [Yaşlı kişi:] Əgər həmin qulluqçu ikinci dəfə də belə bir unutqanlıq etsə idi, [tacir] haqq-hesabını verməklə “xoş gəldin!” – deyib qovardı. S.Hüseyn. unutma “Unutmaq”dan f.is. unutmaq f.\n1. Yaddan çıxarmaq, yadından çıxmaq, xatirindən çıxmaq (çıxarmaq). Nə oldu bülbülə kim, qıldı gülüstan tərkin? Unutdu güllərini, etdi aşiyan tərkin. X.Natəvan. // Lazımi anda, yeri gələndə yada salmamaq, nəzərindən qaçırmaq. Yoldan keçərkən bizə baş çəkməyi unutdu. Gedəndə qapını bağlamağı unutma! – [Süleyman:] Amma bax unutma sən, unutma sən, bizləri sən; Görəndə qaşıqara, gözüqara qızları sən! Ü.Hacıbəyov. // Nəzərdən (nəzərindən) qaçırmaq. Unutma ki, sabah iclas günüdür. Az qala unutmuşdum. – Ancaq unutma ki, sənin uşaqların var. M.Hüseyn. [Muxtar Firəngizə:] Sən böyük bir rayonun rəhbəri olduğunu, təəssüf ki, unudursan. B.Bayramov.\n2. Saymamaq, hesablaşmamaq, riayət etməmək. Ədəb qaydalarını unutmaq. Heysiyyətini unutmaq.\n3. Təsadüfən yadından çıxararaq bir yerdə qoymaq, özü ilə götürməmək. Stolun açarını unutdum, evdə qoydum. ‣ Duz-çörək unutmaq – nankorluq etmək, nankor olmaq, edilən yaxşılığı yadından çıxarmaq. Özünü unutmamaq – özünü yaddan çıxarmamaq, öz xeyrini əldən buraxmamaq. upuzun sif. Çox uzun, lap uzun. Upuzun ağac. ur is. Bədənin hər hansı bir yerində çıxan iltihabsız şiş. ura is. Tərəvəzin, meyvənin ən axırda dəriləni. Gedər bostan urası; Qalar üzün qarası. (Ata. sözü).\n\nII. (=urra!) urra! nida.\n1. Hücum zamanı qoşunların döyüş nidası. Çalınmaqda şeypurlar, naylar; Ucalmaqda ləşkərdən urraylar. M.Ə.Sabir. Soldat “ura” deyib keçdi hücuma; Töküldü qanları torpağa, quma. H.K.Sanılı.\n2. Hərarətli alqış və heyranlıq ifadə edir: əhsən! afərin! [El:] Var olsun yeni dünyanın yenilməz mübarizi Elxan! Urra! C.Cabbarlı. Hamı bir ağızdan “urra” deyib piyalələri qaldırdılar. Ə.Vəliyev. uran [yun. uranos – göy] Radioaktiv kimyəvi element – atom enerjisi hasil etmək üçün xam maddə (nüvə silahında partlayıcı maddə kimi istifadə olunur). urbanizasiya [lat. urbanus] Ölkənin və ya rayonun həyatında şəhərlərin əhəmiyyətinin artması, sosial-iqtisadi inkişafla əlaqədar şəhər əhalisinin çoxalması prosesi. urbanizm [lat. urbanus – şəhər] kit.\n1. Maddi və mənəvi mədəniyyətin iri şəhərlərdə cəmləşdirilməsini və kəndin zərərinə olaraq şəhərlərin inkişafının gücləndirilməsini tələb edən konsepsiya.\n2. İri sənaye və ticarət şəhərlərinin həyatını təsvir edən incəsənət və ya ədəbi əsər. urdu Pakistanın dövlət dili. urlama “Urlamaq”dan f.is. urlamaq f. məh. Qoyunları sulamağa çağırmaq, səsləmək. urlu sif. Uru olan, şişləri olan. urna is. [lat.]\n1. Yandırılmış cənazənin külünü saxlamaq üçün qab.\n2. Seçki qutusu; səsvermə qutusu. urologiya [yun. urol və logos] Tibb elminin sidik sistemi xəstəlikləri və onların müalicə və profilaktikası ilə məşğul olan sahəsi. uroloji sif. [yun.]. Urologiyaya aid olan. Uroloji müayinə. Uroloji klinika. uroloq [yun.] Urologiya mütəxəssisi; həkim. uruq is. Ailə. Uruğum olsun, Urumda olsun. (Ata. sözü). // Qəbilə, tayfa. uruqvaylılar is. Uruqvayda yaşayan əhali. urus “Rus” sözünün canlı dildə işlənən forması. [Məşədi İbad:] Bax, mən iki yaşında urus balası görmüşəm ki, başı ağappaq qar kimi. Ü.Hacıbəyov. urva is. Xəmiri kündələyərkən və ya yayarkən ələ yapışmaması üçün onun üstünə səpilən az un. İki evin urvasından bir fətir olar. (Ata. sözü). urvalıq sif. və is. Urva kimi istifadə edilən, işlədilən. Nə od var, nə ocaq, nə urvalıq un; Bürüşüb bir küncdə yamaqlı xurcun. S.Vurğun. [Paşa bəy:] Yaxşı deyiblər ki, evində yoxdur urvalıq, könlündən keçir darğalıq. Ə.Vəliyev. urvat is. dan. Hörmət, izzət, ehtiram, sayğı; təsir, nüfuz, etibar. Keçəl Həmzə sayılmayan, urvatı olmayan bir adam idi. “Koroğlu”. Qəhrəman oxuyandan qabaq Rüstəmin bu evdə heç olmasa urvatı vardı. S.Rəhimov. urvatlı sif. dan. Sayılan, hörməti olan, hörmətli, nüfuzlu, etibarlı. [Qarakişi:] Bax, Əsəd kişi hamıya yaxşılıq elədi. Ölüsü də urvatlı oldu. B.Bayramov. urvatsız sif. dan. Urvatı, hörməti, nüfuzu olmayan; sayılmayan, hörmətsiz, etibarsız. Gör nə qədər urvatsızıq ki, Qəni bəyin evinin yanmasında da bizdən şübhələnirlər. Ə.Vəliyev. uryadnik [rus.] tar. Çar Rusiyasında qəza polisinin aşağı rütbəli xidmətçisi. Lap elə axşamüstü, günün gedən vaxtı uryadnik kişini beləcə döydüyü yerdə, Abbasın cini toplanıb kəlləsinə çıxmışdı. S.Rəhimov. Uryadnik atını İskəndərin üstünə şığıdaraq qışqırdı: – Biyara! M.Hüseyn. us is. qəd.\n1. Ağıl, kamal, zəka, dərrakə, fərasət, idrak.\n2. Ədəb, tərbiyə. usandırıcı sif. Usandıran, bezdirən, bıqdırıcı, bezikdirici, yorucu, üzücü. [Rza Ulduza:] Hər şey cansıxıcıdır, usandırıcı, yorucudur. M.İbrahimov. Cırcıramaların usandırıcı səsi ətrafı bürümüşdü. Ə.Vəliyev. usandırma “Usandırmaq”dan f.is. usandırmaq f. Təngə gətirmək, bezdirmək, bıqdırmaq; yormaq, üzmək. Məni candan usandırdı, cəfadan yar usanmazmı? Füzuli. Böylə əsəbi qonşu hər halda insanı usandırar. H.Cavid. usanma “Usanmaq”dan f.is. usanmaq f. Təngə gəlmək, bıqmaq, bezmək, canı sıxılmaq, yorulmaq, üzülmək. [Doktor Zibeydəyə:] Həyat öz-özlüyündə mücərrəd olaraq o qədər gözəldir ki, ondan doymaq və usanmaq olmaz. Çəmənzəminli. [Laçın] uzun get-gəllərdən usandı. M.Hüseyn. [Rəşid:] Yaşı altmışdan ötmüş olsa da, [Bəyim xalanın] hələ bir dəfə “yoruldum, usandım”, – dediyini eşitməmişdim. İ.Hüseynov. usanmaz sif. Yorulmaz, yorulmaq bilməyən. usanmazlıq is. Yorulmazlıq, yorulmaq bilməmə. uslu sif. qəd.\n1. Ağıllı, dərrakəli, zəkalı, fərasətli.\n2. Ədəbli, tərbiyəli, ağıllı-kamallı. Yadımdadır onun: “Gözəl balam usludur; Yoxsa nağıl söyləmərəm sənə”, – deyən sədası. M.Rahim. usta is.\n1. Bir sənəti lazımınca, əsaslı surətdə öyrənib onunla məşğul olan adam; sənətkar. Bununla belə onun bircə nəfər həqiqi dostu var idi: saatsaz usta Zeynal. Ə.Haqverdiyev. Usta Fərrux işdən kefi kök qayıtmışdı. B.Bayramov. // Peşə, sənət öyrədən şəxs; tərbiyəçi, müəllim. [Yusif] varid oldu Həmədana, orada usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində öyrənib, Qəzvinə müraciət etdi. M.F.Axundzadə. // Öz işində böyük bacarıq və məharət qazanmış mahir adam, mahir sənətkar. Bədii söz ustası. İncəsənət ustalarının konserti. Üzümçülük ustası. – Usta gəmiçilər tufanda belə; Sükanı düz tutar öz əllərilə. S.Vurğun. [Rəssam] öz sənətinin bacarıqlı bir ustası idi. M.Hüseyn. // məc. Ümumiyyətlə, mahir, bacarıqlı, zirək adam haqqında. [Aslan bəy:] Xeyr, lazım deyil, .. Əhməd özü ustadır, əldən qoymaz. N.Vəzirov. Bişirdiyi xörəyin şirin yeyilməsindən bildi ki, o hər şeydə naşı olsa da, əlsuyu verməklə aş bişirməkdə ustadır. Mir Cəlal. • Usta tərpənmək – zirəklik göstərmək, zirək tərpənmək, biclik işlətmək. Siyasət həmişə bir oyuncaqdır; Kim usta tərpənsə, o udacaqdır. S.Vurğun.\n2. İstehsalatda, uçuşda və s.-də inzibati və texniki rəhbərliyi həyata keçirən şəxs. Növbə ustası. Buruq ustası.\n3. Ən görkəmli idmançılara verilən ad və bu adı daşıyan şəxs. Əməkdar idman ustası. ustabaşı is. köhn. Bir neçə ustaya rəhbərlik edən usta, baş usta. Ustabaşı kənarda durub məlumat verir, qabarlı əllər ilmə düyürdü. Çəmənzəminli. // Ustaya hörmətlə müraciət. [Qərib:] Xəbər söylə mənə, ay ustabaşı; Əlindəki sazı necə çalırsan? “Aşıq Qərib”. [Xərabati:] Mana bax... Ey, mana bax, ustabaşı! Gördüyün varmı bizim arxadaşı? H.Cavid. ustacasına bax. ustadanə. ustad is. [fars.] Elm və ya sənət sahəsində geniş və dərin məlumatı və qabiliyyəti olan şəxs. Qabil şagird ustad olur ustadan. (Ata. sözü). // məc. Müəllim, tərbiyəçi, öyrədici, mürşid. Ey yorulmaq bilməyən ustadımız! Yandı mövtünlə dili-naşadımız. A.Səhhət. ustadanə zərf və sif. [fars.] köhn. Ustalıqla, ustacasına, məharətlə, bacarıqla, məharətli. Qüdrətli fikir və sözlərin düzgün, yerində, ustadanə deyilməsi cümlənin təsir qabiliyyətini artırır. M.İbrahimov. ustadlıq is. Məharət, bacarıq; bir işdə qazanılan şöhrət. Qəribin ustadlığı ətrafa yayılmışdı. “Aşıq Qərib”. ustadnamə is. [fars.] Azərbaycan şifahi xalq ədəbiyyatında çox vaxt qoşma, bəzən də divani şəklində olub, məzmunca hikmətamiz, nəsihətamiz, fəlsəfi məzmunda şeir növlərindən biri (bir ənənə olaraq aşıqlar dastana ustadnamə ilə başlayırlar). Elə ona görə mən də naşı şəhər balalarına yaxşı bir ustadnamə oxudum. S.Rəhimov. ustalaşma “Ustalaşmaq”dan f.is. ustalaşmaq f. Ustalığı, təcrübəsi, məharəti, bacarığı artmaq; püxtələşmək, bişmək, təcrübələnmək. ..Həmişə də qiymətli xam at alıram ki, onu qoşquya öyrədim və bu yolda ustalaşmışam da. C.Məmmədquluzadə. Bilirsən ki, indi xalq ustalaşıb, burada bir az səsinə səs vermədin, basıb rayona gedir. Mir Cəlal. ustalıq is.\n1. Hər hansı bir sahədə çalışan ustanın işi, peşəsi.\n2. Hər hansı bir sahədə böyük bacarıq, məharət. İşdə bir incəlik, ustalıq və xüsusi qabiliyyət görünürdü. Ə.Vəliyev. // Ümumiyyətlə, məharət, bacarıq. Əsil ustalıq burdadır. Qantəmir. Bax, bu, böyük ustalıq tələb edən bir fəndir. Ə.Əbülhəsən.\n3. Ustalıqla şəklində zərf – məharətlə, bacarıqla, ustacasına, mahircəsinə. Ustalıqla hərəkət etmək. Rolu ustalıqla ifa etmək. – Səlim bəy çox ustalıqla .. təbəssümünü təkrar etdi. H.Nəzərli. Ümumən Müqim bəy arvadından çəkindiyini daima özü də ustalıqla malalamağa çalışırdı. S.Rəhimov. ustayana bax. ustacasına. ..Müalicə müvəqqəti vasitələrdən ustayana istifadə etməyi bacarmaqdan asılıdır. Mir Cəlal. uşaq is.\n1. Azyaşlı oğlan, ya qız; çocuq. Uşaqlar üçün kitab. Uşaqların tərbiyəsi. – Şerə başlarkən uşaqdım, dostlar! S.Rüstəm. Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər. Mir Cəlal. // Cavan, gənc (oğlan, ya qız). İnad uşaq. Cəsarətli uşaq. Yaxşı uşaqdır. Tərbiyəli uşaqdır.\n2. Oğlan, ya qız (körpə, bala). Südəmər uşaq. Doğulan uşaq oğlandır. Əkiz uşaqlar. – ..Sürəyya uşaq doğarkən vəfat etdi. S.S.Axundov. • Uşağı olmaq – övladı olmaq, uşaq doğmaq (oğlan, ya qız). Uşağı olmamaq – sonsuz, övladı olmayan adam haqqında. Aşıq Cünun bilirdi ki, Koroğlunun uşağı olmur. “Koroğlu”. Əsmərin uşağı olmurdu. S.Hüseyn.\n3. məc. Müqayisə, bənzətmə məqamında. Uşaq kimi hərəkət etmək. Havaxta qədər belə uşaq olacaqsan? – [Sultan bəy:] Uşaq ki deyilsən, hər bir şeyi bilirsən, anlayırsan. Ü.Hacıbəyov. [Hümmət:] Ay Qara Yusif, ay eloğlu, sən də belə? Əyə, sən də uşaq kimi danışdın? B.Bayramov. ‣ Uşaq bağçası – məktəbəqədər yaşlı uşaqlar üçün tərbiyə müəssisəsi. Uşaq evi – ata-anaları olmayan uşaqlar üçün internatı olan təlim və tərbiyə müəssisəsi. [Seryoja:] Deyirlər ki, 1941-ci ilin dekabrında məni uşaq evinə vermişlər. Z.Xəlil. Uşaq kimi baxmaq (bəsləmək) – əzizləmək, çox sevmək, göz bəbəyi kimi qorumaq, başına-ayağına keçmək. [Qulu:] Xədicə xanım, görünür, Yusif bəyi çox istəyir. Onu lap uşaq kimi bəsləyir. N.Nərimanov. Uşaq şəhərciyi – uşaqlar üçün sağlamlaşdırma və tərbiyə müəssisəsi (bağlarda, parklarda və s.-də). Uşaqların anası evf. – arvad, zövcə. Gördüm uşaqların anası öz-özünə mırtdanır. C.Məmmədquluzadə. Qurban Molla Fərzəliyə bir az da yaxınlaşdı. Gizli bir söz söyləyirmiş kimi fısıldayaraq: – Molla, əvvəlcə məndən uşaqların anasına salam yaz, – dedi. Uşaqların atası evf. – ər, kişi. uşaqcanlı sif. Öz uşaqlarını, öz övladlarını həddən artıq sevən, onlara qayğı və nəvaziş göstərən; övladcanlı. Uşaqcanlı ana. – Nubar xala yazdı ki, mənim kişim məzlumun birisi, uşaqcanlı girdimanlıdır. S.Rəhimov. Qoşatxan uşaqcanlı atalardan olduğundan Mələk onun sualındakı narahatlığı duydu. M.İbrahimov. uşaqcanlılıq is. Öz uşaqlarını, öz övladlarını həddən artıq sevmə, onlara çox qayğı və nəvaziş göstərmə; övladcanlılıq. uşaqcasına zərf Uşaq kimi, qeyri-ciddi, sadədilcəsinə, sadəlövhcəsinə. Uşaqcasına hərəkət. Uşaqcasına mühakimə. – Ayrım qızı Kərim babanın uşaqcasına işlərindən, qəribə hərəkətlərindən acıqlanar, Kərim babanın arxasınca hər gün söylənərdi. A.Şaiq. Sona birdən uşaqcasına sual verib, Səttarın qoluna baxdı. Ə.Əbülhəsən. uşaqcığaz “Uşaq”dan oxş. Uşaqcığaza nə oldu? Uşaqcığaz bərk qızdırıb. – [Xanımnaz:] ..Uşaqcığazım üçün qorxuram. Salıblar onu dilə-ağıza. C.Cabbarlı. uşaqcıq kiç. Kiçik uşaq, balaca uşaq, yazıq uşaq. [Tükəz:] [Hacı Qaranın] başına bir iş gəlsə, uşaqcıqlarım yetim qalacaq. M.F.Axundzadə. uşaqəmizdirən sif. Öz südü ilə uşağını bəsləyən, südəmər uşağı olan. Uşaqəmizdirən analar. uşaqlaşma “Uşaqlaşmaq”dan f.is. uşaqlaşmaq f. Qocalıqdan ağlı zəifləşmək, xərifləmək, özünü uşaq kimi aparmaq. Görünür, adam qocaldıqca uşaqlaşır. S.Rəhimov. uşaqlı sif. Uşağı ya uşaqları olan. Uşaqlı qadın. – [Cəmilə:] Əhməd uşaqlı anaya heç bir zaman kəm baxa bilməz. S.Rəhimov. uşaqlıq is.\n1. Uşaq yaşları. Uşaqlıq dövrü. Uşaqlıq illəri yadımdadır. Uşaqlığı kənddə keçib. Uşaqlıq xatirələri. – Axtarıram, uşaqlıq düşmür ələ; Halım olur fəna bu gündən belə. A.Səhhət. Fərmanın uşaqlığı İsmayıllı rayonunun Zoğallıq kəndində keçmişdir. Ə.Sadıq.\n2. məc. Uşaq hərəkəti, uşaqcasına hərəkət; qeyri-ciddilik; ağılsızlıq. • Uşaqlıq eləmək (etmək) – düşünmədən hərəkət eləmək (etmək), ağılsızcasına hərəkət eləmək (etmək), ağılsızlıq eləmək (etmək).\n3. Ana bətni. uşaqlıqdan zərf Uşaqlıq illərindən, uşaq olduğu vaxtdan, lap kiçik yaşlarından. Məndə uşaqlıqdan folklora maraq oyadan Yusif əmi olmuşdur. A.Şaiq. Müşgünaz uşaqlıqdan təkliyi sevmir, yalqızlıqdan darıxırdı. Ə.Vəliyev. uşaqsaldırma (=uşaqsalma) is. tib. Hamiləliyin süni yolla vaxtından qabaq dayandırılması və dölün ana bətnindən çıxarılması. uşaqsalma (=uşaqsaldırma) is. tib. Hamiləliyin süni yolla vaxtından qabaq dayandırılması və dölün ana bətnindən çıxarılması. uşaqsevən sif. Uşaqları sevən, balaca uşaqlara nəvaziş göstərən, onları əyləndirməyi sevən (adam). uşaqsevənlik is. Uşaqlara məhəbbət, uşaqları sevmə. uşaqsız sif. Uşağı, övladı olmayan, övladsız. Uşaqsız qadın. uşaqsızlıq is. Uşağı, övladı olmama; övladsızlıq; sonsuzluq. uşqun is. köhn. [rus., əsli ing. Schoonerdən] İkidorlu yelkənli gəmi (qayıq). [Yengə:] Hacı ağa, gəlinin sənə salam verir, ona nə bağışlayırsan? Qayınata da ona ya on imperial, ya bir bağ, ya bir ev, ya da bir uşqun bağışlardı. H.Sarabski. uşqunçu is. köhn. Uşqun sahibi, uşqunda işləyən, gəmiçi. utancaq sif. və is. Çox utanan, alışmadığı mühitdə, şəraitdə adamların yanında sıxılan, üzü qızaran. Utancaq uşaq. O çox utancaqdır. – [Uğur:] Əmiqızı, mən gedəndə sən bir utancaq qız idin. İ.Əfəndiyev. // Zərf mənasında. Telli utancaq bir halda üzünü müəllimə tutub dedi: – Bağışlayın, sizə zəhmət verdim! S.Hüseyn. [Əjdər] sözünə davam edə bilmədi, utancaq bir halda susdu. S.Rəhman. utancaqlı bax. utanılacaq. Əslində iş öz-özlüyündə bir az [Nadirin] nəzərində utancaqlı idi. B.Talıblı. utancaqlıq (=utancaqlılıq) is. Utancaq adamın hal və xasiyyəti, hər şeydə utanma xasiyyəti. Utancaqlıq yaxşı şeydir, amma öz yerində! Mir Cəlal. // İsmət, həyalılıq, abırlılıq. Onun ən gözəl və sevimli xüsusiyyətlərindən birisi zahiri görünüşündə olan məhcubluğu, həyalılığı və utancaqlılığı idi. M.S.Ordubadi. Gəlinin utancaqlığı, hətta gəlib başının üzərində dayanan adamın üzünə baxmaqdan həya eləməsi Səmədə daha xoş gəldi. İ.Hüseynov. utancaqlılıq (=utancaqlıq) is. Utancaq adamın hal və xasiyyəti, hər şeydə utanma xasiyyəti. Utancaqlıq yaxşı şeydir, amma öz yerində! Mir Cəlal. // İsmət, həyalılıq, abırlılıq. Onun ən gözəl və sevimli xüsusiyyətlərindən birisi zahiri görünüşündə olan məhcubluğu, həyalılığı və utancaqlılığı idi. M.S.Ordubadi. Gəlinin utancaqlığı, hətta gəlib başının üzərində dayanan adamın üzünə baxmaqdan həya eləməsi Səmədə daha xoş gəldi. İ.Hüseynov. utandırma “Utandırmaq”dan f.is. utandırmaq f. Birinin utanmasına, xəcalət çəkməsinə səbəb olmaq, bir söz deyərək, ya danlayaraq, töhmətləndirərək onda xəcalət və ya peşmançılıq hissi oyatmaq, qızartmaq, utancaq bir vəziyyətə salmaq. Uşağı utandırmaq. – [Həsənqulunu] lazımınca utandırıb töhmətləndirdilər və qərarın da [surətini] əlinə verdilər. Çəmənzəminli. Oğul fikirləşir, anasının dedikləri onu utandırır, bədəninə lərzə salırdı. Ə.Vəliyev. utanıb-qızarma “Utanıb-qızarmaq”dan f.is. Mən Laçının utanıb-qızarmasına razı olmadım və dedim. H.Nəzərli. utanıb-qızarmaq bax. utanmaq. [Məmməd] qalxdı, utanıb-qızararaq səs gələn tərəfə getdi. Çəmənzəminli. Doktor çeşməyini götürüb cibinə qoyur, açıq gözilə Gülöyşəyə baxır, Gülöyşə isə utanıb-qızarmırdı. S.Rəhimov. utanılacaq sif. Xəcalətə, utanmağa səbəb olan, münasib olmayan, pis. Burada utanılacaq şey yoxdur. utanma “Utanmaq”dan f.is. utanmaq f.\n1. Bir işdən, hərəkət və sözdən, ya da başqa bir səbəbdən xəcalət çəkmək, mənəvi üzüntü duymaq. Bolqar öz dilini bilmədiyindən xəcalət çəkəndə bizlər də öz dilimizdə danışmaqdan utanırıq. C.Məmmədquluzadə. Qərənfil utanıb başını aşağı saldı. S.Rəhman.\n2. Utandığından, xəcalətindən bir şeyə cəsarət etməmək. Ondan xahiş etməyə utanıram. – Nə üçünsə kişilərin palatasına girib, onu soruşmağa və hətta Səidə xanıma bu barədə sual verməyə də utanırdım. M.Hüseyn. Gəlməyə utanan (f.sif.) qız indi cəsarətlə qapını döydü. S.Vəliyev. // Çəkinmək (bu mənada bəzən “utanıb-çəkinmək” şəklində işlənir). Nə var qızım, nə oldu sana? Utanma, dərdini aç, söylə mana. S.Vurğun. Ümid yazdığı məktubun cavabını soruşmaqdan utanıbçəkinirdi. B.Bayramov. utanmaqsızın (=utanmadan) zərf Utanmayaraq, xəcalət çəkmədən, həyasızcasına, təklifsizcəsinə, arsız-arsız. Utanmaqsızın (utanmadan) böhtan atmaq. utanmadan (=utanmaqsızın) zərf Utanmayaraq, xəcalət çəkmədən, həyasızcasına, təklifsizcəsinə, arsız-arsız. Utanmaqsızın (utanmadan) böhtan atmaq. utanmaz sif. və is. Heç şeydən utanmayan, həya etməyən, həyasız, arsız, abırsız. Utanmaz hərəkət. Utanmaz adam. Utanmazın biridir. – Qorx qorxmazdan, utan utanmazdan. (Ata. sözü). Utanmaz-utanmaz bax. utanmazcasına. Utanmaz-utanmaz irişmək. Utanmaz-utanmaz böhtan atmaq. – [Minirə:] Odur ey, bilmirəm, utanmaz-utanmaz niyə durub bura gəlib. M.Süleymanov. utanmazcasına zərf Həyasızcasına, abırsızcasına, sırtıqcasına, həyasız-həyasız. Utanmazcasına yalan danışmaq. Utanmazcasına cavab qaytarmaq. utanmazliq is. Həyasızlıq, abırsızlıq, arsızlıq; utanmaz hərəkət (söz). util [lat. utilis] İşlətmək üçün yaramayan, lakin xammal kimi istifadə oluna bilən şeylər, faydalı tullantılar (metal qırıntıları, əsgi-üsgü, kağız və s.). [Yunis Səlimova:] Nədir o bir yığın doğrantı tökübsünüz, həyətinizdən keçmək olmur. Aldığınız vərəqlərin yarısını utilə qaytarırsınız? Mir Cəlal. [Mehdizadə:] İş-güclərini atıb util yığmaqla məşğuldurlar. Y.Əzimzadə. uti (=utilər) is. tar. Alban tayfalarından biri; müasir udinlərin sələfləri. utilər (=uti) is. tar. Alban tayfalarından biri; müasir udinlərin sələfləri. utilitar sif. [lat. utilitas-dan] Ancaq praktik istifadəni, xeyir, fayda götürmək məqsədini güdən; praktik, tətbiqi. utilitarizm [lat.]\n1. Etikada: eqoizmə, fərdiyyətçiliyə əsaslanan burjua cərəyanı (bu cərəyan tərəfdarları iddia edirlər ki, insanın bütün əməlləri ancaq hər şeydən fayda, xeyir götürmək prinsipinə əsaslanır).\n2. Hər şeyə xeyir, fayda götürmək baxımından yanaşma; utilitarlıq. utilitarlıq bax. utilitarizm 2-ci mənada. utilizasiya [lat. utilis-dən] İstifadə etmə (edilmə), səmərəli istifadə. // Tullantıların, yarımfabrikatların, yanacaq materiallarının və s.-nin xammal kimi istifadə edilməsi. utilyığan is. Util yığmaqla məşğul olan işçi. utopik sif. [yun.]\n1. fəls. Utopiya (1-ci mənada) üzərində qurulmuş; qeyri-elmi, xəyali. Utopik sosializm.\n2. Həyata keçə bilməyən, qeyri-real, xam xəyaldan başqa bir şey olmayan; xəyali. Lakin Elxanın zəif cəhətləri də vardır. Onun gələcək cəmiyyət haqqındakı fikirləri xəyali və utopikdir. M.Arif. utopist [yun.] Utopizmə qapılmış adam: xəyalpərəst. utopiya [yun. utopos]\n1. Cəmiyyəti yenidən qurmaq, ideal cəmiyyət yaratmaq haqqında qeyri-elmi fəlsəfi görüş, nəzəriyyə.\n2. Həyata keçirilə bilməyən fantaziya, xam xəyal. uvertüra [fr. ouvertura] Operanın, baletin və s.-nin müqəddiməsi. “Koroğlu” operasının uvertürası. – Ümumiyyətlə, opera əsərləri simfonik orkestr tərəfindən hələ pərdə açılmazdan əvvəl ifa edilən uvertüra, ya da introduksiya (müqəddimə) ilə başlanır. Ə.Bədəlbəyli. uvologiya is. [lat.] Üzümün salxım və giləsinin struktur komponentləri haqqında elm. uyar (=uyarlı) sif. Uyğun, müvafiq, münasib, düzgələn, uyan, uyğun gələn. uyarlı (=uyar) sif. Uyğun, müvafiq, münasib, düzgələn, uyan, uyğun gələn. uyarlıq is. Uyma, uyğun gəlmə, düz gəlmə; uyğunluq, münasiblik. uyarsız sif. Uymayan, uyğun gəlməyən, düz gəlməyən, müvafiq olmayan, uyğunsuz. uyarsızlıq is. Uyğunsuzluq, uymama, düz gəlməmə, uyğun olmama. uydurma 1. “Uydurmaq”dan f.is.\n2. is. Həqiqətdə mövcud olmayıb birisi tərəfindən uydurulan əsilsiz şey; qondarma, yalan, əfsanə, saxta. [Qoca Baxşı:] Çünki oradakı həyat ona yabançı və xəyali bir uydurma kimi görünəcəkdir. C.Cabbarlı. Oxucu elə güman edər ki, bəlkə belə bir kənd olmayıb, uydurmadır və ya nədir. S.Rəhimov. uydurmaçı is. Olmamış, ya olmayan bir şeyi özündən uyduran, özündən quraşdıran adam; yalançı, qondarmaçı, iftiraçı, böhtançı. Uydurmaçının biridir. Mən belə uydurmaçıya rast gəlməmişəm. uydurmaçılıq is. Olmamış, ya olmayan bir şeyi özündən uydurma, özündən düzəltmə, qondarma; qondarmaçılıq, yalançılıq, saxtaçılıq. uydurmaq f.\n1. Olmamış, ya olmayan bir şeyi öz xəyalında yaratmaq, özündən düzəltmək, özündən quraşdırmaq; qondarmaq. [Kazım] hər halda bir bəhanə uydurmağı qərara aldı. M.İbrahimov. // məc. Yuxulatmaq, gözünü bağlamaq, iğfal etmək. [Gülüş Sevilə:] Balaş səni anlamır, o səni həyatdan gizlədir, uydurur, o səni öz istədiyi kimi yağışdan çıxarıb yağmura salacaqdır. C.Cabbarlı.\n2. Uyğunlaşdırmaq, uyuşdurmaq, uyğun hala gətirmək, uyğun etmək. Qoysanız öz oğlumu mən salım öz halimə; Sənətimi öyrədib uydurum öz halimə?! M.Ə.Sabir. Oxşadır səsini bir komandana; Ayaqlar özünü uydurur ona. S.Vurğun. uydurucu bax. uydurmaçı. uydurulma “Uydurulmaq”dan f.is. uydurulmaq məch.\n1. Özündən düzəldilmək, özündən quraşdırılmaq, özündən qondarılmaq. Siz bəlkə bunu uydurulmuş (f.sif.), xəyali bir əfsanə zənn edərsiniz. S.Hüseyn. Bəlkə Tahirin ali təhsil almadığına dair deyilən sözlər nə məqsədlə isə uydurulmuş (f.sif.) sadəcə bir bəhanə idi? M.Hüseyn.\n2. Uyğunlaşdırılmaq, uyuşdurulmaq, uydurulmaq, uyğun şəklə salınmaq. Əcdadın mənəviyyatına uydurulmuş (f.sif.) bir ölçü bizə də tövsiyə olunur. Çəmənzəminli. uyezd [rus.] bax. qəza2. [İsmayıl bəy:] Necə də qudurğan olmasınlar ki, tamam uyezd onların əlindədir. N.Vəzirov. Nəinki Naməlsəm məhəlləsində, bəlkə bütün kənddə, uyezddə dəxi bundan dövlətli, zəngin adam tapılmazdı. N.Nərimanov. uyğun sif.\n1. Uyar, müvafiq; düz gələn, müvafiq olan, lazımi şəkildə olan, bir şey üçün yararlı olan. Qətibə bu əlaqənin başlanmasını öz məqsədinə uyğun bilirdi. M.S.Ordubadi. Dükandan çoxdan bəri arzusunda bulunduğum bir kiçik və uyğun dəstək alıb parasını verdim. T.Ş.Simurq. [Oğlan] güləgülə və oranın yerli şivəsinə uyğun, xalis və təmiz bir Azərbaycan dilində mənə cavab verdi. M.Rzaquluzadə. // Münasib, layiq, yaraşan; tələbə, şərtə cavab verən. Uyğun bir vəzifə. Qabiliyyətinə uyğun bir iş. – [Jasmen:] Saray artisti demək pək uyğun. H.Cavid. // Bir-birinə uyan, həmahəng olan. Uyğun səslər uçuşur sol, sağında; Şən bülbüllər, dadlı dillər bizimdir. A.Şaiq. • Uyğun gəlmək – düz gəlmək, uymaq, uyğun olmaq, müvafiq olmaq. [Badsəba:] Zatən təbiətimiz [Muradla] bir-birinə uyğun gəldi. Çəmənzəminli. İskəndər, yaşına uyğun gəlməyən bir çevikliklə ayağa qalxıb eşiyə çıxdı. M.Hüseyn.\n2. Əlverişli, münasib. Mallar uyğun bir qiymətə satılır. uyğunlaşdırılma “Uyğunlaşdırılmaq”dan f.is. uyğunlaşdırılmaq “Uyğunlaşdırmaq”dan məch. uyğunlaşdırma “Uyğunlaşdırmaq”dan f.is. uyğunlaşdırmaq f. Uyuşdurmaq, uyğun hala gətirmək, müvafiqləşdirmək, yaraşdırmaq. Sinir sistemi bədən üzvlərinin işini tənzim edir, uyğunlaşdırır və əlaqələndirir. – Səfdərəli bildiyi saysız-hesabsız məzhəkələrin ən yaxşılarından üçünü seçib musiqiyə uyğunlaşdırmışdı. İ.Əfəndiyev. uyğunlaşma “Uyğunlaşmaq”dan f.is. uyğunlaşmaq f. Uyğun hala gəlmək; uyma “Uymaq”dan f.is. uymaq f.\n1. bax. qapılmaq2. Qərinələrlə bir şeyə uyuşmaq, vərdiş etmək, öyrəşmək. Yeni mühitə uyğunlaşmaq. Dağ iqliminə uyğunlaşmaq. Yeni həyat şəraitinə uyğunlaşmaq. – [Surxay:] Qazmaçılar şəraitə uyğunlaşmayıblar. M.Süleymanov. // İç üzünü gizlədərək yeni şəraitdə hərəkət etməyi bacarmaq. uyğunluq is. Uyğun olma, uyğun gəlmə; müvafiqlik, münasiblik, bir-birilə düz gəlmə; həmahənglik. Fikirlər arasında uyğunluq. – Camenin quruluşu, cizgilərin incəliyi, boyaların uyğunluğu Midhət əfəndini məşğul etməyə başladı. Çəmənzəminli. uyğunsuz sif.\n1. Uyğun olmayan, uymayan, düz gəlməyən, müvafiq gəlməyən. Uyğunsuz yer. Uyğunsuz vəziyyət.\n2. Münasib olmayan, layiq olmayan, yaraşmayan, namünasib, uyuşmaz. Uyğunsuz hərəkət. Uyğunsuz söz. uyğunsuzluq is. Aralarında uyğunluq olmama, bir-birilə düz gəlməmə (tutmama). Xasiyyətlərdə uyğunsuzluq. – Ana isə dar şalvarı bəyənmir, çəkmə ilə onun tənasübündə nə isə bir uyğunsuzluq görürdü. M.Hüseyn. Qüruru və şax gəzişi ilə paltosunu çiynində əyri tutması .. gülməli bir uyğunsuzluq təşkil etdiyini Həmzə özü bilmir, bir ara heç kəsə baxmırdı. Ə.Əbülhəsən. // Uyuşmazlıq, ahəngsizlik. Atası ilə anası arasında olan küskünlük, ailə həyatında olan uyğunsuzluq onda acı təsirlər oyadırdı. A.Şaiq. // Uzlaşmazlıq, uzlaşmama. uyğur (=uyğurlar) Orta Asiyada və Qərbi Çinin bəzi rayonlarında yaşayan türkdilli xalq. Uyğur dili. Uyğur ədəbiyyatı. uyğurlar (=uyğur) Orta Asiyada və Qərbi Çinin bəzi rayonlarında yaşayan türkdilli xalq. Uyğur dili. Uyğur ədəbiyyatı. uyğurca sif. və zərf Uyğur dilində. Uyğurca-rusca lüğət. Uyğurca danışmaq. uyqu is. Yuxu. Kəndlilər çox yorulub, uyqudan indi oyanır. A.Səhhət. Müəllim oyaqlıqla uyqu arasında idi. S.Hüseyn. uyqulu sif. Yuxulu. Dideyi-bəxtim oyanmaz, nə ağır uyquludur. Füzuli. uyqusuz is. Yuxusuz. [İsmət:] Keçən gecə bir xeyli fikrə daldım; Düşündüm, düşündüm, uyqusuz (z.) qaldım. H.Cavid. Bəziniz uyqulu, bəziniz uyqusuz; Sizdə var qoxusu hər yerin, küləklər! M.Müşfiq. uyqusuzluq is. Yuxusuzluq. məst olub cəhalətə uyduq! Hansı günümüzü xoş keçirdik? C.Məmmədquluzadə. Meydanda durun mərd kimi; Uymayın ötəri şöhrətə, ada. B.Vahabzadə. // İnanaraq tabe olmaq, razı olmaq, güzəştə getmək; dilə aldanmaq; təsir altına düşmək. Yalana uymaq. – Əzizim, içmə, dostum! Hər sudan içmə, dostum! Uyma əğyar sözünə! Dostundan keçmə, dostum! (Bayatı). [Ziba xanım:] Sənin gözün örtülüb, uyubsan bu çənginin məkrinə, felinə, təmiz adını itiribsən. M.F.Axundzadə.\n2. Bənd olmaq, vurulmaq, sevmək. Uyubsan zalım xoryada; Dostdan kənar gəzən gözəl! Aşıq Ələsgər. [Tutubəyim Ağabəyimə:] [Atan] bir müddət Hacı Kərimin qızına uydu, indi də Gəncədən təzə gətirdiyi bacıma uyub. Çəmənzəminli.\n3. Uyğun gəlmək, uyğun olmaq, münasib olmaq, düz gəlmək, yaraşmaq. Vay, vay! Deyəsən, bəşər deyil bu! Bir şəklə uyan təhər deyil bu! M.Ə.Sabir. Bu iki adamın təbiəti bir-birinə əsla uymayırdı. A.Şaiq. uyuma “Uyumaq”dan f.is. uyumaq f.\n1. Yuxulamaq. Nəhayət, uyuyan (f.sif.) uşaq tərpənib gözlərini açdı. T.Ş.Simurq. // Məc. mənada. Rahat uyu, qəhrəman əsgər! – Uyuyur məncə məzarında sənin; Ağlayan qanlı bir əsrin dərdi. S.Rüstəm.\n2. məc. Həyat əsəri göstərməmək, tam sükut içində olmaq, sükuta dalmaq, fəaliyyətsiz, hərəkətsiz halda olmaq. Qapı təkrar döyüldü, səs sükut içində uyuyan (f.sif.) dalana düşüb, əks-sədalar doğurdu. Çəmənzəminli. Yer uyuyur, göy dincəlir; Ətrafa duman çökür. H.Hüseynzadə. uyumuş sif. Yuxulamış, yatmış. Uyumuş uşaq. // Məc. mənada. [Rüstəm bəyin] çoxdan bəri uyumuş milli hissi qələyana gəldi. Çəmənzəminli. Duyduğu ətir iyi damarlarında uyumuş sevgi hisslərini oyandırırdı. M.S.Ordubadi. // məc. Qəflətdə olmaq, yuxuda olmaq, dünyadan xəbərsiz olmaq. uyuşdurma “Uyuşdurmaq”dan f.is. uyuşdurmaq f. Bir-birinə uydurmaq, uyğunlaşdırmaq, uyğun etmək, yaraşdırmaq. uyuşma “Uyuşmaq”dan f.is. uyuşmaq f.\n1. Keyləşmək, keyimək, hissizləşmək, duyma qabiliyyətini itirmək. Soyuqdan əlləri uyuşdu. – Göyərçin uyuşan (f.sif.) əllərini bərk sıxaraq: – Baxaq... görək, – dedi. S.Rəhimov. Alnını soyuq tər basdı. Bədəni uyuşub açıldı. Ə.Vəliyev.\n2. Uyğunlaşmaq, uyğun gəlmək; alışmaq. // Müvafiq olmaq, uymaq, tutmaq, uyğun gəlmək. Sanki [Firidun] bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin əbədi ahəngini yaratmışdı. M.İbrahimov. Lakin bu kostyum [Mehdizadənin] ayaqlarındakı yumşaq məslərlə heç də uyuşmurdu. Y.Əzimzadə. // Yetişmək, qovuşmaq, ulaşmaq. [Solmaz:] İndi mən yalnız göyləri, işıqları, ulu Hörmüzün ülviyyətini və ona uyuşmağı düşünürəm. C.Cabbarlı. uyuşmaz sif. Bir-biri ilə uyuşmayan, düz gəlməyən, uyğun olmayan, bir-birinə uymayan, bir-birinə zidd olan; bir yerdə ola bilməyən; barışmaz. Uyuşmaz ziddiyyətlər. Uyuşmaz xasiyyətlər. uyuşmazlıq is. Uyuşmama, bir-birinə uyğun gəlməmə, uymama, bir-birinə zidd olma; barışmazlıq. uyuşuq sif. Keyikmiş, keyləşmiş, duyma qabiliyyətini itirmiş; uyuşmuş. uyuşuqluq is. Uyuşmuş şeyin halı; uyuşma, keyikmə, keyimə. [Cuma] qıçlarında və qollarında bir uyuşuqluq, boynunda, həm də çiyinlərində ağrı, köksündə nə isə bir tənglik hiss edirdi. Ə.Əbülhəsən. uyutma “Uyutmaq”dan f.is. uyutmaq f. Yatırtmaq, yuxulatmaq. Sizin ürəyinizdə böyük sirlər yatdığı kimi, bu kiçik sirri də orada uyuda bilərsiniz! M.S.Ordubadi. Minarədən bütün varlığı uyudacaq bir layla kimi azançının həzin, bihuşedici səsi eşidilirdi. M.İbrahimov. uy-uy təql. Ağrı, qorxu, ürkmə və s. hissləri ifadə edir. [Şeyx Nəsrullah] .. birdən “uyuy” eləyib, sol əlini qoyur böyrünə. C.Məmmədquluzadə. uzadılma “Uzadılmaq”dan f.is. uzadılmaq “Uzatmaq”dan məch. İp uzadıldı. Yol bir kilometr uzadıldı. Yerə uzadılmaq. Məsələ çox uzadıldı. uzağı bax. uzaqbaşı. [Zeynal:] ..Allahqulu gör nə deyir? Deyir, uzağı sabah Veys anasını Sona üçün elçi göndərər. Ə.Əbülhəsən. uzaq sif. və zərf\n1. Məsafə etibarilə yaxın olmayan, çox aralı olan (yaxın ziddi). Uzaq yerlər. Uzaq məsafə. – Köhnə Azərbaycanın uzaq bir bucağında; Qoca Həsən dayının alçaq koması vardı. R.Rza. Ehtiyat xala dəmir yolundan xeyli uzaq səfalı yaylaq şəhərində yaşayırdı. Mir Cəlal. // Çox uzun. Mən necə oturum evdə, siz deyin; Axı uzaq yollar çağırır məni. N.Xəzri. // Uzaqdan görünən, uzaqda olan. Eldar dərindən köksünü ötürdü və sazı sinəsinə basıb, gözlərini uzaq bir nöqtəyə zilləyib çaldı. M.Rzaquluzadə. Uzaq üfüqdə dağlar qaralır, göydə tez-tez ulduz uçurdu. İ.Əfəndiyev. // Uzaqdan gələn, uzaqdan eşidilən. Uzaq top səsi. Uzaq uğultu səsi. Uzaq urra səsləri. – Səslənib evdə uğursuz bir zəng; Sardı ətrafı uzaq bir ahəng. M.Müşfiq.\n2. Zaman, vaxt etibarilə yaxın olmayan, indiki vaxtdan çox-çox əvvəl olan, vaxtilə, çox keçmiş zamanda olmuş, keçmişə aid olan. Vaxtilə uzaq və amansız bir zəlzələ böyük və gözəl bir şəhəri yerlə yeksan edərkən anası da onu uçulan divarlar arasında doğmuşdu. Ə.Məmmədxanlı. // Uzaq gələcəkdə baş verəcək, olacaq, həyata keçəcək. Uzaq perspektivlər. Uzaq arzular. Uzaq xəyallar. Uzaq tədbirlər. Uzaq ümidlər. Uzaq planlar.\n3. məc. Bir şey haqqında düşünməməyi, bir şey etmək niyyətində, qəsdində, ya arzusunda olmamağı bildirir. Bütün sevənlər kimi [Həsən də] Dilarada bir nöqsan tapmaqdan uzaq idi. M.İbrahimov. Qız savadsızlığına, hadisənin əslini əsaslı surətdə başa düşməkdən çox uzaq olduğuna baxmayaraq, vəziyyətin fövqəladəliyini dərk edirdi. Ə.Əbülhəsən.\n4. məc. Yad, yabançı, özgə; yaxın olmayan. Uzaqdır sevimli gözlərin mənə. M.Müşfiq. Yenə gün calanır; Ötən günlərə; Mən sənə yaxınam; Sən mənə uzaq. N.Xəzri.\n5. Uzaqda şəklində zərf – uzaq yerdə, uzaqlarda, uzaq məsafədə. Bir də nə gördüm?! Uzaqda iki göz məşəl kimi yanırdı. Baxdım, pələngdi. A.Şaiq. Sonra Kəpəz qızardı uzaqda yavaş-yavaş; Yandı bir yaqut kimi hər qaya, hər çaqıl daş. Z.Xəlil.\n6. Uzaqdan şəklində zərf – 1) uzaq məsafədən, uzaq yerdən, uzaqlardan. Uzaqdan təkbir güllə səsi gəlir. C.Məmmədquluzadə. Uzaqdan göründü bir bölük atlı; Atları quşlardan iti qanadlı. S.Vurğun; 2) yandan, kənardan. Tülkü... yavuğa düşməyib uzaqdan keçdi. Q.Zakir.\n7. Cəm şəklində: uzaqlar – 1) uzaq yerlər, uzaq məsafələr. Eyvana açılan qapıdan gur işıqlar qaranlığı parçalayıb uzaqlara yayıldı. M.İbrahimov. Cavad durbini gözünə qoyub uzaqlara baxdı. Ə.Vəliyev; 2) uzaq məmləkətlər, uzaq ölkələr, uzaq yerlər. İndi Bakı neft sənayesi şöhrəti uzaqlara yayılmış güclü mütəxəssislərə malikdir. İ.Əfəndiyev. ‣ Uzağa buraxmaq – təxirə salmaq, daha sonraya qoymaq, daha gec bir vaxta buraxmaq, keçirmək. Doğrudan da Əhməd məsələni uzağa buraxmayıb, o saat Nabat xanımın yanına elçi göndərdi. B.Talıblı. Uzağa getmək – həyatda müvəffəq olmaq, irəli getmək, irəliləmək, artmaq, böyümək, tərəqqi etmək. ...uzağa getmək lazım deyil – əldə olan, hazırda olan, göz qabağında olan bir şey haqqında danışarkən deyilir. Nümunə üçün uzağa getmək lazım deyil. Uzağı görmək – gələcəyi, gələcəkdə ola biləcək şeyləri, hadisələri qabaqcadan bilmək, düşünmək. Uzaq (uzağa) getmək məc. – həddi aşmaq, danışığında, hərəkətində ifrata varmaq. Uzaq durmaq (gəzmək) – yaxınlaşmamaq, yaxınlıq etməmək, yaxın durmamaq, əlaqə saxlamamaq. [Balaş:] Gülüşcan, .. bir ildir səni görməmişəm. Nə üçün məndən uzaq gəzirsən? C.Cabbarlı. Uzaq düşmək – bir-birindən çox aralı düşmək, uzaqda qalmaq, uzaqda olmaq. [Qərib:] Uzaq düşdüm mən yarımdan; İzin ver, paşa, mən gedim. “Aşıq Qərib”. [Yaralı zabit Xavərə:] Çünki yalnız mənimlə uğraşaraq; Aqibət düşdün Arifindən uzaq. H.Cavid. Uzaq keçmiş – qədim və yaxud bundan çox-çox əvvəlki dövr, zaman. Uzaq keçmişin qalıqları. Uzaq keçmişin xatirələri. Uzaq keçmişə aid mədəniyyət abidələri. Uzaq keçmişimizin tarixinə aid materiallar. Uzaq qaçmaq – yaxınlaşmamaq, yaxınlıq göstərməmək, özünü uzaq tutmaq, uzaq gəzmək, özünü yad kimi aparmaq. [Mozalanbəy:] Eybi yoxdur, Hacıdan uzaq qaçarıq, ancaq bir hamama girək. Ə.Haqverdiyev. Məmməd Həsənoviç nə qədər xatalı işlərdən uzaq qaçdı, o qədər xata ondan əl çəkmədi. M.İbrahimov. Uzaq qohum – kökü bir əcdada gedib çıxan, lakin sonradan getdikcə nəslən uzaqlaşan qohum. Əzizim, bu yaxşıdır; İçməyə su yaxşıdır; Karsız, uzaq qohumdan; Yaxın qonşu yaxşıdır. (Bayatı). [Yaşlı kişi:] Ehtimal, uzaq qohumlarımızdan biridir ki, anamı da tanıyır. S.Hüseyn. Uzaq olmaq – 1) uzaqlaşmaq, yaxın durmamaq. Pis işlərdən uzaq olmaq. – Məskənim Qazax oldu; Ürəyim duzax oldu; Mən yara yaxın getdim; Yar məndən uzaq oldu. (Bayatı); 2) əmr şəklində: uzaq ol(un) – rədd ol(un), uzaqlaş(ın), yaxın durma(yın). Zeynal üçüncü kərə ona faytona oturmağı təklif etdikdə Mehriban əsəbiləşdi: – Məndən uzaq olunuz, – deyib onu rədd etdi. S.Hüseyn. Uzaq olsun – arzu edilməyən, istənilməyən, zərərli, xətərli bir şey, hadisə haqqında. Bəlalar başından uzaq olsun! Xəstəlik canımızdan uzaq olsun! Uzaq salmaq – uzaqlaşdırmaq. Bu hərəkatda iştirak etməmək .. bizi hər bir cəhətcə mədəniyyətdən uzaq sala bilər. Ü.Hacıbəyov. Ömrün hər ilinə; Bir ümman dedim; Niyə uzaq saldı bu illər bizi?! N.Xəzri. Uzaqdan baxmaq – seyrçi kimi tamaşa etmək, seyrçi qalmaq, qarışmamaq. uzaqbaşı zərf Zaman etibarilə ən uzağı, ən geci. Uzaqbaşı sabah gələcəyəm. Uzaqbaşı bir həftə çəkər. – Adətən [Xanlar] saat beşdə, ya uzaqbaşı saat altıda evlərinə dönərdi. S.Rəhimov. uzaqdan-uzağa zərf\n1. Uzaq məsafədən, uzaqdan, yaxında olmadığı halda. Uzaqdan-uzağa tamaşa etmək. – Tapdıq uzaqdanuzağa dənizə baxmışdı. Ə.Əbülhəsən.\n2. məc. Uzaqdan, bilavasitə təmasda olmadan, kənardan; bilmədiyi, tanımadığı halda. Uzaqdan-uzağa hökm vermək olmaz. Uzaqdan-uzağa fikir söyləmək çətindir. – Tikinti kontorunun müdiri Ağarza Rəşid ilə uzaqdan-uzağa tanış idi. Mir Cəlal. Həyatda isə [Odunçuoğlu] uzaqdan-uzağa sevdiyi qıza bəzən aylarla rast gələ bilmir, onu gün işığında gördüyünü xatırlamırdı. Ə.Məmmədxanlı. [Camal:] Uzaqdan-uzağa adam haqqında bu qədər şey bilmək olar? M.Süleymanov. uzaqgörən sif. Bir şeyin aqibətini, gələcək nəticəsini qabaqcadan görməyi bacaran, bəsirətli. Yox, yox, orda uzaqgörən oyaqlar da var; Haqq, ədalət, sülh söyləyən dodaqlar da var. S.Rüstəm. [Komandir] uzaqgörən idi. Hər bir məsələni yüz ölçər, bir biçərdi. Ə.Vəliyev. // Ehtiyatkar, tədbirli. Uzaqgörən adamlar get-gedə dəyərini qaib edən kağız pullarını qızıla və brilyanta verirdilər. Çəmənzəminli. uzaqgörənlik is. Bir şeyin aqibətini, gələcək nəticəsini qabaqcadan görmək qabiliyyəti; bəsirət. Kərəmzadə siyasi uzaqgörənliyini isbata çalışdı. B.Bayramov. Şiraslan müsibətli adam kimi, uzaqgörənliyini yada saldı. M.Süleymanov. // Ehtiyatkarlıq, tədbirlilik. uzaqgörücü bax. uzaqgörən. Mən elə bilirəm ki, iki hökmdarı öldürməyi bacaran bir zat uzaqgörücü siyasi düşüncəli bir zat olmalıdır. M.S.Ordubadi. Onların arasında məsələni dərindən və çox düzgün başa düşən uzaqgörücü adamlar olmuşdur. M.İbrahimov. uzaqgörücülük bax. uzaqgörənlik. uzaqlaşdırılma “Uzaqlaşdırılmaq”dan f.is. uzaqlaşdırılmaq “Uzaqlaşdırmaq”dan məch. Müstəntiq də daxil olduğu halda, kənardan gələn adamlar xəstənin yanından uzaqlaşdırıldılar. S.Hüseyn. uzaqlaşdırma “Uzaqlaşdırmaq”dan f.is. uzaqlaşdırmaq f.\n1. Bir qədər uzaq etmək, uzağa çəkmək, kənara çəkmək. Stolu özündən uzaqlaşdırmaq. Hədəfi on metr uzaqlaşdırmaq. // Getməyə, bir yeri tərk etməyə məcbur etmək. Qəhrəman balaca Sabiri arıxanadan uzaqlaşdırırdı. S.Rəhimov. [Ataş:] Yaxşısı budur Qönçəylə Mürsəli buradan müvəqqəti uzaqlaşdırım. Ə.Vəliyev.\n2. Bir şeyin vaxtını gecikdirmək, daha uzaq bir vaxta keçirmək. Gözlənilməz hadisə məsələnin həllini uzaqlaşdırdı.\n3. Əlaqələri kəsmək, yadlaşdırmaq. [Rüstəm bəy:] Nə edəcəyimi indidən deyə bilmərəm, ancaq onu bilirəm ki, hər nə olsa da, var qüvvəmlə rəqibimi məhbubəmdən uzaqlaşdırardım. Çəmənzəminli. Onu başımdan çıxarmaq, özümdən uzaqlaşdırmaq istəyirdim. S.Hüseyn. // Uzaqlaşmasına, əlaqəni kəsməsinə, yadlaşmasına səbəb olmaq. Onun bu münasibəti məni ondan uzaqlaşdırdı.\n4. Qovmaq, rədd etmək, yaxın qoymamaq. Rəhim bəy, bir bəri gəl! Allahı sevirsən... al bu on manatı da qəndə, çaya ver, bu donuzu mənim qapımdan uzaqlaşdır. Ə.Haqverdiyev. // Eyni mənada bəzən “başından”, “özündən” və s. sözlərlə. Murad gözlərini açdı. Ayağa qalxdı, damağına hücum edən qara fikirləri özündən uzaqlaşdırmaq istədi. S.Hüseyn. Vaqonlar [Rübabəni] götürüb, sanki Gəldiyevin şərindən uzaqlaşdırmaq üçün yeyinlədi. Mir Cəlal. uzaqlaşma “Uzaqlaşmaq”dan f.is. uzaqlaşmaq f.\n1. Daha uzağa, uzaq məsafəyə getmək, çox aralanmaq, getdikcə uzaq olmaq. Qəsəbədən uzaqlaşmaq. Çaydan uzaqlaşmaq. – Şəhərdən bir qədər uzaqlaşmışdıq, gördük ki, yolun kənarında bir neçə adam oturub. C.Məmmədquluzadə. [Valeh] ağacını çobansayağı boynunun ardına qoyub, fıştırıq çala-çala uzaqlaşdı. Ə.Abasov. // Aralanıb getmək. Ceyran məndən uzaqlaşıb getdi. S.Hüseyn. Qaratel ilə Məmməd xudahafizləşib .. uzaqlaşmışdılar. Ə.Əbülhəsən. // Başlanmış bir şeyi buraxıb başqasına keçmək, əsil məqsəddən kənara çıxmaq. Mətləbdən uzaqlaşmaq. Əsil məqsəddən uzaqlaşmaq. Əsas mövzudan uzaqlaşmaq. // Yan qaçmaq, kənar qaçmaq, yaxınlaşmamaq, uzaq gəzmək, daha görüşməmək, əlaqə saxlamamaq, getdikcə yadlaşmaq. Yoldaşlarından uzaqlaşmaq. Nə üçün hamıdan belə uzaqlaşmısan? O, yavaş-yavaş ev-eşiyindən uzaqlaşdı. – Mənim ondan ani bir surətdə və hətta bir səbəb olmadan uzaqlaşmağım bizim gələcək səadətimizi də qorxu altına ala bilər. M.S.Ordubadi. Burda durulmaz, çəkilib qaçmalı; Qaçmalı, vəhşətdən uzaqlaşmalı. H.Cavid. // Durduğu və ya durmalı olduğu yeri tərk etmək, ondan aralanmaq, aralı düşmək. Belə qorxulu vaxtda postdan uzaqlaşmaq olarmı? H.Nəzərli.\n2. Getdikcə uzaqdan eşidilmək və ya görünmək. Gurultu səsi getdikcə uzaqlaşır. Gəminin işıqları get-gedə bizdən uzaqlaşırdı. – Seyrək-seyrək atılan güllələr uzaqlaşaraq qeyb oldu. Ə.Vəliyev. Səslər uzaqlaşanda, o, qanadı sınmış kimi, başı aşağı, yuvasına qayıdardı. Mir Cəlal.\n3. Zaman etibarilə uzağa getmək, üstündən çox vaxt (aylar, illər, əsrlər) keçmək. Daşlarda, qayalarda izi qaldı; Uzaqlaşan (f.is.) hər əsrin. O.Sarıvəlli.\n4. məc. Məşğul olduğu bir işi getdikcə tərk etməyə başlamaq, atmaq, onunla daha məşğul olmamaq. Bu kimi söhbət və mülahizələrə baxmayaraq, Qəhrəman kitabdan, yazı-pozudan uzaqlaşır, özünü çöl işinə verirdi. S.Rəhimov. uzaqlıq is.\n1. Məsafəcə uzunluq, məsafəcə yaxın olmama; uzaq olma, iraqlıq. Yolun uzaqlığı. Səfərin uzaqlığı. Ulduzların uzaqlığı. Məsafənin uzaqlığı. // İki müəyyən nöqtə arasındakı məsafə. Mərmi uçuşunun uzaqlığı. Atış uzaqlığı. // Uzaqda olan, uzaqlarda görünən şey, ya şeylər. Planetlər, uçulub dağılan o dəhşətli uzaqlıqlar daima mənə qədim bir əfsanə kimi gözəl və irişilməz görünürdü. Ə.Məmmədxanlı.\n2. Zamanca, dövr etibarilə yaxın olmama, uzaq olma, aradan çox zaman keçmə. Hadisələrin uzaqlığı. uzaqlıqölçən is. Müşahidəçidən uzaq cismə (şeyə) qədər olan məsafəni bilavasitə ölçmədən müəyyən etmək üçün xüsusi cihaz. Optik uzaqlıqölçən. // Sif. mənasında. Uzaqlıqölçən cihaz. uzaq-uzaq sif. Çox uzaq. Uzaq-uzaq dağ başında; Tala-tala qar görünür. “Koroğlu”. Uzaq-uzaq ölkələrdən; Uçub gəlir qaranquşlar. B.Vahabzadə. uzaqvuran sif. Uzaq məsafələrə vuran; gülləsi, mərmisi uzaqlara çatan. Uzaqvuran artilleriya. – Gecə-gündüz qulaq asır uzaqvuran top səsinə. S.Vurğun. Uzaqvuran topların nəriltisi sahildə əks-səda verdi. M.Hüseyn. uzandırılma “Uzandırılmaq”dan f.is. uzandırılmaq “Uzandırmaq”dan məch. uzandırma “Uzandırmaq”dan f.is. uzandırmaq icb. Uzanmış hala gətirmək; uzanmağa məcbur etmək. Xəstəni uzandırmaq. uzanıb-getmək bax. uzanmaq 3-cü mənada. Düşərgənin [ətrafında] yamyaşıl pambıq sahələri uzanıb gedir. M.İbrahimov. uzanıqlı zərf Uzanmış halda, uzanmış vəziyyətdə. Badam xala başını aşağı salıb əl vermədi, dinmədi, İnsafın əli uzanıqlı qaldı. Mir Cəlal. uzanışma “Uzanışmaq”dan f.is. uzanışmaq qarş. Uzanmaq (çoxları haqqında). Hamı uzanışıb yatdı. uzanma “Uzanmaq”dan f.is. uzanmaq f.\n1. Üfüqi və hərəkətsiz bir vəziyyət almaq, uzanmış vəziyyət almaq (yatmaq, dincəlmək və ya başqa məqsədlə). Divanda uzanmaq. Otun üstündə uzanmaq. Üzüqoylu uzanmaq. Böyrü üstə uzanmaq. – Nahardan sonra uzandım, amma yuxum gəlmədi. C.Məmmədquluzadə. Qaraca qız da kölgədə uzandı və bir azdan sonra şirin yuxuya getdi. S.S.Axundov. // Bütün bədəni ilə yerə yıxılmaq, sərilmək. Tirtap yerə uzandı.\n2. Əlini, başını, ya bütün bədənini bir şeyə və ya bir adama tərəf uzatmaq, özünü qabağa vermək. Uzanıb stolun üstündən kitabı götürdü. Uşaq oyuncağı görən kimi ona tərəf uzandı.\n3. Uzanıb-gedən sahə haqqında (çox vaxt “uzanıb-getmək” şəklində işlənir). Dərəni aşdım. Meşənin içərisində cənuba doğru uzanan (f.sif.) daşlı-qayalı bir dağ ətəyi ilə gedirdim. A.Şaiq. Arxa tərəfdən ucsuz-bucaqsız geniş düzənlik uzanıb-gedirdi. İ.Əfəndiyev. // Uzun məsafədə sıra ilə, yaxud yan-yana düzülmək.\n4. Boy atmaq, boya vermək, böyümək. Uşaq bir ildə çox uzanıb. // Uzunlaşmaq, çoxalmaq, artmaq; sallanmaq (saç, saqqal, dırnaq və s. haqqında). Müəllim [Tellinin] belindən aşağı uzanan (f.sif.) hörüklərinə diqqət etdi. S.Hüseyn. [Döyüşçünün] uzanmış (f.sif.) saqqalında qan laxtalanmışdı. Ə.Vəliyev. // Daha uzun olmaq, uzununa artmaq, daha uzun görünmək. Yollar boyunca hündür otların və ağacların kölgəsi uzanır, şərq üfüqlərindən enən xəfif qaranlıqla qovuşaraq qatılaşır. M.İbrahimov. Kölgələr uzanır, günəş çəkilib batmağa gedirdi. Mir Cəlal.\n5. Bir şeyə tərəf yönəlmək. Qabarlı əllər uzanır “Zimni”yə; Köhnə dünyanı birdəfəlik boğmaq üçün. R.Rza. Bizim birliyimiz kəsəcək ancaq; Düyməyə uzanan o barmaqları. B.Vahabzadə.\n6. Daha sürəkli, daha uzun olmaq, yaxud görünmək. Günlər getdikcə uzanır. – Ömrü olduqca sərgərdan dolandı; Hər saatı min il olub uzandı. A.Səhhət. Ömründən pay verir gecə gündüzə; Günlər uzandıqca uzanır il də. S.Vurğun. // Bir vaxta qədər, bir müddətədək davam etmək; çox çəkmək, davam etmək. Mübahisə bir neçə saat uzandı. Ziyafət gecə yarısına qədər uzandı. – Bu hal ilə əsrə qədər müharibə uzandı; Nəticədə fədailər şanlı zəfər qazandı. A.Səhhət. Məclis uzandı. Hamı sevinirdi, hamı gülürdü. S.Rəhman. // məc. Ləngimək, yubanmaq, təxirə düşmək. Məsələnin həlli çox uzandı. İşin icrası bir qədər uzandı.\n7. məc. İz buraxaraq uzaqlaşmaq, çəkilmək, getmək. Günəş qızıl saçlarını dərələrdən, meşələrdən yavaş-yavaş toplayaraq qərbə doğru uzanmağa başlamışdı. A.Şaiq. uzaşdırma “Uzaşdırmaq”dan f.is. uzaşdırmaq f. Uzaqlaşdırmaq. uzaşma “Uzaşmaq”dan f.is. uzaşmaq f. Uzaqlaşmaq. Yaxşıya yanaş; Yamandan uzaş. (Ata. sözü). Qırıldı, qaçdı, qoymayın; Gözdən uzaşdı, qoymayın. M.Ə.Sabir. Günəş uzaşır, kölgələr boy atır. R.Rza. uzatma “Uzatmaq”dan f.is. uzatmaq f.\n1. Daha uzun etmək; uzunluğunu, boyunu artırmaq. Paltarın ətəyini uzatmaq. İpi bir qədər uzatmaq.\n2. Bir şeyi irəliyə doğru hərəkət etdirmək, irəli vermək, bir şeyə, ya bir adama tərəf yaxınlaşdırmaq, yönəltmək. ..Yavıqda oturan qonaqlar da stəkanlarını uzadıb xanımın stəkanı ilə çaqqıldatdılar və içdilər. C.Məmmədquluzadə. Ballı xala qabı eşib, bir qızarmış iri kələmdolması tapıb, oğlu Qulunun ağzına uzatdı. Çəmənzəminli. // Əlini uzadaraq bir şeyi vermək, təqdim, ya təklif etmək. Bir papiros çıxarıb yoldaşına uzatdı. – Zabit .. ayaqlarını qoşalaşdırıb, məktubu mənə uzatdı... M.S.Ordubadi. Eldarın göyərçin hinini gördükdə mən yaralı göyərçini tordan çıxarıb ona uzatdım. M.Rzaquluzadə. Kənd poçtalyonu Ayaza bir dəstə qəzet uzatdı. Ə.Məmmədxanlı.\n3. Çıxmasına, uzanmasına mane olmamaq; vurdurmamaq, qırxdırmamaq, kəsdirməmək. Saqqalını (saçını) uzatmaq. Dırnaqlarını uzatmaq. – Arabir də papaq qoyub bığlarını uzadar; O bilir ki, bu dünyada Koroğlunun adı var. S.Vurğun. Gənc, gözəl bir oğlanın başının tükünü çiyninədək uzadardılar. H.Sarabski.\n4. Uzandırmaq, yatırtmaq. Bir az sonra dizinin üstündə huşa getdiyini gördükdə Zeynəb [Mayanı] ehmalca yerinə uzatdı. M.İbrahimov. Kərimin ayağına yağlı xəmir salıb yerə uzadardılar. H.Sarabski.\n5. Vaxtını, müddətini artırmaq, bir işin davam müddətini artırmaq. Qəbul saatlarını uzatmaq. Məşğələni yarım saat uzatdılar.\n6. Ləngitmək, təxirə salmaq, bir məsələnin, işin həllini, icrasını geriyə atmaq, gecikdirmək, daha gec vaxta keçirmək. [Nazlı:] Fərhad qardaşın stolu üstündə şəklini görmüşəm. Niyə uzadırsan, a-az? Niyə Fərhada getmirsən? Ə.Məmmədxanlı. // Lüzumundan artıq davam etdirmək, gecikdirmək. Oyunu uzatmaq. İşi uzatmaq. – [Şirin:] Ay Çingiz, sənin bir müsbət tərəfin varsa, o da iclası uzatmamağındır. Çəmənzəminli. Söylədi: – Məclisi gəlin uzadaq. H.K.Sanılı.\n7. Artırmaq, yaşatmaq, davam etdirmək. Təmiz hava insanın ömrünü uzadar. – Ömrü uzatdıqca dillənir varlıq; Bizə nələr deyir bu bəxtiyarlıq? S.Vurğun. Saf su ömür-gün uzadar; Bulanıq su verər azar. M.Dilbazi.\n8. Uzun danışmaq, uzunçuluq eləmək, danışarkən lazım olmayan təfərrüata yol vermək. Sözü uzatmaq. Mətləbi uzatmaq. – Dilmanc dəxi səbir eləmədi və qoymadı Yarməhəmməd sözü uzatsın. C.Məmmədquluzadə. Əmrah öz nəsihətlərini çox uzatmadı. M.Hüseyn. uzlaşdırılma “Uzlaşdırılmaq”dan f.is. uzlaşdırılmaq məch. Uyğunlaşdırılmaq, uyğun bir hala gətirilmək, müvafiqləşdirilmək, uyuşdurulmaq, həmahəng edilmək. uzlaşdırma “Uzlaşdırmaq”dan f.is. uzlaşdırmaq f.\n1. Uyğunlaşdırmaq, uyğun bir hala salmaq, müvafiqləşdirmək, uyuşdurmaq, həmahəng etmək.\n2. Bir şey, bir məsələ haqqında danışıb müəyyən fikrə gəlmək, bir şey haqqında razılığa gəlmək. Hərəkət planını uzlaşdırmaq. Məsələni yuxarı təşkilatla uzlaşdırmaq.\n3. qram. Sözü, asılı olduğu sözlə cins, kəmiyyət, hallanma, ya şəxsə görə uyğunlaşdırmaq (bax. uzlaşma 2-ci mənada). uzlaşma 1. “Uzlaşmaq”dan f.is.\n2. qram. Qrammatik əlaqənin elə formasıdır ki, burada qrammatik cəhətdən tabeedici ünsürlərin hər ikisi bir qrammatik kateqoriyada olur (uzlaşma dillərin çoxunda şəxs, kəmiyyət, cins kateqoriyalarında öz ifadəsini tapır). uzlaşmaq f.\n1. Uyğunlaşmaq, uyğun gəlmək, müvafiq olmaq, həmahəng olmaq, düz gəlmək. Yeni layihə əvvəlki ilə tamamilə uzlaşır. Onun sözü işi ilə uzlaşmır. // Sözləşmək, şərtləşmək, qərarlaşmaq, danışıb razılığını almaq. Əvvəlcə yoldaşlarla danışıb uzlaşmaq lazımdır.\n2. qram. Cümlədə asılı olduğu sözün durduğu kəmiyyətdə, halda və ya şəxsdə durmaq. Cümlədə xəbər mübtəda ilə uzlaşmalıdır. uzun sif.\n1. İki ucunun arası çox, çox olan (qısa ziddi). Uzun ağac. Uzun ip. Uzun tir. Uzun saç. – [Laçın] əlində uzun bir dəyənək beş-altı baş keçi və qoyunu otarmağa aparırdı. H.Nəzərli. Ortada uzun, lakin ensiz ayaqaltı xalça salınmışdı. M.İbrahimov. // Uzunluğu bir qədər (lüzumundan) artıq olan. Uzun palto. Uzun köynək. Paltarın qolu uzundur, gödəltmək lazımdır. – Gülşad göyzəmin krepsatindən yaxası düyməli, uzun don geymiş(di). Ə.Əbülhəsən. // Boyca hündür, ucaboylu. Uzun qamət. Uzun boy. – Uzun, motalpapaqlı bir çoban, Sarxanı heç saymayır, ağzına gələni deyirdi. M.Hüseyn.\n2. Uzunsürən, çoxsürən, uzun müddət davam edən. Uzun məruzə. Uzun tənəffüs. Uzun mübahisə. – Kəsilibdir, yoxdur səbrü qərarım; Bir saətim olub uzun illər, hey! M.V.Vidadi. Xülasə, uzun söhbətlər oldu, genə heç kəs bu sirdən agah ola bilmədi. Çəmənzəminli. // Zərf mənasında. Müəllimin getdiyi beş gündü. Bu günlər [Telliyə] çox uzun görünürdü. S.Hüseyn. ..Hər dəqiqəsi bir ömür qədər uzun görünən cəbhə vuruşmasından biryolluq qurtarmaq arzusu artırdı. H.Nəzərli. • Uzun sürmək (çəkmək) – uzun müddət davam etmək, çox davam etmək, çox çəkmək. [Xudayar bəylə Kərbəlayı Cəfərin] söhbəti çox uzun çəkdi. C.Məmmədquluzadə. Söhbət uzun sürmədi. Ə.Vəliyev. // Sürəkli, davamlı, arasıkəsilməyən. Təkərlərdən tükürpərdən uzun bir səs qopdu. M.Hüseyn. Telefon uzun bir zəng vurdu. B.Bayramov. // zərf Daim, arasıkəsilmədən, həmişə. Uzun danışmaq. – [Səfər:] Rəhmətliyin qızı, hələ uzun ağlayır. C.Cabbarlı.\n3. Lüzumundan artıq, təfsilatlı. Uzun söhbət açmaq. Uzun təfərrüat. – Vuruşarkən uzun (z.) danışmaq mənə çox baha oturdu. M.Hüseyn. Uzun (z.) danışmayın, deyirəm sizə; Dərinizi soymaq borc olsun bizə. S.Rüstəm.\n4. məc. Qurtarmayan, həlli çətin, tez başa gəlməyən; dolaşıq, yorucu. Uzun iş. Məsələ uzundur. Uzun həngamədir. – Bunların hamısı [evin təmirinə hazırlıq görülməsi] uzun işdi. C.Məmmədquluzadə. [Qaraş Mayaya:] Sağ ol ki, görən kimi ulduzun barışdı, axı, gəlin-qayınana işi uzun işdir. M.İbrahimov.\n5. Uzunu şəklində – 1) uzunluğu, uzununa ölçüsü, boyu. Xalçanın eni bir, uzunu iki metrdir. – Tövlənin iyirmi səkkiz arşın uzunu, yeddi arşın yarım enidir. Qantəmir; 2) ...boyunca, ...davamınca, ...uzunluğunda. Küçə uzunu bir-birinin ardınca maşınlar düzülüb. Zal uzunu xalçalar döşənib. – Hər iki divar uzunu ağ parusin örtüklü stullar düzülmüşdü. M.Hüseyn. • İl uzunu – bütün il, ilboyu, bütün il müddətində. İl uzunu çalışmaq. Tədqiqat il uzunu davam etdi. İl uzunu onu görməmişəm. – [Alı Səfi bəyə:] Bizi xam tovlamışdın, il uzunu işlədib, bir qəpik də vermirdin... Daha indi bəy-zad dəbdən düşdü! Çəmənzəminli. İllər uzunu – illərcə. Ey illər uzunu çiçəksiz, otsuz; İlanlar yatağı olan Mil düzü! M.Müşfiq. ‣ Uzun sözün qısası ara s. mənasında – xülasə, bir sözlə, müxtəsər (danışılanlara yekun vurma məqamında işlənir). [Hacı Əhməd Almaza:] Bacıqızı, uzun sözün qısası, biz səndən incimişik. C.Cabbarlı. uzun... – mürəkkəb sözlərin uzunluq bildirən birinci tərkib hissəsi; məs.: uzunayaqlı, uzunbığlı, uzunsürən. uzunayaq (=uzunayaqlı) sif. Ayaqları uzun olan. Uzunayaq durna. uzunayaqlı (=uzunayaq) sif. Ayaqları uzun olan. Uzunayaq durna. uzunbaldır (=uzunbaldırlı) sif. Baldırları uzun və nazik olan. uzunbaldırlı (=uzunbaldır) sif. Baldırları uzun və nazik olan. uzunbaş (=uzunbaşlı) sif. Başı uzunsov olan. uzunbaşlı (=uzunbaş) sif. Başı uzunsov olan. uzunbığ (=uzunbığlı) sif. Bığları uzun olan, uzun bığ qoymuş. Uzunbığ kişi. – Məmməd bəyin ilk zərbəsindən uzunbığlı, sallaq birçəkli bir sərkərdənin başı qələm kimi atıldı. Çəmənzəminli. uzunbığlı (=uzunbığ) sif. Bığları uzun olan, uzun bığ qoymuş. Uzunbığ kişi. – Məmməd bəyin ilk zərbəsindən uzunbığlı, sallaq birçəkli bir sərkərdənin başı qələm kimi atıldı. Çəmənzəminli. uzunboğaz (=uzunboğazlı) sif. Boğazı uzun olan, uzun boğazlı. Uzunboğaz adam. Uzunboğaz şüşə. Uzunboğaz corab. – Stolun qabağında dümdüz oturmuş uzunboğaz, arıq adam qəti dedi.. M.Hüseyn. Güllüoğlu Xalıqverdinin əynində nimdaş göy çuxa, ayağında uzunboğaz köhnə çəkmələr vardı. Ə.Vəliyev. uzunboğazlı (=uzunboğaz) sif. Boğazı uzun olan, uzun boğazlı. Uzunboğaz adam. Uzunboğaz şüşə. Uzunboğaz corab. – Stolun qabağında dümdüz oturmuş uzunboğaz, arıq adam qəti dedi.. M.Hüseyn. Güllüoğlu Xalıqverdinin əynində nimdaş göy çuxa, ayağında uzunboğaz köhnə çəkmələr vardı. Ə.Vəliyev. uzunboy (=uzunboylu) sif. Boyu uzun olan, boyca hündür, ucaboy. Dəyirman üstə çiçək; Yarpağı ləçək-ləçək; Qardaş bir qız sevibdir; Uzunboy, qarabirçək. (Bayatı). Uzunboy, ağbəniz, alagöz Gülbadamı qız ikən kənddə çox adam istəyirdi. N.Nərimanov. uzunboylu (=uzunboy) sif. Boyu uzun olan, boyca hündür, ucaboy. Dəyirman üstə çiçək; Yarpağı ləçək-ləçək; Qardaş bir qız sevibdir; Uzunboy, qarabirçək. (Bayatı). Uzunboy, ağbəniz, alagöz Gülbadamı qız ikən kənddə çox adam istəyirdi. N.Nərimanov. uzunboyun sif. Boynu uzun olan. Uzunboyun adam. uzunburun I. sif. Burnu uzun olan, uzun burunlu. Uzunburun adam. Uzunburun balıq.\n\nII. is. Bəzi rayonlarda ağcaqanadın bir adı. Revolveri, qoçunu Badikubə məmləkətində; Uzunburun milçəyi Saliyanda görməli imiş. M.Ə.Sabir. uzunbuynuz (=uzunbuynuzlu) sif. Buynuzları uzun olan. Uzunbuynuzlu camışlar .. Cənubi Çində, Böyük Okeanda və İndoneziya adalarında yaşayır. A.Ağabəyli. uzunbuynuzlu (=uzunbuynuz) sif. Buynuzları uzun olan. Uzunbuynuzlu camışlar .. Cənubi Çində, Böyük Okeanda və İndoneziya adalarında yaşayır. A.Ağabəyli. uzunca sif. Çox uzun. Uzunca ağac. Uzunca dəhliz. Uzunca zal. Uzunca boru. // Çox müfəssəl, çox uzun, geniş. Ceyran burada mənə uzunca bir izahat verdi. S.Hüseyn. Görünür, anamla uzunca söhbət etmisən.. S.S.Axundov. uzun-caydaq bax. uzundraz. Uzuncaydaq məmur .. komendanta sarı dönərək sakit, lakin amiranə bir səslə dedi. M.Hüseyn. uzunçəkən bax. uzunsürən. uzunçu bax. uzundanışan. Uzunçunun biridir. – Bu usta əvvəlkindən də uzunçu idi. “Koroğlu”. [Feldşer] çox uzunçu, lağ-lağ, həm də qaba bir adamdı. M.Hüseyn. [Nəsirov:] Canım, sən nə uzunçu adamsanmış? Yaxşı, yaxşı, get işinə. S.Rəhman. uzunçuluq is. Uzun danışmaq xasiyyəti, söhbəti lüzumsuz yerə uzatma. Əlyarov Gülpərinin bu uzunçuluğunu bəyənmirdi. M.Hüseyn. Lakin Firəngizin bircə baxışı əyləşənlərin canını [müvəkkilin] uzunçuluğundan qurtardı. B.Bayramov. • Uzunçuluq etmək – söhbəti, mətləbi lüzumundan artıq uzatmaq. [Mirzə Turab Cavada:] Yaxşı, yaxşı, yazaram, çox uzunçuluq eləmə. B.Talıblı. // Kitabda, yazıda, danışıqda, nitqdə sözlərin lüzumundan artıq olması; sözçülük. Əsərdə ritorik təsvirlər, ricətlər və uzunçuluq yoxdur. M.İbrahimov. uzundalğalı sif. Dalğaları çox uzun olan. Uzundalğalı radiasiya. // Uzun dalğalarda işləyən, uzun dalğaları tutan. Uzundalğalı radiostansiya. Uzundalğalı radioaparat. uzundanışan sif. Çoxdanışan, naqqal, gəvəzə, uzunçu. uzundərə is. mus. Azərbaycan xalq oyun havalarından birinin adı. [Mirzağa:] Mən yalnız “Uzundərə” oynaya bilərəm. S.Hüseyn. [Birisi:] Ay Güləfşan, “Uzundərə” çal, Sənəm bacı oynayacaq. B.Talıblı. uzundraz sif. dan. Boyu çox uzun, arıq və yöndəmsiz, uzuncaydaq. Uzundraz zabit [Vəzirovu] xüsusi salonda gözləyirdi. M.İbrahimov. Bayram şənliklərində [Yalıncaq da] hamıdan qəşəng geyinib, özü kimi uzundraz, arıq yabısını zınqrovlar, ipək qotazlarla bəzər(di).. M.Rzaquluzadə. uzunətək (=uzunətəkli) sif. Ətəyi uzun, uzun ətəkli. [Ənisə:] ..Uzunətək arxalığımla dikdaban başmağımı da geyərəm. S.Hüseyn. uzunətəkli (=uzunətək) sif. Ətəyi uzun, uzun ətəkli. [Ənisə:] ..Uzunətək arxalığımla dikdaban başmağımı da geyərəm. S.Hüseyn. uzungərdən (=uzungərdənli) sif. Gərdəni, boynu, boğazı uzun olan. uzungərdənli (=uzungərdən) sif. Gərdəni, boynu, boğazı uzun olan. uzungövdəli sif. Gövdəsi uzun olan. uzunkirpik (=uzunkirpikli) sif. Kirpikləri uzun olan, uzun kirpikli. Uzunkirpikli qiz. – [Əhməd:] Qara saçları, eşqlə dolu uzunkirpikli gözləri, ərəbi burnu xoşuma gəldi. T.Ş.Simurq. İlkin mən uzunkirpikli, iri qara gözlərini çevikcə dolandırıb gəzdirən, qol-qanad açıb dirçələn Həcəri qucağıma alıb, o üz-bu üzündən öpdüm.. S.Rəhimov. uzunkirpikli (=uzunkirpik) sif. Kirpikləri uzun olan, uzun kirpikli. Uzunkirpikli qiz. – [Əhməd:] Qara saçları, eşqlə dolu uzunkirpikli gözləri, ərəbi burnu xoşuma gəldi. T.Ş.Simurq. İlkin mən uzunkirpikli, iri qara gözlərini çevikcə dolandırıb gəzdirən, qol-qanad açıb dirçələn Həcəri qucağıma alıb, o üz-bu üzündən öpdüm.. S.Rəhimov. uzunqanad (=uzunqanadlı) zool.\n1. sif. Qanadları uzun olan. Uzunqanadlı quşlar.\n2. İs. mənasında. Uzunqanadlılar – uzunqanadlıların və milçəkquşuların daxil olduğu quşlar dəstəsinin adı. uzunqanadlı (=uzunqanad) zool.\n1. sif. Qanadları uzun olan. Uzunqanadlı quşlar.\n2. İs. mənasında. Uzunqanadlılar – uzunqanadlıların və milçəkquşuların daxil olduğu quşlar dəstəsinin adı. uzunqılça (=uzunqılçalı) (=uzunqıç(lı)) sif. Qılçaları (qıçları) uzun olan. Rəhimli qulac-qulac addımlar atan uzunqılça təhkimçinin arxasından güclə çatırdı. İ.Hüseynov. uzunqılçalı (=uzunqılça) (=uzunqıç(lı)) sif. Qılçaları (qıçları) uzun olan. Rəhimli qulac-qulac addımlar atan uzunqılça təhkimçinin arxasından güclə çatırdı. İ.Hüseynov. uzunqıç (=uzunqıçlı) (=uzunqılça(lı)) sif. Qılçaları (qıçları) uzun olan. Rəhimli qulac-qulac addımlar atan uzunqılça təhkimçinin arxasından güclə çatırdı. İ.Hüseynov. uzunqıçlı (=uzunqıç) (=uzunqılça(lı)) sif. Qılçaları (qıçları) uzun olan. Rəhimli qulac-qulac addımlar atan uzunqılça təhkimçinin arxasından güclə çatırdı. İ.Hüseynov. uzunqol (=uzunqollu) sif. Qolları uzun olan. [Arvadın] əynində .. uzunqol bənöyüş çit köynək vardı. Ə.Vəliyev. uzunqollu (=uzunqol) sif. Qolları uzun olan. [Arvadın] əynində .. uzunqol bənöyüş çit köynək vardı. Ə.Vəliyev. uzunqulaq 1. sif. Qulaqları uzun olan, uzun qulaqlı. Uzunqulaq tula.\n2. is. evf. Eşşək. [Aslanın] dünya malından bir uzunqulağı, bir də .. iki keçidən başqa heç bir şeyi yox idi. C.Cabbarlı. Camal kişi yedəyində odun yüklü at, uzunqulaq həyətə girdi. Ə.Vəliyev.\n3. məc. Söyüş mənasında işlənir. uzunqunc sif. Quncları uzun, uzun qunclu; uzunboğaz. [Səmədin] uzunqunc çəkmələri, qara göndən tikilmiş əlbisəsi və qoltuğundakı portfel hamının diqqətini cəlb edirdi. B.Talıblı. Uzunqunc çəkməsinin ta üzünə kimi enən nimdaş paltosunda Qara kişi əslində olduğundan daha da boylu və enli görünürdü. Ə.Əbülhəsən. uzunquyruq (=uzunquyruqlu) sif. Quyruğu uzun olan. [Ovçunun] Al! – deməsi ilə tulanın yerindən qopması və uzunquyruq iri bir qırqovul xoruzunun qaqqıldayaraq şiddətli bir pırıltı ilə qalxması bir oldu. M.Rzaquluzadə. [Maşının] yaxınlaşdığını görən uzunquyruq sağsağanlar çığırışıb uçur, uzaqda başqa ağaca qonurdu. H.Seyidbəyli. uzunquyruqlu (=uzunquyruq) sif. Quyruğu uzun olan. [Ovçunun] Al! – deməsi ilə tulanın yerindən qopması və uzunquyruq iri bir qırqovul xoruzunun qaqqıldayaraq şiddətli bir pırıltı ilə qalxması bir oldu. M.Rzaquluzadə. [Maşının] yaxınlaşdığını görən uzunquyruq sağsağanlar çığırışıb uçur, uzaqda başqa ağaca qonurdu. H.Seyidbəyli. uzunladıcı sif. Uzun edən, uzunluğunu artıran. Uzunladıcı məftil. uzunlamasına bax. uzununa. [Səmədin] üst dodağı uzunlamasına iki qat açılıb, yenə burnunun dibinə çəkildi. B.Talıblı. uzunlaşma “Uzunlaşmaq”dan f.is. uzunlaşmaq f. Uzun olmaq, boyca artmaq, getdikcə uzun olmaq, boya vermək. Uşaq bir-iki ilin içində yaman uzunlaşıb. uzunlatma “Uzunlatmaq”dan f.is. uzunlatmaq f. Uzun etmək, uzunluğunu, boyunu artırmaq, uzunlaşdırmaq. uzunlifli sif. Lifləri uzun, uzun lifləri olan. Uzunlifli pambıq. uzunluq is.\n1. Uzun şeyin halı. Yolun uzunluğu. İlanın uzunluğu bir metrdən artıqdır. – [Həsən:] Vay! Oğlan, bu uzunluqda da isim olurmu? H.Nəzərli. Bu xəndək bir kilometr uzunluğu, qırx metr eni, otuz metr dərinliyi olan nəhəng bir dərədən ibarətdir. Ə.Sadıq.\n2. məc. Davamlılıq, sürəklilik. Söhbətin uzunluğu bizi yordu. uzunlülə sif. Lüləsi uzun, uzun lüləli. Uzunlülə tüfəng. uzunmüddətli sif. Uzun müddəti nəzərdə tutan, uzun müddət davam edən; uzun müddətə verilmiş. Uzunmüddətli ezamiyyət. Uzunmüddətli iş. Uzunmüddətli borc. uzunömürlü sif.\n1. Ömrü uzun, uzun ömür sürmüş, çox yaşamış. Azərbaycan uzunömürlülər (is.) diyarıdır.\n2. Uzun müddət işləyə bilən, çox davamlı, çox yaşaya bilən. Mühərrikdə qoyulmuş yeni izolə korpusu daha etibarlı, rütubətə davamlı və uzunömürlüdür. uzunömürlülük is. Uzun ömür, uzun həyat, uzun, çox yaşama; ömrün uzunluğu. uzunsaç (=uzunsaçlı) sif. Saçı uzun, uzun saç qoymuş, saçlarını uzatmış. Uzunsaç oğlan. – Həsən küçəyə çıxar-çıxmaz uzunsaçlı, ..qırmızı köynək geymiş bir studentə rast gəldi. Çəmənzəminli. Balaca, uzunsaç, uzuntuman, başmağını sürütləyən bir qız uşağı Vahidin boynuna atıldı. Mir Cəlal. uzunsaçlı (=uzunsaç) sif. Saçı uzun, uzun saç qoymuş, saçlarını uzatmış. Uzunsaç oğlan. – Həsən küçəyə çıxar-çıxmaz uzunsaçlı, ..qırmızı köynək geymiş bir studentə rast gəldi. Çəmənzəminli. Balaca, uzunsaç, uzuntuman, başmağını sürütləyən bir qız uşağı Vahidin boynuna atıldı. Mir Cəlal. uzunsaqqal (=uzunsaqqallı) sif. Saqqalı uzun, saqqalını uzatmış. İlyas uzunsaqqallı, dolaşıqsaçlı, ağırgövdəli bir qoca idi. Çəmənzəminli. Qapını açan uzunsaqqal, arıq bir adamdı. S.Rəhman. uzunsaqqallı (=uzunsaqqal) sif. Saqqalı uzun, saqqalını uzatmış. İlyas uzunsaqqallı, dolaşıqsaçlı, ağırgövdəli bir qoca idi. Çəmənzəminli. Qapını açan uzunsaqqal, arıq bir adamdı. S.Rəhman. uzunsifət (=uzunsifətli) sif. Sifəti uzunsov, sifəti uzun. Qatırçıların arasında gövdəsi yumru, uzunsifət, ağsaqqal bir kişi var idi. Mir Cəlal. uzunsifətli (=uzunsifət) sif. Sifəti uzunsov, sifəti uzun. Qatırçıların arasında gövdəsi yumru, uzunsifət, ağsaqqal bir kişi var idi. Mir Cəlal. uzunsov sif. Bir qədər uzun, uzuntəhər. Uzunsov sifət. Uzunsov otaq. – Xalis palıd ağacından qayrılmış və təzəcə alınmış yazı stoluna bitişik olan uzunsov stolun üstünə yaşıl mahud salınmışdı. Ə.Vəliyev. [Rəşid:] Biz dəhlizi keçəndən sonra geniş, uzunsov bir zala girdik. İ.Hüseynov. uzunsovluq is. Uzunsov şeyin halı. uzunsürən sif. Çox sürən, uzun müddət davam edən; uzun, sürəkli, davamlı. Uzunsürən xəstəlik. Uzunsürən müddət. Uzunsürən iclas. – Nəhayət, uzunsürən səyahətimiz bitir. M.İbrahimov. uzuntəhər sif. Bir qədər uzun; uzunsov. uzununa zərf Uzunluq cəhətdən; boyuna. Taxtanı uzununa yonmaq. Parçanın uzununa ölçüsü. uzun-uzadı sif. və zərf Çox uzun. Uzunuzadı söhbət. Uzun-uzadı fikirləşmək. – Küləkli qar, yağış yağar uzun-uzadı yaylağa; Köçər o vaxt el-oba, enər tamamı qışlağa. A.Səhhət. Mahru ilə uzun-uzadı danışmaq .. mümkün olmadı. M.S.Ordubadi. uzun-uzun sif. və zərf Çox uzun. ..Vəkillər yanlaricə uzun-uzun ərizələr, siyahılar gətirmişdilər. C.Məmmədquluzadə. Uzunuzun kölgələr küçələri çal-çarpaz doğrayıb bir-birinə qarışırdı. Ə.Məmmədxanlı. uzunyarpaq (=uzunyarpaqlı) sif. bot. Yarpaqları uzun, uzunsov olan (bitki). Uzunyarpaq iydə. Üü uzunyarpaqlı (=uzunyarpaq) sif. bot. Yarpaqları uzun, uzunsov olan (bitki). Uzunyarpaq iydə. Üü ü azərbaycan əlifbasının iyirmi doqquzuncu hərfi və bu hərflə işarə olunan saitin adı. üç say İkidən sonra gələn ədəd – 3. üç-üç zərf Hər dəfə üç dənə, hər adama üç dənə. Üç-üç sıraya düzmək. – Həsənqulu bəy, Rza, Əsgər, Həsən və xor daxil olurlar. Sonra səhnənin ortasında üç-üç durub guya söhbət edirlər kimi oxuyurlar. Ü.Hacıbəyov. üçaçılan bax. üçatılan. Onların tüfəngləri beşaçılan və ya üçaçılan idi. P.Makulu. üçadamlıq sif. Üç adam üçün olan, üç nəfər üçün nəzərdə tutulmuş; üçnəfərlik. Üçadamlıq yer. Üçadamlıq palata. Üçadamlıq yemək. üçaktlı bax. üçpərdəli. üçarşınlıq sif. köhn. Üç arşın uzunluğunda olan. üçarvadlı sif. köhn. Keçmiş məişətdə: üç arvadı olan, üç arvad saxlayan. // İs. mənasında. Əgər iki arvad saxlamaq qəbahətdirsə, bəs öz kəndinizdəki üçarvadlıları niyə daşqalaq eləmirsiniz. Ə.Vəliyev. üçarvadlılıq is. köhn. Üç arvadı olma, üç arvad saxlama. üçatılan is. dan. Xəzinəsi üç patron tutan silah (tüfəng); üçaçılan. Fərman üçatılanı əlində atıb-tutdu. Ə.Abasov. üçatlı sif. Üç at qoşulmuş, üç at qoşulan. Üçatlı fayton. üçatomlu sif. Üç atomdan ibarət olan. Üçatomlu birləşmə. üçayaq is. Üç ayaq üstündə duran şey (stol və s.); üçayaqlı, sacayaq. Fotoaparat üçün üçayaq. Qazanı üçayaqdan asmaq. üçayaqlı 1. sif. Üç ayağı olan, üç ayaq üstündə duran; üçqıçlı. Üçayaqlı masacıq.\n2. bax. üçayaq. üçaylıq sif.\n1. Üç ay üçün düzəldilmiş, üç aylıq müddətə nəzərdə tutulmuş, yaxud üç ay ərzində olmuş; rüblük. Üçaylıq plan. Üçaylıq məlumat. Üçaylıq ezamiyyət. – Kəndlərimizdə məktəblər açırıq, hələlik orda üçaylıq, altıaylıq müəllimlər kursunu qurtaranlar dərs deyir. İ.Şıxlı.\n2. Yaşı üç ay olan, üç ay əvvəl doğulmuş. Üçaylıq uşaq. Üçaylıq quzu. üçbarmaqlı sif. Əlində və ya ayağında ancaq üç barmağı olan. üçbaşlı sif. Üç başı, təpəsi olan. Üçbaşlı dağ. üç-beş say. Bir neçə. Üç-beş manat pul. Üç-beş nəfər. Üç-beş günlük iş. – Gər nəsib olsa övdət eylərkən; Qalarız burda biz üçbeş gün. H.Cavid. üçbəndli sif. ədəb. Üç bənddən ibarət olan. Üçbəndli şeir. üçbir zərf Üç-üç, üçər-üçər. Adamlar dəstə-dəstə – üçbir, beşbir bağda gəzir, söhbət edirdilər. M.İbrahimov. İndi tez-tez sağsağana, qarğaya, tək-tək, ikibir, üçbir uçuşan göyərçinlərə rast gəlirik. M.Rzaquluzadə. üçbucaq (=üçbucaqlı)\n1. is. Üç bucağı olan həndəsi cisim, üçkünclü cisim. Ax! Bu dəmir ağaclar; Həndəsi üçbucaqlar; Dünyanın o başını; Çəkib evlərə bağlar... B.Vahabzadə.\n2. sif. Üç bucağı olan. Üçbucaqlı fiqur. üçbucaqlı (=üçbucaq)\n1. is. Üç bucağı olan həndəsi cisim, üçkünclü cisim. Ax! Bu dəmir ağaclar; Həndəsi üçbucaqlar; Dünyanın o başını; Çəkib evlərə bağlar... B.Vahabzadə.\n2. sif. Üç bucağı olan. Üçbucaqlı fiqur. üççarxlı sif. Üç çarxı (təkəri) olan. Üççarxlı uşaq velosipedi. üçcə say Üç, ancaq üç. Üçcə manat pulum qalıb. – Bürcəliyev əmr verdiyi vaxtdan cəmisi üçcə saat keçmədi ki, Bəbirbala mühəndis Arif Bəylərzadəni taparaq maşına əyləşdirib, idarəyə gətirdi. S.Rəhimov. üçcərgəli sif.\n1. Üç cərgə əmələ gətirən, üç cərgədə yerləşən. Üçcərgəli tikiş.\n2. k.t. Üç cərgə toxum əkmək üçün olan; üç cərgə əkini becərən (kənd təsərrüfatı maşınları haqqında). Üçcərgəli toxumsəpən maşın. üçcildli sif. Üç cilddən ibarət olan; üçcildlik. Üçcildli “Azərbaycan ədəbiyyatı tarixi”. üçcildlik 1. bax. üçcildli. Üçcildlik “Rusca-azərbaycanca lüğət”.\n2. is. Üç cilddən ibarət kitab. Yazıçının üçcildliyi. üçdəbir say Bir şeyin üçdə bir hissəsi. üçdəfəlik sif. Üç dəfədə icra olunan, üç dəfədə həyata keçirilən. Üçdəfəlik yemək. üçdilli sif.\n1. Üç dil bilən, üç dildən istifadə edən.\n2. Üç dildə tərtib olunmuş, üç dili ehtiva edən. Üçdilli lüğət. üçdişli sif. Üç dişi olan. Üçdişli yaba. üçdorlu sif. Üç doru olan. Üçdorlu gəmi. üç-dörd say Bir neçə, üç və ya dörd. Üç-dörd günlüyə getmək. Üç-dörd ədəd gül. – [Kələntərli:] Gərək gündə gəlib, üç-dörd saat bu meşin qapının dalında durub, boynunu burub gözünü döyəsən. İ.Hüseynov. üçdüymə (=üçdüyməli) sif.\n1. Üç düymə ölçüsündə olan. Üçdüymə mıx. Üçdüymə taxta.\n2. Üç düyməsi olan. Üçdüyməli pencək. üçdüyməli (=üçdüymə) sif.\n1. Üç düymə ölçüsündə olan. Üçdüymə mıx. Üçdüymə taxta.\n2. Üç düyməsi olan. Üçdüyməli pencək. üçəm sif. və zərf məh. Bir dəfədə üç (üç bala doğan heyvan – əsasən qoyun haqqında). Həmişə əlləri cibində olan cavan çoban təklif edirdi ki, ..üçəm qoyunlar yaxın yerlərdə otlarsa, hər yüz qoyundan orta hesabla iki yüz quzu almaq olar. Ə.Vəliyev. [Musa Firəngizə:] Elə seçmə qoyunlar ki çoxusu əkiz, bəzisi də həmişə üçəm doğur. B.Bayramov. Üçəm-üçəm bax. üç-üç. üçəsrlik sif. Üç əsr (üç yüz il) tarixi olan, üç əsr davam edən; üçyüzillik. Üçəsrlik dövr. Abidənin üçəsrlik tarixi var. üçfaizli sif.\n1. Bir şeyin üç faizini təşkil edən. Üçfaizli gəlir.\n2. Üç faiz gəlir verən. Üçfaizli dövlət istiqrazı.\n3. Tərkibində üç faiz hər hansı maddə olan. Üçfaizli məhlul. üçfazalı sif. elektr. Üçfazalı dəyişən cərəyanla bağlı olan. Üçfazalı transformator. Üçfazalı elektrik xətti. ‣ Üçfazalı cərəyan elektr. – eyni tezlikli və amplitudalı, lakin fazaya görə 1/3 dövrlə fərqlənən üç birfazalı dəyişən cərəyan sistemi. Üçfazalı cərəyan dövrlərində ayrı-ayrı fazaların cərəyanları hər an üçün müxtəlif olur. P.Rüstəmzadə. üçgedişli sif. idm. Üç gedişdə həll olunan, üç gedişlə qurtaran. Üçgedişli kombinasiya. üçgöz (=üçgözlü) sif. Üç gözü (otağı) olan. Üçgözlü mənzil. üçgözlü (=üçgöz) sif. Üç gözü (otağı) olan. Üçgözlü mənzil. üçguşə (=üçguşəli) sif. Üç guşəsi, üç bucağı olan; üçkünc(lü). üçguşəli (=üçguşə) sif. Üç guşəsi, üç bucağı olan; üçkünc(lü). üçgül sif. Üçbucaqlı, üçguşəli. üçgünlük sif. Üç gün sürən, üç gün davam edən, yaxud üç gün tələb edən. Üçgünlük möhlət. Üçgünlük istirahət. Üçgünlük yol. Üçgünlük iş. // Üç günə çatan, kifayət edən. Üçgünlük ehtiyat. üçhecalı sif. Üç hecası olan. Üçhecalı söz. üçhədli sif. Üç həddi olan. Üçhədli rəqəm. üçhəftəlik sif. Üç həftə davam edən, üç həftə çəkən. Üçhəftəlik iş. // Üç həftə üçün nəzərdə tutulmuş, üç həftə kifayət edən. Üçhəftəlik ərzaq. üçhissəli sif. Üç hissədən ibarət olan. Üçhissəli əsər. üçxallı bax. üçlük 2-ci mənada. üçxətli bax. üçmilli. üçillik sif.\n1. Üç il sürən, üç il müddətli, üç il davam edən. Üçillik məktəb. Üçillik hərbi xidmət. // Üç il müddətinə tərtib edilmiş, üç ili nəzərdə tutan. Üçillik plan.\n2. Üç yaşında olan; üçyaşar. Üçillik at. Üçillik ağac.\n3. Üç ildən qalma, üç il ömrü olan. Üçillik şərab. üçkilometrlik sif.\n1. Üç kilometr uzunluğunda olan, məsafəsi üç kilometr olan. Üç kilometrlik yol.\n2. coğr. Santimetrdə üç kilometr miqyası olan. Üçkilometrlik xəritə. üçkünc (=üçkünclü) bax. üçguşəli. Ağ qoçların boyunlarından .. ara-sıra gözmuncuğu, yaşıl meşindən tikilmiş, içi dualı üçkünc pitik asardılar. H.Sarabski. üçkünclü (=üçkünc) bax. üçguşəli. Ağ qoçların boyunlarından .. ara-sıra gözmuncuğu, yaşıl meşindən tikilmiş, içi dualı üçkünc pitik asardılar. H.Sarabski. üçqapılı sif. Üç qapısı olan. Üçqapılı şifoner. Üçqapılı zal. – [Hacı Sultan] üçqapılı böyük bir mağazaya malik idi. S.Hüseyn. üçqat (=üçqatlı) sif.\n1. Üç qatı olan; üçmərtəbəli. Üçqat(lı) ev.\n2. Bir-biri üzərində üç qat olan; üçlaylı. Üçqat xəmir. Üçqat dikt. üçqatlı (=üçqat) sif.\n1. Üç qatı olan; üçmərtəbəli. Üçqat(lı) ev.\n2. Bir-biri üzərində üç qat olan; üçlaylı. Üçqat xəmir. Üçqat dikt. üçqəpiklik sif. Üç qəpiyə dəyən, üç qəpik qiymətində olan. Üçqəpiklik marka. // is. Üç qəpik dəyərində olan metal pul. üçqıçlı bax. üçayaqlı. üçqramlıq is. Üç qram ağırlığında olan çəki daşı. üçlaylı sif.\n1. Üç laydan (qatdan, təbəqədən) ibarət olan. Üçlaylı karton.\n2. Üç layı olan, üç tayı olan. Üçlaylı güzgü. üçləmə “Üçləmək”dən f.is. üçləmək f.\n1. Üçə çatdırmaq. Uşağı üçləmək.\n2. Üç dəfə artırmaq, üçə vurmaq.\n3. Üç yerə bölmək. üçlük 1. bax. üçmanatlıq 1-ci mənada. [Hafizə xanım:] Mənə deyir, üçlüyü cibimdən salıb itirmişəm. Ə.Haqverdiyev.\n2. is. Kart oyununda üçxallı kağız.\n3. sif. Üç nömrəli. Üçlük mıx. Üçlük taxta.\n4. is. Üç çalğıçıdan ibarət musiqiçilər dəstəsi; trio. Azərbaycan xalq çalğı alətləri üçlüyü. // Üç nəfərdən ibarət ansambl. Banduristlər üçlüyü.\n5. is. Bir iş üçün təyin edilmiş üç şəxsdən ibarət komissiya, ya müvəqqəti orqan. Rayonda təcili tədbir üçün üçlük düzəldilmişdir. Mir Cəlal. üçlülə is. İki üst lüləsinin içi hamar (saçma üçün), üçüncü – alt lüləsi isə yivli (güllə üçün) olan ov tüfəngi. üçmanatlıq 1. is. köhn. Üç manat qiymətində olan kağız pul; üçlük. Üçmanatlığı xırdalamaq.\n2. sif. Üç manata dəyən, üç manat qiymətində olan. Üçmanatlıq bilet. üçməchullu sif. riyaz. Üç məchulu olan. Üçməchullu tənlik. üçmənzilli bax. üçotaqlı. üçmərtəbə (=üçmərtəbəli) sif. Üç mərtəbəsi olan; üçqat. Üçmərtəbəli bina. – Nəhayət, fayton Sovet küçəsində üçmərtəbəli bir evin qarşısında dayandı. Ə.Məmmədxanlı. üçmərtəbəli (=üçmərtəbə) sif. Üç mərtəbəsi olan; üçqat. Üçmərtəbəli bina. – Nəhayət, fayton Sovet küçəsində üçmərtəbəli bir evin qarşısında dayandı. Ə.Məmmədxanlı. üçmilli sif. Üç mil (xətt) çəkilmiş, üç mili (xətti) olan; üçxətli. Üçmilli dəftər. üçmilyonluq sif. Üç milyondan ibarət olan. Üçmilyonluq ordu. üçminlik sif. Sayı üç min olan, üç mindən ibarət. Üçminlik qoşun. üçmotorlu sif. Üç motoru olan, üç motorla işləyən. Üçmotorlu təyyarə. üçnəfərlik bax. üçadamlıq. Üçnəfərlik mehmanxana nömrəsi. üçnövbəli sif. Üç növbədə görülən, üç növbəsi olan. Üçnövbəli iş. üçoxlu sif. Üç oxu olan. Üçoxlu trolleybus. üçotaqlı sif. Üç otağı olan; üçgöz(lü). Üçotaqlı mənzil (ev). üçölçülü sif.\n1. Üç ölçüsü olan, üç ölçü ilə (uzunluq, en, hündürlük) təyin edilən.\n2. mus. Üç ritmik ölçüdən ibarət olan. Üçölçülü takt (vəzn). üçpəncərəli sif. Üç pəncərəsi olan. Üçpəncərəli otaq. üçpərdəli sif. Üç pərdədən (hissədən) ibarət olan. Üçpərdəli pyes. Üçpərdəli tamaşa. üçpilləli sif.\n1. Üç pilləsi olan. Üçpilləli pilləkən.\n2. Üç hissədən, üç pillədən ibarət olan. Üçpilləli raket. üçplanlı sif. Üç planı, üç tərəfi olan; üç planda yerləşmiş. Üçplanlı dekorasiya. üçpudluq sif. Üç pud ağırlığında olan, üç pud tutan. Üçpudluq daş. Üçpudluq kisə. // İs. mənasında. Üç pud ağırlığında olan çəki daşı. Üçpudluğu qapana qoymaq. üçrəqəmli sif. Üç rəqəmdən ibarət olan. Üçrəqəmli ədəd. üçrəngli sif. Boya tərkibi üç rəngdən ibarət olan, yaxud üç müxtəlif rəngli hissədən ibarət olan. Üçrəngli bayraqcıq. Üçrəngli çiçək. – Azərbaycanın üçrəngli, aylıulduzlu dövlət bayrağı ilə yanaşı, xalq mənəviyyatının parlaq rəmzi kimi qüdrətli şairimiz Şəhriyarın sənət və gözəllik bayrağı da qədim Azərbaycan torpağı üzərində əbədi dalğalanacaqdır. B.Nəbiyev. üçsaatlıq sif. Üç saat davam edən və ya davam etmiş, üç saat üçün müəyyən edilmiş; üç saat vaxt tələb edən. Üçsaatlıq iş. Üçsaatlıq iclas. üçsəsli sif. mus. Üç səslə oxunan, üç səs üçün yazılmış. Üçsəsli xor. // İs. mənasında. [Akkordlardan] ən sadəsi üçsəslilərdir: major üçsəslisi, minor üçsəslisi və başqaları. “İbtidai musiqi nəzəriyyəsi”. üçsimli sif. mus. Üç simi olan. Üçsimli musiqi aləti. üçsinifli sif. köhn. Üç sinifdən ibarət olan. Üçsinifli məktəb. üçşahılıq is. köhn. 15 qəpiklik sikkə (pul). üçtaktlı sif. mus. Üç takt davam edən, üç taktdan ibarət olan. Üçtaktlı fasilə. üçtarlalı sif. k.t. Üçtarlalıq əsasında olan. Üçtarlalı əkin sistemi. üçtarlalıq is. k.t. Əkin yerini üç hissəyə bölüb bir hissəsini əvvəlcə payızlıq, sonra yazlıq əkməkdən, üçüncü il isə herikə qoymaqdan ibarət köhnəlmiş növbəli əkin üsulu. üçtərəfli sif. Üç tərəfin iştirakı ilə olan, hər üç tərəf üçün məcburi olan; qarşılıqlı. Üçtərəfli müqavilə. Üçtərəfli danışıqlar. üçtinli sif. Üç tini olan; üçüzlü. Üçtinli süngü. üçtonluq sif. Üç ton ağırlığında yük götürən. Üçtonluq avtomobil. – Bəzən quru ot yüklənmiş üçtonluq maşınlara da təsadüf olunur. Ə.Vəliyev. // Üç ton ağırlığında olan. Üçtonluq yük. // Üç ton tutan. Üçtonluq çən. üçulduz (=üçulduzlu) sif. Üzərində üç ulduz şəklində fərqlənmə nişanı olan; üçillik. Üçulduz(lu) konyak. üçulduzlu (=üçulduz) sif. Üzərində üç ulduz şəklində fərqlənmə nişanı olan; üçillik. Üçulduz(lu) konyak. üçün qoş. Feillərdən, adlıq və ya yiyəlik halında olan isimlərdən, şəxs, qayıdış və işarə əvəzliklərindən əvvəl gələrək, həmin sözlərlə aşağıdakı mənaları ifadə edir: 1) səbəb bildirir: ...görə, ...səbəbilə. Xəstə olduğum üçün sizə gələ bilmədim. – [Lətifə] bəlkə peşmanlıq çəkdiyi üçün ağlayırdı. M.Hüseyn. Komandiri ayağından ağır yaralandığı üçün xəstəxanaya apardılar. Ə.Vəliyev; 2) məqsəd, qayə bildirir. Sizi görmək üçün gəldim. – Ailəni saxlamaq üçün başqa əlac yox idi. A.Şaiq. Qadın körpəsini xilas etmək üçün .. uzaqlaşır. Ə.Məmmədxanlı; 3) uğrunda, yolunda. Vətən üçün canını vermək; 4) aidiyyət bildirir. Özüm üçün ayaqqabı aldım. – Məhkəmə sədri üçün məsələ aydın idi. S.Hüseyn. üçüncü “Üç”dən sıra s. Üçüncü mərtəbə. Üçüncü cərgə. Üçüncü adam. üçüzlü sif. Üç üzü olan; üçtinli. Üçüzlü yeyə. – Günəş şüası üçüzlü prizmadan keçərək öz tərkib hissələrinə ayrılır. A.Ələkbərov. üçvalentli sif. kim. Üç valentdən ibarət olan. üçverstlik sif.\n1. Üç verst uzunluğunda olan. Üçverstlik yol. Üçverstlik məsafə.\n2. coğr. Üç verst miqyaslı. Üçverstlik xəritə. üçyarpaq sif. bot. Rütubətli yerlərdə və axar suların kənarlarında bitən ot bitkisi. üçyaşar bax. üçillik 2-ci mənada. Üçyaşar heyvan. – Onun altında üçyaşar ürkə idi, mənimkində Tağı əminin boz madyanı. S.S.Axundov. üçyaşlı sif. Üç yaşı olan. Üç-yaşlı qız. Üçyaşlı uşaq. üçyerli sif. Üçadamlıq yeri olan. Üçyerli loja. üçyüzillik bax. üçəsrlik. Üçyüzillik tarixi olan qala. üçzirvəli sif. Üç zirvəsi (təpəsi, ucu) olan. Üçzirvəli dağ. üdüləmə “Üdüləmək”dən f.is. üdüləmək f. dan. Boş-boş danışmaq, çərənləmək, naqqallıq eləmək. • Üdüləyibtökmək – bax. üdüləmək. üfləmə “Üfləmək”dən f.is. üfləmək bax. üfürmək. Gülsüm xala uşağın ağzını əli ilə örtüb, üzündən üflədi. Ə.Haqverdiyev. Xəlil acı-acı gülümsədi, papirosunun göyümtül, qatı tüstüsünü küləyə üflədi. M.Hüseyn. üfunət is. Pis iy, pis qoxu. Nə küçələrdə üfunət, nə döngələrdə zibil var. Ə.Nəzmi. Otağı iylənmiş dəri qoxusu kimi bir üfunət bürümüşdü. İ.Hüseynov. üfunətləndirmə “Üfunətləndirmək”dən f.is. üfunətləndirmək f. Üfunətlənməsinə, pis qoxu verməsinə səbəb olmaq; iyləndirmək. Səliqəli maldarlar çöldən naxır qayıdan zaman oğul-uşağı düzərlər qapılara ki, camışlar, öküzlər, inək və danalar düz girsinlər tövlə həyətinə və bağ-bağçaya girib zibilləməsinlər və xarab etməsinlər və havanı üfunətləndirməsinlər. C.Məmmədquluzadə. üfunətlənmə “Üfunətlənmək”dən f.is. üfunətlənmək f. Pis iy, pis qoxu vermək; iylənmək. üfunətli sif. Pis iy verən, pis qoxulu, üfunət yayan, pis iyli. [Həsən] həyətdə paslı tənəkələr arası ilə keçib, üfunətli pilləkənə yanaşdı. Çəmənzəminli. Tahirzadə tozlu, üfunətli yerlərdən keçərək daş döşəməli yoxuş küçə ilə dikləndi. Mir Cəlal. üfüq is. [ər.]\n1. Göyün yer və ya su səthi ilə bitişik kimi görünən xətti. Ulduzlar tökülür dənizə bir-bir; Üfüqdə açılır səhərin gözü. R.Rza. Üfüqdə günün batması elə gözəl görünürdü ki, təsvir etmək mümkün deyildir. M.Rzaquluzadə. // Göyün yerə doğru əyilmiş kimi görünən hissəsi. Bulud üfüqü örtmüşdü. – O gün axşamüstü günəş üfüqə doğru əyilmiş, kölgələr uzanmağa başlamışdı. S.Hüseyn. // Gözlə görünən göy sahəsi; ənginlik. Təyyarə üfüqdə uçurdu. // Obrazlı təşbehlərdə. Bir fırtına müjdəsi var üfüqlərin gözündə; Qasırğalar rəqs etmədə göy dənizin üzündə. A.İldırım. Açılır üfüqün nur sərhədləri; Səhər toranını göylər əridir. M.Araz.\n2. məc. (adətən cəm şəklində). İmkan, fəaliyyət sahəsi. Elmdə yeni üfüqlər açmaq. üfüqi sif. [ər.] Üfüq xəttinə paralel, şaquli xəttə perpendikulyar olan. Üfüqi xətt. Üfüqi səth. üfürmə “Üfürmək”dən f.is. üfürmək f. Dodaqlarını büzərək ağızdakı havanı şiddətlə bir şeyə yönəltmək. // Bu işi yanmaqda olan bir şeyi söndürmək və ya qızışdırmaq, ya da qızğın şeyi soyutmaq üçün etmək. Şamı üfürüb söndürmək. Çayı üfürüb soyutmaq. – Gülsənəm arvad aşağı əyilib ocağı üfürməyə başladı. M.Hüseyn. üqab is. [ər.] köhn. Qaraquş, qartal. Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör! Sus, ay yazıq, fəzadəki üqabi-canşikarı gör! M.Ə.Sabir. üqəla is. [ər.] köhn. Ağıllı adamlar. Hər nə görsən, görəcəksən üqəla və füzəla; Hamı təsdiq edəcək, hər nə buyursa üləma. Ə.Vahid. üləma is. [ər. “alim” söz. cəmi] Alimlər. Üləmalar üz döndərib xudadan. Q.Zakir. Şəhərin böyük üləma və dərvişləri [Nəsiminin] ziyarətinə getməyə başladılar. Çəmənzəminli. ülfət is. [ər.]\n1. Qarşılıqlı, xoş, mehriban münasibət, yaxınlıq, əlaqə, ünsiyyət, dostluq. [Nadir bəy:] İnsanlar arasında ülfət ziyadələşdikcə, şübhəsiz, könüldəki təəssürat və məhəbbət də o nisbətdə artmağa başlar. H.Cavid. • Ülfət etmək (bağlamaq) – birbiri ilə əlaqəsi olmaq, yaxınlıq etmək, əlaqə yaratmaq, ünsiyyətdə olmaq. İnsan insan ilə həmişə ülfət bağlamağa mayildir, necə ki heyvan ilə. C.Məmmədquluzadə. // Görüşmə, qaynayıb-qarışma.\n2. Sevgi, məhəbbət. Bağrıma basıram ana Vətəni; Bu ülfət ilhama çağırır məni! S.Vurğun. ülgü is.\n1. Paltar və ya ayaqqabı hissələrini biçmək üçün nümunə; ölçü-biçi, əndazə. Paltar ülgüsü. // Nümunə model. Pəncərə qabağında bir buruq ülgüsü var. R.Rza.\n2. məc. Ölçü, ölçü vahidi, meyar. Mən qadın xarakteri üçün bir ülgü qəbul etməkdə yanıldığımı gördüm. M.S.Ordubadi. Zaman qapımızda əlində qayçı... Hər adi ölçüyə, ülgüyə gəlsək; Sən kimə gərəksən; Mən kimə gərək?! M.Araz. ülgüc is.\n1. Tük qırxmaq üçün iti bıçaq. Dəllək kisəbəndindən enli ülgücünü çıxarıb qırxırdı. Çəmənzəminli. [Almurad] ülgüclə qırxılmış başının tərini sildi. İ.Əfəndiyev.\n2. xüs. Müxtəlif alətlərin kəsici tərəfi, bıçağı. Ülgücün şaquli bıçağı cərgəyə tərəf 5-8° meyilli olmalıdır. “Pambıqçılıq”. ülgücləmə “Ülgücləmək”dən f.is. ülgücləmək f.\n1. Ülgüclə qırxmaq. Üzünü ülgücləmək.\n2. köhn. Ülgüclə çərtmək, ülgüclə qan almaq. Dalını ülgücləmək. ülgüçü is. Ülgü tutan, model düzəldən; modelçi. ülkər is. Dana bürcündə yeddi ulduz topasının adı; Sürəyya. // Ümumiyyətlə ulduz. Karvan-karvan göydən ulduzlar köçür; Öz bəxtinə hər kəs bir ülkər seçir. S.Vurğun. Kim deyir ulduzun göydə sanı var? Hər yanan ülkərin öz dövranı var. M.Rahim. ülum is. [ər. “elm” söz. cəmi] klas. Elmlər. O əsrə nisbət hələ ülumun və sənayenin ziyadə tərəqqisi yox idi. M.F.Axundzadə. Və bir də bu məktəblilər bilümum; Oxurlar kamalınca ali ülum. M.Ə.Sabir. ülüş is. məh. Arasına halva qoyulmuş yuxa, lavaş. ülvi sif. [ər.]\n1. tənt. Yüksək, ali, uca, müqəddəs. Ülvi amal. – [Nizami:] Sən bilirsən, anacan, dünyada ən yüksək, əm ülvi şey nədir? M.Hüseyn. Kişi söylədi ki: “Yüksəkdir ana; Ondan ülvi varlıq varmı dünyada?” N.Xəzri.\n2. klas. Qeyri-maddi, mənəvi. Ülvi eşq. ülvilik bax. ülviyyət. Qulam müəllim yaşaran çocuq gözlərini təsəvvürünə gətirir, burada bir ülvilik və qüdsilik görürdü. S.Rəhimov. ülviyyət is. [ər.] tənt. Yüksəklik, alilik, ucalıq, ülvilik, müqəddəslik. Məcnunluq gözəldir! “Bu nədir?” – deyə; Hər cahil anlamaz bu ülviyyəti; Yazıq o kəsə ki, yoxdur bir şeyə; Nə sonsuz nifrəti, nə məhəbbəti! B.Vahabzadə. // məc. tənt. Səma, göy. Kölgəyə aldanaraq sevmə cəfa aləmini; Yüksəl ülviyyətə, seyr eylə səfa aləmini. A.Səhhət. ümdə sif. [ər.] Ən əsas, ən mühüm, başlıca, birinci. Ümdə məsələ. Ümdə vəzifə. – [Nuxulular:] Əvvələn, o cənabın ziyarəti ümdə mətləbdir. M.F.Axundzadə. Güllü xanım söhbətin .. ümdə mahiyyətini anlayan kimi ayağa qalxdı. B.Bayramov. üməra is. [ər. “əmir” söz. cəmi] klas. Əmirlər, hakimlər. Sən dur ayaq üstə, demə bir söz ümərayə; Caiz deyil insanca danışmaq füqərayə. M.Ə.Sabir. ümid is.\n1. Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman. Ümidim bircə ona idi ki, Qoçaq mənim gəlmədiyimi görüb, özü mənim köməyimə yetişər. M.Rzaquluzadə.\n2. məc. Ümid ediləcək adam. [Qönçə Ataşa:] Mənim ümidim, nicatım təkcə sənsən. Ə.Vəliyev.\n3. Çarə. ‣ Ümid bağlamaq (bəsləmək) – yaxşı bir şeyin olacağına inanmaq, birinə arxayın olmaq. [Şahmar:] Mən döşünə döyənlərdən deyiləm, Nərminə, ancaq gələcəyə ümid bağlamaq özü də pis deyil. B.Bayramov. Ana kiçiyinə ümid bağladı; Dərdini gizlətdi, gecə ağladı; O, bircə arzuya, bircə niyyətə; Verdi ürəyini, verdi büsbütün. B.Vahabzadə. Ümid etmək – bir şeyə ümidi olmaq, gözləmək, güman etmək. [Gülqönçə] ümid edirdi ki, həkim ona kömək eləyər, onun səadətini qaytarar. H.Seyidbəyli. Ümid vermək – 1) arzusunun, istəyinin həyata keçəcəyinə inandırmağa, arxayın etməyə çalışmaq. [Yüzbaşı] .. gəlib Məmməd bəyin dəstəsinə qoşuldu, lakin yenə ümid verərək onu ovundurdu. Çəmənzəminli; 2) arzu edilən, gözlənilən bir şeyin gələcəkdə olacağına inam vermək, arxayın etmək. Gəncliyin bəzəkli və dolğun çağı; Bizə ümid verir, bizə can verir. S.Vurğun. Ümidi boşa (puça) çıxmaq – arzusu, istəyi, gözlədiyi həyata keçməmək. Bu kənddən qaçaqlar barəsində xəbər almaq xüsusundakı ümidlərim də boşa çıxdı. H.Nəzərli. Gələn adam ümidi puça çıxmış adamlar kimi əllərini yanına saldı. Q.İlkin. Ümidi qalmaq – bir şeyin olacağına ümidi kəsilməmək, əl üzməmək. ...ümidinə qoymaq – bir şeyi birisinə inanaraq tapşırmaq, qızmaq. Sadıq dəmiryolçunun girib-çıxmasından duydu ki, kişi mənzili onların ümidinə qoyub gedə bilmir. Mir Cəlal. Ümidini itirmək – daha inanmamaq, əlini üzmək. [Almaz:] [Fuad] da belə bir şeyə inansaydı, dünyada bütün ümidimi itirmiş olardım. C.Cabbarlı. Ümidini kəsmək (üzmək) – arzusunun, istəyinin həyata keçəcəyinə daha inanmamaq, əlini üzmək. Kəsmə ümidi vəsldən əyyami-hicrdə; Ey dil, bu şam kim gedər, axır səhər gələr. S.Ə.Şirvani. Dörd bir yanımı duman elə bürümüş ki, bir addım qabaq görünmür. O gün evə dönməkdən ümidimi üzdüm. A.Şaiq. [Ana] ümidini üzmədi, oğlunu gözlədi. Ə.Məmmədxanlı. ümidgah is. klas. Ümid bağlanılan yer və ya adam. Vüsalə rəğbətim artır çəkəndə hicr qəmin; Xilasi-yol dilərəm öz ümidgahimdən. Ə.Vahid. ümidləndirmə “Ümidləndirmək”dən f.is. ümidləndirmək f. Ümidvar etmək, ümid vermək, arxayın etmək. ümidlənmə “Ümidlənmək”dən f.is. ümidlənmək f. Ümidvar olmaq, ümid bəsləmək, ümid etmək, arxayın olmaq. ümidli sif.\n1. Bir işin yaxşı qurtaracağına ümid verən; ümidverici. Ümidli məsləhət. – [Qəhrəman] o gözlərdə, o dodaqlarda silinməz, ümidli və səmimi bir təbəssüm duyurdu. H.Nəzərli.\n2. Ümid edilə bilən, inanılan, etibarlı. Yatmışdı sağ qolda Nəbi səngərə; Tutmuşdu özünə ümidli bərə. H.K.Sanılı. ümidsiz sif. və zərf\n1. Heç bir ümid verməyən, ümid edilməyən, arxayın etməyən. Ümidsiz cavab.\n2. Ümidini kəsmiş, məyus, naümid. Qulu bu dəfə ümidsiz və könülsüz gəldi. A.Şaiq. Teymur isə o qədər də ümidsiz deyildi. M.Hüseyn. // Sağalmasına, xilas olmasına, qurtarmasına ümid olmayan, çarəsiz (ağır xəstə haqqında). Qüdrət ümidsiz ağır yataqdan qalxmışdı. Mir Cəlal. ümidsizcə (=ümidsizcəsinə) zərf Ümidsiz halda, ümidini itirmiş halda, ümidsizliklə. Ümidsizcə cavab vermək. – Bu xain və rəhmsiz zərbə ümidsizcəsinə qayalar arxasında can çəkişən bir ağ süvarinin idi. H.Nəzərli. // Çarəsizcə(sinə). ümidsizcəsinə (=ümidsizcə) zərf Ümidsiz halda, ümidini itirmiş halda, ümidsizliklə. Ümidsizcə cavab vermək. – Bu xain və rəhmsiz zərbə ümidsizcəsinə qayalar arxasında can çəkişən bir ağ süvarinin idi. H.Nəzərli. // Çarəsizcə(sinə). ümidsizlik is. Heç bir ümid olmadığı hal; naümidlik. [Kamran:] O çöhrələrdə, o gözlərdə ümidsizlikdən bir əsər varmı? H.Nəzərli. [Zeynəb] ümidsizliyin ağır yollarını keçib dolanmış olduğundan o yollardakı vahiməli qaranlığa bələd idi. M.İbrahimov. // Çarəsizlik. ümidvar sif.\n1. Ümidli, ümid edən. • Ümidvar etmək – bax. ümidləndirmək. Ümidvar olmaq – 1) ümid etmək, arxayın olmaq. [Molla Xəlil] belə bir mübarizədən qalib çıxacağına ümidvar olsaydı, müəllimlə rəftarı tamamilə başqa tərzdə olardı. S.Hüseyn. [Nəbi:] Ölsəm də, oluram buna ümidvar; Analar minlərcə Nəbilər doğar. S.Rüstəm; 2) etibar etmək, qızmaq, inanmaq, xatircəm olmaq. [Qədir] ailəsini yalnız Nəsirə ümidvar olub gedə bilərdi. S.Hüseyn.\n2. Ümidvaram şəklində – xatircəməm, inanıram. Məcnun dedi: – Mən fədayi-yarəm; Vəslinə onun ümidvarəm. Füzuli. [Elçin:] ..Ümidvaram ki, Sevinc çox gözəl usta olacaqdır. Z.Xəlil. ümidverən (=ümidverici) sif.\n1. Bəslənilən ümidi doğruldacaq, gələcəkdə kamil bir insan olacağına ümid bəslənilən, gələcəyi olan. [Gənc yazıçılar arasında] istedadlı və ümidverici gənclər vardır. Qəzetlərdən.\n2. Ümid ifadə edən, ümidli. Ümidverici vəziyyət. – Rüstəm kişi fikrini ümidverici sözlərlə qurtardı. M.İbrahimov. Lakin içəridən çıxanların heç birisinin sifətində ümidverici bir əlamət görünmürdü. B.Bayramov. ümidverici (=ümidverən) sif.\n1. Bəslənilən ümidi doğruldacaq, gələcəkdə kamil bir insan olacağına ümid bəslənilən, gələcəyi olan. [Gənc yazıçılar arasında] istedadlı və ümidverici gənclər vardır. Qəzetlərdən.\n2. Ümid ifadə edən, ümidli. Ümidverici vəziyyət. – Rüstəm kişi fikrini ümidverici sözlərlə qurtardı. M.İbrahimov. Lakin içəridən çıxanların heç birisinin sifətində ümidverici bir əlamət görünmürdü. B.Bayramov. ümman is. [ər.]\n1. Böyük dəniz, dərya, okean. Bir fırtına quşu olub; Baş vurmuşam ümmanlara; Dənizdə dürr axtarmışam. R.Rza. Cüt axıb tökülür çaylar ümmana; Uca-uca dağlar lap baş-başadır. N.Rəfibəyli. // Şairanə təşbehlərdə. Xoş olar ürəyin ümmanı varsa; Sevinci, şadlığı duyanı varsa. N.Xəzri.\n2. məc. Hədsiz, həddən artıq, sonsuz, çox. Ümman dərdim var mənim; Könlüm olur xar mənim; Məskənim dağlar başı; Həmdəmimdir qar mənim. (Bayatı). ümmət is. [ər.]\n1. Xalq, camaat. Açdın gözünü rəncü məşəqqət görəcəksən; Millətdə qəm, ümmətdə küdurət görəcəksən. M.Ə.Sabir.\n2. din. Bir peyğəmbərə inanan adamlar, xalq, camaat. [Fərrux Molla Qurbana:] Məhəmməd ümmətinin bu dünyaya uymayıb, o dünya üçün yaşamasından söz aç. Ə.Vəliyev. ümum is. [ər.] Hamı, hamısı. Ümuma aid məsələ. – [Anisimin] ixtirası keçmiş, ümumun təqdirini qazanmışdı. S.Rəhimov. ümumbəşəri sif. [ər.] Bütün adamlara, bütün bəşəriyyətə xas olan, aid olan, bütün insanlar üçün əhəmiyyəti olan. Ümumbəşəri mövzu. – Əsil, həqiqi, böyük poeziya isə ümumbəşəri yaddaşdır. Y.Qarayev. ümumdünya is. [ər.] Bütün dünyaya, dünyanın bütün ölkələrinə aid. Ümumdünya əhəmiyyətli kəşf. Ümumdünya konqresi. Ümumdünya Sülh Tərəfdarları Şurası. ümumən zərf [ər.] Ümumiyyətlə, ümum, hamı. Sürməkdə idi şiddət ilə hökmünü zülmət; Qalmışdı qaranlıqda ümumən bəşəriyyət. Ə.Nəzmi. Ümumən Müqim bəy arvadından çəkindiyini daima ustalıqla malalamağa çalışırdı. S.Rəhimov. ümumxalq is. [ər.] Bütün xalq üçün ümumi, bütün xalqa aid. Ümumxalq mülkiyyəti. Ümumxalq bayramı. ümumi sif. [ər.]\n1. Ümuma, hamıya aid olan; hər şeyi, hamını əhatə edən, qavrayan. Ümumi seçki hüququ. Ümumi tərk-silah. // Hamıya, hər şeyə şamil olan, xas olan. Ümumi nöqsanlar. Ümumi qaydalar. Ümumi vəziyyət.\n2. Hamıya və ya bir neçəsinə məxsus, birgə istifadə olunan; müştərək. Ümumi əmlak. Ümumi koridor. – Üç gün sonra qayınanaya ayrıca bir otaq təxsis olundu, ümumi yoldan belə məhrum edildi. Çəmənzəminli. • Ümumi yataqxana – adətən bir müəssisədə işləyən və ya bir məktəbdə oxuyan adamların bir yerdə yaşaması üçün ev. Ümumi yataqxanada işıqlar sönmüşdü. H.Seyidbəyli.\n3. Başqası ilə eyni, uyğun olan, bənzər, başqası (başqaları) ilə eyni zamanda olan. Ümumi mənafe. Onların arasında ümumi cəhətlər çoxdur.\n4. Birgə, birlikdə götürülmüş; bütün, tamam, ümumən, cəm. İşçilərin ümumi sayı. Ümumi nəticə.\n5. Bir şeyin əsaslarına aid olan. Elmin ümumi məsələləri. Ümumi anatomiya.\n6. Təfərrüatına, təfsilatına varmadan, əsasən başlıca xüsusiyyətləri qavrayan. Ümumi təəssürat. Vəziyyəti ümumi şəkildə təsvir etmək. Ekspedisiyanın ümumi planı. ‣ Ümumi dil tapmaq – qarşılıqlı anlaşmaya nail olmaq, bir-biri ilə razılaşmaq, razılığa gəlmək. [Ömər Lütfi:] Onlar ilə ümumi bir dil tapmaq mümkündür. H.Nəzərli. Ümumi iclas (yığıncaq) – hər hansı kollektivə, təşkilata, idarəyə mənsub adamların hamısının iştirak etdiyi iclas (yığıncaq). Məktəbin ümumi iclası. Ümumi təhsil – xüsusi ixtisas vermədən, hərtərəfli hazırlıq verən təhsil. ümumiləşdirilmə “Ümumiləşdirilmək”dən f.is. ümumiləşdirilmək “Ümumiləşdirmək”dən məch. Həyatdan, taledən şikayət, narazılıq, giley-güzar, etibarsızlıq kimi cəhətlər bayatılarda elə ümumiləşdirilmişdir ki, onun hər bir misrasında .. xalqın ürək çırpıntıları duyulmaqdadır... İ.Abbaslı. ümumiləşdirmə 1. “Ümumiləşdirmək”dən f.is.\n2. Ayrı-ayrı faktları, hadisələri müşahidə və öyrənmək nəticəsində hasil olan ümumi fikir, mülahizə; ümumi nəticə. Əsərdə irəli sürülən ümumiləşdirmələr. ümumiləşdirmək f.\n1. Bir yerdə birləşdirmək, vahid bir küll halında birləşdirmək. [Firəngiz Muxtara:] Mənə elə gəlir ki, yazıçı hekayəsində xalqımızın müdrik fəlsəfəsini ümumiləşdirmişdir. B.Bayramov.\n2. Bir sıra hadisə, ya faktı tutuşdurma yolu ilə onların hamısına eyni dərəcədə xas olan xüsusiyyətləri aşkara çıxarmaq, onları bir küll, bir qrup halında birləşdirmək. // Ayrıayrı faktların nəzərdən keçirilməsi əsasında ümumi nəticələr çıxarmaq. İstehsalat qabaqcıllarının təcrübəsini ümumiləşdirmək. ümumiləşmək f.\n1. Bir yerdə, bir ümumi şeydə birləşmək.\n2. Ümumi olmaq, eyni dərəcədə hamıya, bütün cəmiyyətə məxsus olmaq; ictimailəşmək. ümumilik is.\n1. Ümuma, hamıya və ya çoxusuna aid olma; ümumiyyət.\n2. Birlik, ayrılmazlıq, uyğunluq. Nöqteyinəzərlərin ümumiliyi. Məqsəd ümumiliyi. Dil ümumiliyi. ümumiyyət [ər.] bax. ümumilik 1-ci mənada. [Xamburabi:] Çünki cəmiyyət ümumiyyət, fərd isə xüsusiyyət deməkdir. Çəmənzəminli. ümumiyyətcə dan. bax. ümumiyyətlə. Ümumiyyətcə, o, hazırlıqlı tələbədir. ümumiyyətlə 1. Deyilənləri yekunlaşdırıcı, ümumiləşdirici ara söz kimi işlənir. Ümumiyyətlə, “Molla Nəsrəddin” susmağı bacarmırdı, o, etiraz etmək üçün doğulmuşdu. M.İbrahimov. Ümumiyyətlə, [Durna] pis dolanmamışdı, ancaq indi oğlunun evindəki firavan həyatı heç vaxt görməmişdi. Ə.Sadıq.\n2. zərf Ayrılıqda deyil, ümumi surətdə götürdükdə; hamılıqla. [Nizami] Fəxrəddinin qəhrəmanlığını və ümumiyyətlə azərbaycanlıların hərbi dəyərini çox gözəl bilirdi. M.S.Ordubadi. ümumqoşun is. və sif. Bütün qoşun növləri üçün ümumi, vahid olan, bütün qoşun növlərini qavrayan. Ümumqoşun taktikası. Ümumqoşun nizamnaməsi. ümummilli sif. [ər.] Bütün millət üçün ümumi olan, bütün millətə aid olan. Ümummilli dil. Ümummilli bayram. ümumrayon is. [ər. ümum və fr. rayon] Bütün rayon üçün ümumi, bütün rayona aid. Ümumrayon iməciliyi. ümumrespublika is. [ər. ümum və lat. respublika] Bütün respublika üçün ümumi, bütün respublikaya aid. Pambıq əkinlərinə ümumrespublika baxışı. ümumşəhər is. [ər.] Bütün şəhər üçün ümumi, bütün şəhərə aid. Ümumşəhər partiya konfransı. Ümumşəhər kitabxanası. ümumtəhsil sif. [ər.] Xüsusi deyil, ümumi təhsil verən. Ümumtəhsil məktəbləri. ümur is. [ər. “əmr” söz. cəmi] klas. İş, vəzifə. [Yusif Sərrac] naçar ümuri-səltənətin icrasına iqdam etdi. M.F.Axundzadə. ün is. qəd. Səs, səda. Ünümdən titrədi tamam vilayət; Eylə sandılar ki, qopdu qiyamət. M.P.Vaqif. Kədərli keçirdi dustağın günü; Gecə musiqisi bayquşun ünü. H.K.Sanılı. ünas is. [ər.] klas. Qadın, arvad. [Hacı Mehdi:] Mən dünən hamamdan qayıdan vaxt bir ünas tayfasına rast gəldim. Ə.Haqverdiyev. ünqa is. [ər.] bax. simurq. ünləmək f. Səsləmək, çağırmaq. üns is. [ər.]\n1. klas. İnsan, bəşər, adam.\n2. bax. ünsiyyət. • Üns bağlamaq (salmaq, tutmaq) – bax. ünsiyyət bağlamaq (salmaq, tutmaq) (“ünsiyyət”də). Çün ol bəşəriyyəti unutdu; Ahu onunla üns tutdu. Füzuli. Oğlan Nəriman əmi ilə Qərənfil bacıya doğma ata-anası kimi üns salmışdır. İ.Əfəndiyev. ünsiyyət is. [ər.]\n1. Qarşılıqlı münasibət, əlaqə, yaxınlıq, ülfət. Hələ bir-birini tanımayan adamlar heç xəbərləri olmadan bir-birinə yaxınlaşır, onların arasında ülfət və ünsiyyət daha da möhkəmlənirdi. Ə.Əbülhəsən. Atla kişinin [Mahmudalının] arasında qəribə bir ünsiyyət əmələ gəlmişdi. İ.Əfəndiyev. • Ünsiyyət bağlamaq (salmaq, tutmaq) – aralarında yaxşı münasibət yaranmaq, bir-biri ilə yaxın olmaq, ülfət bağlamaq. Biz sizə o qədər alışdıq, elə ünsiyyət bağladıq ki, ayrılmaq çətindir, – deyə, bir dost bizə müraciət edir. M.İbrahimov.\n2. Əlaqə, rabitə, qarşılıqlı münasibət. Dil insanlar arasında ünsiyyət vasitəsidir.\n3. Xoş münasibət, yaxınlıq, mehribanlıq. Ailədə ünsiyyət artıran, ürəkdə munis duyğular oyadan belə axşamlardan sonra yuxu nə qədər şirin olardı. M.İbrahimov. Həbib Gözəlin evində hərarət, körpələrində ünsiyyət, özündə mərhəmət gördüyü kimi, Gözəl də Həbibdə insaniyyət, mehribanlıq hiss edirdi. Ə.Vəliyev. ünsiyyətli sif. Adamlarla çox tez yaxşı münasibət yarada bilən; adamayovuşan, istiqanlı, mehriban. Ünsiyyətli adam. ünsiyyətsiz sif. Adamlarla münasibət yarada bilməyən; adamayovuşmaz, qanısoyuq. Ünsiyyətsiz adam. ünsür is. [ər.]\n1. Qədim materialist fəlsəfədə: təbiətin, bütün şeylərin, hadisələrin bünövrəsini təşkil edən əsas tərkib hissələrindən biri (od, su, hava, torpaq).\n2. kim. Adi kimyəvi üsullarla tərkib hissələrinə ayrıla bilməyən, yaxud da sintez yolu ilə əldə edilə bilməyən bəsit maddə; element.\n3. məc. Hər hansı ictimai təbəqənin nümayəndəsi. Cəmiyyətin mütərəqqi ünsürləri. – ..Nəsir [Qədirin] istirahət və səadətini əlindən almağa .. çalışan müzür bir ünsürdür. S.Hüseyn. [Rəbi:] Düşmən ünsürlərdən də bir çoxunu yaxaladım. C.Cabbarlı. // Şəxs, adam. Qəbilənin çalışmaq iqtidarından məhrum bütün ünsürləri burada [əlillər evində] idi. Çəmənzəminli.\n4. Tamı əmələ gətirən hissələrdən, cüzlərdən hər biri. Musiqi ifadəliliyinin bir çox mühüm ünsürləri (kök, vəzn, tembr və sairə) məhz melodiyanın tərkibində birləşərək bir vəhdət təşkil edir. Ə.Bədəlbəyli. İqlim ünsürlərindən biri də havanın nisbi rütubətidir. “Çay bitkisi”. // xüs. Hər hansı qurğunun, mexanizmin hissəsi, detalı. ünvan is. [ər.]\n1. bax. adres 1 və 2-ci mənalarda. [Maral] çox sağ ol! – dedi və ünvanını verərək Qara kişini Bakıya, evinə qonaq çağırdı. Ə.Əbülhəsən. Ünvanlara baxa-baxa; Bir qapını döydü onlar. M.Dilbazi.\n2. Ünvanına şəklində – haqqında, barəsində, aid. Ərlə arvad ünvanına qoşa sağlıqlar; Deyildikcə fikrə getdi qəm yeyə-yeyə. S.Vurğun. [Qüdrət] şəxsən öz ünvanına yağdırılan ittihamları rədd etməyə haqlı deyildi. M.Hüseyn.\n3. klas. Ünvanında, ünvanlı şəklində – adında, adlı, sərlövhəli, adı altında. Bu aprelin 4-də .. elm və kamal təhsil edən müsəlman cavanları hökumət rüsxəti ilə mərhum M.F.Axundzadənin “Məstəli şah” ünvanında tərtib etdiyi komediyanı oynayıblar. F.Köçərli. ünyetməz sif. Çox uzaq; çox uzaq olduğu üçün səs də gedib çatmayan; səs eşidilməz. Get-gedə qatılaşan sükutdan Orxan bir az vahimələndi, özünü dünyanın əlçatmaz, ünyetməz guşəsinə atılmış kimi tək-tənha hiss elədi.. İ.Məlikzadə. ürcah is. məh.: ürcah olmaq – rast gəlmək, təsadüf etmək, rastlaşmaq. Gorusun qarşısında bunlar bir bəynən strajnikə ürcah oldular. “Qaçaq Nəbi”. [Şahpəri:] Nəvən ürcah olacaqdı ədabazın, yelbeyinin birinə, o da sənin qədrini nə biləcəkdi! B.Bayramov. ürəfa is. [ər. “arif” söz. cəmi] klas. kit. Ariflər, mərifətli, ağıllı adamlar. Ürəfa məskəni olan Şirvan; Cühəla xabgahidir əlan. M.Ə.Sabir. ürək is.\n1. İnsanda qan dövranının, döş boşluğunun sol tərəfində yerləşən əzələli kisə şəklində mərkəzi orqanı; qəlb. Ürəyin döyünməsi. Ürək xəstəliyi. // Döşün qol tərəfində həmin orqanın üstündəki yer. Ürəyini tutmaq. – Bibixanım əlini ürəyinin üstünə qoydu.. B.Bayramov.\n2. məc. Həmin orqan insanın hiss, həyəcan, əhvali-ruhiyyə, təəssürat simvolu kimi. Adamın ürəyi sevinir. Ürəyini həyəcanlandırmaq. Ürəyim sakit deyil. – [Sultan bəy:] Yaxşı, yaxşı, naz eləmə, bilirəm ki, ürəyində sevinirsən. Ü.Hacıbəyov. Ailədə ünsiyyət artıran, ürəkdə munis duyğular oyadan belə axşamlardan sonra yuxu nə qədər şirin olardı. M.İbrahimov. // məc. Bu orqan həssaslıq, xeyirxahlıq simvolu kimi. Ürəyi olmayan adamlar onu başa düşə bilməzlər. // Həmin orqan məhəbbət, sevgi, eşq, vurğunluq, qəlbən bağlılıq kimi (bu mənada əsasən “qəlb” sözü işlənir).\n3. məc. bax. qəlb2 2-ci mənada. [Fitnə:] Bu, elin öz istəyidir; El dövlətin ürəyidir. A.Şaiq.\n4. məc. Cəsarət, hünər. Gecə ikən bir qadının təkbaşına ormana getməsi böyük bir ürək və cəsarət istər. S.Hüseyn.\n5. Ürəyindən şəklində zərf – istədiyi kimi, arzusuna müvafiq olaraq, arzuladığı kimi. [Hacı Hüseyn İslamın] lap ürəyindən danışmışdı. S.Hüseyn.\n6. Ürəklə şəklində zərf – 1) qorxmadan, çəkinmədən, ehtiyat etmədən, hünərlə, cəsarətlə. Ürəklə vuruşmaq. – Şahmar ürəklə dilləndi. B.Bayramov; 2) həvəslə, ürəkdən, can və könüldən. Çox məclis qurmuşam ağ bulağında; Ürəklə danışıb gülmüşəm, dağlar! Aşıq Şəmşir. ‣ Ürək ağrısı (yanğısı) ilə – bax. ürəkağrısı. O – ürək yanğısı, göz yaşları, bir çəngə bulud; Oyadıb yaddaşı, vicdanı utandırdı muğam. B.Vahabzadə. Ürək bağlamaq – qəlbini bağlamaq, qəlbən bağlanmaq. Yoldaşına ürək bağlamaq. Ürək bulandırmaq – nifrət hissi oyatmaq, iyrəndirmək. Hələ şəhərlərdə nişanələr var; Ürək bulandıran əfsanələr var. M.Müşfiq. Ürək çırpıntısı ilə – ürəyi çırpına-çırpına, intizarla, narahatlıqla. Sözün yerinə düşdüyünə sevinən Tükəzban xala, ürək çırpıntısı ilə Muradovun cavabını gözlədi. İ.Şıxlı. Ürək dostu (yoldaşı) – ən yaxın dost, yoldaş, sirdaş. Dostun bir tək dostu ol; Arxa-dirək dostu ol; Dost deyib, dost olanda; Söz yox, ürək dostu ol. (Bayatı). Ürək eləmək – bir işi görməyə cürət etmək, cəsarətlənmək, ürəklənmək. Nə mən ürək edirəm, yazım ona bir kağız; Nə də mənə yazmayır o şən, o mehriban qız. Ə.Cəmil. Ürək eləməmək – cəsarət eləməmək, ürəklənməmək. O qədər adamdan heç kəs cınqırını çıxartmağa da ürək eləməsin?! Ə.Əbülhəsən. Ürək qızdırmaq – inanmaq, etibar etmək, qızmaq. Ona ürək qızdırmaq olmaz. – [Rüstəm kişi] Yarməmməd hadisəsindən sonra Salman və Lal Hüseynə ürək qızdıra bilmirdi. M.İbrahimov. [Gövhər xanım:] Tanımadığım, bilmədiyim adama necə ürək qızdırım? İ.Hüseynov. Ürək qoymamaq – bax. ürəyini yarmaq. Öpdülər Osmanı qaçaqlar təktək; Dedilər: – Qoymadın sən bizdə ürək! H.K.Sanılı. Ürək sındırmaq – ürəyinə toxunmaq, qəlbinə toxunmaq, özündən incitmək. Özgə qismətinə göz də dikmədim; Ürək sındırmadım, qəlb incitmədim. B.Vahabzadə. Ürək vermək – 1) ürəkləndirmək, cəsarətləndirmək, bir işə ruhlandırmaq. Arabir Nəbi yoldaşlarına ürək vermək üçün nərə çəkir. “Qaçaq Nəbi”. [Sərvinaz:] Toyuq ölsə bir çəngə tükdür, dəvə ölsə dərisi bir yükdür, – deyə, öz-özünə ürək verdi. B.Bayramov; 2) sevmək, məhəbbət yetirmək. [Rövşən:] Xanım, mənim sevgilim vardır. Mən onunla əhd-peyman eləmişəm ki, bir özgəsinə ürək verməyəm. (Nağıl). Ürək yandırmaq – bax. can yandırmaq (“can”da). İşə ürək yandırmaq. – [Kələntər Rüstəmə:] Hərəsi bir dərədən gəlib. Muğana nə ürək yandıracaqlar.. M.İbrahimov. Ürək yanğısı ilə – bax. ürək ağrısı ilə. Katib .. ürək yanğısı ilə davam etdi. B.Bayramov. Ürəkdən tikan çıxar(t)maq – birinin qisasını başqasından almaq. Ürəklərini boşaltmaq – öz kədərlərini, həyəcanlarını, hisslərini bir-birinə danışmaq. Ürəyə işləmək – təsir etmək, təsirləndirmək. Nənənin ürəyə işləyən sözlərinin müqabilində Cəmil də doluxsundu. S.Rəhimov. Ürəyi açılmaq – qəmdən, kədərdən qurtarıb sevinməyə başlamaq, kefi açılmaq. [Sara Əbdülə:] Zəhmət də olsa, lütf edib, məni pəncərənin qabağına aparın, bir az [xanəndəyə] qulaq asım, ürəyim açılsın. C.Cabbarlı. [Tükəzban:] O zamanlar adamın ürəyi açılmır, üzü gülmürdü. M.Hüseyn. Ürəyi ağrımaq məc. – yazığı gəlmək, rəhmi gəlmək; acımaq. Ürəyi ağzına gəlmək – 1) iyrənmək, çiyrənmək. [Qurban:] Üzünə baxanda adamın ürəyi ağzına gəlir. Ə.Haqverdiyev; 2) bərk qorxmaq, qorxu hissi keçirmək. Ürəyi aşıb-daşmaq – çox sevinmək, şadlanmaq, fərəhlənmək. Ürəyim fərəhdən aşıb-daşanda; Qışı yaz görürəm, qaranı ağ mən. B.Vahabzadə. Ürəyi atlanmaq – 1) həsrətində olmaq. O yerləri görmək, Çinarlı bulaqdan su içmək üçün Yusifin ürəyi atlanırdı. B.Bayramov; 2) bax. ürəyi döyünmək. [Sabirin] dərs zamanı həmişə ürəyi atlanırdı. S.Rəhimov. Ürəyi atmaq – bax. ürəyi atlanmaq 1-ci mənada. Ürəyi ayağının altına düşmək – bax. ürəyi qopmaq. Ürəyi bir tikə olmaq – bax. ürəyi ərimək. Burada bəzilərinin ürəyi bir tikə olur. Mir Cəlal. Ürəyi birtəhər olmaq – özünü pis hiss etmək, ürəyi üzülmək. [Sevil Atakişiyə:] Bəsdir, ay əmi, ürəyim birtəhər oldu. C.Cabbarlı. Ürəyi boşalmaq – sakitləşmək, ağlayıb rahat olmaq. ..Şəfiqə isə evdə tək qalıb ürəyi boşalana kimi ağladı. İ.Musabəyov. Ürəyi böyümək – iftixar, məmnunluq hissi ilə fərəhlənmək, sevinmək. Səhərki sovqat şeylərinin hazırlanmasını fikirləşdikcə Qərənfil xalanın ürəyi böyüyür, şadlığından otağa sığmırdı. Ə.Vəliyev. Ürəyi bulanmaq – 1) qusmaq ehtiyacı hiss etmək, mədəsi qarışmaq. [Səfərqulu bəy:] ..Şoqəribin adını çəkəndə ürəyim bulanır. S.S.Axundov. [Əlləzoğlu:] [Gülgəzin] yenə ürəyi bulanır, başı da ağrıyır. İ.Hüseynov; 2) nifrət hiss etmək, nifrətlənmək. Əbil gördüklərini, eşitdiklərini qeyd eləyir, dostlarını görəndə ürəyi bulanır, qan beyninə sıçrayırdı. Ə.Vəliyev. Ürəyi buz kimi olmaq – tamamilə sakit, rahat, xatircəm olmaq. Ürəyi cızıldamaq (cız-cız cızıldamaq) – bax. ürəyi yanmaq 2-ci mənada. Ürəyi çatlamaq – ürəyi partlamaq. Çatlayır, Xanbacı, qəmdən ürəyim; Qovuşub lap acığımdan kürəyim. M.Ə.Sabir. Ürəyi çəkilmək – son dərəcə üzülmək, zəifləmək, canı qalmamaq. Hacı Atakişi köksünü ötürdü: – Yox, Əli Sadiqi, elə demə, ürəyim çəkilib, quru bədənim qalıb. Ə.Abasov. Ürəyi çəkməmək – bax. ürəyi götürməmək. Ürəyi çırpınmaq – narahat olmaq, həyəcanlanmaq. Səltənətin ürəyi çırpındı. B.Bayramov. Ürəyi dabanına düşmək – bax. ürəyi ayağının altına düşmək. Ürəyi dağ boyda olmaq (dağa dönmək) – fəxr etmək, iftixar etmək, hədsiz sevinmək. Sözlərini dalğa-dalğa yaydı səhər küləyi; Dağa döndü anaların, ataların ürəyi. S.Vurğun. [İlyas Adiləyə:] Dayımla bərabər yanaşı at sürərək kənddən çıxanda ürəyim dağa dönmüşdü. Ə.Məmmədxanlı. Ürəyi dağ-dağaya düşmək – bərk həyəcan keçirmək, narahat olmaq, səksəkəli olmaq. Qız ha gözlədi ki, indi İbrahim gələr, bu saat İbrahim gələr, gördü yox, İbrahim, deyəsən, heç burda yoxmuş. Axırda ürəyi dağ-dağaya düşdü. (Nağıl). Ürəyi dağlanmaq – son dərəcə qəmlənmək, kədərlənmək. Bu zaman Lətif şahın ürəyi dağlanıb, sazı basdı sinəsinə. “Lətif şah”. Ürəyi darıxmaq – bax. ürəyi sıxılmaq. Əşrəfin ürəyi darıxdı. S.Rəhman. Ürəyi daşa dönmək – zalımlaşmaq, qəddarlaşmaq, amansızlaşmaq, riqqət hissini itirmək. [Əbdül:] Adamların ürəyi daşa dönüb. C.Cabbarlı. Göz qızanda qulaq kar olur, ağıl başdan çıxır, ürək daşa dönür, dil lal olur. Ə.Abasov. Ürəyi daşdan (dəmirdən) – zalım, rəhmsiz, heç kəsə yazığı, rəhmi gəlməyən, acımayan adam haqqında. Ürəyi daş olan bir filankəsə; İndi necə qıyım öz ürəyimi? B.Vahabzadə. Ürəyi dilində – sadədil, ürəyiaçıq adam haqqında. Qasım Kəngərli təbiətən sadə, təmiz adam idi, “siyasət” bilməzdi, ürəyi dilində idi. M.İbrahimov. Ürəyi dolu – kədərdən və ya sevincdən ürəyində çoxlu deməli, yaxud yazmalı sözü olan adam haqqında. Məstan bəyin ürəyi dolu idi. Boşaltmağa adam axtarırdı. B.Talıblı. Ürəyim doludur, qoy deyim bir-bir; Boldur çörəyimiz, boldur çayımız. H.Hüseynzadə. Ürəyi düşmək – bərk qorxmaq, vahimələnmək. [Odabaşı:] Mücrünü gördükcə Fərmanın bir qədər ürəyi düşdü. Ə.Haqverdiyev. [Xanımnaz:] Salıblar [Almazı] dilə-ağıza. Hələ iki adam yığışanda ürəyim düşür. C.Cabbarlı. Ürəyi ərimək – kədərdən, qorxudan üzülmək. Neyləyim kim, bən fəqirəm, sən əmir; Həsrətindən yürəyim hərdəm ərir. Nəsimi. Ürəyi əsmək – 1) iztirab keçirmək, qorxudan əsmək. [Xanımnaz Almaza:] Ay qızım, qurban olum sənə, ürəyim əsirdi. C.Cabbarlı. [Səlim bəy:] Bax, yenə əlimdə əsirsən, əsir; Duyuram, qorxudan ürəyin əsir. S.Rüstəm; 2) birinin həsrətində olmaq, arzulamaq. Gülşadın anasından ötrü ürəyi əsirdi, burnunun ucu göynəyirdi. Ə.Vəliyev. Ürəyi getmək – 1) huşunu itirmək, bayılmaq. Bu yerədəymənin zərbindən zavallı uşağın ürəyi getdi. S.S.Axundov. [Əbdül Gülnisəyə:] Xanım, Saranın ürəyi gedib, tez həkim lazımdır! C.Cabbarlı; 2) bərk acmaq, yemək istəmək. [Maya:] Gedək, Pərşan, mən özüm də qayğanaqdan-zaddan bişirə bilirəm, yaman da acmışam, yəqin ki, Qaraşın da ürəyi gedir. M.İbrahimov; 3) bir şeyin bərk həsrətində olmaq, arzusunda olmaq, istəmək. [Təlxək əcinnə:] Səndən ötrü ürəyim gedir. Ə.Haqverdiyev. Ürəyi gəlməmək – 1) qıymamaq, əli getməmək, heyfi gəlmək. Sürəyya sonsuz bir fərəhlə bu açılan qönçələrin üzərinə yüyürür, onları qoparmağa ürəyi gəlmir, yalnız əllərinin şəfqətli təmasilə bir-bir onları oxşamaq istəyirdi. Ə.Məmmədxanlı. Əsmər xala gözlərini stolun kənarında qüssəli oturmuş adamdan çəkdi, ancaq bu sözləri deməyə ürəyi gəlmədi. Q.İlkin; 2) qorxmaq, ehtiyat etmək, çəkinmək. Əcəb xala kəndin aşağı başında olduğu üçün təkbaşına gecə vaxtı getməyə ürəyi gəlmədi. S.Hüseyn. Ürəyi götürməmək – təbiəti qəbul etməmək, çəkməmək. Həkimin yazdığı dərmanı anama çətinliklə içirdirdim, ürəyi götürmürdü. Mir Cəlal. Ürəyi gup (gurp, tıp) eləmək – bax. ürəyi düşmək. Ürəyi gülmək – şadlanmaq, fərəhlənmək, sevinmək. Ürəyi xarab olmaq – 1) bax. ürəyi getmək. Mehribanın ürəyi xarab olub özündən getmişdi. S.Hüseyn; 2) bərk kədərlənmək, təsirlənmək. Qız özünü saxlaya bilməyib ağladı. Ata-anasının ürəyi xarab olub dedilər. (Nağıl). Ürəyi içinə düşmək – bax. ürəyi düşmək. Ürəyi istədiyi kimi – necə istəyir, necə lazımsa. Ürəyi istədiyi qədər – nə qədər istəyir, nə qədər lazımsa o qədər. Ürəyi istəyən – hər nə istəyir, hər nə lazımdır, hər nə arzulayır. Novruz bayramına iki gün varıydı... Küsülülər barışırdı, ürəyi istəyənlər bir-birini qonaq çağırırdı... “Aşıq Ələsgər”. Ürəyi keçmək – bax. ürəyi getmək 1-ci mənada. Güllənin səsinə padşahın ürəyi keçib yerə yıxıldı. (Nağıl). Ürəyi köksünə sığmamaq – hədsiz dərəcədə fərəhlənmək, iftixar etmək, sevinmək. Ürəyi kövrəlmək (kövrəklənmək, kövrəkləşmək) – doluxsunmaq, təsirlənmək, riqqətə gəlmək. Kərəm bunları görəndə ürəyi kövrəldi. “Əsli və Kərəm”. Ürəyi qalxmaq – 1) bax. ürəyi bulanmaq 1-ci mənada. [Şamoya] elə gəldi ki, onun quluncu bərk sancır, kürəyi qovuşur, ürəyi qalxır. S.Rəhimov; 2) bax. ürəyi atlanmaq 1-ci mənada. Ürəyi qan olmaq (qana dönmək) – son dərəcə kədərlənmək. Kərəmin ürəyi qana döndü, elə bildi ki, bu, Əslinin ceyranıdır. “Əsli və Kərəm”. Harda qaldın, sənə qurban, ürəyim qan oldu? M.Möcüz. Ürəyi qanla dolmaq – bax. ürəyi qan olmaq (qana dönmək). Ürəyi qəfəsə salınmış quş kimi çırpınmaq – bax. ürəyi quş kimi çırpınmaq. Ürəyi qıldan (sapdan, tükdən) asılı olmaq (asılmaq) – ürəyi xəstə, zəif adam haqqında. Ürəyi qırılıb ayağının (ayaqlarının) altına düşmək – bax. ürəyi ayağının altına düşmək. Ürəyi qısılmaq – qüssələnmək, kədərlənmək. Tutqun havadan adamın ürəyi qısılır. Ürəyi qızınmaq – xoşlamaq, xoşuna gəlmək, bəyənmək. [Xəlil:] Səni görən kimi ürəyim qızındı, xoşuma gəldin. S.Rəhman. Ürəyi qızmaq – 1) inanmaq, etibar etmək; qızmaq. Hərçənd [Gülpərinin] bu şəhərdə tanışları vardı, amma onlara da ürəyi qızmırdı. S.S.Axundov. [Gövhər xanım:] Onlara da ki ürəyim qızmır, ümid eləmirəm. İ.Hüseynov; 2) bax. ürəyi qızınmaq. Ürəyi qopmaq (qırılmaq) – bərk qorxmaq, qorxu hissi keçirmək. [Dərviş:] Paltar xışıltısını eşidərək ürəyim qopdu. A.Divanbəyoğlu. Nərgizin ürəyi qopdu. Ə.Məmmədxanlı. Ürəyi qubarlanmaq (qubar bağlamaq) – bax. ürəyi qan olmaq (qana dönmək). Kərəmin ürəyi qubarlandı, sazını dərdli sinəsinə basıb dedi. “Əsli və Kərəm”. Ürəyi quş kimi çırpınmaq – bax. ürəyi yarpaq kimi əsmək. Yol qısaldıqca Nəcəfin ürəyi quş kimi çırpınır, səbri tükənirdi. Q.İlkin. Ürəyi nanə (nanə yarpağı) kimi əsmək (titrəmək) – bax. ürəyi əsmək. Ürəyi od tutmaq (od tutub yanmaq) – bax. ürəyi yaralanmaq. Gəlirəm dəhşətə gördüklərimdən; Od tutur ürəyim, hərlənir başım. S.Rüstəm. Əbilin tüstüsü təpəsindən çıxır, ürəyi od tutub yanırdı. Ə.Vəliyev. Ürəyi oxşamaq – həzz vermək, ləzzət vermək, zövq vermək. Bu musiqi adamın ürəyini oxşayır. Ürəyi olmaq – arzu etmək, arzusunda olmaq, istəmək. Ürəyi parçalanmaq (parça-parça olmaq) – bax. ürəyi partlamaq 1-ci mənada. Qoparıb atmışdılar bir gülü budağından; Ürəyim parçalandı, hücum çəkdi dərd mənə. S.Rüstəm. [Əbdülkərim:] Od çıxırdı elə bil o yanıqlı nəfəsdən; Qana dönmüş ürəyim parçalandı bu səsdən. B.Vahabzadə. Ürəyi partlamaq – 1) intizardan, kədərdən, pis xəbərdən bərk həyəcanlanmaq, kədərlənmək, ürəyi parçalanmaq. [Məryəmin] fikirdən, qüssədən az qaldı ürəyi partlasın. M.İbrahimov; 2) ürəyin fəaliyyətinin dayanması nəticəsində ölmək. Yarım saat keçməmişdi ki, Hacı Nəsirin dükanda ürəyi partlayıb vəfat etməsi xəbəri gəldi. S.S.Axundov. Ürəyi sakitləşmək (sakit olmaq) – sakit olmaq, sakitləşmək, rahatlanmaq, nigarançılıqdan qurtarmaq, xatircəm olmaq. [Ata:] Qızım, bu vilayətdə əgər ürəyin sakit olmursa, köçüb, başqa vilayətə gedək. (Nağıl). Əmisi uşaqları peşkəş qutularını açmamış Ağcanın ürəyi sakitləşməzdi. Mir Cəlal. Ürəyi səksəkədə (səksəkəli) olmaq – təşviş, təlaş keçirmək, intizarda olmaq. Oturmuşdum səkidə; Ürəyim səksəkədə; Yardan baş alma gəldi; Bir qızıl nəlbəkidə. (Bayatı). Ürəyi sərinləmək – rahatlaşmaq, sakitləşmək, xatircəm olmaq. Ürəyi sıxılmaq – kədərdən, qəmdən, yorğunluqdan, yaxud acınacaqlı bir şeyi görməkdən üzülmək, üzüntü duymaq, ürəyi ağrımaq, qəlbi sıxılmaq. Saçları dağınıq dolaşırsan tək; Sıxılır yalnızlıq əlində ürək. Ə.Cavad. Budaqları sınıq ağacları görərkən yolçunun ürəyi sıxıldı. Ə.Məmmədxanlı. Ürəyi sınmaq – incimək, qəlbi sınmaq. [Pəri:] Bəhram! Sən xoşəxlaqsan, amma arabir sənin bu hərəkətlərini görəndə ürəyim tamamilə səndən sınır. C.Cabbarlı. Tərif etsəm, məni gözəllər qınar; Etməsəm, bilirəm, ürəyin sınar. M.Rahim. Ürəyi sızıldamaq – bax. ürəyi ağrımaq. Ürəyi soğan qabığı kimi soyulmaq – bax. ürəyi yanmaq 1-ci mənada. Ürəyi soyumaq – 1) sakitləşmək, rahat olmaq, xatircəm olmaq. [Canbalayev:] Ürəyi soyumayıb, indi də ailəmin içinə əl atır, ürəyimi partlatmağa çalışır. İ.Hüseynov; 2) incimək, ürəyi sınmaq, qəlbi sınmaq. [Ceyniz:] [Şiz] əllərini ac qurd kimi quzu buduna uzadandan bəri ürəyim ondan soyumuşdu. Çəmənzəminli. Ürəyi sökülmək (tel-tel olmaq) – son dərəcə kədərlənmək, qəmlənmək. Sökülür ürəyim, tutulur dilim. M.Rahim. [Nazlı Gülzara:] Bir yandan sevinirəm, bir yandan ürəyim teltel olur. Ə.Məmmədxanlı. Ürəyi şama dönmək (şam kimi ərimək) – bax. ürəyi ərimək. Narınca bax, narınca; Saxlaram saralınca; Şama döndü ürəyim; Səndən cavab alınca. (Bayatı). Ürəyi şan-şan olmaq – bax. ürəyi parçalanmaq (parça-parça olmaq). Pəri Soltan əhvalatı eşidəndə ürəyi şan-şan olub dedi. (Nağıl). Ürəyimiz oldu şan-şan; Aldığımız bu yaradan. B.Vahabzadə. Ürəyi şişmək – 1) bax. ürəyi dağa dönmək. Oğlunun müvəffəqiyyətindən atanın ürəyi şişdi; 2) darıxmaq, təngə gəlmək. Sabirin “arizi qəmlər əlindən”; Ciyəri dağlandı, ürəyi şişdi; O ürək dünyanı dərk edən gündən; Nə qədər cəfaya tab eyləmişdi. B.Vahabzadə. Ürəyi tir-tir əsmək – bərk həyəcan, iztirab keçirmək. Ürəyi titrəmək – bax. ürəyi əsmək. Bilsəydi ki, yerimdə mən durmuşam dağ kimi; Məgər titrəyərdimi ürəyi yarpaq kibi? X.Rza. Ürəyi tutmaq – 1) xoşuna gəlmək, xoşlamaq, sevmək, bəyənmək, ürəyinə yatmaq. [Gəldiyev:] Bəlkə sizin təsadüf saydığınız adam qızınızın xoşuna gəlmişdir, bəlkə ürəyi tutmuşdur. Mir Cəlal; 2) ürək ağrısı tutmaq. Ürəyi tutulmaq – qəmlənmək, kədərlənmək. [Asya:] Ay Gülçöhrə, sən oxuyanda həmişə mənim ürəyim tutulur, bikef oluram. Ü.Hacıbəyov. Ürəyi tükdən nazik – ürəyiyumşaq, ürəyinazik, çox riqqətli adam haqqında. Ürəyi uçmaq – çox sevinmək, həddən artıq şadlanmaq. Ürəyi uçunmaq – bihal olmaq, titrəmək. Oğlunun tutduğu işdən kişinin qəzəblənəcəyini yaxşı bildiyindən, Salatının ürəyi uçunurdu. İ.Şıxlı. Ürəyi üstündə durmamaq – qorxudan, iztirabdan, intizardan və s.-dən bərk həyəcan keçirmək, çox narahat olmaq. [Gülnaz:] Ax, qorxudan ürəyim üstümdə durmur. Ü.Hacıbəyov. Ürəyi üstünə gəlmək – əvvəlki rahatlığı, təskinliyi, xatircəmliyi qayıtmaq, rahat olmağa başlamaq. [Sona Həmzəyə:] Denən heç nə yoxdur, xəbər yalandır, [Qadirin] bəlkə ürəyi üstünə gəlsin! Ə.Əbülhəsən. Ürəyi üzülmək – bax. ürəyi ərimək. Ürəyi vurulmaq – sevmək, məhəbbət salmaq. Ona vurulmuş ürəyim; Ondan ayrılmamış bir an; Nə arzum, nə diləyim. N.Rəfibəyli. Ürəyi yanmaq – 1) yazığı gəlmək, rəhmi gəlmək, acımaq. Paşa Qəribin ağlamağını görüb ürəyi yandı. “Aşıq Qərib”. [Nəbi:] Mən də, doğrusu, atayam, ürəyim yanır, qızıma yazığım gəlir. Ə.Haqverdiyev; 2) bərk susamaq, susuzlamaq. [Qarı:] Qızım, bir qaşıq su ver, içim, ürəyim yaman yanır. (Nağıl). [Yunis:] Su ver, xalacan, ürəyim yanır... Ə.Məmmədxanlı. Ürəyi yaralanmaq – pis bir şeydən, hadisədən və s.-dən mütəəssir olmaq, kədərlənmək. Ürəyi yarpaq kimi əsmək – bax. ürəyi əsmək. Ürəyi yerində olmamaq – narahat olmaq, həyəcan keçirmək, iztirab içində olmaq. Ürəyi yerin-dən qopmaq (oynamaq) – bax. ürəyi qopmaq. Ürəyi yerindən oynamaq (qopmaq) – bax. ürəyi qopmaq. Bu an birdən aşağıdan elə bir qışqırıq qopdu ki, ürəyim yerindən oynadı. Ə.Məmmədxanlı. Ürəyi yerinə gəlmək – bərk həyəcandan, qorxudan sonra sakitləşmək, rahat olmaq, asudə nəfəs almağa başlamaq. Tamaşanın ürəyi yerinə gəldi. Mir Cəlal. Ürəyi yuxalmaq – bax. ürəyi kövrəlmək. Bunları düşünə-düşünə Çimnaz arvadın ürəyi yuxaldı, gözlərinə yaş gəldi. Ə.Əbülhəsən. Ürəyi yumşalmaq – acığı soyumaq, qəzəbi keçmək, mülayimləşmək. Qəmərin ürəyi yumşaldı, gözlərinin yaşını abi-niysan kimi töküb dedi: – Mehriban dayı, mən yuxu görmüşəmsə, bəs bu üzük nədir? (Nağıl). Sadıqla Kərimi görən kimi [Xanpərinin] ürəyi yumşaldı. Ə.Vəliyev. Ürəyində daş bağlamaq – bax. ürəyində qalmaq. Ürəyində gizlətmək – bax. ürəyində saxlamaq 1-ci mənada. Arzusunu ürəyində gizlətmək. Ürəyində kök salmaq – unudulmamaq, həmişə yadda, xatirdə olmaq, unudulmaz olmaq, həmişəlik yadda qalmaq. İki xalqın ürəyində kök salıb; Füzulinin, Nəvainin qəzəli. S.Rüstəm. Ürəyində qalmaq – 1) həyata keçməmək, yerinə yetməmək. [Ədalət Ehtişamiyə:] Bu mənfur niyyətiniz ürəyinizdə qalacaq, Sərhəng!.. Ə.Məmmədxanlı; 2) deyilməmiş qalmaq, ifadə edilməmiş halda qalmaq. Qaçayın sözləri bir nisgil kimi ürəyində qaldı. Ə.Vəliyev; 3) boğazında qalmaq (tikə və s.). Ürəyində yağ qalmamaq – bax. ürəyinin yağı ərimək. Cəfərin ata və anasını gözləməkdən ürəyində yağ qalmamışdı. Ə.Vəliyev. Ürəyində yer eləmək – unuda bilməmək, xatirindən çıxara bilməmək, həmişə yadında olmaq. Bu arzu onun ürəyində yer elədi. Ürəyindən çıxarmaq – qəlbindən çıxarmaq, unutmaq, birdəfəlik əl çəkmək. Məhəbbətini ürəyindən çıxarmaq. Kini ürəyindən çıxarmaq. – [Surxay Aydına:] Sən bu gün hər şeyi səmimi bir andla ürəyindən çıxar. C.Cabbarlı. Ürəyindən xəbər vermək – 1) birinin ürəyində olan fikri qabaqcadan hiss edirmişcəsinə söyləmək, ifadə etmək. [Ana:] Can bala, – dedi, – ürəyimdən xəbər verdin! M.Rzaquluzadə; 2) ruhunu oxşamaq, xoşlandırmaq. Bu, hekayənin sarı simidir, bu sim lap yerində çalınır və oxucunun ürəyindən xəbər verir. M.İbrahimov. Ürəyindən keçmək – ürəyində arzu etmək, istəmək. [Qaçayın] ürəyindən keçdi ki, Ataşla can-dildən söhbət eləsin. Ə.Vəliyev. Ürəyindən qara qanlar axmaq (getmək) – acı, xoşagəlməz, yaxud qorxulu bir hadisəni, işi təsəvvürə gətirmək, dərin həyəcan və iztirab keçirmək. Poladzadə sakit qulaq asa bilmir, ürəyindən qara qanlar axırdı. Ə.Vəliyev. [Nəcəf bəy Bəhruza:] [Məclis] üzdən sənə elə [təntənəli] görsənir, bacıoğlu, amma içəridə ürəyimizdən qara qanlar gedir. Ə.Məmmədxanlı. Ürəyindən qoparıb (silib, çıxarıb) atmaq – bax. ürəyindən çıxarmaq. Oğlan bura gəlməyinə peşman olmuşdu və qəlbində qəflətən baş qaldırmış bu hissi boğmağa çalışırdı. Boğdu bu hissi. Ürəyindən çıxarıb, bayaq gözlərinə görünən ağ pərdənin arxasına atdı... İ.Məlikzadə. Ürəyindən olmaq – istədiyi, arzu etdiyi kimi olmaq. Aygünün də ürəyindən oldu bu xəbər... S.Vurğun. Ürəyindən silmək, silib (çıxarıb) atmaq – bax. ürəyindən çıxarmaq. [Nəcəf:] Eybi yoxdur, – dedi, – mən sənin etdiklərinin hamısını ürəyimdən silib ataram. Q.İlkin. Ürəyindən tikan çıxarmaq – tam razı salmaq, məmnun etmək. Deyilənlər ürəyimdən tikan çıxartdı; // birisindən başqasının qisasını almaq, birisinin arzusunu yerinə yetirməklə onu tam razı salmaq, məmnun etmək. [Nisə xanım Şeydaya:] Vahidova hücum eləmisən, ürəyimdən tikan çıxartmısan. Ə.Məmmədxanlı. Ürəyinə dağ basmaq (vurmaq, qoymaq, çəkmək) – ürək ağrısı vermək, əzab və iztirab vermək, cəfa vermək, incitmək. [Camal:] Eh, ay Nəbi dayı, bəylər çoxlarını qabıqdan çıxarıblar. Mənim ürəyimə də dağ çəkiblər. Ə.Abasov. Ürəyinə dağ-dağa düşmək – təşvişə, qorxuya düşmək, şübhəyə düşmək. Ürəyinə dağ-dağa(lar) gətirmək (salmaq) – cürbəcür şübhələrlə özünü narahat etmək, təşvişə salmaq. [Nurulla:] Uf, arvad, sağ olasan səni, niyə ürəyinə dağdağalar gətirirsən? E.Sultanov. Ürəyinə dammaq – qabaqcadan hiss etmək, duymaq, sezmək. [Sona Mahmuda:] Elə bil ürəyimə dammışdı ki, gələcəksən. Z.Xəlil. Ürəyinə dərd eləmək – bax. ürəyinə salmaq. Ürəyinə dəymək – 1) bax. ürəyini vurmaq. Mən sənə dedim ki, “bir az az ye, çünki turşdu, ürəyinə dəyər”. M.Ə.Sabir; 2) incitmək, qəlbini qırmaq, könlünü qırmaq, toxunmaq. [İbrahim:] Onun ürəyinə dəymək heç bir layiq iş deyildi. Ə.Haqverdiyev. Maarif müdirinin istehzalı rəftarı Rüstəm kişinin ürəyinə dəydi. M.İbrahimov. Ürəyinə düşmək – bax. ürəyinə dammaq. Ürəyinə gəlmək – güman etmək, zənn etmək, fikrinə gəlmək. [Surxay Aydına:] O zavallı [Gültəkin] sənin rahatlığın üçün hər bir şeyi, hətta canını belə əsirgəmirkən sənin gör nə kimi şeylər ürəyinə gəlir. C.Cabbarlı. Ürəyinə gətirmək – fikrinə gətirmək, ehtimal etmək, güman etmək. Belə şeyləri ürəyinə gətirmə. Ürəyinə girmək – müxtəlif yollarla öz tərəfinə çəkməyə, ələ almağa çalışmaq. Ürəyinə işləmək – təsir etmək, mütəəssir olmaq. Ürəyinə qara-qura gəlmək – ürəyinə şübhəli şeylər gəlmək, ürəyinə qara fikirlər gəlmək. [Nisə xanım Sədəfə:] Amma ürəyinə qara-qura gəlməsin. Ə.Məmmədxanlı. Ürəyinə qaynar su səpmək – bax. ürəyinə dağ basmaq. Ürəyinə ləkə (xal) düşmək – bir şeydən şübhələnməyə başlamaq. [Şirəlinin] ürəyinə balaca xal düşdüsə də, üzə vurmayıb dedi. S.Rəhman. Ürəyinə ləkə (xal) salmaq – şübhələndirmək, ürəyinə şübhə salmaq. Ürəyinə od düşmək – bax. ürəyi od tutmaq (od tutub yanmaq). Ürəyinə od salmaq – bərk həyəcanlandırmaq, sarsıtmaq. Ürəyinə ox batsın! (batmış!) – bax. ürəyinə güllə dəysin! (dəymiş!). Ürəyinə salmaq – bir şeyə çox həssaslıqla yanaşmaq, bir şeyə qarşı hədsiz həssaslıq göstərmək, bir şeyi özünə dərd eləmək. [Pəri:] Bəhram! Sən ürəyinlə çox danışırsan. Ürəyinə heç bir şey salma! C.Cabbarlı. Almanı alma, gəlin! Al yerə salma, gəlin; Evdə söz-sov çox olar; Ürəyinə salma, gəlin! (Bayatı). Ürəyinə su (soyuq su) səpmək – sakitləşdirmək, xatircəm etmək, rahatlandırmaq. Camal danışdıqca elə bil Qərənfilin yanıqlı ürəyinə soyuq su səpirdilər. Ə.Vəliyev. Ürəyinə toxunmaq – bax. ürəyinə dəymək. [Aydəmir:] Aydəmiri torpaqlara gömməmiş heç kəs onun ürəyinə toxunmaz. Unutma! C.Cabbarlı. “Azərbaycan!” – deyiləndə ayağa dur ki; Füzulinin ürəyinə toxuna bilər. M.Araz. Ürəyinə yağ kimi yayılmaq – çox xoşuna gəlmək, çox ləzzət vermək, çox xoş gəlmək. Bu sözlər ürəyimə yağ kimi yayıldı. Ürəyinə yatmaq (yapışmaq) – xoşuna gəlmək, xoşlamaq, bəyənmək. [Əsgər:] Gördüyüm qızlardan da xoşum gələni, ürəyimə yatanı bir nəfər olubdur. Ü.Hacıbəyov. Yaxından baxıb bələd olduqca Fərhadoğlunun ürəyi Əmiraslan babaya daha artıq yapışır. S.Rəhimov. [Nazlı Nataşaya:] Bizdə belədir. Elə ki oğlan ürəyinə yatdı, əvvəlcə ona göz-qaş elə. Ə.Məmmədxanlı. Ürəyinə yol tapmaq – birinin məhəbbətini, hüsn-rəğbətini qazanmaq. Ürəyinə güllə dəysin! (dəymiş!) – qarğış ifadəsi. Ürəyini açıb ortaya tökmək – bax. ürəyini açmaq 1-ci mənada. Telli bütün ürəyini açıb ortaya tökmüşdü. S.Hüseyn. Ürəyini açmaq – 1) ürəyindəkiləri açıb demək, ürək sirrini demək, danışmaq; 2) sevindirmək, şadlandırmaq, qəmini, qüssəsini unutdurmaq. Usta Murtuz xəstənin ürəyini açmaq üçün şirin söhbətlər elədi, məzhəkə dedi. Mir Cəlal. Lakin bunların heç birisi qızın ürəyini açmırdı. Q.İlkin. Ürəyini ağrıtmaq – bax. ürəyini incitmək. Bu duyğu Nərimanın ürəyini ağrıtdı. Mir Cəlal. Ürəyini almaq – incimiş bir adama xoş sözlər söyləyərək onu sakitləşdirmək, incikliyini unutdurmağa çalışmaq. Qurban ustanın ürəyini almaq, onu sakitləşdirmək üçün ciddi dedi. M.Süleymanov. Ürəyini boşaltmaq – ürəyində nə varsa hamısını söyləyib sakitləşmək, rahatlanmaq. Mirzə Cavad o ki demək idi, oğluna deyib ürəyini boşaltdı. Ə.Haqverdiyev. [Yusif:] Dedim, qoy ürəyini boşaltsın, axıra qədər dinməzcə qulaq asdım. B.Bayramov. Ürəyini buz kimi saxlamaq – tamamilə sakit olmaq, xatircəm olmaq, soyuqqanlılıq göstərmək. Ürəyini çalmaq – bax. ürəyini ovlamaq. Ürəyini çəkmək (çürütmək) – üzüntü vermək, əldən salmaq, canını üzmək, usandırmaq, üzmək. Ürəyini dəlmək (deşmək, didmək) – ruhi əzab vermək, incitmək, əziyyət vermək. [Banı:] Banının ürəyin deşdin; Boynuna xələtin biçdin. “Aşıq Qərib”. [Solmaz Altunbaya:] Fəqət neçin ürəyimi didirsən! C.Cabbarlı. Ürəyini dindirmək – oxşamaq, əzizləmək, nəvaziş göstərmək. Ürəyini düşürmək – bax. ürəyini qoparmaq. Ürəyini ələ almaq – rəğbətini, hüsn-təvəccöhünü, sevgisini qazanmaq. [Müəllim] bir gənclərin ürəyini deyil, hətta qocaların da ürəyini ələ almağı bacarırdı. S.Hüseyn. Ürəyini əritmək – bax. ürəyinin yağını əritmək. Ürəyini gen saxlamaq – narahat olmamaq, xatircəm olmaq. Ürəyini gəmirmək – bax. ürəyini yemək. [Rəşid:] Yenə də dumanlı bir şübhə ürəyimi gəmirirdi. İ.Hüseynov. Ürəyini gizlətmək – öz fikrini, niyyətini gizli saxlamaq, ürəyindəkiləri deməmək. Ürəyini incitmək – mənəvi əzab və iztirab vermək. Ürəyini isitmək – sevindirmək, şadlandırmaq, fərəhləndirmək. Günəş və gülüş hamının ürəyini isidirdi. S.Rəhman. Ürəyini qan etmək (qana döndərmək) – iztirab vermək, ruhi əzab vermək, incitmək. Genə kimlər ürəyini qan edəcəksən, ey məh! S.Ə.Şirvani. Bu mehriban, bu qayğılı sözlər Dilavərin ürəyini qana döndərdi. V.Şıxlı. Ürəyini qısmaq – bax. ürəyini sıxmaq. Leyla uşaqların ürəyini qısmamaq üçün Qəşəmlə olan münasibətlərini qızlarına bildirməmişdi. S.Rəhimov. Ürəyini qopar(t)maq – bərk qorxutmaq, dəhşətləndirmək. Ürəyini qoparıb vermək – bax. ürəyini yedirtmək. Ürəyini qoymaq – bax. ürəyini vermək. Ürəyini qubarlatmaq (qubar etmək) – ruhi əzab, iztirab vermək, bıqdırmaq, cana gətirmək. Ürəyini qurd yemək – daxili həyəcan və iztirab keçirmək, bir şeyin aqibətindən dolayı çox narahat olmaq. Ürəyini oxşamaq – xoşuna gəlmək, ləzzət vermək, zövq vermək, xoşlamaq. Ürəyini oxumaq – ürəyindəkiləri başa düşmək, hiss etmək. Ürəyini ovlamaq – özünü sevdirmək, özünə məftun etmək. Ürəyini ovuşdurmaq – bax. ürəyini yemək. Ürəyini partlatmaq (parçalamaq, parçaparça eləmək) – ağır ruhi əzab vermək, incitmək. Ürəyini salmaq – bax. ürəyini qoparmaq. Ürəyini sərinləşdirmək – rahat etmək, sakitləşdirmək, xatircəm etmək. Ürəyini sıxmaq – sıxılmaq, darıxmaq, dərd çəkmək, fikir eləmək. [Məşədi Oruc:] Ay yazıq bala, ürəyini sıxma, sən dəxi yetim deyilsən. C.Məmmədquluzadə. [Qarı nənə:] Sağdır, qızım, sağdır. Sən heç ürəyini sıxma! M.Dilbazi. Ürəyini sındırmaq – bax. ürəyinə dəymək 2-ci mənada. [Pəri xanım:] Mən gərək ürəyimi sındıram, mənə zülm edən namərddən qisas alam. Ə.Haqverdiyev. [Bəhram:] Pəri! Sara bizə mane ola bilməyəcək. Yetimdir, onun ürəyini sındırmamalıyıq. C.Cabbarlı. Ürəyini siyirmək – doydurmayan, aclığı rəf etməyən yemək haqqında. Ürəyini soyutmaq – bax. ürəyinə su səpmək. [Mustafa] ..bununla ürəyini soyutmaq istəyirdi. S.Vəliyev. Ürəyini şan-şan etmək – bax. ürəyini parçalamaq. [Dərviş:] Ciyər yaralarımı təzələməkdən, ürəyimi şan-şan etməkdən sənə fayda varmı? A.Divanbəyoğlu. Ürəyini üzmək – 1) bax. ürəyini çəkmək; 2) üzmək, əldən salmaq, taqətdən salmaq, yormaq. Ustanın azarı gün-gündən şiddətlənirdi, bədəni zəifləşib gücdən düşürdü. Soyuq və aclıq ürəyini üzürdü, sifətində həyat nişanəsi yox idi. Çəmənzəminli. Ürəyini vermək – bütün varlığı ilə bağlanmaq, candan sevmək. O, bircə arzuya, bircə niyyətə; Verdi ürəyini, verdi büsbütün. B.Vahabzadə. Ürəyini vurmaq – təngə gətirmək, bezdirmək, bıqdırmaq, usandırmaq. Ürəyini yandırmaq – dərin təsir etmək, həyəcan və iztirab çəkdirmək. [Qoşatxan:] Laqeydlik kənd müəllimi üçün dözülməz bir bəladır, deməli, heç şey onun ürəyini yandırmır. M.İbrahimov. Ürəyini yaralamaq – bax. ürəyini qubarlatmaq. Ürəyini yarmaq – bax. ürəyini qoparmaq. Ürəyini yedirtmək – həddən artıq əzizləmək, nəvaziş göstərmək, qeydinə qalmaq. Ürəyini uşaqlarına yedirtmək. Ürəyini yerindən oynatmaq – bax. ürəyini qopar(t)maq. Ürəyini yeyə-yeyə qalmaq – intizar və təşviş içində olmaq, ağır iztirab içində gözləmək, nigarançılıq çəkmək. Ürəyini zorlamaq – ürəyi istəmədiyi halda bir işi görməyə, qəbul etməyə, bir şeylə razı olmağa özünü məcbur etmək. [Aydın:] İki aydan bəri nə qədər ürəyimi zorlayıramsa olmur. C.Cabbarlı. Ürəyinin başı (ucu) ağrımaq (yanmaq, sızıldamaq, sökülmək) – bax. ürəyi ağrımaq. İlk dəfə idi ki, Sadıq kişi oğlunun – əziz-xələf oğlunun səsindəki həzin riqqəti görüb duyur, ürəyinin başı ağrıyırdı. Mir Cəlal. Bülənd ürəyinin başı sökülmüş kimi dərin bir qəlb ağrısı ilə [Sonadan] aralandısa da, düz qabağında durub iri əli ilə onun başını oxşadı. Ə.Əbülhəsən. Ürəyinin içini yemək – bax. ürəyini yemək. [Xanımnaz Almaza:] Ay balam, səhərdən hardasan? Ürəyimin içini yemişəm. C.Cabbarlı. Ürəyinin qanı ilə – dərin kədər hissi ilə, böyük hüznlə, ürəyi yanayana. Ürəyinin qurdunu öldürmək – azacıq yemək, bir balaca yemək. Ürəyinin quşu uçmaq – bax. ürəyi uçmaq. Ürəyinin telləri əsmək – bax. ürəyi əsmək 2-ci mənada. [Məzlum:] Birdən stolun üstündəki skripkanı gördükdə ürəyimin telləri əsdi, nə edəcəyimi bilmədim. S.Vəliyev. Ürəyinin ucu göynəmək – bax. ürəyinin başı ağrımaq. Ürəyinin yağı (piyi) ərimək – bax. ürəyi ərimək. [Qərib:] Səni gördüm, ağlım oldu pərişan; Əridi ürəyimin yağı, Ağcaqız! “Aşıq Qərib”. Ürəyinin yağını (piyini) əritmək – xoşagəlməz bir şeyin aqibətini gözlədə-gözlədə iztirab vermək, incitmək, mənəvi əzab vermək. [Bərbərzadə:] Maral, gəl məni incitmə. Onsuz da ürəyimin yağını əritmisən. S.Rəhman. Ürəyinin yağını (piyini) yedirtmək – bax. ürəyini yedirtmək. Ürəyinin yağını (piyini) yemək – bax. ürəyini yemək. Ürəyinin yanğısını söndürmək – susuzluğunu rəf etmək, su içmək. [Əliqulu:] Ürəyimizin yanğısını söndürmək ümidindən əl çəkib avtobusun yola düşməsini gözləməli olduq. S.Rəhman. ürəkaçan (=ürəkaçıcı) sif. Adamı fərəhləndirən, ürəyini açan, sevindirici. Ürəkaçan xəbər. – Ağasəfər Həmzənin bu cavan qardaşı oğlundan bir şey soruşmaq istədi ki, bəlkə ondan ürəkaçıcı bir cavab eşitsin. Ə.Əbülhəsən. Bayır yumşaq, ürəkaçan bir bayazlığa bürünmüşdü. B.Bayramov. ürəkaçıcı (=ürəkaçan) sif. Adamı fərəhləndirən, ürəyini açan, sevindirici. Ürəkaçan xəbər. – Ağasəfər Həmzənin bu cavan qardaşı oğlundan bir şey soruşmaq istədi ki, bəlkə ondan ürəkaçıcı bir cavab eşitsin. Ə.Əbülhəsən. Bayır yumşaq, ürəkaçan bir bayazlığa bürünmüşdü. B.Bayramov. ürəkağrısı is. Dərin təəssüf. [Vəkil:] Bu nə daşürəkli adamdır?! – deyə, ürəkağrısı ilə fikirləşirdi. Y.Əzimzadə. ürəkaltı sif. anat. Ürəyin altında yerləşən, olan. Ürəkaltı nahiyə. ürəkbir sif. Çox yaxın, səmimi. Ürəkbir dost. – [Gənc:] İndi isə sürət qatarında qızıl diplomla, əlbir və ürəkbir yoldaşlarımla evə dönürəm. Mir Cəlal. ürəkbulandıran (=ürəkbulandırıcı) sif.\n1. Ürəyi bulandıran. Ürəkbulandırıcı qoxu. – [Xiyabani-Xanabadda evlərdə] yay-qış ürəkbulandırıcı bir çirk, dözülməz bir üfunət hökm sürməkdədir. M.İbrahimov.\n2. məc. Nifrət, ikrah hissi oyadan, mənfur, xoşagəlməz. Ancaq [Fərrux və Qurban] teztez xoşagəlməyən, ürəkbulandırıcı xəbər eşidirdilər. Ə.Vəliyev. ürəkbulandırıcı (=ürəkbulandıran) sif.\n1. Ürəyi bulandıran. Ürəkbulandırıcı qoxu. – [Xiyabani-Xanabadda evlərdə] yay-qış ürəkbulandırıcı bir çirk, dözülməz bir üfunət hökm sürməkdədir. M.İbrahimov.\n2. məc. Nifrət, ikrah hissi oyadan, mənfur, xoşagəlməz. Ancaq [Fərrux və Qurban] teztez xoşagəlməyən, ürəkbulandırıcı xəbər eşidirdilər. Ə.Vəliyev. ürəkbulanma (=ürəkbulanması) is. Mədənin qarışması, qusma ehtiyacı nəticəsində ürəyin bulanması; öyümə. Xəstəliyin başlanğıcında bəzən ürəkbulanma (öyümə) və qusma halları ola bilər. ürəkbulanması (=ürəkbulanma) is. Mədənin qarışması, qusma ehtiyacı nəticəsində ürəyin bulanması; öyümə. Xəstəliyin başlanğıcında bəzən ürəkbulanma (öyümə) və qusma halları ola bilər. ürəkcik “Ürək”dən oxş. və kiç. Dilbərin ürəkciyi yerindən oynadı, dərin bir ah qopardı. C.Cabbarlı. ürəkçırpıntısı is.\n1. Bərk ürək döyünməsi.\n2. məc. Həyəcan, iztirab. • Ürəkçırpıntısı ilə – ürəyi çırpına-çırpına (sevincdən, maraqdan və s. hisslərdən). ürəkdən zərf Can və könüldən, səmimi olaraq; qəlbən. Muxtar çox düşünmüş, götürqoy eləmiş, nəhayət, Çiçəyi ürəkdən sevmişdi. Ə.Vəliyev. ürək-dirək ürək-dirək vermək – ürək vermək, ürəkləndirmək, ruhlandırmaq, ümidləndirmək, təsəlli vermək, cəsarətləndirmək. Məşədibəy Səlimə ürək-dirək vermək əvəzinə, onu daha da kədərləndirdi. M.Hüseyn. Qayınanasının ona ürək-dirək verməsinə baxmayaraq, Durna qərarsız oldu. İ.Əfəndiyev. Ürək-dirək olmaq – arxa olmaq, kömək olmaq, arxasında durmaq. ürəkdolusu zərf Həvəslə, fəxrlə, ağızdolusu, sevinə-sevinə. ürəkdöyünmə (=ürəkdöyünməsi) is. Xəstəlik, həyəcan, iti yerimək və s. nəticəsində ürəyin teztez döyünməsi. [Xırdaxanım:] İstəmirəm, elə ürək döyünməm artıb. N.Vəzirov. ürəkdöyünməsi (=ürəkdöyünmə) is. Xəstəlik, həyəcan, iti yerimək və s. nəticəsində ürəyin teztez döyünməsi. [Xırdaxanım:] İstəmirəm, elə ürək döyünməm artıb. N.Vəzirov. ürək-göbək ürək-göbək qalmamaq zar. – gülməkdən qəşş etmək. Xan bayıra çıxıb gördü ki, Qəhrəman gəlir, amma altında bir at var ki, altı ayağı, alnında bir gözü, iki də maral buynuzuna oxşar buynuzu vardı. Xanda ürək-göbək qalmadı. (Nağıl). Ürəkgöbəyi düşmək – bax. ürəyi düşmək. [Qarı:] Çaydan keçəndə qurbağadan qorxub, ürək-göbəyi düşüb, dəli olub. “Qurbani”. Ürək-göbəyini yemək – bərk qorxmaq, bərk həyəcanlanmaq. ürəkkeçmə (=ürəkgetmə) is. Xəstəlik, ruhi sarsıntı nəticəsində huşunu itirmə halı; bayğınlıq, bihuşluq. [Mehriban] indi bir ay olardı ki, ürəkkeçmənin əlaməti olan halları özündə hiss etməyirdi. S.Hüseyn. ürəkgetmə (=ürəkkeçmə) is. Xəstəlik, ruhi sarsıntı nəticəsində huşunu itirmə halı; bayğınlıq, bihuşluq. [Mehriban] indi bir ay olardı ki, ürəkkeçmənin əlaməti olan halları özündə hiss etməyirdi. S.Hüseyn. ürəkqopma bax. ürəkkeçmə. Gecə yarısı Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb, evin altını üstünə çevirdilər. Ə.Haqverdiyev. ürəkləndirici sif. Ürəkləndirən, cəsarət verən, cəsarətini artıran, ürək-dirək verən, ruhlandıran (bir işə). Ürəkləndirici sözlər. ürəkləndirmə “Ürəkləndirmək”dən f.is. ürəkləndirmək f. Cəsarətləndirmək, cəsarət vermək, ruhlandırmaq, ürək-dirək vermək. Qoçər arabir Beyrəyin obasına gəlir, onun ata-anası, bacıları ilə görüşür, onları da ürəkləndirirdi. M.Rzaquluzadə. [Bəhlul:] Şövkət bacının da bizə köməkçi olduğu məni ürəkləndirdi. B.Bayramov. ürəklənmə “Ürəklənmək”dən f.is. ürəklənmək f. Cəsarətlənmək, cəsarəti artmaq, cəsarət etmək, cəsarəti özünə qayıtmaq. Dilənçinin açıq üzündən və mehriban danışığından Nurəddin ürəklənib ağacdan düşdü. S.S.Axundov. Aydın bu sözlərdən bir az di ürəklənib sevinə-sevinə dedi... M.Rzaquluzadə. ürəkli sif. Heç şeydən qorxmayan, qoçaq, cəsur, igid, qorxubilməz. [Yusif:] Məhəbbət həqiqət yaxşı şeydir, danışmayanı danışdıran, çirkini gözəl edən, qorxağı ürəkli edən məhəbbətdir. N.Nərimanov. Fatmanisə xala çox ürəkli idi. Ə.Haqverdiyev. ürəklilik is. Ürəkli adamın hal və keyfiyyəti; qorxubilməzlik, cəsarət. ürəksıxan (=ürəksıxıcı) sif.\n1. Adamın ürəyini sıxan, cansıxan, cansıxıcı; qəm, kədər gətirən. Ürəksıxan xarabalıq. Ürəksıxıcı qış axşamı.\n2. Ürəyi sıxan, ürəyə pis təsir edən, nəfəs almağı çətinləşdirən, boğucu. Otağın ürəksıxan havası. – Çox isti və ürəksıxıcı bürkü idi. Ə.Abasov. Şahmar dinmədi. Aralığa ürəksıxan sükut çökdü. B.Bayramov. ürəksıxıcı (=ürəksıxan) sif.\n1. Adamın ürəyini sıxan, cansıxan, cansıxıcı; qəm, kədər gətirən. Ürəksıxan xarabalıq. Ürəksıxıcı qış axşamı.\n2. Ürəyi sıxan, ürəyə pis təsir edən, nəfəs almağı çətinləşdirən, boğucu. Otağın ürəksıxan havası. – Çox isti və ürəksıxıcı bürkü idi. Ə.Abasov. Şahmar dinmədi. Aralığa ürəksıxan sükut çökdü. B.Bayramov. ürəksıxıntısı is. Ürəyi sıxan hal, keyfiyyət, şey. ürəksındıran (=ürəksındırıcı) sif. Adamın qəlbini qıran, toxunan; toxunaqlı. Ürəksındırıcı söz. ürəksındırıcı (=ürəksındıran) sif. Adamın qəlbini qıran, toxunan; toxunaqlı. Ürəksındırıcı söz. ürəksiz sif. və zərf\n1. Qorxaq, ağciyər, xoflu, cəsarətsiz. [Tarverdi:] Mən də qorxumdan ki mənə ürəksiz deməsinlər, quldurluğa getdim. M.F.Axundzadə.\n2. Həvəssiz, istəmədən, həvəsi olmadığı halda, həvəssiz, maraqsız. Allahqulu bazara da elə ürəksiz çıxmışdı. Ə.Əbülhəsən. Mərcan nənə qayıtsa da, ürəksiz qayıdırdı. Mir Cəlal. ürəksizcəsinə zərf\n1. Qorxaqcasına, cəsarətsizcəsinə. Ürəksizcəsinə hərəkət etmək.\n2. Həvəssiz(cəsinə). ürəksizlik is. Cəsarətsizlik, qorxaqlıq. ürəkvari sif. Ürək şəklində olan; ürəyəoxşar. ürəkverən (=ürəkverici) sif. Ruhlandırıcı, təsəlliverici. Ürəkverici xəbər. ürəkverici (=ürəkverən) sif. Ruhlandırıcı, təsəlliverici. Ürəkverici xəbər. ürəkyaxan ÜRƏKYAXICI, ÜRƏKYANDIRAN, ÜRƏKYANDIRICI sif. Ürəyə pis təsir edən, adamı sarsıdan; sarsıdıcı, təsirli, acınacaqlı. Ürəkyandıran qışqırıq. Ürəkyaxıcı görünüş. – [Eşikağası] qapını açıb içəri baxanda ürəkyandırıcı bir mənzərəyə rast gəldi. Çəmənzəminli. Qaraca qızın ürəkyandırıcı faciəsindən rəhmdil Piri kişi xeyli qəmgin oldu. S.S.Axundov. ürəyəoxşar bax. ürəkvari. ürəyəyatan sif. Xoşagələn, gözəşirin, gözəgəlimli, bəyənilən, cazibəli. [Məhbub xanım] baxdı ki, [Bəlli Əhməd], düzdü, bir az kor-kobuddu, amma elə ürəyəyatan oğlandı ki, min paşa oğluna dəyər, min də xan oğluna. “Koroğlu”. // Qəşəng, yaxşı, xoşagələn, xoş. Otaq sərin və ürəyəyatan idi. İ.Əfəndiyev. ürəyiaçıq sif. Ürəyini gizlədə bilməyən, ürəyində nə varsa açıb söyləyən; açıqürəkli, təmizürəkli, səmimi. [Sara:] Bəhram! Sən bilirsən ki, mən bir ürəyiaçıq, sadəlövh adamam. C.Cabbarlı. [Zakir Mehribana:] Görürsünüzmü, adam ürəyiaçıq olanda, hər şeyi düzünə deyəndə uduzur. H.Seyidbəyli. ürəyiaçıqlıq sif. Ürəyiaçıq adamın xasiyyəti; açıqürəklilik, səmimilik. ürəyibərk sif. Başqasının halına acımayan; sərtürəkli, daşürəkli, zalım, qəddar. Ürəyibərk adam. ürəyibərklik is. Ürəyibərk adamın xasiyyəti; zalımlıq, qəddarlıq. ürəyidağlı sif. Ürəyində dərdi, kədəri, nisgili olan; dərdli, kədərli, nisgilli. ürəyidaş sif. Heç bir şeydən təsirlənməyən; daşürəkli, qəlbidaş; rəhmsiz, insafsız. ürəyigeniş sif. Hamıya yaxşılıq edən, genişürəkli. ürəyiincə bax. ürəyinazik. ürəyiincəlik bax. ürəyinaziklik. ürəyiqurdlu sif. Başqasının xoşbəxtliyini istəməyən, hər şeyə, hər kəsə şübhə ilə baxan; xainürəkli, qəlbiqara, paxıl. ürəyiqurdluluq is. Ürəyiqurdlu adamın xasiyyəti; qəlbiqaralıq, paxıllıq. ürəyincə zərf İstədiyi, arzuladığı, ürəyində tutduğu kimi. Burnaşov çariçanın mərhəmət və ədalətindən danışır, camaatın güzəranına, qoşunların halına toxunmur. Bu, Vaqifin ürəyincə deyildi. Çəmənzəminli. • Ürəyincə olmaq – istədiyi, arzuladığı kimi olmaq. Fərmanın sözləri Baxış bəyin ürəyincə oldu. Ə.Abasov. [Dustaq:] Mən elə iş axtarırdım ki, ürəyimcə olsun. H.Seyidbəyli. ürəyinazik bax. ürəyiyumşaq. ürəyinaziklik bax. ürəyiyumşaqlıq. ürəyisınıq sif. İncimiş, küsmüş, küskün, qəlbiqırıq, ürəyi bir şeydən sınmış. ürəyisınıqlıq is. Ürəyisınıq adamın keyfiyyəti; küskünlük, qəlbiqırıqlıq. ürəyisözlü sif. Ürəyində sözü olan, hələ deyilməmiş sözü olan. ürəyitəmiz sif. Ürəyində paxıllıq, kin, küdurət olmayan, qəlbi təmiz olan; səmimi. ürəyiyuxa sif. Tez təsirlənən, mütəəssir olan, ürəyiyumşaq. [Tutu Qönçəyə:] Mən səni bu qədər ürəyiyuxa (z.) bilməzdim. Ə.Vəliyev. ürəyiyuxalıq is. Ürəyiyuxa adamın xasiyyəti; ürəyiyumşaqlıq. ürəyiyumşaq sif. Ürəyinazik, ürəyiyuxa, ürəyincə. ürəyiyumşaqlıq is. Ürəyiyumşaq adamın xasiyyəti; ürəyinaziklik, ürəyiincəlik, ürəyiyuxalıq. ürf is. [ər.] kit. Məcburi olmayıb zamanın tələbindən doğan adət, qayda, üsul, hökm, dəb. [Şeyx Sədra:] Ürfü şər olmayır bu fikrə şərik; Çəkilir şeymidir bu sərsəmlik? H.Cavid. ürf-adət is. [ər.]\n1. Əxlaq, ədəb qaydaları; etika.\n2. Adət və ənənə, adətlər. [Molla Qurban:] Elin qayda-qanunu, camaatın ürf-adəti var. Ə.Vəliyev. ürfan is. [ər.] kit. Bilik, biliş, kamal, maarif. Əsrlər uzunu elm və ürfana axın buraxılmayan qadınlar təşnə adam kimi susuzluqlarını söndürməyə nail olmuşlardı. T.Ş.Simurq. Tutdu yer üzünü ürfan çırağı; Nura qərq elədi qonşu torpağı. M.Rahim. ürkə is. İkiyaşar at balası. [Qədir] qaşlarını çataraq öz alapaça ürkəsindən danışmağa başlayırdı. İ.Əfəndiyev. Elə bu vaxt Zülfüqar kəhər ürkəni səyirdib böyürdən çıxdı. B.Bayramov. ürkəklik is. Tez hürkmə və qorxma xasiyyəti; hürkəklik. ürkəyən (=ürkək) sif. Tez hürkən, hər şeydən hürkən, qorxan, əhli olmayan; vəhşi. Qız isə ürkək ceyran balası kimi qaçırdı. Mir Cəlal. Bulud dağ döşündə dayanıb durmuş; Çöldə ürkək maral boynunu burmuş. N.Rəfibəyli. // Ürkəklik, qorxu ifadə edən, bildirən; qorxaq. Qadın öz ürkək nəzərləri ilə ətrafa baxıb fotoqrafın ardınca düşdü. S.Vəliyev. [Hidayət] sol yandan eşitdiyi hənirtiyə tərəf ürkək bir hərəkətlə çevrildi. B.Bayramov. ürkək (=ürkəyən) sif. Tez hürkən, hər şeydən hürkən, qorxan, əhli olmayan; vəhşi. Qız isə ürkək ceyran balası kimi qaçırdı. Mir Cəlal. Bulud dağ döşündə dayanıb durmuş; Çöldə ürkək maral boynunu burmuş. N.Rəfibəyli. // Ürkəklik, qorxu ifadə edən, bildirən; qorxaq. Qadın öz ürkək nəzərləri ilə ətrafa baxıb fotoqrafın ardınca düşdü. S.Vəliyev. [Hidayət] sol yandan eşitdiyi hənirtiyə tərəf ürkək bir hərəkətlə çevrildi. B.Bayramov. ürkmə “Ürkmək”dən f.is. ürkmək bax. hürkmək. [Zaman:] Top səsindən atlar ürkdü, kişnəşdi. C.Cabbarlı. ürkü bax. hürkü. Hünər uşaqlara məxsus bir ürkü və narahatlıqla gah əlindəki maşına, gah qonağa baxıb durur. Mir Cəlal. ürküşmə “Ürküşmək”dən f.is. ürküşmək bax. hürküşmək. Şahzadə İbrahim baxdı, əgər Kələ-kötür bu bədənnən bazara girə bilsə, camaat ürküşəcək. (Nağıl). Çəpişlər irəliyə gedir, bəzən ürküşür. M.Seyidzadə. ürkütmə “Ürkütmək”dən f.is. ürkütmək bax. hürkütmək. [Gülöyşə] doktoru ürkütmək, qaçarağa salmaq və lazım gəlsə, lap daşdan-qayadan belə uçurmaq istəyirdi. S.Rəhimov. Mahmudun hiss və həyəcan dolu baxışları, deyəsən, gənc qızı ürkütdü. Ə.Əbülhəsən. ürpərmə “Ürpərmək”dən f.is. ürpərmək tükləri (tükü, əti, bədəni, əndamı) ürpərmək – tükləri biz-biz qalxıb dərisi qabar-qabar olmaq (qorxudan, dəhşətdən və s. hisslərdən). Sahillərə hücum çəkən dalğadır, ya dağ; Tük ürpərir, fikir çaşır onun səsindən. S.Vurğun. Çiçək dəhşətli mənzərəni gözü qabağına gətirdiyi üçün əndamı ürpərdi. B.Bayramov. ürpəşmə “Ürpəşmək”dən f.is. ürpəşmək bax. ürpərmək. [Göyçəyin] əti ürpəşdi. Başına ağrı sıçradı. Ə.Vəliyev. Bu baxışlardan qızın bədəni ürpəşdi və tez üzünü çevirdi. Q.İlkin. ürpətmə “Ürpətmək”dən f.is. ürpətmək tükü (əti, bədəni) ürpətmək – dəhşətə gətirmək, sarsıtmaq. üryan sif.\n1. Çılpaq, lüt. [Misir:] Əkin əkən, biçin biçən, ov ovlayan; Bədənləri büsbütün üryan; Yoxsul babaların yurdudur. O.Sarıvəlli.\n2. Yarpağı tökülmüş, yarpaqsız, çılpaq (ağac, kol və s. haqqında). Sərvü sənubərin afəti-xəzan; Soyub libasını qoymuşdu üryan. Q.Zakir. Buzlu çay sakit-sakit axır üryan ilğım kolları əsən şaxtalı küləyin altında o tərəf-bu tərəfə əyilirdi. S.Rəhimov.\n3. məc. Yoxsul, kasıb, lüt. Mən, görürsən ki, nə cür üryanam. A.Səhhət. üskük is. məh. bax. oymaq3. Həsən sap çıxardıb sapladı və barmağına üskük taxıb, şalvarının arxasını diqqətlə büzmələməyə başladı. Çəmənzəminli. üskükotu is. bot. Dağ meşələrində, cəngəlliklərdə bitən, üskükə oxşar çiçəkləri olan çoxillik ot bitkisi. üslub is. [ər.]\n1. Yazıçının, rəssamın, heykəltəraşın, memarın, bəstəkarın və b.-nın yaradıcılığında özünü göstərən əsas ideyabədii xüsusiyyətlərin, fərqlənmə əlamətlərinin vəhdəti; stil. Romantik üslub. Qotik üslub. – Bir tərəfdə ərəb üslubunda yapılmış bir köşk, ötəki tərəfdə Şərq bazarı, qarşısında uzunsaçlı dərviş qəsidə oxuyur. Çəmənzəminli. // Ümumiyyətlə, üsul, tərz.\n2. Hər hansı bir yazıçı və ya bədii əsər, cərəyan, janr üçün səciyyəvi olan dil və nitq vasitələrindən istifadə üsullarının məcmusu; hər hansı bir yazıçının, əsərin dil və ifadə üsulu. Qəzet üslubu. Felyeton üslubu. Nağıl üslubu. // Nitqin sintaktik və sözlərin işlənmə formalarına uyğun olaraq qurulması. Üslub səhvləri. Öz əsərinin üslubu üzərində işləmək. Məqalənin üslubunu düzəltmək. üslubi sif. [ər.] Üsluba aid, üslubla əlaqədar, üslub baxımından. Üslubi səhv. Lüğətdə üslubi işarələr. Romanın üslubi xüsusiyyətləri. üslubiyyat is. [ər. “üslub” söz. cəmi] Ədəbiyyat nəzəriyyəsinin, bədii əsərin dil xüsusiyyətlərini və ifadə vasitələrini öyrənən bəhsi. // Bədii əsərin dilinin xüsusiyyətləri və ifadə vasitələri. üsrət is. [ər.] köhn.\n1. Çətinlik, zəhmət.\n2. Sıxıntı, ehtiyac. üst sif. və zərf\n1. Bir şeyin ən yuxarı səthi, üzü; üzər (alt ziddi). Şkafın üstünü təmizləmək. – Sona kağızı mizin üstünə qoymuşdu. N.Nərimanov. Dildarın hirsi xeyli soyumuş, köpü bir az alınmışdı. Könülsüz-könülsüz gedib, kuşetkanın üstündə oturdu. Ə.Vəliyev.\n2. Yuxarıda olan, yuxarıda yerləşən, yuxarıdakı. Üst çənə. Üst dişlər. – Kərimqulu isə üst eyvanda dayandığı yerdən həyətə düşdü. S.Rəhimov. Mən hansı pilləkənlə yuxarı qalxacağımı bilmir, üst mərtəbənin pəncərələrini gözdən keçirirdim. Ə.Məmmədxanlı.\n3. Uzanmış halda olan adamın üst tərəfi. Memar Sadıqzadə üstünə çəkdiyi ipək yorğanı sinəsinə qədər endirdi. S.Rəhimov. [Növrəstə] tərəkəmələrdən qalmış köhnə keçəni üstünə çəkdiyi zaman qapıya bir təkan vuruldu. Ə.Abasov.\n4. Tikilinin, binanın yuxarıdakı səthi; dam. Anbarın üstü örtülmüşdür. – Alagöz kəndbəkənd dolanır, gecələrini uçuq daxmalarda, kənd kənarındakı üstü küləşli mərəklərdə keçirirdi. S.Rəhimov. [Cavad] evlərinin üstündən güclə görünən həmişə başıdumanlı Gədik dağını gördü. Ə.Vəliyev.\n5. Üzər. Çayların üstündən buz körpü saldı; Seyrəldi get-gedə gediş-gəliş də. S.Vurğun. Kərimov cəld addımlarla çay kollarının üstündən keçib getdi. H.Seyidbəyli.\n6. Geyimin bayır tərəfi, üzü. Üstünü ləkələmək. Üstünü silkələmək.\n7. Üstdən geyilən. Mürşüd kişi köhnə qara şal pencəyinin ətəyini yuxarı qaldırıb, üst köynəyinin yamağını göstərdi. Ə.Vəliyev. // Paltar, üst-baş. Üstünü dəyişdirmək. Üstünü şotkalamaq. – Qız cəld üstünü çırpıb, qızara-qızara otağa qaçdı. Çəmənzəminli.\n8. Kənar, qıraq, yaxınlıq. Nəriman yol üstündə dayanıb, gələn bir maşına dayanmaq işarəsi verdi. Mir Cəlal. Bu bağça mənim yolumun üstündə idi. Mir Cəlal. // Bel, dal. Koroğlu qırğı kimi şığıyıb Eyvazı götürdü, atın üstünə qoydu. “Koroğlu”. Əbil kəhər atın üstündə çox vüqarla oturmuşdu. Ə.Vəliyev.\n9. Üstündə şəklində – səbəb bildirir; ...görə, ...səbəbinə. Sənin üstündə mənə söz gələcək. Hər şeyin üstündə adam əsəbiləşməz. – Səfəri adam öldürmək üstündə Sibirə göndərdilər. S.S.Axundov. Cərimə verməmək üstündə, ya da başqa günah üstündə axtarılan yoxsul burada özünü asanlıqla aradan çıxara bilirdi. Ə.Əbülhəsən.\n10. Barəsində, haqqında, xüsusunda. [Nurcahan:] Mən Səfiqulunun xalasıyam. Səninlə bir mətləb üstə danışmaq istəyirəm. N.Vəzirov. • Nə üstə (üstdə) – nə üçün, nəyə görə, nə səbəbə. [Cənnətəli ağa:] Səni nə üstə vurdu, a gədə? N.Vəzirov. Kimsə dedi: – Bəy Almazı döyür. – Nə üstdə? – Çəkmə üstdə! S.Rəhimov.\n11. Üstündəki şəklində – ixtiyarındakı, öhdəsindəki, üzərindəki. [Mustafa xan] Bainhəmə mən də və mənim üstümdəki qoşun da, hamımız özümüzü sənə qurban demişik. Ə.Haqverdiyev. ‣ Üst dodağı göy süpürür, alt dodağı yer – çox qaşqabaqlı, acıqlı, üzügülməz adam haqqında. Üstü açılmaq – faş olmaq, məlum olmaq, ortaya çıxmaq. [Qaraca qız] xeyli təşvişdə idi, çünki bilirdi ki, bu sirrin üstü açılsa, Pəricahan xanım onu buradan qovub, qızını da böyük tənbeh edəcəkdir. S.S.Axundov. [Əsgər:] Zərər yoxdur, bir-iki saatdan sonra mənim kələyimin üstü açılar. Ü.Hacıbəyov. Üstü yoxdur – tayı-bərabəri, misli-bərabəri olmayan şey haqqında. Burası var ki, sirr saxlamaqda üstü yoxdur, – deyə, Məşədibəy başı ilə təsdiq etdi. S.Rəhimov. Üstündə durmaq – 1) fikrindən, təklifindən, sözündən əl çəkməmək, dönmədən müdafiə etmək, inad göstərmək. Fikrinin üstündə durmaq. – Qarı sözünün üstündə durmuş və bu il iki qutu toxum götürmüşdü. Ə.Sadıq; 2) müzakirə, götür-qoy, məsləhət nəticəsində bir çox şeydən, adamdan birini seçmək, birini bəyənmək. Nəhayət, trest altımərtəbəli yaşayış evinin üstündə durmuşdu. M.İbrahimov. Üstündə zağ-zağ əsmək – həddindən artıq əzizləmək, sevmək. Ata-anası da, dayısı da Müşgünazın nazı ilə oynayar, onu əzizlər, üstündə zağzağ əsərdilər. Ə.Vəliyev. Üstündən ağır yük götürülmək – üzərində olan ağır işdən qurtarıb azad nəfəs almaq, rahatlanmaq. Sözü [Rüstəm] eşidən kimi sanki üstündən ağır bir yük götürüldü. M.İbrahimov. Üstündən bir daş! – tamamilə unudulmalı, yaddan çıxarılmalı, bir daha maraqlanmamalı şey haqqında. Üstündən dağ götürülmək – ağır ruhi əzabdan, iztirabdan, yaxud qayğıdan qurtarmaq, narahatedici fikirdən azad olmaq. Üstündən keçmək – bənd olmamaq, əhəmiyyət verməmək, ağartmamaq. Sualın üstündən keçmək. Üstündən qələm çəkmək – yazılmış bir şeyi pozmaq, atmaq, çıxarıb atmaq. Üstünə açılmaq – üstünə qışqırmaq, acıqlanmaq. Aslan Rüstəm kişinin Salmana acıqlı bir nəzər saldığını görüb, indicə onun üstünə açılacağını gözlədi. M.İbrahimov. Üstünə artırmaq – bax. üstünə qoymaq. Üstünə atmaq – bax. üstünə yıxmaq. Üstünə ayaqlanmaq (ayaq almaq) – üstünə hücum etmək, qalxışmaq. [Badam xala:] Yazılmasam, tay-tuş üstünə ayaq alar. Mir Cəlal. [Qadın:] Uşağım olsaydı, mən qoyardım ki, Mustafa mənim üstümə ayaq alsın? E.Sultanov. Üstünə buzlu su tökmək – bax. üstünə soyuq su tökmək. Üstünə düşmək – 1) bir şeyi həyata keçirməkdə inad göstərmək, ona nail olmağa var qüvvəsi ilə çalışmaq; 2) üstünə hücum etmək, üzərinə atılmaq. Sərhəd kazakları Əkbərin üstünə düşdülər. “Qaçaq Nəbi”; 3) üstünə hücum etmək, danlamaq, məzəmmət etmək. Kişi acığından Kərimin üstünə düşər və həyətdə qiyamət qopardı. H.Sarabski. Qayıdıb gələndə məclisdən geri; Yolda iki nəfər düşdü üstümə. M.Rahim. Qoca anası və körpə bacısı [Şirzadın] üstünə düşdü. M.İbrahimov. Üstünə əl qaldırmaq – vurmaq, zərbə endirməyə hazırlaşmaq. Üstünə fitləmək zar. – bir adamı başqasının üstünə saldırmaq, vuruşmağa, sözləşməyə təhrik etmək. Üstünə gülmək – ələ salmaq, masqaraya qoymaq, lağa qoymaq. Üstünə xoruzlanmaq – şeşələnmək, xoruzlanmaq, kişilənmək, kəkələnmək. Üstünə ildırım düşsün! – qarğış mənasında işlədilir. [Fatma xanım:] Ay səni öyrədənin üstünə ildırım düşsün! N.Vəzirov. Üstünə kəkələnmək (təpinmək) – bax. üstünə xoruzlanmaq. Sarxan gözlərindən hiyləgərlik tökülən almanın üstünə təpindi. M.Hüseyn. Üstünə qoymaq – şişirtmək, mübaliğə etmək, eşitdiyinin üstünə əlavə edərək başqasına danışmaq. [Səkinə Rüstəmə:] Yeyib gedəcəklər, on beşini də üstünə qoyub danışacaqlar. M.İbrahimov. Üstünə (soyuq) su tökmək (ələmək) – hirsini soyutmaq, sakitləşdirmək. Üstünə su (soyuq su) ələnmək – həvəsi qaçmaq, soyumaq. Üstünə tökülmək – üstünə hücum etmək, yerbəyerdən üzərinə atılmaq (kütlə halında). [Oba itləri] uzaqdan kölgəmi görüncə sürü ilə üstümə tökülüb hürərdilər. A.Şaiq. Üstünə yıxmaq – başqasının üzərinə yükləmək, onun boynuna qoymaq, ona isnad etmək. İndi hamı bütün təqsirləri [Seymurun] üstünə yıxmağa çalışırdı. H.Seyidbəyli. Üstünü açmaq – üzə çıxarmaq, faş etmək, ifşa etmək, aşkara çıxarmaq. Üstünü almaq – 1) qovub çatmaq, haqlamaq, çatıb yaxalamaq, çatıb tutmaq. [Xəlil:] İki dəstədir... Az qalıblar üstümü alsınlar. N.Vəzirov. [Veys:] Hə, Zeynal! Başlayın, karxanalardan, mağazalardan mal oğurlanıb gizlədilməmiş, üstlərini almaq lazımdır. Ə.Əbülhəsən; 2) tez özünü (özlərini) çatdırmaq, yanına gəlmək. Şeyx Abuzərlə şeyx Mərvan həmən Sənanın üstünü alırlar. H.Cavid. Üstünü basdırmaq (pərdələmək, malalamaq) – ört-basdır etmək, gizlətmək, gizli saxlamaq. [Səfər bəy Mirzə Turaba:] Nə təhər olmuş olsun, gərək kəndlinin ölməyinin üstünü basdıraq. B.Talıblı. Üstünü ot basmaq məc. – unudulub getmək, haqqında danışılmamaq, unudulmaq, xatirdən silinmək. Üstünü vurmamaq – haqqında danışmamaq, ört-basdır etmək, toxunmamaq, gizli saxlamaq. Ancaq Qazan xan bunun üstünü vurmayıb, Yalınçağı yola saldı. M.Rzaquluzadə. [Çiçək] çox təəccübləndisə də, üstünü vurmadı. B.Bayramov. üst-baş is. Paltar, pal-paltar, geyim. [Qumral:] Anacan, sən qapını aç, mən gedim, üst-başımı qaydaya salım. S.Rəhman. Tofiqin üst-başı islanmışdı, özü də yaman qorxmuşdu. M.Rzaquluzadə. üstdən-aşağı zərf\n1. Yuxarıdanaşağıya, yuxarıdan-aşağıya enərək, başıaşağı. Valentina isə oğlu ilə qızını ötərək üstdənaşağı toplara sarı cumdu. Ə.Əbülhəsən.\n2. Başdan-ayağa, yuxarıdan-aşağıya. Çox qəlbi yerdə dayanmış Tapdıq üstdən-aşağı müəllimə baxdı. Ə.Vəliyev. üstəgəl is. riyaz.\n1. Toplama əməlini və ya kəmiyyətin müsbətliyini göstərən işarə (+).\n2. İki rəqəmin toplandığını göstərmək üçün onların arasında işlədilir. Beş üstəgəl üç, səkkizə bərabərdir. üstəgəlmə is. riyaz. Rəqəmləri birbirinin üstünə gəlmə; toplama. üstələmə “Üstələmək”dən f.is. üstələmək f. Üstün gəlmək, qalib gəlmək, məğlub etmək. Teymur sevinir ki, mollanı üstələyib. “M.N.lətif.” üstəlik 1. is. Bir şeyin üstündə verilən şey; əlavə.\n2. zərf Əlavə olaraq. [Rəsul] gördü ki, bu zalımlar udduqları pullarla kifayətlənməyib, üstəlik yatdıqları yorğan-döşək və balışları da aparmışlar. “Aşıq Qərib”. Şairin qəzəllərinə məftun olmuş Dərbənd əmiri onu xaraba kənddən öz sarayına dəvət edirdi, üstəlik ən gözəl kənizini də ona hədiyyə göndərmişdi. Ə.Məmmədxanlı. üstqurum is. Cəmiyyətin siyasi, hüquqi, dini, bədii, fəlsəfi görüşləri və onun iqtisadi quruluşunun – bazisinin bunlara müvafiq olaraq yaratdığı siyasi, hüquqi və s. təsisatların məcmusu. üstlük is. Bir şeyin üstünü örtməyə, üstünə çəkməyə məxsus şey. Dəri üstlüyü. üstüaçıq 1. sif. Üstü örtülməmiş, üstü açıq olan; damı, qapağı olmayan; açıq. [Qoşatxan:] [Xəstəni] üstüaçıq maşında xəstəxanaya aparmaq olmaz. M.İbrahimov. [Məntəqənin] qapı-pəncərələri və üstüaçıq taxta balkonları rənglənmişdi. Ə.Sadıq. // zərf Üstünə heç bir şey örtmədən, üstünə heç bir şey salmadan. [Sultan bəy:] Ay qız Telli, min kərə demişəm ki, mən yatanda gəl, mənim üstümü basdır, indi üstüaçıq yatmışam, deyəsən, belimə soyuq dəyibdir. Ü.Hacıbəyov.\n2. zərf Açıq surətdə, açıq, gizlətmədən. [Bəhlul:] Nicat dayı məndən soyumuşdu, hərdən lap üstüaçıq şəkildə məni danlayırdı. B.Bayramov. üstün sif.\n1. Bənzərlərinə görə daha yaxşı, daha yüksək səviyyədə olan, onları geridə buraxan. [Ərəstun:] Sənətkarlıqla yazılmış balaca bir şerin özü hər hansı sönük bir poemadan qat-qat üstündür! S.Rəhimov. [Sərətan:] Üstündür hələlik şair Xaqani; Odur söz mülkünün qadir sultanı. M.Rahim. // Keyfiyyət və kəmiyyətcə daha yüksək, daha əlverişli olan. Əl əldən üstün olar. (Məsəl).\n2. Qalib gələn, qələbə çalan, qalib. • Üstün gəlmək – qalib gəlmək, qələbə çalmaq. [2-ci cariyə Səyavuş haqqında:] Qəhrəmandır, üstün gəlir aslana! H.Cavid. Kərim baba sükutla başını tərpətdi. Ayrımqızı üstün gəldiyini hiss edərək özünü doğrultdu. A.Şaiq. Üstün tutmaq – bax. üstünlük vermək (“üstünlük”də). üstünlük is. Bənzərləri arasında daha yaxşı, daha yüksək, daha əlverişli olma. Ağbulaq dağlarının bütün gözəllik və üstünlükləri Sevildə unudulmaz .. bir təsir buraxdı. S.Rəhimov. • Üstünlük vermək – bir neçələri və ya çoxları arasından ancaq birini seçmək, onu daha yaxşı, daha münasib, daha yüksək, daha əlverişli hesab etmək, bəyənmək. ‣ Üstünlük dərəcəsi qram. – sifətin əlamət və keyfiyyətinin adi dərəcəyə nisbətən üstün olduğunu göstərən dərəcəsi; məs.: qıpqırmızı, ağappaq, lap tünd və s. üstüörtülü 1. sif. Üstü örtülmüş, üstü açıq olmayan, örtüsü olan, örtülü. Ancaq təktük üstüörtülü faytonlar içində miniklər görünürdü. S.M.Qənizadə. Üstü-örtülü, qara bir maşın gecənin sakitliyini pozdu. S.Vəliyev.\n2. məc. Aydın olmayan, örtülü, müəyyən olmayan, eyhamlı, üstüpərdəli. [Şamama Cadu:] Üstüörtülü sözdən fayda yoxdur. Ə.Haqverdiyev. // Zərf mənasında. Üstüörtülü danışmaq. – [Əliqulu:] Yaxşı, baxarıq! – deyə, üstüörtülü bir cavab verib ayrıldım. S.Rəhman. üstüpərdəli bax. üstüörtülü 2-ci mənada. üstürlab is. [ər. əsli yun.] Keçmişdə göy cisimlərini müşahidə etmək üçün işlədilmiş astronomik cihaz. Kimi pərgar ilə həndəsi şəkillər çəkər, kimi durbinlə yan pəncərədən Günəşə baxar, kimi üstürlabla və bəziləri də kitab oxumaqla məşğuldurlar. H.Cavid. Məlik əlində uydurma üstürlab saray xidmətçisi Məstur ilə danışır. A.Şaiq. üst-üstə zərf\n1. Bir-birinin üstünə, qalaq-qalaq. Rəflərdə pas atmış mis qablar üstüstə yığılmışdı. Çəmənzəminli. Ana sacı külləyib ocaq qalayır, kətə bişirib içinə təzə yağ qoyur, isti qalması üçün üst-üstə yığır, süfrə ilə bərk-bərk basdırırdı. Ə.Vəliyev.\n2. Birlikdə götürüldükdə, hamısı bir yerdə, birlikdə. Üst-üstə hamısını bir kisəyə yığmaq.\n3. Əl dəymədən, olduğu kimi, əvvəlki kimi, necə var elə. [Mahmud:] İndi-indi işə başlamışam, üst-üstə qoyub qaçım ki, nə var külfətimə yaxın olmaq istəyirəm. Y.Əzimzadə. üsul is. [ər.]\n1. Hər hansı işdə tətbiq edilən sistem, yol, qayda, tərz, metod. Qabaqcılların iş üsulu. Tədris üsulu. – [Sərdaroğlu] şagirdləri tez-tez zavoda aparıb istehsalatla, yeni üsullarla işləyən ustaların işləri ilə tanış edirdi. H.Seyidbəyli. [Daşdəmir] Hümmətin plan doldurma üsullarından maraqlı şeylər demişdi. B.Bayramov.\n2. Təbiətdə və ictimai həyatda baş verən hadisələri dərk və təsdiq etmə qaydası; metod. Dialektik üsul. Tarixi-müqayisəli üsul.\n3. Tərtib, nizam, qayda. üsulca (=üsulluca) zərf Ehtiyatla, üsulla, asta-asta, yavaşca, ehmalca. [Məcid əfəndi:] Üsulluca hərəkət etməliydin. H.Cavid. üsulluca (=üsulca) zərf Ehtiyatla, üsulla, asta-asta, yavaşca, ehmalca. [Məcid əfəndi:] Üsulluca hərəkət etməliydin. H.Cavid. üsuli-cədid is. [ər.] köhn. Yeni üsul, yeni qayda. O vaxt üsuli-cədidə bələd olan müəllim bir nəfər isə də müsəlmanlardan yox idi. F.Köçərli. • Üsuli-cədid məktəbi tar. – 1905-ci il inqilabından sonra Azərbaycanın müxtəlif şəhərlərində açılan yeni tipli məktəbin adı. Günlərin bir günündə Dəcəlabad marallarım məclis qayırıb qət edirlər ki, bir üsuli-cədid məktəbi açsınlar. Ə.Haqverdiyev. [Tahirzadə:] Kəndli uşağına məktəb lazımdır, üsuli-cədid məktəbi. Mir Cəlal. üsuli-idarə is. [ər.] Bir ölkənin idarə üsulu, dövlət quruluşu, rejim. Çar üsuliidarəsi. Xalq demokratik üsuli-idarəsi. – Bizim üsuli-idarədə fitnə-fəsada yol verilməz, – deyə, Nadir dayısına [cavab verdi]. B.Talıblı. üsullu 1. sif. Ehtiyatlı, ehmallı, üsulla, ehtiyatla işgörən, hərəkət edən. Üsullu adam. Üsullu hərəkət.\n2. bax. üsulluca. [Hacı Murad:] Ay ayı oğlu ayı, üsullu tərpənə bilmirsən? S.S.Axundov. üsyan is. [ər.]\n1. Köhnə ictimai quruluşu yıxıb yenisini qurmaq məqsədilə hakim siniflərə qarşı kütləvi silahlı çıxış. Kəndli üsyanları. – Bir üsyanla doğacaqdır azadlığın ilk ulduzu! S.Vurğun. Aydın olsun hamıya; Xalqın gücü; Silahlı üsyanın nəticəsi. R.Rza. • Üsyan etmək (qaldırmaq) – hakim siniflərə qarşı silahlı çıxış etmək. Üsyan etmiş kənd topa tutulur. H.Nəzərli.\n2. Asi olma, qarşı durma, birinə qarşı ayaqlanma, baş qaldırma. • Üsyan etmək (qaldırmaq) – ayaqlanmaq, üzə durmaq, asi olmaq, baş qaldırmaq. Bir gün Məsmə üsyan edir. Kimsəyə əl açmayacağını açıqdan-açığa kor Seyidə bildirir. S.Hüseyn. Səkinə lap üsyan qaldırdı: – Yenə qol-qanad açdın, ay dəli?! M.İbrahimov. üsyançı is.\n1. Üsyanda iştirak edən, üsyan iştirakçısı. [Qəhrəman:] Gah bizim qoşun, gah da üsyançılar qalib gəlirdilər. H.Nəzərli. [Komandan:] Məqsəd xalqı qırmaq deyil, üsyanı yatırdıb, üsyançıları ələ gətirməkdir. Ə.Haqverdiyev.\n2. məc. Haqsızlığa və ya bir şeyə dözməyib, öz narazılığını, hiddətini fəal surətdə bildirən adam; üsyankar. İndi [Muradda] mühitinə qarşı bir üsyançı ruhu vardı. S.Hüseyn. üsyançılıq is. Üsyana meyil göstərmə, bir şeyə qarşı haqlı-haqsız baş qaldırma, qarşı durma. üsyankar [ər. üsyan və fars. ...kar]\n1. bax. üsyançı. [Kapitan qərargah rəisinə:] Biz .. üsyankarları taparıq. S.Vəliyev.\n2. sif. Narazılıq, qəzəb, hiddət ifadə edən. Üsyankar baxış. – Firidun Musa kişinin üsyankar bir sifətlə Hikmət İsfahaninin qabağında durduğunu gördü. M.İbrahimov. üsyankarlıq is.\n1. Üsyançılıq, üsyana meyil.\n2. məc. Bir şeyə qarşı baş qaldırma, mənfi münasibət, narazılıq, barışmazlıq göstərmə. Ani olaraq Rüxsarədə yenə də əsəbi bir üsyankarlıq baş qaldırmaq istəyirdi. S.Rəhimov. üşüdücü sif. Üşüdən, soyuq, dondurucu. Sonra sərin, üşüdücü dərəcədə sərin bir meh əsdi. M.Rzaquluzadə. üşümə “Üşümək”dən f.is. üşümək f.\n1. Canına üşütmə düşmək, bədənində soyuğun təsirini hiss etmək, soyuqdan titrəmək. Ləhləyirlər, tərləyirlər, əl-üzləri qızarmış; Bir parası çox üşüyür, əl-üzləri bozarmış. A.Səhhət. Soyuq yel əsməyə başladı. Zəhra üşüdü. Ə.Vəliyev.\n2. məc. Donuşmaq, soyuqdan büzüşmək. Ay külək, dərədən iti əsmə, gəl; Axı tənha qovaq üşüyür orda. N.Xəzri. Üfüqdən uzanmış şüalar altında parlayan körpə payız otları üşüyürmüş kimi titrəşirdi. İ.Əfəndiyev. üşünmə “Üşünmək”dən f.is. üşünmək bax. üşümək. Üşünürsən, görürəm, söylə nə var? M.Rahim. üşütmə 1. “Üşütmək”dən f.is.\n2. Titrətmə, vicvicə. Canıma üşütmə düşdü. – [Nemət] bir az dincəldikdən sonra bədəninə bir üşütmə gəldi ki, köynəyi tamamilə soyudu. Çəmənzəminli. üşütmək f. Canına üşütmə salmaq, soyuğu hiss etdirmək. Soyuq hava [Tərlanı] birdən üşütdü. M.Hüseyn. Çayaşağı əsən bu külək bütün kolxozçuları üşütdü və titrətdi. Ə.Vəliyev. üşşaq is. [ər. “aşiq” söz. cəmi]\n1. klas. Aşiqlər. Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar. Füzuli. Üşşaq yardan nəzəri-mərhəmət dilər. Q.Zakir.\n2. mus. Azərbaycan klassik muğamlarından birinin adı. Şair .. yerinə görə həm dərin məhəbbətdən, həm də insana zövq verən üşşaq muğamından danışır. “İncəsənət”. ütəlgə is. zool. Alacəhrə. Gəlib ütəlgətək düşələr tora; Yolub tüklərini basdıraq qora. H.K.Sanılı. ütmə “Ütmək”dən f.is. ütmək f. Qızğın dəmirlə və ya oda tutaraq üzdən yandırmaq, qarsalamaq, oda vermək (tükü, qabığı və s.-ni). Kəsilmiş toyuğu ütmək. – Ev sahibi burada cavan şiv zirinc ağacından qırıb gətirər, ocaqda ütüb çəkiclə döyər, özü üçün lopa düzəldərdi. S.Rəhimov. // Yolmaq. ütü is. Paltar, parça və s. ütüləmək üçün işlədilən, kömür və ya elektriklə qızdırılan dəmir alət. Elektrik ütüsü. • Ütü çəkmək – bax. ütüləmək. Xanpəri çay dəmlədikdən sonra dünən yuyulmuş paltarlara ütü çəkirdi. Ə.Vəliyev. [Sona] paltarına ütü çəkir, düymələrini bərkidirdi. B.Bayramov. ütük sif. Üzdən yanmış, azacıq yanmış, ütülmüş, yaxud yolunmuş. Qulu dolu ağzını çöndərib, ütük qaşlarını qovzuyub .. nə deyəcək idisə, beş-altı yerdən onun sözünü kəsib çığırışdılar. Çəmənzəminli. ütüləmə “Ütüləmək”dən f.is. ütüləmək f. Qızğın ütü ilə hamarlamaq, ütü çəkmək. [Pəri] geri sürüşmüş qara kəlağayısını qabağa çəkib, paltar ütüləməklə məşğul oldu. Ə.Vəliyev. [Səriyyə:] Mən ütü qızdırıb buldozerçinin köynəyini ütüləyirdim. İ.Əfəndiyev. ütülənmə “Ütülənmək”dən f.is. ütülənmək məch. Ütü ilə hamarlanmaq, ütü çəkilmək. ütülənmiş f.sif. Ütü çəkilmiş, ütü ilə hamarlanmış. [Pəri] təzə yuyulub ütülənmiş məhrəbanı yerindən asdı. Ə.Vəliyev. ütülmə “Ütülmək”dən f.is. ütülmək məch. Qızğın dəmirlə və ya oda tutaraq üzdən yandırılmaq (tük, qabıq və s.). // Qarsaqlanmaq, azacıq yanmaq. [Yaqutun] bütün üzü qara ləkələr içində idi, saçları və qaşları ütülmüşdü, gözləri isə qapalı idi. Ə.Məmmədxanlı. // Yolunmaq. ütülmüş f.sif. Tükləri yandırılıb təmizlənmiş. [Xuduş] əlinə də bir ütülmüş toyuq götürmüşdü. Ə.Sadıq. ütülü sif. Ütü çəkilmiş, ütülənmiş. Daxiliyyə naziri ütülü ağ dəsmalını çıxarıb boyunboğazından sel kimi axan təri sildi. S.Rəhimov. ütüsüz sif. Ütü çəkilməmiş, ütülənməmiş. Baxışın geyim-keçimdə səliqəli olduğunu Qaçay bilirdi. Ütüsüz şalvar geyinməzdi. İ.Məlikzadə. üvəz bot. bax. quşarmudu. Üvəz soyuğadavamlı bitkidir. üyüdülmə “Üyüdülmək”dən f.is. [Ağabəyim] çörəyin bişirildiyini bilirdi, ancaq buğdanın bitməsini və dəyirmanda üyüdülməsini bilmirdi. Çəmənzəminli. üyüdülmək məch. Dəyirmanda una çevrilmək (buğda, arpa və s.); çəkilmək. [Murad] üyüdülməyə toplanan taxıl bitdiyindən motoru yatırıb dışarı çıxdı. S.Hüseyn. üyüşmə “Üyüşmək”dən f.is. üyüşmək bax. uyuşmaq 1-ci mənada. [Xan] tonqal başında uzun müddət qımıldanmadan oturmaqdan üyütmüş (f.sif.) ayaqlarında bir gizilti, bədəninin hər yerində sızıltı duydu. M.Rzaquluzadə. üyütmə “Üyütmək”dən f.is. üyütmək f.\n1. Dəyirmanda buğda, arpa və s.-ni una çevirmək; çəkmək. Buğda (arpa) üyütmək. – Cəfər tayları içəri qoydu, az keçmədən dəni üyütməyə başladı. Ə.Vəliyev.\n2. məc. dan. Boş-boş danışmaq (bəzən üyüdüb-tökmək şəklində). Şirəli yenə bağırdı: – Uzun danışma, ağzını avara qoyub ağlına gələni üyütmə. M.Hüseyn. Heç kimə macal verməyən Vahimə üyüdüb-tökürdü. B.Bayramov. üz is.\n1. İnsan başının qabaq hissəsi; surət, sifət, çöhrə, sima. Üzünün ifadəsi. Qəşəng üz. – Mərcan bəy diqqətlə Kərbəlayı Qubadın üzünə baxır. Ü.Hacıbəyov. [Qızın] yumru, gözəl üzü və yanaqları açıq sərin havada qızarmışdı. M.İbrahimov. // Heyvan başının qabaq hissəsi. Qoyunun üzü. İtin üzü.\n2. Toxunma şeylərin üst (avand) tərəfi (astar müqabili). Parçanın üzü. Xalçanın üzü. // Yorğan, balış, döşək və s.-nin üst tərəfini örtən parça və s. Yorğanın üzü qırmızıdır. Döşəyə üz çəkmək. – [Gülbadam] üzsüz boz balışı, üzü qırmızı çiçəkli çitdən mütəkkəli döşəyin ortasına qoydu. N.Nərimanov.\n3. Bir şeyin qabaq tərəfi, ön tərəfi, irəli tərəfi, qabağı, önü. Maşının arxası çaya, üzü isə meşəyə tərəf idi. İ.Əfəndiyev. // Bir tikilinin, binanın və s.-nin qabaq, ön tərəfi; fasad. [Elçin:] Sarayın üzü gündoğana tikiləcək. Z.Xəlil. Təki ayaq kəsməsin könül mülkündən ilham; Üzü günəşə baxan otağım mənə bəsdir. Ə.Cəmil.\n4. riyaz. Həndəsi fiqurun başqa səthlə bucaq təşkil edən düz səthi. Kubun altı üzü var.\n5. Bir şeyin köçürülmüş, yazılmış surəti, nüsxəsi. Firdovsi şaha göndərdi bir gün “Şahnamə”nin üzünü. M.Rahim. • Üzünü köçürtmək – bir yazının mətnini olduğu kimi başqa kağıza köçür(t)mək, başqa kağızda yazmaq. [Zalxa:] Eybi yoxdur, bizim qızlardan birinə verərəm, üzünü köçürdərlər. S.Rəhman. [Vahid] ..kitabların üzünü köçürür, qaralanmış vərəqləri ağardırdı. Mir Cəlal.\n6. Su və s. mayelərin səthi, üst tərəfi, üstü. Gölün üzü. Suyun üzündə ördəklər üzür. – Bu gecə keçmişi vurduq, yıxdıq; Dalğalardan üzə sağlam çıxdıq. M.Müşfiq. Gen qoynunda layla çalır bizə göy dəniz; Su üzündə bir qayadır sanki gəmimiz. Ə.Cəmil.\n7. Göyün biz gördüyümüz tərəfi. Göyün üzünü bulud örtmüşdür. Səmanın üzü açıqdır. – Toz-torpaq göyün üzünü elə bürümüşdü ki, günəş görünmürdü. A.Şaiq. • Üzünə pərdə çəkmək – örtünmək, bir şeyin altında görünməz hala gəlmək, gizlənmək. Deyirlər, göylər belə; Üzünə pərdə çəkmiş. B.Vahabzadə.\n8. “Tərəf”, “səmt”, “yan” mənasında (o, bu, bəri, o biri və s. sözlərdən sonra işlədilir). Təpənin o üzü. Çayın bu üzü. – Atlar tapılmadıqda [Gülo] at sahiblərini inandırırdı ki, atlar bu üzdə deyil. S.Rəhimov.\n9. məc. Abır, həya, utanma. Adamda üz gərək. ‣ Üz açılmaq – bax. üzü gülmək. Hər yerdə sülh sözünü deyəndə gözlər işıqlanır, üzlər açılır. M.İbrahimov. Üz ağartmaq – yaxşı işi, nəcib hərəkəti, etimadı doğrultmağı və s. ilə fəxr etməyə, iftixar etməyə əsas vermək, hüquq vermək. Yaxşı iş üz ağardar. (Ata. sözü). [Briqadir:] Demək, əvvəlki işində üz ağardıb, indi də keçibsən başqa işə? V.Şıxlı. Üz ağlığı – fəxr etməyə, iftixara layiq olan iş, hərəkət və s. Yaxşı övlad üz ağlığıdır. Üz almaq – keçmişdə: qadınların eşmə sapla üzlərinin tüklərini yolub təmizləməsi. Üz bozartmaq – bax. üzünü bozartmaq. Üz çevirmək – 1) bax. üz döndərmək 1 və 3-cü mənalarda; 2) bax. üz qoymaq 1-ci mənada. Gülgəz dəli olub, yoxsa divana? Üz çevirib gedər çöl-biyabana. Aşıq Abbas; 3) birini görməmək üçün üzünü o biri tərəfə çevirmək. Sənəmin qarşısından keçəndə hamı ondan üz çevirir. M.Dilbazi; 4) əlaqəsini kəsmək, üz döndərmək. [Bəhram:] Belə bir vücuddan [Saradan] da üz çevirmək olarmı? C.Cabbarlı. Nə oldu, üz çevirib qaçdın aqibət məndən. H.Cavid. Üz çevirməmək – bir yerə daha getməmək, ayağını üzmək. Səməd, doğrudan da, o gedən gedib, bir daha dəlləkxanaya üz çevirmədi. M.Hüseyn. Son illərdə bir neçə basqında burunları yaxşıca ovulmuş qıpçaqlar çoxdan bəri buralara üz çevirmirdilər. M.Rzaquluzadə. Üz döndərmək – 1) əlaqəsini kəsmək, daha yaxınlıq etməmək, üz çevirmək. Dal gərdəndə siyah zülfün hörübdür; Aşıq Ələsgərdən üz döndəribdir. Aşıq Ələsgər. Nə üçün, bilməyirəm, məndən üz döndərmisən? M.Rahim; 2) məc. xəyanət etmək, daha inanmamaq, üz çevirmək. Üləmalar üz döndərib xudadan. Q.Zakir; 3) itaətindən çıxmaq, daha tabe olmaq istəməmək, dal çevirmək. [Əxistan:] Məndən üz döndərir getdikcə Şirvan; Aşkara öldürsəm baş verər üsyan. M.Rahim; 4) çevrilmək, başını çevirmək. Sonra üz döndərib meydana baxdı; Tərlan yaralanmış tərlana baxdı. M.Rahim. Üz gətirmək – nadinclik etmək, sırtıqlıq etmək. Üz görmək – tərəf saxlamaq, tərəfgirlik etmək, havadarlıq etmək. Yalan deyən, rüşvət alan, tərəf tutan, üz görən! Dərdimizə qalmayanlar çıxsın bizim cərgədən! S.Vurğun. [Məhbus:] Qoy qanun nə tələb edirsə onu yazsın, yoldaşıyam deyə mənə üz görməsin. Mir Cəlal. Üz göstərmək – 1) zahirən bu və ya başqa cür münasibət göstərmək. Xüsusilə Mayaya göstərdiyi üz, dediyi sözlər yadına düşəndə Qaraş əzabdan qovrulub yanırdı. M.İbrahimov; 2) bax. üz vermək 2-ci mənada. Üz götürüb qaçmaq – bax. baş götürüb qaçmaq. Bu mənada Məşədi Əsgər öz əməlinin qorxusundan quzu qapmış qurd kimi üz götürüb qaçırdı. S.M.Qənizadə. Üz qoymaq – 1) yönəlmək, üz tutub getmək, yollanmaq, istiqamət almaq. Bəli, atları gətirdilər və minib, Təbrizdən çıxıb üz qoyduq Araz kənarına tərəf hərəkət etməyə. C.Məmmədquluzadə. Balıqçı gəmisi lövbərini qaldırıb, şimala tərəf üz qoydu. Q.İlkin; 2) adətən feillərdən sonra gələrək həmin felin ifadə etdiyi hərəkətə, işə başlamağı ifadə edir. Bunu gördükdə adamlar bir-birini basaraq yan küçələrə qaçmağa üz qoydu(lar). S.S.Axundov. ..Abbas birdən harada olduğunu, kiminlə danışdığını yaddan çıxarıb qışqırmağa üz qoydu. Ə.Vəliyev. Üz tutmaq – 1) söz demək üçün üzünü birinə tərəf çevirmək, üzünü çevirərək demək. Rəşid oğlana üz tutdu: – Səni qulluğa götürmək mənim boynuma. M.Hüseyn; 2) bax. üz qoymaq 1-ci mənada. Qərib-qərib, qəmginqəmgin ötərsiz; Yüz tutubsuz nə məkana, durnalar? M.V.Vidadi. Cəlil ağa düz evə üz tutdu. İ.Musabəyov; 3) başlamaq. Qurumağa üz tutmuş ağaclar su içib cana gəldi, torpaq tərləməyə, nəfəs almağa, yenidən dirçəlməyə başladı. Ə.Məmmədxanlı. Üz vermək – 1) vaqe olmaq, ortaya çıxmaq, baş vermək, olmaq; təsadüf etmək, birinin başına gəlmək. Bədbəxtlik üz vermək. – Demək, evlənmək istədiyi günlər ərəfəsində [Əsədə] xoşbəxtlik üz vermişdi. S.Vəliyev; 2) adətən xoşagəlməz bir işi görməsinə mane olmamaq, bu işə laqeyd baxmaq, ona şərait yaratmaq, xoş sifət göstərmək. [Hacı:] Qayınanalarınıza çox da üz verməyin. Qantəmir. Şahmar [Zülfüqarla] dərdləşmək, dağılan əməkgünlərindən danışmaq istədi, ancaq hesabdar üz vermədi. B.Bayramov; 3) hücum etmək, üstünə cummaq. Canavar üz verdi sürüyə. Üz vurmaq – 1) bir işi görməyi və ya görməməyi dostcasına, yoldaşcasına tələb etmək, xahiş etmək, israr etmək. Xahiş edirəm, üz vurmayasınız, sizinlə gedə bilməyəcəyəm; 2) dan. yeşik və s.-yə yığılan meyvənin yaxşısını üzünə düzmək. Pomidor yeşiyinə üz vurmaq. Üzüm səbətinə üz vurmaq. Üzə çıxarmaq – 1) meydana çıxarmaq, tapmaq. [Əmiraslan baba:] Bu Ağbulaq meşələrində .. azı yüzə qədər çeşmə tapıb, qayalardan, çınqıllardan üzə çıxarmışam. S.Rəhimov; 2) köhn. qeyriqanuni, gizli vəziyyətdən çıxararaq adi həyata qaytarmaq. Qaçağı üzə çıxarmaq. Üzə çıxmaq – 1) daha gizlənməyib açıq yaşamağa başlamaq (qaçaq, cani, oğru və b. haqqında). [Bəkir:] Ev-eşiyimiz bərbad olub, varyoxumuz gedəndən sonra üzə çıxıb nə edəcəyik. N.Vəzirov. Oğrular üzə çıxdılar. Amma onlar Kor Hümmətin tapşırığı ilə İskəndərin əleyhinə şəhadət verdilər. M.Hüseyn; 2) dan. öz bacarığı, qabiliyyəti və s. müsbət xüsusiyyətləri sayəsində irəli getmək, həyatda, cəmiyyətdə özünə layiq yer tutmaq. Dəmirov rayonda adamların üzə çıxmağına, irəliyə getməyinə sevinən və bu uğurda çalışan bir adamdır. S.Rəhimov; 3) aşkara çıxmaq, aşkar olmaq, müəyyənləşmək, məlum olmaq. Kimin yaxşı, kimin pis işlədiyi çox tez üzə çıxır; 4) adamlar arasına çıxmaq, gözə görünmək. Gözəllər içində, xublar yanında; Üzə çıxa bilməz xəcalətindən. Q.Zakir. Üzə durmaq – 1) inad etmək, öz dediyindən, tələbindən əl çəkməmək. Bağça barın istəyir; Heyva, narın istəyir; Oğlan üzə durubdur; Getmir, yarın istəyir. (Bayatı); // məc. mənada. Gecə də üzə durmuşdu, işıqlanmırdı ki, işıqlanmırdı. Ə.Vəliyev; 2) itaətdən çıxmaq, inad göstərmək. Kütlə durub bu gün üzə; Ver bizə bir hesab deyir. Ə.Nəzmi. [Əxistan:] Budur, bir kəndli də məmuru vurmuş; Bu, vergi istəmiş, o üzə durmuş. M.Rahim. Üzə gülmək – 1) öz gözəlliyi, cazibədarlığı və s. ilə xoşlandırmaq, oxşamaq, xoşa gəlmək, cəzb etmək. Yeni binalar üzə gülür. – [Xalçanın] xüsusi zövqlə vurulan naxışları bahar çiçəyi kimi üzə gülürdü. (Qəzetlərdən); 2) yalandan üzdə özünü dost göstərmək, yalandan xoş sifət göstərmək. [Əsma xanım:] Üzə gülən imiş o qəlbiqara; Hardan meyil verdim o biilqara. “Lətif şah”. Üzə qabarmaq (qayıtmaq) – cavab qaytarmaq, üzə durmaq; itaətdən çıxmaq. Hümmət, arvadın da üzə qayıtdığını görüb geri çəkildi. B.Bayramov. Üzə salmaq – bax. üzünə salmaq. [Yalınçağın] indi işi-peşəsi .. üzə salıb, hər gün bir qapıda qarın otarmaq idi. M.Rzaquluzadə. Üzə vermək – göstərmək, bildirmək, büruzə vermək. Narazılığını üzə vermək. Üzə vurmamaq – ürəyində olan, yaxud gördüyü, bildiyi bir şeyi deməmək, bildirməmək, hiss etdirməmək. [Şirəlinin] ürəyinə balaca xal düşdüsə də, üzə vurmayıb dedi. S.Rəhman. Üzü ağ çıxmaq – bəslənilən ümidi, tapşırılan işi namusla yerinə yetirən adam haqqında. Üzü ağ olmaq – yaxşı işinə, əməlinə, təmizliyinə görə fəxr etməyə layiq olmaq; etimadı doğrultmaq. [Müəllim Hüseynə:] Yaxşı oxu, adam ol, bizim də üzümüz ağ olsun, ananın da. S.Rəhman. Qız ona qulaq oldu; Dil oldu, dodaq oldu; Anasının yanında; Hər vaxt üzü ağ oldu. M.Dilbazi. Üzü astarından baha başa gəlmək (oturmaq) – bax. astarı üzündən baha başa gəlmək (“astar”da). Üzü dönmək – bax. üz döndərmək 1 və 2-ci mənalarda. Gəl, ey mehrü məhəbbətim; Üzün məndən niyə döndü! Aşıq Ələsgər. Bizi görcək yan keçirsən; Niyə üzün dönüb sənin? Aşıq Şəmşir. Üzü gəlməmək – bir şeyi deməyə, istəməyə utanmaq, xəcalət çəkmək. [Molla:] Daha başqa mükafat istəməyə üzüm gəlmir. “M.N.lətif.” Yalan deməyə də [Səfər kişinin] üzü gəlmədi. Mir Cəlal. Üzü gülmək – sevinci üzündən bəlli olmaq. Üzü gülür hər insanın; Banisi var bu dövranın. Aşıq Şəmşir. Üzü gülməmək – həmişə qaşqabaqlı olmaq, üzü kədər ifadə etmək. Bu gündən sonra mehriban Soltanın üzü gülmədi, könlü qəmli, gözləri nəmli oldu, saralıb solmağa başladı. “Lətif şah”. Üzü qara etmək – xəcalətli etmək. Üzü(n) ağ olsun! – çox vaxt töhmət, məzəmmət, narazılıq məqamında işlədilir. Qubad gecəni yatıb, səhər tezdən qardaşına bir belə kağız yazdı ki: qardaş, üzün ağ olsun, sənin Siracın bizim börkümüzü soxdu yerə. (Nağıl). Üzü(n) qara olsun – nifrət, danlaq, məzəmmət bildirən ifadə. Pis övladın üzü qara olsun! – [Rüstəm bəy:] Mənim qızım Məşədi İbadın tayı deyildir, amma nə eyləmək, pulsuzluğun üzü qara olsun! Ü.Hacıbəyov. Yoxsulluğun üzü qara olsun! S.Rəhimov. Üzümüzə gələn – qarşıdakı. Üzümüzə gələn bayram. Üzün qara olsun! – qarğış, danlaq məqamında işlədilir. [Zərnigar xanım:] “Səni görüm el içində xəcil olasan, ay kişi, oğul-uşaq yanında üzün qara olsun”, – deyə ərinə qarğayırdı. İ.Şıxlı. Üzündə abır (həya, abır-həya) olmamaq – həyasız, utanmaz, ədəbsiz adam haqqında. Üzündə su yoxdur – həyasız, abırsız adam haqqında. Üzündə yazılıb (yazılmışdır) – üzünə baxdıqda aydın olur, üzünə baxan kimi məlum olur. Üzündəki qırış (qırışlar) açılmamaq – bax. üzü gülməmək. Üzündən gəlməmək – bax. üzü gəlməmək. [Cəmilin] üzündən gəlmirdi ki, nənəsini çağırsın, yenə də əliboş döndüyünü bildirsin. S.Rəhimov. Üzündən keçə bilməmək – yaxın dost və ya hörmətli bir şəxs olduğuna görə xahişini, sözünü yerə sala bilməmək. Lakin [Rüstəm] Şərəfoğlunun üzündən keçə bilmirdi, kişi hörmətə layiq adam idi. M.İbrahimov. Üzündən qan qaçmaq – üzünün rəngi saralmaq, üzünün qanı çəkilmək. [Uşağın] üzündən qan qaçıb, meyit rənginə dönmüşdü. S.S.Axundov. Üzündən oxumaq – üzündən, üzünün ifadəsindən bilinmək, məlum olmaq, bəlli olmaq. Onun ürəyindəkiləri üzündən oxumaq olur. – Gülnaz Aqilin baxışlarından sanki onun ürəyindən nələr keçdiyini üzündən oxuya bildi. Q.İlkin. Üzündən zəhər tökülmək (yağmaq) – çox hirsli, acıqlı, qaşqabaqlı, üzügülməz adam haqqında. [Hacı:] Bu nə halətdir, Ağa dərviş, yenə üzündən zəhər tökülür? N.Vəzirov. Üzünə ağ olmaq – itaətindən çıxmaq, tabe olmamaq, üzünə qabarmaq. [Allahqulu:] Ağa, başına dönüm, böyüyün üzünə ağ olma! N.Vəzirov. [Bayrama] elə gəlirdi ki, Gülsabah atasının üzünə ağ olmaz. Ə.Vəliyev. Üzünə baxan (baxsa) kəffarə verməlidir (gərək kəffarə versin) – çox çirkin, kifir adam haqqında. Üzünə bir batman darı töksən biri (birisi) də yerə düşməz – üzü çopur adam haqqında. Üzünə (dik, şax) demək (söyləmək) – birisinin nöqsanını və ya onun haqqındakı fikri və s.-ni dalınca deyil, özünə demək. Qəlbində kin və küdurət saxlayan deyildi, açıqsözlü idi, ərindən çəkinməyib hər sözünü onun üzünə dik söylərdi. E.Sultanov. [Serjant:] Sözü dik adamın üzünə deyəndir. Mir Cəlal. Üzünə durmaq – 1) ibtidai istintaqda və ya məhkəmə prosesində birisinin təqsirini, cinayətini özünə demək. Şahid müttəhimin üzünə durdu. Mütəzərrir müqəssirin üzünə durdu; 2) bax. üzünə ağ olmaq. [Fatma xanım:] Allah, gör mən nə günə düşmüşəm ki, bu kürd gədəsi də üzümə durubdu! N.Vəzirov. [Məşədi İbad:] Rəhmətlik Pərzada günlərin bir günü bir şillə çəkdim ki, bir dişi sındı, o idi ki, sonra bir kərə olsun üzümə durmadı. Ü.Hacıbəyov. Üzünə ələk (dəsmal, pərdə) tutmaq – yalandan özünü utancaq kimi göstərmək. Üzünə gülmək – xoşuna gəlmək, cəlb etmək. Ağ lavaşlar da süfrəyə sərilib, adamın üzünə gülürdü. E.Sultanov. [Əsgər:] Bu ev, bu həyət, bu yol – hamısı elə bil ki, üzümə gülür. Ü.Hacıbəyov. Üzünə gün doğmaq – xoşbəxt yaşamağa başlamaq, taleyi gülmək, bəxti açılmaq, fərəhlənmək. Qorxmaz evə gələndə elə bil qardaşı ilə bacısının üzünə gün doğar, evləri fərəh və nəşə ilə dolardı. Ə.Vəliyev. Üzünə qabarmaq (qayıtmaq) – bax. üzə qabarmaq (qayıtmaq). Etiraz Mayanı boğurdu, lakin bu qədər adamın içində Rüstəm kişinin üzünə qayıda bilmirdi. M.İbrahimov. Üzünə qan səpilmək (çilənmək) – hirsindən üzü qızarmaq. [Mimrənin] üzünə qan səpildi. Çəmənzəminli. Üzünə pərdə çəkmək – maskalanmaq, özünü dost kimi göstərmək. Üzünə salmaq – həyasızlıqla, sırtıqlıqla bir şeyi əldə etmək üçün çalışmaq. Üzünə vurmaq – 1) bir adamın eybini, qüsurunu, çatışmayan cəhətini kobudcasına özünə demək. [Teymur] elə zənn eləyir ki, Molla onun çolaqlığını üzünə vurmaq istəyir. “M.N.lətif.” [Səkinə Rüstəmə:] Bizim borcumuz səbirli olmaqdır, ay Rüstəm, hövsələsizlik eləyib hər şeyi üzlərinə vursan onlar da darılıb ipiörkəni qırarlar. M.İbrahimov; 2) etdiyi yaxşılığı xatırladaraq utandırmaq, minnət qoymaq. Üzünü açmaq – 1) qeyri-münasib bir sözü deməklə və ya başqa bir hərəkəti ilə uşağın tərbiyəsinə, əxlaqına pis təsir göstərmək. [Zaman:] Ay arvad, bu uşağı niyə çağırıb, üzünü açırsan? Ə.Haqverdiyev; 2) keçmişdə: çarşabı üzündən kənar etmək, üzünü göstərmək. [Aktyor Sona xalaya:] A qoca qarı, heç həya etmirsən ki, üzünü açıb bu naməhrəm kişilərə göstərirsən? S.S.Axundov. [Cahan] üzünü açıb göstərir. Ü.Hacıbəyov; 3) məc. qızlığını almaq, bəkarətini, ismətini pozmaq. Üzünü ağ etmək (eləmək) – bax. üzünü ağartmaq 1-ci mənada. Üzünü ağartmaq – 1) bax. üz ağartmaq. Qulluqçu ağanın üzünü ağardar. (Ata. sözü.). [Halay Şiraslana:] ..Sənin şerin bizim divar qəzetinin üzünü ağardıbdır. S.Rəhimov; 2) bir yazının ilk mətnini, qaralamasını təmiz köçürtmək, üzünü köçürmək. Katib cavab verir ki, kağızın Mirzə Səfərdədir, üzünü ağardar, apararsan. Ə.Haqverdiyev. Üzünü bozartmaq – 1) bax. sifətini (üzünü) bozartmaq (“bozartmaq”da). Nəbi üzünü bozardıb dedi: – Sən bizdən nə istəyirsən? “Qaçaq Nəbi”; 2) özünü göstərmək, öz xasiyyətini, xüsusiyyətini büruzə vermək (əsasən mənfi cəhətdən). Artıq payız üzünü bozartmışdı. B.Bayramov. Üzünü çıxartmaq – bir sənədin, yazının üzünü olduğu kimi köçürmək, surətini çıxarmaq. Diplomun üzünü çıxartmaq. – [Qoca:] [Vəsiyyətnamənin] üzünü çıxarıb sizə gətirmişəm. Mir Cəlal. Üzünü görmə! – pis adam haqqında işlədilir. Üzünü heç görmə, üzü dönəndə; Elə bil, yer altdan əjdaha çıxır. S.Vurğun. Elə ki bu çalsaqqal kişi göy örtüklü stolun dalına keçdi, daha üzünü görmə! Mir Cəlal. Üzünü görək dan. zar. – çoxdan görüşmədiyi yaxın adamla görüşərkən deyilir. Üzünü görmək istəməmək – zəhləsi getmək, nifrət etmək, görüşmək istəməmək. Üzünü güldürmək – şənləndirmək, sevindirmək, kefini açmaq. [Zeynal] ağlamaqda olan üç anasız qızın üzünü güldürər, sınıq ürəklərini sevindirə bilərdi. S.Hüseyn. Üzünü qara etmək – bax. üzü qara etmək. [Sədr:] Salamat olun, ay uşaqlar, – dedi, – heç olmazsa siz bizim üzümüzü qara eləməyin. M.Hüseyn. Üzünü mürdəşir yusun! dan. – qarğış məqamında işlədilir. [Nazlı:] Görüm [Ağalarovun] üzünü mürdəşir mazutla yusun, bəlkə onda gözü bu nöyütdən doya! Ə.Məmmədxanlı. Üzünü turşutmaq – üz əzələlərini yığmaq, üzünü qırışdırmaq, surətilə öz narazılığını, məmnunsuzluğunu ifadə etmək. [Calal başını kənara çəkib üzünü turşudur:] Vallah, dadaş, genə çaxır içmisən. C.Məmmədquluzadə. Üzünü tutmaq – 1) üzünü çevirib demək, müraciət etmək, üz tutmaq, üzünü döndərmək (çevirmək). [Şah] üzünü hərəmlərə tutub xitab elədi. M.F.Axundzadə. [Humay üzünü göy səmtinə tutaraq:] Aman, ya rəbbi! Bu nə fəlakətli hal!.. H.Cavid; 2) bax. üz tutmaq. Bilmirəm, haraya tutum üzümü? Az qaldı, itirəm bütün özümü. H.K.Sanılı. Üzünün əti (suyu) tökülmək – biabır olmaq, rüsvay olmaq, hörmətdən düşmək, abrı getmək (tökülmək). Üzünün qanı qaçmaq – bax. üzündən qan qaçmaq. Üzünün suyunu tökmək – bərk danlamaq, biabır etmək, rüsvay etmək. Alnı açıq, üzü ağ – bax alnı açıq. Astarı üzündən baha (baha başa gəlmək) – bax. astar. Hansı üzlə – bax. nə üzlə. Əliboş Cəmil indi xəstə nənəsinin yanına hansı üzlə dönəcək, ona necə cavab verəcəkdi. S.Rəhimov. Qapını üzünə çırpmaq – bax. qapı. Nə üzlə – nə cəsarətlə, nə əsasla, nəyə arxalanaraq, nəyə güvənərək, nə haqla. [Səkinə:] Mən pambıq işinə çıxmasam, sən [Rüstəm] yayın istisində nə üzlə qapı-qapı düşüb, özgə arvadlarına deyəcəksən ki, gəlin, pambıq batdı? M.İbrahimov. [Bəy:] Pristavın yanına bəs nə üzlə gedəcəksən? Mir Cəlal. Taleyi üzünə gülmək – bax. tale. üzbəüz 1. zərf Üz-üzə, qabaq-qabağa, qarşı-qarşıya. Üzbəüz oturmaq. – [Cavad:] Ana, mənim gözüm axunddan su içməyir, əvvəl deyirdi ki, qız ilə gərək üzbəüz danışam, biz də qızı gətirdik. B.Talıblı. • Üzbəüz gəlmək – rast gəlmək, təsadüf etmək, rastlaşmaq, qarşılaşmaq, üz-üzə gəlmək. Üzbəüz gələn zaman ilk dəfə səhər-səhər; Mən sənə baxdım oğrun, sən mənə saldın nəzər. M.Rahim.\n2. sif. Qarşı, müqabil, ön. Qarayazıda binədə olan kənd camaatı yaylağa qalxmazdan əvvəl Gəmi qaya ilə üzbəüz meşədə dayanardılar. İ.Şıxlı. üzdə zərf\n1. Zahirən, zahirdə. Əzizim, qəlbi nara; Tutuşdu qəlbi nara; Üzdə dost deyənlərin; Get, öyrən, qəlbin ara. (Bayatı). Səttarzadə üzdə Rübabəyə ürək verirdisə də, ürəkdən rahat deyildi. Mir Cəlal.\n2. Yer səthinə yaxın; dayaz. Neft təbəqələri əvvəllər çox üzdə idi. S.Vəliyev.\n3. Açıqda, meydanda, göz önündə. [Vəzirbəyli:] Yoldaş İslam Verdiyev, üzdə olmayan əsərlərlə də maraqlanmaq bizim vəzifəmizdir. Mir Cəlal. üzdən zərf\n1. Az dərinlikdə, dayaz. Üzdən belləmək.\n2. məc. Səthi, dərindən olmayaraq. Əsərlə üzdən tanış olmaq. ‣ Üzdən görmək (getmək) – mahiyyətinə varmamaq, çox dərinə getməmək, səthi baxmaq, ürəyinə salmamaq. [Vaqif:] Ay Molla Vəli, – dedi, – bu, insanın özündən asılıdır, insan gərək üzdən getsin, çox dərinə əl aparmasın. Çəmənzəminli. Bu vaxta qədər Şirzad elə bilirdi ki, Yarməmməd üzüyola bir məzlumdur, hər şeyə inanır, hadisələri üzdən görür. M.İbrahimov. Üzdən iraq – özündən sonra gələn (adətən deyilməsi münasib olmayan) sözün və ya ifadənin təsirini azaltmaq üçün ara söz kimi işlədilir. [Zeynal:] ..Bir kişinin, üzdən iraq, bir eşşəyi qalıbmış. Ə.Əbülhəsən. Üzdən olmaq – biabır olmaq, abrı getmək. Əzizim, üzdən oldum; Söhbətdən, sözdən oldum; Bir bivəfa yolunda; Ağladım, gözdən oldum. (Bayatı). üzdürmə “Üzdürmək”dən f.is. üzdürmək icb. Üzməsinə səbəb və ya vasitə olmaq, üzməyə məcbur etmək. Çayda Əmiraslan soyunub atı mindi və suyun dərinliyinə salıb bir neçə dəfə üzdürdü. S.S.Axundov. Üzdürüb atları, keçək buradan; Lazımdır qaçağa geniş bir meydan. H.K.Sanılı. üzəçıxdı (=üzəçıxma) is. etnoqr. Təzəgəlinin öz ərinin qohumları ilə ilk görüşü. üzəçıxma (=üzəçıxdı) is. etnoqr. Təzəgəlinin öz ərinin qohumları ilə ilk görüşü. üzəgülən sif. İkiüzlü, riyakar; yaltaq. Üzəgülən adam. // İs. mənasında. Üzəgülənin biridir. üzən 1. bax. üzgüçü.\n2. sif. Suyun üzərində hərəkət edən; üzücü. Üzən nasos stansiyası. Üzən elektrik stansiyası. üzəngi is. Süvarinin ayağını dirəməsi üçün yəhərin iki tərəfindən asılı altı düz dəmir halqalardan hər biri. Rüstəm kişi boz atın üzəngisinə ayaq qoyanda Maya dönüb ferma işçilərilə görüşdü. M.İbrahimov. Ağaxan bəy üzəngidə dikələrək: – ..Bunlar hamısı sizə qurbandır, – deyib, ətrafı paşaya göstərməyə başlayırdı. S.Rəhimov. üzər ( adətən üzərinə, üzərində, üzərindən şəklində işlənir) bax. üst. Kitabı stolun üzərinə qoymaq. Məsuliyyəti üzərinə götürmək. Qələmlər masanın üzərindədir. Məsuliyyət sizin üzərinizdə qalır. Düşmən üzərinə qoşun yeritmək. – [Ərən:] Piramidanın üzərindən düşüb əzilənlərin, ishaldan ölənlərin sayı yox idi. Çəmənzəminli. Hələ tamam qurumamış yağış gölləri; Üzərində bulud-bulud uçur milçəklər. S.Vurğun. üzərlik is.\n1. bot. Çılpaq gövdəsi, ensiz yarpaqları olan çoxillik kol bitkisi.\n2. Həmin bitkinin quru gövdəsi, yarpaqları və ya toxumu (keçmişdə yandırılaraq tüstüsü və iyi xəstələrə verilirdi). Üzərliksən, havasan; Həzar dərdə davasan. (Bayatı). Qarı kərbəlayını .. azarlayanda üzərlik tüstüsünə verərdi, ildə neçə dəfə arxasına həcəmət qoyardı. Çəmənzəminli. Üzərliyin iyi uşağı vurduqca o, arabir səsini kəsir və yenə də davam edirdi. Ə.Vəliyev. üzgəc is. Balıq və dəniz heyvanlarının hərəkət üzvü. Delfinin bel üzgəci. – Başqa heyvanlarda olan qabaq və dal ayaqlara müvafiq olaraq balıqlarda döş və qarın üzgəcləri vardır. Y.Əbdürrəhmanov. üzgördü (=üzgörənlik) bax. tərəfgirlik. • Üzgörənlik etmək – tərəf saxlamaq. [Çingiz:] Nəbi lələ, burada üzgörənlik etdin ha! S.S.Axundov. [Xədicə:] Orası doğrudur ki, Allah özü də üzgörənlik eləyir. Ə.Vəliyev. üzgörənlik (=üzgördü) bax. tərəfgirlik. • Üzgörənlik etmək – tərəf saxlamaq. [Çingiz:] Nəbi lələ, burada üzgörənlik etdin ha! S.S.Axundov. [Xədicə:] Orası doğrudur ki, Allah özü də üzgörənlik eləyir. Ə.Vəliyev. üzgörə sif. və zərf dan. Aşkar, bəlli, açıq, açıqdan-açığa, açıq-aşkar. Üzgörə ədavət. Üzgörə düşmənçilik etmək. üzgörümçəyi is. etnoqr. Təzəbəyin ilk dəfə təzəgəlinlə görüşərkən ona verdiyi hədiyyə. Gəlin ayağını bəyin ayağının üstə qoyduqda bəy də başa düşərdi ki, gəlin ondan üzgörümçəyi istəyir. H.Sarabski. üzgörüşü bax. üzəçıxdı, üzəçıxma. üz-göz is. Sifət, üz. [Nəbi:] Yazığın üzgözü, hər yeri qandır; Huşunu itirib, halı yamandır. S.Rüstəm. [Səlim] üz-gözünə, pərakəndə saçlarına çırpılan suyu, qarı tər kimi silib, barmaqları ilə tüklərini bir az yığışdırdı. B.Bayramov. // Sir-sifət, zahiri sima, üzün ifadəsi. Üz-gözündən düz adama oxşamır. ‣ Üz-göz olmaq – münasibəti pozmaq, əlaqəsini kəsmək, düşmən olmaq. [Şərif:] Yox, Almaz, mən sənin üstündə bütün kənd ilə üz-göz olmuşam. C.Cabbarlı. Üz-gözünü turşutmaq – bax. üzünü turşutmaq (“üz”də). Səfər .. üz-gözünü turşudub, arvadı Nisəxanıma dedi. S.Vəliyev. [Səməd] üz-gözünü turşudub otağa göz gəzdirirdi. İ.Hüseynov. üzgüçü is. Suda üzməyi bacaran adam, üzən adam; üzən, üzücü. Üzgüçü bir əlilə [uşağı] qucaqlayıb, o biri əlilə sahilə doğru üzməyə başladı. M.Hüseyn. // Üzgüçülüklə məşğul olan idmançı. Üzgüçülərin yarışı. üzgüçülük is. Suda üzmə, suyun üzərində və ya altında hərəkət etmə, üzmə. Sualtı üzgüçülük. üzgün sif. Taqətsiz, yorğun, üzülmüş, əldən düşmüş, zəif, üzük. Heç demirsən, qul Abbasın üzgündür; Qəm başından tutar, dərd ayağından. Aşıq Abbas. [Zakir] sonra üzgün bir halda cavab verdi. H.Seyidbəyli. üzgünləşmə “Üzgünləşmək”dən f.is. üzgünləşmək f. Üzgün hala gəlmək, taqətdən düşmək, yorulmaq, üzülmək, əldən düşmək, zəifləmək. üzgünlük is. Taqətsizlik, yorğunluq, zəiflik, əldən düşmə. ..Birdən Səməd bədənində zəiflik, üzgünlük hiss etdi. İ.Hüseynov. üzləmə “Üzləmək”dən f.is. üzləmək f.\n1. Üz çəkmək, üzünə bir şey yapışdırmaq, çəkmək. Divarı ağ daşla üzləmək. Meydanı mərmərlə üzləmək.\n2. Torpağı üzdən şumlamaq, təpmək, yumşaltmaq.\n3. Bir şeyin ən yaxşılarını, ən irilərini seçmək, ayırmaq. üzlənmə “Üzlənmək”dən f.is. üzlənmək məch.\n1. Üz çəkilmək, üzünə bir şey yapışdırılmaq. İnşaat məhlulu üzərindəki izlərə əsasən binanın kürsülük hissəsinin keçmişdə üç sıra ağ daşla üzləndiyi aydındır. Ə.Salamzadə.\n2. Üzdən şumlanmaq, təpilmək, yumşaldılmaq (torpaq).\n3. Yaxşıları, iriləri seçilmək.\n4. məc. Üz açmaq, sırtıqlaşmaq, həyasızlaşmaq, üz gətirmək. üzləşdirmə “Üzləşdirmək”dən f.is. üzləşdirmək f. İfadələri yoxlamaq və onların arasındakı ziddiyyətləri aradan qaldırmaq məqsədilə eyni iş üstündə cinayət məsuliyyətinə cəlb olunan adamları çarpaz sorğu-suala çəkmək, üz-üzə oturdaraq dindirmək. Müttəhimləri üzləşdirmək. – [Teymur:] Biz [oğruları] üzləşdirə bilərik. H.Seyidbəyli. üzləşmə “Üzləşmək”dən f.is. üzləşmək f.\n1. Üz-üzə gəlmək, birbirinə rast gəlmək, rastlaşmaq. Cəfər küçə qapısında Hacağa ilə üzləşdi. Ə.Vəliyev. // Məc. mənada. Uşaq gərək çətinliklə üzləşəndə ondan qorxub qaçmasın. S.Rəhimov. Görüşlər, hicranlar; Belədir aləm; Daim qaranlıqla işıq üzləşir. N.Xəzri.\n2. Üzbəüz olmaq, üz-üzə gəlmək. Dünənki hadisədən sonra İkram qalıb Ağazal ilə üzləşmək istəmirdi. Ə.Əbülhəsən. üzlü sif.\n1. Üzü, qaymağı yığılmamış. Üzlü süd. – Nənəm, a nazlı qoyun; Qırqovul gözlü qoyun; Pendiri kəsmə-kəsmə; Qatığı üzlü qoyun. (Sayaçı sözü).\n2. Üz çəkilmiş, üzü olan. Üzlü döşək.\n3. məc. Nadinc, dəcəl, sırtıq, həyasız. [Pəri:] Əbdül! Axır vaxtlarda sən çox üzlü (z.) olmusan. C.Cabbarlı. Salıb sındıranda xeyli qabqacaq; Deyərdin: – Uşağım üzlüdür, üzlü. S.Rüstəm. üzlük is.\n1. Üz çəkmək üçün yarar parça və s. Döşək üzlüyü. // Sif. mənasında. Üzlük çit. Üzlük məxmər. // sif. Bir şeyin üzünə yapışdırmaq, çəkmək üçün yarar, üz çəkmək üçün olan. Üzlük daş. Üzlük material.\n2. Üzə taxılan (bəzək və s.). Əşrəfidən üzlük üzündə göyçək; Boğazı altında sığallı birçək. M.P.Vaqif. // Qorumaq üçün üzə taxılan şey. Dəbilqə üzlüyü. // Niqab. // Maska. [Təlxək] üzünə dəridən bir üzlük taxıb aşağıda oyun çıxarar və yamsılamaqla pul yığardı. H.Sarabski.\n3. Çörəyin üzünə sürtülən yağ və s. üzmə I. “Üzmək1”dən f.is.\n\nII. “Üzmək2”dən f.is.\n\nIII. “Üzmək3”dən f.is. üzmək I. f.\n1. Suyun üzündə və ya altında hərəkət etmək. Bu zaman Qətibə hovuzun kənarında dayanmışdı, suda üzməkdə olan əlvan balıqlara baxırdı. M.S.Ordubadi. Sarışın bir rus gənci yeddi-səkkiz yaşlı oğluna üzmək öyrədirdi. M.Hüseyn. // Suda batmadan hərəkət etməyi bacarmaq. Mən üzə bilmirəm. O, suda çox yaxşı üzür. // Xüsusi mexanizmlər vasitəsilə müəyyən istiqamətdə suyun üzündə, ya altında hərəkət etmək (gəmi, qayıq və s. haqqında). Qayıqlar, gəmilər üzür yanaşı; Sallanan bayraqlar əks edir suda. S.Vurğun. Adamlar yerə atıldılar və sal yenə də xırıltılı mahnısını söyləyə-söyləyə sağ sahilə üzməyə başladı. Ə.Sadıq. // Gəmidə, qayıqda və s.-də getmək. Teploxodda Volqaboyu ilə üzmək. // Suya batmadan axarı ilə getmək, hərəkət etmək (şeylər haqqında). Xəzəl suyun üzəri ilə üzür.\n2. məc. Havada yavaş-yavaş, sərbəst surətdə hərəkət etmək; süzmək. Planer havada üzür. Qartal havada üzür. Başımızın üstündən bir təyyarə üzüb keçdi. – ..Havada üzən yüngül şeylərin və havanın özünün də ağırlığı vardır. H.Zərdabi. // məc. Ay, Günəş haqqında. ..Üstdəki Ay da göy dənizdə olan kimi axıb üzürdü. S.Rəhimov. Günəş çoxdan bozumtul buludlar arasında üzməkdə idi. M.Hüseyn. // məc. Hərəkət edər kimi nəzərə gəlmək. Göz işlədikcə uzanan düzlər yaşıllıq içində üzürdü. M.Hüseyn. Qəhrəmanlar kəndi işıq içində üzdüyü vaxt Gülyanaq yuxudan qalxıb, yataq otağının kəllə pəncərəsini açdı. Ə.Vəliyev. // Obrazlı təşbehlərdə. Xəyalımız üzəydi sevda dənizlərində; Ləpələr üzərində. M.Müşfiq. Üzürsən qoynunda xoş xəyalların; Boşluğa dirənən ehtimalların. B.Vahabzadə.\n\nII. f.\n1. Dərmək, qoparmaq, qırpmaq. Sitarə .. durub, həyətə gedirdi və hər çiçəkdən birini dərib, hər güldən bir yarpaq üzüb, hərəsindən də bir həzz aparıb, bir lətafət anlayırdı. Çəmənzəminli. [Cahan:] Çəməndəki o güllərin; Ən gözəlin üzərəm. Ü.Hacıbəyov.\n2. Kəsib atmaq, kəsmək. Mişar barmağını üzdü. – [Mirpaşa:] Yaxşı ki balta ayağını tamam üzməyib. Z.Xəlil.\n3. Ayırmaq, qoparmaq. [Dərviş:] Ruqiyyə əlini əlimdən üzüb alaçığa qaçdı. A.Divanbəyoğlu. Mübaşir Məmməd [Gülnazın] üstünə şığıdı. Qızı qucaqlayıb ayaqlarını yerdən üzdü. M.İbrahimov.\n4. Haqq-hesabını qurtarmaq, ödəyib qurtarmaq, üzülüşmək. Sonralar Məşədi Rəhimə bir dəfə bir qədər pul göndərdim. Qalan borcunu da bu yavıqda üzdüm. C.Məmmədquluzadə.\n\nIII. f.\n1. Taqətdən salmaq, əldən salmaq, yormaq, üzüntü vermək. Nə söyləyim, gəlməz dilə; Məni üzən fırtınalar. H.Cavid. Tamaşanın dərdi Minayəni üzürdü. B.Bayramov.\n2. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: qəlbini üzmək, canını üzmək, əlini üzmək və s. üzr is. [ər.]\n1. Edilən bir qəbahət və ya qüsurun qeyri-ixtiyari və ya məcburiyyət qarşısında edildiyini sübuta çalışaraq, bağışlanması üçün irəli sürülən bəhanə, səbəb. Üzrüm var. Üzrü ağlabatandır. • Üzr istəmək (diləmək) – öz qəbahət və ya hərəkətinin bağışlanmasını xahiş etmək. Məşədibəy qapını açdı, müəllimdən üzr istəyib içəri girdi. M.Hüseyn. [Halay Şiraslana:] Şirin və həssas qəlbinə toxunduğumuz üçün üzr istəyirik! S.Rəhimov.\n2. Bəhanə, səbəb, dəlil. Bir də görünsə bu sifət, bu əda; Üzr yoxumdur, mənə eylə cəza. S.Ə.Şirvani. İnkişaf çox zəifdir; Üzrümüz yoxdur əsla. R.Rza. • Üzr gətirmək – müqəssir olmadığını sübut etmək üçün səbəb göstərmək, dəlil gətirmək, sübut etmək. [Şah:] Əgər üzr gətirməsə, boynunu vurdurun. M.F.Axundzadə.\n3. Qüsur, nöqsan, eyib.\n4. bax. üzr yeri. • Üzr yeri – ölü yeri, təziyə. Üzr yerinə getmək. üzrə qoş.\n1. Uyğun olaraq, əsasən, görə. Camaat ata-baba adətləri üzrə duz-çörəklə ordunu pişvaz edib, şadlıqdan qurban kəsdilər. Ə.Haqverdiyev. Qız təkrar qızardı və qadının təklifi üzrə qalxıb çay tökdü. Çəmənzəminli.\n2. Bir işin qurtarmasının, sona çatmasının yaxınlaşdığını bildirir. Qulam müəllim teleqramı yazıb qurtarmaq üzrə olan ağsaçlı kişinin tuşunda dayandı. S.Rəhimov. üzrxah is. [ər. üzr və fars. ...xah] klas. Üzr istəyən, üzr diləyən, üzr gətirərək bağışlanmasını istəyən. üzrxahlıq is. Üzr istəmə, üzr. [Ağa Rəhim:] Nadürüst ağa Bəşir gör nə səbəb tapdı üzrxahlığa, ağa da güman edəcək ki, biz vaqiən saf və sadiq imişik. M.F.Axundzadə. • Üzrxahlıq etmək – üzr istəmək. [Manaf] xanımı görəndə üzrxahlıq eləməyə çalışdı. Ə.Vəliyev. Əhmədov Reyhana üzrxahlıq elədi: – Reyhan xanım, onu mən gətirdim buraya, bağışlayın! Mir Cəlal. üzristəyici sif. və zərf Üzr istəyən, üzr istəyər kimi, üzr istəyərək. Cavan müqəssirmiş kimi yavaş üzristəyici bir əda ilə cavab verdi. M.Rzaquluzadə. üzrlü sif. və zərf Səbəbi qəbul oluna bilən, səbəbli, səbəbi olan (üzrsüz əksi). Üzrlü səbəb. Üzrlü dərs buraxmaq. Üzrlü işə çıxmamaq. üzrsüz sif. və zərf Üzrlü səbəbi olmayan, səbəbsiz (üzrlü əksi). Üzrsüz dərsə gəlməmək. Üzrsüz səbəblərə görə... üzsüz sif.\n1. Üzü, qaymağı yığılmış. Üzsüz süd. Üzsüz qatıq.\n2. Üz çəkilməmiş, üzü olmayan. Üzsüz döşək. – [Gülbadam] üzsüz boz balışı, üzü qırmızı çiçəkli çitdən mütəkkəni döşəyin ortasına qoydu. N.Nərimanov.\n3. məc. Utanmaz, həyasız, sırtıq. üzüaçıq zərf və sif. Üzünü çadra ilə örtməmiş; çadrasız. [Şərəfnisə xanım:] Müsyö Jordan beyninə salıbdır ki, Parijdə qızlar, gəlinlər məclisdə, yığıncaqda üzüaçıq oturubdururlar. M.F.Axundzadə. Və yenə mat qalmalı işdir ki, nə səbəbə bir para müsəlman qardaşlar razı olurlar ki, övrətləri yad kişilərlə üzüaçıq danışırlar. C.Məmmədquluzadə. üzüağ sif. Utanılacaq işi olmayan, vicdanı təmiz, alnıaçıq, namuslu, vüqarlı (üzüqara əksi). Təbəssümlə oyansın beşikdəki körpələr; Bizim xoşbəxt, üzüağ anaların səsinə. S.Rüstəm. üzüağlıq is. Üzüağ olma, alnıaçıqlıq, namusluluq; vüqar. üzüaşağı sif. və zərf\n1. Getdikcə aşağı tərəfə meyil edən, yuxarıdan-aşağı; başıaşağı. Üzüaşağı cığır. Üzüaşağı getmək. – Şəlalələr qayalardan üzüaşağı gurlayıb axır, köpüklənir. M.İbrahimov. Qumru bunu eşidəreşitməz yerindən qopub üzüaşağı dərəyə doğru yüyürdü. Ə.Məmmədxanlı.\n2. Çayda suyun axıb getdiyi tərəf; başıaşağı. Çayda üzüaşağı üzmək. üzüboz sif. Utanmaz, nəzakətsiz, ədəbsiz, kobud. Üzüboz adam. üzübozluq is. Utanmazlıq, nəzakətsizlik, ədəbsizlik, kobudluq. üzücü I. sif.\n1. bax. üzgüçü. Hərçənd Yasəmən çox üzücü idi, amma bu itiaxan, daşları və böyük kolları yumalayan seldə üzmək mümkün deyildi. S.S.Axundov. Tərlan da, həkim də nəfəs almadan uşaqla üzücünün batdığı yerə baxdılar. M.Hüseyn.\n2. Üzən, suyun üzərində duran, hərəkət edən. Üzücü nasos. Üzücü kran. Üzücü mayak.\n\nII. sif. Adamı üzən, taqətdən, əldən salan; yorucu. Üzücü qızdırma. Üzücü intizar. – Üzücü gözətləmə dəqiqələrində Nəriman nə təmiz bahar havasından, nə mənzərələrdən, nə də Ənvərin ara-sıra zarafatlarından xoşlanırdı. Mir Cəlal. üzüdönük sif. və zərf Öz yaxınlarından üzünü döndərmiş, onlarla əlaqəsini kəsmiş, onları atıb getmiş, onlara arxa çevirmiş, xain çıxmış. Üzüdönük övlad. – [Kərbəlayı Allahverdi:] A kişi, bu camaat necə üzüdönük olarmış?! Ə.Haqverdiyev. üzüdönüklük is. Üzüdönük adamın hərəkəti; üzü dönmə, arxa çevirmə; xəyanət. üzügülər bax. gülərüzlü. Bakılılar bütün Azərbaycan xalqı kimi səxavətli, qonaqpərvər, üzügülər .. adamlardır. H.Sarabski. Ey ürəyi sevinc dolu; Üzügülər məktəbli qız! M.Dilbazi. üzügülərlik bax. gülərüzlülük. üzügülməz sif. Heç vaxt üzü gülməyən, qaşqabaqlı, hirsli, acıqlı, mızı. Üzügülməz adam. // məc. Kədərli, qəmli. üzük I. is.\n1. Əsasən qızıldan qayrılan, bəzək üçün və ya evlilik rəmzi kimi barmağa taxılan halqa; barmaqlıq. Brilyant qaşlı üzük. – Balaca bir qutudan [Səkinə] “Zvezda” markalı qızıl saat və zümrüd qaşlı bir üzük çıxartdı. M.İbrahimov. Güldanə titrəyən barmaqlarından anasının bağışladığı üzükləri çıxardıb gizlətdi. Ə.Vəliyev. • Üzük gətirmək (aparmaq) etnoqr. – razılıq əldə edildikdən sonra qıza nişan taxmaq üçün oğlan evindən qız evinə üzük və şirni gətirmək (aparmaq). [Rəşid:] Bir neçə gündən sonra üzük aparırlar, Fərəcin böyük qızı Qurbanqulu üçün alınır. T.Ş.Simurq. İki gün sonra elçiliyə gələn arvadlar üzük gətirdilər. M.S.Ordubadi. Üzük qaşı – üzüyün üstündə olan qiymətli daş. Qanlı göz yaşlarıyla ömrü ötüb gecənin; Gözündə bir quruşa dəyərmi üzük qaşı? B.Vahabzadə. Üzük taxmaq – nişanlı olduğunu bildirmək üçün qızın barmağına üzük keçirmək; nişanlamaq. Qıza üzük taxmaq. – Qətibənin barmağına Şərqin ən qiymətli cavahirini daşıyan bir üzük taxıldı, kəbin siğəsi oxundu, sonra da şam süfrəsinin başına keçdilər. M.S.Ordubadi.\n2. Üzük şəklində detal, hissə. Valın üzüyünü dəyişmək. ‣ Üzük qaşı kimi əhatə etmək (dövrəyə, araya almaq, halaylamaq) – əhatə etmək, mühasirəyə salmaq, ətrafını tutmaq, hər tərəfini sarmaq. Məmmədəli bəy at minib, öz dəstəsilə Nəbini üzük qaşı kimi araya alır. “Qaçaq Nəbi”. Maşın məktəb həyətində dayananda camaat onu üzük qaşı kimi halaylamışdı. R.Rza. Üzükdən keçmək – çox zərif, incə şey haqqında. Gözəl xala deyir, Qəmər dəvə yunundan bir pencəklik şal toxumuşdu, üzükdən keçirdi. Ə.Vəliyev.\n\nII. bax. üzgün. [Kərəm:] Dərdü qəm çəkirəm, üzüyəm, üzük; Qıyma mənə, ay ciyərim parəsi! “Əsli və Kərəm”. üzükgizlətdi (=üzük-üzük) is. Üzüklə oynanılan bir oyun adı. Bir yanda toya gələnlər üzük-üzük oynarlar. R.Əfəndiyev. üzük-üzük (=üzükgizlətdi) is. Üzüklə oynanılan bir oyun adı. Bir yanda toya gələnlər üzük-üzük oynarlar. R.Əfəndiyev. üzükvari sif. Üzük şəklində olan; halqavari. Üzükvari detal. üzüqara sif. və zərf Utanılacaq, əskik işi olan; xəcalətli (üzüağ əksi). Dünyadan köçərdim mən üzüqara; Xalqa dəyməsəydi köməyim mənim. S.Rüstəm. Yarın özü qaradır; Qaşı-gözü qaradır; Yoxsul qonaq istəməz; Çünki üzüqaradır. (Bayatı). üzüqaralıq is.\n1. Üzüqara olma, utanılacaq, əskik işi olma; utanılacaq vəziyyət, iş; rüsvayçılıq, biabırçılıq. • Üzüqaralıq etmək – utanılacaq, pis iş görmək. Nə üzüqaralıq etdim, mənə bu cəfa neçindir? S.Ə.Şirvani.\n2. məc. Pislik, yamanlıq. Qış çıxar, üzüqaralıq kömürə qalar. (Ata. sözü). üzüqırxıq sif.\n1. Üzünü qırxmış, ya qırxdırmış, üzündə tük olmayan. Üzüqırxıq kişi.\n2. Keçmişdə: cəhalətpərəstlərin üzünü qırxan ziyalılara verdikləri təhqirli ad. Beş nəfər üzüqırxıq, laməzhəb, dinsiz kazak hər nə bilir, eləyir. P.Makulu. üzüqoylu zərf Üzü aşağı olduğu halda. Üzüqoylu uzanmaq. Nimçəni üzüqoylu qoymaq. – Əli üzüqoylu arxa yıxıldı və atəşə başladı. H.Nəzərli. [Qərənfil xala] dəmkeşi üzüqoylu qazanın ağzına çevirdi. Ə.Vəliyev. üzülmə “Üzülmək”dən f.is. üzülmək f.\n1. Xəstəlik, yorğunluq və s. nəticəsində gücdən düşmək, əldən düşmək, taqətdən düşmək, zəifləmək. Azarladım, ölmədim; üzüldüm, öldüm. (Ata. sözü). [Zeynəb Səliməyə:] Yorğunsan, üzülmüsən, get bir az dincəl! Ə.Məmmədxanlı.\n2. Çox köhnəlmək, yıpranmaq, əldən düşmək. Köynək lap üzülmüşdür. // Cırılmaq, süzülmək, qırılmaq. [Yusif] köynəyin üstündən toqqanı çox bərk çəkdiyi üçün ortası az qala üzülürdü. B.Bayramov.\n3. Qopmaq, ayrılmaq, aralanmaq. [Həcərin] sağ əli aynalıdan üzülməmişdi. S.Rəhimov. Onun əlləri; Gecə yarısınadək; Sükandan üzülməmiş. İ.Səfərli.\n4. Qurtarmaq üzrə olmaq, qurtarmaq. Anbarlardan ərzaq ehtiyatı üzülmür, tələbələrə gündə üç dəfə yemək verilirdi. S.Rəhimov.\n5. Bir sıra sözlərə qoşularaq mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: canı üzülmək, qəlbi üzülmək, əli üzülmək. üzülüşmə “Üzülüşmək”dən f.is. üzülüşmək f.\n1. Borcunu verib, haqqhesab edib qurtarmaq.\n2. Ayrılmaq, aralanmaq, uzaqlaşmaq, əlaqəni kəsmək. [Vaqif xana:] İrəvan xanı Ərzurum və Qars paşalarına müraciət edib, İraklidən üzülüşmək istəyir. Çəmənzəminli. üzüm is. Ağ, qara və ala rəngli dənələri olan salxımlı meyvə. Üzüm mürəbbəsi. Üzüm şirəsi. – Hər kəs ya qabağına üzüm, kişmiş yığaraq, ya da əlində bir şey tutaraq satır. M.İbrahimov. Əzizim üzüm qara; Bağımda üzüm qara; Yar yanına gedirəm; Əlim boş, üzüm qara. (Bayatı). üzümçü is. Üzümçülüklə məşğul olan adam. Azərbaycan üzümçüləri. üzümçülük is.\n1. Üzüm tənəkləri əkmək və üzüm yetişdirməklə məşğul olma. Üzümçülük təsərrüfatın gəlirli sahələrindən biridir.\n2. Kənd təsərrüfatı elminin üzüm tənəkləri əkməyi və becərməyi öyrənən sahəsi. üzümlük is. Üzüm bağı, meynəlik, tənəklik. Birdən üzümlüklərin kənarında göyə ucalan çinar ağacını və ilan kimi onun başına dolanan tənəyi gördü. İ.Şıxlı. üzündən qoş. Səbəb, nəticə bildirir. [Fikrət:] Avariyalar çox vaxt [gənclərin] diqqətsizliyinin və təcrübəsizliyinin üzündən olur. M.Hüseyn. Gülara ailəsinin yoxsulluğu üzündən kəndin bəylərindən Xosrov bəy Poladovun evində qulluqçuluq edirdi. Ə.Vəliyev. üzüntü is.\n1. Adamı üzən qəm, kədər, dərd, iztirab, ruhi əzab. Kim deyir ki, ana, vaxtını keçir; Dörd divar içində üzüntülərlə. M.Rahim.\n2. Üzgünlük, zəiflik, yorğunluq, taqətsizlik. [Əliqulunun] üzünə qayğı və kədər qonmuşdu. Gözlərində yorğunluq və üzüntü var idi. Q.İlkin. üzüntülü sif. Adamı üzən, əldən salan; üzücü, əzici, əzablı. Lalə Qüdrətin gəlişini gözləyir, ..amma yenə üzüntülü düşüncələrdən sonra narahat bir yuxuya gedirdi. M.Hüseyn. // Həzin, qəmli, kədərli. Zınqırovların səsi yavaş-yavaş musiqiyə çevrilir, nər dəvə üstündə bardaş qurub oturmuş sarban həsrət dolu üzüntülü bir mahnı oxuyur. Ə.Məmmədxanlı. üzünük bax. üzgün. Getdikcə üzünük düşən mal-qara yazağzı doyunca yeməsə, bir neçə günün içində batardı. B.Bayramov. üzüörtülü sif. Üzü örtülmüş halda olan, üzüaçıq olmayan. Arvadların biri, yəni Mustafanın anası üzüörtülü (z.) sevincək qaçır oğlunun yanına. C.Məmmədquluzadə. üzüstə zərf Üzü aşağı olduğu halda, üzüqoylu. Üzüstə yıxılmaq. Üzüstə yerə dəymək. – Bayatı çəkən oğlan üzüstə uzanıb, nə isə deyirdi. Mir Cəlal. üzüsulu zərf dan. Biabır olmadan, öz abrını saxlayaraq. [Ələsgər:] Gecə-gündüz Allaha şükür elə ki, üzüsulu bu bihəyanın üzündən qurtardın. Ə.Haqverdiyev. Əlisa dinməz-söyləməz, üzüsulu çıxıb getdi. S.Rəhimov. üzüşmə “Üzüşmək”dən f.is. üzüşmək qarş. Üzmək (çoxları haqqında). Qurbani der: – Bahar olur, gəlir yaz; Göllərdə üzüşür ördək ilə qaz. Qurbani. Bir də görürdün... üzümçülər balıq kimi dənizə tökülüb üzüşür, suyun dibinə enib-qalxırlar. Mir Cəlal. üzüyola sif. Sözəbaxan, məsləhətə qulaq asan, söz eşidən, inad olmayan. Üzüyola adam. – Əsmər təbiəti yumşaq, üzüyola bir qızdır. S.Hüseyn. Dursun arvad oğlunun üzüyola (z.) olduğuna şübhə etmədiyi üçün bu tədbirləri hələlik kafi görürdü. Ə.Əbülhəsən. üzüyolalıq is. Üzüyola adamın xasiyyəti; sözə, məsləhətə qulaq asma, sözə baxma. Üzüyolalıq yaxşı xasiyyətdir. – Səfər kişinin üzüyolalığı hamıya məlumdur. Mir Cəlal. üzüyuxarı zərf Aşağıdan yuxarıya doğru; başıyuxarı. Üzüyuxarı çıxmaq. – Maşın küçələri axşamüstü gəzintisinə çıxmış adamlarla dolu olan Şimranı üzüyuxarı qalxırdı. M.İbrahimov. Yusif üzüyuxarı çinara baxdı. B.Bayramov. üzüyumşaq sif. Xahişdən keçə bilməyən; xasiyyəti yumşaq. Üzüyumşaq kişi. üzüyumşaqlıq sif. dan. Üzüyumşaq adamın xasiyyəti. üz-üzə bax. üzbəüz. Oturub üz-üzə üç nəfər çoban; Yanıq Əjdər, Qara Qurban, gənc Osman. H.K.Sanılı. Vaxt olur, üz-üzə də; Əyləşir iki düşmən. H.Hüseynzadə. • Üz-üzə gəlmək – 1) bax. üzbəüz gəlmək. ..Mirzağa Cəmilə ilə yenə üz-üzə gəldi. S.Hüseyn. Səməd əmisi ilə üz-üzə gələndə həmişə ürəyində bir sıxıntı, qorxu və narahatlıq hiss edərdi. İ.Hüseynov; 2) məc. toqquşmaq, çarpışmaq. Azğın küləklərlə gəlib üz-üzə; Gah batdım dənizə, gah çıxdım üzə. Ə.Cavad. Təbiətlə nə qədər; İnsan üz-üzə gəldi. B.Vahabzadə. üzv is. [ər.]\n1. İnsan bədəninin bir hissəsi; orqan, əza. Bədən üzvləri. – Orqanizm üzvlərdən ibarətdir. Bu üzvlərin hər biri müəyyən vəzifə ifa edir. “İnsanın anatomiya və fiziologiyası”. İnsanın heç bir üzvündən o qədər zərər insana yetişməz, nə qədər ki dilindən yetişər. C.Məmmədquluzadə.\n2. Hər hansı bir təşkilatın, birliyin, cəmiyyətin və s.-nin tərkibinə daxil olan adam. Partiya üzvü. Yerli komitənin üzvü. – [Nüsrət:] Yoldaş İmamyar da kolxozun ən çalışqan üzvlərindən biridir. C.Cabbarlı. Laçın ailə üzvləri ilə görüşdü. M.Hüseyn. üzvi sif. [ər.]\n1. Həyat prosesləri ilə səciyyələnən; canlı, orqanik. Üzvi aləm. Üzvi təbiət.\n2. Heyvan və bitki orqanizmlərinin pozulması, çürüməsi nəticəsində əmələ gələn; belə çürümənin məhsulu olan. Üzvi gübrələr. • Üzvi kimya – kimyanın, karbonun başqa elementlərlə birləşməsini tədqiq edən şöbəsi.\n3. məc. Bir şeyin əsil mahiyyətinə, əsasına aid olan, bir şeylə ayrılmaz surətdə bağlı olan; daxili. Üzvi bağlılıq. Nəzəriyyə ilə praktikanın üzvi birliyi.\n4. Tamı, bütövü əmələ gətirən hissələrdən hər biri. Cümlənin baş üzvləri. üzvlük is. Hər hansı bir qrupun, təşkilatın, birliyin, cəmiyyətin və s.-nin üzvü olma. Üzvlük bileti. – [Qulu Həsənə:] Harada narazı varsa, başımıza toplayaq. Hər kəsi görsən tapşır, üzvlük haqqı verməyin, bildinmi? Çəmənzəminli. v Azərbaycan əlifbasının otuzuncu hərfi. bax. ve. va bax. vah. vabal bax. vəbal. vabəstə sif. [fars.] klas. Bağlı, əlaqədar, asılı. Bu gündən etibarən mənim həyatım sənə vabəstədir. A.Şaiq. Ruhum! Səadətim sənə vabəstə hər zaman! Sənsiz cahanda mən yaşamaq istəməm, inan! H.Cavid. vabəstəlik is. Bağlılıq, əlaqədarlıq, asılılıq. Vabəstəlikdən bəlkə qurtulaq; Açıla qoldan bu tənabımız. Şəhriyar. vacib sif. [ər.] Yerinə yetirilməsi mütləq lazım olan, labüd olan, zəruri, ən mühüm. Vacib məsələ. Bu gün çox vacib işim var. – [Şəhrəbanı xanım:] Gülçöhrə, get, atan damın dalısında çobanlarla danışır, de ki, bir bura gəlsin, vacib işim var. M.F.Axundzadə. [Əbülhəsən bəy:] Hərgah vacib işim olmasaydı, heç vaxt mən verdiyim vədəmə xilaf çıxmazdım. Ordubadi. • Vacib bilmək – özünə borc bilmək, lazım bilmək, zəruri hesab etmək. Kosa .. hələlik səbirli olmağı vacib bildi. S.Rəhimov. Vacib olmaq – yerinə yetirilməsi mütləq lazım olmaq, zəruri olmaq. Vacib oldu eyləmək ol biədəbdən ictinab. S.Ə.Şirvani. ‣ Vacib forma qram. – felin, iş və ya hərəkətin icra edilməsinin vacib olduğunu bildirən şəkli; məs.: oxumalıyam, qayıtmalı idim və s. vacibat is. [ər. “vacib” söz. cəmi] köhn. Din və köhnə adab baxımından yerinə yetirilməsi və ya riayət edilməsi vacib olan işlər. // Ümumiyyətlə, çox vacib olan şey. İnsan üçün gəzmək vacibatdandır. H.Zərdabi. vacibli bax. vacib. [Salman bəy:] Bu gecə saat birəcən yazmışam, genə qurtara bilməmişəm. Hamısı vacibli kağızlardı. N.Vəzirov. vaciblik is. Yerinə yetirilməsi vacib, məcburi olma; lazımlıq, labüdlük. [Xəlil Rzanın] “Hara qaçırsan, dayan!” əsəri qaldırdığı problemin vacibliyi, əhatə dairəsinin genişliyi və kəskin ideya-məzmunu baxımından lirik poema təsiri bağışlayır. B.Nəbiyev. vadar [fars.] Məcbur, məcburiyyət qarşısında qalan. Mən belə etməyə vadaram. • Vadar etmək – məcbur etmək. Bu xətti-hərəkəti tutub getməyə möhtərəm yazıçılarımızı o vaxt vadar edən bilmirdim, nə idi. C.Məmmədquluzadə. Bir də görürdün [dəli Səməd] döyüldüyü yerdə gözləri yaşlı qəhqəhə çəkib gülürdü, məzəli-məzəli qissələr nağıl eləyib, eşidənləri də gülməyə vadar edirdi. Çəmənzəminli. Vadar olmaq – məcbur olmaq. Əlini silaha atmağa vadar oldu. vadi is. [ər.]\n1. İki dağ arasında böyük, uzun çuxur, düzən. Buranın [Dağıstanın] o biri dağlıq qismi bəzi məhsuldar vadi və yaylaqlara malik olsa da, ümumiyyətlə, yaşamaq üçün çox çətin və məşəqqətlidir. A.Bakıxanov.\n2. Çay yatağı, çayın axdığı yer. Göyün üzünə ulduzların səpələnməsinə baxmayaraq, çayın vadisi qaranlıq idi. İ.Şıxlı.\n3. məc. Sahə, meydan, zəmin. Mətbuat vadisinə təzə qədəm qoyan “Molla Nəsrəddin” Axund Əbuturabın bu məqaləsini buraxıb keçə bilməzdi. C.Məmmədquluzadə. [Firidun] müharibə cəbhəsi adlanan bu ölüm vadisində özünün də bir gün məhv ola biləcəyi fikrini indidən ata-anasına bildirmək istəyir. M.Hüseyn.\n4. məc. Klassik ədəbiyyatda səhra, çöl mənasında olaraq adətən tərkiblərdə işlənmişdir. Vadiyi-qürbətdə can verdim, məni ol şahi-hüsn; Bir gecə xani-vüsali üzrə mehman etmədi. Füzuli. Salmış məni vadiyi-kəmanə; Bin qəmlərə eyləmiş nişanə. Məsihi. Qalmışam vadiyi-qəm içrə, kimim var, Zakir! Didələr oldu həmin munisi-qəmxar mənə. Q.Zakir. vafli [alm.] Üzərində dama-dama naxışlar olan yüngül peçenye növü (bəzən içinə dondurma və s. tökmək üçün qovuq şəklində olur). vaginizm is. [lat.] Qadınlarda xarici cinsiyyət orqanlarının yüksək həssaslığı. vagir is. [fars.] köhn. Bir, yaxud bir neçə şəxs tərəfindən növhə, mərsiyə, yaxud nəğmə oxunarkən son beyti və ya beytləri təkrar edən adam. vagirə is. [fars.] köhn. Bir neçə şəxs tərəfindən təkrar olunan son beyt və ya beytlər. vagirlik is. köhn. Vagirin işi. • Vagirlik etmək – başqası tərəfindən oxunan növhənin, mərsiyənin, yaxud nəğmənin son beytini təkrar etmək. ..Kişi məclisində iki nəfər bir-birilə meyxana yarışına çıxmışdı. Meyxana deyənlərə vagirlik eləyən bir dəstə oğlanın qıyya vuran səsləri göyə ucalmışdı. Ə.Məmmədxanlı. vagüzar [fars.]: vagüzar etmək köhn. – həvalə etmək, tapşırmaq; birinin üzərinə, öhdəsinə qoymaq. [Şah:] İndi .. mən məcburam ki, səltənətdən əl çəkib, taxt-tacı bir kimsəyə vagüzar edim. M.F.Axundzadə. Hacı Səlim öz sağlığında cəmi pul və əmlakını öz arvadı Sənəm xanıma vagüzar edibdir. Ə.Haqverdiyev. vağ is.\n1. zool. Əsasən balıqla qidalanan uzundimdik quş. Boz vağ su yaxınlığında yaşayır və orada da qidalanır; onun ayaqları uzun olur, nəinki pəncə lüləsində, hətta baldırının çox hissəsində tük olmur. “Zoologiya”.\n2. məc. dan. Maymaq, ağzıaçıq, huşsuz adam haqqında. Ağzını ayırıb vağ kimi dayanıb. vağam sif. məh.\n1. Həddindən artıq yetişmiş, vaxtı ötmüş, vaxtında biçilməmiş və ya dərilməmiş. Qızılgüllər vağam olub töküləndə budağında; Ölməz şair, sən can verdin böyük günlər sorağında. N.Rəfibəyli.\n2. Rütubətdən pozulmuş, tökülmək dərəcəsinə gəlmiş. vağamlamaq f.\n1. bax. vağanımaq.\n2. Rütubətdən pozulmaq, tökülmək. vağanımaq f. Ötmək, vaxtında biçilməyib və ya dərilməyib qalmaq. Mirzə bir gün baxdı ki, onun tarlası tamamən yetişib vağanıyıbdır. S.Rəhimov. vağanımış f.sif. Həddindən artıq yetişmiş, vaxtı ötmüş, vaxtında biçilməmiş və ya dərilməmiş. Vağanımış taxıla od düşsə, bütün məhsul məhv olduğu kimi, pambığa sovka daraşsa, insanın zəhməti əlində qalar. Ə.Vəliyev. vağzal [ing.] Sərnişinlərə xidmət etmək üçün dəmiryol stansiyasında xüsusi bina. Maşın gedəndən sonra vağzal birdən seyrəldi. C.Məmmədquluzadə. Sanitar maşını bizi vağzala qoyub qayıtdı. Mir Cəlal. • Çay, dəniz vağzalı – paroxodların durduğu yerlərdə sərnişinlər üçün bina. vağzalı is. mus. Azərbaycan xalq oyun havalarından birinin adı. vah bax. vay 1-ci mənada. vahə is. [ər.] Böyük səhra və ya çöl ortasında suyu və yaşıllığı olan sahə. Bu münbit vahə qanqal və tikan bitirməz. M.İbrahimov. Kanallar çəkilərək, səhradan minlər və on minlərlə hektar torpaq geri alınmış, yüzlərlə quyular qazılaraq, vahələr yaranmışdır. Ə.Sadıq. vahəsrəta nida [ər.] klas. Həsrət, təəssüf bildirir. Vahəsrəta ki, bir sənəmi-bivəfa üçün; Rüsva olub cahanara əfsanəyəm yenə. Kişvəri. Çox həsrətəm dübarə görüm bir camalını; Vahəsrəta, könüldə qala gər bu həsrətim! S.Ə.Şirvani. vahid [ər.]\n1. sif. Ancaq bir, tək, yeganə. Onun vahid bir oğlu var. – Kim döşünə döyər ki; Mən vahidəm, mən birəm! B.Vahabzadə.\n2. sif. Ümumi, bir, birləşmiş. Vahid cəbhə.\n3. is. Eynicinsli kəmiyyətləri ölçmək üçün qəbul edilmiş kəmiyyət, ölçü. Pul vahidi. Ölçü vahidi.\n4. is. Bir tam təşkil edən şeyin müəyyən müstəqilliyə malik olan xüsusi hissəsi. Donanmanın döyüş vahidləri. Təsərrüfat vahidi. vahidlik is.\n1. Təklik. Ürfan nəğməsi deyir Allah vahidliyindən; O böyük Xacə Hafiz süsləndirir ürfanı. Şəhriyar.\n2. Birlik, vəhdət, bütövlük, bölünməzlik; vahid şeyin halı. vahimə is. [ər.] Xəyala gələn qorxulu şeylər, hövl. Təklik, xarabanın vahiməsi, qaranlıq gecə .. bunların heç birisi ərindən qaçmış cavan gəlinə əsər edə bilmədi. Çəmənzəminli. // Qorxu, dəhşət; təşviş və narahatlıq. Hamının gözündə küt və vahimə ilə dolu bir ifadə hakim idi. M.İbrahimov. Qız vahimə və iztirabla yoldaşlarına baxır və heç bir söz demirdi. İ.Əfəndiyev. • Vahimə basmaq (götürmək, bürümək) – bərk qorxmaq, dəhşətə düşmək, qorxuya düşmək, vahimələnmək. Nurəddin qorxaq uşaq deyilsə də, meşənin vahiməsi onu da basmışdı. S.S.Axundov. Tellini yenidən vahimə bürüdü. O qorxurdu. S.Hüseyn. Vahimə etmək – qorxmaq. [Ağa Kərim:] Gərək o hər necə desə, onun sözündən çıxmayasan və heç vahimə və ehtiyat etməyəsən. M.F.Axundzadə. Heç vahimə etmirəm əcəldən; Mən qorxmamışam, ana, cədəldən. A.Səhhət. Vahiməyə düşmək – bax. vahimələnmək. Dolama yollarla enirkən bəzi yoldaşlarımız vahiməyə düşdü. S.Rüstəm. Xanlar anasının daha da narahat olduğunu, doğrudan da vahiməyə düşdüyünü görüb, onu toxdatmağa çalışdı. S.Rəhimov. Vahiməyə salmaq – bax. vahimələndirmək. Həyətə girdikdə əsrarəngiz .. sükut insanı vahiməyə salırdı. M.İbrahimov. vahimələndirilmə “Vahimələndirilmək”dən f.is. vahimələndirilmək məch. Vahiməyə salınmaq, təşvişə salınmaq, qorxudulmaq. vahimələndirmə “Vahimələndirmək”dən f.is. vahimələndirmək f. Qorxuya salmaq, təşvişə salmaq, qorxutmaq. Ümumiyyətlə, çoxdandı ki, xitabət kürsüsü Şamamanı vahimələndirmirdi. Ə.Əbülhəsən. vahimələnmə “Vahimələnmək”dən f.is. vahimələnmək f. Qorxuya düşmək, qorxmaq, təşvişə düşüb narahat olmaq. Telli yatmaq zamanı çatdıqda vahimələnməyə başladı. S.Hüseyn. Bir zamanlar təkcə gecələrin qaranlığından vahimələnən Ulduz, indi zülmət gecələrdə od püskürən topların üstünə bir sayğısızlıq(la) getməkdə idi. Ə.Məmmədxanlı. vahiməli sif. Vahimə doğuran, ürəyə qorxu salan; dəhşətli, qorxunc, məşum. Birdən əsəbi bir gülüş onun vahiməli çöhrəsinə bir həlimlik saçdı. Çəmənzəminli. Ara-sıra haradan isə vahiməli bayquş səsi gəlirdi. M.İbrahimov. Birdən qabaqdan vahiməli bir səs eşidildi. Mir Cəlal. vahiməsiz sif. Heç bir vahimə, qorxu olmadan; qorxusuz, qorxmadan. vaxmistr [alm.] Çar Rusiyası ordusunun süvari hissələrində kiçik zabit rütbəsi. vaxsey nida, dan. Dəhşət, müsibət, fəlakət, ruhi əzab və iztirab hisslərini bildirir. Sara: – Vaxsey, ciyərin yansın! Kişi bilər, – deyə evə təpildi. Mir Cəlal. vaxt is. [ər. vəqt]\n1. Cərəyan edən bir işin, hadisənin və s.-nin əsrlər, illər, saatlar, dəqiqələr, saniyələrlə ölçülən davam müddəti; zaman.\n2. Saatların, günlərin, illərin ardıcıl surətdə bir-birini əvəz etməsi. Vaxt nə tez gəlib keçdi.\n3. Bir hadisənin, işin baş verdiyi, baş verəcəyi, yaxud baş verməli olduğu an, moment. İclasın vaxtını təyin etmək. – Vaxt yetişdi, anası .. rəhmətə getdi; Bu həsrətin ağrısını duydu Əmirxan. S.Vurğun. Müəllim kəndə vaxtından əvvəl qayıtdı. S.Hüseyn. Abbas vaxtından əvvəl açılmış bir çiçəkdir: o, ailə dolandırır. S.S.Axundov. // Eyni mənada bəzən feillərdən sonra işlənir. Kəramət uşaqlarını ancaq yatdıqları yerdə, yuxulu olduqları vaxt oxşayar, öpərdi. Ə.Əbülhəsən. Göyçək həyətin ortasında Tapdığı şirin gəzdirdiyi vaxt Qaçay işdən gəldi. Ə.Vəliyev.\n4. Dövr, zəmanə, çağ. Çar hökuməti vaxtında. Keçmiş vaxtlarda. Müharibə vaxtı. Uşaqlıq vaxtı. Axır vaxtlarda. Bizim vaxtımızda (yaşadığımız dövrdə, bizim dövrümüzdə). – Vaxt bir vaxt idi ki, şəhərlərdə məktəb az tapılardı. N.Nərimanov.\n5. Günün, ayın, ilin, yaxud mövsümüm müəyyən çağı. İstədiyin vaxtda gələ bilərsən. Gecənin bu vaxtında harada idin? – Əntiqə Hacının evinə gələndə yayın lap isti vaxtı idi. Mir Cəlal.\n6. Mövsüm. Ov vaxtı. Ağac əkmək vaxtı. Xırman vaxtı.\n7. Əlverişli, münasib zaman; fürsət. Hər şeyin öz vaxtı var. Vaxtdan istifadə etmək. İndi çimməyin yaxşı vaxtıdır. – Məsmə, dərdlərini Tahirzadəyə danışmaq üçün vaxt, fürsət axtarırdı. Mir Cəlal. • Vaxt qazanmaq – fürsət əldə etməyə çalışmaq. Firidun .. hiss etdi ki, yoldaşları nə isə gizlədirlər. O vaxt qazanmaq üçün bir az da ləngidi. İ.Şıxlı.\n8. Boş saat, işdən azad zaman. Gəlməyə vaxtım yoxdur. Vaxt olmadığına görə. Vaxtım olanda baxaram. Vaxt tapsan, bizə gəl.\n9. Möhlət. Borcu qaytarmaq üçün vaxt vermək.\n10. Nida mənasında: vaxtdır – vaxtı çatmışdır. Vaxtdır, evə getmək lazımdır. – [Həsənqulu bəy:] Balam, dəxi vaxtdır, gedək gəlini gətirməyə. Ü.Hacıbəyov. ‣ Vaxt gözləmir – tələsmək lazımdır (təcili iş haqqında). Vaxt keçirmək – 1) vaxtını hədər yerə, səmərəsiz sərf etmək; 2) gün keçirmək, yaşamaq. Nurəddin İmamverdi babanın yanında çox gözəl vaxt keçirirdi. S.S.Axundov. [Zeynal] hər zaman gülmək, əylənmək, çığırıb bağırmaq, gurultu qoparmaq, sərxoş olaraq səfahətlə vaxt keçirmək istəyirdi. S.Hüseyn. Vaxtı ilə – bir vaxt, bir zaman; keçmiş zamanda, keçmişdə. Vaxtı ilə o da səhnədə oynardı. Vaxtı ilə onun gözəl səsi var idi. Vaxtı ilə bura boş bir meydan idi. – Vaxtı ilə uzaq və amansız bir zəlzələ böyük və gözəl bir şəhəri yerlə yeksan etmişdi. Ə.Məmmədxanlı. İndi respublikamızda vaxtı ilə adi fəhlə olmuş yüzlərcə alim və mütəxəssislər, ixtiraçılar vardır. İ.Əfəndiyev. Vaxtını öldürmək – vaxtını boş yerə, səmərəsiz sərf etmək. Bəzi vaxt – arabir, bəzən, hərdənbir. ..Mən bəzi vaxt heç aydınlıq gecəni də o gölməçədən çıxmıram! – deyə beşinci atlı dilləndi. S.Rəhimov. Bir neçə vaxt – bax. neçə vaxt. Narıncın bir neçə vaxt başı dincəldi. S.Rəhman. Bir vaxt – bax. vaxtı ilə. Bir vaxtda – eyni zamanda. Bu vaxt – bu anda, bu əsnada, indi. Bu vaxt qonşusu Qumru qapını açıb içəri girdi. Şamilov. Heç (bir) vaxt – əsla, qətiyyən, əbəda. Hər vaxt – həmişə, daima, hər zaman. Neçə vaxt – bir müddət, bir qədər zaman. Neçə vaxt keçdi, günorta zamanı Mirzə Cavad şəhərdən gəldi kəndə. Ə.Haqverdiyev. O vaxt – o zaman, onda. Söz vaxtına çəkər – haqqında söhbəti gedən keçmiş bir hadisənin zaman etibarı ilə həmin vaxtda baş verdiyini göstərmək üçün deyilir. Söz vaxtına çəkər: aprelin əvvəlləri idi. Mir Cəlal. vaxta ki bax. vəqta ki. Kəsilmiş yolların dumandır, qardır; Vaxta ki bu hüdud, bu sərhəd vardır; Ömür dedikləri röyaya bənzər. S.Vurğun. Vaxta ki söz vermişdim, gərək sözümün üstündə duraydım.. S.Rəhimov. vaxtamuzd sif. [ər. vəqt və fars. muzd] iqtis. İşə sərf edilmiş vaxt hesabı ilə ödənilən və ya hesablanan. Vaxtamuzd əmək haqqı. vaxtaşırı sif. və zərf Vaxtdan-vaxta, müəyyən vaxtlarda, müntəzəm surətdə. Vaxtaşırı məlumat. – O ağ cövhəri isə bizim tərəflərə, dəmir yolundan uzaq kəndlərə vaxtaşırı günçıxandan gələn dəvə karvanları gətirirdi. Ə.Məmmədxanlı. vaxtbavaxt zərf Vaxtdan-vaxta, müəyyən vaxtlarda. Vaxtbavaxt yoldaşımla görüşürəm. vaxt-bivaxt bax. vaxtlı-vaxtsız. [Qulu:] ..Bu nə ömürdür mən keçirdirəm, gecə-gündüz, vaxt-bivaxt, sərbaz kimi bu evlərin keşiyini çəkirəm... N.Vəzirov. vaxtdan-vaxta zərf Arabir, bəzən, gah-gah, növbə ilə. vaxtında zərf Münasib zamanda, lazımi vaxtda, müəyyən edilmiş vaxtda; nə tez, nə gec. Hesabat vaxtında təqdim edilmişdir. Lap vaxtında gəlmisən. – Bağın nemətləri olduqca dən-dən; Əmirxan onları vaxtında dərdi. S.Vurğun. Vaxtında güllətək açılmayan söz; Sahibinə dəyər, hədəfə dəyməz. X.Rza. // Qabaqcadan. Tədbiri vaxtında görməli. Vaxtında hər şeyi nəzərdə tutmaq lazım idi. – Bəlkə bu halımdan incidi dağ-daş; Bunu öz vaxtında duya biləydim. M.Araz. vaxtlı zərf\n1. Müddətli, müəyyən müddət üçün nəzərdə tutulmuş.\n2. Münasib vaxtda, vaxtında, mövsümündə. vaxtlı-vaxtında zərf Öz vaxtında, lazımi vaxtda, müəyyən edilmiş vaxtlarda; gecikmədən, gecikdirmədən, vaxtını gecikdirmədən. İşi vaxtlı-vaxtında görmək. Xörəyi vaxtlı-vaxtında yemək lazımdır. Uşağı vaxtlıvaxtında əmizdirmək. vaxtlı-vaxtsız zərf Hər vaxt, münasib və qeyri-münasib vaxtda. Vaxtlı-vaxtsız gəlmək. – Nə görmüşəm bu dünyada hələ mən; Vaxtlı-vaxtsız bu dünyaya gələndən. S.Tahir. vaxtsız sif. və zərf\n1. Vaxtı çatmadan, vaxtı çatmamış, vaxtından tez. Vaxtsız banlayan xoruzun başını kəsərlər. (Ata. sözü). // Çox tez. Qanunsuz, qaydasız mübarizələr; Vaxtsız ölümlərdən gətirir xəbər. S.Vurğun.\n2. Yersiz, qeyri-münasib vaxtda, gec. Vaxtsız gəlmək. – Vaxtsız qonaq kisəsindən yeyər. (Ata. sözü).\n3. Mövsümündə olmayan, mövsümündən əvvəl və ya sonra hasil olan. Vaxtsız meyvə. Vaxtsız əkin bar verməz. vaiz is. [ər.] din. Vəz və nəsihət edən, moizə edən. Vaiz sözünə tutma qulaq, qafil olma kim; Qəflət yuxusunun səbəbi ol fəsanədir. Füzuli. Çıxmışkən günahı vaizin dizə; Vəz edib durmaqda, bax yenə bizə! H.Cavid. vaizlik is. din. Vaizin peşəsi, işi. Molla Xəlil orucluqda vaizlik, məhərrəmlikdə rövzəxanlıq edər, başqa bir mollanın kəndə gəlməsini istəməzdi. S.Hüseyn. vakansiya is. [fr.] İdarə və müəssisədə tutulmamış vəzifə yeri; boş yer. vaks [alm.] Dəri ayaqqabılara sürtmək üçün his, piy və mumdan hazırlanan qara rəngli sürtkü yağı. vaksin [lat.] tib. Yoluxucu xəstəliklərə qarşı müqavimət qüvvəsi yaratmaq üçün insan və ya heyvan bədəninə yeridilən tibbi preparat; aşı. vaksinləmə tib. “Vaksinləmək”dən f.is. vaksinləmək f. tib. Yoluxucu xəstəlikdən qorumaq üçün bədənə vaksin yeritmək, qoruyucu aşı vurmaq. vaksinlənmə tib. “Vaksinlənmək”dən f.is. vaksinlənmək məch. tib. Yoluxucu xəstəlikdən qorunmaq üçün bədənə vaksin yeridilmək, qoruyucu aşı vurulmaq. vakslama “Vakslamaq”dan f.is. vakslamaq f. Ayaqqabıya vaks sürtmək. vakslanma “Vakslanmaq”dan f.is. vakslanmaq məch. Ayaqqabıya vaks sürtülmək. vakuol is. [fr.] Heyvan və bitki hüceyrələrində, habelə birhüceyrəli orqanizmlərdə kiçik boşluq. vakuum [lat.] fiz. tex. Qapalı cihazın və ya qabın içərisində havanın, yaxud qazın seyrəlmiş vəziyyəti. vaq təql. Qurbağanın, ördəyin, qazın çıxardığı səs. vaqe [ər.]: vaqe olmaq – 1) üz vermək, əmələ gəlmək, baş vermək, meydana çıxmaq. Bu gün küçədə bir hadisə vaqe oldu. – Bəli, keçmişdə vaqe olan bir iş gələcək üçün dəsturüləməldir.. A.Bakıxanov. Əhvalat vaqe olur İrəvan yaxınlığındakı şəhərlərdən birində. C.Məmmədquluzadə; 2) yerləşmək, olmaq. Yusif Sərracın dükanı şah məclisinin .. məşriq səmtində vaqe idi. M.F.Axundzadə. Vaqe olan – baş verən hadisə. Vaqe olanları düşünmək istədim, bacara bilmədim. Çəmənzəminli. vaqiə is. [ər.]\n1. Yuxu. Bu işlərin hamısı mənə vaqiə kimi göründü. C.Məmmədquluzadə. [Nurcahan:] Xanım, başına dönüm, mən bu gecə bir vaqiə görmüşəm. N.Vəzirov. Oğlan oyuna bir mərtəbədə aludə olmuşdu ki, gecə vaqiədə də oyundan sayıqlayırdı. Ə.Haqverdiyev.\n2. Hadisə, əhvalat, macəra. Ol vaqiədən olub xəbərdar; Tutdu rəhi-dəşt Zeydi-qəmxar. Füzuli. Bu vaqiədən xatirə olmaq üçün pələngin dərisini soyub evə gətirdim. A.Şaiq. vaqiən ara s. [ər.] klas. Həqiqətən, həqiqətdə, doğrudan da. Xacə Mübarək vaqiən çox saf və sadiq adam idi. M.F.Axundzadə. Vaqiən, İranın mehmannəvazlığının mislini qeyri yerdə, zənn edirəm, görmək olmaz. C.Məmmədquluzadə. Vaqiən, Əsgər Züleyxanı çox incidirdi. C.Cabbarlı. vaqif sif. [ər.] Bir işdə məlumatı, biliyi olan; xəbərdar, məlumatlı. Mirzə ən qədim Şərq elmlərindən başlamış öz gününə qədər bütün elmlərə vaqif idi. S.Rəhimov. • Vaqif olmaq – aşna olmaq, xəbərdar olmaq, məlumatı olmaq, bilmək. Nədir halın kim, olmazsan özündən vaqif, ey zail! Nəsimi. [Ay] da Vaqif kimi eşq yorğunu olaraq, təpələr arxasından sönük çöhrəsi ilə aləmə tamaşa edir, sevgi üzüntülərinin sirrinə vaqif ola bilmirdi. Çəmənzəminli. Bu adamın hər sözündə, hər hərəkətində öz işini yaxşı bilən .. və gələcəkdə nələr görüləcəyinə yaxşı vaqif olan bir adamın təmkini və sakitliyi vardı. Ə.Sadıq. vaqqıldama “Vaqqıldamaq”dan f.is. vaqqıldamaq f. Qurbağa, ördək, qaz, bayquş səsinə bənzər səs çıxarmaq. Vaqqıldama bayquş kimi, idbar, dilənçi! M.Ə.Sabir. [Bayquş] həmişə uçuqlar aləminə seyrə çıxar, vaqqıldar, buradan da dünyanın zövqünü alar. S.Rəhimov. vaqqıldatma “Vaqqıldatmaq”dan f.is. vaqqıldatmaq icb. Vaqqıldamağa məcbur etmək, vaqqıltı səsi çıxartdırmaq. vaqqıltı təql. Qurbağa, ördək, qaz, bayquş səsinə bənzər səs. [Şahməmmədin] səsində bir bayquş vaqqıltısı duyulurdu; danışdımı, adamı qorxu hissi bürüyürdü. Çəmənzəminli. [Əntərzadə:] Musiqi əvəzinə qurbağaların vaqqıltısını eşidirəm. Mir Cəlal. vaqon [ing.]\n1. Rels üzərində hərəkət edən minik və ya yük daşıyan üstüörtülü və ya açıq araba. Dəmiryol vaqonu. Motorlu vaqon. Yük vaqonu. Yataqlı vaqon. – Qaraca qız yolu getdiyi zaman ayağı büdrəyib yıxıldı və moruğu yerə töküldü. Bunu yığan vaxt vaqon qatarı göründü. S.S.Axundov. Keçən ilin yayında Səkinə Buzovnadan bibisi evinə qayıdırdı. Vaqonlarda basabas idi. Mir Cəlal. • Vaqon-restoran – dəmiryol qatarında restoran üçün ayrılmış xüsusi quruluşlu vaqon.\n2. Rəqəmlərlə – vaqonda yerləşən yükün miqdarı. Bir vaqon kömür. – Keçən il qurulan ianə komissiyası qırx beş min manatdan ancaq iki vaqon un göndərdi Zəngəzura. C.Məmmədquluzadə. vaqon-vaqon zərf Vaqonlarla. Ölkənin çöllərində pambıq yığılır ton-ton; Buraya göndərilir durmadan vaqon-vaqon. S.Rüstəm. vaqonça kiç. Yaxın məsafələrə yük daşımaq üçün üstüaçıq kiçik vaqon. Torpaq əl arabası ilə və ya vaqonçalarla daşınır. vaqonet (=vaqonetka) [əsli ing.] bax. vaqonça. [Ağabala] maşını növbədənkənar irəliyə, vaqonetkalar ağzına verib xahiş etdi.. Mir Cəlal. vaqonetka (=vaqonet) [əsli ing.] bax. vaqonça. [Ağabala] maşını növbədənkənar irəliyə, vaqonetkalar ağzına verib xahiş etdi.. Mir Cəlal. vaqonetsürən is. Vaqoneti idarə edən fəhlə. vaqonqayıran sif. və is. Vaqon qayırmaqla məşğul olan. Vaqonqayıran zavod. vaqonqayırma sif. Vaqonqayırma sahəsinə aid olan. Vaqonqayırma sənayesi. vaqonqoşan is. d.y. Vaqonları birbirinə qoşub qatar düzəldən dəmiryol işçisi. vaqonsürən is. Tramvay, yaxud elektrik dəmiryolu motorlu vaqonunun hərəkətini idarə edən işçi. vaqranka is. [rus.] Zavodlarda çuqun əritmək üçün soba. val [rus.]\n1. Müxtəlif maşınlarda: öz oxu ətrafında fırlanan silindr. Dəzgahın valı.\n2. Qrammofon və ya patefonda çalınmaq üçün xüsusi üsullarla üzərinə səs yazılmış yastı çarx; plastinka. Firuzə .. quş kimi yüngül bir hərəkətlə qalxıb, balaca yeşiyin üstündəki patefona bir val qoydu. İ.Əfəndiyev. Gülüş anasının sözünü sındırmadan, patefona val qoydu. Ə.Vəliyev. vala sif. [fars.] klas. Yüksək, uca, ali. [Dərviş:] Babam heyrət, anamdır şübhə .. əsla; Bilinməz mən kiməm, ey şeyxi-vala! H.Cavid.\n\nII. is. məh. Çox sıx ələk. // Çox sıx tor. Yaşmağı valadan, dili laladan; Ağ nazik əllərin xınası gözəl. Aşıq Həsən. valay [rus. “valəy” sözündən] dan. Adətən valay vurmaq şəklində işlənir – səndələmək, yeriyərkən o tərəf-bu tərəfə yırğalanmaq. valaylama (=valaylanma) “Valayla(n)maq”dan f.is. valaylanma (=valaylama) “Valayla(n)maq”dan f.is. valaylamaq (=valaylanmaq) f. [rus. “valəy” sözündən] dan. bax. valay vurmaq (“valay”da). Çadra havada bir-iki kərə yellənib valaylandıqdan sonra, yerə düşdü. S.Hüseyn. valaylanmaq (=valaylamaq) f. [rus. “valəy” sözündən] dan. bax. valay vurmaq (“valay”da). Çadra havada bir-iki kərə yellənib valaylandıqdan sonra, yerə düşdü. S.Hüseyn. valeh [ər.] Heyran, məftun, vurğun; heyran olmuş, məftun olmuş, vurulmuş. Mən bu yerlərin gözəlliyinə valehəm. – Hamı bu halə valehü məftun; Nagəhan hadis oldu bir yanğun. M.Ə.Sabir. • Valeh etmək – heyran etmək, məftun etmək. Qulaq asanları valeh etmək mənə .. qismət deyilmiş. C.Məmmədquluzadə. ..Bir tərəfdən də baharın xoş mehi insanı valeh edirdi. S.S.Axundov. Günəşin batması ilə tez-tez üfüqlərdə dəyişən rənglər.. [Dilaranı] valeh etmişdi. M.İbrahimov; // məc. məst etmək mənasında. Həyəti götürən soğan, qovurma, zəfəran iyi adamı valeh edirdi. Mir Cəlal. Valeh olmaq, valeh qalmaq – heyran olmaq, məftun olmaq, vurulmaq. Göygölün gözəlliyinə insan valeh olur. – Surətin nəqşində insan valehü heyran olur. Nəsimi. [Bədircahan:] Ağa, o qədər səndən dedim ki, .. az qaldılar valeh olsunlar. N.Vəzirov. [Bünyad] təpədən dırnağa qədər ipək içində olan bu gözəl qıza valeh olmuş kimi baxırdı. Ə.Əbülhəsən. valehedici sif. Valeh edən, məftun edən; öz gözəlliyi, təravəti və s. ilə insana özünü unutduracaq dərəcədə nəşə və zövq verən. İnsanı valehedici mənzərə. – [Mehman] özünün güclü məntiqi, valehedici nitqi ilə hamını heyran etməyə başlayırdı. S.Rəhimov. valehlik is. Heyranlıq, məftunluq; vurğunluq; heyran olma, valeh olma; valeh olmuş adamın halı. valent [lat.] kim. Kimyəvi elementin neçə atom və ya qrupla birləşə bildiyini göstərən kəmiyyət. valentlik is. kim. Atomun müəyyən miqdar digər atomlarla birləşə bilmək qabiliyyəti. valeriyan (=valeriyanka) [rus.] tib. Pişikotu kökündən hazırlanan, ürək və sinir sistemi fəaliyyətini nizama salan damcı dərman. valeriyanka (=valeriyan) [rus.] tib. Pişikotu kökündən hazırlanan, ürək və sinir sistemi fəaliyyətini nizama salan damcı dərman. valet [fr.] Qumar kağızlarında: üzərində silahlı adam şəkli olan kart; soldat. vali is. [ər.]\n1. Keçmişdə: vilayət hakimi, bir vilayəti idarə edən vəzifəli şəxs. Hicri 296-cı ildən 306-cı ilə qədər Şirvan da Azərbaycan və Ermənistan valisi Əbülqasım Yusifin hökmü altında idi. A.Bakıxanov. [İranın] hər vilayətində cəlal sahibi, uca mərtəbədə bir vali hökmran oldu. “Qarabağnamə”.\n2. bax. qubernator. Maşaallah, gecəgündüz valimiz; Çalır partapiyan, oynayır bilyard. Q.Zakir. valid is. [ər.] klas. Ata. Ey millətin ümmidi, dilü canı uşaqlar! Validlərinin sevgili cananı uşaqlar! M.Ə.Sabir. valideyn is. [ər.] Ata və ana, ata-ana. Valideynə hörmət. Valideyn şurası (bir məktəbdə oxuyan uşaqların ata-analarının müşavirəsi, şurası). – Valideynin, təbii, övlada; Nəzəri-etinası tərbiyədir. M.Ə.Sabir. Valideynlərindən bu vaxta qədər heç nəyi gizlətməyən Lətifə yalan deməmək üçün cəld addımlarla qapıya yanaşdı. M.Hüseyn. Gəray bircə baxışda onların valideyn dərdinin böyüklüyünü gördü. Ə.Əbülhəsən. valideynlik is. Valideyn vəzifəsi, işi, münasibəti. validə is. [ər.] Ana. Doğar insan ata ocağında; Bəslənir validə qucağında. M.Ə.Sabir. Olsun gərək də validə canpirə rəhbəri. M.Hadi. validol is. [lat.] tib. Mərkəzi sinir sistemini sakitləşdirən, damargenəldən dərman preparatı. valihanə zərf [ər.] şair. Valeh olmuş bir surətdə, özünü itirmiş bir halda, heyrancasına. valilik is.\n1. Vali vəzifəsi. Sultan Əhməd Cəlayir Bağdada gəlib, Əmir Teymurun nəvəsi Əbubəkir Mirzəni valilikdən çıxartdı. A.Bakıxanov.\n2. Bir valinin idarəsi altında olan yerlər. vallah (=vallahi) nida [ər.] Allaha and olsun (inandırmaq üçün deyilir). Mən eylədiyim məkri şəyatin də bacarmaz; Vallah və billah! M.Ə.Sabir. Vallahi, Ağa dərviş, mən .. inciməzdim, hərgah əvvəlinci günü aşkar mərdmərdanə mənə məlum edəydilər ki, asudə yer yoxdur, get. N.Vəzirov. // Ümumiyyətlə, inandırmaq üçün işlənən ifadə. [Eldar:] Vallah, düz deyirəm, pələngsən, pələng! S.Vurğun. [Turac:] Vallah, səndə böyük hövsələ var. İ.Əfəndiyev. vallahi (=vallah) nida [ər.] Allaha and olsun (inandırmaq üçün deyilir). Mən eylədiyim məkri şəyatin də bacarmaz; Vallah və billah! M.Ə.Sabir. Vallahi, Ağa dərviş, mən .. inciməzdim, hərgah əvvəlinci günü aşkar mərdmərdanə mənə məlum edəydilər ki, asudə yer yoxdur, get. N.Vəzirov. // Ümumiyyətlə, inandırmaq üçün işlənən ifadə. [Eldar:] Vallah, düz deyirəm, pələngsən, pələng! S.Vurğun. [Turac:] Vallah, səndə böyük hövsələ var. İ.Əfəndiyev. valokordin is. tib. Korvalolla eyni qəbildən olan ürək dərmanı. vals [fr.]\n1. İki nəfərin birgə oynadığı Avropa rəqslərindən birinin adı. Vals oynayan oğlan və qızlar bir-iki-üç, bir-iki-üç sayı ilə fırlanırlar. Ə.Bədəlbəyli.\n2. Bu rəqs üçün yazılmış musiqi əsəri. Mərmər sütunlu sarayın qabağındakı meydançada orkestr vals çalırdı. M.İbrahimov. valtorn (=valtorna) [alm.] mus. Buynuz şəklində olan, nəfəslə çalınan müştüklü musiqi aləti. Nəfəsli musiqi alətləri əsas etibarilə üç qrupa ayrılır: ..2. Misdən hazırlanmış nəfəsli alətlər (truba, valtorn, trombon, tuba və sairə). Ə.Bədəlbəyli. Trombonla valtornanın güclü nəfəsi; Ordu kimi hücum çəkir mübarizəyə. S.Vurğun. valtorna (=valtorn) [alm.] mus. Buynuz şəklində olan, nəfəslə çalınan müştüklü musiqi aləti. Nəfəsli musiqi alətləri əsas etibarilə üç qrupa ayrılır: ..2. Misdən hazırlanmış nəfəsli alətlər (truba, valtorn, trombon, tuba və sairə). Ə.Bədəlbəyli. Trombonla valtornanın güclü nəfəsi; Ordu kimi hücum çəkir mübarizəyə. S.Vurğun. valun is. [rus.] Çay daşı, qaya parçası. valyor is. [fr.] Boyakarlıq və qrafikada tonun rəng çalarlığı. valyuta [ital.]\n1. Bir ölkədə qəbul olunmuş pul sisteminin əsasını təşkil edən pul vahidi (manat, dollar, frank və s.).\n2. Xarici dövlətlərin pulları. vam I. Adətən vamla şəklində: zəif od üstündə aramla, yavaş-yavaş, asta-asta. Vamla bişmək. • Bir vamda – bir qaydada, bir üsulda. Günlərimiz bir vamda keçmədi, yaxşısı da oldu, pisi də. R.Rza.\n\nII. is. [fars.] Borc qaytarılmaq şərtilə alınan pul və ya şey. vampir is. [fr.]\n1. Qaniçən, zülmkar.\n2. zool. Yarasalar dəstəsinin yastıburun yarasalar fəsiləsindən məməli heyvan cinsi. vamüsibəta is. [ər.] Bir bəla, müsibət üz verdikdə işlədilən nida – fəryad, fəğan, şivən. Evdə vamüsibəta qopdu. vanadium [lat.] Kimyəvi element, əla polad hazırlanmasında işlədilən çox bərk gümüşü ağ metal. Ayrı-ayrı kimyəvi elementlərdən isə alüminium, vanadium, sürmə .. və radioaktiv metalların yeni yataqlarının axtarışı xüsusi əhəmiyyət kəsb edir. M.Qaşqay. vandal [lat.]\n1. Roma imperiyasının bir hissəsini işğal və Roma şəhərini dağıdıb talan etmiş qədim alman qəbiləsi.\n2. Vəhşi, mədəniyyətsiz; mədəniyyət əsərlərini vəhşicəsinə dağıdan, məhv edən adam. vandalizm [lat.] Mədəniyyət əsərlərini vəhşicəsinə dağıtma, məhv etmə; vəhşilik. vanəfsa is. [ər.] Fəryad, fəğan, şivən, qışqırıq. Bir qışqırıq, bir vanəfsa qopdu ki, gəl görəsən. “Kirpi”. vanil [fr.] Tropik bir bitki və bu bitkinin ədviyyat kimi işlənilən qurudulmuş ətirli meyvəsi. Vanil sarmaşan bitki olub, Cənubi Amerikanın tropik meşələrində yayılmışdır. Əliyev. vanilli sif. Tərkibində vanil olan; vanil qatılmış. Vanilli bulka. vanna [alm.]\n1. İçində çimmək və ya şey yumaq üçün uzunsov böyük ləyən, qab. [Həkim:] Uşağın özü çox zəif və bədəni də çirklidir, ..hələliyə nə hamama göndərmək və nə də vannaya salmaq olmaz. S.S.Axundov. // Xüsusi terminologiyada tib.: ayaq, qol və s. vannası – müalicə məqsədi ilə ayaqları, qolları mayeyə salmaq üçün xüsusi qab. // xüs. İçinə maye tökmək üçün müxtəlif formalı qab. Foto vannası.\n2. Müalicə məqsədi ilə içi su ilə dolu vannadan istifadə prosesi. Vanna qəbul etmək. Həkim mənə on vanna yazmışdır. Vannanı tox qarına qəbul etmək olmaz.\n3. Bədənin dəniz suyu, hava, günəş şüaları, müalicə palçıqları təsiri ilə müalicəsi, bərkidilməsi. Dəniz vannası. Günəş vannası. – Kəndin bütün ətrafını aradım; ancaq burada bir parça qumlu yer tapdım, soyunub uzandım; günəş vannası alırdım, – deyə, doktor izahat verdi. B.Talıblı. vannalı sif. Vannası olan, hamamxanası olan. Üçotaqlı vannalı mənzil. vant is. [holl.] Dor ağacını və başqa şeyləri gəminin bortlarına bərkitmək üçün takelaj ipləri. vapor I. [lat. “buxar” sözündən] Buxar gəmisi, paroxod. Alış-verişçiləri Mavərayibəhri-Xəzərdə; Vaporların malın alıbsatanda görməli imiş. M.Ə.Sabir.\n\nII. is. [lat.] Neftdən alınan, özlülüyü yüksək sürtkü yağı. var I.\n1. sif. Olan, mövcud olan. Var qüvvə ilə çalışmaq. Var gücünü sərf etmək. • Var gücü (qüvvəsi) ilə – bütün qüvvəsini gərginləşdirərək, sərf edərək. Var qüvvəmizlə işləməliyik. – Elə bu zaman maşından düşən zurnaçılar ordlarını doldurub, var gücləri ilə piləməyə başladılar. “Kirpi”.\n2. is. Varlıq, mövcudiyyət. Ahü zar çəkməkdən yox olub varı; Saf aynası tutub möhnət qubarı. Q.Zakir. O dəhən fikri ilə cümlə yox oldu varım. S.Ə.Şirvani. • Var olmaq – mövcud olmaq, yaşamaq.\n3. Xəbər mənasında (vardır şəklində də işlənir). Var bir tədbiri, amma aşikar etməz mana. Füzuli. [Bayram:] A kişi, ov da ələ düşmür, nə bir ceyran var, nə bir turac var. M.F.Axundzadə. Həmişə dildə sənin solmayan baharın var. S.Ə.Şirvani. Burada gecələrin qərib səsi var. S.Vurğun. Mən çəlik ürəkli bir yeni gəncəm; Dildən-dilə düşdüm, hekayətim var. M.Müşfiq. Bununla bərabər [Nəsir] burasını da düşünərdi ki, arxasında Mirzə Qədir kimi bir qardaşı vardır. S.Hüseyn. // Olar, yaxındır. Möcüzələr yaradır ana ürəyi; Bir il var yaradır ana ürəyi. S.Rüstəm.\n4. Birinci şəxs sonluğu ilə: varam dan. – 1) çox xoşuma gəlir, bəyənirəm, ürəyimə yatır. Varam onun oxumağına. Varam sənin oyununa. – [Bəbir bəy:] Amma mən sənin kimisinə varam. Kasıbsan, üzüyolasan, işləyənsən. Mir Cəlal; 2) hədə mənasında. [İblis:] Mən də nə qədər dünya durub, o insanın nəsli ilə varam. Ə.Haqverdiyev.\n5. Sual şəkilçisi ilə: varmı? – mövcuddurmu?, tapılarmı? Gülşəni-aləmdə bir gül varmı bixar olmasın? M.Hadi. • Var olsun! (nida) – yaşasın, həmişə baqi olsun. Var olsun azad yurdun azad oğulları! C.Cabbarlı. Mən deyirəm, qoy var olsun sinəndəki el ürəyi! S.Vurğun. Var olsun cəlalın, ey Azərbaycan! Ey Odlar ölkəsi, günəşli diyar! Ə.Cəmil. Var etmək – yaratmaq, vücuda gətirmək, meydana gətirmək. Hüsnübəyim üzünü göyə tutub deyir: – Ey bizi heçdən var eləyən xaliq, səndən savayı pənah yerim yoxdu. İ.Məlikzadə. Nə var, nə yox? – yeni xəbər sorğusu. Balam, necəsən?! Söylə, nə var, nə yox bizə Gəncədən? M.Müşfiq. O ki var (idi) – lazımi qədər, istədiyin qədər; çox, çoxlu, lap çox. O ki var dedim. O ki var yedi. – Dünyagörmüş dayı bacısı oğlunun sözündən o ki var qarnını tutub güldü. “Kirpi”.\n\nII. is. Dövlət, sərvət, mal-mülk. Varından keçmək. Varını sərf etmək. Onun varı çoxdur. – Varını verən utanmaz. (Ata. sözü). Varı möhnətdir cəhanın, nə umarsan, ey könül! Lənət olsun bu cəhanə, həm cəhanın varına! Nəsimi. Mərd olanlar keçər küllivarından. M.V.Vidadi. Cəhanə tərk edərəm cümlə dövlətü varı. Natəvan. Aldada bilməmiş dünyanın varı; Bir məslək eşqilə yaşayanları. S.Vurğun. varan is. Kərtənkələlər yarımdəstəsindən sürünən heyvan fəsiləsi. varavurd is. dan. Götür-qoy eləmə, çox ölçüb-biçmə, hərtərəfli düşünmə. [Yusif] çox varavurddan sonra axırda bu fikrin üstündə dayandı və ən çətin bir məsələni həll edən tələbə kimi sevindi. Ə.Vəliyev. • Varavurd etmək (eləmək) – bax. varavurdlamaq. Qonaqlar getdilər, padşah düşdü fikrə, vəzir varavurd eləyib gördü ki, padşah çox fikirdədi. (Nağıl). [Salavat] Qulama qəfilcə qəbul etdiyi qərarını bir də soyuqqanlılıqla yoxlayıb, varavurd etmək imkanını verdi. Ə.Əbülhəsən. varavurdlama “Varavurdlamaq”dan f.is. varavurdlamaq f. dan. Götür-qoy eləmək, ölçüb-biçmək, hərtərəfli düşünmək; istiqamətini müəyyən etmək, bələdləmək. Yolu varavurdlayan kapitan durbini gözündən endirərək, qarşıda sıxlaşan adamlara səslənirdi. Mir Cəlal. vardırılma “Vardırılmaq”dan f.is. vardırılmaq məch. Çatdırılmaq. vardırma “Vardırmaq”dan f.is. vardırmaq f. Çatdırmaq. var-dövlət is. Sərvət, dövlət, var, mülk-mal. [Gülsənəm:] Kişi gecə-gündüz əlləşir, kolxozun varını-dövlətini göz bəbəyi kimi qoruyur. M.Hüseyn. varəstə is. [fars.] Xilas olmuş, azad. var-gəl var-gəl etmək (eləmək) dan. – gəzinmək, o başa-bu başa getmək. Xan çıxdı balkona və bir papiros yandırıb başladı vargəl eləməyə.. C.Məmmədquluzadə. Salam ayağa qalxıb kabinetdə var-gəl eləməyə, pəncərədən payız yağışına baxmağa başladı. Mir Cəlal. varılmaz sif. Gedib çıxmaq mümkün olmayan, əlçatmaz. variant [lat.]\n1. Bir şeyin başqa bir şəkli. // Bir planın, layihənin və s.-nin başqa şəkildə tərtibi, işlənməsi. Layihənin variantları. Planın ilk variantı vardır. – [Rəssam:] Yoldaş Əlyarov, mən tərtibat verəndə azı on-on beş variant düzəldirəm. M.Hüseyn.\n2. Hər hansı bir ədəbi, bədii, musiqi və s. əsərin, yaxud onun bir hissəsinin müxtəlif redaksiyalarından birisi. “Qaçaq Nəbi” dastanının Azərbaycanda bir neçə variantı vardır. variasiya [lat.]\n1. mus. Əsas musiqi mövzusunun, onun ayrı-ayrı elementlərini (ritm, harmoniya və s.) dəyişdirmək yolu ilə başqa şəklə salınması. “Vilayəti”nin birinci cümləsi variasiya şəklində təkrar olunmasını tələb edir. Ü.Hacıbəyov. Adından bəlli olduğu kimi, variasiya tərzində yazılmış əsərlərdə müəyyən bir melodiya (tema) sonradan müxtəlif surətdə başqa şəkildə dəyişdirilərək, hər dəfə yeni bir variantda ifadə edilir. Ə.Bədəlbəyli. // Cəm şəklində: variasiyalar mus. – əsas mövzunun təkrarından və müxtəlif şəkildə işlənməsindən ibarət musiqi əsəri, rəqs və s.\n2. biol. Təbii və ya süni şərait təsiri altında heyvanların və ya bitkilərin öz əsas tipindən kənara çıxması, bir qədər dəyişməsi. Oxşar heyvanların cütləşdirilməsi faydalı variasiyaları cütləşdirməkdən əlavə, bir də bu variasiyaları nəslə mümkün qədər daha yaxşı vermək qabiliyyətini heyvanlarda təlim etmək məqsədini güdür. “Ümumi zootexniya”. varid [ər.]: varid olmaq – çatmaq, yetişmək, girmək, daxil olmaq. [Dostəli:] Ağa dərviş, görünür ki, sən buraya təzə varid olubsan. Ü.Hacıbəyov. [Dərviş:] Hamımız qoca kişi ilə bir yerdə kənddən əlvida edib, şəhərimizə varid olduq. A.Divanbəyoğlu. varidat is. [ər.] Bir müəssisənin, idarənin və ya şəxsin bütün gəliri, mədaxili. Mağazanın varidatı. – Ədliyyə məmuru gəlib mərhum Ağaheydərdən qalan varidatı siyahıya alıb. N.Vəzirov. [Sərhəng] Şəmsiyyədən başqa öz övladı olmayan bu qoca tülkünün varidatına varis qalacağını düşünməyə başlayırdı. M.İbrahimov. varis is. [ər.]\n1. Bir şəxsin ölümündən sonra, yaxın qohumluq və ya vəsiyyət yolu ilə onun var və mülkünə sahib olan adam; vərəsə, xələf. Mərhumun varisləri bir-birinin üzünə baxıb .. pulları verirlər. Ə.Haqverdiyev. • Varis olmaq – varislik yolu ilə sahib olmaq, yiyələnmək. [Səkinə xanım:] Qardaşımın övladı yoxdur ki, puluna varis ola. M.F.Axundzadə.\n2. İrs olaraq ata-anasından, nəslindən bir xassə, bir şey almış adam və ya heyvan. Təbiətdə irsiyyətin xüsusiyyəti miras və varisdə olduğunun eynidir. “Ümumi zootexniya”.\n3. məc. Bir işi davam etdirən; davametdirici, davamçı. Təyyarəçi olmaq, yəni döyüş ənənələrinin varisi və davametdiricisi olmaq böyük şərəfə nail olmaq deməkdir. – [Qara] ənənələrin qulu deyil, həqiqi varisidir. R.Rza. varislik is. Bir adamın ölümündən sonra yaxın qohumluq və ya vəsiyyətə görə onun malına, mülkünə və s.-yə sahib olma hüququ. [Xəlifə Nəsirəddinbillahın Qızıl Arslana məktubundan] ..Xəyanətiniz nəticəsində siz Eldəniz xanədanı tərəfindən sahibləndiyiniz varislik haqqından məhrum edilə bilərsiniz. M.S.Ordubadi. varissiz sif. Varisi olmayan. varissizlik is. Varisi, vərəsəsi olmama, vərəsəsizlik. ...vari Sifətlərin axırına gətirilərək, oxşarlıq, bənzərlik bildirir; məs.: dalğavari, halqavari və i.a. // Eyni mənada bəzən adam adlarına da əlavə edilir; məs.: Füzulivari, Vaqifvari və s. variyyat is. Mal, dövlət, var. Molla sonbeşik Salehdən bəri başdan xeyli variyyat qoparıb evinə yolladı. S.Rəhimov. varlandırma “Varlandırmaq”dan f.is. varlandırmaq f. Varlı etmək, maldövlət sahibi etmək, dövlətləndirmək. varlanma “Varlanmaq”dan f.is. [Almaz:] Bizə tək-tək adamların varlanması lazım deyildir. Gərək ellik varlansın, cəmiyyət varlansın. C.Cabbarlı. varlanmaq f. Var-dövlət sahibi olmaq, sərvətə malik olmaq, varlı olmaq. Nurcabbar var-dövlətə də, varlanmaq ehtirası ilə özünü oda-közə vuranlara da ikrahla baxırdı. İ.Məlikzadə. varlı sif. Dövlətli, sərvətli, bolluq və rifah içərisində yaşayan. Varlı yaşayış. Varlı həyat uğrunda. Varlı təsərrüfat. // İs. mənasında. Varlılar və yoxsullar. – Varlıların çoxu özlərini və mədənlərini qorumaq məqsədi ilə yanlarında qoçu saxlayırdılar. A.Şaiq. varlı-hallı bax. varlı. Varlı-hallı adam. – Bu kişi varlı-hallı bir adam idi. Ə.Haqverdiyev. varlı-karlı dan. bax. varlı-hallı. [Pərzad:] Varlı-karlı kişidir, niyə verməyək? Mir Cəlal. varlıq is.\n1. Olma, var olma, mövcud olma; mövcudiyyət (yoxluq ziddi). Məhəbbət özü də canlı həyatdır; Onun varlığını yaşayan duyur. S.Vurğun. “Sual” romansında çoban həyatını, gözəl mənzərələri təsvir edən Asəf Zeynallı xoş və gözəl təbiət qucağında yaşayan insan varlığındakı mənanı oxşayır. Ə.Bədəlbəyli.\n2. fəls. Şüurdan asılı olmayaraq mövcud olan hər şey – maddə, maddi aləm, təbiət.\n3. məc. Həqiqətdə mövcud olan şeylər, təbiət, aləm, dünya, kainat, bütün mövcudat. Varlığa güldükcə o nazlı bahar; Çiçəklər, qönçələr açır hər dilək. S.Vurğun. Bütün varlıq, bütün kainat sanki yenidən varlanır, yenidən səslənir .. onun [şairin] gözündə işıqlanırdı. Ə.Məmmədxanlı. // məc. Real aləm, real həyat, ictimai mühit. [C.Məmmədquluzadə] xəyalata uyan, idealların gözəlliyi ilə yaşayan, varlığa tül pərdələr dalından baxan yazıçılardan deyildi. M.İbrahimov.\n4. məc. Həyat, həyat mənbəyi mənasında. Bu torpaqdır varlığımın mayası; Bu torpaqda alın təri tökmüşəm. S.Rüstəm.\n5. məc. Qüvvət, güc, səy, cəhd mənasında. [Firidun] yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq, bütün varlığını yenidən dərslərə və işə vermişdi. M.İbrahimov. • Bütün varlığı ilə – 1) var gücü ilə, ciddiyyətlə. Mənim dövlətimdir, mənim varımdır; Bütün varlığımla sevə bilməyim. B.Vahabzadə; 2) bütün təfərrüatı ilə, bütün incəlikləri ilə, olduğu kimi. Ana qəlbini bu dünyada hansı sənətkar bütün varlığı ilə təsvir etmişdir. S.Rəhimov.\n6. Bolluq, rifah. Varlığa nə darlıq. (Ata. sözü).\n7. Vücud, bədən mənasında. Təliənin bütün varlığı titrədi və qız qorxdu. M.S.Ordubadi. Onun gözəlliyi, incə varlığı; Duyan ürəklərə lərzə salırdı. S.Vurğun. Bütün varlığında bir ağrı gəzdi; Az qaldı mənliyi alışıb yana. M.Rahim. varlılıq is. Maddi cəhətdən iqtidarlılıq, maddi rifah, varı-dövləti olma; dövlətlilik; varlı adamın halı. Varlılığa tələsən yoxsulluğa tez düşər. (Ata. sözü). varma “Varmaq”dan f.is. varmaq f.\n1. Getmək, yetişmək, çatmaq, gəlmək, gəlib çatmaq. İstərəm kim, varayım kuyinə yüz qovğa ilən. Kişvəri. Leyli onun olsun, eylədim əhd; Var, indi sən et əlacına cəhd. Füzuli. Səba, əhvalımı bir-bir; Varıb ol yarə ərz eylə. M.V.Vidadi. Səba, var, kuyidildarə söylə kim, növbahar olmuş. Heyran xanım. • Varıb getmək – çıxıb getmək, rədd olmaq. Ellik, yerbəyerdən qalxıb dedilər: – Güloğlan, sazını vur qoltuğuna, var get. “Aşıq Qərib”.\n2. Nəticələnmək, müncər olmaq, nəhayətlənmək, çatmaq. [Gülüş:] Ay Sevil, artıq oyun sona varmaqdadır, çox çəkməz, sən özün görərsən. C.Cabbarlı.\n3. məc. Dalmaq, qərq olmaq, getmək. Gəl duraq yanaşı, xəyala varaq; Bizə layla desin suların səsi. S.Vurğun. vara-vara zərf Getdikcə. Vara-vara oldun zalim, bimürvət; Əzəldən yox idi bu güman sənə. Q.Zakir varna is. [sanskr.] Qədim Hindistanda mövcud olmuş 4 zümrədən hər biri: brahmanlar, kşatrilər, vayşilər, şudralar. varsağı is. qəd. Varsaqların ifa etdikləri hava; şeir. Türkmən şairlərinin .. qoşmalarını, varsağılarını bilməmək, öyrənməmək bizim üçün böyük bir nöqsan ədd oluna bilər. S.Mümtaz. varsaq is. [qədim türkdilli tayfa adından] İndiki aşıq adlandırılan xalq şairi, müğənni və çalğıçının qədim adı. varsaqlamaq f. qəd.\n1. Şeir oxumaq, şeir demək; deyişmək.\n2. məc. Boş-boş danışmaq, hərzə danışmaq, çərənçilik etmək. varşavyanka [Varşava şəhərinin adından] XX əsrin əvvəlində rus inqilabçıları arasında geniş yayılmış polyak inqilabi mahnısı. varvarizm [yun.] dilç. Bir dilin formalarına xas olmayan və həmin dilin təmizliyini pozan xarici söz, ya ifadə. varyaqlar cəm [rus.] tar. IX-X əsrlərdə soyğunçuluq və ticarət məqsədi ilə Şərqi və Qərbi Avropaya basqınlar etmiş, habelə qədim Rusiya və Bizansda muzdlu əsgər kimi xidmət etmiş normanlara qədim Rusiyada və Bizansda verilən ad. var-yox is.\n1. Bir adamın malik olduğu şeylərin hamısı. [Xan:] Bu gecə nömrədən var-yoxumu aparıb, bircə papağımı qoyublar. Ə.Haqverdiyev. ..Bu camaatın hər bir fərdi varını-yoxunu sizin sözlərinizin, fikirlərinizin yolların-da fəda etməyə hazırdır. N.Vəzirov. • Var-yoxdan çıxmaq, varyoxu əlindən çıxmaq (getmək) – əlində olan şeylərin (pulun, mülkün və s.-nin) hamısından məhrum olmaq. Həştərxanda varyoxu əlindən çıxdıqdan sonra, Varis korpeşman Bakıya qayıtmışdı. A.Şaiq. Səməddən sonra Məstan bəyin də işi çox pis oldu. Varyoxu əlindən getdi. B.Talıblı. // Mal və mülk, rifah, nemət. Ta ki, xəbər gəldi xublar şuxundan; Əl çəkdim cahanın varü yoxundan. M.V.Vidadi.\n2. Vur-tut, ancaq, yalnız, təkcə. Var-yox bircə oğlu var. – Müsəlman qəzetlərinin yolunda canü dildən çalışan var-yox Ağdaş vilayətində bircə nəfər şəxsdir. C.Məmmədquluzadə. vasil [ər.]: vasil etmək – çatdırmaq, qovuşdurmaq, yetişdirmək, nail etmək. Müjdə ki, muradım oldu hasil; Məqsudə səni haq etdi vasil. Füzuli; • vasil olmaq – çatmaq, yetişmək, varmaq, qovuşmaq, nail olmaq. Əzazilin sözün tutma, anın vəsvasına uyma; Ki, iblisə uyan olmaz könül məqsudinə vasil. Nəsimi. [Qətibə:] Daha başqaları həqiqətə vasil olmadan bütün sərf edilən təlaşları mənfəətsiz görür. M.S.Ordubadi. Bil ki, məqsudə olarsan vasil; Yerdə, göydə, nə isə əlhasil. A.Səhhət. vasitə is. [ər.]\n1. Bir şeyi əldə etmək, yaxud bir işi həyata keçirmək üçün lazım olan şey, üsul, yol, alət və s. İstehsal vasitələri. Nəqliyyat vasitələri. Müdafiə vasitələri. Texniki vasitələr. Dil insanların ünsiyyət vasitəsidir. – Mirzə Səfər eşitmişdi ki, şeir yazmaq üçün iki vasitə lazımdır: xəlvət otaq və bir şüşə şərab. Ə.Haqverdiyev. • Bu vasitə ilə – bu yol ilə, bu üsul ilə, bu qayda ilə. Molla Xəlil axırda bu fikrə gəlmişdi ki, müəllimlə dost olsun. Bu vasitə ilə onu özü üçün zərərsiz bir hala sala bilərdi. S.Hüseyn.\n2. Müalicə və səhiyyə üçün lazım olan şeylər, maddələr; dərman. Sarğı vasitələri. Dezinfeksiya vasitələri.\n3. İki şəxs və ya tərəf arasında əlaqə düzəldən və ya vasitəçi olan adam; miyançı. [Gülsəba:] Bir kişi tayfası varmı ki, aralıqda vasitə ola. M.F.Axundzadə. vasitəsilə zərf Bir adamın, yaxud bir şeyin köməyi ilə; hər hansı bir üsul ilə; ...təriqi ilə, ...yolu ilə. Məsələni müzakirə vasitəsilə həll etmək. Telefon vasitəsilə əlaqə saxlamaq. – Gülpəri bir neçə gün qabaq kağız vasitəsilə yazıb, hansı gün çıxmalarını atasına məlum etmişdi. S.S.Axundov. vasitəçi is.\n1. Bir-biri ilə çəkişən, mübahisə edən iki tərəfi barışdırmağa kömək edən adam və ya təşkilat. // İki tərəf arasında vasitə olan, əlaqə düzəldən şəxs; araçı, miyançı.\n2. Ünsiyyət vasitəsi, əlaqə vasitəsi. Xahiş edərkən həddindən artıq təvazökar və nəzakətli ol, təvazökarlıq xahişin qəbul edilməsi üçün ikinci vasitəçidir. “Qabusnamə”. vasitəçilik is. Arada vasitə olma; vasitəçi işi; miyançılıq. [Bəxtiyar] axundun özünə müraciət etməyə, onun vasitəçiliyi ilə inəyini geri almağa qərar verdi. S.Hüseyn. • Vasitəçilik etmək – arada vasitə olmaq. Mirzə Həbib ağa bir qafqazlıya vasitəçilik etmək fikri ilə rus konsuluna bir məktub yazdırmaq istəmiş. A.Şaiq. vasitəli sif. Vasitəsi olan; bir vasitə ilə əmələ gələn; birbaşa deyil, vasitə ilə olan. ‣ Vasitəli vergi mal. – burjua ölkələrində: istehlak şeylərindən alınan vergi. Vasitəli nitq – qrammatikada: birisinin eyni ilə deyil, dəyişilmiş şəkildə verilən sözləri. Vasitəli tamamlıq – qrammatikada: cümlədə ismin, təsirlik halından başqa, bütün hallarında işlənən söz. vasitəsiz sif. Vasitəsi olmayan; doğrudan doğruya olan, arada heç bir vasitə olmayan, bilavasitə. ‣ Vasitəsiz nitq – qrammatikada: birisinin olduğu kimi, yəni heç bir dəyişiklik edilmədən verilən sözləri. Vasitəsiz tamamlıq – qrammatikada: cümlədə ismin təsirlik halında olan söz. vassal [fr.]\n1. tar. Orta əsrlərdə Qərbi Avropada: özündən daha böyük və güclü olan feodaldan asılı və onun üçün müəyyən mükəlləfiyyətlər görməyə borclu olan feodal.\n2. məc. İqtisadi və siyasi cəhətdən başqasından asılı olan. Vassal dövlətlər. vasvası sif.\n1. Hər şeydən çəkinən, hər şeydən iyrənən, hər şeydən şübhələnən. A qardaş, elə həkimlərin sözünə baxıb bu günə düşmüsən, vasvası olma. S.S.Axundov. Bir anda şübhə, heysiyyətimi, qürurumu xırpalayan qara, ağır bir şübhə mənim vasvası qəlbimdə kök saldı. Ə.Məmmədxanlı.\n2. dan. Səliqədə ifrata varan, son dərəcə xırdaçı. Vasvası adam. vasvasılıq is. Vasvası adamın xasiyyəti, halı. [Qəmər:] Yox, siz qoca deyilsiniz ki. Mənə elə gəlir ki, sizin əsas xəstəliyiniz vasvasılıqdır. S.Rəhman. vaşaq is. zool. Pişiklər fəsilə-sindən çox itigözlü yırtıcı heyvan. Vaşaq dərisi. vaterpas [holl.] tex. Xəttin, müstəvinin üfüqi vəziyyətini yoxlamaq üçün cihaz. vaterpol (=vaterpulo) [ing.] idm. İki üzgüçü komandası arasında suda oynanılan top oyunu. Vaterpolo yarışları. vaterpolo (=vaterpol) [ing.] idm. İki üzgüçü komandası arasında suda oynanılan top oyunu. Vaterpolo yarışları. vaterpolçu (=vaterpoloçu) is. idm. Vaterpol(o) oyunçusu olan idmançı. Yarışlarda futbolçulardan başqa, vaterpolçular, həndbolçular və başqaları da iştirak edəcəklər. vaterpoloçu (=vaterpolçu) is. idm. Vaterpol(o) oyunçusu olan idmançı. Yarışlarda futbolçulardan başqa, vaterpolçular, həndbolçular və başqaları da iştirak edəcəklər. vatin [fr.] İstilik üçün paltarın üzü ilə astarı arasına tikilən çox qalın xovlu seyrək trikotaj parça. vatinli sif. Vatin tikilmiş, vatini olan. Vatinli palto. vatman [xüs. is.-dən]: vatman kağızı: rəsmxətt və rəsm üçün əla möhkəm kağız növü. vatt [fizik C.Uattın (1763-1819) adından] fiz. Elektrik cərəyanı qüvvəsini ölçmə vahidi. vattmetr fiz. Elektrik qüvvəsini vattlarla ölçmək üçün cihaz. Vattmetr qazıma mühərrikinin [elektromotorun] sərf etdiyi gücü qeyd edir. Quliyev. vav Ərəb əlifbasında “ ” yazılan hərfin adı. vaveyla is. [ər.] Vay, dad, fəryad, fəğan. Vaveyla qoparmaq. – [Əbülhəsən bəy:] Biz Təbriz küçələrində qopan bu vaveylanın təzə bir macəra olduğuna inanırdıq. M.S.Ordubadi. Şapkalı zabitlərin ağır addımları döşəmədə fəlakət kimi səslənəndə evdə vaveyla ucaldı. Mir Cəlal. vay 1. nida. Qorxu, həyəcan, təəssüf, kədər, ağrı, təəccüb, fərəh kimi hissləri ifadə edir. Vay, yazıq! Vay, ilana bax! – Vay, kim, əğyar ilən ol yar həmdəmdir yenə. Kişvəri. [Ziba xanım:] Vay, yad kişinin səsi gəlir; vay, indicə qapıdan girəcəkdir. M.F.Axundzadə. // Yenə yuxarıdakı mənalarda olaraq, müxtəlif tərkiblər daxilində işlənir. Vay, dədəm, vay! Vay, mənim başım! Vay, mənim günümə! – [Şölə xanım:] Vay, dədəm vay, nənəm vay! Amandır, Teymur ağa, pərdənin dalısında gizlən. M.F.Axundzadə. Amma vay bizim arvadlarımızın gününə, şah Təhmasın vaxtında geyilən paltarı indi də geyirlər. H.Zərdabi. // Bəzən təkrar şəklində işlənir: vay-vay, vay-vay-vay. Qorxuram Zakiri hicrin qəmi bir halə sala; Görən adəm deyə vay-vay, budu divanə gəlir. Q.Zakir. Vay-vay, nə yaman müşkülə düşdü işim, Allah! M.Ə.Sabir. [Arvad:] Vay-vay-vay! A kişi, bu nə üstbaşdır, bu nə əl-ayaqdır, əşi, qoşunkeşdidən, davadan gəlirsən nədir? H.Sarabski. • Vay salmaq, vay-şivən salmaq (qoparmaq) – qışqırıq salmaq, çığırmaq, fəryad etmək, şivən qoparmaq. Cənnət xanım dizlərinə çırpıb vay-şivən saldı. Mir Cəlal. Vayını vermək – cəzalandırmaq, döymək, əzişdirmək və s. [Güldəstə:] Sən neçin qaçırsan, .. axtarar, tapar, vayını verər. N.Vəzirov.\n2. is. Yas, ölü yeri, yaxud müsibət, bədbəxtlik mənasında. Öldür Ələsgəri qurtulsun canı; Vay xəbərin göndər qohum-qardaşa. Aşıq Ələsgər. Vayımı yar eşidib, vay, könül, söylədi kim; Seyyidim çoxdan ölübdür, bu onun vayı deyil. S.Ə.Şirvani. [Vaqif:] Bizdə hər gün bir təzə xəbər var: ya toydur, ya vay, ortası yoxdur. Çəmənzəminli. vayxır sif.\n1. Huşsuz, fərsiz.\n2. Mineral su adı. vayıldama “Vayıldamaq”dan f.is. vayıldamaq f. Vay demək, inildəmək, zarımaq, ax-vay etmək. Alo zarıyan yasavulu dümsüklədi: – Əyə, balam, niyə vayıldayırsan, arvad deyilsən ki?! S.Rəhimov. vayıldaşma “Vayıldaşmaq”dan f.is. vayıldaşmaq qarş. dan. Birlikdə vayıldamaq (bir neçə adam). vayıltı is. Vay səsi, ax-uf səsi, inilti səsi. vayqanlı sif. dan. Əsassız olaraq adı pisliyə çıxmış (adətən “adı vayqanlı” şəkildə işlənir). Heç kəsin adı vayqanlı olmasın. (Ata. sözü). vaylı sif. Fəlakətli, həyəcanlı, təlaşlı. Axşam çökdü şəhərə, bir südlü, aylı axşam; Çoxlu xəbər gətirdi; şivənli, vaylı axşam. Ə.Cavad. vaysılanmaq bax. vaysınmaq. [İlyas] təzə köynəyini geyib, güzgünün önündə dayananda, üzünü saqqal basdığını görüb vaysılandı. Mir Cəlal. vaysınma “Vaysınmaq”dan f.is. vaysınmaq f. dan. Heyifsilənmək, axvay etmək, çox təəssüf etmək. Nəbi yoldaşı Mahmudun ölməsi üçün çox vaysılanırdı. “Qaçaq Nəbi”. [Tubu:] Gedirsən, get. Sonra vaysınanda danışaram. Ə.Haqverdiyev. vaz I. is. Baramaçılıqda: kələfcə şəklində sarınan incə yalınqat ipək teli.\n\nII. : vaz keçmək – əl çəkmək, fikrindən daşınmaq. Öz fikrindən, niyyətindən vaz keçmək. – Axırda mülahizələr yürütməkdən vaz keçərək sükuta daldım. Çəmənzəminli. [Sərdar Rəşid:] Təbiidir ki, mən sizin şərəfinizə toxunmamaq üçün ona cəza verməkdən vaz keçirəm. M.S.Ordubadi. Hətta qurdu nişan alıb vurmaq istədim. Nədənsə fikrimdən vaz keçdim. A.Şaiq.\n\nIII. : vaz atmaq – hoppanmaq, sıçramaq, atılmaq, atılıb-düşmək. Sürü üstündə çobanlar yatmaz qorxudan; Çöldə heyvan ya maral vaz atmaz qorxudan. A.Səhhət. Budur, qız, getsənə, ilk qatar gəlir; Ürkərək vaz atıb qaçır dəvələr. S.Rüstəm. Dovşanlar çalınçarpaz yolla qaçaraq, tazıları çaşdırır, arabir də vaz atardılar. H.Sarabski. vaza [fr.] İçinə meyvə, şirniyyat, çiçək və s. qoymaq, yaxud bəzək üçün qəşəng qab. Gülməyir vazamda artıq gül, çiçək; Məni düşündürür indi hər sözün. S.Rüstəm. [Hüseyn və Mirmahmud] uzun büllur vazalardakı mürəbbədən, qənddən çaya saldılar, qaletdən yeyib, çaydan içdilər. S.Rəhman. vazeh sif. və zərf [ər.] Aşkar, açıq-aydın, şübhəsiz. [Səkinə xanım:] Nə danışırsan, vazeh danış, görüm mətləbin nədir? M.F.Axundzadə. Hicran qəminin badeyigülgundür əlacı; Vazeh danışırlar bunu meyxanələr içrə. Q.Zakir. Üçüncü sual: göydə ulduz çoxdur, ya müsəlman bazarında qumarxana? Bu da vazehdir. C.Məmmədquluzadə. vazehlik is. Aşkarlıq, açıqlıq, aydınlıq. vazelin [fr.] Neftdən istehsal edilən, ətriyyat və texnikada işlənən yağlı maddə. vazelinləmə “Vazelinləmək”dən f.is. vazelinləmək f. Vazelin sürtmək. vazelinlənmə “Vazelinlənmək”dən f.is. vazelinlənmək məch. Vazelin sürtülmək. vazelinli sif.\n1. Tərkibində vazelin olan. Vazelinli sabun.\n2. Vazelin sürtülmüş. vazımaq f. məh. Qaçmaq. [Rüstəm bəy:] Əliqılınclı, qabağımdan dovşan tazı qabağından qaçan kimi vazıyırdı. N.Vəzirov. vazlamaq bax. vaz atmaq (“vaz3”da). Ceyran yana sıçradı, buynuzlarını boynuna qısıb daha da bərk vazladı. M.Rzaquluzadə. ve “V” hərfinin və bu hərflə işarə olunan samitinin səssizin adı. vec Adətən feillərlə işlənir: vecə gəlmək – lazım olmaq, gərək olmaq, yararlıq göstərmək, yaramaq. [Bəylərdən birisi:] Həkim tayfasının ehtiramı vacibdir, xalqın vecinə gəlirlər. M.F.Axundzadə. [Bəbir bəy:] Ancaq ki özün yovuşan adam deyilsən, .. vecə gələn deyilsən, üzünə deyirəm. Mir Cəlal; // hörməti olmaq, əhəmiyyəti, dəyəri olmaq. Puç olsun qocalıq, gördün ki, necə; Bir pulca xublara gəlməzmiş vecə. M.V.Vidadi; vecinə almaq – saymaq, etina etmək, əhəmiyyət vermək, hesablaşmaq. Bizim Həzi də belə şeyi vecinə alan deyil. S.Rəhimov; vecinə almamaq – saymamaq, etina etməmək; mütəəssir olmamaq. Kəndin uşaqları bu dəhşətli gurultunu heç vecinə də almırdılar. P.Makulu; vecinə gəlməmək – bax. vecinə almamaq. Bu hal Rəfizadənin vecinə gəlmirdi. M.S.Ordubadi. Fəqət ofiser görərdi ki, dava yaman qızışıb, bunların heç birinin vecinə gəlmir. Əmr elərdi ki, vuruşanları gülləyə bassınlar. H.Sarabski; nə vecimə (vecinə) – bir şeyə, bir hadisəyə qarşı laqeydliyi ifadə edir – nə işimə (nə işinə), nə borcuma (nə borcuna). [Sona xanım:] A kişi, mənim nə vecimə ki, rus firəng malını qadağan edibdir. M.F.Axundzadə. A qardaşlar, axır bir deyiniz görüm, mənim nə vecimə ki, səhərlər saat altıda kontora gəlib, axşam saat onda azad olursunuz. C.Məmmədquluzadə. vecsiz sif. Lazımsız, gərəksiz, yararsız, karsız, yaramaz, dəyərsiz, xeyirsiz, işəgəlməz, bikara. Səndə bitər bir neçə vecsiz qoza; Ancaq o da qismət olar donquza. M.Ə.Sabir. Mən hərdən oturub fikirləşirəm və bu əqidəyə gəlirəm ki, bizim çoxumuzu bədbəxt edən karsız, vecsiz və xeyirsiz qohumlarımızdır. Ə.Vəliyev. // Mənasız. Nə qədəri vecsiz kəlam söyləsə; Ağzından cavahir saçdı, deyərlər. Aşıq Kamal. vecsizlik is. Yararsızlıq, yaramazlıq, dəyərsizlik, faydasızlıq, karsızlıq, heç bir şeyə lazım olmama. [Salavat] əlinə keçirdiyi düşmənin belə vecsizliyindən pərt olub, narazılıqla mırıldandı. Ə.Əbülhəsən. // Mənasızlıq. veçe is. [rus.] Qədim və orta əsr rus şəhərlərində xalq yığıncağı. veda [sanskr.] Hindistanın dini. vedalar cəm Qədim Hindistanın dörd müqəddəs kitabı. vedrə is. [rus. vedro] Su və başqa mayeləri daşımaq və saxlamaq üçün silindrşəkilli qab; böyük satıl. Uşaqlar itin quyruğuna vedrə bağlayıb qovurlar. Ə.Haqverdiyev. ‣ Vedrə bağlamaq dan. – ələ salmaq, araya qoymaq, lağa qoymaq, masqara etmək, dolamaq. vedrəcik is. Kiçik vedrə. vedrələmə dan. “Vedrələmək”dən f.is. vedrələmək f. dan. bax. vedrə bağlamaq (“vedrə”də). vegetarian is. [ing.] Yalnız bitki yeməkləri ilə qidalanan adam. vegetasiya [lat.] Bitkinin cücərməsi, boy atması və inkişaf dövrü. Çay bitkisinin vegetasiya dövründə istiyə çox ehtiyacı vardır. vegetativ sif. bot. zool. Canlı orqanizmlərin inkişaf və qidasına aid olan. Çay bitkisinin vegetativ üsulla artırılması seleksiyatoxumçuluq işində geniş tətbiq edilir. • Vegetativ çoxalma bot. – bitkilərin qeyri-cinsi çoxalması üsulu. Vegetativ sinir sistemi anat. – sinir sisteminin orqanizmdə tənəffüs, həzm, qan dövranı, ifrazat və maddələr mübadiləsi proseslərini idarə edən hissəsi. Vegetativ nevroz tib. – vegetativ sinir sisteminin funksional pozulması. veksel [alm.] Bir şəxsə və ya idarəyə müəyyən müddətdə, müəyyən miqdarda pul verməli olan şəxs tərəfindən verilən iltizamnamə. [Dükançı:] A kişi, yaxşı yadıma düşdü, Hacı İmamqulunun vekselinin vaxtıdır, aparım onun pulunu verim. Ə.Haqverdiyev. Qulu o gün veksel ilə min manat alıb Yunus bəyin yanına getdi. A.Şaiq. [Bəhram:] Belə məlumdur ki, veksel fəqərəsi doğru imiş. C.Cabbarlı. vektor [lat.] riyaz. Ədədi qiyməti və istiqaməti olan riyazi kəmiyyət və bu kəmiyyətin qrafik təsviri. vektorial sif. Vektora aid olan. Bektorial hesablama. Vektorial kəmiyyət. velikorus bax. rus. velodrom [fr. velo və yun. drom] Velosipedləri sınamaq və velosiped yarışları keçirmək üçün xüsusi meydan, betonlu yol. velosiped [lat.] Ayaqlarla hərəkətə gətirilən ikitəkərli, yaxud üçtəkərli minik maşını. Velosiped yarışı. Uşaq velosipedi. velosipedçi is. Velosiped sürən adam, velosipeddə gəzən, yaxud velosiped ilə məşğul olan adam. Velosipedçilərin yarışı. velür [fr.]\n1. toxuc. Drapın, məxmərin ən yaxşı növlərinin adı. Velür şlyapa. Velür palto. Qoyun, yunundan, xüsusilə zərif və yarımzərif yundan ən qiymətli parçalar – baston, triko, velür və başqaları hasil olur.\n2. Zamşaya (üzüxovlu dəriyə) oxşayan dəri növü. velvet is. [ing.] Nazik iplikdən toxunmuş qabarıq milləri olan parça. vena [lat.] anat. Qanı ürəyə aparan qan damarı. venera I. is. [lat.] Qədim yunan mifologiyasında məhəbbət və gözəllik ilahəsi.\n\nII. is. [lat.] Günəş sistemində Günəşə yaxınlığına görə ikinci planet. venerologiya [yun.] tib. Tibb elminin zöhrəvi xəstəliklər bəhsi. veneroloji sif. Venerologiyaya aid olan. Veneroloji dispanser. veneroloq [yun.] tib. Zöhrəvi xəstəliklər mütəxəssisi; həkim. venet (=venetlər) is. [lat.] Qədimdə Adriatik dənizinin şimal sahillərində yaşamış tayfalar qrupu. venetlər (=venet) is. [lat.] Qədimdə Adriatik dənizinin şimal sahillərində yaşamış tayfalar qrupu. venoz sif. anat. Venalara aid olan, yaxud venaların içində olan. ventil [alm.] tex. Borularda, cihazlarda və s.-də mayenin, qazın, yaxud buxarın yolunu açıb-bağlamaq üçün qurğu, qapaq. ventilyasiya [lat.]\n1. Qapalı binalarda və s.-də havanın dəyişdirilməsi və təmiz hava ilə əvəz edilməsi. Bu otağın ventilyasiyası pisdir.\n2. Qapalı yerlərin havasını dəyişdirmək və təmizləmək üçün cihazlar və ya qurğular sistemi. ventilyator [lat.] Qapalı binalarda, yeraltı qazmalarda və s.-də havanı dəyişdirmək, təmizləmək, yaxud onun cərəyanını gücləndirmək üçün cihaz, qurğu. Elektrik ventilyator. Sorucu ventilyator. ver-al is. Alver, alış-veriş. Bu ramazanlıqda nə ver-aldı bu? Ax! Nə qəzetdi bu, nə jurnaldı bu? Ə.Nəzmi. veranda [port.] Binanın yanında: qabaq tərəfi açıq və ya şüşələnmiş üstüörtülü balkon, artırma, eyvan. Qəmər verandanı səliqəyə saldıqca mahnının sözlərini təkrar edir. S.Rəhman. verbal sif. [lat.] Şifahi, imzasız. verdirmə “Verdirmək”dən f.is. verdirmək icb. Verməyə məcbur etmək. verdirtmək icb. Başqa bir şəxs vasitəsilə birisini bir şey verməyə məcbur etmək. verəcək is. Gələcəkdə verilməsi lazım olan şey; borc (alacaq müqabili). Alacağın olsun, verəcəyin olmasın. (Ata. sözü). verəcəkli sif. Birinə verəcəyi (borcu) olan; borclu. verf [holl.] Gəmi düzəldilən və təmir edilən yer. Sovxoz və gəmi inşa edən verf ilə tanış olduq. Ə.Məmmədxanlı. vergi is.\n1. Müəssisədən, idarədən, əhalidən və s.-dən alınan məcburi dövlət rüsumu. Gəlir vergisi. Kənd təsərrüfatı vergisi. Vergi qoymaq. // Töycü. Ərəb əmiri Əbu Müslim bütün Dağıstan əhalisi üzərinə vergi təyin edib buyurdu ki, .. onu gətirib Dərbənd hakiminə versinlər. A.Bakıxanov.\n2. məc. Fövqəladə istedad, qabiliyyət. O səsin, o verginin sahibi Şamaxı meşəsində çır-çırpı yığır. Mir Cəlal. vergiçi is. Vergi verən. vergiyığan is. Vergi yığmaqla məşğul olan işçi. vergül [fr.] dilç. Sözləri, söz qruplarını, yaxud cümlələri ayıran qarmaqşəkilli durğu işarəsi (,). Vergül qoymaq. Nöqtəli vergül (;). verici sif. rad. Radio dalğalarını (elektromaqnit dalğalarını) fəzaya buraxan. Verici stansiya hər tərəfə radio dalğaları buraxır. veriliş “Verilmək”dən f.is. Elektrik verilişi sistemləri. Televiziya, radio verilişi. verilmə “Verilmək”dən f.is. verilmək “Vermək”dən məch. Əldənələ verilmək. Klub üçün yaxşı bina verilmişdir. Maaş sabah veriləcəkdir. – Üçüncü siqnal veriləndə Ehtiyat xalanın qəlbi tərpəndi. Mir Cəlal. verim is. Məhsul vermə qabiliyyəti; bərəkət, məhsul, səmərə. Bu inəyin verimi yaxşıdır. verimcil sif.\n1. Bol məhsul verən, məhsuldar, bərəkətli. Verimcil inək. Verimcil ağac.\n2. məc. Əliaçıq, səxavətli. verimli bax. verimcil. Verimli torpağı, geniş çölləri; .. Keçidləri, rizləri var ölkəmin. C.Cabbarlı. verimlilik is. Məhsuldarlıq, bərəkətlilik, münbitlik. Torpağın verimliliyi. verimsiz sif. Məhsul verməyən, bərəkətsiz. veriş bax. vermə. verizm is. [ital.] XIX əsrin sonunda italyan ədəbiyyatında, musiqisində və təsviri sənətində realist cərəyan. vermə “Vermək”dən f.is. Qiymət vermə. Ara vermə. vermək f.\n1. Bir şeyi öz əlindən çıxarıb başqasına ötürmək, təslim etmək, çatdırmaq; tapşırmaq. Pul vermək. Onu mənə ver. Hazır materialları redaktora verdim. Əldən-ələ vermək. – Feldşerin verdiyi təmiz xalat ona çox gözəl yaraşırdı. M.Hüseyn.\n2. İstifadə üçün ayırıb birinin sərəncamına tapşırmaq, ixtiyarına vermək. Klub üçün bina vermək. Yeni binada ona üçotaqlı mənzil verdilər.\n3. Bağışlamaq, hədiyyə etmək, mükafatlandırmaq. Mükafat vermək. Pay vermək.\n4. Sərf etmək, yönəltmək, sövq etmək. Bütün fikrini işə vermək.\n5. Ödəmək, əta etmək, qaytarmaq. Aldığı şeyin pulunu vermək. Haqqını vermək. Borcunu vermək istəmir.\n6. Pulla ödəmək, müəyyən qiymətə almaq. Paltoya yüz manat vermişəm. Kitaba nə verdin?\n7. Hasil etmək, hüsula gətirmək. Qazanc vermək. Bar vermək. Müəssisə çoxlu gəlir verir. Ağac çoxlu meyvə verir. Bu quyu daha neft vermir.\n8. Düzəltmək, təşkil etmək, tərtib etmək. Ziyafət vermək. Tamaşa vermək. Konsert vermək.\n9. Nəşr etmək, elan etmək. Qəzetdə elan vermək. Qanun vermək.\n10. Bildirmək, demək. Telefonunun nömrəsini vermək. Ünvan vermək.\n11. Yaşını təyin etmək (üzdən, zahirdən). Ona 40 yaşdan artıq vermək olmaz.\n12. Tapşırmaq, təyin etmək, həvalə etmək. Şagirdə məsələ vermək. Çətin iş vermək.\n13. Ərə getməsinə icazə vermək, yaxud məcbur etmək. Qızı oğlana verdilər. Atası qızını verməkdən boyun qaçırdı. // Qovuşmasına, birləşməsinə imkan vermək. Vermədi Fərhadə çərxi-bivəfa Şirinini, Hadiya. M.Hadi.\n14. “Özünü” sözü ilə bərabər – getmək, yönəlmək, bir tərəfə üz tutmaq. Özünü bulvara verdi. – [Salmanov:] Danışma, özünü ver dağ yoluna, ayrı əlac yoxdur. S.Rəhman. // Gizlənmək mənasında. Özünü ağacın dalına verdi (ağacın dalında gizləndi).\n15. Bir sıra isimlərlə birləşdirilərək, mürəkkəb feil və ifadələr düzəldilir; məs.: cavab vermək, əmr vermək, icazə vermək, yol vermək, ad vermək, can vermək. vermişel [ital.] Fabrikdə hazırlanan girdə əriştə növü. vermişelli sif. Vermişeldən hazırlanmış, içərisində vermişel olan. Vermişelli şorba. veronal is. [lat.] tib. Yuxu dərmanı. versiya is. [lat.]\n1. Rəvayət, şayiə, xəbər.\n2. Eyni faktın və ya hadisənin bir-birindən fərqli bir neçə cür izahı. verst [rus. verstb] köhn. 1,06 kilometrə bərabər rus uzunluq ölçüsü (metr üsuluna keçməzdən əvvəl işlənirdi). [Faytonçu] bu sürətlə təxminən iki verst gedəndən sonra, atların cilovunu çəkdi. Ə.Haqverdiyev. • Verst ağacı köhn. – yolların kənarında: yolun hər bir verst məsafəsini göstərən dirək. Fəqət hərdən baxar ikən uzun, uzaq çöllərə; Alaca verst ağacları gəlir ancaq nəzərə. A.Səhhət. Bir verstdən – uzaqdan, çox uzaqdan. Onun gözü bir verstdən görür. verstatka [rus.] köhn. Əl ilə hərfləri yığmaq üçün mətbəə aləti. O kiçik bir verstatkanın ağacı üzərində yarımçıq qalmış naboru götürüb, sürətlə yığmağa başladı. S.Rəhman. verstlik sif. Saylarla işlənərək, məsafənin neçə verst uzunluğunda olduğunu göstərir. Qala şəhərin qırx verstliyində idi. – Suraxanıdan Mərdəkan bağlarınadək 17-18 verstlik bir məsafəni piyada getmək mənim üçün çətin idi. S.Hüseyn. verşok [rus.] köhn. Arşının 1/16 hissəsinə – 4,4 sm-ə bərabər köhnə rus uzunluq ölçüsü. ..Bu sünbə nəinki tamam arşındır, hətta arşından iki verşok da azdır. Ə.Haqverdiyev. [Cəmil:] Bir də görürsən balta fırlanır, amma heç bir verşok da dərinə getmir. M.Hüseyn. vertikal sif. Şaquli. Vertikal xətt. Vertikal vəziyyətdə. vertikallıq is. Şaqulilik; şaquli şeyin halı. vertolyot [rus.] Şaquli xətt üzrə qalxıb enə bilən, həmçinin havada sallana bilən xüsusi quruluşlu təyyarə. Şəhər ilə Sumqayıt və “Neft daşları” arasında vertolyot işləyir. vestern sif. [ing.] Qərbə məxsus olan, qərbə aid olan. vestibül [fr.] Adətən ictimai binaların daxili girəcəyində böyük dəhliz, geniş eyvan. Teatrın vestibülü. veteran [lat.]\n1. Müharibə iştirakçısı olan qocaman döyüşçü. Böyük Vətən müharibəsi veteranları ilə görüş.\n2. Hər hansı bir sahənin köhnə, əməkdar işçisi, xadimi. Elm veteranları. Səhnə veteranı. veto [lat.] Qadağan etmə, ləğv etmə: a) dövlət hüququnda: bir dövlət orqanının başqa bir orqanın qərarının həyata keçirilməsini qəti və ya şərti qadağan etməsi; b) beynəlxalq hüquqda: məsələlər yalnız bir səslə həll edilən beynəlxalq təşkilatlarda üzvlərdən birinin, əksəriyyətin çıxardığı qərarın qəbul edilməsinə mane olan etirazı. veyil sif. Avara, boş-boşuna gəzən, heç bir iş sahibi olmayan. Veyil adam. // İs. mənasında. [Nabat:] Sən elə veylin üstündə öz əmini niyə belə ağrıdırsan? S.Rəhimov. veyil-veyil zərf Avara-avara, boş-boşuna, heç bir işdən yapışmayaraq, boş-bikar. Veyilveyil gəzmək. – [Kərim babanın] o qapı-bu qapıda veyil-veyil sürünməkdən başqa əlindən bir iş gəlməzdi. A.Şaiq. veyillənmə “Veyillənmək”dən f.is. veyillənmək f. Heç bir iş görməyərək boş-boş, avara-avara gəzmək. Bu Allahın bəlasına giriftar olmuş da yaylaqlarda veyillənməkdən yorulmadı. C.Məmmədquluzadə. Küçə-bacada veyillənməkdənsə, uşaqlar qoy şəhərin tarixi yerlərini gəzsinlər, öyrənsinlər. Ə.Əbülhəsən. veyilləşmə “Veyilləşmək”dən f.is. veyilləşmək f. Veyil olmaq, avara olub getmək, tənbəlləşmək. veyillik is. Heç bir işdən yapışmayaraq boş-boş gəzmə; avaralıq, bikarlıq. vezikul is. [lat.] tib. Dəridə qabarcıq, suluqlar, səpgi. və bağl. Sadə cümlələrdə həmcins üzvləri, mürəkkəb cümlələrdə isə onun tərkibinə daxil olan cümlələri bir-birinə bağlayır. [Qız] aslan və qəhrəman olsa da, vəhşət önündə acizdir. Mir Cəlal. // İki sözü bir-birinə bağlayaraq, onlara birləşdirici məna, yaxud ümumi məfhum verir. Mən və sən. “Qılınc və qələm”. Ar və namus. Dəftər və qələm. Böyüklər və kiçiklər. vəba is. [ər.] tib. Çox yoluxucu ağır bir xəstəlik; ovma. Bunlardan da əlavə, Rəşt şəhərində tif və vəba xəstəliyi şiddətli surətdə yayılırdı. M.S.Ordubadi. vəbal is. [ər.] köhn. Günah, məsuliyyət; babal. [Şəhrəbanı xanım:] Bunun vəbalı olsun Parij qızlarının, gəlinlərinin boynuna ki, .. xalqı azdırıb yoldan çıxardırlar. M.F.Axundzadə. Vəbalı nağıl edənin boynuna, yalandoğruluğuna zəmanət etmirəm. Ə.Haqverdiyev. vəbalı sif. tib. Vəba xəstəliyinə tutulmuş. Vəbalı xəstələr. vəcahət is. [ər.] Gözəllik, qəşənglik, göyçəklik, yaraşıq; gözəl üz. Nəçidir ay vəcahətdə ola tay sənə. Q.Zakir. Səndə, ey ləli şəkər bunca vəcahət qalmaz. S.Ə.Şirvani. vəcahətli sif. Üzü gözəl, qəşəng, göyçək. vəcd is. [ər.] Həddən artıq sevinc, şadlıq, ruh yüksəkliyi; hədsiz şövq və həvəs. Sevincimin, vəcdimin çoxluğundan durub oynamaq istəyirdim. M.F.Axundzadə. Salman “Kapital”ı əlinə alıb vəcdlə (z.): – Bu kitab köhnə aləmi tamamilə yıxacaq, – dedi, – daşı daş üstə qoymayacaq. Çəmənzəminli. // Özünü itirmək dərəcəsində dalğınlıq. Şair bu sözləri vəcd halında söyləyərək, bihuşanə yıxılıb hərəkətsiz qalır. A.Səhhət. • Vəcd etmək – bax. vəcdə gəlmək. [Xacə Mübarək:] Şahın övrəti və qızları göndərilən töhfələrdən qayətdə vəcd etdilər. M.F.Axundzadə. Vəcdə gəlmək – son dərəcə sevinmək, şadlanmaq, şövqə gəlmək, ruhlanmaq. Bağladım vəcdə gəlib hüsnünə şerimlə kitab. S.Rüstəm. Hamı vəcdə gəlir .. bu məsləhəti; Bəyənib dəyişir aşıq söhbəti. O.Sarıvəlli. Vəcdə gətirmək – cuşa gətirmək, ruhlandırmaq. Bu sözlər qocanı vəcdə gətirdi. İ.Əfəndiyev. Tapdığın iri, qüvvətli görkəmi isə topçuları vəcdə gətirdi. Ə.Əbülhəsən. vəcdli sif. Vəcdə gəlmiş, cuşa gəlmiş, ruhlanmış, şad, sevincli. vəch is. [ər.]\n1. klas. Üz, sifət, çöhrə, surət. Leyk hanı səndə bəsirət gözü; Ta görəsən vəchi-dilarasını. M.Ə.Sabir.\n2. Yol, üsul, vasitə, tərz, qayda (adətən “ilə” qoşması, yaxud “lə” şəkilçisi ilə işlənir). Əvvəl zaman kürreyi-ərzin qabığı qayət nazik olub, ona görə bu vəchlə vücuda gələn çatlaqların da ədədi artıq olmuşdur. H.Zərdabi. Elə asan vəchlə başa düşdülər ki, dəxi bu dildən başqa qeyri bir dil axtarmağa hacət qalmadı. C.Məmmədquluzadə. • Heç (bir) vəchlə – heç bir surətlə, heç bir yolla, qətiyyən, əsla. Uşaq heç vəchlə bədbəxt anası Zeynəbin səfərə getməsinə inanmayırdı. M.S.Ordubadi. Qaraca qız bu zülmdən xilas olmaq üçün neçə dəfə qaçmaq fikrinə düşmüşdüsə də, lakin qaçmağa heç bir vəchlə imkan tapa bilməmişdi. S.S.Axundov. [Səriyyə xala] alt köynəyinin yaxasında gizlətdiyi 30 tümən pulu heç bir vəchlə xərcləmək istəmir(di).. M.İbrahimov. Hər vəchlə – hər bir vasitə ilə, hər necə olur olsun. Axır günlər tez-tez Gülüşlə görüşməyə can atan Günəş hər vəchlə Gülüşdən söz almaq istəmişdisə də, müvəffəq ola bilməmişdi. Ə.Vəliyev.\n3. klas. Səbəb, vəsilə, cəhət, münasibət. Dəmbədəm gər düşsə gözdən dürri-əşkim vəchi var. Füzuli. Göstərsə yarə könlünü var vəchi Seyyidin; Öz xaneyi-xərabını memara göstərir. S.Ə.Şirvani. Kəndli dedi: – Vəchi budur, müxtəsər; Səndə o şeydən əbədən yox əsər. A.Səhhət. • Nə vəch ilə – nə səbəbə, nə üçün, niyə. Nə vəch ilə tutub xət səfheyirüxsarın ol şuxun? Q.Zakir. vəcihə sif. [ər.] Gözəl, qəşəng, göyçək. Şəhər əhalisindən Nəbi İsmayılov adlı bir şəxsin bir vəcihə qızı var idi. Ə.Haqverdiyev. [Abtalıb:] Ay arvad, o qızın barəsində mən də eşitmişəm, deyirlər çox vəcihədir. H.Sarabski. vəd is. [ər.] Bir işi yerinə yetirmək üçün qabaqcadan söz vermə, öhdəyə götürmə. [Molla İbrahim Xəlil:] ..İyirmi put, onu da yəhudilər aparsınlar ki, mənim vədim xilaf olmasın. M.F.Axundzadə. • Vəd etmək – bir işi edəcəyinə söz vermək, öhdəsinə götürmək. [Şəmsiyyə: ] Vəd edin ki, dostluğumuz əbədi olaraq qalacaqdır. M.İbrahimov. Salman kişi [Aqilə] çoxlu dəftər, rəngli qələm alacağını vəd etdi. Mir Cəlal. Vədinə xilaf çıxmaq – verdiyi sözü yerinə yetirməmək. Lətifə yenə gözlərini qaldırmadan cavab verdi: – Bəli, usta! Qoy vədinə xilaf çıxan utansın. M.Hüseyn. vədə is. [ər.]\n1. Bir iş üçün qabaqcadan təyin olunan vaxt, müddət. Vədəsi çatmaq. Vədəsi qurtarmaq. – Şəbanın vədəsi tamam oldu. Amma qayıtmağı üçün gərək şəhər əhlindən rizaməndlik alına idi. Ə.Haqverdiyev. • Vədə olunmaq – qabaqcadan müəyyən edilmək, şərtləşdirilmək. // Bir işi təxir etmək üçün təyin olunan vaxt, möhlət. 6 ay vədə verdi. // Ümumiyyətlə, vaxt, zaman, çağ. Könül həsrət, can müntəzir, göz yolda; Ömr azaldı, vədə keçdi san ilə. M.V.Vidadi. O vədə belə işləri başa düşürdüm, çünki on yeddi yaşında idim. C.Məmmədquluzadə. Mən cəhənnəmi həmişə Bakının mədənlərinə oxşar bir şey hesab edirdim və çox vədə də deyirdim ki, cəhənnəm yəqin Bakıda olacaq. Ə.Haqverdiyev. Heç vədə – heç vaxt, qətiyyən. Bu necə məleykə-önümdə belə; Axı mən heç vədə sevilməmişdim. M.Araz.\n2. bax. vəd. Hər zaman Zeynal onu [Mehribanı] .. quru və boş vədələr ilə dolandırırdı. S.Hüseyn. • Vədə vermək – 1) səs vermək. Yarım mənə vədə verdi; Dedi, gəl gəz buralarda. Aşıq Abbas. Keçən gün Zeynal səhər evdən çıxarkən vədə vermişdi ki, bu gün o, ən aşağısı üç yüz manat para alacaqdır. S.Hüseyn; 2) qabaqcadan söyləmək, demək. Bəli, anam vədə verdiyi günlər gəlib çatdı. S.S.Axundov. Vədəsinə əməl etmək – verdiyi sözü yerinə yetirmək. Vədəsinə xilaf çıxmaq – verdiyi sözü yerinə yetirməmək. Vədə(sini) almaq – birinin müəyyən vaxtda qonaqlığa və s.-yə gəlməsi haqqında ondan söz almaq; dəvət etmək, çağırmaq. [Hatəmxan ağa] israğagün aşnası zərdablı Qurban bəyə kağız yazırdı ki, Şamaxı cəngilərinin vədəsini alsın, toya göndərsin. M.F.Axundzadə. İranda Məhəmmədəli şahın tərəfdarı məhz bir neçə adamdır ki, öz şəxsi mənfəəti üçün, yəni kimi rüşvət alıb və kimi vədə alıb şaha kömək eləyirlər. C.Məmmədquluzadə. vədəxilaf sif. və zərf [ər.] Vədəsinə əməl etməyən, söz verib vaxtında yerinə yetirməyən, boynuna götürdüyü işi vaxtında görməyən. • Vədəxilaf çıxmaq – verdiyi vədəni yerinə yetirməmək. Hər şeydən artıq onu [Nadiri] düşündürən qonaqlıq gecəsi Məstan bəygilə getməməsi deyil, Zeynəbi aldatmağı və onun qarşısında vədəxilaf çıxmağı idi. B.Talıblı. [Südabə:] Siz Firidun, vədəxilaf çıxdınız, zəng etmədiniz. M.İbrahimov. Azərbaycanlı balası vədəxilaf çıxmaz. Ə.Əbülhəsən. vədəxilaflıq is. dan. Söz verib vaxtında yerinə yetirməmə, boynuna götürdüyü işi vaxtında görməmə; vədəsinə xilaf çıxma. vədələşmə “Vədələşmək”dən f.is. vədələşmək f. Görüşmək üçün aralarında sözləşmək, vaxt təyin etmək, birbirinə söz vermək. Saat 3-də görüşməyə vədələşdilər. Yola düşmək vaxtını qabaqcadan vədələşdik. – Laçın bu gün də onunla [Gülyazla] vədələşmişdi. M.Hüseyn. Qədir Qiyasla vədələşdiyi yerə getdi. Mir Cəlal. vədəli sif.\n1. Müəyyən vaxtı və müddəti nəzərdə tutan; müddətli. Vədəli borc.\n2. Bir yerə müəyyən vaxtda dəvət olunmuş, dəvətli. Mən bu axşam vədəliyəm. – Döşənibdi xəli, yar; Çuxası vəznəli yar; Durum, yollara baxım; Vədəlidi, gəli yar. (Bayatı). vədəsiz sif.\n1. Müəyyən vaxtı, müddəti olmayan; müddəti, vaxtı təyin edilməmiş; müddətsiz, daimi. Vədəsiz pasport.\n2. bax. vaxtsız. Əzizim, o balıq-nan; Dəryada o balıqnan; Bir vədəsiz yel əsdi; Yandıq biz obalıqnan. (Bayatı). vəfa is. [ər.] Sözünün üstündə durma; borcunu, təəhhüdünü yerinə yetirməkdə möhkəmlik; səbat, etibar. Gördük bəyü bəyzadələrin yoxdu vəfası; Çox-çoxdu cəfası. M.Ə.Sabir. // Məhəbbətdə sədaqət. Rəqib qılsa cəfa, mən vəfa, vəli şadam; Ki, yaxşı yaxşıya uğrar, yaman yamana yetər. Füzuli. Vəfa rəsmin tutub gəl, ey pəri, cövrü cəfadan keç. S.Ə.Şirvani. Xəzana meyl elədi, almadı vəfa nəzərə; Yetişdi bülbülə çox-çox qəmü cəfası gülün. Natəvan. ‣ Vəfa etmək – yetişmək, çatmaq kifayət etmək. Ömrü vəfa etmədi. vəfadar sif. [ər. vəfa və fars. dar] şair. Vəfalı, dostluğunda sabit və sədaqətli olan, dostunu unutmayan. Ey dilbəri-dildarım, sənsən əbədi yarım; Vey yari-vəfadarım, didarına müştaqəm. Nəsimi. Az ləfzilə ol büti-vəfadar; Çox dərdini yarə qıldı izhar. Məsihi. Mərdlər ilə gəz ki, vəfadar olur; Namərdlərə yoldaş olan xar olur. M.V.Vidadi. Unudulmaz el yolunda canı qurban olanlar; Vətən mülkü abad yaşar vəfadarı görəndə. S.Vurğun. // Dost, sevgili. Getmə, getmə, görüm kimin yarısan; Hansı bəxtəvərin vəfadarısan? Qurbani. vəfadarlıq is. Vəfalılıq, dostluqda səbat və sədaqət. [Vaqif İrakli xana:] İnşallah, bundan sonra da sədaqət və vəfadarlığımızda paydar olarıq. Çəmənzəminli. vəfalı sif. Dostluğunda, məhəbbətində sadiq, möhkəm, sabit, etibarlı, sədaqətli. Vəfalı yoldaş. – Vəfalı dost yad olmaz, görməsə yüz il səni. (Ata. sözü). Məktəb zamanı gəldi; Dur, ey vəfalı oğlum! M.Ə.Sabir. Lalə yalnız vəfalı bir arvad deyil, yaxın bir dost və köməkçi idi. M.Hüseyn. vəfalılıq is. Dostluqda, məhəbbətdə möhkəmlik, sabitlik; sədaqət, etibar. vəfasız sif. Dostluqda, məhəbbətdə sabit və möhkəm olmayan; vəfası olmayan; sədaqətsiz, etibarsız. Nə qədr təndə canım var, işim fəğan olacaq; Vəfasız oldu mənə çünki yar, ağlayıram. Heyran xanım. Sevgi dildə şüar olsun! Vəfasıza çox ar olsun! S.Vurğun. // məc. Etibarsız, fani, müvəqqəti. Vəfasız dünyanın mehri gedir könlündən, aldanma. Nəsimi. vəfasızlıq is. Dostluqda, məhəbbətdə sədaqətsizlik, səbatsızlıq, etibarsızlıq. [Nurəddinin] içərisindən xəbəri olmayan adamlar onun belə lal durmasını vəfasızlıq zənn etdilər. S.S.Axundov. // məc. Etibarsızlıq, fanilik, müvəqqətilik. Bəzən .. Rüstəm odsuz, közsüz yanır, ömrün vəfasızlığından şikayətlənirdi. S.Rəhimov. vəfat is. [ər.] Ölmə, ölüm. Ancaq bir nəfəri Mirzənin vəfatı yandırdı. O adam usta Zeynal idi. Ə.Haqverdiyev. Anasının vəfatından sonra Nurəddində böyük təğyir görünürdü. S.S.Axundov. • Vəfat etmək – ölmək. Budur, üç il bundan qabaq Aslan, sonra övrəti vəfat etdilər. C.Cabbarlı. Gülpərinin anası qışda vəfat etmişdir. S.Hüseyn. vəgər bağl. klas. Və əgər. Gər dərd vəgər dəva sənindir; Hakim sənsən, riza sənindir. Füzuli. vəh nida [fars.] Bəh, bəh-bəh, əcəb, pah. Mərhəbalar! Vəh, nə əncam etdi, amma millət a! M.Ə.Sabir. // bax. vah. Dil deməkdən kəsilib, tən hərəkətdən, vəh, kim; Künciqəmxanəyə bir surəti-divar olubam. Füzuli. Çakər olur, rəsmdir, bəndeyi-fərmani-xan; Vəh, bu nə çakərdi kim, payına yüz xan düşər. Q.Zakir. vəhabi bax. vəhhabi. vəhalonki bağl. [fars.] O halda ki, halbuki. [İkinci qadın:] Vəhalonki savadsız qadınlar üçün savad kursları açıb, tamam savadsız qadınları savadlandırırıq. Ə.Haqverdiyev. [İsfahani:] Vəhalonki işlər zahirdə göründüyündən çox-çox mürəkkəb və qəlizdir. M.İbrahimov. vəhdaniyyət is. [ər.] Dini ehkama görə Allahın birliyi və varlığı. vəhdət is. [ər.]\n1. Birlik, bütövlük, bölünməzlik. [Dəmirov] bilirdi ki, qüvvət vəhdətdədir. S.Rəhimov.\n2. Ümumilik, eynilik, tam oxşarlıq. Görüşlərin vəhdəti.\n3. Yalnızlıq, təklik, tənhalıq, xəlvət. Vadiyivəhdət həqiqətdə məqami-eşqdir. Füzuli. vəhhabi is. [ər.] İslamda başlıca ehkamı vahid Allaha səcdə etməkdir. vəhhabilik is. XVIII əsrin sonlarında Mərkəzi Ərəbistanda yaranmış dini-siyasi cərəyan. vəhm is. [ər.] Əsli-əsası olmayan fikir; xəyal. // Yersiz qorxu, vahimə, şübhə. Gözü qəmzən gəlib can qəsdinə, amma budur vəhmim; Düşə nahəq yerə qanlar iki sərdar arasında. Q.Zakir. Allah, Allah, nədir bu tufanlar? Az qalır vəhmdən çıxa canlar. M.Ə.Sabir. • Vəhm etmək – qorxmaq, ehtiyat etmək. Vəhm etdi ki, olsa yarə vasil; Nöqsan ola canü cahə hasil. Füzuli. vəhmə bax. vahimə. Meşənin vəhməsi Pəri xanımı götürdü. Ürəyinə qorxu düşüb çıxdı çinar ağacına. (Nağıl). • Vəhmə basmaq – bax. vahimə basmaq (götürmək, bürümək) (“vahimə”də). Budur, qarşıladı onu bir nəfər; Qorxudan Dadaşı basdı vəhmələr... M.Müşfiq. Vəhmə düşmək – bax. vahiməyə düşmək (“vahimə”də). Vəhmə salmaq – bax. vahiməyə salmaq (“vahimə”də). vəhmələndirmə “Vəhmələndirmək”dən f.is. vəhmələndirmək bax. vahimələnmək. [Ana] hərarətli dodaqları ilə gurultudan vəhmələnən uşağının ağlar gözlərini öpərkən, başına ağır bir şey dəydi. Mir Cəlal. vəhməli bax. vahiməli. Evdə nəyinsə intizarını çəkən vəhməli bir sükut vardı. Ə.Əbülhəsən. vəhmnak sif. [ər. vəhm və fars. ...nak] Qorxaq, vahiməyə düşən, şübhəyə düşən, vahiməyə, xəyala uyan. vəhş sif. [ər.] Vəhşi, yabanı, əhliləşməmiş. Ətrafını teyrü vəhş almış; Vəhşət onu bir hisarə salmış. Füzuli. vəhşət is. [ər.]\n1. Vəhşilik, mədəniyyətsizlik. [Məşədi bəy:] Yəqin sənin də bacın vəhşilərlə pəncələşməkdən yorulub, özünü yandırıb. Sizdəki vəhşətlərdən xəbərim var. M.Hüseyn.\n2. Qorxu, dəhşət. Hamının üzündə vəhşət, iztirab və qorxu əlaməti görünürdü. P.Makulu. • Vəhşət etmək (eləmək) – qorxmaq, dəhşətə gəlmək. Nə Məcnunam ki, vəhşət eyləyim Leyla cəfasından. S.Ə.Şirvani. // Tənha yerlərdə təklikdə hiss olunan qorxu; vahimə, qarabasma. Vəhşət vermək – dəhşətə salmaq, dəhşətə gətirmək, bağrını yarmaq. Nizə və təbərlərin saplarındakı düşmən sümükləri vəhşət verirdi. Çəmənzəminli.\n3. Hüzn, kədər, tənhalıq. [Sitarə:] Əsib badi-xəzan vəhşət düşürtdü səhni-gülzarə. C.Cabbarlı. vəhşətəfza sif. [ər. vəhşət və fars. əfza] klas. Dəhşəti (vəhşəti) artıran, insanı dəhşətə gətirən. Hicrətdən ta bu günə qədər din və iman xatirinə elə işlər görməkdəyik ki, onları zikr eləmək vəhşətəfzadır. M.F.Axundzadə. vəhşətli sif. Qorxulu, dəhşətli. [Münəccimbaşı:] Nə lazım olmuşdu ki, belə vəhşətli xəbəri .. verib, bu qalmaqala səbəb ola. M.F.Axundzadə. Eşitdikcə bu vəhşətli sözləri; Əsdi bədəni, qızardı gözləri. A.Səhhət. vəhşi sif.\n1. İbtidai halda olan, ibtidai mədəniyyət pilləsində olan; ibtidai. Vəhşi tayfalar. İnsanlar vəhşi halında yaşadıqları zaman. – [Skif tayfası] cəsarətli, vəhşi xasiyyətli və köçəri olan müxtəlif qəbilələrdən ibarət idi. A.Bakıxanov. // İs. mənasında. [3-cü cəngavər:] Anasının namusunu ləkələmək istəyən vəhşilərdən dörd nəfərini vurub yerə sərdi. M.Hüseyn.\n2. Heyvan və quşlar haqqında: insanlara öyrənməmiş, ələ öyrənməmiş, çöldə sərbəst yaşayan. Vəhşi pişik. Vəhşi ördək. Vəhşi öküz. – Vəhşi heyvanlardan Lənkəran sahəsində bəbir və respublikanın bütün meşələrində çoxlu ayı, canavar, tülkü və Sibir samuru vardır. M.Qaşqay. // İs. mənasında. Vəhşi heyvan. Musiqi daşları gətirir dilə; Ram olur səsinə vəhşilər belə. S.Vurğun.\n3. Yabanı, öz-özünə çöllərdə bitən. Göyərən vəhşi güllər; Çığıran arzum kimi... Necə belini bükdü; Ocağını qaraltdı. B.Vahabzadə.\n4. məc. Adamdanqaçan, adamayovuşmaz, ürkək, utancaq. Vəhşi uşaq. Bu qız lap vəhşidir ki.\n5. məc. Adamsız, insansız, tənha; insan ayağı dəyməmiş, məskun olmayan. Vəhşi çöllər. // Qorxunc, vəhşətli, heybətli. Vəhşi qayalar. – Bu vəhşi ormandan uçmaq dilərdin; Bu qara zindandan qaçmaq dilərdin. M.Müşfiq.\n6. Azğın, qudurmuş, qaba, tərbiyəsiz. Vəhşi hərəkət. – [Əbülhəsən bəy:] Köməksiz və yardımsız bir qızı sərxoş və vəhşi zabitlərin əlindən xilas etmək vəzifəm idi. M.S.Ordubadi. // Önüalınmaz, azğın, qızmış, coşmuş. Mübaşir Məmməd vəhşi ehtirasla yanan gözlərini bir də Gülzara tərəf çevirdi.. M.İbrahimov. // Qeyri-mədəni, mədəni cəmiyyətə yaraşmayan, mədəniyyətə yaraşmayan, mədəniyyətə zidd olan. “Molla Nəsrəddi”nin qəsdi vəhşi adətlərin ortalıqdan götürülməyi yolunda çalışmaqdır. C.Məmmədquluzadə. İnqilabdan əvvəl vəhşi adətlərdən biri də qan düşmənçiliyi idi. S.S.Axundov. [Zeynal] qızmış vəhşi bir baxışla Mehribana tərəf yürüdü. S.Hüseyn. vəhşicə (=vəhşicəsinə) zərf və sif. Vəhşi kimi; amansızcasına, azğıncasına. Vəhşicəsinə öldürmə. Vəhşicəsinə hərəkət. Vəhşicəsinə rəftar. Vəhşicəsinə divan tutmaq. vəhşicəsinə (=vəhşicə) zərf və sif. Vəhşi kimi; amansızcasına, azğıncasına. Vəhşicəsinə öldürmə. Vəhşicəsinə hərəkət. Vəhşicəsinə rəftar. Vəhşicəsinə divan tutmaq. vəhşiləşmə “Vəhşiləşmək”dən f.is. vəhşiləşmək f. Vəhşi halına gəlmək. vəhşilik is.\n1. Vəhşi heyvanın halı, vəziyyəti, xassəsi. Pələngin vəhşiliyi.\n2. Vəhşi hərəkət, azğınlıq, qudurğanlıq. Vəhşilik etmək. – Belə də o, mən burada olduğuma görə, özünü ələ alacaq və məni kədərləndirməmək üçün vəhşilik etməyəcəkdir. M.S.Ordubadi. vəhşitəbiət (=vəhşitəbiətli) sif. [ər.] Vəhşi xasiyyətli, vəhşi, mədəniyyətsiz, çox qaba, azğın. vəhşitəbiətli (=vəhşitəbiət) sif. [ər.] Vəhşi xasiyyətli, vəhşi, mədəniyyətsiz, çox qaba, azğın. vəhşiyanə [ər.] bax. vəhşicəsinə. Vəhşiyanə hərəkət. vəhşiyyət is. [ər.] Vəhşilik. Lənət olsun o günə ki, maarif və mədəniyyət qapıları bizim üzümüzə bağlanıb, bizi cəhalət və vəhşiyyət vadisində sərgərdan qoydu. Ü.Hacıbəyov. vəhy is. [ər.] İslam dini etiqadına görə, bir fikir və ya hökmün Allah tərəfindən peyğəmbərə ilham olunması, çatdırılması, verilməsi. // məc. İlahi səs, son dərəcə gözəl, məftunedici səs mənasında. Hər nəfəsin bir ayə, vəhyi-müqəddəs kimi; Dünyada nemətmi var bu səndəki səs kimi. Ə.Cavad. vəkalət is. [ər.]\n1. Bir işi görmək üçün birisinə verilən hüquq; vəkillik. Mələkənin hüzuruna göndərilən heyətə geniş vəkalət verilmişdir. M.S.Ordubadi.\n2. Nazirlik, nəzarət, vükəlalıq. vəkalətən zərf [ər.] Vəkalət yolu ilə, vəkalətlə. vəkalətnamə is. [ər. vəkalət və fars. ...namə] Vəkillik kağızı; birinin bir işi görmək üçün vəkil olduğuna dair vəkil edən şəxs və ya idarə tərəfindən verilən sənəd. Pul almaq üçün vəkalətnamə vermək. Vəkalətnaməsini təqdim etmək. – [Ağa Salman:] Siz də mənim adıma vəkalətnamə yazdırıb göndərin. M.F.Axundzadə. [Aslan bəy:] Burada heç bir çətin iş yoxdur. Cabbar bəyi bu saat apar notariusun yanına, bir vəkalətnamə yazdır. N.Vəzirov. vəkil is. [ər.]\n1. Vəkalətə əsasən iş görən şəxs. [Səkinə xanım:] Mənim bu saatda nə atam var, nə anam, nə qardaşım; özüm öz vəkiliməm. M.F.Axundzadə. • Vəkil etmək – öz əvəzinə bir işi görmək üçün birinə vəkalət vermək, bu işi ona tapşırmaq. [Fərhad:] Ancaq mən heç kəsi vəkil eləməmişdim, məni evləndirsin. Ə.Haqverdiyev. Dostu Mirzə Qulamı vəkil eləmişdir ki, “Get, yer seç, ev tut, mənə xəbər ver”. Mir Cəlal.\n2. Məhkəmədə tərəflərin əvəzində işi aparan şəxs, hüquqçu, advokat. [Səkinə xanım:] Yaxşı, indi de görüm, biz kimi vəkil tutaq? M.F.Axundzadə. [Qəhrəmani:] Sən ali təhsil almış bir vəkil olacaqsan. M.İbrahimov.\n3. tar. Nazir. Baş vəkil.\n4. tar. Deputat. vəkillik is. Vəkilin gördüyü iş, vəkil vəzifəsi. • Vəkillik etmək – 1) vəkil sifəti ilə məhkəmədə və s.-də başqasının işini aparmaq; 2) başqasının əvəzinə danışmaq, iş görmək (mənfi mənada işlənir). vəqə is. [ər.] Baş vermiş hadisə, macəra, qəziyyə. vəqf is. [ər.] İslamiyyətdə: dini məqsədlə bir şəxs tərəfindən hər hansı bir iş üçün təxsis edilən və ya bağışlanan mal-mülk, pul və s. Hacı Məcid əfəndi Cümə məscid mədrəsəsinin nizamını pozdu və mollalara vəqfdən verilən məvacib və ianəni kəsdirdi. C.Məmmədquluzadə. Gələn nəzirlərdən başqa, ocağın öz ixtiyarındakı vəqf yerlərini kəndlilər özləri əkir, becərir və məhsulunu payızda daşıyıb türbənin anbarlarına doldururdular. Şamilov. • Vəqf etmək – 1) bir mal və mülkü dini məqsədlər üçün ayırmaq, vermək, bağışlamaq, təxsis etmək. Amma bu bədbəxt də molla, seyidin kələyinə düşüb cəmi dövləti məscidə vəqf etmiş. S.S.Axundov; 2) məc. tamamilə həsr etmək, sərf etmək, vermək. Vəsiyyətim budu, Seyyid, vəfatım olduqda; Nə qalsa məndən, onu vəqf edin, şərabə verin. S.Ə.Şirvani. Ana övlada vəqf edər özünü; Yumamaz, yummasa uşaq gözünü. M.Ə.Sabir. Belədirsə, həmişəlik yetimlər üçün bir məktəb açın, aldığınız prosentlərin cüzi bir hissəsini bu xeyir işə vəqf ediniz. N.Nərimanov. vəqfiyyat is. [ər.] Vəqf olunmuş şeylər – mal, mülk, pul və s. (bax. vəqf). vəqfiyyə [ər.] bax. vəqfnamə. vəqfnamə is. [ər. vəqf və fars. ...namə] Bir vəqfin şərtlərini və idarə olunma qaydalarını müəyyən edən sənəd (bax. vəqf). vəqt [ər.] bax. vaxt vəqta ki bağl. köhn. Bir zaman ki, bir halda ki, elə ki, o vaxt ki. Vəqta ki qopur bir evdə matəm; Təşkil edilir büsati-ehsan. M.Ə.Sabir. [Məmmədhəsən ağa:] – Rusiyə ilə, – dedi, – anlaşmaq lazımdır, vəqta ki özləri buna müştaqdır: böyük məmləkətdir, nizamlı qoşunu var. Çəmənzəminli. vəl is. Alt tərəfindəki oyuqlara balaca daşlar keçirilmiş, yaxud yan-yana dəmir dişləri olan ağacdan, taxtadan qayrılmış ibtidai xırman aləti (taxıldöyən alət). Biçinə çin gərəkdi, xırmana vəl. S.Ə.Şirvani. Əsəd minib vəlin üstə və öküzləri çubuq ilə sürür. C.Məmmədquluzadə. Xırmanlarda hələ də dərz döyənlərin səsi, vəl çəkən atların ayaqlarının tappıltısı eşidilir. İ.Əfəndiyev. // məc. Çox iri, yöndəmsiz şey haqqında. ..Xan yaralanmış ayı kimi nərə çəkdi, vəl boyda .. əlini havada yelləyib maliyyə vəzirinin üzünə vurdu. M.İbrahimov. [Kafirin] ayaqları vəl kimidir, saçları at quyruğu kimi. S.Rəhimov. vəlakin bağl. [ər.] klas. Lakin, amma, ancaq, fəqət. vələ is. məh. Bir yaba dolusu, bir yabanın götürə biləcəyi qədər ot, kol və s.; şələ, qucaq. Qaranlıq çökəndə Qaraxan Məcidin qəbri üstə bir vələ tikan odlayıb alov elədi. S.Rəhimov. vələd is. [ər.] köhn. Uşaq, oğul, övlad. Amandı! Qoymayın, övladınız azıb çıxa yoldan; Ola bu yaxşı vələdlər yaman; Bu boydabu boyda! M.Ə.Sabir. vələmbə is. Göz qapağı. vələmir is. bot. Taxıl fəsiləsindən dənli yem bitkisi. vələs is. bot. Oduncağı bərk, qollubudaqlı hündür meşə ağacı. Vələs Azərbaycanın aşağı dağ qurşağı meşələrində ən çox yayılmış ağaclardandır. – Meşələr görmüşəm, qoca palıdlı; Hündür vələsləri verib baş-başa. R.Rza. vələzzalin [ər.] Ərəbcə bir tərkib olub, azərbaycanca ancaq uzunçuluq mənasında işlənir. Vələzzalin söyləmə (uzunçuluq etmə). vəli I. is. [ər.]\n1. Hami, himayəçi.\n2. Yaxın dost.\n3. Ağa.\n\nII. bağl. [fars.] klas. Amma, lakin, fəqət. Dedi: əsirgəməm bir qaşıq qanı; Vəli laf vuranlar gen gündə hanı? Q.Zakir. Vəslüvə şad, vəli firqətüvə naşadam. Heyran xanım. Yüz cəfa gördüm, vəli bir gəz şikayət etmədim. S.Ə.Şirvani. vəliəhd is. [ər.]\n1. Padşahın yerini tutmalı olan şəxs. Vəliəhd bu etimadsızlığı .. sərdar Rəşiddən gördüyü üçün, onlarla çox etinasız bir surətdə görüşdü. M.S.Ordubadi. [Anaxatun] yaxşı bilirdi ki, .. yeganə vəliəhdini vurmağa xanın əli gəlməzdi. M.Rzaquluzadə.\n2. məc. Oğul, qız, övlad. [Piri baba:] Sən də mənə vəliəhd olacaqsan. S.S.Axundov.\n3. zar. Əvəz, birinin yerini tutmalı olan şəxs. [Müaviyyə Abdullaya:] Səni yerimdə vəliəhd etmək istəyirəm. Mir Cəlal. vəliəhdlik is. Taxt-taca sahib olma qaydası. Hidayət ağanın düzəlib işi; Vəliəhdliyi möhkəm olubdur. Q.Zakir. Azərbaycanlılar Qızıl Arslan tərəfindən vəliəhdliyə namizəd edilmiş bu gənci həddindən artıq sevirdilər. M.S.Ordubadi. vəlim is. məh. Çör-çöp. Bir bağ vəlim tapammır biçarə yandıra; Möhtacdır özü və əyalı hərarətə. M.Möcüz. vəlinemət is. [ər.] köhn. Birini böyüdüb bəsləyən, saxlayan, boynunda haqqı olan adam. vəliyyünnemə (=vəliyyünnemət) [ər.] köhn. bax. vəlinemət. [Münəvvər xanım:] Ana, insaf elə, mürüvvət elə, insan da Qulam xan kimi nakəsdən ötrü öz vəliyyün-nemətinə ağ olar? M.S.Ordubadi. vəliyyünnemət (=vəliyyünnemə) [ər.] köhn. bax. vəlinemət. [Münəvvər xanım:] Ana, insaf elə, mürüvvət elə, insan da Qulam xan kimi nakəsdən ötrü öz vəliyyün-nemətinə ağ olar? M.S.Ordubadi. vəlləmə “Vəlləmək”dən f.is. vəlləmək f. Xırmanda taxılı vəl ilə döymək. vəlvələ is. Səs-küy, gurultu-patırtı, həyəcan, çaxnaşma, qarmaqarışıqlıq. O gecəki vəlvələdən ancaq bunu görə bildim. A.Şaiq. • Vəlvələ düşmək – qarmaqarışıqlıq düşmək, çaxnaşma düşmək, həyəcan (gurultu-patırtı) düşmək. Vəlvələ salmaq – qorxu salmaq, çaxnaşma salmaq, həyəcan salmaq. Həqiqət bu xəbər cəmi müsəlman şəhərlərində xalq arasında bir vəlvələ saldı. C.Məmmədquluzadə. [Əmrulla Gülsabaha:] Qüdrətgilin evinə o yandan vəlvələ salmışsan.. C.Cabbarlı. Canına (cisminə və s.) vəlvələ düşmək – qorxuya düşmək, təşvişə düşmək, qorxudan əsmək. Oğlan, sən uşaqsan, cavansan hələ; Yenicə cisminə düşüb vəlvələ. M.V.Vidadi. Növbətçinin “Qalx!” səsi tövlədəkilərin içinə vəlvələ saldı. Mir Cəlal. Canına vəlvələ salmaq – çox qorxuya salmaq, lərzəyə salmaq. [Hacı Qara:] Onların qılınc-tüfəngi o qədər məni qorxutmur ki, silisti, apar-gətiri canıma vəlvələ salır. M.F.Axundzadə. vən is. bot. Qabığı ağ, bərk oduncaqlı meşə ağacı. Neçə il qabaq quruyub çığrığa dönmüş yoğun vənlərin qabıqları çürümək üzrə idi. Ə.Vəliyev. vəngildəmə “Vəngildəmək”dən f.is. vəngildəmək f. Vurulmaqdan və ya başqa bir səbəbdən yazıq-yazıq, ucadan səs çıxarmaq (it haqqında). vəngildətmək icb. Vəngildəməsinə səbəb olmaq. vəngilti is. Vurulmaq və ya başqa bir səbəb nəticəsində ağrıdan itin yazıq-yazıq çıxardığı səs. vər I. is. məh. Əkin və ya otlağın biçilməli olan bir sahəsi. Sərvinazın manqa üzvləri vəri başa vurub geri qayıtdıqda yenə də nəşəli idilər. Ə.Vəliyev.\n\nII. is. [fars.] Tərəf, cəhət.\n\nIII. bağ. [fars.] Mömin, dindar olma. vərasət is. [ər.] bax. varislik. Şirvan şahlığının hökumət quruluşundakı vərasət məsələsi ləğv olunduğu zaman Şimali Azərbaycanın mərkəzini Şirvana köçürmək və oranı Azərbaycan paytaxtı adlandırmaq mümkün idi. M.S.Ordubadi. vərdələmə bax. vərdənələmə. vərdələmək bax. vərdənələmək. vərdənə is.\n1. Xəmir və s. yaymaq üçün ağacdan və s.-dən qayrılan silindrşəkilli alət. Gənclər bir tərəfi nazik olan vərdənəyə bənzər millərdən yapışıb oynatmağa başladılar. Çəmənzəminli. [Usta] şagirdinin vərdənə ilə yaydığı kündələri kürəyə sərir, tez-tez oda atır, neçə dəqiqə keçməmiş, buğlanan səngəkləri qızmar kürədən çıxarırdı. Mir Cəlal.\n2. tex. Yeri və ya başqa bir şeyi hamarlamaq üçün işlədilən müxtəlif alətlərin adı. Əl vərdənəsi. Traktora qoşulan vərdənə. Qırı vərdənə ilə hamarlamaq. vərdənələmə “Vərdənələmək”dən f.is. vərdənələmək f. Vərdənə ilə yaymaq, yastılamaq, hamarlamaq. vərdənələnmə dan. “Vərdənələnmək”dən f.is. vərdənələnmək məch. Vərdənə ilə yayılmaq, yastıladılmaq, hamarladılmaq. vərdiş is. Təcrübə, təkrarlama və çox işləmək nəticəsində əldə edilən iş bacarığı, adət edilmiş şey; insanın öz həyatının müəyyən dövründə öyrəşdiyi, adət etdiyi şey. Əmək vərdişi. – Uzun illərin vərdişi onu [Kərimbəyi] yenə hər şeydən ayıraraq, buraya, dəftər-qələmə sarı gətirdi. Mir Cəlal. • Vərdiş olmaq (etmək) – 1) adət etmək, öyrəşmək, alışmaq. Qızının gözlərindən bu hərgünkü təlaşlı sualı oxumağa vərdiş etmiş ana: – Yoxdur, qızım! – dedi. Ə.Məmmədxanlı; 2) dadanmaq. // Adət. [Qəhrəman:] Dədə-babadan qalma bu vərdiş sizi olduqca qorxulu bir yola yuvarlaya bilər. Ə.Vəliyev. vərdişli sif. Vərdişi olan, vərdiş əldə etmiş, bir şeyə adət etmiş; təcrübəli. // Vərdiş etmiş, adət etmiş. vərəq is.\n1. Müəyyən şəkildə və ölçüdə kəsilmiş kağız parçası, kağız təbəqəsi. Bir vərəq kağız. // Səhifə. Bir yeni aləm var hər vərəqində. S.Vurğun.\n2. mətb. Çap mətninin on altı səhifədən ibarət olan ölçü vahidi. Kitab 10 çap vərəqidir. • Müəllif vərəqi – müəllif qonorarını hesablamaq üçün vahid götürülən 40.000 mətbəə nişanı.\n3. Yarpaq. ‣ Vərəqi çevrilmək – halı dəyişmək, pozulmaq, pərt olmaq; peşman və ya narazı olmaq. Məni görən kimi vərəqi çevrildi. vərəq-vərəq zərf 1) Tək-tək vərəqlərlə, hər bir vərəq ayrılıqda. Kitabı vərəq-vərəq açmaq; 2) məc. bir-birinin ardınca, bir-bir. Üzündəki qəm dastanı açılmışdır vərəq-vərəq. S.Vurğun. vərəqbəvərəq zərf Vərəq-vərəq, vərəqləri bir-bir çevirərək. Kitabı vərəqbəvərəq gözdən keçirdim. vərəqə is.\n1. Kiçik vərəq; vərəq. Sual vərəqəsi. Anket vərəqəsi.\n2. Üzərində mühüm siyasi xəbərlər və s. çap olunmuş kiçik kağız vərəqi. [Müsafir:] Sən məndən sonra söylədiklərini anlatmalısan. Tapşırdıqlarımı unutma! Al, sənə lazım olan kitabları və vərəqələri də verim. H.Nəzərli. Mirbalayev vərəqəni alıb şam işığında gözdən keçirdi. M.Hüseyn. // Üzərində işin gedişi və s. haqqında məlumat yazılmış kağız. Cəlilzadə yavaş-yavaş məktəblərin şəbəkəsini göstərən xüsusi enli vərəqəni çıxarıb, stolun üstünə sərdi. S.Rəhimov. ‣ Vərəqəsini bükmək – tərk etmək, bir daha məşğul olmamaq, nəhayət vermək. [Kazım:] Yox, bir söz demir.. Ancaq deyir ki, Səfər qaçaqlığın vərəqəsini büksün, kasıblığa qurşansın. Çəmənzəminli. vərəqləmə “Vərəqləmək”dən f.is. vərəqləmək f. Kitabın və s.-nin vərəqələrini (səhifələrini) bir-bir çevirmək. Kitabı vərəqləmək. – Şəmsiyyə hamıdan axırda durmuş, nə isə əlində bir kitab vərəqləyir, məşğul kimi görünürdü. M.İbrahimov. vərəqlənmə “Vərəqlənmək”dən f.is. vərəqlənmək məch. Vərəqləri, səhifələri bir-bir çevrilmək. Kitab çox vərəqlənməkdən dağılmışdır. – Bu sinə dəftəri hər gün açılır, onun tükənməz səhifələri Ağabəyimin qarşısında vərəqlənirdi. Çəmənzəminli. vərəqlətmək icb. Vərəqləri, səhifələri bir-bir açdırmaq, çevirtdirmək. vərəqparə is. [ər. vərəq və fars. ...parə]\n1. Kağız parçası. Kitabi-mərifətdir əhli-həqqə hər vərəqparən. S.Ə.Şirvani.\n2. Heç bir qiyməti və əhəmiyyəti olmayan kağız parçası. vərəm is. [ər.] tib. Ağ ciyərdə və bəzən bədənin başqa hissələrində Kox mikrobu adlanan xüsusi mikrobun törətdiyi yoluxucu xəstəlik. Ciyər vərəmi. Sümük vərəmi. Vərəm aşısı. Vərəm mikrobu. vərəmləmə “Vərəmləmək”dən f.is. vərəmləmək f.\n1. bax. vərəmlənmək. Yüksəklərə, mavi göylərə doğru boylanan bacalar Qaraşəhərin zirzəmilərində vərəmləyən fəhlələrin dastanını oxuyurdu. M.S.Ordubadi.\n2. məc. Dərdə düşmək, dığlamaq. Vaqif haqdan dilər lütfü kərəmlər; Belə yerdə duran, vallah, vərəmlər. M.P.Vaqif. vərəmləndirilmə “Vərəmləndirilmək”dən f.is. vərəmləndirilmək məch. Vərəm xəstəliyinə tutulmasına səbəb olmaq, dığlandırılmaq. vərəmləndirmə “Vərəmləndirmək”dən f.is. vərəmləndirmək bax. vərəmlətmək. vərəmlənmə “Vərəmlənmək”dən f.is. vərəmlənmək f. Vərəm xəstəliyinə tutulmaq. vərəmlətmə “Vərəmlətmək”dən f.is. vərəmlətmək f.\n1. Vərəmlə xəstələndirmək.\n2. məc. Dığlandırmaq, azara salmaq, dərdə salmaq (acıqdan, fikirdən, qüssədən və s.dən). vərəmli sif. və is. Vərəm xəstəliyi olan. vərəndaz is. dan. Götür-qoy, ölçübbiçmə, təkrar-təkrar yoxlama. • Vərəndaz etmək – götür-qoy eləmək, ölçüb-biçmək, təkrar-təkrar yoxlamaq. [Xoruz-oğlu:] Vallah, o qədər vərəndaz eləmədim, ancaq kişi təsdiq elədi. S.Rəhimov. vərəsat is. [ər.] bax. varislik. vərəsə is. [ər.] köhn. rəs. Ölən bir adamdan sonra yaxın qohumluq və ya vəsiyyət yolu ilə onun mülk və malına sahib olan şəxs(lər); varis(lər). Vərəsə arasında dava .. vaqe olubdur. M.F.Axundzadə. Sərdar Rəşidin vərəsələri ev şeylərini öz aralarında təqsim etdikdən sonra, orada Mahru üçün heç bir şey qalmırdı. M.S.Ordubadi.\n2. məc. Bir işi davametdirici. İndi mən o babamın gənc bir vərəsəsiyəm; Yeni həyatda onun davam edən səsiyəm. S.Rüstəm. vərəsəli sif. Vərəsəsi olan, varis(lər)i olan. vərəsəlik is. Vərəsənin hüquqi vəziyyəti; varislik. vərəsəsiz sif. Vərəsəsi, varisi olmayan. vərləmək f. k.t. məh. Əkilmiş yeri zolaqlar şəklində sahələrə ayırmaq. vərni is. Xovsuz xalça növü. vərşikəst is. [fars.] köhn. Böyük zərər nəticəsində tacirin mayadan düşməsi, borclarını ödəmək iqtidarını itirməsi, iflas etməsi; iflas, müflislik. • Vərşikəst olmaq (düşmək) – iflas etmək, müflis olmaq, sınıq çıxmaq. [Ağa Qurban] özünü yerə vurub dedi: – Vərşikəst olmuşam. Ə.Haqverdiyev. vərşikəstlik is. Müflislik, sınıq çıxma, iflas. vərtə is. [ər.] Uçurum; təhlükə. Boz at, səni sər töylədə bağlaram; Əgər bizi bu vərtədən qurtarsan; Ayağına qızıl, gümüş nallaram. “Qaçaq Nəbi”. vəsait is. [ər. “vasitə” söz. cəmi]\n1. bax. vasitə 2-ci mənada. // Ləvazimat. İstehkam hissələrinin əlində kifayət qədər vəsait olmurdu. Mir Cəlal.\n2. Pul, kredit. Maliyyə vəsaiti. Maddi vəsait. İnşaat üçün vəsait buraxmaq. Ayrılmış vəsaitdən bütünlüklə istifadə etmək.\n3. Ehtiyat qüvvələri. Ölkəmiz tükənməz vəsaitə malikdir.\n4. Dərslikdən əlavə tədris üçün lazım olan kitab və s. Tədris vəsaiti. Bu kitab nə dərslikdir və nə də öz-özünə öyrənənlər üçün tədris vəsaiti. vəsaitli sif. Vəsaiti olan. vəsatət is. [ər.] köhn. rəs. Arada vasitə olma; vasitəçilik, araçılıq, miyançılıq; rəsmi xahiş. Vəsatət istəyirəm qəhrə getmiş eşqin üçün; Necə ki, tövbəni rind sındırar rizası ilə. Şəhriyar. vəsət is. [ər.]\n1. Orta. Böyükxanım evin vəsətində döşək üstündə .. əyləşmişdir. M.S.Ordubadi.\n2. mus. Orta səs. Tahir zildən vəsətə keçəndə bütün salon heyrət içində susmuşdu. M.Hüseyn. vəsf is. [ər.]\n1. Bir şəxsin və ya bir şeyin malik olduğu sifət, keyfiyyət, hal; səciyyə. Zatinə kimsə irməz, vəsfini bilməz. Nəsimi. [Vəzir:] Bəlkə bu tədbir ilə dəxi Teymur ağanın vəsfi onun dilinə gəlməyə. M.F.Axundzadə. • Vəsf etmək – bir şeyin xüsusiyyətlərini, sifətlərini, keyfiyyətini təfərrüatı ilə göstərmək, təsvir etmək. Vaiz bizə dün duzəxi vəsf etdi. Füzuli. Bu məktubumda axund Molla Sadığın vəz məclisini sənə vəsf edirəm. M.F.Axundzadə. Vəsf eləyim bir şeirlə dayandığım bu təpəni. M.Rahim.\n2. Tərif, hüsn, mədh. Yaza bilməz ləblərin vəsfin tamami-ömrdə. Füzuli. Mən sənin vəsfini, ey mahi-kərəm; Hafizdən, Camidən artıq söylərəm! M.P.Vaqif. Vəsfin yayılıb mahala; Maşallah o xəttü xala. Aşıq Ələsgər. • Vəsf etmək – tərif etmək, mədh etmək. Nəsimi necə vəsf etsin ki, hüsnün binəhayətdir. Nəsimi. Edər vaiz mükərrər vəsf abi-kövsəri, amma. Q.Zakir. vəsfəgəlməz sif. Təsvir edilməsi mümkün olmayan, təsvirəgəlməz. [Şirvan hakimi] saysız əsgər və hesabsız qoşunla tam bir cəlal və vəsfəgəlməz bir dəbdəbə ilə Bayat qalasını dörd bir tərəfdən mühasirəyə aldı. Mirzə Adıgözəlbəy. vəsfi sif. köhn. Bir şəxsin və ya şeyin xüsusi hal və keyfiyyətinə, vəsfinə aid olan. ‣ Vəsfi analiz kim. – maddənin tərkibinin tədqiqi, onun tərkibini təşkil edən elementlərin müəyyən edilməsi. vəsfi-hal is. [ər.]\n1. Bir şəxs və ya şeyin hal və xüsusiyyətini söyləyərək təsvir etmə. Yarın vəsfi-halı düşəndə yada; Qəm yeyər könlümü, dad-aman eylər. Şair Vəli.\n2. mus. Məzəli kütləvi xalq oyunu zamanı oxunan bir mahnı. vəsi (=vəsiy) is. [ər.] köhn. Ölmüş bir adamın vəsiyyətini yerinə yetirən. Çün Səd istədi ki, məsailini soruşsun, həzrət buyurdu ki, .. mənim fərzəndimdən soruş ki, mənim vəsiyyicanişinimdir. M.F.Axundzadə. vəsiy (=vəsi) is. [ər.] köhn. Ölmüş bir adamın vəsiyyətini yerinə yetirən. Çün Səd istədi ki, məsailini soruşsun, həzrət buyurdu ki, .. mənim fərzəndimdən soruş ki, mənim vəsiyyicanişinimdir. M.F.Axundzadə. vəsiqə is. [ər.] Bir şeyi təsdiq edən və bir şeyə icazə verən sənəd, rəsmi kağız; şəhadətnamə. [Əbülhəsən bəy:] Biz küçələrə çıxa bilərdik. Əlimizdə vəsiqələr var idi. M.S.Ordubadi. Bəhram məktubu büküb, gərəksiz bir vəsiqə kimi kitabların üstünə tulladı. Ə.Vəliyev. vəsiqəli sif. Vəsiqəsi, sənədi olan. vəsilə is. [ər.]\n1. Vasitə, yol, üsul. Öz ixlas və hüsni-xidmətini [hər kəs] bu mətləbin təhsilinə vəsilə bilsin. M.F.Axundzadə. [Mirzə Məhəmmədqulu:] .. Bu vəsilə ilə sizləri bəlkə qaranlıq aləmindən çıxarda. C.Məmmədquluzadə.\n2. Vəsait. [Molla Qurban:] Arvad-uşağı ac saxlamaq olmaz, gərək əldə bir vəsilə olsun. Ə.Haqverdiyev.\n3. Səbəb, bəhanə. Bu keyfiyyət onun üçün çox yaxşı bir vəsilə göründü ki, onun və sair münəccimlərin guri-pədərini yandırsın. M.F.Axundzadə. Naümid bir ricət, bir vəsileyi-qəhr daha çıxdı. M.Ə.Sabir. Bu atmacalar generalın danışması üçün bir vəsilə oldu. Ə.Əbülhəsən. // Fürsət. Vəsilə axtarmaq. – Şərh edəsən ona qəmi-dilimi; Bir vəsilə sala Tanrı, görəsən. Q.Zakir. vəsiyyət is. [ər.] Ölərkən bir şəxsin öz övladına, yaxud yaxınlarına verdiyi tapşırıq, göstəriş, sərəncam, məsləhət, son sözü. [Hacı Xəlil:] Mənim vəsiyyətim qoca, dünyagörmüş və səni iki gözündən artıq istəyən ata vəsiyyətidir. Ə.Haqverdiyev. Xədicə əlavə etdi: – Üçüncü və axırıncı vəsiyyətim də budur ki, məni qəbiristanda basdırmayınız. S.Hüseyn. • Vəsiyyət etmək (eləmək) – ölərkən, yaxud sağ ikən tapşırmaq, sərəncam vermək, məsləhət görmək, son arzusunu bildirmək. [Əbdül:] Biçarə qız əvvəldən ölməyini yəqin eləmişdi, kağız da yazıb vəsiyyət eləyibdir. C.Cabbarlı. vəsiyyətnamə is. [ər. vəsiyyət və fars. ...namə] Yazılı vəsiyyət, vəsiyyət kağızı, vəsiyyət sənədi. vəsl is. [ər.] klas. Sevgilisi ilə qovuşma; vüsal. Ruzü şəb vəslin xəyalı canda qaldı yadigar. Xətayi. Könlüm evi xərabtər oldu fəraqdan; Vəslin bu mülkü etmədi abad, ağlaram. Natəvan. Nə üçün verməmişəm vəsl günü canı sənə? S.Ə.Şirvani. Mən vəslinə qəlbimdə əzəl gündən əmindim. S.Rüstəm. • Vəslə yetmək – qovuşmaq. Hər ikimiz vəslə yetək duadan; Hicranın oduna yanmaq nədəndir? Qurbani. vəsmə is. [ər.] köhn.\n1. Möhür.\n2. Qadınların qaşlarına çəkdikləri qara boya, rəng. Vəsmə bol olanda qaşa da yaxarlar, gözə də. (Ata. sözü). Qaşa vəsmə, gözə sürmə çəkəndə; Siyah zülfün dal gərdənə tökəndə. M.P.Vaqif. Vəsmə nə lazımdır elə bir qaşa; Kəmər gərək incə belə yaraşa. (Qoşma). vəsməli sif. köhn. Vəsmə çəkilmiş. Vəsməli qaş. – Şöleyi-şəmi-hidayətdir cəmalün pərtövü; Qibleyi-mülki-məlaik vəsməli qaşın sənin. Kişvəri. vəssəlam [ər.] Sözün qısası, məsələ bitdi, iş qurtardı, bu qədər. Bəli, sözümüz oradadır ki, pişik ilə arvadın çarəsi məhz dağarcıqdır. Sözünə baxmadılar, – qat dağarcığa, ağzını bağla, vəssəlam! C.Məmmədquluzadə. [Durna:] Bir atışma başlandı. Əsəd bəyə güllə dəydi, yaralandı, vəssəlam!.. C.Cabbarlı. [Ülfət:] Nə olsun, – demişdi, – qız xoşuna gəlib, vəssəlam! Mir Cəlal. // Eyni mənada canlı dildə bəzən vəssəlam, şüd tamam şəklində işlənir. [Səfər bəy:] Mənim adım bəydir, vəssəlam, şüd tamam! Daha artıq danışma. B.Talıblı. vəsvas is. [ər.] Şeytan, iblis. vəsvəsə is. [ər.] Şübhə və tərəddüd, narahatlıq, iztirab, qorxu, səksəkə; əsli olmadığı halda xəyala gələn şey. [Sona:] Eh, nə vəsvəsələr gəlir könlümə! İnşallah, getməz, mənə and içibdir ki, ..heç bir quzu oğurluğuna da getmərəm. M.F.Axundzadə. [Seyid:] Məgər mən gördüyüm röya vəsvəsə imiş, xəyalat imiş? Ə.Haqverdiyev. Telli bir saata qədər bir taqım vəsvəsələrlə düşündü. S.Hüseyn. vəsvəsəli sif. İztirablı, həyəcanlı, qorxulu, səksəkəli. Vəsvəsəli yuxu. vətəgə is. [rus. “vataqa” sözündən] Çay, göl və dəniz balıqlarını ovlamaq üçün sahildə yerləşən məntəqə, müəssisə. Balıq vətəgəsi. vətəgəçi is.\n1. köhn. Vətəgə sahibi.\n2. Vətəgədə işləyən işçi, vətəgə fəhləsi. vətən is. [ər.]\n1. Bir adamın doğulub böyüdüyü və vətəndaşı olduğu ölkə, məmləkət; doğma yurd, Ana yurd. Vətəni müdafiə etmək. // Bir adamın doğulduğu yer. Şairin vətəni. Nizaminin vətəni Gəncədir. – Səndən ötən mənə dəydi; Məndən ötən sənə dəydi; Məndən, səndən ötən zərbə; Vətən, vətən, sənə dəydi... M.Araz.\n2. məc. Bir şeyin törədiyi, meydana gəldiyi yer. Azərbaycan balaca olsa da, böyük ədiblərin, dahi şairlərin vətənidir. M.Hüseyn. ‣ Vətən övladı – xalq, millət, vətəndaşlar. Əgər xanım qızlar kişi kimi meydana çıxmasalar, vətən övladının gələcəyə arxayın olmağı çətindir. C.Məmmədquluzadə. Gözəlləşir günü-gündən həyatı xalqımızın; Həmişəlik vətən övladı bəxtiyar olacaq! Ə.Vahid. vətəndaş is.\n1. Müəyyən bir dövlət əhalisinə mənsub olub, öz dövlətinin qanunları ilə müəyyən edilmiş bütün tələbləri yerinə yetirməyə borclu olan şəxs. Azərbaycan vətəndaşı. – Ey bahar ölkəmin vətəndaşları! Yol açın şəfəqdən hörülmüş nəslə. A.Şaiq. Bir balaca Vətən daşı; Vətən daşı olmayandan; olmaz ölkə vətəndaşı... M.Araz. // Bir dövlətin təbəəsi. O hansı ölkənin vətəndaşıdır?\n2. Yaşlı adam, kişi. Bir vətəndaş gəlmişdi. Bu vətəndaş kimdir? – Darvazanın qapısında bir-iki nəfər vətəndaş durub, bir qulluqçu ilə nəsə danışırlar. C.Məmmədquluzadə. // Yaşlı adamlara rəsmi müraciət forması. Vətəndaş, vəsiqənizi göstərin! Vətəndaş, yol verin, keçim! ‣ Vətəndaş müharibəsi – bir dövlət daxilində antaqonist siniflər arasında silahlı mübarizə. vətəndaşlıq is.\n1. Bir şəxsin müəyyən dövlətin vətəndaşları arasında olması; vətəndaşın hüquqi vəziyyəti.\n2. Sif. mənasında. Həqiqi vətəndaşa aid və xas olan. Vətəndaşlıq borcu. Vətəndaşlıq vəzifəsi. ‣ Vətəndaşlıq hüququ – hər bir vətəndaşın adi hüquqları. Sanki [Murad] vətəndaşlıq hüququnu itirmiş, yaşamaq istedadını qeyb etmişdi. S.Hüseyn. Vətəndaşlıq hüququ qazanmaq (almaq) – hamı tərəfindən qəbul edilmək, mənimsənilmək; geniş yayılmaq. Bu söz hələ vətəndaşlıq hüququ almamışdır. vətənli sif. Vətəni, yurdu olan. vətənpərəst bax. vətənpərvər. vətənpərəstlik bax. vətənpərvərlik. vətənpərvər sif. [ər. vətən və fars. ...pərvər] Öz vətənini sevən, öz xalqına və vətəninə sadiq və onların mənafeyi yolunda canından keçməyə hazır olan. Vətənpərvər şair. Vətənpərvər gənclər. – Vətənpərvər maarifçilər haray qoparır, “vaxt ikən ayılın, sonra gec olar!” – deyə qışqırırdılar. M.İbrahimov. // İs. mənasında. Mina ürəyində dedi ki, ah! Nə olaydı, hamı böylə vətənpərvər olaydı. İ.Musabəyov. vətənpərvəranə [ər. vətən və fars. pərvəranə] bax. vətənpərvərcəsinə. Bolqar müəllimlərindən cavan bir qız əlinə qırmızı bayraq alıb, şəhərin meydanına çıxdı və vətənpərvəranə nitqlər ilə bolqarları həyəcana gətirdi.. C.Məmmədquluzadə. vətənpərvərcəsinə zərf və sif. Vətənpərvərə yaraşan, vətənpərvərə layiq bir surətdə. Vətənpərvərcəsinə hərəkət. vətənpərvərlik is. Vətənpərvərə xas olan sifət; öz vətəninə və xalqına sədaqət və məhəbbət və onun yolunda hər bir fədakarlığa hazır olma. Ədəbiyyat və incəsənətimizin ən gözəl xüsusiyyətlərindən biri onun yüksək vətənpərvərliyindədir. İ.Əfəndiyev. vətənsevər bax. vətənpərvər. vətənsevərlik bax. vətənpərvərlik. vətənsiz sif. Vətəni olmayan. Bir Vətən həsrəti – bir ulu nisgil! Vətənsiz yaşamaq – yaşamaq deyil. B.Vahabzadə. vətər is. [ər.] anat. Əzələləri sümüklərə bağlayan lent və lövhə şəklində sıx birləşdirici toxumadan ibarət elastik törəmə. Əzələlərin hər iki ucunda əzələnin özündən daha bərk vətər olur ki, bu vətərlər vasitəsilə əzələlər sümüklərə bağlanır. “Zoologiya”. vəz is. [ər.]\n1. Vaizin məsciddə camaata söylədiyi dini məsələlərə aid nəsihətamiz və təbliği sözlər; moizə. Vəz tamam oldu və axund Molla Rəhim minbərdən aşağı endi. M.F.Axundzadə. Molla qabaqca bir uzun vəz başladı. Ə.Haqverdiyev. Namaz qurtardıqdan sonra, vaiz minbərə çıxıb vəzə başlayır. H.Sarabski.\n2. məc. isteh. Nəsihət, öyüd, göstəriş mənasında. On altıncı nömrəmizdə Molla Pirqulunun .. etdiyi vəzindən bir neçə söz danışmışıq. C.Məmmədquluzadə. • Vəz etmək (eləmək, vermək) isteh. – nəsihət vermək, öyüd vermək; uzun danışmaq, mətləbi uzatmaq, uzunçuluq etmək. [Vəli:] Bəsdir, çox vəz vermə, görürsənmi, yuxarıda bir zad qaralır? M.F.Axundzadə. Bil ki, balıq qədər qanım soyuqdur; Min vəz eləsən də, mənası yoxdur. S.Vurğun. Vəz oxumaq – bax. vəz etmək (eləmək, vermək). Vəz oxumaq asandır, əməl etmək çətin. (Ata. sözü). vığ (=vığ-vığ) təql. bax. vığıltı. vığ-vığ (=vığ) təql. bax. vığıltı. vığıldama “Vığıldamaq”dan f.is. vığıldamaq f. Vığ-vığ eləmək, vığ-vığ səs çıxarmaq. Ördək vığıldayır. – Kosa yerdə tərpəndikcə .. [pişik] əzilər və vığıldardı. S.Rəhimov. vığıltı is.\n1. Bəzi quşların çıxardıqları “vığ” səsi. Ördəyin vığıltısı. – Birdən bir vığıltı eşitdim, ah, mən; Gördüm çapalayır yazıq quşcuğaz... S.Vurğun.\n2. Boğulan adamın və ya heyvanın çıxardığı boğuq səs. vıj təql. bax. vıjıltı. vıjıldama “Vıjıldamaq”dan f.is. vıjıldamaq f. Vıjıltı səsi çıxarmaq, vıjıltı ilə axmaq. vıjıltı is. İti gedən bir şeyin və ya iti axan suyun əmələ gətirdiyi səs. Çayın vıjıltısı, istidən yarpaqlar arasına sığınmış quşcuğazların .. çığırtısı sükutu parçalayırdı. A.Şaiq. vıq (=vıq-vıq) təql.\n1. Körpə uşağın çıxardığı səs. Yazgül (bələyi yırğalayaraq): – Nə var, a qoca kişi, vıq-vıq elə, bir görüm. Ə.Məmmədxanlı.\n2. Ördək balasının çıxardığı səs. vıq-vıq (=vıq) təql.\n1. Körpə uşağın çıxardığı səs. Yazgül (bələyi yırğalayaraq): – Nə var, a qoca kişi, vıq-vıq elə, bir görüm. Ə.Məmmədxanlı.\n2. Ördək balasının çıxardığı səs. vıqqıldama “Vıqqıldamaq”dan f.is. vıqqıldamaq f. Vıq-vıq səs çıxarmaq. vımpel [holl.] Ucu haça kimi ayrılmış dar uzun bayraq. // Ensiz, uzun, yaxud üçbucaq şəklində kiçik bayraq. Məktəb uşaqları estafetdə fəal iştirak etdiklərinə görə keçici vımpel almışlar. vışka [rus. vışka] Neft və s. quyusu qazılacaq yerdə qurulan, yaxud başqa texniki məqsədlər üçün taxtadan, metaldan düzəldilən hündür qüllə; buruq. Orxan gözlərini vışkanın kəlləsində yanıb-sönən lampalara dikdi. İ.Məlikzadə. vışkaquraşdıran is. xüs. Neft quyuları qazmaq üçün vışka düzəldən fəhlə. vıyıldama “Vıyıldamaq”dan f.is. vıyıldamaq f. Vıyıltı səsi çıxarmaq (iti gedən şey haqqında). Külək vıyıldayır. – Budur şimal yeli qopub guruldar; Sürükləyib buludları, vıyıldar. A.Səhhət. Çılğın kimi ruzgar vıyıldar; Qar parçalarını göyə sovurar. A.Şaiq. Bu dəmdə tüfəng açıldı və Əhmədin qulağının dibindən bir güllə vıyıldayıb keçdi. B.Talıblı. vıyıldatma “Vıyıldatmaq”dan f.is. vıyıldatmaq 1. icb. Vıyıltı səsi çıxartdırmaq.\n2. f. Vıyıltı ilə atmaq, fırlatmaq. vıyıltı is. Küləyin, güllənin, çarxın və s.-nin sürətli hərəkətindən hasil olan səs. Lakin elə o dəqiqə tamam qulağının dibindən keçən güllə vıyıltısı bu yoldaşlarını da onun [Tapdığın] yadından çıxardı. Ə.Əbülhəsən. Küləyin vıyıltısı qüvvətlənir, ağ evlərin taxtapuşlarını danqıldadır. S.Rəhimov. Bir tərəfdən parovozların səsi, digər tərəfdən elektrik qatarlarının vıyıltısı xəstələri narahat edirdi. Şamilov. vız (=vız-vız) təql. bax. vızıltı. Arılar vızvızla uçuşur. ‣ Vız durmaq dan. – dik durmaq, pırtlaşmaq, qarışmaq. Saçları vız durub. vız-vız (=vız) təql. bax. vızıltı. Arılar vızvızla uçuşur. ‣ Vız durmaq dan. – dik durmaq, pırtlaşmaq, qarışmaq. Saçları vız durub. vızıldama “Vızıldamaq”dan f.is. vızıldamaq is. Vızıltı səsi çıxarmaq, vız-vız etmək. Arı vızıldayır. – Hər səhər hələ o, yuxudan durmamış, onun qapısında qraflar və knyazlar arı kimi vızıldayırlar. İ.Köçərli. // İti sürətlə havanı yarıb keçən şeyin çıxardığı səs. Arxadan atılan düşmən güllələrinin səsi .. vızıldayır, partlayan minalar bayquş kimi ulayırdı. Ə.Vəliyev. vızıldaşma “Vızıldaşmaq”dan f.is. vızıldaşmaq qarş. Hamı birlikdə vızıldamaq (həşərat haqqında). Arılar qarmaqarışıq halda vızıldaşdılar. S.Rəhimov. vızıldatma “Vızıldatmaq”dan f.is. vızıldatmaq 1. icb. Vızıldamasına səbəb olmaq. Arıları vızıldatmaq.\n2. f. Vızıltı ilə atmaq, fırlatmaq, tullamaq. Daşı vızıldatdı. // Tüfəngdən, tapançadan atmaq. İki güllə vızıldatdı. vızıltı is.\n1. Uçan həşəratın qanadları ilə çıxardığı səs. Hardansa uçub gəlmiş bal arıları gah yarpızlara qonur, bir müddət dayanıb nə isə axtarır, sonra da vızıltı ilə havaya qalxıb bənövşə rəngli güllərin başına dolanırdı. İ.Şıxlı.\n2. İti sürətlə havanı yarıb keçən şeyin çıxardığı səs. Daşlar qulağımın dibindən vızıltı ilə keçdi. – Top güllələri gəldikcə başımı əyirdim, vızıltı ilə keçib o yan-bu yana düşürdü. Ə.Əbülhəsən. vibrasiya is. [lat.] Müxtəlif formalı elastik cisimlərin mexaniki rəqsi, titrəyiş. vibrion [fr.] mikr. Ucu əyri çöp, yaxud vergül şəklində bakteriya, mikrob. Düz çöp şəklində olan mikroblara basil, azca əyri (vergül şəklində) olanlara vibrion deyilir. vibrioz is. [lat.] Qaramal və qoyunlarda təsadüf edilən yoluxucu xəstəlik. vicdan is. [ər.] Öz hərəkəti üçün mənəvi məsuliyyət hissi, təmiz ürək hissi, öz hərəkətlərinin yaxşı və ya pis olduğunu duyma. Vicdanı təmiz olmaq. – Ürək al qanə dönmüş, Hadiya, hüzni-ümumidən; Bu hüznü bəxş edən kimdir dilü vicdanə, bilməm ki! M.Hadi. Vətənin sevməyən insan olmaz; Olsa, ol şəxsdə vicdan olmaz. A.Səhhət. Vətən torpağının qəhrəman oğlu; Sənin vicdanın da, qüvvətin də var. S.Vurğun. ‣ Vicdan azadlığı siyasi – vətəndaşların istədikləri dinə etiqad etmək, yaxud dindən imtina etmək azadlığı. Vicdan əzabı çəkmək – görmüş olduğu bir pis işdə günahkar və ya məsul olduğunu duyaraq, vicdanən narahat olmaq və mənəvi əzab çəkmək. Atasını artıq sevdiyi üçün bu hirslənməsi də Süleymanın çox vicdan əzabı çəkməsinə səbəb olardı. B.Talıblı. vicdanən zərf [ər.] Vicdanca, vicdan cəhətindən, öz hərəkəti üçün mənəvi məsuliyyət hissi ilə, təmiz ürək hissi ilə. Vicdanən əzab çəkmək. – Deməli, burada yalnız vicdanən məsuliyyət duyan Gəray hərəkət etməli idi. Ə.Əbülhəsən. vicdani sif. [ər.] Vicdana mənsub və aid olan. [Məlikə xanım:] Oğlum, daxili saflıq və vicdani saflıq insan üçün böyük bir vüqardır! S.Rəhimov. vicdanlı sif. Vicdanı olan, öz iş və hərəkəti üçün mənəvi məsuliyyət hiss edən; ürəyindəki təmiz hiss qüvvətli olan; insaflı. Həyat vicdanlı və namuslu adamı mübarizlər cərgəsinə çıxarmışdır. S.Rəhman. vicdanlılıq is. Vicdanı olma, vicdanla hərəkət etmə, vicdanlı münasibət. vicdansız sif. Vicdanı olmayan, öz hərəkəti üçün cəmiyyət qarşısında mənəvi məsuliyyət hiss etməyən, ürək hissi təmiz olmayan; insafsız. Vicdansız adam. Vicdansız hərəkət. – [Sara:] Əbdül adi bir nökər isə də, sizin kimi vicdansız deyil. C.Cabbarlı. vicdansızca (=vicdansızcasına) zərf Vicdana uymayan bir tərzdə, insafsızcasına; həyasızcasına. Vicdansızcasına hərəkət. vicdansızcasına (=vicdansızca) zərf Vicdana uymayan bir tərzdə, insafsızcasına; həyasızcasına. Vicdansızcasına hərəkət. vicdansızlıq is. Vicdanı olmama; öz hərəkəti üçün mənəvi məsuliyyət hissinin olmaması; insafsızlıq. Zənnimcə, xilqətdən daha əvvəl ədalətsizlik və vicdansızlıq yaranmışdır. C.Cabbarlı. İslam Tellinin izzətinəfsini ayağı altına alıb xırpalamışdı. Bu bir vicdansızlıqdı. S.Hüseyn. vicə dan. bax. vicvicə. Məni vicə tutdu. vicələndirmə “Vicələndirmək”dən f.is. vicələndirmək f. Yüngül üşütmə əmələ gətirmək, vicə gətirmək. vicələnmə “Vicələnmək”dən f.is. vicələnmək f. Bədənində yüngül üşütmə hiss etmək. O, şübhəli nəzərlərlə içəri girənləri süzüb, əllərini ovuşdurdu və vicələnirmiş kimi: – A bala, o pəncərəni örtün, – dedi. “Kirpi”. vic-vic təql. Quşların cikkiltisi. İki yolçu sevimli qırlanğıc; Ötüşür bir budaqda şən: “vic-vic!” A.Şaiq. vicvicə is. dan. Üşütmə. Canıma vicvicə düşdü. vida is. [ər.] Görüşüb bir-birindən müvəqqəti və ya həmişəlik ayrılma; xudahafizləşmə, sağollaşma; əlvida. Hacı təntənəli bir vida ziyafəti düzəltmişdi. M.S.Ordubadi. Şükufələnmiş güllər nəsimin dəyməsindən enib-qalxdıqca, Gülsümün vidasına cavabən: “Get, Allah səni xoşbəxt eləsin!” deyirdilər. Ə.Haqverdiyev. • Vida etmək (eləmək) – 1) görüşüb ayrılmaq, vidalaşmaq, əlvida etmək, xudahafizləşmək, sağollaşmaq. Xülaseyi-kəlam, vida etdilər; Rahi-Yəmən tutub səhər getdilər. Q.Zakir. Göz yumub onlara Azər, köpürən; Gurlayan şəhrə vida etdi həmən. H.Cavid. Elm və maarif arzusunda olan Abbasqulu ağa cavan yaşlarında Amsar kəndinə vida edib, təhsil dalınca getdi. Ə.Sadıq; // məc. mənada. Gülzara hənuz yetmədən xar; Gül qıldı vidayi-səhni-gülzar. Füzuli; 2) bax. həyata vida etmək. Qulam müəllimin arzusu o idi ki, yetmiş-səksən yaşına qədər ömür sürsün və bu ömrün hamısını da müəllimliyə sərf etsin, axırıncı dəfə məsum çocuq gözlərinə baxıb vida etsin. S.Rəhimov. Həyata vida etmək, vidayi-həyat etmək – həyatla vidalaşmaq, ölmək. Dursunun gəncliyinin ən azğın çağında atası Pirverdi bütün sərvətini ona buraxıb həyata vida etdi. A.Şaiq. – Çörək! Çörək! – deyərək eyləyir vidayi-həyat; Kömək dilər kimi ətrafını süzər sakit. C.Cabbarlı. vidalaşma “Vidalaşmaq”dan f.is. vidalaşmaq f. Görüşüb bir-birindən (həmişəlik, ya müvəqqəti) ayrılmaq; xudahafizləşmək, sağollaşmaq. Student xanımla vidalaşaraq, iki gündən sonra daşınacağını bildirdi. Çəmənzəminli. İkinci zəng vurulduqda miniklər vaqonlara minməyə başladılar. Vidalaşmaq zamanı yetişdi. B.Talıblı. Tez ol, sevgilim, tez ol gəl, artıq vidalaşaq. Ə.Cəmil. ‣ Həyatla vidalaşmaq – ölmək. Axşam küləkləri qarşısında uçub gedən yarpaqlar həyatla vidalaşaraq yoxluğa gedən bir bəxtin vəziyyətini təsdiq edir. M.S.Ordubadi. video is. [lat.] Televiziya, radiolokasiya siqnalları və başqa mürəkkəb elektrik siqnallarının elektron şüa borusu ekranında təsviri ilə bağlılıq bildirən mürəkkəb sözlərdə önlük. Videokamera, videomaqnitafon və s. vika [lat.] bot. Çölnoxudu; noxudaoxşar yem otu. vikari is. [ing.] Əvəzedici, əvəz edən, vəkil olunmuş şəxs. vikinq [skand.] Qədim Skandinaviya dəniz döyüşçüsü; dəniz qulduru. vikont [fr.] Köhnə Fransada, İngiltərədə və bəzi başqa dövlətlərdə: baron ilə qraf arasında orta zadəgan rütbəsi və bu rütbəyə sahib olan adam. viktorina [lat.] Biliyin müxtəlif sahələrindən şifahi və ya yazılı sualların cavabını tapma oyunu. vilayət is. [ər.]\n1. Böyük inzibati ərazi bölgüsü. Dağlıq Qarabağ Muxtar Vilayəti.\n2. Ölkə, məmləkət, mahal, əyalət, ərazi, yer. Buna görə mən .. müxtəlif dövrlərdə Şirvan, Dağıstan vilayətləri və ətrafında baş verən hadisələri toplayaraq, bir kitab yazmağa başladım. A.Bakıxanov. Qarabağ xanı İbrahim xan Şuşa qalasını tərk edərək, Car vilayətinə çəkildi. Mirzə Adıgözəlbəy. Bunlar İran əhli idilər, öz vilayətlərində məişətləri məşəqqət ilə keçdiyinə görə, vətənlərini buraxıb buraya gəlmişdilər. S.S.Axundov. vilayəti is. [ər.] mus. Azərbaycan klassik muğamlarının bəzilərinin tərkibində olan əsas şöbələrdən birinin adı. “Vilayəti”nin birinci cümləsi variasiya şəklində təkrar olunmasını tələb edir. Ü.Hacıbəyov. villa [lat.] Şəhər kənarında bağ-bağat içərisində qəşəng ev; köşk. Burada çox gözəl villalar tikilmiş, həyətlər, bağçalar səliqəyə salınmışdır. M.İbrahimov. vineqret is. [fr.]\n1. Kartof, kələm, çuğundur, yumurta və sirkə ilə hazırlanan soyuq yemək; qəlyanaltı yeməyi.\n2. Həftəbecər. vinetka is. [fr.] Orta və ya ali məktəbi qutaranların fərdi şəkillərdən ibarət kollektiv şəkli. vinil is. Kimyəvi maddə. vint [rus.]\n1. Burğulu mıx, burğu şəklində olan mıx. Vintlə bərkitmək. Vinti boşaltmaq. // dan. Ümumiyyətlə, yivli şeylər: şurup, bolt və s. [Məmməd:] Bir kranı və ya vinti burmaqda kompressorların və ya motorların işini nizama salırlar. C.Cabbarlı.\n2. Gəmi, yaxud təyyarəni hərəkətə gətirən mexanizmin fırlanan vala bənd edilmiş burğu şəkilli hissəsi; pər, pərvanə. ‣ (Bir) vinti çatmır dan. – gic, ağlı çatışmayan adam haqqında. Vintini burmaq dan. – 1) işə salmaq. [Səfər bəy:] Yaxşı! Yaxşı! Axund, bu Qənbərqulu maşın kimi bir şeydir, bir kərə ki, vintini burdun, .. danışacaq. B.Talıblı; 2) bir az çəkmək, yığışdırmaq, qabağını almaq. vintaçan (=vintburan) is. Vinti burub bərkitmək və ya açmaq üçün alət. Bıçağın üç-dörd tiyəsi, qayçısı, dırnaqtutanı, konservaçanı, vintburanı, tıxac çıxardanı vardı. M.Hüseyn. vintburan (=vintaçan) is. Vinti burub bərkitmək və ya açmaq üçün alət. Bıçağın üç-dörd tiyəsi, qayçısı, dırnaqtutanı, konservaçanı, vintburanı, tıxac çıxardanı vardı. M.Hüseyn. vintləmə “Vintləmək”dən f.is. vintləmək f. Vintlə bərkitmək, vintlə bir şeyi başqa şeyə rəbt etmək. vintlənmə “Vintlənmək”dən f.is. vintlənmək məch. Vintlə bərkidilmək. vintlənmiş f.sif. Vintlə bərkidilmiş. Döşəməyə vintlənmiş skamya. vintli sif.\n1. Bərkitmək üçün vinti olan.\n2. Vintlə bərkidilmiş, vintlənmiş.\n3. xüs. Vintlə təchiz edilmiş (bax. vint 2-ci mənada). Vintli təyyarələr dövründən sonra reaktiv təyyarələr dövrü gəlmişdir. vintvari sif. Vintə oxşayan, vintşəkilli, vint kimi, burğuya oxşayan. Minarənin yuxarısına çıxmaq üçün tikilmiş daş pilləkən vintvari şəkildə olub, qüllənin içərisində yerləşmişdir. O.Salamzadə. viola [ital.] mus.\n1. XV-XVIII əsrlərdə Qərbi Avropada yayılmış müxtəlif ölçü və diapazonlu, yayla çalınan, adətən altısimli musiqi aləti.\n2. Yayla çalınan dördsimli musiqi aləti; alt. violonçel [ital.] mus. Skripka tipində düzəldilmiş yayla çalınan bastenor diapazonlu dördsimli musiqi aləti. Daşıdığı adından bəlli olduğu kimi, simli orkestrin tərkibi yalnız simli musiqi alətlərindən (skripka, alt, violonçel və kontrabas) ibarətdir. Ə.Bədəlbəyli. violonçelçalan (=violonçelçi) is. Violonçel çalan çalğıçı. violonçelçi (=violonçelçalan) is. Violonçel çalan çalğıçı. viraj is. [fr.]\n1. Döngə.\n2. Təyyarənin üfüqi müstəvidə pilotaj fiquru.\n3. Fotoqrafiyada pozitiv fototəsvirlərə rəng verilməsi üçün istifadə olunan məhlul. viran sif. [fars.] Uçuq, yıxıq, dağılmış; viranə qalmış; bərbad. Viran şəhər. Viran ev. Viran ölkə. – Açdı mənə dərdli ağac; Viran bağın məlalını. M.Rahim. • Viran qalsın (olsun)! – dağılsın! məhv olsun! (qarğış). Zülm əliylə məni yada verirlər; Viran qalsın belə zamana, – dedi. Aşıq Ələsgər. Viran qoymaq – dağıtmaq, uçurtmaq, bərbad hala qoymaq, xarabazara döndərmək. Zamanzaman bir div kimi köksümüzə çökdü onlar; Yurdumuzu, yuvamızı viran qoyub sökdü onlar. M.Müşfiq. Viran etmək – 1) dağıtmaq, uçurtmaq, yıxmaq, alt-üst etmək, bərbad bir hala salmaq, pozmaq, korlamaq. Şamaxıda pristav Cəbrayılov sahibsiz və fəqir bir müsəlman övrətinin evini viran etdi. C.Məmmədquluzadə; 2) məc. mənada. Dilbəra, dərdidilimdən belə ünvan etdim; Ki, qəmi-hicrdə dil mülkünü viran etdim. Natəvan. Məcnun oldum, düşdüm çölə; Könlümü viran elədin. Aşıq Əsəd. Viran olmaq (qalmaq) – dağılmaq, uçulmaq, bərbad olmaq, xarabalığa dönmək. Tamam aləm viran olsa, qəmim yox; Tək canan mənimlə ittifaq olsun. Q.Zakir. // məc. klas. Kədərli, məhzun, təsəllisiz. Vaqifəm, olmuşam zülfə giriftar; Könlüm viran, halım xarab, günüm zar. M.P.Vaqif. viranedici sif. Viranə halına salan, yıxıb-dağıdıcı, xarabazara çevirən. Viranedici müharibələr. Viranedici zəlzələ. viranə is. [fars.] Xaraba, yıxıq bina, uçuq bina qalıqları. Mənzil olur gəh mənə viranələr; Cin görürəm, can görürəm, qorxmuram. M.Ə.Sabir. Mən onda bildim ki, yaranmaq nədir? Bəşərsiz kainat bir viranədir. S.Vurğun. // klas. Məc. mənada. Xeyli müddətdir ki, könlüm eşq ilə viranədir; İmdi ol viranəni abad qılsan, vaxtıdır. Xətayi. viranələnmək f. Viranə halına gəlmək, dağılmaq, bərbad olmaq. // Məc. mənada. Bir qəmzəsi qanlı, həramı, yağı; Çapdı könlüm şəhrin, viranələnmiş. M.V.Vidadi. viranəlik is. Xarabazar yer, viran olmuş yer; xarabalıq, xarabazarlıq. viranxana is. [fars.] Xaraba, viranə, xaraba qalmış ev (hiddət, yaxud kədər məqamında evə işarədir). [Qarı:] Öz viranxananda otur, .. bu il taxılımız da yaxşıdı. M.Hüseyn. vird is. [ər.] Dindarların bir savab iş kimi tez-tez söylədikləri, təkrar etdikləri dini kəlam, söz, ifadə. Gər vəfa qıl bu Xətayi bəndənə, ya qılma, kim; Ruzü şəb verdim sənə zikrü duadır, bilmiş ol. Xətayi. Əhli-dünyayə virdi lənətdir; Gecə-gündüz xəyalı dövlətdir. S.Ə.Şirvani. Aç dilini, yum gözünü, zahida; Vird oxu, heç anlama mənasını. M.Ə.Sabir. • Vird etmək (eləmək) – bir söz və ya kəlməni tez-tez təkrar etmək, daim söyləmək, dilinin əzbəri etmək. Məşədi Hacı əlində təsbeh dodaqları dua vird edir. C.Məmmədquluzadə. Canamaz üstündə kəsilmiş taqəti; Vird etmək adəti. M.Müşfiq. Bu sözləri Səfər vird eləmişdi. S.Rəhimov. virtual sif. [ing.]\n1. Fakta əsaslanan, həqiqi, gerçək.\n2. Mümkün olan, imkan daxilində, müəyyən şəraitdə meydana çıxa bilən.\n3. Xəyali, əsli olmayan. virtuoz [ital.] mus. Öz sənətinin texnikasına mükəmməl yiyələnmiş mahir ifaçı (çalğıçı və ya müğənni). // dan. Hər hansı bir işdə ən böyük məharət qazanmış adam; mahir usta. Çayı dəmləməkdə, bir ovcuna beş-altı armudu stəkan stola gətirməkdə o qədər məharət qazanıb ki, biz onun adını virtuoz çayçı qoymuşuq. S.Rəhman. virtuozluq is. mus. Ustadlıq, mahirlik, məharət, mahir sənətkarlıq. Skripka çalmaqda virtuozluq göstərdi. virus is. [lat.] İnsan və bitkilərdə yoluxucu xəstəlik törədən mikrob. viski is. [ing.] Tünd spirtli ingilis içkisi. viskoz [lat.]\n1. Süni lif, sellafon və s. hazırlamaq üçün işlədilən sellülozdan alınan üzvi maddə.\n2. Süni ipək. // sif. Süni ipəkdən hazırlanmış, tikilmiş. Viskoz köynək. Viskoz jaket. Viskoz parça. viskozlu sif. Viskoz qarışığı olan. vismundir [xar.] İnqilabdan əvvəlki Rusiyada: məmurların geydiyi rəsmi paltar, frak. [Maslennikov] üstdən vismundir geyinmişdi. Tolstoydan. Neva prospektində birdənbirə bahar olur; buranı yaşıl vismundir geymiş məmurlar bürüyür. Qoqoldan. viş is. Nazik bərk ip. vişnə is. [rus.] Albalı, gilənar. Vişnə mürəbbəsi. vitalist [fr.]\n1. Vitalizm tərəfdarı.\n2. Vitalizmə aid olan. vitalizm [fr.] Biologiyada: həyat prosesləri və hadisələrinin maddi əsaslardan deyil, orqanizmlərdə olan xüsusi qeyri-maddi əsasdan – “həyati qüvvədən” asılı olduğunu iddia edən mürtəce idealist cərəyan. vitamin [lat.]\n1. İnsan və heyvanın qidalanması, maddələr mübadiləsi və orqanizmin normal fəaliyyəti üçün lazım olan müxtəlif tərkibli üzvi maddə. Polşa alimi Kazimir Funk həyat üçün zəruri olan maddələri vitaminlər adlandırmışdır – “vita” latınca həyat, “amin” isə atomlu birləşmə deməkdir.\n2. Tərkibində bu cür maddə olan preparat. “A” vitamini. “E” vitamini. vitaminləşdirilmə “Vitaminləşdirilmək”dən f.is. vitaminləşdirilmək məch. Vitamin daxil edilmək, vitamin qatılmaq. vitaminləşdirilmiş f.sif. Vitamin daxil edilmiş, vitamin qatılmış, vitaminli. Vitaminləşdirilmiş balıq yağı. vitaminləşdirmə “Vitaminləşdirmək”dən f.is. vitaminləşdirmək f. Vitamin daxil etmək, vitamin qatmaq. vitaminli sif. Tərkibində vitamin maddəsi olan. Vitaminli yeməklər. Vitaminli göyərtilər. Vitaminli sabun. vitaminsiz sif. Tərkibində vitamin olmayan. vitaminsizlik is. Yeyintidə vitaminlərin olmaması, ya çatışmaması. Vitaminsizlik xəstəliyi. vitrin [fr.] Malları və ya müxtəlif şeyləri nümayiş etdirmək üçün mağaza pəncərəsinin dalında sərgi yeri, yaxud şüşə ilə örtülü şkaf, yeşik və s. Laçın iki aydan bəri görmədiyi qəsəbənin ayrı-ayrı evlərinə, dükanların xırda-xuruşla bəzənmiş vitrinlərinə baxa-baxa gedirdi. M.Hüseyn. ..Məktəblilər vitrinlərin qabağında dayanıb baxır, kitabların üstünü oxuyur, bir-birinə göstərirdilər. Mir Cəlal. Böyük dükanların vitrinləri, divarlar, hasarlar afişa, elan və reklamlarla dolu idi. S.Rəhman. vitse... [lat.] Mürəkkəb sözlərin əvvəlində: müavin, köməkçi mənasında olan hissəcik; məs.: vitse-prezident, vitse-konsul. İrəvanda da, deyirlər, vitse-konsulun köməkçisi biletin birinə düşəndə on manat alır. C.Məmmədquluzadə. vitse-admiral Hərbi donanmada: ikinci admiral rütbəsi. vivaçe zərf [ital.] mus. Lap tez, çox iti templə. vivari is. [lat.] Təcrübədə istifadə olunmaq üçün müxtəlif heyvanlar, əsasən laboratoriya heyvanları saxlanan bina. viza [lat.] rəs.\n1. Bir xarici ölkəyə daxil olmaq, orada yaşamaq, yaxud oradan getmək üçün xarici pasportda edilən xüsusi qeyd, rəsmi icazə. Viza almaq. Viza vermək. – Miss Hannanın pasportunu Culfa jandarm polkovniki Ştraub viza etmişdi. M.S.Ordubadi.\n2. Rəsmi vəzifə sahibinin, hər hansı bir kağız üzərində onun məzmunu ilə razı olduğunu göstərən qeydi. Viza qoymaq. Müdir öz vizasını qoydu. vizalama “Vizalamaq”dan f.is. vizalamaq f. rəs. Viza qoymaq (bax. viza). vizalanmaq məch. rəs. Viza qoyulmaq (bax. viza). Pasportlar vizalanmışdır. vizalatmaq f. rəs. Viza qoydurmaq (bax. viza). vizit [fr.]\n1. Görüş. [Əbdürrəhman bəy:] Elə şeyləri sən özün yaxşı bilirsən, gərək o gəlsin vizitə, yoxsa mən gedim ona deyim? N.Vəzirov. [Həsən ağa:] Necə, nə üçün məktəb qurtarıbdır, ağsaqqala gərəkdirmi bir vizit versinlər? Ə.Haqverdiyev.\n2. Həkimin xəstə yanına gəlməsi. vizitka [rus. əsli fr.] köhn. Qabaq tərəfdən bir-birindən aralı duran yarımdairə şəkilli uzun ətəkləri olan birbortlu sürtuk (kişi paltarı). Vizitkaların ətəkləri qartal qanadları kimi sağa və sola dönürdü. M.S.Ordubadi. vizual sif. [lat.] Gözlə və ya aparatla görünən. vodevil [fr.] Əksərən birpərdəli gülməli pyes. vodevilçi is. Vodevil yazan yazıçı. voj [rus. vojji sözündən] Uzun cilov qolları; qoşqu atını və atları sürmək üçün cilovla birləşdirilmiş uzun qayışlar. – Qoşa qəmər atlarımın vojlarını aldım əlimə. C.Məmmədquluzadə. vokal sif. [lat.] Səsə aid olan, oxumaqla ifa edilən, oxumağa aid olan, oxunmaq üçün yazılmış. Vokal musiqi. Vokal əsər. Konservatoriyanın vokal sinfi. – Vəznsiz musiqiyə bunlar daxildir: ladlar üzərində vokal və çalğı gəzişməsi (improvizasiyası). Ü.Hacıbəyov. Böyük Azərbaycan şairi Nizaminin qəzəlləri də vokal lirika yaratmaq işində Azərbaycan kompozitorları üçün gözəl ilham mənbəyi olmuşdur. Ə.Bədəlbəyli. vokalist [lat.] mus. Müğənni yetişdirən mütəxəssis, səs mütəxəssisi. // Xüsusi təhsil almış müğənni. vokalizm [lat.] dilç. Bir dilin səssizlər sistemi, onların xüsusiyyətləri və bir-birinə münasibəti. voleybol [ing.] idm. İki komandanın topu tor üzərindən bir-birinə atmasından ibarət idman oyunu. Voleybol zehni işdən sonra istirahət etmək üçün ən yaxşı vasitələrdən biridir. voleybolçu is. Voleybol oynayan idmançı. volfram xüs. kim. Ağ-parlaq, çox yüksək hərarətdə əriyən kimyəvi element – metal. Nadir və aztapılan elementlərdən volfram, molibden, berillium .. və başqaları xüsusi yer tutur və onların yeni yataqlarının tapılması elm və texnikanı çox maraqlandırır. M.Qaşqay. volframlı sif. Tərkibində volfram olan. Volframlı polad. Volframlı boyalar. volost [rus.] İnqilabdan əvvəlki Rusiyada və rayonlaşmadan əvvəl SSRİ-də qəzanın tərkibinə daxil olan kiçik inzibati-ərazi vahidi. 15 il bir dabana mən bu volostda can qoymuşam. S.Rəhimov. Kiçik zabit Prişibeyev, siz volost yüzbaşısı Alyapovu, kəndxuda Yefimovu təhqir etməkdə təqsirləndirilirsiniz. Çexovdan. volt [italyan fiziki Voltanın adından] Elektrik cərəyanı gərginliyinin ölçü vahidi. ‣ Volt qövsü fiz. – bir-birinə yaxın duran iki elektrondan keçən cərəyanın əmələ gətirdiyi yüksək hərarətli ağ işıqlı qövs. volta [xar.] Yüngül pambıq parça növü. voltaj [xar.] fiz. Elektrik dövrəsində volt ilə ifadə olunan gərginliyin köhnə adı. voltametr [xüs. Volt və yun. metr] fiz. Elektrik cərəyanı qüvvəsini, onun kimyəvi təsirinə görə ölçmək üçün cihaz. volt-amper xüs. fiz. Dəyişən elektrik cərəyanının zahiri qüvvəsinin ölçü vahidi. volterçi is. tar. Volter tərəfdarı (bax. volterçilik); azad düşünən adam, azadfikirli. volterçilik is. tar. Din və feodalizm düşməni olan məşhur fransız yazıçısı və mütəfəkkiri Volterin (1694-1778) fəlsəfi görüşləri üzərində qurulmuş dünyagörüşü (XVIII əsrin ikinci yarısında və XIX əsrin əvvəllərində volterçilik adətən tərəqqipərvər maarifçilik və azadfikirlilik mənasında işlənirdi). voltmetr [ital. xüs. Volt və yun. metr] fiz. Elektrik dövrəsinin iki nöqtəsi arasındakı elektrik cərəyanının gərginliyini ölçmək üçün cihaz. [Yaşar:] Tanya, sən də voltmetri qur, reostatı işlət. C.Cabbarlı. volyer is. [fr.] Heyvan saxlamaq üçün qəfəs, evcik və heyvanların gəzişməsi üçün topla hasarlanmış meydança. volyuntarist [lat.] fəls. psix.\n1. Volyuntarizm tərəfdarı.\n2. Volyuntarizmə əsaslanan. volyuntarizm [lat.]\n1. fəls. İradənin dünyanın inkişafında əsas rol oynadığını iddia, təbiət və cəmiyyətdə obyektiv qanunauyğunluğu və zəruriyyəti inkar edən mürtəceidealist fəlsəfi cərəyan.\n2. psix. Ağlı deyil, iradəni psixik həyatın həlledici amili hesab etmə. volyuta is. [lat.] Mərkəzində dairəsi olan spiralşəkilli memarlıq bəzəyi. vona is. Koreya Xalq Demokratik Respublikasında pul vahidi. votum [lat.] Səsvermə vasitəsilə qəbul edilən qərar, fikir. • Etimad, yaxud qeyrietimad votumu – parlamentin, hökumətin, yaxud onun ayrı-ayrı üzvlərinin – nazirlərin fəaliyyətini bəyənib-bəyənmədiyini səsə qoyma vasitəsilə ifadə etməsi. vtulka is. [rus.]\n1. tex. Çarxların içərisində sürtünməni azaltmaq üçün metal borucuq və halqa.\n2. Tıxac. vual is. [fr.]\n1. Nazik daraqlanmış yun, pambıq, yaxud ipək sapdan hazırlanan hamar, şəffaf parça.\n2. Örtük, örpək. vulkan I. [lat.] Təpəsindəki deşikdən od, qaz püskürən konusşəkilli dağ; yanar dağ. Palçıq vulkanı. Sönmüş vulkan. – Vulkan hadisələri dedikdə, biz yerin dərin qatlarından yanar odlu maddənin (maqmanın) yer səthinə çıxmasını nəzərdə tuturuq. M.Qaşqay. // məc. Obrazlı təşbehlərdə. Xilas et bu darğın qəlbi möhnətdən; Başımda sevdanın vulkanı yanar. S.Vurğun. [Afət:] Ürək od püskürən coşqun vulkandır; Vüsala irməyib xeyli zamandır. M.Rahim. Ürəyində vulkan kimi nifrət coşan Gülara hara getdiyini, bu axşam harada qalacağını bilmirdi. Ə.Vəliyev.\n\nII. is. [lat.] Qədim Roma mifologiyasında od allahı. vulkanik sif. Vulkandan əmələ gələn, vulkan nəticəsində baş verən, vulkanizm hadisəsi ilə əlaqədar olan. Vulkanik hadisələr. Vulkanik maddələr (lava, qazlar, kül və s.). Vulkanik adalar (dənizdə vulkan püskürməsi nəticəsində əmələ gəlmiş adalar). Vulkanik süxurlar (soyumuş püskürtüdən – lavadan əmələ gəlmiş süxurlar). Vulkanik zəlzələ (vulkanla əlaqədar yer tərpənməsi). vulkanizasiya [lat.] xüs.\n1. Materiala daha artıq möhkəmlik vermək üçün kauçuku və quttaperçanı əsasən qaynar halda işləmə üsulu.\n2. Xarab olmuş, deşilmiş, zədələnmiş avtomobil, velosiped şinlərini təmiretmə üsulu. vulkanizator [lat.] xüs. Avtomobil, velosiped və s. şinlərini və ümumiyyətlə, kauçukdan qayrılmış şeyləri vulkanizasiya üsulu ilə təmir etmək üçün cihaz. vulkanizm [lat.] Yer kürəsinin dərinliklərindən qalxan ərgin silikat kütləsinin (maqmanın) hərəkəti ilə əlaqədar olan hadisələrin məcmusu. Vulkanizm prosesi. – Geologiya elminin vulkanizm haqqında olan bəhsini rus alimləri düzgün yola salmışlar. M.Qaşqay. vulqar sif. [əsli lat.]\n1. Həddən artıq sadələşdirilərək (bəsitləşdirilərək) təhrif edilmiş; bayağı, qaba. • Vulqar materializm – XIX əsrin 50-60-cı illərində Almaniyada meydana gəlmiş xırda burjua fəlsəfi cərəyanı. Vulqar materialistlər fikrin maddədən törədiyini çox bəsit, qeyri-elmi bir surətdə izah edirdilər.\n2. dilç. Qeyri-ədəbi, ədəbi dilə zidd. Vulqar söz, ifadə. vulqarcasına zərf Bayağı surətdə, qaba şəkildə. vulqarizm [lat.] dilç. Ədəbi dil normalarına zidd olan qaba (qeyri-ədəbi) söz və ya ifadə. vulqarlaşdıran (=vulqarlaşdırıcı) sif. Bayağılaşdıran, qabalaşdıran; bir məsələnin, fikrin mənasını təhrif olunacaq dərəcədə sadələşdirən. vulqarlaşdırıcı (=vulqarlaşdıran) sif. Bayağılaşdıran, qabalaşdıran; bir məsələnin, fikrin mənasını təhrif olunacaq dərəcədə sadələşdirən. vulqarlaşdırılma “Vulqarlaşdırılmaq”dan f.is. vulqarlaşdırılmaq məch. Bayağılaşdırılmaq, qabalaşdırılmaq, mənası təhrif olunacaq dərəcədə sadələşdirilmək. vulqarlaşdırmaq f.sif. Bayağılaşdırılmış, qabalaşdırılmış, mənası təhrif olunacaq dərəcədə sadələşdirilmiş. vulqarlaşma “Vulqarlaşdırmaq”dan f.is. vulqarlaşmaq f. Bayağılaşmaq, qabalaşmaq. vulqarlıq is. Vulqar şeyin halı; bayağılıq, qabalıq. vurağan sif.\n1. Buynuzla, yaxud təpiklə vurmaq xasiyyəti olan. Vurağan inək. Vurağan keçi. Vurağan at.\n2. Sancan. Piri kişi bir pətəyə çatdıqda dedi: – Bu pətəyin arıları çox vurağandırlar. Bunlardan özünüzü gözləyin. S.S.Axundov. vurağanlıq is. Vurağan heyvanın xasiyyəti. vuran I. is. riyaz. Vurma əməlində: vurma hasilini almaq üçün bir ədədin digər ədədə neçə dəfə vurulduğunu göstərən ədəd.\n\nII. f.sif. bax. vurağan 1-ci mənada. Vuran öküzə Allah buynuz verməz. (Ata. sözü). vurçatlasın is. dan. Qarmaqarışıqlıq, ara qızışma, mərəkə, səs-küy; dava-vuruşma (adətən bir işin, hadisənin qızışdığını, ən qızğın çağını bildirir). Bəli, vurçatlasın, çal oynasın, yeddi gün, yeddi gecə toy eyləyib, axırıncı gün İbrahimi gətirib, qatdılar qızın otağına. (Nağıl). Vurçatlasının şirin yerində kəndin ağsaqqallarından biri ortaya çıxıb, sağ əlini yuxarı qaldırdı. “Kirpi”. vurdurma “Vurdurmaq”dan f.is. vurdurmaq “Vurmaq”dan icb. vurğu I. is.\n1. Vuruş, zərbə. Yan alan gəmilərin vurğusundan qorumaq üçün əsasın qabaq hissəsində xüsusi qoruyucu qoyulur. Quliyev. Günəş şüalarından düzgün istifadə etmədikdə, dərinin yanması, ümumi əzginlik, Günəş vurğusu kimi hallar baş verə bilər. Babayev. // Vurma. Bir əsər yaranır hər düşüncədən; Hər qəlb vuruşunun öz mənası var. S.Vurğun. Döyüşlərə çağırır saatların vurğusu. S.Rüstəm.\n2. dan. İflic, beyinə qan vurma.\n3. məc. Afət, bəla. [Nəsib əmi:] Matməəttəl qalmışam ki, bu nə bəladı, nəzərdi, gözdü, afətdi, vurğudu, qarğışdı, nədi bilmirəm! Mir Cəlal.\n\nII. is. qram. Kəlmədə müəyyən səsin (səslinin) ucalması və bunun üçün o səsin və ya hərfin üzərinə qoyulan işarə. Vurğu işarəsi. vurğulu sif. dilç. Üzərində vurğu (vurğu işarəsi) olan. Vurğulu hərf. vurğun sif.\n1. Vurulmuş, aşiq olmuş, həddindən artıq sevən; məftun. Zəfər sözünün də vurğunuyam mən; Günəşdən ucadır onun bayrağı! S.Vurğun. [Aybəniz:] Elçin Reyhanın vurğunudur, .. mən onların məhəbbətinə mane olmaq istəmirəm. M.Hüseyn. Mən də sənin kimi gülə vurğunam. M.Rahim.\n2. dan. bax. vurğu1 2-ci mənada. Bu böyük itik, bu kədərli faciə.. Atabalaya bir vurğun kimi təsir etdi. A.Şaiq. vurğusuz sif. dilç. Vurğusu olmayan. Vurğusuz heca. vurğusuzluq is. dilç. Vurğu olmaması. vurhavur 1. is. Dava, vuruşma, dalaşma, qarmaqarışıqlıq, səs-küy, qalmaqal. Kazım gülərək dedi: – Ay Allahqulu, yaxşı ki, yaxamızı bu vurhavurdan qurtardıq. Çəmənzəminli. Açıldı bayraqlar, çalında boru; Fələk görməmişdi bu vurhavuru. Ə.Cavad.\n2. zərf Fəaliyyətlə, cəhdlə, durmadan, qızğın surətdə. Çörəkxanadakılar vurhavur işləyir, su tökür, xəmir yoğurur, kürəyə od qoyurdular. Mir Cəlal.\n3. is. dan. Təntənə, dəbdəbə, calal mənasında. Qızı vurhavurla (z.) köçürdülər. vurhay (=vurharay) is. dan. Səs-küy, qalmaqal, vurçatlasın. vurharay (=vurhay) is. dan. Səs-küy, qalmaqal, vurçatlasın. vurma 1. “Vurmaq”dan f.is.\n2. riyaz. Hasil almaq üçün bir ədədin başqa bir ədədə, yaxud öz-özünə vurulması. Vurma əməli. Vurma cədvəli. vurmaq f.\n1. Əli ilə və ya əldə tutulan bir şeylə çırpmaq, zərbə endirmək. Ağacla vurmaq. Şillə vurmaq. Qamçı ilə vurmaq. Əllərinə vurmaq. – [İvan bəy:] Səsini kəs, buyuraram, başına yüz tatarı vurarlar. N.Vəzirov. Fərraşlar Məşədi Həsəni yıxıb, ayağına on çubuq vurdular. Çəmənzəminli. Əlimdəki dəyənəyimlə iti vura-vura (z.) qovdum. A.Şaiq. // Buynuz, təpik və s. ilə zərbə endirmək. İnək uşağı vurdu. Onu at vurmuşdur. // Döymək, kötəkləmək. Uşağı vurmaq olmaz.\n2. Bir şeylə toxundurmaq. Qasım kişi çaxmağı daşa vurub, qovu basır çubuğa. C.Məmmədquluzadə. [Rüstəm:] Mən yavaşca öküzün boynuna vurub, həyətə döndərdim. S.Rəhimov. Eldar Ayazın çiyninə vurdu. Ə.Məmmədxanlı.\n3. Çalmaq, çaxmaq, qaxmaq, soxmaq. Mıx vurmaq. Paya vurmaq.\n4. Güllə ilə vurub öldürmək. Ovçular meşədə üç qaban vurdular. – Bir dəfə Tükəzban xala gecə bostandan qayıdırkən tüfəng ilə bir canavar vurub öldürmüşdü. B.Talıblı. // Bir şeylə vurub yaralamaq. Quşu ayağından vurmuşlar. – [Kərbəlayı Rəcəb:] Arığın nə işi var qoruqda, vuralar qılçası sına. N.Vəzirov.\n5. Atəşə tutmaq, topa tutmaq, gülləyə basmaq. Sahildən düşmən gəmilərini vurmaq. • Vurub salmaq – güllə və s. zərbəsinin gücü ilə yerə düşməyə məcbur etmək. Ağacdan almanı vurub salmaq. Zenitçilər düşmən təyyarəsini vurub saldılar.\n6. Bir şeyi sərrast atıb hədəfə toxundurmaq, dəydirmək. Nişanı vurmaq. Nə qədər atdımsa, hədəfi vura bilmədim.\n7. Dayamaq, dirəmək, qoymaq, söykətmək. Divara dayaq vurmaq. Ağaca dəstək vurmaq.\n8. Taxmaq, keçirmək, bağlamaq. Atın ayağına cidar vurmaq. – Səlim bəy Nəbinin ayaqlarına qandal vurub, Gorus qazamatına göndərir. “Qaçaq Nəbi”. [Gilə] içəri girib, qapını örtdü və sürməsini vurdu. Ə.Vəliyev.\n9. Yükləmək, yığmaq, çatmaq, doldurmaq. Arabaya (maşına, gəmiyə) yük vurmaq, tay vurmaq. – Çıx minbərə, zahirdə oxu nəql kitabı; Buğdanı vur anbara, elə meyl şərabı. M.Ə.Sabir.\n10. Taqqıldatmaq, döymək. Qapını vurmaq. Darvazanı vurmaq. – Hələ şam yeməyi hazır olmadan, iki qız bir də anası qapını vurub içəri girdilər. M.S.Ordubadi. // Döyəcləmək, çalmaq. Nağara vurmaq. Dəf vurmaq. // t-siz. Zərbə və ya başqa bir səslə bildirmək, xəbər vermək. Telefonun zəngi vurdu. Saat 12-ni vurdu.\n11. Xarab etmək, məhv etmək, zədələmək, zərər vermək. Almaları dolu vurdu. Əkinləri don vurdu. Meyvələri şaxta vurmuşdur. – Şaxta vurmayacaq göy zəmiləri; Qış gəlib gedəcək bir bahar kimi. S.Vurğun. |Nəbi:] Yenə dolu vurdu bizim bağları; Az qaldı ki, düşmən ala dağları. “Qaçaq Nəbi”.\n12. məc. Bərk təsir etmək. Saçlarının ətri və bədəninin hərarəti Rüstəmi uzaqdan vurur, ruhunu oxşayırdı. M.İbrahimov. Kərim bəy qapını açanda ağır və boğucu isti hava onu vurdu. Mir Cəlal. Gorus dağının başında Nəbini isti vurur, bir kölgəlik tapıb uzanır. “Qaçaq Nəbi”.\n13. məc. dan. İçmək (yalnız spirtli içki haqqında). [İsmayıl bəy:] Günorta əyləşib, gecə yarısınadək vurdunuz, o sənin sağlığına, sən onun. N.Vəzirov. [Səfər bəy:] Gəlib Mirzə Turabla araq vursaydım, bundan yaxşı olardı. B.Talıblı.\n14. dan. Oğurlamaq, çırpışdırmaq, çalmaq. [Əhməd dedi:] Sandıqçanı vurmuşam, içi dolu pul. N.Nərimanov.\n15. Sürtmək, çəkmək, yaxmaq. Pəncərələrə rəng vurmaq. Üzünə pudra vurmaq.\n16. Yapışdırmaq, asmaq. Divara elan (afişa) vurmaq. Divara xalça vurmaq.\n17. Yıxmaq, çırpmaq. Hüseynağa çölə çıxdıqda külək onu yumurlayıb yerə vurdu. M.İbrahimov.\n18. riyaz. Artırmaq, zərb etmək. Beşi ikiyə vurmaq.\n19. “Özünü” sözü ilə – yalandan göstərmək, oxşatmaq. Özünü dəliliyə, bilməməzliyə, xəstəliyə vurmaq. – [2-ci əcinnə:] Özünü vurubsan səfehliyə, xanımın xoşuna gəlib, səni çörəkləyib saxlayır. Ə.Haqverdiyev. Nəbi özünü karlığa vurub, ona yaxın gəlməsini əli ilə işarə edir. “Qaçaq Nəbi”.\n20. “Özünü”, “özlərini”, “özümüzü” sözləri ilə – soxulmaq, girmək, bir şeyin içərisinə atılmaq, dalmaq, cummaq, yönəlmək, üz tutmaq. Özünü sürüyə vurdu. Özlərini meşəyə vurdular. – [Nəbi:] Uşaqlar, yerimiz açıqdadı. Zalım uşağı bizi qıracaq, atları minib, özümüzü düşmənin qoşununa vuraq! “Qaçaq Nəbi”. Eyvaz kişi özünü çaya vurdu. Ə.Vəliyev.\n21. Sancmaq, çalmaq. İlan vurmaq. Əqrəb vurmaq. – Əziziyəm, qan damar; Arı vurar, qan damar; Kasıblıq adın çəkmə; Ürəyimə qan damar. (Bayatı.) [Səadət xanım:] İlan vuran yatar, amma mənim yuxum gəlməz. N.Vəzirov.\n22. Calamaq, aşılamaq. Peyvənd vurmaq. Aşı vurmaq. – Vurduq ağaclara biz peyvənd, calaq. Seyidzadə.\n23. Kəsmək, kəsib gödəltmək. Paltarın ətəyindən bir qədər vurmaq. Dəllək saçımı vurdu. Pambıq kollarının başını vurmaq.\n24. t-siz. Döyünmək, atmaq, işləmək. Nəbzi vurmaq. – Yenə də bir vuraydı qəlbimiz gizli-gizli; Sən ey əsmər bənizli! M.Müşfiq. Bir soruş gör, heç ürəyim bir gün onsuz vurdumu? Ə.Cəmil.\n25. t-siz. Atmaq, fışqırmaq. Fontan vurmaq. Fəvvarə vurmaq.\n26. Xüsusi cihaz və s. vasitəsilə yeritmək (maye, hava, qaz və s.). Nasosla su vurmaq. – Həkim iynəni qaynadıb, Tahirin yumşaq ətinə penisillin iynəsi vurdu. M.Hüseyn.\n27. dan. Çevirmək, bir vahidi əsas götürərək hesablamaq. Kağız pulu qızıla vurmaq.\n28. Bir sıra isimlərin yanına gətirilərək, ismin ifadə etdiyi məna ilə əlaqədar mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: dövrə vurmaq, zərər vurmaq, dəm vurmaq, əl vurmaq.\n29. “Vurdu” şəklində – birdən, gözlənilmədən. İki gün çəkmədi, vurdu anam xəstə düşdü. Mir Cəlal.\n30. “Vurub” şəklində – çox-çox geridə buraxıb, ötüb, aşıb. Trest müharibədən əvvəlki həcmi vurub keçəcəkdir. Mir Cəlal. vurnuxma 1. “Vurnuxmaq”dan f.is.\n2. is. Təlaş, təşviş, həyəcan, çaxnaşma. • Canına vurnuxma salmaq – qorxuya salmaq. Bu görülən işlərin hamısı düşmənin canına vurnuxma salmışdı. Ə.Vəliyev. vurnuxmaq f.\n1. Boş-boşuna o tərəf-bu tərəfə getmək; qurdalanmaq, yerində hərəkət etmək, boş-boşuna daim hərəkətdə olmaq, əlləşmək, çalışıb-çapalamaq. Səhərdən axşamadək vurnuxmaq. – [Dayım] sonra yenə bir o tərəf-bu tərəfə vurnuxdu. C.Məmmədquluzadə. ...Həmişə görərdin ki, [Əsgər] ülgücbülövünü xurcuna qoyub, tülənmiş sərçə kimi vurnuxur. B.Talıblı. Mahmud indi hospitalın uzun dəhlizində sağa-sola vurnuxur, şəfqət bacısını axtarırdı. Ə.Əbülhəsən.\n2. Təşvişə düşmək, təlaşa düşmək, həyəcana düşmək, nə edəcəyini bilməmək, özünü ora-bura vurmaq. İndi neçə saat idi ki, əri getmişdi. Gec gəldiyindən, arvad iztiraba düşüb vurnuxurdu. Ə.Haqverdiyev. vur-tut Cəmi, hamısı, ancaq, var-yox. [Şaqqulu:] Vur-tut səkkiz manat pul var idi. C.Cabbarlı. [Baxış oğlu Həsənin] anası isə gözünün yaşını töküb, vur-tut bir dənə balasının əlindən getməsinə ağlayırdı. B.Talıblı. [İdris] burada olanda dəstəmizdə iyirmi adam vardı. Ancaq indi vur-tut səkkizi qalıb. M.Hüseyn. vurub-yıxan sif. Azğın, qudurğan; şuluqçu, dəcəl, zərər verən (bəzən qoçaq, qorxmaz mənasında da işlənir). Teymur ağa həm məşhur kefçi, həm də nüfuzlu və vurub-yıxan cavanlardan idi. M.S.Ordubadi. Səfər doğrudan da qızların xoşuna gələnlərdən deyildi. Fəqir, başıaşağı bir oğlandı, vurub-yıxan deyildi. Ə.Haqverdiyev. vuruq is. riyaz. Vurma əməlində: iki və ikidən çox bir-birinə vurulan ədədlərdən biri. vurulan is. riyaz. Hesabda: tam ədədlərin vurulmasında eyni toplanan kimi təkrar edilən ədəd. vurulma I. “Vurulmaq1”dan f.is.\n\nII. “Vurulmaq2”dan f.is. vurulmaq I. məch.\n1. Zərbə endirilmək. Ağac ilə vurulmaq. // Döyülmək, kötəklənmək.\n2. Çalınmaq, qaxılmaq, soxulmaq. Paya vurulmaq. Taxtaya iki mıx vurulmuşdur.\n3. Güllə ilə vurulub öldürülmək. Ovda ikicə quş vuruldu. – Üzvlərdən Hacı Mirzə Həsən vuruldu. M.S.Ordubadi. Kəndxuda çox qorxaq adamdı. Uryadnikin vurulmağı onu büsbütün haldan çıxarmışdı. M.Hüseyn. // Güllə ilə və ya başqa bir şeylə vurulub yaralanmaq. Ceyran ayağından vurulmuşdur.\n4. Dayadılmaq, qoyulmaq, dirədilmək. Dəstək vurulmaq. Dayaq vurulmaq.\n5. Taxılmaq, keçirilmək, bağlanmaq. Cidar vurulmaq. Buxov vurulmaq.\n6. Sərrast atılaraq toxundurulmaq, dəydirilmək. Hədəf vurulmuşdur. // Güllə və s. ilə zədələnmək. Vurulan təyyarə qudurmuş it kimi ulaya-ulaya yerə getdi. Ə.Vəliyev.\n7. Yüklənmək, yığılmaq, qoyulmaq, doldurulmaq. Vaqonlara yük vurulub qurtardı. Maşına iki ton yük vurulmuşdur. Anbarlara on tonlarla buğda vurulub.\n8. Taqqıldadılmaq, döyülmək. Səhər çay içərkən qapı vuruldu. M.S.Ordubadi.\n9. Çalınmaq, eşidilmək. Zəng vuruldu. Bir neçə dəqiqə sonra qulluqçu Rüstəmbəyin yanına qonaq gəldiyini xəbər verdi. Çəmənzəminli. Üçüncü zəng vurulurdu. Camaat tamaşa zalına axışdı. S.Rəhman.\n10. Sürtülmək, çəkilmək, yaxılmaq. Qapıya təzə rəng vurulmalıdır.\n11. Yapışdırılmaq, asılmaq, bənd edilmək. Divarlara elan vurulmuşdur. – Kinoların qabağına nümayiş etdirilən filmlərin şəkilləri vurulmuşdu. M.İbrahimov. Qəhvəyi telefon qutusu Miçurinin portretinin düz altından divara vurulmuşdu. M.Hüseyn.\n12. riyaz. Artırılmaq, zərb edilmək. İki beşə neçə dəfə vurulmuşdur? İyirmi ikiyə vurulanda qırx alınır.\n13. Calanmaq, aşılanmaq. Calaq vurulmaq. Qələm vurulmaq. Aşı vurulmaq.\n14. Kəsilmək, kəsilib gödəldilmək, qısaldılmaq. Paltonun ətəkləri bir qədər vurulmalıdır.\n15. Cihaz və s. vasitəsilə yeridilmək (maye, hava, qaz və s.). Balona hava vurulmaq. Nasosla su vurulmaq. İynə vurulmaq.\n16. dan. Bir vahid əsas götürülərək hesablanmaq. [Soltan:] Hədiyyələri hesabladım. Qızıla vurulsa, beş yüz min dinar qiyməti var. M.Hüseyn.\n17. Bir sıra isimlərin yanına gətirilərək ismin ifadə etdiyi məna ilə əlaqədar mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: yamaq vurulmaq (yamaqlanmaq), nal vurulmaq (nallanmaq), əl vurulmaq (toxunulmaq).\n\nII. f. Bənd olmaq, aşiq olmaq, məftun olmaq, həddindən artıq sevmək. Qazamat qulluqçularından birisi Həcərə vurulur. “Qaçaq Nəbi”. [Əsgər] isə Züleyxanın sərv qamətinə vurulmuşdu. C.Cabbarlı. Can, usta, mən bir çəlik yay kimi qurulmuşam; Ürəkdən ahugözlü bir qıza vurulmuşam. M.Müşfiq. vurum is. Sərrast vurma. Ağalıq verimlədir, igidlik vurumla. (Ata. sözü). vuruş is.\n1. Vuruşma; dava, müharibə, döyüş. Qılınc vuruşundan, güllə səsindən; Yuvadakı quşlar uçhauç oldu. (Qoşma). Vuruş meydanında vuruşmağa çıx. S.Vurğun.\n2. Vurma tərzi, zərbə. Vuruşun kor vuruşuna oxşamır. (Ata. sözü).\n3. Vurma, tıqqıltı. [Turxan bəy:] Bu saatın hər vuruşu həyatımız üçün ən müdhiş bir zərbə deməkdir. H.Cavid. Qələm əldə ilhamını dinlərkən; Sən qəlbimin vuruşundan yarandın. Ə.Cavad. vuruşan f.sif. Döyüşən, savaşan, dalaşan, çarpışan, dava edən. Düşmənlə vuruşan qoşun. // İs. mənasında. Vuruşanları aralamaq. – Ofiser gördü ki, dava yaman qızışıb, bunların heç birinin vecinə gəlmir, əmr [etdi] ki, vuruşanları gülləyə bassınlar. H.Sarabski. vuruşdurma “Vuruşdurmaq”dan f.is. vuruşdurmaq icb. Bir-birinin üzərinə salışdırmaq, savaşdırmaq, aralarına dava salmaq. Dostları vuruşdurmaq. vuruşqan sif. Çox vuruşan, döyüşən, savaşqan; vuruşmağı, savaşmağı sevən. Vuruşqan uşaq. vuruşma 1. is. Döyüş, çarpışma, dava, savaş, savaşma. Fəxrəddinlə turanlıların vuruşmaları bir saatdan artıq çəkdi. M.S.Ordubadi. Vuruşa zamanı hər iki tərəf böyük tələfat vermiş(di). A.Şaiq. Bu vuruşmalarda ən çox əzab-əziyyət çəkən, ölən zəhmətkeş adamlar olurdu. S.S.Axundov.\n2. “Vuruşmaq”dan f.is. vuruşmaq f.\n1. Döyüşmək, savaşmaq, çarpışmaq. Düşmənlə vuruşmaq. – Gəl indi cəbhəyə, yoldaş olaq biz; Bir cüt aslan kimi vuruşaq qoşa. S.Vurğun.\n2. Dalaşmaq, kötəkləşmək, bir-birini vurmaq (yumruqla, ağacla və s. ilə).\n3. məc. Bir şey uğrunda mübarizə etmək, bir şeyi əldə etməyə ciddiyyətlə çalışmaq. Bol məhsul uğrunda vuruşmaq.\n4. məc. Mübahisə etmək, höcətləşmək, bəhsləşmək. Mollayev savadlı adamlarla vuruşanda daha amansız olurdu. M.Hüseyn. vücud is. [ər.]\n1. Olma, varlıq, mövcud olma, var olma. Bəs bunların vücudu nəyə lazımdır! M.F.Axundzadə. Kəndlilər onun [Xəlilin] vücudunu özləri üçün bir nemət bilirdilər. S.Hüseyn. • Vücuda gəlmək – əmələ gəlmək, meydana gəlmək, ortaya çıxmaq, törəmək. Hüsnün kitabətindən gəldi vücudə aləm. Nəsimi. [Əhməd] bu uzun müddət içində Bakıda nə kimi bir dəyişiklik vücuda gəldiyini görmək, bilmək istəyirdi. A.Şaiq. Vücuda gətirmək – yaratmaq, törətmək, meydana gətirmək.\n2. Cisim, bədən, orqanizm. [Fəxrəddin:] Yox, o deyil, mənim sevgilimin boyu bundan daha ucadır, vücudu daha böyük tənasübə malikdir. M.S.Ordubadi. [Qadının] qarabuğdayı üzündə bir dirilik, yanaqlarında vücudunun sağlamlığından nəşət edən bir qırmızılıq .. mövcuddur. S.Hüseyn. Vücudun möhkəm olması döyüşçü üçün mühüm şərtdir. Mir Cəlal.\n3. Adam, şəxs. Amma mən elə başa düşmədim ki, bu yavuqlarda vəfat edən bir vücudun barəsində o qədər çığır-bağır saldılar. C.Məmmədquluzadə. Məşədi Səttar dedi: – Bu da bir tühaf vücuddur. Ə.Haqverdiyev. Gözümün qarşısında mələk qədər məsum bir vücud od içində yanır. S.Hüseyn. [Səfər bəy:] A kişi, Mirzə Turab, sənə kişi kimi söz deyirəm, siz iki qardaşsınız, ikiniz də alim vücudsunuz. B.Talıblı. vücudlu sif. Bədənli, gövdəli, cüssəli, əndamlı. Qız ucaboylu, sağlam vücudlu, sarısaçlı bir rus qızı idi. M.S.Ordubadi. Qasım ağa qalxıb qapıya çatmamış, qələmkar pərdə qaldırıldı, içəri ortaboylu, dolğun vücudlu gözəl bir qadın girdi. Çəmənzəminli. Rəisi onu [Rzanı] uzunboylu, təqribən səkkiz put ağırlığında dolğun vücudlu bir ağaya təqdim etdi. M.İbrahimov. vücudnamə is. [ər. vücud və fars. ...namə] Folklorda: insanın doğulduğu gündən son gününə qədər keçirdiyi həyatın ayrıayrı mərhələlərini əks etdirən aşıq şeri forması. Vücudnamənin ən gözəl nümunəsini Aşıq Bozalqanlı vermişdir. vükəla [ər. “vəkil” sözünün cəmi] köhn. Vəkillər. vüqar is. [ər.] Öz heysiyyətini, mənliyini yüksək tutma, mühafizə etmə; təmkin, ağırlıq, ciddiyyət, başıucalıq. Qartalgözlü Əmirxanın baxışlarında; Bir kişilik, bir də vüqar oxuyur gəlin. S.Vurğun. [Qəhrəman:] Onlar nə qədər həyəcanlı olsalar da, özlərini yaxşı saxlayır və vüqar göstərirdilər. H.Nəzərli. // məc. Əzəmət, böyüklük. Pozmamışdır vüqarını nə qasırğa, nə tufan. S.Rüstəm. Bir vüqar duyaraq onun səsində; Yer-göy alqışladı bu qəhrəmanı. M.Rahim. Bu heykəlin vüqarı bölüyə aşkar olduqca, qəribə təsir edirdi. Ə.Əbülhəsən. vüqarla zərf Əzəmətlə, başını dik tutaraq, təmkinlə. Bir qaya başına qartal qonaraq; Dayanmış yenə də sakit vüqarla! S.Vurğun. Rüstəm .. bir dilək üçün heç kəsin qabağında qəddini əymir, vüqarla öz əlinə baxırdı. S.Rəhimov. // məc. İftixarla. Dünya gözəlləşir, dəyişir aləm; Ömür yollarını vüqarla keçdim. B.Vahabzadə. vüqarlı sif. Öz heysiyyətini, mənliyini qoruyan; təmkinli, təşəxxüslü, ağır, başıuca, məğrur. Vüqarlı adam. – Baş-başa çatılmış bu qoca dağlar; Vüqarlı qəlbimtək bu uca dağlar. S.Vurğun. [Möhsün müəllim:] Necə ola bilər ki, o vüqarlı müəllim, 300 uşağın qayğıkeş mənəvi atası, bu ətrafın yanan çırağı birdən-birə sönsün? S.Rəhimov. // Zərf mənasında. Özünü vüqarlı tutmaq. vüqarlılıq is. Təmkinlilik, ağırlıq, ciddilik, öz mənlik və heysiyyətini uca tutma, qoruma; başıucalıq. Maral ayağa qalxanda Qara kişi onun vüqarlılıq verən dəriyaxalı qara drap paltosuna nəzər yetirdi. Əbülhəsən. vüqarsız sif. Vüqarı olmayan, vüqardan məhrum; heysiyyətsiz. Vüqarsız adam. vüqarsızlıq is. Vüqarı, heysiyyəti olmama; heysiyyətsizlik. vüqu [ər.] köhn. Vaqe olma, baş vermə. Hadisati-mütənəvviənin vüquundan sonra, Məhəmməd şah Səfəvi səltənəti öz oğlu Şah Abbasi-Əvvələ təslim etdi. M.F.Axundzadə. Bir qadın da .. ətrafında vüqu bulan hər bir şeyə gözaltı baxıb diqqət yetirirdi. B.Talıblı. vüquat [ər. “vüqu” sözünün cəmi] Vaqe olan hadisələr. vüquf is. [ər.]\n1. Xəbərdar olma, bilmə.\n2. Durma, duruş. vürud is. [ər.] köhn. Varid olma, gəlmə, yetişmə, çatma, varma. İrana əvvəl vüruddan Xəlilin zəkavəti, çapıqlığı, ayıqlığı Ağahüseyni təəccübə gətirdi. Ə.Haqverdiyev. vüsal is. [ər.] şair. Görüşmə, qovuşma; sevgilisinə çatma. Ey Füzuli, kəsmə ol məhvəş vüsalından ümid. Füzuli. İstər vüsalını Vidadi xəstə; Üz xakə fərş elər, düayə düşər. M.V.Vidadi. Dərmansız dərdimə bulunmaz çarə; Müyəssər olmasa vüsalın, Pəri. Mirzə Həsən. [Ənvər:] Milyonlarca gənclərin min bir həsrət və intizarla gözlədiyi vüsalın sağlığına! Mir Cəlal. • Vüsalə yetmək (çatmaq) – sevgilisinə qovuşmaq, istədiyinə qovuşmaq, nail olmaq. Vüsalə yetməz əlim, zarü natəvan, ölürəm. Natəvan. vüsət is. [ər.] Genişlik. Girdman məmləkətinin iki hökmdarı bəsləyəcək qədər vüsəti vardır. M.S.Ordubadi. // Məc. mənada. İnsanın fikir və xəyalının vüsəti qarşısında yeni yollar tapmaq heç də çətin iş deyildir. M.F.Axundzadə. vüsətli sif. Geniş. vüsətlilik is. Genişlik. Qəhrəmanlıq [surətinə] xas olan vüsətlilik, Vətən və xalq səadəti yolunda aparılan şanlı mübarizələr kantata əsərlərində çox parlaq surətdə ifadə edilə bilər. Ə.Bədəlbəyli. vüslət is. [ər.] şair. Qovuşma; aşiqin öz sevgilisinə qovuşması; vüsal. Əlbəttə, bular bu şami-firqət; Bir sübh səadət ilə vüslət. Məsihi. [Əziz bəy:] İndi ki vüslət zamanı yaxınlaşıb, arzuma çatacaq ümidi ilə xəyalımı xoş edib aram tutmuşam. M.F.Axundzadə. vüsuq is. [ər.] klas. Ürəkdən inanma, möhkəm inam, etibar, xatircəmlik. Xanın onlara hər xüsusda vüsuqu var idi. M.F.Axundzadə. vüsul is. [ər.] Çatma, yetişmə, varma. Şiraz tənbəkisi göndərdim, vüsulundan məni xəbərdar eylə. M.F.Axundzadə. • Vüsul olmaq – çatmaq, yetişmək, varmaq, varid olmaq. [Fəxrəddin:] Çox yaxşı, tənək çubuqları da ki vüsul oldu. N.Vəzirov. [Nəcəf bəy:] Bəradərim Nəcəf! Kağız yazıb Cavadnan göndərmişdin, gəldi, vüsul oldu. Ə.Haqverdiyev. [Hacı:] Hacı Kazım Ələmşahova göndərdiyiniz kağız və pul qəpiyinə qədər gəlib vüsul oldu. S.Rəhimov. vüzəra is. [ər. “vəzir” söz. cəmi] köhn. Vəzirlər. Və belə güman edirlər ki, [idarə və] politika elminin səltənətə əsla lüzumu yoxdur və lüzumu olsa da, onlar və onların vüzərası bu elmi firəngin babasından da yaxşı bilirlər. M.F.Axundzadə. Vəqta ki danışdız, vüzəra oldu xəbərdar; Mütləq görəcəklər ki, cibişdanə zərər var. M.Ə.Sabir. vüzuh is. [ər.] klas. Aydınlıq, aşkarlıq; şərh və izaha ehtiyacı olmayacaq dərəcədə aydınlıq (bax. vazehlik). Mirzə Əbdüllətif Təsuci farsi dilində pakizə və nəhayət vüzuh və cövdətdə tərcümə edibdir. M.F.Axundzadə. vzvod [rus.] hərb. Rota, eskadron və ya topçu bölməsi və bu cür bölməni təşkil edən əsgər dəstəsi. Vzvod komandiri. – Hacıyev Kəyan .. vzvoda yaxınlaşdı. Ə.Əbülhəsən. Fərhadın vzvodu xeyli iş görmüşdü. Ə.Vəliyev. Yy y azərbaycan əlifbasının otuz birinci hərfi. bax. ye ya I. bağl. Bölgü və ehtimal mənalarını bildirir (ya da, ya da ki, ya ki variantları da vardır). Ya təmə kəs həyat zövqündən; Ya ləbiləli-dilsitandan keç. Füzuli. Ya buyur cəllada, ya çəkdir dara; Ya yetir dərmana, üzün bürümə! Aşıq Ələsgər. Bunu da ərz edirik ki, .. məktubu Hacı Məcid əfəndi ya özü yazıb, ya öz yavuq adamlarının birinə yazdırıb.. C.Məmmədquluzadə.\n\nII. nida [ər.] Xitab bildirir. Ya qismət! Ya mədəd! – Qədək aldım yaxalıq; Gəldi düşdü bahalıq; Can üzüb, yar sevmişəm; Sən kömək ol, ya xalıq! (Bayatı). Ver muradın bu Vaqifin, ya sənəm! M.P.Vaqif. [Əsgər:] Gəl, Əsgər, ya qismət de, bunu al! Ü.Hacıbəyov. yaba is. Ot, saman və başqa bu kimi şeyləri toplayıb atmaq, qaldırmaq, habelə başqa işlər üçün uzun saplı, iki və yaxud daha da artıq dişi olan kənd təsərrüfat aləti. Dəmir yaba. – Bostana girən porsuq yabanı qəbul eylər. (Ata. sözü). [Bəxtiyar] ..özünə bir yaba da ala biləcəkdi. S.Hüseyn. Qızların, oğlanların, qoca və qadınların .. əlindəki dəyənəklər, taxta qırıqları, yabalar, bellər işə düşdü. M.Hüseyn. // Rəqəmlərlə – yabanın götürə biləcəyi miqdarı bildirir. İki yaba ot. – Yeganə giriş yoluna [Əlləzoğlu] qəsdən su buraxıb, bir yaba tikan qoyubmuş ki, cuvar adlaya bilməsin. İ.Hüseynov. ‣ Yaba ilə dovğa içmək – faydası, səmərəsi olmayan işlə məşğul olmaq. yabacıq is. Balaca yaba. yabalama “Yabalamaq”dan f.is. yabalamaq f.\n1. Yaba ilə otu, samanı və s.-ni götürüb bir yerə yığmaq, toplamaq, yaxud atmaq.\n2. Yaba ilə vurmaq. yabalanma “Yabalanmaq”dan f.is. yabalanmaq məch. Yaba ilə qaldırılmaq, toplanmaq, atılmaq. yabalaşma “Yabalaşmaq”dan f.is. yabalaşmaq qarş. Yaba ilə bir-birini vurmaq; dalaşmaq. Şərti şumda kəs, xırmanda yabalaşma. (Ata. sözü). yabalatma “Yabalatmaq”dan f.is. yabalatmaq icb. Yaba ilə yığdırmaq, atdırmaq, qaldırmaq. yabalı sif. Yabası olan, əlində yaba tutmuş. Belli, dəhrəli, yabalı, külünglü, kürəkli adamlar bir-birinə qarışmışdılar. Ə.Vəliyev. yabalıq is. Yabanın götürə bildiyi miqdar (adətən rəqəmlərlə). İki yabalıq ot. yaban is. [fars.] Çöl, biyaban, insan yaşamayan yer. ..Yabana hürən köpəklərin xırxırı, hürüşü kəsmə-kəsmə eşidilirdi. S.M.Qənizadə. ‣ Ağzını yabana qoymaq – boş-boş, hərzəhərzə danışmaq, ağzına gələni danışmaq. Sözüm yabana – söhbət əsnasında “sözüm sənə dəyməsin”, “sözüm sənə aid deyil” mənasında deyilən ifadə. Sözüm yabana, arvadım qəzetləri gətirdi: aldım, baxdım. C.Məmmədquluzadə. yabançı sif. Özgə, yad. Yabançı adam. Yabançı ölkələr. – Ərində yabançı qadın iyini duyduğu zaman Maya çılğıncasına vuruşmaq, çarpışmaq istədi. M.İbrahimov. [Sultan:] Bilmirsən ki, hansı yabançı təsirlə belə [cavanlar] pozulurlar, qabaqlarında gözəl, günəşli bir yol dura-dura, nə üçün avantüraçılıq eləyirlər?! İ.Hüseynov. // Tanış olmayan, aşna olmayan. [Qoca Baxşı:] Oxuya bilməzsən, çünki bu hərflər artıq sənə yabançıdır. C.Cabbarlı. // İs. mənasında. Vətənin zindanı isə yabançıların sarayından şərəflidir. M.S.Ordubadi. yabançılıq is. Yadlıq, özgəlik; yabançı adamın halı. yabanı sif.\n1. Çöldə özbaşına bitən; vəhşi. Yabanı bitki. Yabanı çiçək. – Sən sevgili vətənciyimin gül fidanısan; Sən bir gözəlcə qönçəsən, amma yabanısan. A.Səhhət. // Cır. Yabanı meyvə. Yabanı armud.\n2. Əhliləşməmiş, vəhşi, yırtıcı. Yabanı pişik. Yabanı keçi. yabanılaşma “Yabanılaşmaq”dan f.is. yabanılaşmaq f. Vəhşiləşmək, yabanı hala düşmək; cırlaşmaq. [Çinar] Azərbaycanda yabanılaşmış şəkildə Zəngilan rayonunda, Bəsitçay ətrafında yayılmışdır və bəzək məqsədi ilə küçələrdə, yolların kənarında və s.-də becərilir. H.Qədirov. yabı is.\n1. Arıq, əldən düşmüş, yaraşıqsız at. Dərviş yabısı hər evin yolunu tanıyar. (Ata. sözü). Qurbanəli bəy atını və Kərbəlayı Qasım yabısını minib düşdülər yola. C.Məmmədquluzadə. Kəhər olmasın, lap yabı olsun, mollaya bir at vacib idi. Mir Cəlal.\n2. məc. vulq. Arıq, sısqa, yeriyə bilməyən adam haqqında. yabılaşma “Yabılaşmaq”dan f.is. yabılaşmaq f. dan. vulq. Arıqlayıb qocalmaq, əldən düşmək. yabılıq is. Yabı halına düşmüş atın halı. yad I. sif.\n1. Qohum olmayan, qohumluq və ya yaxınlıq əlaqələri ilə bağlı olmayan; özgə, kənar. Yad uşaqlar. Özünü yad adam kimi hiss etmək. – Bir gün kişi diqqət eləyib görür ki, övrəti gündüzlər ayağına corab geymir, .. yad kişilərin də yanında ayaqları çılpaq dolanır. C.Məmmədquluzadə. // İs. mənasında. Yadlar buna nə deyərlər? Yadları özünə güldürmə! – Bağrımı yandırdın oda; Sirr sözümü vermə yada. Aşıq Ələsgər. Taleyim belədir. Xalqın yeddi arxa yadları ağzını açanda tərif tökür... Mənim .. doğma atam ayağımdan çəkir. Mir Cəlal.\n2. Öz vətəni, yeri olmayan; yabançı. Yad şəhər. – Yad ölkədi, düşmən çoxdu; Ərəb atı mən istərəm. “Koroğlu”. [Sona] Sən bu yad yerdə, yad adamın yanına niyə gəlibsən?! M.F.Axundzadə. Rüxsarə tənha olaraq bu qaranlıq vaxtda bu yad evə göndərildiyinin mənasını özünə aydın edə bilmirdi. S.Rəhimov.\n3. Ruhca, mahiyyətcə, görüşcə uzaq olan, zidd olan, hər hansı bir səbəbə görə yaxın ola bilməyən; yabançı. Bizə yad görüşlər. – İsmayılzadə təbiətən, diplomatik hiylələrə yad bir adamdı. M.Hüseyn. • Yad olmaq – təbiətinə, xasiyyətinə uyğun olmamaq, uzaq olmaq, heç bir münasibəti olmamaq. Mənə heç vaxt yad olmadı; Sevinciniz, qəminiz; Xəyallarla nəfəs alan; Cavanlıq aləminiz. B.Vahabzadə.\n4. məc. Düşmən mənasında. Qəza tutdu, qədər məni budadı; Ağlatdı dostları, güldürdü yadı.. Aşıq Ələsgər. ..Dostun da sirrini yada vermək namərdlikdir. C.Məmmədquluzadə. Yadların onda kəsilsin nəfəsi; Bürüsün hər tərəfi nəğmə səsi. S.Rüstəm.\n\nII. bax. yaddaş. • Yad edilmək – yada salınmaq, anılmaq, xatırlanmaq. Yad etmək (eləmək) – yadına salmaq, xatirə gətirmək, anmaq. Kuyində məhrəm etdi rəqibi səfa ilə; Qəhr ilə etmədi məni həm yad, ağlaram. X.Natəvan. Hərdənbir ana dilini danışmaq ilə keçmişdəki gözəl günləri yad etməyin nə eybi var? C.Məmmədquluzadə. Yad olunmaq – xatırlanılmaq, yada salınmaq, anılmaq. Yad(ın)da saxlamaq (tutmaq) – unutmamaq, daim xatırlamaq, hafizəsində saxlamaq. Bir şair sözünü yadında saxla; Bil ki, bu dünyada hünər qalacaq. S.Vurğun. Yada düşmək – hafizədə, yaddaşda yenidən canlanmaq, xatirə gəlmək; xatırlanmaq. Ac yadına düşməz, hər kim tox olur. Q.Zakir. Fikr etdikcə cümlə bir-bir keçənləri; Yadə düşər, yanar ciyər, ağlaram. M.V.Vidadi. Bayaq fikirləşdiyim sözlərin heç biri yadıma düşmədi. M.Hüseyn. Yada gəlmək – bax. yada düşmək. ..Elə bir məqam və elə bir iş yadıma gəlmir ki, müsəlman intelligentləri orada qorxaqlıq büruzə verələr. C.Məmmədquluzadə. Yada salmaq (gətirmək) – hafizədə, yaddaşda canlandırmaq, xatirə gətirmək. Keçmişi yada salmaq. – Gedirəm, gəl ötür piyada məni; Qəlbində unutma, sal yada məni. Molla Cümə. Yaddan çıxmaq – hafizədən, yaddaşdan silinmək, unudulmaq. Yadında olmaq – xatirindən çıxmamaq, yadından çıxmamaq, unudulmamaq. [Çərkəz:] ...Ay Teybə, a qızım, əriştə yadında olsun haa, axşam sizdəyəm. İ.Məlikzadə. Yadından çıxmaq – hafizəsindən silinmək; unutmaq. Bilmirəm haradan danışmaq istəyirdim, yadımdan çıxdı. C.Məmmədquluzadə. [Mirzə:] Çox razıyam sizdən. Üç il bundan qabaq uşaqlar haqqında etdiyiniz yaxşılıq indi də mənim yadımdan çıxmır. Ə.Haqverdiyev. // Yadımdadır şəklində – yadımdan çıxmamışdır, indi də hafizəmdədir, unutmamışam. ..Bu da yadımdadır ki, tayamızın dal tərəfində itimiz yuvaya nisbət bir deşik qayırmışdı. C.Məmmədquluzadə. yaddaş is. Bir şeyi zehnində saxlamaq və yenidən təsəvvürdə canlandırmaq qabiliyyəti; hafizə. Yaddaşı inkişaf etdirmək. Yaddaşı zəifdir. Heç yaddaşım yoxdur. • Yaddaş dəftərçəsi – yaddan çıxmasın deyə, bir şeyi qeyd etmək üçün kiçik dəftərçə. İclasda Cəmilənin dediyi misraları; Tapıb yazdı o, dərhal yaddaş dəftərçəsinə. B.Vahabzadə. Yaddaş etmək – yadında saxlamaq, yaxud yadında qalmaq üçün bir yerə qeyd etmək. Deyilənləri bir dəftərə yaddaş et. Yaddaş kitabçası – içərisində müəyyən bir sahəyə, ixtisasa aid ən vacib məlumat olan kitabça. [Gülşən:] Yaddaş kitabçasını əlində bərk sıxdı. Ə.Vəliyev. Yaddaşından çıxmaq – yadından çıxmaq, unutmaq. Çox yuxusuz gecələr sovuşsa da başımdan; Gözlərinin gülüşü çıxmayıb yaddaşımdan. R.Rza. yaddaşlı sif. Yaddaşı, yaxşı hafizəsi olan. Yaddaşlı uşaq. yaddaşlılıq is. Yaddaşı, yaxşı hafizəsi olma. yaddaşsız sif. Yaddaşı, hafizəsi olmayan; unutqan. yaddaşsızlıq is. Yaddaşı, hafizəsi olmama; hafizəsizlik. yadelli sif. Başqa ölkədən, yad ölkədən olan; yabançı. Yadelli işğalçılar. – Yadelli bir şah doğma yurda çapğına keçdi. İ.Əfəndiyev. // İs. mənasında. Guşələr göy gurladır, yer titrədir, sel oynadır; Göndərir yadelliyə imzalı fərman Çarigah. B.Vahabzadə. yadırğama “Yadırğamaq”dan f.is. yadırğamaq f. Uzun müddət bir şeyi görmədiyi, işlətmədiyi, onunla məşğul olmadığı üçün ona əli yatmamaq; yaddan çıxarmaq, unutmaq, yadlaşmaq. İlyas çoxdan bəri süngü ilə əvəz etdiyi, bir az da yadırğadığı qələmi barmaqları arasında bərk sıxaraq, sərin şimal axşamının, başlanmaqda olan ağ gecənin alatoran işığında yazırdı. Mir Cəlal. Nahaq yerə adam hərbi qulluqdanzaddan yadırğayır. Ə.Əbülhəsən. yadırğatmaq icb. Yadırğamasına səbəb olmaq. Eldar! ..Atı tamamilə qəsdən yadırğatmısan. Ə.Məmmədxanlı. yadigar is. [fars.]\n1. Xatirə olaraq verilən, saxlanılan, yaxud qalan şey. Bu kitab sənə bizdən yadigar olsun. – Vaqifin və Vidadinin .. əşar və əbyatları .. gələcək nəsil üçün böyük yadigar məqamındadır. F.Köçərli. [Dul qadın:] [Oğluma] atadan yadigar olaraq bir bazubənd qalmışdı, qoluna bağlamışam. Çəmənzəminli. Babalarımız burada yaşamış, burada ömür sürmüşlər. Bu yurd onlardan bizə yadigar qalmışdır. Ə.Məmmədxanlı. // Hər hansı bir hadisəni, işi, adamı və s.-ni xatırladacaq, yaxud yada salmaq üçün vasitə olacaq şey. Şeyx tək otaqda, Gülsümdən yadigar qalan bir pişiyin müsahibəti ilə təbibsiz, dərmansız ömrünün axır saatını gözləyirdi. Ə.Haqverdiyev. İndi haman pələng dərisi məndədir. Atamızdan yadigar olduğu üçün saxlayıram. A.Şaiq.\n2. məc. Qalıq, nümunə. Keçmiş dövrlərin yadigarı. – Məşədi Əhməd tamamilə əski həyatın bir yadigarı idi. S.Hüseyn. yadigarlıq is. Yadigar qalmağa yarar şey, yadigar verilmiş şey. yadlama “Yadlamaq”dan f.is. yadlamaq f.\n1. bax. yadlaşmaq.\n2. Yada salmaq, yad etmək.\n3. məh. Bir-bir saymaq, sadalamaq. Və başladı bir-bir yadlamağa: qızıl üzüklər, qaşdaşlar... C.Məmmədquluzadə. yadlanma “Yadlanmaq”dan f.is. yadlanmaq bax. yadlaşmaq. yadlaşma “Yadlaşmaq”dan f.is. yadlaşmaq f. Getdikcə yad olmaq, uzaqlaşmaq; qohumluq və ya yaxınlıq əlaqəsini itirmək. yadlıq is. Yad olma, yabançı olma; yabançılıq. yadölkəli is. və sif. Yadyerli, əcnəbi. yadro is. [rus.] idm. Yüngül atletika yarışlarında itələməklə tullamaq üçün polad, çuqun və bürüncdən kürəvari alət. yadyerli sif. Yadelli, qərib, gəlmə. yafəsi sif. Yafəslərə aid olan, onlara xas olan. Yafəsi tayfalar. • Yafəsi dillər yaxud yafəs dilləri – akad. N.Y.Marrın əvvəlcə Qafqaz dillərinin sami və hami dillərinə qohumluğunu göstərmək üçün tətbiq etdiyi, sonralar isə Aralıq dənizi hövzəsi və Ön Asiyanın bütün ölü dillərinə, habelə Pireney və Pamir canlı dillərinə şamil etdiyi dilçilik termini. yafəslər (=yafəsilər) cəm [Bibliya əfsanəsinə görə: Nuhun üç oğlundan ən kiçiyinin, dünyadakı tayfaların ulu babası, əcdadı sayılan Yafəsin adından] Qafqazın, Ön Asiyanın, Aralıq dənizi ölkələrinin, Pireneyin bir hissəsində yaşayan, yaxud vaxtilə yaşamış xalqlar qrupunun şərti adı (bu xalqlar qrupuna bəzi qədim tayfalar, habelə indiki xalqlar: abxazlar, basklar, gürcülər, çərkəzlər və b. daxildir). yafəsilər (=yafəslər) cəm [Bibliya əfsanəsinə görə: Nuhun üç oğlundan ən kiçiyinin, dünyadakı tayfaların ulu babası, əcdadı sayılan Yafəsin adından] Qafqazın, Ön Asiyanın, Aralıq dənizi ölkələrinin, Pireneyin bir hissəsində yaşayan, yaxud vaxtilə yaşamış xalqlar qrupunun şərti adı (bu xalqlar qrupuna bəzi qədim tayfalar, habelə indiki xalqlar: abxazlar, basklar, gürcülər, çərkəzlər və b. daxildir). yağ is.\n1. Ev heyvanlarının südündən hasil edilən, asan əriyən, yeyilən və xörək bişirmək üçün işlədilən maddə. Şit yağ (kərə). Ərinmiş yağ. Camış yağı. Sarı yağ (ərinmiş yağ). İnək yağı. – Yağdan sonra düyü tədarükünün dalına düşürlər, çünki plov düyüsüz olmaz. C.Məmmədquluzadə. Hamımız süfrə başına oturub qatıq, yağ, qaymaqdan doyunca yedik. A.Şaiq. Pərşan ocağı alışdırdı, tavaya yağ atdı. M.İbrahimov.\n2. Ətin içində olan ağ və əriyən maddə; piy. İç yağı. Quyruq yağı. // Heyvanın dərisi altında qalın bir təbəqə təşkil edən piy maddəsi. ..Yağ əridikcə közün üstünə damcılayıb cızıldayır, seyrək tüstü qalxıb sakit havada yayılır, həyəti kabab iyi bürüyürdü. İ.Hüseynov.\n3. Bəzi bitkilərin tumundan, çiçəyindən və ya meyvələrindən çıxarılan maddə, yağlı maye. Günəbaxan yağı. Pambıq yağı. Zeytun yağı. Küncüt yağı. Xaşxaş yağı. // Mineral mənşəli bəzi maddələrdən alınan yağlı maye. Neft yağı. Maşın yağı.\n4. tib. Tərkibində yağ maddəsi olan bəzi dərmanların adı. Sürtkü yağı.\n5. məc. dan. Fayda, xeyir mənasında. ‣ Balıq yağı – bəzi dəniz məməlilərindən alınan və müalicə məqsədi ilə işlədilən yağ. Həkim uşağa balıq yağı yazıb. Yağ çıxarmaq (tutmaq) – südü çalxamaqla yağ hasil etmək. Arvadların bir qismi maşınla yağ çıxarır, o biri qismi isə südü mayalayıb pendir tuturdu. İ.Əfəndiyev. Yağ kimi dan. – asanlıqla, maneəsiz. Dinləyə-dinləyə “oxqay”lar deyir; Canına yağ kimi yayılır şeir. S.Vurğun. Yağ kimi ürəyinə yatmaq – çox xoşuna gəlmək, məmnun etmək, ləzzət vermək. Onun sözləri yağ kimi ürəyimə yatdı. – Bağır ömründə birinci dəfəydi ki, Nurcabbara “şair” deyirdi və güman eləyirdi ki, bu söz Nurcabbarın ürəyinə sarı yağ kimi yayılmalıdı.. İ.Məlikzadə. Yağ salmaq – 1) bişərək yağı çıxmaq. Quymaq yağ salıb; 2) məc. kökəlmək. Yağ yaxmacı – üzərinə yağ sürtülmüş çörək parçası. Rüstəm bəy bir parça çörək götürüb özünə yağ yaxmacı qayırdı. Çəmənzəminli. Yağ zavodu – süddən yağ və başqa ağartı hazırlayan zavod. Yağa düşmək – bax. yağ salmaq 1-ci mənada. yağabənzər sif. Xüsusiyyətlərinə görə yağa oxşayan, yağ xassələri olan. Yağabənzər maye. yağanlıq is. məh. Yağıntı. Payız yağanlıqla girmişdi. Ə.Vəliyev. yağaoxşar bax. yağabənzər. Yağaoxşar maddələr. yağar bax. yağıntı. yağarlıq bax. yağıntılı. Düzülmüş damcılar, mirvari kimi; Yağarlıq illərin baharı kimi. H.K.Sanılı. yağayıran is. xüs. Tərkibində yağ olan maddəni tərkib hissələrinə ayırmaq və ya onu yağdan təmizləmək üçün cihaz. yağayırıcı is. tex. Bəzi maşınlarda yağı ayıran cihaz. yağ-bal is.\n1. Yağ və bal.\n2. məc. Çox dadlı, ləzzətli şey haqqında. [Ağsaqqal kişi] şor-çörək tikəsini orduna basır, yağ-bal kimi şirin-şirin yeyirdi. Mir Cəlal. Qəzəb çəlləyinə barıt tökənə; Qələmim yağ-ballıq eləyə bilmir. M.Araz. ‣ Yağ-bal içində yaşamaq – gen-bolluq içində yaşamaq, firavan həyat sürmək. yağçalan is. xüs. Yağ istehsal edən işçi. yağçı is. Yağ istehsal edən və ya yağ satan adam. yağçılıq is. Yağ istehsal etmə, yağ istehsalı. Yağçılıq işi. yağdan is. Yağ qoyulan və ya içərisinə yağ tökülən qab. Yağdanda yağ yoxdur. – Kəyan bir burda traktorçu Əliyə baxdı: – Ə, yağdanı zibillənmiş traktor kimi orda nə tıshatıs salmısan? Hə! Ə.Əbülhəsən. yağdırılma “Yağdırılmaq”dan f.is. yağdırılmaq məch.\n1. Yağmasına səbəb olmaq, yağmağa, tökülməyə məcbur edilmək. Süni yağış yağdırılmaq.\n2. Tökülmək (hər tərəfə, çoxlu miqdarda). Hər yandan meydana allı-güllü ipək yaylıqlar yağdırıldı. M.Rzaquluzadə. yağdırma “Yağdırmaq”dan f.is. yağdırmaq icb.\n1. Yağmağa, tökülməyə məcbur etmək. Süni yağış yağdırmaq üçün qurğular. Xəzri qar yağdırdı. – Hər dəfə müsəlmanların müsəllaya çıxmaqları ilə Allah yağış yağdırsa, dəxi bundan sonra bir kəs dəli deyil ki, arx çıxartsın, kəhriz vurdursun. C.Məmmədquluzadə.\n2. Külli miqdarda hər tərəfdən, aravermədən atmaq, tökmək, səpmək, saçmaq. Güllə yağdırmaq. – Cəfa oxun mənə yağdırman, ancaq ey əflak; Demən ki, yeddi kəmandarə bir nişanə yetər. Füzuli. // Saçmaq. Günəş göyün bir qatından od yağdırırdı. M.Hüseyn. // Qoşulduğu sözün ifadə etdiyi şeyin çoxluğunu, bolluğunu bildirir. Suallar yağdırmaq. – Şəmsiyyə uzun danışdı, şikayətləndi və Pəhləviyə qarğış yağdırdı. M.İbrahimov. yağı is. Düşmən. Giryan dedi: “Ey gözüm çirağı; Vəhşilərə el, mənimlə yağı”. Füzuli. Ərz eləyim, bu sözümün sağıdır; Yollarınız haramıdır, yağıdır. M.V.Vidadi. Bizik kəc yağının döşündən vuran; Azadlıq yolunda keşikçi duran. S.Vurğun. • Yağı kəsilmək – düşmən olmaq. Çinovniklər rəhm edirmi fağıra; Dostlarım özümə yağı kəsildi. Aşıq Ələsgər. Yağısı yarılmaq – bərk qorxmaq, bağrı yarılmaq. Pərişan olmasın bari sağımız; Yüyürməkdən saf yarıldı yağımız. Q.Zakir. yağılıq is. Düşmənlik. yağın bax. yağıntı. Üç ay var ki, yağın yoxdur. yağınlıq 1. is. Yağışın çox olması; yağıntı. Payız çox yağınlıq keçdi. – Bu il yağınlıq olduğundan, otlar vaxtından əvvəl göyərmiş, yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb qalxmışdı. İ.Şıxlı.\n2. sif. Yağmurlu, yağışlı. Maşınlar o yoldan sağa dönməli, sürəti azaltmalı, ..yağınlıq havalarda isə palçığa yapışıb qalmalı olurdular. Mir Cəlal. yağıntı is. Yağış, qar, dolu və s. şəklində havadan yerə düşən su qətrələri; yağmur. Yeraltı suların mənbəyi atmosfer yağıntıları, çay sularıdır. yağıntılı sif. Yağıntısı çox olan; yağmurlu. Yağıntılı il. Yağıntılı yer. yağıntılıq bax. yağıntı. Bu il yağıntılıqdır. yağıotu is. bot. İriçiçəklilər qrupuna mənsub hündür ot bitkisi. yağır is. Bel sümüyünün üstündə əmələ gələn, gec sağalan dərin yara. [Eşşək] görməyib axurunda hərgiz co; Dalı yağır, dəxi ayağı cido. S.Ə.Şirvani. [Qurban:] Hər gün ölə-ölə qayıt, belin olsun yağır. Ə.Haqverdiyev. yağırlanma “Yağırlanmaq”dan f.is. yağırlanmaq f. Sürtülməkdən yara olmaq. yağırlatma “Yağırlatmaq”dan f.is. yağırlatmaq f. Yara etmək, yara açmaq, yağırlanmasına səbəb olmaq. yağırlı sif. Yağırı olan, yarası olan. Beli yağırlı at. yağış is. Xırda su damlaları şəklində atmosfer yağıntısı; yağmur. Güclü yağış. Yağış yağmaq. Yağış ara vermir. – Yağışın rütubəti səqfin uçan yerindən çəkilməmişdi. C.Məmmədquluzadə. Hələ tamam qurumamış yağış gölləri; Üzərində bulud-bulud uçur milçəklər. S.Vurğun. Səlim .. yağışa düşmüş bir şəhərliyə bələdçilik etdiyini danışdı. Mir Cəlal. ‣ Yağış kimi – bolluq, çoxluq bildirir. Tökdü yağış kimi gözündən yaşı; On yeddiyə təzə çatırdı yaşı. H.K.Sanılı. Yağışdan çıxıb yağmura düşmək məc. – bir çətin vəziyyətdən və ya hadisədən qurtarıb daha çətin vəziyyətə düşmək. yağışlama “Yağışlamaq”dan f.is. yağışlamaq f. Yağış yağmağa başlamaq. yağışlı sif. Yağmurlu, yağış yağan, yağış olan. Yağışlı hava. – Baharı yağışlı olan illərdə; Xalılar döşənib süslü çöllərdə... H.K.Sanılı. Yağışlı bir bahar gecəsi idi. M.Hüseyn. Yağışlı, soyuq bir gün idi. S.Rəhman. yağışlıq is.\n1. Yağış, yağmur. Lənkəran yağışlıq çox olan yerdir.\n2. bax. yağmurluq 2-ci mənada. yağışölçən is. meteor. Bir yerə yağan yağışın miqdarını ölçmək üçün cihaz. yağışsız sif. Yağış olmayan, yağış düşməyən, yağış yağmayan. Yağışsız yay. // Zərf mənasında. Payız yağışsız keçdi. yağışsızlıq is. Yağış olmama, yağış yağmama, yağış düşməmə; yağış, yağmur olmadığı hal, vəziyyət; quraqlıq. yağqabı bax. yağdan. yağlama “Yağlamaq”dan f.is. yağlamaq f.\n1. Üstünə yağ sürtmək, yağ çəkmək. Çəkməsini yağlamaq. – Bəli, cəlladlar tənabları yağlayıb hazırladılar. “Koroğlu”. Yüyəni, tapqırı bütün yağladı; Qantırğaya təzə qayış bağladı.. H.K.Sanılı.\n2. Yaxşı işləmək və ya paslanmamaq üçün yağ sürtmək, yağla silmək. Tüfəngi yağlamaq. Maşını yağlamaq.\n3. məc. dan. Rüşvət vermək. // Qılığına girməyə çalışmaq, dilə tutmaq. ‣ Yağlayıb-ballamaq – yalandan tərif etmək, dilə tutmaq. yağlandırılma “Yağlandırılmaq”dan f.is. yağlandırılmaq məch. Yağa batırılmaq, yağ sürtülmək, yağlı edilmək. yağlandırma “Yağlandırmaq”dan f.is. yağlandırmaq f. Yağlı etmək, yağa batırmaq, yağa bulaşdırmaq. yağlanma “Yağlanmaq”dan f.is. yağlanmaq f.\n1. Yağ sürtülmək, üzərinə yağ çəkilmək. Maşınlar yağlanır salınır, işə. M.Rahim.\n2. Yağa batmaq, yağlı olmaq; kirlənmək. Üst-başı yağlanıb. Paltarın yaxası yağlanıb.\n3. məc. dan. Kökəlmək, ətlənmək, piylənmək. Qovurmalıq üçün saxlanılan bir cüt erkək o qədər yağlanmışdı ki, quyruqlarını çəkib apara bilmirdi. Ə.Vəliyev.\n4. məc. dan. Pullanmaq; pullu, varlı olmaq. ‣ Gün yağlanmaq məh. – Günəşin ən isti vaxtı haqqında. [Ələmdar:] Mən axşamdan dükanın qabağında, o yastı daşın üstündə öz cırıq çuxama bürünüb yatmışam, bir də gün yağlananda ayılmışam. S.Rəhimov. Gün getdikcə yağlanır, qoyun kürnəc bağlayır, köç dəhmərlənib gedirdi. Ə.Vəliyev. yağlatma “Yağlatmaq”dan f.is. yağlatmaq 1. icb. Yağ sürtdürmək, yağ çəkdirmək.\n2. f. Kirlətmək, yağlı etmək, yağa batırmaq. Üst-başını yağlatmaq. yağlayıcı 1. is. Maşınları yağlayan fəhlə. Yağlayıcı vəzifəsi.\n2. sif. tex. Maşınlara yağ tökməyə və ya yağlamağa məxsus. Yağlayıcı nasos. Yağlayıcı cihaz. yağlı sif.\n1. Yağı olan, tərkibində yağ çox olan. Yağlı ət. Yağlı xörək. Yağlı balıq. – Yadın oğlu yağlı aşa mehmandı; Dar günündə baxarsan ki, usandı. Aşıq Ələsgər. Ət bazardan daşınıb mənzilə zənbil-zənbil; Etmədi mədələri yağlı qidanı təhlil. S.Ə.Şirvani. Axşamın toranında közərib parıldayan kömürün üzərində şişlərə yağlı qabırğalar çəkilmişdi. İ.Hüseynov. // Tərkibində yağ maddəsi olan. Yağlı bitkilər.\n2. Yağa bulaşmış. ..Məmməd kişi kababı yeyib yağlı əlləri ilə bığlarını eşdi. S.Rəhman. // Üzərində yağ ləkəsi olan; kirli, çirkli. Yağlı əsgiləri yumaq. Köynəyin boynu yağlıdır.\n3. məc. dan. Pullu, varlı, gəlirli, yaxşı gəlir mənbəyi olan. Yağlı yer. – Molla Xəlil düşünürdü: hər üç, beş Quran oxudan Hacı Hüseyn kimi yağlı müştərilər Quranların sayını ixtisara salsalar, o zaman mədaxili birə-üç, birə-dörd azalacaqdır. S.Hüseyn. Leylək Ələmdar çovğunun, azanın və zənglərin qatqarış səslərinə qulaq verir, onda yağlı bir qarət həvəsi doğurdu. S.Rəhimov.\n4. məc. dan. Kəsərli, tutarlı, təsirli, şiddətli. Yağlı töhmət aldı. – Cəbhədə dəydimi ona yağlı, tutarlı bir kötək; Atəş alır, quduzlaşır, dörd yanı qapır köpək. Ə.Nəzmi. ‣ Yağlı boya rəss. – tərkibində yağ olan rəssam boyası. Vəzir taxt üstündə oturdu və bir müddət hamamın kəllə divarındakı yağlı boya ilə çəkilmiş əfsanəvi ənqa quşuna baxaraq fikrə getdi. Ə.Məmmədxanlı. Yağlı dil – şirin, lakin yalan sözlər, aldadıcı dil. Qərəz, o yan-bu yan, Xoca Əziz yağlı dilini işə salıb qoruqçunun hirsini yatırtdı. “Koroğlu”. [Qəhrəman:] Mən [xanımın] hiyləgər və yağlı dilinə qarşı dərin bir nifrət hiss edirdim. H.Nəzərli. İndi Leylək .. o yağlı dili tapa bilərdimi? S.Rəhimov. yağlıca 1. sif. Çox yağlı, olduqca yağlı. Yağlıca ət. – Hətta namaz vaxtı da mömin müsəlmanın fikri və zikri dolu olur yaxşıca, yağlıca bozbaş ilə. C.Məmmədquluzadə.\n2. is. bot. Gəvən kitrəsi (bitki). Bəzi yerlərdə gəvən kitrəsini yağlıca da adlandırırlar. S.Sadıqov. yağlıxəmir is. Xalq təbabətində: yaranın üstünə, yaxud ağrıyan yerə qoymaq üçün yağ ilə yoğrulmuş, yağ qatılmış xəmir. Kərimin ayağına yağlıxəmir salıb yerə uzadardılar. H.Sarabski. yağlı-qara sif. Yağlı, hisli və kirli; çirkli. // məc. Çirkin, kifir. Onun yağlı-qara çöhrəsi pörtüldü. Ə.Əbülhəsən. yağlılıq is.\n1. Yağlı şeyin halı, tərkibində yağ olma. Ətin yağlılığı. Xörəyin yağlılığı.\n2. Yağa batmış (bulaşmış) şeyin halı; kirlilik. yağlıtərə is. Tərənin yeyilən növü; tərə. yağlıvaça is. məh. Yanları hündür balaca qulplu tava. yağlı-yağlı sif.\n1. Çox yağlı, ləzzətli, dadlı, çox qidalı. Yağlı-yağlı xörəklər. – [Hacı Murad:] Kafir uşaqları kafir, yeyin mənim yağlı-yağlı xörəklərimi. S.S.Axundov.\n2. məc. Şirin-şirin. Koxanın gözü qazanda, yağlı-yağlı söhbətlərdən elədi. S.Rəhimov. // Zərf mənasında. Rüstəm dolamalı yollarla mənzil qət etmək üçün yağlı-yağlı danışıb qurtardığı zaman Qəhrəmanı dinləməyə, ondan təzə söz, yeni əhvalat eşitməyə çalışırdı. S.Rəhimov. yağma I. “Yağmaq”dan f.is.\n\nII. is. Soyğun, qarət, soyğunçuluq, talan, çapovul. Yağma etmək. yağmaq f.\n1. Havadan qar, yağış, dolu kimi şeylər düşmək, tökülmək. Qar yağmaq. Dolu yağmaq. – Havalar gözəl keçirdi, teztez yağış yağırdı. C.Məmmədquluzadə.\n2. Çox miqdarda, arası kəsilmədən tökülmək. Biz şəhərə girdiyimiz zaman şiddətli xəzri əsir, küçələrin tozunu havaya sovurur, göydən başımıza torpaq yağırdı. A.Şaiq. // məc. Bir şeyin çoxluğunu, şiddətini, davamlılığını bildirir. Üsyançılar qalib gələn kimi bizim olduğumu bu evə yağan güllələrin sayı-hesabı olmayırdı. H.Nəzərli. Göydən yerə zülm yağır; Çörək baha, vergi ağır. S.Vurğun. // Bir şeyin bolluğunu bildirir. • Bərəkət yağmaq – bolluq olmaq, artmaq, çoxalmaq. Şəms padşaha dua-səna edib xəzinənin üstünə gəldi, açarları alıb işə başladı. Onun vaxtında xəzinənin üstünə gündən-günə bərəkət yağdı. (Nağıl).\n3. məc. dan. Bir şeyi ifadə etmək. Onun üzündən biclik yağır. Sifətindən nur yağır. – Yağır gözlərindən odlu ildırım; Görməmişdi Qozluq belə bir qırım. H.K.Sanılı. Hüzn və ciddiyyət yağan çöhrəni bir anda ilıq bir məmnuniyyət ifadəsi qapladı. M.S.Ordubadi. Kəsalət yağan vücudunun tərsinə olaraq çox cəld və quş kimi yüngül hərəkət edən ruznaməçi İranpərəst tez qaçıb portfelini gətirdi. M.İbrahimov. yağmalama “Yağmalamaq”dan f.is. yağmalamaq f. Soymaq, qarət etmək, talamaq. // məc. şair. Əlindən almaq, məhrum etmək mənasında. Səbrimi yağmaladı şövqin, qərarım qalmadı. Nəsimi. Xumarxumar baxmağı gözlərin; Yağmalayıb solusağı gözlərin. Q.Zakir. yağmalanma “Yağmalanmaq”dan f.is. yağmalanmaq məch. Qarət edilmək, soyulmaq, qəsb edilmək, zorla əlindən alınmaq. yağmur is. Yağış, yağıntı. Yüngül, sərin meh əsir; Yağmuru birdən kəsir. A.Səhhət. Payız mövsümü yaxınlaşdığı üçün havada yağmur olduğundan açıqda bulunan yay binasında heç bir yığıncaq yox idi. S.Hüseyn. Yağmur ara verdi, sevinib söylədim: – Ay can! Quştək yeni bir nəğmə uçurtdum dodağımdan. S.Rüstəm. yağmurlu sif. Yağışlı. Yağmurlu hava. Payızın yağmurlu bir günü idi. – Qış mövsümü qayət soyuq, yağmurlu bir havada; Gördü ancaq arvad-uşaq qalmış kənddə, obada. A.Səhhət. yağmurluq is.\n1. Yağışlıq, yağışlı hava. Bu il çox yağmurluqdur. – Az qalıb, lap az, ancaq buralar yağmurluq olan yerdir, divarları korlaya bilər. S.Rəhimov.\n2. Yağmurdan (yağışdan) qorunmaq üçün geyim; plaş. [Sirat] evə gəlib silahlandı. Yağmurluğunu aldı. Ə.Əbülhəsən.\n3. Yağış sularının evin divarlarına axıb tökülməməsi üçün damın bir az kənara – aşağıya uzanan hissəsi. yağmurölçən bax. yağışölçən. yağmursuz sif. Yağışsız. Yağmursuz hava. yağmursuzluq is. Yağışsızlıq. yağölçən is. xüs. Südün yağlılıq dərəcəsini ölçmək üçün cihaz. yağ-pendir is. İçərisinə yağ və pendir qoyulmuş lavaş, çörək və s. [Qaraş] bir az çörək və yağ-pendir bürmələyib yaylığa bağladı. M.İbrahimov. yağ-rəng is. dan. Yağlı boya. Evləri yağ-rəng etdirmək. yağsız sif.\n1. Yağı olmayan, yağı az olan; yavan. Yağsız ət. Yağsız xörək.\n2. Yağ tökülməmiş, yaxud yağ sürtülməmiş. [Fitnə:] Ölkəsindən tutmaz xəbər; Yağsız çıraq çox tez sönər. A.Şaiq. [Qarı Mahmuda:] Qarnın da ki yağsız araba çarxı kimi cırıldayır. Ə.Əbülhəsən. yağsızlandırılma “Yağsızlandırılmaq”dan f.is. yağsızlandırılmaq bax. yağsızlaşdırılmaq. yağsızlandırma “Yağsızlandırmaq”dan f.is. yağsızlandırmaq bax. yağsızlaşdırmaq. yağsızlanma “Yağsızlanmaq”dan f.is. yağsızlanmaq bax. yağsızlaşmaq. yağsızlaşdırılma “Yağsızlaşdırılmaq”dan f.is. yağsızlaşdırılmaq məch. Yağsız hala salınmaq, yağı çıxarılmaq. yağsızlaşdırma “Yağsızlaşdırmaq”dan f.is. yağsızlaşdırmaq f. Yağsız etmək, yağsız hala salmaq, yağını çıxartmaq, yağını almaq. Dərini yağsızlaşdırmaq. yağsızlaşma “Yağsızlaşmaq”dan f.is. yağsızlaşmaq f. Yağsız hala gəlmək, yağı qalmamaq. yağsızlıq is. Yağsız şeyin halı. Ətin yağsızlığı. Xörəyin yağsızlığı. yağtikan is. bot. Alçaqboylu tikanlı bitki; dəvətikanı. Pəncərələrin altında yağtikan bitmişdi. İ.Hüseynov. yağtutan bax. yağyığan. yağyığan is. xüs. Südün üzündən yağı yığmaq üçün cihaz; yağtutan. yahu nida [ər.]\n1. Hey! Ey! Mənə bax! Yahu, bura bax! Yahu, eşitmirsənmi! – Hərçi dad eylədi çoban, yahu! Eşidənlər dedi: yalandır bu! M.Ə.Sabir. // Deyilən sözə diqqəti cəlb etmək üçün işlənir. Cahanda yox elə bir qüvvə baş əyim ona mən; Fəqət nə güclü, zəif bir vücud var, yahu?! C.Cabbarlı. // Rica, xahiş yerində. Etməyin, yahu!\n2. din. Ya Allah, ay Allah (bəzən təkrar şəklində). • Yahu demək köhn. – Allahı imdada, çağırmaq, Allaha müraciət etmək. Neçə padşahlar orda olub cəm; İki dərviş yahu deyir dəmadəm. Aşıq Ələsgər. yaxa is.\n1. Paltarın boyun keçən hissəsi, habelə bu hissəyə tikilən və boyunu əhatə edən parça zolağı. Enli yaxa. Köynək yaxası. Kostyumun yaxası kirlənib. Sırmalı yaxa. – Mina kəmər xub yaraşır belinə; Yaxası qızıldan düymələnibdir. Aşıq Ələsgər. Məsum kişi arxalığının yaxasını düymələyə-düymələyə içəri girdi. Mir Cəlal.\n2. bax. yaxalıq. Əlləzoğlu qrafini götürüb yaxasını, dizlərini islada-islada su içdi. İ.Hüseynov.\n3. Sahil, kənar, tərəf. Paris küçəsində, Nil yaxasında; Yenə al bayraqlı izdihamlar var. S.Vurğun. Səs verildi üsyana; Qarşıdakı yaxadan, xəbər gəldi, baxsana; O yanki fabrikadan. Ə.Cavad. ‣ Yaxa açmaq – 1) ölü üçün ağlamaq, yas saxlamaq. [Xortdan:] Üç gün yaxa açıb təziyədar olur. Ə.Haqverdiyev; 2) qarğımaq, qarğış etmək. Yaxa ələ vermək – bax. yaxasını ələ vermək. Yaxa ələ verməmək – bax. yaxasını ələ verməmək. Yaxa qurtara bilməmək – xilas ola bilməmək, canını qurtara bilməmək. Hətta kəndin ən zəngin qızları və yüzbaşının qızları belə, qadınların bu dediqodusundan, qaş-gözündən yaxa qurtara bilməmişdilər. C.Cabbarlı. Yaxa qurtarmaq – bax. yaxasını qurtarmaq. [Kərəmov özözünə:] Xeyr a!.. Bundan yaxa qurtarmaq çətin olacaq. S.Rəhman. Yaxa yırtmaq – 1) başqası üçün çalışmaq, başqasını haqlıhaqsız müdafiə etmək. Dost yolunda yaxa yırtdım, baş açdım; Gecə-gündüz dadü bidad eylədim. (Qoşma); 2) ağlamaq, fəğan etmək. Yar odur ki, yardan sonra yar üçün; Zülf dağıda, yaxa yırta, yara üz. Qurbani. Bizim üçün bəzmü bərat yazanlar; Eşq əlindən yaxa yırtıb ağlaram. Aşıq Mənzur. Yaxası əldə qalmaq – üzərində məsuliyyət qalmaq, məsuliyyətdən qurtara bilməmək. Yaxası ələ keçmək – tutulmaq, girə keçmək, yaxalanmaq. Tülək tərlan kimi havada süzən; Sonra yaxan keçər ələ, pəhləvan! “Koroğlu”. Yaxası(nı) qurtarmaq – canı(nı) qurtarmaq, xilas olmaq, qurtulmaq. Yaxası yaxşı qurtardı. – Nə qədər çalışdımsa, onun əlindən yaxamı qurtara bilmədim. M.Hüseyn. Yaxasına keçmək – yaxasından yapışmaq, tutub buraxmamaq. Keçib yaxanıza ölümün əli; Hazırdır fələkin qanlı çəngəli! H.K.Sanılı. Yaxasından əl götürmək (əl çəkmək) – rahat buraxmaq, əl çəkmək, dəyib-toxunmamaq, daha işi olmamaq. [Şamama Cadu:] A gədə, itil cəhənnəmə, yaxamdan əl götür. Ə.Haqverdiyev. [Məmmədhəsən əmi arvadına] Arvad, Allah xatirinə, əl çək mənim yaxamdan. C.Məmmədquluzadə. Yaxasından yapışmaq – 1) yaxalamaq, yapışmaq, tutub buraxmamaq, əl çəkməmək. ..Nə səbəbə avropalılar öz əməllərini kənarda qoyub, bizim yaxamızdan yapışıblar? C.Məmmədquluzadə. [Oğlan] gözləyirdi ki, bu saat yaxamdan yapışacaq, kim bilir, nə çətin sual verəcək! Mir Cəlal; 2) məsuliyyətə çəkmək, cavab istəmək. Bu qaydanı mən qoymamışam, dəvədən böyük fil var, gedin, onun yaxasından yapışın. “Kirpi”. // Yaxasından tutmaq – 1) bax. yaxasından yapışmaq; 2) inadla tələb etmək, bir işdən yapışıb əl çəkməmək. [İndiki şairlər] bir şeyin yaxasını tutub yüz cürə əlfaz və ibarə və istiarələr yolu ilə onu tərif və tövsif etməyə sərfi-hümmət qılırlar. F.Köçərli. [Əli əmniyyəbaşı mübaşir Məmmədə:] Nə tutmusan abconun yaxasından. Konyak da var, Şiraz şərabı da! M.İbrahimov. Yaxasını buraxmaq – bax. yaxasından əl çəkmək. [Rauf Şeydaya:] Kağız ələ keçərsə, pək fəna... Həm də Məcid əfəndi əsla yaxanı buraxmaz. H.Cavid. Yaxasını ələ vermək – 1) özünü ələ vermək, tutulmasına, yaxalanmasına imkan vermək, yaxalanmaq, tutulmaq, ehtiyatsızlıq göstərmək; 2) məc. birinin tələbləri, xahişi qarşısında yumşaqlıq göstərmək, zəiflik göstərmək, qarşı dura bilməmək, təsir altına düşmək. Yaxasını ələ verməmək – özünü ələ verməmək, qaçmaq, yaxın durmamaq, yayınmaq. Yaxasını qırağa (kənara) çəkmək – bir işə qarışmamaq, məsuliyyətdən qaçmaq, özünü kənara çəkmək, boyun qaçırmaq, imtina etmək. Camalın anası əlayağını yığışdırıb Cənnət kişigilə elçiliyə getdi. Cənnət kişi yaxasını kənara çəkdi. S.Rəhimov. Tahir açıq cavabdan yenə yaxasını kənara çəkdi.. M.Hüseyn. Yaxasını qurtarmaq – qurtarmaq, canını qurtarmaq. Öylə afətdən yaxasın qurtaran olmazmı şad? Füzuli. [Zeynal] istəyirdi ki, yaxasını uşaqlardan qurtarıb onları analarına versin. S.Hüseyn. Yaxasını tanımaq – dadanmaq, bir adama daim bir şey üçün müraciət etmək. Dərd, qara gün yaxasını tanıyan; Biri mənəm, bir də varmı, biləydim. Molla Cümə. yaxabənd is. Yaxanı bağlayan düymə, ilmək və s. Açılıb yaxabəndi; Ağ sinəsi qara baxın! Aşıq Ələsgər. yaxac bax. yaxı. [Müəssisə sahibi:] Bu qutudakı yaxac atların dırnağı üçündür. Yeni kəşf olunmuş bir şeydir. Çəmənzəminli. yaxalama I. “Yaxalamaq1”dan f.is.\n\nII. “Yaxalamaq2”dan f.is. Qabları yaxalama. Əllərini yaxalama. yaxalamaq I. f.\n1. Yaxasından tutmaq, boğazından yapışmaq. Cəllad Qəməri yaxalayanda vəzir, vəkil və bütün əhli-məclis padşahın ayağına düşüb dedilər: – Şah, qəzəbini söndür! (Nağıl). Biz ayı vurulan yerə yetişəryetişməz itlər ayını yaxaladı. A.Şaiq.\n2. Tutmaq, ələ keçirmək, həbs etmək. Oğruları yaxaladılar. – Sərdar Rəşidin evindəkilərin hamısını yatdığı yerində yaxaladılar, onların hamısı sərxoş olub yatmışdı. A.S.Ordubadi.\n3. Tapmaq, haqlamaq, tutmaq (gedən yerdə, qaçarkən, uzaqlaşarkən, yaxud bir iş görərkən). Mehriban mütərəddid idi. Bir istəyirdi ki, Zeynalın ardınca gedib onu Yelizavetanın evində yaxalasın. S.Hüseyn. // məc. Gəlib yetişmək, başının üstünü almaq. Əcəl onu yaxaladı. – [Abbas:] Məmiş, mən altmışı yaxalamışam. M.Hüseyn. // məc. Rast olmaq, rast gəlmək, tuş gəlmək. Tərs kimi güllə həmişə elə qorxağı yaxalayır. M.Hüseyn. Külək [Giləni] eyvanda yaxaladı. Ə.Vəliyev. Bir dəfə çobanı çöldə yağış yaxalayır. Ə.Sadıq. // Məc. mənada. Adamlar Kür çayını elə buradaca yaxalamaq, cilovlamaq qərarına gəlmişlər.\n\nII. f. Təmiz su ilə yumaq, hər tərəfinə su axıtmaq, suya çəkmək. Əllərini yaxalamaq. Boşqabları yaxalamaq. – [Qızılquşun] balaları bir qədər böyüdükdən sonra, ovladığı quşu su kənarına alar, tüklərini yolar, cəmdəyini suda təmiz yaxaladıqdan sonra parçalayıb balalarının qabağına atar. A.Şaiq. [Rüstəm:] A bala, bir o çayniki yaxalayıb dəmlə görək.. M.İbrahimov. Arvad samovarı çölə çıxartdı, külünü boşaldıb yaxaladı, su töküb kömür saldı. Ə.Vəliyev. yaxalanma I. “Yaxalanmaq1”dan f.is. Caninin yaxalanması.\n\nII. “Yaxalanmaq2”dan f.is. Qab-qaşığın yaxalanması. yaxalanmaq I. məch. Ələ keçirilmək, tutulmaq, həbs edilmək, yaxası ələ keçmək. Cinayətkar yaxalandı. – Xain yaxalandı ən nəhayət. H.Cavid. [Şamogili] təqib edən olsaydı, tez yaxalana bilərdilər. S.Rəhimov.\n\nII. məch. Təmiz su ilə yuyulmaq, suya çəkilmək. Qablar yaxalandı. yaxalaşma 1. “Yaxalaşmaq”dan f.is.\n2. is. Dalaşma, dava. Yaxalaşma başladı. yaxalaşmaq qarş. Bir-birinin yaxasından tutub dalaşmaq. yaxalatma I. “Yaxalatmaq1”dan f.is.\n\nII. “Yaxalatmaq2”dan f.is. yaxalatmaq I. icb. Tutdurmaq, həbs etdirmək. [Milyonçular] bu gün bir üsyançını yaxalatdırır, sabahı o biri inqilabçıya tindalı güllə atdırır, birisi gün baş qaldıran kəndi oda-alova tutdururdular. S.Rəhimov.\n\nII. icb. Yaxalama işi gördürmək (bax. yaxalamaq2). Qab-qaşığı yaxalatmaq. yaxalı sif. Yaxası olan. Rüstəm bəy – rus intelligent libasında: yəni pidjak, jilet, nişastalı yaxalı köynək, boğazında qalstuk... C.Məmmədquluzadə. yaxalıq 1. is. Geyimin, yaxanı, boğazı, döşü örtən hissəsi. Yaxalığının üstündən bağladığı qalstuk bütün döşünü örtəcək qədər enli idi. M.S.Ordubadi.\n2. sif. Paltar yaxası üçün yararlı, münasib, kifayət edən. Yaxalıq xəz. Bir yaxalıq dəri. yaxalıqlı sif. Yaxalığı olan. Təzə uzunboğaz çəkmələrdə, qalife şalvarda və iki döş cibi olan beli kəmərli yaxalıqlı köynəkdə Şirzad yaraşıqlı idi. M.İbrahimov. [Şamama] göy dəri yaxalıqlı paltosunun yaxasını açmamış(dı). Ə.Əbülhəsən. yaxalıqsız sif. Yaxalığı olmayan. Yaxalıqsız köynək. yaxantı is. dan. Yuyulmuş qabın bulanıq, çirkli suyu; qab suyu. Qab yaxantısı. yaxarma “Yaxarmaq”dan f.is. yaxarmaq f. Adətən “yalvarmaq” feli ilə birlikdə işlənərək, israrla yalvarmaq mənasını bildirir. [Qoca kəndli:] Bir xan ki rəiyyəti qaramal kimi qulağından tutub sata, ona nə yalvarmaq, nə yaxarmaq! Ə.Haqverdiyev. Göygözlü oğlunu düşmən apardı; Qoca nə yalvardı, nə də yaxardı. R.Rza. yaxasıaçıq sif. və zərf Döşüaçıq. yaxasız sif. Yaxası olmayan. Yaxasız köynək, bacasız dam olmaz. (Ata. sözü). yaxdan is. məh. Üzünə dəri çəkilmiş ağac qutu; sandıqça, mücrü. yaxdırılma I. “Yaxdırılmaq1”dan f.is.\n\nII. “Yaxdırılmaq2”dan f.is. yaxdırılmaq I. məch. Üzərinə sürtdürülmək, çəkdirilmək.\n\nII. məch. Yandırılmaq. yaxdırma I. “Yaxdırmaq1”dan f.is.\n\nII. “Yaxdırmaq2”dan f.is. yaxdırmaq I. icb. Bir şeyin üzərinə sürtdürmək, çəkdirmək. Dirəyin üzərinə qatran yaxdırmaq.\n\nII. məch. Yaxmağa, yandırmağa məcbur etmək, başqasına yandırtmaq. yaxı is.\n1. Yağ xüsusiyyətləri olan maddə; yaxıla, sürtülə bilən hər cür maddə; sürtkü. // Sürtülən, yaxılan dərman.\n2. Yağ sürtülmüş çörək parçası; yaxmac.\n3. incəs. Fırça ilə yaxılmış nazik rəng qatı. yaxıb-yandırıcı sif.\n1. Bərk yandıran, çox isti; qızmar.\n2. məc. Qəlbə əzab verən, ürəyi incidən, yandırıb-yaxan, bərk acıdan. Yaxıb-yandırıcı sözlər. – Ruhülqüds mənə yaxıb-yandırıcı bir məktub yazmışdı. M.F.Axundzadə. yaxıb-yandırma “Yaxıb-yandırmaq”dan f.is. yaxıb-yandırmaq f.\n1. Bərk yandırmaq. Qızmar günəş üz-gözümüzü yaxıbyandırır. – Cəhənnəm alovu kimi insanı yaxıb-yandıran Tehran istisinə dözmək hünərdir. M.İbrahimov.\n2. məc. Mənən incitmək, qəlbə əzab vermək, ürəyi incitmək, yandırıb-yaxmaq, bərk acıtmaq. Onun sözləri adamı yaxıb-yandırır. yaxıb-yıxmaq f. Yandırıb dağıtmaq, məhv etmək. [Nadir bəy:] Həmcinsinə qıymaqdan, yaxıb-yıxmaqdan zövq alanlar, başqasının fəlakətində səadət arayanlar birər adi cəlladdan başqa bir şey deyildir. H.Cavid. yaxıcı I. sif. və is. Bir şeyi yaxan. Yaxıcı alət.\n\nII. sif. Yandırıcı, çox isti, çox qızğın; qızmar. Yaxıcı, amansız hərarət [Arazı] gündən-günə mum kimi əridib quru skeletə döndərmişdi. A.Şaiq. yaxıq is. Yaxılmış, yanmış yer; yanıq. yaxılama “Yaxılamaq”dan f.is. yaxılamaq f. məh. Yaxmaq, sürtmək. yaxılma I. “Yaxılmaq1”dan f.is.\n\nII. “Yaxılmaq2”dan f.is. yaxılmaq I. məch. Bir şeyin üzərinə sürtülmək, çəkilmək.\n\nII. məch.\n1. Yandırılmaq.\n2. bax. yanıb-yaxılmaq. yaxın sif.\n1. Məsafə etibarilə çox uzaqda olmayan; yovuq (uzaq qarşılığı). Yaxın çay. Yaxın yer. Evimizə yaxın mağaza. Yaxın aptekdən dərman al. // Zərf mənasında. Yaxın otur. Yaxın gəl. – Keşikçi yaxına gəlcək Telli xanım onun təpəsindən bir əmud ilişdirib öldürdü. “Koroğlu”. İnsan oğlu, uzaqlaşma, gəl yaxın; Başqa yerdən alınmasın sorağın. M.Müşfiq. Pərşan iki qızla çiyid dolu çuvalı yaxına gətirdi. M.İbrahimov. // Qısa. Yaxın yol. Yaxın mənzil.\n2. Zaman etibarilə uzaq olmayan, tezliklə olacaq, yaxınlaşan; gələcəyinə, olacağına və s.-yə az qalmış. Yaxın gələcək. Yaxın səfər. Yaxın görüşlərdə. // Qan qohumluğu və ya dostluq münasibəti ilə bağlı olan. Yaxın qohum. Yaxın dost. Yaxın yoldaş. – Telli, müəllimi özünə ən yaxın bir adam hesab edirdi. S.Hüseyn. Çox çəkməzdi ki, ev sahibinin qohum-əqrəbası, yaxın yoldaşlardan bəziləri yığılardı. Mir Cəlal. • Yaxın olmaq – 1) dost olmaq; yaxınlaşmaq. Böyükxanım Qulam xana yaxın olmaq üçün qəlbində vəsilələr axtarırdı. M.S.Ordubadi; 2) aralarında sevgi, məhəbbət olmaq, yaxınlıq olmaq. // İs. mənasında. Yaxın adam, dost; qohum. Mənim yaxınlarım; 3) oxşar, bənzər, çox oxşayan (bənzəyən). Məzmunca bir-birinə yaxın əsərlər. Bir-birinə yaxın dillər. Sarıya yaxın bir rəng. Yaxın görüşlər.\n4. Bilavasitə aidiyyəti olan, dərindən maraqlandıran, ürəyinə görə olan, mənafeyini əks etdirən; doğma, əziz. Bu kölgəli gecəni bayğın-bayğın seyr edir və ürəklərinə yaxın şeylərdən danışırlar. M.S.Ordubadi. Ədəbiyyat oxucuya, xalqa yaxın (z.) olmalıdır. M.İbrahimov.\n5. Mötəbər, inanılmış. [Aslan bəy:] Yaxın yerdən bilmişəm, özü xəbər göndərmiş. C.Cabbarlı.\n6. zərf Təxminilik, təqribilik bildirir. Üç aya yaxın bir müddət. Saat beşə yaxındır. Sabaha yaxın (sübh açılanda). Axşama yaxın (gün qaralanda). – Bir ilə yaxın idi ki, Gülpərinin zülmü davam edirdi. S.S.Axundov. Gecədən xeyli keçib, sübhə yaxındır artıq; Ey könül, dinlə, bahar öz qonağındır artıq. S.Rüstəm. Qafar yaşı əlliyə yaxın olan, xırdaca, arıq bir adamdı. Ə.Əbülhəsən. ‣ Yaxın durmaq – 1) yaxınlaşmaq, yanına getmək; 2) köməyə gəlmək, əl yetirmək, hümmət göstərmək. Heç kəs ona yaxın durmadı. Yaxın durmamaq – 1) yaxınına belə gəlməmək, qətiyyən iştirak etməmək, heç maraq göstərməmək. İşə yaxın durmur; 2) hətta əl vurmamaq, meyil etməmək, toxunmamaq. Yeməyə heç yaxın durmadı. – Əliqulu lavaş arasında iki yanmış sümük gətirdi, Məsmə ona yaxın durmadı. Mir Cəlal. Yaxın düşmək – bax. yaxın durmaq 1-ci mənada. [Mehriban] ərindən başqa bir [kişini] sevməyi bağışlanmayan bir qəbahət sanırdı. Bu qəbahəti əxlaqa müxalif bildiyi üçün Səlimə yaxın düşməkdən qorxur, mümkün olduğu qədər ondan qaçırdı. S.Hüseyn. Nə qədər əlində dövlət var idisə, Əmiraslan Gülpəriyə yaxın düşmürdü. S.S.Axundov. yaxında zərf\n1. Yaxın yerdə, yaxınlıqda, uzaqda olmayaraq. Yaxında bir meşə var. Yaxında toy var. – Bu arada, yaxında dördbeş əl şiddətli tapança atılır. H.Cavid.\n2. Bilavasitə yanaşı; yaxın. Yaxında əyləşin!\n3. Az vaxt sonra, çox keçmədən; tezliklə, yaxın vaxtda, yaxınlarda. Yaxında gələcəkdir. Yaxında kəndə gedəcəyəm. – [Sənəm:] Necə? Yaxında toy eləyirsənmi? Ü.Hacıbəyov.\n4. Az zaman əvvəl, az müddət bundan qabaq. Bu yaxında bir əhvalat olmuşdu. yaxındakı sif. Yaxında olan, qonşuluqda olan; yaxın. Yaxındakı dükandan ət al. Yaxındakı evlər. – Qaçqınlar hamısı yaxındakı şah tutluğa tərəf yüyürdülər. Ə.Vəliyev. yaxından zərf\n1. Yaxın məsafədən, uzaqdan olmayaraq, yaxın yerdən. Yaxından görmək. Yaxından bir səs gəldi. – [Qəhrəman:] Mən heç vaxt xanımı yaxından görməmişdim. H.Nəzərli.\n2. Çox yaxın, yaxşı. Yaxından tanış olmaq. Onu yaxından tanıyıram. yaxıngörən sif.\n1. Gözü uzağı görməyən və ya pis görən.\n2. məc. Uzağı, gələcəyi görə bilməyən məhdud adam haqqında. yaxınlarda zərf\n1. Yaxın yerlərin birində, bu ətrafda (bəzən “bu” sözü ilə). Evimiz bu yaxınlardadır. O, bu yaxınlarda yaşayır.\n2. Bu günlərdə, bir az əvvəl, az müddət əvvəl. Yaxınlarda gəlmişdir. Yaxınlarda dissertasiya müdafiə etmişdir. Yaxınlarda, deyəsən, yağış yağıb. // Tez bir zamanda, yaxın bir vaxtda, bir az sonra, bu günlərdə. Yaxınlarda yubileyi olacaq. Yaxınlarda əlli yaşı tamam olacaqdır. Yaxınlarda gedəcəyəm. yaxınlaşdırılma “Yaxınlaşdırılmaq”dan f.is. yaxınlaşdırılmaq məch. Bir şeyə yaxın edilmək, bir şeyin yaxınına gətirilmək (qoyulmaq, çəkilmək); yanaşdırılmaq. yaxınlaşdırma “Yaxınlaşdırmaq”dan f.is. yaxınlaşdırmaq f.\n1. Bir şeyin yaxınına çəkmək, yaxınına gətirmək; bir şeyə yanaşdırmaq. Başmaqlarını bir-birinə yaxınlaşdırmaq. Maşını qapıya yaxınlaşdırmaq. Şkafı divara yaxınlaşdırmaq. – Arxitektor kreslosunu stola yaxınlaşdırdı. M.İbrahimov. // Aralarında daha sıx əlaqə və münasibət yaratmaq. Nəzəriyyə ilə təcrübəni bir-biri ilə yaxınlaşdırmaq. Elmlə istehsalatı bir-biri ilə yaxınlaşdırmaq.\n2. məc. Aralarındakı ünsiyyəti daha da artırmaq, aralarında dostluq, yaxınlıq münasibəti yaratmaq. Zəhmət onları bir-birinə yaxınlaşdırdı. – Sanki bu təkrarlar [Ağca xanımı] oğluna – əllərini köksündə çataqlayıb yatan zəif, yetim və xəstə uşağa yaxınlaşdırırdı. Mir Cəlal.\n3. Zaman etibarilə tezləşdirmək.\n4. Oxşatmaq, bənzətmək, uyğunlaşdırmaq. Malı ən yaxşı nümunələrə yaxınlaşdırmaq. yaxınlaşma “Yaxınlaşmaq”dan f.is. Bir-biri ilə yaxınlaşma. Qışın yaxınlaşması. – Münəvvər xanım gözlərini açıb sübhün yaxınlaşmasını hiss edirdi. M.S.Ordubadi. yaxınlaşmaq f.\n1. Hərəkət edərək bir şeyin yaxınına gəlmək, yaxın durmaq, yanaşmaq üzrə olmaq; yanaşmaq. Gəmi sahilə yaxınlaşır. Qatar stansiyaya yaxınlaşdı. Evə yaxınlaşmaq. Divara yaxınlaşıb durdum. – Zeynal, yavaşca addımlar ilə Mehribana yaxınlaşdı. S.Hüseyn. Obaya yaxınlaşınca uşaqlar, bir neçə yaşlı qadın və kişi qarşımıza çıxdı. A.Şaiq. Əşrəf yavaşcadan sürünüb kola yaxınlaşdı. S.Rəhman. // Həmsərhəd olmaq, yanbayan olmaq. // Səs, işıq haqqında: getdikcə yaxşı eşidilməyə, görünməyə başlamaq. Adamların hay-küyü yaxınlaşır. C.Məmmədquluzadə. Kəndimizin işıqları getdikcə yaxınlaşırdı. İ.Əfəndiyev.\n2. Vaxt, zaman və s. haqqında: çatmaq, yetişmək, olacağına çox az qalmaq. Böhran yaxınlaşır. Bayram yaxınlaşmaqdadır.\n3. Yaxın əlaqə, ünsiyyət yaratmaq, yaxın olmaq, aralarından dostluq münasibəti yaratmaq. Onları tanış edib yaxınlaşdırmaq lazımdır.\n4. Oxşamaq, bənzəmək, uyğun gəlmək.\n5. məc. Yaxın olmaq, əlaqədar olmaq, mənafeyinə, tələbinə cavab vermək. Ədəbiyyat getdikcə daha artıq həyata yaxınlaşır.\n6. Yanaşmaq, öz münasibətini bildirmək. Kərim heç bir zaman işə soyuqqanlı, sakit ürəklə yaxınlaşa bilmirdi. M.İbrahimov. yaxınlatma “Yaxınlatmaq”dan f.is. yaxınlatmaq bax. yaxınlaşdırmaq. yaxınlıq is.\n1. Məsafə etibarilə çox uzaq olmama, yaxın olma. Qəsəbənin dəmir yoluna yaxınlığı. Bazarın evə yaxınlığı. Yolun yaxınlığı. // Yaxın yer, ətraf. Yaxınlıqda heç bir zihəyat görünməyir, quyulardan neft dartan dərin tulunbaların yeknəsəq səsləri eşidilirdi. S.Hüseyn. Bu vaxt, birdən yaxınlıqda oxunan bir mahnı eşidildi. İ.Əfəndiyev.\n2. Zaman etibarilə uzaq olmama, yaxın olma; yaxınlaşma. Qışın yaxınlığı. İmtahanların yaxınlığı.\n3. Yaxın münasibət, yaxın əlaqə; yoldaşlıq, dostluq münasibəti. İnsanlar arasında yaxınlıq. – [Müəllim və Tellinin] arasında ruhi bir yaxınlıq vardı. S.Hüseyn. Rübabə ilə Vahid arasında ünsiyyət doğduqca, yaxınlıq artdıqca Gəldiyevdə intiqam hissi alovlanırdı. Mir Cəlal. • Yaxınlıq etmək – dostluq etmək, bir-birinə yaxın olmaq, yaxın əlaqə saxlamaq. Eldar [Ceyran] barəsində çox maraqlanır. Lakin yaxınlıq etməyə üzü gəlmir. S.Hüseyn. Qurban Mərəndi ilə [Firidun] bir daha yaxınlıq etmədi. M.İbrahimov.\n4. Uyğunluq, oxşarlıq, bənzərlik. Tərcümənin orijinala yaxınlığı. yaxın-uzaq sif. və zərf\n1. Həm yaxın, həm uzaq, müxtəlif. Bu xəbəri eşidən yaxınuzaq yerlərdən qəhvəçi dükanına gəlib Qəribin oxumasına qulaq asırdılar. “Aşıq Qərib”.\n2. Gec-tez. [Dərviş:] Nədənsə yaxın-uzaq Ruqiyyənin mənə vasil olmasını könlüm mənə anlatmışdı. A.Divanbəyoğlu. yaxışma “Yaxışmaq”dan f.is. yaxışmaq bax. yaraşmaq. Ruscaya gəldikcə, inanmıram, onu da bir ziyalı qadının ağzına yaxışır surətdə danışa bilsin. A.Şaiq. yaxlaşdırılma “Yaxlaşdırılmaq”dan f.is. yaxlaşdırılmaq bax. yaxınlaşdırılmaq. yaxlaşma “Yaxlaşmaq”dan f.is. yaxlaşmaq bax. yaxınlaşmaq. ..Payan kəndinə yaxlaşırdıq. M.S.Ordubadi. Ata! Əl çəkəsi deyilik səndən! Deyərək, öz oğlu yaxlaşdı ona. S.Vurğun. yaxma I.\n1. “Yaxmaq1”dan f.is.\n2. is. Üzərinə yağ və s. yaxılmış çörək parçası; yaxmac. Tapdıq dedi: – Ana, ona yağ yaxması ver! Ə.Vəliyev.\n\nII. “Yaxmaq2”dan f.is. yaxmac is. Üzərinə yağ, bal və s. sürtülmüş çörək parçası; yaxma. Şlyapaların sahibi qadınlar stolun gözündən çıxardıqları yağ yaxmaclarını dişləri ilə çimdiklərdilər. Mir Cəlal. Kimisi yaxmac qayırır, .. kimisi yağla şorun qatışığından dürmək eləyib Qəmərin stəkanının yanına qoyurdu. Ə.Vəliyev. yaxmaq I. f.\n1. Qatı, yağlı bir maddəni bir şeyin üstünə sürtüb yaymaq. Çörəyə kərə yaxmaq. – Çıxdım Aya baxmağa; Qapıya qıfıl taxmağa; Qıza xına gəlibdi; Əllərinə yaxmağa. (Bayatı). [Məşədi İbad:] Görünür ki, heyvan balası dəllək xınanı pis yaxıbdır. Ü.Hacıbəyov. // Bulamaq, batırmaq.\n2. məc. Əsassız olaraq isnad etmək, boynuna qoymaq, üstünə atmaq. [Fatma xanım:] Sənin bu ləçər qızın mənim üstümə oğurluq yaxır. N.Vəzirov. ..Çar agentlərinə və bir casusa yaraşan sifətləri bunun məsum və səmimi çöhrəsinə yaxa bilmirdim. M.S.Ordubadi. ‣ Qara yaxmaq – bax. qara. Ləkə yaxmaq – bax. ləkə.\n\nII. bax. yandırmaq. [Qərib:] Bir söz ilə eldən-elə atıldım; Bu qərib ellərdə yaxdı nar məni. “Aşıq Qərib”. Pərvanə yaxar var-yoxunu bir oda yetsə; Razı deyiləm kim, mənə pərvanə desinlər. Qövsi. yaxşı sif.\n1. Müsbət xüsusiyyətlərə və ya keyfiyyətlərə malik olan; öz keyfiyyəti ilə verilən tələbləri təmin edən, lazımi qaydada olan; bəyənilən (yaman ziddi). Yaxşı yeməklər. Yaxşı mal. Yaxşı at. Yaxşı mənzil. Yaxşı xətt. Yaxşı tərcümə. Yaxşı şərait. // Gözəl, xoş. Yaxşı kitab. Yaxşı musiqiyə qulaq asdıq. Yaxşı təsir bağışladı. Yaxşı şeirlər yazır. – [Gülçöhrə:] Özü yaxşı, sözü yaxşı.. Ü.Hacıbəyov. // Sevimli, mehriban, əziz, istəkli (“mənim” sözü ilə nəvaziş bildirir). Mənim yaxşı oğlum! Mənim yaxşı balam! // Əlverişli, faydalı, dəyərli, müsbət. Yaxşı məsləhət. Yaxşı nəticə. Yaxşı fikir söylədi. // Xoş, səfalı. Yaxşı hava. Yaxşı yerlərdə dincəlirik. Yay yaxşı (z.) keçdi. // Təcrübəli, məharətli. Yaxşı usta. Yaxşı dərzi. Yaxşı mütəxəssis. Yaxşı rəssam. // Müsbət mənəvi keyfiyyətlərə malik olan; nəcib. Yaxşı adam. Yaxşı qadın. Yaxşı insan. – [Sultan bəy:] Yaxşı adam? Mən! Gəl də!.. Gəl qohum olaq, mən də dulam. Ü.Hacıbəyov. // Dəyanətli, sədaqətli. Yaxşı yoldaş. Yaxşı dost. Yaxşı arvad.\n2. Zərf mənasında. Kifayət qədər, lazımınca, əməlli-başlı. Yaxşı oxumaq. Yaxşı tanış olmaq. Yaxşı yazmaq. – [Əsəd bəy:] Hərçənd yoldaş tacirliyin fəndini çox yaxşı bilir. M.S.Ordubadi. [Usta Məhərrəm:] Özünüz deyin, harda yaxşı qan aldırmaq olar? Ü.Hacıbəyov. [Əlləzoğlu] şişlərdən döşəməyə yağ damlaları səpələyə-səpələyə, yaxşı bələd olduğu evdə ora-bura vurnuxdu, bufetin qapılarını taqqıldatdı. İ.Hüseynov. // Tələbələrin biliyinə verilən “orta” qiymətlə “əla” qiymət arasında qiymət – “4”. Fizikadan “yaxşı” almaq. Bütün dərslərindən “yaxşı” alıb.\n3. Kifayət qədər, kafi miqdarda (böyüklükdə); çoxlu. Yaxşı qazanc. Yaxşı artım. Yaxşı maaş. Yaxşı pul verirlər. // məc. Güclü, qüvvətli, bərk, əməlli-başlı. Yaxşı bir yumruq ilişdirdi.\n4. Zərf mənasında. Salamat, itkisiz, zərərsiz. Bəladan yaxşı qurtardın.\n5. “Yaxşı”, “razıyam”, “sən deyən olsun” mənasında razılıq bildirir. Yaxşı, mən də gedərəm. Yaxşı, sən də gəl. Yaxşı, əzizim, sən deyən olsun. // Sual cümlələrində. [Əsgər:] Yaxşı, bəy, fərz edək ki, mən xalamı verdim sənə, bəs əvəzində sən mənə nə verərsən? Ü.Hacıbəyov.\n6. “Yadda saxla”, “çox əcəb”, “baxıb görərsən” və s. mənasında hədə bildirir (bəzən təkrarla işlənir). Yaxşı, görüşərik! Yaxşı, yaxşı, gör atana nə deyərəm.\n7. İs. mənasında. Yaxşıların yaxşısısan; Gözəllərin xası, gəlin! Aşıq Ələsgər.\n8. Yaxşılıqla şəklində zərf – qalmaqalsız, rahatca, dalaşmadan, mübahisəsiz, əngəlsiz, xoşluqla. Yaxşılıqla çıxıb getdi. Yaxşılıqla məsələ həll olundu. ‣ Yaxşı gün – xoşbəxtlik, xoşbəxt həyat, yaxşı güzəran. Yaxşı olmaq – 1) sağalmaq. Xəstə yaxşı oldu. Yara yaxşı oldu. – ..Cəmil ağanın başının ağrısı lap yaxşı oldu. İ.Musabəyov; 2) kinayə tərzində məmnunluq ifadə edir; əcəb oldu. Sənə lap yaxşı oldu. Yaxşı yol – yola düşən adama xeyir-dua. Usta Zeynal Mirzə Səfərin oğluna xeyir-dua verib, yaxşı yol ilə müvəffəqiyyət diləyib bir qızıl saat da verdi. Ə.Haqverdiyev. Qız: “Zəfərlə dönəsən, sənə yaxşı yol!” – dedi. M.Rahim. Yaxşını pisdən ayırd etmək – işin məğzinə vararaq anlamaq, seçmək; məsələni hərtərəfli yoxlayıb düzgün nəticə çıxarmaq. Rüstəm kişi Salmanı, cavan olsa da, gözüaçıq, işbacaran, yaxşını pisdən ayırd edən bir adam sayırdı. M.İbrahimov. Yaxşısı budur ki... – ən münasib, ən məsləhət görülən şey haqqında. [Zeynal:] Yaxşısı budur ki, bir-birimizdən həmişəlik ayrılaq.. S.Hüseyn. Nə yaxşı, nə yaxşı ki – məmnunluq bildirir. Nə yaxşı, tez gəldin. Nə yaxşı ki, burada olmamısan. – [Mərcan bəy:] Nə yaxşı, razı oldu! Ü.Hacıbəyov. yaxşı-yaman is.\n1. Həyatda olan yaxşı və pis şeylər, müsbət və mənfi hallar. [Bədircahan:] Allah vurub, deyir, cahılları, qocadan danış... Cahandidə, yaxşı-yamanı görmüş.. N.Vəzirov. • Yaxşı-yaman sanmaq (bilmək) – yaxşısını pisindən ayırmaq. Bəs ki uşaqdır hələ, yaxşı-yaman sanmayır; Elmin əbəs olduğun anlamayır, qanmayır. M.Ə.Sabir. [Rüstəm:] Yaxşı-yaman bilmək, irəli getmək üçün yaxşı yoldaş lazımdır. S.Rəhimov. // Hal, vəziyyət. Qövsi, ondan qeyri kim, könlüm onun yanındadır; Hiç kim vaqif deyil yaxşı-yamanımdan mənim. Qövsi.\n2. Yaxşı və pis sözlər, müsbət və mənfi fikirlər. Hələ bir dəfə atam məni çağırdı ki, ay bala, qızın adına yaxşı-yaman deyirlər. İ.Hüseynov.\n3. Zərf mənasında. Babat, bir təhər, bir növ, bir qaydada. ..Məktəb öz başına qalıb, yaxşıyaman öz işinə məşğul olubdur. F.Köçərli. yaxşıca zərf Yaxşı. Yaxşıca gəldin. Yaxşıca yadıma düşdü. Yaxşıca etdin. Yaxşıca cavabını verdin. // Yaxşı-yaxşı, lazımi surətdə. Bəlli Əhməd bazu-bəndi də, qızılları da yaxşıca gizlətdi. “Koroğlu”. [Gülçöhrə:] Bir də görsəydim, yaxşıca diqqət edərdim.. Ü.Hacıbəyov. [Qəhrəman:] Mən burada dörd nəfər yoldaşım və bir pulemyot ilə həm körpünü, həm də meydanı yaxşıca atəşə tuta bilərdim. H.Nəzərli. // Sif. mənasında. Hətta namaz vaxtı da mömin müsəlmanın fikri və zikri dolu olur yaxşıca yağlıca bozbaş ilə. C.Məmmədquluzadə. yaxşılandırılma “Yaxşılandırılmaq”dan f.is. yaxşılandırılmaq bax. yaxşılaşdırılmaq. yaxşılandırma “Yaxşılandırmaq”dan f.is. yaxşılandırmaq bax. yaxşılaşdırmaq. Keçən zəmanədə insan köçəri olduğuna, yəni onun yeri çox olmağa binaən o, yerləri yaxşılandırmağa səy etməyib. “Əkinçi”. yaxşılaşdırıcı sif. Bir şeyin keyfiyyətini, vəziyyətini daha da yaxşılaşdıran, təkmilləşdirən. İş şəraitini yaxşılaşdırıcı tədbirlər. yaxşılaşdırılma “Yaxşılaşdırılmaq”dan f.is. yaxşılaşdırılmaq məch. Bir şeyin keyfiyyəti, vəziyyəti yaxşı hala salınmaq. yaxşılaşdırma “Yaxşılaşdırmaq”dan f.is. yaxşılaşdırmaq f. Bir şeyin keyfiyyətini, vəziyyətini daha yaxşı, daha mükəmməl, daha gözəl, daha əlverişli etmək. Mənzil şəraitini yaxşılaşdırmaq. Əhvalını yaxşılaşdırmaq. Məhsulun keyfiyyətini yaxşılaşdırmaq. Mal-qaranın cinsini yaxşılaşdırmaq. yaxşılaşma “Yaxşılaşmaq”dan f.is. [Zeynal] Mehribanın yaxşılaşmasını, tamamilə xəstəlikdən sağalmasını gözləyirdi. S.Hüseyn. yaxşılaşmaq f. Keyfiyyətcə, vəziyyətcə və s. cəhətdən daha yaxşı olmaq. Vəziyyət gündən-günə yaxşılaşır. Ev şəraiti yaxşılaşmışdır. // Sağlamlaşmaq, əmələ gəlmək, düzəlmək, qıvraqlaşmaq. Tapdıq vücudca yaxşılaşmışdır. Ə.Vəliyev. // Yaxşı olmağa, sağalmağa başlamaq, vəziyyəti düzəlməyə başlamaq. Xəstə yaxşılaşır. Kurortdan sonra xeyli yaxşılaşmışdır. yaxşılıq is. İnsanın müsbət mənəvi keyfiyyəti, sifəti (pislik, yamanlıq ziddi). Yaxşılığa yaxşılıq hər kişinin işidir; Yamanlığa yaxşılıq ər kişinin işidir. (Ata. sözü). Artıq səyimiz bunda olacaq ki, hamı müsəlman qardaşları özümüzdən razı edib, heç bir kəsin nə yaxşılığını və nə pisliyini danışmıyaq.. C.Məmmədquluzadə. Yamanlıq, yaxşılıq durmuş üz-üzə; Dilsiz əsrlərdən mirasdır bizə. S.Vurğun. // Yaxşı, müsbət iş. hərəkət; xeyirxahlıq, qeydkeşlik, kömək. Adamlara yaxşılıq etmək. – Mənim yaxşılığımın əvəzində məni dünya işığına həsrət qoydun. “Koroğlu”. Yamanlıq eyləmə bir şəxsə, yaxşılıq var ikən. S.Ə.Şirvani. [Mirzə:] Çox razıyam sizdən. Üç il bundan qabaq uşaqlar haqqında yaxşılıq indi də mənim yadımdan çıxmır. Ə.Haqverdiyev. yaxşılı-yamanlı sif. Həm yaxşısı, həm pisi olan, hər cür. yaxşıraq sif. köhn. Daha yaxşı. ..Hər bir divardan çölün havası içəri gəlir və hansından artıq gəlir isə, o divar yaxşıraqdır. H.Zərdabi. yaxşı-yaxşı 1. sif. Yaxşı (topluluq mənasında). Yaxşı-yaxşı yeməklər. Yaxşı-yaxşı şeylər. – [Şəhərdə] gördüm ki, bu yaxşı-yaxşı adamların surətlərini necə yaradırlar. S.Rəhimov.\n2. zərf Dərindən, ətraflı, diqqətlə, lazımınca, əməlli-başlı. Bir yaxşı-yaxşı fikirləş. Materialı yaxşı-yaxşı öyrənməli. – Gözlərini açıb bir yaxşı-yaxşı bax. S.Rüstəm. yaxşı-yamanlıq is. Bir şeyin yaxşılıq və pislik cəhətdən keyfiyyəti; bir hərəkətin, işin mənəvi cəhətdən necəliyi. yaxta is. [ing.] Yelkənli və yaxud motorlu idman qayığı. yaxt-klub [ing. yach-club]\n1. Su idmanı ilə məşğul olan idmançıları birləşdirən təşkilat. Yaxt-klub üzvü. Yaxt-klub qayıqları.\n2. Həmin təşkilatın su stansiyası, onun yerləşdiyi bina. Yaxt-kluba gedirəm. Yaxt-klubda məşqlər aparılır. yaxud bağl. [fars.] Həmcins söz və ya cümlələri bir-birinə bağlayır, “və ya”, “ya da” mənasında işlənir (bəzən “və yaxud”, “yaxud da” şəklində də işlənir). Bu gün, yaxud sabah gedəcəyik. – ..Mahmud bacısını bir yerə, yaxud bir kimsəyə verib başından rədd etməyi qərara aldı. B.Talıblı. Siz bəlkə zənn edirsiniz ki, mən Xədicəni sevmişdim və yaxud sevişmişdik.. S.Hüseyn. yainki bağl. köhn. Yaxud, ya, ya ki, ya da. Rüxsari-alın üzrə o xali-siyahmıdır? Yainki mayeyi-dili-məcruh dağıdır. S.Ə.Şirvani. ..Hər kəs rusca, yainki .. gürcücə, yainki avropalılar işlətdikləri hürufat ilə yazı yazmaq bilir, – bizim sözlərimizi başa düşər və bilər ki, nə deyirik. C.Məmmədquluzadə. yak [tibetcə] Tibetdə yetişdirilən, iri buynuzları və uzun tükləri olan, gövşəyən iri heyvan; Tibet camışı. yakobin [xüs. addan] tar. XVIII əsrin axırında Fransa burjua inqilabı zamanı “Yakobin klubu” deyilən siyasi təşkilatın üzvü olan inqilabçı-demokrat. ‣ Yakobin klubu – XVIII əsrin axırında Fransa burjua inqilabı dövrü siyasi təşkilatı. yakobinlik is. tar. Yakobinlərin prinsipləri və siyasi hərəkatı. yakut (=yakutlar) is. Yakutiya Respublikasının yerli əhalisi; türkdilli xalqlardan biri (özlərini saxa da adlandırırlar). yakutlar (=yakut) is. Yakutiya Respublikasının yerli əhalisi; türkdilli xalqlardan biri (özlərini saxa da adlandırırlar). yaqma “Yaqmaq”dan f.is. yaqmaq bax. yaxmaq . Rəhm edib aşiqini həşr günü yaqmayalar; Ki, bu dünyada əsiri-qəmi-hicran olmuş. Füzuli. Bir dəm səni ol atəşi-rüxsar yaqmadı; Sən ey hicab, səddiİskəndərmisən, nəsən? Qövsi. yaqut is. [ər.]\n1. Qırmızı rəngdə olan qiymətli daş. Yaqut üzük (qaşı yaqutdan olan üzük). – Qaş-daşı əlli, vəzni yüz misqal; Qırx daşı ləldir, onu yaqut. S.Ə.Şirvani. [Hacı Murad:] ..Bu rəngdə yaqut heç Xəta padşahının xəzinəsində də tapılmaz. S.S.Axundov.\n2. məc. şair. Al-qırmızı rəng simvolu kimi. Aç o yaqut dodağını, ey xanım, aç! Ortaya inci, cəvahir, dür saç! A.Şaiq. Şaxta vurub buz donsa da sənin yaqut yanağında; El qeyrəti, vətən eşqi gülər açıq dodağında. S.Vurğun. yal I. is.\n1. Atın (və bəzi heyvanların) boynunun üst hissəsində bitən uzun tüklər. Əli ilə atın üzünü, gözünü, yalını, sağrısını tumarladı. “Koroğlu”. Bəy ata yaxınlaşdı, əli ilə onun yalını tumarladı, qayışlarını yoxladı, səliqəsiz görünən tapqırını düzəltdi. M.Hüseyn.\n2. məc. dan. zar. Saç, saqqal mənasında. [Cənnətəli ağa:] İki dəfə [həna] qoydurmuşam, saqqalım genə hələ kürən ağ yaldı. N.Vəzirov. Gündə həna bağlagilan yalına; Açma gözün, baxma bir öz halına. Ə.Qəmküsar. • Yalı ağarmaq dan. zar. – qocalmaq. Həştada yetmişdir sinnü salımız; Bu dövlətdə ağarmışdır yalımız. Q.Zakir. Deyilik naşı, bu işdə, ağarıbdır yalımız. M.Ə.Sabir. Yalın ağarmış, yox ağızda dişin. Ə.Nəzmi.\n\nII. is. Hündür bir yerin təpəsi; dikdir, yoxuşun başı. Yol ötdüm, çıxdım yala; Nahaqdan düşdüm qala; Əyil üzündən öpüm; Candan çıxsın dərd-bəla. (Bayatı). Səfiqulular kəndinin qabağındakı hündür yal ilə Şehli kəndinə gedən yol görünürdü. S.Rəhimov. Dərəni keçib düşmənin müdafiədə durduğu yala qalxmağa başlarkən birinci güllə atıldı. Ə.Əbülhəsən.\n\nIII. is. İtə verilən horra halında yemək. İt yalı. – Hər kəs öz itini alaçığa çəkib qabağına yal tökür. “Qaçaq Nəbi”. [Ağakərim xan:] Xeyr a... gədə köpəyə yal verməmişdi, o barədə söylənirdim. N.Vəzirov. // məc. Çox dadsız, keyfiyyətsiz, duru yemək haqqında. ‣ Yalı artmaq (artıq düşmək) vulq. – varlanmaq, dövlətlənmək mənasında. [Aşıq Vəli:] Qohum-əqrəbasına yalı artanda təşəxxüs edənə lənət! N.Vəzirov. Caydaq adam qapını bərk basıb əlavə etdi: – Yalı artıq düşüb! Mir Cəlal. yaladılma “Yaladılmaq”dan f.is. yaladılmaq məch. Yalamağa məcbur edilmək. Qoyuna, qoça qənd verilir, duz yaladılır, su içirdilirdi. Mir Cəlal. yalaq I. sif. dan.\n1. bax. yaltaq. [Qumru:] Getsin yalaq Səkinəni aldatsın. Mir Cəlal. ..Adam yada yalaq, qohuma çolaq olmaz. Ə.Vəliyev.\n2. Qarınqulu, yemək düşkünü, gözüdoymaz; qab dibi yalayan.\n3. Yavadanışan, ağzıpərtov. yalaq-yalaq zərf Yaltaq-yaltaq. Yalaqyalaq danışmaq.\n\nII. is. İtə yal tökmək üçün çuxur yer və ya qab. yalaqlanma “Yalaqlanmaq”dan f.is. yalaqlanmaq f. Yaltaqlıq etmək, yaltaqlanmaq. yalaqlıq is.\n1. Yaltaqlıq.\n2. Yemək düşkünlüyü, acgözlük, qarınqululuq, gözüdoymazlıq, qab dibi yalama.\n3. Ağzıpərtövlük, danışarkən pis, ədəbsiz sözlər işlətmə. yalama 1. “Yalamaq”dan f.is.\n2. Yalamaq üçün atın qabağına qoyulan duz parçası. Qaraxan xəlvəti içəriyə girib balaca duz yalamasını götürüb arxalığının cibinə saldı. S.Rəhimov. yalamaq f.\n1. Bir şeyin üstünə dilini sürtmək. ..Tulaların biri qaçıb gəldi Qurbanəli bəyin qabağına və başladı bəyin ayaqlarını yalamağa. C.Məmmədquluzadə. Bu vaxt sürüdən ayrılmış bir qoyun yeni doğduğu quzunu yalayırdı. M.S.Ordubadi. [Südabənin anası] susub, qurumuş dodaqlarını yaladı. M.İbrahimov. // Dilini bir şeyə sürtüb bulaşdıraraq udmaq və ya içmək. Balı yalamaq. Boşqabdakı mürəbbəni yalamaq.\n2. məc. Üzdən dəyib keçmək, azacıq toxunmaq. ..Qırmızı alov isə dilini çıxarıb yanyörəni yalayırdı. S.Rəhimov. Güllə onun başını yalayıb keçmişdi. R.Rza. ‣ Düz kimi yalamaq – bax. duz. yalan is. Aldatmaq məqsədi ilə deyilən əsilsiz söz (doğru, gerçək ziddi). Yalan söyləmək. – Surxay öz yalanından utanıb qıpqırmızı oldu. M.Hüseyn. • Yalan danışmaq – yalançılıq etmək, doğru söyləməmək, danışarkən həqiqəti gizlətmək. [Kişi:] Bütün rayon onu da bilir ki, bu bir ildə mən hələ yalan danışmamışam. İ.Hüseynov. Yalan satmaq – aldatmaq, yalan demək. Yalan satar tamam bir-birinə; Zahirdə ittifaq, batində nifaq. Q.Zakir. [Sultan:] Bütün rayon bilir ki, Sultan Əmirliyə yalan satmaq adama çox baha oturur. İ.Hüseynov. Yalan yerə – yalandan, yalan olaraq, aldatmaq məqsədi ilə; nahaq, səbəbsiz. Yalan(a) çıxmaq – əsli olmadığı meydana çıxmaq, düz çıxmamaq. Yalanı çıxmaq – doğru danışmadığının üstü açılmaq, sözlərinin yalan olduğu aşkara çıxmaq. Yalanını tutmaq – düz danışmadığını ifşa etmək, danışdığı sözlərin əsilsiz olduğunu bəlli etmək. Hər kəs istəyir ki, mənim yalanımı tutsun, təvəqqe edirəm, bu yazdığıma yaxşı diqqət eləsin. C.Məmmədquluzadə. // sif. Düz olmayan, əsli olmayan, qeyri-həqiqi, qeyrigerçək; uydurma. Yalan söz. Yalan xəbər. Yalan vədlər. – Müridlərdə bütün bidəti, cinayəti, fisqi; Yalan hədisləri rövzəxanda görməli imiş. M.Ə.Sabir. ‣ ...yanında yalandır – müqayisə bildirir. Kəşfiyyat quyusundan elə neft çıxır ki, onun yanında Suraxanı nefti yalandır. M.Hüseyn. yalanbaşdan zərf dan. Başını aldadaraq, tovlayaraq, yalandan, qeyri-ciddi olaraq. Hər gün bir-iki saat Nardan xanım durub gələrdi Zərnigarın yanına. Yalanbaşdan Zərnigarın başını aldadıb tez durub gedərdi Murtuzun yanına. (Nağıl). Lotular oturub bir qədər mərhumu yalanbaşdan yad edib göz yaşı axıtdılar. “Aşıq Qərib”. yalançı 1. is. Yalan danışan adam, yalan danışmağı özünə adət etmiş adam. Yalançının biridir. Yalançının sözünə inanma. –Yalançının şahidi yanında olar. (Ata. sözü). Çünki o məlunların əxbarı əksər övqat nəticə bağışlayır, amma özləri yalançı və bədzatdırlar. M.F.Axundzadə. Doğru deyən olsaydı, yalançı usanardı; Avarə qalanlar dəxi bir söz də qanardı. M.Ə.Sabir. • Yalançı çıxmaq – vədinə əməl etməmək, sözünü yerinə yetirməmək. [Cəmilə:] Yalançı çıxmayım deyə gəldim. S.Hüseyn.\n2. sif. Süni, uydurma, qeyri-həqiqi, əsilsiz, saxta, doğru olmayan. Yalançı təbəssüm. Yalançı göz yaşları. – ..Atam heç şəhərli də deyil idi ki, bəylərə bazarlıq eliyə-eliyə axırda bir yalançı bəylik qazana idi. C.Məmmədquluzadə yalançıbaş məh. bax. yalançı 2-ci mənada. yalançılıq is. Yalançının xasiyyəti, yalan danışma xasiyyəti. Yalançılıq etmək. – [Kələntər] təsadüfən yalançılıq, gopçuluq və hay-küylə bu vəzifəyə yüksələ bilmişdi. M.İbrahimov. // Yalan, uydurma sözlər. Buradakı yalançılıq yuxarıda göstərilən kitablarda olandan daha artıqdır. M.S.Ordubadi. yalandan zərf Əsli olmadan, aldadaraq, aldatmaq məqsədi ilə. Yalandan demək. – Şəmsiyyə şübhələnirdi, atasının onu aldatdığını, yalandan arxayın saldığını düşünməyə başlayırdı. M.İbrahimov. // Süni surətdə, süni olaraq, ciddi olmayaraq; yalanbaşdan. Yalandan özünü şad göstərmək. Yalandan gülmək (ağlamaq). yalan-gerçək zərf Yalandan, ya doğrudan. [Kişi:] Aşıq, qaçaqların qorxusunnan onnarın hamısını tərifləyirsən, yalan-gerçək bizi inandırırsan. “Aşıq Ələsgər”. yalanğuşdan dan. bax. yalanbaşdan. Cəhənnəmlik libasını geyənsən; Yalanğuşdan müsəlmanam deyənsən. Aşıq Baxış. yalanqoz is. bot. Qoz fəsiləsindən lələkvari yarpaqlı meşə ağacı. yalanlama “Yalanlamaq”dan f.is. yalanlamaq f. Yalan olduğunu göstərmək, bildirmək; təkzib etmək. yalanlıq is. Əsilsizlik, əsli olmama, düz olmama, doğru olmama. Xəbərin yalanlığı. Sözün yalanlığı. – Kəndçilər etdilər dübarə hücum; Yenə oldu yalanlığı məlum. M.Ə.Sabir. yalanma “Yalanmaq”dan f.is. yalanmaq “Yalamaq”dan məch. yalan-palan top. dan. Yalan sözlər, boş, əsilsiz sözlər. [Mirzə:] Yalan-palandan sənə sonra söylərəm. Ə.Haqverdiyev. ..[Hamı] olmazın yalan-palanı eşitməkdən yorulmuşdu. Ə.Əbülhəsən. // Sif. mənasında. Saxta, uydurma. [Barat:] Bu yalan-palan kağızlar mənim qulağıma girməz. C.Cabbarlı. yalansıtma “Yalansıtmaq”dan f.is. yalansıtmaq f. Deyilən doğru sözü yalana çıxartmağa çalışmaq, yalan saymaq, təkzib etmək; danmaq. Həqiqəti yalansıtmaq olmaz. yalansız sif. Düzgün, doğru, həqiqətən olmuş, gerçək. Yalansız söz. // zərf Yalan söyləmədən, yalan danışmadan, aldatmadan. Nə eləyim, qibleyi-aləm sağ olsun, yalansız (z.) keçinmək olmur. “M.N.lətif.” yalan-yanlış zərf və sif. Düzgün və mükəmməl olmayaraq, yalan və səhvlərlə dolu. [Axund] ərəbcə, farsca yalan-yanlış bir qədər danışdı. Qantəmir. Səlimnaz arvad evin xanımı ilə çoxdan dostlaşmışdı. Hələ onun adını da yalan-yanlış öyrənmişdi. M.Hüseyn. yalaşma “Yalaşmaq”dan f.is. yalaşmaq qarş. Bir-birini yalamaq. Quzular yalaşırlar. Küçüklər yalaşırlar. yalatdırma “Yalatdırmaq”dan f.is. yalatdırmaq icb. Yalamağa məcbur etmək. yalatma “Yalatmaq”dan f.is. yalatmaq icb. Yalamağa məcbur etmək. yalavac sif. və is. Ac-susuz, yeməksiz (çox vaxt “ac-yalavac” şəklində işlənir – əsil mənası: “bir xəbər bildirmək üçün göndərilmiş adam, müjdəçi, peyğəmbər”). [İmamyar:] Qoy mən ac olum, yalavac olum, təki işiniz yerisin. C.Cabbarlı. yalavaclıq is.\n1. Yalavacın hal və vəziyyəti; aclıq.\n2. Üst-baş, paltarlıq parça. [Əsgər bəy:] Xeyr, Hacı, yalavaclıq üçün gəlməmişik, bir ayrı mətləbimiz var. M.F.Axundzadə. Qızım üçün bir az yalavaclıq almışam, aparıram. Sabah qızımın toyudur. Ə.Haqverdiyev. yalçın sif. Çox dik və çılpaq, sıldırımlı, sarp. Yalçın qayalara sinə gərərək; Azğın ərəblərlə durdu üz-üzə. S.Vurğun. Azad və məğrur Qafqazın uca dağlarını, yalçın, qartallı və müdhiş qayalarını, yollarını, körpülərini seyr edirdi. Mir Cəlal. yaldız is.\n1. Bir şeyə qızıl və ya gümüş rəng və parlaqlığını vermək üçün onun üzərinə çəkilən qızıl, ya gümüş suyu. // Parlaq. [Şair:] Qəlbimizin ilk baharı .. yaldız günəşi, incə buludları – həp sizə mədyundurlar. Çəmənzəminli.\n2. məc. Zahirən bəzəkli, parlaq, gözəl, gözəllik. yaldızlama “Yaldızlamaq”dan f.is. yaldızlamaq f.\n1. Qızılı, gümüşü rəng vermək, qızıl və ya gümüş suyu vermək, qızıl və ya gümüş kimi parlatmaq, cilalandırmaq. Yavaş-yavaş sönür, batır yıldızlar; Sarı bulud göyün üzün yaldızlar. A.Səhhət.\n2. məc. Zahiri bəzək vermək. yaldızlı sif.\n1. Üzərinə qızıl və ya gümüş suyu verilmiş, qızıl və ya gümüş kimi parlaq. // Parlaq. [Ərən:] Axşamlar ay yaldızlı qanadını Nil çayının üzərinə gərərkən zənci qızı saray tayfasını yuxuya verib gəlir, ikisi də xurma kölgəliklərinə çəkilərək sevgi şərbətindən içirdilər. Çəmənzəminli.\n2. məc. Zahiri bəzək, zahiri parlaqlıq. Yaldızlı sözlər. yalın sif.\n1. Çılpaq, açıq, heç bir şeylə örtülü olmayan. Ayaqları yalın (ayaqqabısız). – [Uşaqların] yalın ayaqları dizlərinədək palçığa batmışdı. Çəmənzəminli.\n2. Boş, heç bir şeysiz. [Firidun:] ..Biz heçdən bir şey yaratmalı, yalın əllərlə zindanları, zəncirləri qırmalıyıq. M.İbrahimov. ‣ Yalın qılınc – sıyrılmış, qınından çıxarılmış (qılınc). Yalın qılıncları ilə onların səflərinə həmlə edib ol gün axşam olunca cəng elədilər. “Dərbəndnamə”. yalınayaq bax. ayaqyalın. Məşədi bəy cındır paltarlı, yalınayaq uşaqları bir-bir qucaqlayıb öpdü. M.Hüseyn. yalınbaş bax. başıaçıq. yalınca zərf Tamamilə çılpaq, açıq. yalınqat sif.\n1. Ancaq bir qat; astarı olmayan, astarsız. [Molla Qasımın] belində üstü sarı ipəklə çəkilmiş naxışlı ağ qurşağı, ayağında genbalaqlı ağ kətandan lifəli yalınqat tumanı var idi. H.Sarabski. Gülsənəm lap arıqlamış, yalınqat, nazik, yamaqlı büzmənin içində oturmuş və fikrə getmişdi. S.Rəhimov.\n2. məc. Çox arıq, sısqa, cansız, sağlam olmayan. Mənim kimi yalınqatdan nə hasil; Adam gərək ola püsərək topçaq. Q.Zakir. yalınlaşma “Yalınlaşmaq”dan f.is. yalınlaşmaq f.\n1. Getdikcə nazikləşmək.\n2. Çılpaqlaşmaq. yalınlıq is. Yalın şeyin halı, çılpaqlıq. Talıb xanın .. yalınlıqdan olub dabanı çatçat. Q.Zakir. yalxa (=yalxı) sif. məh.\n1. Yanında başqa bir şey olmayan; yalnız, tək. Səməd döşəmədə, yalxı döşəkağı üzərində köynəkçək uzanmışdı. İ.Hüseynov.\n2. Ancaq, yalnız. Yalxı bizi eyləməyib mübtəla; Səfheyi-Qafqazı tutub bu bəla. M.Ə.Sabir. yalxı (=yalxa) sif. məh.\n1. Yanında başqa bir şey olmayan; yalnız, tək. Səməd döşəmədə, yalxı döşəkağı üzərində köynəkçək uzanmışdı. İ.Hüseynov.\n2. Ancaq, yalnız. Yalxı bizi eyləməyib mübtəla; Səfheyi-Qafqazı tutub bu bəla. M.Ə.Sabir. yalqız sif.\n1. Tək, kimsəsiz, yalnız, təktənha. Bir mən, bir sevdiyim, bir otaq, yalqız; Deyib-danışmağın nə damağı var! Aşıq Ələsgər. // Zərf mənasında. Sən ki ey bülbül, məni heç yerdə yalqız qoymadın. Qövsi. [Heydər bəy:] Yoldaşlarım yoxdur, yalqız gəlmişəm. M.F.Axundzadə. Dörd divar içində yalqız durmadı; O duydu hər qışı, hər baharı da. S.Vurğun.\n2. Ancaq, təkcə, müstəsna olaraq. Elə yalqız Zakir deyil gileyli; Azürdədir aləm sərasər səndən. Q.Zakir. yalqızca zərf Tək, tək-tənha, yanında heç kəs olmadan. Yalqızca oturmaq. – Qoçpolad qalxmışdı Boranlı dağa; Yalqızca yaşardı kin boğa-boğa. A.Şaiq. [Müəllim] gecələrini təkbaşına, yalqızca keçirirdi. S.Hüseyn. yalqızlama “Yalqızlamaq”dan f.is. yalqızlamaq f. Yanında heç bir kəs olmamaq, yalqız qalmaq, tək-tənha qalmaq. // Yalqız qoymaq, təkləmək. Məni yalqızladı dərdü bəlayi-yar bir yandan. Qövsi. yalqızlıq is. Təklik, tək-tənhalıq, yalnızlıq, tək qalma. Birdən [müəllimin] fikrinə gəldi ki, Telli yalqızlıqdan qorxar. S.Hüseyn. Müşkünaz uşaqlıqdan təkliyi sevmir, yalqızlıqdan daralırdı. Ə.Vəliyev. // Kimsəsizlik, adamsızlıq. Durnanın yetimlik, yalqızlıq iztirabları ilə pərvəriş tapmış qəlbi, bu sakit sevginin sadə, mehriban axşamları ilə bəxtiyar idi. İ.Əfəndiyev. yalquzaq is. Canavar, qurd; tək gəzən canavar. Qəflətən yalquzaq çıxdı dərədən; Yapışdı qır kimi, qumral kərədən. H.K.Sanılı. Camalın əlindən nə yalquzaq, nə ayı, nə də pələng qurtara bilirdi. S.Rəhimov. [Sirat:] ..Ən axırda yalquzaq kimi tək qalacağam. Ə.Əbülhəsən. yallama I. “Yallamaq1”dan f.is.\n\nII. zərf Yalından tutaraq. Safo da bilir, cayıl, ağzıboş vaxtlarımda hər əlim ilə bir xam atı qaçaraqda quyruğundan saxlayar, hər birisini yallama minərdim. S.Rəhimov. yallamaq I. f. Yüyənsiz atı yalından tutaraq sürmək.\n\nII. f. İtlərə yal (yem) vermək.\n2. məc. vulq. Rüşvət vermək. yallanma “Yallanmaq”dan f.is. yallanmaq məch.\n1. İtlərə yal verilmək.\n2. məc. vulq. Rüşvət almaqla varlanmaq. yallı I. is. Yalı olan (bax. yal1). Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi; Bizim bu həyat kimi. M.Müşfiq.\n\nII. is. Bir-birinin əlindən tutaraq dəstə ilə oynanılan Azərbaycan xalq rəqsi. Yallı havası. – Alaq vuranların mahnıları, taya vuranların nəğmələri, qocaların yallısı, cavanların gülüşməsi Budağı valeh etmişdi. Ə.Vəliyev. • Yallı tutmaq (getmək) – yallı oynamaq. [Toybaşı:] Uşaqları durğuz, bir yallı tutsunlar. Ə.Haqverdiyev. Burda dəstə-dəstə gəzən balalar; Əl-ələ tutuşub yallı gedirlər. S.Vurğun.\n\nIII. zərf Yal verməklə, yal yedirməklə. [Hacı Osman:] Çobanların, köpəklərin necədir, a Vəli, yallımı saxlayırsan onları? N.Vəzirov. yallıbaşı is. Yallı oyununa başçılıq edən şəxs. yallıbaşılıq is. Yallı oyununa başçılıq etmə. Yallıbaşılıqda da bu Dəlidağda heç bu qudurğanların tayları yoxdur. S.Rəhimov. yallıq sif. Yal üçün yararlı (bax. yal3). yalman is. bax. yal1 1-ci mənada. Min Qazaxda köhlən ata; Yalmanına yata-yata; At qan tərə bata-bata; Göy yaylaqlar belinə qalx. S.Vurğun. Koxa atın yalmanından tutub ləngərlə qalxdı. S.Rəhimov. yalmanıb-yaltaqlanmaq f. məh. Yaltaqlıq etmək. Məclisdəkilər yalmanıbyaltaqlanıb eşşəyin tərifini göyə çıxarırlar. “M.N.lətif.” yalmanlama “Yalmanlamaq”dan f.is. yalmanlamaq bax. yallamaq1. [Əlaltı:] Mən qaçaraqda qatırı minib onu yalmanlamasam, onda atam Bəbəşin oğlu deyiləm! S.Rəhimov. yalmanlanma “Yalmanlanmaq”dan f.is. yalmanlanmaq “Yalmanlamaq”dan məch. yalmanlı bax. yallı1. yalmanma “Yalmanmaq”dan f.is. yalmanmaq f. məh. Yaltaqlıq etmək, baş əymək. yalnız 1. əd. Məhdudiyyət bildirir – ancaq, təkcə. Yalnız bircə şərtlə. Yalnız bir adam gəlmişdir. Məclisdən yalnız siz əskik idiniz. Yalnız bir arzum var. – Usta Zeynalın övladdan yalnız altı yaşında Tutu adlı bircə qızı vardı. S.S.Axundov. Mehriban əsəbiləşmişdi. Uşaqları düşünmək, onların halına acımaq yalnız onunmu vəzifəsi idi? S.Hüseyn. Yalnız o biri günün axşamı o, baş götürüb getdiyi uzaqlardan geri qayıtdı. Ə.Məmmədxanlı.\n2. Zərf mənasında. Tək, tənha, başqaları olmadan, başqalarından ayrıca. Yola yalnız çıxdım. Uşaqları evdə yalnız qoymayın. Kimsə yox idi, yalnız idim. – Ata-anası bir yerə qonaq gedən vaxt Sonanı da istərdilər aparsınlar, lakin Sona “keyfim yoxdur” deyib, həmişə evdə yalnız qalırdı. N.Nərimanov. Mən o kişini indi yalnız gəzən görürəm. S.Hüseyn. Bəzən axşamüstü gəlirəm evə; Yalnız buraxmayır xəyalın məni. S.Vurğun. yalnızbaşına zərf Tək, tək-tənha. ..Ləngrud çayı ilə aşağı doğru axan kərəçidə yalnızbaşına oturub dalğın və mükəddər bir halda düşünürdüm. S.Hüseyn. yalnızca zərf Yalnız, təkcə, tək-tənha. [Müəllim] gecələrini təkbaşına, yalnızca keçirirdi. S.Hüseyn. yalnızlıq is. Təklik, tənhalıq. [Nadir bəy:] Eşq öksüz bir çocuq kimi daima yalnızlıqdan xoşlanır. H.Cavid. Onda yoxdur izi əsla; Yalnızlığın, tənhalığın. R.Rza. yalov bax. alov. yalsız I. sif. Yalı olmayan (bax. yal1). Yalsız dayça.\n\nII. sif. dan. Yal verilməmiş, yemək verilməmiş, ac. Gülnaz və Səriyyə xala qapını döydüyü zaman [Qəmərbanu] yalsız yatan köpək kimi acıqlı idi. M.İbrahimov. yaltaq sif. Yaltaqlıq edən, başqasına yaltaqlanan. Yaltaq adam. – Mən dünyada hər şeydən artıq yaltaq adamlardan iyrənirəm. M.S.Ordubadi. Şeir gəzdi dilləri, gəlib çatdı saraya; Aldı yaltaq kübarlar Zülfüqarı araya. B.Vahabzadə. // İs. mənasında. Yaltaqlara aramızda yer yoxdur. – Olmasaydı cahanda sarsaqlar; Ac qalardı, yəqin ki, yaltaqlar. M.Ə.Sabir. Yaltaqları hazırlayan saraylar və hökmdarlardır. M.S.Ordubadi. yaltaqcasına zərf Yaltaqlıq edərək, yaltaq-yaltaq, yaltaq adam kimi özünü alçaldaraq. Yaltaqcasına hərəkət etmək. Yaltaqcasına “bəli, bəli” demək. yaltaqlanma “Yaltaqlanmaq”dan f.is. yaltaqlanmaq f. Öz şəxsi xeyri və ya birinə xoş görünmək üçün başqasının qarşısında özünü alçaldaraq onun istədiyinə uyğun hərəkət etmək, danışmaq, riyakarcasına onu tərifləmək, yaltaqlıq etmək. Dövlətliyə yaltaqlanmaq bilmərəm; Qəmli ikən yalan yerə gülmərəm. M.Ə.Sabir. [Məmməd Aslan bəyə:] Gedin, almanlara yaltaqlanın siz; Qandır, xəyanətdir bütün qəsdiniz. Z.Xəlil. yaltaqlıq is. Öz şəxsi xeyri və ya birinin yanında öz qiymətini artırmaq üçün başqasının qabağında alçalaraq onun istədiyinə uyğun hərəkətlər etmə, riyakarcasına onu tərifləmə. Yaltaqlıq etmək. Yaltaqlıq insanı alçaldan hərəkətdir. – Dünyada yaltaqlıq nə olduğunu Mirzə bilməzdi. Ə.Haqverdiyev. Sona xala yalan, yaltaqlıq, alçaqlıq sevməz .. bir qadın idi. S.S.Axundov. Hərəkətlərdə də, sözlərdə də ürəkbulandırıcı bir yaltaqlıq və gizli bir vahimə müşahidə edən Firidun titrəməyə başladığını hiss etdi. M.İbrahimov. yaltaq-yaltaq zərf Yaltaqlıq edərək; yaltaqlana-yaltaqlana; yaltaqcasına. Yaltaqyaltaq danışmaq. Yaltaq-yaltaq gülmək. – Qazı yaltaq-yaltaq Teymura tərəf ikiqat əyilərək deyir.. “M.N.lətif.” yalvarıb-yaxarma “Yalvarıb-yaxarmaq”dan f.is. yalvarıb-yaxarmaq f. Həddindən artıq yalvarmaq, çox yalvarıb xahiş etmək. Ənvər yalvarıb-yaxardı. Müşkünazın qarşısında diz çöküb dil çıxartdı, tövbə eləyib üzr istədi. Ə.Vəliyev. yalvarıb-yapışma “Yalvarıb-yapışmaq”dan f.is. yalvarıb-yapışmaq f. dan. Yalvarıb əl çəkməmək, həddindən artıq yalvarmaq. Qarı gəldi darvazanın ağzına. Qəssaba çox yalvarıb-yapışdı. Axırda qəssabın ona yazığı gəlib içəri buraxdı. (Nağıl). yalvarıcı sif. Yalvarmaq tərzində olan; xahişedici. Yalvarıcı səs. Yalvarıcı baxışlar. Yalvarıcı nəzərlə. Yalvarıcı tonda. yalvarış is. Yalvarma, yalvarıb-yaxarma, yalvarmaq tərzində olan xahiş. Qulaqlarımda Qönçənin iniltiləri, çığırtıları, yalvarışları eşidilirdi. S.Hüseyn. yalvarışma “Yalvarışmaq”dan f.is. yalvarışmaq qarş. Yalvarmaq (çoxları haqqında). yalvarma “Yalvarmaq”dan f.is. yalvarmaq f. Birinin könlünü yumşaldıb bir şeyə razı etmək üçün öz nəfsini alçaldaraq təkidlə acizanə xahiş etmək, rica etmək. Çox yalvardı, bir şey çıxmadı. – [Koroğlu] ağlamayan, yalvarmayan düşməni öldürməzdi, bağışlayardı. “Koroğlu”. Evimizdən ayrılanda çox da tələsmirdim, amma xalamın yalvarmağı yadıma düşəndə bir qədər ayaq götürdüm. C.Məmmədquluzadə. Bu halda – Şərifə [Zeynalın] qarşısında diz çöküb ağladığı halda, yalvaran bir vəziyyət aldı. S.Hüseyn. yalvartma “Yalvartmaq”dan f.is. yalvartmaq icb. Yalvarmağa məcbur etmək. yalvar-yaxar 1. is. Yalvarış, çox yalvarma. Şeyda .. xeyli yalvar-yaxardan sonra bir-iki ağız oxumaqla kifayətlənərdi. M.Hüseyn.\n2. zərf Yalvarmaqla, xahişlə, çox yalvardıqdan sonra. Bakıda səsi olan bütün adamlar yalvar-yaxar bu işə cəlb edildi. S.Rəhman. Anasını yalvar-yaxar xörək yeməyə razı edəndən sonra .. Veys getməyə tələsirdi. Ə.Əbülhəsən. • Yalvar-yaxar etmək (eləmək) – çox yalvarmaq. [Hacıyev] bölüyə getmək əvəzinə təzədən bir də kapitana müraciətlə yalvar-yaxar edib bu təyinatdan yaxasını qurtarmağa təşəbbüs edəcəkdi. Ə.Əbülhəsən. yalvar-yapış bax. yalvar-yaxar. Bir çox yalvar-yapışdan sonra bunları buraxırlar saraya. “M.N.lətif.” Aynanın yalvaryapışlarına .. baxmayaraq, o, Mirzəni sakit bir yola qaytara bilməmişdi. S.Rəhimov. // Zərf mənasında. Sonra arvadı, qızı, oğlu gedib [mollanı] yalvar-yapış gətirərlərmiş. “M.N.lətif.” Müxtəsər, qarı ayağa durdu, yalvar-yapış qızı razı elədilər. (Nağıl). • Yalvar-yapış eləmək – çox yalvarmaq, yalvarıbyaxarmaq. Qəmər zindanbanı çağırıb yalvaryapış elədi. (Nağıl). [Ələmdar] istədi .. yalvaryapış eləsin. S.Rəhimov. yal-yalman is. Bəzi heyvanların boynunda olan uzun tüklər; yal. Hacı kürkünün sol çiynini yuxarı atıb, ata yaxınlaşdı. Onun qaşqasını, yal-yalmanını tumarladı. Ə.Abasov. yal-yamac top. Dağın yal və yamacları. [Kosa] yal-yamaca baxıb başını qaşıdı, məhəccərə söykənib dərin sükuta getdi və özünə vəzifə seçməyə başladı. S.Rəhimov. yam is. tar. Orta əsrlərdə monqol işğalına məruz qalmış ölkələrdə, o cümlədən Azərbaycanda mövcud olmuş nəqliyyat və rabitə məntəqəsi (rus dilində işlədilən “yamşik” sözü də buradandır). yamac is. Dağın, təpənin ən yüksək nöqtəsindən aşağıya mayili səthi. Dağ yamacı. Yamaca qalxmaq. – Sürü-sürü qoyunları çoban yamacda otladar; Alar ələ papağını, oxur şikəstə, fit çalar. A.Səhhət. Naltökən dağları yel kimi keçər; Hər zümrüd yamacdan bir çiçək seçər. S.Vurğun. Güney yamaclarda yerləşən şəhər bu gün lap tez yuxudan qalxmışdı. Mir Cəlal. yamaclı sif. Yamacı olan. Sakit liman şimaldan sıldırım qaya ilə, qərbdən və cənubdan yastı yamaclı alçaq dağlarla araya alınmışdı. M.Süleymanov. yamaclıq is. Yamaclı yer, yamaclar çox olan yer. yamaq is.\n1. Bir şeyin cırıq və ya yırtıq yerini qapayıb örtmək üçün həmin (və ya başqa) materialdan oraya tikilən və ya yapışdırılan qumaş və s. parçası. Yamaq salmaq. – ..Bu gəncin əynində boz rəngə çalan paltar, ayaqlarında bir-iki yerindən yamağı görünən yumşaq gürcü çəkməsi vardı. S.Rəhman. Mürşüd kişi köhnə, qara şal pencəyinin ətəyini yuxarı qaldırıb üst köynəyinin yamağını göstərdi. Ə.Vəliyev.\n2. məc. Yamaq kimi görünən, ümumi ahəngi, səliqəni pozan, uymayan, yaraşmayan, yersiz, lüzumsuz əlavə, əlavə edilmiş şey. Məqalənin bu yeri yamaq kimi görünür. yamaqçı is. Yamaq yamamaqla məşğul olan adam; pinəçi. Ayaqqabıları yamaqçıya ver. // Paltaryamayan. [Əntiqənin] böyüyü-zadı yoxdur, iki il olar ki, atası yatalaqdan öldü, anası da ki sağınçıdı, yamaqçıdı. Mir Cəlal. yamaqlama “Yamaqlamaq”dan f.is. yamaqlamaq f. Bir şeyin cırıq və ya yırtıq yerini yamaqla qapamaq, yamaq vurmaq; yamamaq. yamaqlanma “Yamaqlanmaq”dan f.is. yamaqlanmaq məch. Yamaq vurulmaq. yamaqlatma “Yamaqlatmaq”dan f.is. yamaqlatmaq icb. Bir şeyə yamaq vurdurmaq. yamaqlı sif. Yamağı və ya yamaqları olan, yamaq vurulmuş; yamanmış. Yamaqlı paltar. Yamaqlı palaz. – Arvad Cumanın .. yamaqlı çəkməsini geydi. Ə.Əbülhəsən. [Qəhrəmanın] paltarı boz şal pencəklə yamaqlı qara şalvardan və sağanağı tamam bozarmış bir köhnə papaqdan ibarət idi. Ə.Vəliyev. yamaqlıq 1. sif. Yamaq üçün yararlı. Yamaqlıq dəri (parça).\n2. is. Yamaq. Savadın əlində köhnə bir dəsmal; Yamaqlıq salınmış çox yerdən xal-xal. H.K.Sanılı. yamaqsız sif. Yamağı olmayan, yamaqsız ayaqqabı. yamaq-yamaq sif. Başdan-ayağa yamaqlı, hər yerinə yamaq vurulmuş. Yamaqyamaq şalvar. – Sanırsan ki, indi yıxılacaqdır; Əynində paltarı yamaq-yamaqdır. S.Rüstəm. yamaq-yırtıq is. Yamanması lazım olan hər şey, yamanmalı paltar və s. Arvad kişinin yerini saldıqdan sonra taxçanı-boxçanı axtarıb yamaq-yırtığını tikərdi. H.Sarabski. yamama “Yamamaq”dan f.is. yamamaq f.\n1. Bir şeyin cırıq və ya yırtıq yerini təmir etmək. Şalvarın dizlərini yamamaq. Corabları yamamaq. Çəkməni yamamaq. – Yamayardım babamın çul-çuxasın. M.Ə.Sabir. Salatın üstünə ala-bəzək çaynik qoyulmuş samovarın yanında oturub əlində nə isə yamayırdı. M.Hüseyn.\n2. məc. dan. Uymadığı halda bir şeyə əlavə etmək, artırmaq, yapışdırmaq. [Faytonçu:] Özün bilirsən ki, taksı beş şahıdır. Məndən iki şahı kəsib harana yamayacaqsan? Ə.Haqverdiyev. [Möhsün:] Musa, gətir, bu kökdə şəklimizi çəkdir. Lazımın olar, filmlərin birinə yamayarsınız. Mir Cəlal. yaman sif.\n1. Pis. Yaman arvadlının evi cəhənnəmdir. (Ata. sözü). Biçarə münəccimbaşı yaman (z.) halda idi. M.F.Axundzadə. Bu dünyada üç şey başa bəladı; Yaman oğul, yaman arvad, yaman at. Aşıq Ələsgər. Saldız axırda yaman halə məni. M.Ə.Sabir.\n2. Rəhmsiz, insafsız, əzazil. Yaman adamdır, onunla ehtiyatlı ol. – Kərəm kimi mən oduna yananam; Dostuna dost, düşməninə yamanam. Aşıq Əziz.\n3. məc. Təsiri şiddətləndirmək üçün bəzən “çox”, “həddindən artıq”, “bərk”, “tez”, “şiddətli” kimi mənalarda işlənir. Yaman işə düşmüşdüm. Bu gün yaman istidir. – Qara Pəhləvan yaman güclü, həm də yaman əyyar idi. “Koroğlu”. Bu davadan sonra iki məhəllənin arası daha da yaman pozuldu. N.Nərimanov. Ey könül, fürsəti badə vermə gəl; Gün keçir, ay keçir, il yanan gedir. M.Rahim. // Bəzən “çox yaxşı”, “əla” mənasında işlənir. Yaman atandır. Yaman çalır. Yaman qoçaqdır.\n4. is. Qarğış. Məhəmmədhəsən əmi Əhməddən eşşək necə olmağını soruşan kimi İzzət uca səslə onun üstə qışqırıb başladı yamanı. C.Məmmədquluzadə.\n5. tib. Həyat üçün təhlükəli, çox qorxulu, xətərli, zərərli, pis. Yaman şiş. Yaman yara. // dan. İs. mənasında. Dilərəm üzünə çıxsın bir yaman; Müdam zəhər olsun alnı namərdin. (Qoşma). ‣ Yaman demək – söymək. Şaban nənə Əsədi qabağına salıb yaman deyə-deyə (z.) gedir. C.Məmmədquluzadə. Yaman dəymiş – qarğış ifadəsi. Alo kişi .. yabının yox olduğunu gördü: – Əşi, bu yaman dəymiş hara əlli-ayaqlı itdi. S.Rəhimov. Yaman göz – gözdə, baxışda bədbəxtlik gətirən əsrarəngiz sehirli qüvvə. Yaman gözə şeşələnən buynuz hədəfə; Bu daş çoxdan atılmışdı; İndi çatırdı. M.Araz. Yaman gün – 1) pis gün; ağır, əziyyətli, məhrumiyyətlərlə dolu vəziyyət. Yaman günün ömrü az olar. (Ata. sözü); 2) ağır vəziyyət (hal), pis vəziyyət. Fətulla .. yaman gündə yatırdı. Mir Cəlal. Yaman günə (hala, kökə) düşmək – səhhətcə, zahiri görünüşcə, yaxud maddi vəziyyətcə pis hala düşmək. Su tükəndi sənəkdən; Sənək sındı biləkdən; Bir yaman günə düşdüm; Qurtarmadım kələkdən. (Bayatı). Yaman günə salmaq – korlamaq, xarab etmək, pis hala (vəziyyətə) salmaq. Yaxşılığı əlimizdən alıblar; Yaxşı bizi yaman günə salıblar. Şəhriyar. Yaman olmaz – pis olmaz, yaxşı olar. [Hüseyn:] Gedib ona bir baş çəksən, yaman olmaz. Qantəmir. Yaman yerdə axşamladıq – gözlənilmədə, çətin, çıxılmaz, təhlükəli vəziyyətə düşdükdə deyilən ifadə. [Əlibala] əsəbi bir halda başını bulayıb deyindi: – Yaman yerdə axşamladıq! M.Süleymanov. yamanca sif.\n1. Yaman, pis. Aşıq yamanca deyil; Xalın yamanca deyil; Günümüz belə keçsə; Yenə yamanca deyil. Sarı Aşıq.\n2. Çox, olduqca. [Hacı Fərəc:] ..Hər nə isə, yamanca şeytandır. N.Vəzirov. // Zərf mənasında. Yoxuşun tən ortasında, qırıldı boyunduruq; Yamanca qaldınız boynuburuq. O.Sarıvəlli.\n3. is. Yaman, pis adam, şey və s. Yamanca, sən dur burada, mən yaxşıcanı tapınca. (Ata. sözü). yamanlama “Yamanlamaq”dan f.is. yamanlamaq f.\n1. Pisləmək, töhmətləndirmək, pisinə danışmaq. ..Yazıq məşədilər, gündə sizi qəzetlərdə yamanlayırlar ki, siz cümə günləri dükanları açıb alış-veriş eləyirsiniz. C.Məmmədquluzadə. // Danlamaq, söymək, biabır etmək. Günlərin birində bəyin bığıburma cavan oğlu at belində xırmana gəldi və Ramazanın atasını məhsulu gizlətməkdə təqsirləndirib yamanlamağa başladı. M.Hüseyn.\n2. dan. Yaman yara çıxarmaq (bax. yaman 5-ci mənada). yamanlaşma “Yamanlaşmaq”dan f.is. yamanlaşmaq f. Pisləşmək, xarablaşmaq, daha da pis olmaq. yamanlı sif. məh. Yaman şişi (yarası) olan (bax. yaman 5-ci mənada). Yamanlı at. yamanlıq is. Pis iş; pislik. Yaxşılığa yaxşılıq hər kişinin işidir; Yamanlığa yaxşılıq ər kişinin işidir. (Ata. sözü). Yaxşılıq yamanlığın qalxanıdır. (Ata. sözü). • Yamanlıq etmək – pislik etmək. Etdi bu fələk hər kəsə bir tövr yamanlıq. M.Ə.Sabir. [Turac:] Mən soruşmaq istəyirəm ki, mən sənə nə yamanlıq etmişdim? C.Cabbarlı. [Biri:] Sən ona yamanlıq etməkdə böyük səhv edirsən. S.Hüseyn. yamanma “Yamanmaq”dan f.is. yamanmaq 1. məch. Yamaq salınmaq (vurulmaq), calaq salınmaq. [Minayə] ..bəzi yeri bir neçə dəfə yırtılıb yamandığına görə, hava buraxan körüyünə diqqət edirdi. Ə.Əbülhəsən.\n2. t-siz. məc. Yapışmaq, yapışıb ayrılmamaq (qopmamaq). yamanmış f.sif. Yamaq vurulmuş (tikilmiş); yamaqlı. Şalvarın yamanmış dizləri. Yamanmış köynək. Yamanmış paltar. yaman-yaxşı zərf Birtəhər, güc-bəla ilə; nə pis, nə yaxşı. İşi yaman-yaxşı görüb qurtardıq. – [Hacı Mehdi:] Allaha şükür, görürsən, beləcə, yaman-yaxşı dolanırıq. Ə.Haqverdiyev. yaman-yaman 1. sif. Böhtançı, şər, pis. [Sitarə:] Allah sizi saxlasın yaman-yaman dillərdən. C.Cabbarlı.\n2. zərf Pis-pis. Yaman-yaman danışmaq. yamatdırılma “Yamatdırılmaq”dan f.is. yamatdırılmaq məch. Başqası vasitəsilə yamatmaq. Ayaqqabıların hamısı yamatdırılmışdır. yamatdırma “Yamatdırmaq”dan f.is. yamatdırmaq icb. Başqası vasitəsilə yamatmaq, başqasına yamatmaq. Ayaqqabıları yamatdırmaq. yamatma “Yamatmaq”dan f.is. yamatmaq icb. Başqasına yamaq vurdurmaq, yamaq işi gördürmək. Corabı yamatmaq. yamsılama “Yamsılamaq”dan f.is. yamsılamaq f. Başqasının danışığını, hərəkətlərini və s.-ni mümkün qədər eyni ilə təkrar etmək; təqlid etmək. [Təlxək] üzünə dəridən bir üzlük taxıb aşağıda oyun çıxarar və yamsılamaqla pul yığardı. H.Sarabski. Hüseyn bu dərvişləri o qədər gözəl yamsılayardı ki, qonşu arvadlar tamaşaya yığılardılar. S.Rəhman. ‣ Ağzını yamsılamaq – yamsılayıb, təqlidini çıxardıb acıqlandırmaq, hirsləndirmək. yamsılanma “Yamsılanmaq”dan f.is. yamsılanmaq məch. Təqlidi çıxarılmaq. yamsılatma “Yamsılatmaq”dan f.is. yamsılatmaq icb. Yamsılamağa məcbur etmək. yamşaq bax. yaşmaq. Məni görüncə [Mələk] ..donub, yamşağı ağzına çəkib qönçə dəhanını gizlətdi. A.Divanbəyoğlu. yamşaqlı bax. yaşmaqlı. yamşanma “Yamşanmaq”dan f.is. yamşanmaq bax. yaşmanmaq. yamşımaq bax. yaşınmaq. yam-yam is. İnsan əti yeyən vəhşi. // Vəhşi, adamyeyən. [Şeyda:] Sakit ol, anacan, Mudrov nə adamyeyəndir, nə yam-yam. Ə.Məmmədxanlı. Kulak pusquda durur gecə yam-yamlar kimi baxır. S.Rüstəm. yamyastı sif. Çox yastı olan, tamamilə yastı vəziyyətdə olan. yamyaşıl sif. Tamamilə yaşıl, çox yaşıl. Yamyaşıl parça. Yamyaşıl boya. // Tamamilə göyərib yaşıllaşmış. Yamyaşıl tarlalar. Yamyaşıl bostan. – Oldu yenə yam-yaşıl (z.) ağaclar; Dağlar, təpələr, bütün yamaclar. A.Şaiq. Mən qarşımda yamyaşıl çöllər görürəm; Qeyrətli, bacarıqlı ellər görürəm. M.Müşfiq. yan is.\n1. Tərəf, ətraf. Yanlarda düşmən qalmamışdı. H.Nəzərli. [Güldəstə:] Məktub bu yandadı. H.Seyidbəyli. • Yan almaq – yanaşmaq, yaxınlaşmaq, yaxın durmaq. [Rəsul] yan alıb lotubaşıdan xəbər aldı: – Əmi, bu kağızlar nə olan şeydir? “Aşıq Qərib”. Bu zaman qatar sürətini azaldıb fit verə-verə stansiyaya yan aldı. A.Şaiq. Hamı ağır bir yük altından çıxıb yüngülləşmiş kimi danışadanışa otaqdan çıxanda, Tahir anasına yox, kolxoz sədrinə yan aldı. M.Hüseyn. Yan vermək – yanaşmaq. Bir kərə qan bu mətləbi, xalqa ziyan verirsiniz; Molla gedir yemək üçün, siz ona yan verirsiniz. C.Cabbarlı. Dörd (bir) yandan – hər tərəfdən, dörd tərəfdən. [Kərəm:] Coşqun boran alıb dörd bir yanımı; Soyuq kəsib iliyimi, qanımı. “Əsli və Kərəm”. Hər gölməçənin dörd yanına torpaqdan sədd çəkilmişdir. M.Hüseyn. // Yer mənasında. Heç bir yanda yoxdur. // Yön, istiqamət. Bu yandan getdi.\n2. Bədənin çiyinlərdən buda qədər olan sağ və ya sol hissəsi; böyür. [Mehriban] yanı üstə çevrildi. S.Hüseyn. Ballı .. kürsü çəkib .. [Qara kişinin] yanında oturdu. Ə.Əbülhəsən. Vəzirov yenə də aciz və yazıq bir görkəm alıb, boynunu yana sarı əydi. M.Hüseyn.\n3. Sağ və ya sol tərəfdə olan. Yan cib. Yan küçə. – [Qəhrəman:] Siz gözüaçıq olun, – deyə yoldaşlarıma tapşırdım və yan otağa getdim. H.Nəzərli. • İki yanında – sağında və solunda. Bu yanında, ... o yanında – sağında, solunda. [Məşədi İbad:] Qəribə yerdəyəm, vallah, bir gözəl o yanımda, bir gözəl bu yanımda. Ü.Hacıbəyov.\n4. Kənar, qıraq. Hacı Qulu .. ehtiyatla quyunun yanına uzanıb diqqətlə baxdı. A.Şaiq. Evin dibində yanının nazik dəmirləri qopmuş, taxtasının şirəsi çoxdan getmiş bir sandıq .. vardı. M.İbrahimov. [Qərənfil xala] göndərilə biləcək şeyləri bir yana yığdı. Ə.Vəliyev. • Yan eləmək – kənara itələmək. Səkinə, qızın qollarını yan elədi. M.İbrahimov. Çalsaqqal kişi .. adamları yan eləyib .. elə bil vahimə içində sağa-sola yüyürürdü. Mir Cəlal. Yana durmaq – kənara çəkilmək, uzaq dayanmaq. Göydə mələklər yana durdu; Mələklər də sana durdu. Qurban. Yandan çıxmaq – nagah, gözlənilmədən, birdən gəlmək, görülmək, ortaya çıxmaq. Bir yana atmaq – laqeyd münasibətlə kənar etmək.\n5. Sağrı, oturacaq. Çox çəkmədi ki, Mirzə Süleyman yanını ovuşdura-ovuşdura qapıdan çıxdı. B.Talıblı. [Cavad] yarımkürkünün yaxasını açaraq yanını ağac kötüyünün üstünə qoydu. Ə.Vəliyev. • Yanı yer görməmək – bir yerdə oturmamaq, daim ayaq üstə olmaq, yerimək. Əntiqənin yanı yer görmürdü. Səhərdən axşamacan evdə məşğul idi. Mir Cəlal. Yanını basmaq – dümsükləmək, dümsüklə işarə etmək. Alagöz bir qız, Gülsümün yanını basdı. M.İbrahimov. Yanını çəkmək – axsamaq, taytımaq. Yanını yerə qoymaq (vermək) – oturmaq. [Həsən:] [Tubu] gəl, bir yanını yerə qoy, gör nə deyirəm. Ə.Haqverdiyev. [Vəli:] ..Çək sürünü keyfin hara istəyir, .. özün də yanını ver yerə; al tütəyi əlinə, vəssalam. N.Vəzirov.\n6. Bilavasitə yaxınlıq, birgəlik bildirir. Yanında dostlarından iki nəfər dəxi var idi, onun söhbətinə qulaq asırdılar. M.F.Axundzadə. [Ziba] çox gecələri [Əsmərin] yanında yatırdı. S.Hüseyn. [Həbib bəy:] ..Zəhmət çək, hacının yanına minnətə get. S.Rəhman. • Yanına almaq – yaxınlığına gətirmək. Vahid uşağı yanına alıb oynadır, dilə tutub yatırtmaq istəyirdi. Mir Cəlal. Yanına çəkmək – öz tərəfinə gətirmək. Hər kəs öz yarını çəkib yanına; O ki mənəm elə həsrət çəkirəm. Q.Zakir. Yanına düşmək – birlikdə getmək. Molla taytıya-taytıya düşür bunların yanına. “M.N.lətif.” Gəldiyev “gedək” – deyə Rübabənin yanına düşdü. Mir Cəlal. Yanına salmaq – özü ilə aparmaq. Sabah ertə böyük bağımızı gəzmək bəhanəsi ilə Məmmədrzanı yanıma salıb getdim. S.S.Axundov. [Müəllim] bir gün Mayisi yanına salıb Qaçaygilə getdi. Ə.Vəliyev. Yanında saxlamaq – özü ilə birlikdə, özündə saxlamaq. Gətirmişdin sən Zakiri əmanə; Derdi, gedəcəyəm kuyi-cananə; Xeyir görsün, istər düşsün ziyanə; Yamanyaxşı saxla bari yanında. Q.Zakir. ...dan // ...dən bu yana – ...dan ...dən bu vaxta qədər. Amma arvadların bu dərəcə həyasızlıqlarını .. dünya yaranandan bu yana heç eşidibsinizmi? C.Məmmədquluzadə. Nə var ki, unutmuşam paltosunu tutmağı; O axşamdan bu yana açılmır qaşqabağı. S.Rüstəm. Öz yanından – 1) guya; 2) öz bildiyi kimi, özündən. Məşədi bəy student qızın adını öz yanından uydururdu. M.Hüseyn. Fikri (xəyalı)... yanında olmaq – diqqəti ...də olmaq. Ramazanın əvvəlinci günündən müsəlmanların fikir və xəyalı cücəplov yanındadır. C.Məmmədquluzadə. [Qərənfil xalanın] bütün xəyalı bu saat cəbhədə olan nəvəsi İldırımın yanında idi. Ə.Vəliyev.\n7. Yanında, yanımda şəklində: iki müqayisə obyektindən birinin digərindən üstünlüyünü bildirir. Onun yanında bu heçdir. ‣ Yan baxmaq – bəyənməmək, həqarətlə baxmaq, pis münasibət bəsləmək. [Altay:] And olsun vicdana, bu gündən sonra; Hər kim yan baxarsa bu yoxsullara; İldırımlar partlayacaq başında; Adı yazılacaq məzar daşında. H.Cavid. Yan gəzmək – görüşmək istəməmək, uzaq gəzmək. Bilmirəm ki, neyləmişəm cananə; Hər görəndə məndən belə yan gəzər. Məhəmməd bəy Aşıq. Yanını kəsmək (kəsdirmək) – əl çəkməmək, ayrılıb getməmək. Dərdü qəmü möhnət kəsib yanımı; Qoymaz yerə düşə, içər qanımı. Q.Zakir. Vəfalı Hüsniyyə rəfiqəsinin yanını kəsdirib sübhə qədər gözlərini yummadı. S.S.Axundov. Yanlarını qapmaq – çox hirslənmiş, qəzəblənmiş adam haqqında. Həmin axşam Həsənəlinin evində ümumi bir övqattəlxlik vardı. Tərlan xanım yanlarını qapırdı. Mir Cəlal. Bir yana çıxartmaq – 1) həll etmək, bir nəticəyə gəlmək. Bu barədə yoldaşlarımıznan çox fikirləşdik, fikirləşdiksə də, bir yana çıxarda bilmədik. C.Məmmədquluzadə; 2) tərbiyə vermək, böyütmək. Bir yana çıxmaq – həyatda öz yerini tapmaq. Bir yandan..., o biri yandan... – mütəmadiyən, həmişə. Çürümüş parçanın dəxi faydası yoxdur: bir yandan yamadın, o bir yandan cırılacaq. C.Məmmədquluzadə. ...o yana qalsın (dursun) – “başqa”, “əlavə” mənasında. Hər şey o yana qalsın, [Sara xanımın] on iki taxtadan kəsdiyi məxmər tumanı dövrhadövr dörd barmaq enində bafta olurdu. Qantəmir. yana qoş. dan.\n1. Ötrü, üçün, üzündən (səbəb bildirir). Ta kim məqami tərk edəndə; Səndən yana əzm edib gedəndə. Füzuli. Əşi, sən niyə bu acgöz kağızdan yana belə cinli olmusan? S.Rəhimov. Qonaq duruxdu: – Nədən yana soruşdun? Mir Cəlal.\n2. ...barədə, ...cəhətdən, ...tərəfdən. [Hacı Həsən:] Şeyxəna, doğrusu, mən övladdan yana bədbəxt olmuşam. C.Məmmədquluzadə. yanacaq is.\n1. Yandıqda istilik, alov verən hər şey (odun, kömür və s.). Yanacağı bol olanlar buxarılarını qalamış, təndirlərini yandırmış, evlərini isidib ailələrinin başını bir yerə yığmışdılar. Ə.Vəliyev.\n2. tex. Motor və mühərriklərin işləməsi üçün lazım olan maddələr (neft, benzin və s.). Yanacaq sənayesi. Yanacaq qazı. Traktorlar üçün vaxtında yanacaq gətirmək. yanacaqlı sif. Yanacağı olan, yanacaqla işləyən. yanacaqsız 1. sif. Yanacağı olmayan.\n2. zərf Yanacaq olmadan. [Mehriban Zeynalın] işsiz qaldığı günlərində aclığını, çılpaqlığını açıb söyləmədiyi kimi, bir çox qış gecələrini yanacaqsız keçirmiş, şikayət etməmişdi. S.Hüseyn. yanacaqsızlıq is. Yanacaq yoxluğu, yanacaq qıtlığı, yanacaq olmadığı vəziyyət və şərait. Traktorlar yanacaqsızlıq üzündən işsiz durmuşdur. yanakı zərf\n1. Yan tərəfə çevrilmiş vəziyyətdə, yan tərəfini irəli verərək, çiynini irəli verərək, böyrünü qabağa verərək, yarıdönmüş halda. Yanakı üzmək. – Faytonçu Əhməd atların başını çəkər, yanakı oturar, köks ötürüb Əntiqənin taleyini miniklərinə danışardı. Mir Cəlal. Bayram yanakı durub sağ qulağını pəncərəyə söykəyəndə bu sözləri eşitdi: – Çörəyin arasında kağız var. M.Hüseyn. // Bir qulağının üstünə, başının bir tərəfinə çəkərək. Tüklü papağını qoyub yanakı; Baxır öz bəxtinə ayna sularda! S.Rüstəm.\n2. Başını yana çevirmədən, gözləri ilə əyriəyri. Yanakı baxmaq. – Araz başını qaldırıb Əhmədi yanakı süzərək: – Atabala mənim atam deyil, babamdır! – dedi. A.Şaiq. [Bəyim] yanakı üzümə baxaraq gülümsədi. İ.Əfəndiyev. yanaq is. Üzün almacıq sümüyündən çənəyə qədər olan qismi. Yanağından öpmək. Qırmızı yanaq. – Yanaq üzrə saçın tavusa bənzər; Ki, seyri cənnətül-məvayə düşmüş. Nəsimi. [Muradın] fikrində gəzib dolaşan Nigar idi. O Nigar ki gülümsərkən yanaqlarında ufacıq çuxurlar əmələ gələr, üzü qızarardı. S.Hüseyn. Narınc bütün bədənindəki qanın yanağına hücum etdiyini hiss elədi. S.Rəhman. • Yanaqlarından qan damır – sağlam, dolğun, qırmızıyanaq adam haqqında. [Səməd Bayramlı:] Əmioğlu, maşallah, lap kökəlmisən, yanaqlarından qan damır. M.Hüseyn. yanaqlı Adətən yanağın övsafını təyin edən sifətlərə qoşularaq işlənir. Bir-birinə həmdəm iki növcavan; Biri güldür, biri gülgəz yanaqlı. M.P.Vaqif. yanar sif. Odpüskürən, alovsaçan, atəşsaçan, odsaçan, odlu. // Alışqan, tezodlanan, tezalışan, tezyanan. Yanar maddələr. ‣ Yanar dağ – 1) vulkan. Vezuvi adlı yanar dağın lavası altında Qerkülazm və Pompey şəhərləri basdırılıb, heç bir əsərləri qalmamışdır. F.Ağazadə; 2) məc. simvolik mənada. Bir parça atəşəm, bir parça yanğın; Qəlbim örpəyidir yanar bir dağın. M.Müşfiq. Yanar oda salmaq – bəlaya salmaq, dərdə salmaq, çox ağır, iztirablı, əziyyətli vəziyyətə salmaq. [Səlimnaz xanım:] Ay sənin qardaşların qırılsın, .. məni yanar oda saldığın yerdə. N.Vəzirov. yanar-yanar sif. Yanmaqda olan. Yenə məni yanar-yanar odlara; Dağılmış ayrılıq saldı, sevdiyim! M.V.Vidadi. yanaşdırılma “Yanaşdırılmaq”dan f.is. yanaşdırılmaq məch. Yaxınlaşdırılıb dirədilmək, yan-yana edilmək (qoyulmaq), kip yaxınlaşdırılmaq. yanaşdırma “Yanaşdırmaq”dan f.is. yanaşdırmaq f. Yanbayan etmək, kip yaxınlaşdırmaq, yanbayan qoymaq, yaxınlaşdırıb birləşdirmək, bir-birinə dirəmək. Stolları bir-birinə yanaşdırmaq. – Ağsaqqal kişi çubuğunu söndürdü. Qatırları yanaşdırdı. Mir Cəlal. yanaşı zərf\n1. Bir-birinə yaxın vəziyyətdə, bir-birinin yanında; yanbayan, yanyan. Yanaşı oturmaq. Yanaşı qoymaq. Yanaşı getmək. Yanaşı durmaq. – Qoca usta Lətifə ilə salamlaşıb şoferlə yanaşı oturdu. M.Hüseyn. Eldarla mənim yerim yanaşı salınmışdı. İ.Əfəndiyev. // Həmhüdud, həmsərhəd.\n2. Bərabər, eyni zamanda. Bununla yanaşı. yanaşıq zərf Yanaşı, bitişik; yanaşmış, bitişmiş vəziyyətdə. yanaşıqlıq is. Yanaşı olma, yanbayan olma; bitişiklik. yanaşılmaz sif.\n1. Yanaşmaq, yaxınlaşmaq mümkün olmayan, yanına varıla bilməyən; əlçatmaz. Yanaşılmaz bir yer.\n2. Yaxınına getmək mümkün olmayacaq dərəcədə sərt və ağır xasiyyətli. Yanaşılmaz adam. yanaşılmazlıq is. Yanaşmaq, yaxınlaşmaq mümkün olmama; əlçatmazlıq. yanaşma “Yanaşmaq”dan f.is. Əsgərlərin gülərüzlə onlara yanaşması bizim qorxulu olmadığımızı bildirdi. H.Nəzərli. yanaşmaq f.\n1. Yaxınına, yanına gəlmək; yaxınlaşmaq, yanbayan olmaq. O, mənə yanaşıb qolumdan tutdu. Birisi ona yanaşıb nə isə dedi. – Fəxrəddin qapıya yanaşmaq üçün heç bir bəhanə əldə edə bilmirdi. M.S.Ordubadi. Tamam mənə yanaşıb dedi: – Gələcəksən, burada şad görüşəcəyik. S.S.Axundov. O, Nazlıya yanaşdı, əlini onun çiyninə qoyaraq: – Nazlı! – dedi. H.Nəzərli.\n2. Yan almaq, kip yaxınlaşmaq, yaxınlaşıb dirənmək. Gəmi körpüyə yanaşdı.\n3. Bir məsələyə və s.-yə bu və ya digər münasibət göstərmək. İşə ciddi yanaşmaq lazımdır. Müəllifin dediklərinə tənqidi yanaşmalı. – Onlar məsələyə təşkilatın mənfəəti nöqteyi-nəzərindən yanaşdılar, sən isə belə yanaşmadın. M.S.Ordubadi. yanbaş yanbaş atmaq dan. – boyun qaçırmaq, danmaq. yanbayan bax. yan-yana. Yanbayan oturmaq. – Onda görürsən yıxılıb yanbayan; Bir neçə növrəstə cavan laybalay. M.Ə.Sabir. yanbız is. Omba, yan. [Vəli:] ..Başın üçün, Cavad bəy, yanbızına dəyənəyi belə yapışdırdım ki, küçük kimi zingildədi. N.Vəzirov. ..Əminə əllərini yanbızlarına vurdu. Ə.Əbülhəsən. yanbızlama “Yanbızlamaq”dan f.is. yanbızlamaq f. dan. Yanbızı (yanı) ilə itələmək, vurmaq. yancaq is. dan. Sağrı, yan (bax. yan 5-ci mənada). Əli qara öküzün yancağına bir çubuq vurdu. F.Xoşginabi. • Yancaq ağrısı dan. – işiasın (oturaq sinir iltihabının) xalq arasında adı. yancaqlama “Yancaqlamaq”dan f.is. yancaqlamaq f. dan. Yancağından tutmaq. yancidar zərf Çox uzağa getməsin deyə heyvanın ipini ayaqlarına sarıma. • Yancidar etmək – ipi heyvanın ayaqlarına bu cür bağlamaq. [Dəlilər] düşüb, atları yancidar eləyib ota buraxdılar. “Koroğlu”. Qaraqaş düşüb atdan, atını yancidar eləyib oturdu. (Nağıl). yançı is. məh.\n1. İki küsülü tərəfi barışdıran adam; vasitəçi. Xülasə, hər iki tərəf yançıların köməyi ilə bir-birinə güzəştə gedib toyu başlayacaqlar. R.Əfəndiyev. // Köməkçi, havadar. Əgər yançılar sakit dursaydı, ehtimal ki, bu söz burada qurtarıb gedərdi. Qantəmir.\n2. məh. Yanında uşağı olan işçi qadın. yançılıq is. məh. İki küsülü tərəfi barışdırma; vasitəçilik. // Kömək, kömək etmə. yandan zərf Yan tərəfdən, böyürdən. Yandan keç. Yandan maşın gəlir. yandı-qındı yandı-qındı vermək dan. – ələ salaraq hirsləndirmək, qızışdırmaq, acıqqıcıq vermək. yandıran f.sif.\n1. Yanğın düzəldən, yanğın salan.\n2. bax. yandırıcı. yandırıb-tökmə “Yandırıb-tökmək”dən f.is. yandırıb-tökmək bax. yandırmaq 5-ci mənada. Onun sözləri adamı yandırıbtökür. yandırıb-yaxma “Yandırıb-yaxmaq”dan f.is. yandırıb-yaxmaq bax. yandırmaq 5-ci mənada. Əzizim baxar doymaz; Yandırar-yaxar, doymaz; Baxdıqca gözlərimdən; Qanlı yaş axar, doymaz. (Bayatı). Firqət odu məni yandırıb-yaxar; Sübhü şam didəmdən qanlı yaş axar. Q.Zakir. yandırıcı sif. Yandırmaq xassəsi olan; yandıran, yaxıcı, qızmar. [Günəşin] yandırıcı şüaları amansızcasına yerə şığıyır(dı). Ə.Əbülhəsən. Qoşqar .. yandırıcı dağ günəşinin altında zər kimi bərq vuran balıqları yığmağa başlardı. İ.Hüseynov. // Məc. mənada. Yandırdı məni yandırıcı firqəti anın. Nəsimi. Heyfa ki bu ali və pakizə hiss [məhəbbət], bu yandırıcı atəş bizim qəlbimizdə yoxdur. F.Köçərli. yandırılma “Yandırılmaq”dan f.is. yandırılmaq “Yandırmaq”dan məch. De, bəlkə də od içində bu gecə yarı; Söndürürsən yandırılmış bir xanimanı. S.Vurğun. yandırma “Yandırmaq”dan f.is. yandırmaq f.\n1. Yanmağına səbəb olmaq; alışdırmaq. Lampanı yandırmaq. Kibrit yandırmaq. İşığı yandırmaq. Fənər yandırmaq. – [Xudayar bəy:] Zəhmət olmasa, bir ispiçkə çək, bu qovu yandırım. C.Məmmədquluzadə. Əhməd aralıq peçini yandırdı. Mir Cəlal. // Məc. mənada. Ələsgərdi mənim adım; Aləmi yandırar odum. Aşıq Ələsgər.\n2. Şiddətli təsir etmək (isti, qızmar, qaynar şey). Çay əlimi yandırdı. – O gün hava çox isti idi. Günəş yandırırdı. A.Şaiq. Muğan günəşi adamı yandırırdı. M.İbrahimov.\n3. Qaraltmaq, rəngini tündləşdirmək. Dağ havası adamın üz-gözünü yandırır. – [Ceyranın] açıq hava rəngini bir qədər yandırmış, yanaqlarında təbii bir qırmızılıq görünürdü. S.Hüseyn.\n4. Dalamaq. Gicitkən əllərimi yandırdı.\n5. məc. Mənəvi əzab və iztirab vermək, ruhən incitmək, çox ağır təsir etmək. [Səlma:] Odumu söndürdün, yandırdın məni; Get, kamə yetirməsin Allah səni! H.Cavid. Ancaq bir nəfəri Mirzənin vəfatı yandırırdı. O adam Usta Zeynal idi. Ə.Haqverdiyev. ‣ Atasını yandırmaq – bax. ata. Can yandırmaq – bax. can. yandırtma “Yandırtmaq”dan f.is. yandırtmaq icb. Yandırmağa məcbur etmək. yanğı is.\n1. Ürəyi su istəmə, susama, susuzluq, atəş. Su yanğımı kəsmir. Atlar yanğıdan əldən düşdü. • Yanğısını (ürək yanğısını) söndürmək – su içmək ehtiyacını (su içməklə) rəf etmək, atəşini söndürmək. Ürək yanğısını söndürmək üçün [Yunis] suyu son damlasına qədər başına çəkib ağır bir nəfəs ötürdü. Mir Cəlal.\n2. Yanğın. Belə od olmaz, böylə alo! Od deyil, yanğı deyil, lovdur, lo! M.Ə.Sabir.\n3. məc. Böyük həsrət, şiddətli arzu (adətən “ürək” sözü ilə). [Bayram:] Mənim ürəyimin yanğısı su ilə sönən yanğıdır? M.F.Axundzadə. İsa kişi bunu elə ürək yanğısı ilə soruşdu ki, Xəlil ciddən məyus oldu. Ə.Əbülhəsən.\n4. məc. Təsir mənasında. yanğılı sif.\n1. Yanğısı olan, susamış.\n2. məc. Odlu, alovlu, atəşin. El tazə havalar, yeni sözlər sevir indi; Atəşli könül, yanğılı dillər sevir indi. Ə.Nəzmi. yanğın is.\n1. Binanı, əmlakı, ümumiyyətlə yana bilən hər şeyi geniş miqyasda qaplayıb məhv edən alov, atəş; habelə yanma prosesinin özü. Yanğın baş vermək. Yanğını söndürmək. Meşə yanğını. Yanğına qarşı tədbirlər. – Kükrəyib əsdikcə uğursuz külək; Yanğının şöləsi yayılır göyə. S.Vurğun. Mədəndə şiddətli bir yanğın vardı. M.Hüseyn. • Yanğın dəstəsi – yanğını söndürmək üçün ixtisaslaşmış şəxslərdən ibarət dəstə. Yanğın maşını – yanğını söndürmək üçün qüvvətli nasoslarla təchiz olunmuş maşın (avtomobil).\n2. məc. Geniş sahələrə yayılan, hər tərəfi qavrayan bir hadisənin güclü təzahürü, inkişafı haqqında. Müharibə yanğını. yanğınsöndürən 1. is. Yanğın dəstəsində xidmət edən şəxs, yanğın komandası işçisi. Rəhim orada dayanan yanğınsöndürənlərə müraciət edərək: – Gedə bilərsiniz! – dedi. Ə.Sadıq. Yanğınsöndürənlər dənizdən buruğa şlanqlarla su çəkirdilər. M.Süleymanov.\n2. is. Yanğın söndürmək üçün cihaz. O, bir küncə çəkilib əlində tutduğu yanğınsöndürəni alova tərəf çevirdi.\n3. sif. Yanğın söndürmək üçün işlədilən, yanğın söndürməyə məxsus. Yanğınsöndürən cihaz. Yanğınsöndürən şlanq. yanı dan. bax. yanakı. yanıb-tökülmək f.\n1. Bir haqsızlıq qarşısında və ya başqa bir səbəb üzündən ağır mənəvi əzab və işgəncə keçirmək; yanıbyaxılmaq.\n2. Qibtə etmək, paxıllıq etmək. Sədr baxdı, baxdı, yandı-töküldü. Mir Cəlal. yanıb-yaxılmaq f.\n1. Ürəkdən heyifsilənmək, çox acımaq, ağır mənəvi əzab və iztirab keçirmək. Vaqif bu mənzərəyə baxıb düşünür və düşündükcə də yanıb-yaxılırdı. Çəmənzəminli. İndi yanıb-yaxılıram; Sərt dilləndim sənə niyə? M.Dilbazi.\n2. məc. Aşiq və məftun olmaq, eşq mübtəlası olmaq. Fərhad Şirin ucundan; Yandıyaxıldı, ay gözəl! Aşıq Ələsgər.\n3. Acığından, hirsindən boğulmaq, yanıbtökülmək, bərk hirslənmək. Alı xan ağa özü yanıb-yaxılır, söyüb-söylənir və muzdurlardan şikayətlənirdi. S.Rəhimov. Kişi yanıbyaxılaraq bu dəfə cavab verməyə söz tapmadı. İ.Əfəndiyev. yanıcı sif. Yanmaq xassəsi olan; tezyanan, alışqan. Yanıcı qazlar. yanıxmaq f. dan. Yanmaq, çox heyifsilənmək, təəssüf etmək. Hər ikisi üçün bu iş çox ağır gəlirdi. Alo xüsusən bərk yanıxırdı. S.Rəhimov. yanıq 1. is. Yanmış şey. Yanıq qoxusu. Yanıq dadı.\n2. is. Od və ya başqa yandırıcı şeyin təsiri ilə bədən toxumasında əmələ gələn zədə. // Yanmaq əsəri, bədənin yanmış yerinin nişanəsi, izi. Əlinin yanığı. Üzündə bir yanıq var.\n3. sif. Susuzluqdan qurumuş, yanmış. Qurudu Əjdərin yanıq boğazı; Dolandı başına çiçəkli yazı. H.K.Sanılı. Yanıq torpaq yandırmışdı hər barını; Qurutmuşdu saplağında ilk baharın novbarını. M.Dilbazi.\n4. sif. məc. Dərdli, qəmli, ürəyində dərdi olan; yanıqlı. [Qurban] tez əlini qoynuna soxdu və məktubu yanıq ürəyi üzərinə sıxaraq yeridi. A.Şaiq. Açmayır dərdini qərib bir kəsə; Qulaq verib durur hər yanıq səsə. Ə.Cavad. Baxdı anasının yanıq üzünə; Dağınıq saçına, yaşlı gözünə.. H.K.Sanılı.\n5. sif. Cılız, zəif, sısqa. ‣ Yanıq vermək – acıq vermək, acıqlandırmaq, qəsdən hirsləndirmək, qızışdırmaq. Deyəsən, Rübabə Vahid ilə birləşib Gəldiyevə meydan oxuyur, ya yanıq verirdilər. Mir Cəlal. Yanığını çıxartmaq – acığını çıxarmaq, intiqam almaq. yanıqara is. məh. Heyvanlarda olan bir xəstəlik; sianoz. yanıqlı sif.\n1. Yanmış yeri olan, yanığı olan.\n2. məc. Birindən acığı olan, birinə qarşı kini, qəzəbi olan; acıqlı (çox vaxt “əlindən” sözü ilə). Çoban padşahın əlindən çox yanıqlı idi. (Nağıl). Əşi, Fatmanisə xaladan nə yaman yanıqlısan! S.Rəhimov. Qızın məktubundan qeyzlənərək; Yanıqlı bir məktub yazdırdı ona. B.Vahabzadə.\n3. məc. Kədərli, ələmli, qüssəli, qəmli, həzin; kədər gətirən, təsirli. Yanıqlı hava. Yanıqlı səs. – Birdən eşitdiyim yanıqlı bir fəryad məni yuxudan ayıltdı. S.Hüseyn. Çiçəklərin titrəşib bir-birinə baş-başa gəlmələri elə bil bülbülün yanıqlı səsinə səbəb olurdu. Çəmənzəminli. Rəhim bəy yanıqlı bir ah çəkdi. M.Hüseyn.\n4. zərf Yanıqlı-yanıqlı, həzin-həzin. Yanıqlı oxumaq. yanıqlıq is. Yanıq şeyin halı. yanıqlı-yanıqlı zərf Həzin-həzin, kədərli-kədərli; acı-acı. Yanıqlı-yanıqlı ağlamaq. – Şahsənəm gəlib gördü ki, Qərib yanıqlı-yanıqlı oxuyub ağlayır. “Aşıq Qərib”. Hərdənbir kəndin üzərindən yanıqlı-yanıqlı çığıran durna dəstələri ötüb keçirdi. Ə.Məmmədxanlı. Zurnaçılar yanıqlı-yanıqlı çalırdılar. S.Şamilov. yanılma “Yanılmaq”dan f.is. yanılmaq f. Bir işi düz görməmək, yanlışlığa, səhvə yol vermək, səhv etmək. Adam yanıla-yanıla öyrənər. (Ata. sözü). Oxşatdım, yanıldım, könül verdim mən; Bilmədən vuruldum, ey dan ulduzu. C.Cabbarlı. Yanılmayıramsa o, məzlumluğu sevən, ..səadətini axirətdə arayan dindar, mütəvəkkil bir adam idi. S.Hüseyn. Lakin elə birinci həmlədə düşmən yanıldığını başa düşdü. Ə.Əbülhəsən. // Bir şey və ya adam haqqında yanlış fikirdə olmaq, düzgün təsəvvürü olmamaq. Yoldaşım haqda çox yanılmışammış. – Səməd təsəvvüründə nə qədər yanılmışdı. İ.Hüseynov. yanıltma “Yanıltmaq”dan f.is. yanıltmaq f. Çaşdırmaq, aldatmaq, qəsdən fikrini azdırmaq. Əqlin aldın, yarım, deyin Vaqifin; Yanıltdın əlifin, beyin Vaqifin. M.P.Vaqif. Parça alanlar onu yanıldıb cavab verdilər: – Nəbi Sarı yataqdan yazıya çıxdı. “Qaçaq Nəbi”. yanıltmac is. Dil dolaşmadan tez-tez deyilməsi çətin olan söz birləşməsi əsasında qurulan cümlə, ifadə (xalq yaradıcılığının məzəli formalarından biri); məs.: qırx küp, qırxının da qulpu qırıq küp. yanıma “Yanımaq”dan f.is. yanımaq f. dan. Hədələmək. Bu tərəf o oğlanı yanıdı, düşmən oldular. A.Divanbəyoğlu. Elə bil o, kimi isə yanıyırdı. M.Hüseyn. [Səadət xanım] üzüklü barmaqları ilə məni yanıyaraq acıqlı-acıqlı baxırdı. Mir Cəlal. yanımlıq is. Can yandırma, canıyananlıq göstərmə, biri üçün əlləşib-çalışma. Düzü, Murtuzaya elədikləri yaxşılıqları görəndən sonra, Gülqədəmə hörmətim birə yüz artdı. Bu ürəkdə, bu yanımlıqda arvad az-az olar. Ə.Vəliyev. yanınca zərf\n1. Öz yanı ilə, yanında, özü ilə bərabər. Oğlunu yanınca aparmaq. – Həmin vəkillər yanlarıyca uzun-uzadı ərizələr, siyahılar gətirmişdilər. C.Məmmədquluzadə.\n2. Biri ilə bərabər, yanaşı, bir yerdə, yanı ilə, yan-yana. Yanınca getmək. Yanınca qaçmaq. – Mən aşiqəm narınca; Gül əkdim kənarınca; Sonam sallandı, gəldi; Laçın da bir yanınca. (Bayatı). At çox dincdir. Adamyıxan deyil, [Nurəddin] yavaş-yavaş faytonun yanınca sürər. S.S.Axundov.\n3. ...boyu, ...boyunca. Sahil yanınca. Divar yanınca. yanı-yanı bax. yan-yanı. Həcər qocanın görməməsi üçün yanı-yanı çəkilib alma ağacına sıxılmaq istədi. S.Rəhimov. yanıq-yanıq zərf Yanıqlı-yanıqlı. Aşıq Qərib yanıq-yanıq söyləsin; Enib eşqin dəryasını boylasın. “Aşıq Qərib”. yanqılıcı zərf köhn. Yanakı (papağın başa qoyulması tərzi). Papağı yanqılıcı qoymaq. – Yoxsa ki papaq yanqılıcı; Əldə də bir quş, həm məst və bihuş. M.Ə.Sabir. yanlama “Yanlamaq”dan f.is. yanlamaq f. Yan almaq, yanaşmaq, yaxınına, yanına gəlmək, yaxınlaşmaq. Anam mətbəxdə qurdalanırdı. Yanlayıb qulağına əyildim. Mir Cəlal. ..Müəllim tez Meracı yanlayaraq qabağa göndərdi. Ə.Vəliyev. yanlı sif. Yanı, tərəfi olan. yanlıq is. Bir şeyin yan hissəsində olan şey; yan hissəsi; bir şeyin yanını təşkil edən, yanına qoyulan, əlavə edilən şey. Alaçığın yanlığı. Çiçəyin yanlığı. yanlıqlı sif. Yanlığı olan. Yanlıqlı araba. yanlıqsız sif. Yanlığı olmayan. yanlış 1. sif. Düzgün olmayan, doğru olmayan; səhv. Yanlış məlumat. Yanlış söz. Yanlış fikir. – Bilirdim ki, ilk təəssürat nə qədər güclü olsa da, çox vaxt insanı birtərəfli, yanlış nəticələrə aparıb çıxardır. M.Hüseyn. Təcrübədə Azərbaycan xalq musiqisinin yanlış surətdə notaya yazılmış nümunələrinə təsadüf olunur. Ü.Hacıbəyov.\n2. is. Səhv, qələt, xata. Yanlışlarını düzəltmək. Yanlışını tutmaq. Yanlış etdim. Bu yazının yanlışı çoxdur. – Yanlış da bir naxışdır. (Ata. sözü). Maliyyə işinin zəifliyini nəzərə alaraq, nəzmiyyənin bir hissəsini Təbrizdə buraxmaq fikrinizə gəldikdə, bu, tamamilə yanlışdır. M.S.Ordubadi. yanlışlı sif. Yanlış (səhv, qələt) olan. yanlışlıq is. Səhv etmə, xata və səhv etmə, yanlış söz və ya hərəkət; səhv, qələt. Onun sözündə bir yanlışlıq var. – Şükür əvvəllərdə Güləlinin əsgərliyə alınmasını bir yanlışlıq zənn etmişdi. S.Hüseyn. yanlışsız sif. Səhvsiz, qələtsiz; düzgün. Yanlışsız yazı. Yanlışsız (z.) yazmaq. yanlışsızlıq is. Səhvsizlik, qələtsizlik. yanma “Yanmaq”dan f.is. yanmaq f.\n1. Odlanmaq, alovlanmaq, od tutmaq, tutaşmaq. Odun yaxşı yanır. – Düşmən tərəfindən od vurulan kənd yanırdı. Ə.Vəliyev. // Odun, istinin təsiri ilə məhv olmaq, külə dönmək. Kağız tonqala düşüb yandı. Buxarıdakı odunların hamısı yandı. Taya yandı.\n2. Həddən artıq od üstə qalmaqdan, yaxud çox qızmaqdan yanmış kimi olmaq, xarab olmaq, qupquru qurumaq, yanıq dadı vermək. Xörək yandı. Ət yandı. Çörəklər təndirdə yandı.\n3. İşıq vermək, işıqlanmağa başlamaq. Lampalar yandı. Şam yandı. Evdə elektrik yanır. – Qaş qaraldı; Tiflisin bütün lampaları yandı. “Aşıq Qərib”. [Molla Xəlilin] kənd klubu nəzərini cəlb etdi. Qabağında qüvvətli bir qaz fanarı yanırdı. S.Hüseyn. Nəhayət, tamamilə qaranlıq düşdü, şəhərdə tək-tük qaz fanarları yanmağa başladı. S.Rəhman.\n4. İşıldamaq, par-par parıldamaq, bərq vurmaq. Qılınclar günəş şüaları altında yanırdı. Barmağında üzüyün qaşı yanır. Otların üzərindəki şeh almaz kimi yanırdı.\n5. Bərk qızdırması, hərarəti olmaq. Gecə səhərə qədər bədənim yanıb. Əlimi alnına qoydum, gördüm yanır. – Kişini üç gündü qızdırma tutub, elədi, elədi, təndir kimi yanır. “M.N.lətif.” // Qan axıb gəlməsindən hərarətlənib qızarmaq. Qulaqlarım yanır. Üzü yanır. Yanaqları yanır. – Rus qızı minnətdarlığını bildirən bir hərəkətlə od kimi yanan əli ilə Ulduzun əlini sıxdı. Ə.Məmmədxanlı. Kürə qabağında işləyəndə Məşədi Hüseynin sifəti qıpqırmızı yanar, üzünün nuru daha da artardı. Mir Cəlal.\n6. Görünmək, nümayan olmaq, qızararaq parlamaq. Göydə ulduzlar yandı. Üfüqdə qırmızı şəfəq yandı. // Nura qərq olmaq, işıqlanmaq.\n7. Günəş şüalarının təsirindən rəngi qaralmaq. Bədəninin dərisi gündən yanıb. // Günəşin təsirindən rəngi bozarmaq, rəngi qaçmaq.\n8. Yağışsızlıqdan, quraqlıqdan məhv olmaq, qurumaq. ..Keçən il nəhayətdə quraqlıq olmaq səbəbi ilə və Qəzvinin ətrafında suyun qıtlığı cəhətilə əksəri-məhsulat yanıb əmələ gəlməmişdi. M.F.Axundzadə. [Birinci kəndli:] Doğrusu, əkin-əkənəcəyimiz yanırdı, camaatdan üç-dörd vəkil seçib göndərdik mirabın yanına. Ə.Haqverdiyev. Yağış yağmadığından bütün mahalın əkinləri yanmışdı. S.Hüseyn.\n9. Bərk susuzluq hiss etmək, bərk su içmək istəmək, susuzluqdan əziyyət çəkmək. Gəzdim hər yanını Milin, Muğanın; Yandıqca arxların suyundan içdim. S.Vurğun. İndi yay günü Mil düzündə yolçunun susuzluqdan yanmaq qorxusu yoxdur. İ.Əfəndiyev.\n10. məc. Birisinə qarşı qəzəbi, kini, acığı olmaq; acıq çəkmək (adətən tərkiblərdə). Hind padşahı o qədər yanırdı Əhmədin əlindən ki, o saat Əhmədi saldı sandığın içinə, üstəlik bir tilsim də oxuyub döndərdi tüstüyə. (Nağıl). Üzümə dost kimi bəzən gülürsən; Dalda paxıllıqdan yanıb ölürsən. S.Vurğun. Xüsusilə Mayaya göstərdiyi üz, dediyi sözlər yadına düşəndə Qaraş əzabdan qovrulub yanırdı. M.İbrahimov.\n11. məc. Güclü bir hissi, ehtirası ifadə etmək. Üz-gözü intiqam hissi ilə yanırdı. Gözləri şadlıqdan yanır.\n12. dan. Hədərə çıxmaq, boşa getmək, heçə çıxmaq; uduzmaq. Üçlüyü yandı. Kartı yandı. // Zərər və ziyan çəkmək, dərs almaq. Mən bu işdə yandım. // məc. Başqasının əziyyətini çəkmək, halına qalmaq, qeydinə qalmaq, başqası üçün heyifsilənmək, acımaq, təəssüf etmək (bəzən “halını”, “əhvalını” sözləri ilə də işlənir). Onun halına yanıram. – Qaraca qız ölümdən qurtarmasına çox şad olub, cəvərənin tələf olmasına o qədər də yanmadı. S.S.Axundov. Yandı əhvalına kənardan baxan; Doğdu ürəklərdə min şəfqətli hiss. M.Rahim.\n13. məc. Çox ələm və kədər çəkmək, hicran çəkmək.\n14. Bəzi sözlərə qoşularaq frazeoloji ifadələr düzəldilir; məs.: əlindən yanmaq, oduna yanmaq, canı yanmaq. yana-yana zərf 1) yanan vəziyyətdə, yanar halda ikən, yanaraq; 2) qovrula-qovrula, əzab və iztirab çəkə-çəkə, acıq çəkə-çəkə. [Rza bəy:] ..İndi gedib [Şamdan bəyin] puçunu elə yerdən buracağam ki, axıradək yanayana qalsın. N.Nərimanov; 3) ürək acısı çəkəçəkə, həsrətlə, dərdli-dərdli, yanıqlı-yanıqlı. Qarlı dağlar gəldi, düşdü araya; Qalmışam qürbətdə a yana-yana. Aşıq Ələsgər. Qoca nə yalvardı, nə də yaxardı; Yalnız yana-yana ardınca baxdı. R.Rza. Körpə isə yana-yana ağlayır, ananın ciyərini dağlayırdı. Ə.Vəliyev. yanmalı sif. Halına acımalı; halı şəfqət, mərhəmət doğuran, yazıq, zavallı (adətən “halına” sözü ilə). Halına yanmalı adam. yanmaz sif. Yanmayan, alışmayan, yanmaq xassəsi olmayan, od təsir etməyən, odadavamlı, odda, alovda tələf olmayan. Yanmaz maddələr. yanmış “Yanmaq”dan (1, 2, 3, 6, 7, 8 və 13-cü mənalarda) f.sif. Yanmış körpünün qalığı. Yanmış ev. Yanmış çörək (xörək). Yanmış lampalar. Susuzluqdan yanmış çöllər. – [Salamın] yanmış, yorğun və tük basmış üzünü sərin bir külək oxşadı. Mir Cəlal. yanpörtü zərf Yanı üstündə, yanakı, yan tərəfə əyilərək; çəpəki, çəpinə. Heybət yəhərin üstündə yanpörtü oturaraq Şamoya tərəf boynunu uzatdı. S.Rəhimov. Maşın axına qarşı yanpörtü durduğundan, sel onun bir tərəfini tez-tez qaldırıb-salırdı. İ.Əfəndiyev. yansız sif. Yanı olmayan. yansinirlilər is. zool. Molyusklar tipinin ən primitiv qrupunu təşkil edən ilbizlər. yanşaq sif. dan.\n1. Çoxdanışan, zəvzək, uzunçu. Çox yanşaq adamdır. • Yanşaqlıq etmək (eləmək) – həddən artıq çox danışmaq, zəvzəklik etmək, uzunçuluq etmək. // Çox hürən; hürəyən. [Pəri Cadu:] hələ burada oturub bir üç gün də yanşaq it kimi hürəcək. Ə.Haqverdiyev.\n2. köhn. Aşıq, ozan. [Cəfər paşa dedi:] Əyə, yanşaq, yaxşı gəlibsən. Bu gün bizim bayramımızdır. Gəl, bir az sən də çal, oxu! “Koroğlu”. [Əsli:] Bil ki, bura yanşaqlarının geyimi başqa cür olur. “Əsli və Kərəm”. yanşaqlıq is. dan. Çox danışmaq xasiyyəti; naqqallıq, zəvzəklik, uzunçuluq. Naşad sərxoşlara məxsus bir yanşaqlıqla (z.) danışıb gedəcəkdi. S.Hüseyn. • Yanşaqlıq eləmək (etmək) – çox danışmaq, naqqallıq etmək, zəvzəmək, uzunçuluq eləmək. Ağa bəy: – A kişi, yanşaqlıq eləmə! Ə.Əbülhəsən. yanşama “Yanşamaq”dan f.is. yanşamaq f. dan. Həddindən artıq çox danışmaq, zəvzəklik etmək, uzunçuluq etmək. Ağa bəy Zeynalın qoluna girdi: – Yaxşı, yanşadın bəsdi, gedək Büləndgilin yanına. Ə.Əbülhəsən. yanşatmaq icb. Yanşatmağa, danışmağa məcbur etmək; söylətmək, danışdırmaq. [Fatma xala:] Yenə soruşdun: kimi? Məni yanşatmaqdan, deyəsən, balam, xoşun gəlir. Ə.Əbülhəsən. yantay is. dan. Yağışdan, gündən qorunmaq üçün dirəklər üzərində düzəldilən dam; talvar. Yağışdan yantayın altına sığınmış kolxozçular Poladı görən kimi səslərini bir az da bərkdən çıxarmağa başladılar. S.Rəhman. yantövrü zərf Yanakı, yan-yanı. Baş aqronom yantövrü qapıya baxdı... Mir Cəlal. yanüzənlər is. zool. Xərçəngkimilərin şirin sularda yaşayan ən ali və böyük dəstəsi. yanvbr [lat. Januarius] Təqvim ilinin birinci ayı. Şiddətli yanvar şaxtası kəsibtökürdü. Mir Cəlal. yanyaxa sif. Yaxası yan tərəfdə olan. Yanyaxa köynək. yan-yan yan-yan baxmaq – nifrətlə yuxarıdan-aşağıya, əyri-əyri baxmaq; saymazyana, ikrahla baxmaq. Qoçular, quldurlar qatar taxardı; Fağır-füqəraya yan-yan baxardı. Aşıq Ələsgər. yan-yana zərf Yanaşı olaraq, bir-birinin yanında, bir-birinin yanınca. Yan-yana oturmaq. Yan-yana durmaq. Yan-yana qoymaq. – Düzülmüş yan-yana daşlı təpələr; Qurulmuş keçilməz təbii səngər.. H.K.Sanılı. Cəfər: – İki dənə yan-yana nömrə verin, – dedi. Çəmənzəminli. yan-yanaşa bax. yan-yana. [Cəmilə və Mirzağa] ahəstə addımlarla yan-yanaşa olaraq mədənlərin arası ilə uzanıb gedən şose ilə gedirdilər. S.Hüseyn. yan-yancaq bax. yancaq. yan-yanı zərf Yan tərəfi ilə, yanı üstə, yaxud bir yanını irəli verərək. Göyərçin bir yanı üstə çevrildi, yan-yanı bir qədər uçub çayın ortasına düşdü. M.Rzaquluzadə. yan-yörə is. Ətraf, ətraf sahə, həndəvər, yaxınlıq, yan. Yan-yörəyə baxmaq (göz gəzdirmək). – Yan-yörəmdən gəlib-gedən çox idi; Mənə amma kömək edən yox idi. A.Səhhət. İkram Qaratelin gözünə sataşmamaq üçün gözlərini yan-yörəsinə dolandırırdı. Ə.Əbülhəsən. // Ətrafında olanlar. [Mollabacı Hürzada:] Paxıllıqdan qudurmuş itə dönüb yanyörəni dalayırsan. Çəmənzəminli. yapağı (=yapağ) məh.\n1. is. Yazda qırxılan qoyun yunu.\n2. sif. Yapıxmış. Qışda bu atların tükləri bir qarışdan da artıq saçaqlanar, sonra da yanağı bir yapıncı kimi üstlərinə yapışardı. S.Rəhimov. yapağ (=yapağı) məh.\n1. is. Yazda qırxılan qoyun yunu.\n2. sif. Yapıxmış. Qışda bu atların tükləri bir qarışdan da artıq saçaqlanar, sonra da yanağı bir yapıncı kimi üstlərinə yapışardı. S.Rəhimov. yapalaq is.\n1. Bayquşlar dəstəsindən yırtıcı gecəquşu. Laçın seydgahə qılanda güzar; İlim-ilim itər bayquş, yapalaq. Q.Zakir. Fəqət az-az yapalaq, qarğalar edir qır-qır; Qonubdu çöldəki cəmdəklər üstünə dağıdır. A.Səhhət.\n2. məc. Qorxaqlıq, acizlik simvolu kimi işlənir. İddiası tərlan, özü yapalaq. (Ata. sözü). [Aslan bəy:] Adın Laçın bəy, özün yapalaqdan aciz. N.Vəzirov. Gündüzlər hünərli görünən qazaq; Qaranlıq düşəndə olur yapalaq.. H.K.Sanılı. yapayalnız bax. yapyalnız. [Qız] atasından acıq edib evlərindən çıxmış, kiçik bir otaqda yapayalnız yaşayır. A.Şaiq. yapdırılma “Yapdırılmaq”dan f.is. yapdırılmaq məch.\n1. Bişmək üçün təndirin divarına yapışdırılmaq. Çörək yapdırılmaq.\n2. Etdirilmək, düzəltdirilmək. // Qayıtdırılmaq, düzəltdirilmək. yapdırma “Yapdırmaq”dan f.is. yapdırmaq icb.\n1. Bişmək üçün təndirin divarlarına yapışdırtmaq. Çörək yapdırmaq.\n2. Etdirmək, etməyə məcbur etmək. Xədicə hər istədiyini yapdırmağa adət etmiş, ərköyün böyümüş bir qızdı. S.Hüseyn. // Qayıtdırmaq, düzəltdirmək. [Qoca:] [Dara] İstəxrdə əmsalı dünyada görünməmiş bir saray yapdırmaq fikrinə düşmüşdür. Çəmənzəminli. yapı is. kit. Bina, tikinti. // məc. Təməl, bünövrə mənasında. Gözəl ölkəm! Sən gözəlsən, gözəlsən öz əməlində; Zəncirlərdən azad olan bir dünyanın yapısısan. S.Vurğun. yapıxma “Yapıxmaq”dan f.is. yapıxmaq f. Elastikliyini, yumşaqlığını, diriliyini itirərək yapışan kimi olmaq, basılıbsıxılmış kimi olmaq; yatmaq. Keçə kimi yapıxmaq. Döşəyin yunu yapıxıb. yapıxmış f.sif. Yapışan kimi olmuş, yatmış, bir-birinə yapışmış; yatıq. Əzilib yapıxmış küləş [Tapdığın] ayaqları altında xışıldayırdı. Ə.Əbülhəsən. yapıq sif. İşlənməkdən yaprıxmış. yapıqmaq bax. yapıxmaq. yapılma 1. “Yapılmaq”dan f.is.\n2. sif. Qayrılma, qayrılmış, tikilmiş, düzəldilmiş. [Ərən:] Kənarda palçıqdan yapılma bir büt var idi. Çəmənzəminli. [Cəmilə:] [Mirzağanı] tənəkdən yapılma xüsusi bir tüfürük və papiros kötüyü qabının yanına apardı. S.Hüseyn. yapılmaq məch.\n1. Bişmək üçün təndirin divarına yapışdırılmaq. Təndirə çörək yapılmaq. – Bu dəfə on pud unun çörəyi gərək yapılaydı. C.Məmmədquluzadə.\n2. Qayrılmaq, düzəldilmək, tikilmək. yapılmış f.sif.\n1. Bişmək üçün təndirin divarına yapışdırılmış (çörək).\n2. Qayrılmış, düzəldilmiş, tikilmiş, qurulmuş. Böyük poçt yolunun kənarında uca bir təllin üstündə vaqe, .. ağ daşdan yapılmış bina çaparların mənzili idi. Ə.Haqverdiyev. Bir qədər keçmiş sarı kağızdan yapılmış bir fənərin işığı ilə birisinin mənə tərəf gəldiyini gördüm. S.Hüseyn. yapıncı is. Basılmış keçi yunundan (keçədən) hazırlanan plaşa oxşar qolsuz, uzun, enli geyim. [Qurbanəli:] Bir-iki motal tutmuşdum, onu da satıb özümə yapıncı almışam. N.Vəzirov. [Həmzə] bərk-bərk yapıncısına bürünmüşdü. Ə.Əbülhəsən. Atlıların başlarında şələ papaq vardı, çiyinlərinə yapıncı salmışdılar. S.Rəhman. yapıncılı sif. Əynində yapıncı olan. Faytondan iki nəfər yapıncılı adam düşdü. M.Hüseyn. Deyəsən, gələn yapıncılı idi. Mir Cəlal. yapıncılıq sif. Yapıncı üçün yarayan. Yapıncılıq keçə. yapırtma “Yapırtmaq”dan f.is. yapırtmaq f. Qulaqlarını boynuna yapışdırmaq. At qulaqlarını yapırdıb üstümə yüyürdü. yapışan sif.\n1. Bir şeyə toxunduqda ondan qopmayan, ayrılmayan, yapışqan xassəsinə malik olan.\n2. məc. Ürəyəyatan, xoşagələn. Yapışan söz deyil. yapışdırıcı sif. Yapışdırma xassəsi olan, bir-birinə yapışdıran. Yapışdırıcı maddələr. yapışdırılma “Yapışdırılmaq”dan f.is. yapışdırılmaq məch. Yapışqan (və s.) ilə bitişdirilmək. Divarlara elanlar yapışdırılmışdır. yapışdırılmış f.sif. Yapışqan (və s.) ilə bitişdirilmiş. Yapışdırılmış kağız. yapışdırma “Yapışdırmaq”dan f.is. yapışdırmaq f.\n1. Yapışqanla və ya başqa yapışdırıcı maddə ilə bir şeyi başqa bir şeylə bitişdirmək. Məktuba marka yapışdırmaq. Divarlara elan yapışdırmaq. Cırılmış səhifələri yapışdırmaq. Taxtaları yapışqanla birbirinə yapışdırmaq. // Qaynaq vermək, qaynaq vasitəsilə bir-birinə bitişdirmək, qaynaq etmək. Boruları bir-birinə yapışdırmaq. Çaydanın lüləyini yerinə yapışdırmaq. // Calamaq. Sözü sözə yapışdırmaq.\n2. Sıx yaxınlaşdırmaq, təmas etdirmək. Xavər qolunu uşağının boynuna sarıyaraq qucaqlamış və üzünü üzünə yapışdıraraq fikrə getmişdi. M.İbrahimov.\n3. məc. dan. Vurmaq, ilişdirmək, çəkmək. Çoban canavarın belinə bir çomaq yapışdırdı. yapışdırtma “Yapışdırtmaq”dan f.is. yapışdırtmaq icb. Başqası vasitəsilə yapışdırmaq; calatmaq. yapışıcı sif. Yapışmaq xassəsi olan; yapışqan. Yapışıcı maddə. yapışıq sif.\n1. Bir-birinə yapışmış, bitişmiş. Ətə yapışıq dəri. Bir-birinə yapışıq kağız.\n2. Sıx yaxınlaşdırılmış, lap yapışdırılmış; yanaşı, qonşu. Məktəbə yapışıq klub binası. Bir-birinə yapışıq divarlar. Qaraj evə yapışıq (z.) tikilmişdir.\n3. məc. Özünə qarşı xoş meyil oyatma xüsusiyyəti, qanışirinlik, xoşa gəlmə, ürəyə yatma. Yapışığı yoxdur. yapışıqlı sif.\n1. Yanaşı, lap yaxın, birbirinə təmas edəcək dərəcədə yaxın; qonşu. Əmrahgilin evi Səlminazgilin evinə yapışıqlı idi. (Nağıl).\n2. Yapışığı olan, xoşagələn, ürəyəyatan, yatımlı, qanışirin, suyuşirin, cazibəli. Gülər ortaboylu, incə və zərif, yapışıqlı bir qız idi. C.Cabbarlı. [Musa] vücudca sağlam, boyca uca və sifətcə yapışıqlı idi. Ə.Vəliyev. yapışıqsız sif. Yapışığı olmayan, xoşa gəlməyən. Yapışıqsız adam. yapışıqsızlıq is. Yapışığı olmama, xoşa gəlməmə; yapışmama. yapışqan 1. is. Yapışdırmaq, bitişdirmək xassəsi olan maddə. Yapışqan sürtmək. Xarrat yapışqanı. Sintetik yapışqan. – Vəzirzadə paketləri götürüb: – Yapışqanı möhkəm olsun, barı açılmasın, – dedi. S.Rəhimov. Hidayət ehmallıca qəzeti divardan asdı, əlinin yapışqanını sildi. Mir Cəlal.\n2. sif. Dəydiyi yerə yapışıb zorla ayrılan, yapışmaq xassəsi olan. Yapışqan palçıq. yapışqanlama “Yapışqanlamaq”dan f.is. yapışqanlamaq f. Yapışqanla yapışdırmaq, bitişdirmək, yapışqan sürtmək. [Dadaş] sonra ağ kağızlardan götürüb yaşıl qovluğu yapışqanladı, hər tərəfdən onu sarıyıb, iri hərflərlə ünvanını yazdı... S.Rəhimov. yapışqanlanma “Yapışqanlanmaq”dan f.is. yapışqanlanmaq məch. Yapışqanla yapışdırılmaq (bitişdirilmək), yapışqan sürtülmək. yapışqanlaşma “Yapışqanlaşmaq”dan f.is. yapışqanlaşmaq f. Yapışqan kimi olmaq, yapışqana dönmək, yapışqan xassəsi almaq. İsti su götürdükdə nişasta yapışqanlaşaraq həlməşik təbəqə əmələ gətirir. R.Əliyev. yapışqanlaşmış f.sif. Yapışqan kimi olmuş, yapışqana çevrilmiş. Yapışqanlaşmış maddə. yapışqanlatma “Yapışqanlatmaq”dan f.is. yapışqanlatmaq icb. Yapışqanla yapışdırtmaq, yapışqan vurdurmaq, birinə yapışqanlama işi gördürmək. yapışqanlı sif. Yapışqan sürtülmüş. // Tərkibində yapışqan olan. yapışqanlıq f. Yapışmaq xassəsi. yapışqanotu is. bot. Çay, arx və meşə kənarlarında bitən çoxillik ot bitkisi. yapışma “Yapışmaq”dan f.is. yapışmaq f.\n1. Toxunduğu şeyə ilişib ayrılmamaq, yaxud zorla qopacaq bir surətdə bitişmək; sıvaşmaq. Kitabın səhifələri birbirinə yapışmışdır. Ayaqqabılarıma qəliz palçıq yapışıb. – ..[Qurban] ayaqlarına buz kimi yapışan yırtıq çustunun çamırını təmizləyətəmizləyə: – Molla, mənə bir məktub yaz! – dedi. A.Şaiq.\n2. Bir-birinə təmas edəcək dərəcədə yaxın olmaq, tamamilə yanaşmaq; çatmaq. Usta Ağabalanın saqqalı gicgahlarına getdikcə ucları nazilib gözəl surətdə qulaqlarına yapışmışdır. Çəmənzəminli. // Bir-birindən qopmamaq, ayrılmamaq. Susuzluqdan dodaqları bir-birinə yapışmışdı.\n3. Tutmaq, bərk-bərk tutmaq, qarmalamaq. Əlindən yapışmaq. Qolundan yapışmaq. – ..Birə beş bir-birinə söyəndən sonra bellərə yapışdılar. N.Nərimanov. Kərbəlayı Heydər əmi qeyzli çıxardı küçəyə və gəlib yapışardı qulaqlarımdan, qalxızardı göyə. C.Məmmədquluzadə. Mühəndis isə, yəhər əyilməsin deyə, üzəngidən yapışmışdı. M.İbrahimov. // Tutub qaldırmaq; qaldırmaq (çəkmək, dartmaq) üçün əli ilə tutmaq. [Qurban:] Di gəl, bu şələyə yapış, qoy dalıma. Ə.Haqverdiyev. İnəkləri sağıb üçqulplu qazanı doldurduq, hərəmiz bir qulpundan yapışıb qazanları ocağın qırağına gətirdik. A.Divanbəyoğlu. // Dişlərini keçirmək, dişləri ilə tutub buraxmamaq. İt baldırımdan yapışdı.\n4. Məşğul olmaq, başlamaq, girişmək, şüru etmək. Bir sənətdən yapışmaq. Bir işdən yapışmaq. – [Kərbəlayı Zalın] arvadı hərdənbir deyirdi: – A kişi sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Gəl bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Ə.Haqverdiyev. [Məşədi Əsgərin] bu vasitə ilə hərçənd qolu sağalmağa başlamışdısa da, amma işə yapışmağa qüdrəti yox idi. S.M.Qənizadə.\n5. məc. Dəymək, toxunmaq. Çovutma bir güllə gözlənilmədən; Yapışır alnıma, yıxılıram mən. S.Vurğun.\n6. məc. dan. Yapışıb əl çəkməmək, bir an belə aralanmamaq; əl çəkməyərək danışmaq, müraciət etmək, təngə gətirmək. Adama yapışdımı, əl çəkən deyil.\n7. Keçmək, sirayət etmək. Soyuğa öyrənmiş adama azar çətin yapışar.\n8. məc. dan. Bənd olmaq, mane olmaq, ...qoymamaq. Acıq edib gedənə yapışma. yapma 1. “Yapmaq”dan f.is.\n2. is. arxit. Plastik və s. materiallardan düzəldilən bəzək. Yapma işləri. // sif. Bu cür düzəldilən. Yapma bəzək. Yapma naxışlar.\n3. is. Divara yapılan təzək. Bir tövlə qayıtdırsan əgər, bir də samanlıq; Mən də sağaram, həm peyinin yapma qayırram. M.Möcüz.\n4. sif. Süni, saxta, yalançı, uydurma, qondarma, yalan. Yapma gözəllik. Yapma məhəbbət. – [Oqtay:] Xatırlayırmısan, bir zaman yapma həyatın nə olduğunu .. sənə öyrədirdim. C.Cabbarlı. Gözəlliklər yapma, duyğular cansız; Mənə tən eyləyir hər yetən qansız. Ə.Cavad. yapmaq f.\n1. Bişmək üçün təndirin divarına yapışdırmaq. Qasım əminin övrəti Həlimə xala çörək yapırdı. C.Məmmədquluzadə. Biz almışıq arvadı əppək yapa. Ə.Nəzmi. // Ümumiyyətlə, yapışdırmaq. Neyləyirdim bəzəyi, ya düzəyi? Dama, divara yapardım təzəyi. M.Ə.Sabir.\n2. köhn. Etmək. Nə yapırsan, ay biçarə; Nə ölkəyə səs salırsan. Molla Cümə. [İsmət:] Get, nə yaparsan yap, çəkil get, durma! H.Cavid. Zeynal şaşırdı, nə yapacağını təyindən aciz kimi idi. S.Hüseyn. Bir axşamçağı idi. Başmaqseyri yapmaq fikri ilə evdən çıxdım. T.Ş.Simurq.\n3. köhn. Tikmək, qayırmaq, düzəltmək, qurmaq. Xatirin cəm eylədin, əhli-vəfa könlün pozub; Bir imarət yapmağa min ev yıxar memar tək. Füzuli. ..Tazədən bir möhkəm barı yapdılar. “Dərbəndnamə”. İki kamança, iki tar tapdılar; Bir çəmənin üstə məclis yapdılar. A.Səhhət. yapmalıq is. Sünilik, saxtalıq; yapma şeyin halı. yapun is. Yaponiyanın əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Yapon xalqı. Yapon dili. Yapon musiqisi. yaponca sif. və zərf Yapon dilində. Yaponca danışmaq. Yaponca lüğət. yaprıxma “Yaprıxmaq”dan f.is. yaprıxmaq bax. yapıxmaq. yapyalqız bax. yapyalnız. Məndən bir az aralı mənim kimi yapyalqız; Bir ağacın altında, skamyanın üstünə; Qəzet salıb oturmuş, bir gözəl sarışın qız. S.Rüstəm. yapyalnız zərf Tamamilə yalnız, tək, tək-tənha. Yapyalnız oturmaq. Yapyalnız qalmaq. – Belə bir anda durub yapyalnız; Ləkələnmiş bir adam lap yalnız. S.Rüstəm. yar is. [fars.]\n1. Dost, yoldaş. Əkinçilər yarıyam; İgidlər sərdarıyam; Qızılın adı çıxmış; Mən ondan yuxarıyam. Ə.Cavad. Bir zamanlar nə sən, nə mən; Şad görmədik dostu, yarı. S.Vurğun. • Yar olmaq – yoldaş olmaq, dost olmaq, kömək olmaq. Bizə yar olmasa saqi, biz ona yar olalım. Qövsi. [Teymur ağa:] Amma cənabi-əqdəsi-ilahi doğruya yar olub, sənin muradın əksi üz verdi. M.F.Axundzadə. • ...yar olsun!.. – ...kömək olsun! (xeyirdua ifadəsi). [İlyas:] Göylər sənə yar olsun, oğlum! – dedi. M.Hüseyn.\n2. klas. Sevgili, məşuq, məşuqə. Yardan ayırmaq. Vəfalı yar. Yarındın ayrı düşmək. – Ağdamın yollarında; Bənd oldum kollarında; Bir cüt bəzbənd olaydım; Yarımın qollarında. (Bayatı). [Şahbaz bəy:] Tamam Parijin qızları qurban olsun sənin bir tükünə, mənim ki sənin tək gözəl bir yarım var.. M.F.Axundzadə. [Gəray:] Eşqimi nazlı yara anlatdım; Sözümə bal, noğul, şəkər qatdım. A.Şaiq. yara is.\n1. Bədən, yaxud onun daxili orqanları toxumalarının hər hansı bir silah və ya başqa iti, bərk şeylə zədələnməsi və bu zədənin yeri. Güllə yarası. Xəncər yarası. Yarasını sarımaq. Yaradan qan axır. – Qılınc yarası sağalar, dil yarası sağalmaz. (Ata. sözü). Hənifə arvadla Gülgəz Səmədin dizinin tikanlarını çıxardıb yarasını sarımışlar. İ.Hüseynov. • Yara almaq – yaralanmaq. Yara vurmaq – 1) yaralamaq; 2) məc. qəlbini incitmək, qəlbə toxunan söz demək, tənə vurmaq. Yarası tərsləşmək – yarası şiddət etmək, sağalmamaq. // Hər nə şəkildə olursa olsun, bədənin bir yerində əmələ gəlmiş zədə; xora. Əlləri yara içindədir. Yara yeri. Bədənini yara basmış.\n2. məc. Dərd, iztirab, ruhi sarsıntı, ürək acısı. Ürək yarası. – [Rəsul:] Sənəm yarım mərhəm eylər yaraya; Şəhri-Tiflis dedikləri budumu? “Aşıq Qərib”. [Xədicə:] Nə vaxt mənim ürəyimin yarası sağalacaqdır? N.Nərimanov. Qəlbinin vardı dərin bir yarası; Gecə-gündüz su deyib inlərdi. M.Müşfiq.\n3. məc. Cəmiyyətdə olan mənfi hadisələr haqqında. Yazıçı öz əsərində köhnə cəmiyyətin yaralarını açıb göstərmişdir. // məc. Vurulan ziyan, zərər, təxribat haqqında. ‣ Yara bağlamaq məc. – imdada çatmaq, kömək etmək, yardıma qoşmaq. Əsil qəhrəmanlıq yara bağlamaqdadır, abad etməkdədir. H.Cavid. Yarasına toxunmaq – birinin gizli dərdi haqqında danışmaq, zəif yerinə toxunmaq. Qoca bu cavabdan çobanın yarasına toxunmuş olduğunu bildi. M.Rzaquluzadə. Yarasını təzələmək – birinin dərdini yadına salıb pərişan etmək, dərdini təzələmək. yaradan 1. “Yaratmaq”dan f.is. Gələcəyi yaradanlar. – Tarixdə tarixi yaradan durur. S.Vurğun.\n2. “Yaratmaq”dan f.sif. Yaradan əllər. Sabahı yaradan gənclərdir.\n3. is. din. Tanrı, Allah, xaliq; xəlq edən qüvvə. [Banı xanım:] Sənə kömək istərəm mən xudadan; İşinə fərəc versin böyük Yaradan. “Aşıq Qərib”. Yaradan yetişsin özü dadına; Viran qaldı gözəl bağı Nigarın. Molla Cümə. Yaradan yetirsin bizi murada; Mənim ayım, günüm uzundur, gəlin! Aşıq Əmir. yaradıcı 1. is. Bir şey yaradan, həyata gətirən, meydana gətirən adam. Axır, bir de görüm ki, bu təzə firqənin yaradıcısı kimdir? C.Məmmədquluzadə. [Gülsabah:] ..Öz sənətini yaxşı bilməyən bir usta bir yaradıcı ola bilməz. C.Cabbarlı.\n2. sif. Bir şey yaratmağa qadir olan, maddi və mənəvi sərvətlər yaradan. Yaradıcı fikir. Yaradıcı qüvvələr. Yaradıcı əllər. – .. Hər kəsin ixtirası yaradıcı əməyinin məhsuludur. S.Rəhimov.\n3. is. din. Yaradan, xaliq, Allah, Tanrı. yaradıcılıq is. İnsanın maddi və mənəvi sərvətlər yaratmağa doğru yönəldilmiş fəaliyyəti. Kütlələrin canlı yaradıcılıq fəaliyyəti. Yaradıcılıq prosesi. Söz yaradıcılığı. Elmi yaradıcılıq. Bədii yaradıcılıq. // Yaradıcı əməyin məhsulu, yaradılmış maddi və mənəvi sərvətlərin məcmusu. Uşaq yaradıcılığı sərgisi. Sabir yaradıcılığı. Xalq yaradıcılığı (folklor). – Yaradıcılığı heç bir zaman öz təravətini itirməyən.. sənətkar ən bəxtiyar insandır. Ə.Vəliyev. yaradılan 1. “Yaradılmaq”dan f.sif.\n2. is. din. Yaranmış, məxluq. yaradılış is.\n1. Yaratmaq işi; yaradılma, törədilmə, vücuda gətirilmə. [“Vətən dili” əlifba kitabının] yaradılışına bais olan səbəbini, məsələdən xaric olsa da, burada göstərməyə məcburam. F.Ağazadə.\n2. Varlıq, xilqət, təbiət. Dəyişmək – yaradılışın, təbiətin qanunudur. M.İbrahimov.\n3. Bünyad, kök, bünövrə, əsas. Yaradılışı zəifdir. yaradılma “Yaradılmaq”dan f.is. yaradılmaq məch. Vücuda gətirilmək, törədilmək. Stansiya yenicə yaradılmışdı. yaradılmış f.sif. Vücuda gətirilmiş, törədilmiş. yara-xora is. Çirkli, həm də çox yarası olan. yara-xoralı sif. Çirkli, həm də çox yarası olan. yaraq is.\n1. Silah. Koroğlu gördü, Dəmirçioğlu o qədər yaraq götürüb ki, altında tərpənə bilmir. “Koroğlu”. O saat əlimizə keçən yaraqla və bombalarla .. yola düşdük. Ə.Əbülhəsən.\n2. Yaraşıq, bəzək şeyləri. Düzəlib hər yarağı; Qalıb saqqal darağı. (Ata. sözü). yaraq-əsbab top. köhn. Cürbəcür silahlar. [Veys:] Uşaqlar, o yaraq-əsbabı, tapançanı da qoyun bax bura, bəri küncə. Ə.Əbülhəsən. yaraq-əsləhə top. köhn. Müxtəlif silahlar. Hacı Qara özü qorxaq olduğu halda, götürdüyü yaraq-əsləhə ilə başqalarını qorxutmaq istəyir. “Kirpi”. yaraq-əsləhəli köhn. bax. yaraqlıyasaqlı. yaraqlandırılma “Yaraqlandırılmaq”dan f.is. yaraqlandırılmaq məch. Silahlandırılmaq. yaraqlandırma “Yaraqlandırmaq”dan f.is. yaraqlandırmaq f.\n1. Silahlandırmaq.\n2. Müxtəlif alət və ləvazimatla təchiz etmək. yaraqlanma “Yaraqlanmaq”dan f.is. yaraqlanmaq f. Silahlanmaq. Dəlilər işi belə görəndə yaraqlanıb atlandılar. “Koroğlu”. [Mustafa bəy:] Xata görünür, uşaqlara deginən ki, hamısı yaraqlansınlar. Ə.Haqverdiyev. Yaraqlandın o gün sən də; Səsin düşdü dağdan-dağa. S.Vurğun. yaraqlatma “Yaraqlatmaq”dan f.is. yaraqlatmaq f. Yaraqla, silahla təchiz etmək. yaraqlı sif. köh. Silahlı. [Ömər] çərkəzi paltarda, çəkmədə, əlində matraq, üstü yaraqlı içəri daxil olur və sevinir. N.Nərimanov. Telinin ucunu qaşına tökmüş, qarayağız, qırmızı yanaqlı, yaraqlı Qədirdən şübhələnmişdi. Mir Cəlal. yaraqlı-yasaqlı sif. və zərf köhn. Yaxşıca silahlanmış, cürbəcür silahlarla silahlanmış. Bir də baxdı ki, budur, bir dəstə yaraqlı-yasaqlı atlı gəlir. “Koroğlu”. Dəmirçi Əhməd oğlunu yaraqlı-yasaqlı görüb dedi.. (Nağıl). [Məclisi aparanın] üstü-başı yaraqlıyasaqlıydı. “Aşıq Ələsgər”. yaraqsız sif. və zərf Silahsız. Şərifzadə yaraqsız gəldiyindən, yolu kəsənlərin əmrinə tabe olub faytondan yerə düşdü.. M.Hüseyn. yaraqsızlıq is. Silahsızlıq. yaraq-yasaq köhn. bax. yaraq 1-ci mənada. [Ağsaqqal kişi:] Yaraq-yasağını yüklərdə gizlət. Mir Cəlal. yaralama “Yaralamaq”dan f.is. yaralamaq f.\n1. Silah və s. ilə yara vurmaq, yara açmaq; zədələmək. Əlini yaralamaq. – Marala bax, marala; Vur, ox ilə yarala; Dərd verən dərman versin; Dərdim düşsün qarala. (Bayatı). Qeyrətdən keçəndə, su üstündə yay fəsli hər bir müsəlman qardaş yeddisəkkiz adam yaralar. C.Məmmədquluzadə. [Aslan bəy:] Ancaq yazıq Əsəd bəyi yaralayıb qaçarkən bir qırmızı çuxa vardı əynində.. C.Cabbarlı.\n2. məc. Mənəvi əzab və iztirab vermək, qəlbini sındırmaq, ruhən incitmək (çox vaxt “qəlbini”, “ürəyini” sözləri ilə). [Məmmədbağır:] Əsmərcan, sən mənim ürəyimi yaralayırsan! S.Hüseyn. yaralandırma “Yaralandırmaq”dan f.is. yaralandırmaq icb. Başqasının əli ilə yaralamaq, yara vurdurmaq, yaralanmasına səbəb olmaq. yaralanma “Yaralanmaq”dan f.is. yaralanmaq qayıd.\n1. Güllə, kəsərti və s. ilə bədəninin bir yerində yara açılmaq, bədəninin bir yeri zədələnmək, yara olmaq. Ayağından yaralanmaq. Müharibədə yaralanmaq. Güllə ilə yaralanmaq. – [Qasıməli:] Tutublar, yəqin ki, yaralanıbdı, yoxsa bu da qaça bilərdi. C.Məmmədquluzadə. Mirsaqulu yaralanmış və yerə yıxılmışdı. S.Hüseyn.\n2. məc. Çox ağır mənəvi sarsıntıya məruz qalmaq; dərdlənmək. Yaralıdır könlüm quşu, yaralı; Yaralandı yazıq şair olalı. Ə.Cavad. yaralanmış f.sif. Yara almış, silah və s. ilə bir yerindən zədələnmiş; yaralı. Yaralanmış əsgər. // Məc. mənada. Ey həmdəmim, səni qana qərq elər; Gəl tərpətmə yaralanmış könlümü. M.V.Vidadi. yaralatma “Yaralatmaq”dan f.is. yaralatmaq icb. Yaralanmasına səbəb olmaq, yara vurdurmaq. Atı yaraladarsan, gözlə. yaralğan is. məh. Yarğan. Dağılıb havaya qanın iyisi; Gəlir yaralğandan yapalaq səsi. H.K.Sanılı. yaramazca (=yaramazcasına) zərf Yaramaz adama xas olan bir surətdə; alçaqcasına, nalayiq bir surətdə. Yaramazcasına hərəkət etmək. yaramazcasına (=yaramazca) zərf Yaramaz adama xas olan bir surətdə; alçaqcasına, nalayiq bir surətdə. Yaramazcasına hərəkət etmək. yaram-yaram is. zar. Xanəndələrin, aşıqların oxuduqları zaman havanı uzatmaq üçün işlətdikləri söz. Aşığın sözü qurtaranda yaram-yaram çağırar. (Ata. sözü). yaranal dan. Keçmişdə “general” sözünün canlı dildə işlənən təhrif edilmiş forması. İstəyirəm sana bir dastan yazam; Qoburnat eşidə, yaranal bilə. Aşıq Ələsgər. Bundan ötrü lazımdır .. yüz nəfər hacını yaranal eləmək. C.Məmmədquluzadə. [Əhməd:] Sən get, knyazlardan xəbər al, yaranallardan xəbər al.. Onda bilərsən ki, Aslan bəy kimdir. N.Vəzirov. yaranan f.sif. Yaradılmış, vücuda gətirilmiş (gəlmiş). // İs. mənasında. Məxluq. [Xanburabi:] Hər bir yaranan yaşamalıdır. Çəmənzəminli. yaranış is.\n1. Yaranma, vücuda gəlmə, yoxdan var olma.\n2. Xilqət, təbiət, doğuluş. Sən ki yaranışdan gözəlsən belə; Bir dastan olmusan ağıza, dilə. S.Vurğun. yaranma I. “Yaranmaq1”dan f.is. Azərbaycan ordusunun yaranma günü.\n\nII. “Yaranmaq2”dan f.is. yaranmaq I. f.\n1. Əmələ gəlmək, meydana gəlmək, doğulmaq, törəmək. Mən əzilən bir sinfin hayqıran; Haq bağıran sədasından yarandım. M.Müşfiq. Bilirsən ki, mən gözələm, dastanlara düşmüş adım; Yarandığım gündən bəri bağlanmamış qol-qanadım. S.Vurğun. [Ovçu:] Qızım, – dedi, – ürəyiniz yuxa olur, bilirəm, amma [quşlar] bizim üçün yaranmışdır. Mir Cəlal.\n2. Təsis edilmək, təşkil olunmaq; yaradılmaq. Əlaqə yaranmaq. Aralarında dostluq münasibəti yaranmışdır. – Tikintidə kiçik bir özfəaliyyət dərnəyi yarandı. İ.Əfəndiyev.\n\nII. f. Birini xoşnud etmək üçün öz hərəkətlərini onun xeyrinə, tələbinə uyğunlaşdırmağa çalışmaq, yaltaqlanmaq. Yaxın qohumlarını, gələcəkdə böyük sərvətə malik olası bacılara yarananlar və yaltaqlıq edənlər hər tərəfdən bacıların qollarından tutub, onları saxlamaq istəyirdilərsə də, fayda vermirdi. Ə.Haqverdiyev. [Yasavul:] Doğrudur, tüfəng bu dünya üzündə igidin birinci yaraşığıdır, – deyə Məstəli bəyə yaranmağa başladı. S.Rəhimov. yaranmış f.sif. Xəlq olunmuş, məxluq, canlı; doğulmuş. Məlum şeydir ki, cəmi yaranmışlar öləcəklər. C.Məmmədquluzadə. Qol-qanad açardım, sözün doğrusu; Hər bir yaranmışın arzusudur bu. S.Vurğun. yara-para bax. yara-xora. yarar bax. yararlı. Götürün oxların, ey didələrim, torpaqdan; Bu yarar nəsnələrin qədrini yaxşıca bilin. Füzuli. [Vəzir:] Padşah sağ olsun, keçəçilik sənəti çox yarar sənətdir. Ü.Hacıbəyov. yararlaşdırılma “Yararlaşdırılmaq”dan f.is. yararlaşdırılmaq məch. Yararlı hala salınmaq, uyğunlaşdırılmaq, əlverişli hala gətirilmək. yararlaşdırma “Yararlaşdırmaq”dan f.is. Bu işi Kür-Araz düzənliyində suvarılan torpaqları istifadə üçün yararlaşdırma idarəsinin işçiləri görməlidirlər. (Qəzetlərdən). yararlaşdırmaq f. Yararlı hala salmaq, uyğunlaşdırmaq, əlverişli hala gətirmək. yararlaşma “Yararlaşmaq”dan f.is. yararlaşmaq f. Yararlı hala gəlmək, uyğunlaşmaq, əlverişli hala gəlmək. yararlı sif. Yarayan, əlverişli, uyğun, lazımlı, işə gələn, faydalı. Kostyuma yararlı parça. – O, özünə yararlı bir kaman seçmək üçün qarşısına bir çox kaman tökdürmüşdü. M.S.Ordubadi. Əsil bəla orasındadır ki, usta zeynallar özlərini dünyada ən ağıllı, işgüzar və yararlı adam hesab edirlər. M.İbrahimov. yararlıq is. İşə yarama, əlverişli olma, faydalı və lazımlı olma; fayda, yararlı xidmət. Çar hökuməti İran inqilabında böyük yararlıq göstərən Culfa qrupuna çox ciddi nəzarət təşkil etmişdi. M.S.Ordubadi. yararlılıq is. Yararlı şeyin hal və keyfiyyəti. yararsız sif. Yararı olmayan, faydası olmayan, heç bir fayda verməyən; əlverişsiz, lazımsız, dəyərsiz, vecsiz. Yararsız yer. Yararsız bina. yararsızlıq is. Yararsız şeyin hal və keyfiyyəti; heç bir şeyə yaramama, fayda verməmə. yarasa is.\n1. zool. Gündüzlər yatıb gecələr ov edən, siçana oxşar geniş pərdəqanadlı heyvan. O da bir cürə yarasadır. Gündüz yatır, gecə uçur. Ə.Vəliyev.\n2. məc. Cəhalətpərəstlik, maarif düşməni simvolu kimi işlənir. yaraşdırılma “Yaraşdırılmaq”dan f.is. yaraşdırılmaq məch.\n1. Uyğunlaşdırılmaq, yaraşan bir şəklə salınmaq.\n2. Yaraşıqlı edilmək, yaraşıq verilmək, zinətləndirilmək, bərbəzək verilmək.\n3. İstinad edilmək (inanılmaz bir şeyə). yaraşdırma “Yaraşdırmaq”dan f.is. yaraşdırmaq f.\n1. Uyğunlaşdırmaq, yaraşan bir şəklə salmaq.\n2. Yaraşıqlı etmək, yaraşıq vermək, zinətləndirmək, bərbəzək vermək.\n3. Yan-yana düzmək; tutuşdurmaq. Sözü sözə yaraşdırmaq.\n4. Əsassız bir şeyi inanılacaq dərəcədə birisinə isnad etmək. yaraşıq is. Bəzək, zinət. Ehtiyat igidin yaraşığıdır. (Ata. sözü). // Qəşənglik, gözəllik. Yan durun, aşıq gəldi; Elə yaraşıq gəldi; Yel vurub sinən açdı; Gözümə işıq gəldi. (Bayatı). Arvadın yaraşığı saçdır. Qantəmir. • Yaraşığa mindirmək – yaraşıqlı etmək, bəzək vermək, zinət vermək. Yaraşıq vermək – bəzək vermək, zinət vermək. Özünə yaraşıq vermək. – Rəhimənin qıyıq gözlərindən silinməyən təbəssüm qızartısı çəkilməyən, yumru, ətli, tüksüz sifətinə yaraşıq verirdi. İ.Hüseynov. Yaraşıqdan düşmək – yaraşığını itirmək, görkəmsiz olmaq, gözəlliyini itirmək. Yaraşıqdan salmaq – yaraşıqdan, bəzəkdən, gözəllikdən məhrum etmək, görkəmsiz etmək. // Yaraşma, uyğunluq, tutma. Heç bir yaraşığı yoxdur. Yaraşıqdan yad olmaq – yaraşığı, gözəlliyi itmək, yox olmaq. yaraşıqlanma “Yaraşıqlanmaq”dan f.is. yaraşıqlanmaq f. Yaraşıqlı olmaq, yaraşığa minmək, qəşəngləşmək, gözəlləşmək. Qoca istəyirdi ki, onun zəhmətinin məhsulu da bu süfrədə görkəmli bir yer tutsun, .. belə ağ bir alov işığında yaraşıqlanıb bəzənsin... S.Rəhimov. yaraşıqlı sif. Yaraşığı olan, görünüşcə qəşəng, gözəl. Yaraşıqlı paltar. Yaraşıqlı qız. – [Ağa Mərdanın arvadı:] Məni Hacı Qafurun arvadı yaraşıqlı (z.) görsə, əlbəttə, artıcaq sayar. M.F.Axundzadə. Ay quşcuğazlar nə yaraşıqlısız; Can kimi bəslənməyə layiqsiz. A.Səhhət. [Humay] çox arıq olmasına baxmayaraq, yaraşıqlı bir oğlan idi. İ.Əfəndiyev. yaraşıqlılıq is. Yaraşıqlı şeyin hal və keyfiyyəti; gözəllik, qəşənglik. yaraşıqsız sif.\n1. Yaraşığı olmayan, gözəlliyi, qəşəngliyi olmayan; görkəmsiz. Yaraşıqsız adam. Yaraşıqsız ev.\n2. Uyğun olmayan, münasib olmayan, layiq olmayan, yöndəmsiz. Yaraşıqsız söz. yaraşıqsızlıq is.\n1. Yaraşığı olmayan şeyin hal və keyfiyyəti, yaraşıqdan məhrumluq, görkəmsizlik, gözə xoş gəlməmə. Geyimin yaraşıqsızlığı. Otağın yaraşıqsızlığı.\n2. Qeyri-münasiblik, uyğunsuzluq, yaraşmamazlıq, yöndəmsizlik. yaraşma “Yaraşmaq”dan f.is. yaraşmaq f.\n1. Uyğun gəlmək, yaxşı tutmaq, yaxşı göstərmək. Bu paltar sənə yaraşmır. – Sənə al don yaraşır, niyə qarə geymisən sən? S.Ə.Şirvani. [Mehribanın] yeni paltarı vücuduna çox yaxşı yaraşırdı. S.Hüseyn. Qaratelin üz-gözündən rişxənd yağırdı və bu ifadə qızın munis, dolğun çöhrəsinə qətiyyən yaraşmırdı. Ə.Əbülhəsən. • ...nə yaraşır – intonasiyadan asılı olaraq gah müsbət, gah mənfi mənada işlənir. Bu yaşda ona belə paltar nə yaraşır. – Qabaqda qalırmı arpan səhərə? Üzəngilər nə yaraşır yəhərə. “Koroğlu”.\n2. Layiq olmaq, münasib olmaq. Belə hərəkətlər insana yaraşmaz. – Yetişibsən, indən belə yaraşmaz; Yadlar ilə deyib-danışmaq sənə. Q.Zakir. [Vəzir:] Mən cavab verdim ki, əgər mənə yaraşsaydı, bu əlli yaşımda Teymur ağa ilə güləşib onun arxasın yerə qoyardım. M.F.Axundzadə. [Fəridə:] Bu ki rüsvayçılıqdır, .. heç doktora yaraşarmı? Ə.Məmmədxanlı. // Uyğun olmaq, uyğun gəlmək, münasib olmaq, uymaq. Mənim yoldaşım Sadığın adını qoyublar Lağlağı, .. bu ləqəb o kişiyə heç yaraşmır. C.Məmmədquluzadə. Məsmə otağını bir cavanəzənə yaraşacaq bir şəklə salmağı özünə bir həyat qayəsi qərar verdi. S.Hüseyn. yaratma “Yaratmaq”dan f.is. yaratmaq f.\n1. Zəhmətlə, yaradıcı əməklə vücuda gətirmək. Əsər yaratmaq. Sənaye ocaqları yaratmaq. Alimlər yeni elektron maşınları yaratmışlar. Öz səadətini insan özü yaradır. – Yaşamaq şirindir deyir hər zaman; Yaşamaq eşqilə yaradır insan! S.Vurğun. [Kərimxan Xavərə:] ..Biz sənin üçün də, oğlumuz üçün də xoşbəxt həyat, gözəl, işıqlı həyat yaradacağıq. M.İbrahimov. // Ümumiyyətlə, vücuda gətirmək, meydana gətirmək, əmələ gətirmək. Külək Keşlənin alçaq damları qabağında qum təpələri yaradırdı. M.S.Ordubadi. // Doğurmaq, oyandırmaq. [Səlimlə] son günlərin bərabər gəzişmələri, əski bir məzar daşının üzərində aparılan müsahibə Mehribanda yeni bir hiss yaratdı. S.Hüseyn. // din. Xəlq etmək, yoxdan var etmək.\n2. Təsis etmək, təşkil etmək; düzəltmək, qurmaq. Ordu yaratmaq. Təsərrüfat yaratmaq. – “Molla Nəsrəddin” birinci olaraq bizdə satirik xarakter daşıyan jurnalistika məktəbi yaratmışdır. M.İbrahimov. // Hazırlamaq, təmin etmək. İşləmək üçün şərait yaratmaq. Əfkari-ümumiyyə yaratmaq. Zəminə yaratmaq.\n3. Əsər yazmaq, yaradıcılıqla məşğul olmaq. Yarat, sən köçəndə ellər söyləsin; Dünyadan nə gözəl bir insan gedir. M.Rahim. Qaranlıq daxmada gecə sübhədək; O, işıq naminə yazdı, yaratdı. B.Vahabzadə. yard [ing.] 81 sm-ə bərabər olan ingilis uzunluq ölçüsü. // 1,2 akra bərabər olan ingilis səth ölçüsü. yardarlıq is. tar. Keçmişdə: icarəyə götürülmüş torpaqdan yığılan məhsulun yarısını icarə haqqı olaraq torpaq sahibinə vermə və bu icarə üsulunun özü. yardım is. Kömək. Maddi yardım. Tibbi yardım. • Yardım etmək (göstərmək) – 1) birinə bir şeylə kömək etmək. Maddi cəhətdən yardım etmək. İşin öhdəsindən yaxşı gəlmək üçün ona yardım etmək lazımdır. – [Nüşabə:] ..Enməyə nər kimi coşqun Tərtər; Ən çətin gündə bizə yardım edər. A.Şaiq; 2) əl tutmaq, maddi kömək etmək, müavinət göstərmək. Ehtiyacı olanlara yardım etmək. Pulla yardım etmək.\n2. Nida məqamında: yardım! – imdada, köməyə çağırış. Uzaqdan “Yardım! Yardım!” səsləri eşidildi. ‣ İlk yardım – gözlənilmədən xəstələnən, yaxud bədbəxt bir hadisəyə məruz qalan adama həkim gələnə qədər göstərilən ilk tibbi yardım. Təcili yardım – təxirsiz tibbi kömək tələb edən xəstələrə ilk tibbi yardım göstərən, habelə lazım gəldikdə onları müalicəxanaya aparmaqla məşğul olan tibb-sanitar müəssisəsi. Təcili yardım maşını. Təcili yardım stansiyası. – Əgər təcili yardım maşınında tez gətirib dava-dərman verməsəymişlər, uşaqlarım yetim qalacaqmış. M.Hüseyn. yardımçı sif.\n1. Yardım edən, kömək edən; kömək göstərən.\n2. Əsas deyil, ikinci dərəcəli rolu, əhəmiyyəti olan, əsas şeyə kömək edən; əlavə. Yardımçı təsərrüfat. Yardımçı material. yardımçılıq is. Yardımçı olma, yardım etmə, kömək etmə. yardımsız sif. Köməksiz, müavinətsiz. // Zərf mənasında. Yardımsız qalmaq. yardımsızlıq is. Köməksizlik. yardırma “Yardırmaq”dan f.is. yardırmaq icb. Yarma işi gördürmək. Şalban yardırmaq. Odun yardırmaq. yardırtma “Yardırtmaq”dan f.is. yardırtmaq icb. Yarmağa məcbur etmək. yarəb (=yarəbbi) [ər.] din. Ey Allah! Allahım! İlahi! (Allaha müraciət). Əsərsiz ahimə sən vergilən əsər, yarəb! Qövsi. Gecəgündüz canan deyib ağlaram; Yarəb, belə bilirmi ol yar məni? Q.Zakir. Nə bəlalar gətirir başıma çeşmin, yarəb! Nə qədər var imiş əl nərgisi-cadudə bəla. S.Ə.Şirvani. yarəbbi (=yarəb) [ər.] din. Ey Allah! Allahım! İlahi! (Allaha müraciət). Əsərsiz ahimə sən vergilən əsər, yarəb! Qövsi. Gecəgündüz canan deyib ağlaram; Yarəb, belə bilirmi ol yar məni? Q.Zakir. Nə bəlalar gətirir başıma çeşmin, yarəb! Nə qədər var imiş əl nərgisi-cadudə bəla. S.Ə.Şirvani. yarğac is. Çapacaq, dəhrə. yarğan is. Müvəqqəti su axınlarının əmələ gətirdiyi dikyamaclı çuxur. yarğanotu is. bot. Zibilli yerlərdə, habelə təpələrdə bitən birillik bitki, quşəppəyi. yarı is. Tən bölünmüş iki hissədən biri. Eyni yarısı. Almanın yarısı. Kitabın yarısını oxudum. Ömrünün yarısını səhayətdə keçirmişdir. – [Məhəmmədhəsən əmi] gəldi, tövləsini ortadan yarı böldü və küçəyə səmt bir qapı açdı... C.Məmmədquluzadə. Bəxtiyar yerə səpdiyi toxumun yalnız yarısını əldə edə bilmişdi. S.Hüseyn. • Yarı canı qalmamaq – həddindən artıq arıqlamaq, üzülmək, zəifləmək. Rəngi saralıb, qalmayıb əsla yarı canı; Bir gülməz oğul, vay! M.Ə.Sabir. Yarı canı... yanında qalmaq – birinin nigarançılığını çəkmək, biri üçün çox həyəcan və iztirab keçirmək. Ananın yarı canı balanın yanında qaldı. Ə.Vəliyev. Yarı gecə – gecə yarısı, yaxud ümumiyyətlə çox gec. Yarı gecə evə qayıtdıq. Yarı olmaq – 1) yarısı qurtarmaq, işlənib, xərclənib, sərf edilib yarısı qalmaq. Yağ yarı olubdur; 2) məc. şərik olmaq. Mənimlə qəmlərə yarı olarsız; Gözəlliyin intizarı olarsız. Aşıq Şəmşir. Yarı yolda qalmaq (dayanmaq) – səfəri başa çatdıra bilməmək, nəzərdə tutduğu yerə gedib çata bilməmək. Ac atlar sıldırım daşlıqlara çıxa bilməyib yarı yolda qaldılar. “Koroğlu”. Yarı yoldan qayıtmaq – nəzərdə tutulan işi tamamlamamaq, başa çatdırmamaq, yarımçıq qoymaq. Yarı yoldan qayıtmamaq üçün bir çarə tapdılar. Mir Cəlal. [Zahidoğlu:] Bu dəfə öldü var, döndü yoxdur, heç bir zaman yarı yoldan qayıtdı yoxdur! S.Rəhimov. yarı... – mürəkkəb sözlərin, “tam, tamamilə deyil, qismən, yarımçıq” mənasında olan birinci tərkib hissəsi; məs.: yapıqapalı, yarıaçıq, yarıaralı. yarıac sif. Lazımınca, doyunca yeməyən, yemək tapmayan (çox vaxt “yarıac, yarıtox” şəklində işlənir). Yarıac insanlar. Yarıac (z.) yaşamaq. – [Yükselin] atası Mehmet bir taksi şoferi idi. Ailəsini yarıac, yarıtox dolandırırdı. M.Rzaquluzadə. yarıaçıq sif. Tam qapalı olmayan, azacıq açıq. Yarıaçıq göz. – Maya ehmalca yarıaçıq qapını örtüb xalatını çıxartdı. M.İbrahimov. yarıaralı sif. Bir az aralı, qismən aralı. Yarıaralı pəncərə. Qapını yarıaralı (z.) qoymaq. yarıbataqlıq sif. Qismən bataqlıq olan. Yarıbataqlıq yer. yarıbayarı zərf Yarısı qədər, tən yarı. Çörəyi yarıbayarı bölmək. Əhəngi quma yarıbayarı qatışdırmaq. Xərci yarıbayarı aralarında böldülər. – Buradakı tarla da yarıbayarı əkilmişdi. M.Hüseyn. yarıbayğın sif. və zərf Tam bayğın olmayan; azacıq bayğın, bir qədər bayğın. Yarıbayğın halda uzanmaq. – Sürəyya yarıbayğın .. idi. Ə.Məmmədxanlı. yarıbayğınlıq is. Yarıbayğın hal, vəziyyət. [Nuriyyənin] nəhayətsiz dərəcədə xoş bir yarıbayğınlıq içində gözləri dumanlandı. İ.Əfəndiyev. yarıbərk sif. Tam bərk olmayan, bir qədər bərk. Yer qabığının üst qatlarının ağırlığı həmin maye kütləsinə (maqma) çox böyük təsir göstərir. Buna görə də bu kütlə yarımaye, yarıbərk halda olmalıdır. M.Qaşqay. yarıbihuş bax. yarıbayğın. Rza Qəhrəmani cəld yerindən sıçrayıb yarıbihuş halda torpaqdan qopmaq istəməyən Məhbusinin qollarını açdı. M.İbrahimov. yarıbişmiş sif. Tam bişməmiş, lazımınca bişməmiş, yarıçiy. Yarıbişmiş yumurta. yarıcan bax. yarımcan. Nabatoğlu yaxşıca əzişdirildi, yarıcan çölə atıldı. S.Rəhimov. yarıcanlı bax. yarıcan. yarıciddi zərf Tamamilə, çox da ciddi olmayan, bir qədər ciddi. Bu olmadı, Dilara bacı, – deyə Tahir yarıciddi, yarızarafat etiraz elədi. M.Hüseyn. yarıçılpaq bax. yarımçılpaq. İndi ananın yarıçılpaq bədəni şaxta qarşısında müdafiəsiz qalmışdır. Ə.Məmmədxanlı. yarıdəymiş sif. Tam dəyməmiş, lazımınca yetişməmiş. Yarıdəymiş alma. Yarıdəymiş qarpız. – Baba əncirin yarıdəymişindən .. dərib nənəyə verərdi. H.Sarabski. yarıgerçək zərf Tam gerçək olmayan, qismən gerçək olaraq. Yarızarafat, yarıgerçək dedi. yarıgeyinmiş sif. Tam geyinməmiş. Yarıgeyinmiş (z.) halda bayıra çıxmaq. yarıhesaba zərf Yarıqiymətinə, yarıbahasına. yarıkönül zərf Könülsüz olaraq; istəməyərək. Tapdıq yarıkönül razı oldu. Ə.Vəliyev. yarıq 1. is. Bir şey üzərində uzununa dərin kəsik. Hardasa lap yaxında, deyəsən buxarının yanında, divardakı yarıqlardan birində gizlənmiş qarafatma kəsik-kəsik oxumağa başladı. İ.Şıxlı.\n2. is. Yarılıb açılmış yer. Qəhrəman səhərə yaxın daş yolun altındakı qayanın yarığına girib uzandı. Ə.Vəliyev.\n3. sif. Yarılmış. yarıqapalı sif. Tam qapalı, örtülü olmayan; azca qapalı, bir qədər örtülü; yarıaçıq. Yarıqapalı göz. Yarıqapalı pəncərə. Yarıqapalı üz. – Cuma yarıqapalı kirpikləri arasından bu tədarükü gördü. Ə.Əbülhəsən. yarıqaranlıq sif. Tam qaranlıq olmayan; alaqaranlıq. Axşam onlar yarıqaranlıq zirzəmidə oturardılar. Ə.Məmmədxanlı. Əjdər yarıqaranlıq bir dəhlizə girdi. S.Rəhman. yarıqlı sif. Yarığı, yarıqları, kəsiyi olan. Yarıqlı torpaq. yarıqvari sif. Yarıq şəklində olan, yarıq şəklində. yarıq-yarıq zərf Yarığı, kəsiyi çox olan; hər tərəfi yarıq; yarılmış, yarıqlarla örtülmüş; çatlaq-çatlaq. Əlləri yarıq-yarıq olmuşdu. Taxta yarıq-yarıqdır. – Torpağın sinəsi yarıqyarıqdır; Əkinçi qocadır, öküz arıqdır. S.Vurğun. Günəş batandan azca sonra sinəsi yarıq-yarıq böyük səhranın üstündəki buludsuz göylər ulduzlarla doldu. M.İbrahimov. Boz dağın ətəyi insan əlindən; İndi yarıqyarıq, oyuq-oyuqdur. R.Rza. yarılama “Yarılamaq”dan f.is. yarılamaq f.\n1. İki (bərabər) hissəyə bölmək, yarıya bölmək. Almanı yarılamaq. Kağızı yarılamaq.\n2. Bir işin yarısını görmək. İşi yarılamama. // Yolun yarısını qət etmək, yolun yarısına çatmaq. Doğrudan da [Laçın] bir günlük yolu çoxdan yarılamışdı. M.Hüseyn. yarılanma “Yarılanmaq”dan f.is. yarılanmaq məch.\n1. İki hissəyə bölünmək, yarıya bölünmək.\n2. Bir işin yarısı görülmək. yarılatma “Yarılatmaq”dan f.is. yarılatmaq icb. Yarıya böldürmək. yarılğan bax. yarğan. Yarılğan uçar, toz qopar; Görərsən ki, qalan yoxdur. “Koroğlu”. Torpaqlı dərələr, sarı yarılğan; Bu gündən başlamış, gözləyəcək qan. H.K.Sanılı. Bir portfelli oğlan göründü. Yarılğandan enib, düz məktəbə tərəf gəlirdi. Mir Cəlal. yarılıq zərf Adətən yarılığa şəklində – əldə edilən gəlirin, məhsulun və s.-nin yarısını vermək (almaq) şərti ilə; yardarlığa. Yarılığa işləmək. – Özününkünü verib yarılığa; Özgədən tutub kiralığa. (Ata. sözü). yarılıqçı is. Yarılığa, yardarlığa işləyən adam. yarılma “Yarılmaq”dan f.is. Lotubaşı ertədən yolu bələdləyib xəzinənin yarılmasını axşama qoydu. “Aşıq Qərib”. yarılmaq f.\n1. Zərbə ilə vurulub ortadan uzununa aralanmaq; bölünmək, kəsilmək, parçalanmaq.\n2. Yaralanmaq. Başı yarılmaq. // Maneə rəf edilərək yol açılmaq. Cəbhə yarıldı. Müdafiə xətti yarıldı.\n3. Oğurluq məqsədi ilə sındırılıb (dağıdılıb) açılmaq. Yenə kimin isə öldürüldüyünü, qız qaçırıldığını, ya adam soyulduğunu, bəlkə dükan yarıldığını güman edirdilər. Mir Cəlal.\n4. Şaqqalanmaq. Meşənin arası, çal qayalığın ayağı iki yana yarılmışdı. S.Rəhimov. ‣ Bağrı yarılmaq – bax. bağır. yarım say Tam bir şeyin iki bərabər hissəsindən biri; tam bir şeyin tən yarısı. Yarım manat. Yarım litr. Yarım gün. Yarım ton. – Yarım saatadək ayaq üstə yenə ötədənbəridən qonuşduq. S.Hüseyn. Bir-birinə can deyib, can eşidən qardaşlar yarım il küsülü qaldılar. M.Hüseyn. yarım-yarım zərf Yarı-yarı, bütövün yarısı miqdarında. Hərəsinə yarım-yarım alma vermək. yarım... – bax yarı... Axırda yarımbayğın bir halda düşüb istər-istəməz sükuta məcbur oldu. C.Cabbarlı. Təkərlər dirsəkli yarımoxun üfüqi hissəsində fırlanır. S.Məmmədov. yarıma “Yarımaq”dan f.is. yarımac bax. yarıac. yarımaçıq bax. yarıaçıq. Qapı yarımaçıq idi. S.Rəhimov. yarımada is. Üç tərəfi dəniz, dördüncü tərəfi isə qitəyə bağlı olan yer sahəsi. Hansı millətin Muğan çölü kimi, Mil düzü kimi, Şirvan səhrası kimi, Abşeron yarımadası kimi yeri, torpağı var? Heç bir millətin!.. Yaşa vətənim, çox yaşa! N.Vəzirov. yarımadam is.\n1. Hər hansı bir cəhətdən çatışmazlığı olan adam haqqında.\n2. Balaca uşaq haqqında. yarımağır sif. idm. İdmançıların çəki dərəcələrindən biri. Yarımağır çəkidə. yarımağız zərf dan. Narazı, ürəkdən olmayaraq; həvəssiz, könülsüz. Qardaşım onların dalınca: – Namaz! Namaz! Hara gedirsiniz? – deyə çağırdı. Namaz arxaya dönərək yarımağız: – Qoruğa gedirik, – dedi. A.Şaiq. Xan yarımağız cavab verdi. M.Rzaquluzadə. yarımaq f.\n1. Lazım olmaq, gərək olmaq, faydalı olmaq, fayda vermək. Heç şeyə yarıyan deyil. – Vaqifəm, yarıdım dosta, düşmənə; Ta ki cünun oldum, yetişdim sənə. M.P.Vaqif.\n2. Təmin olmaq, məmnun olmaq, arzusuna çatmaq. Qəm evində zar olalı; Eşqə giriftar olalı; Yarımadıq yar olalı; Nə mən səndən, nə sən məndən. Q.Zakir. [Fatma xanım:] Yarıdıq, yaza çıxdıq, bəxtəvər başımıza. N.Vəzirov. [Atası:] Bəlkə çörəkdən, paltardan yarımırsan? Çəmənzəminli. yarımarşın sif. Arşının yarısı uzunluğunda olan. Yarımarşın bez. Yarımarşın enində. yarımarşınlıq sif. Yarımarşın uzunluğunda olan. yarımasılı sif. Tam müstəqil olmayan, başqalarından qismən asılı olan, qismən tabe olan. Yarımasılı ölkələr. Yarımasılı vəziyyət. yarımavtomat sif. tex. Tam avtomat olmayan, qismən avtomatlaşdırılmış. Yarımavtomat cihaz. Yarımavtomat maşın. yarımavtomatik bax. yarımavtomat. yarımay I. is. Təqvim ayının yarısı. Birinci yarımayın maaşı. İkinci yarımayın planı.\n\nII. sif. Aypara şəklində olan. Qazamat divarları uca; Qapının yarımay deşiyindən; Zaman-zaman görünür bir qoca. R.Rza. yarımaye sif. Tam maye olmayan, çox duru olmayan, bir qədər qatı halda olan. Yarımmaye maddə. yarımaylıq is. Yarım ay davam edən, yarım ay müddətində görülən, yarım aya nəzərdə tutulan. Yarımaylıq iş qalıb. Yarımaylıq proqram. // Yarım ayda çatacaq. Yarımaylıq maaş. yarımaz sif. Məqsədinə, arzusuna, kamına çatmayan: nakam, bədbəxt, binəsib. Əfsus, bu günlərin ömrü az oldu; Körpə quşcuğazım yarımaz (z.) oldu. M.Rahim. yarımbarbar bax. yarımvəhşi. yarımbayğın bax. yarıbayğın. Yarım saat sonra [Sürəyya] yarımbayğın bir halda sayıqlamağa başladı. Ə.Məmmədxanlı. yarımbərk bax. yarıbərk. yarımbükük sif. Tam bükülü olmayan, qismən bükülmüş. Qürbət sağ əlini enli və qalın toqqasına keçirib sol qıçını yarımbükük halda qatladı. Ə.Vəliyev. yarımca “Yarım”dan kiç. Yarımca saat gözləyin. Yarımca gün vaxt lazımdır. – Salman [Mayaya] savışdı: – Bu istidə hara? Bir yarımca saat otur, mən də dururam. M.İbrahimov. yarımcan sif.\n1. Ölümü yaxınlaşmış olan, ölümünə az qalmış; ölümcül. Yazıq yarımcandı, ölər, qalmaz. – Yarımcan arvad balalarından utanıb daha su istəmir. N.Nərimanov. // Zərf mənasında. Heyvanı o qədər vurdu ki, yarımcan oldu.\n2. məc. Çox yorğun, zəif, üzgün, əldən düşmüş, ölüvay. [Hacı Mehdi:] Mən gəldim evə yarımcan. Ə.Haqverdiyev.\n3. məc. məh. Könülsüz, həvəssiz. İşini yarımcan (z.) görür. yarımcanlıq is.\n1. İnsan və ya heyvanın ölməyə yaxın halı.\n2. məc. Üzgünlük, əldən düşmə, çox yorğunluq; ölüvaylıq. yarımcır sif. Tamamilə cır olmayan. Yarımcır alma növü. yarımçevrə is. Dairənin, çevrənin yarısı. yarımçıq sif.\n1. Sona, axıra çatdırılmamış; natamam, bitməmiş. Yarımçıq iş. // Zərf mənasında. Yarısında, ortasında, axıra çatdırmayaraq, natamam. Kitabı yarımçıq qoymaq (axıra qədər oxumamaq). Çayı yarımçıq qaldı (axıra qədər içmədi). İşini yarımçıq qoyub getmək. – Rzaqulu xan hansı təşəbbüsə başladısa, yarımçıq qaldı. M.S.Ordubadi. Mehriban bir saat idi ki, əlindəki işini yarımçıq buraxıb otağın içində gəzişir, gah şüşəbəndə çıxıb qapıya gedir, gah evə qayıdıb pəncərədən küçəyə baxırdı. S.Hüseyn.\n2. Dolu olmayan, başı yarımçıq olan. Yarımçıq qab. – Koroğlu baxdı ki, arpa çuvalları yarımçıqdı. “Koroğlu”. Mahmud yarımçıq səbəti dalına atıb .. geri qayıtdı. Ə.Əbülhəsən.\n3. məc. Sənətini yaxşı bilməyən, bir şey haqqında lazımınca məlumatı, biliyi olmayan adam haqqında. Anlayana da can qurban, anlamayana da; Dad yarımçıq əlindən. (Ata. sözü). ..Çox “yarımçıqlar” var ki, rusca danışanda bir o tərəfə-bu tərəfə baxır, görsün ki, hansı bir həmşəri və hambal buna təəccüblü baxıb öz könlündə deyəcək: “Ədə, nə zalımdır!” C.Məmmədquluzadə. [Rüstəm bəy:] Mən bəhailiyi qəbil edənlərə diqqət etdim. Bunların içində bir nəfər də olsun kamil adam yoxdur, hamısı yarımçıqlardır. Çəmənzəminli.\n4. məc. Məsələni axıra qədər həll etməyən, ardıcıl olmayan. Yarımçıq tədbir. Yarımçıq islahat. Yarımçıq vədlər. yarımçıqlama “Yarımçıqlamaq”dan f.is. yarımçıqlamaq f. Yarımçıq etmək, tamamlamamaq, axıra, sona çatdırmamaq. yarımçıqlıq is. Yarımçıq olma, natamamlıq, qeyri-kamillik, yarımçıq şeyin halı. yarımçılıq dan. bax. yarımçıq. Çörək yedikdən sonra Mirzə üzünü Usta Zeynala tutub: – Usta Zeynal, bu uşaqlar qurtarıblar, bunları belə qoymaq olmaz, yarımçılıqdan fayda olmaz. Ə.Haqverdiyev. yarımçılpaq bax. yarımlüt. Yarımçılpaq uşaq. Yarımçılpaq (z.) yerindən durmaq. yarımçürümüş sif. Bir qədər çürümüş, qismən çürümüş, başdan-başa çürüməmiş. yarımdairə is.\n1. Dairənin yarısı.\n2. Qövsvari yarıqapalı xətt. Yunis telefonu yerə qoyub cəld təqvim vərəqindəki qeydlərin hamısını bir yarımdairəyə aldı. Mir Cəlal. Böyük bir yarımdairə halında toplaşmış iştirakçı və tamaşaçılar kütləsinin mərkəzində bir masa qoyulmuşdu. M.Rzaquluzadə. yarımdairəvi sif. Yarımdairə şəklində olan. Yarımdairəvi xətt. Yarımdairəvi zal. yarımdəyirmi bax. yarımdairəvi. yarımdirsək is. dan. Qolun əlin ucundan dirsəyə qədər olan hissəsinin yarısı (xalq arasında uzunluq ölçüsü). yarımfabrikat sif. Sonradan işlənib hazırlanmalı olan məmulat, yarımhazır məmulat. Ət yarımfabrikatları. yarımfəsilə is. biol. Heyvan və bitki sistematikasında bölgü; fəsilə daxilində birbirindən fərqlənən qrup. yarımfinal is. idm. Birincilik uğrunda finaldan qabaq keçirilən oyun, görüş. Yarımfinala çıxmaq. Yarımfinal yarışları. yarımgirvənkə is. köhn. Girvənkənin yarısı, iki yüz qram. yarımgirvənkəlik 1. sif. Yarım girvənkə çəkisində olan. Yarımgirvənkəlik daş.\n2. is. Yarım girvənkə ağırlığında olan daş. Yarımgirvənkəliyi tərəziyə qoymaq. yarımgünbəz is. Günbəzin yarısı; ortadan kəsilmiş kimi görünən günbəz. Divanxananın portalı üzərində quruluşca çox mürəkkəb və daşdan tikilmiş yarımgünbəz vardır. S.Dadaşov. yarımhissə is. Hissənin yarısı. yarımxam sif. Tamamilə aşılanmamış, qismən aşılanmış. Bu alçaq binaların damlarında .. xal və yarımxam keçi, qoyun dərilərinə rast gəlmək olardı. P.Makulu. yarımxaraba sif. Yarımuçmuş, tamam uçulub dağılmamış, qismən uçulmuş. Yarımxaraba ev. yarımillik sif. İlin yarısına aid olan; altıaylıq. Yarımillik hesabat. // Yarım il (altı ay) davam edən. Yarımillik yaradıcılıq məzuniyyəti. Yarımillik fəaliyyət. Yarımillik xidmət. Yarımillik həbs cəzası. // Yarım ili (altı ay müddətini) nəzərdə tutan. Yarımillik iş planı. yarımisti sif. Qismən isti olan, bir qədər isti. Yarımisti paltar. yarımişsiz is. Tamamilə deyil, qismən işsiz olan adam, ayın, həftənin yalnız bəzi günlərində işləyən, özünə iş tapan adam. yarımkeçirici fiz.\n1. sif. Keçiricilərlə dielektriklər (izolyatorlar) arasında aralıq vəziyyət tutan. Yarımkeçirici maddə.\n2. is. Elektron elektrikkeçirmə qabiliyyətinə malik olan və onun kəmiyyətinə görə keçiricilərlə dielektriklər (izolyatorlar) arasında aralıq yer tutan maddə. yarımkefli sif. Bir qədər kefli, azacıq sərxoş halda olan. yarımkiloluq sif. Yarım kilo ağırlığında olan. Yarımkiloluq daş. yarımkobud bax. yarımqaba. Yarımkobud yunlu qoyunlar. yarımkol is. bot. Gövdəsinin dib hissəsi oduncaqlaşmış, üst hissəsi isə ot olan bitki. yarımkolluq is. Yarımkol bitmiş yer, sahə. yarımkosa sif. Tamamilə yox, qismən kosa olan, bir qədər kosa. Deyilənlərə görə, molla yarımkosa imiş. “M.N.lətif.” yarımköçəri sif. Tam oturaq halına keçməmiş, qismən köçəri həyat keçirən. Yarımköçəri həyat. Yarımköçəri xalq. yarımköçərilik is. Yarımköçəri həyat tərzi. yarımkölgə is. Çox sıx olmayan kölgə, zəif işıqlanmış yer. Yarımkölgədə oturmaq. // Kölgəyə oxşayan şey. Günəş ləkələri əsasən çox tutqun nüvədən və onu əhatə edən az tutqun yarımkölgədən ibarətdir. R.Hüseynov. yarımkristal is. Qismən kristal halında olan, tam kristal olmayan cisim. yarımkristallik sif. Yarımkristal halında olan. yarımkürə is.\n1. Kürənin yarısı.\n2. Həmin şəkildə olan şey. Beyin yarımkürəsi. – Yarımkürəyə oxşayan qarpız parçasının biri dilimlənərək yeyilmişdi. M.İbrahimov.\n3. coğr. Yer kürəsinin və göy sferasının şərti olaraq bölündüyü iki hissədən biri. Cənub yarımkürəsi. Hər iki yarımkürənin xəritəsi. yarımkürk is. Uzun olmayan kürk, qısa kürk. Qoyun dərisindən tikilmiş yarımkürk. – [Cavad] ayağa qalxdı, yarımkürkünün döşünü düymələdi, dirəkdən asdığı qulaqlı papağını başına qoydu.. Ə.Vəliyev. yarımqaba sif. Bir qədər qaba, lazımınca yumşaq olmayan. Yarımqaba yunlu qoyun. Yarımqaba yem. yarımqapalı bax. yarıqapalı. yarımqaranlıq bax. yarıqaranlıq. Lakin mən istəsəm də, istəməsəm də başımı aşağı salıb, bu cansıxan, yarımqaranlıq otaqda saatlarımı saya-saya çörəkpulu qazanmalıydım. M.Hüseyn. Bu, yalnız həyətə pəncərəsi olan yarımqaranlıq bir otaqdı. S.Rəhman. yarımqarın sif. Tamamilə doymamış, tam tox olmayan; yarıac. • Yarımqarın olmaq – doymağına az qalmaq, bir qədər qarnını doydurmaq. Onun qaşığı badyaya bir dəfə batıb-çıxınca başqaları yarımqarın olurdular. Mir Cəlal. yarımqatı sif. Tam qatı olmayan, bir qədər qatı, qatıtəhər, nə qatı, nə duru. Yarımqatı maddə. yarımqaynar sif. Tam qaynar olmayan, bir qədər qaynar. yarımqıvırcıq sif. Çox qıvırcıq olmayan, bir qədər qıvırcıq. Qara və dərin gözləri, .. yarımqıvırcıq saçları ona bir sənətkar, rəssam görünüşü verirdi. S.Rəhman. yarımqol sif. Qolu adi haldan çox qısa olan. Yarımqol köynək. yarımqrup is. Bir qrupun yarısı. İştirakçılar iki yarımqrupa bölündülər. yarımquraq sif. Qismən quraq, bir qədər quraq. yarımqurumuş sif. Qismən qurumuş, tam surətdə qurumamış, bir qədər nəm, nəmliyi qalmış. yarımqüllə is. Kiçik, balaca qüllə. yarımlama “Yarımlamaq”dan f.is. yarımlamaq f.\n1. Yarıya bölmək (kəsmək); yarılamaq.\n2. Bir şeyin yarısını sərf etmək (işlətmək).\n3. Bir işin yarısını görmək; yarılamaq. yarımlanma “Yarımlanmaq”dan f.is. yarımlanmaq məch.\n1. Yarıya bölünmək (kəsilmək).\n2. Yarısı sərf edilmək (işlənmək).\n3. Yarısı görülmək (bir işin). yarımlaşma “Yarımlaşmaq”dan f.is. yarımlaşmaq f. Tədricən yarım olmaq, getdikcə azalmaq. yarımleqal sif. Tam leqal olmayan; yarımgizli, yarıaçıq. yarımləbbadə is. köhn. Qısa ləbbadə. Dilbər Mirzəkərimin yarımləbbadəsini, ikiüzlü papağını nə isə çəkə bilmirdi. C.Cabbarlı. yarımlıq is. Bir ölçünün yarısı miqdarında olma. yarımlüt sif. və zərf Yarıgeyinmiş, yarıçılpaq. Yarımlüt uşaq. Yarımlüt halda oturub. yarımmahud is. Saplarının yarısı mahud, yarısı pambıq olan parça. // Bu parçadan tikilmiş. Müsəlman paltarları ucuz yarımmahuddur ki, iki dəfə gün vuran kimi bozarır. C.Məmmədquluzadə. yarımmanatlıq 1. is. Yarım manat, əlliqəpiklik metal pul. Bir yarımmanatlığım var.\n2. sif. Yarım manat dəyərində olan. Yarımmanatlıq pul. yarımmaye bax. yarımaye. yarımmetr sif. Metrin yarısı uzunluğunda olan, 50 santimetrlik. yarımməxmər is. Toxunuşu məxmərə oxşayan parça. // Bu parçadan tikilmiş. Yarımməxmər paltar. yarımmərtəbə sif. Mərtəbənin yarısı hündürlüyündə olan. yarımmüdafiəçi is. idm. İdman oyunlarında (futbol, xokkey və s.) komandanın müdafiə və hücumuna yardım edən oyunçusu. yarımmüstəmləkə is. Zahirən müstəqil, iqtisadi və siyasi cəhətdən isə hər hansı bir imperialist dövlətdən asılı olan ölkə. // Sif. mənasında. Yarımmüstəmləkə ölkələr. yarımnəfəs sif. və zərf Həddən artıq yorğun (halda). yarımnöv is. xüs. Heyvan və bitki sistematikasında növlərin bölgüsündən biri. yarımox is. tex. Qismən ox şəklində olan cihaz və s. yarımorta sif. idm. İdmançıların çəki dərəcələrindən biri. yarımoyaq sif. Tam oyaq olmayan; yarıyuxulu. Yarımoyaq gözətçilər, dəri kürkdə arabir; Dükanların, bazarların qapısında gərnəşir. H.Hüseynzadə. yarımpalto is. Qısa palto. [Kamalın] əynində ağır yarımpalto, ayaqlarında isə həddindən böyük bir kobud uzunboğaz çəkmə vardı. C.Cabbarlı. yarımpeşman zərf Bir qədər peşman halda, çox da peşman olmayan. Pası arvad .. yarımpeşman bir tərzdə başını aşağı salaraq: – Ayaqyalın Safo ilə gümüşdəstə xəncər bir yerdə yola getmir. S.Rəhimov. yarımpərdə is. Qısa pərdə. Qız evində qıza cehiz üçün yarımpərdələr və taxçalara, noğuldanlara, buxarıya əlvan pərdələr tikəcəklər. R.Əfəndiyev. yarımpərt zərf Azacıq pərt, bir qədər pərtləşmiş halda. Yarımpərt getdi. yarımproletar is. Muzd ilə kapitalist müəssisəsində işləyən, lakin təsərrüfatı ilə də hələ əlaqəsini kəsməmiş, tamamilə proletarlaşmamış adam. // Sif. mənasında. Yarımproletar kəndlilər. yarımrütubətli sif. Çox rütubətli olmayan, bir qədər rütubətli. Yarımrütubətli anbar. yarımsait sif. dilç. Başqa saitlə birlikdə bir heca əmələ gətirən sait (səs). Rus dilində “i” (y) yarımsaiti. yarımsaqqal bax. bakenbard. yarımsavadlı sif. Lazımınca oxuyubyaza bilməyən, savadı olmayan; savadlı, kəmsavad. Yarımsavadlı kənd. yarımsəhra sif. Tamamilə bitkisiz deyil, kolluqları olan coğrafi zona. Püstə meşələri qədim keçmişdə Azərbaycanın quru yarımsəhra rayonlarında daha geniş yayılmışdı. M.Qaşqay. yarımsərxoş bax. yarımkefli. [Qonaqlar] tamamilə keflənməmişdilərsə də, yarımsərxoş bir halda bulunurdular. S.Hüseyn. yarımsərlövhə is. Birinci, əsas sərlövhənin altında olan əlavə, ikinci sərlövhə. yarımstansiya is.\n1. Kiçik dəmiryol stansiyası.\n2. Mərkəzi elektrik stansiyasından gələn elektrik enerjisinin gərginliyini, cərəyanın növünü dəyişdirən və nizama salıb paylaşdıran texniki qurğular sistemi. yarımşalban is. Yarı bölünmüş şalban, şalbanın yarısı. yarımşəffaf sif. Tamamilə şəffaf olmayan, bir qədər şəffaf. Yarımşəffaf şüşə. Yarımşəffaf parça. Yarımşəffaf duman. yarımtəhsil is. Tamamlanmamış təhsil, yarımçıq təhsil. [Əmiraslan ağa:] Bəs sənin istədiyin o idi ki, Cahangir ağa yarımtəhsildə qalsın? S.S.Axundov. yarımtəmizlənmiş f.sif. Qismən təmizlənmiş, bir qədər təmizlənmiş, tam təmizlənməmiş, qatışığı qalmış. Yarımtəmizlənmiş düyü. yarımton is.\n1. mus. İki qonşu səs arasında ən qısa interval, səsin ən az qalxması və ya enməsi.\n2. rəss. Açıq ton ilə tutqun ton arasını təşkil edən aralıq rəng, boya. yarımtonluq sif. Yarım ton (500 kiloqram) ağırlığında olan. Yarımtonluq yük. // Yarım ton tutan, yarım ton ağırlıq qaldıran. Yarımtonluq yük maşını. Yarımtonluq kran. yarımuçuq sif. Tamamilə uçulub dağılmamış, qismən uçulmuş. Yarımuçuq ev. Yarımuçuq divar. yarımusta is. dan. İxtisasa tam yiyələnməmiş, hələ tamamilə usta olmamış adam. yarımvəhşi sif. Lazımınca mədəni olmamış, vəhşi kimi. Yarımvəhşi xalq. yarımyetişmiş bax. yarıyetişmiş. yarımyun sif. Yarısı yun və yarısı pambıqdan və ya süni iplikdən olan (toxunmuş). Yarımyun parça. Yarımyun jaket. yarımyuvarlaq sif. Tam yuvarlaq olmayan, bir qədər yuvarlaq olan. yarımyüngül sif. idm. İdmançıların çəki dərəcələrindən biri. Yarımyüngül çəkili güləşçi. yarımzərif sif. Tam zərif olmayan, bir az qaba olan. Yarımzərif yunlu qoyun cinsi. yarımzirzəmi is. Evin qismən yer altında olan alt mərtəbəsi; zirzəmiyə oxşayan yer. yarın is. [türk.] kit. Sabah, gələcək gün. Bütün arzularım gülür yarına; Xəyaldan ilhamlar almamaq üçün. S.Vurğun. Mübarizə bu gün də var; yarın da; Mən də onun ən ön sıralarında. R.Rza. // Gələcək. Kim bilir, yarın bu pirin böyük daşı şəhərin hansı ehtiyacına sərf ediləcəkdi. S.Hüseyn. Müjdə verdin bizlərə gözlənilən yarından. M.Rahim. yarınma “Yarınmaq”dan f.is. yarınmaq f.\n1. Yaltaqlıq etmək.\n2. Özünü bəyəndirməyə çalışmaq. yarıntı is. Yarılan (çatlayan) yer; yarıq, çatlaq. [Toğrul:] Sədd yarıntı verər, suyun qabağını saxlamaq olmaz. C.Cabbarlı. yarıoyaq zərf Tamamilə yuxulu olmayan, yarıyuxululuq ilə oyaqlıq arasında. Yarıoyaq halda cavab verdi. yarıoyaqlıq is. Yuxululuq ilə oyaqlıq arasındakı hal. yarıörtülü sif. Tamam örtülməmiş, bir hissəsi örtülü, axıra qədər örtülməmiş. Yarıörtülü baş. Yarıörtülü dam. Yarıörtülü pəncərə. Yarıörtülü sifət. Yarıörtülü gözlər. yarıparçalanmış sif. Tamam parçalanmamış, qismən parçalanmış. yarıpeşman bax. yarıpeşman. Həsən kişi üzündə nə isə yarıpeşman bir ifadə ilə geri döndü. M.İbrahimov. yarısərxoş bax. yarımsərxoş. Gülnaz dəhlizdə yarısərxoş halda salondan çıxan ərbablarla üz-üzə gəldi. M.İbrahimov. yarış is. Bir işdə üstün gəlmək, birinciliyi qazanmaq üçün bir-birini keçməyə çalışma. Nəcəflə yarışda da söz yox ki, Qaraş çalışırdı qalib çıxsın. M.İbrahimov. // İdmanın hər hansı bir növü üzrə birinciliyi qazanmaq üçün yarışma. Yarış meydanı. İdman yarışı. Üzgüçülük yarışı. Beynəlxalq yarış. ‣ Sosializm yarışı köhn. – sosialist təsərrüfatında: qabaqcılların təcrübəsini geniş yaymaq məqsədi daşıyan və əmək məhsuldarlığının ümumi yüksəlişinə nail olmağı nəzərdə tutan iş üsulu. yarışçı is. Yarışda iştirak edən, yarış iştirakçısı. yarışma “Yarışmaq”dan f.is. yarışmaq f. Bir işdə birinciliyi qazanmağa, bir-birini ötməyə çalışmaq. İşləməkdə yarışmaq. Qaçışda yarışmaq. – Uşaqlar da səs salaraq, iri və dolu salxım gəldikcə zənbilləri tez doldurur, sevinir və yarışırdılar. Mir Cəlal. yarıtma “Yarıtmaq”dan f.is. yarıtmaq f.\n1. Görməli olduğu və ya tapşırılmış bir işi qənaətbəxş, kifayətləndirici dərəcədə yerinə yetirmək. [Barxudar] yaratmaq, yarıtmaq, bütün qabiliyyətini .. işinə vermək eşqindədir. Mir Cəlal.\n2. Razı olmaq, təmin etmək. Nə bülbülün yarıtmış; Nə özü yarımış gül. Sarı Aşıq. // Kifayət etmək, təmin etmək. yarıtmaz sif. Bir iş üçün əlverişli və münasib olmayan, yaxud tapşırılan və ya görməli olduğu bir işi lazımınca, qənaətbəxş surətdə yerinə yetirə bilməyən (yaxud yetirməyən). Yarıtmaz adam. İşin nəticələri yarıtmazdır. – Cəbini buyurursuz bitməz işə, adını qoyursuz yarıtmaz! N.Vəzirov. // Zərf Pis, qeyri-qənaətbəxş. Yarıtmaz işləmək. yarıtmazlıq is. Yarıtmama; tapşırılan işi lazımınca və layiqincə yerinə yetirməmə. // Verilən tələbləri təmin etməmə; yararsızlıq. yarıtox sif. Tamamilə tox olmayan, doyunca yeməyən (çox vaxt “yarıac” sözü ilə birlikdə işlənir). yarıuçuq bax. yarımuçuq. yarıuzanmış zərf və sif. Bədəninin yuxarı hissəsi bir qədər dik və bir şeyə söykənmiş vəziyyətdə. Yarımuzanmış halda oxumaq. Yarımuzanmış halda yuxulamaq. yarı-yarı zərf Yarıya bölərək, yarıya bölünmüş halda. yarı-yarımçıq (=yarı-yarımçılıq) zərf Natamam, yarımçıq. Könlümə üz tutdum yır-yığış çağı; Baharı yarımçıq, yarı-yarımçıq... M.Araz. yarı-yarımçılıq (=yarı-yarımçıq) zərf Natamam, yarımçıq. Könlümə üz tutdum yır-yığış çağı; Baharı yarımçıq, yarı-yarımçıq... M.Araz. yarı-yarıya zərf Yarısı qədər, əlli faiz. İstehsal yarı-yarıya artmışdır. – Hələ gələn il dəzgahlar yarı-yarıya artacaqdır. Mir Cəlal. // Əlli faiz hesabı ilə, yarısı miqdarında. yarıyetişmiş sif. Tam yetişməmiş, bir az yetişmiş. yarıyetkin sif. Tam yetkin olmayan. yarıyuxulu sif. Tam ayıq olmayan, mürgüləmə halında olan, yuxulamaq üzrə olan, yaxud hələ tamamilə yuxudan ayılmamış. Yarıyuxulu gözlər. Yarıyuxulu (z.) yatağından qalxmaq. – Qız yarıyuxulu (z.) halda təbii bir həvəslə [Qaraşa] tərəf qısıldı. M.İbrahimov. yarıyumşaq sif. Azca yumşaq, yaxud oturacağı yumşaq, söykənəcəyi isə bərk olan. Yarıyumşaq divan. Yarıyumşaq stul. yarıyumulu sif. Tam yumulu olmayan, azacıq yumulu. Yarıyumulu göz. – Nadir .. gözünü yarıyumulu (z.), yarıaçıq saxlayıb .. Aya tərəf baxmağa başladı. B.Talıblı. yarızarafat zərf Çox ciddi olmayaraq, qismən zarafatla (adətən “yarızarafat, yarıciddi” şəkildə). Yarızarafat demək. – Mirzağanın yoldaşı yarıciddi, yarızarafat olaraq ona tövsiyə etmişdi... S.Hüseyn. Qoşatxan yarızarafat, yarıciddiyyətlə: – Yox, aşna, bax bunu bağışlaya bilməyəcəyik .. [dedi]. M.İbrahimov. Tahir yarıciddi, yarızarafat anasının qazancı ilə maraqlandı. M.Hüseyn. yarızarafatyana bax. yarızarafat. yarlı sif. Yarı, sevgilisi olan. Gözüm görür, yarlı yarın dindirir; İstərəm ki, səndən kamım alım, yar! Aşıq Abbas. yarlıq I. is. klas. Dostluq, yoldaşlıq; məhəbbət, sədaqət. Əzmi-kuyində könül yarlıq istər bizdən; Əlimizdən nə gəlir xeyri-duadən qeyri. Füzuli. İş mənə qalsaydı gər, keçmiş idim badədən; Tale edib yarlıq, qoymadı danayieşq. Q.Zakir.\n\nII. is.\n1. tar. Qızıl Orda xanlarının, özlərinə tabe olan ayrı-ayrı yerlərin idarəsinə aid fərmanı.\n2. Malların və ya başqa bir şeyin üstünə yapışdırılan və onların adını, növünü, çəkisini, qiymətini və s.-ni göstərən kağız parçası; etiket. Malın yarlığı cırılıb.\n3. məc. dan. Damğa. Hər kəsə bir yarlıq vurur. yarlı-yaraqlı bax. yar-yaraqlı. Niftalı koxa .. həmişə biçinçilərə baş çəkməyə gələndə burada uzanıb dincələrdi. İndi də həmişəki kimi elə yarlı-yaraqlı palazın üstünə keçib mütəkkəyə dirsəklənmək istədi. İ.Şıxlı. yarlı-yaraşıqlı bax. yar-yaraşıqlı. Gözəlin büllur tək gərək bədəni; Eyləyə özünə heyran görəni; Yarlı-yaraşıqlı boyu, gərdəni; Nə uzun, nə gödək, miyanə gərək. Q.Zakir. Zahidoğlu qapısındakı cavan katibə qıza da salam verib yarlı-yaraşıqlı kabinetinə girdi. S.Rəhimov. yarlı-yoldaşlı bax. yar-yoldaşlı. yarma I.\n1. “Yarmaq”dan f.is.\n2. is. Dingdə döyülmüş dən. Buğda (arpa) yarması. Bir az yarma çək. – Axşam, lampa işığında Telli əl dəyirmanı ilə yarma çəkirdi. S.Hüseyn. Kənd arvadları qışın tədarükünü qurtarırdı: kimisi hazırladığı unu kəndiyə doldurur, kimisi yapmanı kisəyə yığır, kimisi yaman günün köməyi olan kudu və balqabaqları gizlədirdi. M.İbrahimov. // Yarmadan bişirilmiş sıyıq xörək. Yarma bişirmək. Bir boşqab südlü yarma.\n\nII. sif.\n1. Yarıq. Qolu yarma köynək. Yarma cibli şalvar.\n2. bax. yarmaça 1-ci mənada. Yarma odun. yarmaaşı is. Yarmadan bişirilmiş dəmyə. yarmaça is.\n1. Yarılmış, ikiyə ayrılmış odun parçalarından hər biri. Yarmaçalardan ocağa qoy. Meşədən bir yük yarmaça gətirdi. – Kamran qucağında odun yarmaçaları içəriyə girdi. S.Rəhimov.\n2. Lülə şəklində olan şey. Əbil qamçını portfelin üstünə qoyub, saqqız yarmaçasının birini əlinə götürüb hazır dayandı. Ə.Vəliyev. yarmaçalama “Yarmaçalamaq”dan f.is. yarmaçalamaq f. İki yerə bölmək, yarmaça halına salmaq; yarmaq, parçalamaq. Kötüyü yarmaçalamaq. yarmaçalanma “Yarmaçalanmaq”dan f.is. yarmaçalanmaq məch. Yarmaça halına salınmaq, ikiyə böldürülmək; yardırılmaq, parçaladılmaq. yarmaçalatma “Yarmaçalatmaq”dan f.is. yarmaçalatmaq icb. Yardırtmaq, parçalatmaq, yarmaça etdirilmək. Ağacı yarmaçalatdım ki, tez qurusun. yarmaçilov is. Yarma ilə düyüdən bişirilən çilov. Yarmaçilova yarmaaşı da deyilir. yarmaq f.\n1. Bir şeyi zərbə ilə vurub ortadan uzununa aralamaq, bölmək, parçalamaq. Odunu yarmaq. Ağacı yarmaq. // Şaqqalamaq.\n2. Kəsici alətlə və ya başqa bir şeylə qırıb yaralamaq. [Zeynəb acıqlı və ucadan:] Cəhənnəm olun buradan, yoxsa vallah, bu daşnan vurub başınızı yararam. C.Məmmədquluzadə. [Xaspolad:] Sapandımı görmədin? Budur bax, sabah tezdən gedərəm, gözlərəm, bayıra çıxdı, bir böyük daş ataram, baş-gözün yararam. C.Cabbarlı.\n3. Maneəni dəf edərək yol açmaq, yarıb ortasından keçmək. Gəmi suyu yararaq irəliləyir. – Camaatı yara-yara (z.) Kərbəlayı Qubad daxil olur. Ü.Hacıbəyov. Dəvəçi qəbiristanlarında cümə axşamlarında olduğu kimi, camaatı yarıb keçmək mümkün deyildi. M.S.Ordubadi. [Qurban] qabağında qələbəliyi yarıb keçən arabaları .. süzdü. A.Şaiq. // Müqaviməti qıraraq irəliləmək, keçmək. Düşmənin müdafiə xəttini yarmaq. Mühasirəni yarmaq.\n4. Müalicə ya yoxlama və ya başqa məqsədlə bədənin bir yerini kəsmək. Çibanı yarmaq. Xəstənin qarnını yarmaq. Ölünü yarmaq.\n5. Oğurluq məqsədi ilə bağlı, qapalı bir yeri sındırıb açmaq. Oğrular dükanı yarıblar. – [Xortdan:] ..Qərvənd qaydası ilə saxlansa idi, yəqin xanım mənzilini yarmazdılar. Ə.Haqverdiyev. [Qurban:] İndi Məhərrəm bəy gəlincə mən min ev yarmışdım. S.S.Axundov. yarmalama “Yarmalamaq”dan f.is. yarmalamaq f.\n1. Dəni iri üyütmək, üyüdüb yarma etmək, yarma halına salmaq. Buğdanı əl dəyirmanında yarmalamaq.\n2. Odunu yarmaq, parçalamaq. Bu odun düyündür, yarmalanmaz. yarmalanma “Yarmalanmaq”dan f.is. yarmalanmaq məch.\n1. Yarma halına salınmaq, iri üyüdülmək.\n2. Doğranmaq, yardırılmaq (odun). yarmalatma “Yarmalatmaq”dan f.is. yarmalatmaq icb.\n1. Yarma halına saldırmaq.\n2. Doğratmaq, yardırmaq, parçalatmaq. yarmalıq sif. Yarma üçün yarayan, yarma üçün ayrılmış. Yarmalıq buğda. yarmarka [alm.] İlin müəyyən vaxtlarında və müəyyən yerlərdə vaxtaşırı düzəldilən bazar. Beynəlxalq yarmarka. – [Ağa Qurban:] Keçən il getmişdim Nijni yarmarkasına, .. mal xırıd eyləyib yola saldıqdan sonra bir neçə gün istirahət üçün qalmaq xəyalına düşdüm. Ə.Haqverdiyev. Gələn ayın əvvəllərində şəhərimizdə yarmarka başlanır. Mir Cəlal. yarnaq is. Dağda, qayada, düz yerdə, yaxud ağacda yarıq yer. Yarnağa su doldu. Yarnağa düşdü. yarovizasiya [rus.] k.t. Toxumların böyüməsini və yetişməsini sürətləndirmək, məhsuldarlığını artırmaq üçün onların səpindən qabaq xüsusi surətdə işlənməsi (yarovizasiya habelə payızlıq bitkini yazlıq bitkiyə çevirmək imkanı verir). Buğdanın yarovizasiyası. Kartofun yarovizasiyası. Yarovizasiya etmək. yarpağabənzər bax. yarpaqvari. yarpağıtüklü sif. Yarpağının üzəri tükcüklərlə örtülmüş bitkilərin ümumi adı. yarpaq is.\n1. Ağac və s. bitkilərin yastı və cinslərinə görə müxtəlif şəkildə olan yaşıl rəngli tənəffüs orqanı. Çinar yarpağı. Qoz yarpağı. Meynə yarpağı. Limon yarpağı. Yarpaqlar payızda tökülür. – Evimiz hazırdır, bir bağ içində; Eyvanı yamyaşıl yarpaq içində. S.Vurğun. Ağacların bir yarpağı belə tərpənmirdi. M.Hüseyn. • Yarpaq açmaq – yarpaqlanmaq, yaşıllaşmaq. Şəhərin kənarında olan böyük bağçada, hər yerdə olan kimi, ağaclar göyərib yarpaq açmışdı. C.Cabbarlı. Pəncərənin önündə bir ağac; Puçurladı, yarpaq açdı. N.Rəfibəyli. Yarpaq dolması – meynə yarpağına bükülüb bişirilən dolma. ..Boşqabın içində üstü qatıqlı dörd yarpaq dolması .. qoyulardı. H.Sarabski. Yusif yarpaq dolması ilə dolu boşqabı irəli çəkib yeməyə başladı. Ə.Vəliyev. Yarpaq (nanə yarpağı) kimi (tək) əsmək (titrəmək) – tir-tir əsmək (qorxudan, soyuqdan). Biçarə münəccimbaşının ərvahı uçub, başladı yarpaq kimi titrəməyə. M.F.Axundzadə. Gülsüm qorxusundan nanə yarpağı tək əsirdi. Ə.Haqverdiyev.\n2. Vərəq, səhifə. [Rza kişi] kağızdan bir yarpaq götürüb içinə çoxlu tənbəki tökdükdən sonra bükdü. Ə.Vəliyev. // Yarpağa oxşayan, yarpaq şəklində olan hər şey.\n3. Bənd (şeirdə). [Rəsul:] Güloğlan, dörd yarpaq söz deyəcəyəm. Cavabın verə bilsən, mən buradan birbaş Təbrizə qayıdacağam. “Aşıq Qərib”. yarpaqbükən is. zool. Bitkilərin yarpaqlarına ziyan verən cücü. yarpaqbürüşdürən bax. yarpaqbükən. yarpaqcıq “Yarpaq”dan kiç. yarpaqgəmirən is. zool. Bitkilərin yarpaqlarını və cavan budaqlarını yeyən cücü. yarpaqlama “Yarpaqlamaq”dan f.is. yarpaqlamaq f.\n1. Göyərərək yarpaq açmaq; yaşıllanmaq. Ağaclar yarpaqlamışdır. – Bir-iki gündən sonra pambıq yarpaqladı, bitki yuxarı – Günəşə tərəf boylandı, kollar yoğun və güclü oldular. Ə.Vəliyev.\n2. İpəkqurduna yarpaq vermək, yarpaq yedirtmək. İpəkqurdunu yarpaqlamaq vaxtıdır.\n3. Vərəqləmək. Kitabı o qədər yarpaqlayıblar ki, cırıq-cırıq olub. yarpaqlanma “Yarpaqlanmaq”dan f.is. yarpaqlanmaq 1. f. Yavaş-yavaş yarpaqla örtülmək; yaşıllanmaq. Yaz girəndə ağaclar yarpaqlanmağa başlayır. – Yarpaqlanır ağaclar, yaşıllanır yamaclar. A.Səhhət. Çöllər, dağlar, yamaclar zümrüd xalçalarla döşənəcək, çiçəklər açacaq, ağaclar yarpaqlanacaq. A.Şaiq. Arxın ağzındakı sahədə eninə-uzununa nizam ilə cərgələnmiş pambıq kolları iki qarışa qədər boy verərək yarpaqlanmışdı. M.İbrahimov.\n2. məch. İpəkqurduna yarpaq verilmək, yarpaq yedirilmək.\n3. məch. Vərəqlənmək. yarpaqlı sif. Yarpağı olan, yarpaq açan; yarpaqla örtülü. Yarpaqlı bitkilər. Yarpaqlı ağ ac. – Sıx yarpaqlı iri palıd ağaclarının tompal kölgələri uzanıb, qaladakı güllüçiçəkli otların üstünə sərilmişdi. İ.Şıxlı. yarpaqlılıq is. Yarpaq açmış bitkinin halı; yaşıllıq. yarpaqsız sif. Yarpağı olmayan, yaşıl olmayan, yaxud yarpağı tökülmüş. Yarpaqsız ağac. – Budaqsız, yarpaqsız bir söyüd kimi; Yıxılmış torpağa, ağladır məni. S.Vurğun. yarpaqsızlıq is. Yarpağı olmama, yarpağı tökülmə. yarpaqvari sif. Yarpaq şəklində olan, yarpağa oxşayan. yarpız is. bot. Əksərən su kənarlarında bitən, ağ və qırmızı çiçəkləri olan çox ətirli bitki; çölnanəsi (nanənin bir növü olub şirniyyatda və xörəkdə ədviyyə kimi işlənir). Yaz ola, dovğa ola, yarpızla; Yay ola, sərin sular sal buzla. S.Vurğun. Reyhanlı, yarpızlı şır-şır bulaqlar; Başı ağ çalmalı bu qəlbi dağlar... B.Vahabzadə. yarpızlıq is. Çoxlu yarpız bitən yer; yarpız olan yer. Yarpızlıqdan yarpız dərmək. yarsız-yoldaşsız sif. Dostu, yoldaşı olmayan; tək, kimsəsiz. yarus [rus.]\n1. Tamaşa salonunda lojaların yerləşdiyi mərtəbələrdən hər biri. İkinci yarus. Biletim birinci yarusadır.\n2. geol. Geoloji dövr ərzində əmələ gəlmiş süxur laylarının məcmusu. yar-yancaq bax. yancaq. yar-yaraq top. Yaraq, silah, əsləhə. Öz yerində olsun gərək igidin yar-yarağı; Hər gün yeni bir zəfərlə gəlsin onun sorağı. S.Vurğun. yar-yaraqlı sif. Yarağı, silahı olan; silahlı. Budur yar-yaraqlı gəlir uzaqdan; Mənim igidlərim. M.Rahim. yar-yaraşıq bax. yaraşıq. [Bəhram:] O idi məclislər yar-yaraşığı; O idi sarayın parlaq çırağı. A.Şaiq. Atəş vəziyyətində İlyasın yar-yaraşığı daha da artırdı. Mir Cəlal. yar-yaraşıqlı bax. yaraşıqlı. yar-yoldaş top. Yoldaşlar, dostlar. Yaryoldaşın səhərlər; Tez məktəbə gedərlər. A.Səhhət. Bir yara-yoldaşa bax! Biz qardaş deyilmiyik? Ə.Cavad. Baxıb seyrə daldıq ötən quşları; Dinlədik səsini yar-yoldaşın da. H.Hüseynzadə. yar-yoldaşlı sif. Yarı, yoldaşı, dostları olan (və ya çox olan). Sən ceyran gözlüsən, çatmaqaşlısan; Tayın-tuşun çoxdur, yaryoldaşlısan. N.Rəfibəyli. yas is. [ər.]\n1. Yaxın bir adamın ölümü münasibətilə (hər cür zövq və əyləncədən imtina etmək və qara geymək şəklində ifadə edilən) hüzn və kədər; matəm. Yas paltarı (qara paltar). Yasa getmək. Onlarda yas var. – Yas yiyəsi kiridi, yasa gələn kirimədi. (Məsəl). Vaxtını almasın nə toy, nə də yas; Gurlayan səsinlə irəli hayqır! S.Vurğun. • Yas qurmaq – bax. yas saxlamaq 1-ci mənada. İntəhası bir ölüm var ki, orada yas qurub ağlarlar. C.Məmmədquluzadə. Yas saxlamaq – 1) ölən adam üçün matəm məclisi qurub müəyyən adətləri yerinə yetirmək; 2) yasını saxlamaq, yasda olmaq. Sağsağan atasının ölüm xəbərini gətiribdir, ona görə yas saxlayır. Ə.Haqverdiyev. Yas tutmaq – bax. yas saxlamaq. [Xarrat qızından soruşur:] Bu nə fikrü xəyaldır vəsvəs; Tutmusan hansı bir əzizinə yəs? S.Ə.Şirvani. Yas yeri – yas saxlanılan yer, yas olan ev, ölü yeri. Hacı Nəsirin başı yas yerinə gələn adamlarla qarışdığından oğlundan xəbərsiz idi. S.S.Axundov. Elə bil yas yerinə toplaşmışdılar. M.Hüseyn. Yasdan çıxmaq – matəm müddəti qurtarmaq, yas saxlama müddəti qurtarmaq. Könlüm yasdan çıxdı, qəlbim qaradan; Gülə-gülə bu həvəsdə, xoş gəldin. Aşıq Ələsgər. Bütün şəhər silkinib; Əsər qoymadı pasdan; Dünənki matəm hanı? Doğrudan çıxdı yasdan. Ə.Cavad. // Hər hansı bir ictimai fəlakət münasibətilə qəbul edilmiş əlamətlərlə ifadə olunan kədər. Yas günü elan etmək. Yas əlaməti olaraq bayraqları aşağı salmaq.\n2. məc. Kədər, yas, ələm; ümidsizlik. Getdi ol yasəməni zülf, salıb yasə məni; Yasimə bais olub, ah, o səmənbər getdi. S.Ə.Şirvani. Bu acı xəbəri axıdan Aras; Axdı həzin-həzin ürəyində yas. S.Vurğun. • Yasa batmaq – çox kədərlənmək, çox qəmlənmək, çox qüssələnmək; üzü gülməmək. Hadisə mollaya o qədər təsir eləyir ki, kişi əməlli-başlı yasa batır. “M.N.lətif.” Bənövşə qoxulu yardan ayrılan; Gündə yasa batar, günü zar olur. M.P.Vaqif. ‣ Yer altından yasa getmək – bax. yer. yasa is. [türkcə] Qanun. Ana yasa (konstitusiya). yasaq is. [qəd. yasa – qanun sözündən]\n1. Qadağan. Mən aşığam, yasaq yoxdur dilimə; Şükr edərəm haqdan gələn zülümə. Aşıq Ələsgər. Saqi, şərab ilə məni sən tərdəmaq elə; Kimdir baxan bu zahidi-xüşkün yasağına. S.Ə.Şirvani. • Yasaq etmək – qanunən qadağan etmək, mən etmək, icazə verməmək. Babək yenə orada qaranlıqda, ocaqlardan kənarda yük tayına söykənib dayanmışdı, dönüb çadıra tərəf baxmağı özünə yasaq eləmişdi.. Ə.Məmmədxanlı. // Yasaqdır şəklində – qadağandır. İçəri girmək yasaqdır.\n2. tar. Qədimdə Volqaboyu və Sibir xalqlarından alınan vergi; tövcü. // tar. Ümumiyyətlə, natural vergi; tövcü. Xan və qalan feodallar “qara camaatdan” puldan, baldan və başqa məhsullardan yasaq (xərac) toplayırdılar. yasaqçı is. köhn. Keşikçi, qarovulçu. yasaqçılıq is. köhn. Qarovulçuluq, keşikçilik. yasaqlama “Yasaqlamaq”dan f.is. yasaqlamaq f. Yasaq etmək, qadağan etmək. yasaqlanma “Yasaqlanmaq”dan f.is. yasaqlanmaq məch. Yasaq edilmək, qadağan edilmək. yasaqlı sif. Yasaq edilmiş, qadağan edilmiş; qadağan. yasaqlıq is.\n1. Yasaq olunma, qadağan olunma.\n2. bax. qoruq 1 və 2-ci mənalarda. yasalaq is. məh. Yasaq yeri; qoruq. yasalama “Yasalamaq”dan f.is. yasalamaq f. məh.\n1. Əllə hamarlamaq, yastılamaq.\n2. məc. Üstünü malalamaq. Rza duruxdu, .. cəsarət etməyib yasalamağa üz qoydu. Ə.Vəliyev. yasamal is. Dağın, təpənin üstündə düz yer. Qoyunları yasamalda otarmaq. – Günəş odlu bir quş kimi üfüqdə sürətlə bir dövrə cızıb qərbdəki yasamal dalına endi. Ə.Məmmədxanlı. yasavul is. tar.\n1. 1917-ci il inqilabından əvvəl: başlıca olaraq kənd yerlərində polis nəfəri vəzifəsi görən şəxs. Yüzbaşının yasavulları küçələri dolanırdılar və zərərdidələri yoxlamaqda idilər. C.Məmmədquluzadə. [Mirzə Kərim:] Naçalniklərə, pristavlara, yasavullara bel bağlamaq olmaz. Ə.Haqverdiyev. [Bəy:] Kişinin dalınca indi də köpək kimi iki yasavul gəzir. Mir Cəlal. // Qarovulçu, mühafizəçi, qoruqçu, keşikçi. [Hacı Qara:] Ta bu yasavulların bir neçəsinə toy tutulmasa, ölkə onların əlindən dincəlməz! M.F.Axundzadə.\n2. Kazak ordusunda rotmistr və kapitan çininə uyğun olan zabit rütbəsi. yasavulbaşı is. tar. Yasavulların böyüyü, baş yasavul (bax. yasavul 1-ci mənada). [Camal bəy:] Cənab yasavulbaşı, buyur görək, o “dam” haradadır. N.Vəzirov. Yasavulbaşı .. yenə dincələ bilmirdi. M.Rzaquluzadə. yasavulluq is. tar. Yasavul vəzifəsi. Yasavulluq etmək. // Qarovulçuluq, keşikçilik. yasəmən is. [fars.] bot. Ağ, qırmızı və bənövşəyi rəngdə ətirli salxımvari çiçəklər açan kol. Yasəmən ağacı. Yasəmən gülü. Ağ yasəmən (ağ çiçəkli yasəmən). – Lovğa-lovğa baxma mənə; Sar qonanmaz yasəmənə. “Koroğlu”. Bu gülşənin yasəməni, sünbülü; Nə bir bağə, nə bostanə düşübdür. M.V.Vidadi. // Bu kolun ağ və ya qırmızı-bənövşəyi gülü. Yasəmən dəstəsi. Yasəmən qoxusu. Yasəmən ətri. – Gül ilə həmzəban olubdu bülbül; Açılıb bənövşə, yasəmən, sünbül. Q.Zakir. Mənə ilham verir o yaşıl çəmən; Üstümə quşbaşı yağan yasəmən. M.Müşfiq. yasəməni sif. [fars.] Yasəmən rəngində olan, qırmızı-bənövşəyi. // Yasəmən kimi. Aşığam yasəməni; Gey, sallan yasəməni; Özü toya, düyünə; Göndərir yasə məni. Sarı Aşıq. yasəmənli sif. Tərkibində yasəmən cövhəri olan. Yasəmənli odekolon (sabun). yasəmənlik is. Yasəmən bitən yer, yasəmən çiçəyi çox olan yer. Bənövşəlikdə, yasəmənlikdəyəm; Əfşan-əfşan durmuş yaşıl sünbüllər. A.Səhhət. yasxana is. [ər. yəs və fars. ...xanə] Yas məclisi, yas olan ev. • Yasxana qurmaq (açmaq) – ağlamaq, yas açmaq. Rizvan Gülpərini tələsdirdi. Oturub yasxana qurmaq vaxtı deyildi. S.Hüseyn. // məc. Məclisdə bikef oturmaq, zarıya-zarıya, qəmgin-qəmgin danışmaq. yasin is. [ər.] din. Ölü üçün oxunan Quran surələrindən birinin adı. Doxsan min kəlmədə, “Yasin” içində; Neçə yerdə müttəsildi “dal” “dal”a? Aşıq Ələsgər. Yasini tərsə oxur, çünki boyatdır savadı; Yayılıbdır kişinin hər yerə şöhrətlə adı... Ə.Vahid. yaslama is. məh. Xalq adətincə ölü yerinə gətirilən yemək şeyi. yaslanma “Yaslanmaq”dan f.is. yaslanmaq f.\n1. Yayılmaq, sərilmək. Bir gün yeməkdən sonra qoltuqlu sandalyaya yaslanaraq qəzet oxuyarkən Hacı Yunisin xidmətçisi yemək otağına girdi. A.Şaiq. Yaslanıb samanın üstünə cansız; Yatır qaqqıltısız, ahsız, amansız. S.Vurğun.\n2. Söykənmək, dayanmaq, sığınmaq. Gəl, qəhrəman bala, gəl, körpə aslan; Eşqinlə döyünən sinəmə yaslan. S.Rüstəm. Onlar da aşiqdi, heyrandı sənə; Yaslanmaq istərdi mavi köksünə. R.Rza. Kiçik evlər .. dikdirə yaslanıb sakit-sakit dururdu. Ə Əbülhəsən. yaslatma “Yaslatmaq”dan f.sif. yaslatmaq f. Sərmək, yıxmaq. Gülzar baxışlarını yerə sancdı; sanki bütün kainat üzərinə yuvarlanmış, onu yerə yaslatmaq istəyirdi. C.Cabbarlı. yaslı 1. Yaxın adamının ölümü münasibətilə yas saxlayan, matəm tutan; matəm əlaməti olaraq qara geyinmiş. Yaslı adam. – Yaslıyam, baş bağlaram; Yuyaram, yaş bağlaram; Tay-tuşunu görəndə; Bağrıma daş bağlaram. (Bayatı). Yaslı gəlinlərin, yaslı qızların; Ahından əridi dağların qarı. S.Vurğun.\n2. məc. Qəmli, kədərli, ələmli. Ərməğanım yaslı nəğmə; Bir quş oldum, çıxdım yola. Ə.Cavad. yaslılıq is. Yaslı, matəmli olma. yasli [rus.] dan. bax. körpələr evi (“körpə”də). [Cahan:] Yaşları ötmüş qadınlar üçün gecə məktəbimiz var. Yasli bina etmişik. Ə.Haqverdiyev. yassar sif. və is. məh.\n1. Bacarıqsız, fərasətsiz, əlindən iş gəlməyən, fərsiz. [Zalxa:] ..Hamı heyifsilənirlər ki, Tarverdi necə gözəl oğlandır, heç tayı yoxdur, amma çifayda qorxaqdır, yassardır. M.F.Axundzadə. [Əbdürrəhman bəy:] Qorxma yassar, mərdana ol, oturt, Əhməd, gir qoluna, ha... belə. N.Vəzirov. Sakit! Qorxaq yassarlar; Silahı qorumayan binamusdur, yassardır. R.Rza.\n2. Çox çirkin. yassarlanma “Yassarlanmaq”dan f.is. yassarlanmaq f. məh.\n1. İşə yaramaz hala gəlmək; kütləşmək.\n2. Çirkinləşmək, pisləşmək. yassarlıq is. məh. Bacarıqsızlıq, fərasətsizlik, əlindən iş gəlməmə, fərsizlik. yastan (=yastana) is. məh. Dağda, təpədə, dikdirdə, qayalıqda yastı düz yer. Alaçığı yastanada qurmaq. – Nəbinin qoyun sürüsü arxacın üst tərəfindəki yastana toplanmışdı. “Qaçaq Nəbi”. Gülü qızı güllü-çiçəkli bir yastanda dəfn elədik. Ə.Vəliyev. yastana (=yastan) is. məh. Dağda, təpədə, dikdirdə, qayalıqda yastı düz yer. Alaçığı yastanada qurmaq. – Nəbinin qoyun sürüsü arxacın üst tərəfindəki yastana toplanmışdı. “Qaçaq Nəbi”. Gülü qızı güllü-çiçəkli bir yastanda dəfn elədik. Ə.Vəliyev. yastanmaq bax. yaslanmaq. Bimar tənində qalmayıb tab; Qılmışdı məzarə yastanıb xab. Füzuli. yastı sif.\n1. Səthi düz, üzərində girintiçıxıntı olmayan. Yastı tava daşı. Yastı təpə. Yastı yer. // Yatıq, batıq, basılmış kimi olan. Yastı döş. Yastı burun. – [Gülgəzin] qulaqlarındakı iri, yastı qızıl sırğalar ağacda yarpaq kimi titrəyirdi. İ.Hüseynov.\n2. Çox qalın və ya hündür olmayan; alçaq. Yastı qutu. – Alçaq, yastı və torpaq evlərdən buranın kiçik bir kənd xarabası olduğu anlaşılırdı. Ə.Məmmədxanlı. Bu dağlar yastı dağlar; Qar üstün basdı, dağlar; Üç ay toylu, bayramlı; Doqquz ay yaslı dağlar. (Bayatı). yastı... – mürəkkəb sözlərin yastılıq mənasında olan birinci tərkib hissəsi; məs.: yastıburun, yastıdilli. yastıağız is. Tutan tərəfi (ağzı) uzun və yastı olan qısqac (alət). yastıbalaban is. Balaban növü. Xanəndə yastıbalabanla oxuyub gecəyə xitam verərdi. H.Sarabski. yastıbaş sif. Başı yastı olan. yastıbığ sif. Bığı yastı olan. yastıburun sif. Burnu yastı olan. Balaca, yastıburun Zivər gəlib Kərimin qucağında oturdu. M.İbrahimov. yastıbuynuz sif. Buynuzu yastı olan. yastıca sif. Yastı. yastıdaban sif. Dabanı hündür olmayan, dabanı yastı olan. Xəstə Əsgər yenə də Gülöyşəyə nəzər saldı, qapıdan çıxaraq bir ayağına çəkmə, o biri ayağına yastıdaban çust geymiş Əlyara tərəf əyilərək nə isə pıçıldadı. S.Rəhimov. [Qızın] ayağında yastıdaban qırmızı tufli vardı. Ə.Vəliyev. yastıdib (=yastıdibli) sif. Dibi yastı, düz olan. Yastıdibli qayıq. yastıdibli (=yastıdib) sif. Dibi yastı, düz olan. Yastıdibli qayıq. yastıdimdiklilər cəm zool. Dimdikləri yastı olan quşlar növü. yastıq is.\n1. Yatanda baş altına qoyulan, içərisi quş tükü, pambıq və ya hava ilə doldurulan dördkünc kisəcik; balış. Pərqu yastıq. Üz yastığı. – [Kərbəlayı Fatma xanım:] ..Ay qız, Zeynəb, tez ol, yastıqları gətir, bu tərəfdən qoy. C.Məmmədquluzadə. Vədə olunmuş fit səsi Gülsümün qulağına gəldi. Gülsüm cəld başını yastıqdan qalxızıb durdu ayağa.. Ə.Haqverdiyev. Ev yiyəsinin arvadı yastıq qoydu. Ancaq Cavadın yatmağa vaxtı yox idi. Ə.Vəliyev. • Ölüm yastığı – ölümü gözlənilən xəstənin yatağı, ölüm yatağı. Ölüm yastığında ümidə bir bax; Elə bil dünyanı tək qurtaracaq. S.Vurğun.\n2. Minikdə, mebeldə, yəhərdə yumşaq oturacaq.\n3. tex. Maşınların hərlənən və silkələnən hissələri üçün dayaqlıq. // Müxtəlif mexanizmlərdə: təkanın, zərbənin qüvvəsini azaltmaq üçün onların müxtəlif hissələri altına qoyulan hər cür elastik şey. Top yastığı. // Arabanın qolu ilə oxu arasına qoyulan ağac. Araba yastığı. // Qoşqu heyvanının boynunu sürtməmək üçün boyunduruğun iç tərəfinə bənd edilən yastığa oxşar şey. ‣ Başının altına yastıq qoymaq – yalandan söz vermək, vəd etmək, arxayın etmək. Ayın on birində Sultan da .. qoşunun başının altına yastıq qoymaq qəsdi ilə guya ki qanuniəsasi elanını eləyib. C.Məmmədquluzadə. Yastığın yüngül olsun! – xəstəyə şəfa diləyi. [Adamlar:] Hacı, yastığın yüngül olsun!.. Qantəmir. yastıqarın is. zool. Çəkikimilər fəsiləsindən kiçik enli balıq. yastıqcıq is. Balaca yastıq, kiçik yastıq. yastıqça bax. yastıqcıq. yastıqəlsəməli (=yastıqəlsəməlilər) cəm zool. Qığırdaqlı balıqlar yarımsinfi. yastıqəlsəməlilər (=yastıqəlsəməli) cəm zool. Qığırdaqlı balıqlar yarımsinfi. yastıqlama “Yastıqlamaq”dan f.is. yastıqlamaq f.\n1. Arabanın oxuna yastıq vurmaq, yastıq qayırmaq.\n2. məc. Qəsdən arxayınçılıq yaratmaq, yuxulatmaq, iğfal etmək. yastıqlatma “Yastıqlamaq”dan f.is. yastıqlatmaq icb. Arabanın oxuna yastıq qoydurmaq. yastıqlı sif. Yastığı olan; yumşaq. Yastıqlı kürsü. yastıqlıq sif. Yastıq üçün yararlı. yastıqotu is. bot. Xaççiçəklilər fəsiləsindən çoxillik, bəzən bir və ya ikiillik ot bitkisi. yastıqüzü is. Yastığa keçirilən örtü, üz. İpək yastıqüzü. yastılama “Yastılamaq”dan f.is. yastılamaq f. Çəkiclə döyməklə, yaxud əzməklə, basmaqla, yaymaqla bir şeyin şəklini düz, yastı hala salmaq; yastılaşdırmaq. Kündəni yastılamaq. Torpağı, yolu yastılamaq. – [Rüstəm bəy:] Yəni dəmiri qızğın ikən yastıla. S.S.Axundov. yastılanma “Yastılanmaq”dan f.is. yastılanmaq f.\n1. Yastı hala düşmək; yayılmaq,\n2. Yayılmaq, yayılıb oturmaq, naqolay oturmaq. Salman yastılanaraq kənarda oturmuşdu. M.İbrahimov. yastılaşdırılma “Yastılaşdırılmaq”dan f.is. yastılaşdırılmaq məch. Yastı hala salınmaq. yastılaşdırma “Yastılaşdırmaq”dan f.is. yastılaşdırmaq f. Yastı hala salmaq. yastılaşma “Yastılaşmaq”dan f.is. yastılaşmaq f. Yastı hala düşmək, yastı şəklə düşmək. Kamilə elə gəldi ki, Zəfərin üzündəki çopur çoxalıb, burnu daha da yastılaşıbdır. M.Süleymanov. yastılatdırma “Yastılatdırmaq”dan f.is. yastılatdırmaq icb. Yastı hala saldırmaq. yastılatma “Yastılatmaq”dan f.is. yastılatmaq f.\n1. bax. yastılaşdırmaq.\n2. Yatırtmaq. Pişik qulaqlarını yastıladıb gözlərini qıyaraq başını geri çəkdi. S.Hüseyn. yastılıq is. Yastı şeyin halı. Yerin yastılığı. Daşın yastılığı. yastısına zərf Yastı və enli tərəfi üstündə, yastı tərəfi ilə. Baltanı yastısına vurmaq. yastısifət sif. Sifəti, üzü yastı olan. Yastısifət adam. yastıvari sif. Bir qədər yastı. yastıyapalaq sif. Pota, kök və yaraşıqsız. [Səfər:] Bu qız evimizdə şümşad kimi idi. Amma indi gör nə yastıyapalaq olub? C.Cabbarlı. // Alçaq, yöndəmsiz. Şirzad yavaş-yavaş addımlayaraq yastıyapalaq kənd evlərinin arasında itdi. M.İbrahimov. yastıyapalaqlıq is. Boyca alçaq və şişman olma; potalıq, yöndəmsizlik. Bu gün [Salmanın] paltarı bədəninin yastıyapalaqlığını bir qədər itirirdi. M.İbrahimov. yastı-yastı zərf\n1. Aramla, asta-asta, sakit-sakit. • Yastı-yastı danışmaq – sözləri uzada-uzada və astadan danışmaq.\n2. Yastı (çoxluq bildirir). Yastı-yastı təpələr yastığıdır çobanın. (Mahnı). yaş I. is.\n1. Doğuluş, dünyaya gəlmə günündən keçən vaxt, il; insanın, heyvanın, bitkinin böyüməsində, inkişafında dövr; ömür. Bir yaşda olan adamlar. Yaşın neçədir? İnəyin üç yaşı var. – Ağıl yaşda deyil, başdadır. (Ata. sözü). Nola xəm olsa qəddim, səndən artıqdır mənim yaşım. Füzuli. [Əsgər:] Ay xala, bura bax, ağlınca mənim neçə yaşım var? Ü.Hacıbəyov. • Yaşa dolmaq – böyümək, yaşlı olmaq. İnsan oğlu yarandığı vətənindən kam alar; Ömür gəlib yaşa dolar düz ilqarı görəndə. S.Vurğun. [Hüseyn] bu zavallı arvadın nə qədər böyük əzablarla yaşayıb bu yaşa dolduğunu düşünürdü. S.Rəhman. Yaşı ötmək – hər hansı bir yaş həddini ötmək, keçmək. Yaşı ötdüyünə görə aspiranturaya qəbul olunmadı. Onun əsgərlik yaşı ötmüşdür. Yaşı sanı – ömründəki illər qədər, çoxlu. Usta yaşı sanı bənna yetişdirmişdir.\n2. Çıxışlıq halda: yaşından – anadan olduğu gündən: bütün ömrü boyu, ömründə; heç vaxt. Heç dərsə baxmayıb sanki yaşından; Fikirlər quş olub uçdu başından. M.Rahim.\n\nII.\n1. sif. Canına su, rütubət hopmuş; rütubətli, çox nəm, az islaq, sulu (quru ziddi). Yaş paltar. Yaş yer. Yaş qum. Yaş əlləri ilə tutmaq. // Hələ canında su qalmış, qurumamış. Yaş səbzə. Yaş meyvə. – Yaş ağaca balta vurmazlar. (Ata. sözü). [Kərim baba] iki barmaq qalınlığında yaş çubuğu yonurdu. A.Şaiq. Peçdə yanan yaş odunun sızıltısı eşidildi. M.Hüseyn.\n2. is. Su, nəm, yaşlıq.\n3. is. Göz yaşı. Sözüm yoxdur, fələk gər baxmasa gözdən axan yaşa; Budur qorxum kim, ol seyli-bəla bu körpüdən aşa. Qövsi. Hər şey günəşə qurutdu yaşın; Qövsi-qüzeh açdı tər qumaşın. Xətayi. Bulaqlar qaynaşır yaş kimi duru; Daşlı küçələri hər zaman quru. H.K.Sanılı. Sarxan .. yanaqlarına süzülən iri yaş damlalarını sildi. M.Hüseyn. • (Qanlı) yaş axıtmaq (tökmək) – ağlamaq, acı-acı ağlamaq. Əjdərin arvadı qanlı yaş tökdü; Xırda uşaqları boynunu bükdü. H.K.Sanılı. Məsum kişi özünü saxlaya bilmədi, gözündən parıl-parıl yaş tökdü. Mir Cəlal. Yaş boğmaq – ağlamaq istəmək. Gülsəhəri yaş boğur, rəng verib rəng alırdı. Ə.Vəliyev.\n4. sif. və is. qəd. Cavan, gənc, azyaşlı. Dəmbədəm gər düşsə gözdən dürri-əşkim, vəchi var; Yaş uşaqlardır yetim, onlarda yox rəsmiədəb. Füzuli. ‣ Qurunun oduna yaş da yanır – günahsız olaraq cəza çəkənlər haqqında. yaş-yaş zərf Yaş halda; qurumamış, qurumadan. Odunları yaş-yaş ocağa qoymaq. Köynəyi yaş-yaş ütüləmək. yaşama “Yaşamaq”dan f.is. Yoxsul şərbaf ailələrinin çoxusunun burda yaşaması təəccüblü deyildi. Ə.Əbülhəsən. yaşamaq f.\n1. Həyatda var olmaq, diri olmaq, sağ olmaq. Babası hələ də yaşayır. – [Sərvər:] Çünki mən Gülnazı öldürəndən sonra daha özüm yaşamayacağam. Ü.Hacıbəyov. // İs. mənasında. Həyat, dirilik. ..Tək bircə nəfərin də fikrinə gəlmir ki, dünyada yaşamaq ibarət deyil ondan ki, səhər dükana gedib, axşam abguştu yeyib yatasan. C.Məmmədquluzadə. Zəfər! Zəfər! Məncə, bu söz yaşamağın mənasıdır; Tarix deyir ölməmişdir, ölməyəcək qəhrəmanlar. S.Vurğun. Bu dünyada yaşamaqdan şirin bir şey ola bilməz. S.Rəhimov.\n2. Ömür sürmək, həyat keçirmək. Mirzə Qədir bir kübar həyatı yaşayırdı. S.Hüseyn. Piri kişi Qaraca qızın kim olduğunu, bu vaxta qədər necə yaşadığını ona ətraflı nağıl edirdi. S.S.Axundov. // Həyatdan, onun zövq və səfasından faydalanmaq. Əzizim, yaşamaq lazımdır!\n3. Davam etmək, mövcud olmaq, var olmaq. Köhnə adətlərin qalıqları hələ də yaşayır. – Biz [kəndlilər və fəhlələr] əkməsək, biçməsək, onlar da işləməsə, heç bir hökumət yaşaya bilməz. S.S.Axundov.\n4. Bu və ya başqa tərzdə həyat sürmək, dolanmaq, keçinmək, güzəran etmək. Varlı yaşamaq. Kasıb yaşamaq. Pis yaşamaq. Tək yaşamaq. – Axı bilmirik hara gedəcəyik, necə yaşayacağıq. M.Hüseyn. // Həyatı, diriliyi, dolanışı üçün vasitə olmaq. Maaşla yaşamaq. Atasının hesabına yaşamaq. Təqaüdlə yaşamaq.\n5. Bir yerin sakini olmaq, daim və ya müvəqqəti bir yerdə həyat sürmək. Şəhərdə yaşamaq. Kənddə yaşamaq. Harada yaşamağı məlum deyil. Təzə evdə yaşamaq. Ümumi yataqxanada yaşamaq. Hansı küçədə yaşayırsınız? – Ata-oğul Çənlibeldə yurd saldılar, yaşamağa başladılar. “Koroğlu”. [Orxan:] Yaşar dağlar başında qartal kimi; Qoşar səhralarda bir maral kimi. H.Cavid. Çoxdan bəri yaşadığı balaca daxmanın qarşısındakı hündür yerdə dayanıb şəhərə baxırdı. M.Hüseyn. // Heyvanlar, quşlar haqqında. Balıq suda yaşayır. Dəvəquşu Afrikada yaşayır.\n6. Bir yerdə həyat keçirmək, bərabər ömür sürmək. Elə adamla yaşamaq çətindir. – [Mirzağa] ata və anası ilə bir evdə yaşayır, onlarla bərabər yatıb-dururdu. S.Hüseyn. // Aralarında ər-arvadlıq münasibəti olmaq. O, arvadı ilə daha yaşamır. – Beləliklə, [Murad] sevə bilmədiyi bir qadınla yaşamaq məcburiyyətində idi. S.Hüseyn.\n7. Aralarında qeyri-qanuni, intim əlaqə olmaq.\n8. Bir şeyin aludəsi olmaq, bir şeydən ilham almaq, bir şeyi öz həyatı üçün əsas hesab etmək. Gələcək ümidi ilə yaşamaq. Yoldaşının xatirəsi ilə yaşamaq. O, ancaq elmlə yaşayır. – Sizinlə yaşayır qəlbim indidən; Bizim də başqa bir baharımız var. S.Vurğun. Qəhrəman məktəb üçün düşünür, çalışır, onunla yaşayırdı. S.Rəhimov.\n9. Əmr formasında: yaşa! – müvəffəqiyyət, uğur arzusu bildirən, yaxud mərhəba! afərin! var ol! mənasında nida.\n10. Əmr formasında: yaşasın! tənt. – var olsun! Yaşasın bütün dünyada sülh! Yaşasın Vətənimiz! yaşar sif.\n1. ...yaşında olan, ...yaşı olan (heyvan haqqında). [Əliqulu xanın] bir ilxısı vardı ki, dünyada olan atların hər rəngindən, hər yaşarından bu ilxıda bir cüt var idi. “Koroğlu”.\n2. Çox yaşayan, çox ömür sürən; ölməz. yaşarma “Yaşarmaq”dan f.is. yaşarmaq f.\n1. İslanmaq, nəmlənmək, yaş olmaq, yaş görünmək.\n2. “Gözləri” sözü ilə – yaşla dolmaq, yaş tökmək, ağlamaq istəmək. Zəhra analarını itirmiş bu üç qızın halını, ürəkparçalayan səmimi göz yaşlarını görərək ixtiyarsız gözləri yaşardı. S.Hüseyn. Qəhrəmanın gözləri yaşarmışdı, səsində dərin bir ələm və təəssüf duyulurdu. H.Nəzərli. // Sulanmaq. İşıqdan gözləri yaşarmaq. yaşartı is. Yaş, gözyaşı, damcı. ..Sübhanverdizadə Rüxsarənin gözündəki yaşartını lampa işığı ilə birləşən parıltısından aydın edə bilirdi. S.Rəhimov. yaşartma “Yaşartmaq”dan f.is. yaşartmaq gözlərini yaşartmaq – 1) qıcıqlama və ya başqa şeyin təsiri ilə gözlərinin yaşarmasına səbəb olmaq; gözlərini sulandırmaq. Tüstü adamın gözlərini yaşardır. Çay gözümü yaşartdı. – ..[Nurəddinlə qulluqçuları Baharın] bu qayda ilə görüşmələri iki qocanın gözlərini yaşartdı. S.S.Axundov; 2) ağlamaq. Yetişdilər kəndə; ucaldı şivən; Yaşartdı gözünü istəyən, sevən. H.K.Sanılı. yaşatma “Yaşatmaq”dan f.is. yaşatmaq icb. Yaşamasına səbəb olmaq, yaşamasına imkan vermək, yaşamasına yardım və kömək etmək. [Elxan:] ..Tanrı olsaydım əgər, gerçəkdən; Ya bu insanları xəlq etməz idim; Əgər etsəm, yaşadardım daim şadü məsud.. H.Cavid. Məhəbbət! Ömrü sevdasız yaşatmaq bir cinayətdir; Gözəllik! Canlı bir sənət, əzəldən ömrə zinətdir. S.Vurğun. Güləcək baharın çiçəklərində; Onu yaşadacaq ürəklərində. M.Rahim. yaşayış is.\n1. Həyat tərzi, yaşamaq tərzi, həyat şəraiti; dolanacaq, məişət, həyat. Yaşayışı pis keçmir. Yaşayışı yaxşıdır. – [Kərim xan və qız] çiyin-çiyinə verərək həyatın ağır yükünü birlikdə çəkir, öz qarşılıqlı məhəbbət və sədaqətləri ilə ağır yaşayışı yüngülləşdirməyə, şad keçirməyə çalışırdılar. M.İbrahimov. Ona elə gəlirdi ki, kənddəki qaynar həyat, gümrahlıq, fərəhli yaşayış da qonaqların ayağı ilə gəlmişdir. Ə.Vəliyev.\n2. Yaşamaq üçün olan, yaşamaq üçün zəruri olan. Yaşayış məntəqəsi. Yaşayış evi. Yaşayış vasitələri. yaşıd is. və sif. Bir başqası ilə bir yaşda olan (adam); həmyaş. Baxdı, yaşıdları oynayıb-gülür; Üzündən, gözündən sevinc süzülür. M.Rahim. Qoşqar öz yaşıdları ilə birgə günlərini bu çayın sağa-sola ayrılıb yenidən birləşən qolları arasında daşlı-qayalı adacıqlarında keçirərdi. İ.Hüseynov. yaşıdlıq is. Bir yaşda olma, həmyaş olma; həmyaşlıq. yaşıl sif.\n1. Yarpaq, ot rəngində olan. Yaşıl yarpaq. Yaşıl mahud. Yaşıl boya. – Axşam vaxtları kəndin kənarında durub yaşıl çəmənlərə tamaşa eləyəndə görürsən ki, naxır üz qoyub kəndə gəlməyə. C.Məmmədquluzadə. [Orxan:] Ey mavi göylər! Ey yaşıl ormanlar! Ey bacalardan yüksələn dumanlar! H.Cavid. [Minayə] ..belini çox zəif göstərən yaşıl ipək koftada, başına saldığı ağ torda çox yaraşıqlı görünürdü. Ə.Əbülhəsən.\n2. Kal, yetişməmiş. Alma hələ yaşıldır.\n3. is. köhn. Yaşıl rəngli şey. Yaşılı sarısından çoxdur. yaşılbaş is.\n1. Ördəyin erkəyi. Tərlan görüb yaşılbaşı; Sağın, qaynaq çala, Maral! Aşıq Ələsgər. Yaşılbaşlar qanad çırpar suyuna; Gah durular, gah da dönüb bulanar. S.Vurğun.\n2. Şeirdə adətən gözəl mənasında işlənir. • Yaşılbaş sona – aşıq poeziyasında gözəlin epitetlərindən biri. Ürkütdü alıcı tərlan; Yaşılbaş sona yeridi. Aşıq Ələsgər. Sallanıban kəklik kimi səkəndə; Dönər bir yaşılbaş sonaya Telli. Aşıq Əbdi. yaşılbaşlı sif. Başı yaşıl olan. Yaşılbaşlı ördək. • Yaşılbaşlı sona – bax. yaşılbaş sona (“yaşılbaş”da). Hərgiz olmaz həq gölünün fənası; Əskik olmaz yaşılbaşlı sonası. M.V.Vidadi. Teli əyri, yaşılbaşlı sonasan; Gəl bizim göllərdə üz, qadan alım! Aşıq Ələsgər. yaşılgözlü sif. Gözlərinin rəngi yaşıl olan. Yaşılgöz pişik. Yaşılgöz qız. yaşılımsov sif. Yaşıla çalar, yaşıla oxşar rəngdə olan. yaşılımtıl bax. yaşılımsov. yaşılımtraq bax. yaşılımsov. yaşıllama “Yaşıllamaq”dan f.is. yaşıllamaq f. Yaşıl rəngə boyamaq, yaşıl etmək. yaşıllandırılma “Yaşıllandırılmaq”dan f.is. yaşıllandırılmaq məch.\n1. Yaşıl rəngə boyadılmaq.\n2. bax. yaşıllaşdırılmaq. yaşıllandırma “Yaşıllandırmaq”dan f.is. yaşıllandırmaq f.\n1. Yaşıl rəngə boyamaq. Divarı yaşıllandırmaq.\n2. bax. yaşıllaşdırmaq 2-ci mənada. yaşıllanma “Yaşıllanmaq”dan f.is. yaşıllanmaq f.\n1. Yaşıl olmaq, göyərmək, yarpaq açmaq, otla, yarpaqla örtülmək. Ağaclar yaşıllandı. – Elə çöllər yaşıllanan kimi, arvad səhər yerindən durur və ac yatmış uşaqlarını oyadıb deyir.. C.Məmmədquluzadə.\n2. Yaşıla çalmaq, yaşıl görünmək, öz yaşıl rəngi ilə ayrılmaq. yaşıllaşdırılma “Yaşıllaşdırılmaq”dan f.is. yaşıllaşdırılmaq məch. Ağac, kol və s. bitki əkdirilərək yaşıllıq yaradılmaq. Məktəbin ətrafı yaşıllaşdırılmışdır. yaşıllaşdırma “Yaşıllaşdırmaq”dan f.is. Yaşıllaşdırma işləri. Şəhəri yaşıllaşdırma həftəsi. yaşıllaşdırmaq 1. bax. yaşıllandırmaq 1-ci mənada.\n2. f. Kol və s. göyərti əkməklə yaşıllıq yaratmaq. Şəhərləri yaşıllaşdırmaq üçün tədbirlər. Küçələri yaşıllaşdırmaq. yaşıllaşma “Yaşıllaşmaq”dan f.is. yaşıllaşmaq bax. yaşıllanmaq. Baharın son ayı idi. Yağışlar yenicə dayanmış, hər yer də yaşıllaşmışdı. Çəmənzəminli. Hüseyn tapşırıldı torpaq altına; Yazda yaşıllaşan budaq altına. M.Rahim. Yaşıllaşır çöllər, oyanır torpaq; Bəzənir gəlin tək hər dərə, hər dağ. N.Rəfibəyli. yaşıllatma “Yaşıllatmaq”dan f.is. yaşıllatmaq 1. icb. Yaşıl rəngə boyatmaq.\n2. bax. yaşıllaşdırmaq 2-ci mənada. yaşıllı sif.\n1. Yaşıl rəngi və ya yaşıl xalları, cizgiləri və ya çiçəkləri olan. Yaşıllı, qırmızılı parça.\n2. məc. Bəzəkli, qəşəng, gözəl geyimli. Tərifli gözəllər gəlhagəl oldu; Yaşıllı, zərbaflı, allı sənəm, gəl! Xəstə Qasım. yaşıllıq is.\n1. Yaşıl şeyin hal və keyfiyyəti. Rəngin yaşıllığı.\n2. Təzə otlarla örtülü yer, çoxlu göyərti olan yer. O, gözəl çiçəklərdən, bulaqlardan, yaşıllıqlardan doymaz, ayrılmazdım. A.Şaiq. Hər tərəfdən yaşıllıqlar nəzərləri oxşayırdı. H.Cavid. Batıqlar, çuxurlar, keçəl təpələr; Burda yaşıllıqdan görünməz əsər. S.Vurğun. yaşıllıqlaşma “Yaşıllıqlaşmaq”dan f.is. yaşıllıqlaşmaq f. Yaşıllığa dönmək; yaşıllıq halına gəlmək. yaşıl-mavi sif. Yaşıla və maviyə çalan rəngdə olan. yaşımtıl bax. yaşılımtıl. yaşındırma “Yaşındırmaq”dan f.is. yaşındırmaq icb. Yaşınmağa məcbur etmək. yaşınma “Yaşınmaq”dan f.is. yaşınmaq qayıd. Köhnə məişətdə: yad kişilərə görünməmək üçün üzünü örtmək, üzünü bir şeylə örtüb gizlətmək. Ay üzünü görmək istər, sevdiyim! Söylə görüm, bəs yaşınmaq nədəndir? Qurbani. Görəndə Zakiri istər yaşına; Bimürüvvət qoymaz dönüm başına. Q.Zakir. yaşıötmüş sif. Ahıllaşmış, cavanlıq dövrü çoxdan keçmiş. ..Yaşıötmüş bir adamın evlənməsindən ötrü Səmədin bu qədər sevinməsi [həmyerlisinə] bir cür gəldi. İ.Hüseynov. yaşırmaq f. Gizlətmək. Bəndən yüzün yaşırma kim, səcdəgahım oldur. Nəsimi. Səni qamışlıqda yaşıran fələk; Əqlini başından çaşıran fələk. M.V.Vidadi. Dedim: illərcən görməm visalın; Dedi: bədnəzərdən yaşır camalın. Aşıq Saleh. yaşlama “Yaşlamaq”dan f.is. yaşlamaq Yaş etmək, islatmaq. Gəldiyev bükdüyü papirosu dili ilə yaşlaya-yaşlaya (z.) etinasızlıqla bir də: – Əyləş! – dedi. Mir Cəlal. ‣ Boğazını yaşlamaq – bax. boğazını islatmaq (“boğaz1”da). Dərviş handan-hana özünə gəldi, bir udum çay aldı, boğazını yaşladı, yenə danışığa başladı. A.Divanbəyoğlu. Müdir birdən içəri girdi. Natiq əlini stəkana atdı ki, bir az boğazını yaşlasın. “Kirpi”. yaşlandırılma “Yaşlandırılmaq”dan f.is. yaşlandırılmaq məch. Yaş edilmək, isladılmaq. yaşlandırma “Yaşlandırmaq”dan f.is. yaşlandırmaq f. Yaş etmək, islatmaq. yaşlanma I. “Yaşlanmaq1”dan f.is.\n\nII. “Yaşlanmaq2”dan f.is. yaşlanmaq I. f. Yaşa dolmaq, yaşı çoxalmaq. Dursun yaşlandıqca əyyaş .. və xudpəsənd bir gənc olaraq yetişirdi. A.Şaiq. Doğrudan da, yaşlandıqca Qaraş və Pərşan Rüstəmin ocağına unudulmaz bir sevinc, xoş bir şadlıq gətirmişdi. M.İbrahimov.\n\nII. f. Yaş olmaq, islanmaq, nəmlənmək. yaşlaşma “Yaşlaşmaq”dan f.is. yaşlaşmaq f. Tədricən yaş olmaq, islanmaq, su salmaq, nəmlənmək. yaşlatma “Yaşlatmaq”dan f.is. yaşlatmaq f. Yaş etmək, islatmaq, nəmlətmək. yaşlı I. sif. Yaşa dolmuş; sinli, ahıl. Yaşlı adam. Yaşlı qadın. // İs. mənasında. Qoymayın, ay köhnələr, ay yaşlılar; Heyvərələr hər yerə dırmaşdılar! M.Ə.Sabir. // Cavan olmayan. [İsrafil] yaşlı və təcrübəli minicilərlə at qoşaşdırmağı belə bacarırdı. M.Hüseyn. // ...yaşında olan; yaşı ... olan. Qırx-qırx beş yaşlı bir kişi. – [Zeynalın] qarşısına on biron iki yaşlı qara bir qız çıxdı. S.Hüseyn. Otuz üç yaşlı Veys birinci dəfə olaraq böyük peşmanlıqla öz-özünü danlayırdı. Ə.Əbülhəsən. // ...illik, ömrü ... il olan. Çəpər salmaq üçün 1-2 yaşlı şitillərdən istifadə edilir.\n\nII. sif. Yaşla dolu, yaşarmış. Baxdı anasının yanıq üzünə; Dağınıq saçına, yaşlı gözünə. H.K.Sanılı. ...yaşlı – yaş miqdarını göstərən mürəkkəb sözlərin ikinci tərkib hissəsi; məs.: beşyaşlı, onyaşlı. yaşlıq is.\n1. Yaş şeyin halı. Paltarın yaşlığı. Otların yaşlığı. // Nəmlik rütubətlilik dərəcəsi. Pambığın yaşlığı hər 19 kiloqrama bir kiloqramdır.\n2. Nəmişlik, yağmurlu və rütubətli hava. Havada bir yaşlıq var. yaşlı-qurulu sif. Həm yaşı, həm qurusu olan. İki dəqiqə çəkmədi ki, kitabxana nərdivanı, sabunlu su ilə dolu vedrə, yaşlıqurulu silgilər hazır oldu. Mir Cəlal. yaşmaq is.\n1. Müsəlman qadınlarının yad kişilərdən yaşınmaq üçün üzlərinin adətən gözdən aşağı hissəsini örtdükləri örtü. Sal ağızdan yaşmaq, şəkkər dəhanın; Şirin-şirin danışmağı görünsün. Q.Zakir. Çəkibən yaşmağı, üzünü örtmə; Sinəmin üstünə dağ qoyan dilbər! Molla Cümə. [Mələk] məni görüncə dönüb, yaşmağı ağzına çəkib qönçə dəhanın gizlətdi. A.Divanbəyoğlu. • Yaşmaq tutmaq (vurmaq) – üzünün alt hissəsini yaşmaqla örtmək. Mən yad bir kişi xeylağı olduğuma görə, [Nisə xala] şalın ucunu boynundan dolayıb, ağzına yaşmaq vurmuşdu. Qantəmir. Arvadlar bir az geri çəkilmiş, yaşmaq tutmuşdular, cavanların ancaq gözləri güclə görsənirdi. Ə.Əbülhəsən. // məc. Ümumiyyətlə, örtü, pərdə mənasında. Alov artır, qaranlıq qamçılanır, günəş nazla yaşmağını qaldırır və Rüxsarənin üzünə gülümsəyirdi. S.Rəhimov.\n2. xüs. Qapı taylarından birinə və qapı çərçivəsinin alt hissəsinə vurulan nazik uzun taxta parçası.\n3. məc. Toyuğun cəhənglərində olan tüklər. yaşmaqlama “Yaşmaqlamaq”dan f.is. yaşmaqlamaq f.\n1. Üzünü yaşmaqla örtmək.\n2. xüs. Qapıya yaşmaq vurmaq. yaşmaqlanma “Yaşmaqlanmaq”dan f.is. yaşmaqlanmaq 1. qayıd. Yaşmaqla öz üzünü örtmək.\n2. məch. xüs. Qapıya yaşmaq vurulmaq. yaşmaqlatma “Yaşmaqlatmaq”dan f.is. yaşmaqlatmaq icb. Üzünə yaşmaq tutmaq. yaşmaqlı sif.\n1. Üzünə yaşmaq tutmuş. Yaşmaqlı qarı. – Arvad, kişi, oğlan, qız gön çarıqlı, başmaqlı; Gedir qoruq-qaytaqsız, gəlin, qızlar yaşmaqlı. A.Səhhət. Çarşablı qızlar, gəlinlər darvazalardan içəri girmir, çarşablarını açmamış, işin yerinə çatmaq üçün o yan-bu yana uşaq qaçırdır(dılar). Ə.Əbülhəsən. Kənarda dayanıb asta-asta söhbət edən ağzı yaşmaqlı iki arvad Nərgizə baxan kimi dərindən ah çəkdi. Ə.Vəliyev.\n2. Yaşmağı olan. Yaşmaqlı qapı. yaşmaqlılıq is. Yaşmağı olma. yaşmaqsızlıq is. Yaşmağı olmama, yaşmaq tutmama, üzüaçıqlıq. yaşmama “Yaşmamaq”dan f.is. yaşmamaq bax. yaşmanmaq. Şəhrəbanu xanım ərinin sağ böyründə çənəsini yaşmayıb, ağ örpək başında, həllaci, samit əyləşibdir. M.F.Axundzadə. yaşmanma “Yaşmanmaq”dan f.is. yaşmanmaq f. Kişilərdən gizlənmək məqsədi ilə yaşmaqla üzünü örtmək. Qarı yaşmanıb: – Allahın əmri ilə, – deyə cavab verdi. S.Rəhimov. yaşyarım say. Bir il altı aylıq olan. Möhsün kişi Qoşqarın anasını hələ Qoşqar yaşyarım olanda boşamışdı. İ.Hüseynov. yaşyarımlıq sif. Bir yaş altı aylıq, on səkkiz aylıq. yata zərf k.t. Hər yerinə yayaraq, hopduraraq. Əkini yata sulamaq. yatab [rus. “gtap”dan, əsli fr.] 1917-ci il inqilabından əvvəlki Rusiyada: silahlı soldatların müşayiəti ilə bir yerdən başqa yerə göndərilən dustaq dəstəsi. Bildilər yatabdır gələn bu tozda; Əlli nəfər soldat tüfəng omuzda; Almışlar araya yeddi dustağı. H.K.Sanılı. Qabağından uzaqdan bir yatab gəldi, keçdi; Bu dəstə xeyli yorğun, çox bitab gəldi, keçdi. M.Rahim. yatacaq is.\n1. bax. yataq1 1-ci mənada. [Xan] dodaqlarını gəmirə-gəmirə pəncərənin qabağına yeriyib elə çığırdı ki, xanım yatacaqdan dik atıldı. Çəmənzəminli. • Yatacaq otağı – yataq otağı.\n2. Yorğan-döşək, yataq ləvazimatı. Mən gəlmişəm, Səməd Vahidin kitablarını və yatacağını aparam. C.Məmmədquluzadə. yatağan I. is. Ucu əyri xəncər. [Xaqanın] yalnız qurşağındakı altun yatağanı nəzəri cəlb edirdi.. Çəmənzəminli.\n\nII. sif. Yatmağı çox sevən, çox yatan. Yatağan adam. Yatağan pişik. yataq I. is.\n1. Yatmaq üçün yorğan-döşək salınmış yer, yorğan-döşək; ümumiyyətlə, yatmaq üçün yer. Yataqdan qalxmaq. Yatağına girib yatdı. – Xan səsə yuxudan ayıldı. Əvvəl qulaqlarına inanmayıb durdu, yatağının üstə oturdu. Çəmənzəminli. Dustaqlar daş kimi bərk və quru yataqlarında uzanmışdılar. A.Şaiq. Ziba yatağına girincə yuxulamışdı. S.Hüseyn. Məsum kişi .. havanın tamam qaranlıqlaşdığını görüb yatağını açdı. Mir Cəlal. • Yataq otağı – yatmaq üçün ayrılmış otaq. O heç bir söz demədən yataq otağına keçdi, ..çarpayıya sərildi və o dəqiqə ağır bir yuxuya getdi. M.Hüseyn. Səməd pilləkəni qalxıb dəhlizdən keçəndə açıq qapıdan yataq otağına nəzər saldı. İ.Hüseynov. Yatağa düşmək – ağır xəstələnmək, yorğandöşəyə düşmək. Bir kəndli naxoşlayaraq yatağa düşübmüş... M.İbrahimov. Anam düşdü yatağa; Döndü solğun yarpağa. S.Rüstəm. Yataqda olmaq – bax. yatağa düşmək. Neçə gündür yataqdadır. Yataqdan qalxmaq (durmaq) – sağalmaq, xəstəlikdən durmaq. // Məc. mənada. Günəş yatağına doğru endi.\n2. məc. Bir şeyin çox olduğu yer; yığınaq, yuva. Sökülmüş köysümü kim, doludur qəmzən xəyalilə; Həramilər yatağı mənzili-viranə bənzətdim. Füzuli. Şəhri-füzəla, diyari-irfan; Mömin yatağı, qədim Şirvan. M.Ə.Sabir.\n3. Payızda, qışda qoyun-quzu, mal-qara saxlanılan yer. Mal-qaranı çıxardırlar yataqdan; Azan səsi eşidilir uzaqdan. A.Səhhət. Qoyun yatağı qamışlığın dalında, çölün ortasında, açıq havada salınmışdı. M.İbrahimov.\n\nII. is. geol. Faydalı qazıntı olan yer; mədən. Daş kömür yataqları. Mədən yatağı. Daşkəsən dəmir filizi yatağı. – Gədəbəydə mis .. və bir çox başqa yataqlar vardır. M.Qaşqay. Geoloji əsaslara görə Yenikəndin altında zəngin neft yatağı olduğu güman edilirdi. M.Süleymanov.\n\nIII. is. Çayın axdığı yer səthində əmələ gətirdiyi çuxur. Bu çay yatağını daim dəyişir. – Kür oynayır köhlən kimi; Ləngər vurur yatağında. M.Rahim.\n\nIV. is. tex. Maşınların hərlənən və ya yırğalanan hissələrinin yerləşdiyi dayaq yeri. Yataqları yağlamaq. yataqxana is.\n1. Adətən bir müəssisədə işləyən adamların, yaxud bir məktəbdə oxuyan tələbələrin bir yerdə yaşadığı ev. Fəhlə yataqxanası. Tələbə yataqxanası. Yataqxana növbətçisi. Yataqxanada yaşamaq. – Özü kimi iri bir oğlanın rayon mərkəzindəki ümumi yataqxanada müftə yeyib-içib yaşaması nədənsə [Fərmana] ağır gəlirdi. Ə.Sadıq.\n2. Yataq otağı. yataqlı I. sif. Yatağı, yatmaq üçün yeri olan. Yataqlı vaqon.\n\nII. sif. Yatağı, məcrası (dərin) olan. Yataqlı çay. yatalaq is. tib. Çox yoluxucu bir neçə xəstəliyin ümumi adı; tif. Qarın yatalağı. Səpmə yatalaq. Qayıdan yatalaq. – [Gülcahan:] ..Mirzədadaş bu gün üç gündür yatalaq yatır.. N.Vəzirov. [Əntiqənin] atası qarışıqlıq illərində yatalaqdan ölmüşdü. Mir Cəlal. Feldşerin deməsindən bəlli oldu ki, Qəhrəman yatalaq xəstəliyinə tutulubdur. Ə.Vəliyev. yatalaqlı sif. Yatalaq xəstəliyinə tutulmuş. Yatalaqlı xəstələr. yatalqa is. Düşərgə, yataq; müvəqqəti yaşayış yeri. [İvan bəy:] Sənin evin olub qaçaqlar yatalqası. N.Vəzirov. yatar I. is.\n1. Yatmaq, əyilmək səmti, bir şeyin aşağı yatmış tərəfi. ..Danışan gənc mühəndis uzunsov başının ortadan ayrılmış saçlarını yatarına (z.) sığallayaraq, bütün günahı neft sənayesinə təzə gəlmiş cavanlarda görürdü. M.Hüseyn.\n2. məh. Gecə yatmaq çağı, yatmağa yaxın. Yatar qarına yumurta yemə.\n\nII. bax. yatır. yatıxma “Yatıxmaq”dan f.is. yatıxmaq f. Lay-lay yastılaşaraq çökmək; yatmaq. Torpağın yatıxıb yerə çökməsi. yatıq sif.\n1. Əyilmiş, yastılanmış, yatmış, çökmüş, basılmış kimi olan. Köksü yatıq. Beli yatıqdır. Samovarın böyrü yatıqdır.\n2. məc. Heç bir şeydən xəbəri olmayan, ayıq olmayan; xəbərsiz, fərasətsiz. [Mahmud] ən yatıq adamı belə şübhələndirə bilərdi. Ə.Əbülhəsən. yatıqlıq is. Yatıq şeyin halı. yatılı zərf Yatmış halda, yuxulu halda, yuxulu-yuxulu. Axırda onu yatılı halda götürüb evə gətirdilər. “Aşıq Qərib”. yatım I. is. Bir şeyin yatmaq, əyilmək səmti, qaydası, üsulu; yatmış, əyilmiş şeyin halı. Saçın yatımı. // Xov. Xalçanın yatımı.\n\nII. is. geol. Mədən yatağının forması, quruluşu. yatımına zərf Yastı və enli tərəfi üstündə; yastısına. yatımlı sif.\n1. Yaxşı, asan yatırıla bilən, qoyula bilən, yerləşdirilə bilən.\n2. məc. Xoşagələn, ürəyəyatan, sevimli. Xüsusən çalanın ürəyə yatımlı səsi, oxunan bayatıdakı mənanın kəskinliyi, sazın uyğun səsinə qarışdığı zaman, insan özünü büsbütün başqa bir aləmdə hiss edirdi. A.Şaiq. yatımlılıq is.\n1. Yatımlı şeyin halı.\n2. Xoşa gəlmə, ürəyə yatma. yatır is.\n1. Toxunulmayıb saxlanılan dəyərli, qiymətli şeylər; qızıl-gümüş, var-dövlət. [Cavanşir bəy:] Kişinin gərək qiymətdə ağır, çəkidə yüngül yatırı olsun. S.Rəhimov.\n2. Qənaət edilib yığılmış, saxlanmış pul və s. yatırdılma “Yatırdılmaq”dan f.is. yatırdılmaq məch. Yatmağa məcbur edilmək; yatızdırılmaq. yatırılma “Yatırılmaq”dan f.is. Üsyanın yatırılması. Uşağın yatırılması uzun çəkdi. yatırılmaq məch.\n1. Yatmağa məcbur edilmək.\n2. Zorakı yolla bir şeyə nəhayət verilmək, silah gücü ilə dayandırılmaq. İğtişaş yatırıldı. yatırım is. Qənaət edilib yığılmış xəzinə. yatırma “Yatırmaq”dan f.is. yatırmaq f.\n1. Yuxuya vermək, yatmağa vadar etmək, yatağa qoymaq, uyutmaq, yuxulatmağa çalışmaq. Uşağı yatırmaq. – Zeynal qapı ağzına gəldi, arvadı Mehriban, dörd ayını hələ bitirməmiş körpə Xalidəsini yatırırdı. S.Hüseyn. Böyük qız lap kiçiyi yatırıb ortancılla oynayırdı. Ə.Vəliyev.\n2. məc. Zorakı yolla nəhayət vermək, silah gücü ilə dayandırmaq, susdurmaq, boğmaq. Üsyanı yatırmaq. // məc. Sakitləşdirmək, yavaşıtmaq, təsirini, gücünü azaltmaq, şiddətləndirməyə, gücləndirməyə, yayılmağa qoymamaq. Təbrizlilərin həyəcanını yatırtmaq üçün Hacı Səməd xan mollaları və müctəhidləri səfərbər etdi.. M.S.Ordubadi.\n3. Aşağı əymək, aşağı sallamaq, səmtinə görə əymək. Ağacın budağını bir qədər yatırmaq.\n4. İşini, hərəkətini dayandırmaq. ..Üyüdülməyə toplanan taxıl bitdiyindən [Murad] motoru yatırıb dışarı çıxdı. S.Hüseyn. yatırtma “Yatırtmaq”dan f.is. yatırtmaq icb.\n1. Yuxuya vermək, yatmağa məcbur etmək. Xavər bütün günü ağzına çörək dəyməmiş Azadı dilə tutaraq təzəcə yatırtmışdı. M.İbrahimov.\n2. Aşağı əymək, aşağı sallamaq, səmtinə görə əymək, yatıq hala salmaq. Meynəni pəncərə tərəfə yatırdın! – Şiraslan .. üzüyuxarı, qabaran saçlarını, bir anlığa da olsa, dala yatırtdı. S.Rəhimov.\n3. məc. Sakit etmək, hirsini soyutmaq, həyəcanını azaltmaq. [Südabənin anası:] ..Axırda hər yandan qarğa-quzğun kimi dövlətlilər tökülüb şeyxi yatırtdılar. M.İbrahimov.\n4. Təsirini azaltmaq. Çay insanın susuzluğunu yaxşı yatırdır.\n5. Fəaliyyətini, işini dayandırmaq; bağlamaq. Min doqquz yüz beşinci ilin yanvar ayında qəzetənin təzə il üçün abunəsi hər yandan şirin gəldiyi bir vaxtda Məhəmmədağa qəzetəni yatırtdı və başladı Bakıya köçməyə hazırlaşmağa. C.Məmmədquluzadə. yatış is. Yatmaq, uzanmaq tərzi; yatma. Aslan yatışından da bəllidir. (Ata. sözü). [Azadın yoldaşlarının] belə sakit yatışı onun kədərlərini silib, qəlbinə bir az təsəlli verdi. A.Şaiq. yatışma “Yatışmaq”dan f.is. yatışmaq qarş.\n1. Hamı birlikdə uzanıb yatmaq, hərə öz yerində uzanıb yatmaq. Çaydan sonra yatışdıq. C.Məmmədquluzadə. Gecədir. Yatışır dustaqlar tamam. H.K.Sanılı. Uşaqlar köhnə yorğanın altına doluşub, nə barədə isə xosunlaşandan sonra, daş kimi ağır düşüb yatışdılar. M.Hüseyn.\n2. Hamı, çox adam birlikdə aşağı yatmaq; uzanmaq. Mehdi öz dəstəsi ilə yaxınlaşıb səngərlərə yatışırlar. “Qaçaq Nəbi”.\n3. məc. Yatmaq, sükuta dalmaq, səs-küy kəsilmək, sakitləşmək, sayxaşmaq. Kənd yatışandan sonra Sayalının dizinə kaftar qüvvəti gəlirdi. Mir Cəlal. yatızdırılma “Yatızdırılmaq”dan f.is. yatızdırılmaq bax. yatırdılmaq. yatızdırma “Yatızdırmaq”dan f.is. yatızdırmaq bax. yatırtmaq. yatqın sif. Əyilmiş, yatırdılmış, yatıq, yatmış. yatqınlıq is. Yatmış şeyin halı. yatma “Yatmaq”dan f.is. Uşağın başını [Səriyyə xalanın] dizi üstə qoyması ilə yatması bir oldu. M.İbrahimov. yatmaq f.\n1. Yuxu halında olmaq; yuxulamaq. Bərk yatmaq. Uzanıb yatmaq. Yatıb dincini almaq. Yatdığı yerdə (yorğan-döşəkdə, yuxuda olduğu zaman). – Gecəni yatdıq ki, səhər duraq, Məşədi Qulamhüseyn ilə bahəm Naxçıvana gedək. C.Məmmədquluzadə. Xüsusən ev qulluqçuları, gədə, Almaz və qulluqçu qız Pəri o gecə səhərə kimi yatmamışdılar. N.Nərimanov. • Yatıb qalmaq – vaxtında ayılmamaq. Yatıb durmamaq – ölmək. // məc. Əbədi istirahətgahda olmaq, dəfn olunmaq. Qəbirdə yatanlar (ölülər). Bu qəbirdə kim yatır? // Yuxulamaq üçün yatağa girmək. Saat neçədə yatırsınız? O, çox tez yatır. – Mirzə iştahasız nahar yeyib yatmaq istədi, hərçi çalışdı, yuxusu gəlmədi. Ə.Haqverdiyev. // Uzanmaq, uzanmış vəziyyət almaq. Tutdular bərəni, eyləməyib ləng; Yatdılar səngərə o iki pələng. H.K.Sanılı. // Gecəni keçirmək. Gecəni harada yatırdınız?\n2. Xəstə olmaq, xəstələnmək, azarlamaq, yorğan-döşəyə düşmək (bəzən “xəstə” sözü ilə). Düz iki ay yatdım. Çoxdandır yatır. – Bir aya qədər Rəştdə xəstə yatdım. S.Hüseyn. Nəhayət, Almaz xeyli sozaldı, bir gün durdu, o biri gün yatdı, axırıncı dəfə yıxıldığı yerindən qalxmadı. S.Rəhimov. Şərəf ölümcül halda hospitalda yatırkən döyüşdən göz açmayan Rüstəm onu unuda bilmirdi. M.İbrahimov.\n3. Uçulmaq, düşmək, süqut etmək, dağılmaq. Toplar guruldadı, saraylar yatdı; Bunları insanın əli yaratdı. S.Vurğun. // Çökmək, enmək. Suyun bulanlıq olmağına səbəb onun içində üzən xırda torpaqdır. Belə saxlanan zaman onlar suyun dibinə yatdığına görə su durulur. H.Zərdabi. Maşın düşərgəyə doğru irəlilədikcə təkərin altından çıxan toz bulud kimi qalxıb otların üstünə yatırdı. M.İbrahimov.\n4. Bir işin, hadisənin təsiri azalmaq, zəifləmək, sakitləşmək, dayanmaq, qurtarmaq. Külək yatdı. İstilər bir az yatdı. Hirsi yatdı. Ehtiraslar yatdı. – Yaz gəldi, bahar oldu, qışın şiddəti getdi; Qar bitdi, külək yatdı, soyuq axıra yetdi. A.Səhhət. [Çiçək xanım:] A Fatma xanım, dincəldinmi? Nasın-pasın yatdımı? N.Vəzirov. Dava təzə şey deyil. Mən bu altmış yaşımda davanın yatdığını görməmişəm. Mir Cəlal.\n5. məc. Qəflət etmək, qəflətdə olmaq, arxayın olmaq, xəbərsiz olmaq, heç bir hərəkət göstərməmək. Yatmaq vaxtı deyil! Yatanları oyatmaq (qəflətdə olanları ayıltmaq). Yatmısan, heç nədən xəbərin yoxdur. – İndi isbatihünər, sidqü sədaqət vaxtıdır! Yatmayın, huşyar olun, iş vaxtı, qeyrət vaxtıdır! M.Ə.Sabir. ..Qorxuram İranın hürriyyətinə ümidvar olub yenə yatasınız. C.Məmmədquluzadə.\n6. məc. Dayanmaq, işləməmək, fəaliyyətdən qalmaq. İş yatıb qalıb. – Qəzetənin həmişəlik yatmağı bu qərar ilə əmələ gəldi. C.Məmmədquluzadə. Qış-yay elə bir gün olmamışdır ki, Musanın dəyirmanı yatsın. İ.Əfəndiyev.\n7. Keyimək, uyuşmaq, yuxulamaq. Ayaqlarım yatıb.\n8. Yığılıb qalmaq, işə getməmək, satılmamaq (bu mənada adətən “yatıb-qalmaq” şəklində işlənir). Dükanlarda mal yatıb qalıb.\n9. Həbsxanada olmaq, həbsdə olmaq, məhbus (dustaq) olmaq. Hərif neçə il yatıb? – [Müəllim] zənn etdi ki, Tellinin əri ölmüşdür və ya bir cinayət yapmış da, həbsxanada yatır. S.Hüseyn.\n10. Bir sıra sözlərə qoşularaq müxtəlif ifadələr düzəldilir; məs.: ürəyinə yatmaq, könlünə yatmaq, ağlına yatmaq, dilinə yatmaq. yatmalı sif. Yatmaq üçün çox əlverişli, yararlı, münasib, rahat. Əcəb yatmalı yerdir. yatmış f.sif. Yuxuda olan; yuxulu. Yatmış uşaq. // İs. mənasında. Yatmışları razı deyiləm kimsə oyatsın. M.Ə.Sabir. Gün .. yavaşyavaş qalxıb dağın dalından göründü və ruh verən qızıl zərrələrini aləmə dağıdıb, bütün yatmışları oyatdı. S.S.Axundov. yatmışlıq özünü yatmışlığa qoymaq – özünü yatmış, yuxulu kimi göstərmək, özünü yuxuluğa vurmaq. [Məsmə] yorğun olduğu üçün özünü yatmışlığa qoyur, cavab verməyir. S.Hüseyn. yava sif.\n1. Pis, xarab, ədəbsiz, həyasız. • Yava danışmaq (söyləmək) – pis-pis danışmaq, ədəbsiz danışmaq, söyüş söymək. [Hacı Kərim:] Bu nə qələt edir, nə yava danışır. Səni kim bu məclisə çağırdı? M.F.Axundzadə. [Allahqulu:] Nə yava söyləyirsən, ay gədə! N.Vəzirov.\n2. vulq. Əxlaqsız, pozğun (bəzən söyüş mənasında).\n3. Yersiz-yurdsuz, avara. yavalama “Yavalamaq”dan f.is. yavalamaq f. məh. Pisləmək, xarablamaq. yavalanma “Yavalanmaq”dan f.is. yavalanmaq məch. məh. Xarab olmaq, korşalmaq, kəsərdən düşmək. Meydanda, yaman yerdə qılıncım yavalandı; Başdan yaralandım, dedim Allaha təvəkkül. Ə.Nəzmi. yavalaşma “Yavalaşmaq”dan f.is. yavalaşmaq f. dan.\n1. Pisləşmək, xarablaşmaq.\n2. Həyasızlaşmaq, sırtılmaq. yavalıq is. Pislik, heyvərəlik, ədəbsizlik. [Sirat] bəyin ağzının yavalığına bələd idi. Ə.Əbülhəsən. yavan sif.\n1. Təkcə çörəkdən ibarət olan; yavanlığı olmayan. Yavan çörək yedi. – Adamın öz yavan çörəyi özgənin plovundan yaxşıdır. (Ata. sözü). [Surxay:] Al, on üç qəpik, yenə yavan çörək alıb yeyə bilərsən, səni zavoda götürüblər? S.Rəhman. // Zərf mənasında. Yavanlıqsız. Çörəyi yavan yemək.\n2. Yağlı olmayan, yağsız. Yavan ət. – [Mahmud:] Suyu asdım, di buyur, yenə yavan şorbanı bişir. Ə.Haqverdiyev.\n3. məh. Boş, mənasız, şit, duzsuz. Yavan söz. – Sanki Əzizin yavan və duzsuz söhbətinə şəkər qatdılar. Ə.Vəliyev.\n4. k.t. məh. Qidalı maddələrdən məhrum (torpaq haqqında). [Miçurin] qəti olaraq öz tingliyini başqa bir yerə – yavan, qumsal torpağı olan səhraya köçürməyi qərara aldı. M.Axundov. yavana zərf Yavan. [Məşədi İbad:] Çörəyi yemərəm mən yavana; Yaxşı demərəm mən yamana. Ü.Hacıbəyov. yavanlıq is. Çörəklə yeyilən hər şey. İmanın satıb əppəyinə yavanlıq eləyib. (Ata. sözü). [Pirverdi:] Srağagün sabah vaxtı .. evdən çıxıb oğlanlarıma .. yavanlıq aparırdım. N.Vəzirov. Körpənin adını Qərib qoydunuz; Yediyi arpadır, yavanlığı duz. S.Vurğun. yavanlıqsız 1. sif. Yavanlığı olmayan. Yavanlıqsız çörək.\n2. zərf Yavanlıq olmadan. Yavanlıqsız qalmaq. yavansızlıq is. Yavanlığın olmadığı hal. yavan-yavan zərf Yavanlıq olmadan, yavanlıqsız. Tərlan doğranmış çörəkdən bir parça götürüb yavan-yavan gəvələməyə başladı. M.Hüseyn. yavaş zərf\n1. Hərəkəti asta, zəif, ağır. Yavaş yerimək. // Sif. mənasında. Qız .. yavaş addımlarla onu izləyir. M.Hüseyn.\n2. Sakit, asta, qışqırıqsız, səssiz. Yavaş danış!\n3. sif. Sakit, mülayim, həlim. Yavaş inək. Yavaş uşaq. yavaş-yavaş zərf Asta-asta, zəif-zəif, sakit-sakit. Yavaş-yavaş yerimək. Yavaş-yavaş danış, tələsmə. – Batdı yavaş-yavaş Hacının səsi; Kəsildi axırda, bayquş nəfəsi. H.K.Sanılı. Yavaş-yavaş pilləkənləri endik. Mir Cəlal. // Azca-azca, ağır-ağır, tədriclə, aramla. Xəstə yavaş-yavaş özünə gəlir. Qarlar yavaş-yavaş əriyir. İşlə yavaş-yavaş tanış olur. – Axşam yavaş-yavaş araya gəldi. Gün qüruba yaxınlaşdı. N.Nərimanov. [Hacı Sultan] yavaşyavaş alver edib çörək pulusunu qazanırdı. S.Hüseyn. Əvvəlcə qayığa minməkdən qorxan Tofiq yavaş-yavaş öyrəşmişdi. M.Rzaquluzadə. Kabab yavaş-yavaş sulanır bu an; Ağ lavaş qoyulub yaşıl süfrəyə. H.Hüseynzadə. yavaşan is. məh. bax. yovşan. Xırdacaxırdaca çəpişlər; Yavaşanın başın dişlər. (Sayaçı sözü). yavaşca zərf Astaca, üsulluca, yavaşcadan, hiss etdirmədən, səs çıxarmadan, bildirmədən. Yavaşca yerindən durdu. Yavaşca kənara çəkildi. – Axırda zəiflər yavaşca başlayırlar əkilməyə və güclülər, yəni dəstə sahibləri qalırlar məclisdə. C.Məmmədquluzadə. Zeynal yavaşca addımları ilə Mehribana yaxınlaşdı. S.Hüseyn. ..Qoşqar yavaşca qalxıb dinməz-söyləməz kabineti tərk edəndə Sultan elə bil yuxudan ayıldı. İ.Hüseynov. // Başqalarına eşitdirmədən, astadan, yavaş səslə. Qulluqçu .. sözünün axırını yavaşcadan söyləyərək, qızarmış bir halda otaqdan çıxdı. Çəmənzəminli. Ana Südabəyə yavaşca: – Qızım, Firidunu qonaq çağırsana, – dedi. M.İbrahimov. yavaşcadan bax. yavaşca. [Məmmədcəfər] əyilib yavaşcadan qulağıma pıçıldadı. Qantəmir. Yenə əvvəlki gecələr kimi [müəllim və Telli] yavaşcadan söhbətə başlamışlardı. S.Hüseyn. Əzizin dizləri titrədi, yavaşcadan çamadanının üstündə oturdu. S.Rəhman. yavaşcalıqla zərf dan. Yavaş, yavaşca. Çoban yavaşcalıqnan əyilib Aşıq Şirvandan xəbər aldı. “Abbas və Gülgəz”. yavaşcana dan. bax. yavaşca. yavaşdan zərf bax. yavaşca. Qoca kapitan qəmgin səslə yavaşdan dilləndi. M.Süleymanov. yavaşıdıcı sif. və is. tex. Sürəti, hərəkəti yavaşıdan, azaldan (cihaz və s.). yavaşıma “Yavaşımaq”dan f.is. yavaşımaq f. Bir şeyin hərəkətinin, sürətinin, şiddətinin, təsirinin və s.-nin gücü getdikcə azalmaq, zəifləşmək, ağırlaşmaq, sakitləşmək. Külək yavaşımağa başladı. Sel yavaşıdı. Maşının hərəkəti yavaşıdı. Ağrı yavaşıdı. – Mehribanın hıçqırıqları yavaşımağa başlayınca Səlim onun tərləmiş üzünə tökülmüş pərişan saçlarını bir tərəfə edib alnının tərini sildi. S.Hüseyn. Budur, zurna yavaşıdı. Çəmənzəminli. yavaşıtma “Yavaşıtmaq”dan f.is. yavaşıtmaq icb. Hərəkətin sürətini azaltmaq, astalaşdırmaq, zəiflətmək, alçaltmaq. Addımını yavaşıtmaq. – Xanım bir yerdə durdumu, Həmzə bəy də yerişini yavaşıdıb gözlərini ondan çəkmirdi. Çəmənzəminli. Bəbir bəy səsini yavaşıtdı. Mir Cəlal. Tapdıq ağlamasını yavaşıtdı. Ə.Vəliyev. yavaşlama “Yavaşlamaq”dan f.is. yavaşlamaq f. Yerişini, sürətini azaltmaq, yavaş etmək. Məşədi Əsgər bir az yavaşlayıb özünü bir qaranlıq yerə çatdırdı. S.M.Qənizadə. yavaşlandırıcı bax. yavaşıdıcı. yavaşlandırma “Yavaşlandırmaq”dan f.is. yavaşlandırmaq icb. Yavaş etmək, yavaşıtmaq, ağırlaşdırmaq, azaltmaq. yavaşlanma “Yavaşlanmaq”dan f.is. yavaşlanmaq f. Yavaş olmaq, yavaşımaq, ağırlaşmaq, azalmaq, zəifləşmək. yavaşlatma “Yavaşlatmaq”dan f.is. yavaşlatmaq icb. Yavaş etməyə, azaltmağa, zəifləşdirməyə, yavaşıtmağa məcbur etmək. Külək Dilbərin üzünə çırpır, qulaqlarında uğuldayır, yerişini yavaşladırdı. C.Cabbarlı. yavaşlıq is. Hərəkətdə, sürətdə astalıq. Bir-iki yolçu da bu yavaşlıqdan istifadə edərək tramvaydan atılıb çıxdı. Qantəmir. yava-yava zərf dan. Hərzə-hərzə, ağzına nə gəldi, həyasız-həyasız, ədəbsizcəsinə, tərbiyəsizcəsinə. Yava-yava danışmaq. – [Hacı Qara:] Yava-yava danışma, yoldan çox adam gedir, doğrusun de görüm, kimsiniz? M.F.Axundzadə. [Sultan bəy Əsgərə:] Nə yava-yava danışırsan? Ü.Hacıbəyov. [Sultan:] Bura sizə rəiyyət Vəlməmmədin evi deyildir ki, .. yava-yava hırıldaşırsınız. S.Rəhimov. yavər is. [fars.]\n1. klas. Yardımçı, köməkçi, imdada çatan. Anadan yaxşı yavər olmaz. (Ata. sözü). Təklif nə hacətdi, gözüm, vaqifi-halə; Dildadələrin dadrəsi, yavəri sənsən. Q.Zakir. Bikəsəm aləmara dərdü qəmimdən özgə; Nə həvadarü nə yavər, nə kəsim var mənim. S.Ə.Şirvani.\n2. hərb. Yuxarı rütbəli zabitlərin yanında xidməti tapşırıqları və ya qərargah işlərini yerinə yetirən kiçik rütbəli, hərbi vəzifəli şəxs. ..Nazirin hərbi geyimli yavəri içəri girdi. S.Rəhimov. yavərlik is. Yavərin gördüyü iş, vəzifə. yavınc is. məh. Tabeçilik, tabe olan. yavru is. Çocuq, uşaq, körpə, bala (nəvazişlə deyilir). Yavrum, quzum! Yatanlar ayılmaz mahaldır? Ancaq mənimki nalə, səninki sualdır. M.Ə.Sabir. Yanaşar bəstəriətfalə ana; Uyqudan yavrusu istər oyana. A.Səhhət. [Nazlı Marala:] Mən sənə ana yerindəyəm, yavrum! Nə dərdin varsa, aç söylə! H.Cavid. Məsum yavrusunun buz kimi soyumuş çöhrəsi bir an belə [ananın] gözlərinin qabağından getmirdi. M.Hüseyn. yavrucuq “Yavru”dan oxş. Lay-lay mələyim, sevdiciyim, yavrucuğum yat; Bir də ələ düşməz bu çocuqluq dəmi, heyhat! A.Şaiq. Zəhra yuvası dağılmış bu yavrucuqların, analarını itirmiş bu üç qızın halını, ürək parçalayan səmimi göz yaşlarını görərək ixtiyarsız gözləri yaşardı. S.Hüseyn. yavuq sif. Yaxın. Qarı gəlir bizə yavuq; Əl-ayağı tutub soyuq. “Koroğlu”. Mehmanlara var saf suyun özgə səfası; Derlər ki, yavuqdur ola on dörd gecəlik ay. Qövsi. [Xədicə:] [Nazlını] özümə bacıdan yavıq adam bilib hamı gizlin olan fikirlərimi sənə demişəm. N.Nərimanov. yavuqlaşma “Yavuqlaşmaq”dan f.is. yavuqlaşmaq f. Yaxınlaşmaq. Elə ki Bahadır Sonaya yavuqlaşdı, Sona gülümsünüb ağ əlləri ilə Bahadırın əllərindən tutub çəkdi. N.Nərimanov. [Mirzə] stola tərəf yavuqlaşıb kağızda yazı görüb oxudu: – Dərvazəmizi fələk vurubdu. Ə.Haqverdiyev. yavuqlu sif. və is. məh. Adaxlanmış, nişanlanmış; adaxlı, nişanlı, deyikli. yavuqluq is. Yaxınlıq. İtaliya məmləkətinin Napoli [Neapol] şəhərinin yavuqluğunda bir qədim bütpərəstlərə təəllüq ibadətgahın xərabəsi var. H.Zərdabi. [Kətxuda] bilirdi ki, bunlara yavuqluq etsə, qulluq işləri də yaxşı gedəcəkdir. N.Nərimanov. yavuz sif. qəd.\n1. Şiddətli, çox sərt və tünd, yaman.\n2. Məharətli, ustad. Yavuz çox sağlam bayatı sevər; Gah öyünər, tək-tək özündən deyər. M.P.Vaqif. yay I. is. İlin, yazla payız arasında olan ən isti fəsli. Yayın isti günləri. Yay günləri. Yay meyvələri. Yay tətili. Yay istirahəti. – Hamı bunu bilir ki, yay fəsli üç ay məktəblər bağlıdır. C.Məmmədquluzadə. Bu il yay tətili münasibəti ilə .. vətənə gəlmiş dayım mənimlə görüşdükdə anama dedi: – Bunun da oxumaq zamanı çatmış. S.S.Axundov. Nə gözəldir dolaşmaq isti yay fəsilləri; Bu sərin sahilləri. M.Müşfiq. • Yaydan-yaya – hər ilin yayında, hər dəfə yayda.\n\nII. is.\n1. Ox atmaq üçün yarımdairə şəklində əyilib ucları tarım iplə birləşdirilmiş ibtidai silah. Dəmirçioğlu yayı çiynindən aşırdı, oxları bir-bir çilləyə-kamana mindirib yerindən tərpənəni vurub yerə saldı. “Koroğlu”. Şah oxluqdan bir ox alıb yaya qoyur. A.Şaiq. • Yaya dönmək məc. – düz, şaquli vəziyyətini itirmək, əyilmək. Qaşların əyrisin yad eylədikcə; Qamətim əyilib, yaya dönmüşəm. M.P.Vaqif.\n2. Spiral şəklində burulmuş məftil. Polad yay. Saatın yayı. Çaxmağın yayı sınıb. // Hərəkət zamanı təkan və sarsıntının təsirini azaltmaqdan ötrü avtomobil, vaqon və s. minik vasitələrinin, banla ox arasında olan, birbirinə pərçim edilmiş, adətən bir neçə qat uzun elastik polad lövhələrindən ibarət hissəsi. Araba yayı. Vaqonun yayları.\n3. məc. Klassik şeirdə: gözəlin qaşına işarə. Can alar qaşı, tökər kirpiyi qan; Mərhəba, ol oxa, ol yayə baxın! Heyran xanım. Ləb qönçə, diş inci, yanağı lalə; Çəkilib qaşların yay, Sarıköynək! Aşıq Ələsgər. ‣ Ox atıb yayını gizlətmək – fikrini tamamilə deməmək, eyhamla, işarə ilə kifayətlənmək. Ox atıb gizləmə dalında yayı. M.Rahim. yaybaşı zərf Yayın başlanğıcında, yayın əvvəlində, yay girəndə. Yaybaşı Bəbir bəy külfəti [dağa] aparmaq istədi. Mir Cəlal. yaycı is. Qədim türkdilli tayfalardan biri. yaycıq is. Balaca yay. yayçı (=yayçılar) is. Qədim türkdilli tayfalardan biri. yayçılar (=yayçı) is. Qədim türkdilli tayfalardan biri. yaydırma “Yaydırmaq”dan f.is. yaydırmaq icb. Başqasına yayma işi gördürmək, yaymağa məcbur etmək. yaydırtma “Yaydırtmaq”dan f.is. yaydırtmaq bax. yaydırmaq. yayğın sif.\n1. Tez yayılmaq xassəsi olan, tez yayılan; sıyıq.\n2. məc. Konkret, dəqiq olmayan, lazımınca aydın olmayan; qeyri-müəyyən. Yayğın fikir. yayğınlaşdırılma “Yayğınlaşdırılmaq”dan f.is. yayğınlaşdırılmaq məch.\n1. Yayğın hala salınmaq, yayğınlıq xassəsi verilmək; sıyıqlaşdırılmaq.\n2. məc. Konkretlikdən, aydınlıqdan, dəqiqlikdən məhrum edilmək. yayğınlaşdırma “Yayğınlaşdırmaq”dan f.is. yayğınlaşdırmaq f.\n1. Yayğın hala salmaq, yayğınlıq xassəsi vermək; sıyıqlaşdırmaq.\n2. məc. Konkretlikdən, aydınlıqdan, dəqiqlikdən məhrum etmək. Fikri yayğınlaşdırmaq. yayğınlaşma “Yayğınlaşmaq”dan f.is. yayğınlaşmaq f.\n1. Yayğın hala düşmək, yayğınlıq xassəsi almaq; sıyıqlaşmaq.\n2. məc. Konkretliyini, dəqiqliyini itirmək. yayğınlıq is.\n1. Tez yayılmaq xassəsi, yayğın şeyin halı; sıyıqlıq.\n2. məc. Qeyri-müəyyənlik, qeyri-konkretlik; bir şeydə lazımınca aydınlıq, konkretlik, müəyyənlik olmaması. yayxama “Yayxamaq”dan f.is. yayxamaq bax. yaxalamaq2. yayxanma “Yayxanmaq”dan f.is. yayxanmaq f. dan.\n1. Yayılıb oturmaq və ya uzanmaq. Sultan stulda yayxanaraq gözlənilmədən qəhqəhə çəkdi. İ.Hüseynov.\n2. Yırğalanaraq yerimək. [Cuma] gəminin hərəkətinə görə sağa-sola yayxanaraq ağır addımlarla kayutdan çıxdı. Ə.Əbülhəsən. Ağ mayaların üstündə oturub yayxana-yayxana (z.) gedən qoca qarıların qucağında camış balası .. gözə dəyirdi. Ə.Vəliyev. yayxınmaq f. dan.\n1. Kənara çıxmaq, qırağa çəkilmək, özünü kənara çəkmək.\n2. İşdən boyun qaçırmaq, yayınmaq. yayıcı sif.\n1. Bir şeyi yayan, intişar etdirən, yayılmasına səbəb və ya vasitə olan. Ağcaqanadlar malyariya xəstəliyinin yayıcısıdır.\n2. xüs. Yastıladan, yayan. Yayıcı dəzgah. yayıq sif. məh.\n1. Göz qabağında olmayan, uzun müddət öz yurdundan, ev-eşiyindən uzaq düşən, uzaqda olan.\n2. Tənbəl, ərincək. yayıqlıq is. Göz qabağında olmama, gözdən uzaq olma, uzaqda olma. yayılmış is. Yayılmaq işi, yayılma, intişar etmə. yayılma “Yayılmaq”dan f.is. yayılmaq f.\n1. Öz əhatə, təsir, nüfuz dairəsini genişləndirmək, geniş sahə tutmaq, əhatə etmək; genişlənmək, intişar etmək. Xəstəlik yayıldı. Müharibə atəşi bir çox ölkələrə yayıldı. Daşqın suları hər tərəfə yayıldı. – Yağ əridikcə közün üstünə damcılayıb cızıldayır, seyrək tüstü qalxıb sakit havada yayılır, həyəti kabab iyi bürüyürdü. İ.Hüseynov.\n2. Hər tərəfdə eşidilmək, hər yerdə məlum olmaq. Xəbər çox tez yayıldı. Şöhrəti yayılmaq (məşhurlaşmaq). – Mirzənin ölməyinin xəbəri şəhərə yayıldı. Ə.Haqverdiyev. Yayılır ətrafa qarmonun səsi; Təmiz bir vicdanın saf zümzüməsi. S.Vurğun.\n3. məc. Zahir olmaq, görünmək, gəlmək. Birdən Leylanın çatılmış qaşları açıldı, üzünə bir təbəssüm yayıldı. Ə.Məmmədxanlı.\n4. məc. dan. Çox sərbəst vəziyyətlə oturaraq və ya uzanaraq çoxlu yer tutmaq. Nə yayılmısan divanda? – Hikmət İsfəhani qıçlarını uzadaraq kresloya yayıldığı halda və təsbeh çevirə-çevirə gözünün ucu ilə İranpərəstə baxdı. M.İbrahimov.\n5. Yayğın hala gəlmək. Xəmir yayılmışdır. yayım is. Yaymaq işi. yayındırma “Yayındırmaq”dan f.is. yayındırmaq f.\n1. Fikrini, diqqətini, nəzərini bir şeydən uzaqlaşdırmaq, kənara, başqa tərəfə cəlb etmək (adətən isimlərlə birlikdə işlənir). Nəzərini yayındırmaq. Fikrini yayındırmaq. – ..Gözlərimi Şumşadxanımın üzündən bir an belə yayındırmazdım. M.S.Ordubadi. Yanında bulunan qadınlar [Gülzarı] yayındırmaq və əyləndirmək üçün qrammofon oxudurlardı. T.Ş.Simurq.\n2. Xəbəri olmadan, hiss etdirmədən oğurlatmaq; gizlətmək, itirtmək. [Qədim:] Balam, sənin atan qulplu qazanları dirigözlü yayındırmazdı? S.Rəhimov. // Qaçırtmaq; qaçmasına, əkilməsinə imkan yaratmaq. yayınıq bax. yayğın. yayınma “Yayınmaq”dan f.is. yayınmaq f.\n1. Başqa yerə (cəhətə, şeyə və s.) cəlb olunmaq, başqa şeylə məşğul olmaq, kənara çıxmaq (adətən “fikri, nəzəri, diqqəti” və s. sözləri ilə). Fikri yayınmaq. // Qaçmaq. Fikrindən yayınmaq. – [Gülsənəmin] narazılığını büruzə verən bu hərəkəti Tahirin də, Cəmilin də nəzərindən yayınmadı. M.Hüseyn.\n2. Cürbəcür bəhanələrlə boyun qaçırmaq, can yandırmamaq. Tapşırılan işdən yayınmaq .. nə qədər çətindir. S.Rəhimov.\n3. dan. Xəlvəti getmək, qaçmaq, gözdən itmək, yox olmaq, aradan çıxmaq; əkilmək, gizlənmək. // Uzaqlaşmaq, getmək. Al-yaşıl geyinib durma qarşıda; Yayın bədnəzərdən, göz dəyər sənə. Qurbani. [Tarıverdi:] Barı qaçım, .. vaqt ikən bir tərəfə yayınım. M.F.Axundzadə. [Nağı:] Söylədi: – Qardaşlar, gəlin yayınaq; Çoxdandır Samuxa olmuşuq qonaq. H.K.Sanılı. Axşam istirahətindən sonra qızlar əl-ələ verib parka çıxanda mən yayınırdım. Mir Cəlal.\n4. Yandan keçmək, hədəfə dəyməmək; sapmaq. Gündən-günə [Kərimin] atdığı güllə daha heç yayınmırdı. S.Rəhimov. // Canını qurtarmaq, qaçmaq, qaçıb qurtara bilmək. Güllədən ilan yayınası deyil. – Sonadı, ovçusundan; Yayındı yana, yeridi.. Aşıq Ələsgər. yayışma “Yayışmaq”dan f.is. yayışmaq f. Kütləvi halda hər tərəfə yayılmaq; dağılışmaq. yayqı is. Yerə və ya döşəmə üzərinə sərilən şeylər: palaz, xalça, həsir, cecim və s. yay-qış zərf Hər zaman, həmişə, ilin bütün fəsillərində. O, yay-qış başaçıq gəzir. yayla is.\n1. Yaylaq. [Molla Həmid:] Allaha şükür, belə səfalı yerdə, yaylada damaq çağ olmazmı? M.F.Axundzadə.\n2. coğr. Dağlıqda olan düzən yerlər. Qarabağ yaylası. – Yaylanın başından hay-küy səsi gəlirdi. Mir Cəlal. Nəhayət, onlar yoxuşun başına çatıb hamar və yüksək bir yaylaya çıxdılar. Ə.Məmmədxanlı. yaylaq is. Sərinliyinə görə yay istirahəti üçün əlverişli olan dağ yeri. Yaylaq havası. Yaylaqda istirahət etmək. Yaylağa köçmək. – İnək, camış, qoyun, quzu; Çıxar naxırda otlağa; Köçər arandan el, gedər; Yavaş-yavaşca yaylağa. A.Səhhət. Qaldı Qızdırmalı. Bu Allahın bəlasına giriftar olmuş da yaylaqlarda veyillənməkdən yorulmadı. C.Məmmədquluzadə. Ehtiyat xala .. səfalı yaylaq şəhərində yaşayırdı. Mir Cəlal. // Yayda qoyun və malqara sürülərinin saxlandığı yer (qışlaq müqabili). // Ümumiyyətlə, sərin və səfalı yer. yaylaqçı is. İstirahət üçün yaylağa gəlmiş, yaylaqda dincələn adam. Bu yay İstisuda yaylaqçıların sayı-hesabı yox idi. yaylaqlama “Yaylaqlamaq”dan f.is. yaylaqlamaq f. Yaylaqda istirahət etmək, yayı dağlıq və sərin yerdə keçirmək. yaylaqlanma “Yaylaqlanmaq”dan f.is. yaylaqlanmaq bax. yaylaqlamaq. yaylaqlıq is.\n1. Yaylaq.\n2. Yaylaq üçün lazım və yararlı olan şey. yaylama “Yaylamaq”dan f.is. yaylamaq I. f.\n1. Yay vaxtını bir yerdə keçirmək, istirahət etmək (qışlamaq müqabil). Dağlarda yaylamaq. Bu il harada yaylamışdınız? – Getmə, dağlar səndən xəbər alayım; Sinəndə yaylayan ellər necoldu? “Koroğlu”. Hanı bu yaylaqda yaylayan ellər? Görəndə gözümdən car oldu sellər. Aşıq Ələsgər.\n2. Yaylaqda otlamaq, yaylaqda olmaq.\n3. məc. Yay olmadığı halda ona xas olan işlər görmək.\n\nII. f. Yay qoymaq, yayla bərkitmək (bax. yay2 2-ci mənada). yaylanma “Yaylanmaq”dan f.is. yaylanmaq məch. Yay qoyulmaq, yayla bərkidilmək (bax. yay2 2-ci mənada). yaylatma “Yaylatmaq”dan f.is. yaylatmaq icb. Yayı yaylaqda saxlamaq, yaylaqda qalması üçün şərait yaratmaq, yaylamağa məcbur etmək. yaylı sif. Yayı olan. Yaylı kürsü. Yaylı oyuncaq. – Bu vaxt Əhməd yaylı krovatın üzərində uzanıb ağır-ağır nəfəs alırdı. Ə.Vəliyev. Ağır yaylı qapının bir tayı ləngər ilə aralanmağa başladı. Mir Cəlal. yaylıq I. sif. Yay fəslinə aid olan, yaya məxsus, yay üçün ayrılmış (hazırlanmış). Yaylıq paltar. – [Bəbir bəy] qalxıb Məşədi Cahangirə bir boşqab yaylıq üzüm gətirdi. Mir Cəlal.\n\nII. is. Üçkünc və ya dördkünc parçadan ibarət qadın baş örtüsü. Yaylığı başına örtmək. Başında yaylıq. Başını yaylıqla sarımaq. – [Xırdaxanım:] Pəri, otaqda .. bir yaylıq var, ört başına, onu sənə bağışladım. N.Vəzirov. [Qadın] başından nimdaş yaylığını da çıxarıb körpəni bürüyür. Ə.Məmmədxanlı. // Burun, üz, tər silmək üçün dördkünc parça. İpək yaylıq. Burun yaylığı. – Yaylığı kirli balam; Qəlbi fikirli balam; Cahıl-cuhul içində; Mənim şəkilli balam. (Bayatı). Hə, .. bölükdən xoşun gəldimi? – deyə, kapitan yaylıqla alnının tərini sildi. Ə.Əbülhəsən. yaylı-qışlı bax. yay-qış. yaylım I. : yaylım atəşi – bir neçə silahdan eyni zamanda açılan atəş. Yaylım atəşi açıldı, dəstələrdən soldatlara daş atmağa başladılar. M.S.Ordubadi. Çəkilib soldatlar, yerə yatdılar; Yaylım atəşini peydər atdılar. H.K.Sanılı. O taydan qalxdıqca bir qara dəstə; Yaylım atəşləri yayıldı düzə. S.Vurğun. • Yaylım güllə – bax. yaylımı güllə (“yaylımı1”da).\n\nII. is. Mal-qaranın gecə otarılması. Çəkirdi yaylıma sürünü çoban; Olurdu qaçaqlar yoluna rəvan. H.K.Sanılı. Yazda Rüstəm özü mal-qaranı yaylıma aparmağa çalışar. S.Rəhimov. Almurad baba .. gecə biz yuxuda ikən qoyun-quzunu yaylıma çıxarırdı. İ.Əfəndiyev. yaylımı I. sif. Yaylımla atılan. • Yaylımı güllə – çovumuş (sovuşan, naqafil) güllə. ‣ ...yaylımı gülləyə gələsən – qarğış ifadəsi. [Nurcahan:] ..A səni yaylımı gülləyə gələsən, .. bu nə sözlərdir ki, özündən qayırırsan?! N.Vəzirov.\n\nII. is. məh. Musiqi havası. Xan Sultan tütəyi ağzına aldı, bir yaylımı çaldı. S.Rəhimov. yaylımlama “Yaylımlamaq”dan f.is. yaylımlamaq I. f. Yaylım atəşi açmaq, bir yerdə eyni zamanda güllə atmaq.\n\nII. f. Mal-qaranı gecə otlamasına çıxarmaq. yaylımlatma I. “Yaylımlatmaq1”dan f.is.\n\nII. “Yaylımlatmaq2”dan f.is. yaylımlatmaq I. icb. Yaylım atəşi açdırmaq, eyni zamanda hamıya birdən atəş açdırmaq, silahların hamısı ilə birdən atəş açdırmaq.\n\nII. icb. Mal-qaranı gecə otlatmaq (otlamağa çıxartdırmaq). yayma 1. “Yaymaq”dan f.is.\n2. is. Acıtmasız xəmirdən bişirilən nazik çörək. [Telli] sobanı qalayıb sac asdı, yayma bişirməyə başladı. S.Hüseyn. • Südlü yayma məh. – südlə düyüdən bişirilən xörək; südlüsıyıq. [Tubu Gülnisəyə:] Bir az düyü arıtla, atana bir dövrə südlü yayma bişir. Ə.Haqverdiyev.\n3. is. tex. Metalı hərlənən vallar arasında saxlamaqla ona istənilən formanın verilməsi. Zavodun yayma sexi. yaymaçı is. xüs. Yayma işi ilə məşğul olan adam (bax. yayma 3-cü mənada). yaymaq f.\n1. Bir şeylə yastıladaraq nazik qat halına salmaq, uzatmaq, açmaq, böyütmək. Qadınlardan birisi yuxa yayır, o birisi də çevirirdi. Ə.Vəliyev.\n2. Ətrafa səpələmək, dağıtmaq, tək-tək, sərbəst otlamağa buraxmaq. Sürünü otlağa yaymaq. – [Kərim baba:] Qışlaqda idik, payızın aydınlıq gecəsi idi. Qoyunları yayıb bir daş üstündə uzanmışdım. A.Şaiq.\n3. Hamıya bildirmək, hamının bilməsinə səbəb (vasitə) olmaq. Söz yaymaq. Şayiə yaymaq. Xəbər yaymaq. – [Zeynal:] [İncə] onabuna xəbər yayıb. C.Cabbarlı. [Ağarza:] Pis olmaz ki, şikayətlərinizi üzümüzə deyəsiniz. Biz də nöqsanımızı bilək, .. nəinki dalda danışmaq, söz yaymaq, filan. Mir Cəlal. • Xalqa (camaata) yaymaq – hamıya bildirmək, hamıya tanıtmaq, hamıya xəbər vermək. Molla Cümə sənin vəsfin deyibdi; Götürübən əziz xalqa yayıbdı. Molla Cümə.\n4. Təbliğat məqsədi ilə paylamaq, intişar etmək, dağıtmaq. Vərəqləri yaymaq isə Tütünçüoğluna və Həsənağaya tapşırıldı. M.S.Ordubadi. ..Firidungil ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar. M.İbrahimov.\n5. Başqalarına öyrətmək məqsədi ilə intişar etdirmək. Qabaqcılların təcrübəsini geniş yaymaq.\n6. Öz təsirini (səsini, iyini və s.) ətrafda hiss etdirmək (eşitdirmək), ətrafa saçmaq, ətrafı doldurmaq. Çiçəklər ətrini ətrafa yayırdı. – Küləklər yayırdı geniş düzlərə; Muğan qızlarının şərqilərini. S.Vurğun. Yavaş-yavaş çıxmaqda olan Ay öz .. işığını ətrafa yayırdı. M.İbrahimov. yaymalıq sif. Yayma üçün yararlı (ayrılmış). Yaymalıq un. yay-ox bax. ox-yay. yaz is. İlin qış ilə yay arasında olan fəsli: bahar. Yaz gəldi. Yaz çıxdı. Yaz çiçəyi. Yaz fəsli. Yaz yağışı. Yaz şumu. – Bir gül ilə yaz olmaz. (Ata. sözü). [Qurbanəli:] Elə ki genə yaz açıldı, hamısı genə kənd işlərinə gedəcəklər. N.Nərimanov. Bu yaz başqa yazdır, bu yaz daha da xoşdur; Vay o qəlbə ki boşdur. M.Müşfiq. • Yaz ağzı – yazın başlanğıcı. Yaz ağzı molla bazardan bir ikicanlı keçi alır ki, südü ilə uşaqlarını dolandırsın. “M.N.lətif.” Yaz başı – yazın əvvəli. Bax dumana dağ başında; Dərdə düşmüş gül yaşında; Coşmuş gözlər, yaz başında; Duman ağlar, bən ağlaram! Ə.Cavad. O enən, o qalxan səslər, avazlar; Yaz başı dağların selidir, bəlkə? B.Vahabzadə. Yazdanyaza – hər ilin yazında, hər yazda. yazdırılma “Yazdırılmaq”dan f.is. yazdırılmaq məch. Yazmağa məcbur edilmək, başqasına yazma işi gördürülmək. yazdırma “Yazdırmaq”dan f.is. yazdırmaq icb.\n1. Yazmağa məcbur etmək, başqasına yazma işi gördürmək, başqası vasitəsilə yazmaq. Məktub yazdırmaq. Şagirdlərə imla yazdırmaq. – [Qurban] kisəsini çıxarıb iki şahı mollanın ovcuna sıxaraq: – Al, həmşəri! Bayramqabağı yenə məktub yazdıracağam. A.Şaiq. Qızın məktubundan qeyzlənərək; Yanıqlı bir məktub yazdırdı ona. B.Vahabzadə. • Deyib (söyləyib) yazdırmaq – diktə etmək.\n2. Siyahıya daxil etdirmək. Könüllü yazdırmaq. Əsgərliyə yazdırmaq.\n3. Başını bağlatdırmaq. [Kərbəlayı Qubad:] Bu saat pulu ver, yoxsa gedib bu saat notariusu gətirrəm, evini yazdıraram. Ü.Hacıbəyov. yazı I. is.\n1. Yazmaq üçün tətbiq edilən qrafik işarələr sistemi; əlifba. Ərəb yazısı. Slavyan yazısı. Qot yazısı. Çin yazısı. • Yazı ləvazimatı – yazmaq üçün lazım olan şeylər: qələm, mürəkkəb, kağız və s. Yazı masası (stolu) – yazı işləri üçün xüsusi şəkildə düzəldilmiş stol. Səlimnaz arvad yazı stolunun üstünə dağılmış xırdaca kağız parçalarına baxdı. M.Hüseyn. Yazı makinası – yazı yazmaq üçün xüsusi sistemli maşın. Yazı taxtası – üzərində təbaşirlə yazmaq üçün enli qara lövhə. – Divardakı yazı taxtasını, skamyaları, xəritəni görəndə bayaqkı kazak yenidən bağırdı: – Bu nədir? İ.Şıxlı. // Yazılmış şeyin zahiri görünüşü; xətt. Aydın yazı. Qarışıq yazı. Yazısı pis deyil.\n2. Kağız və ya başqa material üzərində yazılmış şeylər; xətt. Şəklin altındakı yazılar. – Səlim baş-başa düzülən daşların yazılarını oxumaqla Mehribana məlumat verərək əylənirdi. S.Hüseyn. // Hər hansı bir dövrə və xalqa aid yazılı abidələr. Orxon yazıları. Qədim alban yazıları. Qədim yazılar.\n3. Savad, yazı-pozu, yazma qabiliyyəti. Yazı yaza bilmir. – Nə yar yazı bilir, yazıb göndərəm; Nə deyən var o dildarə dərdimi. Q.Zakir.\n4. Yazılmış hər hansı bir şey; əsər, məqalə, mətn və s. Yazının mətnini hazırlamaq. – [Zeynalın] xüsusi yazılar və tərcümələrdən də mədaxili vardı. S.Hüseyn.\n5. məc. Bəxt, tale mənasında. Əlimə almışam sədəfli sazı; Fələk yazdı mənə belə bir yazı! “Aşıq Qərib”. Əzəl başdan belə yazıldı yazı; Şirindi söhbəti, şirindi sazı. Qurbani. ‣ Yazı qaydaları – düzgün yazma qaydaları; orfoqrafiya.\n\nII. is. qəd. Çöl, səhra, düzən. [Əhməd tacirbaşı:] ..Bayazid yazısında yaxşı ceyranlar olur, göndər, onlardan vurub gətirsinlər, bizə ceyran kababı ver. “Koroğlu”. Bu zəfilə, Qövsi, məni yazılara salmaz; Gər mur dilin bilsə Süleymani-zəmanın. Qövsi. // Çöl, eşik, bayır. Bu bəzmi-xasi-ünsdür, aramgahiqüdsdür; Aç qapını, sal yazıya biganəni, biganəni. Ə.Nəbati. yazıb-oxumaq f. Oxu-yazı bilmək, oxuyub-yazmağı bacarmaq, savadlı olmaq. yazıb-pozmaq f. dan.\n1. Yazı işləri ilə məşğul olmaq. // Bir şey yazmaq. Yazır-pozur Səbuhi; Qulaqları səsdədir. H.Hüseynzadə.\n2. Bir şey haqqında götür-qoy etmək, fikirləşmək. Qocalar düşünüb yazıb-pozdular. M.Rahim. yazıb-yaratmaq f. Əsər yazmaqla, əsər yaratmaqla, yazıçılıqla məşğul olmaq. M.F.Axundzadə XIX əsrdə yazıb-yaratmışdır. yazıcı sif. tex. Yazan, qeyd edən. Yazıcı cihazlar. – Yüklərin qiyməti və nasosun təzyiqi yazıcı cihazdakı iki qələmlə indikatorun diaqramı üzərinə yazılır. S.Quliyev. yazıçı is. Bədii əsərlər yazan, ədəbi yaradıcılıqla məşğul olan adam. İstedadlı yazıçı. Gənc yazıçı. Yazıçılar İttifaqı. – Məlum şeydir ki, alimlərimiz və şöhrətli yazıçılarımızın çoxu Bakıdadırlar. C.Məmmədquluzadə. ..Heyfən ki, yazıçıların nalə və fəryadı sahibiixtiyarların və dadrəslərin qulaqlarına yetişməyibdir. F.Köçərli. Əgər yazıçı öz oxucusunu həyəcanlandırmırsa, o, yazıçı deyildir. C.Cabbarlı. yazıçılıq is. Yazıçının sənəti, peşəsi. Yazıçılıq istedadı. Yazıçılıq təcrübəsi. Yazıçılıq çox çətin, lakin şərəfli sənətdir. – Müəllimi Süleyman Saninin “Məktəb” jurnalında dərc olunan .. hekayələrini oxuyan Cəfərdə yazıçılıq həvəsi getdikcə daha da artırdı. M.Arif. yazıxana is. Dəftərxana, yazı işləri aparılan yer, otaq. yazıq I. sif. Dinc, sakit, fağır, aciz. Yazıq adam. – Yazıq Ələsgəri oda salıbdı; Fələk gözdən salıb, o da salıbdı. Aşıq Ələsgər. Gah müdirin acıqlı qaşqabağı; O sayaq qorxudub yazıq uşağı.. A.Səhhət. Vəzirov yenə də aciz və yazıq bir görkəm alıb, boynunu yana sarı əydi. M.Hüseyn. // İs. mənasında. [Əkinçi] Xanı görcək yazıq baş endirdi; Gör onu xan nə gunə dindirdi. S.Ə.Şirvani. Yazıqlar çəkildi bir az uzağa; Dözməzdi Ayişə bu ağır dağa. H.K.Sanılı. // Acınacaqlı, zavallı, bədbəxt. Etmək olmaz səni agah könül halından; Yazıq ol kim, sənə könlün verə səndən qafil. Füzuli. [Tanrıverdi:] Yazıq Qurban, sən qəbrini öz əlinlə qazdın, – dedi. A.Şaiq. [Musa kişi:] Arvad, .. bu ətdən bir tikə də o Həsənəlinin yetimlərinə göndər, yazıqdırlar. M.İbrahimov. • Yazığı gəlmək – rəhmi gəlmək, mərhəmət etmək, halına acımaq, heyfi gəlmək. Mənim ona yazığım gəlir. – ..Balaca quşcuğazlara yazığın gələrsə, analarını buraxarsan.. S.S.Axundov. // İntonasiyadan asılı olaraq bəzən kinayə, etinasızlıq, istehza məqamında işlənir. Ay yazıq! – [Bəhram:] Bax, mənə nə deyir, yazıq! Sən nə ətsən, nə də balıq. A.Şaiq.\n\nII. sif. məh. Yumurtladığı yerini yadırğamış, yayınmış. Yazıq toyuqdan yumurta umma. yazıqcasına zərf Yazıq adam kimi, yazıq-yazıq, fağır-fağır, məzlum-məzlum. Mişa bu sözləri o qədər yazıqcasına və yanıqlı bir dillə söylədi ki, Arazın ürəyi yandı. A.Şaiq. yazıqcığaz “Yazıq”dan oxş. [Əbdül:] Bir neçə ay bundan qabaq Sara bu evdə xanım idi. İndi.. adamsız kənizlər kimi bu qaranlıq daxmada can üstündədir... Yazıqcığaz dəxi ağır dəqiqələrdədir. C.Cabbarlı. yazıqdırma “Yazıqdırmaq”dan f.is. yazıqdırmaq f. məh. Yazıqmasına səbəb olmaq: azdırmaq, yayındırmaq. yazıqlıq is. Fağırlıq, məzlumluq, acizlik, yazıq adamın hal və vəziyyəti. O, bütün yazıqlığı, kimsəsizliyi və köməksizliyi ilə göz önündə canlanır. Mir Cəlal. yazıqma “Yazıqmaq”dan f.is. yazıqmaq f. məh. Yadırğamaq, yerini azmaq. yazıq-yazıq I. zərf Yazıq vəziyyətdə, fağır-fağır, məzlum-məzlum. Yazıq-yazıq baxmaq. Yazıq-yazıq oturmaq. Yazıq-yazıq danışmaq. – Yazıq-yazıq dayanaraq o, əlləri qoynunda; Buyur, məni öldür, deyər qul zənciri boynunda. S.Rüstəm. Gülsəhər yazıqyazıq dayanıb göz yaşı axıdır, bir yumub, min tökürdü. Ə.Vəliyev. Əlləzoğlu yazıq-yazıq boynunu bükdü. İ.Hüseynov.\n\nII. zərf Bütöv yazılı halda, hər yeri yazılmış, qaralanmış halda. Kağızı yazıq-yazıq etmək. yazıq-yuzuq top. dan. Yazıq, aciz, fağır adamlar; əlsiz-ayaqsızlar. Koroğlu həmişə yazıq-yuzuğun, əlindən iş gəlməyən adamların dalınca ya özü gedər, ya da dəlilərin say-seçmələrindən göndərər. “Koroğlu”. yazılı sif.\n1. Üstündə bir şey yazılmış, üstündə yazı olan. Yazılı daş. – Milis rəisi gözlərini əlindəki yazılı kağıza dikib, gərgin vəziyyətdə nə isə düşünürdü. Ə.Vəliyev.\n2. Qrafik işarələr (yazı) vasitəsilə ifadə olunmuş; yazılmış. Yazılı məlumat. Yazılı imtahan. Yazılı nitq. Yazılı (z.) surətdə müraciət etmək. – Yeriyib bir nəfər əfsər; Verdi qubernata yazılı xəbər. H.K.Sanılı. yazılış is.\n1. Yazılmaq tərzi, üsulu; yazmaq işi, yazma prosesi. Əsərin yazılış planı. Məqalənin yazılışı.\n2. İmla. Sözün yazılışı düz deyil. yazılma “Yazılmaq”dan f.is. yazılmaq məch.\n1. Kağız və ya başqa material üzərində qrafik işarələr (hərflər, rəqəmlər və s.) cızılmaq. Bayram bir vərəq kağızda səliqə ilə yazılmış tələbnaməni Rəhim bəyə uzatdı. M.Hüseyn.\n2. Bir şeyin yazılı mətni hazırlanmaq. Bu elan Sədrəddin bəyin təhriki ilə yazılmışdı. S.M.Qənizadə.\n3. Bir şey haqqında yazılı məlumat verilmək. Bu xüsusda yuxarılara yazılmışdır.\n4. Ədəbi-bədii, elmi, musiqi və s. əsərlər yaradılmaq. Əlbəttə, bizim tarixi mündəricəli günlərimizin günəş kimi parlaq səhifələrinə aid cild-cild kitablar, saysız-hesabsız əsərlər yazılmışdır, yenə də yazılacaqdır. S.Rəhimov.\n5. Bir təşkilata və s.-yə qəbul edilib adı dəftərə qeyd edilmək. Dərnəyə yazılmaq. Axşam kursuna yazılmaq. Kluba yazılmaq. – Zorxanaya kim yazılsaydı, gərək hər gün oyuna gələydi. H.Sarabski. // Siyahıya alınmaq, qeyd edilmək, qeydə alınmaq.\n6. dan. Müsadirə edilmək üçün siyahıya alınmaq, başı bağlanmaq. yazın zərf Yaz vaxtı, yaz zamanı, yazda, yaz mövsümündə. yazıpişiyi is. Çölpişiyi. yazı-pozu is.\n1. Yazı işləri. Bunun da səbəbi odur ki, mən əhli-savadam, yazı-pozu mənim gözümə ziyan eləyibdir. C.Məmmədquluzadə.\n2. Yazıb-oxumaq bacarığı; savad. [Məhəmmədağa:] Oğlunuz burada oxuyub yazıpozu biləcəkdir. N.Nərimanov. [Şamama Cadu:] İndi heç az-maz yazıdan-pozudan başın çıxırmı? Ə.Haqverdiyev. [Cavad:] Mən bir kasıb odunçuyam, yazı-pozu bilməyirəm. B.Talıblı.\n3. məc. dan. Yazılmış şey; əsər, məqalə və s. Orada məni qonaq elədi və məndən soruşdu ki, yazıdan-pozudan nəyin var? C.Məmmədquluzadə. Bəlkə gənclərdir, azdan-çoxdan mənim yazı-pozumdan oxuyublar, həvəslənirlər? – deyə düşündüm. S.Rəhimov. yazış is. Yazma, yazılma. yazışma “Yazışmaq”dan f.is.; məktublaşma. yazışmaq qarş. Bir-birinə məktub yazmaq, məktublaşmaq. Biz onunla çoxdan yazışırıq. Oxucularla yazışmaq. Dostlarla yazışmaq. – ..Biz yazışa-yazışa (z.) aylar gəlib keçdi. M.İbrahimov. yazqabağı bax. yaz ağzı (“yaz”da). Bu yazqabağı axşam necə ilıq və necə də xoş idi. Ə.Əbülhəsən. yaz-qış zərf İlin bütün fəsillərində, hər zaman, həmişə, daim. Kamalgilin kəndi yazqış başıqarlı Kəpəzin ətəklərində idi. M.Rzaquluzadə. yazlama f.\n1. Yazı bir yerdə yaşamaq, keçirmək, qalmaq.\n2. dan. İstilər düşməmiş yüngül geyinmək. Çox tez yazlamısan. yazlıq is.\n1. Yaz vaxtı, yaz çağı. Cənnətin yazlığı, cəhənnəmin payızlığı. (Ata. sözü).\n2. Yazda, baharda əkilən, yaxud yazda yetişən. Yazlıq buğda. – [Qarakişi:] Yoxsa biz bostan üçün, yazlıq əkin üçün ayırdığımız sahəyə su çatdıra bilməyəcəyik! Ə.Əbülhəsən. yazma 1. “Yazmaq”dan f.is.\n2. sif. Əl ilə yazılmış (basma – çap müqabili). Yazma kitablar. yazmaq f.\n1. Kağız və ya başqa material üzərində qrafik işarələr (hərflər, rəqəmlər və s.) cızmaq. Hərflər yazmaq. Not yazmaq. Mürəkkəblə yazmaq. Karandaşla yazmaq. Təbaşirlə lövhədə yazmaq. – ..Bir para uşaqlarda belə bir pis xasiyyət olur ki, əllərinə karandaş düşən kimi başlayırlar evin divarlarını yazmağa. C.Məmmədquluzadə. Bütün kənd Novruza müştərək kağız yazıb göndərdi. S.Rəhman. // Yazı işi ilə məşğul olmaq. Ər oxurmuş da, yazarmış da, anam! Ər deyil, mühlik azarmış da, anam! M.Ə.Sabir. // Hərfləri, sözləri və s.-ni cızmağı bacarmaq. Uşaq artıq adını yazır. // Yazı üçün yaramaq. Karandaş yaxşı yazır. Qələm pis yazır.\n2. Bir şeyin yazılı mətnini hazırlamaq. Məktub yazmaq. Təliqə yazmaq. Ərizə yazmaq.\n3. Bir şey haqqında yazılı məlumat vermək; fikrini yazılı və ya mətbu şəkildə bildirmək, söyləmək, ifadə etmək. Bu xüsusda məqaləmdə yazmışam. Ona yazın ki, tez gəlsin. O xüsusda qəzetdə yazmaq lazımdır. – Oxucularımızdan təvəqqe edirəm ki, müxbirimizin Ordubad və Əylis barəsində yazdığı sözlərə bir qədər əhəmiyyət versinlər. C.Məmmədquluzadə. [Rza bəy:] Həzərat, vallah, sabah bunu mən qəzetəmdə yazaram. Ü.Hacıbəyov. // Məktub vasitəsilə müraciət etmək, bildirmək, məktub göndərmək. Çoxdandır bizə yazmırsan. Yoldaşları müntəzəm surətdə yazırlar. – [Mərcan bəy:] Ay kişi, kağızda da yazıbdır ki, sabah altıda gələcəyəm. Ü.Hacıbəyov.\n4. Ədəbi-bədii, elmi, musiqi və s. əsərlər yaratmaq, təlif etmək. Hekayə yazmaq. Poema yazmaq. Dissertasiya yazmaq. Kantata yazmaq. Opera yazmaq. Balet yazmaq. – Bu qədri şeirdə olmaz nəmək, vəli; Seyyid, ləbin havası ilə yazdı bir kitabi-ləziz. S.Ə.Şirvani. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham; Yazaydım səhər-axşam. M.Müşfiq. Ellərə güvənib yazsa sənətkar; İlham xəzinəsi tükənməz olar. S.Vurğun. // Mətbuatda iştirak (çıxış) etmək, öz əsərlərini hər hansı bir mətbuatda dərc etdirmək. O, qəzetə yazır. O, aktyorluqla bərabər arabir yazır.\n5. Bir təşkilata və s.-yə qəbul edib adını dəftərə qeyd etmək. // Siyahıya almaq, qeyd etmək, qeydə almaq. On üç il bundan irəli evləri yazanda Danabaş kəndinin tüstü çıxanı düz altı yüz əlli ikiyə çatmışdı. C.Məmmədquluzadə.\n6. dan. Müsadirə etmək üçün siyahıya almaq, başını bağlamaq. Cinayətkarın əmlakını yazdılar. ye “Y” hərfinin və bu hərflə işarə olunan samitin adı. yeddi 1. say. Altıdan sonra gələn ədədin adı –\n7. Yeddidən üç çıxmaq. // Miqdarı yeddi. Yeddi manat. Yeddi nəfər. Yeddi gün. – Dağda yol-iz yaxşıdır; Hər yan nərgiz, yaxşıdır; Yeddi fərsiz oğuldan; Bir fərli qız yaxşıdır. (Bayatı). Bir neçə il bundan əqdəm Danabaş kəndində bir uşaq məktəbə gedən gününün sabahısı uşağın atasının yeddi qoyunu bir gecənin içində çərləyib ölür. C.Məmmədquluzadə.\n2. is. Yeddisi şəklində – ölən şəxsin ölümünün yeddinci günü və həmin gün verilən ehsan. Bu gün mərhumun yeddisidir. Ölünün yeddisini vermək. – Mirzə rayona çatanda anasının yeddisini vermişdilər, day başsağlığına gəlib-gedən də yox idi. İ.Şıxlı. ‣ Yeddi arxa – əcdad, əsil-nəsəb. [Məşədi Əhməd:] Ax, a zalım oğlu! Əlbət bir də müsavat hökuməti geri qayıdar, sənin yeddi arxa dönənlərinə od vuracağam. Ə.Haqverdiyev. Yeddi qapı qonşu – uzaq qonşu. Hələ olur ki, qızlar da gətirir. Yeddi qapı qonşuları bədxab eləyir. Mir Cəlal. Yeddi qıfıl (möhür) altında olmaq (saxlanmaq) – bərk-bərk gizlədilmək, bərk yerdə saxlanılmaq, tamamilə naməlum olmaq, heç kəsə məlum və bəlli olmamaq. Yeddi dərədən su gətirmək – çaşdırmaq, bir işi və ya məsələni daha da qaranlıqlaşdırmaq. Yeddi iqlim – dünya, aləm. Eşitsəm gəlirsən, uçaram, inan; Pənbə buludlarla qucaqlaşaram; Açaram köksümü yeddi iqlimə. X.Rza. Yeddi göydə bir ulduzu olmamaq – heç bir arxası, güvənəcəyi, adamı olmamaq. Yeddisindən yetmişinə qədər – yeddi yaşlı uşaqlardan tutmuş yetmiş yaşlı qocalaradək; hamı. S.Vurğunu Azərbaycanda yeddisindən yetmişinə qədər hamı tanıyır. Bir dərədə yeddi yetim ilə qalmaq – köməksiz, kimsəsiz olmaq. Bir dərədə yeddi yetim ilə ac və susuz qalmamışıq ki! Bizim dövlətimiz dağılan və qurtaran dövlət deyil. İ.Musabəyov. yeddi-yeddi zərf Hər dəfəsində, hər sırada və s. yeddi olaraq. Yeddi-yeddi sıralanmaq. Yeddi-yeddi ayırmaq. Nümayişçilər yeddiyeddi gəlib keçdilər. yeddiarşınlıq sif. Uzunluğu yeddi arşın olan. yeddiaylıq sif.\n1. Yeddi ay davam edən və ya etmiş. Yeddiaylıq zəhmət. Yeddiaylıq ezamiyyət.\n2. Yeddi ay yaşı olan. Yeddiaylıq uşaq. Yeddiaylıq dayça. yeddibaşlı sif. Yeddi başı (zirvəsi, təpəsi) olan. yeddibucaqlı sif. riyaz. Yeddi bucağı olan. yeddidəqiqəlik sif. Yeddi dəqiqə davam edən və ya etmiş. Yeddidəqiqəlik fasilə. yeddidilli sif. Yeddi dili olan. Yeddidilli uşaq qarmonu. yeddidüyməlik sif. Ölçüsü yeddi düymə olan. Yeddidüyməlik taxta. yeddiillik 1. sif. Yeddi il davam edən və ya etmiş. Yeddiillik səyahət. Yeddiillik fəaliyyət. // Yeddiillik bir müddəti nəzərdə tutan. Yeddiillik plan. // Yeddi il müddətində başa gələn. Yeddiillik məktəb. Onun yeddiillik təhsili vardı.\n2. is. Təhsil müddəti yeddi il olan məktəb. Yeddiillikdə oxumaq. Yeddiilliyi bitirmək. – [Bəhram] Reyhandan elə arxayın idi ki, deyəsən, onu küçələrindəki yeddiilliyə yola salıb. Mir Cəlal.\n3. is. Yeddinci ildönümü. Qələbənin yeddiilliyini qeyd etmək. yeddiqardaş is. Bir-birinin yanına düzülmüş kimi görünən yeddi kiçik ulduz. Səhər öz taxtına dönəcək indi; Yeddiqardaş belə sönəcək indi. M.Rahim. yeddiqat (=yeddiqatlı) sif.\n1. Qatları yeddi olan. Yeddiqat lay.\n2. Yeddimərtəbəli. Yeddiqat evlər.\n3. məc. Çox, qalın, çoxqatlı. Yeddiqat paltar geymiş, yenə də üşüyür. yeddiqatlı (=yeddiqat) sif.\n1. Qatları yeddi olan. Yeddiqat lay.\n2. Yeddimərtəbəli. Yeddiqat evlər.\n3. məc. Çox, qalın, çoxqatlı. Yeddiqat paltar geymiş, yenə də üşüyür. yeddiqülləli sif. Yeddi qülləsi olan. Yeddiqülləli qala. yeddiləmə “Yeddiləmək”dən f.is. yeddiləmək f. Yeddiyə çatdırmaq. yeddilik sif. Ölçüsü yeddi vahiddən ibarət olan, yaxud yeddi nömrəli. Yeddilik piltə. Yeddilik şüşə. Yeddilik taxta. – Yeddilik lampa işığında arıq bir qızın, heç nə ilə nəzəri cəlb etməyən uzunsov çöhrəsi meydana çıxdı. Ə.Əbülhəsən. // Yeddi xalı olan. Yeddilik kart. // is. Yeddi xalı olan qumar kağızı. Yeddiliyi at! yeddimetrlik sif. Yeddi metr uzunluğunda olan, uzunluğu yeddi metr olan. yeddimərtəbə (=yeddimərtəbəli) sif. Yeddi mərtəbəsi olan, yeddiqat. Yeddimərtəbə ev. Yeddimərtəbə bina. yeddimərtəbəli (=yeddimərtəbə) sif. Yeddi mərtəbəsi olan, yeddiqat. Yeddimərtəbə ev. Yeddimərtəbə bina. yeddinci “Yeddi”dən sıra sayı. Yeddinci sıra. Yeddinci nömrə. Həftənin yeddinci günü. – [Teymur] yeddinci sinfi bitirib, sənət məktəbinə girmiş, oranı da müvəffəqiyyətlə bitirmişdi. M.Hüseyn. yeddiyaşar sif. Yeddi yaşı olan. Yeddiyaşar at. yeddiyaş (=yeddiyaşlı) sif. Yeddi yaşı olan. Yeddiyaşlı qız. yeddiyaşlı (=yeddiyaş) sif. Yeddi yaşı olan. Yeddiyaşlı qız. yedək is.\n1. Heyvanı çəkib arxasınca aparmaq üçün boynuna və ya boyunduruğuna bağlanan ip. İnəyi yedəyindən tutub çəkmək. – Hacı Rüstəm gəlib cəddinin payını istədi. Köç əhli etina eləmədi. Atının yedəyindən tutub, alaçıqları bir-bir gəzdi. Ə.Haqverdiyev. • Yedəyə (yedəyinə) almaq – ipindən tutub dalınca çəkmək; dalınca çəkib aparmaq. [Vəzir:] Axırda atları yedəyimə alıb təpənin başına çıxdım!.. Çəmənzəminli. Yedək vermək – atı və ya başqa heyvanı ipindən tutub dalınca çəkmək. Kələ, öküzə yedək vermək.\n2. Gəmini, qayığı sahilə, körpüyə bağlayan ip və ya zəncir. Qayıq və gəmilərin yedəkləri dalğaların təsiri ilə gah gərilir, gah boşalırdı. • Yedək ipi – bir gəminin, maşının digərini çəkib aparması üçün onlara bağlanan ip (buraz, kanat və s.). Yedək gəmisi (maşını və s.) – 1) başqa gəmiləri (maşınları) yedəyində aparan kişi (maşın və s.); 2) yedəkdə gedən gəmi (maşın və s.).\n3. Motorlu maşına qoşulan yük arabası. Avtomobillərin dartıcı gücündən səmərəli istifadə etmək üçün avtomobil zavodları avtomobil yedəkləri buraxır. Ə.Cəfərov.\n4. Yedəyində şəklində zərf – arxasınca, dalısınca, yedəyindən tutaraq. Kor Alı qulanlar da yedəyində tapdana-tapdana öz evinə gəldi. “Koroğlu”. Nəzərəli hələ atını minməyib yedəyində çəkir. C.Məmmədquluzadə. Kəndi dolaşıram yedəyimdə at; İçimdə bir qüvvə əmr edir: yarat! S.Vurğun. ‣ Yedəyi əldən qoymamaq məc. – bərk saxlamaq, əldən buraxmamaq, boş tutmamaq. [Namaz:] Həsən kişinin yedəyini əldən qoymur. Ə.Haqverdiyev. Yedəkdə qalmaq – hamıdan geridə qalmaq, axırıncı yeri tutmaq. yedəkcil sif. Yedəkdə getməyi sevən (qoşqu heyvanı haqqında). yedəkçi is.\n1. Heyvanı yedəyə alan və ya qayığı yedəkdə çəkən adam.\n2. Yedək maşınında, traktora qoşulan maşında və s.-də işləyən adam. yedəkçilik is. Yedəkçinin işi, vəzifəsi. yedəkləmə “Yedəkləmək”dən f.is. yedəkləmək f.\n1. İpindən tutub öz arxasınca çəkmək. Atı yedəkləmək. – Bir azdan sonra bəyin də atını yedəkləyib gətirdilər. M.Hüseyn.\n2. Əlindən tutub öz dalınca aparmaq. Üçüncüsü vaxtında müalicə etməyib göz ağrısından əbədi kor olmuş atasını yedəkləyirdi. N.Nərimanov.\n3. Bir yerindən tutub saxlamaq.\n4. məc. dan. Bir işə qoşmaq, calamaq. Uşaq bir az böyüyən kimi onu bir işlə yedəkləmək lazımdır. yedəklənmə “Yedəklənmək”dən f.is. yedəklənmək məch.\n1. Yedəyə alınmaq. // Cilovundan tutulmaq.\n2. Bir yerindən tutulub saxlanmaq. yedəklətmə “Yedəklətmək”dən f.is. yedəklətmək icb. Yedəyə aldırmaq. yedəkli sif. Bağlı, cilovlu, yedəkdə olan. Yedəkli at. yedirilmə “Yedirilmək”dən f.is. yedirilmək məch. Yem, yemək və s. verdirilmək; yedirdilmək. yedirmə “Yedirmək”dən f.is. yedirmək f. Bir başqasına yemək vermək, yeməklə təmin etmək. [Qızılquşun] balaları yumurtadan çıxınca ovladığı quşları öldürüb qanını içər, sonra da qanı qusub balalarına yedirər. A.Şaiq. Fəqət bir hal [Murada] çox ağır gəlirdi: arvadının qazanıb onu yedirməklə bəsləməsi. S.Hüseyn. yedirtmə “Yedirtmək”dən f.is. yedirtmək icb.\n1. Yeməyə sövq və ya məcbur etmək; yedirmək.\n2. Yemək vermək, yem vermək, dən vermək. Heyvanları yedirtmək. Quşları yedirtmək. – Bizim Qızılı özümə alışdırmaq ümidi ilə hər gün nə qədər çörək yedirdimsə, yenə də alaçıqdan çıxıb bir yana getdiyimi görüncə .. boğuq səslə hürər, nəşəmi pozardı. A.Şaiq.\n3. Canına çəkdirmək, bir şeyi az-az bir şeyin içində həll etdirmək. Yağı xəmirə yedirtmək. yedizdirilmə “Yedizdirilmək”dən f.is. yedizdirilmək bax. yedirilmək. yedizdirmə “Yedizdirmək”dən f.is. yedizdirmək bax. yedirmək. Nəbi burada Həcərlə dincəlir, onu savaşlardan salamat çıxardan Boz ata tumar verir, arpa əvəzinə kişmiş yedizdirirdi. S.Rəhimov. yefreytor [alm. Gefreiter] Sıravi əsgərə verilən birinci hərbi rütbə və bu rütbəni daşıyan şəxs. yegah is. [fars.] mus. Aşağı oktavanın birinci pilləsi. yegan is. [fars.] Nərd oyununda – qoşa gələn təklər, cüt birlər. yeganə is. [fars.] Bir, bircə, tək, bir, yalnız, vahid. Yeganə övlad. – İndi yeganə bir çarə varsa, o da müdara etmək və vaxt qazanmaqdan ibarətdir. M.S.Ordubadi. Oturmağa boş stulumuz olmadığından, qızlarım ayaq üstündə durub, yeganə pəncərəmizə söykənmişdilər. M.Hüseyn. Səmədin yeganə ümidi, istinadgahı Sultan idi. İ.Hüseynov. yeganəlik is. Təklik, vahidlik, ancaq bir olma. Urar ol həm yeganəlikdən dəm; Der ki: aləmdə hər nə var, mənəm. Füzuli. yeger is. [alm.]\n1. Ovçuluq təsərrüfatlarında ov haqqında qanuna nəzarət edən peşəkar ovçu.\n2. Bəzi ordularda xüsusi nişançı polklarında xidmət edən əsgər. yehaye is. dan.\n1. Ardı kəsilmədən iştaha ilə yemə (çoxları haqqında). Yehaye başlandı.\n2. məc. Hərə bir tərəfdən yemə, mənimsəmə, dağıtma; kütləvi rüşvətxorluq. yexidna is. zool.\n1. Avstraliyada yaşayan kirpiyəbənzər heyvan.\n2. Avstraliyada yaşayan zəhərli ilan. yek say [fars.] klas. Bir (adətən bir sıra mürəkkəb sifətlərin “bir”, “tək” mənasında olan birinci tərkib hissəsi; məs.: yekdil, yekrəng). yekbəyek zərf [fars.]: yekbəyek gəlmək – üz-üzə gəlmək, müxalifət göstərmək, toqquşmaq, sözü düz gəlməmək. Axı belə ağır bir zəmanədə böyüklərlə bu cür yekbəyek gəlmək yalnız ziyan gətirə bilər. M.Hüseyn. yekcəhət sif. və zərf [fars. yek və ər. cəhət] klas. Həmrəy, həmfikir, yekdil. Mən yekcəhətəm təriqətimdə. Füzuli. [Molla Vəli:] Hamı yekdil, yekcəhət bu yolda qan tökməyə amadə olar. Ə.Haqverdiyev. • Yekcəhət olmaq köhn. – həmrəy olmaq, yekdil olmaq, bir olmaq, birləşmək. [Xanzadələr və bəyzadələr] birləşib, yekdil və yekcəhət olub, ümumi məsələlər irəli yetirmək əvəzinə neçə-neçə firqəyə bölünüb bir-biri ilə büğz və ədavət başladılar. F.Köçərli. yekcəhətlik is. köhn. Həmrəylik, həmfikirlilik, yekdillik. Sənə ancaq yekcəhətlik və yekdillik lazımdır [ki], revolyusiya edib übudiyyətdən nicat tapasan. M.F.Axundzadə. yekcins sif. [fars. yek və ər. cins] Eynicinsli, eyni cinsdən olan, eyni xarakterli, eyni keyfiyyətli, eyni tərkibli. Yekcins cisim. Yekcins maddə. // Xalis, saf, qatışığı olmayan. yek-digər [fars.] köhn. Bir-birini, birbirinə, bir tərəf digər tərəfi (tərəfə). • Yekdigəri ilə – bir-biri ilə. yekdil sif. [fars.] Fikri, hissi, rəyi bir olan; həmrəy. Yekdil qərar. // Zərf mənasında. [Mirzə Həsən:] Şura hökumətinin təkliflərini ürəkdən, yekdil, yekcəhət alqışlamalıyıq. Ə.Haqverdiyev. • Yekdil olmaq – fikri, rəyi, qərarı bir olmaq, həmrəy olmaq. yekdillik is. Fikir, rəy birliyi; həmrəylik. Yekdillik göstərmək. yekə sif.\n1. Həcmcə, boyca, cüssəcə böyük, iri. Yekə daş. Yekə ağac. Yekə bədən. – Yekə başın faydası yoxdur, içində beyin gərək. (Ata. sözü). Ətrafdakı hər şey Səmədin nəzərində qeyb oldu, təkcə Məmiş Əlləzoğlunun yekə .. gövdəsi gözləri önündə dayandı. İ.Hüseynov.\n2. məc. Yaşlı, kamala çatmış, hər şeyi başa düşən. Yekə oğlansan. – [Asya Gülçöhrəyə:] Sən yekə qızsan. Elə şeyləri başından çıxart. Sən hara, bazarın gedəsi hara.. Ü.Hacıbəyov. ‣ Yekə yerdən danışmaq – lovğalıq etmək, lovğa-lovğa danışıq. Əlindəki badə olsun, saz olsun; Hərəkətin işvə olsun, naz olsun; Yekə yerdən danışmağın az olsun; Düşərsən bir dərin ah-vaya, Pəri! Aşıq Məhəmməd bəy. Başından yekə danışmaq – yaşına, tutduğu mövqeyə, biliyinə yaraşmayan, uyğun olmayan sözlər danışmaq. Tez ol! Çox danışma başından yekə; Yoxsa doğranarsan lap tikə-tikə. S.Vurğun. yekə-yekə zərf Böyük-böyük, iri-iri. [Pərinisə ərinə:] ..Eşşəyin üstə yekə-yekə çuvallar çatılmışdı. C.Məmmədquluzadə. ‣ Yekə-yekə danışmaq – bax. başından yekə danışmaq (“yekə”də). [Qaraş:] Mən ölüm Həsənəli, yekə-yekə danışma! Həyə sən kişi idin, binəva Süleyman bəyə vaxtında patron yetirə idin. C.Məmmədquluzadə. yekəbaş sif.\n1. Başı böyük olan. Yekəbaş adam.\n2. məc. Çətin qanan, höcət, kənək; qaba, mərifətsiz adam. Gör yekəbaş, gönüqalın axmaq, malımı nə günə salıb! Mir Cəlal. yekəbaşlı bax. yekəbaş 1-ci mənada. yekəbaşlıq is. Qanmazlıq, qabalıq, kobudluq. yekəbığ (=yekəbığlı) sif. Bığları yekə olan. Sonra yekəbığlı, yoğunqarın bir fəhlə çıxıb danışdı. Qantəmir. yekəbığlı (=yekəbığ) sif. Bığları yekə olan. Sonra yekəbığlı, yoğunqarın bir fəhlə çıxıb danışdı. Qantəmir. yekəburun sif. Burnu yekə olan. Yekəburun oğlan. yekəbuynuz (=yekəbuynuzlu) sif. Buynuzları çox böyük olan, iribuynuzlu. Yekəbuynuz öküz, maral. yekəbuynuzlu (=yekəbuynuz) sif. Buynuzları çox böyük olan, iribuynuzlu. Yekəbuynuz öküz, maral. yekədalaq (=yekədalaqlı) sif. Dalağı şişmiş (xəstə). yekədalaqlı (=yekədalaq) sif. Dalağı şişmiş (xəstə). yekədırnaq (=yekədırnaqlı) sif. Dırnaqları çox iri, yaxud çox uzun olan. yekədırnaqlı (=yekədırnaq) sif. Dırnaqları çox iri, yaxud çox uzun olan. yekədiş (=yekədişli) sif. Dişləri çox iri olan. yekədişli (=yekədiş) sif. Dişləri çox iri olan. yekədodaq sif. Dodaqları böyük, enli olan. Yekədodaq adam. yekədöş (=yekədöşlü) sif. Döşləri çox iri olan. yekədöşlü (=yekədöş) sif. Döşləri çox iri olan. yekəxana sif. Özünü hər kəsdən yüksək sayan, lovğa, təkəbbürlü, başqasını bəyənməyən. ‣ Yekəxana danışmaq – bax. yekə-yekə danışmaq (“yekə-yekə”də). yekəxanalanmaq f. Saymazyanalıq etmək, heç kəslə hesablaşmamaq, lovğalanmaq, özünü başqalarından yüksək tutmaq, təşəxxüslənmək, lovğa-lovğa danışmaq. yekəxanalıq is. Lovğalıq, təşəxxüs, özünü başqalarından yüksək tutma, başqalarını saymama. [Fərzəli:] Bilmirəm heç sizə bu iddia, bu yekəxanalıq haradan belə gəlibdir. S.Rəhimov. yekəxana-yekəxana bax. yekəyekə. ‣ Yekəxana-yekəxana danışmaq – bax. yekə-yekə danışmaq (“yekə-yekə”də). yekəxanalanma “Yekəxanalanmaq”dan f.is. yekəqanad (=yekəqanadlı) sif. Qanadları çox böyük olan. yekəqanadlı (=yekəqanad) sif. Qanadları çox böyük olan. yekəqarın sif.\n1. Qarnı çox yekə, iri olan. Yekəqarın kişi. – [Mirzə Həsən:] O yekəqarın kulakla nə söhbət eləyirdin? Ə.Haqverdiyev.\n2. məc. Qarınqulu, doymaq bilməyən. yekəqaş sif.\n1. Qaşı enli və qalın olan, enliqaş (bax qaş 1-ci mənada). Yekəqaş adam.\n2. Qaşı böyük olan (bax. qaş 2-ci mənada). [Oğlan:] Yəni burada, siz buyuran, ən əla, yekəqaş brilyant üzük .. vardır? S.Rəhimov. yekəqulaq (=yekəqulaqlı) sif. Qulaqları çox böyük olan; palazqulaq. yekəqulaqlı (=yekəqulaq) sif. Qulaqları çox böyük olan; palazqulaq. yekəquyruq sif. Quyruğu çox böyük olan; şələquyruq. yekələndirilmə “Yekələndirilmək”dən f.is. yekələndirilmək məch. Yekə hala salınmaq; iriləşdirilmək. yekələndirmə “Yekələndirmək”dən f.is. yekələndirmək f. Böyütmək, iriləşdirmək. yekələnmə “Yekələnmək”dən f.is. yekələnmək f. Yekə olmaq, iriləşmək. // Yaşa dolmaq, böyümək. Uşaqlar daha yekələniblər. yekələtmə “Yekələtmək”dən f.is. yekələtmək f. Daha yekə etmək, daha da böyütmək. yekəlik is.\n1. Yekə şeyin halı; irilik, həcmcə böyüklük. Daşın yekəliyi. Ayaqqabının yekəliyi. – Başın yekəliyi dövlətdir, ayağın yekəliyi neybət. (Ata. sözü). O yekəlikdə tayadan üç-dörd çəngə ot çıxır. M.Hüseyn. [Qədir:] Mən yekəlikdə adamın diriliyini danırlar. Mir Cəlal.\n2. bax. yekəxanalıq. Mərd olan al geysə, yekəlik bilməz; Namərd şilə geysə, xanlıq davalar. Molla Cümə. yekəlmə “Yekəlmək”dən f.is. yekəlmək f. Yekə olmaq, həcmcə, boyca artmaq. Bağda ağaclar lap yekəlmişdir. Qarnı yekəlmək. // Böyümək, yekələşmək. Yaşar da ata-anasının və mülayim nənəsinin, bir də Səlimin məhəbbəti ilə boy atıb yekəlirdi. S.Rəhimov.\n2. məc. Qürurlanmaq, iftixar etmək (çox vaxt “dağ boyda”, “dağ kimi” sözləri ilə). [Bazarbaşı:] Mirzə canı, mən Hacı ağanı görəndə inan ki, dağ boyda yekəlirəm. P.Makulu. yekəltmə “Yekəltmək”dən f.is. yekəltmək f.\n1. Böyütmək, iriləşdirmək. // məc. Şişirtmək, böyütmək, yekə göstərmək. Xırda məsələni yekəltmək lazım deyil.\n2. məc. Böyük tutmaq; qürrələnmək. Özünü az yekəlt. – Aslan özü bilmədən özünü dartıb yekəltmək istədi. S.Rəhimov. yekəpər sif. və is. Çox yekə, çox iri, cüssəcə çox böyük. Dəmirçioğlu baxdı ki, bu, bir yekəpər, kələ-kötür adamdı, üz-gözündən zəhm yağır. “Koroğlu”. Mən onların yekəpər köpəyini göstərib: – O dinsizlərin öhdəsindən bu imansız gələr! – dedim. M.Rzaquluzadə. yekəpərlik is. Yekəpər adamın (heyvanın) hal və görünüşü. yekəraq sif. köhn. Böyüktəhər, bir qədər yekə, iri. // Çox yekə. Hər kəsin olsa başında yekəraq əmmamə; Görünür xəlqdə guya ki, odur əllamə. S.Ə.Şirvani. yekəsaqqal sif. Saqqalı yekə olan. Yekəsaqqal kişi. yekəyanaq (=yekəyanaqlı) sif. Yanaqları çox yekə, ətli olan. yekəyanaqlı (=yekəyanaq) sif. Yanaqları çox yekə, ətli olan. yeknəsəq sif. [fars.]\n1. Eyni ilə birbirinə oxşayan, eyni tərzdə, eyni şəkildə olan, eyni cür səslənən, bir-birindən qətiyyən ayrılmayan; yekrəng. ..İçəridən [Mehribanın] yeknəsəq və zil səsi eşidildikdə Zeynalın sanki vücudunu titrətdi. S.Hüseyn. Hətta Atabəy elə düşünürdü ki, yekrəng və yeknəsəq libaslar da Atabəyə xidmət edən qadınlar üçün xüsusi olaraq tikdirilmişdir. M.S.Ordubadi.\n2. məc. Usandırıcı, darıxdırıcı, bıqdırıcı, cansıxıcı. Yeknəsəq iş. – Kompressor stansiyasından gələn yeknəsəq gurultunun arası kəsilmirdi. M.Hüseyn. O, çayxananın yeknəsəq, sakit və ölgün bir adiliklə damğalanmış həyatına hərəkət və canlılıq gətirmiş müsafirləri razı salmağa çalışırdı. M.İbrahimov. yeknəsəqlik is. Yeknəsəq şeyin hal və keyfiyyəti; yekrənglik. Musiqinin yeknəsəqliyi. Həyatın yeknəsəqliyi. yekpay zərf [fars.] Aşıq havalarından biri. Aşıq Səfər yekpay oxuyur. Yekpaydan sonra balabançı əyləşir. Ə.Haqverdiyev. yekparə sif. [fars.]\n1. Tam, bütün, bütöv, bir parçadan ibarət olan; monolit. Yekparə qaya. – Böyük daş parçalarından tikilmiş və ya yekparə (monolit) daşlardan qurulmuş qədim abidələrə meqalitin abidələr deyilir. Ə.Salamzadə.\n2. məc. Vahid, parçalanmaz, bütöv. yekrəng sif. [fars.]\n1. Eyni rəngdə olan, rəngi bir olan, bir-birinə oxşayan.\n2. Bir cür, eyni. Mən yenə də, həmişə olduğu kimi, ona sadə və yekrəng cavablar verdim. M.S.Ordubadi.\n3. məc. Cansıxıcı, maraqsız, yeknəsəq. [İblis:] Öylə yekrəng olaraq keçsə həyat; Bıqar insan, yaşamaqdan yorular. H.Cavid. Uşaqlıqdan qəlbimin dərinliklərində iz salmış yekrəng olmayan, o qiymətli və silinməz xatirələr!.. A.Şaiq. yekrənglik is.\n1. Yekrəng şeyin hal və keyfiyyəti. Torpağın yekrəngliyi.\n2. məc. Cansıxıcılıq, maraqsızlıq, yeknəsəqlik. Həyatın yekrəngliyi. Musiqinin yekrəngliyi. yeksan sif. [fars.] klas. Düz, bərabər, tən. Onunçun var yalnız bircə səadət; O səadət məhəbbətlə yeksandır. A.Səhhət. ‣ Yer (torpaq, xak) ilə yeksan etmək – büsbütün dağıtmaq, yerlə bir eləmək. Mən sülhə səs verirəm; Qədim abidələri; Yerlə yeksan etməsin; Toplar bir an içində. H.Hüseynzadə. Yer (torpaq, xak) ilə yeksan olmaq – tamamilə yıxılıb dağılmaq, yerlə bir olmaq. Bir deyən olmadı, ey xanəxərab; Məmləkət xak ilə yeksan oldu. M.Ə.Sabir; // məhv olmaq. Vallah, elə bəd dua elərəm ki, yerlə yeksan olarsan! C.Məmmədquluzadə. yeksər sif. [fars.] Başdan-başa, bütün, hamı, tamam. Sən o deyildinmi, edəndə qiyam; Səcdə edərdi sənə yeksər əvam? M.Ə.Sabir. [Şeyx Kəbir Sənana:] Cahil-arif, böyükkiçik yeksər; Səni özlər, sevər, pərəstiş edər. H.Cavid. İtirdi özünü soldatlar yeksər; Atıldı uçruma o dəmdə Əjdər. H.K.Sanılı. yekta sif. [fars.] köhn. Tayı-bərabəri olmayan, nadir, yeganə, vahid. yektərəf sif. [fars. yek və ər. tərəf] Birtərəfli, məhdud. yekun is. müh. Bir neçə ədədin cəmindən əldə edilən say, hesabın məcmusu. // məc. Bir şeyin nəticəsi. Xalq təsərrüfatı inkişafının yekunları. İşin yekunları. • Yekun vurmaq – 1) bax. yekunlaşdırmaq. Gəlirin yekununu vurmaq; 2) son vermək, tamamlamaq. Şəmsi yenə vaxtın azlığını xatırlayıb söhbətə cırıq dəftərnən məhkəmə quracağam! – deyə yekun vurmağa çalışdı. M.Hüseyn. Mən bu [Abbas əmi] təhkimçi ilə söhbətinə yekun vurmuşdum. İ.Hüseynov. Yekun vurulmaq – bax. yekunlaşdırılmaq. yekunlaşdırılmaq məch.\n1. Yekun vurulmaq, yekunu çıxarılmaq, cəm edilib hasili əldə edilmək. Həftənin axırında şərbafların işlədiyi muzd və apardıqları nisyə ayrıayrı yekunlaşdırılır(dı). Ə.Əbülhəsən.\n2. məc. Nəticə çıxarılmaq, xülasə edilmək. İclasda çıxış edənlərin mülahizələri yekunlaşdırıldı. yekunlaşdırma “Yekunlaşdırmaq”dan f.is. yekunlaşdırmaq f.\n1. Ədədləri üstüstə gələrək cəmini tapmaq, ümumi məbləği hesablamaq; cəmləşdirmək. Gəlir cədvəlini yekunlaşdırmaq.\n2. məc. Nəticələrini müəyyənləşdirmək, ümumiləşdirmək, ümumi nəticə çıxarmaq. “Ölülər” C.Məmmədquluzadənin din, mövhumat və feodal həyat tərzi əleyhinə mübarizəsini əks etdirən və bu mübarizəni yekunlaşdıran bir əsərdir. M.İbrahimov. yekvücud sif. [fars.] köhn. kit. Vahid, bir, yekparə. Mənə qarşı hər bir hədyan söyləyəcəklərsə söyləsinlər, lakin məni bəhanə edib də, yekdil və yekvücud olması lazım gələn millətimizin içinə qarabağlı və bakılı kimi fitnəəngiz məsələlər salmasınlar. Ü.Hacıbəyov. yel I. is.\n1. Külək. Yaman yel əsir. İsti yel. Bu gün bərk yel var. – Şirmayı telə işlər; Dəyirman yelə işlər; Heç nəfərin başına; Gəlməsin belə işlər. (Bayatı). Müştaqdır gözünə aləmin gözü; Yel atar çarqatın, açılar üzü. Q.Zakir. • Yel vurmaq – küləkdən xarab olmaq, azar döymək, zaval vurmaq. Bu il bitkiləri yel vurmuşdur. Yelə vermək – 1) qurumaq, yaxud iyi, tozu getmək üçün havaya vermək. Paltarları yelə vermək. Yorğan-döşəyi yelə vermək; 2) sovurmaq. Sünbülü yelə verib dənini samandan ayırmaq; 3) məc. israf etmə, dağıtmaq, puça çıxarmaq; bada vermək. Bütün varını yelə vermək. – Ömrümüzün altı illik gül tacını yelə verən; Darülfünun nə öyrədir, səfalətdir maarifimiz. Şəhriyar.\n2. Mədə və bağırsaqlarda əmələ gələn qaz.\n3. məc. İtilik, sürət mənasında (adətən tərkiblərdə). Uzaqlaşan kimi atların yeli özözünə yatdı. S.Rəhimov. Haydı, minib belinə yel gedişli atların; Yerdə, göydə, dənizdə oynasın qanadların. M.Müşfiq. • Yel atına minmək – iti yerimək, yeyin yerimək. Yel kimi, yeltək – çox sürətlə, çox iti. Yel kimi qaçmaq. – Oğlan atın üstünə minib, onu məhmizlədi. At yel kimi uçurdu. (Nağıl). Dönübdür gənc Osman qanadlı quşa; Yel kimi dırmaşır o, dik yoxuşa. H.K.Sanılı. Qıy vurub tərlanım yeltək keçəndə; Bir vəlvələ düşür hər yana, dağlar! S.Vurğun. Yel kimi gəzmək – veyillənmək, boş-boş gəzmək, avaralanmaq. Hərzədir yel kibi gəzmək, nə bitər avarədən? Nəsimi. ‣ İçində yel gəzib, yengələr oynamaq – bax. yerində yellər əsmək. İş belə gedərsə, Gəray ağanın Qarabağ düzənlərindəki malikanəsi, Şuşa şəhərindəki üçmərtəbəli imarəti də xaraba qalacaq, sökülüb-töküləcək, içində yel gəzib, yengələr oynayacaqdır. S.Rəhimov. Yel olub yanından (yanımdan) ötə də bilməz – hədəyə qarşı cavab ifadəsi. [İmamqulu:] Sən öləsən, heç yel də olub yanımdan ötə bilməzsən. N.Vəzirov. Yerində yellər əsmək – nam və nişanı qalmamaq, məhv olmaq.\n\nII. is. Revmatizm xəstəliyinin xalq arasında adı. Qıçlarımı yel tutub. – Əl-ayağını yel tutan xəstəni isə Qalaya (Pirvəro) aparardılar. H.Sarabski. yelapardı is. məh.\n1. Sac üstündə bişirilən nazik, yağlı yuxa. Yelapardını sac üzərində bişirərlər.\n2. Çox yüngül, nazik şey haqqında. Bu çit lap yelapardı çitdir. yelayaq (=yelayaqlı) sif. Yeyin yeriyən, çox iti gedən. Çəkirlər əllərimi qupquru damardamar; Ey uzunsaç rəssamlar, yelayaq fotoqraflar. S.Rüstəm. yelayaqlı (=yelayaq) sif. Yeyin yeriyən, çox iti gedən. Çəkirlər əllərimi qupquru damardamar; Ey uzunsaç rəssamlar, yelayaq fotoqraflar. S.Rüstəm. yelbeyin sif. və is. Başıboş, axmaq, gic, səfeh; yüngül. Yelbeyin adam. – Birisi ona övliya, o birisi ona yelbeyin, birisi ona əzim, o birisi ona vəzir, birisi ona ağıllı, o birisi ona tamam dəli adını verirdi. S.Rəhimov. yelbeyincəsinə zərf Yelbeyin adama yaraşan bir tərzdə; axmaqcasına, səfehcəsinə. Yelbeyincəsinə hərəkət etmək. yelbeyinlik is. Başıboşluq, giclik, axmaqlıq, səfehlik, yüngüllük, axmaqcasına hərəkət. Yelbeyinlik etmək. yelbə is. zool. Çox iti yeriyən balaca köçəri quş. Dağa yelbə nə lazım; Girər qəlbə, nə lazım; Ağacda bar olmasa; Ona səlbə nə lazım. (Bayatı). • Yelbə kimi – çox iti, çox tez, çox yeyin. Yelbə kimi getmək. Bu at yelbə kimi qaçır. yelbiz is. məh. Qadın saçı. yelbizləmə “Yelbizləmək”dən f.is. yelbizləmək f. məh. Yelbizindən yapışmaq, saçından yapışmaq. yelbizlənmə “Yelbizlənmək”dən f.is. yelbizlənmək məch. məh. Yelbizindən tutulmaq, saçından tutulmaq. yelcövüzü is. Təbabətdə, ətriyyat işlərində, yaxud ədviyyə kimi işlənən bitki meyvəsi. yelçəkən is.\n1. Qapalı binada qarşıqarşıya olan açıq yerlərdən gələn hava cərəyanı. Yelçəkəndə oturmaq. Bura yaman yelçəkəndir.\n2. Qapalı binanın havasını dəyişdirmək üçün qurğu; ventilyasiya, ventilyator. Yelçəkən xarab olub, işləmir. yelçöpü is. məh. Çiçəksiz bir bitki adı. yelda 1. is. [fars.] klas. şair. Dekabr ayının 21-nə təsadüf edən ən uzun gecə (çox vaxt “şəbi-yelda – yelda gecəsi” tərkibində işlənir). İldə bir yelda gəlir ayinü rəsmidəhrdə; Bu nə yeldadır gəzir ayın yanınca müttəsil? Q.Zakir. Dilqəməm, qarşıma çıxdı xuraman; Bir şəbi-yeldadə bir mahitaban. Aşıq Dilqəm. yeldəyirmanı is. Küləyin hərəkətə gətirdiyi pərlər vasitəsilə işləyən dəyirman. Arxa planda su quyusu üstündə hərəkətsiz dayanmış yeldəyirmanı. Ə.Məmmədxanlı. yelək is.\n1. Lələk.\n2. məh. Oxun baş tərəfinin enli hissəsi. Oxun yeləyi olmayanda yerə tez düşər. Xəstə Qasım.\n3. məh. Qolsuz gödək paltar. yeləkli sif. Yeləyi olan. yeləksiz sif. Yeləyi olmayan. Bir iyidin dünya varı olmasa; Yeləksiz ox kimi çovar deyərlər. Xəstə Qasım. yelən is. Haşiyə, qıraq, kənar. Xalça yeləni. Yeləni göy kəlağayı. – Asılır evlərin divarlarından; Yeləni çiçəkli, güllü xalılar. O.Sarıvəlli. // Bütöv bir parçanın qırağına çəkilən başqa bir parça; calaq. Yorğan yeləni. • Yelən vermək – qırağına calaq salmaq. Yelən qoymaq – kağızı yazanda dörd kənarını yazmayıb ağ qoymaq. Yelən çıxmaq – haşiyə çıxmaq. yelənciri is. Varəncir, badəncir. yelənli sif. Yeləni olan, haşiyəli. yelənsiz sif. Yeləni olmayan, haşiyəsiz. yelgə is. məh.\n1. Qadın saçı.\n2. At yalı. yelin is. Məməli heyvanlarda süd yığılan (süd vəziləri və məmələri yerləşən) orqan. Bu inəyin yelinində süd çoxdur. – Salxımsalxım olacaqdır ağ üzümü tənəklərin; Yelinləri dolacaqdır yenə sağmal inəklərin. S.Vurğun. Yelini südlə dolu qoyunlar ağıllardakı quzuların mələşməsini eşitdikcə daha yanıqlı bir səslə onlara hay verərək, yatağa çatmağa tələsirdi. M.İbrahimov. • Yelin salmaq – yelini böyümək (doğmağa bir neçə gün qalmış heyvanın). Boz inək yelin salıb. Qızıl (qırmızı) yelin – boğaz inək. [Qədim:] Xırda, bir sən o qırmızı yelini görürsənmi? S.Rəhimov. yelinləmə “Yelinləmək”dən f.is. yelinləmək f. Yelini südlə dolmaq. İnəklər naxırdan qayıdınca yelinləyir. // Doğmağa yaxın heyvanın yelini böyümək, südlə dolmaq. İnək yelinləyib, bu gün-sabah doğacaq. yelinsoy is. məh. Məməli heyvanlarda yelin xəstəliyi. yelkən is.\n1. Dor ağacına bənd edilən və içinə yel dolduğu zaman gəmini, qayığı hərəkət etdirən xüsusi biçimli qalın, möhkəm bez parçası. Gəminin yelkənlərini açmaq, yığmaq. • Yelkən açmaq (qaldırmaq) – yelkənləri açıb hərəkət etmək, yola düşmək. Dərviş olan gedər, gəzər dərində; Yelkən açar dayazlarda, dərində. Aşıq Ələsgər. Yelkən gəmisi – yelkənlə hərəkət edən (motorsuz) gəmi (qayıq). Yelkən çəkmək – bax. yelkən açmaq. Tez olun, yelkən çəkin, düşək yola. Yelkənləri endirmək – hərəkət edən gəminin sürətini azaltmaq və ya saxlamaq.\n2. Üstünə tut və b. xırda meyvələri çırpmaq üçün iri bez parçası. Tutu yelkənə çırpmaq.\n3. Badban, çərpələng. Yelkən uçurtmaq. ‣ Yelkəni suya salmaq (vermək) – təslim olmaq. yelkənli sif. Yelkəni olan, yelkənlə hərəkət etdirilən. Yelkənli gəmi. – Dənizdə gəzişən ağ yelkənli qayıqlar nəzəri cəlb edirdi. S.Hüseyn. Yelkənli gəmitək üzür göydə Ay; Qaraqoyunludan keçən Əyriçay; Əks edir köksündə güzgütək onu. H.K.Sanılı. Sahil boyu düzülmüş fənərlərin əksi dənizdə gəzən yelkənli qayıqları işıqlandırdı. S.Rəhman. yelkənsiz sif. Yelkəni olmayan. Mənsiz kətan, kəndir verməz zəmilər; Çadırsız, yelkənsiz (z.) qalar gəmilər. A.Səhhət. yelqovan I. is.\n1. bot. Toxumu külək vasitəsilə uzaqlara aparılıb, orada tökülən bir bitki və onun dəni; süpürüm. Həsi və o biri rəncbərlər xırmanda eşələnir, saman içindən yelqovanları çıxarırdılar. S.Rəhimov.\n2. məc. Fikrində və işində sabit olmayan adam haqqında. Yelqovanın biridir, onun sözünə etibar yoxdur.\n\nII. is.\n1. Uzun ağacın başına bənd edilmiş və küləyin əsdiyi tərəfə çevrilərək onun istiqamətini göstərən dəmir lövhəcik və s.\n2. dan. Saatın, dəqiqələri göstərən uzun əqrəbi. yellədilmə “Yellədilmək”dən f.is. yellədilmək “Yellətmək”dən məch. yelləmə “Yelləmək”dən f.is. yelləmək f.\n1. Sərinləmək üçün bir şeylə havanı hərəkətə gətirmək, hava cərəyanı yaratmaq. Yelpiclə üzünü yelləmək. – Rüstəm kişi hirsindən şapkasını çıxardı, üzünü yellədi. M.İbrahimov.\n2. Odu, ocağı alışdırmaq, kömürü közərtmək üçün üzərində havanı bir şeylə hərəkətə gətirmək, yel vermək; körükləmək. Manqalı yelləmək.\n3. Yırğalamaq, tərpətmək, silkələmək, əsdirmək, yaxud itələmək, itələyərək o yanabu yana hərəkət etdirmək. Layla-layla deyə çəkər keşiyin; Min məhəbbətlə yelləyər beşiyin. M.Ə.Sabir. Bürcəliyev də Kərimqulu kişi kimi qaraldı, əllərini kənara yellədi. S.Rəhimov. Rüstəm kişi .. paltosunun ətəyini yelləyə-yelləyə (z.) özünü maarif idarəsindən çölə atdı. M.İbrahimov.\n4. Sürüb aparmaq. Dan yerinə şəfəq düşmüşdü, malları yellədim, gün çıxar-çıxmaz evə gəldim. A.Divanbəyoğlu.\n5. Yelə vermək, tozunu çırpmaq. Palazı yelləmək. // Sovurmaq.\n6. məc. dan. Bir işə təhrik etmək; qızışdırmaq. yelləncək is. Ağac budağından və ya bir yerdən asılmış müvazi qalın kəndirlərin ucuna bənd edilmiş oturacağı olan yellənmə qurğusu; salıncaq, uçuncaq. Oğlan-qızla dolu uçuncaqlar, yelləncəklər havada fırlanırdı. S.Rəhimov. Qızlar isə tək-tək yelləncəyə minir, havalanırdı. Ə.Əbülhəsən. yelləncəkli sif. Yelləncəyi olan, yellənmək üçün qurğusu olan. yelləndirilmə “Yelləndirilmək”dən f.is. yelləndirilmək məch.\n1. Yelin təsiri ilə hərəkətə gətirilmək.\n2. məc. dan. Bir işə təhrik edilmək; qızışdırılmaq. yelləndirmə “Yelləndirmək”dən f.is. yelləndirmək f.\n1. Tərpətmək, əsdirmək, o yan-bu yana hərəkət etdirmək, yırğalandırmaq, dalğalandırmaq. Yel ağacları yelləndirir. – Külək vurduqca Tellinin qıyğacı örtdüyü çadrasını yelləndirirdi. S.Hüseyn.\n2. məc. dan. Bir işə təhrik etmək; qızışdırmaq. yellənmə “Yellənmək”dən f.is. Çar təbəələri və çar himayəsində olanların qapılarında çar bayraqlarının yellənməsi konsulun Təbrizə daxil olmasını bildirdi. M.S.Ordubadi. yellənmək f.\n1. Yelləncəyə minib o yan-bu yana hərəkət etmək. Yelləncəkdə yellənmək.\n2. Tərpənmək, yırğalanmaq. Beşik baxmaz heç bir kəsə; Qulaq verir gələn səsə; Nənə bir nəğmə söyləsə; Yel olur, yellənir beşik. Ə.Cavad. // Dalğalanmaq, əsmək. [Qızıl Ordunun] başı üstündə həqiqi azadlığın əbədi rəmzi olan qızıl bayraqlar yellənirdi. M.İbrahimov.\n3. məc. Avaralanmaq, veyillənmək, boşboş gəzmək. Bikar-bikar yellənib gəzir.\n4. Yel buraxmaq. ‣ Yellənib uçmaq – ruhlanmaq, bir yerə getməyə can atmaq. [Şərəfnisə xanım Şahbaz bəyə:] Firəng qızları başlarına örtən təsəklər mənə lazım deyil, al Parijdə onların başlarına ört ki, Qarabağdan onların havasına yellənib uçursan. M.F.Axundzadə. yellənə-yellənə zərf\n1. Yellənərək, dalğalanaraq. Sürəkdən qurtarmış körpə maraltək; Saçları dağınıq, əlində ətək; Yellənə-yellənə gəlir qaçaraq. H.K.Sanılı. Qızın saçları, uzun hörüklərlə topuğa sarı; Yellənə-yellənə dalğalanırdı. S.Vurğun. Qara kişi artıq dayanmadı, ətəkləri yellənə-yellənə idarədən çıxdı. Ə.Əbülhəsən.\n2. məc. Nazlana-nazlana, əzilə-əzilə, nazqəmzə ilə. Yellənə-yellənə gələn yar. yellənti is. məh. Yüngül yel. İlin .. ən isti və ən odlu vaxtı idi. Nə bir kölgə, nə də .. bir yellənti vardı. Ə.Əbülhəsən. yellətmə “Yellətmək”dən f.is. yellətmək icb. Yellənməyə məcbur etmək; yelləndirmək. Çay aşağı getmərəm; Çadramı yellətmərəm; Xoruzgöz oğlan gərək; Dul kişiyə getmərəm. (Bayatı). Qaragöz tez küncə qaçıb ucları alaçığın iki tərəfində bərkidilib asılmış balaca nənnini yellətdi. M.İbrahimov. Əsən külək Gülşənin saçlarına sığal çəkir, güllü-çiçəkli paltarını yellədirdi. Ə.Vəliyev. yelli I. sif.\n1. Küləkli. Yelli hava. Yelli bir gün.\n2. məc. dan. Hirsli, tünd, tez qızan. Yelli adam.\n3. zərf Bərk, iti, şiddətli. Oğlan çox yelli gəlir. – Kabinetin qapısı bir qədər yelli açıldı.. S.Rəhimov.\n\nII. sif. dan. Yel xəstəliyi olan; revmatik. Yelli qıçlar. yelmar is. Çox iti gedən sarı-qırmızı rəngdə zəhərli ilan. yelpazə bax. yelpik. Balkonun iki tərəfində duran xidmətçilər tavandan asılmış böyük yelpazəyə hərəkət verir. M.S.Ordubadi. // Yelpik kimi açılıb qapanan. Qadir .. günün batdığı yerdə yelpazə kimi açılıb göyün bir bucağını tutan qızılı şəfəqlərə diqqət etdi. Ə.Əbülhəsən. yelpazələmə “Yelpazələmək”dən f.is. yelpazələmək f.\n1. Yelpazə ilə yelləmək; yelpikləmək.\n2. məc. Oxşamaq, nəşələndirmək. Arabir qulaqlarımıza çarpan musiqidar fısıltılar qəlbimizi yelpazələyərək, bizdə nə qədər xoş təsir və canlı duyğular oyadır. A.Şaiq. yelpazələnmə “Yelpazələnmək”dən f.is. yelpazələnmək məch. Özünü yelpazə ilə yelləmək, özünü yelpikləmək. yelpənək məh. Xiyar. Ağzı bir çuval, boynu şam piyi; Başı gərmək, burnu yelpənək. Ü.Hacıbəyov. yelpik is. Sərinlik, yaxud ocağı alışdırmaq üçün yellətməklə havanı hərəkətə gətirən alət. Qatlama yelpik. Düz yelpik. Yelpiklə üzünü yellə. Ocağı yelpiklə yelləmək. – İki qız [şahın] başı üstündə oturub tovuz quşu qanadından qayrılmış yelpiklə onu yelpikləyirdi. M.S.Ordubadi. yelpikləmə “Yelpikləmək”dən f.is. yelpikləmək f. Yelpiklə yelləmək, yelpiklə yelləyib sərinlik yaratmaq. [Sarı] bir an içində yelpikləyib kömürü közərtdi və samovara od saldı. S.Rəhimov. yelpiklənmə “Yelpiklənmək”dən f.is. yelpiklənmək 1. qayıd. Sərinlənmək üçün özünü yelpiklə yelləmək.\n2. məch. Yelpiklə yellənmək. yelpiklətmə “Yelpiklətmək”dən f.is. yelpiklətmək icb. Yelpiklə sərinlətmək. yelpikşəkilli sif. Yelpik şəklində olan. yelpikvari sif. Yelpiyə oxşayan, yelpik şəklində olan, yaxud yelpik kimi açılıb bükülən. yelpinc (=yelpic) bax. yelpik. Yelləyir körpə ağaclar bizi yelpic sayağı. S.Rüstəm. Günəş yerləri atıb gedərkən, üfüqlərdə sarı bir yelpic kimi açılmış şüalarını yığarkən mən onu düşünərdim. Ə.Məmmədxanlı. yelpic (=yelpinc) bax. yelpik. Yelləyir körpə ağaclar bizi yelpic sayağı. S.Rüstəm. Günəş yerləri atıb gedərkən, üfüqlərdə sarı bir yelpic kimi açılmış şüalarını yığarkən mən onu düşünərdim. Ə.Məmmədxanlı. yelsuyu is. məh. Yerdən çıxan isti mineral suların xalq arasında adı. yeltənmək f. dan. Çalışmaq, can atmaq. Əlindən .. iş gəlməyən bu adam .. dərs verməyə yeltəndisə də, ondan da bir şey çıxmadı. S.Rəhman. yem is.\n1. Heyvanlara verilən yeyəcək (arpa, ot, saman və s.). Qidalı yemlər. Şirəli yem. Siloslanmış yem. – Qara atları tövləyə çəkib yem verdi. (Nağıl). Yem gətirib yoxsa sizə verməyə? Ya ki gəlib bir quru dindirməyə? A.Səhhət. Kişi axurda yem yeyən atlarını göstərib fəxr edirdi. Mir Cəlal. // Quşlara verilən dən və s. Toyuqlara yem vermək. Quş yemi.\n2. Quş və heyvanı cəlb etmək üçün tələyə, cələyə, duzağa qoyulan yeyəcək şey. Tələ yemi. • Balıq yemi – qarmağa taxılan soxulcan və s.\n3. məh., xüs. Əl üsulu ilə daş çıxararkən pazla daşın arasına qoyulan quru ot. ‣ Yemi artıq düşmək – qudurmaq, həddini azmaq. yemçi is. Kolxozda, sovxozda heyvanlara yem vermək və ya yem hazırlamaqla məşğul olan işçi. yemçilik is. Heyvanlar üçün yem hazırlamaqla məşğul olma, yem yetişdirmə işi. // Sif. mənasında. yemdoğrayan is. xüs. Heyvanlara veriləcək yemi doğrayan maşın. yemə “Yemək”dən f.is. yemək f.\n1. Qida qəbul etmək, ağızda çeynəyib udmaq. Xörək yemək. Meyvə yemək. – Yeyərsən qaz ətini, görərsən ləzzətini. (Ata. sözü). Xudayar bəy yeyib qarnı tox, .. arxayın və rahat uzanıb yatdı. C.Məmmədquluzadə. [Mirzağa] ata və anası ilə bir evdə yaşayır, bir süfrədə yemək yeyir, onlarla bərabər yatıbdururdu. S.Hüseyn. // İs. mənasında. İnsanın müəyyən vaxtlarda yediyi şey; taam, xörək. Yemək yemisinizmi? Hələ yemək yeməmişik. Sabah yeməyi (səhər yeyilən şey). Axşam yeməyi (axşam yeyilən şey, şam). – Heç düşünməz nədir yemək, uyqu; Gecə ulduzla, Ayla söhbət edər; Düşünür daima sabaha qədər. H.Cavid. • Yemək masası (stolu) – üstündə yemək yeyilən stol. Usta əlindəki gül dəstəsini yemək masasının üstünə atdı.. M.Hüseyn. Yemək otağı – yemək yeyilən otaq, yemək yeyilmək üçün ayrılmış otaq. Zeynal geniş bir şüşəbəndi keçib yemək odasına girdi. S.Hüseyn. Yemək otağına sükut çökmüşdü. Arabir çay içənlərin marçıltısı eşidilirdi. Ə.Vəliyev.\n2. Yemək, ruzi. [Qatama] Qanqın şimalına doğru yürüyərək hər yerdə sehr göstərib yeməyini təmin edirdi. Çəmənzəminli.\n3. dan. Sancmaq, dişləmək. Qollarımı başdan-başa ağcaqanad yeyib.\n4. Aşındırmaq, oymaq, dağıtmaq. Su sahili yeyib dağıdır. Dəmiri pas yeyir. Qələvi dəriyə aşındırıcı təsir edir, onu yeyir. // Gəmirərək, içindən yeyərək xarab etmək, korlamaq, pozmaq, dağıtmaq. Xalçanı güvə yeyib. Meyvələri qurd yeyib.\n5. məc. Üzmək, əldən salmaq, rahat buraxmamaq. Xəstəlik bədənini yeyir. – Yad gördü, dedi məni; Dərd oydu, yedi məni; Vəfasıza sirr verdim; Aləmə dedi məni. (Bayatı). Şamil ali təhsilini bitirib gəlincə təhsil də onu yeyib bitirmişdi. A.Şaiq.\n6. məc. dan. Heç bir imkan verməmək, dözülməz şərait yaratmaq, gözümçıxdıya salmaq, yaşamağa, çalışmağa qoymamaq. // məc. Yox etmək, məhv etmək. Naçalnik elə bir halətdə mənim üzümə baxırdı ki, deyirdim, bu saat məni yeyəcək. C.Məmmədquluzadə. [Qacar:] Çox da tərifləmə mənə vətəni; Bu qılınc olmasa, yeyərlər məni. S.Vurğun. Elə bil ev qurd olub [Durnanı] yemək istəyirdi. Ə.Vəliyev. // Məhv etmək, qırıb tökmək. Çəyirtkə taxılı yedi.\n7. məc. dan. Həyasızcasına mənimsəmək, alıb verməmək. Özgənin malını yemək. – Dəstədə olan adamların biri Mir Qasımdır ki, doğma bacısı Səkinənin malını yemək qəsdi ilə saxta kağız düzəltmişdi. C.Məmmədquluzadə. [Məşədi İbad:] ..Özü də hələ mənim beş min manat pulumu yeyibdir. Ü.Hacıbəyov.\n8. məc. dan. Məruz qalmaq, uğramaq. Şillə yemək. Kötək yemək. – Molla əvvəlcə vermək istəmədi, bir neçə aynalı dürtməsi yeyəndən sonra, sandığın ağzını açdı. “Qaçaq Nəbi”. Yarəb, ol qəmzən oxun bin yerdən artıq yemişəm. Nəsimi. Əhməd onu təhdid və təqib edirdi. Sağ böyründən bir qurşun yemişdi. A.Şaiq. // məc. Dözmək, dözərək cavab verməmək. Daşdəmiroğlunun ayağına getməyi, hörmət görmək əvəzinə onun ağır sözlərini yeməyi Muqim bəyə çox ağır gəlirdi. S.Rəhimov.\n9. Bir sıra sözlərə qoşularaq müxtəlif frazeoloji ifadələr düzəldilir; məs.: başını yemək, qəm yemək, ürəyini yemək, acıq yemək. ‣ Yemək istəmək – qızğın məhəbbət göstərmək, öz hissiyyatını bir şeylə ifadə etmək. Mehriban məhəbbətlə qarışıq bir həyəcanla Rəmziyənin üzündən, dodaqlarından, gözlərindən öpməyə başladı. Onu öz öpüşləri ilə sanki yemək istəyirdi. S.Hüseyn. Yeməyi gəlmək – 1) yemək xoşuna gəlmək, istəmək; 2) son dərəcə xoşuna getmək. Adamın yeməyi gəlir. yeməkxana is. Yemək hazırlanan və ictimai surətdə yemək yeyilən müəssisə; aşxana. Fəhlə yeməkxanası. Tələbə yeməkxanası. – [Qüdrət:] Fəhlələrin sayı artdıqca .. yeməkxana, kino zalı da gərək olacaq. M.Hüseyn. Vahid dönəndə Gəldiyevin başıaçıq, yeməkxanadan çıxıb əl elədiyini gördü. Mir Cəlal. yemək-içmək 1. is. Qonaqlıq.\n2. bax. yeyib-içmək.\n3. is. Yeyiləcək və içiləcək şeylər. Yeməkiçmək hazırlayıb yaxın meşəyə getdik. A.Şaiq. yeməli sif.\n1. Yeməyə yarayan; yeyilən. Gördülər ki, içi çörək, yemiş, cücə, yumurta və qeyri yeməli şeylərlə doludur. S.S.Axundov. // Dadlı, ləzzətli. Yeməli taamlar. Nə yeməli qarpızdır? Çox yeməli nardır.\n2. məc. Sevimli, istəkli, xoşagələn. Haray, sevməli gəlin; Sevib yeməli gəlin; Xəlvətdə bir sözüm var; Sənə deməli, gəlin. (Bayatı). Böyüdün, əndamın olduqca incə; Yeməli qız oldun üçə gəlincə. H.Cavid. yeməməzlik is. Yeməyə həvəsi olmama, yeməkdən imtina etmə; iştahasızlıq. Xəstə yeməməzlikdən bir sümük bir dəri olmuşdur. yemiş is.\n1. Şirin bostan meyvəsi; qovun. Bir dilim yemiş. Şirin yemiş. Yemiş acı çıxdı. Yemiş bir həftəyə dəyər.\n2. top. Hər cür quru meyvə. Qışda yemiş çox yaxşı çərəzdir. // Üzüm qurusu, kişmiş. // Ümumiyyətlə, meyvəcat. yemişan is. Qırmızımtıl qara meyvəsi olan kol bitkisi və onun meyvəsi. Yemişan kolu. Yemişan tikanı. Meşələrdə dərməyə yemişan çoxdur. – Kənddən bir qədər uzaqlaşanda çəpərliklər, sonra yol boyu axan kəhriz sularının gizləndiyi böyürtkən, yemişan kolluqları gəlir. Mir Cəlal. Gülgəz cəld .. əlləri ilə üzünü tutub yaxınlıqdakı yemişan pöhrənliyinin dalına qaçdı. İ.Hüseynov. yemişanlıq is. Çoxlu yemişan bitən yer. Uşaqlar yemişanlıqda yemişan yığdılar. yemişçi is. Yemiş satan, yaxud yaxşı yemiş tanıyan adam. // Meyvə qurudan, ya da quru meyvə satan adam. yemişli sif. Yemişi olan, meyvəsi olan, meyvə verən. Bağçadır bir yanımız; İçi güllü, çiçəkli; Bir yanda bostanımız; Yemişli, xəlvirəkli. O.Sarıvəlli. yemişlik is.\n1. Yemiş bitən, yemiş əkilmiş yer; yemiş bostanı.\n2. Meyvələri asıb saxlamağa məxsus yer.\n3. Meyvə qoymağa məxsus qab, meyvə boşqabı. yemqarışdıran is. xüs. Doğranmış müxtəlif yemi qarışdıran maşın. yemləmə “Yemləmək”dən f.is. Malqaranı yemləmə üsulu. yemləmək f.\n1. Heyvanlara, quşlara yem vermək, heyvanları yedirtmək, otarmaq. Quzunu yaxşıca yemləmək lazımdır. – Molla eşşəyi həmişə özü yemləyərmiş. “M.N.lətif.” Yol üzərində bir qədər dincəlmək, atları yemləmək lazım gəldi. S.Hüseyn. Sənəm qarı toyuqları yemləyib pilləkənlə yuxarı qalxmağa başladı. Ə.Məmmədxanlı.\n2. Bitkiyə gübrə vermək. Pambıq yetişənə qədər Şamama sahəni altı dəfə kətmənləmiş, üç dəfə əlavə yemləmişdi. Ə.Əbülhəsən. yemləndirilmə “Yemləndirilmək”dən f.is. Mal-qaranın vaxtlı-vaxtında yemləndirilməsi. yemləndirilmək məch. Yem verilmək, dən verilmək. yemləndirmə “Yemləndirmək”dən f.is. yemləndirmək bax. yemləmək. yemlənmə “Yemlənmək”dən f.is. yemlənmək məch. Yem verilmək, dən verilmək. yemlətmə “Yemlətmək”dən f.is. yemlətmək icb. Yem(dən) verdirmək. Atları yemlətmək. yemləyici sif. və is. Yem verən, yem paylayan, heyvanlara yem verməklə məşğul olan (adam). yemli sif. Yemi olan. yemlik I. is. bot. Zəmilərdə, çöllərdə bitən dar, uzun yarpaqlı, südlü, yeyilən çoxillik ot bitkisi. Yemlik otların arasında bitir. – O biri məhəllənin uşaqları da Laçının dəstəsi ilə yemlik dərməyə, oynamağa getdilər. M.Hüseyn. Nəhayət, kəpənək çiçəklənmiş bir yemlik kolunun üstünə qonanda Tapdıq papağını onun üstünə basdı. Ə.Vəliyev. Naxırçılar ellik çəmənliyinin lap yuxarılarına çıxaraq yemlik gəzirdilər. Mir Cəlal.\n\nII. is. Heyvanlara yem verilən taxta qutu; yemqabı. Kolxozçu heyvanın yemliyinə ot tökdü.\n\nIII. sif. Yem üçün ayrılmış, yem üçün saxlanmış. Yemlik dən. – Yemlik çuğundurun yarpaqları zülali maddələrlə zəngindir. – [Güləsərin] ..yemlik yeməkdən əlləri və dodaqları bir az qaralıb, şabalıdı rəngə düşmüşdü. İ.Şıxlı. yemliklik is. Çoxlu yemlik bitən yer (bax. yemlik1). yempörtən is. xüs. Heyvan yemlərini bişirmək üçün qurğu. yemsək sif. məh. Axsaq. yemsəmə “Yemsəmək”dən f.is. yemsəmək f. məh. Axsamaq. yemsiz sif. və zərf Yemi olmayan; ac. Heyvanları yemsiz qoymaq. yemsizlik is. Yemin olmaması, ac qalma, ac qoyma (heyvanı). yencilmək f. qəd. Əzilmək, basılmaq. Paltar yencildi. Qaysı yencilmişdir. yencmək f. qəd. Əzmək, basmaq, sıxışdırmaq, xurd-xəşil eləmək. Zərb ilən onu sərnigun edəyin; Əzəyin, yencəyin, zəbun edəyin. Füzuli. yendirmə “Yendirmək”dən f.is. yendirmək bax. endirmək. yenə zərf (bəzən də ədatı ilə).\n1. Təkrar, bir daha, təzədən, yenidən. Dünənki adam bu gün yenə gəldi. Bu gün yenə hava pisləşdi. Uşaqlar yenə qaçışmağa başladılar. – Gülbadam yenə də sual vermək istədi. N.Nərimanov. Məcnun kimi yenə düşdüm çöllərə. Molla Cümə. O günün sabahı Mirzağa üçüncü kərə olaraq Cəmilə ilə yenə üz-üzə gəldi. S.Hüseyn. // Sual şəklində: təəccüb, heyrət, məmnuniyyətsizlik bildirir. Yenə gəldin? Yenə narazılıq? Yenə də şikayət?\n2. Eyni qayda üzrə, əvvəlki kimi. Yenə söhbətlər başladı. – Bir gün yenə Nigar xanımın ürəyi sıxıldı. “Koroğlu”. [Mərcan bəy:] Balam, orada olmadı, gəl yenə burada danışaq. Ü.Hacıbəyov. Otuza az qalır Aygünün yaşı; Yenə od kimidir al yanaqları. S.Vurğun.\n3. Hər halda, hər necə olsa, hətta, belə, hələ də, o halda da. Gec də olsa, yenə gələcəyəm. Dediyindən yenə də əl çəkmir. Bundan yenə o yaxşıdır.\n4. Eyni ilə, olduğu kimi, o cür. Dünən necə etmişdinsə, yenə elə hərəkət et. yeng is. Paltarda: qolun ağız tərəfi, aşağı tərəfi; paltarın qolu. Yengi ilə üzünün tərini sildi. yengə is. etnoqr. Keçmişdə gəlin köçürülən zaman onun yanınca gedən və ona rəhbərlik edən qadın. Önündə yengəsi, qucağında ayna, əllərində şamdan, musiqi ilə, gurultu ilə, tüfəng, tapança ata-ata, böyük dəbdəbə və gurultu ilə [gəlin] aparsınlar. A.Şaiq. Sərhəng gəlin toyuna xonça aparan yengələr kimi .. qutunu stolun üstünə qoydu. M.İbrahimov. • Yengə yolu, yengə payı etnoqr. – toyda yengələrə verilən pay, hədiyyə. Qız yengəsi etnoqr. – qız evi tərəfindən təyin olunan yengə. Oğlan yengəsi etnoqr. – oğlan evi tərəfindən təyin olunan yengə. yengəc is. zool. Qısaquyruqlu dəniz xərçəngi. yengəlik etnoqr.\n1. is. Yengə gedən qadının işi, vəzifəsi. Yengəlik etmək.\n2. sif. Yengəyə aid, yengəyə məxsus. Yengəlik bəxşişi. Bir dəst yengəlik paltar. yengi 1. “Yeni”nin qəd. forması. Zülfünü eylə kənar, olsun əyan əbrulərin; Yengi ay rövşənlənir, mahim, hava olduqca saf. S.Ə.Şirvani.\n2. Gələn il. Nə söz dedim o gülə, məndən inciyib getdi? Bizim barışmağımız yengi il baharə çəkər. Ə.Vahid. yengicə zərf Yenicə, az əvvəl. yengiyetişmiş bax. yeniyetmə. [Ziba xanım:] Sənə demədimmi, kişi, bu əlli yaşında yengiyetişmiş qız almaq sənə yaraşmaz? M.F.Axundzadə. yeni sif.\n1. İlk dəfə yaradılmış lap yaxınlarda meydana gəlmiş, törəmiş; təzə (köhnə ziddi). Yeni əsər. Yeni paltar. Ən yeni maşınlar. – Hər gün bir yeni nəğmə; Hər gün bir yeni ilham; Yazaydım səhər-axşam. M.Müşfiq. // İstifadə olunmamış, işlənməmiş, əcərli. Yeni ayaqqabı. Yeni evə köçmək. Yeni silahlar. Yeni kostyum. // Öz əvvəlki vəziyyətini saxlamış, dəyişməmiş halda qalmış. Paltar yeni (z.) qalıbdır.\n2. Dövrümüzə aid olan, müasirimiz olan, müasir (keçmiş, köhnə, əski, qədim qarşılığı). Yeni tarix. Yeni ədəbiyyat. Yeni dünya. • Yeni il – yanvarın birinci günü, üzümüzə gələn il. Yeni iliniz mübarək! – yeni il münasibəti ilə təbrik. // İndiki, hazırkı. Yeni dövr. Yeni mərhələ. Yeni dillər – qədim, ölü dillərdən fərqli olaraq bu gün mövcud olan dillər, müasir dillər. Yeni insan, yeni adamlar – müasirlərimiz. Bizdədir sinfi şüurun əsli; Adımızdır yeni insan nəsli. M.Müşfiq.\n3. Təzə tapılmış, kəşf edilmiş, keçmişdə məlum olmayan. Yeni planet. Yeni ulduz. Elmdə yeni qanun. Yeni kəşf. Yeni üsul.\n4. Əvvəlkinin yerinə gəlmiş, yaxud təyin olunmuş, əvvəlkini əvəz edən. Yeni müdir. Yeni direktor. Yeni katib. // Bir işdə hələ təcrübəsi olmayan; alışmamış, öyrənməmiş. O, bu vəzifədə yenidir. // Köhnəni əvəz edən, əvvəlkinin əvəzində tətbiq edilən. Yeni qayda. Yeni vəzifələr. Yeni istiqamət. Yeni yol.\n5. Əvvəlki deyil, başqa, digər, bambaşqa. Yeni məna. Yeni məzmun. Qarşımda yeni aləm açıldı. – İrəlidə Səmədi tamamilə yeni bir həyat, yeni işlər, yeni qayğılar gözləyirdi.. İ.Hüseynov.\n6. Cavan, tər, bu ilin məhsulu; təzə. Yeni taxıl. Yeni məhsul. – Onsuz açılmazdı yeni çiçəklər; Uçmazdı düzlərdə ağ kəpənəklər. S.Vurğun.\n7. Zərf mənasında. Bir az bundan əvvəl; təzəcə. Bəzi vaxt Cəmilə [Mirzağanın] mənzilinə gəlir, yeni aldığı bir ev əşyasının nə yerə və necə qoyulmasını təyin edirdi. S.Hüseyn. Payızın sübhü yeni açılmışdı. S.M.Qənizadə. ‣ Yeni başdan – bax. yenidən. Yeni çıxma – təzə meydana çıxmış, moda olmuş. Yeni çıxma şey. Yenidən yeni – lap yeni, lap təzə. Yeni dünya köhn. – Amerika. [Qara zənci:] Amerika, Yeni dünya! Mənim doğma vətənimdir; Babamın ağ sümükləri çürümüşdür bu torpaqda... S.Vurğun. yenicə 1. zərf Az əvvəl, indicə, təzəcə. Yenicə getdi. Yenicə gözüm yuxuya getmişdi ki... – Üç yaşından beş yaşına varanda; Yenicə açılan gülə bənzərsən. “Koroğlu”. Bu dəstəni təşkil edən üzvlərin kimisi yenicə çadrasını atmışdı, kimisi hələ buna cürət etməmişdi. S.S.Axundov. // Təzə-təzə.\n2. sif. Təzə, təzəcə, az və ya tamamilə yeni. Yenicə bir şey. yenicə-yenicə zərf Təzə-təzə. Yenicəyenicə oxuyur, yazır. yeniçəri is. [türk.]\n1. tar. Sultan Türkiyəsində adətən polis, cəza məqsədləri üçün istifadə edilən və sonralar ortadan qaldırılan imtiyazlı piyada qoşun və onun nəfəri. Topçular top ata bilməz; Yeniçəri döyüş istəməz; Padşahdan imdad olmaz; Əsir olduq gavur əlində. Aşıq Həsən.\n2. məc. Zalım, zülmkar, zorla iş görən adam haqqında. yeniçərilik is. [türk.] tar.\n1. Yeniçəri əsgərliyi, yeniçəri hissələrində qulluq etmə.\n2. məc. Zorbazorluq, zülmkarlıq. yeniçi bax. yenilikçi. yeniçilik bax. yenilikçilik. yenidən zərf Bir də, təzədən, təkrarən. Yenidən çalmaq. Yenidən yazmaq. Yenidən başlamaq. Kitabı yenidən oxumaq. – Sofiya xanımın solmuş yanaqlarından yenidən yaş axmağa başladı. Çəmənzəminli. Neftin fontan vuran buruqlarına; Yenidən can verir Xəzər Bakıda. Aşıq Şəmşir. yeniləmə “Yeniləmək”dən f.is. yeniləmək f.\n1. Təzələmək, dəyişdirmək, təzəsi ilə əvəz etmək. Vitrindəki malları yeniləmək.\n2. Yenidən etmək, təkrar etmək. O sözü yeniləməyə ehtiyac yoxdur. yeniləndirmə “Yeniləndirmək”dən f.is. yeniləndirmək bax. yeniləmək. yenilənmə “Yenilənmək”dən f.is. yenilənmək məch.\n1. Yeni şəkil almaq, təzə kimi olmaq, təzələnmək. Palto çevirtdirildikdən sonra tamamilə yeniləndi.\n2. bax. yeniləşdirilmək. yeniləşdirilmə “Yeniləşdirilmək”dən f.is. yeniləşdirilmək məch. Yeni hala salınmaq, yeni şəkil verilmək, təzələndirilmək, bərpa edilmək. yeniləşdirmə “Yeniləşdirmək”dən f.is. yeniləşdirmək bax. yeniləndirmək. yeniləşmə “Yeniləşmək”dən f.is. Hər yerdə yeniləşmə, dəyişmə hərəkəti duyulurdu. Mir Cəlal. yeniləşmək f. Tədricən yenilənmək, təzələnmək. Yazda ağacların yarpaqları yeniləşir. yenilik is.\n1. İstifadədə olmamış, hələ işlənməmiş şeyin hal və keyfiyyəti; təzəlik. Paltarın yeniliyi. Maşınların yeniliyi. // Yeni şeyin hal və keyfiyyəti. Fikrin yeniliyi. Mövzunun yeniliyi.\n2. Yeni xəbər və əhvalat; dəyişiklik. Elə bir yenilik yoxdur. Yenilikdən xəbərin varmı? Sənə bir yenilik deyəcəyəm.\n3. Yeni bir şey, keçmişdə olmamış, təzə meydana gəlmiş şey. Elm və texnika yenilikləri. Yenilik gətirmək. – Təbriz qadınları bu yeniliyi sevirdi, çünki onlar bütün ömürlərində ancaq məscidləri, qəbiristanları, ziyarətgahları və ümumi hamamları görmüşdü. M.S.Ordubadi. [Qorxmaz] əlini ölçə-ölçə demişdi: – On ilin ərzində kənddəki yenilik tək bir məktəb binasından ibarətdir. Ə.Vəliyev. // Yeni qayda, yeni üsul, yeni adət, yeni tətbiqə başlayan hər şey.\n4. Dəyişiklik. Vəziyyətdə heç bir yenilik yoxdur. yenilikçi is. Hər hansı bir sahədə yeni, mütərəqqi prinsiplər, ideyalar, üsullar və s. irəli sürən və həyata keçirən adam; novator. yenilikçilik is. Hər hansı bir sahədə yeni, mütərəqqi prinsiplər, ideyalar, üsullar və s. irəli sürmə və həyata keçirmə; novatorçuluq. yenilmə “Yenilmək”dən f.is. yenilmək məch. Basılmaq, məğlub edilmək, sarsıdılmaq. Qarşıda dayanmaz dağlar, qayalar; Səndə yenilməyən div qüvvəti var. R.Rza. yenilməz sif. Basılmaz, məğlubedilməz, yıxılmaz, dağıdılmaz, çox möhkəm. Yenilməz Sovet Ordusu. Yenilməz mübariz. Yenilməz qala. – İdarə etdiyimiz məmləkətin xalqı yenilməz və məğlubedilməz bir xalqdır! M.S.Ordubadi. Bu qarlı dağlara sığındı Babək; Azərin qəhrəman, yenilməz oğlu! S.Vurğun. yenilməzlik is. Basılmazlıq, məğlubedilməzlik, sarsılmazlıq, çox möhkəmlik. yeniş bax. eniş. yeniş-yoxuş bax. eniş-yoxuş. [Əbdürrəhman bəy:] ..Qara dağdan ala dağa yenişyoxuş, dərə-təpə, axırda nədi, nədi? Kömür qaradı, qatıq ağdı. N.Vəzirov. yeni-yeni 1. sif. Təzə-təzə. Yeni-yeni evlər. Yeni-yeni adamlar. Yeni-yeni qüvvələr. – [Mirpaşa:] Amma çox sağ ol, usta, mən səndən yeni-yeni şeylər öyrəndim. Z.Xəlil.\n2. zərf Yenicə, təzəcə, bir az əvvəl, indicə. Uşaq yeni-yeni ayaq tutur. Xəstə yeni-yeni yeriməyə başlamışdır. – Təyyarələrin gurultusu yeni-yeni eşidilməkdə idi. M.Hüseyn. yeniyetmə is. Çox gənc, gənclik yaşına ayaq qoymuş oğlan və ya qız; ümumiyyətlə, gənc, cavan. Uzunboylu, yeniyetmə, növcavan; Məni bu dərdlərə salan oynasın. M.P.Vaqif. Çox yaşlı kişilərin “matəm” hadisəsindən xəbərləri vardısa da, yeniyetmələr əsla buna vaqif deyildilər. Qantəmir. Çobanlar və yeniyetmələr alaçığın yanlarına çəkilərək, yeməyi yığışdırıb ortanı açdılar, oynamağa başladılar. M.İbrahimov. // Sif. mənasında. Qapıda bizdən başqa dörd-beş çoban da xidmət edirdi. Hamısı yeniyetmə, bığıburma oğlanlar idi. A.Şaiq. Azərbaycanın yeniyetmə müəllimləri geridə qalmış arvadlara böyük bir həvəslə, sevinə-sevinə savad öyrədirdilər. M.Hüseyn. yenmə “Yenmək”dən f.is. yenmək f.\n1. Basmaq, məğlub etmək, qalib gəlmək. Onu yenməkdə əlbir olsaq biz; Çox gözəl bar verər diləklərimiz. A.Şaiq. Nağını, Xaçoyu yendi cavanlar; Vuruşmasaq olmaz! – dedilər onlar. H.K.Sanılı.\n2. bax. enmək. İndi dünyada qayda belədir ki, birisi ucadan alçağa yenə, dövlətlilikdən kasıblığa düşə söhbəti həmişə aparıb çıxardacaq keçən günlərinə. C.Məmmədquluzadə. [Kərim baba tüfəngi] hər gün silər, təmizlər və arabir dərənin içinə yenərək bir yeri nişan alardı. A.Şaiq. yenməz bax. yenilməz. [El:] Var olsun yeni dünyanın yenməz mübarizi Elxan, urra! C.Cabbarlı. yenməzlik bax. yenilməzlik. yenot [lat. geneta]\n1. zool. Tünd-sarı rəngli qiymətli xəzi olan yırtıcı heyvan.\n2. Bu heyvanın dərisi. yepələk is.\n1. Təzə tutulmuş alıcı quşu ələ öyrədərkən onun qabağına tutulan quş.\n2. məc. Qapazaltı. [Mahmud:] ..Mənim acığım Adəmə tutur. Axı, o niyə arvada yepələk olurdu. Ə.Haqverdiyev. yepiskop [yun. episkopos] Xristian dinində yüksək ruhani rütbə və bu rütbəni tutan şəxs. yepyekə sif. Çox yekə, lap yekə. Yepyekə daş. yepyeni sif.\n1. Çox yeni, lap yeni, tamamilə yeni. Yepyeni paltar. – [Səlma:] İştə gümüş kəmər! Həm də yepyeni; Sonra yenə məmnun eylərəm səni. H.Cavid. yer is.\n1. Üzərində sakin olduğumuz planet: Yer kürəsi (bu mənada böyük hərflə). Ay Yerin peykidir. Yerlə Günəş arasında 150 milyon kilometr məsafə var. Yer Günəş ətrafında fırlanır.\n2. Quru (su səthi müqabili). Dənizdən yer görünmürdü.\n3. Yer qabığının üst qatı; torpaq (bu mənada çox vaxt “altı” sözü ilə). Yer altında qazılmış şaxta. Yer altından çıxan mədən. Yer altından tapılmış mədəniyyət abidələri. – Bizlər .. Kürün, Arazın və yerin altındakı suları qoyub, gedib yalandan Allaha yalvarırıq ki, bizə su göndərsin. C.Məmmədquluzadə. [Əhməd:] Bəs gərək yer qazam ki, oradan pul çıxsın. Ə.Haqverdiyev.\n4. Üzərində dayandığımız və hərəkət etdiyimiz sahə. Yerdə oturmaq. Yerdən qaldırmaq. Əlindəki şeyi yerə qoymaq. Yer yaşdır. Tapdaq yer. – Amma hamı dövrə vurub yerdə oturub, təkcə Teymur əyləşib uca bir taxtın üstündə. “M.N.lətif.” Məşədi Kazım ağa .. xıxlanmış dəvə kimi .. yerə çökdü. M.S.Ordubadi. Sanki göylərdə uçan quş kimiyəm; Sanki yerdən uçurulmuş kimiyəm. M.Müşfiq.\n5. Kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən (yaxud edilməyən) torpaq sahəsi. Əkin yeri. Xam yerlər. Əkməyə yer azlıq edir. Mülkədar yerləri. – Eldarın atası Mərdəkanda xozeyinlərin bağında bağbanlıq edər, oğlu da su çəkər, yer işlər, araba qoşarmış. S.Hüseyn.\n6. Ölkə, ərazi, vətən, diyar, məmləkət. Babalarımızdan qalan yerlər. – Sizə kimdən və nə yerdən danışım. Təbriz vilayətindən. “Aşıq Qərib”. [Bəkir:] Bu yerlərə mən azçox bələdəm... N.Vəzirov. İnsan oğlu, uzaqlaşma, gəl yaxın; Başqa yerdən alınmasın sorağın. M.Müşfiq.\n7. Ölkə, vilayət, şəhər, kənd və s. Bu yerləri birinci dəfə görürəm. Nə gözəl yerdir! Tanış yerlər. O yerlərdə olmamışam. Uzaq yerlərdən gələn qonaqlar.\n8. Üzərində bir şey olan, yaxud ola bilən müəyyən sahə, məntəqə, məkan və s. Şəhərin bağ salınmış yeri. Küçənin qurtaran yerində. Yol dağa qalxan yerdə. Keçmişdə boş çöl olan yerdə indi böyük binalar ucalır. // Bir işin, hadisənin və s.-nin baş verdiyi, ya olduğu məntəqə, məhəl. Hadisə baş verən yer. Qəza yerinə getmək. // Bir işə məxsus məhəl (ev, idarə, müəssisə, məntəqə və s.). Əyləncə yeri. – [Kərbəlayı Qubad:] Bircə tez ol, başına dönüm, istəyirəm bu gün bir dükan yeri alım. Ü.Hacıbəyov. Mehriban bir ildən artıq bir zaman idi ki, teatr və kino kimi tamaşa yerlərinə getməmişdi. S.Hüseyn. Teymur onu tez-tez kinoya, teatra və rəqs yerlərinə aparırdı. M.Hüseyn. // Bir məqsəd üçün ayrılmış sahə, yer səthi, parçası. İşləmək üçün yer ayırmaq. Qışlama yeri.\n9. Əyalət, mərkəz olmayan yer (adətən cəm şəklində). Yerlərdən gələn nümayəndələr. Yerlərdə işləri canlandırmaq.\n10. Bir şeyin ayrıca hissəsi, parçası. Paltar görünən yerindən ləkələnmişdir. Bədəninin bəzi yeri qızarmışdır. Dam çox yerdən axır. // Kitabın, musiqinin, pyesin və s.-nin ayrıca hissəsi, parçası. Əsərin yaxşı yerləri çoxdur. Komediyada gülməli yerlər azdır. Məqalənin bəzi yerlərini yenidən yazmaq lazımdır.\n11. Teatrda, kinoda, vaqonda və s.-də oturacaq (stul, skamya və i.a.). Zalda hərə öz yerində oturdu. Biletiniz neçənci yerədir? Vaqona girib özünə yer tutdu.\n12. Ev, məskən, mənzil və s. Qalmağa yeri yoxdur. Düşməyə yerin varmı?\n13. Vəzifə, xidmət, qulluq, iş. Ştatda boş yer yoxdur. Yerlərin hamısı tutulmuşdur. Özünə bir yer tap, işlə. – Bəli, vaxt oldu ki, şəhərdə pristavlıq yeri açıldı. N.Nərimanov. [Hacı Səməd xanın] yerinə Tehran kabinəsinin məsləhəti ilə müavini Sərdar Rəşid təyin olundu. M.S.Ordubadi.\n14. İz, nişanə, əlamət, əsər. Yara yeri. Tikiş yeri. Ləkənin yeri qalıb. Bıçaq yeri. – Qatıq dağılar, yeri qalar; Ayran dağılsa, nəyi qalar? (Ata. sözü).\n15. Ayrı olaraq götürülə bilən, sayıla bilən yük, bağlama. Mənim 5 yer yükümün ağırlığı 40 kilo olmaz.\n16. məc. Mənbə, məxəz mənasında. Lotubaşı, sən qovunu ver, mən sənə bir xeyirli yer deyim. “Aşıq Qərib”. [Aslan bəy:] Yaxın yerdən bilmişəm. Özü xəbər göndərmiş. C.Cabbarlı.\n17. məc. dan. Ev, ailə mənasında. [Məmməd:] ..İkinci vəsiyyətim də budur ki, qızım Nərgiz xanımı varlı yerə ərə vermə. “Aşıq Qərib”.\n18. Yorğan-döşək, yataq. ..Birisi gecə yatır və sübh yerindən duranda neçə xalvar elm və kamal sahibi olur, dəxi heç kəsi bəyənmir. C.Məmmədquluzadə. [Vahid] yerin içində oturub, yuxudan tamam ayılmaq üçün neçə dəfə kirpiklərini çaldı. Mir Cəlal. • Yer salmaq – yatmaq üçün bir yerdə yorğan-döşək düzəltmək, yataq hazırlamaq. Durur, nənəm mənim üçün yer salır; Üstümü örtür, mənə layla çalır. A.Səhhət. Qulluqçu taxtapuşda yer saldı, çıxıb uzandım və vaxtından vaxtına da bişmiş-zad verirdilər. Çəmənzəminli.\n19. Parçada, xalçada və s.-də əsas rəng; fon. Xalının yeri göydür. Bu çitin yeri məxməridir.\n20. Bir adamın cəmiyyətdə, ailədə, elmdə, idmanda və s.-də tutduğu mövqe. Cəmiyyətdə öz yerini müəyyən etmək. Yarışda birinci yeri tutmaq.\n21. Qabın, yeşiyin, kisənin və s.-nin içərisində şey olmadan çəkisi. Yerini çəkmək. Malın yeri nə qədərdir?\n22. Yerdə şəklində – ...halda, ...zaman(da), ...vaxt(da), ...məqamda. O, getdiyi yerdə birdən yıxıldı. Qaçdığı yerdə ayağına tikan batdı. – [Molla Xəlil] müəllimi yaxşı yerdə tutmuşdu. S.Hüseyn. Camal əmi zarafatyana dedi: – Hə, ...ay arvad! İclasa getməyə şirin hazırlaşdığın yerdə mən səni saxladım. Ə.Vəliyev.\n23. Yerində şəklində – 1) öz məqamında, münasibət düşdükdə, öz vaxtında. Lap yerində gəldin. Yerində söylənmiş söz. Bunları yerində demək lazımdır; 2) düzgün olaraq, haqlı olaraq. Onu yerində işdən çıxardılar. Ona yerində oldu; 3) ...məqamında, ...vaxtında. İşin şirin yerində soyuq bir şey Eyvaz kişinin sol qoluna dolandı. Ə.Vəliyev; 4) ...vəziyyətində, ...halında. Onun yerində mən olsaydım; 5) durduğu, oturduğu yerdə. [Sultan] sağasola baxdı, yerində qurcuxub stulu cırıldatdı. İ.Hüseynov.\n24. Yer(in)də şəklində – ...yaşında, ...sinnində, ...böyüklükdə. Atası yerində kişi. Babam yerində qoca. – İsticə lavaşım var; Hər gecəyə aşım var; Demə, dədəm yerdəsən; Ancaq əlli yaşım var. M.Ə.Sabir. [Əminə:] Aralıqdan baxdım, gördüm iki qız xeylağı dayanıb. Biri olardı sənin yerdə, o biri demə görmədim, Fatma! Qantəmir. [Qumru:] Anam yerdə arvadsan, evimə gəlibsən, xoş gəlibsən. Mir Cəlal.\n25. Yeridir şəklində – layiqdir, cəzasıdır, əcəb olur. Ona nə eləsələr, yeridir. – [Əhməd:] Vur, – deyirdi, – faşistə nə qədər güllə vursan, yeridir. Mir Cəlal.\n26. Yerinə şəklində – əvəzinə. Onun yerinə yoldaşı qol çəkdi. Bizim yerimizə də təbrik elə. – Mən Molla Vaqifəm, eylərəm əfqan; Gözlərim də yaş yerinə tökər qan. M.P.Vaqif. [Nurəddin ağa:] ..Mədrəsə yerinə, azarxana yerinə, bax gör, hansı yolla tarac olur sərmayə. N.Vəzirov. • Yerinə qoymamaq – qətiyyən saymamaq, ...hesab etməmək. Necə ki şikəst adamları adam yerinə qoymazlar, bizi də o biri millətlər adam yerinə qoymurlar. C.Məmmədquluzadə. ..Bu allahsız qızı heç olmazsa gözünün ucu ilə də baxmır. [Ələmdarı] kişi yerinə qoymur, qozbel faytonçu Topuşdan da aşağı tuturdu. S.Rəhimov. ‣ Yer altından yasa gedən – gizlincə, əlaltından iş görən adam haqqında. [Kəndli:] Elədir, bu molla Qafar çox yer altından yasa gedəndir. S.Rəhimov. Yer altından yasa getmək – gizlicə, əlaltından, heç kəsin xəbəri olmadan iş görmək. Yer eləmək – 1) başqası oturmaq üçün bir qədər o yana çəkilmək, çəkilərək başqasına yer vermək. Bir az yer elə, o da otursun. – Sədr cəld geri çəkilib heyətdə Hacıya yer elədi. Mir Cəlal; 2) məc. təsir etmək, ağır gəlmək, tutmaq. Deyəsən, söz ona yer elədi. – Sarıqlı mollanın “cahad” haqqındakı sözləri çox adamlara yer elədi. Mir Cəlal. Dünənki iclas Gülşənə yaman yer eləmişdi. Ə.Vəliyev. Yer quruculuğu – torpaqdan istifadə qaydalarını nizama salan tədbirlər sistemi. Yer quruculuğu işləri. Yer oynamaq – yer tərpənmək, zəlzələ olmaq. Yer tutmaq məc. – 1) rol oynamaq, mövqe tutmaq, bu və ya başqa əhəmiyyəti olmaq. Cabbarlının əsərlərində qadın çox görkəmli bir yer tutur. M.Arif; 2) əbəs yerə çox sahəni işğal etmək, artıqlıq etmək. Bu şeylər burada ancaq yer tutur. Yer üzündən götürmək – yox etmək, aradan qaldırmaq. Yer üzündən götürülmək – yox edilmək, ortadan qaldırılmaq. [Sara xanım:] Götürüb qəzetçilərə buyruq vermisən, onlar da yazırlar ki, gərək tezliklə çadra yer üzündən götürülsün. Qantəmir. Yer üzündən yox olmaq – yoxa çıxmaq, itmək. Sədinin “Gülüstan”ı neçə vaxtdır ki, yer üzündən yox olubdur. Hər kəs yerini bilirsə və ya özündə varsa, idarəmizə xəbər versin. “Mol. Nəsr.” ...yer yox idi (yer də yoxdur) – çox qələbəlik, həddən artıq çoxluq, basabas, sıxlıq bildirir. Adam əlindən yer yoxdur. – Bakı vağzalının səkilərində tərpənməyə yer yox idi. Mir Cəlal. Yerdə qalanı – 1) bir şeyin, vaxtın qalan qismi. Üç saat məktəbdə keçirdiyi vaxtdan başqa, günün yerdə qalanını Əmiraslan hər bir əmr və göstərişdən azad idi. S.S.Axundov; 2) digərləri, başqaları. Yerdə qalmaq – 1) cəzasız qalmaq, əvəzi verilməmək. Yara deyin, bizdən qarğış almasın; Yerdə qalmaz ahü zari Həsənin. Aşıq Həsən. [İsmət:] Ah, qanın yerdə qaldımı, Qanpolad?! H.Cavid; 2) nəzarətsiz qalmaq, baxımsız qalmaq, köməksiz qalmaq, himayəsiz qalmaq; 3) qalıq olmaq. Yerdə nə qədər qaldı? 4) heç kəs tərəfindən istənilməmək, bəyənilməmək. Yerdən göyə qədər (kimi) – son dərəcə çox, həddindən artıq. Aralarında yerdən göyə qədər fərq var. – Zeynəb oğlundan yerdən göyə kimi razıdır. C.Məmmədquluzadə. Yerdən olmaq – 1) avara-sərgərdan qalmaq, vəzifəsindən və s.-dən məhrum olmaq; 2) başqasının təhriki ilə fikrini, qərarını dəyişdirmək. [Şəhrəbanu xanım:] Müsyö Jordanın və Şahbazın bir para ağılsız sözlərindən yerdən oldu. M.F.Axundzadə. Yerdən-yerə vurmaq – 1) çırpmaq. Qürbət xala o gün nə silə, nə süpürə bildi. Sancı çəkən hamilələr kimi qıvrıldı, açıldı, özünü yerdən-yerə vurdu. Mir Cəlal; 2) məc. heç etmək, puça çıxartmaq. Yerə atmaq (tullamaq) – bax. yerə salmaq. Yerə batasan! Yerə batsın! Yerə batmış – qarğış ifadəsi. [Ağabanı Məşədi Səfərə:] ..Ay külbaş, sənin Kərbəlayı Xuduş kimi lay-lay oğlanların ola-ola, ay yerə batasan, sənin təzədən evlənməyinin nə mənası var. M.Əliyev. Yerə batmaq – adı, sorağı qalmamaq, əsərəlaməti qalmamaq. Yerə batsın deyilir şərlə zülüm; Qalmasın yerdə nə zülmət, nə ölüm! S.Vurğun. Yerə girmək məc. – 1) çox xəcalət çəkmək, çox utanıb sıxılmaq. [Gəray ağa:] Axı sən niyə utanıb-qızarıb yerə girmirsən? S.Rəhimov; 2) bax. yerə batmaq. [Bibixatun:] ..Sənin namusun olsa əriyib yerə girərsən. Utanmayıb başına papaq qoyub gəzirsən, deyirsən kişiyəm. Ə.Haqverdiyev. Yerə qoymaq – bir daha etməmək, əl çəkmək, tərgitmək. Bu xasiyyətini yerə qoy. – Səttar kişi onunla zarafatlaşmağı yerə qoymurdu. Ə.Əbülhəsən. Yerə salmaq – 1) düşürmək, endirmək, devirmək; 2) məc. nəzərə almamaq, yerinə yetirməmək, rədd etmək. Bağlama, aç üzünü; Örtmə o qaş-gözünü; Gəl mənə naz eləmə; Yerə salma sözümü. (Bayatı). Yerə sərilmək – yıxılmaq, yerdə uzanıb qalmaq. Qopdu qanlı bir fırtına; Ölüm hökmü verildi; Qarşı duran igid gənclər; Bir-bir yerə sərildi. A.İldırım. Yerə soxmaq – utandırmaq, başını aşağı etmək, xəcalət çəkməsinə səbəb olmaq, rüsvay etmək. [Turxan oğluna:] Daha nə olacaq!.. Daha nə olsun ki, dost-düşmən içində bizi yerlərə soxdun! H.Cavid. Yerə vurmaq – 1) məğlub etmək, yenmək; 2) heçə çıxarmaq, puça çıxarmaq. Çəkilən zəhməti niyə yerə vurursan? – Şairlik adını yerə vuranlar; Sinəmə yüz yerdən yara vuranlar. Şəhriyar. Yeri deyil – 1) ...arasında olmamalıdır. Bura onun yeri deyil. Ora bizim yerimiz deyil; 2) qeyrimünasibdir, münasibətsizdir. Bu sözlərin yeri deyil. – Axır, bunu uşaq da bilir ki, meydan xanım yeri deyil, meydana pəhləvanlar çıxıb güştü tutarlar. C.Məmmədquluzadə. [Kamilə:] Bu saat o söhbətin yeri deyil. S.Rəhman. Yeri düşəndə (gələndə) – münasib olanda, münasib vaxt düşəndə, məqamında, məqamı çatdıqda. Dünyada faydalı, dəyərli nə var; Toplamaq istədim yeri düşəndə; Səadəti üçün mən öz xalqımın; Öyrənmək istədim düşmənimdən də. O.Sarıvəlli. Yeri gəlmişkən – təsadüfdən istifadə edərək, fürsətdən istifadə edərək, məqamı gəlmişkən. Yeri gəlmişkən onu da deyim ki, ... – Yeri gəlmişkən burada ərəb əlifbasının birinci tərtibini və rəqəm vəzifələrini göstərəlim. F.Ağazadə. Yeri görünmək – bir yerdə, məclisdə və s.-də olmayan, lakin olması arzu edilən adam haqqında çox zaman ölən adam haqqında deyilir. Köçüb gedən o əziz dostların yeri görünür; Sədaları qarışıb çöllərin nəvası ilə. Şəhriyar. Yeri var(dır) – 1) yerində olar, haqlı olar. Yeri vardır nə qədər gəlsən əgər fəryadə. M.Hadi. Mən də şimşək kimi çaxsam, yeri var; Çağlayanlar kimi axsam, yeri var. M.Müşfiq; 2) münasib olar. [Asya:] ..Bilmirəm hayandan gəldi çıxdı bura arşınmal alan? ..Genə bir bəy balası ola, ya bir tacir oğlan ola, yeri var. Ü.Hacıbəyov. Yeri yoxdur – əbəsdir, mənasızdır, yersizdir, artıqdır, lüzumsuzdur. [Qoca kəndli:] Canım, boş qışqırmağın yeri yoxdur. Ə.Haqverdiyev. Yerin altını da, üstünü də bilmək – hər şeyin təfərrüatını bilmək (adətən çoxbilmiş və hiyləgər adam haqqında). O, yerin altını da bilir, üstünü də. – [Ələmdar:] Daha biz bəy deyilik ki, yerin altını da, üstünü də əlimizin içi kimi bilək. S.Rəhimov. Yerin təkindən (dibindən) məc. – haradan olursa olsun. Yerində bitmək (donmaq) – 1) yerində olmaq, yerində oturub qalmaq; 2) məc. donub qalmaq, heyrət içində qalmaq. İmamqulu gözlərini alaçığın bacasına dikib yerində bitdi. Çəmənzəminli. Gülpəri daş kimi yerində donur; Ala gözlərindən üsyan oxunur... S.Vurğun. Yerində qalmaq – olduğu yerdəcə ölmək. Əlini naqana atdığı zaman; Göy Vəli mıx kimi yerində qalır; Titrəyib, xəncəri əlindən salır. S.Vurğun. ...yerində olmamaq – münasib olmamaq, uyğun olmamaq. Yerində oturtmaq məc. – çox lovğa, iddialı adama eybini, ləyaqətini göstərərək cavab vermək, həddini göstərmək, yerini göstərmək. Telli arvad ..[Rüstəm kişiyə] baxanda filosofluq edib deyirdi: – Ay qoca dünya, o qədər mənəm-mənəm deyənləri yerində oturtmusan! M.İbrahimov. Yerində saymaq – 1) durduğu yerdə addımlamaq; 2) məc. inkişaf etməmək, irəliləməmək, irəli hərəkət etməmək, olduğu yerdə qalmaq. [Süsən:] Hər halda biz yerində sayanlardan deyilik. İ.Hüseynov. Görün hələ nə qədər; beyni iflic olan var; öz yerində sayan var. X.Rza. Yerində turp əkilmək – bərbad olmaq, xaraba qalmaq, uçulub-dağılmaq. [Gəray ağa:] Mülkünüz xaraba qalacaq, bəlkə xan sarayının divarları kimi dözüm gətirməyəcək. Yerində turp əkiləcəkdir. S.Rəhimov. Yerindən dəli kimi qalxmaq (sıçramaq) – hövlnak qalxmaq, yerindən sıçramaq. [Rupça xatun] yerindən dəli kimi qalxdı. Çəmənzəminli. Yerindən eləmək – 1) avara qoymaq, öz əsas işindən ayrılmasına, avara qalmasına səbəb olmaq; 2) yerindən, yuvasından məhrum etmək. Yerindən qımıldanmamaq – 1) tərpənməmək, qımıldanmamaq; 2) səsi çıxmamaq. Bütün bu müddətdə Molla min dəfə özündən gedirsə də, yerindən qımıldanmır. “M.N.lətif.” Yerindən oynatmaq – 1) laxlatmaq; 2) məc. təhrik edərək fikrini, qərarını dəyişdirməyə, yaxud bir işə iqdam etməyə məcbur etmək. Molla Sadığın təmkinlə söylədiyi bu sözlər adamları yerindən oynatdı. İ.Şıxlı. Yerinə düşmək – münasib vaxtda olmaq, məqamında olmaq, uyğun olmaq. Mirzə Cavad sözünün yerinə düşdüyünə sevindi. Mir Cəlal. Yerinə gəlmək – ölən bir arvadın yerinə ərə getmək. [Xədicə] anasının yerinə gələn qadınla yola gedə bilməmişdi. S.Hüseyn. Yerinə yetirmək – icra etmək, həyata keçirmək. Tapşırığı yerinə yetirmək. Vəzifəsini yerinə yetirmək. – Müqim bəy xanımın meyvəcat barədə tapşırığını yerinə yetirdikdən sonra Alagözü “güzgü otağına” gətirdi. S.Rəhimov. Yerini almaq – həyata keçmək, yerinə yetirilmək. Nisə xalanın sərəncamı bütün mənası ilə yerini alırdı. Qantəmir. Yerini dar eləmək (etmək) – maneçilik, narahatlıq, çətinlik törətmək; hərəkətinə, inkişafına, fəaliyyətinə mane olmaq. [Güllü:] Bircə de görüm mən sənə neyləmişəm? Yerini dar eləmişəm, ya ərini əlindən almışam? Ə.Haqverdiyev. Yerini göstərmək – 1) bir şeyi nişan vermək; 2) bax. yerində oturtmaq. Tahir bir istədi qışqırsın, tülküsifət natiqi fitə bassın, ona öz yerini göstərsin, amma məclisdə oturanların töhmətindən çəkinib dinmədi. M.Hüseyn. Yerini xəlvət etmək – yerini heç kəsə bildirməmək, yerini gizli saxlamaq. Tamam beş günün müddətində yerimi xəlvət etmək üçün gündə bir ev dəyişdim. “Mol. Nəsr.” Yerini tutmaq – əvəz etmək. Heç bir adam onun yerini tuta bilməz. – [Sayalı:] Maşallah, yekə oğlan olubsan, torpağı sanı yaşayasan, lap atan Səmədin yerini tutubsan. İ.Şıxlı. Yerini verməmək – əvəz edə bilməmək. Heç şey verməz bu dağların yerini; Min bir rəngə girir burda təbiət. S.Rüstəm. Yerlə yeksan etmək – 1) yerə tökmək, dağıtmaq; 2) məc. məhv etmək, xarabaya döndərmək, uçurub dağıtmaq, viran etmək; 3) vurub öldürmək. Saymadan sultanı, xanı; Eyləyibsən nahaq qanı; Badam kimi növcavanı; Yer ilə yeksan eylədin. Aşıq Pəri. Yerlə yeksan olmaq – 1) yerə tökülmək, dağılmaq. Sünbüllər yerlə yeksan olmuşdu; 2) məc. xarabaya dönmək, uçulmaq, məhv olmaq, viran olmaq. Şəhər göyə sovrulub; Yer ilə yeksan oldu; Min ilin yaratdığı; Bir ana qurban oldu. B.Vahabzadə. Mirzə ata-anasının az qala yerlə yeksan olmuş qəbirlərinə baxdı, sonra qonur gözlərini Qədirin üzünə zillədi. İ.Məlikzadə. Bir yerdə – bax. bir. [Mərcan bəy:] Sözün doğrusu, daha bundan sonra mən səninlə bir yerdə .. çörək yeməyəcəyəm. Ü.Hacıbəyov. Bir gün Qərənfillə Bahadur yenə adi qayda üzrə bir yerdə evə dönürdülər. S.Rəhman. Bir yerə (araya) gəlmək – toplanmaq. Bir yerə gəlmək – bir qərar vermək. Mübahisədən nə çıxar, bir yerə gəlmək lazımdır. Boş yerə – bax. boş. Ömrü ucuz verdi... bir iş görmədən; Boş yerə ölməyin nə mənası var?! B.Vahabzadə. Dan yeri – bax. dan. ...duran (olan) yerdə – ...var ikən, ...olaola. Amma mən duran yerdə Qədirin qulluğa getməsi, lap nahaqdır. Mir Cəlal. Qara yer – qəbir, məzar. Qəlbində yer eləmək (etmək, salmaq) – özünə yer tutmaq, əsər və əlamət buraxmaq. Silindi qəlbində yer salan qəhər. M.Rahim. Öldürdüyü düşmənə qarşı olan nifrət hissi ilə qarışıq bir acı duyğu da gənc qızın hələ qəlbində yer etməyə macal tapmamışdı. Ə.Əbülhəsən. Nahaq yerə – bax. nahaq. Nə yerdə – hansı vəziyyətdə. İşləriniz nə yerdədir? Onun məsələsi nə yerdə qaldı? ...o yerə (elə yerə) çatdı ki, ... (çatmışdı ki, ...) – bir işin, hadisənin gedişində ən son nöqtəni, həddi bildirir. Söhbət o yerə çatdı ki, ... – [Rübabənin] Vahid ilə ünsiyyəti o yerə gəlib çatmışdı ki, heç biri o birindən kənarda yaşamır, yaşaya bilmirdi. Mir Cəlal. ...olan yerdə – 1) ...olduğu halda, bir halda ki, ... Aşkar şeydir ki, təzə olan yerdə köhnə qanunlar gərək pozulsunlar. C.Məmmədquluzadə; 2) ...kimi, ...olaraq. Kəsbkarlıqdan əlin çıxdı, usan! Ər olan yerdə, görüm, yox olasan. M.Ə.Sabir. Öz yerində – qaydada, nizamda. [Süleyman:] Şükür Allaha, hər şey öz yerində sazdır. Ü.Hacıbəyov. Öz yerindədir – öz qabiliyyət və ləyaqətinə görə vəzifə tutan adam haqqında. İndi o, öz yerindədir. Sağ yer qoymamaq – bax. sağ. Yalan yerə – nahaq yerə; nahaqdan, yalandan. Dövlətliyə yaltaqlana bilmərəm; Qəmli ikən, yalan yerə gülmərəm. M.Ə.Sabir. yeralması is. Kartofa oxşayan, yeməli kökü olan tərəvəz bitkisi. // məh. Kartof. yeraltı sif. Yerin içində, yer səthinin altında olan. Yeraltı sərvətlər. Yeraltı sular. Yeraltı yol. Yeraltı mədən. Yeraltı istehkam. Yeraltı sığınacaq. – Gecədən xeyli keçmiş, yeraltı qazmada qırıq bir şam işığında Ulduz anasına öz zərif qızlıq nəvazişlərindən hörülmüş işıqlı bir məktub yazırdı. Ə.Məmmədxanlı. yerbəyer zərf\n1. Hər biri öz yerində; qaydada, müntəzəm. Məclis əhli yerbəyer əyləşdilər. “Aşıq Ələsgər”. [İlyas:] ..O kişilərdən gələn kağızları yerbəyer saxlasın. S.Rəhimov. • Yerbəyer etmək (eləmək) – 1) hər şeyi öz yerinə qoymaq, nizam və səliqə ilə yığmaq, yerləşdirmək, qayda ilə qoymaq. Sona ev işinə məşğul idi və Bahadır öz şeylərini yerbəyer edirdi. N.Nərimanov. Osman dükanı üçün gətirdiyi malları yerbəyer etməklə məşğul idi. M.Hüseyn. [Əlləzoğlu] süfrədə hər şeyi yerbəyer elədi, qara kirli əlləri ilə şişləri bir-bir qamarlayıb kababı iri, çökək bir nimçəyə çəkdi. İ.Hüseynov; 2) rahatlamaq, yerləşdirmək. Qərəz, oğlan atı yerbəyer eləyəndən sonra yuxarı çıxdı. (Nağıl). Gecə gəlib səni yerbəyer edərəm. M.S.Ordubadi. Hamını yerbəyer eləyəndən sonra, müəllim gülə-gülə uşaqlara dedi.. Mir Cəlal. Yerbəyer olmaq – qayda ilə yerini tutmaq, yerləşmək, hərə öz yerini tutmaq.\n2. Hər yerdən, hərə bir tərəfdən, hərə öz yerindən. Həsrətindən əlif qəddim büküldü; Cismim bəndi yerbəyerdən söküldü. M.V.Vidadi. Qızlar gülüşərək yerbəyerdən qışqırışdılar. Ə Məmmədxanlı. yerbəyerləşdirmə “Yerbəyerləşdirmək”dən f.is. yerbəyerləşdirmək f. Hər birini öz yerinə qoymaq, yerbəyer etmək. Şeyləri yerbəyerləşdirmək. yerbəyerli zərf və sif. Lazımi qaydada, lazımi surətdə, dəqiq surətdə. Qadir .. yastı daş döşənmiş həyətə çıxaraq əzazil Əminənin əmrini yerbəyerli icra etməyə başladı. Ə.Əbülhəsən. yerdənçıxma sif. Torpağın altından, yerin içindən çıxan. yerdəyişdirmə 1. bax. yerdəyişmə 1-ci mənada.\n2. Bir şeyi bir yerdən götürüb başqa yerə qoyma. yerdəyişmə is.\n1. Olduğu və ya oturduğu yerdən başqa yerə keçmə, bir yeri buraxıb o birinə getmə.\n2. dilç. Sözdə iki qonşu səsin qeyri-iradi olaraq yerini dəyişməsi hadisəsi; metateza; məs.: vağzal-vağzal; yarpaq-yarpaq. yerdombalanı is. bot. Göbələklər qrupuna daxil olan kartofaoxşar kökümeyvəli tərəvəz bitkisi. yereşən is. zool. Həşəratyeyənlər dəstəsindən kiçik məməli heyvan. yerəbaxan is. və sif. Zahirən sakit, dinməz, zərərsiz görünən, əslində isə hiyləgər, fitnəkar, xəbis adam haqqında. Suyun lal axanı, adamın yerəbaxanı. (Məsəl). Qaraqabaq, yerəbaxan, gözü gömgöy, rəngi kürən; O fitnələr övladının hiylə yağır sifətindən. S.Vurğun. yerənciri is. Vaxtından əvvəl yetişən əncir, tezyetişən əncir. Bu il yerənciri yoxdur. yerfındığı is. bot. Fındıq kimi meyvələri olan kol bitkisi və onun meyvəsi; araxis. yerfısdığı bax. yerfındığı. yer-göy is. Dünya, kainat. [Molla özözünə:] Ay Hacı Molla Cəlil ağa, sən olasan yeri-göyü yox yerdən xəlq edən Allaha, içmə bu kafirlərin dərmanını. C.Məmmədquluzadə. Yeri-göyü titrədən partlayış nərəsilə; Çıxarırlar yer altdan bol filiz yataqları. Ə.Cəmil. // Hər yer, bütün aləm. Yerə-göyə hökmün işlər; Sənsən Süleyman, a Pəri! Aşıq Ələsgər. ‣ Yer-göy ağlamaq – çox fəlakətli, acı, acınacaqlı halı bildirir. [Bundan əlavə] hərgah nəql etsəm, bu biçarə, bədbəxt fəhlələrin başlarına nayibləri nə müsibət gətirirlər, yergöy ağlar. N.Vəzirov. Yer-göyə sığmamaq – 1) çox sevinmək, çox şad olmaq; 2) bir şeyin həddən artıq çoxluğunu bildirir. Mənim dərdim yerə-göyə sığası deyil, mənim günüm taybuynuz öküzün günündən bədtərdir. F.Köçərli. Qoy başqası nə cür düşünür düşünsün, Səmədin isə sevinci yerə-göyə sığmırdı. İ.Hüseynov. yeridilmə “Yeridilmək”dən f.is. yeridilmək “Yeritmək”dən məch. yerik is. Hamilə qadınlarda ağız dadının azması halı. // Tamah mənasında. yerikləmə 1. “Yerikləmək”dən f.is.\n2. is. Hamiləlik dövründə ağız dadının azması nəticəsində hamilə qadının turşu və ya başqa şeylər istəməsi. yerikləmək f.\n1. Hamiləlik dövründə ağız dadının azması nəticəsində turşu və ya başqa şeylərə ehtiyac hiss etmək. Onun anası yerikləyəndə aslan ətinin kababını yemiş imiş. M.İbrahimov.\n2. məc. Bir şeyin həsrətində olmaq, bərk istəmək, həris olmaq. [Koroğlu dedi:] Koroğlu fərmanı mərdi-mərdanə; Dəlilərim yerikləyir al qana. “Koroğlu”. yerimə “Yerimək”dən f.is. yerimək f.\n1. Ayaqlarını işə salaraq hərəkət etmək; addımlamaq. İrəli yerimək. Bərk yerimək. Yeriyə bilməmək. Çox yeriməkdən yorulmaq. – Yeriyən at özünə qamçı vurdurmaz. (Ata. sözü). Bir qoca köhnə paltar əynində; Yeriyir yolda torba çiynində. A.Səhhət. [Məhəmmədhəsən əmi] yovuqa yeriyib başladı yumşaqlıqnan oğlunu sakit eləməyə. C.Məmmədquluzadə. // Hərəkət etməyə, gəzməyə iqtidarı olmaq. Uşaq hələ yerimir. Xəstə indi-indi yeriməyə başlamışdır.\n2. Hərəkət etmək (getmək, üzmək). Maşın ağır yeriyir. Dənizdə qayıqlar yeriyir. – Maşın yenicə yeriməyə hazırlaşırdı ki, Tapdıq qırğı kimi şığıyıb maşını götürdü. Ə.Vəliyev. // İşləmək. Saat yerimir.\n3. Üzərinə getmək, hücum etmək, axın etmək. Ordu qərbə yeridi.\n4. Keçmək, qəbul olunmaq, yayılmaq. Bu işlər bizim vilayətdə yeriməz, vəssalam! C.Məmmədquluzadə.\n5. Bir şeyin içinə batmaq, keçmək, girmək. Buğa güc gələndə oğlanın ayağı topuğuna qədər torpağa yeridi. M.Rzaquluzadə. yerindəcə zərf Dayandığı yerdə, durduğu və ya oturduğu yerdə; oradaca. Təəccübdən yerindəcə qaldı. Yerindəcə canı çıxdı. yeritdirmə “Yeritdirmək”dən f.is. yeritdirmək məch. Yeriməyə məcbur etmək. yeritmə “Yeritmək”dən f.is. yeritmək icb.\n1. Yeriməyə, hərəkət etməyə məcbur etmək. // Yeriməsinə kömək etmək, gəzdirmək. Ayaq açan uşaqları yeridirlər.\n2. Sövq etmək, hücum etdirmək. Qoşun yeritmək. – Hər iki tərəf meydana yeni-yeni qüvvələr yeridirdi. S.Rəhimov. Xəzərin sahilinə xəzri qoşunlar yeridir; Titrəyir qumların üstündə səhərdən bəridir. S.Rüstəm.\n3. Bir şeyin içinə girməyə məcbur etmək, daxil etmək. Torpaq .. [ərik ağacının] vücuduna məlhəm yeridirdi. Mir Cəlal.\n4. Həyata keçirmək, intişar etmək. // Təklif etmək, irəli sürmək, yaxud qəbul etdirməyə, keçirməyə çalışmaq. Fikir yeritmək. Öz təklifini zorla yeritmək istəyir. – Hərcayı .. yalanı yeridir doğru yerinə. Q.Zakir. • Dediyini yeritmək – öz fikrini, təklifini zorla keçirmək. O yıxılmadıqca, mən heç bir vaxt öz dediyimi yeridə bilməyəcəyəm. M.Hüseyn. Ancaq Rübabə bəriki otağa keçəndə Fatma duydu ki, əri dediyini yeritmişdir. Mir Cəlal.\n5. dan. Batırmaq, soxmaq. Anamın canı üçün, bu tiyəni düz qarnına yeridəcəyəm. P.Makulu.\n6. məc. dan. Aldadaraq birinə satmaq, işə vermək; ötürmək. yeriş is.\n1. Yerimək tərzi, yerimək işi. Sallana-sallana gedən Salatın; O sərxoş yerişin yola yaraşır. Aşıq Ələsgər. [Kor kişi] tamamilə əski həyatın bir yadigarı idi. Əlbisəsinin tərzi, biçimi avamlığını, yerişi gözsüzlüyünü andırırdı. S.Hüseyn. Səməd [qadının] üzünü görməsə də, yerişindən, boy-buxunundan, tərpənişindən onun lap cavan olduğunu dərhal bildi. İ.Hüseynov. • Ayı yerişi – iki yana basa-basa yerimə.\n2. Yürüş, axın, hücum. Xotkar yazmışdı ki, qoşun hazırlayır, Çənlibelə yeriş olacaq. “Koroğlu”. • Yeriş etmək – axın halında hərəkət etmək, hücum etmək. [Vəli:] Belə yapıncını çəkdim döşümə, papağımı basdım gözümün üstünə, çomağı aldım əlimə, düşdüm sürülərin qabağına, ləhləyə-ləhləyə birbaş yeriş elədik üzü yuxarı... N.Vəzirov. ‣ Yerişini azdırmaq – 1) yorğa gedən at haqqında; 2) məc. qudurmaq, lovğa olmaq, təşəxxüslü olmaq. yerişli sif. ...kimi yeriyən, ...kimi (adətən tərkib halında). Başında ağ şalı var; Yaşılı var, alı var; Ceyran yerişli yarın; Ağ buxaqda xalı var. (Bayatı). yerkeşnişi is. bot. Torpaqüstü hissələrində zəhər olan yabanı bitki. yerkökü is. Sarı-qırmızı rəngli, getdikcə incə-uzunsov yeməli kökü olan tərəvəz bitkisi və bu bitkinin meyvəsi. yerqazan 1. sif. Yer qazımaqla məşğul olan, torpaq işləri görən. Yerqazan fəhlə. – Həqiqətin qırmızı yanağını toz basmış, başının tükləri bir neçə yerdən pırtlamış, özü isə bikef halda dayanıb .. yerqazan yoldaşlarına baxırdı. Ə.Vəliyev. // Yer qazıyan, torpaq qazıyan, torpaq çıxardan. Yerqazan maşın.\n2. is. Yer qazımaqla məşğul olan işçi, torpaq işləri görən fəhlə. Yerqazanlar yer qazırdılar.\n3. is. Yer qazımaq üçün lazım olan alət (külüng, bel və s.). Yerqazanla yer qazımaq. yerləşdirilmə “Yerləşdirilmək”dən f.is. yerləşdirilmək məch.\n1. Bir yerə qoyulmaq. Şeylərin hamısı yerləşdirilmişdir.\n2. Müvəqqəti və ya daimi qalmaq, yaşamaq, yerləşmək, sakin olmaq üçün bir yer verilmək. Qonaqlar mehmanxanalarda yerləşdirildilər. yerləşdirmə “Yerləşdirmək”dən f.is. yerləşdirmək f.\n1. Bir şeyə bir yerdə yer etmək, bir yerə qoymaq, yerbəyer etmək. Şeyləri çamadana yerləşdirmək. Kitabları şkaflara yerləşdirmək.\n2. Yaşamaq üçün bir yer vermək, bir yerdə sakin etmək. Tələbələri yataqxanalarda yerləşdirmək. Bu evə neçə adam yerləşdirmək olar? // Bir məqsəd üçün bir yerə qoymaq; düzəltmək. [Məsmə:] Axırda [ərimi] xəstəxanaya yerləşdirmək fikrinə düşdüm, orada daha faydalı müalicə edilərdi. S.Hüseyn.\n3. Soxmaq, yeritmək. yerləşmə “Yerləşmək”dən f.is. yerləşmək f.\n1. Bir sahəni, bir yeri tutmaq, mövqe tutmaq. Yuxarıbazarda isə bəzzazlar, xalçaçılar yerləşmişdi. H.Sarabski. Rüxsarənin gözləri qarşısında dəniz sahilində yerləşən qocaman şəhər canlanırdı. S.Rəhimov. Güney yamaclarda yerləşən şəhər bu gün lap tez yuxudan qalxmışdı. Mir Cəlal.\n2. Bir yerdə qərar tapmaq, sakin olmaq, oturmaq, müvəqqəti və ya həmişəlik bir yerdə yaşamaq. Nümayəndələr mehmanxanalarda yerləşiblər. Qərargah yeraltı qazmalarda yerləşdi. Səyyahlar bir çayın kənarında yerləşdilər.\n3. Sığmaq. Bu qədər gilas bir səbətə yerləşməz. Mebel otağa zorla yerləşdi.\n4. Səliqəyə, nizama düşmək, yerbəyer olmaq. Mallar qəfəsələrə yerləşdi. yerli sif.\n1. Başqa yerdən gəlmə deyil, həmin yerdən olan, bu yerin əhalisindən olan. Yerli əhali. Yerli camaat. Bizim yerli deyil. // İs. mənasında. Yerlilər və gəlmələr. Yerlilərə məxsus adət və ənənələr. Buranın yerliləri əkinçidir. – [Südabənin anası:] Südabə Həkimülmülkün qızı deyil. Bunun atası bizim öz yerlimiz, öz ellimiz idi. M.İbrahimov.\n2. Müəyyən yerə (şəhərə, ölkəyə və s.-yə) aid olan. Yerli adətlər. Yerli ləhcə. Yerli cins mal-qara. // Gətirilmə olmayan, həmin yerdə olan və ya hazırlanan. Yerli mallar. Yerli yanacaq. Yerli xammal. // Mərkəzi olmayan, ümumdövlət mahiyyəti daşımayan, yalnız müəyyən bir ərazi daxilində qüvvəsi, əhəmiyyəti olan. Yerli təşkilatlar. Yerli büdcə. Yerli qəzet.\n3. Ümumi olmayan, bir şeyin yalnız bir hissəsinə, bir cəhətinə təsir edən. Yerli iltihab. Yerli keyləşdirmə.\n4. Şəraitə tam uyğun olaraq edilən, məqamında, yerində olan; haqlı. Yerli söz. Yerli göstəriş. – Babacanın məzəmməti bir az yerli və haqlı olduğundan Qumru pozuldu. Ə.Əbülhəsən. • Yerli-yerində – 1) hər şey və ya hər kəs öz yerində, qaydasında, tərtib və nizamla. Hər şey yerli-yerindədir. Sinifdə şagirdlər yerli-yerindədir; 2) bütün təfsilatı ilə, müfəssəl surətdə; 3) lazım gəldiyi yerdə, hər yerdə. yerliçilik is. Ümumi işin zərərinə olaraq, öz yerlisini himayə etmə, ona üstünlük vermə (yalnız mənfi mənada işlənir). Yerliçilik kimi mənfi halları aradan qaldırmaq. // Bir işdə və s.-də yalnız öz yerinin mənafeyini güdmə. Planlarımızda və işimizdə olan yerliçilik .. böyük işlərə ağır zərbədir. Ə.Sadıq. yerli-dibli zərf\n1. Bütünlükdə, tamamilə, kökündən. [Səkinə xanım:] Mənim haqqım yerli-dibli batsa da, mən Ağa Həsənə gedən deyiləm! M.F.Axundzadə. Deyəcəkdim ki, Qaryagin mahalının qazısının işləri ya möcüzədir və ya yerli-dibli yalandır. C.Məmmədquluzadə.\n2. Qətiyyən, bilmərrə, əsla, heç. Yerli-dibli xəbərim yoxdur. Yerli-dibli heç bir şey bilmir.\n3. İzsiz-soraqsız. Məktəbli gənc yerli-dibli yox oldu. Ə.Vəliyev. yerlik is. Döşəmə, yer. Yerliyi darısqal, içi bürkülü; O qamış komalar bəs indi hanı? S.Vurğun. // bax. yer 19-cu mənada. Maral keçən il tikdirdiyi yerliyi ağ olan donunu götürdü. Ə.Əbülhəsən. ‣ Yerlik hal qram. – ismin kimdə? nədə? və harada? suallarına cavab verən halı. yerli-köklü zərf Dibindən, kökündən, tamamilə, büsbütün, yerli-dibli. [Surxay:] Allah onların yerli-köklü tifaqlarını dağıtsın. S.Rəhman. yerliləşdirilmə “Yerliləşdirilmək”dən f.is. yerliləşdirilmək məch. Yerli iqlimə, yerli şəraitə uyğunlaşdırılmaq; iqlimləşdirilmək. Bir sıra meyvə növləri Miçurin tərəfindən soyuq iqlimdə yerliləşdirilmişdir. yerliləşdirmə “Yerliləşdirmək”dən f.is. yerliləşdirmək f. Yerli iqlimə, yerli şəraitə uyğunlaşdırmaq; iqlimləşdirmək. // Bir yerin hökumət idarələrini, təşkilatlarını və s.-ni yerli əhalidən olan işçilər hesabına gücləndirmək, yerli əhaliyə yaxınlaşdırmaq. İdarələri yerliləşdirmək. yerliləşmə “Yerliləşmək”dən f.is. yerliləşmək f. Uzun müddət bir yerdə yaşayaraq onun yerli əhalisinin adət və ənənələrini, həyat tərzini, mədəniyyətini qəbul edib ondan seçilməz hala gəlmək; bir yerə isinişmək, uyğunlaşmaq. yerlilik is.\n1. Yerli olma, bir yerin sakini olma, bir yerə mənsubluq.\n2. bax. yerliçilik. yerli-yataqlı zərf\n1. Geniş, ətraflı, hərtərəfli, təfsilatı ilə. Ballının yerli-yataqlı danışığı, köhnə kənd evlərini təsvir etməsi Budağı uzun müddət dərin fikirlərə qərq edirdi. Ə.Vəliyev.\n2. Çox böyük, yekə, qocaman. [Qaçaqlar] yerli-yataqlı, şax-budaqlı qocaman bir çinarın dibində doyunca yeyib al şərabdan içmiş, yatıb xumarlanırdılar. M.Rzaquluzadə.\n3. Hamı birlikdə, köç-külfətli olaraq, bütün ailəsi ilə birlikdə. Yerli-yataqlı gəlib. yerli-yersiz zərf Münasib, məqamında, yerində olub-olmadığını nəzərə almadan, düz olub-olmadığını bilmədən. Yerli-yersiz irad tutmaq. Yerli-yersiz danışmaq. Yerliyersiz tərifləmək. yerölçən is. Mərz çəkmə, yer ölçmə mütəxəssisi. Yerölçənlər gəlib, – deyə muzdur xəbər verdi. Ə.Əbülhəsən. Tamam şübhədən qurtarmaq üçün səhər yerölçəni göndərərəm, gəlib baxar. Ə.Vəliyev. yerpənək is. Xiyar. [Süleyman bəy:] Yolda tor qurub beş-on bildirçin tutdum, budur torbada. Bir az şoraba üçün yerpənək almışam, gedirəm. Soruşdum: a kişi, heç əməlli bildirçinin varmı? Ə.Haqverdiyev. yerpulu is. Gecələmə haqqı, gecələmə yeri üçün verilən pul. yersarmaşığı is. bot. Yerdə sürünən xırda açıq-göy və qırmızı, yaxud ağ çiçəyi olan çoxillik sarmaşıq bitkisi (alaq otu). yersiz sif.\n1. Yeri, məkanı olmayan, yeriyurdu olmayan. Yersiz adam. // İs. mənasında. Yersiz gəldi, yerli qaç. (Məsəl).\n2. Torpaqsız. Yersiz kəndlilər.\n3. Yerində, məqamında olmayan; uyğunsuz, namünasib, münasibətsiz. Yersiz söz. Yersiz söhbətlər. Yersiz danlaq. – [Şərifzadə] Mehribanı boşadığı üçün olduqca darılmış, [Zeynalın] belə yersiz hərəkətindən dolayı acıqlanmışdı. S.Hüseyn. // Zərf mənasında. Yersiz danlamaq. – Ev sahibinin qəribə bir ilhamla dediyi sözlər də mənə yersiz görünürdü. M.Hüseyn. Kazım müdirin hirslənməsini yersiz görüb təəssüfləndisə də, çıxıb getdi və güman etdi ki, məsələ bununla qurtardı. Mir Cəlal.\n4. Təsirsiz. Müxbirin təklifi yersiz qalmadı. Mir Cəlal.\n5. Nahaq, əbəs, əsassız. Yersiz nigarançılıq. Yersiz ehtiyat. Yersiz (z.) narahat olmaq. – [Rüstəm:] Xeyr, şahım, aldırma! Yersizdir bu iztirab; Rüstəm dursun, onlara; Səyavuş verir cavab. H.Cavid. [Soltan:] Sənin atan da, əmilərin də yersiz inadkarlıqdan həmişə zərər çəkiblər. İ.Hüseynov.\n6. Vəzifəsi, yeri olmayan; vəzifəsiz, işsiz. Yersiz (z.) qalmaq. yersiz-yersiz zərf və sif. Namünasib, münasibətsiz, uyğunsuz. Yersiz-yersiz danışmaq. – [Veys] .. sol əli ilə yersiz-yersiz hərəkətlər edirdi. Ə.Əbülhəsən. yersiz-yurdsuz sif. Yaşamaq üçün yeriyurdu olmayan, evsiz-eşiksiz; yersiz. // Səfil, avara. yersiz-yuvasız sif. Yaşayış yeri olmayan; yersiz-yurdsuz. Mədənlərdə, fabrik və zavodlarda işləyən fəhlələr, bəyin zülmündən və aclıqdan qaçıb iş axtarmağa gəlmiş kəndlilər, kasıblar, yersiz-yuvasız zavallılar burada – Çəmbərəkənddə yaşayırdılar. S.Rəhman. yertərpənmə is. Zəlzələ. yerüstü sif. Yerin, torpağın üst tərəfində. Meşələr qarın tez əriməsinə mane olur, yerüstü suların axmasını azaldır ki, bu da rütubətin torpağa hopmasına səbəb olur. M.Qaşqay. yeryapalağı is. zar. Boyca çox gödək adam haqqında. Bu yeryapalağı kimdir? yer-yemiş top.\n1. Bostan meyvələri.\n2. Xuşgəbar. Yer-yemişin yedim mən; Ürək sözüm dedim mən; Heç Allaha rəvadır; Ağsaqqala gedim mən? (Bayatı). Bayrama yaxın neçə dəfə dövlətlilərin yanına gedib yer-yemiş istəmişdisə də, verməmişdilər. C.Cabbarlı. yer-yer zərf Müxtəlif yerlərdə, bəzi yerlərdə: orada-burada, adda-budda. Buna pasyolka deyərlər, yer-yer; Doluşub qoynuna məxluq, ellər. M.Müşfiq. yer-yerdən zərf Müxtəlif yerlərdən, hər yerdən, hər tərəfdən. Nə zaman getsə məclisə; Qovular, döyülər kasıb; Danışmağa ağız açsa; Yer-yerdən söyülər kasıb. Aşıq Əhməd. Yer-yerdən [Əlisəfaya] etiraz etdilər. S.Hüseyn. Ellərin üstünə düşüb yer-yerdən; Vurmaq istədilər bağrına yara. S.Rüstəm. yer-yurd is. Yaşayış yeri, bir adamın olduğu yaşadığı yer, vətəni; ümumiyyətlə, yer. Yeri-yurdu məlum deyil. – [Nəbi:] Bəylərin yer-yurdu od tutub yansın; Buraxmayın bir təkini bəylərin! “Qaçaq Nəbi”. Dağların başında gurultu güclənir, ildırım şaqqıldayır, yeri-yurdu tərpədirdi. S.Rəhimov. yesir bax. əsir. Yalan yoxdur, bir az səndən kəsirəm; O səbəbdən məhlənizdə yesirəm. Aşıq Ələsgər. [Şamama Cadu:] Ev nədir, eşik nədir, sənə yesir olum, bir daxması var, iki hin kimi otaqdır. Ə.Haqverdiyev. yesirlik bax. əsirlik. yeşik [rus.] Taxtadan və s.-dən qayrılan iri qutu. Meyvələri yeşiklərə yığdılar. Üç yeşik alma. – [Ağa:] Bir uca ağacın baş budağına bir yeşiyi kəndir ilə möhkəm bağlayıb Molla Nəbiqulunu əyləşdirdim yeşiyin içində.. Ə.Haqverdiyev. Şofer bir yeşik üzüm və bir yeşik əncir gətirdi. Ə.Əbülhəsən. yeşikçi is. Yeşik qayıran usta. yeşikçilik is. Yeşikçinin işi, peşəsi, sənəti. yeşikdaşıyan sif. Yeşikləri daşıyan (fəhlə, işçi). yeşikli sif. Yeşiyi və ya yeşikləri olan. Yeşikli stol. yeşiklik sif.\n1. Yeşiyə yarayan. Yeşiklik taxta.\n2. Adətən saylarla – ... yeşiyə yetəcək qədər. Bir yeşiklik taxta. yetdik sif.\n1. Çatacaq qədər, kifayət edəcək qədər. Bir stəkan çaya yetdik qənd ayırdı. Bir günə yetdik çörək.\n2. Çatası, çatmalı olan. Sinəmdə sizə yetdik; Mənim bir az sözüm var. R.Rza. yetən hər yetən – hər kəs, hər adam, hər biri. Hər yetən gözələ gözəl demərəm; Gözəldə bir qeyri əlamət olur. M.P.Vaqif. [Həcər xanım:] Mən Həcərəm, əbrü ətlas geymərəm; Hər yetən gədayə boyun əymərəm. Aşıq Ələsgər. Cümə deyər, hər yetənə sirr vermə; Dost, mehriban ya bir olur, ya iki. Molla Cümə. yetər 1. sif. Bəs olan, kifayət edən. Bağları yetər qədər üzüm verir. Bütün ilə yetər taxılı var.\n2. Əmr mənasında. Bəsdir, kifayətdir! Yetər, ağlama! Yetər, canım! • Artıq yetər – daha bəsdir, kifayətdir, daha lazım deyil.\n3. Xəbər mənasında. Bəs edər, çatar, kifayət olar. İşlədik, yetər. Taxıl bir ilə yetər. Çörəyimiz iki günə yetər. yetərlik sif. Kafilik, bəslik. Bir xəmirə yetərlik unumuz qalmışdır. yetik sif.\n1. Bələd, tanış, xəbərdar, vaqif, yaxın. Ələsgərəm, mən yetiyəm hər işə; İki könül bir-biriynən barışa. Aşıq Ələsgər. [Sona:] Görmüşəm, sifətdən gözəldir, ancaq təbiətini bilmirəm, anam onlara çox yetikdir. A.Şaiq.\n2. Yetişmiş, yetkin. Yetik yelinli mayalar isə ehtiyatla, tələsmədən yeriyib sallana-sallana sürünün dalında gəlirdi. M.İbrahimov. yetiklik is.\n1. Yetik olma, xəbərdar olma; bələdlik, yaxınlıq.\n2. Yetkinlik. yetim sif.\n1. Atası-anası, yaxud atası və ya anası ölmüş. Yetim uşaq. Atadan yetim qız. – Qürbət içrə fəhləliklə saxlar idi öz başın; Həm vətəndə dul anasın, yetim bacı, qardaşın. A.Səhhət. // İs. mənasında. Yetimə cancan deyən çox olar, çörək verən az. (Ata. sözü). Yetim malına göz dikdiyin nədir daim; Həlal kəsb məgər narəvadır, ey vaiz? S.Ə.Şirvani. Yetimlər məlul-məlul Aslanın əlinə baxdılar. C.Cabbarlı. Bu gün isə Hüseyn artıq arxasız və kimsəsiz bir yetimdir. S.Rəhman. • Atadan (anadan) yetim – atası (anası) ölmüş. Bu iki uşaq atadan yetim idi .. və ataları bunlara bir şey qoymamışdı. S.S.Axundov.\n2. məc. Fağır, yazıq, aciz, zavallı, miskin mənasında. [Əsgər:] Bircə deyin görüm, mən yetimin təqsiri nədir? N.Vəzirov. Bu gün görürdüm ki, yetim iranlılar sevincək qaçırlar konsulxanaya ki, .. məşrutənin təzə elan olunmağı barəsində konsula mübarəkbadlıq versinlər. C.Məmmədquluzadə. İndi bəlkə mən yetimin də günü ağardı, – deyə, Səməd pıçıldadı. İ.Hüseynov. ‣ Yetim segah – Azərbaycan muğamlarından birinin adı. Fışqırıq çala-çala, dodaqaltı yetim segah oxuya-oxuya malı sahmanladı. Mir Cəlal. Yetimlər evi köhn. – bax. yetimxana. yetimcəsinə zərf Yetim kimi; zavallıcasına, yazıq-yazıq, məzlum-məzlum, fağırfağır. yetimciyəz is. “Yetim”dən oxş. yetimçə 1. “Yetim”dən kiç. və oxş.\n2. is. Bəzən təhqir, söyüş məqamında. Yamacın yetimçəsi mənə qalmayıb, – deyə [Əlləzoğlu] kinli-kinli söylənirdi. İ.Hüseynov. yetimçilik bax. yetimlik. [Kərim xan] iyirmi yaşı olar-olmaz özü kimi yetimçilikdə böyümüş Xavər adlı yoxsul, lakin yaraşıqlı və nəcib təbiətli bir qızla evlənmişdi. M.İbrahimov. Məni yetimçiliklə saxlayıb, adam eləyib kişilər cərgəsinə çıxardığını demədin.. Ə.Vəliyev. yetimdar sif. Yetim uşaq saxlayıb böyüdən, yetim uşaq saxlayan. [Murad] Nigarı alacaqdı. Onun yaşının azlığı, özünün yetimdar bir kişi olması əhəmiyyətsiz şeylərdi. S.Hüseyn. yetimdarlıq is. Yetim uşaq saxlayıb böyütmə, yetim uşaq saxlama. yetimdoyuran sif. dan. zar. Yekə, iri (qab, boşqab haqqında). // İs. mənasında. [Almaz:] Bu heç adamın boğazını da yaşlamaz ki, yetimdoyuranı gətir. N.Vəzirov. yetimxana is. Atasız-anasız, kimsəsiz qalmış uşaqlara məxsus xeyriyyə müəssisəsi. Bülənd bütün bunlara baxır, yetimxananı tezliklə yorğan-döşəklə də təmin etmək lazım olduğunu düşünürdü; çünki yetimxananın açılması bundan asılı idi. Ə.Əbülhəsən. yetimləşmə “Yetimləşmək”dən f.is. yetimləşmək f. Yetim olmaq, ata və ya anası ölmək. yetimlik is. Ata-anası olmayan uşağın halı, vəziyyəti. Yetimlik çəkmək. – Yetimliyi halətindən bəllidir; Fəqirliyi zillətindən bəllidir. A.Səhhət. Biz ki yetimliklə böyüdük qoşa; Birgə qonaq getdik yara, yoldaşa. S.Vurğun. Durnanın yetimlik, yalqızlıq iztirabları ilə pərvəriş tapmış qəlbi bu sakit sevginin sadə, mehriban axşamları ilə bəxtiyar idi. İ.Əfəndiyev. yetim-yesir top. dan.\n1. Atasız-anasız uşaqlar, yetimlər. [Məşədi Cəfər:] Məndən sonra bir bölük yetim-yesir qalacaq. Ə.Haqverdiyev.\n2. məc. Yoxsullar, məzlumlar, evsiz-eşiksizlər. Amma bunu da biliniz, ey mollalar ki günlər dolanar, ..zəmanə təzələnər və axırda yetim-yesir və keçəl-küçəl qardaşlarım dostu ilə düşməni tanıyıb haman yoğun dəyənəkləri sizin əlinizdən alar.. C.Məmmədquluzadə. Külək əsir, şaxta kəsir; Nalə çəkir yetim-yesir. S.Rüstəm. Murad camaat içində açıq-açığına danışırdı ki, “Şura hökuməti hamıya əl-qol verib, dil-ağız verib, kasıb-kusub, yetim-yesir adam olub, adam içinə çıxır...”. İ.Hüseynov. yetirici sif. Yetirən, verən, yetişdirən, hasiledici. ..Ziyadə məhsulat yetirici və meyvəcat yetirici yerlərdə əhali elmsizlik cəhətindən fəqir və zillətdə dolanmaqdadırlar. F.Köçərli. yetirilmə “Yetirilmək”dən f.is. yetirilmək məch. Çatdırılmaq. yetirmə 1. “Yetirmək”dən f.is.\n2. is. bax. yetişdirmə 2-ci mənada. O, kimin yetirməsidir? – Guya bütün salamabadlılar öz yetirmələrinə məktəb düzəldəcəklər. Mir Cəlal. yetirmək f.\n1. Bir şeyi, yaxud bir sözü (xəbəri, məlumatı) başqa bir kəsə və ya yerə hər hansı bir vasitə ilə çatdırmaq. Məktubu sahibinə yetirmək. Məndən ona salam yetir. – Şah Abbas o saat əmr elədi, lazımi xəbəri firəng elçilərinə yetirdilər. M.F.Axundzadə. Qasıməli kirvə, əlbəttə, bizə gərək iki pud xalis inək yağı gətirəsən, amma üç həftəyədək gərək yetirəsən. C.Məmmədquluzadə.\n2. Özünü gedən, ya qaçan birisinə, yaxud da bir yerə çatdırmaq (adətən “özünü” sözü ilə). Özünü tez evə yetirdi. Özünü qabaqdakılara yetirmək. – Əgər Nəbi bu gün özünü Gorusa yetirə bilməsə, sabah Həcər öləsi idi. “Qaçaq Nəbi”. Bu vaxt Elman özünü yetirdi. M.Hüseyn.\n3. Tərbiyə və təlim edib böyütmək, ortaya çıxarmaq (bəzən “böyüdüb-yetirmək” şəklində). Yaxşı övlad yetirmək. – Qafar .. İkram və Fatma kimi zehinli, ləyaqətli uşaqlar böyüdüb-yetirən arvadına güldən ağır söz deyilməsinə dözməyəcəkdi. Ə.Əbülhəsən. // Qulluq edərək böyütmək; becərmək, yetişdirmək, yaratmaq. Bağban bağında yeni meyvə növləri yetirmişdir. – Cəfa çəkdim, bağ yetirdim; Gülşəni xarə tapşırdım; Bunca fikrü xəyal etdim; Tapmadım çarə, tapşırdım. Q.Zakir.\n4. Bir sıra sözlərə qoşularaq, müxtəlif frazeoloji ifadələr düzəldilir; məs.: diqqət yetirmək, dil yetirmək, göz yetirmək, yerinə yetirmək. yetişdirilmə “Yetişdirilmək”dən f.is. yetişdirilmək məch. Becərilmək, bəslənib böyüdülmək; vücuda gətirilmək. Bağlarda dadlı meyvələr yetişdirilir. // Tərbiyə edilib meydana gətirilmək, ortaya çıxarılmaq; hazırlanmaq, yaradılmaq. Ali məktəblərimizdə müxtəlif sahələrə aid mütəxəssis yetişdirilir. yetişdirmə 1. “Yetişdirmək”dən f.is.\n2. is. Biri tərəfindən tərbiyə və təhsil verilib yetişdirilmiş adam. Universitetin yetişdirməsi. O, məşhur alimin yetişdirməsidir. Bizim institutun yetişdirməsidir. – Mirzə Valehin yetişdirməsi olan gənc Adil də hər kəsi öz fəsahət və bəlağəti ilə təəccübləndirirdi. S.Rəhimov. yetişdirmək f.\n1. bax. yetirmək. Cavan meyvə ağacları yetişdirmək. Yeni kadrlar yetişdirmək. – Mehriban dindar, əski bir müsəlman ailəsinin tərbiyə edib yetişdirdiyi bir qızdı. S.Hüseyn.\n2. Çatışdırmaq, öhdəsindən gəlmək, vaxtında görə bilmək. Bu qədər işi yetişdirmək mümkün deyil. yetişhayetiş is.\n1. Çatmaq, yetişmək, yaxınlaşmaq üzrə olma. [Tərlan] kolxoz idarəsinə yetişhayetişdə çevik addımlarla gələn bir nəfərlə qarşılaşdı. M.Hüseyn.\n2. Yetişmək, dəymək üzrə olma (meyvələr haqqında). yetişkən sif. Yaxşı yetişmiş, lap dəymiş. Yetişkən meyvə. // İs. mənasında. Tutun yetişkənlərindən dər. yetişkənlik is. Yetişmiş, dəymiş meyvənin halı. yetişmə “Yetişmək”dən f.is. yetişmək f.\n1. Bir istiqamətdə gedərək nəzərdə tutduğu bir yerə çatmaq, yetmək, varmaq, varid olmaq. Yüzbaşının çavuşu Nəzərəli at üstə, çaparaq yetişər xərmənə. C.Məmmədquluzadə. [Hacı:] Kəndə yetişəndən sonra Almaz uzunboğaz çəkməsini keçi piyi ilə yağlayıb işıldadır. S.Rəhimov. // Özünü çatdırmaq, vaxtında çatmaq. Millət boğulur, .. əgər dadü fəryada tez yetişməzsə, mümkündür ki, millətdən bir əsər dəxi qalmaya.. C.Məmmədquluzadə. Knyazın ordusu yetişib həmən; Bürümüş şəhəri dörd bir tərəfdən. S.Vurğun. // Bir istiqamətdə hərəkət edərək bir yerə çatmaq (qatar, gəmi, maşın və s. haqqında). Qatar stansiyaya yetişdi. Biz sahilə yetişdik. // Göndərilən ünvana, yerə, şəxsə çatmaq; yerinə, sahibinə çatmaq; yetmək. Üç gün əvvəl göndərilən məktub bu gün yetişdi. Teleqram nədənsə sahibinə yetişməyib. // Gəlib çatmaq; bilinmək. Xəbər nə vaxt yetişdi? Məlumat hələ yetişməyib.\n2. Qovuşmaq, birləşmək. Əziziyəm, yar yara; Qara bağrım yar yara; Ürək titrər, qan qaçar; Yetişəndə yar yara. (Bayatı). Yüz hüsn dilü dideyi-heyranə yetişməz; Yüz gənc həqiqətdə bu viranə yetişməz. Qövsi.\n3. Çatışmaq, yetmək, çatmaq. Elə qaçırsan ki, sənə yetişmək olmur. Yoldaşıma yetişdim. Qatara yetişə bilmədim.\n4. Müəyyən bir həddə, yaşa çatmaq. [Rzaqulu xan] 28 sinnə yetişdikdə Sorbon darülfünunun hüquq şöbəsindən qızıl nişan və iftixar ilə məzun olmuşdur. M.S.Ordubadi. // Büluğa çatmaq, böyümək. Yetişibsən, indən belə yaraşmaz; Yadlar ilə deyib-danışmaq sənə. Q.Zakir. Uşaqlarımız oxuyur, cavanlarımız yetişir, qoy ürəkaçan bir yer olsun, özü də istəyirəm ki, məndən sonraya bir yadigar qalsın! S.Rəhimov. Buğa yetişən kimi oğlan yenə onun buynuzlarından yapışdı. M.Rzaquluzadə. // Yetkinləşmək, təcrübə qazanmaq, bişmək. Biz döyüşdə yetişmişik. Z.Xəlil.\n5. Bitmək, vücuda gəlmək, hasil olmaq (bitki haqqında). Abşeronda zeytun çox yaxşı yetişir. – Elə subtropik bitki yoxdur ki, Azərbaycanda yetişməsin. İ.Əfəndiyev.\n6. Dəymək, yeməli hala gəlmək. Meyvələr yaxşı yetişib. Üzümlər çoxdan yetişib. – [Əyyar:] ..Şitillər böyüyər, bağım bağ olar; Meyvələr yetişər, kefim çağ olar. A.Şaiq. [Hacı Murad:] Yox, oğlum, dəymə, yetişəndə yığıb sənə göndərəcəyəm. S.S.Axundov. // İşlənmək üçün hazır vəziyyətə gəlmək. Pendir yetişib, yemək olar.\n7. Kifayət etmək, kafi olmaq; çatmaq. Bu ət beş nəfərin xörəyinə yetişməz. Çörək hamıya yetişər.\n8. Gəlib çatmaq, yaxınlaşmaq. [Bəypolad:] Əfsus ki, şərəfi-müsahibətinizdən məhrum olmaq zamanı yetişdi. H.Cavid.\n9. Tay olmaq, bərabər olmaq, çatmaq (adətən inkarda işlənir). Eşq atəşi bir od salıb canıma; Yanmaqda yetişməz səməndər mənə. Q.Zakir.\n10. Yetişir, yetişər şəklində – bəsdir, yetər, kifayətdir. [Cəmil bəy:] Yetişir, Humay, yetişir! Yaralı könlümə buraxmış olduğun yanğını, əmin ol ki, dəryalar belə söndürməz. H.Cavid. [Nüşabə:] Yetişir, bizdə əzizdir qonşu; Düşünün bir, nə zarafatdır bu? A.Şaiq. yetişmiş sif.\n1. Dəymiş, yeməli hala gəlmiş. Yetişmiş meyvə. Yetişmiş üzüm. // İşlənmək, yeyilmək, istifadə edilmək üçün hazır olan; gəlmiş. ..Pendir saxlananda onun kazeininin bir hissəsi dönüb piy və ətirli yağ olur ki, belə pendirə yetişmiş pendir deyilir. H.Zərdabi.\n2. Böyümüş, büluğa çatmış. Onun yetişmiş uşaqları var. // Ərə getmək vaxtı çatmış. Sözüm buradadır ki, bu axır vaxtlarda bizim yetişmiş qızlarımıza ər tapılmır. C.Məmmədquluzadə. [Xırda xanım:] ..Özün bilirsən, şəhərimizdə bu saat yetişmiş qız çoxdur. N.Vəzirov. yetkin sif.\n1. Hər cəhətdən yetişmiş, kamilləşmiş, təcrübəli. Yetkin adam. Yetkin mütəxəssis. Yetkin sənətkar. – Əsgər rayon mərkəzinə yola düşəndə fikirləşir və bu qərara gəlirdi ki, o bir mütəxəssis olaraq hələ yetkin deyil. Ə.Vəliyev. [Sultan əmi] özünü doğrudan da yetkin bir kişi kimi hiss etmişdi. İ.Hüseynov.\n2. Dəymiş, yetişmiş, yetişkən. Yetkin taxıl. – Ağ tutun yetkinlərindən biri düşdü qabağımdakı stəkanın yanına.. C.Məmmədquluzadə. Çıxma ərik ağacına, bihudə, dilbərim; Yen gəl aşağı, nə yetkini var, nə xami var. M.Möcüz. yetkinləşmə “Yetkinləşmək”dən f.is. yetkinləşmək f.\n1. Yetkin hala gəlmək, təcrübələnmək, kamilləşmək; daha yetkin olmaq.\n2. Dəymək, yetişmək (meyvə, taxıl). yetkinlik is.\n1. Təcrübəlilik, kamillik. [“Dəli Kür”] ..əsərin toxumu İ.Şıxlının qan yaddaşında həmişə mövcud olub, sadəcə, əlverişli şərait yarananda – oyanıb, Şıxlı da onu qələmə alıb; xoşbəxtlikdən bu, onun sənətkar kimi yetkinlik dövrünə təsadüf edib. İ.Qasımzadə.\n2. Yetişmiş, dəymiş meyvənin halı. yetmə 1. “Yetmək”dən f.is.\n2. sif. Yetişmiş, yetkin. Gölə cumar yaşılbaşlı sonalar; Əcəb yetmə gözəl bəslər analar. Aşıq Kərəm. yetmək f.\n1. bax. yetişmək 3-cü mənada. Pul sənə yetdimi? Məktub sahibinə hələ də yetməmişdir. Sənə yetmək olmur. – Yetənə yetir, yetməyənə daş atır. (Ata. sözü). Yar gələr, yara yetməz; Sonalar sara yetməz; Pis gündən qurtarmağa; Ağlamaq çarə etməz. (Bayatı).\n2. Gəlmək, keçmək, çatmaq. Demə ki, nədir bu macəralar! Səndən mənə yetdi bu bəlalər. Füzuli. // Gəlib çatmaq, yaxınlaşmaq, ardınca gəlmək. Yanvar ayı keçib getmiş; Sonra yetir fevral ayı. M.Dilbazi.\n3. Çatmaq, kifayət etmək. Zeynal sərxoşluğundan müvazinətini saxlaya bilmədiyi üçün Mehribana gücü yetmirdi. S.Hüseyn.\n4. Toxunmaq, rastlaşmaq, dəymək. Pərvanə yaxar var-yoxunu bir oda yetsə; Razı deyiləm kim, mənə pərvanə desinlər. Qövsi.\n5. Yetər şəklində – bəsdir, kifayətdir. [Ana:] Yox, qardaşım, birini dartıb qərib vilayətə apardığın yetər, daha bunu vermərəm. S.S.Axundov. Yetər bu qədər danışdığımız. Artıq iş zamanıdır. C.Cabbarlı. yetmiş 1. Altmış doqquzdan sonra gələn say – 70. Yetmişdə yeddi onluq var. Yetmiş manat. Yetmişə yaxın adam.\n2. is. Yetmiş yaş. Yetmişi keçmişdir. yetmişillik 1. is. Yetmiş il davam etmiş dövr, ömür. Yetmişilliyini bayram etmək. Yetmişilliyi münasibəti ilə gələn təbriklər. Şairin yetmişilliyi.\n2. Sif. mənasında. Yetmiş il davam etmiş, yetmiş il sürmüş. Yetmişillik bir ömür. Məsələnin yetmişillik tarixi var. yetmişinci “Yetmiş”dən sıra s. yetmişlik sif. Yetmiş yaşında. Yetmişlik bir qarı. yetmişyaşlı sif. Yetmiş yaşında olan. Yetmişyaşlı qoca. Yetmişyaşlı qadın. yey [qəd.] bax. eyi. Əgərçi bir neçə gün xar zəhmətin çəkdin; Vəli yey oldu gününgündən ey həzar, bu il. Qövsi. Ayrılıqdan ölüm yeydi; Yar həsrəti qəddim əydi. Aşıq Ələsgər. yeyə I. is. Metalı yonmaq, təmizləmək üçün üzəri diş-diş olan polad alət; suvand, törpü. İnşaata gələndə yeyəni tutmağı bacarmayan .. İbrahimə ustası mürəkkəb bir hissə göstərdi. Mir Cəlal.\n\nII. bax. yiyə. yeyəcək is. Yeməyə yarayan hər şey, yeyinti şeyləri, azuqə, ərzaq məhsulları. Yeyəcək ehtiyacı. Yeyəcək vermək. yeyəcəksiz sif. Qidasız, yeməksiz, azuqəsiz, yeyintisiz. Yeyəcəksiz (z.) qalmaq. yeyəcəksizlik is. Yeyəcəyin olmadığı hal; azuqəsizlik. yeyələmə “Yeyələmək”dən f.is. yeyələmək f. Yeyə ilə yonmaq, sürtüb nazikləşdirmək və ya təmizləmək (metalı). Dəmiri yeyələmək. yeyələnmə “Yeyələnmək”dən f.is. yeyələnmək məch. Yeyə ilə yonulmaq, sürtülüb nazikləşdirilmək, təmizlənmək. yeyələtmə “Yeyələtmək”dən f.is. yeyələtmək icb. Yeyə ilə yondurmaq, yeyə ilə sürtdürüb nazikləşdirmək, təmizlətmək. Açarı bir qədər yeyələtmək lazımdır. yeyib-içmə “Yeyib-içmək”dən f.is. yeyib-içmək f.\n1. Qidalanmaq, yaşamaq üçün qida qəbul etmək. [Hacı Murad:] Öz yeyib-içməyiniz az idi, bunlar da artdı. S.S.Axundov. [Şeyda:] ..Böylə heyvancasına yeyib-içmək, çalışıb-çapalamaq neçin?! H.Cavid. [Gülsənəm] axır vaxtlar nə yeyibiçdiyini də bilmirdi. M.Hüseyn.\n2. məc. İşrətlə, keflə məşğul olmaq. Dostları da bir-birlərinə göz vurub onu göylərə qaldırar, sağlığına yeyib-içib dağılardılar. S.Rüstəm. ..Yeyib-içən bir dəstə kefli Cumanın nəzərini cəlb etdi. Ə.Əbülhəsən. yeyib-yatmaq f. Heç bir işlə məşğul olmamaq, tüfeyli həyat keçirmək. [Əsgər:] Yaxşı, indi bu sağ və salamat cavan bəs neyləsin, elə yeyib-yatsın?! Ü.Hacıbəyov. yeyici is. və sif.\n1. Yeyən, qidalanan, yemək alan. Yeyicilərin sayı.\n2. bax. yeyimcil.\n3. Kimyəvi cəhətdən pis təsir edən; pozucu, dağıdıcı. Yeyici maddə. Yeyici turşular. – Gildə qumun miqdarı artdıqca, onun özlülüyü və plastikliyi azalır, yeyici xassələri isə artır. S.Quliyev. yeyicil bax. yeyimcil. yeyicilik is.\n1. Qarınqululuq, yeyimcillik.\n2. Kimyəvi cəhətdən pis təsir etmə, pozuculuq, dağıdıcılıq xassəsi. Turşuların yeyiciliyi. yeyilmə I. “Yeyilmək”dən f.is.\n\nII. is. məh. Ən çox üzə çıxan pis yara, dəri vərəmi, qurdöşənəyi. yeyilmək məch.\n1. Ağızda çeynəyib udulmaq, mədəyə ötürülmək. Çörək yeyilmək. Xörək yeyilmək. Yemək yeyilmək. – Mirzənin atasının evində nahar yeyilirdi. Ə.Haqverdiyev.\n2. Yeməyə sərf edilmək; işlədilmək. Evimizdə çox şəkər yeyilir.\n3. Xarici təsir nəticəsində forması, bəzən də tərkibi dəyişilmək, sürtülüb getmək. Gülnaz saxsı bardaqdakı qatıqdan mis kasaya töküb ucu yeyilmiş taxta qaşıqla çalxalamağa başladı. M.İbrahimov. İşlənmiş baltanın pərləri yeyildikdə onları yenidən metal elektrod vasitəsilə bərpa edirlər. S.Quliyev.\n4. məc. dan. Mənimsənilmək. yeyim bax. yeyimlik. yeyimcil sif. Çox yeyən, yeməyi çox sevən, qarınqulu. Yeyimcil adam. yeyimcillik is. Yeyimcil adamın hal və keyfiyyəti. yeyimli sif. Yaxşı yeyən, yeməyi yaxşı olan yeyimli adam. yeyimlik is. Bir dəfə yeməyə çatan miqdar. Bir yeyimlik çörəyimiz qalıb. yeyin sif. Tez, cəld, iti, sürətli, itigedən. Yeyin at özünə qamçı vurdurmaz. (Ata. sözü). // Zərf mənasında. Söhbətin lap şirin vaxtı idi, sol səmtdən, döngədən bir şəxs çıxıb, yeyin yeriyib, kətdilərin yanına gəlib, salam verib üzünü tutdu Məhəmmədhəsən əmiyə. C.Məmmədquluzadə. [Qulam:] Durun bir nəfəsimi dərim. Yeyin gəlmişəm. C.Cabbarlı. yeyin-yeyin zərf Tez-tez, cəld-cəld, iti-iti, sürətlə. Yeyin-yeyin yazmaq. – Bu dağ mənim, o dağ sənin; Yem toplardı yeyin-yeyin; Döşlərinə süd yığardı; Buynuzuna ot yığardı. M.Müşfiq. Gecə keçir... Mən gedirəm yeyinyeyin; Səyyah deyil, bu şəhərin öz səsiyəm. S.Vurğun. Şığıdıqca göy üzündə gözəl yurdun tərlanları; Yeyin-yeyin vurur qızıl Abşeronun qan damarı. R.Rza. yeyinləmə “Yeyinləmək”dən f.is. yeyinləmək f. İti (tez, cəld, sürətli) addımla yerimək, addımlarını sürətləndirmək. Qoca daha da yeyinlədi. Baxdı ki, yox, bu dəfə səs lap qulağının dibindən gəlir. (Nağıl). Səlim gələn tərəfdən dalbadal üç güllə atıldı. Kəşfiyyatçılar yeyinlədilər. Mir Cəlal. yeyinləşdirilmə “Yeyinləşdirilmək”dən f.is. yeyinləşdirilmək məch. Sürəti artırılmaq, daha da sürətləndirilmək, cəldləşdirilmək. yeyinləşdirmə “Yeyinləşdirmək”dən f.is. yeyinləşdirmək f. Daha da sürətləndirmək, sürətini artırmaq; yeyinlətmək. Xanpəri addımlarını yeyinləşdirdi. Ə.Vəliyev. yeyinləşmə “Yeyinləşmək”dən f.is. yeyinləşmək f. Sürətlə gəlmək, yerimək, yeyin-yeyin irəliləmək. Ağqanadlı göy ləpələr hürkmüş ördəklər kimi süzərək quruya doğru yeyinləşir. Mir Cəlal. yeyinlətmə “Yeyinlətmək”dən f.is. yeyinlətmək f. Sürətini artırmaq, daha da sürətləndirmək, cəldləşdirmək. Birdən Qərənfil addımlarını yeyinlətdi. M.Hüseyn. yeyinlik is. Bir şeyin hərəkətində sürətlilik, itilik, cəldlik. Yerişin yeyinliyi. İşdə yeyinlik. Maşının hərəkətinin yeyinliyi. – Təkər yuxarıya ağır-ağır çıxır, ancaq enişə fırlananda yeyinliyindən qabağında durmaq olmur. S.Rəhimov. yeyinti is.\n1. Yeməyə yarayan şeylər, yemək şeyləri, azuqə, yeyəcək şey. [Molla Zaman:] Dur, arvad, gör bu corabları üçdörd manata sata bilərsənmi? Bir az yeyinti al, gətir. Ə.Haqverdiyev. • Yeyinti məhsulları – yemək üçün hasil edilən məhsullar, yeyəcək şeyləri. Yeyinti sənayesi – yeyinti məhsulları, yemək şeyləri istehsal edən sənaye.\n2. Mal-qara yeminə yarayan ot, küləş və s.\n3. məc. Dövlət, yaxud xalq malını, pulunu mənimsəmə, oğurlama, israf etmə; israf. Yeyinti demək azdır, talan var, lap belə yekə talan! – deyə Salman ağızdolusu səsini ucaldaraq söyləndi. M.İbrahimov. yeyitmə bax. yeyilmə2. Tənbəllik yeyitmə azarı kimi bir şeydir. Ə.Sadıq. yeyrək “Yey”dən üst. dər. qəd. Daha eyi, daha yaxşı, daha gözəl. Bağiban, gər meyl qılmam sərvinə, məzur tut; Sərvdən yeyrək gəlir ol qaməti-mövzun mana. Füzuli. yezdan is. [fars.] klas. Yaradan, Allah, Tanrı. Mən bülbüləm, gülşən olur məkanım; Açılmamış soldu gülü gülşanım; Bəxti qara yazan günü yezdanım; Qələm alıb yazan yerdir bu yerlər. Aşıq Bülbül. Məni sənə qismət eyləmiş yezdan; Aman Kərəm, məni rüsvay eyləmə. “Əsli və Kərəm”. yezid [ər. xüs. is.-dən] Zalım, qəddar, insafsız, əzazil (bəzən söyüş məqamında). Bu yezid oğlu yezid gərək elə mənim eşşəyimi gəlib aparaydı ki, başıma bu qədər qalmaqal gəlsin? C.Məmmədquluzadə. yezidi I. is. [ər.] İraqın Mosul tərəflərində yayılmış bir məzhəb və bu məzhəbə mənsub adam.\n\nII. sif. [xüs. is.-dən] köhn. Qırmızı. • Yezidi qırmızı – tünd-qırmızı. Yezidi qırmızı parça. yezidlik is. [xüs. is.-dən] Zalımlıq, qəddarlıq, insafsızlıq, pislik. yeznə is.\n1. Bacının əri. Onunçun da, doğrusu, yeznəmə yazığım gəldi və bu səbəbdən qoltuq cibimdən dəftərçəni çıxartdım və uzatdım yeznəmə tərəf. C.Məmmədquluzadə.\n2. Kürəkən. Ay yeznə, ürək yeznə; Enlicə kürək yeznə: Oğlu, qızı içində; Evində gərək yeznə. (Bayatı). yezuit [lat. Yesus]\n1. Katolik dininin ən mürtəce və qəddar təşkilatlarından biri olan “İsa cəmiyyəti” adlı cəmiyyət üzvü.\n2. məc. Hər cür xəyanət və rəzalətə hazır olan çox məkrli, ikiüzlü adam haqqında. yezuitlik is. İkiüzlülük, riyakarlıq, öz məqsədinə çatmaq üçün heç bir vasitədən çəkinməmə. yəd is. [ər.] klas. Əl. • Yədi-beyza – əsatirə görə Musa peyğəmbərin möcüzə göstərən əlinə işarə olan bu ifadə klassik ədəbiyyatda və folklorda fövqəladə məharət, bacarıq, hünər, qabiliyyət mənasında işlənmişdir. Dəsturovun ərizə yazmaqda yədibeyzası vardı. Ə.Haqverdiyev. yəğma is. [fars.] klas. Özgənin malını zorla əlindən alma; çapovul, qarət, soyğun(çuluq). Verir yəğmayə nəqdi-gəncin olcaq pasiban sərxoş. Füzuli. Qoşun qaçdı, boşaldı meydani-cəng; Bütün getdi yəğmayə tupü tüfəng. M.Ə.Sabir. yəhər is.\n1. Üstündə oturmaq üçün qayışlarla atın belinə bağlanan oturacaq. [Doktor:] Atı yəhərin altında yox, qoşquda görməyi daha da artıq xoşluyuram. C.Məmmədquluzadə. // Velosiped oturacağı. • Yəhər qaşı – yəhərin dal və qabaq tərəfindəki çıxıq hissə. Abbas kişi dolu bir heybə hazırlayıb yəhərin qaşına saldı. Mir Cəlal.\n2. k.t. Calaq üsullarından biri. Qələm calağı calaqaltının yoğunluğundan asılı olaraq yarma, yəhər və sadə üsullarla edilir. İ.Axundov. yəhəraltı is. Yəhəri atın belinə bərkidən qayış. yəhərburun sif. Burnu yastı. O yandan patron paylayan yəhərburun əsgərin səsi eşidildi. Ə.Əbülhəsən. yəhərçə is. Balaca yəhər. yəhər-əsbab top. Yəhər və s. qoşqu ləvazimatı. yəhərqaş sif. Yəhərin qaşına bağlanan, yəhərin qaşından asılan. O, yəhərqaş xurcununda həmişə neştər, biz gəzdirər, yeri gələndə işə salardı. S.Rəhimov. yəhərqayıran is. Yəhər qayıran usta; sərrac. yəhərləmə “Yəhərləmək”dən f.is. yəhərləmək f.\n1. Atın belinə yəhər bağlamaq. Rizvan öz atını [müəllim] üçün həyətdə yəhərləməklə məşğul idi. S.Hüseyn. Musa kişi birbaş tövləyə getdi. Boz atı yəhərlədi və həyətə çəkdi. M.İbrahimov.\n2. məc. dan. Özünə tabe etmək; cilovlamaq. ..Bəylər onu yəhərləyə bilmədilər, başladılar donosbazlığa, vəssalam! N.Vəzirov. yəhərlənmə “Yəhərlənmək”dən f.is. yəhərlənmək məch. Belinə yəhər qoyulmaq. At yəhərləndi. yəhərlətmə “Yəhərlətmək”dən f.is. yəhərlətmək icb. Başqası vasitəsilə yəhər qoydurmaq. Atları yəhərlətmək. yəhərli sif. Belinə yəhər qoyulmuş, belində yəhər olan. Düzlərdə, tarlalarda əkinçilik işi ilə məşğul olan hər bir kəndlinin atı da yəhərli (z.) bir halda tarlanın kənarındakı ağaca bağlanıb durmuşdur. M.S.Ordubadi. Atları yəhərli buraxır ota; Kimisi otura, kimisi yata; Tuturlar Osmanın ölüm yasını. H.K.Sanılı. yəhərvurma is. Atların və b. heyvanların belində yəhərin sürtüb əmələ gətirdiyi yara. yəhəryanı sif. Yəhərin yanında olan. Yəhəryanı qayış. yəhudi [ər.]\n1. is. Eramızın I-II əsrlərindən qabaq Fələstində yaşamış, sonradan dünyanın müxtəlif ölkələrinə yayılmış, indi isə İzrail dövlətinin əsas əhalisini təşkil edən xalq və həmin xalqa mənsub adam; cuhud. Yəhudi xalqı. – Yalnız yəhudi qızı Rima hələ ərə getməmişdi. M.Hüseyn.\n2. Sif. mənasında. Yəhudi xalqı. Yəhudi dili. Yəhudi ədəbiyyatı. Süleyman qədim yəhudi dini tarixində peyğəmbər və qüdrətli hökmdar kimi göstərilir. Bədii ədəbiyyatda qüdrətli hökmdar rəmzi kimi işlənir. yəhudicə zərf və sif. Yəhudi dilində. Yəhudicə qəzet. Yəhudicə oxuya bilir. yəhudiləşmə “Yəhudiləşmək”dən f.is. yəhudiləşmək f. Yəhudi dinini və ya adət və xasiyyətlərini qəbul etmək, mənimsəmək. yəhudilik is. Yəhudi dini. // Bu dinə mənsubiyyət. yəhudipərəst sif. və is. [ər. yəhudi və fars. ...pərəst] Yəhudiləri, yəhudi adət və ənənələrini sevən adam. yəhudipərəstlik is. Yəhudiləri, onların adət və ənənələrini sevmə. yəqin 1. zərf Şəksiz, şübhəsiz, səhih, inamla. Yəqin demək olar ki, ramazan ayı müsəlmanlardan ötrü yemək ayıdır, qonaqlıq ayıdır, toy-bayram ayıdır. C.Məmmədquluzadə. Bəllidir yerimiz yəqin divana. H.K.Sanılı. • Yəqin bilmək – tamamilə düzgün olduğuna inanmaq, heç bir şübhə etməmək. Məsələni yəqin bilmirəm. – Onu yəqin bil ki, mənim sözüm sözdür. Ü.Hacıbəyov. Yəqin etmək – bir şeyin doğruluğuna tamamilə inanmaq, yəqinlik hasil etmək. Mən bunların Hacı Mirzağa Billurinin əmri ilə gəldiklərini yəqin etdim. M.Ordubadi. Yəqin olmaq – doğru olduğu aşkara çıxmaq, sübuta çıxmaq. Məsələ yəqin oldu. Ü.Hacıbəyov. // Xəbər şəkilçisi ilə yəqindir – şübhəsizdir, şübhə yoxdur. Bu hüsnü lətafətdə yəqindir bəşər olmaz. S.Ə.Şirvani.\n2. is. Həqiqət; əsil, həqiqi vəziyyət, hal və s. Yəqinini bilmirəm. Yəqin budur ki, ... Yəqininə gəldikdə...\n3. ara s. Ehtimal, ola bilsin, görünür (bu mənada çox vaxt “ki” bağlayıcısı ilə). Əhvalatı, yəqin, sən də eşitmisən. Yəqin, kino da olacaq. Yəqin, xəstədir. Yəqin, gələcək. Yəqin ki, cavanlığını xatırlayır. – Yəqin ki, Sultan bəyin qızıdır, amma əcəb gözəl qızdır, bərəkallah, Əsgərə! Ü.Hacıbəyov. Yəqin ki, məni də müzakirəyə çağıracaqlar. M.Hüseyn. [Qadın] yəqin, bu sakit guşədə kənar bir göz olmadığına şübhə eləmirdi.. İ.Hüseynov. yəqincə zərf Yəqin, düz, doğru, inanaraq. “Molla Nəsrəddin” məzəlilikcə söylədiyi sözlər və istehzalar, yəqincə yazdığı xəbərlər eyni ilə nəticə verdi. F.Köçərli. yəqinən köhn. Şəksiz, şübhəsiz; əsla şəkk və şübhə olmadan. Hər kim ki, getməyibdi, yəqinən gedən bilər; Guya ki, bir behiştdi yaylağı Gəncənin. Aşıq Abbas. yəqinləşdirmə “Yəqinləşdirmək”dən f.is. yəqinləşdirmək f. Yəqin etmək, həqiqət olduğunu müəyyən etmək. yəqinləşmə “Yəqinləşmək”dən f.is. yəqinləşmək f. Yəqin olmaq, həqiqət olduğu müəyyənləşmək. yəqinlik is. Şəkk və şübhəsizlik, düzlük, doğruluq, həqiqilik. Bu ehtimalı xatirə gətirə bildiyinə xoşlanan Nəriman bu hadisənin yəqinliyini düşünəndə məyus oldu. Mir Cəlal. • Yəqinlik hasil etmək – bir şeyin doğru olduğunu müxtəlif yollarla müəyyən etmək, yəqin etmək, inanmaq. Yəqinlik hasil olmaq – doğru olduğu müəyyənləşmək, aşkara çıxmaq. Bu xüsusda hamıda yəqinlik hasil oldu. – [Soltan bəy:] Bəs elə isə, bir balaca üzünü göstər ki, yəqinlik hasil olsun. Ü.Hacıbəyov. yəmin is. [ər.] And, qəsəm. • Yəmin etmək – and içmək. Bu şanlı bayrağı al, ona yəmin et. S.S.Axundov. Quranə yəmin etdim isə, sonra unutdum; Əhrarı, fədailəri birdən topa tutdum.. A.Səhhət. yəminli sif. Andlı, and içmiş. yəni bağl. Özündən əvvəlki fikri izah edən cümlələri və ya cümlə üzvlərini birləşdirmək üçün işlənir. Biz üç nəfər, yəni mən və iki yoldaşım irəlidə gedirdik. Deyə bilməyəcəyəm, yəni deməyə ixtiyarım yoxdur. – Mən özüm anadan olmuşam düz otuz il bundan irəli, yəni mənim düz otuz yaşım var. C.Məmmədquluzadə. [Sənəm:] Yəni batmış bu qədər çirkindir ki, adam qorxa da bilər? Ü.Hacıbəyov. • Yəni ki – yəni, lakin (bir qədər kinayə, şübhə ifadə edir). Yəni ki, o bilir, biz heç şey bilmirik. yəs is. [ər.] Yas, hüzn. Başını qaldırıb Maral xəritə üzərində yarımsantimetrlik bir sahə tutan bu yerə baxdı və yəslə (z.) öz-özünə pıçıldadı. Ə.Əbülhəsən. yəsavər sif. [ər. və fars.] Ümidsizlik, məyusluq gətirən, matəm törədən. yəşəm is. [ər.] miner. Xırda kvars dənəciklərindən ibarət qırmızı, yaşıl və s. rəngli süxur, daş (bəzək şeyləri qayrılır). yəzdan is. [fars.]\n1. mif. Qədim zərdüştilərdə xeyir allahı.\n2. Yaradan, Allah, Tanrı. yəzidi is. [ər.] Yaxın Şərqdə əsasən kürdlər arasında yayılmış bir məzhəb (yəzidilər dünyanın yaradılmasında iblisi Allaha şərik tutur və getdikcə iblisin qüdrətinin üstün olacağı əqidəsindədirlər). // Bu məzhəbə mənsub adam. Yəzidi qəbilələri. yəzidilik is. Yəzidi məzhəbi və ona mənsubiyyət. yığcam sif.\n1. Dağınıq olmayan; qısaca, müxtəsərcə, qısa, toplu. Yığcam ifadə. Fikrini yığcam (z.) şəkildə anlatmaq.\n2. Kiçik, lakin səliqəli, hər şey öz yerində; rahat. Bu, tək pəncərəli, taxçalı, buxarılı, keçə ilə döşənmiş yığcam bir otaqdı. Ə.Əbülhəsən. yığcamlıq is. Yığcam şeyin halı. yığdırma “Yığdırmaq”dan f.is. yığdırmaq icb. Başqasına yığma işi gördürmək. Taxılı yığdırmaq. Məhsulu yığdırmaq. – Qulam müəllim şeyləri daşıtdırıb bir tərəfə yığdırdı. S.Rəhimov. yığıcı is.\n1. Yetişmiş məhsulu yığmaqla məşğul olan adam. Yığıcı briqadası. – Yığıcılar üçün döşlük hazırlanmış, qapanların hamısı təmir edilib yoxlamadan keçirilmişdir. Ə.Vəliyev.\n2. Pul, şey yığıb saxlamağı sevən adam, yığımcıl adam. // Ümumiyyətlə, bir şeyi yığıb toplamaqla məşğul olan adam; kolleksiyaçı. Marka yığıcısı. Qədim kitablar yığıcısı. Folklor yığıcısı. yığılan f.sif. Yuyulmaq, islanmaq və s. nəticəsində qısalan, gödələn, əvvəlki ölçüsü azalan. Yığılan parça. Aşısız gön yığılan olur. yığılı sif. Yığılmış halda olan, toplanmış halda olan. Yığılı yük. Yığılı pul. Şeylər yığılı (z.) halda həyətdə durur. yığılış is. Yığılma, toplanma işi və tərzi; yığılma, toplanma, cəmləşmə. yığılışma “Yığılışmaq”dan f.is. yığılışmaq bax. yığışmaq. yığılma “Yığılmaq”dan f.is. Taxılın yığılmasına az qalıb. yığılmaq 1. f. Bir yerə toplaşmaq, cəm olmaq; cəmləşmək. İştirakçıların hamısı yığılmayıb. Mitinqə çoxlu adam yığılıb. Camaat yığılıb sizi gözləyir. – Hamı dükanlarını bağlayıb buraya yığılır. Ü.Hacıbəyov. Şabanın getməyini eşidib, sair bikar tamaşaçılar da kənardan yığılmışdılar. Ə.Haqverdiyev.\n2. t-siz. Yuyulmaq, islanmaq və s. nəticəsində qısalmaq, gödəlmək, əvvəlki ölçüsünü itirmək. Köynək yuyulandan sonra xeyli yığılıbdır.\n3. məch. Toplanılmaq, dərilmək. Məhsul yığıldı. Pambıq yığılmağa başlanıbdır. – Oktyabr ayının ortaları idi. Kənddə üzüm qızğın yığılırdı. Ə.Vəliyev. Şah yedi, doydu, süfrə yığıldı. M.F.Axundzadə.\n4. məch. Yığışdırılmaq, ortadan götürülmək; bitmək, qurtarmaq. Ağarmışdı başı uca dağların; Yığılmış dəsgahı güllü bağların. H.K.Sanılı. yığım is.\n1. Toplama işi. Vəsait yığımı. Yığım mənbələri. // Məhsulu yığma, əkini biçmə, meyvəni dərmə. Taxıl yığımı. Dərman otları yığımı. Çay yarpağı yığımı. – Çox çəkmədi ki, qızlar pambıq yığımına başladılar. Ə.Vəliyev.\n2. Yığılmış, toplanmış məhsul və s. yığılmış, toplanmış məhsulun və s.-nin ümumi miqdarı. Taxılın ümumi yığımı. Bu il pambıq yığımı keçən ilkindən xeyli çox oldu. // Bir şey üçün alınan və ya toplanan pul; gəlir. Sığorta yığımı. Gömrük yığımı. Xalis yığım.\n3. Bir yerə yığılmış şeylərin məcmusu; yığın. yığımcıl sif. Ehtiyat yığan, ehtiyat yığmağı sevən. Yığımcıl adam. – [Mürsəl:] [Anam] çox yığımcıl qadındır. Mir Cəlal. yığımcıllıq is. Yığımcıl adamın xasiyyəti, ehtiyat yığmağı sevmə. yığın is.\n1. Koma, qalaq, topa; yığıntı halında olan şey. Ot yığını. Saman yığını. Şey yığını. Odun yığını. – Sarxan özü sağ tərəfdəki torpaq yığınının arxasında uzandı. M.Hüseyn.\n2. bax. yığım.\n3. Kütlə, izdiham, qələbəlik, bir yerə toplanıb yığılmış camaat. ‣ Bir yığın – çox miqdarda, çoxlu. Bir yığın kitab. Bir yığın adam. – Çalışdılar bu bir yığın insanlar; Xırmanlarda, tarlalarda, biçində. A.Səhhət. Səhərdir. Məktəbə yollanır Xumar; Yanında bir yığın yoldaşı da var. S.Vurğun. yığınacaq bax. yığnaq. yığıncaq is.\n1. Hər hansı bir məsələni və ya məsələləri müzakirə etmək üçün çağırılan ümumi iclas. Yığıncaqda iştirak etmək. Yığıncaq keçirmək. Yığıncaqda çıxış etmək. – [Mirzağa] çox vaxt ümumi iclaslara, işçi yığıncaqlarına getməzdi. S.Hüseyn. // Həmin iclasın iştirakçıları. Yığıncaq qərar çıxartdı. Yığıncaq təklifi bir səslə qəbul etdi.\n2. İzdiham, qələbəlik, camaat. Bir gün nəzmiyyə qabağından keçirdim, gördüm orada bazar əhlindən bir böyük yığıncaq var. C.Məmmədquluzadə.\n3. Məclis, qonaqlıq. [Şərəfnisə xanım:] Müsyö Jordan beyninə salıbdır ki, Parijdə qızlar, gəlinlər məclisdə, yığıncaqda üzüaçıq oturub-dururlar. M.F.Axundzadə. yığıntı is.\n1. Qalıqlardan, tullantılardan, tör-töküntüdən və s.-dən yığılmış qalaq. Dəmir tullantı yığıntısı. Zibil yığıntısı. – Əjdər bir az da uzaqlaşmalı, kənardan, daş və qum yığıntılarının arası ilə getməli oldu. S.Rəhman.\n2. Çay və yağış suları ilə gəlib çökən dağ süxurları qırıntıları (daş, qum, lil və s.). Şiddətli yağmurun yığıntısını toplayan və azğın seli gətirən qorxunc dərələrin üstündən körpülər salınırdı. S.Rəhimov.\n3. Sif. mənasında. Müxtəlif yerlərdən toplanma, müxtəlif yerlərdən gəlib cəmləşmiş, camaatı müxtəlif yerlərdən gəlmə adamlardan ibarət olan. Yığıntı məhəllə. Yığıntı kənd. yığın-yığın sif. Topa-topa, dəstə-dəstə; qələbəlik, izdiham halında. Yığın-yığın insan kütləsi. // Qalaq-qalaq. Yığın-yığın odun. yığış is. Yığma işi, yığma tərzi. yığışan bax. yığılan. yığışdırılma “Yığışdırılmaq”dan f.is. yığışdırılmaq “Yığışdırmaq”dan məch. Çay içilib qurtardı, süfrə yığışdırıldı. M.S.Ordubadi. yığışdırma “Yığışdırmaq”dan f.is. yığışdırmaq f.\n1. Tökülmüş, səpələnmiş, salınmış, düzülmüş, qoyulmuş şeyləri yığıb götürmək. Stolun üstünü yığışdırmaq. Şeyləri yerdən yığışdırmaq. – Kərbəlayı Cəfər süfrəni, qabları yığışdırıb qoydu kənara. C.Məmmədquluzadə. Səfərlə Tanrıverdi Qurbanın paltarını yığışdırıb götürərkən arasından yerə bir məktub düşdü. A.Şaiq. // Səliqəyə, sahmana, qaydaya salmaq, düzəltmək, təmizləmək, sil-süpür etmək. Otağı yığışdırmaq. – Telli inəkləri töyləyə saldıqdan sonra, Gülpərinin buraxıb getdiyi evi yığışdırdı. S.Hüseyn.\n2. Çəkmək, dartıb bir yerə yığmaq. Ətəklərini yığışdırmaq. ‣ Əl-ayağını yığışdırmaq – bax. əl-ayaq. Özünü yığışdırmaq – bax. öz. yığışma “Yığışmaq”dan f.is. yığışmaq f.\n1. Bir yerə toplanmaq, yığılmaq, cəmləşmək, toplaşmaq. Əhali meydana yığışdı. – [Qız evində] parça biçməyə hər iki quda ailə öz möhtərəm arvad qohumlarını dəvət edib yığışarlar. R.Əfəndiyev. Bütün Təbriz [nümayişçilərin] tamaşalarına yığışmışdı. M.S.Ordubadi.\n2. Bir yerə getmək, yola çıxmaq üçün hazırlıq görmək, şeylərini qablaşdırıb hazır olmaq. Yığışın, sabah gedirik. // Hazırlaşmaq. [Pəri xanım:] Ay Sona! Neçə vaxtdır ha yığışıram, bircə səni görməyə gəlim. Ə.Haqverdiyev. // Bir yerdən başqa yerə köçüb getmək. [Hacı Sultan] artıq Şamaxı yolunda qalmaq istəmədi. Oradan yığışıb dəniz qırağında ticarət kontoru açdı. S.Hüseyn.\n3. Büzüşmək, bürüşmək. Yarməmmədin üzgözü yığışdı, turşudu, tez cibindən əzik-üzük və çirkli ağ yaylığı çıxarıb ovcunda sıxdı və üzünə tutub asqırdı. M.İbrahimov. // bax. yığılmaq 2-ci mənada. yığma “Yığmaq”dan f.is. ‣ Yığma qoymaq – şərikli pul qoymaq, şərik olmaq, pay qoymaq. Şamaxı cavanları yığma qoyub, məndən savay da iki dəstə çalğıçı götürüb yaylağa səyahətə getmişdilər. Ə.Haqverdiyev. Yığma komanda – müxtəlif komandalardan seçilib yığılan idmançılardan düzəldilən komanda. yığmaq f.\n1. Bir yerə toplamaq, cəm etmək. Adamları bir yerə yığmaq. İşçiləri yığıb söhbət aparmaq. – Aslan paşa car çəkdirib bütün camaatı meydana yığmışdı. “Koroğlu”. // Müxtəlif şəxslərdən almaq, toplamaq. Üzvlük haqqı yığmaq. Vergi yığmaq. Məlumat yığmaq. Divar qəzeti üçün məqalə yığmaq. – Qazı cənabları məktəb açmaq üçün bir gündə əlli çuval buğda “zəkat” yığdı. C.Məmmədquluzadə. Qaraçı qavalını açıb, pul yığır. Ü.Hacıbəyov. Fikirləşdim ki, bəlkə adama bir az pul yığıb verək. M.Hüseyn. // Qənaət edərək, dala ataraq yavaş-yavaş toplamaq, ehtiyat görmək. Ehtiyat yığmaq. Pul yığmaq.\n2. Yetişmiş məhsulu, meyvəni toplamaq. Taxılı yığmaq. Pambığı yığıb qurtarmaq. Bağın məhsulunu yığmaq. // Bir şey toplamaqla, dərməklə məşğul olmaq. Çiyələk yığmaq. Başaq yığmaq. Dərman otları yığmaq. – Atası Mahmudalı kişi sədrlik eləyəndə, Şamama: – Atama kömək edirəm, – deyə həvəslə pambıq yığırdı. Ə.Əbülhəsən.\n3. Yığışdırmaq, götürmək. Yorğan-döşəyi yığmaq. Xalçaları yığıb naftalinləmək. – Arvad ikinci gün nahar vaxtı stolun üstündən yanları göy haşiyəli kətan örtüyü yığmaq istəmişdi. Ə.Sadıq.\n4. Qalaq-qalaq, topa-topa düzmək, qoymaq. Taya yığmaq. Odunu anbara yığmaq. Kitabları şkafa yığmaq. Şeyləri bir yeşiyə yığmaq. // Ümumiyyətlə, qoymaq, düzəltmək. Gülərlə Yaşar böyük tasın içində göyərti yuyub boşqablara yığırdılar. M.İbrahimov.\n5. Quraşdırmaq, ayrı-ayrı hissələrini birləşdirib tam şəklə salmaq. Mexanizmi söküb yığmaq.\n6. Yavaş-yavaş, hissə-hissə toplamaq, kolleksiya düzəltmək. Marka yığmaq. Nadir şeylər yığmaq. Qədim kitablar yığmaq. yığnaq is.\n1. Yığıncaq; yığılmış, toplanmış adamlar və s.; qələbəlik, tünlük. Bu nə yığnaqdır? – Yaşardı orada qaçaq yığnağı; Olardı dövlətə açıq bir yağı.. H.K.Sanılı. • Yığnaq eləmək (etmək) – yığılıb danışmaq, məsləhətləşmək. Çağır Kükümlə Muxtarı; Otağa, yığnaq eləyək! Aşıq Ələsgər. Yığnaq salmaq kin. – toplaşmaq, yığışmaq. Gündə bir qapıya salırlar yığnaq. Q.Zakir. // Bir yerə yığılmış, toplanmış şeylər. Keçibdir beş yüzü dərədə yığnaq; Toplanmış imperyal bir dolu çanaq. H.K.Sanılı.\n2. Qonaqlıq, məclis. Xeyrin olsun, hər kəs yığnağındadır; Onlar ilə zövqü işrət eylərsən. M.V.Vidadi. [Divanbəyi:] Xub, o şeytan yığnağına rast gələn uşaqları mənə göstərin. M.F.Axundzadə. Düşəndə məclisə, ağır yığnağa; Mənə hörmət qoyur irəncbər, ağa. Aşıq Ələsgər. yıxdırılma “Yıxdırılmaq”dan f.is. yıxdırılmaq “Yıxdırmaq”dan məch. yıxdırma “Yıxdırmaq”dan f.is. yıxdırmaq “Yıxmaq”dan icb. [Pristav oğruya:] Doğrusunu de, yoxsa səni yıxdırıb, o qədər döydürərəm ki, bir ay yorğan-döşəkdə qalarsan. Ə.Haqverdiyev. yıxıcı sif. Yıxan, dağıdan; viranedici, dağıdıcı, sarsıdıcı. yıxıcılıq is. Dağıdıcılıq, sarsıdıcılıq, yıxıb-dağıtma, viran etmə. yıxıq sif. Yıxılmış, uçulmuş, dağılmış, uçuq. Yıxıq ev. Yıxıq divar. Yıxıq dam. – Dünyada özündən başqa əzəmətli bir şəxs görməyən Dara bu yıxıq sovməədə keçi dərisinə bürünmüş qocaya baxaraq .. soruşur. Çəmənzəminli. yıxıqlıq is. Yıxıq, uçuq şeyin hal və vəziyyəti. yıxıla-dura zərf Gah yıxılaraq, gah duraraq; çox çətinliklə. Yıxıla-dura özümü evə çatdırdım. – Bu ümidlə də [Səriyyə xala] yıxıla-dura, taqətdən düşmüş dizlərini bükəbükə qüvvələrini gərginləşdirər və yeriyirdi. M.İbrahimov. yıxılqan sif. Çox yıxılan, ayağı büdrəyən; büdrək. Yıxılqan at. yıxılı sif. Yıxıq, yıxılmış. yıxılma “Yıxılmaq”dan f.is. yıxılmaq f.\n1. Öz ağırlığı ilə yerə enmək, müvazinətini, yaxud istinad nöqtəsini itirərək aşağıya devrilmək, yerə dəymək. Başı gicəllənib yıxıldı. Pilləkəndən yıxılmaq. – Məşədi, tərpənsən, yıxılarsan ki... Ü.Hacıbəyov. Gərək yadındadır... üç il qabaq mən; Qayadan dənizə yıxıldım birdən. S.Vurğun. // Kökündən qopub yerə sərilmək. Küləyin şiddətindən çoxlu ağac yıxılıbdır. // Köhnəlikdən uçmaq, dağılmaq, yerə tökülmək. Evin divarları yıxıldı. Hasar yıxıldı.\n2. Yerə uzanmaq, yerə sərilmək. Onda görürsən yıxılıb yanbayan; Bir neçə növrəstə cavan laybalay. M.Ə.Sabir. • Yıxılıb-yatmaq – yatmaq, yatmaq üçün yataqda uzanmaq. Xudayar katda ləzzətnən yıxılıb-yatdı. C.Məmmədquluzadə. İki seyid əmmaməni bir tərəfə atıb bir qədər oynadılar, axırda yıxılıb-yatdılar. Ə.Haqverdiyev.\n3. məc. Hakimiyyətdən salınmaq, devrilmək, düşürülmək, düşmək. 1917-ci ilin fevralında çar mütləqiyyəti yıxıldı. – [Qatır Məmməd:] Padşah yıxıldı, gorbagor oldu; Uçdu sarayları, tar-mar oldu. Z.Xəlil. // Əmr formasında: yıxılsın! – məhv olsun! yox olsun! dağılsın! viran qalsın! Yıxılsın məğrur saray! Buludlara batsın Ay. S.Vurğun. yıxıla-yıxıla zərf Gah yıxılaraq, gah duraraq; çox çətinliklə. Yıxıla-yıxıla getmək. – Zavallı, bəxtsiz bacı evdə qardaşının müsibətində qızğın göz yaşları tökdüyü bir zamanda, ana yıxıla-yıxıla dışarı çıxıb oğlunu yerə sərilmiş .. görərsə, nə yapa bilər? S.Hüseyn. ..Tapdıq bu cəhrənin qabağında yatayata, otura-otura, yıxıla-yıxıla böyümüşdü. Ə.Əbülhəsən. yıxılmaz sif. Yıxılması, dağılması mümkün olmayan; sarsılmaz, devrilməz. İpəkdir vicdanın, poladdır yaxan; Yıxılmaz dağlara dayanmış arxan. S.Vurğun. // Yenilməz, məğlubedilməz, alınmaz, möhkəm. Yıxılmaz qala. yıxılmazlıq is. Yıxılmaz şeyin hal və keyfiyyəti; sarsılmazlıq, dağılmazlıq, möhkəmlik. // Yenilməzlik, alınmazlıq, məğlubedilməzlik, möhkəmlik. yıxılmış I. “Yıxılmaq”dan f.sif. Yıxılmış uşaq. Yıxılmış bina. Yıxılmış divar.\n\nII. is. Yıxılmaq işi; yıxılma, uçulma. yıxma “Yıxmaq”dan f.is. yıxmaq f.\n1. İtələyib, vurub, yaxud bərk toxunub yerə salmaq, yerə düşürtmək, yerə vurmaq; aşırmaq. Öküzü nallamaq üçün yerə yıxdılar. Külək adamı yıxır. // Üzərindən atmaq, yerə salmaq, devirmək, yerə vurmaq. Uşağı at yıxdı.\n2. Yanı üstə qoymaq.\n3. Bütün ağırlığı ilə düşmək, salmaq. [Kiçikxanım] güclə özünü taxtın üstünə yıxdı. Mir Cəlal.\n4. Uçurmaq, dağıtmaq, xaraba qoymaq, viran etmək. Divarı yıxmaq. – Yıxar qayaları, atar dağları; Kəməndinə salar Koroğlu səni. “Koroğlu”. Böyük bir dünyanı yıxmaq, uçurmaq; Yerində başqa bir dünya da qurmaq? S.Vurğun.\n5. Güləşmədə: basmaq, məğlub etmək. [Xəlfə:] ..Süleymanı bu vaxtadək yıxan olmamışdı, elə verdin xoruzunu qoltuğuna!.. C.Cabbarlı.\n6. məc. Devirmək, zorla hakimiyyəti əlindən almaq. İstismarçı sinifləri yıxmaq. // məc. Mövqeyindən, vəzifəsindən düşürmək; mövqeyindən, vəzifəsindən düşməsinə nail olmaq.\n7. Atmaq, həvalə etmək, yükləmək (adətən tərkiblərdə). Üzərinə yıxmaq. Üstünə yıxmaq. Öhdəsinə yıxmaq. – Deməli, biz ərin günahını arvadın boynuna yıxmaqda haqlı deyilik? M.Hüseyn. yıprama “Yıpramaq”dan f.is. yıpramaq bax. yıpranmaq. yıpranma “Yıpranmaq”dan f.is. yıpranmaq f. Tamamilə köhnəlib xarab olmaq, əldən düşmək, düşkün hala gəlmək. Üst-başı yıpranmaq. Kitabın cildi tamamilə yıpranmışdır. // Qocalıb əldən düşmək. yıpranmış f.sif. Tamamilə köhnəlib xarab olmuş, üzülmüş, əldən düşmüş. Yıpranmış paltar. Kitabın yıpranmış səhifələri. – Mənim bu sözüm bugünkü ictimai həyatımızın yıpranmış və solmuş səhifələrindən götürülmüş və onun xəstə cəhətlərini əks etdirən bir vəsiqədir. Qantəmir. // Düşkün, üzgün, əldən düşmüş. [Kor kişinin] yıpranmış vücudu, bozarmış saç-saqqalı yaşının əllidən artıqlığını, köhnə bir adam olduğunu bildirirdi. S.Hüseyn. yırğalama “Yırğalamaq”dan f.is. yırğalamaq f.\n1. O yan-bu yana, aşağıya və ya yuxarıya itələyərək hərəkət etdirmək; tərpətmək, silkələmək. Külək ağacları yırğalayıb əyir. Araba yaman yırğalayır. – Həmişə sən mürgüləyirsən, nənə, yırğalayırsan başını. C.Məmmədquluzadə. O gözəl xilqətin nəydi vərdişi? Beşik yırğalayıb paltar yamamaq. S.Vurğun.\n2. Tərpətmək, yellətmək. Uşağı yırğalamaq. yırğalandırma “Yırğalandırmaq”dan f.is. yırğalandırmaq bax. yırğalatmaq. yırğalanma “Yırğalanmaq”dan f.is. yırğalanmaq f. O tərəf-bu tərəfə əyilərək hərəkət etmək; tərpənmək, silkələnmək. Küləkdən ağaclar yırğalanır. Gəmi suda yırğalanır. – O biri otaqda yırğalanmaqda olan bir körpə beşiyinin həzin səsi eşidilirdi. S.Hüseyn. Görünməz olmuşdur dənizin dibi; Qayıq yırğalanır bir beşik kimi. S.Vurğun. yırğalana-yırğalana zərf Yırğalanaraq, ayaq üstə dura bilməyərək, o yan-bu yana əyilərək. Yırğalana-yırğalana yerimək. – Yusif sərxoş halda, o tərəf-bu tərəfə yırğalanayırğalana gəlib çıxdı. S.S.Axundov. yırğalaşma “Yırğalaşmaq”dan f.is. yırğalaşmaq qarş. dan. Yırğalanmaq (çoxları haqqında). Gəmidəkilər yırğalaşırlar. yırğalatma “Yırğalatmaq”dan f.is. yırğalatmaq f. Yırğalanmağa məcbur etmək, yırğalanmasına səbəb olmaq. Ləpə gəmini yırğaladır. yırğanma “Yırğanmaq”dan f.is. yırğanmaq bax. yırğalanmaq. yırtdırma “Yırtdırmaq”dan f.is. yırtdırmaq icb. Yırtmasına, yırtılmasına səbəb olmaq. yırtıcı sif.\n1. Başqa heyvanların ətini yeyən. Yırtıcı heyvanlar. Yırtıcı canavar. Qartal yırtıcı quşdur. – Başqa balıqları tutub yeyən yırtıcı balıqlar olduğu kimi, “dinc” balıqlar da vardır. “Zoologiya”.\n2. məc. Vəhşi, qəddar, qaniçən. Yırtıcı faşist cəlladları. – Zaman çapır öz atını; Od parlayır süngülərdən; Rəzil düşmən yaralanmış; Yırtıcı bir canavardır. S.Vurğun. yırtıcıcasına zərf Yırtıcı kimi, vəhşi kimi; vəhşicəsinə, qəddarcasına. Yırtıcıcasına hərəkət etmək. yırtıcılaşma “Yırtıcılaşmaq”dan f.is. yırtıcılaşmaq f. Yırtıcı olmaq, vəhşiləşmək. yırtıcılıq is.\n1. Yırtıcıların başqa heyvanları tutub yeməsi, yırtıcı xasiyyət. Çölpişiklərinin yırtıcılığı.\n2. məc. Vəhşilik, qəddarlıq. Yırtıcılıq etmək. yırtıq I. sif. Cırığı, deşik yeri olan; yırtılmış. Yırtıq corab. Yırtıq ayaqqabı. Yırtıq tutmaq (bir şeyin yırtığını tikmək, gözəmək). – Sikkə olmaz övladının cibində; Rizqləri yırtıq çuval dibində. Q.Zakir. Onlar bu gün köçüb düşmüşlər çah üstə; Yırtıq alaçıqda gecələyirlər. A.Səhhət. // Köhnəlib dağılmış; üzülmüş, parça-parça, deşik-deşik olmuş. Evdə dəst-dəst qəşəng paltarlarının olmasına baxmayaraq, özü çirkli, yırtıq və kirli paltar geyirdi. Ə.Sadıq.\n\nII. is. Hər hansı bir orqanın, adətən nazik bağırsağın dəri altına çıxmasından ibarət xəstəlik; dəbə. yırtıq-deşik is. Deşilmiş, yırtılmış yer. Yırtıq-deşiyini tutmaq. yırtıqlıq is. Yırtıq şeyin halı. Kisənin yırtıqlığı. Ayaqqabının yırtıqlığı. yırtıq-yamaq is. Köhnə, yırtıq şeyləri yamama işi və bu şeylərin özü. • Yırtıqyamaq vurmaq – yamamaq, təmir etmək. Natalya əri üçün yırtıq-yamaq eləyib dəyişiyini torbaya yığmağa başladı. H.Seyidbəyli. yırtılma “Yırtılmaq”dan f.is. yırtılmaq f.\n1. Köhnələrək, yaxud sürtülərək, bir şeyə ilişərək deşilmək, yırtıq əmələ gəlmək; cırılmaq. Ayaqqabısı yırtılmaq. Çuval yırtılmışdır. // Köhnəlib dağılmaq. // məch. Cırılmaq. ..Gərək hərəmxana xatunlarının da talağı verilib, kəbin kağızları yırtıla. M.F.Axundzadə.\n2. məc. Partlamaq. Məndən bir gülməli söz eşidib .. az qaldı bağırsaqları yırtılsın... C.Məmmədquluzadə. yırtma “Yırtmaq”dan f.is. yırtmaq f.\n1. Geyib dağıtmaq, köhnəltmək, yırtıq hala salmaq. Ayaqqabıları yırtmaq. // İlişdirərək və ya başqa bir vasitə ilə qırmaq; qəlpələmək, deşmək. Paltarını harada yırtmısan? – O olsun şikarın tutmağa məşğul; Mən olum torbanı yırtmağa məşğul. Q.Zakir. // Cırmaq, ləğv etmək. Talaq tamam olduqda şahın buyruğu ilə kəbin kağızlarını Xacə Mübarək yırtdı. M.F.Axundzadə.\n2. Parçalamaq, vəhşicəsinə dağıtmaq. Bu yerə çün yetirdi qurd sözünü; Tutdu, yırtdı, dağıtdı ol quzunu. A.Səhhət. yır-yığış is. Yığışdırma işi; səliqəyə, sahmana salma işi. • Yır-yığış etmək (eləmək) – yığışdırmaq, səliqəyə, sahmana salmaq. [Məşədi Səkinə xala] onun evsizliyinə və şikəstliyinə yazığı gələr, hərdən evini yıryığış edərdi. Mir Cəlal. yiv is.\n1. Bir şeyin digərinə girib birləşməsi üçün açılan oyuq. Çərçivə yivi. Pəncərə yivi.\n2. Eyni məqsəd üçün boru və s.-də açılan vintvari oyuq, cizgi. Yiv açmaq. Yivi sürtülmək. // Tüfənglərin, topların və s.-nin lüləsinin içində spiral şəklində qabarıq zolaq; xır. yivaçan is. Yiv açmağa məxsus alət. yivli sif. Yivi olan, yiv açılmış. Yivli tüfəng (lüləsinin içində yiv olan tüfəng). yiyə is. Hər hansı bir şey üzərində mülkiyyət hüququ olan adam; sahib. Oğul, Rövşən, get, buzov yiyəsinə pul ver, razı sal. “Koroğlu”. Ev yiyəsi yaşlı bir arvad idi. S.Hüseyn. • Yiyə çıxmaq – sahibi özünü bildirmək, sahibi məlum olmaq, tapılmaq. Yiyə durmaq – sahib çıxmaq, yiyə kimi çıxış etmək, yiyə olduğunu bildirmək. Dönsə, heç demirəm pis günlərimə; Yaxşı günlərimə yiyə durmaram. M.Araz. ‣ İt yiyəsini tanımır – bax. it. yiyələnmə “Yiyələnmək”dən f.is. yiyələnmək f.\n1. Zorla və qeyri-qanuni surətdə bir şeyə sahib olmaq. Özgənin malına yiyələnmək. Kitabıma yiyələndi.\n2. məc. Yaxşı-yaxşı öyrənmək, bilmək, istifadə edə bilmək, bir şeyin ustası olmaq. Biliklərə yiyələnmək. yiyəli sif. Yiyəsi, sahibi olan. yiyəlik is. Sahib olma, yiyə durma; sahiblik. • Yiyəlik etmək – sahiblik etmək, bir sahib kimi idarə etmək, öz əlində saxlamaq. [Səttar bəy:] ..Səlbnazın heç olmasa anası var, qovmusan, gedib evlərinə. Bunun heç kimi yoxdu, onunnan belə bir yerdə dilinə yiyəlik eləmir. N.Vəzirov. // Hökmranlıq etmək. ‣ Yiyəlik hal qram. – ismin kimin? nəyin? və haranın? suallarına cavab olan halı. yiyəsiz sif. Yiyəsi, sahibi olmayan; sahibsiz. Yiyəsiz ev. Yiyəsiz mülk. Yiyəsiz bağ. // Baxımsız. Yiyəsiz uşaq. // Zərf mənasında. Yurd yiyəsiz qalanda donuz təpəyə çıxar. (Ata. sözü). yiyəsizlik is.\n1. Sahibi, yiyəsi olmama; sahibsizlik, baxımsızlıq.\n2. məc. Tənhalıq, adamsızlıq. Nə işıltı, nə də çıraq; Nə bir qara daxma var; Hər yer bütün yiyəsizlik; Hər yer bütün qalın qar. A.Səhhət. yod [yun. iodes] Başlıca olaraq dəniz yosunlarından istehsal edilən tünd-boz rəngli, metal kimi parıldayan kristallik maddə (kimyəvi element). // Bu maddənin təbabətdə işlədilən spirtli məhlulu. Yaraya yod sürtmək. yodlama “Yodlamaq”dan f.is. yodlamaq f. Yod sürtmək, yod vurmaq. Yaranı yodlamaq. yodlu sif.\n1. Tərkibində yod olan. Yodlu maddə. Yodlu dərman. Yodlu su.\n2. Yoda batmış, yod sürtülmüş. yodoform [yun.] əcz. Təbabətdə antiseptik dərman kimi işlədilən kəskin qoxulu yod preparatı. yoğrulma “Yoğrulmaq”dan f.is. yoğrulmaq məch.\n1. Təzyiq altında, yaxud əl və s. ilə ovuşdurularaq yayğın hala gətirilmək (xəmir və s.).\n2. məc. Yaranmaq, əmələ gəlmək. Şeir, sənət əzəl gündən sözün hüsnilə yoğrulmuş; Zamanın sirri, sevdası onun qəlbində nəqş olmuş. S.Vurğun. // Qayrılmaq, yaradılmaq. [Rizvan:] Və ya padşah bədəni qızıldan, bağban bədəni palçıqdanmı yoğrulubdur? Ə.Haqverdiyev. yoğrulmuş “Yoğrulmaq”dan f.sif. Yoğrulmuş xəmir. yoğun sif.\n1. Həcmcə, en etibarilə böyük, geniş olan; qalın. Yoğun ağac. Yoğun ip. // Kök, dolğun, ətli-canlı. Yoğun adam. – Bir kişi küçədə getdiyi yerdə görür ki, filan övrətin topuqları ağdır və yoğundur. C.Məmmədquluzadə. Qarnı yoğun, boynu da dam tiridir; Ruhu ölüb, nəfsi hələ diridir.. M.Ə.Sabir.\n2. Qalın. Yoğun səs. [Cahandar ağanın] yoğun, zəhmli səsi eşidildi. İ.Şıxlı.\n3. məc. Qaba, kobud, yontalanmamış, tərbiyəsiz; qanmaz, kütbeyin. yoğunbaldır sif. Baldırları yoğun olan. yoğunboyun bax. boynuyoğun. Hər bir şəhərimizdə ildə 10-15 imam ehsanı verən olur ki, yoğunboyun mollaları, şişpapaq tacirləri, .. qızıl təkbənd nücəbaları çaylayıb, plovlayıb yola salır.. N.Vəzirov. yoğunca sif. Çox yoğun. Yoğunca bir adam olan Mehman dayı yerindən qalxıb kürsünün dalına gəldi. Ə.Sadıq. yoğundimdik sif. Dimdiyi yoğun olan. Yoğundimdik quş. yoğundodaq sif. Dodaqları yoğun olan. Yoğundodaq adam. yoğunqarın sif. Qarnı yoğun, yekə olan; qarnıyoğun, yekəqarın. yoğunqurşaq is. köhn. zar. Keçmişdə mollalara, axundlara verilən istehzalı ad. Elə iş baş verər yoğunqurşaqdan; Həq bilir ki, çıxmaz nadan uşaqdan. Q.Zakir. yoğunlama “Yoğunlamaq”dan f.is. yoğunlamaq f.\n1. Həcm etibarilə artıb böyümək, yoğun olmaq.\n2. məc. dan. Ciddiləşmək, böyümək, ciddi şəkil almaq. – Yox, Alo, – dedi, – doğrudur, sən mənim qeyrətimi buraxmazsan, amma iş yoğunlayıb. S.Rəhimov. [Getdikcə] söhbət yoğunlayırdı. Ə.Əbülhəsən. yoğunlanma “Yoğunlanmaq”dan f.is. yoğunlanmaq f.\n1. bax. yoğunlamaq 1-ci mənada.\n2. Kobudlaşmaq. yoğunlaşdırılma “Yoğunlaşdırılmaq”dan f.is. yoğunlaşdırılmaq məch.\n1. Daha yoğun (qalın) edilmək.\n2. məc. dan. Ciddiləşdirilmək, böyüdülmək, şişirdilmək. yoğunlaşdırma “Yoğunlaşdırmaq”dan f.is. yoğunlaşdırmaq f.\n1. Daha yoğun etmək; yoğunlatmaq.\n2. məc. dan. Daha da ciddiləşdirmək; böyütmək, şişirtmək. Məsələni yoğunlaşdırmaq lazım deyil. yoğunlaşma “Yoğunlaşmaq”dan f.is. yoğunlaşmaq f.\n1. Daha da yoğun olmaq.\n2. bax. yoğunlamaq. yoğunluq is.\n1. Yoğun şeyin hal və keyfiyyəti. Ağacın yoğunluğu. İpin yoğunluğu.\n2. Köklük, ətlilik, canlılıq, şişmanlıq. Qarnının yoğunluğu əyilməsinə mane olur.\n3. məc. dan. Qabalıq, tərbiyəsizlik, qanmazlıq, kütlük. yoğurma “Yoğurmaq”dan f.is. yoğurmaq f. Qatı bir maddəni əzib qarışdırmaqla yayğın hala salmaq. Xəmir yoğurmaq. Palçıq yoğurmaq. – Nə yoğurdum, nə yapdım; Hazırca kökə tapdım. (Ata. sözü). • Yoğurub-yapmaq – xəmir yoğurub çörək bişirməyi bacarmaq. [Yasəmən] kütdür, toxumaq, yamamaq, yoğurub-yapmaq bilmir. Mir Cəlal. yoğurt is. Qatıq. yoğurtaşı is. Qatıqaşı. yoğurtdurma “Yoğurtdurmaq”dan f.is. yoğurtdurmaq bax. yoğurtmaq. yoğurtdurulma “Yoğurtdurulmaq”dan f.is. yoğurtdurulmaq “Yoğurtdurmaq”dan məch. yoğurtma “Yoğurtmaq”dan f.is. yoğurtmaq icb. Başqasına yoğurma işi gördürmək. Xəmir yoğurtmaq. yoğurucu sif. xüs. Yoğurmaq üçün olan, yoğuran. Yoğurucu maşın. yox əd.\n1. Xəbər mənasında. Bir şeyin hazırda, yaxud ümumiyyətlə olmadığını bildirir (var ziddi). Yeməyi bol, iştahası yox. – Var evi – kərəm evi; Yox evi – vərəm evi. (Ata. sözü). Yox vaizin sözünə sözüm kim, behişt var; Kuyin bir özgə, cənnəti-didarın özgədir. Qövsi. // Həmin mənada adətən yoxdur şəklində işlənir. Evdə heç kəs yoxdur. Zalda boş yer yoxdur. Bu barədə heç bir şübhə yoxdur. – [Əsgər:] Görünür ki, heç bir yol yoxdur. Ü.Hacıbəyov. Yoxdur təbiətdə bu ayrılıqlar; Bütün kainatın bir ahəngi var. S.Vurğun. Ay süd kimidir... Bir ləkə yoxdur bənizində; Yerlər də çimir sanki bu dəm nur dənizində. B.Vahabzadə.\n2. Suala mənfi cavab və ya bir şeylə razı olmamağı bildirmək üçün işlənir (hə, bəli ziddi). – Bu axşamkı tamaşaya biletin varmı? – Yox. – Sənə nə olub, xəstə deyilsən ki? – Yox. – Sən bununla razısanmı? – Yox. – Gedəcəksən, ya yox? – Yox, hələ dayan, fikirləşmək lazımdır. // İnkar edilən şeyin təkrarlanması ilə. – Sabahkı qonaqlığa gələcəksənmi? – Yox, gəlməyəcəyəm. – Bu işi iki günə görüb qurtarmaq olarmı? – Yox, olmaz. – [Aslan bəy:] Yox, hələ də gəlməmiş. C.Cabbarlı. [Süleyman:] Yox, xala, daha bu qədər dul qaldın bəsdir. Ü.Hacıbəyov. // Ümumiyyətlə, etiraz, narazılıq bildirmək üçün işlənir (bəzən təkrar şəklində). Yox, yox, buna dözmək olmaz. Yox, yox, razı deyiləm. – Yox, yox, mənim fikrimə başqa şey gəlir. Ü.Hacıbəyov. Yox, yox, bəsdir, qarı nənə; Bu sözləri demə mənə. S.Vurğun. // Söylənmiş fikri, sözü düzəltmək üçün işlənir. Dur get, sabah axşam gələrsən. Yox, ertəsi gün. Bu saat sənə deyim. Yox, özün tap. – Yox, o ağlamırdı. Göynəyirdi. M.Hüseyn. // Bir şeyi rədd və ya qadağan etməyi bildirir. – Söz verirəm ki, ... – Yox, söz-zad vermə. – İstəyirəm ki, görüşünə gəlim. – Yox, sən gəlmə, mən özüm gələrəm. // Cümlədə inkar bildirən xəbərin, yaxud söz birləşməsinin əvəzində işlənir. O deyir ki, bu saat getmək lazımdır. Mən deyirəm – yox. Sən onu çox dərin adam hesab edirsən. Mən – yox. Bax gör, qayıdacaq, ya yox.\n3. İs. mənasında. Yoxa çarə yoxdur. Yoxun üzü qaradır. Yoxdan bir şey ortaya çıxarmaq. – Verdilər knyaza “yox” xəbərini; Ovuşdurub bir az o, əllərini; Əmr etdi qoşuna: “Vurun birbaşa!” H.K.Sanılı.\n4. Bağl. mənasında. Deyil. Ona dağ havası yox, dəniz havası xeyirlidir. Bu məsələ tək bizi yox, bütün kollektivi düşündürür. – Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. M.Hüseyn. Maya uşaqlıqdan atı sevərdi, lakin yükdaşıyan qoşqu atlarını yox, yallı-yəhərli minik atlarını. M.İbrahimov.\n5. Yoxam şəklində – sevmirəm, acığım gəlir, xoşum gəlmir (varam ziddi). Mən buna yoxam.\n6. Yoxdur şəklində – 1) cümlədə işi bildirən xəbər mənasında; 2) özündən əvvəlki sözün mənasına müsbətlik çaları verir. İstisuyun yay aylarında hüsnü yoxdur. ‣ Yox a! – təəccüb, heyrət bildirir. – Az qala yıxılmışdım. – Yox a! Yox demək – mənfi cavab vermək, rədd etmək, qəbul etməmək. [Rüstəm bəy:] Qızım, yox deyirsən? Ü.Hacıbəyov. Yox deyil – vardır, mövcuddur, yaşayır. Yox deyil dünyada; namərd dost, kəmfürsət adam. R.Rza. Yox etmək – puça çıxarmaq, heçə çıxarmaq, məhv etmək, boş yerə sərf etmək. Varın yox edən sərrafa əvvəl nəzərin var; Sonra həzərin var. M.Ə.Sabir. Qaranlıq gecədə buradan qaçaq; Bizi yox etməyi yağı arzular! H.K.Sanılı. Yox olmaq – 1) çıxıb getmək, gözdən itmək; 2) itmək, yoxa çıxmaq, gözdən itmək. Çoxdandır ki, bu kağız bizim evimizdən yox olmuşdu. M.S.Ordubadi. Hamımız alaçıqdan çıxdıq. Qızılquş yox olmuş, uçub getmişdi. A.Şaiq. Səlimnaz arvad gəldiyi kimi də yox oldu. M.Hüseyn; 3) çəkilmək, görünməz olmaq; 4) tükənmək, bitmək. Yox oldu səbrü sükun həsrəti-dəhanində; Qəmündə qarət olub hər nə var, ey xaliq! S.Ə.Şirvani. Yox olmuş – qarğış ifadəsi. Neyləyim, axır, bu yox olmuşların; Fikrini qanqan görürəm, qorxuram. M.Ə.Sabir. Yox olsun! – məhv olsun! rədd olsun! Yox yerə – bica, əbəs, nahaqdan, səbəbsiz, heç bir səbəb olmadan. Aldı əqlü huşumu şövqi-dəhanı dilbərin; Getdi əldən yox yerə məcmui-varım, ey könül! S.Ə.Şirvani. Yoxa çəkilmək – tapılmamaq, qıtlaşmaq. Yoxa çıxmaq – görünməmək, itmək, qeyb olmaq, yox olmaq. Neçə böyük cəzirələr yoxa çıxdı dənizlərdə. N.Rəfibəyli. Yoxdan var etmək – heç bir şeydən yaxşı bir şey vücuda gətirmək, yaratmaq. Yoxdan yaranmaq – çox arıq, cılız adam haqqında. Bu gün var (varam, varsan), sabah yox (yoxam, yoxsan) – həyatın müvəqqətiliyi haqqında. Heç yox – bax. heç. Nə var, nə yox? – bax. var1. Nə yoxdur – hər şey var. Mağazalarda nə yoxdur. Söz yox – bax. söz. Söz yoxdur – bax. söz. yoxalma “Yoxalmaq”dan f.is. yoxalmaq f. Yox olmaq, itmək. Yolda maşınlar dayanır. Düşüb çayxanada dincəlir və təzə dəmlənmiş məxməri çayı içdikcə yorğunluğumuz yoxalır. S.Rüstəm. yoxaltma “Yoxaltmaq”dan f.is. yoxaltmaq f. Yoxa çıxartmaq, yox etmək. yoxladılma “Yoxladılmaq”dan f.is. yoxladılmaq məch. Başqası vasitəsilə yoxlamadan (sınaqdan, müayinədən, nəzarətdən) keçirilmək. yoxlama 1. “Yoxlamaq”dan f.is. [Xədicə:] ..Sənin beləcə gəlib məni yoxlamandan çox sevindim... S.Hüseyn.\n2. is. Bir işin düzgün və qanuni olubolmadığını, yaxud ümumiyyətlə bir şeyin həqiqi vəziyyətini aydınlaşdırmaq üçün aparılan təhqiqat, təftiş, araşdırma. Sənədləri yoxlamadan keçirmək. – Yoxlama zamanı Toğrulun xəzinədən israf xərclədiyi və qiymətli şeyləri mənimsədiyi meydana çıxdı. M.S.Ordubadi.\n3. Sınaq, sınama, imtahan, müayinə. Bu cür yoxlamalar şagirdləri sözlərdə hərf buraxmaq və sözləri təhrif etmək kimi nöqsanlardan xilas edir. (Qəzetlərdən). yoxlamaq f.\n1. Bir şeyin varlığı – yoxluğu, yaxud düzgünlüyü, həqiqi vəziyyəti barədə yəqinlik hasil etmək üçün onu gözdən keçirmək, təhqiq etmək, müayinə etmək, araşdırmaq. Hesabatı yoxlamaq. Məsələnin həllini yoxlamaq. Kassanı yoxlamaq. Siyahıda adları bir-bir yoxlamaq. Xəstənin səhhətini yoxlamaq. // Nəzarət məqsədi ilə təhqiq etmək, təftiş etmək; baxmaq. İşin gedişini yoxlamaq. İdarənin fəaliyyətini yoxlamaq. – [Sarxan] növbədə duran qarovulu yoxlayıb, bəzi tapşırıqlar verdi. M.Hüseyn. // Eyni məqsədlə araşdırıb baxmaq. Məndən sonra iki nəfərin də çamadanını yoxladılar. M.Hüseyn. // Bir şeyin düzgün olub-olmadığını müəyyən etmək üçün nəzarətdən keçirmək. Biletləri yoxlamaq. Sənədləri yoxlamaq. – Qulam üzüaşağı enib küçədə dəmir sütuna rəbt edilmiş böyük saata baxdı, öz qol saatını yoxladı. S.Rəhimov.\n2. Bir şeyə əl ilə toxunmaq; müəyyənləşdirmək. Nəbzini yoxlamaq. – Dimdik oturub ətrafımı yoxlarkən əlimə bir heyvan quyruğu toxundu, bu, bir pələng quyruğu idi. A.Şaiq. Məsmə arvad əlini can köynəyinin yaxasına salıb üçlüyü yoxladı. Mir Cəlal.\n3. Biliyi, təcrübəni, keyfiyyəti və s.-ni öyrənmək məqsədi ilə təcrübədən, sınaqdan keçirmək. Şagirdlərin biliyini yoxlamaq. Adamları işdə yoxlamaq. // Bir alətin, cihazın, maşının və s.-nin saz olub-olmadığı haqqında yəqinlik əldə etmək üçün onu işlədib sınaqdan keçirmək. Yeni cihazları yoxlamaq. – Əvvəl maşının hissələrini yoxladı, yağladı, bir neçə yerini açıb içəriyə baxdı.. Ə.Sadıq.\n4. Götür-qoy etmək, bir şey haqqında ətraflı düşünmək, fikirləşmək. ..Öz məsləhətlərini yoxlayıb bitərəf qalan hökumətlər bunlardır: Şvetsiya, Norvegiya, İran.. C.Məmmədquluzadə.\n5. bax. yoluxmaq2. Bir dəfə Nurəddin sərçəni götürüb oynamaq bəhanəsi ilə qaçıb İmamverdi babanı yoxlamağa getdi. S.S.Axundov. [Məsmə:] ..Həftə nəhayətində onu yoxlamağa getdim. Mən onun səadəti üçün çalışırdım. S.Hüseyn. yoxlanılma “Yoxlanılmaq”dan f.is. yoxlanılmaq məch. Yoxlama keçirilmək, başqası tərəfindən yoxlanmaq, təftiş edilmək, müayinə edilmək, müayinədən keçirilmək, sınaqdan keçirilmək. Hərbi təlim dövründən sonra atıcı diviziyası yoxlanıldı.. S.Rəhimov. yoxlanma “Yoxlanmaq”dan f.is. yoxlanmaq məch. Sınanmaq, sınaqdan keçirilmək, imtahandan keçirilmək; yoxlanılmaq. Burda at çapdı keçən azğınlar; Burda yoxlandı qılınclar, qınlar. S.Vurğun. Həsən ilk dəfə yoxlanmaq üçün xor dərnəyinə gələndə, bəzi oğlanlar və qızlar .. gülmüşdülər. H.Seyidbəyli. yoxlatma “Yoxlatmaq”dan f.is. yoxlatmaq icb. Başqasına yoxlama işi gördürmək. Sənədləri yoxlatmaq. yoxlayıcı sif.\n1. Yoxlama aparan, yoxlamaqla məşğul olan; yoxlayan. Yoxlayıcı komissiya.\n2. İs. mənasında. Sınaqçı. // Təftişçi.\n3. Sınayıcı, diqqətli. Ağca arvad yoxlayıcı nəzərlə Tapdığın uzun .. qıçlarını nəzərdən keçirdi. Ə.Əbülhəsən. yoxlayış is. Yoxlama işi, təhqiqat, müayinə. Yoxlayış aparmaq. yoxluq is.\n1. Yox olma, olmama, bir şeyin olmaması (varlıq ziddi). Məclisdə onun yoxluğu dərhal hiss olundu. – Qaynım həmişəki kimi indi də Midhətin yoxluğunu mənə hiss etdirməyə çalışırdı. M.Hüseyn.\n2. Yoxsulluq mənasında. Varlıqda dost olmaq, yoxluqda kənar; İyidəm deyəndə bu adət olmaz. Aşıq Ələsgər. yoxsa bağl.\n1. Əks surətdə, əks təqdirdə, belə olmasa (olmazsa). Ey dil ki hicrə doymayıb istərsən ol məhi; Şükr et bu halə, yoxsa gələr bir bəla sana. Füzuli. Lazımdır mikrobları millətin bədənindən kənar eləmək! Yoxsa nə göz yaşı tökmək ilə azarlı şəfa tapar, nə dua yazmaq ilə. C.Məmmədquluzadə. [Pristav:] Doğrusunu de, yoxsa səni yıxdırıb, o qədər döydürərəm ki, bir ay yorğan-döşəkdə qalarsan. Ə.Haqverdiyev. [Sərvər:] Yaz mən deyəni, yoxsa beynini toz eyləyərəm! Ü.Hacıbəyov.\n2. Olmaya, bəlkə (sual yerində). Yoxsa bizdən incimisən? – Ol bəladır kim, mənim mərhəm bitirməz yarəmi; Yaxsa kim, hər natəvanın dərdi dərmanıncadır. Qövsi. [Süleyman:] Balam, nə olub ki, belə qaradinməzcə oturubsan, yoxsa dünyanın dərdi sənə qalıbdır? Ü.Hacıbəyov. [Gülnaz anasına:] Nə olub, ana? Yoxsa atamdan pis bir xəbər var?.. M.İbrahimov.\n3. Sual cümlələrində ehtimal bildirir – ya, yaxud. Siz gəlirsiniz, yoxsa mən gəlim? Bu günəmi, yoxsa sabahamı hazır olmalıdır? – [Məşədi İbad:] Əşi, siz bu gəlini gətirəndə bir baxmadınız görək bu kişidir, yoxsa arvaddır? Ü.Hacıbəyov. Sizi bir elçimi göndərmiş bahar; Yoxsa məftunsunuz ətirli gülə? N.Rəfibəyli. yoxsul 1. is. Yaşamaq üçün kifayət qədər vəsaiti, imkanı olmayan, ehtiyac içində olan adam; kasıb, möhtac. Var bu kənddə yenə elə yoxsullar; Nə cütü var, nə kotanı, nə kəli. A.Səhhət. [Almaz:] Biz istəyirik ki, kəndimizdə yoxsul qalmasın. Bütün yoxsullar varlansın... C.Cabbarlı. [Zeynəb deyir:] Xeyr, yoxsullar iclasında keçibdir, gərək otaqları boşaldasan. Qantəmir. // Sif. mənasında. Yoxsul kəndlilər. Yoxsul adam. Əhalinin yoxsul təbəqəsi. – Mirbalayev yoxsul bir kəndlinin oğlu idi. M.Hüseyn.\n2. sif. Miskin, kasıb, bəzəyi-düzəyi olmayan, çox sadə. İçərişəhərdə qaranlıq, dar bir dalanda kiçik bir otaq tutub anamla yoxsul həyat keçirirdik. A.Şaiq. // Bir şeyi çatışmayan, ya az olan; nöqsanlı, çox məhdud. Ağıldan yoxsul. – [Nizami:] Bu torpağın oğulları hər şeydən yoxsul olsalar da, namusdan yoxsul deyildir! M.Hüseyn. yoxsullanma “Yoxsullanmaq”dan f.is. yoxsullanmaq f. Yoxsul olmaq, kasıblaşmaq. yoxsullaşdırılma “Yoxsullaşdırılmaq”dan f.is. yoxsullaşdırılmaq məch. Yoxsullaşmasına səbəb olmaq, yoxsul hala salınmaq; kasıblaşdırılmaq. yoxsullaşdırma “Yoxsullaşdırmaq”dan f.is. yoxsullaşdırmaq f. Yoxsul etmək, yoxsul hala salmaq; kasıblaşdırmaq. yoxsullaşma “Yoxsullaşmaq”dan f.is. yoxsullaşmaq f. Tədricən yoxsul olmaq, yoxsulluğa doğru getmək, yoxsulluğa düşmək; kasıblaşmaq. [Xaqani:] Şamaxı bazarı zəngin bazardır; Əfsus, yoxsullaşır getgedə bir az. M.Rahim. yoxsulluq is. Yoxsul hal, yoxsul vəziyyət; kasıblıq, ehtiyac. Dünyada heç igid yoxsul olmasın; Yoxsulluq igidə yaman ad olur. “Koroğlu”. Şirəli də başqaları kimi yoxsulluq, ehtiyac içində böyümüşdü. M.Hüseyn. yoxuş is.\n1. Yolun dağa, təpəyə qalxan hissəsi; ümumiyyətlə, getdikcə yuxarı qalxan yer (eniş müqabili). Dərənin o biri tayında yoxuşun başında bir atlı dayanmışdı. Ə.Məmmədxanlı. Yollar uzun, yoxuş dar. B.Vahabzadə. // Dik (yer), dikdir. İndi yuvasından uçacaq quşlar; Min rəngə girəcək düzlər, yoxuşlar. S.Vurğun. Bu anda töyşüyətöyşüyə yoxuşu dırmanan Heydərli Bayrama yanaşdı. M.Hüseyn. Cığır [Nizamini] bir yoxuşa gətirib çıxardı. Ə.Məmmədxanlı. // sif. Yuxarıya qalxan. O indi evlərinə tərəf uzanan yoxuş bir cığırı dırmanırdı. A.Şaiq.\n2. məc. Çətinlik, dar gün mənasında. Hər yoxuşun bir enişi olar. (Ata. sözü). yoxuş-eniş bax. eniş-yoxuş. yoxuşlu sif.\n1. Yoxuşu olan, yoxuşları çox olan. Yoxuşlu yol.\n2. məc. Çətin, əziyyətli. [Müəllim Zərifəyə deyir:] Həyat yolları yoxuşludur. H.Seyidbəyli. yoxuşluq is. Çoxlu yoxuşu olan yer, yoxuş yer. Bura çox yoxuşluqdur. yoxuşsuz sif.\n1. Yoxuşu olmayan, düz. Yoxuşsuz yol.\n2. məc. Çətinliksiz, asan, rahat. [Mirpaşa:] Yeri, uşaqlarla gəz, dolan bir az; Bu dünya enişsiz, yoxuşsuz olmaz. Z.Xəlil. yol is.\n1. Gediş-gəliş və nəqliyyat işləməsi üçün zolaq şəklində ayrılmış yer. Kəndarası yol. Bu yol haraya gedir? Avtomobil yolu. Şose yolu. – [Yusif şah] əmr elədi ki, hər yerdə yollar təmir olunsun və lazım məqamlarda və mənzillərdə körpülər və karvansaralar tikilsin. M.F.Axundzadə. Bağlar arası ilə uzanan bir yolla gedirdim. S.Hüseyn. • Yol çəkmək – şose, yaxud dəmir yolu inşa etmək. Yol salmaq – 1) bir yerdən çox gedibgələrək oranı işlək hala gətirmək; 2) bax. yol çəkmək. // Təyyarələrin, gəmilərin hərəkət etdiyi xətt. Hava yolu. Dəniz yolu. Su yolu. // Keçiləcək yer, keçid, keçmək üçün yer. Yolda dayanmaq. Yolu kəsmək. Kolları qırıb yol açmaq. Buzqıran gəminin açdığı yoldan qayıqlar keçdi.\n2. Dəmiryol xətti; rels. Qatar yolda durmuşdur. Tramvay yolu.\n3. Səfər, səyahət. Yorucu yol. Yolumuz çox şən keçdi. Yolda heç yatmadıq. Uzaq yoldan gəlmək. – Yolçu yolda gərək. (Ata sözü). • Yol üstdə olmaq – səfərə hazırlaşmaq, səfər ərəfəsində olmaq. Bala, səhər ertənin soyuğuna özünü vermə! Yol üstdəsən, xəstələnərsən. Ə.Vəliyev. Yola çıxmaq – uzaq bir yerə səfərə getmək. Rizvan, belə qarlı və çovğunlu havada bir cüt öküzlə yola çıxmağa cürət etmədiyindən, qonşusunun da öküzlərini aldı. S.Hüseyn. Yoldan gəlmək – səfərdən və ya uzaq bir yerdən gəlmək.\n4. İstiqamət, yön. • Yolu azmaq (itirmək) – azmaq, yolu tanımamaq. Qayıdarkən yolumu azdım. S.Hüseyn. // məc. Fəaliyyət istiqaməti, inkişaf xətti. Yazıçı öz yaradıcılığında yeni bir yol seçdi. Hərə öz yolunu tapacaqdır. // məc. İmkan. Hər bir adam qarşısında geniş yollar açılmışdır.\n5. anat. Canlı orqanizmdə: müxtəlif maddələrin keçdiyi boru. Sidik yolu.\n6. məc. Bir yerə girmək, daxil olmaq imkanı. Yuxarılara yol axtarmaq. – Mənim konsulxanada verilən ziyafətə yol tapa biləcəyimə imkan yaradacaq idi. M.S.Ordubadi.\n7. Bir şeyi əldə etmək üçün üsul, vasitə, vəsait. İşin yolunu öyrənməli. Məsələni iki yolla həll etmək olar. Bilik əldə etmək üçün əsas yol gərgin əməkdir. Müharibə dövlətlər arasında mübahisəni həll etmək üçün yol ola bilməz. // Çarə, əlac, tədbir. [Muradın] qarşısında iki yol vardı; Nigarı boşayıb adını öz üzərindən qaldırmaq və ya onu tamamilə sərbəst buraxıb hər işinə göz yummaq.. S.Hüseyn. • Yol aramaq – tədbir düşünmək.\n8. məc. Dünyagörüşü, əqidə. O, başqa yolun adamıdır.\n9. məc. Dəfə, kərə. Ondan üç yol soruşdum. Bu gün iki yol çimmişəm. – Əlli yol çapılam, yüz yol talanam; Bir şey deyil dövlət, mal, incimərəm. Aşıq Ələsgər. Nə var qoçaq, nə üçün bağırırsan? Bura ki meşə deyil.. İstəyirsənmi peysərinə bir beş-on yol da şapalayım, elə düz gedəsən. N.Vəzirov. [Koxa:] Məmmədağa! Başın üçün, nəinki iki-üç və bəlkə on yol demişəm. N.Nərimanov.\n10. ...yolunda, ...yolda şəklində – uğrunda, üçün, naminə. Dost yolunda. Yüksək ideallar yolunda. Azadlıq və səadət yolunda. Vətən yolunda canından keçmək. – Dost yolunda bu dünyada; Başından keçdiyin varmı? “Koroğlu”. Mən axırda arvada dedim ki, dəxi bizim yolumuzda onun zəhmətinə ehtiyac yoxdur. C.Məmmədquluzadə. Yarın bahar mövsimidir, aşıq olmalı; Canan yolunda ölmək üçün şaiq olmalı. A.Səhhət. [Zeyd:] Bil ki, bu yolda keçərəm; Canımdan, həm varımdan. Ü.Hacıbəyov. ‣ Yol açıqdır! – buyura bilərsən! gedə bilərsən! rədd ol! get! Yol açmaq məc. – hər hansı bir yenilik sahəsində birinci olmaq; // təşəbbüsçü olmaq, nümunə olmaq, yol göstərmək. Özünə tapdın əlac, tapdın əlac; Vəliyə sən bir yol aç, sən bir yol aç! Ü.Hacıbəyov. Yol ağzında – yolun yanında, yol kənarında, yola yapışıq yerdə. Yol ağzında durub gözləmək. – Bostan yol ağzında idi. Ə.Əbülhəsən. Yol almaq – hər hansı bir istiqamətdə hərəkət etmək, getməyə başlamaq. [Yolçu] şəhər yolundan dönərək kərpic zavoduna yol alır. Mir Cəlal. Yol bilmək – 1) yola bələd olmaq. Qəhrəman şəhər tanımır, yol bilmir. S.Rəhimov; 2) tədbirli olmaq, tədbir tapmaq. Yol döymək – bir yerə çox gedib-gəlmək. Yol eləmək – çox gedib-gəlməkdən yol salmaq; // həddindən artıq gedib-gəlmək. Dünyanın üstündən yol eylərəm mən; Bu hikmətdə mən Musayam, sən nəsən? Aşıq Valeh. Yol göstərmək – rəhbərlik etmək, yönəltmək, istiqamətləndirmək. Yol götürüb (alıb, tutub) getmək – həddindən artıq bol olmaq. Yol gözləmək – bir adamın gəlməsini gözləmək, müntəzir olmaq. Bir təpə başında oturub səbirsizliklə atamın yolunu gözləyirdim. A.Şaiq. Yol kəsmək – 1) çapovulçuluqla, qarətgərliklə məşğul olmaq, soyğunçuluq etmək. Bəs hansı dilənçilər, görəsən, quldur oldular, yollar kəsdilər? M.F.Axundzadə; 2) mane olmaq, yol verməmək. Onun xoşbəxtliyinin yolunu kəsə bilərikmi? M.S.Ordubadi. Yol ölçmək – boş yerə, səmərəsiz gedib-gəlmək. Yol ötmək – keçmək, keçib getmək. Yol tutmaq – bir tərəfə istiqamət götürmək, getməyə başlamaq. Yol uzunu – bütün yolu, yol boyunca. Atları sürən bir yekəpapaq qoca kişi idi ki, yol uzunu mürgüləyirdi. C.Məmmədquluzadə. Yol uzunu söhbətimiz Hacı kişidən idi. Qantəmir. Yol üstdə – bax. yol ağzında. Bağ salmışam yol üstdə; Meyvəsi var bol, üstdə; Gedirəm yar görməyə; Yağı durub yol üstdə. (Bayatı). Yol vermək – 1) başqasının keçməsi üçün kənara çəkilmək; 2) icazə vermək, imkan vermək, mane olmamaq. Belə şeylərə yol vermək olmaz. Yol verməmək – icazə verməmək, imkan verməmək, mane olmaq. Qanun buna yol vermir. – Səni beş qrana işlətməyə insafım yol vermir, artığa da gücüm çatmaz. M.İbrahimov. Yol vərəqəsi – ezamiyyətə, sanatoriyaya və s.-yə gedənlərə verilən vəsiqə; putyovka. Cərrahiyyə professorunun xahişinə görə, Rüxsarəyə Cənubi Krım sahilinə getmək, orada dincəlmək üçün yol vərəqəsi hazırlandı. S.Rəhimov. Yol yoldaşı – bərabər yol gedən (səfərə çıxan) adamlardan hər biri. Yol yorğunu olmaq – bir yerə çox gedib-gəldikdə, lakin bir şey əldə edə bilmədikdə deyilən ifadə. Yola aparmaq – 1) yaxşı rəftar etmək, yola vermək; 2) idarə etmək. Adam gərək hər dil ilə olsa filcümlə fəhm və zəmanə əhlinin adət və [xassələrindən] müttəle olsun, öz işin yola aparsın. M.F.Axundzadə. Yola aparmamaq – yaxşı rəftar etməmək, yola verməmək, daim dalaşmaq, höcətləşmək, sözləşmək. Günlərin bir günü qızların anası öldü, ataları getdi, təzə arvad aldı. Bu arvad qızları yola aparmadı. (Nağıl). Yola düşmək – getmək, hərəkət etmək. Sabah yola düşəcəyik. Səyyahlar yola düşdülər. Yola düşməyə hazırlaşmaq. – O adam Şiraza yola düşübdür. Ü.Hacıbəyov. Yola düzəlmək – yola düşmək (ayaqla). Qasid vidalaşıb yola düzələrkən şair, qıza: – Sən artıq kəniz deyilsən, – dedi. Ə.Məmmədxanlı. Yola gedər – keçər, gedər, ötüşər, razılaşmaq olar. Nağılbazlığı yola gedər, ancaq ağzıbütöv qoca olsun. S.Rəhimov. Yola getmək – yaxşı rəftar etmək; keçinmək, dolanmaq, birlikdə dinc yaşamaq. [Molla Xəlilin] dediyi kimi, ikisi bir yerdə yola gedə bilməyəcəkdilər.. S.Hüseyn. Yola getməmək – bir yerdə ünsiyyət tapa bilməmək, xasiyyətləri tutmamaq, aralarında yaxşı münasibət olmamaq, daim sözləşmək, mübahisə etmək, dalaşmaq. Onlar heç yola getmirlər. – İslam keçən payızda ikinci bir arvad aldığından, iki günü bir evdə yola getmirdilər. S.Hüseyn. Yola gəlmək – uzun-uzadı fikirləşməkdən, xahişdən, nəsihətdən, söhbətdən sonra razı olmaq, razılıq vermək. [Yığılanlar] da nə qədər nəsihət elədilərsə, Anaxanım yola gəlmədi. “Aşıq Ələsgər”. Yola gətirmək – dilə tutaraq razı etmək, razılığına nail olmaq. Mənim başım plov bişirməyə qarışacaqdır, sən çalış, onu yola gətir. S.S.Axundov. [Mirzağa:] Mən [Cəmiləni] tez yola gətirərəm. S.Hüseyn. Yola rəvan olmaq – bax. yola düşmək. Axşama bir saat qalmış yolçular çıxdılar və gecə orada qalıb səhər yola rəvan oldular. S.S.Axundov. Yola salmaq – 1) gedəni qapıya qədər və ya səfərə çıxanı miniyə qədər ötürmək, müşayiət etmək. Eşitmişik xanımı yola salmısan; Xanım getcək kim, sən tənha qalmısan. Ü.Hacıbəyov. O gəmi ilə mən də öz yaralı qardaşımı yola saldım. M.Hüseyn; 2) təmin etmək, razı salmaq. Bir badya qatıq doğraması ilə on-on beş fəhləni yola salmaq olurdu. Mir Cəlal. Yola vermək – 1) rəftar etmək, dolandırmaq, idarə etmək. [Mehribanı] Zeynal istədiyi tərzdə idarə edib yola verməli idi. S.Hüseyn. [Atam:] “Quzğun”dan bizim evə gələn gənci biz yola verəcəyik, zənnindəyəm. Çəmənzəminli; 2) ötürmək, üstündən keçmək. Onun yanında nüfuzdan düşməsin deyə, işi birtəhər zarafatla yola vermək istədi, zorla gülümsündü. M.Hüseyn; 3) həyata keçirmək, məqsədinə çatmaq. [Kərəmovu] mütrüb kimi oynadıb ələ salan, öz işlərini yola vermək üçün bir alətə çevirən yaltaqları, ikiüzlüləri çox sərrast təyin etmişdir. İ.Əfəndiyev. Yola verməmək – rəftar etməmək, yola getməmək, ünsiyyət tapa bilməmək. [Anası:] Bəlkə səni evdə baldızların, qayınların yola vermirlər? Çəmənzəminli. Yoldan azmaq – bax. yoldan çıxmaq 2-ci mənada. Yoldan çıxar(t)maq – azdırmaq, sapdırmaq, başdan çıxarmaq, müxtəlif yollarla aldadaraq başqa bir işə (adətən pis işə) sövq etmək. Ağa, başına dönüm, məni yoldan çıxartdılar. Mən bir fəqir, dinc adamam. M.F.Axundzadə. Neçə-neçə qərinələrdən bəri müsəlman elə xəyal eləyir ki, “Şeytan” adında onun bir düşməni var ki, həmişə istəyir, onu yoldan çıxartsın. C.Məmmədquluzadə. [Həsənqulu bəy:] Rüstəm bəy, vallah, bağışla, bizi Məşədi İbad yoldan çıxartdı. Ü.Hacıbəyov. Yoldan çıxmaq, yolundan çıxmaq – 1) qəzaya uğramaq. Qatar yoldan çıxdı; 2) məc. azmaq, sapmaq, pis yola düşmək. Amandı, qoymayın övladınız azıb çıxa yoldan; Ola bu yaxşı vələdlər yaman, bu boyda, bu boyda. M.Ə.Sabir. Yoldan eləmək (etmək) – 1) bax. yoldan saxlamaq. Bülbülü güldən eylərsən; Gedəni yoldan eylərsən. Aşıq Həsən; 2) bax. yoldan çıxar(t)maq. Akoşkanın milləri; Açıb qızılgülləri; Oğlanı yoldan eylər; Qızın şirin dilləri. (Bayatı). Yoldan qalmaq – bir səbəb üzündən gedəcəyi yerə gedə bilməmək, yaxud qatara və s.-yə gecikmək. Yoldan qoymaq – bax. yoldan eləmək 1-ci mənada. Yoldan ötən, hər yoldan ötən məc. – hər kəs, hər adam. Yoldan saxlamaq – getməsinə mane olmaq, getməkdən daşındırmaq. Şükür Məşədi Həsən əmini yoldan saxlaya bilmədi. S.Hüseyn. Yolları ayrılmaq – aralarında nifaq, ixtilaf əmələ gəlmək. Yolları (yolu) ayrı olmaq – məqsədləri, niyyətləri, qayələri başqa-başqa olmaq, birbirinə uymamaq. Yolu bir olmaq – bir məqsəd təqib etmək, bir məsləkdə, bir əqidədə olmaq. Yolu çaşdırmaq – hansı tərəfə gedəcəyini bilməmək; azmaq. ...yolun yolçusu – bax. yolçu. Yolu düşmək – təsadüfən gəlmək, getmək, bir yerdə olmaq. Poçta yolum düşdü və bir açıq kağız alıb kəndimizə, Molla Cəfər rəfiqimizə müxtəsər yazdım.. C.Məmmədquluzadə. Ax, yolum bir yenə Samuxa düşə; Ürəyim istəyir gedə görüşə.. H.K.Sanılı. ...yolu ilə – ...qaydası ilə, ...üsulu ilə, ...kimi. Dostluq yolu ilə. Yolu(n) yumrulsun, yolu yumrulmuş – qarğış ifadəsi. [Tükəz:] Çifayda, Əzrailin yolu yumrulsun ki, sənin kimi murdarı yer üzündə qoyub, gözəl cavanları qara torpaq altına yollayır! M.F.Axundzadə. [Nazlı xanım:] Dünən olan-olmazımı vermişəm kişiyə, aparsın satsın, kişi də aparıb satıb, yolu yumrulmuş yoldan dönüb Nəcəf bəyin yanına. Ə.Haqverdiyev. Yolun yumrulsun, ölüm! Al-qana döndü könlüm. R.Rza. Yoluna düşmək (girmək) – adi halına düşmək, nizam və qaydaya düşmək, normaya düşmək. Ənisə çox yaxşı bilirdi ki, ər evinə getməklə istər özünün, istər atası Məşədi Əhmədin maddi həyatı qismən yoluna düşə bilər. S.Hüseyn. Yoluna qoymaq – bax. yoluna salmaq. Yoluna salmaq – nizama salmaq, qaydaya salmaq, davam etdirmək. Yolundan çıxmaq – bax. yoldan çıxmaq. Mənim sözüm öz yolundan çıxanı; İnşallah, qaytarar, düz insan eylər. Aşıq Ələsgər. Yolunu görmək – rüşvət vermək. [Həcər:] Divanbəyinin layiqincə yolun görmək bizim başımız üstə. M.F.Axundzadə. [Məhəmmədəli:] ..Qabaqcadan yolumu görməsən, mən səni içəri qoymaram, qardaş! N.Vəzirov. Yolunu gözləmək, yolunu saxlamaq – hörmət etmək, ehtiram etmək. Özündən böyüyün saxla yolunu; Düşən yerdə saxla ərzi-halını. Aşıq Abbas. Rüstəm kişini görən hər bir kəs uzaqdan ona salam verir, yolunu saxlayırdı. S.Rəhimov. Yolunu kəsmək – maneçilik törətmək, mane olmaq, əngəl törətmək. Axır (son) yol – ölüm. Dörd yol ağzı (ayrıcı) – iki yolun kəsişdiyi nöqtə. Gözləri yol çəkmək – bax. göz. Gözləri yolda qalmaq – bax. göz. Kanat yol – polad kanatlardan asılmış və onunla hərəkət edən vaqonetlərlə yük (bəzən adam) daşımaq üçün qurğu. Daşkəsəndə kanat yolu ilə filiz stansiyaya daşınır. Nə yolda? – nə halda? necə? nə vəziyyətdə? [Xan:] Amerika ticarət müəssisələri ilə olan işlərin nə yoldadır? M.S.Ordubadi. [Mehriban:] Zeynal məzuniyyətdən qayıtdıqdan sonra özü ilə əlaqəsi nə yolda olacaqdı? S.Hüseyn. Öz yolu ilə (öz yolunda) getmək – 1) heç kəslə işi olmamaq, heç kəsə toxunmamaq, mane olmamaq; 2) lazımi qaydada, adi yolu ilə getmək. İşlər öz yolu ilə gedir. Yaxşı yol! – yola (səfərə) çıxana salamatlıq, uğur arzusu. yolaq (=yolağa) is. məh. Çəpərdə, hörgüdə basıq və ya uçuq yer; çəpəri, hörgünü basmaqla açılan yol. Yolaqdan gələn hənirtiyə qarşı onlar .. yerbəyer qalxdılar və həyət qapısına tərəf atıldılar. S.Rəhimov. yolağa (=yolaq) is. məh. Çəpərdə, hörgüdə basıq və ya uçuq yer; çəpəri, hörgünü basmaqla açılan yol. Yolaqdan gələn hənirtiyə qarşı onlar .. yerbəyer qalxdılar və həyət qapısına tərəf atıldılar. S.Rəhimov. yolayaxın sif. Sözə qulaq asan; sözeşidən, sözqanan, üzüyola. Yolayaxın adam. yolayaxınlıq is. Yolayaxın olma, üzüyola olma; üzüyolalıq. yolayıran is. d.y.\n1. Relsli yollarda yolu qatarlar üçün açıb-bağlamaqdan ötrü qurğu; yoldəyişən.\n2. Bu qurğunu idarə edən dəmiryol işçisi. Yolayıran öz budkasının yanında durmuşdu. yolayovuq bax. yolayaxın. yolayovuqluq bax. yolayaxınlıq. yolayrıcı is. Yolların kəsişdiyi və ya ayrıldığı yer, nöqtə. Zinyət, xoş gəlmişsiniz! Bəs biz sizi yolayrıcında gözləyirdik. S.Rəhman. yolbilən sif. və is. Təcrübəli, çətin vəziyyətdən çıxmaq çarəsini bilən; tədbirli (adam). yolçu is.\n1. Yola, səfərə çıxmış adam, yol gedən adam. Yolçu yolda gərək. (Ata. sözü). Sevinir keçəndə yolçunun gözü; Seyr edir bu geniş, bəzəkli düzü. H.K.Sanılı. Abbas kişinin böyük və səsli şəhərdə rast gəldiyi ilk yolçudan soruşduğu bu oldu. Mir Cəlal. // Sərnişin, minik. [Konduktor] uzaqdan gələn yolçulara, görünür, güzəşt edirdi. Qantəmir.\n2. Dilənçi. Yolçudan yolçuya pay düşməz. (Ata. sözü). Ey mənim yolçu, dilənçi, lüt-lüm qardaşlarım həmşərilər! C.Məmmədquluzadə. ‣ ...yolun yolçusu – adətən düz yolla getməyən adam haqqında. [Kələntərli:] Yoldaş Əmirli, insafla danışın, mən o yolun yolçusu deyiləm. İ.Hüseynov. yolçuluq is. Dilənçilik. Yolçuluq etmək. yoldaş is.\n1. İş, həyat şəraiti ilə birbirinə yaxın olan adamlar; rəfiq. Məktəb yoldaşları. Cəbhə yoldaşları. İş yoldaşı. Uşaqlıq yoldaşı. – Yoldaşı yoldaşdan soruşarlar. (Ata. sözü). Mənim adım Xəlil və yoldaşımın adı Sadıqdı. C.Məmmədquluzadə. [Qoçu:] İki min manat pul verərsən: bir mini mənim, bir mini də yoldaşlarımın. Ü.Hacıbəyov.\n2. Biri ilə birlikdə yola çıxan və ya yol gedən adam. Əvvəl yoldaş, sonra yol. (Məsəl). • Yoldaş olmaq – biri ilə birlikdə yola çıxmaq, yol getmək, yaxud yol gedən bir adama qoşulmaq. Şurişin əvvəlinci səbəbi .. miraxur idi ki, küçədə köhnə xəzinədara rast gəlib, ona yoldaş olub soruşdu.. M.F.Axundzadə. Dəstədən aralanıb arabaçı ilə yoldaş oldum. S.Hüseyn.\n3. Yoldaşım, yoldaşı şəklində dan. – arvadım (ərim), arvadı (əri). Yoldaşım hələ işdən gəlməyib. Onun yoldaşı xəstədir. • Həyat yoldaşı – ər, arvad.\n4. Sovet cəmiyyətində: vətəndaş, adam. Bir yoldaş sizi xəbər alırdı. Yoldaşlara deyin tez yığışsınlar. Yoldaşların fikrini bilmək lazımdır. Üç yoldaşdan ibarət komissiya ayrıldı.. // Eyni mənada belə şəxsin familiyası, adı, vəzifəsi qabağında və ya onlardan sonra. Yoldaş Əhmədov ezamiyyətdədir. Cavadov yoldaş yerindədirmi? Müdir yoldaşı görmək olarmı? – Zeynal üç ay bundan əvvəl, yoldaş Möhsünzadə və Şərifzadənin yanında Mehribana və onun atasına verdiyi sözlərin heç birinə əməl etməyirdi. S.Hüseyn. // Müraciət etdikdə. İrəli, yoldaşlar! Yoldaş sədr, xahiş edirəm mənə söz verəsiniz. – Yoldaşlar! İndi də başqa kələk var; Bizə qəpik-quruş göstərir onlar. S.Vurğun. • “Yoldaş, al bunu” – xalq oyunlarından birinin adı. [Gülüqız:] Bu oyunun adı “Yoldaş, al bunu”dur. Bir dəstə adam oturur. Bir nəfər bilici seçilir. O adamı seçirlər ki, on sözü yadında saxlasın və dalbadal deyə bilsin. Ə.Vəliyev. “Yoldaş, səni kim apardı?” – xalq oyunlarından birinin adı. yoldaşcanlı sif. Yoldaş sevən, yoldaş, dost üçün canı yanan, yoldaşa sədaqətli. Nəbi çox yoldaşcanlı adam idi. O istəmirdi yoldaşlarının ayağına tikan batsın. “Qaçaq Nəbi”. yoldaşcanlılıq is. Yoldaşcanlı olma, yoldaşının qeydinə qalma, yoldaşa bağlılıq. yoldaşcasına zərf Yoldaş kimi, dost kimi, yaxın adam kimi; səmimi. Yoldaşcasına demək. Yoldaşcasına hərəkət etmək. yoldaşcığaz “Yoldaş”dan oxş. Yoldaşcığazım azarlayıb. – Dedi bir tülküyə bir gün meymun; Səndə, yoldaşcığazım, çoxdur yun. A.Səhhət. yoldaşlaşma “Yoldaşlaşmaq”dan f.is. yoldaşlaşmaq qarş. Bir-biri ilə yoldaş olmaq. yoldaşlı sif.\n1. Yoldaşı, rəfiqi, dostu olan. Sallan, qələm qaşlı, yanı yoldaşlı; Qalmışam ataşlı, mən başıdaşlı... Aşıq Ələsgər.\n2. Zərf mənasında. Təkbaşına yox, yoldaşla birlikdə. yoldaşlıq is.\n1. Yoldaşlar arasındakı əlaqə əsasında əmələ gələn yaxınlıq; dostluq. Yoldaşlıq duyğusu. Yoldaşlıq vəzifəsi. Yoldaşlıq münasibəti. – [Süleyman:] Yox, bu, yoldaşlıq haqqında namərdlik olar. Ü.Hacıbəyov.\n2. Yol, səfər arqadaşlığı; rəfaqət. Yoldaşlıq etmək. ‣ Yoldaşlıq məhkəməsi köhn. – ictimai, qeyri-dövlət məhkəməsi. yoldaşsız sif. Heç bir yoldaşı, dostu olmayan; tək. Yoldaşsız (z.) qalmaq. yoldaşsızlıq is. Yoldaşı, dostu olmama, yoldaşı, dostu olmayan adamın hal və vəziyyəti; təklik. Hərgah danışmıram, ona da səbəb yoldaşsızlıqdır. S.S.Axundov. yoldaşvari sif. və zərf Yoldaş kimi, dost kimi. Sizinlə bir məsələ haqqında yoldaşvari və daha açıq danışmaq istəyirəm. Ə.Vəliyev. yoldəyişən is.\n1. d.y. Relsli yollarda qatarları bir yoldan başqasına keçirmək üçün qurğu; strelka.\n2. Bu qurğunu idarə edən dəmiryol işçisi; strelkaçı. [Qədir] dəmir yoluna yoldəyişən vəzifəsinə işə girdi. Ə.Sadıq. yoldurma “Yoldurmaq”dan f.is. yoldurmaq “Yolmaq”dan icb. yoldurtmaq icb. Başqasına yoldurmaq. yolgöstərən is. Rəhbər, başçı, böyük. Uşağın yolgöstərəni olmadı. yolxərci is. Yolda xərclənməsi zəruri olan pul. yol-iz is. Yol. [Rizvan:] Hava yağır. Sonra yol-iz tutular, gecəyə düşərik!.. S.Hüseyn. Qar yağır ağır-ağır; Yollar-izlər ağarır. H.Hüseynzadə. yolka [rus. ëlka]\n1. Yeni il, yaxud xristianların milad bayramı münasibətilə bəzədilən küknar ağacı (bəzən süni materiallardan düzəldilir). // Bu münasibətlə həmin ağac ətrafında düzəldilən şənlik, bayram. Yolka bayramı. yolkəsən is. Qarət və soyğunçuluq məqsədi ilə adamların yolunu kəsən şəxs; quldur. Bütün oğrular, yolkəsənlər, qatillər, zalımlar, müstəbidlər, fırıldaqçılar – hamısı cəhənnəmin vəsfini dönə-dönə eşitmişlər və moizələrə, nəsihətlərə az-çox qulaq asmışlar. M.F.Axundzadə. ..Oğrular və yolkəsənlər ölkəni çapıb talan elədilər. F.Köçərli. yolkəsmə is. Quldurluq, çapovul, qarət. O ətrafda bir yolkəsmə, bir quldurluq olmazdı ki, Əmiraslanın orada əli olmamış olaydı. S.S.Axundov. yollama “Yollamaq”dan f.is. yollamaq f. Göndərmək. Məşədi bəyin yolladığı uşaq tez qayıtdı və cavab gətirdi. M.Hüseyn. yollanmaq 1. f. Yola düşüb getmək, bir səmtə istiqamət almaq. Səhərdir, məktəbə yollanır Xumar; Yanında bir yığın yoldaşı da var. S.Vurğun. [Səriyyə] ayaqları əsə-əsə Ayaz və Niyazı yanına saldı. Mitil yorğanı dalına atıb mehmanxanaya tərəf yollandı. M.İbrahimov.\n2. məch. Göndərilmək. Şeylər çoxdan yollanıb. Məktub təyyarə ilə yollanmışdır. – Yetişdi Osmana Əşrəfdən xəbər: “Sabah yatab ilə yollanır Əjdər”. H.K.Sanılı. yollaşma 1. “Yollaşmaq”dan f.is.\n2. is. Razılaşma, razılıq, saziş. yollaşmaq qarş.\n1. Yola getmək.\n2. Danışaraq razılaşmaq, sazişə gəlmək. Pullu müştərilər ilə yollaşandan sonra, çervonları alıb yerbəyer edəndən sonra, sarıköynək arvad Qulamın məscidə dönmüş evinə baxıb ürəyində demişdi.. Mir Cəlal. yollatma “Yollatmaq”dan f.is. yollatmaq icb. Başqası vasitəsilə yollamaq. Yay olanda dağa yollat! Yaz olanda ifçin nallat! “Koroğlu”. yollu sif. Yolu olan. yolluq sif. Yol üçün, səfər üçün olan, yola götürülən, yola lazım olan. Yolluq xərc. Yolluq yemək. yolma 1. “Yolmaq”dan f.is.\n2. sif. Çox gödək olduğundan orağa gəlmədiyi üçün əllə dartılıb çıxarılmalı olan. Yolma taxıl. – ..Onların taxılı bu il gödərək yolma olmuş, dərzləri bəndəmin arasına güclə yığılmışdı. S.Rəhimov. // is. Bu cür taxıl. Yolmasın yolmaqdan qırıldı belim; Bundan gələn xeyir zəhrimar olsun! Aşıq Ələsgər. yolmaq f.\n1. Dartıb qoparmaq, çəkib qoparmaq. Otu yolmaq. Toyuğu yolmaq. – Vur ağzına, düşsün yerə dəndan, nəyə lazım? Yol zülfünü, ol zülfi-pərişan nəyə lazım? M.S.Ordubadi. Saxlamış sarayda o qızı bir qış; Qız yolub saçını, təslim olmamış. S.Vurğun.\n2. məc. Soymaq, var-yoxunu əlindən almaq, qarət etmək. yolpa sif. Pırtlaşıq saçlı, əzilmiş paltarlı, tör-töküntülü. yolpan is. Başı kəsilmiş ot, kol. Qumsal təpələrin qıraqlarını qaratikan kolları və yolpan otları örtmüşdü. S.Rəhimov. yolpulu bax. yolxərci. yolsuz sif.\n1. Yolu olmayan. Yolsuz çöllər.\n2. məc. dan. Dinsiz, məzhəbsiz (bəzən söyüş yerində işlənir). yolsuzluq is.\n1. Yolun olmadığı hal.\n2. məc. dan. Dinsizlik, məzhəbsizlik. yoluxdurma “Yoluxdurmaq”dan f.is. yoluxdurmaq f. Başqasına keçirmək, sirayət etdirmək (mikrobu, azarı); yoluxmasına səbəb (vasitə) olmaq. Qripi yoluxdurmaq. yoluxdurucu sif.\n1. Keçirən (mikrobu, azarı).\n2. Keçirici, yoluxucu, sirayətedici. yoluxduruculuq is. Başqalarına keçirmə (keçmə) qabiliyyəti; keçiricilik. yoluxma 1\n1. “Yoluxmaq 1 ”dan f.is. // Mikrob, azar.\n2. sif. Yoluxucu, yoluxan, keçici, sirayətedici. Yoluxma xəstəliklər.\n\nII. “Yoluxmaq2”dan f.is. Xəstəni yoluxma. yoluxmaq I. f. Sirayət etmək, keçmək (xəstəlik, mikrob).\n\nII. f. Hal-əhval bilmək üçün birinin yanına getmək (gəlmək). Mirzə Mehdi həkimbaşı həftədə iki-üç dəfə onu yoluxurdu. Ə.Haqverdiyev. Arazı yuxuya verdikdən sonra bir də Poladı yoluxmağa getdi. A.Şaiq. Hacını yoluxmağa gələn on beş nəfərdən ikisi bayır qapıda bizə rast gəldi. Qantəmir. yoluxucu sif. Keçici, başqalarını tuta bilən; sirayətedici. Qrip yoluxucu xəstəlikdir. Yoluxucu xəstəliklərdən özünüzü qoruyun! – Həkim üzü görməyən, tibb xidmətinin nə olduğunu bilməyən bu yerlərdə bu yoluxucu xəstəlik böyük sürətlə yayılıb, çoxlu qurbanlar aldı. A.Şaiq. yoluxuculuq is. Yoluxma, keçmə, sirayətetmə qabiliyyəti; keçicilik, sirayətedicilik (xəstəlik haqqında). yoluq sif.\n1. Tükləri yolunmuş. Soyaram libasın, allam sazını; Yal-quyruğun yoluq (z.) yola düşərsən. Aşıq Ələsgər. İndi bax, qorxundan yoluq cücəyə oxşuyursan. C.Məmmədquluzadə. Yüz-yüz iyirmi addım uzaqda əl ilə sancılmış kimi, ağaca oxşayan yoluq bir şey seçilirdi. Mir Cəlal.\n3. məc. Kasıb, yoxsul, lüt. Yoluğun nəyi var, şuluğa nə versin? (Ata. sözü). yolunma “Yolunmaq”dan f.is. yolunmaq məch. Tükləri dartılıb çıxarılmaq. yolunmuş f.sif. Tükləri dartılıb (çəkilib) çıxarılmış; yoluq. Yolunmuş toyuq. yolüstü zərf Yoldan keçərkən, yanından keçərkən. Yolüstü yoldaşıma dəydim. Yolüstü bir bizə də gəl. – Yolüstü dəllək dükanına girdi. Üzünü qırxdırıb boynunu, başını düzəltdirdi. M.Süleymanov. yolverilməz sif. Qətiyyən yol verilə bilməyən, dözülə bilməyən, icazə verilməz. Yolverilməz hərəkət. yolvuran is. Qaçaq, quldur, yolkəsən. Zərəfşan xanımın əri, Camalı məhv etdirmək üçün Qaradağın bütün quldur və yolvuranlarını öz ətrafına yığmışdı. M.S.Ordubadi. yol-yol sif. Miləmil, mil-mil; milləri olan. Xalçanın naxışlı yol-yol haşiyələri gözlərdə parıldayırdı. Mir Cəlal. yonca is. bot. Paxlalılar fəsiləsindən çoxillik bitki cinsi. Yonca tarlası. – Şəbistan mərəkdən bir bağlama yonca götürüb tövləyə tərəf yönəlirdi. S.Rəhimov. yoncalıq is. Yonca bitən yer, yonca tarlası. Yoncalıqlarda bildirçinlərin və torağayların səsi eşidilirdi. Ə.Vəliyev. Kimisi də Hacı kimi, əlindən gedən torpağının, çəmən və yoncalıqlarının ağrısı ilə yatağında ilan çalmış kimi dincəlmək bilmirdi. Mir Cəlal. yoncumaq f. məh. Yalvarmaq. yondurma “Yondurmaq”dan f.is. yondurmaq icb.\n1. Yonma işi gördürmək. Taxtaları yondurmaq. Ağacı yondurmaq. Dəmiri yondurmaq.\n2. Həkk etdirmək, qazıtdırmaq, yaxud yonmaqla daşdan və s.-dən qayıtdırmaq. [Qəhrəmani Firiduna:] Gəl aynanın altında, fil sümüyünün üstündə Südabənin şəklini yonduraq, – dedi. M.İbrahimov. yonqa (=yonqar) is. Rəndə və s. yonucu alətlərin ağzından çıxan nazik, ensiz taxta parçaları. Taxta zavodunda gecə-gündüz kəsilən, yonulan taxtaların talaşası, yonqarı dağ kimi qalanıb böyük bir sahəni tuturdu. Mir Cəlal. yonqar (=yonqa) is. Rəndə və s. yonucu alətlərin ağzından çıxan nazik, ensiz taxta parçaları. Taxta zavodunda gecə-gündüz kəsilən, yonulan taxtaların talaşası, yonqarı dağ kimi qalanıb böyük bir sahəni tuturdu. Mir Cəlal. yonqarlama “Yonqarlamaq”dan f.is. yonqarlamaq bax. yonmaq 1-ci mənada. yonqarlanma “Yonqarlanmaq”dan f.is. yonqarlanmaq “Yonqarlamaq”dan məch. yonma 1. “Yonmaq”dan f.is.\n2. sif. Yonulmuş. yonmaq f.\n1. Bir şeyi (ağacı, dəmiri və s.) həcm etibarilə kiçiltmək, nazikləşdirmək və ya istənilən şəklə salmaq məqsədi ilə xüsusi kəsici, yaxud yonucu alətlə kəsib üstünü götürmək. Kərim baba fit çala-çala bir qarış iki barmaq qalınlığında yaş çubuğu yonurdu. A.Şaiq.\n2. Daşdan və s.-dən yonmaq yolu ilə hazırlamaq. Qəhrəmanın heykəlini daşdan yonmaq. yontalama “Yontalamaq”dan f.is. yontalamaq f. dan. Tez-tələsik, necə gəldi yonmaq. yontalanma “Yontalanmaq”dan f.is. yontalanmaq məch. Tez-tələsik, necə gəldi yonulmaq. yontalanmamış bax. yonulmamış. yonucu 1. sif. Yonan, yonma işi görən. Yonucu dəzgah. Yonucu alət, maşın.\n2. is. Yonma dəzgahında işləyən, yaxud yonma işində işləyən fəhlə. yonuq sif. Yonulmuş. yonulma “Yonulmaq”dan f.is. yonulmaq f.\n1. Rəndə və s. yonucu və ya kəsici alətlə kəsilib üstü götürülmək; hamarlanmaq, işlənmək. Əmmamə şəklində bir daş yonulmuş; Bir sadə qəbrin üstünə qoyulmuş. A.Səhhət.\n2. Yonularaq hazırlanmaq, qayrılmaq. yonulmamış f.sif.\n1. Rəndə və s. yonucu və ya kəsici alətlə kəsilib üstü götürülməmiş; hamarlanmamış, işlənməmiş. Yonulmamış taxta. Yonulmamış daş.\n2. məc. dan. Tərbiyəsiz, mədəniyyətsiz, olduqca kobud, qanmaz. Fərmanın ürəyi sıxıldı. Dünyada qəribə, yonulmamış adamlar varmış! Ə.Sadıq. yonulmuş f.sif.\n1. Rəndə və s. yonucu, yaxud kəsici alət vasitəsilə üstü götürülmüş, düzləndirilmiş; hamarlanmış, işlənmiş. Yonulmuş taxta.\n2. Yonularaq qayrılmış, düzəldilmiş, həkk edilmiş, qazılmış. Daşdan yonulmuş heykəl. yonurca is. bot. Parazit göbələklərin (əsasən taxıllarda) törətdiyi xəstəlik. yorğa 1. is. At yerişinin bir növü (bu yerişdə at növbə ilə gah bir tərəfdəki – sağ ayaqlarını, gah o biri tərəfdəki – sol ayaqlarını eyni zamanda irəli atır).\n2. sif. Bu cür yerişi olan, bu cür yeriyən. Yorğa at. Yorğa kürən. // Zərf mənasında. Kəhər at yenə də yorğa yeriyir, çayaşağı səkirdi. Ə.Vəliyev. yorğalama “Yorğalamaq”dan f.is. yorğalamaq f.\n1. Yorğa yerişlə yerimək. [Mayanın] bütün fikri yorğalayan kəhərdə, gözəlliyindən doymadığı çöllərdə idi. M.İbrahimov.\n2. məc. Sürətlə getmək, qaçmaq. yorğalatma “Yorğalatmaq”dan f.is. yorğalatmaq icb. Yorğalamağa məcbur etmək, yorğa yerişlə sürmək. // İti sürmək, bərk sürmək. yorğalıq is. Yorğa yeriyən atın hal və keyfiyyəti. Atın yorğalığı. ‣ Qocalıqda yorğalıq – bax. qocalıq. yorğan is. Yatanda örtünmək üçün içi yunlu və ya pambıqlı geniş örtü. Qalın yorğan. Yun yorğan. Üstünə yorğan örtmək. – Ələsgər, ağlayır qızlar, arvadlar; Söküldü döşəklər, yorğan qalmadı. Aşıq Ələsgər. Üstümə bir neçə qətrə su atıldı və yorğanın kənarı ilə üzümü sildim. C.Məmmədquluzadə. Çəkdik başımıza qalın yorğanı; Dərin bir yuxuya getdik hamımız. S.Vurğun. yorğanağı is. Yorğana keçirilən xüsusi ağ, yaxud onun altından salınan mələfə. yorğança is. Kiçik yorğan, balaca yorğan; uşaq yorğanı. yorğançı bax. yorğansırıyan, yorğantikən. yorğan-döşək top. Yorğan, döşək, balışdan ibarət yatacaq ləvazimatı. Hamı aptekxanalarda taxtabiti tozu satırlar, get bir az al, səp yorğan-döşəyin ətrafına! N.Vəzirov. [Səlimə:] Ay Qurban, yuxun gəlirsə, yorğandöşək salım, bir az yat. Ə.Haqverdiyev. ‣ Yorğan-döşəkdən durmaq (qalxmaq) – sağalmaq. Heç gör sən gedəndən də bir-iki ay sonra mən yorğan-döşəkdən dura biləcəyəm ki, bir söz də danışam? “Koroğlu”. Yorğandöşəyə düşmək (yıxılmaq) – bərk xəstələnmək. ..Həlimə hamamdan çıxanda özünü soyuğa verib yorğan-döşəyə düşdü. S.S.Axundov. Bir az da bu dərdi ilə baş-başa qalardısa, naxoşlayıb yorğan-döşəyə yıxıla bilərdi. Ə.Əbülhəsən. yorğanıqalın sif. dan. Havadarı, himayəçisi olduğu üçün əməllərinin üstü açılmayan adam haqqında. yorğanlıq 1. sif. Yorğana yarayan, yorğan üçün lazım olan.\n2. is. Yorğana yarayan parça. Çit yorğanlıq. Yaxşı yorğanlıq almışam. yorğansırıyan (=yorğantikən) is. Yorğan sırımaqla (tikməklə) məşğul olan adam. Yorğansırıyan qadın. yorğantikən (=yorğansırıyan) is. Yorğan sırımaqla (tikməklə) məşğul olan adam. Yorğansırıyan qadın. yorğanüzü is. Yorğanın üzünə çəkilən adi və ya naxışlı parça. [Mahmud Sonaya:] Hələ gör sənə nə gətirmişəm: çit, şal, yorğanüzü, tumanlıq... Z.Xəlil. Sultanın əli taburetkanın üstündə duran telefon aparatına doğru uzananda ayağı yorğanüzünün cırığına keçərdi. İ.Hüseynov. yorğanüzülük 1. sif. Yorğanüzü üçün yarayan. Yorğanüzülük parça.\n2. is. Yorğanüzü. Qələmkar yorğanüzülük. yorğun sif. Çox işləmək, yerimək, hərəkət etmək və digər fəaliyyət nəticəsində yorulmuş, üzgün düşmüş. Yorğun adam. Yorğun at. – Qışın soyuğunda da adam istəyir, girsin isti kürsüyə və yorğanı çəksin başına, bir az da yorğun olan adamı yuxu tutur. C.Məmmədquluzadə. Yorğun olduğumdan yatdıq gecəni; Səhər açılınca oyatdı məni. S.Vurğun. Səməd əmisinin ardınca, yorğun addımlarla yemək otağına keçib stolun yanında oturdu. İ.Hüseynov. • Yorğun düşmək – yorulmaq. [Xədicə] axırda yorğun və halsızca düşüb qaldı. S.Hüseyn. Yorğun düşmüş qızlar yerlərinə girən kimi gözlərini yumdular. M.Hüseyn. // məc. Keçirdiyi həyəcan və iztirablardan üzülmüş, üzgün düşmüş, yorulmuş. yorğun-yorğun zərf Gücdən düşmüş halda, yorulmuş halda, zəifləmiş halda. Yorğunyorğun baxmaq. yorğun-arğın sif. Çox yorulmuş. Yorğun-arğın insanlar işdən sonra; Yığışmışdı divarları daş aynalı bir salona. S.Vurğun. • Yorğun-arğın düşmək – çox yorulmaq, taqətsiz düşmək. yorğunlama “Yorğunlamaq”dan f.is. yorğunlamaq bax. yorğunlaşmaq. Ölən öldü, qalanın dərdini dərmanlamışıq; Dəxi bəsdir, dəxi bəsdir, dəxi yorğunlamışıq. Ə.Nəzmi. yorğunlaşma “Yorğunlaşmaq”dan f.is. yorğunlaşmaq f. Yorğun düşmək, yorğun olmaq, yorğunluq nəticəsində taqətdən düşmək. yorğunluq is. Çox işləmək, yerimək, hərəkət etmək nəticəsində bədənin gücdən düşməsi, yorulması, yaxud zehnin bir müddət səmərəli surətdə işləyə bilməyəcək hala gəlməsi; üzgünlük, taqətsizlik hissi. Bədənimin yorğunluğu hələ də getməyib. Cismani yorğunluq. Yorğunluqdan bədənim sızıldayır. – Xanım qızın mənim çöhrəmdə gördüyü dalğınlıq fikirdən deyil, uzun yolun yorğunluğundandır.. M.S.Ordubadi. • Yorğunluğu çıxmaq – istirahət etdikdən sonra qüvvəsi özünə qayıtmaq. Yorğunluğunu almaq – istirahət etmək. Abbas bacısına: – Yavaş-yavaş gedərik, orada sən yorğunluğunu alarsan.. S.S.Axundov. Yorğunluğunu çıxartmaq – bax. yorğunluğunu almaq. İsabala bir az uzandı ki, yol yorğunluğunu çıxartsın. N.Vəzirov. yorma “Yormaq1”dan f.is. yormaq I. f. Yorulmasına səbəb olmaq, taqətdən salmaq, tabsız etmək; üzmək. Atı yormaq. Uşağı çoxlu tapşırıqla yormaq olmaz. Bu iş məni yordu. Yol adamı yorur. – Kinli paşalara meydan oxuyan; Çox köhlənlər yoran qoç Koroğludur. “Koroğlu”. Məhəmmədhəsən əmi eşşəyi heç kəsə verməzdi ki, bir yana aparıb heyvanı yorsunlar. C.Məmmədquluzadə. • Yol yormaq – çox gedib-gəlmək. [Çarvadar:] Ə, bu yolu yorduğun bəs deyil? S.Rəhimov. Özünü yormaq məc. – boş yerə əlləşmək, əbəs çalışmaq. Özünü yorma, bundan heç bir şey çıxmayacaqdır. // Gərgin zəhmət tələb edən bir işdə üstün gəlmək. Nərddə o məni yordu.\n\nII. bax. yozmaq. Günəş də Qəhrəmanın yuxusunu yorurdu. Ə.Vəliyev. yornuq dan. bax. yorğun. [Süleyman bəy:] İndi çay içərik, yornuğumuz çıxar. Ə.Haqverdiyev. ..Biz [müsəlmanlar] bəşəriyyət karvanının qatarından üzülmüş yornuq dəvə kimi bir yerdə qalıb, uzun dəhrləri xabiqəflətdə keçirmişik. F.Köçərli. yort sif. At yerişinin bir növü; löhrəm yeriş (bu yerişdə at bir qabaq ayağı ilə bir dal ayağını eyni vaxtda yerə qoyur). yortavlamaq f. məh.\n1. Yorta yerişlə yeriməyə, yortmağa başlamaq. [Məcid] göy ürkəsinə bir acı qamçı çəkdi. Ürkə yortavladı. S.Rəhimov.\n2. Sürətlə, çapa-çapa getmək. O, üzünü enişə tərəf döndərib: – Sən bir gör, necə də əti kəsilmiş kimi yortavlayır! S.Rəhimov. yortdurma “Yortdurmaq”dan f.is. yortdurmaq icb.\n1. Yortmağa, qaçmağa, çapmağa məcbur etmək. Sonra bizi yortdurub [Əmilmərduq] nəbzimizə baxdı. Çəmənzəminli.\n2. məc. Boş-boş gəzməyə məcbur etmək. yortma 1. “Yortmaq”dan f.is.\n2. sif. Yort. [Tahir] ..atını yortma yerişlə sürməyə başladı. M.Hüseyn. yortmaq f.\n1. Yort getmək, yerimək. Atlar tərpənib bir qədər yortdular. S.Rəhimov.\n2. məc. Ümumiyyətlə, yerimək, qaçmaq, boş-boş gəzmək. O, yenə əvvəlki kimi orabura yortan, ixtisasının adı bulunmayan və qardaşının əlinə baxan Nəsir idi. S.Hüseyn. [Budaq:] Şələmiz dalımızda yortmağa üz qoyduq. Ə.Vəliyev. Rəhimli fısıldaya-fısıldaya təhkimçinin arxasında yorturdu. İ.Hüseynov.\n3. məc. dan. Soxmaq, dürtmək. yorta-yorta zərf Tələsik, çaparaq, qaçaqaça. Yorta-yorta getmək. yorucu sif. Yorğunluq əmələ gətirən, yoran; ağır. Yorucu iş. Yorucu yol. Yorucu iclas. // Üzücü, cansıxıcı, usandırıcı. Yorucu söhbətlər. Yorucu mənzərə. Yorucu həyat. yorulma “Yorulmaq”dan f.is. yorulmaq f. Çox işləmək, çalışmaq, hərəkət etmək və s. fəaliyyət nəticəsində yorğunluq hiss etmək, gücdən düşmək. Gəzməkdən yorulmaq. İşləməkdən yorulmaq. Fikirləşməkdən yorulmaq. – Zeynəb bucaqda ayaq üstə durmaqdan lap yoruldu. C.Məmmədquluzadə. // Təngə gəlmək, bıqmaq, usanmaq, üzülmək. Danışmaqdan yorulmadın? – ..Bu Allahın bəlasına giriftar olmuş da yaylaqlarda veyillənməkdən yorulmadı. C.Məmmədquluzadə. Bir xeyli sükutdan sonra katib qapıya baxa-baxa dedi: – Nizam-intizam barədə danışmaqdan yorulmuşuq. M.Hüseyn. yorulmaqsızın (=yorulmadan) zərf Yorulmaq bilmədən, istirahət etmədən, dayanmadan, aram tapmadan, arası kəsilmədən. Yorulmadan işləmək. Yorulmadan danışmaq. yorulmadan (=yorulmaqsızın) zərf Yorulmaq bilmədən, istirahət etmədən, dayanmadan, aram tapmadan, arası kəsilmədən. Yorulmadan işləmək. Yorulmadan danışmaq. yorulmaz sif. Yorulmaq bilməyən; yorulmayan. Yorulmaz tədqiqatçı. Yorulmaz adam. yorulmazlıq is. Yorulmaz adamın hal və keyfiyyəti. yor-yoxsul top. Yoxsullar. Aşıq Humay indi, bu saat özündən çıxıb yor-yoxsulun başı üstündə qamçı oynadan mülkədar balalarına qan içirmiş Qaçaq Nəbidən deyir, Həcəri tərifləyirdi. Ə.Vəliyev. yosma sif. şair. Zərif, incə, işvəli, işvəkar, nazənin. İpəklər içində xumarlandıqca; Yosma gözəllərə dastanlar deyin. S.Vurğun. yosmalıq is. Zəriflik, incəlik, işvəkarlıq; işvə, naz. yosmaraq sif. Bəstəboylu, kiçik, alçaq. yosun is. bot. Kökü, gövdəsi, yarpağı olmayan və bununla da başqa su bitkilərindən fərqlənən sporalı su bitkisi, dənizdən çıxan otlar. Dəniz yosunu. yosunlama “Yosunlamaq”dan f.is. yosunlamaq f. Yosun bitmək, yosunu bağlamaq, yosunla örtülmək, yosun basmaq. yosunlu sif. Üstünü yosun basmış, yosunla örtülmüş. Yosunlu gölməçə. yosunvari sif. Yosuna oxşayan; tel-tel. yotlaşdırma dilç. “Yotlaşdırmaq”dan f.is. yotlaşdırmaq f. dilç. Yot (y) səsi ilə tələffüz etmək. yotlaşma is. dilç. Saitlərin qabağında (adətən sözün əvvəlində və ya saitlərin arasında) yot (y) samitinin gəlməsi. Yotlaşma hadisəsi. yovqar is. Taxta yonmaq üçün alət; rəndə, ikidəstəli rəndə. yovm is. [ər.] köhn. Gün, gecə-gündüz, sutka. yovmiyyə is. [ər.] köhn.\n1. Hər gün üçün verilən xərc, haqq, maaş; gündəlik. Azərittifaqdan göndərilən təftiş komissiyası aylarla oturar, öz yovmiyyəsini alar, bu dairəittifaqın işini əsaslı surətdə yoxlardı. S.Rəhimov. // sıf. Gündəlik. [Hacı Kərim zərgər:] Mən ki zərgərəm, yovmiyyə xərcimdən ötrü acizəm. M.F.Axundzadə.\n2. Hərgünkü gəlir və çıxarı yazmaq üçün mühasibat dəftəri; gündəlik. yovşan is. bot. Mürəkkəbçiçəklilər fəsiləsindən kəskin qoxulu ot və yarımkol bitkisi. Yovşan arağı (distillə yolu ilə yovşandan çəkilmiş cövhər). – Muğanda qarağat, yovşan yerinə; Çinarlar boy atdı cərgələnərək. S.Vurğun. yovşanlı sif. Çoxlu yovşan bitmiş, yovşan bitən. Yovşanlı əkin. Yovşanlı yer. – [Tahir] pəncərənin qabağında durub boz və yovşanlı təpələrin ardında batan günəşə baxırdısa da, fikri tamam başqa yerdə idi. M.Hüseyn. yovşanlıq is. Yovşan bitən yer. ‣ Yovşanlığa çıxmaq – bir işdə, danışıqda və s.-də adi, normal dərəcədən kənara çıxmaq, həddi aşmaq. yovşutma “Yovşutmaq”dan f.is. yovşutmaq f. Yumşaltmaq, dilə tutaraq özünə yaxınlaşdırmaq. yovuq bax. yaxın. [Hacı Murad:] Sinni də mənə yovuqdur. S.S.Axundov. yovuqlaşdırılma “Yovuqlaşdırılmaq”dan f.is. yovuqlaşdırılmaq bax. yaxınlaşdırılmaq. yovuqlaşdırma “Yovuqlaşdırmaq”dan f.is. yovuqlaşdırmaq bax. yaxınlaşdırmaq. yovuqlaşma “Yovuqlaşmaq”dan f.is. yovuqlaşmaq bax. yaxınlaşmaq. yovuqluq bax. yaxınlıq. yovuşdurma “Yovuşdurmaq”dan f.is. yovuşdurmaq icb. Yaxınlaşdırmaq; yaxınlaşmağa, ünsiyyət bağlamağa məcbur etmək və ya vasitə olmaq. // Uyğunlaşdırmaq. yovuşdurulma “Yovuşdurulmaq”dan f.is. yovuşdurulmaq məch. Yaxınlaşdırılmaq; yaxınlıq, ünsiyyət yaradılmaq. yovuşmaq f. Yaxınlaşmaq, ünsiyyət bağlamaq. ..Gülgəz [atasına] az yovuşardı. Mir Cəlal. // Uyuşmaq, uyğunlaşmaq, özünü başqası ilə tay, bərabər tutmaq. Adam adama gərək yovuşsun. yovuşmaz sif. Yovuşmayan, heç kəslə qaynayıb-qarışmayan (adam). Yovuşmazın biridir. yozdurma “Yozdurmaq”dan f.is. yozdurmaq 1. “Yozmaq”dan icb. Yuxusunu yozdurmaq.\n2. f. Fikrini başqa şeyə cəlb etmək, azdırmaq, yayındırmaq. yozma “Yozmaq”dan f.is. yozmaq f. Özü istədiyi kimi məna vermək, izah etmək, şərh etmək. Cəhrənin qırılmasını pis yerə yozaraq, ürəyinə gətirmişdi ki, bəlkə də bu saat Tapdığın başında bir xata var! Ə.Əbülhəsən. // Hiss etmək, duymaq. Kələntərli müsahibinin qəfildən tutulmasını söhbətdən xoşlanmamasına yozdu. İ.Hüseynov. // Yuxuda görülmüş şeyə məna vermək, röyanı təbir etmək. yozulma “Yozulmaq”dan f.is. yozulmaq məch. İstənilən kimi məna verilmək, izah edilmək, şərh edilmək. yön is.\n1. Üz, üz tərəf, ön tərəf. Oturubdurub yönü oyana; Durub-durub yeriməyin nədəndir? M.P.Vaqif. Gah yönümü çevirirəm Şirvana; Gah üz tutub Gürcüstana, ağlaram. Molla Cümə. Gülsənəm arvad yönünü oğluna tərəf çevirmədən cavab verdi və aşağı əyilib ocağı üfürməyə başladı. M.Hüseyn. • Yön çevirmək – üz çevirmək, üzünü tutmaq, müraciət etmək. Ələsgər, yön çevir şahlar şahına; Yapış ətəyindən, şikayət eylə! Aşıq Ələsgər. Yönünü tutmaq – üzünü.. tərəfə çevirmək. Hər kəsin dünyada bir qibləsi var; Mən də yönüm sənə sarı tutmuşam. M.P.Vaqif.\n2. İstiqamət, səmt, tərəf. • Yön almaq – istiqamət almaq, üz tutmaq, ...tərəfə getmək. Ertəsi gün sübh tezdən Qaraxan Xırdanı və məni oyatdı. Onlar birlikdə yoncalığa tərəf yön aldılar. S.Rəhimov. ‣ Yönü bəri olmaq dan. – sağalmağa başlamaq, sağalmaq əlamətləri göstərmək. Səs hər yana yayıldı. Padşaha muştuluğa getdilər ki, Qəmərin nəfəsi qayıtmışdır, xırda-xırda yönü bəri olur. (Nağıl). yöndəm is.\n1. Qayda, nizam, səliqə. • Yöndəmdən çıxmaq – eybəcərləşmək, çirkinləşmək, korlanmaq. Yöndəmə düşmək – qaydaya düşmək, səliqəyə düşmək, müəyyən şəklə düşmək. Yöndəmə düşdükdən sonra universitetə getdim. Mir Cəlal. Yöndəmə salmaq (qoymaq) – səliqəyə, sahmana salmaq, qaydaya salmaq, müəyyən bir şəklə salmaq. ..Mən cəmi işlərimi yöndəmə qoyub, dost-aşnalar ilə vidalaşıb əyləşdim mənzildə. Ə.Haqverdiyev.\n2. Görkəm, sir-sifət, xarici görünüş. Bunun yöndəminə bax. Bu nə yöndəmdir? yöndəmli sif. Səliqəli, qaydalı; görünüşcə yaxşı, abırlı, görkəmli. yöndəmlilik is.\n1. Yöndəmli şeyin hal və keyfiyyəti.\n2. Rahat, qolay.\n3. Qolaylıq, rahatlıq. yöndəmsiz sif.\n1. Qaba, kobud, biçimsiz, səliqəsiz, tənasübsüz. Yöndəmsiz adam. Yöndəmsiz şey. – Hələ kim olduğunu bilməmişdən bu adamın xarici görkəmi bizdə nifrət əmələ gətirmişdi; kobud sifəti, yöndəmsiz bədəni vardı. S.Rəhman.\n2. Naqolay, narahat, qaydasız, kobud. Yöndəmsiz hərəkət. Yöndəmsiz (z.) oturmaq. yöndəmsizlik is.\n1. Yöndəmsiz şeyin halı.\n2. Naqolaylıq, narahatlıq. yönəldici sif.\n1. Hərəkət və istiqamət verən, istiqamətverici, istiqamətləndirici, istiqaməti nizama salan. Yönəldici göstəriş.\n2. tex. Bir şeyi müəyyən istiqamətdə hərəkət etdirən. Yönəldici çarx. Yönəldici rels. – Quyunu qazmağa başlarkən onun ağzını möhkəmlətmək və gilli məhlul cərəyanını təmin etmək üçün quyuya endirilən ilk qoruyucu borulara yönəldici boru deyilir. S.Quliyev. yönəldilmə “Yönəldilmək”dən f.is. yönəldilmək məch. Bir səmtə və ya bir şeyə doğru çevrilmək, sövq etdirilmək; istiqamətləndirilmək. Topların ağzı düşmənə yönəldilmişdir. Tənqid atəşi öz hədəfinə yönəldildi. yönəlmə “Yönəlmək”dən f.is. yönəlmək f.\n1. Bir tərəfə istiqamət alıb getmək, üz tutub getmək, istiqamət almaq. Hamımız səs gələn tərəfə yönəldik. Gəmilər adaya doğru yönəldi. – Koroğlu Nigara tərəf yönəldi. “Koroğlu”. [Faytonun] içindən İmamverdi baba çıxıb Nurəddinə tərəf yönəldi. S.S.Axundov. // Bir şey üçün yanaşmaq, yanına getmək, müraciət etmək. [Xortdan:] Əlində maya düzəltmək üçün qədim dost və aşnalarına yönəldi.. Ə.Haqverdiyev.\n2. Gəlmək, üz tutmaq. [Bəkir:] Qayanın üstündən gördüm, iki dəstə atlı bizə sarı yönəliblər. N.Vəzirov.\n3. Üzünü çevirmək, dönmək, çevrilmək. yönəltmə “Yönəltmək”dən f.is. yönəltmək f. İstiqamət vermək, istiqamətləndirmək, istiqamət göstərmək. Suyu arxa yönəltdik; Bağa, bostana getdik; Evin var olsun, qardaş; Axır xoş günə yetdik. (Bayatı). Balaca Sabir hiss edirdi ki, daha atası onu məktəbə tərəf yönəltmək istəmir. S.Rəhimov. // Tuşlamaq, çevirmək, döndərmək. Topun ağzını hədəfə yönəltmək. – Bir daşa sinə gərib tüfəngimi [pələngə] tərəf yönəltdim. A.Şaiq. yönləşmə “Yönləşmək”dən f.is. yönləşmək qarş. məh. Razılığa gəlmək; razılaşmaq, düzəlişmək. yönlü sif. dan.\n1. Yararlı, lazımlı, gərəkli, münasib, əlverişli, yaxşı, əməlli-başlı. Yönlü şey.\n2. Yaxşı, üzüyola, sözəbaxan. [Əhməd] ürəyində öz-özü ilə belə bir iftixarla danışırdı: – Ağıllı övlad, yönlü bala adamın qalxması üçün ən sehirli qanad deyilmi? S.Rəhimov. yönlük yönlük hal qram. – ismin kimə? nəyə? və haraya? suallarına cavab verən halı. yönsüz sif. Yararsız, lazımsız, gərəksiz. // Pis, vecsiz, fərsiz. Hatəm xan oturduğu yerdə bütün vücudu ilə silkələndi: – Yönsüz oğul neylər ata malını, – dedi. S.Rəhimov. yörə is. Yan, ətraf, həndəvər (çox vaxt “yan-yörə” şəklində işlənir). Kərəsidi qoyunun, kürəsidi qoyunun; Ağlığımızdan gəzərik yörəsində qoyunun. (Sayaçı sözü). yör-yöndəm is. dan.\n1. Xarici görünüş; sir-sifət, qiyafət. Pasının qırmızı üzü daha da qızardı: – Qadam sənin yörünə-yöndəminə, – dedi. S.Rəhimov.\n2. Səliqə, sahman, qayda. ‣ Yör-yöndəmə salmaq – qaydaya (səliqəyə, sahmana) salmaq, abıra mindirmək. Odur ki, oğlum bağı yör-yöndəmə salır. “Koroğlu”. yubadılma “Yubadılmaq”dan f.is. yubadılmaq məch. Ləngidilmək, gecikdirilmək, təxirə salınmaq. Xəstəni qorxulu hallardan xilas etmək üçün, ona dərhal zəhərin təsirini zəiflədən maddə verilməlidir. Bu iş bir anlığa belə yubadılmamalıdır. (Qəzetlərdən). yubadılmaz f.sif. Təxirə salınmasına, gecikdirilməsinə, ləngidilməsinə yol verilməyən; təxirsiz, təcili, gecikməz. yubandırma “Yubandırmaq”dan f.is. yubandırmaq bax. yubatmaq. [Quliyev] heç vaxt smetanın tərtibini yubandırmazdı. yubanma “Yubanmaq”dan f.is. yubanmadan zərf Gecikmədən, ləngimədən; tez, dərhal. Yubanmadan bunu aparıb yerinə çatdır. Yubanmadan qayıt gəl. yubanmaq f. Bir işə vaxtında başlamamaq, tələsməmək; gecikdirmək, ləngimək, gecikmək. Yubanma, işə başla! – Daxmalarda balıqçılar oyanmış; Bir parası çox gecikib yubanmış. A.Səhhət. Xan nökəri çağırıb dedi ki, getsin poçta tərəf və görsün Novruzəli harda qaldı və nə bais oldu ki, belə yubandı. C.Məmmədquluzadə. [Müəllim:] Ancaq şərtimiz bu oldu ki, yubanmayıb, təyin etdiyimiz saatda gəlsin, daha məni çox gözlətməsin. Qantəmir. yubatma “Yubatmaq”dan f.is. yubatmaq f. Vaxtında etməmək, vaxtında görməmək; gecikdirmək, uzatmaq, ləngitmək. İşi yubatmaq. Məktubun cavabını yubatma. Yığımı yubatmaq olmaz. yubiley [lat. yubilaeus, əsli qəd. yəh.] Bir hadisənin, yaxud bir şəxsin fəaliyyətinin və s.-nin təntənəli surətdə qeyd edilən ildönümü. Artistin yubileyini keçirdilər. – Bütün Avropada kəmyab ikən, amma Bakıda; Nə səbəbdənsə bu il oldu firavan yubiley. M.Ə.Sabir. 1933-cü ildə Azərbaycan teatrının 60 illik yubileyi keçirildi. M.Arif. yubilyar is. [lat.] Yubileyi keçirilən şəxs, təşkilat və s. Yubilyara təbrik teleqramı göndərmək. Son söz yubilyara verildi. – ..Böyük, kiçik hamı şanlı yubilyarı alqışlamaq və onu öpməyə gəlmişdi. Mir Cəlal. yubka [rus. əsli fr.] Beldən aşağı geyilən qadın geyimi, arvad tumanı. Xanpəri tez ayağa durub yubkanın ətəklərini dəstələdi. Ə.Vəliyev. Züleyxa da həvəssiz halda əlini Fərmana uzatdı və yubkasını səliqə ilə yığışdırıb, skamyanın üstündə əyləşdi. Ə.Sadıq. yudurtma “Yudurtmaq”dan f.is. yudurtmaq “Yumaq”dan icb. Paltarları yudurtmaq. Pəncərələri yudurtmaq. – [Arvadı] burada sözə tutub qızın əliniüzünü yudurdardılar. R.Əfəndiyev. yuft is. Qaramal, at və donuz dərisinin aşı maddələri ilə emalından alınan materiallar. yuxa is.\n1. Nazik yayılmış (mayasız) xəmirdən sacda bişirilən çörək növü; yayma. Yuxa, yuxa, yolda tıxa. (Ata. sözü). Aradan bir az keçməmişdi ki, Səhnəbanının anasını yuxa üstünə apardılar. “Aşıq Ələsgər”. Göyçək arvad bir büküm yuxanın arasına cızdaq doldurub poçtalyona uzatdı. Ə.Vəliyev. Mələk qarı təzə buğda unundan xəmir edib sacda yuxa bişirirdi. S.Şamilov.\n2. məc. Yumşaq, nazik, zərif şey haqqında. Əmanət, əmanət; növki-müjkanın; Toxunmasın, qanar, yuxa üzünə. Q.Zakir. [Ovçu:] Qızım, – dedi, – ürəyiniz yuxa olur, bilirəm, amma [quşlar] bizim üçün yaranmışdır. Mir Cəlal. [Rüstəm:] Hava da bərk dolub, yağacaqdır. Əynin də yuxadır. S.Rəhimov. yuxaçı is. Yuxa bişirib satan adam. yuxalama “Yuxalamaq”dan f.is. yuxalamaq f. Yuxa yaymaq. yuxalıq is. Yuxa üçün yararlı olan. Yuxalıq xəmir. // ...yuxaya çatacaq qədər. Dağarcığın dibində on-on beş yuxalıq un, iki bişirimlik düyü qalmışdır. Ə.Abasov. yuxalma “Yuxalmaq”dan f.is. yuxalmaq f. Yumşalmaq, nazikləşmək, incəlmək. • Ürəyi yuxalmaq – kövrəlmək, riqqətlənmək, təsirlənmək. Kamran üzünü çevirib ondan uzaqlaşanda koxanın ürəyi yuxaldı. Ə.Əbülhəsən. Hər il yay tətili zamanı xalasının yanında olmasına baxmayaraq, birinci dəfə idi ki, [Budağın] ürəyi bu qədər yuxalırdı. Ə.Vəliyev. yuxaltma “Yuxaltmaq”dan f.is. yuxaltmaq f. İncəltmək, nazikləşdirmək. Bəsdir, ürəyimi yuxaltdın. yuxarı 1. sif. Üst, üstdə olan, yüksəkdə olan, yuxarıda olan. Yuxarı mərtəbə. Gəminin yuxarı göyərtəsi. – [Qərənfil xala] cəld yuxarı otağa çıxdı. Ə.Vəliyev. // Zərf mənasında. Yuxarı qaldırmaq. Yuxarı çıxmaq. – ..Kərbəlayı Heydər çıxardı küçəyə, sağ əlinin şəhadət barmağını yuxarı qovzuyub ancaq mənə bircə bunu deyərdi ki, “Qırışmal! Uşağı döymə!” C.Məmmədquluzadə. Zeynal könülsüz addımlar ilə sakin olduğu evin pilləkənlərini yuxarı çıxırdı. S.Hüseyn. Biçənəklərdə ot dizdən yuxarı qalxmışdı. M.İbrahimov.\n2. Qoş. mənasında. Artıq, çox. İclasda yüzdən yuxarı adam iştirak edirdi. Bir saatdan yuxarı gözlədim. – Dən düşmüş saqqalı, sallaq bığları; Göstərir yaşını qırxdan yuxarı. H.K.Sanılı. • Yuxarı tutmaq – üstün tutmaq. Zeynal öz mənliyini hər şeydən yuxarı tuturdu. S.Hüseyn.\n3. sif. Vəzifəcə, mənsəbcə, dərəcəcə yüksək, üstün. Yuxarı siniflər. Yuxarı təbəqələr. Yuxarı vəzifəyə qoymuşlar.\n4. is. Bir şeyin yuxarı, üst, yüksək hissəsi, yeri, təpəsi. Pilləkənin yuxarısı. Dağın yuxarısında qar var.\n5. Yerlik halda: yuxarıda – irəlidə, qabaqda, əvvəldə. Yuxarıda deyildiyi kimi. Yuxarıda bu barədə yazılmışdır. – Yuxarıda zikr etdiyimiz keyfiyyəti Mirzə özü nağıl edərdi. Ə.Haqverdiyev.\n6. Cəmiyyətin, təşkilatın yüksək, rəhbər dairələri; yüksək vəzifələr, mövqelər (bəzən cəm şəklində işlənir). Yuxarılardan göstəriş almaq. Yuxarıya müraciət etmək lazımdır. – [Məmişov:] Sən ki mənimlə kəc başladın, mən də səni yuxarılara keçirərəm. M.İbrahimov. [Gəldiyevin] fikri həmişə yuxarıda, böyüklərdə idi. Mir Cəlal. ‣ Yuxarıdan baxmaq – bəyənməmək, xor baxmaq, həqarətlə baxmaq, saymamaq. Məktəbdə hər dərsdən zəif olan bir tənbəlin belə yuxarıdan baxmağı Səltənətə güllə kimi dəydi. Mir Cəlal. yuxarıbaş zərf Otağın baş tərəfi, məclisin ən hörmətli yeri. Yuxarıbaşda sandalya üstə əyləşib həzrət Əşrəf. C.Məmmədquluzadə. Molla Güləndam bacı məktəbin yuxarıbaşında oturub köynək tikirdi. Çəmənzəminli. yuxarıdakı sif.\n1. Yuxarıda (üstdə), yuxarı (üst) tərəfdə, yuxarı (üst) qatda olan. Yuxarıdakı qonşular. Yuxarıdakı kitabı mənə ver.\n2. İrəlidəki, qabaqdakı, əvvəldəki. Yuxarıdakı söhbət aramızda qalsın. // is. Yuxarıda haqqında danışılan məsələ. Yuxarıdakıları nəzərdən qaçırma. yuxarıkı sif. Yuxarıda, yüksəkdə, hündürdə olan. [Şiraslan öz-özünə deyirdi:] Əgər o yuxarıkı turşsu, bax, o qocaman palıdın altında olsaydı, .. onda bütün yolçular burada əylənər(dilər). S.Rəhimov. yuxu is.\n1. Dövraşırı yatmaq şəklində davam edən fizioloji hal (bu zaman beyin – şüur tamamilə, ya da qismən fəaliyyətdən qalır, bir sıra fizioloji proseslər zəifləyir və bədən dincəlir). Yuxudan ayılmaq. Yuxu zamanı. Yuxuda və ayıqlıqda. Uşağa yuxu lazımdır. – Bəs ki verməz yuxu göz açmağa fürsət kimsəyə; Sübh gün şəmilə hər gün çeşmi-bidar axtarır. Qövsi. Bunlar yuxudan ayılır, dava başlanır. Ü.Hacıbəyov. • Yuxun(uz) şirin olsun! – yatmağa gedənlərə rahat yuxu arzusu. Yuxusu gəlmək – yuxulamaq, yatmaq ehtiyacı hiss etmək. Yuxun gəlməmiş yerini sal. (Ata. sözü). Yuxusu qaçmaq – hər hansı bir səbəb üzündən, yaxud səbəbsiz yuxusu pozulmaq, daha yatmaq istəməmək. Şairin gözündən yuxusu qaçmış; Hərbin əjdahası, qorxunc, dəhşətli; Cəhənnəm sayağı ağzını açmış. Şəhriyar. Yuxusuna haram qatmaq – 1) bax. yuxu qaçırtmaq; 2) vaxtından tez ayılmaq. Yuxusunu almaq – yatıb dincəlmək, doyunca yatmaq. Yuxusunu qaçırtmaq – yuxusunun pozulmasına səbəb olmaq. Yuxuya batmaq – bərk yuxulamaq, yatmaq. Yuxuya getmək – mürgüləyərək yatmaq, yuxulamaq. Paşa göy otun üstündə uzandı, gün kürəyinin arasını qızdıranda şirin yuxuya getdi. “Aşıq Ələsgər”. Yuxuya qalmaq – yatıb qalmaq, vaxtında oyana bilməmək. Həmişə dan yerinə səda düşəndə ayaq üstündə olub qapı-bacada hərlənən qız [Salatın], yatıb yuxuya qaldı. İ.Şıxlı. Yuxuya vermək – 1) yuxulatmağa çalışmaq, gözü yuxuya gedincə gözləmək. [Şahqulu:] Meyitini görüm, mən heç sarsaq deyiləm... Bircə de görüm, gecələr bizi yuxuya verib bəyimin otağında nə qayırırsan? N.Vəzirov; 2) məc. yuxulatmaq, iğfal etmək, aldatmaq. Gözlərindən yuxu tökülmək – bərk yatmaq istəmək. Gözünə yuxu getmək – yuxulamaq. Gözümə necə yuxu getdiyini xatırlamıram. M.Hüseyn. Gözünə yuxu getməmək – yuxulaya bilməmək, yata bilməmək, yuxusu qaçmaq. [Çərkəz] yorğana bürünən kimi xoruldadı. Şamxalın isə gözünə yuxu getmədi, arxası üstə uzanaraq əllərini başının altında daraqladı. İ.Şıxlı. Qəflət yuxusu – bax. qəflət. Qış yuxusu, yay yuxusu – qışda və ya yayda bəzi heyvanlarda əmələ gələn yuxululuq (uyuşuqluq) halı. Ölü kimi yatmaq – çox bərk və rahat yatmaq.\n2. bax. yuxugörmə. Dəhşətli yuxu. Yuxuya inanmaq. Yuxusunu yozmaq. – Yuxunun yanlışı olar, yalanı olmaz! (Ata. sözü). [Mərcan bəy:] Görəsən, bu yuxudur, yoxsa gerçəkdir? Ü.Hacıbəyov. • Yuxu görmək – yuxuda ikən cürbəcür şeylər (hadisələr, surətlər və s.) görmək. Bu gecə pis yuxu gördüm. – [Mərcan bəy:] Yox-yox, bu, yuxudur... Mən yuxu görürəm. Ü.Hacıbəyov. Yuxusu çin olmaq – yuxuda gördüyü şey həyata keçmək. Yuxusuna da gəlməmək (girməmək) – heç xəyalında da olmamaq, heç düşünməmək, ağlına belə gətirməmək. Yuxusuna girmək (gəlmək) – bir şeyi yuxuda görmək. Bakıdan beş gün ayrılanda yuxuma Xəzər girir. N.Rəfibəyli. // Qeyri-real, xəyali, gerçək olmayan şey haqqında. Bunların hamısı bir yuxu imiş. • Yuxusunda da görməmək – heç ağla gəlməyən, mümkün hesab edilməyən şey haqqında. Utanmaq bilməzlər, həya etməzlər, insaf, vicdan, mürüvvət heç yuxularına da girməz. N.Vəzirov. ‣ Yuxu kimi (gəlmək) – tamamilə unudulmuş bir şey, hadisə haqqında. Bu əhvalat adama yuxu kimi gəlir. yuxucul sif. Çox yatan, yatmağı çox sevən. Yuxucul adam. yuxuculluq is. Yatmağı çox sevmə. yuxugətirən (=yuxugətirici) sif. Yuxulatmaq xassəsi olan; yuxuladan, yuxuladıcı. Yuxugətirən dərman. yuxugətirici (=yuxugətirən) sif. Yuxulatmaq xassəsi olan; yuxuladan, yuxuladıcı. Yuxugətirən dərman. yuxugörmə is. Yuxuda görülən şey; röya. yuxulama “Yuxulamaq”dan f.is. yuxulamaq f. Yuxuya getmək; yatmaq, uyumaq. Uşaq yuxuladı. – Oğul, oğul, amandır; Çox yuxulamaq yamandır. M.Ə.Sabir. ..Qızların ikisi Zeynəbin qucağında şirin yuxuladılar. C.Məmmədquluzadə. [Xəstənin] yuxuladığı, ya halsız düşdüyü məlum deyildi. Mir Cəlal. yuxulatma “Yuxulatmaq”dan f.is. yuxulatmaq icb. Yuxulamağa məcbur etmək, yuxu gətirmək. Dərman adamı yuxuladır. Uşağı yuxulat. yuxulu sif. və zərf\n1. Yatmış halda (olan), yaxud yatmış halda ikən. Yuxulu uşaq. Yuxulu halda danışmaq. – Kəramət uşaqlarını ancaq yatdıqları yerdə, yuxulu olduqları vaxt oxşayar, öpərdi. Ə.Əbülhəsən. // Yarıyatmış, yarıayıq, hələ tamam ayılmamış, yuxudan doymamış. Yuxulu halda soruşdu. Yuxulu gözləri ilə baxdı. – [Əvəz kişi] yuxulu gözlərini ovaova soruşdu: – Yenə nə var, ay arvad, yuxu görmüsən, nədir? Ə.Vəliyev.\n2. məc. Key, süst. yuxululuq is. Yuxulu halda olma, yuxulu vəziyyət. yuxulu-yuxulu zərf Yuxudan hələ ayılmamış bir vəziyyətdə, yuxulu halda. Yuxulu-yuxulu hara gedirsən? Yuxulu-yuxulu durub qapını açdı. yuxupişiyi is. zar. Çox yatan, yatmağı çox sevən adam haqqında. O, lap yuxupişiyidir. yuxusuz sif. Yatmadan keçirilən; uyqusuz. Yuxusuz gecələr çıxdı qarşıma; Fəqət töyşümədi bu polad sinəm. S.Vurğun. // Yatmayan, yuxulamayan, yuxu bilməyən, ən ayıq; oyanıq. Yuxusuz qarovulçular. – Yuxusuz maraltək hərdən süzülüb; Axan gözlərinin sədəqəsi canım. Q.Zakir. // Zərf mənasında. Gecəni yuxusuz keçirmək. – O gecəni Bəxtiyar səhərədək yuxusuz qaldı. S.Hüseyn. yuxusuzlama “Yuxusuzlamaq”dan f.is. yuxusuzlamaq f. Yuxusuz olmaq, yuxu həsrətində olmaq. yuxusuzlanma “Yuxusuzlanmaq”dan f.is. yuxusuzlanmaq bax. yuxusuzlamaq. yuxusuzlaşma “Yuxusuzlaşmaq”dan f.is. yuxusuzlaşmaq f. Getdikcə yuxusuz olmaq, yuxusu azalmaq, az yatmaq. yuxusuzlatma “Yuxusuzlatmaq”dan f.is. yuxusuzlatmaq icb. Yuxudan məhrum etmək, yuxusunu əlindən almaq, az yatmağa məcbur və ya vərdiş etdirmək. yuxusuzluq is. Uyumama, uyuya bilməmə, yuxusu olmama; uyqusuzluq. Yuxusuzluq qocalarda daha çox olur. Yuxusuzluqdan əziyyət çəkmək. – Uruzu yuxusuzluqdan aclıq və yorğunluqdan çox, çəkdiyi mənəvi iztirablar sıxmışdı.. M.Rzaquluzadə. Səməd arıqlamış, yuxusuzluqdan gözlərinə qan sağılmışdı. İ.Hüseynov. yukagir Yakutiyada yaşayan şimal xalqlarından biri və bu xalqa mənsub adam. Yukagir dili. yukka is. [lat.] bot. Həmişəyaşıl bitki cinsi. yuqoslav Yuqoslaviya əhalisinə mənsub adam. yulaf is. bot. At yemi kimi istifadə edilən, habelə dənindən yarma hazırlanan dənli bitki. Yulaf samanı. Yulaf əkini. yulaflıq is. Yulaf əkilmiş yer, yulaf əkini. yulğun is. bot. Quraqlığa və şoranlığa davamlı xırda salxım şəklində çiçəkləri olan kol bitkisi. Yulğun ağacı. – Toz basmış tikan, yulğun kolları – ..hamısı, deyəsən, dünənkilərdir. Mir Cəlal. yulğunluq is. Yulğun bitmiş yer, yulğun kolluğu. yumaq I. f.\n1. Su və ya su və sabun, yaxud başqa bir maye ilə təmizləmək. Əllərini yumaq. Əl-üzünü yumaq. Ayaqlarını yumaq. Paltar yumaq. – Bahadır üzünü yuyub çay içməyə getdi. N.Nərimanov. Bir həyətdə bir müsəlman arvadı arxın kənarında qab yuyurdu. C.Məmmədquluzadə. Müşgünaz başını yuyub quruladıqdan sonra güzgünün qabağına gəldi. Ə.Vəliyev.\n2. Çarparaq, toxunaraq dağıtmaq, aparmaq (yağış, dəniz, çay). Dalğalar sahili yuyur. – Su bütün əkinləri yuyub aparmışdı. Ə.Sadıq.\n3. məc. Əvəzini vermək, doğrultmaq (“günahını”, “təqsirini” sözləri ilə). [Heydər bəy:] Naçalnik, mən hazıram ki, bu təqsirimi öz qanım ilə .. yuyam. M.F.Axundzadə. [Əxistan:] Söyləsin bir mənə əyan Səbahi; Neylə yuyacaqdır ağır günahi? M.Rahim.\n\nII. is. Top kimi sarınmış sap, ip və s. Bir yumaq yun ip. – Keçəlin anası gündə bir yumaq əyirərdi, keçəl aparıb onu bazarda satardı. (Nağıl). ‣ Yumağa dönmək – büzüşmək, yığışmaq, kiçilmək. [Əhməd:] Rüstəm bəy kimi pəhləvanın beli bükülüb, özü dönüb bir yumağa. N.Vəzirov. O, kinindən büzüşdükcə bir yumağa dönür bəzən. S.Vurğun. yumaqca is. Balaca yumaq. yumaqlama “Yumaqlamaq”dan f.is. yumaqlamaq f. Sapı sarıyıb yumaq halına salmaq. Hisli-paslı alçaq bir damda oturmuş Fatı əlində ip yumaqlayır. Ə.Abasov. yumaqlanma “Yumaqlanmaq”dan f.is. yumaqlanmaq 1. məch. Sarınıb yumaq halına salınmaq, yumaq düzəldilmək.\n2. qayıd. məc. Yumağa dönmək, yığılıb yumaq kimi olmaq. yumalaq is. Ovuc içində yumrulanmış yumşaq şey (mum və s.). yumalama “Yumalamaq”dan f.is. yumalamaq bax. yumbalamaq. Dağlardan axan sellər alaçıqlara dolub bəzilərini yumalayıb aparır. S.S.Axundov. yumalanma “Yumalanmaq”dan f.is. yumalanmaq f. Diyirlənmək, yumbalanmaq. Ayı eniş aşağı qaça bilmədiyindən dərənin içinə yumalandı. S.S.Axundov. Buradan çıxarılan daşlar üstdən aşağı yumalanır və dərənin dibində bənd alırdı. S.Rəhimov. Bu zaman .. daş qopub üzüaşağı yumalandı. Ə.Məmmədxanlı. yumarlama “Yumarlamaq”dan f.is. yumarlamaq f.\n1. Gillətmək, diyirlətmək, yumbalamaq. İlan kimi qıvrılıb açılan dalğalar Nəbini öz qoynunda yumarlayayumarlaya (z.) aparırdı. Ə.Abasov.\n2. Yumrulamaq, girdələmək, yumru etmək. yumbalaq is. Başı üzərindən aşma hərəkəti. yumbalama “Yumbalamaq”dan f.is. yumbalamaq bax. yumbalatmaq. yumbalanma “Yumbalanmaq”dan f.is. yumbalanmaq f. Başı üstə çevriləçevrilə gəlmək, dombalaq aşmaq, kəlləmayallaq gəlmək. [Qəhrəman:] Bir güllə atdım, birini də, .. hərif gurultu ilə pilləkənlərdən yumbalanaraq otağa düşdü. H.Nəzərli. // Diyirlənə-diyirlənə gəlmək, gillənə-gillənə getmək. İndi [Muradın] ardınca böyük, kiçik daşlar yumbalanırdı. S.Hüseyn. yumbalatma “Yumbalatmaq”dan f.is. yumbalatmaq f. Diyirlətmək, gillətmək. Dağdan daşları aşağı yumbalatmaq. yumdurma “Yumdurmaq”dan f.is. yumdurmaq icb. Yummağa məcbur etmək; qapatmaq. Ağzını yumdurmaq. Gözlərini yumdurmaq. yumma “Yummaq”dan f.is. yummaq f. Qapamaq, örtmək. Gözlərini yummaq. Ağzını yummaq. – Məst ol gecəgündüz, nə bilim, yat nərələrdə; Yum gözlərini xaneyi-viranını görcək. M.Ə.Sabir. Çöhrəsindən sızan bu qan bəs nədir? Onun gözlərini yuman bəs nədir? M.Rahim. ‣ Göz açıb-yumunca – bax. göz. yumor [ing. humour]\n1. Hadisələri, nöqsanları, zəif cəhətləri və s.-ni gülməli, məzəli, əyləncəli şəkildə təsvir etmə bacarığı; mizah. Onda böyük yumor var. Bu adamda yumor deyilən şey yoxdur.\n2. Ədəbi, yaxud incəsənət əsərində bir şeyi gülməli, məzəli şəkildə təsvir etmək əsasında qurulmuş bədii yaradıcılıq üsulu, habelə bu üsuldan istifadə edən ədəbi, yaxud incəsənət əsəri. Yumor və satira. Molla Nəsrəddinin yumoru. Musiqi yumoru. Sirk tamaşasının yumoru. yumoreska [alm. humoreske] Yumor mahiyyətində olan əsər (kiçik hekayə, musiqi əsəri). yumorist [ing. humorist] Həyati hadisələri gülməli, məzəli şəkildə təsvir edən yazıçı, artist. yumoristik sif. Yumor mahiyyətində olan; gülməli, məzəli. Yumoristik hekayə. yumoristika [fr. humoristique] Yumor mahiyyətində olan bədii ədəbiyyat. Estrada yumoristikası. yumru 1. sif. Yuvarlaq, girdə, kürə, top şəklində. Yumru güllə. Yumru daş. Yumru gilə. Yumru gavalı. – Torbanı boşaldanda içindən kağıza bükülmüş bir yumru şey çıxdı. S.S.Axundov.\n2. sif. Dairəvi şəkildə olan; girdə. Nizami özünü düzəltdi, xırda və yumru gözlərinin qapaqlarını qaldırdı. M.S.Ordubadi. Rəhimlinin qıyıq gözlərindən silinməyən təbəssüm qızartısı çəkilməyən, yumru, ətli, tüksüz sifətinə yaraşıq verirdi. İ.Hüseynov.\n3. sif. Gombul, koppuş, kök. Yumru, totuq uşaqlar qızıl taxtlarda qumaş yastıqlara söykənən möminlərə şərab paylayırdılar. Çəmənzəminli.\n4. is. Tikə, dənə. [Şamama Cadu:] Di, başına dönüm, bircə yumru mənə qənd ver. Ə.Haqverdiyev. // is. Baş, kök yumrusu. Cinsi hüceyrələr iştirak etmədiyi bir halda da kartof yumrularında baş verən dəyişmələr ondakı gözcüklərə təsir edir. M.Axundov. yumru-yumru zərf və sif. Yumru (çox şey haqqında). Yumru-yumru eləmək. – [Əmiraslan baba dedi:] Çərçinin saqqızdan savayı yumru-yumru sabunları, .. dəyirmi güzgüləri də olardı. S.Rəhimov. yumruca sif. Yumru. Yumruca bir uşaq. yumrucuq sif. Azacıq yumru. yumrudib sif. Dibi yumru olan. yumruq is.\n1. Yumulmuş əl, əlin yumulmuş vəziyyəti. Başımı aşağı dikib durduğum halda, əlimdəki çörək qismətini yumruğumda saxlamağa başladım. A.Divanbəyoğlu. Uşaq da bu hay-küyün onunçun olduğunu duyur, balaca yumruğunu gözünə basıb ağlayırdı. Mir Cəlal. Mahmud .. yumruğu ilə kirpiyini sildi. Ə.Əbülhəsən. [Otaqda] ağzından yumruq irilikdə paslı qıfıl asılmış sandıq .. vardı. İ.Hüseynov. • Yumruğunu düyünləmək – əlini yumruq halına salmaq.\n2. Bu vəziyyətdə olan əl ilə vurulan zərbə. Min acizü biçarələrin başın əzərdim; Sillə, yumruğnan. M.Ə.Sabir. Seyid yenə başladı təpəsinə yumruq endirməyə. Ə.Haqverdiyev. Bir də xanın yumruğunun zərbindən pəncərə çilik-çilik olub yerə səpildi. Çəmənzəminli. • Yumruğa çıxmaq – yumruq davasına çıxmaq, bir-birini yumruqlamaq. Odunu olmasa hər kimsənin qış fəsli; Ağlaşar tifl, çıxar yumruğa arvad ər ilən. Molla İsmayıl. ...yumruğu altında olmaq – ...itaətində olmaq, ... zülmü altında olmaq, daim ... zülmünü görmək. Yumruq yemək – döyülmək, yumruqla vurulmaq. yumruqlama “Yumruqlamaq”dan f.is. yumruqlamaq f.\n1. Əlini yumulmuş vəziyyətə salmaq. Solmaz əllərini yumruqlayıb balınca dayadı, ancaq qalxa bilmədi. S.Rəhimov.\n2. Yumruqla vurmaq (döymək). // Yumruqla taqqıldatmaq (döymək, döyəcləmək). [Müəllimə] bir şey lazım olduqda, öz otağı ilə Tellinin sakin olduğu otaq arasındakı divarı yumruqlardı. S.Hüseyn. // məc. Döyəcləmək. [Qəhrəman:] Kənarda şiddətlə əsən qış ruzgarı birqat pəncərələri yumruqlayır, kiçik qar və buz zərrələri ilə bombardman edirdi. H.Nəzərli. yumruqlanma “Yumruqlanmaq”dan f.is. yumruqlanmaq məch. Yumruqla vurulmaq (döyülmək), yumruq zərbəsi yemək. yumruqlaşma “Yumruqlaşmaq”dan f.is. Yumruq davası. yumruqlaşmaq qarş. Bir-birini yumruqla vurmaq, yumruqla vuruşmaq, yumruq davasına çıxmaq. Ey mənim ruhani qardaşlarım. İndi eşidirəm ki, .. bir-biriniz ilə əlbəyaxa olub yumruqlaşanda əmmaməniz çaya düşüb. C.Məmmədquluzadə. yumruqlatma “Yumruqlatmaq”dan f.is. yumruqlatmaq icb. Yumruqla döydürmək, yumruq vurdurmaq. yumrulama “Yumrulamaq”dan f.is. yumrulamaq f. Yumru şəklə salmaq, yumru etmək; dəyirmiləşdirmək. yumrulanma “Yumrulanmaq”dan f.is. yumrulanmaq f.\n1. Yumru olmaq, yumru hala gəlmək; dəyirmilənmək, girdələnmək.\n2. məc. Kökəlmək. yumrulaşma “Yumrulaşmaq”dan f.is. yumrulaşmaq f.\n1. Getdikcə yumru şəkil almaq, yumru olmaq.\n2. məc. Getdikcə yumru olmaq; kökəlmək. yumrulatma “Yumrulatmaq”dan f.is. yumrulatmaq f. Yumru hala salmaq; dəyirmiləşdirmək, girdələndirmək. yumrulma “Yumrulmaq”dan f.is. yumrulmaq f. köhn. Şişib ur kimi olmaq. ‣ Yolu(n) yumrulsun, yolu yumrulmuş – bax. yol. yumrulu sif. Yumrusu olan. yumruluq is.\n1. Yumru şeyin halı; dəyirmilik, girdəlik. Topun yumruluğu.\n2. məc. Köklük, koppuşluq. yumrusifət sif. Sifəti yumru və kök olan; girdəsifət. Yumrusifət uşaq. – Kamerada iki nəfər də vardı. Biri qalınqaşlı, yumrusifət oğlandı. Mir Cəlal. yumruyanaq sif. Yanaqları yumru və kök. Teybə .. yumruyanaq, qırmızısifət, düzqamətli, dolğunəndamlı, ucaboy, zəhmli baxışları ilə nə isə daima qorxu təlqin edən bir qadındı. M.Hüseyn. yumşacıq “Yumşaq”dan oxş. Yumşacıq uşaq əlləri. yumşaq sif.\n1. Basdıqda, toxunduqda müqavimət etməyən və batıb qalmayan; qatı, sərt olmayan. Yumşaq döşək. Yumşaq yastıq. – Bayram yumşaq kresloda oturub papağını çıxartdı, yaylıqla alnının tərini sildi. M.Hüseyn. Sadıq kişi ayağındakı yumşaq məs, şalvarı dolaqla qıvraq bağlanmış halda oğlunun dalınca gedirdi. Mir Cəlal. // Sümüksüz. Yumşaq ət. • Yumşaq vaqon – oturmaq və yatmaq üçün yumşaq yerləri olan sərnişin vaqonu. Biletlər yumşaq vaqona alınmışdı. M.S.Ordubadi. Qarı daima beş nömrəli yumşaq vaqona minərdi. Ə.Əbülhəsən. // Zərif, sərt olmayan, toxunduqda xoş hiss oyadan. İpək kimi yumşaq. Yumşaq əl. Yumşaq parça. Yumşaq saç. // Hələ quruyub sərtləşməmiş. Mağaranın içi yumşaq ağac qabıqları ilə döşənmişdi. A.Şaiq. Kəhər hələ kifayət qədər qurumamış yumşaq otu böyründən söküb yeyirdi. M.İbrahimov.\n2. Bayat olmayan, təzə. Yumşaq çörək. Yumşaq qoğal.\n3. Sıxanda asanlıqla yığıla bilən, basıla bilən, formasını dəyişə bilən, bərk olmayan. Yumşaq mum. Yumşaq palçıq. Yumşaq xəmir. // Asanlıqla işlənilə bilən, istənilən şəklə salına bilən. Yumşaq materiallar. Yumşaq ağac. Bakı daşı çox yumşaq daşdır.\n4. Gözü, qulağı oxşayan, ruhu oxşayan, xoşagələn; kəskin olmayan, məlahətli. Yumşaq səs. Musiqinin yumşaq ahəngi. Yumşaq tonlar. – Onun çox yumşaq və mülayim səsi vardı. Ə.Vəliyev. // Mülayim, xoş; nə isti, nə soyuq. Yumşaq hava. Yumşaq iqlim. Yumşaq yel.\n5. Xasiyyətcə həlim, mülayim. Yumşaq xasiyyət. Təbiətcə yumşaq adamdır. – [Mustafa bəy:] Nə qədər ki sən bu kəndə gəlməmişdin, camaat bundan yumşaq idi. Ə.Haqverdiyev. [Əsmərin] Təbiəti olduqca yumşaq idi. S.Hüseyn. Ancaq hər ikisinin yumşaq təbiəti onları sabahı günü rast gəldikləri zaman dayanıb söhbət etməyə məcbur etmişdi. S.Rəhman. • Yumşaq danışmaq – mülayim danışmaq, mülayim rəftar etmək, sərtlik göstərməmək. [İbrahim bəy:] A kişi, çəkil kənara, görüm a! Səninlə yumşaq danışdıqca azırsan. Ə.Haqverdiyev.\n6. məc. Yüngül, zəif, sərt olmayan. Yumşaq hökm. Yumşaq rəftar. Yumşaq cəza. // məc. Kəskin olmayan; nəzakətli, xoş. Yumşaq ifadə. Yumşaq ton. Yumşaq söz. ‣ Yumşaq su – tərkibində kirəc duzları az olan və sabunu asanlıqla əridən su. yumşaq-yumşaq zərf Xoş dillə, yumşaqlıqla, mülayimcə, üsulluca. Arvad qızını yanına çağırıb ondan yumşaq-yumşaq xəbər almağa başladı: – Ay gözümün nuru, balam, nə olub sənə rəngin belə solmuşdur? (Nağıl). yumşaqbədənlilər cəm zool. Adətən daxili skeleti olmayan, üzəri çanaqla örtülü onurğasız heyvanlar tipi. Dənizdə yaşayan yumşaqbədənlilər. yumşaqca zərf və sif. Yumşaq, mülayim. Yumşaqca cavab vermək. Yumşaqca bir şey. yumşaqdərili sif. Dərisi yumşaq olan. yumşaqxasiyyət (=yumşaqxasiyyətli) sif. Xasiyyətcə, təbiətcə yumşaq, mülayim. Yumşaqxasiyyət(li) adam. yumşaqxasiyyətli (=yumşaqxasiyyət) sif. Xasiyyətcə, təbiətcə yumşaq, mülayim. Yumşaqxasiyyət(li) adam. yumşaqxasiyyətlilik is. Yumşaqxasiyyət adamın hal və keyfiyyəti; xasiyyətcə, təbiətcə yumşaqlıq, mülayimlik. yumşaqlıq is.\n1. Yumşaq şeyin hal və keyfiyyəti. Döşəyin yumşaqlığı. Saçın yumşaqlığı. Yunun yumşaqlığı.\n2. Mülayimlik. Xasiyyətin yumşaqlığı. Havanın yumşaqlığı.\n3. Yumşaqlıqla şəklində zərf – bax. yumşaq-yumşaq. [Məmmədhəsən əmi] yovuğa yeriyib başladı yumşaqlıqnan oğlunu sakit etməyə.. C.Məmmədquluzadə. [Mehriban] yumşaqlıqla cavab verdi.. S.Hüseyn. yumşaqtük (=yumşaqtüklü) sif. Tükü (saçı) yumşaq (zərif) olan. yumşaqtüklü (=yumşaqtük) sif. Tükü (saçı) yumşaq (zərif) olan. yumşaqürəkli sif. Qəlbiyumşaq, ürəyiyumşaq; şəfqətli, rəhmdil. yumşaqürəklilik is. Qəlbiyumşaqlıq, rəhmdillik, şəfqətlilik, şəfqət. yumşaqvari sif. Bir qədər yumşaq, yumşaq kimi. yumşaqyarpaqlı sif. Yarpaqları sərt olmayan, yarpaqları yumşaq olan. Yumşaqyarpaqlı bitkilər. yumşaqyunlu sif. Yunu yumşaq olan. Yumşaqyunlu qoyun. yumşaldıcı sif.\n1. Yumşaldan, yumşaq hala sala bilən. Yumşaldıcı maddələr.\n2. Yüngülləşdirici, sərtliyini, şiddətini azaldıcı. Hökmü yumşaldıcı keyfiyyətlər. Təqsiri yumşaldıcı səbəblər. yumşaldılma “Yumşaldılmaq”dan f.is. Torpağın yumşaldılması. yumşaldılmaq məch. Yumşaq hala salınmaq. yumşalma “Yumşalmaq”dan f.is. yumşalmaq f.\n1. Yumşaq, elastik hala gəlmək; sərtliyini, bərkliyini, codluğunu itirmək. Dəri suda yumşalmışdır.\n2. Zəifləmək, azalmaq, kəskinliyi, şiddəti keçmək. Ağrı bir qədər yumşaldı.\n3. Mülayimləşmək; hirsi, acığı, qəzəbi, hiddəti keçmək, hirsi soyumaq. Bir az yumşalmaq lazımdır. – Molla Qasım pulun adını eşitcək yumşalıb dedi: – Razı oluram. S.S.Axundov. Rüstəm bəy yumşaldı və Cəfərə baxaraq bir az da gülümsündü. Çəmənzəminli. Yumşalmadı daşa dönmüş ürəklər; Onlara göz yaşı etmədi əsər. H.K.Sanılı. yumşaltdırma “Yumşaltdırmaq”dan f.is. yumşaltdırmaq icb. Başqası vasitəsilə yumşaltmaq. Palçığı bir az yumşaltdırmaq lazımdır. yumşaltma “Yumşaltmaq”dan f.is. yumşaltmaq f.\n1. Yumşaq, elastik hala salmaq; sərtliyini, bərkliyini rəf etmək. Torpağı yumşaltmaq. Yunu yumşaltmaq. Dərini suya qoyub yumşaltmaq. Dəmiri odsuz yumşaltmaq olmaz. – Qızlar təkcə kətmənlə torpaq yumşaltmırdılar. Ə.Vəliyev.\n2. Sərtliyini, hiddətini, inadını azaltmaq, yola gətirmək, razı etməyə çalışmaq. Ürəyini yumşaltmaq. Həyat onun xasiyyətini xeyli yumşaltmışdı. Nə qədər çalışdıqsa, onu yumşalda bilmədik. – [Naşad] [Mehribanı] yumşaltmaq məqsədi ilə mülayim bir tərzdə dedi.. S.Hüseyn. Günlər gəlib keçər, aylar adlar, Əfruz bacı Mədətin qılığına girər, onu yumşaltmağa çalışardı. S.Rəhimov. Sadıq onu yumşaltdı: – Ay arvad, səni çöldən tapmamışam, hara keyfindir, aparım. Mir Cəlal. // Hirsini soyutmaq, rəhmə gətirmək. ..Gülyaz qocanı dilə tutub yumşaltmaq, onun hirsini soyudub öz istəkli qızını bu ağır xəstəlik yatağından qaldırmaq istəyirdi. S.Rəhimov. // Kəskinliyini azaltmaq; mülayimləşdirmək. Tonunu bir qədər yumşaltmaq. // Bir qədər rahatlaşdırmaq, ağrısını, şiddətini azaltmaq, rahatlıq hissi oyatmaq. • Sinəsini yumşaltmaq – öskürəyi azaltmaq, ciyərlərə yaxşı təsir göstərmək (dərman haqqında). yumuq sif. Yumulmuş vəziyyətdə olan, örtülü, qapalı. Yumuq gözlərini aç da, bir oyan; İndi zaman başqa zamandır, ana! S.Vurğun. yumulma “Yumulmaq”dan f.is. yumulmaq f. Öz-özünə qapanmaq; örtülmək. Mayilin gözləri ehmal-ehmal yumuldu. Mir Cəlal. yumulu sif. Yumulmuş vəziyyətdə olan; örtülü, qapalı, yumuq. – Vida deyəcəyəm Vətən mülkünə; Gözləri yumulu, əlləri açıq. M.Araz. yumurlama “Yumurlamaq”dan f.is. yumurlamaq bax. yumrulamaq. yumurlanma “Yumurlanmaq”dan f.is. yumurlanmaq bax. yumrulanmaq. Toğluların quyruğu yumrulanmış, yanları sığallanıb ət bağlamışdı. M.İbrahimov. yumurta is.\n1. biol. İnsan və heyvan orqanizmlərinin yeni orqanizm vücuda gətirə bilən qadın cinsi hüceyrəsi (toxumu).\n2. Quşların, tısbağaların və s. yumurtlayan heyvanların qabıqla örtülü belə hüceyrəsi. Toyuq yumurtası. Ördək yumurtası. – Qonşudan bir gün ol rəşid cavan; Bir yumurta oğurladı pünhan. S.Ə.Şirvani. [Dursun:] Kim mənə yumurta versə, ona qurban olaram. C.Cabbarlı. • Yumurta ağı – quş yumurtasının sarı hissəsini dövrələyən şəffaf hissəsi. Yumurta sarısı – quş yumurtasının qatı sarı maddədən ibarət olan orta hissəsi.\n3. Toxum. ‣ Yumurtadan yun qırxmaq – hər bir şeydən qazanc götürməyə çalışmaq. Kişi gərək yumurtadan yun qırxsın, qəpik-qəpik toplasın, düşəndə işini yeritmək üçün ovuc-ovuc xərcləsin. S.Rəhimov. Qızıl yumurta bayramı – bax. qızıl. yumurtacıq is.\n1. Balaca yumurta.\n2. biol. Spermatozoid hasil edən kişi tənasül vəzisi, habelə insanda və məməli heyvanlarda daxili sekresiya orqanlarından biri.\n3. bot. Toxumcuq. Yumurtalıq yuvalarında yumurtalığın necə yerləşməsinin də böyük əhəmiyyəti vardır. yumurtalı sif.\n1. Yumurtası olan. Yumurtalı toyuq qırtıldayır.\n2. Tərkibində yumurta olan, yumurta qatılmış. Yumurtalı xörək. Yumurtalı xəmir. – Yumurtalı çörək, ədvəli küftə; Gətirib gəlmişlər birinci həftə. H.K.Sanılı. yumurtalıq 1. is. Qadın cinsiyyət vəzisi.\n2. sif. Yumurta vermək üçün yetişdirilən. Yumurtalıq toyuqlar.\n3. bot. Çiçəkdə dişiciyin tozlanmadan sonra toxum əmələ gətirən aşağı hissə; toxumluq. yumurtasız sif.\n1. Yumurtası olmayan, yumurta verməyən.\n2. Tərkibində yumurta olmayan, yumurta vurulmamış. Yumurtasız yeməklər. yumurtasızlıq is.\n1. Yumurta verməmə, yumurta çıxarmama, yumurtası olmama. Yumurtasız toyuq.\n2. Tərkibində yumurta olmama, yumurta vurulmama. yumurtaşəkilli bax. yumurtavari. yumurtavari sif. Yumurtaya oxşar, yumurta şəklində olan, görünüşcə yumurtaya oxşayan; yumurtaşəkilli. yumurtlama “Yumurtlamaq”dan f.is. yumurtlamaq f.\n1. Yumurta vermək, yumurta çıxarmaq. Toyuqlar yumurtlayır. – Yumurtlamadığı bəs deyil, falı da içir. (Ata. sözü).\n2. məc. Gözlənilmədən və bəlli olmadan ortaya çıxarmaq (çıxmaq), meydana gətirmək (gəlmək). Bu, haradan yumurtladı? yumurtlatmaq icb. Yumurtlamağa məcbur etmək, yumurtlaması üçün şərait yaratmaq. Toyuğu falsız yumurtlatmaq çətindir. yun is.\n1. Bəzi məməli heyvanların dərisinin üstünü örtən tüklər. Yun qırxımı. Qoyunların yununu vaxtında qırxmaq.\n2. Heyvandan (adətən qoyundan, dəvədən və s.) qırxılan belə tüklər. Qoyun yunu. Dəvə yunu. Keçinin yununu qırxmaq. Yun darağı. – [Şah:] Sən bazardan mənə yun al və keçəçi aləti al. Ü.Hacıbəyov. // Belə tükdən toxunmuş. Yun parça. Yun əlcək. Yun ip. Yun köynək. – Telli özünə toxuduğu yun corabı aldı. S.Hüseyn. Pərşan gəlib yaxınlaşırdı, onun əynində xəzli qara palto, başında sarı yun şal, ayağında işıldayan uzunboğaz botı vardı. M.İbrahimov. ‣ Yun kimi məc. – ağarmış və ya bozarmış saç-saqqal haqqında. Ömür ötüb, baş ağarıb un kimi; Diş tökülüb, saqqal olub yun kimi. M.Ə.Sabir. yunan is. Yunanıstanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Yunan dili. Qədim yunan mədəniyyəti. – Qədim vaxtlarda komediyanı yunanlar gülüş üçün çıxarırdılar.. N.Nərimanov. yunanca zərf və sif. Yunan dilində. Yunanca danışmaq. Yunancadan tərcümə. Yunanca-rusca lüğət. yunani köhn. bax. yunan. yunanlı is. və sif. köhn. Yunan, yunanıstanlı. Yunanlıların qədim mədəniyyəti. Yunanlı qadınlar. – Görünür ki, yunanlı saymış səni əjdaha; Bir dəfə baxıb getmiş, gəlməmişdir bir daha. Ə.Cavad. yunçu is. Yun mütəxəssisi, yaxud yun tədarükü, yun işləri ilə məşğul olan adam. yunçuluq is. Kənd təsərrüfatının, yunverən qoyun cinsləri yetişdirib artırmaqla məşğul olan sahəsi. Yunçuluq təsərrüfatı. yundarağı is. Yun təmizləmək üçün dəmir dişlərdən ibarət alət. yundarayan 1. is. Daraqla yun təmizləyən işçi və ya alət.\n2. sif. Yun təmizləyən (darayan). Yundarayan alətlər. yundidən sif. Yunu didib təmizləyən. Yundidən maşın. yunəyirən sif. Yunu əyirib ip istehsal edən. Yunəyirən fabrik. yunker [alm. Junker]\n1. tar. Keçmişdə Prussiyada: iri torpaq sahibi; zadəgan, mülkədar.\n2. Çar Rusiyasında: zabit hazırlayan hərbi məktəb müdavimi. Səhər səhərdir, axşam axşam – dünyanın hər yerində; yunkerlərin kölgəsi; cani kimi dolaşmasa; Madrid küçələrində. R.Rza. yunkerlik is.\n1. tar. Yunkerlər. Prussiya yunkerliyi.\n2. Yunker rütbəsi, adı. yunqa is. [rus.] Matros olmağa hazırlanan uşaq. yunlama “Yunlamaq”dan f.is. yunlamaq f. İçərisinə yun qoymaq, yunla doldurmaq. yunlanma “Yunlanmaq”dan f.is. yunlanmaq qayıd. Yunla örtülmək, üstünü yun basmaq. yunlu sif.\n1. Üstündə yunu olan, qalın yunla örtülmüş, yun basmış. Yunlu qoyun.\n2. İçərisində yun olan, isti olmaq üçün içərisinə yun qoyulmuş. Yunlu palto. Yunlu gödəkcə. – Yunlu və qalın kürklərin yan ciblərindən qovurğa çıxarıb yeyən əsgərlərin bəziləri qarın üstündə oturmuşdu. Ə.Vəliyev. yunluq sif. Çox yun verən, yun vermək üçün yetişdirilən. Yunluq qoyun cinsləri. Merinos yunluq qoyundur. yunluluq is. Heyvanın yunla örtülmə dərəcəsi, yunvermə qabiliyyəti. yunsuz sif.\n1. Üstündə yun olmayan və ya çox az olan, yun verməyən. Yunsuz qoyun.\n2. İsti olmayan, isti olmaq üçün içərisinə yun qoyulmamış. Yunsuz palto. yunverən bax. yunluq. Yunverən qoyun cinsi. yunyuyan sif. Yunu yumağa məxsus. Yunyuyan maşın. yupiter [lat. Jupiter]\n1. Günəş sisteminin ən böyük planeti.\n2. Kinotexnikada işlənən çox qüvvətli işıq verən elektrik cihazı; projektor. yupyumru sif. Tamamilə yumru; gipgirdə. Yupyumru top kimi. – Düz yeri bir yupyumru şey qanır; Həm də deyir: sutkada bir fırlanır. M.Ə.Sabir. yura [coğrafi addan] Yura dövrü, Yura sistemi geol. – Yerin tarixində mezozoy erasının sıra ilə ikinci dövrü. yurd is.\n1. İnsanın doğulub böyüdüyü yer, məmləkət, ölkə; vətən. Ey kiçik dəmirçi, duyduğun haqdır; Çalış, yurdun üçün özünü göstər. Ə.Cavad. Həyətimdə safalı bir bağ salacağam mən; Yurdumda bir misilsiz bağban olacağam mən. M.Müşfiq. Hər məktubun öz dili var; Təravəti, istisi var; Çox məktubun sözlərində; Doğma yurdun tüstüsü var. R.Rza. Onlar yeni bir ilham və inam ilə xaraba qalmış yurdlarını abad etməyə başladılar. Ə.Məmmədxanlı.\n2. Yaşayış yeri, ev, ev-eşik, məskən. Yurdundan olmaq (ev-eşiyindən, yaşadığı yerindən məhrum olmaq, avara düşmək). • Yurd salmaq – oturmaq, sakin olmaq. Deyirdilər ki, qədimdə [bu kəndə] daş qoyub yurd salan adamın gözəl bir qızı varmış. İ.Hüseynov. // Yaşayış məntəqəsi; kənd, el, oba. Biz düşən yurdun adı Qızılboğaz idi. İ.Əfəndiyev.\n3. Körpə evi, uşaq bağçası mənasında. Səyyahlar fabriki gəzdilər. Burada körpə çocuqlar üçün yurdlar, dispanserlər, sənət məktəbləri .. gördülər. Çəmənzəminli.\n4. məc. Bir şeyin çox olduğu yer. Qəhrəmanlar yurdu. ‣ Yurdda qalan məc. – hamıdan geri qalan. [Badam xala:] Yurdda qalan elə səninlə mən imişəm. Kursda arvad nə qədər... Mir Cəlal. yurddaş is. Bir yurda mənsub olan adamlardan hər biri; həmvətən, həmyurd, vətəndaş. Yurddaşlara müraciət. – Gecələr yatmadan əvvəl sor özündən ki: “Bu gün; Mən nə etdim məni yurddaş edən öz yurdum üçün?” B.Vahabzadə. yurddaşlıq is. Bir yurda mənsub olma; həmvətənlik, vətəndaşlıq. yurdlama “Yurdlamaq”dan f.is. yurdlamaq f. Özünə yurd düzəltmək, yuva qurmaq. Nə gördüm? Samanda o yurdlamışdır; Bir fındıq boydaca yumurtlamışdır. S.Vurğun. yurdlu sif. Yurdu olan. yurdsuz sif. Yurdu, evi, məskəni olmayan, evsiz-eşiksiz, ev-eşiyindən, yurdundan məhrum olmuş. Hələ də gəlib-gedənə əl açan yetim uşaqlar və yurdsuz arvadların əlindən tərpənmək mümkün deyildi. M.İbrahimov. // Vətənsiz. Vətən! Qoynunda bəslənmiş əməllər, arzular, şəksiz; Vətənsiz, yurdsuz insanlar yaşar aləmdə məsləksiz. S.Vurğun. Xatmurani səltənəti çöküb yerə; Bir əbədi yırtıcılar, bir də dedi; Mütilərdir tarix boyu yurdsuz qalan. M.Araz. // Sahibsiz, baxımsız, kimsəsiz; avara. [Firidun] bazar və küçələri doldurmuş yurdsuz uşaqlara, səfil-sərgərdan bir halda hər gələnə əl açan qadın və qızlara baxırdı.. M.İbrahimov. yurdsuz-yuvasız sif.\n1. Yurdu-yuvası olmayan, ev-eşiyi olmayan; sərsəri, sərgərdan. Yurdsuz-yuvasız adam.\n2. Sahibsiz, baxımsız, kimsəsiz. [Məsmə:] Şəhərdə nə çoxdu yurdsuz-yuvasız uşaq, üzünə baxan kimdi? Adını tutan, yaxına qoyan kimdi? Mir Cəlal. yurdsuzluq is.\n1. Yurdu, evi olmama.\n2. Sahibsizlik, baxımsızlıq, kimsəsizlik. yurd-yuva is. Ev-eşik, ev, məskən. [Murad] Sarının qəlbini qırmaq, onu yurduyuvası dağılmış bir zavallı sifətində, boynubükülü görmək istəyirdi. S.Hüseyn. • Yurdyuva salmaq – yaşamaq üçün şərait yaratmaq, ev-eşik düzəltmək (özü üçün). yurd-yuvasız sif. Yurd-yuvası olmayan, yaşamaq üçün müəyyən yeri olmayan; avara, sərgərdan. Qaçağam mən yurdsuzyuvasız; Dura bilməm heç davasız... H.K.Sanılı. yuridik sif. Hüquqa aid olan, hüquqi, hüquq nöqteyi-nəzərindən. yurist [əsli lat. jurist] bax. hüquqşünas. Çingiz təkidlə: – İki ilə qurtararsan. Nə var ki, yurist deyilsənmi? Çəmənzəminli. yuristlik is. Yuristin (hüquqşünasın) işi, peşəsi, ixtisası. Yuristlik etmək (hüquqşünaslıqla məşğul olmaq). yurtav zərf məh. At yerişinin bir növü. Gənclərdən biri soruşdu: – Salam əmi! Qulan nə cür yeriyəcək? Yorğa, yurtav, yoxsa qədəmyerişi. Ə.Vəliyev. yusif is. Dini əfsanələrə görə, gözəlliyi ilə məşhur bir şəxs (Yaqub peyğəmbərin övladlarından biri) olub, klassik ədəbiyyatda gözəl (kişi) mənasında işlənmişdir (bəzən “Yusifi-Kənan” tərkibi şəklində işlənmişdir). Elim, günüm, obam, misli-Züleyxam; YusifiKənanım nəçün gəlmədi? M.P.Vaqif. yuva is.\n1. Quşların yumurtlayıb bala çıxarmaq və onları saxlayıb böyütmək üçün çör-çöpdən və s.-dən düzəltdikləri yer. Qaranquş yuvası. Sərçə yuvası. – Quşlar yuvalarında oturub, dimdiklərini təmizləyirdilər. N.Nərimanov. // Arı şanı. Yuvadan aralanıb tək qalan arılar boğuq səslə həyətdə cövlan vurub pətəyi axtarırdılar. Mir Cəlal. // Heyvanların düzəltdikləri yer, məskən. Siçan yuvası. İlan yuvası. Ayı yuvası.\n2. məc. Ev, məskən, ev-ocaq mənasında. Yuvası dağılmaq. İsti yuvasından məhrum olmaq. – Zəhra yuvası dağılmış bu yavrucuqların, analarını itirmiş bu üç qızın halını, ürək parçalayan səmimi göz yaşlarını görərək ixtiyarsız gözləri yaşardı. S.Hüseyn. • Yuva salmaq – 1) yurd salmaq, məskən salmaq, yaşamaq üçün şərait yaratmaq; özünə yer düzəltmək. Üç dəfə qaçmışam qarlı Sibirdən; Bizim meşələrdə salmışam yuva. S.Vurğun. [Əbdək:] Dağlarda, daşlarda yuva salmış zavallı vətəndaşlarımın dərdi məni bir an belə rahat buraxmır.. M.Hüseyn; 2) məc. Yer tutmaq, yaşamağa başlamaq. Məni xilas etdin vaxtsız ölümdən; O gündən qəlbimdə yuva saldın sən. S.Vurğun.\n3. xüs. Maşın, alət, qapı, pəncərə, kilid kimi şeylərin hissələrinin girib işləməsinə və ya birləşməsinə məxsus oyuq, çuxur, dəlmə. Rəzə yuvası. // Bir şeyin içində yerləşmiş olduğu oyuq. Diş yuvası.\n4. məc. Bir şeyin törədiyi, intişar etdiyi yer; mənbə. [Qətibə:] Paytaxtımız isə hazırda fitnələr, iftira və böhtanlar yuvasıdır. M.S.Ordubadi. // məc. Yurd, vətən mənasında. Sən, ey igid mədən torpağından qüvvət alıb gülən diyar; İgid ərlər meydanısan, qəhrəmanlar yuvasısan. S.Vurğun. // Xana-xana bölünmüş şəkildə olan şey. Toxum şahmat üsulu ilə, yuvalarla iki və ya bir cərgədə əkilir.\n5. məc. Bir şeyin çox olduğu yer. Oğru yuvası. Canilər yuvası. yuvacıq “Yuva”dan oxş. və kiç. Hey gedirəm durmadan; Bir yuvacıq qurmadan. S.Vurğun. yuvaq is. anat.\n1. Ciyər toxumasının əmələ gətirdiyi xırdaca qabarcıqlar.\n2. Çənədə diş köklərinin yerləşdiyi oyuqlar. yuvaqlıq is. anat. Çənədə diş yuvaqlarının yerləşdiyi yer. yuvalama “Yuvalamaq”dan f.is. yuvalamaq f. Yuva tikmək, yuva salmaq, yuva düzəltmək. Sərçə divar dəliklərində yuvalar. yuvalanma “Yuvalanmaq”dan f.is. yuvalanmaq qayıd. Özünə yuva düzəltmək. Başına dönməkdən əlmi götürrəm; Can mürğü zülfündə yuvalanıbdır. M.P.Vaqif. yuvalı sif. Yuvası olan. Yuvalı quşlar. yuvarlaq sif.\n1. Girdə, dəyirmi, yumru. Çayın vadisini uğultu bürümüşdü. Hirsli sular iri, qara, yuvarlaq daşları yumalaya-yumalaya gətirdikcə, bir-birinə toxunub şaqqıldayırdı. İ.Şıxlı. // Dairə şəklində olan. Yuvarlaq stol. Yuvarlaq güzgü. – [Ayrım qızı] ..şişman qadın idi, kiçik qumral gözləri, ay kimi yuvarlaq üzü var idi. A.Şaiq.\n2. riyaz. Kəsr deyil, tam ədədlə göstərilən. Yuvarlaq ədəd. yuvarlaqlama “Yuvarlaqlamaq”dan f.is. yuvarlaqlamaq f. Yuvarlaq hala gətirmək, yuvarlaq şəklə salmaq, yuvarlaq etmək. yuvarlaqlıq is. Yuvarlaq şeyin halı; girdəlik, dəyirmilik. yuvarlama “Yuvarlamaq”dan f.is. yuvarlamaq f.\n1. Yuvarlaq bir şeyi itələyib hərəkət etdirmək; gillətmək. Topu yuvarlamaq. Daşları başıaşağı yuvarlamaq. Çarxı yuvarlayaraq gətirdi.\n2. Yuvarlaq hala salmaq, girdə və ya uzunsov, lülə şəkli vermək. Qəzeti yuvarlamaq. – Həbləri yuvarlamaq və onlara hamar səth vermək üçün [əl diyircəyindən] istifadə edilir. R.Əliyev.\n3. məc. Sövq etmək, sürükləmək, aparmaq, aparıb çıxarmaq. Uçuruma yuvarlamaq. Bataqlığa yuvarlamaq. – Dədə-babadan qalma bu vərdiş sizi olduqca qorxulu bir yola yuvarlaya bilər. Ə.Vəliyev. yuvarlanma “Yuvarlanmaq”dan f.is. yuvarlanmaq qayıd.\n1. Yuvarlanayuvarlana düşmək, diyirlənə-diyirlənə getmək, gedib düşmək. Gözəlin əlindən düşən fındıq stolun üstündən yerə yuvarlandı. Ə.Vəliyev.\n2. məc. Sürüklənmək. [Zeynal] get-gedə məişət pozğunluğunun çirkabı içinə yuvarlanırdı. S.Hüseyn.\n3. Yuvarlaq hala gəlmək, yuvarlaq şəklə düşmək. yuvarlatma “Yuvarlatmaq”dan f.is. yuvarlatmaq icb.\n1. Yuvarlanmağa məcbur etmək. Sanki bir sel [Səriyyə və uşaqlarını] çalxalaya-çalxalaya gətirib hündür bir bənddən başıaşağı, dəyirman daşının altına yuvarlatdı. M.İbrahimov.\n2. Yuvarlaq hala salmaq. yuvasız sif.\n1. Yuvası olmayan. Yuvasız quş.\n2. məc. Yurdsuz, mənzilsiz, evsiz-eşiksiz; avara, sərgərdan. • Yuvasız quş – məc. yurdsuz, evsiz, sığınacaqsız adam haqqında. [Hindli qız:] Yuvasız bir quşam, elindən ayrı; Dağından, daşından, selindən ayrı. A.Şaiq. yuvenil is. [lat.] coğr. Dərinliklərdən ilk dəfə yer səthinə çıxan ərgin sular. yuyucu I. sif. xüs. Təmizləmək üçün bir şeyi yuyan. Yuyucu cihaz.\n\nII. is. Meyit yuyan adam. [Əbülfəz kişinin] üst paltarlarını qəbirqazanlara, alt paltarlarını yuyucusuna verdilər. Ə.Vəliyev. Ağlayır yuyucu, ağlayır kəfən; Ağlayır oraya hər gəlib-gedən; Hamı vurulubdur sənə, ya Əli; Aləm qurban olsun sənə, ya Əli. Şəhriyar. yuyuculuq is. Yuyucunun işi, peşəsi (bax. yuyucu2). Yuyuculuq etmək. yuyulma “Yuyulmaq”dan f.is. yuyulmaq məch.\n1. Su, sabun və s. ilə çirki, ləkəsi təmizlənmək. Paltarlar yuyuldu. Pilləkənlər yuyuldu. Çirkli qablar yuyuldu. – Şərifə o gün yuyulan paltarlara ütü çəkməklə məşğuldu. S.Hüseyn.\n2. Axar suyun təsiri ilə pozulmaq, dağılmaq, yuyulub aparılmaq. yuyulmamış f.sif. Su və ya su və sabun ilə təmizlənməmiş; kirli, çirkli. Yuyulmamış qab. Yuyulmamış paltar. Yuyulmamış meyvə. – [Məşədi:] Allah kəssin müsəlmanın evinieşiyini, dirliyini, səliqəsini! Gözəl xörəkləri ortalığa bir sifətdə çıxardırlar ki, adamın ürəyi ağzına gəlir... Qaşıqlar sınıq, iki ildən yuyulmamış əl dəsmalı... Ə.Haqverdiyev. ‣ Yuyulmamış qaşıq kimi özünü ortaya atmaq – münasibətsiz, yersiz bir işə və ya söhbətə qarışmaq, ortalığa atılmaq. Dildar yuyulmamış qaşıq kimi özünü ortaya atdı. Ə.Vəliyev. yuyulmuş “Yuyulmaq”dan f.sif. Yuyulmuş paltar. Yuyulmuş qab. Yağışdan yuyulmuş asfalt. Dalğalardan yuyulmuş sahil. – ..Yağışdan yuyulmuş kərpiclərin sarı samanı biz-biz çıxmışdı. İ.Hüseynov. yuyunacaq is. Əlüzyuyan (cihaz). [Kəblə Rəcəb] cəld gedib, yuyunacaqda əllərini sabunla yuyub suya çəkir. Ə.Haqverdiyev. yuyundurma “Yuyundurmaq”dan f.is. yuyundurmaq f. Su, sabun və s. ilə əlüzünü, bədənini yumaq; çimizdirmək. Uşağı vannada yuyundurmaq. yuyunma “Yuyunmaq”dan f.is. yuyunmaq qayıd.\n1. Öz əl-üzünü, bədənini yumaq; çimmək. Hamamda yuyunmaq. Çayda yuyunmaq. – Kərim xan gəlib yuyunar, çörək yeyər, çay içər və köhnə cırıq kilimin üstündəki mütəkkəyə söykənərək xəyala dalardı. M.İbrahimov. Qızlar quyunun başında yuyunurdular. Ə.Vəliyev.\n2. məc. İslanmaq, üzərinə şeh düşmək; nəmlənmək. Al örpək örtdü bağçalar; Yuyundu şehlə gül-çiçək. Ə.Cəmil. yuyuntu is. İçində paltar və s. yuyulmuş su; çirk su. yük is.\n1. Daşınmaq, aparılmaq üçün hər cür şey, daşınmalı olan mal və s. Yükü boşaltmaq. Heyvanın dalına yük çatmaq. – Ağ dəvə düzdə qaldı; Yükü Təbrizdə qaldı; Oğlanı dərd apardı; Dərmanı qızda qaldı. (Bayatı). • Yük heyvanı – yük daşıyan heyvan. // İçində şey olan torba, kisə, yeşik və s. Yükləri bir yerə yığmaq. // Eyni mənada saylarla. [Heydər bəy:] Heç kəs qorxudan gedib gətirə bilmir. Məgər handa bir rəşid və qoçaq adam cürət edib bir yük, iki yük çıxarda bilər. M.F.Axundzadə. O ki qaldı danışığımız, cümlətani bir yük buğda olmuşdur. S.Rəhimov. // Ağır şey; ağırlıq. Bu bir yükdür ki. Yük maşını – ağır şeylər (yük) daşımaq üçün böyük avtomobil. Bahadır çayçı dükanının qabağında bir-iki yük maşınına yaxınlaşdı. S.Rəhman. Yük vurmaq – yük yükləmək. Paroxoda yük vurmaq.\n2. Səliqə ilə üst-üstə yığılmış yorğan-döşək, xalça-palaz. Bu zaman bir quş alaçığın ağzından ildırım kimi şığıyıb yükün altına soxuldu. A.Şaiq. Bütün avadanlıq evin yuxarı tərəfinə yığılıb, üstünə köhnə palaz çəkilmiş yoxsul bir yükdən ibarət idi. İ.Əfəndiyev. // Yük yığılan, camaxatan. Yorğan-döşək yükdədir. Yükdən bir yorğan götürdü. – Kilim, gəbə yükdədi; Gözlərim gədikdədi; Dönüb geri baxsana; Sevdiyin yar dikdədi. (Bayatı). • Yük sandığı – üzərinə yük yığmaq üçün iri sandıq. İki dəst yorğan-döşək, nazbalış, iki yük sandığı, bir neçə mücrü, taxçalara qoyulası mücrülərin altına gümüşdən məmul zirəndazlar tədarük görüləcəkdir. R.Əfəndiyev. Yük yeri – yük yığmaq üçün divarda açılan yer, şkaf.\n3. məc. Ağır vəzifə, məsuliyyətli iş; məsuliyyət. Mən bu yükü öhdəmə götürə bilmərəm. Bu yükün altından çıxmaq çətin olacaqdır. – Rüstəm kişi, doğrudan da, yükünün ağır olduğunu hiss etdi. M.İbrahimov. // məc. Yorucu, əziyyətli, sıxıcı iş; qayğı, sıxıntı, ağırlıq. Bu da bizə bir yük oldu. Bu yükün altından məni qurtar. – Gülsümün yükü və dərd-qəmi gündən-günə artmaqda idi. Ə.Haqverdiyev.\n4. fiz. Hər hansı bir cisimdə olan elektrikin miqdarı. Müsbət yük. ‣ Yük etmək (eləmək) – lazım olmayan, artıq bir şeyi özü ilə götürmək. [Bahar Gülpəridən soruşdu:] Xanım, üç aydan ötrü bir belə şeyi yük eləyib aparmağın nə mənası var? S.S.Axundov. Yükünü tutmaq – 1) hər cür lazımi şeylərlə (adətən qiymətli şeylərlə) özünü təmin etmək; mal-dövlət yığmaq. [Hacı Fərəc:] Yusif səkkiz yaşındadır, gəlib yetişənədək mən yükümü tutaram. N.Vəzirov; 2) dan. çox yemək, doymaq. yükalan is. Ünvanına qatar, gəmi, təyyarə və s. vasitəsilə yük göndərilən təşkilat, adam və s. yükaltı is. Üstünə yük yığmaq üçün qurğu (bax. yük 2-ci mənada). yükboşaltma is. Yükü boşaltma işi. yükdaşıyan sif. Yük daşımağa məxsus. Yükdaşıyan maşın. Yükdaşıyan gəmi. // Yük daşımaqla məşğul olan. Yükdaşıyan fəhlə. // İs. mənasında. Vağzalda sərnişinlərin şeylərini daşımaqla məşğul olan işçi. Yükdaşıyan çamadanı yerə qoyanda Əziz əlini cibinə atdı. S.Rəhimov. yükdaşıma is. Yük daşıma işi. yükgöndərən is. Birinin ünvanına qatar, gəmi, təyyarə və s. vasitəsilə yük göndərən təşkilat, adam və s. yükgötürmə is. tex. Mexanizmlərin ağır şey qaldırma gücü. yükqaldıran sif. Ağır şeyləri, yükləri qaldıran. Yükqaldıran maşın. – Hündür və qüvvətli yükqaldıran kran uzun xortumunu dik tutaraq vüqarla durmuşdur. Ə.Sadıq. // İs. mənasında. Ağır şeyləri qaldırmaq üçün işlədilən müxtəlif mexanizmlərin adı. yüklədilmə “Yüklədilmək”dən f.is. yüklədilmək məch. Başqasına yükləmə işi gördürmək. yükləmə “Yükləmək”dən f.is. yükləmək f.\n1. Yük vurmaq, yük qoymaq, yüklə doldurmaq. Vaqonu (gəmini, maşını) yükləmək. – Körpünün sol tərəfində dayanmış gəmiyə taxta-şalban yükləyirdilər. M.Hüseyn. // Dalına yük vurmaq, yük çatmaq. Atı yükləmək. Dəvəni yükləmək. – [Molla] səhər tezdən durub xiyarı dərir, eşşəyə yükləyib şəhərə tərəf yola düşür. “M.N.lətif.” Mağıl keçən vaxtlar dəvə karvanları düzülürdü yola, ticarət malını yükləyirdik dəvələrə. C.Məmmədquluzadə. // Aparmaq (daşımaq) üçün vermək. [Firidun bəy:] Əlacım kəsildi, getdim, [Anna Petrovna] oradan bir neçə əskiüsgüdən alıb məni yüklədi. Ə.Haqverdiyev.\n2. məc. Üzərinə çox iş qoymaq, çox iş tapşırmaq, vəzifəsini, işini ağırlaşdırmaq. Yazığı o qədər yükləyiblər ki, heç vaxtı qalmır.\n3. xüs. Elektrik enerjisi vermək (bir cismə, cihaza və s.-yə). Batareyanı yükləmək. Akkumulyatoru yükləmək. yüklənmə “Yüklənmək”dən f.is. Maşınların yüklənməsi. yüklənmək məch.\n1. Yük vurulmaq, yük qoyulmaq, yüklə doldurulmaq. Vaqonlar (maşınlar) yüklənmişdir. // Dalına yük çatılmaq (qoyulmaq). Heyvanlar yüklənmişdir.\n2. qayıd. Öz dalına yük qoymaq, yük çatmaq.\n3. xüs. Elektrik enerjisi almaq. Kondensator elektrik yükü ilə yüklənmişdir. yüklənmiş f.sif. Yük qoyulmuş, yük vurulmuş, yük doldurulmuş. Yüklənmiş maşın. Taxıl ilə yüklənmiş vaqonlar. // Arxasına yük çatılmış, yük qoyulmuş. Yüklənmiş at. yüklətmə “Yüklətmək”dən f.is. yüklətmək icb. Yükləmə işi gördürmək, yük vurdurmaq. Arabaları yüklətmək. yükləyici sif. Yükvuran, yükqaldıran, yükləyən. Yükləyici maşın. yüklü sif.\n1. Yük vurulmuş, yüklənmiş, yükü olan. Yüklü vaqon. Yüklü maşın. Yüklü araba. – Kişi əlində çomaq; Sürür yüklü öküzü. A.Səhhət.\n2. Bir şeylə yüklənmiş, üzərində, əllərində və ya dalında bir şey olan. Biləklər çirməkli, döşlər önlüklü; Hamısı torbalı, hamısı yüklü. S.Vurğun. yüklük is. Yük yığılan yer, yük yeri. Otaqların müxəlləfatı yüklükdə bir dəst yorğan-döşək, .. çaxmaqlı tüfəng, köhnə xəncərdən ibarətdir. A.Şaiq. yüksək sif.\n1. Uca, hündür. Yüksək bina. Yüksək dağ. Yüksək ağac. Yüksək təpə. – Yolun üst tərəfində, yüksək qayaların döşündə şam ağacları görünürdü. S.Şamilov. // Yüksəklərdə olan. Yüksək yer. Yüksək yaylaqlar. Yüksəkdə uçan təyyarə.\n2. Adi səviyyədən yuxarı. Suyun səviyyəsi hələ də yüksəkdir.\n3. Say, qüvvə, şiddət və s. cəhətdən böyük, çox güclü, çox artıq. Yüksək əmək məhsuldarlığı. Yüksək məhsul. Yüksək sürət. Yüksək qiymət. Yüksək hərarət. Yüksək təzyiq. Yüksək gərginlik. – [Müəllim] intiqam hissinin yüksək və müqəddəsliyindən hərarətlə bəhs edirdi. Ə.Sadıq.\n4. Keyfiyyətcə yaxşı, əla. Yüksək sənət nümunələri. Yüksək mədəniyyət. Yüksək ixtisas. Yüksək keyfiyyətli mal.\n5. Çox böyük əhəmiyyəti olan; ali, şərəfli, fəxri. Yüksək mükafat. Ədəbiyyatın yüksək vəzifəsi.\n6. Dərin, qeyri-adi məzmunlu, böyük, ulu, ali. Yüksək ideya. Yüksək ideal. Yüksək hisslər. Yüksək arzular. Yüksək mövzuda söhbət.\n7. Təmtəraqlı, təntənəli. Yüksək üslub. Yüksək ifadələr.\n8. Çox nazik və uca. Yüksək səs. Yüksək not. ‣ Yüksək fikirdə olmaq – çox yaxşı fikirdə olmaq, yüksək qiymətləndirmək. İşimiz haqqında yüksək fikirdədirlər. Yüksəkdə durmaq – üstün olmaq, daha irəlidə olmaq. Mən bu gün bir daha qadının incəsənət işlərində kişilərdən daha yüksəkdə durduğunu gözümlə gördüm. M.S.Ordubadi. Yüksəkdən baxmaq – xor baxmaq, saymamaq, etina etməmək, bəyənməmək. Yüksəyə qalxmaq – ötüb keçmək, üstün olmaq. [Füzuli] “Leyli və Məcnun” kimi dahiyanə əsərində öz qoca rəqiblərini geri buraxmış və hamısından yüksəyə qalxmışdır. C.Cabbarlı. yüksəkcə sif. Bir qədər yüksək; yüksək. [Qızın] yüksəkcə boyu, ağ bənizi, uzaqlarda bir şey arayan dalğın gözləri diqqətimi cəlb etmişdi. S.Hüseyn. // Çox yüksək. Yüksəkcə bir ağac. Yüksəkcə divar. yüksəkgərginlikli sif. elektr. Gərginlik dərəcəsi yüksək olan. Yüksəkgərginlikli cərəyan. yüksəkixtisaslı sif. Yüksək ixtisas sahibi olan. Yüksəkixtisaslı kadrlar. yüksəklik is.\n1. Hündürlük, ucalıq; yüksək şeyin halı. Dağın yüksəkliyi. Divarın yüksəkliyi. Evin yüksəkliyi iyirmi metrdir. Bu yüksəklikdə ağac görməmişəm.\n2. Yer səthindən yüksəkdə olan sahə, yer; dağlıq, təpəlik. Yüksəklikdə bitən ağaclar. Yüksəklikdə yol salmaq. – “Güdəqala” deyilən yüksəklik üzərindəki ovdanların yanında idik. S.Hüseyn.\n3. Yer səthindən çox-çox yuxarı olan fəza; göy, asiman (çox zaman cəm şəklində). Buludlar yüksəkliklərdə üzür. Təyyarə yüksəkliklərdə süzür. Yüksəkliklərdə ulduzlar sayrışır.\n4. Bir şeyin böyüklüyü, ölçüsü, səviyyəsi, dərəcəsi. Təzyiqin yüksəkliyi. Hərarətin yüksəkliyi. Biliyin yüksəkliyi. Əmək məhsuldarlığının yüksəkliyi. Texnikanın yüksəkliyi. yüksəklikölçən is. xüs. Yüksəkliyi (yer səthi nöqtələrinin, uçucu aparatların uçuşunun və s.-nin ucalığını) ölçən müxtəlif cihaz və alətlərin ümumi adı. yüksəkmaaşlı sif. Yüksək tariflər üzrə maaş (zəhmət haqqı) alan. Yüksəkmaaşlı vəzifə. yüksəkməhsullu sif. Yüksək məhsul verən, bollu məhsul verən. Yüksəkməhsullu heyvandarlıq. Yüksəkməhsullu mal-qara cinsləri. Yüksəkməhsullu bitkilər. yüksəkmolekullu yüksəkmolekullu birləşmələr fiz. – molekulları zəncirlər şəklində qurulmuş maddələr. yüksəkvəzifəli sif. Yüksək vəzifə sahibi olan, yüksək ictimai və ya xidməti mövqe tutan. Yüksəkvəzifəli şəxslər. yüksəkvoltlu sif. elektr. Yüksək elektrik cərəyanına aid olan. Yüksəkvoltlu cihazlar. Yüksəkvoltlu elektrik xətti. yüksəldilmə “Yüksəldilmək”dən f.is. Suyun səviyyəsinin yüksəldilməsi. Əmək məhsuldarlığının yüksəldilməsi. yüksəldilmək məch.\n1. Qaldırmaq, ucaldılmaq, daha yüksək, uca edilmək, hündürlüyü artırılmaq.\n2. Artırılmaq, gücləndirilmək. // məc. Daha yüksək pilləyə qaldırılmaq, yaxşılaşdırılmaq, təkmilləşdirilmək. yüksəliş is.\n1. İnkişaf prosesində irəliyə, yaxşılaşmağa, mükəmməlləşməyə doğru hərəkət; yüksəlmə, irəliləmə, tərəqqi, inkişaf. Dünyada hər könül yüksəliş arar; Varlığın nə ilki, nə axırı var. S.Vurğun. Biz yüksəliş dağını fəth edərək aşırıq; Cavanlaşır ölkəmiz, biz də cavanlaşırıq. S.Rüstəm.\n2. Artma, çoxalma, güclənmə, qüvvətlənmə. yüksəlmə “Yüksəlmək”dən f.is. yüksəlmək f.\n1. Yüksəyə, yüksəklərə, yuxarı qalxmaq; ucalmaq. Bina xeyli yüksəlmişdir. – Ay xeyli yüksəlmiş, ətrafı yarımkölgəli bir surətdə aydınlatmışdı. S.Hüseyn. Günəş bu yerlərdə qalxıb atına; Yüksəlir göylərin yeddi qatına. S.Vurğun. Günəş üfüqdən xeyli yüksəlmişdi. İ.Əfəndiyev. // Üfüqdə görünmək, çıxmaq, tülu etmək, zahir olmaq. Boz dağın arxasında doğan günəş saf mavi göydə yüksələrək günorta yerinə qalxmışdı. Ə.Sadıq.\n2. Artmaq, qalxmaq, çoxalmaq, səviyyəcə yuxarı qalxmaq. Çayın suyu xeyli yüksəlmişdir. Havanın temperaturu birdən-birə yüksəldi. // Artmaq, şiddətlənmək, güclənmək. Xəstənin qızdırması yüksəldi. Məşğələlərə maraq xeyli yüksəlmişdir. Küləyin şiddəti getdikcə yüksəlir. Gəlir faizi gündən-günə yüksəlir. Yaxşı kitablara olan tələbat çox yüksəlmişdir. // Yaxşılaşmaq. Şagirdlərin dərs müvəffəqiyyəti getdikcə yüksəlir. Məhsulun keyfiyyəti yüksəlmişdir. Gənc rəssamların yaradıcılıq səviyyəsi yüksəlmişdir. Əhvaliruhiyyəsi yüksəldi.\n3. Hörməti, nüfuzu, mövqeyi, qiyməti, dəyəri artmaq; tanınmaq, şöhrətlənmək. Kollektivdə nüfuzu yüksəlmək. Bu hadisədən sonra o bizim gözümüzdə çox-çox yüksəldi. – Dedi: – Az-az görünməyim nədən sizə ağır gəlir? Dedim: – Çünki bu dünyada gözəlliklə söz yüksəlir. S.Vurğun. // məc. Tərəqqi etmək, artmaq, inkişaf etmək. Yüksəlmək haqqımdır, iradəm vardır; Biliyim, şüurum hər şey yaradır. A.Şaiq.\n4. Daha yüksək, daha məsul vəzifəyə keçmək, daha yüksək mövqe tutmaq. Vəzifəcə yüksəlmək.\n5. Eşidilmək, gəlmək, qalxmaq (səs haqqında). Ura sədaları göyə yüksəldi. Evdən dəhşətli bir fəryad yüksəldi. – Mənim də evimdən işıq gələrdi; Qapımdan, bacamdan səs yüksələrdi. S.Vurğun.\n6. Uzaqdan və ya yaxından görünmək (uca şey haqqında). Çayın sahilində uca qayalar yüksəlir. Qəsəbənin ortasında mədəniyyət sarayının binası yüksəlir. – Kəndin aşağı tərəfində məktəb binası yüksəlir. Ə.Vəliyev. yüksəltmə “Yüksəltmək”dən f.is. yüksəltmək f.\n1. Qaldırmaq, ucaltmaq, daha uca etmək, hündürlüyünü artırmaq. Divarı bir qədər yüksəltmək lazımdır. Suyun səviyyəsini yüksəltmək.\n2. Artırmaq, gücləndirmək. İşin sürətini yüksəltmək. Əmək məhsuldarlığını yüksəltmək. Tələbi yüksəltmək. // məc. Daha yüksək pilləyə qaldırmaq; yaxşılaşdırmaq, təkmilləşdirmək. Xalqın rifah halını daha da yüksəltmək. Mədəniyyəti yüksəltmək. Biliyini yüksəltmək.\n3. məc. Rolunu, əhəmiyyətini, hörmətini daha da artırmaq. Alicənab hərəkəti onu adamların gözündə daha da yüksəltdi. yüksüz sif. Yükü olmayan; boş. Yüksüz maşın. Yüksüz qatar. // zərf Heç bir yük götürmədən; boş. Maşınlar yüksüz qayıtdılar. yükvurma is. Yükləmə işi. yüngül sif.\n1. Çəkisi az olan (ağır ziddi). Yüngül yük. Yüngül çamadan. Yüngül daş. • Yüngül çəkmək – çəkidə aldatmaq, əskik vermək. // Sıx olmayan, nazik. Yüngül parça. // İsti olmayan, qalın olmayan; qızdırmayan. Yüngül paltar. // Taxtadan tikilmiş. Yüngül pavilyon. Yüngül bina. // Həzmi asan olan, mədəyə ağırlıq verməyən. Yüngül yeməklər. Yüngül qəlyanaltı. Axşam yeməyi yüngül (z.) olmalıdır.\n2. Çətin olmayan, asan olan. Yüngül mətn. Yüngül məsələ. // Aydın, sadə, səlis. Yüngül üslub. Dili çox yüngüldür. – [M.Ə.Sabir] sadə və aydın bir dillə oynaq və yüngül misralarda böyük bir cəsarətlə köhnəliyi .. qamçılayırdı. M.Arif. // Əyləndirici mahiyyətdə olan. Yüngül musiqi. Yüngül komediya. Yüngül mahnı. // Asanlıqla əldə edilən, qazanılan. Yüngül qazanc. Yüngül qələbə. // Yerinə yetirilməsi çətin olmayan, çox zəhmət tələb etməyən; asan. Yüngül iş. Yüngül vəzifə.\n3. Ciddi olmayan; əhəmiyyətsiz, xətərsiz. Yüngül yara. Yüngül xəstəlik. // Əziyyətsiz, ağrısız. Yüngül doğuş. Yüngül həyat. // Ağır olmayan; şiddətsiz. Yüngül cəza. – Fəxrəddin isə Qızıl Arslandan yüngül bir məzəmmət alandan sonra Hüsaməddini qaçıran qadını axtarmağa başladı. M.S.Ordubadi.\n4. Zəif, az (hiss edilən). Yüngül külək. Yüngül qoxu. Yüngül təbəssüm. Üzündə yüngül kədər izləri göründü. // Təsiri az olan, tünd olmayan; zəif, boş. Yüngül şərab. Yüngül tütün.\n5. məc. Səthi, qeyri-ciddi. İşə yüngül münasibət. Yüngül mühakimələr. // Adam, hərəkət, xasiyyət haqqında. Yüngül adam. Yüngül xasiyyət. Yüngül əxlaq. – Onu söyləməyə gəlmişəm sizə; Yüngül (z.) görünməyim gözlərinizə. S.Vurğun.\n6. məc. Sağlam, çevik, qıvraq. Nəriman özünü rahat və yüngül (z.) hiss etdi. Mir Cəlal. // Saf, təmiz, tənəffüsü asanlaşdıran. Yüngül dağ havası. – Yüngül payız havası müalicəyə gəlmiş adamlara daha artıq ləzzət verirdi. M.İbrahimov.\n7. Ağır silahlanmamış; mütəhərrik. Yüngül topçu dəstəsi. Yüngül batareya. Yüngül kreyser. ‣ Yüngül atletika – atletikanın, qaçış, tullanma, nizə, disk və s. tullama növləri. Yüngül ayaq – bax. ayağı yüngül (“ayaq1”da). [Mirzəli:] Doğrudan, Hümmətəli, sən elə yaxşısan, yüngül ayaqsan, gələsən, qaçıb bir xəbər gətirəsən. C.Məmmədquluzadə. Yüngül əl – əli yüngüllük, şəfa, uğur, qazanc gətirən adam haqqında. Yüngül kavaleriya tar. – sovet idarələrinin işini yoxlamaq üçün vaxtilə komsomol tərəfindən təşkil edilən dəstələr, briqadalar və s. Yüngül sənaye – çoxişlənən mallar hazırlayan sənaye. yüngülcə 1. sif. Bir qədər yüngül; yüngülvari, yüngültəhər. Yüngülcə bir daş. // Çox yüngül.\n2. zərf Bir balaca, azacıq, ciddi olmayaraq. Yüngülcə soyuqlamaq. Yüngülcə sancılanmaq. – Bülənd qolundan yüngülcə yaralanmışdır. Ə.Əbülhəsən. yüngülçəkili sif. Çəkisi yüngül olan, çəkisi az olan, ağır olmayan. yüngülxasiyyət (=yüngülxasiyyətli) bax. yüngültəbiət(li). yüngülxasiyyətli (=yüngülxasiyyət) bax. yüngültəbiət(li). yüngülxasiyyətlilik bax. yüngültəbiətlilik. yüngüllədilmə “Yüngüllədilmək”dən f.is. yüngüllədilmək məch. Yüngül hala salınmaq. yüngülləşdirici sif.\n1. Yüngülləşdirən, ağırlığını azaldan. Zəhməti yüngülləşdirici şərait.\n2. hüq. Yüngüllük verən, şiddətini, təsirini azaltmağa imkan verən. Cəzanı yüngülləşdirici keyfiyyətlər. yüngülləşdirilmə “Yüngülləşdirilmək”dən f.is. Əmək şəraitinin yüngülləşdirilməsi. yüngülləşdirilmək məch.\n1. Ağırlığı, çəkisi azaldılmaq, daha yüngül edilmək.\n2. Əziyyəti, çətinliyi, ağırlığı azaldılmaq; asanlaşdırılmaq. // Zəiflədilmək, yumşaldılmaq, azaldılmaq. yüngülləşdirmə “Yüngülləşdirmək”dən f.is. yüngülləşdirmək f.\n1. Zəhmətini, əziyyətini, çətinliyini, ağırlığını azaltmaq; asanlaşdırmaq. Əmək şəraitini yüngülləşdirmək. Yolu yüngülləşdirmək. İşini yüngülləşdirmək. Vəziyyətini yüngülləşdirmək.\n2. Zəifləşdirmək, yumşaltmaq, azaltmaq. Dərdini yüngülləşdirmək. Ağrını yüngülləşdirən dərmanlar. – Prokuror da, vəkil də dönə-dönə inad edirdilər ki, doğrusunu aç söylə, [məhkəmə] sənin təqsirini yüngülləşdirər. Mir Cəlal.\n3. Təskin etmək, yumşaltmaq. Ürəyini yüngülləşdirmək.\n4. Quruluşunu sadələşdirmək, bəsitləşdirmək. Maşının quruluşunu yüngülləşdirmək. yüngülləşmə “Yüngülləşmək”dən f.is. yüngülləşmək f.\n1. Çəkisi azalmaq, ağırlığını itirmək, yüngül olmaq. Arabanın yükü yüngülləşdi.\n2. Asanlaşmaq, zəhməti, əziyyəti bir qədər azalmaq, işi azalmaq. İşi bir qədər yüngülləşmişdir. Əmək şəraiti yüngülləşmişdi. – Axırı Xudayar bəyin yazıq övrətə bir az rəhmi gəldi. Vəliqulunu özünə cütçü, Zibanı qaravaş tutdu ki, Zeynəbin işi bir az yüngülləşsin. C.Məmmədquluzadə.\n3. Sakitləşmək, təskinlik tapmaq, beynini məşğul edən hisslərdən, fikirlərdən azad olmaq. Dərdi yüngülləşmək. – [Sona xanım:] Səni görəndə könlüm açılır. Gözlərimə şəfəq gəlir, dərdimi açıb deyirəm, ürəyim bir az yüngülləşir. Ə.Haqverdiyev.\n4. Özünü yüngül hiss etmək, mədəsi təmizlənmək. Qusandan sonra yüngülləşdi. yüngüllətmək f. Ağırlığını azaltmaq, çəkisini azaltmaq, daha yüngül etmək. Yükünü yüngüllətmək. yüngüllük is.\n1. “Yüngül”dən mücər. (ağırlıq ziddi). Havanın yüngüllüyü. Paltarın yüngüllüyü. Xasiyyətin yüngüllüyü. Vəzifənin yüngüllüyü.\n2. məc. Yüngül hərəkət, qeyri-ciddilik. • Yüngüllük etmək – qeyri-ciddi hərəkət etmək.\n3. məc. Arxayınlıq, rahatlıq hissi; sevinc, fərəh. Mədəd dərhal ürəyində ani bir yüngüllük hiss etdi. S.Rəhimov. Mən bu sözləri dedikcə bir yüngüllük, rahatlıq duyurdum. Mir Cəlal. Kərim özündə bir yüngüllük hiss edərək çıxıb getdi. İ.Əfəndiyev. yüngülməzac bax. yüngültəbiət. Yüngülməcaz adam. yüngülməzaclıq bax. yüngültəbiətlilik. yüngülraq sif. Olduqca yüngül, çox yüngül. yüngültəbiət (=yüngültəbiətli) sif. Qeyri-ciddi, xasiyyətcə yüngül. Yüngültəbiət adam. yüngültəbiətli (=yüngültəbiət) sif. Qeyri-ciddi, xasiyyətcə yüngül. Yüngültəbiət adam. yüngültəbiətlilik is. Xasiyyətcə, təbiətcə qeyri-ciddilik, qeyri-ciddi adamın hal və keyfiyyəti. yüngülvari sif.\n1. Bir qədər yüngül. Əl çamadanı boyda, yüngülvari bağlını əlimə aldım. Mir Cəlal.\n2. Çətin olmayan, çox mürəkkəb olmayan, çox zəhmət, bilik, bacarıq tələb etməyən; asantəhər. Yüngülvari bir iş. yüngül-yaraq zərf dan.\n1. Lazımi dərəcədə silahlanmamış, hazırlanmamış.\n2. Yüngül geyinmiş halda.\n3. məc. Zəif, şiddətsiz, yüngül. Dalğalar, ağ dalğalar; Yüngül-yaraq dalğalar. R.Rza. yüpyüngül sif. Lap yüngül, olduqca yüngül, yox yüngül. yürük is. Çapar, qasid. yürümə “Yürümək”dən f.is. yürümək bax. yerimək. Fəvvarələr atır, axır bulaqlar; Yürüdüyüm yollar parlaq sədəfli. A.Səhhət. Rotşild də başqa zavodların nümayəndələri ilə bərabər yürüməkdə idi. M.S.Ordubadi. Yürüyürkən parovozlar irəli; Daşınır zəhmətimin meyvələri. S.Vurğun. yürüş is.\n1. İrəliyə doğru hərəkət; yerimə. Ağır karvan yürüşü ilə dalğalanır insanlar; Həm də qızlar-oğlanlar. S.Vurğun.\n2. Hücum, axın, hərbi əməliyyat. Qalanı yürüşlə aldılar. – Qızıl Ordu Böyük Kirəc yolundan qüdrətli və əzəmətli bir yürüşlə.. [şəhərə] daxil olurdu. M.İbrahimov. • Yürüş etmək – hücum etmək, axın halında irəli yerimək. Dəhşətli, qüdrətli, hesabsız ləşkər; Şimaldan düz şərqə yürüş edirlər. A.Səhhət.\n3. məc. Müəyyən məqsəd və ya tapşırığı yerinə yetirmək, yaxud bir şeylə, ya da bir şey uğrunda mübarizə aparmaq üçün mütəşəkkil çıxış, hərəkət. Mövhumat əleyhinə yürüş. Qənaət uğrunda yürüş. // Səyahət məqsədi ilə təşkil edilən səfər. Turist yürüşü.\n4. Yeriş yarışı (idman növü). yürüşçü is. Yürüşdə iştirak edən adam (bax. yürüş 4-cü mənada). yürütmə “Yürütmək”dən f.is. yürütmək bax. yeritmək 1 və 2-ci mənalarda. Yağılar yurduna yürütsə qoşun; Oğlum, siz onda bir şir kimi qoşun. S.Rüstəm. yüyən is. Atın başına keçirilən kəm və cilovdan ibarət qoşqu ləvazimatı. Yüyəni atın başına keçirmək. Atın yüyənindən tutmaq. – Bir az da getmişdilər, genə Rövşən Qıratın yüyənini çəkib dönüb geri baxdı. “Koroğlu”. [Bülənd] atın yüyənini tamamilə buraxdı. Ə.Əbülhəsən. ‣ Yüyəni ələ keçmək – birindən asılı vəziyyətə düşmək, asılı olmaq, tabe olmaq. [Hikmət İsfəhaninin] deyəsən, yüyəni [Sərhəngin] əlinə keçməkdə idi. M.İbrahimov. Yüyəni ələ vermək – ixtiyarını başqalarının əlinə vermək, tamamilə asılı vəziyyətə düşmək, tabe olmaq. Yüyənindən (yüyənini) çəkmək – qarşısını almaq, saxlamaq, yığışdırmaq, həddini göstərmək. Onun yüyənini bir az çəkmək lazımdır. Yüyənini ələ keçirmək – özündən asılı vəziyyətə salmaq, özünə tabe etmək. yüyənləmə “Yüyənləmək”dən f.is. yüyənləmək f.\n1. Başına yüyən keçirmək, yüyən taxmaq (atın). Qara, göyxallı atı gül kimi təmizləyib yəhərlədi və yüyənlədi. S.Rəhimov.\n2. məc. Özünə tabe etmək, özündən asılı vəziyyətə salmaq. yüyənlənmə “Yüyənlənmək”dən f.is. yüyənlənmək məch.\n1. Başına yüyən keçirilmək (taxılmaq). At yüyənlənmişdir.\n2. məc. Başqasının tabeliyinə keçmək, başqasından asılı vəziyyətə düşmək. yüyənlətmə “Yüyənlətmək”dən f.is. yüyənlətmək icb. Atın başına yüyən taxdırmaq. yüyənli sif. Başına yüyən vurulmuş, yüyəni olan. Tez yəhərli, yüyənli bir at alıb mindi, .. Çənlibelə tərəf yola düşdü. “Koroğlu”. yüyənsiz sif. Başına yüyən vurulmamış, yüyəni olmayan. Yüyənsiz at. ‣ Yüyənsiz danışmaq – fikirləşmədən danışmaq. Yüyənsiz danışmaq nə yana çatar; Bihürmət eylədi simü zər məni. Q.Zakir. yüyrək (=yüyürək) sif. Bərk qaçan; itigedən, qaçağan. [Əhməd tacirbaşı] bir yüyrək at minib, durmagəldim özünü Həsən paşanın yanına çatdırdı. “Koroğlu”. [Qurbanəli bəy:] Ay naçalnik, əgər sənin mahalında bir belə yüyürək at tapılsa, mən bığlarımı qırxdırmasam, qurumsağam. C.Məmmədquluzadə. yüyürək (=yüyrək) sif. Bərk qaçan; itigedən, qaçağan. [Əhməd tacirbaşı] bir yüyrək at minib, durmagəldim özünü Həsən paşanın yanına çatdırdı. “Koroğlu”. [Qurbanəli bəy:] Ay naçalnik, əgər sənin mahalında bir belə yüyürək at tapılsa, mən bığlarımı qırxdırmasam, qurumsağam. C.Məmmədquluzadə. yüyürmə “Yüyürmək”dən f.is. İndi [Lətif] yürüş zamanı düzgün nəfəs alır və yüyürmə sürətini daha da artırırdı. H.Seyidbəyli. yüyürmək f. Qaçmaq, qoşaraq getmək, bərk getmək, qaça-qaça getmək; qoşmaq. Hara belə yüyürürsən? Uşaqlar yüyürməkdən yoruldu. – Küçədən bir çocuq yüyürdü evə.. M.Ə.Sabir. İtlər quyruqlarını, qulaqlarını şəkləyərək birdən-birə hürməyə, yüyürməyə başladılar. A.Şaiq. • Yüyürübyortmaq – çox yüyürmək, qaçmaq. Üstünə yüyürmək – hücum etmək, üstünə cummaq. Əlinə silah alanlar .. düşmən üstünə yüyürdü. Mir Cəlal. yüyürə-yüyürə zərf Qaça-qaça, qoşaraq, çaparaq. Yüyürə-yüyürə getmək. – Çiyni yapıncılı çobanın yüyürə-yüyürə gəldiyini görən Səməd Gülgəzi .. yarpaqların arasında gizlətdi, özü isə yenə haçaya endi. İ.Hüseynov. yüyürtmə “Yüyürtmək”dən f.is. yüyürtmək icb. Yüyürməyə, qaçmağa, iti getməyə məcbur etmək; çapdırmaq. yüyürübbə zərf dan. Yüyürərək, yüyürə-yüyürə, qaçaraq, qaça-qaça, tez, cəld. Düşmən piyadası .. yüyürübbə qoşaraq .. çalaçuxurlara yığılıb dolur. Ə.Əbülhəsən. yüyürük is.\n1. Yeni ayaq tutmağa başlayan uşağın tez və yaxşı yeriməyi öyrənməsi üçün xüsusi quruluşlu arabacıq. Uşaq üçün yüyürük almaq.\n2. Uzanıb istirahət etmək üçün iki tərəfdən ağaca, dirəyə bağlanan tor; qamak. yüyürüşmə 1. “Yüyürüşmək”dən f.is.\n2. is. Qaçış yarışı. Yüyürüşmədə birincilik qazandı. yüyürüşmək qarş. Hamı birdən yüYÜZBAŞI is. tar. İnqilabdan əvvəl Azəryürmək, qaçmaq, yüyürərək gəlmək. Balaca uşaqlar gülər sifətləri ilə biqeyd bağın xiyabanlarında qışqırtı ilə yüyürüşürlər. Ə.Haqverdiyev. Kəndin hər tərəfindən adamlar yüyürüşürdülər. S.Hüseyn. // Yüyürməkdə yarışmaq. yüz say\n1. Doxsan doqquzdan sonra gələn rəqəm – 100. Yüz manat. Yüz nəfər. Yüz faiz. Yüz addımlıqda. On dəfə on yüz elər. // Başqa saylarla birlikdə. Dörd yüz kilo. Təyyarə saatda 600 kilometr yol gedir. • Yüz il – bir əsr. Bir taleyin əllərində cütlənmiş zərik; Yüz il qoşa atılsaq da qoşa düşmərik. M.Araz.\n2. Qeyri-müəyyən çox miqdar mənasında. Sənə yüz dəfə demişəm ki... Yüz ildir ki, onu görməmişəm. – Yüz dəfə ölç, bir dəfə biç. (Ata. sözü). Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana; Zərrəcə qəti-məhəbbət etmədin, rəhmət sana. Füzuli. ‣ Yüz... dəyər – bir şeyin başqa bir şeyə nisbətən çox-çox üstünlüyünü, yaxşılığını bildirir. Nə qədər olsa qoca gərçi Vidadi xəstə; Yenə Vaqif kimi, əlbəttə, yüz oğlana dəyər. M.V.Vidadi. Yüz faiz – bax. yüzdə yüz. [Sultan:] Mən yüz faiz əminəm, o saatca başlardın ki, əmi, belə çal-saqqal vaxtında o yaşda adamla evlənmək sənə yaraşmaz. İ.Hüseynov. Yüzdə doxsan doqquzu – demək olar ki, hamısı. Dünyada firəng dilini və elmini mükəmməl təhsil eliyən müsəlmanların yüzdə doxsan doqquzu heç bilməz ki, orucu necə tutarlar. C.Məmmədquluzadə. Yüzdə yüz – 100 faiz, tamamilə, hamısı, bütünbütünə. Planı yüzdə yüz yerinə yetirmək. yüz... – mürəkkəb sözlərin əvvəlində bir şeyin yüz vahiddən ibarət olduğunu bildirir; məs.: yüzmanatlıq, yüzfaizlik, yüznəfərlik. baycan kəndlərində kənd icması tərəfindən seçilən inzibati vəzifə sahibi. Kənd yüzbaşısı. – Bir yüzbaşının ağız-burnunu sarıyıb, torba içində düz dəstənin qərargahına gətirirdilər... M.Hüseyn. Yüzbaşının heybətli səsi eşidiləndə kəndin adamları tir-tir əsərdilər. S.Şamilov. yüzbaşılıq is. tar. Yüzbaşı vəzifəsi, rütbəsi. yüzər bax. yüz-yüz. yüzildənbir dan. bax. ishalotu. yüzillik sif.\n1. Yüz il davam etmiş, bir əsrlik. Yüzillik dövr. Yüzillik müharibə.\n2. Yüz illiyə həsr edilmiş, yüz ilin tamam olması ilə əlaqədar olan. Yüzillik yubiley. yüzlərcə sif. Bir şeyin sayca çoxluğunu bildirir. Yüzlərcə adam. Yüzlərcə turist gəlmişdir. yüzlük 1. sif. Yüz vahidlə ölçülən. Yüzlük lampa.\n2. is. Yüzmanatlıq kağız pul. [Mərcan bəy:] Paho, nə danışırsan? İki min manat iyirmi dənə yüzlük eləyir. Ü.Hacıbəyov. Ərz etdiyimdən ötrü ən azı bir diricə yüzlük lazımdır, çünki bu iş şeyxülislama qədər gedib çata bilər. S.Rəhimov. // sif. Yüz manat dəyərində olan; yüzmanatlıq. Yüzlük bilet. ‣ Yüzlük tərəzi – çəkilən şey yüz dəfə yüngül daşla tarazlaşdırılan xüsusi quruluşlu tərəzi. yüzmanatlıq bax. yüzlük 2-ci mənada. yüzüncü “Yüz”dən sıra s. Yüzüncü adam. Yüzüncü ev. Yüzüncü vərəqə. yüz-yüz zərf\n1. Hər birinə və ya hər dəfəsinə yüz. Hər yeşiyə yüz-yüz yumurta yığılmışdır.\n2. Yüzlərcə, yüzlərlə sayılacaq qədər çox. Tək olmadım nə xoş gündə, nə tufanda; Qardaşlarım var yüz-yüz. N.Rəfibəyli. Zz z azərbaycan əlifbasının otuz ikinci hərfi. bax. ze. zabil is. [fars.] mus. Tarda bir pərdə. Mirzə Sadıq tarın qoluna zabil pərdəsini əlavə etmişdir. Ə.Bədəlbəyli. • Zabil segahı – Azərbaycan muğamlarından birinin adı. zabit is. [ər.] Ordu və donanmada komanda heyətinə mənsub şəxs. Zabit rütbəsi. Zabitlər klubu. – Axırımcı teleqraf xəbərlərindən aşkar olur ki, Trablisdə osmanlı zabiti və əsgəri tələf olubdur. C.Məmmədquluzadə. [Sona:] Ancaq bizim başımızda bir zabit getməmişdir. H.Nəzərli. Zabit papirosunu yandıraraq: – Gətirin qəhrəmanı! – dedi. R.Rza. zabitə is. [ər.]\n1. Qayda, qanun, nizam, intizam. [Divanbəyi:] Barı bu işin şükranəsinə nizamə tabe olun, əgərçi heç nizamı və zabitəni anlamırsınız. M.F.Axundzadə.\n2. Başqalarına nüfuz və təsir etmə, özünə qarşı hörmət oyandırma qabiliyyəti; nüfuz, ciddiyyət. Onun heç zabitəsi yoxdur. – Getgedə Müqim bəy Cavanşirin zabitəsi birə yüz artır, o, sürtülüb yağlanan bir qılınc kimi bərq verirdi. S.Rəhimov. Xanpərinin zabitəsi əskilir, inadı azalırdı. Ə.Vəliyev. [Sultan:] ..Bu gündən belə mənim qaradinməzliyim, nə də zabitəm səni çəkindirməməli, əl-qolunu bağlamamalıdır. İ.Hüseynov. zabitəli sif. Zabitəsi olan, nizam və intizam tələb edən, çox ciddi və tələbkar olan, nüfuz və təsir gücünə malik olan. Zabitəli adam. Zabitəli müəllim. Zabitəli müdir. – Zərrintac xanım .. dönüb zabitəli bir əda ilə Alagözü çağırdı. S.Rəhimov. Bəlkə, Həpir özünü zabitəli (z.) hiss etdirmək üçün qəzəblə gəlirdi? Mir Cəlal. Qız da nə isə başqa milis işçilərindən bir az seçilən bu zabitəli oğlana baxıb gülümsündü. H.Seyidbəyli. zabitəlilik is. Zabitəli olma, zabitəli adamın xassəsi. zabitəsiz sif. Zabitəsi olmayan, sözü keçməyən, tələbkar olmayan. Zabitəsiz adam. zabitəsizlik is. Zabitənin, ciddiyyətin, tələbkarlığın, nüfuzun olmadığı hal. zabitlik is. [hərb.] Zabit rütbəsi. Mən zabitliyə bir adi soldat ikən nail olmuşam. M.S.Ordubadi. [Sona:] Yaxşı, biz zabitliyə kimi təyin edək? H.Nəzərli. zaçot [rus. zaç¸t] Ali və orta ixtisas məktəblərində tələbələrin biliyini yoxlama növü. Zaçota hazırlanmaq. Zaçot almaq. Zaçot yazmaq. Zaçot sessiyası. // Belə yoxlamaların keçirildiyini təsdiq edən qeyd. zad is. [ər.]\n1. Şey. Hər zad. Heç zad yoxdur. – Nə şirindir məhəbbəttək zad olmaz; Ölənədək könül ondan yad olmaz. M.V.Vidadi. Mən aşıq qan ayağı; Qan əli, qan ayağı; Aşıq bir zad görübdür; Üç başı, on ayağı. Sarı Aşıq. Kişi, məlum zaddı ki, övrətdən güclü olar. C.Məmmədquluzadə. Yox idi könlünü açası bir zad; Dayanmazdı insan, olsa da polad. H.K.Sanılı. // Bəzən söylənmək, istənilən söz yada düşmədikdə, onun əvəzinə deyilir. O .. zadı mənə ver. – Məşədi İbad: – Mən də sən zad deyiləm, rədd ol burdan! Ü.Hacıbəyov. • Heç zad – heç bir şey. Heç zadın üstündə şagirdi döymək .. mötəbər qaydalardan sayılırdı. F.Köçərli. [Məşədi İbad:] İstəyirsən mən də atam kimi səndən heç zad almayım.. Ü.Hacıbəyov.\n2. Adətən başqa sözlərlə birlikdə qeyrimüəyyənlik bildirir (çox vaxt qoşulduğu sözün ifadə etdiyi şeyin əhəmiyyətsizliyini bildirir). Ona bir az şeydən-zaddan ver. Pul nədir, zad nədir! – Xanım, mən cəlladdanzaddan qorxan deyiləm. “Koroğlu”. [Qurbanəli:] Bir əppəkdən-zaddan ver, zəqqumlanaq. N.Nərimanov. [Sultan bəy Süleymana:] Buyur, gedək o biri otağa, çaydan-zaddan içək, söhbətimizi də orada edək. Ü.Hacıbəyov. zadə is. [fars.] klas. Oğul, övlad. Duruyor oxşamaya zadəsini; Sevgili, nazlı xudadadəsini. M.Hadi. ...zadə [fars.] Əsil mənası “doğulmuş, törəmiş” olub: 1) adətən isimlərə qoşularaq onların əslini, kimdən törədiyini, nəslini bildirir; məs.: şahzadə (şah nəslindən olan), bəyzadə (bəy nəslindən olan), əsilzadə (zadəgan nəslinə mənsub); 2) xüsusi isimlərə qoşularaq familiya düzəldilir; məs.: Əlizadə, Rəhimzadə, Məmmədzadə. zadəgan top. [fars.] Hakim sinfin yüksək kübarlar təbəqəsi, əsilzadələr; aristokratiya. ..Bağdadda dul qadınlar və öz ərlərindən intiqam almaq istəyən zadəgan qadınların görüb istədikləri adamlarla tanış olaraq evlərinə dəvət etməsini Fəxrəddin hələ Gəncədə ikən eşitmişdi. M.S.Ordubadi. zadəgancasına zərf Zadəgan kimi, ağa kimi; ağacasına, kübarcasına. zadəganlıq is.\n1. Əsilzadəlik, əyanlıq, kübarlıq, aristokratlıq.\n2. məc. Nəciblik, alicənablıq; nəcib hərəkət. zağ I. is. [ər. zac] kim. Bəzi metalların sulfat duzu.\n\nII. is. Qılıncı, bıçağı itiləyərək verilən cila, parlaqlıq. // Ümumiyyətlə silaha verilən cila, parıltı.\n\nIII. is. [fars.] klas. Qara qarğa. [Aşıq Hüseyn:] Hüseyn düşsə cananından uzağa; Şeyda bülbül tənə vurar o zağa... Aşıq Hüseyn. Əgər dünyada insan və ədalət olsa idi, tərlan yerində zağ oturmaz idi. Ə.Haqverdiyev. // məc. Qara, qaralıq mənasında. Bülbül, sənin işin qandır; Aşıqlar sənə mehmandır; Tamam cəsədin əlvandır; Sinən altı zağı, bülbül. (Qoşma). zağa is. Heyvan yuvası, mağara. Qurd da, quş da qoy çəkilsin öz ünvanına; Bir zağa da, bir saralmış yarpaq da yurddu. M.Araz. zağar is. məh. Yoğun, yekəqarın. zağara is. Dəri papağın aşağı və yuxarı kənarı, qırağı. // Palto yaxasına qoyulan dərinin qırağı, boynu. • Zağarası getmək (çıxmaq) – dəri papaq və ya yaxalığın kənarları yeyilib getmək. Aslan zağarası getmiş papağını çıxardıb əlindəki kağızı onun içinə qoydu.. M.Hüseyn. Həm aşağıdan, həm də yuxarıdan zağarası getmiş qəhvəyi Buxara papağı elə bil büzüşüb kəlləyə qalxmışdı. Mir Cəlal. zağca is. zool. Qarğalar fəsiləsindən qara parlaq lələkli köçəri quş. zağçı is. Silahı zağla suvaran, cilalandıran usta. zağlama “Zağlamaq”dan f.is. zağlamaq f. Cilalamaq, cila vermək. Xəncəri (qılıncı) zağlamaq. zağlanma “Zağlanmaq”dan f.is. zağlanmaq məch. Cilalanmaq, cila verilmək, parıldadılmaq. Tüfəng zağlandı. zağlatma “Zağlatmaq”dan f.is. zağlatmaq icb. Cilalatmaq, cila verdirmək. zağlı sif. Zağ verilmiş, cilalanmış, cilalı. Zağlı tüfəng. Zağlı xəncər. – ...Yanan lampanın qüvvətli işığı altında göy zağlı xəncər yaşıl bir parıltı buraxırdı. S.Rəhimov. Kölgələnməsin deyə; Bəhramın gül rəngi; Mən hazır saxlamışam; Əldə zağlı tüfəngi. R.Rza. [Nazlı:] Kəndçi başıbatmışa zağlı beşaçılan verin, onda özünüz görərsiniz kəndçilərin bəylər haqqında fikri nədir? Ə.Məmmədxanlı. zağ-zağ zağ-zağ əsmək (titrəmək) – bərk qorxmaq, qorxudan titrəmək. [Veysəl:] İki yüzdən artıq fəhlə səni görəndə zağ-zağ əssin, iki gədə səni tələyə salsın? S.Vəliyev. Özünü elə göstərmişdi ki, hamı [Baxış bəydən] zağ-zağ əsirdi. Ə.Abasov. // Eyni mənada bəzən “qorxudan”, “əlindən” sözləri ilə. Ev adamları tamam yuxudan ayılıb qorxularından zağ-zağ əsdilər. Çəmənzəminli. // Ümumiyyətlə bərk titrəmək (əsmək). Xırda təpələri sellər oyanda; Əsər bu həmləyə dağlar da zağ-zağ. B.Vahabzadə. ‣ Üstündə zağ-zağ əsmək – həddindən artıq, ifrat dərəcədə əzizləmək, sevmək, qorumaq. Anatək övladının üstündə zağ-zağ əsir. – Baba, nənə və ana Aslanın üstündə zağ-zağ əsirdilər. Ə.Vəliyev. zahı is. [fars.] Yenicə doğmuş qadın. [Cəbrayıl bəy:] Onda ayrı evə keçək, yaxşı deyil, zahının yanında oturmayaq. “Qaçaq Nəbi”. Səhərisi yenə mamaça gələr, zahıya baxıb lazımi tapşırıq və dərmanlar verər, şişi-zadı yığıb evdən tullardı. H.Sarabski. // Sif. mənasında. İndi zahı qadını cana və qüvvətə gətirmək üçün yemək tapmaq, evi qızdırmaq lazım idi. Ə.Vəliyev. zahılıq is. Yenicə doğmuş qadının vəziyyəti. zahid is. [ər.]\n1. Dünyanın zövq və nemətlərindən əl çəkib vaxtını ibadətlə keçirən dindar adam. Zahidi-xudbin nə bilsin zövqünü eşq əhlinin; Bir əcəb meydir məhəbbət kim, içən huşyar olur. Füzuli. Pərdeyidam eyləmiş zahid ridasın xəlq üçün. Qövsi. İstəyir cənnəti zahid bu qədər hiylə ilə; Əbləhin fikrini gör, dildə təmənnasına bax. S.Ə.Şirvani.\n2. məc. Cəmiyyətdən, insanlardan qaçaraq qapalı həyat keçirən adam haqqında. Zahid olub, heç kəsə qarışmaz. zahidanə zərf [ər. zahid və fars. ...anə] Zahid kimi. Zahidanə yaşamaq. Zahidanə həyat keçirmək. zahidcəsinə zərf Zahid kimi, zahidanə. Zahidcəsinə həyat sürmək. Özünü zahidcəsinə aparmaq. zahidlik is.\n1. Zahidin hal və vəziyyəti. Heç birimiz müqəddəslik və zahidlik iddiası etmirik. M.F.Axundzadə.\n2. məc. Özünü dünyanın həzz və nemətlərindən məhrum edərək yaşama; cəmiyyətdən, insanlardan qaçaraq həyat keçirmə. zahidvar [fars.] bax. zahidanə. Mən otuz il cahanda zahidvar; Bilmədim qız-qadın nədir, zinhar! H.Cavid. zahir is. [ər.]\n1. Açıq, aşkar, aydın, meydanda olan (batin müqabili). Mən bir Fərhad, sən bir şirindəhansan; Dərdin zahir, amma özün nəhansan. M.P.Vaqif. Zahirdi qəmzənin cigər sökməyi; Can atmağı, nahaq qanlar tökməyi. Q.Zakir.\n2. Xarici görünüş, görkəm, üz tərəf. Zahirdən batinə yol var. (Ata. sözü). Batinin əksidir fəqət zahir. H.Cavid. [Əsgər:] Görünür, zahiri gözəl olan kimi batini də gözəldir. Ü.Hacıbəyov. Qəbul otağının astanasına qədəm basan oğlanın zahirində ilk nəzərdə diqqəti cəlb edə bilən bir şey yox idi. İ.Hüseynov. • Zahir etmək – aşkara çıxarmaq, üzə çıxarmaq, büruzə vermək, aydın etmək, məlum etmək, bildirmək. Saxlama nəqdiqəmi-eşqini, ey can, zahir et; Kim, verim həbsi-bədəndən çıxmağa rüsxət sana. Füzuli. Nami-məşuqi nə lazım zahir etmək, ey könül; El bilir, aləm bilir, gülruxlərin sultanıdır. S.Ə.Şirvani. Anası oğlunun cinayətini; Görərək, zahir etdi nifrətini. M.Ə.Sabir. Zahir olmaq – aşkara çıxmaq, üzə çıxmaq, zühur etmək, meydana çıxmaq, görünmək. Hər gün onun həsənatından və ədalətindən növ-növ əlamətlər xalqa zahir olurdu. M.F.Axundzadə. Bu əsnada yaxındakı uca dağın təpəsində gözəl bir qız surətində nurani bir kölgə zahir olur. A.Səhhət. Şeyx hər nə qədər səslədisə də, Gülsümdən səs zahir olmadı. Ə.Haqverdiyev; // məlum olmaq. Vaqif öldü, neçin yasa gəlmədin? Ya zahir olmadı bu xəbər sənə? M.P.Vaqif. Zahirə çıxmaq – üzə çıxmaq, məlum olmaq, görünmək. Divarlardan asılmış xəritələri ... olmasaydı, suvaqların töküldüyü, bişmiş kərpiclərin çılpaq qaldığı bəzi yerlərdə güllələrin dəlib açdığı dərin yaralar zahirə çıxardı. H.Nəzərli. zahir-batin is. [ər.] İç-üz, əsil, zat, mahiyyət. Zahir-batinini üzə çıxarmaq. zahirdə zərf Üzdə, zahirən, xarici görünüşcə. ..Bir para cüvəllağı oxumuşlarımız ürəkdən gülə-gülə və zahirdə guya ağlayaağlaya dəstənin qabağında dolanırdılar. C.Məmmədquluzadə. [Musa kişi] zahirdə belə işlərə yaxın durmayırdı. Qantəmir. Zahirdə ədavət guya soyumuşdu. Mir Cəlal. zahirən zərf [ər.] Xarici görünüşünə, görkəminə görə, xaricən, üzdən. Zahirən kim gözü görməz fələki-xunxarın; Məni bu gündə görən böylə sitəmkar olmaz. Qövsi. ..On-on beş adam zahirən seyid libasında, başlarında yaşıl əmmamə və bellərində yaşıl qurşaq hər iki tərəfdən bizi əhatə edib yapışdılar atlarımızın cilovundan. C.Məmmədquluzadə. Zahirən .. [Tehranın] sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. M.İbrahimov. Səməd zahirən, doğrudan da, mürgüləyən adama bənzəyirdi. İ.Hüseynov. // Anlaşıldığı üzrə, məlum olduğu üzrə. Bir cavan tazədən gəlib ərsəyə; Əcaib oğlandır, adı Məhəmməd; Zahirən özütək pak imiş əsli; Ola bilməz heç övladi-Məhəmməd. M.P.Vaqif. zahiri sif. [ər.] Xarici görünüşcə, üz tərəfdən, zahirdə olan (batini müqabili). Zahiri görünüş. Zahiri oxşarlıq. Zahiri gözəllik. – [Oğlan] bütün zahiri əlamətlərinə: gözlərinin rəngi və üzünün cizgilərinə görə rus idi. M.Rzaquluzadə. zahirilik is. Zahiri görkəm, görünüş. • Zahiriliyi yoxdur – kifirdir, çirkindir, görkəmsizdir. zahirpərəst sif. [ər. zahir və fars. ...pərəst] Ancaq zahiri görünüşə, xarici görkəmə əsasən qiymət verən. zaid is. [ər.] köhn.\n1. Artan, əlavə edilən. ..İstərsən əgər oğlun edə kəsb fəvaid; Həm sərvəti zaid ola, həm miknəti zaid; Tərğib elə ta kəsbi-həram eyləsin oğlun!.. M.Ə.Sabir.\n2. Qədərindən artıq, lazımsız.\n3. Riyaziyyatda: üstəgəl işarəsi (+). zaiqə is. [ər.] Dadbilmə duyğusu, qabiliyyəti. zail sif. [ər.] klas. Daimi olmayan, müvəqqəti, fani, keçici, puç. • Zail etmək (eyləmək) – puç etmək, yox etmək, məhv etmək, heçə çıxarmaq. Nə gözəldir sənin şirin sözlərin; Zail etdi məni ala gözlərin. Qurbani. Zakirəm, eylədin əqlimi zail; Olmaz belə surət, belə şəmail... Q.Zakir. Gərdənə yaraşır qızıl hamayıl; Görənin ağlını edibdi zayıl... Aşıq Ələsgər. Vaiz demə kim, zail edər əqli ziyalə; Badə gətirər mərdümi-huşyarı kəmalə. S.Ə.Şirvani. Zail olmaq – keçmək, yox olmaq. Heyhat ki, tədbir ola bu xanəxərabə; Zail olub əqli. M.Ə.Sabir. Vaxtı ilə [Ceyranın] üzündə gördüyüm solğun məhzunluq büsbütün zail olmuşdu. S.Hüseyn. Lakin şəhərə düşən birinci bombadan o diksinincə, elə bil, dərhal aradan bu illər qalxıb zail oldu. Ə.Əbülhəsən. zakir is. [ər.] din. Zikr edən (bax. zikr 2-ci mənada). // Keçmişdə təkyələrdə ilahiyyat oxuyan adam. Zakirəm, zikr eylərəm, yəni ki şeyxəm; sufiyəm; Gör nə göyçək ad ilə aləmdə məzkur olmuşam. Nəsimi. zaqs [rus. Zapisğ aktov qrajdanskoqo sostoəniə] İcra Aparatının doğum, ölüm, evlənmə, boşa(n)ma, övladlığa götürmə hadisələrini qeyd edən vətəndaşlıq vəziyyəti aktları şöbəsi. Nikahı zaqsda qeyd etdirmək. – Zaqs müdiri ortayaşlı, bozsaqqallı, həlimsimalı bir kişi idi. T.Ş.Simurq. [Zeynalın] fikrində vardı ki, əvvəlcə bu ayrılmaq məsələsini öz aralarında həll etsinlər, sonra zaqsa gedib bir-birilərindən ayrılsınlar. S.Hüseyn. zal [alm.] xüs.\n1. Kütləvi yığıncaqlar və ya müxtəlif məşğələlər üçün böyük və geniş otaq. İdman zalı. Tamaşa zalı. Gözləmə zalı. – İmtahan məclisi qurulmuşdur; Zalda skamyalar qoyulmuşdur. A.Səhhət. Adam o qədər idi ki, böyük zal dolmuşdu. T.Ş.Simurq. Gülyanaq tamaşa zalına girəndə özünü başqa aləmdə hiss etdi. Ə.Vəliyev.\n2. Geniş qonaq otağı. Sənə dinmədikcə, əbləh, azıxıb yolun çaşırsan; Qapıda dayanmayıb da, zala doğru dırmaşırsan. M.Ə.Sabir. zalxa is. məh. bot. Tutqun bənövşəyi rəngində çoxlu çiçəkləri olan zəhərli bitki. zalım sif. və is. [ər.]\n1. Zülm edən, zülmkar, qəddar, mərhəmətsiz, insafsız. Zalım padşah. Zalım istismarçılar. – Mən görmüşəm, kafirim də görməsin; Nə yaman dərd imiş zalım ayrılıq. Molla Cümə. ..Bir dəstə zalım bir yerə cəm olub və özlərinə bir başçı qərar verib minmişdilər camaatın boynuna. C.Məmmədquluzadə. Eh zalım xan! Zalım xan! Sən qorxub öz canından; Yurdu versən hər yada; Kor olasan dünyada. S.Vurğun.\n2. zar. Bəzən bacarıqlı, zirək, məharətli adam haqqında. Avropa üləmasının övrət məsələsinə dair yazılarını oxuyanda görürsən ki, bu zalımlar dünyanın hər bir guşəsindən xəbər verirlər. C.Məmmədquluzadə. // Eyni mənada bəzən oğlu, balası, uşağı və s. sözlərlə işlənir. Zalım oğlu yaman güləşirdi. Zalım qızında bir səs var ki... – Ağzını açan kimi, Hacı zalım oğlu onun kimi, bəlkə ondan da yaxşı danışmağa başlayır. C.Cabbarlı. [Mərcan bəy:] Ay zalım balası, zalım! Məni sən aldatdın! Ü.Hacıbəyov. Sarı simə keç, ay zalım balası, sarı simə. M.İbrahimov. [Qaradonlu:] Dedi-qodu gəzdirməsə, dinclik tapmır da, zalımın qızı. İ.Hüseynov. ‣ Zalım sual – çətin sual, cavab verilməsi çətin olan sorğu. Bir tərəfdən uşaqların faciəli halları, o biri tərəfdən Zəhranın zalım sualı Zeynala artıq dərəcədə təsir etdi. S.Hüseyn. Bu zalım sual qılınc kimi qarşımda durdu. T.Ş.Simurq. zalımanə [ər. zalim və fars. ...anə] bax. zalımcasına. zalımcasına zərf İnsafsızcasına, mərhəmətsizcəsinə, qəddarcasına, amansızcasına. Zalımcasına hərəkət etmək. zalımlıq is. Zülmkarlıq, zülm etmə, amansızcasına incitmə, əziyyət vermə. zalom [rus.] zool. İri siyənək balığı. zalp [lat.] bax. yaylım1. Zalp atəşi. – Zalp atılan tüfənglərin səsi tikililəri tərpədirdi. Ə.Vəliyev. zaman is. [ər.]\n1. Vaxt, müddət. O hadisədən çox zaman keçdi. – Unudubsan məni xeyli zamandı. Aşıq Ələsgər. [Birinci əyan:] Bu qədər zaman paytaxtdan ayrıldığı heç yox idi... Ü.Hacıbəyov. Aradan üç aya qədər bir zaman keçmişdi. S.Hüseyn. [Beyrək] zamanın yetişdiyini görüb yumruğunu masaya çırpdı. M.Rzaquluzadə. // Adətən feillərdən sonra – bir hadisənin, işin baş verdiyi və ya baş vermiş olduğu vaxtı, anı bildirir. O, danışdığı zaman mən getmişdim. – Keçəl Həmzə Çənlibeldə Dürata baxdığı zaman Qıratın da yan-yörəsinə hərlənib özünə mehriban eləmişdi. “Koroğlu”. İkinci şəhər məktəbinə getdiyim zaman Ə.Haqverdiyevlə tanış oldum. A.Şaiq. // Zəmanə, dövr, vaxt. Yaxşı zamanda yaşayırıq. – Mirzənin zamanında bazarda ucuzluq idi. Ə.Haqverdiyev. Zamanmı, insanmı dəyişdi yoxsa. B.Vahabzadə.\n2. Fəlsəfədə: sonsuz inkişaf edən materiyanın, vaxtın davamı və ardıcıllığında təzahür edən ümumi obyektiv varlıq forması. Məkan və zaman hər cür varlığın əsas formalarıdır.\n3. Qrammatikada: iş və hərəkətin müəyyən vaxtda icra edilib-edilmədiyini bildirən feil şəkli. Keçmiş zaman şəkilçiləri. Qrammatik zaman anlayışı. ‣ Zaman keçdikcə – yavaş-yavaş, vaxt ötdükcə, getdikcə. Zaman keçdikcə Azərbaycan dili büllurlaşır, lüzumsuz fars, ərəb və osmanlı sözlərindən təmizlənir. M.İbrahimov. Zaman keçdikcə Teymurun öz çətin işi haqqındakı təsəvvürü get-gedə genişlənir. H.Seyidbəyli. Zamanın nəbzini tutmaq – dövrün tələbinə uyğunlaşmaq. Zamanın nəbzini tut ki, nə canandan, nə candan tut; Nəyin vardırsa aləmdə sən öz simana qalxan tut... S.Vurğun. Zamanla ayaqlaşmaq – həyatdan geri qalmamaq, dövrün tələbincə hərəkət etmək. ..Gələcəyi ancaq zamanla ayaqlaşa bilənlər qazanacaqdı!.. M.İbrahimov. Axır zaman din. – dünyanın axırı. Dağlar başı dumandır; Elin halı yamandır; Dövran belə dəyişib; Bəlkə axır zamandır? (Bayatı). Bir zaman – 1) vaxtı ilə, bir vaxt, əvvəllər, keçmişdə. Bir zaman onlar yaxın dost idilər. – Bir zaman oldu bir belə qovğa; Külək ilə gün etdilər dəva. A.Səhhət; 2) az müddət, bir müddət, bir qədər vaxt. Bir zaman durub gözlədim. – Nə xoşdur bir zaman bir dilbərin eşqində yar olmaq; Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq. S.Ə.Şirvani. Çox zaman – tez-tez, çox vaxt. Çəkinərək çox zaman, söhbəti dəyişəydin; Mənimlə əyişəydin. M.Müşfiq. Eyni zamanda – bir vaxtda, eyni vaxtda, bununla birlikdə, həm də. O zaman ki özümüz olduq öz dustağımız; Qəlbimizə sığındı üç rəngli bayrağımız. B.Vahabzadə. On yeddi yaşı yenicə tamam olan Güləsər isə başına gələn əhvalatdan heç nə anlamır, elə buradaca, kolun dibində dəhşətli və eyni zamanda cazibədar bir maraqla gözlədiyi əhvalatın baş verəcəyindən qorxurdu. İ.Şıxlı. Heç bir zaman – əsla, qətiyyən, heç vaxt. [Səlim:] Haqsızlıq əfv olunmaz heç bir zaman. H.Cavid. [Aslan bəy:] Yox, bir söz dedimi, heç bir zaman unutmaz... C.Cabbarlı. Ancaq onu da deyim ki, mən heç bir zaman ölümdən qorxmamışam. M.Hüseyn. Heç zaman – heç bir vaxt, əsla, qətiyyən. Onu heç zaman unutmaram. – Dünyadan heç zaman kəsilməyəydi; Gözəl, şən nəğməli bu quş səsləri. N.Rəfibəyli. Hər zaman – daim, həmişə, hər vaxt. Plov hər zaman hazırdır, – deyə Firəngiz oyalanıb qəti bir qərarla dilləndi. S.Rəhimov. Nə zaman – haçan, havaxt. Qovuşub bahara yaşıl bağçada; Belə bəzənmisən nə zaman, budaq? M.Dilbazi. O zaman ki – o vaxtda ki... onda ki... zaman-zaman zərf Hərdən, gah-gah, vaxt-vaxt. Könüldə qönçələnir cahan-cahan fəryad; Dilim bu vəchdən eylər zaman-zaman fəryad. Qövsi. Qazamat divarları uca; Qapının yarımay deşiyindən; Zaman-zaman görünür bir qoca. R.Rza. Zaman-zaman gözlərimi boşluqlara dikmişəm; Günün, ayın, ulduzların keşiyini çəkmişəm. M.Rahim. Tarix qalın bir kitabdır; Vərəqlənir zaman-zaman. H.Hüseynzadə. zamana bax. zəmanə. Ay zamana, zamana; Oxu qoydun kamana; Eşşəklər arpa yeyir; At həsrətdir samana. (Bayatı). Zamana ağırdır, Allah axırını xeyir eləsin. H.Nəzərli. zamazka [rus.] köhn. Şüşə ilə çərçivə aralarını və rəng çəkməzdən əvvəl dəlikdeşikləri tutmaq və ümumiyyətlə, hamar olmayan yerləri hamar etmək üçün işlədilən özlü maddə. Pəncərələrə zamazka vurmaq. ‣ Zamazka qalmaq dan. – arzuladığı şeyə nail olmayaraq damaq qalmaq, umsunmaq. zamazkaçı is. Zamazka çəkən (usta). İki gündür zamazkaçı gəlib çıxmır. zamazkalama “Zamazkalamaq”dan f.is. zamazkalamaq f.\n1. Zamazka sürtmək, zamazka ilə tutmaq, qapamaq. Pəncərələri zamazkalamaq. Qapıları zamazkalamaq.\n2. məc. dan. Ört-basdır etmək, üstünü malalamaq. Məsələni zamazkalamaq. zamazkalanma “Zamazkalanmaq”dan f.is. zamazkalanmaq məch. Zamazka sürtülmək, zamazka ilə qapanmaq. zamazkalatma “Zamazkalatmaq”dan f.is. zamazkalatmaq icb. Zamazka vurdurmaq, zamazka çəkdirmək. zamin is. [ər.] Öhdəsinə zaminlik götürən, zəmanət verən adam. [Heydər bəy:] Hacı, mən zamin ki, bu səfərdə bulardan sənə heç bir xata yetişməsin. M.F.Axundzadə. Mən zaminəm ki, olmaya bir illət ilə fövt; Hər xəstəyə dəva edələr gər şərab ilə. S.Ə.Şirvani. • Zamin olmaq (durmaq) – birinin və ya bir işin məsuliyyətini öz üzərinə götürmək, zəmanət vermək. Borcun yoxdur, zamin ol! (Ata. sözü). ..Zamin olmuşam ki, topu fırlanan tapançanı bizim eloğlu Şamo düşmən əlinə keçirməz! S.Rəhimov. Zamin(ə) vermək – 1) hüq. birinin zəmanəti (məsuliyyəti) ilə bir şəxsi müvəqqəti olaraq həbsdən azad etmək. Müttəhimi zaminə vermək. – [Naçalnik:] Buları zaminə ver ta yuxarıdan cavab gəlincə. M.F.Axundzadə. Cinayət sübut olunana qədər Bəndalını Tahirzadəyə zaminə verdilər. Mir Cəlal; 2) zamin kimi göstərmək. Zeynal yenə bir çox sözlər söyləyirdi. Gah Şərifzadəni, gah Möhsünzadəni zamin verirdi ki, bundan sonra alacağı paraları tamamilə Mehribana təslim etsin. S.Hüseyn. Zaminə götürmək hüq. – ittiham olunan bir şəxsin istənilən vaxt inzibat və ya istintaq orqanına qayıdacağı haqqında dilindən rəsmi iltizam verərək, həbsdən müvəqqəti azad etdirmək. [İbrahim bəy:] ..Zaminə götürərik.. Sən də, hacı, mənim yolumu görərsən. N.Vəzirov. Uzun danışıqdan sonra Xasay [İsmiyevi] zaminə götürdü. M.Hüseyn. [Yüzbaşı:] Bundan bir ay möhlət alaq, mən zaminə götürürəm. Mir Cəlal. zaminkar is. [ər. zamin və fars. ...kar] Üzərinə zəmanət götürən adam, zəmanətçi, zaminə götürən, zamin duran, zamin. zaminkarlıq is. Başqasının verdiyi iltizamın yerinə yetirilməsi məsuliyyətini üzərinə götürmə, zamin olma; zaminlik. zaminlik is. Zamin olma, məsuliyyəti öhdəsinə götürmə; zəmanət. [Naçalnik Sona xanıma:] Sənin zaminliyin hər kəsin zaminliyindən etibarlıdır. M.F.Axundzadə. zamşa [rus.] Xüsusi aşılama üsulu ilə hazırlanan üstü məxmər kimi yumşaq maral, qoyun və s. dərisi. // Bu dəridən tikilmiş, hazırlanmış. Zamşa əlcək. Zamşa tufli. zanbağı sif. Zanbaq rəngli, zanbaq kimi göy rəngi olan. Zanbağı çit. – [Sona] zanbağı kəlağayı örtmüş, belibüzməli, qollu ağ kofta, sumağı tuman geymişdi. Ə.Əbülhəsən. zanbaq is. [ər.] bot. Soğanaqlı, zəngəoxşar, ətirli çiçək. Ağ zanbaq. Sarı zanbaq. – Açılmış güllər, göy, sarı zanbaqlar; Bir cənnətdir bu gülşən hərtərəfli. A.Səhhət. Gülzarı süslərkən xoş qədəmləri; Boyun bükər bənövşələr, zanbaqlar.. H.Cavid. Zeynəbin lalə kimi olan üzü solub ağ zanbağa dönmüşdü. S.S.Axundov. zanbaqçiçəklilər cəm bot. Soğanaqlı, kökü yumru, bəzən də kökümsovlu çoxillik ot, yarımkol və ya ağac şəkilli bitkilər fəsiləsi. zanq (=zanqazaranq) təql. Zəngi və ya başqa metalı vurduqda onlardan çıxan səs. zanqazaranq (=zanq) təql. Zəngi və ya başqa metalı vurduqda onlardan çıxan səs. zanqıldama “Zanqıldamaq”dan f.is. zanqıldamaq f. Zanqıltı səsi vermək. Zəng zanqıldayırdı. zanqıldatma “Zanqıldatmaq”dan f.is. zanqıldatmaq f. Zəngi və ya metalı bir şeylə vuraraq zanqıltı səsi çıxartmaq. Qazanı zanqıldatmaq. zanqıltı is. Zəng və metal cisimləri vurduqda onların çıxardığı səs. ..Sağ tərəfdəki “Təzəpir” məscidinin minarəsindən ucalan axşam əzanının səsi, daha aşağıda sol tərəfdə “qızılı kilsə” adlanan Aleksandr kilsəsinin zəng qülləsindən qopan boğuq çan zanqıltıları vardı... Ə.Məmmədxanlı. zaponka [rus.] Kişi üst köynəyi qollarının manjetinə taxılan düymə. Mahmud Qəmərlinin .. [köynəyini] aldım. Gümüş zaponka axtarırdım. Mir Cəlal. zaponkalı sif. Zaponkası olan, zaponka taxılmış. Zaponkalı köynək. zar I. [fars.] klas.\n1. Səslə, yanıqlı-yanıqlı ağlayan, inləyən, nalə edən, nalan (adətən izafətlərdə işlənir). Aşiqi-zar. Bülbüli-zar. // Yanıqlı-yanıqlı, həzin-həzin ağlama, inləmə; fəğan, nalə. • Zar getmək – yanıqlıyanıqlı ağlamaq, fəğan etmək. Bülbül, qızılgül həsrəti; Qışı, yazı zar gedirəm. Aşıq Abbas; // Zar-zar. Gər nalə çəkməsin dilibimar, neyləsin? Aşıq gözüm gər ağlamasın zar, neyləsin? Qövsi. // Fəğan, nalə. Bülbül, bu nə nalə, fəryaddır; De, bu nə ah ilə zardır? Molla Cümə.\n2. məc. Zəif, üzgün, əlacsız, çarəsiz, çıxılmaz (adətən tərkiblərdə işlənir). Cismi-zar. – Gər mən mən isəm, nəsən sən, ey yar? Vər sən sən isən, nəyəm məni-zar? Füzuli. Öldürən zamanda Zakiri-zarı; Əl saxla bir, qanlı qəməndən öpüm. Q.Zakir. İlahidən qorxun, bir insaf edin; Az incidin məni-zari, sərçələr! Molla Cümə. ‣ Zar qalmaq – çarəsiz qalmaq, çıxılmaz vəziyyətdə olmaq, səfalət keçirmək. Millət .. çobanı itmiş qoyun sürüsü kimi zar və sərgərdan qalıb, axırda əcnəbilər əlində əsir və hər qisim zülm və bəlalara giriftar olacaqdır. F.Köçərli. Zar etmək – zinhara gəlmək, təngə gəlmək, usanmaq. Şəbi-meraci-visalım məni zar etdi rəqib; Görmədim, seyr elədim çərxi-müəlladə fərəh. S.Ə.Şirvani. Zar olmaq klas. – 1) təngə gəlmək, cana gəlmək. Nə xoşdur bir zaman bir dilbərin eşqində zar olmaq; Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq. S.Ə.Şirvani; 2) ağlamaqla keçmək, ağlamaq. Ney kimi nalə çəkib, çəng kimi zar olalım! Qövsi. Bənəfşə qoxulu yardan ayrılan; Gündə yasa batar, günü zar olur. M.P.Vaqif. Zara gəlmək – təngə gəlmək, cana gəlmək, usanmaq. Mən aşiqəm gülzarə; Cəmənzarə, gülzarə; Ayrılığa dözməkdən; Axır gəlib gül zarə. (Bayatı). Can zarə gəlib, ta ki o cananə qayıtsın. Heyran xanım. Artıq bunun nisyəsinin əlindən camaat zara gəlmişdi. S.Rəhman. Zara gətirmək – təngə gətirmək, cana gətirmək, zinhara gətirmək, usandırmaq. Gətirdin, ey könül, zarə məni sən ahü zarınla. S.Ə.Şirvani.\n\nII. is.\n1. Bədənin bəzi üzvlərini daxildən bürüyən incə nazik pərdə. Bu sözləri elə yanıq bir səslə, miskin bir tövrlə söylədi ki, qulaqlarımın zarında hiss etdiyim sızıdan bütün vücudum titrədi. A.Şaiq.\n2. Bəzi meyvələrin nazik iç qabığı (pərdəsi). Nar zarı. Portağal zarı. zarafat 1. is. [ər.] Gülmək, əylənmək və dilxoşluq üçün deyilən söz və ya edilən hərəkət; hənək. Kobud zarafat. – Məhbub xanım gördü Koroğlu keçdi zarafata. “Koroğlu”. Bəndalı əvvəllər başa düşmür, Məşədi Hüseynin sözlərini zarafat, ya bir xoş sözsöhbət sayırdı. Mir Cəlal. Kələntərli həmişə dara düşəndə olduğu kimi, indi də zarafata əl atdı. İ.Hüseynov. • Zarafat bir yana – danışarkən tamamilə ciddi tona keçmək istənildikdə deyilən ifadədir. Zarafat deyil – ciddi məsələdir, əhəmiyyətli məsələdir. ..Camaatı ələ dolamaq zarafat deyil. Ü.Hacıbəyov. [Sədr:] Eyvaz kişini qınamaq olmaz. Zarafat deyil, bir il tamam olmamış kişinin sinəsinə qoşa dağ çəkildi. Ə.Vəliyev. Zarafat etmək (eləmək) – əylənmək, oynamaq, dilxoşluq etmək. Olmaya sən məni biiqrar sandın; Zarafat eylədim, ona inandın. M.P.Vaqif. Cumayəm, istərəm zarafat edəm; Nə fayda, yanından getməz xocası. Molla Cümə. Kəndlilərlə Mirzə həmişə şirin dillə zarafat eləyərək söhbət edərdi. Ə.Haqverdiyev. [Əhməd] buçağacan barıtla, güllə ilə zarafat eləməmişdi. B.Talıblı. Zarafat öz yerində – bax. zarafat bir yana. Zarafata salmaq – zarafatla ötüşməyə, işin içindən çıxmağa çalışmaq. Sən zarafata salıbsan, amma mən düzünü deyirəm. M.Rzaquluzadə.\n2. zərf Zarafatla şəklində: zarafat yolu ilə, zarafat tərzində, ciddi olmayaraq. Zarafatla demək. – Sözün düzünü zarafatla deyərlər. (Məsəl). Elçin də atasının zarafatına zarafatla cavab verdi. M.Rzaquluzadə. zarafatca zərf Zarafat yolu ilə; zarafatyana, zarafatla. Aşıq Ələsgərin zarafatca arvadına söz dediyini, bundan ötrü Anaxanımın küsüb getdiyini camaatın hamısı eşitmişdi. “Aşıq Ələsgər”. zarafatcasına zərf Zarafat yolu ilə, zarafat tərzində. Zarafatcasına demək. zarafatcıl bax. zarafatçı. Bir küncdə oturub siqar çəkən üzügülər, zarafatcıl Məmməd İsmayılov Hüseyni yaxşı tanıyır.. S.Rəhimov. Qaradinməz, öz qabığından çıxmayan, tərs Bədir depoda hamının tanıdığı, deyib-güldüyü, dost olduğu zarafatcıl bir adam idi. Ə.Sadıq. zarafatcıllıq bax. zarafatçılıq. Zarafatcıllığı və comərdliyi ilə məşhur Zeynalın gur səsi bu dəfə qaranlıq izdihamın başı üstündə dalğalandı. Ə.Əbülhəsən. zarafatçı sif. və is. Zarafat etməyi sevən (adam); hənəkçi, zarafatcıl. Zarafatçı adam. O yaman zarafatçıdır. – [Bağban] həmişə deyən, danışan, gülən, zarafatçı bir şəxs idi. S.S.Axundov. [Bəhram] çox zarafatçı və sözbaz idi. Ə.Vəliyev. Daşdəmir əmi bu zarafatdan xoşlanmış bir halda, zarafatçı gəncə eyni ahənglə cavab verdi. M.Rzaquluzadə. zarafatçılıq is. Zarafatçı adamın xasiyyəti. zarafathəngi bax. zarafatyana. Zarafathəngi demək. Zarafathəngi söz. zarafatlaşma “Zarafatlaşmaq”dan f.is. zarafatlaşmaq qarş. Bir-biri ilə zarafat etmək; hənəkləşmək. Qızların səsində elə bir səmimi məyusluq var idi ki, heç kəs zarafatlaşmır, gülüşmürdü. Ə.Vəliyev. zarafatsız zərf Zarafat olmadan, ciddi; doğrudan, həqiqətən. Bu sözü zarafatsız deyirəm. Zarafatsız danışmır. – [Halay:] Elədir, zarafatsız, bizim Turşsuyun bütün işıqlı dünyada bəlkə də tayı-bərabəri yoxdur. S.Rəhimov. Dostları Kələntərlinin haqqında deyirdilər: – Məcid çörəksiz-susuz keçinər, zarafatsız keçinməz. İ.Hüseynov. zarafatyana zərf və sif. Zarafat yolu ilə, ciddi olmayaraq. Zarafatyana söhbət. – Hətta hesab müəllimi məsələləri taxtada həll edəndən sonra, zarafatyana üzünü ona çevirər, soruşardı: – Yaqub, necədir, etirazın yoxdur ki? Mir Cəlal. Salehin görkəmi və işi Qorxmaza o qədər xoş gəlmişdi ki, bu dəqiqəcə onunla şirin söhbət etməyi qət edib zarafatyana bir şəkildə soruşdu. Ə.Vəliyev. Daşdəmir əmi zarafatyana öskürdü və bığlarını eşməyə başladı. M.Rzaquluzadə. zaranq təql. Metal cisimlərə bir şeylə toxunduqda və ya vurduqda, onların çıxardığı səs. zaranqazaranq təql. bax. zaranq. Plovun da ətri evi bürüyüb, qazanın qazmağını zaranqazaranq ilə qopardırlar. C.Məmmədquluzadə. zarıldama “Zarıldamaq”dan f.is. zarıldamaq f.\n1. Şiddətli həyəcan, ağrı, əziyyət, əzab və s. təsirindən zarıltı səsi çıxarmaq; inildəmək. [Sofiya:] Allah xatirinə məndən əl çəkin, günahımı artırmayın, – deyir, ağır bir xəstə kimi zarıldayırdı. Çəmənzəminli. Getdikcə ağır nəfəs alan Niyaz zarıldadı. M.İbrahimov.\n2. Zar-zar ağlamaq. Uşaq zarıldayır. – Axşamçağı soyuqdan paltonuma bürünüb bazardan keçdikdə gördüm, bir dükanın qabağında üç uşaq durub zarıldayırdı. Çəmənzəminli. Uşaqlar “mən acmışam”, deyə zarıldayırdı(lar). C.Cabbarlı. zarıldaya-zarıldaya zərf Zarıltı ilə; ağlaya-ağlaya, inildəyə-inildəyə. Molla zarıldaya-zarıldaya şikayət etdi. P.Makulu. zarıldaşma “Zarıldaşmaq”dan f.is. zarıldaşmaq qarş. Zarıldamaq (hamı bir yerdə). zarıldatma “Zarıldatmaq”dan f.is. zarıldatmaq icb. Zarıldamağa məcbur etmək, ağlatmaq. zarıltı is. Ağrıdan, əzabdan və ya şiddətli həyəcandan insanın çıxardığı səs; inilti. Qaraca qız tamam gecəni ufultu və zarıltı ilə keçirib sübhə yaxın yuxuya getdi. S.S.Axundov. Eşikağası keçərkən zindandan Zamanın zarıltısını eşitdi. Çəmənzəminli. zarıma “Zarımaq”dan f.is. zarımaq 1. bax. zarıldamaq. Xəstə zarıyır. – Sən uğursuz bir güllənin ağrılarından; Zarıyırsan pələng kimi, sinən yaralı. S.Vurğun. ..Yeni məhbus üzü üstə yerə dəyib zarımağa başladı. M.İbrahimov. // Ulamaq. Hərdənbir zarıyır bayquş, yapalaq; Uzaqda tülkülər edirlər vaq-vaq. H.K.Sanılı.\n2. f. İnləmək, sızlamaq. [Güləndam:] Yusif bəy ilan dili çıxardır. Elə zarıyır, elə zarıyır, adamın yazığı gəlir. N.Vəzirov. Həm də gözdən iraq gəlinlər, qızlar; Əlləri qoynunda zarıyar, sızlar. S.Vurğun. Yanır od içində bala quşcuğaz; Bəzən sayıqlayır, zarıyır az-az. M.Rahim. zarıncı is. məh. Çox xəstəlik çəkib zəifləmiş adam; üzgün. Qurbanıyam mən, sevərəm narıncı; Yar-yar deyib, oldum belə zarıncı. Qurbani. [Qaraxan:] Elə eləmisən ki, uşağı belə zarıncı eləmisən də. S.Rəhimov. zarıtma “Zarıtmaq”dan f.is. zarıtmaq f. Zarımasına səbəb olmaq. zarı-zarı zarı-zarı ağlamaq – bax. zar-zar ağlamaq (“zar-zar”da). Mən ağlaram zarı-zarı; Bu zülmü götürməz tarı. Qurbani. Abbas ağlar zarı-zarı; Getməz könlümün qubarı... Aşıq Abbas. zarisovka is. [rus.]\n1. Şəkilçəkmə.\n2. Şəkil, rəsm. zar-zar zar-zar ağlamaq (zarıldamaq) – səslə, zarıltı ilə ağlamaq, fəğan etmək. Ey Vidadi, sənin bu puç dünyada; Nə dərdin var ki, zar-zar ağlarsan? M.P.Vaqif. Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi! M.Ə.Sabir; // yanıqlı-yanıqlı, həzin-həzin ağlamaq, inləmək. Xədicə .. uşaqlarını bağrına basıb zar-zar ağladı. S.S.Axundov. Muzdur bu işləri təftiş edib, o payədə mütəəssirləşdi ki, uşaq kimi zar-zar ağlamağa başladı. S.M.Qənizadə. Bülbül zar-zar ağlar çəməndən ayrı. S.Rüstəm. zastbva [rus.] Dövlət sərhədinin müəyyən sahəsini mühafizə edən hərbi hissə, habelə bu hissənin yerləşdiyi yer, məntəqə. zat is. [ər.]\n1. Əsil, mənşə, kök, nəsil, nəsəb. Xəbər alın o namərdin zatını; Aparıbdı mərd igidin atını. “Koroğlu”. [Heydər bəy:] Zatında şübhə olanlar öz nəsəbləri üçün şəhadətnamə qayırırlar. M.F.Axundzadə. Oğlumuzun, şükr kim, zatı müsəlman imiş! Bəxtəvər olsun başım, bəxtimiz oğlan imiş! M.Ə.Sabir. • Zatına bələd olmaq – bax. zatını tanımaq. Bələdəm zatına sənin, novkər; Dəyməz heç bir pula bu cür sözlər. C.Məmmədquluzadə. Zatına lənət – söyüş ifadəsi. Harda bihəya var, zatına lənət. Q.Zakir. Musa kişi Mübaşir Məmmədin yoğun səsini tanıdı: – Zatına lənət, – deyib tüpürdü... M.İbrahimov. Zatını tanımaq – əslini, nəslini, iç üzünü, bütün varlığını tanımaq (adətən mənfi, istehzalı məna ilə). [Allahverdi:] Zurnaçı Muğanı? Onun zatını tanıyıram. C.Cabbarlı. Həddi-zatında – əslində, təbiətində, xilqətində.\n2. köhn. Şəxs, adam, şəxsiyyət, sima. O çox əxlaqlı bir zatdır. Böyük zat. – Bax, nə qədər sevimli, nəzakətli bir zat! M.S.Ordubadi. Bu zatların sayəsində də birinci ilin tədris haqqı maarif cəmiyyətləri tərəfindən verildi. T.Ş.Simurq. // Hörmətli, mötəbər şəxs. [Südabənin anası:] ...Allaha çox şükür eləyirəm ki, mənim bircə balamın qabağına sənin kimi zatı, südü təmiz bir adam çıxarıb. M.İbrahimov.\n3. Özü, öz nəfəsi, öz varlığı. Bitməzmi cəfa, axıra yetməzmi kəşakəş? Axırda yaxar zatını yağdıqların atəş. M.S.Ordubadi.\n4. köhn. Varlıq, əsil, təbiət, mahiyyət. O küləkdir, özü vardır, zatı yox. Xəstə Qasım. zatəlcənb is. [ər.] Sətəlcəm. Əgər zatəlcənb də tutmasan, yəqin ki bir zökəm tutacaqsan. Ə.Haqverdiyev. zatən zərf [ər.]\n1. Təbii olaraq, əslində, fitrətən, həqiqətdə, həddi-zatında olaraq. Zatən muzdurların bədənləri davamlı, ruhları qüvvətli olur. S.M.Qənizadə. Zatən qüruba da bir şey qalmamışdı. S.Hüseyn. Zatən Dilbər son zamanlar tez-tez xəstələnirdi. C.Cabbarlı.\n2. ara söz mənasında. Daha doğrusu, əslinə baxanda, əslində. Zatən, o haqlıdır. Zatən, deyəcək sözüm də yoxdur. – Zeynal səbəbini söyləyə bilməyəcəkdi. Zatən, buna lüzum da yox idi. S.Hüseyn. Qurbanqulu həmişə xalqın xeyirxahı hesab olunardı. Zatən də belə idi. T.Ş.Simurq. Buradakıların hamısı, zatən, həbəşi vəhşi zənn edərək ondan başqa bir hərəkət də ummurdular. Çəmənzəminli. zatıqırıq sif. və is. dan. Nanəcib, fırıldaqçı, kələkbaz, etibarsız. Babacanın əlli cür nadürüst tanışı, zatıqırıq dostu var. Ə.Əbülhəsən. zatıqırıqlıq is. dan. Zatıqırıq adamın xüsusiyyəti. zati zərf [ər.] klas.\n1. Zatında, əslində, bünövrəsində olan; anadangəlmə, fitri. Zati xasiyyət.\n2. bax. zatən. zati-ali is. [ər.] köhn. Yüksək rütbəli şəxslərə müraciət etdikdə və ya onların haqqında danışdıqda hörmət məqamında işlənən ifadə (çox zaman cəmdə işlənir). zaval is. [ər.]\n1. Ziyan, zərər, təbii fəlakət, afət. Bu körpəcə meynəni qoru hər bir zavaldan; Qoy torpaqda kök salıb bərkitsin öz yerini. S.Rüstəm. // Bəla, müsibət, xətər, qorxu. Kahinlər axışından kəşf etmiş istiqbalı; Çox zaman qışqırığın bildirmiş o zavallı. Ə.Cavad. Hünərdir keçirən bizi hər oddan; Olarmı hünərə zaval, ay Maral! B.Vahabzadə.\n2. Yox olma (etmə), tələf olma (etmə), fənaya uğrama (uğratma), məhv olma (etmə); məhv. Fani cəhanə baxma, keçər, ömrü sevmə kim; Ömrün zəvalı var və cahanın bəqası yox. Nəsimi. Sizdə olan aldadıcılıq və dostlara yalan satmaq sizin təxt-tacınızın zavalını yaxınlaşdırmaqdadır. M.S.Ordubadi.\n3. məc. Zülm, əziyyət, işgəncə mənasında. Yazıq Ələsgərə çoxdur zavalın; Aparır ağlımı günəş camalın. Aşıq Ələsgər. ‣ Zaval görməmək – 1) sağ-salamat qalmaq, heç bir bəlaya düçar olmamaq; 2) zərər görməmək, cəzasız qalmaq. [Pişik] heç bir zaval görməyəcəyini hiss etdi, iti caynaqlarını qabırğaya ilişdirdi. İ.Hüseynov. Zaval olmaz – bax. zaval yoxdur. İynə saçdım divara; Elçi göndərdim yara; Elçiyə zaval olmaz; Özüm elçiyəm yara. (Bayatı). Zaval tapmaq – xəsarətə uğramaq, ziyan görmək, məhv olmaq, tələf olmaq. Mal-qaranı zaval tapdı. Zaval vurmaq – 1) ziyan vurmaq, xəsarətə uğratmaq, zay etmək, məhv etmək. Bostanı zaval vurdu; 2) ölüm gətirmək, fənaya uğratmaq. Bağımda var gavalı; Başım olub havalı; Əzrail ova çıxdı; Mənə vurdu zavalı. (Bayatı). Zaval yetirmək – 1) bax. zaval vurmaq. Yağış bağlara çox zaval yetirdi; 2) bədbəxtlik gətirmək, fəlakət gətirmək, məhv etmək. Bir gün olmaz kim, ona gərdun yetirməz bir zaval. Füzuli. Bir zaval yetirən şahi-sərvərə; Bir şux sitəmkarə müştaq olmuşam. Aşıq Rəcəb. Bu dərd, billəm, məni axır öldürər; Günbəgün yetirər zavalə, gözəl! Aşıq Mehdi. Zaval yoxdur – qorxu yoxdur, xətər yoxdur. [Əhməd tacirbaşı dedi:] Bizə heç bir zaval yoxdur. “Koroğlu”. [Sozalı:] Axı, arvad üstündə dalaşmayan kişiyə zaval yoxdur. İ.Hüseynov. [Hümmət:] Əgər bu tufandan qurtarsam, daha mənə zaval yoxdur. B.Bayramov. Zavala düşmək – bədbəxtliyə uğramaq, bədbəxt olmaq. Gəlmədi aftabımız, keçdi nəhar nisfdən; Gör ki, mən, ey fələk, bu gün bir nə zavalə düşmüşəm. S.Ə.Şirvani. Zavala getmək – bax. zavala gəlmək. Mən bilirəm, gedəcəkdir zavalə; Zənəxdan dövründə, üzar yanında. Q.Zakir. Şamamələr dağda dəyər; Qızılgüllər boynun əyər; Bədnəzər çoxdu, göz dəyər; Gedər zavala gözlərin! Aşıq Məhəmməd. Zavala gəlmək – 1) bədbəxtliyə uğramaq, fəlakətə uğramaq, müsibətə düçar olmaq. Hər günüm bir ildir sənsiz, a bala! Gəlməyəsən, görüm səni, zavala. R.Rza. [Əlibaba:] Qılıncı qın saxlar, çox sağ ol, bala! Görüm, gəlməyəsən əsla zavala! Z.Xəlil; 2) məhv olmaq, yox olmaq, zail olmaq. Kasıb dedi: – Maldar, uyma çox mala; Dolanır zamana, gəlir zavala. Aşıq Əhməd. Elə zərbə vurarıq ki, yağı gələr zavala; Bir zərbə ki qoca tarix görməmişdir yaşından. S.Rüstəm. Zavala vermək – fəlakətə, məhvə uğratmaq; bədbəxt etmək. Əbəs yerə bizi verdi zavalə; Oğrun-oğrun bəlalərə həvalə. Q.Zakir. O mahrudən iraq verdi qəm zavalə məni. X.Natəvan. Zavala yetirmək – bax. zavala vermək. Zavala yetmək – bax. zavala düşmək. Mənim baxtım yetməz heç vaxt zavala; Ağıl, kamal, tale, izzət məndə var. Aşıq Əhməd. zavallı sif.\n1. Dolu, istilik və s. nəticəsində zədələnmiş (ağac, bitki, meyvə və s. haqqında). Zavallı alça. Zavallı yarpaqlar.\n2. Acınacaq halda olan, yazıq, biçarə, başıbəlalı, bədbəxt. Zavallı adam. Zavallı uşaq. – [Maral:] Məktəbi bitirmək üzrə ikən zavallı babam tərki-həyat etdi. H.Cavid. Mən ürəyimdə heyifsiləndim ki, zavallı qızı məktəbdən məhrum edəcəklər. T.Ş.Simurq. O, insanın arıq, zəif üzünə, ağarmış saçlarına baxır və bu zavallı arvadın nə qədər böyük əzablarla yaşayıb bu yaşa dolduğunu düşünürdü. S.Rəhman. // İs. mənasında. Zavallı bu kənddə özü [Telli] kimi qərib və adamsız idi. S.Hüseyn. Zavallının iztirabı artmışdı və üz-gözü qıpqırmızı olmuşdu. B.Talıblı. [Durna:] İncə, sənin bu sözlərin Aydəmirçin çox ağır. Zavallını məhv edər. C.Cabbarlı. Bilmirlər zavallının qədrini, qiymətini; Duymurlar qəlbindəki böyük məhəbbətini. S.Rüstəm. zavallı-zavallı zərf Yazıq-yazıq, məzlumməzlum. [Kərəm:] Xan Əslim bağça içində; Gəzər zavallı-zavallı. “Əsli və Kərəm”. zavallılıq is. Acınacaq halda olan adamın halı; yazıqlıq, bədbəxtlik. zavalsız sif. Məhv olmaz, yox olmayan, zail olmayan; davamlı, dayanıqlı, daimi, həmişə yaşayan. // Zərf mənasında. Cəlladların başı zavalsız qalmayacaq. zavalsızlıq is. Məhv olmama, zay olmama, həmişə qalma, yaşama, var olma; daimilik. zaviyə is. [ər.] klas.\n1. Bucaq, künc, guşə. Bundan əlavə, cəhənnəmdə qırx zaviyə var və hər zaviyədə bir ilan var və hər ilanın qarnında üç yüz otuz əqrəb var. M.F.Axundzadə.\n2. Zahidin ibadətlə məşğul olmaq üçün çəkildiyi tənha yer, təkyə, hücrə. [Əli] ruhani alimlərlə görüşər, dinə dair bir çox məsələlər soruşar, zaviyələrə gedər, rahiblərin həyatını öyrənməyə çalışardı. Çəmənzəminli. zaviyənişin is. [ər. zaviyə və fars. ...nişin]\n1. köhn. din. Zaviyədə (2-ci mənada) oturub ibadətlə məşğul olan adam; münzəvi.\n2. məc. Tənha yerdə oturub dışarı çıxmayan adam haqqında. O, lap zaviyənişin olub. zaviyənişinlik is.\n1. köhn. din.\n1. Zaviyədə (2-ci mənada) oturub ibadətlə məşğul olma; münzəvilik.\n2. məc. Tənha yerdə oturub dışarı çıxmama. zavkom is. [“zavod komitəsi”nin ixtisarı] köhn. Həmkarlar ittifaqının zavod komitəsi. Zavkom iclası. // dan. Bu komitənin sədri. [Gülbahar:] Yenə bilməyirəm bu zavkom(dan) .. nə istəyirsən. H.Nəzərli. Zavkom mehriban və arxayın ifadə ilə əlavə etdi. Mir Cəlal. zavod [rus.] İri sənaye müəssisəsi. Şəkər zavodu. Metallurgiya zavodu. Şüşə zavodu. Kənd təsərrüfatı maşınları zavodu. Zavod bacası. – Eldarın fikrinə görə, fabrik, zavodlarda və istehsalatda faydalı bir surətdə çalışa bilmək üçün qadınların savadı, yüksək təhsili olmalı imiş. S.Hüseyn. Hər gün səhərdən axşama kimi zavod borularından burula-burula qalxaraq, bozumtul Bakı səmasını qaraldan qatı tüstülərdən əsər-əlamət belə görünmürdü. M.Hüseyn. ‣ At zavodu – bax. at. zavodçu is. köhn. dan. Zavod sahibi. Bu qədər pul ancaq xozeynlərdə olur, zavodçularda olur. S.M.Qənizadə. zavodçuluq is. Zavod işləri ilə məşğul olma, zavod saxlama. zavodyanı sif. Zavodun yanında olan, zavodun ətrafında olan. Zavodyanı sahə. Zavodyanı təsərrüfat. zay [ər. “zaye”dən] Heç, puç; tələf olmuş, korlanmış, puç olmuş, hədər olmuş. Öküzün taydı, işin zaydı. (Ata. sözü). • Zay eləmək (etmək) – puç etmək, korlayıb heç eləmək. Göndər gəlsin Ələsgərin xələtin; Etmə əməyini zay, sarıköynək. Aşıq Ələsgər. Nə üçün daşı zay eyləyirsiniz, heyif deyilmi? Mir Cəlal. Zay məhsul – keyfiyyəti pis olan məhsul; brak, çıxdaş. Zay olmaq – tələf olmaq, puç olmaq, korlanmaq, heç olmaq, hədər olmaq. Ömür üzdüm, gün çürütdüm, zay oldum; Cismim düşüb yandı axır oda, hey! Aşıq Kərəm. Dost elədin hər nadanı, hər yadı; Çəkdiyim əməklər oldu zay, pəri. R.Rza. Zaya getmək (çıxmaq, dönmək) – hədər yerə məhv olmaq, puç olmaq, hədər getmək. Buradan bir maya getdi; Sallandı, çaya getdi; Yolunda cəfa çəkdim; Əməyim zaya getdi. (Bayatı). Yar salmır üstümə saya; Cavan ömrüm gedir zaya. Aşıq Ələsgər. Tökdüyünüz qanlar getməsin zaya; Çıxın bu qarışıq imtahanlardan. S.Vurğun. Zaya vermək – bax. zay eləmək (etmək). Yandırdı qəlbimi camalın şövqü; Ağlımı veribdir zaya qaşların. “Aşıq Qərib”. Əsmər burdan getsə boş qalar bağlar; Sən vermə ömrümü zaya, xoş gəldin. “Abbas və Gülgəz”. Yazıq aşıq vermə ömrünü zaya; Dərd bilən can bu yerlərdə tapılmaz. Aşıq Ələsgər. zaye [ər.] klas. bax. zay. • Zaye etmək (eyləmək) – bax. zay etmək (eləmək) (“zay”da). Vəchindəki bənzər ay olar zaye; Verdilər ömrümü, ay olar zaye. M.P.Vaqif. [Molla İbrahimxəlil:] Mən sizə yaxşılıq etmək fikrindəyəm, siz mənim əməyimi və cəfamı zaye etmək fikrindəsiniz! M.F.Axundzadə. Yıxdın evimi, eylədin övladımı zaye; İş keçdi məhəldən. M.Ə.Sabir. Zaye olmaq – bax. zay olmaq (“zay”da). Hala ki, xəsarət oldu vaqe; Sərmayələrin tamam zaye. Füzuli. ze “Z” hərfinin və bu hərflə işarə olunan samitin adı. zebr [fr.] zool. Dərisi zolaq-zolaq olan Afrika vəhşi atı. zebu is. [fr.] zool. Çiyin sahəsində donqarı olan qaramal növü. Lənkəran sahəsində buynuzlu mal-qaranın xüsusi növü olan zebu bəslənir. zefir [yun. zerhyros]\n1. Eşilmiş, ağardılmış iplikdən toxunmuş zərif pambıq parça növü.\n2. Yüngül meyvə pastilası (şirniyyat növü). Şokoladlı zefir. zeh is. [fars.]\n1. Yay kirişi. Kamanın zehi.\n2. Paltar və s.-nin qırağına tikilən qaytan, köbə, haşiyə. Paltarın kənarına zeh tikmək. // Səhifənin ətrafına çəkilən haşiyə, cizgi. Kitabın vərəqinə zeh çəkilir. // Pəncərənin, divarın kənarına vurulan və ya çəkilən haşiyə. Qapının zehi. – Xanım Balacayeva ərini indicə orada, Saçlı ilə bir yerdə zənn edərək, qüvvətli bir təpik çaldı. Qapı divarın zehinə dəyib səsləndi. S.Rəhimov. zehin is. [ər.]\n1. İnsanda düşünmə, anlama və yaddaş qabiliyyəti; dərrakə, istedad. Bu uşağın yaxşı zehni var. Onun heç zehni yoxdur. – [Ağa Bəşir:] Ağa, maşallah sizin zehninizə və fərasətinizə! M.F.Axundzadə. // Hafizə, yaddaş, xatir. Zehnində qalmamaq. İyirmi il əvvəl oxuduqlarım indi də zehnimdədir. – Qocanın dediyi sözlər Şiraslanın zehnində nəqşləndi. S.Rəhimov. Ağabala təkrar uşağın zehnini yoxlamaq istədi. Mir Cəlal.\n2. Fikir, xəyal. Zehnini məşğul edən sözləri babasına deyə bildiyi üçün sevindi, yüngüllük duydu. Mir Cəlal. Nədənsə o zaman mənim zehnimi bir şey məşğul etmişdi: “O kişi sizin nəyinizdir və yaxud siz onun nəyi ola bilərsiniz?” S.Hüseyn. • Zehni açılmaq – fikirləşmək, düşünmək qabiliyyəti bərpa olmaq, yaxşılaşmaq, başında yüngüllük hiss etmək. ..Üzümü yudum, bir qədər zehnim açıldı. C.Məmmədquluzadə. Zehni qaralmaq – fikrini bir yerə toplaya bilməmək; düşünmək, fikirləşmək qabiliyyətini itirmək. zehinli sif. Yaxşı zehni, yaddaşı, hafizəsi, istedadı olan; dərrakəli, istedadlı. Zehinli tələbə. – Sona .. dərk etmək qabiliyyətinə malik, zehinli bir qız idi. Ə.Əbülhəsən. zehinlilik is. Yaxşı zehni, hafizəsi, istedadı olma. zehinsiz sif. Zehni olmayan, qavrayış qabiliyyəti zəif olan; key, küt. zehinsizlik is.\n1. Zehinsiz adamın halı; hafizəsizlik, istedadsızlıq; keylik, kütlük.\n2. Hafizəsizlik, xatirdə saxlaya bilməmə. zehli sif. Zehi olan, kənarında haşiyəsi olan. Zehli kitab. Zehli pəncərə. Zehli divar. zehni sif. [ər.] Zehin, ağıl, beyinlə əlaqədar olan. Zehni əmək. zehniaçıq sif. Açıq düşüncəli, aydın fikirli, tez anlayan, çox dərrakəli. Zehniaçıq adam. zehniaçıqlıq is. Düşüncəlilik, dərrakəlilik, tez anlama. zehniyyət is. [ər.] İnsanın öz zehninə görə həyat və varlıq haqqında fikirləri, dünyagörüşü. [Səlim:] Müasir bir adam olmaq üçün yalnız şəklimizi dəyişmək kifayət etməz. Bir az ruhumuzu və zehniyyətimizi də dəyişmək lazım gələcəkdir. S.Hüseyn. zemstvo is. [rus.] tar. İnqilabdan qabaqkı Rusiyada: tərkibi əsasən zadəganburjua nümayəndələrindən ibarət olan məhdud hüquqlu yerli idarə. Zemstvo idarələri. Zemstvo yığıncağı. Zemstvo hakimi. – Sonra müəllim, zemstvo və hökumət məktəblərinə nisbətən bu məktəbdə oxuyan şagirdlərin yazı ləvazimatı ilə daha yaxşı təmin olunmasından danışdı. Çexovdan. zend [əsli sanskritcədən] tar. Zərdüştilərin dini kitabı olan “Avesta”nın pəhləvi dilinə tərcüməsi. [Ceyniz:] Boş vaxtlarımı atamdan qiraət öyrənirdim. İlk əvvəl “Zend” oxumağa başladım. Çəmənzəminli. zenit [fr. əsli ər.] astr.\n1. Göyün, baş üstündəki ən uca xəyali nöqtəsi. Günəş heç vaxt qütblərdə zenitdə durmur, əksinə, ekvator boyunca Günəş həmişə zenitdə dayanır.\n2. məc. Ən yüksək dərəcə, ən yüksək nöqtə, zirvə. Günəş qalxanda zenitə; az qalır bir ovuc içində; kölgəmiz də itə. R.Rza. ‣ Zenit topu – uçan təyyarələri vurmaq üçün xüsusi top. Zenit toplarından atəş açıldı. – Ağız-ağıza vermiş zenit topları aramsızcasına göylərə açılırdı. S.Rəhimov. ..Gəmi(nin) göyərtəsində də zenit topları var idi. Ə.Əbülhəsən. zenitçi is. hərb. Zenit topçusu, təyyarə vuran topçu. Zenitçilərimiz düşmən təyyarələrini vurub saldılar. – Keçir baxışları göylərə dalan; Faşist quzğununu hey vurub salan; Şanlı zenitçilər böyük qürurla. Ə.Cəmil. zenker is. [al.] Silindrik deşiklərin giriş hissələrini, fasonlu sahələrini təmiz emal etmək üçün istifadə olunan alət. // f. Zenkerləmək. zerzək is. məh. xüs. Quyunu uçub dağılmaqdan qorumaq üçün onun divarlarına və ağzına hörülən daş və ya kərpic hörgü. zerzəkli sif. məh. xüs. Zerzəyi olan. Zerzəkli quyu. zey is. [ər. ziyy] Zahiri şəkil, xarici görünüş, qiyafə, paltar. • Öz zeyindən çıxmaq – öz cızığından, öz çərçivəsindən çıxmaq, azmaq. zeyil is. [ər.] köhn.\n1. Ətək, paltarətəyi.\n2. Artırma, qeyd, əlavə (kitab barəsində).\n3. Mətnə dair təsvir və şərh.\n4. Aşağıda göstərilən. zeytun is. [ər.] Zeytunkimilər fəsiləsindən bitki cinsi. Meyvəsindən yeyinti sənayesində və texnikada işlədilən yağ alınır. Abşeronda zeytun yaxşı yetişir. Zeytun 5-12 metrə qədər hündürlükdə, yarpağı bozumtulyaşıl rəngli, həmişəyaşıl ağacdır. H.Qədirov. zeytunçiçəklilər cəm bot. Kol və ağac cinsindən olan bitki fəsiləsi. Birgözkimilər sırasının ancaq zeytunçiçəklilər fəsiləsi vardır. M.Qasımov. zeytunçu is.\n1. k.t. Zeytun yetişdirməklə məşğul olan adam.\n2. köhn. Zeytun satan adam. zeytunçuluq is. Zeytunçunun işi, peşəsi, məşğuliyyəti; zeytun yetişdirmə işi. zeytuni sif. [ər.] Zeytun rəngində olan, bozumtul-yaşıla çalan. Zeytuni yarpaq. zeytunluq is. Zeytun ağacları əkilmiş yer, zeytun plantasiyası. zəban is. [fars.] klas. Dil. Bir saat görməsəm, tuti zəbanım; Qopacaq başıma qiyamət eylə. M.P.Vaqif. Şəkər söhbətlidi, şirin dillidi; Tuti kimi xoş zəbanım gedibdi. Aşıq Ələsgər. • Zəbana gəlmək – dilə gəlmək, dillənmək. Görcək cəmali-yarımı gəldi zəbanə şəm. S.Ə.Şirvani. İşlər dəyişildi – hamısı döndü zəmanə; İnsan kimi fələ, kölə də gəldi zəbanə. Ə.Nəzmi. zəbanə is. [fars.] klas.\n1. Alov, alovun şöləsi. • Zəbanə çəkmək – şiddətlə alovlanmaq, alışıb-yanmaq. O ancaq evlərinin zəbanə çəkərək yandığını gördü. Ə.Əbülhəsən.\n2. Tərəzi və s. ölçü cihaz və alətlərinin dil şəklində olan hissəsi, mili. Tərəzinin zəbanəsi. zəbər is. [fars.] Ərəb (fars) əlifbasında “ə” səsini bildirmək üçün samitlərin üzərinə qoyulan , işarəsi; fəthə. Orda ayindir şerin hər kəlməsi; Qarışıb bir-birinə zir və zəbər. Şəhriyar. zəbərcəd is. [ər.] Keçmişdə qiymətli daşlardan sayılan, zümrüdə bənzəyən yaşıl rəngli daş. Sabahısı gün qız oğlana bir zümrüd göndərdi. Oğlan getdi bazara, bir dənə zəbərcəd alıb qoydu bının yanına, qeytərdi dala. (Nağıl). Mina qəddin zəbərcəddi; Nə desən cana minnətdi. “Qurbani”. Çəpkənin yaxasındakı zümrüd və zəbərcəd düymələri altından tellərinə sancdığı badam şəkilli almaz cıqqa .. görünürdü. M.S.Ordubadi. zəbərdəst sif. [fars.] köhn.\n1. Çox qüvvətli, çox güclü, qolugüclü.\n2. İstedadlı, talantlı, qüvvətli. Zəbərdəst şair. – [Nizami:] Fəqir bəxtəvərəm, şairəm, zəbərdəstəm; Cahan kiminsə qoy olsun, mən onda sərbəstəm. M.S.Ordubadi. zəbərdəstlik is. Çox qüvvətlilik, qolugüclülük. zəbt is. [ər.] Silah gücü ilə, zorla tutma, ələ keçirmə, hakimiyyəti altına alma, ixtiyarına alma; sahiblənmə, yiyələnmə. Qalanın zəbti. Şəhərin zəbti. • Zəbt etmək – 1) zorla tutmaq, ələ keçirmək, hakimiyyəti altına almaq, işğal etmək, ixtiyarına almaq, zorla sahiblənmək. Güllücə kəndini düşmən zəbt etdi. S.S.Axundov. [Şah Mirzə Ağa xana:] Niyə məndən izn almamış Heratı zəbt etdin? C.Cabbarlı. Cəfərqulu Fərhad bəyin evlərini zəbt və özünü həbs etməyə göndərildi. Qantəmir; // məc. özünə tabe etmək, yiyələnmək. Təbiəti zəbt edib almağın zamanıdır; Kainata zəlzələ salmağın zamanıdır. M.Müşfiq; 2) klas. qeyd etmək, yazmaq; 3) hafizəsi ilə tutmaq, hafizəsində saxlamaq, qavramaq. zəbtiyyə is. [ər.] köhn. Polis nəfəri. [Həsən:] Bu, bir əsgərə jemper satmış, zəbtiyyələr yaxalamışlar. H.Nəzərli. zəbt-rəbt is. [ər.] köhn. Asayiş, intizam, nizam, qayda. zəbun sif. [fars.] klas. Zəif, qüvvətsiz, cansız, aciz, düşkün. Dust bipərva, fələk birəhm, dövran bisükun; Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun. Füzuli. Zira könlüm həvəslərin pəncəsində zəbundur; Qurtarmaram, nə etməli? Bir çarəsiz cünundur. A.Səhhət. // Əsir, giriftar. • Zəbun etmək (eyləmək) – 1) zəifləşdirmək, qüvvədən salmaq, cansızlaşdırmaq, düşkünləşdirmək. Nagəhan başlayıb vəba; taun; Sardı ətrafı, xəlqi etdi zəbun. H.Cavid; 2) əsir etmək, giriftar etmək. [Minnət xanım:] İnsaf eyləyin, bir baxın mənə! Mərcan eyləyir çox zəbun mənə! Ü.Hacıbəyov. Zəbun olmaq – 1) zəifləşmək, qüvvədən düşmək, cansızlaşmaq, düşkünləşmək; 2) əsir olmaq, giriftar olmaq. zəbunluq is. Zəiflik, qüvvətsizlik, cansızlıq, acizlik, düşkünlük. Aslanın qızarmış gözlərində olan məhzunluq və zəbunluq əlaməti Hacını da qəmgin edirdi. C.Cabbarlı. zəbur is. [ər.] Dini əsatirə görə, Allah tərəfindən Davud peyğəmbərə göndərilən kitab. [Dərviş:] Əvət, Quran, Zəbur, İncilü Tövrat; Birər röya ki zor təfsiri, heyhat! H.Cavid. zədə is. [fars.]\n1. Toxunmaq, yaxud bərk bir şey dəymək nəticəsində bir şeydə əmələ gələn əzik yeri, qopuq, qəlpə, çatdaq və s. Bu stəkanın zədəsi var. // Meyvələrdə qurd dəymə, yaxud dolu və s.-dən əmələ gələn xəsar. Meyvənin zədəsi var. Bu qovunda zədə yoxdur. • Zədə vurmaq – 1) zədələmək; 2) məc. yaralamaq. Zədə dəymək (toxunmaq) – 1) xarab olmaq. [Ana:] Ay oğul, bəlkə ağlına zədə toxunub. S.Rəhman; 2) məc. yaralanmaq. Zədə salmaq – zədələmək, yaralamaq. Müjganların salıb bağrıma zədə; Dözmək olmaz munca dərdi-bihədə. Q.Zakir.\n2. Xarici təsir nəticəsində orqanizmin bir yerində toxumanın əzilməsi, ziyan görməsi; kontuziya. Kənd təsərrüfat işlərində müşahidə olunan zədələr cürbəcür olur. ...zədə [fars.] Bəzi mürəkkəb sözlərin “vurulmuş, uğramış, düçar olmuş, giriftar olmuş” mənalarını bildirən ikinci tərkib hissəsi; məs.: qəmzədə, müsibətzədə, fəlakətzədə. zədələmə “Zədələmək”dən f.is. zədələmək f. Toxunaraq və ya toxunduraraq zədə vurmaq, xarab etmək, şikəst etmək, yaralamaq, əzmək, çatlatmaq və s. Həyatın küləkləri hamıdan əvvəl gənc yarpaqları zədələyir. M.S.Ordubadi. Əvvəl bir ox ilə heyvanın başını zədələmişdi. Mir Cəlal. zədələndirmə “Zədələndirmək”dən f.is. zədələndirmək “Zədələnmək”dən icb. zədələnmə “Zədələnmək”dən f.is. Badımcanı sərin yerdə saxlamaq və zədələnmədən qorumaq lazımdır.. zədələnmək f. Bir şeyə toxunmaq və ya bir şey dəymək nəticəsində bir yeri əzilmək, zədə dəymək, zədə əmələ gəlmək, yaralanmaq, şikəst olmaq. Doludan almalar ağacda zədələndi. – Düşmən təyyarəsi döyüşdə zədələndi, faşistin burnu əzildi, qan axıb ağzına dolmağa və çənəsindən süzülməyə başladı. S.Rəhimov. Həkim güman eləyirdi ki, yaralının böyrəyi bərk zədələnib. Ə.Vəliyev. zədələnmiş ”Zədələnmək”dən f.sif. Doludan zədələnmiş meyvə. Zədələnmiş bədən. – Kamil maşinisti tez əyləşdirib, özü onun yerini tutdu və zədələnmiş qayığı Aslandaşa sürdü. M.Süleymanov. zədəli sif. Zədəsi olan, zədə dəymiş; əzik. Zədəli yer. Zədəli bədən. – Qarı isə ömrünün son çağında onun dərdini dinləyən adama zədəli qəlbi ilə hörmət bəsləyir. S.Rəhimov. Qayçılayanlar isə şüşə kimi ağ, qara salxımları zədəli gilədən təmizləyirdilər. Mir Cəlal. // məc. Yaralı. Bu əllər yad əlidi; Köməyim dad əlidi; Gedirsən, tez qayıt gəl; Ürəyim zədəlidi. (Bayatı). zədəlilik is. Zədəli şeyin hal və keyfiyyəti. zədəsiz sif. Zədəsi, nöqsanı, əziyi olmayan; bütöv, saf. Zədəsiz şüşə. Zədəsiz meyvə. zədəsizlik is. Zədəsi olmama, bütövlük, tamlıq. zəf is. [ər.] klas. Zəiflik, qüvvətsizlik, üzgünlük. Mana bu zəfü bihallıq, sağınma, pirlikdəndir; Gözün fikri məni yorğun salıb ahu qovanlartək. Q.Zakir. Zəf eylədi aciz məni, qaldım əməlimdən; Çəkdim nə ziyanlıq?! M.Ə.Sabir. Bir dəfə Sofiya xanım studentin baxışından qorxmadı, gözlərinin içinə dik baxdı. Lakin ruhuna sükut gəlmədi. Zəfini duydu və başını yastığa söykəyərək ağladı. Çəmənzəminli. zəfər is. [ər.] tənt. Qalibiyyət, qələbə. Gəncə zəfəri İbrahim xanın nüfuzunu Azərbaycan xanlıqları arasında bir qat daha artırdı. Çəmənzəminli. Ey zəfər nəğməsi, sən ey şən nəğmə! Qanlı cəbhələrdə döyüşən nəğmə. N.Rəfibəyli. Gəzib bu dost elləri, dolansan qarış-qarış; Hər yanda görəcəksən, yüksəliş, zəfər, yarış. Ə.Cəmil. // Qalib gəlmə, üstün gəlmə. • Zəfər qazanmaq (çalmaq) – qalib olmaq, qələbə çalmaq. [Nüşabə:] Ölkələr düşməni rumlu İskəndər; Hind ilə İranda qazanmış zəfər. A.Şaiq. Döyüşlərdə zəfər çaldın, boy atdın; Yer üzündə milyonları oyatdın. R.Rza. Zəfər tapmaq – bax. zəfər qazanmaq. Zəfər yetirmək – məğlub etmək, üzərində qələbə çalmaq, yenmək. // Məqsədə nail olma, müvəffəqiyyət, nailiyyət. ‣ Zəfər toxundurmaq – başına xata gətirmək. [Xanımnaz:] Ay balam, qurbanın olum, qorxuram birdən uşaqcığazıma bir zəfər toxundurmasınlar. C.Cabbarlı. Zəfər toxunmaq (dəymək) – zərər, ziyan, xətər dəymək, başına xata gəlmək. Can Koroğlu, öz canımdan qorxmuram; Qorxum odur, zəfər dəyə dostuma. “Koroğlu”. Əhməd tacir də qızı götürüb aradan çıxdı ki, ona zəfər toxunmasın. (Nağıl). zəfəran is. [ər.]\n1. bot. Çiçəkləri yeyinti sənayesində istifadə olunan çoxillik soğanaqlı cənub bitkisi. Zəfəran tarlası. – [İbad Ocaqquluya:] Buğda əkənlər də gərək zəfəran əksinlər. C.Cabbarlı. // Həmin bitki çiçəklərinin, müxtəlif yemək şeylərinə ətir, tam və xüsusi rəng vermək üçün istifadə edilən qurudulmuş sarı telləri. Xərc edir bir para əşxas pulun bayramda; Zəfərana, yağa, razyana, xaşxaşa, ətə. M.Ə.Sabir.\n2. məc. Sarı rəng mənasında. Həm rəngibəhar olub xəzanım; Dönmüşdü əqiqə zəfəranım. Füzuli. Döşləri qurumuş, rəngi zəfəran; Budur ehtiyacın, aclığın sonu! S.Vurğun. zəfəranı sif. Zəfəran rəngli, sarı-narıncı rəngli. Zəfəranı şaftalı. zəfəranlı sif. Zəfəran qatılmış, zəfəran vurulmuş, tərkibində zəfəran olan. Zəfəranlı plov. Zəfəranlı bozbaş. – Balkonun fəzasını ətirli şərbətlərin, zəfəranlı yeməklərin qoxusu doldurmuşdu. M.S.Ordubadi. Üstü zəfəranlı bir plov yeyək; Bu günün eşqinə mahnılar deyək. S.Vurğun. zəfəranplov is. Zəfəranlı plov. Görərsiniz ki, bacınız sizin üçün necə bir zəfəranplov bişirir. S.Rəhimov. Eşşək nə bilir zəfəranplov nədir? (Ata. sözü). zəfərli sif. Xatalı, həyat üçün təhlükəli. • Zəfərli yer dan. – zədələnməsi həyat üçün təhlükəli olan bədən üzvü. Nurəddini fayton basdıqdan sonra onun yaralı halında başına yığılmış adamlardan birisi dedi: – Hərgah zəfərli yerindən basmayıbsa, heç zad olmaz. S.S.Axundov. zəfəryab sif. [ər. zəfər və fars. ...yab] klas. tənt. Müvəffəqiyyətə çatan, müvəffəqiyyət qazanan. // Qalib, qələbə çalan, qalib gələn. • Zəfəryab olmaq – müvəffəqiyyət əldə etmək; // qələbə çalmaq, qalib gəlmək. zəgöv is. Çox acı və ya zəy dadlı şey. zəğən I. is. [fars.] klas. Qara qarğa, dolaşa. Tərlan yerini zağ və zəğən tutmaz. (Ata. sözü). Əgər dünyada insaf və ədalət olsa idi, tərlan yerində zağ və zəğən oturmaz idi. Ə.Haqverdiyev. Bülbül yerində indi oturmuş idi zəğən; Bülbüllərin məzarda söylər: vətən, vətən!.. M.Hadi.\n\nII. is. [ər.] klas. Çənə ortasındakı çuxur. Könül asayişi, canın rahəti; Gülgəz zənəxdanda, tər zəğəndədir. M.P.Vaqif. zəhəndə sif. və is. dan. Diliacı, zəhləaparan, zəhlətökən, qabadanışan, kobud (adam). Zəhəndə adam. Zəhəndənin biridir. zəhər is. [fars.]\n1. Canlı orqanizmi zəhərləndirə bilən maddə; ağı. İlan zəhəri. Öldürücü zəhər. Zəhər vermək (zəhərləmək). • Zəhər yemək – özünü öldürmək üçün zəhər içmək. // məc. Çox acı şey haqqında. Bu dərman lap zəhərdir. • Zəhər kimi – çox acı. // məc. Çox mənfi təsiri olan şey. Şovinizm zəhəri.\n2. məc. dan. Mikrob mənasında. Hindistanda Qanq çayı bizim Kür çayından çox böyükdür, ..amma bu sudan vəba zəhəri heç əskik olmur. C.Məmmədquluzadə. ‣ Zəhər dağarcığı (tuluğu, torbası) dan. – dili çox acı adam haqqında. [Əsgər:] ..Zəhər torbası yuxudan ayılıb gəlmək istəyir. N.Vəzirov. Zəhər etmək (eləmək) – bax. zəhər qatmaq. Zəhər içirtmək məc. – həyatını zəhərləmək, gününü qara eləmək, həyatını əziyyətə salmaq. Namərdləri oylaqlardan köçürtdüm; Yağı düşmənlərə zəhər içirtdim. “Koroğlu”. Zəhər qatılmaq – tamamilə korlanmaq, zəhərlənmək. Ogünkü nəşəmə zəhər qatılmış olduğundan çox dalğın idi(m).. A.Şaiq. Niyə zəhər qatılsın kişinin nəşəsinə.. B.Vahabzadə. Zəhər qatmaq məc. – tamamilə korlamaq, pozmaq, xarab etmək, zəhərləmək. Zəhər uddurmaq – bax. zəhər içirtmək. Zəhər yeyəsən! dan. – qarğış, nifrin, söyüş ifadəsi. Zəhərə döndərmək – bax. zəhər qatmaq. Bir stəkan çay verdi, onu da zəhərə döndərdi. Zəhərə dönmək – pozulmaq, xarab olmaq, pis, acı bir şeylə əvəz olunmaq. Yediyimiz zəhərə döndü. Üzgözündən (sifətindən) zəhər tökülmək (yağmaq) – çox qaşqabaqlı olmaq, acıqlı, qəzəbli görünmək. zəhərləmə “Zəhərləmək”dən f.is. zəhərləmək f.\n1. Ağılamaq, zəhərlə təsir etmək, zəhər vermək, zəhər içirmək, zəhər verib öldürmək, zəhərli maddələrlə öldürmək, qırmaq. Qazla zəhərləmək. – Qapıda bağlanmış itin səsi çıxmayırdı. Deyəsən, onu casus zəhərləmişdi. M.Hüseyn. • Özünü zəhərləmək – zəhər qəbul edib özünü öldürmək, özünü öldürmək üçün zəhər içmək. Xanım knyaginyanın gəlməyəcəyini eşidər-eşitməz şkafın yanına yüyürüb özünü zəhərləmək istədi. M.S.Ordubadi. // məc. Acı, zəhərli söz deyərək, qəlbini incitmək, son dərəcə kədərləndirmək, acılamaq.\n2. Zəhər və ya zəhərli maddə qatmaq. Havanı zəhərləmək. Düşmən quyuların suyunu zəhərlədi.\n3. Zəhər və yaxud zəhərli maddənin təsiri ilə xəstələndirmək, xəstələnməsinə, pozulmasına, xarab olmasına səbəb olmaq. İçki ilə bədənini zəhərləmək.\n4. məc. Korlamaq, xarab etmək, pozmaq, çox pis təsir etmək. Kefini yaman zəhərlədilər. – [Ceyran:] Bu qadın mənim həyatımı zəhərləmişdi. S.Hüseyn. zəhərlənmə “Zəhərlənmək”dən f.is. İnsan çox [spirtli içki] içdikdə orqanizmdə zəhərlənmə əlamətləri görünür. zəhərlənmək f. Bədənə zəhərli bir şey daxil olmaq nəticəsində xəstələnmək və ya ölmək. Balıqdan zəhərlənmək. Göbələkdən zəhərlənmək. – Havada mığmığa sancır insanı; Dönüb zəhərlənir insanın qanı. S.Vurğun. zəhərlətmə “Zəhərlətmək”dən f.is. zəhərlətmək icb. Zəhər verdirmək, zəhər verdirib öldürmək. İti zəhərlətmək. Siçanları zəhərlətmək. zəhərləyici sif. Zəhərlənmə əmələ gətirən, zəhərlənməyə səbəb olan, zəhərləndirib öldürən. Zəhərləyici maddələr. Zəhərləyici qazlar. zəhərli sif.\n1. Zəhəri olan; zəhərləndirici, ağılı. Zəhərli qaz. Zəhərli maddə. – [Naşadda] zəhərli bir əqrəb xasiyyəti vardır. S.Hüseyn. İçərimdə zəhərli ilan kimi bir acıq və kin qıvrılırdı. M.İbrahimov. Ovçunu sanki yeddi il susuz qalmış zəhərli bir ilan çaldı. Ə.Məmmədxanlı. // Tərkibində zəhər maddəsi olan, zəhər qatılmış, zəhər vurulmuş. Zəhərli dərman. – Zəhərli güllələr havanı yardı; Əşrəfin evini qığılcım sardı. H.K.Sanılı.\n2. məc. Acı, toxunan, sancan, qanqaraldan, kinli, istehzalı. Zəhərli söz. Onun zəhərli dili var. – Müəllimin sözlərində zəhərli iynələr olduğunu molla Xəlil hiss edirdi. S.Hüseyn. Zəhərli dilləri danışır duzlu; Deyillər keçmiştək çox da quduzlu. H.K.Sanılı.\n3. məc. Acı, acılayıcı. Həftələr, aylar keçir axşamlı-səhərli; Bəzən şirin, bəzən zəhərli. R.Rza. zəhərlilik is. Zəhərli şeyin halı, keyfiyyəti, xassəsi, zəhərləmə qabiliyyəti. zəhərsiz sif. Zəhəri olmayan, ağısız. zəhərsizləşdirici sif. kim. Zəhəri, zəhərin təsirini yox edən, zəhərdən təmizləyən. [Nişasta lüabı] yandırıcı, yeyici maddələrlə və yodla zəhərləndikdə zəhərsizləşdirici maddə kimi istifadə edilir. R.Əliyev. zəhərsizlik is. Zəhərsiz şeyin halı, xassəsi, keyfiyyəti. zəhir is. [ər.] köhn. Yardımçı, köməkçi, arxa. zəhlə zəhləsini aparmaq (tökmək) – təngə gətirmək, bezikdirmək, usandırmaq. Mərdlərə can sadağa; Zəhləmi bədzat aparar. Aşıq Ələsgər. Balaca uşaqların səsiküyü adamın zəhləsini aparır. C.Məmmədquluzadə. [Zeynəb] ədəbiyyat müəlliminin lap zəhləsini tökmüşdü. Qantəmir. Zəhləsi qaçmaq (getmək) – görməyə gözü olmamaq, acığı gəlmək, sevməmək, nifrət etmək. ...Şahın münəccimbaşıdan zəhləsi getmişdi. M.F.Axundzadə. Bir müsəlman övrətindən zəhləsi qaçanda, gecə-gündüz səy eləyir ki, övrət ölsün, yəni vəfat etsin. C.Məmmədquluzadə. [Məşədi İbad:] Hərgah [papağı] bu cürə qoysam, onda qızın məndən zəhləsi gedər. Ü.Hacıbəyov. [Məhbusi Kərimxana:] Oğru kimi gizli və işsiz yaşamaqdan zəhləm gedir. M.İbrahimov. zəhləaparan bax. zəhlətökən. zəhləkar sif. bax. zəhləaparan. Usta Tapdıq üzünə qonmuş zəhləkar bir milçəyi qovurmuş kimi əlini yuxarı qaldırıb saldı.. M.Hüseyn. zəhlətökən sif. Öz hərəkət və sözləri ilə adamı təngə gətirən, bezikdirən, usandıran, cana gətirən, bıqdırıcı. Ancaq zəhlətökən müştəridən yaxa qurtarmaq üçün bunun da xeyri olmadı. S.Rəhman. Həmzənin zəhlətökən küy-kələkçi arvadının təkidinə baxmayaraq, yolda boyun-boğazlarının daş-qaşını, qızıl-gümüşünü çıxartmayanlar, indi aramla soyunub mücrü və sandıqlarına qoydular. Ə.Əbülhəsən. // Pis, xoşagetməyən, qulağa xoş gəlməyən. Bu zaman maşınlar qəzəblənib böyürür, tramvaylar məni yollarında görən kimi zəhlətökən bir səslə zingildəyir. Ə.Məmmədxanlı. zəhlətökücü bax. zəhlətökən. [Fərraş] gözlərini yumaraq zəhlətökücü bir ahənglə sözə başladı. P.Makulu. zəhm is. [fars. “səhm”dən]\n1. Qorxu, vahimə, dəhşət; qorxu, vahimə, dəhşət doğuran hal, görünüş. Dəmirçioğlu baxdı ki, bu bir yekəpər, kələ-kötür adamdı, üz-gözündən zəhm yağır. “Koroğlu”. Əlipaşanın zəhmi canına çökdü, səbr eləməyi məsləhət gördü. Mir Cəlal. • Zəhmi basmaq – qorxutmaq, bərk qorxuya salmaq, vahimələndirmək, dəhşətə gətirmək. Zəhmi yarılmaq – bərk qorxmaq, bağrı yarılmaq, dəhşətlənmək. Bəli, Məhəmməd də [devlərə] qoşuldu. Az zaman içində bu elə pəhlivan oldu ki, kimin meydanına girsəydi zəhmi yarılardı. (Nağıl).\n2. Zəhmlə, zəhmilə şəklində – qəzəblə, hiddətlə, çox acıqlı bir halda. Cənab Bax Nemətin gözlərinə elə bir zəhmlə baxdı ki, tələbənin vücuduna titrətmə düşdü. Çəmənzəminli. zəhmət is. [ər.]\n1. Əmək. Zəhmətin barı. Öz zəhmətinin bəhəri. – Əgər ki yayda zəhməti əkinçinin ziyad olur; Ziyad olursa, qış günü o da o qədr şad olur. A.Səhhət. Həmin yükqaldıranlardan bircəsi işləsəydi, bu yüzlərlə adamın zəhməti qat-qat yüngülləşərdi. M.Rzaquluzadə.\n2. Əziyyət, rahatsızlıq, narahatlıq. Çox zəhmətlə başa gələn iş. Sizə zəhmət oldu. – Ya dost olma, ya zəhmətdən incimə; Dost yolunda boran, qar olacaqdı. Aşıq Ələsgər. • Zəhmət çəkilmək – bir şeyi əldə etmək üçün əmək sərf edilmək. Bu sərgini yaratmaq üçün xeyli zəhmət çəkilmişdir. – Mən sizi qəsdən bu otağa əvvəlcə gətirdim, siz Bağdadda gördüyünüz gözəllərin, oxuyub-çalanların üzərində nə qədər zəhmət çəkildiyini təyin edə biləsiniz. M.S.Ordubadi. Zəhmət çək(in) – xahişlə birinə müraciət (bəzən kinayə ilə deyilir). Zəhmət çəkin, gəlin. – Bacıoğlu, sən bir balaca zəhmət çək, burada qoyunun qabağında dayan, mən çobana xəbər verim. “Koroğlu”. [Xasməmməd:] Sən allah Xurşid xanım, bir zəhmət çək, bu şerə sən də qulaq as! C.Cabbarlı. Qapıçı, qapıçı, bura zəhmət çək; Özünlə bir az da su gətir, içək. S.Vurğun. Zəhmət çəkmək – 1) bir şeyi əldə etmək üçün əmək sərf etmək, işləmək, çalışmaq, əlləşmək. Bilik əldə etmək üçün zəhmət çəkmək lazımdır; 2) əziyyətə düşmək, narahat olmaq. Çareyi-dərdimə zəhmət çəkməyin, ey dustlər; Dərdi-eşqə çarə olmaz, olsa Əflatun təbib. S.Ə.Şirvani. Mən Məşədi Həsəndən təvəqqe etdim ki, bir-iki gün zəhmət çəkib Gəncəni mənə göstərsin. Ə.Haqverdiyev. Zəhmət çəkmə(yin) – lazım deyil, narahat olmayın (çox vaxt kinayə ilə deyilir). Zəhmət çəkmə, hamısını özümüz görüb qurtararıq. Zəhmət haqqı – zəhmət (iş) müqabilində verilən haqq, muzd; əmək haqqı, maaş. Nəbi bir ilin zəhmət haqqı əvəzində bəyin bir quzusunu götürüb evlərinə qayıdır. “Qaçaq Nəbi”. [Sarıköynəyə] yardım olmaq üçün otağımın süpürülüb təmizlənməsini ona tapşırar, zəhmət haqqı verərdim. S.Hüseyn. Səlim bəy isə zəhmət haqqını ikinci dəfə azaltmağı qərara aldı. H.Nəzərli. Zəhmət olmasa (olmazsa) – hörmətlə xahiş, rica bildirir. Zəhmət olmasa, o kitabı mənə verin. – [Böyük oğlu:] Əgər zəhmət olmasa, siz də [vəsiyyəti] latın dilində (latın hürufatı ilə) yazın... Qantəmir. Zəhmət vermək – narahat etmək, incitmək, əziyyət vermək. Ey Füzuli, öldün, əfğan etmədin, rəhmət sənə; Rəhm qıldın, xəlqə əfğanınla zəhmət vermədin. Füzuli. Hər sənəm ki verə yarına zəhmət; Oxunur ölüncə zatına lənət. Q.Zakir. Çox razıyam, sizə zəhmət vermək istəmirəm. S.S.Axundov. Zəhmətə düşmək – zəhmət çəkməli olmaq, əziyyət çəkməli olmaq, işləməli olmaq. Zəhmətə qatlanmaq (qatlaşmaq) – əziyyətə dözmək, çətinliklərə qarşı dözümlü olmaq. Hiss edirdim ki, Bəyim xala mənim çox işləməyimi, zəhmətə qatlaşmağımı bəyənsə də, yuxusuzluğa dözməyib bir gün yatağa düşəcəyimdən qorxurdu. İ.Hüseynov. zəhmətkeş [ər. zəhmət və fars. ...keş]\n1. bax. əməkçi. ..İşçilər xüsusi mülklərin zəhmətkeşlərə təqsim olunmasını tələb edirlər. C.Məmmədquluzadə. [Səfərəli:] Biz deyirik hamı millətlərin zəhmətkeşləri qardaşdırlar. H.Nəzərli.\n2. bax. zəhmətsevən. O, çox zəhmətkeş adamdır. – Nənəcan ağıllı, işsevən, zəhmətkeş, mehriban, qeyrətli bir arvad idi. N.Nərimanov. Zəhmətkeş və hünərli gəmiçi biriki ilin ərzində yaxşıca pul qazanıb, əlavə yeni bir barkaz və iki xırdaca gəmi aldı. S.M.Qənizadə. zəhmətli sif.\n1. Zəhmət tələb edən, zəhmətlə başa gələn.\n2. məc. Ağır. Zəhmətli iş. zəhmətsevən (=zəhmətsevər) is. və sif. Zəhməti, əməyi, işləməyi sevən (adam). Tüstülənər bacalar; Ocaq üstə sac olar; Zəhmətsevər gün görər; Tənbəl hər vaxt ac olar. (Bayatı). Xalqın əksəriyyəti əkinçidir, zəhmətsevəndir. M.S.Ordubadi. Müqəddəs bir aləmi var; Zəhmətsevən hər insanın. H.Hüseynzadə. zəhmətsevər (=zəhmətsevən) is. və sif. Zəhməti, əməyi, işləməyi sevən (adam). Tüstülənər bacalar; Ocaq üstə sac olar; Zəhmətsevər gün görər; Tənbəl hər vaxt ac olar. (Bayatı). Xalqın əksəriyyəti əkinçidir, zəhmətsevəndir. M.S.Ordubadi. Müqəddəs bir aləmi var; Zəhmətsevən hər insanın. H.Hüseynzadə. zəhmətsevənlik (=zəhmətsevərlik) is. Zəhməti, işləməyi sevmə; çalışqanlıq. zəhmətsevərlik (=zəhmətsevənlik) is. Zəhməti, işləməyi sevmə; çalışqanlıq. zəhmətsiz 1. sif. Zəhmət tələb etməyən, zəhmət istəməyən, asanlıqla başa gələn. Zəhmətsiz iş.\n2. zərf Zəhmət çəkmədən, çalışmadan, əmək sərf etmədən. Zəhmətsiz bal yeməzlər. (Ata. sözü). Halal zəhmət ilə qazanılan çit; Zəhmətsiz geyilən şaldan yaxşıdır. Aşıq Qədir. Qoy uşaq bilsin ki, zəhmətsiz çörək yoxdur. S.Rəhimov. zəhmətsizcə zərf Zəhmətsiz olaraq, zəhmət çəkmədən, zəhmət sərf etmədən. zəhmətsizlik is. Zəhmət tələb etməmə, zəhmət çəkməmə. zəhmləndirilmə “Zəhmləndirilmək”dən f.is. zəhmləndirilmək məch. Zəhmə salınmaq, dəhşətə salınmaq; dəhşətləndirilmək. zəhmlənmə “Zəhmlənmək”dən f.is. zəhmlənmək f. Zəhmi basmaq, bərk qorxmaq, dəhşətə düşmək. [Alman] bu heykəlin səsindən zəhmlənib ala-yarımçıq rusca zarıdı. Ə.Əbülhəsən. zəhmli sif.\n1. Zəhmi olan, baxanda öz görünüşü ilə adamda qorxu doğuran, dəhşətləndirən. // Çox böyük, çox yekə, görünüşcə əzəmətli. [Nemət] sökük və zəhmli darvazaya yaxınlaşdıqda, orada “Dava vəkili cənab Baxa xüsusi katib aranır” deyə, yeni bir elana təsadüf etdi. Çəmənzəminli.\n2. Çox ağır, təmkinli, çox ciddi, heybətli. Aslan müəllim zəhmli bir adam idi. İ.Əfəndiyev. // Qaşqabaqlı, acıqlı, eyni zamanda nüfuzedici. Teyyibə zəhmli baxışları ilə nə isə daima qorxu təlqin edən bir qadındır. M.Hüseyn. Sultan zəhmli nəzərlə başdanayağa Qoşqarı süzdü. İ.Hüseynov. zəhmlilik is. Zəhmli adamın halı, sifəti, görünüşü. zəhr klas. bax. zəhər. Camlər zəhrilə məmlu şəbi-hicran içdik; Eylədik tövbə əgər göz görə, pünhan içdik. Qövsi. Hələ bax sən bu münəqqidlərə, hazır dayanıb; Zəhrə döndərmək üçün gündə bizim balımızı. R.Rza. ‣ Zəhri yarılmaq, zəhri-bağrı yarılmaq – bərk qorxmaq, dəhşətə düşmək, bağrı yarılmaq. O qalxmaq istədi, dəmir sarıldı; Xortdan xəyal edib, zəhri yarıldı. Ə.Cavad. Katibin gözü kassaya sataşan kimi zəhribağrı, yarıldı, o, ruh kimi uçundu. S.Rəhimov. Üzünə baxanda az qala [Qədirin] zəhri yarıldı. Mir Cəlal. zəhrimar is. [fars.] Əsil mənası “ilan zəhəri” olub, aşağıdakı mənalarda işlənir: 1) zəhər, çox acı şey mənasında. Haq bilir ki, beli şallı hacılar; Zəhrimartək xalqın ağzın acılar. Q.Zakir; 2) çox pis, mənfur, xoşagəlməz şey haqqında deyilir. Əba-qabını qovza, bax, içində zəhrimarı gör. M.Ə.Sabir; // söyüş məqamında. [Vəzir:] Zəhrimar, zəqqum, sən mənə belə xörək yediribsən ki, bir ay da yeməsəm, acmanam. M.F.Axundzadə. [Telli:] ..Zəhrimar, Telli, dərd, Telli. Ü.Hacıbəyov. [Mirzə Turab:] Zəhrimar, bəli! Neçə dəfədir ki, səni çağırıram, indi gəlib öküz kimi bəyirirsən. B.Talıblı; // mənfur; 3) adı deyilmək istənilməyən şeyə işarə (acıqla deyilir). [Mübaşir Məmməd:] ...Musa kişi, bizi naümid eləmə, bir-iki şüşə o zəhrimardan tap! M.İbrahimov. ‣ Zəhrimar olmaq, zəhrimara dönmək – bax. zəhərə dönmək (“zəhər”də). Zəhrimara döndü ağzımın dadı; Əlimdə şərbətim ağı kəsildi. Aşıq Ələsgər. Mənzilə getməyə yox cürətləri; Zəhrimar olubdur kef-ləzzətləri. H.K.Sanılı. Zəhrimara qalsın, zəhrimara qalmış – söyüş, qarğış ifadəsi. [Sevil:] Nə edim, Gülüş, zəhrimara qalsın o çörək ki biz yeyirik, yazıq Balaş gecə-gündüz ac-susuz işləyir. C.Cabbarlı. [Usta Zəfər:] Yenə zəhrimara qalmış xəzri yeri-göyü süpürür. M.Süleymanov. zəhrimarlanma dan. “Zəhrimarlanmaq”dan f.is. zəhrimarlanmaq f. vulq. dan. Yemək, yeyib-içmək, qarnını doyurmaq (acıqla, narazılıqla deyilir). [Mirzə Səfər oğluna:] Gəl, axmaq balası, naharını zəhrimarlan! Ə.Haqverdiyev. [Rəsul:] Yumurta qabığını görsədib qışqırdı: – Bəs bunu kim zəhrimarlanıb? Ə.Əbülhəsən. zəhrimarlıq is. vulq. dan. Yeməyə yarar bir şey (acıq, hirs məqamında deyilir). Bu evdə bir tikə zəhrimarlıq tapılmır. • Zəhrimarlıq etmək vulq. dan. – yemək. Bir balaca zəhrimarlıq edib evdən çıxdım. zəxirə is. [ər.] köhn. Vaxtı çatanda işlənmək üçün tədarük edilib anbarda saxlanılan ərzaq şeyləri; ümumiyyətlə ərzaq, yemək şeyləri. Zəxirə işlərimiz də duanızın bərəkətindən, pis deyildir. “Mol. Nəsr.” ..Məlik Müəyyəd artıq Xorasandan qoşun və zəxirə göndərməkdən boyun qaçırmaqdadır. M.S.Ordubadi. zəxm is. [fars.] klas. Yara. Ey Füzuli, eylədi hər dərdə dərman ol təbib; Bir mənim zəxmimdir ancaq bulmayan mərhəm hənuz. Füzuli. Ümidim var ki, ol həmdəm; Edə zəxmidilə mərhəm. Aşıq Hüseyn. Eşqin ilə cismim yanar, tutuşar; Sanma sinəm zəxm oluban bitişər. Aşıq Gövhər. zəif sif. [ər.]\n1. Cismən az qüvvətli, gücsüz. Zəif adam. Zəif at. Zəif qol. – [Nadir bəy:] Məxluqatın ən şərəflisi olan insanların, hətta zəif, aciz bir qarıncanın belə qanına girmək, məncə əfvedilməz bir cinayətdir. H.Cavid. // İs. mənasında. Gücsüz, qüvvətsiz adam. Axırda zəiflər yavaşca başlayırlar əkilməyə və güclülər, yəni dəstə sahibləri qalırlar məclisdə. C.Məmmədquluzadə. [Firəngiz:] Zəiflər daima gücdən bəhs edər. H.Cavid. // Sağlam olmayan, möhkəm olmayan, cansız, arıq, xəstələnməyə mail olan. Zəif bədən. Zəif ciyər. Səhhətcə zəif uşaq. – Xasay qatarın səsini eşidincə sanki onun qoluna qüvvət gəldi. Elə bil, zəif ürəyi həmişəlik olaraq sağaldı. Ə.Vəliyev.\n2. Üzgün, əldən düşmüş, taqətsiz. • Zəif düşmək – üzülmək, əldən düşmək, taqətdən düşmək. [Gövhər xanım:] Gör nə zəif düşmüşəm? S.S.Axundov. Zəif eyləmək (etmək) klas. – zəiflətmək, üzmək, əldən salmaq. Dərdi-hicran ol qədr eyləmiş zəif əndamımı; Şaxi-gültək cünbüşi-badi-səbadən titrərəm. S.Ə.Şirvani. Zəif salmaq – zəifləşdirmək, əldən salmaq. Həsən bəy Zərdabi bir zaman xalqı içəridən yeyən, onun qanını soran qurdlardan danışmaqla cəmiyyəti zəif salan tüfeyliləri tapmışdı. M.İbrahimov.\n3. məc. Zabitəsiz, qətiyyətsiz. // İradəsiz, iradə qüvvəsi çatışmayan, aciz. [Səməd] .. heç kimin qarşısında bu cür zəif və aciz olmamışdı. İ.Hüseynov.\n4. Lazımınca nüfuzu, gücü, başqalarına təsiri olmayan. Zəif dövlətlər. Zəif hökmdar. – Bəzi kəndlərdə yoxsullar qrupu zəif idi. Mir Cəlal.\n5. Təsiri, gücü az olan. Zəif dərman. Zəif zəhər.\n6. Qüvvəsi, gərginlik gücü, fəaliyyət gücü az olan. Zəif cərəyan. Zəif külək. Nəbzi zəif (z.) vurur. – Qazmaların və çadırların ancaq bir neçəsindən çox zəif işıq gəlirdi. Ə.Sadıq.\n7. Az, əhəmiyyətsiz, kifayətsiz, pis. Zəif qabiliyyət. Zəif intizam. Zəif iş. Zəif yoxlama. Dili zəif (z.) bilir. Qulağı zəif (z.) eşidir. – Neyləyim, qüdrətim zəifdir hələ; Görüm təbiətin kor olsun gözü! S.Vurğun.\n8. Öz işini, vəzifəsini layiqincə yerinə yetirə bilməyən, öz işini, sənətini yaxşı bilməyən, yaxşı işləməyən, işin öhdəsindən gəlməyən. Zəif idarə başçısı. Zəif rəhbər. // Yaxşı oxumayan, pis oxuyan. Zəif tələbə. Zəif sinif. Zəif (z.) oxumaq. Riyaziyyatdan zəifdir. – Bir tələbə dərsdən zəif olanda bütün briqada zəif sayılırdı. Mir Cəlal. // Sənətkarlıq nöqteyi-nəzərindən qeyri-mükəmməl, keyfiyyətsiz. Zəif əsər. Zəif roman. Zəif çalğıçı. Skripkaçının texnikası zəifdir. O, tarda çox zəif (z.) çalır. ‣ Zəif damar – bir şəxsin təsirə düşə bilən ən həssas cəhəti. [Naşad] Zeynalın zəif damarını yaxşı tapmışdı. S.Hüseyn. Zəif yer, zəif cəhət – nöqsan, çatışmazlıq. ...Ovçu dostumun da bir zəif cəhəti var idi. M.Rzaquluzadə. Baxış bəyin bir zəif cəhəti vardı: çox şorgöz idi. Ə.Abasov. zəifcə sif. Bir qədər zəif. Zəifcə işıq. Zəifcə uşaq. Zəifcə əllər. Pəncərədən zəifcə işıq gəlir. zəiflədilmə “Zəiflədilmək”dən f.is. zəiflədilmək məch. Zəif salınmaq, zəif hala salınmaq. zəifləmə “Zəifləmək”dən f.is. zəifləmək f.\n1. Gücdən düşmək, qüvvətdən düşmək, əldən düşmək, halsızlaşmaq. Xəstə gündən-günə zəifləyir. – Ustanın azarı günü-gündən şiddətlənirdi; bədəni zəifləyib gücdən düşürdü. Çəmənzəminli.\n2. Gücü, təsiri, təsir qüvvəsi, şiddəti, gərginliyi və s. azalmaq. Şaxta zəifləmişdir. İşıq getdikcə zəifləyir. Külək gah zəifləyir, gah güclənir. – Samovarın qaynaması zəifləyib, əvvəlki gurultu sakit olmuş, ocağın alovu sönmüşdü. H.Nəzərli. ..Əmiraslan baba Solmazın zəifləyən əlini ovcuna aldı. S.Rəhimov. zəifləndirilmə “Zəifləndirilmək”dən f.is. zəifləndirilmək bax. zəiflədilmək. zəifləndirmə “Zəifləndirmək”dən f.is. zəifləndirmək bax. zəiflətmək. zəiflənmə “Zəiflənmək”dən f.is. zəiflənmək bax. zəifləmək. zəifləşdirici sif. Zəiflədən, zəiflik törədən. zəifləşdirilmə “Zəifləşdirilmək”dən f.is. zəifləşdirilmək bax. zəiflədilmək. zəifləşdirmə “Zəifləşdirmək”dən f.is. zəifləşdirmək bax. zəiflətmək. zəifləşmə “Zəifləşmək”dən f.is. zəifləşmək f. Zəiflənmək, getdikcə zəif olmaq. Hükəmanın da iqrarı bunadır ki, başın çanağı nazikləşib kiçildikcə, beyin də zəifləşməyə və kiçilməyə başlayır. C.Məmmədquluzadə. zəiflətmə “Zəiflətmək”dən f.is. zəiflətmək f. Zəif salmaq, gücdən salmaq, qüvvədən salmaq, gücünü azaltmaq. // Zəif düşməsinə səbəb olmaq, taqətsiz hala gətirmək, üzmək. Xəstəlik onu çox zəiflətmişdir. Doyunca yatmamaq adamı zəiflədib gücdən salır. zəiflik is.\n1. Qüvvə azlığı, gücsüzlük. İşığın zəifliyi. Motorun zəifliyi. // Üzgünlük, taqətsizlik, qüvvətsizlik, xəstəlik halı, fiziki qüvvə azlığı, arıqlıq. Qıçlarında zəiflik hiss etmək. – [Qızın] çöhrəsində bir yorğunluq və zəiflik hiss olunurdu. M.S.Ordubadi. [Gülara] zəiflikdən bir skelet şəklini almışdı. Ə.Vəliyev.\n2. Bir şeyin yerinə yetirilməsində lazımınca möhkəmlik, səbat və ardıcıllıq olmaması; iradəsizlik, qətiyyətsizlik, acizlik, bacarıqsızlıq, qabiliyyətsizlik. Rəhbərliyin zəifliyi. Bütün günah onun zəifliyindədir. – [Qadir] özünün zəifliyindən o qədər acıqlandı ki.. Ə.Əbülhəsən. • Zəiflik göstərmək – acizlik göstərmək, iradəsizlik göstərmək. // Kifayətsizlik, yarıtmazlıq, qüsurluluq, nöqsanlılıq, nöqsan, qüsur. Aparılan işlərin zəifliyi. Təşkilat cəhətdən zəiflik. Eşitmə (görmə) qabiliyyətinin zəifliyi. // Azlıq, çatışmazlıq. Əqli zəiflik. Orqanizmdə vitaminlərin azlığı zəifliyə və ya xəstəliyə səbəb olur. zəka is. [ər.] Bir şeyi tez anlama, tez dərk etmə, tez qavrama qabiliyyəti, zehin kəskinliyi; ağıl, fəhm, zehin. [Uluca:] Kimdə var əql, zəka, əzm, hünər; Hər nəhəngi o, məharətlə yenər. A.Şaiq. Bəşir məni gördükdə arvadının oxumağa olan həvəsindən, səyindən, zəkasından söylərdi... S.S.Axundov. [Məhsəti:] Mənim nəzərimdə Nizamini dağlar qədər əzəmətli göstərən də onun zəkasıdır. M.Hüseyn. zəkalı sif. Zəkası olan, fəhmli, zehinli, ağıllı, fərasətli, istedadlı, zəkası kəskin. Zəkalı qız. – Uşaq zəkalıydı, alnı ay kimi. S.Vurğun. Zəkalı adamdı. Bir dəfə eşitdiyi söz həmişəlik hafizəsində qalırdı. S.Rəhman. zəkalılıq is. Zəkalı adamın xassəsi; zəka sahibi olma, zehinlilik, fəhmlilik, istedadlılıq. zəkasız sif. Zəkası olmayan, fəhmsiz, zehinsiz, istedadsız. zəkasızlıq is. Zəkasız adamın xassəsi; idraksızlıq, zehinsizlik, fəhmsizlik, fərasətsizlik, istedadsızlıq. zəkat is. [ər.] İslam dinində: əldə edilmiş mal və pulun halallığını təmin etməkdən ötrü, onun dini ehtiyaclar və fəqir-füqəraya verilmək üçün ayrılan hissəsi. Hər nə versən ver, məbada vermə bir dirhəm zəkat; Qoy acından ölsə, ölsün binəva kəndli və tat. M.Ə.Sabir. ..Fəqirlərin haqqı olan zəkat pullarını yığan .. Hacı Məcid əfəndi deyilmi? C.Məmmədquluzadə. // Klassik şeirdə: gözəlin mərhəmətinə, iltifatına, şəfqətinə işarə. Qəmzə peykanın edər aşiqə çeşmin sədəqə; Öylə kim, mərdümi-muyim verə möhtacə zəkat. Füzuli. zəkavət [ər.] bax. zəka. Nə əhlimizdə ayıqlıq əlaməti görünəydi; Nə bir para oxumuşlarda bu zəkavət olaydı! M.Ə.Sabir. İnsanda qabiliyyət də gərək olsun, zəkavət də gərək olsun, hamı oxuyan alim olmaz. C.Məmmədquluzadə. ..Xəlilin zəkavəti, çapıqlığı, ayıqlığı Ağa Hüseyni təəccübə gətirdi. Ə.Haqverdiyev. zəkavətli bax. zəkalı. zəkavətlilik bax. zəkalılıq. zəki [ər.] bax. zəkalı. [Şeyx Kəbir:] Lakin ən son yerin, zəki Sənan! Olacaq son nəfəsdə Gürcüstan. H.Cavid. ..Mən də xoşnudam ki, məmləkətdə belə zəki cavanlar tapılır. C.Cabbarlı. Ziba olduqca zəki, gözüaçıq bir zəmanə qızı idi. S.Hüseyn. [Musanın nəvəsi] məharətlidir, zəkidir, gözüaçıqdır, cəld və zirəkdir. Qantəmir. zəkilik bax. zəkalılıq. zəqqəto sif. Çox acı, zəqqum kimi. Bu meyvə zəqqəto zəhərdir. // Həddən artıq turş. zəqqətun bax. zəqqəto. zəqqum is. [ər.]\n1. Acı meyvəsi olan bir cins ağac; ağı ağacı. [Xortdan:] Odabaşıdan xahiş etdim ki, zəqqum ağacını mənə göstərsin. Ə.Haqverdiyev. // Bu ağacın meyvəsi.\n2. məc. Çox acı şey haqqında. Heyif oldu yarın şirin söhbəti; Zəhərə, zəqquma, ağıya döndü. Molla Cümə. Görürəm Muğanın, Milin havası; İndi acı deyil bir zəqqum kimi. R.Rza. ‣ Zəqqum! zəqqum yeyəsən! – qarğış, söyüş mənasında. [Vəzir:] Zəhirmar, zəqqum, sən mənə elə xörək yediribsən ki, bir ay da yeməsəm acmanam. M.F.Axundzadə. Zəqqum kimi – zəhər kimi (çox acı). Həyat bir zəqqum kimi; Görünürdü o xana. S.Vurğun. [Xanpəri] heç nə deyə bilmədi, cavab verəcəyi sözlər zəqqum kimi boğazına yığılıb xirtdəyinə tıxandı. Ə.Vəliyev. Sifətindən (üzündən) zəqqum yağmaq – çox acıqlı, hirsli, qaşqabaqlı adam haqqında. Gözünü kövşənə zilləyib həyatını torpağa bağlamış kəndlilərin sifətindən elə bil zəqqum yağır, zəhər ələnirdi. Ə.Vəliyev. zəqqumlamaq f.\n1. Zəqqum vermək, zəqqum yedirmək.\n2. vulq. Yedirmək, doydurmaq (acıqla deyilir).\n3. məc. Acılamaq, zəhərləmək. zəqqumlanmaq qayıd. vulq. Yemək (acıqla deyilir). [Qurbanəli:] Bir əppəkdənzaddan ver, zəqqumlanaq. N.Nərimanov. zəlalət I. is. [ər.]\n1. klas. Alçalma, alçaqlıq, həqarət, rəzalət, xarlıq. Bu nə zəlalətdir?\n2. Zillət, əzab və əziyyət, çətinlik, möhnət. Amma o millət ki, ümidini qılınca bağlayıb, həmişə zəlalətdə bulunubdur. N.Nərimanov. [Dərvişin] üzündə və gözlərində əziyyət nişanələri oynaşıb çox zəlalətlərə düçar olduğuna işarə verirdi... A.Divanbəyoğlu. • Zəlalət çəkmək – əziyyətlə, zillət içində yaşamaq, çətin dolanmaq, acı, ağır həyat keçirmək. Zəlalətə düşmək – zəlil olmaq, zillətə düşmək, bəd-bəxt olmaq. [Hacı Novruz:] Belə zəlalətə düşməkdənsə biryolluq ölüb qurtarmaq məsləhətdir. Ə.Haqverdiyev.\n\nII. is. [ər.] klas. Doğru yoldan azma, düz yoldan sapma (çıxma); sapqınlıq. • Zəlalət əhli klas. – doğru yoldan azmış adam. Zəlalət əhli hər şeyi gec anlar, gec də hökm eylər; O kəs kim, doğru yolu fəhm edər, əhli-fəzilətdir. M.Ə.Sabir. zəlam is. [ər.] klas. Qaranlıq, zülmət. Sanki göydən yağırdı hüznü zəlam; Çulğayırdı cahan üzün zülmət. C.Cabbarlı. zəli is.\n1. Şirin sularda yaşayan, heyvanların bədəninə yapışıb onların qanını sormaqla dolanan xırda qurd. • Zəli qoymaq (salmaq, yapışdırmaq, düzmək) – təbabətdə: xəstə adamın korlanmış qanını sordurmaq üçün onun bədəninin müvafiq yerlərinə zəli qoymaq. Molla Qasımın arvadı Zeynəb qarı da azarlılara zəli yapışdırmaqda böyük ixtisas sahibi olub. S.S.Axundov.\n2. məc. Başqasını amansızcasına istismar edən, soyan, var-yoxunu sorub çəkən adam haqqında. Xalqın qanını zəli kimi sormaq. – Bu əmrdə hakimi-vilayətlər şəbihdilər zəlilərə ki, qan sorub şişdikdə sahibi oları sıxır, tamam sorduqları qanı qusurlar. M.F.Axundzadə.\n3. məc. Yapışdığı yerdən qopmayan, tutduğunu əldən buraxmayan şey və ya adam haqqında. Lakin bir zəli dəyişməyir öz xislətini. O.Sarıvəlli. • Zəli kimi yapışmaq – 1) tutduğu yerdən bərk-bərk yapışıb buraxmamaq, yapışıb əl çəkməmək. Qəmər atasının qulluğundan mürəxxəs olub, düz mənzilinə gəlib, genə də zəli kimi kitaba yapışdı. (Nağıl); 2) təngə gətirmək, cana gətirmək. [Kərbəlayı Rəcəb:] Peşman olursan dalandan kənara çıxırsan, zəli kimi yapışırlar. N.Vəzirov. zəlil sif. [ər.] Zəlalətə düşmüş; yazıq, bədbəxt, həqir, fəqir, xar. Mən indi hazıram, ömrüm bu dəm tamam olsun; Belə zəlil (z.) yaşamaq bir kərə haram olsun. A.Səhhət. • Zəlil etmək – pis günə qoymaq, bədbəxt etmək, xar etmək, alçaltmaq. Demin ki, yarə edib Seyyidi zəmanə zəlil; Məbadə könlü yanə, könlümü xərab görüb. S.Ə.Şirvani. [Şamama cadu:] Allah heç kəsi zəlil eləməsin... Ə.Haqverdiyev. Zəlil olmaq – bədbəxt olmaq, pis günə qalmaq, xar olmaq, alçalmaq. [Naçalnik:] Sizin nəcabətinizə hərgiz layiq deyil ki, özünüzü bədnam edib ümənai-dövlətin nəzərində xar və zəlil olasınız. M.F.Axundzadə. Zəlil olsun! – bəddua, qarğış nidası. Olsun düşməniniz həmişə zəlil; Duaçıdır sizə hər yoxsul, əlil. H.K.Sanılı. zəlil-zəlil zərf Yazıq-yazıq, fağır-fağır. zəlilanə zərf [ər. zəlil və fars. ...anə] klas. Zəlil kimi, bədbəxtcəsinə, yazıq-yazıq. Mənsur bu mərhəmətdən bir növ taqətə gəlib göz yaşı tökərək, bir sövti-zəlilanə ilə ahü naləyə başladı. C.Cabbarlı. zəlilləşmə “Zəlilləşmək”dən f.is. zəlilləşmək f. Zəlil olmaq, xar olmaq, pis günə düşmək. zəlillik is. Zəlalətə düşmüş adamın halı; zəlalət, xarlıq, həqirlik, yazıqlıq, bədbəxtlik. Şadlıq ilə saxladığın aşığı; Zəlilliklə (z.) imtahana çəkirsən. Aşıq Ələsgər. zəlzələ is. [ər.] Yer qabığının bəzi sahələrinin vulkanik və ya tektonik proseslər üzündən güclü titrəməsi; yer sarsıntısı. Usta Zeynal yaşadığı şəhərdə tez-tez zəlzələ olardı. S.S.Axundov. Vaxtı ilə uzaq və amansız bir zəlzələ böyük və gözəl bir şəhəri yerlə yeksan etmişdi.. Ə.Məmmədxanlı. ‣ Zəlzələ(yə) salmaq – 1) sarsıtmaq, dəhşətə salmaq, vəlvələyə salmaq. Kosa hələ çayın ortasına çatmamış, yuxarı tərəfdən yeriyurdu zəlzələyə salan bir gurultu qopdu. S.Rəhimov; 2) aləmi bir-birinə vurmaq, həyəcan salmaq, mərəkə qoparmaq. zəlzələli sif. Tez-tez zəlzələ olan, zəlzələ baş verən; zəlzələyə məruz qalan. Zəlzələli yerlər. zəmanə [ər.]\n1. Dövr, zaman. Səni mənə bəxş elədi zəmanə; Yaxşı olan nəsib olmaz yamanə. M.V.Vidadi. [Heydər bəy:] Pərvərdigara, bu necə əsrdir, bu necə zəmanədir? Nə at çapmağın qiyməti var, nə tüfəng atmağın hörməti var. M.F.Axundzadə. Bəhram da bir çoxları kimi öz zəmanəsinin oğlu idi. Ə.Vəliyev.\n2. İndiki zaman, hazırkı vaxt, müasir həyat. Zəmanə adamı (uşağı). – Ziba olduqca zəki, gözüaçıq bir zəmanə qızı idi. S.Hüseyn.\n3. Bəxt, tale, fələk mənasında. Zəmanə saldı əcəb möhlətü məlalə məni. X.Natəvan. Yazıq Ələsgərdən üz döndəribsən; Ya bəxt yatıb, ya zəmanə dönübdü. Aşıq Ələsgər. zəmanət is. [ər.] Zaminlik, zamin olma. [Əbdüləli bəy:] Balaş, sizin təməs-sükün vaxtı dünən qurtarmışdır. Çünki mən zəmanət vermişəm. C.Cabbarlı. • Zəmanət etmək – zamin olmaq. [Vəzir:] Mən də zəmanət edirəm. Ə.Haqverdiyev. // Bir şəxs haqqında verilən yaxşı rəy. Bu zəmanəti kim vermişdi? – Abbas karandaşla bir əlcə kağıza ərizəsini yazdı, üç nəfərdən zəmanət aldı. Ə.Əbülhəsən. zəmanətçi is. Zəmanət verən adam, zamin olan adam; zamin. zəmanətkar is. [ər. zəmanət və fars. ...kar] bax. zaminkar. zəmi is. [fars.] Əkin yeri, tarla. Taxıl zəmisi. – Muğan səhraları bir tamaşadır; Buğda zəmiləri qoşa-qoşadır. S.Vurğun. Göz işlədikcə dərya kimi dalğalanan kolxoz zəmiləri artıq buğum bağlayırdı. S.Rəhimov. Səməd sünbüllənməmişdən yanıb qaralmış zəmilərə, uzaqdan görünən kimsəsiz tarlalara baxdıqca ürəyi sıxılırdı. İ.Hüseynov. zəmin is. [fars.]\n1. klas. Yer, torpaq. Əhlizəmanə qanına çox təşnədir, zəmin; Qanın kimin tökərsə fələk, ol zaman içər. Füzuli. Bəhri-silabtək zəminü zəman; Cünbuşə gəldi, qopdu bir tufan. M.Ə.Sabir. • Ruyi-zəmin klas. – yer üzü, dünya, aləm.\n2. Üzərində şəkil, naxış salınan əsas rəng, ton, yer; fon.\n3. məc. kit. Bir şeyin, hadisənin cərəyan etdiyi əsas şərait, mühit, vəziyyət, imkan. İctimai zəmin. Məsələyə beynəlxalq hadisələr zəminində baxmaq lazımdır. – Hər bir fərdin istedadı kollektiv zəmində çiçəklənib meyvə verə bilər. S.Rəhimov. zəminə bax. zəmin 3-cü mənada. [Məsmə:] Məni yuxu aparmırdı. Məruzəm üzərində çıxışda bulunan natiqlərə verəcəyim cavab üçün zəminə düşünürdüm. S.Hüseyn. [S.Vurğun] o zaman yazmış olduğu bir sıra şeirlərində möhkəm bir zəminədə durur. O.Sarıvəlli. • Zəminə yaratmaq (hazırlamaq, qoymaq) – lazımi şərait yaratmaq, hazırlamaq. Danışıqlar üçün müvafiq zəminə yaratmaq (hazırlamaq). – Biz də bu gecə mühüm bir hadisənin zəminəsini qoymalıyıq. M.S.Ordubadi. zəminəsiz sif. Heç bir zəmini, əsası olmayan, əsassız, zəminədən məhrum. zəmir is. [ər.] köhn. Köhnə qrammatikada: əvəzliyin adı. zəmisiçanı is. zool. Taxılların arasında yaşayıb, onlara ziyan verən gəmirici (siçan). zəmmə is. [ər.] Ərəb əlifbasında “ü” saitini əvəz edən və hərfin üstündə qoyulan işarəsinin adı; piş. zəm-zəm is. [ər.] Məkkənin yanında olub, suyu dindar müsəlmanlar tərəfindən müqəddəs sayılan bir quyunun adı (klassik şeirdə təmizlik, paklıq, saflıq, duruluq rəmzi kimi işlənir). Köysünə vuran həcər kimi daş; Zəm-zəm kimi gözdən axıdan yaş. Füzuli. Zəm-zəm tək oldu kuyinə əşki rəvan, rəvan; O, Kəbə içrə görmədi əhli-səfa, səfa. S.Ə.Şirvani. Çalxanır sonalar, çığrışır qazlar; Zəmzəm zümzüməli göllərin, dağlar! Aşıq Ələsgər. • Abi-zəmzəm – bax. ab. zənbərək is. [fars. “zənburək”dən]\n1. Qədimdə: adətən dəvə üstündə gəzdirilən kiçik top. Əlliyə qədər atlı yavaş-yavaş gəlirdi. Arxadakı dəvədə bir zənbərək topu da vardı. Çəmənzəminli.\n2. Metal yay. zənbərəkçi is. köhn. Zənbərək atan, zənbərək topuna xidmət edən. Birinci güllə zənbərəkçini aşırıb dəvədən saldı. Çəmənzəminli. zənbil is. [ər.] İçinə şey qoymaq üçün küləşdən, qarğıdan, çubuqdan və s.-dən hörülmüş qab. [Qız] kanalın yaxınlığında zənbilini yerə buraxıb bir daş üstündə oturdu. S.Hüseyn. zənbil-zənbil zərf Zənbillər dolusu, zənbillərlə. Ət bazardan daşınıb mənzilə zənbilzənbil; Etmədi mədələri yağlı qidanı təhlil. S.Ə.Şirvani. zənbilcik is. Kiçik zənbil, balaca zənbil. zənbilçi is. Zənbil toxuyan və satan adam. zənbilçilik is. Zənbil toxuma və satma işi, zənbilçinin peşəsi. Zənbilçiliklə məşğul olmaq. zənbilli sif. Əlində zənbili olan, zənbildə şey aparan. Zənbilli qız. zənbur is. [ər.] klas. Arı, cır arı. Bağrım şan-şan olur zənbur evi tək; Gözüm ki sən gəzən otağa düşər. Q.Zakir. Ələsgər, üsyanın çıxıbdı sandan; Öldürsən zənburu, əl çəkməz şandan. Aşıq Ələsgər. zəncəfil is. [ər.] Köklərində efir yağları olan tropik bitki. // Bu bitkinin ədviyyə kimi işlənən kökü. [Hacı Mehdi:] Qəndimi, çayımı, istiotumu, darçınımı, zəncəfilimi də satacağam. M.S.Ordubadi. Zəncəfil tropik bitki olub Asiya qitəsinin cənubunda bitir. Bəzi xörəklərin və undan hazırlanmış məmulatın tamını yaxşılaşdırmaq üçün istifadə edilir. • Zəncəfil çayı – zəncəfil kökündən hazırlanan çay. Anası zəncəfil çayının hayındaydı. Mir Cəlal. zəncəfilli sif. Zəncəfil səpilmiş, zəncəfil tökülmüş. Zəncəfilli qoğal. zəncərə is. [fars.] zool. Çəyirtkəyə bənzər qara rəngli böcək, iynəcə. zənci is. [ər.] Tropik Afrikanın, dərisi tünd-qara rəngdə olan yerli əhalisi və bu əhaliyə mənsub adam. Afrika zənciləri. – Bunlar zəncilərdən və afrikalılardan ibarət idi. M.S.Ordubadi. Öz ana vətənində ağızdolusu gülər; Rəngi qara, qəlbi ağ zəncilər. S.Rüstəm. zəncir is. [fars.]\n1. Bir-birinə keçmiş halqalardan ibarət dəmir bağ; silsilə. Saat zənciri. Lövbər zənciri. İti zəncirlə bağlamaq. – Axırda Dəmirçioğlu atasından gizli bir canlı kotan zəncirini də götürüb toqqa əvəzinə belinə bağladı. “Koroğlu”. Kəndlinin cavan oğlu şiddətli surətdə dəli oldu, hətta onu zəncir ilə bağlamağa məcbur olurlar. S.S.Axundov.\n2. Buxov, qandal. Əzizim bağlı qaldı; Yar qəlbi dağlı qaldı; Zəncir, buxov görmədi; Qollarım bağlı qaldı. (Bayatı). Ruhi-Məcnuni sevirsən bir dəm ey zəncir açıl; Kim, tutulmuş şəhridən könlüm biyaban istərəm. Qövsi. ..Dustaqxananın zəncir səsi camaatın qulağına gəldi. Ə.Haqverdiyev. Zənciri qolundan atdı bu torpaq. B.Vahabzadə. • Zəncirə çəkmək (vurmaq) – zəncirləmək, əl-ayağını zəncirlə bağlamaq. Dili-divanəni zəncirə çəkərsən, yeri var; Ətri-zülfün nə üçün müşkiXətadan seçməz? S.Ə.Şirvani.\n3. məc. Əsarət, zülm, məhkumluq rəmzi. İnsanlara zəncir, fəğan gətirən; O, faşist adlanan qara itləri; Məhv et silahının qüdrətilə sən! R.Rza. // Klassik şeirdə gözəlin zülfünə işarədir. Tutmazam zənciri-zülfü tərkin, ey naseh; Məni xah bir aqil xəyal et, xah bir divanə tut. Füzuli. Saçın zəncirinə könül bağladım; Məcnun kimi düşdüm dağa, Fatimə! M.P.Vaqif. ‣ Zəncir kimi (tək) – bir-birinin ardınca, silsilə şəklində. Dağların ardı-arası kəsilmir, zəncir kimi bir-birinə hörülmüş, bir-birini qucaqlamış kimi durur. A.Şaiq. Zəncirtək düzülüb on beş hünərvər; Daşlı küdrüləri etdilər səngər. H.K.Sanılı. Zəncir gəmirmək (çeynəmək) (bəzən “əlindən” sözü ilə) – birinə qarşı son dərəcə hiddətli olmaq, birinə divan tutmağa hazır olmaq, acıqlı olmaq. Zəncirdən qurtarmaq – bax. zəncirini qırmaq 1-ci mənada. Yaşıllıq çağırsın hər qəlbin neyi; Qurtaraq zəncirdən Prometeyi!.. S.Vurğun. Zəncirini qırmaq – 1) əsarətdən qurtarmaq, azadlıq əldə etmək; 2) məc. dan. həddini azmaq, sözə baxmamaq, özbaşınalıq etmək. zəncirbənd is. [fars.] Zəncirlə bağlı, zəncirə vurulmuş, zəncirli. zəncirçi sif. köhn. Məhərrəmlikdə, təziyə günlərində kürəklərinə zəncir vurmaqla özünə işgəncə verən mövhumatçı. zəncirçilik is. köhn. Məhərrəmlikdə, təziyə günlərində mövhumatçıların zəncirlə kürəyinə vurma adəti. zəncirə is.\n1. Sarı-qızılı rəngində incə haşiyə. Dona zəncirə qoymaq. – Qırmızı çuxası, yaxa zəncirə; Ətəkləri uzun, sallanır yerə. M.S.Ordubadi.\n2. Zəncir, silsilə şəklində düzülmüş, zəncir kimi hörülmüş lentdən ibarət paltar bəzəyi, gül-çiçək hörgüsü. // Bu şəkildə ornament, bəzək. zəncirəli sif. Zəncirəsi olan. Zəncirəli paltar. Zəncirəli başmaq. – [Məşuqə] zəncirəli tumanını dəstələyib .. həyətə enən pilləkənlə düşdü. S.Rəhimov. zəncirləmə 1. “Zəncirləmək”dən f.is.\n2. sif. Zəncir kimi bir-birinə bağlı, silsilə kimi fasiləsiz.\n3. is. məc. dan. Dəli. Lap zəncirləmədir. zəncirləmək f.\n1. Zəncir vurmaq, zəncirlə bağlamaq. İti zəncirləmək. – Piri kişi qara köpəyi heç vaxt zəncirləmirdi. S.S.Axundov.\n2. məc. Boğmaq, hərəkət etməyə, fəaliyyət göstərməyə imkan verməmək. Din və məzhəb yoxsulları zəncirləyib ağalara və sərvətdarlara qul etmək üçün yaradılmışdır. S.S.Axundov. Qanun var ki, zəncirləmiş ruhu, dili, həvəsi. N.Rəfibəyli.\n3. məc. Özünü bir işə və ya şeyə bağlamaq, əl-ayağını bağlamaq. [Aslanın] bir fikri vardısa, o da qardaşını evləndirməkdi. Lakin Fərhad həmişə eyş-işrətdə olduğu üçün özünü hələ zəncirləmək istəməyib Aslanın sözlərini rədd edirdi. C.Cabbarlı. zəncirlənmə “Zəncirlənmək”dən f.is. zəncirlənmək məch.\n1. Zəncirlə bağlanmaq, zəncir vurulmaq; bağlanmaq. Dar meydanda aslanın da zəncirlənər əl-ayağı. S.Vurğun. Yatdığı yerdən hürə-hürə sıçrayan, tut ağacı kölgəsində zəncirlənmiş (f.sif.) Alabaşa acıqlanıb, sonra da Şahbəy Sirata qışqırdı.. Ə.Əbülhəsən.\n2. Zəncir kimi sıralanmaq, düzülmək. • Bir-birinə zəncirlənmək – bir-birinə bağlanmaq, silsilə kimi düzülmək, sıralanmaq. Yolun lap yuxarı səmtlərində isə birbirinə zəncirlənmiş, uca və yaşıl dağlar vardı. S.Rəhimov. zəncirlətmə “Zəncirlətmək”dən f.is. zəncirlətmək icb. Başqasına zəncirlə bağlatmaq, zəncir vurdurmaq. zəncirli sif.\n1. Zənciri olan. Zəncirli saatlar, üstü almazlı; Toqqalar altunlu, qumro qotazlı. H.K.Sanılı.\n2. Zəncirlə bağlanmış, zəncir vurulmuş. Zəncirli it. // Əl-ayağında zəncir olan. Zəncirli dustaq. – Sənin yaratdığın zəncirli qullar; Ağzını bir dəfə açıb gülmədi. S.Vurğun.\n3. məc. Əl-ayağı bağlı, əsir edilmiş, müti. Zəncirlidir qoca qartal; Qanadları qəfəsdədir. S.Vurğun.\n4. məc. Dəli. – Ağıllınız kimdir? – Qabaqda gedən zəncirli. (Ata. sözü). zəncirotu is. bot. Qırıldıqda içərisindən süd kimi maye ifraz edən qısa gövdəli, uzunsaplaqlı ot bitkisi. Acıqovuq və ya zəncirotu cinsinin səbəti silindr şəkilli və ya zəngvaridir. Səbətdə çiçəklərin hamısı dilcik şəkillidir, sarı rənglidir. H.Qədirov. zəncirvari sif. Zəncir kimi; davamlı, sürəkli, silsiləli. Zəncirvari reaksiya. Zəncirvari hörgü. zəncirvuran köhn. bax. zəncirçi. zəndeyi-zəhlə zəndeyi-zəhləsi getmək – tamam zəhləsi getmək, acığı gəlmək, görməyə gözü olmamaq. Vəzirin Kəl Həsənnən zəndeyi-zəhləsi gedirdi. (Nağıl); zəndeyizəhləsini aparmaq – tamam zəhləsini aparmaq, acığını tutdurmaq, hiddətlənməsinə səbəb olmaq. zənəx is. [fars.] klas. Çənə, alt çənə. Münəvvər üz, lalə zənəx, tər buxaq; Tamam bir yanadır, bir yana gözlər. M.P.Vaqif. zənəxdan is. [fars.] klas. Çənədə, yaxud yanaqda çuxur. Dal gərdəndən düşüb tutub dalı zülf; Xoş göstərir zənəxdanı, xalı zülf. M.P.Vaqif. Siyah tellər ağ buxağın yanına; Xırda tellər zənəxdanə düşübdür. M.V.Vidadi. Nə göyçək görünür üzündə xalın; Gülgəz zənəxdanın xala yaraşır. Aşıq Ələsgər. zənəxdanlı sif. Zənəxdanı olan, çənəsində və yaxud yanağında çuxuru olan. Çoxdur ağ bədənli, büllur buxaqlı; Lalə zənəxdanlı, qönçə dodaqlı. M.P.Vaqif. zənən is. [fars.]\n1. Qadın, arvad. Camaat yer eylədilər, zənənnər gəlib oturdular. “Aşıq Ələsgər”. • Zənən xeylağı evf. – qadın, arvad. Onda ki, şahi-şəhid İngilistanə təşrif aparmışdı, ingilis padşahı da o zaman bir zənən xeylağı idi. M.S.Ordubadi.\n2. Həyat yoldaşı, arvad. Günlərin bir günündə genə də padşahın zənəni həmli olur. (Nağıl). zənənə sif. [fars.] Qadınlara məxsus, qadınlara aid. Zənənə ayaqqabı. – Sarı başmaq zənənə; Gözəl çoxdu, mənə nə? Qoy ilqar qənim olsun; İlk yarından dönənə. (Bayatı). Pəri xanım .. zənənə paltarını geydi. (Nağıl). ‣ Zənənə hamam dan. – çox hay-küylü yer. zəng is.\n1. Vurulduqda xüsusi səs çıxarmaq üçün içərisində metal dili olan, ağzıgen, kəsik konusşəkilli mis və ya mis ərintisindən qayrılmış alət. Kilsə zəngi. Zəng səsi. Dəmiryol zəngi. Yanğın maşını zəngi. – Davamlı bir zəng səsindən sonra 3 nömrəli tramvay döngədən göründü. Qantəmir. // Həmin alətin heyvanların boynundan asılan kiçik növü; zınqrov. Düzlərdə yük heyvanlarının boynundan asılmış zənglərin ahəngsiz və qarmaqarışıq səsindən başqa bir şey eşidilmirdi. M.S.Ordubadi.\n2. Səs siqnalı vermək üçün metal cihaz. Qapının zəngi. Elektrik zəngi. – Birdən qapının zəngi çalındı. M.Hüseyn. Sərhəng Səfai zəngi basıb .. Firidunu aparmağı əmr etdi. M.İbrahimov. Zəng səsi Kərim bəyi xəyalından ayırdı. Mir Cəlal.\n3. Bu alət vasitəsilə çıxarılan səs siqnalı. Telefon zəngi. Saatın zəngi. • Zəng vurmaq – 1) zəngə bir şey vurmaqla, toxundurmaqla və ya elektrik zənginin düyməsini basmaqla səs siqnalı çıxarmaq. Anisim tələsik pilləkəni başa çıxdı, zəngi vurdu. S.Rəhimov; 2) zəngin səsi çıxmaq (bəzən “zəng vurulmaq” şəklində də işlənir). Qapının zəngi vurdu. Telefon zəngi vurmaq. – Üçüncü zəng vurulurdu. Camaat tamaşa zalına axışırdı. S.Rəhimov; 3) danışmaq üçün telefona çağırmaq, telefonda danışmaq. Evlərinə zəng vurdu. Sizə zəng vurdum, cavab olmadı. Zəng eləmək (etmək) – bax. zəng vurmaq 3-cü mənada. Usta divardan asılmış telefonla kimə isə zəng etdi. M.Hüseyn. Zəng çalmaq – bax. zəng vurmaq 1 və 2-ci mənalarda. zəngçalan bax. zəngçi. zəngçi is. Vəzifəsi kilsə zəngini vurmaqdan ibarət olan kilsə xidmətçisi; zəngçalan. zəngçiçəyi is. bot. Zəngvari çiçəyi olan çiçək bitkisi. Zəngçiçəyinin zərif, açıqçəhrayı yarpaqları olur. zəngçiçəklilər cəm bot. Bitişik, bəzi hallarda isə bölünmüş ləçəkləri olan bitkilər fəsiləsi. zəngçilik is. Zəngçinin işi, vəzifəsi. zəngəl is. məh. Çəkmə boğazını əvəz edən dəri və gön qunc; ketr. zəngi [fars.] bax. zənci. zəngin sif.\n1. Çoxlu mal-dövləti, sərvəti, maddi vəsaiti olan, çox varlı. Zəngin ölkə. – Bu kənd böyük, zəngin bir kənd idi. N.Nərimanov. // Eyni mənada adam haqqında. Heç zənn etməm özgənin mali; Bizi zəngin qılıb edə ali. M.Ə.Sabir.\n2. Çox bol, çoxlu, bollu, çox geniş. Zəngin dil (söz ehtiyatı və ifadə vasitələri çox bol olan inkişaf etmiş dil). Zəngin kitabxana. Zəngin neft yataqları. Əsəri yazmaq üçün zəngin material toplanmışdır. Zəngin imkanlardan istifadə etmək.\n3. Çox qəşəng, çox gözəl, möhtəşəm, dəbdəbəli, təmtəraqlı, cah-calallı. O yerdə ki quşlar oxur, söylənilən türkülər; Andırır ki, o torpağın zəngin təbiəti var. S.Vurğun. zənginləşdirici sif.\n1. Zəngin edən, varlandıran, sərvəti artıran.\n2. xüs. Süxuru zənginləşdirməyə xidmət edən. Zənginləşdirici maddələr. zənginləşdirilmə “Zənginləşdirilmək”dən f.is. zənginləşdirilmək məch.\n1. Zəngin edilmək, daha da varlandırılmaq. 2 Artırılmaq, gücləndirilmək. zənginləşdirmə “Zənginləşdirmək”dən f.is. zənginləşdirmək f.\n1. Zəngin etmək, varlandırmaq. Ölkəni zənginləşdirmək.\n2. Daha da artırmaq, çoxaltmaq. Öz təcrübəsini zənginləşdirmək. Biliyini zənginləşdirmək. – Ana dilində və farsca yazılmış əsərləri ilə Şəhriyar, .. təravətli obraz və ifadə vasitələri ilə zənginləşdirmiş, xüsusən dünya poeziyasına “Heydərbabaya salam” kimi yüksək dərəcədə xəlqi və sənətkarlıq baxımından nadir əsərlərdən birini töhfə vermişdir. B.Nəbiyev.\n3. xüs. Süxurun boşluğunu aradan qaldırmaqla, yaxud ona hər hansı bir maddə daxil etməklə, onun dəyərini, faydalılığını artırmaq. Filizi zənginləşdirmək. zənginləşmə “Zənginləşmək”dən f.is. zənginləşmək f.\n1. Varlanmaq, varlı olmaq, malı, dövləti daha da artmaq.\n2. məc. Biliyi, məlumatı artmaq; əqlən, mənən daha da inkişaf etmək; kamilləşmək. Şiraslan öz-özünə cavab verdi: “Bəli, insan təbiəti dərk etməklə, onu dəyişdirməklə özü də zənginləşir”. S.Rəhimov. İnsan mənəvi cəhətcə yalnız o zaman həqiqi mənada zənginləşə bilər ki, onun həyat idealı bütün başqa hissləri üzərində hakim olsun. M.Hüseyn. zənginlik is.\n1. Varlılıq, dövlətlilik; böyük sərvətə, dövlətə, mal-mülkə, maddi vəsait və imkanlara malik olma. // Var, dövlət, sərvət, mal və mülk, maddi vəsait və pul bolluğu.\n2. Həşəmət, calal, dəbdəbə, təmtəraq. Bu qəsr Bağdad qəsrlərinin ən kiçiyi, lakin zinət və zənginlik cəhətcə ən böyüyüdür. M.S.Ordubadi.\n3. Adətən cəm şəklində – maddi vəsait, sərvətlər. Azərbaycanın torpaqaltı zənginlikləri müxtəlif və tükənməzdir. zəngli sif. Zəngi olan. Gəminin zəngli saatı gecə saat 2-ni vururdu. zəngulə is. [fars.] Azərbaycan klassik musiqisində: 12 əsas muğamdan biri. Əsas muğam bunlar idi: üşşaq, nəva, .. zəngulə və hicaz. Ü.Hacıbəyov. // Hər bir xanəndəyə xas olan iki qonşu tonun tez təkrarından əmələ gələn titrək səs. Zəngulə ilə oxumaq. – Könüllər dillənir zənguləsində; Hər təzə havaya təzə söz seçir. H.Hüseynzadə. • Zəngulə vurmaq – oxuyarkən bu cür səslər çıxarmaq (xanəndənin oxumaq xüsusiyyəti). [Suraxanski:] Hansı məşhur xanəndə, Qaryağdıoğlundan başlamış, mənim kimi zəngulə vura bilər? Ə.Haqverdiyev. Hətta [Fərəc] zəngulə vuranda uşaqlar bir-birinə baxıb dişlərini ağardırlardı. Qantəmir. O, sazın zil pərdəsini dilləndirir və o zamanın ən məşhur xanəndəsi olan Keçəçioğlunun zəngulələrini düzgün vurmağa çalışırdı. A.Şaiq. zəngşəkilli bax. zəngvari. zəngvari sif. Şəkilcə zəngə oxşayan, görünüşcə zəngə bənzəyən. zəngvuran is. Zəng çalan adam, kilsədə zəng vuran şəxs; zəngçalan. zənn is. [ər.]\n1. Kafi dəlil üzərində əsaslanmayan ehtimal, güman, qeyri-qəti fikir. Qəzetin olmadı bu həftə əyan; Yüz yerə getdi zənnü fikrü güman. S.Ə.Şirvani. Mənim zənnim ayrı yerə getdi. Mir Cəlal. • Zənn etmək (eləmək) – güman etmək, ehtimal etmək, düşünmək. [Əhməd:] Mən elə zənn edirdim ki, Gülnazın nazənin səsin eşitsəm bihuş olaram. T.Ş.Simurq. [Bəhram Pəriyə:] Mənim adımla özünü təsvir edirsən, zənn edirəm. C.Cabbarlı. Zənn etməyin o saçlar özözünə ağarmış. H.Hüseynzadə. Zənn ilə – diqqətlə. Qürbət bir şəhərin bazarında iki adam qabaq-qabağa gəlib bir-birinə zənn ilə baxdılar. Çəmənzəminli. Ağa sağ əlini çənəsinə dayadı, kirpiklərini bir dəfə də qırpmadan Tahirə zənn ilə baxdı. M.Hüseyn. Zənnim kəsmir – güman etmirəm, inana bilmirəm, ağlım kəsmir. Zənnimcə – mənim fikrimə görə, fikrimcə, düşündüyümə görə, ehtimalıma görə. Zənnimcə, o, doğru demir. Zənnimcə, bu gün soyuq olacaq. – [Nadir bəy:] Yalnız Çingizi, yaxud onun kimi bir-iki cahangiri haqsız görüb də, başqalarını haqlı göstərmək, zənnimcə, pək böyük bir haqsızlıqdır. H.Cavid. [Xanım:] Qısqanclıq yaxşıdır yerində; Hər şey üstə qısqanclığa meydan verməyin, zənnimcə, mənası yoxdur. Çəmənzəminli. Zənnini yayındırmaq – çaşdırmaq, fikrini azdırmaq. İlyas uzandığı yerdə sakitcə dayanıb düşmənin zənnini yayındırırdı. Mir Cəlal.\n2. Şübhə, şəkk, güman. Zənnin kimə gedir? – Mümkün olsa lap kökündən qaldırıb bir zənn ilə; Cümlə mətbuatı viran etməli bundan sora. M.Ə.Sabir. [Hacı:] Mənim səndən zənnim var idi. Ə.Haqverdiyev.\n3. Yaddaş, hafizə. [Zülfüqar dedi:] Zənnim korlanıb, sizi yaxşı tanıya bilmədim. B.Bayramov. zər I. is. [fars.] klas.\n1. Qızıl. Zər ilə olan zor ilə olmaz. (Ata. sözü). Ey mücəssəm duyğu, ey ülvi bəşər; Ey çamırlıq içrə düşmüş saf zər. A.Səhhət. Gözəlsən, tərifin düşüb mahala; Zər kəmər yaraşır qaməti-dala. Aşıq Ələsgər. Neçə məktəblərimiz var, neçə cəmiyyətimiz; Zərimiz, zivərimiz, qüvvətimiz, qüdrətimiz. Ə.Nəzmi.\n2. Qızıl suyu, yaxud qızılı toz. Zər vurmaq. Zər kağız (üzərinə qızıl suyu çəkilmiş, yaxud qızıl tozu ilə örtülmüş kağız). Zər yazı (qızıl suyu ilə yazılmış yazı). – Bunu oxumusanmı? – deyə mizin üstünə atdığı sarı cildli, zər yazılı kitabı göstərdi. M.Hüseyn. Rəis zər paqonlu qaraşın bir oğlan idi. Mir Cəlal. Qoşqar sinəsi atlana-atlana daşların üstünə qaçar, .. zər kimi bərq vuran balıqları yığmağa başlardı. İ.Hüseynov.\n3. bax. zərxara. Zər tuman, zər arxalıq; Yaşılı, həm alı göyçək. Aşıq Ələsgər.\n\nII. is. [fars.] Sümükdən və s.-dən qayrılan altıüzlü, üzərində xallar olan oyun daşı (əsasən nərd oyununda istifadə olunur). [Nüşabə:] Söylə, kimsən, haradansan, ey gənc? Oynayırkən, zər atırsan şeş, pənc. A.Şaiq. Nərd yiyəsi sonra papiros qutusundan kağıza bükülü zərləri çıxardı. Ə.Əbülhəsən. zəravənd is. [fars.] bot. Düz və sarmaşıq gövdəyə malik ot-bitki (kök və yarpaqlarında olan zəhərli maddələrdən təbabətdə istifadə olunur). zərb is. [ər.]\n1. Vurma, vuruş, zərbə. Zərbənin gücü, şiddəti. Ağac zərbi. – Zərb zəyərəkdən yağ çıxardar. (Ata. sözü). ..El bir olsa, zərbi kərən sındırar.. Aşıq Abbas. Vəzn, xüsusilə zərb ilə çalınan musiqi əsərlərində .. daha qabarıq surətdə nəzərə çarpır. Ə.Bədəlbəyli. • Zərbə düşmək – gücə düşmək, zora düşmək.\n2. Adətən zərbindən şəklində – toxunma gücündən, şiddətindən, zərbəsindən, təsirindən. Küləyin zərbindən ağaclar yıxıldı. – Zərbindən dağlar titrəşir; Bərqin dirəxşanı kimi. Aşıq Ələsgər. Mən hələ ondan qorxuram ki, Parijin yıxılmağının zərbindən özgə şəhərlər də bərbad ola. M.F.Axundzadə. Yəqin ki istinin zərbindən hərə bir kölgə yerə pənah gətirib. C.Məmmədquluzadə. Səlim sillənin zərbindən səndələdi. M.İbrahimov.\n3. Zərblə şəklində zərf – şiddətlə, bərk, bütün ağırlığı ilə. Atılan qarmağın birini də balıq aparmışdı. .. Elə bu vaxt sudakı qarmağın zərblə dartıldığını gördülər. İ.Şıxlı. Oğlan əlindəki kağız bükülüsünü yerə çırpıb, qapını zərblə çəkdi. İ.Məlikzadə.\n4. riyaz. köhn. Vurma əməli. Beş zərb beş – eylər iyirmi beş. • Zərb cədvəli – vurma cədvəli. Əhmədin riyaziyyatdan çox da başı çıxmazdı, amma əmali-ərbəəni və ələlxüsus, zərb cədvəlini yaxşı bilirdi.. B.Talıblı.\n5. Metal pul, sikkə və s. üzərinə naxış, damğa vurma. • Zərb vurmaq (eləmək) – metal pul kəsmək, sikkə kəsmək. Zərb olunmaq (edilmək) – kəsilmək (metal pul və s.). zərbaf is. [fars.]\n1. Bafta, güləbətin, zərli parça toxuyan usta.\n2. Qızıl və ya güləbətinlə qarışıq parça, habelə bu parçadan tikilmiş paltar. Alaydım yaşmağın, açıb kəmərin; Çıxarıb əynindən zərbafın, zərin. M.P.Vaqif. Böyükxanım başında zərbaf çarşab .. salam verib daxil oldu. M.S.Ordubadi. Belinə yaraşıb zərbafdan kəmər; Çəpkənli, çarqatlı ağbədən gəlir. Aşıq Abbas. zərbaflı sif. Zərbafdan biçilmiş, zərbafdan tikilmiş; qızıl və ya güləbətinlə işlənmiş, zərlə sırmalı. Tərifli gözəllər gəlhagəl oldu; Yaşıllı, zərbaflı, allı sənəm, gəl! Xəstə Qasım. zərbdəst is. [ər. zərb və fars. dəst]\n1. Qol gücü, qüvvət. Onun zərbdəstindən qolum ağrıdı.\n2. məc. Hünər, güc, bacarıq. Tutub kəmərindən çalanda yerə; Mənim zərbdəstim bilə pəhləvan! “Koroğlu”. zərbə is. [ər.]\n1. Qolaylayaraq bir şeylə şiddətlə vurma; vuruş. Yumruq zərbəsi. Balta zərbəsi. Zərbə səsi. • Zərbə endirmək (çalmaq, vurmaq) – 1) bir şeylə bərk vurmaq. Bizləri osmanlı, alman, rus gətirdi, heyrətə; Zərbə vurdu hər biri mümkün qədər hürriyyətə. Ə.Qəmküsar. Şaxtaçılar çalarkən zərbəsini dağlara; Radiodan yayıldı bu səda uzaqlara. M.Rahim; 2) zərər vermək. [2-ci bənna:] Haydı, quzum, kərpic at; Kərpic gətir, az su qat; Gecikmə, gəl, durma, gəl! İşə zərbə vurma, gəl. H.Cavid. Zərbə yemək – vurulmaq, döyülmək, zərbəyə məruz qalmaq. Gəldiyev nagahani zərbə yemiş adam kimi səndirlədi, özünü saxladı. Mir Cəlal. // Bərk dəymə, şiddətlə çarpma. Top gülləsinin zərbəsi. Dalğanın zərbəsi.\n2. Şiddətli həmlə, ansızın və qəti hücum. Cinahdan vurulan zərbə. Gözlənilməz zərbə. Ansızın zərbələr düşməni sarsıtdı. – Faşistlər zərbəmizə dözməyib geriyə qaçdılar. M.Hüseyn. // məc. Bir şeyin qabağını almaq, bir şeyi aradan qaldırmaq üçün görülən qəti tədbir, hərəkət. Müharibə qızışdıranlara qəti zərbə vurmaq.\n3. məc. Ağır mənəvi və ya cismani sarsıntı. Taleyin zərbələri. Oğlunun ölümü onun üçün ağır zərbə oldu. Xəstəlik onun səhhətinə ağır zərbə vurdu. – Əgər insan güclü məxluq olsaydı, ən ağır zərbələrə də dözərdi.. M.Hüseyn. ‣ Zərbə altına qoymaq – təhlükə qarşısında qoymaq. zərbəçi sif. köhn. Zərbəçiliklə əlaqədar olan; qabaqcıl. Zərbəçi fəhlələr. Zərbəçi briqada. // İs. mənasında. İstehsalat zərbəçiləri. Zərbəçilər toplanışı. – [Qurban Fatmanisəyə:] ..Sən də oxuyarsan, onlar kimi savadlanarsan, daha zərbəçiyə zurnaçı, udarnikə udernik deyib, xalqı özünə güldürməzsən. Ə.Haqverdiyev. zərbəçilik is. Zərbəçilərin kütləvi hərəkatı. zərbəft klas. bax. zərbaf 2-ci mənada. Yeri abı zərbəftdən ki, misl və bərabəri bu vaxtadək Lənkəranda görülməmiş ola. M.F.Axundzadə. zərbəli I. sif. mus. Zərb ilə çalınan, vurmaqla çalınan. Zərbəli musiqi aləti. Nağara zərbəli musiqi alətidir.\n\nII. sif.\n1. bax. zərbəçi.\n2. Çox mühüm və təxirəsalınmaz. Zərbəli tapşırıq. zərbət is. [ər. “zərbat”dan – zərbələr] köhn. Zərbə, yara. Vurursan sineyi-mollaya zərbət zərbət üstündən. Ə.Nəzmi. zərbxanə is. [ər. zərb və fars. ...xanə] Metal pul kəsilən yer, rəsmi müəssisə. zərbi-dəst bax. zərbdəst. [Əsgər bəy:] Yaxşı, bir özgə dəfə rast gələndə zərbi-dəstini göstərərsən.. M.F.Axundzadə. zərbi-məsəl is. [ər.] Məsəl kimi söylənilən məşhur söz, xalq ifadəsi, atalar sözü. [Hacı:] Nə qədər timsal və zərbi-məsəllər eşitsəniz, uşaqlarınıza deyin, dəftərlərinə yazsınlar. Qantəmir. • Zərbi-məsəl olmaq – dillərdə məsəl kimi işlənmək. Çarın bu mahir rüşvətxoru özünün həyasızlığı ilə Təbriz tacirlərinin arasında zərbi-məsəl olmuşdu. M.S.Ordubadi. zərbli bax. zərbəli . Zərbli musiqi alətləri. zərbülməsəl [ər.] bax. zərbi-məsəl. Hər zərbülməsəlin öz tarixi var; Yersiz söz deməyib bizim babalar! H.Hüseynzadə. zərd I. sif. [fars.] klas. Sarı. Əşkimi, çöhreyi-zərdimi görüb meyl etməz; Mən eşitmişdim, edər simü zər insanı əziz. Q.Zakir.\n\nII. is. Sarıköynəyin məhəlli adı. zərdab is. [fars.]\n1. Süd çürüdükdə, qatıq qaldıqda hasil olan sarı, quru, turştəhər maye, su.\n2. biol. tib. Laxtalanmış qan və limfanın duru çöküntüsü (təbabətdə dərman və diaqnostik vasitə kimi istifadə olunur). Difteriyaya qarşı zərdab. – Qanın maye zərdab hissəsində qida maddələri olur ki, bu maddələr qana həzm üzvlərindən keçir və bütün bədənə yayılır. “Zoologiya”.\n3. Yaradan çıxan çirkli və irinli su. zərdalı is. [fars.] Sarı ərik, qaysı (ağacı və meyvəsi). zərdə is. məh. Yerkökü. zərdəpər is. zool. İri üzgəcli balıq. zərdüşti sif. [fars. əfsanəvi şəxsiyyət olan Zərdüştün adından] Zərdüştlüyə aid, zərdüşt dininə mənsub olan; atəşpərəst. // İs. mənasında. Xüsusilə mənim xoşuma gələn Tahirin zərdüştilərlə rəftarı hekayəsidir. M.F.Axundzadə. [Kəbusey:] Zərdüştilər yaradılışda ikilik olduğuna inanırlar. Çəmənzəminli. zərdüştilik (=zərdüştlük) is. Qədim Azərbaycan, İran və Orta Asiya xalqlarının dini (zərdüştlüyün ən səciyyəvi xüsusiyyəti dünyada iki qüvvənin – xeyir ilə şərin həmişə bir-biri ilə mübarizədə olduğu təsəvvürümdən ibarətdir). zərdüştlük (=zərdüştilik) is. Qədim Azərbaycan, İran və Orta Asiya xalqlarının dini (zərdüştlüyün ən səciyyəvi xüsusiyyəti dünyada iki qüvvənin – xeyir ilə şərin həmişə bir-biri ilə mübarizədə olduğu təsəvvürümdən ibarətdir). zərədin is. xüs. Məftil və s.-ni kəsmək, habelə qızmış dəmiri tutmaq üçün kəlbətin. zərəfşan sif. [fars.] klas. şair. Qızıl səpən, qızıl saçan. Tamaşana gəlsin, Rum ilə Misir; Zərəfşan tellərin dörd yana əsir. Aşıq Sərvinaz. Min də desə dürri-zərəfşandı bu! Dur qaçaq, oğlum, baş-ayaq qandı bu! M.Ə.Sabir. Neçin afaqi sarmaz şöleyi-hüsnizərəfşanı? H.Cavid. zərəndaz is. [fars.] köhn. Keçmişdə taxçalardan asılan iki qıçalı (şalvara bənzər) zərxara, güllü, xırda bürünc pullarla bəzəkli pərdə. zərər is. [ər.] Ziyan. Bunun xeyri var ki, zərəri yoxdur; Gülməli insanlar həyatda çoxdur. S.Vurğun. • Zərər çəkmək – zərər etmək, maddi itki vermək, zərərə məruz qalmaq. [Kosaoğlu:] Allah ömrünü uzun eləsin, Qurban qağa, sən olan yerdə adam zərər çəkərmi? İ.Şıxlı. Zərər dəymək – ziyan çəkmək. Zərər etmək – alverdə qazanmaq istərkən itki vermək, maddi itkiyə məruz qalmaq. [Məmmədbağır] Bakıdan apardığı fındığı, şabalıdı istədiyi qiymətə sata bilmədiyindən, zərər edirdi. S.Hüseyn. Zərər gətirmək – bax. zərər vermək. Mənim doğruluğum zərər gətirdi. Q.Zakir. Zərər görmək – ziyan çəkmək. [Sultan:] Sənin atan da, əmilərin də yersiz inadkarlıqdan həmişə zərər görüblər. İ.Hüseynov. Zərər vermək – ziyan vermək, zərərli olmaq. Yalan zərər verər daim insana; Yalançı bənzəyər məlun şeytana. Şəhriyar. Zərər verməz – zərəri olmaz. Gözümdə məskən et, xari-müjəmdən ehtiraz etmə; Güli-xəndanə sordum, xarə yar olmaq zərər verməz. Füzuli. Zərər vurmaq – ziyan vurmaq, ziyan çəkməsinə səbəb olmaq. Hərçənd bir çox mollalar təklikdə “sətr”in şəri olmadığını, məarif və tərəqqimizə zərər vurduğunu söyləyirdi, amma heç kəs meydana çıxıb aşkar deməyə cəsarət edəmiyordu. “Hophopnamə”. Zərər yox – zərəri yoxdur, eyib etməz, razıyam. [Nadir bəy Aşıq Sultana:] Zərər yox, madam ki arzu edirlər, sazını al da gəl, fəqət çox gecikmə! H.Cavid. Zərərə düşmək – 1) bax. zərər çəkmək; 2) məcburiyyət altında pul xərcləməyə məcbur olmaq. Zərərə salmaq – pul xərcləməyə məcbur etmək. [Aşıq Vəli:] Adama ümid-nevid verib, yerindən eləyib, zərərə salıb, axırda sözünə əməl eləməyənə lənət! N.Vəzirov. Zərəri çatmaq – zərəri dəymək. De, görüm onların nədir səməri? Bəlkə də hər kəsə çatır zərəri. M.Ə.Sabir. Zərəri nədir – zərəri yoxdur. Zərərin yarısından qayıtmaq – ziyan gətirə bilən bir işi davam etdirməyib yarımçıq qoymaq, başa çatdırmamaq. [İmran:] Gəl mənə qulaq as, zərərin yarısından qayıt. M.Hüseyn. Nə zərəri var – bax. zərəri nədir. [Məşədi İbad:] Əlbəttə, nə zərəri vardır, cavanlıq olmasın, pul olsun. Ü.Hacıbəyov. // Maddi itki, xəsarət. zərərdidə sif. [ər. zərər və fars. ...didə] Bir hadisə, fəlakət və s. nəticəsində zərər çəkmiş, ziyan görmüş, xəsarət görmüş. Zərərdidə adam. Zərərdidə ölkə. – Malı gedənlər və zərərdidə (z.) olanlar qorxudan baş komandanın yanına şikayətə gedə bilmirdilər. M.S.Ordubadi. // İs. mənasında. Zərərdidələrə kömək. Daşqın zərərdidələri. – Yüzbaşının yasavulları küçələri dolanırdılar və zərərdidələri yoxlamaqda idilər. C.Məmmədquluzadə. • Zərərdidə olmaq – zərər çəkmək, ziyan görmək, xəsarətə uğramaq. Əvvəla, təhlükə zamanlarında Məşədi Kazım ağanın maliyyə işləri zərərdidə olurdu. M.S.Ordubadi. zərərli sif.\n1. Zərəri toxuna bilən, zərər verən, ziyanlı, müzür. Zərərli fikirlər. Zərərli həşərat. Papiros səhhət üçün zərərlidir. – [Alp Arslan:] Mən paytaxtı zərərli ünsürlərdən təmizlədiyim zaman, Qətibəni də oğlunun yanına, Rey şəhərinə göndərmişdim. M.S.Ordubadi.\n2. Maddi itkiyə, zərərə, ziyana səbəb olan, zərərlə nəticələnən. Zərərli satış. zərərlilik is. Zərərli şeyin xassəsi, keyfiyyəti. zərərsiz sif. Zərəri toxunmayan, zərəri olmayan; ziyansız. Zərərsiz dərman. Zərərsiz adam. – Şeyx, o bir möhtərəm, zərərsiz adam; Həm müsafir, qəribü aciz adam. H.Cavid. Molla Xəlil axırda bu fikrə gəlmişdi ki, müəllimlə dost olsun. Bu vasitə ilə onu özü üçün zərərsiz (z.) bir hala sala bilərdi. S.Hüseyn. zərərsizləşdirilmə “Zərərsizləşdirilmək”dən f.is. zərərsizləşdirilmək məc. Zərərsiz hala salınmaq. Torpaq vasitəsilə, ən birinci olaraq, yanğın qonşu evlər üçün zərərsizləşdirilirdi. Ə.Əbülhəsən. zərərsizləşdirilmiş f.sif. Zərərsiz hala gətirilmiş. Zərərsizləşdirilmiş mina. zərərsizləşdirmə “Zərərsizləşdirmək”dən f.is. zərərsizləşdirmək f. Zərərsiz hala gətirmək, zərər vermək imkanından məhrum etmək. İstehkamçılar minaları tapıb zərərsizləşdirdikcə, minaların qaytanlarını doğradıqca elə bil qaranlıq gecə haraya isə qaçmaq istəyirdi. Ə.Vəliyev. zərərsizləşmə “Zərərsizləşmək”dən f.is. zərərsizləşmək f. Zərərsiz hala düşmək. zərərsizlik is. Zərərsiz şeyin halı, xassəsi. zərərverici is. Kənd, meşə, anbar təsərrüfatına, habelə məişətdə insanlara zərər verən həşərat, heyvan. Pambıq zərərvericiləri. // Sif. mənasında. Zərərverici cücülər. Zərərverici həşərat. zərf I. is. [ər.]\n1. İçərisinə məktub və ya başqa kağız qoyub başqa yerə göndərmək üçün xüsusi biçimli kağız qab; konvert, paket. Molla Fərzəli məktubu yazıb bitirdikdən sonra büküb zərf içinə qoydu. A.Şaiq. Bu dəfə Zəfər stolunun dalından çıxıb əlində zərf mənə tərəf gəldi. M.Hüseyn. Ağabala zərfi açmamışdan Davud tərəfindən göndərildiyini bilirdi. Mir Cəlal.\n2. köhn. İçinə şey qoymaq üçün müxtəlif formalı qab; futlyar. Saat zərfi.\n\nII. is. [ər.] qram. Hərəkətin, keyfiyyətin və ya xassənin əlamətini bildirən dəyişməz nitq hissəsi. Zaman zərfi. Yer zərfi. zərfində zərf İçində, ərzində, müddətində. Beş gün zərfində. Bir ay zərfində. – Az bir müddət zərfində savadlanmağın birinci vasitəsi əlifbanın asanlığıdır. M.F.Axundzadə. Elm və nuri-mərifət ilə az vaxtın zərfində çox hünərlər meydana gətirmək olar.. F.Köçərli. Yarım saat zərfində bu adamlar tələbələrin arasından bu surətlə kənara atıldılar, özləri də məbhut qaldılar. T.Ş.Simurq. zərflik is. qram. İş və hərəkətin yerini, zamanını, kəmiyyətini, tərzini, səbəb və məqsədini bildirən cümlə üzvü. zərgər sif. [fars.] Qızıldan, gümüşdən bəzək şeyləri qayıran usta. Zər qədrini zərgər bilər. (Ata. sözü). ..Xədicə beş il əvvəl bəzək şeyləri satan zəngin bir zərgərə ərə getmişdir.. S.Hüseyn. Bakıda ümumiyyətlə peşəkarlar: xalçaçı, zərgər, papaqçı, saatsaz, minasaz, dəllək, boyaqçı və sairə çox olardı. H.Sarabski. zərgərlik is. Zərgərin işi, sənəti, ixtisası. Zərgərlik etmək. – Zərgər onlara öz bacardığı saatsazlıq, başmaqçılıq, zərgərlik sənətlərini öyrədirdi. M.S.Ordubadi. zərxara is. Zərli ipəkdən toxunmuş parlaq və şax ipək parça. Zərxaradan libası; Gey, sallan, olma ası; Məni yandırdı, yaxdı; Gözlərinin qarası. (Bayatı). [Bədircahan:] Hesab elə, qeyri qız olsa, o səndən istəyəcək: yaxşı yemək, içmək, zərxaradan çərkəzi tuman. N.Vəzirov. [Sara xanımın] ..zərxara arxalığı, qara məxmərdən tumanı, ..nəyi, nəyi yox idi? Qantəmir. zərxaralamaq f. köhn. Zərxaradan pərdə çəkmək, pərdə asmaq. zərxaralanmaq məch. köhn. Zərxaradan pərdə çəkilmək, pərdə asılmaq. zərxaralı sif. Zərxara, zərxarası olan. Zərxaralı don. – Alagöz geyindiyi zərxaralı paltarda özünü qaratikan içinə düşmüş kimi hiss edərək boğula-boğula soruşdu: – Yəni müsəlman zənəni də şərab içərmi, xanım. S.Rəhimov. zərif sif. [ər.]\n1. İncə. Zərif çiçəklər. Zərif əl. Zərif yun. – [Əbdüləli bəy:] Qadın vücudu zərif (z.) yaranmışdır, odur ki, qədimlərdə qadınlar gəcavə ilə gəzirdilər. C.Cabbarlı. Varlığın nə zərif (z.) yarandı sənin; Gözlə görünməyən bir aləmin var. S.Vurğun. Məktubu oxuyarkən əlindən çıxardığı zərif yun əlcəkləri paltosunun cibinə soxdu. Ə.Əbülhəsən.\n2. məc. Nazik, incə. Zərif söz. – Xoş gəlib şahə ol zərif kəlam; Ona şəmşirin eylədi ənam. S.Ə.Şirvani. // Lətafətli, ürəyəyatan, qəşəng. Zərif səs. – Sitarənin xəyalında bir cavan oğlanın əksi nəqş bağlamışdı. Bu oğlan Sitarə kimi zərif, lətif bir cavan idi. Çəmənzəminli.\n3. Arıq, zəif, cansız. [Rəhim bəy] ..naçalniklər yanında xidmət etmiş şirindil, zərif, gödəkboylu, altmış sinnini ötmüş bir kişi idi. Ə.Haqverdiyev. zərifanə zərf [ər. zərif və fars. ...anə] İncəliklə: gözəl, incə əda ilə, zərif, incə. Zərifanə rəftar. Zərifanə söz. zərifləşdirilmə “Zərifləşdirilmək”dən f.is. zərifləşdirilmək məc. Zərif hala salınmaq; incələşdirilmək. zərifləşdirmə “Zərifləşdirmək”dən f.is. zərifləşdirmək f. Zərif hala salmaq; incələşdirmək. zərifləşmə “Zərifləşmək”dən f.is. zərifləşmək f. Zərif olmaq; nazikləşmək, incələşmək. zəriflik is.\n1. İncəlik, lətafət, gözəllik, qəşənglik. Xüsusən Səbanın səsində və söhbətindəki zəriflik Atabəyin o gözəl qadını Qətibədə yox idi. M.S.Ordubadi.\n2. Zəiflik. Doğrudur, zərifliyin adı başqadır; Qüvvətə gəl, qüvvətin dadı başqadır. M.Müşfiq. zərifyunlu sif. Zərif yunu olan, yununun incəliyi ilə fərqlənən. Zərifyunlu qoyun. zərinc bax. ziriş(k). zərinə is. [fars.] Zərli, qiymətli paltar, qızıl bəzək. ..Xalxallı cariyələr və zərinələrə bürünmüş kənizlər Azərbaycan heyətinə xidmət edirdi. M.S.Ordubadi. zərqanadlı sif. Sarı rəngli qanadı olan; sarıqanadlı. [Toxumyeyən] cücü qara rəngli, zərqanadlı, xırda həşəratdır. zərli 1. sif. Zərlə bəzəkli, zərlə işlənmiş, üzərinə zər çəkilmiş, zərlə örtülmüş. Zərli parça. Zərli kağız. Zərli cild. – Dağdan gəldik ikimiz; Zərli yorğan yükümüz. (Bayatı). Taxçalarda xırda və zərli sandıqlar qoyulub, üstünə örtük çəkilmişdi. M.S.Ordubadi. Sövkəndi üzlərə zərli paqonlar; Şişdi tuluq kimi ağ nazik donlar. H.K.Sanılı.\n2. is. Zərli parça, zərlə işlənmiş parça. zərlilik is. Zərli şeyin xassəsi, keyfiyyəti. zərli-zibalı bax. zər-zibalı. [Gəray ağa:] Niyə [Müqim] öz zərli-zibalı Zərişinlə .. Cavanşirlə Şuşa qalasını su yoluna döndərirsən? S.Rəhimov. Zərli-zibalı bir otaq qayırmışdılar. S.Rəhman. zərnigar is. [fars.] klas. Qızıl naxışlı, qızılla bəzənmiş (naxışlanmış). Tök cəmizərnigarə şəfəqgun bədəni; Hicrü fəraq şəminə yəni çirağ tut. Q.Zakir. Alişan imarət, aynabənd otaq; Zərnigar qəsrlər, eyvan mənimdir. Aşıq Məhəmməd. Danışırsan azğınazğın; Hanı qəsri-zərnigarın? M.Ə.Sabir. zərnişan [fars.]\n1. sif. Qızıl suyu ilə vurulmuş nişanı (naxışı) olan, qızıl nişanlı. Hərami könlümə tapşırdı zərnişan oxlar; Ki hər birisi dəyər padşah xəzinəsinə. Qövsi. Bir qoç igid bir meydanda tapılsa; Bəzənər o meydan, zərnişan olu. “Koroğlu”. Olub zərnişan tacla sərfəraz; Şəbistanə qoydu qədəm yari-naz. M.Ə.Sabir.\n2. is. Zərli, bəzəkli, naxışlı parça və bu parçadan tikilmiş paltar. Ağ xələt bürünər, zərnişan geyməz; Heç kəsi dindirib keyfinə dəyməz. Aşıq Ələsgər. // Zər. [Qoca çoban Qumruya dedi:] Onun şəklini elə toxu ki, nə qardan, çovğundan, nə də yüz il keçəndən sonra vurduğun naxışların zərnişanı solmasın... Ə.Məmmədxanlı.\n3. sif. Ümumiyyətlə bəzəkli. Yaşıl nimtənəli, gülgəz qəbalı; Başında dəstarı zərnişan Pəri! Aşıq Əmrah. zərrə is. [ər.] Bir şeyin ən kiçik hissəsi. [Qəhrəman:] Kənarda şiddətlə əsən qış ruzgarı birqat pəncərələri yumruqlayır, kiçik qar və buz zərrələri ilə bombardman edirdi. H.Nəzərli. Buradakı dağ günəşinin tərkibində olan zərrələr .. misilsiz dərmanlardır. S.Rəhimov. Hər zərrəsi ulduz kimi; Gur bulaqdan sular axdı. M.Dilbazi. • Zərrə qədər (də), bir zərrə qədər – bax. bir zərrə. Mehrin könüldə zərrə qədər bir zavalı yox. S.Ə.Şirvani. Tahir qızın gecikməyindən zərrə qədər də incimirdi. M.Hüseyn. [Sultan:] Sənin o quru qəfəsənin altında vətənə heç zərrə qədər də məhəbbət yoxdur, Məcid. İ.Hüseynov. Bir zərrə – 1) bir az, çox cüzi miqdar. Bir zərrə su içdim. Bir zərrə ondan ver. – Qızın dodaqlarında və üzündə bir zərrə də olsa qırmızılıq qalmamışdı. M.S.Ordubadi; 2) qətiyyən, heç, əsla. Yox böylə ikidilli, yamanüzlü cəfakar; Bir zərrə utanmaz! M.Ə.Sabir. [Xəyyam:] Yox, oxşayacaq ruhumu bir zərrə səadət; İzlər məni hər dürlü fəlakət. H.Cavid. zərrə-zərrə zərf Zərrələrlə, çox kiçicik hissələrlə, az-az, cüzi-cüzi. zərrəbin is. [ər. zərrə və fars. ...bin] Böyüdücü şüşə (ən xırda şeyləri böyük göstərən şüşə); mikroskop. ..Bir daşın qəlbində gizlənən brilyantı zərrəbin vasitəsilə görmək mümkündür. M.S.Ordubadi. Bu, zərrəbinlə oxunacaq dərəcədə xırda, zərif bir xətt ilə cığara kağızına yazılmış bir məktub idi. M.Rzaquluzadə. zərrəcə zərf Zərrə qədər də olsa, az da olmuş olsa; heç, əsla, qətiyyən. Zərrəcə qorxusu yoxdur. – Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana; Zərrəcə qəti-məhəbbət etmədin, əhsən sana. Füzuli. Uzun illər sənə qaldım mən həsrət; Zərrəcə görmədim mehrü məhəbbət. M.P.Vaqif. Amma mən zərrəcə darılmaz idim; O qaranlıqda heç də qorxmaz idim. A.Səhhət. zərrəcik is. Ən kiçik zərrə; zərrənin ən kiçicik, ən xırda hissəciyi. zərrədin is. məh. Balaca şeyləri tutmaq və ya kəsmək, doğramaq üçün kəlbətin. zərrələnmə “Zərrələnmək”dən f.is. zərrələnmək f. Zərrələr halına düşmək, ən xırda hissələrinə ayrılmaq, parçalanmaq. zərrələnmiş f.sif. Zərrələr halına düşmüş, ən xırda hissələrinə ayrılmış, parçalanmış. zərrin sif. [fars.]\n1. klas. Qızıldan düzəldilmiş, qızıldan qayrılmış. Dev Reyhanı bir zərrin taxt üzərində qoyub, üzərinə gülab səpib burnuna müşkü ənbər iyi verdikdə Reyhan huşa gəlib, özünü devlərin yanında gördü. (Nağıl). Dövrü bir bəzmdir behiştibərin; Tac zərrin, sürahi həm zərrin. Füzuli. // Zərli. Bəzək bilməz bu diyarın göyçəyi; Tanımaz al çarqat, zərrin ləçəyi. M.P.Vaqif. İlhamımın yelkəni zərrin saçın olaydı. M.Müşfiq. Hər fikir mülkündə zərrin tac yatır; Hər meyvə tumunda bir ağac yatır. O.Sarıvəlli.\n2. şair. Qızıl kimi, qızıl rəngində, qızıl kimi parlaq. Zərrin qədəh. Zərrin şəfəqlər. Zərrin şüalar. – ..Qərbdəki ulduzlar zərrin dumanlar içində itmiş, şərqdəkilər sanki qorxub bir-birinə qısılmışdı. Ə.Məmmədxanlı. Miz üstündə yanır bir şam titrədikcə şölələri; Səpib zərrin tellərini o bəzəyir nurla yeri. B.Vahabzadə. zərrinə bax. zərinə. zərurət is. [ər.]\n1. Bir işə hər halda və vəziyyətdə məcbur olma, istər-istəməz onu əmələ gətirmə; məcburiyyət, naçarlıq, çarəsizlik. Hər dəm çəkib ol qəm içrə min ah; Səbr etdi zərurət ilə ol mah. Füzuli. Zərurət üz verdiyi zaman, insan özündə adi vaxtlarda mövcud olduğunu əsla təxmin etməyən bir qüvvənin bulunduğunu hiss edə bilərmiş. M.S.Ordubadi.\n2. Lazım olma, lüzum, vaciblik. Cəmiyyətin bütün mütərəqqi adamları .. qüvvələrini birləşdirmək zərurətini anlamışlar. M.İbrahimov.\n3. Ehtiyac, lüzum. Seyyid, qəzəldə ləfziqəliz etmə mündəric; Kim kəşfinə zərurət ola “Kənz” ya “Sihah”. S.Ə.Şirvani. Əlbəttə, bu yerləri yazın ilıq günlərində görmək Qəhrəman üçün daxili bir zərurət idi. S.Rəhimov. • Zərurət düşmək – ehtiyac əmələ gəlmək, lazım gəlmək, yeri gəlmək. Sərfəsizdir gövhəri israfilə sərf eyləmək; Ta zərurət düşməyincə söyləmək zinhar söz. Qövsi.\n4. Son dərəcə yoxsulluq, möhtaclıq, ehtiyac. zəruri [ər.]\n1. sif. Ən lazımlı, ən vacib, çox lazım, onsuz keçinilməsi mümkün olmayan. Zəruri vəsait. Zəruri ehtiyac tədbirləri. İnsanın həyatı üçün zəruri olan qidalar.\n2. zərf Labüd, istər-istəməz olacaq, məcburi, mütləq. Hər zərreyi-zahirin zühuri; Bir özgəyə bağlıdır zəruri. Füzuli. zərurilik is.\n1. Zəruri olma, vaciblik, lazımlıq, lüzum. Nizam və qaydanın zəruriliyi.\n2. Labüdlük, məcburilik. zəruriyyət bax. zərurət. Muxtarov Dadaş pulemyotçu idisə də, axır günlər zəruriyyət üzündən hesablama bölməsinə komanda edirdi. Ə.Əbülhəsən. ..Daxili bir zəruriyyət [Sultanı] başı kəlağayılı qızlar dəstəsinə diqqət yetirməyə məcbur edirdi. İ.Hüseynov. zərvari sif. Qızıl rəngində olan, sarıya çalan. zərvərəq is. [fars. zər və ər. vərəq] Üzünə qızıl suyu çəkilmiş kağız, zər ilə qaplanmış səhifə. zərzər is. [fars.] Zərlə toxunmuş parça, zərli parça. Otağın divarlarındakı cüməxatanda böyük sandıqların üstə ipək, zərzər üzlü əlvan yorğan-döşəklər qoyulardı. H.Sarabski. zər-zərbafta is. [fars.] bax. zərbaf 2-ci mənada. zər-ziba is. [fars.]\n1. Bərli-bəzəkli paltar, bahalı parça. Qızıldan çarpazı, yar düymələri; Əyninə geyib zər-zibaları. “Əmrah”. Gümüşüm tunc olub, zər-zibam da bez; Qəlb çıxır aldığım mal, qoca baxtım. Aşıq Ələsgər. Bayram gəlib, hamı geyib zər-ziba; Bizdə nə bez qədək, nə şal da yoxdur. Aşıq Hüseyn.\n2. Qızıl-gümüş, cavahirat, dövlət, qiymətli şeylər. [Koroğlu dedi:] Şəhərin yerində kotan əkərəm; Zər-zibasın Çənlibelə çəkərəm. “Koroğlu”. zər-zibalı sif. Bərli-bəzəkli, süslü; bərli-bəzəkli paltar geymiş. Ələmdar .. ağasının zər-zibalı xanımını gözləri qabağına gətirib maya kimi ağappaq əndamına baxır, baxır, baxırdı. S.Rəhimov. zər-zivər is. [fars.] Bərbəzək, zinət, süs, yaraşıq. Qapılar, divarlar gövhərdir, ipək; Verir libaslara zər-zivər, bəzək. Şəhriyar. zəval bax. zaval. Bir gün olmaz kim, ona gərdün yetirməz bir zəval. Füzuli. Mehrin könüldə zərrə qədər bir zəvalı yox. S.Ə.Şirvani. Ey dövlətimin zəvalı oğlum! Ey başı ağır, bəlalı oğlum. M.Ə.Sabir. zəvat [ər. “zat” söz. cəmi] bax. zat. Yetdi necə bəs mövqei-ikmalə bu sənət? Etdi iki sərvətli zəvat ilə şərakət. M.Ə.Sabir. zəvərdər is. [fars.] xüs. məh. Bina tikilərkən qapı və pəncərənin üstünə qoyulan böyük daş. zəvvar is. [ər.] Ziyarət edən, ziyarətə gələn və yaxud ziyarətdən qayıdan şəxs; ziyarətçi. Zəvvarın həmişə getmək ya gəlmək sədasını eşidən kimi Məhəmmədhəsən əminin gözündən yaş çeşmə kimi başlar axmağa. C.Məmmədquluzadə. Haşım yol ilə gedərkən iki nəfər nabələd adama rast gəldi. Bunların biri piyada zəvvar, biri də dərviş idi. B.Talıblı. Zəvvarlar karvanı Məkkə şəhərinə yaxınlaşır. Ə.Məmmədxanlı. // Poetik dildə, məc. mənada. Bulunmaz dünyada bənzərin bəlkə; Zəvvarın olmuşdur bir böyük ölkə. Ə.Cavad. Zəvvarın olmuşdur ay da, ulduz da; Göydəki mələk də, yerdəki qız da. S.Vurğun. zəvzək sif. Çoxdanışan, naqqal, boşboğaz, lağlağı. Zəvzək adam. // İs. mənasında. [Aslan bəy:] Yox, [doktor] hələ gəlməmiş, ..o da hər zəvzək ilə vaxt keçirir. A.Şaiq. Bu inamla yaşamışam; Bizim kimi zəvzəklərin; İgidliyi dözüm olsun; “Heyvərəlik, boşboğazlıq” bizim olsun. B.Vahabzadə. zəvzək-zəvzək zərf Boş-boş, bihudə, mənasız. [Molla Abbas:] Necə nağıl de? Nə zəvzək-zəvzək danışırsan. Mən vaizəm, yoxsa nağılçıyam ki, sizə nağıl deyəm. C.Məmmədquluzadə. zəvzəkləşmə “Zəvzəkləşmək”dən f.is. zəvzəkləşmək f. Zəvzək olmaq, lağlağı olmaq. zəvzəklik is. Çox danışqanlıq, lağlağılıq, boşboğazlıq, naqqallıq. [Xan:] Bivecdir, əlindən zəvzəklikdən başqa bir şey gəlməz. Çəmənzəminli. Yaman qəzəbləndi bu zəvzəkliyə; Baş həkim Cahangir çıxdı özündən. B.Vahabzadə. • Zəvzəklik etmək – boşboğazlıq etmək, naqqallıq etmək, boş-boş danışmaq. Sabah bu arvad gedib orda-burda zəvzəklik edərək Siratın dövlətli tərəfdarı olduğunu danışa bilərdi. Ə.Əbülhəsən. zəvzəmə “Zəvzəmək”dən f.is. zəvzəmək f. Çox danışmaq, naqqallıq etmək, boşboğazlıq etmək. zəvzətmək icb. Zəvzəməsinə səbəb olmaq, çox danışdırmaq (boş-boş). zəy is. kim. İkiqat sulfat turşuları kristallarından ibarət daş. zəydan is. [zəy və fars. ...dan] Lampanın boğazına zəylə yapışdırılan və lampanın odluğu – maşını burulub keçirilən yivli halqa. Lampanın zəydanı qopub. zəyərək is. bot. Toxumundan və dənindən yağ çıxarılan bəzir adlanan bitki; kətan. Kətan (zəyərək) .. cinsinin Azərbaycanda 13 növü vardır. Ə.Qasımov. zəyləmə “Zəyləmək”dən f.is. zəyləmək f. Zəy vurmaq, zəy qarışdırmaq, zəy qatmaq. Suyu zəyləmək (durulmaq üçün suya zəy vurmaq). zəylənmə “Zəylənmək”dən f.is. zəylənmək məch. Zəy vurulmaq, zəy qarışdırılmaq, zəy qatılmaq. zəylətmə “Zəylətmək”dən f.is. zəylətmək icb. Başqasına zəylətdirmək. Suyu zəylətmək (durulmaq üçün suya zəy vurdurmaq). zəyli sif. Zəy ilə qarışıq olan, zəy vurulmuş, zəy qatılmış. Zəyli su. – İnsanın bədəni yanmaqdan, məsələn, qaynar su tökməkdən qabarıb ziyadə azar edər.. Belə qabarı duzlu, ya zəyli suya salanda qabarın içindəki su bu duzlu sudan duru olduğuna dəridən keçib duzlu suya qarışır və bu səbəbə belə qabarı yarım saata sağaltmaq olur.. “Əkinçi”. zəylik bax. zəydan. Lampanın zəyliyi əyilmişdir. zığ is.\n1. Duru (sulu) palçıq, lehmə, bataq. Qurşağacan batıb zığa; Əlləşir misirli qardaşlar. O.Sarıvəlli. Pilpilənin təpəsindən bozumtul zığ və lehmə axırdı. M.Süleymanov. ..Zığdan addım atmaq qeyri-mümkün olmuşdu. İ.Hüseynov.\n2. Gözdə əmələ gələn çirk, kir.\n3. Yağ, yağlılıq, qatılıq, qəlizlik.\n4. Yaş peyin töküntüsü. ‣ Zığ vermək (vurmaq) – ağzınacan dolu olmaq. Böyük həyətin o biri başı toydan dağılışan adamla zığ verirdi. Ə.Əbülhəsən. zığbazığ zərf dan. Ağzınacan, ağzına qədər. Otaq zığbazığ dolu idi. zığıldama “Zığıldamaq”dan f.is. zığıldamaq f. dan. İnildəmək, mızıldamaq, şikayətlənmək. zığıldaşma “Zığıldaşmaq”dan f.is. zığıldaşmaq qarş. Zığıldamaq (çoxları yerbəyerdən). Titrəməyin, haydı, zığıldaşmayın! Ay cücələr, çox da cırıldaşmayın. Ə.Nəzmi. zığıldatma “Zığıldatmaq”dan f.is. zığıldatmaq icb. dan. Zığıldamağa məcbur etmək, zığıldamasına səbəb olmaq. zığlamaq f. Palçıqlamaq, palçığa batırmaq, lehmələmək, lehməyə bulamaq. O su təmiz bir yolu korlayıb zığlamasa yaxşıdır. S.Rəhimov. zığlandırma “Zığlandırmaq”dan f.is. zığlandırmaq f.\n1. bax. zığlamaq.\n2. Qatılaşdırmaq, qatılığını artırmaq. İnək südünü zığlandırdı. zığlanma “Zığlanmaq”dan f.is. zığlanmaq f. Zığa (palçığa) bulanmaq, batmaq. zığlanmış f.sif. Zığa (palçığa) batmış, lehmələnmiş. Zığlanmış döşəmə. zığlaşma “Zığlaşmaq”dan f.is. zığlaşmaq f. Zığ halına gəlmək, zığ olmaq, lehmələnmək. zığlatma “Zığlatmaq”dan f.is. zığlatmaq bax. zığlamaq. zığlı sif.\n1. Palçıqlı, lehməli, bataq, bataqlıq. Küçə zığlı idi, [Nemətullayev] yeridikcə sürüşürdü. S.Rəhimov. Zığlı dərəciklər quruyub yaşıllaşırdı. M.İbrahimov.\n2. Qatı, qəliz. Bu qoyun yaxşı zığlı süd verir.\n3. Kirli, çirkli. Kaştan keçəlləmiş quyruğunu bulaya-bulaya yarıyumulu zığlı gözlərini teştə zilləmişdi. İ.Məlikzadə. zığlıq is.\n1. Zığ olan yer; palçıqlıq, lehməlik, bataqlıq.\n2. Qatılıq, qəlizlik. zığ-zımğır bax. zığ 1-ci mənada. Qolqılçasını çırmayıb işə girişən uşaqlar bu bağçanın qumlu torpağına, arxın zığ-zımğırına batıb bulanmaqdan çəkinmirdilər. S.Rəhimov. zıqqanma “Zıqqanmaq”dan f.is. zıqqanmaq f. Gücənmək, gücə düşmək, hıqqanmaq. // Bir işi çox çətinliklə görmək. İdarədəkilər Müsyö Qomel ilə birlikdə hələ də o kəlmənin üstündə zıqqanırdılar. Qantəmir. zıqqana-zıqqana zərf Gücənə-gücənə, hıqqana-hıqqana, gücə düşərək, güclə, çətinliklə. Belə yerdə zıqqana-zıqqana kağız oxumaq çox ayıb olacaqdı. Qantəmir. Bəy zıqqana-zıqqana ağır gövdəsini yerdən üzdü, dərhal yekə döşəkçəyə çırpdı. Mir Cəlal. zıqqı sif. və is.\n1. Çox xəsis, çox tamahkar, acgöz. Xalıqverdiyə görə Mirzə Cəmil çox xəsis, göy, zıqqı adamdı. Ə.Vəliyev.\n2. Ağırxasiyyətli, zəhlətökən, zəhləaparan. Elə bir zıqqıdır ki, dindirəsi deyil. zıqqıldama “Zıqqıldamaq”dan f.is. zıqqıldamaq f. Zarımaq, inildəmək, sızıldamaq, zarıldamaq. Kosa qocalıb əldən düşmüş xəstə qarı kimi zıqqıldadı. S.Rəhimov. ..Məmmədhüseynin arxası yerə dəyəndə çox yemiş ayı kimi zıqqıldadı və qışqırdı. Mir Cəlal. zıqqıltı is. Zıqqıldama səsi, inilti, zarıltı. zıqqınmaq bax. zıqqanmaq. zıqqına-zıqqına bax. zıqqana-zıqqana. Bir uşaq da mollanın qabağında diz çöküb, zıqqına-zıqqına dərs oxuyurdu. P.Makulu. zılğa is. məh.\n1. Quşun yeni yumurtadan çıxmış tüksüz balası; ətcəbala. Gözünün önündə qara, boz ilan; Girib yuvasına, edərdi talan; Körpə balaları udardı diri; Qalmazdı salamat zılğanın biri. H.K.Sanılı. Onun dişsiz ağzı zılğa cücə kimi açıldı. S.Rəhimov.\n2. Quraqlıqdan sıxıntı çəkib incəlmiş. Zılğa taxıl (bitki).\n3. Çox zəif, tək-tük tükləri olan. Onun başının tükləri təpədən yanlara qədər tökülmüş, ortası zılğa (z.) qalmışdı. S.Rəhimov. zılx is. məh. Çuğundur. zılxa zərf məh. Tamamilə, bütün, başdan-başa, səlt. Bu ət zılxa yağdır. zılıq is. məh. Gözdən, ağızdan, burundan axan selik. ‣ Gözünün zılığını axıtmaq – bax. göz. [Hacı Atakişi Tamaşaya:] Nə olub, yenə gözünün zılığını axıdırsan? Ə.Abasov. zılıqlı sif. məh. Zılığı olan, zılıq axan. zımırtlaq is. məh. Zığ, bataqlıq yer; yaş peyin tökülmüş yer. zınba is. Deşik açmaq üçün əl aləti; deşikaçan. zındıq is. [ər.] Əsil mənası zərdüşti (kafir, dinsiz) olub, canlı dildə söyüş məqamında işlənir. [Əhməd:] ..Bu zındıq oğlu zındıqdır ki, ondan bir tük də çəkmək olmayır. N.Vəzirov. zınq I. is. Quş ifrazatı, quş təzəyi. Toyuq zınq atdı.\n\nII. , ZINQ-ZINQ təql. Zəngin, qumrovun çıxardığı səs. zınqıldama “Zınqıldamaq”dan f.is. zınqıldamaq f. İncə zəng səsi çıxarmaq. Qumrov zınqıldadı. – Ağatlı fayton tərpəndi, zınqıldaya-zınqıldaya (z.) səs saldı. S.Rəhimov. zınqıldatma “Zınqıldatmaq”dan f.is. zınqıldatmaq bax. zanqıldatmaq. zınqıltı is. Zəngin çıxardığı səs, incə zəng səsi. Eşitdilər birdən yeni zınqıltı; Faytonçular çox bərk qovurdu atı. H.K.Sanılı. Telefon zınqıltısı növbətçi həkim otağını doldurdu. S.Rəhimov. zınqırov is. Heyvanların boynuna, dəfin sağanağına taxılan xırda zəng, qumrov. Tək çalınan zınqırovlar uzun-uzun guvuldar; Usandıran bir səs ilə vıyıldar. A.Səhhət. Yeridikcə dəvələr səslənən zınqırovlar; Əruzun ahəngini xatırladır şairə. B.Vahabzadə. zınqırovlu sif. Zınqırov asılmış, zınqırovu olan. Zınqırovlu keçi. Zınqırovlu dəvə. Zınqırovlu dəf. – Budur iki fayton gəlir, ikisi də zınqırovlu. C.Məmmədquluzadə. Çoxdan bəri zınqırovlu fayton görməmiş uşaqlar, ..məktəbin yanından uzanan araba yolu ilə aşağıya sarı yüyürdülər. M.Hüseyn. zınqırovotu bot. bax. zəngçiçəyi. zıppıltı is. dan. Bir şey yuxarıdan düşdükdə, yaxud bir yerə dəydikdə çıxan səs. zıran is. Oyunda axırıncı; uduzmuş partnyor. zırı (=zırıq) sif. və is. vulq.\n1. Çox yekə və yöndəmsiz, yekəpər.\n2. Qanmaz, anlamaz, qaba, kobud adam. zırıq (=zırı) sif. və is. vulq.\n1. Çox yekə və yöndəmsiz, yekəpər.\n2. Qanmaz, anlamaz, qaba, kobud adam. zırıldama “Zırıldamaq”dan f.is. zırıldamaq f. dan. Zır-zır etmək, usandırıcı bir səslə ağlamaq. [Səməd bacısına:] Ay arvad, bu xalqı nə zinhara gətirdin? Sənə demədimmi çox zarıldayıb zırıldama? B.Talıblı. // məc. Xoşa gəlməyən bir səslə ağlarcasına oxumaq. Uşaq qırıq val kimi zırıldayırdı. Mir Cəlal. zırıldatma “Zırıldatmaq”dan f.is. zırıldatmaq icb. dan. Zırıldamağa məcbur etmək, zırıldamasına (ağlamasına) səbəb olmaq; ağlatmaq. zırıltı is. dan.\n1. Zırıldama, zır-zır ağlama. Zırıltı səsi.\n2. Səs-küy, mərəkə, həngamə, dava-qalmaqal, dava-dalaş, araqarışma. Zırıltı qopmaq. – Mən də çıxıb bir yana gedərəm, beləliklə də, bu zırıltı yatıb qurtarar. M.S.Ordubadi. Həpirin yəqini idi ki, bu zırıltıdan sonra atası onun evində qalmaz, baş götürüb gedər. Mir Cəlal. [Qarı:] Bu zırıltı nədir, deyirlər hökumət dəyişilib? Ə.Əbülhəsən. ‣ Zırıltı ilə – biabırçılıqla, rüsvayçılıqla. zırınq təql. Zəngin çıxardığı səs. zırınqazırınq zərf Zınqıldaya-zınqıldaya, zəng kimi zınqıldayaraq, səs sala-sala. ..Fayton .. zırınqazırınqla hərəkət edirdi. S.Rəhimov. zırınpa is. məh. Zır-zır ağlama, zırıldama. ..Cəfərə baxıb Yusif də onun kimi başladı zırınpanı. C.Məmmədquluzadə. zırnı (=zırnıx) is. [ər. zirniq] Bədəndə olan artıq tükləri aparmaq üçün işlədilən maddə (arsenlə kükürd xəlitəsi). zırnıx (=zırnı) is. [ər. zirniq] Bədəndə olan artıq tükləri aparmaq üçün işlədilən maddə (arsenlə kükürd xəlitəsi). zırpı sif. və is. vulq.\n1. Çox yekə, çox böyük, yekəpər, yöndəmsizcəsinə iri. Şah Dəşküvar baxırdı, gördü ki, bu pəlvan elə zırpı pəlvandı ki, qabağında dağ dayanmaz. (Nağıl). [Gileygüzarov:] Mən boyda zırpı ədibi burada qoyub, bir gör kimləri çap eyləyirlər, kimləri?! – deyib özündən çıxdı. S.Rüstəm. ..Bitdilidən zəvvar aparmağa gələn zırpı bir şeydi. Ə.Əbülhəsən.\n2. bax. zırı(q) 2-ci mənada. zırpılaşma “Zırpılaşmaq”dan f.is. zırpılaşmaq f. vulq. Çox yekələşmək, çox qabalaşmaq, yöndəmsizcəsinə iriləşmək. zırpılıq is. vulq. Yöndəmsizcə yekəlik, irilik, böyüklük, yekəpərlik. Zırpılığına baxma, gücü yoxdur. zırpıltı bax. zıppıltı. zırrama is. və sif. Gic, sarsaq, ağıldan kəm; sözünü, hərəkətini bilməyən, zırı. Axırından şey çıxmadı, zırramanın biri idi. R.Rza. Nə qədər ki, bu zırramanın əlində imkan var, çalış, ondan istifadə et, özün isə gözdəqulaqda ol. İ.Əfəndiyev. zıryan is. Komi xalqının köhnə adı. zır-zır 1. təql. dan. Usandırıcı uşaq ağlaması səsi. • Zır-zır eləmək – bax zır-zır zırıldamaq. Zır-zır zırıldamaq – zırıltı ilə ağlamaq; daim ağlamaq.\n2. sif. Ağlayan. Zır-zır uşaq. zıvınca is. məh. Qolsuz isti qadın tənliyi (candonusu). Qumrunun anasından bir yadigar var idi: məxmər zıvınca. Mir Cəlal. ziba sif. [fars.] klas.\n1. Bəzəkli, zinətli, yaraşıqlı, qəşəng. Ziba nimtənəli, tikmə köynəkli; Gözləri qəmzəli, qallı sənəm, gəl! Xəstə Qasım.\n2. Gözəl, göyçək. Surəti ziba sənəmlər yox demən bütxanədə; Var çox, əmma sənə bənzər büti-xunxar yox. Füzuli. Anın üçün uymaz qeyriyə könlüm; Bir əcəb zibadır mənim sevdiyim. M.P.Vaqif. Könlümdə o ziba sənəmin şövqi-vüsalı; Etmişdi pərişan saçıtək fikrü xəyalı. A.Səhhət. zibalanmaq f. Gözəlləşmək, qəşəngləşmək, daha da gözəl və qəşəng olmaq. Ala gözlər nərgisi-məstanə tək şəhlalənir; Elə ki süzgünləşir, yüz mərtəbə zibalənir. M.P.Vaqif. zibalıq is. Gözəllik, yaraşıqlılıq, qəşənglik. Səni bu zibalıqda; Görməyən göz gözdümü? Sarı Aşıq. Mələkdə belə hüsn olmaz, pəridə belə zibalıq; Nə gülşəndə gülü lalə, nə gərdundə məhü əxtər. Aciz. zibəs zərf [fars.] klas. (bəzən “ki” bağlayıcısı ilə). Kifayət qədər, qədərincə. Zibəs ki müntəzirəm ayaq sədasından; Təsəvvür eyləyirəm, bəlkə nazlı yar gəlir. S.Ə.Şirvani. Zibəs çoxdan bəri şövqündə idim mən bu həlvanın; Dedim, yaran, nolur versən bana bir payi-hürriyyət. M.Ə.Sabir. zibil is.\n1. Evlərdə, küçələrdə və s.-də yığılaraq onları zibilləndirən tör-töküntü, tullantı. Evin zibilini süpürüb atmaq. – Bizim Cəfərin anası ev-eşiyi süpürüb, yığılan zibili evin qabağına atırdı... C.Məmmədquluzadə. O gündən hamamın qapısı mismarlandı, qabağına zibil tökülməyə başlandı. Çəmənzəminli. // məc. dan. Lüzumsuz, yararsız, heç bir qiyməti, dəyəri olmayan şey haqqında. Bu zibili buradan götürün.\n2. məc. Çox pis, yaramaz, murdar, alçaq, rəzil adam haqqında (bəzən söyüş mənasında). Zibilin biri zibil. // məc. Yararsız, ləyaqətsiz, aciz, bacarıqsız adam haqqında. [Molla:] Amma öz aramızdı, heç cavanlıqda da bir zibil deyildim. “M.N.lətif.” ‣ Zibil kimi – həddən artıq çox, bol (bəzən həddən artıq çox olduğu üçün qiymətdən düşmüş şey haqqında). İndi pul zibil kimi, fəqət həvəs yox. Qüvvət gedib. N.Nərimanov. Zibili çıxmaq – həddindən artıq çoxaldığı üçün qiymətdən düşmüş, əhəmiyyətini itirmiş, gözdən düşmüş şey haqqında. zibilatan is. xüs. Yığılmış zibili kənar etmək üçün qurğu, mexanizm və s.; zibildaşıyan. zibilçi is. Həyətlərin, küçələrin zibilini maşın və ya araba ilə daşıyıb aparan işçi. zibilçilik is. Zibilçinin işi, peşəsi. zibildaşıyan sif. Həyətlərdə, küçələrdə yığılmış zibili daşıyıb aparan. Zibildaşıyan maşın. zibilxana bax. zibillik. zibilləmə “Zibilləmək”dən f.is. zibilləmək f.\n1. Zibil etmək, zibil tökmək, zibilləndirmək. Xalçanın üstünü zibilləmək. Döşəməni zibilləmək. – Ədə, Həsənəli, naxır gəlir, qaç töylənin qapısını aç, heyvanlar gəlib həyətə girməsinlər və həyət-bacanı zibilləməsinlər. C.Məmmədquluzadə.\n2. məc. Xarab etmək, korlamaq, lüzumsuz, istənilməz və s. şeylərlə doldurmaq. Dili lüzumsuz yad sözlərlə zibilləmək. zibilləndirilmə “Zibilləndirilmək”dən f.is. zibilləndirilmək “Zibilləmək”dən məch. zibilləndirmə “Zibilləndirmək”dən f.is. zibilləndirmək bax. zibilləmək. zibillənmə “Zibillənmək”dən f.is. zibillənmək f.\n1. Zibilli olmaq, zibilə batmaq, bir şeyin içində çoxlu zibil yığılmaq. Həyət lap zibillənibdir. Hovuz yaman zibillənib.\n2. İçərisinə bir şey düşmək nəticəsində xarab olmaq, korlanmaq, tutulmaq. Su borusu zibillənmişdir. zibilləşdirmə “Zibilləşdirmək”dən f.is. zibilləşdirmək f.\n1. Zibil tökmək, zibilli etmək.\n2. məc. Korlamaq, xarab etmək, pozmaq. zibilləşmə “Zibilləşmək”dən f.is. zibilləşmək f.\n1. Zibilli olmaq, zibilə dönmək.\n2. məc. Xarab olmaq, korlanmaq. zibillətmə “Zibillətmək”dən f.is. zibillətmək bax. zibilləmək 1-ci mənada. zibilli sif.\n1. Zibil olan, süpürülməmiş, zibildən təmizlənməmiş. Zibilli otaq. Zibilli küçə.\n2. İçərisində yararsız, zərərli kənar şey olan. Zibilli buğda. Zibilli düyü. Zibilli pambıq. zibillik is. Zibil tökülən yer; zibilxana. Zibili zibilliyə tökmək. – Vəziri qarğa olanın ağzı zibillikdə gərək. (Ata. sözü). ‣ Zibilliyə atmaq məc. – lüzumsuz, yaramaz bir şey kimi rədd etmək, atmaq, yaddan çıxarmaq, unutmaq. Tarix çox atmışdır zibilliklərə; Döyüş meydanında satılanları. S.Vurğun. zibillilik is. Zibilli yerin halı. zibilsiz sif. Zibilli olmayan, zibildən təmizlənmiş; arıdılmış, təmiz. Zibilsiz dən. zibilsizlik is. Zibilsiz şeyin halı və keyfiyyəti; təmizlik, xalislik. zidd [ər.] sif. Tamamilə başqasına əks olan, onunla qətiyyən düz gəlməyən. Zidd fikir. Zidd rəy söyləmək. Əsərdə iki zidd qüvvə üz-üzə qoyulur. // is. Bir şeyin əksi, qarşılığı, müxalifi. Şirin acının ziddidir. – Gözləmək və səbir etmək [sevginin] təbiətinə zidd imiş. Ə.Sadıq. • Zidd çıxmaq – 1) əleyhinə (əksinə) çıxmaq, əleyhinə (ziddinə) hərəkət etmək. Təbiətin bu gözəl ahəngdar qanununa zidd çıxmaq olmaz. S.Rəhimov; 2) müvafiq olmamaq, əks olmaq. Bu faktlar bir-birinə zidd çıxır. Zidd getmək – əleyhinə çıxmaq, əksini demək, qarşı durmaq, müxalif olmaq. Zeynəb öz təbiətinə zidd gedə bilmədi. İ.Şıxlı. ziddinə zərf Əksinə, qarşı, əleyhinə. Bir şeyin ziddinə hərəkət etmək. – Ziddimə söz deyən olsaydı, edərdim təkfir; İşimi qurdalasın, kimdə nə cürət var idi. M.Ə.Sabir. Sübhanverdizadə adətinin ziddinə olaraq bu gecə qızışıb çox içmişdi. S.Rəhimov. [Qədir] özünü kütlədən, yəni “qara camaatdan” ayırmaq üçün həmişə hamı deyənin ziddinə getdi. Mir Cəlal. ziddiyyət is. [ər.]\n1. İki şey (fikir, hərəkət və s.) arasında olan tam uyğunsuzluq, əkslik, çox kəskin fərq, uyuşmazlıq. Fikirlər arasında ziddiyyət. Əqli əməklə fiziki əmək arasındakı ziddiyyətin aradan qaldırılması. – Cəlil Məmmədquluzadə varlığa realist münasibət bəsləyən, həyatı dərindən görən, onu ziddiyyətləri, çarpışmaları və rəzalətləri ilə dərk edən bir sənətkar idi. M.İbrahimov. // Uyğunsuzluq. Onun sözlərindəki məntiqsizlik, fikirlərindəki ziddiyyət .. haqqında olan fikrimi tamamilə dəyişdirmişdi. A.Şaiq. [Dilənçinin] təbii gözəlliyi ilə geydiyi paltar arasındakı ziddiyyət o qədər böyük idi ki, insan ona baxarkən palçığa düşmüş bir dürr və ya gövhər gördüyünü zənn edirdi. Ə.Sadıq.\n2. Öz keyfiyyətləri, xassələri etibarilə başqası ilə uyğun olmayan, düz gəlməyən. İri cüssəli və gur səsi etibarilə arvadı ilə tam bir ziddiyyət təşkil edən İsa ona məsləhət verirdi. Ə.Əbülhəsən.\n3. Ədavət, düşmənçilik. Aralarında ziddiyyət var.\n4. fəls. Təbiət və cəmiyyətin əşya və hadisələrinə daxilən xas olan əksliklər münasibəti; təzad. Sinfi ziddiyyətlər. Əmək ilə kapital arasında ziddiyyətlər. ziddiyyətli sif. Ziddiyyət olan, ziddiyyətlə dolu; təzadlı. Yazıçı ziddiyyətli yaradıcılıq yolu keçmişdir. – Səməd Vurğun yaradıcılığının ilk dövrü çox ziddiyyətlidir. O.Sarıvəlli. ziddiyyətlilik is. Ziddiyyət olan hal, vəziyyət. ziddiyyətsiz sif. Heç bir ziddiyyət, əkslik, uyğunsuzluq olmayan. Ziddiyyətsiz cəmiyyət. ziddiyyətsizlik is. Ziddiyyət olmadığı hal, vəziyyət. zidlik is.\n1. Zidd olma, əleyhinə olma, əkslik, təzad. Tərəqqiyə zidlik. Tarixi faktlara zidlik.\n2. Ədavət, düşmənçilik. Aralarında zidlik var. Araya zidlik düşüb. – Bu taza arvad nanəcib olduğundan oğlanı yola verməyib hər neynən mümkündisə, atasıynan bunun arasına bir zidlik salmağa çalışır. (Nağıl). zifaf is. [ər.] Oğlanın (bəyin) qızla ilk görüşü. İki gün əvvəl Münəvvərin zifafına dəvət olunmuş xanımlar yavaş-yavaş gəlib yuxarı başa keçirdilər. M.S.Ordubadi. • Zifaf gecəsi (axşamı) – oğlanın (bəyin) qız otağına girdiyi birinci gecə. ..Hərçənd zifaf gecəsi qız bir az atıldı-düşdü, amma bu atılıbdüşməyə bir çürük qəpik verməzlər. “Mol. Nəsr.” Zifaf axşamının səhəri sağdış və soldış gəlib “bəyi” evdən çıxarıb sağdışgilə aparardılar. R.Əfəndiyev. Zifaf otağı – oğlanla (bəylə) qızın birinci dəfə görüşdüyü otaq. [Rəşid:] Zifaf otağında təzə gəlini görcək Qurbanqulu təəccüb edib dalı çəkilir. T.Ş.Simurq. zift is. [ər.]\n1. Şam ağacından, mədən kömüründən çıxan və odda əriyən qara, qatı maddə; qatran.\n2. məc. Çox qara şey haqqında. Zift kimi qara qurum. ziftləmə “Ziftləmək”dən f.is. ziftləmək f. Zift sürtmək, zift vurmaq, ziftlə qapamaq. ziftlənmə “Ziftlənmək”dən f.is. ziftlənmək məch. Zift sürtülmək, zift vurulmaq, ziftlə qapadılmaq. ziftli sif.\n1. Zift sürtülmüş, zift vurulmuş; ziftə bulaşmış; qatranlı.\n2. Tərkibində zift olan. zihəyat is. [ər.] Canlı. Yaxınlıqda heç bir zihəyat görünməyir, quyulardan neft dartan dərin tulumbaların yeknəsəq səsləri eşidilirdi. S.Hüseyn. Nə bir işıq görünür, nə də bir zihəyat səsi eşidilirdi. C.Cabbarlı. Bu səs qəsəbədə zihəyat olduğunu andırırdı. H.Nəzərli. zikr [ər.] köhn.\n1. Anma, yad etmə, xatirə gətirmə, xatırlama, adını çəkmə, adını söyləmə. • Zikr etmək (eyləmək) köhn. – 1) anmaq, yad etmək, xatirə gətirmək, adını çəkmək, adını söyləmək. [Dərviş:] Mən də [Ruqiyyənin] adını ürəyimdə yox, dilimdə zikr etdim. A.Divanbəyoğlu; 2) söyləmək, demək, ifadə etmək. Bütün gün fikr eylərəm; Dərdimi zikr eylərəm. (Bayatı). ..Necə ki vəzir zikr elədi, ona binaən mən bu cəhətdən qayətdə diləfsürdə idim. M.F.Axundzadə. Yuxarıda zikr etdiyimiz keyfiyyəti Mirzə özü nağıl edirdi. Ə.Haqverdiyev; 3) oxumaq (dua). Alverçi hacılar, baqqallar, müamiləçilər, dəllallar bəzən sabaha qədər yatmazdı, namaz qılıb zikr edərdi. H.Sarabski. Zikr olunmaq köhn. – 1) anılmaq, yad edilmək, xatirə gətirilmək, adı çəkilmək, adı söylənmək; 2) haqqında danışılmaq, söylənilmək, ifadə olunmaq. Şah Abbasın cülusundan altı il keçib yeddinci il başlanmışdı ki, aşağıda zikr olunan qəziyyə vaqe oldu. M.F.Axundzadə. Ata ilə oğul arasında yuxarıda zikr olunan söhbətdən 1-2 ay keçəndən sonra Mirzə Cavad köçdü kəndə. Ə.Haqverdiyev.\n2. din. Təsbeh çevirə-çevirə dua etmə, Allahın adlarını və sifətlərini bir-birinin ardınca söyləyib təkrar etmə, vird etmə. • Zikr demək – məsciddə axundun oxuduğu duanı onun ardınca eyni ilə təkrar etmək. Zikr təsbehi – dindarların dua oxuyaoxuya çevirdikləri təsbeh. [Hatəmxan] özü isə mollanın ala-bəzək zikr təsbehini əlinə aldı. S.Rəhimov.\n3. Bütün fikir, bütün düşüncə, bütün xəyal (bu mənada adətən “fikir-zikir” şəklində işlənir). Fikrim-zikrim, sözüm, xəyalım sənsən; Haçan könlüm səndən cidayə düşər. M.V.Vidadi. ..Hətta namaz vaxtı da mömin müsəlmanın fikri və zikri dolu olur dolma ilə, ..isgəncəbi ilə. C.Məmmədquluzadə. ziqiymət sif. [ər.] köhn. Qiymətli, çox qiymətli, bahalı. Atamdan mənə çox ziqiymət kitablar keçibdir. Ə.Haqverdiyev. [Ərən:] Xanım yürüdükcə cıqqasının ziqiymət qaşları minbir rəng çalırdı. Çəmənzəminli. Qoca Şərqin ilahi şeir sənətinin bu ziqiymət xəzinələri Mirzə Valehin üzünə açıq idi. S.Rəhimov. zil I. is. [fars.]\n1. Musiqi alətlərinin ən yüksək tonu (bəm əksi). // sif. Beyindən gələn ən yüksək və nazik (səs haqqında). Zil səs. – Melodiya bir-biri ilə qarşılıqlı münasibətdə olan ayrı-ayrı səslərdən düzəlir. Bu səslər bir-birinə nisbətən zil (yüksək) və bəm (aşağı) olur. Ə.Bədəlbəyli. Birinci katibin kabinetindən eşidilən zil qışqırtı Səmədi diksindirdi. İ.Hüseynov. • Zil pərdə – yüksək (zil) səs çıxaran pərdə (tarda, sazda). [Araz] sazın zil pərdəsini dilləndirir. A.Şaiq. Zilə çəkmək – simli musiqi alətini yüksək tonda kökləmək; zil pərdədə çalmaq. Tarı zilə çəkmək. – Sazı zilə çəkir, sözü dərinə; Mümkünmü düşünüb fikrə getməmək. H.Hüseynzadə; // bax. zilə qalxmaq. Xanəndə zilə çəkdiyindən hamının gözü onda idi. M.Hüseyn. Zilə gətirmək – bax. zilə çəkmək. Sazı zilə gətirmək. Zilə qalxmaq – oxuyarkən və ya çalarkən ən yüksək not götürmək, ən yüksək tona keçmək; // zil pərdədə çalmaq. Uzaqlarda, bir eyvanda zilə qalxır kaman, tar; Kənd üstüylə ötə-ötə durna uçur bir qatar. Ə.Cəmil.\n2. köhn. Zəng. [Əşrəf] onları qürur ilə dinlədikdən sonra, masa üzərindəki zili basdı. A.Şaiq. ‣ Zilə çəkmək məc. – 1) çox şişirtmək, ifrata varmaq; 2) sınamaq üçün bərkə-boşa çəkmək, sıxışdırmaq.\n\nII. əd. Tünd, lap, çox, tamamilə (adətən “qara” və “qaranlıq” sözlərinin əvvəlində işlənib, onların mənalarını şiddətləndirir). Zil qara saçlar. Kömür kimi zil qara. – Zil qaranlıq gecə hər tərəfi bürümüşdü. S.Rəhimov. Üzünə dağılmış zil qara dalğalı saçları arasından Səmədin iri gözləri parıldayırdı. İ.Hüseynov.\n\nIII. is. Quş ifrazatı, quş peyini. Tarlaları quş zili ilə gübrələmək. zildən zərf Ucadan, zil səslə. Zildən oxumaq. zilhiccə is. [ər.] Hicri qəməri ərəb təqviminin on ikinci ayı. Zilhiccə ayının 18-də [qızın] doqquz yaşı tamam olub, on yaşına ayaq qoyub. C.Məmmədquluzadə. zilxan is. [fars.] mus. Zildə oxuyan xanəndə, zil səsi olan adam. zili is. xüs. Xalça növlərindən birinin adı. [Xalçanın sumaq] tipinin müxtəlif növləri Qubada, Qusarda, Qarabağda və Bakıda toxunur. Bəzi yerlərdə bu, “zili” və “vərni” də adlanır. M.Tərlanov. zilqədə is. [ər.] Ərəb qəməri təqviminin on birinci ayı. [Əli dayı:] Zilqədə ayının 14-də Müzəffərəddin şah ölüb. P.Makulu. zilləmə I. “Zilləmək1”dən f.is.\n\nII. “Zilləmək2”dən f.is. zilləmək I. f. Gözlərini bir nöqtəyə dikmək, kirpiklərini qırpmadan diqqətlə bir nöqtəyə baxmaq (çox vaxt “gözlərini” sözü ilə). Baxışını zilləmək. Nəzərini zilləmək. – Tərlan gözlərini zillədi; Dağ başından evin səmtin bəllədi. A.Səhhət. Əmrah birdən duruxdu. Qəmgin gözlərini evinə tərəf zillədi.. M.Hüseyn. [Mürsəl] müntəzir gözlərini mənə zilləmişdi. Mir Cəlal.\n\nII. f. Zilə keçmək, səsi zilə qaldırmaq. Tərəqqi, tənəzzül kəmənçəsini; Gah zilləyib, gah da bəmə çəkirsən. Aşıq Ələsgər. zillənmək I.\n1. qayıd. Zilləyib baxmaq, gözlərini qırpmadan diqqətlə bir nöqtəyə baxmaq.\n2. məch. Yönəldilmək, dikilmək. Dörd nəfər yoldaşın nəzəri bir-birinə zillənir və hamıda eyni kədər və ələm hiss olunurdu. H.Nəzərli. ..Xəlfə ayağa durub qapıya yanaşdı, hamının gözü ona zilləndi. M.Hüseyn.\n3. Dik qalxmaq. Havaya zillənib, uçmaq istərdi; Dəhşətli bir meydan açmaq istərdi. H.K.Sanılı.\n\nII. f. Zilə qalxmaq, yüksəlmək, ucadan səslənmək. zilləşdirilmə “Zilləşdirilmək”dən f.is. zilləşdirilmək məch. Zilə qaldırılmaq, tonu yüksəldilmək. zilləşdirmə “Zilləşdirmək”dən f.is. zilləşdirmək f. Zilə qaldırmaq, yüksək tona qaldırmaq (səsi). zilləşmə “Zilləşmək”dən f.is. zilləşmək f. Zilə qalxmaq, yüksək tona qalxmaq, tonu yüksəlmək. zillət is. [ər.] Çətinlik, ağır şərait, pis vəziyyət, ağır maddi ehtiyac, yoxsulluq, məşəqqət, üsrət. [Mehribanın atası:] [Mehribanın] zillətdə qalmasına heç bir halda razı olmaram. S.Hüseyn. [İkinci oğlu:] Nə zillətdir, nə möhnətdir; Buna bais, bəli, sənsən! Ü.Hacıbəyov. Bilməyəcəksiniz nə dərd, nə zillət; Aşıb-daşacaqdır sizinçin dövlət. S.Vurğun. // Həqirlik, xarlıq, alçalma. [Məsmə:] Düşdüyüm mühit məni zillət və səfalət içində sürünməyə məhkum etmişdi. S.Hüseyn. • Zillət çəkmək – əziyyət içində yaşamaq, ağır vəziyyətdə olmaq, ehtiyac içində yaşamaq. Fərhadü Məcnundən sən eylə ibrət; Müddət bari-qəmdə çəkdilər zillət. Aşıq İskəndər bəy. [Bəbir bəy:] Zillət çəkməsən, sabah qucağına alıb öpəndə heç ləzzət də verməz. Mir Cəlal. Zillətə salmaq – 1) ağır vəziyyətə salmaq, ehtiyac içində yaşatmaq. Hicran dərdi məni salıb zillətə; Səni görsəm dərdim azalı, Güllü. Aşıq Ələsgər; 2) həqir etmək, xar etmək, alçaltmaq. zillətli sif. Zillətlə dolu, ağır, çətin, əzablı, məşəqqətli. zillətmək bax. zilləmək1. zilli sif. Zil tökülmüş, zil qarışmış, zil ilə örtülü (bax. zil3). ziltəng is. Atın dal tərəfindən belinə çəkilən ip, toqqa, örkən. Koroğlu Qıratın ziltəngini bərkitdi. “Koroğlu”. zilviyə is. Un, bal və yumurtadan hazırlanan şirniyyat növü. zimistan is. [fars.] şair. Qış, qış fəsli. Zimistan çəkməyən bülbül baharın qədrini bilməz. (Ata. sözü). Addadı zimistan, gəldi növbahar; Şamamanın tağı yaşıldı, yaşıl. Aşıq Ələsgər. ..Hər gecənin bir gündüzü və hər zimistanın bir baharı olar.. C.Məmmədquluzadə. Pərişan gəzirsən bütün aləmi; Gözündə ilk bahar zimistan olur. S.Vurğun. zina is. [ər.] köhn. Qeyri-qanuni cinsi əlaqə. • Zina etmək (eləmək) – qeyriqanuni cinsi əlaqədə olmaq. ...Bu rəvayət bir kişi ilə bir arvadın zina eləməyi barəsindədir. C.Məmmədquluzadə. zinakar is. və sif. [ər. zina və fars. ...kar] köhn. Zina edən, qeyri-qanuni cinsi əlaqədə olan (qadın və ya kişi). Dedilər ki, sizin aranızda binamazlar, oruc tutmayanlar, yetim malına qəsd edənlər, zinakarlar, əqidəsi süst olanlar vardır. Ə.Haqverdiyev. zinakarlıq is. köhn. Qeyri-qanuni cinsi əlaqədə olma. zincilfərəc is. Əncir doşabı ilə unun qarışığından bişirilib qurudulduqdan sonra yeyilən (adətən qışda) şirni. zindan I. is. [fars.]\n1. Keçmiş zamanlarda: qaranlıq və müdhiş dustaqxana (adətən yerin altında olardı). Zindana atmaq. Zindana salmaq. – ..Sultanın hökmü ilə zindanlarda çürüyən min-min məşrutəxahların ahü naləsi Kəlküttəyə çata bilməyib, çünki Kəlküttə çox uzaqdır. C.Məmmədquluzadə. Bu binanın [ədliyyə sarayının] ..zirzəmisində məhbuslar üçün zindanlar vardır. M.İbrahimov. Zindana saldılar Leylanı o gün. B.Vahabzadə. // Ümumiyyətlə, həbsxana, həbs, dustaqxana. Qəbir kimi qaranlıqdır zindanım; Qurd-quş, siçan oynağıdır dörd yanım. A.Səhhət. [Sona:] O vaxt zindan naçalniki dustağı bizə təslim edər. H.Nəzərli. [Ramazan:] Söylə görüm bu cür yaşamaq ilə zindanda yaşamağın fərqi nədir? B.Talıblı. // Məc. mənada. [Zəhra:] Ayrı düşdükcə Şeyx Sənandan; Mana guya cahan olur zindan. H.Cavid.\n2. məc. Çox qaranlıq, çox darısqal, cansıxıcı yer haqqında. Bura lap zindandır ki... Zindan kimi bir otaq. ‣ Dünyanı zindana döndərmək – əzab vermək, gününü qara eləmək. Dünyanı bizdən ötəri; Döndərdi zindana, pişik! Aşıq Ələsgər.\n\nII. is. [ər.] Üzərində metal döymək üçün dəmirçi aləti. Dəmirçi qabarlı əlinə hovxurub, çəkici bir-iki dəfə boş zindana vurdu. B.Bayramov. • Zindan kimi – çox ağır. Yol uzun, həsrət ağır zindan kimi; Hansı xəncər yarasıdır ağrıda hicran kimi?! R.Rza. zindanban is. [fars.] bax. zindançı. Mollabaşı Axund Səməd Ərkin zindanında zindanbandan eşitdi ki, onun mənsəbini Molla Ramazana veriblər, qüssəsindən fücətən həlak oldu. M.F.Axundzadə. [Səriyyə:] Alçaq cinayətkarlar kimi məni həbsə alıb, nökəri də üstümə zindanban qoyublar. C.Cabbarlı. Qorxudan titrəyirdi zindanban; Yox idi nitqə onda tab-təvan. Ə.Qəmküsar. zindanbanlıq bax. zindançılıq. zindançı is. Zindan baxıcısı, həbsxana gözətçisi, həbsxanaçı. zindançılıq is. Zindançının işi, vəzifəsi, zindan (dustaqxana) baxıcılığı. zindanxana I. [fars.] bax. zindan1. Bəli, şahın əmri üzrə Qəməri bargahın xüsusi zindanxanasına saldılar. (Nağıl). Zindanxanada dar ağacı quruldu. Çəmənzəminli.\n\nII. [ər. sindan və fars. ...xanə] klas. bax. dəmirçixana. zindanlama “Zindanlamaq”dan f.is. zindanlamaq f. köhn. Zindana salmaq, həbsə salmaq. Can alan, qan axıdanlarını zindanlamışıq. Ə.Nəzmi. zindanlanma “Zindanlanmaq”dan f.is. zindanlanmaq məch. Zindana salınmaq, həbsə salınmaq. zində sif. [fars.] klas. Diri, canlı. Sən sanma ki oldur ol, mənəm mən; Bir can içrə zindədir iki tən. Füzuli. Hər zaman zindəyəm, hər zaman gəncəm; Şahları mat edən canlı şətrəncəm. A.Şaiq. zindəgan is. [fars.] Həyat, yaşayış, məişət, dolanacaq, zindəganlıq, dirilik. Sən də deyirsən, dünya görürəm, ərik, kişmiş şirəsinə bulana-bulana gün keçirərsən, deyirsən ki, elə dünyanın zindəganı budur. Ə.Haqverdiyev. zindəgani is. [fars.] Həyat, dirilik, dolanacaq. Leyli sənə verdi zindəgani; Sən ol baqi, ol oldu fani. Füzuli. zindəganlıq is. Həyat, dirilik, yaşayış, dolanacaq, məişət. [Xotkar:] Nə qədər ki bu Koroğlunun səsi kəsilməyib, dünya üzündə zindəganlıq bizə haram olacaq. “Koroğlu”. Ölüm yeydir belə zindəganlıqdan. Q.Zakir. ..Komediya zindəganlığın ayinəsidir. N.Nərimanov. • Zindəganlıq etmək – yaşamaq, dolanmaq, keçinmək, gün keçirmək, həyat sürmək. Dərya dibində zindəganlıq edən heyvanat və nəbatatın çoxu bir yerə bənd olub qeyri yerə getmirlər. H.Zərdabi. İki ildən bir qədər ziyadə “Əkinçi” artıq üsrət və məşəqqət ilə zindəganlıq edib canını millət uğrunda fəda etdi. F.Köçərli. zinət is. [ər.] Bəzək, süs, yaraşıq. Rəhimin evində səhər tezdən qonaqlıq tədarükü görülürdü. Bahar, Rəhimə və Rahim süfrənin zinəti ilə məşğul idilər. S.S.Axundov. Hünərdir əmrə ilk zinət, onun hüsnündə məna var. S.Vurğun. Çoxdur hədiyyələr insan adına; Qiymətli zinətlər, qiymətli daşlar. B.Vahabzadə. • Zinət vermək (vurmaq) – zinətləndirmək, bəzəmək, süsləmək. Qarı nənə .. göyün üzünə yeddi qələmlə yeddi zinət vururdu. “Koroğlu”. Nə zinət veribdir eyvan, otağa; Ətri qoxur Bağdad baharı kimi. Aşıq Ələsgər. Xoş avazın verir zinət; Bu leylü nəhara, bülbül! Molla Cümə. Özünə zinət vermək – 1) bəzəmək, qiymətli daş-qaş taxmaq və qəşəng geyinmək. Məlik Cümşüd .. özünə zinət verib getdi Nuşapəri xanımın yanına. (Nağıl); 2) üzünə ənlik-kirşan vurmaq, üz-gözünü boyamaq. zinətçi is. Zinət verən, zinət vuran adam; bəzəkçi. zinətçilik is. Zinətçinin işi, peşəsi, sənəti. zinətləmə “Zinətləmək”dən f.is. zinətləmək f. Bəzəmək, zinət vermək, süsləmək, gözəlləşdirmək. zinətləndirilmə “Zinətləndirilmək”dən f.is. zinətləndirilmək məch. Zinət verilmək, bəzədilmək, süsləndirilmək. zinətləndirmə “Zinətləndirmək”dən f.is. zinətləndirmək f. Bəzəmək, süsləmək, bəzək vurmaq, yaraşıq vermək. Məgər bu səhranı zinətləndirən və ağacın özünə hüsn və lətafət verən biz yarpaqlar deyilik? F.Köçərli. zinətlənmə “Zinətlənmək”dən f.is. zinətlənmək qayıd. Bəzənmək, süslənmək, özünə bəzək-düzək vermək; qəşəng geyinmək. ..Seyrəngah yaşıl otla, .. rəngli çiçəklərlə zinətlənmişdi. S.S.Axundov. zinətli sif. Bəzəkli, süslü, bəzənmiş; qəşəng geyinmiş, bəzəkli-düzəkli. Zinətli nərgizdən, tər bənövşədən; Al-yaşıl geyinib şad olan dağlar! Aşıq Dilqəm. Azacıq sonra, Həmzə .. zinətli, amma tör-töküntülü otağın yuxarı başında dayandı. Ə.Əbülhəsən. zing is.\n1. anat. məh. İnsan və heyvanlarda bazı və baldır sümüyü.\n2. bax. zingirə. zingildəmə “Zingildəmək”dən f.is. zingildəmək f.\n1. Zingilti səsi çıxarmaq. Buruq-buruq bacalardan çıxır tüstü, ağ duman; Küçələrdə it soyuqdan zingildəyir, üşüyür. A.Səhhət. İtlərin bir neçəsi cürətlənib mağaranın içinə soxuldu. Ancaq çox çəkmədi, yenə zingildəyə-zingildəyə (z.) geri qayıtdılar. S.S.Axundov. Haf-haf gəldi, zingildədi; Quyruğunu qısıb dedi: – Sənin xallı küçüyünəm; Burnu qıllı küçüyünəm. M.Dilbazi.\n2. Zınqıldatmaq. zingildəşmə “Zingildəşmək”dən f.is. zingildəşmək qarş. Hamı birdən zingildəmək. Vahiməyə düşmüş itlər zingildəşir, uzaq briqadaların iclasa gələn heyət üzvlərinin atları kişnəşirdi. B.Bayramov. zingildətmə “Zingildətmək”dən f.is. zingildətmək icb.\n1. Zingildəməyə məcbur etmək, zingildəməsinə səbəb olmaq. İti vurub zingildətdi.\n2. Zınqıldatmaq. zingilti is. Vurulan və ya xəstə itin çıxardığı səs, zarıltı. zingirə is. Kiçik üzüm salxımı. Üzümü elə təmizləyiblər ki, deyərsən, günorta çağı buradan bir dəstə oğru keçib. Bir zingirə də qalmayıb. Mir Cəlal. zingvara is. Salxımları çox xırda və dənələri tökülmüş üzüm. zinhar nida [fars.] klas. Məbada, amandır, ay aman, saqın, ehtiyatlı ol (adətən bir şeydən saqındırmaq üçün işlənir). Ey iki gözüm, yaman olur ar; Namusumuzu itirmə, zinhar! Füzuli. Yatsa o mahparə, yatar bəxtimiz bizim; Zinhar, qoymayın onu, zinhar, yatmasın. S.Ə.Şirvani. Zinhar, vəfa etmə tələb ər dediyindən; Sərvəqt ol, amandır! M.Ə.Sabir. Məni bənzətməyin Məcnuna, zinhar; Ahımca olsaydı Məcnunun ahı; Yuva tikərdimi başında quşlar? B.Vahabzadə. • Zinhar etmək (eləmək) – bax. zinhara gətirmək. Zinhar olmaq – bax. zinhara gəlmək. Zinhara gəlmək – usanmaq, bezikmək, yorulmaq, cana gəlmək, təngə gəlmək. Lay-lay dedim yatınca; Gözlərəm Ay batınca; Canım zinhara gəldi; Sən hasilə çatınca. (Bayatı). Day camaat [Qara xanın] əlindən zinhara gəlmişdi. “Koroğlu”. Vallah, bu gədənin əlindən lap zinhara gəlmişəm. M.Süleymanov. Zinhara gətirmək – bezikdirmək, usandırmaq, yormaq, cana gətirmək, təngə gətirmək. [Səməd bacısına:] Ay arvad, bu xalqı nə zinhara gətirdin? Sənə demədimmi çox zarıldayıb, zırıldama. B.Talıblı. Bu uzun gecə Mədədovu lap zinhara gətirmişdi. Ə.Əbülhəsən. zir is. [fars.] Ərəb (fars) əlifbasında “e” səsini bildirmək üçün samitlərin altına qoyulan 0 işarəsi; kəsrə. zira bağl. [ər.] Çünki, ona görə ki (bəzən “ki” bağlayıcısı ilə). Deməzəm dəxi: “Sənə aşiqəm”, ey gül! Zira; Sənə aşiqliyim izhar edəli xar olubam. Füzuli. Zira ki, atası şahımızdır; Hər müşkül işə pənahımızdır. Məsihi. Yusif uşaqlarının içində hamıdan çox kiçik qız Sonanı istəyirdi. Zira ki, Sona əxlaq və ətvarda hamıdan gözəl bir qız idi. N.Nərimanov. ..Öz ana dilimizdə tədris və təlim etmək indi bizim əməllərimizin ən ümdəsidir.. Zira nəşri-maarif və təlimi-mədəniyyət üçün yeganə vasitəmiz bir bu təriqdir. Ü.Hacıbəyov. zirab is. [fars.] köhn. Ayaqyolu. ziraət is. [ər.] köhn.\n1. Əkinçilik. Sizin yerin camaatı ziraətə məşğul olarmı? Ə.Haqverdiyev. Maarif, nəqliyyat, ziraət, ticarət və sair işlərimizin islaha böyük ehtiyacı vardır. M.S.Ordubadi.\n2. Əkin, əkinəcək, bitki. Mayın 7-də 5 saat yağış yağıb ziraətlərə ziyadə nəf yetirdi, xəlayiqi şad elədi. “Əkinçi”. Əlbət, əlbət elədir, hələ qorabişirən qabaqdadır! – Elə odlu gün yağmasa, yerdən ziraət qalxmaz. S.Rəhimov. zircamə is. [fars.] köhn. Alt paltarı, tuman-köynək. Çamadanın içində .. bir neçə top ağ köynək və zircamə və bir neçə dənə ağ dəsmal vardı. S.M.Qənizadə. Ağa Ələsgərağa zircamədə qılmanları başına toplayıb hoppan-hoppan oynayırdılar. Çəmənzəminli. zircaməlik is. köhn. Zircamə üçün yararlı, alt paltarlıq. Zircaməlik parça. – [Xonçaya] .. bir dəst ipək parçadan zircaməlik, iki ədəd imperial və sair ufaq-tufaq şeylər qoyulardı. R.Əfəndiyev. zirdəst is. [fars.] köhn. Əlaltı, köməkçi. [Şah:] Xacə Mübarək, sənin zirdəstlərin də çölə çıxsınlar, sən qal! M.F.Axundzadə. zireh is. [fars.]\n1. köhn. Ox və s. yaralayıcı silahlardan qorunmaq üçün döyüşçülərin üstdən geydikləri dəmir tordan, yaxud qalın dəridən geyim. [Yaşlı kişi:] ..İri vücudlu kor bir dilənçi iki əli ilə zirehi silkələyərək qışqırırdı. S.Hüseyn. • Zireh kimi, zirehtək – tor kimi, deşik-deşik. Sinəmi göz-göz zirehtək etdi peykanın sənin. Qövsi.\n2. Hərbi gəmilərdə, tanklarda və s.-də xüsusi polad laylardan ibarət möhkəm qoruyucu örtü. Polad zireh. – Birinci mərmi tankın zireh qisminə dəyərək, deyəsən, kənara sürüşüb partladı. Ə.Əbülhəsən. Keçir tanklarımız – zəhmli, qorxunc; Axır bir sel kimi dəmir, zireh, tunc. Ə.Cəmil.\n3. zool. Bəzi heyvanların (tısbağa, timsah və b.) bədənini örtən bərk qabıq. Tora qara rəngli dəri zirehi olan nəhəng bağa düşmüşdü. zirehdeşən (=zirehdələn) sif. hərb. Zirehli örtüləri deşən, dəlib keçən. Zirehdeşən mərmi. Zirehdələn top. zirehdələn (=zirehdeşən) sif. hərb. Zirehli örtüləri deşən, dəlib keçən. Zirehdeşən mərmi. Zirehdələn top. zirehləmə “Zirehləmək”dən f.is. zirehləmək f. Zireh vurmaq, bir şeyin üzərini zirehlə örtmək. zirehlənmə “Zirehlənmək”dən f.is. zirehlənmək məch.\n1. köhn. Zireh geymək (bax. zireh 1-ci mənada).\n2. Zirehlə örtülmək, üzərinə zireh çəkilmək (bax. zireh 2-ci mənada). zirehlənmiş f.sif. bax. zirehli 1-ci mənada. Dəniz kimi coşub-daşır; Zirehlənmiş pəhləvanlar. S.Vurğun. zirehli sif.\n1. köhn. Zireh geymiş (bax. zireh 1-ci mənada). Zirehli döyüşçü.\n2. Zirehlə örtülmüş, üzərinə zireh çəkilmiş (bax. zireh 2-ci mənada). Zirehli gəmi. Zirehli avtomobil. – Faşist təyyarəsi zirehli (z.) olduğundan, ona adi güllə batmırdı. M.Rzaquluzadə.\n3. Üstü zirehlə örtülmüş (bax. zireh 3-cü mənada). Zirehli tısbağa. Zirehli balıqlar. zirə is. bot. Çətirçiçəklilər fəsiləsindən iki və ya çoxillik ot cinsi və həmin bitkinin ədviyyat kimi xəmirə və s.-yə qatılan xoşiyli toxumu. Zirəni Kirmana aparır. (Ata. sözü). Zirə Azərbaycanda meşə qurşağından başlamış ta Alp qurşağına qədər yayılmış otdur. M.Qasımov. zirəçiçəyi is. bot. Çoxillik bəzək bitkisi. zirəfkənd is. [fars.] mus. Azərbaycan muğamlarından birinin adı. 12 əsas muğam bunlar idi: üşşaq, nəva, busəlik, rast, əraq, isfahan, zirəfkənd, büzürg, zəngulə, rəhavi, hüseyni və hicaz. Ü.Hacıbəyov. zirək sif. [fars.] Bacarıqlı, əlindən iş gələn, cəld, çevik, çox diribaş. [Hacı Qara:] Yaxşı, siz istəyirsiniz ki, quşdan da zirək olub Arazın o tayına səkəsiniz? M.F.Axundzadə. Bir qədər diribaş və zirək uşaqlar mollanın xəlfəsi olardılar. H.Sarabski. • Zirək tərpənmək (tərpəşmək) – 1) tez, cəld hərəkət etmək. [Kərbəlayı Fatma xanım:] ..Ay qız, Zeynəb, tez ol, yataqları gətir, bu tərəfdən qoy... Tez ol! Bir azacıq zirək tərpəş! C.Məmmədquluzadə; 2) başqalarından tez hərəkət etmək, bir işdə başqalarını qabaqlamaq. zirəkləndirmək bax. zirəkləşdirmək. zirəklənmə “Zirəklənmək”dən f.is. zirəklənmək bax. zirəkləşmək. zirəkləşdirmə “Zirəkləşdirmək”dən f.is. zirəkləşdirmək f. Zirəkləşməsinə səbəb olmaq, daha da zirək etmək. zirəkləşmə “Zirəkləşmək”dən f.is. zirəkləşmək f. Daha da zirək olmaq, cəld olmaq, diribaş olmaq, çevik olmaq, bacarıqlı olmaq. Uşaq böyüdükcə zirəkləşir. – Doğrudan da Rüstəmin oğlu zirəkləşmişdi. S.Rəhimov. zirəklik is. Bacarıq, əlindən iş gəlmə, cəldlik, çeviklik, diribaşlıq. Uşağın zirəkliyi. – [Nəbi] öz zirəklik və qoçaqlığı ilə Şuşa qalasında məşhurlaşır. “Qaçaq Nəbi”. Altı il ərzində Budaq oxudu, tərbiyələndi. Gözəl əxlaqı, pak və səmimi ürəyi, həddən artıq zirəkliyi və qabiliyyəti onu müəllimlərə və həm də yoldaşlarına çox sevdirdi. Ə.Vəliyev. • Zirəklik göstərmək – cəld hərəkət etməklə, tədbir görməklə bir şeyi o birilərindən daha tez əldə etmək; qabaqlamaq. Qoca Firuz bu gün .. zirəklik göstərib. Ə.Məmmədxanlı. zirəng bax. zirək. Tülkünün zirəngi iki ayağından tələyə düşər. (Ata. sözü). Aldanma özün bir kəsə, huşyarü zirəng ol. M.Ə.Sabir. zirənglik bax. zirəklik. zirinc is. [fars.] bot.\n1. Yarpaqlarının bir hissəsi tərsinə çevrilmiş, çiçəyi açıq-sarı rəngli, meyvəsi turşməzə olan kol bitkisi. [Ev sahibi] burada cavan şiv zirinc ağacından qırıb gətirər, ocaqda ütüb çəkiclə döyər, özü üçün lopa düzəldərdi.. S.Rəhimov. [S.Vurğun] ayaq saxlayıb bir zirinc kolunun dibində bitmiş gülxətmi çiçəklərindən dərdi.. Aşıq Şəmşir.\n2. Həmin bitkinin ədviyyə kimi xörəyə qatılan turşməzə meyvəsi. zirincçiçəklilər cəm bot. Zirinc və başqa kol və ya çoxillik bitkilərin daxil olduğu bitki fəsiləsi. ziriş (=zirişk) bax. zirinc. Dağda ziriş kolları; Çapar tutub yolları; Yar dərdin necə yazsın; Bağlanıbdır qolları. (Bayatı). Alçaqboylu iydə, zirişin ətri hər yana yayılır. Mir Cəlal. zirişk (=ziriş) bax. zirinc. Dağda ziriş kolları; Çapar tutub yolları; Yar dərdin necə yazsın; Bağlanıbdır qolları. (Bayatı). Alçaqboylu iydə, zirişin ətri hər yana yayılır. Mir Cəlal. zirü zəbər klas. bax. zir-zəbər. Qəm kişvəri könlüm kimi zirü zəbər olmuş. Qövsi. [Məstəli şah:] Qaldırın Pariji yerindən, vurun yerə, bu saatda necə ki, mən bu heykəli vurub zirü zəbər edirəm. M.F.Axundzadə. Derdim ki, könül zirü zəbər olmasın, oldu. S.Ə.Şirvani. zirvə is. [ər.] Dağın ən yüksək nöqtəsi, təpəsi. Dağın zirvələri qarla örtülüdür. – Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən; Tutmuşam, tək uçurum qarlı dağ üstündə qərar. A.Səhhət. Uzaqda dağların zirvəsi neçə min illərlə əriyib tükənmək bilməyən qarı ilə əfsanəvi bir quşa bənzəyir. R.Rza. Səsləyir yurdumun şeri, zinəti; Zirvəsi dumanlı o dağlar məni. M.Dilbazi. // məc. Bir şeyin ən yüksək pilləsi, dərəcəsi, nöqtəsi. Burda yaxşı işləyən adamın çıxmayacağı bir zirvə yoxdur. M.İbrahimov. Deyirəm həmişə həyata da biz; Uca zirvələrdən baxa biləydik! B.Vahabzadə. zir-zəbər zərf [fars.] Alt-üst. • Zirzəbər etmək – alt-üst etmək, vurub dağıtmaq, yerlə yeksan etmək. Zir-zəbər olmaq – alt-üst olmaq, dağılmaq, pozulmaq, məhv olmaq. zirzəmi is. [fars.] Yer altında olan ev, anbar və s. Zirzəmidə oturub balaxana yuxusu görür. (Ata. sözü). İçərişəhərdə, Yuxarı bazarda, Qoşa karvansaranın altın-da tağ bir zirzəmi vardı. H.Sarabski. Qoçər gözlərini açanda özünü kif qoxuyan bir zirzəmidə gördü. M.Rzaquluzadə. zir-zibil top.\n1. Tör-töküntü, süpürüntü, tullantı. Tikəndə quş yuva çör-çöp yığıban zir-zibil istər. Q.Zakir. [Cəmilə:] Budur, papiros kötüyü kimi zir-zibili atmağa məxsus qablar! S.Hüseyn. [Çimnaz:] Ay bala, orada oturma, zir-zibildi. Ə.Əbülhəsən.\n2. məc. Yaramaz, pis şeylər və ya adamlar haqqında. Sözlər də cəvahir kimidir, əsli bədəldən; Təşxis verən olsa, bu qədər zirzibil olmaz. Şəhriyar. zişan sif. [ər.] klas. Şanlı. Kişidən istənilən işdir, iş; Kim ki, iş yapdı o, zişan oldu. M.Ə.Sabir. Baş qoşma, o cür alimi-zişana dolaşma. Ə.Qəmküsar. zişt sif. [fars.] klas. Çirkin. Vaqifəm, göz yum, cahanın baxma xubü ziştinə. M.P.Vaqif. zivana is.\n1. Dəyirman daşının ortasındakı qazıq, oyuq.\n2. Bir şeyin iki parçasını bir-birinə rəbt edən içiboş mil; bir-birinin içinə keçən iki şeyə açılan oyuq.\n3. Qəlyan çubuğu ağızlığının keçirildiyi içiboş mil. zivə is. məh. Paltar asmaq üçün çəkilən ip. Zivəyə paltar sərmək. zivər is. [fars.] klas. Zinət, bəzək, süs. Qəribə-qəribə zinət və zivərləri şaha göstərirdilər. M.F.Axundzadə. Yaraşdırdı məşşatələr zivəri; Bəzəndirdilər ol mələkmənzəri. M.Ə.Sabir. Neçə məktəblərimiz var, neçə cəmiyyətimiz; Zərimiz, zivərimiz, qüvvətimiz, qüdrətimiz. Ə.Nəzmi. ziya is. [ər.] İşıq, aydınlıq, nur. Mən onun dərdinə oldum mübtəla; Şəmi-xəyalıma o verir ziya. M.P.Vaqif. Dağların, bağların libası sarı; Günəşin də sönük ziyası sarı. A.Səhhət. Qaramtıl bir bulud parçası qüruba əyilən günün qabağını tutduğu üçün çölün biz olan hissəsinə kölgə düşmüş, qalan yerlər isə qızılı ziya içindəydi. İ.Əfəndiyev. • Ziya saçmaq – nurlandırmaq, işıqlandırmaq. [Gülər:] Gülsün günəş, ziyasını saçsın səmalərə! C.Cabbarlı. ziyad I. zərf [ər.] klas. Çox, artıq. Kirvə Məhəmmədxan bəy! Dövlətin ziyad; Həm evin abad, sümüyün polad. Aşıq Piri. • Ziyad etmək (eyləmək) – artırmaq. Çərxi-fələk zülmü ziyad eləmiş; Hicran məni gündə döyər, ağlaram. M.V.Vidadi. [Pəri və Şölə xanım:] Ağa, Allah sənin ömür və dövlətini ziyad eləsin, yüz il xanlıq edəsən! M.F.Axundzadə. Ziyad olmaq – çoxalmaq, artmaq. Zövq üzrə mey artırırdı zövqüm; Şövq üzrə ziyad olurdu şövqüm. Füzuli. Ziyad olur gözümün nuru, ey gözüm nuru; Səbahü şam təmaşayi-xəttü xalında. S.Ə.Şirvani. Əgər ki yayda zəhməti əkinçinin ziyad olur; Ziyad olursa, qış günü o da o qədr şad olur. A.Səhhət.\n\nII. is. Kütüm balığının xalq arasında işlənən adı. ziyadar sif. [ər. ziya və fars. ...dar] klas. İşıqlı, nurlu. Əsarət bərqi xurşidi-ziyadarınla məhv oldu. M.Hadi. [Xarrat:] Bizim Fransada, məsələn, ev heyvanlarının cins və növünün yaxşılaşması üçün bir çox cəmiyyətlər təsis olunmuş ..və ziyadar məskənlər vücuda gətirilmişdir. T.Ş.Simurq. Gündə bir fənn qoyur ərsəyə əfkari-bəşər; Min qəraib çıxarır əqliziyadari-bəşər. Ə.Nəzmi. ziyadə zərf [ər.]\n1. Çox, artıq, çoxlu. Dağdan endim piyada; Dərdim vardır ziyada; Biz xəlvətdə görüşdük; Aləmə düşdü səda. (Bayatı). [Müsyö Jordan:] Bir il çəkər gedib gəlməyi, ziyadə çəkməz. M.F.Axundzadə. İmtahan ilə bilinib ki, meşə olan yerə ziyadə yağış yağır. Ol səbəbə bu yer artıq nəm olur. “Əkinçi”. // Zərf mənasında. Son dərəcə, olduqca. Bu həqiqət Minanı ziyadə şad elədi. İ.Musabəyov. // Qoşma mənasında. Təsəvvür eyləmə kim, məst edibdi badə məni; Gözündü məst qılan badədən ziyadə məni. S.Ə.Şirvani. Hamı dərddən ziyadə; Bu dərd mana kar elədi... Aşıq Ələsgər. // Sif. mənasında. Ziyadə söz lazım deyil. – Ziyadə qəmzədəyəm hicr ilə xoş ol günlər; Ki mən bu qəmzəlikdən ziyadə xürrəm idim. Füzuli. • Ziyadə etmək – artırmaq, çoxalmaq, daha da artırmaq, bollaşdırmaq. Fərhadə, Məcnunə məni tay etdin; Elədin dərdimi ziyadə, fələk! Aşıq Zabit. Ziyadə olmaq – artmaq, çoxalmaq, daha da artmaq, bollaşmaq. Ürəyim dəryadı, könlüm bir ada; Dərdim oldu günü-gündən ziyada. “Əsli və Kərəm”. [Koroğlu Qırata dedi:] Günbəgündən dərdim oldu ziyadə; Alma gözlüm, qız birçəklim, Qırat, gəl! “Koroğlu”. Ziyadəsi ilə – artıqlaması ilə, artıq olaraq, olduqca çox. Oğlanın anası, bacısı olduğunu bilib qızın anası bunlara ziyadəsi ilə hörmət elər... R.Əfəndiyev.\n2. Ziyadədir şəklində – artıqdır, çoxdur. Kürreyi-ərzin ömrü 10-20 min il deyil, bəlkə 10-20 milyon ildən də ziyadədir. H.Zərdabi. Hacı Əsgərin təvanası nəinki yetmiş iki min, bəlkə iki yüz yetmiş iki mindən ziyadədir. S.M.Qənizadə ziyadələndirmə “Ziyadələndirmək”dən f.is. ziyadələndirmək bax. ziyadələşdirmək. ziyadələnmə “Ziyadələnmək”dən f.is. ziyadələnmək f. Ziyadə olmaq, çoxalmaq, artmaq, bollanmaq. Atlı piyadalandı; Dərdi ziyadələndi.. (Bayatı). Şahın vəhşəti qayətdə ziyadələnməyə başladı. M.F.Axundzadə. ziyadələşdirmə “Ziyadələşdirmək”dən f.is. ziyadələşdirmək f. Artırmaq, çoxaltmaq, daha da artırmaq, bollaşdırmaq. ziyadələşmə “Ziyadələşmək”dən f.is. ziyadələşmək f. Artmaq, çoxalmaq, daha da artmaq, bollaşmaq. [Nadir bəy:] İnsanlar arasında ülfət ziyadələşdikcə, şübhəsiz, könüldəki təəssürat və məhəbbət də o nisbətdə artmağa başlar. H.Cavid. İçərisində yaşadığımız iyirminci əsrdə elmlərin ədədləri bir dərəcədə ziyadələşmişdir ki, .. saymaqla qurtarmaq olmaz. F.Ağazadə. ziyadəsincə zərf Artıqlaması ilə, çoxlu. Səkinə oğlunun qeyrət və hümmətini görüb ziyadəsincə şad idi. “Məktəb”. ziyafət is. [ər.] Təntənəli qonaqlıq. Qazax bəylərindən qonağı gəldi; Bir həftə ziyafət göyə yüksəldi. Aşıq Ələsgər. Xüsusən bu vaxt ziyafətdə iştirak edən ziyalı xanımların gözləri dolmuşdu. S.Rəhimov. Bayırda qoparır toplar qiyamət; Torpağın altında gedir ziyafət. M.Rahim. ziyalandırılma “Ziyalandırılmaq”dan f.is. ziyalandırılmaq məch.\n1. İşıqlandırılmaq, nurlandırılmaq.\n2. məc. Maarifləndirilmək. ziyalandırma “Ziyalandırmaq”dan f.is. ziyalandırmaq f.\n1. İşıqlandırmaq, nurlandırmaq. Milləti ayıldan və onun ruhani və cismani qüvvələrini hərəkətə gətirən, qəlbini ziyalandırıb, ruhunu təzələndirən gözəl və ali fikirlər, hüsni-tədbirlər, doğru və salamat sözlər və səmimi-qəlbdən çıxan avazlar olacaq. F.Köçərli.\n2. məc. Maarifləndirmək. ziyalanma “Ziyalanmaq”dan f.is. ziyalanmaq f.\n1. İşıqlanmaq, nurlanmaq. Günəş çıxdı, ziyalandı yer üzü; Cilalandı səfalandı yer üzü. A.Səhhət. Ziyalanır bütün evlər, cahan olur rövşən. H.Cavid.\n2. məc. Maariflənmək. Elm ilə ziyalanar bu millət; Qalxar bu təəssübü cəhalət... A.Səhhət. ziyalı 1. is. Elm, texnika, mədəniyyət sahəsində təhsilə və xüsusi biliyə malik olan və əqli əməklə məşğul olan adam. Hər kəndin özünə görə ziyalıları var... Ə.Sadıq. Heç zaman ziyalı sayıla bilməz; Özgənin dərdini yaşamayan kəs. B.Vahabzadə. // Ümumiyyətlə, oxumuş, mədəni, savadlı adam. // Sif. mənasında. Ziyalı təbəqələr. Ziyalı qadınlar. – [Rəcəb:] Naçalnik müavini dedi ki, axı siz ziyalı cavanlarsınız. Qantəmir.\n2. sif. Açıq, aydın, nurlu, işıqlı. Mənim bağım, baharım! Fikri ziyalı, oğlum. M.Ə.Sabir. ziyalılaşma “Ziyalılaşmaq”dan f.is. ziyalılaşmaq f. Ziyalı olmaq, mədəni olmaq, mədəniləşmək. Kənd məktəbində dərs deyirdi, fikrən də Mirzə Kərim ziyalılaşmışdı. C.Cabbarlı. ziyalılıq is. Mədənilik, fikri-açıqlıq. ziyan is. [fars.] Zərər. Ziyan vermək. Ziyan vurmaq. Ziyan dəymək. Ziyana düşmək. Ziyan gətirmək. Ziyan görmək. Ziyan toxunmaq. Ziyan çəkmək. – Ziyanın yarısından qayıtmaq da qazancdır. (Ata. sözü). Neyçün özünə ziyan edirsən? Yaxşı adını yaman edirsən? Füzuli. [Cavan kəndli:] [Pərviz xanın] hər gəlməyindən rəiyyətə nə qədər ziyan toxunur. Ə.Haqverdiyev. [Sultan:] Mən bu dəfə əl çəkməyəcəyəm, özü də heç bir ziyan görməyəcəyəm. İ.Hüseynov. ‣ Ziyan eləmək – uşaq salmaq. ziyançı is. və sif. Cinayət məqsədi ilə xalqa, dövlətə ziyan vuran, pislik edən (adam); ziyankar. // Zərərli, zərərverən. Daha səni çəkməyəcəm; Ziyançısan, ay papiros. Aşıq Əziz. ziyançılıq is. Ziyançının gördüyü cinayət işi; cinayət məqsədi ilə xalqa, dövlətə ziyan vurma, pislik etmək məqsədi ilə görülən iş. [Zinyət:] Bu, ziyançılıqdan başqa bir şey deyildir. S.Rəhman. ziyanxor [fars.] bax. ziyankar. Siçan ziyanxor heyvandır. ziyanxorluq bax. ziyankarlıq. ziyankar sif. [fars.] Ziyan verən, ziyan toxunduran, ziyançı, zərərverən; ziyan və zərərə səbəb olan, müzür. [Kərim baba:] Baxın o, ilan quyruğu kimi qara buludu görürsünüzmü? Çox ziyankar buluddur. A.Şaiq. // İs. mənasında. Gözə görünməyən ziyankarlar (mikroblar). ziyankarlıq bax. ziyançılıq. ziyanlı bax. zərərli. Acıqlı qalxan, ziyanlı oturar. (Ata. sözü). Mən onun qəsdən ziyanlı bir addım atdığına inanmıram. M.Hüseyn. ziyanlıq is. Zərər, itki, tələfat, xəsarət, zərər. Zəf eylədi aciz məni, qaldım əməlimdən; Çəkdim nə ziyanlıq. M.Ə.Sabir. [Qurbanəli:] ..O ki qaldı qoyuna, keçiyə, onlardan da bir balaca ziyanlıq olub. N.Vəzirov. [Həsən:] Özüm də gəlib yatağın ziyanlığını yoluxacağam. Ziyanlığın hamısını [Həzrətqulunun] gözündən soyacağam. Ə.Haqverdiyev. ziyanlılıq bax. zərərlilik. ziyansız 1. sif. bax. zərərsiz. Ziyansız dərman. Ziyansız adam.\n2. zərf Heç bir zərərə, ziyana uğramadan; xətərsiz, xəsarətsiz, sağ-salamat. Atılan oxlardan çıx gəl ziyansız; Namü nişanına qurban olduğum. Ə.Cavad. ziyansızlıq bax. zərərsizlik. ziyanverən sif. Zərər gətirən, zərərverici. Abşeronda çoxdan kökü kəsilmiş canavar, tülkü, çaqqal kimi ziyanverən heyvanlar haradansa peyda olub. M.Rzaquluzadə. ziyanverici bax. zərərverici. Ziyanvericilərlə mübarizə. ziyarət is. [ər.] köhn. Hörmət əlaməti olaraq birini görməyə, biri ilə görüşməyə gəlmə; görüşə gəlmə; vizit. Münəccimbaşı Mirzə Sədrəddin qibleyi-aləmin ziyarətinə müşərrəf olmaq istəyir bir vacib işdən ötrü. M.F.Axundzadə. İki ay bundan qabaq naçalnikdən izn alıb getmişdim kəndimizə anamın ziyarətinə. C.Məmmədquluzadə. Müsyö Qamel əvvəlinci ziyarətdə bu işlərin hamısına bələd oldu. Qantəmir. • Ziyarət etmək – görüşmək üçün yanına getmək, görüşünə getmək, görüşmək. Ziyarətinə getmək – görüşünə getmək. Vəliəhd Gəncəyə gəldiyinin ikinci günü Qızıl Arslanın verdiyi məktubu da götürüb böyük şair Nizaminin ziyarətinə getdi. M.S.Ordubadi. Bir axşam nə olur olsun deyə, Nemət cənab Baxı ziyarət etməyə qərar verdi. Çəmənzəminli. Müsyö Qamel İsfahanda kimi ziyarət etməlidir, kimlə əlaqə və dostluq saxlamalıdır? Qantəmir. [Yaqut] gəlir-gedir, anasını ziyarət edir. Ə.Məmmədxanlı; // din. Hörmət və xatırlama əlaməti olaraq müqəddəs sayılan yerləri, qəbirləri və s.-ni gedib görmə. Rəsul ustasından izn alıb atasının qəbrini ziyarət etmək üçün qəbiristanlığa yollandı. “Aşıq Qərib”. Göynüyün ətrafını Molla Cümə; Hər günü dörd yolla ziyarət eylər. Molla Cümə. • Ziyarətə getmək din. – müqəddəs sayılan yerləri və qəbirləri görməyə getmək. İmama çox lazımdı ki, Ağa Sadıq kimi axmaqlar onun ziyarətinə getdi, ya yox. C.Məmmədquluzadə. Anlayanlar ziyarətə getmədi; Gedənlər də mətləbinə yetmədi. Aşıq Mirzə. Ziyarətinə getmək – ziyarət etmək. ..Qonşu qadınlar Pirçinar ziyarətinə getməyə qərar vermişdilər. S.Hüseyn. [Məşədi Mürsəl:] Sən bu cansız daşları de ki, onlar da ağanın ziyarətinə yuvarlana-yuvarlana gedirlərdi. T.Ş.Simurq. ‣ Həm ziyarət, həm ticarət – fürsətdən, təsadüfdən istifadə edərək, bir yerə gəlmişkən, ikinci xoş bir işi də görmək. Həm ziyarət, həm ticarət, – deyə Əhməd fındıq dükanını ləğv edib və ələ gətirdiyi paraları arxalığının astarına tikib yola düşdü. B.Talıblı. ziyarətçi is. Ziyarət edən adam, ziyarətə gedən (gələn) adam. Qayıdan ziyarətçilər qəsəbədə qalanlardan əhvalatı təfərrüatı ilə öyrənmək istəyirlər. Ə.Əbülhəsən. // sif. məc. Köçəri mənasında. Qasımabadın çiçəkli tarlalarının yerində düzələn dəryada ziyarətçi quşların meyitləri üzürdü. M.S.Ordubadi. ziyarətçilik is. Ziyarət işi, ziyarət etmə. ziyarətgah is. [ər. ziyarət və fars. ...gah] Ziyarət yeri, ziyarət üçün gedilən yer. [Şeyx Kəbir:] Qapılıb hissə olmasan gümrah; Olacaq məqbərin ziyarətgah. H.Cavid. Bakının ətrafındakı kəndlərin bir qismində bir çox pirlər, ocaqlar, ziyarətgahlar vardı. H.Sarabski. Bu yerlər, bu qumlu, ağacsız, çiçəksiz torpaqlar hələ ta qədimlərdən belə yığın-yığın insanların ziyarətgahı idi. Ə.Məmmədxanlı. ziyil is. Dərinin üstündə əmələ gələn müxtəlif böyüklükdə düyüncüklər. • Ziyil tökmək – çoxlu ziyil əmələ gəlmək, ziyillə örtülmək. [Həmzə dedi:] O, necə deyərlər, qurbağalı gölməçələrdən su içməkdən dodaqlarım ziyil töküb. “Koroğlu”. ziyilcik is. Xırda, kiçik ziyil. ziyildəmə “Ziyildəmək”dən f.is. ziyildəmək f. Üşümək, soyuqdan titrəmək, tir-tir əsmək. ziyilli sif. Ziyili olan, ziyillə örtülü olan. Ziyilli qurbağa. Ziyilli əl. ziyillilik is. Ziyilli olma, ziyil çıxarma, ziyillə örtülü olma. ziyilotu bax. dəmrovotu. Ziyilotu və ya dəmrovotu köhnə daş divarlarda, meşə kənarlarında, əkinlərdə və zibilli yerlərdə bitən və narıncı süd şirəsi olan çoxillik otdur. M.Qasımov. zod is. xüs.\n1. Metalları qaynaq yolu ilə bir-birinə yapışdırma, calama, birləşdirmə, qaynaq. // Metalda qaynaq, calaq yeri. // Metalı döyməklə uzatma.\n2. məc. dan. Kəsər, təsir, itilik. Ağzının zodu yoxdur. zodlama “Zodlamaq”dan f.is. zodlamaq f. xüs.\n1. Zod qoymaq, qaynaq yolu ilə calamaq (dəmiri).\n2. Metalı döyməklə uzatmaq. zodlu sif. dan.\n1. Zodu (1-ci mənada) olan. Zodlu balta. – Gəldilər təzələr, ağzı çox odlu; Kotan yaxşı qaçar olanda zodlu. H.K.Sanılı.\n2. məc. Kəsərli, ağzıodlu. Zodlu (z.) danışmaq. zoğ is. Ağacda və başqa bitkilərdə yenicə cücərən göy qabıqlı incə budaqların hər biri; pöhrə. Söyüdün zoğları. // Ağacın və başqa bitkinin yer altındakı rişələrindən çıxan cücərti. Kişi Xanpərini pambıq kolunun yanına aparıb içəridən qalxan bir zoğu göstərərək dedi... Ə.Vəliyev. • Zoğ atmaq (vermək, etmək) – yeni yaşıl qollar əmələ gəlmək. Alma ağacı yaxşı zoğ atıbdır. – Yazın bu ayında xoş keçər illər; Zoğ edib rişədən baş verər güllər. Aşıq Ələsgər. Ağaclar yeni zoğ atır, yamaclarda yaşıl otlar göyərir. M.İbrahimov. zoğal is. Yeməli, qırmızı meyvəsi olan bərk oduncaqlı ağac (kol). Zoğal 5-6 metr hündürlükdə, qışda yarpağı tökülən kol və ya ağacdır. Sarı rəngli çiçəkləri mart-aprel aylarında yarpaqlanmadan əvvəl açılır. Meyvəsi sentyabrda yetişir. H.Qədirov. // Bu ağacın xırda turş meyvəsi. Zoğal çərdəyi. Zoğal mürəbbəsi (zoğaldan bişirilmiş mürəbbə). – Meşənin dəymiş əzgili saralar; Həm zoğal da dərilməyib qaralar. A.Səhhət. Oğul-uşaq zoğal, fındıq, moruq dərməyə gedərkən Kərim baba da sıradan qalmazdı. A.Şaiq. Almalar qızarır, armudlar, heyvalar saralır, əzgillə zoğal bir-birinə qarışırdı. S.Rəhimov. • Zoğal axtası, axta zoğal – tumu çıxarılaraq qurudulmuş zoğal. Xalq batıbdır noğula, şəkərə, qəndə; Bizim evdə axta zoğal da yoxdur. M.P.Vaqif. zoğalaşı is. Zoğal və ya zoğal qurusu ilə bişirilən aş. zoğalı sif. Zoğal rəngində, tünd-qırmızı. Zoğalı parça. – ..Vaqif isti kürkünü soyundu, nökərlərdən biri onun çiyninə zoğalı çuxasının üstündən samur xəzli ipək xirqə saldı, sonra içəri girdi. Çəmənzəminli. Doldular silaha onlar birtəhər; Hacının sevdiyi zoğalı kəhər; Aldı arxasına Qurban çobanı. H.K.Sanılı. zoğallıq is. Çoxlu zoğal ağacı bitən yer, zoğal ağacları bol olan yer. zoğlama “Zoğlamaq”dan f.is. zoğlamaq f.\n1. Zoğ atmaq, zoğ vermək, ağacın kökündən zoğlar çıxmaq.\n2. Yerə yeni kök atmaq. zoğlanma “Zoğlanmaq”dan f.is. zoğlanmaq f. Öz-özünə zoğ atmaq, cücərib çıxmaq, uzanmaq, boy atmaq; pöhrələnmək. zoğlu sif. Zoğu, zoğları, pöhrəsi olan. Zoğlu ağac. zoqquldama 1. “Zoqquldamaq”dan f.is.\n2. is. Yaranın, çibanın irinləməyə, yetişməyə başladığı zaman dərin və bərk ağrıması, sancması, göynəməsi. zoqquldamaq f. dan.\n1. İrin, çirk etməyə yaxın bərk ağrımaq, sancmaq, göynəmək (yara). Çibanım zoqquldayır. – Balaqardaş, .. canım sənə qurban, o zəhrimarı tezcə gətir, yoxsa ürəyimin ortası zoqquldayır.. N.Vəzirov. [Mürsəl] ufuldayırdı, çünki yarası zoqquldayırdı. Ə.Vəliyev.\n2. məc. İnləmək, inildəyə-inildəyə ağlamaq acı-acı ağlamaq. Bəxti də bu zaman zoqquldayıb ağlamışdı. S.Rəhimov. zoqqultu is. Davamlı, bərk və dərin ağrı, sancı, bərk sızıltı (bax. zoqquldama). [Bəyin] gicgahlarından qalxan zoqqultu ona əziyyət verirdi. Ə.Vəliyev. zol I.\n1. sif. Uzun zolaq şəklində olan, zolaq şəklində kəsilmiş. Zol gön. Zol taxta. // is. Zolaq şəklində kəsilmiş gön, dəri və s. // is. Ağacın gövdəsindən qoparılan zolaqşəkilli qabıq.\n2. is. Zolaq. // Şüy çubuq, qayış zərbəsinin dəydiyi yerdə buraxdığı iz. Zolların yerində qan görünməyə başladı. M.S.Ordubadi. • Zol çıxarmaq (çəkmək, qaldırmaq) – şüy çubuq, qayış və s. buna bənzər şeylərlə vurub bədəndə zolaq kimi iz buraxmaq. Ey ariflər, İsfahanda; Bir dəllək var, zol çıxardır. Xəstə Qasım. Nazik çubuq hər dəfə tappıltı ilə [Laçına] dəyəndə, dərisində zol qaldırırdı. M.Hüseyn.\n\nII. zərf\n1. dan. Düz, birbaş. Zol getdim şikayətə.\n2. Arasıkəsilmədən, həmişə, daima, tez-tez. Zol fikir içindədir. Zol şikayət edir. – [Rüstəm] gördü ki, burada bir cavan pəlvan əyləşibdir. Amma heç kimnən gülüb-danışmır, hey başın salıb aşağı, zol fikirdədir. (Nağıl). [Səfər bəy:] Yaxşı! Yaxşı! Axund, bu Qənbərqulu maşın kimi bir şeydir, bir kərə ki, vintini burdun, daha zol danışacaq. B.Talıblı. zola is. dan. Uzun nazik ağac, düz dirək. Çardağın böyründən bir zola qoymasaq, uçacaq. // Uca ağaclardan meyvə çırpmaq üçün uzun, düz, nazik ağac. Zola ilə tut çırpmaq. – Uşaq zolanı əydi. Bu, uzun, hamar bir ağacdı. P.Makulu. // Çox yekə ağac. zolaq is.\n1. Bir endə olan uzun forma, bir şeyin bir endə olan dar, uzun parçası. Dəmir zolağı. Kağız zolağı.\n2. Enli xətt. Abı zolaqları olan parça. Ağsarı zolaqları olan divar kağızı. Parçada qırmızı zolaqlar. // Bir şeyin buraxdığı uzun, ensiz iz; xətt; zol. İşıqlanıb al zolağı; Parlayanda göy qurşağı; Birnəfəsə çıxdıq dağı. M.Dilbazi.\n3. Bir sahənin, səthin və başqa bir şeyin ümumi fon üzərində hər hansı bir əlaməti ilə fərqlənən uzanmış hissəsi. Qara tüstü zolaqları. – ..Dan yeri sökülməyə başlayır, içəriyə işıq zolaqları süzülürdü. M.Hüseyn. Bu qaranlığı haradansa düşən Ay işığının zolağı ikiyə parçalamışdı. Ə.Məmmədxanlı.\n4. Bir şeyin uzanıb gedən qismi; qurşaq, zona, sahə. Qaratorpaq zolağı. Səhra zolaqları. Sahilin qumlu zolağı. – Yolumuz .. təzə salınmış meşə zolaqları arasından keçirdi. M.Dilbazi.\n5. köhn. Kolxozlar təşkil olunmadan əvvəl: kənd torpağının ayrı-ayrı kəndliyə məxsus olan dar şum sahəsi. zolaqarası sif. Zolaqlar arasında olan. Meşə zolağı havanın hərarətinin zolaqarası tarlada da aşağı olmasına kömək edir. Q.Gül. zolaqlı sif. Üzərində zolaqları olan, zolaq-zolaq. Üstü zolaqlı qovun. Zolaqlı bəbir. // Üzərində müvazi xətlər, cizgilər olan. Zolaqlı parça. Çitin qara zolaqları var. – [Əsəd] üzü təmiz qırxılmış, püsteyi rəngdə köynək geyib qırmızı zolaqlı qalstuk bağlamışdı. Ə.Sadıq. zolaq-zolaq sif. Zolaqlar şəklində olan. Zolaq-zolaq tarlalar. – Qurtuluş güllələri zolaq-zolaq qızartdı havanı. R.Rza. // Üzərində zolaqlar olan. Zolaq-zolaq parça. Zolaq-zolaq palaz. Zolaq-zolaq döşək. Zolaq-zolaq zürafə. Zolaq-zolaq özbək xələti. – [Qaragünənin] başının üstündən, divarda zolaq-zolaq bir pələng dərisi, üzərində mal damarından hörülmüş qaba bir qamçı .. asılmışdı. M.Rzaquluzadə. [Zeynal] zolaqzolaq xəstəxana pijamasının altında yavaşyavaş barmaqlarını tərpədirdi. B.Bayramov. // Zərf mənasında. Zolaqlar şəklində. Böyrü qırmancdan zolaq-zolaq olmuş yabı. – Köynəyinin üstündən də mümkündür saymaq; Qırmanclanmış zolaq-zolaq qabırğaları. S.Rüstəm. zollama I. “Zollamaq1”dan f.is.\n\nII. “Zollamaq2”dan f.is. zollamaq I. f. dan. Zolaqlar şəklində kəsmək, zol-zol etmək. Gönü zollamaq.\n\nII. f. vulq.\n1. Uzun, möhkəm bir şeylə bərk vurmaq, ilişdirmək, çəkmək. Dəli şeytan deyir ki, bir dəyənək; Mollanın zolla başına zirək. S.Ə.Şirvani. [Atakişi:] Bir yol Ditdili Həsənin gündəyməzindən bir ağac zolladım ki, iki ay sümüklərinə yağlı xəmir saldılar. C.Cabbarlı. Dava qızışan kimi hər kəs əyilib öz başmağını çıxarıb əlinə alar və bir-birinin sir-sifətinə zollayardı. Qantəmir.\n2. Yararsız bir şey kimi atmaq, tullamaq. Ah, o saətdən lüt eylər mürdəşir əndamüvi; Taxta üstündə yuvar, tabutə zollar canüvi. M.Möcüz. zollanma “Zollanmaq”dan f.is. zollanmaq məch. vulq.\n1. Bərk vurulmaq, ilişdirilmək, döyülmək.\n2. Yararsız bir şey kimi atılmaq, tullanmaq. zollatma “Zollatmaq”dan f.is. zollatmaq bax. zollamaq2. Qəflətdə yatıb, ad batırıb, nam alırız biz; Başa yumruq zolladırız, kam alırız biz. M.Ə.Sabir. zolotnik is. [rus.] Buxar maşınlarında buxarpaylayıcı mexanizm. zol-zol I. sif. Zollar, zolaqlar şəklində olan. // Üzərində zolaqlar olan. Zol-zol parça. • Zol-zol etmək – 1) bax. zol çəkmək (“zol1”də); 2) zolaqlar şəklində izlər əmələ gələnə qədər qırmanc, şüv və s. ilə vurmaq. Əndamını zol-zol elədi. // Zərf mənasında. Zolaqlar şəklində, zolaq kimi. Döşəyi, yorğanı zol-zol cırdılar; Zolaqları kəndir kimi burdular. H.K.Sanılı. [Kəyan Hacıyevin] gözləri bir az şişmişdi, üzündə bir neçə barmağının yeri zol-zol dururdu. Ə.Əbülhəsən.\n\nII. zərf Tez-tez, arasıkəsilmədən, mütəmadiyən. Zol-zol baxmaq. zom is. məh. Arxın içindən bellə alınıb kənarlarına qoyulan sulu palçıq. Zom vurmaq. zomlama “Zomlamaq”dan f.is. zomlamaq f. məh. Arxın içindəki palçığı bellə götürüb bənd şəklində kənarlarına yığmaq, bənd vurmaq. Arxı zomlamaq. zona [yun.] Hər hansı bir ümumi əlamətinə görə səciyyələnən müəyyən ərazi sahəsi; qurşaq, rayon. Arktik zona. Subtropik zona. Meşə zonası. Sərhəd zonası. Respublikamızın əsas çay zonası Lənkəran – Astara rayonlarıdır. Qarabağ atının vətəni və əsas yayıldığı yerlər Qarabağ zonası olmuşdur. – Xəzərin sahili, xoş gəzməli zonası da var... R.Rza. zonal sif. [yun.] Zonaya aid olan, zona ilə əlaqədar olan, müəyyən zona üçün səciyyəvi olan. Zonal bitkilər. – Boz torpaqlar Qarabağ düzünün aran hissəsi üçün əsas zonal torpaqlar hesab olunur. S.Salayev. zonallıq is. [yun.] xüs. Zonalar üzrə yerləşmə, qurşaqlar üzrə yerləşmə. Torpağın zonallığı. – Kiçik Qafqaz sıra dağ sistemi şaquli zonallıq qanununa tabe olan xüsusiyyət yaradır. S.Salayev. zond [fr.]\n1. Orqanların, toxumaların daxilini tədqiq etmək üçün onların içinə yeridilən borucuq və ya çubuq şəklində tibb aləti. Mədəyə zond salmaq.\n2. Torpağın dərin qatlarını yoxlamaq və nümunələr götürmək, habelə quyu qazımaq üçün burğu.\n3. Atmosferin yüksək qatlarında meteoroloji işlər aparmaq üçün içərisində avtomatik yazma cihazı olan kiçik hava balonu. zondlama “Zondlamaq”dan f.is. zondlamaq f.\n1. Zond (1-ci mənada) salmaq.\n2. Zond (3-cü mənada) buraxmaq. zontik [rus. əsli holl. zonnedek-dən] Yağışdan, gündən qorunmaq üçün üzərinə parça çəkilmiş millərə bənd edilmiş açılıbbükülən əl ağacı şəklində alət; çətir, günlük, yağmurluq. Əlində zontik tutmaq. Zontik açmaq. – Pəncərənin birində açıq qadın zontiki qoyulmuşdu. S.Rəhman. zontikli sif. Başına zontik tutmuş, əlində zontik olan. Zontikli kişi. – Zontikli qadınlar alçaq çadır kimi görünürdülər. Mir Cəlal. zoo... [yun. zoon] – mürəkkəb sözlərin birinci tərkib hissəsi olub, heyvanlar aləminə mənsubiyyət, yaxud sözün heyvana aid olduğunu bildirir; məs.: zoobaytarlıq, zoogigiyena, zoopsixologiya, zoocoğrafiya, zoopark, zoostansiya. zoobaytar is. [yun. zoon və ər. bəytər] Kənd təsərrüfat heyvanlarının yetişdirilməsi, bəslənməsi, saxlanması və onlardan düzgün istifadə olunması sahəsində çalışan mütəxəssis. Zoobaytar nəzarəti. zoobaytarlıq sif. Kənd təsərrüfat heyvanlarının yetişdirilməsinə, bəslənməsinə, saxlanmasına və onlardan düzgün istifadə olunmasına, habelə onların müalicəsinə aid olan. Zoobaytarlıq şəbəkəsi. Zoobaytarlıq institutu. Zoobaytarlıq tədbirləri. Zoobaytarlıq tələbləri. zoocərrahlıq is. [yun. zoon və cərrahlıq] Heyvanlar üzərində cərrahlığa aid elm. V.İ.Vsevolodov (1790-1863) zoocərrahlığa .. dair əsərlərin müəllifi olmuşdur. “Ümumi zootexniya”. zoogigiyena [yun. zoon və hygieinos – şəfaverici] Heyvanların sağlamlığını qoruma şəraiti və tədbirləri haqqında elm. zoogigiyenik sif. [yun.] Zoogigiyenaya aid olan, zoogigiyena ilə əlaqədar olan. Zoogigiyenik tədbir. Zoogigiyenik qayda. zoologiya [yun. zoon və logos – elm, anlayış] Heyvanlar aləmindən bəhs edən elm. zooloji sif. [yun.]\n1. Zoologiyaya aid olan. Zooloji muzey.\n2. məc. Heyvani, qaba. zooloq [yun.] Zoologiya (heyvandarlıq) mütəxəssisi. zoopark [yun. zoon və ing. park] Heyvanat parkı, zooloji park. Gah zooparkda gəzirəm səllimi; hər cürə heyvan görürəm, qorxmuram. R.Rza. zootexnik [yun. zoon və techne-dən] Zootexniya mütəxəssisi. Kəndin müəllimləri, kolxozun briqadirləri, zootexniki, aqronomu həmişə üzlərini Səməd Bayramlıya qırxdırırdılar.. M.Hüseyn. Aqronom, baytar, zootexnik, mühəndis, yerölçən yeni kəndin tərəqqisi uğrunda ciddi işə girişdi. Ə.Vəliyev. zootexnika [yun. zoon və techne] Heyvandarlıq elmi; kənd təsərrüfat heyvanlarının yetişdirilməsi, saxlanılması və onlardan düzgün istifadə üsullarından bəhs edən elm. zootexniki sif. [yun. zoon və technedən] Zootexnikaya aid olan. Zootexniki laboratoriya. Zootexniki qaydalar. zootexniya bax. zootexnika. Zootexniyada qaramalın bədən quruluşu ilə birlikdə eksteryeri, yəni bədənin xarici görünüşü də öyrənilir. “Qaramal”. zopa is. dan. Dəyənək, kötək. Molla da əlinə bir yekə zopa alıb onu qova-qova çığırır. “M.N.lətif.” [Helmi:] Mən gəlincəyə qədər bunların hər birisinə yüz zopa vurulmasını əmr edərsiniz. M.S.Ordubadi. Mirzə Süleymana zopa vuracaqlar. B.Talıblı. zopalama “Zopalamaq”dan f.is. zopalamaq f. dan. Zopa ilə döymək, kötəkləmək. zopalanma “Zopalanmaq”dan f.is. zopalanmaq məch. dan. Zopa ilə döyülmək, kötəklənmək. zopalatma “Zopalatmaq”dan f.is. zopalatmaq icb. Zopa ilə döydürmək, kötəklətmək. zopu is. etnoqr. Keçmişdə toylarda cavanların cərgə ilə durub uzun çubuqla oynadıqları bir oyun. zor [fars.]\n1. is. Güc. Muzdur anladı ki, çox pulun zoru da çox olurmuş. S.M.Qənizadə. [Mirzə Həsən:] Bundan sonra traktor adlanan maşının zoru ilə əkəcəksiniz. Ə.Haqverdiyev. [Harun:] Düşmənin zoru qabağında könül xof eyləməz. Ü.Hacıbəyov. • Zor etmək (eləmək) – güclə məcbur etmək, güc tətbiq etmək. [Məhərrəm:] Odur ki, [Səriyyəyə] zor etməyə haqqınız və ixtiyarınız yoxdur. C.Cabbarlı. Zor gəlmək – üstün olmaq, qalib çıxmaq, məcbur etmək. Zor ilə – 1) zorla. Mən səndən ayrılmazdım; Zor ilən ayırdılar. (Bayatı). Naəhl olana mətləbi andırmaq olurmu?! Söz qanmıyana zor ilə qandırmaq olurmu?! M.Ə.Sabir. Mexaniki zor ilə maşınxanadan kənara çıxardılar. H.Nəzərli; 2) var gücü ilə. Keçmiş kösöyü zor ilə yerə vuranda qığılcım saçılan kimi [dərvişin] gözləri məşəlləndi. A.Divanbəyoğlu. Zor işlətmək (göstərmək) – zor etmək, gücdən istifadə etmək, zorakılıq etmək. [Vahidov Telliyə dedi:] Bəzən zor işlətmək lazımdır ki, sevdiyin adamı xoşbəxt edəsən. Ə.Məmmədxanlı. Zora çəkmək – çətinliyə salmaq, bərkə çəkmək, məcbur etməyə çalışmaq. Boşla, ay molla dayı, sən də bizi çəkmə zora; Biz sənin hiylən ilə düşmərik əsla bu tora. M.Ə.Sabir. Zora salmaq – çətinliyə salmaq, gücə salmaq. Molla dartındı, ancaq qolunun məngənəyə düşdüyünü görüb zora salmadı. S.Rəhman. Zoruna dönüm! – tərif və təşviq ifadəsi (birinə ürək vermək, bir işə cəsarətləndirmək və təhrik etmək üçün işlənir). Qüvvətlə sıx döşünə tüfəngin qundağını; Vur, zoruna dönüm, vur, baş qaldıran yağını! R.Rza. // Qolugüclülük, qolunun gücü. Zor vermək – 1) güc vermək. [Aslan bəy:] Xoş gəldin, get ancaq bundan sonra ağlına zor vermə... N.Vəzirov; 2) ağır təsir etmək. Ayrılıq zor verdi ana qəlbinə; Gəl! – deyib yanına çağırdı yenə. S.Vurğun.\n2. sif. Çox güclü, qüvvətli, böyük. Açarın gücü qıfıldan zordur. (Ata. sözü). [Paşa Qəribə:] Mən bilirəm sən qəribsən, ancaq deyirlər ki, çox zor aşiqsən. “Aşıq Qərib”. // Çox bacarıqlı, qoçaq, əlindən hər şey gələn. Kişi zor adamdır. // zərf Çox, xeyli. [Rüstəm bəy:] Çingiz, nə çox yatmışıq, balam? – dedi, – zor yatdıq. Çəmənzəminli.\n3. sif. Çətin, çətin başa gələ bilən, zehni və yaxud cismani güc tələb edən, çox ağır. Zor məsələ. – Müqim bəy .. sabahkı işin çox zor iş olduğunu kəsdirdi, təkrarən öz nitqini nəzərdən keçirməyə başladı. S.Rəhimov. // Zordur şəklində – çox çətindir. Uff, .. bu qədər məşəqqətdən sonra ona yaxınlaşmaq yenə də zordur, – dedi. H.Nəzərli.\n4. is. Məcburiyyət. Mənim yetim uşağa rəhmim gəlir, çünki o uşaq sahibsizdir və bu barədə dəxi mənə zor yoxdur. C.Məmmədquluzadə. [General:] Xoşluqla etməsə, nə gəlib zora? Biz ki, gəlməmişik xoşluqla bura. B.Vahabzadə. // Zərf mənasında. Məcburiyyət altında, məcburən, istəmədən, öz xahişi olmadan. ..Tacir yarı zor, yarı xoş hambalı padşahın yanına apardı. (Nağıl).\n5. Zorla şəklində zərf – 1) güc işlədərək (işlədilərək), güc tətbiq edərək (edilərək), məcburiyyət altında. Qızı gətirdilər saraya zorla; Hər şeyi sarayda anladı Leyla. B.Vahabzadə; // istəməyə-istəməyə, özünü məcbur edərək. [Əlləzoğlu] sifətini eybəcər bir şəklə saldı, qədəhin az qala yarısını zorla püstə ağzına təpdi. İ.Hüseynov; 2) çox çətinliklə, güclə. Özünü zorla çəkib aparan qoyunların yelini südlə dolu idi. M.İbrahimov. Ancaq tüfəng çox uzun və ağır olduğundan onun əli tətiyə zorla çatırdı. M.Rzaquluzadə; 3) güclə, güc-bəla ilə, çox çətinliklə (bu mənada bəzən “zor-bəla ilə” şəklində işlənir). İşin öhdəsindən zorla gəldi. Zorla özünü saxlaya bildi. Onu zor-bəla ilə razı sala bildilər. zorakı sif. Zor gücü ilə həyata keçirilən, zorla olan, zora istinad edən. Zorakı çevriliş. Zorakı tədbir. Zorakı assimilyasiya. ‣ Zorakı ölüm hüq. – zor nəticəsində baş verən ölüm, qətl (təbii ölüm qarşılığı). zorakılıq is.\n1. Zor tətbiqi, zor işlətmə; zor vasitəsi ilə məcburiyyət. İş zorakılıq məsələsinə gəlirsə, bizimkilər oradadır, qorxmayın. M.S.Ordubadi. ..Cəbhələrin birisinin bayrağı azadlıq və zəhmət, o birisinin bayrağı zorakılıq və ağalıq idi. M.İbrahimov.\n2. Qolugüclülük, zorla məcbur etmə; zor gücü ilə görülən iş; zülm, qanunsuzluq, özbaşınalıq, haqsızlıq. Bizim hüquq elmi hər hansı zorakılığın, haqsızlığın əleyhinədir! S.Rəhimov. Kamilin verdiyi təsəlli [Biqəmi] ruhlandırırdısa da, gördüyü zorakılıq və yediyi ağır kötəkdən ədalətin ola biləcəyinə inana bilmirdi. M.Süleymanov. • Zorakılıq etmək – 1) zora əl atmaq, zor işlətmək, zorla məcbur etmək, qaba qüvvə tətbiq etmək; 2) tabe olmamaq, inad göstərmək, höcət eləmək. [Kərbəlayı] Ədə, hökumət ilə zorakılıq eləmək olar? H.Nəzərli. zorba sif.\n1. Çox iri, çox yekə, çox böyük. Zorba ayı. Zorba canavar. Zorba ilan. Zorba daş. – Zorbadır hərçənd ki, qəddin sənin; Yox mənə tay olmağa həddin sənin. M.Ə.Sabir. [Nisə xala] pilləkənin altında yatan zorba bir qoyun itinin boğazına ayağını basıb bizə dedi. Qantəmir. // dan. Ümumiyyətlə böyük. [Axund:] Bu nikah kəsməkdən və ya kəsdirməkdən zorba savab yoxdur, ələlxüsus, siğə ola. C.Cabbarlı.\n2. məc. Çox böyük, çox nüfuzlu, görkəmli (adətən kinayə yolu ilə deyilir). Şuşa şəhərinin lap zorba mollalarının bu soyuqda .. bu otuz-qırx verst yolu gəlməkdən mənzurları nə imiş? “Mol. Nəsr.” // İs. mənasında. ..Zorbaların zülm və istibdadına bir nəhayət vermək .. məqsədi ilə şəhərin “ağa”ları .. bir “cəmiyyət” düzəltdilər. S.Hüseyn.\n3. məc. Çox güclü, çox qüvvətli, çox böyük. Mübarizə apardığımız qüvvələr zorbadır. M.S.Ordubadi. zorbaca sif. Çox zorba. Canlıcadır, zorbacadır baldırım; Sındıra bilməz məni heç ildırım. M.Ə.Sabir. zorbalanma “Zorbalanmaq”dan f.is. zorbalanmaq f. dan. Çox böyümək, zorba olmaq, çox böyüyüb artmaq, yekələnmək, şişmək. Gündə on şahı ilə cümlə ümuri adlanır; Bu vücudin ki, dəmadəm əməli zorbalanır. M.Ə.Sabir. zorbalaşdırılma “Zorbalaşdırılmaq”dan f.is. zorbalaşdırılmaq məch. Çox böyüdülmək, yekələşdirilmək, iriləşdirilmək. zorbalaşdırma “Zorbalaşdırmaq”dan f.is. zorbalaşdırmaq f. dan. Zorba hala salmaq, çox böyütmək, çox böyüdüb artırmaq, yekələşdirmək, iriləşdirmək. zorbalaşma “Zorbalaşmaq”dan f.is. zorbalaşmaq f. dan. Çox böyümək, çox yekəlmək, həddindən artıq şişmək, zorba olmaq. Günlər keçdi, aylar keçdi, balaca Cəbi yavaş-yavaş boy atırdı, fəqət həmişə zəif, üzü kiçik, başı isə günbəgün zorbalaşırdı. N.Nərimanov. zorbalıq is. dan.\n1. Yekəlik, irilik, böyüklük; zorba şeyin halı. Başladı tərifə palıd qamətin; Öydü özün, zorbalığın, halətin. M.Ə.Sabir. Yusif Qaraca qızın tərsliyinə təəccüb edib arvadına deyərdi: – Bu zorbalıqda ayı mənim qamçımın qorxusundan hər cür oyun çıxarır, amma bu balacalıqda qızın əlində aciz qalmışam. S.S.Axundov.\n2. məc. bax. zorbazorluq. Hər yerdə, hər mühitdə haqsızlığın, qolugüclülüyün, zorbalığın əleyhinə çıxışlar olurdu. S.Hüseyn. zorbazor is. Zalım, zülmkar, qolugüclü, zorakılıq edən, başlı-başınalıq edən adam. Qoymuyublar başımızın üstünü kəsən minlərlə zorbazorların zülmlərindən bəhs edək. C.Məmmədquluzadə. zorbazorluq is. Qolugüclülük, zorakılıq, başlı-başınalıq, qaba qüvvə; haqsızlıq, qanunsuzluq. • Zorbazorluq etmək – kobudca qüvvə tətbiq etmək, zorakılıq etmək, zor işlətmək, başlı-başınalıq etmək, qol gücü ilə iş görmək. zor-bəla zor-bəla ilə – zorla, güclə, çox çətinliklə. Rəşid zor-bəla ilə balığı tutub, vedrəyə qoydu.. M.Süleymanov. zor-güc zərf Zorla, güclə, zor-bəla ilə (bəzən “zor-güclə” şəklinlə işlənir). Şah Daşküvar əlacı kəsilib dedi: – Razıyam. Yeddi gün, yeddi gecə toy eləyib, vəzirin qızını zor-güc alıb, verdi Adamzada.. (Nağıl). Kəndlilər zorgüc bu heyvanları itlərin pəncəsindən qurtara bildilər. A.Şaiq. Yox, ağ günü mütləq aramaq, onu zor-güclə çəkib gətirmək gərəkdir! S.Rəhimov. // Çox çətinliklə, əziyyətlə, məşəqqətlə, birtəhər. Zor-güc dolanır. – [Tahir:] Mən də iki-üç günlüyünə zor-güc izin almışam. M.Hüseyn. zorxana is. [fars.] köhn. Keçmişdə: ağır idman məşğələləri və yarışları keçirilən yer, bina. Bundan sonra bir ayrısı başlayırdı: – Rəhmətlik xanın mənnən də arası kök idi. Zorxanada işləyəndə xan da bizimlə işləyirdi. Çəmənzəminli. Zorxanaya kim yazılsaydı, gərək hər gün oyuna gələydi. H.Sarabski. zorlama 1. “Zorlamaq”dan f.is.\n2. zərf Zorla, güclə, zor işlədərək. zorlamaq f.\n1. Zorla bir işə məcbur etməyə çalışmaq, zora salmaq, zorla boynuna qoymaq. Gülyaz Səmədi, heç olmazsa, rəsmi bir ər kimi istəmək üçün könlünü nə qədər zorlayırdısa da, bir nəticə çıxmırdı. M.Hüseyn. [Nəriman:] Mənim qəlbimi zorlamaq fikrinə düşmədi. Mir Cəlal.\n2. məc. Zorla cinsi əlaqəyə məcbur etmək, zorla əlaqədə olmaq, namusuna toxunmaq.\n3. Zorla açmaq, gücə salaraq açmaq; güc gəlmək. Onlar nə hökumət qapısını, nə də sizin evin qapısını zorlayıb içəri girə bilməzlər. M.S.Ordubadi. Axund qapını zorlamağa başladı. S.Rəhman. // Güc gəlmək, zorakılığa salmaq, güc eləmək, zor etmək. Sonra hər kəs gəldi, zorladı, girdi içəri. C.Məmmədquluzadə. zorlanma “Zorlanmaq”dan f.is. zorlanmaq 1. f. Güclənmək, qüvvətlənmək.\n2. “Zorlamaq”dan məch. zorlaşma “Zorlaşmaq”dan f.is. zorlaşmaq bax. zorlanmaq 1-ci mənada. zorlatma “Zorlatmaq”dan f.is. zorlatmaq icb. Başqasının vasitəsi ilə zorla bir işə məcbur etmək. zorlu sif.\n1. Güclü, qüvvətli. Yaman zorlu adamdır. – Qüvvətli olsan da, yoxsulu döymə; Demə ki, zorluyam, qolum yaxşıdır. Xəstə Qasım. Həmin fələkzadə Məşədi Əsgər qırx yaşında, qısaboylu, amma çox zorlu bir kişi idi. S.M.Qənizadə. Tez çatsın əlimiz bərkə düşərsək; Zorlu qoşun ilə biz görüşərsək. H.K.Sanılı.\n2. məc. Sözü keçən, nüfuzlu, hökmü olan. [Pərzad] Əh, o boş sözdür, əmim dövlətli, zorlu kişidir. M.F.Axundzadə. // İs. mənasında. [Ceyniz:] Saray istibdadı, zorluların əmlak iştahası xalqı zara gətirmişdir. Çəmənzəminli. zorluq is. Çətinlik, ağırlıq. Hacı Vəlinin müəyyən prinsipləri var idi. Şeyləri zorluqla (z.) qəbul edərdi.. Çəmənzəminli. zorluluq is. Zorlu olma, qüvvətlilik, güclülük. zorrama dan. bax. zorlama 2-ci mənada. İbrahim bu səfər genə birtəhər zorrama balığı buraxdırdı. (Nağıl). zorsuz sif. Gücsüz, qüvvətsiz, arıq. Zorsuz adam. zöhd is. [ər.] klas. Dinin qadağan etdiyi şeylərdən çəkinərək vaxtını ibadətə sərf etmə; pəhrizkarlıq (bəzən “zöhd və təqva”, “zöhdü təqva” şəklində işlənir). Mey gətir, saqi, məni qurtar nəmazü rövzədən; Kim, mən ol zöhdü riyadan tövbəkarəm, doğrusu. Kişvəri. Vaqifa, səndə ki yoxdur, bilirəm, zöhdü riya. M.P.Vaqif. [Vidadi:] Bu fani dünyanı zöhd və təqva ilə keçirmək daha yaxşı olmazdımı? Çəmənzəminli. • Zöhd əhli klas. – dünyanın zövq və nemətlərindən əl çəkib vaxtını ibadətdə keçirən adam. Bağlamış zöhd əhlinə qapusunu meyxanənin; Hörməti lazım gərək, hərçənd kafirdir qonaq. Qövsi. Ayağın bassa saqi başim üzrə canə minnətdir; Neçin zöhd əhlindən bir dərdməndə xeyrü şər gəlməz. Q.Zakir. zöhr is. [ər.] Günorta. Elə isə sabah zöhr zamanı məni Qəsafə cameyinin qarşısında gözləyin. M.S.Ordubadi. Günortaya yaxın zöhr namazının vaxtı olduğu üçün qaladan azan səsi eşidilərdi. H.Sarabski. zöhrə is. [ər.]\n1. astr. Günəş sisteminə daxil olan yeddi ulduzdan biri və bütün görünən ulduzların ən parlağı; Karvanqıran, Venera.\n2. məc. Eşq ilahəsi (klassik poeziyada adətən gözəllik rəmzi kimi “Zöhrə ulduzu” şəklində işlənmişdir). Şəşəəsində məhv olur ay ilə gün bu gün Zöhrənin; Gör ki, nə aftabmış şol fələkin sitarəsi. Nəsimi. Müştəridir sənə Zöhrə fələkdə; Gecə-gündüz övsafını deməkdə. Q.Zakir. Susun artıq! Bu Zöhrə ulduzunu seyr edin iştiyaqü həsrət ilə; Bu gözəl lövhə sonra düşməz ələ. H.Cavid. Zöhrə ulduzuna məftun olmuşsan; Sürürsən üstünə öz təyyarəni. S.Vurğun. zöhrəotu is. bot. Qarşı-qarşıya yerləşmiş yarpaqları olan çoxillik zəhərli bitki (yarpaqlarından və gövdəsindən göy rəng hasil edilir). zöhrəvi sif. [ər.] tib. Əksər hallarda cinsi əlaqə ilə keçən. Zöhrəvi xəstəlik. zökəm is. [ər.] Burnun daxili qişasının iltihabı nəticəsində burundan selik axma və tez-tez asqırma şəklində təzahür edən xəstəlik. Zökəm olsa əgər bizim qəhrəman; Şeir uzaqlaşar onun yanından. M.Rahim. Qızdırmadan, zökəmdən zara gəlib adamlar. H.Hüseynzadə. zökəmli sif. və is. Zökəm olmuş, zökəm xəstəliyinə tutulmuş (adam). zövc is. [ər.] kit. Kişi, ər. Demək, Mahmudun atası Allahın rəhmətinə vasil olandan hənuz zövq ixtiyar etməyibsən. P.Makulu. zövcə is. [ər.] kit. Arvad, həyat yoldaşı, qadın. Taleyin varmış, əzizim, Jasmen! Daha dilbərdir ölən zövcəndən. H.Cavid. Getdi ağlım mənim əyyami-cavanlıq dəminə; Ki nədir, mən dözərəm zövcələrin hər qəminə... Ə.Nəzmi. [Əbdüləli bəy:] Ancaq Gülüş xanım, sizin yadınızdadırmı, 7-8 il bundan qabaq Mirzə Balaşın bir zövcəsi var idi, o nə oldu? C.Cabbarlı. zövq is. [ər.]\n1. Hər hansı bir xoş təəssüratdan duyulan sevinc hissi, məmnunluq hissi; ləzzət, həzz, nəşə. Sən mükafatını insanlığa xidmətində ara; Əbədi zövq, təsəllini həqiqətdə ara. A.Səhhət. Həm zövqüdür, həm cövrüdür ömrün, o, həyatın; İnsanı ucaldan da, qocaldan da məhəbbət. B.Vahabzadə. [Sultan:] Dünyada şad xəbərin intizarını çəkməkdən böyük zövq ola bilməz, qardaşoğlu. İ.Hüseynov. // Şəhvani ləzzət. [Sevil:] Sən [Balaş] hər gün bir dəqiqəlik zövqün üçün tuş gəldiyin hər bir qadına göz basırkən, kimsə sənə namussuz demirdi. C.Cabbarlı. • Zövq almaq – ləzzət almaq, həzz almaq, xoşlanmaq, nəşələnmək. Bu oxumaqdan heç bir zövq almadım. – [Solmaz:] Mən istərdim ki, mənim gözəlliyimdən bütün dünya zövq alsın. C.Cabbarlı. Zərrə zövq almıram dəbdəbələrdən; Ömrü mahnılarla vururam başa. S.Rüstəm. Güzgü də zövq alır gözəlliyindən; Səni güzgüyə də qısqanıram mən. B.Vahabzadə. Zövq çəkmək – bax. zövq almaq. Zövq əhli – kefcil adam haqqında. Bülbül istər gülü, zövq əhli sevər cananı; Hər bir aşiq sevir öz sevgili cananəsini. Vahid. Zövq vermək – ləzzət vermək, nəşə vermək, kef vermək. Bu musiqi bizə böyük zövq verdi. – Zövq verməz dəxi, eşq əhlinə şirin dəhənin. S.Ə.Şirvani. ..Bu gün [Ruxsarənin] öz ayağı ilə gəlməsi Sübhanverdizadəyə hədsiz bir zövq verdi. S.Rəhimov. Zövqə batmaq – bax. zövq almaq. Zövqə dalmaq – zövqə qapılmaq, zövq içində olmaq. Şimdi Sənan yatıb da röyadə; Zövqə dalmış behişti-əladə. H.Cavid. Zövqə gəlmək – zövqlənmək əhvalı yaxşılaşmaq, kefi durulmaq. Zövqə yatmaq (yaratmaq) – xoşa gəlmək, bəyənilmək, estetik tələblərə cavab vermək. Zövqünü oxşamaq – bax. zövq vermək. Təbiət öz gözəlliyi və təravəti ilə insanlara təsir edir, zövqünü oxşayır.\n2. Gözəllik, hüsn. Mirzağa deyirdi: – Sən bilməyirsən, Cəmilə! Xəlvət bir guşəyə çəkilib ikili yaşamağın başqa bir zövqü vardır. S.Hüseyn. Nə xoş gəlib bu qış, bu qar; Qışın da başqa zövqü var. M.Dilbazi.\n3. Gözəlliyi, incəliyi hiss etmə, duyma, seçmə, başa düşmə qabiliyyəti; estetik duyğu. Zövq ilə geyinmək. Onun incə zövqü var. – Biləks, onda “Fərhad və Şirin” dastanına qiymət qoya biləcək qədər bədii zövq yoxdur. M.S.Ordubadi. [Nadir bəy:] Məncə gözəllik zövqə aid bir şeydir. H.Cavid. • Zövq ilə – incəliklə, incə duyğu ilə, estetik tələblərə uyğun surətdə. Burada hər şey zövq ilə sahman olunmuşdu. H.Seyidbəyli.\n4. Meyil, həvəs, istək. Qulluq zamanı öz fitri zövqümə görə, mütaliə və təhsilimdən qalmadım. M.F.Axundzadə. Eyni zamanda sənin zövq və marağının əleyhinə olaraq, özünə sevgi elan edən adamları da cəzalandırmağa haqqın yoxdur. M.S.Ordubadi.\n5. Əyləncə, şadlıq, kef, səfa. Zövq içində yaşamaq. O, bütün zövqümüzü pozdu. – Göy səmti açıldıqca könüllər də açıldı; Dünya üzünə zövq, səfa endi, saçıldı. A.Səhhət. Çalın, oxuyun! Biz də uzaqdan zövqünüzdə iştirak edəriz. H.Cavid. zövqlənmə “Zövqlənmək”dən f.is. zövqlənmək f. Zövq almaq, ləzzət aparmaq, nəşələnmək. Vaqif yağışdan sonra təmizlənib, işıldayan otlara və çiçəklərə baxıb zövqlənirdi. Çəmənzəminli. zövqlü sif.\n1. Yaxşı zövqü olan (bax. zövq 3-cü mənada).\n2. Zövq verən, nəşə verən, kef verən. zövq-səfa [ər.] bax. zövq 5-ci mənada. Bir ay belə zövq-səfa ilə vaxt keçirib, yazıq Əsmaya yenə bir xəbər yollamadılar. “Lətif şah”. [Kərəm:] Gəl sürək dünyanın zövqsəfasını; Boyna dolamağa qol gəlsin, gəlsin! “Əsli və Kərəm”. zövqsüz sif.\n1. Zövqü olmayan (bax. zövq 3-cü mənada). Zövqsüz adam. // Estetik tələblərə cavab verməyən, gözəllikdən, incəlikdən məhrum. Zövqsüz paltar. // Zərf mənasında. Zövqsüz geyinmək.\n2. Xoşa gəlməyən, bəyənilməyən. zövqsüzcəsinə zərf Zövqsüz, yaxşı zövqə, zərifliyə, incəliyə, estetik tələblərə uymaz bir surətdə. ..Bu da müharibədən əvvəl zövqsüzcəsinə və savadsızcasına çəkilmiş bir neçə səthi, boş kinofilmin verdiyi məlumatdan irəli getməmişdi. Ə.Əbülhəsən. zövqsüzlük is. Yaxşı zövqün, gözəllik duyğusunun olmaması; pis zövq. zövqü səfa bax. zövq-səfa. Bayram günüdür, zövqü səfa xanələr içrə; Cananım oturmuş neçə cananələr içrə. Q.Zakir. Kimsəni görmədim zövqü səfadə; Bülbül ağlar, sünbül ağlar, gül ağlar. H.Cavid. • Zövqü səfa çəkmək (qılmaq, sürmək) – bax. zövq çəkmək (“zövq”də). Yar olub özgələrə, yar çəkir zövqü səfa; Düşmüşəm mən quru böhtanlara, töhmət çəkirəm. S.Ə.Şirvani. Sür daima zövqü səfa, fövt etmə fürsət; Bir gün gəlir, əsla səmər verməz nədamət. H.Cavid. Tərk eləyib yari-vəfadarını; Rəqib ilə zövqü səfa qılmısan. Aşıq Kərim. zubul is. Odun doğramaqda, bərk materialda deşik açmaqda istifadə olunan mıxça. zumar is. məh. Qış ehtiyatı. Hamının anbarında üzümü, narına-heyvasınatan qış zumarı [var]. Mir Cəlal. zummer is. [alm. Summer] tex. Səs siqnalları vermək üçün radiotexnika və telefoniyada işlədilən elektrik cihazı və cihazda eşidilən qırıq səs. Telefonda zummer yoxdur. zur klas. bax. zor. Bir tərəfdə görürəm qüvvəti-zur; O biri yanda bilik, fənn, şüur.. Ə.Nəzmi. Qızlara insan deyib; məxluq edir başına zur. C.Cabbarlı. zurna is. Nəfəslə çalınan boruşəkilli, ağzıgen, kəskin səsli musiqi aləti. Zurna çalmaq. – Birdən qulağıma zurna səsi gəldi. S.S.Axundov. Rəqs qurtardıqda qapıdan məşəllərin işığı görünür və zurna səsi eşidilir. Ü.Hacıbəyov. [Gülyaz] ..ordlarını şişirdib zurnada ceyranı havası çalan çalğıçıların qarşısında məharətlə oynardı. M.Hüseyn. ‣ Zurna bağlamaq – dalca danışmaq, söz qoşmaq, böhtan atmaq. Zurna çalınmaq məc. – aləmə yayılmaq, söz-sov getmək, haqqında cürbəcür şayiələr yayılmaq. [Qaradonlu] bir-iki söz də səndən qopardacaq, onda görəcəksən ki, kəndin arasında zurna çalınır. İ.Hüseynov. Zurna çalmaq məc. – 1) vulq. boş, mənasız danışmaq, uzatmaq, baş-qulaq aparmaq; 2) şişirdərək aləmə yaymaq, şayiə yaymaq, aləmə car çəkmək. [Pullu Məhərrəm:] Qardaş, bu nə zurnadı camaat çalır? Aşıq Ələsgər. [Hacı Murad:] Zurna çalıb aləmə səs salmısınız ki, Hacı Muradın pulunu sandıqlar tutmur. S.S.Axundov. Zurnası sonraya qalıb – adətən pis nəticələnəcək, mənfi nəticələrə səbəb olacaq bir şey haqqında. Əlinə zurna vermək – yalan vədlər vermək. Zurnaya qoyub çalmaq – biabır eləmək, rüsvay eləmək, aləmə yaymaq. zurna-balaban is. Zurna və balaban. [Qarovulçu:] Odur kəndin camaatı, uşaqlıböyüklü zurna-balabanla buraya gəlirlər. Ə.Haqverdiyev. Ay ana, ay ana, bircə mənim o zurna-balabanımı bəri gətir. C.Cabbarlı. // Çalğı, kef mənasında. Çeşmələr başından heç əskik olmaz; Zurna-balabanı bizim dağların. S.Vurğun. zurna-balabanlı sif. Zurna və balaban çalınan (çalğılı). [Tükəz qarı:] Sənə toy lazımdır, kişi, özü də zurna-balabanlı bir toy... S.Rəhimov. zurnaçı is.\n1. Zurna çalan çalğıçı. Qızı öz kefinə qoysan ya zurnaçıya gedər, ya halvaçıya. (Ata. sözü). Zurnaçılar çalmağa başlayırlar. Ü.Hacıbəyov. Baxışoğlu Həsən özü bir zurnaçı idi. B.Talıblı.\n2. məc. Naqqal, boşdanışan, boşboğaz adam haqqında. zurnaçılıq is.\n1. Zurnaçının işi, peşəsi, sənəti.\n2. məc. Uzunçuluq, boşboğazlıq, naqqallıq. zurna-qaval is. Zurna və qaval. Zurna-qaval səsi. – Çalma, dəxi bu zurnaqavalın işə keçməz! Bifaidədir, cəngü cidalın işə keçməz! Ə.Nəzmi. Sonra zurna-qaval çalındı, əsil toy başlandı.. M.Rzaquluzadə. zübdə is. [ər.] köhn.\n1. Ən çox bəyənilmiş hissə.\n2. Nəticə, xülasə.\n3. Qaymaq. zühəl is. [ər.] Saturn planetinin ərəbcə adı (klassik şeirdə gözəlin surəti buna bənzədilir). zühur [ər.] Zahir olma, meydana çıxma, görünmə, çıxma. Günəşin zühuru. Ayın zühuru. – Hər zərreyi-zahirin zühuri; Bir özgəyə bağlıdır zəruri. Füzuli. [Soltanın] bu nagahani zühuru Durnada heç bir təəccüb .. doğurmadı. İ.Əfəndiyev. • Zühur etmək – meydana çıxmaq, zahir olmaq. Gecmi, tezmi, bilməm, əmma həqq edər bir gün zühur. M.Hadi. Veylabadda hər bir şey dəyişmişdi, çoxlu ocaqlar (pirlər) zühur etmişdi. Çəmənzəminli. İran ticarət bazarlarında zühur edən ümumi düşmənə qarşı vahid cəbhə düzəldə bilmirlər. M.S.Ordubadi. Zühur olmaq – doğulmaq, meydana gəlmək. Necə ki sən zühur oldun anadan; Mən gülə bilmədim bu qəmxanadan. Molla Cümə. Zühura gəlmək – meydana çıxmaq. ...Bizlərdə millət qurğuları şəxsi qurğular şəklində zühura gəlir. C.Məmmədquluzadə. Zühura çıxmaq – üzə çıxmaq, meydana çıxmaq, zahir olmaq. zükur is. [ər. “zəkər” söz. cəmi] klas. Kişilər. Hər yerdə zükur və ünas bimaristanları olurdu ki, qərib və bikəs mərizlərə orada müalicə edib pərəstar olurdular.. M.F.Axundzadə. Dağıstan xalqının ünas tayfası sövdə eləməkdə zükur qismindən sərriştəsi artıqdır. “Əkinçi”. Küçələrdə hamı; nə narü nə nur; Qarışıb bir-birə ünasü zükur. M.Ə.Sabir. zülal is. [ər.]\n1. Saf, sərin, dadlı su (klassik şeirdə adətən təmizlik, saflıq rəmzi kimi işlənmişdir). Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor; Zülali-zövq şövqün təşneyi-didar olandan sor. Füzuli. Xurşidim, xavərim, hilalım sənsən; Şəkərim, şərbətim, zülalım sənsən. M.V.Vidadi. Qorxuram soluxa bu gül yanağın; Ey ləbi zülalım, sən ağlayanda. Molla Cümə.\n2. biol. kim. Canlı orqanizmlərin ən mühüm tərkib hissəsi olan mürəkkəb üzvi maddə. Qarğıdalı dənində 9-10 faiz zülal və 4-6 faiz yağ vardır. zülali sif. [ər.] biol. Zülala aid olan, zülaldan ibarət olan. Zülali birləşmələr. Zülali maddələr. zülam [ər. zəlam] klas.\n1. bax. zülm.\n2. bax. zülmət. Ətraf zülam içində yeksər; Göylərdə görünməyir bir əxtər. A.Şaiq. zülf is. [fars.] şair. Saç (xüsusilə üzün iki tərəfində sallanan tellər). Təbriz üstə Marağa; Zülfün gəlməz darağa; Axtarıram yarımı; Düşüb soraq-sorağa. (Bayatı). O şahmar zülfləri, tel güləbatın; Necə oldu, ay qabağı nigarın? Molla Cümə. Xalın qaradı, zülf qara, gözlərin qara; Bir ağ gün görərmi olan mübtəla sana? S.Ə.Şirvani. zülflü sif. Zülfü, zülfləri olan. Pərişan zülflü gözəl. zülm is. [ər.] Ədalət və insafa zidd olan hal və hərəkət, güclünün gücsüzə qarşı göstərdiyi amansız təzyiq, haqsızlıq, insafsızlıq, ədalətsizlik, cəfa. Ya zalım zülmdən əl çəkməlidir, ya da məzlum zülmə qatlanıb, öz idrakının təsdiqi ilə zülmü dəf etməlidir. M.F.Axundzadə. // Özbaşınalıq və zorakılıq əsasında qurulan idarə üsulu; istibdad. Hökumətin zülmündən təngə gəlmiş xalq hökumətə qarşı yazılan bu rübainin təkrar edilməsini tələb etməyə başladı. M.S.Ordubadi. // Ümumiyyətlə, əziyyət, əzab, işgəncə. Tainki ayıqdır, həzər et ər dediyindən; Ər zülmü yamandır! M.Ə.Sabir. • Zülm çəkmək – zülmə, haqsızlığa məruz qalmaq. Zülm etmək (eləmək) – amansızcasına sıxışdırmaq, incitmək, azadca yaşamağa və inkişaf etməyə qoymamaq, istismar etmək, ədalətsizlik etmək, haqsızlıq etmək, cəfa etmək. ..Zülm eliyən, qan tökən; Ya xan, ya sultan olar. (Bayatı). İkisi birləşib zülm edib mana; Şahid yox arada, qorxuram dana. Q.Zakir. Mən ki doymamışdım heç vüsalından; Mənə zülm elədi yaman ayrılıq. N.Rəfibəyli. Zülm ərşə dayandı (çıxdı) – zülm, ədalətsizlik həddini aşdı. Zülm ilə, zülmlə – çox böyük əziyyətlə, çox çətinliklə. Qurbani der: bu nə çərxi-fələkdir; Zülümlə ayırırlar yarı da məndən. Qurbani. zülmat bax. zülmət. zülmatlı bax. zülmətli. Vərəmli, zülmatlı zindan görünür; Hər gül bir zəhərli tikan görünür. M.Rahim. zülmət is. [ər.]\n1. Qaranlıq. Axşamdır, gün batmış, şəfəq saralmış; Çölə zülmət çökmüş, hava qaralmış. A.Səhhət. Çıraq ol! Nurunu artır günbəgün; Hər yerdə həyatın boğ zülmətini.. B.Vahabzadə. Zülmət çökdü, gecə gəldi; Zalım gecə necə gəldi! M.Dilbazi.\n2. folk. Nağıllarda: İskəndərin dirilik çeşməsi axtarmaq üçün getdiyi çox qaranlıq yer.\n3. məc. kit. Mədəniyyətsizlik, nadanlıq, cəhalət mənasında. Elm bir nur, cəhl zülmətdir; Cəhl duzəxdir, elm cənnətdir. S.Ə.Şirvani. zülmətxana is. [ər. zülmət və fars. ...xanə] klas. Qaranlıq yer. Yatıbsan, oyan, dağlar! Al-yaşıl boyan, dağlar! Bura zülmətxanadır; Necədir o yan, dağlar! (Bayatı). Çiraği-şəb mənə bəsdir, ciyərdə şöləyi-dağın; Bihəmdüllah ki, zülmətxaneyi-könlüm münəvvərdir. S.Ə.Şirvani. zülmətli sif. Qaranlıq. Sən gözləmirmisən yaşamaqdan çox il hələ; Zülmətli yollar içrə gəzirsən neçin belə? A.Səhhət. Həcər bir az da gedib zülmətli bir meşəyə qovuşdu. S.Rəhimov. zülmkar is. [ər. zülm və fars. ...kar] Zalım, zülm edən, müstəbid. Əzəl fürsət bizdə idi həmişə; İndi fürsət zülmkara düşübdü. “Lətif şah”. Bəy çox xəsis və zülmkar idi. Ə.Sadıq. zülmkarcasına zərf Zalımcasına, insafsızcasına, amansızcasına. zülmkarlıq is. Zülm etmə, zalımlıq etmə, zülmkarlara xas olan hal və sifət. Deyirlər, məclislərdə mənim zülmkarlığımdan danışırsan. “M.N.lətif.” zülum sif. [ər. zəlum] klas.\n1. Həddindən artıq zülm edən, haqsızlıq edən, qəddar, çox zalım.\n2. Zülm. Cahan, cahan deyil daha, züluma aşiyanədir; Qalıbsa ədlü rəhmdən boş ad, o da fəsanədir. C.Cabbarlı. zülüm-zülüm zülüm-zülüm ağlamaq – acı-acı ağlamaq, zar-zar ağlamaq. ..Bir maral yerə uzanıb gözlərinin yaşını abineysan kimi tökür, zülüm-zülüm ağlayırdı. (Nağıl). zümrə is. [ər.]\n1. Silk, ictimai təbəqə, sinif. Ziyalı zümrəsi. – Mirzə Səməd şəhər məktəbini qurtarıb iyirmi yaşından etibarən məmur zümrəsinə daxil olmuşdu. Çəmənzəminli. Bu qəzet [“Qamusul-əxbar”] nə bir siyasi firqənin, nə də bir elmi zümrənin malı idi. Qantəmir. Ümumən kübarlar zümrəsinə qarşı bədgüman olan və pis münasibət bəsləyən Qəhrəmani belə bu qızı [Südabəni] xoşlayırdı. M.İbrahimov.\n2. köhn. Camaat mənasında.\n3. köhn. Cins, növ, qrup. Heyvanlar zümrəsi. zümrüd [ər.]\n1. is. Yaşıl rəngli qiymətli daş.\n2. Sif. mənasında. Zümrüddən qayrılmış. Zümrüd bilərzik. Zümrüd üzük qaşı. – [Qızlar] zümrüd və almaz xalxalları topuqlarına bağladılar. M.S.Ordubadi.\n3. Sif. mənasında. Yamyaşıl, yaşıl, tündyaşıl şey haqqında (təşbeh məqamında). Zümrüd dağlar üstündəki al şəfəqlər sönərkən, qonşu bağçalarda həzin bir ney səsi inlədi. H.Cavid. Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl! Seyr edəlim qol-qola bu zümrüd çəməndə, gəl... M.Müşfiq. Zümrüd rəngli dənizə; Bir baş vur; Bir çim, qaral. N.Rəfibəyli. Yadıma yurdumun çölü, çəməni; Suyu zümrüd rəngli göllərim gəlir! M.Dilbazi. ‣ Zümrüd quşu – qədim əfsanələrdə: özünü odda yandırıb sonra küldən törəyən əfsanəvi quş (əbədiyyət rəmzi kimi işlənir). zümrüdgözlü sif. şair. Yaşılgözlü, gözləri yaşıl. zümrüdü sif. Zümrüd kimi, zümrüd rəngində, yamyaşıl. zümzümə is. [ər.] Ahəstə səslə, pəsdən, özü üçün oxuma, dodaqaltı oxuma. Eşitdim cavanların şirin zümzüməsini; Dinlədim layla deyən anaların səsini. Ə.Cəmil. Ötüşən quşların civiltili nəğməsi, büllur suların şirin zümzüməsi, sərin təranəsi [eşidilirdi]. M.Rzaquluzadə. • Zümzümə etmək (eləmək) – pəsdən, ahəstə səslə özü üçün oxumaq; dodaqaltı oxumaq. Kalvayı Qurban pəyəyə gedəndə gördü ki, Ələsgər camışın axurunda oturub, astadan zümzümə eləyir. “Aşıq Ələsgər”. Baxış bəy zümzümə eləməyə başladı. Ə.Abasov. // məc. Nəğmə, təranə, tərənnüm (bəzən şairanə təşbehlərdə işlənir). Quşların zümzüməsi. Suların zümzüməsi. – Axşam sularının zümzüməsində; Bir yeni dünyanın nəşidəsi var. S.Vurğun. Ağ samovar zümzümə eləyir, Müşkinaz .. həzin-həzin oxuyurdu. Ə.Vəliyev. zümzümələmək f. Zümzümə etmək, dodaqaltı oxumaq, nəğmə oxumaq. // Məc. mənada. Dağlardan əsən meh əbasını yellədikcə xoşlanır, dodağının altında zümzümələyirdi. S.Rəhman. zümzüməli sif. Zümzümə ilə oxuyan; təranəli, ahəngli. Çalxanır dəryalar, çığırışır qazlar; Zəm-zəm zümzüməli göllərin, dağlar! Aşıq Ələsgər. ..Səhərə qədər çayın və bulaqların zümzüməli suları baş alıb hara isə gedir. Ə.Vəliyev. zünnar is. [ər.] Xristian keşişlərinin ibadət zamanı bellərinə bağladıqları ucları aşağı sallanan sərt qurşaq (klassik şeirdə xristianlıq rəmzi kimi işlənmişdir). • Zünnar bağlamaq klas. – müsəlmanlıqdan dönmək, xaçpərəst olmaq. Axırda zünnar bağlarsan; Qəmə yoldaş olan könlüm! Aşıq Valeh. zürafə is. [ər.] zool. Boynu çox uzun və qabaq ayaqları dal ayaqlarından uzun, gövşək Afrika heyvanı. Zürafə boynuna bənzərdi boynu; Məğrur, ədalı bir duruşu vardı. H.Cavid. Hacının gözünə görünmək istəyən yüzlərcə yaltaq ziyalılar ayaq barmaqları üstündə qalxıb başlarını zürafə kimi yuxarı qaldırırlar. M.S.Ordubadi. zürriyyət is. [ər.] klas. Övlad, nəsil, soy. [Şah:] Məndən sonra mal-dövlətimə .. sahib olacaq bir zürriyyətim yoxdur. “Lətif şah”. [Səlim bəy:] ..Mirzənin, budur, saqqalı düşüb qurşağına, amma zürriyyəti yoxdur. Ə.Haqverdiyev. züvüldəmə “Züvüldəmək”dən f.is. züvüldəmək bax. züyüldəmək2. züvvar bax. zəvvar. Züvvarları gözləyənlər gözlərini haman tüstü tərəfə tutub, səbirsiz gözləməkdə və söhbət etməkdə idilər. T.Ş.Simurq. Yaxşı, a kişi, axır sabah-biri gün züvvarlar çıxırlar. C.Məmmədquluzadə. züy I. is. Nəfəslə çalınan musiqi alətlərində səsi əsas alətin ahənginə uyğunlaşdırma, onun çaldığı havanı təkrar etmə. • Zü(y) tutmaq (getmək) – 1) çalınan havanı təkrar etmək, səsi onun ahənginə uyğunlaşdırmaq (nəfəslə çalınan musiqi alətində); // məc. müşayiət etmək, bərabər çalmaq. Züy tutur gecələr suların səsi; Bur-da çobanların zil şikəstəsi. S.Vurğun; 2) məc. öz fikri olmayıb başqasının fikrini, sözlərini təkrar və ya müdafiə etmək.\n\nII. is.\n1. Sürüşmək üçün buz meydança.\n2. Xizək ilə buz meydançada sürüşmə. Züy getmək (buz üzərində sürüşmək). züyçü is. Zurnaçalanın yanında züy tutan çalğıçı. Züyçü züy tutar, zurnaçı zurna çalar. (Ata. sözü). züyçülük is.\n1. Züyçünün işi, peşəsi.\n2. məc. Öz fikri olmayıb başqasının fikrini, sözlərini təkrar və ya müdafiə etmə. züytutan bax. züyçü. züyüldəmə I. “Züyüldəmək1”dən f.is.\n\nII. “Züyüldəmək2”dən f.is. züyüldəmək I. f. dan. Sürüşmək. Lotu dinməz-söyləməz minbərdən züyüldüyüb düşür yerə. C.Məmmədquluzadə. [Dərviş:] Ruqiyyə ilan kimi iki qolumun arasından züyüldəyib çıxdı. A.Divanbəyoğlu.\n\nII. f. Züyültü səsi çıxarmaq, ağlamaq, inləmək. züyüldətmə “Züyüldətmək”dən f.is. züyüldətmək icb. Ağlatmaq, züyüldəməsinə səbəb olmaq. züyültü is.\n1. Züyüldəmək işi, körpə uşağın ağlamaq səsi, ağlaması. // İnilti.\n2. İti gedən, sürüşən şeyin çıxardığı səs; vıyıltı. Minalar züyültü ilə süzüb gələrək sağda-solda partlayır, .. güllələr cır arılar kimi [İdrisin] başının dövrəsində vızıldayırdı. Ə.Məmmədxanlı.